YAZILARIM

Pazar, Mayıs 01, 2022

ÇİYƏLƏK QOXUSU



ÇİYƏLƏK QOXUSU

HEKAYƏ

ANONİM MƏKTUB ƏSASINDA  YAZILMIŞDIR. 

   Uşaqlığımdan çiyələk sevən idim. Mənim çiyələk tutkuma atam həyətimizin bir küncünü çiyələklik eləmişdi. Günüm orda keçirdi, qırmızı salxım çıyələkləri qoparıb yeməyə qıymırdım da, başını dişləyib, qoxlayırdım. Anama yalvarırdım ki, mənə paltar alanda mütləq üstündə  çiyələk şəkili olsun. Ayaqqamın, çantamın üstündə belə çıyələk broş olardı. O olmasa belə özüm qırmızı darı muncuqlardan çıyələk  aksesuar toxuyub asardım. Sevdiyim insanlara həmin aksesuarlardan hədiyyə verərdim.
   Yaz gələndə mənim üçün bayram olurdu. Yaz fəsili çiyələk fəsili idi mənə. Çiyələk bolluğuna düşürdüm. İmtahanlarda müəlimlərimə xüsusi olaraq çiyələk səbəti hazırladırdım. Gör çiyələyə necə vurğun idimsə otağımda dibçəkdə də çiyələk əkmişdim. Uşaq vaxtı çıyələyi əzib suyunu dodaqlarıma sürtüb, dodaqlarımı qızardırdım. Gənc qız olarkən bunu çiyələk qoxulu dodaq boyası və kirşanı ilə əvzləşdirmişdim. Yediyim keklər, konfetlər, çeynədiyim saqqızlar da çiyələk aromalı olmalıydı. Bir sözlə çiyələk qoxusunun dəlisi idim mən. 

    Məktəbin 9 cu sinifində oxuyanda qapımıza elçilər düzülmüşdü. Boy buxunlu və gözəl olmağım, həm də, atamın vəzifədə olmağı qohum əqrabada oğlunu evləndirmək istəyənlər üçün vaz keçilməz idim. Ata nənəm bu barədə çox israrlıydı. "qızın ki döşü başı çıxdı, it də tamah salmadan ver getsin" - deyirdi. Anam isə buna qarşı idi.
  - Mənim qızlarım oxuyub adam olacaq - deyirdi.
  - Oxumamısan, adam deyilsən?- deyə nənəm həmişə buna qarşı çıxırdı - Sənə belə oğul vermişəm, adı sanı, şəxsiyyəti, evin  eşiyin nəyin əksikdir? Bütün bunların qarşısında sən oğluma nə verdin? Quru diplom nəyimə lazımdır ee. Oğluma oğul verməliydin. Diplomlu olanda guya oğlan doğardın oğluma? Oğlumun nəsilini qurutdun. Düzdün qızları dal dala.
  Anam nənəmin sözlərindən alınardı. Ağlayardı.
  - Burax, zırlamağı. Barım oğlun yoxdur, elə kürəkən seç ki sabah sizə oğul əvəzi olsun. Ortalıqda qalmayasız. Qıza gül kimi yerdən elçı çıxıb, daha nə istəyirsən ver getsin. Dey böyük qızı verdin, pis oldu?  Gül kimi balası da var. Hər yerdə  sayılıb seçılir. Camaat deyir, filankəsin qızını gözü çılmamış 16 yaşında alıb ev yiyəsi etdilər. Sənin qızını nümunə göstərirlər ki, yaxşı qız 20 yaşına qalmaz, elə 15 yaşında alarlar. Hər şeyin  köhnəsi, gəlinin qönçəsi, deyib atlar - deyə nənəm inadını yerə qoymurdu.
  Nənəm məni özü ilə toylara, qonaqlıqlara aparar, məni hər yerdə tərifləyərdi. Nənəmin yüksək təbəqə qadınlarla qonaqlıqları məni çox sıxırdı. Onların danışıqları, səmimiyyəti, hər şey mənə quru və saxta gəlirdi. Hamısı aldıqları, geydikləri, xarıcdən gətirdikləri importnu mallarla qürur duyaraq ağız dolusu danışır, ərlərinin pulları ilə, oğlanlarının ərköyünlüyü və "lotuluğu" ilə öyünür, qızlarını ağız dolusu tərifləyirdilər. Bəzən düşünürdüm ki, görəsən elit təbəqədə heçmı qüsur yoxdur? Biz də elit sayılırdıq, amma bizım problemlərimizi, qüsurlarımızı say say bitməzdi. Bəs biz niyə onlardan biri kimi deyildik. Məsələn anamın oğlu yox idi, nənəm bunu anamın başına qaxırdı. Hər tərslikdə anama uğursuz, xeyirsiz, bayquş deyərək təhqir edirdi. Amma bayıra çıxanda nənəm anamı bir tərifləyirdi ki, guya anamdan sevimli gəlin yox idi. Guya bunlar gəlin qaynana münasibətlərində ən nümunəvi qaynana gəlin idilər.
   Atamın sevgilisi var idi. Anam da bunu bilirmış, məhz anamla atamın davası bunun üstündə olurdu tez tez.  Biz uşaq idik, başa düşmürdük bu davaların səbəbini. Hərdən anama nəsə çatdırırdılar. Anam:
   - Kişi xeylağıdır. Pulu var keyfi harda istəyir, günü orda xoş. Gündə birin çörəkləyir, q...bə çağırır bu da gedir. Nə vecinə, puluna minnət - deyib bununla xəbər gətirənlərin ağzının payını verirdi. Axşam atam evə gələndə qırğın ərşə qalxırdı. Nənəm heç vaxt oğlunda günah görməz, anamın ağzından vurardı.
  - Nəyin əskikdir? Evin eşıyin qızların. Otur qızlarını böyüt. Oğlum oğul istəyir, başa düşmürsən? Hələ sevin ki,səni boşayıb gedib başqasın almır. 
  Mən məktəbi qurtarandan sonra bir qardaşımın olduğunudan xəbər tutdum həm də 9 yaşında. Atam onlara qonşu rayondan ev almışdı. Günlərinin çoxu onlarla keçirdi. Bəzən həftələrlə evə gəlmirdi. Belə vaxtlarda özümüzü atasız hiss edərdik. Son vaxtlar dilimə söz düşmüşdü. Zarafata salıb, "anamın əri, bizim də atamız nənəmdir" deyirdim. 
   Böyük bacım, məndən 3 yaş böyük idi. Bir ilin gəliniydi. Bir oğlu vardı. Lakin getdiyi gündən gözünün yaşı qurumurdu. Nə düşdüyü ailə bir zibil idi, nə əri. Di gəlki nənəmin gözündə bizdən yaxısı, bizdən bəxtəvəri yox idiki, yox idi. 
   
