(XALQ ƏFSANƏSİNDƏN HAZIRLANMIŞ HEKAYƏ)
İki çiçək bir birinə aşiq olur. Sevgilərinin gözəlliyindən bu güllər açarkən o qədər gözəlləşir ki baxanlar bu çiçəklərə heyran qalır. Özləri də öz sevgilərindən, öz gözəlliklərindən həzz alırlar. Sevdikcə daha gözəlləşir, gözəlləşdikcə daha çox sevirlər bir birlərini.
Günəş hər zaman bu güllərin sevgisinə həsəd aparırdı. Ömürü boyu tək və tənha yaşayan Günəş hər zaman özünü göstərir, qızmar və qaynar oxları ilə bu iki gülü ayırmağa çalışırdı. Onsuz da Gunəşi sevməyən Bəyaz olan gül Günəşin bu şıltaqlıqlarını görür və hiss edirdi. Bunu sevgilisinə də söylədi.
- Günəşin gözü səndə, bilirəm, onun sənə baxmağı, oxunu gözlərimə salmağı, məni qıcıqlandırmağı sənin də xoşuna gəlir.
- Yox elə şey. Bu qısqanclığın əbəsdir, hardan gəlir ağlına belə şeylər?
- Görürəm də...
- Deyirsən elə yerdə dayanım. Ki heç o məni görməsin hə? Bax məsələn burada? - deyib bənövşəyi gül kolluqlara çəkilir. Günəşin istisini sevsə də sevgilisinin qısqanclığına tuş gəlməməsi üçün günəşlə üz üzə gəlmək istəmir. Lakin Bənvşəyi gülün bu hərəkəti Bəyaz gülü rahatlatmır. Əslində Bəyaz gül heç Günəşi görmək istəmirdi. Günəş çıxanda o saralır, solur nəşəsi qaçırdı. Bu hal Bənövşəyi gülü də çox üzürdü. Nə etsə də bu qısqanclığı aradan qaldıra bilmirdi ki, bilmirdi. Bəyaz gül sevgilisinin Günəşi ondan cox sevdiyini düşünürdü . Və bir gün dözə bilməyib Bəyaz gül Günəşlə mübahisəyə başlayır.
- Çıx həyatımızdan. Görünmə gözümüzə. O məni sevir.
Günəş deyir.
- Sən elə fikirləşirsən. Onun gözü məndən başqasını görməz. Mənim istimə, mənim qayğıma onundaha çox ehtiyyacı var. Mən ona istilik verirəm, onu yaşadıram. Sən ona nə verirsən quruca soyuq və mənasız bir həyat Səncə sənin osoyuq ruhun onun nəyinə lazımdır? O məni səndən çox sevir. Mən olmasam o yaşaya bilməz.
- Bizim eşqımızə aləm şahiddir, sən bizim sevgimizi qısqanırsan.
- Eləmi?
- Bəli elədir.!
- Elə isə sübut elə.
- Necə?
- Bilmirəm. O səninlə görüşə gələndə belə gözü məndədir. O sənin yanında kolluğa çəkilsə belə budaqların arasından məni görür. Mənim isitdiyim torpaqdan həzz alır. Gəl, sən hələ bir onu yoxla. Bax gör mən olmadığım zaman o sənlə görüşə gələr?
Günəşin özündən razılığı Bəyaz gülü əsəbləşdirmışdı. Sevgilisiylə görüşərkən:
- Sevgilim, sevgini və vəfanı herkəsə göstərmək istərsən?- deyə soruşur.
- Səni nə qədər sevdiyimi hər kəs bilir.
- Bilirəm əzizim, amma mən bunu Günəşə sübut edə bilmirəm.
- O buna inanmırsa və qəbul etmirsə mən neyləməliyəm indi?
- Mən səndən bir şey istəyirəm!
- Nə məsələn?
