HEKAYƏ
Nura həddinnən artıq imkanlı bir ailənin qızı idi. Ata anasının neçə il övladı olmamışdı. Azərbaycanın o piri, ocağı qalmamışdı qurbanlar, ehsanlar verməyələr. Uşaqları olsun deyə Allahın hikimətinə inanıb əllərini kasıba yoxsula açmışdılar. İki imkansız ailəni himayəyə götürmüşdülər. Bəlkə allah bunların bu zəkatını, savabını qəbul edə, onların qucağını boş qoymaya. Lakin nədənsə Rəbbim ya bu ailədən üz döndərmişdi, ya da, onları sonsuzluqla sınağa çəkirdi...
Nə etsələr də, hara getsələr də, hansı həkimə üz tutsalar da xeyri yox idi. Artıq qədərlərinə barışıb oturmuşdular. Hətta planlarında istəməsələr də ayrılmaq da var idi. Ər arvad özləri öz aralarında hər şeyi götür qoy etsələr də buna əməl etməyə cəsarətləri yox idi. Ailələr buna razı olmazdı. Bu yuva iki imkanlı və eyni zamanda da ortaq ailələrin razılığıyla qurulmuşdu. Bu yuvanın dağılmasıyla bir ucu Rusiya, bir ucu Ukrayna, bir ucu Azərbaycanın turistık bölgələrində qurduqları şirkətlər və obyektlər iflas edəcəkdi, şəriklik də pozulacaqdı, neçə neçə işçılər işsiz qalacaqdı.İki hegomon nəsil bir birlərinə düşmən kəsiləcəkdi. İş dünyasında nümunə olan bu əziz qohumlar, bu dəfə də düşmənçilikləri ilə gündəmə gələcəkdilər. Hidayyətlə Nəzakət bütün bunları gözə alaraq susmağın ən salamatı olduğunu qəşəy bilirdilər. Odur ki "boşanmağ" - ın üstündən birdəfəmlik xətt çəkmişdilər.
Yenə ümüd itməmişdi. Bu evə geç tez bir işıq düşəcəyinə hələ də ümüdləri var idi. Nəzakət sonsuzluqla özü öz arzularını söndürsə də bir gün ərinin bu arzuları doğruldacağına əmin idi. Bunu son variant olaraq planlamışdı. Hidayət bir qadınla qeyri rəsmi yaşayıb, ondan uşaq dünyaya gətirəcəkdi. Amma bir şərtlə ilk doğulan uşağın anası Nəzakət olacaqdı. Ondan sonra istəyir o qadın 5 uşaq doğsun vecınə deyildi Nəzakətin.Bəli, bəli, bu eşitdiklərinizə çaşacaqsız. Amma Nəzakət bütün hər şeyi gözə almışdı. Ən son variant bu idi. Başqa yolu da yox idi.
Bir gün özünü çəmləyib ağır duyğular və böyük risklə bu variantı Nəzakət Hidayətə dedi:
- Türkiyədəki müalicə də boşa çıxsa, özüm səni evləndirəcəm.
Nəzakətin dediklərindən çaşıb qalsa da Hidayyət tez özünü ələ alaraq xanımının başını köksünə sıxmışdı.
- Mən gül üstünə gül qoxlamaram əzizim. Qurban olduğum verirsə verir, verməzsə sən mənim balam olarsan, mən də sənin. Beləcə keçınib gedərik. Qorxma, ölsək də yerdə qalmarıq. Himayəmizdə iki ailə var, yəqin birinin insafı olar, nankör çıxmazlar, götürərlər bizi yerdən.
Nəhayyət 12 ildən sonra yaradan onların səsini eşidir, dualarını qəbul edir. Türkiyədə müalicədə olan ailə vətənə böyük ümüdlə qayıdırlar. "Tüpbebek" üsulu mayalanma ailəyə və iki nəsilə böyük sevinc yaşadır. Düz 9 ay sonra Nura (Nuranə) dünyaya gəlir.
Dolunu yeyib boşuna təpik vuran bir qız olur Nura. İki böyük nəsilin göydən düşməsi, bir o qədər də ərköyün bir qızı olur. Qucaqlardan yerə qoyulmayan "qa" deyəndə dünyanın nazu neməti ayaqları altına sərilən, "qu" deyəndə abu zəmzəmlə bəslənən bu qızın yanından yel keçməyə belə qoymazdılar. Əlbəbək, gülbəbək qızı nə qədər gözləsələr, qorusalar da hər zaman zəif və xəstəhal olardı. Məhz buna görə də bu qızın bir istədiyi iki olmazdı. Bir sözlə Nura həm evdə, həm məktəbdə şahzadələr kimi yaşayırdı. Həmişə hamıdan secilirdi, müəllim içəri girəndə şagird ayağa durmaqdan, bu qız sinifə girəndə uşaqlar qalxmasa da müəllim ayağa qalxardı. Paltosunu soyundurar, üst başını səhmana salar, oturduğu stolu özü rahatlardı. Tədbirlərdə Nuranın bir rolu olmasa da mütləq onun atasınının və ya bbalarının adı qürurla çəkilər, Nuranı səhnəyə dəvət edərdilər.
Yoxluq nədir, olmaz nədir bilməzdi. Məktəbdə, qonşuluqda onun özündən aşağılara xor baxışı da çevrəsini özündən uzaqlaşdırırdı.O qədər uzaqlaşdırmışdı ki, Nura məktəbi bitirəndə ətrafında nə rəfiqəsi var idi, nə də bir dostu. Yetkinlik yaşını keçmışdı . Artıq gənc qız olurdu. Ürəyini qəribə hisslər bürüyürdü, haldan hala düşürdü. Bunun nə olduğunu bilmirdi. Öyrənmək, bilmək, paylaşmaq istəyirdi. Fəqət bu qızın paylaşacağı, dərdləşəcəyi heç kimsəsi yox idi.Anasıyla da söhbəti tutmurdu. Çünki qız ağzını açan kimi, ana nə istədiyini soruşmadan onu pula, hədiyələrə boğurdu. Elə başa düşürdü ki, qızının problemı hansısa bahalı firmalardan, şəhərin ən elit maqazınlərindən edəcəyi alış - veriş dərdidir. Özləri dükanları gəzməkləri yetməzmış kimi, şəhərin ən bahalı maqazınləri evə daşınırdı. Seçılırdı, alınırdı.
İstəmirdi anası bu qədər onun nazıyla oynasın. Hər istədiyini etsin. Çox darıxırdı. "Nədən, niyə? " sualları beynində ney kimi sızıldayırdı. Bəzən tənhalığına sarılıb günlərlə otağından çıxmərdı. Onda da onu rahat qoymurdular. Elə bilirdilər xəstələnib. Nuranın hər şeyi var idi, ətrafında çoxlu qohumlar, qohumlarında yaşıd, tay-tuş olduğu uşaqlar. Lakin bu Nura"nı qane etmirdi. Çünki onlar Nuranın xəyalların ələ salır, onun yaşadığı bu gözəl həyatdan qeyri bir həyat, dost, çevrə arzulamasını lağa qoyurdular. Elə bu üzdən Nura yalqız idi.
- Axı niyə məni kimsə başa düşmür, mən niyə hamı kımı ola bilmirəm. Axı mənim onlardan nə fərqim var, nəyim əskikdir? Azadlığım, yaşayışım, pulum. Özümə aid super bır otağım, bu yaşımda dünyanı gəzirəm. Mənum yaşadıqlarımın xəyalını çoxları qura bilmir. Çoxlarının da yaşadıqlarını mən xəyal edə bilmirəm. Axı niyə? Nə üçün? Əgər fərqimiz varlı olmaqdırsa, mən istəmirəm bu fərqi ana! Başa düşürsən məni? İstəmirəm! Mən bu varla xoşbəxt ola bilmirəm, bimirəm - deyə bəzən günlərlə otağına qapanıb qapı arxasından ailəsinə üsyan edirdi. Yazıq ailə belə durumda nə edəcəklərini bilmirdilər. Çarəsiz qalıb Nura"nı himayə etdikləri ailənin evinə göndərirdilər. Onda da yanında baxıcısı, qoruyucusu...
Nura burda xoşbəxt idi. Bəzən ev əhlinə qoşulub saçın kənarında yuxa bişirər, dirlikdən tərəvəz toplar, vedrəylə arxdan su gətirib qapı bacanı sulayardı. Bəzən kənd qızlarına qoşuub akağa gedərdı. İç görməsə də, qızlarla birlikdə şən mahnılar oxuyaraq, zarafatlaşırdı. Torpağın üstünə sərilmış süfrə, pendir, soğan pamıdor, sulanmış yuxa onun üçün ən elit restoranların yeməklərindən ləzətli idi. Kənd həyatı ona hüzur verirdi. Ruhunu dinləndirirdi. Burda günü nə qədər xoş keçsə də, yenə də Nuranın hegemonluğu kəndli dostlarını özündən uzaqlaşdırırdı. Sadə kənd uşaqları kimi xoşbəxt olmaq istəsə də bir tərəfdən baxıcısı, bir tərəfdən qoruyucusunun nəzərlərini üzərində hiss etdikcə dünyası qaralırdı. Orda da "torpaqda oturma Mikrobdur, əlini ona vurma xəstəlikdir, Nura can onu yemə, sənə ziyandır, əzizim çox zəifsən sənin güclü qidalanmağın lazımdır" - deyişələri qızı bezdirirdi. Çox keçmirdi burda da darıxərdı, yenə şansına küsüb evinə qayıdırdı.
- Məni başa düşürsüz? Bu dünya mənə dar gəlir. Bu boyda dünyada axı mən niyə xoşbəxt ola bilmirəm? Axı var - pul hər şey demək deyil.məni sərbəst buraxın mən də o qızlar kimi sərbəst, sadə olmaq istəyirəm, mən də sevmək sevilmək, gizlicə eşq yaşamaq istəyirəm. Mən butün bu sərvətlə nəinki özümə sevgili heç dost da tapa bilmirəm. Heç olmaya razıyam, qoy elə puluma görə mənimlə yaxınlıq edən olsun, təki darıxmayım, təki hisslərimi, duyğularımı, sevgimi, sirrimi həyəcanımı bölüşdüyüm can qızdırdığım biri olsun...
Bir ümüd yeri qalmışdı. Unversitet.
Nura'nı Azərbaycandan kənar, xaricdə oxutmaq istədilər. Lakin Nura dil bilmirdi. Rus dilini bilsə də Nura Rusiya unverstetlərini seçmədi. Rusyada çox olmuşdu. Nədənsə ora camaatı ona yad soyuq gəlmişdi. Təhsil üçün İngiltərə və ya İspaniyanı seçmişdi. Ora da gedərkən həmişə yanında tərcüməci gəzdirmişdi. Axı unversitetdə bu mümkün deyildi ki. Orta məktəbdə valıdeyinləri nə qədər qızlarının dil öyrənməsini istəsələr də, Nura ərköyünlüyünə salıb onların arzularını ürəklərində qoymuşdu. Axır ki, valideyinlərin əlacı kəsilib onu Bakı unversitetləridən birinə qoydular. İlk günlər Unversitet həyatı ona sıxıcı görsənsə də, sonradan buranı sevmışdı. Burada az da olsa özü kimi ərköyün qızlar və oğlanlar var idi.Atasının unversitetə qəbul hədiyəsi kimi aldığı maşını bəyənib sürmürdü. Maşın sadecə rayona gəzməyə gedəndə lazım olurdu ona. Şəhər yerinə motosklet daha rahat idi. Atasından gizli, anasını üzdən gözdən salıb motosklet almışdı özünə. Dərs, imtahan, zaçot yaddan çıxmışdı. Bütün günü motoskletci dostlarıyla şəhəri veyillənirdilər. Şəhər çıxışındakı göl kənarında və ya dəniz sahilində toplanıb hardansa tapdıqları təkərləri yandıraraq ətrafında isinir, içki şüşələrini bir birinin ardıyca boşaldırdılar. Bəzən bu mənzərə gecə 12 yə qədər davam edirdi. Son vaxtlar isə bu hal sabaha qədər davam edirdi. Dəfələrlə gözünü açıb özünü qızlarla bərabər dostlarının qoynunda görmüşdü.
Qızlarının bu halından artıq ailə də duyuq düşmüşdü. Nə etməli, hər şey çox gec idi. Nura sevgili dostlarından ayrıla bilmirdi, ana ata da 12 illik həsrətindən imtina edə bilmirdi.
Nəhayyət çox keçmədi ki, Nura özü də bu həyatdan yoruldu. Buna səbəb isə qrup yoldaşı Xəyal idi. Bir könüldən min könülə bu sadə oğlana aşıq olmuşdu. Onun üçün öl desəydilər ölərdi, öldür desəydi öldürərdi. Lakin Xəyal onun üçün bir xəyal idi. Xəyal Nura kimi pul gücünə unversitetə qəbul olmamışdı, 690 balla öz biliyilə buraya gəlmişdi, prezident təqaüdçüsüydü. Sinif birincisi, unversitetin nümunəvi tələbəsi idi. Nura'yla o başqa dünyanən adamları idi. Nura kimi villadan çıxıb dərsə gəlmirdi, unversitetin qaçqın yataqxanası deyilən bir tələbə yataqxanasında qalırdı. Xəyal boş zamanını Nura kimi barlarda, diskatekalarda keçirtmirdi, əlində kitab unversitetin yaxınlığındakı parklarda, yaşıl çəmənlərin üstündə ağaca söykənərək, təmiz havada dərslərini hazırlayaraq keçirirdi. O Nura kimi moteskletdə əylənmirdi, bayramdan bayrama qrup yoldaşlarıyla cibinin puluna qənaət edərək bulvarda əyləncə maşınlarına mınirdi, karuseldə əylənirdi. Nura kimi hər dəqiqə bahalı telefonda selfi çəkmirdi. Heç o vaxt onun telefeonu belə yox idi. Arada kontur alıb uşaqların telefonuna yükləyər, sakitliyə çəkilərək ailəsiylə danışırdı. O unversitet illərindən yadıgar qalsın deyə bulvarda uşaqlarla klassık şəkillər çəkdirər, həmin şəkillərin arxasına gözəl sözlər yazırdi. Məktub yazaraq şəkilini də zərfin içınə qoyub poçtdan ailəsinə göndərirdi. Xəyal o qədər xoşbəxt idi ki, Nura onun xoşbəxtliyinə qıbtə edirdi. İstəyirdi Xəyal xoşbəxtliyin qapısını açıb onu öz dünyasına dəvət etsin
- Gəl xoşbəxtliyimizi bərabər yaşayaq - desin.
Nəhayyət bir gün özünü toplayıb belə bir qərar aldı. Madəm o məni dünyasına dəvət etmir, qoy mən onu öz dünyama çağırım.
Elə bu məqsədlə dərs çıxışında Xəyalı gözlədi. Uzaqdan Xəyalı binanın çıxışında görəndə ürəyı qəfəsə salınmış quş kimi çırpındı. Maşından düşüb, digər tərəfə keçdi. Fikirləşirdi ki, Xəyal qapıdan çıxarkən onu qarşılasın, maşınının açarını ona uzadaraq onu maşınına dəvət etsin.
Budur Xəyal qartal kimi süzərək üzündə xoşbəxt təbəssümlə ona tərəf gəlirdı. Bir anlıq Nura özünü itirdi.
- Aha, deyəsən o mənim onu gözlədiyimi hiss edib.Sakit ol Nura, o sənindir, sən hamıdan güclü qızsan, sənin gözəlliyin və cəsarətin qarşıdında heç bir oğlan dayana bilməz. O sənin olacaq, bilirdim, biıirdim ki, o da mənə qarşı diqqətsiz deyil. Bilirdim ki, mənim kimi imkanlı qızdan heç kim vaz keşməz. Hansı ağılsız atamın pulunu yeməz? Onun imkanlarından istifadə etməz? Özündən çox razıydı Nura.
- Mən bir mücəvhərəm, bu qiyməti daşı bir oğlana bağışlasam bundan hansı oğlan qaçar ki? -deyə düşünməkdəykən Xəyal gülə gülə Nuraya yaxınlaşırdı. Xoşbəxtliyin ani bir hiss olduğunu eşitmışdı hardansa. Bəli o an bu gün idi deyəsən. XƏyal ona addımba addım yaxınlaşınca Nura özünə yer tapa bilmirdi.Qəribə hala düşmüşdü. Ömründə ilk dəfəydi utancaqlıq hissi yaşayırdı, ilk dəfəydi həyəcanlanırdı. Bu hisslər belə Nuraya qəribə görsənsə də, onu xoşbəxt edirdi
- ilahı, sevmək nə gözəl şeydir. Bu vaxta qədər həyatımda hər şey gördüyüm halda, hər şey əldə etdiyim halda bəs mən niyə bu hissı yaşamamışam? Doğru deyirlər bu hiss pulla alınmır. Görək hələ mənim bu hisslərimə Xəyalım nə cavab verəcək?
Son beş addım. Budur Xəyal sevgi dolu baxışlarla ona yaxınlaşır.
Dord addım. Xəyal əlini yuxarı qaldırıb sevincək gülümsədi.
Üç addım. Nura da qarşılıqlı olaraq ona əl sallladı. Və gözləmədiyi halda Xəyal təcüüblə geri çevrildı. Sankı gözləriylə kimsəni axtardı. Tapmayında təkrar Nuraya döndü və yenə xoşbəxtcə gülümsündü.
İki addım "Deyəsən Xəyal başqa istiqamətə baxır axı." - Nura çiyni istiqamətinə döndü. Küləyin oynatdığı saçları üzünə dağıldı. Ürəyi rahatlandı.
- Saçıma baxırmış, saçlarim gözəl görünür ona. Külək də dağıdır saçlarımı. Deyirlər oğlanlar qızlarda bu mənzərəni daha çox sevir
Budur son bir addım. O Nuranın tam qarşısındadır. Lakın gözlər başqa istiqamətdə, ayaqlar Nuranın səmtindən yana əyilmış hara isə tələsir...
Və keçıb gedir. Bəli Xəyal onun yanından xəyal kimi uçub maşının digər tərəfində tam Nuranın istiqamətində, arxa tərəfdə dayanmış qıza yaxınlaşır. Qarabəniz, sadə saç düzümlü , makyajsız, əynində uzun qara və saxta dəridən plaşı olan bir kənd qızı idi bu qız. Ürəyindəki bütün xəyallar kül olub ayaqları altına düşdü Nuranın.
- Mənim kimi bir şahzadəni bu bir kəndli qızınamı dəyişir bu? Deyə başını dim dik tutub, gözlərini binanən girişinə zillədi. Gözləri doldu. Ürəyindən sanki nəsə düşüb ayaqları altında cingildədi. Dəlicəsinə əsən yellər saçlarını üzünə çırparaq üzündəki xoşbəxtliyi süpürüb apardı...
(2 bölüm)
Elə bil Nuranəni götürüb yerə çırpmışdılar. Özünü əzilmiş, qırılmış, alçalmış kimi hiss edirdi.
Maşınına oturub şəhərdən kənarda sakit bir yerdə əylədi. Var səsiylə qışqırıb maşının rulunu yumuruqladı, ardıyca başını rula çırpıb bütün hirsini beləcə soyutdu. Sonra hönkürtüylə ağlamağa başladı. Sankı bir anda göy gurladı, tufan qopdu və leysan tökdü, sonra isə sakitleşdi...
Evə girəndə ayaq üstə dura bilmirdi. Atası və əmisi oğlu İlkin qoluna girmişdi. Hidayyətin rəngi qap qara qaralmış, qalın qara qaşları gözünün üstünə qədər çatılmışdı.onsuzda zəhmlı görünən sir sifətindən zəhrimar yağırdı. Döyüşə hazırlaşan buğalar kimi fısıltısı yeri göyü bürümüşdü.
- Uyy.... Allah maa ölüm ver...-deyə Nəzakət onların qabağına qaçıb Nuranın qoluna girəndə Hidayyət dişlərini qıcayaraq yumuruğunu Nəzakətin başına vurmaqdan özünü güçlə saxladı. Nəzakət başını qoluyla bürüyüb özünü Nuranəyə qısdı.
- Ah bala, vahh... Bu günləridə görəcəkdim? Allah mənə ölüm versin. Nədir bu yaşadığımız, ay Allah ? -pıçıldayaraq gözlərinin yaşını sildi.
Ərinin huyunu suyunu bilən Nəzakət dinməzcə Nuranın qoltuğuna girib İlkinə hım cimlə Hidayyəti bayra çıxartmağı istədi.
Biraz sonra Hidayyətin səsi zalı başına almışdı.
- Ay allah, axı biz nə zaman harda, nə vaxt bir xata elədik ki, bizi belə sınağa çəkirsən?12 il bütün ruhumla, bütün ürəyimlə yalvarıb ağlı başında, əməli saleh, xeyirli bir züriyyət istəmişdim, səndən. Deməmişdim ki, mənə belə əxlaqı pozuq evlad verəsən?! Axı mən bu zamana qədər heç kimin qəlbini qırmamışam, heç kimi əliboş qaytarmamışam, sənin yolunda zəkatımı axsatmamışam, fitrəmi kəsməmişəm, fəqirin malın yeməmişəm, işçinin pulunu ləngitməmişəm, özümü kasıbdan seçməmişəm. Axı mən neyləmişəm, günahım nədir ki, məni millətin içində xar edirsən? Əyər günahım 12 il sənə yalvarmaq olubsa, al bu canımı, amma qızımı insan kimi insanlar arasına çıxart. Bizi rəzil etməkdən qoru ay Allah. Məni daha da utandırma bu uşaqla - deyə üsyan edirdi Hidayət. Nəzakət içini çəkə çəkə ağlayır arada Hidayyətə:
- Qurban olum ay Hidayyət, səni and verirəm Allaha, üsyan eləmə - deyirdi.
- Bütün bunların səbəbkarı sənsən!
- Boy... Yenə günahkar mən oldum? Neyləmişəm mən...
- Qudurtmusan! Nazıyla çox oynamısan! Uşağına tərbiyyə verməmisən, söz deyənin ağzını pulla yummusan...
- Neyləyəcəkdim? Ola ola uşağın boğazından kəsəcəkdim, özündən əskikləri boynuna mindirəcəkdim?
- Bax ala! İndi sənin qızın minir millətin boynuna...
Beləcə Nura içindəki boşluğu içkiylə doldururdu. Gecə səhərə qədər şəhərin mərkəzindəki restoranlarında oturub içdikcə içirdi. Hidayyət, restoranın menecerinə tapşırmışdı, ona içki verməsinlər. Lakin içki ala bilməyən Nura qışqırıb restoranı bir birinə qatırdı. Zəng edib Hidayyət müəllimden icazə aldıqdan sonra Nuranı kabinələrin birində oturdub istədiyini hazırlayırdılar.
Nura Xəyala yaxınlaşmaq istədikcə Xəyal ondan qaçırdı. Xəyal nə qədər yumuşaq xasiyyətli idiysə də bir o qədər də çod danışıqlı idi. Bir dəfə Nura onun yolunu kəsib Xəyala ürəyini açarkən Xəyal özünü saxlaya bilməyib doyunca gülmüşdü.
- Məni dolamısan Nura? Sən hara mən hara?
- Vallah mənim səndən, sənin də məndən fərqin yoxdur. İkimizdə insanıq.
- Az danış sən Allah.
- İnanmırsan mənə? Əgər bizi bir birimizdən ayıran puldursa, olmaz olsun. İstəmirəm. Səninlə soğan çörəyə razıyam.
- Dildə demək asandır. Sənin ağzın öyrənib maskovskı kalbasaya, indi sən durub mənimlə gedib Ağalinin mini marketindən halal kolbasa alıb yeyərsən? Mən anamın qaynatdığı kompotu içəndə sənə viskini hardan alacam? Mənim bacım ən bahalı 10 manatlıq paltarla toya gedəndə boğazımdan kəsib sənə 100 manatlıq aldığım paltara ağız düzəcəksən. Səncə biz yola gedərik?
- Səni narahat edən budursa mən özüm öz xərcimi qarşılayacam. Narahat olma.
- Bax məsələ də budur elə. Mən kişiyəmsə, mənim xanımım mənim əlimə baxmalıdır. Mən xanımın yox. Nura, əziz insan, səni sındırmaq istəmirəm. Bax, gözəl qızsan, baxımlı, imkanlı... İstədiyin zaman istədiyin oğlanı tuta bilərsən. Ancaq mənim sənə dostluq münasıbətindən başqa verəcək bir vədim yoxdur. Həm... Mənim sevdiyim var.
- O çəyirtgəyə oxşayan qız?
- xAhiş edirəm, təhqirə keçməyək!
- Kimdir axı o? O heç mənim kəsilib atılan dırnağım deyil!
- Bu qədər çirkinləşmə Nura. Xətrimə dəyirsən.
- Cəhənnəmə ki!
Unversitetdən də şikayyət gəlirdi. Yazıq Hidayyət nə edəcəyini bilmirdi. Nəzakət isə çarəni xaricdə görürdü..
- Göndər getsin biraz başı qarışsın. Bəlkə yadından çıxa.
- Axı bu oğlan buna ümüd verməyib, bir söz danışmayıb. Axı bu nə sevdadır?
- Bəlkə sən danışasan o uşaqla, demirəm ee evlənsinlər. Hələ bu saat onların evlənən vaxtı deyil. Bəlkə biraz...
- Sənin başın xarabdı? Bu insan oyuncaqdı pulnan alasan? Kukladı bu?
- Pul hər şeyi həll edir, Hidayyət. Kasıb uşaqdır, ehtiyyacı var. Mən qızımı tanıyıram.o nə bilir eşq nədir. Ona sadecə əylənmək lazımdır...
- Sən qudurtmusan onu elə. Nəyə ağlayıb etmisən, almısan. "Ala, təki səsini kəs" - demisən. Al, bu da sonu. İndi bir canlı insanı oyuncaq kimi pulnan almamı istiyirsən məndən? Mən bunu bacarmaram, Nazı. Mən sənin ərköyün qızının nazını daha çəkə bilməyəcəm, bağışla. Mən bu adı üstümə götürə bilmərəm.
Nəzakət işini gücünü atıb şoferiylə bərabər Xəyalın arxasıyca düşmüşdü. Onu qara ba qara izləyirdi. Xəyal dərsdən sonra Gülsümlə görüşər, bəzən metronun üstündəki dönərxanada oturub bir şeylər atışdırar, sonra Axundov adına kitabxanaya gedərlər. Gəzdikləri, görüşdükləri yer dəniz kənarı bulvar, dəniz gəzintisi idi. Cavanların ikisi də xoşbəxt görünsələr də, bütün bunlar Nəzakət üçün boş və mənasız görünürdü.
- Bir oğlan ki, bir qızı bir restorana aparanda hesabını ürəyi istiyən kimi verməyibsə, bir gəzməyi xaricdə olmasa da Nabrana getmədiysə, nə eşqibazlıqdır ee bu? Gözü kor olub bu gədənin. Mənim gül kimi qızımı gözü görmür.
Nəzakət Xəyalı ələ almağı, qızına yaxınlaşdırmağın yollarını axtarırdı. Ama necə? Elə Gülsüm də, Xəyal kimi gözü tox idi deyəsən. Xəyalın ona aldığı pambıq şəkəriylə, vitirində uduşa qoyulmuş oyuncaq kukulanı qazanmaqla xoşbəxt ola bilirdi.
- Düşüy qızı düşüy. Külü qoyum başına özünü gör nə qədər ucuz tutur. Gədənin də lap ürəyincədir belə ucuza sahib olmaq. Hardaydı bu gədədə o pul ki, bahalı qızla oturub dura? Mənim qızım ucuz deyil ki, hər adam yaxınlaşa bılə. Mənim qızım istədiyinə təslim olar, istəyənə yox. Mənim qızımın başını peşməklə, şirinquşla qatmaq olar? Bu qədər cah cəlala bürümüşəm yenə razı sala bilmirəm. Allah gözün yumub köpəyin qızının. Gör gedib kimə vurulub? - özü öz düşündüyündən diksindi.
- Nə vurulması? Qələt eləyir. Ötəri hissdir. İnsan elə məxluqdur ki, ən çox istədiyinə əl atdıqca o insandan qaçar, insan ona yaxınlaşdıqca o əlçatmaz olar. Və inadkar insan nə olur olsun, ona toxunmaq istər - vitrinlərin qarşısında gəzişən sevgililərə baxıb köksünü ötürdü.
- Sən qaç bala, qaç. Hara qaçsan da Nəzakətin torundan qurtara bilməzsən. Hələ biraz oyna bu eşq dəryasında, kef elə. Birazdan sən özün gəlməsən də yanındakı özü düşər torumuza. Sən hələ qaç. Sən qaçmasını bilirsən, biz də tutmasını.
Aralıdan Gülsümlə Xəyalın inadlaşması dıqqətini çəkdi.Şoferinə baxıb.
- Aşağı düş, get onların yanına. Gör dərdləri nədir?
Biraz keçmış şofer geri qayıtdı.
- Xanım qız deyəsən vitrindəki paltarı bəyənmiş. Oğlana deyir, keçək içəri bir dəfə geyinim çıxarım...
Nəzakətin əlinə fürsət düşmüşdü. Tez maşından aşağı düşüb maqazinə girirmiş kimi onlara yaxınlaşdı. Vitrindəki mankenin üstünə geyndirilmiş paltara baxıb qıza döndü.
- Qızım, mənə kömək edərsən?
- Buyur xanım, nə köməklik edə bilərik?
- Şey... Mənim sənin kimi bir qızım var. Ona paltar almaq istəyirəm. Bu paltarı çox bəyəndim. Amma əyninə olarmı, olmazmı bilmirəm. Deyirəm bu paltarı bir geyinsən, baxsam?
Qızla oğlan baxışdı. Nəzakət fürsəti bada verməyib dilləndi.
- Nolar, yaraşıqlı oğlum, beş dəqiqəlik işimiz var, siz istərsəniz bax o maşının yanında gözləyin, şoferlə söhbət eliyin, darıxmayın. Biz birazdan gəlirik.
İkisi də maşına döndü. Son model bahalı maşını görüb ikisi də çaşqın çaşqın baxışdılar.
- Gəl qızım gəl, mən hörmət altda qalmaram.
İkisi də içəri geçdilər. Nəzakət qıza bir neçə paltar geydirdi çıxartdı. Qız da ayna qarşıslnda geyindiyi paltarlara bayılmışdı. Ucuz paltarlar da deyildi. Geyindiyi paltarlar etinə əndamına qutu kimi otururdu. Qızın gözəlliyinə gözəllik qatırdı.Qız bəyəndiyi palratları Nəzakət satıcıya verib paketlədirdi. Arada fürsət tapıb Nəzakət qızla da maraqlanırdı.
Xəyalla Gülsüm ikisi də Naxçıvanını kəndindən idi. Qonşu rayondan olsalar da şəhərdə ikisi də eyni hazırlıq kursuna getmişdilər. Elə orda tanış olmuşdular. Gülsümün atası imkanlı bir ailənin çobanı işləyir, yayı yaylaqlarda, qışı oylaqlarda olurdu. Anası namazında niyazında, qapalı bir qadındır. Ərinə dəstək və ailənin güzəranını yaxşılaşdırmaq üçün peraşki, bulka bişirib, məktəbin önündə simiçka və göycə satıraq dolanırdılar. Gülsüm evin böyük qızı idi. Gülsümdən başqa 6 qızı var idi.
Gülsüm Nəzakətin istədiyi bir qız idi. Belə qızları yola gətirməyə nə var ki?
- Bəs burda oxumaq çətin deyil? Atan anan xərclərini neçə qarşılayır, 6 uşaqla ?
- Birtəhər. Nə etməli xanım?! Yataqxanada qalıram, amma çox çətindir, arada anamgıl kənddən yağ pendir, ət, kartof göndərir. Yeməkdə deyiləm. Amma zaçotlar məni yorur. Bilirsiz nə qədər oxusan da imtahanlardan pulsuz keçmək mümkün deyil. Iş axtarıram, dərsdən sonra işləyim. Heç olmasa özüm oz xərcimi...
- Nə iş bacarırsan?
- Nə bilim nə iş olsa görərəm. Satıcı da işləyə bilərəm.
- Telefonun var? Yaz mənim nömrəmi, axşam 8 dən sonra zəng elə. Bir şey fikirləşərik.
- Allah sizdən razı olsun xanım. Allah nə muradınız varsa versin...
- Yaxşı yaxşı. Get. Sevgilin gözləyir.
Gülsüm sevincək dua edə edə Nəzakətdən aralaşınca Nəzakət onu təkrar səslədi.
- Ay qız...
- Bəli xanım.
- Adını demədin?
- Gülsüm.
- Mənim də adım Nəzakətdir. (...) Group şirkətlər qrupu eşitmisiz yəqin...
Gülsım nəsə xatırlayırmış kimi gözlərini qıyıb çiynini çəkdi.
- Həmin o şırkətin ortaqlarından biri də bizik.
- Doğurdan? Aa nə gözəl. Çox sevindim xanım.
- Gəl belə eliyək. Sən bu torbaları al. Götür!
- Necə ki? Başa düşmədim?
- Götür götür. Mən belə həvəs edər, alaram qızım üçün . Amma qızım heç vaxt mən aldıqlarımı geyinməz. Mən də götürüb verirəm onun bunun qızına, gəlininə. Ondansa gəl bəri başdan sən götür bunları. Özün seçmısən. Tam əyninə görədir. Mən sonra səni hardan tapacam? Ən yaxşısı məni dağa daşa salma. Sən bu paltarları götür. Apar, sağlıqla geyin.
- Ayy... Ay xanım siz necə də yaxşı insansınız. Allah sizdən razı olsun. Bu gün sizinlə rastlaşdığım üçün çoox şanslıyam. Çox- çoox təşəkkür edirəm xanım. Çox sağolun.
- Mən ağıllı adamları sevərəm. Görürəm maşallah sən çox ağıllı qızsan. Ağıllı insan bu dünyada çətinlik çəkməz qazanar-dönüb Xəyala baxdı.
- Xətrinə dəyməsin. Bu oğlan inad adama oxşayır. Əlindəki fürsəti dəyərləndirənə oxşamır.
Gülsümün qaşları çatıldi.
- Yoo xanım sizə elə gəlir. O yaxşı oğlandı.
- Mən bəyəm deyirəm pis oğlandır? Məsələn, bayaqdan fikir verirəm. Öz aləmindədir. Onun yerinə kim olsaydı məsələn şoferə yaxınlaşıb, bizim kim olduğumuzla maraqlanardı. Bilirsən niyə deyirəm? Qarşısına çıxan şansı dəyərləndirən deyil! Mənim kimi adamlar da hər adamın qarşısına cıxmır, onlarla89 həm söhbət olmur. Əgər mən bu gün sənin və ya onun qarşınıza çıxmışamsa demək burda qismətinizi, şansınızı dəyişəcək bir şeylər var. Bacarırsan istifade elə. İstifadə etdinsə qazanacaqsan, edə bilmədinsə bağışla...
- Düz deyirsiz, xanım.
- Ay sağol. Sənə uğurlar... Nəysə. Axşam zəngini gözləyirəm...
- Mütləq zəng edəcəm, xanım.
Nəzakət maşına mınıb telefonu çıxartdı. Harasa zəng edib:
- Fuad, sabah bir qız gələcək yanına. Ona iş verirsən, o qızın da başını qatmaq sənin boynunadır aa... Taa özün bilirsən necə...
3 BÖLÜM
Xəyal Gülsümün əlindəki çantaları görüb çaşqın çaşqın uzaqlaşan maşının arxasınca baxırdı.
- Bunlar nədir Gülsüm?
- Vallah bilmirəm Xəyal. Kimdirsə imkanlı bir adam idi, qarşımıza çıxdı. Bunları qızı üçün aldırdı. Sonra da evə aparmaqdan vaz keçdı. Mənə bağışladı.
- Dəlisən Gülsüm? İndiki zamanədə qonşu qonşuya bir boşqab pay vermir. Kim bu qədər xərc çəkib yoldan keçən birinə şey alar?
Gülsüm əlindəki torbalara baxıb çıynini çəkdi.
- Mənə bax Gülsüm, olmaya bu qadın səni tanıyır?
- Başa düşmədim, hardan tanıyacaq məni?
- Nə bilim, deyirəm bəlkə oğlu qardaşı...
- Dəlisən sən? Hansı ana oğluna mənim kimi qız alar?
- Nolub sənə, it dəyib?
- İt dəyməyib amma bayaqdan buraları səninlə veyillənirik. Görmür yanımda sevgilim? Hansı ana bunu qəbul edər, ay dəli?
Xəyal qısqanc və küskün baxışlarla Gülsümü süzüb başıyla etiraz etdi.
- Mənə bax dəli, mənə bax ee...
Xəyal baxışlarını Gülsümdən yayındırdı.
- Sənnənəm ee... Xəyal... Aa aa. Məndən küsdün indi? Ayy.. Qısqanc sevgilim mənim...
- Qısqanclıq deyil ee...
- Bəs nədi da?
- Sadəcə sənin tanımadığın birindən bir şey almağın məni çaşdırdı.
- Vallah tanımıram, birinci dəfədir görürəm. Bax vallah... Allah haqqı. Heç sənin belə şeyə qısqanmağın da ağlıma gəlməmişdi. Sadəcə bu qadın imkanlı adamdır. Bunları qızına aldı . Sonra dedı həvəs edib alıram, həmişə, amma qız geyinmır. Mən də götürüb verirəm ona buna. Bu qudurğanlıqdır. Mənim kimilər paltar tapıb geyinə bilmir, gedib Bit bazarından 1 manata camaatın cındırlarını alıb geyirik. Bunlar bu bahalığında paltarları ona buna bağışlayır.
Xəyal qızın dediklərini eşitmirmiş kimi irəli düşüb gedirdi.
- Xəyal, əzizim axı mənim nə günahım var?
- Sənin günahın onları qəbul etmək idi.
- Mənim yerimə kim olsa qəbul edərdi. Axı xanım onsuz da deyirdi atacam...
- Atardı da..
- Ok... Mən ataram indi - Gülsüm acıqla yaxınlıqdakı zibil qutusunun yanına gəlib, torbaları əsəbi halda içinə tulladı. Üzünu tutaraq ağlaya ağlaya ordan uzaqlaşdı.
Xəyal bir müddət qızın arxasınca baxdı. Elə anındaca peşıman olmuşdu. İstəməyərəkdən sevgilisinin ürəyini qırmışdı. Əslinə baxanda Gülsümün bir günahı yox idi. Bəyəm özü Gülsümün yerinə olsaydı neyləyərdi? Biri ona hörmət edirsə qəbul etməzdimi, etməmişmiydi?
Unversitete təzə qəbul olduğu günləri xatırladı. Əlində olan pulu yataqxana və yemək tədarükünə xərcləmişdi. Atası pensyasını alana qədər bir təhər ötüşdürməli idi. Prezident təqaüdü yazılsa da hələ verilməmişdi. Heç hələ siftə də etməmişdi təqaüdünü. Yataqxana otağında 4 oğlanla qalırdılar. Gündə bir dəfə yemək bişirirdilər. Səhər yeməyini və dərsdən sonra yüngülvarı atışdırmalığı çöldə yeyirdilər. Həmin gün dəhşət acmışdı. Neçə gün idi sadecə axşam yeməyi yeyirdi deyə tamamılə taqqətdən düşmüşdü. Yoldaşlarına da utandığından bir şey deyə bilmirdi. Bu gün səhər də yeməmişdi. Dərsdə də bir şey alıb yeməyə pulu yox idi. Çəmi cümlətanı 80 qəpiyi var idi. Ona görə axşamı gözləmək məcburiyyətindəydi. Axşam isə menuda kartof qızartması və kənddən özüylə gətirdiyi kələm şorabası var idi. Bununla da axşam yeməyini yeyib günün başa vuracaq, səhər yenə ac acına dərsə gələcək. Cibində qalan qəpik qruşla ancaq su və bulka alacaq. Sudan bulkadan iyrənmışdı daha...
Metronun üstündəki dönərçinin yanından keçəndə dönərin qoxusu ağzını sulandırdı. Dayana bilmirdi. Dönərin nəfis qoxusu Xəyalı bihuş etmışdı. Ciblərini qurcaladı. Cibindən çıxan 80 qəpiyin 40 qəpiyini ayırıb təkrar cıbınə qoydu. 40 qəpiyini ovcunda bərk bərk sıxıb dönərçiyə yaxınlaşdı. Dükanın önündə bir neçə adam var idi. Gözlədi ki, onlar sifarişlərini alıb getsin. Onların yanında 40 qəpiyə dönər almağa utanırdı. Dönərin qiyməti 1,20 olduğu halda kim ona 40 qəpilik dönər verərdi ki? Heç yarım dilim də etmir.
Gözləməkdən də yorulmuşdu. Sıra ona çatsa da, özündən arxadakılara yol verir, əlindəki 40 qəpiklə onların yanında dönər almağa utanırdı. Nəhayyət dönərçı Xəyala baxıb çağırdı.
- Qədeş, alacaqsan gəl, almıyacaqsan müştərilərə mane olma, sıradan çıx!
Daha nə qədər gözləyəcəkdi. Xəyal irəli geri baxıb ovcundakı qəpıkləri dönərçiyə uzatdı.
- Qardaş, buna nə qədər düşür verə bilərsən?
Dönərçı Xəyalın əlindəki qəpiyə baxıb gülümsündü.
- Buna dönər düşər?
- Nə qədər düşürsə. Tələbəyəm, olanım budur. Açmışam... Ürəyim gedir, dedim biraz ürəyim toxtasın.
- Çörəyi kəsə bilmərəm, icazə vermirlər. Bağışla....
- Eybi yox çörəyi kəsmə, dönərinı az qoy elə belə bulaştır yağına mağına ver. Yenə də gör neynirsən...
- Eiyə bilmərəm. Maaşımdan kəsilər. Vallah mən də burda günlüyə işləyirəm. Hər gələnə hörmət eləsəm istədiyi kimi versəm, mənim qazancım nə olar? Mən evimə nə aparım? Sən allah, icazə ver, çəkil, qoy işimi görüm. Bax müdür orda, get özünə de, icazə versə gözüm üstünə. Mənnən nə gedir?
Xəyal çarəsizcə sıradan çıxdı. İcəridə restoranın içındə işçılərə əl qolla danışan, kobudca əmr edən patrona baxdı. Öz özlüyünə qət etdi ki, belə kobud adam qışda adama qar verməz, o ki qaldı bir qaribanə pay verə. Dönərxanadan üzaqlaşdı, lakin açlıq ona üstün gəldi.
- Gedim deyim da bə, verərsə verər. Verməzsə canım cəhənnəm, cibimdəkiləri də verib bir ayran bir çörək alıb çıxaram...
Elə bu fikirlərlə qapıdan içəri girdi, lakin patrona yaxınlaşmağa ürəy eləmədi. Əlindəki qəpiklərə baxıb - gedim marketə, bir çörək alım , bir iki dilim də kolbasa...
Qapıdan çıxarkən kimsə arxadan səsləndi.
- A qaqa...
Kim idi onu çağıran. Fikir vermədi. Qapıdan çıxırdı ki, kimsə qolunu çəkdi.
- Səni çağırırlar ee qaqa...
Geri dönərkən masaların birində 30 32 yaşlarında dolu bədənlı, həddindən artıq yaraşıqlı, idmançı bədənli bir adam ona əl edərək yanına çağırırdı.
İxtiyarsız masaya yaxınlaşdı. Oğlan ona əl uzadıb salam verdi. Xəyal da oğlanın əlini sıxaraq salamını aldı.
- Deyəsən Naxçıvanlısan, hə qaqa?
- Hə Çulfadanam.
- Aa nə yaxşı. Deyirəm axı... Torpaq çəkir ee vallah.
- Naxçıvanlısız?
Oğlan Xəyala oturmağa yer göstərdi.
- Yox Naxçıvanlı deyiləm. Amma orda xidmətdə olmuşam. Əsgərlikdə. Naxçıvanlılar cox istiqanlı cana yaxın olurlar. Can qurban etməli camaatdir, Naxçıvanlılar.
Xəyalın ürəyi qürurlandı.
- Sağol qardaş.
- Əyə Emin, bura bir İsgəndər, yanında da qəşəy salat - malat, ayran.
- Baş üstə Fərid müəllim...
Xəyal yeməyi qəbul etmışdı. Ordan burdan söhbət etmişdilər tanış olmuşdular. Fərid deyılən adam yaxınlıqdakı dövlət dairəsində iqtisadçı hüquqşunas işləyirmiş. Təsadüf bu gün onları görüşdürmüşdü, sonradan dostlaşdırmışdı. Məsləkləri ayrı ayrı olsa da söhbətləri çox gözəl tutmuşdu . Birinin Naxçıvanlı olması, birinin də Naxçıvanda olması onları yaxınlaşmışdı.
Qısa və səmimi tanışlıqdan sonra Fərid ayağa qalxdı.
Məni bağışla, nahar vaxtım bitdi. Mən getməliyəm. Sən rahat ol qaqa. Çörəyini ye! Bu da mənim kartım. Nömrəm də var burda , nə zaman lazım olsa, çətinə düşsən çəkinmə, zəng elə.
Xəyal ayağa qalxıb Fəridə təşəkkür elədi.
- Ə Emin, hesabı gətir. Bir də ustaya denən iki dənə də dönər paketləsin, qaba . Çörəyini də bol qoysun. Özün bilirsən də... Yanında da ayranı zadı.Gətir ver bu qardaşa.
- Baş üstə, müəllim.
- Sağol qardaş, lazım deyil. -Xəyal utana utana təşəkkür etdi - Allah razı olsun. Yedim doydum. Paket zad lazım deyildi.
- Ehh mən də tələbə olub yataqxanada qalmışam. Tələbənin nə yediyini yaxşı bilirəm. Kartofnan beyinə dərs girməz. Götür dönərləri, yoldaşlarınla yeyərsən. Nuş olsun.
Hələ bunlar azmış kimi Fəridin sifariş verdiyi paketin içindən 50 manat pul da çıxmışdı. Demiyəsən Fərid kassada hesabı ödəkən Xəyalın alacağı paketin içınə 50 manatı özü qoymuşdu. Sonradan XƏyalla Fərid dostlaşarkən məlum olmiuşdu ki, yemək yeyərkən içəridən təsadüfən Xəyalla dönərçının dialoquna qulaq müsafiri olub...
İndi xəyalına gəlirdi ki, Gülsümlə maqazınin qarşısında olarkən həmin bu maşın da yolun kənarında dayanmışdı. Hətta şoferin də onlara yaxınlaşıb, pəncərədən maqazinə baxması Xəyalın diqqətindən yayınmamışdı.
Nə bilmək olur, bəlkə bu da bir təsadüf idi. Fərid kimi bəlkə bu xanım da mərhəmətli bir iş adamıdır, imkanı var. Vara yox demir. Niyə belə təsadüf onun üçün olar, Gülsüm üçün olmazmı?
Gülsüm Xəyaldan xeylax aralanmışdı. Sevgilisinin ürəyini qırdığına çox peşiman olmuşdu, Xəyal. Odur ki, Gülsümün könlünü almaq üçün tələsdi. Lakin qıyməti üstündə olan bu paltarları da orda qalmasına qıymadı. Heyifi gəldi. Geri dönüb ətrafa boylandı. Heç kim yox idi. Tez torbaları götürüb zir zibilini çırpa çırpa Gülsümün arxasınca qaçdı .
Gülsüm tam avtobusa minəcəkdi ki, Xəyal onu haqlayıb qolundan çəkdi.
- Burax...
- Əzizim...
- Burax qolumu deyirəm, burax...
Gülsüm çırpınıb Xəyalın əlindən qurtulmağa çalışdı.
- Dəlim.. Bir dayan da...
- Dəli sənsən...
- Düz deyirsən. Sən mənim dəlimsən, mən də sənin - Xəyal barmağıyla Gülsümün üzünə düşən telini geri çəkib gülümsədi :
- Düz demirəm?
- Dəli... İndi bu nə hoqqa idi verirdin? - deyə Gülsüm incik halda Xəyalın əlindəki torbalara baxıb gözlərini süzdürdü.
- Bax Gülüm. Bəlkə bu gün sənə istədiyin, sevdıyın şeyləri almağa gücüm çatmaz amma, inan mənə səni qırmamaq üçün zibbillik eşələyərəm, çör çöp yığıb sataram, istədiklərinin hamısını almasam da ona oxşar bir şey alaram...
- Yanı incidib, sonra zir zibillə başımı qatarasan da?
- Hələki hə... Çünki indi əlimdən bir şey gəlmir. Nə sənə bahalı paltar ala bilmirəm, nə nişan üçün briliyyant ala bilmərəm... Bəlkə indi bir məftildən üzük düzəldib taxaram barmağına sonra onu qızılla dəyişə bilərəm...
- Bu ağıl ki səndə var, sən heç o məftili də mənə eləməzsən. Məni məftilə də qısqanarsan ki o məftilə oğlan əli dəyib. Qısqanc...
- Hə da bə... qısqancam,- Xəyal Gülsumun boynundan tutub özünə əydi. Alnını alnına söykəyib burnunun ucundan öpdü. Fındıqburun sevgilim , bilmirsən necə qısqanc olduğumu? Ölərəm, öldürərəm sənin üçün...
AxŞam NƏzakət Gülsümün zəngini çox gözlədi. Lakin Gülsümdən xəbər yox idi. Fısıldaya fısıldaya qalmışdı. Əsəbi yeri göyü dağıdırdı.
- Köpəy oğlunun qızı şadlığına şıllaq atanlardanır ee. Aa bunlar elə acından ölməyə məhkumdurlar ee... Kasıb niyə kasıbdır? Gözünün toxluğundan. Kəsıbın qarnı aç olsun, gözü toxdursa ölər heç kimə əl açmaz. Mən yazıq pislik elədim buna? Əynunə başına aldım. Hlə iş də təklif elədim. Bax aa...
- Nolub yenə ay arvad?
- Heç nə...
Nura həmin Nuranə idi. İçin için alışan, dərdi içinə salıb tüstülənən. Fikirləri qarmaş dolaş idi. Özü özünü qınadığı günlər də olurdu. Hətta dərdini rəfiqələriylə paylaşanda da ona gülürdülər.
- Axı nə görmüsən bu acda? Tayın deyil, tuşun deyil. Sən buna eşq deyirsən?
- Yox. Bu eşq deyil sadəcə bir məcaradır. O bundan qaçdıqca bu ona can atırır, ay qız .
- İnan Nura, bax, allaha and olsun, heç nə demirəm sən onu bircə dəfə yeməyə çağır, həmən dəqiqə gözündən düşəcək. indi əlçatmazdır sənin gözündə.
- Kaş kə gəlsə... Çox demirəm bircə dəfə onunla gün keçirsəm.
- Əşi belələri özünü naza qoyar, sora başlayar istifadə etməyə...
- Razıyam...
- Ağılsız... nəyə lazımdır ee bu məcara? Qoy mənimçün yalvarsınlar, mənim sevdiyim məni sevsin...
- Sevəcək. Çətini əlini əlimə verənəcəndir.
- Sevdiyi var, səncə onu atar?
- Atmaz, Qopardaram.
- Ehh, Nura... Sən əsil məhəbbətin nə olduğunu bilmirsən.
- Yox, bir sən bilirsən
- Nuracan, kasıbların məhəbbəti varlılarınkına oxşamaz. Nə pulla alınmaz, nə pulla satılmaz, nə də məcara axtarmaz, unutma...
Çox keçmədi, bir həftə sonra Gülsüm Nəzakətə zəng elədi.
- Xanım, bağışlayın. Mən Azadlıq prospektində maqazındəki qızam. Gülsüm...
- Hə.. - Nəzakət soyuq cavab verdi.
- Xanım iş üçün...
- Mən sənə axşam zəng elə demişdim. Eləmədin. Bir yer vardı göndərəcəkdim ora...
- Xanım, bağışlayın. Elə bir iş oldu ki zəng...
- Bizim məsuliyyətsiz adamlara verəcək işimiz yoxdur!
- Xanım...
Telefon söndürüldü.
- Hə bax belə düşərsən tora. Köpəy qızı mənə naz eləyir. Gör indi adamı necə nazla oynadırlar...
- Alo, Fuad, sənə nömrə verirəm. Dediyim qızdır. Onun məsələsini həll eləmək sənin boynuna. İşə ehtiyyacı var. Nə istəyir yox demirsən!
3 gün sonra Gülsümü işə çağırdılar. Bir neçə gün bundan qabaq bir restorana ofsiant işi üçün baş vurmusdı. Dörddən sonra işləmək istəyirdı. Həm işləyib həm oxuyacaqdı. İndi həmin iş yeri zəng edib onu təcili ofisə çağırdı.
- Gülsüm xanım, tələbələrə dəstək olmaq borcumuzdur. Bilirəm işə ehtiyyacınız olmasa oxumaqla bərabər işləmək istəməzsiz
- Düzdür. Çətin olacaq, amma ailəmə yük olmaq istəmirəm. Saat 4 dən sonra işləyə bilərəm. O saatlarda boş oluram.
- Bəs ev tapşırıqlarınız?
- Məcbur gecələr oxuyaram..
- O zaman sizi bir yoldaşın yanına göndərim. Burda işçiyə ehtiyyacımız yoxdur. Ora da belə restorandır. Amma gecə işləyir. Saat 9 dan sonra. Burdakı kimi bütöv gün, vəya yarım günlük işləyə bilərsiz. İş tapana qədər idarə edərsiz yəqin.
Gülsüm fikirə getdi.
- Uyğun deyilsə, başqasını yollayım. Sizə uyğun iş olarsa xəbər verərik.
- Yox yox. Uyğundur idarə edərik, yeni iş tapana qədər. Çox xahiş edirəm.
- Amma sizə çətin olacaq. Gecə yuxusuz səhəri dərs...
- Dərsdən gələn kimi yatıb dincələrəm. Gecə işə çıxaram yarımgünlük, qazancımıza nə qalarsa min bərəkət
- Oldu o zaman mən zəng edim... Alo, Fuad...
Nura yenə dostlarıyla bərabər motoskiletində şəhəri veyillənirdi. Moteskletlərin səsi şəhəri zara gətirmişdi. Nura tərkində bir dostu maşınların arasından şütüyüb gah sağa, gah sola qıvrılırdı. Dosutu Nuranın bu çılğınlıqlarına həyəcanlanaraq qışqırır, onu daha da həvəsləndirirdi.
Maşınların arasından keçdikcə, yolda təhlükə yaradır, bəzən təhlülkədən sıyrılan digər şoferlərin pəncərədən başlarını çıxardaraq dediyi söyüşləri qulaq ardına vuraraq qəhqəhə çəkirdilər.
Uzun yolun sonu gəldi. Nuradan qabaqda gedən moteskletçı dostları yolu burulmuşdular ki, qırmızı işıq yandı Nura onlardan geri qalmamaq üçün yaşıl işığın yanmağını gözləmədən qırmızı işıqda yolu sola döndü . Elə bu zaman qarşı yoldan yaşıl işıqda hərəkətdə olan maşının qarşısına çıxdı. Maşın qəzadan yayınmaq üçün rulu sağa çevirsə də maşının sol tərəfi motoskileti bir qədər sürüyüb yol kənarındakı dəmirlərə çırpdı.
Nura bir anda nə olduğunu başa düşmədi. Bir onu gördü ki, havada uçur.
Özünə gələndə başını sankı kimsə tutub sıxmış, tərpənməyə qoymurdu. Gözlərini fırladıb ətrafına baxdı. Bir oğlan onun yanında dız çöküb təssüflə öz başına vura vura əlindəki dəsmalla Nuranın üzünün qanını sılir, qıza başını tərpətməməyi xahiş edirdi. Oğlan ətrafına baxıb çevrədəkilərdən kömək istəyirdi.
- Skoru çağırın skoru...
Nura gözlərini yana çevirib toplaşan camaatın arasından dostlarını axtardı. Tanıdığı heç kim yox idi. Qulağına inilti səsi gəldi. Başını tərpətmədən çox çətinliklə gözünü döndərib yan tərəfə baxdı. Bayaq tərkinə aldığı dostu idi. Yerdə zarıyırdı. Onu səsləmək istədi lakın buna heyi çatmadı. Halsızlıqdan gözləri yumuldu. Birdən ağlına nə gəldiysə təkrar özünü töplayıb təkrar gözlərini açdı. Başının üstündə oturmuş adamın boynuna sarılıb dikəlmək istədi. Bacarmadı. Başının ortasından küt ağrı qopdu. Sankı başı yerə yapışmışdı
- Ay xanım başını tərpətma, yox yox, olmaz.. - deyə ətrafdakılar dayanmadan qışqırışdı. Bu xəbərdarlıqdan Nuranə özü də qorxuya düşdü. Çarəsizcə Şahinə baxdı. Ona nə olduğunu öyrənmək istədi, bacarmadı. Başının üstündəki adam sanki onun nigarançılığını anladı:
- Qorxma xanım, yoldaşın da yaxşıdır, sən həkim gələnə qədər başını tərpətmə, oldumu? Başından ağır zərbə almısan. Amma qorxulu bir şey yoxdur, bax qorxma. Eşidirsən? Özünü ələ al xanım, bax mən burdayam. Danışa bilirsənsə danış mənnən. Özünü itirmə. Yatma, ay xanım....
Nuranın gözləri yumulmuşdu amma beyni oyaq idi. Danışmağa, səsini çıxarmağa heyi olmasa da ətrafdakı bütün səaləri eşidirdi.
- Uy daa... Oğlanın qıcı qopub düşüb yerə, ə ona bax...
Bunu eşıdən Nura sarsıldı, bir anlıq dostunun bu halı gözlərinin qarşısına gəldi. Qışqırmaq istədi lakin bacarmadı.
- Allah sən saxla belə qəzadan...
- Can ay ana... Zülüm zillətlə uşaq böyüt, axırı da belə
- Olacağa çarə yoxdur. Əcəl...
- Aaa hələ qızən başına bax ee, dəmir girib beyninə...
- Oyy mama..
- Ay allah sən saxla...
Nura bunları eşitdikcə əllərini hərəkət etdirir, əlini başına aparmaq istəyirdi. Lakin yanındakı adam :
- AY camaat sakit olun, yaralılar eşıdır, pis olur... Panıka yaratmayın, başa düşmürsüz?- deyə camaata qışqırırdı. Nura gözləri yumulu halda gözlərin başının üstündəki adama döndərdi. Gözləri yumulu olsa da o adamı hiss edirdi. Əli ilə ətrafı gəzindi. Bunu hiss edən oğlan Nuranın əlini tutdu.
- Xanım, qorxmayın. Siz yaxşı olacaqsız. Sizə söz verirəm eşidirsiz məni?
Nura oğlanın əlini iki dəfə sıxaraq onu eşitdiyini bildirdi. Nuranın bu hərəkəti oğlanı sevindirdi. Nuranın əlini sıxıb,
- Mən yanındayam, qorxma -dedi- eşidirsən? Sənə heç nə olmayacaq, sən güclü qızsan. Heç nə olmayacaq inan mənə. Mən sənə inanıram, sən də mənə inan... Yaxşımı? Bax burdayam, əlindən tutmuşam. Sənə güvənməsəm, inanmasam, bu əli tutmazdım. Eşidirsən məni ?
Nura oğlanın əlini daha da sıxdı. Adam onun əllərini ovcuna alıb oxşadı.
- Qorxma... Bax həkimlər də, qurtarıcılar da gəldi. İndi bu dəqiqə səni qurtracağıq - adamın səsi titrədi - hiss olundu ki, o ağlayırdı. Bunu hiss edən Nura onun əlini sıxdı. Dodaqları tərpəndi. Nəsə demək istədi. Bacarmadı
Oğlan gözlərini Nuradan çəkib qışqırdı:
- Həkim, buraya gəlin, bu tərəfə, deyib ayağa qalxmaq istəyəndə Nura onun əlini buraxmadı. Təkrar aşağı çökdü. Həkimlər və qurtarma komandasl Nuraya ilk yardım göstərəndə də Nura adamın əlini buraxmırdı. Sanki əlini o adamdan çəksəydi ölümün qucağına düşəcəkdi. Oğlanın əli onun üçün uçurum kənarındakı bir bənd idi...
Adam da ona dəstək olmaq üçün Nuranın əlini buraxmır ona ürək dirək verirdi. Nuranın gözləri qapalı olsa da huşu başında idi. Başının üstündəki adam telefonda kimsəylə danışırdı
- Mənəm Tacəddın, Fəriddi., təcili xəstəxanaya gəl... Hə işdəsən? Lap yaxşı. Tacı, papamgil bilməsin. Matasklet vurmuşam, dəhşətdi... birinin qıcı vapşe gedib, birinin başının yarısı yoxdu...
X Ə Y A L
4 BÖLÜM.
Neçə gün idi Gülsümlə əlaqə saxlaya bilmirdi. Xəyal onun oxuduğu unversitetə gedəndə də Gülsüm :
- Xəyal, əzizim, axşam işdə olmalıyam, nolar bağışla yatıb dincəlməli, dərslərimi hazırlamalıyam, saat 9 dan sonra puba getməliyəm .
Gülsümün gecə əyləncə klubuna işə girməsinə narazı idi. Amma özü də pis vəziyyətdə idi. Pulsuz parasız bu qərib şəhərdə tələbə həyatı sürmək o qədər də asan deyildi. Özü də işləmək üçün uyğun bir iş axtarırdı. Axır ki uzun araşdırmadan sonra ...
Bir həftəydi Fəridin əliylə bir məslək yoldaşının yanına işə düzəlmişdi. Hələ maaş danışmamışdı. Arada Fəridin xətri var idi. Yəqin ki, verəcəkləri məvacib onu da qane edəcəkdi. Bu iş Xəyalın ürəyincə idi maaş lap az olsa belə işin, belə adamların içində olmaq qürurverici idi. Dərslərini də hazırlamağa burada yetərincə vaxtı var idi. Eyni zamanda da hüquq sahəsində bütün bilgilərə yiyələnirdi. İşi gətir- götür olsa da Tahir müəllim bütün məhkəmə və hüquq sirlərini Xəyala səbirlə başa salırdı. Özü məhkəməyə gedəndə də ofisi ona həvalə edib müştərilərlə maraqlanmağı ona tapşırmışdı.
Bu işdə işləmək bu peşəni Xəyala sevdirmişdi. Ağlına bir fikir gəlmişdi imtahan verib məsləyini dəyişmək. Hüquqşunas olmaq istəyirdi.
Gülsümün işi elə də çətin deyildi. Özü işinə məsuliyyətli yanaşsa da Fuadın ona xüsusi diqqəti onu arxayın salmışdı . Bu diqqət ilk günlər onu qorxuzsa da sonradan Fuadın ona qarşı səmimiyyəti onu həyəcanlandırırdı. Fuadın ondan xoşu gəldiyini Gülsüm də hiss edir, digər qızlar da bunu ona demişdilər. Hətta bunu qısqanclıq edənlər də var idi.
- Bax Gülsüm, Fuad necə baxır...
- A bu hardan çıxdı. Baxar da, müdürdür. Əlbəttə baxacaq, işçısınə nəzarət edəcək.
- Dəlisən? Ay qız ölür ee sənin üçün.