   Bizim ailədə atamla anam sözü bir yerə qoysalar da, son qərarı nənəm verərdi. Nənəmin verdiyi qərar hakim qərar idi, o yan, bu yanı olmazdı. Odur ki, qərar verilmişdi, gözüm açılmadan məni ərə verəcəkdilər. Bəlkə də gənc qızlar kimi bu məni sevindirirdi, ya da, rəfiqələrimin tırkasına gedirdim. Bəyənildiyim, sevildiyim və "ərə" gedəcəyim üçün xoşbəxt idim. Amma belə tez yox da.. Axı mənim xəyallarım var idi. Dərslərim əla idi, nəinki sinif, hətta məktəb birincisiydim. 6 ci sinifdən bu yana şərəf lövhəsindən şəkilim düşmürdü. İndi bu qədər uğurlarımı bir qayanın başından suyamı tökəcəkdim? Əsla...
  İngilis dili müəliməm həm də nənəmin xalası nəvəsi idi. 43 yaşı var idi, ailə qurmamışdı. Eşitdiyimə görə əvvəl biriylə sevdalı olub. Sonra qız Bakıya, həm də ingilis dilini oxumağa gedəndə oğlanın ailəsi oğlanlarını bu "gözüaçıq" qızdan uzaqlaşdırıb. "Bakıda oxuyan qız bizə lazım deyil. Bir ingilisimiz əskidi...
   Avam camaat...
    Eşitdi ki, nənəm məni uzaq qohumlarına vermək istəyir. Bu oğlan da onun keçmiş nişanlısının oğluydu.yanı mənim qaynatam onun nişanlısı olub. Bir gün dərsdən sonra məni sinifdə saxladı. Başına gələnləri mənə danışıb:
  - Özünü bu avam və cahil insanlara qurban vermə, qızım- dedi. Cavansan, ağıllı və savadlı qızsan. Bunu dəyərləndir, kareyanı qur, ər hər zaman var. Amma şans insana bir dəfə verilir. Bunu dəyərləndir.
  Etiraf edirəm. Əvvəl fikirləşirdim ki,  müəlliməm mənim o ailəyə gəlin getməyimi istəmir, nə də olsa köhnə sevgilisinin oğludur o oğlan. Özünün qurduğu xəyallara başqasının xoşbəxt olmasını hər qız istəməz. Amma yaş keşdikcə o qız haqqında belə düşünməyimə özüm də hirslənirdim. Mən nə qədər cahil düşüncəli bir qız olmuşam...
    Elçı gələn günə qədər anamın gözünün yaşı qurumadı, atamla hər gün qırğındaydı mən qızımı ər evi üçün yox, oxumaq üçün böyütmüşəm deyirdi. Birincini həvəslənib verdik. Gördün bir səhv addlm balamızı bədbəxt edib. Mən o  biri qızlarımı göz görə görə oda ata bilmərəm. 
  Nənəm beynimi o qədər doldurmuşdu ki, hətta anama da qarşı çıxmışdım. Ərə getmək istəyirdim . Fikirləşirdim, oxuyub guya ərə getməyəcəm? Butün analar istəyir qızı yaxşı yerin gəlini olsun. Madəm mənə yaxşı yerdən qismət çıxıbsa bəs niyə məni ərə vermək istəmir? Bir ana balasının pisliyini istəyər heç?
   Bu sualımın cavabını  anamdan soruşurdum. Elə bilirdim anam mənim düşmənimdir, məni xoşbəxt görmək istəmir.
  Anam:
  - Mən sənə düşmən deyiləm, a qızım. Oxumalısan, gələcəyin qabaqdadır hələ. Gözünü açmadan mənim kimi, bacın kimi ər evində kölə olmaqdansa oxu, özün özünün  ağası ol - deyirdi. Anamı başa düşə bilmirdim. Axı anam niyə belə deyir?  Atamla məktəb vaxtından bir birlərini sevib evləniblər, nəyimiz əskikdir? Evimiz, bağımız, qapımızda iki maşınımız. Üstümüz, başımız. Hər yay şimal - cənub rayonlara tətilimiz. Anamın əynində son dəbdə laykalar, şubalar, Rusiyadan gələn bahalı çəkmələr, ayaqqabılar... Axı anamı sıxan nədir, niyə anam həyatından məmnun deyil, niyə xoşbəxt deyil? Axı bir qadın bundan başqa nə istəyər?
  Uşaq ağlım hələ qavramırdı azadlıq, sərbəstlik, qürur, sevgi nədir. Anamın hər şeyi var idi, amma savadı, söz haqqı yox idi, ər evində ən ağıllı sözü anam desə də, qaynana olan evdə anam söz yiyəsi deyildi. Anamın 3 qızı var idi, oğlu yox idi deyə cəmiyyətdən çıxdaş idi. Anamın əri dünya pul qazansa da yediyi sanki yad adamın çörəyiydi, nənəmin minnəti qalxanda başına dəyirdi, oturanda dizinə. Anam evin qulluqçusu, nənəmin xidmətçısi, çplün xanımı idi . Mən bütün bunları böyüyüb həyata atıldığım zaman anlamışdım. 
    Bəli elçılər gəldi, "hə" verildi. Məndən xoşbəxti yox idi. Məktəbdə qızlar paxıllığımı çəkir, mənimlə yaxın olan qızlar sağımdan girir, solumdan çıxır. Deyiklimlə olan hər görüşdə bir məcara, həyəcan uydurmağımı istəyirdilər. Görüş də nə görüş. 11 sinifə qədər sözlü qaldım, bir dəfə də onunla tək bə tək görüşməmişdim.  Sevgili həyatının xəyalları gözümdə qalmışdı. Mən sözlümlə deyil, onun ailəsi ilə, bacıları ilə sevgiliydim. Onlar məni gəzdirər, özləri ilə toylara, qonaqlıqlara aparar, o sadecə bir müqavva kimi başımızın üstündə durardı. Həddindən artıq utancaq oğlan idi. 8 martda, ad günlərimdə baldızlarım, qaynanam mənə öz zövqlərinə görə hədiyylər alar, onlar sözlümə böyük bahalı çiçək alıb klassık ənənəyə uyğun mənə verdirərdilər. Hələ bunun şəkilini də çəkrdilər. Üzlərdə saxta məmnunluq, saxta gülüşlər...
  Halbu ki, belə özəl günlərdə nişanlımla tam sakit bir yerdə baş başa qalıb, adicə yaşıl çəmənlıkdə oturmaq, şirin söhbətlər edib xəyallardan danışmaq istəyirdim mən. Böyük bahalı buketdənsə bir alaq otunun sarı çiçəyinə də razıydım. Təki 10 dəqiqə baş başa, sərbəst rahat qalaydım onunla, o mənə onun üçün dəyərli olduğumu söyləyib başımı sinəsinə sıxaydi  qara qıvırım saçlarımı ovuclayıb qoxlasaydı. "çiyələk qoxulum" deyib sevsəydi. Kaş, onun anasının, bacısının "səni çox istəyirəm" kəlməsini o öz diliylə mənə deyərdi. Bacılarının xəyalındakı qardaş balasının xəyalını biz özümüz qurardıq öz xəyallarımızla. Kaş  baçıları mənə "qardaşımın balalarının anası olacaqsan" sözünü o mənə deyərdi, "uşaqlarımın anası olacaqsan".
   11 ci sinifi bitirən kimi nişanımız, toyumuz olacaqdı. Onların ailəsində qızların, gəlinlərin nəinki unversitet oxuması, hətta  xəyalını belə qurması qadağan idi. Bütün həvəsim sönmüşdü. Niyə nə üçün yaşayırdım bilmirəm. Mənim üçün gələn bahalı hədiyyələr çoxlarının xəyalı idi, amma bütün bunlar mənimçün heçnə idi. Kimin üçün nə üçün yaşayıram bilmırdim. Madəm ər üçün yaşayırdımsa bəs sevgilim hanı?  Niyə o mənimlə maraqlanmır, niyə mənə həyəcan yaşatmır, niyə məni görüşə cağırmir, niyə başqalarının sevgilisi kimi məhəlləmizdə bitmir, niyə məni qısqanmır, niyə məndən xoşlanan oğlanlarla dava eləmir? Bəs niyə mənə bir dəfə də olsun mənə "səni sevirəm" deməyib, niyə mənə gülüm, həyatım, çıçəyim, kəkliyim, lap elə pişiyim demir? Axı mən onun üçün kiməm? Anam kimi evlərinin qulluqçusu, anasının xidmətcisi? Ailəsinin gəlin həvəsi? Bəlkə bir qürurdur, şöhrətdir onun üçün bu evlilik...axı bizim kimi ailəylə qohum olmaq çoxlarının xəyalıdır. 3 ildə atamdan o ki var istifadə edib bütün nəsil törəməsi, sözlüm belə, atamın hesabına dövlət işində vəzifəyə qoyulub. Hər şey onlar üçün, elə nənəm üçün də əladır. Bəs mən? Mən bütün bunlarla xoşbəxtəmmi? Yox...
   Bir dəfə bədən tərbiyyə dərsi idi. Heç keyfim yox idi. Elə dolmuşdum ki, ağlamaq istəyirdim. Uşaqlardan  yayınıb bir sinifə girdim. Partaların birinin arxasına keçıb başımı qollarımın üstünə qoyub ağladım. İt kimi peşiman olmuşdum bu münasibətə. İndən sonra istəmirəm desəm guya mənim qərarım nə işə yarayar ki? Anam bir ailənin sahibəsiydi, bu evdə onun söz haqqı yox idisə, mənim nəsə deməyim kimin tükünü tərpədəcəkdi ki? İki dünya bir ola mən nişanımı qaytarıram desəm məndən bunun səbəbini belə soruşan olmayacaqdı heç. Çünki hər şey hamının ürəyincədir. Hətta anam da bu ailəyə qaynayıb qarışmışdı. Bahalı hədiyələrlə, şubalarla, qurbanlarla, bayram və özəl günlərdə mənə gətirilən briliyantlarla gözlərini boyamışdılar. Bu gözqamaşdırıcı dəbdəbədə mənim sadə xəyalım kimin vecinəydi? Hətta desəydim göy çəmən bir də o olsun-gülrdilər mənə. Məndə hər şey var idi, bir tək sevgi, hörmət əskik idi , mən bu qədər varla öz istədiyimi öz zövqümlə alıb geyinə bilmirdim, bir rəfiqə evinə, bir tay-tuş məclisinə gedə bilmirdim.mənim rəfiqələrim onların da rəfiqələri olmalıydı. Mənə çox qadağalar qoyulmuşdu. Mən bir yerə gedəndə, bir şey alınanda onlara deməliydim, onlar da bunu müzakirə edilməliydi. Alınası şey mənim zövqümcə deyil, onların zövqüycə alınmalı, gediləsi yerə maşın göndərilməli, təzə gəlin kimi sağımda solumda sağdışım, soldişim oturmalıydı...