- İstəyirəm adımız dünayada sevgi və vəfa gülləri kimi tanınsın
- Onsuz da eləyik, əzizim.
- Dildə beləyik, amma nə qədər vəfalı olmağımız, hər kəsə nümunə olmalıdır.
- Nə edək deyirsən?
- Məsələn, bütün güllər yazda açır. Biz isə qışda açaq. Məsələn yaz gəlmədən, torpaq oyanmadan. Günəşin olmadığı zamanda. Qoy Günəşdə görsün ki, sən onsuz da xoşbəxtsən o olmadan da yaşaya bilərsən. .
Bənövşəyi çiçək qorxur.
- Günəşsiz olmaz. İkimiz də soyuqdan donarıq.
- Qorxma, bizim bir birimizə olan sevgimiz və sevgimizin istisi bizi ayazdan qoruyar. Çox yox, sadəcə 15, 20 gün... Lap elə Novruzun ilk çərşənbəsi... Sonra yaz gələcək, qarlar əriyəcək... Yenə həyat davam edəcək. Beləcə Günəşə də sübut edəcəyik ki, sən olmadan da biz yaşaya bilərik.
Bənövşəyi çiçək, yeni görüşə gəlmək ümüdi ilə sevgilisindən ayrılır. Növbəti görüş yaz gəlmədən qışın son günləri olacaqdı.
Bəli, havalar soyur, təbiət qış yuxusundan oyanmadan bəyaz gül torpaqdan yüksəlib, qarları dəlir. Ətrafa boylanır. Görüş yerinə vaxtından əvvəl gəlmişdi. Soyuqdan qorxmurdu. Sevgisi və sədaqəti ona güc vermişdi. Tez gəlməyiylə vəfasını, sədaqətini göstərmək istəyirdi sevgilisinə.Tez gəldiyini bilirdi. O, düşünürdü ki, Bənövşəyi gül öz vəfasını Bəyaz gülə sübut etmək üçün o daha tez gələcəkdi. Lakin o yox idi. Qarlar arasından başını qaldırıb Günəşə baxdı. Günəş görünmürdü amma çöhrəsi parlayırdı.
- Sənə demişdim. Mən gəlmədən o gəlməz. O məni səndən çox sevir.
- Gələcək. Mütləq gələcək.
- Gözləyəcəyik, görəcəyik!
Bəyaz gül Günəşin sözlərindən pərt olmuşdu. Lakin, özünü sındırmaq istəmirdi. Uzandıqca uzanır, daha qürurlu görünməyə çalışırdı.
Günəş isə sadəcə onun bu halına gülürdü. Güldükcə şüalarını daha çox torpağa buraxırdı. Sanki, bəyaz gülə sübut etmək istəyirdi ki, mənim şüam oçmadan o qış yuxusundan oyanmaz.
Bəyaz gülün ürəyinə xal düşmüşdü. Axı onun güvəndiyi onun sevdiyi belə vəfasız deyildi. Hər zaman görüş yerinə o ilk gələrdi. İndi noldu? Yoxsa soyuq, qar və maneə onu qorxuzub? Yoxsa Günəşin dediyi doğrudur. O Günəşi ondan çoxmu sevir?
Qarı dələn gül, boylandıqca boylanır, uzandıqca uzanır. Sanki uzandıqca ozünü sevgilisının gözünə soxmağa çalışırdı. Lakın o yoxdur. Daha soyuğa taqəti qalmamışdı. Ama yenə sevgisinə rağmen həyata dirəşmişdi. Ölüm qalım savaşı verirdi. Bilirdi ki gec də olsa sevgilisi gələcək. Günasə inad gələcək.
Sevgilisiylə sözləşərkən 15 20 gün demişdi. Novruzun ilk çərşənbəsi gəlmişdi. Lakın sözləşdikləri vaxt da gəlib keçmişdi. Bəyaz Çıçək əhdinə sadiq qalaraq onu Novruza qədər gözlədi. Artıq yaz gəlirdi. Günəş oyanmış şüalarını yerə sancmağa başlamışdı.Yer göy isinirdi. Bəyaz gülün halına istehza edib gülürdü.