- Yox da... Sayaqlama, geri get işinnən ol!
- Ağılsızsan ee. İstifadə elə də, a gic. Camaat fürsət axtarır ee işinin, güzaranının xətrinə belə bir sevgilisi olsun.
- Mənim sevgilim var...
- Ətimi tökmə sən allah... Sevgilisi varmış. Var var da, o sənə nə verir? Onunla kefini çək, bundan istifadə elə də...
- Aa elə şey olur?
- Niyə olmur? Yaxşı yaşamaq istəyirsən, pulun olmasını istəyirsən zəmanə belə tələb edir elə. Camaatın əri ola ola müdiriylə sevgili olub, istifadə edir. Fərəsətin olsun
- Lazım deyil, al o müdir o siz, verdim sizə. Sən allah məni eləlriylə qarışdırmayın....
Gülüb Gülsümü lağa goyurdular.
- Özün burdasan, a Gülsüm bajı, başın kənddə qalıb, gəlirdin başənı da gətirsəydin, burda səni idarə edərdi
Bir gün işə gələrkən yolun kənarından bir maşının onu izlədiyini hiss etdi. Göz ucu baxdı. Tanımadığı iki oğlan idi. Maşından ona söz atırdılar. Sifətləri tanıdıq gəldi. Çox güman ki, gecə klubunun müştərilərindən idilər. Yolda qızı görüb tanıyıblar yəqin. İndi də küçəfə görüb ələ salırlar. İş forması qısa qara yubka və ağ köynək Gülsümə gözəl yaraşsa da Gülsümün zahiri görünüşündəki ciddilik ona burdakı yüngül qızlar kimi təsəvvür yaratmasına imkan vermirdi. İndi küçədə ucuz və günlük geyimdə işə tələsən sadə bir qız təsuratı bu müştərilərdə yeni bir abu hava yaratmışdı deyəsən. Gülsümü tovlamağa çalışırdılar.
Səkinin kənarından çıxıb parka tərəf döndü. İş yeri parkın o başındaydı. Bir müddət getdikdən sonra sağa sola boylandı, arxasınca kimsə gəlmədiyini görüb rahatlaşdı. Saata baxdı. Hələ iş saatına yarım saatdan çox var idi. Odur ki, burda oturub həmişəki kimi çantasından kitabını çıxartdı. Oxumağa başlamışdı ki, kimsə dilləndi.
- Otura bilərəm80?
Gülsüm başını qaldırıb qarşısında dayanan oğlana baxdı. Tamamılə tanımadığı yad bir oğlan idi. Bıraz yana çəkilib oturacaqda ona yer verdi.
Təkrar başını aşağı salıb dərsini oxumağa başladı. Lakin yanındakı oğlanın kimlə isə mesajlaşmağı diqqətini dağıdırdırdı. Oğlan da bunu hıss edırdı. Oğlanın barmaqarı klaviyatorda, bütün diqqəti isə Gülsümdə idi. Gülsüm də üzünü kitaba tutsa da gözü telefona zillənmişdi. Oğlan bir dostuyla zarafatlaşırdı.Dostu buna hansısa bir qıza "padxod" eləməsindən yazırdı. Bu da ona "ağıl" verirdi. Yanındakı oğlanın şən və komik "məsləhətləri" Gülsümün də dodaqlarını qaçırdırdı.Bunu oğlan hiss edir və özü qəsdən telefonun ekranını Gülsümə tərəf çevirirdi ki, yazışmanı o da rahatlıqla oxuya bilsin. Nəhayyət söhbətləşmə bitdi və oğlan :
- Deyəsən zəifsiz?
- Nə?
- Oxumaqdan deyirəm-oğlan əlindəki telefonu havaya qaldırıb Gülsümün qarşısında tutub kinayəylə dodaqlarını büzdü.
Gülsüm utandı. Başqasının mesajlarını oxumaq ayıb bir şeydir axı. Demək bunu oğlan da hiss edıb. Lap ayıb oldu.
- Bağışlayın istəmədən...
Kitabı deyirəm- oğlan onun sözünü kəsdi - Bayaqdan bir səhvənin üstündə qalmısız... Mənim də istəmədən sizin kitab oxumanız diqqətimi çəkdi. Fikirləşdim ki, oxumaqdan zəifsiz hecalayırsız ya da hərfləyirsiz. Yoxsa bir tələbə bir vərəğı belə gec oxumazdı-gülümsədi
Oğlan məharətlə iki başlı danışıb qızı çətin vəziyyətdən qurtarmışdı.
Gülsüm gülümsünüb :
- Hə ola bilər. Biraz da diqqətim dağınıq oldu.
- Aydındır... Mənim günahımdır...
- Sizin nə günahınız var...
- Sizdən xoşlanmağım və neçə gündür arxanızca sürünməyim.
- Nə danışırsız? - Gülsüm gözləmədiyi cavabdan allandı və tez çantasını toparladı.
- Niyə, xoşuma gəlirsiz, günahdır?
- Bu qərarı dostunuzla yazışdıqdan sonra verdiz? - Gülsüm də kinayəylə telefina içarə edib ayağa qalxdı.
- Yox, sizi ilk gördüyümdə.
Gülsüm güldü :
- Mən sizin o haqqında yazışdığınız qızlardan deyiləm. Tayınızı tapın!
- Demək siz də mənim kimi oğrusuz
- Nə danışırdız, nə oğrusu?
- Mən qəlb oğrusu, siz isə göz oğrusu. Bilmirsinizmi, sizin olmayan şeyə göz qoymaq özü oğurluqdur...
- Dəlisiz siz...
- Razıyam, məni siz dəli etmisiz...
Gülsümü gülmək tutdu. Özünü güclə saxlayırdı. Bunu hiss edən oğlan dilləndi
- Bu arada adım Sənandır, tanış olaq demirəm. Çünki sizin adınızı bilirəm, öyrənmişəm Gülsüm...
Gülsüm heç nə demədən yola düzəldi. Sənan da onunla bərabər addımlayırdı. Üzündə təbəssüm yaranmışdı Gülsümün . Lakin gülümsəyişini dodaqlarında dondururdu.
- Xətrinizə dəymişəm?
- Niyə ki?
- Nə bilim tez tələsik qalxıb getdiz. Danışmırsız mənlə.
- Nə danışacam ki, nə tanıyıram sizi?
- Hə da bə, deyirəm gəl tamış olaq-oğlan gülərək Gülsümə göz vurdu.
- Ləhcəmi lağa qoyursuz?- Gülsüm də oğlana naz satdı .
- Yox sadəcə bu ləhçəsini sevirəm.
- Naxçıvanın nəinki ləhçəsini, özünü sevmək üçün Naxçıvanda olmanız lazım.
- İnşallah bu yaxınlarda ora qız istəməyə gedəsiyəm , amma bağışlayın deyəsən adresi səndən almalı olacam. Çünki, evinizin yerini bilmirəm...
- Ələ salmızıs yaxşıca ..
- Yox Ətağa...
Sənanla təsadüfi tanışlığı keyfini əməlli başlı açmışdı. Sənan səmimi, zarafatçıl oğlan idi. Zarafatları ilə insanın qəlbini ələ almağı bacarırdı. Xəyalı xəyalında onunla müqayisə edirdi, bir tərəfdən də Fuad gözlərinin qarşısında canlanırdı. İşdə ona xüsusi diqqəti, incə davranışı ürəyincə idi. Məhz Fuadın belə rəftarına görə işdə ona dəyişib dolaşan yox idi. Müştərilərin də artıq əskik hərəkətləri Fuadın diqqətindən yayınmırdı. Fuad o biri qızlardan fərqli olaraq Gülsümə sahiblənir və şorgöz müştərilərdən onu qoruyurdu. Həmin müştər gedənə qədər Gülsümü içəridə saxlayırdı. Özü işinin başında olsa da tez tez ıçəri girib Gülsümlə maraqlanırdı. Özü Gülsümə bir şey demirdi, amma hər şey gün kimi ortadaydı. Fuad bu qədər qızların içındə bir tək Gülsümdən xoşlanır.
- Kor deyil ki, görür də klubun qızları nə hoqqadan çıxır, mən rayon qızı, ağır başlı, saf. .. Gün keçirtməyə bu qədər qız varsa neynir məni? Özü də başa düşür ki, Mənim kimi qızla ancaq ciddi münasıbət qurula bilər. Mən buranın sırtıq qızlar kimi deyiləm - deyə Gülsüm özündən razı halda düşünürdü. Açığı daha əvvəlki kimi "varsa da Xəyal, yoxsa da Xəyal" deyə düşünmürdü. Bakıda yaşayan xalasının dərsi də beyninə batmışdı.
- Tələsmə Gülsüm, sevgi deyən bir şey yoxdur, məntiq var. Gül kimi qızsan, gül kimi unversitetdə oxuyursan. Gələcəyin qabaqdadir. O qədər gpzəl qısmət çıxacaq ki qabağına. Anan kimi bir çobanın eşqinə həyatını məhv etmə. Hələ buirinci kurdasan, hələ irəlidə kareyan var, işləyəcəksən. Min dənə Xəyaldan da yaxşı oğlanlar, imkanlı adamlar çıxacaq qarşına. Yadında saxla qız qızıl kimidir. Yerində ağırdır. Ələ aldın yüngülləşər. Çalış tez ələ düşmə. Özünü yüngül etmə, eşq deyib sıyılma. Qoy sənə yalvarsınlar, sevənin cox olduqsa dəyrin də yüksələr...
Xalasının sözlərində həqiqət var idi. Hiss ediedi ki, oğlanlardan qaçdıqca oğlanlar onu daha çox əldə eytməyə çalışırlar. Xəyala ürək vermişdı düzdür, lakin, Xəyalın arxasınca özü düşürdü. Bir dəfə Xəyal olan kəs, onunla maraqlanmırdı, o biri oğlanlar kimi onu əldə etmirdi. Düzdür dalaşanda Xəyal heç bir şey etməsə də onun könlünü alırdı. Ancaq Xəyaldə Gülsümü itirmək qorxusu yox idi. Xəyalın sahiblənməyi ancaq qısqanmaq və küsmək idi. Sevməyi də Gülsümün saçıyla oynamaq, iynəli qısqanc sözlərlə əzizləmək... Bu da açığı çox vaxt Gülsümü sıxır, usandırırdı.
Xalasının sözünə əsaslanıb daha məntiqli düşünməliydi. Hələ ki həyatında bu üçü var idi. Lazımsız insanları ələyib həyatından çıxarmalıydı . Beynində götür qoy edirdi : Fuad - zəngin və məsuliyyətli iş adamı, Sənan - pozetif və şən, sevdiyi Xəyal isə qısqanc, qaraqabaq və sıxıcı... Elə bil Gülsümün gözü açılmışdı. Bu vaxta qədər Xəyalın heç bir qüsurunu görməmişdi. Lakın rəfiqələrinə və onların sevgililərinə baxdıqca, onların küsüb barışmaqlarını, sevgilisinin hədiyyəylə könlünü almasını görüncə Xəyalla öz arasındakı münasibətə sevgi adı verə bilmirdi. Bəli sevgi təmənnasız olmalıdır deyirdilər. Amma qızlar sevdiklərinin hədiyələrini göstərəndə , sürpirizlərindən, romantikalarından danışanda özü də qısqanırdı. Xəyalda bunlar yox idi. Xəyal ilə arasəndakı romantika cibində ayda ildə bir dəfə pulu olanda ya bir dönər alardı, ya da dondurma. Onu da küçənin ortasında yeyib bitirənə qədər burnundan gəlirdi. Ora baxma, bura baxma, orda durma,belə etmə...
Bəli Gülsümün çevrəsi genişləndikcə, insanları tanıdıqca dərk edirdi ki, qısqanc insanla həyat sürmək olduqca çətin məsələdir. Düzdür Xəyal ilə bütün hisslərimi bölüşmüşdü. Onu sevirdi. Lakin Xəyal ona heç bir şey vəd etmirdi. Gələcəyə dair heç bir planı yox idi. Qarşısına nə məsləyi ilə bağlı nə də sevgisi ilə bağlı bir məqsəd qoymamışdı. 6 ay idi sevgili idilər bir dəfə sevgili olaraq gələcək həyatlarının xəyalını dillərunə gətirməmişdilər. Görüşlərində isə ancaq Xəyalın qısqanclıqla etdiyi xəbərdarlıq, şəhərin qarışıq həyatları, iş yerində və məktəbdə sarsaq qızlardan onu qorumaq istəyi Gülsümü daha da səbirdən çıxardırdı.
- Niyə, mən özümü bilmirəm Xəyal? Mənə güvənmirsən? Axı bir ömür boyu sən məni robot kimi idarə edə bilməzsən ki? Əlbəttə mənim də özümə görə çevrəm olacaq, kiminlə rəfiqəlik,kiminlə yoldaşlıq edəcəyimə mən qərar verəcəm. Sən məni rəfiqələrimə belə qısqanırsan, xəbərin var? Nə var nəvar onların görüsdükləri oğlanlar var, əlinə oğlan əli dəyir. Əşi mən də səninlə görüşürəm də . Onda dursun onların sevgdilkləri də onlara mənim haqqımda belə desin də....
- Sən o qızlardan deyilsən.
- Onların gözündə də mən o qızlardan deyiləm. Sən allah Xəyal, tulla 19 əsirdə qalmış fikirlərini. 21 ci əsirdə yaşayırıq.
- Sən məni başa düşmürsən Gülsüm
- Sən də məni başa düşmürsən Xəyal!.
Hələ Xəyalın özünün çətinliklərindən danışanda lap qanı qaralırdı. Öz özünə fikirləşirdi ki, bu oğlanla bu problemləri bölüşməyə razıyamsa gör məni nələr gözləyir qabaqda... Bütün bunları fikirləşdikcə sevgi Gülsümün gözundən düşürdü
- Axı rahat və düz yol varkən niyə özümü dağa daşa salım ki? Lazımdır mənə sürünmək? Baxırsan kəndin oxumamış, ən cahil qızı gedib nə bilim kimin oğluna elə gözəl, kef edir ki. Nolsun çoban qızıyam. Çoban qızıyam deyə, çoban kimi yaşamaq alnıma yazılıb? O kənddən çıxmışamsa, niyə təkrar o həyata dönməliyəm? Madəm qarşımda işıqlı gələcək varsa, niyə gözlərimi Xəyalın eşqiylə kor etməliyəm? Xəyal ağılsız və saf vaxtımda qarşıma çıxdı. Bu bir həvəs idi, gəl buna uşaqlıq sevgisi deyək. İndi isə böyüdün, Gülsüm. O kənddən kənara çıxdın, gözün açıldı, daha ağıllı düşünməlisən. Daha uşaq deyilsən. Gələcəyin öz əlindədir.
Bəli, Gülsüm qərarını vermışdı Xəyal onun həyatında olmamalı idi. Ürəyinin ilk eşqi, ilk həyəcanı o olsa da, gələcəyi o olmamalı idi.
Xəyal Fəridin başı bəlada olduğunu eidən kimi gecəylə onun yanına qaçdı. Birazdan eşidən bilən hamı xəstəxanaya axışdı. Fəridin qohum əqrabası, ailəsi rayonda qalırdı deyə onlar gələnə qədər dostları tökülüşüb gəlmişdilər. Fəridin yaxşı dostları var idi. Onlara etibarı sonsuz idi.
Xəyal Nuranın qəza keçirtdiyindən xəbəri yox idi. O sadəcə Fəridin başı cəncəldə olduğunu eşidib gəlmişdi. Fəridin Tacəddinə zəngi və Tacəddinin həmin an işdə olması lap yerinə düşmüşdü . Tacəddin Fəridin həm uzaq qohumu, həm də yaxşı dostlarından biri idi. Bakıda özəl xəstəxanaların birində işləyirdi.
Təcili yardım klinikaya gələnə qədər Tacəddin xəstəxananın ən savadlı və güclü çərrahlarını təcili səfərbər etmiş, əməliyyat otağını hazırlatmışdı.
- Ölüm olmasın, qardaş, qalanı asandır. Tacəddin , nə lazımsa edin, yaralıları qurtarın. bütün nə xərci var hamısını mən çəkəcəm.
- Yiyələrinə xəbər vermisiz?
- Yox... Bilmirik ki, kimdilər... Baxın görün üstlərində şəxsiyyət vəsiqəlri və ya telefon varmı?
Hidayyət telefonun səsinə yuxudan qalxanda hava yenicə işıqlaşırdı.Tanımadığı nömrədən zəng gəlmişdi. Xəstəxanadan, özəl klinikalardan birindən idi. Nuranə qəza keçirtmışdı , vəziyyəti kritik idi...
Başıalovlu xəstəxanaya gələndə Nura hələ də əməliyyat otağında idi. Baş sümüyündə qırıq var idi, sümük zədələnmışdı. Allah istəmişdi ki, zərb ilə baş sümütünü qıran dəmir beyninə girməmişdi. Dəmir parçası kəllə sümüyünün təpə hissəsindən giriv digər tərəfdən çıxaraq beyin ilə sümük arasındalı boşluqda qalmışdı. Göx güman ki, kəllə sümüyünün zədələnmiş hissəsi götürülərək yerinə protez qapaq qoyulacaqdı. Çox ağır və riskli bir əməliyyat idi.
Hidayyət və Nəzakət başının dəstəsiylə içəri girəndə korudorda Fəridlə bərabər Xəyal vəonların bir neçə dostları var idi. Nəzakət Xəyalı tanıdığı üçün başına gözünə vura vura Xəyalın üstünə atıldı .
- Qızıma noldu? Qızım sənin üzündən bu hala düşdü. Onun başına bır ış gəlsə səni özüm öz əllərimlə öldürərəm. Eşidirsən? Səni yaşatmaram.
Xəyalın yalnız indicə Nəzakət yadına düşdü. Bəli bu o qadın idi. Gülsümə paltar alan. Başa düşürdü ki, dostu elə belə yerə ilişməyib. Çarəsiz və yazıq yazıq Fəridə baxdı.
Fərid və Fəridin dostları, elə Xəyal da çaşıb qalmışdılar ki, bu işdə axı Xəyalın nə günahı var? Bu qadın Xəyalı niyə suçlayırdı? Onun qızı kim idi və Xəyalla nə əlaqəsi?
Xəyal qadının idialarının qarşısında donub qalmışdı.
- Sakit olun ay Xanım, bir dəqiqə- Fərid pzünü irəli verdi.
- Buraxın məni! Mənim qızımın başına bir iş gəlsə qatılı odur. O öldürdü qızımı.
- Dayan görüm, ay uşaq çəkil - Hidayyət Fəridi kənara itələyib özü araya girdi - bir dəqiqə dayan. A bir dayan görüm, sakit ol. Nəzakət, kimdir bu uşaq?
- Xəyal!
Hİdayət bir anda duruxdu qanlı qanlı Xəyalı süzüb yumuruğunu divara çırpdı. Qızmış pələng kimi bir anda Xəyalın üstünə cumdu.
- Oğraş, şərəfsiz, alçaq...
FƏrid və dostlar araya girib Xəyalı Hidayətin yumuruqlarından qoruyaraq onu bayra atdılar. Hidayətin və Nəzakətin səsi xəstəxananı başına götürmüşdü. Onlarla gələn adamlarla Fəridin adamları arasında anlaşılmaz qarşıdurma yaranmışdı. Hidayyətlə, Nəzakətdən başqa kimsə nə baş verdiyini bilmirdi. Aləm bir birinə dəymişdi. Bu arada bir dəstə adam ağlaşa ağlaşa içəri doldu. Bu gələnlər Nuranın tərkındə olan oğlanın ailəsi idi.
Xəyal ilə Fərid xəstəxananın həyətində siqaretə dəm vermışdılər.
- Kimdir bunlar, Xəyal, tanıyırsan?
- Yox Allah haqqı, tanımıram qardaş!
- Bəs bu nə idiadır?
- Bilmirəm. Vallah özüm də mat qalmışam. Bu arvadı ömrümdə bircə dəfə görmüşəm.
- Harda, nə zaman?
-Olar bir ay var, Gülsümlə- sevgilimlə şəhərdə gəzirdik...
Xəyal həmin günkü hadısəni təfərüatlı Fəridə danışdı.
- Mənə elə gəlir arada qız məsələsi var.
- Necə ki?
- Mənə elə gəlir bu qız sənin aşıqındır.
- Yox daha nələr.
- Məsələ gün kimi ortadadır, ay Xəyal. Neçə illik iş təcrübəmdən bu kimi hadısələrə o qədər şahid olmuşam!...
- Başa düşmədim. Mən qızı tanımadığım halda, o qız məni necə istəyə bilər ki?
- Hələlik qızın kim olduğunu bilmirik düzdür. Valıdeyinlərini tanıdıq. Birazdan qızı da tanıyacağıq. Və əminəm ki bu səni çaşdırmayacaq heç.
Bu qızın Nura olduğu Xəyalın ağlının ucundan belə keçmirdi. Düzdür Nura ürəyini ona açmışdı. Amma Xəyalın dünyasında oğlan könül vermədən qızın sevmə söhbəti sadəcə boş bir xəyal idi. O bunu heç cür ağlına yerləşdirə bilmirdi. Onun düşüncəsiylə oğlanın etirafıyla qız sevmə hüququ qazanmalıdır.
İkisi də siqaretdən bir qulab vurub fikirə getmişdilər.
- Hə bir də bu varlılar adamın ağlına gəlməyəcək işlər çevirirlər, Xəyal, xəbərin olsun!
- Necə ki?
- Dedin, sevgilinə ayn-oyun alıb bu arvad?
- Hə hələ mən də bunun üstündə dalaşdım Gülsümlə.
Fərid təssüflə əlin əlinə vurdu.
- Elə buna da o lazım idi.
- Fərid qardaş, sən canı mənimlə oyun oynama qurban olduğum. Nə deyirsən açıq danış görək!
- Açığı odur ki, bu arvad sənin sevgilinin gözünü pal paltarla, şey şüylə boyayıb onu səndən ayirmaq istəyir.
- Nə?
- Həə...
Fərid Xəyalı evə göndərib özü içəri keçdi. Xəyal burda qalsaydı Nəzakət və Hidayyət bütün acığını ondan çıxacaqdı.
Özünü toparlayıb hadısəyə səbəb özünü tanıtdırmaq istəyirdi ki, koridorun o başında polislər göründü. Bəli Fəridin özünü onlara təqdim etməyə gərək qalmadı. Polislər onun qolunu qandallayarkən Nəzakət və o biri yaralının ailəsi Fəridin üstünə hücum etdi. Bir anda aləm bir birinə dəydı. Polislər Fəridi apararkən dostlatrı da onun arxasınca çıxdılar. Nəzakət Fəridin arxasınca o qədər qışqırdı ki, bir anda haldan düşdü. Yerə yıxılan Nəzakəti köməkləşıb tibb bacısı otağına gətirdilər, tibb baçıları ona yardım etdilər. Həkim çağırdılar.
Bir az sonra həkim icəri girib Nəzakətin təyziqını yoxladı .
Hidayyət və eltisi başının üstündə idi
- İndi necəsiz Nəzakət xanım?
- Elə bil bütün bədənimi dpyüb əziblər, hər yerim ağrıyır.
- Əsəb və stresdəndir.Siz bilmirsiz belə vəziyyətlə balacanı da əsəbləşdirirsiz? Gərək əsəbləşəndə də səbirlə əsəbləşəsiz
- Bir dəqiqə, bir dəqiqə - onsuzda özü öz səsindən qulaqları keyimiş Nəzakət həkimin dediklərini eşitmədi. Amma Hıdayyət dilləndi:
- Bir dəqiqə... Balaca? Nə dediz doktor?
- Sizi başa düşürəm, ən əziz övladın bu saat əməliyyatdadır, asan deyil. Amma gərək bura gələndə xanımınıza bunu bildirməyəydiz. Bu cür vəziyyətdə buraya gəlib belə əsəb və həyəcan keçırməsi özünə də uşağa da həyat təhlükəsi . Hamıləliyi onsuzda risk altındadır
- Necə yanı? Kim hamilədir? Nəzakət? - Eltisi həyəcanla soruşdu.
- Bəli bilmirdiz? Bu necə ola bilər?Uşaq təxminən 5 aylıqdır.
Hidayyət də, Nəzakət də donub bir birlərinə baxırdılar. Bu xəbər gözlənilməz bir xəbər olmuşdu...
X Ə Y A L
5 BÖLÜM.
3 ay sonra....
Nuranəni 3 ay sonra xəstəxanadan çıxartdılar. Villadakı otaqların birini xəstəxana otağı kimi hazırlamışdılar.. Otaqda tibbi çarpayı, xəstə üçün lazım olan avadanlıqlar qoyulmuşdu. Görünür Nuranə bu otaqda uzun müddət xəstə yatağına məhkum qalacaqdı. Böyük otağın bir tərəfinə başqa çarpayı qoyulmuşdu bu çarpayı Nuranın köməkçisi üçün nəzərdə tutulmuşdu. Nuranənin otağını isə ailənin yeni üzvü, Fəxri üçün hazırlamışdılar. Nuranənin bütün əşyalarını, qardolabındakı paltarlarını belə 3 cü mərtəbədə işlənməyən otaqların birinə yığmışdılar. Çünki artıq onlar Nuranəyə lazım deyildi. Bu mənzərə Hidayyətə ağır gəlsə də Nəzakətin təsəllisiylə Fəxri üçün otaq hazırlamağa başlamışdı. Nuranənin otağı ən müasir dizayndə təmir edilib, içini Fəxri üçün aldıqları uşaq otağı mebellərini düzmüşdülər. Qızının yatağa düşməsi Hidayyət üçün ölümə bərabər idi. Çox üzülüedü.
- Qurban olum allaha, Hidayyət, qurban olduğum bilirmiş belə olacağını. Kimin ağlına gələrdi 49 yaşda Menepoza girdiyimi düşündüyüm halada ana olacağımı? Demək belə məsləhət imiş. Məsləhətinə şükür.
- Axı niyə belə oldu? Harda nə günah işlətdik? Axı Nuranəni 18 il sonra nə zülümlə tapmışdıq. Axı nə arzularla böyütmüşdük onu. Biz bunu xəyal etməmişdik axı. Allah bunu bizə yaşadacaq idisə kaş ke elə körpəliyindən yaşadardı. Kaş anadangəlmə xəstə olardı. O zaman onun xəstəliyinə də alışmış olardıq. Amma bu vəziyyətdə, bu yaşda... Ürək dözmür Nəzakət vallah dözmür.
Fərid 1 ay nəzarətdə qaldıqdan sonra, vəkil dostlarının köməkliyiylə günahsızlığı sübuta yetirilərək azadlığına qovuşmuşdu. Lakin azadlıqda özü də istəmədən günü qara olmuşdu Nəzakət və Nüranəylə qəza keçirdən oğlanın ailəsi Fəridə düşmən kəsilmişdı. Qəzada oğlanın ayağı dizdən aşağı qopub getmışdı. Nuranənın isə başına dəmir girib kəllə sümüyünün üst hissəsini parçalamışdı. Nuranənin sıyrıq - qırıqdan başqa heç bir şeyi yox idi. Tacəddin həkimin rəhbərliyiylə 14 saatlıq əməlliyat öz nəticəsini vermışdi. Müvəqqəti olaraq Nuranənin zədələnmiş kəllə sümüyü qaldırıldı. Beyində heç bir zədələnmə yox idi. Əvvəl öz bud dərisindən bir hissə kəsilıb başa dəri olaraq çəkildi və beyni qorumaya alındı. İki ay sonra isə Nuranəni ikinci əməliyata saldılar. Xaricdə hazırlanıb gətirilmiş protez qapaq kəlləsinə qoyuldu, təkrar diger budundan parça alınaraq başına kaplama olaraq əlavə edildi.
Əməliyyət uğurlu keçsə də Nuranə nə danışa, nə də gəzə bilmirdi. Həkim bunun normal olmasını, bunun zamanla düzələcəyini deyirdi.Nuranə bərk qorxu və sarsıntı keçırmış danışma qabliyyətini itirmişdi. İki budunun da əməliyatı onda piskolojik travma yaratmışdı. Qorxusundan ayağa qalxa bilmirdi. Onun piskolojik dəstəyə çox ehtiyyacı var idi. Lakin vəziyyət elə gətirmişdi ki, hamının başı Nəzakətə qarışmışdı.Yeni gələn uşaq bütün ailənin diqqətini özünə cəlb etmişdi. Hamı Nəzakətin nazıyla oynayır, ona xüsusi diqqət yetirirdilər. Nəzakətin hamılə olma xəbərini Nuraya bildirməmişdilər ki, ona pis təsir etməsin. Onu da təsadüfən əmisi qızıyla xanımı danışanda eşitmişdi. Bəli Nura əvvəl bu xəbərə sevinmiş sonra isə öz halına baxıb ağlamışdı. Özünü hər şeyə yararsız, bir əşya kimi bilirdi. Fikir verirdi, anası sadecə gündə bir dəfə gəlib beş on dəqiqə oturub gedirdi. Nuranın yanında xüsusi refakatçı qalırdı. Nuraya o qulluq edirdi. Bəli Nura indi başa düşürdü ki, pul hər şeyi həll etmir. Onun ana, ailə sevgisinə ehtiyyacı var. Əslındə pulun hər şeyi həll etməməsini çoxdan kəşf etmişdı. Sadəcə həyatın da pulsuz olmadığını da qəbul etmışdı.
Anası gələndə köməkçisi onun başına pərvanə kimi dolanırdı. Demək olar ki, Nuranı tamamılə unudurdu. Bu da Nuraya pis təsir edirdi. Dili olsaydı anasını da köməkçısını də yanından qovardı. Nura xəstəxanada yatdığı müddətdə sanki atasını indi tanıyırdı. Bu zamana qədər atasını niyə kəşf edib tanımamışdı onu bilmirdi Hidayyət bütün sevgisinı qızına vermışdı. Bəzən işdən nahar vaxtı qaçıb Nuranın yanına gələr, həmin saatlarda köməkçısını sərbəst buraxar, özü Nuranın qulluğunda durardı. Yaxındakı kafedən qızıyla özünə mrcimək supu alar, həm qızını yedirdər həm də özü yeyərdi qızı şorbaya bağlıykən özünə ləziz təamlardan qıymırdı. Hidayət Nuranənin yanında özünü toxtaq tutsa da, üzünü yana çevirən kimi gözünün yaşını silirdi. Nuranənin bu halıyla barışa bilmirdi. Hər halında Allahına şükr edən Hidayyət indi Allahına üsyan edurdi
- Həyatımın, yaşamağımın, bu varın dövlətin nə mənası qaldı allah? Kimin üçün? Al bu canımı qurtar məni bu iztirabdan. Balamı bu halda görməyə dayana bilmirəm.
Bir dəfə Hidayyət Nuranın yanındaydı. Həmişəki kimi köməkçini iki saatlıq buraxmışdı. Bu zaman Nura ixtiyarsız bezini batırdı. Hidayyət heç nədən çəkinmədən qızının bezini dəyişmək üçün xəstəxananın sanitarını köməyə çağırdı. Ozü də ona yardım etdi.
Bu vəziyyətdən Nura özü çox utanmışdı. Atası da bunu hiss etmişdi. Onu bağrına basıb :
- Sən mənim qızımsan, gözümün nuru. iraq olsun, anadangəlmə xəstə olsaydın səni atacaqdım? Ailə nə deməkdir, hər çətinlikdə bir birimizə dəstək olmaq demək deyilmi? Sən mənim övladımsan. Məndən utanma canım mənim. Allah beter dərd verməsin, amma veribsə buna da şükür, hər halınla qəbulumsan. Səni allahdan istəyəndə hər halınla istəmişdim bu da bir sinaqdır keçəcək, sən sağalacaqsan, inan mənə, vallah sağalasan və bütün bunları, bu yaşadıqlarının hamısını unudacaqsan. Yenə deyirəm, məndən utanma, canım qızım . Bu gün mən sənin yanında olmasam kim olacaq?
Amma anası... Dəfələrlə anası yanında olarkən eyni vəziyyət baş vermışdı. Köməkçı Nəzakətdən kömək istəmişdi. Lakin anası köməkçınin üstünə qışqırıb onu işdən qovacağıyla hədələmişdi.
- Bu maaşı sənə niyə veririk? Müftə pul var? Çanın çıxsın özün elə. Day mən edəcəmsə neynirdim səni?
- XAnım edirəm. Tək xəstəni çevirmək bezini altına çəkmək olmur. Mən dəyişəcəm bezini, siz sadəcə qızı yana tərəf tutun ki, bezi bağlamadan aşmasın, altını düzəldə bilim.
- Mən baxa bilmirəm, iyrənirəm, ürəyim bulanır-deyə anası qarnını sığallayaraq bayra çıxmışdı .
Bu hadısə Nuranəyə elə pis təsir etmışdı ki... Bir ana öz uşağından iyrənə bilər? Bəlkə bunun səbəbkarı qarnındakı uşaqdır? - Deyə düşünürdü Nuranə . Və düşündükçə hələ dünyaya qəlməmiş qardaşına kin qusurdu, nifrət edirdi. Anasının hər hərəkəti beyninə ilişib qalırdı. Özünü əzizləməsi. Hidayyət Nuranəylə maraqlanarkən özünü ona nazlandırması...
Nəzakət elə başa düşürdü ki, Nura danışmırsa, yerimirsə, bir şeyə reaksiya vermirsə deməli ağlı da başında deyil. Elə bilirdi ki, Nuranın hissiyyatı da o qəzada itib. Nuranı canlı ölü sayırdı. Yanına gələndə də heç onunla danışmır, söhbət etmirdi. Atası kimi öpüşüb görüşmürdü. Hər gəlişində neqatif, şükürsüz danışıqlarıyla Nüranəni daha da əsəbləşdirirdi. Bütün günü divana yayxanıb telefonla dostlarıyla tanışlarıyla danışır hələ dünyaya gəlməyən övladını öyürdü. Nura diqqətdən kənarda qalmışdı. Özü özünə fikirləşirdi ki, axı bir ana öz doğma balasına necə bu qədər biganə qala bilər? Hər şeyin səbəbkarı odur, o balaca. O olmasaydı anası yenə onu sevəcəkdi. Anasının bu hərəkətlərindən əsəb keçirdir, lakin reaksiya verə bilmirdi. Dəfələrlə həkimlərin Nəzakətə xəbərdarlıqlarına baxmayaraq hələ də Nəzakət qızını vecinə almırdı. Yenə onun yanıda bildiklərini edirdi.
Nura ona göstərilən diqqətsizliyi, ona olunan mərhəmətsizliyi beynində o qədər saxlamışdı ki, beyin artıq preslənmişdi. Əlində əlac olsaydı beynınə qoyulan o qapağı qaldırıb içını boşaldıb yerə tökərdi. Yaddaşını hafizəsini tamamılə sıfırlayardı. Heç kimi görmək tanımaq, heç kimlə danışmaq istəmirdi. Belə əsəb kecirdiyi vaxtlar əlindən başına döyməkdən başqa heç nə gəlmirdi. Bu zaman həkimlər sakitləşditici vurar, məcbur yatırdardılar.
Məhkəmə günü idi, həmin gün Fərid haqqında son qərar veriləcəkdi, ya içəri, ya azadlığa. Hidayət məhkəməyə, Nəzakət xəstəxanaya gəlmişdi. Hidayyət Fəridə qarşı nə qədər ədalətli idisə, Nəzakət o qədər də qəddar davranırdı. Qəzada qızı günahkar olsa da bu talehsiz hadisəni Fəridin boynuna yıxmaqla özünü təsəlli etmək istəyirdi.
- Bax Hidayət, nə olur olsun o azadlıqda olmamalıdır.
- Nə deyib atdıracağıq içəri? Butün günahlar qızımızda görsəndiyi halda, adam özü yaralıların sağlığıyla maraqlanıb. Günahı olmaya olmaya iki yaralının ikisinin də yarı xərçlərini boynuna götürdüyü halda hakim nə deyə ona iş kəsəcək?
- Hər şey puluyla deyil? Bas pulu ...
- Deyil. Sənin pulun var, onun da savadı, biliyi var, xətri hörməti var. Pulu da var özünə görə. Kişi kimi kişidir. Puluna görə kişi deyil.Sən nə zaman belə dəyişdin Nəzakət? Sənin pul dediyini insanlar var heç bir şey saymır. Şərəf, mənlik, ləyaqət pulla ölçülmür. Həm o oğlan o qədər ürəyə yatımlı, o qədər savadlı uşaqdır ki... Kasıbçılıqla böyüyüb. Amma öz gücünə bu yerlərə gəlib. Dostlarını şərəfi və vicdanıyla qazanıb puluyla yox. Məhz elə ona görə bu günkü gündə hamısı arxasındadır. Bizim kimimiz var? Çoxda arxam var, nəsilim köküm var, çox da şöhrətim, pulum var. Mənə bu günkü gündə əlini çiynimə qoya biləcək dost lazımdır, yala quyruq bulayan köpək yox. Hanı sənin gəzməklərə gedib hesab verdiyin rəfiqələrin? Hanı mənim işınə pulla ağız açdığım dostlar? Vallah mən bütün bunların hamısını bu gün gördüm dərk etdim. Bizim dostumuz yoxdur, Nazı yoxdur. İnan, bugün bir balaca əlim aşağı olsun heç salamımızı alan da tapılmayacaq. Çünki o dost dediklərimiz pulla satın alınanlardır. Fəridin dostları isə əsil dostlardır.
Nura anasının gəldiyini görüb özünü yuxululluğa qoydu. Bilirdi ki, anasının hərəkətlərinə yenə hirslənəcək. Odur ki, öz özünü sakitləşdirərək yatırmağa çalışdı.
Lakin bu mümkün idimi? Nəzakət yenə telefonda kiminləsə danışıb allahın yazdığı talehdən giley edirdi.
- Qurban olum allaha, 18 il gözlə çırağını yandıran olsun. O da ki belə. İndi gəl ölənə qədər şikəstə bax görüm necə baxırsan. Canlı ölü vallah. Ölsə gözün yığılar. Qısmət deyib barışarsan taleyinlə. Belə vəziyyətdə xəstəyə də çətindir, elə baxana da. Vallah baxmağında deyiləm. İndi pulumu verib bir baxıcı tutmuşam. Sabah mən qocalsam, əldən düşsəm, ölüb getsəm? Mən öləndən sonra kim baxacaq bu uşağa? Öğlum? Mən qoymaram vallah qoymaram ki, mənim oğlum bu zülümü çəksin. Görsəm ki ölürəm allah haqqı özüm siçan dərmanını qataram yeməyinə, öldürərəm...
Nuranə bunları eşidib dayana bilmədi. İlk dəfə özü yerindən dıkəldi. Bütün gücüylə dişini bir birinə sıxıb anasıni nifrətlə süzdü. Zəif, heysiz səsiylə inildədi. Nuranın səsinə Nəzakət geri döndü. Gözlərinə inanmadı Nura heç kimin dəstəyi olmadan özü yerində oturmuşdu. Qəlbinin bütün nifrətiylə ona baxırdı. Nəzakət telefonu divanın üstünə atıb köməkçini çağıra çağıra Nuranın yanına qaçdı. Nura anasının ona yaxınlaşmasına izin vermir, əl-qol atir üstündəki carşaf, yastığı ona tullayırdı. Elə bil qızın içındə vulkan partlamışdı. Günlərdir içində yığıb saxladığı tufan indicə təlatüm qoparmışdı. Nəhayyət bu tufan Nuranin özünü çarpayıdan yerə atmasıyla bitdi. Sanki havalarda uçurdu, ayaqları yerə toxunmurdu. Qulaqlarına mənşəyi bəlli olmayan bir küy dolmuşdu, nə anasının qışqırtısını, nə də köməkçinin səsini eşidirdi. Tibb bacıları onun yanına qaçıb onu yerdən qaldırmaq istəyirdilər. Lakın beyninə düşən səsdən əsəbləşən Nura qulaqlarını tutaraq var səsiylə qışqırırdı. Bəli Nuranın qəzadan sonra ilk dəfə idi ki, səsi çıxırdı.
Beyninə dolan səsdən gözlərini yumub başını qucaqlamışdı. Arada yumuruqları ilə gicgahlarına vuraraq bu səsdən qurtulmaq istəyirdi. Ətrafdan kimsənin nəsə dediyini eşitmirdi. Sarıqlı başını sığallayır baxışları ilə yalvararaq ətrafdakılardan kömək istəyirdi. Bu zaman başına toplaşanları yararaq ona yaxınlaşan atasını və o adamı gördü. Bütün diqqəti ona yönəldi. Həmin adam, atasıyla köməkləşib Nuranı çarpayıya uzatdılar. Nuranın gözlərinin önündə bir anlıq həmin qəza oynadı. O oğlan onun əlindən tutmuş :
- Mən yanındayam, qorxma, eşidirsən? Sənə heç nə olmayacaq, sən güclü qızsan. Heç nə olmayacaq inan mənə. Mən sənə inanıram, sən də mənə inan. Yaxşımı? Bax burdayam, əlindən tutmuşam. Sənə güvənməsəm, inanmasam, bu əli tutmazdım. Eşidirsən məni ?
Bəli, bu o adam idi, o qəza zamanı ona ruh verən oğlan idi. İndi də həmin oğlan onun əlindən tutub nəsə deyirdi. Nura onu eşitmirdi. Çox istəyirdi onun təsəlli edici sözlərini eşitsin fəqət, qulağındakı səs buna imkan vermirdi. O zaman da Nura özündə güç hiss etmişdi. Taa təcili tibbi yardım maşınına mindirilənə qədər, huşu başından gedənə qədər o oğlanın əlini buraxmamışdı Elə bilmişdi ki, onun əlini buraxsa bu dünyadan əlaqəsi tamamılə qopacaq.
Fərid yenə də onun əlindən tutub o vaxt qəzadakı kimi oxşayır, nəsə anladırdı. Oğlan ne dediyini eşitməsə də Nuranın qulqlarında həmin an ona dediyı sözlər canlanırdı.
Həkimlər irəli keçıb Nuranəni müayınə etmək istəyəndə Fərid yana çəkilmək istədi. Nura bunu hiss etdi. Onun əlini daha da möhkəm sıxıb buraxmadı. Elə bilirdi bu dəfə də onun əlini buraxsa həyata olan inamını itirəcək. Həkimlər də bunu hiss edib Nuranın sakitləşməsi üçün Fəridin orda qalmasına iczə verdilər. Otaqdakı artıq adamları bayra çıxardılar.
- Nuranə xanıma yaxşılaşması üçün bu dəqiqə pisxoloji dəstək hava ilə su kimi lazımdır Nəzakət xanım, sizdən çox xahiş edirəm, sevginizi ondan əsirgəməyin. Bütün ailəni və dostları bu mövzuda bacardığınız qədər səfərbər edin, xahiş edirəm - deyə həkim otağında Nəzakətə və Hidayyətə məsləhət verirdi- Əgər qızınızın yaxşılaşmağını istəyirsinizsə onun yanında onu əsəbləşdirəcək şeylər danışmayın.
- O eşidir bəyəm? O qədər söz deyirəm, insanın bir mimikası tərpənər də...
- Sizə elə gəlir, o eşidir hər şeyi, sağlıq baxımından heç bir problemi yoxdur. Sadecə yaşadığı qəza onun pisxologiyasında travma yaradıb. Təsəvvür edin, bu qız düşüb bir quyunun dibinə, çıxa bilmir. Sizdən bir hərəkət gözləyir ki, siz ona bir ip atasız. Siz isə gəlib quyunun başında durub iş görməkdən, ah uf edib gedirsiz. O da fikirləşir ki, onsuz da mən bura düşmüşəm çıxış yolum da yoxdur. Day boşuna niyə çabalayım ki, yaşamaq üçün. Elə yaxşısı budur oturum, ölümümü gözləyim.
- Həkim, nə edə bilərik, bizə bir yol göstərin- Hİdayyət əl əyağa düşdü. Ancaq və ancaq dəstək, sevginizi, şəfqətinizi əskiltməyin. Sevdiyi insanlarla onu görüşdürün və unutmayın belə xəstələr çox həssas olur. Diqqətsizliyi, yalanı həmən hiss edərlər. Əgər ona yalandan, ümüdsiz bir şəkldə söz versəniz o bunu başa düşəcəkdir. Bu da onun sağlığına ziyandır. Odur ki, saxta insanları ondan uzaq tutun. Ətrafına daha səmimi insanlar çəmləyin. Bax məsələn biraz gördüklərimdən bir nəticə çıxardım.
- Nədən? - Hidayyət səbirsiz halda həkimə baxdı.
- Məsələn siznən gələn oğlan... Bax gördüz onu görən kimi necə sakitləşdi. Gözlərindən ümüd axırdı. Sankı o oğlana deyirdi məni buralarda qoyma, kömək et. Bunu baxışlarından görmək olardı. Yuxuya gedənə qədər o oğlanın əlini buraxmırdı. Sanki "getmə yanımda ol" deyirdi.
- Əşii... Onun bu sözü demədiyi adam qalıb? Kim gəlirdi başlayırdı təkəm, sevilmirəm. Bu əlini tutduğu adam yenə Xəyal olsaydı yenə nəysəki nə. Amma bu oğlan onun düşmanıdır. Qızımı o bu günə salıb.
- Başa düşdüm xanım.Bax görürsüz, özünüz deyirdiz sevgisizlikdən şikayyətlənirdi. Demək qəzadan əvvəl də bu problem var idi. Amma siz ana olaraq qızınızı başa düşməmisiz
- Sən mənim qızımı məndən yaxşı başa düşəsən? - Nəzakət əsəbləşdi
- Xanım...
- Yaxşıyın görək... - Hidayyət tərs tərs arvadını süzdü.
- Həkim, indi biz neyləyək. Bizə bir yol göstər. Cavandır, onun belə olmağına ürək dözmür. Yanı bunun bir müalıcəsi varmı? Dünyanın harasına deyirsiz aparaq, təki...
- Heç bir yerə aparmaq lazım deyil. Hara aparsanız - həkim qarşısındakı papkanı onlara göstərdi-bax burdadır cavablar. Yenə deyəcəklər bu qızın heç bir şeyi yoxdur. Yoxdur a qardaş, yoxdur. Bu qızın ruhu zədələnib vəssalam. Özdə bu indi yox lap çoxdan olan şeydir. Çoxdan düşmək istəyirdi, başa düşürsüz? Lakin düşmə səbəbi yox idi. İndi bəhanəsi var. Bu qıza ancaq təkan lazımdır ki, onu ayağa qaldırsın. Əlindən tuta biləcək, onu həyata qaytara biləcək biri.
- Bu ancaq Xəyal olacaq
- Sən nə yapışmısan ee Xəyaldan?
- Nə var ee Hidayət. O Xəyalı sevir.
- Xanım inciməyin ama o qızı elə siz xəstə salmısız.
- Sən nə haqla mənə...
- Səsinizi yüksəltməyin. Mən işimin başındayam vicdanla da işimi görüb sizə xəstənin vəziyyətini başa salmaq istəyirəm siz ya doğurdan da başa düşmürsüz, yada başa düşürsüz ama...
- Amma məni təhqir etməyə haqqınız yoxdur.
- Hidayyət müəllim,məncə ilk pisxolojik müalicəni bu xanımdan başlamaq lazımdır.
- Mən dəliyəm?
- Heç Nuranə xanım da dəli deyil. Amma diqqətsizliyinizlə siz onu yaşamaqdan məhrum etmisiz. Mən deyirəm bu qıza sevgi lazımdır, siz deyirsiz Xəyalı çağıraq. Demirəm sevdiyi lazımdır. Onun sevdiyi Xəyal ola bilər, amma Xəyal ona ehtiyyacı olan sevgini ona verə biləcəkmi? Sənin qızını həyata qaytarmağa gücü çatacaqmı?
- Qardaş, başıva dönüm. Hər şey puluyla deyil?
- Deyil xanım deyil... - Həkim Hidayyətə baxıb başını təssüflə yellədi. Məni bağışlayın. Mənim işlərim var. Xəstələri kontrol etməliyəm.
- Buyurun doktor !
6 BÖLÜM
Gülsümün Xəyalla əlaqələri tamamilə kəsilmişdi. Xəyal səbəbini bilmirdi ama bildiyi bir şey vardı ikisi də işləyirdi deyə vaxt tapıb görüşə bilmirdilər. Həftə sonları görüşəcəklərini planlasalar da, iki dəfə ayaqüstü görüşdən sonra Gülsüm bəhnə tapıb görüşə gəlməmişdi. Gülsümün əvvəlki Gülsüm olmadığı Xəyala gün kimi aydın idi. Ancaq nə etsin? Zorla gözəllik olmaz, bəlkə başqasına vurulub? Ya bəlkə başqa birisi ağlını qarışdırıb?
Elə bu məqsədlə yolunu Gülsümün iş yerindən saldı. Metronun önündə dayanıb onu gözlədi. Budur Gülsüm metrodan çıxdı və kütləyə qarışdı. Bu axın içərisində Xəyalı görməsi mümkün deyildi. Odur ki hərəkətə keçdi. Elə bu vaxt Gülsüm cibindən bir telefon çıxarıb harasa zəng etdi. Xəyal çaşıb qalmışdı. Onun bildiyi qədəriylə Gülsümün heç vaxt telefonu olmamışdı. İndi o bu telefonu hardan alıb ki? İşlədiyi yarım günlük maaşla bunu almaq da mümkün deyildi heç.
- Bəlkə işlənmişin alıb? İşləyir də niyə olmasın ki - deyib düşündü. Lakin yenə ağlı bir şey almadı- bəs alıbsa bunu mənə niyə deməyib?Axı ona telefon lazımdır? Nəyinə lazımdır telefon onun ? Evləriylə danışmaq üçün pocta gedirik həmişə, mənim yanımda danışır. İndi bu telefon hardan çıxdı? Bir bu qalmışdı. Deyəcəklər telefon işlədən qızla gəzir. ( bu o dövr idi ki, cib telefonunun yeni çıxan vaxtları idi. Hər adamda telefon olmazdı, xüsusən də qadınların cib telefonu işlətməsini cəmiyyət normal qarşılamırdı)
Xəyal bir kənarda dayanıb gözləriylə onu izləyirdi. O qədər xoşbəxt görünürdü ki..
- Axı kimlə danışır? Mən bildiyim ailələrində heç kimdə telefon yoxdur. Anasını qonuşuya çağırtdırır həmişə...
Şübhələr Xəyalın içini gəmirirdi.
Gülsüm yolu keçib yolun sağında bir maşına yaxınlaşdı. Ön qapını açıb maşına mindi və sürücünün boynuna sarılıb uzun uzun öpüşməyə başladı.
Xəyalı dəhşət bürümüşdü. Gözlərinə inanmırdı. 6 7 ay idi Bakıda görüşürdülər.1 il də kursa bərabər gedib gəlmişdilər, can bir, qəlb bir sevgili olmuşdular, hələ bir dəfə belə bir şey etməmişdilər. Küsüb barışanda Xəyal sadəcə onun saçlarını qoxuyub, burnunun ucundan öpmüşdü. İndi gözlərinin qarşısında canlanan bu səhnənin ehtirasdan başqa bir şey olmadığının fərqinfəydi. Sevgidən əsla söhbət gedə biləzdı.O oğlan kimdirsə Gülsümü qəşəycə ələ alıb, oz keyfi üçün istifade edir. Amma deyəsən bu da Gülsümün ürəyincədir. Necə sərbəstdir...
Qısqanclıqdan özünü ələ ala bilmirdi . Əsəbləri gərilmişdi. Əsəbi halda maşına yaxınlaşdı. Qapını açıb Gülsümün üzərinə şığıdı. Onu oğlandan ayırıb, oğlana da bir yumuruq ilişdirdi. Gülsümü sürüyüb maşından yerə saldı. Xəyalın bu etdiklərini qəbul etməyən Sənan maşından düşüb Xəyalın üstünə cumdu. Şəhərin ortasında ara qarışdı məzhəb itdi...
Xəyal etdiklərindən peşiman olmamışdı. Şöbədə ifadəsində də bunu yazdı. "Mənə aid olan heç bir şeyi məndən heç kim ala bilməz!"
Xəyalın bu davasından Fəridin xəbəri yox idi. O zaman o hələ nəzarətdəydi. Amma Xəyalın yanında işlədiyi vəkil Xəyalın arxasınca gəldi. Onu şöbədən çıxarıb ofisə gətirdi. Uşaq kimi qarşısına qoyub danladı.
- Sənin sevgilini yolun ortasında tutub öpməyib ki. Demək ki sevgilinin də bu işdə könlü olub ki, o oğlanın maşınına minib də. Bundan ötrü dava edib töhmət almaq nə demək? Heç özünə yazığın gəlmir? Sən tələbəsən axı. Fikirləşmirsən ki sənin içəri düşməyin unversitet həyatlna ləkədi?
Sənanla Gülsüm görüşür, hər gün işə gətirib, işdən yataqxanaya aparırdı . Fuad da bundan xəbərdar idi. Gülsümün hər addımını izləyir, onun haqqında Nəzakətə xəbər verirdi. Bu xəbər onu sevindirirdi.
- Kimnən gəzir gəzsin, təki Xəyaldan uzaq dursun.
Onun fikirincə XƏyal Nuranənin çıxış yolu idi. Həkimin dediyinə görə Nura sağalacaq. Hətta Nuranədə çox irəliləyişlər vardır. Bəs birdən tam sağalmasa, onda şikəstlik və ya ruhi xəstəlik qalsa? Bunun carəsini də tapmışdı. Elə Xəyalı məhz bunun üçün əldə tutmaq istəyirdi.
Nuranın ətrafında nə dostlar qalmışdı nə tanışlar. Kimsə Nurayla maraqlanmır, yanına gəlib getmırdi. Bu da Nuranənin ürəyinə bir tərəfdən toxunurdu. Çox ıstəyirdi disko- barlarda əyləndiyi dostları indi yanında olsun. Amma heç kim, - heç kim yox idi. Sankı Nuranə adlı bir kəsi tanıyan yox idi.
Həkimin dediklərindən sonra Hidayyət iş otağına çəkilib xeyli düşünmüşdü. Doğurdan da həkim haqlıydı. Nuranə Fəridi görəndə bir başqa olurdu. Bəlkə qızının həyatı Fəridin əlindəydi.
Hidayət Nuranəni çox sevirdi, canını malını da qurban verməli olsa o qızının yolunda hər şey edrədi. Çox götür qoydan sonra qalxıb Xəstəxanaya getdi. Tacəddini tapıb onunla bu barədə utana utana danışdı.
- Doktor, bir kişi üçün belə bir mövzunu yad bir adamla danışmaq nə qədər çətindir, bilirsiz. Amma bunu sizdən çarəsiz ata kimi üzür istəyə istəyə təvəqqe edirəm. Qızımı bu bəladan qurtarın! - deyib Nuranənin həkimini onlara dediklrini Tacəddinə söyləyrək kömək istədi.
Tacəddin həkim Hidayyətin nə demək istədiyini başa düşmədiyindən onu sakitləşdirməyə çalışdı.
- Hidayyət müəllim, bir dəqiqə, həyəcanlanmayın. Sakit olun xahiş edirəm. Bilirsiniz ki, xəstxanamızın ən yaxşı psixiloqlarını Nüranə xanım üçün səfərbər etmişik. Doktor Vəliyev də klinikamızın ən savadlı psixioloqlarından, həm də hörmətli professorlarımızdan biridir. Əgər həkimin məsləhətindən narazılığınız varsa...
- Yox yox doktor. Əksinə qızımın müalicəsi üçün sizdən dəstək istəyirəm.
- Mən nə edə bilərəm ki?
- Fəridlə danışın, hər gün heç olmasa gündə bir saat Nuranəylə vaxt keçirsin.
Tacəddin çaşqın çaşqın carəsiz ataya baxdı.
- Niyə məhz Fərid?
- Vəliyev özü də Nuranənin məhz Fəridin yanında rahat olduğunu dedi. Sanki Fərid onun həkimidir. Fərid təmkinli, mehriban oğlandır. Hər kəsi öz diliylə danışdırmağı bacarır.
Tacəddin çənəsini qaşıya qaşıya biraz düşündü.
- Bilirsiz Fərid iş güc adamıdır, axı onun elə boş vaxtı olmaz da heç.
Hidayyət aciz aciz başını aşağı salıb boynunu burdu. Atanın bu halı ürək ağrıdıcı bir vəziyyət idi. O boyda kişi oturduğu stulda kağız kımı büzüşmüşdü.
Biraz düşündükdən sonra Tacəddin Hidayyətə baxıb ciddi ciddi sözə başladı:
- Fərid işini bilən, əlinə düşən hər bir fürsəti dəyərləndirən adamdır. Məncə sizin bu təklifinizi qəbul edər. Amma boşuna da bu işə vaxt sərf edəcəyinə inanmıram. Mərhəmmətlidir, düzdür, ağıllıdır, bacarıqlıdlr, əli açıqdır. Amma qazanmasını da bilir xərcləməsini də. Gəlirini də xeyriyyə işlərinə sərf edən adamdır.
- Nə məsləhət görürsüz?
- mƏncə Fərid sizin bu təklifinizi elə belə qəbul etməyəcək. Fəridi yaxşı tanıyıram. Onun pul parayla işi olmaz. Çünkı o hər zaman zəhmətsiz işin əlehinə olub. Amma bəlkə sizinlə bir iş qurar.
- Qızım üçün hər şey edərəm , təki o yaxşılaşsın
- O zaman, mən sizə xəbər verəcəm
Bir axşam yeməyində Tacəddin Hidayyətin ona təklifini söylədi.
- Bəlkə bir şey fikirləşəsən? Hidayyət sözü keçən adamdır, iş adamı, çevrəsi var. Bəlkə onun əliylə bir klinika açaq?
- Əslində pis fikir deyil. Klinika yox elə onun kimi bir şey. Onunla ortaq bir qrum qurmaq olar. Qızı kimi xəstələri oraya cəmləmək, onları cəmiyyətə qaytarmaq kimi məsələ. Əslində qızı da bunların hesabına bəlkə həyata bağlanar.
- Pis fikir deyil, fərqi yoxdur klinika ya belə bir sanatoriya.
- Səni də sanatoriyanın baş həkimi qoyarıq - fərid Tacəddinə göz vurdu- Narında - bacımı deyirəm bu gün sabah ATU yə qəbul olacaq. Həm oxuyar, həm də burada praktikada olar, işləyər, sonra bərabər idarə edərsiz klınıkanı. Düzdür ilk başlar bir az çətin olacaq, amma tanındıqca...
- Afərin əziz dostum. Mən demişəm gəə sən kəlləsən kəllə.
- Yaxşı görək - Fərid gülə gülə ətrafa baxdı - indi elə biləcəklər kəllə paça bişir.
Gülüşdülər.
Hidayyət bu təklifi məmnuniyyətlə qarşıldı.
- Yaxşı bəs bu sanatoriyanı harda açaq? Bakıda?
- Hidayyət müəllim, fikirim var ki, belə bir sanatoriyanı dağ rayonlarının birində, səfalı bir yerdə açaq.
- Necə?
- Düşünün biz sağlam insanlar istitahət üçün dağa gedirik. Amma qüsurlu vətəndaşlar isə bu gəzintidən məhrum qalır. Onlar da gəzmək, nəfəs almaq istəyir
- Sizcə bu bizə sərf edər? Ora kim gələr?
- Tacəddin bir həkim kimi mənim fikirimi təstiqləyə bilər. Fiziki və zehini qüsurlu insanlar təbiət qoynunda gəzməyi daha çox sevir, nəinki şəhərin səs küyünü.
- Bəli, onlara sakitlik gözəl mənzərə, təmiz hava, istirahət lazımdır.
- Başa düşdüm, amma bəlli ki, o xəstəxanaya da hər adam gəlməyəcək axı. Uzaq olduğu üçün oraya bu xəstələri təkbaşına buraxmazlar.Yanı illa ki, yaxınlarının yanında qalmaq istəyənlər olacaq. Bu da onlara sərf etməz, həm xəstənin müalıcəsi, həm də özlərinin otel xərcləri...
- Əlbəttə ki, biz bunları da düşünmüşük. Təbii ki,sanatoriyanın nəzdində qonaq evi də olacaq, istəyən orda istədiyi zamana qədər qala bilər . Onların rahatçılığı üçün də orda hər şərait yaradılacaq. Otel kimi. Burada restoran və əyləncə mərkəzləri də fəaliyyət göstərəcək. Xəstələrin müalıcəsi üçün elə qiymət qoyacağıq ki, nə şiş yanacaq nə kabab. Vətəndaş bu xərcləri sadecə xəstəyə ayrılan vəsait kimi qəbul edəcək.
- Bu doğurdan da böyük bir proyektdir.
- Böyük olduğu qədər də, çətin. Dövlətdən də dəstək istəyəcəyik. Uşaq və hüzur evlərindəki fiziki və zehini qüsurlu xəstələr dövlət hesabına müəssəmızdə istirahət edə biləcəklər. Bundan əlavə özəl müəssələrlə, özəl xəstəxanalarla əlaqə yaradacağıq. Müştəri çəlb edəcəyik. Düşünün. Bir xəstənin yanında bi nəfər də sahibi gəlir. Ən az beş gün burada onunla qalacaq. Lap 1 gecə qalsın. Bu bizim xeyrimizədir. Biz bir gülləylə iki dovşan vuracağıq. Həm pansiyonatı işlədəcəyik, həm qonaqlamadan pul qazanacağıq. Xəstəylə gələn qonaqlara lüks oteldəki yeməkklər kimi özəl yeməklər hazırlanmayacaq ki, bizim artıq xərcimiz çıxa. Xəstəxananın yeməklərini qəbul edən etsin, etməyən, əlini cibinə salsın.
- Əla fikirdir. Yaxşı bəs bu müəssələrin başında kim duracaq?
- Orası asan məsələdir. Məsələn elə birində Nuranə xanım.
- Nuranə? Nuranənin vəziyyəti göz önündədir.
- Sağalacaq ay Hidayyət müəllim. Darıxmayın. Ona biz dəstək olmasaq, ona bu həyatın gözəlliklərini anlatmasaq, bu cəmiyyətdə onun da varlığını başa salmasaq o ayağa qalxmaz. Bunun üçün doktor Vəliyevin dediyi kimi ona təkan vermək lazımdır. Məsələn. Ona desək ki bu müəssənin bütün məsuliyyəti sənin üzərindədir. Gülməli görünsə də, maRaqlı olsa da o bu məsulliyyətin altına girə biləcək. İnanın mənə. Deyir, molla uzaq bır yerə səyahətə gedir. Evinin açarını verir oğru qonuşusuna. Evini ona tapşırır. Çünki bilir ki, məsuliyyət çox ağır bir şeydi. Bu məsuliyyəti boynuna götürən adam onu göz bəbəyi kimi qoruyacaq.
Bəli, Hidayyət lazımı yerlərlə, adamlarla, görüşüb bu barədə məsləhətləşdi. Dövlətdən də dəstək gəlincə Fəridi çağırıb bu qərarı ortaq imzaladılar. Azərbaycanın ən səfalı güşələrindən birində bu obyektin inşası üçün yer secildi. Yer də elə Fəridin ata-baba rayonunda idi. Fərid özü məkan olaraq buranı seçmişdi. Məqsədi də yerlilərini işlə təmin etmək idi. Əvvəl obyetin tikintisində, sonra isə elə obyektin özündə işlətməklə.