   Qərarımı vermışdım.Ya söz geri alınmalıydı, ya da ölməliydim. Lakin nəinki  nişan qaytarmaq söhbətini açmaq, hətta onlardan narazılıq etməyə cəsarətim belə yox idi. Çünki onlar narazılıq ediləcək adam deyildilər axı. Yoxsa mən nankor olardım, onlar üçün . 
   Qapının açılması məni diksindirdi. İngilis dili müəlliməm içəri girdi. Ön partada oturub, üzünü mənə döndərdi. Heç nə demədən məni seyr edirdi. Bu baxışlardan narahat olmuşdum. Çünki bu baxışlarda qınaq da var idi, təsəlli də. Elə bil baxışları ilə məni kipnoz eləmişdi. Qalxıb getmək istəyirdim, gedə bilmirdim stula yapışmışdım, özümü zor tuturdum ki, ağlamayım, bədbəxliyimi ondan gizlətməyə çalışırdım. "Bax sənə demiışdım" deyəcəyindən qorxurdum.
   - Nə düşünürsən? - dedi.
   - Heç nə müəllim!
   - Qəbul imtahanları başlayır, vermək istəmirsən?
  -...
  - Aydındır...
  - Mən getməliyəm müəllim bağışlayın!
   - Bu qərar sənin qərarındır?
   - Müəllim...
   - Bəlkə şansını sınayasan? Mən də nənənən danıışaram, qəbul olsan, qıyabi də oxuya bilərsən.
  - Müəllim, mənim qərarlarıma artıq nənəm qarışmır.
  - Yanı qamçını verib onlara, ki alın qamçılayın , istədiyiniz yerə sürün?
  -...
  - Gəl! 
   İxtiyarsız yanına düşüb getdim. Şərəf lövhəsinin qarşısında dayandı. 
  - Bax! 
   İlk sıralarda öz şəkilim mənə gülümsəyirdi. Necə gözəl, necə inamlı, necə məğrur düşmüşdüm o şəkildə. Ordakı özümü elə bil ilk dəfə idi görürdüm. O məğrur qıza aşıq oldum bir anda. Ona qibtə etdim sanki. Qısqandım onu... 
   - Bəs indi? İndi nə düşünürsən?
-Nə düşünməyim bu qədərmi vacibdir müəllim?
- Əlbəttə qızım. Sənin həyatınla bağlı qərarları ancaq sən özün verə bilərsən!
   - Müəllim, fikirləşirəm ki, burnumun dikinə gedərsəm, çox şey itirə bilərəm, ailəmi, qohumlarımı, atam məni evladlıqdan silər. Hələ onlar...
  - Onlar deyəndə? Sən hələ onların balansında deyilsən qızım! 
  - Müəllim, bir şey soruşa bilərəm?
  - Buyur, əlbəttə ki?
  - Eşitdiyimə görə siz də oxumaq üçün çox inad etmisiz. Və nişanınız qayıdıb. Bu zamana qədər də ailə qurmamısız. Şəxsi məsələlrə girmək ayıb olar amma, maraqlıdır, həm də bir böyük kimi sizdən də dərs almaq istəyirəm. Bəs siz necə bunun üçün peşiman olmusunuz mu?
   - Oxumağıma görə yox, anlayışsız olan  insana zamanımı boşuna sərf etdiyimə  peşiman olmuşam.
  - Sevməmisiz?
  - Sən necə sevirsən?
   - ...
   - Utanma, mənimlə açıq danışa bilərsən!
   - Nə deyim, bilmirəm ki. Mən də hər şeyin gözəlini istəyirəm. İstəyirəm düşdüyüm ailə ailəmizə layiq biri olsun.
  - Ailə  ailənə layiq ola bilər. Bəs o sənin sevginə layiqdirmi?
  -...
   - Cavab ver!
   - Yox...
  - Demək sənə və sevginə layiq olan insanı tapmalısan!
  - Gecdir daha...
  - Bax bu sevmədiyim bir kəlmədir. Heç vaxt, heç nə gec deyil. Yetər ki sən bunu istə. İstə ki, sənin üçün qapılar açılsın.
   Müəlliməmlə  söhbətim içimə rahatlıq vermışdı. İlk dəfə idi mənim nə istədiyimi demədən anlayan bir insan var idi qarşımda. Dönüb təkrar şəkilimə baxanda müəlliməm artıq məndən uzaqlaşırdı.
  Başqa biri ilə danışırmış kimi şəkilimə :
   - Mən  sənin kimi cəsarətli olacam Nigar! Mən  yenə dönəcəm əvvəlki vəziyyətə - dedim - qıracam zincirləri, boyunduruq altından çıxacam. Məni qamçılayıb istədikləri səmtə sürməyə heç kimə icazə verməyəcəm! 
   Anama təhsilimi davam etdirəcəyimi dedim. Anam elə sevindi ki, oxu qızım, oxu adam ol dedi. Dedi atanla da danışacam. Guya atam oxumağıma icazə versə nə olacaqdı ki, son qərar yenə nənəmin idi.
   Bəli oxuma qərarıma nənəm imza atmadı. Hələ bir şivənlik də elədi ki, sənin sahibin onlardır, onlar qoyurmu oxuyasan?
  Elə bil beynimə iynələr girdi. Axı onlar mənim necə sahibim ola bilər. Mənim sahibim atamdır, anamdır, yeri gəlsə sənin sözün mənim yanımda keçmir dedim. Böyüksən böyüklüyünü bil, hörmət gördükcə çirkinləşmə!
   Nənəmə cavab qaytarınca anam üzünü cırır, atam başın tuturdu. Ama aradakı pərdə yırtılmışdı artıq. Düzdür nənəmin üzünə ağ olmağıma özüm də pis olmuşdum. Nə etməli. Mən həyatımı özüm qurmalı idim.
    Nənəm mənnən danışmırdı. Anama dedim Nişanlımın ailəsi ilə danışın. Deyin biz qızımızı oxutmaq istəyirik.
   Danışdılar, di gəl qopan mərəkənin tamaşasına bax.
   - Bir o qalıb gedib Bakıda oxuyacaq, kiralarda qalacaq. Biz burdan bura qapıdan çıxanda ayağına taksi göndəririk, indi bu avtobuslarda, metrolarda camaata sürtüşə sürtüşə universitetə gedəcək?  Keçib bir dənə də, sevgili tapsın özünə, day neynir bizi?
    Dedim:
   - Ayranım  budur, yarısı sudur, istəsəz də budir, istəməsəniz də budur , mən oxuyacam. Qəbul edirsiniz edin, etməzsəniz özünüzə başqa gəlin tapın.
   Nəysə, axır qəbul etdilər. Son qərar qiyabi oxuyacaqdım. Buna da şükür dedim.
   Bakı dövlətin beynelxalq əlaqələr faklutəsinə qəbul oldum. Yüksək balla. Prezident təqaüdünə layiq görüldüm. Mənim uğuruma hamıdan çox müəliməm və anam sevinirdi. Anamla müəlliməm sözü bir yerə qoymuşdular, düz qoş edəcəkdilər ki, mən qiyabi oxumayım.
    Bəli unversitetə qəbul oldum. Elmlər akademiyasında  tələbə qızlarla kirayə ev tutduq. Tələbəlik həyatım başladı. Özgürlük nə gözəl şey idi, allah! Başqa bir dünyaya düşmüşdüm elə bil. Dərs, dərsdən sonra part-time iş, iş olmayanda, kitabxana, kino, teatır əyləncə..  Təsəvvür edin uşaqlaşıb kukla teatırına Tk tık xanıma baxmağa getmişdim. Qaranlıq dünyamda rəngli işıqlar alışıb yanırdı. Həyat üzümə gülürdü. Nə qədər şansın var məndən istifadə et deyirdi- həyat mənə. Məcara dolu qız olmuşdum. Yeni tanışlıqlar, yeni simalar, yeni insanlar məni gələcəyə səsləyirdi. Məni  Gələcəyə səsləyən işlərim, kareya arzularım o qədər gözümü boyamışdı ki, heç nişanlım nə onun ailəsi, nə də gələcək yuvam məni maraqlandırmırdi. 
    Hər şey gözəl gedirdi. Ayda bir dəfə nişanlım məni görməyə gələndə elə bil gələcək planlarıma qara əl uzanırdı. Düzdür, İlk günlər klassik sevgililər kimi onun üçün "darıxırdım", onu "görmək" istəyirdim. Gəlişi məni "sevindirirdi". Lakin hər gəlişində yanında biri gəlməsi keyfimi əməlli başlı qaçırdırdı. Düşünün daha. Burda belə onunla baş başa qalmaq arzularım suya tökülmüşdü. Maşın bakıya boş gəlməsin  deyə bacıları həm ziyarət həm ticarət deyıb doluşurdular maşına.
  Axrda anası onunla gələndə beynim çöndü  nə çöndü:
  -Biz nə vaxt baş başa qalıb, birlikdə zaman kecirdəcəyik - dedim - nə zaman gəzib əylənəcəyik?
  - Sən bura əylənməyə gəlmisən, ya oxumağa? - deyəndə son nöqtəni qoydu artıq. 

