Pazar, Eylül 08, 2019

SABİR MÜƏLLİMİN SƏRGÜZƏŞTLƏRİ


 

                              SABİR MÜƏLLİMİN SERGÜZƏŞTLƏRİ
                                                   KOMEDİYA

 ( HEKAYƏlƏR REAL OLSA DA TAMAMƏN XƏYAL MƏHSULUDUR ) 


   Sabir müəllimin əlinə hardansa yeni proqram keçir və telefonun kontrol etmek istəyir . Deyir görüm mənim nömrəm kimdə var ,  kim məni kontaktına necə qeyd edib . Yükləyir Getcontact proqramını həvəslə adının üstünə basır . Qarşısında siyahı açılır ...

Sabir əlillər 
Sabir şair 
Sabir təzə 
Mıtı  Masazır 
Hardasan 
Dılı Sabir
Sabir papa
Xuraman sim    və s...
   Qarşısına çıxan öz adlarından kişi çaşıb qalır . 
   İndi gəlin biz Sabir müəllimin adının abonəcilərin  kontaktına qeyd olunma tarıxcəsinə baxaq ...
SABİR ƏLİLLƏR ;
 - Aya axşamınız xeyir ay Sabir müəllim , 
  - Axşamın xeyir
  - Nə var, nəyox qadan alım , canın başın . 
  - Şükür salamatçılıxdı ,  kimiydi ? 
 - Mənəmee elə bir kəççiyiy ,  gör nə deyirəm ,  nə vaxt vaxtınız var?Gələjəm yanına,  
   - Ayə xeyirdimi sən Allah nəyə gəlirsən
 - Yox ee deyəmmərəm qağanın qağamın canı , telfon söypəti döyülül .
  - Ə , hələ bir de görüm kimsən dənə , nömrəmi hardan tafmısan ? 
   - Nəm dəsəm tanıyarsan ya yox ? Kərbalayı irəhmətlik  Məmmədquluhüseyinin nəvəsiəm 
  - Hmm , həə həə tanıdım,  tanıdım  (əslində heç belə bir adam varmı yoxmu bilmir )
   - Hə sənin qadan alım , havax vaxdın var ? 
 - Neynək gələrsən görüşərik . Ə ,  genə ujunnan qulağınnan deginəndayna , xeyirdimi ?  mən də ona görə  hazırlixli olum . 
   - Həə vallah düz deyirsən . Deyirəm ay Savir müəllim ,  bir toğlujla bizim Mürşüdün gədəsin yardıma qoşmaq olar ? Özüm ölüm sənin də xəjalətini yerdə qoymaram ... həə adını vurum yaddaşa nömrən itməsin . Yazıram ; Sabir Əlillər ..

SABİR ŞAİR 

  -  Salam ay  xalqımın dili sözlü  , ürəyi dolu ,  el oğlu ,  elimin şayir oğlu Sabir Elbüsat
  - Ay əlöykə salam . 
  - Nətərsiz , ay mənim gozəl xalqımın , gözəl şairi . 
  - Yaxşiyam  şükür . 
  - Ürəyi eliynən döyünən ,  gözləri elin gözüylə baxan ,  başı dağlar qədər uçalan ,  adı vüqarlı dağlar qədər yayılan... 
 Tərif yağır bir birinin arxaslnca , tərif ürəyinə yağ kimi yayılan Sabir Elbüsat kreslosuna yayxanıb 
   - Ə,  gödəy elə görüm , vaxtım yoxdur , toy başlayır . 
   - Hə yaxşı ,qadan alım . Bilirəm ee vaxtin yoxdur . Heç bilmirəm hardan başlayim , nətər deyim . 
   - Hıı di tez elə
   - Bizim gədənin toyu vardı . Yaxşı bir tamada axtarırdim . Miriş var ee
   - Ə, hansı Miriş ?  
   - Biy Mirişi tanımırsan ? Qulamın gədəsin deyirəm dənə ...
   - Hə O Miriş ? nəysə gödəy elə
   - Hə ... Miriş verdi nömrəni ,dedi Sabir Müəllimnən  yaxşı tamada ...
   - Yaxşı məni kontaktına qeyd elə . Kim soruşsa 500 de , mən saa Mirişin xətrinə 300 ə gələjəm ,  ganışarıx ...
  - Hə  qadan alım adını yazmışam Sabir Şaır 

   SABİR  TƏZƏ 
  
  -  Alo 
  -  Ə ,  nədi  niyə qoymursan zır , zır ...
  - Ə ,  sabir sənsən 
  - Bə kimdi əə? 
  - Boy bu nömrə də təzə cıxdı ?  Vzv atmısanmən də deyirəm görən kimdı 
  - Təzə nömrədi ,  qeyd elə ! 
  - Nədi əə ,  noluf gündə bir nömrə dəyişirsən , telefonuma təzə ,  təzə yazmaqdan  adın təzə bəyə dönüb .
   Bunu da yazax Sabir təzə...
MITI  MASAZİR 

   - Alo , mıtı sənsən 
   - Mıtı kimdi əə ? 
   -  Mıtı dənə  booyy ...
  - Ə Mıtı kimdi ? Mıtının adı yoxdu ? 
  - Adsiz düşmanın olsun . Masazırda olmursan ? 
  - Nəhlətə gəl səni kor şeytan ... Nçç... Hə oluram  ,  nolsun ?  Masazırda olanların adı Mıtıdıı ? 
   - Əşii yox ee sən dəə... Hə dənə düz yazmışam adını ,  Mıtı Masazır  ....
 
HARDASAN 

  - Ay qızım ,  gəl görüm bəri .   - Gəldim ata
 -  Ver görüm telfonunu
 - Neynirsən ata ?  
  - Ver dana telefonun səsin yoxluyuram ,  deyəsən xaraf oluf səs gəlmir , zəng edəjəm 
   - Ala ...
   - Hanı ay balam adım yoxdu axı  burda ? Nömrəmi yazmamısan ?  
  - Yazmışam ata ,  Bu dey haa yazmışam  "hardasan " 
  - Nəə ? ...


 DLI SABIR  


- Ə bu nədi əə yazmısan , bu telefona ? 
 - Nə yazmışam ay kəççi? 
 -Dlı Sabır nədəə , mən boyda kişini Dlı eləmisən 
- Hhaa ,Haaa 
- Zəhrimar  haa haa , çor ha haa at kimi nə dişlərini ağardırsan ? 
- Səkim Gubadlı  Sabir yazdığımıydı Quba yazsam yerləşmirdı mən də Dlı Sabir yazdım . 
  - Allah başaa daaşş ... Barım Kəççi Sabir yazsaydın ...
  - Klaviyatorda ə  yoxdu onda da "Keçi Sabir" olejeydi. Elə dlı Sabir yaxşıdır 

SABİR PAPA


-  Ay arvad 
- Nədir ay kişi ?  
- Heş zad 
- Booy a kişi , noluf  sən canın , rəngin ayazıyib , xəstəsən ? 
- Yox ...
- Di nədi ? Çıxart görüm ağzındakı saqqızı ,  sözlü adama oxşirsan aa
- Söz söruşajam , sən dədəyin üz qoyduğu torpax - düzün de 
  - Ürəyimi , çəkmə a kişi . Mən saa nə vaxt yalan demişəm ki məni belə anda verirsən ? 
  - Sabir kimdi ? 
  - Sabir  kimdəə ? 
  - Sabir dəə...
  - Hansı  Sabir 
  - "Sabir Papa" - kişi telefonu əsəbi halda arvadının gözünə tutur - Bax bu. Mən bilən sənin papan Məmməddir 
 - Əşıı yox ee, Allah səni güldürsün ,  gör ağlına nə gətirir bu kişi , aleeyy  nəyə fikir verir ee, haa haa haa , Mənim papam Məmməddiee ,  bu bizim bəbişin papası Sabirdir 
 
XURAMAN SİM 

- Səbooş ay Səbooş 
- Səboş nədi az ? Yox bir Çubuş ! Gül kimi adım var Sabir , millət maa Sabir müəllim deyir , Şair Sabir deyir , Elbüsat deyir , Eloğlu deyir , sən də Səboş ...
  - Yaxşı da Səboş , o millətdir ,  mən isə Seva ...
  - Nçç ... Həə nə deyirsən de görüm ?
 - Nə vaxt,  harda görüşürük?  
 - Seva dedəyin canı üçün ,vaxt tapammıram 
  - Eeyy  Səboş !!! Başa düşmürsən ?  Darıxıram ee, ürəyim partlayir səninçün ,  bütün günü girirəm profilinə baxıram şəkillərinə ,  şəkillərinlə danışmaqdan dilimdə Səboş  bitib . İstiyirəm qəşəy bir yerdə olaq 
  - Həə ? 
 - Belə gəşəy bir masanin başındaaa ...  
 - Həə ...
 - Başına pərvanə kimi dolanımmm... 
  - Sonra ?
  - Sonra ... sonra tutudum qalistikindan 
  - Həəə ? 
  - Açım , düymələrini ...
  - Uyyyy ...  Seva  mənım canım üçün, sən belə danışanda şəninə şer qoşmağım gəlir , 
  - Qoş da ... 
 - Başına dondüyüm ala göz pəri
 Ayağı qırılib gəlmir ki , bəri 
  - Yox ee Səboşş , ayağım zadım  qırılmayıb gəlmək istəyirəm , sən vaxt eləmirsən 
   - Az nəysə burax şeri meri . Harda qalmışdıq ?  
  - Nə harda ?
 - Demirdin tutdun qalustuğumdan ? 
   - Həə sonra ?  
   - Hə tutdum qalustukundan , açdım düymələri ...
    Bu heyində qapı döyulur . Seva telfonu atıb qaçır , Sabir də orda özüycün məst olub kreslosunda yellənə yellənə ,  gözləri xumarlanır 
  - Həə , açdın daaa , yaxam açıq qaldi ,  tez oll !!! İndi bu dəyqə biri gələjəy ,  de görüm nazın ürəyimi çəkdi . Hə  bəs sonra?
 Seva yoxdur səs gəlmir . 
  - Aloo az Seva , Hara getdin ? BArım qalusyuğu burax , zalimin qızı boğuldum axı ...
 - Gəldim ,gəldim ay Xuraman bajı - deyə Seva telefonu qulağına tutub söhbəti fırladır 
  - Dayan ee kişi gəldı . Qoy cayın çörəyin verim geleyrəm. 
   - Ay sənin kişivə ...
   -  Az sən Allah uşaqlardan muğayyat ol . Soyuq komtres elə qoy sonəsinə ,  başına ,  qızdirması düşsün . 
   - Nə danışırsan nə uşaq ? Az uşaq qızdırmıyib ee , sən düymələri acannan yanıram 
  - Xuraman , sən nəneyin  goru hər dəyqə yazıb məni dəng eləmə ,  boş olan kimi mən yazajam .
  - Hə yaxşı yeri get ! Qoydun məni yana yana 
  - Buy Allah səni biyabır eləsin ay Xuraman 
   - Nədi noldu genə ? 
   - Az,  az  o nədi aazz  tumanını şəlitdən necə asmisan elə bil Nasa Amerikanın bayrağın Kosmosdan asib ,  yeri get tumanivı yığışdır ,  düymələrini də bağla -  dud dud dud...
   - Aloo , aloo,  Seva , az qalustuğu burax barı,  boğulduuuummmm ...


 ------  Zaman zaman davamı olacaq ------



SABİR MÜƏLLİMİN YOL ƏHVALATI 


  Günlərin bir günü Sabir müəllim  işlədiyi şadlıq evindən acığa düşüb çıxır. Əli aşağı düşür . Nağayrım neynim deyir . Əlin hansı işə atır, iş ürəyinə yatmır . Bütün günü şaqlıq evlərində ,ziyafət məclislərində tamadalıq edən Sabir müəllim gedib fəhləlik etməyi şəxsiyyətinə sığışdırmır . İstəyir ki işi əyləncəli keyf işrətdə kecsin . Baki İstanbul Baki avtobuslarının birində işləyən yaxın dostu Ələmdara dərdin danışır .
  - Əşii dərd eləmə , qadan alım , gəl gedək İstanbula . 
  - Əə , istanbulda nə işim var pulum var ?İstanbula gedən dolu ciblə gedər.


  - Nə pul, hələ pulu biz qoyacağıq civinə . 
  - Nə deyr əə bu ? 
  - Hə vallah dədəyin, dədəmin goruna . İş tapana qədər girələn də avtobusda.  Ə, gedif fəhləlik eləsən deyəjəklər Sabir yaman günə qalıf. Düşmanın çırtıx çalıf oynuyajax . Amma istanbul avtobusunda gorsələr deyəcəklər kişi bir yerdə oturmur,  günü İstanbulda keçir , kefdədir . 
  - Yaxşı nə iş görəcəm avtobusda ?  
  - Kanduktor 
  - Nə ?
   ...Beləliklə Sabir başlayır işə . İlk günü Bakidan yola çıxırlar . İş ona çətin və darıxdırıcı gəlsə də burda da tamadalıq təcrübəsindən istifadə edib , şirin diliylə həm yolcuları əyləndirir , həm özü əylənirdi . Günü deyib əylənməkdə keçən Sabir burda da özünə məşğuliyyət tapır .
  Beləliklə yol ona maraqlı gəlir . Yolda istanbula gedən alverci qadınlarla qızlarla məzə tutur .onlardan nömrələr alır, İşi xoşuna gəlir . Yeni işə başlayana qədər burda başın qatmağı qərara alır . Gedib İstanbula çatırlar , sabahı istanbuladan başqa keçdiyi şəhərlərdən yeni sərnişinlər yığa yığa geri dönürlər . Gəlib çıxırlar Qaradeniz sahilboyuna .  Rizeden bir qadın sərnişin götürəcəkdilər
  -Ayə ay Sabir , götür zəng elə gör o Rizədən minən sərnişin Rizənin  harasından minəcək . 
  - Ə, guya desə ki , Rizənin Kolannısından , Soğanverdilərindən minəjəm guya biləjəm haradır ? 
  - Sabir Türkiyədə Kolannı , Soğanverdilər nəyzir ? Sən zəng elə kurtar uzatma !
   Zəng edir 
  - Alo , savaxın xeyir bajı !
  - Sabahınız xeyir 
  - Ələmdar deyir Rizədən minəsiz helə ? 
  - Nə? Ələmdar kimdir ? Söhbət nədən gedir,  başa düşmədım?
 - Bizim Ələmdar dana Quvadıllı , 
 - Ay qardaş, siz hara zəng eləmisiz , Mən Ələmdar zad tanımıram !
  - Azərbaycana getmirsən qadan alım ? Bilet almısız ee... Rizədən minejeydiz ?
 - Hə , hə mən almışam. Siz hardasız indi ? Mən sizi  körpüdə gözləyirəm . 
  - Hansı körpüdə ?
  - Rizədə İyidərə körpüsü var , Rizənin girişində bilirsiz siz orani ! Orda sizin firmanin ofisi var , orda gözləyirəm . 
  - Ofis ? 
  - Hə elə trasın kənarındadır. 
  - Heləmi sən Allah ? 
  -  Sabir kinayəli şəkildə Ələmdarın üzünə baxır;
  - Deyəsən bir başa ofislə işləyir ee, ay maşallah... yanı qanunidir . 
  Ələmdar başıyla ona nə olduğunu soruşanda Sabir telefona dönür . 
  - Xanım,bizim firmamız deyəndə , başa düşmədim ee. Bu avtobus firmasın deyirsiz ? 
   Qadın konduktorun yeni olduğunu anlayıb onu başa salmağa çalışır . 
  - Hə də yanı sizin yazıhanenizi deyirəm. Sizin firmanın müştəriləri buraya gəlir aa , ofisinizdə gözləyir . Maşın gəlir burdan minib gedirlər... siz şoferə deyin , de ki , İyidere Körpüsündəki yeriniz var aa... Ərzuruma gedən yol ... kuruqda... Karadeniz trası ... özü biləcək . 
   Sabir başın qaşıya qaşıya qadının dediklərini Ələmdara çatdırır .
  - Nəm əə . Deyir İyidərə körpüsüdür nədir ,yəqın Nefçılər körpüsü kimi yerdir, Ərzurum yolu da ayraport yoludur ? Bir də kuruq dedi .O da yəqin 3 ün kruqudur?
  Ələmdar Sabirin zarafat etdiyini düşünüb gülə gülə ;
   - Aydındır - deyərək yola davam edir .
  Qadını tərıf etdiyi , yerdən , avtobus dayanacağından götürüb yola düşürlər . Qadın yerində rahatlanandan sonra ƏLəmdar Sabiri qadının yanına yollayır ki ; 
   - Get qadından harda düşəcəyini sorüş, yaz dəftərə gətir gəl ! 
 Sabir qadına yaxınlaşıb "xoş gəldin" -dən sonra kağız qələmi əlində hazır tutub  
   - Xanım harda düşəsiz? 
   - Bakıda . 
  - Avtovağzalda? 
  - Yox yox , Salyanski kruqda 
  -Ora haradır ?
  - Salyanki də ... Binə !
  - Binə sovxoz ? Yoo bizim avtobus ən son avtovağzalda dayanır , ayraport tərəflərə getmir . Gərək 20 yanvara gedib ordan metroyla Əzizbəyova, ordan da ...
  - Yox ay qardaş , Nə binə savxoz , nə aereport . Çaşdırdız məni . Binə Tıcarət mərkəzini deyirəm ee . Salyan yolunda yerləşir, necə başa salım ee ... Orda türk  tırlarının  terminalı var ha Bakının girəcəyində ...
   Sabir qadını şübhəli şübhəli suzur .
   -Zalım qızı türklərin toçkalarıni nejə tanıyir ee ...
   - Nə deyirsiz ? 
   - Heş zad , hə o tırlar harda dayanır ki ?  
   Qadın əsəbi halda ; 
   - Nujelni Salyanskini tanımayan yoxdur , tras da tras , rayon camaatı  bu tarasda dayanır . Neçə başa salım sizə mən ? Lökbatanın körpüsü eşitmisiz yəqin ? 
  - Eşitmişəm bajı .Lökbatan kuruquna arada quş ovuna çıxmışam , Nefçılərin quşları sırtıxdır beş on manatla tora gəlmir . 
  - Nə deyirsən ay qardaş nə quş nə tor ? Sənə deyirəm salyanski kruqda,Lökbatan körpüsünün altına enəcəm! 
  - Nə əsəbləşirsən ,ee ,harda düşürsən özün bilərsən , əcəb eliyəsən . Sənin dediyin yerlər türklər deməli kafamı  yaman qarışdırdı .
  - Niyə ? 
  - Fikirləşirəm camaat kolay para qazanmağın yolunu tapıb vallah 
  - Paranın ,pulun yola nə dəxli var,a kişi ?
  - Necə yoxdur? Maşallah trasları , kruqları , körpüləri məndən yaxşı tanıyirsız . Ərzurumdan gəlib kruqda düşürsüz . İyidərə körpüsunün altında gözləyirsiz , Karadeni trasında minib , Salyanski kruqda düşürsüz, Lökbatan körpüsünün altına yenirsiz , Salyan trasına çıxırsız ! Qalmısan körpulərdə , kruqlarda . Əşi Bakıdan İstanbula gəlib dönməkdə canım çıxıb ,sən Allah sən də də  can var maşallah turp kimisən  yorulmursan aa o trasdan bu trasa , bu kruqdan o kruqa . Qalmısan körpülərdə - sabir barmağın bir birinə sürtüb qadına göz vurur . Bic bic gülümsunur ;
   - Öz aramızdır aaa babat qazanırsan .   
  Bir anlıq avtobusun içındəkilər tamaşaya baxırdılar . Qadının əşyaları Sabir müəllimin başında uçuşurdu ...

SABİR MÜƏLLİMİN MƏCARALARI

BƏLƏDİYƏ ŞOFERİ

   Yadınızdadırsa , danışmışdım sizə. Bizim Sabir müəllim bir müddət işsiz qalıb axırıncı dəfə Bakı - İstanbul avtobusunda müavin işləyirdi axı. İndi də gəlin görək  Sabir müəllimin  bizim bu Türkiyədə başına nə işlər gəldi.
   Deməli Sabir müəllimgilin avtobusları  İstanbula çatar çatmaz karantin rejiminə düşür. Sərhədlər bağlanır qalırlar Türkiyədə. Nağayrım neynim deyincə, bizim azərbaycanlılardan olan Xanış müəllim deyir ki, qardaş ürəyini sıxma, bir iş təşkil edərik, yollar açılana qədər işsiz qalmarsan. Başını dolandırarsan. Bilirsiz də Sabir müəllim vətəndə özünə görə  tanınmış adam olduğundan səsi sorağı Türkiyəyə də gəlib çıxıb. Ona görə ona adına layıq iş tapmaq lazım idi. 
  Nəysə bizim bu Xanış müəllim cerez çerez Sabir müəllimə Samsunda iş tapır. Özü də elə belə yerdə yox aa, Bələdiyyədə...
    Bunu eşidən arvad uşağın qoltuğu qarpızlanır, kişiylə öyünürlər ki, bəs belə belə, Sabir belə, sabir heylə... Sabir kalan pul töküb Türkiyə kimi yerdə, bələdiyyədə işə düzəlib. Bəs bələdiyyəyə də elə belə adamları işə götürmürlər aa... Orda yaxşı dostları tanışları var. Gör Sabir necə xətir hörmət qazanıbsa...

    Sabir müəllimin telefonu kirimir ki, kirimir. Təbrik edən kim, iş istəyən kim... Kim nə vaxt zəng edirsə, "müsait değilim" , " yoldayım" , işbaşı yapıyorum, "sonra görüşürüz", "sahadayız",  "klubdayız", "toplantıdayız"...
 Millət də deyir ki, kişinin başı nətər qarışıqdırsa, qəbuluna düşmək olmur.
 - Ay uşaq, kişi elə belə yerdə işləmir ee, vəzifə adamıdır, sizin tay tuşunuz döyül, kişini məşğul etməyin! 
  Nəsə nə başınızı ağrıdım, günlərin bir günü, əmoğlu Əlimöhsün zəng edir. Uzun çağırışdan sonra telefonun o başından Sabirin səsi gəlir. Hal əhval tutur.
  - Əşii, xeyirli olsun, deyirlər təzə işə girmisən?
 - Hə elədir. 
 - Ay maşallah, Harda? 
 - Bələdiyyədə
  - Oooo, day deynən bələdiyyədə adamımız var ki,  
 - Həə, elədir, balaca bir adam 
 - Eybi yox balaca olmadan böyüyən görmüsən heç? Bələdiyyənin adı böyükdür elə. Böyüyərsən bir gün, darıxma. Dedim bizim Ələmdarı da yanına düzəldəsən, elə əlinin altında buyruğa baxar...
  - Nəm vallah başımızı girəliyirik bir təhər. Qağamın goru haqqı, burda da vəziyyət yaxşı döyül heç 
  - Hə elədir, başqa dönüm. Millət burda batıf qırılır. Korona bir tərəfdən, işsizlik bir yanan. Deyirlər korona şənbə bazar ova çıxır, ona görə şənbə bazar hər yeri bağlıyırlar. Kim çölə çıxır korona yaxalayır. A başına dönüm, güya ara günləri korona gedir krorta?  Elə həmişə var dayana. Nə azar imiş bu andıra qalmış.
  - Hə, demə day... Elə bura da elədi. Şənbə bazar millət yeyib yatır, ara günləri s..çmağa yer axtarır. 
   - Deyirəm ay Sabir, bu köpoğlunun yarasa yeyən çinni qızının  ucbatından , nətər burda kabab yeyən oğlanlar evdə oturub ee...
  - Ə, yox bu yarasa məsələsi döyül, ayrı şeydi.
  - Bə nədi ə?
  - Ə heş  nə , dünyanın dərdi bizə qalmıyıf ha, hamı nətər biz də heyelə.. 
  - Heş zad... - Əlimöhsün mətləbdən uzaqlaşdığını görüb təkrar geri qayıtdı.
- Yaxşı  bəs nə iş görürsən orda? yəqin torpaq zad məsələsinə baxırsan, yaxşı gəliri varhaa , bələdiyyənin bu işdə. Orda da bizim kimidir? Hörmət, şirinlik...  Gör yuxarıdan nə istəyirlər, bizim Ələmdarı... 
-Yox əşi, elə belə işdı, nə torpaq... 
- Bə nədi? Eybi yox sən canı Ələmdarı da... 
 - Heş zad, a kişi, şoferəm.
- Şofer? Yəqin bələdiyyə başqanının şoferisən də? Day denən başkanın çikini bikini  bilirsən ki, bizim bələdiyyələr şoferi ailəsinin bir üzvü bilir aa, bələdiyyə sədrinin cibi şoferində olur. Həm də sözü keçiree, elə belə iş döyül sədrin şoferi olmaq, sağ qoludur. Sən canı sən ordasan bir sədrə ağız aç, deynən nə hörmətin varsa eliyəjəm. Dananı salmışam dama bordaxlayıram, satıb pulunu verəjəm Ələmdara, gətirsin, kimə lazımdırsa çatdırarsan beş üç manat. Özünə də qəşəy... 
-Ə, yox ee, elə belə şoferəm, hardaydı məndə o bəxt?
   - Hmm,  yəqin işçiləri, şəhərə gələn qonaqları daşıyırsan?
-Yox əşi, kakabusda ə-əş eliyənlərin ə-əşini  daşıyıram, bizə tuvalet yuyan, pul yığan lazımdır, gözdə qulaqda ol, yollar aşılan kimi Ələmdara göndər gəlsin, para-mara lazım döyül. Ayıb söhbətdi,  biz də yad döyülük ha... 
____________________________________


TORT SEVDASI 


   - Sabir , 
    - Nədi ay Gülpəri ? 
    - Ürəyim yaman tort istəyir. 
    - ...
  Sabir özün eşirməməzliyə vurur . 
    - Eşii ...
    -  Nə var ee 
    - Tort istəyirəm ...
    -  Mənim şəkərim var , şirin şey yeyəmmirəm . 
   - Ay kişi , sənin şəkərin var deyə biz torta tamarzı qalaq?  
   - İndi sən tamarzı qalmayasan deyə , tort  bişirib yeyəsən , mən də  burda  şişməliyəm ?  
   - Sabir , nənəyin goru haqqı , sənə göstərmiyəjəm , pul ver gedim aynoyun alım ,  tez elə , yaman canım çəkir. 
   - Nççç ...  Biraz səbrini bas ay Gülpəri , sentiyabırda Bəybalanın ad günüdü , məcbur pışirtdirəsiz , tortu da olecey , qurabiyəsi də . Bu qədər xərc xəsarət nə lazımdı. Bayram deyil seyran deyil...
   - Əşii , Allah saa kömək olsun ,  sentyabra iki ay var ee hələ . Çatlayım o vaxta qədər ? 
   - Heş zad olmaz , biraz döz .  Həm də  bəs axı sən diyetdəydin? Nə tortbazlıqdır salmısan ,  indi ? 
  -  Əşi boş ver diyeti - miyeti . Beynimə vurub tort bişirmək - Gülpəri səsinin tonun dəyişib Sabirin yanında oturur . Qolun ,  çiynin sığallayır . 
   -  Sabir 
    - Hıı 
   - Ay Sabir, 
   - Hıı deyirəm ee
   - Sən nənəyin goru , bax bu deeyy , baxıram Fəriş bişirib  qoyub səyfəsinə 
   - Feriş kimdi azz ? 
   - Deyy - Gülpəri telefonu qurdalaya qurdalaya Sabirin gözünün önünə tutur 
   - Bunu deyirəm , nax Ferişin səhvəsidir ,  FERİŞİN MUTFAGI , görürsən , nə qəşəy şeylər bişirib paylaşır ?  Mən də istiyirəm şurniyyat səhvəsi açım , gündə bir şey bişirim paylaşım , qəşəy tort bişirim , üstünü qəşəy bəziyim , süsləyim , püsləyim , bele üstünə də ürək çəkəcəm , ürəyin içınə də bir ürək , onun da içinə bir ürək  , birin də ...
   - Day noldu tort yemədik ki , az başın haqqı sən ürəyə yerikliyirsən , tort bəhanədi ,  bir dəyqa gözlə ...
    Sabir telfonu  götürüb qəssaba zəng edir . 
   - Yox əşi nə ürək? Tort istiyirəm ee tort ...
   - Ayə Hacalı bu gün kəsmisən  quzunu ? 
   - Hə , bu sabah kəsdim qağa sağlığına qəşəy erkəy ətidi. 
  - Yox Ə, ətimiz var , ürəy istəyirəm ,  qəşəy kababliq , yanina da böyrəlkərin, biraz da çiyər kəs qoy yolla bizə .  Vabşe bağırsaxların kəs tolla ,  içalatı yolla bizə , bilirsən bizim arvad bağirsax zad yuyan döylül 
  - Baş üsdə ,Sabir müəllim ,  indi bu dəqiqə . Ayə Ələmdar , o içalati qarmaxdan çıxar ...
  -Həəə  ....  d****ları yadınnan çıxmasın aa, kavab çəkəjəm 
   
  ...Arvad mətbəxdə qab qazanı acıqla vurur bir birinə. 
   - Zalım oğlu zalım , cibinnən pul çıxanda elə bil canı çıxır . Nənəsi Nənəxanım kimi canın istəpulun istəmə ... Pay dədəm vay... Şəkər də buna bəhanə olub . Özü nə istəyir alar gətirər , bişirtdirər  yeyər , ay başına dönüm ,  heç şəkəri olan da d **** yeyər ? İki günün biri aldıracaq ya kabab , ya qızartma ... vurur cana . 
  Gülpəri , ərindən bir şey qopara bilməyəcəyini görüb :  
   - Bunnan mənə xeyir yoxdur . Durum gedim qaynanamgilə, görüm neynirəm . 
   - Necəsən a qaynana ?  
   - Nejə olajam ,  elə heylə , sən gedənnən yataxda , dizlərim yaman ağrıyır , ayağa dura bilmirəm . Suyu qaşıxnan ağzıma qoyuram . 
  - Day qaşığı ağzına apardığını, istəkanı apar daa, yaman şeysən e səndə- gülür. 
- Uyyy , uyyy, uyyy ... Ay dizlərim , az məni danışdırma , danışa bilmirəm , qıçım tutulub , uyy ,uyy ...
   - Yəqin özünü soyuğa vermisən . Skazvanyatda  qalmısan da 
   - Skazvanyatda qalsam ciyərlərim ağrısın , qulunc tutsun , mənim dizlərim qırılır , duzdur duz ... duz evimi yıxıb . 
   - Mama , o gün qrupda bir gəlin yazir. Deyir , onun da qaynanasının dizində duz varmış , həkim ona deyib ki , bol bol şirniyatdan zaddan ye ki , şəkər oynaqlarındakı duzları ərirsin . 
   - Yaz ora , ay irəhmətliyin qızı , mənim qaynanam sümürcəkli kanfeti xarta xarat  yeməkdən 32 dişlərinin hamısı birdən tökülüb , amma dizinin duzu tökülmür ki , tökülmür, yalan şeydi inanmasın 
  Gəlin içəridə o başa bu başa vurnuxur :
   - Yox ee ,başqa şey fikirləşməliyəm , bu da boş çıxdı . Deyəsən tort deyədeyə qalacam ...
   - Mama , 
   - Nədi başına dönüm ? 
   - Beyjə nənəni görmüşəm yuxuda . 
   - Bıy xeyir olsun , qaynənə mənim , mənim yuxuma girmir sənin yuxuna niyə girir ? 
  - Ay tova yalan deyirəmsə nənən səni  yanina aparsın - qaynana tərs ters gəlinə baxır ,  bir şey demir 
  - Deməli mama , gorürəm qaynənən quxnada nəsə axtarır . Deyirəm  əşi nə axtarırsan , de mən verim . Deyir ay bala gəldin gəlmədin başımı yeyib məni göndərdin
  - Hə , bax onu düz deyir 
  - Deyirəm də məndə yalan yoxdu . Nənəyin goru haqqı birin də artırıb əsgiltmədən  nətəhər görmüşəmsə elə də deyirəm . 
   - Nə danışır , xeyirdir ? Deyəsən arvada nəsə ayan olub ,  görəsən bu dəfə kimin başın yeyəsən ? 
  -  Deyəsən sənin ...
  - Nə deyir aaz bu ? 
  - Hə ay tova , Nənə deyir , ay  gəlin ,  gəldin gəlmədin ,  əlindən bir çay görmədim , yemək yemədim , sən hazirladın qaynanan tıxdı , özün xəstəliyə vurub , səni eşşək kimi işlətdı ...
   - Biyy ... az bunları qaynənəm deyir sənə ? 
   - Hə nənəyin goru haqqı . 
   - SƏni yanasan arvad ,  nejə ki yanmısan...  gözünnən gəlməsin, sənə elədiklərim yazıxsan . Elə yaxşı ki , yoxsan . Yoxsa gəlinən birləşib  döşəmişdiz  arxamca ...
    - Hələ bir dayan ee ,  gör nə deyir . 
    - Nə deyir aaz? 
     - Deyir qaynanana deynən ürəyim yaman tort istəyir ,  deynən qaynənən deyir bir tort bişirtsin , adıma da duz atsın . 
   - Bayaxdan  qiybətimi qırır , indi də mənnən tort isdəyir ? Gozdə bişirdərəm ,  ay sən öləsən...
   Gəlin görür işlər şuluxdur . Tez əl ayağa düşür :
- Yox ee mama ,  bilirsən də  ruhlara hər şey  ayan olur . 
   - Hə elədir , 
   - Dedi ki , bu axşam gələjəm sizə , əyər tort hazır olmasa , qaynananı gejəynən aparajam  yanıma . 
  - Bıy bissimillah ... sən öl bu arvad ölübdürsə də mənnən əl çəkmir . Oncun deyiblər ee, cəhənnəmə gedən ozünə yoldaş axtarar . Sən öl  bu düşüb cəhənnəmə ,  indi özünə yoldaş axtarır .  Neynək ,  təki istədiyi tort olsun , 
  Gəlinin üzünə baxıb nigaran nigaran dillənir : 
 - Yaxşı belə eliyək . Yeri get Lətifin dükanına . Ayın oyunu al , nisyə yazdır . Deynən qaynanam deyir , pensyəni alanda verəjəm . Get tortunu bişir , üstünə də yaz "ALLAH RƏHMƏT ELƏSİN" bəlkə arvad mənnən əl çəkə.
____________________________




    CEYRAN XALANIN SEVDASI

     Bir gün Sabir müəllim xəstəxanada Ceyran xalayla rastlaşır . 
   - Booy ... ay Ceyran xala , sən Allah , sən  xeyirdirmi  burda ? 
   - Gedirr eeyyy ay Savir gedir -  Ceyran xala dizlərinə vurub ağlamsınır . 
   - Kim gedir əşi , bir sakit ol görəy,  hara gedir ?  
   - Şiraslan dayın - qadın burnun çəkib dizlərinə vurur - haqqın dərgahina gedir , ay oğul... 
   - Hmm , Allah qurtarsın , Allah şəfa versin . Nəyi vardı ay Ceyran xala turp kimi kişiydi . Noldu birdən birə kişiyə 
   -  Ay onu elə turp kimi yerdə qalaydı , heç çıxmayaydı
   Sabir mat mat qadının üzünə baxıb çıyinlərin çəkir .
   -  Nəyi var , harası ağrıyir axı ? 
   -  Nə bilim ay bala . Deməsi ayıf olacaq amma gənə deyəjəm , kişi bu yaşda düşmüşdü quş qripinə ...
   - Booy , Allah uzaq eləsin , ilin günün bu vaxtinda hardan çıxdı bu qrip ? 
  - Ay oğul bunun sezonu olmur , quşu harda görsə bizim kişinin ağzının  suyu axır , 
  - Əşi , quşnan qripın nə əlaqəsi var , bir düzəmməlli de görüm , kişinin dərdi nədir . 
   - Nətər deyim ee ay ogul , deyirəm başa düşmürsən . Gə bəri yaxın dur yavaşcadan deyəjəm , ayıfdı başqaları eşirməsin . 
  - Hə di de ,görüm ...
 -  Bizim kişini bilirsən də , quşbaz idi . Deyirəm əşi bir gözün ceyrana  baxsın marala baxsın , inəyə baxsın . Bir arada quzuya bax . Deyir  quzu mənlik deyil , həkim quş ətin dərman buyurub .  Quş məni havalandırib uçurdur . Ceyran qaçırdir , maral buynuzluyur ,  inək də bildiyin inəkdir ,  yatır ...  Elə quş sevdasına , kişi bu dəfə də düşmüşdü Kəklik ovuna. Gedib qonub qonşu Kəkliyin balkonuna bunu da əri görüb qırğı kimi  , şığıyıb üstünə alıb bizim bu Şiraslanı,  yapışib boynundan atıb  balkondan üzaşağı .  Kişi güya Kəkliyin balkonunun lamışkələrin düzəldirmiş , Ay onu görüm işığ üzünə həsrət qalsın . 
   - Booy , ay Ceyran xala ,  nə danışırsan , elə sey ola bilməz 
   - Demişdim ... demişdim a Şiraslan ,  əşii görmüşuk  şir də , aslan da ceyran yeyer , maral yeyər , sən də tülkü donuna girib düşmüsən quş dalınca , vallah bir gün səni quş yerinə quşduyacaqlar . Axır dediyim oldu canı çıxsın indi ölsün 
   Sabir gülüb  dedi : 
   -Əşii neyləsin ee , qoja kişidir , hər gün ceyran əti yeməkdən bezib , deyib  quş əti yüngüldür dəə , arada bir ağzımın dadın dəyişim ... 
   - Cəhənnəmə , əşi millət ceyranı əl əl axtarır , bu da mən Ceyranı bəyənmir ...
   Ceyran xala  dizlərini ovxalayib  yerində qurcalandı. 
   - Yaxşı bəs sən xeyirdirmi burda  ? 
   - Mənim də qaynanm burdadır  , bir tülkü donuna girmiş Şiraslana  rast gəlib , kəkliyin həvəsinə gedib kirib meşəyə , tülkü onu qapmaq istəyəndə meşəbəyı vurub tülkünü balkondan atıb yerə . Arvad da nə edim neynim özün atıb balkondan üzü aşağı .
  - Ədədə , olmaya qaynananın adı Kəklikdi 
  - Kəklikdi ay Ceyran xala  Kəklikdi . 
  - ay  görüm onun kəkili qopsun ...De görüm indi Kəkliyin yönü aynədi , bəridi  ? 
  - Yox , yox aynədi ...
   Arvadın üzünə işıq gəlir . 
  - Ədədə ,  hanı əə o meşəbəyı ?
  - Deyy o qapının ağzındakıdı . 
  - Həə maşallah gümrah kişidi 
  - Yoox ... hə əşı  maşallah , bir quzunu qoysun qavağına bir oturuma yesin dursun ayağa , doydum deməz . 
   - Ay Savir , qadan alım , yeri o kişiyə deynən neynir quzunu - muzunu onnan qarın doyan deyir . Deynən gəlsin bizım kəndə Ceyran ovuna , maşallah bir gülləyə mənim kimi bir yağlı ceyran keçər şıkarına 
   Sabir söz altda qalmayıb gülür . 
   - Yox ay Ceyran xala , kişinin tüfəngini  pas tutubdur  açılmır .
    - Sən heç narahat olma . Bizdə pas açan var, açarıq ..
-------------------------------------------

Salı, Temmuz 30, 2019

BƏXTƏVƏR ( POVEST)




BƏXTƏVƏR 

                             ( POVEST)

Feride Acarakcay 

ƏSƏR REAL HƏYATDAN  ALINSA DA TAMAMI İLƏ XƏYAL MƏHSULUDUR 

                                       1 BÖLÜM 



  Ailə  quranda dünyada məndən xoşbəxti yox idi . Həm yaşımın az olması , həm də  atamin ziyalı adam olmasi düşdüyüm yerin ürəyincə idi . Özlərinin sözü olmasın belə ailənin qızını əl əl axtrırdılar . 
  Atam qonşu kənddə  müəllim işləyirdi . Savadlı adam idi . Onun şagirdlərinin 90 faizi tələbə adını qazanırdı . Məhz elə ucqar rayon olmasına baxmayaraq , nəinki atamın işlədiyi kənd məktəbi,  hətta rayonun adı respublikada ilk sıralarda idi . Şagirdlərinin uğuruna atam uşaq kimi sevinirdi . Bəzən bizə elə gəlirdi ki ,atam şagirdlərini bizdən çox sevir . Bizimlə maraqlanmaz ,  dərslərimizdə bizə kömək etməzdi . Bəzən dərsə hazır olmayanda müəllimlərimiz bizə qinaq çəkərdi ki , 
   - Ağası müəllimin qızları oxumursa o biri uşaqlara necə deyək ki , oxu ?

     Anam evdar xanım idi . Atam nə qədər dünya görmüş adam olsa da, anam da  o qədər cahil idi . Heç vaxt atamla fikirləri bir birinə uyğun gəlmirdi . Odur ki , evdə hər zaman narazılıq olurdu .  Nə anam atamdan razı qalmırdı ,  nə də atam anamdan . Bəlkə də evdəki dava və anamın bizi mənimsəməsi atamı həyatdan və bizdən soyudurdu .  Belə atam pis adam deyildi . Vallah müharibə günlərində atamın , vağzala gedib yük daşıdığı günlər də olmuşdu. Günlərlə rayon mərkəzində fəhlə bazarında iş axtardığı günlər də olub  . Heç nəyə gücü catmasa da qarnımızın yeməyini  ödəyirdi . Bizi kiməsə möhtac qoymazdı . Əksinə o çətin günlərdə qonum - qonşunun gözü bizim əlimizə baxardı . Nə anam , nə də atam var olan yerde heç kimdən heç nə əsirgəməzdi . Çörəyin , ətin yağın talonla satılan vaxtı qapısına gələn qonşunu naümüd geri döndərməzdi , anamgil . Bəzən anam həyətdəki iydənin altına süfrə açıb külfəti ora toplayanda , məhəllədə oynayan uşaqları cağırar süfrədə oturdar , qarnın doyurardı . Gəlməyənə də təndir çörəyinin üstünə mərcan inəyimizin kəhrəba kimi nehrə yağını çəkib üstünə şəkər səpər verərdi . Bütün kənd camaatı anamı da atamı xeyirxah adam kimi bilirdi . Cavan olmalarına baxmayaraq birinin bir müşkül işi olanda onların üstünə qaçar , onları ağsaqqal bilib məsləhət alardılar . Ailəmizi sevənlər bizə də hörmət edərdi . Gözü götürməyənlər isə baş başa verib bizə bəxtəvərcilik verədilər. 
   - Az , hardan alır ee bu bəxtəvər , yəqin bir gəliri var ,  ya da məktəbdə uşaqlardan pul yığır . Yoxsa belə bir çətin vaxta camaat təndirinə çörək bişirmir ki , qoxusuna qonuşu gələr ,  bunlar da bu boyda külfətlə sağa sola çörək dağıdır...

     Mən evin birinci uşağı idim . Məndən sonra  5  bacım var idi . Qardaşımız yox idi  . Anam həmişə zarafatla deyərdi : 
   - Toyumda belimi bağlayanda tərs deyiblər . Yeddi oğul istəməkdən yeddi qiz istəyiblər . Yeddincini qızı istəmirəm, taa bəsdir . Alti qızım , bircə oğlum olsaydı ,  başqa nə dərdim 
   Ailəmizin külfəti artdıqca , vəziyyətimiz daha da çətinləşırdı . Əvvəllər yenə yaxşıydı . Müəllimə dəyər qiymət verirdilər . Atamın maaşı da yetirdi bizə . Amma müharibədən sonra nə müəllimin hörməti qaldi , nə də maaşın  . Elə 6 qiz  bir birimizin köhnəsini geyə geyə , bir birimizin qabından yemək oğurlaya oğurlaya böyüdük  . Elə olurdu ki, anamız  birimizi bir yerə aparanda o biriləri evdə qalirdi . 6 bacının 3  ya da 4 cüt ayaqqabısı olardı . Allahından məktəbdə yarımız birinci ,  yarımız da ikinci növbədə oxuyurduq . Birincı növbədən gələnlərin ayaqqabı və formalarini geyib tez dərsə qaçardıq . 
   Hər şeyimiz şərik olduğu kimi  yeməyimiz də şərik idi . Anam yemək çatdirmayanda iki bacıya bir boşqabda yemək qoyurdu . Bəzən özünə yemək qalmirdi . Çörəyi qırıb böşqablarimizi sivirərək ,  inəyimizin qatığıyla, südüylə qarnın doyurardı Çox çətin günlərimiz var idi .
    Elə vəziyyətimizin ağırlığından anam yüklərini yüngülləşdirmək üçün , doquzu bitirər , bitirməz məni şəhərdə yaşayan uzaq qohumuna verməyi məsləhət bildi . Atam bu işə narazılıq etsə də , anam heç nəyə fikir vermirdi . Öz işindəydi . Tez tez xalasının nəvəsinə ismarıçlar yollayır məni onların gözünə soxmağa çalışırdı . Nəhayyət istədiyi baş tutdu . Xəbər göndərdilər ki,  böyük qızı -  yanı məni istəməyə gələcəklər . Atamdan başqa hamımız sevicliydik .  Elə bilirdik şəhərdə yaşayanlar hamisı varlıdır . Məktəbin yuxarı sinifinə davam etmək istəsəm də anam bununla razılaşmadı .  Məni dilə tutdu . 
   - Belə qismət ayağına gəlib . Heç əldən çıxarmı, a bala ,  Qeys Türkiyədə işləyir , əlində işi gücü var . Anası, atası da şəhər adamı , geyim kecım də əla . Day bundan artıq nə istəyirsən . Yağ içində böyrək kimi üzəsən .  Burda qalsan Allah bilir, kimin əfəlinə qismət olub, evinin inəyini sağasan , get dil tap dolan da , gün gör , xoşun gəlir kənddən ? 
   Uşaq idim , elə bılırdim ananın dediyi şah qanunu idi . Razılaşdım . 
   Nişanda gələn xonçalar , üstümə taxılan qızıllar gözlərimi qamaşdırmışdı . Bayramlıqlar , qonaqlıqlar anami məmun etdikcə ,mən də sevinirdim . Elə bilirdim elə həmişə nazımla oynayacaqlar . 
   Nişanlım Türkiyədə tekstil fabriklərindən birində işləyirdi . O vaxt sərhədlər təzə açılmışdı . İlk günlər qaynanamla  alverə gedirdi Türkiyəyə . Qaynanmın komsiyon dükanı vardı , ora mal vurub gətirirdilər qaynanmla . Sonralar nə olmuşdusa Qeys qaynanamla işləməkdən çəkinmiş , topdan mal vurduqları fabrikdə işə düzəlmişdi . Qeysin orda qalmasına narazılıq edən qaynanam sonralar bununla razılaşmış qonum qonşu içində oğlunu ağıllı  və qabliyyətli olmasını ağız dolusu tərifləyirdi . Bu tərifin üstünə tərif yağırdı . Bir iki qonşu qohum uşaqlarinin ağzını çörəyə çatdirmışdı Qeys...
    Qaynanam gilin dediyinə görə Qeys  beş altı aydan bir gəlib on , on beş gün qalıb təkrar İstanbula qayıdırdı . Onların dediklərinə görə ,  evlənəndən  biraz sonra məni də götürüb Türkiyəyə  gedəcəkdi . Bu da məni xoşbəxt edirdi . Elə bilirdim hər şey dedikləri kimi olacaq  . Kəndin dükanından başqa bir yeri tanımayan 15 yaşli qiz indi rayon mərkəzinə yox , Bakıya yox , Türkiyəyə gedəcəkdim . Orda yaşayacaqdım . Elə buna görə də qonum qonuşu mənə bəxtəvərlik verirdi . Hələ əmimin arvadı ?! Açıq açıq üzümüzə bəxtəvərlik oxuyurdu .
  - A bəxtəvər , yeznə şotuna cindırınız təzələnər , qarnınız doyar . Ta nə istiyirsən ? Yavaş yavaş Mətanət də türkdən zaddan tapar bacıların çəkər aparar yanına ...
   Anamın ağzına çullu dovşan sığmırdı . Təzə qohumların öyə öyə  hər yerdə tərifləyir , qonum qonuşu bəxtəvərlik vərəndə də anam onların arxasınca "kül " atıb : 
   - Aleeey ,  qadam ürəyinə , bax heylə cırılasız ortanızdan , yoxsa gözləyirdin ki, mən mələk kimi qızımı sənin çəlimsiz oğluna verim ? Ay sən öləsən ! Sənin yeddi arxa dönənin Ağası müəllimin yeridiyi yeriş deyil ee...
    Atamin hörmətli adam olmasi düşdüyüm ailəni aldatmışdı . Elə bilirdilər ki , hörməti varsa,pulu da var .Anam 6 ay nişanlı qaldığım müddətdə bizə gəlib gedən nişanlmın aıləsinə mənə hazırladığı cehizləri göstərir , onları şırnikləndirirdi . Cehiz də nə cehiz . Kənd yeri idi . Yorğan döşək tavana qədər , hamısına da qırmızı ipəklər geydirmişdi . Nənəmin anama verdiyi cehiz qırmızı xalça ,  biraz da qab qaşıq düzəldib qutulara yığmışdı . Qaynanam gildə elə başa düşürmüşlər ki,indi bu arvad belə həvəslənirsə demək mebellər zad da alınacaq . Nəylə ? 
     Toya bir həftə qala oğlan evi gəldi ki, cehizləri apara . Evdə nə hazırlanmışdısa anam yiğıb maşına yüklətdirdi . Verlən cehizlər oğlan evinin gətirdiyi QAZ 69 un yarısı deyildi heç . 
-  Bəs mebellər ? Yəqin onları gedib skladdan götürəcəyik ?  
  - Nə sklad ? Mebel zad yoxdur . Bir dənə bu taxtdır ,  birdə ortalıq stol, stulu  ...
   Qırğın düşdü nə düşdü ...
   - Mən sənin qızına briliyyant komplekt gətirmişəm , yolucnu dəsti taxmışam, boynumun sepini çıxarıb  onluqla bərabər boynuna bağlamışam . on barmağının səkkizi üzüklə dolu .  Turediski kastuyumlar gətirmişəm . Necə yanı mebel vermirəm , verəsiz , öz də ən bahalisından ...
   Elə mənim qara bəxtim də cehizimin getdiyi həmin  gündən oyandı ....
   Nəysə bir həftə sonra toyumuz oldu . Toyda anamgillə qaynanmgil küsülü idi . Amma özlərin elə aparıdılar ki , elə bil yağ ilə bal idilər . Əllərində əlac olsaydı elə orda bir birilərini didərdilər . 
   Gəlin otağıma girəndə otağın yuxarı başında bir taxt , var idi ,  ortalıqda da bir dənə  masa , kürsü vəssalam .  Anam bunlardan başqa mənə bir dənə də olsun  taxta da verməmişdı . 
   - Özünüz deyirsiz ki , toydan biraz sonra Qeys Mətanəti götürüb gedəcək Türkiyəyə , bu mebeli nəyə verirəm , sənə? Qızım onu işlətməyəndən sonra xeyirdirmi ?
   Evin bir tərəfinə yığılmış adam boyundakı yük də mənim cehiz yorğan döşəyim idi . Otaqdakı əşyalar qirmiziya boyanmışdı . Elə bil bu dunyada  qirmizidan  başqa  rəng yox idi . Yataq örtüsü qırmizi , xalça qirmizi , pərdə qirmızı , yorğan döşək qırmızı ...  
   Üç günlüyün səhəri qaynanam üstümdəki qızılları soyub aldı . Hə hayıma hay yetdi , nə ünümə ün gəldi . 
   - Dedən sənə cehiz verməyib , mən sənə qızıl verəcəm ? Ay cən öləsən , budeeyy !!! -  deyib  qaynamam baş barmağını iki barmağının arasına qatlayıb mənə göstərdi . 
  Toydan bir ay sonra Qeys Türkiyəyə getdi . Mən qaldım Bakıda qaynanamın evındə . O vaxt telefon zad nə gəzirdi . Qeys on beş  gündən bir avans alanda evə zəng edərdi . Onda da nə danışmaq? Elə biz salam sağol eliyəndən sonra anası dəstəyi alırdı , və şikayyət başlayirdı ,  nə başlayırdı . .. Aləşəni , küləşənə ,  küləşəni alaşənə qatırdı . Axırda yazıq  Qeys bezıb dəstəyi asırdı . 
   Anamgil bizə gəlmirdi , nə də məni kəndə getməyə qoymurdular . Arada anam  bacılarımı pay püklə növbəylə bizə göndərirdi . Onda da qaynanam qızlara elə sifət göstərirdi ki , yazıq qızlar gəldiklərinə peşıman olurdu . Özüm də qaynamın və qohumlarının köləsi olmuşdum .  Özləri böyük külfət idi . Evləri də qonaqlı qaralı . Hər həftə evin baxçasında masalar açılır , arvadın  nəsil kökü yığışıb gəlirdi , yemək - içmək , elə bil toy evi idi . Eşidib bilən mənə bəxtəvərçilik verirdi : nəsil nəcabətli evə düşüb . Qohum canli ailədirlər ...
  Qonaqlar dağılışandan sonra evin bütün işi mənim boynuma qalırdı . 3 qayınım , bir baldızım var idi . Hələ qaynatamın anası da bızimlə idi,  qoca xəstə arvad idi . Ayağı yer tutmurdu . Ayaqları yeriməsə də , çox gümrah arvad idi . Oturduğu yerdə hər iş görürdü .  Baldızımın adı ərdə idi . Günü anasının evində keçırdı . Gətirib uşaqlarını üstümə atıb rəfıqələri ilə gəzməyə gedirdi . O parkda ,  bu bulvarda ... Günü şəhərdə keçərdi . Özü üçün gəzib əylənirdi . Nə də olsa mənim kimi kölə tapmışdılar . Qoy keyf etsin.  Uşaqlarına  baxırdım , çişlərini tuturdum , tığla  yığıb gətirdiyi  paltarlarıni yuyurdum ... təbii ki o zaman uşaq idim . Bütün bunları özümə gəlinlik vəzifəsi bilirdim . Bəzən yorulub , usananda bacılarımdan anama şikayyet edirdim . Hər dəfəsində də eyni sözü eşıdirdim . Anam da mənə ismarıc yollayirdi : 
  - Elə bilirsən arvad olmaq asandır ? Müvəqqəti çətinlikdi . Ölməyəsən qorxma !
   Qayınlarımın ikisi məktəbli idi ,biri mənimlə yaşıd idi . Onuncu sinifə keçmişdi .  Qeysdən balacası isə maşın düzəldən işləyirdi . Bütün günü yağın , mazotun içində gəlirdi evə . Hərgün üstün başın dəyişıb yudurdurdu . O vaxt  paltaryuyan maşın yox idi . Əslində var idi , amma alan yox idi . "Al" deyəndə də ağzımdan vururdular : 
   - Camaatın gəlinləri paltaryuyan maşın , xolodelnik gətirir ,  dədən sənə  Allahın servantını belə verməyib -  deyirdilər . Nə edim , mən də taleyimə barışıb paltarları əlimdə yuyub qaynadırdım . Vay o hala ki , bir dəsmalın  üstündə bir ləkə qala , qaynanam yediyimi burnumdan gətiridi . 
   - Nənən ölsün , bəs yekə yekə nə danışırdı aaz ? İki günün biri kənddən şəhərə namə göndərirdi gəl qızımı al deye ,  yıxılı evin dirəyidir ?! Yəni doğub böyütdüyü qız bu döyül ?  Allahın bir paltarın da yuya bilmirsən ,  bir şalvara xətt sala bilmirsən. Sırfaya oturanda az qala məni də udasan . Aleyyy kül qoyum təpəaa...
   Yazıq qaynatam fağır adam idi . Arvad gözünün odun necə almışdısa , arvadın səsi çıxanda kişi mumlayirdı . 
   Bir sözlə bu altı ayda anamdan əmdiyim burnumdan gəldi . Dəfələrlə bacılarımdan anama  sifariş yollamışdım ki , gəlib məni aparsınlar . Anam da mənə ismarıc yollamışdı : 
   - Dilivi qoy qarnına başını sal aşağı , otur dolan ,  şadlığına şıllağ atma . Camaat sənə bəxtəvərçilik verir ee . İndi də bu qalıb daa ,  desinlər ki ,gedib baş cıxara bilmədi ?  Elə bilirsən kəndə gələndə səni tax taca qoyacaqlar ? Hərə bir barmaq edəcək ki , görən niyə boşadılar ? Heç kəs demiyəcək e onlar pisdi . Deyəcəklər , əri də burda yoxdur . Görən nə paxırı vardı boşadılar ?  Hamımızın bir çətin günü olub , elə bilirsən arvad olmaq asandır ?  Çətini bir uşağınız olana qədərdir . Ondan sonra su axar , yerini tapar . Narahat olma , yaxşı olacaq ...
   Arada atam mənim bu halıma kükrəyib coşaraq qaynanama hərbə zorba göndərsə də , həyatımda dəyişən bir şey yox idi . Beləcə hər gün üzüm danlana danlana , gətirdiyim cehizlər başıma qaxınc ola ola,  anamın məni onlara sıriması başıma vurula vurula  yaşayırdım . Yenə bir ümüdlə yaşayırdım . Bəlkə Qeys gələ məni sinəsinə cəkə . 
   Qeys düz altı ayın tamamında gəldi . Nişanqabağı 4 gün , toydan sonra da 1 ay Qeyisin üzünü görmüşdüm . Altı aylıq evliliyimin cəmi 34 gün səfasını çəkmişdim onunla . Üzünü yaddaşıma , sevgisini ürəyimə yazmamışdım hələ . Sevərək, sevinərək qoynuna girməmişdim . Ər- arvadlıq nədir bilmədən qaynanın köləliyini öyrənmişdim bu altı ayda . Elə bilirdim , elə gəlinlik bundan ibarətdir , elə bilirdim , ailə olmaq budur .  Anamın sözün beynimə salmışdım . Tutuquşu kimi əzbərləmişdim . Çətini uşaq olana qədərdir . Sonra su axar yolunu tapar . Elə bu ümüdlə Qeyisi gözləyirdim . Daha utancaqlıqdan keçıb . Bizim uşağımız olmalıydi . Nə qədər ki , uşağım yoxdur mənim günüm bu olacaqdı . 
    Qeys gəldi . Dolu dolu cantalarla . Qohum əqraba tökülüşüb "görüşməyə" gəldilər . Görüşmək nə görüşmək ,  yemək - içmək , qonaqlıq , gətir - götür ... Gedəndə də qaynanam Türkiyədən gələn çantaları açıb payla - püşklə qonaqları yola salırdı . Gözüm ərimin , qaynanamin əlindəydi . Bəlkə ərimin gətirdiyi hədiyələrdən mənə də bir şey düşər deyə. Düşmədi , allahın bir saqqızını da  vermədilər.
    Gecə əl ayaq toplanandan sonra , qab qaşığı yuyub evi səhmana saldım  hamama keçərək çimib təmizləndim . Neçə aydan bəri həstətlə yolunu gözlədiyim ömürgün yoldaşımın qoynunda xumarlanacaqdım . Vüsalım sona çatacaqdı . 
   Axşamdan hamama qoyduğum gəlinlik pünyarımı geyinib aynada ozümə baxdım . Üzümdən yorğunluq tökülsə də günəş kimi parlayirdım . Elə bil Qeyisin gəlməsinə rəngim rufum açılmışdı . Çox sevincliydim . Bu geçə tənhalığın donunu üstümdən çıxarıb ərimin qoynuna girəcəkdim . Aylarla ürəyımə yığılıb qalmış telefonda deyə bilmədiyim sevgimi , həsrətimi ona deyəcəkdım . Ondan heç nə istəmədiyimi deyəcəm , bir tək  gedəndə məni də özüylə aparmağı üçün yalvaracaqdım . 
   Pünyarın üstündən xalatımı geyinib otağıma keçdim . Qeys içəridə yox idi . Nigaran nigaran qapını dinşədim , səs yox idi . 
   - Hara getmiş ola bu ?  
   Otağımdan çıxıb aynəbəndə gəldim . Bizim evin altı zirzəmi idi . Aynabəndin  altında da zirzəminin girişi var idi. Pəncərəni açıb həyətə boylananda zirzəmidən qaynanamın səsini eşıtdim : 
   - Sonra məni qınaylrlar a kişinin oğlu . Hə deyək ki , indiyə qədər mən pis idim dəə , məni hayasız bilirlər . Çanım cəhənnəm . Dillənmirəm , deyirəm it də olsa gəlinimin anasıdır . Söz deyərəm oğlumun yuvasına soyuqluq düşər .  Bəs bunun ölmüş anasına nə güllə dəyib . Pay atonnan anadakı səbrə bax ee bir . Ana olankəs heç bir qızıyla maraqlanmaz ? Əə bunlar elə qızların yıxmağa yer axtarırmışlar kı ? 
   - Eeyy mama , bəsdir dəə ... gələnnən danışırsan vır vır vır ...
   - Mən demək itəm dəə, hürürəm ?
   - Mən elə söz dedim ?  
   -  Burnundan gəlsin əməyim - ağlamsındı - dünən bir , bu gün iki . Çıxdı itin ... ? - Qaynanam danışdıqca coşurdu .
   - Əə , hələ sənə arvadlıq eləməyib ee,  məni bir qancıqdan ötəri it yerinə qoyursan ? 
   - Oooff ay mama , offf... - deyib qapıdan cıxanda mən də pəncərədən çəkildim . Qaynanam hələ də onun arxasınca danışırdı . 
    -  Zəhrımar of ,  çor of ! Get ... Get gir qoynuna , yağlasın duzlasın , onda qəşəy dönük çıxarsan anana ... hələ bu nədir ? Bu gün məni it eliyən oğul , sabah mənə sahib çıxacaq ? Kül qoyum başına ay Minaya !
   - Nolub ay Minaya ? Geç döyil ? Nə səsini atmisan başına ?  Gecə saat on ikidir ee - qaynatam otağının pəncərəsindən boylanıb arvadını səslədi 
   -  Gör heç məni saya salır ,bu eşşəy sıpası ?Burda bir quranlıq söz danışıram , məni it yerinə də saymır ,  heç demir ki , axı burda hürən mənim anamdır .
  - Əşiii , gəl yıxıl yat da , rahat burax uşağı . Camaat uzaq yol gəlib , cavan aılədir ,  dincəlməlidir ,  yazıq uşağı gəldiyinə peşiman elədin , gəl rəddol xarabana .
   Otağıma girib tez soyunub yerimə girdim . Payızın soyuq gecələrindən biri idi . Hələ peç qurulmamışdı evlər buz kimi idi .  Yatağımdakı soyuq yorğan döşək isti bədənimi üşütdü . Əllərimi dikən dikən olmuş qollarıma sürtərək özümü isitməyə başladım . Elə bu vaxt Qeyis içəri girdi . Çox yorğun görünürdü . Heç nə olmamış kimi gülümsünüb yerimdə dikəldim . Bilərəkdən koynəyimin qolunu çiynimdən atıb , saçlarımı barmaqlarımla darayaraq açıq sinəmə dağıtdım . Onun diqqətini özümə cəmləmək istəyirdim .  Qeys keçıb yerdə döşəkdə oturub corablarını çıxardı . Yorğun , yorğun düymələrini açmağa başladı  . Keyfsiz görünürdü. 
   - Qeys ...
  Yazıq yazıq üzumə baxdı . Yatağımdan düşüb yanına gəldim . Qarşısında dizlərimi diz çöküb 
   - Yol yorub səni deyəsən -  dedim -  gələnnən də dincələ bilmədin ,  gəlib gedən cox oldu . 
   - Hə yaman yorulmuşam . 35 40 saatlıq yol adamın anasın ağladır . 
   - İndi yorgunluğunu çıxardaram deyib arxasina keçdim . Boynunun damarlarini kürəklərini ovuşdurdum . Arxadan onu qucaqlayaraq  köynəyinin düymələrini açırdım ...
   Ürəyim dolu idi . Nəsə demək istəyirdim . Məhz bu gün üçün 6 ayda elə gözəl sözlər əzbərləmişdim ki ,  ona elə nazlanacaqdım ki ... uzaqdaykən sabahlara qədər şəkiliylə danışırdım , indi üz üzəydim deməyə söz tapmırdım . Utanirdim  elə bil ondan . 
   Düymələri açılqca barmaqlarım tüklü sinəsinə toxunur , toxunduqca  tüklərim qabarırdı , özümü bir təhər hiss edirdim . Həyəcandan az qala ürəyim ağzıma gələcəkdi . Nəfəsim belə alışıb yanırdı . Bu günü altı ay idi ki ,  bu günü gözləyirdim , hər gecə ərimin xəyalı ilə yatırdım , sevişməyin nə olduğunu doğru dürüst bilməsəm də , hər gecə əllərim boynuma sarılanda, qollarım özümü qucaqlayanda özümü ərimin qoynunda hiss edirdim . Şükür xəyallarım gerçək olmuşdu . Həyat yoldaşım qarşımda , mənimlə bir otaqdadır . Barmaqlarımı ona toxundura bilirəm , nəfəsini boyun boğazımda hiss edirəm . Budur məni öz qollarım yox onun qolları qucaqlayir. Elə oturduğmuz yerdə məni yerə üzandırıb məni xoşbəxtliyin ümanına atir . İlahi bundan gözəl gün varmı ?  Mən xoşbəxtəm !!! 
   Qaynanamın hələ də səsi kəsməmişdi : 
   - Deeyyy, məni hürə hürə qoydu özü girdi damına , gözünə döndüyüm qaynanalar düz deyib ee... Atdir muraddır , başına döndüyüm arvaddır...
   Elə yenicə  soyunub xöşbəxtliyin deryasına girmışdık ki , Qeys üzərimdən qalxıb əsəbi halda üzümə baxdı : 
   - Bəsdir dəəə ,  bəsdir - deyib əsəbi halda otağın içındə gəzinərək içəridən anasına qışqırdı . 
  - Buna bax ee , içəridən mənə xoruzlanır ee ! Kül qoyum sənin oğul başına . Aleyy vayina oturum,  sənin haaa. 
  Qeyis dayanıb yenə əsəbi halda mənə  baxdı . İlk dəfəydi Qeyisi belə əsəbi görürdüm . Həm qorxurdum , həm utanirdim . Çılın çılpaq yerdə əsim əsim əsirdim . Elə indicə soyundurub yerə atdığı pünyarımı götürüb əsəbi halda üstümə tulladı : 
  - Geyın ! 
  Özü də şalvarın eyninə keçirib köynəyin çiynininə ataraq bayira çıxdı .
  Bu da mən bəxtəvərin altı aylıq ayrılıqdan sonra ərimlə kecirdiyim ilk gecəm ...

    Beləcə ailəm yanımda ola ola  həsrətinə qovrula- qovrula 15 gün gəlib keçdi . Hər gecə anasının dır dırından yatağımda gecələməyən Qeyisin artıq getmək vaxtı idi . Həyatımdan küsmüşdüm , yarıma doymamış ayrılıq vaxtı gəlib yetişmişdi. Sabah yola düşəcəkdi.İkimiz də həsrətdən alışıb yanırdıq .Gəldiyi gündən evdən bayıra çıxmırdı ,evdə baş başa qalacağımız hər dəqıqənı qovlayırdı .Arvad da inadına düşüb özünü xəstəliyə vurmuşdu .Bir yerə getmirdi .Bəzən qonşu arvadlar onu cumaya , məscidə , cənazə evinə çağıranda, qaynanam da zəng edib ya baldızımı , ya da qardaşı qızlarını çağırırdı . 
  - Ay bala ,qadan alim , Mətiş evdə təkdir , mən gedirəm yasa , gəl ona hayan ol , kömək elə . 
   Guya Mətiş evdə tək olmayanda köməyi başından aşmışdı .
  Beləcə ya baldızım uşaqlarını gətirib bizə qoyar özü gedər , ya da qohum qızlar gəlib vidio maqnitafonu açar və  kinolara baxardılar . 
  Başqa vaxtı baldızımın uşaqlarını istəməsəm də , indi böyüklərin olmasindansa onları evdə istəyirdim . Qeyis də mən də uşaqlarla oynamaq bəhanəsiylə yenə də günümüzü xoş kecirdirdik .Guya ki,güləşır bacısı uşaqlarına : 
 -  Uşaqlar gəlin bibinizi yıxaq - deyərək  Qeys məni yerə yıxır , uşaqları qızışdiraraq məni qıdıqlayır , bağırdırdı . Bu da uşaqlara ləzzət edirdi . Elə mənim özümə də . Elə bilirdim ərlik arvadlıq elə belə oynamaqdan ibarət imiş . O məni qıdıqladıqca mən onun altında quş kimi çırpınırdım . O çabaladıqca  açılmış budlarıma , sinəmə toxunmaqla , çimdikləyib - guya vampir olub məni dişləməklə həvəsini söndürürdü . Onu bilmirəm amma mənim belə oyunlardan sonra keyfim qaçırdı . Dilim deməsə də gözlərim onu elə günün günorta çağı yatağıma səsləyirdi .O isə fürsətə salıb məni öpər ,saçlarımı tumarlayaraq : 
  - Bu gecə olacaq , söz verirəm . Bu  gecə mütləq , bir azca da döz . Gecəyə qədər , indi uşaqların yanında olmaz .
    Uşaqlar yatanda da : 
    - Günün günortra çağı qapını bağlasaq ayıb olar . Qonaqlı qaralı evdir . Gələn olar , biabir olarıq - deyə məni ovudardı . Gecə olanda da qaynanamın konsertı başlardı nə başlardı ...
   Bəzən günortahava günəşli olanda Qeys  nənəsini arxasına alıb çardağın altindakı taxın üstündə oturdar . Mən də arvadın qabağına süfrə saıb hazirladığım dolmalıq və ya küftəlik əti aparıb arvadın qabağına qoyurdum ki büksün başı qarışsın . Özüm də keçirdim icəri . Qeys məni sadecə mətbəxdə təkliyə sala bilirdi . Cünki evdə uşaqlar  ya da qızlar olardi . Mətbəxə isə heç kim girmirdi . Mən iş gördükcə o da bir şey götürmək bəhanəsiylə içəri girər , fürsət tapıb sarılar , öpüşüb qoxlaşardıq...
   Boyun boğazım , qollarım göm göy olmuşdu . Uşalarla oynayanda həvəsini çımdikləməklə , dişləməklə söndürürdü . Bacısı uşaqları uşaq olduğu üçün belə şeylər sərbəst idi . Gah o qurd olur , mən qırmızıpapaq , o məni yeyir , gah mən aslan olub onu ovlayiram , gah mən "zayes" olub qaçiram - o da "Volk" olub məni qovur, çarpayının üstündə məni yaxalayıb altına basıb məni dişlərinə keçirdir . Guya  dovşanını parçalayır ...
   Yenə qollarımı uzun qollu paltarlarımla örtə  bilirdim . Ev əhli evə yığışanda boyun boğazım da yaylıqla sarıyırdım . 
   - Xeyir ola ay Bəxtəvər , boğazin ağrıyır ?  
    Qaynanam Qeys gələndən mənə Bəxtəvər adı vermişdi . Bunun açıqlamasın da demişdi. "Nə yoğurdun nə yapdin , hazırca kökə tapdın dəə . Sənə iki metr boyunda oğul vermişən , bu cür çah çəlal da ayağının altinda çul kimi . Dədənin evində bir gün görməmisən , indi gəlib bəxtəvər günə çıxmısan " 
  - Adam da saymır ee qancığın qızı . Gör adama cavab verir ? 
   - Yox mama ağrımır ! - söyüşünə görə əsəbləşib əsəbi halda cavab verdim . Üzümə tərs tərs baxıb :
   - Boğazina şiş girib ? Niyə sarımısan ?  Deyə soruşdu .  
  - Heç elə belə  
   Elə söz ağzımdan çıxmışdı ki , əl atıb yaylığı boğazımdan qapdı . Qaynatam , qayınlarım ilə bərabər Qeys də  oturmüşdu .  Arvad səsini  başına atdı . 
   - Allahın ölümü olsun sizə . Utanıb ölmürlər ee nətər ,  nə ağsaqqal sayirlar nə qarasaqqal bilirlər -  deyıb əlindəki yayliqla mənim başıma gözümə vururdu . Suç üstündə  tutulmüş günahkar kimi boynum  bükülmüşdü . Qeys əsəbi halda ayağa qalxıb qapını çırpdı . Mən isə otağıma qaçıb özümü yatağımın üstünə atıb səsimi içimə ataraq hönkürüb ağlayırdım . Qaynanam isə hələ də məni azarlayirdı . Öz ailəmlə öpüşüb sevişməmi başıma qaxınc edirdi . Bunu günah , suç deyərək üzümə vururdu . 
   Artıq Qeyislə üz üzə gəlməkdən belə çəkinirdim .  Onların yanında Qeyslə düşman kimi davranırdım . Hiss edirdim ki,  bu  qaynanamın da baldızımın da xoşuna gəlir . Elə onların xoşuna gəlsin deyə belə də davam edirdim . Onların yaninda Qeyislə it pışık  kimi , daldalığa düşəndə də sarmaşıq kimi olurduq . 
   Qeys gələndən tək bir dəfə anamgil gəlmişdi . Onda da anamgil gəldiyinə peşıman oldu . Həmin gün qonşuda yaşlı bir nənə öldü . Onu  anamla atamın ayağına bağladı , qaynanam :
   - O qədər pis niyyətsininz ki, ayağınız da məhəlləyə düşmədi . Sən Allah oturun evinizin altında , sizin gəlməyinizdənsə gəlməməyiniz yaxşıdı -  deyib gülməyə başladı . Guya zarafat edırdı . Təbii ki ,  anam dərsini götürmüşdü . 
    Hə , onu deyirdim səki ,  Qeyisin dönmək vaxtı  gəlib çatmışdı . Ev yenə  dolub daşırdı . Qeysi qarşılamağa gələnlər ,  indi də yola salmağa gəlmişdilər .  Çoxunun Qeyslə bərabər Türkiyədə qohum əqrabaları işləyirdi . Zənbil zənbilə çalanmışdı . Ordaki qohumlarına pay püşk göndərəcəkdilər . Yenə əl ayaq çəkiləndən sonra işimi bitib hamama girdim . Günortadan bu yana ayaq üstəydim . Yaşım az olsa da yaşımdan böyük iş görürdüm evdə . Beş dəqiqə oturmağa zamanım olmurdu . 
   İsti canıma dəydikcə su yorğunluğu canımdan bahar yağışının qabağına qatıb apardığı çör çöp kimi tökürdü . Hər axşam duşdan sonra canıma rahatlıq gəlirdi . 
    Artıq alışmışdım ondan ayrı yatmağa . Gecələr ər qoynuna girib yatmaq yox idi,  bizim evimizdə .  Bizim sevişib qoxlaşmağımız gündüzlər evdə börüklər olmayanda mətbəxdə olurdu . 
  Anasının deyingənliyindən Qeys elə zalda divanda yuxuya gedirdi . Gecə yarı oyandırıb yatağına yollamaq istəsəm də daş tərpənərdi , Qeys yox .Qulağının dibində bomba partlatsan da oyanan deyildi . Elə bərk yatırdı .  
   Gözlərimə inanmırdım . Qapını açıb içəri girəndə Qeys soyunub yatağa girmişdi . Məni görər görməz qolların açıb məni gücağına çağırdı . Gözləmədiyim bir hal idi . Bayirdan qaynanamın səsi gəlmirdi . Yatağımda Qeys var idi . Ürəyim az qalirdı ki , yerindən çıxa . Çox həyəcanlı idim . Xalatımı soyunub yatağıma gederkən bele Allaha yalvarırdım ki , nolar ay Allah , arvadın səsi gəlməsin . Heç olmasa bu son günümüzdə ər arvad bir birimizə sarılıb yataq . Yorğanı qaldırıb yatağıma girəndə elə bilirdim çənnət bağına girmişəm . Mən yatağımda cənnət gülüydüm , o da mənim bülbülüm . Bülbül gülə qonar kimi qonmuşdu üstümə . Şirin sözləri ilə , qulağıma pıçıldayıb cəh cəh vururdu . Ləblərimın dadına baxıb, gərdanımdan buxağıma endikcə ,ellərı  üstümdəkiləri çıxarıb məni ağuşuna alırdı . Heç toydan sonraki bir ayımızda belə olmamışdıq . Necə deyərlər həsrət  nə qədər  uzun olsa, vüsal o qədər şirin olarmış . Bəlkə də bizim altı ayliq həsrətimiz  bu qədər uzun imiş ki , vüsalımız belə şirin olurdu . 
   Yorğan üstümüzdən sürüşüb düşmüşdü . Qanımız elə qaynayırdı ki ,  nə havanın soyuqluğu , nə işığın açıq qalmağı vecimizə deyildi . Soyuq olsa da canımızın  təri altımızdakı çarşafı belə islatmışdı ...
   Qəfil qapı açıldı və :  
   - Allah maa ölüm ver - deyə qaynanam bağırıb  elə qapı ağzındaca qəşş etdi . 



2 BÖLÜM 

    Arvadın səsinə evin camaatı tökülüb gəldi . Qeys üstümdən atılıb tez şalvarını əyninə keçirtdi  . Mən çarşafa bürünmüşdüm  ,geyinməyə zamanım yox idi . Qaynatamın , qayınlarımın  gəldiyini görüb , xəçalətimdən elə çarşafda gizlənməyə yer axtarırdım . Bir otaq idi , otaqda bir taxt ,bir də balaca masa dan başqa heç nə  tox idi . Harda, necə gizlənəcəkdim ? Onlar məni çarşafda görsələr ayıb olardi . Qaçıb pərdənin arxasına girdim . 
  - Qeys , qurban olum , qoyma gəlsinlər , əmimdən ayıbdır . 
    Xəcalətimdən yerə girirdim . Camaatin içinə necə çıxacaqdım . Qaynanam bizi alt - üst gormüşdü . Çox utandirici vəziyyət idi . 
   Qaynatam və qayinlarım heç otağa baxmada  arvada deyinə deyinə onu  qapının ağzından  götürüb bayıra çıxdılar . Qeys bayıra çıxmadı . Qapını bağlayıb taxtin ayaq tərəfində oturdu.  Gah başını əlləri arsına alıb sıxır ,  gah da gicgahindaki saçlarını ovuşdurub yolurdu . Hiss edirdim ki , o da mənim kimi utanır və utandığından bayıra da çıxmırdı . Sakit dinməz pərdənin arxasından çıxıb onun yanına gəldim . Bir söz demədən elə çarşafa bürülü yanında oturub başımı onun çiyninə qoyduğumu gördüm . Nə yemisən turşulaş . Məni elə bir günə saldı ki ,  səsimə qonşular belə tökülüb gəldilər . Evin içındə çılın - çılpaq saçlarımdan tutub sürüyür , təpiklə başıma , qarnıma , beləmə hara gəldi vururdu . Anasının acığını məndən çıxırdı . Büründüyüm çarşaf üstümdən yerə düşmüşdü . O hayda özümü onun zərbələrindən qorumaqdan , çarşafı üstümə bürümək istəyirdim ki ,  birdən içəri kimsə girər biabır olaram .  
   Qaynatam ,  qayınlarım  və qonşular qapını döysələr də Qeys sakitləşmirdi . Onlar qapını döydükcə o daha da qızışır, vurduqca vururdu . Qapı arxasından qaynanamın da səsi heç kəsmirdi . 
   - Qancığın səsinə bax hələ . Az bir gəlinin abırı olar ,  həyası olar eyy . Uyyy Allah maa ölüm ver , biyabır olduq qonşuların içində . Bu nə gündür ,  bu nə saatdır  Allah , ocağımızın başına gəldi ,  gəlmədi  qonum qonşu icində xətirimiz -  hörmətimiz də getdi , abrımız , həyamız da . Allah səni tez götürsün , barım səsini sal  içinə ...
   Daha müqavimət göstərməyə halım qalmamışdı , süst düşmüşdüm . Amma ağlım başımdaydı ,  hər şeyi görürdüm , eşıdırdım . Yəqin ki , Qeys məni döyməkdən yorulub əlini saxladı . Tələm tələsikəynini geyinib qapını var gücü ilə çırpıb bayıra cıxdı . Qapının və darvazanın  səsindən hiss edirdim ki , Qeys küçəyə çıxdı . Qaynanmın səsi beynimdə davul kimi çalırdı . 
- Ay balam mənim nə günahım var niyə düşmüsüz mənim üstümə? - deyə arvad elədiklərindən özünü günakar bilməyib  özünü duruluğa çıxardırdı . Qayinlarım və qaynatam,  hətta dilsiz bilyim  nənə də qaynanamı danladıqca  qaynanam da onların ağzindan vururdu . 
   -  Ay nənə  barım sən dillənmə dəəə ...Az mən sizin  yanınızda ər olan otağa girməmişəm ee. Heç uşağımı qicağıma almamışam .  İndikilərdə nə ar var , nə namus var . Abır həya yaxşı şeydi. 
   Qaynatam " bəsdir " dedikcə qaynanam mənə qarğış tökürdü : 
 - Nənən qanını yalasın , Allah səni yoxa çıxarsın . Ayda ildə bir dəfə uşağım evə gəlir ,  onu da bu evdən qaçaq saldın .
   Qadın dizlərini şapıldadır ağlamsınırdı : 
   -  Deeyyy getdi , di dincəl . Nə vecinədir ee,  yad qızıdır , əti ətindən deyil , qanı qanından deyil . Nə vecinə , gecənin bu vaxtı hara getdi , harda qaldı nə vecinə ee . Başına bir iş gəlsə vıyıldıyıb gedəcək birinə , demiyəcək ee mənim ucbatımdan Qeysin başına bu iş gəldi . Səni bu evə gətirdiyim yerdə başıma daş düşəydi . 
    Dizlərinin şappıltısı taa otağıma qədər gəlirdi . Qulaqlarımı tıxamışdım ki,  sesını eşıtməyim. Xeyri yoxdür . Eləbil arvadın səsi mikrafon kimi beynimə düşürdü 
   -  Azz yanif tökülürəm aazz... camaat məndən ağıl alanda mən də bunun nənəsi qanın yalamış anasinın ağlına baxdım . Aayyy kül mənim başıma . Az mən bilmirdim ki ,  bir nənə qızın tərifləyəndə slrımağa yer axtarır ?  Yonnü qızı ana tərifləməz ee,  el tərifləyər ,  el ...
   - Arvad , kəs səsini ,  kəs sən Allah. Başımız getdi . Yazıx gəlinin günün qara eləmisən . Allah sənin bəlanı versin ,  bəsdir dəə ... kəs...
   Qaynatamın sözü ağzında qaldı ,  nəsə şapıldadı . Deyəsən arvad nəyisə vurub qırdı . 
 -  Bir sən qalmısan ee  ,  məni verəsən gəlinin ayağına , ay bərəkallah . Maşallah bu mamili matan nə matah şey olub balam ,  dünən gəlib bu gün milləti üstümə ayaqlandırıb ...
  Daha qulaqlarım heç nə eşıtmirdi . Əlim burnumun qanında ,  özüm də yatağımın içındə kirpi kimi büzüşmüşdüm . Qeysin sağ gözümə vurduğu yumuruqdan gözlərimin qarşısinda hələ də ulduzlar oynaşırdı . Gözümü yumunca bu ulduzlar rəngli işıqlara dönüşürdü . Açınca qaranlıq tor kimi nəsə gözümün önünü kəsmişdi . Bunun nə olduğunu başa düşmürdüm . Gözümü nə qədəq yumub açcam da görməmi bərpa edə bilmirdim . Daha gözümü açıb yummaqdan da yorulmuşdum . Daha gözümü açmaq istəmirdim , cox yuxum gəlirdi çooxx ...
   
    Yuxu görürdüm . Amma nə gorüdüm bilmirəm , çox qarışıq bir yuxu idi. Onu bilirəm ki ,  boguluram ,  kimsə bədənimdə əl gəzdirir , üstümə çökən ağırlıqdan nəfəsim kəsilirdi . Elə bil ağır bir şey məni nehrə kimi çalxalayırdı . Bütün əzalarım ağrıyırdı . Gözümü aça bilmirdım , məni çalxalayan ,  əzən şeyin nə olduğunu görə bilmirdim . Üstümdəki xalatın çıxarıldığını hiss edəndə gözümü çətinliklə açdım . 
    Elə bil dünyanı pəncərənin bir tərəfindən görürdüm ,  pəncərənin bir  gözü qaranlıq şüşəydi sanki . Sanki dünyaya bir gözü şəffaf bir gözü buzlu şüşədən baxırdım . Tay göz qalmışdım ,  gözümün biri görmürdü . Daha döğrusu görürdü , amma çox qarışıq və rəngli . 
   Nə baş verdiyini kəsdirmirdim . Gecəki stresdən hələ də özümə gəlməmişdim .  Çox yorğun və halsızidim . Özümü dərk edə bilmirdim . Hər şey mənə yuxu kimi görünürdü . Qeys mənimlə cinsi əlaqədə idi , bunu yuxu kimi tay gözümin arxasından görürdüm . Elə halsiz idim ki ,  müqavimət də göstərə bilmirdim .  Əslində etiraz etmirdim .  Bunu etməyə də haqqım yox idi . Elə bilirdim, bu həyat mənə bir rol kimi verilmişdi, oynamalıydım . Qaynanın yaninda ərlə dava - dalaşlı , ikilikdə isə mehriban olmlıydım . Gündüzlər qaynananın köləsi , gecələr  isə ərin zövcəsi olub onun zövgünü oxşamalıydım.  Axı 15 yaşlı qız bundan başqa nə görmüşdü ki , mənə anam tərbiyə verəndə demişdi ki , 
   - Nə deyirlər, de "baş üstə" , gəlinin küsər yeri evinin küncüdür , gəlin evin sirrini açmaz . Evində nə olur ,gəlib mənə danışıb ,  aiıləni , qohum - əqrabani gözümdən salma . Sabah yenə bir yerdə olasiz ,  biz pis olacağıq . Biri sənə çor deyəndə sən can de . Qoy onlar pıs olsun . Gəlinin yanında baş kəsərlər,  soruşsalar ki "gördün "?  "Heç qığını da görmədim " de . Yeriyən at özünə qamçı vurdurmaz - kimi sözlərlə böyütmüşdü biz bacıları  , anam . Evdə iş görməyəndə oxlovla əllərimizə döyüb :
   - Sabah səni üstümə qaytaracaqlar ee... deyəcəklər anavın boynunu yerə soxum , sənə bir şey öyrətməyib . Sanki anam bizi kiməsə kölə kimi yetişdirirdi . Biz kiminsə üçün yaşamalıydıq ,  biz kiməsə xidmət etmək üçün gəlin gedirdik . Fərqi yox idi , xidmətin adı xıdmət idi . Həm ərin cinsel istəyini yetirməkdə qadınlıq vəzifəmizi görməliydik , həm də qaynananın evinə gəlib gedən qonaqların qulluğunda dürmalıydıq . Kim nə deyir desin ,  Nə olur olsun hər şeyə dözməliydik . Egər gəlin getmişiksə , biz gəlinlərin nə hissiyyatı olmalıdır , nə duyğularımız ,  nə də qururumuz...
   İndi də bu qədər döyülüb söyülməyimə baxmayaraq xidməti vəzifəmin başındaydım . Ərimi məmun etməliydim . Qürurumu əzə -əzə , nifrətimi boğa - boğa , qadınlığımdan utana utana  , məni dünyaya gətirdiyinə görə anama söyə söyə erimin istəklərinə etirazsız cavab verirdim . Özümün həmin an nə hislər , hansı hallar kecirdiyimi bilmirdim amma , aradan neçə illər keçməsinə baxmayaraq Qeysi hələ də başa düşə bilmirəm . Hər zaman düşüncələrimlə danışanda ilk olaraq  bu sual beynimdə dolaşıb dururdu :
   - Görəsən,  həmin günü döyülməmin səbəbi nə idi ?  Əgər erimin yatağına girmək idisə , o zaman niyə o təkrar mənim yatağıma gəldi . Yaxşı bəs gəldisə, niyə üzür istəyib könlümü almadan mənimlə bərabər oldu ? Yaxşı bunları bir kənara qoyaq. Bəs o zaman  ona qarşılıq verməyən , hıcqırıqlarını içində boğan qadından kişi kimi necə zövq aldı ?  Mənim kimi özünə nifrət etmədimi , mən qadınlığıma utandığım kimi , o kişiliyinə utanmadımı ? ...

     Saat 11 də avtobusu yola çıxacaqdi . O başdan qalxıb səssizcə mətbəxə keçdim . Allahından mətbəximiz evə qarışmırdı . Artırmanın başında ayrıca  idi . Çay çörək hazırlayib yumurta qaymatdım . Soyuducudan sosiska çıxarıb qaynadıb soyuq suya saldım . Nəlbəkiyə xardal qoyub bütün hər şeyi siniyə yığaraq   barmaqlarımın ucunda zala qayıtdım sinidəkiləri masanın üstünə boşaldıb süfrəni qurdum . Ehtiyyatla otağıma çəkildim . Qeys hələ də yatırdı . Taxtın kənarında oturub ona baxdım . O qədər məsum yatışı var idi ki , elə bil axşam olanlardan bunun xəbəri yox idi . Gecəki bərabərlikdən sonra sabaha qədər çımır etməmişdim , həm gözümün ağrisindan , həm qürurumun əziyindən ... Beynim qarışıq fikirlərlə dolu idi . Gah kəndə evimizə gedirəm , gah anamın dansağından qurtarmaq üçun başımı alıb evdən  qaçıram , camaatın tənəsindən bezib son çarə intihar belə düşünürəm .  Nə olur olsun belə həyatdan  qurtulmağı planlayirdım . 
   Gözüm hələ də ağrıyırdı . Hələ də bir qəribə görürdü . Qarışıq ,  boz , bulanıq . Qalxıb duvardan asılmış aynanın qarşısına kecdim . Özümü görəndə tanimadim . Bu nə idi Allah ... tanınmaz hala düşmüşdüm . Dodağım və  üzüm şişib yana əyılmişdi . Gözümün kənarları  qançır qancır olmuşdü , gözumun  ağı qıp qırmızı qan kimi idi . Bəbəyi isə  tamami ilə gizlənmişdi . Xalatımı açlb aynadan arxama, belimə qıçlarıma baxdım  sağ yerim yox idi . Ağ bədənimdəki qançırlara baxdıqca ağlamaq məni tuturdu . 
   - Gəlin olmaq , arvad olmaq budur ?  Mən istəmirəm belə arvad olmağı , istəmirəm ...
   Əynimi geyinib ağlaya ağlaya özümü nizamladım . Yükün üstündəki cığara kağıza bükülmuş "qoyunumu" kağızından çıxarıb bağrıma basdım : 
   - Mən  arvad olmaq istəmirəm , mən oyuncaqlarımı istəyirəm , mən məhləmizin uşaqların istəyirəm , "əl səndə " oynamaq istəyirəm , "qazlar qazlar" ,  "bənövşə" - ylə bəndə  düşmək istəyirəm ...
   Elə qoyunumu qucaqlayıb ağlayaraq taxtın ayağında yuxuya getmişdim . Qeys yuxudan qalxıb məni dümsükləyirdi : 
   - Azz , gecə məni qucaqlayıb yatmadın , indi kukla qucaqlayıb yatırsan ? 
   Qalxıb yerimdə oturdum . İxtiyarsız gözlərimi ovxaladim . Ğözüm  çox ağrıyırdı . Özümdən asılı olmayara ufuldadım . Gözləyirdim ki, indi əzilmiş gözümdən öpüb könlümü alacaq ,  "bağışla, mən anama hirslənmişdim " -deyəcəkii ...  demədi . 
  - Qalx, mən gedirəm , indən sonra yatarsan qoyununla . Sənə qoyun lazımdır ər yox . Allahın malısan ,  sən nə bilirsən sevişmək nədir ? İnək kimi altıma yatdın ...
   Dediyi sözlər sinəmi göynədə göynədə keçirdi . 
  - Di , dur daa, nə gözünü döyürsən ? Dur çay çörəyimi ver ! 
 - Utanıram çölə çıxa bilmərəm 
  - Çəhənnəmə çıx ! 
   Qeys zala kecdi . Qaynanm deyinə deyinə içəridəkilərə qulluq edirdi . 
   - Bu vaxta gəlin yatar ?  Gəlin evin camaatı qalxmadan qalxıb çay çörək hazırlayar oturub camaatı gözləyər . Bəxtəvər başımıza, guya gəlin gətirmişik dəəə... bu olub qaynana mən olmuşam gəlin - səsi bir anlıq kəsdi . Elə sevinirdim ki , daha danışmayacaq deyə . Ay xanım , gəl çıx daa sırfa hazırdır ! Yoxsa padinusda ayağına gətirək ? 
   - Yatmayıb mama , paltarlarımı yığır ,  işi var . Paltar ütüləyir - Qeys anasının səsini kəsmək ücün bəhanələr gətirdi . 
   - Bu 15 gündə işinin adı nə idi ? Gecə gündüz hingildəşdiyini niyə ərini hazırlamırdı ?  Bəlkə gözləyirdi onu da mən edəm ? Ər yola çıxır indı yadına düşür paltar ütüləmək ? 
   -  Eeyy bəsdir də mama bəsdir ...
   Yenə qapının səsi gəldi . Deyəsən Qeys  qapını çırpıb çıxdı . Qaynatam , qayinlarım arvadın üstünə düşüb onu qinadiqca , o da ağlamsınıb mənə qarğış tökürdü ...
   Xəcalətimdən bayıra çıxa bilmirdim . Arvad cəhənnəm . Qaynatam  və qayinlarımdan həddindən artıq pərdəliydim ,  indi axşamki biabırçılıqdan sonra necə baxacaqdım onların üzünə ?  Gözləyirdim evin camaatı dağılışsın sonra otağımdan çıxım . 
   Perdənin arxasindan baxırdım . Həyətdə hamı Qeyslə öpüşüb görüşürdülər . Bir mən yox idim orda . Mən ərimlə  perdənin arxasindan öpüşüb qoxlaşıb halalaşırdım . Önu xəyalən gözlərimlə qürbətə yola salırdım . Qəhər məni boğmuşdu . Boğazimda ,  burnumun ucunda bir göynəmə var idi . Hələ getməmişdi indidən darıxırdım . Budur son saniyələr ... donub otağımın pəncərəsinə baxdı . Heç kimsənin gözünə görsənmədən ona el etdim . Qaynam dönüb pəncərəmə baxanda tez pərdənin arxasına çəkildim . O qapıdan çıxdı . İçimdə bir fəryad qopdu . 
   - Məni də apar Qeys ,  məni burda tək qoyma ,  nolar , yalvarıram ...
   Hönkürərək  özümü yatağımın üstünə atdım . Üzümü qollarımın arasına alıb səsimi hıçqırıqlarımla böğub ağladım . 
   Elə bu vaxt qapı açıldı . Yerımdən dik atıldım. Elə bildim gələn qaynanmdir . Qeysi qarşımda görünce uşaq şıltaqlığıyla atılıb  boynuna sarıldim . Öpdükcə öpürdüm ,  göz yaşlarımla üzünü silirdim . O da məndən qopmaq istəmirdi . Onun da gözləri dolmusdu . 
   - Səni sevirəm Mətiş , darıxma , bu dəfə gəlib səni də aparacam ,  biraz səbr elə, toyun borcları qurtarsın ,  mama qlzılları alanda borc eləmişdi . Ev tutum ordan , gəlib aparacam seni də . 
   - Mənə qızıl zad lazım deyil ,  heç o qızıllar da məndə deyil anandadır hamısı . Deyir verəcəm Elşadın  arvadına . Versin istəmirəm . Elşad işləsin , qalan borcu özü versin . Məni də apar yalvarıram Qeys , qurban olum məni də apar . 
  - Verib verib də ,  cəhənnəmə versin . Darıxma , biraz səbr elə ... özum nə lazımdır alacam sənə , hər şey alacam . 
  Ovcunu gözümün qabağına tutdu .  
   -  Bax bunu almışdım sənə . Baş qarışıq oldu verə bilməmişdim . İndi yadıma düşdü . Qayıtdım verim, gedim  Taksi aşagıda  gözləyir ,  getməliyəm . 
  İncə zincir və üstündə ay- uldüz olan klon idi . Boynuma taxmaq istədi . Amma taxmadı . Ovcuma qoydu , cibindən bir miqdar da pul  çıxardıb mənə baxdı .
   - Özünə korluq vermə . Ürəyin nə istəyir al - deyib üzümdən öpdü . İki addım gedib təkrar deri döndü . 
   -  Bunları mamama göstərmə -  dedi . 
   Söz ağzından çıxmışdı ki , arvad qapını açıb içəri girdi .  Tez elimi arxamda gizlətdm . Qaynanam ondan nəsə gizlətdiyimi  hiss etdi . Qeys anasının üzünə tərs tərs baxıb bayıra çıxdı . Heç elə bil axşam heç nə olmamışdı . Bu arvadda qapı döymək , səs salmaq söhbəti yox idi dəə . 
   Tez əlimdəkiləri yükün arasına basıb pəncərəyə qaçdım ...
   Həyət baca sakitləşmişdi . Evdə qaynatam , nənə və qaynanam var idi . Gözləyirdim kişi də getsin sonra bayıra çıxım . Gecədən bəri kişinin üzünə neçə cixacağımı düşündükcə ölüb  yerə kecirdim . Elə oz otaımda işimlə başımı qatırdım . 
  Yorğan döşəyin üzün söküb kirli paltarlari ayırırdım. Elə bu vaxt qaynanam yel kimi içəri girdi . Elə bil əli ilə qoymuşdu . Gəlib yükün arasından əlimlə qoyduğum pulu və zinciri götürüb üzümə hədələyici bir nəzərlə baxıb qapıdan çıxdı : 
   -  Baxxx mən deyəndə ki belədir ,  deyirsiniz ki yox . Siz hələ malalayin bu gəlini . 
  - Yenə noldu ay arvad ?  
  - Daha nə olacaq ?  Pul yollamışam ki Qeysə ordan Samirənin (baldızım) qizina bu sepdən alsın gətirsin . Gəlib  mənə də Ylannan deyir ki,  almamışam . Pulu xərcləmişəm deyir . İndi də bayaq pul vermişəm ki , canım cəhənnəm , Şərqiyyənin uşağı gələcək ondan alıb yolluyarsan . Mənim də ağzına zəhər tökülmüşüm demiyəsən sepi alib gətirib , şöşdüyüb gözəlcəsinə . Verdıyim pulu da verib ki , ürəyin nə istəyir al ! Guya burda xanımça aç qalir , istədiyini alan yoxdur .  Kül sənin oğul başına . 
   - Əşii  bəsdir dəəə,  camaat arvadına bir şey almayacaq ? Alıb göndərər dəə...
   - Əə, yanıb tökülürəm a qardaş , örtürəm içim yanir , açıram cölüm . Gör bu qancığın  nənəsi nə yedirib ki, bunlara oglum mənə dönük çıxır . Hələ özü ordan bura gəlir ,  bacısına ,  bacısı uşaqlarına bir şey almaqdan ,  aldığımıda aparıb  arvadına verir ...
   Səbrim tükənirdi . Partlamaq dərəcəsinə gəlmişdim . Mən bilmirəm o zincir  kimə alınıb kimin puluyla alınıb . Bıldıyim bir şey vardı . Onu ərim mənə hədiyyə etmişdi . Mənə xərclik vermişdi . Dayana bilmədım . Qapını açıb özümü zala atdım . Qaynanamın əlindən sepi alıb cilik cilik etdim , klonuda əzib yerə tökdum . Pulları cirib evə səpələdim . 
  - Mənə nə sizin qiziliniz lazım deyil , nə pulunuz . Onu mənə Qeys alıb ,  başa düşdüz ? Ərim ...
   Arvad səsini başına atmışdı . Qışqıra qışqıra özü özünün üzünü çırır , özünə divan tuturdu . Çıban artıq deşılmışdı . Pərdə aradan götürülmüşdü . Daha bundan o yanı yox idi . Mən artıq bu evdə otura bilməzdim ...
   Mən otağıma girib atam evindən gətirdiyim paltarları zənbilə doldurdum . Arvad qışqıraraq qonşuları haraya çağırirdi . 
   - Ay qonşular gəliiinnn ! Gəlin məni döyür ay qonşular qoymayın . 
   Əlimdəki zənbillərlə dəhlizə çıxanda qaynatam yolumu kəsdi . Xəcalətimdən yerə girirdim ,  kişinin üzündən nur yağırdı , elə çox istəyirdim ki , onu . Başqa vaxt olsaydı . Onun dediyi yerə ölümə gedərdim , heç vaxt onun sözünü  yerə salmazdım amma indi onun sözünü yerə saldim . 
   - Məni bağışla əmi ,  mən burda qala bilmərəm , qurban olum . Burax gedim . 
   Kişi mane olunca onu yana itələyib həyətə qaçdım . 
  Qonşular sesə gəlmişdilər . Utandığımdan yer ayrılsaydı yerə girərdim . Yola çıxıb sağa sola boylandım .  Hara ,  hansı səmtə gedəcəyimi bilmirdim . Bu altı ayda bir dəfə də olsun bir yerə çıxmamışdım . Gedəndə də qaynatam ya da qayınım maşınla aparıb gətirmişdi . 
     Palçıqlı torpaq yolun o başında ana yolda yol kənarında dayanmış maşınlar görünürdü .  Yəqin ki , taksilər idi . Üstümdə pulum yox idi . Hara gedəcəyimi də bilmirdim . Kəndə gedə bilməzdim . Bunu dəqiq bilirdim 
    Xırdalanda bibim olurdu . Ünvanını tam bilmirdim . Amma belə getsəm yol yadımda idi . Elə bu məqsədlə yola çıxdım . İlk işım şoferdən xahiş edəcəkdim ki , məni bir zərgərə aparsın ,  barmaqçılımı dəyər dəyməzə satacaqdım . Sonra da bibim gilə gedəcəkdim . 
   Ana yola çıxıb bir taksiyə yaxınlaşdım . Dayanacaqda müştəri gozləyən şofer tez yaxınlaşıb maşına mindi . Cavan oğlan idi . Qorxdum ,  cavan adamla bir yerdə yola çıxmaq söz söhbətə səbəb ola bilərdi . Odur ki, dönüb damino oynayan şoferlərə baxdım . Bir qoca kişiyə üzümü tutub :  
   - Dayı, sizin taksiniz hansıdır  ?  - deyə soruşdum . 
  Bərabər aralıqdakı maşının yanına yanına getdik . Arxa qapını açıb yerimi rahatlamışdım ki , qaynatam axsaya axsaya arxamca gəldiyjni gördüm . Qaynatamı görüb kövrəldim . Yaxşı adam idi qaynatam . Fağır idi . Elə arvad da fağırlığından istifade edirdi . Yazıq kişinin başına min oyun açırdı . Qeysin əmisi qızı demışdi . Əvvəllər qaynatam yeyib içən adam olubmuş hamının xeyrində , şərində iştirak edənmiş . Hələ cavan vaxtlari bir toyda arvadın biriylə sözü çəp gəlir , kişiyə deyib ki, dur gedək . Kişi də inad edib ,  özünə sığışdırmayıb arvad sözüylə evə getməyi ,  getməyib . Arvad acıq edib toydan yarımçıq qalxıb gedib . Amma kişiyə yaxşıca dərs verməyi də planlayıb . Qapının arxasına lom qoyub kişini gözləyib . Kişi içəri girən kimi , arvad gözünə döndüyüm götürüb lomu çəkib kişinin qıçına . Elə o vaxdan kişinin dizinin qapağı qırılıb , axsayır . Odur budur ,  bir də bu kişini heç bir məclisdə görməyiblər . Nə toyda ,  nə də yasda . Qohum əqrabada hamı bilir ki , kişinin ayağını arvadı qırıb . Amma arvad bunu inkar edir . Deyir ki ,  sərxoş  olub qapını qoyub hasardan evə keçırmış , yıxılıb dızı qırılıb ...
     - Ay bala , ay Mətiş , dayan ay qızım ...
   Onsuz da bulud kimi dolmuşdum ,  qaynatamın belə yazıq və məsum səsləyişi ixtiyarımı əlimdən aldı . Gözlərimdəki  yaş leysan kimi tökdü . Əlimdə əlac olsa qaynatamı da alıb buralardan gedərdim . Onu da bu arvadın əlindən  qurtarardım . 
   - Düş bala , düş maşından , gedək emmizə , bala başına dönim , sən nə fikir verirsən o dəlinin ağzına .
   - Əmi , daha dözə bilmirəm , səbrim qalmayıb . 
  - Bala ,  sən bunu bilirsən də , huyu suyu belədir dəə , neyləyək . Atıkası deyil ,  satılası deyil . 
   Mənim yerimdən tərpənmədiyimi görüb :  
   - Bilirsən də ,evdən çıxdınsa bir də ora dönəmmərsən . Qaynanın dəvə kinini bililirsən ! Gəl ən yaxşısı , üzü sulu qayidaq evə . İnad eləmə ,  yuvanı dağıtma . 
  -  Əmi qurban olum , üz vurma mən  gedirəm . 
   - Yaxşı indi ara gedirsən ?  
   Doğurdan hara gedirəm ? Ən yaxın Xırdalana  bibim gilə gedəcəkdim . Bəs sonra ? Orda nə qədər qalacaqdım ki ?  Bəs mənim problemlərim camaatı  narahat etməyəcəkdi ? Eri də kür adamdır , hər axşam yeməyinin yanında bir " çubuşu "  olmasa  boğazından loxma da keçməzdi  . İçəndə də başlayır ... 
    - İndi mən neynim ay Allah , hara gedim kimə pənah aparım ? - deyə öz özümə götür qoy elədim . Tək başına kəndə gedə bilmərəm . Elə ən yaxşısı bibim gilə gedim, o da atama xəbər yollar , atam gəlib məni aparar . 
   - Bibimgilə gedəcəm ,  atam gəlsin ordan məni kəndə aparsın -  ağlaya ağlaya cavab verdim . 
   - Qızım ,  mənə düşməz ailə məsələsinə qarışmaq - deyə şofer  söhbətə qarışdı - Amma yenə qarışacam . Mənim də qızım boşanıb gəldi , bax bu kişi bilir , neçə illərdir ,  qonşuyuq , bir birimizi tanıyırıq . Qızımdır , atası deyiləm qızımı,  arxasında dayandım , gətirdim evimə . Amma camaatın ağzı cuval deyil yığasan bağlayasan ,  hərə bir söz deyir ,  hərədən bir söz eşıdirəm .  Camaatın söz söhbətindən ,  evimə gələn qonaqların da ayağı kəsilib . O vaxt havalı vaxtımız idi . Döşümüzə döyüb, sinəmizi irəli verdik . Boşatdırdıq . Aradan 5 ay keçmədi , qız məhəllənin dedi qodusundan çıxıb təzdən erinə qaçdı . Bizi də qara palçıq elədi . İndi , sən , ərin gəlib sənə sahib çıxanda , bütün bu hər şeyi unudacaqsan . Darıxma Qeys qeyrətli oğuldur . Yəqin vardır bir bildiyi . Etmə eyləmə , qayıt get evinə , heç burda olanları da atan anan bilməsin ,  könlü bulanmasın . Ərin də özün də gözdən düşməyin . Ürək sındı qurtardı . Sonra yağ bal olsanız da ata ananın gözündə heç nə olacaqsız . 
   Adam dayandı . Başını pəncərədən çıxarıb : 
   - Gəl ay Rəsul kişi ,  gəl otur ...
   Qaynatam maşına oturdu . Maşın Bakı  bağlarına doğru yola şıxdı . Dəniz kənarında bir balaca bir kafedə dayandı . Qaynatamla ,  şofer maşından düşüb kafeyə doğru addımlaya addımlaya məni də səslədilər .
   -   Düş gəl , biraz hava al 
    Şofer əlini dənizə uzadıb dedi :  
   - Bizim bu gəniz var haa , havası dərnandlr dərman , adamın fıkirini dağıdır ,  əsəblərini sakitləşdirir . Biz bir çay içənə qədər sən də çıxar ayaqlarını biraz qumda gəz , inan Allaha and olsun ,  anadan gəlmə olur adam . 
   Gülmək məni tutdu . Bu soyuqda qumda gəzmək ? ...
    Dənizdən həfif soyuq meh əssə də qunəş havanın şaxını qırırdı . Xışıldayan ləpələr sahili döyüb geri çəkildikcə ,  sanki əsəblərimi  ruhumdan alıb dənizə tökürdü . Yosun qoxuyan dəniz  küləyı üzümə dəydikcə dənizin üstündən  mənə boylanan  günəşə baxıb  gülümsəyirdim . Dənizə tərəf irəllədim . Ayaqqabı ilə yerimək mümkün olmadığını görüb , ayaqqabılarımı ayağımdan çıxardım və  ətəyin altından geyindiyim toxunma uzun darbalaq şalvarımı yuxarıçəkib günəşdən həfif isinmiş qumların üstü ilə dənizə tərəf  addımladım . Soyuq su ləpədoyəndə barmaqlarımın ücünü öpüb məndən qaçdıqca mən də ona tərəf addımlayirdım . Sanki ləpələr mənimlə oyun  oynayirdi . Ayaqlarıma toxunub qaçırdı . "Gəl məni tut" deyirdi sanki. İlk dəfəydi dəniz görürdüm ,  ilk dəfəydi ki dəniz qumları ayaqlarımı qıdıqlayirdı . İlk dəfəydi ki ,  ləpə ayaqlarımı öpərək, utancaq sevgili kimi məndən qaçırdı . Dənizın xışıltılı səsi də sanki  mənə "xoş  gəldin " deyirdi . Dəniz məni elə xoş qarşıladı ki , bir anlıq mən özümü onun qoynunda xumarlanan körpə kimi gördüm , məni ağuşuna səsləyən sevgilim kimi gördüm . Sanki ləpələr "soyun qucağıma gəl ! "Deyirdi mənə . 
   Su  dizlərimə çıxana qədər irəlilədim ,  dayandim və ucu bucağı görünməyən dənizə baxıb qollarımı geniş açdım , nəfəsimi içimə çəkib gözlərimi yumdum . Beləcə nə qədər , neçə saniyə qaldım bilmirəm . Həmin anda gözlərimin qarşısında xoşbəxt ailəm canlanirdı . Mən ana olmuşam ,  Qeyslə deyə gülə , uşaqlarımızla oynayırdıq -  eynən baldızımın uşaqları ilə oynadığımız kimi . Bu uşaqlar baldızımın uşaqları deyildi ,  bizim idi ,  ikimizin uşaqlarımız idi ...
   Qurduğum xəyaldan bədənimə üşütmə kecdi.Qollarım qoynuma sarıldı , boynum büküldü . Dənizdən əsən külək gözlərimin yaşını üzümə çırpdı . Əlim özündən asılı olmayaraq qarnıma getdı . 
   -  Bircə tez gəlsəydin ...

3 BÖLÜM . 

     -  Noldu a balam ? S.. s... getdin yeyə yeyə qayıtdın ?  - qapıdan içəri girən kimi qaynanmın "xoşgəldın" lə bizi belə qarşıladı . Darvazanın ağzına mıxlanıb qaldım . Bir addım da ata bilmədim . Qaynatam əlimdəkı zənbilləri alıb əlini ağzının üstünə qoydu . "Sus" işarəsi verdi . Yerimdən tərpənmədiyimi görüb biləyimdən tutub məni içəri dartdı . 
   -Gəl, get bala , üst - başını dəyiş ,  xəstələnəcəksən . Suyun içındəsən . 
   - Əmi, burax gedim,  nolar , qurban olum . Görmürsən yenə başlayıb , mən burda qala bilmərəm . 
   - Darıxma , yaxşı olacaq -  qaynatam evə boylandı . 
   - A Minaya ,  bir çay qoy ! 
    Qaynanam nəsə deyinirdi . Qayntam biləyimi buraxmadan məni içəri dartırdı . 
   - Biraz səbr elə , bilirsən toydan çıxmışıq, borclarımız indi qurtarib . Həm də sənin kəbinin yoxdur . Biraz pul para düzəldək ,  hörmət eliyək yaşın yuxarı yazılsin , ZAQS-ın olsun ,  göndərək səni ərinin yanina . Get yaşa . Elə bilirsən dədnin evinə gedəndə yaxşı olacaq ?   
  Qaynatamın sözlərindən ümüdlənmişdim . Xəyallarımda yeni səhvələr açılırdi . Ailəmlə birlikdə yeni səhvələr . 
   Artırmada qaynanamla üz üzə gəldim . Əlindəki çaydan və çayniklə bayıra çıxırdı . Üzümə kinayəli baxıb əsəbi halda çaynikı artırmadakı masanın üstünə çırpdı . 
   - Nə deyirsən , a kişi, bəlkə gedıb Bəxtəvər xanımın stəkan nəlbəkisini də gətirim ? Elə indicə dəmləmişəm . 
   - Mətiş , bala,  içəridən stəkan-nəlbəki gətir ! -  deyib göz vuraraq "sakit ol" işarəsi verdi . İçəridən iki stəkan nəlbəki gətirib masanın üstünə qoydum . Qaynanam məni altdan yuxarı süzüb : 
  - Hamama getmişdi ? Bu nə saç başdır , niyə sudur ?  
  - Hə obşıyə getmişdi . Bizim hamam xarab olub usta çağırmışam . 
  Arvad bir anlıq matdım matdım bizə baxdı . 
    - Nə baxırsan , ay arvad ? - əlindəki zənbili mənə verib  içəri keçməmi istədi . 
   - Deyirəm dəə hamam  xarab olub , gəlin dedi hamam işləmir . Yığıb yazıq qız paltarların ki , getsin Bənövşə gilə çımməyə getsin . Mən də elə bilirəm ki , sənin  əlindən qacır . Durub dalıyca çıxıram . Gördüm hamam axtarır . Dedim gəl sabah sabaq camaatı narahat eləmə . Apardım obşı hamama . Yuyundu gətirdim . 
   - Ayey kül başına ,  vayına oturum . Deyirəm də nə ar qalız ,  nə namus qalıb ,  gecə erin yatağından cıxır , səhər  qaynata gəlini hamama aparır . Ölüb yerə keçərəm ee... 
   Qaynanam arxamca kül atırdı ...
   ... Dənizdə xəyallar aləmində üzə üzə irəliləyirmişəm . Kafenin pəncərəsindən qaynatamgil məni görüb arxamca qaçıbmışlar . Onlar mənə çatanda su artıq boğazıma  qədər çıxmışdı . Özümdə deyildim . Elə bil yuxu görürdüm . Beynim keyimişdi . Nə suyun soyuqluğu , nə havanın rütubəti mənə təsir etmirdi . Qaynatamgil arxadan məni tutanda köklü ağac kimi suya düşübmüşəm . Handan hana özümə gələndə bütün kafedəkilər başıma toplanmışdı . Cum culuq suyun içındəydim . Kafedə işləyən qız məni arxa otaqların birinə apardı orda Zənbilimdəki paltarlardan çixarıb vermiş ,mən də əynimi dəyişmişdim . 

    Otagıma girəndə otağm alt üst olmuşdu . Bütün yük , yatağım ,  pal - paltarlar evə dağılmışdı . Bəlli ki, qaynanam otağımda axtarışa keçıbmiş . Əlimdəki zənbilləri yerə atıb ozümü döşəyin üstünə atdım . Başımı qollarımın arasına alaraq hıçkırıqlarımı içımdə boğa boğa ağladım . Hələ də qaynanam deyinirdi ...
   
 -  Mətiş , ay bala ,qalx , yemək soyuyur , bu gün bir şey yeməmisən ,  aclndan öldün ki .
   Qaynatamın mehriban səsi məni yuxudan oyatdı .Gözlərimə inanmadım . Qaynatam başımın üstündə oturub  saçlarımı sığallayırdı . Onun isti əli soyumuş duyğularımı qaynadırdı . Elə kövrəlmişdim ki , yetim üşağın konlünü alan kimi , alirdı könlümü, qaynatam . Yetım uşaq kimi boynum bükülmüşdü . Ona ata kimi sarılıb ağlamaq istəyirdim . Qorxurdum . Birdən arvad içəri girər onu da söz edər . 
   - Qalx qızım ,  qalx !  -  qaynatam başımı sinəsinə sıxıb ,  barmaqlarının ucu ilə kürəyimə vurdu . Ayağa qalxdı . 
    Hava qaralıb , axşam düşmüşdü . Gözlərimi ovxalaya ovxalaya ayağa qalxdım . Sağ gözüm hələ də ağrıyır , hələ də bulanıq və torlu görürdü . Ağrısından ufuldayırdim . Qaynatam  səsimi eşidib qapı ağzından gerı döndü :  
   - Çox ağrıyır ? 
  Başımlə təsdiqlədim . 
   - Bir şey olmaz . Sabaha qədər döz , sabah gedərik həkimə ...
  - Hə dəəə, indi də desinlər ki,  vurub uşağımın gözün  töküblər ? Gör neynirsən , birinin də üstünə beşın qoysunlar ,  uşağı şıkayyət etsinlər ?  İmkan verin bir sərhəddi kecsin də körpə. 
   -Gəl  bala gəl , fikir vermə !
   Kecib əl üzümə su vurub özümü səhmana saldım . Gəlib süfrədə əyləşdim  . İlk dəfəydi ki , masa başı belə sakitlik idi . Qaynanam yemək çəkib , hamının yeməyini qabağına qoyurdu . Bir mənə yemək qoymadı . 
   - Uşağa niyə yemək çəkmirsən , yemək qoy da gəlinə - qaynatam tərs tərs arvadına baxdı . 
   - Gəlin deyirdi , iştahım yoxdur . Salatnan zadnan yeyəcəm . Həm də elə bildim gəlməyəcək yeməyi az bişirdim . 
   Qaynanamın sözü böğazımdan yara yara bıçaq kimi ürəyimə saplandı . 
   - Kamıl ,  bala dur get bir boşqab gətir ! 
   - Düz deyir əmi ,  narahat olma , yemiyəcəm iştahım yoxdur . 
   - Bahooov ee - qaynatam zərblə əlini masaya çırpdı , boşqablar bir anlıq qalxıb endi . Hamı yerindən dik atıldı . 
   - Bəsdirin əəə,  yekə adamlarsınız ,  qurtarın ! Bir daha bu evdə artıq əskik söz eşıtməyəcəm , eşıtdiz ?
    Hamı başını sılkələdi . İlk dəfəydi ki, qaynatamı belə əsəbi və ciddi görürdüm . Qaynatam arvadının üzünə baxdı . 
   - Sənnənəm ee , eşıdırsən məni ?  
   Qaynanam dillənmədi . 
  - Eşıtmirsən ?  
  - Hə ee , əşi , eşidirəm . 
   Qaynatam çəngəlini əsəbi halda masanın üstünə atıb süfrədən qalxdı . Zalın qapısından çıxar çıxmaz qaynanamin dılı yenə atdı : 
   - Ağzımızın dadı qaçıb ,  yeməyimiz zəhərə dönüb ...
   - Kəəss !!! 
   Qaynatam başın içəri salıb əsəbi halda qışqırdı . Tərs tərs arvadını süzərək acıqlı halda qapını çırpıb bayıra çıxdı .

   Aynanın  qarşısında gözümün yaşı kəsmırdı . Özümə baxdıqca bir qəribə hala düşürdüm . Məktəbdə oxuyan vaxtı müəllimələrim də həmişə deyirdi ki, sənin gözəlliyin olmasa da gözlərın hər şeyi tamamlayır . Cox gözəl gözlərim vardı . Badamı iri açıq şabalıdı , sıx və uzün kiprikli gözlərim həqiqətən də gözəlliyimə gözəllık qatirdi . İndi nə o gözəllikdən, nə də o gözlərdən əsər galmışdı . Gözümün qarası əyılmişdi .
   Səhər qaynanamın səsinə yuxudan oyandım . Qaynatam məni həkimə aparacaqdı,  lakin , arvad qoymurdu . Nəhayyət mübahisə qaynatamın qələbəsiylə başa catdı. Qaynatam məni götürüb xəstəxanaya gətirdi . Gözüm doğurdan da ciddi xəsarət almışdı . Kapiliyar damar partlamış , zərbədən gözümün bəbəyi öz yerindən dönmüş , gözum travma almışdı . Gec olmadan gözum əməliyyat olmalıymiş . Doktor mənə ağlamağı , stres - əsəb keçirməyi qəti qadağan etdi . Bir az maz , dərman yazdı aldıq evə gəldik . Qaynanam evdə yox idi . Allahıma  yalvarırdım ki ,  biraz geç gəlsin . Onun yanında ağlamammaq, əsəbləşməmək əldə deyildi . Kaş gedəsi yerim olsaydı bir neçə gün gedib rahatlanardım . 
   Mazı açıb göz qapaqlarıma və göz ətrafına sürtdüm . Həkim başa saldığı kimi gözümü masaj etməyə başladım . Ağlım kəndəmizə getmişdi . Yaxın uşaqlığım yagıma düşürdü . Bacılarımla , qonşu qızlarla evcik qrub oynamagımız , çəpərlərin arasında gizlənməyimiz ,  qızlarla qol qola girib məhəlləmizin tozlu yollarında gəzmələrimiz ,  qonşu oğlanın ayaqlarını alçaq  barının üstünə aşıraraq oturub bizə söz atmaları , barinin divarlarindan qopardıgı kiçık daşlarla vurub qızları cırnatmağı yadıma düşürdü . Hələ kənd uşaqları öz aramızda səhnəcik də düzəldirdik . Tık - tık xanım , qırmızı papaq , tülkü və qarga oynayirdıq. Oğlanlar qargıdan düzəltdiyi atlarla guya kralın atlıları olurdu , prenses Lyüdmilanı tərkinə alıb qacırdı .  Bir gün mənim ağ atlı Ruslanım taxtadan düzəltdiyi qılıncla göyüşlərə qalıb gələrək məni buz krallığından qurtarmışdı . Utanmaz utanmaz  səhnənin sonunda filimdəkilər kimi məni öpmüşdü . Uşaqlar da qışqırışmışdılar . 
   - Kim idi o ?  Kim idi - nə qədər düşündümsə səhnənin sonunda dodağımdan anidən öpüb "səni sevirəm  Mətiş " - deyən oğlanı xatırlaya bilmirdim . 
  - Ay Allah yaddaşım bu qədərmi korlanmış , daha nə kecdi ki ,o məsum illərdən , nə tez unutdum o günləri . 
   Yatağımda uzanıb kicik aynaya baxa baxa  hələ də gözlərimi masaj edirdim . 
   - Həə  yadıma düşdü . Bu Elnur idi dəə. Məhbubə xalanın oğlu. Səy gədə səy , nətər öpdüsə elə bil dogurdan öpürdü . Biabır oldum ee uşaqların içındə . 
   Barmaqlarım özümdən asılı olmayaraq dodaqlarıma getdi. İncə bir toxunuşla dodağımı oxşadı. İçimdən bir "keşkə" qopdu . Bu "keşkə" nəyin nəsiydi bilmədim. Həmin səhnə gözlərimin qarşısında canlanırdı . Bəli o məni öpəndə " Səni sevirəm, Lyüdmila" deməkdən , "seni sevirəm Mətiş " demişdi . 
    Üzümdə xoş təbəssüm oynadı . Bayaqdan zorla xatırlamaq istədiyim o qonşu oğlan ,indi sürətlə gözlərimin qarşısından kecirdi . Məktəbdə mənə sataşan oğlanlarla dalaşmasini , yolda mənə söz atan uşaqlarla yaşıl otların üstündə süpürləşməsi , məktəbin duvarlarına adımı yazması gözlərimin qarşısından keçırdi .  Demək o məni sevirmiş ? Bəs mən niyə bu sevgini görmürmüşəm ? Guya görsəydim nolacaqdı ki , məni eşidən kim idi ? Budur , 15 yaşlnda məni tovlayıb başlarından etdilər . 
   Onu düşündükcə utandığımdan  yanaqlarım qızardı . Həyəcandan ürəyim əsdi .
   -   Gör , nə qədər mal olmuşam ki ,  bir oğlanın sevgisini görməmişəm . 
  - Əşii, uşaqdı ee o ...
  - Uşaqdır ? Bəs sən nəsən ? 15 yaş böyükdür  bəyəm ?  O səndən 2 yaş böyük idi hələ . 
    Özüm özümü mühakimə etdikcə onunla kecirdiyim saf uşaqliq məcaralarım gözlərimin qarşısında oynayırdı . Onu xatırladıqca , ürəyimi qəribə hisslər bürüyürdü . Bu hısslərin nə olduğunu belə bilmirdim . Nədənsə nəyisə ifadə edən ,,kaşkə" - lərim ona yönlənmişdi . Sanki ondan imdad diləyirdim...
     - Bir dənə o qalıb daaa, desinlər gedib özun atıb dənizə , Allah mən nə qələt elədim - qapı zərblə açıldı . Yerimdən gik ayılıb başımı qollarımın arasında gizlətdim . Xatirələrım ,  xəyallarım muncuq kimi qırılıb dağıldı . Qaynanam döyüşkən xoruz kimi başımın üstünü kəsdirmişdi . 
   - Özünü öldürüb qanını üstümüzə tökmək istətirsən? Q ... dərəcəsinə bax ee . Sürük rəddol , dəbənin xarabasına , nə qələt edirsən dədənin dağılmışında  elə ,  mənim ailəmin başını bəlaya soxma . 
   - Nolub ay Minayə ,  yenə  nədir ?
  - Guya bilmirsən ? Utanıb ölmürsən dəə, özü də gəlib mənə deyirsən ki ,  hamama aparmısan ? Niyə demirsən özün dənizə atıb ?
  - Yox əşı , bu hardan cıxdı . 
  - Taksi Süleymanın arvadı məhəllədə təbil calir ki ,  Minayanin gəlini özünü dənizə atıbmış ,  Süleyman gücnən dartıb çıxardıb . 
   - Yalan söhbətdir . Gəl bəri , uşaqla işin olmasın . 
   - Nə işin olmasin ee? - mənə baxdı . İlk dəfəydi ki ,  mənə mülayim halda : 
    - Qalx balam ,  yığ şələ kültəni ,  aparım qoyum dədənin evinə , sabah başına bir iş gəlsə bizi vayqanlı tutacaqlar . Ərin də burda yoxdur . Bax söz verirəm . Ərin gələn kimi gəlib səni gətirəcəm ,  bax nənnənin ,  nənəmin goru düz deyirəm . Ölənlərimizin adına Səni Qeyslə yollayacam bu dəfə gələndə , çörəyin adı haqqı . Qalx yığış get ,  mən burda ərsiz gəlin saxlaya bilmərəm . 
   İçımdə qorxu qarışıq sevinc var idi . Mən əşyalarımı toplarkən , qaynanam ərinin etirazına baxmayaraq ev telefonundan  taksi Süleymanla danışırdı . 
   - Süleyman , qağa ,  maşına benzin vur gəl , Bayana gedirik !  
   ... Yola çıxanda içımdə bir yüngüllük var idi ,  sanki nəfəsim genişlənmişdi . Köksüm sürətli qalxıb yenirdi . Gözümün ağrısına baxmayaraq dodaqlarımda gülüş yaranmışdı . Özümü nə qədər toplasam da gülüş dodaqlarımdan çəkilmirdi . Ürəyimin sevincinə bir nida əlavə olunmuşdu . "Gözlə , gəlirəm ! " bu müraciət kimə idi ,  nəyə  idi bilmirəm . Bəlkə ailəmə ,  bəlkə aylarla üzünü görmədiyim kəndimizə ,  bəlkə də indi indi ürəyimdə baş qaldiran adını belə dilimə gətirməyə qorxduğum ... ?
   Kəndə catanda şər qarışmışdı . Mal qara  nobatdan gəlirdi . Bir vaxtlar kənddən getmək arzusuyla xəyallar quran mən , necə aylıq ayrılıqdan sonra kəndimiz üçün nə qədər darıxdığımı hiss edirdim . İndi başa düşürdüm ki , kəndimizin təmiz havasını dünyanın ən gözəl şəhərlərinə dəyişmərəm . Kəndimizin havası kimi insanları da safdır ...
   Cox gözəl mənzərəsi varmiş kəndimizin və mən bu gözəlliyi məhz indi kəşf etməyə başlamışdım . Kəndimizin evləri dağın ətəyində tikildiyi üçün yuxarıdan baxdıqda bir-birinin üstündəymiş kimi görsənirdi . Kəndin küçələrində gəzərkən bu daha çox hiss olunurdu . Burada düz küçə yoxdur, ancaq eniş və ya yoxuşlu dolanbac küçələr idi . Dar , çaylaq daşlarından hörülmüş , bəzi yerlərdə isə torpaqdan olan əyri üyrü yolların hər iki tərəfi köhnə ,  qədim evlərlə əhatələnmişdi . Daş divarlı, taxta qapılı, kirəmit damlı evlər kəndə xüsusi abu-hava verirdi . Məhz , elə bu memarlıq üslubu kəndin qəbimiləyini qoruyub saxlayirdı  . Düzdür yeni evlər də tikilmışdi . Belə evlər təkəm seyrək gözə dəyirdi . Bu da  qədim kəndın gözəlliyini itirirdi . Olsun yenə də kəndimiz mənə cox doğma və gözəl gorünürdü . Körpunun üstündən kecib kəndə giririk . Bilirsiz bu hansı körpüdür ?  "Mən ki, gözəl  deyildim" filimində  Məzahirin öz kamazı ilə ötüb keçdiyi körpü idi bu körpü . Filimdəki kücələr o zamandan cox az dəyişıb . İndi ,  filimə baxanda indiki uşaqlar qışqirar "aaa,  budur bura bizim küçəmizdir,  bura Zabitgilin məhəlləsidir və s...
   İndi qarşısından keçdiyimiz bu poct binası da həmin poct binası , maşınımızın irəlilədiyi bu  küçələr də əlində məktublar Səidənin  dolaşdığı həmin  küçələr idi . 
     Dolanbac küçələri kecib məhbubə xalagilin  məhəlləsinə girdik . Onların məhəlləsini sağa burulandan 7- 8  ev sonra  bizim ev idi . Maşının işığı yol kənarı ilə üzü məhəlləyə tərəf gedən iki oğlanı işıqlandırırdı . Ürəyim atlanıb düşməyə başladı . Elə bil doğma əziz admlarımı görmüşdüm . Məhəlləmizin cavanları isi . Bbu kənddə başqa kim olardı ki . Görəsən kim idi bunlar?  
    Arxadan maşın gəldiyini hiss  edən cavanlar dönüb bizim naşına baxdılar . Aman Allahım bu odur . Elnur ... Necə dəyişıb , necə boyüyüb . Maşının pəncərəsindən gözlərim ona saplanıb qalmışdı . Heç gözləmədiyim halda maşın dayandı və qaynatam maşının şüşəsın çəkib : 
   - Axşamınız xeyir,  igidlər ! - dedi . 
   - Aqibətiniz xeyir , dayı ! - səs ürəyimi titrətdi . İlahi bu nə həyəcan idi . Hələ indiyə qədir məndə belə bir həyəcan olduğu ağlıma gəlməmişdi . Oğlanlar qaynatamın salamını alıb maşının arxa pəncərəsinə baxdılar . Tez çılız bədənimi öturacağın arxasında gızlədib başımı aşağı saldım . Qulaqlarımı şəklədim ,  diqqətimi tanış səsə verdim . 
   - "Bircə kəlmə də danışsın nolar " - deyə yalvarırdım , səsini eşıtmək istəyi ürəyimin qapılarını döyürdü . 
   Qaynanam  yanımda oturmuşdu . Mənim  bu hərəkətlərimə fikir verirmiş . 
   - Bala başına dönüm , Ağası müəllimin evi hansıdlr . Qonağıq burada yolu unutmuşuq . 
   O danışmadı . Yanındakı bizə  yolu tərif etdı . Maşınımız hərəkətə keçəndə  mən də başımı yuxarı qaldırıb dərindən nəfəs aldım . Qaynanamın ilan gözləri mənə sancılmışdı . Sanki məndən hesab sorurdu . 
    - Qonşumuzun uşaqlarıdır . 
    - Nolsun  niyə  gizlənirsən ki ?
 Pərt oldum . Nə deyəcəyimi bilmədim . 
   - Gözümdən . Üzümü belə görsünlər istəmədim . 
   - Kül qoyum başına , qaranlıqda nə görürlər səni ? 
    Çiyinlərimı çəkdim . 
    Taxta darvazaya çatanda maşınımız iki dəfə səsləndi . Çox keçmədı atam , arxasıyca kiçik əmin , onun arxaslnca da o biri əmimin oğlu qapıya çıxdı ... 
   Bir anda məhəlləyə elə bil bomba düşdü . Mətanət  gəlib deyə anam ,  bacılarım , qonşular  əmilərimin külfətləri küçəyə tökülüşdülər .  Boynuma atdığım şalı çıxarıb başıma doladım . Üstən  geyindiyim "layka" plaşın xəz  boynunu qaldırıb üzümü gizlətməyə çalışdım . 

   Heç yarım saat keçmədi ki ,  atam  toğlunumuzu boğazlayıb kəsdi .  Həyətımız dolub boşalirdı . Qonşular , qohumlar mənimlə görüşməyə gəlmişdilər . Qaynanam özündən məmun görünürdü .  Üz gözümün halını soruşana tutuquşu kimi eyni sözü təkrarlayırdı . 
   - Eri srağayın Türkiyəyə gedəndə səki içəri qaçırdı ki,  qabda su gətirsin . Qayıdanda ay toba , elə bil qızı götürüb pləkənin başından yerə çirpdılar . Uşağım gözə gəldi elə bil . Bir görsydiniz ,  Qeys gələndə gəlin necə çıtdayirdı . Dedim a bala ,  özünü nəzərə gətirəsən , az gül , çıx o gədənin qoltuğundan . Get cərinin də özünün də cibinə sarımsaq qoy .bir balaca şeyə üzərik bağla üstünüzdən as . Kimə deyirsən ?  Eşutmədi ki !! Nağayrasan ee ... cavan uşaqlardır  , özləri də  istəkli ... 
  Əlləri ilə dizlərini şappıldadıb ,  davam edurdi : 
   -Anası olmüş heç getmək istəmirdi . Bunu  belə qoyum necə gedim deyirdi . Dedim bala , işindən qalma , heç nə olmaz ,  dedi  Nolasıdir ki ? Ölüf qırılmamışıq haa ,  biz burdayıq da . Allaha and olsun ,  yalan deyirəmsə Allah qürbətdə  olan balamı əlimdən alsin . 
   - İrağ olsun balanın canlndan heylə demə -  deyə qonşular ona səs verirdilər . Qaynanam da bu diqqətdən daha da şövqülənib çənəsinə güc verirdi . 
   - Bax balalimin ölmüşünə ,  baladan əzizi yoxdur . O kişı bu gəlinin üstündə əsim əsim əsir . Yalan deyirəm bala ?
   Qaynanam üzümə baxıb sözünə dəstək istəyirdi . 
   Əlim üzümdə qalmışdi . Camaatı necə yalandan and içib inandırırdısa ,  bir anlıq özüm döyülməyimi yuxu kimi düşünürdüm . Bəlkə Qeys məni yuxuda döyüb deyirdim . Qaynanam and aman edib məni  və Qeysi təriflədikcə anam da  mətbəxdə iş görə görə qaynanamın sözünü təsdiqləyirdi . 
    - Hə Minaya ,  Gülxanımla danışdım o gün ,  sizdən bir razıliq edir ,  bir razıliq edir . Deyir qizından narahat qalma , Minaya yaxşı arvaddır,  qızıni  yağ içındə böyrək kimi saxlayır . Allah başından töksün . Maılca uşağım gün görər . Sənin kimi qaynansı var nə dərdi olaçaq ? 
   - Allaha and olsun ,  o gün alverçi gəlmişdi məhəlləyə . Ölməyib haa özü desin, bax balalarımın ölmüşünə , hələ indiyə qədər ,  desin mama məni bir bazara aparıb paltar alıb . Ay tövbə ... Alverçılər var importnu malllar gətirirlər . Rusetdən, Dubaydan, Türkiyədən . Biıirlər ki , mən gəlini bir yerə çıxardan deyiləm . Elə belə şey də almaram gəlinə . Gətirirlər , tökürlər qabağına . Deyirəm bala , seç ürəyin hansın istəyir seç ,  qiymətinə görə sıxılma . Allah and olsun özüm seçıb geyditirəm əyninə . Görürəm kənd uşağıdir dayna şəhərlə ayaqlaşa bilmir . Gedib harda kəndəvoy ,  güllü saçaqli şey var onu alır  . Deyirəm a bala ...
    Qaynanamın lovğalanmasından bezib o biri otağa geçdim . Səsi beynimə düşürdü arvadın . İki üzdülüyündən nifrətim birə beş artmışdı . Məndən sonraki bacım Nəzakət arvad danışdıqca üzümün idafəsindən hər şeyi başa düşmüşdü . Odur ki ,  yanima gəlib , daldalığa salaraq pıçıltıyla :
   - Nolub ?  Qeys salıb səni bu günə ?  
     Dillənmədim . 
   - Az , sənnənəm ee !!!
   - Ay Nəzakət , nə mıxlanmısan orda evdə qonaq var , tərpən  !!!
    Gecə yarısına gədər  evimiz dolub boşaldı .  Beş dəqiqənin içində ciyərlər qovruldu ,  kabablar bişdi , kələmlər büküldü . Anamın yaydan üç kiloluq balonlarda  bağladığı gilənar kompotu açıldı , bacilarım həyətdə şaxta vurmasın deyə üstünə xəzəl  sərilmiş keşniş , vəzəri , şüyüddən  yığılıb yuyuldu . Kişilər üçün  zalda masada , qadınlar üçun isə yataq otağında yerdə böyük süfrələr açıldı . Ata mın öz əliylə hazırladığı çaxır süfrəyə gələndə kişılərin alqışı  otağı başına götürdü . Yemək içmək başladı . Süfrəyə təndir çörəyi gələndə kövrəldim ,  gözlərim doldu . Burnumun ucu göynədi . Bu aralar yaman kövrək olmuşdum .   Çörəyi əlimə alıb qoxusunu içimə  çəkdim ,  və eyni zamanda ağladım ...
   Qaynanmgil sabahi  yola çıxdılar . 
   - Gəldin görüşdün yaxşı elədin . Gəl gedək,  bir də səni kim gətirəcək Bakıya ? Uzaq yoldur . Atan da  məktəbdə olur . Başı qarışıb dərslərə - deyə qaynanm mızıldana mızıldana dilləndi . 
   - Boy elə şey  olar ?  Köz götürməyə gəlmişdiz ? - Anam  müdaxilə etdi - Siz  də qalın bir iki gün , sonra al gəlinini də get !  Həm də havanızı dəyişərsiz. 
   - Yox ee mən qala bilmərəm . Bilirsən də avtobusnan gedib gələnmərəm . Gərək mənə adelni maşın ola . Sora burdan ora maşın tutacam ? Həm dükan yıyəsizdir . Bilirsən də , yiyəsiz ki,  gördülər , o dəqiqə,  it - qurd tökülür . Allah başlarına daş salmışlar əlli minlik qopartmamış əl çəkmirlər . Elə bilirlər komsiyonnusu olan elə oturub orda pul kəsir -  qaynanam ara verdi məni qucaqlayib heç nə olmamış kimi öpüb əzizlədi . 
    -  Bax sən Allah Mətişə görə ürəyinizi sıxmayın . Özü nə vaxt istəyər gətirərsiniz ,  ya da xəbər göndərin maşın göndərək arxasıyca . Bax sən Allah uşağı avtobusla yollamayln . Ərinin xasiyyəti belə bir cürdür ee. Deyəcək mən burda yoxam arvadım avtobuslarda gəzir . Bizə amanat eləyib gedib . 
   - Yox ee , yox  narahat qalma ay Minaya di sağ salamat gedin . 
   Qaynanam maşına minənə qədər məni ailəmə , ailəmi də Allaha əmanət edə edə , dəfələrlə : 
   - Bax sən Allah  bir şeydən korluğunuz olsa xəbər edin , Mətişin ürəyi nə istəyir ,  burda olmayan şeylərdən , Bakidan yollayım . Sən Allah utanmayın , çəkinməyim . 
    Maşın doqqazdan aralana qədər ağzım ayrıq qalmışdı . Yanı bu qadın mənim qaynanam idi ? 
   Məhəllə bizi qarşıladığı kimi qaynanamgili elə də  yola salırdı . Bütün hamı mənə gözaydınlığı verirdi : 
   - Allah başacan eləsin ay Mətiş , maşallah yaman cana yatımlı qaynanan var . 
   - Hə vallah . Bir gəlinim deyir beş də ağzindan tökür . 
  - Gözünün ilk ovusan , inşallah ikinci gələndə səni gözdən salmayalar ...

    On gündən çox idi ki ,  kənddəydim . Bu on gündə bütün bu altı ayda başıma gələnləri anamgilə desəm də anam mənə inanmırdı . 
   - Mənə niyə inanmırsan ?  Vallah billah yıxılmamışam , məni Qeys bu günə salıb . Bax Allaha and olsun , papamın ölmüşünə ,  nənəmin goru düz deyirəm . Arvad burda belə artislik eləməsinə baxmayin , orda  məni toyuq kimi ütür.
    And aman etsəm də ya anam gil mənə inanmır ya da özlərinə sərf etmədiyi üçün inanmaq istəmirdilər . 
    Üzümün gözümün göyü yavaş yavaş çəkilsə də sağ gözümdəki əyrilik hələ də dururdu . Gözüm yenə də torlu görürdü . Atam məni rayon mərkəzindəki göz xəstəlikləri xəstəxanasına aparanda burdakı həkimlər də Bakıdakı həkimlərin dediyini dedilər . 
    - Göz yıxılmadan əyilə bilməz , ya ağır zərbəylə vurulub ya da hansısa bir qəzada beyin travması keçırib . Başqa bir şey ola bilməz . Tezliklə əməliyyat olmalıdir . Yoxsa göz getdikcə əyiləcək və görməsı zəyifləyəcək . Yenə eyni maz və eyni damcı dərmanı yazıb yola saldı . 
   Həkimdən gələndən sonra anamgildə bir dəyişiklik - mənə inanmalarını gözləyirdim . Hec olmaya ailənin bütün üzvləri toplaşacaq atam mənim gözümün dərdini hamıya açıqlayacaq . Hələ ki , bir səs soraq yox idi . 
   -  Bacı , anamla  atam danışanda eşıtdim - Nəzakət yanıma oturub dedi . 
  - Nə eşitdin ?  
   - ATam dedi ki,   həkim deyir bu qız vurulub . 
   - Bə anam nə dedi ?  
   - Deyir vurulub vurulub daa, guya sən məni vurmamısan ? 
   Əsəbimdən partlayirdım . 
   - Atam anamı belə vurub ?  Gözün əyib ? 
  - Şşşştt , eşıtməsin . İndi hirslənəcək . 
  - Hirslənsin ! 
  - Ana deyir çox üstünə gedib əzizləmə . Sakit dinməz heç nə olmamış kimi apar qoy evinə .
   - Nəə ?  
   - Hə vallah elə dedi . 
   - Bəs atam nə dedi ?  
   - Dedi qoy Qeys gələnə qədər otursun . Əri gəlsin otursun qarşıməza ciddi ciddi danışacağıq . 
   - Nə danışacaq-  yerimdən dik atıldım 
 - Ay bacı sən Allah ...
   Zalın qapısin açıb icəri şığıdım : 
  -Mən o evə getməyəcəm .  Bildiz? getməyəcəm ,
  - Qələt eliyəsən !  Başını da daşa döyəsən ...
   Qapının arxasındanan bacımın gödəkçəsin götürüb geyinə geyinə bayıra çıxdım . 
   - Hara  gedirsən ? Gəl rəddol evə !
  