Xəyal Gülsümdən əl çəkmirdi. Gülsümün onun duyğuları ilə oynayıb sonra onu atması qüruruna toxunurdu. Bütün bu uğursuzluğunun başında kasıbçılıq olduğunu fikirləşirdi. Ürəyində yüz cür xəyal qurur, varlanacağı günü xəyal edirdi. Elə bu varlanmaq eşqi onun yolunu əyirdi. Özü də bilmədən cəmiyyətə yararı olmayan adamlara qoşulmuşdu. Xəyalın saflığından və sadelövlüyündən istifadə edən fürsətçı dostlar Xəyalı yasaq alverə çağırırdılar. İlk qazancı Xəyalın gözlərinə işıq gətirsə də tez bir zamanda bu işıq onu zülmətə qərq etdi. İkinci əməliyyat zamanı polislərə yaxalandı. Təcrübəsiz, bu vəziyyətdə nə edəcəyini bilmədiyi üçün qaçıb canını qurtara bilmədi.
Fərid Xəyala çox hirslənmişdi. And içirdi ki, onun arxasınca getməyəcək.
- Qoy rədd olsun. Bundan adam olmaz əşi...
Yenə də ürəyi dayanmadı. O dönərçidə gördüyü tələbə gözlərinin önündə dayandı. Məktəbdən verilən qırmızı diplom, unversitet və iş həyatındakı uğurları onu fikirindən daşındırdı. Qalxıb şöbəyə gəldi Onunla görüşdü.
- Axı sən qaranlıq dünyanın adamı deyilsən Xəyal, adam ol adam. Gül kimi uşaqsan. Gələcəyini ləkələmə bala. Sənə qardaş dedim, qoltuğumun altına çəkdim, bağrıma basdım, himayəmə aldım. Adam ol dedim. Yaxşı uşaqsan oxu bu cəmiyyətə bir yararın olsun dedim. Demədim ki mənə arxayln olub qudurasan? Sən elə hər zibil qaynadanda mən sənin arxanca sürünmək məcburiyyətindəyəm? Dostluq yoldaşlıq da bir yerə qədərdir. Özünü gözdən salarsan dostluq da bitər yoldaşlıq da.
- Bağışla, üzür istəyirəm.
- Deyək ki mən bağışladım, bəs sən? Sən özünü bağışlaya biləcəksənmi?
Xəyal başını aşağı salıb qucaq qucaq tər tökürdü.
- Bu həyatda bu əyri yollarda heç kim qazanmayıb. Kasıb ol mərd ol qardaş! Bax hələ sənə qardaş deyirəm, oğlum deyirəm sənə . Varlanmaq istəyirsən, işlə çalış cabala, ağlını işlət. Yekə kişisən!. Məni də pis vəziyyətdə qoyma. Adımız sanımız var. Bu vaxta qədər mənim adım belə haram işlərdə çəkilməyib ki, mənim cevrəmdəkilər də bu yola əl ata.
- Sənin kimi varlanım? Sənə düşmən kəsilən Nuranın atasıyla müqavilə bağlamısan. Sən görmürsən onlar səndən istifadə edir? Birazdan da qızını...
- Kəss səsini... Bax savaş bunu bizdən istəyir. Düşmənin arxasına keçıb arxadan onu vurmaq. Yeri gəlsə rəqibinə dost olacaqsan yeri gəlsə düşmən! Düşməninin çox olduğuyla qürurlanma, dəstədən ayrılmış qaza dönərsən, yolarlar səni. Sən ona bax gör düşməni neçə özünə dost edirsən.
- Bunlar başqa başqa şeylərdi.
- Eyni şeylərdir amma başqa variantlarda. Varlanmaq istəmirsən? Öncə düşməninin sərvətinə baxacaqsan, sonra çevrəsinə. Çevrə sağlam deyilsə onu yıxmaq asandır. Sən indi indi həyata ayaq basırsan, ay uşaq! Əlinə düşən fürsətfən istifade etməkdən, pzünə gün ağlamaqdan dostlarını da özündən uzaqlaşdırırsan. Kimdən ötrü? Bur sıyıq qız üçün? Budur sənin həyat meyarın? Kiminə, nəyinə güvənirsən ki, millətə buynuz atırsan? Keçən dəfə o buynuz atdığın bilirsən də kimin oğludur? Gücün çarar ona? Eləsinə buynuz armaq üçün gərək əvvəl buynuzunu itilədəsən, əlinin dalı da kəsə, qabağı da. Ağlını başına yığ, adam ol!
Xəyal nə deyəcəyini bilmirdi. Fərid haqlıydı. Bir vəfasız qızın uğruna belə bir dostunu itirmək ən böyük ağılsızlıq olardı.
- O qızın gözü yüksəklərdədirsə boşuna çabalama. istəmirsə qoy istəməsin. İstəməsini istəyirsənsə sən də yüksəyə qalxmalısan.Haram pulla yüksəliş sağlam yüksəliş deyil. Bax, gördünmü, dünən qazandın, şirnikdin bu gün düşdün, burdasan. Sabah nolacaq? O biri gün nolacaq? Ağılla qazanmaq lazımdır ağılla...
Bu hadısədən sonra Xəyala unversitetdə töhmətli xəbərdarlıq edilmişdi. Elə Fəriddə ona son xəbərdarlığını etmişdi.
Fərid söz verdiyi kimi, arada Nuranənin yanına gəlir, 10 15 dəqiqə onunla danışar, maraqlanar, söhbət edib gedirdi. Bəli Nuranədə çox yenilik var idi. Əllərini hərəkət etdirir, özü suyunu içir, qaşığını tuta bilirdi. Daha qoryucu bez taxmırdı. Çətinliklə də olsa köməkçinin yardımıyla tuvaletinə, hamamına gedə biıirdi. Yatdığı yerdə kitab, qəzet- jurnal oxuyurdu. Anasını görməyəndə keyfi yerində olurdu. Anasını görəndə isə elə bil qızın içinə barıt doldururdular.
Müalıcələr davam edir, İki gündən bir xəstəxanaya aparılıb fiziki terapiya, vanna, elektoşok qəbul edirdi. Və mütləq, hər xəstəxana çıxışında şoferin köməkliyiylə Fəridi də ziyarət edirdi. Əlil arabasında fƏrid üçün çətinliklə də olsa otururdu. Hələ danışa bilməsə də Fəridi dinləmək ona sonsuz keyf verirdi.
Fərid yeni işlərindən, yeni nəaliyyətlərindən ona danışır, əlindən tutaraq ona ümüd verirdi. Yeni obyekt onun həyatının bir parçası olduğu kimi Nuranı da bu işlərə həvəsləndirirdi. Ona söz verirdi ki, qalxıb gəzəcək birlikdə o obyektə gedəcəklər, hətta obyektin bütün işlərini onun öhtəsinə buraxacaq. Nuranə bütün bunları düşündükcə gözləri işıldayır, Fəridin dediklərini sevinc içində başıyla təstiq edirdi. Nura demək olar ki, artıq danışmĞa cəhd göstırirdi. Danışmaq istərkən ağzıyla qəribə səslər çıxarır, bir şey başa salmağa çalışırdı.
Bəzi günlər Fərid ofis otağına yemək sifarış verər, Nuranəylə elə kabinetində yemək yeyərdi. Təbii ki hələ Nuranənin doğrü düzgün şəkildyemək yeməyi yox idi. Ona bəzən köməkcisi, bəzən də elə Fərid özü kömək edərdi.
BElə vəziyyətdə Nuranənin kövrəldiyini hiss edərdi. Nuranəni öz ailəsi hələ bir dəfə süfrə başına dəvət etməmişdi. Həmişə yeməyini öz otağında yryirdi. Ailə, xüsusən də anası onu cəmiyyətdən kənar, yararsiz biri kimi hiss edirdi. Amma Fərid. Belə hərəkətləriylə həm insanlığını isbatlayırdı, həm ona ümüd verirdi. Hələ bir dəfə həkimə belə gedəndə anası onunla gəlməmişdi. Həkimə şofer və köməkçiylə gəlirdi. Bəzən də vacib bir şey olanda həkim atasını çağırırdı o zaman da Hidayyət onlarla gedərdi xəstəxanaya. Fərid isə bir dəfə onu özü dəniz kənarına gətirmişdi. Özü arabasını sürmüşdü. Qucağına alıb arabadan yerə qoyumuşdu. Qumun üstündə oturub onunla şirin şirin söhbətlər etmişdi. Soyunub suya girəndə Nuranə o qədər arzulamışdı ki ayaqları olaydı, o da bu gözəllikdən məhrum qalmasaydı. Dəlisov bir ehtirasla Fəridin sağlam bədəninin əzələlərini izlədikcə özünün şıkəst ayaqlarına nifrət edirdi. Eyni zamanda ağlı uçub sağlam vaxtına gedirdi. Dostlarıyla görüşü, içməsi... Nə qədər tufeyilli həyat sürdüyünun indi indi fərqındəydi. Elə bunun üçün də özünə nifrəti o qədır atrırdı.
Nuranı bir şey maraqlandırırdı. Belə sağlam və yaraşıqlı, imkanlı oğlan nə əcəb bu yaşa qədər subay qalıb? Yaxşı heç bunun sevgilisimi də yoxdur? Axı onu nə vardar edir bir xəstə qızla zaman keçirtsin? Nuranəylə keçirtdiyi zamanı özünə sərf etsə indi ətrafında mankən kimi qızlar olmazdımı? Buna imkanı da var idi axı. Düşünürdü amma dili yox idi ondan bir şey soruşa.
Nuranə getdikçə yaxşılaşırdı, özünü kontfol edə bilirdi artıq. Hidayyət də, Nəzakət də qızlarındakı bu irəliləyişi kəşf edəndən çox xoşbəxt idilər. Lakin Nəzakət hər Nuranəyə baxanda Fəridə nifrət qusurdu. Hələ Hidayyətin Fəridlə iş qurmasını ağlına sığdıra bilmirdi. Bu söhbəti eşidəndə dəliyə dönmüşdü.
- Gör kimə etibar edirsən! Qızının həyatını qaraldan adam sabah sənin həyatını qaraltmayacaq?
Məhkəmə bitsə də, suç qızında olduğu ispatlansa da, hələ də o Fəridi günahkar tuturdu. Odur ki, nə onun evə gəlməsini istəmirdi, nə də qızının onunla görüşməsinə izin vermirdi
- Qoy görək ay Nəzakət, uşaq düzəlir yavaş yavaş onun sayəsində.
- Onsuz da düzələcəkdi də. Həkim demişdi...
Fəxri dünyayaya gələndən sonra Fərid Nəzakətin diqqətindən yayınmışdı. Uşaq əməliyyətla oldu. Həddindən artıq çəlimsiz və zəif uşaq idi. 2 kilo 400 qram doğulan uşaqda həyat əlaməti yox idi. Ana xəstəxanadan təcrid olunsa da uşaq hələ də kuvet altında tutulurdu.
Yeni körpənin dünyaya gəlişi ailədə hamını sevindiesə də yatağına məhkum olan Nura içini çəkə çəkə qalmışdı. Danışıq qabliyyətini itirdiyi kimi göz yaşı ifrazını və dad, qoxu bilmə qabliyyətlərini də itirmişdi, ağlamaq istəyəndə içini çəkər, burnunu qırişdırar. Bununla da ağlamağını ifadə edərdi. Bubevdə ona qarşı olan diqqətsizliklə barışa bilmirdi.
Bəli Nura Fəridi tanıdıqca onunla dostlaşmışdı. Nura danışmasa da Fərid onun nə demək istədiyini başa düşür, onu anlamağa çalışırdı. Fəxrinin anadan olmasının 40 cı günündə həyətdə qeyd olunan şənlikdən Nura özünü çox pis hiss edirdi. İçini çəkməsindən köməkçısı onun ağladığını başa düşdü. Nura doğurdan da stres keçirirdi. Çox pis haldaydı. Onu sakitləşdirmək istəsə də, bacarmadı. Həyətə düşüb Nəzakətdən kömək istədi.
- Get bir sakitləşdirici ver qoy yatsın. Heç nə olmaz.
Qonaqlarla masa arxasında oturan Fərid kənardan hərşeyə diqqət kəsilmışdı. Xüsusən də Nuranı məclisə gətirmədiklərini sindirə bilmirdi. Bu qıza yazığı gəlirdi. Valideyinləri həm qızın yaxşı olmasını istəyirdilər, həm ona dəstək olub onu cəmiyyətə alışmağa qoymurdular. Bir vaxtlar bəlkə də Nura heç də Fəxridən geri qalmayıb, amma indi bu qızın belə olmasından utanırdılardəyişən nədir? Nuranın bədbəxtliyi, çarəsizlıyi? Nə bilmək olur, sabah uzaq olsun bəlkə Fəxri ondan betər olacaq? Axı bir anaövladları arasına belə seçkılik salar? Axı niyə? Nə üçün dünya belə ədalətsizdir?
Köməkçinin Nəzakətdən sərt cavab almasını hiss edən Fərid yuxarıda bir şeylərin tərs getdiyini başa düşdü. Bir anda ürəyindən qəribə bir hiss keçdi. Gedib Nuranı arabasına qoysun və aşağı, qonaqların yanına gətirsin. Bu qıza bir stimul olar. Özünü dəyərli sayar.
Odur kı, qonaqlardan üzür ıstəyib tuvalet bəhanəsiylə içəri keçdi. Bir başa Nuranın otağına gəldi. Nura yerində çırpınır, inildəyirdi. Başı yatağın tam kənarına düşmüşdü. Əlləriylə boğazını tutub möhkəm möhkəm sıxırdı. Görünür özünü boğmaq fıkırındə idi. Fərid onun bu hAlından qorxdu. Tez onun yanına qaçıb əllərini boğazından açmaq istədi . Deyirlər xəstə adama ilahi bir güç gələr. Bəli, Nuranəyə də belə bir güç gəlmişdi. Onun əllərini boğazından açmaq mümkün deyildi. Fəridin ona həm yazığı gəlir, həm də ona olan bu diqqətsizliyi həzm edə bilmirdi. Ürəyində Hidayyəti də, Nəzakəti də söyürdü. Lazım ıdı bu toy bayram? Əşi bunu belə qeyd edəcəksən çıx get bir banket zalı tutun orda edin də. Lazımdır bütün bunları bu qıza yaşatmaq? Elə bilirsiz bunun hesabı elə belə qalcaq?Allah göydən baxır ee...
Nuranın əllərini boğazından açmaq üçün Fərid rəsmən Nurayla müharibə edirdi. Lakin baCarmırdı. Fəridin Nuraya gücü çatmırdı. Odur ki, yeni bir fənd işlətmək istədi. Onu ancaq təsəlliylə, sevgiylə sakitləşdirmək olardı.
- Nura, etmə belə, niyə belə edirsən axı? Elə bilirsən səni başa düşmürəm? Bilirəm ki, aşağıda olanlara hirslənirsən. Amma inan mənə, bunlar hamısı keçəcək. Qalxacasan ayağa. Bütün bunların qısasını özün alacaqsan. Burax burax boğazını, boğuldun.
Nura yalvarış dolu gözləri ilə Fəridə baxıb sankı ona "bezmişəm bu həyatdan, qoy ölüm, ya da öldür məni, qurtarım gedim" deyirdi. Fərid onun bu halından həm həyəcanlanmışdı, həm kövrəlmişdi. Qorxurdu da. Nuranın gözləri bərəlmiş, xirtdəyi xırıldayırdı. Onu beləcə buraxıb aşağı qaçıb kömək də istəyə bilmirdı. Əvvəl qızı sakitləşdirməliydi.
Onunla nəfəs nəfəsə burun buruna dayanmışdı. Nəfəsi qızın üzünə dəydikcə hiss edirdi ki, qızın əlləri boşalır. NUra düz onun gözlərinin içinə baxırdı. Fərid başını onun üzünə qısıb üzüylə saçlarını geri itələdi. Qulağına təngənəfəs yarımçıq səslənmış adı dəydi. Bəli, ilk dəfəydi Nura danışırdı Fər-i deyirdi. Fərid başını qaldırıb təkrar Nuranəyə baxdı. Nuranın da gözlərində sevinc vardı.
- Nura, sən danışırsan? - sevincək qışqırdı. Nuranın da gözlərində sevinc parladı. FƏrid sevinc içındə onun üstünə əyilib üzünü üzünə qoydu. Qulağına pıçıldadı.
- Danışırsan Nura, sən danışırsan, bilirdim bacaracaqsan. Mən bilirdim... Bir daha de , hə de görüm. De, Fərid...de eşidim. Burax boğazını, Fərid deyə bilirsənsə demək artıq ən çətinləri keçdin, çıxırıq yola. Haydı aslan qız, bilirdim bacaracaqsan.
Başını qaldırıb təkrar Nuraya baxdı. Nuranın əlləri boşalmışdı amma hələ də boğazındaydı. Gözlərindən işıq tökülürdü. Görünür özü də danışmağına çaşmışdı. Fərid Nuranın əllərini boğazından açıb yanına uzatdı. Özü də yatağın kənarına əyləşıb Nuranın çıyinlərindən tutdu.
- Nura, danışa bilirsən sən. Gordün?Bax indi aşağı əyilirəm, bir daha adımı çək, demək istədiyini de, başa salmağa çalış, yaxşımı? Özünü qorxuzma.
Nura gözlərin qırpıb razılaşdırdığını bildirdi. Dodaqlarını tərpətdi. Fəridin gözləri qızın solğun dodaqlarındaydı. Qızın dodaqları tərpənir, lakin səsi çıxmırdı. Fərid qulağını qıza yaxınlaşdırır, sonra təkrar onun dodaqlarına baxırdı. Dodaqlar tərpəndikcə özü də qəribə hala düşürdü.
- Hə Nura, cəsarətli ol! Danış...
Başını astaca qıza yaxınlaşdırdı. Biraz da yarı uzanıqlı qızın sinəsinə çökdü. Nəfəs nəfəsə idilər. Qızın ürəyinin atışlarını öz sinəsində hiss edirdi. Bu vəziyyət onların ikisini də həyəcanlandırırdı. İkisinin də dodaqlarına gülüş qonmuşdu. gözlər çevrəsində dolanıb. Bir birinin bütün üz cizgilərini süzürdü. İkisi də qəribə həyəcan içindəydi. Sankı kim isə hardansa Fəridin qulağına pıçıldayirdi ki, bu qız sevilmək öpülmək istəyir. Qızın ürəyinin atışlarından da bütün iradəsini əldən verirdi. Dodaqlarını qızın qulağına qoydu. Pıçıldadı.
- Sən çox gözəl qızsan Nura. İstərsən həmişəkindən gözəl olarsan. İnanıram bunu da bacaracaqsan.
Nuranın əli döşəkdə gəzdi. Ürəyinin döyüntüsü daha da artdı. Fərid başa düşdü ki, qız onun əlini tutmaq istəyir. Özü onun əlini tutdu.
Nuranın dodaqları tərpəndi. Güçlə eşidiləcək bir səs gəldi.
- Sə.. yaxş... adam..
Fərid dayana bilmədi hərarətlə qızın qurumuş dodaqlarını dodaqlarına yapışdırdı, barmaqları saçlarını dolaşdırdı... Nuranın ürəyi az qala yerindən çıxacaqdı.
Köməkçı içəri girəndə Fərid yatağın başlığına söykənmiş, Nura isə ona yaslanıb yatırdı...
X Ə Y A L
7 BÖLÜM
Fərid Xəyalı yeni tikilən obyektə mühasibat köməkçisi və kassiri təyin etmişdi.
-Otur ağılla başla dərsinə get gəl, Şirxan müəllimə kömək et, bu peşəyə yiyələn, öyrən. Adam kimi işləsən obyekt açılan kimi səni ora buxaltr verəcəm. Bax ağıl başla deyirəm aa. Uşaqlığı qoy bir kənara. Kişi ol.Kişi kimi də işlə puluvu qazan.
Bu xəbər Xəyalı çox sevindirmişdi. Unversiteti bitimədən belə işi qarantidəydi. Belə bir şans hər adama nəsib olmur.
İş ofisi Bakıda olsa da arada Şirxan müəllimlə gedib işlə, işçılərlə maraqlanırdılar. Qaimə və balansların haqq hesablarını çəkər, işçilərin maaşlarlnı verib gəlirdilər. Xəyal qiyabiyə keçmişdi deyə həyat da normala dönmüşdü. Yataqxanadan ayrılıb yeni iş yoldaşının biriylə kirayə ev tutmuşdu. Nə qədər Fəridə Gülsümdən ayrıldığını desə də, hələ də fikir diqqəti Gülsümün üzərindəydi. İlk sevgisi idi. Bütün saf və gözəl duyğularını ona bağışlamışdı. Unutmaq elə də asan deyildi. Onsuz həyata davam etmək, duyğusuz və hissiyyatsız bir həyat yaşamaq onunçün ölümdən betər idi.
Deyəsən bu dəfə Gülsüm öz müduriylə, yanı Fuadla görüşürdü. Sənan yoxa çıxmışdı. Qış günü geyindiyi toxunma jaket əynindən çıxmışdı, onun yerini dəri gödəkcə, lama palto almışdı. Ağ uzunboğaz , bahalı çəkmələr mini ətəklə qızı daha cəlbedici göstərirdi. Xəyal bütün bunları qəbul etməsə də, hələ də bu qızın gözəlliyyinə heyran idi.Ağlı fikiri onun yanında qalmışdı. Uzaqdan uzağa bu qız üçün yanıb qovrulurdu.
Yaxşı ki, Fərid onu iş ilə əlaqədar tez tez rayona göndərirdi. Başı az da olsa qarışırdı, Gülsümü unudurdu demək olmaz amma ondan ruhən uzaqlaşırdı.
Fərid Hidayətlə birgə başladığı bu obyektin bütün məsuliyyətini Tacəddinlə bərabər öz üzərinə götürmüşdü. Hidayyətin əliylə tikintinin inşaasına türk firmaları dəvət etmişdi. Fərid vəkillikdən başqa ikinci işini qurmuşdu artıq. Tenderə girərək iş dünyasına da qədəm basmışdı. Onun bu mövzuda ən böyük dəstəkçisi elə Hidayyət özü idi. Hidayyət bütün iş dünyasının qapılarını Fəridin üzünə açmış onu bu dünyanın sirləriylə tanışdırır eyni zamanda bu yolda özü kənara çəkilərək meydanı Fərifə həvalə edirdi. Bundan ürəklənən və özünün qabliyyətinə, Hidayyətin etibarına və gücünə güvənən güvənən Fərid rayonlarındakı bütün arıçıları bir yerə toplayıb arıçılığı inkişaf etdirməklə bal istehsalı üzrə kiçik bir müəssə qurmuşdu. Hidayyət Fəridin zəkasına, iş qabliyyətinə, enerjisinə heyran idi. O qədər arzulamışdı ki, onun kimi işgüzar bir oğlu olsun. Onun kimi oğlu olanın arxası yerə gəlməz. O FƏridlə qürur duyurdu. Amma nə etmək olar. Yenə də şükür edirdi Fərid kimi oğlu yoxdur ama onun kimi bir dost, ortaq qazanmışdı. Və bu ortaqlığı gözü götürməyənlər də var idi. Buna ən çox Hidayətin bacısı, qardaşı uşaqları darlanırdı. Hidayyətin başına bir iş gəlsə onun yaxın varisi olmadığı üçün hissələrin çoxuna ortaq kimi Fərid əl qoyacaqdı. Odur ki, indidən Hidayyətə aid olan hissələr Hidayyət sağkən öz adlarına keçirtməli idilər.
Bir gün Xəyal Şirxan müəllimlə obyekti gəzib ışlərini tamamladılar. İşçilərin maaşlarını verib, bütün təlimat və tapşırıqlarını ustalara tapşırandan sonra Şİrxan müəllim Xəyala döndü:
- Nə deyirsən Xəyal , deyirəm gedək, bir yerdə bir loxma çörək yeyək, biraz dincələk ondan sonra yola çıxaq.
-Əla olar vallah, qurd kimi acmışam.
Yeməklərini yeyib, biraz istirahət edib yola çıxacaqdılar ki, Fərid Şirxana zəng etdi.
- Şirxan müəllim, sizdən bir xahiş edim. Əgər imkanınız varsa gələndə ordan bizə dönün. Narın əmimlə Bakıya gəlməlidir, onları da götürüb gəlin.
Baharın son günləri idi, dağ yamacında burula burula gedən yolların kənarlarına elə bil lalədən və sarı çiçəklərdən xalı toxunmuşdu. Qara ilan kimi qıvrılan asfalt yolda şütüyən maşının içini radiyodan gələn həzin musiqinin sədaları altında Cavanşır Əsgərin Xəyal adam şeri səslənirdi.
-Salam, Xəyal adam !
Salam ! Necəsən ?
-Söylə, bu yerlərə necə gəlmisən ?
İçimdə qaranlıq,
heç nə görünmür,
ürəyim itibdi tapa bilmirəm .
Sən tapıb bu yerə necə gəlmisən?
Bura bostan deyil ,
bura bağ deyil,
Bülbüllər ötüşən gülüstan deyil,
Bura ruhun yurdu,
bura can deyil,
Bura dəniz deyil, qan dəryasıdı,
Salıb lövbərini niyə gəlmisən?
Qanıma hopursan, məni qan çəkir,
Yüküm ağIrlaşıb,
daha yan çəkir,
Qorxdun,
bu dünyanın oyunlarından?
Qorxma,
qarı dünya daha can çəkir,
Qaçıb sığınmağa yermi tapılmır,
torpaqmı tapılmır,
göymü tapılmır?!
AsılIb qalmısan fikirlərimdən,
könlümü üstümə aşıracaqsan,
Çölü yağış döyür,
ürəyimi sən...
Getməyə yermi yox?...
Niyə gəlmisən?.
Maşındakı yolcular şerin təsirindən xəyala dalsalar da arada Şirxan maşının güzgüsündən arxa oturacağa baxıb qımışırdı. Xəyal beynində " Xəyal adam"-ı saf çürük edirdi ama, Narının bütün diqqəti yanında əyləşmış bu yaraşıqlı oğlanın yanındaydı...
- Mənə Fərid Nəsibov lazımdır.
- Fərid müəllim sahədədir. Mən köməkcı Xəyal İbadov. Sizə yardımçı ola bilərəm.
- Fəridin nömrəsini verə bilərsiz?
- Bilmək olarmı kimsiniz?
- Mən Ləman Gəraybəyli , Fəridlə şərik sayılırıq. Hidayyət müəllimin baldızı qızıyam.
- Hə lap yaxşı. Amma üzür istəyirəm xanım, şəxsi nömrəni heç kimə verməyə ixtiyarım yoxdur.
- Mən heç kim deyiləm.
- Bağışlayın xanım...
- Aloo, bir dəqiqə. Mən Fəridlə bir iş üçün danışmalıyam. Vacıbdır.
- O zaman ofisə buyurun!
- Məni ələ salmısız? Özünüz deyirsiz sahədədir. Mən gəlim onu hardan tapım?
- Xanım, mən Fərid bəyin şəxsi nömrəsini verə bilmərəm! Bua mənim ixtiyarım yoxdur. Gəlmirsiz, o zaman iş nömrəsindən tez tez əlaqə saxlayın.
- Sən məni yaxşı tanımırsan mənimlə belə danışmağa haqqın yoxdur. Səni işdən...
Xəyal dinləməyib dəstəyi yerindən asdı. Yan tərəfdə masa arxasında oturmuş Narına baxdı
- Siz nəyə gülürsüz?
- Haa haa...
- Gülməli bir şey dedim?
- Haa, haa, haa
- Eee yaxşı görəy sən allah... İşim gücüm var mənim.
- Sən həmişə beləsən?
- Necə?
- Məzəli
- Nçç... Bunu mənə ilk dəfə siz deyirsiz. Əksinə həmişə çox ciddi olduğumu deyiblər mənə.
- Hmm... Əslində ciddi də demək olmaz, qaba...
Xəyal çaşqın çaşqın qıza baxdı.
- Qaba? Kim mən...
- Aha...
Xəyal əyilib üst başına baxdı, şüşə qapının önünə keçib özünə nəzər saldı:
- Qaba ha... Kim mən ha ...
- Ama yaraşır...
- Qabalıq?
- Mən qaba adamları sevirəm.
Xəyal Narının önündə dayanıb gözlərinin içınə baxdı.
- Yanı məsələn nə qədər qaba adam tanıyırsan?
Narın onunla göz gözə gəldi, gülümsədi. Qəmzəli yanaqları üzünə daha da şirinlik gətirdi. Qızın bu qəmzəsi Xəyalın ağlını başından alırdı. Düzdür ağlı fikiri hələ də Gülsümün yanıdaydı, amma Narına da diqqətsiz deyildi. Hissləri duyğuları dərbədər olmuşdü. Gülsüm onu elə qırmışdı ki, ümumiyyətlə nəinki qızlara, heç qadınlara da güvəni qalmamışdı. Elə bilirdi bütün qızlar oğlanları aldadır. Beynində belə qərar tutmuşdu.Gülsümdən sonra, o heç bir qıza baxmayacaq, əgər qarşısına keçən biri olarsa onunla ancaq gün keçirib əylənəcəkdi. İndi onun qarşısına Narın keçmışi. Qızın ona biganə qalmadığını hiss edirdi. Ama o özünü ələ alırdı. Olmaz Xəyal. Birinci o uşaqdır, ikinci də Fəridin bacısıdır. Səhər lap sən onu sevsən, dərdindən ölsən və Fərid də bunu bilsə necə ola olacaq? Demiyəcək, ə, bu nə qardaşlıq oldu? Mənim bacım sənin bacın deyilmi?
Elə indi də Narınıla üz üzə dayanıb onunla baxışarkən də ağlından kecənlər elə bu idi.
- Özünə gəl Xəyal, başqası deyil ee o, Fəridin bacısıdır...
Qapının zərblə açılması hər iki gəncı sanki yuxudan oyatdı. İxtiyarsız ikisi də bir kənara atıldı. Onların belə ani hərəkəti diqqətdən kənarda qala bilməzdi. Odur ki, qapını açan qadın qapının önündə ayaq saxlayıb gənclərin ikisini də qəribə baxışlarla süzdü.
Bir anın içində içərini gözəl ətir qoxusu bürüdı.Təmiz tülkü dərisindən boyunluğu olan montu ədayla çıyninə atmış qadın bic bic gülümsəyib,onları süzdü. Əzimkar görünən bu gözəl qadın dabanlarını özündən razı halda yerə vura vura içəri girdi. Gözlərini Xəyala zilləmişdı. Anı hərəkətdən zünü toplayan Xəyal qadına tərəf iki addım atıb qənşərində dayandı.
- Buyurun xanım, kim lazımdır?
- Xəyal İbadov
- Xəyal İbadov mənəm, buyurun!
- Həə, demək sənsən - qadın gülümsəyərək Xəyala baxdı, sonra Narına, sonra otağı gözdən kecirdi. Yavaş yavaş hərəkətlənib T şəkilində qiyulmuş iş masasını cüt oturaqlı tərəfinə keçdi. Əzimlə əyləşib yerini rahatladıqdan sonra Xəyala baxdı.
- Deməli belə. Xəyal imişsən
- Bəli, nə lazımdır?
- Mən də Ləman Gəraylı.
Xəyal əl ayağa düşdü.
- Bağışlayın xanım, biraz əvvəl zəng edən xanımsız?
- Özüdür ki var. Gəl dedin gəldim. Hanı sənin Fərid müəllimin?
- Dedim axı sahədədir.
- Mən də dedim, nömrəsini ver. Sən də dedin verə bilmərəm. Mən özümü təqdim elədim. Amma sən həddini bilməyib məni ayağına gətirtdin.
- Əstəğfullah...
- İndi mənə Fərid lazımdır. Di məni nə olur olsun onunla görüşdürməlisən! Bunu səndən rica yox, tələb edirəm.
- Fərid müəllim sahədədir - Xəyal xəcalətli şəkildə başını aşağı saldı.
- Mən uşağam səninçün? Sən məni tanımırsan eybi yox, heç olmasa Gəraybəyli soyadı da tanış gəlmədi sənə?
- Bağışlayın xanım, üzür istəyirəm.
LƏman Xəyalın boy postun heyranlıqla, eyni zamanda əsəbiliklə süzürdü.
- Sİz burda işdə məhəbbət oyunu oynayanda mən fermada belə oyun oynayanları çüçə yeminə qatıb toyuqlarıma yedirdirdim.
- Xanım səhv başa düşdüz - Narının səsi titrədi
- Mən Fəridin bacısıyam.
- Ooo... - Xəyal bəy... Maşallah ağzının dadını bilirmişsən. Bravo!!!
- Nə danışırsız ay Xanım, ayıbdıyee
Ləman ədayla güldü.
- Hesab oldu heç heçə. Sİz mənnən zarafatlaşıb, məni ayağınıza qədər gətirdiz, mən də zarafata borclu qalmaq istəmədim - sonra tam ciddi bir şəkildə üzünü ciddiləşdirib Xəyala baxdı.
- Fərid gec gələr?
- Bilmirəm, bir şey demədi.
- Onda Fəridin nömrəsini ver!
Xəyal ixtiyarsız olaraq FƏridin nömrəsini not vərəqinə yazıb Ləmana uzatdı.
- Bunu bayaqdan versəydin, mən də buraya qədər təsrif buyurmazdım.
- Bir daha üzür istəyirəm, xanım .
- Yox məndən elə bslə qurtuluş yoxdur. Boş boşuna üzür qəbul edilmir. Qoy bu hesab qalsın sonraya. Amma çox şad oldum sizinlə tanış olmaağıma - əlini ədayla Xəyala uzatdı- Deyəsən biz çox görüşəcəyik hələ.
Xəyal gülümsədi və xanımın əlini ehtiramla sıxdı:
- Şad olaram, xanım. Bacardığım iş olarsa, böyük məmnuniyyətlə...
- Olacaq, olacaq... Sizi də tanımağıma şad oldum, balaca qız.
- Mən də - Narın dilucu dilləndi.
Ləman qapıdan çıxan kimi Narın Ləmanın arxasınca 'Balaca qız" deyə ağzını əydi. Balaca cılız qız idi Narın. 17 yaşı tamam olmuşdu hələ 14 - 15 yaşında qız kımı görünürdü
Narının Çırnamasını gprüb bu dəfə də XƏyal ona sataşırdı:
-Düz deyir də Balaca qız,balacasan da.
- Mənə Balaca qız demə! Bildin?
- Balaca deyilsən?
- EE Xəyal bəsdir də - Narın ağlamsındı.
Xəyal masasının arxasına keçıb özünü məşgul göstərdi. Amma gözaltı Narına baxaraq gülümsəyib bir daha "Balaca qız" deyərək ona spz atdı. Başına dəyən qələmi yerdən götürüb Narına göstərdi.
- Olsun, bunun hesabı yerdə qalmaz...
Ləman Hidayyətun Baldızı qızı idi. İş dünyasında sözünü demiş iş qadınlarındandır. Şimal rayonların birində açdığı toyuqçuluq və bloyer firması onun sevimli məşguliyyət yeri idi. Toyuqların arasında gəzdikcə, cücələrlə zaman keçirincə ruhu dincəlirdi.
Üç yaşında bir qızı vardı, yoldaşı da iş dünyasının tanınmış şəxsiyyətlərindən idi. Ailələrin razılığəyla 12 il bundan əvvəl Ləman Sankt Peturbuqda oxuyarkən evlənmişdilər. Evlilik rəsmı şəkildə baş tutsa da Ləmanın oxuması və ölkədə yaşamaması bu iki gənci bir araya gətirməmişdi. Sultan iş adamıydı, Bakıda işləyirdi, Ləman isə Rusiyada oxuyurdu və burada yaşayırdı. Bu cür düzən hələ bir birini tanımayan gəncləri bir birinə soyuq salırdı.
Nəhayyət Ləman unversiteti bitirib Azərbaycana qayıtdı, Lakin oraların abu havasına, təbiətinə alışmış qız Bakıda qərar tuta bilmədi. Çox keçmədi ki, təkrar Rusiyaya döndü. Sevgi olmayan, ailələrin istəyi ilə qurulan ailədəki düzənsizlik heç Sultanın vecinə də deyildi. Ailə onun üçün sadecə rəsmi kağızdan ibarət idi. Arvadı harda yaşayır, necə yaşayır maraqdlanmırdı. Sultan öz rahatlığına düşkün bir insandır, ona görə də Ləmanın rahatlığına qarışmırdı. Özü bilər ona necə rahatdırsa qoy elə də yaşasın deyirdi. Əslində heç Ləman da onunla maraqlanmırdı. Əriylə arasında ciddi bir rəsmiyyət var idi. Ərini sadecə uzaq bir tanış, dost kimi qəbul edirdi. Yatağa girəndə atasının bir dostunun çarəsiz bir qıza təcavüzü kimi qiymətləndirirdi bu münasibəti. Çəkingənlik, utancaqlıq və məcburiyyət... Hər münasibətin sonunda göz yaşı və ayı kimi arxasını ona dönüb xoruldayan ər...
Arada yeməyə çıxar, gəzməyə gedər əylənirdilər. Yataq münasibətləri son zamanlar daha bərbad idi. Yenə Sultan arada Ləmanın yanına Rusiyaya gedəndə bir iki həftə orada qaldığı zaman bərabər zaman keçırırdılər. Amma aradan illər keçdikcə...
Sultanın ailə kimi yaşadığı bir qadın var idi. Qadının özünün qızından başqa Sultandan da bir oğlu da var idi. Bunlar hamısı Ləmandan əvvəl olan hadisələr idi. Ləman bunu qəbul etməsə də ailələr Ləmanın yerinə qərar qəbul etmışdılər.
- Ailəmizin gələcəyi və Sərvətimizin it qurd əlinə düşməməsi üçün bu evliliyi qəbul etməlisən!
Vəssalam. Ləman kim idi ki qəbul edilən bu qanunu icra etməyə?
Beləcə Sultanı da, hələ onun sevgilisini də, sevgilisindən olan uşağı da qəbul etmışdı Ləman.
RUsiyaya ikinci dönüşü Ləmanın həyatını büs bütün dəyişmişdi. Atasının iş adamı olan bir dostunun Rusiyada açdığı Bloyer fabrikində məsul vəzifədə işləyirdi. O məhz burada toyuqçuluğun sirlərini öyrənmiş, bu məsləyə dərindən yiyələnmışdi. Özündən 20 yaş böyük olan atasının dostuyla uzun müddət gizlin eşq həyatı yaşayırdı.Ürəyindəki sevgi boşluğunu onunla doldurmuşdu Ləman . Özündən çox böyük olsa da o kişinin onu sevməsi, ona xüsusi hörmət göstərməsi, onun Ləmadan bir qadın kimi zövq alması, onu dəyərləndirməsi Ləmanı xoşbəxtlərin xoşbəxti edirdi. Lakin bu çox da uzun çəkmədi. Ləmanın Rusiyada müdürüylə eşq yaşadığını eşıdən Sultan bunu özünə sığışdırmadı. Qalxıb Rusiyaya Ləmanın yanına gəldi. Elə nə olduysa ondan sonra oldu. Çox keçmədi Fermadan evinə qayıdan həmin adam naməlum şəxslər tərəfindən maşını ağır qəzaya uğradı. Sürücü və maşındakı başqa bir nəfər hadısə yerindəcə dünyasını dəyişdi.
Sultan isə o qədər sakit idi ki, Ləmanla çox mehriban, çox səmimi. Sanki arvadıyla normal ər arvad həyatı var imiş kimi...
Sevgilisinin ölümünü eşidən Ləman uzun müddət depresiya yaşayır. Onun ölümündən Sultanı günahkar hesab etsə də, əlində heç bir sübutu yox idi . Bu xəyanətin adı belə Sultanın yanında keçməmişdi ki fikirləşə ki, nəsə ola bilər. Sadəcə Sultanın ona vurduğu eyhamlardan, atdığı atmacalardan hiss edurdi ki, sevgilisinin ölümü əcəlin əliylə yox məhz Sultanın əliylə olub. Bundan sonra o ərinə daha çox nifrət etməyə başlayır. Ondan boşanmağa qərar verir. Lakin ailələr buna imkan vermir ki vermir. Boşanmaq istər kişi olsun, istər qadın bu ailənin şərəf və ləyayaqəti üçün böyük ləkə idi. Əksinə hamı Ləmanı qınayırdı." Sən yaxşı və cəlbedici qadın olsan, ərin sənə bağlanar, səni sevər" tənbehi Ləmanı mübarizəyə səsləyirdi. Bəli Ləmanın boş dayanmayacaq, əsla və əsla bundan sonrakı həyatını, gəncliyini, gözəlliyini Sultana verməyəcək, amma onu da o qadınla xoşbəxt olmağa qoymayacaqdı.
Sevgilisinin ölümündən sonra Rusiyadan əlini birdəfəmlik üzən Ləman bütün gücünü toplayıb indiki fermasını açır. İşinin başına kecir. Əriylə bütün əlaqələrini kəsir. Köçür rayona. Onun əriylə münasibətinin normal olmaması ailəsinidə özündən narazı salır. Atası və anası onu dəfələrlə tənbeh etsələr də Ləman öz qərarını vermişdi.
- Mən o adamla yaşamaq istəmirəm. Bunu siz istəyirsinizsə, al bu nigah şəhadətnaməm, o da Sultan. Əl çəkin məndən! Qoyun ürəyinizin başına,Sizin olsun. Sizə bu lazımdırsa, bəli mən istədiyiniz adamla evlı qadınam. Həm də Gəraybəylilərin gəliniyəm ...
Ləman güclənib iş dünyasına əqədəm , ətrafında da çoxları da dolanmağa başlayır. Azərbaycanda bir qadının təkbaşına belə bir iş qurması o vaxtlar üçün çox nadir bir hal idi. Belə güçlü qadınlar da, iş adamlarının gözündən, nəfisindən qaçmırdı. Açığı Ləman da bundan zövq alıb özünə daha da dəyər verirdi.ərindən, ailəsindən özünü asılı hiss etmirdi. " Sən yaxşı və cəzbedici qadın olsan ərin sənə bağlanar, səni sevər'' deyənləri bununla da susturmuddu.
- Mən yaxşı qadınam ki, məni sevənlərin sayı günü gündən artır.daşıma pərvanə kimi dolanırlar, ondan da artıq kişiləri çəlb edə bilirəmsə demək ki, mənim ərim kordur. Mənim gözəlliyimi və necə qadın olduğumu gözü görmür. Elə bu səbəbdən də layiq olduğu yerdə - o ifritəsinin yanındadır. Mən isə hələ də yüksələcəm. Onu elə edəcəm ki, dizin sizin sürünəcək arxamca, həsətlə baxacaq mənim oturduğum yüksəkliyə
Bu mesaj Sultanın qulağına da çatmışdı. Bunu özünə həzm edə bilmirdi. Ləmanın yanına gəlib :
- Nə qədər ki, mənim soyadımı daşıyırsan, nə qədər ki, mənim arvadım sayılırsan sən mənə şərəfsiz damğası vurdura bilməzsən!
- Bu adı özün qazanmısan! Get boşan!
- Bunu neçə dəfə özün istəmisən, boşana bilmisən? Bunu mən səndən çox istəyirəm. Çunki mən istəyirəm sevdiyim qadın, övladımın anası mənim evimin xanımı olsun.
- İndi neyləməliyik?
- Buna məcburuq! Sən də mənim xanımım olaraq buna gğz yummalısan.
- Xeyir bəy əfəndi. Madəm mən sənin etdiklərinə göz yumuram, sən məni gprməzdən gəlirsənsə, bütün hər şeyi görməzdən gələcəksən.
- Sən mənim arvadımsan!
- Sən də mənim ərimsən!
Deyib üsyancasına qışqırmışdı Ləman. Yerə çöküb dizlərinə vura vura ağlamışdı. Çox istəmişdi belə vəziyyətdə Sultan onu bağrına bassın bir kərə də olsa səni sevirəm, sən mənim gözümün nuru, başımın tacısan desin. Lakin o Ləmanı bu vəziyyətdə qoyub, qapını çırpıb getmişdi. Ləman da əlinə keçən nə varsa qırıb dağıtmaqla hirsini soyutmuşdu.
Bir qadın üçün, ərinin başqa bir xanımı sevməsi ona ölümdən betər idi. Özünə də ərinə də nifrət edirdi. Ərindən iyrənirdi, günlərlə Bakıya evinə gəlmir, ərinin üzünü görmək istəmirdi. Lakin, ailələr Ləmanın başının ətini yediyi kimi, sultanən da başının ətini yeyirdi. Məcburən ya Sultan onun evinə gəlirdi, ya da bu sultanın evinə. Sultanla Ləmanı bağlayan heç bur şey yox idi. Nə uşaq, nə sevgi, nə cinsel münasibət. Sadəcə iki ailənin ortaq qərarları ortaq malları var idi ki bu Sultan üçün də, Ləman üçün də əhəmmiyyətsiz bir şey idi.
Ləman sevgini kənarda axtarırdı, zövgü, həyəcanı başqasıyla yaşamaq istəyirdi. Sultan bunu hiss edir və tez tez də bu barədə Ləmanı xəbərdar edirdi. Ləmanın ehtirasını öz qucağında boğmağa çalışsa da Ləman buna imkan vermirdi. Ləmana sevgi lazım idi, sevgiylə ona qollarını açan bir kişi lazım idi, ona ehtirasın həzzini yox, sevginin həzzini yaşadan bir yataq lazım idi....
Özündən 20 yaş böyük keçmiş sevgilisi Ləmanın ürəyində, beynində elə gözəl izlər buraxmışdı ki, əsla bu izlərin ərinin qapatmasını istəmirdi. Hələ də onun ölümünü ərindən şübhələnirdi. Bu böyük məhəbbəi yarım qoyan və onu bir daha sevməkdən məhrum edən ərinə hər gün, hər an zərbə vurmağa çalışırdı.
Ləman özünü tənha hiss edirdi. İçindəki bu boşluğu doldurmalıydı. Ancaq necə? Cinsi düzənsizlik də sağlığında problemlər yartmışdı. Müalıcələr alırdı. Qadın hormonları kndan düzənlı cinsellik tələb edirdi, ana olmaq istəyirdi, ancaq...
Günü gündən yaş kecirdi.Ürəyindəki boşluğu kişi sevgisiylə doldura bilməsə də övlad sevgisiylə doldurmalıydı. Amma bu uşağın atası kim olacaqdi? Kim olur olsun əsla və əsla bu Sultan olmamalıydı deyə düşünürdü .
Ləmanın ətrafında dolaşan gənc adamlara heç marağı oyanmırdı. Fikirləşirdi ki, heç bir gənc oğlan heç vaxt onun keçmış sevgilisinin yerini verə bilməyəcəkdi. Həm də ətrafında dolaşan gənclərin ondan istifadə etmək istədiklərinin fərqindəydi. Özünü, gəncliyini, malını, varını belə cahil düşüncəli cavanlara xərcləmək istəmirdi. Ona əsil sevgisini verə bilən, sevgisi yolunda Sultan və ailəsiylə mübarizə apara bilən bir adam lazım idi.
Bəli, Ləmanın xəyalındakı o qəhrəman adam nəhayyət ki qarşısına çıxdı. Bir gün, işi üçün döydüyü bir dövlət qapısını xəyallarındakı o adam açdı. 60 yaşında tanınmış bir məmur...
Buna sevgi demək olmazdı. Amma o bu həyatından çox məmnun idi. O Sultandan mərhəmətli, onu qadın kimi sayan, qadınlığına, gözəlliyinə dəyər verən bir adam idi. Hər görüşündə kiçicik də olsa bir hədiyəylə ona dünyaları bəxş edirdi. Qoynuna alarkən ona işlətdiyi xoş kəlmələr onu göylərin yeddinci qatına qaldırırdı. Sevgi acı olan Ləman bu Cahangirin sevgi dolu sözlərinin qarşısında şam kimi əriyirdi. O Ləmanın gözündə 20 yaşlı oğlan kimi görünürdü. Ləman bu münasibətdən utanmır, özünü əsla əskik hiss etmirdi.
Bu münasibətini Sultana da hiss etdirməklə onu qısqandırmaq istəyirdi. Bu adam demək olar ki bir rayonun yiyəsi, şəxsiyyətdən də, hörmətdən də, puldan da atasından - qaynatasından qat qat üstün bir adam idi. Sultan onun yanıda adı bir qarışqa idi. Ləman bu adamı məmuniyyətlə ailəsinə də ərinə də təqdim edərdi. Lakin adamın yaşı və bu yaşlı adamın bu münasibətin gizli tutma istəyi onun qol qanadını qırırdı. Adam tanınmış bir adam idi. Onun bu işlərdə adının hallanması onun vəzifəsinə və şəxsiyyətinə xələl gətirə bilərdi. Aralarında 33 yaş var idi. O kişi atasından da böyük idi.
Bəli bu münasibət çox da uzun çəkmədi. Səbəb Ləmanın ana olmaq istəyiydi.Bunu Cahangirə deyəndə kişi dəliyə dönmüşdü:
- Məni bu yaşımda rüsvay etmək istəyirsən?
Məhz bu səbəbdən Ləman bu adamdan ayrılandan sonra hamılə olduğundan xəbər tutdu. Buna çox sevinirdi.Ancaq bu uşağı necə ortaya çıxaracaq? Əriylə bir yerdə yaşayırdı. Amma yataq münasibəti yox idi. Bu halda əri bu uşağı necə qəbul edəcək. Hələ bunu o adam bilsə?..
Ləman Cahangirlə ayrılmağa qərar versə də, Cahangir Ləmandan əl çəkmir, tez tez onun iş yerini ziyarət edir, onu Ləman üçün tutduğu evə dəvət edirdi. Ləman isə nazıyla Cahangiri özünə təslim edib ona sahib çıxmasını istəyirdi. Cahangirin uşaqdan xəbəri yox idi ama, ən azından xəbəri olsa buna etiraz etməməyini istəyirdi. Söz verirdi ki, bu uşağın ondan olmasını heç kim bilməyəcək. Lakin Cahangir bir daha bu mövzuya qayıtmamağı ondan tələb edirdi. İş bu yerə çatınca Ləman onunla bağları birdəfəmlik kəsmək istədi.
Cahangir Ləmanın tez tez özəl həkim yanına getdiyindən xəbər tutmuşdu. Uşaq artıq 15 həftəlik idi. Bu uşağın varlığını bir Ləman bilirdi, bir də həkimi. Böyük həyəcan içərisindəydi. Qəribə duyğular yaşayırdı. İlk analıq hisləri Ləmanı arzular dənizinə atmışdı. Onu həyata bağlamışdı. Ürəyindəki boşluğu hələ dünyaya gəlməmiş oğlu doldurmuşdu. Aparatda uşağının görüntülərini izləyən, ürəyinin döyüntüsünü eşidən ana haldan hala düşür, gözlərinin yaşını tuta bilmirdi. Ləman oğluyla xoşbəxt idi. Bütün arzularını, illərlə üstündə əsdiyi fermasını dünyaya gələcək oğlunun xəyallarına bağlamışdı. Uşağı necə ortarya çıxacağını da planlamışdı. Doğuma bir neçə ay qalmış rayona fermasına çəkiləcək və bu müddətdə tanıdıqları dost- qohumdan heç kimi qəbul etməyəcəkdı. Hələ bir ailəylə də danışmağı planlayırdı. Uşaq doğulunca həmin uşağı onların adına yazdıracaq, sonra öz övladını onlardan övladlıq alacaqdı. Ləmanın planında hər şey yolundaydi. Lakin bir gün gəldiyi klinikanın qapısının zərblə açılması bütün arzularını suya tökdü. Gələn uşağının atası idi. Yanında da iki nəfər əli silahlı adam. Silahlar həkimin başına dirənmışdı. Ləmanın uşağını düşürməyi, ya da abort etməyi tələb edirdi. Çarəsiz qalan həkim Ləmanın yalvarışlarına, göz yaşlarına baxmayaraq uşağın inkişafdan qalması üçün ona iynə vurdu.
Həmin gün Ləman üçün bir qətliam günü idi. Həyatının şokunu yaşayırdı. Bu zamana qədər özünü nə gədər güçlü saysa da, indi özünü heç bir şey sayırdı. O bu dünyada oldu, ya olmadı nə mənası var idi ki. Bir qadın ki, həyatda xoşbəxt yaşamağın yolunu tapa bilmırsə bu onun üçün ölümə bərabər idi.
Maşınına minib Xəstəxanadan bir başa Fermaya yollandı. Gözü yolda olsa da abort masasında bətnindən parçalanıb dəmir qaba tökülən körpəsi gəlirdi. Qulaqlarında çağa çığırtısı dolmuşdu . Bu məhv olan uşağının səsi deyildi. Onun doğulacaq, körpəsinin səsi olmalıydı. Gəlirəm mənim balam sənin yanına gəliriəm. Bağışla məni səni qoruya bilmədim deyib maşın yolun solundakı uçuruma çəkdi.
Gözünü açanda xəstəxanadaydı. Sultan da başının üstündə.
Xəstəxana həyatı Sultanla onu yaxınlaşdırmışdı. Sultan ona qarşı çox dəyişmışdı. Bu dəyişikliyi Ləman qəbul etmirdi. Özünü əzik kimi görürdü. Fikirləşirdi ki, Sultan onu sevdiyi üçün deyil ona acıdığı üçün onun yanındadır.
Elə bil Sultan Ləmanın bu gününü gözləyirmiş. Çox dəyişmişdi. İşdən çıxıb bir başa evə gəlir, onunla zaman keçirir, tətilə gedirdilər. Yataq nünasibətləri də normala dönmüşdü. Ailələr də onların bu mehribançılıqlarına baxıb sevinirdilər. Amma nə qədər münasibətləri xoş olsa da ləmanın ürəyi əriylə barışmırdı.
8 ay sonra ərindən hamılə qalanda ilk hamıləliyindəki həyəcanı yaşamadı Ləman. Sanki bütün enerjisi, bütün həvəsi o parçalanmış körpəylə getmışdı. Sanki bətnində daşıdığı bir canlı deyil, artıq bir orqan idi. Qızı Fadimə dünyaya gələndən bir müddət sonra da bu qıza isinişə bilmədi. Öz sirrini pzündən başqa heç kim dilmirdi. Odur ki uşağına olan bu sevgisizliyi hamı Sultanla olan soyuq münasibətlə əlaqələndirdi. Ləmadepresiya üstünə depresiya yaşamışdı. Yara üstünə yara vurulmuşdu qəlbinə, pisxalogiyası darmadağın olmuşdu. Özünü itirmişdı. Bunu ozü də hiss edirdi. Dərdini açıb danışa bilməyəcəyi biri olmayınca pisixoloqlara üz tutdu. Uşağına qarşı münasibəti düzəldi. Amma kişilərə qarşı münasibəti yox. Həmişə ərinə zərbə vurmaq istəyirdisə bu dəfə gözünün qarşısındakı hədəf o məmur sevgilisi Cahangir idi. Hələ də o Ləmanı arzulayır, onunla görüşməyə can atırdı Cahangir. Ləman onun duyğuları ilə oynamağ qərarlaşdırmışdı. Bilirdi ki ona zərbənı ancaq və ancaq cavan bir oğlanla vurmaq lazımdır. Doğrudur cahangir puluna güvənirdi, gücünə güvənirdi. Ama hər gün ömür vərəqindən bir yarpaq salan Cahangirin qürurunu ancaq çavan bir sevgiliylə qırmaq olar.
Bəli, bu qurban artıq seçılmışdı. O qurban Xəyal idi.
X Ə Y A L
8 BÖLÜM.
Fərid iş yerində pəncərə kənarında dayanıb, şəhərin mənzərəsinə dalıb getmişdi. Bayaqdan əlində tutduğu fincandakı çay çoxdan soymuşdu. Özü də çayının soyduğunun fərqindəydi, ama yerindən tərpənmək istəmirdi. Sanki bu dəqiqə bütün xatirələrini bir akvariuma yığmışdılar. Bir balaca tərpənsə o akvarium tərpənib çalxalanacaq, hadisələrin ardıcıllığı bir birinə qarışacaqdı.
Fərid ucqar və səfalı bir kənddə , Rusiyayla sərhəd rayonların birində doğulub boya başa çatmışdı. Kəndlərindəki məktəb 8 illik idi. 10 illik oxumaq üçün 8 km aralıdakı sovetliyə gedib gəlməliydilər. Ailənin Fəridi oxutmağa imkanı yox idi. Odur ki, Fəridi Dağıstanda yaşayan əmisinin yanına göndərdilər.Əmisi kababçı idi. Atası Fərid də həyatını kafeyə bağlayıb əlınə bir məslək almasını istəyirdi. Əks halda bu dağ başındakı kənddə uşağın gələcəyi məhv olub gedəcəkdi
Məktəbin zavuçu Fərid kimi savadlı uşağın məhv olmasına izin vermək istəmədi. Fərid Dağıstandaykən Fəridgilə gələrək, onun atasından Fəridin heç olmasa rayon mərkəzindəki peşə məktəbində oxumasına izin verməsini istədi. Ağsaqqal zavucun sözünü yerə sala bilməyən ata oğlunu ancaq aşbazlıq ya da dərzilik peşəsinə yiyələnməsini istəyirdi. Fikirləşirdi ki, bu peşəylə hara getsə çörəyini qazanacaq. Beləliklə zavuç Fəridin adını peşə məktəbinin aşbazlıq kursuna yazdırdı.Dərslər açıldığında Dağıstandan Azərbaycana qayıdan Fərid.peşə məktəbinin başqa kurslarıyla maraqlandı. Kampüterləşmə proqramı və mühasibat uçotu kurslarını görəndə gözlərinə işıq gəldi. Aşbazlıq, dərzilik, çılıngərlik onun həvəs etdiyi peşələr deyildi. Odur ki , kursunu dəyişmək üçün yenidən müəlliminə ağız açmalı oldu.
Bəli, Fərid müəlliminin köməkliyi ilə artıq mühasibat uçotu kursuna daxil olmuşdu. Həyatının dönüş nöqtəsindəydi. Arzular aşıb daşırdı. Cox sevinclıydı. Təhsilinə davam edirdi. Buranı bitirən kimi sənədlərini unversitetə verə biləcək, sonra magistatura, sonra kareya...
Gözəl xəyalları var idi. Elzayla tanış olana qədər. Elza da, həmin peşə məktəbinin kompüter proqramları kursunda oxuyurdu. Kənd qızıydı. O da Fərid kimi 8 dən çıxıb kənddən rayona oxumağa gəlmişdi. Fərid məktəbin yataqxanasında, Elza əmisigildə qalırdı.
1 ci kurs gizli baxışmalar, izləmələrlə keçdi. Amma yay deyəsən iki gənci həsrət dəryasında boğmuşdu. Sentyabrın biri günü Fərid onu qarşılamaq üçün onların məhəlləsinin tinində gözlədi. Həqiqətən də bu üç aylıq ayrılıq öz işini görmüşdü. Qızlarla qol qola gələn Elzanı görəndə ürəyi az qala yerindən çıxacaqdı. Qız da onu tinin başında görmüşdü. Qəlbi sərçə ürəyi kimi çırpınmışdı. Gülümsəyib iri, badamı və yaşıl gözlərini süzdürmüşdü. Əlindəki kıtabı bağrına basıb sanki Fəridi qucaqlayıb salamlaşırmış kimi kıpriklərini titrətdi.
- Aaa, qızlar, müəllimə gül toplamışdım həyətdən, yadımdan çıxdı qaldı. Siz gedin, mən indi bu dəqiqə gəlirəm.
- Eee... Səhər apararsan. Gəl, gecikirik...
- Nə danışırsan? Sabaha qədər solacaq. Siz gedin, mən yetişərəm sizə.
Qızlardan ayrılıb evə dönmüş, darvazadan içəri girərkən ayaq saxlayıb yola baxmışdı. Qızlar tini burulub, gözdən itmişdi ama Fərid hələ də məhəllənin başındaydı. Çox xoşbəxt və sevincliydi. Demək dərsin ilk günü, Fərid onun üçün məhəlləyə gəlmişdi. 3 aylıq ayrılıq onu da Elza kimi darıxdırmışdı.
Elza tez içəri kecib, tələsik səki kənarında əkilmiş qönçə güllərdən beş ədəd üzüb, həyətin yan tərəfindəki daxmaya gəldi. Çöl tərəfdən asılmış köhnə çantanın içındən bir qəzet parçası götürüb gülü büküb həyətdən çıxdı. Tinə baxdı. Fərid hələ də orada idi. Onu gözləyirdi. Doqqazın qapısını çəkib iki üç addım aralanmışdı ki, arxasınca qapı açıldı:
- Elza? Sən hələ getməmisən?
- Gedirəm əmdostu. Müəllimə gül qıracaqdım, yadımnan çıxmışdı.
- Gecikmə, tez ol saat səkkizdi. Zəng vuldu.
Əmisi arvadı tindən oğrun oğrun onlara baxan Fəridi görüb Elzaya xəbərdarlıq etdi:
- Ağır başla haa... Məhəllədə biabır olarıq. İtə qurda ağız vermə!
Elza həyəcanlandı. Əlini sallayıb əmı arvadıyla vidalaşdı və ordan uzaqlaşdı. Fəridin yanından keçərkən dodaqlarının altından mızıldandı
-Əmidostum baxır, gəlmə...
Kim idi əmidostu saya salan. Tını burulan kimi Fərib arxadan qıza yetişib qızın qolundan tutaraq, səhərin korunda hələ açılmamış yaxınlıqdakı dükanın arxasına çəkdi.
Rayon yerinin şərtləri öz hökmünü sürürdü. Saf, təmiz məhəbbətini yol kənarından dərdiyi mavı sentyabr çıçəyini sevgilisini saçına taxmaqla tərənnüm etdi. Bununla da saf eşqın təməli qoyuldu. Gizlı görüşlər, qısqanclıqlar, naz və ədalar...
Beləcə iki il də keçdi. Nə Fəridi Elzadan nə Elzanı Fəriddən heç kim ayıra bilməzdı. Arzular, xəyallar aşıb daşırdı. Gənclər peşə məktəbini bitirib ikisi də ali məktəbə qəbul olacaqdı. Oxuya oxuya həm də işləyib gələcək yuvalarının təməli üçün pul toplayacaqdılar. Unversiteti bitirən kimi, 6 7 illik həsrətə son qoyacaqdılar.
Xəyallar gözəl - amma, bax gör alına yazılan taleyi özün silib təkrar yaza bilərsənmi?
Peşə məktəbinin son kursunda digər şagirdlər kimi onlar da sənədlərini unversitet üçün toplayırdılar. Evdən, məktəbdən ayrı ayrı çıxsalar da, lazım olan ictimai binada bərabər zaman kecirdir, işlərini həll etdikdən sonra bərabər rayon mərkəzindəki parka çəkilər biraz gəzib söhbət edərdilər.