   İş o yerə çatdı ki, elə anasının yanında dedim istəmirəm səni, bir daha zəhmət çəkib gəlmə buralara. 
  Gecəynən nənəm vurub Bakıya gəldi, evi basdı. Saçımı əlinə dolayıb otağın içində sürüyə sürüyə məni  aşağı endirib, maşına mindirdi. Evimizə gətirdi.. Təsəvvür eləyin imtahan, zaçot vaxtı...
    Sözüm geri alınmışdı. Amma kitabım bağlanmışdı. Mən bir daha unversitet adı çəkə bilməzdim.  Sözümün geri alınmasını  anam özü istəmişdi.  Təsəvvür edirsiz. Mən ilk dəfəydi anamı belə qətiyyətli görürəm. Anam nənəmə cavab qaytarırdı. Bu inanılmaz bir şey idi. 
- Ay balam axı nə məcburdur? Qız istəmir də... Hansı zamanda yaşayırıq ee, gözü bağlı qız verəsən? 
   - Gözü bağlı? 3 ildir nişanlıdır, görməyib, görüşməyib ? 
  - Nolsun? Sevməyib də? Alınmır bunlarda. Heç düzü başından bəri heç mən də istəmirdim. İndi də heç istəmirəm.
  - Sən istəsən də, istəməsəndə bu nişan qayıdacaqdı onsuz da. Belə dikbaş qız kimin nəyinə lazımdır axı?  Mən bilirdim elə, Bakıya gedəndə, gedib pozulacaq. 
  - Bunun Bakıyla əlaqəsi yoxdur. Ay ana, qız istəmir bu oğlanı. Heç oğlan da  istəmir, görmürsüz bunu? 
  - Az qələt eliyir istəmir, başın da döyür sənin başına. Sənin qızına özü kimi dingiş oğlan lazımdır, neynir ağlı başında olan, ədəblı ərkanlı oğlanı? Nəyi əskikdi? Rayonda 5 sayılıb seçılən ailə varsa biri də onlardır. 
  - Elə deyil ee, ana... Bəlkə biz ailə olaraq bir birimizə uyuşa bilərik. Axı bu 3 ildə bu uşaqlar bir birinə isinişməyib . O oğlan Nigarı sevmir, bunu açıq aydın görürük də. 
  -  Əşi  sevmir, sevər də...  Mən toy günü rəhmətliuin üzünü görmüşəm. Ev olmadıq, ailə olmadıq? 
  - Sən dəə... Sənin vaxtınla indiki birdir? 