- Noldu? İnad etmə! Sənə demişdim axı. Mən gəlmədən o gəlməz!
Günəşin t'ənəsi Bəyaz gülü üzürdü. Ama hər şeyə rağmən o sevgilisin gözləyirdi. Gözləyə gözləyə boynu bükülmüş, təravətini itirmişdi. Ürəyində sevgilisinə qarşı olan məhəbbətinə etibarı qalmamışdı . Bu saatdan sonra o gəlsə nə faydası. O Bəyaz gülü Günəşin qarşısında sındırmışdı, qürurunu əymiş, güvənini, sevgisini itirmişdi. Dərddən Bəyzgülun təravəti solmuş, gözəlliyyi getmişdir.
Yaz günəşi şüalarını yerə səpincə bənövşəyi gül qış yuxusundan oyandı. Geç qalmışdı. Qarlar əriməyə başlamışdı. Adda budda qarlar sadıcə kolluqların altında görünürdü. Torpaqdan və kolluğun altındakı qardan başını qaldırınca, sevgilisinin artıq getdiyini gördü, boynunu bükdi. Bu qədər çox sevməsinə rağmən sevgilisinə vəfa göstərə bilməməsi ücün bəxdinə küsdü.
O gün bu gün bu ayrılıq son ayrılıq olur. O gündən heç kim bu iki gülü bir daha bir yerdə görmür. Hər il bəyaz gül bənövşəyi gülün görüşünə tələssə də günəş gəlmədən bənövşəyi gül qış yuxusundan oyana bilmir. Bənövşə özü də hiss edirdi ki, Günəşin qayğısına Bəyazgülün sevgisindən çox ehtiyyacı var.
O gündən bu iki Gülü ayrı görən xalq Bəyaz gülə sevgisi üçün hər şeyindən geçərək Qardələn ( türklərdə Kardelen, qarı dələn anlamında, Bizdə də Novruzgülü. *Novruzgülü Novruzun ilk çərşənbəsində açar Novruz bayramında, yaz gəlişində solar* ), həyata küsərək boynunu bükdüyü üçün o biri gülə Hercai - küskün (bızdə boynubükük Bənövşə, türklərdə Menekşe)
Bəli bənövşə günəşlə bir qalxar, günəşlə bərabər yatardı. Lakin nə qədər günəşlə bərabər zaman keçirsə də əski sevgilisinin həsrətindən hər zaman boynu bükük qalar. Günəş Kardeleni ona unutdurmaq istəyir. Fikirləşir ki, mən və mənim istim olmasa Bənövşə heç qış yuxusundan oyanmaz. O mənim diqqətimi, qayğımı və istiqanlılığımı Kardələndən daha çox sevir. Bunun üçün mən onu daha çox sevməli öz istimlə daha çox özümə bağlamalıyam. Nə olur olsun bir kərə də olsa Bənövşə başını qaldırıb mənə baxmalıdır. Kakın nə etsə də Bənövşə vəfasına sadiq qalır. Günəşə tərəf də olsa baxmır.
Günlər keçdikcə günəşin sevgısı hərarəti də , bənövşənin boynunun büküyünü aça bilmir. Günəş qızdıqca qızır, bənövşənin eşqındən yandıqca yanınıdı. Atəş düşdüyü yeri yakar derlər ya. Bəli günəş də dəydiyi yeri yandırırdı. Daha xəbəri yox idi ki, oz hərarətinə oyandırdığı bənövşəni elə özü də öz istisinə yandırdirdı
Yazar: Feride Acarakçay ✍️
26. 11. 22.
Ankara Mamak ilçesi. HÜseyinqazı. Türkiye.
Saat : 14.00