Yenə belə günlərdən biri idi. Rayon dram teatırına "Solğun çıçəklər" tamaşası qoyulmuşdu. Sözləşdilər ki sənədləri lazımı yerə təqdim etdikdən sonra tamaşaya getsinlər. Odur ki, Fərid sinif yoldaşlarından bir qədər borc pul aldı. Atasından pul istəməyə üzü gəlməzdi. Atası kasıb odunçudur. Kəsdiyi odundan qazandığı pul ilə külfətini ancaq keçindirirdi. Pul lazım olanda uşaqlardan borc alar, müavinətini alan kimi borcunu qaytarardı. Odur ki bu dəfə də gümanı dostlara idi.
Yaxınlıqdakı komsiyon maqazına girdi. Türkiyədən gətirilmiş qaşlarla bəzədilmiş sırğalardan bir cüt seçib sevgilisinə hədiyyə aldı. Teatr binasının kassasından 2 bilet alıb yerdə qalan pullarını saydı. Dondurma və ya limonad almağa da pulu var idi. Hələ qalan pulla kojik də almaq olardı. Hər şey ürəyincə idi...
Tamaşa hələ başlamamışdı. Foyedə gəzib divara vurulmuş afişin qarşısında dayandılar. Fürsət idi. Çibindən aldığı sırğaları çıxarıb ovcunda gizlədərək sevgilisinə baxdı. Elə bu vaxt tamaşanın başladığını bildirən zəng çaldı. Foyedəkilər içəri keçincə Elza da tələsdi. Fərid onun əlindən tutub tələsməməyi bildirdi . Foye tamamılə sakitləşdıkdən sonra Fərid ovcunda tutduğu sırğaları Elzanın gözləri qarşısına tutdu. Elza əvvəl çaşdı, sonra sırğanın ona alındığını öyrənincə çox sevindi. Fəridin ona aldığı bu hədiyə ürəyincə idi. İlk dəfə idi belə sürpirizlə qarşılaşırdı. Uşaq kimi atılıb düşürdü. Fərid sağa sola baxıb ətrafın müsait olduğunu görüncə özü öz əliylə sırğanın bir tayını qızın qulağına taxdı. Həyəcandan ürəyi atan qız dayana bilməyib FƏridin əlini tutub yanağına sürtdü, gözlərini yumub, xumarlandı. Gülümsəyib asta asta kıprıklərini qaldırdı. Gözlərinin içinə baxdı. Gözlər o qədər xoşbəxt idi ki... Bu gözlər, bu baxışlar Fəridi məst etmişdi. Daha dayana bilmirdi. İlk dəfə ürəyindən qıza sarılıb dəli kimi öpüşmək istəyi keçirdi. Elə qızın da gözləri bunu deyirdi. Qız Fəridin əlini yanağından sürüşdürüb dodaqlarına yapışdıranda Fərid daha dayana bilmədi. Qızın çənəsini tutub başını boyu bərabərinə qaldırdı.
- Səni sevirəm Elzam - deyə pıçıldayaraq dodaqlarını qızın dodaqlarına qondurdu. Bir anda foyedə qopmuş səsdən ikisi də ilan vurmuş adamlar kimi kənara atıldılar. Elzanln Əmisi oğlu onları basmışdı. Fəridlə biraz əlbəyaxa oldu. Səsə gələn teatr binasının işçıləri onları ayırdılar. Əmisi oğlu Elzanın sürüyə sürüyə apardı. Onlar gedəndən sonra Fərid ovcunda qalan sırğanın o biri tayına baxdı..
İndi pəncərə qarşısında həmin səhnələr kino lenti kimi gözlərinin qarşısında canlanarkən çayını pəncərənin ağzına buraxıb qoltuq cibindən bir qutu çıxartı. Ehmalca qutunu sığallayıb gülümsündü. Qutunu öpüb açdı. İçində həmin sırğanın tayı var idi.
- Ehhh Elzaa, Elza... Sən bu həyatda yoxsan ama düz 15 ildir ki, bu sırğa mənə yoldaşlıq edir. Niyə belə elədin axı? Niyə özünə qıydin. Axı mən səni ürəkdən sevirdim, əzizim. Dəlicəsinə... Sən mənim həyatım idin. Səni hər halınla qəbul edərdim, bilirsən ki, edərdim... Niyə axı niyə axı məni tək qoydun? Niyə ürəyimi özünlə apardın? Axı mən səndən sonra yaşamadım ki, axı mən səndən sonra sevə bilmədim ! Axı bu həyatı mən səninlə yaşamağı xəyal etmışdım. Axı bu dəm dəstgahı, bu iş yerini biz bərabər açaçaqdıq. Bu idi vəfan? Niyə vəfasız çıxdın, axı nıyə?
Fərid sırğanı ovcunda sıxıb başını yuxarı qaldırdı. Topa buludların ardından sankı nəsə axtarırmış kimi gözlərini dolandırdı:
- Darıxıram...
Gözlərini yuman kimi iki damla yaş yuvarlanıb çənəsində bənd oldu.
- Sevmək istəyirəm Elzam... Amma sənin gözəlliyinin üstünə gül qoxlamaq mənə ağır gəlir. Sən həyatda olmasan da bunu sənə xəyanət kimi qiymətləndirirəm. Amma buna ehtiyyacım var, məni başa düşürsən? Buna ehtiyyacım var... İnsanam, sol əl sağa möhtacdır. Mən də bir yoldaşa, bir həmdəmə möhtacam Elzam! Niyə məni yarım qoydun? Niyə məni parçaladın? Niyə məni fikirləşmədin? Sən elə bildin səni bəyənmərəm? İnan mənə sən Nura kimi olsan belə yenə qəbul edərdim səni. Amma sən sağalacaqdın axı? Niyə iradəsizlık elədin, niyə qorxdun? Niyə qıydın özünə? Hə? Axı niyə?
Gözləri uzaqlara baxarkən xəyalı yenə uçmuşdu gəncliyinə...
Peşə məktəbinə getməyə qoymurdular. Atası gəlib qızı kəndə aparmışdı. Peşəni bitirəndən sonra Elzanı evə kilidləmişdilər. Unversitetdən söhbət belə gedə bilməzdi. Fəridin onunla əlaqələri tamamılə kəsilmişdi. Nə sinif yoldaşları, nə peşə yoldaşları Elzayla heç cür görüşə bilmirdi. Bu da Fəridi dəliyə döndərmişdi. Kəndə də gedə bilmirdi. Balaca ucqar kənd olduğundan kəndə gələn yad adam həmən dəqiqə gözə çarpırdı. Elzanın peşə məktəbindən Fəridlə sevgili olduğu kəndə yayılmışdı. Odur ki, bütün kənd Elzanı qorumaya almışdı sanki. Aralıqda söz gəzirdi ki, guya Fərid Elzanı qaçırdacaq. Bu zamana qədər bu kənddən heç kim nə qız qaçırtmamışdı, nə də qız qaçmamışdı. Bu kənddən kənara da qız verilməmişdi. Odur ki, indi Elza Fərid məhəbbəti hamını çaşdırmışdı. Kəndin adətinə görə körpəlikdən uşaqlar bir birinə ad olunar və bu uşaqlar bir birini sevsə də, sevməsə də böyüklərin məsləhətiylə evlənərdilər. Buna nə qız, nə də oğlan etiraz edə bilməzdi. Elə Elzanı da qonuşu oğlana deyikləmişdilər. İndi Elzanın məktəbdə yad bir oğlanla adının çıxması qonuşu ailənin geri çəkilməsinə məcbur edirdi. Bu Elzanı sevindirsə də, ailələri bir birinə düşürmüşdü. Elzanın anası özünü əməlli başlı həyasızlığa qoyaraq qızını həmin ailəyə verməyə çalışırdı. Bilirdi ki, iki dünya bir olsa da köhnə hamama mıx vura bilməyəcəkdi. Elzanı yad adama verə bilməyəcək. Deyiklisindən də başqa oğlan bu qızı almayacaqdı. Bu qızın deyikli olduğunu körpəlikdən hamı bilirdi.
Və nəhayyət ananın hökmüranlığı öz yerini tutdu. Qonşu ailənin oğlunu Elzayla evlənməyə razı saldı. Elzanın gözünün yaşına baxılmadı.
Həmin gün Fərid ali məktəbə imtahan verirdi. Elzanın nişanlandığını eşidib dəliyə dönmüşdü. Özü Bakıda olsa da fikiri xəyalı sevgilisinin yanında qalmışdı. Atası və yaxın dostu onunla bərabər Bakıya gəlmişdi. İmtahan biletlərinə neçə cavab yazdığını heç xatırlamırdı da. İmtahandan çıxar çıxmaz atasına yalvarıb yapışdı.Taksi tutub bir başa rayona gəldilər nə olsun. İş işdən keçmışdı. Nişan taxılmış, məclıs dağılmışdı.
Həmin il Fərid imtahandan kəsildi. Unversitetə qəbul ola bilmədi.Həqiqi hərbi xidmətə çağrıldı. Hərbi xidməti Naxçıvana düşüncə dünyası başına yıxıldı. Bu arada birinci Qarabağ müharibəsi də başlamışdı.vəziyyət gərgin, NAxçıvan blokadada idi. Gediş gəliş çətinləşmişdi. Elzanın zorla başqasına verilməsi qürurunu sındırmışdı. Əlindən heç nə gəlmirdi. Çox istəyirdi Naxçıvana düşməkdənsə elə döyüş bölgəsinə düşəydi. Ölüb gedərdi.
Fəridin xidmət etdiyi bölgə heç də müharıbə bölgəsindən geri qalmırdı. Xidməti bölgə Çülfada olsa da tez tez onları Sədərək və Ordubadın düşmənlə sərhəd bölgəsinə aparırdılar. Elə Çulfa sərhəd məntəqəsi də ciddi rejimdə idi.Fərid hər tərəfli piskolojık travma yaşayırdı. Həm vətənini qeyrətli oğlu kimi vətənin harayı, həm vəfalı sevgili kimi sevgilisinin imdadı onu dərbədər etmişdi. Belə çətin günlərdə hayına çatan da elə Naxçıvan camaatı idi. Yerli ailələrlə dostlaşmışdı. Mehriban camaat ona öz döğmaları kimi yaxın görünürdü. Həttə bir iki ailəylə də möhkəm dost olmuşdu. Onlar da digər əsgərlər kimi Fəridin də darıxmaması üçün əllərindən gələni edirdilər. Belə ki, yeni dostlarının baçıları Naxçıvandan onların rayonları ilə əlaqə yarada bilirdilər.onların vastəsiylə Elzaya və ailəsinə məktub yaza bilirdi. Elza da ona gizli şəkildə məktub yollayırdı. Təbii ki, məktubu Fəridə yox, Fəridin ordakı dostunun bacısına göndərirdi. O qız da həmin məktubu Fəridə yetişdirirdi. Deyəsən Fəridin sərhəddən kənarda xidmət etməsi Elzanın ailəsini arxayın salmışdı. Daha Elzanı sıxmırdılar. Ölkədəki iqtisadi və müharibə şəraiti də toylarını təxirə salmışdı. Elzanın anası oğlan evini tələsdirib, sadəcə nigahla qızı aparmasını istəsələr də ağsaqqallar buna icazə vermirdilər kəndin adəti var idi. Kənd keçmiş dəyərlərə qiymət verən qədım kənd idi. O vaxtlar da 41-45 müharıbəsi zamanı 5 il kənddə toy şənlik olmamışdı.Bütün kənd əhalisi müharibənin bitməsini gözləmişdi. İndi də müharibənin bitməsini gözləməliydilər.
Əsgəri xidmətini başa vursa da hələ də müharibə davam edirdi. İki ildən sonra Fərid evlərinə qayıdıb təkrar könüllü olaraq müharibədə iştirak etmək üçün hərbi komisarlığa getdi. Komisarlıqdan çıxdığında gözlərinə inanmadı. Elza sinif yoldaşı ilə bərabər qapıda onu gözləyirdi. Fəridin əsgərilkdən gəldiyini eşıdıb Fəridin sinif yoldaşıyla əlaqə yaradıb, onu görməyə gəlmişdi.
Həmin gün onların günü idi. Fərid sinif yoldaşının maşını ilə Elzanı da götürüb gözdən uzaq qonşu rayona istirahət mərkəzlərinin birinə getmişdilər. O vaxtın şərtləri altında bir qızla istirahətə getmək çox ayıb bir şey idi. Həm də iki oğlanın yoldaşlığı ilə... Həm ayıb, həm kalan xərclı. Hər an polis kiraladıqları obyekti basa bilərdi. Həm də ölkənin belə bir vaxtında. Millətin oğulları Qarabağda can qoyur, burada iki bığı burma oğlan bir qızla istirahət edir...
Dostundan aldığı borcla, həyatlarını qarantiyə aldılar. Yedilər içdilər. Əyləndilər. Bir birlərinə əhd- peyman edib, bir birlərinə sadiq qalacaqlarına dair and içdilər. Elza and içdi ki, nə olur olsun, ölüm hökmünü özü verəcək, amma əsla və əsla Fəriddən başqa heç kimin qoynuna girməyəcəkdi. Dedi və etdi də.
Müharibə qurtardı. Fərid müharibədən qazı kimi qayıtdı. Hələ də kürəyində və ayağında müharıbənin qəlpələri qalmaqdadır. Həkimlər ona ağrı və çirk vermədikcə bədənində qalan qəlpələrin həyati təhlükəsi olmadığını dedilər.
Elzanın nişanlısı müharıbə zamanı müharibədən yayınması üçün Dağıstana keçmişdi. Orada işləyirdi. Heç müharibədən sonra da qayıtmağı düşünmürdü. Toylar başlamışdı artıq. Elzanın anası oğlan evinə xəbər xəbər ardıyca göndərirdi. Artıq zamanı çatmışdı.Qızı 4 il idi nişanlıydı.Toy etməliydilər. Nişanlısının gəlməməsi Elzanı sevindirirdi. Yenə fürsət düşən kimi Fəridlə görüşə bilirdi. Fərid də müharıbədən sonra sənədlərini təkrar unversitetə vermişdi. Qazi olması onun unversitet xəyalına yaşıl işıq yandırmışdı. Çox istədiyi 3 cü qrupa vermişdi sənədlərini. Artıq Hüquq faklutəsinin tələbəsiydi. Fəridin tələbə həyatı başlasa da doğurdan da zor bir keçid dövrü yaşayırdı. Məcbur həm oxuyur, həm işləyirdi. Sevgilisinə qovuşmaq üçün biraz pul para toplamalı idi. Ancaq hadısələr öz işini görürdü. Elzanın toy tədarükləri başlamışdı. Yenə Elzanı evə kilidləmişdilər.
Nəhayyət toya iki gün qalmış Fərid dostunun və əmisi oğlunun köməkliyiylə ELzayla görüşdü və bərabər Bakıya qaçdılar. Özləriylə gətirdiyi sənədlərlə VVAQ şöbəsinə baş vurdular. Hər şey yolunda idi. Lakin rəsmi nigaha bir aydan sonra imza ata biləcəkdilər.
Artıq Fərid ailə qururdu. Qız qaçırtmışdı. Sevgilisini tələbə yataqxanasında saxlaya bilməzdı. Odur ki, qeydiyyat şöbəsindən çıxan kimi Elzayla əl ələ tutub məhəllə məhəllə ev axtarışına başladı. Nəhayyət Bayılda bir otaqlı balaca bir əşyalı, xudmani ev tapdılar.
Bunlar ev axtarmaqda, rayonda nə baş verir heç bir şeydən xəbərləri yox idi. Həyat bir gündü, o da bu gündür düşüüncəsiylə gənclər xoşbəxtliyin dadını çıxarırdılar. Fərid böyük bir məsuliyyətin altına girdiyini başa düşürdü. Tələbə həyatı. Nişanlı bir qızı qaçırmaq namus məsələsiydi. Kasıblıq, pulsuzluq. Evin tək oğluydu. Fəriddən başqa 5 bacısı var idi kəndə. Bəs Fəridin bu etdiklərindən sonra Elzanın nışanlısı onun bacılarına rahatlıq verəcəkmi? Bütün bunlar cəhənnəm bəs öz ailəsi tək oğul balası olan Fəridin nişanlı bir qızı qaçırtmağına nə deyəcək? Hələ kənd camaatı? Adı başqasının oğluyla çıxmış bır qızı kəndə gəlin kimi qəbul edəcəklərmi? Axı bu gedişlə Fərid Elzaya vəd verdiyi həyatı yaşada bilməyəcəkdi. Bu qızı bədbəx etməyə onun haqqı yox idi.
Fərid bütün bunları düşündükcə dəliyə dönürdü. İabrind kimi dolaşan düşüncələr arasında özünü itirirdi. Elza isə onunla hər şeyə razı olduğunu deyib yemək tədarükünə başlamışdı. Yerə sərilmiş qəzetin üstünə qaynanmış yumurta və sosisləri qoydu. Biraz əvvəl evin önündə dolaşan alverçidən aldıqları vəzəri və yaşıl soğanları təmizləyib səliqə ilə boşqabda süfrənin ortsına qoydu. Çörəyi əliylə parçalayıb bir hissəsini Fəridin qabağına qoydu. Dizləri üstünə çöküb ona baxdı. Fərid çöx dalğın idi.
- Nə düşünürsən Fərid?
- De ki, nə düşünmürəm...
- Düşünmə keçər, darıxma.
Fərid heç nə demədi. Süfrəyə baxıb gülümsədi.
- Hərgün göy, yumurta yeməklə?
- Səninlə soğan çörəyə də varam...
- Nə qədər?
- Həmişə, hər an, hər dəqiqə... Ölənə qədər..
Fərid qollarını açdı. Vəfalı sevgilisini gucağına səslədi. Elza iməkləyərək süfrənin başına dolanıb sevgilisinin yanına gəlıb onun qoynuna qısıldı. Başını sınəsinə qoyub açıq köksundən öpdu.
- Sən mənim həyatımsan Fərid. Sən məni bu yeməklə sınağa çəkirsən? Mən səninlə ölümə də razıyam, nəinki soğan çörəyə...
- Canım...
Fəridin canım deyən səsini Elzanın öpüşləri susturdu. Elza onu öpüşlərə qərq etdikçə Fəridin əli onun qoynunda gəzirdi. Elzanın ürəyi çırpındıqca nəfəsi təngiyirdi döşünün giləsinə toxunan təməsdan ehtiraslanan gız utanıb qızarsa da Fəridiöpüşlərə qərq edirdi.
BOyun boğazında dolaşan dodaqların hərarəti Fəridin də nəfəsini kəsirdi artıq
- Elzam... Dayana bilmirəm, toyumuzu gözləyə biləcəyikmi? Mən dpzə bilmirəm daha...
- Mən də. İçimdə qəribə bir jiss var.
- Nə?
- Mənə elə gəlir bizim toyumuz olmayacaq.
- Olacaq!
- Qoymazlar. Bu elə də asan şey deyil.
- Bunları danışmayaq, nolar!
- Fəridim,
- Can!
-...
- De əzizim, utanma!
- Bu gecə, elə indicə sənin olmaq istəyirəm, toyu gözləməyək, hə, nə deyirsən, Əzizim ? - Elzanın pıçıldayaraq dediyi bu kəlmələr onun ixtiyarını əlindən aldı.
Qəzet üstündə qurulmuş süfrə bir kənarda qalmışdı. İki aşıqlər ilan kimi bir birinə sarılmışdı. Ceyran peçinnın ağzından dalğalanan alovun divara düşən kölgələrindən ehtiras dolu bir sevişmə səhnəsi canlanmışdı...
Fərid barmaqlarını saçlarının arasında çarpazlayıb sonra isə dərindən nəfəs alaraq əllərini boynuna, ordan da sinəsinə sürüşdürdü. Elza ilə bərabər gözlərinin qarşısıda bir xəstə və çarəsiz qız da çanlanırdı. Bu qız Nura idi. Onun yalvarış dolu baxışları, çarəsiz iniltiləri, eynən Elzanın həmin gecəki iniltilərinə bənzəyirdi. Özündən ixtuyarsız halda Nuranı da öpmüşdü.
- Niyə? Nə səbəbə? Bir xəstə qızın duyğuları ilə oynamağa kim ona icazə vermişdi? Axı onsuz da o qızı allah vurub, sevgisiz, sayğısız, çarəsiz... Bir də sən onu öpməklə niyə vurdin onu? Başına qızmı qəhəddir? Özünü sözünü bilən bir qadınlardan ünsiyyətdə olmaqdan qaçırsan, hissiyyatı, duyğusu olmayan qızdan nə istəyirsən? O sənə nə verəcək axı? Sənə qadın lazımdır? Sağında solunda əlli min qadın qız. Qızmı qəhətdur sənə? Niyə ondan sonra həyatına qız soxmadın? Yaşlı anan, atan yazıq deyilmi? Onlar zülüm zillətlə tək oğul böyüdüb oğul toyu görmək arzusuyla yaşayıblar. Sən onların arzusunu həyata keçirtməkdənsə xəstə qızı ələ salırsan? Heç onun ahından qorxmursan? Niyə məhz Nura? Niyə mənhz o? O xəsytə qız?
Otağın içındə var gəl edib təkrar pəncərənin önünə gəldi. Nəsə düşünüb tapmış kimi qaşlarını qaldırdı. Vicdanı onu dara çəkmişdi.
- Bəlkə... Pulu?
- Niyə pulummu yoxdur?
- Bəlkə atasının imkanı?
- Bundan sonra nəyimə lazım o imkan? Mənə imkan o vaxt lazım idi. Tələbə vaxtı. Zorla onu nişanlısı əlimdən alanda. Pulla danışanda. Pulla susduranda...
Xəyalı təkrar o illərə döndü.
Elə o qəzet süfrənin başında uzanıb nəfəs nəfəsə, göz gözə baxaraq şirin şırin gələcək planlardan, şirin xəyallardan danışırdılar. Biraz əvvəlki xoşbəxt dəqiqələr bütün çətinliklərini geridə qoymuşdu. İndi irəli baxırdılar. Qarşılarında tər təmiz bir səhvə açmışdılar. Bu dəqiqədən etibarən həmin səhvəyə indicə qədəm basdıqları gün və bu gündən sonrakı həyatları yazılacaqdı. İmkan versələr...
Qapının taybatay açılmasıyla bir dəstə adamın aç qurd kimi üstlərinə şığıması bir oldu. Yarıçılpaq, ipək köynəkdə qollarının arasında uzanmış qızı quzu kimi boyunlarına alıb qapıdan çıxdılar. İçəridə qalan bir dəstə oğlan Fəridi şil küt edib əzirdilər. O anda Fərid başını bürüyərək özünü qoruyurdu. Hardansa atasının və anasını səsi, qışqırığı aləmi başına almışdı. Özünə gəlib, həyətə qaçanda Elzanı döyə döyə maşına qoyub apardılar. Anası dizinə başına döyür. Atası oğlunu qucaqlayıb onu sakitləşdirməyə çalışırdı.
Hara əl uzatdı, kımə hay saldı xeyri olmadı.Nə evlənmək üçün qeydiyyat şöbəsinə qoyduqları ərizəyə baxan oldu , nə qızın özünün Fəridə könüllü qaçmasını dinləyən oldu . Fərid hardan dediysə, Fəridin ordan Elzanın nişanlısı və ailəsi sözünü ordan pul ilə kəsdilər. Fərid nə tələb etdiysə onlar pulla bağladılar. Fəridin həyatı ilə bərabər gələcəyi də puç olurdu. Unversitetdən atılma ehtimalı var idi. Sağolsun. Dünya yaxşı adamlardan fani deyil.
Fəridə nişanlı qızı məcbur qaçırma və onu zorlama maddəsiyə iş açılmışdı. Nəzarətdəydi. Anası rayon vəkillər kolleqiyasına gedib, oğlunun müdafiəsi üçün vəkil istəmişdi. Pulu olmadığına heç kim bu işi boynuna götürmürdü. Bir tək rayonun qocaman vəkili Murtuz müəllim onları sakitləşdirib İşi boynuna götürdü.
- Əsas qızın ifadəsidir, qorxmayın!
Anası var yox nişan üzüyünü vəkilin qarşısına qoyub
- Məni balalarının başına dolandır qardaş, Balamı bu bəladan qurtar. Cavan uşaqdır cahillik edib. Cavanlığına bağışlayın.
- Mən əlimdən gələni edəcəm. Qız ifadəsini dəyişməsə hər şey bizom istədiyimiz kimi olacaq. Narahat olmayın. Bunu da götürün geri. Hələ bir gələcəyin vəkilini qurtara bilək. Haqq hesabı onunla kəsərik.
- Allah razı olsun qardaş. Amma siz yenə bunu götürün. Qoy bu sizdə qalsın. Borclu qalmayaq. BUndan başqa sizə verəcək bir şeyim yoxdur. Bəlkə bu gün siz oğluma yaxşılıq edib onun gələcəyini qurtararsız. Sabah oğlum da sizin kimi xeyirxah bir vəkil olar, xalqına, millətinə xidmət edər. Yalvarıram, bir cavanlıq, bir cahillik ucbatından uşağımın gələcəyinin qaralmasına icazə verməyin!
Bəli, Fəridin həyatı qurtulmuşdu ama, içəridən çıxdığı günü şok üstünə şok yaşamışdı. Elza özünü kəndlərindəki qayalıqdan atmışdı. Ölməmişdi ama dalağı partlamışdı. Qabırğaları qırılıb qaracıyərinə girmışdı.İç qanaması var idi. Düz 38 gün xəstəxanada ölüm qalım savaşı verdi. Dalağı çıxarıldı. Fərid 38 gün xəstəxanada döyüldü, çırpıldı ama pes etmədi. Anası yalvardı yaxardı, ay oğul, burax bu sevdanın başını, gələcəyin məhv olur. Onlar çox dedi, Fərid az eşitdi. Elzasız həyat heç idi onun üçün.
38 gün sonra Elza xəstəxanadan çıxdı amma yarımcan. Ayaqları yer tutmurdu iməkləyirdi. QIçının damarları tutulmuşdu. Həkimlər Elzanın bu vəziyyətinə qəti bir şey demirdilər. Ayaqları açıla bilər. Güçlü müalıcə lazımdır dedilər. Ümüd bir nişanlısınaydı. Rusetdən gəlib burda zorbalıq edən o idi. Amma o da Elzanın nəinki bu halıyla hətta bəkarətini Fəridə verməsiylə razılaşmayıb çıxıb getmişdi. Onun getməsi Fəridin əl ayağını açmışdı. Ağız aça bildiyi hər yerə, hamıya ağız açıb müalicə üçün müəyyən miqdarda pul para topladı. Di gəl ki, Elzanın ailəsi inadamı düşüb, yoxsa el qınağındanmı çəkinib nə Fəridi Elzayla görüşdürmürdülər, nə də, pulunu qəbul edib Elzanın müalicəsinə başlamırdılar. Fərid Bakı ilə rayon arasında qalmışdı. İmtahan və zaçotlardan kəsilmişdi. Yenə müharibə veteranı olması onun qarşısında işıq yandırırdı.
Beləcə bir neçə həftə keçdi. Fərid Bakıda yeni açılmış türk klinikalarının biriylə Elzanın vəziyyətini danışıb ordan bir başa rayona gəldi. Elzagilə gəlib, onun ata anasının ayağına düşdü. Yalvar yapışla Elzayla axırıncı dəfə görüşməsi üçün icazə istədi. Onu görəndə tanıya bilmədi. İlahi bir insan bu iki üç ayın içərisində necə belə əriyə bilər axı? Qızın gözəlliyindən əsər qaımamışdı. Uzun qumuraı saçları seyrəlmiş başının dərisi görünür, qaşları kiprikləri tökülmüşdü. O qədər arıqlamışdı ki, yanaqlarının almacıq sümükləri görsənirdi. Gözlər sanki yaşlanıb çuxura düşmüşdü. Dodaq solub incəlmiş, diş əti çəkilmiş, dişləri sanki uzanıb saralmışdı.
Fəridi qarşısında görən Elza heysiz hərəkətsiz sürünərək evin bir küncünə getdi. Üzünü divara tutub güclə eşıdıləcək bir səslə Fəridə əmr etdi:
- Çıx get burdan!
Elzanın anası və bacısı da içəridəydi. Fərid onlardan ar etdi, ona yaxınlaşa bilmədi.
- Elza, başıva dönərəm, qurbanın olaram, belə eləmə- əlindəki pulları ona uzatdı - Bax, görürsən bunları? Türk klınıkasıyla danışmışam, sabah tezdən aparacam səni, müalicə olasan, sağalasan.
- Mən bundan sonra düzəlmərəm. Saç baş tökülüb.
- Sən belə də gözəlsən, keçəçək. Hamısı düzələcək.
- Məni bu vəziyyətdə öz nişanlım bəyənmədi, sən bəyənərsən?
- Mən sənin nişanlın deyiləm ki əzizim. Mən sənin ailənəm. Həyat yoldaşınam. Sən mənim canımsan. Biz bir gün, bir saat da olsa ailə olduq. Sevə sevə ər arvad olduq, bərabər olduq. Xoşbəxt olduq. Mən səni sevirəm Elza. Sevməsəm..
- Sən də qoyub gedəsən, çıx get, əl çək məndən...
- Niyə belə edirsən axı?
- Çıx get, rahat burax məni, rahat buraxın... Çıxın!
Onu incitməmək üçün bayra çıxdı. Elzanın atası və qardaşlarıyla danışdı. Səhər maşın gətirib Elzanı Bakıya aparacaqdılar. Səhər maşın tutub öz kəndlərindən onların kəndinə gələndə gözlərinə inanmadı. Elza anasının nehrə çalxaladığı asqıdakı ipdən asılı qalmışdı.
Fərid ovcundakı sırğa tayına baxdı.
- Mən səni atmadım ay vəfasız, sən məni atdın...
Dərindən ah çəkib sırğanı dodaqlarına toxundurdu. Öpüb ürəyinin üstünə basdı.
- Sənin yerinigec tez bir gün biri dolduracaq, bilirəm. Amma bu səndən gözəl, səndən üstün olmayacaq. Sənə spz verirəm Elza.
Sırğanı qabına qoyub qoltuq cibinə basdı.
- İndi bilirəm ki, Nuranı mənə sevdirən nədir. Onu həyata bağlamaq... Səni həyata bağlaya bilmədim. Sənin də sevgiyə ehtiyyacın vardı. Onun da. Kim bilir bələ o da bir gün sənin kimi gözəlmış. İndi gözəlliyinə küsüb sənin kimi Elza. O da sənin kimi küsgündür Elza. Amma o ümüdünü itirməyib sənin kimi. O yaşamaq üçün savaş verir. Sən vermədin. Sənin buna iradən çatmadı. Sən vəfasızsan 15 ildir məni bədbəxt elədin, ağlımdan bir dəqiqə də çıxmadın. Amma bağışla məni. Mən buna layıq deyiləm. Mən ölü deyiləm. Mən insanam. Mən yaşamaq, sevmək, sevilmək istəyirəm. Nolar bunları sənə dediyim üçün məni bağışla əzizim. Mən onu sağaldacam, mən onu həyata qaytaracam. İnanıram ki, o sənin kimi vəfasız olmayacaq. O sənin kimi məni vurmayacaq, atmayacaq. Sənin kimi məni yarım qoyub getməyəcək. O məni sevəcək.
Gözləri uzaqlara daldı. Bir anda sanki Elzanın ona qısqanc qıssqanc baxışlarını gördü. Baxışlar dilə gəlmişdi.
- Bəs sən? Sən də sevə biləsən?
- Mən? Mən... Bilmirəm... Bilmirəm
Fərid başını silkələyib beynini boş fikirlərdən təmizləmək istədi. Bu vaxt aşağıda Xəyalla Narımın əl ələ tutub gəldiyini gördü:
-Aha ala. Bunlar da yeni divanələr... Gəl indi bunlarla əlləş...
X Ə Y A L
9 BÖLÜM
- Narın, gözəl bacım. Xətrinə dəyib, qəlbini qırmaq istəmirəm, amma bu barədə səninlə ciddi danışmaq vaxtı gəldiyini düşünürəm.
- Məsələ nədir?
- Xəyal.
Narın utanıb başını aşağı saldı.
- Səni başa düşürəm, hər gəncin yaşadığı şeylərdir bunlar. Normaldır. Amma məncə belə bir ciddi münasibət üçün Xəyalı yaxşı tanımağın lazımdır.
- Bizim aramızda heç nə yoxdur- Narın söhbətdən qaçmaq üçün yalana əl atdı.
- Biz sadəcə dostuq. Elə belə...
- Mən uşaq deyiləm Narın. Səninlə bacı qardaş kimi yox, dost kimi danışıram . Bu barədə məndən utanıb çəkinməyin lazım deyil. Bu qərar sənin seçımindir. İstər dost ol, istərsən başqa şey. Blirsən bizim ailədə heç vaxt belə münasıbətə, kimin nəyə, necə qərar verəcəyinə heç kim qarışmayıb. Baçıların da seçımlərinə, qərarlarına hörmətlə yanaşmışıq. Dostluq öz yerində amma sevgi elə bir şeydir ki, gərək gözlərinin kor olmasına icazə verməyəsən.
- Niyə belə danışırsan ki? Bəyəm mən o qədər özümü bilmirəm?
- Yox, mən o barədə demədim. Sən mənim canımsan. Ürəyimsən. Bacımsan mənim. Sənə güvənirəm. Sadəcə söhbət edirik biz. Bir böyük qardaş kimi, səni qorumaq boynumun borcudur- Fərin boğazını arıtıb davam etdi - Deməyim odur ki, ailəmizdə kimin necə insana gedəcəyinə böyüklərimiz buna qarşı çıxmayıbsa, sənə də qarşı çıxmayacaq. Amma bunu deməyi özümə borc bilirəm : Xəyal bu münasibətdə sənə qarşı səmimi olmaya bilər.
- Mən onu tanımaq istəyirəm. Onu tanımaq üçün ona şans verməliyəm Fərid.
- Mənə inanırsansa mən onu yetəri qədər tanıyıram.
- İcazə ver mən özüm onu tanıyım!
- Nə deyirəm, amma kor koranə yox...
Fərid bacısının başını köksunə sıxıb saçından öpdü.
- Bir problemin olsa mən həmişə yanındayam. Çox ehtiyyatlı ol! Xəyal saf uşaqdır. Biraz da şeytan beynin qurcalayır. Düzdür, bacarıqlıdır. İşgüzardır. Çalışqandır. Onunla işləməkdən zövq alıram iş dünyasında qabliyyətibnə söz olmaz, ğondərdiyim yerdən məni naümüd geri qaytarnmaz. Amma sevgi sarıdan, qadın sarıdan bəxti gətirməyib. Boşdur, Hələ də o travmaları yaşayır . Bunları sənə deyib qəlbini qırmaq istəmirəm. Ama onu tanıdığım qədər yaxşı tanıyıram tanıyıram. O hələ də ilk məhəbbətini unutmayıb. Hələ də ona can atır. Əlində əlac olsa onun üçün hər şeyindən keçər. Necə deyərlər dişə diş qana qan.
- Fərid, gözümü qorxuzursan...
- Bağışla, amma bütün bunlar gerçəkdir...
- Özü deyir onlar keçmişdə qalıb...
- Keçmiş unudulmur Narın!
- Mən dərs hazırlamalıyam!
- Yaxşı get, yaxşı yaxşı götür qoy elə.
Ofisin qapısı açıldı. Nuranə dəmir, dörd ayaqlı əngəlli dayağı ilə qapıda göründü. İlk dəfə idi ki ayaq üstə dayanmışdı. Həm də təkbaşına, heç kimin köməyi olmadan dayağına söykənmişdi. Bu qələbəsinə özü də sevinirdi. Bu gün çox xoşbəxt görünürdü.
- Nuranə!!!
Ona köməyə qaçan Fəridə əlini qaldıraraq ona mane olmamasını istədi.
- Sən gəzə bilirsən?
Sevincdən gözləri parlayan Nura Fəridə baxıb başıyla təsdiqlədi.
- Çox sevindim Nura! Afərin. Mən demişdim sən güclü qızsan. Sən bunu bacarmalıydın, bacardın da. Əhsən!
Nura dəmir dayağına dirsəklənib dərindən nəfəs aldı. Görünür ayaq üstə qalmaq onu yormuşdu.Əlini Fəridə uzadıb şəfqətlə onun əlini sıxdı. Dili danışmasa da gözləri ilə ona təşəkkürünü bildirdi.
- Gəl, gəl... Yoruldun. Dayan kömək edim. Yox? Yaxşı, özün gəl. Yavaş... Bura gəl, burada əyləş, bura rahatdır. Ay sağol. Hə... Afərin sənə... Bax belə. Afərin. Otur otur..
Nura divanda rahatlandı. Fərid dəmir dayağı kənara qoyub, Nuranın ayaqlarını divana uzatmaq istədi. Nura buna izin vermədi. Əliylə ona belə rahat olduğunu işarə etdi. Çiynindən asdığı çantadan balaca dəftərçə və qələm çıxardıb dizinin üstünə qoydu.
- Necəsən Nura? Maşallah çox yaxşı gördüm səni. Çox sevindim. Demək yaxşılaşırsan.
Nura qələmi alıb nəsə yazmaq istədi. Fərid ehmalca qələmi alıb şəhadət barmağını ona silkələdi.
- Bax bu olmadı! Bunları da atasan, yavaş yavaş başlayarsan danışmağa.
Nura baxışlarıyla ona etiraz etmək istəyəndə Fərid onun əllərindən tutub incə barmaqlarını ovcunun içində gizlətdi.
-Qələm kağız yoxdur, danışacaqsan. Qorxma, yavaş yavaş başla, mən səni başa düşməyə çalışacam. Sən bu qələm kağızdan istifade etdikcə ondan asılı qalacaqsan. Əgər daha da yaxşı olmaq istəyirsənsə özünə əziyyət verəcəksən. Razılaşdıq?
Nura gülümsəyərək başıyla onun sözünü təsdiqlədi.
- Yoox mən bunu qəbul etmədim. Başınla yox dilinlə deyəcəksən, ya hə, ya yox...
- Odu...
- Bax belə. Afərin sənə. Qorxma Nura, indi sözləri tam deməyə bilərsən, eybi yox. Bu heç danışmamaqdan yaxşıdır. Bax gör sənə nə göstərəcım. Elə axşama sənin yanına gəlmək istəyirdim bunun üçün. Bir dəqiqə...
Fərid masasının üstündən bir kağız götürüb Nuraya göstərdi.
- Bu yaxınlarda sağlıq müəssəmizin açılışını edəcəyik. Və sən bu müəssənin məsul vəzifəsində yer alacaqsan. Sənin açılışda iştirakın üçün bir çıxış hazırlamıçam. İstərsən özün də əlavələr edə bilrsən, və ya xoşuna gəlməyənləri çıxara bilrsn. Səndən bir xahişim var o vaxta qədər, gözəl gözəl hazırlaş ...
Nura baxışlarıyla etiraz edərək əlini yellədi.
- Mən o vaxt bu işə razılıq verəndə atanla belə razılaşmışdıq. Bu müəssənin rəhbər işçılərindən biri də Tacəddinlə sən olacaqsan. Çünki buraya gələn pasyentlərin dilini səndən başqa heç kim başa düşə bilməz.
Bu yerdə Fərid Nuranın nəsə demək istədiyini görüb sözünü kəsdi. Nuranə danışmağa cəhd etdi amma bacarmayınca qələm və dəftərçəni əlinə aldı. "səndən yaxşı dil başa düşən olmaz mənim kimi dilsizin, şıkəstin dilindən anlayırsan" yazdı.
Fərid Nuranənin yazdıqlarını oxuyub dəftrçədən həmin kağızı cırıb əzdı . Əsəbi halda Nuranəyə baxdı.
- Bu nə deməkdir Nuranə? Sən özün özünə şıkəst deyirsənsə...
- Ve - Nuranə qələmi bə dəftərçəni istədi. Fərid əsəbi halda qələmi sındırıb yerə atdı.
- Bir daha fikirini yazaraq anlatmayacaqsan. Eşitdin? Bir daha. Danış və sözünü de.
Araya dərin sükut çökdü. Nuranə incık halda barmaqlarını oynadıb başını aşağı salmışdı . Hiss olunurdu ki, demək istədiyi kəlmələrlə ürəyində mübarizə aparır. Dili olsa danışa bilsə aylarla ürəyinə yığılmış kəlmələrdən bir qoşun düzələrdı. Danışa bilməyincə əsəbləşır, əsəbləşdikcə rəngdən rəngə düşürdü. Fəridin onun qələmini qırmağı Nuranəyə pis təsir etmışdı. Fəriddən incimişdi.
- Mən sənin üçün deyirəm əzizim. İnsan özünə dəyər qiymət vermirsə, başqasından heç nə ummasın. Çünki sən öz dəyərini bilmirsənsə, başqası sənin dəyərini bilməz. Sən özünə şikəst deyib özünü ruhdan saldığının yerinə , "mən yaxşıyam, hər gün biraz daha yaxşılaşıram" deyib özünü motivə etməyincə min dənə həkim gəlsin, on min dənə xəstəxanalara get, milyonlarca müalıcələr al sağalmazsan. Sən mənim üçün əzizsən, dəyərlisən Nura!
Nura təccüb dolu baxışlarla Fəridin gözlərinin içinə baxdı. Fərid onun nə demək istədiyini başa düşürdü.
- Yenə ümüdsüzliyə qapılırsan, yenə özünü əksildirsən Nura. Düşünürsən axı sənin haqqında niyə belə düşünürəm? Elə bilirsən səni dolayıram, hə?
Nura başıyla təsdiqlədi
- Bunları sonra danışsaq olarmı? İndilik bir onu deyə bilərəm ki, vaxtında sənin vəziyyətində olan bir qıza dəstək ola bilsəydim, indi o həyatdaydı. Və o evimin xanımı,uşaqlarımın anası, mənim ən yaxın dostum, ən anlayışlı həmkarım, ən yaxşı dostum idi. Mən istəyirəm sən də onun kimi həyatdan küsməyəsən. Kim bilir, bəlkə onunla qura bilmədiyim xəyallar səninlə həyata keçər.
- Sə yah ada...
- Sən də yaxşı qızsan, Nura! Səni bu hala salanlar utansın. Səni vaxtında başa düşən biri olsaydı indi sən belə bu hala düşməzdın. Küskün, sevgisiz...
Nuranənin gözləri doldu. Fəridin əlini tutub üzünə yanaşdırdı . Bu saat onun ən ehtiyyacı olan şey biri ona şəfəqəqtlə baxması idi. Bəli, belə bir insan var artıq, onun həyatında, o da Fəriddir .
Fərid Nuranənin duyğulandığını görüb ona daha səmimi yaxınlaşdı. Başımı köksünə sıxıb saniyələrcə beləcə oturdu. Qapının açılması bu sükutu pozdu.
- Aa bağışlayın... - Xəyal qapıdan geri dönmək istədi. Eyni zamanda da gördüyü mənzərəyə çaşıb qalmışdı. Yani Nuranəylə Fərid? Həm də Nuranə belə bir vəzjyyətdə? Vay bəə...
- Gəl Xəyal! - Fərid heç nə olmamış kimi ayağa qalxdı, masasının arxasına keçdi.
- Mən də səni çağıracaqdım. Gəl gəl otur. Elə Nurana xanımda burdaykən dedim bu məsələni birlikdə həll edək.
Xəyal təccüb içərisində içəri girdi. Ehtiyyatlı addımlarla Fəridin qarşısına keçdi. Başıyla Nuranəni salamlafı. Nuranə də qarşılıq olaraq ona təbəssüm etdi.
- Nuranə xanım, - Bərid ehtiramla Nüuranəyə baxdı - buyurun siz də. Burada oturun, işlə tanış olaq bərabər qərar verək.
Xəyal təccüb içində həm Fəridə, həm Nuranəyə baxa baxa qalmışdı. Axı Nuranə nə danışa bilmir, nə gəzə bilmir, Fərid isə soyuqqanlı halda, heç nə olmamış kımı Nuranəyə xitab edirdi. Nuranə bu vəziyyətdə bu işlərin altına nevə girəcək? Axı bu bir şirkət işidir. Belə işlərə fiziki sağlığı, əsəbləri yerində olan adam lazımdır.
Nuranə yaxınındankı dəmir dəstəyə əl atmaq istərkən Xəyal cəld hərəkətə keçdi. Ona kömək etmək istədi.
Fərid başını qaldırmadan dilləndi.
- Burax onu Xəyal. Sən gəl bura! Qoy özü zəhmət çəkib gəlsin - əLindəki qovluğu Xəyala uzadıb ona oturmağa yer göstərdi.
- Buyur işlə tanış ol. Yeni layihəmizdir. Şimal rayonlarında bir bloyer firmasıyla müqavilə bağlamışıq, yeni açılacaq obyektin bütün toyuq, yumurta və toyuq məhsullarını həmin firmadan alacağıq . Firmanın rəhbəri Ləman xanım Gəraybəylidir.
Ləman adını eşıdıncə Xəyal bir neçə həftə bundan öncəki günə qayıtdı. İxtiyarsız olaraq üzünə xoş təbəssüm qondu.
- Demək, sizinlə bunun üçün görüşmək istəyirmiş,
- Elədir. Həm bunun üçün həm də bir məhkəmə davası üçün ona vəkillik edəcəm. Ləman xanım həm də Nüranə xanımın doğmaca xalası qızıdır.
Xəyal Nuranəyə döndü Nuranə artıq dəmir tutacağına asılıb hərəkətə keçmişdi. Onların oturduğu dəyirmi iş masasına yaxınlaşırdı. Xəyal Nuranənin ayaqlanmasına sevinirdi. İkinci dəfə qalxıb ona kömək etmək istəyincə, Fərid amiranə olaraq səsini yüxsəltdi.
- Otur! Bu dünyada heç kim heç kimin dəstəyiylə ayağa qalxmayıb Xəyal. Qalxmaq istəyən qalxar, addım addım istədiyinə çatar və yüksələr. Bizə sadəcə yıxılmaması üçün kömək etmək düşər. Burax özü gəlsin. Həmişə sən onun yanında olmayacaqsan. Gəzmək istəyirsə, danışmaq istəyirsə biraz zəhmət çəkəcək.
Nuranə gəlib masaya oturana qədər Fərid başını sənədlərdən qaldırmadı. Xəyalın gözü işdə olsa da diqqəti Nuranın yanında, fikiri biraz öncə gördüklərinin yanındaydı. Fikirləri qarmaş dolaş olmuşdu.
"-Nuraynan Fəridin arasında bir şey var?
- Yox ola bilməz!
- Bəs bu nə səmimiyyət idi?
- Sənə nə, avara, işinnən ol!" - deyə özünü tənbehləsə də yenə fikiri qarışırdı.
- Fərid bic bala adamdı. Boşu boşuna bu yerə gəlib çıxıb? Ondan bundan istifadə edə edə edib də! Biraz da yaraşıqlıdır, biraz da dili ağzı var! O nə elədiyini bilir. Pul de, iş de çanın qoyar o yola. Bu boyda layihənin altına girmək hər adamın işi deyil ee... Ay səni Fərid, sənin bicoppa olduğunu bilirdim amma belə yox da...
Xəyal beynində dolaşan bu düşüncələrdən özü də utandı.
- Nə danışırsan Xəyal ağlını başına yığ.
- Nə görürəm onu danışıram da. Yoxsa hansı ata qızını bu günə qoyana bel bağlayıb iş əmanət edər? Fərid bunları əməlli başlı lox yerinə qoyub vallah. Malades . Buna qızmı qəhəttir. Bu bilir hardan yapışır. Yapışdığı yer sağlam olsun, qız xəstə olsa da olar. Nuranı ələ almaqla özünü bu var dövlətə varis etmək istəyir. Yoxsa bu şıkəst quş beyin qız onun nəyinə lazımdır?
- Ay daa... Sənə nə axı? Nura ondan qabaq səni istəyirdi. Ağlın var idi sən istifadə edərdin də onnan. Düşdün bir ilanın arxasına o da vurdu arxandan. Al sənə sevgi məhəbbət. Nə gəzir əə, ay avam, sevgi var indi? Bu dünyada hər şeyin başı puldur, pulun var kişisən yoxdur arvadını, nişanlını, sevgilini əlimdən alarlar. Necə ki Gülsümünü aldılar. Pulun olsaydı Gülsüm səndən üz çevirərdi?
- Xəyal!
Fəridin səsi onu özünə gətirdi.
- Nə fikirləşirsən?
- Heç, sənədlərə baxıram.
- Al bu sənədləri hazırla, sabah gedirsən fermaya. Ləman xanımla görüşüb yeni layıhə üçün müqavilə hazırlayırsan.
- Baş üstə.
Nura gəlib tam qarşısında oturandan sonra gözlərini ona zillədi. Gülümsədi. Bir vaxtlar dünyaya meydan oxuyan qızı indi xəstəlik elə əzmişdi ki...
- Necəsən Nura?
- Nura yox, Nuranə xanım! - Fərid sənədləri qarışdıra qarışdıra başını qaldırmadan ciddi tərzdə dilləndi - Nuranə xanım artıq bir iş xanımıdır, səninlə məhəllə, məktəb yoldaşı deyil ki Nura deyə xitab edəsən!
Fəridin Nüranəyə belə dəyər verməsi Nuranəni qürurlandırdısa da Xəyalı pərt etdi. Xəyal yerində qurcalandı, istədi Fəridə cavab qaytarsın. Amma susdu. Nə deyə bilərdi. Fərid onun patronu idi. Fəridi yaxşı tanıyırdı. Fərid bayırda nə qədər səmimi idisə işdə o qədər də ciddi idi. Madəm işdə belə ciddilik varsa az öncə gördüyü nə idi?
Fərid Xəyalın pərt olduğunun fərqinə varıb üzürxahlıq kimi dilləndi :
- Tələbə yoldaşısız bu öz yerində. Bayırda səmimiyyət də öz yerində, şəxsi işinizdir. Amma bir iclas salonunda, masa arxasında, iş danışmasında iş işdir. Xahiş edirəm rəsmiyyətimizi pozmayaq. Yoxsa, bu bizdə vərdiş yaradar, sabah bir iş görüşmələrimizdə ortaqlarımızın da bizimlə artıq dərəcədə səmimi olmasına şərait yarada biçərik. Bu da bizim xeyrimizə olmaz. Ümüdvaram ki, məni başa düşdüz dostlar, Bir birimizə qarşı etik və nəzakt qaydalarına ciddi riyayət edək.
Xəyal başını aşağı salıb sənədlərə baxsa da gözü Nuranə ilə Fəriddəydi. Nuranə ciddi görünmürdü, deyəsən duyğuları onu ələ verirdi. Gözləri Fəridi süzür, onun hər hərəkətinə diqqət edirdi. Amma Fərid tam ciddi bir işə girişmişdi.
- Bax dərs olsun Xəyal, sən də istifadə eləməyi öyrən - Xəyal öz özünə düşündü - Duyğularını ələ vermə. Sən də nə qələt edirsən elə, amma bunu büruzə vermə. Bax o zaman sən də olarsan Fərid kimi bir kişi...
-Çaqqal canavar dərisi geysə də qurd ola bilməz, Xəyaaal! - Fərid elə bil Xəyalın ürəyindən keçənləri hiss edirmiş kimi ihrezalı baxışlarla Xəyalı süzüdü. Xəyal rəng alıb rəng verdi. Elə bildi Fərid onun qəlbindəkiləri oxuyur və ona istehza edir. Bir anda yerindən atılıb Fərifi boğazıayacaqdı ki, Fərid əlindəki kağızı Xəyalın qabağına tulladı :
- Buna bax bir, dünənki iclasdakı ləzgidir, deyəsən mənə badalaq gəlmək istəyir. Ə, çaqqal sən kimsən mənə diş qıcayasan? Sən Fəridə buynuz göstərirsən? Sən demirsən Fərid səni parçalayar? Fəridin Xəyal kimi güvəndiyi bir dostu var, sən kiminə güvənirsən? Ə çaqqal, sən mənim hesabıma adam olmusan səni qazamatdan mən qurtarmışam, iş dünyasına gətirmişəm, çörək vermişəm, iş qurmusan, beç adam içınə çıxmısan. indi mənə badalax gəlirsən?
Fəfid əlini masaya vurub ayağa qalxdı.
- Al bu kağızı get vabşe bas pulu, bağla bu məsələni, qalsın çaqqal kimi ulaya ulaya. Şərəfsiz...
Xəyal bir anlıq utanc hissi keçirtdi. Biraz əvvəl deyəsən özü də ona çörək verən, onu adam cərgəsinə qoyan Dostunu qaralamışdı. O ləzginin ünvanına deyilən sözlər sabah da Xəyalın ünvanına deyilə bilrdi.
Sənədləri, qovluğun arasına yığıb içəridəkilərlə sağollaşıb qapıdan çıxanda Fəridin səsi gəldi :
- Sabahkı görüşdən çox şey asılıdır. Demək olar ki, bu iş sənlikdir. Həyatını dəyişmək istəyirsənsə Ləman xanımla iş həyatına girmək sənin üçün bir şans məsələsidir uğurlar sənə...
X Ə Y A L
10 BÖLÜM
Leyləklər geri dönməyə başlamışdı. Ağaçların və elektirik dirəklərinin başındakı leylək yuvaları təbiətə xüsusi gözəllik verirdi. Adam təbiətin bu hüsünkar gözəlliklərinə baxmaqdan doymurdu. Fevralın sonları olsa da baharın havası özünü mülayimliyi ilə göstərirdi. Bu dəfə hər tərəf hər zamankından daha tez yaşıllaşmışdı.
Zülfiyye qazları Arazın kənarına ötürüb, çayın kənarında oynaşan uşaqları səslədi.
- Elməddin, bacından göz ol, qadan alım . Uşaq çaya düşüb boğular. Başın oynamağa qarışmasın.
- Bacı, atam harda qaldı?
- Günortaya burdadır. Gedim lavaş sulayım yemək bişirim. Axşama çoxlu qonaqlarımız olacaq. Bax uşaq sənə əmanət aa...
Zülfiyyə Xəyalın əmisi qızı idi. 4 qardaş 3 bacı, çox kasıb ailə idilər. Qaragünlü qız, anası iflıc düşəndə Zülfiyyə 7- ci sinifdə oxuyurdu. Evin böyük qızı olduğundan evin bütün işi qızın çıyınlərinə düşmüşdü. Altı bir birindən iki üç yaş balaca körpə uşaqlar, bir xəstə ana... Kənd yeri, şəraitsiz kənd evi, paltar palaz, xəmir çörək toyuq cücə, heyvan... Bu qədər iş körpə qızcığazın boynunaydı. İlk günlər qonum qonuşu qadınlar işin, yörün - yöndəmin bu balaca qıza başa salar, sonra isə hər kəs evinə dağılışar, körpə qız ailəsinin yükü ilə baş başa qalardı. Bəzən atası gələnə qədər evə yemək bişmirdi, uşaqları başına yığıb pendir lavaşla mədəsini aldadar, atası gəlib özü yemək asardı.
Məktəbə gedə bilmirdi. Ən balaca qardaşının iki yaşı var idi. Daha anasının südündən kəsilməmişdi. Anası iflic idi amma hələ də südü var idi. Zülfiyyə qardaşını anasının qucağına verər, anasının döşünü körpənin ağzına sağar, uşağın ağzını dadlandırardı.
Səhər 5 də yuxudan qalxar, inəkləri atasıyla sağar, sonra atasının boxçasını toplayıb kəndin örüşünə yollayar (ata kəndin naxırçısı idi), təkrar yatar, saat 7 də qalxar, uşaqları hazırlayıb məktəbə yola salar, balacaların qarnını doyurar, o vaxta qədər anası oyanardı. Anasının altını üstünü dəyişib çayını çörəyini yedirdər, sonra keçərdi təsərrüfat işlərinə. Toyuqları yemləyər. Qazları çayın kənarına ötürb, ordan da qıjı, cıncılım, gicitkən, göy göyərti toplayıb evə dönərdi. Nahara uşaqlar gələcəkdi, yüngülvarı bir şeylər hazırlamalıydı...
Çox əziyyətli, uşaqlıq illərini keçib 17 yaşına çatmışdı artıq Zülfiyyə. Gözəlliyilə çox oğlanın ağlını başından almışdı ama, heç kim ürək edib könlünü ona verə bilmirdi. Çünki yıxılı bir evin tək dirəyiydi bu qız. Kimsə onu çəkib bu ailədən çıxarsa bu ev çökərdi. Xəstə anaya, 6 uşağa kim baxacaqdı? Ata da səhər gedir, gecə gəlir. Bəzən yayla zamanı heç aylarla evə də gəlmirdi. Xəyalın anası, qohumlar uşaqlardan göz qulaq olurdular.
Sevib sevilən vaxtları idi. Özünü ailəsi üçün sevgidən məhrum etsə də ürəyi sözünə baxmırdı. Gənc qız idi, sevib sevilmək onun da haqqı idi.
Kəndlərinə tez tez toylara gələn bir sintizatorçu oğlana aşıq olmuşdu. Mahir onların kəndindən deyildi. Qərbi Azərbaycandan idi. Nənəsigil Naxçıvanda olurdu. Dayıları manıs idilər. Ailəcə musiqiçi olan bu ailənin də nəvəsi olan Mahir İrəvanda musiqi məktəbini bitirmiş, sonra Naxçıvana gələrək dayıları ilə toylara gedirdi. Həm də gözəl səsi var idi. Gözəl səsi və ifası ilə bu cavan oğlan çox qızlar kimi Zülfiyyənin də ürəyini yerindən oynatmışdı. Elə Zülfiyyə də heç bir oğlanın vaz keçəçəyi qız deyildi.
Təsadüfən tez tez toylarda Zülfiyəylə rastlaşan Mahir axır ki, fürsət tapıb Zülfiyyənin adını hardansa öyrənir. Toyların birində Zülfiyyənin şərəfinə "Zülfiyyə" mahınısını çalıb oxuyaraq Toyxanada olan bütün Zülfiyələri rəqsə dəvət edir. Zülfiyyə Mahirin sevdasından xəbərdar olduğu üçün utanır, çəkinir rəqsə qalxmır. Toyxana gözəl musiqinin sədaları altında çoşur. Mahir aranın qarışmağından istifadə edib Zülfiyəyə kiçik bir kağız yazıb onu toyxanadan kənardakı bağçalardan birində görüşə çağırır. Və məktubu uşaqların birindən Zülfiyəyə yollayır. İlk sevgi oxuna tuş gələn qız həyəcanlanır. Nə edəcəyini bilmir. Təbii ki o vaxtın şərtləri və kənd qanunları qızı bu görüşdən çəkindirir.
Səhəri axşam qazları çöldən qaytararkən biləyinə dolaşan əldən diksinir. Mahir idi. Hardansa gəlib onu tapmışdı. Biləyini Mahirin əlindən çıxarmağa çalışsa da ürəyinin iradəsizliyi bütün gücünü əlindən almağa başlayır. Beləliklə Zülfiyyə və Mahir məhəbbəti dillərdə dastan olur...
Bu məhəbbət düz 8 ay davam edir. Amma ümüdsiz, gələcəksiz. İkisi də bu məhəbbətin bir sonu olmayacağını yaxşı bılirdi. Zülfiyyə ailəsinə baxmağa məhkum idi, Mahir onu gözləməyə. Amma nə qədər? Nə vaxta qədər? Mahir Zülfiyyənin bacı qardaşının böyüdüb yerbə yer eləməsini mi gözləyəcəkdi? Buna nəinki dayıları heç anasıgil də razı deyildi.
Soyuq qış günlərinin birində Zülfiyyənin anası rəhmətə gedir. Zülfiyyənin dünyası yıxılır. Bayaqdan bir ümüdi var idi. Bəlkə anası sağalar, bu qız da özünə gün ağlaya. Amma...
Mahiri anasının cənazəsində görəndə ürəyi həm qürurlanır, həm də belə kövrək vaxtlarında daha da kövrəlir. Belə bir gündə sevdiyi onu tək qoymamışdı. Mahirin yasa gəlməsi onda yeni bir ümüd yaradırdı. Mahir heç vaxt onu atmaz.
Cənazədən bir neçə gün sonra fürsət tapıb Mahirlə görüşür. Bu görüş onun həyatının dönüş günü olduğunu düşünürdü. Mahirə qarşı olan məhəbbəti günü gündən böyüyürdü. Elə Mahir də ona qarşı diqqətsiz deyildi. İmkansız görünən sevgisinə qovuşmaq yolları axtarırdı. Həmin gün Zülfiyyə Mahirlə əhd peyman bağlayır. Bir birlərinə dönük çıxmayacaqlarına dair söz verirlər. Mahir həmin vaxtlar Ukraynada yaşayan dayısının yanına gedəsiymiş. Zülfiyyəyə söz verir ki gedib iki ildən sonra gələcək. Ona qədər uşaqlar da böyüsün, özləri özlərinə baxa bilsinlər ki, o da Zülfiyyəni alıb bu kənddən çıxara bilsin.
Bəli. Mahir gedir, söz verdiyi kimi iki il sonra gəlir. Amma heç də hər şey qoyub getdiyi kimi deyildi. Zülfiyyənin atası çöldə canavar sürüsünə tuş gəlmişdi. Canavarlar kişini parçalamış, ağır yaralanmışdı. Zülfiyyə xəstəxanada onun yanında qalırdı. Uşaqlara isə Xəyalın anası baxırdı.
Mahir bir neçə gündən sonra geri Ukraynaya qayıdır. Və bir neçə il Zülfiyyəylə əlaqələri tamamı ilə kəsilir. Zülfiyyə də bu məhəbbətdən ünüdini kəsmişdi artıq. Fikirləşirdi ki, daha Mahir geri gəlməyəcək. Bəlkə də orda onun həyatında biri vardır.
Beləcə bəxtinə küsüb, özünü qardaş bacılarına həsr edərək xəyallarını və ürəyinin qapısını kilidləyir Zülfiyyə. Onun həyatı 6 uşaqdan, bir atadan, təsərrüfat işlərindən, 7 qoyun, iki inəkdən biraz da toyuq- qazdan ibarət idi. Artıq yaş da gəlib keçmiş 27 yaşına çatmışdı. Bu müddətdə iki qardaşını və 1 bacısını da evləndirib, ərə vermişdi. Həyətlərində qardaşlarına yeni ev də tikib onları öz yuvasına yığmışdı. Yükü biraz yüngülləşsə də yenə ailənin bütün problemləri üzərində idi. Evin həm böyük bacısı, həm anası, həm qızı, həm qadını idi. Qardaşları evlənənə qədər hər şey yaxşı idi. Gəlin gəldikdən sonra adı "yaman qaynana" , "qarımış baldız" olmuşdu. Gəlinlər nə Zülfiyyənin fədakarlığını qiymətləndirmir, nə onu ətrafında görmək istəyirdilər. Yazıq Zülfiyyə gəlinlərini necə məmnun edəcəyini bilmir, qardaşları ayrılsa da bu səfər onların uşaaları üçün özünü süpürgə edirdi. Gah uşaqları gətirib özü baxar, gah əlinə pul düşən kimi onları geydirər, əyin-baş alardı. Zülfiyyə nə etsə də yad qızları ondan razı qalmazdı. Yazıq qız bu yad qızlarının ücbatından qardaş bacısı üçün özünü, gəncliyini şam kimi əritməyinə peşıman olmuşdu.