   Həmin il kəsirim oldu. Keçmək üçün kalan pula ehtiyyacım var idi. Pulumuz mu yox idi? Vardır amma mənə qadağalar qoyulmuşdu. Cəza almışdım. Günahım həyatıma qarışanlara qarşı çıxmağım idi. Unversitet həyatım bitmək üzrəydi. Haqqımda dedi qodu yayılmışdı. Nənəm mənimlə danışmır, amma lazımı gələndə Həzərət Abbas qapazı kimi gözəgörünməz zərbəsini vururdu mənə.
  - Biyabır olduq el aləm içində. Allah bunun başına daş salsın . İndən  sonra kim alar bunu. Qalacaq evdə. Bəlkə dədəsinin imkanına görə duldan, gicdən biri alar bunu aparıb ev edər, amma subay oğlan heç vaxt. Subay bunu  istəsə də, ailəsi bilsə ki, nişanı qayıdıb biz batdıq... 
   Evdən qaçmalıydım, nə olur olsun. Anama  yavardım mənə kömək etsin. Yazıq anam. Nə edə bilərdi ki.  Anamın önündə nənəm kimi əjdaha vardı. O əjdahanı yıxa bilsəydi, özünün rahatlığı üçün bu neçə ildə yıxardı da...
  Yenə umudum müəlliməmə qalmışdı. Evdən zəng elədim. Cib telefonumu əlimdən almışdılar. Ondan kömək istədim. Mənə kömək edəcəyinə söz verdi.
   Anamla görüşüb halallaşanda anam  mənə bir cüt sırğa, bir qədər də pul verdi.
- Allah amanında ay bala, allah köməyin olsun ...
   Müəllimim məni bir rəfiqəsinin evinə yolladı. Kiralıq otaqları var idi. Anamın verdiyi pulla otağın birini kiraladım. Bir qrup yoldaşımın köməkliyi ilə şadlıq evlərindən birinə işə düzəldim. Ofsiant işləyirdim. Gündüz dərsdən sonra bir iki saat evdə dərs oxuyurdum. Axşam 6 da işə başlayırdım. 
  Həyatım nə qədər çətin irəliləsə də, şadlıq evindəki işim həyatıma rəng qatmışdı. Yeni üzlər, yeni insanlar mənə maraqlı gəlirdi. Həə, bəzən içib qatıqlayanlar da olurdu. Onları çıxmaq şərtiylə, qadınların ərlərinin  və ya sevgililərinin mənə baxarkən qısqanclıq krizinə düşməsi xoşuma gəlirdi. Bu məndə özgüvən yaradırdı. Demək nənəmin dediyi kimi nişanım qayıdıb deyə çirkinləşməmişəm, alnıma marka yapışmayıb, evdə qalmayacam. Mən də sevəcəm, seviləcəm.
    Hələ biri iki ay arxamca süründü. Üz vermirdim heç kimə, ürəyim qəlbim qırılmışdı sevgisizlikdən. Zəhləm gedirdi oğlanlardan  elə bilirdim bütün oğlanlar mama uşağdır, nişanlım kimi bunlar da hara getsək bacılarıyla gələcək. Nəysə bu başqaydı amma. Bu az qala iş yerimin qapısını dabanından çıxara. Hədiyyələr, romantik sürpirizlər. Təbii ki hədiyyələri geri çevirirdim. Hətta bir dəfə, işə gəlirdim, şadılıq evinin qarşısında onun sürpiriziylə qarşılaşdım. Maşınını gəlin maşını kimi bəzənmişdi. Yanında dostları da var idi. Bir aşıq sazında "ofsiyant qız" mahnısı çalıb oxuyur, gözəlliyimə şer qoşurdu...
  Dedim, rəddol ee... 
  Yeni insanlar, yeni məcaralar həyatıma rəng qatmışdı. Ciddi olub, evlnmə təklifi edənlər də var idi, qeyri rəsmi münasibət qurmaq istəyənlər də. Müdürümüzün müavini də sulanmışdı mənə, ailəsi uşağı var idi şərəfsizin, amma mənə gözəl həyatlar vəd edirdi, yalvarırdi bir "hə" ücün. Elə gözəl həyat bəxş edənsən, niyə arvadına etmirsən? O alçağa baxanda əsəb keçirirdim. Arvadına elə yazığım gəlirdi ki, çünki belə kişinin xanımının və uşaqlarının  nə çəkdiyini məndən gözəl heç kim bilə bilməzdi. Mənim də atam, anam ola-ola başqasıyla münasibətdəydi, anam nənəmin töhməti altında yaşarkən atam o biri qadına en gözəl həyatı yaşadırdı, bizi gəzməyə götürürkən mütləq birimiz evdə qalmalıydıq ki, nənəmə maşında yer olsun, o da gəzməyə getsin, amma atam sevglisini, oğlunu hələ o qadının öz qızını Nabrana, Daşaltına, İsmayıllıya aparırdı. Onlarla birlikdə zaman keçirirdi. Uşaq vaxtımızın və hansısa toyda çəkdirdiyimiz şəkillərlərdən başqa atamla bizim bir yerdə şəkilimiz yox idi, amma o qadının qızı mənim atamla gözəl görməli, gəzməli yerlərdə pouz  verirdi. Atam anamla baş başa qala bilmirdi. Anamın ən uzaq  səyahət etdiyi yer Bakı idi, o da qohumların ya da dostların toyuna gedəndə. Onda da nənəm qamış olurdu yanına. Lakin atam o qadınla Antaliyaya, Batumiyə, Odessaya getmişdi. And içmişdim, ayağım yer tutsun, əlim bir yaxşı işə ilişsin dünyanı gəzəcəm. Onun sevgilisi kimi mən də getdiyim şəhərlərdən şəkillər çəkib paylaşacam. Anamın axıtdiğı göz yaşlarını, onlara axıdacam. Anam əriylə yox, mənimlə qürur duyacaq. Oğlu yoxdur deyə nənəmin başına qaxıncını özüm əngəlləyəcəm. Mən anama həm oğul, həm qız olacaqdım. Bircə, işim, pulum olsun. 
  Sevilməyim, bəyənilməyim urəyimcə idi. Nişanımın qayıtmağından çox sınmışdım, daha doğrusu dedi qodudan sınmışdım. Üzərimdə pisxolojik yük çox idi. Amma gözəlliyim bu sınığın üzərindən xətt çəkirdi, eyni zamanda da bu məni qorxuzurdu. Təkliyim, pulsuzluğum, içimdəki boşluq məni uçuruma sürükləyə bilərdi. Hələki, iradəm güclü idi. Hisslərimi, duyğularımı idarə edə bilirdim. Gələcəyə dair gözəl planlarım var idi. Həyatımı, savadımı, gəncliyimi, gözəlliyimi bir şadlıq evində ofsiyant olaraq xərcləmək istəmirdim . Mən ən gözəlinə layiq idim, mən elə bir iş qurmalıydım ki, o işdə həm məcara olsun, həm həyəcan, həm sevgi, həm pul...
   Çətin dönəmlərdən keçirdim. Bəzən həyatdan bezirdim. Özümü öldürmək dərəcəsinə çatmışdım. Atam və anam nənəmin qorxusundan yanıma gəlib getmirdi, atam heç adımı çəkmirdi. Anam hər gün danışırdı. Atam isə qürür edirdi. Mənim şadlıq evində işləməyim kişiyə təsir etmişdi. Bunu özünə sığışdırmırdı. Neçə dəfə zəng eləyib işdən ayrılmağımı istəmişdi. Mən isə buna etiraz edirdim.
  - Axı nə istəyirsən ay bala?  Oxumaq dedin, oxutduk, Bakı dedin, getdin, nişan qaytarıram dedin, qaytardıq  indi də bu iş çıxdı? And içmisən adımızı batırmağa? Eşidən, görən nə deyər, ay bala? Deməzlər rayonla bir adı sanı, ona buna iş düzəldən, iti qurdu yemləyən kişinin qızı günü 10 manata şadlıq evlərində sümsünür, toyadan qalan artığı yeyir ?
   - İşləmək ayıb iş deyil, öz pulumu özüm qazanıram.
  - Sənin pula ehtiytacın var?
  - Mənim ata sevgisinə, ata nəvazişinə ehtiyyacım var ata!
  - Neyniyim deyirsən? Şəllək gətirim dalıma şəlləyim səni ? O cür şərait qurmuşam sizə, malım dövlətim ayağınızın altında, qapıda iki iki maşın, yeməyiniz, içməyiniz əyniniz, başınız. Daha nə istəyirsiz məndən?
  - İstəyirəm o qadının qızını sevdiyin qədər bizi də sevəsən!
  - O, qadının qızı sizin kimi nankor deyil, başıma pərvanə kimi dolanır. Məni görəndə qabağıma qaçır,  su gətirir ayağımı yuyur, bir papa deyir, beşı də ağzından tökülür.  Amma sən...
  - Mən nə? Mən sənə qarşıyam? Mən yaltaqlıq bacarmıram? Mən səndən bir manatı qoparmaq üçün əlini ayağını öpmürəm? Mən sənin ayağını yumamışam amma anam yolunda kölə olub. Hanı o qıza  verdiyin qədər anama verdiyin dəyər?
  - Bəsdir...
  - O qadın nazını çəkib anam kimi? Paltarını  yuyub ütüləyib? Yoxsa anam kimi ananın minnətini götürüb? Sənə bir oğul verib deyə onun qızı sənə bu qədər əzizdir? Anam da sənə üç qız verib, qız olduğumuz üçün sevmirsən anamı, bizi?
   - Əsəblərimlə oynayırsan! Başımı ağrıtma mənim! 
   - Bax görürsən ata... Bax bunun üçün sevmirsən məni. Sənin mənfini üzünə vurduğunm üçün. Sevməzsən də. Barım sevmədiyin qədər də işimizə qarışma!
  - Nə gicləyirsən? Deyəsən könlündən özbaşınalıq keçir?
  -  Keçmir!  Maraqlıdır, o da bizim kimi sıxılırmı? Daha doğrusu onu da bizim kimi sıxırsanmı? Yox. Əgər sıxsan və onun bu qədərcik qüruru varsa  sənin ayağına su gətirməz, bundan əmin ol! Nəinki o qız, heç o gözəlçən belə üzünə baxmaz!  Bəlkə  o səndən bunları qoparmaq üçün hər şey edər. Çünki o yaddır, səndən istifadə edir, sənin pulun üçün asılıdır səndən. Səni sevdiyindən etmir ata. Amma bizim sənə "ata" deməyimiz cani dildəndir, içdəndir. Sabah sənin ayağına daş dəysə bizim ürəyimiz ağrıyacaq, içimiz yanacaq onun yox. Sən bizə sevgini təmənnasız verməlisən ata, onunla bizi müqayisə etməməlisən. 
   Onsuz da nə desəm xeyri yox idi. Atamın nəzərində anam onun xanımı, biz onun qızları olduğumuz üçün ona bir ömür boyu minnət borcumuz olmalı idi. O nə etsə, biz onu qəbul edib onu başımıza tac etməliydik. Atam heç vaxt səhv "etməz" , verdiyi qərara, gördüyü işə sorğu suala ok deməliydik.
   Hələ də mənə hirsli idi. Nə qədər əsəbi olsa da arada şoferindən mənə xərclik , yemək içmək yollayardı atam. Çox keçmədi nənəm bundan da xəbər tutdu. Cəriməli idim deyə ailədən mənə gələn nəinki pul-para, zikkim zəhrimar belə qadağa idi. Atamı uşaq kimi danlamışdı nənəm . Və atamın dili olmamışdı ki, nənəmə deyə ki, axı o mənim qızımdır, mən onu sahibsiz buraxa bilmərəm. Amma o gözəlçəsi və o gözəlçənin qızı haqqında biri bir şey deyəndə atam dünyanı dağıdırdı. Ama bizə gələndə susurdu. 
   Elə bu səbəbdən mən atama çox  hirslənmişdim. Atam anamı nənəmin  ayağına verdiyi kimi, bizi də anasına kölə edirdi. Mən buna icazə verməyəcəkdim. Heç vaxt nənəmə təslim olmayacaqdım. Bu həyat mənimdir və mən həyatımı özüm qurmalıydım, özüm həyatımı yaşamalıydım. 
   Aradan uzun zaman keçmişdi atam mənə nə pul, nə bazarlıq  göndərirdi. Kira, yemək, unversitet xərcləri, özümün ehtiyyacım məni doğurdan da sıxırdı. Başqa çarə yox idi 
  Nəisə bir zülümlə, çox çətinliklə  unversiteti bitirdim. Rayon qəzetindən iş təklifi almışdım. Ama and içmışdım ki, mən bir daha oraya qayıtmayacam. Bakıda qalıb part time işimə davam edə edə məsləyim üzrə iş axtarırdım . İş vardı maaş məni qane etmirdi.  Bütün televiziya kanallarına belə baş vurmuşdum. Elə bil işim daş arasından çıxırdı. Atam zəng edib, gəl səni icra hakimiyyətində işə düzəldəcəm, deyirdi. Mən isə inadına durmuşdum. Bəyənməməməzlik kimi çıxmasın, rayondan diksinmişdim, daha doğrusu diksindirmişdilər. 
   Bu arada, nişanlım evlənmişdi  amma deyəsən evləndikdən sonra eşqı başına vurmuşdu. Məndən əl çəkmirdi.Neçə dəfə bacısından mənə xəbər yollamışdı. Hətta onun kimi odun bir adamdan romantiklik sürpirizlər də görürdüm. Düşünün mənimlə görüşə başında bir dəstə bataliyonla gələn keçmiş nişanlım, indi rayondan Bakiya arxamca təkbaşına gəlir, mənimlə danışmaq, barışmaq istədiyini deyir, ona ikinci şans verməyim üçün yalvarırdı. 3 ildə bir dəfə mən yazmadan mənə yazmayan oğlan, indi məni dəng edirdi. Həm də gecənin bir aləmində, arvadının yatağından. Dünyanın ən gözəl sözlərini yazırdı mənə. Bəzən buna çaşıb qalıirdim ki, bu sözləri hardan tapıb yazır. Əgər bu belə sinə dəftər idiysə bəs bu 3 ildə sinəsini niyə açmamışdı mənə. Axı mən ondan nə istəyirdim, bir nişanlı qız kimi ailəsindən yox, özündən diqqət, qayğı sevgi, biraz məcara, biraz həyəcan istəyirdim . Başqa heç nə. Bütün bunlar vecimə deyildi. Əksinə indi diksinirdim ondan. Xanımına yazığım gəlirdi. Bəlkə də ərinin ona olan biganəliyini hiss edir, bəlkə də gecə yanında yatan ərinin başqasına yazdığını, şəkil, mahnı göndərdiyini görür, amma səsini çıxara bilmir. O qadının yerində olmağı düşmənimə də arzulamıram. Kaş ki, bütün bunlar indi deyil, 3 il sözlü qaldığımız vaxtlarda olsaydi. Madəm butün bunları o məndən o vaxt qısıtlayıb sa, demək heç indi də lazım deyil...