   Üzü təpələrə cıxa cıxa bəxtimdən taleyimdən gileylənirdim . Bilirdim ki ,  anamgil məni qorumayacaqlar . Mənə bu vaxtda  bu yaşda valideyin dəstəyi lazımdır . Nigahım da yoxdur ki , gedib məhkəməyə ərizə yazım,  deyim boşanıram . Lap ərizə yazıb boşanmalı olsam da , yenə mənə dəstək olmasa mən bunu tək başına bu həyatla bacara bilmərəm .  
   Gəzə gəzə 4 cü əsrlərdən qalma Bayan məbədinə qədər gəlib çıxmışdım . Bu tarixi məbəd haqqında bir cox əfsanələr dillərdə dolaşırdı . Guya Kərəm Əslinin oduna bu məbəddə yanmışdı . Həmişə uşaqliqdan eşq - məhəbbətdən xəyallar quranda , məhəbbət simvolu olan bu məbədə gələndə həmişə arzu edərdim  ki , mən də əsli və kərəm kimi saf və təmiz bir məhəbbət məcarası yaşayım . Sevim sevilim . Sevgimiz dillərdə dastan olsun .  Hər zaman düşünürdüm ki, məni sevən oğlan , gizli məhəbbətim  Məzahir Səidəyə yazdığı məktubdan  mənə də yazacaq : "anama  gəlin olarsanmı ? " ...
    Təəsüüf ki mən bu həyəcanı heç vaxt yaşamayacam .,  bu xəyallarim heç vaxt gerçəkləşməyəcəkdi . 
   Ərə gedəndən ilk dəfəydi buraya gəlirdim . Arzularımın yıxılmasına , xəyal yuvamın dağılmasina pis olmuşdum . Məbədin ətrafinda əllərimi divarlara sürtərək için içın hıçqırırdım . Mənim ücün bu arzuların , bu xəyalların qapısi bağlanmışdı . Böyüməmiş böyümüşdüm , sevginin həyəcanını yaşamamış ölmüşdüm , sevməmiş gəlin olmuşdum . 
    ... Nə qədər dolaşdığımı  bılmirəm  . Artıq hava qaralırdı . Ağlayıb xeylax rahatlaşmışdım . Məbədin aşağısına ,  dərəyə doğru endım . Dar ot basmış sulaq cığırla irəlləyirdim ki , yaxınlıqdakı kolların arasında hənirti duydum  . Ürpəndim .  Ayağımı saxlayıb həmin yerə diqqət etdim . Heç nə yox udi . Amma kolun arxasında qaranliqda bir qaraltı görünürdü.   Qaraltının nə olduğunu bilmədim . Daha ləngiməyə qorxurdum , vəhşi heyvan ola bilərdi . Addımlarımı yeyınlədib dərə aşağı qaçmağa başladım . Şəlalənin yanına çatanda ayaq saxlayıb  ovuclarımı su ilə doldurdum . Soyuq hava olsa da  sanki su ilınmışdı , suyu ovuclayib üzümə çırpdım . Əynim qalın olduğundan ,  həm də qacdığımdan yanaqlarım od tutub yanırdı . Tərləmişdim . Yaxınlıqda nəsə şaqqıldadı . Tez dikəlib ətrafı dinşədim . Meşənin ortasında tək idim . Hava tam qaralmasa da meşədəki ağacların qalinliğından adamı vahimə basırdı. Çox qorxurdum . Hər an qurda quşa rast gələ bilərdim  Getmək lazım idi . 
   Çaylağın daşlarının üstünə çıxıb çayı  adlayaçaqdım ki , qarşıdakı koldan bir boz  çöl dovşani çıxıb çaylağın üstündən düz  mənə doğru atlanıb qacdı . Elə bildim dovşan üstümə gəldi . Özümü geri çəkərkən daşın üstündə ləngərləndim . Kimsə məni tutdu.  Geri donüb baxarkən ürəyim şiddətlə çırpındı . Özümü saxlaya bilmədim . Ayağım mamırlı daşdan sürüşdü və suya düşüncə o da mənimlə bərabər suya yıxıldı ... 

4 BÖLÜM 

    Evə gələndə ikimiz də suyun içındə , soyuqdan titrəyə titrəyə gəldik. Hələ bir yolda bir Qeysdən iki qapaz da yedim .  Səbəb nə isi özüm də bilmədim . 
   -  Booo ay balam,  bu nədir belə suyun içindəsiz ki ?  
   Mən ağlaya ağlaya içəri qaçırdım ki , Qeys: 
   - Çayı keçəndə Mətişı səkim arxama aldığım idi , suya düşdük . 
   -  Can ay bala ! Pal paltarda gətirməmisən . Ay Mətiş ay bala ,  sarayda su isdidir , peç də yanir  , yeri get ərini rahatla  - dedi anam . 
   Özümü eşitməzdən gəldim . Yataq otağına kecib zənbildən  paltarlarımı cixartdım . Elə bu vaxt Nezakətdən balaca olan bacım Sədaqət həyəcanla özünü içəri atdı . 
   Qızın üzündə təlaş qarışıq sevinc parlayirıdı . 
   - Nolub ?  
  Bic bic üzümə baxıb gülümsədi . Qoynundan bir kağız parcasını cixaracaqdi ki, anam qəfil içəri girdi . 
   - Nə saplanıb qalmısan burda . Ərin suyun içində , gəl  al bunları yeri get ərini sarayda rahatla . Yu paltarlarini as , qurusun sabaha qədər . Sabah gedəsiz . 
    - Hara?  
    - Evinə . 
    - Mən heç yerə getmiyəcəm ! 
    -Azz yekə arvadsan qılığın - sürüyün olsun . Sən burnunun dikinə getdikcə o sənnən beter olar , kişi xeylağıdır . Kimin evində söz söhbət olmur , 20 ildir dedənin nazın çəkirəm . Di yeri ərini göndərdim saraya. Gey yuyundur ,
   İncik incik Sədaqətə baxdım özumdən 3 yaş kiçik bacımdan imdad dilədim . Ama o öz aləmində idi . 
   Anamin əlindən paltarları alıb həyətin sonundaki saray dediyimiz ambara getdim . Hamamımız olmadığından , elə burda çımırdik . Atam sarayın bir tətəfin kiçik hovuz kimi hörmüş , yanina da odun sobası  qoymuşdu. Qışda sobanı yandirar , üstündəki böyük  paltar qazanındaki su isinər ,  o suyla həm çimərdik , həm də pal paltarı yuyardıq .
    İçəri girəndə Qeys sobaya odun atmışdı , oturub məni gözləyirdi . Çıtır sıtir yanan odun sobasının istisindən nəfəs almaq mümkün deyildi . Məni görən kimi ayağa qalxıb polverin əynindən çıxara çıxara :  
   - Qapını bağla ! -  dedi . 
   - Men gedəcəm ,  gəldim paltarlarını verim , suyunu hazırlayım gedim . Özün çım ! 
  Üzümə ters baxıb : 
  - Nə özünü naza qoymusan azz ? Belimi kim sürtəcək ?  -  deyə keçib qapını bağlayıb yanıma gəldi . Anamın Qeys üçün verdiyi atamın paltarları əlimdə idi . Onları əlimdən alıb ambarın bir tərəfinə yığılmış yun kisələrinin üstünə atdı . 
   - BƏs sən getməmişdin ?  Nə gəzirsən burda ?  
   - Darıxdim gəldim - deyib qoftamı əynimdən cixartmaq istədi, qoymadım : 
   - Yox əşi ...sen dedin mən də inandim - Qoftamın ətəyini onun əlindən almağa çalışdım . O bunu işvə başa düşüb üzümə şit şit güldü :  
   - Bildimki sən də mənsiz dura bilmirsən də , yuxumda görürdüm ki , uşaqlarla oynuyuruq . Deyirsən gəl , məni tut ye ! Mən də gəldim səni yeməyə - deyib məni qucaqlamaq istədi . Sivişib qolunun altından çıxdım . 
   - Gəlsən də heç nə dəyişməyəcək . Mən sənnən Bakıya getməyəcəm ! 
   - Özbaşınasan , təpən haqqı !!!
   - İndi görərsən - deyib qapıya yönəldim . 
   - Gəl,  qapını bağla !  
   Elə qapını açıb çıxacaqdım ki , kürəyimin ortasindan dəyən zərbədən nitqim kəsildi . Yerə çökdüm . Qeys qapını bağlayıb məni quş kimi yerdən qaldırdı . 
   - Nə özünü naza qoymusa azz,  yanı sən deyildin uşaqların yaninda boynuma minən ? Məni spalnıya çağıran ?  Noldu ,  yoxsa gəlib burda özünə təzə  yobur tapmısan ? - deyə üstümdəkiləri soyundurub tökməyə başladı . 
   - Eləmə qurban olum , dəymə mənə , yalvarıram Qeys istəmirəm ! 
   - P .. yeyirsən... istəmirmiş ! Onda istəyirdin ! 
   - Onda başqa , onda ərim idin . 
   - İndi ? İndi başqa ərin var ? 
   - Yox , burax ! Boşanacam səndən ,  gözümü şikəst elədin !  
   - Dedənin kəlləsi haqqı boşanasan ,  nəynən boşanasan azz ? Hansı kəbinnən ? 
   Nə desəm də faydası olmadı , həmin gün bir daha qürurum ,mənliyım alcaldı şəxsiyyətimin qarşısında . O çimib çıxandan sonra mən yarıçılpaq vəziyyətdə yerə çöməlib  ağlaya ağlaya onun paltarlarını yuyurdum...
    Burda nə qədər qaldığımı bılmədım . Bir gördüm Nəzakət başımın ustünü kəsdirib : 
   - Eşitmirsən , ay qız? 
   - Fikirim gedib . 
   - Az hara ?  Bayaqdan Qeys yox idi . İndi ki , gəlib . Hara gedir fikirin ? 
    - Əşii ...
    - Sevmirsən ?  
    - Nə? 
    - Deyirəm Qeysi sevmirsən ? 
    - Guya desəm sevmirəm ,  nə dəyişəcək?
   -Çox şey . 
  - Az yeri get , işinə , mənə dastan danışma . 
  - Vallah hə .
  - Nə hə ? 
  - Kömək eliyərəm qoşulub qaçarsan . 
  - Kimə ?  
  - Elnura !!!   
   Elə bil yer ayağımın altindan qacdı . Dizlərim əsdı . Dilim dodağım topuq vurdu . 
  - Nə ... nə Elnur ? Nə qaçması ? Mən ailəliyəm ee. 
   -Sen o ailənin canı !!! Day yaxşı da ..guya xəbərim yoxdur ?  
   - Nədən ? 
   - Onnan görüşməyindən . 
   - Başın xarab olub ?  Nə görüşməsi ?  Mən heç kimlə görüşmürəm . 
   - Az maa da gəlmə də ...mən sənin bacınam axı . 
  -Mən bilmirəm sən nədən danışırsan ?  Bax and içirəm ,  qağamın canina , nənəmin goru haqqı heylə şey yoxdur . Üstümə şər atma . 
  -  Özüm görmüşəm ! 
   - Nə görmüsən ?  
   - Sən bir yerə gedəndə sənin dalınca düşür,  bəyax da evdən cixanda o tinnən çıxdı sənin dalınca getdı .
   Mat mat Nəzakətə baxırdım .
   - Axı mənim heç nədən xəbərim yoxdur . 
   - Şşşş ... yavaş eşidən olmasın . Hələ anam da gördü bunu . 
  - Nə ? -   Qorxudan ürəyim əsirdi .
   - Anam dalınca gələcəkdi ki , Qeys maşından düşdü . Arvadın ürəyi düşdü ayağının altina . 
    - Qeys məni görmədi ?  
    - deyəsən gormədi . Amma anam yaxşı tərpəndi . Mən olsaydım dilim topuq vurardı . Anam gah dedi , Mətanət xalam gilə gedib,  gah dedi qonşuya keçib . Məni göndərdi sənin dalınca . Axtardım səni . Bayannan tapdım . Gördüm sən  qalada gəzirsən o da oturub bir daşın üstündə sənə baxır. Yazıq elə həsrətnən baxır ki . Yazığım gəldi ona . 
   Nəzakət danışdıqca solmuş cöhrəmə bir qızartı gəlirdi . Onun elə halı gözlərimin qarşısında canlandıqca hiss edirdim ki , eşq ürəyimin qapısını  döyür . Özümü ələ almaq istəyirdim . Lakin bacarmirdım . Bu mənim mənəvi təlabatım , sevgiyə olan ehtiyyacım idi . Deyəsən ilk məhəddət könlümə hakim kəsilirdi . Aşıq oldüğumu hiss ederdim . 15 yaşımda ,  ərdəykən ... 
   Bilmirdim mən bu sevgiyə gec qalmışdım ,  yoxsa tələsmişdim ?  Yooxx ... mən tələsməmişdim , tələsdirmişdilər ...
    ... Qeysin sənədlərində problem cıxmışdı deyə sərhəddən geri qaytarmışdılar . O  evə gələn günü , biz də  kəndə gəlmişdik . Məni və anasıgili evdə görməyəndə elə başa düşüb ki ,  məni anamgilə gəzməyə  gətiriblər . Yatib dincəlib sabahı  qalxıb rayona gələsi imiş . Baldızım onu rayona gəlməyə qoymayıb . Məni anasına cavab qaytarmaqda  günahlandiırmış ,  hələ bu azmış kimi özümü dənizə atmaqla "qabaqdan gəlmişlik"  eləyib anasına şər atmağımı demişdi . 
    Qeys rayona gəlməkdənsə evdə oturub anası gıli gözləməyi məsləhət bilib . Ana rayondan qayıdandan sonra Qeysə şərt qoyanda ki ,  "ya arvadın ,  ya mən" o zaman başa düşüb ki , vəziyyət doğurdan da qəlizdir . On gündür ki , məni evlərinə qəbul etmək üçün  anasının könlünü almağa çalışırmış . Məhayyət anası deyib: 
    - Get götür hara aparırsan apar ,  mənim evimdə ona yer yoxdur . 
   Qeys sənədlərin düzəldib, sələmə  girib ,  biraz pul çəkib ki , gəlib mənim də sənədlərimi düzəltsin , məni özüylə Türkiyəyə aparsın . 
    Bunları sarayda Nəzakət mənə  danışanda anam içəri girdi :  
   - Nə baş başa vermisiz , 10 gündür pıçıldaşırsiz bəs deyil ?  Camaatın əri gəlib , burax getsin ərin rahatlasın . 
   -  Gəlirəm də ana , paltar yuyuram .
   - Tez ol,  tez ol , ərin yatır ...
    - Demək Qeys də sənnən gəlmişdi meşəyə ? - Anam çıxan kimi nigaran nigaran pıçıldadım . 
   - Yox ,  mənnən gəlməmişdi . Mən bilirəm Elnur səni istəyir . Hələ neçə dəfə toyun olmamışdan sənə xəbər yollamışdı məndən . Anamin  qorxusundan sənə heç nə deməmişdim . Dedim indi hayasızlığına salasan , anam da gədəni tutub bir təhər eliyəcək bizi də döyəcək .  
   - Nə xəbər ?  Mənə heç nə deməmisən !? 
  Nəzakət çiyinlərini çəkdi :
  - Deyirdi ,  çilliyə denən partanın altına saqqıznan məktub yapışdırmışam ,  götürsün . Mən dərsə gedəndə sənnən qabaq sənin partanin altındaki kağızı çıxarıb oxuyurdum . Cırıb atırdım . Hərdən də  sənin adından mən də ona məktub yazırdım . 
   - Nəə ? Nə yazirdın ?
   - Ondan xoşun gəldiyini . 
   -Dəlisən sən ?  
   - Hə vallah heylə də yazırdım . Hələ bir dəfə məktəbin bağına çağırmışdı səni ,  sənin adından yazmışdım ki, gələcəm , yazıq nə sevinclə getdi görüş yerinə. Mən də dəli Səidəni öyrədib yolladım ora . Dedim Elnur sənə vurulub ,  deyir gəlsin məktəbin bağına danışaq . O da inanıb getmişdi . Səidəni qarşısında görüncə ...
    - Yaxşı bəs Qeys nə bildi mən Bayandayam ?  
   - Demirəm,  mən səni axtarırdım ?  O da mənim dalimca gəlibmiş , səni axtarırmış ,  sən bu tərəfə gələndə Əli səni görübmüş , ona deyib ki ,Mətanət ağlaya ağlaya bu tərəfə getdi . O da istiqamət tutub gəldi . Mən də sənnən Elnuru orda görəndə ,  dedim indi yəqin danışasız ,  mane olmadim . Qayıdanda Qeysi gördum . Qorxudan ürəyim ağzıma gəldi az qala . Dedim indi sizi bir yerdə görəcək . Girdim Qeysin qoluna  gətirdim meşəyə ki , meşə yoluyla evə aparım . Dedim mən baxdım Mətiş orda yoxdur . Meşədə məndən ayrıldı . Dedi sən get mən gəlirəm . Dedim bu yüz faiz səndən şübhələnib . İncəvardan  sən də tez qayıtdın . Həm də tək idin ...
   - Az di qurtarmadın ?  Ərin gözləyir axı ! - Anam başını qapıdan içəri salıb mənə  çəmkirdi - burax ora paltarı , burax ,  burax . Get ərini rahatla , bax elə beləsən ee xiyar əyri bitir . Əlli ol da... Az vallah mənim sənin kimi gəlinim olsa , bir dəqəiqə də saxlamaram ee . Səndən arvad olmayacaq ,  vallah . 
  - Nədi ee ana ,  gəlirəm də ... 
   - Dur get , ərin uzaq yol gəlib yorğundur , bir maraqlan , gör bir nə yeyir , nə içir ,  bir sığalla tumarla ...
 - Eeyyy ana ...
  - Zəhrimar ana ,  çor ana . Qoy ora ... mən suya çəkərəm onları , dur get ,   tərpən !!! 
   Əlimi yuyub qapıdan çıxanda Nəzakət qulağıma :  
   - Sədaqətdən sənə məktub göndərib -  dedi . 
   Sədaqətin biraz öncə qoynunda gizlətdiyi  kağız gözümün qabağında oynadı . Həyəcandan əlim ayağım əsdi . Həm də çox qorxurdum . Birdən məktub başqasının əlinə keçər . 
   - Nə bildin ?  
   - Sən Qeyislə meşədən gələndə o da sizin arxanızca gəlirmiş . Mən gördüm onu gələndə , bir yerdə gəldik  məhəlləyə . Yolda dedi ki ,  günorta Sedaqətə məktub vermişəm ki , Çilliyə versin . Görəsən verdi ?  
   - Aaa ,  bayax  ...
   Kürəyimə dəyən qaloş səsimi kəsdi . 
   - Hələ ağzin əyir ee burda ,  rəddol get ,  ərin çağırır ...
   - Gedirəm eyy ana , gedirəm !
    
     Atam zalda oturmuşdu . Utanirdim atamın yanında yataq otağına girməyə . Ayıb olardı . Odur ki mətbəxə keçib özümə yemək qoydum , elə indicə yeməyə  başlayacaqdım ki ,anam gəlib yeməyi qabağımdan götürüb qazana boşaltdi . Yeri get ərini yatızdir sonra gəl zəhərlən . 
   - Ay ana uşaqdir oo ? Yatar da ...
   - Hə uşaqdır , kişi uşaq kimidir ,  gərək nazın çəkəsən . Nazin çəkməsən ,bir də görəsən ki , getdi . Başlayasan dizinə başına döyməyə . 
   - Qağam oturub orda necə girim işəri . 
   Anam cəld ora bura baxdi . Noxud bankasini cəld bir ləyənə boşaldib içini yaxalayib si ilə doldurdu . Rəfdən stəkan götürüb  su ilə bərabər əlimə verdi . 
   - Bunu da ağlın kəsmir ?  - səsin yüksəltdi . Səsini atama eşitdirdi :  
    - Mətiş , bala ərin su istəyir , apar ərinə su ver ... 
    Əlimdəki suyla içəri girəndə , Qeys  yerdə yan-yana salınmış iki döşəyin ortasında yayxanmışdı . İçəri girib , arxamca qapını çəkdim . Suyu masaya qoyub stəkanı doldurdum . 
    - Su içirsən ?  
    - Yox - yorğanı qaldırıb məni yatağına çağırdı - gəl !!!
    Qəribədir , onlarda olanda  hər dəqiqə  onu yatağımda görmək istərkən , onun otağıma girməsi belə qadağan idi , indi  bir yerdə yatmağımız qadağan deyildi,  ancaq indi mən onun yatağına girmək istəmirdim . Evlərində divanda yatarkən hər gecə yarısi  saatlarla onun boynunu oxşayib öpən mən - indi onun çılpaq bədənindən ,  öpüşlərindən diksinirdim . 
  - Qapını bağla gələn olar . 
   - Narahat olma mənim anam senin anan kimi deyil , evi basa , gələn də olsa qapını döyüb gələcək . 
   - Yenə başladın ?  Qanımı qaraltma da ...
    Həmin gecə sabahlara qədər alti ayin yanğısını söndürdü Qeys . Qeys ehtirasinin  atəşını söndürüncə ,  mənim ürəyimdə yeni bir atəş közərirdi , eşq atəşi , Qeysin çılğın ehtirasina göz yaşlarimla cavab verirdim , özümü onun öpüşlərindən qoruyaraq xəyalim ilk məhəbbətimin ünvanına gedirdi ...
   Səhər otağımızdan cıxanda Qeyisin üzündə qəribə bir ifadə var idi . Rahatıiq ,  məmnunluq , sevinc ... İlk dəfə idi ki , onu belə sevincli və keyfli görürdüm .
    Taxta məhəccərin üstündəki vedrədən su götürüb mənə səsləndi :  
   - Gülüm , gəl əlimə su tök ! 
   Çaşıb qalmışdım , ilk dəfə idi ki , o mənə belə müraciət  edirdi . Asılqandan dəsmlı götürüb qolumun üstünə asdım . Yanina gəlib avıgəndəri əlindən alıb  vedrədəki sudan doldurdum . Qeys əl üzün şappıldada -şapıldada yuduqdan sonra əlindəki suyu üzumə sıçıradıb gülməyə başladı . Mənim çırnadığımı görüb  fürsətdən istifade ederək xəlvətə salıb yanağımdan öpdü . Bunu baxcada samavarı qalayan anam da gördü . Xəcalətimdən yerə girirdim .  Anam özünü görməməzliyə qoyub,  gülümsəyərək  başını samovara  qrışdırmışdı . 
   Atam qamqalaq kəsir , qızlar həyətin ortasinda masanı günəşin isitdiyi yerə  çəkib üstünə süfrə saldılar . 
   Dağ havasınin bir başqa ləzzəti olur bizim buralarda .  Sabah  külfət oyanar oyanmaz qapı pəncərələr açılar, yatılmış yorğan yastıqlar pəncərədə havaya verilərdi . Nə ə qədər ki , qar yağmayıb hami həyətə enər , günəşin zərif şüalari altinda masa qurular , samovar odlanib ,  çay çay dəmlənərdi . Təndir çörəyi , bal - qaymaq , şor pendir səhər süfrəsini bəzəyərdi .  Mıs tavada anamın bişirdiyi göz yumurtanin dadı da başqa olurdu burda . Bu gözəlliyi mən niyə görməmişdim bu vaxta qədər görəsən ? 
    Hiss edirdim ki , Qeyis burda tamam başqa adam olmuşdu . Öz evlərində anasının qorxusundan səmtimə belə gəlmirdi , və yenə də anasının qorxusundan hər şeyə bir bəhanə tapıb onun yanında Qeyislə dalaşırdim ,  ya da o mənimlə dalaşırdı . İndi də öz anamın qorxusundan yüz bəhanə olsa da qaş qabaq turşuda bilmirdim . Mənim bu evlilikdə rolum böyük idi . Qaynanmın yaninda ərini sevməyən itsifət gəlin olmalıydim , anamın yanında söz dötürən qadın .  Mənim öz fikirim , öz qürurum heç kimi maraqlandlrmırdı . Mən onları razı salmaq üçün yaşayırdım . Heç nə yox elə , guya desəydim , dünən meşədən məni döyə döyə  gətirib , sonrada bir şey olmamış kimi , mənimlə sarayda mənimlə elə münasibət yaratdı  , gözümün yaşına baxmadan ,  məni özünə barışdırmadan ,  bağlamadan sabaha qədər özünü düşündü , keyfinə baxdı . Mənim üçün nə dəyişəcəkdi ki . Daha da anam deyəcəkdi ki ,  kişi xeylağıdır . Elə də olmalıdır da  . Arvadısan istədiyini edib,  gedib başqasıyla olmur ki ? 
   Bunları düşündükcə qoz boyda bir qəhər düyünlənib böğazıma ilişirdi . Keyfimin yerində olmamasını anam da  görürdü . Dərdimi   soruşmaqdan ,  məni boş -  mənasız yerə danışdıraraq , bəzən də kənardan mənə gülmsəməyimi işarə edərək üzümə sünü xoşbəxtlik verməmi  istəyirdi . 
   Məni bu evdə heç kim başa düşmürdü  . Məni başa düşən bir dənə Nəzakət idi , vəssalam ...
   Axşam yola çıxacaqdıq . Bakiya gəlib sənədlərimi düzəltirib sonra isə Türkiyəyə yola düşəcəkdik . 
   Dünən Nəzakətin dedikləri qulaqlarımda zınqrov kimi  səslənirdi . Bütün fikirim onun yanında qalmışdı .  Demək məni sevirmiş . Kaş ki ,  məni sevdiyini o vaxtdan bilsəydim . Bəlkə mən də o vaxt sevərdim onu . Əsla və əsla bu evliliyə razı olmazdım . Məcbur versələr də , qoşulub qacardım ona . Bəzən belə düşüncəmə özüm də gülürdüm . 
   - Dəlisən , Elnurun 17  yaşı var ee. 17 yaşında oğlan evlənər ?  
   - Bəs 15 yaşında qız ərə gedər ?  
      
    - Sədaqət  ! - içəri girib Sədaqətin başının üstünü kəsdirdim . 
    - Hə bacı ?  
    - Məktubu neylədin ?  
    - Nə məktub ? 
    - Dünən Aynur Elnurdan məktub yollamışdı mənə . Elnur sənə vermışdı ki, ver Çilliyə . 
   - Hə ... oo ?  Aynur yollamışdı ? - qız mat mat üzümə baxdı . 
   - Həə. 
   - Anam aldı . 
   - Nəə ?  
   - Hə vallah , anam aldı . 
   - İndi mən sənin saçlarını yolaram , gününü görərsən . Verməzdin , niyə verirdin ?  Oxudu ? 
   -  Onu bilmirəm ,amma  mən oxumuşdum ,  
   - Sən başqasına yazılan məktubu neçə oxuya bilərsən ki ?  İndi mən səni öldürəcəm   ,  dayan indi sən - Sədaqət ağlamsınıb özünü mənim əlimdən qurtarmaq isdədi . 
   - Məni döymə bacı qurban olum . Mən elə bildim sənə verdi  o məktubu . Axı çıllı sənsən . Açdım oxudum , Nazıya yazılıbmış məktub . 
   -  Nə ?  Nə bilirsən ?
   - Axı sənin ərin var . Nazı subay qızdır . Həm o məktubu Aynur yazmayib ,  atamın canı düz deyirəm axırina qədər oxudum . Aynur Nazıya sevirəm deyə bilməz ki ? İmza Elnur yazılmışdı . 
  - Ayrı nə oxudun ? -  həyəcandan ürəyim əsirdi . 
   - Nə bilim ee.  Əsgəriyə gedəcəyin yazirdi . O vaxta qədər Bakiya getməsən  əsgərlikdən gələn kimi  səni qaçıracağam  yazırdı . 
   - Adımı  da yazmışdı ?  
   - Yox ee -  güldü -  sənnən nə işi var ?  Sənin ərin yoxdur ?  O bunu Nazıya yazıb ee,  Nazıya , atamın canı , tez tez Nazıyla danışır Elnur ,  Anam Nazını dükana göndərəndə , həmişə o da Nazının dalıyca gedirdi . Anam da bilir ee bunu . Neçə dəfə də hələ Nazını döyüb - deyə sədaqət  məni inandırmağa çalışdı . 
   Ağlıma yüz cür fikir gəlirdi . Bəlkə Nəzakət mənə yalan deyir . Bəlkə Nəzakət ozü Elnuru sevir , bəlkə də Elnur da onu sevir . Elə bəlkə də onlar dünən meşədə görüşübmüşlər . Bəs əgər elədirsə niyə Nəzakət mənə yalandan  desin ki , Elnur səni sevir ,  sənə məktub yazırmış ,  bəlkə məni yoxlamaq istəyir . Bəlkə mənim burda varlığım onu narahat edir, məni Elnura qısqanır , məndən söz almaq istəyir ?
  " -Yoxx mən o məktubu tapmalıyam,  ya da Elnurla danışmalıyam . 
   -  Nə  danışacaqsan ?  Deyəsən məni sevirsən ? Bəlkə heç məni sevmir , doğurdan da Nəzakətı  sevir ? Deyəcək qızmışlığın dərəcəsinə bax ee , əri ola ola mənə nə deyir ? Mən neynim indi ? Axı indiyə qədər onunla məhəəllə uşağı olaraq oynamaqdan başqa niyyətlə üz üzə gəlməmişəm ki , deyəm aramızda nəsə bir şey olub . 
   - Ay qız nə somudursan orda , ay bala gəl ərinin paltarlarini rahatla . Axşam yola çıxasız axı  . 
   - Off ana off . Nə var ee ər , ərr , ər... Ərdən başqa dərdim yoxdur mənim ?   Bəsdir dəəə ...
   - Nə dərdin olacaq azz ?  Arvadın ərindən başqa nə dərdi olacaq ?  Ağlını ora bura azdırma haa , ərin var ,  get ərini bağla qıçına , p.. pəpə de, otur Allahına şükür elə .  Eşq meşk ərli arvadın evində olar , kağız kuğuzlarda yox ...
    Anamln belə söz soxması mənə çox sonralar çatdı .O zaman artıq bir qızım var idi ...
    ... Taksi gəlib qapımızın ağzında dayananda bütün məhəllə bızə axışmışdı . O da gəlmişdi . Məhəllənin uşaqları ilə Zöhrənin dükanının yanina toplaşib tum cirtlayirdılar . Gozü bizim qapıda idi . Nəzakət heç məndən ayrılmır,  qoluma vuraraq ona tərəf baxır , mənə onu işarə edir, gülümsünürdü . Sədaqətin sözlərindən sonra fikirim qarma qarışıq idi . Bəlkə mən yanlış anlamışam ,  bəlkə Elnur doğurdan da Nəzakəti istəyir . 
   İki daşın arasında da anamın mənə göz ağardaraq gülümsəməmi istəməsi məni lap dilxor eləmişdi . 
   - Allaha amanat olun bala , Allah sizi bəd nəzərdən , pis nəfəsdən qorusun , 
  - Amin -  hamı bir ağızdan dilləndi . Anam əlimi tutub Qeyisin əlinə verdi . 
   - Qızımı sənə ,  səni də Allaha amanat edirəm . Di yolunuz açıq olsun , sağ salamat gedin ! 
   -Sağol ana - Qeys əlimi buraxmadan anamla, sonra da atamıa  qucaqlaşıb görüşdü . Kənardan baxanlara həsəd aparılacaq qədər mehriban görünürdük . Gözüm dükanın qabağındaydı . Hələ də Elnur nigaran nigaran bizə baxırdı . 
    Maşın hərəkətə keçəndə o da uşaqlardan ayrılıb yola çıxdı . Bizim maşınla addım ba addım gedirdi . Maşınımız sürətini artıranda isə o dayanıb ,  aşağı əyildı . Əllərini dizlərinə derək verib tozlu yolda uzaqlaşan maşınımızın arxasınca baxdı . Sanki gözlərindən düşən iki damla yaş təkərlərin arasından cixan toza sel kimi qarışıb arxamızca axırdı . Sankı təkərlərin səsi ,  onun ürəyinin sözlərini arxamca mənə haykırırdı ...
   - Getmə nolar , məni gözlə ...

    Bakida məni kimsə xoş qarşılamadı . Qaynatam da dil ucu salamlaşıb işinin gücünün arxasınca getdi . Elə bil mənim kəndə gedişim evə sotuqluq gətirmişdi . Qeysin nənəsindən  başqa heç kim məni danışdırmırdı. Bilmirəm, bəs qayınlarima neyləmişdim axı  . Onlarla mənim bir söz söhbətim olmamışdı ,  xətirlərinə dəyəcək bir hərəkət  etməmişdim , bir söz deməmişdim . Bu kin nəyin nəsi idi bilmirəm . Mənimlə danışmırdılar .
    Rayondan anamın qoyduğu pay püşkü soyuducuda yerləşdirəndən sonra ,  pendirin suyu dağılmış zənbili yumaq üçün  hamama keçdim . Qeys də arxamca daban basma içəri girib qapını bağladı . 
   - Neyniyirsən , nolub ?  
   Başqa vaxt qaynanamın səsindən gecələr yatağıma gəlməyən Qeys  indi anasının səsini qulaqardına vururdu :
   -  Nə var ee çimirəm - deyə suyu açıb  anasına səsləndi . 
    Bilmirəm bu mehribanlıq nəyi ifade edirdi ?  Məni incitdiyinin üzürxahlığı idimi ,  yoxsa aylarla ayrı qaldığımız günlərin həsrətimi idi ?  Ya bəlkə də onun ürəyini döyən "gecikmiş  məhəbbəti"miydi . " Gecikmiş məhəbbət deyirəm ,  çünki kimsə  bilməsə də meylimi özgəsinə salmışdım . 
    Bu ailə elə gözümdən düşmüşdü ki ,  Qeys nə qədər mənə mehriban yanaşsa da onun mənə etdikləri nöqtə qədər də gözümdə deyildi . Ürəyim sinmışdı hər şeydən .Kaş ki , bu mehribanlıq Türkiyədən gələn gündən olsaydı . Altı ay həsrətinə qovrulub , gəlişinə sevinərək  çıçəyi açmış qəlbimi gəldiyi gündən sevgi ilə doldyrsaydı . Kaş mən onu otağımda gözləyəndə  məni qoynuna alsaydı . Qırmadan ,  əzmədən çiçək kimi qoxlasaydı , bir nazlı körpə kimi bağrına basıb sevsəydi , nazlandırsaydı ...
   İndi bu mehribanlıq mənim gözümdə təcavüzdən başqa bir şey deyildi ...
  
 Həmin günümüz  qaynanamın dır-dırına baxmayaraq sakit keçdi . Süfrə toplanandan sonra hərə öz otağına dağılışdı . Qeys də küçəyə çıxdı . 
   Gecə yarı evə gəldi . Ayaq üstə dayana bilmirdı . İlk dəfəydi ki onu bu cür vəziyyətdə görürdüm . Heç vaxt onu adi bir qonaqlıqda belə içən görməmişdim . Onun  sərxoş olmadığını bılırdim . Dayım da həmişə içib gəlirdi . Lap küpünə girirdi . Amma o tamam başqa cür olurdu . Həm dəspirt qoxuyurdu . Qeys belə deyildi .  Onun gözləri şışmış , süzgün olan gözlərı daha da axırdı . 
    Çox yüngül hərəkətlər edir , özündən asılı olmayaraq hamını söyüb batırırdı . 
  Qaynanam həmişə hər şeyin günahını məndə gördüyü kimi , indi də Qeyisin içib evə sərxoş gəlməsinin səbəbini məndə gördü . 
   -  Heç ayağı xeyir gətirmədi bizə , gəldi gəlmədi yuvamız pərən pərən oldu . Bir tərslik gəldi evimizə ...
    Səhər oyananda sanki heç nə olmamışdı ,heç nə xatırlamırdı . Mən də heç nə olmamış kimi ,  davranırdım . 
    Çayımızı , çörəyimizi yeyib  sənədlərimizi də götürüb evdən çıxdıq . Mənə xarıcı pasport almaq üçün gedəcəkdik . Poçtun yanından keçəndə dedi : 
   -  Gəl beş dəqiqə zəng edim Turkiyəyə .  Müdirlə danışım . İzin vaxtım qurtarıb . Bu gunlərdə işdə olmalıyam ,  inşallah işdən çıxartmayıblar məni . 
   Çox keçmədi danışdı cixdi , bir həftə artıq  izin  vermişdilər . O vaxta qədər mənim sənədlərin  düzəlməliydi . Yoxsa məni qoyub gedəcəkdi . 
   Bütün sənədləri düzəldib 20 yanvar metrosuna  gəldik . Keçidin üstündəki hələ o zamanlar Bakida yeni açılmış bir dönər yerində oturub dönər sifariş etdi . İlk dəfəydi dönər yeyəcəkdim . Dadı mənim üçün maraqlı idi . Böyük şişin üstündə çızıldaya cızıldaya bişən ətin qoxusu adamı bihuş edirdi . Keçıb boş masalarin birində oturduq . Gözüm fırlana firlana bişən şişdə qalmışdı . 
    Qeys tez tez saata baxırdı . Çox səbirsiz görünürdü . Hətta heç nədən əsəbləşirdi . İlk dəfə idi ki, onun gözlərinə belə diqqətlə baxırdım . Gözlər elə bil bir şüşənin arxasından baxırdı . Elə donuq ifadəsi var idi ki . Sanki özü burda gözləri başqa bir aləmdə idi .  Süzülmüş gözlər hardasa az qala indi bu dəqiqə  yatacaqdı . Əvvəldən də gözləri süzgün idi . Amma mən bunu bu qədər hiss etməmişdim . 
   Qarson dönərlərimizi və ayranlarımızı gətirəndə Qeys ayağa qalxıb qarsonun boğazlndan tutdu . Nə baş verirdi bilmirəm , amma qorxumdan qışqırırdım . Qeys qarsonun boğazını heç bir şey demədən sıxır , özü də əsim əsim əsirdi , rəngi kağız kimi ağarmışdı . 
   İçəridəkilər tökülüb qarsonu Qeysin əlindən aldılar və Qeys yerə düşüb çabalamağa başladı . Bağrım yarılmışdı,  qorxumdan nə edəcəyimi bilmirdim ,  qışqıra qışqıra " kömək  edin"  deyə içəridəkilərə  yalvarırdım .  
   Elə bu vaxt kafenin sahibi gəldi , adamlarına qışqırırdı .  
   - Nə işi var , bu narkomanın burda ,  min dəfə demişəm belə müştəri qəbul etməyin .  Götürün atın bayıra !  
   Yerimdə donub qalmışdım ,  nə edəcəyimi bilmirdim .  Onu yerdən qaldırmağa çalışsalar da elə bil o  leş kimi ağırlaşmışdı . 
   Hardansa cavan 25 yaşlarında bir nəfər  işçilərlə köməkləşib  onun qoltuğuna girərək  kafenin tuvaletinə apardı . Mən də ağlaya ağlaya onların arxasinca getdim , gəhlizdə dayanıb oğlana  baxdım . Oğlan cinindən nəsə çıxarıb ovcuna tökdu ,barmağın istadıb toza batiraraq  Qeysin ağzina dişlərinə sürtdü və  həmon tozu ona qoxlatdı . 
   Özümü itirmişdim . Səsim gəldikcə bağirmaq istəyirdim . Ümüd bəslədiyım , xəyallar qurduğum gələcəyim bu idi ?

5  BÖLÜM . 

   O oğlan kim idisə  tanımıram - Qeysə kömək etdi , onu özünə gətirtdi . Mən də dəhlizdə onları gözləyirdim . Qeys özünə gəlib əl üzünə su vuranda , oğlan bayıra çıxıb məni  başdan ayağa süzdü . Qolumdakı saata baxıb qolumu tutub burdu . 
   - Burax , burax səfeh , neynirsən , burax qolumu . Ağrıdır burax 
   Oğlan qolumdakı saatı zorla açıb məni hədələyici bir baxışla  süzərək: 
 - Məni görməmisən, tanımırsan haa,  bildin ? - deyib  tələsik getdi . 
    Evə gələnə qədər Qeys əl ayağıma düşüb yalvardı . 
   - Mətiş , qurban olum ,  evdəkilərə bir şey demə . Biz ailəyik ,  sirrimiz dərdimiz bir qalmalıdır . Çıxıb gedəcəyik burdan , xoşbəxt olacağıq . Görərsən .  Söz verirəm ,  buraxacam bu zəhrimarı , bir də belə şey olmayacaq . 
   Dünyam qaralmışdı . Elə bir vəziyyətdəydim ki ,  nəinki buralardan başımı alıb qaçmaq ,  hətta ölməyi belə düşünürdüm . Mənim həyatimin nə mənası var idi ki ?  
   Mənim sənədlərim iki  aya ancaq hazır olacaqdı . Qeys məni bu qədər gözləyə bilməzdi . O, gətirib  məni kəndə qoyub özü isə Türkiyəyə getmişdi . Qeys burda olanda qaynanama Qeysin  narkotik istifade etdiyini deməsəm də bunu qaynatamdan gizlətməmişdim . Amma yalvarmışdım ki ,  bunu məndən eşitdiyini heç kimə deməsin . 
   - Əmi , qurban olum əgər Qeys bilsə ki ,  bunu mən sənə demişəm ,  məni öldürər . Sən Allah neynirsən elə qurtarsın bu zəhrimardan . 
    Kişi üç gün ,  Qeysi güdüm güdüm güdmüşdü . Hara gedir , hardan gəlir ,  kiminlə görüşür ...  
    Qeys burda qalsaydı bəlkə  də qaynatam onun bu xəstəliyinin üstünə düşəcəkdi . Təssüf ki, Türkiyədə yaşayan oğluyla atası əlaqə saxlaya bilmirdi . Harda, necə müalıcə edəcəyini də bilmirdi .  
   - Ağlın varsa getmə Türkiyəyə , çalışaq Qeysi gətirək bura -  deyə atası mənimlə bərabər Qeyisi Azərbaycana gətirmək üçün planlar qururdu . 
   İki həftəydi ki , anam gildəydim . Anam cox dəyişmişdi . Deyəsən mənim Türkiyəyə gedəcəyim onun analıq hissiyyatını indi dilə gətirmişdi . Ya bəlkə də mənim bu fikirimdən daşınmağımdan qorxurdu . Bilmirəm . Mənimlə çox mehriban davranırdı . Hətta məni iş görməyə belə qoymurdu . Mən bir yerə gedəndə ,  qonşuya belə keçəndə ya Lətafəti , ya da Sədaqəti mənə qoşurdu . Sonbeşiyimiz  Kifayət çox balaca idi . Mən onunla bir yerə getmək istəyəndə də anam mütləq qızların birini bizə qoşurdu . Bəlkə də  məni güddürürdü . Nəzakətlə bir evin altlnda iki bacı baş başa qalıb söhbət edə bilmirdik . Bilmirəm anam onu məndən qoruyurdu ,  yoxsa məni ondan .
   - Bircə sağ salamat erinə qovuşsaydın ay bala . Burda əmanət gəlin saxlamaq çətindir . 
   - Nə əmanət ana ?  Mən bu evin qızı deyiləm ? 
  - Yox ee elə demək istəmirəm , qız ki ərə getdi ana ata evində qonaqdır . 
  - Sağol vallah , öz qarnından çıxanı evində qonaq sayırsan ?! 
   - Qonaq olmayanda nəsən ,  ərin səni bizə əmanət verib gedib ,  sabah başına bir iş gəlsə buna  biz cavabdehik . Cavan gəlin ,  azanı var təzəni var . Elə bilirsən asandır bir gəlinə sahib çıxmaq ?  Elə ona görə Minayə sənnən dolanmır ee. Heylə eliyir ki , məcbur olub asılasan ərinin yaxasından . 
  - Minayənin canı üçün ... -  tərs tərs anama baxdım . Dərsimi almışdım . Bu anam tərəfindən mənə bir xəbərdarlıq idi ki ,  burda qonaqsan , ağır otur batman gətir ,  heç kimə ümüdlənmə ,  heç kimə meyil etmə ... Anam nə deyir desin Elnurla böyük və gizli eşqımızı yaşayırdıq . İkimiz də ilk məhəbbətin həyəcanının dadırdıq . Bu günlər həyatımızın ən unudulmaz anları kimi yaddaşımıza həkk olundugunu hələ çox sonralar da  hiss edirdik . Sevirdik lakin , ikimiz də çarəsiz idik . Bu məhəbbət qarşısında şam kimi eriyirdik , bir dəfə  də olsun üz üzə danışmamışdıq , eləcə həsrətimizi uzaqdan  bir birimizə baxmaqla söndürürdük .
   Nəzakət Elnurdan mənə xəbər gətirirdi . Sədaqətin əlinə keçən məktub söhbətindən sonra Nəzakətə qarşı şübhələrim duruluğa çıxmışdı . Elnurun fikiri ilə beynimi doldurmaqda böyük günah edirdim ,  bilirəm , amma  ürəyimlə bacarmirdım neyləyim . Sevməyə sevilməyə o qədər ehtiyyacım vardı ki ... Ona günü gündən aşıq olurdum , o da mənə qarşı biganə deyildi , bilirəm . Nəzakətdən mənə xəbər və ya məktub  yollayar,  kiçik hədiyyələr alardı . Onun mənə yolladığı balaca oyuncaq iti özümlə yatırdırdım ,  Elnurun qoxusunu ondan alırdım.    Elnurun məhəllədə , orda- burda tez tez Nəzakətlə görünməsı kənddə dedi qoduya səbəb olmuşdu . Qorxurduq ki , bu söz söhbət  atamın , anamın qulağına da çatar .  Bəlkə də eşitmişdilər , görmüşdülər. Egər kənd belə şey danışırsa demək ki ,onların da bir şeydən xəbərləri vardı . Lakin nədənsə susurdular . Yenə də Nəzakət daha  diqqətli olmağa üstünlük verirdi . 
   Qeysi demək olar ki , tamamılə unutmuşdum , evdə onun adı çəkilməsəydi ,  belə bir adam mənim həyatımda varmı, yoxmu bilməzdim . Arada Qeys qonşu evə zəng edib, məni və ya anamı cağırtdırır ,  sənədimin nə yerdə qaldığını soruşanda dünya başıma yıxılırdı . Vaxt daraldıqca canım sıxılmaya başlayırdı . Bilirdim ki,  sənədim gələn kimi məni onun yanına yollayacaqdılar . 
   Bir gün onunla üz bə üz görüşməyə qərar verdik . Nəzakətın köməkliyiylə görüşdük . O bizi  kənarda gözləyəcəkdi. Gələn olsa mahnı oxuyaraq  bizə xəbər verəcəkdi . 
  İlk dəfəydi ki,  görüşürdük . Hardan nədən başlayıb ,  necə bitirəcəyimizi bilmirdik ,  məktublarda danışan dılimiz indi  lal olmuşdu , arzularla danışan ürəyimiz susmuşdu , bir birimizə can atan ruhumuz uçmuşdu . Bir saata yaxın olan görüşümüz bir birimizə utana utana , oğrun oğrun baxmaqla keçdi . Nəhayyət görüşün sonunda , 
   - Mən ayın birində əsgərliyə gedirəm - dedi- Türkiyəyə getməsən sevinərəm , gedib gəlim Rusetə gedəcəm dayımın yanına , bu il kəsildim ,oxuya bilmədim  dayı  deyir , gəl burda  düz qoş edib inistututa qoyacam səni . Bilmirəm necə olacaq , mən gedəndə səni də aparmaq istəyirəm özümlə . Gedib işləmək istəyirəm, istəyirəm ki... özümüzün ... evimiz olsun ... 
   Nə deyəcəyimi bilmədim .
  - Nə olar getmə , qal burda , axı sən onu sevmirsən , onunla necə yaşaya bilərsən ki ? -  deyə kəkələyə kəkələyə davam etdi . 
   Ağlamaq tutmuşdu məni ,  umüdsüz məhəbbət mənə sahib çıxırdı ,mənə ümüd verirdi . Çənəmdən tutub başımı yuxarı qalırdı . 
   - Söz ver mənə Çilli  ! 
   - Nə söz verim axı ?  
   -  Söz ver ki,  heç yerə getmiyəsən ,  burda qalasan . 
   - Kaş ki ,əlimdə olan bir şey olsaydı . 
   - Sən istəsən edərsən . Səni kimsə məcbur  heç hara apara bilməz . Yeri gəlsə  qaçarsan burdan ,  mən sənə kömək edərəm qaçmağına . 
   - Necə edərsən ? Sən ki , əsgər gedirsən  
   - Əgər səni məcbur etsələr sən mənə xəbər yolla Rauf sənə kömək edər . Onların  Bakıdakı evləri boşdur , səni orda gizlədər , mən gələnə qədər . 
   - Raufa necə deyim ...
   - Mən səni istədiyimi Rauf bilir . Deyəsən sənin xəbərin yoxdur heç  .
   Mat mat ona baxıb ciynlərimi çəkdim . 
   -  Raufla Nəzakət bir birini sevir axı . 
   - Nə ? Xəbərim yoxdur . 
   -  Həə bura onların görüş yeridir həmdə . 
   - Nə danışırsan ? Mən elə bilirəm Nazı belə şey haqqında heç nə fikirləşmir . O uşaqdır ee ,  məndən balacadır . 
   - Sən guya böyüksən ?  - Təssüflə başını yırğalayıb yanaqlarımı oxşadı-səni vaxtından qabaq  böyütdülər , yoxsa ikimiz də uşağıq ,  hələ bizim evlənən vaxtımız deyil . 
    Mənə göz vurub bic bic gülümsündü . 
   - Sən Nazını uşaq bilmə o səndən bicbaladır . Yoxsa Nazı səni belə rahat gətirə bilərdi bura ? - güldü .
    İlahi onunun  gülüşündən bal süzürdü . Süzülmüş gözlərimlə gülümsəyən dodaqlarını süzürdüm , tək qızıl dışı , ona necə də yaraşırdı . Yeni çıxmış hələ qırxılmamış incə bığları , qarayanız üzünə xüsusi gözəllik verirdi . Barmaqlarının ucu yanaqlarımı sığalladıqca üzüm qızarır , sinəm aramsız qalxıb yenirdı . Belə baxışma  nə qədər  davam etdi bilmırəm . Artıq nəfəsimiz dodaqlarımızı kəsirdi ...
   - Ay uçan quşlar... -  Nəzakətin səsi hərəmizi bir tərəfə tulladı . Mahnı oxuyurdu. Demək ki ,gələn vardı.

   Ay uçan quşlar 
   Siz qanad salin
   Yar gələn yoldan, 
   Bir xəbər alin !
   Gorün yarim gəlirmi seferden ,seferden
   Məni agah eyləyin ,xəbərdən
   Yar yolunda intizar
   Yar yolunda intizar
    Mən həmişə bir gərarəm
   Bir gərarəm, bir gərarəm

   - Neynirsən ay Nəzakət orda ? 
   - Heç ay Məsmə xala , meşənin havası səsimi açıb, oxuyuram :

- Ay ucan guşlar gorsəz yarimi
Ona deyin yarin intizar cəkir
Sənin yolunu gözləyir
Gecə-gunduz ah cəkir
Gəl çıx Ay balam , 
Nazı burda iztirab çəkir ...

    - Tək gəlmisən ? 
    - Yox  ay Məsmə xala mənnən gəlib ,  dedim biraz gəzək,  ürəyim darıxırdı evdə  - deyə kolların arasından çıxıb onlara tərəf gələ - gələ dilləndim . 
    - Həə bala , nə yaxşı . Gəlin bir yerdə gedək onda ,  mənə də kömək edin , yuxarıda yaydan biraz  kartof əkmişdim . Arada gedib çıxardıram , çörəyə yavanliq eliyirik . 
   - Hə yaxşı - deyəndə Nəzakət mənə göz ağartdı . 
   - Amma Məsmə xala biz indi gəlmişdik , dedim biraz gəzək ,həm də oxumaq istəyirdim ee , evdə oxuyanda dədəm ağzımnan vurur... 

  Ona deyin yarin intizar cəkir
  Sənin yolunu gözləyir
  Gecə-gunduz ah cəkir - 

Nəzakət oxumağına davam etdi . 
    Bir gözüm kolluqda idi . Elnur görsənmirdi . Şükür edirdim ki , qadın Elnuru görməmişdi . Burda qalmağın adı yox idi . Üzü axşama gedirdi . Evə getmək lazım idi . Anam şübhələnib dalımızca gələ bilərdi .  
   - Üşüdüm ay Nazı , gəl gedək -  deyə  kartof dolu vedrəni əlimə alıb qaldırmışdım ki , ürəyim ağzıma gəldı , cayır cayır qusdum . 
   - Booyy , ay bala noldu sənə ? 
   Nəzakət də təşviş içindəydi . 
   - Hamiləsən bala ?  
   Başımı buladım . 
   Öyüyə öyüyə dönüb kolluğa baxdım ,  Elnur nigaran nigaran bizə boylanırdı . 
    - Gəl ,ay bala , hamiləsən yəqin xəbərin yoxdur , birinci dəfədir belə  olursan ?  
   - Yox ay Məsmə , xala nə hamiləsi , soyuq olub yəqin . Elə hər qusan hamilə olur ?  Mən də soyuq olan kimi qusuram ...
   Nəzakət araya söz qatıb məni dikəldib qoluma girdi . Yancağımdan cimdik qopardıb , mənə him elədi . Sanki əlimdəydi qusmağım ...
   Hamiləymişəm ...
   Atamla Bakiya getdik . Sənədlərimi alıb ordan da qaynanamgilə gəldik . Hamiləlik xəbərini qaynanmdan başqa hamı sevinclə qarşıladı . İlk nəvəsi olmasına baxmayaraq arvadın heç tükü də tərpənmədi . 
   Kənddən birdəfəmlik gəlmişdim ,səki .  Əşyalarımı da gətirmişdim . Biletimi alıb elə birdan da məni Qeyisin yanına yola salacaqdılar . O vaxta qədər atam da burda qalacaqdı . Türkiyəyə getməmək üçün əlimdən gələn hər şeyi edirdim . Qeyisin narkotik aludəçisi olmasını ailə üzvülərinə bildirmək ən son çarəm idi . Bəlkə atam bunu eşidib məni getməyə qoymaya . Hələ ki , susurdum . 
    Elnurla görüşdən sonra yenə bir ümid közərmişdi qəlbimdə . Hamilə olduğumu biləndən sonra bütün ümüdlərim suya tökülmüşdü .  Elnurun heç bir fikirini bilmirdim . Bilmirəm hamılə olduğumu bilirmi , bilmirmi . Məni belə qəbul edərmi , etməzmi ? O gündən üzünə baxmağa belə cəsarətim yox idi . Utanirdim . Tərs kimi də əsgər gedirdi ,  onun belə bir savaşın icinə atilması üçün heç bir gücü yox idi . Nə də belə işləri zamana da buraxa bilməzdik . Ən yaxşısı taleyimə barışmalıydim . Qeyisin yanına getmək istəmirdim , onunla ayrılmalıydım , amma bu uşaqdan sonra bu neçə olacaqdı ki ? Mən ayrılsam da Qeys bunu istəyəcəkdimi ya yox ? Heç bir fikirim yox idi . 
   Elə bil hamiləliyim məni dəyişmişdi . Daha Elnuru da fikirləşmirdim . Yeni xəyallarım hələ dünyaya gəlməmiş övladımla qurulurdu . Bizim dünyamızda , bizim həyatımızda  nə Qeys,  nə də Elnur, nə də başqası yox idi . Ana bala  öz həyatımızı yaşayacaqdıq . 
    Axşam Qeys zəng elədi . Anasıyla danışdı , sənədləri aldığımı eşıdıb sevindi .  Çox istəyirdim ki , hamılə olduğumu ona deməsinlər .  Bəlkə hamilə olduğumu  bilməsə əl çəkərdi məndən .  Qaynanamın ağzında söz qalmaz ki ...
    Hamilə olduğumu öyrənəndə sevincindən elə bir qışqırdı ki , səsini  dəstəkdən hamı eşıdırdı . Evdəkilər də onun sevincinə qoşulmuşdu . Mənimlə danışanda da onu tanıya bilmirdim . Elə bil həmişə anasından pardə saxlayan Qeys deyildi . Elə mehriban elə şirin dillə danışırdı ki , bəlkə də narkaman olduğunu bilməsəydim ona aşiq olacaqdım . Tam idealım idi belə mehriban ,  şirindil kişi . 
    Sonra atasıyla danışdı . Atasına günü sabah avtovağzala edib bilet almasını tapşırdı  . 
    Artıq geri yolum qalmamışdı . Aıləm  məni kimin ağzina atdıqlarını bilməliydi . 
    - Ata , mən getmək istəmirəm ,  məni kəndə apar ! 
    Hamı təccüblə mənə baxdı . 
   - Necə yəni ?  
   - Necəsi yoxdur ata , mən onunla bir yerdə yaşaya bilmərəm , o narkomandır narkomanla mənim axırım ola bilməz ! 
   - Elədiyi qələtə bax ee -  qaynanam fısıldadı . Qaynatam düşüncəlı halda çənəsini ovuşdurdu . Qayınlarımın börümüş gözləri  mənə zillənmişdi . 
   - Qeys narkomandır deyirəm . 
   - Günah səndə deyil ee , səni aparıb dədənin evində qoyandadır ki ,  gedib qarnina bic qoyasan sonra da deyəsən ərim narkamandı boşandım ?  
   Atam ellərini masaya çırpıb ayağa qalxdı . 
   - Danışdığın sözə fikir ver ! Ağbirçək adamsan , ayıbdır .  Utanmırsan ?  
   Aləm bir birinə qarışmışdı . Söyüşün biri bir qəpik olmuşdu . Atamla mən bir olmuşdum ,  qaynanamla oğlanları bir . Yazıq qaynatam aramızda qalmışdı . 
  Daha burda qala bilməzdik.Qaynatamın etirazına baxmayaraq atam əlimdən tutub məni bayıra çıxartdı . 
    ... Kəndə gəlməyimə elə sevinirdim ki , atam məni sındırmadığı üçün başına pərvanə kimi dolanırdım . Onlara həyatımı verərdim yetər ki , məni  təkrar  Qeysə  verməsinlər . 
    Hələ  hamıləliyin , boşanmağın nə olduğunu bilmirdim . Hər şey mənə asan görünürdü . Elə bilirdim , hər şey xəyallarım kimi olacaqdı . Nə bilirdim ki, hələ görəcək günlərim qabaqdadır . 
    Nəzakət də kirimişdi . Elnurdan  nə bir xəbər gətirmirdi , nə də bir söz deyirdi . Özüm də utanırdım Nəzakətdən onu soruşmağa . Hərdən küçəyə çıxanda gözüm onu axtarırdı . Onunla danışmağa üzüm yox idi . Artıq analığa namızəd idim . Danışmaq  istəməsəm də  ürəyimdəki onu görmək istəyim  bir arzu olaraq qalırdı . Onunla bağlı olan xəyallarım billur kimi ciliklənmişdi . Lakın mən hələ də bu qırıqları yığıb xatirələrimin bir küncünə qoymaq istəyirdim . Onunla böyük bir məhəbbət yaşamasam da onunla göz gözə gəldiyim günlər ,  saf,  təmiz baxışmalar  mənim üçün ən ülvi günlər idi . O mənim ilk məhəbbətim idi . Onunla mənimki  bitmişdi . Bilirdim ki, biz heç zaman bir ola bilməzdik . Amma əlimdə deyildi yenə də sevirdım . Bu sevgini bitirmək və unutmaq  zamana bağlı idi . 
   Mənim geri dönüşüm anamı rahatsız etsə də , məni Qeysə verməyi də düşünmürdü . Amma yenə də köhnə fikirlərə beyninə dolan suallarla deyinə deyinə  qalmışdı . 
  Anamın ,,indi deyəcəkləri " vecimə deyildi . Kim nə deyir desin , nə hava çalırlar çalsınlar , təki geri getməyim . Təki qaynananın sesin eşitməyim ,  təki Qeysin yumuruqları gözümü başımı əzməsin ...
   Bir sabah qapımızın möhkəm döyülməsindən bütün çamaat ayağa qalxdı . Gələn Qeys idi . 
   Evdə müsibət erşə qalxmışdı . Bütün qonşular ,  əmilərim ,  dayılarım haya gəlmişdi . Nə illah etdiysə nə anam,  nə də atam məni ona vermədi . Dayılarım onu əmim uşaqlarının əlindən güclə qurtarıb Bakıya yola saldılar . Bu gün məndən xoşbəxti yox idi .  Dünya mənim idi . Gözləmdiyim bir şey baş vermişdi . İnanılmaz bir hadısəydi . Atamla anam mənə sahib çıxmışdı . Məni ona verməmişdilər . 
   ...Deyəsən  Qeys Türkiyədən bir dəfəmlik gəlmışdı . Yoxsa İki günün biri qohumlarıyla bizə gələ bilməzdi .  Atam qəti qərarını vermişdi . Bu evlilik davam etməyəcəkdi , edə bilməzdi də . Atami nə bizə gələn ağsaqqal nə də molla - seyid  yola gətirə bilmədi . 
    Nəhayyət , Qeyisin ayağı bizdən tamamilə kəsildi . Amma anasının da , Qeysin də ismarıcları , hədələri  kəsilmədi ki , kəsilmədi . 
  Mən kəndə qayıtdiqdan beş altı gün sonra  Elnur esgər getmişdi . Gedəndə onunla sonuncu dəfə görüşdük , bu görüşü özü istədi . Getdim , lakın onun gözündə kədər gordüm , ümüdlə parlayan gözlərinin ümüdi çəkilmişdi . 
    - Nə fikirləşırsən ?  - deyə üzümə baxdı . 
   - Nə fikirləşim ?  
   - Evinə getməyəcəksən ?  
   - Heç vaxt ? 
   - Bəs uşaq ?  
   - O uşaq mənimdir !!!
   - Qeysin yerinə mən olsam o uşağı sənə vermərəm ! 
   Tərs tərs üzünə baxdım 
   - niyə eıə baxırsan ?  Yaxşı kişı uşağın heç kimə verməz ,  arvadımla nə qədər problemim olsa da uşağımı kiməsə vermərəm ona sahib çıxaram . 
   Elnurun bu sözünə cox hirslənmişdim . Ondan  sağollaşmadan ayrıldım . Demək uşağı qəbul etmək istəmir. 
   - Cəhənnəmə  istə - deyə  deyinə deyinə evə gəldim . Yataq otağına girib içın için ağladım . Həyallarımın ağ atlı oğlanı məni belə yarı yolda qoymuşdu . 
    Bütün kənd dedi qodudan çalxalanlrdı . Həm mənim ayrılıb gəlməyim ,  həm də Nəzakətlə Elnur haqqında danışılan söz söhbət ayaq tutub yeriyirdı . Bu söz söhbətin əsassız olduğunu Nəzakət də , mən də , anam da bilirdık . Anam mənim Elnurla görüşməyimi bilməsə də qız vaxtı  hətta hamilə qaldığım günə qədər Elnurun məni istəməsindən xəbəri var idi . Amma bunu heç kimə deyib ,  Nəzakəti duruluğa çıxara bilməzdilər . O zaman mənim haqqımda yanlış fikirlər səslənəcəkdi . Onsuz da qara taleyim məni qaralamışdı . Kənddə hamı mənə xor baxırdı . Hətta haqqımda şər böhtan danışanlar da vardı . Guya uşaq Qeysin deyilmiş : 
   - Ay balam , əri hardaydı ki , uşaq da tuta .
  - Yəqin  telefonla danışanda hamilə qalıb -  gülürdülər . 
   - Yox əşı poçdan göndərib ...

    Kəndimiz böyük kənd idi . Kənd deyirəm ama artıq bura qəsəbə sayılırdı . Yaxın kiçik kəndlər də bizə daxıl olmuşdu . Əhalisi çoxalmışdı . Son zamanlar yerli Bayanlılardan başqa qonşu kəndlərin camaatı da qəsəbəyə ayaq açmışdılar .  
   Bir gün məhəllyə gələn maşından anamla  ərzaq alırdıq . Şoferin məni süzməsi , qonşu arvadların diqqətini çəkmişdi . Özümü o yerə qoymasam da şofer şorgözlük edir ,  başqalarına satdığı malı bizə daha ucuz qiymətə satirdı .  O gündən sonra anam məni bir daha alış verişə yollamadı . Ev dustağı olmuşdum . Arada hava qaralandan ,  əl ayaq çəkiləndən sonra nənəmgilə gedirdim . Əmim arvadlarının iynəli atmacalarından sonra artıq onlardan da ayağımı kəsmişdim .  Bir dayımgil qalırdı , onlarla bizim aramız xeylaq yol idi . Hər gün gedib gəlmək olmurdu . 2  3 həftədən bir  gedirdik ,  bacılarımla . Başqa nə gəzməyə yer var idi ,  nə də qonaq getməyə .  Sinif yoldaşlarımla da əlaqələrim kəsilmişdi . Mənim bədbəxtliyim bacılarıma , o cümlədən Nəzakətə də təsir etmişdi . Rəfiqələrimizi anaları bizimlə danışmağa qoymurdu .  Həyatım alt üst olmuşdu . Boş mənasız ,  heç bir  dəyri olmayan dünyada yaşayirdim sanki . Çox darıxırdım cox ...
  O gündən həmin maşın məhəlləmizdə tez tez görünməyə başladı . Kənddə görülməmiş şey idi ,  hamılə gəlinin dalıyca maşın gəlirdı . Dedi qodu ərşə cıxmışdı .  
   Bu arada Elnurun atasıgil Bakıya qohumlarının hüzürünə gedərkən yolda  avtomobil qəzası  keçırmışdılər , maşında olan nənəsindən başqa ailənin  4 nəfər üzvü  qəzada həlak olmuşdular ,  həlak olanların içində Elnurun ata və anası da var idi . Elnur ata anasının yasına gəlmişdi . Elnurun başı ailənin yasına qarşsa da hələ də kəndin ağzı göyçəklərinin dedi qodusu kəsməmişdi   Nəzakətlə onun haqqında söz -söhbət qaynayırdı . Bu söz söhbət onun da qulağına çatmışdı . Belə bir şey olmadığını nə qədər inkar etsə də heç kim buna inanmırdı . Hər şey üst üstə düşmüşdü . Bu o vaxtlar idi ki ,  mənim boşandığımı eşıdən alverçı kişi tükançı Zöhrədən ailəmizə xəbər yollamışdı  . 
   - Əgər razı olarlarsa mən Mətanətlə evlənərəm .
    35  yaşlı qonşu kənddə yaşayan bu kişinin 3 uşağı var idi , arvadı ürək çatışmazlığından dünyasını  dəyişmişdi . Uşaqları balaca olduğu və onlara baxan olmadığı üçün hələlik anasıgilnən bir yerdə yaşayırmış . Özünün ayrıca evi eşıyı ,  mal qarası vardı . Özü şofer olsa da kiçık ticarətlə də məşguldur . İki maşını var idi . Biri bu alver etdiyi sovetin dövründəq qalan " QAZ - 10" və elə alverin puluyla aldığı "07 " . Arada bir 07 lə Bakıya işləyirdı . 
    Anam  bu xəbərdən məmun qalmışdı . Xəbər gətirən dükancı Zöhrəyə bir söz deməsə də atam buna qarşı çıxdı . Anam  yenə də məni  başından etmək istəyirdi : 
   - Ay Ağası bir fikirləş dəə , indi qarnı burnundadir belə istəyirlər , ağız sulandırırlar , dedi qodu da baş aparır.  Bu gün sabah yükünü yerə qoyacaq,  subaylar ,  dullar o tərəfə dursun ,  evli kişilər də  it kimi ağzının suyunu axıdacaq . Həm bu bədbəxt oğlu bədbəxt bu qiza sahib çıxır daa , uşağını da qəbul edir , indən sonra bu gəlini kralın subay oğlu almayacaq ki , dul gəlin ya arvadı ölmüşə  qismət olar ,  ya da boşanmışa . 
   - Nə deyirsən ay arvad , indi deyirsən 15 yaşında uşağı 35 yaşında kişiyə veriım ?  
   - Nə uşaq ee sən Allah ətimi tökmə . Bir də fikirləş ki, bunun uşagı olanda intresə düşüb  atası buna adını verməsə neçə olacaq ?  Hamı deyəcək bicdir . Familiyasını verməsə ... offff ay Allah hələ görüləsi günlərim qabaqdadı ee . Kül olub mənim başıma . Geridə dörd qız var ee Ağası . Hələ heç nə yox bunun uçbatından Nazıya da barmaq edirlər . Bu biabırçılıqdan sonra kim alacaq bu qızları . Kənddə bunların adın kim çəkər ?  
    Anam atamla danışanda özüm eşitmişdim . Atamın qəti etiaz etməsi ,  məni ürəkləndirmişdi . Bilirdim ki , anam atamdan xəbərsiz bir iş görməz . Daha inana bilməzdim ki,  anam Zöhrədən xəbər göndərər ki ,
   - O kişiyə de ,  gəlsın qızı qaçırtsin . 
   Bu arada da mənim beynimi yeyib tökməyə başlamışdı , ay yaxşı yerdir , işi gücü var , qoçaq ailəcanlı kişidir ,  içməyi yox , çəkməyi yox , evi eşiyi var , bacılarını fikirləş evdə qalacaqlar , alan olmayacaq və s...
    Ata anasının qırxı çıxana qədər Elnur izində idi  . Evin tək oğlu olduğu üçün hərbi hissə və yuxarılar bunu nəzərə almışdı . Elnurla səssiz baxışlarımız ,  göz danışmalarımız hələ də davam edirdi . Anam Nəzakətə qəti qadağa qoymuşdu ki , onun həndəvərinə dolaşmasın . Yenə də  nə olur olsun Nəzakət ondan mənə , məndən də ona söz aparıb gətirirdi . 
   Beş aylıq hamıləydim artıq , qarnım əməlli başlı şışmışdı . Həmin gün yadımda deyil nəsə almaq üçün  Nəzakətlə Zöhrənin dükanına gedirdik ki , anam  Nəzakəti yoldan gerı çağırdı . Nəyisə bəhanə edib onu evdə göndərdi . Əslində dükan bəhanəydi , günün o saatları Elnur da dükanın qabağında olurdu . Həm də artıq vaxtı bitmişdi . Bu günə sabaha  gedəcəkdi deyə onunla ayaqüstü də olsa  sağollaşmaq istəyirdim .  Bizim bu  alverçı kişi də  maşını dükanın qabağında saxlamışdı . Başqa vaxt Zöhrə başqa alverçılərin o tərəflərdə saxlamasına icazə vermirdi . İndi qəribədir , o maşın orda niyə saxlayıb ki ?  Fikir verdim maşın alver üçün dayanmamışdı . Maşında mal yox idi . Yanında iki cavan oğlan da vardı . Onların burda olmağı qanımı əməlli başlı qaraltmışdı . İstəmirdim ki , Elnurla danışmasam da baxışmağımızı görsunlər . Bilirdim ki, Elnur fürsət tapan kimi mənə məktub verəcəkdir .
    Elnurun yanından keçıb dükana girəcəkdim ki , anam darvazaya çıxdı . 
   - Elnur , a bala vaxtın varmı ? 
   - Hə xala ,  xeyirdir ?  
   -  Boşsansa gəl, qapının ağzindakı taxtaları götürək , yığaq o tərəfə , qadan alım, qızların gücü çatmaz . Bu cavan uşaq işidir . 
   Elnur  bir mənə baxdı , bir anama , mənim də bir gözüm  alverçıdə , bir gözüm Elnurda idi . Elnur mənimlə işarətlə danışdı - getsinmi ,getməsinmi deyə . Mən də baxışlarımla ona izin verdim . Onun bizimlə olması məni sevindirirdi . On  dəqiqə də olsa onunla danışmaq , səsini eşıtmək ,  nə gözəl duyğu idi . 
  Elnur bizə , mən də dükana girdim , alacaqlarımı alıb evə tələsdım . Maşın tam dükanın qapısına dirənmişdı . Dabanlarımı qaldırıb maşınla divarin arasından keçəcəkdim ki ,  Elnur   darvazadan çıxıb bizə tərəf qaçdı .  Nəzakət və onun arxasınca da anam qaçdı . Nəzakət  Elnurun arxasınca nəsə deyə deyə qaçırdı . Elə bu vaxt alverçı kişi və onunla gələn oğlanlardan biri qolumdan tutub məni maşının içınə salmaq istədilər . Əlimdəki torbalar yerə dağıldı . Bu saat düşündüyüm tək şey vardı qarnımı bir yerə vurmaqdan qorumaq . Qarnımı qucaqlayıb yerə çoməlib qışqırırdım . Məni qolumdan tutub qaldırsalar da bütün gücümü qıçlarıma vermişdım ki , məni maşına ata bilməsinlər . Var gücümlə gözlərimi yummuşdum . Bütün gücümü bir yerə cəmləyib özümü yerə yapışdırmışdım .  Sonra nə oldu bilmədim . Bir vaxt qışqırıb bağırışmaya gözümü açdım . Maşınıla divar arasındaydım heç nə görünmürdü. Amma pis bir şey baş verdiyini hiss edirdim . Alverçi kişı də , oğlan da məni buraxıb yola qaçdılar . Yavaş yavaş arxamı divara dirək verib ayağa qalxdım . Maşının o tərəfində Elnuru və yerə yıxılıb yerdə çabalayan o biri oğlanı gördüm ,  Elnurun əlində qanlı bıçaq var idi ...

6 BÖLÜM
     Kənddən köçüb qaçası olmuşduq , dedi qodunun ucu bucağı yox idi . Fikirlər iki yerə parçalanmışdı . Kimisi mənim haqqımda danışır kimisi də Nəzakət haqqında .
- Ay qız xəbirin yoxdur ? Ağasının qızı alverçıynən günün günorta cağı məhəllədə oynaşırmış .
- Biy başıma xeyir . De sən öl .
- Sən öl , düz deyirəm . İnanmırsan azz maa ? Mən nə vaxt yalan danışmışam ?
- Bəs kim görüb onları ?
- Buyy az , az ... küçənin ortasında kim görməyib ki ?
- Hə vallah, düz deyirsən .
- Bizim bu irəhmətlik Serdarın oğlu da görüb onları .
- Uuuyyy az yaxşı ! O da dəlinin biri .
- Qağamın caniycün . Yazıq cavan uşaqdır da, geyrəti götürməyib , kişiylə dalaşanda, o biri gədə girib araya , bu da bilmədən soxub bıçağı qarnına .
- Gör ee sən Allah . Xata heçnədən olur nçç nçç nç . Aralıqda yazıq yetim getdi ,anan ölsun, Ay Elnur , onsuz da ölüb getdi sənin bu halını görmədi .
- Körpə özü də əsgərlukdədir ee , bədbəxt oldu uşaq.
- Yox ay qız , burda başqa şey var !
- Nədir ?
- Mətişin alverciynən nə zibili var özü bilər , amma yüz faiz alverçı söhbəti deyil , Nazıyla o gədəni bir yerdə görüblər , deyəsən .
- Hmm . Onu mən də eşitmişdim .
- Həə . Elnur da Nazını istəyir axı , bu bıçaqlanan gədəylə Elnur neçə dəfə dalaşıb , kəndin uşaqları ayırıb onları .
- Gör ee sən Allah , suyun yerə axanı insanın yerə baxanı deyirlər . Ay toba bu qızlara baxanda adam deyır bunlar Allahın malıdır . Gör nə hoqqalar çıxardirlar ee...
- Allah bilir qarnındakı kimnəndir , kimnən oynaşıb Bakı kimi yerdə. Qarpızın da veriblər qoltuğuna deyiblər "di Ya Allah yaxşı yol ! "
Anam üçün hər şeyin çarəsi var idi , nə qədər cahil olsa da aciz qadın deyildi . Ən sanballı aqil bir alimin çıxa bilmədiyi ən ağır problemdən o , alnı açıq, üzü ağ çıxardı . Bu dəfə də, adımızı qorumaq naminə ailəmizi üzü ağ etmək qərarına gəldi.
Atamla məslətətləşib elə həmin gün Elnuru aradan çıxartdılar . Dayımgilin evində Elnuru gizlətdilər . Yaralı oğlanı atamın qonşu kənddəki həkim dostunun evinə apardılar . Bütün polis, sahə müvəkkili tökülüb kəndə doluşmuşdu . Atam cibinin ağzını açaraq bu məsələ böyüməsin deyə onları puluyla sustura bilirdi .
Atam çıxış yolu tapmayınca daha bizim məsələmizə qarışmirdı . Anam özü alverçı kişiynən Zöhrənin evində görüşüb danışdı .
- Elnurdan şikayyət etməyin , düşmənçilik nəyə lazım axı , başına dönüm , yetim , həm də cavan uşaqdır , özü də əsgərdir , qəlbi qırıqdır . Maşınlari avariya düşdü. Anası , atası , iki əmisi bir maşında öldü . Bir nənəsi sağ qaldı . O da qalmasa ondan yaxşıdır, hələ də xəstəxanadadır .
- İndi neyləyək , xalxın uşağının qanı batsın ? Kim deyirdi ona ,camaatın işinə burnun soxsun ?
- Cavan uşaqdır cavanlıq edib , siz də belə eləməyin . Gədə səhv başa düşüb , elə bilib Nəzakəti qaçırmağa gəlmisiz . Axı o gədə Nəzakəti istəyir .
Əgər anam desəydi ki ,Mətanəti istəyir kişi şikayyəti geri götürməyəcəkdi .
- Bilirsən mən əvvəldən qızı sənə vermək istəmişəm . Kişi də istəyərdi ee , amma , aranızdakı yaşdan yana atası Mətanəti sənə vermədi , day bundan sonra çarəsi qalmayacaq , verəcək görərsən . Ay toba , istəmir araya nifaq düşsün .
- İndi mən neyləyim ?
- Sən bizi başa düşsən, qadan alım , biz də sənə yaxşı olarıq . Həm sən o uşağın ailəsini tanımırsan , ölənlərimizin goru haqqı , arxasi saz adamdı , dayıları Rusetin yiyəsidi . Axır əvvəl qohum olacağıq niyə düşməncilik edəsən ee, o da əsgərliyin çəkib gəlib , bizim balaca qızı alacaq , olasız bacanaq .
- Yanı deyirsiz, şikayət etməsək , Mətanəti təzdən mənə verəsiz ?
- Niyə vermirik , sənnən bir düşmənçiliyimiz var ?
- Bəs bu boyda zırıltıdan sonra Mətanət razı olacaq ?
- Ağzı nədir olmasın , amma hələ tələsməyək , başına dönüm . Belə vəziyyətdə biabırçılıq olar, iki daşın arasında qızı aparsan. Biraz səbr elə , yükünü yerə qoysun , görək atası uşağa sənət verirmi vermirmi . Verərsə lap yaxşı , uşağı özüm saxlayacam , heç sizin də əl ayağınıza dolaşmasın . Yox verməzə , o zaman uşaq sizindir . Əgər Mətiş sənin üç uşağını qəbul edirsə yəqin ki , sən də onun tək uşağına atalıq verərsən , yoxsa haqsızlıq olar .
... Yenə də məndən xəbərsiz həyatımın qərarı verilmişdi . Gecə əl ayaq çəkiləndən sonra anam bunları atama danışanda eşıtmişdim . Elnurdan şikayyət etməmələri məni sevindirsə də , qara taleyimə yenə də küsmüşdüm . Fikirləşirdim ki, anam Nəzakətlə Elnuru da şərti olaraq ortaya atıb . Belə demesəydi ,onlar Elnurla məni bərabər bilib inad edəcəkdilər . Olsun yenə də uşaq doğulana qədər zamanımız var idi .
Hər şeyi zamana buraxım deyincə anam yenə də dinc dayanmırdı . Anam yasa gəlmiş Elnurun dayılarına gedib məsələni onlara başa salmışdı .
- Onları dilə tutmuşam , yoxsa şikayyətlərini geri almayacaqlar . Bu uşaqlar da bir birini istəyir , kənddə də adları çıxıb , kənd yeridir, bilirsiz adı çıxan qızın burda adın çəkməzlər . Mən razı ola bilmərəm ki , mənim balamın adı çıxsin , adına ləkə gəlsin .
- Vallah biz də istəmərik , amma neyləyək cavan uşaqlardır , beyinləri qandır . Bir xata elədi ...
- Amma xatanı da düzəltmək olar daa . Elnur sağ salamat gəlsin əsgərlikdən , qız da məktəbi qurtarsın ona qədər , evlənərlər yığışar bu söz söhbət .
- Axı , onun evlənən vaxtı deyıl , Elnur oxuyacaq, aparacağıq özümüzlə Moskvaya
- Pəəhh, iştaha bax e mən ölüm , qizimin adın çıxartsin , xalxın uşağın bıçaqlasın , mən deyirəm biz burda kəççiyik ,elliyik , yetim uşaqdir , bədbəxt olmasın , qızımın namusun təmizlsin , bunların keyfinə bax, sən ! Sən öləsən, mənim bir himimə bənddilər , əlli ayaqlı götürdərəm Elnuru .
- Nə namus, namus salmısan ee, neyniyib namusuna sataşıb ? Zorlayib ? Qaçırdıb ?
- Adına söz çlxardıb . Bütün qəsəbə çalxalanır , Adı Elnurla çıxıb
- Qızın buna şərait yaratmayaydı .
- Belə oldu ?
- Hə belə ...
- Neynək ...
Bir neçə gündən sonra Elnur hərbi hissəyə qayıdarkən yoldan onu gözaltına aldılar .
Bu dəfə də Elnurun dayıları bizə minnətə gəldilər . Bu hadısəni , bu planı eşıdəndə , Nəzakət də , mən də dəliyə dönmüşdük , sözün əsil mənasında az qalırdıq anamızı öldürək . Bizim taleyimizi Allah yox , anamız yazmışdı . Mən üç uşağın üstünə gedəcəkdim , Nəzakət də nə olur olsun Elnurla evlənəcəkdi
Ya şərtı qəbul etməliydik , ya da Elnuru içəri atacaqdılar . Elnuru çox istəyirdim . Mənim üzümdən onun bədbəxt olmasını istəmirdim , Nəzakət də onun dayısı oğlu Raufu sevirdi , onunla gizli görüşürdü . Bunu Elnur da bilirdi .
İş bu yerə qalanda Nəzakət Raufu sevdiyini anama deməyə qərar verdi . Mən qoymadım .
- Dəlisən ? Əvvəldən anam bunu bilsəydi yeri vardı . Amma sənin adın Elnurla çıxandan sonra Raufun ailəsi səni oluna almaz . Yaxşısı budur ,səbr elə , məktəbi qurtaran kimi , qoşul Raufla qaç . Hələ ki , Elnur əsgərlikdədir , indi bu dəqiqə sizi evləndirmirlər haa. Həm də ata anasının ili çıxmayıb , il çıxmadan bu iş ola bilməz , hələ ki , sənin zamanın var , dərd mənim dərdimdir . Mənim də uşaq doğulana qədər vaxtım var .
Beləcə özümüzü anama razıymışıq kimi göstərib hər şeyi zamana buraxdıq .
... Alverçı kişinin anası , bacıları bizə ayaq açmışdı . Hədiyələr pay püşklər ... özümüz bir şey deməsək də hamı artıq onu və məni danışırdı . Kişi mənim razıliğa gəldiyimi görüb , şikayyət ərizəsini geri götürmüşdü .
Kəndə iki bacı haqqında gəzən söz söhbətdən yazıq atam utandığından çamaat içinə də çıxa bilmirdı . Evdə o gün olmazdı ki , qan su yerinə axmasın . Kişi başın alıb qaçmağa yer axtarırdı . Evi və əkin yerimizi satlığa qoymuşdu ki, satıb Bakıya köçsunlər . Təhsil nazirliyinə də ərizə yazmışdı , təyinatını başqa rayona və ya Bakıya verilməsi üçün .
Və nəhayyət söz söhbəti kəsmək üçün , mənə nişan taxmağa qərar verildi . Daha bundan qaçış yox idi , ya taleyimlə barışıb oturmalıydım , ya da buralardan qaçmalıydım . Amma hara ? Artıq yeddi aylıq hamıləydim , bu qarınla nə edəcəkdim , kimə üz tutacaqdım , kim mənə kömək edəcəkdi . Harda olsam da , axtarıb məni tapacaqdılar , məcbur məni üç uşağa qulluqcu , anamla yaşıd kişiyə zövcə edəcəkdilər .
Elnurun dediyi sözlər yadıma düşdü . Demişdi ki, əgər çətinə düşsən , Raufdan kömək istə , Bakıdakı evləri boşdur orada səni gizlədə bilər . Təəssüf ki , Rauf da burda yox idi , atası gil gedəndə onu da özləri ilə Moskvaya aparmışdılar . Orada instituta qoyacaqdılar.
Evdən çıxıb bir başa poctun binasına gəldim . Qeysgilin nömrəsini rabitəçi qıza verib , boş kabinəyə keçdim. Uşağımı sevmədiyim kişiyə əmanət etməkdənsə hər zülümünə qatlanıb öz atasına əmanət etməyim hər şeydən məntiqliydi ...
Qaynatamla Qeys gələndə günorta idi . Atam , anam məni ona vermək istəməsələr də özüm gedib onların maşınına oturdum . Və bir daha kəndə qayıtmamaq şərti ilə , yola çıxdıq ...
Daha məni nə ailəm , nə Nəzakət ,nə də Elnur maraqlandlrırdı . Bundan sonra nə olur olsun . Özüm öz əlimlə fərmanımı vermişdum , ölsəm də , öldürsədə Qeysdən ayrılmayacaqdım .
Nilay doğulandan 2 ay sonra Qeyslə Türkiyəyə getdik , yenə də orada fabriklərin birində işə düzəlmişdi . Nilay doğulana qədər hər şey yaxşı idi , Qeys məni incitməz , döyməzdi , anasıgildən də ayrılmışdıq , xalasının həyətində bir daxmada kirayə qalırdıq . Bakidakı tikiş fabrikində ( İndiki Bakı Tikiş Evi ) cox az maaşa işləyirdi . Ona da şükür edirdik . Evə doğru dürüst bazarlıq etməsə də oçağımızda hər gün şorbamız qaynayirdi . Yaşamaq üçün yemirdik, ölməmək üçün yeyirdik. Yaxşı ki, qaynatam vardı , hər sezonda , mövsum meyvə və tərəvəzlərinin nübarını dadırırdı bizə . Heç olmasa iki həftədən bir bizə xərclik verərdi . Qeys evə pul çatdıra bilməsə də , narkotikinə hardansa pul tapırdı . İçməyi, evə sərxoş gəlməyi yox idi , amma nəşəsiz , iynəsiz dayana bilmirdı . Bir də görürdün hamama girib iynəni taxır damarlarina . Bəzən halı pısləşır , qollarının damarları qaçırdı , hamamın divarları qan olardı . Bütün günüm divarların qanın təmizləməklə keçərdi . Son günlər bir neçə dəfə də tutulmuşdu .Oğurluq üstə . Sancım tutub doğum evinə gedən günü də şöbədəydi . Həmin günü də deməyəsən anasının dükanını yarmışdı . Xalası məni apardı xəstəxanaya , nə anası, nə də anam arxamca gəlmədi . Xəstəxananın xərcin də qaynatam özü öz cibindən ödədi . Qaynanamın dükanını öz oğlu yardığını eşıdəndə arvad özünə divan tutmuşdu . Şikayyətini geri götürüb onunla bərabər yaxalanan bir nəfəri də buraxdirmişdi .
Bütün ümüdlərimi övladıma bağlayıb onu bətnimdə min cür sevgiylə böyütmüşdüm. Lakin onu da Allah mənə çox gördü . Qızım anadan gəlmə fiziki və zehni əlil doğulmuşdu . Həkimlər uşağımın əlil doğulmasının səbəbini həm yaşımın kiçik olmasında, həm də atasının narkotik aludəçiliyində gördülər . Nə edək atılası deyildi , satılası deyıldı , canımdan çan qopmışdım , ətimdən, qanımdan pay ayırıb uşaq dünyaya gətirmışdım . Belə uşağın yaşaması gələcəkdə cox problemlər yaşadaçağını demişdi həkimlər . Hətta bir tibb bacısı belə uşağı inkişafdan saxlamağın da mümkün olduğunu demişdi də .
- Bir xəstəmiz vardı . Uşağı eynən belə doğulmuşdu . Göbəyini bağlatdirmadı . Dedi belə uşağı saxlaya bilmərəm . Ömrümü xəstə uşaqla cürüdə bilmərəm .
Tibb bacısından bunu eşidəndə şok olmuşdum . Hansı ana övladının ölüm fərmanına qol çəkə bilər ki ? Mən bunu bacarmaram .
Yaşım az olduğundan nigahımız yox idi . Ona görə uşağa yaş kağızı verilməsində problem yaranmışdı . Yenə qaynatam köməyimizə çatdı . Qeyri rəsmi doğulmuş uşağımıza yaş kağızını ala bildik .
Uşağın xəstə doğulmasını nə qaynanam nə də Qeys qəbul etmirdi . Hər gün söz söhbət , hər gün dava gedirdi evdə . Anası Qeysi doldurur , Qeys də acığını üstümə tökürdü .
Uşaq olandan sonra Türkiyəyədə yaşayan uşaqlıq dostu Samir onu oraya işə çağırtırdı . Yeni fabrik açılmışdı , oraya ütüçü gedəcəkdi , olan olmazımızı faizə qoyub pul götürdü, onu Türkiyəyə yola saldıq . Bir də bir ay sonra gəldi , işi yaxşı idi . Samirin ailəsi ilə bir yerdə , ucuz ev tutduğunu deyirdi . Uşağın sənədində və xəstəliyində problem olduğu üçün orada yaşamasına icazə verilmirdi . Yenə qaynatamın tanışları köməyimizə çatdi . Həkim kağızı ala bildik . Guya uşağı oraya müaliçə üçün aparırıdıq ,
Ev yoldaşımız əslən Şamaxılı amma Bakida doğma böyümə idilər . İki uşaqları var idi . Qeyslə bir yerdə işləyirdi . Samirin xanımı Gülnarə çox gözəl və özünə son dərəcə baxımlı bir xanım idi . Bəzən bu gəlinin geyindiklərinə , xərclədiklərinə baxanda fikirləşirdim ki , yəqin onun əri Qeysdən çox maaş alır . Amma eşıdəndə ki, onun eri fabrikdə paketçi işləyir . Caşıb qaldım . Bəs bu az maaşla o bu qədər xərcliyi necə çıxarırdı . Hardan alırdı .
Elə bil Allah tala butün xoşbəxtlikləri bu qıza vermişdi . Heç vaxt , heç nədən şikayətlənməz , heç vaxt heç nədən narazı qalmazdı . Deyib - gülən, pozetiv bir xanım , idi . Dörd otaqlı zirzəmi evimizin iki otağı onlara iki otağı bizə aid idi . Kira və komunal xərçlərimizi bərabər ödərdik . İlk günlər yeyib içməyimiz bir olsa da sonradan ayırdıq . Mətbəxdə İki qazan asılırdi . Biri onlara , biri bizə . Bizim qazanda şorba , onların qazanında ət qaynayardı . Qarnim onların yeməyinin qoxusuna doyardı . Bəzən onlar bizə yemək verəndə onların qablarını şorbayla qaytarmağa utanırdım . Nə də borclu qalmaq istəmirdim . Odur ki, onlara ;
- Allah razı olsun , biz ətsevən deyilik - deyib gələn payı geri çevirirdim .
Mən heç yeri tanımadığım üçün bir yerə çıxmırdım , bütün günü evdə olurdum . O isə heç evdə tapılmırdı . Hərdən yox , hər zaman uşaqları evdə qoyub gedir , çox az hallarda onları da özü ilə aparırdı . Bəzən fikirləşirdim ki , yəqin mən evdəyəm , mənə arxayın olb uşaqları evə qoyub gedir . Bəs görəsən məndən əvvəl neynirdi bu iki uşağı ? Ondan bu sualıma cavab alanda matım qutum qurudu .
- Dərdim Allah qurtarmışdı . Özümlə uşaq hərləyəm . Deyyy dərmanları var verirəm yatırlar , gedirəm gəzirəm də özüm üçün . Beş günlük dünyadı , özümü evə bağlamayacam ki , sənin kimi . Azz ağlın olsun keyfinə bax , kim kimədi ee burda . Birdə Türkiyəyə gəlməyəcəyik ee...
Nilaydan yana Qeyslə davamız olmasa demək olar ki , həyatımız sakit kecirdi . Qeys bu uşağı qəbul etmir , onu sevmirdi . Bir neçə dəfə Qeys mənə uşağı Bakıya aparıb uşaq evinə verməmi istəmişdi . Kəsinliklə bu işə yox demişdim . Həftədə bir dəfə Azərbaycanla telefonda danışırdıq , QAynanam mənimlə danışmaq istəməsə də mən onunla heçnə olmamış kimi danışırdım .
Anamgillə əlaqələrim tamamı ilə kəsilmişdi . Atam da danışmırdı mənimlə . Onu yerə çırpıb Qeyslə getməyim kişiyə yaman tesir eləmişdi . İndidən vəsiyyət etmişdi ki , ölsə ölüsünə getməyəcəm , ölsəm də ölümə gəlməsin .
Nəzakət üçün çox darıxırdım . Bakıda olanda arada qonşuya zəng edirdim, onunla danışırdım , Nəzakəti çağırtdirirdim . Gizlicə danışırdıq .
Alverçı kişi mənim Qeyslə getdiyimi eşıdəndə gözlədiyimizin əksinə bizə heç bir şey etməmişdi . Lakin qisasını Elnurdan almışdı . Elnur əsgərlikdəykən onu sağlamlığa zərər vermə maddəsi ilə cinayyət məcəlləsinə cəlb etmişdilər . İşə Hərbi prokrorluq da qarışmışdı . Axırıncı dəfə ondan xəbər tutanda Elnurun işi hələ məhkəmədəydi . Daha ondan sonra başına nə gəldi xəbərim olmadı . Çünki , Nəzakətlə də əlaqələrimiz kəsilmişdi .
Nəzakətin dediyinə görə anası onu ev dustağı etmişdı . Nəzakəti məktəbə də qoymurdular . Kənddə gəzən şayələr dedi - qodular qızı canından usandırmışdı . Başın alıb qaçmaq istəyirdi . Hərdən bir Raufla məktublaşır ondan imdad istəyirmiş . Raufun isə başı abıtjryent imtahanlarına qarışmışdı. Anam Nəzakətin mənimlə danışmağından xəbər tutmuşdu . Odur ki , o gündən ona qonşuya belə keçməyi qadağa qoymuşdu .
Mətbəxdə yemək bişirirdim , uşaqları da yenicə yatirmışdım . Bayır qapı açıldı .
- Gülü sənsən ? - deyə bayıra səsləndim .
- Hə mənəm, Mətiş. Qonağım var. Uşaqlar hanı ?
Başımı mətbəxdən bayıra çıxarıb ;
- Yatıblar - dedim. Qonaq kim idi görəsən? Bu qürbətdə kimimiz var idi ki , gələ də .
- Buyurun , bururun girin ! - deyə Gülnarə gələn adama yol göstərib onu içəri öz otaqlarına saldı .
- Cay qoyum ?
- Yox tez gedəcəyik ?
- Kimdir ki ? Deyəsən türkdür .
- Hə , mənim kosmotoloqumdur . Dükanın bağlayıb deyə neçə vaxdır özümə baxa bilmirəm . Üzümü başqa həkimə etibar eləyə bilmirəm . Dedim yeni dükan açana qədər evə gəlsin .
- Hmm.
- Bax , sən Allah Mətiş , Samirə heç nə deme . Deyəcək qazancımı tökür çırta pırta . Neynim öyrəşmışəm özümə baxmağa , bir gün özümə əl gəzdirməsəm , çölə bayra cıxıb gəzməsəm elə bilərəm qocalıb 50 yaşında arvad olmuşam .
- Bəs birdən gəlsə ? Demiyəcək bu kimdir ?
- Ay qız hara gəlir , keyfində ol ! Bu saatlarda heç onu evdə görmüsən ?
Gülnarə soyuducudan meyvə suyu və buz götürüb otağına çəkildi ;
- Mətiş uşaqlar dursa sən Allah içəri qoyma girsinlər . Həkim narahat olmasın . Qapını bağlayacam , yaman əsəbi adamdir , qapı dəqiqə bir açılıb örtülsə qaş düzəltdiyi yerdə vurub gözümü çıxarar...
O gündən "Həkim" evə tez tez gəlirdi . Uşaqlar oyaq olanda da onlar otağa cəkilir mən uşaqlara baxırdım . Bunlar içəridə nə iş görürdü , nə edirdi xəbərim olmurdu . Çox qalmırdı 30 40 dəqiqəlik "seansdan" sonra " həkim" tələm -tələsik yığışıb gedirdi .
Bir gün marketdəydim , uşağa bez alacaqdım , kassaya yaxınlaşıb siramı gözləyirdim ki , gözüm o biri kassada bizə gələn "həkimə " sataşdı . O artıq ödənişin etmişdi , indi gedəcəkdi . Qəfil dönüb mənə baxdı . Baxışlarımı yayındırsam da , onunla göz gözə gəldik , başıyla məni salamlayıb tezcə qapıdan çıxdı . Marketın böyük pəncərəsindən gözlərimlə onu izləyirdim . Küçə qarışıqlıq olduğundan diqqətim yayınırdı . Yenə də onu gözdən qoymaq istəmirdim .
- Hanım əfendi !!!
Kassir qızın səsi diqqətimi özümə çəkdi . Siram gəlib çatmışdı . Gözümü küçədən çəkıb cibdanımı açdım . Pulu çıxarıb ödənişimi edəndən sonra bayıra çıxdım . O adamın getdiyi istiqamətə tərəf getdim . Lakin qarışıqlıqda adam gözdən itmişdi .
O adam tez tez bizə gəlir Gülnarəylə otağa çəkilir . 15 20 dəqıqə sonra çıxıb gedirdi . Bəzən də evə tək gəlirdi . Hətta bazarlıqlar da edirdi . Şübhələnmişdim onlardan . Kosmotoloji müalicə adiyla evdə görüşdüklərini bilirdim . Qonşü otaqdan gələn səslərdən bu açıq aydın hiss olunurdu . Bir dəfə dayana bilməyib onları qapının açar yerindən güddüm. Açar yerini işləmədiyi üçün bağlamaq üçün qapıya mıx vumuşdular . Açar yerinin dəliyinə isə pambıq tıxanmışdı . Onlar evdə olmayanda pambığı çıxartmışdım . Bəlı dəlikdən içəri ayna kimi görünürdü .
Bütün çılpaqlıqları ilə hər şey meydanda idi . Etiraf edim ki , ilk dəfə onları elə görəndən sonra üç gün özümə gələ bilməmişdim. Qəribə hisslər keçirdirdim. Bilmirəm , bu əsəbmi idi , qısqanclıqmı idi , yoxsa ehtirasmı idi ? Hələ də o gün keçirtdiyim hissi aradan illər keçməsinə baxmayaraq indi də ifade edə bilmirəm .
Artıq qapı güdməyim adət halını almışdı . Onlar içəri girən kimi qapıda bitirdim , onlar orda sevişdikçə mən qapının o tərəfində özümdən keçirdim . Yalan nə deyım onları izlədikcə mən özüm özümə divan tuturdum . Gülnarəyə qarşı içimdə bir qısqanclıq yaranmışdı . Heç nədən onunla dalaşırdım . Onunla dalaşmağım belə onun vecinə deyildi . Əksinə bir kəlmə sözüylə məni cızdığıma qədər yandırırdı .
- Ölürsən ee xayınlığından , çatdayırsan ! Az qabağına durmuşam ? Niyə cırılırsan ? Sənə demirəm beş günlük dünyadı get həyatını yaşa ? Bəsdir dəə, bezdim ee dır dırından , qoy yaşayaq daa ...
Haqlıydi , ona paxıllıq edirdim , qibtə edirdim , onun kimi xoşbəxt , dərdsiz olmaq istəyirdim , heç nə fikirləşmək istəmirdim .
Bəzən şeytan beynimi qurcalayırdı .
- Bax , gör dünyanı vecinə alır ? Heç gör dərd çəkirmi ər harda , uşaq harda , axşam gələcək , yemək varmı , çay varmı ? Amma sən ? Sən də həyatını bağlamısan bu xəstəyə , narkomana ...
Düşündüklərimdən özüm də diksinirdim . Mən bunu istəsəm də bacara bilməzdim . Çünki körpəliyimdən qulaqlarımız dolmuşdu , qadın əri , ailəsi , qaynana - qaynatası üçün yaşamalıdır . Özündən başqa hər kəsi düşünməlidir ...
Onlar gedənə qədər qorxudan bir təhər olurdum , birdən Samir gələr , görən olar, aralıqda mənim də adım batar . Elə bilər ki, bu işdə mənim də əlim var . Hətta belə şeyi gizlətməyimə görə məni günahlandıra da bilərdilər . Bütün bunları düşündükcə bədənimi soyuq tər basırdı . Gördüklərimi biriylə paylaşmalıydım . Amma kiminlə? Burdan çıxıb başqa yerə köçməliydik . Hara , nəylə , kiminlə ? Bilmirəm ...
Son zamanlar Qeyislə heç nə danışa bilmirdim . Bütün günü yatırdı . Bir söz deyəndə də əsəbləşir , dava salırdı . Günü gündən zəifləyir , həmdə eybəçərləşırdi . Maaşı evin keçımınə çatmırdı . Bir tərəfdən də , uyuşdurucuya xərclədiyi pullar, bizdə pul - para qoymamışdı . Bəzən uyuşdurucusu olmadığı günlər evə gəlmirdi . Samir demişdi ki , oğurluğa dadanib . Gecələr harda qalırdı , nə edirdi xəbərim belə olmurdu . Samirin mənə yazığı gəlirdi .
- Niyə cürüdürsən özünü ? Yoxdurmu sənin anan - atan ? Niyə bədbəxt edirlər səni ? Niyə gəlib aparmırlar axı ?
Belə vaxtda ona elə bir sarılıb doya doya ağlamaq istəyirdim ki . Burda tək həmdəmim Samir idi . Arvadı havalarda uçurdu , heç kimin dərdi , heç kimin problemi onu maraqlandırmirdi . Bütün günü gəzməkdə olurdu . Evdə bir gecələr bir də sevgilisiylə görüşəndə tapılırdı .
Samir yaxşı adam idi . Onun mənə yazığı gəldiyi kimi mənim də ona yazığım gəlirdi . Mən belə bədbəxt idim o da elə . Çox zəhmətkeş istiqanlı oğlan idi . Arvadına çox güvənirdi , onu çox sevirdi . Lakin arvadı onu barmağında təsbeh kimi oynadırdı . Onun saf niyyətindən istifade edirdi . Onu başqasıyla aldadırdı .
Beləcə günlərimiz keçırdı . Bir gün Nilay möhkəm xəstələndi . Qeysi də oğurlüq üstündə tutmuşdular . Deport təhlükəsi var idi . İşdən də çıxartmışdılar . Əgər həbs olunmasaydi ölkədən deport olunacaqdı . Azərbaycana qayıtmaq istəmirdim . Burda da yaşayışım olmasa da tanıdığım da yox idi , söz söhbət də . Hələ ki, halımız məhkəmənin verdiyi qərardan asılı idi . Qeysin tutulmasını anasıgilə xəbər vermişdim ,iki-üç günə gələcəkdilər .
Cibimdə beş qəpik də yox idi . Qalmışdım şöbələrdə , polislərdə . Alacağımız da yox idi . Vəziyyətimizin acınacaqlı olduğunu görüb Samir cibimə xərclik qoymuşdu . Bəyənmədiyim GÜlnarə qarnımızı doyururdu . Belə vəziyyət nə qədər cəkəcəkdi ki ? Bəs Qeys tutulsa halım nolacaqdı . Xəstə uşağı kimə qoyub gedəcəkdim işə - gücə ?
Tərs kimi də qız da bu tərəfdən xəstələnmişdi . Onu həkimə aparmalıydım . Avtobusa verəcək pulum belə yox idi . Bir güman yerim barmağımdakı üzük idi . Üzüyü çıxarıb çarşıdakı qızıl dükanlarını gəzdim . Azərbaycanda qiymətli olan briliyyant qaşlı qızılın burda dəyəri yox idi . Çox məyyus olmuşdum . Olanım qalanım bu idi . Əlimdən heç nə gəlmirdi ucuz da olsa satıb , uşağımı həkimə aparacaqdım . Elə bu fikirlə qızıl dükanının birinə girdim , ovcumdaki üzüyü irəli uzatdım .
- Bunu satacaqdım , acaba nə qədər edər ?
Yari Azərbaycanca ,yarı türkcə dediyim bu sözə azərbaycanca cavab aldım .
- Bir çəkim , sonra deyərəm .
Qarşımda ağ uzun saçlarını arxadan toplamış hündür boylu dolu bədənli bir kişi gördüm .
- Siz ?
- Evet ben ...
Gulnarənin neçə zamandır evə gətirdiyi " kosmotoloq " indi zərgər kimi qarşıma çıxmışdı .
Qeys məni döyməz , incitməzdi , lakin həmişəki kimi narkotikdən istifade etməsi , həyatımızı qaraltmışdı . Samir onu bu yoldan daşındırmaq istəsə də , hec bir faydası yox idi . Hətta onu Samirlə bir neçə dəfə xəstəxanaya da aparmışdıq . Sğortası qarşılığında müalicə də almışdı . Bir müddət yaxşılaşırdı sonra yenə başlayardı .
Nılayın 2 yaşı olsa da hələdə 5 6 aylık kimi idi . İnkişafdan geri idi . Xəstəliyinin müalicəsi də yox idi . Taleyi qara balamın gələcəyini düşününcə həyatımdan bezirdim . Bəzən fikirləşirdim ki , mənim başıma bir qəza qədər gəlsə kim baxacaq ona ? Deyək ki, indi onu uşaq evinə qoymaq olardı bəs , böyüyüb yaşlanınca ?
Bu iki ildə anası bir neçə dəfə bizə gəlmişdi . Əslində bizə yox , mala gəlmişdi . Onda da bir atmaca atıb ortalığı qarışdırırdı , məni döydürtdürüb gedirdi . Hələ bir utanmadan üstümə böhtan da atırdı .
- Bicini sırıdın oğluma .
- Utanmırsan ? Bu nə sözdür ?
- Deyirlər belə xəstələrin uşağı olmur . Allah bilir, kimdən peydaxlamışdın bu şıkəsti . Yamadın oğluma . Heylə doğansan doğ da yenə bu xəstə uşağımın nəyinə lazım ?
- Başa düşmürsən ? Bura Azərbaycan deyil ee rüşvətlə metirka alasan , xəstəxanaya gedəsən , qanunsuz uşaq doğasan . Bizim kəbinimiz yoxdur . Yaşım azdır , bir qələt elədim , bir də etmərəm . Nə zaman oğlun bu zibildən qurtarar , o zaman uşaqlarımız olar . Belə də ki , niyə səndən gizlədim ki , oğlunun mənimlə münasibəti yoxdur , işdən evə özünü güclə çatdırır , içəri girən kimi hamama qaçır iynələnib yatır . Qulağının dibində top partlatsanda xəbəri olmaz .
Təzə gələndə uşaq olmuşdum .Başa düşməmişdim belə bərk yatmağı . Qeys elə o vaxtan , narkotikdən istifade edib divanda yatırmış , mən yazıq da gecədən sabaha qədər bu hissiyatsiz , ölü unsana yalvarırmışam ki , gəl gedək otağımıza .
Bəzən xəyalım dolanıb kəndə gedirdi . Elə darıxərdım ki , burnumun ucu göynəyirdi bacılarım üçün . Atam üçün darıxırdım . Anama nə qədər əsəbi və kinli olsam da yenə də onun üçün darıxırdım . Bəzən qara taleyimə ağlayıb göz yaşı tökürdüm . Deyirdim kaş ke o alvercini qəbul edeydim indi bu qədər əzab çəkməzdım . Ömrüm darıxmaqla keçırdi . Açlıq bir tərəfdən şəraitsiz evin səfaləti bir tərəfdən , narkaman ər , xəstə uşaq ... xoşbəxtliyim sanki həbsxana pənçərələrindən XXX şəkilli dəmir barmaqlar arasindan boylanırdı . Önun var olub da mənə əli çatmadığını görürdüm Həyatımdan bezmışdım , ömürlük həbsə məhkum olmuş xoşbəxtliyimi artıq evimdə yox bayirda axtarirdim , öz ailəmdə yox , başqalarında axtarırdım . Bəlkə başqa bir şansmı deyim , həyatmı deyim , küləkmi deyim - məni bu həyatdan uzaqlara çəkib apara qurtara ...
Nəhayyət bir həftə sonra qaynanamla qaynatam Qeysin hayına gəlib çıxdılar . O qədər acizləşmiş , o qədər yalqzlaşmışdım ki , onları görəndə kövrəlib ağladım .
Xoş beş dən sonra oralardan hal xəbər aldım . Adəti üzrə bu dəfə də qaynanam yenə iynəli atmacalarıyla məni daladı
- Yani bu deyilsiz ? Bacın qonşuyla oynaşdı oynaşdi . Axır qoşuldu qaçdı başqasına , yiyəsi - sahibi qəbul etmədi ki , çındır nəyimizə lazımdır ? Bu səfər də anan səni bizə yamayan kimi bacını da yamadı yetimin birinə ...
Nə danışır bu ? Sohbət Nəzakətdən gedirdi . Nəzakəti qaçıriblar ? Kim qaçırıb ? Niyə qəbul etməyiblər , kimin əlindən alib kimə veriblər ? Suallar beynimdə davul kimi çalırdı . Amma qaynanamla heçnə danışmaq istəmirdim . Bilirəm ki , o heç vaxt əsil həqəqəti mənə deməyəcək , bizi qaralamaq üçün özünə necə sərf edirsə o böhtanı ailəmizə atacaqdı . 4 gün sonra Qeysin məhkəməsindən sonra qaynanam mal vurmaq üçün Laləliyə getdi . Qeysin cəzası burda olacaqdı . 5 il altı ay cəza kəsmişdilər . Cox güman ki , qaynanamgil gedəndə məni də aparacaqdılar . Amma orda hara , kimə gedəcəkdim ki , həm də burda otrumum var idi , uşağın müalicəsi üçün dövlətdən və Qeysin iş yerindən dəstək və yardım alırdım . Qeysi işdən atsalar da sağolsun müdiriyyət yardımını bizdən kəsməmişdi . Gedib qaynanmın köləsi olmaqdansa , burda həyatımızı davam edə bilərdik . Bu barədə Samirlə də məsləhətləşdim . Samir də məni burda saxlamaq üçün əlindən nə gəlirsə edəcəyinə söz verdi .
Evdə tək idim , evdəki sonuncu çörək pulun götürüb , evdən cıxdım . İlk işim Nəzakətlə danışmaq və köç idarəsinə gedib Azərbaycana getməmək üçün bəzi məlumatları əldə etməli idim .
İnternet- kluba geldim . Qonşumuzun nömrəsini verib kəndə zəng elədim . Danışmamız çox qısa oldu pulum az olduğu üçün iki dəqiqəlik vaxt almışdım . Eşıtdiyimə görə Elnur Raufla bərabər Nəzakəti qaçırib . Qonşumuzun dediyinə görə Nəzakəti qaçırandan sonra onu zorlayıblar . Bir həftədən sonra , Raufun atasıgil , yəni Elnurun dayısı gil bu işdən xəbər tutub Rusıyadan Azərbaycana gəliblər . Nəzakəti qəbul etməyiblər . Amma Nəzakət ağlayıb Raufun atasıgilə yalvarıb ki ,
- Mən geri qayıda bilmərəm . Mən artıq kirlənmişəm .
Nəzakəti atamgilə gətiriblər . Onları dilə tutublar ki , bir daş altda , bir daş üstə , bu işdən kimsə xəbər tutmasın . Uşaq olublar qanmayıblar , götürürük uşaqların ikisin də, biz gedirik burdan . İş düşüb polisə . Nəysə ki , Elnuru tutublar . Elnur bir ay içəridə qalandan sonra Nəzakətlə evlənməyi qəbul edib , içəridən çıxıb . İndi Nəzakət 4 aylıq hamılədir .
7   BÖLÜM 

      Eşitdiklərim məni şoka salmışdı . Heç vaxt belə şey ola bilməzdi . Əgər mən Nəzakəti və Elnuru tanıyıramsa belə bir şeyi ağlıma gətirə bilmərəm. Nə mənim bacım nə də sevdiyim oğlan mənə xəyanət edə bilməzdi . 
     Elə bu düşüncələrlə tekrar rabitəçi qıza yaxınlaşdım .Son pulumu əlim əsə əsə qıza uzadib , dəftərçədəki nömrəni ona göstərdim . 
   - Lütfən,  bu numarayı da arayın . 
   - Kaç dakikalık ?  
   - Bilmiyorum ,  konuşmaya bağlı . 
   - Amma olmaz ki,  hanım efendi . 
   - Paramın hepsine .
   - Tamam , buyurun sıranızı bekleyin . 
   Telefonun uzun çağırışından sonra tanış səs bütün vücudumu lərzəyə getirdi . Elnurun sesiydi . Nitqim qurumuşdu . Səsimi çıxara bilmirdim . 
    - Aloo !
    - ...
   Həyəcandan urəyim əsirdi . 
    - Alo 
    -... 
   Boğazımı ayırtıb özümü danışmağa cəsarətləndirdim . Nə illah etdim səsim çıxmadı . 
  - Danışasız ya yox ? 
   - ...
    - Alo , hə gözləyirəm axı danışın !
    İçəridən səs gəldi . Nəzakət idi ; 
    - Kimdir ki ? 
    - Bilmirəm , danışmır . 
    - Ver bir ! 
   - Əşi dayan görüm ! 
    -  Ver dee!!! Niyə vermirsən ?  
    - Sus görüm , səs gəlir . 
    - Gələr dəə. Deyir yani burdayam səni eşidib səsindən ləzzət alıram . 
     - Nə danışırsan sən ? 
     - Allah bilir , hansı sevgılindır ... Başqa kım olar kı ,  zəng edib danışmayan ?  
   Nezakətin qısqançlıq ifade edən səsi , ürəyimin  damarını basırdı . Bayaqdan danışmaq üçün özümü toplayirdim ,  indi danışmaq istəmirdim, artıq.   Dəstəyi sıxıb  ürəyimin həyəcanını onlara dinlətmək istəmədim. Pulnan aldığım  dəqiqələr gedirdi . Lakin mən danışmirdim . 
   - Suus ...
   - Ver , ver mən onun cavabın verəcəm . 
   - Nə deyəsən ki ? Burax . 
   Hiss olunurdu ki xəttin o başında onlar  əlbəyaxa olublar . 
   - Deyəcəm a  q.. bə Elnur daha ailəlidir , evlənib , əl çək ərimdən . Ver mənə sən , o dəstəyi !
   - Allah səni biabır eləməsin yazıqsan . Eşıtdilər ayibdıyee. 
  - Qoy eşitsin ,  mənə ayıbdır ya ona?  Mən heç kimin ərinə zəng eləmirəm ee mənim ərimə zəng edirlər . Ver dəə,  ver görüm kimdir?  Tutub onu iki böləcəm ,  niyə danışdırmırsan o canikini mənimlə ?  Qorxursan ?
   - Axı mənim sevgilim olmayıb . 
   - Mənə də gəlmə dəə !!! Ver mənə deyirəm dəstəyi . 
   - Allah haqqı ,  bunu heç kim bilməsə də sən bilirsən axı ,  mənim kimnən oturub durmağımı . 
   Ses bir anlıq kəsdi . Elnur dəstəyi qulağına tutub təkrar "alo " dedi  dillənmədim . 
   - Bilirəm  ordasiz , zəng eləmisizsə  danışın da, ya da heç zəng etməyin !
   - Bəs onda kimdir hər dəqiqə zəng edən ? Ver de ver görüm kimdir ? 

    Hər dəqiqə zəng edən ? Axı mən ilk dəfədir zəng edirəm ? Nəzakət məni kimnənsə qarışıq salır deyəsən? - deyə düşündüm . 

-  Off offf... burax qoyuram üstünə dəstəyi . Burax . 
    -Özündən düzsən niyə vermirsən telefonu mənə ? 
   - Ala  !!! - deyə Elnurun əsəbi səsi  gəldi . 
   Nəzakətin dəstəyi aldı . Cır səsi qulaqlarımı dəlirdi . 
   - Alo ...  alo !!! Az q..bə niyə cavab vermirsən  həə , ay lotu ?!
   - Aylbdi ee ...
   İçəridən qarışıq səs gəldi . Deyəsən dəstək  ya harasa düşdü ,  ya da telefonun üstünə çırpıldı . Amma məşğula getmədi içəridəki səsləri eşıdirdim. 
   -  Yekə qızsan, söyüş olmasin da , adam kimi danışa bilmirsən ?  
   - Əcəb eliyirəm . 
   - Vuracam indi bu dəqiqə ağzının üstündən . 
   - Kim sən ?  Sən öl səni əlli ayaqlı götürdərəm ee . Ağlını ora bura vermə haa ! 
   - Nə bilirsən kimdi . Bəlkə Rusetdən zəng vurublar, xətlər qarışıb səs gəlmir ?  
   - Pay dədəm vayy ... sən dedin, mən də inandım hə , həə 
   - Nazı başımı pozma ... bizim evlənməyimiz heç nəyi dəyişmir . İkimiz də bilirik biz niyə evlənmişik . 
  - Almasaydın , indi mən sənə gəlmişəm deyə hər dəqiqə mənim başıma qaxınc eliyəsən ? Sən canını qurtarmaq üçün aldın da məni ...
   - Neyliyəcəkdim ?  Raufula yediyin zibillərə  məni  bulaşdırdız da . Cındırlıq elədi , dayım oğlu , dədsinin qorxusundan zibilini atdı mənim üstümə . 
   - Boynuna almasaydın . 
   - Mən boynuma almıram ee, o coxbilmiş nənənin dayımdan aldığı pullar boynuma qoydu . Qızının namusunu pulnan təmizlədi .Deden dözmədi ee , nənənin cındırlığına , infarkt elədiz yazıq kişini . Papağın yerə soxdunuz . 
   Urəyim sıxıldı . Demək atam dözə bilməyib anamın oyunlarına ? Ayy Allah , mən nələr eşidirəm ?  
   - ... Sonra da namusdan qeyrətdən danışır anan . Arvadlıqdan danışır . Sizi tanımayana nəhlət . 
   - Anamın p.. ağzına alma . 
   - Ananın p.. u olub sizin ağzınıza xəbəriniz yoxdur . Siz hələ onu pir bilib başına dolanın . Görün irəlidə sizi nə gözləyir hələ . Yazıq qız,  başın götürüb qaçdı onun əlindən . Amma yağışdan çıxıb yağmura düşdü .
   - Mətişin dərdi saa qalmıyıf . Bildin ?Sən öz hayına bax . Çıxdı getdi ərinə, uşağı da var . Burax keçmişi , bax gələcəyinə ! Evlənmişik biz artıq . 
   - Əşiii ... -  Elnur susdu . Araya qısa bir sakitlik çökdü . Telefon dəqiqələrim də  son siqnalını verirdi .  Görünür dəstəyin  kənarda qalmasından xəbərləri yoxdur . Onlar danışır ,  mən də eşidirdim . 
   Qısa aradan sonra Elnurun təssüf dolu eyni zamanda da əsəbi səsi gəldi . 
   - O qədər onun - bunun babalın yuyub , o qədər onun -bunun qızının qarasıyca danışıb ki, indi də öz... 
   Nəzakət onun sözün kəsib ,  cır səsiylə ona qışqırdı . 
    - Gəl özündən danış ,  mən onsuz da anamın üstündən xətt çəkmişəm ,  ölsə də üstünə getməyəcəm ,  bacımı da , məni də anam bədbəxt elədi , Allah yandıracaq cəhənnəmdə , inşallah ... Cındırlığa qalanda get özünüzdən danış , dayın da oğlunu məndən pulnan aldı . Bizi pulnan ayırdı . Raufu güllə qabağına qoysan da məndən ayrılmazdı . Məni nə qədər istədiyini bilirsən . Bəs sən niyə kişilikdən danışırsan ?  Deyək o beqeyrət idi . Bəs sən ? Bilə bilə mən onunla yatmışam ,  onun uşağını qarnımdadır ,  niyə alırdın məni ? Almasaydın da Beqeyrət dayın oğlunun artığın niyə alırdın ? Kişi olaydın, kişi kimi yataydın içəridə . Amma bu işi boynuna almazdın Almısan , canını qurtarmısan , indi belə ki, kişilikdən dəm vurursan  , kişi kimi də sahib çıx, qoy deməsinlər ki , Elnur kişi deyil . Qoy desinlər Elnur yaxşı kişidir . Mənə ailə kimi bax , məni heç kimlə aldatma .  Keçmişi burax keçmişdə ...
   - Ay sən öləsən , sən həyatımda yalnız kağız üzərində olacaqsan . Hələ ki , o kağız da yoxdur .inşallah heç olmaz da. Pasport yaşın catana qədər kim ölə, kim qala . Allah bilir . O uşaq mənim adımı , famılyamı daşısa da mənim olmayacaq ... bizim ax...
      
   Dəqiqələrim bitdi . Ara kəsildi . Heç nə eşitmirdim amma beynim onların səsləri ilə dolmuşdu . Heyrətdən dilim kimi gözlərim də donmuşdu . Demək ki , onları məcbur evləndiriblər , yenə də anamın hiylələri işə kecıb .  Demək ki , anami bu dəfə Raufun atası pul gücünə susturub , Elnurun yetımliyindən istifade edərək Nəzakəti və qarnındakı uşağı ona sırıyıblar . 
   Bu necə olub bilmirəm amma bildiyim tək bir şey var idi . Mən burdaykən orda çox üzücü hadisələr baş verib . Bu acımasız həyata Nəzakət boyun əyib taleyiylə barışmaq istəsə də ,  Elnur bu həyatı qəbul etməyib , hələ də məni sevir ...
    Evə gələndə qəribə bir əhval ruhiyəylə gəldim . Ruh kimiydim . İcimdə əcaib hislər var idi . Bilmirdim ağlayım , ya sevinim ? Atama çox üzülürdüm utanmasaydım küçənin ortasinda qışqıra qışqıra anama qarşı üsyan edəcəkdim . Atamın halına ağlayacaqdım . Anama hirslənmişdim , esla Nəzakət haqqında pis şeylər düşünmürdüm . Bilirdim ki ,o nə qədər məndən də gözüaçıq qız olsa da , anamın və Raufun atasının qurduğu tələyə düşüb Elnurla bir yerdə . Bir tərəfdən də Elnura yazığım gəlirdi . Həm də elə indicə mənim haqqımda fikirlərini eşidəndə cox kövrəlmişdim . Bəlkə də bu fikirlər məni ümüdləndirmişdi . Bilmirəm . Amma nəyə ümüdlənəcəm ki ? Hansı şərtlər altında olur olsun artıq o bacımın əri idi . Nigahı olsa da , olmasa da , kənddə hamı Elnuru  Nəzakətin əri bilir ...
    Küçəmizə girib məhəlləmizə döğru yuxarı çıxırdım ki ,maşının səsi məni özümə gətirdi .  Dönüb baxdım , Gülnarə idi.  Bahalı son model maşında şoferin yanında oturmuşdu . Bu adamı ilk dəfə idi görürdüm . Ümumiyyərtlə son günlər evdə heç kimlə görüşmürdü . Hiss edirdim ki ,  Samir ondan şübhələnib . İş saatlarında anidən Samir evdə peyda olurdu . 
   -Evəmi gidoyorsun ? - Gülnarə məndən türkcə soruşdu . 
  - Hə  evə gedirəm . 
  - Haydi atla , biz de eve gidiyoruz . 
    Başı xarab olub bunun ? Bilirki qaynanmgil burda, bizdə qalır . Utanmır  evə kişi gətirir ? 
   - Siz gedin  mən yavaş yavaş gələcəm . Həm də marketə girəcəm . 
   Maşın az irəli getdi , dayandı . Sonra arxa arxaya yanıma gəlib dayandı .  
   - Sizinkilər evdə ?  
   - Sabah Laləliyə getmişdilər .i
 İndi bilmirəm bəlkə də gəlmiş olarlar  . 
   - Bəs uşaqlar kimin yanında ?  Mən uşaqları sənə tapşırmışdım axı ? 
   Səbrim qalmadı daha ;  
   - Əşii , mən nə bilim , mən sənə burda uşağa baxanam ?  Elə bilirəm evdəsən . Uşaqlar içəridə oynayırdılar mən çıxanda . İşim var idi ...
   - Nə demək , işim var idi ? Mən uşaqları sənə arxayın olmuşam . Samir o pulları sənə elə belə verir ? Əlbəttə ki, baxacaqsan ! 
   - Nə danışırsan sən ? Mən sənin uşağına baxmaq məcburiyyətində deyiləm , mən sənincün nəyəm burda . Mən Samirlə sənin uşaqlarına baxmaq üçün müqavilə bağlamamışam ...
    - Sən dayan !  O uşaqların başına bir iş gəlsin ,  gör gününü . Gör səni ərivin yanına göndərirəm ya yox - Gülnarə qışqira qışqıra məni yanındakı adamın yanında alçaldirdi . 
   - Bir şey olmaz , merak etme - deyə yanındakı adam onu sakitləşdirdi . 
   - Sür ! 
   Maşın evə tələsirdi , mən də az qala maşının dalıyca qacaçaqdım . 
   Evə çatanda blokdan gələn qaz iyi , ağlımı başımdan çıxardı . Qaz iyi aşağıdan - bizdən gəlirdi . Qapımız açıq idi . Gülnarənin səsi binaya yayılmışdı , qışqırırdı . Pıləkəni aşağı enib , qapıya yaxınlaşmışdım ki , Gülnarəylə o adam uşaqları qucaqlarına alıb bayıra çıxartdılar . Məni görüncə Gülnarə var səsiylə qışqırdı ;
   -Səninlə sonra danışacam , dayan hələ , bu uşaqlara bir şey olsun !!!
   Başı alovlu qazın qoxusundan boğula boğula içəri qaçdım . Balam yataq  otağında yerdə hərəkətsiz qalmışdı .  Fəryadım , imdadım ərşə çıxmışdı . Körpəmi qucağıma alıb bayıra qaçdım . Kimim kimsəm yox idi ki ,  imdadıma kim gələcəkdi ki , dizlərımi yerə qoyub balamı köksümə sıxaraq nalə çəkirdim ...
   Kimsə qolumdan tutub yuxarı qaldirdi ; 
  - Kalk  bacım kalk, atla arabaya .  
   Başımı qaldıranda həmin zərgəri qarşımda gördüm . Qonşular və kücədən keçənlər  başıma toplaşmışdılar . Dəli kimi Nilaya baxdım . Hələ də hərəkətsiz idi . 
   - Kalk bacim kalk ,  gec olmadan hastaneye yetişelim . 
   Bayaqdan imdad diləyirdim . İndi hayıma  hay verən vardı , nolsun ? Yerə mıxlanmışdım ,  yerimdən tərpənə bilmirdim . Qorxurdum " görən olar, söz olar "  deyə . 
    Qorxan gözə çöp düşər deyirlər , qorxduğum başıma gəldi . Uzun tərəddüddən sonra maşına minib yola çıxanda qaynanamgil taksidən  düşürmüşlər , onlar məni görüb , mən onları görməmişdim . 
   Maşın dayanan kimi ,qapını açıb maşından düşəcəkdim ki , zərgər maşından düşub bu tərəfə qaçdı . Uşağı  qucağımdan almaq istədi . Nəmli gözlərimlə ona baxıb baxışlarımla etiraz etdim . 
   - Lütfen . Rica ediyorum . Yardım etmeme izin verin . Qollarım boşaldı . Uşağı qucağımdan alıb , sanki baxışlarıyla mənə təşəkkür etdi və ; 
   - Acil , açıl doktor lazım ,  yardım edin , doktor hanım !  - deyə qışqıra qışqıra içəri qaçdı . Mən də onun arxasıyca . 
   Nilayı əməliyyat otağına almışdılar . Qapının ağzında yerə çöməlib ağlayırdım . Qapı açılıb örtüldükcə həkimlərin qabağına qaçır , balamı onlardan soruşurdum . Adını bilmədiyim o adam da mənimlə bərabər hələ də burada Nilayın halıyla maraqlanırdı . Gah əli qoynunda yuxarı aşağı gedir ,  gah da o da mənim kimi həkimlərin qabağına qaçırdı . 
    - Siz gedin isterseniz , Allah razı olsun sizden . 
   - Gidemem . Gidersem aklım burda kalacak . 
   Nə edim onu məcbur göndərə bilməzdim ki ,  
 - Kan ... Acil kan lazım . 
   Əməliyyatxananın dəhlzində mürgüyə getmişdim . Dəli kimi səsi eşidib ayağa qalxdım . Qapıya həkim qızıq qabağına  qaçdım . 
   -  Qurban olum , verin mənim qanımı balama ,  yalvarıram . 
   - Sakin olun , Hanımefendi . Anlayamadım ne dediyinizi . 
   - Diyor ki , benim kanımı ala bilirsizniz - deyə kişi irəli durdu . 
   - Tamam , bəy efendı. Suz çoçuğun babasımısınız ? 
    Adamla göz dözə gəldik . Nə o nə də mən bir söz demədik . 
   - Hanım efendi , buyurun ilk sizden kan alalım ...
   - Benimdə kanıma bakın uyğun gelirse vere bilirim , mink yavruya . Adını bilmədiyim sadecə tanıdığım bu adama minnət hissi ilə baxdım . Ona necə təşəkkür edəcəyimi bilmirdim . Onunla danışmağa belə utanırdım . Ona get demək istəyirdim ,  lakin get deməyi dilim gəlmirdi . Cavan gəlin ,  bu qurbətdə tək başına kimsəsiz qalmışdım , umacağım yer ,  sığınacağım kimsəm yox idi...
    Dəhlizin başından sağa dönüb camaatı yara yara keçdik . 
   -  Mətanət ?
   Dönüb baxdım , Samir idi . 
   -  Sən burda nə gəzirsən ?  
   - Uşaqlar necədir ? - onun sualına cavab vermədən sual verim 
   - Şükür təhlükəni atlatdılar . Palataya köçürtdülər . 
   - Aaaa ayyy nə yaxşı . Siz hardasız qan verib gələrəm indi . 
   - Nə qan ?  
   - Nilaya qan lazım 
  - Nilaya noldu? 
   Ona cavab vermədən tibb bacısının arxasınca qaçdım . O adam da mənim arxamca tələsdi . 
   - Mətişş !!!
     Qan verib çıxanda Samir qapı ağzinda idi . 
  - Bey əfəndi ,  buyurun sizin də kanınızı alalım - deyə tibb bacısı kişiyə səsləndi . Adam içəri keçəndən sonra Samir qaş qabağın töküb başıyla adama işaret etdi , 
  - Vallah tanımıram , Bizi xəstəxanaya gətirdi . 
   - Nilay da zəhərrənib ?
   - Hə - ağlamsımdım 
   - Hmm . İndi necədir ,
   Gözlərimdən yaş sel oldu ; 
    - Pis, hələ ayılmayıb , qan lazımdır dedilər . 
   - Zəhərlənməya qan nə lazım ki ? 
   - Bilmirəm .
   - Gülnarə dedi uşaqları sənə tapsırib, sən də onları evdə qoyub getmisən ?
   - Mənə uşaq tapşırmaylb . Yalan deyir .  Mən gedəndə o evdəydi . Azərbaycanla danışmağa getmişdim səki , atam infarkt keçirdib . 
   - Nə danışırsan ?  
   - Hmm ...  Hər şey üst üstə gəlir , Samir , dayanacaq gücüm qalmayıb daha . Qeys belə  ,  atam elə  indi də Nilay ...
   Hönkürub ağladım . Mənim fəryadıma Samir də dözə bilmirdi ,  gözləri yaşarmışdı . 
     - Mən niyə bu qədər bəxtsiz bədbəxtəm , niyə Allah mənə bir xoş gün göstərmir ,  mən nə zaman xoşbəxt olacam ? Nə zaman ? 
   Samir başımı qucaqlayıb bağrına basdi ; 
   - Keçəçək , darıxma ...allahın hər kəsin üzərində bir sınağı vardır . Hərəni bir cür imtahan edər . Kimini əriylə ,  kimini arvadıyla , kimini uşağıyla . Bizə səbr edib sonunu gözləmək düşər . Allahın bize verdiyi  nemətləri, bizim Allahı xatırlayıb şükür etmemizi ,  bize gələn çətinliklərdə, yenə də  Allahı xatırlayıb səbir etməyimizin lazım olduğunu başa düşməyincə Aılah bizi sınağa çəkəcəkdir .  Odur ki, səbr edib , yaxşıya da yamana da şükür edəcəyik . Başımı onun sinəsindən ayırdım . Onun bu sözləri ürəyimin atəşinə su tökmüşdü sanki . 
   - Sən yaxşı adamsan Samır , yaxşı ki varsan . 
   Kimsə əl çaldı . Dönüb baxdım , Gülnarə idi . O adam da qan verib dəhlizə çıxmışdı . Pencəyinin bir qolunu geyinilmiş bir tərəfi çiyninə asılmışdı . Əli ilə venasını tutmuşdu . 
   - Bravo vallah ... bravoo -  əl çalmağa hələ də davam edirdi . Romantikaya bax hələ ?  Uşaqlar orda can verir , ata uşaqların anasınə təsəlli etməkdən sevgilisini qucaqlayıb ona təsəlli edir . Nə böyük məhəbbətlər varmış aranızda . Xəbərim yox.  
   - Sayıqlama - Samır tərs tərs arvadına sonra da qapıdaki adama baxdı . 
    O qədər saf idim ki , Gülnarənin artistiyinə mat qalmışdım . Mən olsaydım , ərimin yaninda  sevgilimlə və ya məndən xoşlanan bir kişiylə üz üzə gəlsəm özümü itirərdim , amma bu heç o adamı tanımirmış kimi davranırdı . 
   - Nə danışırsan sən Gülnarə , ayıb olsun , Samir mənim qardaşım əvəzdir . 
   - Həə, həə bəli necə qardaş bacı olduğunuz ...çox görmüşük sizin kimi bacı qardaşları . Deyəsən qardaş bacısının aşınası cıxıb həə ? 
   Onsuz da əsəblərim yerımdə deyildi ,  səbrim də daşmışdı Gülnarənin əlındən . Qızın üstünə hücum çəkdim ; 
   - Öz adını üstümə qoyma , mən də görmüşəm kasmitoloq adıyla evə zərgər gətirən arvadları ...
    - Haa haa... Suat bey ? Hanım efendi sizimi diyor ? Kuyumcu sizsiniz mahallede , bize de gelen sizsiniz ... Aferin , başarılar size , alkışlıyorum ,  iyi oyunculuk yapıyorsunuz , alkışlıyorum vallahi  sizi ...
   - Ne diyorsunuz ,siz ,  hanım efendi ? 
   Gulnare gedir Samir onun arxasınca qışqıra qışqıra qaçırdı . 
   Əlim üzümdə qalmışdı  , iki dəqiqənin içində Gülnarə hər şeyi yıxıb mənim boynuma yamadı .İlk dəfə Gülnarənin dilindən bu kişinin adıni eşidirdim . O kişini tanimirdim ,amma Gülnarə mənə böhtan atır ? Əsəbimdən yerimdə əsirdim . 
   - Sakin olun ,  hanım əfendi ...
   - Niyə vermədiz onun cavabını ? Niyə bana iftira atmasına izin verdiz ? 
   - Ben nə yapa bilirim ki , adama ben senin karınla senin evində , senin yatağında görüşyorummu deyim ? 
   - Diyeceksin !!! Diyeceksin ,  anladınmı , diyecəksin - deyib zərblə qolumu çırpıb onun elindən çıxartdım .
    Səhər tezdən evə gələndə qaynatamla qaynanam  hazırlaşıb evdən çıxırdılar . Məni görüb ayaq  saxladılar . Arvad tapanca kimi üstümə atıldı . 
    -  Buna görə getmək istəmirsən dəə,  ər tutuldu , uşağı zəhərlədin , özün də kişilərin maşınında küçələr sülənirsən . 
   Dünya vecimə deyildi , kim nə deyir desin , her şeyi atmışdım Allahın üstünə .  Bu saat mənə  uşağımı xəstəxanadan çıxartmaq üçün  lazım olan şey , pul idi . 
 - Mənə pul lazımdır. Nilayı xəstəxanadan çıxarmaq lazımdır . 
   - Niyə aşinan qan verə bilir pul yox ?
   Qonşu qapıya söykənib istezhza ilə gülümsəyən Gülnarəyə bazdım . Bildim ki , xəstəxanada baş verənləri qaynanamın ovcuna o qoyub . 
   - Nilayın nənəsi babası olməyib ki,  kimsə ona pul versin . Nolar kimsə qan verəndə . Qan verən aşına olur ?  Camaat avariya olur ,  tanınmaz bilinməz qan verir , ayıb olsun , danışdığınız sözə baxın bir . Arvad fısıldaya fısıldaya zənbillərini bayıra daşıdı . 
   - Əmi , mənə pul lazımdır , Nilay xəstəxanada qalıb , gedək onu cıxaraq !   
  - Avtobusun vaxtıdır ee, biletlər batsın ? 
   - Ay Minaya , bu gəlini ,  bu uşağı burda necə tək qoyaq gedək axı , sən get istərsən  mən bunları rahatlayım , yığım götürüm gəlim . 
   - Başı xarab olub ee bu kişinin ,  o gəlməz a kişi , o burda azadlıqdadır . 
  - Az danış ! Yeri , maşın qapıda gözləyir . 
   - Bu boyda veşnən mən  necə tek gedim ? 
       Uzun götür qoydan sonra qaynatamla bərabər  qaynanamı  deyinə deyinə İstanbul avtovağzalından  Azerbaycana  yola saldıq  . Ordan da bir başa xəstəxanaya keçdik . Nilay hələ də sistem altında yatırdı . Həkimlərin dediyinə götə həyati təhlükəni atlatmışdı . Vəziyyəti qənaətbəxş idi . Bu gun axşama xəstəxanadan çıxaracaqdılar .  Nilay əvvəllər atasının sığortasından yararlanırdı . Xəstəxanalara  xərcimiz çıxmırdı . İndi Qeys tutulduğu , eyni zamanda da işdən çıxarıldığı üçün sığortası da kəsilmişdi .
    Qaynatamın bileti batmışdı . Əllərində olan pulu da xərcləmişdilər . Cibində çox az pul qalmışdı . Arvadıyla belə məsləhət elmişdilər ki , qaynanam Bakiya gedən kimi ona pul yollayacaqdı . Odur ki , əlində olan pulu Nilayın dava dərmanına verib xəstəxanaya gəldik . Kasaya yaxınlaşıb , xəstəxana xərcini soruşduq . Cox böyük bir məbləğ dedilər . Nə məndə nə də qaynatamda bu qədər  pul yox idi . Təcili pul tapmaq lazım idi . Güman yerimiz Samir idi . Samir də, bu ay mən kira verə bilmədiyim üçün bu ay kiramızı və  komunal xərclərimizi özü qarşılamışdı .  Samirin arvadı da mənimlə tərs düşmüşdü .  Gedib gəlib bir atmaca atır , guya ərini mənə qısqanırdı . Bunu qaynatam da eşıdirdi ,  lakin özünü eşitməməzliyə qoyurdu . Üzüm gəlmirdi onlardan pul istəyim . 
  - Uşağı çıxaraq xəstəxanadan gedək evimizə - deyirdi qaynatam . 
   - Əmi , qurban olum, nə deyjrsən edəcəm . Amma oraya getmərəm . 
   - Bəs burda neyləyəsən ? Təkbaşına xəstə uşaqla . 
   - Sən məndən nigaran qalma . Mən başımın carəsinə baxacam . Mən  bütün həyatımı dava qırğınla yaşaya bilmərəm . Mən qaynanamın atmacasına dayana bilmirəm . Məni başa düş nolar.
   - Nə fikir verirsən ee sən  ona ? 
   - O məni heç oğlu yanımda olanda qəbul etməmişdi , heç nəvəsi olanda da sevinmədi . İndi  məni bu halımla qəbul edərmi ?  
   - Allah kəssin onu, xasiyyəti belədir də...
   - Qurban olum əmi ,  daha ata anamın yanına qayıtmağa üzüm yoxdur ki , qaynanmdan küsəndə onlara üz tutum , qoy elə bilsinlər burda itkin düşmüşəm yox olmuşam . Məni heç kim sevmir istəmir , özümü kiməsə yamaq eləmək istəmirəm . 
    - Bəs burda neyləyəsən ?   
    - Qeysnin müdiri yaxşı adamdır . Hələ də bizə yardım edir . Gedib iş istəyəcəm ,  inşallah iş verər . Sığortam ,  iş izinim yazılsa oluram buranın vətəndaşı kimi ,  daha heç bir problemim olmaz . 
     - Nə deyirəm Allah köməyində dursun . 
   - Əmi , qurban olum incimə , sənin ayağıni qoyduğun yerə mən başımı qoyaram , sözünü yerə salmaq istəmirəm , ama bu barədə mənə üz vurma , xahiş edirəm . Onsuz da bilirəm ki , Qeys içəridən çıxsa da o düzələn deyil , ozü ozünü bədbəxt etdi . Mən də onun közünə yana bilmirəm . Balamla taleyimizə barışıb həyatımızı yaşayacağıq . 
    Qaynatam da mənim kimi çarəsiz qalmışdı . Nə deyəcəyini bilmirdi . 
    - Bir də bir xahişim var, əmi , səndən . Məni soruşan olsa yerimi bizimkilərə demə , qurban olum qoy bizi itkin,  ya da  ölmüş bilsinlər . 
   - Elə şey olar a bala ,  başımızı bəlaya soxa bilmərik . Bu yaşımdan sonra türmələrdə yatası halım yoxdur . Deyəcəklər sizə etibar etmişik , hanı uşağımız . 
   - O zaman bircə atama deyərsən yerimi . Amma anama heçnə demərsən . Gəlsə də tək gəlsin ,  atam . O da gələ bilsə - ağlamsındım . 
   - Atan xəstədir ,  bütün günü səni arzulayır . Heç sabaha cıxacağı bəlli deyil . 
   - Bilirəm , eşitdim 
   - Qaynanan dedi ? 
   - Yox ...
   Bütün telefon söhbətini qaynatama danışdım . Elə məsələ mən fikirləşdiyim kimiymiş . 
    Nəzakəti Rauf evlənmək üçün qaçırdibmış . Bu işə anamgil sevinib , nə də olsa kəndin ən varlı adamlarından birinin oğluna getmışdi qızı . Kənndə qızıni təzə qohumlarını öyə öyə qalmışdı ,  eynən mənimkiləri öydüyü kim .  Əlbəttə ki kəndin dedi qodusu bitmədi . Nəzakətin  adının Elnurla hallanmasından sonraonu elnurun dayısı oğlunun qaçırılma xəbəri kəndə bomba kimi düşmüşdü . Anam danışanların ağzından vururdu ki , bir qız bir oğlanındır . 
   Raufun bibisi oğluyla  adı çıxmış bir qızın qaçırılması xəbərini eşıdən atası gil bu işə qəti etiraz ediblər . Atasigilin narazılığını eşıdən Rauf Nəzakətlə yaxınlıq etməyi qərara alıb , bu yolla ailəni  razı salacağını düşünən gənclər yaxın qohumlarının evində münasıbətdə   olurlar . Bu münasibətə hətta ev sahibləri də şahid olur. Lakin atasıgil bu qızı ailənin gəlini olaraq qəbul etməyiblər . Qızı gətirib  anamgilə qoyanda anam dəliyə dönüb. Qızın əlindən tutaraqonu şöbəyə gətirib . Raufu şikayyət ediblər . Həmin axşamı Raufun atasıgil anamgili danışıb razılaşmaq üçün evlərinə dəvət ediblər ,  atam getməyib , anam gedib . Nə danışıb, nə ediblərsə (əsilində anamın onlardan pul aldığını telefonda eşıtmişdim ) anam şikayyətdən vaz keçıb , amma bir şərtlə , Nəzakəti Elnura alıb qızının  namusunu təmizləyəcəkdi . 
   