Gözəlliyi və olqunluğu göz qamaşdırsa da, yaşı keçmiş sayılırdı. Bu yaşda qızları kənd yerində ya arvadı ölmüş alardı, ya da arvadından boşanmış... Düzdür onun qonşu kəndlərdən, elə öz kəndlərindən bir neçə yerdən adını çəkən var idi, amma bu dəfə də özü getmirdi.
- İndiyə qədər cavanlığımı bacı qardaşa həsr etmişəm, yoluma çıraq tutublar ki, indən sonra da gedim yadın uşaqlarına baxım, mənə gün ağlayacaqlar? Hazır oturmusam da qız adım üstümdə, atamın evində, sən allah mənnən işiniz olmasın...
Günlərin bir günü gonşuluqdaki toyun səsi kəndi başına götürdü. Tanış "Zülfiyyə" mahınısının səsi ürəyini titrətdi. Gözləri doldu. İxtiyarsız toyxanaya tərəf qaçdı. Mağarın girişində dayanıb manıslara tərəf baxdı. Manıslar üçün düzəldilmiş səhnəcikdə sevgilisini görəndə özünü saxlaya bilmədi. Mağarın qapı hissəsi sayılan dəmir dirəyə söykənib gözlərini sintizatorçuya zillədi. On ildən çox vaxt keçmişdi. Mahir də Zülfiyyə kimi olqunlaşmış, dəyişilmiş, saçlarına dən düşmüşdü.
Mahir hər dəfə toylarda bu mahınını oxuyub Zülfiyyələri rəqsə dəvət etsə də heç vaxt Zülfiyyə bu mahıya oynamamışdı. Həmişə "İrəvanda xal qalmadı" mahınısını çaldırıb bu mahnıya oynayardı. Bu mahnını Mahirə həsr edərdi. Mahir həm İrəvandan idi həm də, yanağında qoşa xalı var idi.
Bu dəfə də cibindən pul çıxarıb ortalıqda gəzən toy bəyini işarə ilə çağırdı. Pulu toybəyinin ovcuna basıb " İrəvanda xal qalmadı" mahnısını sifariş etdi. Mahnı çalındı, lakin o oynamadı. Mahir musiqini ifa edə edə gözləri ilə mağarda Zülfiyyəni axtarırdı. Zülfiyyə isə yox idi. Zülfiyyə mahnının sədaları altında görüş yerinə gedirdi...
Leylək yuvasının olduğu, qoca çınarın altında oturub gözlədi. Çox keçmədi ki, çığır da qaraltı göründü. Ürəyi şiddətlə çırpınmağa başladı. Bu gələn o idi. On il bundan qabaq burda vidalaşıb ayrıldığı sevgilisi...
... Bəkarəti yaşıl çəmənlikdə açmış laləyə bənzəyirdi. İkisi də xoşbəxt idi, ikisi də məmun idi. İlk məhəbbətin vüsalı, gizli sevişmə, 10 ilin həsrəti bu iki sevgilinin ağlını başından alımışdı. Bu dəqiqələrə qədər hər şey yaxşı idi. Bu dəqiqələr üçün hər şeylərini verərdilər, gözlərinə heç nə görünməzdi, görünmədi də. Harda, hansı şəraitdə olmalarına baxmayaraq ehtirasın ağuşunda vüsallarına çatdılar. Bəs bundan sonra nə olacaqdı? Bilmirdilər.
Mahir evli idi iki uşağı var idi. Həm də xanımı özbə öz dayısı qızı idi. Dayısı ilə bərabər bir yerdə toylara gedirdi. Həm də Mahirgilin ailə bağları qırılmaz və sarsılmaz bir zəncir kimi möhkəm idi. Durduq yerdə ayrılmaları da mümkün olan şey deyildi. Lap Zülfiyyə gedib qanını da onların qapısında töksə bu mümkün olan şey deyildi. Bəs Zülfiyye? Nə olacaq bu qızın sonu? Bu məmuniyyət onu ömrünün sonuna qədər məmnun edəcəkdi? Bu görüş, bu bərabərilik ilk və sonmu olacaqdı, yoxsa beləcə gizlin gizlin davammı edəcəkdi?
Ehtirasın və ürəyinin gücü deyəsən bu iki sevgiliyə tövbə dedirdə bilmədi. O gündən sonra Zülfiyyəylə Mahir gizli gizli görüşər, gəncliklərində yaşaya bilmədikləri bərabərlikləri yaşardılar. Görüş yeri Mahirin dostunun evi idi. Zülfiyə dükan bazar adı ilə şəhər mərkəzinə gələr, Mahirlə həmin evdə görüşərdi. Hər görüş onları bir birinə daha çox bağlayırdı. Hətta buralardan qaçıb getməyi də planlayırdılar. Lakin Mahirin qarşısını uşaqları və bir böyük nəsil kəsirdi, Zülfiyyənin də ümüdini çarəsizlik. Ayrıla da bilmirdilər. Hər dəfə öpüşüb görüşüb ayrılaq dedikləri yerə növbəti dəfə qacaraq gəlirdilər.
Bir vaxt gözünü açdığında Zülfiyyə hamiləydi. Bu o vaxtlar idi ki, artıq bu bərabərlikdən Zülfiyyənin qardaşı arvadı da xəbər tutmuşdu. Zülfiyyə Mahirlə görüşdüyünü inkar etsə də gəlin ona inanmamışdı.İnada düşüb onları güdərək, ikisini də görüşdükləri evdə bir yataqda tutmuşdu. Qardaşı arvadının üzünə baxmağa utanan Zülfiyyə bir neçə həftə evə gəlməmiş, qonşu kənddə yaşayan Xəyalgilə getmişdi. Xəyalın anası Zülfiyyənin sıxıntı içində olduğunu hiss edir və ondan məsələnin nə olduğunu soruşur. Zülfiyyə utana utana vəziyyəti əmicanına danışır. Bibi Mahirin evli olduğunu eşidəndə təbii ki bu münasibətə görə Zülfiyyəni danlayr. Lakin Zülfiyyənin vaxtından keçməsi bibinin daha cəsarətli addım atmasına səbəb olur. Bibi Mahiri evinə dəvət edir və Zülfiyyənin hamilə olduğunu ona söyləyir. Çarəsiz qalan Mahir Zülfiyyənin əl ayağına düşür, onu sevdiyini deyir. Lakin arvadından da ayrıla bilməyəcəyini qeyd edir. Təklif edir ki, dini nigah edib yenə bərabər yaşasınlar. Bu təklif bibini az qala havalandıra. Mahiri döyüb evdən qovur. Kənd yerində belə bir evliliyin, həm də qız adı üstündə olan bir qıza təklifi belə qəbul edilməz idi. Xəyalın anası Zülfiyəyə uşağı saldırmağı və həyatına qaldığı yerdən davam etməyi təklif edir. Lakin Zülfiyə buna razı olmur. Bibi Zülfiyyəni döyə döyə həkimə gətirsə də Zülfiyyəni abort masasına qaldıra bilmir. Zülfiyyə əmicanından xahiş edir ki, ona kənddən qaçmasına kömək etsin. Amma hara qaçaçaq ki, savadsız qız hamılə canıyla təkbaşına tanımadığı şəhərdə nə qədər mücadilə edə biləcək ki? Odur ki, əmicanı qayını qızına bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Çox keçmir ki qonşusunun əmisini gözaltılayır.
Kərim 55 yaşlarında bir kişi idi. 4 oğlu vardı. Arvadı yüksək şəkərdən 2 il qabaq dünyasını dəyişmişdi. Oğlanları ikisi Rusiyada yaşayır. Biri 17 yaşında əsgərlikdə, ən kiçiyi 7 yaşında məktəblidir. Kərim ata mülkündə yaşlı və xəstə anasıyla bir yerdə qalırdı.
Zülfiyyənin çıxış yolu qalmamışdı. Əmicanının məsləhətinə əsaslanıb sevdiyinin məşuqəsi olub kənddə biablr olmaqdansa , özündən çox böyük olan bu dul kişinin arvadı olub biabırçılıqdan qurtulmağı tərcih edir. Bibi Zülfiyyənin razılığını alandan sonra özü Kərimə elçi düşür. Zülfiyyənin qarnı böyümədən məsələni həll etmək istəyir. Kişi də elə belə fürsət axtarırmış təklik, balaca uşaqla, yaşlı xəstə anayla kənd yerində yaşamaq Kərim üçün doğurdan da çətin idi. Hələ evdə heyvan, təsərrüfat varsa bu çilə daha çəkilməz çiləydi. İndi belə bir şans ayağına gəlmişdi. Qaçırmaq ən böyük ağılsızlıq olardı.
Hər şey yolunda gedirdi. Lakin bir məsələ qalırdı. O da Zülfiyyənin boynundakı uşaq.
Zülfiyəylə Kərim görüşənə qədər Kərimə uşaq barəsində bir şey deyilməmişdi. Kərim Zülfiyyəni qız uşağı bilirdi. Kərim Zülfiyyəni ilk görüşdə çox bəyənir. Bayaqdan iki üç uşaqlı qadınlara evlilik təklifi edən Kərimə 4 uşağa, bir xəstə anaya görə heç kim razılıq vermirdi. İndi Zülfiyyə kimi gözəl, qoçaq, evdar bir qız hər şeyə razıydı, onun uşaqlarını da hələ yaşlı anasını da qəbul edirdi. Görəsən səbəb nəydi? Yaşının ötməsi? Bəlkə yaşadığı çətinliklər? - Kərim düşünə düşünə qalmışdı. Zavallı qıza heç nə vəd edə bilmirdi.
- Axı 4 uşaqla bu qıza nə vəd edə bilərdı ki? Zülfiyyə hardasa onun uşaqları ilə yaşdaş sayılırdı. Onun nazını uşağı kimi çəkməliydi. Bəs bunu bacarmasa, Zülfiyyə yağışdan çıxıb yağmura düşdüyünü anlasa? Bəs sonra? O, Atası evinə qayıdarmı? Zülfiyyə ata evinə qayıdarsa millət Kərimə nə deyər? Kərimi qınamazlarmı, deməzlərmi ki, "axı bir arvad saxlamağa gücün çatmırdı niyə xalxın qızını bədbəxt edirdin?"
Düşüncələr içində başını itirən Kərim özü özünə təskinlik də verirdi.
-Yox ee qayıtmaz.Nçç... 27 yaşlı qız hər şeyi qəbul edir, ata evini tərk edirsə demək nə olur olsun o evə qayıtmaz. Bəs bu qızı yerindən yurdundan edən nədir? Mütləq burda bir səbəb var. Gəlinlər? Axı onların evi ayrıdır. Balaca bacı qardaşları? Yox 6 uşağın yükünü çəkən gəlib gəlib qalan bu 3 uşaqdamı yoruldu?
Bibi Zülfiyəyə hamiləlik barədə Kərimə heç nə deməməyi tapşımışdı.
- Çayı keçənə qədər yola ver, hələ əvvəl zifaf gecəsi var. Bir təhər başın qatarıq uşaq vaxtı yıxılıb deyərik. Nə deyəcək? 55 yaşında kişiyə pərdə lazımdı?
- Bəs uşaq?
- Əşii onda da deyərik ilk gecədən hamilə qalmısan da... Nə bilir nə var nə yox. Lap deyərik uşaq səkkiz ayliq doğulur. Bir qorxum o dili pətəyində yanmış Mahirdəndir, dəlliliyi tutar gələr açar sandığı, tökər pambığı . Sən də sıyılarsan. Onnan sora səni əlımlə tikələryərəm.
- Əmicanı, mən yalan danışa bilmərəm. Nə var deyəcəm özünə, qəbul edər edər, etməz elə burdan da keçəcəm ya İrana, ya Türkiyəyə. Necə olaramsa olaram. İnanıram Mahir mənə burda da sahib çıxmasa orda sahib çıxar. Bəlkə gətirə Bakıya zada.
- Dilini qoy qarnına. Mənim başımı xarab eləmə. İtin qızı. Nə deyirəmsə qulaq as! Mahir sahib çıxacaqmış. Çıxan kişi vaxtında çıxardı. Oğraç...
İkinci görüşdə bibinin him ciminə baxmayaraq Zülfiyyə məsələni Kərimə açıq şəkildə dedi.
- Bəlkə də mənim haqqımda ağlına başqa fikirlər gəlir- Zülfiyyə başını qaldırmadan ehmalca dilləndı.
- Nə məsələn?
- Heç nə, başına dönüm, uşaq uşaq sayaqlayır - bibi söhbəti kəsmək istəsə də Zülfiyyə bibisinə fikir vermədi.
- Mən ailəmi yalan üstündə qurmaq istəmirəm.
- Mənimlə səmimi ola bilərsən. Səni başa düşməyə çalışacamKərim Zülfiyəyə tam sərbəstlik verdi.
- Tam səmimi?
- 100 faiiz...
- Amma söz ver ki, əgər söhbətimiz alınmasa, mənim bu sirrim elə burada sirr olaraq qalacaq.
Kərim gülümsəyərək Zülfiyyəni süzdü.
- Səncə iki nəfər, hətta üç nəfər arasında olan söhbət sirr kimi qala bilər? - Kərim gözünün ucuyla Zülfiyənin əmisi arvadına işarə etdi.
- Əslində bu sirr deyil. Həqiqətdir. Gec tez məsələ nədir ortaya çıxacaq. Amma istəmirəm bu sizin dilinizdən yayılsın. Bunu etməsəniz ən azından kişilərə olan güvənim sarsılmaz...
- Belə başa düşdüm ki, hansısa bir alcaq sənin güvənini qırıb?
- Yox əşi... Cavan uşaq olub, uşaq vaxtı...
- Mən hamiləyəm...
Zülfiyyə əmisi arvadının sözünü ağzında qoydu. Başını aşağı salıb pıçıldadı.Əmisi arvadı da əli ilə ağzını sıxıb qorxu içində həm Kərimi, həm də Zülfiyyəni süzdü.
- Mən bunu sizdən gizlədə bilməzdim. Bağışlayın...
Kərim ağır ağır yerindən qalxdı və pencəyini stulun başından götürüb çiyninə atdı və heç bir şey demədən qapıdan çıxdı.
Təbii ki, Kərim bunu qəbul etmədi. Heç bir şey demədən getdi. Zülfiyyənin əmisi arvadı pəs etmək istəmirdi. Kərimdən əl çəkmədi. Gedib gəlib başının ətini yedi.
- 55 yaşında əmlik quzu istəyirsən? Hələ 4 uşağın üstünə? Birdə yatalaq ana? Di get odur rəhmətlik Habilin qızı, dul iki uşağı var, de gör qəbul edur? Ya da Yasəmən... Odur Tutu yalvarır biri onu alsın yetimçələrinin qarnın doyursun. Sən de gör gələr 4 uşağa görə? Hami özün fikirləşir ee, öz rahatlığını düşünür. Neynir sənin zibilini özünə şələ eliyə? Sənə gül kimi qız adı üstündə qız verirəm, allatmadıq, dərdini dedik ki belədir dəə. Gərək aldadaydıq ki, yıxılıb paralanıb? Gərək qarnındakın sənə yamayaydıq onda yaxşı olardı? Sənnən heç nə istəmirik ee a kişi, 4 uşağın, bir yatalaq xəstənin qarşılığında bu qızın namusunu təmizlə. Başqa nə istəyirik ki. Qoy canına duaçı olsun, qoy onun dualarının qarşısında yerin cənnətlik olsun. Yetimlərin içində bişmiş qızdır, anasının 12 il əziyyətini çəkib, hər şeyin yerini bilir, xəstədən iyrənməz. Day nə istəyirsən? Bunun savabı sənə bəsdir. Yetim qızdır, həyatı əziyyətlə keçib. Al arvad elə o da bir gün görsün. Savabdı.
Bəli nəhayyət kƏrim Zülfiyyəni qəbul edir. Elçi düşür. Dünyadan xəbərsiz olan Zülfıyyənin atası qızını belə yaşlı kişiyə vermək istəmir. Lakin Zülfiyyə ilə qayını arvadı kişini bu işə razı salmaq istəyir. Ata qızının evdən qaçmasını və Kərimə razılıq verməsini gəlinləriylə bağlayır. Fikirləşir ki Zülfiyəylə yola getməyən gəlinlər qızı bezdirir, ona görə qız gözünü yumub tanımadığı yaşlı adamın evlilik təklifini qəbul edir. Kişi bir axşam yeməyində bütün ailəni başına yığıb Zülfiyəyə talıb çıxdığını açıqlayır. Və sevimli qızını gəlinlərinin burunlamasına görə kimə gəldi ərə verməyəcəyini deyir. Bu işdə günahkandırilan gəlin dözməyib Zülfiyyəni ələ verir. Onu Mahirlə bir evdə bir yerdə tutduğunu açıqlayır. Və təbii ki, ərindən başqa heç kim buna inanmır. Amma hər kəsin içinə qurd düşür...
Odur ki, məsələ daha da şişmədən Zülfiyyəni ərə verib, ondan qurtulmağı düşünürlər. Qurtulmağı düşünürlər, amma, gəlin də dil altda qalmır. Hər yerə Zülfiyyə və Mahir münasıbətini yayır. Ata ürəyi bu biabırçılığa dözmür. İnfarkt keçirir. Ata xəstəxanadaykən Kərimi çağırıb qızının əlini Kərimin əlinə bağışlayır və gözlərini əbədi yumur
Bəli, o gündən Zülfiyyə Kərimlə rəsmi nigaha girib onun evində yaşayır. Evdəki bacı qardaşlarına da Kərim sahib çıxır. Onlara maddi və mənəvi dəstək olur.
Zülfiyyənin Mahirdən bir qızı olur. Hamı bu uşağın atasının Kərim olduğunu bilir. Kərimin əskərlikdəki oğlu gəlib, o da Rusiyaya qardaşlarının yanına gedir. Beləliklə Zülfiyyə öz qızı ilə bərabər Kərim, anası və Kərimin kiçik oğluyla bərabər Kərimin evində ailə olur. Qızı Kəmalə doğulandan iki il sonra isə ZÜlfiyyənin Kərimdən bir oğlu olur. Oğlu olan ili Kərimin anası rəhmətə gedir.
İndi Kərimin kiçik oğlu Elməddinin 10, Kəmalənin 3 yaşı var. Kərimdən olan Feyruz isə 7 aylıqdır.
Kərimin böyük oğlunun bir ay idi ki, toyu olmuşdu. Toyu burda kənddə eləsələr də böyük oğlan yeni gəlini də götürüb Rusiyaya qayıtmağı istəmişdi. Çünki oğlanın işi gücü orda idi. Odur ki, Kərim toydan sonra oğlanların da başına yığıb Rusiyaya gedirlər. Gəlini və oğluna ayrıca ev tutur. Onları orda yerləşdirib geri qayıdir.
Bu gün həmin gün idi ki, günortadan sonra Kərim Naxçıvan hava limanına enəcəkdi. Uşaqlar və Zülfiyyə onun gəlişini gözləyirdilər...
Qara xəbər tez yayılır deyirlər. Kərimin qara xəbəri özündən tez gəldi kəndə.
Zülfiyyə qazları çaylağa ötürüb evə qayıdınca həyətlərində bir dəstə adam gördü. Çaşıb qalmışdı evdən çıxdığı heç 15 dəqiqə deyildi. İndi xeyir ola, bütün kənd onlara axışır?
Kərim Bakıda dəmiryol vağzalından aeroporta gələrkən kəndlilərinin maşınında ağır yol qəzası keçirtmiş dünyasını dəyişmişdi. Və təbii ki, Bakıdakı qəza yerinə Xəyal oz dostları ilə qaçmış, qəzadan qurtulmayan əmisi qızının ərinin cənazəsinə sahib çıxaraq, meyidi Bakıdan Naxçıvana şəxsən özü gətirirdi. Fərid və Tacəddin də vəfalı dost kimi bu gün də Xəyalı tək qoymamışdılar. Onlar meyidi təyarəylə gətirmək üçün lazımı sənədlər hazırlayıb Xəyalla bərabər Naxçıvana gəlirdilər.
11 BÖLÜM.
Əvvəl Zülfiyyədən Kərimin vəfatını gizlətdilər. Sadəcə onu qarşılamağa gəldiklərini dedilər. Amma bu necə qarşılamaqdır. Camaatın üzündən hüzür yağır, qadınlar göz yaşlarını Zülfiyyədən gizlədirdilər. Nə qədər nə baş verdiyini soruşsa da heç kim Zülfiyyəyə heç nə demirdi. Qadın böyük həyəcan və narahatlıqla bu oyunun sonunu gözləyirdi.
Zülfiyyə qardaşını qapıda molla ilə görəndə dünya başına yıxıldı. Naləsinə bütün kənd lərzəyə gəldi.
Özünü necə itirmişdisə uşaqlar belə yadına düşmürdü. Sadecə Feyruzu görürdü. O da kiçik bacısının qucağında idi.
Məhəllənin girişində təcili yardım maşını görünəndə həyətdə də canlanma başlandı. Qadınların cığırtısından qulaq tutulurdu. Vay nöysə - şaxsey ərşə qalxmışdı. Darvazalar açıldı. Təcili yardım maşını arxa arxaya həyətə girdi. Başqa taksidə meyidlə brabər gələn üç dost - Xəyal, Fərid və Tacəddin meyidi təhvil almaq üçün təcili yardım maşınına yaxınlaşıb qapılarını açmışdılar ki, çaylağın kənarında qışqırışma qopdu. Elməddin cum culuq suyun içində qışqıra qışqıra evə tərəf qaçırdı. Onun da arxasınca kim idisə qucağında Kəmaləni gətirirdi.
Elməddini görən zaman Zülfiyyə elə bil yuxudan oyandı. Uşaqları cayın kənarında qazların yanında qoyub gəldiyi indi yadına düşdü. Kəmaləni adamın qucağında halsız görən Zülfiyyə başına döyə döyə onların qabağına qaçdı. Məhəlləyə toplaşan camaat ikiyə ayrıldı yarısı Kərimin cənazəsinə, yarısı da Zülfiyyənin arxasınca Kəmalənin üstünə qaçdı.
Kəmalənin rəngi ağappaq olmuşdu. Suyun içındə, hələ də paltarından, saçlarından su damçılayırdı. Zülfiyyə qızını kişidən qoparıb bağrına basdı. O biri əlləri ilə saçlarını yolub üzünü cırırdı. Naləsı insanda can qoymurdu. Uşaq Araza düşüb boğulmuşdu.
Bir nəfər yad adam Zülfiyyənin qucağından körpəni alıb, uşağı yerə uzatdı:
- Dostlar, xahiş edirəm imkan verin kömək edim, mən həkiməm - deyib uşağa müdahılə etdi.
Bu adam Tacəddin idi.
Tacəddin Kəmaləyə ilk yardım göstərincə təcili yardım maşınında gəlmiş digər tibb işcıləri də əllərindən gələni edirdilər.
Zülfiyyə başına döyə döyə gah həyətin ortasına qoyulmuş tabuta qaçır, gah da hələ də ölümlə pəncələşən qızının yanına gəlib şivən qoparırdı. Kəndin arvadları da havalanmaq üzrə olan Zülfiyyənin əl qolunu tutaraq onunla o başa bu başa gedib gəlirdilər. Xəyal və anası nə qədər onu sakitləşdirməyə çalışsa da bu mümkün deyildi.
Nəhayyət körpə özünə gəldi. Tacəddin tez uşağı qucağına alıb təcili yardım maşınına qaçırtdı :
- Təcili xəstəxanaya! Tez olun! Oksigenə bağlamaq lazımdır cəld!
Zülfiyyə başını itirmişdi. Bilmirdi ərinin yanında qalsın yoxsa uşağı ilə xəstəxanaya qaçsın. Xəyal gəldiyi taksiyə minəndə Tacəddin onu saxladı.
- SƏn burda qal, qonaqlarla maraqlan, mən bacının yanındayam, narahat olma! - Deyib taksinin qapısını açaraq əli ilə Zülfiyəni hayladı - gəl bacı, gəl gedək !
ZÜlfiyəylə bərabər kiçik qardaşı Xəyyam da gəldi. Tacəddin xəstəxanada şəxsən özü Kəmaləylə maraqlandı. Uşağı həyata qaytardı. Zülfiyyə özünə divan tutur xəstəxananın divarlarını cırmaqlayırdı. Gənc qadın stres üstünə stres yaşayırdı. Açıq aşkar əsəb krizi kecirdirdi. Bilmirdi meyidini ortada qoyub gəldiyi ərini ağlasın, yoxsa ölümlə əlbəyaxa olan qızını. Bir tərəfdən də döşünün südləri axırdı. Evdə qoyub gəldiyi körpə oğlunun ac qaldığını düşündükcə dəliyə dönürdü.
- XƏyyam, qadan alım, get Feyruzu da götür gəl, uşaq acından öldu körpə. Get başına dönüm.Döşlərim çatlayır, səhər o başdan yedirtdiyimdir.
- Siz istərsəniz gedin evə. Mən burdayam. Təhlükəni kecdik. Qorxulu bir şey yoxdur, lazım olsa xəbər verərəm gələrsiz.
Tacəddin Zülfiyyəni arxayın salmaq istəsə də, tez dediklərinə düzəliş etdi:
- Yox ən yaxşısı siz burada qalın. Çox streslisiz. Belə vəziyyətdə bir də oraya gedib meyid üstündə bu hala düşsəniz sizin üçün yaxşı olmayacaq. Xəyyam, qardaş sən istəyirsən get, uşağı götür gəl. Biz burada boş palataların birini onlar üçün təşkil edərik . Bu gecə burada qalsın, bacıya da bir sakitləşdirici verərik. Bubgünlər onun üçün ağır günlərdir. Biraz sakitliyə ehtiyyacı var.
Kəmalə reanimatsiya şöbəsində olduğundan Zülfiyyəni içəri buraxmırdılar. Yazıq gəlin piləkənlərin üstündə sürünə sürünə qalmışdı. Arada bir qohumlardan iki bir üç bir gəlib onlara baş çəkib gedirdilər. Meyidi hələ dəfn etməmişdilər. Oğlanlarının Rusiyadan gəlməsini gözləyirdilər. Odur ki, Zülfiyyə də biraz sakitləşmişdi. Eri ilə halalaşmadan onu son mənzilə yollamaq istəmirdi.
Cox keçmədi Xəyyam Feyruzu da gətirib gəldi. Yayından çıxmış ox kimi Zülfiyyə balasına qaçdı. Onu gucağına alıb ağlaya ağlaya onu öpüb qoxladı. Bütün xəstəxananın işçıləri, xəstələr bu ana bala səhnəsinin təsirindən duyğulanmışdılar. Elə Tacəddin də. Üzünü yana çevirib baş barmağının ucuyla gözlərini sıxırdı.
Uşağıyla maraqlanana ana birazdan qeyri adı hərəkətlər etməyə başladı. Görünür Zülfiyyə özündə deyildi. Dəli kimi başın arxaya atır, gah uşağı öpür gah Feyruzun çığırıb ağlamasına hirslənir. Gah başına döyürdü. Uşağı sakitləşdirmək üçün ona yaxınlaşan tibb bacılarını hədələyir, onlara qışqırır. Gah da uşaqka oynayırmış kimi şaqqanaq çəkib gülürdü.
- Həkim,
- Acmış? Bəlkə bunu yatıraq? Dəliyə oxşayır.
- Yox yox nə danışırsız - Tacəddin söhbətə qarışdı.
- Siz kimsiz? Nəyisiz?
- Sadəcə tanışdır, yaxındır. Pzüm də həkiməm . Bakıdan gəlmişəm. Sadecə ağır stres yaşayır. Əgər buna belə sərt reaksiya versəniz depresiyaya düşə bilər. Hətta dəli olma dərəcəsni də gpz altına almalıyıq. Təsəvvür edirsiz iki ağır şok üst üstə yaçamış yazıq qadın. Həm ərinin ölümü, həm qızının boğulması... Sadecə sakitləşdirici vermək biraz da motivasiya verməkləonu pzünə gətirə bilərik. Bir dənə ona otaq ayıra bilsək yaman yaxşı olar. Mən onunla maraqlanaaram.
- Palatalar doludur. Bəlkə tibb bacısı otağına keçəsiz.
- Bəli, olar. Təşəkkür edirəm - dönüb Zülfiyyəyə baxdı.
Zülfiyyə həm nəvazişlə körpəni əzizləyir, həm də ona qışqırırdı.
- Mənim balam öldü acından? Caaann. İndi mən səni yedirdərəm. Ağlama! Ağlama deyirəm sənə! Ağlama...
Zülfiyyə bir küncə çəkilib üzünü divara tutdu. Aşağı çöməlib körpəni qucağlnda rahatladı. Südü axan döşünü çıxarıb uşağını əmdurmək istədi. Lakin uşaq da Zülfiyyə kimi narahat və əsbi idi. Ac olsa da anasının döşünü almaq istəmirdi. Daha da çığırırdı. Uşaq çığırdıqca döşlərinin ağırlaşıb ağrımasından əsəbləşən Zülfiyyə daha da səbirdən çıxır, uşağı sıxcalayırdı. ANasının əsəbi halından qorxan körpənin səsi koridoru başına almışdı... Cavan gəlin ətrafındakılardan həm utanır, həm də özünün kontroldan çıxmağına əsəbləşirdi.
Çiyninə toxunan əldən diksindi. Tez döşünü uçağın ağzından çıxarıb köynəyi ilə sinəsini gizlətdi.
- Qorxma bacı, rahat ol ! Ver o uşağı, qalx, qalx gəl. Gəl, gəl. Gəl keç içəri, bir sakitləş. Uşaqda əsəbləşib sən də. Belə uşaq əmdirmək olmaz - deyə Tacəddin Zülfiyyəni sakitləşdirdi. Uşağı Zülfiyyədən alıb tibb bacısının otağına gedə gedə Zülfiyyəni də arxasınca səsləyirdi.
- Xanım, bir xahiş edim, icazə verin xanım uşağını burada rahatlayıb əmizdirsin! Uşaq çox narahatdır.
Tacəddin tibb bacısına xahiş etdi. Tibb bacısı divanın üstündə onlara yer göstərdi. Tacəddin uşağı divanın üstünə uzadıb, adyalını açdı. Uşaq pis gündəydi. Allah birir səhər tezdənnən bu uşaq belə narahat və suyun içindəydi.
- Sizdə təmiz əski, bez varmı? Və ya uşaq paltarları?
- Yox..
- Bəs neyləyək? Onda təmiz soruq verin
- Verə bilmərəm. Xəstəxananın malıdır...
Tacəddin cibindən pul çıxarıb tibb bacısının cibinə basdı.
- Xanım mən həkiməm. Harda nəyin necə ediləcəyini də bilirəm. Sizə deyirəm təmiz bir şey verin uşağı dəyişmək lazımdır, uşaq narahatdır. Pambıq və maz da gətirin.
Tibb bacısı otaqdan çıxdı. Tacəddin uşağı qucağına alıb sakitləşdirdi. Zülfiyyə otaqda var gəl edirdi. Döşlərinin ucu deyəsən partlamışdı, cox acıyırdı. Sinəsi islanmış, qoftası sinəsinə dəydikcə inildəyirdi. Bu halını Tacəddinə hiss etdirməsə də Tacəddin bir həkim kimi bunu görür və hiss edirdi.
- Zülfiyyə xanım, rahat və sərbəst olun.Döşünüzü açıb havalandıra bilərsiz, indi tibb bacısı maz gətirəcək, təmizləyib sarğı vurarıq. Rahatlaşarsız.
Nəhayyət tibb bacısı əlində iki təmiz soruqla qayıtdı. Tacəddin soruğu kəsib pambıqladı və uşaq üçün bez hazırladı. Uşağı təmizləyib bələdi. Uşağı rahatladıqdan sonra Zülfiyyəyə baxdı.
- Gəlİn, Zülfiyyə xanım. Oturun!
Zülfiyyə ixtiyarsız Tacəddinə tabe oldu. Divanda oturdu.Tacəddin stulu çəkib onunla üzbə üz əyləşdi. Körpəni tibb bacısına verib Zülfiyyəyə döndü:
- Məndən utanmayın. Mən həkiməm, indi döşünüzü təmizləyib sağacam. Sonra körpəni əmizdirərsiz. Qətiyyən utanmayın!
Tacəddin Zülfiyyənin qoftasından tutub qaldırmaq istədi. Zülfiyə buna mane oldu.
- Dedim axı utanmayın. Sadecə müayinə edəcəm. Deyəsən döşünüzdə çatlaqlar var. Qanamış, köynəyiniz çirk olub. Belə halda uşağı əmizdirmək olmaz. Mikroblanmış ola bilər. Təmizləmək lazımdır.
- Doktor... - Zülfiyə xəcalət çəkə çəkə dilləndi.
- İcazə verin, xahiş edirəm utanmaq lazım deyil ! Çəkin əlinizi!
Zülfiyyənin əlacı kəsilmişdi. Döşünün südü dayanmır.Bir tərəfdən də döşlərinin ağrısı və ağırlığı onu hövsələdən çıxardırdı. Tacədin ehmalca Zülfiyynin qoftasını yuxarı çəkdi. Ağappaq dolğun döşlərin ucu qıp qırmızı qızarıb parçalanmışdı.
- Vahhh...vaahhh... Nə gündəsən sən... Bir dəqiqə...
Tacəddin cəld ayağa qalxdı. ZÜlfiyyə inildəyərək qoftası ilə sinəsini örtdü. Utandığından qıp qırmızı qızarmışdı. Xəcalətindən ölürdü. Başını qaldırıb Tacəddinin üzünə baxa bilmirdi.
Tacəddin tibb bacısından kömək istədi. Tibb bacısı körpəni divanın üstünə qoyub xəstəyə lazım olan şeyləri gətirdi. Tacəddin tibb bacısının köməkliyi ilə gəlinin döşünü yuyub təmizlədi. Üstünün qaysaq tutmuş qabıqlarını ayırtladı. Döşlərinin ucuna yumuşaldıcı vurub yüngülcə masaj etdi. Məməsini ehmalca sağıb ucuna yığışmış qanlı südü atdı. Elə bil döşləri yüngülləşmışdı. Daşlaşmış məmələri masajdan sonra ona bir rahatlıq gətirmişdi. Hələ də körpə acından çığırırdı. Tacəddin Zülfiyyəni tam rahatlayandan sonra uşağı tibb bacısından alıb anasının qucağına verdı. Dərmanlardan və yaralı məmənin dadının dəyişdiyini hiss edən körpə anasının döşünü almaq istəmirdi. Odur ki, Tacəddin bu dəfə də uşağa kömək etmək məcburiyyətində qaldı. Zülfiyyənin döşünü uşağın ağzına sağmağa başladı. Tacəddinin əli döşündə gəzdikcə Zülfiyyə haldan hala düşür, utanıb əldən gedirdi. Südün dadını almış körpə marçıltı ilə anasını əmməyə başladı. Anasının döşünü tutaraq körpəyə kömək edən Tacəddin yeni çıxan dışləriylə anasını inlədən bu körpənin şirinliyindən gözünü çəkə bilmirdi
Elə bu vaxt bayırda səs küy qalxdı. Bayırdan Xəyyamın və əmisi arvadının səsi gəlirdi. Zülfiyyə narahat oldu. Qalxmaq istəyəndə, Tacəddin onu sakitləşdirdi.
- Bax nə olursa olsun, uşağı əmizdirərkən onu bu keyfindən ayırmamalısan. Səni yeməyin üstündən zorla qaldırsalar necə olarsan?
Bu vaxt qapı açıldı və Mahir, onun arxasınca Xəyyam ilə əmisi arvadı içəri girdi.Tacəddin sıravı geyimdə, Zülfiyyələ üz üzə - qıçları bir birinin qıcları arasına girmış formada, əli gəlinin sinəsində... Tacəddinlə Zülfiyyə çox səmimi görünürdü. Hətta tanıyan olmasaydı onları ər arvad sanardılar. Xəyalın anası utandığından əli ilə üzünü şapıldatdı . Başındakı şalla üzünü yaşmaqladı. Mahir Tacəddinin üstünə cumdu. Xəyyam bacısını yumuruqladı. Anasının döşündən ayrılan körpə qışqırıb göyərdi. Bir anda aləm bir birinə dəydi...
Səhər palatada yuxudan qalxanda Kəmalənin yatağının üstündə bir torba var idi. Torbanın içinə Kəmalənin əyninə bir dəst paltar, Zülfiyyə üçün xalat, Feyruz üçün də uşaq bezi və paltarları, Zülfiyyənin döşünün yarası üçün tənzif və yumuşaldıcı kremlər, süd sağan aparat və sakitləşdirici dərmanlar qoyulmuşdu.
Bunları kim alıb gətirmişdi Zülfiyyə bilmirdi. Amma döşü üçün lazımı şeyləri görəndə adını belə bilmədiyi o naməlum adam yadına düşdü. Axı bu adam kim idi? Bu adam kim idisə Zülfiyyə onu ilk dəfə idi görürdü. Kənd adamı deyildi. Olsaydı Zülfiyyə onu tanıyardı.ləhcəsi də bura adamı olmadığını deyirdi. Həkim olduğunu söyləmişdi . Bəlkə təcili yardımla gəlmişdi. Əgər elə idisə bəs niyə həkim xalatında deyildi. Yoox o adam kimdirsə allah onu Xızır kimi yetişdirdi imdadıma. Kəmaləmi ölümün pəncəsindən qurtardı. Mənə belə günümdə kömək oldu döşümün yarasını təmizlədi. Feyruzu balası kımı rahatlatdı. Nə qədər səbrli, nə qədər mərhəmətli adam idi bu kişi. Neçə həzin, necə mülayim səslə dindirirdi adamı. Görəsən kimdir bu adam?
Zülfiyye qızına baxdı elə şirin şirin yatırdı ki, dönüb Kəmalənin ayaq tərəfində yatan Feyruza baxdı. Mışıl mışıl uyuyrdu. Uşaqlarına baxınca kövrəldi. Boğuldu. Uşaqlarını oyandırmamaq üçün səsini içinə salıb hıçqırdı:
- Qara günnü balalarım, qara bəxtdə siz də ananıza çəkdiniz. Bir fərqimiz var. Mən analı atalı yetim idim, siz atasız yetım qaldınız, Elməddin həm analı, həm atalı. Nolacaq bu uşağın sonu. Onu necə ovudacam, nəylə təsəlli edəcəm? Görəsən indi neynir o? Heç başım necə qarışdıysa uşağı görə bilmədim görüm atasını necə qarşıladı. Yazıq balalarım. Can ay Elməddin. Allahın sənə yazığı gəlsin bala...
Qapını açıb bayıra çıxanda pilləkənlərin üstündə Mahirin oturub, yatdığını gördü...
İki gün sonra günortadan sonra Kərimin uşaqları gəlib çıxdılar. Atalarını dəfn etdilər, ehsan verdilər. Xəyal Kərimin yeddisinə qədər kənddə qaldı. Fərid isə cənazədən sonra getdi. Tacəddini o gündən sonra o kəndə görən olmamışdı. Onu buralarda heç kim tanımadığı üçün də o heç kimə maraqlı deyildi. Bir tək Zülfiyyə nəmli gözləri ilə imdadına yetən bu insanı axtarırdı.
Xəyal Bakıya gələndə Tacəddinlə görüşdü yasda onu görmədiyini deyəndə Tacəddin təcili Bakıya qayıtmaq lazım olduğunu dedi. Beləcə söhbət bağlandı getdi.
Tacəddin şəhərin ziyalı ailələrindən idi. Atası professor, anası tanınmış ginikoloq idi. Baçı və qardaşları da ailəcə tibb sahəsində tanınmış həkimlərdən idi. Xanımı ilə unversitetdə oxuduğu vaxtlar tanış olmuşdu. Dünyagörünüş və fikirlərində ailələrinə uyğun qız olduğundan daha asan anlaşmışdılar. Unversiterin Stamatologiya faklutəsində oxiyurdu o da. Unversitet zamanı nişanlandılar. 3 il nişanlılıq həyatı gözlərinimi kor etmişdi, yoxsa bir birlərinin qüsurlarını görməzdənmi gəlmişdilər nəysə evləndikdən sonra bunlarda hər şey tərs getməyə başlamışdı. Hər şey var idi. Ev eşik, iş, pul. Amma bu evdə iki gənc bir birini başa düşmürdü. Xanımı və ailəsi çox eqolu idi. Xanımı çox qısqanc, ailəsi isə Tacəddinin ailəsini bəyənmirdi. Hələ qaynanası ilə xanımı anasını görməyə heç gözü yox idi. Ailəsi tanınmış ailə idi, işi və xəstəxanalarının reklamları ilə bağlı tez tez televizor proqramlarına çıxırdı. Sanki onların bu göstərisı bu xanımda və ailəsində qıcıqlıq yaradır, onları qısqandırırdı. Hər yerdə qaynanasını və qaynatasını pisləyir, onların pul gücünə bu yerə gəlməklərini deyib onları gözdən salırdı. Butün respublikada ad sanı olan ailəsinin belə aşağılanmasına dözə bilməyən Tacəddin günlərin bir günü xanımını son dəfə xəbərdar edir.
- Nə edəsən anan atan üçün iki uçağını atasan?
- Uşaqları yox səndən ayrılaram. Daha bu təhqirə dözə bilmirəm. Hamı sızın çəkişmənizdən danışır vallah da billah da utanıram. Biabır olduq, yetər artıq, bəsdirin...
Bəli, artıq üç ay idi ki, işləri məhkəməlik idi. Boşanmaq üzərəydilər...
Əmisi qızının yas mərasiminə başı qarışan Xəyalın işləri biraz axsamışdı. Fərid bunu nəzərə alıb Xəyalın görəcəyi işələri başqasına da həvalə etməmişdi.Yeni müqavilələri imzalamaq üçün Xəyalı gözləyirdi.
Nuranədə günü gündən irəliləyiş hiss olunurdu. Fəridin sevgisi qızı həyata bağlayırdı. Fəridin tərtib etdiyi çıxışı səsli oxuyur, yeni obyektin açılışına hazırlaşırdı. Sözləri əzbərləmişdi. Ürəyində çıxışı aydın tələffüz edirdi. Di gəl ki, səsli oxurkən bu normal çıxış kimi səslənmirdi. Elə buna görə də çox üzülürdü.
Yas mərasimini yola verib Bakiya qayıdan Xəyal işlərinə qaldığı yerdən davam etdi.
Ləman xanım şəxsən özü Xəyalı qarşıladı. Xəyalı gəzdirib, onu görəcəyi işlə tanış etdikdən sonra sənədləri imzalamaq üçün ofisə keçdilər. Bu gün uğurlu bir gün idi. Həm Ləman üçün, Həm Xəyal üçün. Ləman böyük və ona uğur gətirəcək bir işə imza atırdı. Bu iş nəinki onu rayonda, hətta bütün rüspublikada bir iş qadını kimi tanıdacaqdı. Bu iş Xəyal üçün inanılmaz bir şans idi. Həm şəxsi həyatında, həm də iş həyatında. Ləmanın ona qarşı diqqətsiz olmadığı Xəyalın da diqqət mərkəzindəydi. Ləmanın həyatındakı boşluğu möhkəm iş birliyi ilə dolduraraq Xəyal ona həm sevgili, həm dost olacaqdı. Bu da xəyalın həyatını sıfırdan dəyişəcəkdi.
İlk dəfə idi ki, özü təkbaşına belə bir proyektin altına girirdi. Bu addımlar onun həm iş həm şəxsi həyata ilk və özəl addımları idi. Gələcəyini minnətsiz, başıqaxıncsız qurması üçün bu fürsəti əlindən qaçırmayacaqdı. Xəyal qürurlu oğlan idi. Narınla həyatını bir ömür boyu birləşdirəcəyinə söz vermişdi. Heç Narın olmasa belə. Pul onun əlindən ilk sevgisini almışdı, barlara salmışdı. Hələ də bu tavmanın təsirindəydi. İndi o bu fürsəti əlindən çıxarardı? Narının onu təmiz və saf duyğularla sevdiyini hiss edirdi. Özü də Narına qarşı diqqətsiz deyil, onu sevməyə başlamışdı. Duyğuları ilk sevgisi qədər olmasa da ciddiydi. Narınla evlilik düşünürdü. Amma Narının qardaşı hesabına kişi olmağlı özünə sığışdırmırdı. Fikirləşirdi ki, "nə zaman onlarla eyni imkana sahib olaramsa o vaxt Narınla evlənərəm". Bu isə tək başına bir maaşla mümkün deyildi. Hələ neçə ildə bu qədər dəstəyə baxmayaraq nə özünə bir ev düzəldə bilib, nə maşın alıb. İndi bunlar Narınla evləndikdən sonra olarsa deməzlərmi arvad hesabına eləyib? Nə etsə, neyləsə də bunun başqa yolu yox idi. Mütləq və mütləq başqa bir gəliri də olmalıydı.
İndi bu gəlir qapıları onun üzünə açılmışdı. Amma bir şərtlə gizlilik qorunmaqla, Ləmanla sevgili olacaqdı, Ləmanın həyatındakı boşluğu yalannan da olsa dolduracaqdı. Qarşılığında da qocaman sərvət...
Bu iş Xəyal üçün vacib idi. Bunun üçün Ləmanın istədiyi bu gizliliyə imza atacaqdı . Demək olar ki, bu proyekt onu iş dünyasına atacaqdı. Məhz bu işinə görə o Fəridin və Hidayyətin gözündə iki qat etibar qazanacaqdı. İnşallah ki, güvənlərini sarsacaq bir səhv addım atmaz...
Müqavilələr imzalandıqdan sonra bu günün şərəfinə Ləman xanım, Xəyalla bərabər gələn iki məsul şəxsi yeməyə dəvət etdi. Rayonun ən səfalı istirahət güşələrinin birində yeyib içdilər. Bu qonaqlıq Ləmanla Xəyalı bir birinə daha səmimi etmişdi. Sanki illər əvvəl də dost kimi belə qonaqlıqlarda olmuşdular. Bu səmimiyyət Ləmana daha rahat addım atmağa şərait yaradırdı.
Bəli, bu zamana qədər aralarında belə səmimiyyət olmasa da, hər iş üçün görüşəndə Ləman ilə Xəyal arasında daha səmimi münasibətlər yaranırdı. Nəhayyət Ləman Xəyalına, Xəyal da öz xəyalına qovuşdu...
Yeni abyektin açılışına Xəyal Ləmanın ona hədiyyə etdiyi son model xarici maşınla gəlmişdi. Həm də Narın da onun maşınında oturmuşdu. Fərid gözlərinə inanmırdı. Xəyalın belə bir maşını alacaq imkanı olmadığını bilirdi. Ona ayırdığı maaş da bəlli idi. Bəs bu sərvət hardan? Mütləq onun bir pullu sevgilisi vardı. Olsun da... Amma belə bir xəyanətin bacısına olunacağını ağlına gətirməzdi. Mütləq bu işə bir əncam çəkməliydi.
Sanatoriyanın açılışı demək olar ki, ölkədə əks səda yaratmışdı. Açılışda ölkənin tanınmış iş adamları ilə bərabər tanınmış dövlət adamları iştirak edirdilər. Açılışda Nuranənin çıxışı qonaqlar arasında kövrək duyğular yaratmışdı. Nuranə kimi fiziki qüsurlu birinin belə bir obyektdə məsul vəzifəyə təyin olunması qonaqlar arasında da səmimi qarşılanmışdı. Çıxışlarında Nüranənin adını xüsusi çəkərək belə bir müəssənin yalandan uzaq səmimi kollettivin posyentlərə daha gözəl xidmət verəcəyini xüsusi vurğuladılar.
Bu gün Nuranəni həyata bir daha bağlamışdı. Açılışdakı çıxışı özünə inamını artırmışdı. Dili tam açılmasa da, özünü və görəcəyi işi aydın ifadə edə bilirdi. Nuranə çevrəsinin də sağlıqlı vaxtından daha çox indi ona dəyər verildiyinin fərqindəydi. Bəzən insanların səmimiyyətinə inanmırdı. Fikirləşirdi ki, bəlkə onun bu halına acıyırlar, bəlkə hamının ona yazığı gəlir. Bəs Fərid? Bəs Fəridi nə məcbur edir?
Fərid onu sevir, bunu bütün varlığı ilə hiss edirdi, lakin içinini şübhələr gəmirir. Ona inanmırdı. Axı belə yaraşıqlı oğlana qızmı qəhətdir? Nuranə kimi acız bir qız ona qüssədən başqa nə verə bilər ki?
- Xəyal, məncə biz danışmalıyıq - Fərid fürsət tapan kimi açılışdan sırasında əlini Xəyalın çıyninə qoyub ona sakit bir yerə çəkilməyi işarə etdi.
- Buyur buraya...
Xəyal Fəridin üzündəki ifadədən onunla nə danışacağını təxmin edirdi. Bu ayaqüstə danışılası məsələ deyildi. Odur ki, tez də onu fikirindən daşındırdı :
- Bəlkə tədbirdən sonra bir yerdə oturaq? Daha səmimi söhbətimiz alınar.
- Elə fikirləşirsən?
- Məncə ...
- Yaxşı, nə deyirəm. Elə olsun...
- Elə isə görüşərik!
Tədbirdə bütün diqqəti nəzəri Xəyalın üzərindəydi. Əgər belə bir şey varsa Xəyalın görüşdüyü qadın da bu tədbirdə olmalıydı. Mütləq bu imkanlı qadın kimdirsə Xəyalı belə gündə tək qoymaz, mütləq gəlib buralardadır. Diqqətli olmaq lazımdır. Əgər o buradadırsa mütləq Xəyal baxışlarını ona azdıracaqdı.
Fəridin gözləri qonaqlar arasında dolaşırdı. Gələnlər hamısı Fəridin də tanıdıqları idi. Hamısı ailə və ortaq dostları, hətta iş dünyasındakı rəqibləri də var idi . Bəs bu müammalı qadın kimdir? Bu gizli münasıbəti belə ciddi şəkildə qoruya bilən qadın doğurdanda çox ciddi və güclü bir qadın olmalıydı.
Xəyal əvvəlki Xəyal idi. Heç bir dəyişiklik yox idi. Nə bu bahalı maşın, nə bu obyekt, nə yeni iş, nə yeni vəzifə - bunluq deyildi. Elə bil Xəyal bütün bunların içində doğub böyümüşdü. Adı sıradan bir iş kimi iştirak edirdi bu tədbirdə də. Nə də şübhə doğuracaq ip ucu da vermirdi. Onun tanıdığı Xəyal ya cox bic adam idi, ya da mahir yalançı.
Narının gözlərinin üçi gülürdü. Özünü xoşbəxt sayırdı. Xəstəxananın yeni kadrlarından biri idi. Bu xəstəxananı sıfırdan qurmuşdular. Hər daşında, hər addımında Tacəddinin, Narının, Xəyalın, Nuranənin, Hidayyətin və Fəridin zəhməti var idi. Əslində bu gün bu dostların hamısı bu gün qürur içəndəyidilər. Bu obyektləri ilə nəinki ölkədə, hətta ölkə sərhəddindən kənarda səs səda yaratmaqla bərabər rəqiblərinin də ürəyinə dağlar basmışdılar. Onların dostluqları və iş birlikləri sarsılmaz olmalıydı.
Tədbirin sonunda Fərid qürurla birlik marşının sədaları altında ortaq dostlarla əl ələ verib kameralar qarşısına keçdilər. Bir birlərini təbrik edib qucaqlaşdılar. Gözlərini dolandırıb Tacəddinə baxdı. Bu zamana qədər Tacəddində görmədiyi bir şeyi gördu. Tacəddin Narını heyranlıqla süzürdü..
12 BÖLÜM
- Xəyal, bilirsən, sənə qardaşım deyib səni bağrıma basmışam, qardaşımsan - sakit və gözəl bir məkanda, üstü quş südü - can dərmanı ilə dolu bir masa başında Xəyalla üz üzə əyləşmiş Fərid Xəyala baxdı.
- Bilirəm, qardaş. Sən də eləsən mənim üçün. Bunun üçün sənə nə qədər minnətdar olsam da azdır. Sən də mənim üçün qardaşdan əzizsən.
- Bəs belədirsə, mənim bilmədiyim nə var?
Xəyal dərindən nəfəs alıb, biraz susdu. Məsələni Fəridlə necə danışacağını ürəyində götür-qoy elədi. Qədəhindəki içkini başına çəkib, ardınca çörəkdən biraz qoparıb iylədi. Sonra çörəyini ağzına qoyub, çəngəllə qarşısındakı xiyar turşusundan aldı:
- QArdaş kimi danışaq, yoxsa bacısı ilə evlilik düşünən oğlan kimi?
- Sən özünü necə görürsən elə...
- O zaman Narını qoyaq kənara. Elə qardaş kimi, dost kimi dərdləşək, çünki Narın yox idi elə biz qardaş idik.
Xəyal bakaldakı meyvə suyundan bir qurtum içib özünü cəmlədi.
- Bəlkə də səhv edirəm, amma inanıram ki, hər bir kişinin həyatında iki qadın var. Biri sevdiyi, biri görüşdüyü.
- Mənim yoxdur...
- Fərid, səmimi danışaq dedin, dost kimi. Mən də səmimi olmağa çalışıram. Xahiş edirəm məni başa düş !
- Deyəsən bu barədə səni başa düşə bilməyəcəm.
- O zamana elə söhbəti burdaca kəsək!
Fəridin dişi bağırsağını kəsirdi. Qədəhini içkiylə doldurub acgözküklə başına çəkdi. Sonra Xəyalın gözlərinin içinə baxdı :
- O maşını o qadın alıb?
- Hə...
- Sənə maşın lazım idi deyərdin.
- Mənə ehtiyyac olan şeyləri nəyə görə sənə deməliyəm ki?
- Necə yanı niyə deməliyəm? Bir maşın üçün bacıma xəyanət...
- Bax orda dayan Fərid ! Axı söhbətə başlamadan soruşdum səndən, dost kimi danışaq talıb kimi? Sən dost kimi dedin. Mən də səninlə tam səmimiyyətimlə danışıram, elə dost kimi. İcazə verirsənsə cırnamadan, əsəbləşmədən davam edək, yox məsələyə bacını qatasansa elə burada kəsək.
Fərid özünü ələ aldı qolundakı saata baxdı. Dişi bağırsağını kəsirdı. Xəyal ona səbəbli bir açıqlama verməsə, onu elə bu masanın üstündə kəsərdi. Bacısına olan xəyanəti bağışlaya bilməzdı.
- Buyur görək!
- Mənə deyirsən ehtiyyacın var idi mənə deyərdin?!
Fərid tərs tərz Xəyalı süzüb başıyla təsdiqlədi.
- Əminəm ki, bu barədə səmimi deyilsən- Xəyal davam etdi.
- Səndən nə əsirgəmişəm bu zamana qədər? Nankörluq eləmə!
- Heç nə. Sağol. Amma gəl əyri oturaq düz danışaq. Əgər mən sənin bacına talib olmasaydım, bacın məni sevməsəydi, ya sənin buna imkanın olmasaydı sən mənə bu təklifi edərdin?
Fərid onun sözünü kəsib etiraz etmək istədi. Xəyal əlini yuxarı qaldırıb ona imkan vermədi.
- Biz burda Narına görə yox, elə qardaş dost kimi danışırıq. Narını qoy kənara Fərid. Məni dost kimi başa düş! Bir dost kimi alıb altıma maşın qoyardın?
- Nə deyim, deyim ki get...
- Bəli sən deməlisən ki, Xəyal bu dünyada kişi kimi yaşamaq istəyursənsə get özün öz pulunu qazan. Özünə şərait qur! Evini eşiyini düzəlt, sonra gəl bacımı məndən istə!
- Arvad hesabına?
- Hansı arvad? Arvadımdı? Evlənmişəm? Arvadımın qardaşı, atası mənə nəsə eləyib başıma qaxır?
Fərid danışmağa söz tapmırdı. Xəyal da onunla sakit və səbrli şəkildə danışmaq istəyirdi.
- Mən Narına xəyanət etmirəm. Həmişə hörmət etmişəm ona. Sevgidə, sayğıda qüsurum yox. Ona sevirəm də deməmişəm. Ondan bir şans istəmişəm, xoşum gəldiyini demişəm. Onunla gələcəkdə ciddi və gözəl evliliyimiz ola biləcəyini demişəm. Onu aldatmamışam. O da mənə qarşı diqqətsiz olmadığını bilirəm. O mənə gözəl bir həyat yoldaşı olacağına əminəm. Olacaq da. Narın könül əyləndirəcək bir qız deyil, onunla könül əyləndirə bilmərəm.
- Səni başa düşmürəm Xəyal. Sən nə istəyirsən? Əylənmək? O zaman bacımdan uzaq dur !
- Bax yenə bacı söhbəti edirsən! Axı dost kimi danışırdıq biz?
- Axı o mənim bacımdır!
- O zaman biz dost ola bilmərik, Fərid . Bağışla... Xəyal masadan qalxıb cibindən bir dəstə pul çıxartdı masanın üstünə atdı - qardaş olmusan mənə, düzdür , Allah canını sağ eləsin. Mən də bu vaxta qədər səni elə görmüşəm. Hələ də eləsən. Amma nə qardaş, nə dost kimsə kimsəyə bir qəpik də verməz, nəinki maşın, ev verə. Heç kimin də heç kimin şəxsi məsələsinə qarışmağa haqqı yoxdur.. Mən sənə qarışmıram, kimi sevirsən, kimlə görüşürsən kimlə işləyirsən, kimlə oturub durursan.Sən də qarışma xahiş edirəm.
- Otur görüm əə, aşağı! Qudurğanlıq eləmə!
- Eləmirəm.
- Otur aşağı dedim! - Fərid onun qolundan tutub aşağı oturtdu.
- Fərid, uşaqlıq eliyirsən qağa. Sən dost söhbətinə bacını qatırsan. Axı dedim Narını qoy bir kənara. Narından qabaq biz dost olmuşuq. Təsəvvür elə o heç sənin bacın deyil, adı bir kişinin qızıdır, nə bilim sinif yoldaşım, iş yoldaşım... Küçədən kecən hansısa bir qızdır. Yenə o qıza görə mənnən kəllə kəlləyə gələsən?
Fərid əsəblə üzünü gözünü ovuşdurdu.
- Sən səhv düşünürsən Xəyal. Beynim çönür daha.
- Axı niyə? Həqiqət nə qədər acı olsa da həqiqəti olduğu kimi qəbul etmək lazımdır, qardaş. Deyəkki, heç sənin baçını yox, bir başqa qızı sevsəydim, Narın sənin bacın olmasaydı və mən ürəyimdə biri ola ola biriylə pulu üçün, kareyam üçün görüşsəydim sən dost kimi buna nə deyəcəkdin? Halbuki, o görüşdüyüm qadın mənə gələcək vəd verir. Sən kasıb olsaydın, gələcəyin üçün sənə bir şans verilsəydi bu fürsəti dəyərləndirərdin ya yox?
- Mən heç vaxt arvad hesabına kişi olmaram...
- Bax ay sağol... Mən də Narının hesabına kişi olmaq istəmirəm. Biri mənə həyat vəd edirsə və bundan istifadə etməyə mənə icazə verirsə bu niyə də olmasın? İllah ki, imkanlı qayınım olacaq, bacısınına görə mənə nəsə verəcək? Sabah söz sözə gələndə başıma qaxacaq?
Fərid onun sözünü kəsmək istədi. Lakın Xəyal səsini yüksəldib ona danışmağa imkan vermədi. Rusların bir sözü var, verirlər al, qovurlar qaç... Bu qadın mənə verirsə almamaq ən böyük ağılsızlıqdır Fərid. Mən arvad hesabına kişi olmaq istəmirəm. Nolar, qurban olum ya məni başa düş, ya da bir daha bu məsələnin üstünə qayıtmayaq. Mən bu fürsəti əlimdən qaçırtmaram. Bu mənim həyatımın qurtuluşudur. Niyə bu yolu seçirəm soruşsan... Çünkü mənim ilk sevdamı mənim avamlığım, mənim çumoluğum, mənim imkansızlığım aldı əlimdən.
- İndi sən nəyin mübarizəsini aparırsan? O qızı əldə etmək ücün onun elədiyi q..liyi etmək istəyirsən?
- Yox. Mən əlimdə olanı saxlamaq üçün edirəm bunu. Sabah mənim arvadım "qardaşımın hesabına kişi olmusan" deyə bilməsin deyə edirəm Fərid. Sabah mənim pulum, gücüm, qürurum olmasa mənim arvadım da məndən üz döndərə bilər.
- Mənim bacım elə ola bilməz...
- Fərid, dedim axı Narını adı bır qız kimi təsəvvür et, bacı kımı yox...
Xəyal qalxıb telefonunu, eynəyini topladı.
- Yox qardaş mən səninlə dost kimi danışa bilməyəcəm, incimə.
Fərid əsəbləşir, nə deyəcəyini bilmirdi.
- Bunun adı q..likdi. Xəyal ! Kişi q...liyi...
- Arvad hesabına olardısa sən deyəndi... Q..bə hesabınadırsa halaldır... Mən olmasam başqası olacaq qağa, odur ki, çox da şey eləmə...
- Kimdir bu qadın, mən tanıyıram?
- Tanıyırsan. Amma kim olduğunu deməyəcəm, xahiş edirəm heç soruşma da. Əgər bu qadının kim olduğunu sən bilmirsənsə Narın da bilməyəcək. Arxayın ol. Mən onu üzəcək heç bir şey etmərəm. Narın mənim ürəyimin sahibi, evimin xanımı, başımın tacı olacaq. O isə əyləncəm, gəlir mənbəyim, iş dünyam. Və bunu heç kim bilməyəcək. Hələki belə olacaq. Bu ömrümün sonuna qədər davam etməyəcək, qardaş. Ama harda nə vaxt qırılacağını da bilmirəm. Mən bu şanşı əlimdən qaçıra bilmərəm Fərid. Bu axan bulağın gözünü kor eləmək kimi bur şeydir.. Hər dəqiqə, hər vaxt insanın əlinə belə fürsət düşmür. İzin ver. Harda üzülərsə, üzülər.
- Əcəlinlə qumar oynayırsan Xəyal!
- Razıyam, həyat özü qumardır, ya udarsan, ya uduzarsan. Bir dəfə uduzdum. Bu dəfə əlimdə tuz var. Udmaq ehtimalı yüksəkdir.
Fərid Narınla son və ciddi danışmalı idi. Ama hardan necə başlayacağını bilmirdi.
Aradan bir neçə ay keçmışdı. Xəyal günü gündən varlanır, geyimi tərzi dəyişmişdi. Özünə inamı artmışdı. Pulu, imkanı ilə haməya meydan oxuyurdu. Və təbii ki, Xəyalın özünə inamı artdıqca, imkanı yaxşılaşdırdıqca çevrədə də hörməti artırdı. Bu da Narının diqqətindən qaçmırdı. Sevgilisinin iş dünyasına atılması, uğurları, xətir və hörməti onu daha çox sevindirirdi . Sevgilisi ilə fəxr edirdi və günü gündən ona daha çox bağlanırdı.