  Günlərin bir günü iş axrararkən Azalın iş elanları ilə qarşılaşdım :
"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.
  QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər". 
  Yoxlamağa dəyərdi. Bütün şərtlər mənə uyğun gəlirdi. Ərəb dili ilə bərabər 5 dil bilirdim. Gözəlliyim və boyum da buna uyğun idi. Deyəsən unversitet zamanı qurduğum xəyalım indi gerçəkləşirdi. Bu işdə həm həyəcan, həm məcara, həm səyahət, həm pul var idi.  Bir qalırdı sevgi. O da ya qısmət. Bütün arzuladıqlarımı bir gündə  bu şansla mənə verən Allah məndən sevginimi əsirgəyəcək?

  Bəli, müsabiqəyə baş vurdum.  Şansım üzümə gülürdü deyəsən. İşə qəbul oldum. 2 aylıq təlim və praktikadan sonra yeni işə başladım. 
   Bəlkə də bu vaxta qədər həyatımı belə gözəl yaşamamışdım. İndi dərk edirdim ki, gözəl və xoşbət yaşamaq üçün nə atanın ad sanı, nə imkanlı qohumlar, nə də dəbdəbəli qonaqlıqlar lazım deyilmiş insana. Bir insanın xoşbəxt ola bilməsi üçün lazım olan şey , türklər demiş özgürlük imiş. Öz işin, öz pulun, özgüvənin, ağlın, cəsarətin olmalı imiş... 
   İşlədiyim 3 illik stüardessa işində gəzmədiyim ölkə, görmədiyim insanlar, yaşamadığım həyəcan qalmadı. Özümə görə pulum da var idi, xərcləməyə yer də tapmırdım. Qaldığım evə demək olar ki, boşuna kira verirdim. Ayın 10 günü evdə qalardım ya qalmazdım. Ev mənə sadəcə əşyalarımı qoymaq üçün lazım idi. Özümə o qədər paltar almışdım ki, nə yığmağa yer tapırdım nə onları geyınməyə vaxt tapırdım, nə də paltar almaqdan doyurdum. Elə paltarlarım var idi ki, almışdım amma bircə dəfə də geyməmişdim. Qiyməti üstündə dururdu. Çünki, bütün günü əynimdə iş forması olurdu. Getdiyimiz ölkələrdə  növbəti reyslə aramızda olan 5 6 saatlıq boş vaxtda da geyinməyə 1 paltar yetərli idi. 
   Mənim təyyarədə işləməyim rayona vəlvələ salmışdı. Hələ başqa ölkələrə səyahətim, yüzlərcə yad insanlarla ünsiyyət qurmağım, minlərlə "üz görməyim" dedi  qoduya səbəb olmuşdu. Məni nəinki dikbaş, hətta əxlaqsız kimi qələmə verirdilər. Elə bilirilər ki, təyarədə o qədşr millətin içındə əxlqsızlıqla məğulam. Yazıq anam. Atam mənim üstümdən xət çəkmışdı. Anama   yA get qızını çək  gətir bağla qıçına, ya da rədd ol get otur qızının yanında.
  Anam hara gedəsidir ki guya?  Gedəsi yeri var idi? Atam məni bəhanə edib birdəfəmlik gözəlçəsinin yanına  köçmüşdü. Nə anama pul verir nə, xərclik edirdi. Anam nənəmlə qalırdı o evdə. Hər maaşımda mən Bakıda qiyabi oxuyan kiçik bacımdan anama pul yollayırdım. Qıyabı oxuyurdu deyə, o ancaq imtahanlara gəlirdi. Pzü rayonda işləyirdi. Nənəmin mənim haqımdakı dır dırı anamı canımdan usandırmışdı. Mənim göndərdiyim pulu xərcləməyə nənəm icazə vermirdi.
   - O pozğunun ouluna qalmamışıq, qaytar geri!
  Anam da  geri qaytara bilmirdi. Gizlincə mənim pulumla mənə və bacıma cehiz yığırdı.
  Bir dəfə anam bizə iki xalca almışdı və nənəm bundan xəbər tutmuşdu.
   - Nə həvəs göstərirsən cehiz yığırsan ona?  Kim alacaq az onu?  Xəbərin yoxdur, camaatın danışıqlarından? Sən öl, moskvadan biri çıxıb gəlib bunu almaq istəsə, çalınan zurnanın səsindən qulaqlarını tutub qaçaçaq.
   Gör nə yerə qalmışdısa anam da mənə güvənmirdi daha. 
   - Sənə dedik get oxu adam ol, xeyirli bir qismətin çıxsın. Yuvanı qur. Ailə uşaq yiyəsi ol. Demədik ki, havalan göylərə uç.  Biabir eləmisən atanı da bizi də camaatın içində. Bacının da evinə söz söhbət düşüb. Vüskanın da adımı çəkən yoxdur. Yaxın duran da gəlir, nə eşidir nə eşitmir çəkilir geri. Allaha tanrıya bax ay bala. Yaşın da keçır, sabah adını çəkən olmayacaq. Onsuz da nişan qaytarmaqla adın dillərə  düşdü, indi də lap... Get bir iş tap özünə, adam balası kimi, burax bu samalyotu. Bir məslək tap, özünə ... 
  Anamın atamın hər zəngindən biraz daha əsəbləşirdim. İlk günlər onlaedan gizlətmişdim təyarədə işləməyimi. Bilirdim də xasiyyətlərini. Atam anam gəlirdi Bakıya, məni tapa bilmirdilər. Ölkə xaricində olduğum üçün günlərlə telefonuma da zəng çatmırdı. Bu da onları lap hirsləndirirdi. 
  Ailədə məni anlayan dəstəklyən yox idi. Böyük bacım ailəsindəki söz söhbətin səbəbkarı məni bilirdi. Başa sala bilmirdim ki, ay bacı sənin ərinin sənə xəyanətinin səbəbkarı mən deyiləm. Sənin iki qızın varsa, oğlun olmursa və qaynanan bunu sənin başına qaxırsa bunun da səbəbkarı mən deyiləm. Demək sənin seçimin əvvəldən yanlış olub. Mən də sən yaşadıqlarını yaşaya bilərdim, nənəmin seçdiyi adamla evlənsəydim. Mən də həyatımın səhvini yaşayardım. 
   Bacımla aramda iki yaş var idi. Amma fikirlərimiz, dünya görüşümüz fərqli idi. O evdar, ailəyə bağlı, mən həyatın dadını gəzməkdə, geyinib geçinməkdə görən biri idim. Əlbəttə mən də bir gün ev xanımı  olacaqdım, mənim də ailəm olacaq, evimə bağlanacam. Mən də ana olacaqdım. Təbii ki, bu vəzifəyə başlamadan əvvəl, həyat yoldaşımı düzgün seçməliydim. Hələ ki qarşıma mən ağılda adam çıxmamışdı. Mən hansısa kişinin istəklərinə təmənnasız qarşılıq verən qız deyildim. Mənimdə istəklərim var idi. O da mənim istəklərimə cavab verməli idi. Məni başa düşməli, gələcəyimi  manyak qısqanclıqlarla, geridə qalmış mental  fikirlərlə çürütməməli idi 
    Bəli beləcə illər keçdi. İşdən də, səyahətdən də, yorulmuşdum. Əslində məni yoran tənhalığım idi. Nə ətrafimda mənnən yaşıd subay qohumlar qalmışdı, nə ailə, nə rəfiqələr. Hamısının uşaqları məktəbə gedirdi artıq. Bəzən görüşürdük onlarla, ya da telefonda danışırdıq. Mənim sərbəstliyim dikən olub onların gözlərinə batırdı. Bəziləri məni qısqanır, bəlkə də "əxlaqsız" bilib ərlərindən məni uzaq tuturdu. Bunu üzümə deməsələr, özüm də hiiss edirdim. Ətrafım seyrəldikcə tənhalığım üşüdürdü məni. Subaylığın daşını atmalıydım artıq. Bu camaatın ağzını yığmaq üçün ailə qurmalıydım. Amma kiminlə? Mənə uyğun, yaşı yaşıma düşən oğlan da qalmamışdı. Xəyalımdaki şahzadım, məndən ən az 5 yaş  böyük olmalı, mənim kimi səyahər sevən, həyatın gözəllliklərini yaşayan, mentalitetdən uzaq, " nə deyirlərdən" qaçan, sayılıb seçılən, sevilən biri olmalıydi. Düşüncəsi dürüst, fikiri açıq və net...ciddi, eyni zamanda da yerində zarafatı sevən, itliyə yol verməyən olmalıydı mənim uşaqlarımın atası. Hər önünə gələn qadınla bir gecə keçirmək üçün dəridən qabıqdan çıxan biri lazım deyildi mənə. Təssüf ki, xəyalımdakı kişi elə xəyalımda xəyal olaraq qalırdı. Onların yerinə ağzının şorbasını axıdan gədələr, arvadlarını evdə qoyub  dışarıda məcara axtaran  kiışıcıklər, puluna  güvənib qız tutmaq istəyən qatıqlar dolu idi. Yalqızlığım iradəmə güç gəlirdi. Hiss edirdim ki, daha yorulmuşam. Artıq yuva qurmaq zamanıdır. Mən də ailəyə uşağa qarışmalıyam. Mən də hər axşam, gözəl yeməklərlə bəzədilmiş masa arxasında yoldaşımı gözləməliyəm. Uşaqlarıma ata, ana, ailə sevgisini aşılamalıyam. Mən yuva qurmaq istəyirdim. Kiminləsə oynaşıb, yalandan bu mənim sevgilimdir, və ya ərimdir, uşağımın atasıdır demək mənim kitabima aid deyildir. Zatən o vaxtdan sevgidən qırıq idim,indi də vaxtımı zamanımı kiminsə nazını çəkməklğ keçirəsi deyildim. Sevginın, eşq meşqin başını buraxıb həyatıma rəng qatmağı qarşıma goymuşdum. İndi geri dönüb baxdığımda  həyatım o qədər rəngli idi ki, bu rənglər içində boğulurdum. Çox istərdim, keçmişimdə mənim də ağ- qara bir sevgi xatirəm olaydı. Mənimki əvvəldən gətirməmişdi onsuz da. Sevgidən kəsirim vardı. 
   Eyni reys məni yormuşdu. Bu dəfə reysimi dəyiməliydim. Maraqlıdır 7 illik iş həyatımda bütün avropa, rusiya şəhərləri, hətta ərəbistan reyslərinə çıxmışdım. Bəs niyə bir dəfə də olsun Türkiyəyə getməmişəm? 
   Bəli bu dəfəki, reysim Bakı İstanbul olmalıydı. 
   ... Və  ilk iş günüm. Təyyarəni uçuşa hazırlayıb, hər şeyi konturol etdik. Uçuşa hazır idik. Yolçuları gözləyirdik. Pilotlar da öz yerlərini tutmuşdu. Təyarəyə miniyin başlanmasına 10 dəqiqədən az qalmışdı  amma hələ kapitan yerində yox idi. Təyyarə heyəti onunla əlaqə saxlayır, o isə yolda tıxacda qaldığını söyləyirdi. Bir təyarəni kapitansız idarə etmək nə deməkdir onu biz təyyarə işçiləri bilə bilərik. Xüsusən də mən. Bu təyarədə, bu səyahətdə, bu kolletivlə ilk uçuşum idi. Demək olar ki, sərnişinlər bunu anlamasa da bir bələdçı kimi bunun nə qədər həyəcanıəlı olduğunu mən yaxşı  bilirdim. Həyatımız təhlükədə idi. Təyyarədə köməkci pilotlar var idi düzdür. Amma bir təyyarəni, bu qədər insanıarın həyatını onlara etibar etmək olardımı? Yuxarıdan əmr gəldi. Təyyarə ola bildiyi qədər ləng tərpənəcək! 
    Yolçuları  yerləşdirdik, normal qanunlardan kənara çıxıb təyarə hərəkətə keçmədən uçuş təhlükəsizlik qaydaları haqqında məlumat verildı. Artıq uçuş həyata keçirilməli idi. Biz bələdçılər nə qədər həyəcanlı olsaq da bunu sərnişınlərə bildirməməli idik. Odur ki, işimi bitirib yerimə keçdim. Təyyarə işə düşdü. Ozumu yaxşı hiss etmirdim. Çantamdan çiyələkli konfet götürüb birini yanımdakı iş yoldaşıma atdım. O birini açıb ağzıma qoydum. Qız təşəkkür edərək, kabinədən çıxıb, salona keçdi.
   Uşaqlıqdan bir xasiyyətim vardı bir balaca qorxub həyəcanlanan kımı  qarnım ağrıyırdı. Pzümü tuvaletə verdim. Təyarə səs sürətini artırdı. Bu o demək idi ki, artıq yola çıxırıq. Əlimi yuyub tuvaletdən çıxdım. Radn təcili tibbi yardım qutusunu götürüb  geri dönmüşdüm ki,  təyyarə siklələnərək hərəkətə keçdim. Bu vaxt müqavimətimi itirib divara çırpıldım. Özümü düzəldib dikəlmişdim ki bu zaman  boy buxunlu pəhləvan cüssəli bir adamla toqquşdum, təkrar ləngərləndim . Əlimdəki  dərman qutusu  və dərmanlar yerə dağıldı. Adam qolumdan tutaraq məni yıxılmadan  saxladı. Kabinədəki pilotlara səslənib
   - Uşaqlar mən gəldim, uçuşu həyata keçirə bilərsiniz ! Gələn adamın çıyinindəki nişanlardan kapitan olduğunu anladım. Odur ki, tez özümü toplayıb əsgəri qaydada qarşısında dik durdum. Ona baxdım. Elə bil qaçmışdı qıp qırmızı qızarmış, tərləmişdı.
  - Yeni bələdçi  Nigar Namazlı - deyib təzim edərək özümü kapitana  təqdim etdim.
  - Kapitan Cavid Niyazlı... - o da özünü təqdim edib gülümsədi. 
  - Xoş gəlmisiz Nigar xanım. Deyəsən ilk gündə bir talehsiz qəza oldu - yerdəki dərmanlara baxıb işarə etdi
  - Yoxx, önəmli deyil. Siz narahat olmayın, mən bu dəqiqə yığışdıraram. Yanımdan keçərək öz yerinə adlamaq istədi. Bu vaxt təyarə yenə ləngərləndi. Bu dəfə o sılkələndi və mənə çarpıldı. İkimiz də güldük. 
   - Bağışlayın məni , deyəsən bu gün  bir balaca , sərxoş olmuşam ya işə gecikirəm, ya da yıxılıram 
  Dil  altda qalmadım. Qarnımın ağrısın bunun üstünə tökməliydim  əlbət. 
  - Bir balaca yox, cənab kapitan, 100 faiz... Niyə gecikməyiniz aydın oldu. Hələ bu vəziyyətdə də təyyarəni idarə edəcəksiz. 
  Güldü:
- Ooo, kapitan xanım , siz olan yerdə təyarəni bu vəziyyətdə mən idarə edəcəm? Buyun keçin lövyeye ( təyarənin istiqamet rulu) bu arada deyəsən komandamıza bələdçi yox kapitan  gəlmisiz! 
   Əlini mənə  uzatdı. 
  - Xoş gəlmisiz, Nigar xanım. Buyurun buyurun keçin mənim yerimə, mən bu saat formamı dəyişib bələdçi paltarı geyinəcəm - deyib xoşgəldin edərək  əlini mənə uzatdı, 
  Başımı qaldırıb acıqlı acıqlı ona baxdım. Qarnım burulurdu ağrıdan.  Qarnımın ağrısı varkən indi bunun səbəbkarı ilə əl sıxışmaq? 
  İçəridən səs gəldi
  - Cənab kapitan uçuşu həyata keçiririk.
   - Əlbəttə buyurun!  Mənə baxıb oturacağı göstərdi - əyləşin zəhmət olmasa. Özü də yandakı oturavaqda oturub kəmərini bağladı. Əlini mənə uzatdı ki, yanındakı oturacağa keçməyimə kömək etsin. 
   Elə bu zaman təyarə yerdən qopdu. Anı tərpəniş məni yerimdən  ləngərlətdi. Və özümü saxlaya bilmədim. Mənə uzanmış əlindən tutdum. Bilmirəm məni tutmaq üçünmü, yoxsa, bilərəkdən mi məni özünə tərəf çəkdi elə vəziyyət yarandı ki, mən onun qolunun üstünə yarı uzanılı düşdüm. O da məni qoruyurmuş kimi üzərimə əyilib, məni yerə yıxılmaqdan  qorudu. Onunla burun buruna, nəfəs nəfəsə gəldik.Onun - elə mənim də gözlərimiz bir birimizin  bütün üz əzalarımızda gəzib, baxışlarımız dodaqlarımızda dondu. Sarı və incə bığlarının altındakı ətli dodaqları gülümsədi :
   - Yox, Nigar xanım. Deyəsən sən içmisən, həmdə çiyələk likörü. Nəfəsiniz çiyələk qoxuyur...   Bu gülümsəyiş, bu jest ürəyimə yağ kimi yayıldı. Gülümsəyərk gözlərim süzüldü :
  - Avara! - tez özümü toparlayıb  dikəldim, divarlardan tuta tuta  pərdənin arxasından ön kabinəyə kecdim və qızların yanında oturdum. Arxamca səsləndi, yox bu sərxoşluq deyəsən  başqa sərxoşluqdur, heç olmasa dağılanları yığışdırsaydın. 
   - Baş üstə ! 
  O gündən məcra dolu günlərimiz başladı.  Məlum olduki, Cavid 38 yaşında subay oğlandır. O da mənim kimi ailəsinin təzyiqi ilə bir dəfə nişanlanmış, lakin bir birləri ilə dil tapa bilmədikləri üçün ayrılmışlar. Sonra oxumaq, magistatura, iş kareya deyincə  yaş gəlib keçmiş. Bir ayılmış ki, ondan balacalar ailə uşaq yiyəsidir, bu hələ özünə bab qız sonalayir. Qızdan çox qız var, həm qamətinə aşıq olanlar, həm işinə, puluna heyran olanlar...  Bəs Cavid nə  istəyirdi? Təmannasız sevgi, onun kimi düşünən, məcaranı sevən, sərbəst, dürüst bir qız...