    - Məhkəmədəki çirnel də Minayanın bacısınin qayını Xanlar müəllim idi - deyə  qaynatam davam etdi . 
   -  Allaha and olsun ,  kişi  and içir ki , qız məhkəmədə ağlaya ağlaya deyirmiş ki,  məni heç kim zorlamayıb , özüm sevərək , istəyərək Raufla olmuşam - qaynatam xəcalət çəkirmiş kimi başın aşağı saldı . 
   - Sadecə qizin yaşının az olmasindan yana sözü keçmədi 
   - Niyə ki ?  Niyə az olur , məni ərə verəndə 15 yaşım vardı ,  Nəzakət 17- nin içindədir indi . O məndən də ağıllıdır .
   - Nolsun qanun belə demir axı . Elə Nəzakət də deyib dəə,  ozüm istəyərək Raufla qaçmışam , onunla olmuşam , istəyərək ,  bilərək qəbul etmişəm ,  nolsun ,  pul işini görür bala ,  pulun danışdirdiğı dili heç kim kəsə bilməz . 
    - Hmm... Atam da bu dərdə dözə bilmədi . Yazıq kişinin başın yedi axırda anam . Bəs bu sifətdən sonra o kəndə camaat içinə necə cıxırlar ?  
   - Elə qəşəy ... kəndə yayıb doldurdular ki , biz elə bilmişik Rauf qaçırdıb qızı . Demiyəsən elə Elnur qaçırdıb. Guya Elnur da elə əvvəldən bunu istəyirmiş 
   - İstəmirdi ...
   - Yox yox istəyirmiş , neçə dəfə bir yerdə görüblər onu . Rauf istəsəydi ,  onnan görərdilər də , bir yerdə . Kənddə adı Elnurla çıxıbmış Nəzakətin . 
    - Yox əmi məsələ başqaydi , şən bilmirsən . Elnurun istədiyi qız vardı . Nazı onların arasın düzəldirdi . 
   - Deyir poçtalyondan sevgilimə məktub yolladım , sevgiləm poctalyona qaçdı məsəli olub həə ?  
   Qaynatam  gülərək çayından bir qurtum alıb , stəkanın yerə qoydu . 
   - O gün yas yeri vardı kənddə , bəlkə taniyasan . Dadaş vardee  Məşədi Əhmədin oğlu ...
   - Həə, babamın əmisi idi Məşədi Əhməd baba  ...
   - Həə ay sağol . Ddaşın bir cavan oğlu öldü , qulaqlardan uzaq ,  nişanlıydı . Çayda çıməndə boğulmuşdu . 
   - Uuyyy , yazıq , hansi oğlu ?  Heç xəbərim yoxdur . 
   - Elə Əhmədin adın daşıyir ee. 
   - Həə Əhməd . Bizdən beş yaş böyukdur ,  yazıq .Allah rəmət eləsin . 
   - AMın ...
    Araya sükut çökdi . 
   - Nəsə deyəcəkdin , əmi ? 
   - Hə ,  nə deyəcəkdim ?  Yadımnan cıxdı . 
   - Dedin yasa getmişdin ...
   - Hə ... huş baş da qalmayıb vallah . Onu deyirdim ee səki ,  kənddə hamı sizi mirt milyaner bilir . Qeysin türkiyədə şirkətləri varmış ,  biznesmnendir nədir onnanmış ... hamı  sənə bəxtəvərlik verdi qulaqlarım eşıdə eşıdə , qara giz getdi ağ günə çıxdı dedilər ...
   Acı kinayə dodaqlarımı qaçırdı 
  - Ahhh  anam ahhh... ölürsən elə yalanan basıb bağlamağa 
 - Başa düşmədim ?  
  - Ay əmi , ordakılar nə bilir Qeys burda necədir . Əlbəttə ki , anam mənim simsiz teleqrafımdı. Ölür camaat ona bəxtəvərcilik versin tərifləsin . Onun eqosu bizi bədbəxt edir...
     - Metanet  Qara eva !!! Sizmisiniz ? - katibə qızın səsi məni axşam qaynatamla danışdıqlarımdan qoparıb , pul üşün gəldiyim Qeyisin iş yerinə qaytardı . 
     - Evet   benim ...
    -  Buyurun Necati bey sizinle görüşmek  istiyor ...
8 BÖLÜM
         İlk defeydi ki , böyük bir kollektivdə işə başlamışdım . Camaat arasına çıxmışdım. Qeyislə Samirin işlədiyi tekstıl fabrikində işə girmişdim . Sağolsun Samir Necati bəyə vəziyyətimi başa salıb , məni işə götürmək üçün ona ağız aşmışdı . O da vəziyyətimin çətinliyini nəzərə alaraq , məni işə götürmüşdü .
Tək bizim sexdə 200 nəfər işləyirdi . İşə girənə qədər elə bilirdim ki , Türkiyədə azərbaycanlı bir Samirgildir , bir də biz . Burda o qədər azərbaycanlı işləyirdi ki , hamısıda naxçıvanlılar idi . Həttə fabrikin patronlarından biri də Naxcıvanlı idi . Özünü görməmişdik amma iki oğlu , qardaşı oğlanları bizim sexdə məsul vəzifədə yer tutmuşdu . Onlarin yanında heç sıxılmirdim . Elə bilirdim ki , Daşkəsəndən Naxçıvana köçmüşəm . Yekəxana olsalar da çox istiqanlı çamaat idi Naxçıvan camaatı .
Fabrikində sıravı bir işdə işləyirdim . Əlimdən heç nə gəlməsə də , hazır malların üstündəki , artıq sapları kəsə bilirdim . Tikilmiş kəmərlərləri çevirirdim , kiçik hissələri dəstələyib tikişcilərə verirdim . İşım kənardan baxanda asan görünürdü . Amma oturaq iş olduğundan yorucu iş idi . Olsun başqasının əlinə baxmaqdansa halal çörəyimi qazanırdım . İlk günlər çox utanıb çəkinirdim . Özümü burda yad bilirdim . Daha doğrusu yad bildirirdilər . Həm də yaşımın az olduğundan məni əzməyə çalışırdılar . Yeni gəldiyimdən köhnələr də məni burunlayırdılar . Hətta özümüzünkülərdə . Bəzən seriallarda gördüyüm türmə həyatına öxşadırdım buranı . Necə ki, türmə koguşuna yeni biri gələndə türmə "ağasının" adamları yeni gələn dustaqları gözüm çıxdıya salır aa, eynən məni də elə gözüm çıxdıya salmışdılar .
Esra adlı 35 40 yaşlarında bir qadın vardı , burda , tikişçiydi . Masalarımız yaxın idi . Sağolsun , gözü üstümdə olardı , o məni qoruyurdu . Həyatda yaxınlarımdan o qədər ağzım yanmışdı ki, elə bilirdim bu dünyada hamı pislik etmək üçün yaranıb , bu dünyada hamı öz xeyri üçün yaşayır . Kimsəyə inamım qalmamışdı . Elə bilirdim ki , kişi olsun ya qadın olsun , biri mənə yaxşılıq edirsə demək ki , məndən nəsə umacağı var . Amma zaman keçdikçə Esranı tanıdıqca deyirdim ki yoox , hələ insanlıq ölməyib . Bəlkə də insanlıq ölüb , Allah Esranı mənə qoruyucu mələk qismində yollayıb ?
Bir dəfə , patron xanımlardan biri Suraya xanım sexdə gəzışərkən , qolundan açdığı bahalı saatı masasının üstündəki çantasına qoymuşdu . Məni gözümçıxdıya salan Melahatın adamları saatı Suraya xanımın çantasından çıxarıb mənim çantama qoyubmuşlar . Mənim də xəbərim yox . Suraya xanım saatının itməsindən duyuq düşüncə bütün çəkməcələri və çantaları axtarmağı əmr etdi . Saat Melahatın əl altılarının birinin çəkməcəsində çıxanda sifətinin nə hala düşdüyünü görməyiniz lazım idi . Deməyəsən Esra Melahatın adamlarının mənə oyun oynadığını hiss edibmiş , saatı çantamdan götürüb onlarin çəkməcəsinə qoymuşdu . Ona nə qədər təşəkkür etsəydim az idi . Həmin günü o məni böyük bir biabirçılıqdan qurtarmışdı . O olmasaydı işimdən də olacaqdım , etibarım da itəcəkdi .
Zaman keçdikçə artıq Melahat və adamları da mənə alışdı . Məlahətın buyruğuna qaçan bizimkilər də mənimlə dotrlaşdı .
Əlim boş olan kimi Esra abla məni yanına çağırır , mənə tikiş öyrədirdi . Bəzən məni makinanin arxasına keçirdir , özü isə mənim yerimə keçirdi . Yaxşı qadın idi . Zəhmətkeş və fedakar . O da həyatın keçmə keçindən ələnib indi indi rahatlığına qovuşmuşdu . Əri qan davasının qurbanı olmuşdu . Dörd uşağı varmış . Əri öləndə balacası qucağında 2 aylıq imiş . Ailəsi ona sahib çıxmayınca dörd uşaqla təkbaşına həyatın yoxuşuna dırmanmışdı . Onun bunun evində işləyə işləyə , qapıçılıq edə ede balalarını böyütmüşdü . Böyük oğlunu 7 yaşında maşın vurubmuş , uşağın onurga sütunu qlrılib . Həkimlər onun çox yaşamayacağını demişlər . 4 il yatağa məhkum olan körpə 11 yaşında dünyasını dəyişdi . Oğlunu maşın vurandan sonra Esra qardaşlarının və qayınlarının etirazına baxmayaraq , balalarini da götürüb İstanbula gəlir . Esra abla oğlunun tesadüfdən qəza kecirmədiyini deyirdi .
- Onu atasının düşmənləri öldürdü . Heç kimə sübut eliyə bilmədim ki, bu bir tesadüfi qəza deyildir . Qan davası idi bu . Bilirdilər ki , Ozan böyüyüb atasının qısasını onlardan alacaqdı . Odur ki , onu böyümədən aradan götürdülər . Mən balalarımı məmləkətdən qaçırmasaydlm o bori uşaqlarımı da bir bir aradan götürəcəkdilər .
Nilay 4 yaşını tamamlasa da , hələ də 7 8 ayliq uşaq kimi idi , inkişafadan qalmışdı . Heç iməkləmək nədir onu da bilmirdi . Yerlərdə sürüncəkli idi . Əlimlə yemək versəydim yeyəcəkdi , verməsəm aclığını hiss etməzdi . Necati bəyin köməkliyiylə onu əlil uşaqlar ücün uşaq evinə yerləşdirmişdik . Gecələr onun orda qalma şansı olsa da orada sadecə həftədə bir və ya iki gün saxlayirdim . O olmayanda dünya başıma daralirdi . Ona elə öyrəşmişdim ki , o mənim sirdaşım , dərd yoldaşım idi. Ürəyim bir şeyə sıxılanda darıxanda onunla derdləşir , başımı onun balaca dızlərinə qoyub ağlayırdım . Saçlarımı qarışdıran əlləri ruhumu sakitləşdirirdi . Onu elə çox istəyirdim ki , bəlkə də bəzilərinin gözündə o əlil görünə bilərdi . Mənim gözümdə isə o normal uşaq kimi idi . Bəzən analar uşaqlarını döyəndə , onlara bağıranda məəttəl qalırdım , mənim əlim gəlməzdı bu mələyi döyməyə . Tez tez sudurğa kecirirdi , tutması tuturdu .məni çox incidirdi . Amma nə olur olsun mən ona səbr edirdim . Mən onu bir başqa sevər , əzizləyərdim ,onunla oynayardım , boş vaxtlarında onu parka çıxardardım , ayda bir dəfə maaşımı alib alış- verişə gedəndə də onu özümlə aparardım, ondan utanmazdım . Niyə utanim ki , o mənim canım qanım idi . Bəzən küçədə , marketlərdə, içtimai nəqliyyatlarda ona görə mənə yer verərdilər, nə bilim pul , yemək , uşaqlarının geyinmədoyi paltarları verərdilər , xəstə uşağa baxdığım üçün mənə acıyardılar . Bax bu mənə elə toxunurdu ki , isəmirdim kimsə məni və uşağımı yazıq və aciz bilsin . İstəmirdim kimsəyə ərsizliyimi bildirim , əri yoxdur deyə kişilərin üstümə ayaq açmasını heç sevməzdim . Verilən eşyaları təşəkkür ederek geri qaytarırdım .
-Allah razı olsun abla . Çok şükür , çalışıyorum , şu anlık bunlara ihtiyyacım yok , ihtiyyaçım olursa çəkinməm söylərim - deyirdim .
Nə qədər özümü tox tutsam da bir tərəfim qırıq idi .
Kim idisə bizə özünü bildirmədən yardım edirdi . Samirgilnən qalanda da, ayrı evə köçəndə , iki üç həftədən bir evimin qapısına kimsə bazarlıq edib qoyurdu . İçındə uşaq bezindən tutmuş yeyib içməyə , təmizlik əşyalarına qədər hər şey olurdu . İlk dəfə bunu Gülnarəyə kim qoyduğunu soruşanda o ;
- Əşii, kim gətirəcək, hər kim gətirib Allah bərəkət versin gətir içəri .
Nə qədər ki , onlarla qalırdım , elə bilirdim Gülnarənin sevgililəri yollayır ,ona görə bu malları belə arxayın qəbul edir Amma mən başqa evə köçəndən bir müddət sonra qapımın ağzında bağlama görəndə ilan görmüş kimi oldum . Torbaları götürüb bir bir qonşuların qapılarını döydüm . Bu malların sahibini axtardım . Heç kim torbalara yiyə çıxmadı . Məcbur evə gətirdim . Bir neçə həftə sonra axşam işdən gələndə qapımıza asılmış torbaları görəndəgözlərimə inanmadım . Binanın komendantının yanına gedib məsələni ona danışdım .
- Sen hiç merak etmə . Ola bilsin mahallenin zenginlerindendir . Burda adetdendir . Zenginler fitre zekatını fakire dağıtırlar . Ya da onlara manevi destek oluyorlar . Belli ki , bunu yapan seni bilən biridir . Çoçuğun hasta , kocan hapishanede, hem de yabancısın . Sana gel destek olucam derse yanlış anlayacağından korkmuşdur . O yüzdən sana çaktırmadan bunu yapıyor . Bu haram deyildir , helalığını vermiş kapına koymuş sağolsun . Sen de bunu kim yapmışsa ona bol bol dua et - dedi .
Komendantın bu açıqlamasından sonra ürəyim üstümə gəlmişdi . Bazarlıq dərdim yox idi .
Həyata sarıldıqca , özüm yıxılıb özüm qalxdıqca , daha da bərkiyirdim . Mənə bir həvəs gəlmişdi ki , işlədikcə işləmək , qazandıqca qazanmaq istəyirdim . Bütün ümüdümü xəstə balama bağlamışdın . Onun sağalmayacağını bilə bilə onunla xəyallar qururdum . Həkimlər belə xəstələrin çox yaşamayacağını deyirlər , amma nə qədər yaşayacağı da bəlli deyildi . Hər şeyə rəğmən , mən onun üçün yaşayırdım . Bir gün o məni tətk edəcəyini düşündükcə ağlım daşımdan çıxırdı .
İşdə sığortam və çalışma izinim vardı . Əgər bir tərslik olmasa , işdən çıxartmasalar 5 ildən sonra vətəndaş olacaqdim . Hər ay yamangünlük geri yana atdığım pulumu banka faizə qoymuşdum, babat pul toplamışdım . Belə gedərsə vətəndaş olandan üç beş il sonra ev ala biləcəkdim . Bu barədə Esra abla mənə kömək edirdi . Yol göstərirdi . Türkiyənin qanunlarından, banklardan nece yararlanmağın yollarını mənə başa salırdı . Artıq özüm öz ayaqlarım üstündə dayanmağı bacarırdım . Özümü qoruya biıirdim . 20 yaşım olsa da təklik və çətimliklər məni vaxtından əvvəl böyütmüşdü . Mən artıq güclü bir qadın idim .
İş saatından sonra da işləyirdim binalarının təmizlik işlərində . Nilayı evdə qoyub gedirdim təmizliyə . Bəzən onun tutmali zamanlarından məcbur boş otağa kilidləyirdim , yada həkiminin məsləhətiylə yuxu dərmanı verib yatırdırdım .
Vəlbəttə ki , məni getdiyim evlərdə kimsə məni baş tacı etmirdi . Mənə yuxarıdan aşağı baxırdılar . Bəzən subay və ya arvadı olmayan kişilər məni ev təmizliyinə də dəvət edirdilər . Bu şərtlə qəbul edirdim ki , evdə heç kim olmayacaqdı . Bəzən şərti pozanlar da olurdu . Evə məndən xəbərsiz gəlib mənimlə yaxınlıq etmək istəyənlər də olurdu . Dəfələrlə zorakılıqla məruz qalmışam . Çox ehtiyyatli idim , yenə Esra ablanın təcrübələrindən yararlanıb hər ehtimala qarşı tədbirimi almışdım . Hər zaman sinəmdə və ya cibimdə balaca bir ətir qabinda koloniya gəzdirirdim . Fürsət tapan kimi xainlik etmək istəyənin gözünə koloniya püskürdürdüm . Burda kimim, kimsəm yox idi . Lap başıma nə bəla gəlsə də heç kimin xəbəri olmayacaqdı . Mənim üçün vacib olan şey istəyərək , sevərək birinini olmağım idi . Kimsə məni zorlasaydı və ya istəməyərək məni yatağına soxsaydi , bunu heç vaxt ozümə bağışlaya bilməyəcəkdim . Ölərdim .
Məndə də ehtirasdan əsər əlamət qalmamışdı . Qadın olduğumu belə unutmuşdum . 20 yaşımın içindəydim , ama özümü 70 yaşlı qarı kimi hiss edirdim . Odun kimi idim , ehtiras , şəhvət , əda məndən uzaq idi . Bəzən özüm özümdən qorxurdüm . Deyirdim bir gedim həkimə , tay tuşlarıma baxırdım o qədər həvəsli və ehtiraslı idilər ki , mən isə ... sonra fikirimdən daşınırdım . Düşünürdüm ki , həkim buna qarşı bir müalicə yazarsa sonra kimsə qabağımda dayana bilməz . Elə belə yaxşıdır .
Əvvəldən də gözəl qız idim , o vax üzümdə uşaq məsumluğu var idi. İndi gənc qadın olmuşdum , biraz daha böyümüş , daha da olqunlaşmişdim . Aynaya baxmaqda qorxurdum . Fikirləşirdim ki , aynaya baxdıqca özüm özümə heyran olaram , şəhvət hissi məni basar , nəfisim mənə qalib gələr .
İki il idi , işləyirdim . Sevilməmiş , bəyənilməmiş deyildim , gizli heyranlarım da vardı , xəbər yollayanlar da . Nilayı qəbul edənlər də . İşdə, qonuşuluqda təkliyimə ağız uzadanlar da var idi , Ağzım yanmışdı , kimsəyə güvənə bilmirdim . Xəbər gətirənləri geri çevirirdim . Belə şeyləri ağlımdan fikirimdən çıxarmışdım .
Qeysdən əlim üzülmüşdüm. Guya türmədən çıxsaydı nə olacaqdı ki ? Şam kimi ərimişdi , elə arıqlamışdı ki , gicgahlarlnın damarları qabarıb çıxmışdı . Ayda 1 və ya 2 dəfə onun yanına gedirdim . Yanına apardığım dolu zənbillərə yox , ona verdiyim pula sevinirdi . Deyirdi pulu olmayanda ona "məcun"vermirlər . Ona işgəncə edirlər . Yalvarırdı ki , ona heç nə gətirməyim , bazarlığın yerinə ona pul gətirim . Yazığım gəlirdi ona . Maaşımın yarısi ona gedirdi . Artıq 2 il idi içəridə idi , bir dəfə o məni yanına istəməmişdi . Hətta görüş alanda mənə 24 və ya 48 saatlıq görüş təklif olunurdu . Gözləyirdim ki , o məndən bunu istəsin . İstəmirdi də. Onun tək istədiyi pul idi .
Bir dəfə məni onun yanına çağırdılar . Deyəsən ciddi nəsə olmuşdu . Nilayı da götürüb həbsxanaya getdim . Həbsxana məmuru onun vəziyyətini mənə başa saldı. Ağlı başında deyılmış , ruhi və narkotiklə mübarizə xəstəxanasında göz altina tutularaq çəzasının davamını orda çəkəcəkmiş . İnanmadım . Görüş istədim . Onun yanına gedəndə heç özündə deyiıdi , ruh kimiydi . Çox tanınmaz hala düşmüşdü . Elə bil skletın üstünə dəri çəkmişdilər .
Dilimdən kağız alıb , onu xəstəxanaya yatirdilar. Vəziyyəti olduca pis idi . Pısxolojisi pozulmuş , oz ozünə danışmaları varmış . Qarabasmalar zamani daha dəhşət olurdu. Əllərini bağlayıb iynə ilə yatirdirdilar. Səhəti də yerində deyildi . Ciyərləri çürümüşdü artıq.
Qaynanamgil mala gələndən gələnə bizə gəlirdilər . Əslində bizim üçün gəlmirdilər . Laləliyə yaxın olduğum üçün otelə - motelə pul verməmək üçün bizdə qalırdılar . Hələ bu azmış kimi alverci yoldaşlarını da yığıb bizə gətirirdi . Allahin bir kilo pendirin də almırdılar . Allah verəndən tapıb yeyib içirdilər .
- A bəxtəvər vallah, sən bizdən yaxşı dolanırsan - buzdolabımı hər zaman dolu görən qaynanam hər gəlişində üzümə qarşı bəxtəvərlik oxuyardı ;
- Azərbaycandan xəbərin yoxdur ee, millət acından batıb qırılır . Vallah otur burda . Hələ vətəndaş olun , gələcəyik bizdə . Vəziyət yaxşı deyil , orda . Ay tövbə Azərbaycanda adam qalmayıb , yerindən qalxan bura qaçır .
Qaynanam Bakida və kəndimizdə yayıb doldurmuşdu ki , guya Qeys türmədə güvənlikdə işləyir . Pula pul demir .
Bunları da Gülnarə hələ boşanmamışdan Bakıya gedəndə eşitmişdi . Qaynanam camaatı nətər inandırıbsa , Gülnarə Qeysin içəridə yatdığını deyəndə heç kim ona inanmamışdı .
Bizimkilər də (əmilərim və əmim uşaqları ) "yaxşı" sədamızı eşıdib bizə gəlmək istəyiblərmiş . Qaynanm macal verməyib .
- Cavan uşaqlardır , gedib köcünüzü balalarımın üstünə tökməyin . Kirada qalırlar , evdə olmurlar . İş güc adamıdır Qeys .Gəzmək istəyirsiz ? Dey otel, gedin gəzin !
Bilirdim ki , qaynanam bunları mənə canı yandığından demirdi . Yalanlarınin üzə çıxacağından qorxur .
- Lap yaxşı demisən - Deyə onlarin bizə gəlməsini istəmədiyim ücün qaynanma haqq qazandırırdım . Bir vaxtlar məni bəzəyə qoyan qohum əqrabanın indi evimdə nə işi var idi . Heç kimə üz vermirdim . Bilirdim ki , üz versən , Azerbaycan ilə Türkiyə su yolu olacaq .
Nəzakətin oğlu olmuşdu . Elnur onu atıb Rusetə getmişdisə də Nəzakət hələ Elnurun evində nənəsiylə qalırdı . Qaynanmın dediyinə görə Nəzakət bir neçə dəfə anagilə getsə də , anam onu geri qaytarıb ,
- Ay balam ərin işləməyə gedib dəə, get otur evində . Camaatın əri xaricə gedir . Səbrin olsun otur gözlə gedib suyun dərib gələcək evinə . Atan da xəstədi . Hər şeyə əsəbləşdirib kişini öldürmək istəyirsən ?
Qaynanamla qaynatam Qeysin yanina gedəndə onların görüşünə ürəyim dözmürdü. Qaynanam Qeysə düşkün qadın idi . Oğlunun bu halına dözə bilmırdi . Onun bu halını qəbul edə bilmirdi . Neçə ki , mən əlil qizimdan ümüd gözləyirdim , o da bədbəxt oğlundan imdad istəyirdi . Allaha yalvarırdı ki, oğlü sağalsın . Bir möcüzə olsun . Bu bəladan qurtarsın . Neyləsin anaydi . Canı yanırdı . Deyəsən uzaqda olmaq arvadı dəyişdirmişdi . Mənə qarşı kobud deyildi . Daha söymür , kinayəli , atmacalı sözlərlə məni danlamırdı . Eksinə oturub durub məni tərifləyir, başıma pərvanə kimi dolanırdı . Bir can deyirdi beşi də ağzından tökülürdü . Elə bil bu arvad o arvad deyidi . Bilirdim ki, burda işi məndən keçir , ona görə mənimlə "çiçim bacım" olmuşdu. Olsun təki mənə dəyib dolaşıb əsəblərimi korlamasınlar . Məni əvvəlki kimi dalamasada hər hərəkəti mənə toxunrdu, arvadın . O qədər mal alıb Bakıya aparırdı , bir dəfə əlin zənbilinə salib Allahın bir maykasını Nilaya , nə də mənə vermirdi . Söz sözə gələndə də deyirdi ;
- Əşii Nilay nə qanır paltar nədir . Böyüsə də bir paltar kiçilənə qədər yox dağılana qədər bəsdir ona .
- Niyə ki , elə bilirsiz o təzə paltarı bilmir ? O sevinmir ? İnanın onun hissiyyatı sizinkindən güçlüdür - deyib əvvəldən Nilay üçün alıb hazırladığım gəlinlik paltarını onların yanında Nilaya geyindirdim . İlahi bu dilbilməz , qanmaz , xəstə uşağın sevincini görəydiz kaş . Onun sevincini qaynanam da gördü . Amma nə faydası var idi ki ...
O vaxt işə girəndən iki ay sonra Samirin etirazına baxmadan o evdən çıxmışdım . Gülnarəylə yola getmirdim . Evə gündə bir kişi gətirirdi . İyrənirdim ondan mən ordan çıxandan 4 ay sonra əri onu evdə kişiylə tutdu . Az qalidı ki , ikisini də öldürə . Qonşular güclə sakitləşdirmişdilər onu .
Samirlə eyni fabrikdə başqa şöbələrdə işləyirdik . Bəzən bir dərdimiz sərimiz olanda da bacı qardaş kimi derdləşib məsləhətləşərdik . Qeysin yanına fa bərabər gedirdik . Qeyslə görüşdən sonraki stresli anlarımda da o mənim yanımda olurdu . Məni tək qoymurdu .
Samir son vaxtlar Gülnarəylə dolanmırdı . Məndən neçə dəfə Gülnarəni soruşmuşdu . Bilirdim ki , Gülnaredən şübhələnir . Bunu Gülnarəyə də demişdim . Məndən demək , Gülnarə egər özü öz tədbirini görmürsə mənlik bir iş yox idi . Özü bilər .
Bir dün Samir işdə yanıma gəlib , məndən kömək istədi .
- Gülnarədən boşanacam
- Bəlkə də belə lazımdır .
- Uşaqları ona vermək istəmirəm
- Bəs nolacaq ?
- Bilmirəm , onu bilirəm ki , veməyəcəm uşaqları ona .
- Bəs burda kim baxacaq onlara ?
Çiyinlərin çəkdi .
- Elə mən də onu fikirləşirəm dəə.
- O zaman , anangilə göndərəcəksən ? Sənin yerinə olsam heç almaram , qoy qalsın analarında .
- Bir şey demək istəyirəm , qorxuram məni yanlış başa düşəsən .
- Nə deyəcəksən de .
-Sən mənə Qeysin əmanətisən , sənin namusun mənim namusumdur . Bu zamana qədər səndə ən kiçik bir səhv görmədim . Sağol . Allah üzünü ağ eləsin . Bacımsan .
- Mən kiminsə şərəfi üçün yaşamıram Samir , öz adım üçün yaşayıram .
- O sözsüz , əlbəttəki insan birinci özünü düşünməlidir - udqundu - sən Allah pis başa düşmə , deyirəm gəl, yenə bir evdə yaşayaq , mən də təkəm , sən də , gəl uşaqlara bax öz uşağın kimi . Mən sənə maaş da verərəm buna görə .
Elə bil Samir ürəyimin başına güllə vurdu .
-Dəlisən ? Bunu çamaat necə başa düşər ?
- Əşii camaatdan bizə nə ee?
- Necə yanı bizə nə ? Bayaqdan şərəfdən namusdan danışırsan . Mən namusumu şərəfimi qorumasaydım , Qeys tutulandan sonra da senin evində qalardım . Bilirsən niyə ayrıldim sizin evdən ? Dedim burdakılar heç , amma Azərbaycandakılar deyəcəkdilər ki filankəsin arvadını filakəs saxlayır .
- Qələt eliyir onu deyən .
- Hələ o vaxt Gülnarə var idi , mən sənin evində qalmağı qəbul etməmişdim , ayrılmışdım belə heç qəbul etmərəm .
- Kim nə bilir ee nəvar nə yox ? Elə bilərlər yenə fabrikdə işləyirsən də , bunu mən səndən bir qardaş kimi istədim .
- Mən də sənə bir bacı kimi deyirəm, bu mümkün olan şey deyil . Heylə pulnan adam tutansan tut bir dayə , ver pulunu baxsın .
Dediyim söz Samirə tərs gəlmişdi deyəsən . O gündən Samir mənimlə düşmüşdü . Fikirləşirdi ki , yekəxanalıq edirəm heç kimi bəyənmirəm . Artıq özümü tutmuşam ağzım çörəyə çatıb . Daha onu başa sala bilmirdim ki, bu od ilə panbığın oynaması deməkdir .
O məni həmişə hər yerdə sindirmaq istəyirdi . Son günlər də həmişəki kimi yenə bizə gəlib gedər Nilaya bir şeylər alardı . Amma hiss edirdim ki bu gəliş başqa gəliş idi .
Evə gələndə blokda Samirlə qarşılaşdım . Salamlaşdıq .
- Mən də sizə gəlmişdim . Dedim bir danışaq .
- İnan Samir allaha and olsun bu saat vaxtım yoxdur . Uşaq evindən zəng etdilər . Nilay xəstələnib
- Niyə ?
- Nə bilim . Deyir işləyib qusmaya düşüb . Gəldim ki ona pal paltar götürüb gedim .
- Mən də gəlim ?
- Yox qaqa sağol . Ciddi bir şey yoxdur , inşallah həmişə belə olur .
- Yaxşı onda , mən gedim , başqa vaxt görüşərik . Amma mənə xəbər ver aa,
Samirlə sağollaşıb , piləkənləri aşağı endim , piləkənin başından yenə həmişəki kimi qapı ağzında gözümə dəyən , dolu zənbil oldu .
Barmağımı dişlədim , deyəsən bu gizli yardımlaşmanln sahibini tapmışdım , bu Samirdən başqa heç kim ola bilməzdi ...
9 BÖLUM
Evə gələrək əşyaları içəri qoyub lazım olan şeyləri də götürərək , bir başa uşaq evinə gəldim . Mən gələndə Nilayı təcili yardımla aparmışdılar . Orda yubanmadan başı yaloylu xəstəxanaya qaçdım .
Mən içəri girəndə Nilay yatirdi . Balaca əlinə sistem qoşulmuşdu . Onu hər dəfə belə görəndə ürəyimin başı zoqquldayırdu . Allahdan tək istəyim , onu bir gün də olsun sağlam görmək idi .
Həkimə yaxınlaşıb Nilayı soruşdum .
- Merak ediləcək durum yoxdur , qayyet iyi. Serumdan sonra duruma bakacaz , akşama taburcu edə biliriz .
Bu həyata alışmışdım artıq , ayda iki ya da , üc dəfə bu halı yaşayırdım , ilk dəfə deyildi . Odur ki, burda qalmağın adı yox idi . İkinci işımə getməliydim , axşam düşür , gecikməyim .
Bayıra cıxanda yagış bərkimişdi . İstanbulun havası bir başqa olur . Mən bu şəhəri dərd şəhəri adlandırıram . Şəhər də eynən insan kimidir - mənim kimi ... Bir görürsən İstanbul qaynayır , sanki keyfi açılıb , gülür . Bir də gorürsən , qaşqabağını töküb ,bulud kimi dolub şəhər , sel su dünyanı aparır , ağlayır İstanbul elə bil . İstanbula alışmışdım , buranı cox sevırəm , di gəl yağışı olmaya . Əslində yağışı da sevirəm , di gəl ki, evimi su basmaya. Əlimdə əlac olsa köçüb buralardan gedərəm bu yağışa görə .ya da imkanım olsa üst nərtəbələrdən ev tutardım .
Yağış yağanda qanım əməllicə qaralır . Evimiz bina zirzəmisi olduğundan bir görürsən möhkəm yağışlarda evi su basır. Evin kanalizasiyaları daşır . Duvarlar yariya qədər suyun içərisində olurdu .onsuzda duvarin köhnə boyaları rütübətdən ovulub tölülürdü. Yaxşı ki , evin əşyaları yeni əşıyalar deyildi , yoxsa heyıf olardı hamısı . O vaxt Samirgildən ayrılanda əlimdəki iki aylıq maaşım yeni tutduğum bu evin kirayəsinə və abunəliyə getmişdi . Qeysin aldiğı yataq yorğandan başqa böyük əşyalarımız yox idi . Məişət avadanlıqlarını bərabər istifade edəcəyimiz üçün Samirgilnən bərabər almışdıq . İndi mən Samirə və Gülnarəyə deyə bilməzdim ki , ver o malları mən aparıraram . Ağılları kəssə yeni əşyalar almaq üçün mənə köməklik edəcəkdilər . Allah razı olsun , mən demədən Samir mənə bir az pul verdi . O pulnan işlənmiş məişət avadanlıqları aldım . Qalan əşyaları da Esra ablanın köməkliyi ilə ikinci əl mağazalarından vacib olan əşyaları alıb evimizi qurmuşduq . Hətta Esra abla işdə də bir iki adama da ağız açmışdı . İş yoldaşlarımız evdə işlətmədiyi televizor , ütü , divan , qab qacaq, pərdə , xalça palaz da vermışdılər .
İşlərimi bitirib Acilə qayıdanda hava çoxdan qaralmışdı . Yağış da heç kəsmək bilmirdi . Cum culuq su olmuşdum . Ayağımdaki ayaqqabı belə incə olduğu ücün ayaqlarım suyun içində idi . Əynim nazik olduğundan payz küləyi sümüklərimə qədər işləyirdi .
Nilayın halı düzəlmişdi . Burda çox qala bilməzdı . Həkimlər onu evə buraxmışdı . Lakin , gedə bilmirdik , çox yağırdı . Evə getmək üçün Acildə yağışın kəsməsini üçün gözləməliydik .
Koridorda yağışın kəsməsini gözləyə gözləyə burda nə qədər qaldığımızı bilmirəm , oturulu mürgüyə getmişdim . Nilay da arabasında yatırdı .
- Metanet hanım ? - elə möhkəm yatmışam ki , sanki məni yuxuda səsləyirdilər .
- Mətanet xanım ...
Gözumu açanda Suat bəyi qarşımda gördüm .
- Uykuya dalmışım yaa...
- Evet , öylə güzel uyuyordun ki ...
- Kusura bakmayın - Əyilib Nilayın adyalını sinəsinə çəkdim , şuşə qapıdan bayıra boylandım . Yağış ara vermişdi deyəsən . Getmək vaxtı idi . Qalxdım .
- Siz hayırdır burda ?
- Eşimi getirmiştik .
- Eşinizimi ? Nəsi var noldu ?
- Nesi yok ki ? Ayzemir , gemik erimesı , tansiyon , şəkər ,böbrek ... geçən sene de fec geçırdı, şımdı de yataklarda...
- Ayy, çox üzüldüm , çox gecmiş olsun . Şimdi nasıl ?
- Öyle işte haftada bir iki kere acıli ziyaret etmese düramaz .
- Yazık yaa, gencecik kadın -ayağa qalxıb getməyə hazırlaşdım .
- Yok o kadar da deyil . Benden 10 yaş böyük - təcüblənsəm də uzatmaq istəmədim . Nilayla başımı qarışdırdım ki , çıxıb getsin . Elə bu vaxt Nilay da oyandı .
- Uyandimi benim güzel kızım , aşkım , canım - Nilayı qucağıma alıb böyük məhəbbətlə onu qoxlayaraq sevib, əzizlədim .
- Nolmuşdu sana ? Korkuttun beni ,güzel bəbəyim . Hiç düşünmədinmi böylə yapmakla annemi üzüyorum ? Seni yaramaz herif ... Uşş canim benim - Nilayı sevib əzizlədikcə sevincini gülümseyişiylə ifade edirdi .
Suat hələ də yanımızda dayanmışdı . Gözucu ona baxdım . Elə bir sevgiylə bizi süzürdü ki ...
- Haydi , gidelimmi ? - saata baxdım , çox gec idi - Gidelim aşkım , karnım çok acıktı saat 11. Ben daha bi şey yemədim , seni bekliyordum ...
Dönüb Suata baxdım .
- İyi geceler Suat bey . Tekrar geçmiş olsun, hanımınıza . Gec olmadan ben kalkıyım , daha yemek bile yapmadım , yağmur da fena yağdı . Evi su basmışdır şimdi .
- Ben de gidiyorum , sizi de eve kadar ...
- Yook , yok . cok teşekkür ederim
Ters ters üzümə baxdı .
- Gərçəkdən çok teşekkür ediyorum Suat bey - deyə etiraz etdim - biz dolmuşa biner , gediriz ...
- Bu saatde dolmuş olurmu ?
Çiyinlərimi çəkdim .
- Tamam o zaman
- Bana eyvallah . Hoşca kalin !
-Bayy !!!
Mən qapıya o isə əks istiqamətə getdi .
Leysan yağışdan hələdə küçələrdən sel axırdı . Arabanın çətirini açıb , yağmurluğunu Nilağın üstünə salandan sonra yola çıxdım . Həm yağışdan yana həm də gec olduğu üçün küçələr boş idi . Dayanacağa gəlib bir xeylax gözlədim . Avtobuslar yuxarıdan dolu gəlirdi . Arabayla minmək mümkün deyildı . Aşağı yol qovşağından da biz tərəfə avtobuslar gedirdi . Düşündüm ki , burda dayanmağın yeri deyil. Gedim ora , ordan avtobusa minə bilərəm . Arabanı səkiyə çıxarıb biraz getmişdim ki , yağış yenə başladı
Çox çətin vəziyyət idi . Çiynimdə uşaq çantası , bir əlimlə arabanı itələyir , o biri əlimlə də çətirimi tutmuşdum . Bu vəziyyətlə getmək mümkün deyildi .
Məcbur olub , taksı çağırmalıydim . Burdan bizim evə 30 40 lirə pul edərdi taksi , bu da mənim 4 -5 günlük xərcliyim idi , nə edək , məcbur boğazımdan kəsəcəkdim ...
Tərslikdən dayanacaq geridə qalmışdı . Bu yağışda geri dikə çixmaqdansa , irəlidəki dayanacağa getmək ondan asan idi . Odur ki, çətiri toplayıb aşağı dayanacağa qacdım . Nilay da heç kirimirdi , dayanmadan ağlayirdı . Elə körpəliyindən şimşəkdən, göy gurultusunda qorxardı Nilay .
- Tamam kızım , tamam aşkım , evimize gidiyoruz, tamam . Sus bir ...
Dayanacağa on - on beş metr qalmışdı ki , arxadan gələn maşın mənə işıq saldı . Dönüb baxdım , Suat idi .
- Metanet hanım , atla arabaya !
- Gerçəkdən teşekkür ediyorum , biz otobus durağına gıdər ordan taksi çağırırım .
Məni dinləmədi belə . Maşından düşüb yanımıza gəldi . Qapını açıb ;
- Geç ! - dedi .
İxtiyarsız əmrə tabe oldum . Maşına oturdum , o , Nilayıı arabadan götürüb qucağıma qoydu . Qapını örtüb , arabanı toplayıb baqaja qoydu . Maşına oturanda o da islanmışdı . Vaxtindan əvvəl çallaşmış uzun, qıvırım saçları islanıb daha da qıvrılmışdı . Saçlarını toplaya toplaya aynadan mənə baxdı .
- İnad ediyorsunuz , yalnız olursan tamam bi şey demiyorum , amma hasta çoçukla bu yağmurda yol gidilmez ki ?!
- Kusura bakmayın , rahatsız etmek istemedim ,
- Ne rahatsızlığı yaa...
Mənə salfetka uzatdı ;
- Islanmışsın.
- Siz de - ince bir gülümsəyişlə
Yola çıxdıq .
- Eşınden naaber?Görüşüyormusunuz ?
- Evet Görüşüyoruz- ara verdım , udqundum - maləsəf hiç ıyı değil . Çok hasta , hastaneye yatırmışlar . Artık 3 ay oldu hastaneye yatalı . Cezasını orda çəkəcək .
Aynadan sual dolu baxışlarla mənə baxdı . Utanıb başımı aşağı saldım . Nılayı sakirləşdirməyə çalışdım .
- Yazık yaa , yazık ...mahv etti kendisini , sizi demi düşünmedi . Neyse - içden ah çekdi .
Maşını yol kənarına verib saxladı .
- Noldu ?
- Ben bi dakika - deyib yağış başına tökə tökə düşüb yaxınlıqdaki restorana qaçdı .
Çox keçmədi əli dolu qayıtdı . Torbaları yanına- oturacağa qoyub , motoru işə saldı . İçərini bişmiş ət və isti çörək qoxusu götürdü . Eynən anamın katiletlərinin iyisi idi elə bil , çörək də deyəsən odun kürəsində bişmiş çörək idi . Eynən bizim təndir çörəklərinin qoxusu gəlirdi . Burnumun ucu göynədi , ağlım xəyalım bir anlıq kəndimizə getdi . Atam, anam , bacılarım yadıma düşdü . Atamin qan tərə bata - bata manqal başında kabab bişirməyi , kababların yağının bəh - bəhlə çörəyin arasına sıxmağı yadıma düşdü .
- Duymuyormusunuz ?
- Efendim ?
- Diyorum ki , Nilayın nesi vardır ? Hayırdır acilde ?
- Olur işte , arada bir kriz geçiriyor , fiziki ve zihinsel hastadır yaa.
- Doğru zor yani . Allah şifalar versin küçük meleye .
- Siz geldiz , ya hanımın yanında kim kaldı ?
- Annesı . Beni görmek bile istemiyor.
- Ne demek istemiyor ? Neden ?
- Bilmiyorum , ayzemi olduğu günden beni unuttu resmen . Beni şimdiki halimi kabulenmiyor .
- Neden , ne diyor ?
- Bi şey demiyor , amma beni tanımıyor işte , geçmişi hatırlıyor , ne ettik , nerye gettik , hepsin biliyor ,amma şimdi benden saklanıyor , kapanıyor , beni yabancı biliyor . Sanki ben başka biriyim gibi .
- Peki , ona söyləmiyormusunuz , ben senin eşinim diye .
- Yüz kere söylesem de, haşa "ben eşimi tanımyormuyum? " diyor . Bazen kriz geçirirken beni dövüyor bile , beni kendi evimden kovuyor - güldü
-Allah - Allah - məhəlləyə girmişdik artıq .- Ne deyim , Allah sizə de sabr versin . Hər kesin bir cür derdi var .
- Aynen , amin - deyib maşını binanın önünə çəkdi .
- Yardım edeyim - deyib Nilayı qucağımdan alıb içeri qaçırtdi .
- Poşetleri de al gel !
-Amma ...
- Al , al itiraz istemiyorum ! - ben onları sizə aldım . Bu saatda yemekmi yapacan ?
Yenə ixtiyarsiz əmrə tabe oldum . Torbaları götürüb içəri kecdim .
Qapını açıb içəri girəndə gözlərimə inanmadım , dəhliz pislik içərisində idi . Ev üfunət qoxuyurdu ikimiz də eyni anda ;
- Ayyy... Allah kəssin bunu .
- Allah kahretsin .
Öncə Suat arxasıyca mən içəri girdim o salona, mən mətbəxə qaçdım . Əlimdəki torbaları masanın üstünə atıb balkonun qapısini açaraq dəhlizə qaçdım . Elə bu vaxt da Suat zalın qapısından çıxırdı , toqquşduq, dayandıq bir anlıq ikimiz də nə edəcəyimizi bilmədik . Özümü toparlayıb hamama , o da tuvalete qaçdı . Hamam təmmiz idi , kanalızasiya tuvaletdən daşmışdı . Bütün binanın pısliyi bizdən qaynayıb çıxırdı . Əsəbimdən qışqıra qışqıra qalmışdım .
Elə bu vaxt qapı döyüldü . Suatla bir birimizə baxdıq . İstəmirdim kimsə Suatın burda olduğunu görsun . Barmağımı dodağımın üsrünə qoyub ona səsizlik işarəsi verib , onun zala keçməsini pıçıldadım . Zalın qapısını çəkib çöl qapını açdım . Səsimə qapı qonşum gəlmişdi .
- Ne oo ?Noldu ? Yenemi evi su bastı ?
- Deme ya abla , sinirimden çatlayacam nerdeyse .
- Ya bir kere getir kanalizasyoncuyu yaptir , bu ne ya her gün pıslıklemi uğraşacan ? - qadın tuvaletin qapısından başını içəri salıb burnun tutdu .
- Allah iyiliyini versin bu ne ya .
- Abla kimse kimseye acımıyor vallah , yukarıdakilere yüz kere söyledim , tuvalete islak mendil atmayın diye , kime söylüyorum , dinlemezler ki .Böyle yağmur yağıncan kanalizasiyon tıkanıyor .
- Aynen canım doğru söylürorsun , faydası yok bacım , burdakilar dağ başından gelmişlerdir , dağ başındakiler nərde gormüşlerdir tuvalet - banyo kültürü ? İlk taşındığımda ben de bu sorunları yaşadım , malesef , kira evi olsaydı başka eve taşınırdım , benim kendi evim olduğu için mecbur katlanacam . Getirdim kanalizasyoncu yaptırdım , rahatlığa çıktım .- Qadın danışdıqca yaylığı ağzıma burnuma sararaq pompanı götürüb , unitazı pompaladım . Lavova cözücunu töküb hamamdan isti su gətirməyə getdim .
- İyi tamam Allah kolaylık versin, canım . Bir şeyə ihtiyyacın olursa ...
Elə bu vaxt Nilay ağladı .
- Ben bi bakım ... - deyib aniden qapının desteyindən tutub itələdi. Elə bildim arvad Suatı orda gördü . Dodağımı dışləyib gözümü yumdum . Elə bildim bu saat arvad evdə kişi gizlətdiyim üçün üzümə lomburtuyla tüpürəcək .
- Ööfff bu da altına yapmış , Allah sana sabr versin , tuvalet bi tarafdan , çoçuk bi tarafdan , ne deyim ...
Yaylığın burnuna tutub dəhlizə çıxdı .
- İstersen temizle çoçugu ver götürüm bize, işini bitirenden sonra getirirsin .
- Yok abla , bu gün bütün günü hastanedeydik . Ben çoçuğu temizleyib , yatiracam . Ondan sonra temizlik yapacam .
- İyi o zaman , Allah sana kolaylık versin .
- Sağol abla ,
- Allaha emanet ol !
Qapını bağlayan kimi içəri qaçdım , qapının arxasına baxdım , yox idi .
- Suat bey ?
Divan ilə kreslo arasında balaca masa var idi , üstünə uzun örtü sərmişdim , başını örtünün arasından çıxarıb ;
- Gittimi ? - deyə soranda gülmək məni tutdu . O boyda gövdə o balaca masanın altına necə sığmışdı bilmirəm . Elə gülməli görünürdü ki ... Bəlkə də gülməyi belə unutmuşdum , sesimi içimə salıb uğunduqca, o da mənə baxıb gülürdü - Nilay isə dayanmadan ağlayırdı . Divana - Nilayın yanına çöküb bezini açdım . Hələ də gülməyə davam edirdim , o qədər gülmüşdüm ki, gözlərimdən yaş axırdı . Artıq nə gülüşüm bəlli idi , nə ağlamağım , bu vəziyyətimə , bu halıma nə ad verəvəyimi özüm də bilmirdim . Çiyinlərim atılib düşürdü , bilmirdim gülməkdənmı atılıb düşürdü yoxsa , əsəbimdən ağlamaqdanmı , gözümdən yaş gəlirdi , bunun da nəyin nə olduğuna heç özüm də bir ad tapmamışdım .
Beziylə Nilayı təmızləyib , eynindən çıxartdığım bezi büküb ayağa qalxdım . Bu vaxt Suat islaq bezi mənə uzatdı . Gözlərimin içinə elə mehriban baxırdı ki ...
Barmağının ucuyla yanağımda yuvarlanmış yaşı sildi .
- Çok güzelsin ...
Özümü itirdim . Nə deyəcəyimi bilmədim . Ürkək ceyran kimi bezı əlindən alıb yerimdən sıçıradım , o da bi şey demədən dəhlizə çıxıb , qapını örtdü . İçimdən sızıltı keçdi . Elə bildim bir anlıq işıqlı dünyadan qaranlığa gömüldüm . Elə bildim getdi. Arxasınca boylandım , özümü "getmə" deməkdən güclə saxladım .
Mən içəridə Nilayı rahatlayana qədər bayırdan danqur dunqur səslər gəlirdi . Su şırıltısı , qab qacaq səsi korudoru başına götürmüşdü .
Nilayı yatızdırıb pəncərəni açdım , uşaq qucağımda qapını açıb yataq otağına keçdim . Suat şalvarının balaqlarını dizlərinə qədər çirmələmiş , tuvaletin divarlarına şampunlu su vurub fırçalayırdı .
- Napyorsunuz Suat bey ?
Sesime Nilay seksəndı . O binu görüb mənə susmağı him edərək , Nilayı yatağına qoyub gəlməyı işaret etdi .
Nilayı yerinə qoyub qapını çəkdim , onun yanına gəlib fırçanı ondan aldım .
- Utandım vallah , ne zahmet etdiniz , ben yapardım .
- Ne zahmeti ? Sana da yardım lazım , çoçukla yalnız başına olmaz ki ,
- İsterseniz siz gedin geç oldu . Çoçuklar da bekliyor . Anneleri de yok .
- Hangi çoçuklar ?
- Senin çoçuklar .
- Haa , boş ver koy beklesinler , beklemek iyidir .
Hiss edirdim ki , getmək istəmir . Onin belə arxayın tərpənişindən qorxurdum . Ağlıma pis fikirlər gəlirdi . " Bəlkə məni Gülnareylə qarışık salır , bəlkə buna üz verdim deyə , astarını da istəyir , bəlkə ..."
Elə bu fikirlərlə salona keçib çantamda hazırladığım koloniyanı götürüb cibimə basdım . Mənim tək silahım bu idi . Suat hamamda yuyunaraq içəridən asta seslə danışırdı .
- Yarın ilk işın başka evə bakmak olucak ona göre . Böyle yaşammı olur ? Bu ne ya ?
Hamama girib dolabdan təmiz desmal götürüb ona uzatdım .
- Tamamı ?
- Efendim ?
- Diyorum ki yarın ilk işin eve bakmak olucak .
- Yarın cumaertesi , pazar . Emlakcımı açık olur ? İş günləri də ben çalışıyorum ,
- O zaman ben bakarım
- Amma . Yukarı katlar pahalı ...
Dəsmalı əlimdən alıb qollarını qurulaya qurulaya ;
- Köfteler soydu , hadı git ısıt , izin verirsən ben də yiyecem - deyib desmalı asılqandan asdı . Və yanımdan keçıb dəhlizə çıxdı . Danışmadığımı görüb dillendi .
- Kusura bakmayın Metanet hanım çok geç oldu - saatına baxdı - saat nerdeyse bire geliyor , lokantalar da kapanmış . Ben karnıma düşkün biriyim , yoksa şu kadar olmam mümkün değil - əlin qarnına vurub şapıldatdı - Bir lokman yeyib gidecem , yok izin vermezseniz ekmek arasına bir iki köfte de olur arabada yerim .
Bayaqdan bizim yolumuzda əsr yesir olub , özü yeyecek alıb , indi ona "burda yemək yeməyinə icazə vermirəm" desəm ayıb olardı . "Gözləyək görək neyləmək istəyir ? Edəcəyi varsa , görəcəyi də var" - deyə düşündüm - Hər halda məni Gülnarənin tayı bilir , artıq əskik eləsə , onda görər ki , Azərbaycan tək gülnarələrdən ibaret deyil , Mətanet kimi mətanətli , dəyanətli qadınları da var . Allah üzün qara eləsin Gülnarə kimi fahişələrin , onların üzündən bizləri də elə bilirlər .
Otaq spreyini götürüb dəhlizə otaqlara vurub mətbəxə keçdım . Suat mətbəxdə iş başındaydı masanın üstündəki torbadan yeməyi çıxarıb mənə uzatdı
- Mikrodalga nerde ? Nerde ısıtacaz?
-O bizdə yok . Ben tavada ısıtırım verin !
Yeməyi isidə isidə bütün deqqətim ondaydi . Hər an özümü qəfil hücuma hazır tutmuşdum . Elə bilirdim ki , o bu saat bu cansız vücudumu gucağına alıb məni yataq otağına atacaqdır . Gülnarenin otağında onları qapının deşıyindən o qədər güdmüşdüm ki , indi o səhnələr yadıma düşdükcə bütün bədənim uyuşub açılırdı . Elə bilirdim indi bu dəqiqə mən Gülnarənin yerindəyəm , nə gizlədim , urəyim istəyirdi , qadın kimi qadınlığımı yaşamaq istəyirdim , sevib sevilmək mənim də haqqımdır . Amma sevib sevilmək , yoxsa Gülnarə kimi gündə bir kişinin qoynuna girməyi əsla ağlımın ucundan belə keçırmədim .
Mən bu düşüncələrlə beynimi əldən salarkən o söhbət edə edə öz işində idi.
Ailəsindən danışırdı . Xanımı əmisi nəvəsi idi . Ailələr arasinda razılaşıb toy ediblərmiş . Suatın atası zərgər imiş , atasının zərgərlik emalatxanası və bir neçə dükanları varmış . Suat beş yaşı olanda anası dünyasını dəyişibmiş . Anadan 2 bacısı da var . Anası öləndən sonra , atası ikinci dəfə evlənib . İkinci evlilikdən 4 oğlu olub . Evlənən vaxt ikinci xanım Suatı qəbul etməyib . Odur ki , atasl Suat məmləkətdə dayılarınin yanına aparıb qoyub . Onun bunun minnətində böyüyən Suat əsgərlikdən gələndən sonra dayısıgildən ayrılmaq qərarına gəlir . Amma yeni bir həyata başlamaq ücün nə işi , nə məsləyi yox idi . Suat İstanbula atasının yanına gəlir . Atasından ev və dükanlarından ozünə bir pay istəyir . Lakin arvadı və uşaqları buna razı olmayır . O zamanlar atasının uşaqları artıb böyümüşlər . Öz bacıları da evlənib ayrılmışlar . Suat atalarından mal istəmək üçün bacılarının da ona dəstək olmasını istəyir , övlad kimi ata ona və bacılarına hissə ayırmalı idi . Lakin qızlar ögey anadan çəkinərək bu işə əl qoymurlar . Odur ki , Suat tək başına onlarla mübarizəyə başlayır . Lakin buna da güc qüvvə lazım olduğunu da bilirdi . Yaxşı vəkil tutmaq ucun pul lazım idi . Onun isə nə varı vardı nə də pulu . Bakıya əsgər yoldaşının yanına işləməyə gedir . Beş il ordaKİ inşaatların birində fəhlə işləyir . Elə Azərbaycanca da burda işlədiyi müddətdə öyrənibmiş . Mən də elə bilirdim kiizim dili Gülnarənin sayəsində öyrənib . Görünür heç nə kənardan göründüyü kimi deyilmiş .
Beş ildən sonra atasının ölüm xəbərini alır və birdəfəmlik İstanbula gəlir . Artıq atasının olumundən sonra ata sərvətindən özünə və bacılarına pay istəyə bilərdi . Uzun çəkən məhkəmədən sonra , birinci arvaddan olan uşaqlara atasının zərgər sexi, bir dairə və dükanın biri qaldı . Dairə bacısının adına keçırilsə də Suatın evi olmadığı üçün o evi Suata verdi . Hələ də o ev bacısının adınadır lakin orda Suat yaşayır . Suat isə bacıları ilə məsləhətləşib dükanı da o biri baçısından istəyir əvəzində isə ozünə qalan zərgərlik emalatxanasını kirayə verib kira gəlirlərini iki bacısına iade edir . Bir sözlə emalatxana Suatın adına olsa da , iş yeri bacılarının , ev ilə dükan bacılarının olsa da Suatin idi .
Suat bunları danışdıqca masanı qurur hər şeyi öz əli ilə qoymuş kimi soyuducudan pamidor xiyar , kahı , kök çıxardıb gözəl bir salat hazırlayırdı . Suatın ailəsindən danışmağı ürəyimdəki qorxunu azaltmışdı , bayaqdan ürək göbəyimi yeyirdim , mənə təcavüz edəcək deyə . Bu səmimi söhbətdən sonra şübhəyə ehtiyyac qalmırdı . İnsan idi, o da dərdini kimləsə paylaşmaq istəyirdi . Bir həmdəmə ehtiyyacı vardı .
Atasının kənddə də malları varmış . Atası sağ olan zaman o torpaqları Suatin adına kecirib . Amma bir şərtlə əmioğlunun xəstə və yeganə varis olan qızı ilə evlənib onun da torpaqlarını öz torpaqlarına qatacaqdı . O vaxt Azərbaycana yeni gəlmişdi Suat . Fikirləşirmiş ki, atası onsuz da ona öz sərvətindən mal verməyəcək , belə yerdə arvadının malından yararlanmalı olacaqdı . Planlayirdi ki , əmisi öləndən sonra arvadını dilə tutar, onun da özünün də torpaqlarını satar İstanbulda gözəl bir iş qurar ev alar . Lakin atasının ölüm xəbəri qızına pıs təsir edir ,ağlı başından cıxınca arvadını heç cür bu işə razı sala bilmir . Torpaqlara defələrlə müştəri çıxsa da arvadının ruhi problemi olduğundan imza atılmış sənədlər keçərli olmur .
Mən Suatı ailə uşaq yiyəsi bilirdim , deməyəsən Suatın hec uşağı yox imış . Çox istəyirdi ata olmağı . Lakin bu uşağın utanc içində böyüməsini istəmirdi . İstəmir ki , övladı xəstə bir qadından doğulsun . O uşaqlarının anasını sağlam və gözəl görmək arzusunda idi .
Suatin həyatından təsirlənmişdim , Gülnarədən yana bu kişini görəndə ona elə nifrətlə baxırdım ki , elə bilirdim gözüm görə görə anamı ağladıb . Amma indu onun həyatını dinlədikcə ona qarşı filirlərim dəyişırdı . O da mənim kimi həyatın acimasız şərtlərinə boyun əyib qismətiylə barışıb . Amma nolsun insan nə qədər özunü sıxsa da , arzularını boğsa da yənə xəyallar öz işini görür ...
Suat kasaya qatıq qoyub masada ortalığa qoydu . Katletlərlə bərabər aldığı içəcəyi də açıb masaya qoyandan sonra , iki böşqab və çəngəl də götürüb masanı düzəltdi kənardan süfrəyə diqqət edib hər şetın yerində olduğınu görəndən sonra " əla" işarəsi verib
- Güzel ! - deyerek gülümsedi .
Stulu altına çəkib əllərin qarnına sürtdü. Qazın üstündə cızıldayan tabaya baxıb ;
- Olmadımı ? - deye soruşdu .
- Oldu , oldu - deyib katlet və pamıdor bibər kabablarını böyük boşqaba qoyub ortalığa qoydüm və özüm kənara durdum .
- Ee- mənə göz vurub başın bulayaraq yeməyi göstərdi .
- Ben yemiyecem , size afiyet olsun .
- Bana bunu yapamazsın ?
- Vallahi yemiyecem ac deyilim .
- Amma hastanede karnim ac dediz ,
- Şımdi iştahım yok
- Tamam o zaman. Ben kalkıyım . Benimle yemek istemiyorsunuz bellı .
Suat ayağa qalxıb , fırın çörəyini ovcunda ezərək arasina katilet qoymaq istedi .
- Napyorsunuz ?
- Ekmek arası yapıyorum , yolda yiyecem . Pardon yoksa olmazmı ?
- Olur , alın , hepsini alın !
Adamın hərəkətlərinə əsəbləşirdim , bəlkə belə edir, ki mən ona yalvarım yaxarım ki , "sən Allah otur rahat ye , day gecə saat birdir , guya getsən ya qalsan nə dəyişər , yıxıl burda yat ?"
- Tamam o zaman ... - deyib bütün katletləri qabına boşaldıb torbasına qoydu .
- Haydı bana eyvallah . Rahatsız etdiysem kusura bakma .
- Gülə gülə - qapını açıb yana çəkildim .qapımı ardıyca örtəndə elə bil ürəyimdə bir sim qırıldı , qəlbim kaman kimi sızıldadı , ney kimi zarıdı , ud səsi məni qanadlarına alıb uzaqlara uçurtdu , gitarin çaldığı yanıqlı segah kimi ağıatdı ...
Qapıya söykənib boğazıma yığılan qəhərı ürəyimi yara yara udqundum , yenə tənhalığıma qapandım, ürəyimi sıxan tənhalıqdan qurtarmaq üçün yaxamı dartışdırıb , dərindən nəfəs aldım . Gözümün yaşını sılıb zala keçdım , pərdəni aralayıb baxacaqdım ki, qapı döyüldü . Qulaqlarıma inanmadım , mənim də qapım döyülərmiş Allah !!! Bir anlıq ayaqlarım yerdən üzüldu , quş kimi qapıya doğru ucdum, dodaqlarıma gülüş qondu ,
- Qayıtdı ! - kəpənək kimi qapıya qondum .
- O məni tək qoymadı , bildi ki, mənim də bir insana ehtiyyacım var , o məni başa düşdü . Başa düşdü ki , mən qururumu qırmadım qarşısında , nazımı çəkməyə gəldi , könlümü ovutmaya gəldi . Bu günkü halımı gördü anladı ki , bu həyat təkbaşına çəkilmir ...
Sevincək qapının gözlüyündən belə baxmadan qapını taybatay açdım , qollarımı açıb onu qucaqlayacaqdım ki, qarşımda atamı görüncəcə qollarım havada qurudu, gülüşüm dodaqlarımda qurudu . Heyrətdən gözlərim böyüdü , nəhayyət donmuş dilim açıldı ;
- Ata ... atacan ...
- Can ata ...
Şimal qütbü əriyib ,selə suya dönmüşdü sanki , nə atamın , nə Nəzakətin , nə də mənim qarşımda heç nə dayana bilmirdi . Elə qapı ağzında üçümüz də qucaqlaşıb hönkürürdük. Elə bil təsirli mənzərə idi ki , qaynanam belə dəsmalı üzünə tutub burnunu çəkirdi ...
Nəhayyət özümüzü toxdadıb içəri keçdik .
- Ay Mətiş ay bala çamadanlar çöldə qalıb get onları daşı içəri . Gözlə içində qırılan şey var . Mürəbbə zad gətirmişəm Qeysə .
Nəzakətlə qucaqlaşa qucaqlaşa yuxarı qalxıb bayıra çıxdıq .
Suatın maşını hələ də binanın önündə idi . Bizi görür görməz motoru işə saldı .
Demək ki, hər işdə bir xeyir varmış , o yeməyə bizdə otursaydı bizimkilər də gəlib onu bizdə görəcəkdi ...
Yaxşı ki , həftə sonu idi . Səhəri oyananada gün günorta olmuşdu . Yatmağa çox da yorğan döşəyimiz olmadığından divanı açıb Nəzakətlə orda yatmışdıq , qaynanam mənim otağımda , atam da o biri divanda idi . Sevindiyimdən gecə gözumə yuxu getməmişdi . Hamı yatandan sonra barmaqlarımın ucunda atamın yanına gəlib dizlərimi qarşısında yere qoymuşdum . Ehmalca əlini qaldırıb üzümə sürtüb əlindən öpdum . Nə qədər ehmal tərpənsəm də atam bunu hiss etdi . Oyandı . Saçlarımı sığallayıb , gülümsündü . Cox duyğulanmışdım . Gözdərim dolub daşırdı . Dizlərimin üstünə qalxıb atami qucaqlayib ağladım .
- Köpaq qızı , dayana bilmirəm . Məni də aĞladasan indi bu dəqiqə - deyıb başımı sinəsinə basdı , sinəsi aramsız qalxıb yenməyə başladı . Bilirdim ki o da səssiz ağlayır.
Sübh namazına qədər atamla dərdləşib , söhbətləşfik . Mən ordan çıxdığım bu dörd ildə orda çox şey dəyişmişdi . Elnur Nəzakətdən ayrılandan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlı bir qızı evə gətiribmiş .dediyinə görə qızin atası Həştərxan Lotularından imiş . Ərinin stünə günü gətirdiyini görən Nəzakət uşağı da götürüb gəlib atamın evinə . Anam bu dəfə də dinç dayanmayıb . Lotu qızına meydan oxuyub .Uşağı qucağına alıb , Nəzakətin də əlindən tutaraq bir başa polisə gedib . Elnuru şıkayyət edib ki , iki il bundan əvvəl bu adam az yaşlı qızımı qaçırıb və zorlayıb . Bu təcavüzdən bir oğlu dünyaya gəlib . Rusiyaya işləməyə getdi .
Anam onu arvadına xəyanətlə günahlandıraraq qızının haqqını Elnurdan istəyibmiş . Nə lotuların hədə qorxusu , nə də Elnurun dayılarının hərbə zorbası anamı fikirındən daşındıra bilməyib . Uzun sürən məhkəmədə Elnurun uşağın atası olmadığı meydana çıxdı . Bu dəfə davanı RaUfa qarşı yönləndırən anamı bu dəfə də Raufun atası pulnan sustura bilmişdi . Bu dəfə anam Raufun atasıgildən Bakıdan Nəzakətin adına torpaq almasını istəmişdi . Onlar da Binəqədidən Nəzakətə torpaq alaraq, uşağın atasının kim olduğunu el aləmdən gizlətmişdilər . İndi də Elnur Nəzakətə qarşı məhkəmə davası açıb , onun uşağına verdiyi atalığı geri istəyir.
- Bəs bunu nə qədər gizlədəcəklər ? Sabah bir gün o uşaq böyüyüb demiyəcək mənim atam kimdir ? Bəs Nazı bunu necə qəbul edir ? Hec Nazıdan gözləmirəm belə şeyi qəbul edə
Nifrətlə o biri divanda yatan Nəzakəti süzdüm . Eyni zamanda da , ürəyimdə ;
- Niyə qəbul etmir ? Bilə bilə ki , Elnur məni sevirdi , niyə o zaman ona getdi ? Mən olsaydım o məhkəmədə car çəkərdim , dünyanı ayağa qaldırardım ee, deyərdim mənim uşağımın atası Elnur deyil , Raufdur , sevdiyim adamnandır uşağım . Demək ki , pul onunda gözünü döndərmiş .
- Başımı alıb kənddən qaçmışam . Utandığımdan kəndə gedə bilmirəm .
-Necə yəni , harda qalırsan bəs ?
- Bakıdayam .
- Kım gildə ?
- Qul bazarında , fəhlələrlə günlük kiraya qalıram
- Nə danışırsan sən ?
- Hə bala , xəcalətimdən , Daşkəsənli birin görəndə ordan qaçıram . Sedaqəti də Zöhrənin oğluna vermək istəyirdi anan . Bilirsən Zöhrəynən çoxdan cıcı bacıdır . Himləri - cimləri birdir . Səbaqət maşallah zehinli uşaqdır . Dedim kənddə qalsa anası onu da bədbəx edəcək . 9 dan çıxarıb gətirib qoydum Güllü bibingilə , peşə məktəbinə qoydum kampüter kursuna , özünə də dedim bala ananin sözünə baxma , gör bacılarını necə bədbəxt eləyib , barım siz oxuyun ,adam olun, ər nə vaxt olsa var . Bu il qurtarir , atestatin da alacaq . Qoymuşam müəllim yanina , ingilis dili öyrənir . Beynəlxalq əlaqələrə hazırlaşır . Demişəm şalvarımı satası da olsam oxudacam onları .
- Bəs özün də işləmirsən , hazırlığın pulun nəylə verirsən .
- İşləyirəm , canım cıxacaq , eliyəcəm . Ağır işə girə bilmirəm , ürəyim xarafdı . Elə nə bilim , öt ələf , bağ baxca işı olana gedirəm . Biraz Badamdardda bir villada qaldım . Elə yaxşıydı ki o iş , dedi gətir ailə uşağı da nə illah elədim anan gəlmədi . Dedi deyəcəklər ki , Ağasının arvadı villada qulluqcu işləyir . Dedim a kişinin qızı səni Ağasıya görə tanıyırlarsa , elə Ağası özü villada bağban işləyir dəə. . Nə illah elədim gəlmədi . Məni də çıxartdılar işdən .
Atam danışdıqca anama nifrətim birə beş artırdı . Anam hələ də "deyəcəklər" ücün yaşayırdı ...
... Qalxıb çay qoydum süfrəni hazırlayıb , qaynanamın yanına gəldim . Şırin şirin yatırdı . Anamın qansızlıqların eşidəndən sonra bu arvada qanım qaynayırdı . Bunun nəyi var idi dilində vardı . Diliylə adamı ütürdü . Amma anam ... Anam birbaşa şişə kecirdirdi . Bu dörd ildə qaynanam mala da gəlsə bizi tək qoymamışdı . Oğlu tutulandan bizə heç nə eləməsə də , hər türməyə oğluyla görüşməyə gedəndə onun vicdanlı biri olduğunun özüm şahidi olurdum . Dəfələrlə səni özüm öz əlimlə mən bədbəxt elədim , bu gün bu olanlar ərköyünlüyün nətiçəsidir deyirdi . Elə bilirdim uşaq əzizdəmək , uşağın hər dediyini eləmək övladı sevmək deməkdir . Həyatı sənə gözəl başa saldım , sən hamidan üstünsən , nə bacarırsan elə dedim . Həyatın pis üzünü sənə öyrətmədim -deyirdi . Sən də istədiyini elədin . ilk dəfə səni nəşə çəkən görəndə , əşi cavan uşaqdır dadına baxır dedim , çəkindirmədim səni ...
Amma anam ... Anam bu dörd ildə bəlkə də varlığımı unutdu . Atama da hirsliyəm düzdür . Amma onu qınamıram . Bilirəm ki , atam nə qədər savadlı olsa da , rayonda adı sanı olsa da arvadağızdır . Anam öl desə ölər , qal desə qalar ...
Nəzakəti tanıya bilmirdim . Onunla hələ danışmamışam , fikirlərini bilmirəm . Amma atamın danışıqlarından belə başa düşdüm ki , o da artıq anamın yolunu gedır .
- Uyyy ay balam günorta olub ki -arvad məni yanında hiss edib yerində qurcalandı
- Həə, gec yatdıq axı . Gəldım ki oyandıram sənı
- Bə niyə belə səssiz ?
Arvad tərs tərs məni suzdu .
- Elə şirin yatmısan ki qıymadım durğuzum
- Uyy ay bala , mən mala gedəcəkdım axı .
-Süfrə hazırdır , qalx yuyun ,mən də tez çörək alım gəlim .
Zibil torbasını götürüb qapını açdım . Bayıra çıxacaqdım ki , qapıdan asılmış torbalar gördüm . İçındə çörək də vardı. Bu qədər evə bazarlıq gəlmişdi . Lakin çörək alınmamışdı . Həm də bir belə çörək . Samir nə bilir evdə qonaq var ? Həmdə bilsə ki, bizimkilər gəlib içəri gəlməzdımı ? Bəlkə qaynanam yoldan ona xəbər verib gələcəklərini . Həə yüz faiz belə olar , yəqin gəlib qapını döyüb eşitməmişik , açmamışıq ,Torbalara toxunmadan həyətə çıxdım. Blokun qabağındakı oturacağın üstündə dunən Suatın restorandan aldığı yemək torbası var idi . İlk ağlıma gələn fikir bu oldu . Dedim yəqin bizdən çıxanda oturub burda yeyib yeməyini .
Torbanı açıb içınə baxdım . Heç toxunmamışdı . Bizdə elədiyi və dişlədiyi çörək arası da eləçə dururdu ...


10 BÖLÜM

       Qeyisin ziyarətindən sonra bir başqa aləmdəydik , hamı susqun oturmuşduq . Kimsə ağzın acıb heç nə danışmırdı . Arada bir Minayə xala icin çəkib dizlərinə vuraraq ağlayırdı . Qeyisin son durumu hər kəsi oz təsiri altına salmışdı . Vəziyyəti olduqca ciddi idi . Məndən başqa hec kimi tanımırdı . Artıq ciyərlərinə su da gəlmişdi . Həkim özümüzü hər an hər şeyə hazır etməmizi demışdı .
Belə qanıqara vaxtımızda Nəzakət də heç yerində durmurdu .
- Məni İstanbulu gəzdir , tanış et - deyirdi . Guya mənim vaxtım var idi , İstanbul gəzməyə , özüm ölduğum və işlədiyim səmtdən başqa heç haranı tanımırdım . Yenə həftə sonu yaxınlıqda olan gəzməli yerlərə getdik . Həftə içi hara gedə bilirəm ki ? Sabah 7 dən evdən çıxıram , axşam beşdə gəlib ikinci işimə qaçıram . Vaxt tapıb axşam yeməyimi belə ağzıma doğru dürüst qoya bilmirəm . Olsa olsa bir bu gün gəzdirə bilərdim onu , Qeyisin ziyarəti üçün icazə almışdım . Sabahdan yenə işdə olacaqdım . İndi də heç gəzəcək halda deyildim . Yenə onu qırmadım .
- Durun hazırlaşın cıxaq şəhərə !
Qaynanam getmək istəməyincə atam da bizimlə gəlmək istədi . Nəzakət məni mətbəxə çəkib ;
- Nolar , qağamı qoyma gəlsin .
- Niyə ?
- Az kişin yanında nə gəzmək ? Oğlan tutmaq olar burda ?
- Başın xarab olub ? Öğlan çölə tökülüb ?
- Bə mən bura nəyə gəlmişəm ?
- Ağlını başına yığ. Gicləmə . Bura İstanbuldur ee İstanbul , sənin üçün Bayan deyil , buranin hər pisliyi var . Buranin insanları havası kimi dəyişikdir .
- Əşii, mənə nə insanlarından , havasindan? Mənə oğlan lazımdır mırtlaşmağa . Qalmışam kənddə dörd divar arasında darıxıram , danışmağa adam yoxdur . Ürəyim parlayır . Sən yaxşısan ee aldın başını qacdın . Keyf eliyirsən burda təkbaşına . Qarışanın yox çəkişənin yox . Bəzəyə qoyanın yox . İstədiyi vaxt sevgilin gəlib gedir .
- Nə sevgili ? Dəli olmusan ?
-Az day mənə də gəlmə dəə...elə bilirsən xəbərimiz yoxdur ?
- Nədən ?
- Dünən gələn o oğlan nəydi azərbaycanlı , hə Samirdən ...
- Suss... Ağzina gələni danışma . O mənim qardaşımdır .
- Vallah dədəmizin ikinci arvadı olmayıb , anamiz da dədəmizdən başka kişi görməyib hardan qardaşımız oldu onu bilmirəm . Keyfinə bax , a səy ! Dünya beş günlükdür .
- Mən qapıda gözləyirəm qızlar - deyə atam ayaqqabısını geyinə geyinə səsləndı .
- Bax birdə ağzından mənə qarşı belə şeylər eşitməyəcəm - deyə barmağımı silkələyib ona tərs tərs baxdım .
- Həə , həəə yaxşı daa guya tanımıram səni .
- Nəyimi taniyirsan Nazı ?
- Yaxşı daa qanımı qaraltma !
Yanımdan sivişıb koridora çıxdı .
Blokdan səs gəlirdi . Ayağımı geyinib tələsik bayıra cıxdım . Samir idi , atamla danışırdı . Dünən axşam da gəlmişdi bizə , onda tanış olmuşdu atamgilnən.
- Hara gedirsiz ?
- Dedim biraz bunları gəzdirəm , sabah da işdə olacam vaxtım olmayacaq .
- Hə , elə mən də işdən çıxıb bir başa bura gəldim ,dedim gedək bir yerdə yemək yeyək .
- Uraaa...
Nəzakət əlini havada yellədi . Özümü saxlaya bilməyib onun yançağına vurub ona göz ağartdım .
- Minaya xala hanı ?
- O gəlməyəcək , yatır .
- Qoy yenə deyim dəə , siz məni çöldə gözləyin - deyib ayaqqabısını soyunaraq içəri keçdi . Atam həyətə çıxıb orda bizi gözlədi .
- Görürsən ? - Nəzakət qoluma girib qımışdı - Mən nə deyirəm sənə ?az mən uşaq deyiləm ee uşağım bar uje.
- Nə deyirsən ay Nazı , sən Allah ey .
- deyirəm ki , biz burdayıq hələ , belə sərbəst gəlib gedir, gör ...
- Dilini qoy qarnına , ağzına gələni danışma . O həmişə gəlib gedir . O olmasaydi məni burda parçalardılar ee bilirsən ?
- Hə dəə , mən nə deyirəm? Erməni keşışınə söymürəm ki ? Kim kimə sahib çıxar ee, durduq yerdə . Verməsən ...
Üzünə necə şıllə çəkdim bilmədim ;
- Verənə sahib çıxmirlar , a gicbaş, ortalıqda qoyurlar ...
İçəri kecib , evdə yaman günlük saxladığım puldan biraz götürüb bayıra cıxdım . Nəzakət oranın ab havasını buraya daşımışdı . İndi Samir bizə pul xərcləsəydi , Nəzakətun ağzının ipini yığa bilməyəcəkdim .
Həmin gün Nəzakət mənnən danışmadı . Amma gecə yenə eyni yatağı paylaşmağa məcbur olunca qucaqlaşıb barışdıq .
Samir bizi gözəl və şux bir restorana apardı . Dəbdəbəli restoranın bahalı yeməkləri də var idi . Acığı belə sadə geyimlə belə restorana girmək belə utancverici idi . Hələ Nazının geyindiyi , anamın cavan vaxtından qalma ilanqabıq uzun büzmə donu ... elə bil seksənlərdən qəlmiş qız idi . Uyğunsuz saç yığımı , həddindən artıq qabarıq makyajı hər kəsin diqqətini özünə çəlb edirdi . O elə başa düşürdü ki , hərkəs ondan xoşlanıb ona baxır . Elə deyildi ...
Arada fürsət edib yeməyin üstündən qalxdım .Tuvaletə getmək bəhanəsiylə, kassaya yaxınlaşıb hesabımızı ödədim . İlk dəfə idi ki, yeməyə belə məbləğ ödəyirdım . Bu məbləğ mənim hardasa bir ayliq xərcliyim idi .
Yeməkdən sonra hesabın ödənilməsini qarson Samirə söyləyəndə Samir çaşıb qalmışdı . O elə bildi ki, hesabı atam ödəyib . Evə gələnə qədər Samir kirimədi ki , siz mənim qonağım idiz . Sizi mən dəvət etmişdim . Məni niyə belə utandırdiz .
Atam mat mat bizə baxırdı . Söhbətin nədən getdiyini belə başa düşməmişdi .
Biz gələndə qaynanam hələ də yatırdı . Otağına girib ;
- Mama , dur bir çay içək - deyib onu qucaqlayıb öpdüm . Qeysdən yana ona yazığım gəlirdi . Onu yaxşı başa düşürəm , gələcəyi olmayan bir xəstə övladın yükünü çəkmək nə deməkdir bunu mən bilirəm . Hələ mənim uşağım balacadır , mən belə dərd çəkirəm , bir də fikirləş ki , nə zülüm zillətlə uşaq böyüt, nə həvəslə , toy elə , sonrası belə olsun . Qeysə görə arvad çox fikir edirdi , için için yanırdı . Özünü nə qədər tox tutsa da tüstüsü özünü bogurdu . Neyləməlidir , Allah kəssin, onun da xasiyyəti elə idi . Hec vaxt istəməzdi ki, kimsə onun və ailəsinin əskiyindən danışsın . Cox şöhrətpərəst idi . Tərifi sevirdi . Tərif ücün hər şeyindən kecərdi .
Çay dəmlədim , qaynanam ücün də yemək alıb paketlətmişdim . Onu isidib masaya qoydum . Nazlı arvad olduğundan gərək onu nazın çəkə çəkə süfrəyə dəvət edəsən . Bir neçə dəfə arxasınca elçi düşəsən , yoxsa gəlməzdi .
Nəysə axır ki , hamı masanın başına cəm oldu . Samir də bizdəydi . Olanlardan keçənlərdən , ordan burdan söhbətə başlamışdıq .
- Bu gün işdə bir söz gəzirdi . Amma nə dərəcədə doğrudur bilmirəm - samir sözə başladı.
- Nə söz ?
- Deyir bizim naxçıvanlılar , tenderi uduzublar. Bu kriz onları da vurub .
- Yani ?
- "Yanı" sı o ki , güclü sakraşeniya gedəcək . Özdə birinci bizimkilərdən başlayacaqlar .
- Nə pis oldu - atam təssüfləndi .
- Hə yenə kasıb kusub başın dolanırırdı burda . Çox çətin olacaq , dayı , vallah bura Azərbaycandan betər olacaq
- Gərək başaqa iş axtaraq indidən - nigaran nigaran dilləndim .
- Sən burda qalacaqsan ki ? İş güc olmayandan sonra sənin burda nə işin var ?- Atam etiraz etdi .
- Neyləyəcəm bəs ?
- Gələrsən kəndə , mən razı olmaram mənim uşağın burda təkbaşına sahibsiz qalsın .
- Nə danışırsan əşii ? - Qaynanam sözə qarışdı - Mətiş kəndə getsə demiyəcəklər bəs bunun əri hanı ?
- Əri tutulub .
- Bunu sən mən bilirəm. Əşii kənddəkilər nə bilir.
- Neynim bəs neçə illərdur Qeysin tutulmağından xəbərimiz yoxdur . Siz də hec nə deməzsiniz ki . İndi xəbər tutmuşuq . İndi mən uşağımı İstanbulun küçələrində təkbaşına qoyub Azərbaycana dönem , deməzlər ə, bu nətər kişidir , qizini orda sahibsiz qoyub gəldi ? Həm də , analarının da vəziyyəti yaxşı deyil . Qızlar ortalıqda qalmasın başlarının üstündə bir ana əvəzi yaxşı şeydi .
Anam xərçəngə tutulubmuş . Əsilində atamın bura gəlməkdə məqsədi məni Azərbaycana aparıb anamla son nəfəsdə görüşdürmək idi . Lakin istəsəm də gedə bilməzdim . Nilayın sənədlərində problem var idi . Onu vətənə aparmaq üçün atanin vəkalətnaməsi və imzası lazım idi . Ata da ruhi xəstə olduğu üçün bu mümkün deyildi . Səfirliyə müraciət edib , onların köməkliyiylə getsəm də geri dönüş mümkün deyildi . Odur ki, çox da bənd olmadım getməyə . Anama o qədər qırğınam ki , onun belə ağır mərəzə düşməsinə də təsirlənmədim .
- Nə deyirsən qağa , indi ayağımız açılıb İstanbula , bilirik burda bir bacımız var . Tək gəlib getdiyimiz yer buradır . Sən də onu apar kəndə ...
- Düz deyir , ay Ağası qardaş, genə bilirik ki , gələndə veşımızı qoymağa bir adamımız var . Mətiş qocaq gəlindir maşallah , o başının çarəsinə baxar .
Hər kəs özünü düşünürdü . Yenə məni düşünən yox idi .
Atam ; anam ölsəydi qızların başında mənim qalmamı istəyirdi ,
Nəzakət ; öz kefinə buraya gəlib getməsini ,
Qaynanam ; da İstanbula gələndə mənim evimdə qalmasını . Yoxsa niyə bu vaxta qədər məni itirib axtaran yox idi . Artıq 15 yaşında uşaq deyildim . 20 yaşıma keçmişdim . Başım daşdan daşa deymişdi . Heç kimə etibarım , güvənim qalmamışdı . Bu neçə ildə öz gücümə namusumla , açıq alınla dik dayanmışamsa , indən sonra ata , qaynana mənim nəyimə lazım idi ? Ata - qaynana mənə Qeys tutulan vaxt lazımıydı , xəstə uşaqla xəstəxanalarla həbsxanalarda dolaşanda lazım idi . Samirin evindən bir maatsiz bu evə köçəndə yaxşı ata - qaynana istəyirdim , əlin cibinə salsın . İndi özüm öz gücümə düzənimi qurub , həyatımı yaşayıram , xeyirdirmi kəndə gedib , bacılarımın qulluqcusu olum ? Onları baş göz edim , bəs mən ? Mən də xəstə uşaqla həyatımı başa vurum ?
Masanın o başında oturmuş Samirlə göz gözə gəldim . Samirin gözləri danışırdı sanki , sanki məndən soruşurdu ; "nə deyirsən ? Gedirsən ? "
- Dayanın bir dəqiqə , mənim yerimə heç kimsə qərar verə bilməz . Mən daha 15 yaşında uşaq deyiləm .
Hamı çaşqın çaşqın mənə baxırdı . Heç gözləmirdilər ki, mən kiminsənin yanında belə cəsarətli danışım .
- Mən Azərbaycandan birdəfəmlik çıxıb gəlmişəm bura , heç Qeys tutulmasaydı da , o burda işsiz qalsaydı da qoymayacaqdım Bakıya qayıtsın .
- Bıyy...
- Hə mama , zəhmət çəkib başqa iş tapacaqdı işləyəcəkdı .
- Mən deyirəm də ... Oğul ancaq arvad alana qədər sənin olur , arvad ki aldi , arvad onun canıdir ana da yanıdir - deyıb üzünü yana çevirib arxasın şağəpıldatdı .
- Elə deyil ee mama - etiraz edib səsimi yuksəltdim . Ana , ata bizim başımızın tacıdir , istəyir Qeysin ata anası istəyir mənim . Amma hər ailənin özünün bir planı , bir keçımı var da . Ailə ailədir. Ona görə ailənin icinə heç kim qarışa bilməz .
- Qeys içəridədir ona görə dilin belə uzanıb ?
- Deyirəm də mən artıq , üç beş sarı dəmirə başı qatılıb ərə verilən 15 yaşlı qız deyiləm . Hər çətinliklərin öhtəsindən alnı açıq gəlib özü öz ayaqlarının üstündə dayanmış güclü bir qadınam artıq. Şükür Allaha , özümə görə düzənimi qurmuşam . Bu iş olmasın başqa iş olsun , işləyəcəm . Bu gun sabah vətəndaşlığımı alacam , əlimdə beş üç manat pulum param da var bir 3 - 5 ildə əziyyət belə çəkib işləyəcəm . Alacam evimi . Gedib kənddə neyləyəcəm ? Guya kəndə getsəm yaxşı olacaq ? Onsuz da ordakı söz söhbətdən qaçmışam . Qeys türmədən çıxandan sonra təzədən qayıdacam ? Bəs məni niyə fikirləşmirsiz ? Mənim həyatım yoxmu ? Məni niyə fikirləşmirsiz ? Niyə, indiyənə qədər hardaydız ? Hardaydı mənim atam , mənim anam ? İndi anam ölür , üç qız ortalıqda qalır onların yükü mənim çıyinlərimə yüklənmək üçünmü məni kəndə istəyirsiz ?
- Yox qızım səhv...
- Bəs məni o qoca kişinin üç uşağına qulluqçu versəydiz necə ? Sənin qızlarına baxmaq üçün məni ondan boşatdırardın ?
- Nə danışırsan sən ?
- Ata , unutmamışam heç nəyi . Məni başınızdan eləməyinizı bilmirəm guya? 15 yaşından ərə verdiz , bax bu gözümə , bax da ata , niyə baxmırsan !? Bax bu gözüm əyiləndə lazım idi mənə arxa dayaq , bacımı sevdiyim oğlana şər böhtan atıb ərə verəndə ata lazım idi mənə
- Bııyy , başıma xeyir , az bunun dili çıxıb , ərli arvad sevdalanıbmış xəbərim yox - Qaynanam əllərin üzünə çırpdı .
- Ərli arvad daş qayadır bəyəm , ərli arvad ərin istəyəndə anasının qorxusundan əri zalda divanda yatlrdı . Ərli arvad əriynən gecə yatağında yatarkən qaynansı evdə q.. bə tutmuş kimi oğlunun evin basdı . Ərli arvadın əri anasına söz deyə bilməyıb vurub arvadının gözün şıkəst etdi , ərli arvadın əri xanınının arvad kimi nazın çəkmədi , qururun qirdi , əzdi , əydi ... Arvadını xanımı kimi yox , məşuqəsi kimi zorlayanda , arvad ailəsindən kömək istəyib , onlardan cavab almayanda sevdi başqasını . Bəlkə də sevgi deyildi , bəkləkə də, bu işgəncədən qurtulmaq üçün bir insana güma idi ona tapmışdım ?...
- Kəs ... ayıbdır , evdə yad adam var ...
- O mənim qardaşımdır , ondan gizli bir şeyim yoxdur .
Samir başın aşağı salıb barmaqlarıyla oynaya oynaya bizi dinləyirdi . Atamın belə deməyi onu hərəkətə gətirdi. Ayağa qalxdı ;
- Mən gedim - dedi .
Samir gedəndən sonra qurbağa gölünə daş atıdı . Hərə divanın bir küncünə çəkilib özü öz aləminə getmişdi . Masanın üstünü səliqəyə salıb , saata baxdım .
- Mən gedim vaxtdır , Nılayı gətirəcəm . Nəzakət tez qalxıb ;
- Mən də gedirəm dedi .
Bərabər qapıya çıxanda qapıda bir adam gördük. Əlində Nilayın arabası və arabanın içındə bazarliq var idi .
Həmin gün yadıma düşdü . Nilayı xəstəxanadan gətirəndə , Nilayin arabası Suatin maşınında qalmışdı . Onu baqajdan götürməyi unutmuşduq . Başım qonaqlara işə gücə necə qarışıbsa araba heç tadıma da düşmürdü.
- Hayiırdır ? Bi şeymi oldu ?
- Yok abla , bi şey olmadı . Şunları Suat bey yolladı .
Nəzakətə baxdım . Siçan gözlərini mənə zilləmişdi . Onun yanında artıq bir hərəkət edə bilmirdim . Odur ki , arabanı alıb içərı apardım . İçində nələr yox idi , ət yağ, pendir meyvə tərəvəz ...
Demək bu vaxta qədər mənim evimə gələn bazarlıq Suatdan imiş . Samırdən ola bilməzdı . Çünki Samır bu gün bütün günü bizimlə bərabər olmuşdu .
Nəzakət yanımda olmasaydı , zənbilləri götürüb onun dükanına gedəcəkdım . Təssüf ki , Nəzakət bayıra çıxmağımı fürsət bilir . O da mənimlə bərabər bayıra çıxırdı . Hətta ikinci işə gedəndə də o da mənimlə gələr yaxınlıqdakı parkda gəzər , mən işımı görüb bitirəndən sonra bərabər evə dönərdik . Nəzakətin də dalağı sancmışdı . Bu bazarlığın kimdən, hardan olduğunu dəfələrlə soruşmuşdu . Hamısına da eyni cavab vermişdim , zəngin qonşunun yardımıdır . Arada bir olur .
Atam gil bir həftə qaldıqdan sonra geri döndülər çox keçmədi ki , Nəzakət təkrar gəldi . Artıq orda dura bilmirdi . Beyninə qoymuşdu , kənddə qalmayacaqdı .
- Bəs uşaq ?
- Mənə nə ? Canları çıxsın gəlib uşaqlarına sahib çıxsınlar . Anama da demişəm , xəstə arvadsan nə saxlamısan ee bu uşağı burda . Apar at qapılarına .
- Nə deyirsən sən , Nazı ? Səni tanıya bılmirəm vallah , bala da atılarmı ?
- Neyləyəcəm bəs ? Sənin kimi uşaqdan ötrü gəncliyimi , həyatımı puç eliyəcəm ? Dərdim qurtarıb .
Onun bu dəfəki gəlişı məni üzssə də yenə fürsət tapıb onunla təkbaşına danışmağı qərara aldım . Nəzakətin başına gələnlərdən anamı günahkar saysam da Nəzakətin belə soyuqqanlılığından belə başa düşürdüm ki ,o da anamdan geri qalan deyıldi . Hər şey təxmin etdiyim kimi idi . Nəzakəti anam mənim kimi uşaq yaşda ərə verməyi planlayirmış , qonşu kənddə yaşayan Zöhrənin bir tanışının evlənib boşanmış oğluna . Nəzakət də Raufla sözləşıb , bir birinə qoşulub qaçıblar . Elnur da onlarla imiş . Qaçanda kəndin çamaatı onları görüb. Kəndə hay düşür ki, bəs ;
- Ağasının ikincı qızını Elnur qaçırdıb .
Artıq hər kəs Nəzakəti Elnur qaçırtdığını bilirdi . Elə Raufun atası gilə də xəbər belə çatmışdı . Rauf atasına zəng edib Nəzakəti qaçırtdığını deyəndə aləm dəyib bir birinə . Atası adı bacısı oğluyla hallanmış qızı gəlin kimi qəbul etməyəcəyini deyəndə , cavanlar qərara gəlirlər ki , bərabər olsunıar . Bəlkə bundan sonra ata bu evliliyə razıliq verə . Atasıgil Rusiyadan Azərbaycana on - on beş günə gəldilər . Bu vaxta qədər onlar Raufun qohumlarının evində bir yerdə yaşayirdılar . Kənndə Elnuru görənlər Elnura nə zaman toy edəcəyini soruşanda , Elnur gülüb lağ- lağı edərmiş ki , əşi deyəsən Asiyayla Gülçöhrəni qarışdirmısız .Nə toy ? Mən evlənmirəm , Rauf evlənir . Kənddə dedi qodu ayaq tutub yeriyirdi ki ;
-Elnurla neçə ildir , oynaşdı , qarpışdı , Elnur Nəzakətin üstündə adam bıçaqladı , indi qız onun bibisi oğluna qaçıb ?
İnandırıcı bir şey deyildi . Belə olduğu halda kənddə yeni bir mövzu açılmışdı . Guya iki qohum Nəzakətı qaçırıb başına oyun açıblar , dayı - bibi oğlu qızı "fırladıb" sonra da buraxacaqlar ...
Gah dedilər Nazını Elnur saxlayır, gah dedilər Rauf . Kənddə görülməmiş bir şey idi . Atam camaat içinə çıxa bilmirmiş , neçə dəfə gedib Nəzakəti gətirmək istəsə də anam ona imkan verməyib . Axırda atam Nəzakətin üstündən xətt çəkib "mənim o adda qızım yoxdur " deyib .
Raufun atasıgil kənddə adı pozğunluğa çıxmış qızı gəlin kimi qəbul etməyincə , anam qalxıb onlara gedib . Və bundan sonraki vəziyyət qaynatamın mənə danışdığı kimi olub .
Nəzakətin dediyinə görə Elnur bir dəfə də onun yatağına girməyibmiş .
- Quran gətir əlimi qurana basım , onun mənə barmağı da dəyməyib .
Nəzakət Elnurla evlənsə də , dəfələrlə Raufla görüşübmüş . Özü etiraf edir ki o Elnura Raufla bərabər xəyanət edib . Hətta Elnur da , kənddə Humay var Rauf gilin qonşularıdır . Onları bir neçə dəfə bir yerdə tutub ...
- Nə danışırsan sən Nəzakət ? Başın xarabdır ? Onsuz da bir qələt eləmişdin , pis yaxşı adı üstündə ər idi , onun qəlbini qazanıb özünü sevdirə bilərdin . Sənə lazım idi bu, Belə biabırçılıq ?
- Niyə başa düşmürsən ? Axı o məni sevmirdi . Üzümə qarşı deyirdi , səni sevmirəm , bacını sevirəm . Onu hələ də unuda bilmirəm , məni günahlandırırdı . Deyirdi bacını sevdiyimi bilə bilə mənə necə əe deyib gəldin ? Mətiş , qadan alım sənin , sənin ərin sənə bunu desə neçə olarsan . Qəbul edəsən ? Yanıb tökülürdüm . Neyniyirdim mənə yaxın durmürdu . Soyunub yatağına girirdim , yastığın götürür , o biri otağa girib, qapını bağlayırdı . Dözə bilmirdim ee Mətiş . Yoxsa döyməyi yox , söyməyi yox , elə hərəkət edirdi ki , özümdən belə nifrət edirdim . Hər gözümün yaşını siləndə and içirdim özüm ozümə ki , ona elə bir dağ çəkəcəm ki , cızdığına gədər yansın . O qapını bağlayıb içəridə yatanda mən də deyirəm acığa ki , sən onun xəyalıyla yaşa , amma mən gerçəkdən sənin dayın oğlunla olum sən də gör . Lap yaxşı eliyirəm , elə özüm camaatın gözü görə görə gedirdım Raufun evinə .
- Ay Allah , Nəzakət mən səni tanıya bilmirəm , Bəs Rauf bunu necə qəbul edirdi .
- Əşii , Raufa nə lazımdı ee , kəndə gələndə kef görmək ? Verirdim də ona kef . O uje ruslaşıb , heç nə vecinə deyildi . Zato Elnur məni belə yandırırdı , mən də ona belə dağ çəkirdim . Canı çıxsın yemiyənin payın yeyərlər . Məni istəmədi getsin uçsun .
Artıq onu dinləmək belə istəmirdim , bu fikirdə , bu niyyətdə olan birinin bacım belə olsa mənim evimdə bir işi yox idi . Nə olur olsun onu burdan göndərməliydim . O isə burda qalıb işləməyi planlayırdı . Mən isə onu dilə tutub ona yalvarırdım ;
- Nazı bura sənə asan gəlməsin , burda baş çıxarmaq asan deyil , azanı təzəni var , bir balaca ayağını boş qoysan havada qaparlar səni .
Gülüb uğunurdu ;
- Az, qızlığımı alacaqlar ? Açıq pənçərədir , qoy gəlsinlər də , axır biri qapıb aparacaq da...
- Ay qız bilsəm ki, təmiz adla biri səni alacaq , şükür eliyərəm . Mən bu çətinlikləri keçmişəm , bilirəm nə var nə yox . Anam da yazıqdır . Atmısan bir uşağı üstünə gəlmisən bura , xəstə arvaddır kim baxacaq o körpəyə .
- Özü . Zəhmət çəkəydi , məni pulla dəyişıb Elnura sırıyanda fıkırləşəydi bunu . Deyəydi ki , sabah bu uşaq deyəcək mənə ata lazımdır . Neynirəm azz o quru torpağı ? Getdi o pulnan torpaq aldırdı . Guya nəynən tikirəm o torpaqda o evi . Dili basıb məni yeyir . Deyir uşağının qarantisi olsun . Mən bu gün varam sabah yox . Genə bilirsən ki , uşağının torpağı var . Guya birinci onlardan aldığı pulnan cehiz aldı da . Neynirəm o cehizi . Deeyyy özü işlədir evində . Ad oldu ki Nəzakətə mebel verdi . S..san içınə . İçində qadın xoşbəxtliyim yoxdursa nəyimə lazım o cehiz , o ev mənim ?
Bir aya yaxın qaldl Nəzakət , iş axtarırdı . Yaxınlıqdakı bir necə kafede günlük qarson , qabyuyan işlədi , lakin işindən məmun ola bilmədi . Gözü yuxarılarda idi . Pul xərcləməyi sevirdi . Aldığı günlüyü də evə gəlmədən əyninə, başına, kosmetkasına verib gəlirdi . O qədər açıq saçıq geyınırdi ki , onun yanında yol getməyə belə xəcalət çəkirdim . Samirin də ayağı yaman açılmışdı bizə . Hiss edirdim ki , Nəzakət Samirin də ağlın başından alırdı . Mənim Samirlə səmimi davranışıma Nəzakət qıcıq olduğunu hiss edirdim . Qonşuların mənimlə mehriban olması onu qısqandırlrdı . Hələ kollektivdən , işdən danışanda , paxıllıqdan üz gözünu necə əyirdi . Bir sözlə bu qız özünü ya bu cəmiyyətdən saymırdı , ya da özunu bu cəmiyyətə qoymağa yer tapa bilmirdi .
Artıq evimə gələn bazarlığın sahıbını nəhayyət iki il sonra tapmışdım . Suat imiş . Sonuncu dəfə zənbilləri əlimə alıb bir başa dükanına gəldim . İçəri müştətiylə dolu idi . Heç bir şey demədən , torbaları vitrinin üstünə atıb çıxdım . Bütün çarşı bizim tamaşamıza durmuşdu . Mən gedirəm , o da mənim arxamca ;
- Bak , Metanet hanım , yanlış anlamışsın . Sana karşı kötü niyyetim yokdur - deyib arxamca gəlirdi . Ən gözəl çavab susmaqdır deyib , ona cavab vermirdim . Bir onu bilirdim ki harda bir çətinliyim olurdusa , o, olmayacaq olan işim düzəlirdi . Yoluna gedirdi .
İşdə bəzi sexlər müvəqqəti bağlanmışdı artıq . Samirin təxmini baş tutmuşdu , burda işləyən naxçıvanlıların sexindəki işçıləri işlərindən azad etmışdılər . Samir də işdən çıxmışdı . O vaxt məni Necati bəy işə göturəndə məni bizimkilərin yanına yox türklərin işlədiyi sexə vermişdi . Odurki, burda mənim işdən çıxarılma ehtimalım cox az idi . Bizim camaat çıxarıldiqdan sonra burda əməlli başlı təklənmişdim . İlk gündən məni gözləri götürməyən düşmənlərim üstümə ayaq açmışdılar . Yenə də Esra qanadlarını üzərimə çəkmişdi .
Samirlə Nəzakəti yola salıb geri qayıtdiq . Nəzakət gedib sənədlərini hazırlayıb bir dəfəmlik gəlmək istəyirdi . Bu barədə Samirlə də danışmışdım . Ona Nəzakətin buraya gəılməsini istəmədiyimi demişdim . O da mənə Nəzakəti fikirindən daşındıracağına söz vermişdi .
Nəhayyət ölkənin devilvasiyası bizim işi bə vurdu . Bizim seximizdə də ilk işdən çıxarılanlardan biri də mən oldum . Esranı da işdən çıxarmışdılar . O da iş axtarırdı həm özünə həm mənə . İki ay boş oturdum , evin kirasını yaman günlükdən verirdim , yaxşı ki, ikinci işim vardı . Onunla keçınırdim . Elə vəziyyətdəydim ki həftədə birdəfə Qeysi ziyarət edib siqaretini , xərcliyini verərdim , indi yanına gedə bilmirdim . Kriz tək bizim fabrikdə deyildi . Bütün ölkədə cərəyan edirdi . Hər şeyə zam gəlmişdi ,işsizlık ayaq tutub yeriyirdi . Burda qalma , vətəndaşlıq alma şansım sfıra düşmüşdü . Gündəlik işlədən çox idi. Mən belə iş istəmirdim . Mənə belə qaçaq işlərdə işləmək sərf etmirdi . Hər an tuutulmaq ehtimalı yüksək olduğundan deportu da nəzərə alırdım . Pasportum damğa yeyərsə birdə buraya qayıtma şansım olmazdı . Bu arada bizimkilər ( kənddəkilər ) deportu da başqa cür başa düşürlər . Nəzakət bir dəfə bu deportun nəmənə şey olduğunu başa salandan sonra Nəzakət gülməkdən uğunub gedirdi . Deyir ;
- Kimsə qonşu kənddən biri burdaymış , onu deport ediblər . Kənddəkilər də deyirmişlər ki , arvad İranda , Türkiyədə pozğunluq edib ona görə onu ordan qovub pasportuna "q.. bə pecatı" vurublar . İndi mən deport olaramsa mənim də pasportumda deport möhrü görən dodağı sözlü camaat elə biləcəklər ki bu da "q.. bə peçatıdır " . Odur ki, nə olur olsun deportdan özumu qorumalıydım .
Bütün çarşını ələk vələk etmişdim sğortalı iş axtarırdım . " Qarson , bulaşıqcı , komi , eleman " yazılan bütün dükanlara girmişdim , iş verən var idi , sğorta və çalışma iznı verən yox idi . Sğortalı iş vacib idi . Sğortam olmasa Nilay da uşaq evindən təcrid olunacaqdı . Artıq işlədiyim yerdən yazılan sğortam da bitmək üzrəydi . İndən sonra Nilaya da özümə də oturum almaq lazım idi . Nilayın uşaq evində qalma şansı da bitmişdi . Yamangünlük alıb evə atdığım bilərziyi götürüb evdən cıxdım . Satıb yeni oturumlarımız üçün pula çevirəcəkdim . Yenə bir bir qızıl dükanlarini gəzdim , onsuzda dollar və qızılın qiyməti düşmüşdü. Bundan istifadə edən zərgərlər müştəridən daha ucuz qiymətə almaq istəyirdilər qızılı . Yenə son çarəm Suat oldu . Dükana yaxınlaşdıqca gözlərimə işıq gəlirdi sanki , qapıya "eleman aranıyor" yazılmışdı . Suat bəy yox idi . İki satıcı var idi .
- Merhaba , ben iş için gelmişdim .
- Buyurun hanım efendi . Bir arkadaşımızın ofisine çay kahve yapacak bir eleman lazım .
- Ben yapa bilirim . Acaba sğorta, çalışma iznı veryormu ?
- Vallaha abla ,bilmiyorum, ben bi soruyummu ?
- Evet sorun bir zahmet - deyib qolumdan bilərziyi çıxarıb o biri satıcıya uzatdım .
- Bi də ...bey efendi , bunu satmak istiyorum acaba ne kadar eder ?
- 14 ayardır , fazla para etmez , siz yene də oraya yaklaşın , sizə ordan yardımçı olurlar .
Dönub zərgər yeri sayılan şüşə arakəsməyə baxdım , bir gözünə durbin kimi böyüdücü ğözlük taxmış Suat bəy mənə baxırdı ...

11 BÖLÜM .
Suatın uzunə baxmağa utanirdim . Elə bilirdim deyəcək ki , kecən gün mənim aldıqlarıma naz eləyirdin indi gəlmisən bilərziyini satmağa ?
Hec bir şey demədi , heç üz ifadəsi də dəyişmədi , mənimlə müştəri satıcı kimi danışdı , o biri zərgərlərdən bir balaca yüksək qiymətə bilərziyimi aldı . Dönüb satıcı oğlandan işi soruşdum . Oglan mənə nömrə verdi . Zenginizi gözləyir zəng edin .
Özüm də bilirdim ki , belə işdə heç vaxt bir xarıcı vətəndaşa çalışma izini verilmir . Yenə də dükandan çıxıb elə qapı ağzında bir ümidlə həmin nömrəni yığdım . İşi ətrafli soruşdum , və çalışma iznı verilib verilməyəcəyini maraqlandım . Adam belə bir şeyin mümkün olmadığını deyincə bütün ümüdlərim suya töküldü ...
Vəziyyətim günü gündən pısləşirdi . Yenə mənim yaman günlüyüm var idi , Samir lap pis vəziyyətdəydi . Heç günlük iş də tapa bilmirdi . Evin əşyalarını satdığa qoymuşdu artıq . Eşyaları dəyər dəyməzinə satıb gedəcəkdı .
Bu qarışıqlığın arasında Nəzakət də sənədlərini düzəldib gəlmişdi . Ona başa sala bilmirdim ki , işimiz bağlanıb , daha çalışma izinim və oturumum da yoxdur , mən səni üzərimə ala bilmərəm , sən özün gərək ayrıca oturum alasan . Onsuz da sığortamın vaxtı bitən kimi , Nilaya da , özümə də oturumu pulumuzla alacam . Nəysə axır məcbur olub onun da oturumu üçün üçümüz də köç idarəsinə getdik . Sənət işlərində , o idarədən bu idarəyə , bu idarədən o idarəyə getməkdən başım gicəllənirdi artıq . Yay ayları idi . Su və qazı yükləməyə pulum qalmamışdı . Günlərlə canımıza su dəymirdi . Yeməyimizi güçlə çatdırırdım . Tək gəlirim ikinci işim olan qapıçılıq işim idi . Üst başımız da onun bunun geyimi idi .
Quran kursuna yazılmışdım , oraya gedəndən sağ olsunlar mömin bacılarımız cox yardım edirdilər bizə . Hər gün iki dəfə Nilayı da götürüb kursa gedər , dərsdən sonra orda hazırlanan yeməkdən yeyib gələrdik . Tesettürə kecmışdım . Belə geyim yerli camaati da mənə daha da yaxınlaşdirmışdı . Məni özlərindən bilirdilər . İmkanı olanlar eynlərinə olmayan , artıq olan özlərinin və uşaqlarının təzə geyimlərini verirdilər bizə . Beləliklə geyım və yemək işlərimizi yoluna qoymuşdum . Bəzən də məni sil süpür üçün evlərinə dəvət edər , işdən sonra təmiz təzə paltarlar verib bizi hamama yolardılar . Nə edək , iş tapana qədər beləcə keçinməyə məcburduq .
Nəzakətin harda nə işləməyi məlum deyildi . Onu uşaq kimi gözləməkdən yorulmuşdum artıq. Yola getmirdik . Evin kirasının yarısıni verirdi . Komunal xərclərdən , yeməkdən xəbəri olmazdı . Dinəndə deyirdi;
- Sabah gedib yatanda gəlirəm , olsa yeyerem olmasa da işdə yeyib gələrəm . İşdə də hamam var çımərəm orda.
Axır bezib başını buraxmışdım . Nə halı varsa görsün cəhənnəmə .
Nilay evdə tək qalırdı . Bəzən saatlarla onu boş bağlı otaqda qoyub işə gedirdim . Bəzən tutmalı vaxtlarında məcbur olub onu yatağa bağlayirdim . Daha həkimə aparmağa nə pulum , nə də sğortam var idi . Saatlarla bu vəziyyətdən çıxmağımız üçun balami bağrıma basıb yollar axtarırdım . Tapa bilmirdim .
Demək olar ki , artıq beş altı ay idi ki Qeysin yanına getmirdim . Pulum olmadığı ücün getməyin adı da yox idi . Amma tez tez zəng edib həkimindən onu soruşurdum .
Bir gün telefon klubəsinə girib xəstəxananın nömrələrini cevirdim , həkimlə danışdım . Kaş danışmaz olaydım . Həkim mənə artıq onun son günlərini yaşadığını deyirdi . Məsləhət gördü ki , son günlərini ailəsi ilə bərabər kecirmək üçün məhkəməyə müraciət edim . Bunun üçün vəkilə ehtiyyacım var idi . Banka gəlib bitmək üzlə olan bulumdan bir qisim çəkərək bir vəkil yanına getdim . Vəziyyəti ona başa salib , son günlərimizi bərabər keçırmək ücün ona ərizə yazdırdım . İki gün sonra müraciətimə cavab gəldi , amma görüş xəstəxana şəraitində, qapalı şəkildə keçıriləcəkdi . Yani mən Nilayla xəstəxanada onun yanında qalacaqdım . Əlimdə olan olmazı verib bazarlıq elədim . Nilayı da arabasına qoyub , əvvəl pocta , ordan da xəstəxanaya gəldim . Zəng edib Qeysin vəziyyətini anasına danışdım . Onların da gəlməsini istədim .
Xəstəxanada Nilaya da mənə də vərəmə qarışı aşı vurulduqdan sonra bizi bizim ücün ayrılmış xüsüsi otağa apardılar . Bu otaq həmişəki otaqdan fərqli idi . Yenə qapıda jandarma var idi . Mən hər dəfə içəri çölə girib çıxdıqca yoxlanılırdım . Onunla bərabər dustaq həyatı yaşayırdım . Qeys , ölü kimi bir şey idi , sadəcə nəfəsi gedib gəlirdi . Elə hey yatağından bizə boylanır keçmişdə olanlardan keçənlərdən danışırdı . Uşaqlığından tutmuş taaa indiki vaxtlna qədər hər şeyi xatirlaylrdı . Beş ay bundan qabaq anası gil gələndə heç onları tanımamışdı . İndi yaddaşı yerində idi . Nilayi da sevib oxşayirdi . İlk dəfəydi onu Nilayla danışan görürdüm . Çətinliklə ayaq üstə dururdu . İki dəfə otağın o başına , bu başına gedib gələndə yorulurdu .
Samir də onun vəziyyətini eşıdıb ziyarətinə gəldi . Bir xeylax danışıb söhbət etdilər . Beş gün sonra Samir evi təhvil verib Bakıya çıxırdı . Biletini almışdı artıq . Onun getmə xəbəri məni üzürdü . Sanki indi özümü kimsəsiz tənha sanırdım . Yenə yaman günümdə , bir çətinliyimdə onu özümə simsar bilirdim . Tək yaxin olduğum , tanıdığım dostum o idi . Hər dərdimi , hər çətinliyimi onunla bölüşürdüm .
İki gecəydi Qeysin yaninda yatirdim . Mən açma -qapanma kresloda , Nilay arabasında , o da yatağında .
İşığı söndürüb yatağıma yenicə girmişdim ki , o , məni çağırdı .
- Metiş ?
- Hay can !
- Gəl bura !
Yerimdən qalxıb onin yatağına gəldim . Dizini yana itələyib yanina oturdum . Əlindən tutdum ,
- Səndən bir şey soruşacam .
- Soruş
- Amma kişi qızı kimi düzün deyəsən .
Gözümü qırpıb başımla ona söz verdim .
- BAx kişi qızı kimi aa...
- Mən sənə heç vaxt yalan danışmadım Qeys .
- Xəyanət etdinmi heç ?
- Kimə ?
- Mənə
- Səncə xəyanət etsəm burda bu şəraitdə sənin yanında nə işim var ?
- Nə bilim deyirəm dəə , ağlıma hər şey gəlir .
- Ağlın olsa gəlməz ...
- Səni başa düşürəm , səni burda tək qoydum , kaş ki, heç səni bura gətirməsəydim , Allah bilir nə əziyyətlər çəkdin . Bilmirəm özümü sənə necə bağışlatdırım , özümü də məhv etdim səni də ...
- Balamızı da - deyə onun sözünə əlavə edib başımi yellədim . Arabada yatan uşağa baxdım .
- Hə , o məni heç bağışlamayacaq bilirəm .
- Nə etmək olar ? Qismətimiz beləymiş . Şükür bu günümüzə , hələ ki yaşayırıq .
- İnan Mətiş , hər mənim yanıma gəldikcə nə hisslər kecirtdiyini bilmirəm , amma mən hər dəfə sənə toxunmaq , səni sevmək istəmişəm .
Kinayəli gülümsündüm .
- Bəs niyə eləmədin ? Niyə məni bu qədər yandırırdın ? Mən istəmirdimmi?
- Bilirəm , sənin də ürəyin istəyirdi , mənə hər baxışında, gözlərindən oxuyurdum , bəlkə də məni heç vaxt sevmədin . Amma bir qadın kimi qadınlığını yaşamaq istəmisən .
- And içmişdin də , məni yandirib tökməyinə ?- Araya söz qatdım - belə eşq işrət söhbətlərinə alışqın deyildim . Beş ilə yaxın idi evliydik bir dəfə də olsun məni sevdiyini deməmişdi . Heç mən də .
- Sən istədin , mən gün almadımmı ? Niyə demirdin ? Mən də elə bilirəm , məni tamam unutmusan , heç məni tanımırsan daha .
Gözləmədiyim halda ağladı , gözlərindən lombur lombur yaş tökdu . Dili ağzında əsirdi . İki kəlmə sözü bir birinə qoşub deyə bilmədi . Kəkələyə kəkələyə dediyi sözlərdən sadəcə bunları başa düşdüm
- ... sə-ni ... nə qədər sevdiyimi , içəridə olanda ... başa düşdüm ... istəmirdim ... mənə bağlanasan ... mənim axırim yox idi ... Mətiş sənə ümüd vere bilmirdim . Bizim dünyamızda ümüd cermək yoxdur , Bizim dünyamızda gələcək yoxdur ... Başa düşürsən ? İstəyirdim ki , məni tamamilə unudub ...həyatini qurasan . Samirdən səni soruşurdum ... deyirdi, Namuslu qeyrətli qızsan , heç kim sənə risk eləyib söz deyəmmir . Bilirsən ürəyim necə qürurlanırdı bunu eşıdəndə ? Siruşurdum , deyirdi qorxma görüşdüyü də yoxdur . Sevinirdim . Bir dəfə ağzından sənin haqqında pis söz ...cixmadı . Aslan kimi qızdır deyirdi . Ürəyim qürurlanırdı səninlə ...
Susdu . Biraz ağır ağır nəfəs alıb yerində dikəlib oturdu . Əlimdən tutdu .
- İçəridə olanda səninlə olmaq istəmədim
- Niyə ? Biz ər arvadıq, buna hüququmuz çatır .
- Düzdür . Amma mən istəmədim ... Fikirləşdim ki , həvəslənərsən , gələ bilməzsən , pulun olmaz , görüşə bilmərik , pis yola düşərsən ...
- Dəli - gözümün yaşını silib yarı uzanılı sinəsinə yatdım, canı , bədəni , nəfəsi xəstəlikdən qoxuyurdu, mən onunu hər halına dözüb onu sındırmırdım . Bilirdim ki bu dünyada üç beş günlük qonaqdır .
Başımı sınəsinə qoyub ; - mən o qədər iradəsizəm ?
- Nə bilim , belə şey iradəyə baxmır , Mətiş - Saçlarımı oxşadı . O biri əliylə məni bağrina basdı . Kürəklərimi ovxaladı . Əcaib hala düşmüşdüm bədənim uyuşub açılırdi . Niçə illərdir kişi əli görməyən yatmış vücüdüm deyəsən oyanırdı . Ürəyim şıddətlə aramsız çırpınırdı . Nəfəsim ağzımdan od kimi püskürürdü. Deyəsən iradəm əlimdən dedirdi . O da mənim kimi idi . İkimizda neçə illər sevişməyə həsrət qalan rühümüzü sevmək istəyirdik , mən də , o da bunu hiss edirdik . Üzümdən öpüb elini kamoda uzatdı .
- O dərmanı ver - verdim .
- Birini açıb mənə uzardı.
- İc !
Sual dolu baxışlarla ona baxdım.
- İç - iç qorxma , rahatladacaq səni də, məni də . Həm də qorunmaq üçündür . Narahat olma .
İkimiz də icdik ...
Bütün bədənim alışıb yanirdi . Suya susayan torpaq kimi canım istəyirdi bu əlaqəni , bütün iradəmi , bütün mənliyimi itirmişdim ,Qeysin qarşısında . Çılpaq bədənim tərdən su olmuş , qıvırım saçlarım islanmış çiyinlərimə yapışmışdı . Nə qədər canının qoxusundan iyrənsəm də nə mən ondan doyurdum , nə də o məndən ...
Onu yormaq istəməsəm də özümə hakim ola bilmirdim , sağlam canla , xəstə , halsız bədənın savaşı başlamışdı , xəstə - sağlamın qarşısinda utanır , xəcalət çəkirdi . Havalı bir qadının istədiklərini xəstə can ona vere bilmirdi ...
Yem görüb , yeyə bilməyən ac quzğunlar kimi çırpınırdım onun qolları arasında , çox istəyirdim bax elə indi , indi bu dəqiqə ehtirasımı , həvəsimi , ruhumu doyuzdursun . Olmurdu , neyləsə də olmurdu , çirpınıb onu üstümdən attdım , üzərinə çöküb , başımı köksünə sıxaraq, hönkürüb ağladım ,
Ona yazığım gəlirdi . Yazıq mənim ehtirasım qarşısında xəcalətli qalmışdı . Nə edəcəyini , məni necə ovudacağını bilmirdi .
Qəfil ayağa qalxıb hamama keçdim , buz kimi suyu açıb altina girdim , ehtirasdan yanan bədənimim odunu soyuq su da söndürmədi .
Qeys qapını döyürdü;
- Mətiş qurban olum aç , məni bağışla Mətiş , səni başa düşürəm , əzizim , aç belə eləyib məni üzümə, mənu kişiliyimə utandırma Mətiş .
O mənə səsləndikcə mən soyuq suyun altında inildəyib bədənimı canımı çımdıkdən çıxarırdım . Bilmirəm , nədənsə əsəbləşmişdim , özümü döyüb , ağlayırdım .
- Bunun üçün səni yanıma istəmirdim , Mətiş . Sənin istəyinə cavab verə bilməyəcəyimi bilirdim , bax görüsən Mətiş , dərman da mənə təsir etmədi , offf , nolar belə eləmə ...
Səsini belə eşitmək istəmirdim . Əsəbləşirdim səsini eşitdikcə , var səsimlə qışqırib icimdəki yanğını atmaq istəyirdim . Barmaqlarım islaq saçlarımı yolur , dodaqlarımı bir birinə sıxıb səsimi içimə ataraq hönkürüb ağlayırdım .
Belə bu vəziyyətdə nə qədər qaldığımı bilmədim . Elə halsızlaşmış , elə düşmüşdüm ki , elə bil bu saat on kişiyə cavab vermışdım . Qeyisin də səsi gəlmirdi artıq . Bəlkə də yatmışdı . Əllərimi yerə dayaq verib qalxdım . Məhrəbanı götürüb büründüm , soyuq su indi təsir edirdi mənə titrədirdim , dişlərim bir birinə dəyirdi . Aynanin qarşısına keçdim . İlk dəfəydi ki , çılpaq bədənimə baxirdım , özüm özümə heyran olmuşdum , aynadan mənə baxan "mən" məni qınayırdı .
- Sən nəyə lazımsan axı ? Kimə lazımsan ? Bu vaxta qədər , qadınlığın , mənliyin , qürurun belə təhqir olunmaq üçünmü qorudun ? Sənin təmiz namusun kimə lazımdır ? Kim buna dəyər qiymət verəcək , sən namus namus deyib niyə məhv edirsən axı məni ? Axı mən qadınam , axı mənim də hisslərim var , axı nəyə lazım idi bir xəstəylə belə sevişmək ? Olan mənə oldu , bu vaxta qədər niyə istəmirdim mən bunu ? Axı niyə Gülnarə kimi olmurdum , niyə Nəzakət kimi düşünmürdüm ? Sən yaşamağa layiq deyilsən , bu həyat sənin üçün deyil , sən bu dünyaya iztirab üçün gəlmisən Mətanət , hislərini , duyğularını öldürmək üçün gəlmisən , get öl , at özünü dənizə , sənin kimilərinə bu dünyada yer yoxdur , ölməlisən ...
Doyunca səsimi içımə salıb ağlayaraq ürəyimi boşaltdım , qapını açıb içəri keçdim , Qeys kresloda oturub , eləcə də yuxuya getmişdi . Əynimi geyinib Nilayın arabasına yaxınlaşdım . Məni bağışla qızım , daha bacara bilmirəm deyib dolabdan çantamı götürüb qapıdan çıxdım .
Qapıda dayanan polislərə , vacib işim olduğunu , gedib təkrar dönəcəyimi bildirib kağıza imza atdım .
Və çıxdım ... Gecə iki idi ...
Xəstəxanadan cıxıb bir başa ana yola gəldim . Çantamı açıb içindəki pulları saydım . Cox az idi . Amma yenə getmək olardı . Bu saatda ancaq taksiylə gedə bilərdim . Gecənin bu vaxti avtobus olmazdı . Əslində hara gedəcəyimi belə bilmirdim , istəyirdim biraz gəzim , başımdaki dumanı atım , biraz hava alım böğulurdum . Amma yuxu da məni tutmuşdu . Yatmaq istəyirdim . Taksi dayanacağına yaxınlaşıb adresi söylədim . Yola çıxdıq . Taksi dar məhəllələrdən kecib bizim binanin yaninda dayananda elə bildim cənnətə düşmüşəm . Bu kasıb evimdə tapdiğım rahatlığı dünyanin lüks otelinə dəyişmərəm , bax elə indicə qapıdan içəri girən kimi özümü atacam yatağıma elə bir yatacam , elə bir yatacam ki ...
Taksinin pulunu verib , maşından düşəndə əsən külək sümüklərimə qədər işlədi ,üşüyürdüm . Saçlarım suyun içındə idi , qurumamışdı heç .
Pıləkənləri aşağı yenib blokda səs salmamaq üçün qapını ehmalca açdım . İçəri girdim . Nəzakətin işlətdiyi kəskin duxunun qoxusu məni vurdu . Otaqların qapıları bağlı idi .
Evim 3 otaqli idi . İki yataq otağı və bir zal . Nəzakət həmişə zalda yatırdı . Boş yataq otağı Nilayın otağı idi . Bir yerə gedəndə onu bu otağa qoyub , qapını kilidləyirəm . Onun kriz vaxtlarinda boş otaq mənim üçün daha rahat idi . O biri yataq otağı isə mənim idi . Qapını açıb işığı yandırdım . Gözlərimə inanmadım , Samirlə Nəzakət mənim yatağımda yatmışdılar , utandığımdan əllərimi üzümə tutub geri göndüm üzüm qapalı otaqdan çıxacaqdım kı , ayağım qapının yanındakı stula dəydi , üstündən yerə nəsə düşüb səs saldı . İkisi də yerindən dik atılıb , eyni anda ikisi də ;
- Mətiş ? - dedilər .
Evdən neçə çıxdığımı bilmədim , hara , hansı səmtə qaçdığımı belə unutmuşdum . Sərasər küçələri qaçır , məhəllələri dolaşırdım . Evimdən də diksinmişdim , bu məhəllədən də . Hər şeyə nifrət edirdim , hətta özümə də .
Məhəllələrdən keçib çarşıya tərəf gəldim . Çarşı gecə olsa da həmişəki kimi , qaynayırdı . Buranın gecə həyatı bir başqa idi . Gündüz bura bir başqa , gecə tamam başqa olurdu . Hansı pısliyi desən gecə Laləlildə tapa bilərsən .
Bir tərəfdən şirin yuxu , bir tərəfdən də əsəb - stres məni əldən salmışdı . Çarşıda gəzdikçə gözümün qarşısında biraz əvvəl Qeyislə olan sevişməmiz , sonra da , Samirə Nəzakətin yatışı oynaşırdı . Özümü ələ almaq istəsəm də , sanki bir başqa aləmə düşmüşdüm . Elə bil bu küçələrdə yuxukarda dolaşırdım . Sanki ayaqlarım yerə deymirdi . Mən artıq bu aləmdə yeildim , yuxulardaydım . Bütün bu gördüklərim yuxu idiler.
Əynimdə uzun düyməli xalat - paltar var idi . Özümü nə qədər toparlasam da gözlərim key key uzaqda rəngli işıqları yanan bara zillənmişdi . Bara doğru irəllədikcə əllərim paltarımın yaxasındakı və ətəyindəki düymələrini açırdı . Paltarımın çıyinləri aşağı dartılır , açılmış sinəmdən şux sinəm qabarıb qalxırdı . Əlimı atıb başımdakı təsəttürü çıxarıb biraz əlımdə arxamca sürüdüm . İslaq , qıvırım , uzun qara saçlarımı toplayıb sol sinəmdən aşağı atdım . Paltarımın ətəyını qaldırıb ağappaq ayaqlarımı budlarıma qədər açaraq piləkənləri yuxarı çıxdım , qapıçıların belə mənə əcaib baxması vecimə deyildi . Bəlkə də ilk dəfə idi ki , bara mənim kimi - "açıq qapalı " adam girirdi .
İçərinin dumanı , musiqinin səsi başımı gicəlləndirirdi . Bilmirəm içəridə nə qədər içdim . Bir zaman gözümü açanda mən 38 - 40 yaşlarında tanımadığım, çopur bir kişinin qoynundaydım .
Demək hər şey bura qədərmiş . Mənim yanğım elə burda sönməliymiş , daha bundan sonra artıq bu yolun yolcusuydum . Çünki bundan sonra nə Nilayın , nə Qeyisin , nə ailəmin , nə Samirin , nə Nəzakətin , lap elə bəyənmədiyim fahişə Gülnarənin üzünə baxa bilməzim ... çünki artıq mən də bu gündən fahişə idim ...
Oteldən çıxanda uzaqlarda dan yeri sökülməyə başlamışdı ...
12 BÖLÜM
Əlimdə tutduğum 100 dollar ovcumu yandırırdı sanki . Bu pul mənim neçə günlük əmək haqqım idi ki, mən onu bir gecədə qazanmışdım . Mən bu pul üçunmü bu qədər tək başına mübarizə aparirdım ? Mən halal qazancıma beləmi sahib çıxdım ? Mən namusumu bu pulamı dəyişdim ? Yoox ... mən əsla pul üçün kimsənin yatağına girməzdım , mənim iradəmi ehtirasım qırmişdı . Nəfisim məni bu yola saldı , ya bunu davam etməliydim , ya da ölməliydim
Əlimdə pul ilə key - key küçələri dolaşırdım . Hara gedəcəyimi bilmirdim . Murdarlanmışdim , elə bir murdaram idim ki , mənim kimi bir murdara bu dünyada addımımı atmağa bir qarış belə yer yoxdur . Ruh kimiydim , sanki bu dünyanın adamı deyildim . Özümə yer tapa bilmirdim , bu küçələrdə gəzən cismim yox, ruhum idi sanki .
Bu gündən sonra Nilayımın üzünə baxa bilməzdim , evimə gedə bilmirdim , mənim yatağım da özüm kimi murdarlanmışdı . Beynim elə dolmuşdu ki , hara baxırdım Qeyslə özümü , nəyə baxırdım yatağımda Samirlə Nəzakəti , əlimdəki pula baxırdım tanımadığım üzü çopur kişını mənə etdiyi insanlığa yaraşmayan iyrənclikləri görürüdüm . Ağzımda iyrənc bir tam, burnumda pis qoxular var idi , ürəyim ağzıma gəlirdi , öyüyə öyüyə qalmışdım . Daha dayana bilmirdim , yolu keçıb yol kənarındakı bir ağaca yaxınlaşıb iftiza etdım. Elə bu vaxt kimsə alnımdan , qolumdan tutdu .Gözlərim toranlamışdı , cox yorğun idim yuxum gəlirdi .Qulaqlarım kütləşmişdi , yatacaqdım . Məni tutan adama döndüm tanış sima idi , amma kim idi bilmədim...
Gözümü açanda balaca dar otaqda idim , başımın üstündə tibb bacısı və həkim var idi . Gözümü dolandırib ətrafa baxdım , bir adam qapıya söykənib əllərini qoynuna qoymuşdu . Kim idi aydınlaşdıra bilmirdim . Əllərimlə ətrafımda eynəyimi axtardım .
- Bi şeymi arıyorsunuz hanım efendı , sakin olun,kıpırdanmayın elinize serum takılmış.
- Gözlüyüm , gözlüyüm nerde ?
- Hani , nerye koymuşdunuz ki ? Burada gözlüyünüz yok ?!
Yadıma düşdü .O murdarxanadan çıxanda gözlüyümü orda unutmuşdum .
Orda yaşadıqlarım gözümün qarşısına gəldikcə özüm özümdən diksinir , tanımadığım o murdar adamın dodaqlarını vücudumda hiss etdikcə , məni pıs şeylərə məcbur etdiyi yadıma düşdükce nəfəsim darlanırdı . Başımın üstündəki həkimləri belə o murdar adamın cıldində görürdüm. Xəyalımda çırpınıb o çopurun qollarının arasından çıxmaq istədikçə , burda yanımda olan adamlar məni sakitləşdirməyə çalışırdılar . Özümdən asıli deyildi qışqırırdım , nə dediyimi özüm də bilmirdim . Bir onu bilurəm ki, sanki pərdə arxasından baxırdım hər şeyə insanların üzünü toran görüdüm , heç kimi tanımırdım . Tanıya bilmirdim , sanki gözümün onündən pərdə asmışdılar , gözlərim kölgələr görürdü . İnsanların simalarını aydınlaşdıra bulmirdim .
Hər qapı açılıb örtüldükçə tanış bir səs ;
- Kapıyı kapatın , ıçeri kimseyi brakmayın - deyirdi ...
... Nilay gözəlləşib gözəl bir qız olmuşdu . Daha xəstə deyildi , danışır, gəzə bilirdi . Gözlərimə inana bilmirdim . Ağ buludların üstündə oturmuşdu . Mələk cildindəydi. Üzündən nur yağırdı qızın . Onu belə xoşbəxt və sevinc içində görməyimə elə xoşbəxt olmuşdum ki . İlk dəfəydi özümü belə xoşbəxt görürdüm . Coxdan gülməyi unutmuş gözlərim elə gözəl gülürdü ki...
Nilay buludlardan kiməsə əl edirdi . Onun baxdığı səmtə baxıram , çox gözəl bir gəlin görürəm , elə xoşbəxt bir gəlin idi ki ,gəlin şəkil çəkdirirdi , məni də yanına çağırır;
-Ana, gəl şəkil çəkdirək - deyirdi - qızı gucaqlayıb şəkil çəkməyə hazır dayanıram , bu vaxt o copur kişi də , Qeys də hardansa peyda olur. Gopur kişinin əlindəki 100 dolları sinəmə basır , əlləri ilə məni taciz edir, Qeysdə həmişəki kimi solgun və yorğun görünürdü . O burda da elə pıs qoxuyurdu ki , eynən həmin gecə xəstəxanada qoxuduğu iyrənc qoxu kimi . Üfunətindən ürəyim ağzıma gəlirdi, öyüyürəm , elə qusa qusa şəkil çəkdiririk . Bu şəkil bizim aılə tablomuz olur , çopur adamın arxadan məni qucaqlayaraq əli belimdə , başını boynuma eymış , mən özümü ondan qurtarırmış kimi bir pozda , Qeys boynu bükük və incık üzünü yana tutmuş vəziyyətdə bir şəkil çəkilir . Sonra necə olursa Suat qucağında eynən Suat kimi qara qıvırım uzun saçlı bir oğlan uşağıyla gəlir . Nilay , gəlin , Suatla o oğlan bir yerdə şəkil çəkdiririk . Bu resimdə o qədər gözəl və xoşbəxt görünürük ki ... özümü bir anlıq belə xoşbəxt görmək istədim .
Suat evin yuxarı başına vurulmuş o biri ailə tablomuzu götürüb atır , yeni tablonu onun yerinə asır .
- Biz bir ailəyik , canım . Şunu böyle de kabul et - deyərək saçlarımı mehriban əlləriylə sığallayır ...
Yuxu görürmüşəm , amma bu sığalı hələ də saçlarımda hiss edirdim . Başım elə pıs ağrıyırdı ki , başımın ağrısından gözlərimi aça bilmirdim .
- Uyandınmı ?
Səsləri indi ayrıd edə bilirdim . Bu səs Suatın səsiydi .Onu bulanıq görürdüm .
- Nerdeyim ben ? - dikəlib oturmaq istədim , lakin o buna izin vermədi . Yastıqları arxamda rahatlayıb cavab verdi ;
- Hasanedesin . Bi şeyin yok geçdi . Korkma - həyatımda ilk dəfəydi ki bir insandan qayğı və diqqət görürdüm . Bu qurbətdə o qədər xəstələnib yataqlara düşmüşdüm ki , ağzıma bir qaşıq su tökən də olmamışdı . İndi kimsə tanımadığım yad biri mənə belə qayğı göstərib , bir xəstəxana otağında məni tək qoymurdu . Belə şeyləri gördükcə kövrəlirdim .
- Noldu bana ?
- Sinir krizi keçirtdin , ama indi keçdi . Çok şükür iyisin - Başın qaldırıb üzümə baxdı ;
- Noldu sana ? Kım sinirləndirdi , kim acıtdı seni ?
- Bilmoyorum - dedim . O məni belə mehriban dindirdikcə dünən gecəki iyrəncliklər yadıma düşürdü . Çənəm büzülür, dodaqlarım esirdi .
- Şşş , yapma böyle ya , sakin ol . Konuş , içine kapanma konuş , canım rahatlarsın.
Dayana bilmedim hıçqırdım . Başımı bağrına basıb ;
- Tamam ,tamam ... kecdi artık tamam - deyə məni təsəlli etdikcə çiyinlərim atılıb düşürdü . Xəyalım dolanıb dünən gecəyə getmışdı , sanki indi bu dəqiqə dünənki gecənin davamını yaşayırdım . Sanki mənə toxunan Suat yox , o çopur kişi idi .
- Bırak ! - çırpınıb onun qollarından çıxdım . Dikəlib yataqdan duşdüm . Torlu görən baxışlarımı qapının istiqamətinə zilləyib əlımi divarlara sürtə sürtə qapıya tərəf getdim .
- Dur ben yardım ediyim ...
- Sakın bana dokunma ...
- Nerye gidiyorsun ?
- Sana ne yaa ? - deyib ona qışqıraraq qapıdan çıxdım .
Əllərimi divarlardan tuta tuta gedirdim . O da mənim arxamca gələ-gələ
- Hemşire hanım , bakarmısınız - deyə sesləndi .Tibb bacısı yaxınlaşıb qoluma girdi .
- Nerye gidirorsunuz hanım efendi .
- Lütfen , yardım edin ... klzım Kadıköy hastanesinde kaldı , yalvarıyorum. Beni ona götürün , yalvarıyorum .
- Ne aryor ki , kiziniz orda ?
- Bakin , hanım efendı ...
Dayana bilmədim əllərimlə üzümü tutub hönkürərək yere çökdüm .
-Sakin olun , hanım efendi , tamam , sakin olmalısız , siz hastasız , tamammı , sakin olun və sakin sakin anlatin !
- Kizim ... kızım Kadıköy ruh ve sınır hastalıkları hastanesinde , babasının yanında kaldı . Babası orda cezalı hastadır , son günlerini yaşıyor. Mahkeme son günlerimizi onunla beraber gecirmemiz icin onun yaninda kalmamiza izin verdi . 3 gündür onunla beraberiz ...
- Anlaşıldı ... siz merak etmeyin biz doktorla görüşib size haber veririz . Tamammı . Hadi şimdi doğru yatağına . İyice dinləmməniz gerekir.
Qoluma girib məni qaldırmaq istədi gücü çatmayınca Suat ;
- Ben yardım ediyim ... deyib qoluma girmək istədi .
- Sakin bana dokunma ! - deyərək qolumu yana çəkdim ...
... Yatağımda uzanmışdım , ağzımda iyrənc bir tam vardı , o qədər su içsəm də , hələ də ağzımdaki dad getmirdi beynim Qeyisin qoxusuyla dolmuşdu sanki . Bayaqdan xəstəxana işçısının gətirib otağa qoyduğu yemək də əl dəyilməmiş orda qalırdı . Suat arada içəri girib cıxır , Nilay ücün həkimlərlə danışdıqlarını mənə çatdırırdı .
İçeri girən tibb işçısinə baxıb ;
- Benim abdest almam gerekir hemşire hanım . Bana yardım edermisiniz ? Rica ediyorum .
- Tabii ne demek . Əşyalarınız varmı?
- Hic bir şeyim yok , rica ediyorum , sadece bu pislikten kurtulmak istiyorum . Boğuluyorum . Yıkanmam gerekir .
Tibb işçısi Suata baxdı . Suat tibb işçısınə neyisə him etdi . Gözüm görməsə də bunu hiss edirdim .
- Tamam siz az sabr edin . Ben size bişeyler bulum da ...
- Evet... Metanet hanım - Qapı açıldı . Həkim və tibb bacısı icəri girincə , içəridəki sanıtar bayıra çıxdı-sonuçlarınız geldi !!!
Suat sanitarın arxasıyca bayıra çıxdı . Qapı açıq idi , Suat tibb işçısınə biraz pul verib ona nəsə dedi və içəri qayıtdı . Mən bunları qapı arasından kölgəli görürdüm .
Həkim aparatları kontrol edib əlindəki jurnala qeyidlər etdiikdən sonra sözə başladı ;
- Aslinda bi şeyiniz yok , krizi atlatdınız , sizi taburcu edebiliriz
Yerimdə qurcalandım ;
- Tamam o zaman ben hazırlanım .
- Yook daha bitmedi . Kan tahıllerinizde anormal bu şey çıktı .
- Nasıl bi şey ?
- Kan sonuçlarınızda ilac kullandığınız belli oldu !
- Ne ilacı ? Ben ilac falan kullanmadım.
Utandım Suatın yaninda içdiyim dərmanın qoruyucu həb olduğunu həkimə deməyə
- Cinsel istek artırıcı ilaç kullanmışsıniz . Hem de yüksek dozda.
Bu necə ola bilərdi . Axı Qeys demişdi bu dərman qoruyucu dərmandır .
- Ben ilac falan kullanmadım .
- Ama kullanıyorsunuz . Bu ilacı ne zamandan beri kullanıyorsunuz, Metanet hanım ? Doktorunuzun tevsiyesiylemi kullanıyorsunuz bu ilacları ?
- Ne ilac yaa , ben hiç bir ilac kullanmıyorum diyorum . Yemin ederim , kullanırsam söylerim .
Doktor çaşmış halda Suata baxdı .
- Siz neyi oluyorsunuz ?
-Aile yakınıyım , efendim .
- Aileden biri yokmu , onunla konuşmamiz gerekir - həkim mənə döndü - eşıniz ve ya yakin biri ?
- Hayir efendim , kimsem yok .
- Kardeşı var, isterseniz ça ...
- Benim kardeşim falan yok - Suatın üstünə dişlərimi qıcatdım .
- Tamam . İstemiyorsan , çağırmayalım - deyə məni sakitləşdirib həkimə döndü .
- Benimle konuşa bilirsiniz , ben ne gerekirse yaparım .
- Biz hanım efendini iyice müayine edecez . Tahminim , hanimefendi yüksek dozlu cinsel istek artıricı hap kullanmiş , doktor tavsiyesiyle kullanılmayan ilaclar yan etki vere bilir , belki de şuan iyi görmemesinin nedeni de şu ola bilir .
- Yani ?
- Yani-si o kı , ilacın douzundan hanim efendinin gözünü perde ala bilir,
Eşıtdiklərım ürəyimi sıxırdı . Onsuz da gözüm problemli idi . Birdə bu gəldi başıma ?
- Tamam bu durumda ne yapa biliriz - Suat nigaran nigaran dilləndi .
- Muayine edib hemen tedaviye başlamamız gerekir.
- Ama doktor ...
Etiaz etmək istədim , mənim müalicəyə pulum nə gəzirdi ?
- Tamam - Suat əlini qaldırib sözümü kəsdı ;
- Hemen ne gerekirse yapmanızı istiyorum - Mənə döndü - itiraz istemeden , hem de acil . Hemen !
- Ama Suat bey benim sığortam yok ki ? Bu kadar parayı ben nerden bulurum ?
Suat məni dinlemeden bele qapını açıb həkimlə bayıra çıxdı .
... Guya yatmışdım . Nə yatması , gözümü yuman kimi o iyrənc səhnələr gözlərimin qarşısında oynayırdı . O adam məni zorlamamışdı . Özüm öz istəyimə onunla olmuşdum , 5 illik ailə həyatımda , ümumiyyətlə həyatımda heç bir yerdə, görmədiyim iyrəncliklə razılaşmışdım . Hətta o vaxt CİNE -5 kanalında geceler gizlince izlediyim porno filimlerinde de bele bir şey görməmişdim hec . Sərxoş kimiydim , məst olmuşdum o iyrənc kişinin yatağında . Zövqimdən , ehtirasımdan başqa heç nə düşünmürdüm həmin vaxt . O kişinin sözləri qulaqlarımda səslənirdi ;
- Benimsin , bana aitsin , seni kimseye yar etmem - deyərək iyrənc ağzının suyunu şapıdada şapıldada yanaqlarıma , boyun boğazıma vücudumun her yerinə yayırdı. Mən hemin an onun bu etdiklərindən zövq alırmışam , amma indi varlığımdan belə iyrənirdim ...
Bir tərəfdən Qeyisin iyrenc qoxusu , bir tərəfdən o çopurun iyrənçlikleri yadıma düşdükcə mədəm qaynayıdı . Öyüyə öyüyə qalmışdım . Canım darlanırdı. Gözümü açıb ətrafa baxdım . Yatağımın aşağısında nəsə bir torba gözümə dəydi . Gözlərim torlu gorürdü , içində nə vardı bilmirdim . Əyılıb torbanı götürdüm . İçində alt paltarları , pijama , sabun , şampun və bir də bir baş örtüsü var idi . Bunların Suat almasına şübhəm yox idi . Baş örtüsünə toxununca elə bir kövrəldim ki , ürəyim şan şan oldu . Bu nə qayğı , bu nə diqqət idi ? Axı Suat bu yaxşılıqları mənə nəyin qarşılığında edirdı ki ? Axı məndən umacağı nədir ? Onun haqqında heç də yaxşı şeylər düşünmürdüm . Etdiyi bu qədər yaxşılıqlara baxmayaraq aradan illər keçsə də yenə o mənim hafizəmdə Gülnarənin aşınası kimi yer tutmuşdu . Və hər mənə etdiyi yaxşılığın qarşısında onun məndən də bunu istəyəcəyini düşünürdüm . Bəlkə də yanılırdim . Əgər bir gün o məndən bunu istəyəcəkdiysə bəs bu baş örtüsü nə idi ? Bəlkə o bunnan məni ələ alır ?
Qapı açıldı , Nəzakət , Samır qaynanam , qaynatam və Nilay qucaqlarında içəri girdilər .
Xəcalətimdən yere girirdim , elə bilirdim hər kəs mənim gecəki oyunlarımdan xəbərdardır , elə bilirdim , buraya üzümə tüpürməyə gəliblər .Samir gözümə nə qədər narahat görünürdüsə , Nəzakət o qədər də sakit görünürdü . O qədər sərbəst , o qədər xoşbəxt idi ki , elə bil bu gecə mənim yatağımda o basılmamışdı .
Qaynanmgıl Türkiyəyə bu sabah təyarəylə gəlmişdilər . Birbaşa xəstəxanaya Qeyisin yanima gedibmışlər . Nulayı Qeysin yanında , məni orda görməyincə narahat olublar , qapıdaki polislər yazılı izin kağızımı göstərəndən sonra qaynanam Nilayı da götürüb evə gəlib . Evdə Samirlə Nəzakət onları qarşılayıb . Məsələdən agah olan Nəzakət də araya söz qatıb ki , guya məni axtarmaq üçün Samiri köməyə çağırıb , gecə sabaha qədər məni İstanbilda , çarşı bazarda axtarıbmışlar . Bunları eşıdən qaynanamgil məni hər yerdə axtarmağa başlayıblar. Elə bu vaxt , mən Nilay üçün Kadıköy xəstəxanasına göndərdiyim polislər mənim başqa xəstəxanada yatdığımı deyincə yığışıb buraya gəliblər .
Nilay dayanmırdı , özünü mənə atırdı . Lakin uşağımdan xəcalət çəkirdim . Elə bir murdar idim ki , elə bilirdim ,uşağa yaxın durardımsa o pak mələyi də murdarlayacaqdım . Qaynanam etirazıma baxmayaraq uşağı qoynuma basdı . Xəstə halsız , nə etdiyini bilməyən qızım , əyrı barmaqlarıyla yanaqlarımı oxşayır , üzünü üzümə sürtərək gülümsünürdü . Ağzının suyu zəmzəm suyuydu sankı, balam gül qoxuyurdu . Nə qədər həyatımdan bezıb bayaqdan özümə ölüm yolları axtarsam da Nilayın mənə belə sarılması analıq duyğularımı dilə gətirirdi , kimsə qulağıma pıçıldayıb ürəyimi əzirdi sanki ;
- Heç düşünmürsənmi sənə ehtiyyacı olan biri var ? Özünə yazığın gəlmir gəlməsin bəs bu şikəstin günahı nədir ?sən ölüb qurtarırsan , bəs o nolacaq ?
Qapı açıldı və Suat içəri girdi . Samir ilan vurmuş kimi yerindən sıçıradı . Suat əlindəki torbanı yatağımın üstünə qoyub içəridəki hər kəslə ədəb ərkanla salamlaşdı .
- Sənin nə işın var burda - Samır Suatın yaxasından yapışdı . Nəzakət və qayananam qışqıraraq ayağa qalxdı onları ayırmağa çalışdı . Amma onlar əlbəyaxa olmuşdular .
- arvadıma göz diktin yetmədi , şimdi də Metanetə göz dikirsən ? Seni şerefsiz !!!
- Ben senin gibi göz dikmiyorum !
- Şərəfsiz ... - Samir Suata yumuruq ilişdirəndə Suat da ona vurdu . Ara qarışdı , məzhəb itdi . Nilay qorxusundan qışqırır , qaynanamla Nəzakətin səsi aləmi başına götürmüşdü . Qaynatam Samiri qucaqlayıb otağın bir küncünə çəkirdi .
- Lütfen rica ediyorum , sakin olun , Samir qurban olum , belə eləməyin -deyə Nilayı bağrıma basaraq onları sakitləşdirməyə çalışırdım .
Xəstəxananın güvənliyi səsə gəlmişdi . İkisini də otaqdan çıxarmaq istəyincə mən ;
- Beni Suat beyle yalnız bırakın , lütfen ! - Her kes bərəlmiş gözləri ilə mənə baxdı .
- Xahiş edirəm , nolar , gedin !
Qaynanm deyinə deyinə otaqdan çıxdı, onun arxasınca da o biriləri . Axırda Samir tərəddüdlü addımlarla bayıra çıxdı . Amma qapını örtmədi .
- Suat bəy - Əlimi ona uzatdım . O bizə yaxınlaşdıqca Nilay özünü mənə qısırdı, ağlayırdı . Ondan qaçırdı .
Əlimdən tutub sıxdı . Mehriban baxışları ilə mənə yox Nilaya baxdı .
- Hər şey üçün sizə teşekkür ediyorum , Suat bey . Zahmet etdiniz . Size güveniyorum , ve inanıyorum ki, bana bu yaptığınız iyiliklerin karşılığı saf niyyetden başka bi şey olmayacaktır .
Çaşqın baxışlar mənə döndü ;
- Beni yanlış tanımışsın Metanet.
- İnşallah öyledir - əlini əlimdən çəkdi . Nilayın saçların qarışdırdı və qapıya yönəldi .
-Suat bey !
Döndü . İçimdən "məni tək qoymayın" demək gəldi , deyə bilmədim , bacarmadım .
- Təkrar təşəkkür edirəm ...
Gözlərin qlrpdi . Gülümsündü ... təşəkkürümü qəbul etdi ;
- Ne zaman ehtiyyacın olursa sakın çekinme, ben her zaman varım ... ireli getdi , tekrar döndü ;
- Sana örtü yakışıyordu, hem kötü yoldan saptırır . Abdestini aldıktan sonra kapan, tüm yaptıklarımın karşılığında tek istediğim bu ...
...Suat getdikdən sonra otaqda məzarlıq səssizliyi sürürdü . Hər kəs öz aləmində idi . Nəzakətin gözü qaşı dayanmırdı . Samirlə nəsə himləşirdi . Samir baxışlarını ondan qaçırsa da olmurdu . Bu səssiz danışıq mənim gözümdən qaçmırdı .
Məni müayinə etdikdən sonra mənə eynək verilmişdi . Görməm bərpa olmuşdu artıq . Gözümü müalicəyə başlamasını desələr də mən bundan qəti şəkildə imtina etmışdım . Bilmirəm bu qədər məsrəfin altından necə cıxacaqdım , bilirəm xəstəxanada qaldığım hər gün , hər saat pul idi ,amma mənə heç bir fatura və ya borc kağızı gəlmirdi . Bu xərcı kim ödəyirdi , necə ödəyirdi bilmirdim . Amma Suatdan başqa da heç kim ağlıma gəlmirdi .
Qaynanam gil cox qalmadılar . Qeysin yanına getdilər . Nilay sınəmdə yatmışdı . Körpə elə bir geçə yaşadıqlarımı hiss etmişdi . Heç yaxamdan qopmaq istəmirdi . Xəstəxananın tibb işcısı içəri girəndə , otaqda bir canlanma baş verdı
- Metanet hanım hazırsınızmı ? Sizi banyoya götürəcəm .
- Evet . Hazırım .
Nilayı yatağıma qoyub , ayağa qalxdım . Nəzakətlə Samir də otaqdaydı deyib gülüb zarafatlaşırdılar . Heç onlar tərəfə də baxmırdım . Samır nəsə cox tutqun görsənirdi . Bu zamana qədər hər şeyimizi , hər dərdimizi , sevincimizi , bacı qardaş kimi , dost kimi paylaşmışdıq , bu qürbətdə bir birimizdən başqa heç kimi özümüzə yaxın buraxmırdıq . İndi hiss edirdim ki ,axşam mənim evimdə olanların açıqlamasını vermək istəyir , bunu hiss etdikcə başımı Nilayla qatır , ona danışmağa fürsət vermirdim . Əsilində danışmağın nə mənası var idi ki ? Mən nə Samirə , nə də Nəzakətə deyə bilməzdim ki, bu nə məsələdir , nə də onlara ağıl verə bilməzdim , uşaq deyildilər , ikisi də ağlı başında yetişkin adamlar idi ...
Məni əlil arabasına qoyub otaqdan çıxardılar . Çimib , təmizləndim , qüsulumu aldım. Qaynanamgil orda olanda Suatın mənə alıb getirdiyi paltarı geyindim , nə illah etdımsə Suatın mənə aldığı örtünü başıma örtə bilmədim ...
Bu hadısədən 9 gün keçmış Qeys dünyasını dəyişdi . Qaynanmgil səfirliyə müraciət etdilər , sənədləri yığıb hazırladılar , Qeyisin cənazəsini vətənə apacaqdılar . Burda qalma şansım da yox idi artıq . Düzdür Nilaya da , özümə də bir illik oturum almışdım . Oturumda problem yox idi . Amma ərim ölmüşdü . Onun cənazəsiylə vətənə getməliydim . Bilirdim ki ,getsəm de geri dönüşüm olmayacaqdı . Həm Nilayın sənədlərində problem var idi, həm də geri dönməyə pulum yox idi . Orda da qalsam hər şeyə sıfırdan başlayacaqdım . Bir onu bilirdim ki , nə olur olsun kəndə getməyəcəkdim .
Gecə 4 də cənazəmizlə bərabər Bakıya uçaçaqdıq . Bütün olan olmazımı Nəzakətə bağışlamışdım . Nilayı arabaya qoyub bir bir qonum qonşuyla sağollaşıb halallaşa halallaşa Esranın evinə gəldim . Ondan başqa derdləşəcəyim kimsəm yox idi . Bir xeylı oturub söhbətləşdik , həmin gün başıma gələnləri , ona danışdım . Çox pıs olmuşdu . Məni necə təsəlli edəcəyini bilmirdi .
- Senden bir ricam var , Esra abla ...
Çantamı acdım . Dünən bankdan çəkdiyim sonuncu pulumu çıxarıb Esra ablaya uzatdım . Bunu kuyumcu Suat Çolak 'a verirmisin ?
- Ne bu ?
- Ben hastanede olduğumda bütün hastane masraflarını o yaptı . Ona borclu kalmak istemem . Düzdür ona olan borcumu parayla ödeyəməm, kızımı onun kanı hayata döndürdü ...
- Kendin verseydin ? Hem de helallaşıp , selamlaşmış olurdun.
- Kendim veremedim , almaz diye düşündüm . Hem , abla , nedense onun yüzüne bakmaya utanıyorum nedense ...
- Hmm... Bence de almazdı. Neden utanıyorsin ki ?
- Bilmiyorum abla , önceden de ondan utanıyordum , daha doğrusu ondan kaçıyordum . Onu Gülnareylə bəraber görmüşdüm ya kınayırdım , şımdı sanki bana söyleyecek ki , " ya sana noldu, ben erkektım , kadın şeytan olur beni yoldan çıkarttı , bes sen ? Sen niye yolunu azdn " diyecek sanki bana .
-Demez , demez , o öyle biir aşağlığ birine benzemiyor .
- Önceler onu kötü biyi biliyordum abala , amma yaptıkları kötülüye doğru değil . Bazen onu kötülediğim için kendime kızıyorum .
-Sen iş aradığın zaman bana geldi . Sana söyləməmi istedi
- Allah , Allah !!! Suat beymi ?
- Aha Suat bey . Biliyordu iş aradığını . Bana dedi ona iş verecem . Sen de yardımcı ol, işi kabul etsin . Onun sokaklarda iş aramasına dayanamıyorum . dedi
- Ee ?
- E- si , adam sana aşık olmuş kiz anlasana . Yoksa kim kime bu iyiliyi yapar ki ?
- Yok daha neler. Adam insanlik yapmiş bir iş vermek istemiş .
- Kız onun dükanindakı iş ilanı vardı ya ?
- Hee ?
- Aslında evinde çalışacak bir eleman için iş ilanı idi .
- Nasıl ? Niyə işə almadı o zaman beni ?
- Sana nasıl bir iş dediler , hemin gün ?
- Dükançı söyledi ofis işidir diye , çay kahve ...
- Yalan demiş .
- Nasıl yani ?
- Sən beni arayıb dedin ya abla böyle bir iş var ara istersen sen . Ben kacak çalışamam dedin ya
- Ee?
- E si o ki ben hemen durmadan gettim o iş için . Suat beyin kendisiyle görüştüm .
Evine hanlmına hizmetçi arıyormuş . Aslinda sen bu işi kabul etseydin sana çalışma izni de sğorta da verecəkti .
- Amma bana böyle bir iş demədi .
- Demez tabıı . Kız sen na kadar safsın yaa . Adam seni seviyor. Senı hanımına hizmetçi olarak alırmı hiç ?
- Ne dıyorsun ya abla , bı şey anlamadim.
- O senı arkadaşının ofısıne eleman alacaktı , senı kendı evınde ışçı gıbı gösterecektı kayıtlarda , çalişma uzni ve sğorta verecəkdi . Ofiste kaçak dibi çalışacaktın amma devlet seni yabancı bakıcı gibi görecekti . Anldınmı ?
- Amma bana bi şey demedi ki
- Nasıl desin kız , o kadar odun kimi sertsen ki , adama üz vermiyorsun , seninle samimi olmasına , adam da yanlış anlarsın diye korkmuş sana yakın düşmemiş .
- Abartma yaa abla , yok öyle bir şey .
- Var var ... kendisi bana söyledi . Sen onu hastaneden yollayanda . Direk bana geldi , açıldı bana .
Nə deyeceyimi bilmirdim . Esra abla ürəyimdə bir ümüd yandırmışdı . Ondan ayrıldığım bu on - on beş gündə tək bir dəfə onunla üz üzə gəlmişdim . Elə bil doğurdan da o mənim qoruyucu mələyim idi . Harda , hansı çətinlikdə olurdumsa o mənim yanımda peyda olurdu . Xəstəxanadan çıxandan sonra Fikirli halda küçənin ortasıyla , maşınların arasıyla gedirdim . Eslində özümü maşınların altına atacaqdım , intihar edecəkdim . Lakin bu dəfə də hardansa peyda olub məni qurtardı . Saatlarla maşınında məni gəzdiri.Fikirimi dağıtmaq istədi . Əslində həmin günü başıma gələnləri o təxmin etmişdi . Bir də mənim dilimdən bunları eşıdıncə , maşını kənara çəkib çıyinlərimdən tutub silkələdi .
- Sakın kendini kaybetmeyeceksin , ne olur olsun , yaptığın yanlışı bir daha yapmayacaksın . Duyuyormusun beni ? Bana söz ver , bir daha böyle bir yanlış yapmayacaqsin .
Və həmin günkü analizlərin çavabını həkim Suata da deyibmiş . Mənim içdiyim dərman qoruyucu həb yox , cinsel istəyi artıran həb olubmuş belə çıxır ki həmin gecə Qeyis dərmanları qarışıq salıbmış , mənim iradəmi qıran və atəşimə səbəb də elə bu derman imiş ...
Esra ablayla öpüşüb görüşəndə Esra abla məndən ünvan və telefon nömrəsi istədi .
- Karip kuşlar gibiyim Esra abla , ne yerim bellidir , ne yuvam var . Sana hankı adresi verim ben ? Şu andan sonra nerde , kimin evinde kalacağımı bile bilmiyorum .
Esra abla öz adresini və ev telfonunu yazıb mənə verdi
- Bizi unutma , bizi ara, mektub yaz ...