Fərid Narınla danışmalıydı. Amma necə? O, başa düşürdü ki, həqiqəti demədən Narını Xəyaldan qoparmaq mümkün olmayacaq. Amma həqiqəti ona söylərsə Narın buna necə reaksiya verəcəkdi? O da Xəyal kimi düşünür, yoxsa Xəyalın ona xəyanət etdiyini bilib üzüləcəkdi?
Xəyal şəhərdə iki ərzaq dükanı açmış, Bakı bağlarından birində torpaq götürmüş, villa tikirdi. Dəniz kənarında aldığı hissədə kiçik bir kafe açmışdı. Lakin çox keçmədi ki, bu kafeni satlığa qoydu. Kafeni yaydan yaya işlətmək ona sərf etmirdi. Düşünürdü ki, imkanının biraz da düzəldib yenə dəniz kənarında hamının hər fəsildə diqqətini cəlb edən bir istirahət mərkəzi qursun. Fəridlə münasibətləri demək olar ki, tamamılə pozulmuşdu. Elə bu səbəbdən də bir ara Fəridlə iş yollarını ayırdı.Yaxın dostların köməkliyyi ilə ev alqı satqısı üçün balaca bir dükan açıb maklerlik edirdi. Narınla münasibəti elə əvvəlki kimi idi. Yenə görüşür, sevgi münasıbətləri olduğu kimi davam edirdi. Narına bir balaca da olsa soyuqluq hiss etdirmirdi. Əksunə Narın elə bilirdi ki, Xəyal onu həmişəkindən daha çox sevir. Uzaqda olduğu üçün Xəyal ona daha çox can atır.
Narın işi ilə əlaqədar Nuranə ilə birlikdə rayonda qalırdı. Yeni açılan obyektin məsul işçılərindən idilər. Tacəddin də işlə əlaqədar oraya köçmüşdü. Bu iş Tacəddinlə Narını həm iş yoldaşı kimi, həm də dost kimi daha yaxın etmişdi. Tacəddının məhkəmə işləri bitsə də hələ də xanımı ondan əl çəkmirdi.Tacəddinlə boşanmağı qəbul edə bilmirdi. Həm də qısqançlığı indi daha çox qabarmışdı. Uşaqları bəhanə gətirib tez tez rayona Tacəddinin yanına Aparır, gah da nəyisə bəhanə edib Tacəddini məhkəməyə verirdi. Tacəddin ona üz göstərməyəndə də hayasızlıq edirdi. Bu da onu Tacəddinin gözündən daha çox salırdı. Boşluqda olan dərdini kimlinləsə bölüşmək istəyən Tacəddin bu vəziyyətdə Narına üz tuturdu. Narın onu dinləyər, saf, hələ olqunlaşmamış gənc düşüncələri ilə ona acıyar, öz dünyagörünüşüncə ona təsəlli və məsləhət verərdi.
Narının ona zaman və diqqət ayırması həyatının hələ də stresli günlərini yaşayan Tacəddinin ölmüş duyğularını oyadırdı. Buna sevgi demək olmazdı. Özü də buna əmin deyildi. Amma bir kişi kimi qadın sevgisinə, qadın diqqətinə ehtiyyac duyurdu.
Xəyalın obyektdəki işi səyahət işi olduğundan hər həftə gedib obyektə baş çəkib , işlərini həll edər, Narınla görüşüb qayıdardı. O Narını diqqətdən kənarda buraxmırdı. Hər gəlişində romantik sürpirizlər və hədiyyələrlə onu sevindirirdi.
Xəyalla Ləmanın münasibətini heç kim bilmirdi. Ləman Xəyal üçün ölümə gedərdi. Qızını və ərini də unutmuşdu Xəyal üçün. Xəyal onun ücün ideal bir kişi idi. Həm saf görünümlü rayon uşağı olmağı, həm yataqda ehtiraslı bir gənc kimi Ləmanı qane edirdi. Ləman bu zamana qədər həyatını yaşlı kişilərə, pulu üçün bağışlamışdı. Puldan imkandan kasad olmasa da, bu kişilər ona qadınlıq duyğularını və ehtirasını doya doya yaşatmaqda aciz qalmışdılar. İndi Xəyal kimi yaraşıqlı və dəlisov gənc onun üçün göydən düşmə idi. Xəyal Ləmanı günü gündən özünə heyran qoyurdu. Xəyal Ləman üçün vazkeçilməz idi. Sevgi duyğuları çoxdan ölsə də hələ ki, qadınlıq hissləri yaşayırdı. Və bu hisləri ehtiraslandırıb göylərə atəşləyən gənc bir sevgilisi var idi. Xəyalla hər şey yolunda gedirdi. İstər şəxsi həyatında, istər yataqda, istəsə də iş həyatında. Amma Ləman Xəyala tapşırmışdı kı, bu özəl münasibət gizli galacaq . Özü deməli, gizlilikdən özü də zövq alırdı. İkilikdə ehtiraslı partnyor, kənarda isə sadəcə ortaqlıq və iş...
Ləman şəhərdə müqavilə bağladığı yeni iş yerlərinə Xəyalı şərik etmişdi. Bütün şəriklərinə Xəyalı mənəvi oğlu, dostu və ortağı kimi tanıtdırırdı. Xəyalın Ləmandan çox çox kiçik olması çevrədə də bunu belə düşünməyə dəlalət edirdi. Həm də Xəyalın Fərid kimi bir iş adamınnın bacısı ilə sevgili olduğunu bildikləri üçün də Ləmanla Xəyalın bərabərliyi heç kimi heç nədən şübhələndirmirdi. Ləman da Narınla Xəyalın münasibətini qısqanmırdı. Əksinə Narınla ağıla gəlməyəcək dərəcədə yaxınlıq edirdi. Bir tək Fəridın bütün diqqət nəzəri onların üzərində idi. Xəyalın qadını məhz Ləman olduğundan şübhələnirdi. Lakin əlində heç bir dəlil sübutu yox idi. İstəsəydi bu qadının kimliyini tapardı da. Amma hələ ki, buna baş qoşmurdu .
Fəridlə Xəyalın arası pozulmuşdu. Tacəddin iki dostun arasında qalmışdı. Bu iki dost arasına girən şeytanın kim və nə olduğunu bilmirdi amma, arada nəsə ciddi bir problem də olduğunun fərqindəydi. Bu barədə nə Fərid, nə də Xəyal Tacəddinlə danışmaq istəmirdi Narın da Xəyalla Fəridin münasibətindən narahat idi. Odur ki, Tacəddin və Nüranədən onları barışdırmaq üçün xahiş edirdi. Xəyal deyəsən Fəridı çox qırmışdı. Fəridin Xəyalı bağışlamaq niyyəti yox idi. Amma ondan da əlaqələrini kəsmirdi. Yenə işi üçün zəng edib onu kömək üçün çağırır, obyekt üçün nəsə xahiş edur, ora bura göndərirdi. İş həyatında onun üçün ən güvəndiyi və başarılı insan elə Xəyal idi.
Tacəddin Xəyalla Fəridin arasındakı gərginliyin nə olduğunu biləndə o Xəyala haqq qazandırdi.
- Qardaş, gəl əyri oturaq düz danışaq. Sənin əlinə belə bir fürsət düşsə istifadə etmərsən? Vallah nə gizlədim mən belə fürsəti, qaçırmaram. Maralıdır görəsən bu xanım kimdir, belə tutulub Xəyala? Bəlli ki o xanım özünə güvənən və bu münasıbətin gizliliyinə önəm verən xanımdır ki, bu vaxta gədər üstü açılmayıb. Gəl sən boş ver bu işləri. Əminəm ki, Xəyal Narınla sevgili olmasaydı sən özün Xəyalın bu gizli münasıbətini körüklyəcəkdin. Gəl sən ona gələcək kürəkən gözüylə yox, elə dost gözüylə bax. Nə qədər ki, Narınla münasıbətləri rəsmiləşməyib boş ver. Ya allah, atalar deyib qız atlandı ya qısmət. Kimə düşə düşə - Güldü - bəlkə elə mən sənin yeznən oldum?
Fərid tərs tərs Tacəddinin üzünə baxdı.
- Bu söhbətin zarafatı belə olmaz...
Nəhayyət bir gün Fərid özünü toplayıb bu barədə Narınla danışdı. Və aldığı cavab :
- Xəyal məni sevir, mən də onu. Bir insan işində bacarıqlıdırsa, uğurları, pul qazanmaq üçün qabliyyəti varsa, gecə gündüz işləyib özünə bir gün ağlayırsa bunun nəyi pisdir ki qardaş? Bəlkə kimsə nəsə deyir, beynini qarışdırır düşmənçiliklə? Elə bilirsən hamı sızı sevir? Vallah görürəm də sənin onunla soyuq olmağı nə qədər adamı sevindirir.
- Narın, başa düşmürsən. Mən sənin yaxşılığın üçün deyirəm.
- Səni başa düşürəm. Amma inan mənə belə bir şey yoxdur. Olsa hiss edərdim . Mən Xəyaldan bu vaxta qədər hansısa bir diqqətsizlik, biganəlik görməmişəm. Heç hiss etməmişəm. Oğlanlar hansı belə deyil ki, görürəm də istər işdə, istər unversitetdə. Nə hoqqalardan çıxırlar, üzdə bir qıza deyir səni sevirəm , daldada başqasına. Axırda da gedib ya dayı qızın alır, ya əmi qızını. Mən Xəyaldan soyuqluq görməmişəm, nə gizlədim. İnan mənə, bu şayəni kim yayıbsa aramızı vurmaq üçün yayıb.
Deyəcək bir şey qalmamışdı.
Tacəbdin Narına qarşı diqqətsiz olmadığını Fəridə deyəndə Fəridin fikirləri qarışmışdı. Tacədinlə Narın arasaında çox yaş fərqi var idi. Tacəddini Xəyaldan əvvəl tanıyırdı. Pis oğlan deyildi. Xəyal söhbəti olmasaydı nə Tacəddinin yaşına baxardı, nə evlənib boşanmasına. Bacısı üçün Tacəddini Xəyaldan üstün görürdü. Xəyal hərdəmxəyal idi. Onun nəzərində Xəyal bacısını xoşbəxt edə bilməzdı. Nə edə bilər ki, Narının gözlərini Xətalın eşqı kor etmişdi. Nə Xəyalın qüsurlarını görür, nə də Xəyaldan başqasını.
Nuranənin özünə inamı artdıqca günü gündən yaxşılaşır, və gözəlləşirdi. Dilindəki qüsur da qısmən düzəlmişdi. Dəmir dayağı artıq çəlik əvəz edirdi. Bu Fəridi daha çox sevindirirdi.
Zülfiyyə uşaqları ilə həyatının ən çətin günlərini yaşayırdı. Heç bir yerdən gəliri yox idi. İşləmirdi. Ailəninən arxalı adamı Xəyal idi. Xəyalın ad sanı kəndlərinə də gəlib çatmışdı. Bir necə imkansız tələbələrə sponsurluq edir, kənddən şəhərə gələn yerlilərinə işyerlərində iş verirdi. Xəyal əmisi qızına da köməklik edir, arada anasından ona pul və bazarlıq yollayırdı.
Zülfiyyə Kənd məktəbinə xadimə işinə düzəlmişdi amma, di gəl Mahirin arvadı ona dünyanı dar eləmişdi. ZÜlfiyəyə rahatlıq vermirdi. Mahirin imkanı yaxşı idi. Kərimdən sonra razı ola bilməzdi ki, qızı Kəmalə Zülfiyyənin himayəsində əziyyətlə yaşasın.Kəmalənin onun qızı olduğunu bir Zülfiyyə, bir Xəyalın anası, Mahir bir də rəhmətlik Kərim bilirdi. Nə qədər ki, Kərim sağ idi, Mahir Zülfiyyənin xoşbəxtliyi üçün qızının adını çəkə bilmirdi. İndi Mahirin Zülfiyyənin evinə dadanması, tez tez Kəmaləni görmək istəməsi, evinə bazarlıq, qızına geyim xərclik alıb gətirməsi bütün kəndin diqqətini özünə çəkmişdi . Zülfiyyə buna nə qədər etiraz etsə də Mahir yenə də onlardan əl çəkmirdi . Dedi qodu kəndi dolaşırdı. Dedi qodu Mahirin arvadının da qulağına çatmışdı. Elə bu üzdən də arvadı gah Zülfiyyənin işlədiyi məktəbə, gah da evinə basqın edib onun ərindən əl çəkməsini tələb edirdi. Yazıq Zülfiyyə nə qədər and aman edib Mahirlə arasında bir şey olmadığını, mahirin onun uşağının atası olmadığını inkar etsə də xanımı yenə ona inanmırdı. Çünki artıq Mahir Zülfiyyənin ona qızıyla yaxınlıq vermədiyini görüb həddini aşmışdı. Qızını Zülfiyyədən almaq üçün məhkəmə davası açmışdı.
Bu biabırçı söz söhbət Kərimin oğlanlarına da çatmışdı. O vaxta qədər Elməddin kənddə Zülfiyyəylə qalırdı. Lakin Mahirin vəlayət davası meydana çıxanda Kərimin oğlanları gəlib Zülfiyyəni döyüb, onu evdən qovdular. Onlar nəinki Kəmalənin onların bacısı olduğuna inanır, hətta kiçik Feyruzunda başqa kişidən olmağına əmin idilər. Belə vəziyyətdə Zülfiyyəni bu evə bağlayan nə idi? Hansı haqla onun atasının evində qala bilərdi ki?
Zülfiyyəyə Xəyalın anası Solmaz arvad sahib çıxmışdı. Xəyal Əmisi qızının hayına gəlsə də heç nə edə bilmədi. Mahirin əlində qapı kimi sənəd dururdu. Məhkəmə KəmaləninnMahirin qızı olduğuna dair DNA testinə əsasən qərar çıxartmışdı.
Elməddini qardaşları özləri ilə Rusiyaya aparsalar da, dərs açılanda təkrar kəndə gətirdilər. Elməddin kənddə qohum evində qalsa da Zülfiyyədən ayrıla bilmirdi. Elə Zülfiyyə də onu çox sevirdi. Kənd dedi qodudan çalxalanırdı. Mahir quduz itə dönmüşdü. Zülfiyəyə can atır, Zülfiyyə ona üz verməyincə özündən çıxırdı. Mahir Zülfiyyəni özünə təslim etmək üçün Kəmaləni ona göstərmidi. Qızının həstətinə dayana bilməyən Zülfiyyə Mahirin qapısına dayanır qızını görmək üçün Mahirə və onun arvadına yalvarırdı.
Kəndin dedi qodusu Solmaz arvadı da narahat etmişdi. Camaat içinə çıxa bilmirdi. Həyatln acımasız zərbəsində çırpınan Zülfiyyəyənin qapısına dayanır, Zülfiyyənin üzərinə gəlir, spz söhbətə düşməmək üçün Kəmalədən əl çəkməsini istəyirdi. Xəyalın o biri qardaşları da mahirlə adının çıxmasını qeyrətinə sığışdırmayıb Zülfiyəylə və Mahirlə dalaşırdılar. Kənddə yaşamaq mümkün deyildi. Solmaz arvad da Zülfiyyəyə gün verirdi işıq vermırdı.əvvəl onun evində yerləşən Zülfiyyəni evindən çıxarıb Kərimin evinə göndərir , haqqını tələb etməsini istəyirdi.
- Ay balam, nə vaxta qədər onun bunun qapısında qalasan. Kəmaləni rəhmətlik bilirdi və belə də qəbul etmişdi. Buna heç kim qələt edib bir söz deyə bilməz. Bəs Feyruz? O ki Kərimin oğludur. Nə qələt edib körpəni öz atasının evindən çıxardırlar? Get zəhmət çək haqqını tələb elə. O evdə uşağının haqqı var, o ev onun atasının evidir
- Qurbanın olum əmicanı, mən neynim, necə edim bilmirəm. Avam adamam. Pulum, adamım yox. Mən məhkəməyə nəylə gedim, nə edim, neynım bılmırəm.
- Get neynirsən elə. Amma burda da qalma. Mənim evimdə cavan oğlanlar var, gəlinim, qızım var. Hərənin ağzı bir hava çalır. Mən səni burda saxlaya bilmərəm.
Zülfiyyə nə edəcəyini bilmirdi. Ata evınə gəlsə də qardaşları onu döyüb incidirdilər . Gəlinlərin minnəti, onu aşağlaması Zülfiyyəni canından usandırmışdı. Mahir Kəmalənin vəlayətini alsa da hələ də Zülfiyyədən əl çəkmir, onunla dini nigaha girib bir evdə yaşamasını istəyirdi. Bir dəfə səhv edən Zülfiyyə ikinci səhvə yol almaq istəmir. Çünki bu izdivaca girsə belə Mahirin arvadı buna imkan verməyəcəkdi. Onsuz da Mahirin arvadı heç Kəmaləni qəbul etmirdi. Eşitdiyinə görə körpəyə işgəncə edirmiş. İndi yenə qardaşın qapısına gəlməyə üzü var idi , amma bu dəfə də Mahir ona sahib çıxa bilməsə nə edəcəkdi?
Bir tərəfdən də qohum evində qalan Elməddinin canı sıxılanda Zülfiyyənin yanına qaçır ondan kömək istəyirdi.
- Bacı gəl gedək evimizə, qurban olum, vallah mən işləyib sənə kömək edəcəm...
Nəhayyət gəlinlərin minnətinə dözməyən Zülfiyyə Kərimin evinə gedib qapını qırdı və evə girdi. Ölsə də bu evdən çıxmayacaqdı. Kərimin qohumları evə hücum edib Zülfiyyəni evdən çəxarmaq istədilər. Beləcə məsələyə polis qarışmalı oldu.
Ev məsələsinə görə Zülfiyyəni Kərimin qohumları şikayyət etmışdılər. Zülfiyyə meydanda tək qalmışdı. Nə oz qardaşları, nə bacısı, bacısının əri Zülfiyyəyə qahmar çıxmır. Bir tək Elməddin uşaq canıyla Zülfiyyəyə sarılıb onu qohumlarının yumuruqlarından qoruyur, polislərə Zülfiyyənin burda qalması üçün yalvarırdı. Özü də Zülfiyyəylə atasının evində qalırdı
Nəhayyət kənddəki gərgin vəziyyət Bakıda Xəyalın qulağına çatdı. Solmaz bu məsələyə qarışmamasını Xəyala tapşırsa da ərinin Zülfiyəyə dəstəyi Xəyalı hərəkətə kecirtdi. Rayona gəlib, Əmisi qızının məhkəmə işi ilə maraqlandı. Ona vəkil tutdu . Məhkəmələr elə Xəyalın ad sanından, rayondakı hörmətindən yana uğurla bitdi. Feyruzun Kərimin oğlu olduğu sübuta yetirldi və Kərimin evi Feyruzla Elməddinə, uşaqlar həddi büluğa çatana qədər də Zülfiyyəyə bu evdə yaşama hüququ Verildi..
Bəli, hər şey yoluna girmişkən, yaşadıqlarından Zülfiyyənin bütün sinir sistemi yerindən oynamışdı. Zülfiyyə yerində dayana bilmir, qışqırır, bütün günü kimlərləsə danışır gah gülür, gah duyğulanırdı. Xəyalın Tacəddinlə kəndə istirahətə gəlməsi məhz Zülfiyyənin belə bir gününə dəng gəlmişdi...
13
Baharın təravəti hər yerdə hiss olunurdu. Yamaclar yaşıllaşmış bağlarda ağaçlara elə bir qar düşmüşdü. Çiçəklənmiş göyçə, ərik və alma ağacların xoş qoxusu insanı bihuş edirdi. Səhər səhər quşların ötməsi, dərsə gedən uşaqların səsi kəndi yuxudan oyadırdı. İnsan nəfəsini cəkdikcə qışın odun hisindən dolmuş cıyərlərini sanki bahar havası yuyub təmizləyirdi. Mas mavi göy üzündəki topa topa ağağ buludların arasından günəş yerin sakinlərinə gülümsəyirdi. Arada uzaqlarda bahar şimşəkləri görünürdü. Bahar yağışı əsla və əsla heç kimi qorxuzmurdu. Yağış bərəkətdir.
Uzun zaman qışın soyuğundan oyanan təbiətin qoynunda masa qurmamaq günah olardı. Belə gözəl havada toğlu kəsilməsə, dost aşna masa başına toplaşmasa Təbiət də, elə bu bağ bağça da adamdan küsərdi.
Əli kişi zirək və yüksək əhval ruhiyəylə kök bir toğlunu kəsib ağacdan asmışdı, iş görə görə hərəyə bir iş tapşırır, şirin zarafatları ilə başına toplaşanları qəh qəhələrə boğurdu. Heyvanın içalatını çıxarıb ləyənə qoyaraq gəlinini səslədi.
- Ay gəlin, gəl ciyəri götür, Solmaz xalana de əlüstü bir qavurma eləsin. Adə ay Anar, o ocağa bir şey at, sönməyə qoyma. Sacı da gətir, altını küllə! Ay könül , a bala yeri get o ləyəni gətir, bu quyruğu da apar Solmaz xalana. Denən biraz əlli tərpənsin uşaqlar indicə şəhərdən gələcək. Əziz qonaqlarımız var. Solmazın bişirdiyi cızbızı dadmasalar olmaz...
Baharın keyfi bam başqa olur bu yerlərdə. Xəyal harda olur olsun, dünyanın harasına gedir getsin, mütləq ağaclar çıçəyin tökmədən kəndlərinə gələr, kəndin mənzərəsini doya doya seyr edər, baharın son həftələrinin keyfini doğub böyüdüyü ata evində çıxardardı.
Xəyalın bu dəfəki gəlişi başqa abu havada idi. Həmışə kəndə sıravı bir kənd uşağı kimi, tələbə kimi, sonralar şəhərdə yaşayan adı biri kimi gəlirdi. İndi isə nəinki rayonda,hətta respublikada ad qazanmış, tanınmış bir iş adamı kimi dönürdü. Rayon ictimayyətində ad qazanmış, sayılıb seçılən xeyriyyəçi və sponsrlardan biri idi Xəyal. Xəyalın gəlişini eşıdən rayon ictimayyətndən tanınmış və vəzifəli adamlar da mütləq ki, bu gün onun görüşünə gələcəkdir. Bunu Xəyal və atası Əli kişi qəşəy bilirdi. Odur ki, gələnlərin qabağına da adlarına layiq çıxmalı idilər.
Ev əhli, qonum qonuşular əl ayağa düşmüşdülər. Həyətdə canlanma var idi. Solmaz arvadın ətrafında ərgən qızlar özlərini oda közə yaxır, solmazın gözünə girməyə çalışırdılar. Xəyal kimi oğlanın anasına hansı qız gəlin olmaq istəməzdi ki? Sözsüz ki ananın kənddən bir gözaltısı vardı oğluna. Əlbəttə ki, ana daldalanıb xəlvətcə bu qızlardan birini oğlunun qulağına pıçıldayacaqdı, ya da bir himlə qızı oğluna göstərib onu gələcək gəlini kimi bəyəndiyini işarə edəcəkdi. Bu mütləq idi. Çünki, bu kəndin sakinləri elə bu kənddən qız alar, qız verər. Bəlkə də yüzdə mində bir oğlandır ki, Rusiyaya gedə, orada evlənib qalaydı. Bunu da qəbul etməyən analar yüz yolla, əməllə əlləşıb vuruşub oğlunu kəndə gətirər, çətinliklə də olsa kənddən bir qızla evləndirərdi. Kəndə bir fikir formalaşmışdı. Çətini bir uşaq olana qədərdir. Uşaq kişini evə bağlaymış. Odur ki, ailə quran kimi oğlanı evə bağlamaq üçün tezliklə gəlinin döğması ən başlıca səbəblərdən biri idi.
Çox keçmədi ki, ocağın üstünə qoyulmuş sacdan cızbızın qoxusu həyəti bürümüşdü. Yan yana cızıldayan samavarların üstündəki çaylar da dəmdəydi.
Xəyalgilin gəlişindən biraz sonra uzaqdan yaxından dostlar, qohumlar onun başına toplanmağa başladılar. Kişilər arasında normal və sakit söhbət, hal əhvalaşma höküm sürsə də, gənc qızların şən qəhqəhəsi, şırin zarafatları diqqət mərkəzindəydi.
Qonaqlar həyətin ortasıda baş başa qoyulmuş dəmir masanın ətrafında oturmuş ordanburdan, olub kecənlərdən söhbətə dalmışdılar. Masaya gələn bir podinus pürrəngi çaylar günəşın şüaları altında ulduz kimi parıldayırdı. Əli kişi qonaqlardan üzür istəyib manqalın başına keçdi...
Məclis qızışmışdı. Masanın üstündə buxarlanan buğlama, donmasın deyə elə közün üstündə saclarda cızıldayan ciyər qovurma həddinnən artıq ləzətli və iştahaçıçı görsənirdi. Gələn qonaqlar Xəyalın şəninə təriflər yağdırır, sağlıqlar deyirdi. Təriflərdən feyziyab olan Xəyal gülümsəyir, əlindəki qədəhi yuxarı qaldıraraq gələn qonaqlara təşəkkür edir, əlini sinəsinə qoyaraq onlara baş əyirdi.
Nəhayyət söz Xəyala verildi. Xəyal da öz növbəsində "xoşgəldin" çıxışından sonra gələcək planlarından, kənddə və şəhərdə görəcəyi işlərdən danışdı. Onunla bərabər şəhərdən gələn Tacəddin və digər dostlarını da qonaqlara təqdım etdi. Söz Tacəddinə verildi. Lakin Tacəddinin gözü və fikiri başqa yerdə idi. Tacəddinin fikirinin dağınıq olduğunu görən Xəyal sözü digər dostuna verib Tacəddinə döndü:
- Yaxşısan?
Tacəddin ona cavab vermedi. Gözünü biraz aralıda kiməsə zilləmişdi.
Xəyal onun baxdığı səmtə baxdı. Arxın kənarında masanın üstünə qoyulmuş böyük ləyəndə qabları yumaqla məşğul olan Zülfiyyəni gördü:
- Yəqin tanıdın. Əmim qızıdır. Zülfiyyə... Uşağı suya düşmüşdü... Yadında? Kömək eləmişdin ona...
- O yaxşı deyil!
- Nə?
- Yaxşı deyil deyirəm, xəstdir, özünd deyil.
- Necə?
- Görmürsən?
Xəyal təkrar Zülfiyəyə baxdı.
- Yoo yaxşıdır... Qabları yuyur da...
- Yaxşı deyil, o stres kecirdir... Dayan bir... Bax... Öz özünə danışır elə bil, bax!
- Ə, kimlə danışacaq? Qızlarladı yəqin. Qorxuzma məni!
- Yox, yox.. Bax... Bax... Ayy getdi daha... ona kömək etməliyəm ...
Tacəddin anıdən qalxıb Zülfiyəyə tərəf qaçdı. Tacəddinin anı hərəkəti qonaqları da çaşdırdı. Hamı masadan qalxıb ona baxırdı. Elə bu vaxt ZÜlfiyyə əlindəki boşqabları kiməsə atırmış kimi fırıldadır və dəli kimi qışqırırdı. Həyəttdəki qadınlar işlərini buraxıb ona tərəf qaçdılar.
- Vayyy...
- Noldu ay qız?
- Nə olsun, Havalandı yenə...
- Ay allah bir bu qalmışdı, bu camaatın içində.
- Bacı, mən deyəndə buna cin girib inanmırsız...
- Az dayan görək bir...
- Ay bala, ay Xədicə tez Rəşadı tap göndər molla Həbibin yanına. Tez ol...
- ƏŞii, cin molladan qorxar?
- Yenə bir oxuyar sakitləşdirər...
- Yol verin, molla zad lazım deyil... Ay xanım, yol verin - Tacəddin qadınları yara yara irəli durdu. Zülfiyyə əcaib görkəm almışdı. Üç qadın ona zor güc gəlirdilər. Zülfiyyənin əlini qolunu tutub onu saxlamağa çalışdıqca kriz kecirən qadın daha da əsəbləşır daha möhkəm qışqırırdı.
- Yol verin! İcazə verin. Mən həkiməm. Xəyal, kömək edin. Təcili yardım çağırın tez...
Tacəddin Zülfiyyənin önünə kecdi.
- Bir şey yoxdur, sakit olun yaxşımı, qorxmayın. Buraxın, xanımı incitməyin...
- Cinlənib, necə buraxaq. Həmişə belə olur.
- Buraxın! Sərbəst buraxın xanımı. Nə cin allah eşqinə buraxın bu cahil düşüncələri!
Mülayim baxışlarla Zülfiyəyə baxdı :
- Keçdi, hə? Yaxşısız? - Zülfiyyənin əli qolu boşaldı sanki, gözlərini heyrətlə Tacəddinə zillədi... Elə bil qarşısında xəyalət görürdü.
- Aferin! Buraxın xanımı, keçdi! Sadecə əsəb kecirdib. Heç bir şey yoxdur qorxmayın. Sakit olun, dağılışın!
- Nədir nolub Zülfiyyə özünə gəl bacı! - Xəyal heyrət içində gah Tacəddinə, gah da Zülfiyyəyə baxdı.
- Heç bir şey yoxdur, qorxmayın. Sadecə xanımı rahat buraxın. Dağılışın, işinizlə məşgiul olun!
Xəyaı və Solmaz arvad toplaşanları dağıtmağa çalışdı. Xəyal Zülfiyyənin ciyinlərindən tutub onu silkəklədi.
- Özünə gəl.Qonaqlardan ayıbdır. Noldu sənə...
- Heç bir şeyi yoxdur - TAcəddin Xəyala göz ağardıb baxışlarıyla onu tənbehlədi - bir balaca əsəbləşdiriblər bacımızı, xətrinə dəyiblər. O da olan işdi. Olur hərdən belə şeylər. Gəl bacı, gəl, kecək icəri, biraz dincəl, kecib gedəcək. Nə var burda? Düşmüsüz qızın üstünə. Həə kecdi belə... Ağlamaq istəyirsən ağla... Yüngüllükdür.
Tacəddin Zülfiyyənin duyğusal və dolmuş gözlərinə baxdı. Zülfiyyənin baxışlarından nəsə sezdi. Qız utanırdı, nə edəcəyini bilmirdi. Qorxu və utancaq baxışlarla ətrafdakılara baxır özünə yer tapa bilmirdi.
- Yaxşıdır hər şey bax keçdi. İstəyirsən gəl səni qucaqlayım. Gəl! - Tacəddin qolunu açıb onu səslədi. Zülfiyyə də hərəkətləndı. Dodaqları əsdi, çənəsi büzüldü, nəmli gözləri qıyıldı, gülümsədi. Elə vəziyyət alındı ki, saki bu saat özünü Tacəddinin qucağına atacaqdı. Elə bu vaxt qonşu qadın dızınə vurub :
-Allah səni biabır eləsin Zülfiyyə. Bir bu qalmışdı elin...
Zülfiyyə yana dönüb Özünü Xəyalın üstünə atdı. Onu qucaqlayıb hönkürdü. Caşıb qalmış Xəyal nə edəcəyini bilmirdı. Tacəddinə baxdı. Tacəddin Xəyala ona sarılmasını, onu təsəlli etməsini işarət etdi. Elə bil Zülfiyyə də bunu gözləyirdi. Su kimi Xəyalın qolları arasından axdı...
Özünə gələndə Tacəddin və gəlinlərini başının üstündə gördü. Tacəddin yatağın kənarında oturub Zülfiyyənin nəbzini tutmuşdu. Gəlin isə bir kənarda dayanıb Zülfiyyənin nə zamandan bəri belə hallar keçirdiyindən danışırdı
- Heç həkimə apardınızmı?
- Yox elə imkan yoxuydu. Elə arada aptekdən aldığı sakitləşdirici dərmanları atırdı. Onun da xeyri yoxdu heç. Bununku dərmanlıq deyil. Hamı deyir cin girib buna...
- Nə cin əşii...
- Vallah. O gün yas yerinə getmişdik. Orda da belə oldu. Bəsti var, molla Bəsti. O da dedi cinlənib.
- Özünə dalma , heç kimi görmək istəməmə kimi vəziyyəti varmı xanımın?
- Hə bax ay sağol...
- Heç nə vecinə deyilmiş kimi hallar necə?
- Kimi vecinə alır ki...
- Bəs özünü öldürmə cəhdi necə?
- Oyy o qədər, bütün günü güdürük onu ki, özü cəhənnəm, ölsə tifillrinə kim baxacaq?
- Ən cox nə zaman belə olur? Əsəbləşəndə?
-Sən allah kim əsəbləşdirir ee onu, artistlik edir.
- Tacəddin əsəbi halda gülümsədi başını aşağı salıb Zülfiyyəyə baxdı.
- Bir dəfə özünü evə kilidlədi. Uşaq evdə çır çır çığırır. Qapını döyürük açmır. Səs çıxartmır. Bizi qorxuzur demiyəsən afrist. Elə bildik ölüb qalıb içəridə. Nəysə axırda qapını qırıb girdik içəri ki, key key oturub baxır uşağa.
- Pisxoloji müalicəyə ehtiyyacı var xanımın. Pisotikdir
- Yəni piskopat ?
- Yanı bu da belə bir xəstəlikdir. Pisiotik depresiyadadır. Əsəbdən, stresdən əmələ gəlir. Özünü lazımsız kimsəsiz biri kimi bilir. Hülyalar, halüsasiya, qarabasmalar...
- Elə işi gücü xəyal qurmaqdır da... Birdə görürsən, oturub elə...
- Xəyalqurma başqa şeydir... Nəyə belə xəstələrlə biraz diqqətli olmaq lazımdır. Gərək tək qalmasın, Stres kecirtməsin, əsəbləşməsin.
- Vallah insan neyniyirsə özü özünə edir. Ona güldən ağır söz deyən yox, "gözün üstə qaşın var"deyən yox. Nəyə stres keçirdir? Əri yox deyək əsəbləşdirir, döyür, söyür. Qaynana yox, baldız yox. İki uşaqdı, bir özü...
- Elə heç kimi yoxdur ki, bu haldadır. Əslində var olub, yox kimi görsənənlər xəstə salır adamı...
Təcili yardım gələndə Zülfiyyə artıq özünə gəlmişdi. Utandığından heç kimin üzünə baxa bilmirdi. Həkim bu vəziyyətdə həkimə görsənməsinin vacibliyindən danışdı . Sakitləşdirici və yuxu iynəsi vurub getdilər.
Solmazın dişi bağırsağını kəsirdi. Zülfiyənin bu halı onu narahat etməkdənsə, onu qınamasına səbəb olmuşdu. Zülfiyyəyə qarğış edə edə üzün başın cırırdı. Qadınlar öz aralarında Zülfiyyə bunu bilərəkdən etdiyini vurğuladıqca Solmaz özünə əl aparırdı.
- Ay allah bunu yox eləsin elə. Biabır olduq camaat içində. Axı mənə kim qələt elətdirirdi ki, bunu camaat içınə çıxardım? Bu adam arasına çıxan şeydi? Dedim gəlsin bir işin qulpunnan tutsun, balalarının da özünün də qarnını doyursun rədd olsun xarabasına da... Demədim ki, gəlib bizi belə xətirli adamların yanında biabır eləsin...
Tacəddin Solmaz arvadın bu danışıqlarından heyrətə gəlmişdi. Necə yəni ee, bəyəm Zülfiyyə və uşaqları bir qarın yemək üçünmü buraya dəvət olunub? Həm də gördüyü işin qarşılığında? Yəni bu qadın bu qədərmi acizdir?
Dişi bağırsağını kəssə də susurdu. Özü də bilirdi ki, bu susma bəlli bir yerə qədər idi. Mütləq bunu Xəyalın üzünə çırpmalıydı. Necə yanı Xəyalın sağ əli sağa, sol əli sola dağıtmışkən əmisi qızına himayə çıxması, ona kömək etməsi, müalicə etdirməsi, ona iş tapması bu qədərmi çətin idi?
Tacəddin Solmazın və onun ətrafındakı qadınların dedi- qodusuna əsəbləşır, əsəbdən özünə yer tapa bilmirdi. Kim nə deyirsə desin, bir həkim kimi Zülfiyyənin bu vəziyyətini tam ciddi qarşılayırdı.
Zülfiyyənin burada, bu səs küydə dincəlməsi heç doğru deyildi. Odur ki, Tacəddin Xəyalın qulağına pıçıldadı.
- Yaxşı olar ki, xanımı sakit bir yerə aparasız. Bura çox səs küydür. Əslində bu kimi xəstələrə tam sakitlik lazımdır.
Zülfiyyənin evinə getməsi Solmaz arvadın ürəyincəydi. Deyinə deyinə bir qab götürüb masadan qayıdan yeməklərdən qat qarışıq həmin qaba yığdı. Qırıq çörəkləri torbaya yığıb zənbil hazırladı.
- Elməddin, a bala, gəl bunu qoy maşına. Yığışın, gedirsiz, Tez ol...
Elməddin balaca qardaşının əlindən tutaraq zənbili götürdü. Uşaqla zənbili daşımaq ona çətin olduğu üçün zənbili arxasınca sürüyürdü
- Səni vurğun vursun, sürümə, qab qırıldı!...
Tacəddin bütün bunlara bir seyrici kimi diqqət kəsilmişdi. Solmazın Zülfiyyəyə və onun uşaqlarına ögey münasibəti, artıq yeməklərdən qat qarışıq bir qaba yığmağı, atrıq çörəklər... Bütün bunlar Tacəddinin diqqətindən qaçmırdı. Xəyal kimi bir oğulun qazancı yetim yesirdəykən onun anasının bu zavallı qadına belə münasibətini onlara yaraşdırmadı da...
- Ver ver zənbili, Mən götürüm. Sən qardaşının əlindən tut!
Zənbili alıb maşına goyarkən cibindən çıxartdığı iki yüz manat pulu zənbilə basdı.
Zülfiyyə də maşına oturarkən təşəkkür dolu baxışlarıyla Tacəddini süzdü.
Axşam qonaqlar dağıldıqdan sonra Tacəddinlə Xəyal arxın kənarında gəzişirdi. Görünür Xəyalın keyfi yerində idi. Tacəddin Xəyalın xasiyytini bildiyi üçün onun qoluna girib onu maşına tərəf dartdı.
-Deyirəm bəlkə biraz kənddə gəzək?
- Bu vaxtı?
- Hə, nolar ki?
- Bu qaranlıqda?
- Əşi, hə... Kənd yeriinin axşam vaxtı bir başqa aləm olur. Gəl, Qorxma ! mən sürərəm maşını. Sən içkilisən.
Gülüşdülər... Tacəddin :
- Gəlmişkən əmiqızına da baş çəkək, görək necə oldu, yaxşıdır? - deyəndə Xəyal da məmuniyyətlə onunla razılaşdı.
İkinci dəfə idi bu qapıya gəlirdi. Bir dəfə Kərimin hayına gəlmişdi, bir də indi. O vaxt baş elə qarışmışdı ki, Tacəddin nə həyətə, nə də evə fikir vermişdi . İndi Elməddinin açdığı köhnə və boyası solmuş taxta darvazadan içəri girəndə heyrətdən gözləri bərəldi. Aralıdan baxanda bu uçulub dağılmış ev nağıllarda eşitdiyi xəyalət evə oxşayırdı. Ot basmış həyətin bir küncündə tövlə o biri küncüdə tövlədən secilməyən kiçık yer evi var idi . Həyətin bir tətfi tellə hasara alınmış, dirlik salınmışdı, o biri tərəfi meşə kimi sıx meyvə bağı idi. Evə gedən çığırda ayaqları palçıq olmasın deyə ordan burdan daş döşənmişdi. Görünür daşlardan başqa yer işlək olmadığı üçün torpaq yolu ot basmışdı. Evin artırmasını əvəz edən və dirəyi çökmüş və tavanı az qala yıxılacaq olan evin önündəki digər dirəyə vurulmuş əl üz yuyan, altına qoyulmuş stulun üstündə isə köhnə və əyilib əldən getmiş ləyən qoyulmuşdu. Umivalnikin lüləsindən damlayan damcının səsi gecənin ahəngini pozurdu...
- Ay əmiqızı !
- Xəyal sənsən? Gəl qardaş, sənə qurban!
- İçəridən gələn mehriban və şirin ləhcəli qadın səsi Tacəddinin ürəyini titrətdi bir anda bu mehriban qadınla, Xəyalın anasını eyni tərəziyə qoydu. Solmaz arvadın qarğışları, deyingənliyi Zülfiyyənin mehribanlığını heçə döndərməliydi. Ürəyində :
- Hələ Zülfiyyə dağdır ki, bunlarla bacarır - deyə düşündü
Qapıda onları balaca Feyruz qarşıladı. Tacəddinlə Xəyal ayağını soyunub içəri keçəndə Elməddin böyük kişilər kimi kişisayağı onların önünə kecib ədəblə onlara "xoşgəldin" edib qonaqların əllərini sıxdı. Balaca zalın ortasına qoyulmuş böyük masada onlara oturmağa yer göstərdi. Zatən oturmaq üçün masa ətrafındakı stullardan başqa da bir şey yox idi otaqda. Xəyalla Tacəddin keçib əyləşdi. Otağa göz gəzdirdi. Evin ortasına qoyulmuş odun peçinin kənarına süfrə salınmış, bayaq Solmaz arvadın verdiyi yeməklər süfrəyə düzülmüşdü.
- Deyəsən yemək yeyirdiz bağışlayın narahat etdik. Siz allah rahat olun, yeməyinizi yeyin.
- Yox, narahat olmayın. Yemişdik, yığışdıracaqdım ki siz gəldiz - desə də Zülfiyyə Feyruzu qucağına götürüb, süfrənin kənarında əyləşdi. Qabdan bir tikə ət götürüb didərək Feyruza yedirtdi. Sonra uşağı süfrədə qoyub çayniki götürdü. Çay qoyacaqdı. Zülfiyyənin üzündə güllər açmışdı. Sevindiyindən nə edəcəyini bilmirdi. Əli ayağına dolaşmışdı.
- Gəl otur əmiaqızı. Elə belə sənə dəyməyə gəldik. Heç nə lazım deyil.
- Hə sənin qadanı alım ay Xəyal, başına dönüm , xoş gəlmisiz.
Taceddin başıyla razılıq edib odun peçinin yanına kecdi. Feyruzu dizinin üstünə aldı. Eyni zamanda qabdakı hələ əl dəyilməmiş tikələrə baxdı. Heyrətə gəlmişdi. Tikələr hamısı dişlənmiş, bir tətəfi qopmuş tikələr idi.
- Necəsən kişi bala? Hə? Yaxşısan?
- Yaxşıdı əmisi, sağol- Elməddun Feyruzun yerinə cavab verdi.
Tacəddin Elməddinin hazırcavablığına güldü. Gələndən cənfaşanlıq edib özünü evin kişisi kimi saydıran Elməddinə Tacəddinin qanı qaynayırdı.
- Sən necəsən əmisi, maşallah yaxşı gördüm səni. Dərslərin necə gedir? Məktəbə gedirsən? Necədə oxuyursan?
- Hə əmi gedirəm. 3 də... Sağol yaxşıyam. Hamımız yaxşıyıq bir bacıdan nigaranam. O xəstə olanda bütün keyfimiz qaçır.
- Bacı? Hə... axı sənin balaca bir bacın da vardı... Bəs o hanı?
Tacəddin otağa göz gəzdirdi. O vaxt köməyinə qaçdığı Kəmalni xatırladı .
- Bacı mənə deyir - Zülfiyyə utancaq halda başını aşağı saldı. Tacəddin ailəni dərindən tanımadığı üçün çaş baş qalmışdı. O Elməddini Zülfiyyənin oğlu bilirdi.
- Elməddin Kərimin oğludur - Xəyal açıqlama verdi - Atası rəhmətə gedəndən sonra Elməddin Zülfiyyənin himayəsində qalıb.
- Həə başa düşdüm.
- Sənin kömək etdiyin o balaca qızı da öz atası alıb himayəsinə.
- Nəsə biraz qarışıq bir şey oldu deyəsən. Belə başa düşdüm sizin ikinizin də ikinci evliliyiniz olub. Elməddin yoldaşının, Kəmalə sənin uşağın olub. Bu balaca kişi bala da ikinizin övladınızdır?
Zülfiyyə utancaq halda başını aşağı dıkdi.
Xəyal əmisi qızını çətin vəziyyətdən qurtarmaq üçün sözü kəsə elədi.
- Elə heylə bir şey... - söhbəti uzatmaq istəmədi. Dönüb Zülfiyyəyə baxdı
- İndi necəsən? Deyəsən yaxşısan. Özünə gəldin?
- Şükür yaxşıyam arada gəlir gedir elə. Heç özüm də bilmirəm niyə elə olur.
- Bəs həkimə getməmisiz? - Taceddin söhbətə qarışdı.
- Yox ee. Heç getməmişəm. Aparan olmadı . Özüm də heç haranı tanımıram . Əmicanı deyir boşuna aparıb pulu paranı həkimlərə tökmə. Onsuz da bunun müalicəsi yoxdur . Olsada guya puıl var? SOnra molla gətirdi evə. Bir iki qaz boyun olmuşdu əmicanı. Həyəti bir iki yeden qazdırdı. İki dənə əl boyda kağız, qıfıl çıxartdı. Dedi guya əməldi. Havalanmağım üçün eləyiblər - Güldü - səndə... Sözdür də... Kimdi məni çəkmiyən. Nəyimə paxıllıq edəcəklər? Bu cah çəlalıma ? Boş qazanlarıma? Bəxtəvər günümə? Yetimlərimə? Yoxsa o qapının arxasındakı çörək ağacıma? - Zülfiyyə kinayəylə qapının arxasındakı süpürgəni göstərdi.
- A yox sən də, tökülüb ee dua cadu...
Xəyal qəhqəhə çəkib güldü.
- Belə şeylə zarafat eləmək olmaz Zülfiyyə xanım, mütləq həkimə getməlisiz. Üstünə düşməsəz bu daha da ağır xəstəliklərə yol aça bilər.
- Bundan da ağır? Dəliyəm də...
-Sən dəli deyilsən - Taceddin səsini yüksəltdi. Otaqdaklıar, hətta özü də öz səsindən diksindi. Feyruzun dizinin üstündə atıb tuta tuta sakinləşdirdi. Qınayıcı və kinayəli baxışla Zülfiyyənin süzdü, daha mülayim səslə:
- Sən dəli deyilsən. Yox, sən özün özünü dəliliyə qoyursansa o başqa məsələ...
Araya dərin bir sükut çökdü. Xəyal telefonuna dalmış, Tacəddin Elməddinlə dərslərindən söhbət edərək Feyruzla da oynayırdı. Zülfiyə ufancaq və ürkək baxışlarını onlardan qaçırsa da gözlərini onlardan çəkə bilmirdi. Tacəddin fürsət tapan kimi Elməddinin cibinə kiçik pul basdı. Elməddin buna etiraz etsə də Tacəddin ona sus işarəsi verib, pulu qəbul etməsi üçün him elədi.
Zülfiyyə bunu görsə də qarışmaq istəmədi. Bayaq Solmazın onlara tutduğu zənbildən çıxan pul yadına düşdü.
- Hə Xəyal, sağol, qardaş, zənbilə pul qoymusan. Nə lazım idi. Uzaq yol gəlmisən. Ehtiyyacın olardı.
- Nə zənbil?
- Sizdən gələndə, əmicanı biraz ayn-oyun qoymuşdu. Zənbildə də pul var idi.
- Mən pul zad qoymamışam. Yəqin anam...
- Masadan qayıdan yeməklərdən pay tutdu, həə allah razı olsun, savabdır itə tökdüyünü, yetimlər yesin - TaCəddin gülümsəyərək qınayıcı tərzdə XƏyalızn sözünü kəsdi-hələ iki yüz də qoydu ki ehtiyyacı olanları alsın.
Xəyal ilan vurmuş kimi oldu.
- Nə deyirsən Tacəddin?Axı heç nə qədər pul olduğunu da Zülfiyyə demədi. Deməli anam pul qoyanda görmüsən?
TAcəddin uşaqlara baxdı:
- Mən bunları uşaqların yanında müzakirə etmək istəmirəm. Çöldə danışarıq .
Zülfiyyə həm əsəbləşmiş, həm də ürəyi qürur hissiylə dolmuşdu. Əmisi arvadı o cür əsəblə ona bu qədər pul verməycəyini qəşəy bilirdi. Xəyal Zülfiyyənin adına pul yollasa da Solmaz heç vaxt ona bu qədər pul verməmişdi. İndı bu biabırçılıqdan sonra Solmaz ona bu qədər pul verməsi ağıla gəlməz bir şey idi. Demək pulun sayını bilirsə, bu pulu Tacəddin zənbilə qoymuşdur. Axı zənbil onun əlində idi.
Ürəyi az qalırdı yerindən çıxa. Həyatı və ömrü boşluq içində olan Zülfiyəyə Allah bu adamı mələk cismində göndərmişdi. O vaxt da, indi də belə çətin günündə tanımadığı bu adam onun dadına çatırdı. Həyatında ilk dəfə idi ki, ona olan haqsızlığı görən biri var idi. İlk dəfəydi ki, kimsə Zülfiyyənin demək istədiklərini, lakin deyə bilmədiklərinin tərcumanı var idi.
Elə dolmuşdu ki, biraz daha otursaydı hönkürüb ağlayacaqdı. Xəyal siqaretini yandırıb qapıya çıxdı.Tacəddin də Feyruzu qucağından yerə qoyub qalxdı. Zülfıyyəni ağlamaq tutmuşdu. Uşaqlarının yanında ağlamaq istəmirdi. Gözünün yaşını gizlədərək yan otağa keçdi.
- Niyə sənə lazım idi Zülfiyyənin yanında belə şey demək? Bəlkə də sən səhv görmüsən? Masadan qayıdan bəyəm qabaqdan qayıdan yeməkdir? Buludda, əl dəyilməmiş...
- Düzü, Xəyal mən nə sənə, nə anana yaraşdırmadım belə şey. Manqalda kabab cızıldayır, ocaqda yemək buxarlanırsa bir qarın yeməkdən isti isti ayrı qablara qoyulsaydı olmazdımı? Soyuq donmuş bozartma kababa qarışdı, Kabab dolmaya... Bir də o süfrədəki tikələrə bax. Hamısı dişlənmiş, yeyilmiş. Hələ ananın danışdıqları?
Xəyal əsəbi halda siqaretin kötüyünü çiynəyirdi.
- Ola bilər, anam əsəbi olar... Amma Bu ailə mənim xüsusi diqqətimdədir bir əlim üstlərindədir. Sən bunu bilmirsən. Əçimdən nə gəlirsə...
- Buna şübhəm yoxdur , amma hər şey sənin gördüyün kimidirmi?
- Necə olmalıdır ki?
- Bir də bu ailəyə mənim gözümlə bax!
- Neyləməliyiəm ki daha? İmkanım nəyə çatırsa...
Taceddin pərdəsiz pəncərədən içəri baxdı. Zülfiyyə özü görünməsə də , şəkili qarşı divardan asılmış aynaya düşmüşdü. Qapının arxasındaydı. Əllərini sinəsinə cütləmiş göz yaşları içində onları dinləyirdi.
- Mən məsələn, onları burda qoymaram...
- Neynim, deyim çıxın gedin kənddən? Dəhşətsən ee, Tacəddin . Bu adamın əlində sənəti yox, işi yox, savadı yox...
- Elə ona görə deyirəm burda qalıb onun bunun əlinə baxaraq yaşamaq məcburiyyətində də deyil. Ona kömək emək lazımdr. Gözün açmaq lazımdı, ayıltmaq lazımdır...
Xəyal çaş baş qalmışdı.
- Sən başa düşmürsən e Tacı. Bu qadını anam idarə edir. Anam olmasa elə bu kənddə bunu parçalayarlar, qalmışdı şəhər. Buna şəhərdə kim qahmar çəxacaq? Nə edəcək orda iki uşaqla ?
Taceddin başını buladı. Aynadan Zülfiyyəyə baxirdı. Qadın həyəcan içərisində onlara diqqət kəsilmişdi.
- Xəyal, bu qadın xəstədir. Bir həkim kimi mən pisiotik depresiyadan şübhələnirəm. Bunu bu vəziyyətdən çıxarmaq üçün ona güvənmək və dəstək vermək lazımdır.
- Pisiotik depresiya? Yəni?
- Yənisi bu depresiya ağır depresiyadır. Depresiv vəziyyətdə insan idarə etməni tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur. Səncə bir qadının özünə olan baxımsızlığı, bu cür panık ataklığı bunu hiss etdirmirmi sizə? Ayrıca olaraq sayıqlama, yalnış və dəyişdirilməyən inanclar və hallüsinasiyalar, qavrama pozuntusu, gözəgörünmələr, səslər və sairə müşahidə olunur. Bayaq sizdə qabların yanında diqqətimi çəkdi yanında heç kim yox idi, qəribə hərəkətlər edirdi. Elə bil kiminləsə danışırdı, bunu sənə də dedim. Bu cür xəstəlik vaxtında müalıcə olunmayanda xəstə insan , əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu düşünür, mal-mülkünü itirdiyini, yaxınlarının olmadığını, tək qaldığını, sevilmədiyini düşünür. Hətta dəhşətli cinayət törətdiyini deyir, qonşuda belə təsadüfən biri yıxılıb ölsə, bu ölümün səbəbkarı özünü görür.Hətta bunu aləmə car çəkir, neçə öldürdüyünün xəyalını qurur və özünü bu cinayyətdə qatıl kimi qələmə verir. Halbu ki belə şey heç olmayıb, yaşanmayıb. Belə xəstələr hər şeydə uğursuz və günahkar bilir, cinayyətkar, dəli, xəstə bilir. Günahkar olduğunu iddia edir, bunu sübuta yetirilməsini tələb edir. Özünə ən ağır cəza kəsilməsini istəyir. Özgüvəni olmur. O fikirləşir ki, kimsə mənə baxmasa, əlimdən tutmasa mən düşərəm, yıxılaram... və s. Ona görə artıq kiməsə ziyan verməməküün br anöncə qurtulmaq istəyir. Ölüü və ya cəza evini qurtuluş yolu sanır. Eyni zamanda da öz düşüncələrinə, qurduğu xəyallara özü də inanır. Elə bilir həyat elə yeməkdən, yatmaqdan ibarətdir. Belə xəstələrdə enerji sfır... Belə vaxtlarda ölməyi belə beyninə qoysa balalarının göz yaşını da görməz
- İndi nə deyirsən? Neyləyə bilərik?
- Əlbəttə ki ilk növbədə müalicə...
- Getmir də...
- Axı bayaq özü dedi aparan yoxdur axı deyirəm bu cür xəstələr özündən çox başqalarına güvənir, o elə bilir kimsə onun əlindən tutmasa yıxılar. Həyatda yaşayır ancaq öz gurduğu dünyada yaşayır. Kor köranə. Yaşı yetişkin amma o özünü tanımır. inan mənə o Elməddin ondan daha böyükdür.
- Deyirsən səhər aparaq rayona, xəstəxanaya?
- Aparaq. Lazım gəlsə lap Bakıya da apararıq, bizim sanatoriyada da müalicə alar.
- Ora getsə, bəs uşaqlar?
- Necə yanı? Yanı bu boyda kənddə 10 15 gün bu uşaqlara baxmağa bir adam yoxdur? Yanı əmin qızının sağlığı üçün, uşaqlara baxıcı da tuta bilmərsən? Yaxşı əə, yekə kişisən...
- ...
X Ə Y A L
14 BÖLÜM
Ömrundə ilk dəfəydı uzaq yola çıxırdı. Elə bil başqa bir dünyaya düşmüşdü. Bu zamana qədər şəhər deyəndə rayon mərkəzi ağlına gəlirdi. Dünyanı kəndlə şəhər arasındakı məsafə qədər bilirdi. İndi Xəyalın maşınında İran sərhəddindən keçıb neçə saatlıq yolda çimir də etməmişdi. Elə bilirdi yatsa nəsə böyük br möcüzəni qaçıracaqdı. Dünyanın böyüklüyünə, gözəlliyinə, uca dağların zirvəsinə, Arazkənarı ovalara, bu yerlərin təbiətinə heyran qalmışdı. Get, get, gett... Nə yol bitirdi, nə mənzil başına yetişirdilər. Bir saat, yarım saatdan bir verilən
- Çatmadıq, həlhə çox var? - sualından artıq Xəyal da bezib cavab vermirdi. Yol gözlərini yormuşdu. İran sərahəddinə çat ha çatda şirin yuxu tutmuşdu onu.
Düzdür sərhəddə biraz ləngiyəsi oldular. Sərhəddə çox maşın var idi. Ən azından iki saat burda gözləməli olacaqdılar. Odur ki, növbələri çatana gədər ən yaxşı çarə biraz dincəlmək, gəzməki idi. Tacəddin maşından düşüb arxa qapını açdı.
- Bəlkə biraz hava alaq?
- Aşağı?
- Hə... Həm də gəzərsən yuxun qaçar. Hələ irəlidə uzun yolumuz var. Yolda yatarsan. İndi gedək bir şeylər atışdıraq...
- Maşın gedər ee...
Xəyal da Tacəddin də bu saf həyəcanı təbəssümsüz qarşılaya bilmədilər.
- Hara gedir, gəl!
- Qorxma əmiqızı, mən səni buralarda qoyub getmərəm. Getsəm də abratnı gəldiyimiz yolla geri gayıdarsan Araz boyunca sağa sola dönmədən. Bir də görəsən çatmısan evə.
- Həqqi ee...
Tacəddin irəlidə, Zülfiyə geridə, qorxu və həyəcan içərisinə gah sağa, gah sola boylanırdı. Perondakı camaat qəribə baxışlarla Zülfiyyənin hərəkətlrinə diqqət kəsilsə də, Zülfiyyə də ilk dəfə gördüyü bu insanlara maraq göstərirdi. Ürəyində onları müzakirə edir, hətta bəzi qadınlara lap heyrətlənirdi. Yanlarında kişi xeylağı yox idi. Onlar tək başına buralarda nə gəzir, qorxmurlar? Bəs yiyəsi sahibi yoxdur? Bunları buralara tək gəlməsinə necə icazə veriblər? Görəsən hardan gəlib, hara gedirlər? Bəlkə evdən qaçıblar?
Mahir əhvalatında o da bir neçə dəfə evdən qaçmağı planlamışdı. Amma buna cəsarət etməmişdi. Kəndin dilinə düşəcəyindən çəkinmişdi. İndi bu qədər uzun və yorucu yolda tək düşündüyü bu idi. Nə yaxşı qaçmamışdı. Bu yolun yorğunluğu həyatın ağırlığından daha çətin görünürdü ona.
TaCəddin ZÜlfiyyəni ayaq yoluna gətirdi. Cibindən qəpikləri çıxarıb ona uzatdı.
- Təbii ehtiyyacın varsa, keç! burada gözləyrəm.
- Nə?
- Tuvaleti deyirəm...
Zülfiyyə utandı.
- Yox yox... Mən getmiyəcəm!
- Bax aa, sonra yolda qalarsan. Tuvalet zad yoxdur...
Zülfiyyə həm utanır, Tacəddinin yanında tuvaletə girməyi özünə ar bilir. Odur ki, başını aşağı salıb pıçıldadı.
- Sən get, mənim yoxdur!
- Tacəddin gedən kimi, özünü qadınların arasına vurdu. Təssüf ki, tuvaletdə növbə gözləməli idi. Çox darlanmışdı.Özünü saxlaya bilmirdi.
Tuvaletdən çıxanda Tacəddin qapıda onu gözləyirdi. Utana utana yanına gəlib başın aşağı saldı.
- Əlimi yumağa getmişdim...
Tacəddin gülümsəyib ona arxasınca, gəlməyi işarəət etdi
Çölə çıxdılar. Qapıda külək başındakı yaylığı sürüşdürüb çıyninə saldı. Zülfiyyə buna fikir vermədi, amma qapıda dayanan İran hərbiçı-nəzarətçı ona başını örtməsini işarə edinçə Tacəddin geri döndü. Zülfiyyənin çiynindən yaylığı qaldırıb başına örtdü. Gərdanınədan bəndlədi. Göz gözə gəldilər. Bir gözdə mehriban, bir gözdə utancaq baxışlar bir-birini ötəri öpüb keçdi. İkisi də eyni anda gülümsədi. Gözlər süzüldü. Tacəddin ehmalca qızın biləyindən tutub arxasınca dartdı. Zülfiyyənin ürəyi quş ürəyi kimi çırpındı. Qolunu Tacəddinin əlindən çıxarmaq istəsə də Tacəddin dünyadan xəbərsiz halda irəlləyirdi.
Cöldə camaat qarışqa kimi qaynaşırdı. Elə bilirdi bütün aləmin gözü onlardadır. Səsini çıxarmağa ürək eləmirdi. Sanki Züfiynin səsinə bütün hamı onlara dönüb baxacaq. Ən yaxşısı qolunu camaatdan gizlətməsi idi. Odur ki, ozünü Tacəddinə daha da yaxın tutdu. Özünü Tacəddinə mehriban tutaraq qolunu camaatdan gizlətdi. Tacəddin də qızdaki narahatlığı və həyəcanı hiss edir onu özünə daha çox sıxırdı. Zülfiyə daha da həyəcanlanır, rəng verib rəng aldıqca əlini çəkindirirdi. Tacəddinqızın narahatlığını görüb onu sərbəst buraxır.
- Gəl !
- Hara?
- Kabab yeməyə. İrana gələsən, kabab yemiyəsən?
- Xəyal da acdir.
- Hələ biz qanımızı dolduraq. Xəyalı sonra fikirləşərik
Yaxınlıqda yan yana bir neçə küçə kababçısı var idi. Tacəddin onlara yaxınlaşıb iki dürmək hazırlatdı. Ləyəndə buzun içinə qoyuılmuş iki ayran götürüb Zülfiyyənin yanına gəldi.
- Küçədə natəmiz şəraitdə bişsə də məcbur yeyəcyik. Ölürəm vallah acından. Amma deyim biləsəN aa, buranın kababı ləzətli olur...
Ayaqüsü dürumlərini yeyə yeyə yaxınlıqda küçə ticarəti ilə məşğul olanların arasında dolaşdılar.
- İstədiyin bir şey var? Bax utanma haa...
- Yox, yox heç nə...
İpək yaylıq yel vurduqca Zülfiyyənin başından sürüşüb düşürdü. Qızın əli başında qalmışdı.
- Gəl!
Tacəddin təkrar Zülfiyyənin biləyindən tutub çəkdi. Əlindəki dürməyi ona verib, özü rəngli yaylqlarla bəzənmiş bir arabaya yaxınlaşdı. İçindən zərli bir şərf seçib Zülfiyyəyə baxdı.
-Hə? Yaxşıdır?
- Necə gözəldir axı !!!
Tacəddin tez tələsik ipək yaylığı Zülfiyyənin başından açıb yeni aldığı şalı onun başına atdı.
- Bu yaxşıdır sürüşməz başından. Mübarəkdir. Qəşəy yaraşdı. Gülə gülə işlət.
- Sağol. Allah razı olsun. Neçiyədi?
