Qəmli calir ud havası
Nə dərdin var ,ud qadası
Könül evim od adası
Yanıb , qalıb viran dünya
Kımlər gəldi, kimlər keçdı
Hər ömürdən bir gün getdi
Dərd çəkməklə ömür bitdi
Sırtıqlaşıb qalan dünya
Fani ömür rəhm etmədi
Niyə üzüm heç gülmədi
Ünüm rəbbimə yetmədi
Yarama od salan dünya
Darıxıram vətən üçün
Fələk qara qalsın üzün
Qarabağam mənim özüm
Yaralıyam aman dünya
Qərib oldum öz elimdə
Qacqın düşdüm vətənimdə
Əcəl yetib bax ,sinəmdə
Az zaman ver , zaman dünya
Çarxı fələk çaş baş salıb
Fəridəni tora salıb
Arzu kamın əldən alıb
O yan , bu yan vuran dünya
12.03.2020
Feride Acarakçay