13 BÖLÜM

Qapını açıb bayıra çıxacaqdımki , Suatla qarşılaşdım .
- Suat bəy ? - Esra təcübləndi
- Salamun aleykum.
- Aleyküm selam
- Müsafiriniz olduğunu bilmiyordum .
- Hee, Metanet gidiyordu , helallaşmaya geldi .
- Nerye ?
- Memleketine ...
- Haa doğru , doğru ... tamamen unutmuşum . Kusura bakma , Metanet hanım . Eşin rahmetli oldu . Yeni duydum ben de , çok üzüldüm . Allah rahmet eylesin eşinə , başın sağolsun .
- Amin , sağolasız Suat bey , dostlar sağolsun
- Ee, burda kapı ağzında ayaktamı kalacaz ? E hadı , buyurun içeri ...
- Ben gediyim Esra abla , geç kaldım , toplanmam gerekir
- Gedersin canım - Esra ters ters üzümə baxıb mənə göz ağartdı .
Suat ayağını soyunub içəri girəndə mən də ixtiyarsız onun arxasınca addımladım .
Üzbə üz divanda oturmüşduq . Niyayı yerə xalının üstünə uzatmışdım , oynayırdı . Esra isə pəncərənin yanına qoyulmuş kresloda oturub , nigaran nigaran bizə baxırdı . İçəridə yorucu və sıxıntıli səsizlik var idi . Arada Nilayın səsi sükutu pozurdu .
İkimiz də başımızı aşağı salmışdıq. Onun diqqətini üzərimdə hiss edirdim . Elə utanırdım ki , heç elə bil iki gün decə gündüz xəstəxanada yanımda qalan bu Suat deyildi . Əynimdəki paltar da onun mənə xəstəxanaya alıb gətirdiyi paltar idi , geymişdim . Neçə gün idi əynimdən çıxmırdı . Əynimdəki bu paltar paltarlarımın içində ən sevimli paltarim olmuşdu
- Ee ?
İkimiz də diqqətimizi Esraya yönəltdik .
- Burya oturmayamı geldinız , sohbet edin muhabbet edin - İkimiz də yerimizdə qurcalandıq bir birimizə baxdıq . Gülümsündük .
- Ne konuşsak Esra abla -deyə ikimizdə bir ağızdan dilləndik .
- Bak , kalb kalbe karşı derlər ya . Sizin lafınızda bir arada . Konuşmayacak şeymi var ? Aslında sizin çook konuşacak şeyleriniz var , bu sessizlik neyin nesidir anlamadım ki ?
- Doğru söylüyorsun. Aslında konuşacak o kadar şey var ki ...amma nerden başlasam ...
- Hadı siz başlayin , ben bi çay koyum da muhabbətimiz bol olsun ...
Esra abla otaqdan çıxıb qapını çəkdi . O , çıxar çıxmaz Suat qalxıb yanıma gəldi az qala pıçıltıyla , lakin qəzəblə :
- Arap Hemşoylamı oldun ?
Gözləmədiyim bu soz məni şillə kimi tutdu .
- Ne ? Ne diyorsun sen ?
- Hemin gecə bardamıydın
Başımı aşağı saldım , yer yarılsaydı yere girərdim .
- Hemşonun barında ?
- Ben kimseyi tanımiyorum .
- Offf , Allahım offf ... çıldıracağım . Neaptın sen ? Metanet neaptin . Nasıl bulaştın şeytanın bu pisliyine ?
- Ne olduğunu, bunun nasıl olduğunu kendim de bilmiyorum , sende üstüme gelme , artık . Bir hataydı yaptım . Hayatımın en büyük hatası , çok pişmanım .
- Pişmanmlsın ? Haa, haa ... güldürme beni . Onun içinmi açtın saçlarını ? Hatanı devam etmen içinmi ?
Ağlayırdım , heç bir şey deyə bilmirdim
- Her hatanın bir telafisi vardır , o zaman , hatanı telafi etmek için niy tövbe etmedin ?
- Edemedim işte - çiyinlərim atılıb düşdü .
- Edeceksin
- Edemem ...
- Edersin , edeceksin ...
- Durumum müsait değıl , ben pislik içindeyim , anlıyormusun ? Ben kirlendim ... param yok , yalnızım ...
- Kirləndiysen temizleneceksin . Yalnız deyilsin , ben varım , para istiyordun ? Gelseydin bana . Geldin de vermedimmi ?
- Bana para lazım deyil - uzümü tutub sesimi içimə ataraq hönkürdüm .
- Öylemi ? - Ciblərini eşdi , cibdanından 100 dolları çıxarıb üzümə çırpdı . Sini yüksəltdi .
- Nə o zaman bu ? Cevap ver ne bu ?namusunu 100 dolaramı sattın ? Bu dollar içın yatmadınmı ? Həm də kimlə pısliyin teki Hemşoyla ?
- Beni anlamıyorsun Suat , anlamıyorsun.
İlk dəfə idi ki, ona səmimi şəkildə Suat deyirdim . Aradaki rəsmiyyət getmişdi .
Əsəbi halda saçlarını qarışdırıb ətrafa baxırdı , divanın başında Esranin kənarlarına naxış vurduğu , yarımçəq qalmış əl işi olan yaylığı gorüb əlinə aldı , sapını dişiylə qırıb yaylığı uckünc qatladı . Başıma örtdü , boğazımın altından düyünlədi , əsəbi halda elə sıxdı ki , az qalırdım boğulam .
- Kapanacaksın ,
- Hayır ...
- Kapanacaksın diyorum ...
- Hayır . Ben buna hazır değılım .
- Allah aşkına Metanet, kapanmağındamı zamanı var ?
Dillənmədim .
- Allah seni kahretmesin ... yazıklar olsun sana , zaten böyle düşüncelerin saldı seni o bara ...
- Hayır , asla
Qapıdan çıxdı ;
-Hadı hoşça kal ,
- Suat bey ? - Esra mətbəxdən çıxıb onun arxasınca səsləndi - Suat bey...
Arxasına baxmadan getdi...
Üzümü ovuclarımın arasına alıb hönkürürdüm .
- Ne yaptın kız ? Niye kaçırdın adamı ?
- Beceremiyorum , Esra abla ... kimseye güvenmiyorum , anlıyormusun , bu hayat benim için deyil , kimse beni sevmiyor , kimse beni anlamıyor ...
Esraya sarılaraq ağıayıb ürəyimi boşaltdıqdan sonra Nilayı arabasına qoyub küçəyə çıxdım . Suatln başıma atdığı yarım işləmli yaylıq da başımda idı . Çarşıdan dolanıb , onun dükanının qarşısına gəldim , üzür istəyəcəkdim ondan . Üzür istəyəcəkdim amma özümdən də əmin deyildim . Suat evli başlı adam idi . Onun mənimlə nə ciddi münasıbəti ola bilər ki ? Düzdür , sevə bilər , ailəsindəki tapa bilmədiyi hüzuru başqa yerdə axtara bilər , ürəyindəki boşlüğu başqa qadın doldura bilərdi ... Amma bu başqası olmalıydı , mən yox .
Axı o evliydi , evli bir kişıylə mübasibət qurmaq sevgili olmaq nə derəcədə doğru idi ? Nolsun arvadı xəstədir ? Dinimizdə də ikinci evlilik , birinci arvadın razılığı ilə baş tutur , amma onun arvadının ağlı başında deyil ki , bu işə ağıl - başla razılıq verə . Lap razılıq versə də mən Suatın ikinci arvadı olmaram . Onun evində nigahsız kəbinsiz oturmaram , bu neçə ildə Qeysin kəbinsiz arvadı olmağım ağzımı elə yandırıb ki , indi heç vaxt belə şey ola bilməzdi , nolsun dini kəbin var ? Qanunlar dini qəbul etmir axı ... aramızda da nə az nə çox , düz 15 yaş var ...
Həm mən o qədər qudurmuş və gözü dönmüş biri olmalıydım ki , ərım hələ torpağa qoyulmamış gözüm məcara, ər axtarırdı? Bu nə fikirlərdir düşmüşəm mən axı? Niyə Esranın evində üstümə gələndə cavabın vermədim ? Niyə axı "sana nə ? " deyə bilmədim ? İndi niyə, nədən ötrü mən onun qapısına gedib üzür istəməliydim ki ? - deyə düşünərək , yolumu dəyişib başqa səmtə keçdim , bir əlim başındaki yaylığın ucunda , o biri əlim Nilayın arabasıni itələyirdi . Hava qaralırdı . Biraz aralıda görünən kazıno - barın rəngli işıqları yanırdı . Üzümü ora tərəf çevirmək istəmirdim , hələ uzaqdaykən o üfunət qoxuyan pis iyi , murdar və tüpürcəkli dodaqları burnumda, nəfəsimdə hiss edirdim , ürəyim bulanırdı . Elə diksinmişdim ki , çox sevdiyim , aşiq olduğum İstanbuldan belə nifrət edurdim . Mən bu gecə onu birdəfəmlik tərk edəcəkdim .
Bu arada rəhmətlik nənəmin danışdığı məzəli əhvalat qulaqlarımda çıngildəyirdi , həmişə evdə toplaşarkən əri ölən arvad görəndə və ya eşidəndə bu lətifəni danışıb gülərdik , "Ay İbad məni kimə qoyub gedirsən ?" İndi özüm gülünc vəziyyətə qalmışdım .
Deyirdi , bir arvadın əri ölür , arvad saçın başın yolur ;
- Ay ibad , sen getdin , bə məni kimə qoyub getdin? - deyə feryad edir
Axır molla quranı kəsib deyir ;
- Sən heç narahat olma ay Gülbacı , İbad ölmədən gəlmişdi yanıma , dedi a molla , mən ölüb gedəcəm , Allahın qarşısında çox günahlarım var , arvadı da sevindirməmişəm , üzün güldürməmişəm , gəl belə eliyək , sən hər cuma axşamı gələrsən bizə , bəlkə Allaha da xoş gedə, günahlarımı bağışlaya . Arvadımin mənim adıma hazırladığı ehsandan yeyib - icərsən, bir yasin oxuyub gedərsən . Amma bir şərtlə , nə badə arvada siğə oxumadan evimə ayaq basarsan haa, kişisiz evə girmək naməhrəmdir ...
Gecə saat 2 də Nəzakətlə öpüşüb görüşüb , əşyalarımızı taksiyə yığdıq və yola çıxdıq . Qeyisin cənazəsini morqdan bir - başa aeroporta gətirəcəkdilər . Biz çənazəni birdə Bakıda təhvil alacaqdıq .
Məhəlləmizdən çıxıb çarşının içərisiylə ana yola doğru gedirdik . İçimdə ağır bir hüzün , nisgilli bir ah var idi ,ömrümün 5 ilinı , acısıyla şiriniylə burda qoyub gedirdim . Çox duyğulanmışdım . Tərs kimi də taksinin radiosunda Yılmaz Morgülün "Elveda İstanbul" mahınısı səslənirdi . Mahinin təsirindən burda keçirtdiyum beş ilim gozlərimin qarşısından su kimi axıb keçirdi ...
Bu sensiz sokaklara yağmur yağar usuldan
Saklayamam sevgimi ne Allahtan ne kuldan
Ne varsa senden kalan hiç çıkmıyor aklımdan
Bu akşam kaçıyorum sevdiğim İstanbuldan
Elveda aşkımıza, Elvada anılara
Bu akşam gidiyorum , Elveda İstanbula


Barmaqlarım nəfəsimdən çıxaraq buxarlanmış şüşəyə "Əlvida" yazırdı , ürəyimdə isə bir vida məktubu səslənirdi .
- Gedirəm İstanbul , gedirəm .
Səndən istəməyərək ayrılıram ,
Səni sevə sevə , sənə aşiq ola ola,
qopuram səndən .
Haqqını halal et , gözəl şəhər .
Sən mənə bu qurbət eldə yad olmadın ,
Doğma balan kimi bağrına basdın .
Mənə ana oldun , gözəl şəhər ,
Gah döydün , gah sevdin ,
Gah ağlatdın , gah gözümün yaşını sildin ,
Gah yıxdın , qah da qaldırdın ...
Nə etdinsə , sənə qatı düşmən kimi həm nifrət etdim ,
Həm də doğma anam kimi səni sevdim .
Bilirsənmi ? Bilirsənmi , səni sevdiyim qədər , içimdə sənə qarşı nifrətim də var ?
Mən sənə nifrət etdiyim gədər də , ürəyimdə İstanbul adlı sevgı qalası qurmuşam ?
Bılməzsən , sən hardan biləsən ki ,
Sən daş idin İstanbul , daşş
Daşın da qəlbi olmaz ...
Sən bir eşq şərabıydın damla damla doldun qəlbimə ,
Senə elə bağlandım ki ,
Bağlandiğım qədər də küskünəm sənə .
Sənə elə küskünəm ki ,ey dəli şəhər , elə qızğınam ki ,
Nə sevgim keçirtmədi sana olan qızğınlığımı ,
Nə kinim ötürmədi sevgimi ...
Bəzən qopub uzaqlara getmək istəsəm də , ayrıla bilmədim səndən ey qoca şəhər ...
Sənə aşiqdim İstanbul , sənə vurulmuşdum ,
Mənim kimi səni düşünən çox aşiqlərin var , bilirəm !
Sən nə qədər gözəlsən, o qədər də çirkinsən .
Gözəlliyinlə sevgilini özünə bağlayıb ,
Çirkinliyinlə nifrət etdirənsən , sən İstanbul !
Sən busan , sən ozünü tanımırsan İstanbul !
Sən busan , mən deyim , sən tanı özünü ,
Tanı sən özünü , ey şeytan İstanbul
Nə qədər mehribansan , o qədər də sərtsən ,
Mehribanlığınla qucaqlayıb sərt nəfəsinlə boğursan insanı ...
Tərəzi kimisən , biz insanlar da bu tərəziyə qoyulmuş bir əşyayıq sanki ,
Nə qədər sabitləşmək istəsək də balansi ortalaya bilməyirik .
Bax sən busan İstanbul ,
Daşı qopmuş mizan kimi bir yerdə dayanmırsan
Gah artırırsan , gah azaldırsan ,
Gah yüksəldirsən , gah alçaldırsan ...
Gah göylərin üzündə quş kimi qaldırırsan ,
Gah qanadların qırıb ordan yerə buraxırsan ...
Maşınımız dükanları ötdükcə qızıl dükanlarının çərgəsində gozüm onun dükanın axtarırdı . Bilmirəm nədən , amma həmin dükan gözümə dəyincə ürəyim şan şan oldu , onunla marketdə ilk qarşılaşmağım, marketin pəncərəsindən onu izləməyim , barmaqçılımı , bilərziyimi ona satmağım , onun Nilaya qan verməyi , Nilaya xəstəxanada göstərdiyi qaygı, yağışlı gündə bizi yoldan almağı , evdə iki kreslonun arasında gizlənməyi ,süfrə açmağı gözlərimin qarşısından keçirdi . Gözlərimin yaşı dayanmırdi . Ehtiyyacım vardı bu saat biri mənə sarılıb başımı sinəsinə sıxmağa , yanaqlarımdan iz sala sala axan yaşı silməyə ... Elə ehtiyyacım var idi ki , birinə sarılıb doya doya ağlamağa ...
Gedirdim , İstanbulun ağrısından sızısından . Acısindan , şirinindən qopurdum , məni bu şəhərə balayacaq kimim kimsəm yox idi daha . Qərib quşlar kimi həyatın sərt rüzgarında belədən belə , elədən elə çırpılırdım, atılirdim .... Hər uzaqlaşdığım addım məni məndən qoparırdı , ağlayırdım ... Nə bilirdim , bilmirdim , nə bilirdim ki , ağlayacaq günlərim hələ qabaqdadır ...
Maşınımız aeroport binasına yaxınlaşıb səkinin kənarında dayandı . Əşyalarımızı boşaldıb , bir yerə topladıq .
- Ver uşağı , sən qaynatannan daşı içəri çamadanları yavaş yavaş - deyib qaynanam Nilayı məndən aldi . Qaynatamla mən bir - bir əşyalarımızı götürüb içəri keçdik , əşyaları gözləmə salonunda bir tərəfə qoyub geri döndüm . Qaynatam içəridəki , qaynanam isə çöldəki əşyaların yanında qalmışdı . Mən isə çöldəki çantanı almaq üçün bayıra çıxdım , çantanı götürüb içəri keçəndə avtomatik qapıda çanta sıxışdı . Kımsə çantadan tutub qaldırdı , qapını geri itələyib məni qapıdan çıxartdı . Başımı qaldırıb kömək etmək istəyən adama təşəkkür edecəkdim ki , Suatı qarşımda gördüm . Dilim dodağım qurudu , yerimdə donub qaldım . Həyəcan ürəyimin qapısıni şiddətlə döyməyə başladı . Bəlkədə sevinc hisslərini çoxdan qovduğum üzümdə təbəssümlər oynadı . Ozümü boynuna atılıb sarılmaqdan güclə saxlayırdım . Bir gözüm içəridə qaynatamda , bir gözüm böyük şüşə divarlardan bizə baxan qaynanamda idi . Belə bir gündə içdən istədiyim tək şey onunla vedalaşıb , halallaşaraq getmək idi , heç nə yox , Nilayın da , mənim də üstümdə çox zəhməti olmuşdu . Lakin mən bunu edə bilmirdim . Yenə "deyəcəklərdən" qorxdum , yenə çəkindim . Bəlkə də bu dəqiqə qaynanamgil yanımda olmasaydi , düşündüklərim həyata krçəcəkdı . Lakin ...
Çantanı onun əlindən alib ;
- Siz də burdasız ?
- Burdayım ...
Söz tapmadım təşəkkür etməyə ...
Başımdakı Esranın yaylığına toxundu :
- Senin için geldim - deyişı ney kimi ürəyimi sızıldatdı , ürəyimdən qalxan sızıltı sinəmi yara yara burnumu ucuna qədər göynətdi , ordan da gözlərimə doldu ...
Əlini qaldırıb yanağımı ovcuna basdı .
- Gitme, nolursun !
Bir anlıq özümdən keçdim , gözlərim yumuldu başım ovcunda xumarlandı , gözlüyümün altndakı çeşmədən bulaq açıldı və tez də özümü topladım
- Hoşça kalin ! Hakkınızı helal edin , üstümüzda zahmetiniz çok oldu - deyib anidən çantanı götürüb getdim .
- Metanet , gitme nolursun , burda kal ...
Ayaqlarım məni ondan uzaqlaşdırırdı ...
- Kim idi o adam ? Xəstəxanadakı kişidir ? - qaynatam ters ters üzümə baxdı . Özümü eşitməməzliyə vurub cavab vermədim . Çantanı qaynatamın yanına yerə atıb tez o biri çantaları almaq üçün geri döndüm . Geri döndüyümü görüb mənə tərəf gəldi .
- Yapmayın böyle Suat bey , kaynatamlar burda, ayıp oluyor ama, görüyorlar.
Həsrətlə mənə baxır yanımca addımlayırdı ;
- Kim gorürsə görsün , umrumda bile değil . Gitme Metanet , yalvarıyorum nolursun
- Yapma böyle , çekilin yolumdan !
- Anlamıyormusun ? Ben sensiz yapamam , seni seviyorum !
- Brak kolumu ! - hər kəs bizə baxırdı - burax
- Gitmiyeceksin !
Dayana bilmirdim artıq . Gözlərimdəki yaş Bahar leysanı kimi axırdı , qaynatam bizə tərəf gəlirdi , qaynanam şüşə divarların o tərəfindən nəsə əl qolla danışırdı . Çıxılmaz vəziyyətdə qalmışdım . Bəlkə də Nilay qucağlmda olsaydı , hər şeyi biraxıb Suatla qaçardım burdan
Qolumu əlindən çıxarıb , ondan aralaşdım ,
- Çek git , tamamı ... git - deyib qapıdan çıxdım , Minayə xalanın qucağından Nilayı alıb ona sarıldım və içəri qaçdım . Arvad çomadani arxamca sürüyüb deyinə deyinə gəlirdi .Nə dediyini eşırmirdim , qulaqlarımda anlamadığım bir gurultu var idi sanki . Çomadanları möhürlədib əl çantalarımızı götürdük , Regstrasiyaya gəldik o da bizdən biraz aralıdan bızı təqib edirdi . Bunu qaynatam da , qaynanam da görürdü . Arvad dodağının altından asıb kəsir , qaynatam isə bütün bu olanları görməməzlikdən gəlirdi . Hərdən kişi arvadının qulağına əyilib ona təpinirdi .
- Sakit ol , aradan pərdəni götürmə Minaya , sebrli ol ! Başqa nə gözləyirdin ? Yad şəhərdə ... ərsiz arvad, yüyənsiz at , guya nə olasıydı ?
Bu dəfə də qaynatam irəli kecdi , yoxlama qapısından içəri girdi . Biz əşyalarımızı yoxlama aparatına qoyduqdan sonra qaynanam irəlidə , mən onun arxasınca növbəyə dayandıq . O isə arxada sərhət lentinin arxasından baxırdı , bizi gözləriylə yola salırdı .
Qaynanam qapıdan keçdi , sıra mənə gələndə dönüb ona baxdım , gözlərini silib üzünü yana çevirdi . Mənim o qapıdan keçməyimi görmək istəmirdi .
Mən də kilidlənib yerimdə qalmışdım . İrəli gedə bilmirdim . Son ümüd ayağıma gəlmişkən mən niyə ondan qaçırdım axı ? Həyatıma bir günəş doğmuşkən , mən niyə hələ həyatımin tikanlı kolları arasından çiçək kimi boynumu bükürdüm ? 21 yaşında həyatın dadını , duzunu gorməmiş gənç qadındım , mənim yaşamağa , sevib sevilməyə haqqım yox idimi ?
Addım addım yoxlanış qapısına gəldikcə bunları fikirləşirdim . Azərbaycana getsəydim məni nə gözləyəcəyini bilirdim . Ya kəndə gedib təkrar məcbur kiməsə ərə veriləcəkdim , ya da Bakida qalıb , özümü oda közə yaxacaqdım . Bir onu bilirdim ki , qaynana məni cox olsa 1 il yanında saxlayacaq evdə 3 subay oğlanla bir dul gəlini bir yerdə qoymağı əsla düşünmürdü . Bunu söhbət əsnasında cəkdiyi məsəllərdən "filankəsin gəlinin əmisi oğluyla gordülər , qayniyla tutdular , qaynatasıyla nə hoqqalardan çıxdılar, baldızının əriylə hamamda çimirmiş " kimi "məsəlləri" məni ayağımı deng almağa vadar edirdi .
Yoxlanış qapısına son bir addım ... bu addım mənim həyatımi dəyişəcəkdi , ya ümüdə - işığa , ya da ümüdsüz bir qaranlığa gedəcəkdım ...
Geri döndüm Suat artıq ağır addımlarla çıxış qapısına gedirdi .
- Getmə - deye dodaqlarım pıçıldadı . dönüb qaynatamla qaynanama baxdım , nigaran nigaran mənə baxırdılar , onlar da mənim gəlib gəlməyəcəyim qərarı arasında vurnuxduğumun fərqindəydilər . Nə olur olsun , mən həyatımı bundan sonra kimlərinsə əlinə verməyəcəkdim . Özüm oz yolumu çəkəcəkdim , gedəcəkdim .
Geri döndüm , arxada siraya düzülmüş xeyli adam vardı .
- Ay xanım səni gözləyirik , tez ol keç ,
- Hanım efendi , pardon , izin verirmisiniz ? - deyə yolcular məni tələsdirirdilər . Mən isə ağac kimi qapı ağzına dikilmışdım , nə irəli nə geri addım ata bilmirdim . Ona baxdım qapıdan çıxmaq üzərəydi. Nilayı bağrıma basıb saçlarından öpüb yenə ona baxdım :
- Sənə əlvida deməyəcəm Suat , sən mənim həyatım olacaqsan , Nilayıma ata olacaqsan , səni belə ümüdsüz göndərmək istəmirəm - gözümün yaşını sılib qaynatama baxdım :
- Məni bağışla əmi, sən yaxşı adamsan , amma bunu etməliyəm , qismətimin əlimdən ucub getməsinə izin verə bilmərəm - deyib sərhəd xətti sayilan lenti qaldırıb sıradan çıxdım , Nilayı sınəmə basıb ona tərəf götürüldüm .
Qaynanamın "Mətanət " deyə çağırışına Suat qapıda ayaq saxlayıb gerı döndu . Uşaq qucağımda dəli kimi camaatı itəliyə itəliyə ona qaçırdım . Bir anda peron bir birinə dəymişdi , mənə narazıliq edən kim , söyən kim ...
- Suat - deyib ozümü ona çatdırdım , onunla üzbə üz dayanıb gözlərinə baxdım , ilahi, bir insanı belə xoşbət görmək olardımı ? Bir insanın xoşbəxtliyin gözlər belə büruzə verərdimi :
- Dönəcəyini bilirdim ...- deyib qollarını açdı , qucağımda ağlayan Nilayla bərabər məni bağrına basıb yaylığın üstündən dodaqların başıma dayadı , öpüşlərə qərq etdi . Bir anlıq özümü göylərdə hiss edirdim , bilmirəm bu nə hiss idi , nə duyğu idi , bilmirəm niyə ağlayırdım bağıra bağıra hönkürürdüm , nə illah etsəm də özümü ələ ala bilmirdim .
- Tamam , tamam aşkım , keçdi , kecdi bitanem . Keçdi ...
Nəsə demək istəyirdim , ağzımda əsən dilim imkan vermirdi ki , iki kəlməni bir birinə qoşum .
- Çoçuğu korkuzuyorsun - deyib Nilayı qucağına alıb mənim də çiynimdən qucaqlayaraq qapıdan çıxartdı ...
... Mənim düşündüyım xoşbəxtlik , ayağıma gəlmişdi , amma o xoşbəxtliyə addim atmağa cəsarətim olmadı . "El-aləmin" tənəsi canımıza , ruhumuza qanımıza necə işləmişdisə , vətəndən uzaqda olsaq da yenə el aləmin qınağından çəkinib Suatdan ayrıldım . Təyyarənin hərəkətə keçməsinə dəqiqələr qala Nilayla qaçaraq özümüzü güclə çatdırdıq , amma Suata ümid verib gedirdim . Söz vermişdim ona . Söz vermışdim ki , Qeysin qırxı çıxar çıxmaz geri dönəcəyəm . Qolundakı qızıl bilərziyi açıb mənə uzatdı .
- Her daim yanında bulunsun , ne olur, ne olmaz , paran olmaz , sıkıntın olmasın . Harcarsın .
- Buna gerek yok , harcığım var .
- Metanet , orada seni sürpirizler beklemeye bilir . Her an paraya ihtiyyacin ola bilir , yaninda bulunsun . Paran olmazsa bozdur , al biletini gel. Şu benim adresim , şu da ev numaram , ararsın yazarsın . Mektuplarını bekleyeceğım . Beni habersiz koyma , bir şeye ihtiyyacin olursa , çekinme , sen benim çanımsın . Sana güveniyorum . Her şey güzel olacak . Bak sana söz veriyorum ...
Maşında bir birımızə elə sarılmışdıq ki , heç ayrılmaq istəmirdik . Nilay arxa oturacaqda dayanmadan qışqırırdı .
- Söz veriyorum , sana yalnızlığı , Nilaya da babasızlığı unutduracağım .
Qaynanamın yanında oturmuş , biraz əvvəl aşağıda olanlar gözlərimin qarşısından kino lenti kimi kecirdi . Bilirəm onlara qarşı hörmətsizlik edirdim , cavan oğlu ölmüş ana ata üçün gəlininin başqasıyla sarmaş dolaş olub sonra oğlunun çənazəsinə getməsi , çəkiləsi dərd , sakitləşəsi əsəb deyildi ...
Bakida bizi Qeysin qardaşları , atam , əmilərim , dayılarım , Qeyisin qohum əqrabaları qarşıladı . Meyitlə bərabər evə gələndə artıq səhər açılmışdı . Bütün Daşkəsən , Bayan qaynatamgilə axışmışdı . Məhəllədə maşınların bir ucu taa yola qədər gedib çıxmışdı . Həyətdə, evin ətrafında , iynə atsan yerə düşməzdi . Qurbətdən cavan oğlanın meyidi gəlirdi . Vay - nöysədən qulaq tutulurdu . Baldızımın yanaqlarından qan süzürdü , saç - baş havalarda uçurdu ."Qardaş " deyib bağırışı ürəkləri bururdu. Qayınlarımın hönkürtüylə ağlamasına dayana bilmirdim , tanıyıb tanımayam mənə sarılıb ağlayır , mənə yana yana başsağlığı verirdilər .
Yeddi gün çəkən ağır məclisdən sonra ev suyu çəkilmış dəyirmana döndü . Və elə bu zaman , gəlib gedənlərin içində gözüm anamı axtardı . Anam , yox idi gəlməmişdi ...
... Atamgilnən kəndə çatanda axşam düşmüşdü , yenə o yollar , yenə o kənd , heç dəyişməmişdi , kəndin havası belə məni kövrəltmişdi . Yenə həmin yolla kecib Elnurgilin darvazasina yaxınlaşdıqca , elə bilirdim yenə maşınımız dayanacaq , yoldakı iki yeni yetmə cavan oğlandan yolu soruşacağıq . Yox , bu dəfə belə bir şey olmadı .
Elnurgilin işıqları yanırdı , həyətdə kölgələr oynaşırdı . Demək evdəydilər . Uzaq xatirələr gözlərimi döndərib , uzaqdan görünən Bayan məbədinə baxdırırdı . İlk məhəbbətin dil açdığı yer idi bura , ilk həyəcanin dilləndiyi yer idi ...
Qalaq qalaq yağıb sonra əriyib suya dönmüş qarli palçıq maşının təkərlərinin altından sıçırayaraq yol kənarıdakı , pambıq kimi ağappaq qarların üstünə tökülürdü .
- Dayı ,
- Noldu ?
- Saxla maşını !
- Niyə ?
- Nolar saxla !
- Day nə qaldı çatmışıq da ...
- Siz gedin mən gələcəm .
Dayım maşını saxlayınca atam da mən də maşından düşdük . Nilay yatmışdı . Uşağı oturacaqda rahatlayıb yolun kənarındakı ağ qarın üstünə çıxdım . Buraz irəli gedib , qarın üstünə çökdum , əyilib qarı ovuçlayıb üzümə çırpdim , elə bir ağlayırdım ki , sanki bir zaman içimə yığıb apardığım dərdimi indi geri dönüb burda boşaldırdım ...

14 BÖLÜM 

    Darvaza açılar açılmaz  iki  cavan qız bizi qarşılamağa gəldi  Əvvəl tanımadım , elə bildim kimdirsə bizə qələn qonaqlardandılar . Qucaqlaşıb görüşencə ürəyim göynədi . 
    Eyy fələk , nələr yazmısan mənim bəxtimə , ya rəbbi , daha nə görəcəkdim . Nələr yaşayacaqdım .  Bunlar mənim bacılarım idi ,  Lətafətlə , Kifayyət .  Bap balaca qoyub getdiyim qızlar necə də böyümüşdülər . Necə gözəlləşmışdılər ? 
  Sədaqət  Bakida oxuyurdu . Qeysin yasına da gəlmişdi . Onunla orda görüşdük . Cox ağırbaşlı , mehriban və zirək qız idi . Maşallah . Qız od parcasıydı . Bütün məclisdə hamının gözü ondaydı . Ürəyim iftixar hissiylə dolmuşdu ona qarşı . Həm də mənim kimi deyildı . Fikir verirdim açıq qozlü qız idi . Gözü götürməyən dodağı sözlu arvadlar bəzən söz arası bostanımıza daş atışında Sədaqət də eyhamlı şəkildə onların cavabın verib yerinə oturdurdu . Nə gizlədim . Bu qızla mənim aramda dağlar qədər fərq bar idi . Eyni ata  ananın qızları olsaq da mən qorxaq o isə cəsarətliydi. Beş bacı hərəmizin xasiyyəti bir cür idi.
   Lətafət bu il 10 da , Kifayyət isə 8 ci sinifdəymiş . Cox gözəl qız olmuşdular . Maşallah,çox tez də yetişmişdilər . Soruşan olmasaydi onları ərgən qız sanacacaqdılar. Atam deyəndə Lətafət yuxarı sınıfə keçıb , məəttəl qalmışdım ki nə əcəb anam onları oxumağa göyub , cünki , məni də , Nəzakəti də , Sədaqəti də anam 9 dan çıxartmışdı . Anamın bir məramı var idi , deyirdi , qızın ki döşü başı çıxdı , ver getsin , yoxsa pozular. Sanki bizi tez vermişdi də , ağ günə çıxmışdıq , bizi tez verməklə , bütün tale yazımızı pozmuşdu ,  nəinki özümüzü
  Bacılarımla öpüşüb görüşdük , bu görüş ürək buran bir görüş oldu . Lətafətlə mən ağlayırdiq . Mən burdan gedəndə  Kifayət cox balacaydi , bəlkə ona görə soyuq idi mənə qarşı ? Bilmirəm . 
   Ailə qurandan ilk dəfə kəndə gələndə anam bizi necə qarşılaşmışdı .Qeyslə gələndə də , qabağımıza qaçmışdı . Anam bizə qarşı nə qədər sərt olsa da ,o qədər də şırindilliyi var idi . Əslində bu şirindil istəkdən yox , deyərdim ki xudpesənlikdən doğurdu . Yağmasa da guruldamagı var idi anamın  . Dilində şüar bitmişdi "qoy desinlər belədir", "deməsinlər ki elədır". Anam bizim üçün yaşamırdı , "desinlər , deyəcəklər" üçün yaşayırdı . 
   Amma indi anam bizi qarşılamadı nədənsə , yox idi .Və mən elə indicə anamın yoxluğunu hiss etdim ,elə indicə anamın yerini boş gördüm bu evdə . Nə qədər sert və qəddar olsa da anam idi , yaxşısı da pısi də mənim idi anamın.
- Ana !- səslənib piləkənləri yuxarı qacanda  qapının ağzında boynunu bükərək yuxulu gözlərini ova ova ağlamağa hazırlaşan bir uşaq gördüm , eynən Nəzakətin uşaqlığı idi bu uşaq . 
   - İlqardır bu ? Nazının oğludur ? - deyə ona yaxınlaşanda o qapının haşıyyəsinə dönüb, bayaqdan şımşəyin çaxmasını  gözləyən bulud kimi boşaldı. 
   - Ay buna qurban olaram elə... xalasının gülü , xalasının ürəyı , niyə ağlamışdı mənim balam ,  həə? - deyə uşağı gucağıma alıb o üzündən bu üzündən öpməyə başladım . Nilay Lətafətin  qucağındaydı . İlqarı qucağıma alınca o da çığırmağa başladı . Qısqançlığın nə olduğunu bilməyən bir xəstə uşaq anasını başqa uşağa qısqanırdı deyəsən , yoxsa mənə elə gəlirdi bilmirəm , nədənsə bu məni  sevindirirdi . Demək balamda hissiyyat var imiş . Nilay bir qolumda İlqar o biri qolumda içəri kecdım , ikisi də ağlayirdi . 
   Zalın yuxarı başında pəncərə qabağına qoyulmuş dəmir çarpayı diqqətimi çəkdi , ağ yorğan döşək arasında nəsə balaca bir şey tərpənirdı . Qollarım boşaldı . Uşaqların ikisini də xalcanın üstünə buraxıb qorxa qorxa çarpayıya yaxınlaşdım . Altlı üstlü  qızıl dişlərindən bu balaca ,  zəif qadının anam olduğuna inandim . O boyda şaqqalı - budlu anamdan əsər əlamət qalmamışdı . Xəstəlik anamı qarağac qabığı kimi yandırmışdı , rəngi qaralmış , gözlərı çuxura düşmüşdü , gicgahındakı göy damarlar görünürdü , qaşları , kiprikləri və saçları tökülmüşdü .  Elə arıqlamışdı ki , burun sümüyü ,  çənəsi və barmaqları əyilmişdi, qırmızı yanaqları və dolğun dodaqları çəkilmişdi . Anamın əvvəlkı halından bir dışləri qalmışdı vəssalam ...
  Anamın yatağının yanında dayanıb , key key anama baxırdım . Eynəyin altlndan qaynayan çeşmədən  yanaqlarıma iz sala sala bulaq  açılmışdı . Dodaqlarım əsir , çıyinlərim oynayırdı . Anam gözlərini gözümə zilləmişdi . Əli havada qalsa da mən onun əlin tutmağa ürək etmirdim . Elə bilirdim bu saat əyri və qurumuş barmaqları ovulub ayaqlarım altına töküləcək .  
   Atam əlimdən tutub anamın əlinə tərəf apardı , elə bil yatmışdım yuxudan ayıldım , elımı geri çəkdim , 
  - Belə eləmə qızım , 
   - Ata, xahiş edirəm ...istəmirəm - deyib zalın o birı başına keçdım . 
  - Mətiş, ananla barış sonra yenə küsərsən de ...
  Gülmək gəldi mənə , sözə bax aa ,  barış sonra küsərsən ,  
  - Necə barış sonra  küsərsən ? Mənim hislərimlə oynadığınız kimi mən də oynayım onun hisləriynən ?  
   - Sən də hər şeyi söz edirsən ee ...
   - Yalanmı deyirəm ata ? Mətişi verək sonra Allah kərimdir ,həə?  Arvad olsa oturacaq , olmasa küçələrə düşəcək ,  dinən olanda deyəcəyik əşi qisməti beləydi, hə ? Başına nə gəlir gəlsin , qılığı olsuñ otursun dolansın dəə ? İndi də barış , sonra küsərsən , eləmi ? Qəşəy metoddur . Kaşkə hər  şey  belə asan olsaydı . Qırıb sonra düzəldə bilsəydik ...
   Kifayət sözümü kəsdi :
   - Məcbur verdilər səni ?Getməzdin ! 
   - Məncə sən qarışma , uşaqsan otur uşaq yerində ,sənin xəbərin yoxdur  olanlardan
  - Nə uşaq , mən uşağam ? Sizin həyatınız bizi  vaxtından qabaq boyütdü . Arvadlaşdirdi . 
   - Sizin deyəndə kimi nəzərdə tutursan ? Mənim həyatımı anam alt üst etdi başqaların bilmirəm .
  - Eeyy ətimi tökmə sən Allah. Biri mənə yüz dəfə desin səni ərə verirəm ,bəs mənim ağlım hardadır ? Özümün beynimdə ərə getmək həvəsim dombalmasa məni kim zorla kim ərə verə bilər ?
   Çaşıb qalmışdım . Anam məni Qeysə verəndə mən hardasa Kifayyət yaşlardaydım , təssüf ki özümdən böyüyün qarşısında kəlmə kəsməyə hünərim catmırdı , nəinki söz deməyə , hətta bir şeyə fikir bildurməyə çəsarətim yox idi , indi Kifayyət mənə meydan oxuyur ? Yoxsa mən bu ailədə , bu ananın həmayəsində , tərbiyyəsində böyüməmişdim , yoxsa o başqa zəmanənin uşağı idi ?   
  Kifayyət qıçalarına sarılaraq ağlayan  İlqarı ayağıyla itələyib üstünə qışqırdı : 
   - Sən də cəhənnəm ol da burdan , nə sallaşmısan ee ayaqlarımdan ?
 Urəyimə iynələr batdı sanki ,  bədənim uyuşub açıldı . Bir anda elə bildim bu təpik Nilaya dəydi , mənim uşağıma bu hərəkət edilsə kimliyindən asılı olmayaraq dünyanı başlarına yıxardım . 
  - Uşağı niyə vurursan ?  Bir heylə qudurmusan?
   Görmürsən beynimin çönən vaxtında , asılıb yaxamdan ? Anası orda kefində ,  mən burda ona küçük saxlayıram 
   - Allah anasının başına daş salsın . Gəl bala, gəl - İlqarı yerdən qaldırıb əzizlədim: 
   - Caann, ürəyinə qurban , öldürəcəm onları , həəə , dayan , başını kəsəcəm hamısının - körpə ağlaya ağlaya  köksümə sığındı, dodaqların büzərək içini çəkdi . Bağrımın başı yandı körpənin bu halına ...
   Kifayyət deyinə deyinə qalmışdı . 
   - Nə qabaqdan  gəlmışlik eliyirsən ?  Hələ ayaqlarına düşüb yalvarmaqdan ki , ana məni bağışla , illərlə adını çəkməmişəm axtarmamışam , tapmamışam ...
   - Kifayyət , sən qarışma ,  başın bir şey qaynatmırsa danışma 
   - Nə qaynatmır ee? Nə qaynatmır?  başı qaynatmayan sizsiz ee !!! Biri qızıb düşübTürkiyənin küçələrinə , xəbəri yoxdur yetimi hardadır ? Qonum qonşuya atçot verməkdən , işləklərin malalamaqdan yorulmuşuq . Nədi nədi xanım əfəndinin adına söz cıxmasın bunların qarası bizə dəyməsin ... Biri də göbələk kimi indi  çıxıb ortaya ...
   - Gedəcəm narahat olma , yerini dar eləmirəm , 
   - Hara getsən də dönüb dolaşacağın yer buradır , narahat olma . 
   -  Heç vaxt ...
   - Ee ... bəstirin dəə... Başım şişdi !
    Atam aramıza girdi . 
    Lətafət qışqırıb sözümüzü kəsdi . 
   - Hara gedəsən ? Balaca qələt eləmisən indi də qabaqdangəlmişlik edirsən ? 
  - Aa..aa , belə yerdə deyiblər ee oğru elə bağırdı , doğrunun bağrı yarıldı !  Neyləmişəm axı mən , deyin bir bılım dəə ...
   - Neyləyəsən daha ... deyək Qeysi bəyənmədin, qaynananın dediyi tıntırına dəydı , yaxşı ... anam çəkdı səni döşunə , verdı səni alverçəyə  noldu , niyə getmədin ? Onuda bəyənmədin , şahzadə  istəyirdin , qarnın burnunda ?  Gedəydin dəə ...
   - Dədəm yaşda kişiyə ?  
   - Hər halda narkaman arvadı olmaqdan yaxşıydı . Di yaxşı piyaniskə ərinlə qoşuldun getdin yaxşı elədin ,  barım doğurdun , bu xəstəni doğmuyaydın da ...
   Lətafətlə Kifayyətin tənələrindən söz tapmirdım danışmağa , özümü duruluğa çıxara bilmirdim . 
  -  O mənim problemimdir sizin yox . Mənim uşağımın necə olmağı sizi maraqlandirmasın . 
   - Yazığ arvadı sız çərlətdız ee ... Bilmədi hansınizin dərdin çəkə . Nankor qızınınmı , doğduğu xəstə uşağınınmı , yoxsa qızıb evdən qacan hayasızınmı ? Kül qoyum başına yetiminin dədəsi kim olduğun da bilmir ee . Nə qələt edirdin edirdin , barım buriynən edərdin dəə ... gah dedi Elnur zorlayıb ,  gah dedi Rauf .Kənddə camaat işinə çıxası halımız qalmayıb ee ,sizin üzünüzdən. Olmuşuq *** barmaqlı . 
- Ata , qızlarının ağzın yığ, yoxsa pis olacaq . 
  - Nağayrasan aaz bizə ? Nağayrasan . "Gəmidə oturub gəmiciynən dava edir" beləsidir aa... 
  - Canına derd qayracam , əl çək  məndən , imkan ver səhərə qədər , səhər cəhənnəm olub gedirəm  . Sənin gəminnən zadınla işim yoxdur. 
   ... Səhər oyanar oyanmaz heç içini boşaltmadığım çemodanı götürüb , qapını açdım . Atam önümə kecdi , məni anda verdi , 
   - Səni and verirəm on iki imamın adına , belə eləmə Mətiş , 
   -Ata qurban olum , görmürsən ?  
   -Sakit ol , səbirli olun,  bir birinizi başa düşün . Hadisələr  o qədər üst üstə gəlir ki , hamının canı boğazındadır  vallah . Onları da başa düş ,  sən böyüksən axı ,  özünü qoy onların yerinə . Belə xəstə anaya baxmaq asan deyil , birdə bir körpə . Kİfayyyət özü də stres yaşayir .  Lətafət də ondan betər . 
  -  Nə stres yaşayır ee ata,  sən Allah , mənim kimi dərd çəkib , tək başına xəstə uşaq böyüdüb ? Əri ölüb , ortalıqda qalıb ?  
   - Sözlüsü dönük çıxıb - Lətafət otaqdan çıxib söhbətə qarışdı  . Bu bir gənc qız üçün nə demək olduğunu bilirsən ? Mən heç ee,  mən uje həyatımın üstündən xətt çəkmişəm sizin üzünüzdən , demişəm gedib üzü dansaqlı , söz götürməkdənsə oturub anama , atama baxaram , heç nə sevgi düşünürəm ,  nə məhəbbət , nə ailə , nə oxumaq . Kifayyət özündən qabaq iki bacısını tapdalayıb elçılərinə razılıq verəndən sönra həyatıma kres çəkdim . Fikirləşmədi ki, məndən böyük bacım var . 
   Güldüm . 
  - İkinizdə uşaqsiz ee, daha nə gördüz ki belə küsəsən ? Həyatınız qabaqdadır hələ , ər evi həyatdir bəyəm ?  Oxuyun  da kim durur qabağına ? 
   - Nətər oxuyum , bu yetimə kim baxsin , bəs o yatalağa ?  Sabah o da ölsun getsin ,  bəs bu kişiyə ?  Bu boyda məhəllə , ev eşık ,  toyuq cucəyə kim baxsın . Ooohhh nə gözəl , getmisiz şəhərə olmusuz sosyetə , day bir söz deməyək Mətişin qəlbi qırıqdır , xətrinə dəyəcək , Sədaqət xanim oxuyur , xanımı narahat eləməyin , Nəzakət xanım kəndi bəyənmir , Türkiyədə yaşayir , işləyir ... dədə babası Türkiyədə yaşamışdı başı haqqı . Kıfayyət xanım sözlüsündən ayrılıb depresiyadadır ... Bəs mən nəyəm ?  Məni niyə fikirləşən yoxdur ?mən insan deyiləm ? - hönkürüb ağladı . 
   -Sakit ol ...
   Söz tapmırdım danışmağa , təsəlli etməyə , doğurdan da vəziyyət acinacaqlı idi . Bir zamanlar cah cəlallı  ailəmizdən əsər əlamət qalmamışdı artıq . Yuvamıza girən bədbəxlik bəxtəvərliyimiz əlimizdən almışdı. Bizi özünə kölə etmişdi . Gözə gəlmişdik ...
   Kifayyətə hirslənmişdim . Bapbalaca boyu var , elə bir 40 yaşında arvaddir . Demək olar ki , evi o idarə edirdi . O nəyə qərar verirdisə o olmaliydi . Dayım arvadının vastəsiylə Qazaxdan dost ailənin oğlu ilə tanış olmuşdular . Dayı arvadları bir yerə toplanıb , Kifayyəti ona vermək qərarına gəlibmişlər . Atam və Lətafət buna narazıliq etsə də Kifayyət qərarını vermışdi :
   - Neyləyəcəm , evdə qalmayacam ki , qismət gəlib gedəcəm - deyib .
   - Ayağı kəndə açılan Qazaxlılar , kənd camaatından ailəmizin dramını eşıtdikcə yavaş yavaş da ayaqlarını bizdən kəsiblər . Dayım arvadlarına da deyiblər ki , pozğun ailəylə bizimki tutmaz , qızlar Türkiyədə , Dubayda ,  yeznə narkaman ...
   Kənddə söz gəzirdi ki , guya narkaman yeznə baldızını Dubaya ərəblərə satıb . (Qeyis Nəzakəti) 
   İki həftəydi burdaydım . Kənd həyatını tamamılə yadırğamışdım , nə inək sağa bilirdim , nə tövənin iyisin götürürdüm .Ürəyim ağzıma gəlirdi peyinin iyisi gələndə . Elə bir diksinirdim ki , bu ürəkbulanması günü gündən  şiddətlənirdi . Evdə belə otursam tövlənin qoxusu burnuma gəlirdi . Süd belə içsəm süd də peyin qoxuyurdu sanki . Səhər qalxar , cay  cörək hazırlardım . Yeməkdən sonra qızlar dərsə gedər mən də evin işinə başımı qarışdırırdım .  Uşaqları yedirdirdim . Atam da məktəbdən cıxmışdı işləmirdi . Elə bağda baxcada başın girələyirdi . 
  Nilay  İlqarın əlinə canlı oyuncaq kimi düşmuşdü .Uşağa gün verirdi işıq vermirdi . Ana tərbiyəsi gorməyən , doğulduğu gündən sevilməyən körpə vəhşı kimi böyümüşdü . İndi deyəcəksiz uşaqdir da uşaq nadınc olar , yox bu nadinclik  deyildi , uşaqda pisxoloji problem vardı . Bunu atama da demişdim .
   - Neynim a bala ,pulum param var götürüm onu həkimə ?  
   - Ata , bir uşağı məhv etməyə haqqinız yoxdur . Özun ali savadlı müəllimsən , belə şeyləri sən mənnən yaxşı bilərsən . Madəm baxa bilmirsiz , tərbiyyə edə bilmirsiz , verin devlətə baxsın . Sabah bəlkə bir adam oldu . 
   - Boy millət adama nə deyər ? 
  - Elə milləti düşünə düşünə bu günə qalmışıq ee, millət hec bu uşağın atasını demir , anasını deyəcək ? 
   - Niyə demir , camaat Elnuru söyur , deyir uşağına sahib çıxmadı beqeyrət şeydir . Uşağın atıb qaynatasının üstünə arvadı Dubayda . Heç kimə inandira  bilmirəm ki ay camaat özüm öz əlimlə aparıb qoymuşam bacısının yanına . Bacısıyla qalır . 
   - Niyə uşağın atası Elnurdur ki ? Əsil gerçəklər  sübut olundu axı , uşağın atası kimdir ? 
   - Eyy ay bala , dəyirman oz işindədir çax cax baş ağridir . Doğrunu biz bilirik ,  camaat bilmir axı .  Deyirlər Elnurun dayısı puldan basıb  analizləri səhv yazdirib  ki , guya uşaq Elnurun deyil . Millət indiyəncən bilirdi ki,  Nəzakət sənin yanindadır Türkiyədə . İndi kim soruşur  canımızın dərdindən deyirik Bakida Sədaqətin yaninda qalir , işləyir . Desək ki, Türkiyədə tək yaşayır , bilirsən də biti birəyə yamayacaqlar .  Hələ orda sənin yanında olanda deyirdilər guya Qeys Nəzakəti ərəblərə satıb . İndi aparıb uşağı detdoma qoysaq, deyəcəklər ...
   - Eeeyy bəsdir dəə ...deyəcəklər  deyəcəklər ... bezdim eee... Ay ata ,  bu "deyəcəklər" bizi bu günlərə salmadımı ?  Param parca olmadıqmı ? O deyənlər daminin altinda həyatını yaşayır amma biz ? İndi mən sabah alım uşağımı da burdan gedim , onda da deyəcəklər ...
   - Hara gedirsən ?  
   - Evimə , eşiyimə 
  - Bir o qalıb da , desinlər dul gəlin ...
  -Ata ,  incimə ... sənə yazığım gəlir , anam sənin də beynini zəhərləyib ...
    Bir həftədir aramsız yağan qar , yolları tamamilə bağlamışdı .  Hərdən bir hasarın o tərəfindən maşınında mal satan o alverçı kişinin səsini eşıdirdim . Deyəsən Zöhrə ona mənim gəldiyimi xəbər vermişdi . Heç bizim küçədən getmirdi , hey qışqırırdı , 
    - Kartof , soğan , Kələm , kök ,  çuğundur . 
   Əmim arvadı deyirdi ki :  
   - Səndən sonra qonşu kənddən 45 yaşında oturmuş qız aldı . Allaha and olsun deyirlər , gəlini elə saxlayir , elə saxlayır , beşliyi onluğun üstünə taxır ,  trosu iki qat boynina dolayanda mədəsinə düşür , bax bax ay tova baş barmağım yoğunluğunda .  Nə vecinə ee , evi eşiyi , ərinin altinda iki maşını ,   gedən kimi də birin qoydu boynuna yerin bərkitdi , belə qılığı sürükü oldu özün soxdu uşaqlarının gözünə . Bir mama deyirlər,  beşi də ağzından tökülür . Bəxtəvər dədəsi evində qara kömür idi . Mağılca ərə grdənnən ağ madyana gönüb , döşü başı çıxıb , yancaqları  caz gedir . Ağlın olmadı , naz elədin ,  gul kimi qisməti əlindən çıxartdin ...
  - Bəsdir də ay bibi ...
  - Yalan deyirəm , kopakqızı ?  
  
    Elnurla üz üzə gəlməmişdim . Eşitmişdim elə o vaxtan o Lotu qızıyla Rusiyaya gedəndi . Onların evində əmisi oğlu ailəsiylə qalır ,  Nənəsi də sağdir . Elnur, qaynatasının sağ əlıymiş , deyilənə görə o da oğru dünyasına qoşulub ...
    Onsuz da bir yerə cixmağım yox idi , əvvəlki çahlı çəlallı vaxtımız da deyildi . Həmişəki kimi bir şey lazım olanda Zöhrənin dükanına qaçmırdıq daha , iki üç aydan bir atam bir oğlağı kəsər yığar soyuducuya . Qızlar yaydan bağımızın məhsulundan mürəbbə , çem hazırlayıb , qışlıq yeyəcəklərlə bərabər saraya yığmışdılar . Elə onlarla keçınırdık . Ayda bir dəfə atam şəhər mərkəzinə gedib pensyasını alar qızlara xərclık verərdı . Qalanın anamın dərmanıarına , bazarlığa verib geri dönərdı . Sədaqətə də pul çatdira bilmirdi . Sədaqət dərsdən sonra maqazində satıcı işləyib özü öz xərcliyini kirasını çıxardırdı .
    Türkiyədə olanda Nilay həkimlərin kontrolu altında olurdu . Son zamanlar sğortam və pulum olmadan onsuz da  kontrolları və müayinəsi gecikmidi . Buraya gələndən demək olar ki , heç həkimə aparmamışdim , ordan gətirdiyim dərmanları da bitirdi . Nilayın vəziyyəri getdikcə pısləşırdı ,əsəbləşir qışqırır , tez tez  sudurğalar ( qıcolma)  keçırdırdı . Onun belə olması İlqara da pis təsir edirdi . 
  Gəldiyim gündən bir dəfə de olsun anamla danışmamışdım . Heç səmtinə getmirəm də , onunla Lətafət məşğul olurdu . Altını dəyişir , köhnə parcalardan və pambıqdan hazırladığı bezini çıxarıb atardı . Yenisini tikib qoyurdu . O zaman xəstə bezi nə gəzirdi ki ,  bəlkə də var idi . Amma belə vəziyyətdə pul para nə gəzirdi bezə verək. Kənddə qonum qonşu geymədiyi , işlətmədiyi çir çındasını bizə gətirir ,  anama  və Nilaya bez düzəldərdik . 
   Bəzən vicdanımın səsi ürəyimi dilə gətirirdi . Gecələr gizlincə ona yaxınlaşıb onunla danışsam da onu bağışlaya bilmirdim . Onunla söhbətim ancaq şıkayyətdən ibarət  idi . Ürəyimdə ona gileylənir , məni bədbəx etdiyi üçün ona nifrət etdiyimi deyirdım . Bəzən də  yanına çöküb ağlayaraq onunla ürəyımdə dərdləşirdım . Elə istəyirdim ki , belə bir vaxtımda mənə toxunsun , mənə sarılsın , məni təsəlli etsin . Bir anaya ehtiyyacım vardı mənim , qayğıkeş anaya ...
   Günləri iplə çəkirdim , 40 gün tez gəlib  keçsin deyə . Hər gun ürəyim yeni xəyallarla , yeni arzularla alışıb yanırdı . Orda  olanda Suatı hər gün görürdümsə də ona qarşı heç vaxt məndə maraq oyanmamışdı . Amma dı gəl , bura gəldiyim gündən , hər gün ona qovuşmağın  xəyalını qururdum . Bu xəyalın cox yaxında gerçək olacağını düşündükcə , onun ücün daha cox darıxırdım . Arada bir atam uşaqlara bakkuş pulu verəndə , və ya Zöhrədən bir şey alıb xırdasını alanda qəpık quruşu saxlayirdim . Bir iki məmməd olan kimi qaçırdım poçta , zəng edirdim Suata , səsini eşıdirdim ,  bir qəribə hallara düşürdüm , gah ağlayırdım , gah gülürdüm ,  özüm özümü başa düşə bilmirdim . O mənim qaranlıq gecəmə günəş kimi doğmuşdu . O soyuq qışıma bahar kimi gəlmişdi . Hər danışdığımız gün , ona daha çox bağlanırdım ,  hər səfərində evə bir umutla, qəribə əhval ruhiyəylə gəlirdim . Özümü başa düşə bilmirdim . Bu sevgimi idi ,  yoxsa bir ehtiyyacmı idi ,  bəlkə ürəyimdəki  boşluq ,  tənhalıq məni ona atır ? Axi bu sevgi idisə bəs Elnura qarşı kecirtdiyim hisslər nə idi ?  İlk məhəbbət ?  Bəli  mən indi - indi özümü kəsf etməyə başlamışdım . Mən əsil sevgimi indi kəsf edirdim . Suata qarşı bu hisslərim , həm ehtiyyacım idi , həm , tənhalıqdan qorxum , həm gələcəyə ümüdim , həm də əsil sevgim . 
    - Ay Mətanət xeyir ola , ayağın qalıb poçta ? 
   - Neynim Zöhrə xala , qızlarla danışıram ,Bakıyla 
   -Bakiyla , yoxsa Türkiyəylə 
   - Zöhrə xala bilirsən mən Türkiyədə yaşamışam , ətrafım , çevrəm olub orda , əlbəttə  orayla da danışacam . 
   - Türkdən adama padruqa olmaz bala , ehtiyyatli ol , onların əlinə bizimkilər keçənə qədərdir , firladıb , firladıb atarlar kişilərin qucağına 
   - Nə daşırsan Zöhrə xala ? 
   - Görmüşəm bala , görmüşəm . Dey Şirinin qızı institutda uydu bir türkə , buraxdı məytəvi getdi , guya ərə getdi . Deey indi Türkiyənin vışşı markasıdır . Özünə əməlli başlı maya qoyub...
   - Oooff ...offf . Siz heç vaxt düzəlmiyəsiz ,  camaatin dərdin çəkdiyinizi öz dərdinizi çəkin ...
   Poctda işləyən Sənayə kəndə  yaymışdı : 
  - Nəzakət Türkiyəylə danışır , deyəsən orda sevgilisi var ,  inanmırsiz ? Onda poctdan çıxanda onun halına baxın görün necə rəng verib rəng alır . 
   Bəli , bu söhbət Suat mənə poctla ilk və sonuncu dəfə pul göndərməyiylə partladı . Bu o gün idi ki , elə həmin axşam da hamilə olduğumdan xəbər tutmuşdum ...
15 BÖLÜM
    Qeysin 40 -ına bir həftə qalmışdı . Hazırlaşmışdıq Bakiya gedəcəkdik səki , mən əvvəl gedəcəkdim , atamgil 40 a gələcəkdi . Mənim üçün həsrət bitirdi . 40 - ı yola verib , heç kimə heç nə demədən qızımı da alıb Suatın yanına gedəcəkdim . Nilayın kağızlarında problem vardı , bir balaca pul lazım idi ki , düzəldək . O da ən son güman yerim , Suatın mənə verdiyi bilərzik idi . Satıb işlərimi həll edəcəktim .
Sonuncu dəfə Suatla danışmağa qərara aldım . Çünkü bilirdim ki, qaynanamgildə bir yerə çıxa bilməyəcəkdim ki , onunla da danışım . Həm da baş qarışıq olacaqdı . Nilayı yatirıb çarpayıya qoydum . Uşaqları Kifayətə tapşırıb pocta getdim . Beşınci gün - son iş günü olduğundan içəridə çox adam var idi . Tərs kimi də coxusu bizim kəndin camaatı və bizi yaxından tanıyan adamlar idi . Onların yanında danışmaq istəmirdim . Gözləyirdim onlar işlərini görüb getsinlər .
Nəysə elə bil bir uğursuzluq var idi , camaat yerindən tərpənmirdi . Maaş və pensyə vaxtı idi . Sistemdə bir dolaşıqlıq var idi . Hamı pul gözləyirdi . Sabah yola çıxırdım . Bu gun danışa bılməsəydım sonra heç olmayacaqdı . Odur ki , çox ləngimədən evə getdim , Nilay hələ yatırdı . Biraz evə əl gəzdırib , bir saat sonra təkrar geri döndum .
Poctun binası yenə həminki kimi idi . Gedib təkrar qayida bılməyəcəyimi də bilirdim . Odur ki , rabitəci qıza yaxınlaşıb nömrəni yığdırdım . Boş kabinəyə girib gözlədim .telofinun səsi gələndə ürəyimin döyüntüsünü ayaqlarımın algında hiss edirdim . Az qala pıçıltıyla :
- Alo - dedim . Elə bilirdım hər kəs mənə baxır , doğurdan da baxırdılar . Hamının dıqqəti kabınədə idi . Başlar bir birinə əyilmişdi . Bəlkə də mənim əlimi ağzıma tutub pıçıltıyla , qızara - bozara danışmağım bütün diqqəti özümə cəlb etmişdi . Çox danışa bilmədim . Sabah Bakıya çıxacağımı dedim , və 40 ı yola verib verməz , Nilayın sənədlərini düzəldib yola çıxacağımı dedim .
- Paran varmı ? Şimdi sizin orayı biliyorum , sizdə parasız evrak olmuyor ...
- Var var - utana utana dilləndim .
- Sen dur bakalım ... şımdı sana para yollayacam , tamammı , sıkıntıda kalma ...
- Gerek yok vallaha , bileklik bende duruyor hala ...
- Sen hala onu bozdurmadınmı ?
- Bozdurmadım ...
- Ben onu harclık vermişdim . Nolur nolmaz , çoçuğun hasta ...
- İdare ettik işte ...
Bana kimliyini yolla , həmən yolluyorum para sana . 500 yollayacam . Sakln çekinme az olursa , yetmezse söyle . İşlerini hall et hemen gel . Bu arada dün göç idaresine gittim . Nuray için konuştum . Mahkeme kararıyla onu evlatlik ede bilirim . Benim sğortamdan yararlanacak .
Bu xəbər məni çox duyğulandırmışdı . Sağollaşıb gözümü silə silə rabitəci qıza yaxınlaşıb pasportumu ona verdim .
- Türkiyəyə faks çəkməliyəm , kömək edə bilərsiz ?
-Əlbəttə ...
Həmin gün Suat mənə 500 dollar pul yolladı . Dərin duyğular içındə pulu sinəmə basıb evə dönürdüm . Mənimlə bərabər poctdan cıxan kəndin qadınlarının arxamca danışdıqlarını aydın eşıdirdim .
- Bəxtəvərin saxlıyanı var deyəsən .
- Həə, gördün şakaşa şarak şırvanları necə sayıb göturdü .
- Əri də yoxdur deyək əri göndərir ...
- Heç gözüm su içmirdi də əvvəldən elə bu qızdan
- Az axı Türkiyəyə gedənlər nəyə gedir ? Əlbəttə kefə . Nə vecinə kefinə duz səpə . Elə ağılsız biżim başı batmışlardır ki , hər şeyi ürəklərinə salırlar . Gərək bunlar kimi sırtıq olasan .
.-Deyirlər əri narkamanıydı . Bütün günü iynələnirmiş
- Uyyy az yaxşı ...
- Vallah ...camaatdan gizlədirlər ee ... yalannan basıf bağlayırdılar ki , guya türmədə nacalnik işləyir .
- Hə mən də eşotmişdim onu .
- İndi də deyirlər guya türmədə pıcaxlayıflar . Qurban olum Allaha .Oncun deyiblər ee , q..lə oğurluq 40 gün çəkər ...Yalanın üstün Allah açır.
- Hələ Nəzakəti də guya ərəblərə satıblar ...
-Sizin işiniz yoxdur? - dözə bilməyib geri döndüm. Xırp səslərini kəsdilər . Dişimi bir birinə sıxıb tərs tərs onlara baxdım .
- Nə qədər bədbəxtsiz siz...
- Sənin kimi bəxtəvər ...
Daha heç nə eşıtmirdim ,qulaqlarımı tutub qaçdım . Evə cat ha çatda arxamdan maşın gəldiyini hiss etdim . Dönüb maşına yol vermək istəyəndə , bu maşının mənim keçmiş sözlüm Əlimərdanın olduğunu gördüm . Özümü görməzdən gəlib addımlarımı yeyinlətdim . O isə başın pəncərədən çıxarıb qışqırıdi ,
- Kələm var , Kartof var ... qəşəy Quba alması , Lənkəraran limonu, Görçay narından , Gəncə göyündən qalmadı ...
Darvazanı açıb içəri girdim , ardımca qapını möhkəm çırpıb əlimi sinəmə qoyaraq dərindən nəfəs aldım .Tövşüyürdüm . Nəfəsimi dərib həyət bacaya göz gəzdirdim . İlqar həyətdə məftildən düzəldilmış maşın sürürdü . Kifayyət sarayın qabağında paltarları yuyur , Lətafət yuxa açırdı . Atam da arxa baxcada yer belləyirdi .
- Nilay durmayıb hələ ?
- Bilmirəm xəbərim yoxdur
- O bu saata yatmazdı axı ...
- Nə bilim biz bayaqdan həyətdəyik , bəlkə də durub .
- Gedim əynimi gəyişım gəlim, çox var hələ? - deyə .Lətafətə baxdım .
- Yeri tez ol , axşam düşür ...
Yataq otağının qapısını açıq idi . İçəri girər girməz yerimdə donub qaldım . Nilay üzü üstə yerdə idi . Onsuz da ət kimi olan qolu və ayaqları altında bir əcaib əyilmışdı .
- Bıyy , bisimilah , bu uşaq necə düşüb yerə ,yaxınlaşıb uşağı çevirdim , uşaq qap qaraqaralmış , gözləri donbalmışdı . Boğulmuşdu . Dışləri kilidlənmişdi . Uşaq sudurğa keciridi . Tez əl ayağa düşdüm , ağzını çətinliklə açıb , dəsmalla dilini tutaraq çəkdim .
- Lətişş ... - deyə qışqırdım - köməyə gəlin !
Həkimin öyrətdiyi kimi ilk müdahiləyə başladım hec bir xeyri yox idi . Uşaq özünə gəlmirdi .
- Nilay , aşkım , canim . Ac gözlərini annem ... qorxuzma məni , Lətafət və Kifayyət də gəlmişdi . Mən anası , balama bir şey edə bilmirdimsə onlar neyləyəcəkdiki ? Uşağın oyanmadığını görüb ayağa durdum , Nilayı qucağıma alanda uşağın burnundan və ağzından qan gəldı .bu məni qorxuzurdu . Aləm bir birinə dəymişdi . Uşaq qucağımda dəli kimi qışqıra qışrıra kücəyə qacdım . Uşağı xəstəxanaya aparmağa maşın axtarırdım , hec kim gözə dəymirdi . Bir , bizim evdən biraz kənarda Əlimərdan gözə dəyirdi .
Kömək edin , yalvarıram , kömək edin ...- qışqraraq maşına tərəf qaçdım.
- Kömək edin !
Elimərdan mənə tərəf boylandı ,
- Yalvarıram , nolar, kömək edin ... Balam ölür .
Əlimərdan əlindəki işini buraxıb qabağıma qacdı . Uşağı qucağımdan alıb maşına gətirdi . Oturacağa uzadıb özü yerinə kecdi , otur görəy tez ol ...
İçı meyvə tərəvəzlə dolu olan maşın ana yola yan alanda atam darvazada göründü, əl elədisə də maşın dayanmadı ...
Nilay sudurğa keçirmiş , beyində kapılıyar damar partlamışdı . Həm də çarpayıdan düşəndə qolu altinda qalıb qırılmışdı . Ayaq armaqlarında çıxıqlar vardı . 7 saatdir xəstəxanadaydım , uşaq hələ ayılmamışdı . Yer göy ayağımın altından qaçırdı . İt kimi peşıman olmuşdum onu evdə tək qoyub getdiyimə . Əsilində bu ilk dəfə deyildi ki mən onu tək qoyurdum . Orda olanda demək olurki onu saatlarla boş otağa qoyub gedirdim . Heç belə hadısə başıma gəlməmişdi . Bir qazdan zəhərlənəndə , peşıman olmuşdum , bir də indi . Onda da Samirin uşaqları qazla oynayıb qazı açmışdılar . İndi Nilayın öz özünə yataqdan düşməsi mümkün deyildi . Çünkı kömək olmadan belə özü qalxıb otura bilmirdi .oturanda yata bilmirdi . Burda bir iş var idi . Bəlkə ilqar onu sürüyüb yataqdan salıb ?
Nilay mənim varlığım həyatım idi . Özümü onsuz təsəvvür edə bilmirdim . Ona bir şey olsaydı , mənə nolacaqdı Allah bilir .
Əlimərdana təşəkkür edib onu yollamaq istəsəm də o, xəstəxanadan getmək istəmirdi . Danışdırsa belə üz vermirdim , bir bəhanəylə ora bura qaçırdım . Onun yanında narahat idim . Çox keçmədi atam və Kifayət də gəldi. Əliikramı xəstəxanda görüb Kifayyət məni yanladı .
- Niyə cəhənnəm olif getmir bu ?
Çiyinlərimi çəkdim
- Nə üz verirsən ee buna ?
- Nə üz verəcem , " çox sağol " deyib yolladım , getmədi , indi mən nə deyim buna ?
- Sabah arvadı üstünə hücum çəksə mən bilmərəm day . Sənə lazım idi onun maşınına minəsən ?
- Uşağım ölürdü Kifayyət , neynim ölsün ?
- Pay dedəm vaayyy... uşaq da bir uşaq ola ...
- Nə danışırsan sən Kifayət ? Başın xarab olub ? O mənim canım qanımdı ee , canım , mənim bir parcamdı .
- Hə yaxşı da ... ətimi tökmə sən Allah .
- Sən məni başa düşmərsən Kifayyət .
-Analığğın nə olduğunu bilirsən yani ?
- Niyə bilməyim ki ? Xəstə doğan ana olmur?ən böyük analıq məsulıyyəti elə xəstə uşağın anası olmaqdır - başımın yaylığını düzəldib gözümün yaşını sildim . Kifayət əlin yelləyıb mənə ağız əyirdi .
- Qınamıram e səni . Sən nə zaman ana olarsan , onda bilərsən analıq nə olan şeydir..
- Yanı sən analıqdan danışırsan ? Barım kim danışsa da sən danışma analıqdan . Bəs , o zaman sənin anan daşdır ? Göydən düşmüsən ? Səni ana doğmayıb ? Heç əziyyət çəkməyib sənə ? Azz yadında deyildi , anam bir yumurtanı bölüb 5 uşağa yedirdəndə ? Xəstələnəndə səhərə qədər başının üstündə dayanan kim idi ? Pulun paranın olmayan vaxtı , kor bağırsağından əməliyyat olanda müharıbənin qızğın vaxtı o həkimin qabağına qaçırdı anam , bü sestranın qabğına qaçırdı . Xəstəxanalarda iynə atsan yerə düşməzdi ,yaralı əlindən . Anam evdən döşəkcə gətirib yerdə yatirdı ee səniN üçün , a burnindan gəlsin . Gecə xəstəxanada gecələyirdi , səhər bazara gedib küçə süpürürdü günlüyə, tuvalüt təmizləyəndə mən dayanirdim anamın yanında mən uşaq ağlımla o güləri yazırdım beynımə . Fədakar ana tək sənsən ? Yazığın nə günahı var idi ? Onun günahı bilirsən nə oldu ? Sənin kimi bir nankoru dünyaya gətirmək .
- Kəs Kifayyət kəs ...
- Nə kəs ee? Nə kəs ? İnan Allaha and olsun , Nilay xəstə doğulmasaydı , sənə möhtac olmasaydi , o da sənin kimi nankor olacaqdi . Tökdüklərin bircə bircə çıxardı qabağına , halını soruşarım görüm necəsən ?
- Oooff, off...
- Deyirsən , anam məni tovluyub verib ... kaş məni də döyə döyə verəydı , yuva qurardım ...
- Narkamana ?
- Sən bilirdin narkaman olmağını ? Düz bir il sora bilmisən ee narkotik istifadə etdiyini . Yazıq arvad nə bilirdi narkamandı .
- Dedim də anama , necə dəfə dedim ki , ay ana , mən bu ailəylə yola gedə bilməyəcəm .
-Dedin , eşitmədimi , səni döşünə çəkmədimi ? Elə deyən kimi bir şey olmafan gedib gətirirlər ? Deməzlərmi anası ağbirçəklik eləmədi , qızının evin dağıtdı ? Əlbəttə ki , səni evinə qaytaracaqdı ya da ağzına vurub oturdacaqdı . Daha uyğun vaxt gözləyəcəkdi .
- Aferin sənə , uyğun vaxta qədər qrurum , mənliyim tapdanmaliydı ? Ay çox bilmiş , mən bizim vaxtımızda sənin qədər bilmirdim ee... maşallah sən , 8 də oxuyursan elə bil 30 yaşında professor danışır .
Elə bilirsən boşanib gələndə yaxşı olacaqdı ? Hərə bir barmaq edəcəkdi də...qeysin narkaman olduğunu eşidəndə atam gətirdi də səni ? Təzdən niyə qayıtdın . Adam da tapmışdılar , verəcəkdilər?
- Nə fərqi var ? Yağışdan çıxıb yağmura düşəcəkdim dəə...
- Bəs topal Həşimin qızı niyə düşmədi ? Yüz arvadın biri olub . Olaydın da onun yerinə .
- Kifayyət Allah xatirinə , sən Allah çıx get , qoy dərdimi çəkim , başına dönüm, öz dərdim özümə bəsdir , get - deyə kürəyindən itələyə itələyə onu bayıra çıxartdim
- Get bacı , sağol , əziiyət çəkib gəldin . Allah razı olsun . Zəhmət edib , bir də gəlmə ...
- Bax belə eləmisən ee anamda səndən üz döndərib . Dağ boyda arvad əriyib tükün də tərpənmir , indi insanlığa yararı olmayan uşağa canın yanır? Puaah dərd çəkənmiş ...
Əsəbi halda reanimatsiya şöbəsinin qarşısına gəlib ovuclarımla üzümü tutdum . Ağlamaq istəyirdim ağlaya bilmirdim . Kifayyətin sözləri , qınaqları qulaqlarımda səslənirdi . Bəlkə o düz deyir , bəlkə mən hər şeyi şişirdirəm belə ? Bəlkə anam mən fikirləşdiyim kimi elə də böyük səhv etməyib , Kifayyətin sözündə həqiqət var idi . Anam hardan biləydi ki Qeys narkamandır ? Sadecə kənd ailələri qızlarıni tez ərə verdiyi kimi o da məni tez ərə verib. Belə tez ərə vermələr artıq adət halını almışdı kənddə . Kənddə 17 - 18 yaşını keçmiş qızlar artıq evdə qalmış hesab olunurdu . Anam da istəməyib mən "evdə" qalım . Həm də axı qaynanam gıl hər kəsin həsəd apardıqı ailə idi . İçlərini kimsə görməsədə kənardan baxanın həsəd aparacağı bir ailə idi . Belə bir ailənin oğluna hamı qız vererdi ki , anam da məni vermişdi . Demək ki, mənim alın yazım bu imiş . Mən axı niyə hər olandan anamı günahkar tuturam ki ?
Bütüñ bunları düşünürkən , anamla aramda yaşanan xoş xatirələr gözlərimin qarşısından kecirdi . Doğurdan da anam bizə düşkün idi . Bizı heç nədən geri qoymazdı . Kənddə hamıdan gözəl geyərdik , hamıdan yaxşı gəzərdik . Anam istəməzdı kimsə bizə yuxarıdan aşağı baxsın . Bütün qəsəbə bizim ailəyə bəxtəvərlik verirdi . Bəs necə oldu ki ,bizim ailəmiz bu günə düşdü? Bəlkə gözə gəlmişik . Bəlkə anamın sözü olmasın , bizə cadu - piti ediblər ? Əməl , dua yazdıriblar ?
İndi anam yox kimi bir şeydir , kənddə bacılarimın adına hava çalmayan qalmayıb. Bizim adımıza söz cıxıb , "beş bacılar" deyəndə bizim evı göstərirlər . Biz bacıları pozğun kimi tanıyırlar . Anam sağlam olaydı biri qiızlarına söz deyəydi də ... anam həmin admın yeddi arxa dönənin qoyardı ortaya . Və indi başa düşürdüm ki ,anam niyə məni ər evində qorumayıb . Çünki mən o evdə gəlin idim . Həm Minayəylə anam doğma xala qızı idilər , Minayənin nə paxırın açaçaqdı ki , anam ? Kimə açaçaqdı ? Qonşulara ? Kəndin camaatına ? Sabah da onlar bunu bizim başımıza qaxınc edəcəkdilər axı ...
Bütün bunları mən xəstəxananın dəhlizində gəzinərək ,düşünərkən atam da gəldi . Çox yorğun idim ağıamaqdan gözlərim şişmişdi .
- Gəl qızım gedək evə gecdir daha .
- Mən burda qalacam .
- Onsuz da içəri girməyə icazə vermirlər . Bu soyuqda burda dayanmağın yeri yoxdur . Gedək sabah gələrsən yenə .
Düz deyirdi . Həkimin yanına gəlib Nilayın halın xəbər aldım . Hələ komada idi . Qolunu və barnaqlarını gipsə salmışdılar . Həkim də getməmizi istədi . Daha burda qalmağın adı yox idi .
Evə gələndə Məsmə xala da bizdəydi . O , tez tez anamı ziyarətə gəlirdi .İndi də Nilayı eşıdıb gəlmişdi . Salamlaşıb görüşdük . Nilayi soruşdu ordan burdan danışdıq . Elə biraz var idi ki , oturmuşduq Lətafət bizi süfrəyə çağırdı .Sufrənin başına yenicə oturmuşduq . Burnuma qoxu gəldi . Süt yanığıyla bərabər peyin də qoxuyurdu sanki .Havani qoxlayanda Letafet yerindən sıçıradı :
- Vaaay... Süd daşdı ,ayy Allah ... - deyib mətbəxə qaçanda ürəyim ağzıma gəldi , özümü bayira belə ata bilmədım elə qapının ağzında yerə çöməldim . Cağ ha cağ qaytardım . Bütün hamı başıma toplaşmışdı .Məsmə xala kirimədən , tutuquşu kimi eyni sözü təkrarlayirdı ,
- O vaxtı da demışdım , hamıləsən dedin yox . Bax indi də hamıləsən , mənə yox demə ! Bu Məsmə xalan nə az nə cox düz 12 qarın doğub 4 ün də tullamışam , bilirəm bu qusma nəyin nəsidir.
Dünya gözümdə qaralıdi , iki əlimlə mədəmi , qarnımı var gücümlə qucaqlayıb yerə çökmüşdüm , sankı qarnımı belə sıxmaqla bətnimdə yeni uyuşan bu körpəni qoparıb atmaq istəyirdim ...
Evdə hamı hamıləliyimdən şübhələnirdi . Hətta atam da sual dolu baxışlarını mənə zilləmişdi . Nə deyəcəyimi, bunun hesabını necə verəcəyimi bilmirdim .
- Bu uşağı döğmayasan heləmi? Birdən ağlını uduzarsan aa... Nə qədər gec deyil , sabah bunun çarəsinə baxırsan aa bax !- Kifayyət dayanmadan mənə yolgöstərir , danışırdı .
Səhər şəhərə gələn kimi Nilayı görməyə getmədən qadın məsləhətxanasına gırıb növbətci həkimə yoxlandım. Bəli hamıləymişəm . Heç fikirləşmədən qərarımı verdim . Götüzdürəcəkdim.
- Bu gün doktor yoxdur .
- Necə yəni yoxdur - səbirsizləndim . Onsuz da canım boğazımdaydı . Buarzu olunmaz hamiləlikdə məni nir tərəfdən sıxırdı .
- Mənə həkim lazımdır, başa düşürsüz ? Hə -kim ! Bura necə xəstəxanadır belə? - qışqırdım - doktorsuz xəstəxana olur ? Xarabada bır dənə həkim tapılmır ?
- Ay baci nə qışqırırsan ? Bu gun vıxadnoydur .
- Mən abort eləmək istəyirəm .
- Yaxşı edirsən . Amma həkim yoxdur , mən burda növbətciyəm , abort etməyə ixtiyarım yoxdur .
- Qoynumda gizlətdiyim şirvanları çıxardıb həkimə göstərdim , bunları sızə verirəm , rədd edin bunu. Elə bu gün . İndi bu dəqiqə .
Həkimin gozləri əlimdə yellənən pulların qarşısında oynayırdı . Hiss edirdim ki, o da qərarsız qalıb .
- Bax qızım , burda edə bilmərəm , buna mənim ixtiyarlm yoxdur , çörəyimdən olaram .
-Hara deyirsiz gedək , nolar - Ağladım
- Bu gun də sabah da smendəyəm . Axşam ancaq evdə edə bilərəm ,
- Ver adresini ...
Adresi alıb Nilayın yanına gəldim , tibb bacısiyla görüşüb Nilayı soruşdum .
- Getmisiz nomrə də qoymamısız . Bu geçə həkim sizi axtarırdı .
- Xeyırdir ? Nulaya bır şey oldu ?
- Təssüf ki , vəziyyəti yaxşı deyil . Bu gecə şoka girmişdi . Həkim sizinlə görüşmək istəyirdi .
- Otağındadır ?
- Əməliyat otağında . Orda gözləyin .
Nilayın beynində qan laxtalanmışdı . Əməliyyat olunmalı idi. Bu əməliyyatı ya Bakida , ya da Gəncədə edəcəkdilər . Rayon xəstəxanasında belə ağır əməliyyat üçün şərait yox idi . Həkimlər mənim qərarımı gözləyirdilər . Təcili əməliyyat olmasa ya iflic olacaqdı ya da öləcəkdi . Çıxılmaz vəziyyətdə qalmışdım . Nə qərar verəcəyimi belə bilmirdim . Mənim bu əməliyyata girməyə o qədər pulum da yox idi . Əslində 500 dollarım vardı . Amma o zaman türkiyəyə dönə bilməyəcəkdim . Bu tərəfdən də qadın həkiminə söz vermişdim . Axşam onun evinə gedib uşağı götüzdürəcəkdim . Bu yandan da də Qeysin 40 catdırıb , Bakiya getməliydim . Düşünməkdən beynim şişirdi .
Avtobusdan düşüb evə tərəf addımladım . Maşın səsinə geri döndüm , Əlimərdan idi .
- Gəl, ay Mətiş ,gəl , otur ! Gedirəm məhlənizə
- ...
- Mətiş , sənnənəm ee
-Sağolun siz gedin mən yavaş yavaş gəlirəm .
- Yoxuşu maşın çıxammır , sən nətər çıxasan , gəl də ,gəl otur aparım ...
- Siz gedin dedim .
- Nə deyirəm , naz elə hələ , naz eliyən vaxtındır hələ
- Nə danışırsan sən.. yeri get işinə gücünə , Başı xarab ...
- Nolub aaz ... Uşağı soruşurdum səki ...
- Soruşma , əl çək məndən , yeri yolunu düz get .
- Belə oldu ?
- Nətər olmalıydı ki ? - Yerdən daş götürüb onu qorxuzdum - rəddol yolunu düz get !
- Deyirəm dəə ,hələ havalı vaxtındı , naz elə , naz elə . O vaxtı da naz elədin , sonunu gördüy . Özün gələcəksən ayaqlarıma o günü gözlyirəm - deyrək maşını sürüb getdi .
- Ay sən öləsən, bir bunu görməyəsən .
Əsəbi halda daşı maşının arxasınca atdım .
Qapıdan ıçəri girər girməz , Lətafətlə Kifayyət üstümə cumub yaylıq qarışıq saçlarımdan yapışdı . Bir anda nə baş verdiyini bilmədim . Müqavimətimi itirdim . Yerə yıxıldım . Həyəti qışqırıq səsi başına götürdü . Məni həyətdə sürüyürdülər .
- Az q ..ə, qarninda bij qoyub guya indi ərinin yasına gəlmisən ?
- Aayyy... Burax saçımı ! Burax ...
- Sonra da deyirsən anam məni bədbəxt edir . Bunu da anam qoydu qarnına ? Anam sənə dedi get türklərlə oynaş ? Murdar nəfəsin anamı bu günə salıb ee, yazıq arvad canın da tapşıra bilmir .
- Burax... burax saçımı ... Ataa .
- Zəhrimar ata , çor ata . Öldürəcəm səni . Öldürəcəm . Kifayət qarnıma başıma təpikləyib saçlarımı yolurdu . Kirpi kimi iki bacımın ayaqlarının altında büzüşmüşdüm .
- Bir bu qalıb daa ! - Lətafət məni Kifayətin əlindən ala ala üstümə bozarırdı .
- Bir bu qalıb belə biyabir eliyəsən bizi ? Özünü fikirləşmirsən bizi fikirləş də barı . Sizin üzünüzdən adımızı çəkən də qaçır...
Poçtdaki telefon danışmam , sonra da xarıcdən pul almağım bacılarımın qulağına çatmışdı . Bütün kənd məndən danışırmış :
- Mətanəti türklərb saxlayır , pul göndərir . Türmədə ərini öldürən də elə o türk ( türkün adami) imiş - belə şayələr ayaq tutub yeriyirdi .
Səsə arxa baxçada işləyən atam, əmim və əmimin arvadı gəldı məni qızların əlindən alıb sakitləşdirdi . Əmim , əmim arvadı ağzından gələni diyir , məni təhqir edirdilər . Kifayyət hələ də kirimirdi . Mənə qarğış tökə tökə üstümə hücum çəkirdi . Daha burda qala bilməzdim . İlk olaraq bətnimdəki bu canlıdan qurtarmalıyam sonra burdan qaçmalıyam . Ancaq necə ?
Anamın yatağına gəlib yanında oturdum , üzünə baxdım : gözlər key key baxırdı . Hamı yatmışdı bir anam bir də mən yatmamışdım .
- Gəldim ana , gəldim . Səninlə danışmağa gəldim . Əslində seninlə coxdan danışmalıydim . Elə gəldiyim gün . Nədənsə danışa bilmədim . Səninlə danışmağa ehtiyyac duymadım ana ! Sənə ehtiyyacim olan zaman yanımda olmadınsa , indi nəyımə lazımsan axı . Səninlə danışacaq , dərdləşəcək bir şeyim yoxdur
Gözümün yaşını sılıb üstündəki yorğanın bir küncündən tutub sıxışdırdım . Sankı anamın yaxasından yapışmışdım .
- Demişəm , deyəcəm də ... məni bu çirkaba sən soxdun . Sənə məni bağışla deməyəcəm , çünkü bağışlanacaq bir şeyim yoxdur . Amma mən səni bağışlayıram . Səni Allah bağışlasın .mən burdan birdəfəmlik getmişdim . Elə oldu ki ,yenə gəldim . Sabah bu evdən bir dahagedirəm , amma nə olur olsun bir daha qayıtmayacam ...Allah cəzanı yüngül etsin ana...
Sabah o başdan qalxıb küçəyə çıxanda hamı yatırdı . Kəndin küçələri ilə əlimdəki çemodanı darta darta ana yola tərəf gedirdim . Hər şeyimdən qopmuş yeni ümüdlə irəli baxaraq irəliləyirdim ...
16 BÖLÜM .
     Nilayı Bakıdaki xəstəxanaların birində əməliyyata götürdülər . Özüm Bakı xəstəxanasını seçdim . Gəncədə kimim kimsəm yox idi . Orda tək başına xəstəxanada qalmaqdan çəkinirdim . Əlimdə olan bütün pulu Nilayın beyin əməliyyatı üçün sərf etmişdim . Əməliyyat uğurlu keçdi . 4 gün reanimatsiyadan sonra palataya yerləşdirdilər . Qızımın bu əməliyyatdan sağ çıxması həyatımın ən önəmli bir günü idi . Elə bilirdim , yenidən doğulmuşdum. Nilay palataya keçirilən günü qayanatamın evində Qeyisin 40 mərasimi idi . Xəstəxananın sanitarina "hörmət" edib Nilayı ona tapşıraraq yas evinə getdim . Hec də xoş qarşılanmadım . Hec kim mənimlə danışmır , görüşmürdü . Nilayı belə soruşmurdular . Bu balaca insanin varlığı , yoxluğu heç kimi maraqlandırmırdı . Bu da mənə pıs təsir edirdi . Qeyisin hüzürünə yox bizə qarşı bu biganəliyə ağlayırdım .
Ev , məhəllə camaatla dolu idi . Bu qədər qohumun , tanışın içındə özümü burda yad kimi görürdüm . Sanki mən bu evin gəlini yox , yasa gəlmiş qonaq kimiydim . Atam, əmilərim və Xırdalanda yaşayan bibim də burdaydi . Əmilərim mənimlə danışmasa da , atam mənimlə qucaqlaşıb görüşdü . Məni bir kənara çəkib :
- Hansı xəstəxanadasız - deyə soruşanda kinayələ gülüş dodaqlarıma qondu . Budur altı gündür ki evdən çıxmışam , məndən indimi soruşur harda olduğumuzu ? Dilimə gələnləri udub , dillənmədim . Burda danışmağın yeri deyildi
- Sonra danışarsız -deyərək bibim atama göz ağartdı - içəri kecdim . Bibim əlimi tutub sıxdı :
- Bibin qurban , atan başın itirib , fikir vermə , xəstə adamdır . Bilmir kimin , hansınızın dərdini çəksin . Qalıb meydanda tək . Beş qız bir xəstə arvad ... Sənə asan gəlməsin başına dönüm ! Ona da bir şey olsa külfət nolacaq .
Hər kəs külfəti düşünürdü , məni yox . Sanki atam var da , mən külfətdən deyildim ? ...
Uşaq hələ də boynumdaydı . Rayondan Bakiya gəlmədən tibb bacısının evinə getmişdim , uşağı saldırmaq ücün , yerimi hazırlayib , qaynar suya qoyulmuş dəmir alətləri görəndə qorxub fikirimdən daşınmışdım . Uşağı aldırmağımdan qorxmurdum , özmün yarımcan olacğımdan qorxurdum . Həmin anda fikirləşirdim ki , birdən bu tibb bacısı verdiyim pula şırnikib bu işi boynuna götürür . Bəlkə də heç bu işdə heç səriştəsi yoxdur . Birdən bir balaca səhvə yol verər . Məni ömürlük zəlil qoyar . Bir tərəfdən də Nilay xəstəxanada , ora bura qaçıram , abortdan sonra da mənim dinçəlməyə ehtiyyacım var idi axı . Bakıya gələndə də Nilayı əməliyyata almadan da ginikologun yanına getdim . Qiymətlərlə maraqlandım . Çox yüksək məbləğ istədilər . Fikirləşirdim ki , hələ Nilay əməliyyat olsun , görək nə olur . Nə qədər pulum qalır . Birdən əməliyyat sonrası pul para lazım olar . Elə bu düşüncəylə 4 gündür , Nilay komadan çıxmadıqca qorxu ürəyimi alırdı .
- Bəs birdən Nilay sağalmazsa ? Bunu da başımdan edirəm . Düzdür ümüd yerim Suatdir . Ona gedərəm deyirəm, ona sığınaram . Bəlkə uşaqlarımız da olar ... amma... Birdən ... Bu həyatdır . Hər şey ola bilər , gözəl və xoş düşünürəm , yaxşı , bəs birdən Suatdan uşağım olmaz ? Bəlkə onda problem var , yoxsa niyə bu vaxta qədər özlərinin uşaqları olmayıb . Bəlkə yalan deyir arvadının xəstə olmasını . Gözümlə görməmişəm heç onu . Bəlkə bir oyundur oynayıb mənə, duyğularımla oynayır . Hələ bilmək olmur Suat onun pullarını belə açıq sacıq xərcləməyimə nə deyəcək . Bəlkə məni ələ almaq üçün cibinin ağzın açıb ? Bəlkə mənimlə günün keçirib sabah məni atacaq ? Bəlkə onun uşağına ana olmağını istəməyəcək . Bəlkə elə arvadı doğa bilmir , məni dilə tutub uşaq doğuzduracaq , varisi olsun , torpaqlarına, mallarına uşağı sahib çıxsın . Əgər belədirsə onun pulunun qarşısında nə dayanar ki ? Övladımı məndən alar. Neçə illərdir mən bu turklərin içindəyəm . Var dövlət ücün bunlarda nə qan davaları gördüm ...
Ağlıma hər şey gəlirdı . Az yaşım vardı amma həyatda o qədər şey görüb eşitmişdim ki , hər pisliyin başıma gələcəyindən qorxurdum . İnsanlara güvənim itirmişdim .
-Bəs sən niyə uşağından olursan ,ay ağılsız. ? Bəlkə bu səni həyata bağlayan bir varlıq olacaq , bunu Allah sənə veribsə bilir niyə verib . Sən kimsən Allahın işinə qarışırsan - deyə özümü qınayırdım . Düşünməkdən beynim şişirdi . Qərarsız qalmışdım , beynim qara qara düşüncələrlə dolmuşdu . Fikir məni öldürürdü . Fikirləşdikcə bu uşaqdan azad olma istəyindən vaz keçirdım deyəsən . Xəyalıma yeni şəkillər gəlirİdi . Ömrünü uşaqlarına fəda edərək , saçının birini ağ , birini qara hörən zəhmətkeş ana portreti görürdüm xəyallarımda . Bu ana mən idim ,mən .
Atasının kım olduğunu bilmədiyim bu bətnimdəki uşaq sanki içimdən qəlbimi tutub sıxırdı
- Mənim günahım nədir ana ? Niyə mənə qıyirsan ? Niyə günahlarını mənim ölümümlə təmizləyirsən ?əgər mənim ölümümə fərman vermisənsə gəl ikimiz də ölək , gör özünə qıyarsanmı ? Əlbəttə yox . Fikirləşərsən ki , Nilay ortada qalacaq . Nilay da bu qarinda yatıb , o da istənməyərək həyatına daxil olub mən də . O zaman mənim günahım nədir ana ? Axı sən bir anasan , ana ... Axı anan sənə qarşı biganə və diqqətsiz idi . Düşünürsən ki, sənin ruhunu , mənliyini , qürurunu öldürüb . Sən onu bağışlaya bilmirsən . Sən isə məni doğulmamış məhv edirsən ,mən yox olsam da , məni öldürsəndə balaca ruhum mələk olub göylərdə uçacaq, mən səni bağışlayacammı , ana ? Ana , yalvarıram ana , məni öldürmə nolar...
40 mərasımındən sonra xəstəxanaya gedib Nilaya baş çəkib təkrar qaynanamgilə qayıtdım . Qab qaşığa , həyət- bacaya kömək etdim . Məclısdən qalan bulaşık qabların qoxusu bir birinə qarışmışdı . Mədəm ağzıma gəlirdi . Öyüyə öyüyə qalmışdım . Sözsüz ki , ürək bulanmam məni ələ vermuşdi . Hamilə olduğumu hamı hiss edirdi .
Qaynanam əlimə süpürgə verib , məni həyətın bir tərəfinə göndərdı .
- Yeri oranı süpür təmizlə , mən də gəlirəm indi
Nədənsə bütün diqqətlər üzərimdəydi . Heç nəyə fikir vermədən həyətı süpürürdüm . Allaha yalvarırdım bu öyuməm dayansın . Əlimi qarnıma sürtüb qarnımdakina yalvarırdım .
- Beş dəqiqə dayan qurban olum . Beş dəqiqə . Nolar. Məni ələ vermə .
Qaynanam əlində xəkəndaz gəlib mənə yaxınlaşdı . Möhkəmdən :
- Ay gəlin ala xəkəndazı ! Zibili topla !
Yavaşdan :
- Gəl çəhənnəm ol , yığ şələ kültəni rədd ol evimdən , utanmaz !
- Nolub mama ?
- Maman dədənin xarabasında . Yoxsa bijini oğluma yamamaq istəyirsən ? Əlim ayağım dəyməmiş , səni itdən düşmüş etmədən rədd ol burdan q..bə ...
Heç nə demədən çantamı çıynimə asıb evdən çıxdım . Nilay xəstəxanada olmasaydı , günü sabah çıxıb gedəcəkdim buralardan . Lakin cıyər paramı qoyub hec bir yere gedə bilmirdim .
Atam bibimgildəydi . Nilayın ziyarətinə gəlmişdi . Danışmırdım ama o mənimlə danışırdi .
İlk dəfə atamın və bibimin dilindən "ölü kağızı" eşidirdim . Aram da didim də məni başa salırdılar ki , əlli tərpənim Qeysin ölüm haqqında şəhadətnaməsini mən alım . Gələcəkdə bu mənə lazım olacaqdı . Bibimlə qeydiyyat şöbəsinə getdim . Gec qalmışdım qaynanamgil məndən əvvəl gəlib bu şəhadətnaməni almışdılar . Əyər bu kağızl xoşluqla verməsələr , məhkəməyə müraciət edə bilərdim .
Nilay günü gündən yaxşılaşsa da beyinin fəaliyyəti tamamilə dayanmışdı. Allaha ağır getməsin bəlkə də ölsəydi bundan yaxşıydı . Yemək ,cay su yeyib içə bilmirdi . Aparatlara bağlı qalmışdı . Boğazından delik açılmış , boğazından qidalanirdi . Xəstəxanadan çıxacaqdıq amma hara gedəcəkdık kimin evinə ? Atam bizim kəndə dönməmizi istəsə də mən buna qəti etiraz etdim
Bakiya gələndən Suatla danışmamışdım . Utanirdim . Suatın pullarını xərcləyib bitirmişdim . Təkrar ondan pul istəməyə üzüm gəlmirdi . Bəlkə də bu qədər zamanda ona zəng etməməm onun fikirlərini dəyişmişdi . Bu normal idi . 500 dolar , 90 qram blərzik az pul deyildi . Bu sərvəti alib zəng etməmək ...Bəlkə indi o mənim haqqimda başqa fikirlərı düşmüşdü . Məni dolandırıcı kimi bilirdi . İndi zəng edib desəm başıma belə işlər gəldi . Gələ bilmədim . Mənə inanarmi . Deməzmi orda oturub məndən istifadə edir .
- Ən yaxşısı, işləyib ən azından yol pulumu düzəldib gedim - düşüncəsiylə , bətnimdəki varlıq qarnımın divarlarını ilk dəfə döyməyə başladı . İlk defə məhz elə bu gün zamanın necə də tez kecdiyinin ferqinə vardım . Artiq 4 ayımı bitirmişdim ...
Nilay azmış kimi Suat qarnımdakin qəbul ederdimi ? Heç hələ onun varlığından belə xəbəri yoxdur ...
İşə girmişdim . Xəstəxanada bir sanitarin tanışlığıyla məktəbdə süpürgəci işləyirdim . Gündüz işdə gecə xəstəxadada günümü kecirirdim .ilk günlər skameykalarda , boş palatalarda yatirdim . Sonralar isə baş həkim vəziyyetimlə əlaqədar xəstəxanada bizə palata ayirmişdi . Əslində Nilayın apatatları çıxarılmışdı . Lakin hesabatda bizi xəstə kimi göstərirdi . Bu hec nəyi dəyişmirdi . Kimsə bizi sata bilərdi . Bu zaman biz kücədə qalacaqdik . Həkim isə töhmətlənəcəkdı .
Yaxşı adam idi həkim . Nilayın heç bir şənəti olmadan ona 1 ci qrup raporu verərək ona pensya kəsdirdi . Onun göstərişi ilə uşaq pulu üçün dövlətə müraciət etdim . Hətta o vaxt Nilay doğulanda almadığım süd pulunu da aldım . İcra hakimiyyətinə və sosial yardım mərkəzinə müraciət etmışdım . Sığınacaq üçün qeydiyyata düşdüm . Dediklərinə görə ən qısa zamanda yataqxanaların birində boş yer olan kimi məni 1 otaqla da olsa təmin edəcəkdilər .
Butün bunlar azmış kimi həkim əlindən gələni bizim ücün edirdi . Onun köməkliyiylə Nilayı uşaq evinə qoyduq . Uşaq sanatoriyasında istirahəti və müalicəsi üşün şərait yartdı . Balamdan ayrilmaq mənə nə qədər çətin olsa da , buna məcburdum . Amma yenə hər gün də olmasa 2 gündən bir gedib onu ziyarət edirdim . Nilay xəstəxanadan ayrıldığı gündən mən də küçələrdə qaldım . Utana utana məktəbin direktorunun yanına gedib . Məktəbin qonaq otağında gecələmək yer istədim. Lakin o mənə sadəcə bir həftə qalmaq üçün izin verdi , məkyəbin idman zalında oyun döşəklərinin üstündə yatıb qalxırdım .
Nilay hələ də yataıaq idi .Əməliyyatdan əvvəl məni tanıyir , məni başa düşürdü . İndi hafizəsini tamamilə itirmişdi . Onun məni tanımaması məni həyata soyutmuşdu . Bəzən başımı alıb buralardan qaçmaq istəyirdim . Amma hara ? Suatamı ? Suat bundan sonra məni qəbul edərmi ? Onun yaninda yalançı çıxdım . Söz vermişdim 40 ı yola verib gələcəm . Hər şey üst üstə düşdü . Nilayın əməliyyat keçırməsi , hamiləliyim ...
O Nilayı qəbul etmişdi . Bu arzu olunmaz uşağı qəbul edərdimi heç . Axı məndə də dünah oldu . Niyə bu vaxta qədər onunla danışmadım ? Niyə başıma gələnləri ona demədim . Qara qara fikirləşərak hər şeyi çətinə saldım . Bəlkə qəbul edərdi . Bəlkə gəlib aparardı . Amma indi istəsəm də xarıcə çıxa bilmərəm . Nilayı xaricə çıxarmam üçün atasının ölüm haqqında şəhadətnaməsi ilə məhkəməyə müraciət edib uşağın vəlaətini üzərimə almalıydım . Qaynanam isə buna şərait yaratmırdı . Qorxurdu ki , mən qarnımdaki uşağı Qeysin adına yazdıraram .
Bibim ortalıqda qaldığımı görüb məni evinə dəvət etdi . Çarəsiz idim . Dəvətini qəbul etdim . Balaca 2 otaqlı evin həyətindəkı daxmanı mənə vermişdilər . Bu daxma mənim həm evim həm mətbəxim , həm də hamamım idi . Anamın verdiyi cehizlərin bir qismini qaynanamın evindən buraya gətirmişdim . Özumə və hələ doğulmamış körpəmə burda balaca yuva düzəltmişdim . İcra hakimiyyətindən böyük ümüdlə bir otaq gözləyirdim, o da , sual altında idi . Gündüzlər işə gedir , axşam üstü Nilayın yanına gedib görüş alırdım . Hər halda oranın şəraiti mənim qaldığığım daxmanın şəraitindən yaxşı idi amma . Yenə yarı canım onun yanında idi .
Bibimin əri Gəray dayı heç rahat adam deyildi . Evdən bayıra cıxmaz, çıxanda da səsi sorağı şöbədən gəlirdı . İçən , çəkən , oğru ...
Yazıq bibim şadlıq evində işləyirdi deyə toydan qalan yeməkləri evə gətirər , onunla keçınərdilər . Bibim birincı uşaqdan sonra sonsuz idi . Oğlu o vaxt Belarusiyada əsgəri xidmətə gedəndən sonra bir daha geri dönmədi . Ara sıra məktublaşsalar da Qarabağ müharibələri zamanı bu məktublar seyrəldi , sonra isə tamamilə kəsdı . Bibim oğul dərdi çəkməkdən beli bükülmüşdü . 55 yaşı olsa da görən ona 65 yaş verərdi. Gəray dayı bütün gün içib yatırdı . Onun həyat mübarizəsi içməkdən , yatmaqdan ibarət idi . Bir gün arağı olmasa dünya dağılırdı . Evdən cıxıb oğurluq edirdi . Yazıq bibim ərinin araq ehtiyyacını ödəmək üçın toydan hər gecə qoynunda araq oğurlayıb gətirirdi .
Nilayın oensyası və uşaqpulusu bir vaşa sabatoriyaya və uşaq evinə keçirdi . Onun ehtiyyacları və müalıcəsi bu pulun hesabına başa gəlirdi . Mən də ancaq az naşımla keçınirdim .
Əlimdə ovcumda pulum param qalmamışdı . Son günlər ayaqlarlma şış gəlmişdi . Həkimə getməyə pulum yox idi . Canım nə qədər burnumda olsa da qarnımdakının hər təpıyi məni həyata bağlayırdı . Hər gecə başımı yastığa goyub yatanda sabahı yeni bir ümüdlə açırdım .
Bu qədər tanış bilişlərin içındə məni itirib axtaran tək Samır idi . Türkiyədən gələndən alvere başlamışdı . 20 yanvar yarmarkasında yeri var idi . Uşaq geyimləri satırdı . Gülnarəylə boşansa da yenə bir yerdə idilər "uşaqların xətrinə" . Samirin dediyinə görə Gülnarə yenə ona xəyanət edirdi :
- Deyəndə deyir səninlə mənim aramda bir şey qalmayıb . Mən həyatımı yaşayıram . Deyirəm ay eşşəyin qızı , o zaman ver uşaqlarımı özümə rədd ol , nə qələt edirsən məndən aralıda elə. Deyir səni belə yandıracam . Ölumunu mənim əlimlə görmək istəyir . Heç nə ...inadına edir . Məni dəli etmək istəyir . Vəssalam . Vallah öldürəcəm onu . Məni qatil edəcək bir gün .
- Boş ver qoy rəddolsun . Fikir vermə .
- Fikir verməmək əlimdə deyil . Bütün hər şey mənə toxunur . Axı mən kişiyəm .Beş kişi arasına cıxa bilmirəm . Utaniram vallah . Məhəlləyə gedə bilmirəm . Hamı "filankəsin arvadı belə , filankəsin arvadı elə " deyir
- Məncə boşanmısan ver uşaqlarını özünə . oy həyatın bərkinə boşuna düşsün ağlı başına gəlsin .
- Hamı sənin kimi deyil Mətiş , kaş Allah mənə şans verəydi . Sənin kimi namuslu və dürüst bir qadın çıxaraydı qarşıma . İnan dostumun arvadı olmasaydın günü bu gün sənə evlənmə təklifi edərdim . Sənin mərdliyinə vurulmuşam ,
- Ağlına belə şey gətirmə haa - belə söhbətlərdən narahat olurdum .
- İnan Allaha and olsun əlimdə deyil . Bəlkə də Türkiyədə qalsaydıq ...
- Dərə xəlvət tülkü bəy ? Oncun Nəzakətlə ...
- Bəlkə də bu həyatımızın ən böyük səhviydi .
- Niyə sizi kimsə məcbur etmişdi ? Özünüz istəyib bərabər olmuşduz axı . Davam da edə bilərdiz , evlənə bilərdiz . Məncə bunynla Nəzakəti pis yoldan saxlaya bilərdin .
Kinayəli güldü .
- Nə qədər safsan Mətiş . Sən bacını tanımırsan .
- Tanimiram deyəndə nəyi nəzərdə tutursan ?
- O da Gülnarənin tayıdır, incimə . Hələ bəlkə də ondan da artıq...
- Sən də onu bu yoldan qaytarmaqdan istifadə etdin ?
Günlər , həftələr bir birini kecdikcə bir az daha ağırlaşırdım . Artıq ayımın günümün içındəydim . Analıq məzunuyyətinə çıxmışdım . Sinəmdə ozümlə gəzdirdiyim Suatın bilərziyindən başqa əlimdə heç nəyim qalmamışdı . Atam söz vermişdi , doğuma qədər beş üç manat pul toplayıb verəcəkdi . İş elə gətirdi ki 37 ci həftəmdə atam Bakıya gəlib məni kəndə apardı . Anam can üstəymiş . Məni və Nəzakəti arzulayırdı . Anamı görməkdən cox Nəzakəti görmək arzusuyla kəndə getdim . Atam Samirdən Nezakətə xəbər yollayıb onu kəndə çağırsa da Nəzakət nə anamın son günündə, nə də cənazəsində, nə də cənazədən sonra kəndə gəlmədi . Nəzakətin gəlməsini çox istəyirdim . Elə bil Türkiyənin havasını ondan alacaqdım, bəlkə Suat məni ondan sormuşdur . Axı niyə özümə əziyyət edirdim ki , bir telefon nədir ki, götürüb ya Suata , ya da Esra ablaya zəng etmirdim ki ? Edə bilmirdim . Qarnımdakı bu uşaqla özümü Suata qarşı xəyanət etmiş kimi hiss edirdim . Düşünürdüm , nə olur olsun Suatın 500 dollarını yığıb toplayacam , ondan sonra onunla danışacam . Başıma gələnləri deyəcəm . Əgər gəbul etməsə bilərziyin də pulun da yollayacam özünə . Mən kiməsə borclu qalmaq istəmirəm .
Aradan illər keçsə də , anamla görüşüm xatirələrimdən bu gün də silinməyib . Hələ də bugünkü kimi xatırlayıram həmin görüşü .
Anam o qədər qürurlu , o qədər də tərs adam idi ki , bu son günün də də dilin qatlayıb mənə "bağışla" demədi . Mən anamın əlini tutub qarnıma toxundurdum . Nilayla çəkdirdiyim rəsmi gözünün qarşısına tutdum .
- Bu gün mənim bu gündə olmama səbəb sənsən ana ...- dedim Atam xalalarım , dayıcanlarım nə qədər sözümü kəsib , ağzımdan vursalar da , heç nəyi vecimə almadan içimi boşaltdım .
- Mən heç... mən onsuzda taleyimlə barışmışam, mən səni bağışlayıram , anamsan , canımsan , Allahın mən istəmədən mənə verdiyi hədiyyəmsən , mənimcün dəyərlisən... amma Nilay və hələ dünyaya gəlməyən bu atasız körpə səni bağışlayacaqmı bilmirəm . Allah köməyin olsun . Cəzanı yüngül etsin - deyib ayağa qalxanda qurumuş taxda kimi barmaqları bıləyimdən yapışdı . Gözlərindən iki damla yaş axdı . Əyilib onunla üz üzə dayandım . Sözlü adama oxşayırdı . Diqqətlə gözlərinin içinə baxdım . Hələ bu vaxta kimi hec bir yerdə gormədiyim və heç bir zaman unuda bilmədiyım ifadə vardı bu çuxura düşmüş gözlərin içində . Bilmirəm sevgimiydi bu ifadə , nifrətmiydi , vicdan əzabimiydi , qorxumuydu , acizlikmiydi yoxsa yenə qüruru nəsə "mənəm, mənəm " demək istəyirdi bilmirəm ...
Dayana bilməyib qurumuş çiyınlərin bağrıma basıb :
- Səni bağışlaya bilmədiyim üçün məni bağışla ana - deyib qucaqladım dodaqlarımı saçlarına qoyub anamın qoxusun sonuncu dəfə içimə çəkdim , öpdüm və bu onu anidən yatağına buraxdım . Bayıra qaçaraq qapını çəkidim . Qapıya söykənib gözlərimi yumdum . Qapının arxasından içərini dinşeyirdim . Eynəyimin altındakı bulaq yenə də qaynayırdı . Gözlərim toranlaşırdı . Həkimlər ağlamağı mənə qadağa qoymuşdular amma , ağlamadığım günmü var idi ? İçəridən gələn qızların qışqırtısı bütün bədənimin tüklərini qabartdi . Qapını açıb anama baxdım , üzün örtmüşdülər :
-Allah günahlarını bağışlasın ana...
Atamın mənim üçün ayırdığı pul anamın cənazəsinə qismət oldu . Tamamılə müflısləşmlşdım . Bəzən belə vaxtlarımda Namazımın üstündə oturduğum zaman özümdən asılı olmayaraq dua yerinə Allaha üsyan edirdim .
- Dünyanın ən ağır sinaqları mənim üçünmü yazılıb ya rəbbim . Niyə məni bu qədər imtahan edirsən ? Məni nəylə , kiminlə sınayırsan ? İradəmimi yoxlayirsan , cəsarətimi mi ölçürsən ? Daha dayanacaq gücüm qalmayıb Allah , Suata söz verdım , örtümü başıma atanda tövbə etmədən söz verdim ona , bəlkə məni verdiyim sözün qarşısında əyırsən ? Bəlkə məni imtahan edən şeytandır , sən yox . Bəlkə şeytan məni yoldan çıxarır . Mən bəndəyəm , kiççiyəm , iradəm tab gətirmir . Bəs sən niyə şeytan qarşısında acizsən ? Axı sən hər şeyə qadirsən , axı sən böyüksən , güclüsən ! Niyə şeytana sənə qarşı üsyan etməyə izin verirsən ? Niyə şeytanı qəldımdən qovub , çəkdiklərimin qarşısında mükafatımı vermirsən ? Deyirlər Allah sevdiyi bəndəsini imtahan edər , məni bu qədərmi sevirsən ? Bu qədərmi ? İstəmirəm belə sevgı , mən də insanam , qadınam , yaşamaq , yaratmaq , sevmək , sevilmək istəyirəm . Yoruldum artlq , vallah yoruldum . Dayanacaq gücüm qalmadı . Yaşayacaq gücümdə qalmadı . Ölmək istəyirəm , ölüm qarşısında da acizəm . Bu iki uşaq mənim həyat qaynağımdır . Mən onlar üçün yaşayiram , özümə qəsd edib günaha girməmə izin vermə ya rebbim , ağlımı şeytana uydurma Allahım , yalvarıram sənə , nolar bircə dəfə duy məni , səsimi eşit . Məni də yadına sal , tale yazımı qırmızıyla yaz Allah ... Sən özün məni bilərək bilməyərək etdiyim günahlarımdan hifz eylə Allah , bir daha çırkaba girməmə izin vermə Allah ...
Nə qədər üsyankar olsam da yenə də yatanda da, qalxanda da Allaha şükür edirdim . Düşünürdüm ki , düşdüyum o cirkabı hər an mənə xatırlatmaq ücün vermişdi bu uşağı mənə Allah . Bəlkə bu arzulanmayan körpə qaranlıq gecələrimin işıqlı sabahı idı ? Bəlkə Nilayla başladığım bu həyat yolunun davamı bu körpədir . Bəlkə bu çəkdiklərimə qarşılıq Allah bu körpəni mənə hədiyyə edib ? Bir sağlam , əli ayağı düz övladım olsun deyə . "Xəstə ümüdü olmayan gələcəkdən ümüd gözləmə" deyir mənə Allah ?
Hər həkim kontrolunda həkim bətnimdəki körpənin sağlamlığından danışanda sevincimdən yerə göyə sığmırdım ...
Bakiya dönər dönməz Samiri axtardım . 20 yanvar yarmarkasına gəlib onunla görüşdüm . Utana -utana , ondan doğum üçün pul istədim .
- Vaxtın havaxdı ?
- Yəqın on , on beş gün çəkər . Heç pulum yoxdur . Atam verəcəkdi . Anam belə olunca ...
- Allah rəhmət eləsin . Vaxt edib gedə bilmədim .
- Uzaq yoldur . Nə gərək var, sağol . Gəlmiş kimi varsan .
- Nəzakət gəldi ?
- Yox . Gəlmədi .
- Gəlməz ... biırdim gəlməyəcəyini
- Niyə ? Mən tanıdığım Nəzakətdirsə bu qədər vicdansız ola bilməz . Ananın hayına gələr mütləq .
- Boş ver ... o özbaşına deyil gələ , buraxmazlar onu . Gəl onun haqqında danışmayaq, istəmirəm .
- Kim buraxmaz ? Niyə danışmayaq axı ? Nə bilirsən onun haqqında . O mənim bacımdır . Onun haqqında hər şeyi bilmək istəyirəm .
- Boş ver dedim . Dəyməz . O sənin tanıdığın bacın deyil artıq .
Həyəcan məni basdı . Yüz faiz , Samir məndən bir şey gizlədirdi .
- Samir səni and verirəm balalarının canına . Nəzakətin başına bir şey gəlib ? Nolub ona . Məndən nə gizlədirsən .
- A yox vallah . Məncə heç onnan maraqlanmasaz yaxşıdır . O artıq yolunu clzıb , o yaşamı seçıb , siz də , özü də istəsə ordan çıxa bilməz artıq .
- Axı nolub ? Danışırsan onnan? Gəl gedək pocta danışaq qurban olum . Görüm nolub ona .
- Pis, həm də qaranlıq yola düşüb .
- Necə yəni ?
- Barda işləyir , həm dəə ...
- Nəə ?
Samır təsüflə başın yellədi . Gözümün qabağında həmin gecə rəngli işıqları yanan o bar və o çopur kişi canlanırdı . Elə bilirdim o bara gedən qızların hamısı onun yatağından keçır .
- Bu necə ola bilər Samir , sən nə dışırsan . Necə oldu ki düşdü o mühitə ?
- Xətrinə dəyməsin ! O elə o yolun quluydu . Gəşəy də istifadə rtdilər ondan . İlk dəfə onu görəndə o sənin bacın olduğuna inanmırdım .
- Demək onunla mənim evimdəki yaxınlığın sadəcə bir istək idi ? Yanı aranızda bir şey yoxdur ?
- Yox . Amma səhv başa düşmə . Necə deyim bilmirəm bilirsən mən sənə də təklif etmişdim , uşaqlarım için bərabər yaşayaq . Mən sənə sahib çıxaram . Bacı qardaş kimi bir evdə yaşayaq . Evlənmək istəmirəm Mətiş , gözüm qorxub evlilikdən . Gülnarə məni elə sındırıb , elə əydi ki ,bütün qadınları onun kimi bilirəm . Elə bilirəm ki evlənsəm o ikinci də mənə xəyanət edəcək .
- Sən də gozləyirdin ki , Nəzakət sənin uşaqlarına dayəlik etməyə razı olacaq ? Bunu heç bir qadın etməz . Həə... ailə başqa şeydir evlənirsən yuvan olursa , o qadın səni sevirsə uşaqlarını da sevər . Yoox gəl mənimlə bir yerdə yaşa , mən sənin ehtiyyaclarını qarşılayım , sən mənim uşaqlarıma analıq , nə bilim bacılıq et , bu heç vaxt olmaz . Olsa belə bəlkə hardasa evi eşiyi olmayan , həyatın zərbəsini görmüş gedəcək yeri olmayan , arxası dəstəyi biri olmayan biri ola da qəbul edər . Amma o da müvəqqəti bir şeydir . Sabah bir gün ona daha yaxşı bir evlilik və ya dostluk təklif edən olursa səni də uşaqlarını da atıb qaçaçaq . Bu da sənə növbəti zərbə olacaq ...
- Nəzakət də qəbul etmədi . Məni qəbul etdi , amma uşaqlarımı yox . Uşağa baxanamsa öz uşağıma baxaram , sənin uşaqlarına niyə baxım - dedi .
- Əşii ondan ana olmaz .
- Həmin gün məni evə dəvət etdi . Onunla orda ilk gecəmiz idi . Bilmirəm səndən necə üzürxahlıq edim . Sənin evində ...
- Oldu artıq . Elə həmin gecə hamımızın həyatımız dəyişdi ... sonrakı peşimançılıq fayda verməz .
- Düzdür . Mən Nəzakətlə bir neçə dəfə danışdım . Buranı açıb işə başlayandan sonra zəng etdim ona . Əgər qəbul edərsə onunla evlənəcəyimi dedim . Telefonda ağladı. "Gəl məni qurtar Samir" dedi .
- Nolub ki ?
- Deməyim, sənə həyəcanlanmaq olmaz belə vaxtda .
- Samir ,mənim həyatım onsuz da həyəcan içərisində keçir , qurban olum . İndi bunu eşıtsəm nolacaq ki ...
- Atana da xəbər göndərdim . Mənnən əlaqə saxlasin deyə . Nəzakətin vəziyyətin ona danışdım . Mənim o adda qızım yoxdur dedi ...
- Atammı dedi ?
Samir başın yırğaladı .
- Bunu anam desə inanaram . Atam kəsinliklə ... Bəlkə dəə. Atam elə bir şeyə hirslənməsə, belə bir xırda hallara heç kimdən küsməz . Demək ortada ciddi bir şey var
- Terora qoşulub ...
- Kim ?
- Nəzakət ...
- Nəə ? Ay Allah mən nələr eşıdırəm ?
- Bunu özü dedi sənə ?
- Hə ... bunu üstü örtulu dedi mənə . Ona vəzifə verilib , küçələrdə və ya bara gələn azyaşlı qızlara gözəl yaşam vəd edərək onları ələ alıb şəkillərini çəkərək sonra şantajla onları terora və ya qadın alverinə çəlb edirmiş . Özünü də belə yoldan çıxarıblar .
- Kim edib bunu ? Niyə şikayyət etməyib , niyə qaçmayıb axı , bu qızın ağlı hardadır ?
- Sakit ol , sənə həyəcanlanmaq olmaz .
- Ən azından həmin barı ihbar edə bilərdi .
- Bu bu qədər asanmı ? Onun hər addımı göz altındadır, izləyirlər . Bu bir mafiyadır , başa düşürsən ? Ora düşənlər çətin çıxar ordan .
Araya qulaqbatırici bir sükut çökdü beynimdə bu vəziyyətdən çıxış yolu axtarırdım Nəzakət üçün .
- Mən ona dedim qaç gəl - Samir davam etdi - Burda səni tapmazlar . Dedi "mənim hər addımımı izləyirlər ". Dedi "İki dəfə məni Qirğızıstana , Dağıstana yolladılar , ordan adam gətirməliydim , qaçmaq istədim" dedi "tutdular bir həftə işgəncə etdilər mənə " Hamılədir indi .
- Ay Allah , nə deyir bu ? Gıc baş sənə uşaq lazımdır , birin doğub atmisan otralığa , indi bunu neyləyəsən , həm də belə vaxtda ? - Əsəbimdən çatlayırdım .
- Deyəsən analıq hissiyyatı indi oyanıb onun . Mənə yalvarır ki , kömək elə burdan qaçım , uşaq olan kimi əlimdən alacaqlar deyir . İstəmir uşağını onlara versın .
- Sən neyləyə bilərsən ki? Niyə polisə getmir , niyə səfirlikdən kömək istəmir .
- Mən ona başa saliram Mətiş . Deyir telefonla belə gızli danışıram sənnən . Orda onun hər addımını izləyirlər .
... Elə bir murdar xasiyyətim var idi ki , birini beynimə saldimsa onun dərdini çəkirdim . Düşünə düşünə qalmışdım . Nəzakətə nə qədər hirslənsəm də , ona nə qədər küssəm də ona ürəyim yanırdı . Onu bu çirkabdan qurtarmaq ustəyirdim . Nə olur olsun onun işlədiyi barı oyrənməli , bacımı qurtarmaq üçün səfirlikdən kömək istəməli idim . Odur ki , beş gün sonra təkrar Samirin yanina gəlib onunla əlaqə saxlamaq üçün ona yalvardım . Onun nömrəsini istədim .
- O özü zəng edir mənə həmişə . Məndə nomrəsi yoxdur .
- O zaman bizim binanın komendantlna zəng edək danışım , çağırsın telefona , danışım .
- Orda qalmır ki , daha .
- Bəs harda qallr ?
- Bilmirəm . Deyəsən onlar özləri onu hardasa saxlayırlar . Qalmağa ev veriblər ona .
- Bəs mənim evim eşıyim ?
- Allah sənə kömək olsun , ev qalar indiyə ?
Samir əlini cibinə atdı . Cibindən dörd "əlli minlik" çıxarıb mənə uzatdı .
- Bu sənə bəs edər ? Mal gələcəkdi. Üstümdə pulum azdır .
- Hə , hə bəsdir . Allah səndən razı olsun , Samir . Nə yaxşı ki, varsan . Bu həyatda tək güvənəcəyim adam sənsən . Həm orda , həm burda mənə qardaş oldun .
- Nə demək , səni öz bacım kimi çox istəyirəm . Bizim kitabımızda dosta xəyanət yoxdur . Dostun arvadı bacımızdır , namusumuzdur . Nə zaman bir şeyə ehtiyyacın olursa çəkinmə . Sənin Samir qardaşın var .
Əlimi qoynuma atdım . Suatın verdiyi bilərziyi ona verib :
- Bu səndə qalsın .
- Nədir bu ?
- Bu bilərzik mənim üçün cox dəyərli bir şeydir . Qiymətinə görə yox , amma goğurdan da mənim üçün çox qimətlidir .
- İndi mənə niyə verirsən ki, bunu ? Mən zalotnan pul verirəm sənə ?
- Bilirsən bu vaxta qədər kiməsə bir qəpik borcum olmadı . Xəstəxana işidir , necə olacağım bəlli deyil . Əgər sağ qalırsam 200 şirvanını əlimə pul keçən kimi verəcəm , yox əgər çıxmasam , halal xoşun olsun . Satarsan sat. Satmazsan ... məndən yadigar saxla .
- Dəlisən səən ? Mən bu pulu sənə borc verirəm ? Doğuşa gedirsən , bu nə əhval ruhiyyədir səndə ? Bir az pozetiv düşün . Nikbin ol.
- Səndən başqa etıbar edə biləcəyim heç kimsəm yoxdur . Sən doğurdan da mənə qardaş oldun . Bu dursun səndə . Vay deməsən , xeyir gəlməz . Birdən mənə bir şey oldu . Ortalıqda itib batmasın . Elə səndə qalsın .
- Allah ağıl versin . Hər doğan ölür ?
- Birdə bir xahişim var Samir ...
- De görək başqa nə sayaqlayirsan ?
- Əgər bunu satasi olsan ayağın nə zaman İstanbula düşərsə bunu kuyumcu Suata sat arsan...
- Adam tapmadın sən Allah ? Məni onunla üz üzə gətirmə ...
Gözlərimdən yaş süzdü , samirin sözünü kəsib davam etdim ...
- Birdə ona deyərsən ki , Mətanət hər zaman sənə güvəndi . Səni heç vaxt aldatmadı . Sənin onun başına örtdüyün bu örtünü səndən sonra açmadı - Başımdaki örtünün ucu ilə eynəyin altından gözümü quruladım . Bu həmin örtüydü , Esra ablanın yarımçıq əl işləməli örtüsü idi . Təsadüfən bu gun onu örtmüşdüm başıma .
Samir dayana bilməyib çıynımı sınəsinə sıxdı .
- Dəlisən vallah sən , məni də ağladasan haa, indi bu dəqiqə . Heç inanmazdım ki , sən Qeyisə xəyanət edərsən ! Əslində xəyanət yox , gözləyirdim ki, biri ilə görüşəsən , evlənəsən bəlkə də . Bunu Qeyis də gözləyirdi . Hər dəfə məndən soruşurdu səni . Deyirdim yox vallah elə bir şey yoxdur . Yanılmışam . Amma o şərəfsiz də sənin ağlını bu bilərziklə yeyibmiş Gülnarə kimi deyəsən .
Gülnarəylə onun adının çəkilməsini heç istəmirdim . İkisinin adı bir yerdə hallanınca ilk ağlıma gələn qapı deliyindən gördüyüm mənzərələr olurdu . O zaman haldan hala girirdim . Əsəb , qısqanclıq məndən rəng alıb rəng verirdi .
- Yox , Samir Allaha and olsun , ölənlərimizin goru haqqı , egər belə bir şey olursa bilirsən səndən gizlin sirrim yoxdur , deyərəm . Mən Qeyisə heç vaxt xəyanət etmədim . Taa o gecəyə qədər ...
- Hansı gecə ?
- Səninlə Nəzakəti mənim evimdə gördüyüm gecə . Bəlkə belə olacaqmış , bəlkə bu uşağın dünyaya gəlməsinə səbəb elə mənim həmin gəcə evimdən getməyimmiş .
- Demək Suata getdin həmin gecə ? Bu uşağın atası Suatdır ?
-Yox
- Bəs kimdir ?
- Bilmirəm ...
- Oooo... kilməri görüləm kimləri ? Həm də sarmaş dolaş , bu ikincı yaxalanmaqdır . Gör yatmışam fil qulağında ee mən ... Başın batsın ay Gülnarə ! Bu damı ağlına gəlmədi bu bic kimin uşağıdır ?
Ovunu ovlamağa hazırlaşmış qartal kimi Gülnarə də əlini yanlarına açıb üstümüzə şığımağa hazırlaşmışdı ...
17 BÖLÜM
     