- Gəl hələ... Tacəddin gülümsəyib şərfin pulunu sayıb verdi.
Digər arabaya yaxınlaşdı. Xırda aksesuarlar və bujurteriya satılırdı.
- Bir şey seç bəyən!
- Yox yox heç nə istəmirəm.
- Seç seç... Bu? Necədi...
- Yox ee, ala bilmərəm. Aldın da, şərf aldın. Sağol, Mən sənə borclu qaldım.
- Hmm.... Onda belə edək! Hə... Sən də təsbe al mənə , səndən yadıgar qalsın, Alırsan?
Zülfiyyə bir təsbeh seçib qiymət soruşdu. Bahalı idi. Başqa bir bir təsbeh soruşdu. O da uyğun deyildi.. Beləliklə bütün təsbehləri qarışdırdı. Özü də özünə əsəbləşirdi. Balalarının boğazından kəsib üzərində götürdüyü pulu burda çırta pırta xərcləmək istəmirdi.
- Onda mən birini bəyənim... Bu necədir? Bunu mənə alırsan? Xoşum gəldi. Qəşəydi hə?
- Hə...
- Bu da qəşəydi eləmi? - TaCəddin qızıl suyuna boyanmış üstü ürək formalı qaşlarla bəzənmiş bir qadın saatı götürüb Zülfiyyəyə göstərdi.
- Bu qız saatıdır.
- Hə dəə... Qolunu ver görüm necədir yaraşır? Zülfiyyənin əli dolu idi. Əlində dürməkləri qalmışdı. Qolunu vermək istəməyində Tacəddin onun qolunu zorla özünə çəkdi. Zülfiyyə buna etiraz edincə təkrar göz gözə gəldilər. Bu dəfə iki gözdə də inadkar uşaqlar kimi ərköyünlük hökm sürürdü.
- İstəmirəm, lazım deyil!
- Mən istəyirəm...
- Mən istəmirəm...
Gözlər bir birinə ilişib qalmışdı. Zülfiyyə gözlərini ondan qaçırır, biləyini onun əlindən çıxarmağa çalışırdı. Ətrafdakı bütün hamı onların bu hərəkətlərinə diqqət kəsilmişdi.
-Ay allah, biabır oldum, burax qolumu. Camaat baxır.
Bir anda qolunu Tacəddinin əlindən qurtarıb qaçmaq istədi.Ətrafdakiların diqqətini üzərində hiss etsə də, gözlərini Tacəddinin gözlərindən ayıra bilmirdi.
Alverci oğlan səsin yüksəltdi.
- Qaqam, bir qərar verin. Alacaqsanız alın. Almayasınızsa malın qabağnı kəsib başımı qatmayın!
Elə bil yanar oda su səpdilər. İkisinin də əlləri boşaldı. Gözlər bir birindən qopdu.
Tacəddin cibindən pul çıxartdı, Zülfiyyə utanaraq başını aşağı salmışdı. Gülümsəyərək utancaq baxışlarıyla Tacəddini arxadan boyunu süzürdü.
- Həə... Bax bu sənin saatın, bu da mənim təsbehim.
- istəmirəm...
- Naz eləmə. Pulunu vermişəm, atım?
- At.
- Aç görüm çantamı.
- Çantamı niyə?
- Aç, deyəcəm.
Zülfiyyə ixtiyarsız çantanı açdı. Tacəddin aldığı saatı çantaya atıb, əsəbi halda dürməyini Zülfiyyədən aldı.
- At dedin atdım. İstəmirsən özün götür tulla, getsin. Amma mən bu təsbehi səndən yadigar saxlayacam.
Tacəddin yeyin addımlarla irəlilədikcə Zülfiyyə hardasa onu itirməmək üçün ardıyca qaçırdı
Tacəddin yolda yeməyə meyvə, su və Xəyala da ayran- dürmək alıb maşına qayıtdılar.
Elə yorulmuşdu ki, sərhəddi keçən kimi yoxu onu basdı. Bir də Bakıya çatanda oyandı.
Ruhu kənd həyatına alışmış Zülfiyyə maşının pəncərəsindən hər yeri təccüb və maraq içərisində süzürdü. Arada əlini çantasındakı saata toxundurub, Tacədinə təşəkkürlə baxırdı. Saatı gah cibində gizlədir, gah qoynuna soxurdu. Elə bilirdi, Xəyal bu saatı görsə bunun hesabını ondan soruşacaqdı.
Yol boyu küçələrdə gəzib diolaşan qadınlara diqqət kəsilmişdi. Ona ən təccüblü olan şey buradakı qadınların sərbəstliyi və rahatlığı idi.
Düzdür son zamanlar kəndləri çox müasirləşmişdi. Amma bu qədərdə deyil. Bəzən kənddən şəhərə oxumağa gedən qızların geyımlərində sərbəstlik görünürdü. Onda da kənddə baş başa verən qadınların dedi qodusundan ailələr qızlarının geyimlərinə qarşı çıxırdılar. Bəzən də ailələr arasında məhz belə geyimlərə görə dava düşürdü. Kənddə şalvar, qolu qoltuğa qədər açıq və ətəyi dizdən yuxarı geyinən qızlara pozğun kimi baxırdılar.
İndi şəhərdə sinəsi başı açıq, geyimlərdə sərbəst gəzən qızları görəndə çaşqınlığını gizlədə bilmirdi. Birdən gözü küçədə gucaqlaşaraq gəzişən gənc cütlüyə sataşdı
- Booyy allah sizi biabır etsin!
- Niyə noldu, Zülfiyyə?
- Gormürsən bunları , yolun ortasında. Nolub aa. Çəkilin daldalığa da.
Gülüşdülər.
- Elə bil illrdir bir birini görmür.
- Bəlkə görmürlər yəqin oğlan sgərliyəgedir, ya da təzə gəlir.
- Uşş. Ətim töküldü allah ətini töksün... Hələ bunlara bax! Hamısı yarıçılpaqdır. Bu nədi aa paltar tapılmır burda?
Xəyalla Tacəddin bir birinə baxıb güldü.
- Elə bil bütün pozğunlar hamısı gəlib Bakıya.
Maşının içını şən qəh qəhə bürüdü. Onların gülməyinə Zülfiyə ağzını əydi.
- Hii hiii... Nə gülürsüz. Düz deyirəm də, Siz oğlanlara da ləzzət eliyir ee bu qançıqlarla bir şəhərdə yaşamaq. Bu nədi aa adam baxanda adam xəcalət çəkir.
Zülfiyyə danışdıqca Tacəddinlə Xəyal uğunub gedirdi.
- Gülməli bir şey dedim? Nəyə gülürsüz?
Tacəddin özünü ələ alıb geri çevrildi.
- Zülfiyyə xanım. Düzdür geyim insanın əxlaqını göstərir. Ama baxır necədir və hansı geyimlərdir. Bu geyilmər harda, hansı şəraitdə geyinilir. Sizin diqqət kəsdiyiniz bu geyimlər şəhərdə cavanlar üçün normal geyimdir axı .
- Geyimində cavanlığı qocalığı olur?
- Əlbəttə. İndi durub bu qızlar, anasının ya da nənəsinin geyimini geyinsin əyninə, bunların arvaddan nə fərqi olar. Bu geyimlər cavan qızlar üçün zövqlü və normal geyimlərdir. Bunların geyindiyini də yaşlı qadınlar geyinsə gülməli görünər əlbttə ki.
Elektirik çarpmış adamlar kimi Zülfiyyə əynindəki paltara baxdı. Anası xəstə düşəndən indiyənə qədər heç kim onu yanına salıb ona öz əyninə görə paltar almamışdı. Həmişə qonşu, qohum arvadlar geyinmədiyi paltarları ona gətirib vermişdi. Bir tək Kərimlə bərabər olan vaxtlar Krim ona pul verirdi. Onda da həmin pulla özünə yox bacı qardaşına, Elməddinə bir şeylər alırdı.
Dilinin altında mızıldandı:
- Bunun nəyi normaldir. Dar düdək kişi şalvarını keçirib əyninəki iş bilmişəm. Paltar geyinənlər də o qədər gödək və açıq geyinib ki əyilsə hər yeri qalar çöldə.
- Səncə belə geyim insanı pozğun edir?
- Bə nə?
- İndi sən buranın geyim şərtləriylə, modayla ayaqlaşsan demək, pozğun olursan?
- ƏStəğfullah
- BUrax ay Tacı? Bizim oraların camaatı 19 əsrdə qalıb. Hamı düzələr bir anamla Zülfiyyə yox...
- Düzələr düzələr.
- ƏŞii hara düzəlir. Görmürsən anam tapıb hardansa uzaq qohumların birinin qızını. Qız da nə qız 14 yaşında uşaq. Nə var, nə var qoçaq qız imiş, lavaş aça bilirmiş, inək sağırmış. Pazıya gedirmiş. Yemək bişirir, paltar palaz yuyurmuş. Elə bir mənə arvad yox evə qulluqçu alır.
- Sənə də yaxşılıq yoxdur ee Xəyal. Gül kimi gızdır da bə. Qızı qoçaqlığına görə bəyənərlər də bə. Bu qız bir şey bilməsə əlindən bir iş gəlməsə bu ailəni necə idarə edəcək ?
Xəyalla Tacəddin heyrətlə Zülfiyəyə baxdılar. Xəyal :
- Dəhşətsən ee Zülü, nətər deyərlər, mama bir güllylə iki dovşan vurmaq istəyir. Mənə arvad alacaq, özünə robot gəlin . Axşam mənim qulluğumda dayanacaq, gündüz mamamın, evin işini görəcək. Deyirəm da bə, qardaş bunlar düzəlməyəcək.
- Sizi başa düşmürəm ee... Anam öləndə balaca qız idim, indi anam mənə bir şey öyrətməsəydi, özümdə öyrənməyə maraq olmasaydı evdəki o uşaqlara kim baxacaqdı? Yeməklərin paltarların kim eliyəcəkdi. Hələ heyvan qoyun quzu...
- Buna məcbur deyildin!
- Boy? - Zülfiyyə Xəyalın bu etirazından çaşıb Tacəddinə baxdı. Sanki ondan bu mövzuya görə özünə dəstək istəyirdi
- Bəs anam xəstəydi bu evi eşiyi, uşaqları kim idarə edəcəkdi?
- Guya qardaş bacılarına baxdın, özünü fəda etdin də noldu? Qiymətini bildilər? Kim sənə sağol dedi?
Zülfiyyə məyyus halda başını aşağı saldı:
- Heç kim...
- Görürsən?
- Nolsun ee... Bütün kənd başıma and içirdi. Deyir halal olsun Zülfiyəyə vallah . Xəstə anasına baxır, ev eşik, uşaqlara...
- Demək sən bütün bu həyatını boş bir tərifə qurban vermisən - Tacəddin söhbətə qarışdı.
- Qəribə adamsız ee vallah. Bəyəm insanlar yaxşılığımızı desinlər deyə yaxşılıq etmir?
Zülfiyyə xanım yaxşılıq, hörmət başqa şeydir, "desinlər" başqa şey. Yaxşılıq edərsən bir qocanın, bir xəstənin işini qarşılıq gözləmədən edərsən. Birinə hörmət edərsən. Bu başqa. Nətər deyirlər balığa yaxşılıq elə at dənizə, balıq bilmsə də Xaliq bilcək. Amma sən görürsən ki, özünü öldürürsən, ama heç kim bunu görmür və ya görmzdən gəlir. Sənə, etdiklərinə qiymət vermir, adam yerinə qoymur . Amma əvəzində səni təriflə ruhlandırır, işlərini sənə gördürür, və ya kölnünü alır. Sən də o tərifə qul olursan. Bunu yaxşılıq kimi qiymətləndirirsən. Elə bilirsən səni tərifləməklə səni çox istəyirlər deyə səni hamıya nümunə göstərirlər?
- Mən evin böyük qızıydım. Anam xəstəydi. Evin bütün yükü üstmdəydi. Neyləməliydim?
- Yük sənin üstündə deyildi Zülfiyyə xanım. Siz özünüz bu yükü üstünüzə almışdınız. Anam xəstədir, mən ona baxmalıyam demişdiz, uşaqları hazırlamalıyam, atamı qarşılamalıyam. Özünüzü buna məcbur etmisiz.
- Qəribə adamsız ee, bə kim eləməliydi? Mən evin böyük qızıydım,ana yarısıydım axı.
- Xeyir, siz evin anası ola bilməzdiz, siz elə evin böyük qızı olaraq qalmalıydız. Siz bu işləri gücünüz çatanı etməliydiz, məcburiyyətdən yox. Qarşılığındada ailənizdən və ətrafınızdan sizə hörmət olunmasını tələb etməliydiz.
- Nə fərqi var? Axır ki etmişəm.
- Fərqi odur ki, məsələn qardaş bacılarına deməliydin ki, bu gün mən sənin köynəyini ütüləyirəm, əlimə bax öyrən. Sabah hamı öz işini özü görcək, bu gün yeməyinizi mən edirəm, sabahdan növbəylə edəcəyik.
- Axı o vaxt onlar uşaq idi?
- Sən guya böyük idin? - Xəyal dayana bilmədi.
- Barım sən dillənmə, nə düşmüsüz ee üstümə?
Tacəddin onu sakitləşdirmək istədi. Lakin inadından da əl çəkmədi. Zülfiyyəni bu məsumluq quyusundan çıxarmaq istəyirdi.
-Üstünə düşmürük, bu vaxta qədər sənə heç kimin demədiyi həqiqətləri deyirik. Bu vaxta qədər saflığından, məsumluğundan istifadə ediblər, bir daha buna icazə vermə.
- Yanı bu qədər səy olmuşam?
-Sən də onlar kimi oxumalı idin.Gününü tövlədə, dirlikdə keçirməkdənsə, sən də cəmiyyətə qarışmalı idin. Sən də sevib sevilməli, vaxtında yuvanı qurmalı idin. Özünü fəda etdin! İndi də son halın budur bax!
-Nolub ee halıma?
Tacəddin dərindən nəfəs alıb israrla Zülfiyyəni özünə gətirmək istəyirdi.
-Bax görürsən Zülfiyyə xanım, siz özünüzə olunan haqsızlığı, pisliyi qəbul etmirsiz. Çünki o təriflər sizin beyninizi yuyub. Elə bilirsiz etiraz etsəz, üzünüzə tupurəcəklər!
Zülfiyyə əsəbi halda başını yellədi.
- O gün gəlininizə deyirəm həkimə aparmısız,deyir pul var? Hələ belə deməyi cəhənnəm.Bəli pul olmaya bilər.Amma fakt budur, bu səni xəstə,dəli kimi qələmə verir. Daha fikirləşmir ki,o dəli dediyi qız, mənim ərim üçün özünü, gəncliyini hədər edib. Bu gün qardaşınla bərabər heç nəyi də olmasa sənə sahib çıxıb, dəstək olmalı idilər.
- Nə deyim. Mən bir bacı kimi vəzifəmi yerinə yetirmişəm.Onları da Allaha tapşırıram. Kim nə eliyir qabağına çıxsın!
- Bax hələ buna vəzifə deyir! Sən bu vəzifəni boynuna götürməyə borclu deyilsən. Nəysə.Qınamıram səni.Əslində səni bu hallara salan səni tərifləyənləri, bugün yanında olmayanları, səni başından edənlri qınayıram.
Zülfiyyə heç nə başa düşmürdü:
- İndi sənin sözündən belə çıxır ki, bütün kənd mənim düşmənimdir? Hamısı üzümə gülüb, arxamdan çapan çalanlardır?
Tacəddin açıqlama gətirdi:
- Əslində sənə "qoçaq qızdır, ağıllı qızdır" deyənlər sənin evini yıxıb. Bilirsən niyə? Əgər sənin gözünü açıb, "özünü fəda etmə, gələcəyini düşün, sən də hamı kimi ol" desəydilər, sənin ailən üçün etdiyin butün hər şey onların boynuna qalacaqdı. Sən evdə iş görməsəydin, qohumlar növbəylə gəlib yeməyinizi də bişirəcəkdi, paltarınızı da yuyacaqdı, inəyinizidə sağacaqdı. O zaman nolacaqdı? Siz onlara yük olacaqdız. Bax, bu yükün altına heç kim girmək istəməyib. Səni tərifləyə tərifləyə bütün yükü yığıblar belinə. İndi də həyatını yaşamadan, gəzmədən, dünyada nə var, nə yox görmədən yorulmusan, usanmısan, bezmisən, darmadağın olmusan . İndi sənin ruhun bu yükün ağlırlığını hiss edir, "yetər artıq məni incitmə" deyir. Sən isə " sənin ağan mənəm, mən nə deyirəm, nə əmr edirəm onu da etməlisən" - deyirsən . Belə vəziyyətdə də ruhunla cismin arasında mübarizə başlayır: Cismin deyir mən səndən güclüyəm, sağlamam, cavanam, hələ bu yükü daşımağa gücüm var, mənə kömək edirsən elə, eləmirsən çıx get! Ruhun da deyir mən artıq tükənmişəm yorulmuşam. Ruhun cismini tərk etmək istəyir. Amma...
Tacəddin cibindən telefonunu çıxartd:
- TƏsəvvür elə insan bu telefon kimidir. Zaryadka olmasa bu telefon işləyər? Yox. BAx insanın zaryadkası da ruhudur. Bax Ruhun deyir, "artıq zaryadkam qurtarır, enerjim tükənib, qırmızı işıq yanır. İcazə ver biraz dincəlım, enerji toplayım". Sən isə cisminə - fiziki qüvvənin sağlığına güvənib ruhunu zorlayırsan. Deyirsən yox ee hələ sönmə, zaryadkaya taxa bilmərəm səni, hələ biraz da çalışmalısan. Hələ cismim sağlamdır, o səni işlədəcək, əlindən tutub qaldıracaq. Sən hələ sönə bilməzsən, səni hələ zaryadkaya qoya bilmiəm. Biraz ca da döz! Gözl özüm bekarlaşım, işimi qurtarım. Hələ işim var... Düz deyirəm?
- Düz deyirsən!
Ömründə ilk dəfə ona həyat dərsi verən bir adam çıxmışdı qarşısına. Zülfiyyə elə bil yuxudan ayılirdı. Sanki illərlə qaranlıq və rütubətlı bir mağarada paslanmış beyninin qırışları indi açılır, Tacəddin danışdığı bu sözlərlə beyninin qaranlıq qatlarına nur çiləyirdi. Zülfiyyə, indi başa düçürdü ki, illərlə özü də fərqində olmadan özü özünə nə zülümlər verib...
Gözləri pəncərədən çölə baxsa da xəyalı uşaqlığına getmişdi. Doğurdan da Zülfiyyə nə qədər cahil olub. Boş təriflər həyatını necə də qaraldıb. Bu zamana qədər təriflə beyninin uyuşdurulduğunun indi fərqindəydi.
Yaxşı əgər o təriflər ürəkdən deyilmişdiysə, Zülfiyyə həqiqətən qohum əqraba arasında hər kəsə örnək göstəriləcək qız idisə, hamı qardaş bacısına yaxşı baxıb böyütməsinə görə onun yanındaydısa, bəs bu son günlərdə başına gələn hadısələrdə niyə tək tənha qaldı? Niyə heç kim onu dəstəkləmədi? Niyə onu qınadılar? Niyə yıxılanda hərə əlinə bir balta alıb onu baltaladı? Yoxsa bu dəfə Zülfiyyə ortalıqda qaldığı üçün onu məhv etməyə çalışırlar? Yoxsa Tacəddinin dediyi kimi qorxdular ki, bu dəfə də Zülfiyyə onlara yük olar?
Maşın binanın qabağında dayananda keçmişindən qopub olduğu yerə qayıtdı...
Burada qaldığı beş gündə cox adamlarla tanış olmuşdu. Xəyalın dostları və rəfiqələri, hətta sevdiyi qız Narin Zülfiyyə üçün başqa aləm idi. Eşidəndə ki Xəyalla Narın bir birini sevir, harda gəldi görüçürlər. Gəzirlər, restorana gedirlər, xəyal ona, o Xyala hədiyyələr alır... hətta bunu Narının qardaşı da bilir, hələ bu az imiş kimi, Xəyalla onun qardaşı dostdur, əli üzündə qalmışdı . Kənd yerində sevgini belə açıq şəkildə yaşayan qız var idimi? İndi o qızın qardaşı, atası, əmisi uşaqları oğlanı şıl küt edər, lap kənddən də sürgün salardılar. Demək kəndlə şəhərin sevgisi də fərqli olurmuş. Hələ Xəyalın, Tacəddinin qız dostları. Qız hara, qızla oğlanın dostluğu hara. Odla pambığı bir yerə qoymaq olar?
12 yaşında məktəbdən sinif yoldaşıyla dərsdən çıxıb kücədə yan yana evə gəlmişdi,. Həmin gün anası milçək öldürənlə ayaqlarına, qıclarına o qədər vurmuşdu ki, bir həftə milçək öldürənın cərçıvəli, dama dama şəkili dərisindən getməmişdi. Bəs bu qızların yiyəsi, sahibi yoxdur? Deyə bilmir a bala sənin filankəsin oğlunun yanında nə işin?
Bəli, Tacəddin yanılmamışdı. Zülfiyyənin güclü pisixiatr müalicəsinə ehtiyyacı var idi. Amma necə, nə cür? Zülfiyyə burda qalmaq istəmirdi.
- Bəs uşaqlar?
- Sən hələ uşaqlar deyirsən?
- Uşaqlarımı danmalıyam?
- Bir Feyruzdur da , onu da gətirəcəyik. Gətirməsən belə Solmaz xala baxar ona, hələlik.
- Bəs Elməddin?
Elmədinə də qayınıngil baxar, qohumları baxar. Kəndə camaat batıb?
- Elə şey olar?
- Əslində səninlə onun heç bir qan bağı qalmayıb, onu qardaşları, qohumları saxlamalıdır, himayəsinə götürməlidir. Baxa bilmirlərsə uşaq evinə yerləşdirilməlidirlər. Sən onu himayəyə alacaq vəziyyətdə deyilsən axı. Həm maddı həm mənəvi. Özün də xəstə. Həm də pisikolojik. Əslində məhkəmə də sənin sağlıq kağızına əsaslanaraq Elməddin üçün bir qrara çıxartmalıdır. Sən ona baxmaq məcburiyyətində deyilsən .
- Nə danışırsız? Mən onun atasının evində qalıram, indi deyirsiz mən onu atım, aparım qoyum detdoma ? Sabah mən onun üzünə necə baxaram?
- Onun atası sənin nəyin idi? Ərin deyildi? Feyruzun atası deyil? Onun o evdə nə qədər haqqı varsa, sənin və Feyruzun da o qədər haqqı var.
- Vallah nə dediyini başa düşmürəm mən avam adamam, başına dönüm . Biz görmüşük ki, ata öldü, onun uşaqlarına böyüyənə qədər analığı baxır...
- Day mənim sənə sözüm yoxdur vallah. Gələnnən bir dünya dərs keçirəm sənə. Sən hələ də öz oxuduğunu çalırsan. Burdan alıb burdan buraxırsan...
Və nəhayyət, bu axşam Bakıdan kəndə qayıdırdı. Xəyal Zülfiyyənin bütün dava dərmanın alıb, əynin başın təzəlyiərək , bir çemodan hədiyəylə Zülfiyyəni aeroporta gətirdi. Cibindən pul çıxardıb Zülfiyyənin cibinə basdı. Nömrəsini yazıb Zülfiyyəyə verdi.
- Özünüzə korluq verməyin. Bir şey lazım olsa heç kimə heç nə demə. Get Təyyarın yanına onun telfonu var, yığsın məni. Müalicələrini qurtaran kimi, tapşırmışam, biletini alıb yollayacaqlar səni. Gəlib kontrol olarsan. Baxaq həkim nə deyir. Nə yenilik var.
- Yaxşı. Sağol allah səndən razı olsun, əmoğlu.
- Bax heç nəyə əsəbləşmirsən. Heç nəyi vecinə almırsan. Kim nə deyir burdan al burdan ötür getsin.
- Ehh...
- Ehi - mehi yoxdur. Day bu müalicədən sonra, əsəbləşdinsə, day nə bilim... Bitdi... Nə xeyri olacaq ee sənə?
- Yaxşı. Narahat olma!
- Yaxşı gəl, səni kecirdim. Bax o qapıdan minəcəksən təyarayyə. Bu dəstə hamısı Naxçıvan yolcusudur. Onlar hara gedir sən də ora. Orda təyarədən düşən kimi soruş, çemodanları hardan alacam de, səni başa salarlar. Orda yer var çamadanını tanıyırsan da, özü gələcək qabağına, həmən dəqiqə götür. Birdən olar da, götürə bilmədin, getdi. Narahat olma, gedib yenə gələcək, biraz gözlə.
Zülfiyyə key key Xəyalın üzünə baxırdı. Təyarənin adını eşitmiş, üzünü görməmidi. Təyarə onun nəszərində göyrçin boyda şey idi indi düşünəndə ki bu qədər insanlar hamısı bu təyarəyə minəcək...
Əslində heyrəti bu deyildi camaat necə bu da elə. Təkbaşına təyarəyə minməsi, nə edəcəyi, o göyünüzündə necə uçaçağı, təyarədən necə enəcək, hara gedəcək nə edəcək, qapı, giriş çıxış haradır - bax bütün bunlar onun qorxulu yuxusu idi...
-Eşidirsən Zülü? Naxçıvanda qapıdan çıxan kimi Fərman dayı gələcək qabağına. Tanıyırsan da Fərmanı? Əsmər xalanın əri, taksi Fərman. Zəng eləyib tapşırmışam.
-Hə tanıyıram.
- Hə di gəl. Ver pasportunu...
- Zülfiyyə dalıb qalmışdı.
- Ay Zülü?
- Hə...
- Pasportu ver, camaat bizi gözləyir.
ZÜlfiyyənin əli çantasına getdi, amma gözü camaatın arasında kimisə gəzirdi. Gözlərində qəribə sevinc var idi.
- Noldu?
- O gələn Tacəddin deyil?
Xəyal Zülfiyyənin göstərdiyi səmtə bsxdı. Bəli Tacəddin regsrtrasiyyadan keçmək üçün növbə gözlyirdi. Xəyal təccüb içərisində sıradan çıxıb Tacəddinin onlara yetişməsini gözlədi.
- Sənin nə işin var burda?
- Sənə deməmişdim bəs Xəyal, Duzdağa putyovkam var? Mən də bu reys Naxçıvana gedirəm axı...
X Ə Y A L
15 BÖLÜM.
Tacəddinin onunla gəlməsi Zülfiyyəni dəhşət qorxuya salmışdı. Həm utancaqlıqdan həm həyəcandan gulaqları tutulmuşdu. Ağlına yüz fikir gəlirdi.
Bəlkə yalan deyir, başqa niyyəti var. Bəlkə avam və yiyəsuz olduğumdan istifadə edir.
- Nə gicləyirsən Zülfiyyə? Dolamağa adam tapmadı? Əlinin altinda min dənə qız varkən, nəyinə lazım bir dəliyə ilişə? Həm də mənim kimi tökülüb gedən?
- O vaxtlar da Mahirə belə aldandın. Deyirdin toyda min qız görür, onları sevə bilməzdimi? Deyirdin sevmək könül məsələsizdir. Özün sevirdin elə bildin o da səni sevir.Gördün sevmək adıyla necə bədbəxt elədi səni? Ehtiyyatlı ol, buna da sıyılma!
- Bəlkə doğurdan da sevir?
ÖZü dediyi sözlər içindəki Zülfiyyənin sərt düşüncələrini yumuşaltdı sanki.
- Niyə olmasın ki? Bəlkə bu yaxşıdır. Bəlkə bu Mahir kimi yalançı deyil. Boşanıb, o da təkdir, arvadı da uşaqların alıb gedib. Onun da bir ailəyə ehtiyyacı var axı. Həm də arada Xəyal var. Pis niyyətlə yanaşmaz.
Bu dəfə də Zülfiyyə içindəki özünə qarşı sərtləşdi.
- Dəlisən? Nə sayaqlayirsan? Kimdir məni sevən? Piskopat dəli, avam, kənd qızı, dul, avam, kasıb və yiyəsiz, iki uşaqlı... Bunun heç xəyalını belə qurmaq olmaz. Mən elə ölənə qədər o kənddə tək başına qalıb gedəcəm. Ağlını qarışdırıb özünü dilə dişə salma, bir səhvinin ucbatından qızımdan oldum, indi də Elməddindən, Feyruzdanmı olum? Elməddin ağıllı uşaqdır. Sabah mən ölsəm o mənim ölümə yiyə çıxacaq, qardaşının əlindən tutacaq. İndi gör neynirsən. Gör aelməddin də səni ata bilirmi? Axı harda görünüb yad kişidən, ata ola? Hamı Kərim deyil ee... Kərim də məcbur qalıb qəbul etdi Kəmaləni. Əgər qarnımda olmasaydı, bəlkə də qəbul etməzdi. İndi kim qəbul edər məni? Olsa olsa olsa keyfini çəkib buraxar.
Xəyalla gorüşüb ayrılandan sonra Tacəddinlə yanaşı icəri kecdi. Ona üz vermək istəmirdi. Peronda oturub gözləyəndə də aralarında bir neçə boş oturacaq var idi. Təyarəyə miniyin başlandığı elan ediləndə peronda canlanma başladı. Bayaq Xəyalın ona göstərdiyi qapıya boylandı. Camaat qapıya axın edirdi. O da axına qoşulub qapıya tərəf getdi.
Tacəddin də Zülfiyyənin ondan qaçdığının fərqindəydi. Amma nə edə bilərdi ki, ən yaxşısı kənardan özü ona nəzarət etməliydi.
İlk dəfəydi təyarəyə minirdi. Xəyal dünyası gerçəklşmişdi . Hər şeyi yaddaşına yazmaq istəyirdi. Heyranlıqla təyrənin içinə baxır, önündəki ekrana təlimat klavüzünə heyranlıqla toxunur. Yolcuların təyarədə yerləşməsinə diqqət kəsilirdi. Tacəddinin bütün fikiri onda idi. Bacardığı qədər ona təyarə və uçuşla bağlı məlumat verirdi.
Tacəddinin dediyi sözləri tam dərk etməsə də, " hə, hı" eliyərək onu başından edirdi.
Nəhayyət uçuş təlimatçısının təlimatından sonra sərnişinlərdən kəmərlərin bağlanılması tələb olundu. Zülfiyyə yanında oturan qadına vəTacəddiin əlinə baxaraq kəməri bağlamaq istədi. Lakin bunu bacarmadı. Odur ki, Tacəddin özü ona kömək etmək istədi.
Tacəddinin əli əzalarına dəydikçə həyəcan və utancaqlıq onu birtəhər edirdi. Bacardığı qədər nəfəsini içinə çəkib, ona toxunmamaq üçün özünü sıxırdı.
- Rahat ol! İndi uçuş başlayacaq. Sakit olacaqsan. Təsəvvür elə ki, təyarədə yox, maşında gedirsən.
Zülfiyyə özünü sakitləşdurməyə çalışdı.
- Mən yanındayam, qətiyyən qorxma. Heyif pəncərə tərəfə düşmədik. Yoxsa ordan baxardın. Göydən yerə baxmaq o qədər gözəldir ki...
- Hava qaralıb, hara görünür ki?
- Olsun. Yenə də bu mənzərə bir başqa aləmdir.
Təyarə hərəkətə başladı. Hər şey yolunda idi. İkisinin də başı pəncərəyə dönmüşdü. Zülfiyyə pəncərədən çölə, Tacəddin isə ona baxırdı. Zülfiyyənin gözü pəncərədə olsa da giqqəti Tacəddində idi. Onun baxışlarını üzərində hiss ediedi. Bu da ona narahatlıq və sıxıntı verirdi. Kontroldan çıxacağından çox qorxurdu. Amma özünü o yerə qoymurdu.
Təyarənin sürəti çoxaldıqca Zülfiyyənin ürəyi ağzına gəlirdi. Oturacağın tutacağını sıxıb gözlərini möhkəm möhkəm yummuşdu. Ürəyində özü pzünü sakitləşdirib Llaha yalvarırdı. Tacəddin onun bu qorxusunu görüb dilləndi :
- Yaxşısan Zülfiyyə?
- Hə hər şey yaxşıdır.
- İstərsən əlimdən tuta bilərsən. Qorxun kecər.
- Yox, yaxşıdır hər şey.
- Yaxşı. Qorxma.
Tacəddin Zülfiyyənin halının yaxşı olmadığını hiss edirdi. Odur ki, tədbirini görməyə başladı. Qarşı oturacağın arxa cibindən tibbi torbanı çıxardıb hazır tutdu.
Təyarə yerdən qopub havadan asılanda Zülfiyyə nəfəsini içinə cəkib gözlərini yummuşdu. Dirnaqları hardasa qoltuğun qolunı cırıb keçəçəkdi. Özündə deyildi. Tacəddin ehmalca əlini Zülfiyyənin əlinin üstünə qoydu və ona baxdı. Zülfiyyə özündə deyildı bəlkə də heç Tacədddinin əlini də hiss etmirdi.
- Yaxşısan?
Zülfiyyədən səs çıxmadı. Tacəddin onun əlini sıxdı. Zülfiyyənin heç bundan xəbəri də olmadı. Tacəddin onun əlini qoltuqdan qaldırıb ovucladı. Zülfiyyə əli koltuqdaymış kimi Tacəddinin əlini var gücüylə sıxırdı.
Təyarə havada sabitlənəndən sonra Zülfiyyə nəfəsini buraxdı. Yavaş yavaş gözlrini açdı barmaqları boşaldı. Amma elə bil havadan asılı qalmışdı. Boğulurdu. Nəfəsalması çətinləşirdi.
- Keçdi, samalyot havaya oturdu artıq. Qorxma, ilk uçuşun olduğu üçün...
- Zülfiyyə tez əlini ağzına tutdu. Öyüdü. Tacəddin tədbirini alıb hər çeyə hazır olduğu ümün tez əlində hazır tutduğu torbanı onun ağzına tutdu. Geri dönüb nəzarətçı qızı səslədi.
- Xanım qız, kömək edin! Zəhmət olmasa su gətirin!
Zülfiyyə dillənmir, xəcalət içərisində üst başın nizama salırdı. Yanlarında oturan qadın deyinə deyinə qalmış başındakı şalla burnunu tutaraq üzünü pəncərəyə çevirmişdi.
- Nə yaxşı ki, reysimiz üst üstə düşdü. Yoxsa çətin olacaqdı sizə.
- Bağışlayın, əziyyət etdim sizə də.
- Problem deyil əzizim, unutmusan yəqin. Mən axı həkiməm. Belə şeylər adi haldır mənim üçün. İlk uçuşlarda olur belə şeylər. Amma gərək Xəyal səni tək göndərməyəydi. Yanına birini qoşardı.
- Sağol.
- Bəs aşağıda kim qarşıayacaq səni?
- Kəndimizdən bir şofer var. Xəyal ona deyib.
- Bəs gəlməsə?
ZÜlfiyyənin ürəyinə qorxu düşüdü :
- Gəlməsə?
- Hə?
- Elə şey olar- həyəcandan yerində qurcalandı - Gələcək! Mütləq ğıələcək!
- Nə birsən? İşdir də olmadı belə, oldu elə. Bəlkə gələndə yolda başın bir iş gəldi. Nə bilim bəlkə gəlməyə imkanı olmadı. Belə uşağı yıxıldı, qolu qırıldı nə bilim, tıxaca düşdü, gecikdi. Yanı deməyim odur ki hər şey ola bilər. Sən əvvəldən tədbirini almalısan da.
Züləfiyyənin həyəcandan ürəyi ağzına gəlirdi..
- Bax belə həyəcanlansan onda başın lap çox bəlaya girər. Deməli belə vəziyyətdə neyləyəcəksən? İlk növbədə ozünü sakitləşdirib soyuqanlı olacaqsan. Qətiyyən əsəbləşmək və paniklənmək olmaz. Heç kimə belə çətin vəziyyətdə olduğunu hiss etditməyəcəksən. Hiss etdirsən, nabələdliyindən istifadə edib, sənə atış gələ bilərlər, ya da ələ salarlar, üstünü soyarlar. Pulunu, çantanı üstünü soyarlar. Odur ki, sakit şəkildə bayıra çıxmadan aeroport işçılərinə və ya polislərə yaxınlaşırsan. Onlardan kömək istəyirsən. Onlar yoxdursa bayra çıxıb hər hansı bir taksiyə minirsən, bir başa kəndinizə sürdürürsən.
- Bəs birdən kəndə aparmasa?
- Bax Zülfiyyə unutma cəsarətli qadına heç kim risk eləyib bir söz deyə bilməz. Odur ki, özünü soyuqanlı və cəsarətli göstərəcəksən. Əgər saflığını və qorxaqlığını büruzə versən o zaman bəli...
Zülfiyyə çox narahat idi. Görəsən Tacəddın təyarədən düşən kimi ondan ayrılacaq? Bəs birdən şofer gəlmədi? Bu gecə vaxtı neyləyəcək? Gecə vaxtı təkbaşına taksiyə minəcək kəndə gedəcək? Vay vayyy... Hələ gecənin bu vaxtı yad taksiylə kəndə girsə camaat nə deyəcək? Adına söz çıxartmazlarmı? Hələ xəbər Kərimin oğlanları o yana dursun, Mahirin qulağına çatsa ona əxlaqsız markası vuraraq qızını gizlətməzmi? Onsuz da bu barədə hələ də oninla problem yaşayır. Bir şeyi bəhanə edib uşağı onunla görüçdürmür. Hər şey cəhənnəm. Birdən şofer oğraş çıxdı. Kəndə dadandı...
Zülfiyyə bunları düşündükcə dəliyə dönürdü.
- Bəlkə Tacəddindən kömək istəyim? Bəlkə deyim Tacəddin məni aparıb evə qoysun?
İlan vurmuş kimi oldu.
- "dəlisən? Bir bu qalmışdı da. İndi də deyəcəklər getdi Bakıda oynaş tapdı, kəndə dadandırdı. Onsuz da kəndə hamı onu görüb tanıyır. İndi də deyəcəklər elə bu gəlinə görə gəlirmiş kəndə"
Zülfiyyə səbrsizlənirdi, canı darlanır. Bu vəziyyətdən özünə çıxış yolu axtarırdı
- " Ay allah mən neyliyəcəm? Sən özün mənə kömək ol! Axı nə itin azıb Bakıda? Niyə düşdün kişilərin yanına getdin? Al indi qaldınmı ortalıqda? Ay allah mən neylyəcəm hər şey cəhənnəm, Feyruzum qalacaq ortalıqda.
Bir anda gözünün qabağına gəldi, heç o gedib kəndə çatmayıb, itkin düşüb, yoxdur. Feyruz ortalıqdadır, yazıq uşağı heç kim onu qəbul etmir. Aparıb uşaq evinə qoyurlar, orda onu incidirlər, təkləyirlər...
Bütün bunları düçündükcə özü özünü təsəlli edirdi. "yox ee, Elməddin onu tək qoymaz özü baxar qardaşına...
- Zülfiyyə! Qulağının dibində səslənən səsdən özü də səksəndi.
- Nolub keçmədi həyəcanın? Yaxşısan?
- Hə... Əslində yox... Qorxuram!
- Qorxma. Mən yanındayam!
- Sən həmişə yanımda olmuyasan ki qardaş. Mən çox avamam çox. Bədbəxtəm mən. Mən özümü idarə edə bilmirəm ki. Yanımda kimsə olmasa mən yaşaya bilmərəm, gücsüzəm. Qorxağam.
- "Qardaşın" yanındadır qorxma - Tacəddin kinayə ilə gülüb əlini sinəsinə döydü- Hələ bu "qaqaşın" sənə çox şey öyrədəcək narahat olma.
Zülfiyyə Tacədinin kinayəsini anlasa da ürəkləndi :
- Sağol
- Bir də qardaş demə, qardaşların evlərində arvad uşağının yanında. Mən sənə ancaq dost yoldaş ola bilərəm.
Zülfiyyə utanıb başını aşağı saldı. Ömründə ən nifrət elədiyi bir şey idi, qadınla kişinin dostluğu. Bu məntiqi bu sözü beynində bənd edə bilmirdi.
- Bir bu qalmışdı. Mənə dost zad lazım deyil
- Onda... Biraz irəli getsək! - Zülfiyyənin əlindən tutdu başını onun qulağına tutub pıçıldadı - Bəlkə sevgili olaq?
Elə bil tok vurdu Zülfiyyəni. Tez əlini çəkib yanına yığdı. Özünü sol yanındakı qadına tərəf çəkdi.
"Bax Zülfiyyə üz vermə.Bax sənə nə dedim bayaq? Bu da burdan bura səndən istifadə etmək istəyir. Nə oğraş adam imiş bu. Utanmır dostunun qohumuna göz dikir, oğraş...
- Noldu? Bir şey demədin?
- Əl çək məndən!
- Niyə ? Sevib sevilmək günahdır?
- Səsini kəs!
- Sən həmişə beləsən Zülfiyyə?
-...
"Bax Zülfiyyə " bişirir səni, nə gözləyirsən? Ver cavabını otursun yerində " deyə içindəki üzünə dirəşdikcə Zülfiyə özü öz cəsarətsizliyınə əsəbləşirdi.
- Heç fikirləşirsənmi sənin də buna ehtiyyacın var?
- Dəlisən sən? Nəyə ? Əl çək dedim məndən! Bax pis olacaq!
- Yavaş...
- Mənim iki uşağım var ee...
- Olsun da, mənim də var...
- Biyy... Dəlidi bu...
- Uşaq olanda bəyəm sevgi hisslərimiz ölür? Biz belə şeylər istəyə bilmərik?
- Camaat adama nə deyər?
- Nə deyəcək. Deyəsəklər Zülfiyylə Tacəddin sevgilidir.
- Başı qaçıb vallah bunun!
- Bizim buna ehtiyyacımız var axı, Zülfiyyə ! Niyə əsəbləşirsən?
- Utanmırsan?
- Nədən?
- Xəyaldan?
- Utanacaq nə iş görürəm ki?
- Hələ deyir nə iş görürəm! - Zülfiyyə əsəbi halda üzünü yana çevirdi. Yanındakıqadın gözünü yumsa da gülümsəyirdi, bəlli ki, bütün diqqəti onlardaydı.
- Sevmək istəyirəm də!
- Düşük!
Qadın güldü. Gülüşünü büruzə verməmək üçün əlini ağzına tutub əsnədi. Özünü eşitməməzliyə vursa da dayana bilmirdi. Tacəddin də qadının onlara diqqt kəsdiyinin fərqindəydi.
- Camaat eşidir!
- Bunu mənə niyə deyirsən?
- Çünki sən məni təhqir edirsən!
- Aaa? Hələ bir utanmır ee, dediklərin mənim boynuma qoyur. İki uşağın anasına...
- Uşaqlarınla özünü müdafiəyə keçmə. Özünü uşaqlarla təsəlli etmə. Heç bir uşaq heç bir ananı, hətta heç bir atanın yalqızlığına həmdəm olmur. Uşaq sənə möhtac olduğu zamana qədər səninlədir. Sən ona möhtac olduğun zaman o sənin yanında olmayacaq? Əslində mən bunları səninlə burda danışmamlıyam, yeri deyil.
Bəs niyə danışırsan, səni mən məcbur edirəm? Danışma!
- çünki başqa heç cür fürsətim olmayacaq, desəm ki gəl görüşək, gəlmiyəsən, desəmki mən gəlim sənin yanına azarlayacaqsan. Çünki sən hələ o kənddə yşayırsan. Oranın gözüylə baxırsan həyatına.
- Neyləməliyəm? Özümü çölə qoymalıyam?
- Bir insan bir insanla başa düşüləcək dillə danışırsa, bir insanın birinə ehtiyyacı varsa bu özünü şplə qoymaq demək deyil. Bu ehtiyyacdır və mənəvi rahatlıqdır.
-...
- Yaxşı. Bu söhbət burda da bitdi. Bir daha nə məni görəcəksən, nə də səninlə danışacam. Unutma mən bura sənin üçün gəldim. Səni tək qoymaq istəmədim. Bu da aramızda qalsın. Bu mənə bir dərs oldu. Bəlkə də təkliyim məni bu qədər ürəyi yumuşaq edib. Amma səhv etdim.
- Axı niyə mən? Qız qəhətdir sənə?
- Sən o qızlardan əskiksən?
- Mən.. Mənn..O qızlardan deyiləm...
- Nəysə... Samalyotdan düşən kimi,sən yoluna. Yaxşımı? Nə sən məni tanıyırsan, nə də mən səni. Sabah bilet alıb Qayıdacam Bakıya!
Təyarə enənə qədər danışmadılar. Ama Zülfiyyə onun arxasınca düşüb gedirdi. Çamaata qarışıb qapıdan aeropotr binasına girəndə onu gözdən itirdi. Camaatın arxasınca gedə gedə gözləri onu axtarırdı. Tacəddin sanki yer ayrılmış, yerə girmişdi. Yox idi.
- Ay allah mən neyləyəcəm ay allah. İndi mən neyniyim. Çamadanımı hardan tapım.
Sağa sola baxdı. Yanında oturan qadını gördü. Yalnız indi fikir verirdi bu qadına. Qapalı biri idi. Düzdür üzü gözü boyalı ols da bu qadına etibar etmək olardı. Allah adamıdır, bəlkə kömək edərdi ona. Tez qaçıb, onun qoluna girdi.
- Xala, itirmə məni, sən allah. Məni yanından ayırma. Tanımıram buraları. Nabələbəm.
Qadın güküb Zülfiyəyə göz vurdu. Nədi yarı yolda qoydu səni?
Zülfiyyə özünü eşitməzliyə vurub araya spz qatdı.
- Çamadanını almısan? Gedək bir yerdə alaq.
Qadın gülərək Zülfiyyə baxdı.
- Hə gəl! Ordan alacağıq çamadanları.
Qol qola sıraya kecdilər. Zülfiyyə möhkəm möhkəm qadının qolundan tutmuşdu. Elə bilirdi əlini ondan çəksə onu da itirəcək, dəryaya düşmüş saman çöpü kimi buralarda itib gedəcəkdi.
- Haralısan.
- Elə buralı?
- Buralısan amma buraları tanımırsan?
- Yox xala, birinci dəfədir buralara gəlirəm.
- Xeyir ola Bakıda?
- Əmimoğlu aparmışdı. Həkimə gemişdim.
- Niy nəyin var?
- Nə bilim, biraz başım... Xəstəyəm. Qarabasmalar zad olur.
- Hə... O kişi əminoğluydu?
- Yox, dostu.
- Desənə dostum zay çıxıb...
-...
- Bu kişi tayfasının ağzına zəhər tökülsün bala. Hamısı eyni zibildir. Dəymə keyfimə, dəyərəm qəlbinə...
-...
- Noldu üz vermədin deyə getdi, o oğraş? Qırılmışların hamısı belədir ee, hər yerdə özlərinə dolamağa adam axtarırlar. Tutarsa vaxt keçirərəm, tutmaz əylənərəm. Sən də çox safsan a qızım. Bu gedişlə udarlar səni, ehtiyyatlı ol.
- dÜz deyirsən, xala . Pzümə də hirslənirəm elə belə saf olmağıma gprə. Axı mən niyə hamı kimi ola bilmirəm. Amma o oğlan əmimoğlunun dostudur. Elə adam deyil həkimdir.
- Elə adama neyniyir, özününkü edir də. Tanışlığından istifadə edir. Bilir ki, biabir olmamaq üçün heç kimə heç nə demiyəsən. ƏLi də ətə çatmayanda başlayırlar, miyoldamağa.
- Hə düz deyirsən.
- Deyəsən ərin yoxdur?
- Yox, rəhmətə gedib.
- Biyy... Cavan yaşda? Yazıq... Niyə?
- Qəza...
- Hmm. Yazıq cavan idi ?
- Heylə də yaşlı deyildi amma aramızda 17 18 yaş vardı.
- Can ay bala niyə elə yaşlıya getmisən ki? Yəqin dul olub?
- Hə arvadı ölmüşdü. 4 uşağı var.
- Vay vay... Barım dir şet qalıb bundan sənə?
- Yox əşi, harda...
Bəs pulu yov, malı yox, nəyinə getmisən bunun?
- Yetim qız idim. Qardaşların da yola vermirdi, yaş da keçmişdi...
- Vahhh, vahh... Deyirəm də niyə sulanıb bu gədə sənə, yiyəsiz görüb səni . Ay oğraç...
Zulfiyyə də təssüf etdi. Düçündüklərini bu qadın ona deyirdi. Qadının ona belə deməsi Zülfiyənin ürəyini kövrəltmişdi. Onu özqnə simsar edirdi.
- Belə demək pis çıxmasın ee... Biraz da gəşəysən... Utanma... hə vallah qaşın gözün düzümlüdür. Gözlə belə sümsüklərə yem olmayasan. Dünya doludur oğraçlarla
Qadın Zülfiyyənin qolunu qolundan çıxartdıb biraz aralıdan ona müştəri gözüylə baxdı.
- Ətin əndamın, fiquran da qəşəydi. Hansı kişi qaçar səndən?
Zülfiyə gülümsəyib başın aşağı saldı.
Kaş gözəllıyim bəxtimdə olaydı...
- Fikir eləmə bəxtin də öz əlindədir. Biraz da özünə fikir versən, inan əzizlərimizin canına istədiyin kişinin gözündən vurarsan. Bəxtin də üzünə gülər
- Ay xala, sən də lapp...
- Nədi, ərin yox bir şeyin yox
- Boyy... Uşaqlarım var ee...
- Uşaqlar səni rahatladır? - ZÜlfiyyənin qulağına əyildi - Sən də qadınsan axı, ürəyin istəmir?
- Boyy?...
- Elə ona görə qarabasır səni. Həkim demədi bunu sənə? Bu kişilər var haa, nə qədər desək ki bir işə yarımır. Vallah bu kişi bir qadına başdan ayağa dırmandır. Müalicə zad lazım deyil. Elə dəşəy dincəldir adamı!
- Ay xala...
- Nədi? Ərə getmək istəmirsən yaxşı eliyirsən. Özün bilərsən. Bəlkə uşaqlara görə yaxşı eliyirsən. Amma saz biriynən kəbin kəsdirsən molladan, həm yükün azalar, həm də özünə xeyri var.
- Boyy, ay xala nə danışırsan? Elə şey olar? Eşidib bilən nə deyər adama?
- Güdürlər səni? Neçə ildir ərin ölüb?
- 2 ili oldu martda.
- Hələ də ona yas saxlayırsan?
Zülfiyyə çaşıb qalmışdı. Bu arvada kim bu ixtiyarı vermişdi ki, tanımadığı bir adamla belə danışsın?
- Mənn... Mən...- Əsəbdən dili topuq çaldı.
- Bu iki ildə hələ qaşını üzünü almamısan? Bunu da camaat sənə qadağa qoyur? Az camaat degir...
- Yaxşı xala, sağol, mən gedim görüm çemodan harda qaldı .
- Mənim bir qonşum var. Əri öldü heç 40 da gözləmədi. Mənə dedi ay hacıxanım Mənə birin tap. Tapdım bir yaxşı, yaşlı kişi. Türk idi. İndi bu deeyy, kef eliyir, bir ucu Turkiyə bir ucu Bakı. Bakıda bir evi, Türkiyədə bir evi. Uşaqları da kişini sümürüb yeyir. Kef edir... İndi onlara gedirəm
- Uşaqları yəqin balacaydı. Başa düşməyib.
- Yox məktəbə gedirdilər hamısı.
- Bəs Nə yaxşı qədul elədilər.
- Niyə eləmədi. Anası bir tikə çprəyə gündə biriynən oturub dursaydı yaxşı olardı? Gül kimi ərə gedib də...
- Uşaqlarını da apardı?
- Gədəni qoyub anasının yanında, qızı aparıb özüynən
- Hara? Naxçıvanda olurlar?
- Yox ee. Türkiyədə. Demirəm onlara gedirəm...
- Bıy həə...
- Onun da bir arvadı ölmüş qayını var. Mənə deyir, Ay Hacı, onu da evləndirək. Deyirəm az mən hardan tapım ona arvad. Kişinin evi eşiyi, malı mülkü, Cifliyi zadı var. Neçə dənə maşını, traxtırı... Kənd yeridir, bağı bostanı... Pula pul demir. Necə dənə qıza demişəm. Kənd yeri olduğuna bizimkilər bəyənib getmir. Hamısı deyir şəhər yeri olsa gedərdik. Fikirləşmirlər e, dağdakı ayı bal yeyər, şəhərin iti sümük.
- Niyə orda, qız tapılmır ?
- Az onlar ölürlər bizim qızlar üçün. Bizim qızların elədiyini onların qızları eliyir?
Başları söhbətə qarışmışdı. Bəlkə də çemodanı gəlib keçmişdi. Arvad öz çemodanın götürmüşdü, amma Zülfiyyəni gözlyirdi . Danışaraq başını qatırdı.
- İndi hara gedəsən?
- Kəndə.
- Az, ağlıma bir fikir gəldi, deyirəm bəlkə səni düz qoş edək o kişiyə. Özün də kənd qızısan. Hər şeyin yolun yolağasını bilirsən. Özü də oranın kəndləri bizim kəndlər kimi deyil ee, evləri hökümət evindən seçılmır. Kuxnasında isti, soyuq syu, hamamı tuvaleti. Əldə palrat yuyan kimdi, əlinə süpürgə alan da yoxdur oranın kəndlərində. Hamısı elektirik maşınlar. Hər şəraiti qurub kişi deyir mən xatunumun əlini soğuk suya saldırmam. Az oranın kimiləri bizim kişilər kimi deyil ee. Arvad deyəndə əstəğfullah elə bil peyğənbərlərini görürlər. Düz deyirəm vallah. Gəl düz qoş eliyək. Kənddən canın qurtarar, sən də bir gün görərsən cavan gəlinsən.
- Nə danışırsan ay xala.
- Nədi? Sürünmək istəyirsən? Get evinin xanımı ol da.
- Lazım deyil- Zülfiyyə ondan aralanıb çemodanlara baxdı.
- Nə deyirəm sən bilərsən! Yaxşı mən gedim onda, ləngiməyim. Mənim çamadanım gəldi.
- Ay xala, qurban olum məni də gözlə!
- Vaxtım yoxdur.
- Sən allah nolar gözlə, odur deyəsən o çemodan mənimdir, gəlir.
Lakin o çemodan Zülfiyyənin deyildi. Qadın isə Zülfiyyəni həyəcanladaraq, onu özündən asılı vəziyyətə salırdi.
- Mən gedirəm, sonra taksi tapmayacam
- Xala qurban olum gözlə...
- Yaxşı, bəs səni burda kim qarşılayacaq?
- Qonşumuz gəlməlidir.
- Cavandır?
- Yox ee qoca kişidir.
- İndi sən durub tək başına bir kişinin maşınına mınıb, burdan kəndə gedəsən?
- Hə nolar ki, qonşumuzdur da bə...
- Az, ay avam elə nə olur qonşudan olur daa. Həm də dul gəlin. Tək başına. Bəlkə maşının ağzını döndərdi dağa dərəyə. Neyniyəcəksən?
- Ay xala ürəyimi qopartma!
- Can ay bala, sən bu saflıqnan necə yaşayırsan? Az, səni diri udarlar ee. Sən yaxşısı budur, birini tap, yoxsa...
- Həə dey, gəldi çamadanım gəldi...
Zülfiyyə, sevincək atlılıb düşdü.
- Deyirəm bax sənə , sən o qonşunun maşınıyla getmə!
Zülfiyyə həyəcandan və qorxudan bir təhər olmuşdu. Bu qadınonu hər çeyə şübhəylə baxmağa vadar edirdi.
- Az, vallah indiki devirdə adam öz qardaşına etibar etmir. Adam da qonşuya etibar edər? Həm axı o kişinin nəyinə lazım ee durub gecənin bu vaxtı ordan bura basa basa səni gəlib götürsün.
- Taksidir də, əmimoğlu tapşırıb.
- Bəlkə elə əmoğlunla əlbirdir?
- Nə?
- Azdır bəyəm pul qarşılığında əmisi qızını satanlar? Bəlkə elə bu gədəni də əmoğlun salıb dalınca, ki, get başını bişir?
- Nə danışırsan ay xala. Mənim əmim oğlu elə şey elməz. O elə belə adam deyil e... Pula pul demir.
- Həə? Harda işlyir elə?
- Bilmirəm. Hansısa bir şirkətdə. Restoranları zadı var.
- Deyirəm axı. Elə pullar, elə restoranlarda qazanılır. Ay avam, restoranda təkcə yemək yeyilmir ee, qız da tuturlar, puluynan verirlr birinə. Kafe işlətmək elə belə söz kəsmək ümündür gprən düsin kafe işlədir. Əslində bütün kafe sahibləri bu işlə məşğuldur. Sora deyirlər mənim xəbrim yoxdu.
Zülfiyyə heyrət içində donub qalmışdı.
- Elə bir dənədi Çemodan?
- Hə...
- ONda gəl, mən səhər səni evinizə ötürəcəm.
- Səhər niyə?
- BU gecə mənim qonağım ol, sabah aparacam səni. Səni tək göndərməyə ürəyim gəlmir. indi bu saatda da gecə vaxtı, tanımadığım taksidə kəndə gedə bilmərəm. Burda yaxında otel var, həmişə gələndə orda gecələyirəm. Səhər tezdən 1 ci reyslə çıxıram yola. Mən səni kəndinizin avtobusuna qoyaram, ordanda gedərəm avtovağzala. Bəlkə elə mən özüm apararam səni.
- Mən harda qalacam bəs?
- Oteldə. Mənim yanımda. XArici pasportun var?
- Hə o gün çıxartdırmışam.
Qadın Zülfiyyənin qoluna girdi.
- Onda ver pasportunu, sənə də oteldə yer ala bilim. Zülfiyyə saf saf pasportunu ona uzatdı.
- Axı mənim o qədər pulum yoxdur?
- Gəl mən verəcəm. Gəl bu biri qapıdan çıxaq!
Qadın Zülfiyyənin qoluna girib aerortun ümumi çıxışından deyil, digər tərəfinə apardı.
- Deyirəm bəlkə səni də aparım özümlə o kişiyə göstərim . Görüşün danışın, bəlkə xoşun gəldi. Sora qayıdıb gələrsən.
- Nə danışırsan ay xala ?
- Niyə də olmasın ee... Nə var iki saatlıq şeydi. Soruşan olsa deyərsən biraz Naxçıvanda fırlanırdım. Həm də kimin nəyinə lazım ee hara getdin, hardan gəldin. Belə də sən deməsən, nə biləcəklər ee hara getmisən. Gedək, sonra da Özüm gətirib qoyacam evinə .
Zülfiyyə həyəcanlandı.
- Türkiyə yaxındır bura?
- Hə gedib qayıtmaq 1 saat. 1 saat da oturub danışmaq söhbət zad. Yemək zad yeyərik bir yedə.. Qorxma ee mən heç sizi tək qoyaram? Özüm yanında olacam. Qoymaram ora bura aparsın. Həm də hara aparacaq ee, qoca kişidir. Ona arvad lazımdır, kef yox. Gedək vallah. Oeşiman olmayasn. Allah haqqı özüm gətirib qoyacam evə. Narahat olma.
Zülfiyyənin susmağı qadını arxayın salırdı.
- Bax, qızım, istəyirsən, zəng eliyim o kişiyə, deyim özü gəlib aparsın bizi. Maşını var altında. Heç səhəri gözləməyək. Gedərik Nazıgilə. Orda danışarsız, lap yaxındır. Heç başqa yerə getmək də lazım deyil. Bir yerdə gedərik evinə eşiyinə də baxarsan. Səhər də gətirib goyarıq səni evinə. Nə biləcəkləree hara gedib gəlmisən soruşan olanda da de ki, qonşumu gözlədim gəlmədi. Mən də oturub səhərə qədər qaldım aeroportda. Heç mənimlə gəldiyini də heç kimə demə. Nə biləcəklər ee... Gəl biz bu biri qapıdan çıxaq. O biri qapıdan çıxsan bizi görə bilərlər. O qonşun səni gözləyirdi axı orda. Desən ki minmirəm, deyəcək görən noldu indi? Minsən də nə bilirsən...
Elə bil kipnoz olmuşdu. Uşaq kimi qadının şırin dilinə inanıb pasportunu da ona verib, özü də yanına düçüb gedirdi. Hara gedirdi, niyə gedirdi...
X Ə Y A L
16 BÖLÜM
Taksiyə minəcəkdilər ki, Tacəddin vəbir polis onlara yaxınlaşdı.
- Xanım bir dəqiqə...
Qadının bir anlıq rəngi saraldı. Tez də özünü toparladı.
- Özünüzü təqdim edin.
- Niyə ki noldu? Bir qəbahətimiz var - tərs tərs Tacəddinə baxdı Eyni zamanda da elini cibinə saldı və Zülfiyyəyə yaxınlaşdı.
- Haqqınızda şikayyət var.
- Nə mənim? Nə şıkayyət?
- Xanımı istismar etmisiz? - Fürsət tapıb cibindəkı pasportu Zülfiyyənin əlində tutduğu torbaya atdı. Lakin pasport yerə düşdü. Amma Hacıxanım özünü o yerə qoymadı. Cəld şəkildə çantasından kimliyinı çıxarıbpolisə uzatdı. Daha həyəcanlı şəkildə :
- Nə istismarı? Bu hardan çıxdı? Taceddin və polıs yerdəki pasporta baxdı. Hər kəsin diqqətinin yerə cəmləndiyini görən Hacıxanım və Zülfiyyə də yerə baxdı. Hacıxanım Zülfiyyənin qolunu silkələdi
- Pasport sənindir?hə deyəsən səninkidir, bayaq, torbana qoymuşdun axı. İndi, salmısan yerə?
- Xeyir, pasportu bax elə indicə siz saldız yerə
- Mən?
- Bəli siz! Gözlərimlə gördüm.
- Yoldaş polis, xahiş edirəm yad adamlar müdaxılə etməsin!
- Sakit olun xanım. Bu adam sizdən şikayyətçıdır.
- Kimdir axı? Mən belə bir adam tanımıram. Nə şikayyət edəcək ee məni? Ay balam tanıyırsan məni? Sən kimsən? Kəlmə kəsmişik? Yox,! Bir yerdə olmuşuq? Yox, bəs qonuşuyuq? O da yox! Kimsən axı sən məni şikayyət edirsən! Nə deyib şikayyət edirsən?
- AY xanım bir dəqiqə. Sakit olun. İndi aydınlaşdırarıq. Bir dəqiqə.
Zülfiyyə əyilib pasportu götürdü. Çaşqınlıqla Hacıxanıma baxdı. Nəsə demək istəyirdi ki Hacıxanım Zülfiyyənin qolunu sıxdı.qadının dayanmadan danışması Tacəddini çaşdırmışdı. Özünü ifadə etməkdə, sözünü deməkdə çətinlik çəkirdi.
- Yoldaş polis, özüm öz gözümlə gördum. Bu xanım bu qızın saflığından istifadə edib onun pasportunu alıb, özü də qızı normal çıxışdan yox, başqa çıxışdan bayra çıxardıb.