   İstanbulu tanımadığım üçün, həmin gün  o  və diğər işyoldaşlarımızdan iki qız və bir oğlan  mənə yoldaşlıq edirdilər. Maşın kiralamışdıq. Maşını özü idarə ediedi. Maşınla şəhərin ən görməli, ən gəzməli yerlərini gəzdik, dolaşdıq. Yemək yedik, alışveriş etdik. Gecə Azərbaycana dönəcəkdik. 
  Bəli münasibətimiz iş yoldaşı çərçivəsində 2 ay davam etdi. Sonralar uyuşan fikirlərimiz, şirin zarafatlarımiz, burada açıqlamaq istəmədiyim bəzi imtahanlı zor günlərimizdə mənim ona, onun mənə mənəvi dəstəyi bizi qırılmaz  zincirlərlə dost olaraq bir birimizə bağlamışdı. Bir birimizlə münasibətimiz, bir birimizi daha yaxından tanımağımıza şans verirdi. Onu tanıdıqca onun əzminə, onun cəsirluğu və qeyrətinə aşiq olurdum. Bəli, məndən qaçan məhəbbətimə geç də olsa yetişmişdim. Bəs o? O da sevgisini məndə tapmışdımı?  Bilmirəm. 
   Qəribə duyğular içərisindəydim. Deyəsən o mənim onun için necə yanıb kül olduğumu görmür, ya qörürsə də bunu hiss etdirmir. Bəlkə də o hələ axtarışdadır, bəlkə də mən onun kriketlərinə uyğun deyiləm. Bəlkə, o da mənim kimi sevir, lakin dostluq çərçıvəsindən çıxa bilmir?
   Yoldaşlarımız bizim yaxın münasibəti əlbbəttə ki, gizli eşq məcarasına yozurdular. Bunu bəzən zarafatlaşaraq üzümüzə vururdular. Nə qədər özümü tutub bu barədə özümü onun kimi soyuqqanlı aparsam da özüm də hiss edirdim ki, belə zarafatlarda özümü ələ verirəm. Uşaqlar da məndəki bu dəyişikliyi görür, "Cavid kapıtanın könül qapısını açsa açsa sən aça bilərsən" deyirdilər. Ah. Kaş aça bilsəm...
  Bəzən onun gözlərindən ürəyinin dərinliklərini oxuyurdum. O da mənə qarşı biganə deyildi. Lakın tam ciddiyyəti qoruyub saxlayirdi. Bu da məni əsəbləşdirirdi. Bu zamana qədər arxamca sürünən cox oğlan olmuşdu. Oğlanları yalvartdırmaq xoşuma gəlirdi. Lakin iradəm nə onların sevgisi, nə də bahalı hədiyələri qarşısında sarsılmamışdı. Həmişə, hər an istədiyim kişini və ya oğlanı ram edəçəyimdən əmin olmuşkən indi bütün iradəm Cavidin qarşısında əriyirdi. Mən onu əridə bilmirdim. 
   Mənə cətin idi sevdiyim insanı dost kimi qəbul etmək. Bir ömür boyu ondan asılı qala bilməzdim. Əgər o mənim nə çəkdiyimi görmürsə, duymursa mənə nə düşər? Əlbəttə ki, getmək.... 
   Əvvəlki iş yerimə qayıtdım. Artıq onu görməyəcəm və onu unutmağa çalışacam. Bax gör, Nigar unuda bilirsənmi? 
    Ptofilindən çıxa bilmirdim. Onunla gəzdiyimiz yerləri tez tez çəkir paylaşır, çarşıda bazarda satılan çıyələk şitillərini, və ya çiyələkləri çəkib statına da - vaz keçə bilmədiyim tək qoxu çiyələk qoxusudur-yazırdi. Həmin an ilk qarşılaşmamız yadıma düşür, xoş xatirələr məni İstanbula qədər aparırdı. 
  Demək olar ki hərgün yazır, arada zəng edirdi. Dost kimi danışırdıq yenə. Nə mənası var idi ki? Bəyəm mən onu unutmaq üçün işdən ayrilmamışdım? Bəs bu telefondan saatıarca asılı qalmaq, hər mesajları göz yaşları ilə oxumaq, yatağın içində onu düşünərək qıvrıla qıvrıla yatmaq nə idi? Odur ki, cox vaxt onu səssizə atırdım. 
   Axır, nömrəmi dəyişməli oldum. 1 ildən artıq idi ki, onunla tamamən əlaqələri kəsmişdim. Hansı reysdə işlədiyimi də ona deməmişdim. Amma yenə dayana bilmirdim. Arada onun iş saatında aeroporta gəlib, ondan xəbrsiz ya onu qarşılayır, ya da, onu yola salırdım. Və hər dəfəsinda iki damla yaş yanaqlarımdan süzürdü. 
   Həyat axarı ilə davam edirdi. Bu arada kirayə qaldığım ev plana düşmüşdü. Yeni ev axtarırdım. Bu dəfə seçimim yenı binalar idi. 
  Nəhayyət  Koroğluya yaxın binalardan birində bahalı da olsa ürəyimcə olan bir ev tapdım. 2 ci mərtəbədən geniş və rahat 1 otaqlı ev idi. Böyük əşyam yox  idi. Çantalarımı bir taksiyə yığıb yeni evə köçdüm. Ev əşyalarından anamın mənə verdiyi yorğan döşəkdən başqa heç nə yoxum idi.
  Yeni ev əşyasız olduğu ücün, heç olmasa yatmağa çarpayı, stul - stol, paltar dolabı almalıydım əlbəttə ki. Bilirdim "vasmoyda" (8-ci km qəsəbəsi) ikinci əl əşyalar satılır. Təzə almaq istəmirdim. Onsuzda tez tez kiramı dəyişirəm. Ev əşyalarını daşımaq problem olurdu mənə hər zaman. 
    İkinci əl divan , 1 stol stul, 1 şfoner biraz qab qaşıq  alıb bir maşına yüklədim. İki fəhləylə evə gəldim. Hər şeyi yuxarı daşıdılar. Amma şfoner iki nəfərin qaldırası şey deyildi. Odur ki qapı qonşulardan kömək istədim. 1 ci mərtəbədəki qapıları döydüm. 1 ci qapı açmadı, digər qapıya bir qadın çıxdı. 
  -Bu saatda binada kişi xeyıağı tapmazsan ay qızım, hamı işdə gücdədir. Suyu süzulmüş yuxarı çıxdım.telefonu götürəcəkdim ki, tanışlardan birinə zəng edim köməyə çağırım. Mənim evimlə üzbəüz qapıya baxdım. Gözlükdən işıq gəlirdi. Allaha pənah deyib qapının zəngini basdım. Çox keçmədi qapı açıldı. Donub yerimdə qalmışdım.  Qapını açan Cavid idi.... Bəli tale bizi bir daha görüşdürdü. Bu ev Cavidin evi imiş... 
    Qonşuluq münasibətlərimiz bizi daha yaxın edirdi. Bundan qaçış yox idi. Qonşu qonşunun külünə möhtacdır deyirlər. Bax eynən biz... Ya o mənə bir şey bəhanə edib gəlirdi, ya da mən ona. Mənim hər dəfə ona gedişimi əminliklə deyə bilərəm ki ehtiyyacdan yox, bəhanə idi. Elə bilirdim onu unutmuşam, yox indi başa düşürdüm ki, sadəcə unuttum bəhanəsiylə özüm ozümü aldatmışammış . 
  Reyslərimiz başqa başqa vaxt olduğu üçün çox da görüşə bilmirdik. Sadecə həftədə 2 gün ev günümüz üst üstə düşürdü. Onda da ya nərtaxtasını qoltuğuna vurub bizə gələr, ya da mən aldığım şirniyyatlardan gözəl bir padinis düzəldib bir kofe demləyər ona gedərdim. Nərtaxtanı elə belə oynamazdıq. Mütləq bir şeydən oynardıq. 
  Bir gün dedi gəl çiyələkdən oynayaq. 
- Bu qış günü çıyələyi hardan tapaq?
  - Mən bilmirəm. Mən uduzsam hadan olur olsun taparam. Sən öz dərdini çək! 
-Yaxşı - dedim. Anam rayondan çiyələk mürəbbəsi göndərmişdi. Bərk ayaqda çayla mürəbbə qoyaram ortaya. 
  Bu dəfə mən uduzdum. Ona çiyələk borcum var idi. O isə çiyələyi indi bu dəqiqə istəyirdi.  Həm də təzə çiyələk. 
  - Yaxşı, qoy sənə çiyələk borcum olsun. Amma indi qəşəy bir çay dəmləyim, yanında da rayonnan gələn çiyələk mürəbbəsi, istəyirsən çiyələk kampotu da aça bilərəm. Hələ çıyələk karamelli konfetlərim də var... 
  Mətbəxə keçıb şirin söhbətlərlə çay tədarükünə başladım. Arada o da içəridən mənə çavab verirdi. Evimdə hər zaman tapılan çiyələkli  kekləri açıb qaba yığdım, geri dönüb  otağa aparmaq istəyirdim ki, onu arxamda gördüm. Elə ehtirasla elə şirinliklə baxırdı ki mənə... 
   - Mən çiyələk dodaqlardan istəyirəm... 
   Heç bilmirəm bu necə oldu. Əlimdəki boşqabı yerə buraxdım. Bu bizim baxışlarımıza və hisslərimizə zərrə qədər təsir etmədi. Heç qımıldanmadıq da. İkimiz də dəlisov həyəcan içərisində idik. Bir birimizin üz cizgilərini süzə süzə baxışlarımızla bir birimizə "öp məni" deyirdik. Amma bu əmri  yerinə yetirməyə heç birimiz cəsarət etmirdik. Son baxış nöqtəmiz  dodaqlarımız oldu. Bir anda dodaqlarımız bir birinə qondu... 