      Bir onu bilirəm ki , Samır Gülnarəylə mənim aramda qalmışdı . Sonra bilmirəm nə olduğunu . Gözümü açanda özümü doğuş masasında gördüm .
Çox ağır doğuşum oldu . Həkim güçlü qanaxmayla doğulan uşağın ayaqlarından asıb arxasına vurana qədər böyük nigarancıliq içindəydim . Güc verərkən belə Allaha yalvarırdım ki , bu uşaq da xəstə , şıkəst doğulmasın . Həyəcan və stresdən açılışım olmuşdu . Həkimlərin müdaxıləsinə baxmayaraq açılışın qarşısını ala bilmədilər . Nilaydan gözüm çox qorxmuşdu . Elə bilirdim bu uşaq da xəstə doğulacaq . Egər belə bir şey olsaydı, mənim sonum gəlmişdir demək .
Körpənin səsi gələndə gülümsümdüm. Göyə baxıb gözlərimi qırpmaqla Allahıma sonsuz təşəkkürlər etdim. Gözlərimdən sevinc yaşları axdı . Başımın üstündə dayanmış sanıtar xanım saçlarımı sığallayıb üzümün , gözümün yaşını siləndə elə bildim doğma bir adamım başımın üstündədir . Həmin xanımın əlini üzümə sıxaraq hönkürdüm . Qadın mehriban baxışları ilə məni süzüb mənə təsəlli edirdi .
Daha göbəyi kəsilməmiş körpəmi qarnımın üstünə qoyanda həyəcandan ürəyim yerindən çıxacaqdı az qala . Gözlərim ağırlaşmağa başlamışdı . Sanki özümə yuxarılardan baxırdım . Həkim və tibb bacıları ətrafimda ora bura qaçır , damarıma iynə vurur , üzümü şıllələyir , nəsə təlaş edirdilər ...
- Mətanət xanım , Mətanət xanım !
Çox yorğun halda gözlərimi açdım . Tibb bacısı idi ;
- Doymadınızmı yatmaqdan ? Gül üzlü qızınız , anasını belə tənbəl bilmirdi heç , oyanın artıq . Qızcığaz acından öldü ki .
- Qizim olub ?
- Hə qızınız oldu . Bilmirdin ?
- Yox indi eşidirəm .
- Bay ... bilsəydim muştuluğumu alardım . Elə bil yuxuya həsrətsiz , elə yatmısız ki , halbu ki doğuş anında anaya yatmaq olmaz .
- Çox pisəm həkim , özümü pis hiss edirəm .
- Şükür siz yaxşısız hələ, özünüzə gələ bildiniz, bu cür qanaxmayla . Çox ağır doguşunuz oldu . Belə getsəydi əməliyyat olacaqdın . Qanaxmanı güclə dayandırdıq , amma yenə diqqət etməmiz lazımdır . Hər an belə vəziyyətlə təkrar qarşılaşa bilərsiz .
- Uşaq necədir ? Əli ayağı düzdürmü barım .
- Lap yaxşı , əla görünür maşallah , nur topu kimi qızdır, anası kimi göyçəkdir - qapı açıldı . Daye uşaq qucağında içəri girdi .
- Hə bax , gördü ki ,ana qızını görmək istəmir özü anasını yoxlamağa gəldi .
Ağ bezə bükülmüş , hələ dərisinin qızartağı çəkilməmiş tompul körpəni görəndə az qaldı ürəyim yerindən çıxa . Dikəlib qalxmaq istəyəndə həkim qalxmağa izin vermədi .Üşağı qolumun üstünə qoydu . Heç Nilayda bu həyəcanı yaşamamışdım . Bəlkə də o zaman uşaq idim , analığın nə olduğunu bilmirdim .İndi ürəyim hökm edirdi yerindən çıxa , bağıra bağıra ağlasam bəlkə də özümdə bir yüngüllük hiss edərdim . O vaxt Nilay qollarımın arasında çansız sakit dayanmışdı .Bu uşaq isə maşallah cıvıl cıvıl qaynayırdı . Bir necə saat bundan əvvəl qarnımın içində hiss etdiyim təpıklərini indi böyürlərimdə, qollarımın arasında hiss edirdim . Çox gözəl bir hiss idi , bu həyəcan . Bütün arzusunda olanları bu hissləri yaşamağı arzulayırdım həmin an . Gözlərimi yumub Allahıma dualar edirdim . Qızım çox gözəl üşaq idi , uşağın üzünə baxmaqdan doymurdum . Elə hey ağlayırdı . Üşaq səsinə həsrət qalmış qulaqlarımın pası açılmışdı elə bil. Nilay səssiz və sakit idi , heç zaman ağlamamışdı . Doğulanda da səsi çıxmamışdı . İndi bu körpənin səsini eşıdıncə üzümə sevinc gəlir , gülürdüm . Elə gülürdüm ki , elə şaqanaq çəkirdim ki , palatadakilar da mənə baxıb gülürdülər .
Xəstəxanaya gələcək biri, kimim kimsəm yox idi . Yanımda yatan gəlinlərin yanına gəlib gedənləri gördükcə həyatıma nifrət edirdim . Mən bu həyatda varmıyam , yoxmuyam bilmırdim .Bu həyat mənim üçün deyildi. Hər kəsə ürəyim sınıq olsa da yenə hər zaman xəstəxanalara yolum düşəndə hər dəfə gözüm qapıda olurdu . Bəlkə biri arxamca gələ . Nilay dünyaya gələn gündən demək olar ki, istər Türkiyədə istərsə də Azərbaycanda günüm xəstəxanalarda keçirdi . Nə qayananamgil tərəfdən , nə də bizimkilər tərəfdən bir adam halımızı soruşmurdu .Hər dəfə Samir bizi ziyarətə gələr , əlindən gələni edər xərcliyimizi verərdi .Gülnarə Samirlə aramızda bir şey olduğunu sanırdı , Lakin Samir hər zaman mənə ən yaxşı dost , qardaş olmuşdu .
- Mətanet, aşağıda adamın var !
Eşitdiyimə inanmadım .Yanı mənim yanıma gələn var? Bu yüz faız Samir olmalıydı . Sunki Samırdən başqa halımı soran yox idi .
Əlimi qarnıma qoyub tələsik və sevincək ayağa qalxdım . Canım ağrıya ağrıya pıləkənləri quş kimi aşağı uçdum .Qapının kiçik pəncərəsində atamı ,Sədaqəti ,bibimi və Samiri görəndə sevincdən gözyaşlarımı tuta bilmədim .Mən içəridə ,onlar bayırda ağlaşmağa başlamışdıq.
Birazdan qızımı da gətirdilər . Atam da Samir də muştuluq payladı .Heç Nilayda bunları görməmişdim deyə elə bilirdim yuxu görürdüm . İnanmırdım gördüklərimə .
Xəstəxanadan çıxanda uşağın yaş kağızını istədilər . Nə edəcəyimi bilmirdim . Atam və bibim həkimlərlə danışıb onlara başa saldılar kı , uşağın atası yenicə rəhmətə gedib. Baş qarışıqdır .Sənədlər qaydasında olan kimi yaş kağızı alınacaqdır. Beləliklə Samirdən aldığım pul ilə xəstəxana rüsumunu ödədik . Biraz da həkimə hörmət etdikdən sonra bibimin bizə verdiyi balaca daxmamıza gəldik . Qızımin dünyaya gəlişi ilə bu kasıb daxmmıza işlq gəlmişdi, elə bil , evimiz şənlənmişdi. Bibim bizi ac qoymurdu . İşdən gətirdiyi yeməklərlə məni öz əlləri ilə bəsləyirdi . Sədaqət əlinə pul düşən kimi uşağa balaca paltarlar alar, evə meyvə ,yeyecək alıb gətirirdi .Sədaqətin günü bizdə kecirdi . Bir yatmağı ayrı idi . Dərsdən çıxan kimi bizə gələr , balacanı sevib əzizləyər , yeyib içəndən sonra işə gedirdi . Dərsdən sonra şadlıq evində yarım günlük qarson işləyib xərcliyini çıxardirdi . Kiməsə möhtac deyildi . İşdən sonra qızlarla tutduğu evinə gedər , gecə yarıya qədər dərsləri ilə məşğul olardı .
Doğurdan da Sədaqət fərqli bir qız idi . Heç nəyi bizim kimi düşünmürdü. Dedi- qodudan uzaq , açıq gözlü bir qiz idi .Onun yanında havala qavala , fərziyəylə söhbət etmək olmazdı . Özü də deyirdı - mənim yanima dəlil sübutla gəl , istə canımı sənə verim . Əsla xəyal - xülyayla işi yox idi . Cox realist qız idi . Onun bu xasiyyətinə sözün yaxşı mənasında qibtə edirdim . Nə yaxşı ki, biz bacıların icində bu oxudu , adam oldu . Özünü kəndin dedi qodusunda , avam mühitdə boğmadı . Kaş mən də oxusaydım ...
Sədaqət beş dəqiqə də uşaqdan ayrılmırdı . Ona gül üzlü balam deyərdi.
- Bunun adın mən qoyum Mətiş ?
- Nə qoyursan qoy . Təki Sədiş xalası kimi ağıllı qız olsun .
- Gülay olsun adı , gül kimi tətavətli , ay kimi aydın həyatı olsun inşallah . Qoy Gulayımızın ayağı düşərli olsun , anasını hər zaman sevindirsin .
Kövrəldim
- Bax aa ,ağlamaq yoxdur . Söz ver indən sonra ağlamaq olmayacaq . Mən varam . Mən kömək edəcəm sənə , səni tək qoymayacam . Bildin ? Gülayın yaş kağızını da mən alacam ,
- Nəylə ? Necə ? Kimin adına alasan ?
- Bir şey fikirləşərik . Amma əvvəl sən mənə hər şeyi danış !
- Nəyi danışım ?
- Bütün olanları . Necə oldu ki , Minayə xala səndən şübhələndi . Niyə bu uşağı Qeyisin uşağı kimi qəbul etmir . Bəlli ki, ortada mütləq anormal bir vəziyyət var . Qulağıma da Kifayyətdən , Lətafətdən bir şeylər çatıb . Amma məni bilirsən , mənim ara sözləriynən işim yoxdur .
- Hardan , necə başlayım bilmirəm .
- Mən sənin və sənin kimi başlarına oyunlar gələn qızları yazılarımda işıqlandıracam . Danış mənə bizim bilmədiyimiz şeyləri sən yaşamısan , sən bilirsən bu vəziyyətə necə gəlib düşmüsən . Sənin kimi nə qədər beləhəyatlar yaşayan qızlar var , bilirsən ?
- Nə dəyişəcək ki , mən danışdam və ya sən yazsan ?
- Çox şey fəyişəcək . İnan mənə . Ən azından heç kimin yox bir qadın nümayəndəsi kimi bir qadının hüquqlarının müdafiəsinə qalxa milətən . Buna mənim gücüm catar qələmimlə .
- Nağıl danışıb xəyallara düşmə Sədaqət .
- Məncə artıq səni nağıllar dünyasından gerçək həyata qaytarmaq lazımdır . Sənin işlərini yoluna qoyandan sonra ikimiz birləşəcəyik , o kənddə qalıb arvada dönmüş Kifayyətlə ,Lətafətə gün ağlamağımız lazımdır.
Çox qətiyyətli danışırdı . Onun özgüvəni məni hər şeyə arxayin edirdi. Doğurdan da Sədaqət mən tanıdığım o balaca qız deyildi artıq . Onunla qürur duymağa başlamışdım.
Həmin gün başıma gələnləri utana utana ,qorxaraq Sədaqətə danışdım . Elə bilirdim Sədaqət də o biri bacılarım kimi üstümə qışqıracaq , bağıracaq . Etdiyim səhvlərə görə o da Kifayyət kimi saçımı başımı yolacaq . Əksinə , eşıtdiklərini çox soyuqqanlılıqla qarşıladı .Hələ inamla ayağa qalxıb ;
-Narahat olma hər şey yaxşı olacaq . Biz bacaracağıq . Bu uşaq Qeyisin qızı olacaq . Görərsən .
- Mən bundan emin deyiləm .
- Mən də emin deyiləm , amma özümüzü əmin kimi göstərəcəyik və mübarizəmizi sonuna qədər davam edəcəyik .
- Məni qızışdırma Sədaqət ! Qoy oturmuşam , oturduğum yerdə . Dilə ağıza düşəcəm , onsuz da söz söhbət baş alıb gedir .
Mən nə qədər bu işdən qaçsam da Sədaqət əl çəkmədi . Hər şeyi şansa buraxıb məni də yanına alaraq məhkəməyə gəldi . Gülay üçün atalıq davası açdı ...
O zaman Sədaqət beynəlxalq əlaqələr faklutəsində oxuyurdu . Həvəskar müxbir kimi ilk təcrübəsini mənimlə başladı . İlk məqaləsi qadın hüquqlarından bəhs edirdi . Onun ilk müsahibi mən idim . Yazılarında mən və mənim kimi bir neçə qadınların da həyatı işıqlandırılmış və Sədaqət bizim kimi kiçık yaşda evləndirilən qızların müdafiəsinə qalxmışdı . Sədaqət qrup yoldaşının vəkil qardaşı ilə danışıb ondan mənim üçün kömək istədi.Və bizim utana utana Vidadi bəylə girdiyimiz bu məhkəmə davasındaki tanışlığımız sonralar möhkəm dostluğa səbəb oldu .
Həmişəki kimi Samir yenə mənim yanımda idi . Mən ondan uzaq qaçsam da Samir heç nəyi vecinə almirdi . Atamın da bibimgilin də yaninda dönə dönə deyirdi ki , Mətanət mənim bacımdır . Heç zaman ona başqa gözlə baxmamışam, baxmaram da
Mənim sözüm kişi sözüdür. Kişi sözünə naxələf çıxmaz .
Samirlə dostluğumdan məmun idim .Doğurdan da biz möhkəm dost idik . Bizim aramızda gizli heç bir şey yox idi . Hətta o geçə olanları da ucundan qulağından ona danışmışdım . Bu işdə özünü günahkar sayırdı .Demiyəsən o zaman o Qeyislə görüşəndə həmin dərmanları Qeyisin istəyiylə o içəri keçirdibmiş . Məsələ nə qədər ciddi olsa da Samir gülməkdən özünü saxlaya bilmədi ;
- Yəqin dərmanları tərsinə içmisiz . Qeyıs özünü qızışdırmaqdan səni qızışdırlb .
Amma həmin gecə mənim evdən getməyimə səbəb isə özünü günahkar bilirdi . Nə yolnan olur olsun özünü mənə bağışlatmaq istəyirdi ;
- Əgər atalıq davasını qazanmasaz Gülaya mən özüm metirka verəcəm - deyirdi .O da olar mənim qızım . Uşaqlarimin biri . İlqarla Vüqarin bacısı olar . Bilirsən mən uşaqlara qarşı necə həssasam .
- Heç zaman belə şey ola bilməz ! Gülnarənin odunun üstünə yağ tökərsən.
- Dünya vecimə deyil ,nə olur olsun- deyirdi .
Xəstəxanadan cıxandan sonra Samir bilərziyi mənə qaytarsa da bilərziyi ondan almaq istəmirdim .
- Pulunu verim sonra .
- Dəli olma . Sənnən mənim aramda pul söhbəti edirsən ?
- Mən də sənə bacı kimi əmanət edirəm bunu .
- Lazım deyil . Al əmanətini özündə saxla . Mənim evim Həsənsov dəyirmanı kimidir . Kim girir , kim çıxır bilmirəm . İtib eliyər . Balaca şey də deyil ki sonra alıb verəm .
Məcbur olub bilərziyi yenə qoynuma sancaqlayib gizlətmişdim .
Məhkəmələr uzandiqca içimi böyük qorxu sarırdı . Bu məhkəməni uduzsaydım aləmə biabır olacaqdım . Vidadı bəy güclu bir vəkil idi . Gənc olmasına baxmayaraq , ən ağır məhkəmələrdən hər zaman uğurla çıxmışdı . Yenə əlim qoynumdaki bilərzikdə idi . Dar gendə satıb Vəkilin pulunu verəcəkdim deyə düşünürdüm . Sədaqət isə onunla deyəsən heç pul söhbəti belə etməmişdi .
Qaynanam Qeyisin ölüm şəhadətnaməsini verməsə də Vidadi bəyin təcrübəsi bu şəhadətnaməni qanunu yolla əldə etməmizə səbəb oldu . Vidadı bəy məhkəmədə qətiyyətli çıxış edərək hakimə və salondakilara demişdir ki ;
- Yoladaş hakim , əgər Gulayın Qeyisin qizi olmasından şübhəsi olan varsa , buyursunlar , qəbirin açılmasına izin verilsın . MƏhkəmə qərarı ilə , çənazədən nümunə götürülüb analızə göndərilsin ! Gülay Qeyisin qızı olarsa biz Mİnayə xanıma qarşı şıkayyət davadı açacağıq . Hörmətli Mətanət xanımın şərəf və ləyaqətinin alcaldilması və təhqir olunması o cümlədən böhtan və iftira ...
Vidadi bəy danışarkən qulaqlarım küyləşir, alnımı soyuq tər basırdı . Səsi gah uzaqlaşır , gah da yaxınlaşırdı
-...daır qarşı tərəfə Azərbaycan Respublikası Cinayyət məcəlləsinin 147- ci maddəsinin 1 ci ...
Vəkilimiz maddələri saydıqca məhkəmə salonu gözlərimdə qaralırdı .Ürəyimi elə bil tutub sıxırdılar . Bu anda düşündüyüm bir şey var idi . Birdən məzarın açılmasına izin versələr ? Gülay Qeysin qlzı olmadığı ortaya çıxsa ? O zaman mənim halim nolacaq ? Həmin maddələr mənim özümə oxunacaq , hələ üstəgəl mənə əxlaqsızlıq damgası vurularaq uşaq əlimdən alınıb uşaq evinə də verilə bilərdi .
Gözümü açanda Sədaqət və atam məni ayıltmağa çalışırdılar. Məhkəmə salonunda hec kim yox idi .
- Noldu mənə ? -Sədaqətə baxdım - Nə qərar verildi ?
- Hələ heç nə , məhkəmə fasiləyə çıxdı. Nolub özünü toxtaq tut.
- Bu məhkəməni qazanmayacağıq . Boşuna əlləşirik
- Gul kimi də qazanacağıq . Lap əla qazanacağıq . Qazanmasaq belə pes etmek yoxdur .
- Sədaqət başıma oyun açma . Cəhənnəmə olsun . Əl çək , burax !!!
- Nə oyunu ? Oyunu onlar açıb ee senin başına . Həyatını alt üst ediblər . Onların bu vaxta qeder etdikləri hamisi cinayyət işidir ee , xəbərin var ? Əlli ayaqlı gedirlər ee hamisi .
- Əşii boş boş danışma ...
- Boş deyil - Vidadi bəy bizə yaxınlaşıb barmağını qatladı - Bu maddələrlə bilirsən onları nə gözləyir ? 1 . Evlənmə və yetkinlik yaşına çatmamiş qızı qeyri rəsmi nigaha çəlb etmə
2 . İcki , Narkotik, və digər alışqanlıqları olan biriylə evlilik adıyla az yaşlı qızı cinsi əlaqəyə zorlama və ya məcbur etmə ...
3 . 15 yaşlı yetkinlik yaşına catmayan qızı evlilik adıyla xarıcə aparma və ya qacırtma maddəsi ... hətta daha da dərinə getsək , işə və ya fahişəliyə çəlb etmək ... kimə sübut edə bilərlər ki səni nə məqsədlə Türkiyəyə aparıblar ? Nigah yox , bir şey yox . Di sübut etsinlər ki , sən Qeyisin arvadı olmusan . Biz qanunla işləyirik , qeyri rəsmi yox . Onların hayı küyü ancaq öz ətraflarında , məhəllələrində keçər . Məhkəmədə yox .
4 . Yetkinlik yaşına çatmayan qızı uşaq döğmağa məcbur etmək . Xəstə uşaqla , ananı Yad ölkədə sahibsiz , tənha buraxmaq .
5 . Az yaşlı qizi qaçırtmaq + işləməyə məcbur edib əməyini və haqqını qeyri rəsmi əri tərəfindən müsadirə etmək ... uşaq və qadın hügüglarını tapdamaq , sayim hələdə ?
- Yanı deyirsiz ...
- Bəli , yanı deyirəm ki , bu qədər maddələrin qarşısında onlar məzarın açılmasını istəməyəcəklər . Əgər məzar açıldıqdan sonra Gülay Qeyisin qızı olaraq sübut olunarsa , o zaman bu saydığım maddələrlə qanun qarşısında cavab verəcəklər. Bu barədə bayaq çöldə onlarla da danışdım , day bizdən günah getdi . Bundan sonra özləri bilər .
- Ürəkli ol bacı , özünü əydirmə , bütün bu olanlar sənin günahin deyil . Lap Gülay Qeysin uşağı olmasa belə yenə məhkəməni biz udacağıq . Sənin başına gələnlər , anamın və onların günahıdır .
Məhkəmə fasılədən sonra qısa sürədə davam etdi.Tərəflərin ortaq qərara gəlməsi üçün növbəti məhkəmə iki gün sonraya təyin olundu .
Böyük bir həyəcan içərisindəydim . Çox qorxurdum , qarşıma bir yol clzmışdım . Əgər məhkəməni qazanmasaq , Gülay əlimdən alınıb uşaq evinə göndərilərsə , o zaman həyatıma son verəcəkdim .
Başımız məhkəmələrə necə qarışmişdisa , Nilayı belə görməyə gedə bilmirdim bu neçə ayin içində vaxt tapıb bir neçə dəfə Nilayı görməyə getmişdim .Nilay hələ də məni tanımırdı . Bəlkə də tanıyırdı , amma qarşılıq verə bilmirdi , bilmirəm .
Sədaqətin və Samirin Gülaya aldığı böyük bədən paltarları yığıb Nilaya aparmışdım . Elə bilirdim Gülayın gəlişi məni Nilaydan soyudacaq . Xeyir , əksinə Nilayı daha cox sevirdim . Ona daha çox diqqət ayirmaq istəyirdim . Nilayın yeri ürəyimdə bir başqa idi .
Gulay dögulan gündən altı ay idi ki , məhkəmələrdə sürünürdük . Hələ heç nə əldə etməmişdik . Heç nəyə ümüdüm qalmamışdı taa bu günə qədər . Vidadi bəyin qətiyyətli çıxışı deyəsən qaynanamgili düşünməyə vadar etmişdi. Məhkəmədən düşünmək ücün vaxt istədilər...
Səhər oyanar oyanmaz Gülayı qalın geyindirb , Nilaydan qalan arabaya qoydum . Bir başa uşaq evinə gəldim . Altı ayda İlk dəfəydi ki Nilayla Gülayı görüşdürürdüm .
- Bax canım qızım , Nilayım . Biz gəldik birdənəm bax , gör sənə kimi gətirdim . Bax daa tanış ol, bax bu sənin bacındır , Gülay...
Yerdə oturub qızlarımın ikisin də qucağıma almışdim . Nilay sakit səssiz , Gülay isə ataman kimi bir yerdə durmurdu . Məni Nilaya qısqanırmış kımı onun üstünə hücum çəkirdi . Gah barmağın gözünə soxmağa çalışır , gah da qışqırırdı . Nilay isə məsum baxışlarıyla ona baxıb əyri barmaqları ilə özünü müdafiə etməyə çalışırdı.
Günortadan sonra son məhkəməmiz idi. Qərarımı vermişdim . Əgər bu məhkəmə bizim istədiyimiz kimi olmasa gətirib Gülayı da buraya qoyub gedib özümü dənizə atacaqdım . Mən bu biabırçılıqla yaşaya bilməzdim . Nilayı bağrıma basıb sevirdim .
Qarşı divardakı şəkil diqqətimi çəkdi . Hansısa rəssamın şəkdiyi mələk uşaqlar portreti idi . Hardasa bu şəkil mənə tanış gəlirdi . Şüuraltı nəsə bir xatiəmi , hadisəmi bilmirəm - beynimdə dolaşıb dururdu . Elə bil mən bu mələk şəkilli uşaqları hardasa görmüşdüm . Nlayı öpüb qoxlayandan sonra onu Allaha əmanət edib ordan çıxdım . Hələ də divardaki şəkil beynimə ilişib qalmışdı .yol gedə gedə həmin o mələk uşaqşəkili gpzlərimin qarşısinda canlanırdı. Şəkildəki həmin mələklərdən biri Nilay idi . Bunu yuxumda da görmüşdüm axı . Nilay mələk cildində buludların üstündəydi . Ağ donlu gəlin kim idi bəs ?
Yuxunuun təsirinə neçə düşmüşdümsə hələ də nece görmüşdümsə eyniylə xəyalimda canlanirdi . Hətta Qeyisin üfunət qoxuyan qoxusu da , ağzımdakı iyrənc dadı da hiss edrdim . Ürəyim bulanırdı . Arabanı səkinin qırağına çəkib , səkiyə çökdüm . Öyüdüm . Qussaydım bəlkə də rahatlayacaqdım . Lakin olmurdu . Ara belə vermədən o yuxu gözlərimin qarşısında oynayırdı.
Və o gün gördüyüm yuxunu bu gün yozmuşdum . Yuxum çın çıxmışdı ...
Buludların üstündə gəzən mələk Nilay idi . O günahsız yazıq , xəstə ... mələk kimi saf idi mənim balam .
Yuxuda gördüyüm gəlin Gülay idi ki , Qeyislə o çöpur kişinin arasında qalmışdı . Atasi Qeys idi ya , o copurmu idi bilinmirdi . Qız ikisinin arasında idi .
Sonra ... sonra , qucağında özü kimi qıvırim uzun saçlı balaca öğlan uşağı ilə Suat ...və Nilay, Gülay Suat, həmin oğlan uşağı və mən ... gözəl və xoşbəxt bir ailə tablosu ...
Demək ...tale bizi görüşdürəcək Suatim , mütləq görüşdürəcək , mən yuxularıma inanıram , niyə bu qədər özümü çənçələ salmışam . Niyə bu yuxumun bir işarət olduğunu başa düşməmişəm ? ..
Əllərimi dizimə qoyub , ayağa qalxdım . Ölüm düşünürdüm , amma böyük bir ümüdlə dayanacağa gələrək avtobusa mindim ...
Məhkəmə xeyrimizə qərar veriləndə Sədaqət dayana bilməyib sevincindən qışqırıb yerində atılıb düşməyə başladı. Qaynanamgil məzarın açılmasına imtina edərək , Gülaya atalıq verilməsinə razı olmuşdular . Nə az , nə çox düz altı ay çəkən zəhlə tökən məhkəmədə biz qazanmışdıq . Sevinməyə sevinirdim amma çox pis olmuşdum . Key key ətrafa boylanırdim . Sənətdə Gülay Qeysin qlzı olacaqdı , amma doğurdan Qeyisin qizi idimi ? Ən azından mən bunu bilməliydim . Vicdanım əl vermirdi Qeysin ruhuna böhtan atmağa . İndi aradan 24 il keçıb , Gülayın 24 yaşı var . Hələ də bu böyük yalanı və Qeyisin ruhuna etdiyimm haqsızlığı özümə bağışlaya bilmirəm . Kaş ki , Gülayın əsil atasının kim olduğunu o vaxt öyrənsəydik ...
Məhkəmədən çıxışda ayaqlarım yerimirdi . Gülayı qaldirmağa belə gücüm qalmamışdı . Elə bilirdim ağır bir savaşdan çıxmışdım . Elə bir yorğun idim ki ...
Bibimin qoluna girib onu özümə dayaq etmişdim . Atam Gülayı məndən alıb küçəyə çıxdı.
- Noldu Mətiş , rəngin qaçıb ?
- Hə bibi , nəysə yaman pısəm .
- Gəl , gəl bura tuvaletə . Üzünəbaşına su vur , özünə gəl . Hamısı stresdəndir . Çox əsəbləşırsən , çox fikir edirsən .
Tuvaletin dəhlizinə qirəndə məhkəmənin katibəsiylə rastlaşdıq . Az qala yıxılacaqdım ki , qolumdan tutdu . Bibimlə bərabər üzümə başıma su vurub mənə ürək dirək verdi . O danışdıqca bibim başıyla onun sözlərin təsdiq edirdi .
- Sən çox yaxşı qadınsan ki , belə bir vaxtda uşağına sahib çıxdın . Analar var ee ... vallah gündə birin doğub zibilliyə atır , heç uf da demir . Elə bil küçədə it küçükləyir . Sən niyə hər şeyi ürəyinə salırsan axı . Hər insan səhv edər , və səhvindən nətiçə çıxarar . Sənin səhvin bilirsən nə oldu ? Belə bir ailənin uşağını doğmaq . Olsun . Yenə analıq duyğuların səni dilə gətirib , o körpəni məhv etməmisən . İnşallah böyüyər , zəhmətini əziyyətini yerdə qoymaz , o da sənə sahib çıxar .
Mənə əziyyət verən bunlar deyildi . Uşağımın atasının kim olması sualı idi . Bu sirri bir ailəm bir də Samir biıirdi . Başqa heç kim .
Katibə xanımın sözlərindən böyük təsəlli alaraq özümdə güc qüvvə toplamışdım . Əl üzümə su vurub Aynadan özümə baxdım . Bəli mən əsil analığa layiq bir qadınam . Heç bir çətinliyə baxmayaraq əsil anaların etdiyi fədakarlığı mən etdim , uşaqlarıma sahıb çıxdım . Atası belə bilinməyəm övladımı küçəyə atmadım . Egər uşağımı uşaq evinə versəydim , və ya atsaydım , yenə qınanancaqdım . Odur ki , indi nə utanası halım yox idi , nə də qınanası . İndidən sonra qarşımızsada yeni səhvə aşmalıydım , namus və şərəflə yaşayıb ömrümüzü sürməliydik . Allah utandirmasın .
Aynada özümə baxdıqca sanki uzaqlarda , Suat dayanıb mənə baxır və gülümsəyirdi . Suatın bu təbəssümü məni gələcəyə , ümüdə çağırışı idi . Mən də aynadan ona gülümsünüb ,
- Əgər qismətimizdə varsa yenə Rəbbim bizi görüşdürəcək Suat . Bəlkə belə olması lazım idi ki , Allah belə etdi . Bizə səbr etmək düşər . Gözləyək qismətimizi ...
... Və beləcə Nilay , Gülay və mən üçlü bir ailədə yeni həyata qədəm basdıq . İrəlidə məni çox məsuliyyətli, çətin həyat və eyni zamanda analıq kimi şərəfli ad gözləyirdi . Çalışacaqdım ki bu enişli yoxuşlü həyat yolunda bir daha büdrəməyim ...
Həyatın hər çətinliklərinə qatlanaraq qlzlarımı qanadlrımın altına alıb gələcəyə doğru gedirdik ...
18 bölüm
       Böyük çətinliklərlə 5 ilimizı geridə qoymuşduq . Beş ildə öz şəxsı həyatımız dəyişməz olaraq qalsa da gündəlik yaşamımızda və ailəmdə çox şey dəyişmişdi . Atam 8 ay bundan əvvəl rəhmətə getdi, son vaxtlar ürəyi ona əl vermirdi . Qızların dərdı onu əməlli başlı sarsıtmışdı . Müalıcəsi üçün pul para da yox idi . Kifayyət 16 yaşında qonşu rayona 4 uşağın üstünə , qarmonçu bir kişiyə ərə getmişdi , daha doğrusu qaçmışdı . Elə deyəsən bu kişiylə də hansısa bir toyda tanış olmuşdu . Arvadını avtomobil qəzaslnda cavan yaşda itirmişdi . Deyilənə qörə arvadıyla çox istəkli olubmuşlar . Onun ölümündən sonra kişi havalanıb , qarmon əlində arvadının qəbri üstündə çalıb oynayırmış , sonradan özünə gəlib . Elə o vaxtan onu el arasında Havalı Qarmon adı vermışdılər
Ailənin böyük qızı Kifayətlə yaşdaş idi . Moskva unversitetlərindən birində qiyabi oxuyurdu . O biri uşaqlar da abuturyent idi . İnstuta hazırlaşırdılar . Baxırdın müasir ailə idilər . Geyim kecim öz yerində ... Di gəl ki , düşdüyü evin uşaqları Kifayəti analarının yerində görmək istəmirdilər . Kifayət onlardan danışanda deyirdi ki , uşaqlar Kifayətə gün verib işıq vermirlər, guya onu qısqanırlar . Amma mən Kifayəti tanıyıdım . Bacım da olsa etiraf edim ki , Kifayətin özündə xayınlıq ,qısqanclıq var idi . O ərinin uşaqlarını ərinə qısqanırdı .bunu danışıqlarınndan da hiss etmək olurdu . Uşaqların uğuruna sevinmirdi də .
Qısa bir müddət sonra özünün əkiz uşaqlari olandan sonra Kifayət biraz kükrəyib coşdu . Mənəm mənəm dedi . Adam eləmədi tənbəllik . Südəmər uşaqlarını əlindən alıb Kifayyəti gətirib qoydu atamın evinə . Hələ o vaxt atam dünyasını dəyişməmişdi . Heç atamla barışmamışdılar da . Açıq açıq dedi ki ;
- Yüz sənin qızın kimi arvad ola, mənim uşaqlarımın kəsilib atılan dırnağı deyil . Mən sənin qızın üçün 4 uşağımdan keçən deyiləm . Qəbul edib gəlib . Ya otursun Allah verəndən yesin - içsin, başını salsın aşağı dolansın , ya da ya Allah , qızına sahıb çıx , ondan mənə arvad olmaz , uşaqlar mənimdir , mən onların hamısına sahib çıxacam .
Atam da çarəsiz qalıb Kifayəti evinəqəbul etdi . İstəmədi kimsə qızının üstündə hökmüranlıq eləsin . Di gəl ki, iki - üç ay sonra Lətafətlə qırğınları qalxdı Allahın yanına . Həm də uşaqlarsız dayana bilmirdi . Atama da deyirdi ki , yuvamın yıxılmasına səbəb sən oldun . Sən sən olsaydin ya uşaqlarımı da ondan alardın , ya da ağzıma vurub geri qaytaraydın . Yazıq kişi məcbur olub Kifayətin ərinin yanına detdi , yalvarıb yaxardı . Kifayyəti bağışlamasını istədi . Onları barışdırdı .
O gündən bu günə qədər Kifayət 4 uşağın minnətitini götürə götürə yaşayır . Əgər buna yaşamaq demək olarsa . Əri heç Kifayətə arvad gözüylə də baxmır , nolsun üstündə kiloyla qızılı var , bahalı dublyonkalar geyinir . Türkiyədən , rusiyadan kostuyumlar , uzunboğaz çəkmələr gətizdirir . Hər şeyi var amma qadın xoşbəxtliyi yoxdur . Əri orda burda eyş işrətdədir. Kifayət özünü nə qədər tox tutsa da gözlərindəki məyusluq onun bədbəxt olduğundan xəbər verirdi . Qonum qonuşuda , qohum əqrabada özün sindirmadan gülüb özünə təsəlli verirdi ;
- Kişi xeylağıdir , günü toylarda keçır , min dənə milyon dənə qız gəlin görür . Lap yaxşı edir . Kişi gəzər də, yeyib içər də... hara getsə dönüb dolaşacağı yer mənim yanımdlr . Qoy mənim xoruzum başqasının damında banlasın , mənim damımda başqasının xoruzu banlamasın ...
Kifayət mənə nə qəfər dağ çəksə də ona yazığım gəlirdi .Hər bir qadın xoşbəxtliyini yaşamağa layiqdir. Düşünürəm ki , əgər bir qadın qadın kimi sevilmirsə ,sayılmırsa o yuvanı qorumağa dəyməz , dağılsa yaxşıdır .
Bu yaxınlarda Kifayətin əkizinin tayını məhəllədə oynadığı yerdə maşın vurub öldürdü . Onsuz da vaxtından qabaq ruhu qocalmış qızın beli daha da büküldu . 21 yaşı var idi . Elə bilirdin 30 yaşı var , həddindən artıq kökəlmiş , kobudlaşmış , onsuz da əvvəldən zövqlü geyimi yox idi , həmişə geyimləri iləözünü yaşlı , böyük göstərməyə çalışırdı . İndi də lap üstünə qoymuşdu .
Lətafət elə bilirdi dünya aləm bu evdən ibarətdir ,ailə deyəndə yalniz ata ,ana olmalıdır , vəssalam .Esilində yekəxanalığı və atamın evinə düşkünlüyü olmasaydı pis qlz deyildi . Deyəndə yuvanı qur , ailə uşaq yiyəsi ol , deyirdi ;
- Bu malı, heyvanı , ev eşıyı neyləyim? Atıb üstümə çıxıb getmisiz hərəniz bir tərəfdə öz keyfinizdəsiz ...
Gözəl ,gözə gəlimli qız idi . Həm qoçaqlığına , həm də gözəlliyinə görə talibi çox idi . Di gəl ki, hərəsinə bir mız qoyurdu .
- Mən indən sonra heç kimin minnətin götürə bilmərəm - deyirdı - Mən öyrəşmişəm , öz əlim öz başım olsun . Yediyimə , içdiyimə , gedib gəlməyimə heç kim qarışmasın.
Guya hara gedirdi ki ? Özunu , gəncliyini iki inəyə, on - onbeş qoyun keçiyə həsr etmişdi . Atam öləndən sonra belə düşündüklərinə peşıman olmuşdu . Atamın qırxından sonra əmilərim , əmi uşaqlarım Lətafətə məsləhət etdilər ki , hər şeyi satıb şəhərə bizim yanımıza yerləşsin . Qısməti çıxarsa yuvasını qursun .
Lətafət erə getməyə qarşı deyildi . Amma ata yurdundan da getmək istəmirdi . Dörd bir yerə hay salmışdı ki , məni istəyən , mənimlə bu kənddə, mənim evimdə qalmağı qəbul edəcək . O da kim idi kəndə gəlmək istəyən . Yenə ata evimiz şəhərdə olsaydı , mütləq bir talibi çıxacaqdı . Kənddə bu çətin məsələ idi . Həm də " yaşı ötmüş" qız ola . O vaxt Lətafətin 22 23 yaşı var idi ,bu yaşda qızlar kənddə evdə qalmış , yaşı otmüş qız sayılırdı . Belə fikirlər onu ruhdan salırdı .
- İndən sonra məni heç kim almaz . Kifayyətin 16 17 yaşı var idi, onu dul kişi aldı , 4 uşağın üstünə , məni də Allah bilir kimin babası alar bu yaşda .
Mən də Sədaqət də nə qədər etsək də onu bu fikirindən daşındıra bilmirdik .
Sədaqət unversiteti bitirmişdi . Elə bizim məhkəmə prosesində Sədaqətlə Vidadı arasında ciddi bir münasibət başlamışdı . Sədaüət bunu əvvəllər məndən gizlətsə də , sonradan ikisi də bunu aşkar etdi . Sevgili olmuşdular artıq . Görüşürdülər . Sonra ailələrin razılığıyla dəbdəbəli , çal çağırlı şəkildə nişanlandılar . Artıq iki il idi ki , Vidadiyə nişanlanmışdılar . Mənə elə gəlirdi ki , evlilikləri üçün də heç bir problemləri yox idi . Vidadinin özünün Şıxovda ayrıca həyət evi var idi . Nişandan sonra bu balaca evi söküb tez bir zamanda yerində çox gözəl bir villa tikdirdi . Həm də bu evin çertyojunu Sədaqətin özüylə məsləhətləşıb cızdılar . Mən 5 il bir evin gəlini olmuşdum , kimsə heç nədə mənim fikirimi soruşmurdu . Heç məni o evdə adam yerinə qoyan yox idi də . Amma bir şey olanda Vidadı də valideyinləri də hər şeyi Sədaqətlə məsləhət edir , bir şey lazım olanda bərabər müzakirəyə qoyurdular , evin adı ə bir boşqabın alanda da Sədaqətdən soruşurdular ki , bu olsun, ya olmasın ?!
Villanın həyətində üzmə hovuzunu Sədaqətin istəyiylə tikdirmişdilər . Möhtəşəm bir ev idi . İndidən ən son model mebbellərlə bəzədilmişdi ev . İkinci mətrəbəyə çıxanda dəniz ovcunun içindəymiş kimi görürdün . Yaxşı gəliri var idi Vidadının . Məhkəmədə işləyirdi . İşindən əlavə pullu xidmət də göstərirdi . Pula pul demirdi . Elə özləri köklü bünövrəli ailələrdən idi . Atası şəhərdə taninmış ədliyə işçılərindən biri idi . Anası bankda yaxşı vəzifədəydi . Bacısı evlənib getmişdi . O da yaxşı yerin gəliniydi . Özü də Maliyə nazırliyində işləyirdi . Vidadı evin tək oğlu olmasına baxmayaraq , tam sərbəst idi . Ata anası onu heç nədə sıxmır , heç nəyinə nəzarət etmirdi . Evləndikdən sonra bərabər yaşamağı heç ağıllarının uclarından belə keçırtmərdilər .
Gözüm Qeyisin ailəsindən elə qorxmuşdu ki , elə bilirdim hamı onlar kimidir . Gəlini əsarətdə saxlayacaq , mən hələ evin halal hümmət gəliniydim , qaynanm bizi güdürdü , öz otağımıza girə bilmirdik . Amma bunlar nişanlıydılar , ər arvad kimi bir evdə qalırdılar heç deyən yox idi bu nə oyundur belə?
Bu ailənin dünya görünüşünə , mədəniyyətimə təccüb edirdim . Elə bilirdim bütün varlılar yekəxana olur , özündən aşağı adamlarla münasıbət qurmaq istəməzlər , onları özlərinə yaraşdırmazlar . Amma bunlar elə deyildi lər . O qədər sadə insanlar idilər ki ... Bizim nəyimiz , kimimiz var idi ki , bizi onlara görə saysinlar ? Həmişə Sədaqəti bu barədə xəbərdar edirdim .
- Diqqətli ol, Sədiş , biz onlara görə deyilik , hər an səni əzə bilərlər . Məncə ayağını yorğanına görə uzatsan yaxşı olar . Bir gün bizim əzikliyimizi başımıza qaxacaqlar . Hələ anam mənə düz əməlli cehiz verməmişdi , hələ də indiyənə qədər bunu başıma qaxınc edirlər .
Gülürdu .
- Hamı sınin qaynanan deyil , sonradan tapan olsun , qudursun . Bunlar görə görə gələnlərdəndir , bacı narahat olma .
Doğurdan da sadə insanlar idilər ki , varlıya ağa , kasıba qardaş idilər .
Nəyi gözləyirdilər bilmirəm , Sədaqətlə Vidadı şəhərdə ev tutmuşdular , er arvad kimi bir yerdə yaşaylrdılar , lakin nə toy etmirdilər , nə də rəsmi nigaha girmirdilər . Deyəndə deyirdi ki , hələ bir birimizi lazımınca tanımırıq və özümüzü evliliyə hazır hiss etmirik . Evlilik rəsmi kağız üzərində imzalanmış sazışdən ibarət deyil . Evli cütlüklər gərək həm dost olsun , həm sirdaş , həm yoldaş, həm də iki canda bir qəlb . Hələ çatışmayan şeylərimiz çoxdur . Nə zaman bu evliliyə hazır olarıqsa o zaman evlənəcəyik .
Onların bərabərliyini ailələrimiz də bilirdi . Atam bu cür münasibətə narazılıq etsə də , qarşı tərəfin ailəsi bunu normal qarşılayirdi . Dəfələrlə atmı sakitləşdirirdilər ki , ailə planlaması deyilən bir şey var . Gənçlər gərək bir birini yaxşı tanıya , evlənib 4 gündən sonra prşıman olunca , qoy bir birlərini yaxşı bələd olsunlar , əskiklərini tamamlasınlar , doğru qərar verib , evlənsinlər .
Nəzakətdən uzun bir zaman xəbər ala bilməmişdik . Samir də danışmırdı onunla . Günlərin bir günü atam zəng edib Sədaqətə dedi ki, polislər həyət bacanı basdı . Axtarış etdilər . Nəzakətin harda olduğunu soruşdular . Nə olduğunu soruşanda dedi ki , Nəzakətin adı qatı cınayətlərdə çəkilir .
Çox keçmədi ki , Nəzakətdən xəbər aldıq .Türkiyədən deport olunmuşdu . Heç kəndə getmədi də . BAkıda hardasa gizlənirdi . Atam və Sədaqət fürsət tapıb onunla görüşdü .
Başı bəlalardaydı . Burda adını çəkmək istəmədiyim bir qaranlıq dünyanın sakini idi artıq . İstəsə də bu dünyadan çıxa bilməzdi .
Sonra yenə Nəzakət yenə yoxa çıxdı
Xəbər tutduq ki ,onu hansısa yollarla Dubaya aparıblar . Gündə səsin sorağın bir ərəb ölkəsindən alırdıq . Qah Suriyadan , gah Omandan , gah Qahirədən , gah Qatardan ...Tez tez Onun qaranlıq dunyası bizi də qorxu içinə salmışdı .Hər an hər şeymizə , oturub durduğumuz adamlara belə diqqət edirdik . Bəlkə bu adam Nəzakətin düşmənlərindən biridir deyə?Azərbaycan sərhədlərində tez tez görünürdü. Hansı yolla , kimlərinsə əli ilə ölkəyə tez tez giriş çıxıç edirdi . Polis onu hər yerdə axtarırdı. Məəttəl qalmışdım . Belə axtarışda idisə , bəs, sərhəddə niyə tutulmurdu o, Bilmirdik ?!
Atam öləndən sonra Lətafət məni və Sədaqəti çağırdı . Nəzakətin oğlunu evladıq etmək üçün bizdən məsləhət istədi .
- Dilini qoy qarnına - Sədaqət Lətafətin üstünə qışqırdı - Bir bu qalıb özünü kənddə yaşaya yaşaya kor etdin , həyatını mala , heyvana bağladın . İndi də desinlər yanı balalıdır ?
- Neyniyək onsuz da mən baxıram da . Qoy sahibsiz bilinməsin , bu gün sabah böyuyəcək, əsgər gedib , evlənəcək , niyə desinlər yetimdir ?
- Cəhənnəmə desinlər , bunu anası ölmüş filirləşməlidir , sən yox . Sən də baxma , məcbur deyilsən ona baxmağa . Anası sahib çıxır çıxsın , çıxmırsa ver detdoma . 23 yaşın var elə bil dünyanın sonu gəlib , az avam ol , az arvad arvad danış . Burax malı heyvanı , uşaq muşağı , ya get oxu adam ol , ya çıx get ərə , ailə uşaq yiyəsi ol . Bu saat adamın öz qarnından cıxan adama can yandırmır aazz... başqasının küçüyü sənə sümük yalatdıracaq ? Gəl gedək Bakiya , yazdırım səni kursa, get oxu , əlinə bir sənət al , get işlə , həyatını yaşa ...
- Bu yaşdan sonra ?
- Ay qız nə olub yaşına ? Uşaqsan ee hələ , cavan qızsan
Lətafət uğunub gedirdi ;
- 23 yaşında uşaq ? Az mənim taylarımın uşağı bu gün sabah evlənir ee..
Onsuz da nə desək nə Lətafəti , nə də Kifayyəti öz aurasından döndərə bilməzdik . Cünki , kənddən başqa bir yerə çıxmamışdılar ki , bir dünya gorələr . Onlara dünya deyəndə elə bilirdilər ki, dünya kənddən rayon mərkəzinə qədər olam məsafədir . Sadecə Orda yaşananlar dünyanın insanlarıdır , onların dedikləri , danışdıqları dünyanın qanunudur. Vəssalam ...
Uşaq evinin müdürəsiylə danışmışdım , İlqarı uşaq evinə yerləşdirmək üçün ondan kömək istədim . Lazımı yerlərə müraciət olundu və uşağı Nilayı qoyduğumuz uşaq evınə qoyduq . Burda olmağı yaxşı oldu . Burda Nilayı görməyə gələndə onu da görurdum , ona da evdən gətirdiyim yeməklərdən verirdim , hədiyyələr alırdım . İlqarı Lətafətdən ayirandan sonra Lətafət orda çox darıxırdı . Yenə ayda ildə bir iki dəfə kənnddən cixib Bakiya İlqarı görmək üçün bizə gəlir , ya da qonşu rayona Kifayət gilə gedirdi . Buda bizi sevindirirdi ki bəlkə çölə bayra çıxa çıxa beyni ayıla. Kifayətə bizdən yaxın olsa da , onunla fikirləri ortaq olsa da Lətafət onlarda rahat ola bilmirdi . Lətafətin onlara gəlişi nə Kifayətin ərinin ürəyincə idi , nə də onun uşaqlarının. Kifayət onlara gedəndə həmişə incimiş , küsmüş geri dönərdi .
Samir Bir qadınla yaşayırdı . Rəsmi nigahlarl yox idi . Amma o qadın Samirin şərtlərini qəbul etmişdi . Gülnarə deyilənə görə bir xarıcı vətandaşla evlənib getmişdi . Taa o xanım gələnə qədər , Samirlə dostluğumuz hər zamankı çərçivədə davam edirdi . O xanım gəldikdən sonra münasıbətlərimiz get gedə soymağa başladı . Yəqin ki, arada qısqançlıq var idi . Olsun , Samirin xətirin çox istəyirdim . Elə bilirdim öz qardaşımdır . Üzərimdə haqqı çox olub . O da tənhalıqdan əziyyət çəkirdi .Təki xoşbəxtliyini o qadında tapsin . O buna layiqdir .
O gün eşıtdim ki , Samirin o qadindan bir qızı olub . Çox sevindim . Bəlkə o körpənin hesabına evlənib möhkəm bir ailə olarlar ...
Atam ölməmişdən bibim qara ciyər serrozu oldu . Neçə ay xəstəxana həyatindan sonra dünyasını dəyişdi . Mən hələ də son günlərə qədər onun daxmasında qalırdım .
Bibim öləndən sonra üzərimə bir vəzifə də yüklənmişdi . Bibimin ərinə mən baxırdım . Günlük işlərə gedirdim . Harda çörəyim , qazancım çıxırdısa ora qaçırdım . Çalışırdım saat beşə qədər işlərimi bitirib evə qayıdım . Çünkü Gülayı saat beşdə bağcadan almalıydım . Həyatımızı planlamışdım . Bütün diqqətim Gülayın üzərində idi . Onu heç nədən əskik qoymurdum . Zamanımın çoxunu ona ayırırdım . İndidən sonra pulum oldu olmadı məni maraqlandirmirdi . Yeməyə çörəyimiz , yaşamağa damımız vardı , vəssalam . Qoy bundan sonra onun üçün yaşayım . Mənim qızım heç kimdən əskik olmamalıydı .
Günlük yaşamımı plana salmışdım . Səhər yuxudan qalxar , çayımızı cörəyimizi yeyib içəndən sonra yağdan pendirdən , axşamdan qalan yeməkdən biraz götürüb Gəray dayıya aparırdım . Gəlib üst başımızı geyinib ana bala deyə gülə evdən çıxırdıq . Gülay ömrümə daxil olandan həyatima günəş döğmuşdu elə bil . Həyata bağlanmışdım . Hər gün biraz həyatı sevirdim . Hər şeyə həvəs edirdim . Özümün və Nilayıma yaşada bilmədiyim uşaqlığı Gülayıma yaşadırdım . Onunla çox xoşbəxt idim .
Özümü nə qədər xoşbəxt hiss etsəm də, yenə ürəyim bir tərəfdən qırıq idi. Tənhalıq məni əldən salmışdı . Həyatın keçmə keçı məni yıxıb sürüyürdü .
Gülayı baxçaya qoyar , işə gedərdim . Harda işləməyim bəlli deyirdi . Qonşuda yaşayan Narın xalaya qoşulmuşdum . O hara gedirdi məni də özüylə aparırdı . Gündəlik təmizlik işlərinə . Bizi axtaran ya Novxanıda bağ evlərində tapardı , ya da şəhərdə yeni təmirdən və ya tikintidən çıxmış binaların təmizlik işlərində . Boş da qalmırdım . İş olmayanda bazara gedib , ağız burnumu sarıyarq bazar təmizliyi edərdim , günlüyümü alırdım . Bazara gedəndə gəlirim yaxşı olurdu . Bütün qışlıq tədarüküm , yemək - içməyim ordan çıxırdı . Atılmış , satılmayan meyvə və tərəvəzləri gətirib təmizləyər , onlardan mürəbbələr , tutmalar edərdim . Gülay da maşallah mənim kimi mürəbbə yeyəndir . Hələ çörəyin üstünə yaxdığım aıma cemini necə iştahla yeyir bir görsəniz ...
İşdən sonra bağçaya gedib Gülayı götürüb yaxınlıqdakı parka gətirirdim . Hər gün bir saata park gəzintimiz var idi . O qədər ağıllı uşaq idi ki , Gülay məni parkda incitmirdi . Bəzi uşaqlar ora qaçır- bura qaçır , ərköyünlük edib anasına bir şey aldırır . Ana almaq istəməyəndə uşaq özün götürüb yerə çırpırdı . Acığım gəlirdi belə uşaqlardan . Neçə dəyərlər ;
- Əzizim əzizdir , tərbiyyəsi hər şeydən əzizdir .
Mən belə uşaqları və onlara tərbiyə verən valideyinləri tərbiyyəsiz sayırdım . Uşağı sevmək , uşağı ərköyün etmək tərbiyyə deyil . İstəmirdim mənim uşağım pulnan xoşbəxt olsun . Mənim uşaqlarım həyatın gözəlliklərini pulsuz da görüb xoşbəxt olmalıdır ,
Gülayın 4 yaşı olanda bağçadan müəlliməsi məni çağırdı .
- Çox zehinli uşaqdır , maşallah . İstəyirik , onu uşaq dərnəklərinə yazdıraq. Belə uşaqlara dəstək vermək bizim vəzifəmizdir .
Çox sevinirdim . İllərlə çəkdiyim zəhmətin bəhərini görmüşdüm deyəsən . Xəstə uşağımın üstündə arzular qurub , sonra da göz yaşlarımla silən mən , indi ikinci övladımın uğurları ilə ürəyim çırpınırdı . Iftixar hissləri keçırırdim .
Gulayı rəqsə və rəssamlıq dərnəyinə yazdırdıq . Bağcada və bəzi rəsmi tədbirlərdə Gülay da iştirak edirdi . Balaca barmaqları ilə o qədər gözəl qələm tuturdu ki , hələ 4 yaşı olmasına baxmayaq o gədər diqqətli və maraqlı rəng seçımləri var idi ki . Onun rəngli karandaşlarla çızdığı kağızlarda bir dünya yatırdı . Bəlkə də adı adamlar o xətlərin, o şəkillərin nə olduğunu bilməzdi , amma Gülaydan bunları soruşanda by şəkil haqqında o qədər təmiz və səlis cavab verirdi ki , düşünürdün ki , ay Allah bu uşaq bunları harda görüb , hardan bilir ? Bu bir fitri istedad idi bu qıza verilmışdı .
Bir gün Narın xala mənə dedi ki ;
- Mətiş , Badamdartda yeni bir otel tikilir . O binanın təmizlik işlərinə personal yığırlar .
- Gedək də işləyək .
- Məni götürmürlər , maraqlanmışam
-Nİyə ?
- Yaşım coxdur . Deyirlər gənc və dinamık kadr lazımdır .
- Pay dədəm vayy !!! Bu da təzə qanundur ?
- Hə də belədir dəə . Neynirlər mənim kimi 60 yaşında sınıx salxağı .
- Yoox ... sən harda mən də orda . Öyrəşmişəm sənə Narın xala , mən səndən ayrı yerdə işləyə bilmərəm . Türkiyədə mənim qoruyucu mələyim Esra ablaydı , burda da sən .
- Ay bala , sən mənə baxma qoja arvadam . Açım yox açığım yox iş olsa işləyəcəm olmasa pensyam var . Onnan keçınırəm . Sənin öhdəndə gör neçə uşaq var ayy yazıq yetim anasısan . İki uşaq , bir bacın oğlu da az imiş kimi birdə bu Gəray ...
- Gəray dayının dərdi çəkilməz, Narın xala . Yazıq bibim onnan necə dolanıb bu vaxta kimi bilmirəm .
- Cavanlığından elə kür adam idi . Qurban olum Allaha . Allah beləsinin canın almaqdan , o birisinin canın alir . Nəyi vardı bibinin . Gül kimi gəlindir . Yazıq hecnədən getdi .
Narın xalanın köməkliyiylə həmin tikintidə işə düzəldim . Şükür , iş saatım çox olsa da artıq bilirdim ki , normal bir işim var . Maaşı da yaxşı idi . Firmamız təmizlik firmasıydi . 15 , ən çox halda 20 qadın idik . Sabah tezdən tıkintiyə girib tör töküntüləri yığışdırır , inşası bitmiş yerlərdə təmizlik işləri aparırdırdıq . Əslən Gümüşhanedən olan Zafer bəy bizim patronumuz idi . Çox istiqanlı və cana yaxın adam idi . İşçidən özünə və şirkədə aid əliəyrilik və haqsızlıq görməsə , işçının haqqını kiməsə yedirtməzdı . 40 42 yaşlarında bu adamın xanımı azərbaycanlı idi . Xanımının bizim rayondan olması bizi bir birimizə daha çox yaxınlaşdırmışdı . Demək olar ki , xanımıyla artıq rəfiqə sayılırdıq . Mahirə xanım bizim işçi qızların üstündə dururdu . Çox qocaq qadın idi . Oda çox çilələrdən keçib bu yerə gəlib çatmışdı . Mənimlə yerli sayıldığı üçün keçmışını mənimlə bölüşmümdü . Əriylə elə bu işdə tanış olub evlənmişdı . O da vaxt var idi bizim kimi fəhlə işləyirmiş . Zafer bəy onun patronu imiş . Zafer bəy heç evlənməmiş subay oğlan , Mahirə xanım isə 2 ayın gəlini olubmuş . Ərı arıçıymış . Yayladan dönüşdə arı gətirdikləri maşlnları dağdan aşağı yuvarlanıb , əri və iki nəfər maşında dünyasını dəyişibmış . Əri öləndən sonra Bakiya bacısı gilə gəlib , burda işə düzəlib . Sonrası da məlum məsələ Zafer bəylə evlənib .
8 ay idi bu firmada işləyirdim . İş saatı çox olduğundan Gülayı gedib baxçadan vaxtında götürə bilmirdim . Bir müddət onu baxçanın gözətçısınə tapşırmışdım , mən işdən gələnə qədər gözətçı butkasında otururdu . Sonralar uşağın qollarında və ayaqlarında göyərtilər hiss etdim . Məlum oldu ki gözətcı uşağı döyermüş . Məcbur olub uşağı işimə yaxın baxçaların birinə qoydum . Daha hər gün Xırdalana gedib gəlmək mənə əl vermirdi . Hər gün 2 marşurutla gedib gəlmək məni əldən də salmışdı, cıbdən də .Yaxınlıqlarda ucuz ev axtarırdım . Amma harda . Badamdart Bakıda ən bahalı yer idi bəlkə də , kiralar da bahalı idi . Nə edək , özümü biraz düzəldənə qədər idarə etməliydim .
Nilayın yanına getməyə vaxt qalmırdı . 15 gündən bir izin günüm idi . Onda da qaçırdım uşaq evinə uşaqların yanına . İlqar da mənə elə öyrəşmışdı ki , məni görəndə elə bilirdi anası gəlib . İlqar böyümüşdü . Məktəbə gedirdi . Dərslərində irəliləyişləri vardı . Daha kənndəki kimi nadınçlik etmirdi . Nilay yenə balaca uşaq kimi idi . 10 yaşı vardı indi indi manejlə yeriyə bilirdi . Nilayı orda İlqara əmanət etmişdim . İlqar onun qoruyucu mələyi idi .
Uşaq evindən gələn kimi , Gülayla birləşıb evimizin işini görürdük . Balaca töppuş qız balaca əlləri ilə ortalığı toplayır , oyuncaqlarını onun üçün ayırdığım vannaya doldururdu . Hətta ona süfrə əçmağı da öyrətmişdim . Daxmamızın mətbəx bölümündən yeyəcəkləri boşqabları gətirib masanın üstünə qoyuram , o da masaya düzür , kənardan öz gördüyü işə baxıb bəyənir , işini bəyənəndə sevinir , özünü sevdirmək üçün yüz cür şeytanlıq edirdi . Mən evdə qaldığım gün Sədqət də bizə gələrdi . Bəzən gecə də bizdə qalırdı . Sabaha qədər iki baçi dərdləşib ürəyimizi boşaldırdıq . O bizə gələndə Gülay üçün toy bayram olurdu . Yatanda ikimizin armizda ona sarılıb yatırdı .
- A namərd , vəfan budur ? Xalan gələndə ananı unudursan ?
Hər yeni məhsul vaxtı Lətafət həyətin bağından bostanından yığıb topladığı meyvə tərəvəzdən zənbil tutub bizə gələr , beş altı gün qalıb gedərdi . O bizdə olanda Sədaqət də mən də səfərbər olurduq . İstəyirdik ki , qız kənd mühitindən çıxsın . Sədaqət öz geyimlərini güc bəla onun əyninə geydirərdi .(mən qapaliydım ) onda da onun halını görməniz lazım idi , şalvar heç geyməzdi , amma ətək geyəndə dartışdıra dartışdıra qalırdı . Hələ şəhərə gəzməyə gedəndə ... vay o hala ki bir oğlan , bir kişi dönüb bizə baxa , vaayy aləm dağılardı , ya söyüb batırardı , ya yerdən bir şey alıb adamın başına kecirərdı .
- Bu saat qonşular görəcək , uyyy Allah maa ölüm ver, dilə dişə düşəcəm . Bu nə biyabırçılıqdır ? Deyəcəklər Ağasının qızı Bakıda gədələrlə hingildəşib, danışır .
Deyirdik ki ;
- Ay qız, kimdir səni ordan bura güdən ? Rahat ol ,belə eləmə , bəlkə göz qoyan var , ciddi olan var
- Başın xarabdır ? Bakının gədəsi məni nə tanıyır kı , ciddi də ola , yeriyin gedin əynə , məni dolamayın !
Ona hec cür başa sala bilmirdik ki , qismət Allahdan olandan sonra sandıqda olsan belə o sandıq açılacaq . İndiki zamanədə o hələ də fikirləşir ki , kimsə ona göz qoyacaq ,gəlib kənddə qonşulardan filankəsin qızını soruşacaq , əgər qonşular o qızı tərifləsə, oğlan qızı belə görmədən anasını , bacısını ,dayısı qızlarını göndərəcək , onlar baxıb bəyənəcək , yeddi arxa dönənin sorub soruşduracaq , əgər oğlan anası qizin saxladığı ev eşiyin səliqəsini , pişirdiyi yeməklərin dadını bəyənərsə , hələ bişirdiyi şirniyyatların da dadına baxacaq , heyvan sağa bilirmi , tarla baxçadan başı çıxırmı , çıxmırmı -nəsil köklə qızın qabliyyətini müzakirəyə qoyub milli məclis quracaq , əgər səs çoxluğu olacaqsa qızı istəməyə gedəcəklər . Adətə görə qız evi naz evi deyərlər , gərək qız evi bir neçə dəfə elcıləri aparıb gətirə ondan sonra razılıq verilə . Yoxsa o qız düşdüyü evdə urvatsız sayılardı .
Lətafət belə düşünüb keçmişin xəyallarıyla yaşadığı üçün hər şeydən əlin üzmüşdü . Çünki kim gəlib onu soruşsa onun bacıları kənddə ad çıxarmışdı . Mən dul gəlin Bakı kimi yerdə təkbaşına yaşayırdim, bic uşaq doğmuşdum , Kimnən oturub durduğum bəlli deyil , Nəzakət itkin düşüb , və ya xaricilərə satılıb , Sədaqət nişanlısiyla toy olmamış ər arvad kimi yaşayırmış , Kifayyəti alan olmayıb , özünü 4 uşağın atasına sırıyib . Odur ki bütün bu olanlar Lətafətin taleyini bağlayırmış ...




19 BÖLÜM

   Nilaygilun yanından gəlib,  çay çörək hazırladım , ana bala oturub yeyib içdik . Süfrəmizi toplayıb yeməkdən bir boşqab pay çəkib  Gəray dayıya da apardım . Qapını döyüb gözlədim . Hər zaman qapı açıq olardı və mən həmişə qapını döyüb sonra içəri girərəm.  İçəridən səs gəlməsə qapını açmazdım, heç vaxt . Yenə qapını döydüm çavab gəlməyincə geri dönmək istədim . Elə pıləkənin başına çatmışdım ki, Gəray dayı içəridən səsləndi ,  
  - Mətiş , sənsən ?
   Guya məndən başqa kim olacaqdı ki ?
 - Mənəm Gəray dayı , yemək gətirmişəm. 
  - Goy ora , surahının üstünə götürərəm . 
   Məəttəl qaldım . Nə deməkdir bu indi . Gəray dayının məni içəri çağırmaması məni şübhəyə saldi . Devikə devıkə boşqabı sürahının üstünə qoyub səsləndim ; 
  - Soyutma ay Gəray dayı . İstidir . 
   Nədənsə bayaqdan daxmamın balaca pəncərəsində bitmişdim , Gəray dayının qapısın güdürdüm . Qapını niyə açmadı , niyə həmişəki kimi məni evə dəvət etmədi və ya yeməyi əlimdən almadı,  mənə maraqlı idi ?! Son vaxtlar bu kişidəki dəyişıkliklər mənim də ona diqqət etməyimə əsas verirdi . Hətta onun  mənə baxışları belə dəyişmışdı , ikibaşlı danışıqlarından canım sıxılırdı artıq. Mənə daha mehriban , bəzi hallarda isə daha aqresiiv davranırdı . 
   Asta asta qar yağmağa başlamışdı . Bayırda çovğun var idi . Nədənsə qarlı yağışlı havanı çox sevirəm . Belə havalarda keçmişə gedirəm həmişə . Gözəl və hər kəsə örnək  olacaq keçmişim yox idi , amma olsun , mən keçmişımı xatırladıqca sanki ruhum dincəlirdi . Keçmişimi nağıla döndərib Gülay danışar , sonda isə ağlayaraq içimi boşaldırdım . 
  Gülay yerdə oynayırdı . Mən isə balaca pənçərəniyə yaslanaraq,  havada üçüşüb yerə , çöldə üst üstə yığılmış taxtalarin üstünə qonan qar dənəciklərinə baxa baxa növbəti nağılıma başlamışdım . Hər nağılımda göz yaşı payım vardı . Çünki bu nağıllar bizim keçmışımızdən ,  bizim həyatımızdan bəhs edirdi . Yenə ağlayırdım . 
   - Həə ? Ana , sən həmişə Mələyin anası olduğnu deyiysən ,bəs o balaca  Mələyin atası yohduy ?  
   - Yox qızım yoxdur ?  
   - Hanı bəs ? 
   Uydurmalarmla Gülayı ovundururdum . Mənim Gülayımın nağıl qəhrəmanları olmurdu heç vaxt ...
   - Yoxdur daa
   - Hanı bə ? Mənim də atam yohduy. 
   Gülayın səsi əsdi, hər dəfə özüm də  bu dialoqlarin qarşısında əriyib gedirdim . 
  - Bahcada hamının atası vay , biy məmm ,  biy də Mələyin atası yohduy. 
   Mələk dediyi qızcığaz mənim Gülaya uydurduğum nağılların qəhrəmanı idi .Gülay onu görməmişdi , lakin doğulduğu gündən onunla böyüyürdü . Bir zaman gələcək mən Gülaya bu Mələyin onun özü olduğunu deyəcəkdim .
   Ürəyim parcalanırdı Gülay belə danışanda . Əgər bu uşaq başqa uşaqların atasının var olduğunu hiss edibsə , deməli , ata və ananın nə olduğugunu da  başa düşürdü . Məncə ona həqiqəti deməliyəm . Amma nə deyəcəkdim ?  Atan ölübmü ? Yoxsa bizi atıb gedibmi ?  Bəlkə deyim biz atanı tərk etmışık ? Deməzdimi axı niyə ? Deməzdimi məni atasız qoymağa sənin  haqqın yoxdur ? Bəlkə deyim , ölübdür ? Ahhh keş kə ölsəydi ...
   Bütün bunları düşündükcə ürəyim sıxılırdı . Hələ bu vaxta qədər yüz ölçüb biçdiyim , ürəyimdə Gülayla qurduğum dialoqlar qarşısında belə aciz qalmamışdım ki , indi çarəsiz idim . Gülaya nə deyəcəyimi bilmirdim . Hələ 4 - 5 yaşlı uşağa əsil həqiqəti deyə bilmirəmsə , gələcəkdə bunu heç edə bilməyəcəkdim . Gülayın yanına gəlib yerə oturdum . Əlindəki topu mənə atınca topu havada qapdım ;
   - Bax qızım , sənə həqiqəti deyəcəm 
   - At , ana, at !
   - Mələyin atası var, sənin atan isə yoxdur- deyib topu ona atdım . Topu tutmadı yumalanıb getdi . Ağıllı və ciddi baxışlarla mənə baxıb dodağını büzdü . 
   - Ahı sən demişdin Mələyin atası yohduy ?
   - Hə yoxdur . Çünki Mələk dünyaya gəlməmişdən anası onu da götürüb öz vətənlərinə gəlmişdilər. Ona görə də Mələyin atası var, amma yanında yoxdur . 
  - Bəs məim ?  
  - Sənin atan ... bax ... Gülay ... bir də bu söhbətə qayıtmayacağıq ,  yaxşı ?  
   - Ana ,ahı mənim atam niyə yohduy ?  
   Udqundum ... o gecə gözlərimin qarşısında canlanırdı . İllər öncə burnuma dolan o pis qoxu ,ağzımda, boğazımda hiss etdiyim o iyrənc tam hələ ruhumu tərk etməmişdı . Yadıma düşdükcə öyüyürdüm .
  - Ana , Mələy yeçələndə , atasın tapacey göyəysən !
   Qizin belə inadkar və qərarlı danışması məni çaşdırırdı , eyni zamanda da qorxuzurdu . Bu uşaq əsil həqiqəti bilərsə məni bağışlamayacaqdı . Odur ki , indidən onu bu yoldan döndərib ,  atasının yoxluğunu birdəfəmlik onun başına soxmalıyam . 
   - Qızım , sənin atan öldü ...
   Dillənmədi . Gözlərindəki ciddi ifadə dəyişmədi . Gözümün içinə baxıb yalanımı tutmaq istəyirdi sanki .
   - Bax, birdə bu barədə danışmayaq ,  yaxşımı qızım ? 
   - Niyə ? 
   - Çünki pis oluram .
   - Ahı , atam ...
   - Eee ... bəsdir dəəə , bəsdir ...
    Səsimi yüksəltdim , sanki göy gurladı Gülayın səsi içərini başına götürdü . Ağladı . Qalxıb həmişəki kimi evin bir küncünə gedib başını qollarının arasına qoyaraq divara qısılib ağladı . Onun bu halına ürəyim dözmürdü Sədaqət və ya Letafət burda olan zaman mən ona hirslənəndə onlara qısılirdi . Olmayanda divara . Divardan imdad istəyirdi . Biz də uşaq olmuşduq . Anam bizə hirslənəndə qaçıb atamın arxasında gizlənirdik . Gülay isə ...həqiqətən sözün əsil mənasında  bir ata lazım idi onu müdafiə etsin . ..
  Yaxınlaşıb Gülayı qucaqlayaraq qucağıma aldım . Çırpınıb qollarımdan çıxmağa can atdıqca mən onu öpür könlünü almaq istəyirdim .
   - Qızım , ağlama . Qurban olum . Sən hələ balacasan , səninlə bunları danışmaq istəmirəm gülüm . Biraz ca da böyü , danışarıq gəşəy gəşəy . 
   - Mən atamı istiyiyəm - ağladı . 
   Gulayı qucağıma alıb ovutduqca o, çırpınıb əlimdən qaçırdı . Onun bu inadınatərslık edib onu daha çox bağrıma basırdım . Uşaq qucağımda ayağa qalxdım . Pəncərəyə tərəf gəlib ; 
   - Gəl sənə təzə nağıl danışım həə ? 
   - İstəmiyəm ...
   - Maraqlıdır aa amma. Qulaq as, mən danışım sən də çəkərsən , şəkilini .Yaxşı ? 
  -İstəmiyəm
  -Deməli biri var idi , biri yox idi . Bir bap balava qız var idi , anasınin bir dənəsi idi bu qiz , onun da bir bacısı var idi ...
  - O balaca qızın adı nə idi ? O da Mələy idi ?
 - Hə Mələk . Bütün uşaqlar hamısı mələkdir qızım . Ağappaq qar kimi ,  tərtəmiz ... Bütün mələklərın  valıdeyinləri günahlar işlədərək mələklərini kirlədirlər . 
  - Niyə axı ana ?Niyə valideyinləy qoymuylay mələyləy təmiz qalsın ? 
  - Çünki ... çünkı həyat adlı bır çırkab quyu var ,  dərin , lap dərin quyu var...
  Gözüm pəncərədən Gəray dayının evinə sataşdı .Gəray dayı ətrafa və bizim pəncərəyə boylanaraq bir qadınınla evinə girirdi .
  Özümdən asılı olmayaraq səsim titrədi . Bilmirəm əsəbləşdimmi , qısqandımmı . Çox pis oldum. Bir anlıq özümü tək tənha hiss etdim . Bu vaxta qədər mənə bir faydası olmasa da Gəray dayını özümə arxa kömək , simsar bilirdim . Amma indi .Arxam dayağım sökülürdü deyəsən .  Bizimki bura qədəridi .
 - Hə noydu ana?- Gülayın səsi məni özümə gətirdi .Quyuda əjdaha vaydı? O quyu qayanlığdıy? Mələyin anası düşdü o quyuya ?
 - Qızım yuxum gəlir.Yataq ? Sabah danışaram , olar ? 
 - Ee ana? Mən bu nağılı istiyiyəm , çəkəcəm onu . Axı sən elə demışdın . Bah küseyəm haa ...
 -Yaxşı onda, gedək yata yata danışım . Deyib Gülayın üstündəkiləri çıxardıb ,  pijamasını geydirdim .Yorğanın altına gırərək balamı qolumun üstünə aldım . Yenə uydurma nağıllarıma davam etdim .Gülay məni dinlədikcə barmaqlarım onun saçlarının arasında dolaşır , yuxudan xumarlanan gözlərindən , gülümsəyən yanaqlarından sevgiylə öpürdüm . 
  Gülay yuxuya getmişdi .Yenə həmişəki kimi hər nağılın sonunda bir göz yaşı payım var idi .Yenə onun gül kimi təmiz və məsum üzünə baxaraq uzaqlara dalmışdım . İçin icin qara taleyimə ağlayırdım . Çox yorulmuşdum . Özümü səhra ortasında tənha ağac kimi bilirdim . Yalqızlık səhra küləyi kimi belədən belə, elədən elə ortamdan kecirdi .

   Mahirə xanımla münasıbətimiz səmimi idi . Başqa işçılərə qarşı nə qədər ciddi olsa da , mənimlə o qədər zarafatçıl idi . Münasıbətımızın səmimiliyinə baxmayaraq mən həmişə onunla pərdəni qorumağa saxlayırdım . Bilirdim bu səmimiyyətin səbəbini . 
  Bizim işlədiyimiz binada bir santexnik işləyirdi . Gözü düşmüşdü mənə . Neçə vaxt idi məni qaraba qara izləyirdi . Ən son işdən çıxıb evə gedərkən dalımca düşmüşdi . Yaxınlaşıb danışmaq istəsə də , elə şərait yaratmışdım ki, o məni danışdırmağa ürək etməmişdi . Demiyəsən mənim bu yeni heyranım olan Abdullah Mahirə xanımın qayını imiş . Qayınının bu məhəbbətindən xəbər tutan Mahirə xanım mənə daha da yaxınlaşmağa başlamışdı . 
  İki il idi arvadından boşanmışdı, daha doğrusu , arvadı uşaqlarını atıb başqasıyla qaçıbmış .3 uşağı var idi . Uşaqlarını Abdullahın anası saxlayırdı . Özü də buraya bu yaxınlarda gəlibmiş . Mahirə gəldiyi gündən onu evləndirməyi boynuna götürübmüş .Elə Mahirənin də gözü məni çoxdan tutubmuş , məndən əl çəkmirdi. Mənə "elti" deyirdi . Elə buna görə Abdullahin seçımı onun ürəyincə olmuşdu
  Həyatımın varlığı olan qızlarım üçün yaşayirdim . Ərə getməyi ağlımın ucundan belə kecirtmirdim də . Mahirəyə nə qədər ciddi ciddi etiraz etsəm də hər defə Mahirə ağzımdan vururdu . 
 - Nağayrasan azz? Gül kimi cavan gəlinsən . Elə ömür boyu boynu bükük qalasan ?
  - Mahirə xanım , sən Allah mənim  başıma iş açma .Sən də,mən də bilirik ki xəstə uşaqla məni hec kim qəbul etməz . 
  - Ay qız .Xəstəyə dövlət baxır da.
  -  Bəs sonra?
  - Sonrası Allah kərimdir . Nətər deyərlər ee ? Özümə yer eləyim gör sənə neyləyim . Hələ bir özünə yer elə sonra pışım pişimlə yığarsan balalarını başına . Hələ gedib birin də doğsan . Fsyo heç o xəstə uşaq da yadına düşməyəcək . Qoy devlət baxsın da gül kimi . Müalıcəsi də olunur . Sən də arada gedib baxarsan . Guya ki, indi bu dəqiqə hər gün gedib gəlirsən yanına ? Bir də bilirsən ? Abdullah heç Türkiyəyə getmək istəmir.Bu da sənin üçün xeyirdir dəə . Uşağını istədiyin zaman görə bilərsən . Abdullah deyir burda qalıb iş quracam .Qəşəy əl ələ verib işləyərsiz . Nə yaxşı olar ? Ev eşık düzəldərsiz . Oturub evinin xanımı olarsan . Az ,vallah  rahatçılığın olandan sonra uşaq muşaq da yadına düşməyəcək . Gulay da nə qədər balacadır Abdullaha o qədər tez isinişəcək 
  - Ehh ay Mahirə xanım ,Allah alsın! Bir mındar ürəyim var ki . Kaş mən də sizin kimi fikirləşərdım . O zaman mən de xoşbəxt olardım . Neynim mən sizin kimi düşünə bilmirəm . O uşağın şıkəst olmasına baxma . Ona Gülaydan çox düşkünəm mən ...
   Ərə getməyi düşünməsəm də tənhalıq ürəyimi əzirdı . Hərdən ürəyim sevib sevilmək istərkən ,  qadınlığımı tənhalığın qoynunda boğarkən 5 ildir sinəmdə gəzdirdiyim Suatln mənə verdiyi bilərziyi qoynumdan çıxarıb onu sevib oxşayirdim . Onunla ayrıldığımız gün yadıma düşdükcə kövrəlib ağlayirdım . "Hardasan ? " pıçıldadığım sözlərə özüm onun adından cavab verirdim .
   - Aslinda ben senden sormam lazım aşkım , sen nerdesin? Şu aşka cesaretın yokduysa , o zaman neden beni oyaladın . Neden bana umut verdin ?
   Defelerle poçta gedib onun nömrəsini yığdırıb telefonu qulağıma tutmuşdum . Lakin danışmağa ürək etməmişdim . Bəzən səsini eşıdıncə ürəyimin səsi ona getməsin deyə dəstəyi bərk bərk ovcumda sıxıb əlımın üstündən ona öpüş yollamışdım .Göz yaşlarımı içımə axıdıb hıcqırıqlarımı içimdə boğmuşam . Bilmirəm qürürmu edirdim , xəcalətmi çəkirdim ... onunla danışmırdım . Elə bilrdim onu aldatdığımı , onun  hisləriylə oynayıb aradan çıxdığımı üzümə vurub məni danlayacaq .Mənə olmazın sözlərini deyəcək.
 Bir iki dəfə Esra ablayla danışmışdım . Ona da da başa sala bilməmişdim vəziyyəti. Pulum az olduğundan sadəcə salam sağol edib hal əhval tutmuşdum. Elə bil fürsət axtarirmiş Esra abla. Onun dərdinin yanında mənim dərdim yalan olmuşdu . Səsimi eşidən kimi öz problemlərindən danışırdı. Mənim danışmağıma fürsət olmurdu . Vaxtın bitdiyini xəbər verən siqnalı eşıdəndə onun sözünü kəsib , Suatı soruşmuşdum . 
   - Suat derbeder olmuş kız , sən getdin hiç aramadın sormadın , o da gəlip seni bendən sordu . Valaha da billaha da benim Metanetden hiç bir haberim yok dedim . Dur kız . Şımdı ona haber vercem . Bana numara ver seni arasın . 
  - Dur Esra abla , benim telfonum yok postaneden arıyorum. Ona söylə , haftaya ...
  Arayacam - deyecəkdim ara kesdı . Sonra aradım o açmadı . Gah yerində olmadı . Onunla heç cür əlaqə saxlaya bilmirdim . Axırıncı dəfə Esra ablaya zəng edəndə eşitdiyim xəbər məni sarsıtdı . Esra ablanın oğlu atasının düşmənin axtarıb tapıbmış , atasının qısasın alacaqmış kı, anası araya girib bu qana son vermək istərkən düşmən gülləsinə rast gəlib ,dünyasını dəyışıb . Binunla da mənim Türkiyəylə əlaqələrim tamamilə kəsilmışdı. 
  Türkiyəylə əlaqələrim tamamilə kəsildikdən sonra hisslərim , duyğularım qarmaş dolaş olmuşdu . Mahirə xanım fikirlərimi qarışdırmışdı . Abdullaha qarşı da diqqətım dəyişmışdı . Gələcək həyatımı nizama salmaqda , özümə ömür gün yoldaşı , uşaqlarıma atalığa namızəd kimi onu  görürdüm . Lakin bu barədə heç kimə bir söz də deməmişdım .
   Həyatıma bir daha kişi girməyəcəyini deyirdim, amma , bundan əmin deyildim . Son vaxtlar qısqanclıq krizinə düşmüşdüm . İki sevgili , iki nişanlı , ər və arvad görəndə hisslerim duyğularım dılə gəlir ,ürəyim beynimi məngənə kimi sıxırdı ;
   - Mənə belə əziyyət vere bilməzsən . Axı mən də qadınam sevılıb sevmək istəyirəm - deyirdi ürəyim  özümə . 
   Belə düşüncələrərə qapıldıqca , əlim qoynumda gızlətdiyim bilərziyə gedirdi . Ürəyimə hökm edirdim 
   - Nə qədər ki , bu mal sahibinə çatmayıb , bu heç vaxt baş tutmayacaqdı . Boşuna özünü yorma . 
    İndi Gəray dayını evinə qadınla girdiyini görən gündən artıq qərarımı vermişdim . Bilirdim ki, bu evə başqa qadın gələrsə artıq mənə bu evdə yer olmayacaqdı . O gəlmədən mən burdan üzü sulu  getməliydim . 
   Həyatımı planlayırdım . İlk növbədə ev tutmalıydım. Sonra işləyib 500 dollar düzəltməliydim . Həmin pul və qoynumdaki bilərziklə ya Türkiyəyə getməliydim ya da etibarli bir adamdan Suata yollamalıydım . Ondan sonra Abdullahla evlilik barədə danışa bilərdim . Bizim bu evliliyimiz sevgi üzərində yox şərtlər üzərində olacaqdı . Nə olur olsun mən onun hər şərtini qəbul edəcəkdim . Təki o məni balalarımdan ayırmasın . Əgər qəbul edərsə o mənim həyatıma daxıl olacaqdı . Etməzsə bir daha bu barədə danışmayacaqdıq . 
   Sabah işə dedəndə ilk işim dayanacaqlardadaki kiralıq evlərin nömrələrini götürmək oldu . Küçədəki telefon butkalarından zəng edir evlərlə maraqlanırdım . Uyğun qiymətə , işimə yaxın bir ev axtarirdim . Neçə gün idi ki , ev axtarışındaydım . Telefona jeton almaqdan cibimdə pul qalmamışdı . Nəhayyət işə yaxın bir ev tapdım . Kəbinim elə bil balaca daxmalara kəsilmişdi . Bu ev də balaca daxma idi . Qiyməti uyğun olduğundan buranı almaq istəyirdim . Bura o qəbər balaca idi ki mənim hec qoşa çarpayım bura yerləşməyəcəkdi . 
   - Neynək satıb yerinə bir nəfərlik alaram deyə otağı xəyalımda ölçüb biçərək qərarımı verdim . 
   - Mən bu evi götürürəm ! Amma ayın 18 də gələcəm . Maaşlarımız verilsin sonra . 
  Maaşlarimız problemli idi . İş yaxşı olsa da gec gec verilirdi . Biraz beh verib evi tutdum . Evə gəlib yavaş yavaş əşyaları toparlamağa başladım . Narın xalanı çağırıb , anamın mənə verdiyi çehiz yorğan döşəkləri , işlətmədiyım qab qaşıqları, qoşa çarpayını ona verdim ki ,  yavaş yavaş satsin . 
   Mənim köçəcəyimdən xəbər tutan Gəray dayı özünü bizə atdı . Onu tək qoymamaq üçün yalvarıb yapışdı . Az qala deyəcəkdi hara gedirsiz məni də aparın . Yüz bəhanə gətirib onun kölnün ovudurdum . 
   Axşam bir banka dovğa götürüb onlara kecdim . Adətim üzrə qapını döyüb gözlədim . "Gəl" dedi . İçəri girdim . Kişi içəridəydi . Amma gözə görsənmirdi . 
   - Evdəsən Gəray dayı ?  
   -...
   Ses gəlmədi . Keçib əlimdəki  bankanı masanın üstünə qoydum . İşəri pıs gündəydi . Masanın üstündə barmaq basmağa yer yox idi . Araq butulkaları yerə düşmüş , masanin üstünə yemək,  su , araq dağılmışdı . Burani bu vəziyyərdə qoyub gedə bilməzdım . 
    Başladım ortalığı toparlamağa . İçəridən Gəray dayının səsi gəlirdi . Bilirdim ki , sərxoşdur , yenə sayaqlayır . Nə dediyi başa düşülməsəm də yalandan içəridən ona iş görə görə  "hə, hı " eliyirdim . Hamama keçıb pol əsgisini yudum , gətirib mətbəxin yerini silib qapını çəkdim . Zala kecib ortalığı yığışdırdim . dıvan açılmış , üstünə üstünə yorğan döşək sərilmışdı . Bilirdim Saday dayı  burda yatmazdı . Mütliq qonağı var ıdı . Yanılmamışdım . Divanı yığışdıranda çarşafın altından bır qadına lazım olan özəl əşyalar çıxdı . Əşyalara baxa baxa ürəyimdə  özüm özümə söylənirdim . 
   - Axı nə itin azıb burda ?  Camaatın zır zıbılın nə qarışdırırsan ?  Sənə nə lazımdır ev təmizləmək ? Q..bə gətirib , zibillərin sən təmizləməlisən ? 
    Əlimdəki yorğanı divanın üstünə atıb geri dönəndə Saday dayını qapının arasında gördüm . Yarıçılpaq vəziyyətdəydı . Utanıb başımı aşağı saldım . 
   - Şeyy mən evi yığışdıracaydım . Qazın üstünə şey qoymuşam . Daşıb tökülməsin - deyib gözlərimi ona baxmaqdan yayındıraraq yanından kecib getmək istədim . Dolu bədənin qapıya söykəyib , əcaib baxışlarla məni süzürdü . 
   - Gəray dayı ... yemək daşdı , mən gedim,  gələrəm indi .
   -Keç ! - deyib qapının arasından qarnını gerı çəkdi . Yanından kecıb dəhlızə çıxacaqdım ki , anidən ilan kimi mənə  sarıldı . Çırpınıb ; 
   - Burax ... burax !  -  deyə əlindən çıxmağa can atırdım . Mənim cansız vücudum bu ayının gücünə necə tab gətirəcəkdi ? Quş kimi məni qucağına alıb divanın üstünə tullada . Özü qıçlarımın üstündə oturub bir əli ilə ağzımı tutub o biri əli ilə qoftamı yuxarı qaldırırdı . Ayıya oxşayan bu adamın altında sudan çıxmış balıq kimi partlayırdım . Ağzım burnum tutulmaqdan nəfəsim kəsilir ,  heydən düşürdüm . İstədiyinə çatmışdı bir əli ağzımada , bir əli ilə qolumu altıma salıb ağırlığını üstümə çökdürmüş , vəhşı kimi döşlərimi əzır , gəmirirdi . Fürsət tapan kimi yubkamı əynimdən çıxarmağa çalışırdı . Havada yellənən əlim özumu müdafiə üçun onu vurur ,  cırmaqlayirdı . Onu üstümdən ata bilməyəcəyimi görünçə boşda qalan tək əlimlə onun başına keçırmək üçün  kənarda nəsə axtarırdım . Gözüm bir az aralıdakı jurnal masanın üstündəki böyük bülur külqabında idi . Amma əlim ora çata bılməzdı . Leş kimi üstümə çökən bu adamın əlindən qurtula bilsəm əimi uzadıb kül qabını götürə bilərdim . Çabalamaqdan və havasızlıqdan urəyim dayanırdı . 
   - Ahh bircə əlini ağız burnumdan çəksəydi ...-  urəyimdə Allahıma yalvarırdım .  Nəfəsım kəsilirdi artıq . Gözlərim qaralmağa başlamışdı , heydən düşürdüm . Qəfildən Gəray səsi qulağımın dibində partladı .
   - Çıx çölə köpəy qizinin bici , çıx ! S... anavın var yoxunu 
   Tok vuran adamlar kimi yerimdə qıvrıldım ,başımı  döndərib  baş tərəfimdəki qapıya baxdım . Gulay qorxu və nifrət dolu baxışlarla bizə baxırdı . 
  - Rədd ol deyirəm ee sənə ,  cəhənnəm ol burdan -  deyib Gəray başımın altindaki döşəkçəni çəkib Gülaya fırılatdı . Gəray əlin ağzımdan çəkmişdi . Nəfəs ala bilirdim artıq . Dərindən nəfəs alıb özümə güc topladım . Başımı qaldıraraq adamın üstümə çökmüş sınəsınə dişlərimi keçirdim və var gücümlə sıxmağa başladım . Ağrıya dözə bilməyən manyak adam saçlarımdan tutub yolur,  ayı kimi nərildəyərək məni özündən ayırmaq istəyirdi . Mən isə onun üstümdən qalxmağını gözləyirdim , qalxmırdı . Fürsət edib dişimi ətindən çəkmədən əyilib külqabın masadan alıb onun başına çırpdım . Kül qabı ciliklənib üstümüzə dağıldı . Əli boşaldı saçım əlindən çıxdı . Kökündən qopmuş  ağac kimi üstümə düşdü. Gerayı itələyib üstumdən yerə atdım odun parçası kimi yerə sərildi . Gicgahından qan şora verirdi . Bütün divan və üstüm qanın işındəydı . Qan məni qorxuzmuşdü . Nə edəcəyimi bilmirdim . Qışqırmaq istəyirdim səsim çıxmırdı . Ayağa qalxıb özümü nizama saldım . Gülaya baxmağa xəcalət çəkirdim . Gülay gözləri böyümüş halda bizə baxırdı . Uşağın  əlindən tutub bayıra çıxartdım . Nə qədər özümü toparlayıb ona ürək dirək vermək istəsəm də bacarmadım dilim batmışdı . Gülayı öz otağımıza salıb qapını çöldən  bağladım . Təkrar bibimin evinə gəldim . Gəray necə düşmüşdüysə eləcə  də qalırdı . Öldüyünü düşündükcə qorxudan ürəyim əsirdi . Başını dizimə alıb məhrəbayla alnının qıcqahının qanın sıldım . Böyük yarası yox idi , amma , balaca noxud boyda deşıkdən bulaq açılmışdı elə bıl . Əlimdəki məhrəbanı başına basıb özümü bayıra atdım . Narin xalagilə qaçdım . 
    O gecə səhərə qədər Gəray qızdırmadan alışıb yandı . Narın xala,  mən,  bir də Narın xalanın çağırdığı tanış tibb bacısı Gərayın başındaki yaradan axan qanı kəsib , onun qızdırmasını salmağa çalışdıq . Gərayın ölmədiyini görüb özümə gəlmişdim . Səsim açılmışdı . Sabaha yaxın Gəray özünə gəldi . Vurduğum külqabının qırığı Gərayın qıcgahındakı damarı deşıbmış ...
    Bilmirəm Gəray axşam olanları xatirlayirdimi yoxsa yox ,  özünü keyliyə vurub tez tez bizdən nə baş verdiyini soruşurdu . Narın xala ; 
  - Heç nə əşi , genə dözanı qaçırtmışdın , başını vururdun daşa divara . Geray heç mənə tərəf də baxmırdı da ...
   Üç gün sonra yeni tutduğum kiraya köçəndə illərdir qoynumda gəzdirdiyim bilərziyin yerində olmadığının fərqinə vardım . O axşam yadıma düşdü . Gəray mənə əl atanda qoynumdan açılıb düşübmüş yəqin . Dəyərli qiymətli bir şeyimi itirmişdim . Gözüm hər yerdə onu axtarırdı . Az qalırdım ki bilərziyi Gəraydan soruşum . Guya soruşsaydım "məndədir" deyəcəkdi ? Allah bilir,çoxdan tapıb aparıb satıb , ya da litirlik arağa dəyişib . 
   Həmin gün işdən içazə almışdım . Əşyaları toplayıb yeni evə köçəcəkdim . Bir gözüm Gərayın evındəydi . Gözləyirdim evdən çıxsın . Gedib bir evə baxım . Bilərziyi itirdiyimə nə qədər pis olsam da ürəyim sakit idi . Özüm özümə təsəlli edirdim . 
   - Bu bilərzik belə asan itə bilməz . Çünki onu mənə verən də halal adam idi . Ürəkli vermışdı . Mən də ona haram gözlə, pis  niyyətə  baxmamışam,  inşallah tapılar -  deyə ürəyimdə özüm özümü təsəlli edirdim . 
   Gərayın mənə etdiklərindən sonra , özümə gələ bilməmişdım . Eynən Bardan çıxdığım gün keçırtdiyim hisləri yaşayırdım . Hələ Gülay ...həmin gun evə girəndə onu divarın küncünə qısilib qorxu içındə qapıya baxdığını gördüm . Gülay daha mənim nağıllarımı dinləmır kağızlara nəsə cızır , mənimlə danışmırdı . Özünə qapanmışdı . Bilirdim ki,  gördükləri ona təsir edib . Öz xəyAlında gördüklərini kağızlara tökür - çəkir . Mənim haqqımda nə düşünürdü bilmirəm , amma onu bilirəm ki , bu hadısə  onu məndən soyudub . Bütün günü ağlayir , ya da tez tez ;
   - Sədiş xayami istiyyəəmm - deyib aləmi bir birinə qatırdı . 
    İlk fürsətdə Nilayın yanına gedən kimi onu da uşaq evındəki pisixoloqa göstərəcəkdım   
    Ahh budur , Gəray darvazadan çıxdı . Elə bil dünya mənim idi . Tez onun arxasınca keçıb evinin açarını daşın altından götürdüm . Qapını açıb içəri girdim . Hər yeri ələk vələk elədim divanın altını , arxasını axtardım . Yox idi . Və indi qiymətli bir şey itirdiyimi hiss etdim . Divanın üstündə oturub ovuclarımla üzümü qapayıb hönkürdüm . Başımı qaldıranda Narın xalanı qapıda gördüm . Nə edəcəyimi bilmədim . Ozümü başqasının evinə girmiş  oğru kimi hiss edirdim . Gah yastığı qaldırir gah adyalı çırpırdım . 
   - Bunu axtarırsan ?  
  Narın xala bilərziyi əlində tutmuşdu . Elə bil gözlərimə işıq gəldi .  Bu dəfə sevincimdən ağlayırdım artıq . 
   - Hardan tapdın bunu ? Narın xala . Mən də bunu axtarırdım . 
   Həmin günü Narın xala Gəraya kömək eliyəndə dəsmal qarışıq yerə düşmüş bilərziyi divanın altında görüb,  götürübmüş . Bir dəfə iş yerində iş paltarlarımızı dəyişəndə bunu üstümə sancaqlayarkən görmüşdü . Nə olduğunu soruşanda " yaman günlüyümdür" deyə cavab vermışdım . İndi tanış dəsmaldakı bağlamanı yerdə görəndə bu bağlamanın mənə aid olduğunu bilib götürüb . Qarışıqlıqda verməyə fürsət tApmayıb ,üstündəgizlədib . Amma burda nəsə pis bir şeylər olduğuna da şübhə edib . İndi əmanəti verməyə gəlmışdı . Qapını bağlayıb öz evimə kecəndən sonra ;  
   - Narln xala qurban olum ver onu . Nə istiyirsən vererem amma o bilərzik mənim üçün çox dəyərlidir . 
   - Bu qədər dəyərli şeyin o piyanskanın evındə nə işi var ?  
   - Bilmirəm necə olubsa açılıb düşüb . Həmin gun evin təmizləyirdim . 
   - Mətiş , mən uşağam ? Az mən dünyanı görə görə gəlmişəm ee ...niyə aparmadım Gərayı xəstəxanaya ?  Çünkü bilirdim ki , onun səy başı durduq yerdə yarılmayıb . Nolub ?  
   - Heç nə ...
   - Heç nə ?  De  görüm ! 
   - Nə olasıdir ki ? Heç nə olmayıb valla ...
   - Vallah ağzını əysin ! Bəs bu nədir ?  
   Qollarımı yuxarı çəkib qollarımın göyərtısını göstərdi . 
   - Bəs bu ? - Yaxamı aşağı dartıb dişləkdən  qançır  olmuş döşlərımə baxdı . 
   - Uşağam mən ? Tumançaq kişının evində qanın içində, kişinin sinəsində qap qara dışlək yerı , üzü gözü cırmaq cırmaq ... gərək skoru çağıraydım iş düşərdı polisə ...
   - Narın xala , qadan alım şışırtmə . Aramızda qalsın qurban olum . Açıb ağartma . 
   - O oğraş , sənə də sataşdı ?  
   Demiyəsən hələ bibimin sağlığında Gəray qonşuların  qız gəlinlərinə də  qənim kəsilibmış ...

   Evimi köcürüb yeni evdə yerləşəndən sonra işə başladım . İki günün yorğunluğu məni əldən salmışdı . Təkbaşına köç etmək həqiqətən də çətin idi . Yorğunlüq üz gözümdən tökülürdü . İşin qaydasına görə hər gün qızlardan biri koğuşda (işçılərin əynini dəyişməsi və nahar etmələri üçün ayrılmış yer) qalıb oranın təmizliyini edər , işci qizlara yemək , çay hazırlayardı . Mahirə xanım mənim sahəyə çıxa bilməyəcəyimi görüb növbətçi qızı mənim yerimə sahəyə göndərdı ,  məni isə koğuşda saxladı . Təmizliyi edib yeməyi hazırladım . Ortalığa qoyulmuş masanı silib nahara hazır vəziyyətə gətirdim . Dəhlizdən bir neçə adamın səsi gəlirdi . Deyəsən Zafer bəyin qonaqları var idi . Zafer bəy dəhlizi keçərkən başını qapıdan içəri salıb ;  
   - Kızlar çay koyarmısınız ? - dedi və getdi . Elektirik çayniki doldurub çay qoydum . Qapının ağzına qoyulmuş baçoklardan birini götürüb içəri kecəcəkdim ki , Zafer bəylə tikintidə gəzişən qonaqları gördüm . Qonaqların içərisində Abdullah da var idi . Onu özümə namızəd görürdüm ama , ona qarşı heç bir hiss həyəcan hiss etmirdim nədənsə . Abdullah sahədə gəzışdıkcə gözü məndə olsa da ,  öz aləmində mənə qarşı diqqətli və  xoş davransa da  bu mənim üçün heç nəyi dəyişmirdi .
  Yenə Abdullah diqqətimi çəkmək üçün qonaqların arasında yüz hoqqa çıxardırdı . Mənim isə fikirim tamam başqa insandaydı . Çox həyəcanlı idim . Bu həyəcanın səbəbi Abdullah yox başqa adam idi ...
    Qonaqların içərisində uzun qıvirim saçları arxadan toplanmış boy buxunlu ,  dolu kişi diqqətimi çəkmişdi . Boy buxunu və bədən  taorması da mənə tanış gəlirdi. Bu  adam Suata necə də oxşayirdı . 

   19 BÖLÜM 
Nilaygilun yanından gəlib, çay çörək hazırladım , ana bala oturub yeyib içdik . Süfrəmizi toplayıb yeməkdən bir boşqab pay çəkib Gəray dayıya da apardım . Qapını döyüb gözlədim . Hər zaman qapı açıq olardı və mən həmişə qapını döyüb sonra içəri girərəm. İçəridən səs gəlməsə qapını açmazdım, heç vaxt . Yenə qapını döydüm çavab gəlməyincə geri dönmək istədim . Elə pıləkənin başına çatmışdım ki, Gəray dayı içəridən səsləndi , 
- Mətiş , sənsən ?
Guya məndən başqa kim olacaqdı ki ?
- Mənəm Gəray dayı , yemək gətirmişəm. 
- Goy ora , surahının üstünə götürərəm . 
Məəttəl qaldım . Nə deməkdir bu indi . Gəray dayının məni içəri çağırmaması məni şübhəyə saldi . Devikə devıkə boşqabı sürahının üstünə qoyub səsləndim ; 
- Soyutma ay Gəray dayı . İstidir . 
Nədənsə bayaqdan daxmamın balaca pəncərəsində bitmişdim , Gəray dayının qapısın güdürdüm . Qapını niyə açmadı , niyə həmişəki kimi məni evə dəvət etmədi və ya yeməyi əlimdən almadı, mənə maraqlı idi ?! Son vaxtlar bu kişidəki dəyişıkliklər mənim də ona diqqət etməyimə əsas verirdi . Hətta onun mənə baxışları belə dəyişmışdı , ikibaşlı danışıqlarından canım sıxılırdı artıq. Mənə daha mehriban , bəzi hallarda isə daha aqresiiv davranırdı . 
Asta asta qar yağmağa başlamışdı . Bayırda çovğun var idi . Nədənsə qarlı yağışlı havanı çox sevirəm . Belə havalarda keçmişə gedirəm həmişə . Gözəl və hər kəsə örnək olacaq keçmişim yox idi , amma olsun , mən keçmişımı xatırladıqca sanki ruhum dincəlirdi . Keçmişimi nağıla döndərib Gülay danışar , sonda isə ağlayaraq içimi boşaldırdım . 
Gülay yerdə oynayırdı . Mən isə balaca pənçərəniyə yaslanaraq, havada üçüşüb yerə , çöldə üst üstə yığılmış taxtalarin üstünə qonan qar dənəciklərinə baxa baxa növbəti nağılıma başlamışdım . Hər nağılımda göz yaşı payım vardı . Çünki bu nağıllar bizim keçmışımızdən , bizim həyatımızdan bəhs edirdi . Yenə ağlayırdım . 
- Həə ? Ana , sən həmişə Mələyin anası olduğnu deyiysən ,bəs o balaca Mələyin atası yohduy ? 
- Yox qızım yoxdur ? 
- Hanı bəs ? 
Uydurmalarmla Gülayı ovundururdum . Mənim Gülayımın nağıl qəhrəmanları olmurdu heç vaxt ...
- Yoxdur daa
- Hanı bə ? Mənim də atam yohduy. 
Gülayın səsi əsdi, hər dəfə özüm də bu dialoqlarin qarşısında əriyib gedirdim . 
- Bahcada hamının atası vay , biy məmm , biy də Mələyin atası yohduy. 
Mələk dediyi qızcığaz mənim Gülaya uydurduğum nağılların qəhrəmanı idi .Gülay onu görməmişdi , lakin doğulduğu gündən onunla böyüyürdü . Bir zaman gələcək mən Gülaya bu Mələyin onun özü olduğunu deyəcəkdim .
Ürəyim parcalanırdı Gülay belə danışanda . Əgər bu uşaq başqa uşaqların atasının var olduğunu hiss edibsə , deməli , ata və ananın nə olduğugunu da başa düşürdü . Məncə ona həqiqəti deməliyəm . Amma nə deyəcəkdim ? Atan ölübmü ? Yoxsa bizi atıb gedibmi ? Bəlkə deyim biz atanı tərk etmışık ? Deməzdimi axı niyə ? Deməzdimi məni atasız qoymağa sənin haqqın yoxdur ? Bəlkə deyim , ölübdür ? Ahhh keş kə ölsəydi ...
Bütün bunları düşündükcə ürəyim sıxılırdı . Hələ bu vaxta qədər yüz ölçüb biçdiyim , ürəyimdə Gülayla qurduğum dialoqlar qarşısında belə aciz qalmamışdım ki , indi çarəsiz idim . Gülaya nə deyəcəyimi bilmirdim . Hələ 4 - 5 yaşlı uşağa əsil həqiqəti deyə bilmirəmsə , gələcəkdə bunu heç edə bilməyəcəkdim . Gülayın yanına gəlib yerə oturdum . Əlindəki topu mənə atınca topu havada qapdım ;
- Bax qızım , sənə həqiqəti deyəcəm 
- At , ana, at !
- Mələyin atası var, sənin atan isə yoxdur- deyib topu ona atdım . Topu tutmadı yumalanıb getdi . Ağıllı və ciddi baxışlarla mənə baxıb dodağını büzdü . 
- Ahı sən demişdin Mələyin atası yohduy ?
- Hə yoxdur . Çünki Mələk dünyaya gəlməmişdən anası onu da götürüb öz vətənlərinə gəlmişdilər. Ona görə də Mələyin atası var, amma yanında yoxdur . 
- Bəs məim ? 
- Sənin atan ... bax ... Gülay ... bir də bu söhbətə qayıtmayacağıq , yaxşı ? 
- Ana ,ahı mənim atam niyə yohduy ? 
Udqundum ... o gecə gözlərimin qarşısında canlanırdı . İllər öncə burnuma dolan o pis qoxu ,ağzımda, boğazımda hiss etdiyim o iyrənc tam hələ ruhumu tərk etməmişdı . Yadıma düşdükcə öyüyürdüm .
- Ana , Mələy yeçələndə , atasın tapacey göyəysən !
Qizin belə inadkar və qərarlı danışması məni çaşdırırdı , eyni zamanda da qorxuzurdu . Bu uşaq əsil həqiqəti bilərsə məni bağışlamayacaqdı . Odur ki , indidən onu bu yoldan döndərib , atasının yoxluğunu birdəfəmlik onun başına soxmalıyam . 
- Qızım , sənin atan öldü ...
Dillənmədi . Gözlərindəki ciddi ifadə dəyişmədi . Gözümün içinə baxıb yalanımı tutmaq istəyirdi sanki .
- Bax, birdə bu barədə danışmayaq , yaxşımı qızım ? 
- Niyə ? 
- Çünki pis oluram .
- Ahı , atam ...
- Eee ... bəsdir dəəə , bəsdir ...
Səsimi yüksəltdim , sanki göy gurladı Gülayın səsi içərini başına götürdü . Ağladı . Qalxıb həmişəki kimi evin bir küncünə gedib başını qollarının arasına qoyaraq divara qısılib ağladı . Onun bu halına ürəyim dözmürdü Sədaqət və ya Letafət burda olan zaman mən ona hirslənəndə onlara qısılirdi . Olmayanda divara . Divardan imdad istəyirdi . Biz də uşaq olmuşduq . Anam bizə hirslənəndə qaçıb atamın arxasında gizlənirdik . Gülay isə ...həqiqətən sözün əsil mənasında bir ata lazım idi onu müdafiə etsin . ..
Yaxınlaşıb Gülayı qucaqlayaraq qucağıma aldım . Çırpınıb qollarımdan çıxmağa can atdıqca mən onu öpür könlünü almaq istəyirdim .
- Qızım , ağlama . Qurban olum . Sən hələ balacasan , səninlə bunları danışmaq istəmirəm gülüm . Biraz ca da böyü , danışarıq gəşəy gəşəy . 
- Mən atamı istiyiyəm - ağladı . 
Gulayı qucağıma alıb ovutduqca o, çırpınıb əlimdən qaçırdı . Onun bu inadınatərslık edib onu daha çox bağrıma basırdım . Uşaq qucağımda ayağa qalxdım . Pəncərəyə tərəf gəlib ; 
- Gəl sənə təzə nağıl danışım həə ? 
- İstəmiyəm ...
- Maraqlıdır aa amma. Qulaq as, mən danışım sən də çəkərsən , şəkilini .Yaxşı ? 
-İstəmiyəm
-Deməli biri var idi , biri yox idi . Bir bap balava qız var idi , anasınin bir dənəsi idi bu qiz , onun da bir bacısı var idi ...
- O balaca qızın adı nə idi ? O da Mələy idi ?
- Hə Mələk . Bütün uşaqlar hamısı mələkdir qızım . Ağappaq qar kimi , tərtəmiz ... Bütün mələklərın valıdeyinləri günahlar işlədərək mələklərini kirlədirlər . 
- Niyə axı ana ?Niyə valideyinləy qoymuylay mələyləy təmiz qalsın ? 
- Çünki ... çünkı həyat adlı bır çırkab quyu var , dərin , lap dərin quyu var...
Gözüm pəncərədən Gəray dayının evinə sataşdı .Gəray dayı ətrafa və bizim pəncərəyə boylanaraq bir qadınınla evinə girirdi .
Özümdən asılı olmayaraq səsim titrədi . Bilmirəm əsəbləşdimmi , qısqandımmı . Çox pis oldum. Bir anlıq özümü tək tənha hiss etdim . Bu vaxta qədər mənə bir faydası olmasa da Gəray dayını özümə arxa kömək , simsar bilirdim . Amma indi .Arxam dayağım sökülürdü deyəsən . Bizimki bura qədəridi .
- Hə noydu ana?- Gülayın səsi məni özümə gətirdi .Quyuda əjdaha vaydı? O quyu qayanlığdıy? Mələyin anası düşdü o quyuya ?
- Qızım yuxum gəlir.Yataq ? Sabah danışaram , olar ? 
- Ee ana? Mən bu nağılı istiyiyəm , çəkəcəm onu . Axı sən elə demışdın . Bah küseyəm haa ...
-Yaxşı onda, gedək yata yata danışım . Deyib Gülayın üstündəkiləri çıxardıb , pijamasını geydirdim .Yorğanın altına gırərək balamı qolumun üstünə aldım . Yenə uydurma nağıllarıma davam etdim .Gülay məni dinlədikcə barmaqlarım onun saçlarının arasında dolaşır , yuxudan xumarlanan gözlərindən , gülümsəyən yanaqlarından sevgiylə öpürdüm . 
Gülay yuxuya getmişdi .Yenə həmişəki kimi hər nağılın sonunda bir göz yaşı payım var idi .Yenə onun gül kimi təmiz və məsum üzünə baxaraq uzaqlara dalmışdım . İçin icin qara taleyimə ağlayırdım . Çox yorulmuşdum . Özümü səhra ortasında tənha ağac kimi bilirdim . Yalqızlık səhra küləyi kimi belədən belə, elədən elə ortamdan kecirdi .
Mahirə xanımla münasıbətimiz səmimi idi . Başqa işçılərə qarşı nə qədər ciddi olsa da , mənimlə o qədər zarafatçıl idi . Münasıbətımızın səmimiliyinə baxmayaraq mən həmişə onunla pərdəni qorumağa saxlayırdım . Bilirdim bu səmimiyyətin səbəbini . 
Bizim işlədiyimiz binada bir santexnik işləyirdi . Gözü düşmüşdü mənə . Neçə vaxt idi məni qaraba qara izləyirdi . Ən son işdən çıxıb evə gedərkən dalımca düşmüşdi . Yaxınlaşıb danışmaq istəsə də , elə şərait yaratmışdım ki, o məni danışdırmağa ürək etməmişdi . Demiyəsən mənim bu yeni heyranım olan Abdullah Mahirə xanımın qayını imiş . Qayınının bu məhəbbətindən xəbər tutan Mahirə xanım mənə daha da yaxınlaşmağa başlamışdı . 
İki il idi arvadından boşanmışdı, daha doğrusu , arvadı uşaqlarını atıb başqasıyla qaçıbmış .3 uşağı var idi . Uşaqlarını Abdullahın anası saxlayırdı . Özü də buraya bu yaxınlarda gəlibmiş . Mahirə gəldiyi gündən onu evləndirməyi boynuna götürübmüş .Elə Mahirənin də gözü məni çoxdan tutubmuş , məndən əl çəkmirdi. Mənə "elti" deyirdi . Elə buna görə Abdullahin seçımı onun ürəyincə olmuşdu
Həyatımın varlığı olan qızlarım üçün yaşayirdim . Ərə getməyi ağlımın ucundan belə kecirtmirdim də . Mahirəyə nə qədər ciddi ciddi etiraz etsəm də hər defə Mahirə ağzımdan vururdu . 
- Nağayrasan azz? Gül kimi cavan gəlinsən . Elə ömür boyu boynu bükük qalasan ?
- Mahirə xanım , sən Allah mənim başıma iş açma .Sən də,mən də bilirik ki xəstə uşaqla məni hec kim qəbul etməz . 
- Ay qız .Xəstəyə dövlət baxır da.
- Bəs sonra?
- Sonrası Allah kərimdir . Nətər deyərlər ee ? Özümə yer eləyim gör sənə neyləyim . Hələ bir özünə yer elə sonra pışım pişimlə yığarsan balalarını başına . Hələ gedib birin də doğsan . Fsyo heç o xəstə uşaq da yadına düşməyəcək . Qoy devlət baxsın da gül kimi . Müalıcəsi də olunur . Sən də arada gedib baxarsan . Guya ki, indi bu dəqiqə hər gün gedib gəlirsən yanına ? Bir də bilirsən ? Abdullah heç Türkiyəyə getmək istəmir.Bu da sənin üçün xeyirdir dəə . Uşağını istədiyin zaman görə bilərsən . Abdullah deyir burda qalıb iş quracam .Qəşəy əl ələ verib işləyərsiz . Nə yaxşı olar ? Ev eşık düzəldərsiz . Oturub evinin xanımı olarsan . Az ,vallah rahatçılığın olandan sonra uşaq muşaq da yadına düşməyəcək . Gulay da nə qədər balacadır Abdullaha o qədər tez isinişəcək 
- Ehh ay Mahirə xanım ,Allah alsın! Bir mındar ürəyim var ki . Kaş mən də sizin kimi fikirləşərdım . O zaman mən de xoşbəxt olardım . Neynim mən sizin kimi düşünə bilmirəm . O uşağın şıkəst olmasına baxma . Ona Gülaydan çox düşkünəm mən ...
Ərə getməyi düşünməsəm də tənhalıq ürəyimi əzirdı . Hərdən ürəyim sevib sevilmək istərkən , qadınlığımı tənhalığın qoynunda boğarkən 5 ildir sinəmdə gəzdirdiyim Suatln mənə verdiyi bilərziyi qoynumdan çıxarıb onu sevib oxşayirdim . Onunla ayrıldığımız gün yadıma düşdükcə kövrəlib ağlayirdım . "Hardasan ? " pıçıldadığım sözlərə özüm onun adından cavab verirdim .
- Aslinda ben senden sormam lazım aşkım , sen nerdesin? Şu aşka cesaretın yokduysa , o zaman neden beni oyaladın . Neden bana umut verdin ?
Defelerle poçta gedib onun nömrəsini yığdırıb telefonu qulağıma tutmuşdum . Lakin danışmağa ürək etməmişdim . Bəzən səsini eşıdıncə ürəyimin səsi ona getməsin deyə dəstəyi bərk bərk ovcumda sıxıb əlımın üstündən ona öpüş yollamışdım .Göz yaşlarımı içımə axıdıb hıcqırıqlarımı içimdə boğmuşam . Bilmirəm qürürmu edirdim , xəcalətmi çəkirdim ... onunla danışmırdım . Elə bilrdim onu aldatdığımı , onun hisləriylə oynayıb aradan çıxdığımı üzümə vurub məni danlayacaq .Mənə olmazın sözlərini deyəcək.
Bir iki dəfə Esra ablayla danışmışdım . Ona da da başa sala bilməmişdim vəziyyəti. Pulum az olduğundan sadəcə salam sağol edib hal əhval tutmuşdum. Elə bil fürsət axtarirmiş Esra abla. Onun dərdinin yanında mənim dərdim yalan olmuşdu . Səsimi eşidən kimi öz problemlərindən danışırdı. Mənim danışmağıma fürsət olmurdu . Vaxtın bitdiyini xəbər verən siqnalı eşıdəndə onun sözünü kəsib , Suatı soruşmuşdum . 
- Suat derbeder olmuş kız , sən getdin hiç aramadın sormadın , o da gəlip seni bendən sordu . Valaha da billaha da benim Metanetden hiç bir haberim yok dedim . Dur kız . Şımdı ona haber vercem . Bana numara ver seni arasın . 
- Dur Esra abla , benim telfonum yok postaneden arıyorum. Ona söylə , haftaya ...
Arayacam - deyecəkdim ara kesdı . Sonra aradım o açmadı . Gah yerində olmadı . Onunla heç cür əlaqə saxlaya bilmirdim . Axırıncı dəfə Esra ablaya zəng edəndə eşitdiyim xəbər məni sarsıtdı . Esra ablanın oğlu atasının düşmənin axtarıb tapıbmış , atasının qısasın alacaqmış kı, anası araya girib bu qana son vermək istərkən düşmən gülləsinə rast gəlib ,dünyasını dəyışıb . Binunla da mənim Türkiyəylə əlaqələrim tamamilə kəsilmışdı. 
Türkiyəylə əlaqələrim tamamilə kəsildikdən sonra hisslərim , duyğularım qarmaş dolaş olmuşdu . Mahirə xanım fikirlərimi qarışdırmışdı . Abdullaha qarşı da diqqətım dəyişmışdı . Gələcək həyatımı nizama salmaqda , özümə ömür gün yoldaşı , uşaqlarıma atalığa namızəd kimi onu görürdüm . Lakin bu barədə heç kimə bir söz də deməmişdım .
Həyatıma bir daha kişi girməyəcəyini deyirdim, amma , bundan əmin deyildim . Son vaxtlar qısqanclıq krizinə düşmüşdüm . İki sevgili , iki nişanlı , ər və arvad görəndə hisslerim duyğularım dılə gəlir ,ürəyim beynimi məngənə kimi sıxırdı ;
- Mənə belə əziyyət vere bilməzsən . Axı mən də qadınam sevılıb sevmək istəyirəm - deyirdi ürəyim özümə . 
Belə düşüncələrərə qapıldıqca , əlim qoynumda gızlətdiyim bilərziyə gedirdi . Ürəyimə hökm edirdim 
- Nə qədər ki , bu mal sahibinə çatmayıb , bu heç vaxt baş tutmayacaqdı . Boşuna özünü yorma . 
İndi Gəray dayını evinə qadınla girdiyini görən gündən artıq qərarımı vermişdim . Bilirdim ki, bu evə başqa qadın gələrsə artıq mənə bu evdə yer olmayacaqdı . O gəlmədən mən burdan üzü sulu getməliydim . 
Həyatımı planlayırdım . İlk növbədə ev tutmalıydım. Sonra işləyib 500 dollar düzəltməliydim . Həmin pul və qoynumdaki bilərziklə ya Türkiyəyə getməliydim ya da etibarli bir adamdan Suata yollamalıydım . Ondan sonra Abdullahla evlilik barədə danışa bilərdim . Bizim bu evliliyimiz sevgi üzərində yox şərtlər üzərində olacaqdı . Nə olur olsun mən onun hər şərtini qəbul edəcəkdim . Təki o məni balalarımdan ayırmasın . Əgər qəbul edərsə o mənim həyatıma daxıl olacaqdı . Etməzsə bir daha bu barədə danışmayacaqdıq . 
Sabah işə dedəndə ilk işim dayanacaqlardadaki kiralıq evlərin nömrələrini götürmək oldu . Küçədəki telefon butkalarından zəng edir evlərlə maraqlanırdım . Uyğun qiymətə , işimə yaxın bir ev axtarirdim . Neçə gün idi ki , ev axtarışındaydım . Telefona jeton almaqdan cibimdə pul qalmamışdı . Nəhayyət işə yaxın bir ev tapdım . Kəbinim elə bil balaca daxmalara kəsilmişdi . Bu ev də balaca daxma idi . Qiyməti uyğun olduğundan buranı almaq istəyirdim . Bura o qəbər balaca idi ki mənim hec qoşa çarpayım bura yerləşməyəcəkdi . 
- Neynək satıb yerinə bir nəfərlik alaram deyə otağı xəyalımda ölçüb biçərək qərarımı verdim . 
- Mən bu evi götürürəm ! Amma ayın 18 də gələcəm . Maaşlarımız verilsin sonra . 
Maaşlarimız problemli idi . İş yaxşı olsa da gec gec verilirdi . Biraz beh verib evi tutdum . Evə gəlib yavaş yavaş əşyaları toparlamağa başladım . Narın xalanı çağırıb , anamın mənə verdiyi çehiz yorğan döşəkləri , işlətmədiyım qab qaşıqları, qoşa çarpayını ona verdim ki , yavaş yavaş satsin . 
Mənim köçəcəyimdən xəbər tutan Gəray dayı özünü bizə atdı . Onu tək qoymamaq üçün yalvarıb yapışdı . Az qala deyəcəkdi hara gedirsiz məni də aparın . Yüz bəhanə gətirib onun kölnün ovudurdum . 
Axşam bir banka dovğa götürüb onlara kecdim . Adətim üzrə qapını döyüb gözlədim . "Gəl" dedi . İçəri girdim . Kişi içəridəydi . Amma gözə görsənmirdi . 
- Evdəsən Gəray dayı ? 
-...
Ses gəlmədi . Keçib əlimdəki bankanı masanın üstünə qoydum . İşəri pıs gündəydi . Masanın üstündə barmaq basmağa yer yox idi . Araq butulkaları yerə düşmüş , masanin üstünə yemək, su , araq dağılmışdı . Burani bu vəziyyərdə qoyub gedə bilməzdım . 
Başladım ortalığı toparlamağa . İçəridən Gəray dayının səsi gəlirdi . Bilirdim ki , sərxoşdur , yenə sayaqlayır . Nə dediyi başa düşülməsəm də yalandan içəridən ona iş görə görə "hə, hı " eliyirdim . Hamama keçıb pol əsgisini yudum , gətirib mətbəxin yerini silib qapını çəkdim . Zala kecib ortalığı yığışdırdim . dıvan açılmış , üstünə üstünə yorğan döşək sərilmışdı . Bilirdim Saday dayı burda yatmazdı . Mütliq qonağı var ıdı . Yanılmamışdım . Divanı yığışdıranda çarşafın altından bır qadına lazım olan özəl əşyalar çıxdı . Əşyalara baxa baxa ürəyimdə özüm özümə söylənirdim . 
- Axı nə itin azıb burda ? Camaatın zır zıbılın nə qarışdırırsan ? Sənə nə lazımdır ev təmizləmək ? Q..bə gətirib , zibillərin sən təmizləməlisən ? 
Əlimdəki yorğanı divanın üstünə atıb geri dönəndə Saday dayını qapının arasında gördüm . Yarıçılpaq vəziyyətdəydı . Utanıb başımı aşağı saldım . 
- Şeyy mən evi yığışdıracaydım . Qazın üstünə şey qoymuşam . Daşıb tökülməsin - deyib gözlərimi ona baxmaqdan yayındıraraq yanından kecib getmək istədim . Dolu bədənin qapıya söykəyib , əcaib baxışlarla məni süzürdü . 
- Gəray dayı ... yemək daşdı , mən gedim, gələrəm indi .
-Keç ! - deyib qapının arasından qarnını gerı çəkdi . Yanından kecıb dəhlızə çıxacaqdım ki , anidən ilan kimi mənə sarıldı . Çırpınıb ; 
- Burax ... burax ! - deyə əlindən çıxmağa can atırdım . Mənim cansız vücudum bu ayının gücünə necə tab gətirəcəkdi ? Quş kimi məni qucağına alıb divanın üstünə tullada . Özü qıçlarımın üstündə oturub bir əli ilə ağzımı tutub o biri əli ilə qoftamı yuxarı qaldırırdı . Ayıya oxşayan bu adamın altında sudan çıxmış balıq kimi partlayırdım . Ağzım burnum tutulmaqdan nəfəsim kəsilir , heydən düşürdüm . İstədiyinə çatmışdı bir əli ağzımada , bir əli ilə qolumu altıma salıb ağırlığını üstümə çökdürmüş , vəhşı kimi döşlərimi əzır , gəmirirdi . Fürsət tapan kimi yubkamı əynimdən çıxarmağa çalışırdı . Havada yellənən əlim özumu müdafiə üçun onu vurur , cırmaqlayirdı . Onu üstümdən ata bilməyəcəyimi görünçə boşda qalan tək əlimlə onun başına keçırmək üçün kənarda nəsə axtarırdım . Gözüm bir az aralıdakı jurnal masanın üstündəki böyük bülur külqabında idi . Amma əlim ora çata bılməzdı . Leş kimi üstümə çökən bu adamın əlindən qurtula bilsəm əimi uzadıb kül qabını götürə bilərdim . Çabalamaqdan və havasızlıqdan urəyim dayanırdı . 
- Ahh bircə əlini ağız burnumdan çəksəydi ...- urəyimdə Allahıma yalvarırdım . Nəfəsım kəsilirdi artıq . Gözlərim qaralmağa başlamışdı , heydən düşürdüm . Qəfildən Gəray səsi qulağımın dibində partladı .
- Çıx çölə köpəy qizinin bici , çıx ! S... anavın var yoxunu 
Tok vuran adamlar kimi yerimdə qıvrıldım ,başımı döndərib baş tərəfimdəki qapıya baxdım . Gulay qorxu və nifrət dolu baxışlarla bizə baxırdı . 
- Rədd ol deyirəm ee sənə , cəhənnəm ol burdan - deyib Gəray başımın altindaki döşəkçəni çəkib Gülaya fırılatdı . Gəray əlin ağzımdan çəkmişdi . Nəfəs ala bilirdim artıq . Dərindən nəfəs alıb özümə güc topladım . Başımı qaldıraraq adamın üstümə çökmüş sınəsınə dişlərimi keçirdim və var gücümlə sıxmağa başladım . Ağrıya dözə bilməyən manyak adam saçlarımdan tutub yolur, ayı kimi nərildəyərək məni özündən ayırmaq istəyirdi . Mən isə onun üstümdən qalxmağını gözləyirdim , qalxmırdı . Fürsət edib dişimi ətindən çəkmədən əyilib külqabın masadan alıb onun başına çırpdım . Kül qabı ciliklənib üstümüzə dağıldı . Əli boşaldı saçım əlindən çıxdı . Kökündən qopmuş ağac kimi üstümə düşdü. Gerayı itələyib üstumdən yerə atdım odun parçası kimi yerə sərildi . Gicgahından qan şora verirdi . Bütün divan və üstüm qanın işındəydı . Qan məni qorxuzmuşdü . Nə edəcəyimi bilmirdim . Qışqırmaq istəyirdim səsim çıxmırdı . Ayağa qalxıb özümü nizama saldım . Gülaya baxmağa xəcalət çəkirdim . Gülay gözləri böyümüş halda bizə baxırdı . Uşağın əlindən tutub bayıra çıxartdım . Nə qədər özümü toparlayıb ona ürək dirək vermək istəsəm də bacarmadım dilim batmışdı . Gülayı öz otağımıza salıb qapını çöldən bağladım . Təkrar bibimin evinə gəldim . Gəray necə düşmüşdüysə eləcə də qalırdı . Öldüyünü düşündükcə qorxudan ürəyim əsirdi . Başını dizimə alıb məhrəbayla alnının qıcqahının qanın sıldım . Böyük yarası yox idi , amma , balaca noxud boyda deşıkdən bulaq açılmışdı elə bıl . Əlimdəki məhrəbanı başına basıb özümü bayıra atdım . Narin xalagilə qaçdım . 
O gecə səhərə qədər Gəray qızdırmadan alışıb yandı . Narın xala, mən, bir də Narın xalanın çağırdığı tanış tibb bacısı Gərayın başındaki yaradan axan qanı kəsib , onun qızdırmasını salmağa çalışdıq . Gərayın ölmədiyini görüb özümə gəlmişdim . Səsim açılmışdı . Sabaha yaxın Gəray özünə gəldi . Vurduğum külqabının qırığı Gərayın qıcgahındakı damarı deşıbmış ...
Bilmirəm Gəray axşam olanları xatirlayirdimi yoxsa yox , özünü keyliyə vurub tez tez bizdən nə baş verdiyini soruşurdu . Narın xala ; 
- Heç nə əşi , genə dözanı qaçırtmışdın , başını vururdun daşa divara . Geray heç mənə tərəf də baxmırdı da ...
Üç gün sonra yeni tutduğum kiraya köçəndə illərdir qoynumda gəzdirdiyim bilərziyin yerində olmadığının fərqinə vardım . O axşam yadıma düşdü . Gəray mənə əl atanda qoynumdan açılıb düşübmüş yəqin . Dəyərli qiymətli bir şeyimi itirmişdim . Gözüm hər yerdə onu axtarırdı . Az qalırdım ki bilərziyi Gəraydan soruşum . Guya soruşsaydım "məndədir" deyəcəkdi ? Allah bilir,çoxdan tapıb aparıb satıb , ya da litirlik arağa dəyişib . 
Həmin gün işdən içazə almışdım . Əşyaları toplayıb yeni evə köçəcəkdim . Bir gözüm Gərayın evındəydi . Gözləyirdim evdən çıxsın . Gedib bir evə baxım . Bilərziyi itirdiyimə nə qədər pis olsam da ürəyim sakit idi . Özüm özümə təsəlli edirdim . 
- Bu bilərzik belə asan itə bilməz . Çünki onu mənə verən də halal adam idi . Ürəkli vermışdı . Mən də ona haram gözlə, pis niyyətə baxmamışam, inşallah tapılar - deyə ürəyimdə özüm özümü təsəlli edirdim . 
Gərayın mənə etdiklərindən sonra , özümə gələ bilməmişdım . Eynən Bardan çıxdığım gün keçırtdiyim hisləri yaşayırdım . Hələ Gülay ...həmin gun evə girəndə onu divarın küncünə qısilib qorxu içındə qapıya baxdığını gördüm . Gülay daha mənim nağıllarımı dinləmır kağızlara nəsə cızır , mənimlə danışmırdı . Özünə qapanmışdı . Bilirdim ki, gördükləri ona təsir edib . Öz xəyAlında gördüklərini kağızlara tökür - çəkir . Mənim haqqımda nə düşünürdü bilmirəm , amma onu bilirəm ki , bu hadısə onu məndən soyudub . Bütün günü ağlayir , ya da tez tez ;
- Sədiş xayami istiyyəəmm - deyib aləmi bir birinə qatırdı . 
İlk fürsətdə Nilayın yanına gedən kimi onu da uşaq evındəki pisixoloqa göstərəcəkdım 
Ahh budur , Gəray darvazadan çıxdı . Elə bil dünya mənim idi . Tez onun arxasınca keçıb evinin açarını daşın altından götürdüm . Qapını açıb içəri girdim . Hər yeri ələk vələk elədim divanın altını , arxasını axtardım . Yox idi . Və indi qiymətli bir şey itirdiyimi hiss etdim . Divanın üstündə oturub ovuclarımla üzümü qapayıb hönkürdüm . Başımı qaldıranda Narın xalanı qapıda gördüm . Nə edəcəyimi bilmədim . Ozümü başqasının evinə girmiş oğru kimi hiss edirdim . Gah yastığı qaldırir gah adyalı çırpırdım . 
- Bunu axtarırsan ? 
Narın xala bilərziyi əlində tutmuşdu . Elə bil gözlərimə işıq gəldi . Bu dəfə sevincimdən ağlayırdım artıq . 
- Hardan tapdın bunu ? Narın xala . Mən də bunu axtarırdım . 
Həmin günü Narın xala Gəraya kömək eliyəndə dəsmal qarışıq yerə düşmüş bilərziyi divanın altında görüb, götürübmüş . Bir dəfə iş yerində iş paltarlarımızı dəyişəndə bunu üstümə sancaqlayarkən görmüşdü . Nə olduğunu soruşanda " yaman günlüyümdür" deyə cavab vermışdım . İndi tanış dəsmaldakı bağlamanı yerdə görəndə bu bağlamanın mənə aid olduğunu bilib götürüb . Qarışıqlıqda verməyə fürsət tApmayıb ,üstündəgizlədib . Amma burda nəsə pis bir şeylər olduğuna da şübhə edib . İndi əmanəti verməyə gəlmışdı . Qapını bağlayıb öz evimə kecəndən sonra ; 
- Narln xala qurban olum ver onu . Nə istiyirsən vererem amma o bilərzik mənim üçün çox dəyərlidir . 
- Bu qədər dəyərli şeyin o piyanskanın evındə nə işi var ? 
- Bilmirəm necə olubsa açılıb düşüb . Həmin gun evin təmizləyirdim . 
- Mətiş , mən uşağam ? Az mən dünyanı görə görə gəlmişəm ee ...niyə aparmadım Gərayı xəstəxanaya ? Çünkü bilirdim ki , onun səy başı durduq yerdə yarılmayıb . Nolub ? 
- Heç nə ...
- Heç nə ? De görüm ! 
- Nə olasıdir ki ? Heç nə olmayıb valla ...
- Vallah ağzını əysin ! Bəs bu nədir ? 
Qollarımı yuxarı çəkib qollarımın göyərtısını göstərdi . 
- Bəs bu ? - Yaxamı aşağı dartıb dişləkdən qançır olmuş döşlərımə baxdı . 
- Uşağam mən ? Tumançaq kişının evində qanın içində, kişinin sinəsində qap qara dışlək yerı , üzü gözü cırmaq cırmaq ... gərək skoru çağıraydım iş düşərdı polisə ...
- Narın xala , qadan alım şışırtmə . Aramızda qalsın qurban olum . Açıb ağartma . 
- O oğraş , sənə də sataşdı ? 
Demiyəsən hələ bibimin sağlığında Gəray qonşuların qız gəlinlərinə də qənim kəsilibmış ...
Evimi köcürüb yeni evdə yerləşəndən sonra işə başladım . İki günün yorğunluğu məni əldən salmışdı . Təkbaşına köç etmək həqiqətən də çətin idi . Yorğunlüq üz gözümdən tökülürdü . İşin qaydasına görə hər gün qızlardan biri koğuşda (işçılərin əynini dəyişməsi və nahar etmələri üçün ayrılmış yer) qalıb oranın təmizliyini edər , işci qizlara yemək , çay hazırlayardı . Mahirə xanım mənim sahəyə çıxa bilməyəcəyimi görüb növbətçi qızı mənim yerimə sahəyə göndərdı , məni isə koğuşda saxladı . Təmizliyi edib yeməyi hazırladım . Ortalığa qoyulmuş masanı silib nahara hazır vəziyyətə gətirdim . Dəhlizdən bir neçə adamın səsi gəlirdi . Deyəsən Zafer bəyin qonaqları var idi . Zafer bəy dəhlizi keçərkən başını qapıdan içəri salıb ; 
- Kızlar çay koyarmısınız ? - dedi və getdi . Elektirik çayniki doldurub çay qoydum . Qapının ağzına qoyulmuş baçoklardan birini götürüb içəri kecəcəkdim ki , Zafer bəylə tikintidə gəzişən qonaqları gördüm . Qonaqların içərisində Abdullah da var idi . Onu özümə namızəd görürdüm ama , ona qarşı heç bir hiss həyəcan hiss etmirdim nədənsə . Abdullah sahədə gəzışdıkcə gözü məndə olsa da , öz aləmində mənə qarşı diqqətli və xoş davransa da bu mənim üçün heç nəyi dəyişmirdi .
Yenə Abdullah diqqətimi çəkmək üçün qonaqların arasında yüz hoqqa çıxardırdı . Mənim isə fikirim tamam başqa insandaydı . Çox həyəcanlı idim . Bu həyəcanın səbəbi Abdullah yox başqa adam idi ...
Qonaqların içərisində uzun qıvirim saçları arxadan toplanmış boy buxunlu , dolu kişi diqqətimi çəkmişdi . Boy buxunu və bədən taorması da mənə tanış gəlirdi. Bu adam Suata necə də oxşayirdı .

20 BÖLÜM .

- Deyəsən bu yuxu olmalıydı . Bu ola bilməzdi . Axı onun burda nə işi vardı ki ?
Həyəcandan az qala ürəyim partlayacaqdı .  Dərindən və eyni zamanda tez tez nəfəs almağa başlamışdım . Ürəyim hökm edirdi ki, yerindən çıxa . Ağzımı ovcumla möhkəm möhkəm sıxıb içəri girdim . Suyu yerə qoyub göyə baxdım . Özümdən asılı olmayaraq dodaqlarım pıçıldadı
- Şükür qovuşdurana , sən məni darda qoymazsan ya rəbbim . Bilirdim gələcəyini , bilirdim ... sağol - Allahıma təşəkkür ederkən gözlərim dolmuşdu . Bu sevinc gözyaşlarım idi .
İki üc dəfə dərindən nəfəs alıb başımı qapıdan bayıra çıxartdım . Yox idi . Dəli kimi ətrafa baxdım . Dogurdan da yox idi deyəsən . Hamı ordaydı , bir o yox idi . Qapıdan çıxdım bir bir arakəsmələrə bağlı otaqların qapılarını açıb içərilərə boylandım . Bu necə ola bilərdı ki . Axı o burdaydı . Deyəsən ağlım başımdan çıxırdı mənim . Məni qara basır ? Yox ...Axı mən onu gördüm o burdaydı . İndi hara getdi o ?
Dəli kimə gəhlizdə ora bura qaçırdım , bağlı , açıq qapılara - arakəsmələrə boylanırdım , yox idi . Elə bil heç burda olmamışdı .
- Mətanet hanım çaylar olmadımı ?
Zafer bəyin səsi məni özümə gətirdi . Qolu qanadı sınmış quş kimi əlim ayağım boşalıb yanıma düşdü.
- Oldu Zafer bey . Ben şimdi ...
İşçılər ücün masanın arxasından taxtadan skameka kimi düzəldilmiş oturacağa çöküb başımı qollarımın arasına aldım için için ağladım . Belə vəziyyətdə nə qədər qaldığımı bilmirəm . Bir onu bilirəm ki içəri kimsə girdi . Başımı qaldırıb gələn adama belə baxmağa halım qalmamışdı . Stəkana su tökdü mənə yaxınlaşdı . Qolumun arasından üzünü görməsəm də başımın üstündə dayanan adamın kişi xeylağı olduğunu görürdüm . Kim idisə çalmamın üstündən başıma sığal çəkib suyu mənə uzatdı . Bütün bədənimə çərəyan kecdi sanki . Allaha yalvarırdım başımı qaldıranda başımın üstündəki adamın Suat olduğunu görüm . Və başımı qaldırdım . Suat deyilmiş , Abdullah imiş ...
Mənim halımın özümdə olmadığını görüb Abdullah özü qonaqların çaylarını süzüb apardı və təkrar koğuşa gəldi . Skamekda yanımda oturub bir müddət səsiz dayandı . Mən hələ özümə gələ bilməmişdim . Nə gədər gözümün yaşını silib özümü toxtatsam da bunu bacarmırdım . Cəkdiyim o qədər acılardadan , keçdiyim  iztirablı yollardan ilk dəfəydi ki , bu qədər içdən ağlamaq istəyirdim . Amma bura yeri deyildi . Bura ciddi bir iş yeri idi . Həm də yanımda yad bir kişı var idi.
Abdullah yanımda oturub bir müddət susdu heç nə demədı . Üzünə belə baxa bilmirdim , ,,get " də deməyə dilim gəlmirdi . Mənim bir insana , bir simsara ehtiyyacım var idi . Ruhumu yoran tənhalığı ürəyimdən söküb atacaq bir kimsəyə ehtiyyacım var idi . Başımı çıyninə qoyub doya doya ağlayacaq , ürəyimi boşaldacaq bir dosta ehtiyyacım var idi . Qaranlıq və soyuq mağaraya bənzəyən qəlbimə günəş kimi doğacaq , ruhumu isidəcək bir sevgiliyə , ürəyimə və evimə hakim olacaq bir həyat yoldaşına ehtiyyacım var idi .
Dirsəklərimi masaya dayayıb gözlərimin yaşını sıldım . Abdullaha baxıb gülümsəməyə çalışdım... bacarmadım . Çənəm titrədi , dodaqlarım büzüldü .Gözlərimin yaşı bulaq kimi aşağı süzüldü .Nə edəcəyini bilmirdi Abdullah da . Elə bil ürəyimi oxuyurdu ;
- Bana sarıla bilirsin ! - dedi .
Bütün bədənim uyuşub açıldı . Nə qədər özümü saxlasam da iradəm sözümə baxmadı . Özümdən asılı olmayaraq başım onun çıyninə qondu . Titrəyən çıyınlərimi onun sinəsi və qolları qucaqladı ...
İlk dəfə elə həmin gün Abdullahla orda oturub dərdləşdik . Elə yüngülləşmişfım ki , elə bil illərlə mənə əziyyət verən çıban deşılıb canımdan çıxmışdı . Elə rahatlamışdım ki . Bu saat ehtiyyacım olan şey doya doya yatmaq idi . Elə bilirdim elə indi , bu saatt yuxuya getsəm , illərin yorğunluğu canımdan çıxacaqdı .
Nə istədiyimi bu dəfə də Abdullah başa düşdü . Qalxıb otaqdan çıxdı . Bir azdan Zafer bəy və Mahirə xanım gəldi . Abdullah onlardan mənim evə getməyim üçün içazə istəmişdi .
- Noldu Mətiş ?
- Bilmirəm Mahirə xanım. Halım özümdə deyil . Bəlkədə yorğunluqdandır . Neçə gündür qaça qovdayam . İş , ev , köç .
- Git istərsən. İyice dinlen , gel.
-Sağolun Zafer bey . Size nasıl teşekkür edeceyimi bilmiyorum . Allah razı olsun .
Zafer bəy bayıra çıxdı . Mahirə mənə baxıb bic bic gülümsədi ;
- Abdullah seni evə bıraka bilir . Həm bir "mutluluk kahvesi" içərsiniz .iyi bir muhabbət , söhbet ... yorğunluğun da canından çıxar .
Bəlkə də Mahirə xanım belə kinayəli danışmasaydı , ümumiyyətlə bunu mənə təklif etməsəydi mən özüm Abduullahdan bunu istəyəcəkdim . Məni heç olmasa dayanacağa gədər yola salmasına icazə verəcəkdim . Lakin bu kinayyənin qarşısında bunu edə bilməzdim .
Evə gəlib üzü quylu necə yatıb qalmışamsa , bir də budilnikin səsinə oyandım . Yaxşı ki, yatmadan budilniki qurmuşdum, Gülayin baxçasına gec qalmamaq üçün . Yatmaq mənə çox yaxşı təsir etmişdi . Xeylax yüngülləşmişdım . Qalxıb əl üzümü yudum . Üst başımı dəyişıb yola çıxdım . Gülayı baxçadan götürüb evə tələsirdim . Evdə hazır yeməyim yox idi . Pışırməyədə ərinirdim . Kim idi belə istirahətdən sonra yemək bişirən . Ciblərimi , çıbdanımı qurdaladım . Pulum var idi .
- Bu gün yeməyimizi çöldə yeye bilərik - deyə düşündüm .
- Gedəkmi gəzməyə ?
- Cedəç , cedəç
- Hara gedək ?
- Kuklalaya baxmaya !
Hər maaşımda Gülayı kukla teatırına aparırdım . Daha keçən həftə maaşımı alanda aparmışdım , indi bu gün getmək cibimizə uyğun deyildi . "Gəzmək" deyərkən Gülay ya karuselləri başa düşür , ya teatırı . Yazıq uşaq bunlardan başqa harda gəzir ki ? Ayda 1 gün onların günü idi . Nilayı da , ilqarı da götürüb Gülayla bir yerdə gəzdirməyə gətirirdim .
- Amma qızım olmaz !
- Niyə ana ?
- Bacın yoxdur axı . Həmişə bacını da gətirmişik kuklalara . Bu dəfə onsuz getsək bacının xətrinə dəyər .
- Eyy ana ! Noyal , cedəy !
Gülayın qəlbini qırmaq istəmirdim . Olsun . Bu dəfə də ana bala baş başa qalaq . Bir də belə fürsət ələ düşməyəcək .
Kukla teatırına gəldik . Tık - Tık xanıma bilet aldıq . Yarım saat sonra tamaşa başlayırdı . Yarım saat gəzmək haqqımız var idi . Odur ki , karuselləri Gülaya göstərməmək şərtiylə dənizə tərəf üz tutduq .
Asta asta qar yağmağa başlamışdısa da qar yerə qondurmurdu . Gulayın papağının qulaqlarını çəkdim . Şərfini ağzına sarıb paltonun boynunu qaldırdım .
Biraz sahildə gəzdikdən sonra yaşıllıqların arasına keçdik . Arabada isti peraşki satırdılar . Bu günkü yeməyimiz peraşki olacaqdı . Cünki həm teatır , həm yemək büdcəmizə uyğun deyıldı . Peraşki alıb ana bala deyə gülə ağaçların altına keçdik . Qar vurmayan skamekaların birində oturub zarafatlaşa zarafatlaşa peraşkilərimizi yeməyə başladıq . Yan tərəfimizdə bir çütlük oturmuşdu . Bilirdim ki , belə daldalıq və qaranlıq yerlər ancaq sevgililərin görüş yerı idi . Əsasən cavanlar belə daldalığa çəkilib gizlin gizlin sevişib öpüşərlər . Orta yaş nümayəndələrində belə şeylər görmək çox nadır hallarda olurdu . Yanımızdakı oturacaqdakı cütlüklərin üzünü görməsəm də vid fasonlarından cavan yeniyetmə olmadıqları hiss olunurdu . Allaha yalvarırdım ki , bir tərbiyəsizlik etməsinlər , Gülayı belə şeylərdən uzaq tuturdum . Onsuz da Gərayın evində baş verənlərdən sonra Gulay məni alçaq bur insan gözündə gördüyünü hiss edirdim . Həmişə qollarımın arasında yatan Gülay o gündən məndən uzaq qaçır , danışıqlarından belə nifrət saçılırdi . Gərayın adını belə eşitmək istəmirdi . Son vaxrlar çəkdiyi şəkillərdə də bu hadısəni əks etdiyi hiss olunurdu . Qorxan qadın , göz yaşı , qan , qanlı diş, boş butulka rəsmləri mənə elə gəlirdi ki, Gərayla mənim yaşadıqlarımın təhəzzürləri idi ki, Gülay əks etdirirdi .
- Tez ol qızım oynama , tez ye gedək , tamaşa başladı .
Saata baxdım tamaşanın başlanmasına 10 dəqiqə qalırdı . Ətrafa baxdım . Yanımızdaki çütlüklər bir birlərinə girişmışdılər . Qalxıb yerimi dəyişdim . Gülayın arxasını onlara tərəf çevirdim .
- Tez ol da qızım , tez ol- əsəbləşirdim . Bəlkə də əsəbləşmirdim . Yenə qısqançlıq tutmuşdu məni . Bilirəm xasiyyətimi mehriban bir cütlük görəndə bu hissləri keçirdirdim . Bəzən belə cütlüklərə həsəd aparırdım . Bəzən də belə vaxtda şeytan qulağıma əyilirdi .
- Özünü məhv etmisən ee xəbərin yoxdur . Nə verib Allah sənə bu vaxta qədər ki , sən ona belə sədaqət göstərirsən ? Qapanmısan , Allah , Allah deyib ürəyinin qapılarını bağlamısan . Hisslərini , həyəcanını boğursan ? Niyə sən hər kəs kimi ola bilmirsən ? Ay qız , gəz dolan da ! Biriylə tanış ol , görüş , qadınlığını yaşa da ! Bir ətrafına bax daa, çamaat necə sən də elə . Onlara günah olmur sənə günah olur ? Onlar cəhənnəmdə yanmır , sən yanacaqsan ? Noldu bu boyda Azərbaycan pozğundur bir sən təmizsən ? Az sən hamidan kirlisən ee ! Sən deyildin gedib tanımadığığın adamın altına yıxılan ? Həmin gün qadınlığını yaşamadın amma ehtiyyacını qarşıladın ! Həmin gecə yadında deyil ? Özündən necə keçmişdin ? Necə rahatlamışdın ? Boş ver vicdanı ? Vicdan tək səndə var ? Niyə Gərayda vicdan yox idi , səni zorlamaq istəyəndə ? Günah olmadımı bədəninə naməhrəm toxundu , döşlərin naməhrəm dodaqlarına , dışlərinə dəydi ? Ha belə oldu , ha elə oldu . Nə fərqi var ? Günahlarını baş örtüsüylə , namazınla yumaq istəyirsən ? Vicdanınla təmizləyirsən ? Keyfinə bax , ay ağılsız keyfinə ...
Bu düşüncələr ağlımı başımdan alırdı . Bəzən şeytana söz verirdim onun dediklərini edəcəm , həyatımı axarına buraxacam . Hətta bir iki dəfə bir - iki nəfərlə də tanış olmuşdum , görüş də təşkil etmişdik . Mənə pul da təklif etmişdi , yaxşı iş də ... lakın son anda qurtulmuşdum .Bacarmamışdım .
- Lənət şeytana - deyib bu görüşə getməmişdim . İndi də bir gözüm Gülayda , bir gözüm qarşımda oturub mazaxlaşan sevgililərdə idi. Əsəbimdən, daha doğrusu qısqançlığımdan partlayıdım . Adam qadını skamekaya soykəyib , yarı uzanıqlı vəziyyətdə üstünə yıxılaraq qadının boyun boğazın öpürdü .əlləri paltosunun altından bütün bədənində gəzirdi . Qadın özündən keçmışdı . Bir anlıq özümü o qadının yerində təsəvvür etdim . Nə gözəl hislərdir bunu canlı yaşamaq . Gizlətməyəcəm mən də istiyirdim ...
- Utanmirsiz ? Yaşınızdan , başınızdan ayıbdir ee ... nə uşaq sayırsız , nə böyük sayırsız , Allah sizi biyabır eləsin ...
Axır ki partladım . Əlimdəki peraşki kağızını büküb onlara atdım .
İkisi də ilan vurmuş kimi yerindən sıçıradı və bizə baxdılar . Yerimdə donub qaldim bu ki , Abdullahla Ruhiyyədir , mənimlə bir yerdə təmizlikdə işləyən qadın .
İkisidə bir ağızdan ;
- Mətanət ??? - dedilər . Hər üçümüz şoka girmişdik .
- İlahi , qurban olum sənə . Gör mən həyatımı kimə təslim etmək istəyirəm . Nə yaxşı ki , hər zaman mənim yanımdasan , ya rebbım . Nə yaxşı ki , mənə hər şeyi vaxtında agah edirsən . Səndən çox razıyam Allah -deyə ürəyimdə Allahıma şükür edib Gülayın əlindən tetdum ;
- Qalx qızım , qalx , gedirik !
- Mətanət , dur , yalvarıyorum , ne olursun , dinle beni ...
- Lanet sana kör şeytan - deyib onun yanından sıyrılıb yola çıxdım .
Abdullah yanımca gəlir , məni dayandırmağa çalışır ,yalvarır , gah Gülayı gucağına alıb mənı dayandırmaq istəyir , gah da önümə keçib yolumu kəsirdi .
- Bak canım yanlış anladın ?
- Neyi yanlış anlayacam. Ben gördüğümemi inanıyım , ya senin söylediklerine mi ? Ben sana güvenmişdim , cabuk unuttun qalibab bu gün koğuşda olanları , dertleşdiklerimizi ?
Abdullan nə illah edirdi ona teslim olmurdu . Gülayın əlindən tutub az qala ordan qaçırdım . O da bizim yanımızca ... Ruhiyyə isə bizim arxamızca qaçaraq Abdullahı dartışdırıb , məndən ayırmağa çalışırdı .
- Def ol bırak beni , defol - deyə Abdullah qolunu qızın əlindən çıxarıb mənə yalvarırdı .
- Bak Metanet , yalvarıyorum , dinle beni , nolursun , bir dur ... onunla aramda hiç bir şey yok ... nolursun anla beni , ben seni seviyorum ,
- Sakın bir daha peşıme dolanma !Sakın bir daha yoluma çıkma , duydunmu ? Sakınn !!! - deyıb Gülayı hirslə dartaraq Kukla teatırının binasına girdik .
O gündən həyat gözümdən düşmüşdü . Kişiləri sadecə ehtiyyac və ehtirasları üçın yaşayan bir varlıq kimi gorürdüm . Kişi deyilən bir məxluqata inamım, güvənim qalmamışdı . Demək olar ki kişi tayfasına nifrət edirdim . Həmişə həvəslə getdiyim işim də də həvəssiz işləyirdim . Hər Abdullahı və Ruhiyyəni görəndə əsəbləşirdim . Ruhiyyənin heç nə olmamış kimi davranışı yeddi qatımdan keçırdı . Bəzən düşünürdüm ki insan necə artistlik edə bilər ki ? Axı onları mən özüm öz gözümlə görmüşəm , bu necə mənim yanımda düzlükdən , təmizlikdən danışa bilər ki . Ruhiyyə işcilərin yanında nə qədər dürüst olsa yenə iki başlı söz soxmaları ilə məni cırnatmağı bacarırdı . Bu ikibaşlı sözləri heç kim başa düşməsə də Ruhiyənin daşı mənim bostanıma atdığından əmin idim . Mənimlə təklıyə düşəndə məni cirnatmaq üçün Abdullahla tez tez gorüşdüyünü ,təzə bir şey alanda yalan da olsa bunun Abdullah ona hədiyyə etdiyini deyirdi.
Abdullah isə ayağını koğuşdan kəsmirdi. Bəzən sahədə işləyərkən də yanıma gəlib məni təklikdə tutar , yalvarıb , dil dil ötərdi .
- Niyə anlamıyorsun Metanet , onunla benim aramda hiç bir şey yok , bu sadece bir, istek , bir ihtiyyac idi , napıyım , oldu bi kere, çok pişmanım , yalvarıyorum , beni aff et nolursun . Ben seni seviyorum , benim hayatımın kadını sen olmanı istiyorum .
Daha iradəm qalmamışdı . Hisslərim , duyğularım qarmaş dolaş idi . Abdullahı bəlkə də bağışlayardım , onun görüşdüyü qadın Ruhiyyə yox başqası olsaydı . Lakin düşmanım , rəqibim gözümün qarşısında idi . Abdullaha dəli divanə aşıq olsaydım bəlkə də bu mübarızəni davam etdirərdim . Amma dəyməzdi . Çünki onu sevmırdim . Sadecə tənhalığımı bölüşmək üçün onu özümə həyat yoldaşı, uşaqlarıma ata olaraq namizəd seçmişdim . Odur ki , geri çəkilməliydim ...
Nə Ruhiyyə nə də Abdullah mənə rahatçılıq vermiŕdi . Mahirə xanım mənim tərəfimdə idi . Mən ona hec nə deməmişdim . Nə demişdisə Abdullah Mahirəyə demişdi . Amma bu qadının Ruhiyyə olduğundan Mahirə xanım xəbərsiz idi . İnanıram ki belə bir şeyi eşitsəydi onu işdən qovardı . Ruhiyyə məni qıciq etmək ücün , sahədə Abdullahla zarafatlaşır , onunla hələ görüşdüyünü , sevgili olduğunu deyərək məni cırnadırdı . Dünyanı vecimə almırdım amma əsəbləşirdim . Özümə əsəbləşirdim ki , o elə bilir ki, mən Abdullahı sevirəm .
Başqa işə baxırdım . Burda işləyə bilməyəcəkdim . Nəhayyət 2 ay sonra Bulvarda süpürgəci işi tapdim . Abdullah işimi deyişəcəyimi eşıdib əl ayağa düşdü . Zafer bəy mənə orda qalmaq şərti ilə başqa iş və maaş təklif etsədə qəbul etmədim . Orda qalsaydım yenə də həyatımın səhvini edəcəyimi düşünürdüm . Bir tərəfdən tənhalığım , bir tərəfdən mənəvi ehtiyyacım bir tərəfdən də , qısqanclığım istəmədən məni Abdullaha doğru itələyirdi . Hiss edirdim ki özüm özümə hakim ola bilmirəm . Abdullah mənim idealım deyildi . Onu sevmirdim . Odur ki, onunla hər hansı bir münasıbət böyük bir səhv ola bilərdi .
Lətafət Gərayın evindən ayrıldığımı eşidib Bakiya gəlmişdi .
- Bax nə itin azıb bu Bakının küçələrində . Gəl gedək kəndə , baş başa verek iki bacı yaşayaq daa...
- Mənim sənə demək istədiyimi sən mənə deyirsən ? Nə görmüsən o kənddə . Sat o mal qaranı gəl burda bir torpaq alaq balaca bir daxma düzəldək , baş başa verek yaşayaq daa. Kənddə həyat dayanıb ee...
- Saa elə gəlir , nə var kənddə var . Bu deeyy .. işləmirəm gücləmirəm . Elə heyvanin südüylə , qatığıyla , əkib becərdiyimlə keçınirəm , hələ sağ əlim sağa verir , sol əlim sola dağıdır .
- Sən buna yaşamaqmı deyirsən ? Qadan alım ay Lətiş məni fikirlərinə ortaq eləmə . Mən sənin kimi düşünə bilmirəm . İnsan yemək üçün yaşamamalıdır , yaşamaq üçün yeməlidir . Həyat mübarizədir , həyat gözəldir , ətrafa baxdıqca həyatın çirkablar içındə gözəlliyini hiss edirsən . Bax, yaşam bundan ibarətdir .
- Payy dedem vay , fəlsəfəyə bax sən Allah ...
- Bəli , sən mənim kimi düşünməyə bilərsən . Çünki beşdə alacağın , altıda verecəyin yox. Mənim isə öhtəmdə iki uşaq , onların gələcəyi var .
- Az sən öl , sürünə sürünə yaşamaqla onlara gələcək qura bilməzsən . Yene kənd yeridir . Gəl beş altı qaz saxla tükün yol , qoyun - quzu saxla yunun al . Biri hec xəstədir , axıri yoxdur . Barım o birinin yavaş yavaş cehizin tut . Bir görəsən vaxtı gəlib , elçılər qapıdadır .
- Sən də anam kimi düşünürsən . Qınamıram ee səni ! O kəndin suyundandır bacı , oranin havası sizi belə düşünməyə vadar edir .
- Neyliyəsən ? Ərə vermiyəsən qızını ? Cehiz tutmuyasan ? Yoxsa elə bilirsən o da Sədaqət kimi ərə gedecək ? Kül qoyum başına onun . Nə qızlığı bılınir nə gəlinliyi . Töhmətdir , töhmət . Camaat arasına da çıxa bilmirəm sizin üzünüzdən . Hərəniz bir cür ad qazanmısız , maşallah . Söz sözə gələndə də üzümə vurursuz ki, evdə qalmısan .
- Kim vurur ? Kifayyətdən başqa heç kim vura bilməz . Mən də , Sədaqət də sənə həmişə deyirik ki cavansan , gələcəyin qabaqdadir . Gələcək sənə doğru gəlməsin , sən gələcəyə get , həyatına deyişıklık et sev , sevil . Həyatını sevgi üzərinə qur . Kişi olsun , ər olsun evlilik xətrinə ərə getmə . Yuvanın palçığını sevgidən yoğur qur .
-Kimdi aazz, məni alan . Gələn də eşıdıb bilən qaçır ee...
- Demək ki , sevmır. Esil sevən qaçmaz. Bax görüsən Vidadini ?
- Vidadi bizim kənddən deyil , bizi tanımır , ona görə ...
- Şərt o deyil səninlə evlənən bizim kənddən olsun ! Həm niyə tanımır . Bizim məhkəmənin xəmirinə su oldu , özü girdi yoğruldu çıxdı . Bilmir nə var nə yox ? Qurban olum at bu köhnə fikirləri başından , Lətiş . Bir gözünü aç . Çıx o kənddən çox yox , gəl bir 5 ay başqa yerdə yaşa . Onda görəsən həyat tamam başqadır . İnan fikirlərin dəyişəcək . Özün sevəcəksən . Səni məcbur başqasına versək də getmiyəsən ee deyəsən sevim , sevdiyimə gedim . Deyy yüzü yüz yerdən çəkir adımı gedə bilmərəm ? Əlbəttə ki , gedərəm . Amma mən seçirəm . Məni seçməyə heç kimə icazə vermirəm .
- Boy ... Nə danışır az bu ? Başı xarab olub bunun ?
- Niyə nolub ki , başıma ?
- Bu yaşdan sonra ərə getmək fikirləşirsən ? Həm də əri ölmüş dul gəlin ?
- Nolub mənə gedə bilmərəm ?
- Bıy bismillah . Ay bajı bunun başı qaçıb ay tova . Az adamı it p ..la oduyarlar ee...
- Kim odduyacaq ?
- Qurban olum saa, ay Mətiş , o kəndə məni bundan artıq dilə - ağıza salma . Güjnən kəndin ağzın yığmışam .
- Axı mənim həyatımdan kimə nə ? Mən kimsə üçün yaşamıram Lətiş , özüm üçün yaşayıram . İstərsəm günü sabah gedərəm . Unun üçün kəndin camaatıyla məsləhət eden deyiləm .
- Az subay gül kimi adın qoruyub saxlayan qız uşağı qalıb burda , iki uşağın anası , əri ölmüş , adına yüz ləkə vurulmuş dul gəlini alacaqlar ? Az sənin kimisin almazlar ee , q.. bə Tamilə kimi saxlayarlar , xəyal qurma bajı ağlını başına yığ .
Nə desəm də xeyri yoxdur . Lətafət belə gəlib belə gedəcəkdi . O qədər avam idi ki , onu düşdüyü bu quyudan çıxarmaq mümkün deyildi .
Həmin ilin yazı Sədaqətlə Vidadının toyu oldu . Doğurdan da möhtəşəm bir toy keçdi . Sədaqət Gülayın da mənim də toy paltarlarımı ozü öz əli ilə seçmişdi . Daha doğrusu bizi Binəqədiyə aparıb paltarlarımızı orda tikdirmişdi . İkimiz də yaşıl zərli paltarın içərisində yaşılbaş sonaya dönmüşdük . Qadın gözəllik ustası işini bitirib məni aynaya çevirəndə bədnüma aynadan özümü tanımadım . Elə bilirdim ordan mənə baxan bir başqasıdır . Hicablı olsam da , doğru makyaj və geyimim gözəlliyimi bir yox , iki yox bəlkə də on qat artırmışdı . Doğurdan da deyirlər ki , gözəllik ondur , doqquzu dondur ...
Kənddən gələn qonaqlar baş başa vermişdilər .
- Bəxtəvər əri öləndən çiçək kimi çıtlayıb ee...
- Ərinin ölümü düşüb buna . Görmüşük ər öləndə arvad heyva kimi solar , bu da gül kimi açıb .
-Hə ee demə day ... Minayanin ojağının başında olsaydı belə geyinif kejinərdi ?
- Az adamın üstündə Allah var . Minaya onun nazıynan oynuyurdu . Bəxtəvər elə əvvəldən bəxtəvər gündəydi . İndi də azadliqdadır. Lap üstünə qoyub .
Özümü o yerə qoymurdum . Nə deyirlər desinlər vecimə deyildi . Bu saat burda məndən gözəli , məndən xoşbəxti yox idi dünyada . Özumu kraliçalar kimi hiss edirdim . Hər gün belə olmayacaqdım . Ömürdə bir dəfə oln şey idi . Dəyərləndirirdim .
Yetim qızlar idik . Sedaqət evin böyüyü kimi məclisin başına məni seçmişdi . Gələn qonaqları mən qarşılayır , mən ağırlayırdım .
Uzun zamandan beri görüşmədiyim Samiri də ilk dəfəydi ki , burda görürdüm . Xanımı və uşaqları gəlmişdi . Doğurdan da xanımı gözəl, həm də xanım kimi xanım idi . Düzdür özündən razı görünürdü . Bəlkə də bu vaxta qədər münasıbətimiz olmadığına görə mən belə düşünürdüm . Amma məclis qızışdıqca , bizim də münasibətlərimiz səmimiləşirdi . Çox mədəni və xoşbəxt bir cütlük idilər . Samirin adına çox sevinirdim onların xoşbəxtliyinə . Doğurdan da Samir bu xoşbəxtliyə layiq idi .
Sədaqət Lətafətə də gözəl və çox dəbli bir paltar seçmişdi . Di gəl ki , Lətafətə belə bir paltar rahat gəlmirdi . Südrəngi qısa düz atlas paltarın üstündən elə o rəngdədə qabağı qısa arxası yerlə sürünən küpür arxalıq bədəninə görə ölçülmüjdü . Uzün qara qivirim saçlarını daha da qıvrıldıb yuxarıdan dağınıq yığılmışdı ki , bu da onun gözəlliyinə gözəllik qatmışdı . Makyaj sadə olsa da Göz makyajı daha da qabardılmış , bu onu tamam başqa bir qız etmişdi sanki . Cox gözəl görünürdü . Hələ toy başlamadan bir birimizi görəndə onu sevincək qucaqlamışdım .
- Görürsən nə gözəl görünürsən ? Bax həmişə belə ol , özünə fikir ver . İndi görərsən , bax burda bu toyda sənə adaxlı çıxmasa onda mənə nə deyirsən de . Elə toyda da bütün subayların gözü onda idi . Analar da Lətafəti oğlanlarina namizəd seçmişdilər .
Dediyim kimi , məclis nə qədər şən və sərbəst keçsə də Lətafət bu məclisdə beləgeyimdə rahat ola bilmirdi . Mən də Vidadinin anası və bacısı da Lətafətə nə qədər göz ağartsaq da Lətafət heç də rafat dayanmirdi . Gah qısa ətəyini aşağı dartışdırır , gah əliylə açıq sinəsini örtürdü .
- Ay qız biraz nəfəs al - deyə Vidadinin bacısı Lətafətin bu halına baxıb gülürdü .
Bəlkə də Lətafətə heçkim fikir vermirdi . Amma onun belə hərəkətləri hamının diqqətini özünə cəmləmişdi . Hətta Hatəmin də. Hatəm Vidadının dayısının qayını idi ...
Kifayyət də öz külfətiylə gəlmişdi toya . Ona yazığım gəlirdi . Xoşbəxt deyildi . O da bir çox qadınlar kimi xoşbəxt görünən bədbəxtlər sirasında idi . Boyun boğazında bəlkə də yarım kilo qızıl var idi . Mən deyərdim ki , o bu qızılları xoş günlərində almayıb . Mənə eləgəlir ki , bu cür qır qızıl bir göstəriş üçün idi . Belə göstəriş isə xoşbəxtliyin rəmzi deyil , əminəm ki , Kifayyət hər davadan sonra acığını alış verişlə, qır- qızıl almaqla stres atırdı . Mən onun xasiyyətini bilırdim . Uşaqlıqdan belə idi . Bir şeyə acığı gələndə gedib evdən bir şeylər tapıb gətirər , uşaqların içındə yeyər , və ya ən gözəl paltarı geyər o biri uşaqlara yandıq verərdi .
Əri özündən çox böyük idi . Demək olar ki , Kifayyət onun qızı yaşda idi . Amma Kifayyet necə kökəlib xarab olmuşdusa elə əriylə yaşdaş görünürdü .
Əri ilk başda məclisdə özünü hörmətli adam kimi apardı . Hətta manstların yanına keçıb qarmonçalanın qarmonun alıb bir iki mahnı da ifa edərək məclisi şənləndirdi . Sonradan məclis qızışanda o da qızışdı . Gah Kifayyətə qısqanç nəzərlərlə baxıb ona him etməsi , gah qaşqabağın tökərək onu acılaması diqqətlərdən yayınmırdı .
Ağsaqqal adamın özünü ortalıqda belə yüngül aparmağı yaşına başına uyğun gəlmırdı . İçib serxoş olmuşdu . Kifayyət ozünü sındlrmır , gülümsənərək özünü xoşbəxt xanım kimi görsədərib ərinin qoluna girirdi . Onu yüngüllük etdiyi oyun sahəsindən çıxarmağa çalışırdı . Ərinin qışqıra qışqıra onu söyməsi, alçaldıb , təhqir etməsi mənə elə təsir edirdi ki . Bəlkə də başqa zaman olsa Kifayyətın qolundan tutub onu evimə gətirərdim . Az qala Kifayyətə bağıra bağıra;
-Sən buna məcbur və layiq deyilsən , burax nə halı varsa görsün . Ətəyini çırp çıx -deyəcəkdim . Amma görüm Kifayyət mənim sözümü deyərdimi ? Hələ deyəndə ağzımızdan bururdu . Özü özünə təsəlli verirdi.
- Kişi xeylağıdır da , kişi nətər olar ?
Məclisimizi yola verib , qonaqları yola saldıq . Bəylə gəlinə xoşbəxtlik arzulayıb evlərinə göndərəndən sonra , lətafətlə masalarda qalan yemək içməkdən biraz toplayıb yola çıxdıq . Lətafət , Gülay və mən şadlıq evindən çıxanda gecə ikini keçmişdi . Küçələr boşalmış, kimsə gözə görünmrdü . Ara sıra biraz aralidakı ana yolda maşınlar şütüyürdü . Restoranın qabağında taksi yox idi . Gərək ana yola çıxaydıq ki , ordan taksi saxlada biləydik .
- Siz burda dayanın , mən gedim taksi gətirim - deyib əlimdəki zənbilləri yerə qoyaraq ana yola sarı getdim . Eləyola təzəcə çıxmışdım ki , arxadan Gülayın qışqırtisini eşıtdim . Geri döndüm . Gözlərimə inanmadım . Gülay bir maşının yanında yerə yıxılmış , Letafetin əlindəki zənbillər küçəyə səpələnmişdi . Paltarımın ətəyini əlimə yığıb geriyə qaçaçagdım kı , maşın hərəkətə keçdi . Lətafəti qaçırmışdılar ...
 

21 BÖLÜM 

    Dizimə başıma vura vura Gülayın yanına qaçdım . İnçəvardan Gülaya heç nə olmamışdı . Sadecə Lətafəti qaçıranda itələyib uşağı yerə yıxmışdılar . Nə edəcəyimizi bilmirdim . Yanımda başqa adam yox idi . Gedəcək, xəbər verəcək heç kimsəmiz də yox idi .
   -  Bəlkə Kifayyətə xəbər verim - deyə düşünərkən tez fikirimdən daşındım 
  - Heç onun əri məclisdə özün apara bilmirdi . Arağın küpünə girib qatıqlayırdı . Belə vaxtı ona söz demək olar ? Həm də axı Lətafəti kim qaçırtığını belə bilmirəm . Axı bu vaxta qədər Lətafət bizə namizədləri haqqında heç nə dəməmişdi ki . Düzdür bu toyda ona çox elçı düşən oldu , xəbər yollayan oldu . Adın çəkən oldu . Amma ilk baxışdan aşıq olum , elə həmin gün də götürüm qaçım - bu mümkün deyildi ki . Bu nə məsələdirsə demək çoxdan var . Bəlkə də Lətafət özü də belə bir şey olduğunu bilirmiş bizdən gizlədib . Bəlkə də içinə qapanıq olan qız ,  dayanmadan həyatından bizə görə şikayyət edən bu qızın gizli sevgisi var idi ? 
   Toydan götürdüyümüz yemək içməyi elə şadlıq evinin qabağında yerə qoyub , Gülayı qucağıma aldım . Ağlayırdi . Onu sakitləşdirə sakitləşdirə ana yola çıxdım . Bir xeylax aralıda taksi dayanacağı görünürdü ...
   Vidadıgilin villasına çatanda Gülay qucağımda yatmışdı . Çətınlıklə maşından düşüb şofere ; 
  - Qardaş iki dəqiqə gözləyə bilərsiz ?  Birdən yatmış olarlar qapını açmazlar . Təkrar geri dönmək üçün bir də taksi axtarmayım . 
   - Gözləyərəm, niyə gözləməyim? İstərsıniz uşağı uzat yatsin maşında sonra gəlib götürərsiz . Əvvəl Gülayı orda qoymaq istədim . Ehtiyyat igidin yaraşığıdır . Nə olar nə olmaz mən uşağımı heç.kimə etibar edə bilmərəm . Düşünüb uşağı qucağıma aldım . Böyük bəzəklı dəmir darvazanın qabağına gəlib böyük tərəddüdlə qapının zəngini çaldım . Bu gözəl gunlərinə zəhər qatıb qanqaraçılıq yaratmaq istəmirdim . Neyləmək olar , başqa yolum yox idi . Buna məcbur qalmışdım . 
   Bir neçə dəfə çaldıqdan sonra geri dönməyi planladım . Deyəsən eşıtmirdilər . 
   Taksiyə oturub yola çıxacaqdıq ki , darvazanın kiçık qapısı açıldı . Vidadı və Sədaqət qapıda görünəndə , elə bil dünya mənim idi .  Sevincimdən ağlayırdım . 
    Bütün ailə Vidadigilə toplanmışdı . Ailə deyəndə mənlə Sədaqətgil idi , bir də Vidadının ana atası. Hara, kimin qapısına gedəcəyimizi müzakirə edirdik . LƏtafəti kim qaçırdıb bilmirdik . Ağlımıza gələn bütün adamların adını çəkirdik . Nəhayyət sabaha yaxın hərəmiz bir duvana yıxılıb yatdıq . Yazıq Sədaqətlə Vidadinin toy gecələri heçə  dönmüşdü . Sabah axşam da Misirə bal ayına gedəcəkdilər . Bəs bu qarışıqlıqda bunların tətilləri necə olacaqdı . Mən tək başına neyləyəcəkdim bilmirəm . 
  Yatağımda sabahkı günü planlayırdım . Səhər açılar açılmaz zəng edib vəziyyəti dayılarıma və əmilərimə başa salacaqdım . Bəlkə onların bildikləri bir şey var ?  

     Səhər açılan kimi telefonu götürüb Narın xalaya zəng elədim . Narın xala səsimi eşidən kimi ; 
   - Ay bala ,  hardasan ? Gecədən bəri qapında yatmışam - həyəcanlı danışdı . 
   - Nolub Narın xala ? Nə xəbərdir ? 
   - Mən də səndən soruşacaqdım nolub ? Getdiz gördüz Lətafəti ? İndı hardasan ?  
  Duruxdum , nə deyib , nə soruşacağıma çaşıb qaldim . 
   - Nolub ki ? Hardadır ki Lətafət ? Sənin xəbərin var Lətişin qaçmağından ?  
   -Tapmamısız yerin ? 
  - Axı hardadır , Narın xala ? Sən nə bilirsən axı ?
   - Gecə Fatma zəng elədi , əmimin arvadi . O dedi Mətişə deynən nigaran qalmasın , Lətafəti Oruc qaçırdıb . 
   - Oruc kimdir az ?  
   - Nəm vallah elə dedi . Mən də gəldim gecənin o çağı Xırdalandan Badamdarta sənin evinə . Sabaha qədər qapında qalmışam dedim indi harda olsan gələrsən . Gəlmədin . Elə indicə gəlmişdim mən də evə. Sən zəng elədin . 
 - Yaxşı Narın xala , sağol . Qoy mən Fatma bibimlə danışım sənə xəbər edərəm . 
   Deməli Lətafəti qaçıran Fatma bibimin uzaq qohumu idi . Bir neçə ay bundan qabaq Orucun nəsil kökü , içi Fatma qarışıq Lətafətə elçı düşüblər . LƏtafət Orucla evlənməkdən imtina edib . Daha doğrusu daş atıb başın tutub .  Əvvəldən orucu bəyənmirdi heç . Oruc avaragor , əyyaşın biri idi . Bir neçə il bundan əvvəl istədiyi qızı qısqanclıq zəminində yaralayıb , 4 il xuliqanlıq və qəsdən adam öldürməyə və ya ağır xəsarət yetirməyə təşəbbüs maddəsiylə çinayyət məsuliyyətinə cəlb edilib . 
    Bunu eşıdər eşıtməz , Vidadi də Sədaqət də hərəkətə kecdi . Tətillərini təxirə salıb maşına oturdular .  
    - Gəl otur ! 
    - Hara ?  
    - Kəndə , Lətafəti gətirməyə ! 
    - Verərlərmi,  gələrmi ?  
    - Nə lazımsa edəcəyik ,  baldızımı elə adama vermərəm ! - deyə Vidadı qəti qərarını verdi . 
    Kəndə çatanda axşam düşürdü . Bir başa əmimgilə gəldik . Məsələdən halı olub ordan da  Oruc gilə yola düşdük . 
   Söhbət əsnasında əmilərim də onların arvadları da bizi Lətafəti geri almaq fikirindən daşındırmaq ustəyirdilər . 
   - Bala başına dönüm , adama nə deyərlər ? Harda görsənib qaçan qızı geri qaytaralar ? Bu da şəhər taktikasıdır ?  Bizim buralarda su girdi qaba oldu içməli . Ər evinə girən qızın çənazəsi çıxar o qapıdan . 
   - Pay dədəm vaayyy ... Heyif bizim buralardan . 
   - Kənd yeridir , ay bala , çəmdəyimizə tüpürərlər !  Deməzlər , bu yetimin bir yiyəsi , sahibi yoxdur ?  
   - Yiyəsi mən ! - Vidadı sinəsin qabağa verdi . 
  - Yox ee qadan alım . Heç kimə sübut edə bilmərik ki , qızı özümüz geri qaytarmışıq , Allaha and olsun , millət deyəcək, görən qızın nəyi var , qaytardılar. 
   -Qoy desinlər . Baçımızın  nəyi varsa bizə qəbuldur !
   Bu dəfə də Sədaqət ayağa duranda mən də ürəkləndim ; 
   - İndi neyliyək ? Camaat nəsə deyəcək deyə bacımızı oz əlimizlə bədbəxt edək ? 
  - Boyy az bunun da dili varmış danışmağa ? Hələ sən dillənmə - əmim arvadı üstümə bozardı . 
 - Sən də özünü adam yerinə qoyursan ? - o biri əmimin arvadı onun sözünə qüvvət verib əllerin belinə dayadı .  
  - Nolub mənə ?
   - Day nolacaq ? Türkiyədən belə dolanıb gəldin , ər öləndən sonra uşaq peydahladın ,  üzünün qarasından ərinin ilinə qədər g..ün çatmadı qaynananın evində oturasan ee ! Bağladılar vedrəni dalına it kimi qovdular evdən ,  indi də düşmüsən Bakının küçələrinə . Bir ana da küsülü getdi səndən ,. Dədən də ipini yığammadı ,  gətirəmmədi səni kəndə . Hələ bir dilin də var danışırsan ?  
   - Eeyyy bəsdirin dəə ..- Vidadinin gur səsi otağı başına bürüdü - Bu barədə heç kimin haqqına girməyə haqqınız yoxdur  və kimsəni əskiltməyə kimsə sizə söz verməyib . Qanunlardan xəbəriniz olsa heç vaxt bu kəlmələri ağzınıza alıb danışmarsız . Biz bura kimsənin keçmişini qurcalamağa yox ,  mövcud mövzunu həll etməyə gəldik . 
   - Keçmiş qurcalamağa qalsa , hərəniz əlinizə bir vedrə alın ,  bir dənə də palaz götürüb başınızı bürüyün !- Sədaqət ərinin tərəfinə kecdi . 
   - Nə palaza bürünəcəyik aazz ...Duxu çatmır ee gəlib kənddə otursun ! Bilir dəə burda buna nə şəbəkə  qoşarlar . 
 - Siz qoşmayın, heç kim qoşmaz! Dedim mənim ağzımı açmayın ! Kimin nə yuvanın quşu olduğunu yaxşı bilirik . Kəsin bu söhbəti , yoxsa açaram sandığı tökərəm pambığı ,  kimin diş ağrısı bəhanəsiylə hara getdiyin deyərəm ,  kimin bazar bəhanəsiyə,  kimnən görüşdüyün açaram . Hələ hər şey cəhənnəm . Qadın doktoru bəhanəsiylə kim  özün harda kimin evində barmaqlatdığından da xəbərım var ! Başına qeyrət əsgisi bürüyən kişiləriniz bilməsə də biz kor deyilik , görürük, xəbərimiz var ! -  mənim demək istədiklərimi Sədaqət bir nəfəsə tökürdü . Ürəyimdən tikan çıxırdı . Bibilərimin dili qarınlarına girmişdi . Sədaqətin sözlərinin qarşısında rəng verib , rəng alırdılar . Gah dodaqların dişləyir , gah da dizlərinə , üzlərinə çırpıb şivənlik salirdılar . Vidadi  Sədaqəti susturmağa çalışsa da Sədaqət kirimirdi ;  
  - Hər kəs öz fikirində azaddır istədyi yerdə yaşaya bilər .Bunun üçün Mətiş ya da heç kimsə kimnənsə məsləhətləşməli deyil, başa düşdüz ? Heç kimlə - deyə Sədaqət çiyinlərimi qucaqlayıb çıxışına son verdi . Məni itələyib bayıra çıxartdı ;  
   - Gedək ! 
   - Barım aparıb bunu qoyun dədəsinin xarabasına . Bunnan o qapıya getməyin . Deyəcəklər q.. bə qühbə qalmayıb töküblər qızın dalınca . Lətişin yerin soyuq salmayın !
  - Qoy soyuq düşsün ! Onsuz da isti ocağın başına aparmayıblar . 
   Elə pis olmuşdum ki , bunları mənə başqaları desəydi o qədər pis olmazdım. Bəlkə də dava salıb saçların , başların yolardım . Özümünkülərin ağzından belə sözlər eşitmək yeddi qatımdan kecırdı . Onların yanında başımı dik tutub məğrur görsənsəm də , maşına oturub darvazadan biraz aralananadan sonra hönkürtü çəkib özümə divan tutdum  . Yazıq Vidadi çayın kənarında maşını saxlayıb ,  Sədaqətlə  qoluma  girərək maşından endirdilər . Beş dəqiqəlik dum duru çayın buz suları sanki beynimdə və canımda olan  bütün mənfi auranı söküb çıxartdı . Xeyli yüngülləşmişdim .  

  Oruc gilin evi ucqar dağ kəndində yerləşirdi . Elə bir yer idi ki , onlarin kəndlərinə heç bir yol yox idi . Gələn qonaqlar , maşını qonşu kənddə saxlayıb , ordan kəndə atla, eşşəklə gedərdilər .Yaxınlıqdakı hərbi hissəyə belə maşın çıxmırdı . Nəysə çox çətinliklə bir araba kiralayıb bələdçının köməkliyiylə 2 saat yarıma  kəndə çıxdıq . Kənd nə kənd . Bura kənd demək olmazdı . Bura baLaca bir aul idi . 25  30 ev ola ya olmaya . Evlər də , qarğı və palçıqdan tikilmiş damlardan ibarət idi ...
   Lətafətin üzündə güllər açmışdı . Hec təsüflənən adama oxşamırdı . Sankı özü öz xoşuyla gəlmışdı . 
   Nə illah etdik ki , qorxma , nə lazımsa edəcəyik , gəl gedək , sən bu kənddə yaşaya bilməzsən . Nə dediksə boşuna . Qız hər şeyə inad etdi . Gəlmədi . İş bu yerə qalınca , Vİdadi yeni bacanağına məsləhətlər verdi . Bura yaşanası yer deyil . Yerinə olsam , toydan  sonra alaram arvadımı da gedərdım kəndlərinə . Onsuz da o ev orda boş qalıb , mal heyvan da yiyəsizdir . Həm Lətafət də oralara öyrəşmış . Gedin baş başa verin , dolanın . Rahat şəraitli evdir . 
   Orucun kobud sözləri ortamdan xəncər kimi keçdi; 
   - Əə,  mən kişiyəm , kişı arvad evinə girməz . Kişi arvadın başını harda kəssə qanı ora axar . Ayranım  budur , yarısı sudur , istəsə də budur ,  istəməsə də budur . Canı çıxacaq mən harda , o da orda ...
    Ən zəhləm gedən şey idi "Kişi " söhbəti . Məhz elə belə kişilikdən dəm vuranlardan nə desən gözləmək olardı . 
   Nəysə suyu süzülə süzülə geri döndük . Qapıda Lətafətlə görüşəndə yenə onun qulağına pıçıldadım . 
   -  Nə qədər gec deyil gəl ,gedək ,sonra peşıman olmaqdansa , haray bəri başdan . Qorxma , heç nə eliyə bilməz . Dağdan ağır Vidadı arxanca gəlibsə demək arxanda dayanacaq . 
   - Nə danışırsan , Mətiş ! mən bu hay haraydan sonra kəndə qayıda bılərəm ?  Mənə süpürgə qoşarlar ee ... Deyəcəklər bu baçısı belə , o baçısı ...
 -  Əşii burax daa bu baçıları ! Ay qız, heç kimdən sənə dəxli yoxdur . Hər kəsin həyatı özünə nə sənə qalmayıb ,  bizim problem , nə də başqalarına . Sabah sən iraq olsun pıs olsan heç kim sənin halına yanmayacaq , sənə yanan biz olacağıq ,  bizdən də çox sən yanasan . Demirəm ,  ərə getmə , get , amma bu sənin seçimin deyil , deməyim odur ki , seçımını düzgün elə !
   - Sən məni başa düşmürsən ee Mətiş , başa düşmürsən . Az bu da bir iş idi məni və ailəmizi qəbul etdi ,  kim alacaqdı ki , məni ? Xəbəriniz yoxdur ee kənd bizdən nə danışır . Oturmusuz Bakida ...
 - Kim nə danışır danışsın . Lap yaxşı eləmişik . Kimə nə , axı kimə nə ?
  - Uyy, sa qurban olum ay bacı , sən Allah kiri . Biabır olduq -  deyə Lətafət əlləri ilə yanaqların şapıldadaraq dodaqların dişləyir , üzünü cırırdı . 
    Əsəbləşirdim . Nə illah edirdim , Lətafəti bu cahil fikirlərdən uzaqlaşdıra bilmirdim . Neyləmək olar , o da dünyaya elə gəlib , belə də gedəcək . O qərarını vermişdi , zəhər də olsa udacaqdı . Oturacaqdı . Nə havası çalsaydılar oynayacaqdı . Eynən əmigilin dediyi kimi ər evinə girdisə çənazəsi çıxacaqdı.
   Nə etmək olar ? Bizə də "Allah peşıman etməsin " demək düşər ...
  Buraya gəlmişkən , dedik bir Kifayyətə də baş çəkib ondan sonra Bakıya yola düşərik . Həm də gün ərzində ağzımıza  loxma da qoymamışdıq . Dedik gedib onlarda yemək yeyək , gecəni də onlarda qalıb sabah yolumuzun dabanın tutarıq ... Getməz olaydıq ...
    Vidadi yol kənarındaki qəssablardan para şaqqa alıb qəşəy kabablıq doğratdı . Biraz meyvə tərəvəz də alıb Kifayyətgilə gəldik . Gülər üzlə qarşılansaq da ailədəki soyuqluq bizi üşütdü . Kifayyətin halı hal deyildi . Bütün bədəni , üzü gözü göm göy göyərmişdi . Alnını çalmayla sarımış ,  sarı kiprikli , ala gözləri qan çanağına dönmüşdü . Hiss olunurdu ki, gözləri ağlamaqdan şişibdir. 
  Səbəbin soruşanda dedi ki , ciddi bir şey yoxdur. Ayağı sürüşüb piləkəndən aşağı yumalanıb . Uşaq sözün düzünü deyer deyirlər . Söhbət əsasında Kifayyətin oğlu dedi ki , atam anamı döyüb . Səbəbin Kifayyətdən soruşduq and anam etdi ki , belə bir şey yoxdur. 
   - Azz uşaqdir da , qanmır yalan deyir . Sayıqlayır da ... Niyə döysun ? Toyda bir yerdə deyildik ? Ayın - şayın , deyə - gülə  toydan çıxıb getdik Montinə baldızım gılə də , gecəni orda qalıb, sabahı o başdan gəldik çıxdıq bura . Biraz yorğunçuluqdur . Ondandır . 
   Kifayyət bizi arxayın salsa da soz soxmasından da qalmadı . 
 -  Elə təzəcə gəlmişdik ki , eşıtdik Lətişi qaçırdıblar , sizdə onun arxasınca  gəlmisiz . Hələ kişinin də xətrinə dəydi ki ,  nətər olur əə , burdan bura bizim qızın qaçmasından xəbərimiz olmayıb , neçə ilın yeznəsi, evin ağsaqqalı mən ,  mənə gəyənşməyiblər , Vidadi dünən bir bu gün iki bu  ojağın başına gəlib , hələ bir bismillah eləyib ailənin içinə girməyib , bilmir evin nəyi var nəyi yox , məni saymayıblar , baldızının hayına  çağırmayıblar ,  onu çağırıblar ? Vidadi Bakidan vurub bura haya gəlib ? Sen Allah qınama ee , ay Mətiş ,  kim olsa inciyər .  Kişi xeylağıdır . Dağdan ağır ağsaqqal durub burda , elnən bir adı sanı var  - bu gün onu saymayıb dünənki uşaq muşağı qaldirib qoymusuz da başına ?! Ağsaqqal kişi dura dura bunun vəzifəsi var deyə yaltaqlıq eliyib beləsin ortaya çıxaranda adam pis olar da...
  Taxtadan düzəldilmiş məhəccərin başında toyuq təmizləyə təmizləyə Kifayyət bunları mənə deyərkən Sədaqət ilə Vidadi söhbətimizi eşıtdi . 
  Hər şey aydin idi . Bu yıxılmaq bəhanəydi . Kifayyəti əri döyüb göyərdibmiş . Dərd odur ki ,  Kifayyət özünü müdafiə edib haqqını tələb etməkdən ərini müdafiə edirdi !
   - Qalxın gedirik !
   - Hara qağa ? Sənin başına dönüm , toyuq kəsmişdik , çığırtma edəcəydim . Əti də basdırma elədik  indi qağan manqal quracaq . 
  - Yox , qalsın başqa vaxta . Elə indicə yadıma düşdü . İşim vardı . Sabah məhkəmədə olmalıyam ...
    Bir tikə də ağzımıza qoymadan , bir stəkan çay belə içmədən yola çıxdıq .  Samovar da şaqqa şak qaynayırdı ...

   Şamaxıda maşını əylədi . Dağ döşündə gözəl və mənzərəli bir yerdə otellərin  birində oturub istirahət etdik . Gətir götür yemək içmək başladı . Yaz girsə də hələ də dağ döşündə qarlar əriməmişdi . Dümmağ qarı görən Gülayın üzünə sevinc gəlmişdi . Gah özünü qara yıxır gah da qardan toplar düzəldib bizi vururdu . 
   İstirahətin dadına doymamışdıq . Keyfimiz yerində idi . Vidadi də Sədaqət də bu günlərin keyfini çıxarmaq istəyirdi . Nə də olsa Bal ayında idilər ,  Misirə gedəcəkdilər , tətəlləri təxirə salınmışdı . Tətil keyfini burda davam etməyi planlayırdılar . Məni və Gülayı özlərinə yoldaş etmışdılər . Onların bu gözəl günlərinə mane olmaq istəməyib Bakıya gəlmək istəsəm də Vidadi məni buraxmırdı . 
   Gecəni Şamaxıda oteldə gecələyib sabahı İsmayıllıya, ordan da Quba , Nabrana getdik  . Sezonu olmasa da bir həftəlik istirahət uzun müddət yaddaşlarımızdan silinməyəcək izlər  buraxdı ...

   Bir həftəlik gözəl günlər , Bakıya dönüncə burnumdan gəldi . İcazəsiz uzun müddət işdən qaldığım üçün , məni işdən çıxartmışdılar . İş axtarıb bir neçə yerdə iş üçün baxmışdım . Lakin işə başlamaqda qərarsız qalmışdım. Deyirdim hələlik gündəlik işlərlə başımı qarışdırım . Bu gün sabah Lətafətin toyu olacaq , bir də burdan vurub onun toyuna getmək , yeni  işimdə yenə problem yaradacaq . Odur ki, gözləyirdim onların toyları olsun,  bitsin , ondan sonra daimi bir iş tapib , yeni bir işə başlayaram . O vaxta gədər Narın xalanın və köhnə iş yoldaşlarımın köməkliyi ilə , evlərə  gündəlik işlərə gedirdim . Belə ki , buraya işləməyə gələn , bərabər bir yerdə kirayə bir neçə xarıcı vətəndaşın qaldığı mənzillərinə gedər , onların evlərin yığışdırar , yataq üzlərin , paltarların yuyub ütüləyirdim , qablarını yuyub günlük maaşımı alırdım . Getdiyim evlərin şəraitləri yaxşı idi . Hətta paltar yuyan maşınları da var idi . Belə işlərə alışmışdım . Rahat idi ,işləyirdim . Di gəl ki , şorgöz ev sahibləri olan , bəlkə də aylarla qadın üzü görməyən kişilər imkan vermirdilər işləməyə . İt kimi qız qadın görəndə ağlzlarının şorbasını axıdan kişilərə qarşı Türkiyədə Esra ablanın taktikasını  burda da işə salmışdım . Burda koloniya tapa bilmirdim . Burda ətir qablarına tökdüyüm spirt işimə gəlirdi . Ev sahiblərinə sərt davranışım bəzən işdən qovulmağıma səbəb olurdu .  Olsun ,  mən halal qazanc üçün 100 dənə də iş olsun dəyişərəm . Bəzən tez tez iş dəyişməyim də ağzı göyçəklərin ağzında söz yeri olurdu . Heç kim iş yerimi dəyişmə səbəbinə  mənim gözümlə baxmırdı . Bu dəfə də deyirdilər ki , guya pozğunluq edirəm , guya kişilərə pul qarşılığında bədənimi təklif edirəm , və yaxud da evdə əli əyrilik edirəm ...

   Vidadının zəhməti üzərimdə çox idi . Demək olar ki , gün aşıri və ya həfdədə 2 dəfə bizi yeməyə dəvət edirdi . Bəzən də görürdün Sədaqətlə dolu zənbillərlə bizə gəldilər . Mənə tanış bir ofisdə də iş tapmışdı . Katibə işi idi . Lakin hələlik işləmək istəməmə səbəbimi ona da söyləmişdim . 
   - Qoy Lətişin də toyun yola verək , ondan sonra . İstəmirəm məndən ötürü sən kiminsə yanında pis olasan . Hələ ki, toya qədər belə yola verərik , sonra . Kənddən gələn ayı da kiramın pulunu Sədaqətdən yollamışdı mənə Vidadi . Hələ xərclik də qoymuşdu cibimə . 
  Bu yaxınlarda eşıtdik ki ,  Lətafətlə əri Kifayət gilə ayaq açıb , iki bacanaq can bir , qəlb bir olub Vidadının qarasınca döşəyirlər . Əlbəttə ki, bu sözlər Vidadının və onun ailəsinin qulağına  çatmamış deyildi . Heç elə bil bu söz söhbətlər  onlardan bəhs etmirdi . Dünya  veclərinə deyildi . Hələ mən yeznələrimin adından onlardan üzürxahlıq edib bacanaqların bir birinə girməsinin qarşısını almaq istəyirdim . Sədaqət yayılan bu söz söhbətdən əsəbləşmişdi . Kifayətə zəng edib ağzından gələni demişdi . Mənim üzərimə daha məsuliyyətli iş düşürdü . Yanan odun üstünə su çıləmək . 

   ...Günlərin bir günü Sədaqət ozunu mənə yetirdi . 
  - Xəbərin var ? Heyvanları satıblar ! 
  - Kim satıb ?  
  - Havalıy Qarmonla , Oruc . 
    Gözləmirdim desəm yalan olar . Bir gün Kifayyətlə Lətafətin atamın mallarını yavaş yavaş satacaqlarından əmin idim . Amma belə tezliklə yox . Çünki Lətafət buna icazə verməyəcəyini düşünürdüm . Lətafət bəlkə də o sərvəti bizim hamımızdan çox istəyirdi . Biz ona dəfələrlə "sat gəl  ! "deyəndə Lətafət az qala dünyanı dağıdaydı . Biz onlarin toy xəbərini gözləyirdik , getdiyi ay yarım idi hələ toyun səsi sorağı yox idi . Amma əri atamın sərvətinə əl qoymuşdu ? 
   Lətafətin kənddə olduğunu bilib  zaman itirmədən Gülayı Sədaqətə tapşıraraq yola çıxdım . 
   Orucun haqqında yaxşı şeylər eşıtmirdim . Onu tanıyanlar "əlləm -qəlləm" kimi tanıyırdılar . Hətta Lətafəti qacırdanda tərifindən ağzına çullu dovşan yerləşməyən əmim arvadı da indi Orucun əlindən dad edirdi . Eşıtdiyimə görə keçən həftə qonşu kəndin fermasından 7 baş iribuynuzlu heyvan oğurluğunda onun da əli olduğu və bunun üçün tutulduğu və sonradan zamına buraxıldığı danışılırdı . 
   İlk gündən bu ailənin Lətafətə uğur gətirməyəcəyini bilirdim . Amma müdaxilə də etmək istəmirdim . Bilirdim ki ,nə desəm də ,  nə etsəm də , nə qədər ki , Kifayyətin də Lətafətində cahil düşüncələri ki , var,  onları bu qəflət yuxusundan oyatmaq mümkün olmayacaqdı . Bunların oyanmaları üçün özlərinin yıxılıb ,  özlərinin qalxmaları gərəkdir . 
   Evin böyük qızı kimi boynumda ağır və məsuliyyətli bir vəzifə düşmüşdü ,  ata anasız yetim qızlar idik , böyük bacı kimi bacılarıma dəstək olub , arxalarında dayanmalıydım . Onlara sahib çıxmalıydım . Bu mənim bacılıq və  böyüklük borcum idi . Mən öz vəzifəmdə dayanıb bu dəfə də Lətfəti ayıltmağa çalışacam , qəbul edərsə bacımın arxasında ölüncə varam . Etməzsə özü bilər daha. Elə bu məqsədlə evimizə yola düşdüm . 
    Kənddə öz ata evimdə heç də xoş qarşılanmadım . Gecəni dayım gıldə gecələdim . Çox pıs olmuşdum ,  Lətafət əriylə bizim evdə qalırdı . Kecən dəfə "kişilikdən" dəm vuran təzə bəy indi həm "arvadının" evinə girib , həm də onun mal qarasın satmağa başlayıbmış  . Niyə dirnaq arası dedim , bilirsiz ? Çünki  hələ Lətafətlə nə toylari olmamışdı , nə də rəsmi nigaha girməmişdilər. 
    Fürsət tapıb Lətafətlə tək bə tək görüşdüm . 
   - Az ayrı vaxt , elin aləmin sözün əlində bayraq edibsən . Bəs indi nə yaxşı kişini gətirib soxubsan evə ?  
  - Sən də dəhşətsən ee Mətiş ,  özünüz demədiniz ki Oruca gedin bizdə qalın ?  
   - Bəs o nə dedi ?  Demədi ki mən kişiyəm kişi arvad evinə girməz ?  
   - Of ay Mətiş,  indi durub hər sözün başına ip salsaq onda nolacaq ?  Xoşun gələcək ?  
   - Nəysə yaxşı eləmisiz . Özünüz bilərsiz . Ev sizin ,eşik sizin . Amma başa düşə bilmirəm , bu ay yarımın içində sən ona necə güvənə bildin , hələ toy eləməmisiz , kəbinin yox , sabah axırınız necə olacaq bilinmir , mən də Sədaqət də bir heylə elədik heyvanları sat dedik ,satmadın, gəl Bakıya bir ev eşık düzəldək dedik eləmədin indi nə yaxşı satmısan ? 
  - Neynim a bacı ,  nə deyirsiz onu edirəm də ...
   - İndi ? Bizə zamanında lazım idi bu . Bu mal tək sənə aid deyil , sən bunu satıb tək ərinlə dağıtmağının bizə nə xeyri var ki ? Əgər burdan köcüb ağılla başla özünüzə yurd yuva düzəldəcəksinizsə sat. Yox ərinin hansısa borcuna dağıdacaqsansa ,  biz buna razı olmayacağıq .  Özün bilirsən ki , kənd yerində heyvansız mümkün deyil . 
   - Neynim a bacı . Həyatdir da adamın başına iş gələr , Oruc da işə düşüb . Pul lazımdır . Dedim ailəyik ,  yola verək qurtaraq . 
   -İşə düşüb , yoxsa özünü işə salıb ?  
   - Nə danışırsan sən mənim yoldaşım haqqında ? 
  -  Lətafət , hər şeyi bilirəm . O vaxt da dedim , indidə deyirəm nə qədər gec deyil həyatını nizama qoy . Orucu heç kim yaxşı demir .  
   - Səni də heç kim yaxşı demir . Amma pıs olmağını qəbul etmirsən . Deyirsən dedi qoduya inanma ,  noldu indi ?  Hə ? 
   -  Axı , o vaxt elçıləri gələndə də sən özün də qəbul etməmişdin onu ?!
   -  O  vaxt başqa , indi başqa 
   - İndi dəyişən şey nədir ki , 
   - Mətiş , başına dönüm məni başa düşmürsən ee ... o vaxt sadəcə mənə elçı gələn oğlan idi , indi ərimdir . Biz bir ailəyik , dar günündə onun yanında olmalıyam ! Sənə deyirəm işə düşüb ,  fermanı yarıblar ,  Orucu  da şərləyiblər ,  kalan pul istəyirlər ,  canın qurtarmağa , pulumuz da yoxdur . İndi neyliyək , tutulsun getsin ?  Bir evin altında sənin - mənim söhbəti salım ?  Bəs nə günün ər arvadıyiq ?  
   - Fermani yaranların içındə o da olub !
   - Olmayıb ...
   - Nə bilirsən ?  
  - Bilirəm də . Oruc deyir olmamışam . Şər atirlar . 
  - O dedi sən də inandınmı ? Əhsən sənə ?  Yaxşı , nə qədər istəyirlər ?  
   - Elə çox deyil . 
   - Elə isə bir dana sat verəydin dəə . İki inəyi, bir çamışı satmaq nə demək ? 
   -  Bilirsən nətərdi bacı ?  Kifayyət deyir ki , o heyvanlara ikimiz də əziyyət çəkmişik . Anam xəstələnib , öləndə biz anamın yaninda qalmışıq . Heyvanlara biz baxmışıq . Deyir əgər satırsansa  sat  mənim də haqqımı ver. Oğlunun adına qızıl alıb qoyacaq  evə . 
    Gülmək məni tutdu ;
  - Onda bizim də haqqımızı ver mənim də , Sədaqətin də , hələ Nəzakətin də ...
   - Puahhh ... iştaha bax ee...
   - Bəs nə ? Kifayyətin iştahi açılacaq səni udacaq biz də buna göz yumacağıq ?  
   - Deyəsən bura davaya gəlmisən aa...
   - Davaya gəlməmişəm səni oyandirmağa gəlmişəm . Ay qız ağlını başına yığ . Bizə mal qara lazım deyil ee... lazım olsaydi sən getmədən hər şeyi bölüşərdik , amma belə görürəm Havalıyla ərin birləşib sənin də Kifayətin də axırina çıxacaq . 
   Lətafət  fikirə getmişdi . Nədənsə narahat idi . Amma dilinə heç nə  gətirmirdi . 
  - Yenə deyirəm Lətiş , uşaqlıq eləmə , nə qədər gec deyil həyatını dogru yerdə, doğru adamla qur ,  nolar ! Avamliq eləmə !
  - İndən sonra neyliyə bilərəm ki?
  - Çox şey , bura bizim ata evimizdir . Beş bacıyiq . Hamımızın bu evdə haqqimiz var . Və bütün hamımız bütün haqqımızı sənə bağışlamışıq . Bu o demək deyil ki , bizim haqqımızı kimlərəsə yedirdəsən . 
  - Sənin kimlər dediyin mənim ərimdir !
  - Ərin deyil , hələ ər adını qazanmayıb . Və ərin sadecə sənə düşən paya əl uzada bilər . 
   - İndi nə deyirsən , boşanım ? 
   Məni gülmək tutdu .  BAşımı buladım . 
   -  Nə var ki ,  ay yazıq , boşanasan da . Sən ailəni ,  ərə getməyi elə ərin yatağına girmək kimi qəbul edirsən .  Hələ sən tələb elə ,  sənə toy eləsin , ZAQS eləsin sonra ... unutma sabah o səni qoyub getsə ,  olan olmazını satıb axırına çıxsa o daha sənin ərin sayılmayacaq , heç ərin də olmayacaq . Məni görürsən dəə, elə sənin gözlərinin qarşısında canlı bir həyat məktəbiydim , Qeyslə qeyri rəsmi ər və arvad idik . Hər şey onun xeyrinəydi . Bir dənə özüm üçün heç nə istəyə bilmirdim . Haqqım yox idi nə onun ailəsindən , nə də Qeysdən haqqımı tələb edem . Buna Hünərim çatmırdı . 
   - Eeyy ay Mətiş . Sən nə yaman pulgir olmusan ,  elə gozün kimnənsə nəsə qopartmaqdadır , kimnənsə nəsə çəkməkdədir . 
   Nə desəm də Lətafətə xeyri yox idi . Bəlkədə üstünə getdikcə məni səhv anlayirdi .  Bəlkə də onunla sərt danışmışdım ,  bəlkədə məni yanlış anlamışdı . Sözlü adama oxşuyurdu . Nəsə demək istəyirdi . Demirdi . Qorxurdumu ,  yoxsa ərini bizim ayağımıza vermək  istəmirdimi ? Ya bəlkə özünü bizim yanımızda sındırmaq istəməyib ərinə çoxmu güvənirdi bilmirəm . Bir onu bilirəm ki ,  uzun alıb ucuzluğa gedir ,  gələcəyini parlaq görmürdüm ,  sonu uçurum idi . Bir onu bilirəm ki , Lətafət çox peşıman olacaqdır ,  çooxx...

   ...Aftobusda ancaq Lətafəti düşünürdüm . Allaha yalvarırdım ki ,  kaş kə düşdüyü bu bataqlıqdan daha da dərinlərə getmədən çıxa biləydi . 
   Taleh bu qızla oynayırdı . Bəlkə də gələcək doğru həyatı üçün onu sınayırdı ? Bəlkə də onu ağuşuna alıb beşık kimi yırğalayır ,  uyudub qəfil yerə çırpacaqdı ?  Bu tutduğu  həyat yanlış yolda idi . Nədənsə mənə elə gəlirdi ki , onun gələcəyi Hatəm olmalıydı . 
   Lətafətin qaçırilma xəbərini eşıdəndə Lətafətə aşıq olan , Hatəm anasıyla bizə gəlmışdı  . Məsələdən hali olub təssüflə dilləndi . 
   - Vidadi , o qız doğurdan da  xoşuma gəlmişdi . Mamamgildə bəyənmişdi . Tez bir zamanda onunla cox ciddi münasibət düşünürdüm .
   - Toyda Hətəm mənə göstərdi baldızını . Xoşum gəldi . Bir bileydin nə qədər sevinirdim ? Aidənin ölümündən sonra özündən keçən balam təku yaxşılaşsın , dul arvad istəsə də alacam demişdim .Təki sağalsın . Bu qızı mənə göstərəndə sevincımın həddi hüdudu yox idi . And içmışəm , demişəm Hətəm evlənsin 3 ay  dayanmadan  oruc tutacam. Qurban kəsəcəm . 
   - Neyniyək demək qismət deyilmiş . 
   - Hə ,  neyləmək olar ? 
   - Olsa o olacaq olmasa heç kim -  Hatəm yerində qurcalandı . 
   - Bıy başıma xeyir ,  indi deyirsən boşatdıraq xalxın qızını ?
   O gündən Hatəmin ayağı nə bizdən nə də Vidadi gildən kəsmirdi . Avtobus qəzasında nişanlısını itirən Hatəmin neçə illərdir keçirdiyi sarsıntını hələ  bir neçə ay bundan qabaq  Sədaqət  aradan qaldırmışdı . Bir dəfə evlərinə qonaq gələn Hatəmə Lətafətin şəkilini göstərmişdi . Mərhum nişanlısını hələ də unutmayan Hatəm sözsüz ki , Lətafətin şəkilini geri itələmişdi . 
   Cox keçmədən tale bunları təsadüfən görüşdürür .  Hatəm maşın ustası idi . Bir dəfə Vidadının maşınını təmirdən  evinə gətirən Hətəmi təsadüfən Lətfətlə qarşılamışdı . Özdə necə ? Balkondan  başına bir ləyən  çirkli su tökməklə . O zaman villada təmir işləri gedirdi . Su yox idi ,  kanalızasıyalar işləmirdi .  Lətafət qabları yuyub suyunu balkondan yerə atarkən yağlı -  sabunlu su Hatəmin başına tökülmüşdü . Dəliyə dönən Hatəm əsəbi halda yuxarı qacanda Lətafətlə burun buruna gəlmişdi . Qızın işvəli gülüşü elə həmin gün  oğlanın ağlını başından almışdı . 
    Bu əhvalatı eşıdəndə heç birimiz bu sevdanın səmimiyyətinə inanmamışdıq . Elə bilirdik nişanlısını heç zaman unutmayan Hatəm yağlı suyun hayıfını Lətafətdən çıxmaq istəyir .  Hatəmi lağa qoyub deyib gülmüşdük . Daha nə bilirdik ki , Hatəm gizli gizli Lətafəti sevirmiş ...
   Kaşke bu məsələni ciddiyə alıb Lətafətin başını tolasaydıq. Lətafət indi bu dəqiqə yanlış yolda, səhv adresdədir . Uçuruma gedirdi ...
 

22 Bölüm . 

  Böyük nigarançılıq içərisində həyatın yolunu tutmuşdum . Gülayımla həyata sarilib Sədaqət və Vidadinin dəstəyinə arxalanaraq irəli baxmağa çalışırdım . 
   Əlimi Lətafətdən üzmüşdüm , avamlığından üzün alıb ucuzluğa gedirdi . Ailə , həyat yoldaşı deyərək olan olmazımizi ərinə xərclədirdi . Onu da "tirkalayan "  Kifayyət idi . 
   Evdə nəyi satırdısa pulunu Kifayyətlə bölürdü . İş bu yere qalanda Sədaqət partladı, nə partladı . Vidadıdən və məndən xəbərsiz mal- mülk davası açdı . Bu davadan Vidadinin məhkəmə günü xəbəri oldu . Sedaqətdən bu davanı geri çəkməyi istəsə də  Sədaqət ; 
   - Mənə düşən bütün malı mülkü Mətanətə verəcəm . Özüm üçün heç nə istəmirəm . Nəzakətin payını da oğluna . Niyə bizim haqqımızı it - qurd, əyri - oğru yeməlidir ki ? 
    İşə baxıldıqdan sonra ilk icilasda məhkəməni biz qazandıq . Atamın həyətyanı sahəsi , hazırda  Orucun sürdüyü  Jiqulisi , qoyunlar və keçılər (inəklər satılmışdı artıq ) nənəmin atamın malına qarışmış evi və öz evimiz satışa çıxarıldı .  Nə az nə çox düz iki ilə mallarımız satıldı hər kəsin pulu  özünə çatdı . Bu elə bir vaxt idi ki , mən artıq o zaman Türkiyədə ailəliydim , mənim bu mala, pula ehtiyyacım yox idi . Mənə bu pul  , Azərbaycanda süründüyüm zaman lazim idi . İndi yox . 
   Kifayyət biznən düşmən olmuşdu . Lətafət qamış kimi gah Kifayyətə tərəf əyilirdi  gah da bizə tərəf .Kimin haqlı kimin haqsız olduğuna qərar verə biımirdi . 
    Kənddə dedi qodumuz ayaq tutub yeriyirdi . 
   - Gorun çatlasın ay Ağası ... yurdunda köz də qalmadı . Beş qızmış qız olan olmazını sıvırıb satdı . Yurdun qalmadı ay Ağası . Qız əkib goruna söydürdürünü oğul edib çırağını yandıraydın ... 
 
   Deyəsən çox irəli geldim , harda qalmışdım? Həə... kənddən gəlməyimdən danışırdım səki . Bu gəliş bütün ümüdlərimi qırmışdı . Lətafəti tanıya bilmirdim . Üzündə və gözlərində bir qorxu və qərarsızlıq var idi . Amma nə olduğunu soruşsam da ağzın açıb heç nə demirdi . Mən də çox üstünə getmirdim . Cavan ailədirlər . Bəlkə utanir ,  çəkinir - bəlkə bu sıxıntılı günlərini atladıb yaxşı olacaqdılar ? 
    Toyları olmayacaqdı . Bunu Lətafət özü dedi . Dediyinə görə inəyin birini satıb Oruca verib ki , işini həll etsin . Birini də Kifayyət satmaq adıyla alıb qapısına bağlayıb . Dananı və kəlçəni də verib Oruca ki ; 
   - Sat gətir . Puluna toy elə . Utanıram camaat məni qınayır ki , toysuz büsatsız gəlin olar ?  
   Bunu eşıdən Sədaqət göyə atılıb yerə düşmüşdü . 
   - Az , bu qədər də savadsızlıq olar ?  Az , hələ sən onu şikayyət etməkdən , oğrudur , əli əyridir , əlləm qəlləmdir deməkdən , səni qaçırıb ,  toy və rəsmi nigah etməmiş , öz istəyin olmadan səni zorladığını deməkdən hələ inəkləri verirsən ki , sat mənə  toy elə ?  Neynirəm az mən belə kişini ?
   - Uff ay Sədaqət , özün nişanlıydın gədənin evindən çıxmırdın ee . Nə bilirdin sabah səni alacaq ya yox . Oruc  məni  qaçırdıb ee , mən onun arvadıyam . 
  - Kül qoyum başına haa  . Yandım töküldüm . Hər qaçırdan alır ?  Sənə kişi lazım idi,  nə çox idi kişi . Əgər buna evlilik deyirsənsə elə kişi kimi kişinin yatağına girəydin ,  day divara iş ... nin yox . Kaş sən də mənim kimi biriylə ciddi münasibət quraydın ,  tanıyib ,  biləydin sonra ərə gedərdin . 
    - Hamı sənin kimi  ağıllı olmur indi neyliyək ?  Deyirsən biz də sənin kimi girək  qoynuna sabah tutar tutar ,  tutmaz tutmaz deyim ,  bu səfər də başqasının   qoynuna girim hə ?  
   -  Deyirəm də , nə səndə , nə də Kifayyətdə ağıl olmayıb ,olmayacaq da ... Münasibət ,  sevgililik deyəndə iki   qıçın arasını başa düşürsüz dəə . Ona görə bu günə qalmısız . Canınız çıxsın ! Mən haqqımı heç vaxt nə sənin Orucuna , nə də Kifayyətin havalısına yedirtmərəm ! Bu da mənim  ağlım , gedin nə bilirsizsə edin !
    Elə bu söhbətdən sonra məhkəməyə ərizə vermişdi Sədaqət . 
    Kənddən gəlib rahatlandıqdan sonra yoldan aldığım məröycə və göbələkdən biraz götürüb Sədaqətdilə getdim . Gülay məni görən kimi ; 
   - Uraa , anam cəldi !!! - deyə qışqırıb qabağıma qaçması qədər böyük xoşbəxtlik olmazdı həyatımda .Biraz öpüşüb - qoxlaşdıqdan sonra  qızı qucağımdan yerə qoyub kənddə baş verənləri onlara danışdım . 
 - Vallah demişəm , deyirəm dəə . Mənim evimi dağıtsa baçılarımın çuşkalığı dağıdacaq . Elə bunları tanıdığım üçün ərə getmədən özüm və ailəmin kim olduğunu Vidadıyə başa saldım dəəə . Dedim bax buyuq , qəbul edirsən elə ,  etmirsən xoş gəldin !Az ,  bu avamları kim qəbul edərdi ?  Az , hələ Vidadı yaxşı kişidir ki, bizi qəbul eləyib ee. Kül bunların təpəsinə  . Özləri bizə qəbahət axtarıb onları alan olmadığını deyirdi . Heç özləri dən xəbərləri yoxdur ee . 
   -Əşi neyliyək , atılası deyil satılası deyil,  neyləyək?- deyə Sədaqəti sakitləşdirməyə çalışdım . Az, mən hələ bacısıyam bunların boş başların doldura bilmirəm . Allah haqqı Vidadı yaxşı kişidir ki,  bunlara ağız vermir . Mən də bunlar kimi aca - gicə getsəydim , indi mənim ərim də bunların əri kimi goreşən idilər ee ,  kül qoyum başınıza . Az qalıblar kişini qəbirdən çıxarıb kəfənin də soyalar ee - deyinirdi .
    Haqlıydı da , mən də olsaydım Vidadı kimi bir adamın yanında bacılarımın etdiklərindən utanardim . 
   Elə ağzımı doldürmuşdum ki , Sədaqətə deyəm ki ,  "onsuz da Lətafət toy edən deyil , bir Vidadiyə ağız aç gör o dediyi iş durursa sabah gedək danişaq ,  başlayım işə ". Mən ağzımı açmağa fürsət tapmamış o dilləndi ;
  - Allah bunların başına daş salmasın yazıqdır . Az , Allah haqqı adamda üz qoymayıblar ee birının əli yananda yaralı barmağına   iş...sən . Vallah üz yaxşı şeydir ee . Üzüm gəlmir baçılarım üçün  Vidadıyə nəyəsə ağız açım . Bilirəm, sabah bu qancıqlar məni qara palçıq eliyib divara vuracaqlar . Ərimin yanında da hörmətim qalmayacaq ... 
   Daş bostanına atılmışdı . Mənim demədiyim sozün qabağına qoz yumalamışdı  Sədaqət . Daha ağız aşmağa deyməz . Elə qıraqdan qırğa  salam, sağol pərdəli olmaq yaxşı şeydir . 
   O gündən üç gün idi ki , küçə bə küçə iş axtarırdım . Özümə uyğun iş tapa bilmirdim . Yenə iş qalırdı ya Narın xalaya ağız açmağa ,  ya da Mahirə xanımən qılığına girməyə . Məndə də bir murdar xasiyyət  vardı ki , işdən özüm çıxdımsa , ya nəyəsə etiraz etsəm sözümü geri götürmərəm . İndi həyat məni sınağa çəkirdi elə  bil . Mənə deyirdi ;
   - Nə etsən də yenə onların  ayağına gedib iş istəyəsən . Hələ işinin  xətirinə Abdullaha da yalvarasan ki, bir yanlışlıq olub ,  sən Allah bağışla ... 

   Günlərlə  gəzib dolandığım , iş axtardığım küçələrdən də ,  parklardan diksinmişdim  artıq . Yorulmuşdum həyatın labrintləri arasında vurnuxmaqdan . Bir çıxış yolu tapa bilmırdim. Nə evimə gedə bilirdəm ,  nə də evdə olanda dura bilirdim . Evdə canım darlanirdi . Artiq  o yerə catmışdım ki , küçələrdə skamekalarda mürgü atırdım . 
    Bu gün şənbə günü idi . Həmişəki kimi uşaqlarla bir yerdəydim . Pulumuz yoxdur desəm yalan olardı . Vidadı cibimizə xərclik qoyurdu . Utanırdım , yerə girirdim ondan xərclik alanda . Nə etmək olar . Buna məcbur idim . Bacardığım qədər onun verdiyi pulu az xərcləyirdim . Əlimi qısırdım.  Ancaq uşaqlarla bu mümkün deyildi . Üç uşağın gəzməsi, əylənməsi dünya pul tuturdu . İlqarı da balalarımdan ayıra bilmirdim . Yenə balaca olanda bəzən  ona icazə almırdım . İndi görürəm ki , yox böyüdükcə bu mümkün deyıldı . Qəlbini qırmaq istəmirdim . Onu da özümüzlə gətirirdim . 
   Bu gün də onları kukla teatırina apardım . Gülay "kuklalara gedək " deyə  inad edincə  onlara şərt kəsmişdim . 
  - Bir şərtlə apararam aa,  yolda bir şey istəmək yox ,başqaların ağzına baxmaq yox , karusellərə ,  yellənçəklərə qaçmaq yoxdur aa ...
   - Yahsı ana söz veyiyəm . 
   Teatırdan çıxıb Bakı soveti metrosuna qədər gəzə gəzə gəldik . Ordan da avtobusa minib öz kasıb yuvamıza gələrak Allah verendən yeyib - içərək dördümüz də güləşıb, oynaşdıq . Onlarla olanda xoşbəxt olurdum . Kaş gəlirim olsaydı ,  yemək- içmək ,  kira derdim olmasaydı balalarımı başıma yığsaydım ,  evimin xanımı olsaydım . 
    Səhəri də  sabahdan axşama uşaqlarla qədər bir yerdə olduq , yenə Sədaqət bizə gəldi , bərabər şəhərə çıxdıq ,  uşaqları gəzdirib əyləndirdik . 20 yanvar yarmarkasına gedib uşaqlara üst baş alıb Sədaqət ordan bizi yola salıb Gülayla bərabər bizdən ayrıldı . Uşaqları gətirib internat məktəbinə qoyduqdan sonra iş axtarmağa başladım . 
    Gəzə gəzə gəlib Sabir bağında qərar tutdum . Ayaqlarıma qara sular enmişdi . Yeriməyə halım qalmamışdı . Bir tərəfdən də aclıq məni qüvvədən salmışdı . Biraz dincəlib ,  ətrafa baxdım . Gözüm yolun görsənən tərəflərindəki restoran ,  maqazinlərə və otellerə baxırdı . Bəli bu görsənən bütün obyektlərin hamısından  bir həftədir ,  demək olar ki , hər gün gedib iş soruşurdum . Yox idi ... 
    Ağlamaq məni tutmuşdu . Gözlərim dola dola çantamı eşələyib telefon dəftərçəmi əlimə aldım . Gümanım gələn nə zamansa nota aldığım nömrələrə baxdım . Nomrələrin içındə Mahirə xanımın da nömrəsi var idi . Yaxınlıqdakı köşkə yaxınlaşıb çıbimdəki qəpık quruşları çıxartdim . Jeton alıb zəng edəcəkdim . Di gəl ki , köşkə qoyulmuç bulkaların qoxusu məni bihuş edirdi . Ya son qəpiyimi bulkaya verib yeməliydim . Ya da iş axtarmaq üçün jeton almalıydım . Köşkün qarşısında qərarsiz qalmışdım . Gah pula ,  gah bulkaya baxırdım . 
   - Buyurun !  Nə lazımdır ? 
   Bulkaya baxa baxa qəpıkləri irəli uzatdım . 
   - Telefon jetonu ...
    Jeton həyatımızın acarı idi bəlkə də ... mən onu bir bulkaya dəyişıb itirə bilməzdim . Bəli , bəlkə bu gün ac qala bilərdim amma , sabahbu jetonun sayəsidə  həyatımız dəyişə bilərdi .  Elə bu ümüdlə bir neçə nömrəyə zəng etdim , iş yox idi . Bir Mahirə xanım qalmışdı zəng etməmiş . Son jetonu cıbimə qoyub təssüflə köşkdəki bulkaya baxa baxa ordan uzaqlaşdım ...
   Pıləkənləri çıxıb içəri şəhərə girdim . Qarşımdakı qədimi məhəllədən dəstəylə dua edə edə , salavat çəkə çəkə adamlar çıxırdılar . Bəlkə burda məscıd var . Bütün gün bayirda olduğumdan axşam namazıma gecikmişdim , nə qədər gec deyil namazımı qıla bilərdim . Zatən elə məscid axtarışıyla bu qədim məhəlləyə girmişdım . Bayaq , telefonla danışanda hardasa azan oxuyurdu . Tərəddüd ede ede dəstəylə içəridən çıxan adamların istiqamətinə getdim . Yaşıl qapıdan asılmış yaşıl bayrağı görəndə sevindum . Deyəsən düz gəlmişəm . İcəri boylandım .içərini xoş ət qoxusu götürmüşdü . Balaca dar dəhlizdən pıləkənlər yuxarı qalxırdı . Ehtiyyatla içəri kecib ərtafa boylandım . Buranı necə təsəvvür edim bilmirəm . Ama onu bilirəm ki mən nə türkiyədə,  nə də burda  belə məscid görməmişdim . Pılləkənləri yuxarı cıxıb , balaca dar otaqda üc dörd nəfərin dua etdiyini gördüm . Otağın yuxarı başına Mir Möhsun Ağanın şəkili vurulmuşdu . Şəkilin qabağındaki balaca masanın üstündəki vazada cürbəcür konfet, şokalad qənd var idi . Hətta torbada lavaşa bükülmüş halva da gözə dəyirdi. Şəkilə baxıb dua edənlər çıxarkən qənddandan konfet , torbadan lavaş - halva götürüb bayira çıxirdi . 
   Gülmək məni tutmuşdu , həm də qəzəblənirdim . Niyə insanlar bu qədər cahildir , Allah dura dura bir şəkildən imdad diləmək nə demək ?  
   Qapıdan ətrafa boylandım . Bir saqqallı kişi görüb ona yaxınlaşdım , 
  - Burda namaz qılmaq olar ? 
  - Əlbəttə ki olar , buyurun dəstamaz yerimiz burda , namaz yerimiz də burdadır .
   Dəstamazımı alıb içəri kecdım . Möhürü qarşıma qoyub namazıma başlamışdım . Beynim yeməyin qoxusuyla dolmuşdu . Gözlərimin qarşısında böyük və gözəl süfrə qurulmuş , balalarımla bərabər ordaydım . Süfrənin başında Ağa oturub , çəliyini özünə dayaq vermişdi . Qəribə baxışı var idi . Gülümsər baxışları ilə bizi süzürdü . Danişmirdi . Az önçə mənə dəstamaz yerini göstərən kişi gəldi Ağanın qulağına nəsə pıçıldadı . Sonra adam mənə baxıb ; 
   - Ağa deyir 3 dilək dilə ! 
   Balalarımı qoltuğumun altına alıb onlara baxdım . 
 - Bu saat işdən başqa heç nə istəmirəm 
   - 2  ? 
  -   Həsrətim bitsin !  Ailəm,  yuvam olsun . Balalarımla , ailəmlə xoşbəxt yaşayım ! 
 - 3 ? 
 - Zəhmətim yerdə qalmasın . Zəhmətimin barını görüm ... 
   Nədənsə bü sözləri deyəndə Gülaya baxırdım  . 
 Ağa o adamın köməkliliylə yerindən qalxıb mənə gəl işarəsi verdi ,
  Mən ona yaxınlaşan kimi üzümə tüpürdü . Nifrətlə məni süzdü . 
   Təəccüb etdim . Adam tərs - tərs mənə baxıb qışqırdı ;  
  -Sən neylədin? Ağaya şəkk gətirmisən? 
 - Mən Allahdan başqa hec nəyə inanmıram . 
   Aganin üzü güldü yerinə oturdu . Adam ona yaxınlaşdı . Nə olduysa Ağa çəliyin yerə cirpdi . Süfrənin başı adamla doldu . Suat da onların arasında idi . Xörək yemək istədik , Suat bizi yeməyə qoymadı . Saqqalli kişı uzumuzə gülümsəyib əllərini göyə açaraq bir dua oxudu . Əlimi Suatın əlinə verib  bizi yola saldı , arxamızca su atdi . Arxamizca atılan su üzümüzə çırpılırdı . Həfif meh üzümüzə vururdu . Hələ də duanın səsi gəlirdi , qurandan hansısa ayə  oxunurdu.
    Gözümü açanda ətrafim adamla dolu idi . Bayaq gördüyüm seyid başımın üstündə oturub dua oxuyur və üzümə üfürürdü . Bir qadin üzümə su çıləyirdi . Deməyəsən namaz  qılarkən özümdən gedibmişəm . Bütün bu gördüklərim də yuxu imiş 
   
   Mir Möhsun ağanın evindən çıxıb səndəlləyə səndəlləyə İcəri şəhərin dar küçələri ilə irəliləyirdim . Əlimdə bir torba da var idi .  Ordaki qadınlarin köməkliyi ilə özümə gəlmişdim . Aclıqdan ürəyimin getdiyini düşünən qadınlar qarnımı doyurandan sonra ,  Ağanın evində bişən ehsandan bir bankaya qoyub , mənə vermişdilər . Hələ bu azmış kimi , bir torba da qurban əti , halva - lavaş , qənd , duyu də qoymuşdular . 
   Saatıma baxdım . Gecəyə doğru gedirdi . Saat 10 a işləyirdi . Bu saata iş tapmaq olardı ki ? Yenə evə tələsmirdim . İcəri şəhərin  qaranlıq və qədimi dar küçələri ilə Bakı soveti metrosuna getməyi planlayirdım . Bəlkə yol üstü bir iş tapa bilərəm . Dar küçələrdəki özəlləşdirilmış obyektlərə baxa baxa gedirdim . Gözəl ,  eyni zamanda qədimi bir evə oxşayan bir obyektin qədimi və bahalı qapısı taybatay açıq idi . Tərəddüd edə edə qapıya yaxınlaşdım ,  bura nə binası olduğunu bilmirdim . Mütləq bura ya otel idi , ya da şəhərin qonaqlarına günlük verilən kirayə evi və ya qonaqlama idi . Son dərəcə səliqəli və qədimi əşyalarla, aksusuarlarla bəzədilmiş dəhlizdən görünən otaqlar adamı keçmışə aparırdı . Evin gözəlliyine heyran olmuşdum . Divarlara vurulan rəsim əsərləri adamı özünə çəlb edirdi . Salonun o biri divarında bir foto güşəsi var idi . Yaxınlaşıb fotolara baxdım . Məhşur müğənnilərin ,  məhşur xarıcı qonaqların burda istirahət zamanı çəkdirdiyi şəkillər idi . Həmişə kinolarda izlədiyim fransız aktyoru Jerar  Departiyenin ,   döyüş filimlərindən tanıdığım Şiril Rafellenin rəsimlərinin də burda yer aldığı ürəyimi qürurlandırdı . Demək mənim hələ problemlərdən başı açımadığım , hələ bu qədər taniya bilmədiyim vətənim dünyada bu qədər tanınıbmış ki , məhşur adamlar bizim bəyənmədiyimiz  qala divarları arasında yerləşən bu xudmanı yerlərdə istirahət edibmişlər . 
    - Xoş gəldiniz xanim ,  buyurun əyləsin - gələn səs məni fikirlərimdən ayirdi . 55 60 yaşlarında  , üzərinə önlük taxaraq başını çalmış bir xanım idi . Sözsüz ki , buranın işçısı idi . 
   - Xoş gördük , sağ olun . Yox oturmayacam . İş üçün gəlmişdim . Amma deyəsən səhv gəlmişəm . 
    Qadın çaşqın çaşqın üzümə baxdı ; 
   - Yanı belə məhşurlara xidmət üçün gənc və gözəl xanımlar lazımdır - deyə divardaki məhşurları göstərdim . Mənim kimi qapalı və rus dılı ,  ingilis dili bilməyən qadınları işə almazlar . 
   Qadın gülümsünüb başın aşağı saldı . Əlni qapıya uzadıb mənə yolu  göstərdi . Elə bildim deyir "o zaman xoş gəldin " böyük təəssüflər içərisində dəhlizə çıxıb , çöl qapıya yönəldim . Qadın qolumdan tutub ;  
   - Ay qızım , bu tərəfə - deyərək məndən pıləkənlərdən aşağı enməyimi istədi . 
   Aşağı endik . Bura balaca bir mətbəx, və depodan ibarət idi . Masada mənə yer göstərdi oturdum , qarşıma çay ,  mürəbbə qoyub özü də oturdu . Bu xidmətin nəyə bağlı olduğuna çaşıb qalmışdım . Bu qədər vaxt idi işləyirdim , və ya iş axtarırdım , heç bir iş yerində hələ belə qarşılanmamışdım . Hətta kafe və restoranlara adı qabyuyan işi üçün gedəndə qapalı olduğuma görə qapıdan da qovulduğum günlər də olmuşdu . Şəhər mərkəzində dil bilməyən ,  və açıq geyimi olmayan üçün iş tapmaq müşkül məsələ idi . 
   - Mən qocayam ,  əldən ayaqdan qüşmüşəm ...
   - Başa düşmədim . Allah eləməsin ,  gözəl xanımsız ...
   - Dedin axı cavana , gözələ iş verirlər . Bəs mən necə işləyirəm ? 
   -Doğurdan da . Yeqin müdür qohumunuzdur , obyekt özünüzündür . 
   - Yox əşi , xanım bir tərəfi  Lənkəranlı , bir tərəfi Bakılı... mən İsmayıllı .  Hardan qohum olduq ?  Həə adın nəydi ? 
   - Mətanət .
   -Mənim də adım Reyhan . Nə iş bacarırsan ?  
   - Nə iş olsa , yetər ki qarnımızı doyuracaq çörəyimiz , kiramızı verəcək pulumuz olsun . 
   - Burda işimiz gecə başlayır . Gündüz bağlayırıq . Gecə işləyə bilərsən ? 
   Reyhan masanın üstündəki  telefonu götürüb nömrələri çevirdi  ;  ilk dəfə idi ki cib telefonunu burda görürdüm . O zamanlar cib telefonu hər adamda yox idi . 
   - Sonya xanım , bir gəlin  gəlib ... hə hə , işə çox ehtiyyacı var . Danışacam ,  bəli ... siz bir incisiz xanim ... oldu ... Allah ürəyinizin gözəlliyinə görə versin . Narahat olmayın . Yola verəcəyik işləsin . Gecəniz xeyrə . Saat ikidə gələsiz ? Hə bu arada deyim biləsiz ... Rüfet bəy bu gecə qonağımızdır ,  Nisə xanım da yuxarını kiralayıb . Amma say demədilər . Rüfət bəy dostlarıyla ...şey dayna , o müğəmmı yoxdur? Hə  hə... bax o nərtaxtaya gəlirlər də həmişəki kimi . Hə sənin qadan alım . Heç narahat olmayin . Samovarlarini hazırlamışam . Başqa heç nə qutab istədi , bir də onun yediyi dovğadır da. Nisə xanım heç nə sifariş eləmədi . Dedi gəlim da ... 
  
    İşi qəbul etmişdim . Bu restoran geçə fəaliyyət göstərirdi. Adı restoran getsə də aslində xudmani bir istirahət yeri idi . İki mərtəbədən ibarət olan bu obyekrın ,  çəmi 1 otaq üstə , 1 otaq altda 6 - 7 metrlik zalları  var idi . Bura gələnlər ya  masaları kiralar , ya da ümumiyyətlə bütöv bir mərtəbəni bağlatdırardı . Qədimi xalı xalçayla bəzədilmiş bu ev ,insana  keçmişin  abu havasını yaşadırdı . Divan və kreslolar , masalar, taxtadan oyularaq düzəldilmiş aksesuarlar ,  mis camlar , samavarlar, xalis gümüşdən olan vazolar ,  pərdələr , əl işləməli döşək və yastıqlar  elə bil səni müzeyə atmışdı . Nəinki burda dincəlmək ,  hətta beş dəqiqə oturub  bir çay içmək doğurdan da insana rahatlıq verirdi . 
    Maaşım az ıdı . Əslində baxanda az sayılmazdı . Çünkü bura gördüyüm restoranlar kimi gündə neçə dəfə dolub boşalmırdı . Hər gecə iki ya da üç qonağı ola ya olmayaydı . O da sabaha qədər ,  nərtaxda oynamağa gələn dostlar ,  romantik evlilik və ya sevgilisinə özəl gün  təklifi edən varlı kişilər , gizli eşq meşq yaşayan məhşurların paparazilərdən uzaq olduğu , sevgilisi ilə baş başa qaldığı məkan idi . Amma onu  deyim ki ,  bura gələn burda kalan pul qoyub gedirdi . Demək olar ki , digər şəhər restoranlarının  24 saat işləyib qazandığı pulu bura bir gecədə iki üç müştərisindən götürürdü . Burda yemək çox az olurdu . Sadecə damaq dadını dəyişmək istəyənlər burda milli mətbəximizə müraciət edirdilər ,  gürzə , sumaxlı qutablar ,  nar qovurma ,  aş ana menyumuzun şahı  idi . Hələ bu vaxta qədər adını bilmədiyim , Sonya xanımı ilk dəfə görəndə çaşıb qalmışdım . Son dərəcə cazibədar , baxımlı ,  yaşından qat qat gənc görünən bu qadın mənə özünə güvən hissi vermışdı . Qadından müdir olar ? Axı müdir olmaq üçün güclü və zəhimli  kişi olmaq lazımdır ,  yoxsa işyeri batar . Axı diğər yerlərdə belə görmüşdük . 
     Demək ki , Azərbaycanda doğurdan da güçli iş qadınları da var imiş . Sonya  xanım son dərəcə mədəni ,  kübar , gülərüz və şirindil  xanım kimi xanım idi .  Heç vaxt iş görməkdəbizi tələsdirməz və işimizdə bizə sonsuz güvənirdi .  Cox işçi də yox idi , aşağıda mətbəxdə Reyhan xalayla mən , yuxarıda zalıaeda isə iki qarson və bir  barmen var idi .  
    İşə girəndən Gülayın üzünə həsrət qalmışdım . İşdən sabah 6 da çıxırdım . Evə gəlmək 30 40 dəqiqəmi alırdı . Axşam işə gedəndə Gulayı bir həyətdə kirayə qaldığım bir yaşlı bir qadına tapşırıb işə gedirdim . Belə danışmışdım ki , gecə Gülaya baxdığı üçün mən də ona maaş verəcəm . İş saatım 12 saat idi . Axşam 6 dan , sabah 6 ya . Lakin öhdəmdə az yaşlı uşağım olduğu ücün Gülya xanım iş saatımı  8 saata endirmişdi .  Maaş elə maaş idi .
   İşim maraqlı və rahat iş idi , boş olanda mətbəxin küncünə qoyulmuş ağ qara televizordan içəridəki qonaqlara baxıdım .  Təsəvvür edin belə məhşur adamlarla bir binanın icindəsən ,  üzlərin görməsən də yuxarıdan onların səsi sənə gəlir ,  canlı oxumaqlarını gülüşlərini eşıdirsən .
     Müdürə xanım və Reyhan xalanın istiqanlılığı məni sevindirsə də , uşağımdan ayrı qalmaq məni üzürdü . Neyləyim məcbur işləyirdim . 
   Beləliklə 4 ay idi ki ,burda  işimə davam edirdim . Onu da qeyd edim ki ,  hər işə gələndə Ağanın ocağına gedib o yuxu və ordan gətirdiyim yeməklər ücün ona təşəkkür edər , ruhuna da salavat cəkərdim . Bir gün ona düa edənləri qınayan mən indi bir gün onu ziyarət etmədən keçmirdim . Oranın işçılərimi deyim , sakinlərimi deyim bilmirəm , artıq məni tanıyırdılar hər cuma günü kəsilən qurbandan mənim üçün pay ayırardılar . Uşaqlarıma və mənə geyim , ayaqqabı  verirdilər . 
 
   Bir gün Reyhan xala məni tələsdirdi . 
   - Ay Mətiş bala tez ol ,  çıx yuxarı ,  oralara bir xudmani əl gəzdir ,   Bu gün çox əzəz qonaqlarımız olacaq . Həmişə bakıya gələndə bura gəlməmiş getməzlər . Sonya xanımın dostlarıdir . Türkiyədən , məhşur iş adamlarıdır gələn  . 
   - Sakip Sabançıdır ? - Türkiyə iş dünyası deyəndə ağlıma gələn ilk o olurdu . Belə böyük adamları burda görməyə alışmışdım artiq . Çünki bura sıravi adamlar gəlmirdi . Qonaqlar yerli və xarici müğənnilər ,  məhşur iş adamları və aktyorlar idi . 
   Türklərin dəzgahı bir aləm olurdu . Saz çalıb oxumaq ,  öz yeməkləri ilə yeyib içib "kafa dağıtmaq" bunların vaz keçılməz əyləncəsi idi . Sifarişləri  əvvəldən qəbul edirdik . Türk yeməklər yaxindaki restorandan alınsa da , türk salatlarını və məzələrini bildiyim üçün onlara Reyhan xala qarışmırdı , mən hazırlayirdim . 
   Masaları səliqə ilə otağın bir kənarına çəkib , örtalığı silib süpürdüm , qədimi bir kilimi yerə sərib ,  kənarlarina döşəkçələri və mütəkkələri düzərək kilimin ortasına qədimi əl işləməsi süfrə salıb  üstünü qədimi əl işləşəli taxta və gümüş aksesuarlarla bəzədim . Böyük mis sinini də silibsüfrənin ortasına  qoydum . Sininin kənarlarına armudu stəlanlar və gümüş.şəkərlikdə şəkər qoydum . Bu siniyə səmavar qoyulacaqdı . 
    İşimi görüb piləkəndən aşağı yenəcəkdim ki, ala qaranlıq dəhlizdə  qonaqlarla qarşılaşdım . 7 - 8 nəfərlik heyət mənimlə salamlaşa salamlaşa deyə - gülə yuxarı çıxdılar . Yemək içmək ,  vur çatlasın , cal oynasın başladı . Bütün qonaq otaqlarında kamera var idi . Və kamera mətbəxdən izlənirdi . İşim olmayanda bəzən kameranın qarşısında oturub mürgü döyurdüm . 
     Sonya  xanım hörmətli adamlar gələndə özü şəxsən onlarla maraqlanırdı . Bu dəfə də  Sonya xanım yuxarı çıxıb bir bir qonaqlarla görüşdü . Özü də onların süfrəsində oturub onlara qoşuldu . Mən də işimi bitirib  onları kameradan izləyirdim . Reyhan xala qonaqlar üçün yaxınliqdaki restorandan aldığımız yeməkləri servisə hazırlayırdı . 
    Çox keçmədi ki iki nəfər  də yuxarı qalxıb ,  qonaqlara qoşuldu . Gözlərimi qıyıb bu yeni gələn iki nəfərə baxdım ;  
   - Aa Zafer bəy ? 
   - Zəfər kimdi aaz ? 
   - Bizim müdürümüzdür . O burda nə gəzir ?  Reyhan xala gözlərin qıyıb duvara bir küncə qoyulmuş televizora yaxınlaşdı. Eynəyin gözünə taxıb ;
   - Həə bu Zəfər! -  dedi -  Bizə tez tez gəlir . Burda şırkət yiyəsidir . 
   Gözlüyün çıxardıb yerinə keçərək işinə davam etdi ; 
  - Bunun arvadı da Azərbaycanlıdır .
   - Hə bilirəm bir yerdə işləmişik . 
  - Ay sağol . Elə iş yerində tapıb deyəsən onu . Necə ildir bu  Nərmanovun heykəli tərəfdə bir yerdə qaldılar , day bu qız o ki var bunu sümürdü ee , nəysə ki axırda ...  İlk dəfə elə burda evlılık  təklifi eləmişdi ona . Qıza da baxırsan əyrimçə çəlimsizin birı . Deyirəm adamda bəxt yaxşı şeydi də . Nəyinə vuruldu bu qızın bilmirəm . 
   - Demək ki yazan belə yazıbmış ,   pis adam deyillər vallah . Allah xöşbəxt eləsin . 
 - Nəysə bu kişidən hec xoşum gəlmirdı, yekəxana adama oxşuyur . Arvadı da ondan beter . 
  - Day gəl ki olmasın . O boyda şirkətin sahibidir , balaca adam deyil aa...
   - Az kiri , ətimi tökmə sən Allah . Adam nə qədər sade olsa ...
   Donub yerimdə qalmışdım , daha Reyhan xalanın nə dediyi beynim qavramırdı . Televizorun ekranında gələn qonaqlarin arasında  gözüm Sonya xanımın dizinə dirsəkləndiyi adama ilişıb qalmışdı . Gözlərimə inana bilmirdim . Bu ola bilməzdi . Yoxsa yenə mi məni qara basır ?  Gözlüyümü çıxarıb gözlərimi sildim ,  təkrar baxdım . Yox , o idi . Yenə inanmadım ,  kranı açıb ovcumu su ilə doldurdum . Üzümə çırpıb salfetkayla üzümü quruladım . Gəlib təkrar baxdım.Çox səmimi görünürdülər . Sanki çoxdanın tanışları idilər . Əl ələ tutub mahınının havasına oturduqlari yerdə oynayır , bərabər mahını oxuyurdular . 
   - Reyhan xala ! 
   - Hay can . 
   - O Sonya xanımın yanındaki adam kımdır ?
   Arvad təkrar gözlüyün taxıb baxdı .
   - Kimdir o ,  qoy baxım bir .  Həəə  adı Suatdı Sunatdir nədir bilmirəm , hardasa bir 10 12 il bundan  əvvəl  burda Zəfərnən bir tikintidə işləyirdilər .Sonya da ərindən təzə ayrılmışdı o vaxt . Nə bilim az, hardasa tanış.olmuşdular. necə il idi Sonanı saxlayirdı . Sonra ayrıldılar ,  gədə çıxdı getdi . Deyəsən başın tovluyub orda evləndirdilər . Bu Sona da deli divanəydi onun dərdindən ,  uyy bir görsən eşidəndə nə günlərə düşdü ,  maşının dənizə salmışdı ,  bir içirdi bir içirdi . Bu gədə  uşaqdı ee . Gülyanın elə olmağına baxma 52 yaşı var indi . 
   - Bəs ayrılıblarsa bu nə hoqqadır ?  
   - Ayrılmaq o demək deyil qurtarıblar . Yenə görüşürlər də .  Son vaxtlar tez tez gəlir bura . Genə  sonyanı saxlayir . Yoxsa Sonya bu cah çəlalı hardan alıb ? Bu kişi kalan maya qoydu . Əvvəl orda Təndir var ee ,  bura ordaydı. Balaca bir kafeydi . Burani onuyla arası düzələndən sonra aldılar . Açılışında o da gəlmişdi 5  altı ay bunnan qabaq .  Deyir kişinin orda qızıl dükanları , qızıl fabriki zadı var ...
   Səbrım daralırdı . Ürəyim sıxılmağa başlayirdi . Onsuz da içəri isti idi , bu gördüklərumdən,  eşıtdiklərimdən də məni tər basırdı . Əsəbləşmişdim . Əlim ayağım əsirdi . Reyhan xalanın sözünü kəsıb özümdən asılı olmayaraq əsəbi halda səsimi yüksəltdim ; 
   - Bəs onda niyə evlənmirlər ? 
   Səs tonumdan diksinən qadın  gözlüyün gözünə taxıb eynəyin altindan mənisüzdü . 
  - Əşii mən nə bilim niyə evlənmir . Camaat evli eşıkli adamdır ,  elə her sevgili olan evlənir ?  Görmürsən Sonya onun yanında qöca arvaddır ? Az bu saat mən də gündə bir parixmaxra getsəm ondan cavan görünərəm . Nağayrırsan ?  
   - Salat eliyirəm . 
   - Kimə ?  
   - Suat bəyə !!!
   - Nə salatı ? -  Reyhan xala sifariş fişinə baxıb sifarişləri yoxladı - axı salat yoxdur - deyə pamidor xiyarı qabağımdan götürdü . 
    - Var - deyib qabı yanıma çəkdim . Kahı salatı var . Deyə əsəbi halda salatı hazırlamağa başladım . İşimi bitirib , əllərimi yudum . Qoynuma sancaqladığım bilərziyi çıxarıb salatı qoyacağım qabın otrasına qoydum salatı üstünə töküb zəngi basdım . Əlimi belımə qoyub o biri əlimlə masaya söykəndim . Dilimi dodağımı gəmirə gəmirə əsəblə barmaqlarımı masaya çırpırdım . Boğazım qəhərdən şişmişdi . Gözlərim dolmuş , özümü ağlamaqdan güclə saxlayırdım . Reyhan xala çaş baş qalmışdı ;  Neynirsən , nə edirsən ?  Suallarını cavabsız qoymuşdum . 
    Qarson içəri girdi . Kasanı əlimə alıb ; 
   - Ala bunu , bax bu adamın qabağına qoy ! Özəl sifarışdır de . Mütləq yeməsə də qarışdırsin.  
   Reyhan xala çaşqınlıqlə nə olacağını gözləyirdi . Bu hadısədən sonra nə olacağı bəlli idi . Sonya xanım məni qəbul etsə də, etməsə də  mən burda işləyə bilməyəcəkdim . Hətta indi bu dəqiqə getmək istəyirdim . Televizora baxa baxa yaxamdan önlüyümü açıb əsəblə stulun üstünə atdım . Artıq səsimi çıxarmasam da gözlərim məni ələ vermişdi .  gözümün yaşın  silə silə ekrana baxırdım . Cox keçmədi qarson əlində kasa geri dondü . 
 -  Bu salatı istəməyiblər . 
  - Apar ver ! 
  - Nə qışqırirsan axı?  Xalx salat istəmir . 
   - İsyiyəcək,  məcbur verəcəksən bildin ?  Məc - burr !!! - əsəbi halda oğlanın əlindən kasanı alıb təkrar əlinə verdim , bu səfər üsyankar və hönkürərək ; 
   - Apar ver! De ki Laləlidə kanalizasiyon taşan ... dayan yazım , dayan ! televisziyanın qarşısına gəlib onlara baxdım . Gülya başını onun köksünə qoymüş , o da onun çiynin qucaqlamış yenə mahninin təsiri ilə hərəkət edirdilər .  Qələm kağız götürüb , onlara baxa baxa yazdım ;  
   - Rıca etsəm bu hədiyəni kabul edermisiniz ? Çok rica ediyorum . Geri çevirməyın .Bu salata kanınızı verdiyiniz hasta bir kızcığazın annesinden sıze  hediyyedir , bu salata özel bir salata - siz bu salatanı hemin  o kadının evinde kendi elleri ile yapmıştınız . Şayet , yemeseniz bile  muhakak karıştırın ! O kadın size olan borcunun bir kısmını size  vermiştir
   Kağızı qarsona verib ağlaya ağlaya onu itələdim ,  
   - Yeri !  
   - Sonya xanım məni öldürəcək . 
   - Öldürməz , yeri ! 
   - Mətış axı nolub ?  Nə məsələdir ?  Bir açıqlama versənə !
   Reyhan xalaya cavab vermədən şkafı açıb çantamı və kurtkamı alıb geyindim . 
   - Hara ? 
   Televizorun qarşısına keçdım . Qarson əlində salat geri dönürdü . Əgər salat geri gəlsəydi özüm aparıb qarşısına qoyub bilərziyi də çıxarıb verəcəkdim özünə . Elə bu vaxt Suat əlin qaldırdı . Oğlanı çağırdı .  Qarson oğlan geri döndü . Salatı aparıb Suatın önünə qoydu . Sonya xanım çox əsəbi görünürdü . 
   Suat əlindəki çəngəllə salatın bir -iki yerinə vurdu . Kağız o biri əlində idi . Sonra tez tez qarışdırdı . Bilərzık çəngələ ilişib yuxarı qalxdı . 
    Vəssalam ... artıq mənim bu həyatda rolum , illərlə ürəyimin başında gəzdirdiyim gizli sevgim elə bu gün , elə indicə bitirdi . 
 Çantamı çıynimə asıb , sürətlə piləkənləri yuxarı çıxdım ...
 

23 BÖLÜM . 

  Gecənin o saatı  İçəri Şəhərin dar küçələrinı Suatın səsi başına görürmüşdü . Saatdan xəbərim yox idi . Bəlkə də iki idi , üc idi bilmirəm . Bir onu bilirəm ki , gecənin səsizliyini ayaqqabılarımın səsi , ayaqqabılarımın səsini də itirən Süatın haykırışı idi 
   - Metanet , nerdesiz , dur kaçma yalvarıyorum , nolursun ! 
   Dar dalandaki üzbə üz evlərin işıqları yanıb , balkonlardan başlar küçəyə boylanirdı . Özümü Mir Möhsün ağanın ocağına çatdirib qapını itələdim . Bura güman yerim idi mənim buraya girəcəyim onun ağlına gəlməzdı .  Qapı bağlı idi . Geri qayıtmağa yolum yox idi . Suat arxamca gəlirdı . Ağanın həyətindən bayıra çıxsaydım məni görəcəkdi . Ağanın evinə gedənlər oraları bilir .  Evin qarşısı elə bir yerdə idi  ki ,  balaca meydanca kimidir ,  evlə üzbə üz balaca hovuz , hovuzun ətrafına oturacaqlar  düzülmüşdü . Yuxarı başdakı çeşməyə baxdım ,  tərləyib,  susamışdım . Özümü çeşməyə verəcəkdim ki ,  dar girişdən gorünən ana kücədə Suatı gördum . Tez divara söykənıb , divar boyu ses salmadam geri geri addımladım . Binanın sonuna gələnda boşluğa  çıxdım . Bu boşluq bir dalana açılırdi Dönüb baxdım zülmət kimi qaranlıq bir aralıq idi . Özümü ora verib qaçmaq istədim . Amma tərəddüd etdim ,  qaranlıq və  tanımadığım dolanbac bir kücəydi . Bu küçələrdə gecənin bu vaxtı azıb qala bılərdim . Nəfəsimi dərib gözlədim . Suatın sesi gəlirdi . 
  -  Nerye kayboldun Metanet , rica ediyorum , Allah aşkına bi çık ortaya . Çoçukmusun ? Kos koca kadın oldun . Hala kaçıyorsun .  Şu kaçmak neyın nesi hala anlamış değılım !
   - Nolub abi ,  niye qışkırıyorsun - deyə yuxarıdan kimsə səslənəndə pıqqıldayıb güldüm . Deyesən Suat da bunu hiss etdi ; 
   - Birşey yox abisi . Bir arkadaşımı kaybettim de ... tamam afedersin abı ben bi daha ses çıkarmam - Deyib Ağanın həyətinə boylandı . 
   - Abı , millət yatıb ee sen eşşek kimi anqıriyorsun . 
  Suat onun nə dediyini vecinə almadan məni səslədi . 
   -  Ayə , a kişi qoy yatak da . İndi sənin arkadaşın azıb , yoxa çıxıbsa , millət narahat olacaqmı, yürü abı , bu tarafa davay   bebe ...  yeri get arkadaşını başqa yerdə ara, xarabanın yiyəsi yoxdur ee... vallaha da billahada. Bu turistler geldi gelmədi təpəmizin kapağın attırıyorlar . Gecə gecə yuxumuzdan olub nervleniyoruz . 
   Balkondakı adamı görməsəm də yarı türkcə , yarı rusca , yarı  azərbaycanca danışması keyfimi əməllicə açmışdı . Gülmək məni tutmuşdu . Başqa vaxt olsaydı qəhqəhə çəkib gülərdim . Ağzımı əlimlə  yumub özümü gülməkdən güclə saxlayirdim . 
   Suat əlin sinəsinə qoyub balkondaki adamdan üzür istəyərək Ağanın həyətinə girdı . Özümü gizlətmək üçün geri durarkan nəyəsə ilişdim . Möhkəm səs çıxdı ; 
   - Bahov heeyy !!! - Balkondakı adam əsəbləşdi - əşi başımızı alıb hara qaçaq , bu turistlerin əlindən . Əşii nə gecəmiz var nə gündüzümüz ,  köpəyoğlunun qızları gizlənpaç oynamağa yer tapıblar daa  gecə gecə . Həm də harda ?  Ağanın ocağında . Əstəğfullah . 
   Deyesən yuxarıdaki adam məni gormüşdü nəydisə ordan  bağırırdı . 
   - Cıx beliyə köpəyoğlunun qızı . Köpəyoğlunun xarabası ... 
   Özümü toplayıb həyətə baxdım . Suat mənə doğru gəlirdi . Yerimdən götürüldüm qaranlıq dalanda gözdən itdim . Hara getdiyimi bilmirdim artıq . Sağa sola vurnuxurdum . Yuxarı baxanda qədimi evlərin arasında ulduzlardan başqa işıltı yox idi . Arada bir yaxınlıqda yavaşcadan adımı eşıtsəm də bu səs tezLiklə kəsilməyə başladı . 
   Biraz gözlədikdən sonra Suatın artıq getdiyinə tamamılə əmin oldum . Gizləndiyim yerdən çıxdım . Ətrafı dinşədim . Sağa sola baxdım . Heç kim yox idi . İndi hansı tərəfə gedəcəyimə qərarsız qalmışdım . Əvvəl yavaş yavaş sonra sürətlə dolanbac dar və qaranlıq dalanda özümü ora bura vurdum . Bir çıxış yolu tapa bilmirdim hansı yolla gedirdimsə o yolda qarşıma hündür divarlar və ya balaca taxta darvazalar , qapılar çıxırdı . Eyni yeri bəlkə on dəfə dolaşmaqdan yorulmuşdum . Təngənəfəs olmuşdum .Tər dabanımdan çıxırdı . Bu saat ehtiyyacım olan şey özümü Ağanın həyətinə verib ordakı torpaq qoxuyan , havanın istisindən ilıqlanan sudan ovuclayıb üzümə çırpmaq idi . Hicabın altından saçlarımdan süzən tər paltarımın boynunu əməllicə islatmışdı .
    Ətrafa baxdım . Heç.kim yox idi . İki dəqiqəlik sərinləmək həvəsi gəldi içimdən . Elə bir istilənmişdim ki az qalırdı ürəyim dayana .  Əl atıb hicabımı başımdan geri itələdim . Həfif meh saçlarımı vurdu . Üzümə , boynuma sərinlik yayıldı  . Dərindən nəfəs alıb bürkülü havanı içımə çəkdim . Başımı yuxarı qaldırib göyə baxdım . Gülümsədim ;  
    - Sənə şükürlər olsun ya Rebb - dedim . İçimdə bir ümüd yaranmışdı , tez tez dodaqlarım ,  "unutmayıb , demək o məni unutmayıb , sevir, o məni sevir" - deyə pıçıldayırdı . Saçımdakı bağı açıb saçlarımı havalandırdım ,boynumun tərini silib ,  təkrar hicabımı örtəcəkdım ki , arxadan belimə ilan kimi nəsə sarıldı . Başım  kiminsə dodaqlarına dirəndi . Öpmədi ,  qoxladı ... butun tüklərim qabardı ,  elektirik vurmuş  adamlar kimi titrədim ...
   Suat idi . Dişlərimi qıcayıb onun qolları arasında çırpınmağa başladım ; 
   - Burax , burax yalancı burax !!!- pıçıldayan dodaqlarımı Suatın dodaqları  yumdu . Bir əli belimdə , bir əli boynumda saçlarımı tutaraq məni arxadakı dıvara söykəyib ehtiraslı öpüşlərə qərq etmişdi . Özümdən aşılı olmayaraq bu öpüşlərin qarşısında bütün iradəmi itirirdim ...
  
   Ondan ayrılanda gün günorta idi . Hara kimin evinə gəlmişdik bilmirəm . Desəm bəlkə də inanmayacaqsiz , gəldiyimiz evdə onun mənə barmağı belə toxunmamışdı . Bizim öpüşməyimiz o dar dalanda barışıq səhnəsi idi ,  vəssalam . 
   Məni özünə təslim etdiyindən əmin olduqdan sonra hicabımı başıma çəkib ,  alnımdan öpdü . Bir şey demədən əlimdən tutub məni arxasınca dartdı . Hardan , necə kecdiyimizi bilmirdim . Gözlərim sevinc yaşları ilə dolmuşdu . O irəlidə mən geridə , biləyim onun ovcunda qaranlıq küçələrlə ana yola çıxırdıq . Suatın cib telefonu dayanmadan çalırdı . O isə heç nə eşıtmirmiş kimi  baxışların irəli ,  mən də arxadan ona zilləyib gedirdik ...

    Evimə gələrkən dünənki gecəmiz xəyalımda səhnələnərək , dodaqlarımı qaçırdırdı . Elə xoşbəxt idim ki . Həsrətim bitmişdi . Sevdiyim mənim arxamca  gəlmişdi . Bəli ,  bəli məhz mənim arxamca . Bunu o and icə icə deyirdi . Bu onun ilk gəlişi deyilmiş . Dediyinə gorə ildə iki  üc dəfə  Azərbaycana gəlirmiş 
   - Sankı benim için gelmişsin ? Sen Sonya için geliyordun  buralara ,  yalan söyleme . . 
   - Yok ,  vallahı yok ,billahi yok . Ben sana nasıl tanıklayım ki , bilmiyorum . Bende adresin yok , telefonun yok , sadece koyünü biliyorum . Ve de senin adını . Soyadını bele bilmoyorum . Köyüne gidip seni muhtarlıkdan soracaktım . Amma kimsin , soyadın ne ,  baba adın ne bilmiyorum ki ?
  - O zaman Sonyanın yanında ne işin vardı ? Ben gördüğume inanıyorum . 
  -  Bak aşkım . Bunlar şu an burda konuşulacak şeyler deyil . Bunları konuşmak için bol zamana ihtiyyacımız var . Ben Sonyayı taa eskilerden tanıyorum . Ben burda inşaatta çalıştığım zamanlardan o benim kız arkadaşım olmuştur . Anlata bildimmi . Yani səndən sonra yaşanan bir ilişki değil . O zaman kocasından yeni ayrılmıştı . Şerefsiz boşnmışsa  kadıncığazdan el çekmiyordu .
    Bir gün sokakta bi kadının bağırtısını duydum . İnsanlık içte . Hiç düşünmeden  , kadını kocasından kurtardım . Evine götürdüm . Bak o zaman onunla tanıştım . O kadın Sonye idi . Yaralarına melhem etdim ,iç kanaması varmış . Bende ne olduğunu anlamiyordum ki . Doktora götürmeyi düşündüm ama buralarda yabancıyım , başım belaya girir , beni mahkemelere, soruşturmalara çağırirlar diye düşündüm . 
  Gece sabahlara kadar ateşten yandı. Sabahlara kadar ateşini kecırmeye çalıştım . Sokağa çıkıp köşkten  ambulansı aradım . Ambulans gelip onu hastaneye götürdü ,  ben de kadıncığazın nə olacağını merak etdım ve taksiyle arkadan hastaneye kadar gittim .İşte oyle -böyle ilişkilerimiz başladı . Ben ona karşı içımde hiç bi şey hiss etmedim . İnan bana . Bir şey hiisedersem söylerim .  Amma o kadın beni seviyordu . Napıyım .Yalan söyleyemem , her geldiğimde onunla görüşüyorum . İnan bana , bu ilişki aşk deyil . Sadece bir ihtiyyacdır . Evde bi kadından ilişki , sevgi görmeyen , bir erkek dışarıda ne arar ? Tabii ki yasak ilişki . Bu ilişkiye ne ad verilir ? İhtiyacıni gidermek .  O senden sonra burya gelişlerimin sebepini de biliyor . Ben bi kadın için burya geldığımı de, onu aradığımı da kaç kere söyledim ona . 
   - He dedi ? Kıskanmdımı ? 
   -Kıskandı tabii . Seni kimseye yar etmem dedi . 
   - Ee ? O zaman burda ne arıyorsun ?
   - Sen beni ona yar edecekmisin aşkım ? 
   - Ne yapa bilirim ? O benden güclü . Parasi var ,  pulu var . O zengin ,  ben fakir . 
   - En büyuk zenginlik aşktır ,  en güclü kadın seven kadındır . Seven kadının parası ,  pulu,  erkeyinin ona verdiyi aşktır  unutma .  Ben seni sevdikten sonra bizden güclü kimse olamaz ...
   Deməyəsən kecən günlərdə iş yerimdə gördüyünm adam da elə Suat imiş . Mənim işlədiyim şirkətdə  onların  firması da var imiş  . Hər Bakiya gələndə ordaki dostları ilə görüşməyə gelirmiş . Zafer bey ele o zaman Suatı Bakiya işləməyə  devet edən dostu  imiş .  Demək bizi qismət yolumuzu eyni yerdən salırmış . Əslində biz bir birimizə bu qədər yaxınkən,  zaman bizi uzaq salıbmış ...
 
     Qaldığım evin həyətinə girəndə  donub yerimdə qaldım . Lətafət pıləkənin üstündə oturmuşdu məni görən kimi qabağıma qaçıb; 
   - Az hardasan bayaqdan . Saat 6 dan qalmışam qapıda - Boynuma sarılıb üz gözümdən opüdü . Kövrəlmışdi  . 
   - Sakit ol , ay qız , nolub ?  Niyə ağlayirsan ?  
   - Anam gəldi , anam gəldi - qonşunun evindən çıxan  Gulay qabağıma qaçıb qucağıma dirmaşdı . 
   - Mətiş ölmüşəm , məni yerdən götür , qurban olum ! 
    Gulayın arxasınca da qonşu qadın  gəldi . Peri xalanı  görüb Lətafətə göz ağardıb , qadına dil ağız elədim 
    - Pəri xala qadan alım sənə də zəhmət verdim . Bu gün işimiz uzun çəkdi . Ona görə gec gəldim . İnşallah bir tərslik çıxmadı . 
   - Yox , yox bala . Heçnə yoxdur şükür . Mən nigaran qaldım . Dedim görən noldu . Bu gəlin harda qaldi . 
  - Sağol Pəri xala . Şükür hec nə yoxdur . 
   - Bacın da gəlib ,  bayaqdan oturub burda . Dəvət etdim içəri gəlmədi . 
   - Hə, onun elə əvvəldən xasiyyəti elədir . Tanımadığı yad evə girməz . 
   - Nolacaq ay bala ,  burda bir evli kimiyik .  
    Gulayı öpüb yerə qoydum . Çantada açarı axtara axtara ; 
   - Buyur keç içəri ,ay Peri xala. 
  - Yox qadan alım ,  Gəlməyim , evdə ayın - oyun qurtarıb ,  bazara gedəcəm . 
  - Yaxşı ,  get , Allah amanında ,  sağol Pəri xala . Yaxşı ki varsan . 
   Pəri xalanı yola salıb içəri keçdim . 
  - Nə yaxşı gün hayandan çıxıb ? Sən buralara gələrdin yanı ?  
  - Əzrayılın əlindən çıxıb qaçmışam,  deyirəm inanmırsan 
   - Vallah heç ölənə , əzrayıl görənə oxşamırsan !
   - Dözə bilmirəm ,  qadan alım , day dözə bilmirəm .  Mənə bir yol göstər ,  Mətiş qurban olum . Vallah özümü öldürəcəm axırda . 
   - Gəl , görüm balam . Uşş sənə qurban olum - yatağın kənarında oturub Gülayı qucağıma səslədım . Qız sevıncək qucağıma qacıb məni çarpayıya yıxdı . Oynaşdıq . Sankı heç Lətafət yanımda yox imiş kimi cox rahat idim .  
   - Mətiş , bezmişəmm Allah haqqı , az qalıram özümü öldürəm . Bilmirəm kimin tərəfin tutum , ərin tərəfin tuturam Kifayət məndən ağzın əyir, Kifayyətin tərəfin tuturam ər . 
   - Sən də bi tərəf ol !
   - Nətər olum , axı işim onlardan keçir . 
   - Keçməsin ! Sən niyə onlardan asılırsan ki, özün öz işini görə bilmirsən?
   - Eey sən də dəhsətsən ee... adamın bir yiyəsi sahibi olar da . Ər adamın üstünə bozaranda adamın bir böyüyü kiçiyi ağzından vurar da . 
   - Niyə bozarsın ki ? O  bozarır sən də bozar . 
   - Bəs sən niyə bozarmirdin , ərin vurub gözünü tökəndə ? 
   - Çünki avam idim ,  yiyəm sahibim olmadı arxamda dayansın, məni başa salsın, döşünə döysun . 
   - Bax ay sağol . Bax mən də bunu deyirəm dəə ... Yiyə sahib lazımdır 
   - Sən hec vaxt bunu deyə bilməzsən . Çünki , mən də , Sədaqət də sənin arxanda dayanmışdıq . Hər zaman sənə mənnəvi dəstək olmuşuq . Vaxtında sənin arxanca taa insan ayağı dəyməyən o dağa atla , eşşəklə gəldik . Hələ də son günlərə qədər sənə bu adamdan ər olmaz dedik . Eşıtmədin ki , Kifayyət nə dedisə o qanun oldu sənə . Satdın olan olmazı  . Yedirtdin ərinlə , Havalıya . Kifayyət də bizə yandıx verdi ,"çatlasanız da sizə bir şey vermiyəcəm dedi " indi xeyirdimi ?  Lələ köçüb yurdu qalıb ?    
     Lətafət başın aşağı salıb sözlərimi təsdiqləyirdı . 
   - Düz deyirsən baçı . Allah başıma daş saldı . Elə bil dilimi ağzımı bağlamışdılar . Üç gündür qalmışam küçələrdə  . 
   - Niyə ? Atanın evi yoxdur ?
   - Sənə deyirəm məni öldürür , hayıma kimsə gəlmir , inanmırsan !
  - Səni öldürür get şikayyət elə də ,  nə atıla atıla gəlmisən ordan bura ?  
   - Danışırsan daa...
   - Səni başa düşə bilmirəm ! Ay balam sən onun evindəsən , yoxsa o sənin ? Tut yaxasından itələ bayra . 
  - Az bilmirsən ?  Qır saqqız şeydı tutub yaxamdan buraxmır . 
  - Niyə axı dərdi nədir ? 
  - Deyir evi satma . Deyirəm ay bala,  mən kiməm ki , satmayım . Evin beş dənə sahibi var . Biz də burda qonaq kimiyik . Get işlə ,  onsuz da dolanışığımızı mən olan olmazdan çıxardıram . Sən də beş üç manat töpla kənddən bir yer götürək . Mən də evin pulun alan kimi bir dam tikək yığışaq içınə . Deyir hazır evdir də . Deyirəm di xalx pulunu istəyir , ver xalxın pulunu evi sənətləşdir adına . 
   - Hə dəə ...
   - Nəynən verir . Bir tərəfdən də Havalı Kifayyəti qızışdırib salır canıma ki , onlar o evdə nə oturublar ? Kifayyət gəlib ki orda qaldığınız hər ayın kirasını verin .
   - Paahhh ... İştaha bax ee!!!
   -  Dedim dəlisən ?  Deyir bə nəə? Sən atamın evində kefnən yaşayasan biz burda sürünəcəyik ?  Deyir di çıxın atamın evin verirəm kiraya !
   - Başı xarab olub ee bunun , elə bil bu ev bir bunun evidir . Bəs biz nəyik burda ? 
  - Hə də bacı bilmirəm neyniyım . Utanmaz utanmaz hələ bunları Oruca da deyir .  O da qızışıb sırışır canıma . 
   - Sən də Orucu başımıza tac eləmə görək !  Oruc yaxşı kişi olsa heç arvad evinə girməz . GEdər ev tutar kiraya ,  ailəsin yığar başına . 
   - Elə danışırsan ki ,  Mətiş.  Nəylə tutsun kiraya . 
   - Bax hələ o fersiz ərini müdafiə edirsən ? Mən nəylə tutmuşam . Dədəm Ağasi mənə ev tutmuşdu , istər Türkiyədə , istər burda ?  Cavan gəlin həyatımın yolunu tutmaq üçün  çabalayıram . 
   - İndi neynim ,  gedim boşanım ? 
   - Bə bura nəyə gəlmisən ?  
    Lətafət donub üzümə  təs tərs baxdı . 
   - Ciddisən ? 
   - Lətiş , yadındadırsa mən o vaxt atamın evinə küsülü gələndə qarşıma bir məqsəd qoyub gəlmişdim ... boşanmaq . Mən bir daha o evə qayıtmayacaqdım . 
   - Bəs niyə qayıtdın ? Qayıtmayaydın da . 
   - Məcbur etdilər !
   - Az ətimi tökmə mən ölüm . 
   -  Lətiş təsəvvür elə qarnında bir uşaqla mənə pənah gətirmisən . Mən də sənin başından basıb səni dədən yaşda kişiyə verib , başımdan edirəm . Neyniyərsən .
    - Gedərəm təki yuvam olsun . 
   Əsəbləşirdim . Biz ayrı ayrı dünyanən insanları idik . Bizim heç vaxt sözümüz bir yerə gəlmirdi . 
   - Bağışla bacı . Mən sənə bu ağılla sahib çıxa bilmərəm . Nə qədər ərinlə aranızdan pərdə götürülməyib , çıx get evinə eşıyinə . Madəm özünə yuva istəyirsən ,  o zaman get yuvana , başqa yerdə yuva axtarma . Bu ağılla on yuvaya getsəndə səni kimsə qəbul etməyəcək ! 
  Lətafət incik incik paltar yığdığım yeşıkdən xalatımın birini çıxarıb eynini deyişə dəyişə deyindi . 
    - Hamınız beləsuz də . Adamı ümüdlə dirib sonra dalından qaçırslz . Axşamnan gəlmişəm . Bura gəlməmişdən Kifayyət gilə getdim , bir gecə qaldım , səhəri Oruc gəlib gözlərinin qabağında basıb məni  döyür . Bircəciyi irəli durub yaxasından tutmadı ki bu bədbəxtı nıyə belə eliyirsən ? Canımda tutar yer yoxdu ee - Letafet qoftasın qaldırıb kürəklərin belin göstərdi .
    - Hii bu nədir ?  Nəylə vurub bunu ?  
   - Dəmir almatirla 
   - Gicdi ee bu ! Bəs Kifayyət araya girmədi ? 
  - Ay bacı , yazıq Kifayyət neyləsin qızmışın qabağında . Hay küy salsa deyəcəklər bayıssı evin dağıdır . 
  Əsəbimdən çatlayırdım . 
   - Necə yəni deyəcəklər . Deyəcəklər deyə səni öldürməlidir . Deyəcəklər deyə sən bu zülümə dözməlisən ?  Bəs Havalı nə  deyır  bu işə ? 
  - Mənə heç nə demir , Amma Kifayətə  demış ki , bacın bizdə qalsa başım bəlaya girəcək .  Vurub öldürəcəm köpəyoğlun , balalarım yetim qalcaq . Lətafet də vıyıldıyıb gedəcək birinə ərsiz qalan kim olacaq ?
   - İnan mənə  ay avam , bunu əri dəmir elə Kifayətin fətfasıdır - lətafət çıyinlərin çəkdi . 
   Dodaqlarıma kinayəli bir gülüş qonmuşdu . Mənə çatmırdı ər deyəndə bu iki bacı ərı gözlərində elə böyütmüşdülər ki ,  elə bil ərsiz həyat yoxdur . Ər bunlara havadır , ər bunlara sudur , ibadət yeridir ,  dua yeridir . Ər bir şeyə qərar verdisə o olacaq vermədiysə , möyzəm - billah Allah da gəlsə o olmayacaqdır . Yazığım gəlirdi ikisinə də ,  bədbəxdirlər . Nə qədər cahil insanlar idilər . Bu cahilliyin qarşısında Lətafətə kömək etməyə qorxurdum . Orucdan yox aa , Lətafətin özündən qorxurdum .  Qorxurdum onun qolundan tutub düşdüyü çuxurdan çıxaram . O isə əvəzində məni o cuxura ata . Məni yerə çırpmağından qorxurdum . 
   - Cibimə pul qoyub məni yola saldı evə . Dedi get arini pir de tut . Gəldim mən  kəndə . Yarı yolda avtobusdan düşüb qayıtdım . Dedim indi evə gətsəm basıb döyəcək . Evdən getməyimin ajığın çıxacaq . Gəldim bura . 
   - Axı dərdi nədir . 
   - Deyir evdən əl çəksinlər . 
   - Ala ... bu deyy,  bunu görər -Dirsəyimi qatladım - atamın malından mülkündən niyə əl cəkək ki,  yaşayır da içində dilin qoysun qarnına dinməz - söyləməz otursun yaşasın da . Mala sahib cıxırsa  adam balası kimi sahib cıxsın . Nənəsi oğlun fikirləşmədi ,  sən ağbircək çıxıb inəkləri satdırıb zıbıldən qyrtardın . Nənəsi ölsün yox idi nənəsinin heyvanı ?  Satıb verəydin dəə . Əvvəldən bizi sayıb bizə gəyəşmədin . O da qəşəy sayır görürəm . Di yaxşı belə mal mülk qədri biləndi , satdığını alıb qoysun da yerinə ! Niyə satmır . Elə onun ağbirçəyi ağbirçək olsaydı  döşünə döyüb toy eliyərdi də sizə a mal ! Səni mal yerinə qoyub istifade edirlər səndən ,  Biz də mal deyilik, dədəmizim malın ehsan deməmişık ki , gələnə gedənə ərin  dağıtsın , qumara qoysun . 
   - Nə qumar sən Allah , bir bu qalıb !!!
   - Sən yatmısan fil qulağında ay bacı . Nə yaxşı kənd bizdən danışanda ,  bizə deyiləni özünə alçaqlıq ,  töhmət bilirsən , ərindən danışılanı qəbul etmirsən ?  
  - Əşi ərim kişidir ee...
  - Mənliyin , qurürun kişilik qadınlıqla əlaqəsi yoxdur ...
   
    Ev sahibinin evində telefon var idi . Reyhan xala dayanmadan  hər dəqiqə zəng edirdi .
    - İndi nə fikirləşirsən . Bəs neyləyəsən işləməyəsən ?  
   - Başım qarışıqdır biraz , Bacım da rayonnan gəlib ,  biraz problemləri var ,  onu yoluna qoyub Allahın köməkliyiylə bir iş axtarıb taparam yəqin . 
   - Mənim əvvəl işlədiyim yer var ,  istəyirsən bir ora da baxarsan. Zəng eliyib tapşıraram . 
   -  Sağol Reyhan xala . İşdə vəziyyət necədir ?  Bəs adam tapdı Sonya yerimə ?  Bu gecə kim gələcək işə . İş hamısı töküləcək üstünə . 
    - Əşii  gücüm nəyə çatır eliyəcəm . Özümü öldürəsi  deyiləm ki - araya sükut çökdü - Bir görsən, ay Mətiş , səndən sonra bura dağılırdı . Qonaqlar yuxarıda , bir birinə dəymişdilər , Sonya  kuxnada bir dənə qab qalmadı vurdu qırıqladı . AY qız sən öl , çölə cıxan kimi birinci o kişi girdi  icəri 
  - Nə dedi ?  
  - Nə deyəcək ? Mətanət nərdəsin ?  Mən də Sonyanən qorxusundan səsimi çıxarmıram , əlimlə belə belə eliyirəm ki , yanı çıxdı çölə . Bu da Mətanət deyə deyə çölə qaçır . Hindi bu səfər Soniçka gəlib ki , hani o q..bə. düşüb gədənin dalıyca onun da dalıyca qonaqlar . Nəysə heç bilmirəm səni tapdılar ya yox . 
   İlk dəfəydi özümdə güvən hiss edirdim , ilk dəfəydi ki , özümün varlığımı ,  güclülüyümü sübut etmək istəyirdim .
   - Hə , Suat məni tapdı . 
   - Sən allah . Az nə yaxşı , sən Allah . Sevindim .  Heç danışmamısan necə, harda tanış olmusuz . Yəqın burda tanış olmusan onnan ? Qızlar da onunkudur ?  
   - Nə qız ? 
   - Sənin uşaqların daa ... bəs nikə ayrılmısız ?  
   Vəssalam ... daha mənim onunla danışacaq bir şeyim qalmamışdı . O da bızım bəziləri kimi mental fikirli insan idi . Hər zaman hər şeyə olduğu kimi yox , öz şübhələriylə yanaşırlar . Demək biri biriylə salam əlöyküm elədirsə sevgilidir, sevgilidirsə demək uşaqları ondandır,  və ya saxlayır . 
    Suatdan ayrıldığımda qaldığım evin  nömrəsini ona da vermışdim .  Özünə də tapşırmışdım ki ,  mənə zəng eləsə guya iş üçün zəng edir  desin . 
   Həmin gün mən sadecə Sonyayla onu  günahlandırmışdım . O məni haralada ,  kımlərdən soraq etdiyini demişdi . Və mən də onun səmimiyyətinə inanmışdım . Elə bilirdim mən onu qısqanmaqla , onu qınamaqla , ondan küsməklə qaldığımız yerdən başlayacaqdıq . Təssüf . Arada bu qədər uzun bir zaman varkən həyata qaldığımız yerdən davam etmək olmur . Bəlkə də bu qədər zamanda o da nələrsə yaşayıb ,  mənim kimi ,  mən onu  o məni qəbul edəcəkmı bilmirəm ... 