    Həmin gün dəlisov bir ehtirasla sevgimizin təməlini qoyduq. 
   İşimi təkrar onun reysinə dəyişmişdim. İstanbul bizim sevgi beşiyimiz idi. Ən gözəl xatirələrimiz məhz İstanbula bağlanmışdı. Bakıdakı evı sadecə ailəm üçün saxlamışdım ki, gələn olsa kirada qaldığımı görsün. Özüm isə onun evinə köçmüşdüm. Ailə kimi yaşayırdıq. Həm evcilliyimizlə, həm problemlərimizlə, həm bərabərliyimizlə özümüzü gələcək ailəmizin təməlini qoymağa hazırlayırdıq. İkimiz də yetişkin insanlar idik, nə istədiyimizi, necə davranmağımızı yaxşı bilirdik. 
  Bu bərabərliyimiz düz 6 ay çəkdi. Evlənməyə qərar vermişdik. Sənədlərimizi yığıb Asan xıdmətə getdik. Bir aydan sonra nigahımız olacaqdı. Elçılık nışan bızlık deyıldı. Yanı bız adətlərlə getmirdik. Bizim üçün ailə təməli sevgiylə qoyulmalı idi, zappa zupla toy edənləri çox görmüşdük, 3 gündən sonra borclular qapını kəsir,ya da bir aydan sonra qırğın göyə qalxırdı. Çox şükür, mənim də onun  da özümüzə görə pulumuz var idi. Amma onu boşuna dağıtmağın nə mənası var idi. Ən gözəli, pulumuzu bir yerə qoyub, gələcəyimiz üçün nəsə edəydik.
   Ailələrimizi tanış etdik. Ailələr arasında nişan taxdıq. Bakıda restoran  danışdıq, yüngülvarı toyumuzu edəcəkdik. Di gəl nənəm köhnə köhnə fikirləri ilə dirəşdi ki, nişanlanmısan oturacaqsan evdə. 
   - Bəs işim? 
   - Sənə iş lazımdır. Çix otur evdə. Nişanlı qızsan ağır otur batman gətir. Deməsinlər filankəsin qızı qalıb nişanlısının qoltuğunda. 
   - Ay nənə biz nişanlıyıq ee. Həm də sənin dediyin o zaman keçib artıq. Camaat bir birini tanımaq üçün aylarla bir yerdə yaşayır.
  - Az qələt eliyir... Səhər camaata nə cavab verir bəs? 
  - Lazım olan cavabı biz bir birimizə vermişik ay nənə. Başqaları bizi maraqlandırmır. 
   - Ay allah mənə ölüm ver. Nə danışır bu? 
   - Nənə bizdə hər şey olub, sadecə rəsmiləşdirmək qalıb... 
   - Ay allah... Biabır olduq...-deyib gah məni saçlayır, gah dizinə  vuraraq şivən qoparırdı.
  - Köpəyoğlunun qızı bəlkə bu it oğlu it heç səni almadı.
  - Alır ee, ay nənə, alır...
  - P..x yeyir. Bəlkə heç nəsilinə kökünə uyğun adam deyil, bəlkə atan vermədi...
  - Bax elə ona görə özümüz işimizi özümüz görmüşük. İstəyirsiz verin istəyirsiz verməyin.
  - Qudurub bu itin qızı. Vallah qudurub. Nə ar qalıb, nə namus qalıb. Allah, başımıza haranın daşın  salacağıq. Allah bu qızmış, ciyəri yanmışin elədiyi qələtlərə görə biz camaata nə cavab verəcəyik? A bunun boynuna qamış ölçüm. 
  Məni də bacılarımı da gülmək tutmuşdu. Böyük bacım da nənəm düşüncədə idi. Balaca bacım isə mənim ağlımdan. 
Nənəm təşviş içindəydi ki, toy günü camaatın içinə necə  çıxacağıq.
   - Nə qələt eləmisiz eləmisiz. Barım indi çıx gəl otur xarabanda. Görək toy günü neyləyirik.
  - Nə eliyəcəyik ,ay nənə?
  - Neyliyəcəksən? Həkimə aparacam.
   Uğunub gedirdik.
  - Axı bu kimə lazımdır? Kimi aldadıram? Nişanlımı? Axı bu qələti ikimiz bir yerə eləmişik!
  - Qələt eləmisiz, ananızın ağzıyla. Köpəyuşağı. Camaata nə deyəcəyik.
   Ailəmizin və yaxın dostlarımızın şahidliyi ilə rəsmi nigaha girdik. Əslində toy düşünmürdük heç, amma atam ilə nənəm toy deyib tutdurdu.
  -  Adımız sanımız var, sən yiyəsiz deyilsən dul gəlin kimi vuraq oğlanın goltuğuna ki, ala  get.
   Nəysə toya tazılaşdıq. Öz aramızda 80 90 nəfərlik toy düşünmüşdük.dediyim kimi rüstoran da danışmışdıq. Di gəl ki, dəvətnamələr yazılanda 350 nəfərlik yazıldı. Körpüdən keçəndə dal dala dəyən qohumdan tutmuş, eşşəyimin qurd dayısına qədər siyahıda adı yazılmışdı. 
   Toya iki həftə qalmış, karantin rejimi düşdü. Şadıq evləri bağlandı. Toyumuz təxirə düşdü. Mən Cavidin halal hümmət arvadıydım nənəm hələ də, toy bəkarət güdürdü.
   - Toyunu gözləməlisən!
   - Etmə eləmə ay nənə! Bəlkə heç bir ilə qurtarmayacaq bu karanti? 
   - Olsun, gözləyəcəksiz. Dost var, düşmən var! 
   Nənəm Bacımın oğlunu göndərmişdi Bakıya, mənim yanıma. 18 yaşı var idi. Guya mənə nəzarətçi göndərmişdi. İş, ev həyatı yaşayacaqdım. Daha fikirləşmirdi ki, həm işdə həm də boş zamanlarımızda Cavidlə biz bir yerdəyik.
    Günlərin bir günü hamilə olduğumu hiss etdim. Test alıb yoxladım. Bəli, mən ana olacaqdım. Sevuncimin həddi hüdudu yox idi. Sevindiyim qədər də həyəcanlıydım. İlk analığımın həyəcanını yaşayırdım. Amma onsuz. Evimdəki "yengənin" ucbatından sevincim buruq qalmışdı.
   Cavid aşağı marketə getmişdi. Zəng eləyib dedi, mən gələnə qədər bir bəhanə tap keç bizə.
   Marketə getməyi bəhanə gətirib, onun evinə keçdim.
   Cavidin bir xasiyyəti var idi. Çöldən içəri girən kimi əlində yağı daşsa da ilk növbədə əllərini yuyardı. Bildim ki, yenə hamama girəcək. Pamadamı götürüb aynanın qarşısına keçdim. "Ata olmağa hazırsan?" - yazıb pamadayla aynaya çiyələk şəkili çəkdim. Və onu gözləmədən öz evimə getdim.
   Birazdan özünü bizə atdı. Zauru da saymayıb belimi qucaqladı. Qışqıra qışqıra məni evin içındə fırladırdı.
   Hamiləliyiymin üç ayına qədər işlədim. Sonra çıxdım. Kiranı təhvil verib onun evinə köçmüçdüm. 3 aylıq hamıləydım, nənəm hələ də məni qız uşağı kimi qoruyurdu. Qarnım böyümədən heç olmasa "kampaniya" eləməyimizi tələb edirdi.
   -Uşaq olanda da camaata deyərik ki, 7 aylıq doğulub.
  Nənəmin arzusunu gözündə qoymadıq. Ata evində elə çardağın altında qonaqlıq elədik. Sadecə  ailəmiz olacaq dediyimiz yerdə nənəm çalğı gətirtdi, 150 yə yaxın qonaq çağırdı. Nəticəsi isə bir qəpik belə yığılmadan 3000 cərimə oldu.
  Qızımız oldu. Çiyələk tutqusuna qızımızın adını Çiyalə oyduq. Cavid Bakıdakı evini satdı. İkimiz pulumuzu bir yerə qoyub Novxanıda bağ evi, istanbulda bina evi aldıq. İşini Türk hava yollarına dəyişdi. Biz Türkiyəyə köçdük.
   Xoşbəxt ailəmiz var. Hər şey yolunda gedir
Cavid həmişə mənə deyirdi ki, toyumuz olmasa belə mən səni gəlinlikdə görmək istəyirəm. Neçə dəfə məni gəlinlik dükanına aparıb, bir gün də olsa geyin heç olmasa qoy şəkilimiz olsun. Yəqin nənəmin mental düşüncələri beynimə işləmişdi. Toysuz gəlinliyi özümə yaraşdırmırdım. Axır belə bir qərara gəldik. Qarantin qalxan kımı toy edəcəyik. Və etdik də. 28 iyul 2021 ci ildə Bakıda möhtəşəm restoranların birində 300 nəfərlik toy etdik. Həm də Türkay oğluma 4 aylıq hamıləykən. Qızımız da bizim toyumuzun canlı şahidi oldu.

   Öz həyat təcrübəmə əsaslanaraq  deyirəm ki, pul var, sərvət, mental düşüncələr hamısı boş şeydir, əziz dostlar. Bu həyat sizindirsə, doğrusuyla, səhviylə həyatınızı istədiyiniz kimi yaşayın. İnanın mənə bu həyat yolunda nə qədər dağa dərəyə, daşa qayaya çırpılsanız da  bir gün mütləq düz yola çıxacaqsınız. Həyat öz axarıyla axıb gedəcək. Heç nəyə, heç kimə aldırmayın. Gəlin elə yaşayaq ki, ürəyimizdə arzumuz, gözümüzdə istəyimiz qalmasın. Dünya beş günlükdür. Bu beş günlük ömürü də kimlərəsə qurban vermək ən böyük ağılsızlıqdır . 
    

S O N...
___________________

Feride Acarakçay