24 BÖLÜM 

   Axşam Suat zəng eləmişdi . Çox danışa bilmədim . Guya iş ücün zəng etmişdi , görüşməmizi istəyirdi . Qərarsız idim , görüşü qəbul edimmi etməyimmi ? 
   - Tamam ,Suat bey - deyə gözü ağzımda qalan ev sahibəsinə baxıb onunla rəsmi danışmağa başladım - ben size haber veririm . Ben bir düşünüyüm , yarın mən size dönüş yaparım . 
   Fikirlərim qarmaş dolaş olmuşdu . İşlərim heç rast gətirmirdi . Bu qədər zamanda başıma nələr gəlməmişdi , nələr . Heç birindən xəbəri yox idi . Hec mənim də ondan xəbərim yox idi . Nələr yaşayıb başına nələr gəlib ? Bəzən həyat biz istədiyimiz yönə axmır , bəlkə sel gəlib onun da həyatının bəndini dəyişib ?  Bəlkə indi  yolumuz birləşsə də ,biz yenə ayrı qollarıq ? 
   - Dünənə baxma,  o da bir iş idi ,  səni ələ aldı . Əsil hesabat indən sonra başlayacaqdı - deyə özüm özümü xəbərdar edirdim . Deyəcək aldın 500 dolları aradan cıxdın . Madəm sevirdin niyə məndən qacdın ?  O gecə olanlara necə hirslənmişdi , Esra ablanın evində danışanda rəngi əsəbdən necə ağarmışdı ? O bir dənə Nilayı bılir , hələ Gülaydan xəbəri yoxdur . Hələ bilsə ki , mən bu uşağın atasını tanımıram , özü Esranın evində bağladığı örtünü  dartıb yerə qoyacaq , deyəcək Allahın buyurduğu bu örtünü ləkələmə ! Əxlaqsızlıq etdiyin bəs deyil , hələ bic də doğmusan ? Vallah qəbul etməz . Nilayı uşaq evinə qoyduğuma da hirslənəcək . Deyəcək bicinə sahiblənmisən ,  halalini başından edirsən ?
   Düşündükcə, ağlım başımdan gedirdi . Canımdan bezirdim ; 
   - Deyəcək öz günahlarını hec nə saymısan , mənim Sonyayla görüşməyim ücün məni dara çəkirsən? 
   Həyətdə o baş bu baş gəzə gəzə düşünürdüm . Beynimdə yüz yol ölçüb biçsəmdə , onun suallarına cavablarımı min kərə səhnələşdirsəm də , bir cıxış yolu tapa bilmirdim . Hec bir şey mənim ondan qaçışımın bəhanəsi ola bilməzdı . Bəlkə də onun mənə olan güvənini tamamılə qirmışam . Bəlkə o 500 doları məni bilərzikdən sonra sinamaq ücün göndərmişdi . Bəlkə o buralara mənim ücün yox pulu üçün,  qızılı üçün gəlibmiş . 70 qram qızıl elə belə şey deyil aa..
   Soyuq tər məni basdı ;  
   - Ay Allah yaxşı ki , bilərziyi satmaməşam , nə yaxşı ağıl eləyib qaytardım bilərziyi.Pulun da qaytaracam, o pulu verməsəm ölərəm ...
   Evə qaçdım , Lətafət televizora  baxırdı . Sandığı açıb yaman günlük üçün ayırdığım boxçanı acdım . Arasından dəsmala bükdüyüm pullarımı çıxarıb saydım . Dollara çevirəndə hardasa  170 dollara yaxın edirdi . 
   - Bacı ? Bu pulları hardan aımısan ?  
  - Oğurlamışam - ters ters Lətafətə baxdım . Hardan alacam , işləmirəm ? 
   - Hmm , dedim nə bilim bəlkə...
  - Yaman günlüyumdur, əli uşaqlıyam , şəhər yeri ,  başıma bir qaza qədər gəlsə kimə deyəcəm mənə beş - on manat ver .
  - Niyə ki ? Vidadı kimi arxan var . 
  - Sağolsun Allah razi olsun . Vidadi mənə borclu deyil haa , elə məni saxlaya , gərək özüm də cabalayam da . 
   -  Neynirsən o pulu ? 
   - Biraz borcum vardı Reyhan xalaya ,  onu verəcəm düzəlmir hec ,  off offf ... bircə qoyun keci satılsaydı ... ərin adam deyil ki , etibar edesen deyəsən qaqa, apar heyvanları sat  gətir pulun bölək . 
   - Nolub az mənim ərimə ,  nolub ay balam qarğa quzğun leşə darışan kimi nə gözünüzu dikmisiz ee iki qotur keciyə ? İndi o keçılər satılsa  neyliyəcəm mən o kənd yerində ?  
   - Sənə deyirəm borcum var ! Nətər olur inəklər ərinin zibilinə getdi yanmadın iki üc keciyə yanırsan indi ?  
   - Nəyə eləmisən axı o borcu ?  Et almısan ? Yediyin buddur, smetandir.   Ev tikmisən , qaldığın kiradır . Maşın almısan ?  İşə düşmüsən ?  Neyləmisən axı ? Arvad nəyə borc eləsin axı , başım çıxmır daa . Yenə kişı olsan  deyərsənki , əşi ,  kişi xeylağıdır beş dostuyla oturub yeyib içıb , iki dostunun toyuna gedib pul xərcləyib , nə biıim işdirdə Oruc kimi işə düşüb , arvad  niyə borca ...
  - Kişi nə qələt edir etsin ,  arvadın malı var daa ,satar arvad da zibilin örtərdəə ...
   Onunla danışmağa təhamülüm qalmamışdı . Pulu götürüb bayra çıxdım . Nə olur olsun bu gün onunla görüşməliydim . Bu gün hər  şeyi onunla danışmalıydim . Əlimdə olan pulu da qoyacam qabağına . Deyəcəm olanım budur , qəbul edirsən et ,  etmirsən gözlə puluvu toplayım verim .  Pulu qoynuma qoyub ev sahibinin evinə getdim . Suatın çıb telefonu vardı . Belə danışmışdıq ki nə zaman lazım olsa mən ona sadecə çağrı atacaqdım . 
      Nömrəni yığıb gözlədim . Çağırdı və anında dəstəyi üstünə atdım . . Gözlədim , zəng etmədi . Bir daha yığdım . Yenə cavab gəlmədi . Beş on saniyə kecdi yenə zəng etdim . Suatdan xəbər yoxdur . Ürəyimi şübhələr gəmirməyə başlayırdı . 
   - Ay qız , vurdu səni bayram yumurtası kimi  dişinə ,  gördu laxsan tulladı . Nə qədər safsan , neynir az səni ? Özü subay sağlıq oğlan kimi , yaraşıqli ,  şəxsiyyətli . Sonya kimi bir obyekt yiyəsi gözəl xanım kimi xanım,  dərdindən ölür , Sənə qalib Suat ? Nəyindən zövq alacaq Suat sənin ? Əyri gözlərindən , min bir dərdindən, iki uşağından ? Camaata kef lazımdır ee ,  problem yox . Sən başdan ayağa problemsən , heç öz xəstəsinin dərdini çəkə bilmir , sənin dərdini çəkəcək ?  
  Dodaqlarımı dişlərimin arasına salıb gəmirirdim .  Götürüb iş yerin nömrəsini yığdım . Düzdür bu vaxt Reyhan xala orda olmazdı . Reyhan xalayla mən gecə işləyirdik . Amma  gündüz də ora  boş qalmırdı . Gündüzlər restoranın qarşısındakı balaca baxca çayxana kimi fəaliyyət göstərirdi . Telefona barmen oğlan cavab verdi . Reyhan xalanı və Sonyanı soruşdum . 
  - Reyhan xala gəlməyib , Sonya xanım  biraz əvvəl burdaydi . Bir qonağı vardı ,  bərabər cıxdılar . 
   Əlim  ayağım əsməyə başladı . Kəkələyə kəkələyə ;  
  - Qonağı türk idi ?  Uzun qıvırım saçlı kişi idi ? Hündürboylu qarayanız ?  
  - Yox , balaca boy keçəl kişi - deyəndə  elə bildım mənimlə lağ lağı edir . 
  - Məni dolamısan ? 
  - Yox ay xanım, Allah eləməsin , nə dola...
  - Hara getdilər, tez ol cavab ver ?! 
  - Əşii mən nə bilim hara getdilər .  Atçot verirlər mənə ?  Əcəb adamsız ee...
   Telefonun kəsik kəsik gələn məşğul səsi qulaqlarımı dəldi . 
   Təkrar Suatı yığıb dəstəyi qulağıma tutdum . Telefon uzun uzun çaldı . Və nəhayyət yuxulu yuxulu cavab verdi . 
   - Aloo, canım ?
   Sevincimin həddi hüdudu  yox idi . Amma hələ də hirsim keçməmişdi , ona qarşı . Özümdən asılı olmayaraq əsəbi halda ;
   - Həmən beni ara ! -  deyib telefonu üstünə çirpmışdım ki , ev sahibəsi içəri girdi . Bir anlıq keyfimə soğan doğrandı . İndi gəl bunun yanında sıxıla sıxıla danış görüm necə danışırsan -  deyə içimdən kecirtmişdim ki, telefon zəng elədi . Özümü toparlayib ciddi şəkildə ;  
  - Alo , merhaba Suat bey ,  
  - Canım , aşkım -  Suatın təccüblü səsi telefonun o başından eşıdıldi . 
   - Sizin dediyiniz işi düşündüm , iş yeriniz nerde ? 
   - Anlamadım ,  ne iş ...
   - Sabah aramıştiniz ya , görüşelim diye ... Nerye gelım , nerde buluşalım ?  
   - Haa, şımdımı ? Akşama buluşsak olurmu ? Ben şımdı müsait değılım , seninle konuştuktan sonra bi uyumuşum . Aramasaydın  kalkmayacaktım  , hem akşam daha rahat oluruz , Nilayıda getirirsin ...
    Nilayı da görmək istəyir . Offf off...
   - Bakın Suat bey , benım küçük hasta çoçuğum var ,  akşamlar huysuzlanıyor . Onunla axşam bir yere çıkamam . 
   - Sana sürpirizim vardır, canım . Sabah konuştuğumuzda karasız cevap alınca vaz geçtim . Yarın buluşmayi pilanlıyordum . Hem şimdi çok uykum var . Akşama da buluşa biliriz  . 
    Sən öl,  bu artıq məndən qaçır . İndi müsait deyilmiş ,  uyuyormuş ,  pay dedem vay ,  sənin harda kiminlə uyuduğunu mən yaxşı bilirəm ,  gic oğlu gic . Axşam müsait olarsan daa əlbəttə ki . Çünkı Soniçkan restoranda olur ,  ondan sonra azadsan . 
  - Alo,  tamammı canım . Akşama buluşuyormuyuz ?
   - Hayır əfəndim . Ben akşama gelemem . Şimdi , hemen gele bilirim . Nerye gelim ?  
   - Hmmm.... Vallah nereni desem ki ?  Ben şu an seninlə olduğum evdeyim ,  orayı biıiyormusun ?  
    Təxmini bilirdim ki , Suatla bəraber getdiyim ev Sovetskidə  idi , amma harası idi , hansı ev idi onu  bilmirəm . 
   - O zaman böyle yapalım , en iyisi siz beni Baksovetden alın , olurmu . 
   - Meleyim , ne bu acele ? Hazırlanım ,  ben seni akşama alırım . 
   - İndi , dedim !  Bax elə indi ... Hökümlü səsimi yükseldende ev sahibi mənə döndü . Ev sahibinə gülümsünüb ;  
   - Başa düşmür ki - deyib tekrar telefona döndüm . Yarım saata ordayım  tamammı ?  
   - Vooovv  bu kadar erkenmi  yanı ? 
   - Evet... deyib telefonu üstünə atdım . 
  - Noldu iş tapdın ?  
   - Hə Nərgiz xala görək də ,  bir iş var gedim onu danışım inşallah düzələr. 
    İçəri girib qapının pərdəsin çəkdim . Ürəyimde Suatı asıb kəsirdim .; 
   - Kaş o evin yerini biləydim . Gəlib ikinizi də basardım , dartıb o maskanı üzündən çıxardardım , sən də görərdin elə . Onda sənə göstərərdim Mətanətin kim olduğunu . Mətanət sənin tanıdığın o gücsüz və qorxaq qız deyil artıq . Mətanətin pulu olmasa da həmişəkindən daha güclüdür . 
  - Az sənnənəm ee eşıtmirsən ?  
   Lətafətin səsi məni fikirimdən ayırdı . 
  - Hə , nədi ?  
  - Bayaqdan quşlara soruşuram ?  
  - Nə deyirsən ? 
  - Deyirəm ,  hara gedirsən . 
  -  İş var ona baxmağa . 
  - Mən də gedim ,  darıxıram evdə biraz hava alaram . 
   - Yox olmaz .  
   - Niyə , olmaz daa,  mən ayrı yerə gedirəm . 
   Lərafət üzümə tərs baxlnca özümü toplamağa calışdım
   - Şey , tək getməliyəm ! Olmaz ee ...
   - Get də yenə , mən sənə neyniyirəmki , yanında gedirəm dəə. Uzaq başı  çöldə gözləyərəm , gedib işini danışarsan gələrsən . Biraz firlanaq şəhərdə. Ürəyim partladı evdə . 
    Nə edəcəyimi bilmirdim . Bu qədər zamanda bu da başıma bəla oldu ?  O vaxt Suata gedə bulməməyim ailə problemlərimlə bağlı idi  . İndi də onunla görüşümü Lətafətə görə  təxirə sala bilməzdim . Nə olur olsun onu görməliydim . Ən azından onu bir saatlıq da olsa Sonyanın qoynundan çıxarda bilirəmsə demək mən bir qadın kimi güclüyəm  . Amma Lətafətlə bu görüşə getmək olmazdı . O zaman kənddə  adım türklə çıxmışdı . Lətafət də Kifayyət də buna necə reaksiya vermişdilər , bilirəm . İndi Lətafətin yanında Suatla görüşsəm ,  köhnə yaralari qanadaçaqdı . 
   - Lətiş ,  gedim gəlim sonra gedərik  ,  Gulayı baxcadan götürüb ondan sonra gedərik Sədiş gilə , nə bilim gəzməyə . 
   - Az mənim Sədiş gildə nə işim var . Bura gəlməmişdən getdim qapısına , mənə deyir nəyə gəlmisən azz?  Bacı bacıya bunu deyər ? Açıq aşkar qovdu məni evindən . Dedi , mən Vidadıyə deyə bilmərəm Lətafətə sahib çıxaq . 
  - Gunah səndədur bacı , heç kimi qınama . 
  - Hə... bu da mənim ağıllım . 
   - Nəysə mən çıxdım . 
   - Az sən qağamın göru gözlə , mən də gəlim - deyərək  tez xalatı başından çıxarıb tələsik donunu əyninə keçirtdi . Daha yolum qalmamışdı . Məcbur idim onu da özümlə aparmağa . 
   Görüş yerinə gecikmişdik . Avtobusdan düşüb az qala qaça qaça metroya tərəf gəldim . Keçiddən çıxa çıxa  metroya tərəf boylandım . Adamların içındə gözüm Suatı axtardı. Yox idi . İndi həm  Suata hirslənirəm , həm də gəlməməsinə sevinirdim . Hirslənirm ona görə ki , qısqançlıq məni yeyib tökürdü . Fikirləşirdim ki , Sonyanın qoynundan cıxıb mənə gələ bilməyib . Sevinirdim ona görə ki , Lətafətin yanında onunla görüşmək məcburiyyətində  qalmayacaqdım . 
  Lətafətin qoluna girib sonuncu dəfə ətrafa boylandım . 
 - Deyəsən gəlməyib , burda gözləyəcəkdi məni . Gedək oturaq parkda . Mən arada gəlib baxaram ...
   Elə bunu  demişdim ki , gözüm  metronun yanındakı çeşməyə dəydi . Suat bulağın yanında dayanıb ətrafa boylanıraq tez tez kəmərindən bağladığı telefonu çıxarıb baxırdı . Nigaran baxışlarımı sevınc bürüdü . 
   - Gəlmiş ...
   - Hanı ? 
   - Sən get orda flormonya bağında hovuz var , bax onun başında otur məni gözlə ,  mən də indi gəlirəm . 
   Lətafət də inadına dayanmışdı elə bil .
   -  Mən burda gözləyirəm get danış,  qurtar !
  - Get otur da orda . Niyə burda durursan ki ?
   - Az sən məndən nigaran qalma yeri get ,  işinə qurtar day ...
   Bəlkə də məndən şübhələnirdi . Bunun  bir iş görüşməsi olmadığını bilirdi . Düzdür Lətafət də Kifayyət də nə qədər avam olsalar da, o qədər də çox bilmiş idilər . 
   Naəlac qalıb Lətafəti keçidin yanında qoyub bulağa tərəf addımladım . Suat məni görmüşdü. Gülə gülə , sevincək  mənə tərəf gəlirdi . Əlimlə ona gizlicə get işarəsi verirdim. Dodağımı dişləyib göz qaş edib arxa tərəfi göstətirdim . Ona nə qədər him edirdimsə o məni başa düşmürdü . Mənə yaxinlaşıb əlimdən tutub o üz , bu üzümdən öpdü yer yarıldı yerə girdim . Yavaşca onun qulağına pıçıldadım , 
   - Bacım burada , napyorsun ?  
   Suat tez özünü ələ alıb üzünə ciddi bir ifadə verərək  ətrafa boylandı    
   -  Hanı , nerde 
   - Əsəbi halda  dişlərimi qıcayıb ters ters onu süzdüm . Lətafətə baxmadan Suata onu nişan verdim . 
   - Arkamda , çıçekli elbise giyen kiz.
   Suat onu gördü deyesen . Hərəkətə keçib onu çağırdım ;
   - Gəl , başımın tatlı belası , gel ! 
   Bulağın başına geldik . Suyu açıb bir qurtum  aldım . Uzumə su vurub Lətafətə baxdım . Lətafət yavaş yavaş arxamızca addımlayırdı . Dikəlib Suata baxdım . 
   - Geldiyin için teşekkürler . 
  - Teşekkür içinmi uyandırip getirtdin beni buraya kadar ? 
  - Nedir , yoksa sevgilinin yatagında mesti xumar olmuşdun ? - kinayəli gülümseyerək  LƏtafətə döndüm. Suata onu  xəbərdarlıq etdim . 
   Gülümsündü . Hiss edirdim ki o da Lətafetin yanında mənimlə səmimi olmĞa çəkinir ;
   - Hee ...he huri melekler biri sağımda uyuyordu , biri solumda , biri də başımın üzerinde  sivi sineklerimizi kovuyordu . Bi gördüm , Ezraılın çatalındakı zil çalıyor ..gözümü açdım ki , çəhənməm mələyim Sirat köprüsünden beni cehənnəm ateşıne atıyor . Yaa elini ayağını öpeyim , kurbanın olayım acı bana diyorum , bakıyorum bana acıyor .  Beni cehennemden kurtarıp burya atıyor , huri meleklerinden ayrılmama tessüf ederim ama, olsun, yeter ki,cehennəmde yanmayım ,dedim Metanet  meleyim beni Bakü Soveytde bekleyi , bana kızmasın , həmən atladım gəldım . 
   Onun uzunu turşudaraq dediyi bu sözlərə gülməyim tutmuşdu . Özümü güclə saxlayırdım . O da bunu hiss edib ,  başını aşağı salaraq gözünün altiyla mənə baxaraq özünü gülməkdən güclə  saxlayirdi . 
  - İş bəhanəsiylə gəlmişəm . Bu da əl çəkmədi ,  məni də götür dedi . Mecbur kaldim getirdim . 
   - Eee. Tanış  etmiyecekmisin bizi ?  
   - Yoxx, nə tanışması yaa, aklınımı kaçırttin sen  ?  
   - Desene 40 da 15 lik sevgililer kimi gizli buluşuyoruz , Vay beee, hiç aklıma gelmezdi bu yaşımda ,  böyle bir aşk yaşamak ... 
   - Belə lazımdır . 
   - Amma ne güzel hatıralarima yazlacak bir aşk hikayesi oldu bu . İsmini ne koyalım ? 40  yaşlı ihtiyarın 15 li aşkı yoksa ...
 - yeter ya güldürme beni ,  şimdi bi şeyler kuşkulanacak . Bi şeyler duyacak . Biz buraya aşk yaşamaya gelmedik , iş görüşmeye geldik . Amma bu günlük aa.
   -  Ne acelesi vardı , müsait olunca buluşsaydık .
   - Bu hələ burdadır. Getsin evinə , ondan sonra. 
  - Nerde oturuyor ,  git yolcu et ,  ben burda bekliyorum . 
  - Yok ... o burda oturmuyor ki , köyde oturuyor 
   - Anladım . O zaman  benim size gelmem gerekiyormuş 
   - Ne diyorsun sen ?  
   - Kiz istemeye. 
   Letafet addım addım bizə yaxınlaşmışdı . Ne danışdığımızı hər an eşıdə bilərdi. 
   Əlimi Suata uzatdim . Lətafət eşıdə biləcək yüksək səslə ; 
  - Memun oldum Suat bey . İşe ne zaman başlaya bilirim ? -  dedim 
    Əlimi tutub gülümsedi . 
   - Ne zaman isterseniz. 
   - O zaman bu axşam saat 8 də beni burdan alsınlar , işe götürsünlər olurmu ?  
   - Bu akşammı - təccüüb edincə tərs tərs Suatın  üzünə baxdım , yavaşca ;
   - Müsait zaman olmadı qaliba ? Eyer işiniz varsa qalsın başka zamana- İncik həm də qıskanc terzdə əlavə etdim .
   - Tamam işim yok . Ben seni burdan alır, götürürüm . Ama mutlaka gel ! Sana sürpirizim olacak . 
    Letafet tam agzımızın içində bitmişdi.  Başqa bir şey danışa bilməzdik . Ümüd qalırdı axşama . 

    Flormoniya bağına , ordan da bulvara endik . Lətafətə yoldaşlıq etsəm də qanım əməlli başlı qaralmışdı . 
   - İndi işə girdin ?  
   - Bilmirəm görək də ,  bu axşam bəlli olacaq,  görüşəcəyik ,  görək nə deyir . 
   - Nə deyəcəkdisə deyərdi dəə,puah ,  iş peşə olub hər dəqiqə adamı iş bəhanəsiylə  çağırmaq . 
   -Nə bəhanəsi ?  Başın xarab olub ?  
   - Hər halda sənin başından düz işləyir . Ay balam , bu kişi sənə sulanıb ,  gözüm görmür ?  İş zad bəhanədir . 
   - Dayan görüm , ay qız , bir , sayıqlama ...
   - Vallah sayaqlamıram deyəsən sən yatmısan fil qulağında ...
    Nə illah elədim Lətafəti bu fikirindən döndərə bilmədim . Hələ dirəşmuşdi ki ;  
   - Axşam mən də sənnən gələcəm !  
   - Hara ?  
   - İşe dee 
   - Sən nəyə ? İşləyəsən ?  
   - Sən öl , iş zad yoxdur , bu kişi ağzının suyunu axıdır sənə . Guya koram ,  görmürəm sənə necə baxır? Bəlkə də mənim orda olmağımı hiss etdi , biraz əlini ayağını topladı , görmürsən  camaatin içində necə tutub öpdü səni ?  
   Əsəbimdən gülürdüm  artıq . 
   - Ay bacı , səni nə tanıyır o , nə bilir ki,  mən kimlə gəlmişəm ? 
   - Bəlkə bizi bir yerdə görmüşdü . 
   - Deyəsən sənin qızdirman qalxıb , Lətiş , Ətimi tökmə sən Allah . Ölürsən ee elə biti birəyə yamamağa . 
   - Vallah bit birə sırışıb bir- birınə , yamamağa ehtiyyac yoxdur !
   - Bacı, bu türklərin adətidir də adamla görüşüb öpüşmək , canım cicimlə danışmaq . Ona görə çox da şey eləmə ,  normaldir - deyə onu arxayın salmağa çalışdım . 
   - Mətiş, bəlkə biri qıraqdan görəydi , nə başa düşərdi ? Kimə sübut edecəkdin ki, iş üçün gəlmişəm , məni iş üçün  öpürdü ?
   - Orda yoxdursa bir 30 nəfər var idi?
   - Hələ bəlkə də  çox . 
   -  Ay sağol ! Görürsən ? Səndən başka heç kim heç nəyi pis  başa düşmədi . 
   - Nə qədər arxayınsan !!!
   - Bəli , arxayinam . Çünki mən daha əvvəlki Mətanət deyiləm ki , dedi qodudan qorxam ! Mən həyatımı yaşayıram . Kim nə dedi , nə düşündü məni maraqlandırmır . Məndən sənə tövsiye ;  Sən də həyatını yaşa ! Qorxma  qorxarsansa səni parçalarlar . 
   Gülayı götürüb evə gəldik , Allah verəndən süfrəmizə düzüb yeyib icdik ,  gözüm saatdaydı . Çox həyəcanlıydım. Dolabdan paltarımın birin götürüb , birini qoyurdum . Birini çıxarıb birini geyinirdim . Heç doğru dürüst özəl gün üçün geyinəcəyim paltar yoxum idi . Yenə də , geyimlərimin içində ən gözəlini geyinmək istəyirdim . Paltarların arasından asdığım , Suatın xəstəxanada mənə aldığı paltarı götürdüm . Bəlkədə neçə ildir bu paltarı unutmuşdum , heç geymirdim . İndi məhz bu görüşə bu paltarı geymək keçdi içimdəm . Ütüləyib , ciblərinin , boynunun qatlarını səliqəyə saldım . Geyindim . O zaman əynimə böyük olan bu paltar indi mənə dar olurdu . Kənarda dayanıb güzgüdə özumə baxdım . Belə dar paltar geyməyə adət etməmişdim . Amma dogurdan da mənə çox gözəl yaraşırdı.Ətim-əndamım paltarın içini doldurunca daha da celbedici görünürdüm . Aynadan özüm özümə heyran olmuşdum . Və indi özümə diqqət edirdim , yaşa dolduqca daha da gözəlləşmişdim. Donumun ətəyini yuxarı çəkib ətli budlu baldırıma baxdım . Günəş görməyən ayaqlarım kağız kimi parlayirdı . Qarnim yox idi ama geniş çanağım və dolu dik sinəm belimi daha da inçə göstərirdi . Paltarın rezin kəməri bu gözəlliyi daha da qabardirdi . 
   Özəl gün üçün alıb nə vaxtsa evə atdığım örtülərimi bir bir çıxarıb , paltarıma uyğun olanın birini seçdım . başıma baplayaraq , şərsin aşalı dallanan ucları ilə sinəmi örtdüm  . İncə bir makyaj məni tamamılə dəyişmişdi . Makiyajda hər zaman gözlərimin gözəlliyinə üstünlük verirdim . Uzun və sıx  kipriklərimə tuj çəkincə gözlüyümə mane olurdu . Ona görə gözlüyümü hər  zaman  burnumun ucuna qədər endirirdim . Bu da mənə ciddi və rəsmi görkəm verirdi . Hamı deyərdi müəlliməyə , jurnalistə oxşayiram . 
    Lətafət dil altında qalmırdı . 
   - Elə bil ərəb şeyxiylə görüşə gedirsən işə yox .  Bu nə hazırlaşmaqdır belə ? 
   - Hə,  dedim birdən ərəb şeyxi qonağımız olar da , gözəl görünək ,  bəlkə bəxtımız açıla - deyib zarafatla ona cavab verirdim . Bu gün məndən xoşbəxti yox idi . Heç kim , heç nə keyfimi poza bilməzdı . Nəinki Lətafətin atmacaları . Hələ düşünəndə ki ,  suat bu axşama mənə sürpiriz hazırlayacaq . Xoşbəxtliyimin əvəzi heç nə ola  bilməzdı . 
   Saat 7... son bir saat ... Saatın əqrəbləri vaxtı qovduqca bu gecənin xəyalları ürəyimi əsdirirdi . Onunla həmən dəqiqə görüşməyəcəkdim . Hec vaxt sevgi həyəcanı yaşayıb ,  görüşün nə olduğunu bilməyən qızlar kimi , onu intizarda saxlamaq üçün kinolarda görduyum görüş səhnələrini çanlandırırdım gözlərimın qarşısında . Bəlkə arxadan gözlərini bağlayım? Yox ... Axı məndən başka gözlədiyi varmı ?  Bunun nə həyəcanı olacaq ki . Nə edim ,  necə həyəcanlandırım onu ? İstəyirdim ki, bu görüş unudulmaz yadda qalan olsun . Hə tapdım ... Biraz kənarda gizlənib  gözlədəcəkdim. Qoy daha gəlmədiyimi düşünsün . Gözləməkdən yorulub gedəndə ondan xəbərsiz yanına bitib , əlindən tuacaqdım . Heç nə demedən ona qısılacam . Bəlkə də gəlmədiyimi düşünüb mənə hirslənmiş olacaqdır . Amma mən də elədiyim səhvə görə könül almasını da bilirəm . Bütün işvə - nazımı işə salacaqdım , onu özündən çıxaracaqdım . Hələ o məndən üzür istəyəcəkdi . Ahh necə xoş xəyallar idi . Buraya gədər hər şey yaxşı gəlirdi .  Bəs görəsən sonra nolacaq ? Axı mən onunla bu gün illərimi paylaşmağa gedirdim ? Gülayı ona söyləyəcəkdim .  O bədbəxt gecədən sonra  mənim həyatımın günəşi doğulub deyəcəkdim . Bax bütün bunları fikirləşdikcə ürəyim sıxılırdı . Bəzən də şeytan ürəyimə girirdi . 
   -  Bəlkə heç görüşməyəsən ? Axı onun uşağı olmaya olmaya sənin iki uşağını qəbul edərmi ? Ay qız vallah o səni arvad kimi almaz , 500 dolların qarşılığında səni özünə məşuqə eder . Qəbul edərsən kiməsə məşuqə olmağı ? Heç vaxt - deyə özüm özümə verdiyim suala özüm cavab verirdim .  Hec arvadından da xəbərin yoxdur , ölübmü qalıbmı . Allah bilir Sonyaya nə dillər töküb , yoldan çıxarıb ,  bəlkə elə Sonyaya da deyib arvadım xəstədir , ölsə səni alacam . Qərarsız qalmışdım , nə edəcəyimi kəsdirə bilmirdim . Bayaqdan min bir həvəslə ,  həyəcanla hazırlaşdığım bu görüşdən indi qaçmaq istəyirdim . 
   Son dəfə saata baxdım . 8 e 20 dəqiqə işləyirdi . Getmək vaxtı idi . Bu gün ya üzüləcəkdik , ya düzüləcəkdik . Hər şeyi şansa və həyatın axarına buraxıb ayaqqabılarımı geyindim . Piləkənləri aşağı enıb Gülayla döndüm . Gülay mənim nəfəsim idi . Bir sevgidən ,  bir kişidən ötəri nəfəsimdən ola bilməzdim . Suat Gülayı qəbul olmasa bu sevginin üzərindən xətt çəkəcəkdim . Nə olut olsun məni evladlarımdan heç kim ayıra bilməz di . Qollarımı açıb Gülayı səslədım . 
   - Gəl qızım anaya bir öpüş ver ! 
   - Ana !!!
    - Can ana !  Nə alım gətirim sənə ?  Hə qadan alım ? 
   -Love is . 
   - Baş üstə . Amma bir şərtlə 
   - Nə ana ?  
   - Bax sən də mənə bax i di necə görüşüb ayrılmağımızı çəkəsən ,  yaxşımı ?  Yoxsa saqqız yoxdur . 
    - Yahsı ana !  
   Gülay " Love İs "  saqqızların sevərdi . Saqqızını çeynəyər ,  ağızındakı rəsimlərə baxıb  öz nəzərində onlara oxşar bir rəsimlər cizərdi . 
     Gülayla öpüşüb görüşmüşdüm ki , elə bil həyətə top düşdü . Bir anlıq ortalıq bir birinə qarışdı . Nə olduğunu başa düşmədim . Lətafət  ipdən paltarları almağa getmişdi. Elə səs də o tərəfdən gəlirdi . Qışqırırdı . Bütün həyətdəki kirakeşlər bayıra tökülmüşdülər . Həyətin ortasındaki iplərdən asılmış paltarlar mane olurdu ,  nə baş verdiyini görməyə qoymurdu . Sadəcə adamların ayaqlarını görə bilirdim .  Kimsə Lətafəti yerdə sürüyürdü . Gülayı içəri ötürüb Lətafətin yanına qaçdım . Oruc imiş,  yanında da tanımadığım bir oğlan var idi  ... 

   Gecə saat 10 a işləyirdi biz hələ polis bölməsində idik . Görüşə gedə bilməmişdim . Bütün xəyallarım suya tökülmüşdü . Özüm özümə , bəxtimə ,  taleyimə qarğış tökürdüm . Nə qədər bədbəxt biriydim mən . Niyə Allah mənə qisməti göstərib sonra da məni ondan qaçırdır ? Axı bu nə talehdir yazıb mənə Allah - deyə üsyan edirdim artıq bəxtimə , taleyimə . 
   Oruc Lətafətin ağzın burnun qırmışdı . Bütün hər şey mənim evimdə, gözlərimin qarşısında baş vermişdi . Mən onu Orucla bir yerdə belə bir vəziyyətdə qoyub  Suatla görüşə gedə bilməzdım ...

25 BÖLÜM . 

    Polisi  ev sahibi cağırmışdı . Polislər bizi polis şöbəsinə gətirəndən sonra Orucu kameraya salmışdılar. Dindirilmə , izahat falan alıb akt bağladıqdan sonra , Lətafəti təcili yardım maşınında xəstəxanaya apardılar . Biz şöbədə olanda zəng edib olanları Sədaqətə demişdim . Lakin Sədaqət üstümə qışqırıb ;  
  - Ona yaxşılıq yoxdur ,  burax rədd olsun . Canı çıxsin ! 
   - Sənə deyirəm ağzın burnun qan aparır, gəlmişik şöbədəyik . 
   - O buna layiqdir bacı. Hələ az  eləyib . Onu sinənə  çəkərsən sabah səni baqaja qoyacaq . Burax getsin . Deynən ona o ərin, o sən , get neynirsən elə . 
    Sağolsun Vidadı bu xəbəri eşidər eşitməz  Hatəm və atasıyla şöbəyə gəldi .Təsadüfən həmin gün Hətəm də onlardaymış. Mən Sədaqətlə danışanda hadisəni eşirmişdilər. Onlar da Vidadini tək qoymamışdılar . Onları görüncə ürəyim qürurlandı . Bu kimsəsiz dünyada bir arxamız, köməyimiz olduğunu hiss etdim. Bəlkə də Lətafət bunun nə demək olduğunu başa düşmürdü amma , mən yaman kövrəlmişdim . 
  Vidadinin maşınında təcili yardımı təqib ederek xəstəxanaya gəldik .Atası şöbədən evə qayıtmışdı.Xəstəxanada Vidadi Lətafətin arxasında dayanacağına bizim yanımızda söz verdi . 
  - Sədaqətin bacıları mənim də bacımdır .Sədaqətlə mən evlənəndə Sədaqət mənə demişdi Vidadı , biz yetim qızlarıq , qardaşımız da yoxdur , əgər bacılarıma  böyüklük , qardaşlıq edə biləcəksənsə evlənək , yox məni yarı yolda qoyacaqsansa məni bədbəxt eləmə . Mən Sədaqətə söz vermişəm ,  bacıların məni sayar, dost düşmən içində xar eləməzsə ölənə qədər arxalarında varam . İndi bacı, sənə bir qardaş kimi fikirimi bildirirəm . Ondan sənə ər olan deyil , nə qədər gec deyil , ayrıl ondan . Zatən rəsmi nigahınız yoxdur deyim ki, boşan ! Amma nə lazımdırsa sənə elədiklərinə görə cəzasın çəkməyi üçün əlimdən gələni edəcəm . 
  Lətafət bizim yanımızda Vidadiyə söz verdi , ki daha Orucla barışmayacaq . Elə bu zaman gözüm Hatəmə sataşdi . Necə sevinirdi . Hatəm hələ də Lətafətə qarşı diqqətli idi. Bunu Lətafət ərə gedəndən sonra onun anasından da eşitmişdim , özü də dəfələrlə təəssüflə qeyd etmişdi . 
  Fürsət tapan kimi , Vidadıdən cib telefonun aldım . 
  -Bu gün bir iş var idi,səki onunla danışmağa gedəcəkdim . Ara qarışdı gedə bilmədim .Dedim telefonunu verəsən,mən bir zəng edim . 
   - Bu saatda ? Saat 11 di ee... 
   - Hə ,onlar gecə işləyir onsuz da . Heçnə olmaz. Telefonu alıb dəhlizə çıxdım . Çantamdan telefon kitabcasın çıxarıb nömrəni yığdım , telefon uzun uzun çaldı . Cavab vermədi. Bir daha zəng etdim . Uzun çağrıdan sonra ki nəhayyət çox gurultulu ,  musiqili bir yerdən səs gəldi ;  
   - Alo , kimsin ?  
  Yenə qısqançlıq stresinə düşmüşdüm həmən dəqiqə ağlıma pis şeylər gəlirdi .Özüm özümə mən nə hayda bu kefində damağında .Bundan mənə ər olar? Bardadır, hardadır bu ? Allah bilir . 
 - Alo, mənəm Mətanətdir . 
 - Afferin sana ,iyi oyunçuluk yapıyorsun . 
 - Benmi yapiyorum , oyunçuluğu senmi ?
 -  Ne diyorsun sen kız ? 
 -  Suat , biloyorum bana kizmişsın amma ...
 - Aması maması yok- deyəsən sərxoş idi , səsi pis gəlirdi- sen beni bu kez de kandırdın Metanet . Ben ne aptalmışım yaa, tuh bana ...
 - Nerdesin Suat ?  
 - Sana ne ?
 - Nerdesin Suat 
  - Kızım sana ne , git  başımdan ! 
   - Yalvarıyorum aşkım, yerini bana söyle . 
  - Söylemem ...
  - Neden? Sevgilin yanında demi ?
   Güldü bir anlıq səsi kəsdi . 
   - Hala kıskanıyorsun ?
   - Evet kiskaniyorum Suat .Seni seviyorum aşkım , neden kisknmayım ki?
  - Bana masal anlatma !
  - Nolursun ,nerdesin adresini söyle ,  geliyim , konuşalım , telefonda olmaz . 
  - Seninle konuşacak bi şeyim kalmadı . 
   - Daha konuşmadık ki , konuşacak , anlatacak çok şeyimiz var yalvarıyorum . Bak operator bana haber verdi , balansınız sıfıra yaxınlaşır deye . Konturum yok , adres söyle bana nolursun aşkım . 
 - Gelirsen pişman olursun . 
 - Razıyim canım . Her şeye razıyım. 
 - Yanımda huriler var - Bildim məni cırnatmaq üçün deyir . 
 - Olsun, gözümle görecem . Konuşamıyorum . Xastanedeyım ...
   Kontur bitdi ...
   Biraz telefon əlimdə dəhlizdə var gel eledim . İçib deyəsən , piyandir , bəs bu Allah adamıydi noldu ? Yoxsa bu da açarın itirdi ? Bəlkə doğru yolun adamı deyıl heç . Bəlkə mən ona boşuna güvənirəm ?
   İçimi şübhlər doğrayıb kecırdı . Zəngini gözləyirdim . Bəlkə bu nömrəyə zəng edər deyə . Zəng etmirdi . Onun zəngi gecikincə , daha da qara qara düşnməyə başlayırdım . 
  - Yeqin yanında qız var , ya da Sonya . Yooxx . Sonyanın yanında mənimlə belə danşa bilməz axı . Əşi şorgöz şeydi də , qız baz , arvadbaz , guya tanımırsan bunu ?Türkiyədə Gülnareylə nə hoqqalardan çıxırdı ? Hələ ərli arvad idi...
    Bütün bunları düşündükcə qapının deşiyindən gördüyüm səhnələr gözlərimin qarşısında canlanırdı ,  bütün bədənimin damarları boşalırdı elə bil. Çoxdan unutduğum , demək olar ki ,doya doya yaşamadığım ehtirasım mənə güc gəlirdi deyəsən , o səhnə gözlərimin qarşısında oynadıqca özumdə qəribə hallar hiss edirdim . Sanki o səhnədə Gülnarə  yox mən idim . Döşlərimin ucu güyüldəyirdi. Canıma bir istilik gəlmişdı , nəfəsim tıncıxır , təngənəfəs olurdum . Hiss edirdim ki,bütün damarlarım ürək kimi döyünür...
  Gözümü açanda həkim , tibb bacısı ,  Vİdadı başımın üstündəydi ; 
 - Noldu sənə, Mətiş? Yaralı qalıb bu tərəfdə , sən də bir tərəfdən başımıza iş açma görək! 
   - Nolu ki, mənə ?  
   - Nə bilim . Səki Lətafətin yanından çıxdıq ki , gedək , baxıram sərələnmisən yerə . 
 - Kecdi , narahat olmayın , təyziqı yerindədir. Stresdən və yorğunluqdan ola bilər .
 - Yanı ciddi bir şey yoxdur heləmi ?
 - Coxdan var belə ürəkkeçmələr? 
 - Əvvəllər yox idi . Amma bu son vaxtlar arada, sırada olur . Heç bilmirəm nədəndir . 
 - Həkimə görsənmisiz ? Ürəyinizi yoxlatmısız ? Şəkər, təyziq ?
  - Çox şükür hec nəyim yoxdur .
  - O zaman ya piskoloji , ya da ginikolojik ola bilər . 
   Vidadı bayıra çıxdı . Hətəm Lətafətin yanındaydi . Onların baş başa qalmasına sevinirdim . 
   Vidadinin bayıra çıxmağı məni utandirdi. Hiss edirdim ki , Vidadı həkimlə məni tək qoymaq istədi . Həkimin onun yanında ginikoloji söhbət etməyi məni yerə soxdu ; 
 - Başa düşmədim ,doktor ,pisxoloji vəİyyətlə ginekoloqun nə dəxli var ?
 - Ailəlisiz ?
 - Yox .
  - Nə qədər zamandır ayrısız ? 
  - Beş ildir yoldaşım rəhmətə gedib . 
  - Başa düşdüm . Mən sizə napravleniya verim , səhər elə burda həkimə görsənin . Roza xanim yaxşı ginikoloqlardandır .O sizə öz məsləhətlərini verər .
 - Axı nə dəxli var , mənim nə beynimdə nə də ,daxilimdə problemim yoxdur. Olsa bilərəm dəə...
  - Siz yenə də həkimlə görüşün . Allah şəfa versin - deyib qapıdan çıxanda həkimin arxasınca acıqlı acıqlı ;
  - Çıxa bilərəm ? - deyə soruşdum . 
  - Əlbəttə buyurun !
   Bu hadısədən bir neçə gün keçmişdi . Suata əsəbim keçməmişdi hələ də . Bilmirəm onamı əsəbləşmişdim ,  yoxsa özüməmi ? Yenə fikir labrintinə düşüb qarmaş dolaş yolarda azıb qalmışdım . Nəyə necə qərar verəcəyimi bilmirdim .Gözləyirdim Suat özü məni arasın . Hər halda ev sahibinin nömrəsini bilir. İstərsə zəng edərdi. Lap ev sahibindən də yerimi öyrənib arxamca gələrdi. Amma ondan səs soraq yox idi . Görünür mən  onu aldatdığını düşünür . Ona haqq qazandırirdim. Haqlıydi. Axı mən ondan bilərzik alıb ondan ayrılmışam , axı mən ondan 500 dollar alıb it bata düşmüşəm . İndi də görüşə cağırdım  Lətafətlə getdim , deyək bunun üzürxahlığın edib axşama görüşə cağırdım , gedə bilmədim . Küsməyə haqqı var idi . Fikirlərin qarışdırmaqda haqlıydi . Amma nə olur olsun məni də dinləməliydi . Ona hesab verməmi istəməliydi . 
  - Uşaq  uşaq danışırsan da ... sənin ona etdiklərini o sənə etsəydi inanardin ? - deyə özümlə sorğu sual da edirdim .
  Doğurdan da ona inanmazdım . Elə bilərdim məni aldadır. Bəlkə də onu bir daha həyatıma soxmazdım heç . Axı mən ne deyib onu qısqanıram ki ? Deyə özüm özümü danlayırdım .
   Lətafət Vidadının dəstəyiylə Orucu şıkayyət etmişdi . Ayrılmağa qərar vermişdi . Amma nədənsə tərəddüd edirdi . Vidadı ondan hüquqi dəstəyini əsirgəmirdi. Hətta bu altı yeddı ayda Orucun Lətafətə vurduğu maddı və mənəvi zərərin ödəməsi üçün ona dava da açmışdı . Qeydiyyatları rayonda olduqlarından Vidadı işi baxılması üçün rayon məhkəməsinə göndərdi. İlk proses baş tutdu . Baxılması ücün məhkəmə Lətafəti və onun vəkilini məhkəməyə dəvət edildi . Həmin gün Vidadinin başqa bir məhkəməsi olduğundan Lətafətin  məhkəməsində iştirak edə bilmədi .Lətafəti tək başına məhkəməyə yolladı . 
   - Onsuz da bu məhkəmə sadəcə baxışdır . İşlə tanışlıq məhkəməsidir . Mənə ehtiyyac yoxdur . Bir dahakı məhkəmədə səni müdafiə üçun lazım olacam . Onda gələrəm . Sən indi get , qorxma .Məhkəmədə iştirak et . Zəng edib səni tapşıracam , məhkəmənin katibiylə bir yerdə oxumuşuq ,  özümüzünküdür , ürəkli ol !
   Mən də həmin vaxt müalicə olunurdum . Həm ginikoloji , həm piskoloji . Yoxsa belə gündə Lətafəti tək qoymazdım heç . 
   Heç bir ağrım sızım yox idi ,amma bu müalicə nəyin nəsiydi başa düşə bilmirdim . Pisxoloqun dediyinə görə loru dildə desək ruhum yorulubmuş . Neqatif şeylər düşünməmə səbəb də bu imiş, dostumun ,çevrəmin olmaması məni özümə qapatırmış . Bir qadın kimi , kişi dosta ehtiyyacım varmış ,guya bu mənim kişilərə güvənimi artıracaqmiş. Nəymiş , nəymiş bu vəziyyətin səbəbi  mənim əks cinsə marağım olmamasıymış 
  Qadın həkimi də deyirdi ki ,bədən  ehtiyyacımı ödəyə bilmirmişəm , bu ürək getmələr ondanmış .Guya əks cinsə tələbatım varmış .
   Guya seks vasitəsilə lazımlı hormonlar əmələ gəlirmiş
    Oksitosin–bu yaraların tez sağalmasına , zədələr nəticəsində əmələ gələn ləkələrin yox olmasına kömək edirmış. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyirmiş . Guya üzumdəki ləkələr , kəsilən bə  yanan yerlərdə qalan izlərin ,qaraltıların səbəbi bu imiş . 
Dopamin– razılıq hormonlarını artırırmış, oncun heç nədən razı qala bilmirmişəm . Yəqin ona görə məni tanıyanlar mənə dodağı büzük deyirmişlər . 
  Testosteron – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır. Bax bu ağlıma batırdı . Həmişə nədənsə nigaran qalırdım . Hər zaman həyəcanlı , qorxu içərisində olurdum . 
  Endorfin– xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edirmiş .  Bunu həkim mənə deyəndə gülməkdən uğundum ;
 - Ay həkim ,həvəsim artar kişi də yox, dul gəlinəm . Gedib kimin kişısnə deyərəm , evimin işığı xarab olub gəl düzəlt ? 
   Cinsi əlaqə ürəyə müsbət təsir edirmiş, insult və infarkt riskini 2 dəfə azaldırmış.
Daimi cinsi əlaqə insanı daha ağıllı edirmış . Demək bu vaxta qədər ağılsız olmamın səbəbi bu imiş ? Həkim danışdıqca həkimin dedikləri ilə özümü müqayısə edirdim . Doğurdan da onun dediklərinin demək olar ki ,90 faizi məndə var idi . Guya seks zamanı qan beyinə daha yaxşı ötürülürmüş, oksigenin miqdarı çoxalırmış və bunun nətiçəsində yaddaş möhkəmlənir əsəbləri sakitləşdirirmiş,  baş ağrısı kecirmiş .  Son zaman yaddaşım kütləşmişdi . Əlimlə qoyduğunu ayağımla axtarırdım . Ooyyy hələ baş ağrısından danışma ee ...
  Seks kişilərdə prostat, qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alırmış.
  - Ay həkim qadan alım ,məni qorxuzma bu qədər .Bu nə xəstəlikdir belə?
  - Yox , yox  qorxulu bir xəstəlik deyil ,  qorxma .Bu sadəcə məmədə kirstlərin , şışkınlıklərin əmələ gəlməsinə səbəb ola bilər . 
  - Ay Allah nələr varmış nələr? -ağzı ayrıq həkimin məsləhətinə qulaq asırdım.
  İntim münasibət zamanı immunitet artır, soyuqdəymənin qarşısını alırmış.
  - Bıy ,Allah amansan- güldüm- belimdən banka düşmür , həftədə bir dəfə banka saldirmasam ölərəm vallah . Kürəklərim qapaqların altindan elə bil qoz boyda şey qalıb . Qulunc tutur məni həmin dəqiqə . 
    Seks artıq çəkidən xilas olmağa kömək edirmiş .Hə də mən də deyirəm niyə belə kökəlirəm . 
 - İdman necə,edirsən ? 
 - Yox həkim , heç vaxtım olmur , sabah iş, axşam ev . Mənim idmanım sabah birinci reys avtobusa qaçmaqdan ibarətdir. Axşam da evə gəlib iş güc ,  heç idmançılar mənim kimi məşğul olmur . 
  - Məncə idmana gərək yoxdur . 4-5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə qaçmağa,  idman etməyə  bərabərdir. 15 dəqiqə idman zamanı itirdiyin kalorini seks zamanı itirirsən. Bundan əlavə daimi və normal seks dərinin elastikliyini artıran və qırışların qarşısını alan kollagenin miqdarını çoxaldır. Bu o deməkdir ki , üzdə qırışlar geç əmələ gəlir ,dəri hər zaman təravətli qalır . 
   Həkimə gəldiyimə peşıman olmuşdum .Həkimin dediyinə görə mən başdan ayağa xarab imişəm . Mənə kişi lazımmış , məni söküb təzədən yığacaqmış . Seks haqqında bilmədiklərimi həkim mənə danışanda intim həyatın gücünə heyran qalmışdım . Bu seks deyilən şey nələrə qadir imiş , Allah... Bəs mən özümu niyə bundan məhrum etmişəm ? Niyə canımın qədrini bilməmişəm ?  Həkim deyir ki, cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənirmiş . Bu da gələcəkdə öd daşmasının , böyrək iltihablanmasının qarşısını alırmış  bağırsağ qurdlarını məhv edirmış .
    Deyirdilər qadın böyük qüvvədir . Mən isə həkimin dediklərindən sonra deyərdim ki , bunu kim deyibsə yalan deyib . Kişi böyük qüvvədir . Sağlığımızın keşıkcıdir . 
   Həkimə sağlam gedib xəstə qayıtmışdım. Sədaqət halımdan narahat olub nə xəstəliyim olduğunu soruşanda gülmək məni tutdu . 
 - Ər xəstəsiymişəm bacı . Mənim xəstəliyimin dərmani kişi imiş ,kişi . Allah mənim başıma daş salıb , kişilər də səmtimə gəlmir . 
  Sədaqət uğunub gedirdi . 
 - Bu ateislərin dindən Allahdan xəbərləri yoxdur a bacı . Deyirlər nə olur olsun , ərin olsa da olmasa da , illa ki , sağlam olmağın üçün ən az həftədə iki dəfə sekslə məşğul olmalısan . Day halal haram bunları maraqlandırmır ay bacı . Hislər , duygular bunlardan uzaqdır . Nə olur olsun yetər ki , kişi olsun . 
   - Hə dəə , düz deyir dəə , olsun, olsun . Görək kimi tapırıq sırışdıraq canina , səni təmizə çıxarsın - Sədaqəti saxlamaq mümkün deyildi . Gülməkdən gözlərindən yaş gəlirdi . Elə mənim də . 
   - Əşi Allah məsləhət bilsə verər də o əri mənə , məni bu bəladan qurtarar da . İndi ürəyim getməsin deyə gedib kəbinsiz , sevgisiz, hissiyatsız ,  duyğusuz birinin altina yıxılmalıydım ki , gəl məni ... şey elə ... yanı sağalt ? 
 Sədaqət gülməkdən uğuna uğuna ; 
   - Hə də sənin dozan əskik imiş , ay bacı. Mən sənə deyəndə inanmırsan mənə  . Sənə  vitamin vurdurmaq lazımdır . İndi məsələ ondadır ki ,o vitamın də apteklərdə satılmır . Özəl istehsaldır . Haa ha ...Qoy görək neynirik . Belə istehsalçı hardan tapıriq . Ya arendaya götürək , səni aparıb işlətsin ...
  - Əstəğfullah ...
   Keyfim əməlli başlı açılmışdı . Deyirdim gör haa hələ bu həkim məsləhətı əhval ruhiyyəmi belə qaldırıb ,  gör hələ müalicəyə başlasam nə olardı ? Olardım dəf kimi .
    Deyib güldükdən sonra Sədaqət məni  qarşısına qoyub ciddi ciddi dedi .
   - Zarafat bir yana . Mətiş , sən də bir gün görmədin bacı . Qadınmkimi qadınlığını yaşamadın . Özünü hər şeydən məhrum etdin , beş il Qeys ömrünə balta caldı . Gəncliyini ,həvəsini əlindən aldi. Gəncsən , yaş keçır . Sənin də sevməyə ,sevilməyə haqqın çatır . Biraz ətrafa bax , gözəl şeylər fikirləş , gələcəyin qabaqdadır. Sən istərsən əgər , bacararsan . Çunku sən güclü qadınsan . Baxiram o vaxtdan indiyənə daha real , daha ağıllı düşünməyə başlamısan . Deməyim odur ki, indi daha da kamil qadınsan . Nə istədiyini , necə hərəkət etdiyini , kımınlə necə , harda həyatını davam etdirməyini də sağlam düşünə bilərsən . İnanmıram ki, sən də Lətafət , Kifayyət çöldə qalanı seçəsən . Sənə güvənirəm bacı və inaniram ki, bu həyat yoluna alnı açıq cıxacaqsan . Və bu yolda özünə yol yoldaşını doğru qürüst bir həyat yoldaşı seçəçəksən . İnşallah yuvan olar , səni başa düşən adam kimi adam çıxar qarşına ...

    Suat it bata düşmüşdu . Onunla əlaqə saxlaya bilmirdim .Telefonu şəbəkə xarıcındəydi . Deyəsən gedibdir artıq . Daha əvvəlki kimi çarəsiz deyildim . Onu axtarıb tapa bilərdim . Ən azından bilirəm ki , onun ən yaxın dostu Zafer bəyi tanıyiram . Onu tapmağıma Zafer bəy kömək edərmi etməzmi bilmirəm . Çünki Zafer bəy qardaşı Abdullahın mənə qarşı hisslərindən xəbərdar idi . Elə buna görə də tərəddüd edirdim . Hər gün ev sahibəsindən mənə zəng gəlib gəlmədiyini soruşurdum . Qulağım səsdəydi . Gözüm yolda ... OnunTürkiyə nömrəsi vardı məndə . O zaman şəhər nömrəsini vermişdi mənə . O vaxtdan indiyənə  aradan keçən uzun zaman telefon sistemini də dəyişmişdi deyəsən . Nömrəni telefoncu qıza verende telefoncu qız ; 
   - Xanim , bu nömrələr daha işləmir . Bunlar köhnə nömrələrdir . Türkiyədə şəhər nömrələri yenilənib , dəyişib . Zəng etdiyim cib nömrəsi də Azərbaycan nömrəsi idi . Demək ki Azərbaycana gələndə işlədirdi onu . 
  Tək carəm qalmışdı ya Sonyanın yanına gedib ona yalvarmaq ,ya da Zafer beyi dilə tutmaq . Yoxsa yenə Suatla əlaqələrim tamamılə kəsiləcəkdi . 
    Ev sahibəsinin səsi məni yerimdən qopardı . 
   - Ay Mətanət telefona gəl !  
   Elə bil məni dağdan aşağı yuvarladılar , daş kimi yerimdən qopub ev sahibinin evinə qaçırdım ,Bəlkə Suatdir deyə ...
  Sevincək telefonu götürüb həyəcanla 
   - Alo, Suat...- dedim 
   - Suat kimdir az , mənəm , Lətişdir. Əlım ayağım böşaldı . Uzümdəki sevinci kədər bürüdü , sevincdən gülən gözlərim doldu . Səsim çıxmadı . 
  - Mətiş ?  Alo ... az eşidirsən məni ? 
  - Hə danış eşıdirəm . 
  - Getdim məhkəməyə , heş nə ... işə baxdılar . Kifayət də gəlmişdi əriylə . Başımı xarab elədi lap . 
   - Niyə nə deyir ?
   - Nə deyəcək ? Həmişəki kimi . Deyir ortaliqda qalasan , pıs də olsa ərindir . Barış.
   - Ay kül qoyum deynən başına ...  deynən qorxma sənə yük olmaram . 
   - Dedim elə . Dedim mənim işimə qarışma. Nəm ee yenə deyir , camaat deyəcək yiyəsiz qlz yüyənsiz at ...  Mətiş , kəndə hamı  məni qınayır . 
   - Qələt edir ,  heç kimə fikir vermə .  Qoy nə danışırlar danışsınlar . 
   - Elə deyil ee mətiş . Adamın arına gəlir . Deyirlər ay balam , harda görsənib arvad kişini şikayyət eliyə ?  
  - Hə də , onlar öyrənib kişi arvadı eşşək kimi çırpa , sonra çıxım beş kişinin içində xoruzdana ki , ə,  mən kişiyəm , vurub arvadın ağzın burnun qırdım . Sən ona fikir vermə bala , işində ol ! Heç nədən qorxub çəkinmə , ürəkli ol !
  - Bilirsən noldu ? 
   -Noldu ? 
   - Hətəm də burdaydı . 
   -Az yaxşı !!! - Bu xəbər məni həyəcanlandırdı - nə işi var orda ? Bizim xəbərimiz yoxdur . Olsaydı Sədaqət mənə deyərdi .  
  - Nə bilim az , gicdir də ,başdan xarab , elə bilir bura da Bakının xəstəxanasıdir ee , sabaha qədər yanımda qala . Utanıb, ölmür hələ bir camaatın içində az qalır məni yeyə , nətəhər baxırsa . Oruc da tərs tərs baxır üzümə ki yanı bu kimdir ?  
   - Pay dədəm vay ... Oruc da adam olub !!!
   - Kifayyət də yanımı çımdıkləməkdən yara eləyir bir tərəfdən  . Elə bilir mən çağırmışam onu . Biyabır oldum camaatin icində . 
   -Az Kifayyət özünə gülür , işində ol !  Niyə neylədi ki , biabır olası ?  
   - Heç nə ... Bir iki dəfə yaxınlaşdı ; yanındayam qorxma ,  nə lazımsa edəcəm . Dedim get uç əə , burdan ...
   - Başı xarabdir ee bu qızın - yenə Lətafət məni əsəbləşdirməyə başlamışdı . 
  - Nə başı xarab ? Sənin başın xarabdir ? Az mən ərli arvadam ee !  Mən ərini qoyub oynaşıyla oynayan arvadlardan dryiləm ee...
   - Di onda get ərivin tumanın çək g..dən öp,  səy balaxanım - deyib telefonu əsəblə üstünə çırpdım . Sədaqətin sözləri qulaqlarımda cingildəyirdi . 
   - Az sən öl , ona on  barmağını bal eliyib ağzına soxsan deyəcək zəhərdir . Bu gün ona yaxşılıq elə , palçıqdan çıxar ,  deyəcək məni , mən bataqliqdan təmiz çıxmışdım  üstümə çamuru sən atmısan ,nankor şeydir bu , səni baqaja qoyar vallah  . Uzaq dur ondan . 
   - Gic balaxanım . A bacı , bu adam olmayacaq , mən demişəm də - dayana bilməyib Lətafətin qarasınca deyinirdim . Ev sahibi nə olduğunu soruşdu . Əsəbim yerində deyildi . Az qalırdım ağlayam . 
   - Gatiq başına qusduğum , adam olmayacaq vallah ... burda bu boyda zırıltiynan , ağzı burnu qırılmağına şahidsiz dəə - bu boyda polis, xəstəxana, şöbə buna dərs olmayıb hələ . Adamı cin atına mindirməkdən başqa əlindən bir şey gəlmir . 
   - Nolub ki , məhkəmədə deyildi bu gün ?  
 - Məhkəmədəydi . 
  - Hə də fsyo ta ... 
 - Ordaki qatıqbaş bunun boş başın qatıqla doldurub bilirəm . Bu belədir də səhra qamışı kimi belədən belə əsir, belədən belə . Burda bir söz deyir orda, başqa söz . Bunun fikiri amalı bəlli deyil ki .  Yumuşalıb . İndi görərsən əriylə barışmasa mənə nə deyirsən de ...
    Telefon kirimirdi . Zəng zəngin daliyca gəlirdi . Əsəbi halda telefonu götürüb qışqırdım ; 
   - Nədir , nə deyirsən ? 
   - Xanım ,Türkiyənin İstanbul şəhərindən zənginiz var , xəttə bağlayıram , cavab verin !!!
   Ürəyim az qaldı yerindən çıxa . Dılim dodağım bir birinə dolaşdı . Bu saat sevinclə əsəbimi bir arada yaşayırdım . Halımı təsəvvür edin dəə...
  - Alo , bağlantı baş tutdu cavab verin !
  - Oldu , xanım gözləyirəm . 
 - Alo , salam xanım !
   Gözlədiyim səs deyildi .Tamam başqa səs idi . Qadın səsiydi . Həm də Azərbaycanca danışırdı . Duruxdum . Elə bildim kimdirsə səhv düşüb . 
 - Alo eşidirsiz ?  
 -Hə, eşidirəm buyurun !  
 -Zəhmət olmasa mənə qonuşudan Mətanəti çağırarsız ? Deyin türkiyədəki bacısıdır , Nəzakət . 
   Donmuşdum . Bu hardan cıxdı indi . Cavab verə bilmirdim , daha doğrusu boğulurdum . Bu qızların əlindən sevincimi doya doya  yaşaya bilməməyim üçun bəxtimə taleyimə qarğıyırdım . O isə məndən cavab almadan tez - tələsik danışırdı . 
   - Xanım , indi mən telefonu yerə qoyuram , beş dəqiqəyə zəng edəcəm , siz çağırın gəjsin. 
   - Aloo , alo , ay Nəzakət , mənəm , danış ... -  dedim amma o artıq dəstəyi asmışdı .
    İllərdir artıq səsini belə unutduğum bu bacım hardan çıxdı belə ? İndimi yadına düşdü Azərbaycanda ailəm var deyə ?  Bu qədər bura gəlib gedir , ata anasının  qəbrini harda olduğunu belə bilmir , ata ana bir yana heç öz qarnından çıxartdığı balasının harda olduğunu belə bilmir  indi nə yaxşı Mətanəti axtarır ?
   Telefon zəng çalar çalmaz dəstəyi qaldırdım . 
   - Az ,  nə fors eliyirsən ee mənə qoy sozumu bitirim dəə ...
    Lətafət idi . 
   - Lətiş sənnən danışmağa zamanım yoxdur , zəng gözləyirəm , yerə qoy deyib dəstəyi asdım . Yenə bir neçə dəfə zəng gəldi . Lətafətin olduğundan əmin idim . Odur ki , cavab vermədim . Biraz gözlədim . Yenə zəng gəlincə qaldirdim . 
   - Bax, Kifayyət deyəndə ağzından vururam ,  beləsiz də , sən də , Sədaqət də , adamı qapıda qoyarsiz ee siz . Elə düz deyir ki , ortalıqda qalasan . Hələ heç nə yox telefonu üzümə çırpırsan . 
    - Bax Lətiş . Nolar 10 dəqiqə sora mən sənə zəng edəcəm , yaxşı ?  İndi zəng gözləyirəm . Gözlə də ... 
   - Sənin zəngin məndən vacibdir dəə ... 
   Deyib telefonu üstünə asdı . Yarım saata qədər gözlədim . Zəng gəlmədi . Yaman nigaran qalmışdım . Öz dərdim qalıb bir yana ,  bunun dərdi məni götürmüşdü . Telefonun başından ayrıla bilmirdim . Bu arada telefon səsləndi . Tez qaldırdım . Ev sahibini istəyirdilər . Bu da telefondan asıldısa qurtardi . Yarım saatdan az danışmazdı . Bəlkə də o zaman Nəzakət zəng edib telefon məşğul olub . Nigarançılığım getdikcə artırdı . 
  -  Görəsən nə baş verib , nolub ki Nəzakət zəng edib. Bəs yaxşı mənim burda olduğumu , nömrəmi hardan tapıb ki ?  
    Ev sahibinə də deyə bilmirdim ki telefonu məşgul etmə yerə qoy . Vaxt da bir tərəfdən çatmışdı ,  Gulayı gedib baxcadan götürməliydim . 
   Suyu süzülə süzülə , öz evimə gəlib əynimi dəyişib yola çıxdım . 
   Gulayı baxcadan götürüb geri qayıtmaq istədim . Heç keyfim yox jdi . Həmişəki kimi Gülayı parkda gəzdirə bilmədim . Gulay isə park deyib evə getmək istəmirdi . 
   Nəzakətin mənim nömrəmi hardan tapması mənə müammalı görünürdü . 
  Avtomat telefona yaxınlaşıb cibimdəki jetonu qutuya saldim , Sədaqətə zəng etdim . Olanları onunla bölüşdüm . Sədaqət də Nəzakətin zənginə çaşıb qalmışdı . Demək Nəzakət nömrəmi Sədaqətdən almayıb , bəs hardan alıb ,  deyə düşünürkən gözlərimdə bir umud parladı . Suatdan ...
    Yenə sevincimi yaşamadan əsəb stres məni qabağına qatıb qovdu . Sədaqətdən aldığım xəbər məni əsəbdən çıxardı . 
   Kənddəki evimizi yarmışlar . Lətafətdə bunun üçün mənə zəng edibmış . Mənə deyə bilmədiyindən Sədaqətlə danışmadığı üçün Vidadiyə zəng edib deyibmiş . 
   Bunu kim etdiyi hamımıza gün kimi məlum idi . Amma di gəl , bunu Lətafətə de görüm necə deyirsən ? Dayana bilmədim . Elə həmin gecə Sədaqətin evinə gəlib , Gulayı ona tapşırdım . Səhər tezdən kəndimizə yola düşdüm ...
 
26  BOLÜM 

    Evimizə gələndə həyət bacanı tanıya bilmədim . Atamin evini baxımsızlıqdan hər tərəfi çayır çəmən basmışdı . Hər tərəf uçub sökülmüş ,  hətta köhnə taxta doqqazımız da həngaməsindən çıxıb salıanırdı. Bir zamanlar , kənddə ən baxımlı , ən gözəl ev olan ata yurdumuzu belə yiyəsiz sahibsiz görmək mənə elə ağır gəlirdi ki . Həyətin hər yerində keçmişimizi , uşaqlığımızı gorürdüm . İydənin altinda anamın sərdiyi palazın üstündə evcik evcik oynamamızı ,  cardaqdan qopardığım üzüm yarpaqlarına palçıq bükməyimiz ... bu dolma yadıma düşəndə hələ də gülməyim gəlir .
  Bir dəfə atam evciyimizə qonaq gəlmişdi . Dedi ;  
   - Görüm qızlarım atalarin necə qarşılayır . 
   Nəzakət samovarda qaynayan sudan  balaca vedrəyə su qoydu  ;
  - Ata ayaqlarını suya qoy !
  Təbii ki, atamın ayaqları balaca oyuncaq vedrəyə sığmazdı . Yenə də Nəzakəti qırmadı, suyun isti olduğna fikir vermədən ayağının ucunu vedrəyə salıb qışqırdı ;
   - Uyy uyy uyy  ... ayaqlarım yandı -atam  yerə yıxıldı . Guya ürəyi getdı . Sədaqət o vaxdan elə diri balaydi . Atamın bizə aldığı həkim paltarını həmişə o geyərdi . Evcik oynayanda ya müəllimlik edərdi , ya da həkimlik . Atamı belə görən Sədaqət tez hərəkərə kecdi . Guya atamın ürəyini yoxlayıb diaqnoz qoydu . Bir şey olanda anamın işlətdiyi sözü işlədirdi ;
  - Acından ürəyi gedib . 
  Atam gözlərin yumsa da gözünün ucuyla bızə baxar , bizim həngəmamızə bığlarının altından gülərdi. Bizim ona baxdığımızı görəndə tez gözün yumub özünü ölülüyə qoyardı . 
  Həmin gün atamın guya aclıqdan ürəyinin getdiyini eşıdəndə əl ayağa düşüb bişirdiyim ''dolmani'' atama yedirtmişdim . Dolma nə dolma , desəm gülməkdən gedəcəksiz . Həmin gün anam bizə palçıqla oynamağıməza qadağa qoymuşdu . Mən də eləmə tənbəllık ocağımı yenə boş qoymamışdım . Gözdən yayınıb eşşəyimizi bağladığımız yerə gederək eşşəyin quru və yumuru nəcislərindən görurüb gətirmişdim . Onlardan guya həm kiftə həm də dolma 'bişirmişdim ''. Anamın xəbəri belə olmamışdı . Atamın  açlığını da məhz elə həmin dolmayla keçırtmışdım . Yenə içındə palçıq olduğunu sanan atam  bizi qırmamaq için dolmanı ağzına alıb guya yeyimiş kimi ağzın oynadırdı . Bu dəfə deyəsən bu dolmanin o dolmadan olmadığını anlamışdı . Cağha cağ gusmuşdu . Atamın bu halına gələn anam nə olduğunu soruşanda atam ; 
   - Nə olacaq qızların məni qonaq çağırdı . Biri ayağımı yandirdi , biri də  pox dolmasına qonaq etdı .
   Xatirələr yada düşdükcə üzümə gülüş,  gözlərimə yaş gəlirdi. Dayana bilmirdim ,  ağlamaq məni tutmuşdu .Biraz qapıda oturub ağlayaraq ürəyimı böşaltdıqdan sonra qalxıb evə gəldim . Evin qapısı taybatay idi , milçəkdən qorunmaq üçün qapıya ağ tül pərdə çəkilmışdi . Lətafet evdə yox idi , harasa getmişdi . Oruc əynində şortiklə , ayaqlarını divanın söykənəcəyinə qoyub yatmışdı. Əynində maykası belə yox idi . Utanıb bayıra çıxdım . Onu bizim evdə belə ədaynan yatmağı mənə yer edirdi . Heç atam sağlığında bizim yanımızda köynəyinin yaxası açıb gəzmirdi , ki evimdə ərgən qızlarım var, nəinki maykayla gəzəydi . İndi atamin yurdunda itlər cövlan edir. Çantamı  məhəccərdəki mismardan asıb həyətə düşdüm .Demək ki Lətafət əriylə barışıb , yoxsa bu nə sərbəstlik idi , əri burda keflə yata? Həyət bacaya göz gəzdirdim .Heç nə ürək acan deyildi . Hər yer uçub dağılırdı .Evin arxasındaki saraya gəldım . Qapısı ortülü olsa da ,  bacasından duman qalxırdı . Demək peçi yandiriblar .Üstündə ya su var idi , ya da paltar qaynayırdı .Qapıni itələdim . Qapının cırıltısı da mənə tanış idi . İçəridən vuran isti üzümü qarsdı .Ortalığa qoyulmuş dəmir vannamızın içındəki sabunlu su , pecın üstündəki istı su köhnə xatirələrimi təzələdi . Anam bizi iki - iki bu vannaya salıb çımızdırırdı . Başımızı yuduğu qara paltar sabunu gözlərimizi  yandırırıb bizi qışqırdanda , başımıza gəyərək bizim farağat dayanmağımıza səbəb olan almınum avıgəndər vedrədəki suyun üzündə yellənirdi . Burda anamın silahı avıgəndər idi, evdə süpürgə .Sıxılıb vannanın kənarına qoyulmuş dərimizi qoparan kisə də anamın öz əlləri ilə tikdiyi kisələrdən idi ...
 - Booyy ,Mətiş sən havax gəldin ? Dönüb səs gələn tərəfə baxdım . Lətafət sarayın bir tərəfinə yığılmış yun kisələrinin yanında canını qurulayaraq əynini geyinirdi . 
  Gözlərimin qarşısında qığılcımlar oynadı .Lətafətın əynini geyindiyi yerdə 15 yaşlı qız var idi .O qızi bir adam soyundurmağa cəhd edirdi. Dönüb köpüklü vannaya baxdım , 15 yaşli qız bir kişini cimizdirir ,kişı ona əxlaqsız şeylər edirdi , əynindəki qalın köynəyini çıxarmağa çalışırdı. Qulaqlarıma anamın səsi gəlirdi;
 - Kişi dediyin pişik kimi şeydi , gərək nazıyla oynayasan ...
 Budur ,15 yaşlı qız bax ordakı yun kisələrinin üstündə zorlanirdi . Qız etiraz edincə anamin səsigəlirdi.
 - Yeri get ərini yatızdır
 Bu qiz kim idi ,bilmirəm . Beynim dumanlanmışdı. Nə qədər o qızı xatirlamağa calışsam da, qızın kim olduğunu xatırlaya bilmirdim . Amma adamın üzü yadımdadır , Qeyis idi ...
  Üzümə dəyən sərin su , burnuma gələn naşatır qoxusundan elə bil yatdığım yuxudan oyanırdım . Gözümü açdığımda həmin qızı xatırladım . Mən imişəm ...
  Deməyəsən sarayda yenə ürəyim gedibmış . Lətafətin hay həşirinə Oruc və qonşular tökülüb gəlib , məni bayıra çıxardıblar ...
  ... Evimizdə nə qədər qiymətli şey varsa hamısı oğurlanmışdı . Qalan şeylər köhnə əldən düşmüş cır cındır idi . Nənəmdən qalan cehiz xalçalardan belə... televizor , vidio maqnıtafon , samovar , soyuducu xalçalar , krosno anten və s. Görünür bu  oğurluq bir günün və bir adamın işi deyil hec. Evdə qalan sadecə qoyun,  keçi bir də toyuq cücələrimiz idi .Onların da niyə oğurlanmadığı məlum məsələ idi . Kəndin ortasından sürüylə qoyun quzunu qabağına qatıb aparmaq asan iş deyildı . Görünür evi yaranlar evə bələd olan adam idi . Darvaza açılıb , olan olmaz yüklənib heç bir şey qırılıb dağılmadan . Cıxıb gediblər . Ad olub ki , guya oğrular gələndə Oruc səsə oyanıb , bayıra çıxıb . Ogrular da hazır olubmuşlar ; dəsmalda ona nəsə iylədiblər . O da yuxuya gedib ...
    Bu nağıla Lətafətdən başqa heç kim inanmırdı
  Orucun yaxasından yapışdım;
 - Bizim evimizi sən yarmısan !
 - Xatanı məndən uzaq elə , baldız , ağlına gələni danışma!
 - Adım kimi bilirəm , bunu səndən başqa heç kim eləməz . Səni şikayyət edəcəm .
  Kəndin polis bölməsinə gəldim , evimizin yarılması haqqında izzahat verdim . Ordan məni şikayyətimi bildirmək  üçün şəhər mərkəzinə gətirdilər . Çöx keçmədi Kifayyətlə Havalı da gəldi . Ərizəni geri çəkməyim ücün əl ayağıma düşdülər . 
 - Mətiş , arada bacın var , o da bacının əridir .Sən heç bilirsən neynirsən ?
 - Neyniyirəm? Göz yumum? Bilirəm , bizim evi Oruc yarıb , ya da başqası yarıbsa da Oruc onlarla əlbir olub .Bu 100 faiz belədir . 
  - Belə eləməklə guya yaxşı iş görürsən? Bacının yerin soyuq salırsan ee . Sənin üzündən evinə soyuqluq düşəcək. Sabahı gün əri başına taqqılti eliyəcək ki, bacın məni tutdurmaq istəyirdi .
 - Ay bacı , mən heç kimi tutdurmuram. Qoy gəlsinlər yoxlasınlar , ekspertı tökəcəm evə , barmaq izlərin alsınlar . İnşallah Oruc günahsız çıxar . Təki günahsız olsun . Mən ondan üzür istəyirəm . 
 - Ala , kül başına ... Elə  bilirsən elə üzrünü qəbul edəcək ? Ay hay ... verəcək qoltuğuna bacıni da deyəcək  durun ikiniz də ... 
   -Qoy versin , fərsiz ərdənsə olmamağı yaxşıdır. 
  - Nolub ay balam fərsiz olub, neyləyib? Gəlib səndən çay istəyib ,  çörək istəyib ? Oğurluq doğurluq başın girələyir də ...bacarana baş qurban , bacarmayana badımcan .Camaatı niyə yerindən yurdundan edib yuvasını dağıdırsan ?
-Mən dağıdıram?
- Deyək ki , Oruc tutuldu getdi , Lətafət də qaldı ortalıqda neyliyəcək ?Sənin kimi düşüb Bakinin küçələrində kafeləri sülənəcək? Ad qazanacaq , alnina vışşı marka vuracaq ? Yoxsa bic doğacaq ?  
  Beynimə iynələr sançılırdı elə bil. Polis bölməsində Kifayyətin saçlarından necə yapışdığım yadıma gəlmir . Bir onu bilirəm ki , ''Mənim uşağım bic deyil '' - deyərək yolduğum saç cəngəsiylə əlimdə qalmışdı ...

  ... Bakıya gəlirdim . Mərkəzi şöbədən  tanıdığım bir polis də mənim yanımda idi . Məcbur qalıb onun maşınında yola çıxmışdım . Xalıqov , cox diqqətli biri idi .Mənə ərizə yazmaqda , rayonda bu işlə ( oğurluqla ) məşğul olan dəstə haqqında məlumat da vermişdi . Onun dediyinə görə Oruc özü də o dəstənin üzvüdür . Rayonda çox zərərçəkmiş sakinlər bu dəstədən bölməyə şıkayyət ediblər. Lakin əllərində heç bir fakt olmadıqları üçün dəstə hələ də azadlıqda gəzirmiş .İndi də mənim şikayyətim lap yerinə düşmüşdü . Xalıqov söz vermişdi ki , mənə kömək edəcək .Amma bir şərtlə bir balaca xərci vardı .İnadıma salmışdım , nə olur olsun evimizi yaran oğrunu tapmaq istəyirdim . Orucdan zənni zəhləm gedirdi. Arxayın idim ki, bu oğurluqda onun əli var.  Razılaşmışdım .Daha doğrusu qanuna arxayın idim . Deyirdim Vidadı arxamızda dayanacaq , qanunu və ədalətsizliyi gözlərinə soxacaq . Həm də məsələ tək evimizin yarılması məsələsi deyildi . Həmin gün ürəyim gedəndə məhəccərdən asdığım çantamdan yaman günlük özümnən götürdüyüm pullarım da oğurlanmışdı . Elə şikayyətimin başlıca səbəbi də bu idi . Bilirdim ki , bunu Orucdan başqa heç kim etməzdi . 4 gün idi rayondaydım , cibimdə bir qəpik pulum qalmamışdı . Kəndlə şəhər arasındaki marşuruta verməyə Allahın 20 qəpik pulu yoxum idi . Atamın evində qala bilmirdim . Oruc ordaydı deyə . Neçə günü gah əmim gildə , gah da dayımgildə qalırdım . Yediyim çörəyi də qabağıma bir sifətlə qoyurdular ki ,heç qoymasaydılar ondan yaxşıydı .Zəng etməyə pulum yox idi. Sədaqətdən kömək istəyə bilmirdim . Vidadi Lətafətin barışmağını  eşıdıb cox hirslənmişdi. Daha Lətafətin işinə qarışmayacağını deyirdi. 
 Bölmədə çantamdan pulumun oğurlanmağını heç kimə sübut edə bilmirdim.
 - Başa düşürsüz ?Bakiya qayıtmağa pulum yoxdur, sizə deyirəm evimizin hayına gəlmişəm , çantamdan pulumu oğurlayıblar . 
 - Xanım araşdırma apardıq , o çantada sizdən başqa heç kimin əl izi görünmür . 
 - Rəis , deyir adım çıxıncan canım çıxsın məsəli oldu , bu lap . Baldızım üstümə şər atır ,bi kərə adım çıxıb deyə , hər şeyi məndən şübhələnir . 
 Əlimə keçəni rəisi belə saya salmadan Orucun başına keçırirdım əsəbimdən . 
 - Görürsüz rəis .Siz bu hayasızı tanımırsız ee Türkiyədən belə atanşiklik eliyə eliyə gəlib .Meşannikin biridir. Əri ola ola burda bir alvercini yoldan şıxarmışdıee . Bunlar belə tipdiləe ee rəis . Ay bunların nəsilinə nəhlət .Hardan sümüyümü caladım bunlara mən ,nə qələt elədim .Bir bayıssı bandit . Bu da bic doğan , iş verən .Yazıx ərin türmələrdə çürütdü , başın yedi , bicini kimnən tutub,kimnən peydahladısa sırıdı olmüş ərinin üstünə . Bunlar belə çındırdılar daa ,nənəm mənə deyəndə inanmirdim . Yazıx dədələrin çürütdülər . Bunları bir tanıyan sevinir ,bir bunlardan canın qurtaran .
  Əsəbimdən çatlayirdım , qışqırtım şöbəni başına götürmüşdü . Polislər bir birinə dəymişdi .Belə getsəydi rəsmən əsəbdən dəli olacaqdım . Carəsiz qalmışdım .Elə həmin vaxt Xalıqov məni sakitləşdirmək ücün qoluma girib növbətci bölməsindən çıxarıb öz otağına gətirdi . İlk dəfə orda tanış oldum onunla . Mənə su verib sakitləşdirməyə çalışdı . Və elə nə oldusa elə həmin günü baş verdi . Bir vaxt ayıldım ki, düşmüşəm Xalıqovun oyununa.
  Bakıya qayıtmağa pulum olmadığı üçün Xalıqovla getməyə razı oldun . Xalıqov mənə qarşı cox diqqətli və cox nəzakətli idi. Onsuz da Orucun əlindən yanıqlıydım . Birdə onun haqqında mənim xeyrimə verdiyi məlumatları eşıtdikcə ona çox güvənirdim . Heç vaxt ağlıma gəlməzdı ki ,bir qanun keşikçısı , sıravi bir vətəndaşa oyun oynaya bilər . 
  ... Bilmirəm haraydı . Maşını əylədi . Düşdük , balaca bir kafeydi . Tək otaqlı bir kupeyə girdik , yemək içmək , gətir götür... Utanırdım , onunla bir yerdə belə tək bir kupede oturub yeməyə . Yayın günüdür , kaş kə həyətdə otursaydıq - deyə düşünürdüm . Bir şeyi bəhanə edib ordan çıxmaq istəyirdim . Həm də Xalıqovun mənimlə səmimi və sərbəst rəftarı artıq məni qorxuzmağa başlamışdı . Ağlıma hər şey gəlirdi. Ağlıma pis şeylər gəldikçə tınçıxmağa başlayirdim . Hiss edirdim ki ,  yanaqlarım alışıb yanır , boynum boğazım tərdən islanır . Nəfəsim darlanırdı . Başımdakı örtünü biraz boşaldıb dərindən nəfəs aldım . 
  - Noldu tərlədin? Dəhşət istidir aa - deyə qapıya yönəldi . Elə bildim qapını açaçaq . O isə qapını kilidləyib ;  
  - Rahat ol , qapını kilidlədim . Heç kim gəlməz . Aç başını , başqa adam yoxdur , ikimizik . Məndən utanma . 
   Nə deyir əə bu? Başı xarabdır ee bunun .Nə danışır bu? Mən kimnənsə utandığımdan qapanmışam? Bəs sən kimsən, naməhrəm deyilsən ? Ya birinin yanında açındım ya hamının .Nə fərq eder?
- Qapını açsaq yaxşı olar. Hava gəlsin - ayağa qalxdım - ümumiyyətlə həyətdə otursaydıq yaxşı olardı - dedim.
 - Aa... həyətdə neçə dinçələk ?  Dayan ...
Otağın küncünə qoyulmuş vinteliyatoru işə salıb mənə döndu . Bəlkə də üzümdəki təlaşı görüb daha da yumuşaq səslə ;  
 - Yol gedirik ee Mətanət xanım . Gecə də növbədəydim , yuxusuzam . Uzun yol , həm də isti . Gördüm yuxu məni basır . Saxladım . Dedim biraz dincəlim . Axşam çıxaq yola . Axşam çıxsaq gecə ya da sabaha yaxın ancaq catacağıq Bakıya ,orda da qalmağa  yer yox ,sabah da orda iş başındayam . Yenə yuxusuzluq . Sonta da əyinən bəri yorğun arğın  gəl, get rayona ... ooff  of . Öləcəm yorğunluqdan . 
  Nə deyəcəyimi bilmirdim . Çıxılmaz vəziyyətdə qalmışdım . 
  - Sizin də işiniz cətindir ... 
  - Hə vallah . Birdə vəzifə başında olduğunu bilən , gərək məsuliyyətini də gözə ala . 
   - Hmm ... 
   - Siz istəyirsiz , oturun yeyin içın . Mən yatıram onsuz da , qalxanda yeyərəm cox yorğunam , siz rahat olun . Sən Allah çəkinməyin . İstəyirsiz bir ayrı otaq ayırim sizə . Elə ağlıma gəldi , vallah. Neynim cibimə görə iş görürəm mən də .  Vallah  mən də qulaq kəsən polislərdən olsaydım , lüks oteldə dincələrdim burda yox. 
  - Yox yox siz dincəlin . Mən burda oturaram - deyib stulu çəkib oturdum . 
   Xalıqov divana kecdı belindən tapancasını açıb yastığının altına qoydu. Üzün divara çevirib ;  
   - Sən Allah rahat ol, mən də sənin qardaşın . Otur ye iç ! Gördün darıxırsan çıx biraz fırlan. Amma çölə çıxsan mənə xəbər ver aa,  vəzifə başındayam ,qaragözlə yatıram , birdən bir şey olar - deyə silahına işarə etdi. 
   - Yox yox narahat olmayın . 
    Nə qədər vaxt keçdi bilmirəm . Masanıın başında mürgü döyürdüm artıq . Günəş uzaqdan görünən dağların arxasına çəkilmışdı . Axşam düşürdü . Xalıqov elə bir mışıltıyla yatırdı ki , nə edəcəyimi bilmirdim . Onunla yola çıxmağıma peşıman olmuşdum . Özüm özümü danlayırdım ;  
  - O qədər it sifətsən ki, bir adamnan üzün yoxdur ki , beş manat istəyəsən ki ,ver yola çıxım . Nəyinə güvənib burnunun dikinə gedirsən ? Sənə lazım idi tanımadığın itnən qurdnan yola çıxasan?  
    Özüm özümü tənbeh etməkdən bezmişdim daha . Artıq özüm özlüyümdə özümü müdafiəyə keçmişdim . 
  - Mən nə bilim ,başıma belə oyun gələcək ? Bir vətəndaş kimi dövlətin polisinə güvəndim dəə neynim . 
   - Polis ,şöbədə ,ictimai yerdə polisdir , polis sənin şəxsi şoferin  deyil . Polis bir kafenin kupesində təklikdə polis deyil ! Kənardan baxan nə bilir nə var nə yox
 - Off ay Allah,mən neynim ,bu saflıqla mən hara gedirəm?
 Otağın içində bir neçə dəfə var gəl edib ;
 - Sulduz müəllim ,Sulduz müəllim... deyə Xalıqovu oyandırmaq istədim . Elə bərk yatirdı ki ,masanın üstü necə var elə qalmışdı . Masada oturub yeməklərə baxdım .Ortalıqdakı toyuq kababından bir tikə götürüb yedim . Soymuşdu amma ləzzətliydi . Qrafindəkı ayranınbuzu ərisə də sərin idi . Ayranı çəngəllə qarışdırıb stəkanı doldurdum və içdım . Oturduğum yerdən qalın tül pərdəli pənçərədən bayra baxdım . Hava qaralırdı artıq. İçəri də qaranlıqlaşmışdı . Üstümə yorğunluq çokmüşdü elə bil . Qalxıb  İşığı yandırmağa belə ərinirdim . Meni yorğunluq elə basmışdı ki , oturduğum yerdən belə qalxmaq istəmirdim .Gözlərimin qapağı ağırlıqdan yumulurdu .Yuxumu qovmaq istəsəmdə olmurdu. Başım masanın üstünə əyilirdi. Yuxuya ehtiyyacım var idi . Yatırdım artıq . İndən sonra Xalıqov qulağımın dibində bomba partlatsa da qalxıb maşına minən deyildim . 
   Gözümü açanda otaqda tək idim . Həm də divanda yatmışdım . Ətrafa baxdım , hava açılmışdı . Tez əlimi üstümə gəzdirdim . Örtümü yoxladım Yox her şey yerində idi.
  Əlimi dizlərimə dayaq verib ayağa qalxdım .Gözlərim qaralırdı . Təkrar yerimdə oturub gözlüyümü çıxardım , gözlərimi ovuşdurdum .Başımdan küt bir ağrı qopmuşdu . Biraz oturub özümə gəlməmi gözlədim .
 - Ooff.. ay Allah , bu nə ağrıydı? Başım catladı .Görəsən Xalıqov hardadı ? Yəqin çölə çıxıb? Yoox , deyirdi axşam gedək,sabaha yaxın Bakıda olmalıyıq .Onun Bakıda işi var idi axı .Yəqin məni yatılı qoyub gedib ? 
  Əsəbləşirdim özüm özümə ...
  Masanın üstü necə var eləydi . Qalxıb masanın başına gəldim , baxdım . Masanın üstündə 20 manat pul , var idi . Bu nə deməkdir indi? Bu pulu nəyə qoyub ?
  Ovcumla alnımın ortasını şapalaqladım ;
 - Kafedə gecəliyən qadına pulu nəyə qoyarlar? Az bu səni q..bə yerinə qoyub  ee ... pulu götürüb az qalırdım çırıb atam . Elə bil əlimi nəsə tutub saxlayirdı .
   - Niyə hər şeyi pis başa düşürsən ?  Bayaqdan sən onu oyandırmağa qıymırdın . Bəlkə insanlıq edib . Səni qaldlrmağa qıymayıb , 20 manat qoyub ki, yol pulu edib gedəsən.Pis adam deyil vallah. Xayınlıq eləməz heç vaxt.Camaat iş güc adamıdır, sənin nazınla oynamayacaq ki . Sağolsun hələ ...
  Ağlıma gələn bu fikirlərdən ürəyim üstümə gəldi . Özümü nizama salıb qapını açdım ...
     
     Bir başa Sədaqət gilə gəldim . Gülay da evdəydi . Sədaqət baxçaya aparmamışdı . Xala-bala həyətdəki hovuzda dincəlirdilər. Qapını Validə xala açmışdı .Validə xala Sedaqətin köməkçısı idi . Məni icəri dəvət edəndən sonra ;
  -Sədaqət xanım hovuzunyanında. Siz keçın . Mən də bazara gedib gələcəm - deyə məni həyətə ötürüb özü küçəyə çıxdı.
  Aralıdan məni görən Sədaqət hovuzun içindən mənə əl sallayıb səslədi ; 
   - Yeri , orda tumuçkada kupalnik var geyin gəl . Günəş suyu bir qızdırıb ki . Yol gəlmisən yorğunluğun çıxar .
  - Həə,bax ,buna yox demərəm . Vidadi  evdə deyil ki ?  
  - Vidadi bu saat nə gəzir, işdədir . Heç kim yoxdur qorxma, soyun gəl . 
   Yuxarı çıxıb çəkməçədən Sədaqətin dəniz geyimlərindən birini secdim . Asılqandan da xalatı çıxarıb yanıma qoydum . Neçə gündür əynimdən çıxarmadığım  paltarımı soyunub tökdüm. Bütün günü paltarlara həbs olunan vücudum azadlığa çıxmışdı elə bil . 
  Nədənsə son zamanlar aynadan çılpaq bədənimə baxmağı sevirdim. Bilmirəm bu nədən irəli gəlirdi . Keçən günlərdə pisixoloqumdan bunun səbəbini soruşanda o da bunun seksə ehtiyyacımın olduğunu , özümə heyranlıq və özgüvənlik kimi vurğulamışdı . O gündən ozümə baxmamağa söz vermişdim amma , yenə dayana bilmirdim . Evdə tək olanda soyunub aynadan özümə tamaşa edirdim . Və maraqlısı odur ki , belə vəziyyətdən sonra doğurdan da özümə güvənim daha da artirdi , özümü,həyatı sevməyə başlayırdım . Ürəyim arzularla dolub daşırdı . Xəyallar qururdum.  Geniş və qapalı örtünün altinda gizlətdiyim vücudum mənə o qədər gözəl görünüdü ki , bəzən düşünürdüm ki , gör hələ mən normal qadınlar kimi geyinib kecinsəm necə cəlbedici olaram . Bəlkə de çox kişinin ağlın başından almışdım. O zaman utancaq idim , bəs görəsən indi mən yataqda necə olardım?
 Ağlıma gələn bu şeytani düşüncələrdən ürkərək tövbə edib, ayna qarşısından çəkilirdim .
   Bu dəfə də dəniz geyimini geyinib ayna qarşısina kecdim, özümə heyranlıqla tamaşa etdim . Döşlərimin üstündə qızartılar görünürdü. Barmağımla toxundum . İnanmadım , döşümün üstü qançır omuşdu . Bədənimi yoxladım , başqa heç bir yerimdə,  heç nə yox idi . Sadecə sinəm ...
  - Ola bilməz, belə bir şey. Noldu buna ?Kim bu gunə qoyub məni ? 
   Ağlıma Xalıqov gəlidi. Amma inana bilmirdim. Əgər belə bir şey olubsa Bəs necə olub ki ,mən heç nə hiss etməmişəm, duymamışam ? Həm də bunu mənə edən bir qanun keşikcisi ola ? Həyatı boyu yatsam yuxuma gəlməzdi ...
 ... Evimə necə gəlmişəm xəbərim olmayıb.Axşam Sədaqət gətirdi Gülayı bizə, halım hal deyildi . Məndəki vəziyyəti nə aça bılirdim ,  nə bağlaya bilidim . Fikirdən  və əsəbdən özüm özümü didib tömürdüm 
   Hər yerdə Xalıqovu axtarıb bunun hesabını ondan soruşmaq istəmişdim . Lakin onun izinə heç cür düşə bilmirdim . Nə zəng etdiyim polis bölməsindən, nə də cib telefonunda onunla görüşə bilmirdim. Ürəyim az qalırdı partlaya ,  canımdan bezmişdim , özüm özümdən ,həyatımdan ,varlığımdan diksinirdim artıq . Özümü mələk sansam da mən özüm bilmədən kirlənmişdim. Mənə gorsənən ancaq bədənimdəki qançırlar idi . Nə olduğunu , məni kim bu hala qoyub bilmirdim ,bəlkə hələ təcavüz də edilib mənə ? Bunu düşündükcə bədənimi soyuq tər basırdı . 
 - Bu nə talehdir Allah ,bu nə həyatdir ?Allah mən sənin yolunda qapandım , pıs gözdən , zinadan uzaq durum ,qaçım deyə ? Bu idimi mənim mükafatım ? Beləmi qoruyursan məni ?Daha bu örtünün mənim üçün nə mənası qaldı ki?
  Günlərdir evdən cölə çıxmırdım , özümə qapanmışdım. Gülayı belə baxcaya aparmırdım . Gülay evdə oynarkən mən bütün günü yatırdım . Özü ağlayıb , özü kiriyirdi.özü bir şeylər tapıb yeyirdi. Yuxudan oyandığımda belə üzümü divara tutub həmin günü xatırlamağa çalışırdım .
  Sulduz yatandan sonra içəridə var gəl etmişəm ,masada oturmuşam ,2 dəfə Xalıqovu oyandırmağa çalışmışam, o isə qalxmayıb . Axır ki , bezib oturmuşam masanın başında. Bir tikə toyuq kababı yedim, üstündən qrafindəki ayrani qarışdırib içdim . Vəssalam .Xatirladığım bunlar idi ondan sonra yuxu məni tutmuşdu , yatmaq istəyirdim . Sonra nə olduğunu bilmirəm
Neçə gün idi ki,əynimi belə dəyişməmişdim. Bir yerim ağrımırdı amma çox xəstəhal idim . Qonşular gələndə belə ayağa qalxmırdım. Yatmasam belə onların çıxıb getməsi üçün özümü yuxululuğa vurmuşdum . Hec kimlə danışmaq , heç kimi görmək istəmirdim . Hətta Gülayin da evdə olması mənə toxunurdu .
   - Ana bah , nə çəhdim ...
   Gülay qarşıma kecıb balaca barmaqları ilə göz qapaqlarımı qaldırdı . Baxmaq istəməsəm də məni baxmağa məcbur edirdi . 
 - Bah ana, Lətafet halamı çəhdim . 
 - Apar o yanda oyna , adı batsın xalanın . 
  - Ana bah , bu da sənsən . Pıləçəndə ayaqqabını geyirsən ,  yadına düsdü? Mənə demişdin çı , bizi çəç , mən də çəçdim . 
  - Gülay başım ağrıyır qızım ...
  -Bah bu da Lətiş halamdır , Oyuc dayı onu döydu , buynu qan oldu . Ana ? 
  - Hə, nədir ? 
   - Oyuc dayı xalamı niyə döydü ? 
  Elə bil yuxudan ayıldım . Şəkili alıb baxdım . Bir uşağın fantazıyası ancaq bu qədər ola bilərdi . Bu şəkil həmin gün idi . Suatla hər şeyi həll edəcəkdik həmin axşam  amma heç nə həll olunmamış o getmişdi . 
  Gülar ev çəkmişdi . Evin balkonunda uşaq və ana vardı , ayaqqabısını geyir , biraz aralıda iplərdən paltar asılıb , yumuruğunu düymüş bir kişi və yerdə uzanmış qanın içində bir qadın çəkmişdi. Bu Gülayın ilk sənət əsəri idi. Mənim balamın bu yaşda gördükləri bu idi . Səfalət , şiddət ... bu ruhda , bu tərbiyədə  böyuyurdü mənim qızım . Biraz böyüyüncə mənim və özünün yaşadıqlarını çəkəcəkdi ,  bəlkə bir gün kimsə ağlımı yeyib , saflığımdan həyatımı kimlərəsə uduzacaqdım . Xalıqova uduzduğum kimi . Mənim uşağım necə böyüyəcəkdi burda ? Nə görüb nə çəkəcəkdi ? Başı örtülü fahişəmi ,  yoxsa ömrünü iki evladına qurban vermiş fədəkar anamı ? 
   Qərarımı vermışdım artıq . Nə olur olsun biz burdan getməliyik . Balalarımla şıddət ,  təcavüz , yalan , istifadəçılık olmayan  bir yerdə yaşamalıydım .
  - Tüpürələr bu həyata-  deyib Sandığıma yaxınlaşdım və açdım . Sandıqdan havasızlıqdan naftalın qoxuyan balaca bir çanta çıxarıb , içindəkiləri boşaltdım  . Nilayın və mənim pasportumu əlimə aldım . O vaxt hələ Gülaya pasport çıxartdırmamışdım. Gülaya ;
  - Darıxma qızım , gedəcəyik buralardan ,  gözəl şeylər görüb ,  gözəl şeylər çəkəcəksən , mənim balam . Xoşbəxt olacaqsan . Gözəl bir rəssam olacaqsan sən ..
 
27 BÖLÜM . 
  
    Neçə gündür evdən çölə çıxmamağım qonşularımı da narahat etmişdi . Elə bir vəziyyətdəydim ki , hətta 5 gün idi evdə yemək belə bişirmirdim . Elə bil tutub məni döymüşdülər. Vücudumda sanki əzik ağrıları var idi .Tənbəlləşmişdim, heç kimlə ünsiyyət qurmaq istəmirdim. Hətta ev sahibəsi belə telefona çağırsa da getmirdim . 
 - Deynən Mətiş evdə yoxdur , ya da yatıb - deyərək zəng edənləri yola verirdim . 
    Sənədlərimizi toplayıb evdən çıxacaqdım ki , qapıda Vidadiylə rastlaşdım . 
 - Vidadi ? Xoş gəldin !
 - Xoş gördük,  baldız  .Hara gedirsən ?  
 - Elə mən də sənin yanına gəlirdim. Sədaqət hanı , gəlməyib?
  -Yox ,tək gəlmişəm. Xeyir idimi səndən?  
   Nə deyəcəyimi bilmədim . Əsilində Vidadinin yanına gedib borc istəyəcəkdim. Gülaya pasport çıxartmaq üçün .Sonra buralardan gedəcəkdik . 
 - Yaxşısan ? 
 - Hə, yaxşıyam . 
 -Gözümə bir təhər dəyirsən.  İçəri keçək, yoxsa bizə gedək ?
 - Yox , buyur içəri- deyə onu evə dəvət etdim - otur bir çay qoyum . 
  -Yox içməyəcəm - əlin cibinə salıb cibindən bir ovuc saqqız və konfet  çıxartdı . 
  - Gəlsin görüm mənim balam - deyə ovcundakıları Gülaya göstərdi 
   - Hiii ... Sakkızzzz.
  Gulay sevincək saqqızları alıb həyətə qaçdı. Vidadı ;  
  - Dostlarına da ver aa, dalaşmayın ...
   Gülümsəyərək Gülayın arxasınca baxdım . 
   -Allah səndən razı olsun . Nə yaxşı ki, varsan,Vidadi.Yoxsa bu uşağı kım sevindirərdi?- deyə alqış edərkən Vidadı qoltuq cibindən çıxardığı zərfi masanın üstünə atıb özü pəncərəyə keçdi . Sifətinin mimikası 180 dərəcə dəyışmışdı . Pəncərədən bayra baxa baxa 
   - Aç ! - dedi . Elə bildim mənə pul verir . Amma heç vaxt o mənə pulu əlimə verməzdı. Ya Gülaya verərdi , ya Sədaqətdən göndərərdi .Ya da zəng edib deyərdi ki ;
 - Baldız, bir çay qoy, paxlava almışam -  deyib bizə gəlirdi . Mütləq paxlava ya da şirniyyat torbasında pul olardı .Guya dükandan qalan ''zdaç'' idi onu görürməzdi. Mənə verərdi . Bəs elə isə bu zərf nə idi ?Tərəddüd içində zərfi açdım .Pul deyildi ,şəkil idi . 
  -Aç , aç ...- Vidadinin zəhmlı və əsəbi səsi qulaqlarımda gurladı. Tələsik şəkili zərfdən çıxardım , çıxarmaz olaydım , mənim şəkillərim idi . Tanımadığım , iki yad kişinin mənimlə şəkilləri çəkilmişdi .  Həm də biabırcı şəkildə . Kişilərim üzləri gorünmürdü .Gözlərimə inanmadım. Yanı bu mən idim ?Yenə diqqətlə baxdım bəlkə mənim oxşarımdı bu qadın . 
   Yox mən idim , insan insana belə oxşamazdı. Əynimdəki paltar  rayondan bura geyinib gəldiyim paltar idi. Hicab da başımdaydı . Açıq yerim yox idi şəkildə . Sadecə kişilər qurşaqdan aşağı yarı çılpaq idilər. Şəkillərdə elə düşmüşdüm ki , gözlərim yumulu sanki bu əxlaqsızlıqdan həzz alırmışam kimi , həm yemək masasının başında , həm divanda çəkilmiş fotolarda mən guya onlarla öpüşür, onlarin çılpaq yerlərinə toxunurmuşam . Divanda köynəyim yuxarı çəkilmiş adam sinəmdən öpürmüş, daha nələr, nə iyrənc şeylər ... şəkilləri əlimdən yerə atıb var səsimlə qışqırdım . Nə deyə qışqırdığımı özüm də bilmirdım. Zatən neçə gündür sinəmdəki qançırlardan depresiyaya düşmüşdüm . Heç kimə açıb ağarda bilmədiyim sirrimi indi üzümə çırpırdılar. Az qala dəli olacaqdım. Səsimə qonşular tökülüşüb gəlmişdilər. Əllərimi iyrənç bir şeydən təmizləyirmiş kimi qışqıraraq üstümə sürtürdüm. Ağzıma o gecəki tam gəlirdi, yenə burnum Qeyisin iyrənc qoxusuyla dolmuşdu. Paltarımın qollarıyla ağız burnumu qışqıraraq silir, dayanmadan öyüyürdüm . 
   Vidadı tez şəkilləri cibinə qoyub məni sakitləşdirməyə çalışdı . Nəhayyət qonşuları yola saldıqdan sonra ;
  - Sənə inanıram Mətiş, bilirəm oyuna gəlmisən, sən mənim bacımsan , bu oyun mənim də bacımın başına gələ bilərdi . Sadecə sənin zəifliyindən istifadə etdilər , bilirəm. Mən sənə güvənirəm , sakit ol ,
   -Axı bunu kim edə bilər ki , mən kimə neyləmişəm ki ?  Kimin mənimlə düşmancılığı varki ? Axı mənim günahım nədir? 
  Daha nə oldu mənə , bilmirəm . 
  Gözümü açanda Sədaqət , qaynanası , qaynatası hətta Hatəm də bizdə idilər . 
  Deməyəsən Xalıqov ən əziz və güvəndiyim yeznəmin güclü vəkil olduğunu eşıdıb mənimlə yaxınlıq edirmiş. Xalıqovun qardaşı tanınmış dövlət məmurlarından birinin sağ əli imiş , Həmin iş adamının oğru dünyasının başçılarının biri ilə sözü tərs düşür , və Xalıqovun qardaşının əli ilə həmin lotunun oğlunu öldürür. Uzun zaman qardaşını mafiyadan orda burda gizləyən Xalıqov bir gün eşidir ki, qardaşı  mafiyanın əlinə düşüb. Bundan xəbər tutan Xalıqov polisi işə qarışdırır , düşünür ki, özü öz əli ilə qardaşını mafiyaya təslim etməkdəndirsə , elə dövlətə təslim etsin , çəzasını çəkib çıxsın . Elə belə də edir . Qardaşı içəridə olsa da , Xalıqov onu içəridə etibarlı əllərə tapşırır . Qardaşı səkkiz ay idi ki, içəridəydi .
   Məhkəmə hələ başa çatmamışdı. Cinayyet işi davam edirdi . Əgər qardaşının cınayətkar olması sübut olunardısa bu Xalıqovun da adına xələl gətirəcəkdi .Hətta onu tutduğu vəzifədən sala bilərdi .Odur ki ,məhkəmə bitmədən qardaşını təmizə çıxarmalıydı . 
  Cinayyet işi Dağıstanda baş versə də bütün məhkəmələr Bakida olurmuş . Qardaşını təmizə çıxarmaq üçün Xaliqov neçə vəkillə görüşsə də , işlə tanış olan vəkillər işi boynuna götürməmişdi . Heç kim özünü bir tərəfdən mafiyaya,bir tərəfdən də tanınmış dövlət nümayəndəsinə bulaşdırmaq istəmirdi .
Odur ki ,yeznəmin sözü keçər və güclü vəkil olduğunu eşidən Xalıqov məni ələ almaqla bu işi Vidadinin boynuna qoymağı düşünür. Şöbədə söhbət əsnasında mən Vidadinin atasının keçmiş ədliyə işçısi və arxalı adam olduğunu demişdim. Nə bilirdim ki ,məni danışdırmaqla Xalıqov məndən onlar haqqında məlumat yığırmış .  Hələ mən rayonda olanda Xalıqov zəng  edib qardaşının məsələsini Vidadiyə də  danışır . İşlə şifahi tanış olan Vidadi başını cəncələ salmaq istəməmiş , bu işdən imtina etmişdi . Və ona xəbərdarlıq da etmişdi ki ,bu məsələ ücün nə ona, nə də atasına ağız açmasın. 
   Polis bölməsində Kifayyətin və Orucun dilindən mənim haqqımda xoşa gəlməz sözlər eşidən bu şərəfsizin əlinə fetsət düşmüşdü . Belə bir iyrənc oyunla vidadını  şantaj etmək fikirinə düşür. Nə də olsa yıxılana balta vuran çox olar . Mənim haqqımda danışılanları sübutuyla yerinə yetirərək Vidadıni təslim edə biləcəyini fikirləşir. Ya Vidadinın örtü altinda gizlənən '' Fahişə '' baldızı olduğunu , hamı bilməliydi , ya da nəyin bahasına olur olsun Vidadı onun qardaşını içəridən qurtarıb , xarıcə qaçması üçün  köməklik etməliydi . 
    Bu sirri Sədaqət Vidadi bir də Vidadinin atası bilirdi . Yelmar dayı Xalıqovun şantajına əsla məhəl qoymayaraq, hərəkətə keçdi . 
    Daha nə oldu, nə olmadı xəbərim yox idi . Cünki əsəb və stresdən depresiyaya girmişdim . Cox pis vəziyyətdəydim . Vidadı bizi evlərinə yerləşdirmişdi .neçə gün idi  ki onlarda qalırdım . Sədaqət məni pisixoloqa aparıb gətirirdi . Gulay sağıma soluma keçib yüz oyundan çıxması da mənə təsir etmirdi . Sanki ətrafımda yaşananlar hər şeyi sanki yuxumda görürdüm . Bütün bu olanlardan Vidadi özünü günahkar sayırdı .Əllərimdən tutaraq mənə ömrünün sonuna qədər arxa dayaq olacağına söz verirdi.
   Mənə dəyən dəymişdi,mənliyim, qürurum qırılmışdı , həyatıma küsmüşdüm , utanirdim deyim -yox utanmırdım , mən utanacaq bir şey etməmişdim . Buna talehmi deyim ?  Qismətmi deyim bilmirdim. Yenə  başıma gələn bütün bu uğursuzluqların səbəbini anamda görürüdüm məni bədbəxt eliyən o olub ... vəssalam ...
    Elə bu arada Lətafətdən xəbər aldiq . Siftə mənə heç nə deməmişdilər . Sonra Sədaqətlə Vidadinin xısın xısın danışmasından vəziyyətin nə yerdə olduğunu başa düşdüm . Deməyəsən məndən sonra Oruc qızı pis günə qoyub . Hayına Kifayət gedib , bir həftədən çox imiş rayon xəstəxanasında yatırmış ,  xəstəxanadan sonra Kifayyət Lətafəti aparıb evimizə qoymaq istəyəndə Lətafət daş atıb başın tutub;
  - Nə o evi istəyirəm ,nə malı, nə mülkü . Mən Orucla yaşamaq istəmirəm- deyıb evə getməyib . Gəlib polis şobəsinə onlardan kömək istəyib .Kifayyət Lətafətlə Oruc arasında nə qədər sülh yaratmağa calışsa da Lətafəti yumuşalda bilməyib . Bu arada Lətafət xəstəxanada olanda hamilə olduğu meydana çıxıb . Bunu eşidən Kifayyət əl ayağa düşüb;  
   - Bacın da burnunun dikinə getdi , Qeyslə barışmayacam deyirdi . Görürsən uşağa qaldığını biləndə neçə barışdı? Ay qiz, dünyanı görə görə gəlmişik , uşaqla qalasan ortada . Oruc da tərsliyinə salacaq , uşağa sənəd verməyəcək . Heç kim demiyəcək uşaq Orucun uşağıdır . Deyəcəklər,kəbini yox bir şeyi yox . Günü Bakida bacısının yanında kecirdi . Düşüb onun yoluna , uşağın atası kimdi bilinmir . Az , sən Mətanətə baxma yee , o vaxt Vudadi Sədaqətdən yanırdı ona görə özün gözə soxmaq üçün Mətanətin dalında durdu . Sənin arxanda kim duracaq a bədbəxt? Get ərini pir de tut . Vidadiyə etibar eləmə ,bala . Yad oğludular hamısı . Elə içi mənimki qarışıq . Nə qədər ki, içimizdə deyildilər  elə bilirdilər indi bir düz əmməlli ailəyik ,artıq Vidadi də gəldi içimizə , gördü kimik nəyik , it kimi peşiman olub indi Sədaqətlə evlənməyinə . Baldızları ad qazanıb ,biri fahişə , biri bandit , şükür allaha aydan arı sudan duruyam , p..x da versə yeyirəm , çoxda versə yeyirəm ,  ərimin namin heç kimə vermurəm , başına pərvanə kimi dolanıram,nədi nədi bacılarımı başıma taqqıltı eləməsin .amma görürsən ki neyləsəm de xeyri yoxdur. Üzü qaraların ucbatından üzüm qaralıb . Barım sən belə eləyib dilimi gödək eləmə . 
   Kifayyətin dediklərini eşidib əsəb keçirirdim .  Az qalırdım vurub kəndə gedəm . Vidadi məni sakitləşdirirdi . 
   Gözünün yaşıyla Vidadinin üstünə gəlib dönə dönə üzür istəmişdi Lətafət . Lətafətlə gorüşmək istəməyən Sədaqəti Vidadi böyük israrla ofisinə çağırmışdı . Lətafət qərarlı bir şəkildə boynundakı uşaqdan qurtulmaq istədiyini deyəndə Sədaqət heç vaxt itirmədən onu həkimə aparib bu uşaqdan qurtulmuşdu .
   Mən isə Lərafətə kəskin bir xəbər yollamışdım, gözümə görsənməsin !!! 
   Vidadı mənə qarşı həmişə diqqətli idi. Bu hadisədən sonra daha da mehriban olmuşdu.Mənimlə söhbətlər edir , məsləhətlər verir, keçmişimlə o cümlədən Türkiyədəki həyatımla maraqlanırdı. Dediyim kimi bu zamanlar yaşadıqlarım xəyalıma yuxu kimi gəlirdi . Bir dəfə neçə oldusa məndən orda sevgilim olub olmamasını soruşdu . 
   - Mən orda ərli idim , Vidadi . 
   - Amma ərin yanında deyildi. Rəsmi evliliyin də yox idi. Sevə bilərdin. Bəlkə də sevmisən . 
    - Evli olmasam da adı üstümdə idi , qızımın atasıydi . Mən hər zaman ona vəfa göstərmişəm . Heç vax xəyanət ağlımın ucundan keçməyib . Bunu onun adı üçün yox ,öz adım üçün etmişəm . Taa həmin gecəyə qədər . Mən bu mövzulara qayıtmaq istəmirəm daha .
   - Yaxşı ,bələkə biri durub ordan biri gələ buraya ,sənin tanıdığın biri ola, mən Mətanəti sevirdim , o da mənə qarşı diqqətsiz deyildi desə , mən onu hər halıyla qəbul edirəm desə, neyliyərsən qəbul edərsən ?  
    Gözlərim uzaqlara daldı . Suatla kecirdiyim dəqiqələr gözlərimin qarşısında canlandı . 
   - Yox ! 
   - Niyə ?  
   - Bilirəm ki ,mən hamıdan kirliyəm , bəlkə də kimisə sevə bilərəm, amma sevgi hər şeyi həll etmir .
   - Bəlkə də sevirsən ...
   - Düzünü desəm , birini sevirəm - Vidadi başıyla sözlərimi təsdiqlədi . 
   - Bilirəm. Hiss etmişəm.
   - Amma bu sevgi pakdir təmizdır ,  mən onu kirlədə bilmərəm ,cünk mən  daha təmiz deyiləm . 
  Söhbət burda kəsmişdi ...
 
    Bir gün Sədaqətlə həkimdən çıxanda evimə getmək istədim ,bir aya yaxın idi ki, öz evımdən çıxmışdım ,İnternata da gedə bilmirdim .Nilaydan çoxdandır xəbərsiz idim . Heç müəllimləri ilə də telefonda danışa bilməmişdim. Stresım hələ keçməmişdi. Halsizlıq yorğunluq  məni əldən salırdı.Özümə gələ bilmirdim. Sədaqət israrla məni evimə getməyimi istəmirdi . Dedim bərabər gedək .Alınacaq əşyalar var onları götürüm gələk . Nəysə ki, məcbur qaldı, getdik bizə . Demiyəsən Lətafəti mənim evimdə yerləşdiriblərmiş. Mənə inanmayan üzdə mənə bir söz, arxamda bir söz danışan bacımin mənim evimdə yerləşməsi məni hövsələdən çıxarırdı . Əlimə keçəni başına gözünə çırpıb onu it kimi evimdən qovdum.Çox dəyişmişdim. Daha əvvəlki Mətanət deyildim. Daha acımasız olmuşdum . Elə bil mənə dəyən hər zərbədən sonra daha qəddar, daha soyuqqanlı olurdum . Hətta özüm özümü də tanıya bilmirdim ,özümə nifrət edirdim.
    Bu hadisədən sonra nə Sədaqətin evinə nə də pisixoloqa getdim. Elə bil yuxudan ayılmışdım. İlk işim iş tapıb sənədlərimi düzəldərək buralardan qaçmaq idi. Qara günlərim başlamışdı. Yenə küçə bə küçə düşüb iş axtarırdım . Daha Suatı ağlımdan, fikirimdən silmişdim. Bayaqdan başıma gələnləri ona danışamağa cəsarət edə bilmirdim . Bir dəondan sonra başıma gələn bu oyunları ona necə deyəcəm? Mənim günahım olmadığına inanardımı . Əsla yox. İnansaydı, mənimlə danışmadan getməzdı .
   Həm onu qınayirdim, həm özümü . Axı mən kiməm ki? Kiməm ki məni sevəsən ?  Mənim üçün taa qalxıb Türkiyədən bura gələsən ? Yaxşı deyək ki sən də məni sevirsən . Lakin taleyin yazdığından çıxa bilməmisən . Axı,mən sənin  indiki vəziyyətin haqqında heç nə bilmirəm. Mənim haqqımda nə düşünürsən , amalın nədir , yoldaşın hələ dururmu, ayrıldımı, öldümü bilmirəm . Zaman nədənsə bizdən uzaq düşü, Suat.  Bİz bir birimizlə tanış olmağımız bir yana qalsın, heç danışa bilmirdik .Mən həyat adlı bir bataqlığa düşmüşəm  çabaladıqca palçığı üzümə gözümə bulaşır , çıxmaq istədikcə daha da derinlərə gedirəm .səni də bu çirkaba bulaşdırmayım.
  - Mətanət telefona çağrırlar ! 
   Elə bildim yenə Sədaqətdir. Danışmaq istəmədim. Nezə vaxdır məni Lətafətlə barışdırmaq istəyirdi. Lətafəti görən gözü yox idi .Amma ortalıqda qalmasın deyə Lətafəti evində yerləşdirmişdi.
  - Nə barışacam mən onunla, neçə dəfə arxasınca getdim, ağzın əydi Kifayyətə . Məni saya salmadı . Vaxtında dedim çıx gəl ev quraq , yuva quraq gəlmədi . İndi bir həsir , bir Məmmədnəsir. Olan olmazı verib Oruca gəlib ki,mən kəndə getmirəm?
  - Mətiş sən də belə eləmə allahın bədbəxtidir o. Avam bizim kimi gözü açıq deyil . Gəl belə yerdə onu ortada qoymayaq.
  -Məni qarışdırma . Mənim o kafedə  başıma nə gəldiysə onun üzündən gəldi.
 - Sus o heç nə bilmir . 
 - Nə edim indi?Getsin həyatını  özü qursun, mənim kimi çabalasın . Başı daşdan daşa dəysin . Onda ayılacaq. Onda deyəcək bacı , qələt eləmişəm , səni qınamışam.
 - Mətiş biz hələ Lətafətlə doğma bacıyıq ,onu bağışlaya bilmirik . Bəs Vidadi neyləsin?Güc bəla dilə tutmuşam, yalvar - yaxar eləmişəm . Məni bu qızın zibilinə bulaşdırma deyir. Allaha and olsun ,bu qızın üzündən Vidadı o söz qalmır mənə desin.Yenə sağolsun kişini ,  Yelmar əmini deyirəm . Su olub odu söndürür . 
  - İndi mən neyniyim ?
 - Vidadı başqa vəkilnən danışıb ,bütün xərcin özü çəkəcək . Əri nə ziyan vurub hamısını ödətdirəcək.
  -Bəs mənim qürurum ,mənim mənliyim,mənim namusum?Mənə dəyən mənəvi zərər? Oruc da ,Lətafət də bunu nəylə ödəyəcək ? Mnim nə işim vardı polisdə , hardan tanıyirdim Xalıqovu . Niyə bu oyuna gəlməliydim ki ? Axı mən ona sahib çıxmaqdan başqa nə elədim ki ona ? Mənim mükafatım bu idi? Özümə söz vermişəm kiməsə açımayacam . Hələ mən də yıxılana balta vuracam ,bacım belə olsa . 
 - Səni başa düşürəm əzizim . Vidadi buna görə özünü bağışlaya bilmir . Darıxma əmim bu işin başını buraxmaz . Xalıqov buynuzun kimə sürtür bilmir hələ .
 - Heç nə dəyişməyəcək. Mənə dəyən dəyib artıq !
 - Mətiş səni gözləyirlər! Deyəsən işdəndir. Bir türkdür- ev sahibinin səsi məni özümə gətirdi . 
   - Türk?
   - Az hə... bayaqdan gözləyir.Tez ol.
   Ayaqlarım qonşu evə qaçsa da ürəyimi vicdanım məngənə kimi sixır ,beynimi suallar gəlik deşik edirdi .Allaha yalvarırdım gözlədiyim zəng olsun . Lap o zəng olsaydı belə o zəngin mənim üçün heç bir mənası yox idi.
  - Alo,Salamun Aleykum 
  - Aleykümselam . 
   Qısa danışdıq. Səs tanış gəlirdi ,  amma kim olduğunu bilmədim. Mənimlə vacib bir məsələ üçün görüşmək istədiyini deyirdi. Suatın bir əmanəti varmış onu mənə verəcəkmiş . Sevinc ilə təssüfü bir arada yaşayırdım. Elə həyəcanlı idim ki ,zəng edənin kim olsuğunu belə soruşmadım .Axşam üstü 28 də həmin adamla görüşməliydim . 
  Gulayın əlindən tutub 20 yanvar yarmarkasına gəldim. Samirlə görüşəcəkdim . Satıcısı onun Türkiyəyə mala getdiyni dedi. Elə onun dükanından uşaqlara corab, mayka alıb, geri dönəcəkdim ki ,Gülayın yanımda olmadığını hiss etdim. Gözlərimlə ətrafı axtardım. Görünmürdü. Satıcıdan soruşdum. Xəbəri yox idi. Aldığım şeyləri piştaxtın üstünə atıb mağazadan cıxdım . Sağa sola boylandım . 
  - Gülay!-deyə sesləndim,səsimə səs  verən olmadı .Dəli kimi ,qonşu dükanlara qaçır , səsim gəldikcə Gülay deyə bağırırdım . Yox idi . Bir bir maqazınlərə girib əlimlə Gülayın boyun göstərib içəridəkilərdən onu görüb görmədiklərini soruşurdum .Qızım itmişdi. Ətrafda camaat başıma toplaşıb məni sakitləşdirməyə çalışırdılar . Övladı itən ananı övladından başka kim sakitləşdirə bilərdi ki ...
   Səsimə bazarın polisi də gəlmişdi . Xalıqov söhbətindən sonra polis , ümumiyətlə dövlət işçılərinə nifrət erdirdim . Daha onlara nə güvənim , nə də inamım qalmışdı. Məndən nə baş verdiyini soruşanda onlara uşağımın itdiyini demirdim . Elə bilirdim ki, bu dəfə də məndən istifade edib sonra uşağımı tapıb mənə vereceklər . Polislərə bir şey demədən bazarın içındə ora bura qaçırdım . Artıq hardaydım , hansı tərəfdəydim , bilmirəm.Nəhayyət yorulub əldən düşdüm,halsızlaşmışdım, çığırmaqdan təngənəfəs olmuşdum . 
    -Xanım,gedək şöbəyə anons verək ,  uşaq burdan uzağa gedə bilməz ki ,  mütləq buralardadır . Tapılar narahat olmayın.
  - Heç bir yerə getmiyəcəm, lazım olarsa ozüm bir bir maqazinləri gəzəcəm - deyə polislərə üsyan edirdim. 
   Mağazaların birinin qapısına kətil qoyub məni oraya oturtdular .Su verdilər .Məni sakitləşdirməyə çalışdılar . Handan hana özümə gəlib ayağa qalxdım. Polislərin arxasınca düşüb gedəcəkdim ki , qarşı maqazinin içində Gülay gözümə dəydi. Bir qadın onunla söhbət edir, Gülay şaqanaq çəkib gülürdü. Əlində oyuncaq dovşan və şırinquş var idi ; 
  - Gülay ... Gülay qızım ... 
  Hamı mənim baxdığım səmtə baxırdı .Qaçıb qızı qucağıma aldım . Qucaqlayıb uşağı duz kimi yalayırdım . Çox təsirli mənzərə idi 
 Başıma toplananlar kövrələrək məni təbrik efirdilər . 
   - Bııyy , Mətanət ?
   Səs gələn tərəfə döndüm . Gülayı danışdıran qadın mənim keçmiş qaynanam  Minayəydi .. 

28 BÖLÜM . 
  
   Qadın məni görüb yerində donub qalmışdı . Gah mənə , gah Gülaya baxırdı .
  Yanımdakı polislər Gülayın başını sığallayıb onu danışdırırdılar. Burda qalmağın adı yox idi .Qaynanamın burda dükanı olduğunu bilmirdim . 
  Necə olub təsadüf onları görüşdürüb . Bəlkə də Gülay onun nəvəsidir ,qan çəkib ya qadın, ya da Gülay ona yaxınlaşıb , bilmirəm...
   Qadın mənə və Gülaya baxaraq gülümsəyirdi . Gülay da dil böğaza qoymurdu .
   - Ana bah , buyu mənə o nənə aldı .Yahşı nənədi o . 
   Gülayı yerə qoydum ;
  - Qızım, adam tanımadığı adamdan bir şey almaz, ayıb olsun sənə!
  Göz alti Minaya xalaya baxdım . Qaşqabağın tökmüşdü . 
 - Apar, oyuncağı ver, təşşəkkür et, gəl ! 
 Gülay yerindən təpənmədi.
 - Gülay, eşitmirsən məni?
  Gülay doluxsunmuş halda qadına tərəf addımladı .
 - Nənə qurban, qoy bu qalsın səndə.Mən onu sənə almışam. 
   -Anam qoymuy.
  - Eybi yox, bu dəfə anandan xahiş edək bu səndə qalsın. Bir də heç kimdən heç nə alma ,səni aldadarlar, oğurlayarlar, yaxşı?
   Gülay başın yellədi.
  - Di gəl öpüm !
   Minayə xala Gülayı bağrına basanda nədənsə kövrəldim .Həmin an gözlərimin qarşısında anasıyla Qeyisin türmədə görüşməsi çanlanırdı.Qadın Gülayı qucaqlayıb qoxladı ,sonra təkrar təkrar öpdü ; 
   - Ohhh...Qeyisimin qoxusunu aldım balamdan.Toçnu Qeyisin uşaqlığıdır , maşallah.Allah torpağı sanı ömür versin.
  Dayana bilmirdim ,elə içdən deyirdi ki bir anlıq Gülayın doğurdan da Qeyisin qızı olduğunu düşünürdüm. Gülayın əlindən tutub dartdım , Minaya xala ağlayırdı, o ağladıqca mənimdə ürəyim rab gətirmirdi.
  Dovşanı alıb ,satılıq paltarların üstünə atdım .Qapıdan çıxanda Gülay əlimdən çıxıb arvada sarıldı.
 - Uşş, sənə nənən qurban!!!
 - Nənə, sən yahşı nənəsən. Mən səni çoh istədim . 
 - Ay nənə sənə qurban, Samir dayının yanlna gələndə anana de səni bura  gətirsin, yaxşı?
  -Yahşı-Gülay dovşanı götürüb bağrlna basdı .Dayana bilmirdim daha.  İstəmirdim Minayə xala ağlamağımı görsün .Odur ki, bu dəfə Gülaya bir şey demədən əlindən tutub gözlərimi sıxaraq bayıra dartdım.
  Heç özümdə deyildim . Bu günkü stres məni haldan salmışdı. Son vaxtlar bir balaca həyəcan stres kecirdəndə yuxu məni basırdı. Həkimim bunun depresiya əlaməti olduğunu deyirdi .Belə vaxtı içə qapanmaq ,təkliyə çəkilmək mənim zərərimə idi.Odur ki evə getməməliydim.
   Vaxta az qalırdı . 28 geldim. Metronun qarşısında bir neçə dəfə Gülayla o baş bu başa gəzişdim. Gülayın nə dediyini beynim almırdı. Beynim suallarla dolub daşırdı.Burda Suatla məni kim bilirdi axı? Bəlkə Suat mənimlə sevgili olduğunu birdakı dostlarına deyib ? Bəs Suat mənə nə əmanət göndərir ki? Bəlkə mənə yenə pul göndərir ki, İstanbula gedim? 
  Suallarıma heç cür cavab verə bilmirdim. Zəng edən adam məni Cəfər Cabbarlının heykəli qarşısında gözləyəcəkdi.O da məni tanımırdı.Bir birimizə nə geyinəcəklərimizi desəkdə, yenə hər ehtimala qarşı o, mənə nömrəsini də vermişdi .
   Heykələ yaxınlaşıb ətrafa baxdım. Elə geyimdə adam yox idi .Yəqin tez gəlmişəm, ya o gecikir. Gülayın əlindən tutub yaxınlıqdakı oturacaqda oturdum . Gəlib gedənlərin içərisində həmin adamı axtarırdım.
  Gözlərimə inanmadım. Həmin adam gəldi . Amma bu , Abdullah idi.Tez tez saata baxaraq adamların arasında gözləri ilə kimi isə axtarirdi . 
   Fikirim qarışmışdı. Bəlkə Zafer yollayıb onu . Bəs Suatı hardan tanıyır o ?Yəqin Suat deyib ona. O da mənimlə görüşmək üçün bu yola əl atıb ?
 - Qalx qızım!
 - Haya cediyiç?
- Evə.
- Eyy ana !!! Noyay biyaz oynayım buyda 
- Olmaz qızım gecdir.
Abdullah Gülayın səsinə dönmüşdı .Üz gözündən təccüb yağırdı .Yərin o da mənim kimi çaşıb qalmışdı. Gülayı darta darta küçədə ödənişli zəng üçün nəzərdə tutulan telefoncuların yanına  gəldim. Mənə zəng edənin Abdullah olub olmadığını bilmək istəyirdim. Nömrəni yığdirdim .Dönüb ona baxdım.Onun da bir gözü məndə idi. Çibindən telefonunu çıxarıb qulağına tutanda mən telefonu söndürdüm.Tez Gülayın əlindən tutub metroya girdim . Onun da mənim arxamca qaçdığını görürdüm.Gülayı qucağıma alıb ekskalatorun pıləkənlərini aşağı endım . Perona çataha çatda qatar gəldi .Qacaraq qatara mindim . Abdullah bizə yetişmişdi ki ,qapılar bağlandı və qatar hərəkətə kecdi...
  Sədaqətlə Lətafət bizim həyətdə məni gözləyirdilər. Lətafəti görəndə qutuda ilan görürdüm elə bil .Qızı görməyə gözüm yox idi.Az qalırdım saçlarından alıb sürüyəm. Di gəl ki,ev sahibindən qorxurdum . Dəfələrlə xəbərdarlıq eləmişdi ki ;
   -Həyətdə bir daha səs küy eşitsəm tutub qolunuzdan bayıra atacam . 
  Kirimişcə salamsız kəlamsız qapını açıb içəri kecdim onlar da arxamca . 
    Biraz keçmiş Vidadi də atası da gəldi . Şad xəbər gətirmişdilər. Xalıqov vəzifəsindən sui istifadəsindən təqsirləndirilərək işindən atılmışdı .Bu Yelmar dayı üçün bır addım idi atmışdı . Qalırdı Xalıqovun lazımı çəza alması . Vidadinin dediyinə görə bu hadısədən sonra Xalıqov daha da azğınlaşmışdı . Əlində olan şəkilləri Vidadini tanıyan adamlara göztərit . Mənim və Vidadının haqqında xoşagəlməz sözlər danışırdı. Amma bütün bunların mənim üçün heç bir əhəmiyyəti yox idi . Ruh kimi ortalarda dolaşırdım. Ruhum əzilmiş , mənliyim sarsılmış,qürurum qırılmışdı...
    Bizə gəlməkdə məqsədləri var idi .Vidadi də , Yelmar dayı da yaxşı bilirdi ki , bir tərəfdən Orucun Lətafətin yaxasını buraxmaması ,bir tərəfdən Xalıqovun qisası bizi rahat buraxmayacaqdı.Odur ki, bir müddət bizi gizləməyi düşünürdülər. Bunun üçün bizi bir müddət Yelmar dayının Naxçıvandakı ata evinə göndərməyi düşünürdülər . Sədaqət də bir aylığa məzuniyyət götürüb bizimlə bərabər oraya gedəcəkdi. Bu birdən birə razılaşıb veriləsi qərar deyildi . Bu barədə fikirləşməmiz lazım idi. Bir də düşünəndə ki,o evdə Lətafətlə qalacam , əsəbim tarlma çəkilirdi.
  Bu aralar ev sahibəsinin telefonu heç susmurdu . Abdullah ikidə bir zəng edir,məni telefona çağırırdı.Danışmırdim. Ev sahibinə də demişdim ki həmin adam zəng eləsə məni çağırmasın . 
  İki gün sonra Vidadi bu qərarla razı olub olmamağımız üçün bizə gəldi.
 -Madəm bizim burdan uzaqlaşmamızı istəyirsən, o zaman məni Türkiyəyə yolla . 
  - Gedib orda təkbaşına neyləyəsən ki?
  - Bilmirəm gedib baxacam vəziyyətə işə, gücə baxaram . Mən oraları tanıyıram,çəmini,yönünü bilirəm .İnşallah bir iş güc taparam.
   - Hmm. Demək ora getməkdə qərarlısan?
   -Hə, onsuz da gedəcəkdim.Sadecə getməyə pulum yox idi . 
  -Bəs niyə istəmirdin?
  - Nə bilim , vallah .Üz ətdəndir ee Vidadi ,adam utanır . Allah səndən min qat razı olsun.Onsuzda əlin üstümüzdədi
  -Əşii məndən demirəm ee , o türkdən ...
  Elə bil məni iıdırım vurdu. Vidadinin gözlərinin içinə baxdım ; 
  - Nə türk ?
   -Mənə də gəlmə də! Mən yuristlik oxumuşam ee. 
  -Vallah söhbət nədən gedir bilmirəm.
 - Sən xəstəxanada mənnən telefonu niyə almışdın ? 
   Məsələ aydın idi . Demək ki, məndən sonra ya Vidadi Suatın nömrəsinə zəng edib, ya da əksinə
  -Bəs telefonu niyə almırsan .Yazıq bütün günü zəng edir. 
   -Nə telefon ,bir ətraflı danış görüm nədir nə məsələdir .
   - Yaxşı daa Mətanət . 
   - Vallah , bir şey başa düşmürəm.
   Demiyəsən Suat Vidadinin telefonuna zəng edib, məni istəyib . Həqiqətən iş görüşməsi olduğunu düşünən Vidadı mənim müsait olmadığımı ona deyəndə o sərxoş səsiylə telefonu mənə verməsini israr edib . Mən də həmin vaxt özümdə olmamışam . Səhəri Vidadi özü Suata zəng edib özünü təqdim edəndən sonra Suat açıb sandığı töküb pambığı . Taa türkiyədən tanışlığımıdan məni yola salana qədər olan şeyləri Vidadiyə danışıb.Məni sevdiyini,hələ də mənimlə bərabər münasıbıtimizə qərarlı olduğunu bildirib.Elə Vidadi mənimlə tez tez ordaki həyat və yaşamımdan bu səbəbdən tez tez maraqlnırmış. Suat Bakıda olanda Vidadi onunla görüşüb, danışmaq istəmiş lakin o zaman Suat artıq gedibmış . Elə telefonda  Suatın işiylə , ailə həyatıyla maraqlanıb . Hər şey onun ürəyincə idi . Lakin onun evli olması Vidadinin əlini qolunu bağlayıb . Çay içdikləri masanın arxasından qalxıb ;  
 - Mən inanmıram ki,Mətanət evli bir adamla ilışkiye girsin. Məncə bunu bir daha düşünün-deyib. 
  -Metanet beni nasıl var öyle kabul ediyor, biliyorum 
   -Bax abim . Burda yanlışın var . O seni sevmesi seni belə kabul etmesi demek deyildir . Həm də Mətanət artıq sənin 5 il bundan əvvəl gördüyün Mətanət deyil çox dəyişib . Belkə o zaman nunu qəbul edə bilərdi . Çünki çarəsiz , yalız və çətin vəziyyətdəydi . Bəlkə nəyəsə ehtiyyac hiss edib , o hiss etdiyin səndə tapıb.İndi o zamandan indiyənə çox şey dəyişib. Bu məsələ çoçuk oyuncağı deyil.Yüz ölçün bir biçin. Ya boşanacaqsan, Mətanətlə evlənəcəksən , ya da taleyinlə barışıb oturacaqsan . Mətanet mənim baçım, başımın tacıdır. Mən istəmərəm ki, mənim bacım qeyri rəsmi kiminləsə ilişkide olsun. Sabah bir gün sözünüz tutmayanda qoyub qaçasan.
 -Anlamıyorsun abi ,ben boşanamam , bizim yasaları bilmiyorsun. Ben hasta , bakıma muhtac bir qadını terk edemem , boşayamam, o zaman ben servetimin büyük hissesini ona vermek zorunda kalacam ,onun da büyük serveti var . O zaman benim ondan bir şey istəmeye hakkım yok. Ben onunla boşanmak istesem bile mahkeme boşamaz . Kadının elinde hastane raporu var ,sosial bakımdan maaş alıyor,bakıcısı var, yani böyle hastaları boşamak zor yanı. Kaç senelerdir ben o kadına katlanıyorum , neden, nicin, yıllarla dişimle tırnağımla, mahkemelerle, davalarla kazandığım babamın servetini kaybetmemek içinmi?
   - Bəs indi neyləmək fikirin var?  
   - Bunları Metanetle konuşmam lazım. Onunla anlaşmalıyım. O kadını boşayıb ona vereceyim servetten Metaneta hisse ayira bilirim.Ona ev alırsam buna kimse karışamaz . Kızını evlatlık edersem servetımın varısi o olucak.
 -Gülay dedin ona?
 - Bilmir? 
 - Yox . 
 - Hmm ... o zaman siz bir birinizi yaxşı tanımırsız ,məncə yaxşıca danışmanız lazımdır .
 - Axı necə? O məni eşitmək istəmədi . Getdi. Məndə nömrəsi yoxdur. Sənin onunla danışmağını da bilmirdim . Elə həmin gün bunları onunla danışmağa gedəcəkdim .Olmadı. Kaş ke həmin gün onunla danışa bilsəydim.O zaman bütün bu olanlar da başıma gəlməzdi.
  -Sənə bir dostundan telefon göndərib. Sən də qəbul etməmisən. Həmin adama demisən ki, səndən əl çəksin . Guya sən başqasıyla bərabərsən   
 - Nə vaxt ,kimnən ?
 - Bilmirəm. Sənə kim telefon verib? 
 - Heç kim! Elə bir şey olmayıb . 
   Elə bu ağzımdan çıxmışdı ki, Abdullah gözlərimin qarşısına gəldi.Axı məni telefonda görüşə çağıran adam demişdi ki ,Suatın əmanəti var. Bəlkə Suat elə ondan mənə telefon göndəribmiş .Həə bəlli ki ,Abdullah Suatın sevgilisi mən olduğumu bilmirdi. Məni görüb çaşıb ,Suatla aramda şeytançılıq edib .
   Vidadidən gizlin sözüm olmazdı . Bütün hər şeyi ona danışdım . Vidadı telefonunu mənə uzadıb ; 
 - Al,yığ ,danış!
 Səsi qulağıma gələndə əllərim, ayaqlarım əsirdi . Onun da səsində böyuk həyəcan var idi. Sevindiyindən nə deyəcəyini belə bilmirdi .Vidadi rahat danışmam üçün bayıra çıxdı. Lakin ikimiz də həyəcandan nə deyib ,nə danışacağımızı bilmirdik . Qulaqlarımda ancaq ; 
   -Metanet , gülüm sensiz yapamıyorum , seni seviyorum - deyə səslənirdi . 
   Bəli, Suat Bakıda işlətdiyi telefonu Abdullahdan mənə yollayıbmış . Mənə Abdullahla görüşüb telefonu ondan almağımı istədi .Mən bunu edə bilməzdim, Abdullahla görüşməyim başıma yeni fəlakətlər aça bilərdi . 
 - Bəs məni niyə dinlemedin Suat. Ben seni aradım, sana hastanedeyim , gelemedim dedim, bana inanmadım . 
   -Sarhoşdum gülüm kusura bakma nolursun . Neyaptığımı bilmiyordum . Doğru, sen gelmeyince bu safer de beni kandırdığını düşündüm . Ben nakadar salağım- diye kendimi kızdım ama. 
 - Sonra niye aramadın ,
 - Kızğınlığım geçmemişti . Aradım , bir başkası çıktı,senin müsait olmadığını dedi . Doğrusu kıskandım. Biraz apık sapık konuştum onunla . Sabah adam beni aradı. Benim kim olduğunu sordu . Hala sana kızğındım . Konuşmak istemedim . Kızğınlığım geçtikten sonra evini ,aradım ev sahibi evde olmadığını söyledi,sonra bi daha aradım,uyuduğunu söyledi.Giderken seninle buluşmak telefonumu sana vermek istiyordum .Sana ulaşamayınca aradığın numarayı yığım.Vidadi bey açtı. Eniştesiyim diyınce yüreklendim. Olanları anlattım. İlk sert tepki gösterdi, sonra kendisi aradı. Konuşmalarından gercekten sana sahip çıktığını gördüm. Seni savunuyordu ,sağolsun vallah . Bana gel dedi , tanışalım , kimsin nesin . Gelemem ki , Nejla fenalaşmış , yoğun bakimda yatıyor , benden başka kimi kimsesi yok .Boğazını delmişler , mamayla desleniyor artık. İnşallah yoğun bakımdan çıksın da muhakak gelicem . 
    Onunla danışmağım mənə yüngüllük gətirmişdi . Ümud vermişdi . Gözlərimin içi gülürdü . 
   - He nə fikirləşirsən ?  
   - Deyirəm , məni Naxçıvana yolladığını , göndər Türkiyəyə !
  - Qəti fikirindir ?  
  -Hə qəti ! Deyirəm mənim orda olmam bizi bir birimizidaha yaxından tanımamıza səbəb olar. Aradan üzun illər kecib . Danışılası çox şeyimiz var . Neyi qəbul edib ,nəyi qəbul etməyəcəyimizi yaxşıca götür qoy etməliyik . 
   - Əslində ağıllı fikirdir. Bəs orda harda qalacaqsan? Onda gərək ev tutaq sizə . 
   - Bizə ? 
   - Lətafetlə sənə dəə... 
   - Mən ondan qaçıram sən onu mənə yamaq edirsən . 
   - Bir birinizə hayan olarsız.Tək olmaz .
  Bilirdim ki,Vidadı məni oraya tək qoymayacaq , həm də onu da başa düşürdüm. Vidadi işlərini yoluna qoymaq üçün ikimizi də burdan göndərmək istəyirdi. Lətafətin də mənim də burda qalmağım Vidadinin planlarını poza bilərdi. İndi iş qalırdı Lətafətlə mənim birləşməyimə . Mən Türkiyəyə , Lətafet Naxçıvana getsəydi Vidadi ikimizin aramızda qalacaqdı . Həm Lətafətə , həm mənə kömək edə bilməyəcəkdi.bu çətin günləri atlatmaq üçün bir birimizə dəstək olmağımız lazım idi . Odur ki ;
 - Yaxşı mən razı . Amma bir şərtlə .
 - Nə şərt ?
 - Deyirəm Sədaqətlə Mətanət hələlik getsinlər Naxçıvana. Zatən Sədaqətin 1 ay məzuniyyəti var , mən də ona qədər İstanbula gedim, bir iş güc tapım, evlərə baxım qiymətlərlə maraqlanım . Həm də Suatla danışım, onunla Gülayı danışmalıyam. Görək fikiri nədir ? Nə düşünür. Ondan sonra ...
  -Ağıllı fikirdir. Bəs Gülay? Onu necə götürəcəksən .
  - Məncə hələlik Gülay qalsin burda , uşaqla orda dolaşmaq çətin olacaq . Dost deyən olsa gəlib , Nilayı da, Gülayı da aparacam . 
  - Nilayla sənə çətin olmayacaq ?  
  - Deyirəm axi , işlərim mən deyən kimi olarsa problem olmaz . Mən uşaqlarımdan ayrı qala bilmərəm .
   Uşaqların və öz sənədlərimi yeniləmək üçün lazımı yerə müraciət etmişdim . Suatla mənim sirrimi Vidadidən başqa heç kim bilmirdi . Hətta Sədaqət belə . Maşallah Vidadınin ağzı möhkəm idi . Belə münasıbətə normal baxırdı .Lakin onun da beynini qurcalayan bəzi suallar var idi . O bunun da çarəsini tapmışdı . Nə olur olsun mən Suatla bağlı hər şeyimi Vidadiylə danışmalı, gələcəyimin qarantisi üçün Vidadiylə məsləhətləşib Əgər Suat buna razı olardısa qanuni yollarla Suatla bərabərliyimi davam etdirməliydim .Bu yollardan biri də Nejlanın Suata ikinci evliliyinə razı olması idi . O da sual altında idi . Nejlanın hafizəsi , ağlı yerində deyildi . Onun imza atdığı kağız keçərli olardımı olmazdımı bilmirəm . 
 Sənədlər 15 -20 günə hazır olacaqdı. Bu söhbətdən 3 gün sonra Vidadi məni iş yerinə çağırdı . Mənə bir telefon uzadıb;
  -Suatin əmanətidir- dedi.Vidadi Suatın istəyiylə Abdullahdan telefonu almışdı . 
   -Yeri, zəng elə,ürəyi üstünə gəlsin! Səninki məni işimdən gücümdən eləyib day- deyə gülümsəyərək qarşısındakı kağızları qarışdırdı .
  Sevincimin həddi hüdudu yox idi . Elə bil gənclik cağıma qayıtmışdım .Sanki ,18 yaşlı qız kimi ilk sevgimin həyəcanını yaşayırdım . Ayağa qalxıb Vidadının yanına gəldım . Qollarımı açıb ona sarıldım .
 - Canım qardaşım mənim ,sən həyatımda gördüyüm, ən yaxşı dost , ən yaxın adamsan . Allah sızı bəxtəvərlərin bəxtəvəri eləsin. Allah səni qardaşlıqdan əskik eləməsin ...
   Telefonun səsi, sevincimə qarışdı . Vidadı qollarımın arasında tıncıxırmış kimi telefonuna baxdı 
 - Bu deeyy...ayda ildə birdəfə baldızim məni əzizdəyirdi,onda da bacanaq qısqandı - gülüb telefonu gözləriylə mənə göstərdi-elə bil durbinlə baxır. Di götür cavab ver .
  Onun telefonun söndürüb öz telefonumdan Suatın nömrəsini yığdım ... 
   Bir həftə bundan qabaq az qala canıma qıymışdım. Dünya gözümdə eybəcərləşmiş, həyata nifrət edirdim , amma indi ? İndi dünya mənim idi , həyat gözümdə gözəlləşmişdı , şəhər , insanlar , zəhləmi tökən şəhərin gurultusu belə mənə gözəl görünürdü . Suat məni həyata qaytarmışdı. Bütün günü danışırdıq , gündə bir dəfə internet kluba gedib ,onunla kampütürdə görüntülü danışırdıq . Onun sevgisini gözlərindən oxuya bilirdim , üzünün gülüşündən xoşbəxtlik yağırdı . Gecə sabahlara gədər yuxulu və pıçıltilı danışmalarımiz bizi darıxdırsa da çox xoşbəxt edirdi . Bunca illər başıma gələnləri ona danışmışdım . O da mənə qardaşlarıyla məhkəmə davalarindan , xanımının sərvəti üçün qohumlarının açdığı məhkəmələrdən , atasının qlzıl sexini satıb, böyük bir şirkətə ortaq olmağından danışırdı . Telefonu qulağıma tutmaqdan yorulub başımı yastığın üstündəki telefona qoyanda elə bilirdim onun sinəsində yatmışam . Sanki barmaqları saçlarımda gəzir , nəfəsinin fısıltısı saçlarımı oynadirdi elə bil . Pıçıltılı və ehtiraslı səsi dodaqlarımdan öpürdü . Sabahlara qədər elə belə danışa danışa ya yuxuya gedərdim , ya da danışma dəqiqələrimiz bitərdi . 
   Onunla hər şey danışmışdıq ,günlük həyatımızda nə olur nə kecir, hətta intim duyğularımazdan da xəbərdar idik. Bir Gülayı danışmamışdıq ... Qorxurdum ... Gülay hər şeyi pozacaq deyə ...
   Vaxt yaxınlaşdıqca həm səbrim daralır ,həm də qorxu canımı alırdı . Beynimdə gəzən suallar, ürəyimdəki təlaşı artırırdı. Birdən Gülayı qəbul etməz ,bəs onda necə olacaq ,ya birdən məni seçim qarşısında qoysa ,,ya Gülay ya mən" desə? Onda nə edərəm? Ya Gülayla səfaləti seçməliydim, ya da Suatla xoşbəxtliyi..
  Budur vaxt gəlib çatdı . Sədaqətgil coxdan getmişdılər Naxçıvana . Mən isə sənədlər üçün burda qalmışdım. Mənim Naxçıvana getməməyim, əlimdəki telefon Sədaqətı və Lətafəti şübhəyə salmışdı. Vidadi də dil altda qalmayıb gülərək;
 - Bu yaxınlarda xeyir xəbər çıxar . Siz gedin gəzmələrə ...
  Bu arada məhkəmələr davam edirdi . Xalıqovun izinə düşmüşdülər . Məni apardığı o kafe əxlaqsızlıq yuvası imiş ...
  Oruc da sıxışdırılır Vudadı ona məhkəmə açmışdı. LƏtafətlə bərabər olduğu müddətdə Lətafətə dəyən maddi və mənəvi ziyan tələb edirdi. Vidadi bizim evə bir ailə göndərmişdi. Həmin ailə bizim qoyun keçilərə çobanlıq edir, evimizə həyan olurdu. Vidadi bağ baxçamızın və evimizdə qalan həmin  ailənin həyatını güvənə almaq üçün rayon polisinə müraciət etmişdi. Oruc şöbəyə dəvət olunaraq dilindən kağız alınmışdı, evə, mala, həmin ailəyə və Lətafətə hansısa bir ziyanlıq gələrdisə Oruc məsulliyyət daşıyacaqdı ...
 ...Sənadlərimi alıb, bir başa aereporta gedib Naxçıvana biletimizi aldım.Gülayı Naxçıvanda Sədaqətlə Lətafətin yanında qoyub ordan İğdıra gələrək İstanbula yola düşəcəkdim . 
  Bileti alıb uşaq evinə gəldim. Nilay və İlqarla görüşdüm. Müdirəylə vəziyyətimi danışıb uşaqları ona möhkəm möhkəm tapşırdım.
  - İnşallah gedim iş tapım, yer yurd edib, gələcəm , Nilayı da götürüb gedəcəm . İlqarın anasını da tapıb danışacam , görək uşağına sahıb çıxarmı. 
 -İnşallah sahib çıxar. 
-Çıxarsa nə yaxşı . 
   Heç Nilaydan ayrılmağıma kövrəlməmişdim. Bilirdim ki, gec ya da tez Nilayı burdan götürüb gedəcəyəm . Amma İlqarla görüşəndə özümü saxlaya bilmədim. Hönkürüb ağladım. Burda onu ziyarət edən bir mən idim. Yaşının pis vaxti idi. Bu gün sabah yeniyetməlik çağlarına qədəm basacaqdı. Bu vaxta qədər bəlkə də mənə görə ozünü yetım saymırdı. Amma indi məni qucaqlayıb ; 
   - Xala,tez gəl, məni burda tək qoyma . Burda səndən başqa bizim heç kimimiz yoxdur- deməsi ürəyimi riqqətə gətirmişdı . Bəli mən də, o da yalnız indi onun yetim olduğunu hiss edirdik . İlqar gözümün yaşını sılib ; 
  - Nilaydan nigaran qalma xala ,mən qoymaram onu doysünlər. Bax xala, söz verirəm yaxşı oxuyacam, özümə sintizator alacam, toya gedib sintizator çalacam, çoxlu pulum olacaq, ev alacam görərsən. Nilay da , səndə, Gülayda bir yerdə olacağıq.
  Balaca ürəyinə qurban olduğum , nə xəyallar qururdu .balaca ağlıyla bizə sahib çıxırdı . Bəs insaf idimi mən onu bu yetimxanada yiyəsiz sahibsiz qoyub gedəydim ? Allah anasına insaf versin . Mütləq Nəzakəti tapmalıyam , nə olur olsun. Balasına sahib çıxmalıdır . 

29 BÖLÜM . 

  Naxçıvana gələrək Gülayı qızların yanına qoydum . Türkiyəyə gedəcəyimi deyəndə Lətafət buna qarşı çıxdı . Onunla danışmırdım, ona hesab vermək məcburiyyətində də deyildim . Zatən onun səsini belə eşidəndə əsəblərim təpəmin qapağını atırdi . Burda da onunla dalaşacağımı başa düşən Sədaqət qoluma girıb məni evin qarşısındakı ərik ağaçının altına apardı . Gülay da arxamızca gəlib həyətdə oynamağa başladı . 
   Kürsülü böyük evin aynəbəndi gündoğara idi . Payızın solğun günəşı ağacların arasından düz aynəbəndə düşürdü. Həfif əsən külək , saralmış yarpaqları qovaraq evə çıxan taxta pıləkənlərin altına doldururdu . Xışıldayan yarpaqların səsi , həyətdən axan arxın səsi burda ecizkar bir mənzərə yaratmışdı. İnanın adam belə bir yerdə tək tənha oturub , ruhunu dinləndirmək istəyərdi . 
 - Sən ona nə fikir verirsən ee?Bilirsən biti birəyə yamayır . 
 - Qızı görəndə qutuda ilan görürəm elə bil. Az qalıram tutub qızı boğum. 
 -Səbirli ol. Sadecə onun da çətin vaxtıdır . Asan deyil , umüd olduğu birindən zərbə görmək . Bu saat onun beyninin duman vaxtıdır. Özünə sığışdıra bilmir, ərinin ona etdikləri. O qədər ərinin tərəfin tutdu ki , indi də əri ona belə eləməyi onu quru yurdda qoymağı ...
   -Çəhənnəmə eləsin . Ona vaxtında dedik axı ...
  - Bilirəm dəə ...
  - Di barım dilin qoysun qarnına , mənim işlərimə qarışmasın - qəfil su şappıltısına sözüm ağzımda yarımçıq qaldı . 
 - Gülay !!! - arxa tərəf qaçdım -Gülay ...
  Gülay yox idi.ətrafa boylandım . 
 - Aayy uşaq düşüb suya !- Sədaqətin səsi çərəyan kimi bədənimdən kecdi . Lillənmiş sudan heç nə görünmürdü . Düşünmədən özümü suya atdım. Arx dayaz kimi görünürdü , ama derinmiş su sinəmə qədər çıxırdı, ayaqlarım suyun dibinə dəydikcə lıl məni daha da dərinlərə çəkirdı .
 - Gülay !!!- deyə həyəcanla qışqırıb özümü suyun altına vurdum. Əlımlə suyun altın axtarırdım . Lildən heç nə görünmürdü . Başımı sudan çıxarıb dərindən nəfəs alaraq təkrar suya baş vurdum. Uşağı axtarırdım . Yox idi . Artıq arxın içiylə yeriyərək gözlərimlə suyun üzünü axtarırdım , Sədaqətin həyəcanla mənə göstərdiyi səmtə tərəf hərəkət edirdim . Səsimizə Lətafət də gəlmişdi . Dəqiqələr kecdikcə ürəyim ağzıma gəlirdi. Suyun altında bu qədər vaxta uşaq sağ qalar ?Bunu düşünmək belə istəmirdim . 
  -Gülay... qurban olum , ana qurban , cavab ver !Gulay .
  Az qalırdım dəliyə dönüm. Suyun isində özümü ora bura çırpırdım. Səsimə tökülüb gələn qonşuları belə gözüm görmürdü. Qorxu və həyəcandan qulaqlarım kütləşırdı. Gözləriımə qaranlıq çökürdü. Yenə bayılacağımdan qorxurdum.Tez tez dayanıb özümü sakıtləşdırməyə çalışır, içində olduğum lilli sudan üzümə çırpırdım . Gülayın artıq çoxdan boğulduğunu düşününcə isə ağlım başımdan çışırdı. Artıq ümüdim sönmüşdü , suyun içində hönkürərək başıma gözümə çırpirdim. 
   Qəfil suyun altında qıçlarıma sarıla  şeydən diksindim. Heç düşünmədən başımı suyun altına salaraq ayaqlarıma dolaşan şeyi iki əlli dartıb yuxarı qaldırdım . Gulay leş kimi düşmüşdü . Özümü toparlayım qollarıma gec verdim . Uşağı arxın kənarına sürüyüb 
   - Sədiişşş - deyə qışqırdım . Sədaqətlə bərabər qonşular da gəldilər . 
     Cavan ,gənc bir oğlan Gülayı yerə uzadıb özünə gətirməyə çalışırdı . Ona süni nəfəs verir , kürəyindən sinəsindən basaraq ağzına dolmuş lıllı suları boşaldırdı. Key kimi qalmışdım əsim əsim əsir dişim dişimə dəyirdi . Göm göy göyərmişdim . Elə bil bütün bu gördüklərim bir yuxu idi . Yuxudan heç cür ayıla bilmirdim . Balam əlimdən getmişdi . Oğlan ona ilk yardım göstərib ondan bir hərəkət görməyincə ümüdüm hər şeydən üzülmüşdü . Daha dayanacaq gücüm qalmamışdı . Lətafət qoluma girib mənə dayaq olmuşdusada artıq dizlərim qatlanırdı . Yerə cökdüm . Yumuruqlarımı düyüb nəmli torpağı yumuruqlayaraq üsyancasına bağırdım . 
   - Aayy özünə gəldi , Gülay , aç gözünü, xalasının balası aç - Sədaqətın səslənən  sədası mənı sankı yuxudan oyatdı . Yerimdən qalxıb dizlərimin üstünə oturdum . Elə bu vaxt gözlərimdən axan isti göz yaşları donmuş yanaqlarımı isitdi ...
   ... Dord gün idi ki, Naxçıvan xəstəxanasında yatırdıq . Gülayı xəstəxanaya yerləşdirmişdilər . Mən də onun yanında qalırdımsa da özüm ondan beter xəstələnmişdim .Həmin günkü soyuq su və soyuq hava iliyimizə qədər işləmişdı . Gülay da mən də möhkəm xəstələnmişdik . Ağzım burnum ucuq ucuq idi . Yenə Suatın yanına gedə bilməmişdim . Onunla mənim qovuşmamızda bir əngəl var idi . Məndə belə bir inanc yaranmışdl . Bəlkə də bu nəyəsə işarə idi . Ulduzlarımız niyə barışmır ...
   Mən suya atlayanda telefon da cibimdə suya düşmüşdü . Xarab olmuşdu . Suatın nömrəsini əzbərdən bilmirdim deyə onunla əlaqələrim tamamılə kəsilmişdi. Keçirdiyim stresdən Suatın nömrəsini Vidadıdən almaq heç ağlıma gəlmirdi ki. Hesaba görə mən indi Suatın yanında olmalıydım. Yaxşı ki, başımıza gələnlərdən Vidadının xəbəri var idi . Sədaqət bizim yanımızda Vidadiylə danışarkən Vidadı Sədaqətdən məni soruşmuşdu . 
 - Bəs indi Mətanət necə gedəcək ? 
 - İnanmıram gedə. Özü də xəstəxanalıq olub ,Gülay xəstəxanadan çıxmadan necə getsin ? Həm də axı artıq bileti yandı . Dünən yox srağa gün yola çıxmalıydı . 
 - Bəs Suat nə dedi , onunla danışdı?  
 - Suat kimdir ? 
  Suat adını eşıdəndə telefonu Sədaqətdən aldım. Elə indicə yadıma düşdü ki ,axı bizım məhəbbətimizin tək şahidi Vidadidir . 
  Suatın nömrəsini Vidadidən alıb Sədaqətin telefonuyla Suata zəng vurdum. Bsşıma gələnləri Suata başa saldım .ən qısa zamanda Türkiyəyə gələcəyimə söz verdimsə də ürəyim çox nigaran idi.Nə zaman ki, onun adıni çəkir, onunla gorüşməyi planlayırdımsa mütləq bir şey olurdu. Bu nəyəsə işarət idi. Bilmirəm. Amma nəyə ?
  Beləliklə də15  20 gün də kecdi . Artıq Sədaqətin məzuniyyəti çoxdan qurtarmışdı . Bakiya dönmüşdü . Lətafət isə  hələlik burda qalacaqdı . Gülayı Lətafətə əmanət etmək məcburiyyətində qalsam da bunu düşünmək belə istəmirdim . İş bu yerə qalınca Vidadiyə zəng edib vəziyyəti ona danışdım .
 - Qurban olum ,Vidi. Gülayı Lətafətə tapşırmamı məndən istəmə . 
 - Nə düşünürsən bəs ?  
 - Gülayı da aparacam . 
- Axı o Gülayın varlığını belə bilmir . Məncə bunları onunla danışmadan Gülayı ona göstərə bilməzsən. Qəbul etməyə bilər . 
 -Artıq nə olacaqsa olsun. Daha nə səbrim qalıb, nə də qərarım . Olacaqsa bu iş olsun , olmayacaqsa olmasın . 
   Qərarımı vermışdım . Gülayı da aparacaqdım . Vidadi isə Gülayı özumlə aparmağa razı deyıldı . 
  - Sən 3 gün gözlə . Hətəmi göndərirəm oraya. Gülayı ver gətirsin . Get işlərini yoluna qoy gəl.
 - Hətəmi ? 
 - Hə bir nataryusa bərabər gedib bir etibarnamə verəcəksən vəssalam . 
  Hatəmin buraya gəlməsi nə qədər doğru idi bilmirəm . Bu od ilə pambığı bir yerə qoymaq deyildimi? İşləri məhkəmədə olan Lətafət üçün bu normal idimi onu sevən  ya da xoşlanan bir kişiylə bir yerdə qalması . Hatəmin Bakıya nə zaman dönəcəyi bəlli deyildi .
  Lətafətin işinə qarışmayacağıma söz vermişdim. 
  -Nə halları var görsün- deyə Vudadiylə razılaşdım.
 3 gün sonra Hatəm də gəlib çıxdı  . Gülayın sənədlərini hazırlayıb Gülayı Hatəmə etibar etdim. İstəyirdim Hatəmlə Gülay getsin sonra mən yola çıxım . Lakin Hatəm buraya qohumlarının toyuna gəldiyini deyəndə barmağımı dişlədim . 
 - Sən narahat qalma toyu yola verib sabahı yola çıxacam . Məsələ aydın idi . Bəlkə də toy bəhanədir . Nə deyə bilərdim ki. Kos koca ağlı başlarında insanlar idi . Hər halda onları uşaq kimi qarşıma qoyub dərs verəcək halım yox idi . 
    Üçü bərabər məni avtovağzaldan Avtobusa qoyub İğdıra yola saldı.Ordan təyarəylə İstanbula ucacaqdım . Biletimi Suat özü almışdı. Ona qovuşmağıma sekkiz saat var idi . Cox həyəcanlı idim . Elə qorxurdum ki, bu səkkiz saatda yenə nəsə bir tərslik olacaq deyə. Yenə nəsə olacaq mən bu səfərdən qalacaqdım. Telefon da burda çəkmirdi Nəhayyət bizim təyarəmizin yolculuğu başladı .2 saat 35 dəqiqəlik yol mənə bir əsir kimi uzun gəlirdi. Özüm təyyarədə olsam da xəyalım çoxdan Suatın yanına uçmuşdu . Onunla görüşümə min bir xəyal qurmuşdum.Gah utanaraq, gah da çılğın sevgililər kimi sarmaş dolaş olacağımızı xəyal edirdim. Heç ağlıma gəlməzdi ki, bu böyük istəyin qarşısında bu dəfə də  Suat məni qarşılamağa gəlməyəcəkdi . 
  İstanbula çoxdan çatmışdım . Aeroportda onun məni gözləyəcəyi yerdə heykəl kimi dim dik donub qalmışdım.Suat yox idi, gəlməmişdi. Zəng edirdim telefonuna zəng çatmırdı . Mənim nömrəm Azərbaycan nömrəsi olduğu ücün tanımadığım adamlardan telefon alıb zəng edirdim . Lakin Suatla heç cür əlaqə saxlaya bilmirdim ...
  Artıq hava qaralırdı .Getməyim lazım idi .Gecələməyə yer tapmalıydım. Ağlıma gələn yer yox idi. Sözsüz ki,Esra abla sağ olsaydı onlara gedəcəkdim . Yenə də gedərdim. Amma uşaqları məni tanıyar tanımaz, evlərinə dəvet edərmi , etməzmi .Bilmirəm.
  Bu saat elə bir vəziyyətdə idim ki,heç kəslə görüşməyə halım yox idi . Elə dolmuşdum ki , özümü ağlamaqdan güclə saxlayırdım. Ağlıma heç nə gəlmirdi. Axı niyə gəlməsin, axı niyə telefonu bağlıdır? 
 Çemodanı sürüyüb bayıra , çıxdım .ayaq saxladım , yolcuları götürən avtobuslara baxdım , bir tərəfdə yaxınlarını gözləyən maşınlara döndüm .Gözüm Suatın maşınını axtarırdı .Bəlkə də o vaxt gördüyüm maşının dəyişmişdi yenə ümid ...
  Avtobusa yaxınlaşıb çemodanımı baqaja verdim , orta qapıya kecib ayağımın biri yuxarıda ,biri aşağıda fikirimi dəyişdim ;
 -Biraz da gözləyim .Bəlkə gələr .Yəqin bir işi çıxıb! Geri dönüb baqajdan çemodanımı alıb yenə maşınlara baxdım. Yox idi. Çemodanı çəkib içəri girdim. Buralar mənə tanış idi. Onunla vidalaşıb ayrıldığım yer idi. Həmin gün yadıma düşdükcə daha dayana bilmirdim.
- Axı niyə gəlmədin? Qisas çıxdın?Acığa gəlmədin, bilirəm. Mən səni aldatdığımı düşündün sən də aldatdln məni?
 - Abi ...- qarşımdan keçən bir nəfərə əl salladım.
 - Buyurun ! 
  -Abi,ben burda yabançıyım . Benim telefonum burda çekmiyor. Telefonunuzu rica ede biliyormuyum? 
 -Tabii tabii ! 
- Sağolun ,abi çok teşekkür ediyorum .
  Barmaqlarım ese esə nömrəni yığdım . Telefon bir dəfə səsləndı, kəsdi .O telefonun çağrışına necə sevinmişdim Allah. Heyf bu sevinci də çox yaşaya bilmədim. İkinci dəfə zəng etdim olmadı. Demək ki, jarjı yoxdur. Keçib skamyalarda oturdum. Nigaran nigaran gözlərimi qapıya zillədim. Nə qədər kecdiyini bilmədim. Mürgü məni basmışdı. Amma yatmamaq üçün yuxumu qovurdum. Aclıq da bir tərəfdən məni heydən salmışdı. Susuzluqdan dilim ağzımda yanırdı. Qalxıb yaxındakı bufeyə kecdim üzüm girişə tərəf oturdum .Bufe ikinci mərtəbədə olduğu üçün perron ovuc içi kimi görünürdü . Çay, simit alıb qarşıma qoydum . Simitdən bir dişlək alıb çayımdan içəcəkdim ki,girişdəki çamaatın arasında Suat gözümə dəydi . Yerimdən dik atıldım . 
 - Suat , Suat 
  Yuxarı baxdı, əlini qaldırıb yellədi . Səndərləyə səndərləyə mənə tərəf gəldi . Elə bildim sərxoşdur. Ayaq üstə dayana biımirdi. İki dəqiqənin içində ağlımdan yüz fikir kecdi.
 -Bundan ötrümü gəlmisən buraya?Bir piandan ötrü ? Sənin illərlə sevdiyin , can atdığın budurmu ? Həyatını kimin əlinə verirsən Mətiş? Təssüflə geri donüb yerimə oturdum. Yuxarıdan ona baxdım .Özü yanıma gəlməsini gözlədim . Gözüm onda idi .Əsəbimdən simitdən dişləyib , çayımı vəhşi kimi içirdim .Pıləkənlərin yanına gəlib tutacaqlardan sallaşdı ,özünü yuxarı dartıb piləkənləri çıxmaq istəyirdi . 
 - Allah başıma daş salsın. Gör nə gündəyəm ay Allah? Azərbaycandan bura bundan ötrü gəlmişəm? Az bu ayaq üstə dura bilmir ki? Yerində səkkiz yazır . Çantamı qoltuğuma vurub çemodanı götürdüm. Piləkənlərin başına gəlıb aşağı enməyi düşündüm .Onunla danışmadan təcili bilet alıb Bakiya dönməyi planlayırdım. Ekskalatora çıxıb aşağı yendim, o mənə baxır nəsə deməyə çalışırdı .Səsi çıxmırdı amma . Qəfil əli tutacaqlardan çıxdı və aşağı yuvarlandı . Ətrafında olan camaatdan qışqırtı çıxdı . 
  - Lap yaxşı oldu . Öl elə .Topal qal. Nə vecimə ee... Bax Mətiş onu tanımırsan aa. Eşitdin?Yumuşalmaq yoxdur aa-deyə özümü tənbeh edirdim .
 - Yarası var, doktor, doktor yokmu? Yardım edin - bir saniyənon içində aeroportun güvənliyi , polosi tökülüb gəldi .
  - Bey efendi, bey efendi , kendinize gelin .Aman allahım yarası kanıyor , bu adam yaralı,  məmur bey - onu yerdən qaldırmağa calışan cavan bir qızın səsi məni hərəkətə gətirdi . 
 - Suat? Suat !!! Çemodanı piləkənlərdə qoyub qartal kimi aşağı şığıdım . 
 Gülümsəyərək mənə baxır ,ağrısını mənə hiss etdirmək istəmirdi .
- Noldu sana aşkım noldu? Yaralısın sen ? Bayaqdan onu tanımayacaıma dair söz vermişdim səki indi onun üçün göz yaşı tökürdüm . 
  Mədəsindən yaralanmışdı . Nə yarasıydi bilmirəm amma qan onu aparırdı . Kurtqasının qolu da dartılıb çırılmışdı .
 - Yardım edin .Yokmu bir doktor? Yalvarıyorum ...
  Aerotortun tibb məntəqəsindən Suatl bir başa təcili tibbi yardım məntəqəsinə götürdülər. Mən də acildə onunla gedirdim. Suat özündə deyildi . Bayılmışdı. Suatı maşından düşürüb müayinə otağına, ordan da reanimatsiyaya aparanda artıq mən çökmüşdüm. Dayanacaq gücüm qalmamışdı. Bəxtimə taleyimə qarğış yağdırıb özüm özümə nifrət edirdim . Suat bıçaqlanmışdı , həm qarnından həm də kürəyindən . 
  Başımı onun əlinin üstünə qoyub yuxuya getmışdım . O nə zaman özünə gəlmişdi bilmirəm . Düz 9 saat sonra Suat özünə gəldi.Əli tərpənəndə gözümü açdım .Mənə baxıb gülümsəyirdi;
  - Suat !
  - Hoş geldin gülüm ,  
  - Noldu sana . Kim yapmış bunu ...
  Elə bu vaxt qapı açıldı .İki polis və bir svil geyimdə biri içəri girdi. Mənim bayırda gözləyəcəyimi deyəndə Suat buna izin vermədi .
  - Ailedendir kalsın -dedi 
  Deməyəsən Suat sabah evdən çıxıb işə ordan da məni qarşılamağa gələcəkmiş. Çox zamandır Suatla düşməncilik edən qardaşı yoluna çıxıb, dalaşıblar. Suatın qonşuları araya girib və onları sakitləşdirib , gəlib iş yerinə 
 İşçiləri ilə görüşüb , iclas keçirib , təlimatlrını verib və yola çıxıb. Yolda qardaşı təkrar onun yolun kəsib. Suat ona baş qoşmaq istəməsə də o özünü maşının altına atmaq istəyib. Suat maşından düşüb qardaşını sakitləşdirmək istəyəndə qardaşı onu qarnından bıçaqlayıb. Suat yaralı yaralı onunla süpürləşib .Suat onunla bacara bılməyəcəyini görüb yaralı halda maşınına dönüb . Qardaşı arxadan yetıb bıçağı onun kürəyinə soxub . Suat çox çətinliklə maşına oturub maşını işə salım . Qardaşı da onu təqib edir . Yolu itirmək üçün Suat maşını yolda gözdən yayındırmaq istəyir . Maşını meşəlik bir yerə salıb aranın sakitləşməsini gözləyir . Elə burda da huşunu itiribmiş. Onun məni qarşılamağa gələ bilməməsinin səbəbi bu imiş.

  O gündən 3 həftə idi İstanbulda qalmışdım. Həyatımın ən xoşbəxt günlərini yaşamışdım onunla . Hər gün görüşürdük , günümüzin yarısı bir yerdə keçirdi . Bu vaxta qədər ondan özümə qarşı bir hörmətsizlik görmədim. Bu üç həftədə həyatımda görmədiyim qadınlıq nəsibim olmuşdu.Qadın kimi sevilmışdım, nazım çəkilmişdi. Məni oteldə yerləşdirmişdi. Özü gələr, aşağıda məni gözləyər, hazırlaşıb çıxardım . Bir dəfə də otağıma girməmişdi.
  Arvadının yanınina da aparmışdı məni. Yadımdadır. Həmin gün çox həyəcanlı idim . Elə bilirdim arvadı saçımı başımı yolub məni evdən qovacaqdı. Lakın onu görəndə özüm də pis oldum . 
 - Keşke burya gelmeseydim . 
 - Neden ?
 - Bilmoyorum. Allah hiç kimseyi böyle bir hale salmasın - Doğurdan onu belə təsəvvür etməzdim . Allaha ağır  gedərdi . Bir zarıncı xəstənən yuvasının üstünə yuva qurmaq.Vicdanım sızıldayırdı. Bunu o da hiss edirdi ;
  - Ben kendim getirdim seni buraya . Kendi gözlerinle gördiye. Benim bu 19 ilde onunla neler çektiyimi anla işte. Benim hayatım gencliyim onunla mahv olup gitti - doluxsundu , köksun ötürdü .
 - Benim hayatım bu işte. Farkına varmadan çamura batan birinden tuttum ve o beni arkasınca çekti.  Batıyorum o çamurda artık , boğuluyorum, hayatımın sonuna az kaldı və ben bunu şımdı fark ediyorum, nə zenginlik , ne servet hiç bir şey değıl .Hayatımda kadınmı yok?  Vaarr ! Sayı hesabı bile yok. Bana kadın lazım değıl ,bu sadece bedenimin qadına olan ihtiyyacıdır , bana ruhumun kıdası lazım ,aile lazım , evlat lazım , servetıme sahip çıkacak çoçuğum olsun istiyorum . Anlıyormusun ?Ben bu servet için nelerimden kecdim , bak buna sen de şahit oldun . Bana vurulan bu bıcaklar da mal davasıdır . Kardeş yarasıdır. Bak ben bu serveti böyle kazandım . Dafelerle yaralandım , kardeşlerim bana düşman oldu . Amma servetimdən bir kuruş da hakk etmeyene yedirmedim . Yedirtmem de . Amma bir düşündükce yarın bi gün ben ölüp getdikde canımı qoyduğum malıma düşmanım konacak . Aklım başımdan gidiyor.
   Nə deyəcəyimi onu necə təsəlli edəcəyimi bilmirdim . Gözümü hərəkətini , özünü bilməyən qadına zilləmişdim .mənə çox diqqətli baxır bəzən də üzünün ifadəsiylə nəsə demək istədiyini hiss edirdim .Hələ de elə bilirdim ki, indi bu dəqiqə arabasından ustumə şığıyacaq .
  - Sen ona aldirma . Sizlayacaq vicdan varsa o benim vicdanımdır . Bırak . Hayatının güzelliklerine bak .Onun aklı başında değıl kimseyi tanımıyor, beni bile .
   Arabasında oturub key key ətrafa baxır , özü öz aləmində idi . Əyri barmaqlarını ağzına salır , qorxuc hərəkətlər edirdi . Əcaib səslər çıxarır . Bəzən də bir nöqtəyə baxıb normal insan kimi kimnənsə danışırdı . Bəzən arabasından yerə düşüb evin içində iməkləyirdi . İməkləyərək sanki üstümə hücum çəkirdi . Özünü bilmirdi . Özü yeriyib gəzsə də tuvalet ağlına belə gəlmirdi . Baxıcı qadının işi ancaq onunla idi . Ona xidmət etmək , bezini dəyişmək. Ev təmizliyi ücün xidmətci başqaydı. Elə bilirdim Nilaydan pis vəziyyətdə olanı yoxdur, bu ondan beter idi.
   Suata hər şeyi danışmışdım . Taa Türkiyədən gədiyim gündən başıma gələn hər şeyi . Bibimin ərinini mənə sataşmasından - Xalıqova qədər , hətta Abdullahı da demişdim ona . Məqam Gülaya gələndə çox tərəddüd etmişdim. Nəhayyət, elədiyi evlilik təklifindən 4 gün qabaq , bu məsələni ona açmağın lazım oıduğunu düşündüm . Bir axşam yemək süfrəsində Gülayı ona danışdım. Belə bir söhbəti heç gözləmirdi . İstəyirdim nəsə desin , bağırsın,çağırsın hətta döysün amma susmasın . Mən nə qədər danışsam da o başın aşağı salıb , gözlərini bərk bərk yumdu . Qaşqabağını tökub mənim danışdığım söhbətlərə üzünün ifadəsiylə çavab verirdi. Yemək qabağımızda qalmışdı . Onun nə deyəcəyini gözləyirdim  
 - Suat . 
 Gözün açmadan başıyla mənə cavab verdi . 
  - Ne düşünüyorsun . Hala devam edecekmiyiz? 
  Gözün açdı .Üzümə də baxmadı . Əliylə qarsondan hesab istədi . Cibindən pulu çıxarıb hesabı ödədi .
 -Suat - əlini qaldırib susmamı istədi və qalxdı . 
  - Bu anıden cevap veriləcək durum deyil Metanet. Biraz düşünmem lazım. Müsade edersen ...
   Məni orda qoyub getdi . O gündən nə telefonuna zəng çatdı , nə evində , nə iş yerində onu gördüm deyən olmadı . Əlimi hər şeydən üzmüşdüm . Elə bilirdim ki , məndən gizlənir , qaçır . O Gulayı qəbul etməyib , mənim də ondan qopmayacağımı düşünərək  bir daha məni görmək istəmirdi.
  Artıq Azərbaycana dönməyi planlayırdım. Burda qalmağım artıq xərc idi . Vidadinin mənə verdiyi puldan hər gün xərclənirdi . 4 gün idi otelin pulunu özüm verirdim. 
   Vəziyyəti Vidadiyə danışmışdım. Onun fikirləri mənə ümüd verirdi . 
  - Kişi düz deyirdə .Kim olsa şoka girər . Axı o bu uşağı gözləmirdi . O nə xəyal qurubsa Nilay üçün qurub. Planınıda Gulay yoxdur axı . Bax Mətiş , əgər sevirsə sənə dönəcək , inan mənə , sən də sevgini ona göstər , o sənə gələnə qədər bir yerə tərpənmə . Ona güvəndiyini hiss etdir , tez tez zəng et ona güvəndiyini söylə . 
   - Danışa bilmirəm ki, mənə cavab vermir . 
   - O səndən qaçmır ,Mətiş , inanıram ki, düşünüb doğru qərarı verəcək. O secim qarşısındadir . Gedəsi olsaydı elə səninlə hər şeyi bitirib həmin dün gedərdi . O dönməyə dönəcək amma fikirin sənə bildirməyə dönəcək , ya qəbul edirəm deyəcək ya etmirəm . 
  Doğurdan da bir sabah otelin telfonu çaldı yarı yuxulu səsimlə telefonu qaldıranda , çox gümrah və şən bir səs eşitdim . 
- Akşama görüşəlimmi ? 
 Çox keçmədi otel görəvlisi mənə  böyük bir paket təslim etdi . İçındə çox bahalı və çox gözəl bir tesettür və çox inçə və şık bir  tufli var idi . Demək bu görüş çox özəl bir görüş olacaqdı . Otelin gözəllik salonuna keçdim . Əlimdə olan qalan pulumu özəl görüş üçün gözəlliyimə xərclədim . Hündür daban ayaqqabıları geyinib piləkənləri aşağı enəndə elə bil mərmər göldə su sonası süzürdü .
 Özü yox idi .Arxamca maşın göndərmişdi .Onun hazırladığı məkana çatanda məkanın qapısından maşına qədər qırməzi yolluq salınmışdı . Xalının kənarları ilə cavan uşaqlar əllərində hərəsi bir hərf plakat tutmuşdu . 
  - Hayatıma hoş geldin!- deyə yazı yazılmışdı . Bilmirəm xəyal aləminə düşmüşdüm yoxsa yuxu görürdüm ? İnana bilmirdim bunun gerçək olduğuna . 
   Suat çox şux geyimdə qara rəngli bir kostuyumda qarşıma gəlirdi . Üzündən nur yağırdı sanki . Arxasında bir dəstə cavan var idi . Onlar da Suatla bərabər mənə tirəf addımlayirdı . Guat mənə 2  3 addım qalmış ayaq saxladı . Arxasındaki gənclər əllərindəki plakatları qaldırdı . "Benimle evlenirmisin "  yazılmışdı . Bir anlıq gözlərim doldu . Bilmirdim bu göz yaşları nə üçün idi . Kipriklərimdən yanaqlarıma  yağış damlaları  damlalayirdı sanki . Əlin cibinə saldı . Cibindən qızıl qabı çıxarıb qapağını açdı . 
  - Benimle , bir ömre varmısın ? - deyə soruşdu . Hönkürüb ağlayirdim artıq . Dünyanın xərcini qoyduğum makyajımı göz yaşlarım yuyub aparırdı . 
  - Varım- deyincə əlimdən tutub kibarca dodaqlarına cıxdı , qarşımda diz çöküb üzüyü barmağıma taxdı . 
  Gülayı özü demiş, zorda olsa qəbul etmişdi ...
 Gözəl bir yeməkdən sonra əlimdən tutub yaxınlıqdakı camıyə apardı . 
  - Bırak görüşümüz helal olsun . İstemezsen eyer seni talak ederim-  deyə göz vuraraq gülmüşdu mənə . Molla kebinimizi kəsəndə boynuma qızıl pullardan boyunbağı taxdı. Alnımdan öpüb "helalımsın "dedi . Məni başqa bir evə gətirdi. Suatın bu evi Beşıktaşta idi . Mənim əvvəllər qaldığım məhəllə ilə buranın arasında  balaca maşınla10 -15 dəqiqəlik yol var  idi
   - Yeni evinə xoş gəldin -dedi -Sən evimin xanımı olacaqsan , gülüm. Qapının ağzından yataq otağına məni quçağında apardı . Mənimlə o qədər incə rəftar edirdi ki, sanki telimi belə incitməkdən qorxurdu . Heç alışqın deyildim belə incəliklərə .Gülməkdən uğunub gedəcəkdim hardasa , yenə səsimi içimə salıb gülürdüm . Ayıb olar deyə səsimi qısırdım . O qədər qorxu içində olmuşdum ki ,xoşbəxtliyimi belə kimnənsə paylaşmaq istəmirdim . Birdən gözə gələrəm yenə qaynanam kimi kimsə qəfil qapını açıb içəri girər deyə çox qorxurdum .
   Həyatım boyu ərimdən zorbalıq görmüşdüm ,mənim istəyim olub olmadığına fikir verməmişdi Qeys heç vaxt. Şorgöz kişilərdən o qədər  taciz ,təcavüz görmüşdüm ki ,indi bu inçəliyin qarşısında şam kimi əriyirdim. Özü öz diliylə məndən bu münasibətə hazır olub olmamağımı soruşanda utancimdan yer yarılıb yerə girirdim .yanı belə şey hec soruşulardl ? Belə şey harda görmüşdüm ? Utana utana razılıq verdim . Və elə həmin gecə ilk dəfə ömrümün ən xoşbəxt dəqiqələrini onunla  yaşadım ,onun oldum . 
Azərbaycana ikimiz də böyük ümidlə gəlirdik ... 

30 BÖLÜM

  Allah razı olsun . Vidadi bizi qardaş kimi, ailəsi də ailəm kimi qarşıladı . Bu halım məni elə kövrəltmişdi ki . Bu zamana qədər anam atam yadıma düşməmişdi , amma indi elə istəyirdim ki, onlar bu günümdə yanımda olaydılar , xoşbəxtliyimi  görəydilər .
 Bakıya gəldiyimdə gözlərimə inana bilmirdim . Lətafət 180 dərəcə dəyişmışdı . Necə deyərlər, olmuşdu "qorodskoy" qız .Geyim kecimindən əsər əlamət qalmamışdı .Hər zaman uzun,güllü donlar,şıt qoftalar geyən Lətafət indi dar şalvar sinəsi acıq geyimə kecmişdi. Saçların kəsdirmış vəsarıya rənglədmışdı . Qaşların və üzün aldırmış ,makyajını daha sade etmışdı .Onu deyim ki,bu stıli Lətafətə daha gözəl yaraşırdı. Onu çazıbədar göstərirdi.Bu neçə ildə Sədaqətlə mən onu dəyişdirə bilməmişdiksə bu dəyişimin səbədi də hardan qaynaqlandığını da biıirdik .Nə olmuşduysa hər şey Naxçıvanda olmuşdu.Mən Türkiyəyə gedəndən 10 gün sonra Hatəm Bakıya gəlmişdi . 10 gün imiş ki, Lətafətlə bərabər imişlər. Bu xəbər məni çaşdırmişdi. Bizim hər hərəkətimizi qəbahət bilən Lətafət bəs bu izdivaca neçə razılıq verib axı?
 Onların bu izdivacını Hatəmin ailəsi xoş qarşılamamaşdı . Bir vaxtlar "Lap dul olsun, təki balamı bu depresiyadan çıxarsın" deyən Hatemin anası indi daş atıb başın tuturdu.
 - Dullar- giclər mənə qalıb? Subay oğlana qızmı qəhətdir? Bacımın qızını istəmişəm oğluma.Bunu Hətəm özü də bilir - Hətəm isə Lətafət deyıb dururdu. Lətafətin onu sevmədiyindən adım kimi əmin idim. Mənim bacımı məndən yaxşı kimsə tanıya bilməzdi . Bilirdim ki, Hatəm ona boşuna ümüd bağlayır. Amma di gəl nə mən ,nə də Sədaqət heç birinə bir söz deyə bilmirdik. Fikirləşərdilər ki gözümüz götürmür. Sədaqət mənə qarışmamağı tapşırmışdı. Bu işi özləri yoluna qoyacaqdı. Vidadi Hatəmlə, Sədaqət də Lətafətlə danışmışdı. Hatəmin sevgisi pak idi. Hər şeyi xəyali düşünürdü. Sevgi gözlərini kor etmişdi. Lakin Lətafət. Özü də etiraf edirdi , hisslərindən əmin deyildi. O sevgini eks cinslə sevişməkdə, öpüşməkdə görürdü. Əks cıns ona laqeyid deyilsə onu bəyənib təriflərsə demək sevgi odu . Yenə də Lətafət üçün duyğuların önəmi yox idi. Yenə də Lətafət kiminsənən zövcəsi olmaq namınə kölə olmağa razı idi. Yetər ki, ona sahib çıxan biri olsun. O ailəni bir evin altindaki yaşam kimi bilirdi .Bugün bərabərdilərsə demək ailədirlər . Gələcək onu maraqlandirmırdı.
  Gulayla Suatın ilk görüşü məni məndən almışdı .Həmin gün Gülay baxcadaydi. Suatla onu baxçadan götürməyə  getmışdık. Suat həyətdə qaldı.Mən içəri keçdim.Gülay paltosun geyinib koridorda sıra ilə düzülmüş stulların birində oturmuşdu. Boynunu büküb nigaran nigaran gəlib gedənlərə baxırdı.Sanki mənim  gəlməyəcəyimdən qorxurdu. Piləkənlərə cıxıb geri döndüm .Suat arxamca boylanırdı. Gulaya dönüb qollarımı acdım ,
 - Gülüm !!!
 - Anaa!!!
  Gülay sevincək qalxıb özünü üstümə atdı. Öpüşüb qoxlaşdıqdan sonra başımızın üstündə dayanmış müəlliməsiylə salamlaşıb görüşdüm. Gün ərzində Gülayın baxçadakı davamıyyətiyə maraqlandım. Nəhayyət sağollaşıb bayra çıxdım . Suat gülümsəyərək mənə baxırdı.Elə bil ağır bir sınağa girirdim.Doğurdan da onları necə tanış edəcəyimi bilmirdim . Bu görüşün bu qədər çətin olduğunu ağlıma belə gətirməmişdim. Həmişə ;
- Əşi uşaqdır da, nə bilir ee həyat nədir !!!- deyə düşünürdüm . 
  Lakın indi görürdüm ki,hər şey mənim fikirləşdiyim kimi deyil .Gülay uşaq olsa da özünə görə bir şəxsiyyətdir. Mən elə hərəkət etməliydim ki, onun şəxsiyyətinə toxunmayım, mənliyini əzməyim . 
  Elə bunları düşündükcə, ağlıma yeni fikirlər gəlirdi . Bəlkə Gülay Suatı qəbul etmədi ? Bəlkə yola getmədilər. Mən Suatla onun arasında necə körpü ola bilərəm axı? Gülayın əlindən tutub piləkənlərin üstündə quru yer tapıb oturdum. Suat da küçə hasarını əvəz edən dəmir barmaqlıqlara söykənib telefonun çıxardı . Özünü telefonla məşğul kimi göstərdi . 
 - Gülay !
 Mənə baxdı ;
 -Cedəç emmizə ,buyda niyə otuydux?
 - Gedərik qızım. Olar əvvəlcə bir danışaq söhbət edək?
 -Olay...biraz düşündüm . Hardan necə başlayacağımı bilmirdim . 
 -Qızım ,biri gəlib sənə desə Mələyin atası gəlib ,onu görmək istəyərsən?
 -Mələç? O cimdir çi ?
 -Sənə danışırdım axı, Mələk nağılında.
 -Həə o Mələç . Axı onun atası ölmüşdü ? Ölülər gələr heç ?
 -Nə bilim, hərdən elə olur ki... Olurda gəlir .
  Gülay başın yelləyib razılığını bildirdi . 
  - Bəs desə ki "Mən Gülayın atası olmaq istəyirəm bəs onda? Mələyin atası sənin atan olsun ?
  Gulay başın yelləyib narazılıq elədi . 
  - Niyə? Axı sən həmişə atanın olmasını istəyirdin? 
  - Mən öz atamı istəyəm . 
  - İndi sənin atan gəlmir də , o zaman  neyniyək . Sən də ata istəyirsən . 
  - Biz cedəç 
  - Hara?
  - Atamin yanına . 
  - Axı sənin atan yoxdur . 
  -Ana sən deyirdin çi Mələyin atası ölüb , sənin atan sağdıy . İndi nolduy?
   Yaman yerə axşamladıq . Mən onu necə razı salacam axı . 
  - Bax , gözəl balam. Gəl səninlə bir razılaşma edək, razısan? Bax bu Mələyin xahişidir aa ... Deyir ki , əgər Gülay mənim ən yaxın rəfiqəmdirsə o zaman mənim sözümə baxsın . Baxarsan ? 
  Dinmədi .
- Bir də dedi ki , əgər Gülay mənim atamı çox istəyərsə, o zaman mən də Gülayla 18 yaşımda görüşəcəm . 
  - Mən Mələyi cörməy istiyyəm .
  - Ay sağol mənim qızım . 
  Ağzımı döldurmuşdum ki, deyəm ki, budur Mələyin atası bax orda , get görüş Gülay sözümü ağzımda qoydu. Barmaqların gözümün önünə tutub soruşdu .
  - Ana indi mənim neçə yaşım vay ? 
  Gulayın barmaqların sayıb balaca barmaqlarindan öpdüm .
 - 5 
 - Bəs 18 yaş  hacan olacey ?
 Gulayın və öz barmaqlarımı sayıb 18 yaşı ona göstərdim ;
   - Bax hələ bu qədər var. Mələk dedi ki , Gülay mənim atamı çox istəməsə mən də onu çox istəməyəcəm . Mən də onun atasın görəndə onnan danışmayacam .
  - Mən öz atamı istiyəm ...
  - Razısan ? 
  -Ana ! 
  - Mən gedirəm haa , Bax Mələyin atası burda bizi gözləyir. Bizə qonaq gedəcək. Sən onunla görüşməsən danışmasan ayıb olacaq . Bir daha Mələk səninlə danışmaz , nağılların səndən alar aa. Razısan ? 
  Başını yellədi . Razılaşdıq . 
  -Bax sözündən dönmək yoxdur aa.
  Baş yelləndi . 
  - Söz verirsən ? 
   Başıyla cavab verəndən sonra Gülayın əlindən tutub Suata doğru getdim . 
   Mən SUatdan Gülaya qarşı daha isti bir görüş gözləyirdim . Bu ilk görüş Gülayın da mənim də qəlbimə qar ələdi ...və bu soyuqluq aradan illər keçməsinə baxmayaraq hələ də davam edirdi. Suat Gülayı hələ də qəbul edə bilmir və Gülay onu hələ də Mələyin atası bilirdi . Bu xəyali Mələyi hec cür Gülayın ağlından çıxara bilmirdim ki bilmirdim  . 
   
   Hər şey dədə baba qaydasında oldu . Elçılık, nişan , 50- 60 nəfərlik banket zalı da kiraladı Vidadı . 
 - Mən bacımı el adətiylə köcürəcəm -  dedi .
 - Məni biabir eləmə, ay Vidadi. Bu yaşda iki uşağın anası.
- Olmaz... hamı biləcək ki, sən ədəb ərkanla, bizim razılığımızla ərə gedirsən.
  - Ay ALlah mən nə qələt elədim. Məni biabır eləmək istəyirsən?
 ... Əynimə gəlinlik geyinməmişdim , amma ağ küpürdən çox gözəl bir  paltar tikdirmişdim. Baş örtümün üzərinə ağ tüldən və mirvarı muncuqlardan bəzəklər vurulmuşdu. Həmişəki kimi makyajım göz qamaşdırırdı. Əynimdəki paltarım bədənimi biçimləndirirdi . 
  Şadlıq evinə girmədən Vidadı tanış bir hacı dostunu çağırıb bir daha kəbinimizi oxutdurdu . Hətta mehriyəmə belə gülə gülə ; 
 - Baldız,damatımız zərgər, qızılsatan... indi deyirsən bir şey istəmiyək bu  kişidən? Biz qızımızın dəyərini yaxşı bilirəm . Camaat tək canina 5 bilərzik istəyir,sən iki uşaqla həyatını ondan asırsan. Neçə deyərlər ee nə yoğurdum nə yapdım , hazırca kökə tapdım- deyərək babat qızıl yazdırdı. 
   Qonaqlığa çox qonaq gəlmişdi . Qonaqlıq dediyim elə toy idi də, cal çağırlı . Hətta Reyhan xalanı da,Narın xalanı da , Mahirə xanımla Zafer beyi də cağırmışdıq .Bəy tərəfdən Suatın Bakıdakı dostları gəlmişdi. Samir toyumuza gəlməmişdi. Görünür Gülnarəylə Suatın münasıbətini hələ də həzm etməmişdi . Eşıdirdim ki ,Sabir mənim Suatla ailə qurmağıma narazıdır . 
  Qonaqların arasında gözüm Abdullaha sataşdı . Heç nə olmamış kimi Ruhiyəylə bərabər gəlmişdi . İkisi də çox xoşbəxt görünürdülər . Ruhiyyə mənə acıq verirdi yenə həmişəki kimi . İşdə mənə atmacalar atırdısa da , indi əməlli başlı Abdullaha girmişdi . Öz əlləriylə ona yemək yedirdir, dans ederkən belə onun boynuna sarılıb az qala Abdullahı duz kimi yalayacaqdı. Abdullah da ona qarşı bigane deyildi. Bəlkə də mənə inad olsun deyə belə edirdilər. Etsinlər. Nə vecimə , bu saat məndən xoşbəxti yox idi.Allahıma yüz dəfə şükür edirdim ki , nə yaxşı Abdullaha həyatımı əmanət etməmişəm. Yoxsa bu mənim həyatımda ən böyük səhvim olardı. 
  Kifayyətgilə Lətafət dəvətnamə aparmışdı . Kıfayət mənim ərə getdiyimi eşıdəndə dişinin dibindən çıxanı Lətafətə yağdırmışdı . 
  -Bir o qalıb daa, utanıb ölmür , yer yarılıb yerə girmir də , Allahın neçə bir ölümü yoxdur da ölə canımız qurtara . Allah bu camaatın üzünə necə baxacağıq .Uuyy Allah bu nə biyabırçılıqdır. Gedirsən cərə get cəhənnəmə get ,day bu zıppıldi nəydi . Balaca qələt yeyirsən hələ bir duy vurursan camaata . Getmişdin o xarabaya, heç dönüşün olmayaydı. Day nəyə gəlirdin bura? Bir daş altda,bir daş üstə,nə dil bilərdi ,nə dodaq. Soruşan olanda da deyərdik , cəhənnəm olub gedib işləməyə dəə. Allah sənin kimi töhmətin başına mən boyda daş salsın ...
  Kənddəki qohum əqrabalardan bir dənə böyük əmimin arvadı gəlmişdi. O da fürsət tapan kimi məni yanlayıb ;
 - Mətiş gör neynirsən Naziləyə də birin tap,  bu yaşda burda bunu alan olmaz day . 
  Nazilə əmimin qızı idi . Məndən 4 yaş böyük idi. Subay idi hələ...
  Nilayla İlqarı da toya gətirmişdim . Müdirə xanım və müəllimlərini də dəvət etmişdim . 
  İlqar heç məndən ayrılmırdı .Sözlü  adama oxşuyurdu. Hiss edirdim ki, məndən nəsə soruşmaq istəyir, ürək eləmirdi. Bəlkə də anasını soruşacaqdı məndən. Anasını soruşsaydı ona verəcək cavabım yox idi. İstəmirdim bu barədə danışıb uşağın ürəyini qırım. Nədənsə uşağa baxanda ürəyimin başı əsirdi. Əlimdə əlac olsaydı onu da özümlə Türkiyəyə aparardım . 
   Bütün qonaqlar ayaqdaydı. Zal musiqidən və oynayanların təpiklərindən sanki dəniz kimi çalxalanırdı. Şıdırığı toy gedirdi. Vur çatlasın çal oynasın ...
  Elə bu vaxt İlqar yanımıza gəlib əlimdən tutub məni dartdı. Musiqinin səsindən nə dediyini eşitmədim. O qədər şən idim ki, uşağın nə dediyini vecimə belə almadım. Oynamağa davam etdim. İlqar isə məndən əl çəkmirdi .
 - Nə deyirsən İlqar ?Gəl oynayaq ! 
Uşağın qollarını qaldırıb onu oynatmağa başladım. O isə əlimdən tutub məni aşağı dartır, qulağıma nəsə demək istəyirdi. Əyildim;
 - Nədir,noldu?
 - Xala, Gülayı bir nəfər apardı .
 Nigaran nigaran ətrafa baxdım ; 
-Necə yanı apardı,kım apardı ?
-Bilmirəm xala, bir qoca arvad idi gəldi, Gulayla danışdı aldı qucağına, öpdü , sonra onunla danışa danışa getdılər. 
  Bədənimi soyuq tər basdı, ürəyım şiddətlə döyünməyə başladı . 
  - Hara getdilər,ay İlqar? Gəl görüm bura, eşıdə bilmirəm . 
  İlqarın əlindən tutub salonun nisbətən  sakit bir köşəsinə çəkildim... 
  Gülay heç bir yerdə yox idi . Zalda millət bir birinə qarışmışdı . Hər yerdə onu axtarırdılar.Toyu dayandırmağa məcbur olduq.
 Sədaqətlə Lətafət qonaqları yola salırdı. Ağlamaqdan gözlərim şışmışdı. Bədbəxtlik ayağıma yazılmışdı. Hara, nəyə addım atırdımsa mütləq orda göz yaşım vardı . Mən xoşbəxt ola bilmirdim. Mən xoşbəxtliyə can atdıqca, o məndən gizlənir, yerini göz yaşına verirdi. Bu günkü xoş günüm də belə keçdi. Suat da ən az mənim qədər nigaran idi. Gulayın tapılması və bu barədə nə lazımsa edəcəyinə söz verib məni sakitləşdirməyə çalışırdı .
  Çox keçmədı polıs gəldi. Məni bir tərəfə çəkib hadısənin təfəruatını soruşdular. Bərabər şöbəyə gedib izzahat yazdıq . 
 - Şübhələndiyiniz biri var?
 -Yox, yoxdur. Vallah mənim kimlə nə işim var ki ,mənə də bunu edələr?
 - Yaxşı ,sız gedin nə lazımsa edəcəyik . Uşağın itməsindən ən az 24 saat keçməlidir ki, biz qəti tədbirə keçək . 
  - İndi deyirsiz mənim uşağım 2 gün kiminsə əlində olacaq mən burda rahat oturacam? Mən uşağımı istəyirəm, elə indicə, bu dəqiqə .
  Şöbədən çıxıb Vidadının maşınına minmişdim ki, Vidadinin maşınında Gülayın dovşanı gözümə dəydi . 
 - Minayə...
  -Nə Minayə ? - Lətafət təcüblə üzümə baxdı . 
  -Gülayı Minayə aparıb - Vidadinin çıyninə vurub onu tələsdirdim . 
 -Dön, Vidi qayıt , şöbəyə tez ol ...
  Gülayı Minayə aparmışdı.Polislə onların evinə gedəndə Minayə bir əlində benzin , bir əlində kibrit qutusu bizi qarşıladı . 
 -Mən balamın balasını heç kimin əlinə vermərəm anası ərə gedir ,mən balamın yadıgarını qürbət ellərə salmaram . Qeysimin qoxusun ondan alıram mən . 
 - İndi yadına düşdü ay kaftar , Gülayın Qeysin qızı olduğu? Hə? Az sən deyildin uşağı bic sayan? Az sən vermirdin ee körpəyə atalıq! Deyirdin türkün uşağıdır , İndi gəlib də dədəsi ,noldu Gülay dadlandı ? Yatıb indi ayılmısan , Gülayın Qeysin qızı olduğu indi çatıb sənə?- deyə Sədaqət alıcı quş kimi Minayənin  başının üstünü kəsdirdi
  -Vermərəm,Gulayı.Heç kimə vermərəm, Qeysimin yadıgarını burdan aparsanız od vurub özümü yandırararam . Qanımı üstünüzə tökərəm .
   İşimiz məhkəməyə düşmüşdü . Planlarımız alt üst olmuşdu. Suat burda çox qala bilməzdi. Ordaki iş yerlərini başsız qoymaq ziyanına idi . Mən də onunla gedə bilmirdim . Gülayın xarıcə çıxmasına məhkəmə qadağa qoymuşdu.
  Suatın getməsi məni param parca etmişdi. Hiss edirdim ki,Suat Gülayla olan problemləri başına dərd etmək istəmir. Mənə Nilayı da alıb buralardan getməyi təklif edirdi . 
 - Neden inad ediyorsun Metanet.Ver baba annesine baksın çoçuğa.
 - Ne diyorsun sen, Suat. Diyorsun bu kadar zülüm zilletle büğütdüğüm çoçuğumu düşmanıma mı verim?
  - Tamam, canım, seni anlıyorum. Amma sen de kabul et artık. Onlar senin düşmanın ola bilir, ama Gülayın ailesi, sen bunu niye anlamıyorsun ?
 - Değıl ,onlar Gülayın hiç bir şeyi değil . Bir de sen üzerime gelme Suat , nolursun !
 - Şimdi napacan? Burdamı kalacan ? 
 - Yoksa bana cocuklarını bırak gidelim mi diyeceksin? 
 - Yalan yok yani, düşünüyorum . 
 - Asla- sert bır şekildə cavab verdim ;
 - Ben cocuğumu bıraksaydım 5 sene bundan öncə bırakır sana gelirdim . 
  - Demek ki...
  - Suat ,aşkım ,sen aşkla evlat aşkını karıştırıyorsun . Benim kalbimde senin yerin başka kızlarımın yeri başka .Tmm doğru ,Gülayı sevmeye , kabul etmeye bilirsin. Amma o benim canım kanım , beni ondan hec bir şey vaz geçıremez .
 Suat düşüncəliydi .
 - Ne düşünüyorsun?
 - Ya vermezlerse?
 - Verirler .
 - Ne biliyorsun ? 
 - Suat, beni korkuzuyorsun. Ben sana güvenmişdim . Hani kötü günümüzde, mutluluğumuzda el ele , omuz omuza olacaktık ? Daha yolumuzu başkamadık bile sen beni yapa yalnız koyup kaçıyorsun 
  - Kaçmıyorum , korkuyorum ... Seni kaybetmekten korkuyorum . 
   - Korkmuyacaksın tamammı ? Uçurumdan bile düşersəm sonuna kadar savaşacaksın . Aşkımız için nücadele edeceksin . Ben böyle bir hayat arkadaşı istiyorum . Bana sırtını çeviren arkadaş yok .
  Suatdan nigaran idim . Deyəsən bu söhbətlərim onu sıxırdı . Amma ya gülayı qəbul edib davam edəcəkdik , ya da bu gün hər şeyi kəsəcəkdik . 
   - Bu işde yanımda varmısın , yokmusun canım ?
 - ...
- Suat !!!
- ...
- Anlaşıldı. Seninlə başlamadan ...
- Bak Metanet .Onlar o çoçuğu sana vermezler. Gel, tartışmayalım aşkım. Madem cocuğa sahip çıkmışlarsa bırak sonuna kadar sahip çıksınlar . O çoçuk sana düşkün, ağlarsa ,zırlarsa bi gün usanıp sana verecekler.
 - Ben çoçuğumu kimseye vermem . Nilay da onların çoçuğu. Niye onu istemiyorlar da Gülayı istiyorlar. Hasta cocuğu napacacaklar ? Aslında asıl aileNilaya lazım, Gülaya değil . Nilaya sahip çıkmayan ailenin Gülaya ehtiyyacı yok .
  Əsəbimdən səsimi yüksəndərək danışırdım. Bunu özüm də hiss edirdim . Əlimdə deyildi, özümü kontrol edə bilmirdim. Bir təhər sakitləşərək daha mülayım səslə;
  -Gülay onların torunu değil- dedim 
 - Emınmısın ? 
 - Emınım ,bunu sen de bılıyorsun . O gecə yaşadıklarıma sen şahitsin. 
 - O zaman ispatla . Eyer bu çoçuk kocandan olmazsa ben ona sahip çıkacam. Yeter ki, bir daha kocanın ailesi bizi rahatsız etmesin .
 Qara sancı qarnımı almışdı. Bir vaxt Gülayın Qeyisin qızını nə qədər çox istəmişdimsə, indi də o qədər onun qızı olmamasını istəyirdim . Bəlkə Suatın sözünə baxım, DNA testi etdirım, sübut edim ki, Gülayın atası Qeys deyil . Bəs birdən Qeys olarsa? O zaman mən Gülayı bir dəfəmlik itirəcəkdim . 
  Çox çıxılmaz vəziyyətdəydim . Minayə qanın qaşığa qoymuşdu . Məni əxlaqsızlıqla günahlandırıb Gülayı məndən almaq istəyirdi. Nə edəcəyimi bilmirdim. Bir tərəfdə Suat ,bir tərəfdə Gülay ... İkisinin yaxası bir araya gəlmirdi . İkisi də sevdiyim , biri gələcəyim, umudum - biri öz canım, can parçam . Heç birindən vaz keçə bilmirdim . 
   Qalmışdım Türkiyəylə Bakı arasında . Gülayı Sədaqətin yanında qoyub Suatın yanına gedirdim . Onda da Minayə coşurdu . Məni şikayyət edirdi ki,  nəvəm qalıb ortalıqda , anası türklə evlidir , uşağa bacısı baxır , nəvəmi mənə göstərmirlər. Tələb edirdi ki ; 
   - Uşağın vəlayətini versin mənə hara gedir getsin. 
   Hər gedişimdə ən çox bir həftə orda qalıb geri dönürdüm . Gülaya görə Nilayı da uşaq evindən ayıra bilmirdim . Oturaq bir həyatım yox idi ki , balalarımı başıma yığıb xoşbəxtliyimin dadını çıxarım .
   Suatla cox xoşbəxt idim . Onun yanına gedəndə dünya bizim olurdu . İkmizdə gəncliyimizdə yaşamadığımız xoşbəxtliyi ,sevgini yaşayırdır . Suat çox romantik, və xəyalperest idi. Hər gəlişim bir sürpirizlə qarşılanırdı. Mən Bakıdan onun yanına gələndə demək olar ki, bütün günü evdə olurdu. Bərabər şəhərə çıxıb küçələri sarmaş dolaş gəzib , həftə sonları dostlarıyla pikniyə gedərdik . Uşaq kimi mənə çərpələng düzəltmişdi ,  bərabər uçurdurduq .
   Hər səhər məni yuxuda qoyub işə gedər, təlimatını verib geri qayıdar. O gələndə mən hələ yumuşaq yorğan döşəyimdə xumarlanırdım. Bəzən səhər yeməyimi yatağıma gətirər, özü öz əlləriylə yedirdərdi .Guya mənə bal yedirdirdı, balı ağız burnima dağıdıb sonra dodaqlarıyla təmizlərdi . Bir dəfə yatdığım yerdə xəbərim olmadan  bədənimi şokalata bulaşdırmışdı. Yataq  bütün şokalat olmuşdu . Yuxudan qalxıb yatağımı şokalad içində görəndə məni sakitləşdirmişdi . 
   -Çikolata fabrikası kurmak istedim , qayet iyi oldu . Baktım fabrika Metanet çikolatası üretiyormuş . Dedim bir tadına bakıyım bu Metanet çokolatası nasıl şeymiş ? - deyərək bütün bədənimi dişlərindən keçirtdi . Şırın bir sabah yeməyi çılğın sevgi məcarasına dönüb yataqda bitərdı . 
  İkimiz də bərabərliyimizdən hədsiz zövq alardıq . Xoşbəxtliyin və ehtirasın kulminasiya nöqtəsinə çıxıb orda xəyalların buludunda özümüzə yuva qurardıq .qızlarımız tanımızdaydı . Tam bir ailəydik , Suatın dediyinə görə nə az nə çox , düz dörd uşağımız var idi . Mənim qızlarımla bərabər 6 uşaqlı qəhrəman ana idim onun xəyalında . 
    Uşaq kimi idi Suat . O mənim kimi düşünmürdü ,  sevgisin ,  xoşbəxtliyin heç kimdən gizlətmirdi ,utanmırdı , "deyəcəklər,elə olacaq ,belə olacaq" onluq deyildi . Bəlkə o da mənim kimi illərlə gözlədiyi xoşbəxtliyin dadından doymurdu , bəlkə də, o da mənim kimi ac qarnını xoşbəxtlik masasında doyurmaq istəmişdi? Əgər taleyimizdə xoşbəxt olmaq vardırsa ,bəs ağzımızın dadı duzu niyə qaçırdı?Niyə biz xoşbəxt ola biımirdik? Niyə ailə ola bilmirdik ? Niyə param parca idik biz ? 
   Bu arada Sədaqətin hamıləlik xəbətini aldıq ,bu xəbər bizi o qədər sevindirdi ki , bunu heç nəylə ifade edə bilmirəm . Bu sevinci Suatla paylasanda Suat məni qollarının arasına alıb uşaq kimi əzizlədi. 
  - Ben de baba olmak istiyorum, aşkım , bana bu mutluluğu yaşatırmısın ? 
  Suat övladı olmasını istəyirdi. Lakin mən buna hazlr deyildim. Yenə ana olardımsa, bu uşağım da qeyri rəsmi nigahdan dünyaya gələcəkdi, onun da gələcəyi qızkarım kimi sual altında olacaqdı. Sözsüz xoşbəxt idim, amma indilik, gələcəyim qarantidə deyildi . Düzdür, Beşiktaşda ayrıca bir evim vardı , evimdə köməkcim də vardı. Maddı cəhətdən görmədiyim günləri yaşayırdım , xərclədiyim , gətir- götürümlə Suat naraqlanmırdı . Pulu nəyə xərçlədiyimi belə bilmirdim .hətta Nilaygilin məktəbinə də yardım əlimi uzadırdım. Yaşamım , həyatım rahat idi. Amma bilurdim ki , bütün bunlar müvəqqəti idi. Minayənin pisliyi bütün planlarımızı alt üst etmişdi. Suat Nilayı Türkiyəyə gətirib onu evladlıq edəcəkdi ,özünün bütün hissələrini onun adına keçırəcəkdi .Bu sərvət bizim - uşaqlarımın və mənim ömürlük  qarantimiz idi.Əgər Suatın məndən övladı olsaydi, o zaman sərvəti onun uşağına çatacaqdı. Bəlkə də düşünəsiz ki,olsun da onun uşağı da sənin uşağındır da nə var burda. Bəli mənim övladım olacaqdı . Amma insan çiy süd əmib ,gələcəyi nə bimək olur? Bəlkə sözümüz tərs gəldi, Suat Allahından döndü, aldı uşağımı əlimdən. Məni də qapı arxasında qoydu ? Onda nolacaq? "Ailədə güvən yoxdursa bu ehtirasdan başqa bir şey deyildir" deyəcəksiniz . Düzdür mən də belə düşünürəm. Amma biz ailə deyilik ki, resmi nigahımız yoxdur, millət 10 il bir yerdə yaşadığı ailəsinin xasıyyətini belə bilmir, sabah başına nə iş gələcəyi məlum deyil . Burda qəribəm, vətəndaş deyiləm , açlıq, səfalət içində bu qürbətdə neyləyə bilərdim ki? Yenə əli boş suyu süzülə süzülə Azərbaycana sürünəcəkdim . 
    Beləliklə nə az nə çox ,düz on ay Gülay üçün məhkəmələrdə süründüm ,bir tərəfdən də Vidadının Xalıqova açdığı davanı qazanmışdıq. Bu da məni sevindirirdi . Ədalət pul gücünə də olsa öz yerini tapmışdı. Oruc hələ də Lətafətdən əl çəkmir, hələ də atamın evinə soxulurdu . Vidadının orda qoyduğu çobanlarla tez tez dalaşırdı . Ona da ayaq verən Kifayyət idi. Nədənsə Kifayyətlə əri Orucu özlərinə bizdən yaxın bilirdilər .
  Oruc Hatəmin Lətafətlə bərabərliyini eşıdəndə dəliyə dönmüşdü . Hatəmin iş yerinə hücum edib əlinə keçən dəmir parçasını Hatəmin başına keçirmişdi . Hatəm  başından ağır zərbə alıb xəstəxanada yatıb çıxdıqdan sonra anası və bacıları Lətafətin qaldığı evi basmışdılar. Lətafətdən Hatəmlə ayrılmasını tələb edirdilər . 
   - Mən neynim,  çəkin uşağınızı bağlayın qıçınıza , əgər Hətəm , sizi eşitməyib ,  mənə qəlirsə mən qapımı ona bağlayan deyiləm , bacarırsızsa qoymayın gəlsin . 
   O vaxt Lətafət mənim kirayə qaldığım evdə mənimlə bərabər qalırdı. Şəhər kafelərinin birində ofsiyant işləyirdi . Hatəmin Lətafətdən ayrılmayacağını görən ana molla , caduyla Hatəmin dilin ağzın bağıkayıb bacısı qızına elcı getdi . Anası gil Hatəmi xalası qızıyla evləndirəndə Lətafət özünə gələ bilmirdi . Mən də Sədaqət də ona mənəvi dəstək olsaq da , Lətafətin necə çökdüyünə gözlərimiz şahid idi. Həmin gecə Lətafət tək qalmaq istədiyini deyəndə çox qorxmuşduq . Birdən özünə bir şey edər deyə ehtiyyat edirdik.Lakin o
  - Çobanlar bizdə olmasa Allaha and olsun çıxıb gedərəm kəndə .
  Belə vəziyyətdə onu bir qadın kimi yaxşı başa düşürdük . Çıxılmaz vəziyyətdə qalan qızın Oruca dönəcəyindən qorxurduq . Bu haqq hesabdan sonra Oruc onu başa düşər ya düşməyə , qəbul edib etməyəcəyi məlum deyildi . Bir onu bilirdim ki, Lətafət Orucla barışmağındansa ölməyi ondan yaxşı olardı . 
   Gezə dədaqətgildə qalmışdım . Səhər yuxudan qalxıb Gülayı baxçaya qoyub  Lətafətin yanına gedəndə gözlərimə inanmadım. Hatəm bizdəydi. Toy gecəsi Hatəm gəlin otağını tərk edib Lətafətin yanına gələrək gecəni burda keçiribmiş . Çox keçmədi ki,Hatəmin bütün ailəsi , hətta gəlinin ailəsi evimizi basdılar . Cifayda... Onlar Hatəmin üstünə gəldikcə Hatəm daha da inad edirdi . 
   - Xalamın qızını anam alıb , zəhmət çəkib evində saxlasın . Mənim sevdiyim var, ölənə qədər də bərabər olacağıq , ağlınız varsa qızınıza sahib çıxın ,mənə umuddu olmayin . O mənim bacımdır .  Mənim ona barmağım da toxunmayıb, yox sahib çıxmırsınızsa onda qalsın anama gəlinlik etsin . O olan evə mən girməyəcəyəm . 
   Dediyini də etdi. Hatəm Yasamaldan iki otaqlı ev tutdu , Lətafəti oraya köçürtdü , ailəsinin xəbəri olmadan Lətafətlə rəsmi  nigaha girdilər . Yelmar dayı və nəsildə bir iki ağsaqqal böyüklük edib Hatəmi ailəsiylə barışdırmaq ustəsələr də bu mümkün olmadı . Allah Hatəmin üzün ağ eləsin , heç vaxt çətinlikləri də olsa Lətafəti tək qoymadı anasının ayağına vetmədi. Onların bərabərlikləri hər kəsə örnək olacaq xoşbəxt bir ailə oldu. İndi üç dənə çin kimi qızları var . Hatəmin xalası qızı iki həftə o evdə qaldı . Hatəmin geri dönməyəcəyini görüb özü evi tərk etdi . 
  ... Bu dəfə də Vidadinin dəstəyiylə məhkəməni qazanıb Gülaya sahib çıxmışdım . Biletlərimizi alıb , balalarımı da qanadımın atına yığaraq  isti yuvama uçurdum . Əsil ailə ,əsil xoşbəxtlik bizi orda gözləyirdi ...

      F İ N A L 

   Türkiyəyə gəlişimizlə həyatımız sıfirdan dəyişmişdi . Suat sözünün üstündə dayanmışdı . Nilayı evladlıq etmək, adına olan iş yerlərindən başqa bütün sərvətini Nilayın üzərinə keçirmək istəyirdi. Bütün lazımı yerlərə baş vurub müraciət etmişdi. Türkiyə qanunları buna izin vermirdi . Nilay xarici vətəndaş idi . Mənimlə rəsmi nigahı olsaydı, bu mümkün olardı. Rəsmi nigah olmadan Suat lap Azərbaycandan uşaq evindən övladlığa uşaq görursəydi  bu mümkün olmayacaqdı . Ümumiyyətlə Türkiyə  vətəndaşının xarici vətəndaşın övladlıq etməsi qanuna zidd idi . 
  Ailə kimi yaşayırdıq. Suat öz evində gecələmirdi. İşə gedər, günorta yemək saatında evə gələr,  ya da bizə zəng edib işinə yaxın lokantaların birinə çağırar, bərabər yeməkdən sonra bəzən birlikdə , bəzən də tək böyük xanımın yanına gedərdik . 
  Sədaqətin əkiz- bir qızı bir oğlu olmuşdu. Nə qədər ki, uşaqlar yox idi yayda bizə gəlib bir ay qalıb gedirdilər. 
   Lətafətlə o qədər də aram yox idi . Arada bir telefonla danışırdıq . Onda da qeybətin biri beş qəpik olurdu . Heç sevmirdim kiminsənin haqqında nə danışmağı ,nə də eşitməyi . Elə məhz Lətafərdən qulağıma bəzi xoşagəlməz şeylər eşidirdim. Onda da əsəbləşirdim . Kənddə danışırmışlar ki , guya məni bir  türk saxlayır, Suat məni subay olmağıyla aldadıb alıb  , məni Türkiyəyə apardıqdan sonra guya bilmişəm ki ,Suat evliymiş . Hələ guyaSuatın uşaqları da varmış, mən Türkiyəyə gedəndə guya uşaqları məni basıb döyübmüşlər. Yazıq Suat özünün də xəbəri olmadan ata olubmuş . Guya Suat uşaqlarından və arvadından ayrıla bilməyib bizi küçəyə atıb,  mən də pis yollara düşübmüşəm, bir başqa kişi mənə sahib çıxıb evinə aparıb . Guya həmin kişi məndən pul qazanlrmış . Bir tərəfdən də guya Gulayın atası çıxıbmış ortaya , mən 3 kişinin arasında qalıbmışam...
   Kifayyətin əri ickiyə və qumara qurşanıbmış . Havalının qızı boşanıb atasının üstünə gəlir . Kənddə dura bilməyən qız atasından ona şəhərdən ev almasını tələb edirmiş . Havalı da olan olmazların satıb qızına Biləcəridə ev tikib . Elə bu səbəbdən də Kifayyətlə havalının arası pozulub . Bu o vaxt idi ki  kənddəki evimiz satılmışdı  , mənim və Nəzakətin hissələri banka İlqarın adına faizə qoyulmuşdu . 18 yaşında İlqar özü o pulu götürə biləcəkdi . Sədaqət də öz pulunu Lətafətə bağışlamışdı . Hatəm də həmin pulla ipotekaya girib , Nərimanovda Lətafətin adına gözəl bir dairə almışdı . Kifayyətin pulu ortaliqda ərinin uşaqlarına xərclənmişdi . Əlində olan qalan pullu götürüb oğluyla Gərayın evinə yerləşir . Bir müddət yaxınlıqdakı təndirdə işləyir, oğluyla mənim qaldığım bibimin həyətindəki komada kirayə qalır . Kifayyət bizim kimi deyildi . Həddindən artıq kök idi . Hərəkət edə bilmirdi . Elə kök olmasından yana hər işə də götürmürdülər . Gorünür mənim cəkdiyim əzabları çəkirdi . Deyirmiş ki, Mətanəti qınayırdım, tək başına çətinmiş şəhər yerində yaşamaq. Ağlım gedib kəndə hamı bir birinə namusla qeyrətlə baxa. Şəhər yerində azan da adama ağız atır təzəndə .
   Kifayət Gərayın evində çox qalmadı . Eşitdim ki , gecəylə evdən qaçıb iş yoldaşının evinə sığınıb. Görünür Gəray mənə etdiklərin ona da edibmış. 
  Uşağı qalmışdı ortalıqda məktəbə də getmirmiş . Özüylə bərabər təndirxanaya aparıbmış , orda işlədirmiş , pul qazandırırmış . 
   Bəzən düşünürdüm , hər namazımda Allahıma şükür edirdim ki ; 
 - Allah sən hər şeyə səbr edib ,hər şeyi zamanında mükafatlandiransan . Fikirləşirdim; iki - biri xəstə uşaqla nələr çəkdim , nə sınaqlardan çıxdım , amma hec kimə əyilmədim , uşaqlarım üçün hər şeyə qatlandım . Nilayı sırf evdə tək qalmaması üçün uşaq evinə qoydum və heç vaxt da onu orda tək , dəstəksiz buraxmadım . Mən Nilayı ehtiyyacdan üzündən oraya qoymamışdım. İşləyən qadındım . Evdə bir xəstə uşağa baxan yox idi . Yoxsa şükür Allaha yeməyə çörəyimiz, icməyə çayimiz hər zaman olurdu . Balalarımla həyatın yoxuşuna dırmandım . Nilayın ağzı vardı ,dili yox , heç nə istəmirdi . Amma Gülaya bir şeydə korluq çəkdirmədim. Hec vaxt onu dərsindən ,məşğuliyyətindən ayırıb ona pul qazandırmağı fikirləşmədim . 
Mən uşağımı elə böyüdürdüm ki , özü deməsəydi heç kim onun atasız olduğunu bilməzdi . 
   İndi Kifayyət 4 də oxuyan oğluna təndirxanada çörək satdırıb pul qazandırır . Bir əli ayağı sağ körpəyə baxa bilmirdi . Hələ orda burda qohum əqraba yanında oturub bizim arxamızca danışır ki , birinin əri vəkil ,  birinin əri zərgər, şirkət sahibi , birininki maşın ustası , pula pul demirlər . Onlarda qabliyyət olsaydı deyərdilər ki bir uşaqla bacımız qalıb küçələrdə , xəstə canıyla  əlləşir .Başlarına dəysin onlardan pul istəyən yoxdur , elə atamın evinin pulunu verəydilər , özümə uşağıma gün ağlayardım . İlqar goruna çıraq tutacaq ? Detdomda nə tərbiyə görüb ? Anası hardadır bəlli deyil , atası kimdir bilinmir , yatirdilar o boyda pulu bicin adına , guya canıarı yanır da... elə canı yanandılar bizə canları yansın daa. 
   Biz evləndikdən 6 il sonra Suatın arvadının beyninə qan sızdı . 18 günlük xəstəxana həyatında mən də gecə gündüz Suatla bərabər onun yanında idim. Xəstəxanada mənim Suatin kiçik  xanımı olduğumu eşidib bilənlər bizə təcüblənirdilər ki , hec bir qadın bu evliliyi qəbul etməz . Hələ bu azmış kimi sən bu qadının sağalıb, yaşaması  üçün əlindən gələn hər şeyi edirsən . 
   Bəli edirdim, etmək məcburiyyətindəydim. Bilirdim ki , o qadın ölsə o qadının ailəsi ilə Suat arasında soyuq savaş başlayacaqdı. Bu savaş qanla  bitəcəkdi . Bir tərəfdən Suatin atadan olan qardaşları , bir tərəfdən də xanımının əmisi uşaqları Suatl əməlli başlı təkləyəcəkdilər , o qadın ölmədən Suat onun mallarına sahib çıxmalıydı . 
   Bunları mən belə düşünürdüm . Amma nədənsə Suat çox arxayın görünürdü . Bu barədə məni də sakitləşdirirdi . 
   - Rahat ol aşkım ,nasıbimizde varsa o mallar bizim olacak , yoksa çok şükür az değilik,azacık değilik. Ölmiyecez. 
  18 ci günün səhəri reanimatsiyanın qapıları açıldı və həkimlər bayra çıxdı . Böyük xanım dünyanı tərk etmişdi ...
   Onun ölümündən sonra qara buludlar evimizə çökmüşdü elə bil .başımız bəlalardan açılmirdi . Günümüz xəstəxanalarda , qazancımız dava dermanda gedirdi . Bir ayın içində Suat üç dəfə avtomobil qəzasına düşdü . Bilmirdik bu bir təsadüf idi yoxsa sui qəsdmi idi .
   Böyük xanımın ölümündən sonra bütün nəsil ayağa qalxmış bizdən mal tələb edirdilər . Suat isə əlində olan sənədləri onlara göstərib ; 
   - Hanım bütün topraklarını kendisi satmış .
  Heç kim buna inanmırdı . Heç mən də . 
  Bütün sənədlər qaydasındaydi. Lakin qadının "akıl raporu" ailəni ayağa qaldırmışdı. İş məhkəməyə qədər uzanmışdı. Vəkilimiz məhkəmədə dəlillərlə sübut etdi ki , həmin torpaqlar 12 il bundan əvvəl (qadına xəstəlik raporu verilmədən əvvəl ) satılib . Və məhz həmin sərvətin hesabına hesabına Suat iş dünyasına imza atıb . Suat özü satdığı  həmin torpaqları bu vaxta qədər arendaya götürübmüş , özü həmin torpaqları əkdirib becəribmiş . Beləliklə heç kim bu torpaqların satılmasından xəbər tutmayıb . 
   Torpağın pulundan və həmin torpaqların gəlirindən Suat böyük bir proektə imza atıb. Tenderi qazanan  Suat  böyük bir makaron və şəkər fabrikilərindən birindən böyük bir hissə alır . Suatın bu fabriklərin ikinci ortağı olmasından heç kimin ,  hətta mənim belə xəbərim yox idi . 
   O fabriklərdən gələn gəlirlə isə kiçik zərgər sexini daha da genişləndiribmış  İstanbulda bir neçə dairə alıb kirayə veribmış . 
   Başımız məhkəmələrə qarışmışkən  rəsmi nigaha da girə bilmirdik. Qalmaqallı məhkəmə proseslərində məhkəmənin verdiyi qərarlar bizim əlehimizə işləyirdi . Belə ki , proses bitmədən məhkəmə rəsmi nigaha girməyimizə qadağa goymuşdu. Nə etməli yüzə dözən yüz birə də dözər .6 il idi bərabərdik, o gün olmazdı ki , Suat məndən övlad istəməmiş olsun. Hamilə qalmamaq üçün dərman içirdim. O isə problemin özündən olduğunu düşünürdü. O həkim qalmamışdı ki , getməmiş ola. Həkimlər ona müalicə etmirdilər. 
   -Heç nəyin yoxdur, Allah nəsib edərsə uşağın olacaq deyirdilər . Bəlkə xanımın bir problemi var? 
  Yalvarırdı bərabər gedək həkimə . Mənim nəyim vardı ki həkimlik . Bir kişi yanımda papağını çıxarsaydı o dəqiqə hamılə qalırdım . 
   Son zamanlar, türkəçarələrin ona verdiyi qüvvətləndirici qidalardan yeyirdi. Bu qidalara başlayandan sonra  mənim qara günlərim başlamışdı . Suatın əlinfən məndə nə can qalmışdı, nə də hal . Belə zamanlar ,o , aç qurda dönürdü, mən də şikara. Qurd görmüş quzu kimi mələyirdim ...
   Qazancının yarısı fitrə , zəkata tökmüşdü . Uşağı olması ücün qurbanlar kəsir ,nəzir niyaz paylayırdı . Allaha yalvarırdı uşağı olsun deyə. Loğmanlar uşağın olmamasını aramızda yaş fərqi ilə əlaqələndirirdi . Guya onun yaşı cox imiş də, mənim cavan orqanlarım onun zəif spermasını qəbul etmirmiş. Bunun üçün o özünü daxılən gəncləşdirməli imiş . Belə şeylər eşidəndə əlin ayağın hər şeydən üzürdü . Ozünü yaşlı qoca kimi hiss edirdi . Mən onu nə qədər təsəlli etsəm də , mənim yanımda utandığını hiss edirdim . Qorxumdan ona deyə bilmirdim ki, utanmağa gərək yoxdur . Nə edim ,ona yazığım gəlirdisə də özümü , qızlarımın həyatını düşünmək məcburiyyətində idim . Bilmirəm nədənsə beyin alti şüuruma belə yazılmışdı ki , uşağımız olarsa o məndən soyyacaq , uşağı alıb özü də bizi evdən qovacaq . Həyat mənə o qədər çəkdirmışdi ki, özümdən başqa heç kimə güvənim qalmamışdı . O mənim hər şeyim , həyatım , varlığım idi . Bəlkə mənə desə gözün mənə lazımdır ver , verərəm ,amma gələcəyimi qarantimi yox . Daha mən əvvəlki saf Mətanet deyildim . Həyatın mənə vurduğu yumuruqlar məni odun kimi sərtləşdirmişdi . Daha hislərimlə deyil , ağlımla hərəkət edirdim . 
   Belə qəddar olmağıma özüm özümə hirslənirdim , özümü danlayırdım . Bəzən özümü daldalığa salıb elə ağlayırdım ki... Ata olmaq istəyirdi , bu onun doğal haqqı idi . Elə mən də istəyirdim onun övladını dünyaya gətirim . O mənim həsrətim ,sevdiyim idi niyə də olmasın ? Di gəl ki , bəzən arzularımızı özümüz gözümüzdə qpyuruq.Gələcəyimizin xətrinə. Bir dəfə etdiyimiz səhvi bir daha etməmək lazım idi . 
  Son günlər Suatın mənə qarşı diqqətsiz olması məni üzürdü. Bunun səbəbini də bilirdim. Uşağıməz olmaması onu məndən soyudurdu. Hətta başqa qadınlara meyil etməsi də diqqətimi çəkirdi . Bəlkə də bir qadınla cıddi münasibətə girib özünə varis dünyaya gətirmək istəyirdi . Bəlkə bununla kişiliyini , sonsuz olmadığını hər kəsə sübut etmək istəyirdi. Bu məni qorxuzurdu . Məni sevdiyindən əmin idim ,o hec bir qadını məni sevdiyi qədər sevə bilməzdı.və heç bir qadın da mənim ona verdiyim sevgini , göstərdiyim deqqəti ona verə bilməzdi . Onunla mənim aramda gözə görünməz bir istək bağı var idi . Biz bir birimiz üçün yaranmışdıq . Düşünürdüm ki , onun həyatında bir qadın olardısa bu sırf uşaq ücun ola bilərdi. Böyük xanım ölmədən sonuncu dəfə həkimə gedib kontroldan keçmişdim .Hər şey qaydasında idi . Hər an uşağım ola bilərdi . Bu arada inadımı bir tərəfə tullamışdım, onunla özəl bir gecə hazırlamışdım, övladımız için . Məhz həmin gecə ailəmizin yeni sakınını həyatımıza dəvət edəcəkdik ki , böyük  xanım xəstəxanaya düşdü , arzum ürəyimdə qaldi . Bu gün üçün hazırladığım gecəmiz pozuldu . Sonra böyük xanım öldü , ondan sonra məhkəmələr , baş elə qarışmışdı ki, iki yaxamız bir araya gəlmirdi ki gəlmirdi. 
Məhkəmələr xeyrimizə qərarlar verəndə ürəklənmişdim . 3 ayliq yorucu məhkəmələrdən sonra, ona romantik bir sürpiriz hazırladım .Sürpirizlərə ikimiz də bayılırdıq. Odur ki , dənizdə yaktaların birini kiraladım. Özəl bir gecə için xüsusi  hazırlaşmışdım, yaktanı hazırlayanlardan birinin;
  -Abla ayıp olsa da soracam, sadece merak ettim. Evlənme teklifimi var? - deməsi məni çox güldürdü . 
  Suat məndən belə sürpirizlər çox  görmüşdü. Ancaq evimizdə, hazırladığım romantik süfrələrdən falan . Amma ilk dəfəydi ki , ona bayırda belə özəl gecə bəxş edirdim . Özü də çaşıb qalmışdı. Tez tez ;
   - Bu özəl günün sebebi nedir acaba - deyib dururdu . 
  - Sürpiriz !- deyə gülərək keçirdim . 
  Çox gözəl bir axşam yeməyindən sonra gecəmizi yaxınliqdaki oteldə tamamladıq . Özümü gənc qız kimi hiss edirdim . Elə bil ilk zufaf gecəm idi onun yatağına girirdim . Böyük bir həyəcan içərisindəydim. Ya birdən bu sevinci ona yaşada bilməsəydim?Ya birdən istədiyim nəticəni əldə edə bilməsəydim ? Allaha acıq gəlsəydi,  bu qədər zaman ola bilərdi , sən qoymadın indi mən onu sizə vermirəm desəydi ?
  Bir ay kecdi . Qorxduğum başıma gəlmişdi . İstədiyim nətiçəni ala bilməmişdim . Həmin gün dünya başıma yıxılmışdı. Qapımın kandarında dayanan qorxu və şübhə içimi gəmirirdi artıq . Suat da artıq həvəsdən düşmüşdü, daha türkəcarələrin verdiyi gücləndiriciləri yemirdi. İkidə bir bəxtindən taleyindən gileylənirdi. Bəzi hissələrini mənim etirazıma baxmayaraq satışa çıxarmışdı.
 -Ne yapacam, kime kalacaq - deyirdi . 40 -kecdim artık bundan sonra servetim olsa nolur olmasa nolur. Sana da bir şey kalmıyacak. Bin bir azapla kazandığım servetime çakkallar konacak . 
   Qulağıma bəzi şeylər çatmışdı . Suatın mühasibəcilərin biriylə adı çıxmışdı. Orda burda tez tez görünürdülər . Bir neçə dəfə bərabər yeməyə falan çıxmışdılar, münasibətləri ciddiliyə doğru gedirdi. Bu məni çox qorxuzurdu . Bəlkə şeytan gəlbinə girib ? Yani suat mənə xəyanət edə bilər , məni kimsəyə dəyişə bilər ? Özünə bir şey demirdim , amma bütün diqqətim nəzarətim onun üzərindəydi . Suat əvvəlki Suat idi . Yenə sevgimiz, münasibətimiz eyniydi . Bizim tək problenimiz uşaq idi . Son zamanlar başımın üstünü kəsdirmişdi , həkimə gedək tüp bəbək edək ,ya da övladlığa uşaq götürək . Axı mənim bir şeyim yox idi , onun da problemi yox idi . Bilirdim ki uşağımız olacaq . Həkimə getməyin nə mənası var idi ki ? 
   - Biraz sabr et aşkım , bu il de bekleyelim olmazsa bir çey düşünürüz

  Bir sabah Nilayın baxıcısı otağımızın qapısını döydü . 
  -  Metanet hanım bakarmısıniz ...
  Hövlankqalxıb Nilayın ootağına girəndə dünya başıma çökdü. Həkimin ona qoyduğu vaxt bitmişdi . Nilay cənnət quşuna dönüb 16 yaşında əbədi məkanına uçmuşdu ...
 
  Cuma günü idi . Gülayla Nilayı ziyaretə getmişdim. Quran oxuyub bədbəxt balamın torpağına sarılaraq qara bəxtimizə də ağlayıb məzarlıqdan ayrıldıq. Gülayın o zaman artıq 10 yaşı var idi . Məktəbə və rəsm kursuna gedirdi. Gülayı kursa qoyub ordan da Suatın iş yerinə gəldim. Otağında yox idi. Katıbəsi şirkətin qonaq otağında olduğunu dedi. Yuxarı mərtəbəyə çıxdım. Qonaq otağının qapısın itələdim bağlıydı. Qat görəvlisini çağırdım . Qapının acarını istədim. Açarların içindən otağın açarını tapıb mənə uzatdı .
   -Tamam, ben hall ederim, gede bilirsin.
  Qadın getdi. Ürəyim həyəcandan çırpınırdı. Elə bilirdim qapını açıb ikisini də içəridə tutacağam . Qapını açıb içəri boylandım. Suat divanda uzanmışdı. Televizor açıq pult əlində guya "yuxuya" getmişdi. Otağa göz gəzdirdim. Hiss edirdim ki, yan otaqda biri var. Lakin üzərinə gedib Suatla aramda olan pərdəni qaldirmaq istəmirdim . Nə qədər bərabər yaşasaq da o qadından mənim heç bir fərqim yox idi. Bir qələmlə Suat məni silib ata bilərdi. Zorla üzümə gülüş qatıb Suata yaxınlaşdım . 
 -Canım, cokmu yoruldun, eve gelseydin.
 - İşlerim çok ya Metanet . Hayırdır ?Senin ne işin var burda. Bı şeymı oldu nıyə gəldın?
  - Yoo , yoo Bır şey olmadı canım. Mezarlıkdaydım. Ordan geldim. Dedim bir bakıyım aşkım napyor, beni özlemişmi ? 
 - Özlemez olurmuyum ? Ne olsun ?Çok yoğunum bu aralar . Dedim biraz dinlənim, keçim işimime. 
 - Ben sana şımdı gözel bi kahve yaparım yorğunluğun çıkar - deyib qonarlara çay kahve hazırlamaq üçün nəzərdə tutulmuş digər otağa keçmək istədim . Çüşə qapının jalüz pərdəsi tərpəndi . Suat çəld yerindən sıçırayıb ayağa qalxdı. Qolumdan tutub məni özünə çəkdi .Qucaqladı. 
   - Yok ,yok , gerek yok . İçmiyecem. Odama geçiyorum. 
  - Kim var orda ?
 - Hiç kimse yok! 
  - Var var ... perde sallandı. 
  -Kimse yoook ! Rüzgar sallamışdır . 
  Qoluma girərək məni otaqdan çıxartdı . Gözüm diger otaqdaydı. Qapının stor pəncərəsindən içəridə qadın olduğu açıq aydın görünürdü. 
  Bir sabah yuxudan oyanar oyanmaz tuvaletə qaçdım . Ürəyim bulanırdı . Qusmaq istəyirdim qusa bilmirdim . Bir həftədən çox idi vaxtımdan keçmişdi . İnanmırdım . Hamiləliyik testi almışdım amma yoxlamağa qorxurdum . Ya birdən hamiləlik olmasaydı ? Xəyal qrıqlığına uğrayacaqdım . Bu ürək bulanması hər şeyi deyirdi . Heç şübhəm yoxdur . Hamiləydim .Yenə dəqiqləşdirmək üçün  testi açdım.Zənnim məni yanıltmamışdı. Hamiləydim. 
  Suata zəng edib sevincimi onunla bölüşmək istədim . Axşama yeməyə devət etdim. Bu gecə iş adamlarıyla görüşəcəyini dedi.  Bilirdim ki yalan deyir Son günlər belə bəhanələrini cox görürdüm. Bəzən gecə birdə, ikidə evə gəlirdi. Guya şəhərdə deyilmiş. Onun harda olmasını dəfələrlə gedib gözümlə görmüşdüm. Həmin qadlnla ya yeməkdə olurdu , ya alışverişdə , ya da bərabər bir evə gedirdilər . Onların bərabərliklərində 3 cü bir adam yox idi . Hər zaman ikisi baş baça qalırdılar . Qısqançlıq  içimi gəmirsə də, özüm özümü içimdən yeyirdim . Bütün günahlar özümdəydi . Suatı bu yola salan mən özüm olmuşdum indi niyə onu günahlandırım ki?
  Bilirdim ki,bu dəfə də onunla bərabər olacaqdı .Geyinib evdən çıxdım. Öz maşınımızı evdə qoyub tanış bir adamı cağırdım. Şirkətin önünə gəlib gözlədim.  Budur Suat maşınına minib yola çıxdı. İş yerindən biraz aralıda bir otelə getdi . Özüm maşında oturub şoferi onun arxasınca yolladım . Biraz sonra həmin qadın da gəlib çıxdı. Telefonu götürüb şoferə zəng edərək onları gözdən qoymamağı ona tapşırdım . 
   Bəli Suat o qadınla otelin foyesində görüşəcəklərmiş . Başları söhbətə o qədər qarışmışdı ki , mənim içəri  girməyimdən xəbərləri belə olmamışdı . Nəyisə müzakirə edir , nəyinsə mübahisəsin aparırdılar. Qadın çox əsəbi görünürdu. Suat onu sakitləşdirmək istədikcə qadın daha da coşurdu . Qadının hikkəsindən elə başa düçülürdü ki onların mübasibərləri üç günlük münasibət deyildi . 6 il idi Suatın arvadıydım bir dəfə mən Suatın üstünə bozarmamışdım . 
  Nəhayət , mübahisə edə edə oteldən çıxdılar . Mən də onların arxasınca çıxıb onları izləyirdim. Deyəsən bura ilk dəfəydi gəlirdilər . Çünki Suat bu məhəllədə maşını ehtiyyatla sürürdü .  Olduqca kasıb bir məhəllədə bir gecəqonduya girdilər. Qadının rahat və sərbəst davranışından hiss olunurdu ki bura onun evidir . 
   Demək bu qadının gözünü Suatın pulu boyayıbmış .Suat da qadının ehtiyyacını ödəyib qadını ələ alıbmış . Çoxdandır bu qadını araşdırırdım . Əri də var imiş . 4 uşaqlı bu qadın nəfənsə uşaqları ilə bir yerdə qalmır . Uşaqlarına deyəsən ərinin və özünün ailəsi baxır . 
   Daha dayana bilmirdim . Onlar içəri girdikdən biraz sonra həmin evə gəlib qapını döydum. Qapı gec açıldı .Qadının saçları açılmış və çıyninə səpələnmışdi . İncə və çox açıq saçıq  paltarının üstündən çıyninə nazık şal salıb ona  bürünmüşdü . 
   - Metanet hanım ?
   - Yaa...
   - Nə işiniz var benim evimde? 
  Onun nə dediyinə aldirmadım. Əlimin arxasıyla onu geri itələyib qapıdan içəri girdim . 
   - Dur !!!  Nerye ?- ona bikir vermədən otaqlara boylanaraq irəli addımlayirdim . 
  - Dur dedim. Benim evime bu şekilde giremezsiniz Çıkın dışarı, diyorum . 
   - Benim sizin evinizle işim yok . Seninle de işim yok . Benim işim içeridekiyledir . 
   - Hayır, siz kim oluyorsunuz benim evimə iznim olmadan giriyorsunuz . Dur bi dakika, dur diyorum . 
   Əlimi qaldırdım ; 
  - Merak etme bi şey yapmiyacam onu sana verip gidecem . 
   Elə bil qadın bunu gözləyirmiş sakitləşdi içəri keçdim. Suat divanda oturub qəhvə içırdı . Məni görən kimi yerindən dik atıldı . 
   - Metanet ? 
   Heç nə olmamış kimi içəri kecib otaqda gəzindim . Nifrətlə masadaki yeyəcəkləri süzdüm . Ləbləbi və şirniyyat  masasında iki şam da yandirılmışdı . Görünür ki ,qadın bu gecələrinə romantika qatmaq istəyib.
  - Ne işin var burda ? Şey ...
  - Benim sormam gereken soruyu sen bana veriyorsun . Bravo ... alkışlıyorum . Tamam o zaman cevaplayım...
   Kecib yanında oturdum ;
   - Biliyorum sen sürpirizlere bayılıyorsun. Ben de sana sürpiriz yapıyım dedim, geldim 
  - Bak Metanet aşkım , yanlış anladın ...
  - Neyi yanlış anladım?- sesimi yüksektdim . Bunun yanlışı varmı ? Ben seni evde bekliyorum , beraber yemeye gidelim diyorum sen iş yemeyine çıkacaını söylüyorsun . Ben geliyorum şirkete , sen arabana binip gidiyorsun . Qadın da senin arkanca geliyor , otelde buluşyorsunuz , muhabbetiniz oylə bir güzel ki , öyle bir tatlı ki ,  benim içeri girmeyimden bile haberiniz olmuyor !!!
   - Lütfen Metanet , dinle beni ,  bak gorüyorsun yanlış anlıyorsun .
  Qadına baxdım . İstehzali gülümsəyir . Hiss edirdim ki mənim əsəbləşməyim ona ləzzət edir . Məni özünün qarşısında kiçik görür . Mən belə əsəbləşməklə  onun səviyyəsinə enməməliydim . Səs tonumu yumuşaldıb Suata baxdım;
 - Hiç bir şeyi yanlış anlamadım. Yaptığın yanlış olsa da normal karşılıyorum . Sana kızmıyorum . Şu anlık benim o kadından hiç bir farkim yok , biliyormusun, bu da normal  bi şey . Resmi nigahimiz yok , ben senin imam nigahlı eşinim . Bu da hiç bir şeyi değışmıyor . Belki də bu hanımda benim gibi bir gün senin zövcən ola bilir, hatta belkide olmuşdur. 
  Qadın özündən razı halda qapıya söykənib bizə baxırdı .
  - Yapma Metanet gözünü seveyim- Suat ayağa qalxıb pencəyin qoltuğuna vurdu . Biləyimdən tutub məni qaldirmağa çalışdı . 
  - Gidelim evde konuşalım . 
  - Hayir, ben o evden gidene kadar sen bursa kalacaksın. Duydunmu ?
  - Yapma ya. 
   - İtiraz istemiyorum - deyib qapıya yönəldim,iki addım atıb dayandım ,  Suata baxdım ;
  - Belki kadının eşı seni evine kabul etmeye bilir, amma sen her zorluklardan çıkarsın . Sen bir kahramansın , unutmamışım . Gülnarenin de kocası ola ola onunla görüşüyordun . Amma her defasında işin altından ustalıkla çıkıyordun .
  - Kıskanıyorsun böye yapma ...keçmişi sallama ...
  Qapıya yanaşıb qadının üzünə baxdım . Çox məmnun görünürdü .
  - İkiniz də yanlış yaptınız , kendinden bu kadar emin olma derdim ama ,  bunu anlayan olsan ...
  - Bence sen yanlış yapıyorsun, sen də kendinden bu kadar emin olma . Sana yalvarmak , beni ahv et demek zorunda değilim . Sana hesap verecek biri varsa o da kocandır . 
  Bu nə cəsarət ? Bu nə cürət ? Gör Suat buna nə qədər cəsarət verib ki, mənim üzümə baxa baxa mənim sözümün qabağına söz qoyur. 
   Ters ters Suata baxdım 
  - Metanet yalvarıyorum, nolursun. Bilmediğin şeyler var  diyorum , sen hala inat ediyorsun . Dur , gitme bunu sana  burda tanıklaya bilirim aşkım . 
  Ovcumda tutduğum testı qadının ovcuna qoydum . 
 - Sen bir hiçsin, boşuna heves etme . Benim tırnağım bile olamazsın. 
   Suat təccübdən böyümüş gözləriylə mənə baxırdı . 
   -O benim çoçuğumun babası, ya sen kim oluyorsun? Sen rüzgarın hayatımiza saldiğı bir saman otusun , onu da çöp diye süpürüp hayatımızdan atacağık, hayatımiza girdiğin için köpek gibi pişiman olacaksın . 
  - Asll sen bu kadar kendunden memnun olma  Metanet hanım.  Bu güne kadar yaptığım heç bir şeye pişiman olmadım olmam da - əlin qarnına sürtüb gülümsündü . Suata baxıb qapıdan çəkilərək mənə yolu göstərdi . 
   -  Ben onun çoçuğunu taşıyorum...
   Elə bil bədənimi qaynar suya salıb çıxardılar . Bütün bədənim lərzəyə gəlmişdi . Əsim əsim əsirdim . 
   Suat həyəcanla qadının elindəki testi alıb baxana qədər mən güllə kimi qapıdan çıxdım ...
  Suat maşınıyla bizım maşını qovurdu...
  Otağıma girib qapını içəridən bağlayaraq hönkürüb ağlayır, özüm özümə qarğışlar yağdırırdim . 
  - Di get al payını Mətanət, istədiyin bu idi, sən kimsən Allahın yazdığına əl qatirsan? Sən onun istədiyin verməzsən o da sənə bunu edəcəkdi də ... kişinin qızı gələcək fikirləşir . Öl boynuvu yere soxum, di get qal küçələrdə. Al bu da sənə gələcək . 
  Suat qapını az qalırdı sındıra . Evimizdə görülməyən səs küy qalxmışdı . Gülayın da səsi gəlirdi. Hətta qorxusundan ağıayirdı da.Çamadanıma ağlaya ağlaya bir iki paltar qoyub əşyalarımı toplayirdim. Kimdən ,nədən qaçırdım bilmirəm , Suatımı qunahlandırırdım ?Onun nə günahı var idi, hələ günahı özümdə bilib ona yalvarıb yaxarmaqdan onu günahkar tuturam? 
  Nə edəcəyimə, nəyə qərar verəcəyimə çaşıb qalmışdım. Nə edim, necə edim bilmirdim . 
  Səhər otağımdan çıxanda Suat salonda yatmışdı. Yanına gəldim. Qarşısında diz çöküb oturdum . Üzünə baxdım . İçimi qəribə duyğular almışdı. Ondan üzür diləmək istəyirdim, ona yalvarmaq istəyirdim, məni atmamasi üçün əl ayağına düşmək istəyirdim. Onu bi yola məcbur qoyduğum üçün üzür istəmək istəyitdim . Di gəl ki qürurum imkan vermirdi .
  - Hansı qururdan danışırsan Mətiş?nə tez unutdun yaşadıqlarını ? Qınından çıxıb qınını bəyənmırsən ? Sənin qürurun iki uşaqla Xırdalanda bibinin əri sənə sataşanda qırılmışdı, Xalıqovun oyununa gələndə qırılmışdı, onun bunun evində təmizliyə gedəndə, şor göz kişilər özlərin sənə sürtəndə, sənə pul qarşılığında əlaqədə olmağı təklif edəndə ,döşünə başına əl atanda qırılmışdı qürurun !Barım sən qürurdan danışma ay səfeh ! Darıxmısan deyəsən o günlər üçün ? Barım bu şansını itirmə, ailənə sahib çix ! Bəlkə bu uşağın hesabına məhkəmədən sonra səni nigahina ala. 
  Bilirdim ki,o qadınla evlənə bilməz . Qadın ərli qadın idi. Yüz faiz bilirdim ki ,Suat sevgimizə xəyanət etməz. Bundan əmin idim. O qadınla ancaq uşaq üçün görüşdüyünü adım kimi bilirdim. 
  Baxışlarımla Suatın yanaqlarından öpüb göz yaşlarımı sildim . Qalxıb getmək istəyəndə , Suat əlimdən tutdu .Yerində oturub məni yanına çəkdi , Sarıldı öpdü . Mən də ona sarıldim. Başımı köküsnə qoyub sinəsindən öpdüm. Başımı köksunə sıxıb saçlarımı qoxladı . Gözlərimi yumub gözyaşlarımı sinəsi aşağı buraxdım . 
  - Beni bırakma Suat !Ben sensiz yapamam. Ne olursa olsun, aşkımıza ihanet etme .
 - Bırakmam aşkım . Sana ihanet etmedim Metanet . 
  -Biliyorum. İhanet etdiğini bilirsem asla oraya gelmezdim ,çeker giderdim. Beni terk edeceyindən çok korkuyorum Suat . 
  Gözümün yaşını silib gözlərimə baxdı . 
  -Niye terk ediyim , uğruna canımı vereceyim bur kadını terk etmem mümkünmü? Seni nakadar sevdiyimi bildiyin halde bunlara bana nasıl söyleye bilirsin ?
  - Senin yaptıkların benim suçum biliyorum, sana şans vermedim. O çoçuk için mecbur kaldın . 
  - Kendini suçlama olan oldu artık . 
  - Biliyordum çoçuk için bir kadınla görüşdüğunu , kuşkulandığım günden yuvamızın dağılacağından çok korkuyordum. Bunun için 3 aydır hamıle kalmamak için içdiyim ilaçları bıraktım . Senden çoçuğum olsun istiyordum . 
   - İlacmı kullanıyordun ? 
  Günahkarca başımı yellədim . 
   -Ah benim başımın belası ! Hiçmi acımadın bana ? Bunca yıl bir çocuk için ben neler yaptığımı görmedinmi ?
  - Sana bunları yaşatmaya hakkım yoktur. Fakat sen de beni anla. Hayatda görmediyim pislikler kalmadı. Resmi nigah olmadan doğurmak istemiyordum. Korkuyordum. Bir gün çoçuğumu alir beni kapı dışına koyacağından çok korkuyordum . 
  - Delisin sen !
  - O kadından çoçuğun olması bana dokunmadı inan. Normal karşıladım . Belkide kısır olup olmamanı denemişsindir . Bana dokunan o kadının özgüveni idi. Bana açık açıl savaş açmışdı sözleriyle .  
  - Kıskanc şekerim benim! Gerçekten sen hamilemisin?
   Başımla təsdiqlədim. Onun əlini tutub Qarnıma sürtdüm . "Baba oluyorsun" deyəcəkdim . Demədim ,zatən artıq o ataydı . Bu xəbəri o diger qadından almışdı və sevinmışdi. O həyəcanı yaşamışdı.Bu söz ona maraqsız gələcəkdi. 
  - Bebeyimiz olacaq !!!
  - İnanmıyorum !!! Canım benim . Şükürler olsun rebbime. Rebbim beni duydu sonunda-  məni bağrina basdı . Sevdi. Qarnımdan öpdü . 
  - Ya o? 
  - Evet hamile. 
  -Kaç aylık?
  - Beş hafta ,sen ne zamandan ? 
  - Bilmiyorum daha doktora gitmedim. Hamile olduğumu hiss etmişdim . Lakin emin olmak istiyordum ,o yüzden bir şey demedim sana . 
  - Hadı kalk !
  - Nerye? Doktora.
  - Tamam gideriz . Ya şımdı nolacak ? O çoçuğun senin çoçuğun olduğundan eminmisin ? 
   -Eminim. Ben ondan bu çoçuğu yapmasını istemiştim. Yani onunla anlaşmışdım, o benim bebeyimi anlaşmalı doğuracaq .Yani onunla benim aramda hiç bir şey yok . Sadecə o çoçuğa hamıle kalana kadar onunla yattım . Yemin ederim . Bizim aramızda o cocuktan başka bir bağlantımız yok . Ben sadece 9 ay çocuğum için onun yanında olacakdım , yavruma sevgimi verecektim . İstediyini edecektim.
  - Ne? Nasıl yani?  Nasıl anlaşmalı? Bu işin bir anlaşması olurmu Suat ? Seni anlamıyorum . 
  - Olur ben şartımı ona söylemişdim ,
  - Madem biz aileyikse benim neden bundan haberim yok?
-Aslinda ben bunları seninle konuşacaktım. Korktum , beni anlamayasın diye çok korktum .
  - Şimdi güzel oldumu? 
  - Bak kurbanın olayım, anla beni, benim hangi durumda olduğumu biliyorsun . Düşmanlarım sağımda solumda . Kaç kere gidelim evlatlık edelim dedim . Tüpbebek yapalım dedim .  Benim bir evladım olsun istiyorum dedim. Sen beni anlamadım. Senin çocuklarını evlat edemedim, napyım, başka yolum kalmadı ...
  - Beni ahv et aşkim . Bütün suç bende . Seni anlıyorum . Sen de beni anla . Korkuyordum, çoçuğum ola onu benden alırsın ,bizi kovarsın diye çok korkuyordum . 
  - Bak aklina gelenlere bak ! Nerden çıkarıyorsun bunları niye kovayım ki , sen benim sevdiyim deyilmisin? Ugruna günde yüz kere öldüğüm değilmisin? Senin için neler yapacağımı bilmiyormusun ? O kadının çocuğu bizim olacaktı ! Sen onun annesi olacaktın ! O çocuğu beraber büyütecektik. Ben o kadınla öyle anlaşmıştım !
  - Nasıl yani?
  - Bak , ben bunun için onun hesabına 500 bin para yatırdım . Benim çoçuğumu doğuracak diye . Cocuğu döğurup bana verdikdən sonra 500 bin daha verecektim ona . 
  - Ya kocası biliyormu bunu? 
  - Ne kocasi ya o koca deyil ki ,makettir . Kocası ayyaşın teki, bir şışeye verdi karısını bana . 4 çoçuğu var nerde ? Kocası satmış 
  - Aman allahım. Neler duyuyorum? 
  - Yaa ... şimdi benim böyle bir kadınla başka ne işim ola bilir ki? 
   -Yani her kes biliyor, o kadının kocası da biliyor , bir ben bilmiyorum demi ? Günahkarca başın aşağı saldı . 
  - Özür dilerim. 
  - Şımdı nolucak ? 
 - Doğuracak !
  -Ya vermezse ?
 - Vermeyip de napacak ? 
 - Bir düşün verdiyin bir milyonu bir zaman yeyip bitirirse nolucaq? Amma o çoçuk canlı bir servetdir . Suat onu sana bırakmaz !
  - Öylemi diyorsun ? 
 -...
  - Bilerekdenmi doğurmadın bu zamana kadar?
  - Ne alahkası var ? 
  - Madem çoçuğun benim servetime konacağını biliyorsun , neden o zaman doğurmadın ? 
  - Suat sen beni tanımıyorsun demek ki . Sen benim kocamsln, sevdiğimsin . Senin servetin için ben burya gelmedim . Yuva kurmak için geldim.Yuvamı kurdum. Kurdum ama daha üstü açık , yağan yağmur kar kış yuvamı soğutuyor , resmi nigahımız yok . Bunun olmaması yuvamızı soğutuyor. Ben sana nasıl çoçuk doğura bilirim ki? Doğru ben para düşünseydim yapardım , 
 - Ah canım benim !
  Sarılıb barışmışdıq həmin gün . Həmin həftənin sonu məni həmişə getdiyimiz restoranların birində yeməyə aparanda gözlərimə inanmamışdım. Nigah məmuru və qonaqlar bizi gözləyirdi . Sevincimin həddi hüdüdu yox idi . Qarışıq bir duyğular içərisində idim . Mən bu günü xəyal etmişdim . Nilayda bizimlə olacaqdı . Heyf ki Nilay aramızda yox idi .

         E P İ L O Q 
7 İL SONRA 

   Açıq qapıdan içəridə görünən rəsm əsərləri dəhlizdə gəzinən oğlanın diqqətini çəkirdi. İçəri girib əsərlərə maraqla baxdı , bəzi rəsimləri çib telefonuna çəkib, bəzi şeyləri əlində tutduğu not dəftərinə yazırdı . Resimlərə o qədər dalmışdı ki , içəridə resim masasında böyük bir portiret üzərində işləyən qıza belə fikir vermirdi . Maraqla rəsim əsərlərini izləyən bu oğlan qızın diqqətini çəkmişdi . Qız çəkdiyi tablonu kənara qoyub masaya yeni kağız taxdı . Əlindəki yağlı boyanı kənara qoyub, sadə karandaşı əlinə aldı və şəkillərə maraq göstərən oğlanın rəsmini çəkməyə başladı.Rəsim maraqlı və təbii alınmışdı.
   Dəhlizdəki səs küy oğlanı hərəkətə gətirdi.Tənəffüs idi . 
   Oğlan sinif otağından çıxmaq istəyərkən qız ;
  - Bir dəqiqə - deyərək oğlanı dayandırdı. Və oğlana tez tez baxaraq son cizgilərini çəkməyə davam etdi
  Elə bu zaman oğlan boyük rəsim masasinin arxasında "gizlənmiş" bu balaca qıza fikir verdi . Uzun buruq şabalıdı saçları çiynlərinə dağılmış balaca boy , cılız- eyni zamanda şirin qız  qarşısında dayanmış oğlana baxıb əsər üzərində işləyirdi . 
  - Mən getməliyəm ...
   -Bir dəqiqə !!!
   Qızın da tələsdiyi hiss olunurdu . Oğlan yerindən tərpənmədən qızı şırin şirin süzürdü . Qız öz aləmində idi . Uzun qara və  sıx kiprikləri yanaqlarina enib qalxdıqca elə bil oğlanın ürəyinin başına ox kimi sancılırdı. Badamı gözlərin süzgün baxışları ürəyinin tellərini tərpədirdi . Biraz daha burda qalsaydı ilk baxışdan qıza aşiq olacağını anlamışdı oğlan . Odur ki ;
  - Bağışlayın, mən getməliyəm !
   Qlz gülümsəyərək şıltaqcasına karandaşı qutusuna atıb çəkdiyi rəsmı əlinə aldi . 
   - Bitdiii ...
  Oğlana yaxınlaşıb,çəkdiyi rəsmi oğlanın gözünün qarşısına tutdu ;
  - Nana na naa !!!
   Oğlan iki dəqiqənin içində çəkilmiş bu şəkil qarşısında dönub qalmışdı. Bu onun rəsmi idi. Rəsim əsərlərini seyredən oğlan, o idi ...
   - Sadecə möhtəşəm !!!
   - Təşəkkür edirəm !
   Oglan şəkilə baxa baxa kağızı qıza uzatdı . 
  - Üzür istəyirəm, tələsirəm getməliyəm , bəlkə başqa zaman ...
  - Sizdə qalsın ! 
  - Çox təşəkkürlər ! 
  -Mersi . 
   Oğlan kağız əlində tələsik qapıya çıxıb təkrar geri döndü . 
  - İmzanızı atmadız . 
  - Aa , unutdum . 
   Karandaşı qutudan götürüb yazdı ;
GÜLAY NƏBİZADƏ
  Kağızı təkrar oğlana uzatdi. Oğlan gülümsəyərək kağızı aldı və rəsimin altındakı imzaya baxdı . 
  GÜLAY NƏBİZADƏ ?
  Qız əlini ona uzadıb özünü təqdim etdi ;
  - Gülay . 
  Oğlan qızın incə əlindən tutub yumuşaq bir şəkildə sıxdı ; 
   - İlqar ...
  
   Gülay Azərbaycan incəsənət unversitetinin rəssamlıq faklutəsini qazanmışdı .Təhsilini Bakida davam etməyi özü istəmişdi . Mən də buna mane olmamışdım. Görünür vətən torpaqları onu özünə cəlb edirdi. Gülay unversiteti qazandığı ili İlqar  Konservatoriyanı bitirmişdi. Gözəl bir fortopiano ifacısı idi . Musiqilər bəstələyir, mahnılar yazırdı . 
  Təsadüf onları elə burda - Bakıda  görüşdürmüşdü. Həmin gün İlqar musiqili komediya teatırında işə düzəlmək üçün İncəsənət unversitetində oxuyan dostunun yanına getmişdı. Dostu onu teatırda işləyən atasıyla görüşdürəcəkdi . 
   Rəsim əsərlərinə böyük marağı olan İlqar qarşısında dayanmış və ilk dəfə gordüyü bu qıza bir könüldən min könülə aşıq olmuşdu. Zaman keçmiş Gülay da ürəyini ona bağışlamışdı. Xala uşağı olan bu gənclər bir bir birlərinə dəli divanə aşiq olmuşdular. İkisi də ilk sevginin şirin şərabını içirdilər. Gizli gizli görüşür , sabahlara qədər yazışırdılar. Bir gün bir  birlərini görməyəndə çox darıxırdılar .

   Bir gəfə İlqar Gülayı evlərinə ötürcəyini deyəndə Gülay bu təklifi məmuniyyətlə qəbul edir .Gülay Sədaqətgildə qalırdı . Dərsdən çıxıb taa Sədaqətgilə gələn İlqar ,Gülayın getdiyi evin xalasının evi olduğunu görüb məətəl qalır. Gözlərinə inanmır. Gülaydan kim olduğunu soruşanda hər şey ona məlum olur . İlqar qıza bir şey demədən ordan uzaqlaşır . Və bir daha nə qızın telefonlarına cavab verir nə də ,qızın arxasınca unversitetə getmir. Nə baş verdiyini başa düşməyən Gülay çox üzülür. Arada bir şey olmadan sevdiyi oğlanın ondan uzaqlaşması Gülayı dərbədər edirdi.
  İlqar Kifayətlə bərabər kirayə qalırdı . O  vaxt həyatın sərt yoxuşuna dırmanmağa çətinlik çəkən Kifayyət əriylə barışmışdı. Lakin onların bərabərlikləri uzun çəkmədi. Bir gün Havalının getdiyi toydan qara xəbəri gəldi. İnfarkt keçirtmişdi .
  Ərinin ölümündən sonra pis günlərə qalan Kifayyət məcbur olub təkrar Bakiya gəlir. Kirayə ev tutur oğlu ilə orda yaşamağa başlayır .
   İlqarın adına böyük məbləğdə pul olduğunu bilirdi Kifayyət. Odur ki, İlqarın o pulu təkbaşına yeməsunə icazə  verməzdi. Arada bir internata uşağın yanına gedib bəri başdan onun kölnünü qazanmaqla uşağın qılığına girmişdi . İnternat məktəbin bitirib həyata atılan İlqarı cilovlamağı da bacarmışdı Kifayyət .
  Arada guya müalıcə olunmaq bəhanəsiylə İlqardan pullar çəkib xərcləyirdi. Bundan sonralar xəbər tutan Sədaqət İlqarın başının üstünü kəsdirir və onu başa salir ki , pulunu boşuna xərcləməsin . Kirayədə qaldığını özünə bir yuva düzəltsin. Beləliklə İlqar Ramadada torpaq alıb ev tikdirəndə Kifayyət İlqarın aldığl torpağa da şərik çıxır ...
   Bu aralar mənim oğlum Murad doğulanda hardansa Nəzakət də meydana çıxmışdı. Arada bir bizə gəlib gedər İlqarı məndən soruşardı . Dəfələrlə onu ilqarla danışdırmaq istəmişdim . Lakin o buna ürək etmirdi . Bilirdi ki İlqar onu baışlamayacaqdır . 
   Düzdür ilqar onu bağışlamırdı . Bunu dəfələrlə mən ondan anası barədə söz alanda da mənə demişdi . 
   Muradla o qadından olan uşaq arasında gün fərqi vardı. Semih  Muraddan 5 gün böyük idi . Bir vaxtlar Suata dediklərim birer birer olmuşdu . O qadın uşağını Suata vermək istəmirdi . Suat da uşağından keçmək istəmirdi. Uşağı anasından almaq üçün hər yola əl atmışdı. Bu barədə Suatı dəstəkləyirdim. Bilirdim ki, uşaq qadında qalsa, o qadın və əri bizi soğan kimi soyacaqdı. 
  Nəhayyət Suat onların boş damarıni tuta bildi. Qadına böyük məbləğdə pul verib uşağı ondan aldı və onları xarıcə göndərdı. Hələ ki, sakitlik idi. Hələ bu vaxta qədər ailə ortaya çıxmamışdı. Gələcəkdə nə olacağını bilmirəm ...
   Semihlə Muradın doğum tarixini bir yazdirmışdıq. Hər kəs onları əkiz bilirdi . Səmihin üzərində bəlkə də Muraddan cox zəhmətim var idi. Onu öz balamdan ayırmırdım. Ayira da bilməzdim, onu həyatımızdan silə bilməzdim .O mənim günahlarımın bədəliydi. Çəkməliydim ... 
   Nəzakət mənə İlqarla görüşmək üçün yalvarırdı . Lakin İlqar onu ana kimi qəbul etmirdi. Nəzakət qəfil gəldiyi kimi qəfil də yoxa çıxırdı. Yenə uzun bir müddət gözə dəymirdi, bir görürdün yenə meydana çıxdı, yenə itirdi. Harda olduğu, nə işlə məşgul olduğunu bilmirdik  .
   İlqarın ortalarda keyfsiz dolaşdığını görən Kifayyət nə olduğunu soruşanda İlqar başına gələnləri ona danışır . Bilmədən öz xalası qızını sevdiyini etiraf edir . İlqar düşünürmüş ki ,Gülay varlı ailənin qızıdir , İlqar isə "detdom" uşağı . Həm də ilqarın kim olduğunu hamı yaxşı bilir. Kimsə İlqarı anasından yana normal qəbul etmirdi . İlqarın atası kim olduğu da bu vaxta qədər bilinmir. Belə bir oğlana öz xalası olsa belə qız verməzdi. Ən yaxşısı,Gülaya daha da bağlanmadan bu məhəbbətə son verməyi qərara alır. Ən yaxşısı ayağını yorğanına görə uzatsın . Qədəri ,taleyi özü kimi olan biri ilə həyatının yolunu tutsun .
  İlqarın Gulayı istədiyini eşidən Kifayyət əsla bir "bicin" bacısı oğluyla münasıbət qurmasına razı olmazdı. Odur ki , başlayır köhnə palan içi tökməyə . Keçmişdə olanları İlqara danışaraq İlqarın beynin doldurur. Gülayla onun arasını pozmağa başlayır. Heç nədən xəbərsiz olan Gülay isə burda şam kimi əriyirdi . Nəhayyət bir gün Gülay dərdini Sədaqətə danışanda Sədaqət bu sirli oğlanla maraqlanır .Gülay telefonda onun şəkilini Sədaqətə göstərəndə Səadaqət çaşıb qalır, sonra isə əlin əlinə vurub qəhqhələr çəkir. 
 - Bu ki , xalan oğlu İlqardır ki. 
   Bir müddət sonra Sədaqət bu gəncləri görüşdürür. Bütün bu olanları mənə də  danışır. Lətafətlə Sədaqət məsləhətləşirlər ki, madəm cavanlar bir birinə aşıqdirlər, o zaman yayda onları nişanlasınlar. Bu xəbər Kifayyəti dəliyə döndərir. Onları ayırmaq üçün əlindən gələn hər şeyi edir. Daha İlqar onu dinləmirdi. Mən isə nişan üçün tələsməməyi deyirdim.
  - Hələ uşaqdılar. Qoy Gülay da qurtarsın məktəbi sonra . Həm də nolsun xala uşağıdırlar. Harda gördülər ki,bir birlərini? Qoy bir az görüşsünlər, bir birlərini yaxıca tanısınlar. Huylarını suylarını bilsinlər . 
   Özüm deyib özüm eşidirdim . İki könül bir olduqdan sonra böyüyü eşıdən kim idi? 
   Yay tətilində ikisi də bərabər İstanbula gəldilər. Sonuncu dəfə 7 - 8 il bundan əvvəl Bakiya gedəndə gördüyüm İlqar maşallah boy buxunlu igid bir cavan  olmuşdu .Gülay onun qoltuğunun altında qalırdı . Mən hələ onunla belə qürələnirdim, görəsən o anasıyla üz üzə gəlsə anası nə hisslər keçirdərdi. 
  Suatın İlqarla tanış olmasıda yaxşı oldu. Suat da İlqarı sevdi. Ümumiyyətlə İlqarın zarafatcıl və şən xasiyyətı hər kəsə enerji verirdi. Suat da İlqarla Gülayın mübasibətindən məmnun idi. Bir həftə qaldıqdan sonra İlqarı Bakıya yola saldıq. Gülay növbəti dərs sezonu açılana qədər burda bizim yanımızda qalmağa qərar verdi. 
   Gündəlik həyat davam edirdi, mən Semih və Muradla günümü kecirirdim, Suat şirkətləriylə işinin başındaydi.Gulay da məktəb yoldaşlarıyla görüşür, bəzən də gec saatlara qədər onlarla olurdu. 
   Bir gün Gülay məktəb yoldaşlarıyla İzmirə tatilə gedəcəyini dedi . Həmişə getdikləri yer , həmişə bərabər olduqları dostları , rəfiqələri idi. Valideyinləri ilə də münasibətim yaxın idi. Odur ki , tərədüd etmədən razılıq verdim. 
 Gülaygil iki gün sonra dönməliydi.Sosial səhvəsində tez tez paylaşımlarından Gülayı təqib edirdim . Odur ki, nigaran deyildim də. 
  Axşam 8 də İzmirdən yola çıxmışdılar . Hesaba görə  gecə 12 , ən uzağı 1 də burda olmalıydı. Lakin günorta olmasına baxmayaraq Gülaydan hələ də xəbər yox idi. Telefonu da bağlıydi .Cox nigaran qalmışdım . İlk əvvəl Gülayla bərabər gedən uşaqlara zəng etdim . Onlar Gülayla bərabər istanbulda terminalda endiyini deyəndə nigarancılığım daha da artdı ; 
  - Bəs sizdən ayrılıb hara getdi ?
  - Abla ,bir azeri hanım geldi yanımıza . Bizimle görüşdü. Ben Gülayın teyzesiyim dedi. Gülay onu tanımıyordu. Ben de size gidecektim, nerde oturduğunuzu bilmiyorum dedi. Gel beraber gidelim dedi Gülaya . Gülay da bizdən ayrıldi . 
   Bunu eşidər eşitməz ilk ağlıma gələn Nəzakət oldu . Onunla bu neçə ildə bir neçə dəfə görüşsəm də Gülayı ondan uzaq tutmuşdum. Onun pis yolda olması məni diqqətli olmaga vadar edirdi .
   Bir neçə gün bundan əvvəl yanıma gəlmişdi . Məndən çox böyük məbləğdə pul istəmişdi . Borcu olduğunu demişdi . Mən onun istədiyi məbləğı Suatın xəbəri olmadan verə biıməzdim . Zatən Suat mənim Nəzakətlə görüşməmi istəmirdi . İndi Suatdan o qədər pulu necə alıb Nəzakətə verə bilərdim ki? 
  Deyəsən qorxduğum başıma gəlmişdı . Nə pislik desən Nəzakətdən çıxardı . Bəlkə də məndən pul qoparmaq üçün Gülayı qaçırıb ? 
  Telefonu götürüb tez Suata zəng etdim. Başıma gələnləri ona danışdım . 
  Çox kecmədi Suat da gəldi. Uzun götür qoydan sonra, uşaqları baxıcıya tapşırıb yola çıxdıq. Suat Nəzakətin harda olduğunu, kimlərlə işlədiyini bilirmiş .
  Köhnə məhəlləmizə gəldik. Aradan illər kecmış, buralar çox dəyişmuşdi. Bəzi köhnə tikililər sökülmüş yerinə yeni binalar tikilmişdi. Kücənin başındakı rəngli işıqları yanan binaya  doğru irəlilədikcə o qaranlıq gecə gözlərimin qarşısında canlanır ,  ürəyim şiddətlə döyünürdü. Burnuma pis qoxu, ağzıma iyrənc dad gəlirdi. Nə olurdu , nə danışırdıq beynim elə bil kütləşmişdi ,heç nə eşitmirdim , qavramırdım . Elə bil beynim o bara girəndə donmuşdu. Orda kiminlə görüşdük , kiminlə danışdıq heç nə yadımda deyildi . Beynim elə bil formatlanmışdı. İki saat sonra özümə gələndə bağıra bağıra hönkürüb ağlayırdım . 
  ... Bu dəfə də zənnim məni yanıltmamışdı. Gülayı Nəzakət qaçırtmışdı. Barın sahibi ,mənim tanıdığım o iyrənc copur adama çox borcu varmış Nəzakətin . Borcunun verə bilməyən Nəzakət borcunun qarşılığında Hemşoya bakirə qız gətirəcəyini deyib . Və güdazına Gülay gəlib. Gülayı qaçırıb Hemşoya bağışlayıb.
  Hemşonun işi onu tanıyanlara məlum idi. Onun məkanına ayaq basan qlz qadınlara ilk olaraq özü sahib olub qiymətini müəyyənləşdirib sonra isə bu qlzları secər gözəl və dilli dilavərləri  hərraca çıxarar, kifir və avamları örgütə satardı . 
   İndi Gülay onun əlində idi. Qızımın bakirəliyi bu şərəfsizə qısmət olacaqdı . Bunu düşündükcə ağlım başımdan oynayırdı. Vaxt itirmək olmazdı . 
  Suat Nəzakətin borcunun qarşılığında Həmşoyla danışıqlara girmişdi. Onun borcunu bağlayıb Gülayı alacaqdı. Lakin Gülayı hələ heç görə bilməmişdik . Hemşo belə asanlıqla Gülayı geri verməyəcəyinə əmin idim. Eşitdiyimə görə bakirə qızların qiyməti saya gəlməzdi . Hemşo Gülaydan istədiyi məbləği almadan onu bizə verməzdi . 
  Suat çıxan kimi mən də evdən çıxıb polis şobəsinə gəldim. Başıma gələnləri onlara danışıb onlara yalvararaq kömək istədim. Suat mənə polisi bu işə qarışdırmamağı tapşırmışdı. 
   - Belə işlərə polisi qarışdırmaq Gülayın ölümünə səbəb ola bilər. Diqqətli ol !
   Polis heç dayanmadan iş başına kecdi. Mənə xüsusi tapşırıq verilmişdi. Mənə verilən vəzifəni alıb iş başına kecdim.  Nə olur olsun . Ölümü belə gözə alacaqdım . Yetər ki mənim yaşadığım o iyrənclikləri qızım yaşamasın . İlk öncə Nəzakəti tapmalıydım. Qısa axtarışdan sonra Nəzakəti bir genel evdə (fahişəxanada ) tapdım. Gülay üçün ondan kömək istədim . 
   -Başa düşürsən Nazı? Gülay sənin gəlinin olacaq ee ,Gülay İlqarın nişanlısıdır. Gülayı belə ələ verə bilməzsən. Bir dədeyirsən məni İlqarla görüşdür . Bu hadısədən sonra İlqar səni bağışlayar ,Nazı?Sən elə bir qəhrəmanlıq göstər ki, o səni bağışlaya bilsin . Elədiyin bütün səhvləri bu savabın örtsün . 
   Nəzakət sərxoş idi , nə danışdığımı sanki eşitmırdı . 
  - Bilirəm Həmso o qıza özü sahib olmasa kimsəyə verməyəcək. Nolar Gülayın yerini de mənə. Nazı! -sinəsindən tutub silkələdim. Eşidirsən məni ?Ay Nazı ! 
  - Nə var ee ... Nə deyirsən ?
  - Deyirəm ki, Hemşo o qlza toxunmamalıdir,olmaz,Gülay o şərəfsizin qızidir .
  - Nə sayıqlayirsan sən ? 
   - And içirəm ki, belədir. Yalvarıram Nazı qızımı qurtar. Bir atanın qızına təcavüz etməsinə səbəb olma. Nə deyirsən verərəm sənə. Qızıl, pul, dollar ?
   Nəzakət key key üzümə baxırdı . 
  - Az nə sayaqlayirsan ? Kim kimin qızıdır ?
  - İnanmırsan Nazı, Allaha and olsun düz deyirəm-  deyə o günün qısa xülasəsini Nəzakətə danışdım. 
  - Başı xarab olub ee  bunun ? Az yuxu görürsən? Bunu başqa yerdə danışsan gülərlər ee sənə !
  - İnanmırsan - təssüflə dilləndim.
  -Az petuxun uşağı olur? Hemşo xədimdir ee xədim !!!
  -Necə yani xədimdir, bəs o gecəki halım nəydi? - Nəzakət gözlərini süzdürüb çıyınlərini çəkdi . 
  O gecəni xatırlamağa çalışırdım. Yoo həmin gecə sərxoş olsam da hər Şey yadımda idi. 
  -Çılpaq bədəninə kəmər kimi bir şey bağlamışdı Nazı . Mən normal bir kişiylə əlaqədə olmuşam həmin gecə , yadımdadır, o xədim deyil . 
  Mən danışdıqca o əlin əlinə vurub gülürdü. Ətrafdakı qızlarda ona qoşulmuşdular . 
  -Az o kəmər dediyin süni p...dı .
Qızıar qəhqəhəylə məni lağa qoyub gülürdülər . 
  -Selviye, gel hele. Göster buna o silahını bi görsün. 
  Xəcalətimdən ölürdüm. Selviye deyilən qadın ətəyini qaldıranda elə bildim qarşımda qadın paltarı geyinmiş kişi dayanıb. Əlimlə gözlərimi tutub masadan qalxdım. Qapıdan çıxacaqdım ki, Nəzakətin səsi gəldi 
  - Dün gelen azerini nerye götürdün? 
  - Kamal beyin villasına ,yarın gece orda partı var. Bu akşam Hemşo orda olacaq . 
 - Bu kac saattde Hemso o kızla görüşmedimi? 
 - Yok abla, kız sanki yabani . Kimseyi yakına brakmıyor ki, amma bu gün nə olur olsun Hemşo onu hall edecek. Yarın harrac günü biliyorsun .  
   Dizlərim esirdi . 
  - Sənə qurban olum Nazı, başına dönüm nə qədər istəyirsən, nə istəyirsən de.
  - Oğlumu istəyirəm !
  - Söz , Allaha and içirəm onu sənə gətirəcəm .
   - İndi ... - telefonu mənə uzatdi -Zəng elə ...
 - Etme ,eləmə Nazı . Beyni qandlr, cavandır. Əlini qana bulama, başına dönüm . 
  - İndi istəyirəm ! 
  -Başa düşmürsən? Gülayı qurtarmadan onu buraya gətirə bilmərəm axı. Qan  edər.  Qatil olar . 
  - Qurtaracağıq. Darıxma, zəng elə !
   Nəzakətlə danışdıqlarımız polisin üzərimə taxdığı diktafon vastəsiylə qeyd olunurdu . Mən burda Nəzakətə yalvarmaqda onlar artıq hərəkətə keçmişdilər . 
  Çarəsizcə telefonu götürüb İlqara zəng etdim. Vəziyyəti ona danışıb heç durmadan təcili bura gəlməsini istədim . Və bundan sonra Nəzakət ayağa qalxdı . Məni də götürüb az öncə dediyi villaya  gəldik. Biz villaya catanda Gülay yarı çılpaq vəziyyətdə polis maşınında büzüşmüşdü. Villadan dəstə dəstə qızlar çıxarılırdı . Özümü Gülayın üstünə atdım . Qız yerində əsirdi . 
  - Qızım qurban olum sənə , başına dönüm. 
  Gülayı qucaqlasam da Gülay hərəkətsiz key key baxırdı .
   - Qızım, danış qızım. Noldu? O şərəfsiz sənə bir şey etdi? Qadanı alım Gülay elə dayanma bağır - çağır bir şeylər  söylə .
   Elə bu vaxt Hemşo eli qandallı villadan çıxarıldı. Gülay nifrətlə onu süzürdü üzündə çox qəribə bir ifade var idi . Eynən o gecə mənim kecirdiyim depresiyani yaşadığının fərqındəydim . Demək qlzıma toxunmuşdu o şərəfsiz . 
  - Neynədi sənə o şərəfsiz ? Toxundumu sənə? Danış daa danış ! Yerimdən atılıb Həmşonun üstünə şığıdım .
  Hələ də beynimə yazılmışdı Gülay onun qlzı olduğu . Sünki həmin gecə Qeyislə yaşadıqlarım məni qane etməmişdi , onun bu uşağın atası olacağına inanmırdım . Məni həmin gecə bu şərəfsiz doyurmuşdu . Bu uşaq ancaq ondan ola bilərdi . Odur ki daha özümü saxlaya bilmirdim . Qan gözümü bürümüşdü . Onu öz əllərimlə öldürmək istəyirdim . 
   - Kalleş, şerefsiz ! Namussuuz !!! Kendi pisliyin kendini de vurdu . Utanmadınmı kızına dokundun? - Hamı təcüblə mənə baxırdı - o senin kızındır alçak, şerefsiz...
  Yenə nə olduğumu bilmirdim. Bir onu bilirdim ki, mən bağırdıqca Hemşo da Gülay da qışqırırdı . Mən Hemşonun çopür üzunə tüpürür, onu vurduqca polislər məni ondan ayırmaq istəyirdilər .onu mənim əlimdən kimsə qurtara bilmirdi . Bəlkə də o şərəfsiz heç məni tanımırdı , mənim kim olduğumu belə xatırlamırdı. Amma mən keçmişdən bəri içimdə tutduğum nifrəti indi ona  püskürürdüm . Kəl başında əlimə bir şey keçməyincə qulağından yapışmışdım . Ovcum qanla dolmuşdu. Qulağı çırılmış , bəndindən qopmuşdu . 

  ... Gülay uzun zaman özünə gələ bilmirdi.  Pisxolojı sarsıntı kecirmişdi . Heç kimi görmək istəmirdi . Hətta canından çox sevdiyi İlqarı belə görmək istəmirdi . İlqar onun otağına girəndə o qışqırıb özünü otağın küncünə həbs edirdi. İlqarın ona baxmasına belə izin vermirdi . 
  Həstəxanada belə yatanda özünü otağa həbs edib rəsimlər çəkirdi . Resimləri qadına təcavüzü əks etdirirdi . Nə mən nə də İlqar onu yalqlz qoymurduq .Gülay ona təcavüz edən adamın atası olduğundan yana özünə gələ bilmirdi . Məni də bağışlamırdı . Heç məni görmək belə ustəmirdi. Onunla nə qədər danışmağa çalışsam da bu mümkün deyildi . Axır bir gün Suat onun otağına girdi, saatlarla bizim başımıza gələnləri ona başa saldı. Atasımın Hemşo yox doğurdan da Qeys olduğunu dedi . Qapı arxasından ilqarla onları dinləyirdik. 
   -Belə bir murdar insan mənim atam ola bilməz deyib - Gülay evdən çıxdı.   Hemşoyla həbsxanaya görüşməyə getdi. Hemşo övladının olmasınaçaşıb qalmışdı . Bu mümkünsüz bir şey. Benim çoçuğum olamaz , 9 yaşımdan ben hadimim. Ben kimseyle çinsel ilişkide bile olamam . 
  Gülay ona inanmamışdı. Ondan DNA testi istəmişdi. Ordan bir başa həkimə gedib özünü yoxlatdirmışdı. Doğurdan da Hemşo ona toxunmamışdı . Həmin gün zorlanmadan özündən əmin olmayan Gülay  həqiqətən bakirə imış. 
  İki ay sonra DNA testini elimə alanda yerimdə donub qalmışdım . Bu vaxta qədər Gülayı Hemşonun qızı sanırdım . Oysa Gülay Qeysin qızıymış ...

S O N...

   1. 12. 2019

00.25


   


 




 




Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...