- Boyyy... Allah sən saxla. Nə danışır əə bu? Çıxışın nə fərqi var, hardan giririk, hardan çıxırıq, sənə nə? Nə düşmüsən ee dalımızca. Əsil mən bu adamdan şikayyət edirəm. Kimdir bu bizi təqib edir? Nə niyyətlə, məqsədi nədir?
- Xanım deyilənlər düzdür?
- Nə deyir ki bu? Başa düşmədim.
- Xanımın pasportunu almısınız?
- Dəli olacam ay allah! Ala ha, pasport məndədir? - Hacıxanım zülfiyyənin pasportunu tutduğu əlini havaya qaldırdı.
- Yalan deyir! - Tacəddin üsyancasına dilləndi.
- Bu qızla samalyotda bir yerdə gəldik. Bakıdan.! Bu oğlan da biznən bərabər gəlirdi. Heç tanımıram kimdi. Birinci dəfədir gprürəm Samalyotda qızı qorxuzmuşdu. Sıxışdırmışdı. Tanış olaq deyurdi.
- Yalana bax! Biz tanışıq ee... Bakıdan da bir yerdə almışıq bileti, bir yerdə minmişik.
- Sakit olun!
- Mən gördüyümü, eşitdiyimi deyim yoxsa... Yoldaş polis, Eşidirdim. Qıza təzyiq edirdi. Qızcda qorxurdu. Belə deyim də, pişirmək istəyirdi qızı.
- Vaay... Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.
- Yalan deyirəm? Koram ya karam? Ay qardaş, bu gədə güdəyə inanasız yoxsa mənim kimi möminəyə? Yazıq qız qorxudan ölürdü qorxudan. Budur qız burda, siz burda. Soruşun da özündən. Düz demirəm ay bala? Sən özün demədin xala məni tək qoyma, mənə kömək elə? Özün demədin gecə vaxtı evnecən gedim? Demədin buraları tanımıram nabələdəm?
- VAahh... vahhh...Qadının şıvənlıyinə Tacəddinin əli üzündə qalmışdı.
- Deyəsən məni tanımırsan bala, məni tanısan buynuzun qırılar. Yeri get işinnən ol, yazıqsan
- Mən Zülfiyyənin tanışıyam, onunla Bakıdan mən bir yerdə gəlmişəm ee. Əmisi oğlu onu mənə tapşırıb.
- Hə, denən day quzunu qurda tapşırıb daa... Səfeh... Dostunun bacısına, qardaşına əyri baxan köpəyoğlu...-deyib Hacıxanım Tacəffinə əl qaldırdı
Bir anda ortalıq qarışdı. Səsə güvənlik tökülüb gəldi. Hamısını aereportun güvənlık binasına apardılar. Zülfiyyə ağlayır, özünə əl atmışdı. Eyni zamanda da Tacəddinin üstünə qışqırır, onu günahkar sayırdı.
Bir iki saatlıq izzahat və yüngül cəzadan sonra tutulanlar sərbəst buraxıldı. Kim isə zəng vurub rəislə danışdı. Hacıxanım özündən razı halda şöbədən çıxıb Taksiyə minib getdi.
Tacəddin Zülfiyyəylə gəldiyini sübut etmək üçün, XƏyala zəng edib məsələni ona başa salmışdı. Bu vəziyyətə əsəbləşən Xəyal telefonda Zülfiyyəylə danışıb, onu danlayırdı. Zülfiyyənin ağladığını görən Tacəddin telefonu ondan alıb bağladı.
Tacəddinin Züçfiyyənin tanışı olduğunu görən polis onları da sərbəst buraxdı.
Saat gecəyə doğru irəlləyirdi.əl ayaq yığışmış, aeroportun həyəti də sakitçılık idi. Binanın çıxışında Zülfiyyə dayandı. Hara gedəcəyini bilmirdi. Ağlaya ağlaya gözü qonuşusunu axtarırdı. Lakın nə tanış maşın, nə də tanış üz var idi. Çox qorxmuşdu.
- Gəl! - Taceddin ona baxdı
Zulfiyyəni elə bil yerə yapışdırmışdılar. Yağışdan çıxıb yağmura düşəcəyindən qorxurdu.
Tacəddin Zülfiyyənin gəlmədiyini görüb ona döndü.
- Gəl qorxma, məndən sənə ziyan gəlməz, gəl!
Tacəddin yaxınlıqdakı taksilərin birinə yaxınlaşdı.nəsə danışdı, sonra arxa qapını açıb, biraz aralıda dayanmış Zülfiyyəyə baxdı.
- Gəl, min !
Zülfiyyə ürkək ürkək maşına mindi.
- Narahat olma, qardaş səni düz evinizə qədər aparacaq, haqqı da çatacaq, di sağ salamat, sür qardaş, yaxşı yol! - dEyib qapını örtdü. Əlini cibinə salıb Şoferin pulunu verdi. Maşın işə düşdü. Maşın yerindən tərpənmişdi ki, Zülfiyyə təşviş içində pəncərəni az qala qıracaqdı. Maşın dayandı. Zülfiyyə qapını açıb, uşaqcasına Tacəddinin yanına qaçdı.
- Gözünü sevım, məni tək göndərmə, nolar, yalvarıram - deyibTacəddini qucaqladı-Qorxuram, nollar, mənimlə gəl, sonra qayıdarsan.
Tacəddin onu sakitləşdirdi.
- Yaxşı, sakit ol!
Kəndin girişində Zülfiyyə maşını saxlatdı. Tacəddin təcüüblə ona döndü.
- Noldu?
Zülfiyyə arxadan Tacəddinin qulağına əyilib pıçıldadı:
- kƏndə taksıynən girməyək.
- Niyə?
- Görən olar, deyəcəklər, gecənin bu vaxtı görən bu hardan gəlir.
- Dəlisən? Kimi nə maraqlandırır?
- Sən buranın camaatını tanımırsan ee... Hələ, görsələr maşında yad adam var...
- Yad adam deyəndə?
- Sən də... Bu şeferdir, ona heç nə deməzlər
- Hmm, indi neyləyək? Mən düşüm burda gözləyim? Şofer səni aparıb qoyub gəlsin?
- Yox yox... Mən burdan düşüb gedərəm.
- Bu saatda, qaranlıqda? Dəlisən Qurda quşa yem olarsan! Mən düşürəm!
- Qorxma, buraları ovcumun içi kimi tanıyıram. Canavar az az görünər buralarda, amma çaqqal tülkü... NƏysə, di gecəniz xeyrə qalsın! Siz gedin!
- Burdan çox var evə? Bəlkə aparıb evə yaxın düşürdək?
- Yox ee... Dəlisən?
- Axı belə olmaz, madəm mənim gəlməyimi istəmirsən, mən düçüm də, sən get
- Başa düşmürsənee... Bura şəhərdeyil ee kənd yeridir
Zülfiyyə maşından endi yanına qoyduğu böyük çemodanı götürdü. Yerə qoyub Tacəddinə baxdı :
- Sağol, sənə də əziyyət verdim, bura qədər
- Yox nə əziyyəti? Eviniz hardadır?
- Bax o görünən dıkın arxa tərəfində
- Heç olmasa ora qədər aparardıq. Bəs səni tək başına oralarda görən deməyəcək nəylə gəlmisən? Kəndə bu saatda taksiylə gələrlər də, dəhsətsizee...
- Düzdür, amma Xəyal məni qonşuya tapşırmışdı. İndi onnan gəlməmişəm axı! Səhər yüz faiz arvadı gələcək ki, hardaydın? İndi bu taksini buralarda görən olsa deyəcəklər, Aha...
- Bəs yaxşı, demiyəcəklər bu saatda nəylə gəlmisən?
Zülfiyyə nə edəcəyini, nə deyəcəyini bilmirdi.
- Nə bilim ee... Bir şey uydurram da. Ya da günortaya qədər evdən çıxmaram çölə, deyərəm avtobusnan gəlmişəm...
- Dəhşətsən ee...
- Yaxşı mən gedim sağol...
- Bəs demiyəcəklər, gecəni harda qalmısan?
- Deyərəm aeroportdaydım. Səhəri orda açdım.
- Guya belə deyəndə inanacaqlar? Vallah yalan adamı ələ verir. Axı nə məcburdur axı yalan danışmağa? Gəl min maşına aparım qoyum evə, soruşan olsa deyərsən təsadüfən Xəyalın dostu da kəndə gəlirdi. Mən də gedərəm Xəyalgilə, Əli dayıyla görüşərəm, gecə də qalaram onlarda...
- Yox... İndi də deyəcəklər elə şey varıydı elə qonşuyla gələrdiz də ikiniz də. Bəs niyə başqa maşınla gəlmisiz? Gözünü yeyim , məni dilə ağıza salma. Sən get, hara gedirsən get. Get əmim gilə, lap yaxşı.
Zülfiyyə çamadanı götürüb yoldan çıxdı. Torpaq yolla üzü yuxarı yola düzəldi.
- Bəlkə qayıdaq şəhərə? Səhər mən səni yola salaram!
Zülfiyyədən cavab gəlmədi. Üzü yuxarı gedirdi. Çamadanın ağırlığı qızın şux qamətini yana əymişdi. Torpaq yoldan çıxıb, otluqların arasına keçəndə ayağı burxuldu və yıxıldı. Zülfiyyə üzü aşağı yuvarlandı.
- Yavaşş !!! - Tacəddin həyəcanla qışqırdı. ZÜlfiyyə tez özünü toparlayıb ayağa qalxdı. Axsaya axsta biraz aralıda çemodanının yanına gəldi. Lakın ayağının ağrısından ağır çemodanı götürməyinə mane oldu.
SOfer deyinməyə başlamışdı.
- A qardaş, mən getməliyəm axı.. Ailəli uşaqlı adamam, nə edim gedim, yoxsa?
Tacəddin şoferi sakitləşdirdi.
- Bir dəqiqə gözləyin Xahiş edirəm!
Yolu çıxıb ZÜlfiyyənin yanəna gəldi. Çemodanı onun əlindən aldı.
- Tərslik eləmə, gəl min maşına. Evə getməyə qorxursansa gedək şəhərə, səhər yola slaram səni.
Zülfiyyə çemodanı onun əlindən alıb çığıra çıxdı.
- Vallah qurda quşa yem olacaqsan, inad eləmə belə.
- Sən məndən mətəəl qalma, min taksiyə get, şofer gözləyir!
- Getmiyəcəm, səni bu qaranlıqda burda belə qoyub gedə bilmərəm. Bir fikirləş də, insanlardan qorxub qaçırsan, amma bu çölün düzündə qurddan quşdan qorxmursan?
ZülFiyyə heç nə demədən axsaya axsaya gedirdi.
- Nə tərs adamsan sən! Zülfiyyə!!! Eşitmirsən? Gəl tök daşı ətəyindən, eşit məni! Mən boyda kışı qorxuram qaranlıqda...
- Qayıt gerı...
- Ə qardaş, mən neynim gedim? - Şofer səsləndi.
- Get qardaş get!
- Bəs sən? Sən nəylə gedəsən?
- Gəl allah eşqinə mənim başıma oyun açma, maşın gedir. Gəl otur aparım qoyum evinə, rədd olum gedim.
Yolun kənarındakı maşın işə düşdü.
- Bax maşın gedir aa...
- Qoyma getsin. Çıx get sən də. Burda qalma!
-Gəl o zaman!
- Mən gəlmirəm, piyada gedəcəm.
- Nə zibilə düşmüşük gecə gecə!
- Düşmə!
- Cəhənnəmə, nə halın varsa gör! Fit çalıb hərəkətə keçən maşını saxlatdı.
- Gəlirsən gəl, gəlmirsən özün bilərsən deyib, idman çantasını çıynində rahatladı. Zülfiyyə yoluna davam etdi.
Yuxarıdan düşən ayın ışığı torpaq çığırı işıqlandırsa da, yol kənarındakı adam boyu otların kölgəsi çığırı nursuz qoyurdu. Torpaq yolda diz boyu kölgələrinin arasınca bir tək Zülfiyyənin başındakı qaşlı broş parlayırdı.
- Bax biz gedirik aa!!! - Tacəddin maşının yanından Zülfiyyəyə baxıb səsləndi. Çavab almayınca maşına oturdu
- Sür qardaş!
Maşın hərəkətləndi. Zülfiyyə ayaq saxlayıb intizarla yola baxdı. Maşın getdikcə uzaqlaşırdı. Ürəyini qorxu aldı. Vahimə içərisində ətrafi dinşədi. Elə indicə uzaqlardan çaqqal ulaşmasının vahiməli səsini eşitdi. Ürəyi əsməyə başladı. Maşının arxasınca boylandı. Bəli, uzaqlaşmışdı. Yolda bir tək gözlə görünən maşının qırmızı işığı yanırdı
- Getmə, Tacəddin, qorxuram! - Dodaqları əsdi, çənəsi büzüldü. Yaxınlıqdakı şakkıltıdan səksəndı. Tez çemodanı qapıb arxasına baxmadan yoluna davam etdi. Ayağının ağrısından və çemodanın ağırlığınndan yeriyə bilmirdi.
- Bəlkə cemodanı buralarda gizlədim?, səhər gəlib apararam!
- Bəs səhər gəlib aparsan demiyəcəklər bu gəlin çölün düzündə nə gəzir, həm də çemodanla?
- Eee neyləyim ee mən, bəs neyləyim. Ağlayırdı.
Dönüb yola baxdı, maşın gözdən itmişdi. Çöl çox vahiməli görünürdü. Ay da onunla oyun oynayırmış kimi gah buludların arasında gizlənir, gah da gülümsəyərək ona baxırdı. Sərin meh qorxudan və həyəcandan tərləmiş bədənini üşüdürdü. Çemodanı yerə qoyub açdı, toxunma yun jaketini çıxarıb geyindi. Corablarını dizinə qədər çəkdi. Ətrafa boylandı.
Ay gizlənərkən qara onu basırdı. Sanki kölgələr soldan sağa, sağdan sola qaçışırdı. Belə vaxtda qışqırır, səsini özünə həmdəm edirdi.
- Nə qışqırırsan ay dəli, indi bu dəqiqə kənd ayağa duracaq ki, bu gəlin bu çölün düzündə nə gəzir. Səsini sal içınə...
Lap yaxınlıqda hənirti hiis etdi. Ürəyi şiddətlə çırpındı.
- Bismillahir Rəhmanir Rəhim- cinlərdir deyəsən! Gəldilər, hə onlardır!
- Qorxma Zülfiyyə, qorxma. Bol bol dua elə, onları yaxına buraxma. Molla Səkinənin öyrətdiyi duanı oxu, o asandır, tezol!
- Necəydi o? Yadımdan çıxıb
- Bilmirəm, yadına sal! - Özü ozu ilə duetə başlamışdı. Həm də səsli .
Dönüb geri boylandı. Çığırın başında qaraltı göründü. Ürəyi az qala ağzından çıxacaqdı
- Kimsə gəlir, bax!
- Heç kim, gözünə görünür qorxma! Sən oxu. Hə oxu, necəydi? Yadına sal, qurtar!
- Bismillahillezi la yedurru me'asmihi şey'un fi'l-ardı ve la fis-sema'i ve huves-semiul-alim. - belə?
- Hə... Hə oxu qoy qaçsınlar dönüb geri baxdı. Kölgə yaxınlaşırdı. O eşitmişdi cinlər balacaboy, yumaq kimi olur. Amma bu insan kimi idi. Boy buxunlu, qamətli, şux yerişli...
- Deyəsən axı bu gələn adamdır.
- Vaayyy vayyy biabır olduq. Kimdir görəsən? Yəqin kimdirsə kənddəndir.
- Heç kim, çıx yoldan gizlən. Kimdirsə gəlib keçəcək.. Zülfiyyə qarşıdakı arxı keçıb, özünü yaxınlıqdakı kolluqların arasına vurdu, ən asan və dilinə yatan bu duanı dilinin altında pıçıldayaraq arxasına baxmadan gedirdi. Arada bir kimsə onu səsləyirdi. Bu səs Tacəddinin səsi idi amma, Zülfiyyə bu səsin onun olacağına inanmırdı.
- Dayanma Zülfiyyə, Tacəddin deyil, o getdi. Bu cindir onun qılığında gözünə görünür, onun səsiylə səni axtarır.
Ayağını yerə basa bilmirdi. Dəhşət ağrı var idi. Hələ bu azmış kimi, arxı tullananda da o ayağının üstünə düşmüşdü. Bu da onun canını daha da ağrıdırdı. Bu dərə təpəylə gedə bilmirdi. Heç olmaya torpaq çığırda getmək daha rahat idi. Cığıra çıxmalı idi. Ayaq saxlayıb geri boylandı. Çığırda heç kim görsənmirdi. Amma hardasa bayaq keçdiyi arx tərəfindən hənirti gəlirdi. Elə bil kimsə suyla çırpışırdı. Suyun səsi insan hənirtisinə qarışmışdı.
Tez cığıra çıxıb axsaya axsaya qaçdı. Çemodanı qaldırıb çiyniə qoydu. Bu da baş boyun hərəkətlərini məhdudlaşdırmışdı. Kimsə onu səsləyir, və səs getdikcə ona yaxınlaşırdı. Səs ona yaxınlaşdırdıqca bayaq oxuduğu duanı bu dəfə daha həyəcanlı və səsli oxumağa başladı. Elə bil oxuduğu duayla arxadan gələn səsi batırmağa çalışırdı.
- Bismillahillezi la yedurru me'asmihi şey'un fi'l-ardı ve la fis-sema'i ve huves-semiul-alim.
- Bir dayan... - Səs qulağının dibində şıllə kimi partladı. Eyni zamanda da kimsə qolundan tutdu. - Dayan da...
Zülfiyyə geri döndü. Üzgözü palçıqlı, islanmış bir adam gördü. Adam Tacəddinə bənzəyirdi ama, gecənin qaranlığında palçıq onu əcaib qorxunc göstərirdi...
- Mənəm qorxma, səni tək qoya bilmədim, gəldim...
Bir anda Zülfiyyənin dizləri büküldü gözünün qarası itdi. Az qala nəfəsi kəsiləcəkdi. Müqavımətini itirdi. Əvvəl çıynində tutduğu çemodan, sonra özü yerə düşdü
- Zülfiyyə!!! Allah sənin bəlanı verməsin!
Tacəddin tez hərəkətə keçdi...
Zülfiyyə özünə gələndə Ay uzaqdakı dağların arxasına keçmişdi. Biraz bundan əvvəl əsən meş küləyi gətirmişdi. Əli ayağı buza dönmüşdü. Yanında oturmuş kölgə adam tir tir titrədirdi.
- Hə özünə gəldin? Şükür!
- Bissimillah... Sən nə gəzirsən burda? Getməmişdin bəs?
- Yox əcəlim gəlmışdı , birdən əcəl məni şəhərdə tapmaz, dedim zəhmət çəkib şəhərə enməsin, özüm gəldim arxasıyca. Qorxdum birdən mənim yerimə səni apara.
- Bekar qalmısan ee...
- Sağol vallah...
- Sən də sağol məni qorxuzduğun üçün. Dedim indi cindi şeytandı nədir qarabaqara izləyir məni. Bu nə gündü belə? O arxa düşən sən idin demək Mən də deyirəm...
- Hə sən mənim başıma bəla olandan sonra cin olaram da...
- Maşın getdi?
- Yox məni gözləyir!
Zülfiyyə nigaran halda yola boylandı. Heç kim yox idi.
- Getdi, getdi. Di dincəl!
- Bəs indi neyləyəsən?
- Hələ bir soruşurda!
TAcəddin çantasını çıyninə asıb, çemodanı götürdü
- Hara?
- Dua elə xəstələnməyim, xəstələnəndə çox pis xəstələnirəm, günlərlə yerdən qalxa bilmirəm. Yoxsa öldürərəm səni. Suyun içındəyəm...
- Dayan ee, Hara? Çamadanımı ver... Dayan deyirəm. Dayan! Qaça bilmirəm. Eşitmirsən?
- Yox..
- Ay allah, indi mən neyləyim.
- Neyləyəsən? Dayan yadıma salım... Hə yadıma düşdü!
- Nə?
- O bayaq "Gözünü sevim" deyib yalvarırdın ee...
- Nə deyirsən ee? Harda?
- Aeroportda. Yenə də elə de da !
- Sayaqlama, Ver çemodanımı, dəli!
- Aaa, mənəm dəli?
- Yox mənəm!
- Bax nə ağıllı qızsan? Özün boynuna aldın dəliliyini.
- Gicləmə, ver!
- Gəl özün al!
- Nə gicliyirsən ee sən!Qoy yerə çamadanı!
- Qoymuram!
- Qoy yerə deyirəm sənə ! Məni qışqırtma! Camaat eşidir. Qoy yerə deyirəm. Bax pis olacaq!
- Hanı o camaat? Mən heç kimi görmürəm!
-Danışdırma ee məni, bu saat qışqıracam.
- Qışqır! Yatanları da oyat! Kimə neyliyəsən?
- Nedi ay bala? Mənnən qəsdi qərəzciliyin var? Nə istəyirsən mənnən?
- Yox.. Mənim sənnən nə işim, özünə qəsd eliyən sənsən, məni də zibilinə salmısan!
- Mən sənə demişdim dalımca gəl?
- Boyy, sağol vallah!
- Nə dedim mən ? Gör adamı necə borclu çıxardır ee!!!
- Özün demədin "Gözünü sevim məni tək qoyma " ?
- Qələt elədim!
- Qələt eləsən də, çox eləsəndə danışma, səsini çıxartma, dimməzcə düş yanıma, kəndi ayağa qaldırma. Sakitcə aparım səni qoyum evinə, suyun içindəyəm, üşüyürəm, əynimi dəyişib rədd olub gedəcəm.
- Boyy bu hələ bizə getmək istəyir?
- Neyləyəcəm bəs? Bu suyun, palçığın içində, gecənin ayazında sənin yolunda bu çölün düzündə öləsi deyiləm!
- Başı xarabdır ee bunun!
- Dəlini ağıllının yanına qoyurlar ki, dəlib ağıllansın. Deyəsən bu dəfə tərsinə olub, mənim başımı xarab elədin . Neynək, gedək atverkadan zaddan ver, söküb təzədən yığım...
Məhəlləyə gələnə qədər didişə didişə gəldilər. Qorxusundan səsini çıxarmırdı, Tacəddinə nə deyirdisə pıçıltıyla deyir, səsini çıxarmadan boğazını yırtırdı. Tacəddin barmağını dodağının üstünə qoyub onu sakitləşdirir, bəzən də yavaşca, "qışqır da bə, özünü niyə öldürürsən, qışqır, qoy camaat dursun" deyib onu cırnadırdı. Tacəddinon əl çəkməyəcəyini görüb, dimməzcə kol hasarların arasında gizlənə gizlənə evinə gəldi.
Darvazanı açanda köhnə taxta darvazanın cırıltısı gecənin sükutunu pozdu. Zulfiyyə aşağı çöməlib barmağını dodağının üstünə qoydu. Tacəddinə aşağı çöməlməsi üçün işarət etdi. Biraz ətrafı dınşədi və ətrafın sakitliyinə əmin olduqdan sonra hərəkətə keçdi.
Evin artırmasına keçıb qapını açdı. Bu dəfə də qapının çırıltısı sükutu pozdu. Qonşu evin pəncərəsinin pərdəsi tərpəndi. Zülfiyyə Tacəddinə kənara çəkilib gizlənməyi işarət etdi.
Yoğun kişi səsi sükutun səssizliyini parçaladı
- Ayəəə, kim var orda?
- Zülfiyyə səsini içinə salıb, Tacəddinə baxaraq dirnaqları ilə az qala üzünü çıracaqdı.
Adam pəncərədən sağa sola boylandı, Zülfiyyənin həyətindən onların həyətinə boğuşaraq hopanan pışıyi görüb Qışqırdı
- Ay sənin zatı - pakına... Köpəyoğıunun pişiyi, yuxumuza haram qatıblar da...
Aranın sakitləşdiyini görən Zülfiyyə içəri keçdi. Tacəddinə də içəri keçməyi üçün işarə elədi. Tacəddin işığı yandırmaq üçün əlini divara sürtdi.
- ŞŞŞ... Dəlisən? - Zülfiyyə hirsli halda pıçıldadı.
- Niyə?
- Neynirsən, işığı yandırma!
- Neyləyək? Qaranlıqda oturaq? - Tacəddin də eyni pıçıltıyla dilləndi.
- Nə oturması? Hələ oturmağı fikirləşirsən?
- Yanı deyirsən ayaq üstə gecələyim?
- Hələ bu gecələməkdən danışır, ay dad!
- Hıı?
- Dəyiş üstünu çıx get!
- Hara?
- Əmim gilə!
- Gedim nə deyim?
- Mən nə bilim? Bayaqdan mənə umac ovurdun, indi özünə əriştə kəsə bilmirsən?
-...
- Gəl, qapıya dəymə, cırıldayacaq yenə.
- Simiçka yağı var?
- Yağ? Yağı neynirsən?
- Yemək bişirəcəm... Zülfiyyə çaşqın halda ona baxdı.
- Qapını yağlayaq çırıldamasın da.
- Bu saatda?
- Hə nolar ki?
- Gəl sən allah, mənim başıma oyun açma! - Zülfiyyə pıçıltıyla TaCəddii tənbehlədi - Dedim axı gəlmə, biri görsə?
- Genə səhər bir şey uydurardım, soruşub eliyən olsa. Bəs səni görən olsa nə deyim?
- Bəlkə peçi yandıraq?
- Bu istidə?
- Mən üşüyürəm.
- Allahın işığını yandırmıram ki, camaat gəldiyimdən biləcək. Deyirəm səhər camaat oyanmadan çıxım həyətə, elə bilsinlər səhər camaat yuxudaykən gəlmişəm. Bu peç yandırmaq istəyir! Camaat demiyəcək bu gecə vaxtı , bacadan çıxan tüstü nədir?
- Əşi, elə biləcəklər siçovullar yandırıb - güldü.
Tacəddin qollarını qucaqlayıb büzüşdü. Doğurdan da titrədirdi.
Zülfiyə onu arxa otağa apardı.
- Burada rahat ola bilərsən. Pəncərəsi evin arxasına açılır, arxada ev zad yoxdur. Çırağı da gətirirəm indi. Burada çıraq yansa da heç kim bilməz. Amma sən allah işığı yandırma. Əyinını dəyiş, mən də görüm neynirəm.
Tacəddin islaq çantasını çıynindən çıxarıb yerə qoydu. ZÜlfiyyə pəncərələri kontrol etdi, pəncərənin çitdən tikilmiş altdığını çəkdi. Yatağın üstündəki adyalı çəkib, pəncərədəki mıxçalara ilişdirdi. Pəncərədən işıq düşməsi qeyri mümkün idi.
- Hər, ehtimala qarşı, belə edək.
- Çox qaranlıqdır. Bu qaranlıqda paltar dəyişmək mümkün deyil.
- Çırağı gətirirəm də indi, bir səbrin olsun ..
Zülfiyyə çırağı gətirib yandırdı.
- Çantamdakı bütün paltarlar hamısı islanıb
- Hii yalan demə...
- Təssüf ki!
- Bəs neyliyəcəyik?
- Bilmirəm qrutmaq lazımdır.
Harda?
- Heç olmasa cantadakı təmiz paltarları ataram zıvərə sabaha qədər quruyar.
- Başın xarabdı?
Tacəddin çaşqın halda ona baxdı.
- Səhər camaat durub demiyəcək bu paltarlar kimindir?
- Hmm...
- Sən yerinnən tərpənmə. Mən bir şey fikirləşəcəm.
- Heç olmaya çöl qapını ört, səhər durub görsələr, qapı taybataydı, mıllət töküləcək bura. Məni də evdə görsələr batdıq...
- Ay Allah, mənə ölüm ver...
Tacəddin də Zülfiyyənin arxasıyca çıxdı. Yağ ver, qapını yağlayım. Qorxma mən sənə heç nə eləmərəm.
Zülfiyyə yağ gətirdi. Tacəddin qapını yağlayıb örtdü. Ehmalca qapını kilidlədi. Zülfiyyə buna etiraz etsədə Tacəddin :
- Belə lazımdır, birdən səhər biri gələr. Qapını açıq görməsin.
Zülfiyyə ləyən və su gəturdi. Tacəddin əl ayağının palçığını yuyub təmizlədi.
- Saçım başım palçıqdır tamamən. Hamam yoxdur?
- Var. Amma hamamı qalamaq lazımdır. İndi qalaya bilmərəm. Səhər bir çey fikirləşərik.
Zülfiyyə yataq otağına kecdi. Qaranlıqda dolabda nəsə axtardı. Əlində bir dəst paltarla Tacəddinin otağına kecdi.
- Rəhmətliyin paltarıdır. Ürəyin götürərsə geyin. Mən gedim bir pletkam var onu gətirim, paltarlarını elə burda sərək qurusun.
- Harda yatacam? Paltar lazım deyil. Mənə bir yorğan ver, bürünüm. İnşallah xəstələnmərəm. Çox pısəm.
- Bu yorğan döşək təzədir. Heç işlətməmişəm, təzə saldım dedim birdən uşaqlar rusetdən gələr eliyər, üstündə yatmağa. Rəhmətliyinki hamısı köhnəlib dağılmışdı. Amma çarpayı qırıqdır ha... Elə belə yorğan döşəyi yığmışam üstünə. İstəyirsən, yerə sal, yerdən yat.
Zülfiyyə mətbəxi əvəz edən zalın o biri başına keçdı. Daş elektirikli sobanı tapıb çıxartdı. Gətirib Tacəddinin otağında yandırdı. Çıraq işığında Tacəddinə baxdı. Yorğanın altında büzüşmüş, əsən çənəsini bir birinə sıxmışdı. Zülfiyyə Tacəddinin çantasını boşaldıb paltarları quruması üçün sobaya yaxın qoyduğu stulların başına saldı. Dönüb Tacəddinə baxdı.
- Bir şey lazım deyil ki? Gedim mən də yatım.
Tacəddin dillənmədi. Həm narahat görünürdü, həm yatmışdı. Çırağın işığını azaldıb qapıdan çıxanda Tacəddinə döndü:
- Birdən Tuvaletə getmək istəsən, qapıdan çıxma. TUvalet və hamam evin arxasındadır. Bu pəncərədən girib çıxa bilərsən. Bura etibarlıdır, burdan heç hara görünmür.
Tacəddin başını yellədib onu arxayın saldı. Zülfiyyə qapıdan çıxıb təkrar döndü. Tacəddin əsə əsə ona baxırdı.
- Şeyy... Su... Su köhnə sudur ən gedən günü gətirmişdim ama. Yanı içmək olar... Dedim susasan... Masanın üstündə
- Narahat olma...
- Gecən xeyrə qalsın.
-...
X Ə Y A L
17 BÖLÜM
Zülfiyyə ilə Tacəddini yola salandan sonra Xəyal Ləmanla görüşməli idi. Gecəni bərabər keçirəcəkdilər. Maşınına oturub rayona yola çıxdı. Çatha çatda, Tacəddindən zəng gəldi. Aeroportda Zülfiyyənin başına gələn oyunlardan ucundan qulağından danışdı. Şöbədə nəzarətə alındıqlarını deyəndə onsuzda səbrsiz olan Xəyal dəliyə döndü. Tacəddin onu sakitləşdirib, narahat olmaması ücün onu təsəlli etdi.
- Vallah, bu qız düzələsi deyil. Mən demişəm, mən bunun notunu vermişəm. İnsan avam olar, day bu qədər yox da...
- Olur daay Xəyal, guya bizim səhvimiz olmur? Biz yıxılmırıq, durmuruq? Nə düşmüsən qızın üstünə yazıq qız kənddən bir yerə çıxmayıb, görməyib götürməyib. Niyə qınayırsan?
- Əşii sən allah. Elə əvvəldən kütdür də bu... Başına gəlməyən qalmayıb. Eşşək eşşəkdir, palçığa bir dəfə batır, ikinci dəfə o yolu getmir ki yenə bataram.
- Xəyal başa düşmürsən? Bu qadının kişi cinsinə qarşı qorxuları var. Kişiləri istifadəci, təcavüzcü, şorgöz kimi bilir. Ona görə qadına etibar edib yanına gedib. Məndən qaçıb . Bu bir pisxoloji problemdi.pisxoloji problemləri olan insanların hərəsinin bir takıntısı var. Kimisi heyvandan qorxur, kimisi yüksəklikdən, kimisi insanlardan qaçır. Bir də görürsən təmizlık xəstəsi çıxdı və ya əksinə. Sudan belə qorxub aylarla nəinki çimməyən, əl üzünu yumayan belə görmüşük ee. Sudur eee, su neyləyəcək ki buna. Olur da insandır bir şeydən qorxusu var. Belə başa düşürəm Zülfiyyə də kişi cinsindən qorxur. Qardaşı, atası belə olsa heç kimə etibar etmir. İlk əvvəl onun kişilərə qarşı fikirini dəyişmək, özündə özgüvən yaratmaq lazımdır.
- Desənə zırıltı qabaqdadır!
- Elədir...
- Əşi indən sonra kişi lazımdır ona? Otursun balalarını yığsın başına. Onunku odur beş altı hündüşkanı qatsın qabağına aparsın otarsın.
- Deyirsən gənc qadın həyatını hündüşka otarmaqla keçirsin?
- Bəs neyləyəcək?
- Bəs onun duyğuları hissləri yoxdur?
- Güldürmə məni sən allah. Bu yadan sonra nə his, nə duyğu?
- Sən həqiqətən belə fikirləşirsən?
- Necə fikirləşməliyəm ki?
- Ləman... Ləman xanimın necə yaşı var?
- Nə dəxlı var?
- Gorürsən necə enerjili, necə pozetif, necə özünə güvənən qadındır?
- Sən onunla bunu bir tutursan?
- Niyə tutmayım ki, Ləmanın nəyindən əskikdir? Gözəlmi deyil? Şildirmi, şikəstdirmi? Hələ Ləman ondan da yaşlıdır. Bunu sadəcə sıfirdan həyata bağlamaq, yetişdirmək lazımdır.
- Ay Tacı, uşaq uşaq danışma sən Allah , özünün yaşın da təcrübən də az deyil. Ləmana o güvəni, o enerjini verən puludur. Zülfiyəyə nə verəcək?
- İnan mənə Ləmanda o əzm olmasaydı, heç o pulu da qazana bilməzdi.
- Nəysə, Zəng edim papama. Gəlsin, çıxarıb onu aparsın evə.
- Zəng eləyib onları da qorxuya salma, özüm həll edəcəm.
- Amma...
- Belə vəziyyətdə Zülfiyyə daha çox utana bilər. Bəzən uzməyi öyrətmək istəyən adamı quyuya tullamaq lazımdır ki, özü çabalayıb çıxsın. Papangilə deyəsən, indi onlar da gəlib hərəsi bir tərəfdən onu danlayacaq, hərə bir söz deyəcək, hələ qardaşları eşitsə, o ona, bu buna... Qızın başın böyüdəcəklər. Lazım deyil. Belə adamlarla ehtiyyatlı davranmaq, qüsurlarını üzə vurmadan başa salmaq, ona özgüvən verə verə yaxın yola gətirmək lazımdır. Necə deyərlər ho var dağa qaldırır, ho var dağdan yendirir.
- Day bilmirəm, Tacəddin, qardaşımsan, gör neynirsən.
Tacəddinlə sağollaşaraq yol kənarında maşını saxlayıb, aşağı endi. Zülfiyyənin cahilliyinə çox əsəbləşmışdı. Nə edəcəyini bilmirdi. Naxçıvan şöbəsinə zəng edib Zülfiyyəni rəisə tapşırdı.
- Rəis qadan alım,əmiqızıdir. Kənd qadınıdır, oxumayıb, saf qadındır. Kruqa salıblar, pasportun zadın əlindən alıb aldadıblar, özünüz bilirsiz də...
- Narahat olma qardaş, lazım olan tədbirlər görüləcək.
Nə tədbir, Zülfiyyənin Xəyal kimi arxası var idisə, Hacıxanımın da dayağı var idi. Bunu Xəyal da Tacəddin də yaxşı bilirdi. İdur ki məsələni çox uzatmamaq lazım idi.
- Ayə , gör nə günə düşmüşəmee. Adam utanır, vallah da utanır, billah da utanır. Xəcalət çəkirəm ee hər çırt- pırta görə kimlərəsə ağız açmağa. Aa, İnsan olan kəsdə heçmi irliləyiş olmaz. Heç mi gözünü açmaz? Qurbanın olum, al Zülü, gör yaşın neçədir, nə vaxta qədər Keybalaxanım kimi yaşayacaqsan? Bəlkə heç kim yoxdur, hamı ölüb batıb. Neyniiyəsən sən ay bacı? Mənim kimi adam gör rəisə nə məsələ üçün ağız açıram ee. Vallah adama gülərlər. İndi deyir bunun kimi savadlı bir adamın keyxanım əmisi qızına bir bax. Tacəddin orda olmasaydı gedirdi ee əldən. Gör heç danışılası sözdü? Düş tanımadığın bir arvadın dalına, hələ bir pasportunu da ver... Neynim necə edim bilmirəm. Bu müalıcəynən düzələrmi, düzəlməzmi onu da bilmirəm.Mən həmişə "pul" deyirdim. Vallah həyatda elə şeylər var ki, insan pulun da qarşısında acız qalır. Nə edəcəyini bilmirsən.
Telefonun səsi əsəblərinə su səpdi elə bil. Narın idi.
- Canım, neylədin, ZÜlfiyyəni yola saldın?
- Hə, həyatım, getdi.
- Sağ salamat.
- Sağol, inşallah. Sən neynirsən, darıxdın mənimçün?
- Sən mənimçün darıxanda ağcaqanadlar qulağıma vızıldayir ki sevgilin in yadına düşmüsən. Bax elə onda yadıma düşürsən də .
- Eləmi? Demək məndən sənə xəbər gətirən ağcaqanadı öldürmək yox tutub öpmək lazımdır.
- Dəli - güldü- nədi yoxsa səhv deyirəm? Darıxmırsan?
- canımsan, həyatımsan! İnsan cansız yaşaya bilərmi?
- Mənəmi deyirsən bunu yoxsa ağcaqanad sevgilinə ? - Narın telefonun o başından sevgilisinə nazlandı.
- Yox, əşi... Burda narın narın yağış yağır, ona eşq elan edirəm, ona da imkan vermirsən !
- Sənio narına yox o yağan yağışa da qısranıram!
- Bax o yağışın bir damlası yanağıma qondu.
- Qopararam onu!
- Dodaqlarınla?
- Dişlərimlə, dəli-nazlı gülüsün səsı Xəyalı sərxoş edirdi.
- Mən dodaqlarınçün darıxmışam...
- Həstət nə qədər uzun olsa, vüsal o qədər şirin olar olar...
- Sabah şənbədir, gələcəm, dodaqlarına qonacam ...
- Ganqal kimi tüklü üzünlə?
- gül l tikansız olmaz.
- Haa haa. Sən özünü gül sanırsan?
- Gül sən, tikanı mən!
- Hə bax belə olar, qanqalım mənim, həm də eşşək qanqalım.
- Sağol vallah, sən bir o lağ elədiyin qanqalın faydalarını bir bilsən aaa. Millət əl əl gəzir qanqalı, soyub yeyir.
- Qızlar soyub yeməsin...
- Day orasın sən düşün. Sən naz eliyənnən sonra... Gələndə görəcəm səni...
- Sən gələnə qədər mən gəldim. Burdayam.
- Həqqi?
- Hə, hardasan indi? Maşın səsiləri gəlir.
- Mənn... Mən hardayam? Həə yoldayam, evə gedirəm.
Gəlsənə bura. Nuranəylə gəlmişəm. Fəridin evindəyəm. Damino oynayırıq. Gəşəy cay dəmləmişəm kəklikotulu. Yanında da moruq mürəbbəsi...
- Həə... Eləmi? Hmm. Yox mən indi gələ bilməyəcəm. Sizə nuş olsun.
- Necə? İndi mən ordan bura gəlim, sən gəlib məni görməyəsən?
- Gələcəm əlbət... Amma indi yox. Çünki... Çünki maşın xarab olub, daha doğrusu maşını vurmuşam yolda qalmışam...
- Hiiii... Sənə bir şey olub? Hardasan indi gəlirəm...
- Aaa yox, yox... Elə belə şeydi, narahat olma. Elə belə altı dəyib... Bekaraca əzilib.
- Neçə? Dağa dırmaşırdın maşınla? Bəs deyirsən vurmuşam. Dəli oldum ee...
- Yolda biri qaçdı maşının qabağına kontrolu itirdim çıxdım səkiyə.
- Ay allah, demə ki, səkidə adam vurmuşam.
- A yox ee elə şey yoxdur. Salamat qurtardım. Nəysə mən ekivador çağırmışam. Qrşitel zag qırılıb. Maşını servisə aparım. Gec olmasa mütləq gələcəm. Yaxşımı?
- Gozləyim?
- Söz verə bilmirəm, iki gözüm. Amma söz verirəm, əlimə keçsən...
- Saat 12 yə qədər vaxtln var bundan gec qala bilməzsən!
- Baxarıq!
- Baxarıq yox!
- Səni sevirəm!
- Gozləyim?
- Səni sevirəəəm Narınımmm!
- Ya hə, ya yox!
- Birdənəm!
- Səni üçün darıxmışam. Bir maşın məndən dəyərli ola bilməz! Gələcəksən, söz ver!
- Yaxşı başımın bəlası. Gələcəm! Amma səhər kinoya gedəcəyik, hə?
- Sənin kinonu bilirəm mən. Senarı müəlifi və baş rolda sən olursan, həmişəki kimi, tərəf müqabili mən. Sənin yazdığını oynuyuruq.
- Bəs necə? Yoxsa bəyənmirsən?
- Yaxşı senaristsən, oyunçular biz olmasaq. Dəli edirsən məni!
- Sən də məni...
Qalmışdı iki yol arasında. Bilmirdi Ləmana getsin, ya Narına.
Mesajlara baxdı. Fantaziya gecəliyində aynadan şəkilini çəkib ona atmışdı. Qabarıb gecəliyindən baş qaldıran sinəsi, tül xalatın altından bel bağına qədər açılmış gözəl dolğn budları adamın ağlını başından alırdı. Şəkildə əlində qırmızı şərab vardı , al qırmızı dodaqları ilə ona öpüş yollayırdı. Altından isə bu mesaj yazılmışdı.
- Çılğın və dəlilər kimi sevişməyə nə deyirsən bəbişim? Sənin üçün Gürcüstandan çaxır da gətirtmişəm. Sabaha qədər içəçəyik, ehtirasln sərxoşu olacağıq, sabaha qədər sevişəcəyik, yatmaq yoxdur. Gözləyirəm, cox darıxdım, tez gəl, aslanım mənim!
Telefonu havada yellədi.
- Nə edim indi? O ordan çağırır bu burdan. Bəlkə zəng edib bir bəhanəylə geri qayıdım. Bəlkə başqa vaxt. Axı gələcəyimin qadınına, Narınıma bir həvəs üçün yalan deməməliyəm mən . Buna haqqım yoxdur. Mən onu aldadıram göz görəsi. Bu rəsmən bir şərəfsizlikdi. Özünə gəl Xəyal! Sən axı Ləmanla belə razılaşmışdın ki, Narına heç bir ziyanin dəymiyəcək! Narın bu bərabərliyi hiss etməyəcək, şübhələnmiyəcək. İndi noldu. Sevgilin ordan buraya gədər gəlir, və sən onunla görüşü təxirə salırsan. Kimin üçün? Ləman üçünmü? Kimdir axı o? Ehtirasını pul güçünə söndürən bir qadın, sonu olmayan bir həyəcan, axırı peşimançılıqla bitən bir məcara! O sənin həvəsinin qurbanı, sən də onun pulunun . Nə vaxta qədər sürəçək bu bərabərlik, burax başını. Artıq tamah baş yarar. Bu qədər yeter. Yanı Ləmanın pulu bu qədərmi gözünü yumdu sənin?
Telefonu götürüb Ləmanın yazdığı mesaj bir daha oxudu. Şəkilini süzdü. Doğuedan da vazkeçilməz qadın idi Ləman. Olqun, təcrübəli, gözəl... Onunla keçirtdiyi ehtiraslı dəqiqələr gözünün önünə gəldi. Ehtiras ona güc gəlirdi.
- Zalım qızının fantaziyalarından vaz keçmək olur ki? Köpəyin qızını anası elə bil sex üçün doğub. Niyə əri bundan məmnun deyil, Niyə əri bundan qaçıb? Hansı kişi belə qadından qaçar, başa düşmürəm. Gedib pul verirsən sənə heç bir bar qadını bu keyfi vermir. Bu isə həm pulunu xərcləyir, həm özünü.
Zəng elədi.
Telefon uzun uzun çaldı. Nəhayyət açdı. Səsində bir təlaşlıq, bir qorxu vardı.
- Ləman? Nolub, səsin niyə elə gəlir.
- Hardasan? Gəlmə!
- Noldu?
- Qaç get, tez ol, gəlmə!
Telefon söndu. Xəyal təkrar zəng elədi. Cavab vermədi. Bir daha aradı. Açmadı...
Maşına oturub şəhərə girdi. Hər zaman görüşdükləri evə yaxın bir yerdə saxladı maşını. Küçəni kontrol etdi. Hava qaranlıq idi , amma küçə lampaları hər yeri aydınlatmışdı. Maşını işə salıb evin önünə sürəcəkdi ki, bir nəfər darvazadan çıxdı. Kimsə qapını onun arxasınca örtdü. Xəyal bir anlıq duruxdu:
- Bu kimdir? Yoxsa q..bə əri kimi məni də aldadır?
Gözlərini qıyıb adama diqqət kəsildi. Onsuz da bayaqdan Zülfiyəyə hırslənmişdi. İndi də ağlına gələnlərdən əsirdi. Təkrar Ləmana zəng vurdu. Açmadı. Bir daha aradı. Bu dəfə bir nəfərin hasardan bayıra tullandlıgını gördü. İkisi də sağı solu güdə güdə məhəllə aşağı ona tərəf gəlirdilər.
- Wauu həm də iki nəfər - əsbindən gülmək tutmuşdu onu. Bir an maşından düşüb, özünü darvazadan içəri atmaq istəyirdi. Motoru söndürüb, telefonunu və siqaretini tələsik cibinə yığdı. Açarı çıxarıb qapını açmışdı ki, elə bil kimsə onu yerinə dartdı.
- Dayan dayan Xəyal. Axı biraz əvvəl Ləmanın səsində həyəcan vardı. Dediaxı gəlmə. Yoo burda nəsə var. Madəm qapıdan çıxan sevgilisidirsə, bəs hasardan qaçan kimdir? Əgər hasardan qaçan da bununla bərabərdirsə bəs qapıdan niyə çıxmadı? Burda nəsə başqa şey var.
Başını bulayıb üzünü şillələdi. Tez telefonunu çıxarıb kameranı açdı. Dal ba dal adamlar gəlib keçmədən tələsik bir iki şəkil çəkdı kamera işıqları adamları duyuq saldı adamlar qaçmağa başladı.
- Oğrudular, 100 faiz...
Xəyal təlaşla maşından düşdü onların arxasınca qışqıraraq beş altı addım qaçdı
- Dayanın görüm əə dayanın, kimsiniz!!!
Adamlar qaçaraq Xəyalın arxa tərəfində dayanan bahalı və son model birb maşına mindilər. Maşın hərəkətə keçdi. Maşın təkərlərini eşərək yerində dönərkən kimsə maşının arxa pəncərəsini bağıadı. Xəyal sadecə arxada oturan adamın saçını gördü. Ağbaş və saçları səliqə ilə daranmış kişiydi. Maşın uzaqlaşarkən Xəyal arxadan daha bir neçə şəkil çəkdi:
Demək maşında 4 nəfər var şofer, arxadakı adam və iki evə girənlər. Maşın gözdən itənə kimi arxasınca qışqırdı. Səsə qonşularda çıxmışdı.
- Nolub a qardaş?
- Oğru... Oğru var idi.
- Nə oğru? Bu hardan çıxdı.
- Vallah gözlərimlə gördüm, biri qapıdan çıxdı biri hasardan tullanıb qaçdılar. Maşında daciki nəfər vardı.
Camaat bir birinə çaşqınlıqla baxıb öz aralarında danışırdılar. Görmədikləri şeyə inanmaq istəmirdilər.
Xəyal Ləmana zəng edir, lakin Ləman cavab vermirdi. Axırda özü darvazaya yaxınlaşıb təlaşla qapını döyür, Ləmanı səsləyirdi.
- A qardaş, o evdə heç kim qalmır, yiyəsi Rusiyada olur. Qirma qapını.
- İçəridə biri var, bu ev kiralanıb.
- Vallah biz bu məhəllədə yaşayan adamıq. Bu darvazanın açıldığını, bu zamana qədər bu evə biri gəldiyini görmədik.
- Eee. Deyirəm içəridə biri var. Bu ev kiralanıb. Ləman xanımın başında bir bəla var. Yoxsa telefona cavab verər. Kömək edin qapını acaq.
- Uçaskovunu çağırın! Ayə kim bilir Natiqın nömrəsini. Zəng eliyin gəlsin.
- Mən içəri keçəcəm. Ləman xanım cavab vermir, qapını açmır. Yüz faiz bir şey ediblər ona.
- Dayan, Natiqə zəng edək gəlsin. O açsın. Sabah bir şey olsa..
- Natiq kimdi?
- Uçaskovumuz.
- Bəlkə lazım deyil mən bir baxım. Boşuna panika yaratmayın - Deyib Xəyal hasara dırmaşdı.
Villanın qapısı taybatay açıq idi. Ətrafına baxa baxa içəri boylandı. Düz qapının ağzında Ləman yerə sərilmişdi. Al qanın içindəydi.
Xəyal dəliyə döndü.
- Ləman!!!
İçəridən gələn naləyə qonşular darvazanı döyürdülər.
- Ləman, noldu sənə kim elədi bunu, o adamları tanıyırsan?
Ləman gözlərini zülümlə açdı. Xəyala baxıb nəsə demək istədi heyi olmadı. Təkrar gözləri yumuldu.
Başını itirmişdi nə edəcəyini bilmirdi. Telefon əlindəydi amma hara zəng edəcəyinə çaşıb qalmışdı evin içində ora bura baxır nəsə axtarırmış kimi var gəl edirdi. Heç ozü də niyə belə etdiyini bilmirdi. Darvazanı açmaq da ağlına gəlmirdi.
Hasaradan kimsə içəri atılıb darvazanı açdı. Qonşular içəri doldu. Gələnlər yerdə qanlar içindəki gecə paltarında çabalayan qadını görüb təlaşa düşmüşdülər. Kişilərdən biri Ləmana yaxınlaşıb əynindəki jaketini çıxarıb yarıçılpaq vəziyyətdə inildəyən qadının üstünə örtdu. Natiqə xəbər verin. Skoru çağırın. Polis çağırın...
Xəyal həyatının şokunu yaşayırdı. Heç kimlə heç nə danışa bilmirdi. Öz özünü danlayırdı. Kaş ke gəlməsəydim bura, kaş kə Narını dınləsəydim. İndi nə deyəcəm ona. Demiyəcək gecənin bu vaxtı...
- Kimsiz a bala, haralısız? Buralarda nə gəzirsiz?
Xəyal cavab verə bilmirdi. Kişi Xəyalın şok kecirtdiyini görüb özünü irəli verdi.
- Sakit ol, özünə gəl bala! - dEyib Xəyalın qoluna girib onu ordan uzaqlaşdırdı.
- Mənn mənn...
- Sakit ol qorxma. O yaşayacaq. Qorxma. Nolub əə, yekə kişisən ! Heç əsgərlikdə olmamısan? Özünə gəl ! - deyib Xəyalı qucaqladı. Xəyal buna bənd imiş, uşaq kimi hönkürüb ağladı. Bununla da keyı açıldı elə bil.
Həyət polislərlə dolmuşdu. Təcili yardım Ləmana ilk tibbi yardım edərək maşına qoydular. Xəyal da Ləmanın yanında xəstəxanaya gəldi.
Xəstəxanaya az qalmış həkimlərdə bir təlaş var idi.
- Süni nəfəs verin! Yaralını itiririk!
- Nə? Dəlisiz siz? Nə itirmə si. O, yaşamalıdır!
- Ay qardaş mane olma, qoy işimizi görək!
Xəyal özünü saxlaya bilməyib həkimin boğazından yapışdı.
- O ölərsə əlimdən qurtarmazsan!
Tibb bacısı həkimi Xəyalın əlindən alıb Xəyalı sakitləşdirdi...
Xəyal nə edəcəyini bilmirdi. Dəliyə dönmüşdü. Özünü tənha hiss edirdi. Bəlkə Mehmana zəng edim? Əri gəlsin. Yaxşı bəs əri demiyəcək sən burda nə edirsən? Aa dayan dayan! O maşın Mehmanın maşını idi də! Pəncərədəki o adam da Mehmanın olmalıydı. Saçı ona oxşadı. Ay da... Bu niyə mənim ağlıma gəlməyib. Mehman... Hə Mehman idi o. O, Ləmanı öldürtdürmək istəyibib! Demək bizim bərabərliyimizdən xəbər tutub? Həə, yüz faiz... Axı Ləman da mənə zəng edib dedi gəlmə. Səsindən başa düşdüm qorxu içində olduğunu. Mənə zərər gəlməsini istəməyib. Demək əri bilirmiş biz o evdə görüşdüyümüzü. Bəs niyə məni orda görüb qaçdı? Niyə mənə bir şey eləmədi bəs?
Xəstəxanaya çatan kimi Ləmana təcili yardım şöbəsinə qaldırdılar. qaldırdılar. İçəri girməyiylə həkimin bayra çıxmağı bir oldu.
- Yaralının nəyisiz?
- Dostu... Şey asisantı. Necə deyim, ortağı... Köməkçisi...
- Xahiş edirəm yaxınlarınlarına xəbər verin, gəlsinlər. Xanım yoldaykən canını sevdiklərinə tapşırıb. Allah rəhmət eləsin.
- Nə deyirsiz siz? Dəlisiz?
Xəyal özünü saxlaya bilməyib həkimin yaxasından tutub silkələdi. Xəstəxana işçiləri tökülüb onu sakitləşdirməyə çalışdı.. Normal şəkildə sakitləşmək bilməyən Xəyala iynə vurdular...
Gözünü açanda xəstəxana otağında idi. Bütün vücudu keyimişdi elə bil. Olanları xatırladı. Əlləri ilə başını sıxıb:
- Mən neyləyəcəm ay allah? Zibil zibilə qarışdı. Mən bədbəxt oldum, bədbəxt...
Özünü sakitləşdirib ayağa qalxdı. Təmkinli olmalıydı. Başa düşürdü ki, Əsəblə cığırıb bağırmaqla heç bir şey edə bilməzdi. Saata baxdı. Düz saat 12 tamam idi.
- O məni gözləyir - deyib təssüfləndi. Gərək gedəydim. Gərək Narına uydurduğum yalanı Ləmana uydursaydım. Maşın xarab oldu, gələ bilmədim desəydim. Ahhh ağılsız başım...
Nömrələrə baxdı. İlk sırada Ləmanın və Narının nömrələri idi. Boğula boğula barmağı iki nömrə arasında gəzdi. Nişanlısına zəng edib ondan üzür istəmək keçdi ağlına.
- Özünə gəl Xəyal. Bu xəstəxanada Ləmanla qalmısan. Əvvəlcə onu baş göz elə.
- Axı neyləyə bilərəmki? Bəlkə qaçım?
- Heç nə olmamış kimi?
- Burda olmadığımı kim biləcək?
- Necə kim biləcək. Bu boyda mərəkə qopub, dünya dağılıb, bütün məhəllə ordaydı, bu boyda xəstəxana... Kimdən gizlədəcəksən özünü. Bu polisdir ee tapmayacaq səni? Birinin səni tarıf etməsi bəsdir.
- Bəs neyniyim mən? Tacəddinn.... Təcili özünü yetirsin.
Zəng elədi. Tacəddinə zəng çatmırdı, arxa yıxılarkən telefonu suya düşübmüş.
Naəlac qalıb Fəridə zəng elədi. Telefona Narın cavab verdi.
- Xəyal?
- Narın?
- Noldu? Harda qaldın? Bəs gələcəkdin? Zəng də eləmirsən, bir söz demədin. İki dəfə zəng elədim...
- Narın, qardaşın hanı?
- Gözlədi gördü gəlmirsən yatdı.
- Oyandır, sroçnu.
- Nolub? Yaxşısan?
- Hə yaxşı, ver Fəridə!
- NOlub axı səsin qəribə gəlir, dalaşmısan?
- Sənə deyirəm Fəridi durquz!
Xəyal hövsələdən çıxıb qışqırdı.
Gözlənilməz səsdən Ləman sarsıldı. Telefonu qulağından aralayıb Xəyala baxırmış kimi üzünü turşudaraq telefona baxdı.
Xəyal Narının üstünə qışqıraraq kobudluq etdiyin anındaca anladı. "Həm suçlu, həm güçlü? Nə qışqırırsan qızın üstünə"
- Narın, əzizim, bağışla məni, qurbanın olum. Nolar - NArın aralıdan da olsa Xəyalı eşıdir, lakin cavab vermirdi- telefon əlində Fəridin otağına gəldi.
- Narın, başına dönərəm. Çox pis şeylər oldu, başa düş məni, əsəblərim yerində deyil! Narın cavab ver, qurban olum. Küsmə məndən...
- Nolub gecə vaxtı? Nə xəbərdi?
-Fərid, qardaş qurban olum, kömək elə, səndən başqa kimə zəng edəcəyimi bilmədim. Nolar tez gəl qardaş!
- Bahooo daa... Ə, yenə nə zibil qaynatmısan?
- Narın yanındadırsa çıx çölə, çox pıs bir şey oldu. Qurban olum qardaş, nolar!
Fərid Narına baxdı. Narın da nigarançılıq içindəydi.
- Sakit ol, hardasan?
- Xızıda...
- Nə?... Demək... Day sənə sözüm yoxdur, get rəddol. Günahlarına ortaq axtarırsan, ya havadar? Məni neynirsən əə?
- Fərid, qurban olum Narına heç nə hiss etdirmə, tez gəl... (pıçıltıyla) Ləman öldü, öldürüblər onu, bıçaqlayıblar!
- Nə? Nə danışırsan? Başın xarabdı? Nə durmusan bəs orda, qəhrəmanlığına görə medal gözləyirsən?
- Nolub? - Narın təlaşlandı.
- Elə problem də burdadır da qardaş, qaça bilmərəm.
- Dayan, gəlirəm...
Fərid tələm tələsik geyinib seyfdən bir qədər pul götürüb bayra çıxdı. Qaraja enənə qədər Narın da onun arxasınca düşdü.
- Məni də apar, nolub axı? Bir desənə
- Nə deyim ee, bilmirəm nolub. Otur evdə. Mən məlumat verəcəm sənə.
- Axı nolub? Xahiş edirəm!
- Vallah mən də bilmirəm, gedim görüm məsələ nədir?
- Ay allah, indi yadma düşdü. maşını vurmuşdu, hardasa. Axşam danışanda dedi. Bir adam qaçıb maşının qabağına, maşın kontroldan çıxıb keçib səkiyə. Bəkə adam vurub?Ay allah... Mən də gəlirəm, gözlə...
- Bilmirəm Narın. Gəl sən məni burada gözlə. Lazım olsa çağıracam səni gələsən.
- Hardadır, hansı şöbədədir
- Xızıda.
- Xızıda? Orda nə gəzir, Zülfiyəni, əmisi qızını yola salmağa getmişdi aeroporta . Dedi balaca qəza olub. Maşın əzilib, ustaya verib gələcəm dedim.
-Can bacı, sən nə qədər safsan.. Belə vəziyyətdə sənə Xəyal barədə bir şey demək istəmirəm, hər qərarına hörmətlə yanaşıram. Amma bəlkə bu hadısədən sonra ağlın başına gələ. Xəyal ailə üçün yaxşı namızəd deyil, Xəyal yaxşı iş adamı, yaxşı dost, xeyirsevərdir. Nəsə yenə fikirləş, özünü eşidəcəyin xəbərlərə yaxşı hazırla ki, sonra üzülməyəsən. Get yıxıl yat. Məni gözləmə...
Qardaşının dedikləri Narını mın fikirə salmışdı. Xəyal barədə hər şey ağlına gəlirdi. Bunu cavanlıq səhvi kimi dəyərləndirirdi. Bağışlamaq olardı. Bir xəyanəti ağlına yaxın buraxmırdı. Axı Xəyal ona bu xəyanəti hiss etdirməmişdi.
Yatağında dizlərini qucaqlayıb, ağlayaraq qıvrılırdı. Allaha yalvarırdı ki, nə olursa olsun, lap o qəzada birinə zərər versin, eybi yox, bir tək xəyanət məsələsi olmasın...
XƏ Y A L
18 BÖLÜM.
Gözlərini yumub yuxuya getməyə çalışsa da yuxu tutmurdu Zülfiyyəni. Yatağının içındə gah sağa, gah sola gönürdü. Qalxıb oturur, qulağını qonşu divara tutub o biri otağı dinşəyirdi.
- Ay allah, mən neyiyəcəm? Başıma haranın daşını salacam? Rədd olub getmədi, niyə gəlirdi axı? Bəlkə pis fikiri var. Hə, əlbəttə ki pis fikirnən gəlib! Avam görüb məni, səy bilib. Mənim kimi mal harda var? Kül mənim başıma. Nə qələt elədim axı mən? Mənim yuxuya getməyimi gözləyir, girəcək içəri, başıma oyun açacaq. Səsimi də çıxarda bilməyəcəm. Səsimi çıxartsam qonşular tökülüb gələcək. Vəssalam. Kənddə adım çıxacaq. Ondan sonra gəl millətin üzünə bax görüm, necə baxırsan?
Təlaş içındə qapının bağlı olub olmadığını yoxladı. Əmin olduqdan sonra da qapıya etibar etməyib sandığı qapının arxasına çəkdi, əlinə keşən stulları qapının arxasına yığdı.
- Hii... Birdən pəncərədən gələr.
Qaçıb pənçərəni yoxladı. Bağlıydı.
- Kül mənim başıma. Hələ Mahir söhbəti üstümdən qalxmayıb. Marka yapışıb kürəyimə. İndi də deyəcəklər Bakıdan gələn kişini soxub evinə. Hələ Mahir, arvadı... Ayaq açacaq üstümə. Deyəcəklər elə bu yuvanın quşusan. Mən neyniyəcəm ay allah?Sən özün köməyimdə dur! Məni el aləm içində rüsvay eləmə.
Yatağına girib yorğanı başına çəkdi. Bakıda Narıngillə keçirtdiyi gün su kimi gözünün qarşısından keçdi. Narınlə bir qadın da gəlmişdi. Orta yaşlı bir qadın idi. Arada gəlib Xəyalın evini təmizləyirmiş. Təmizlikdən sonra bərabər çaya oturmuşdular. Zülfiyə qardaş bacılarından gileylənmişdi. Narın isə hərləyib fırlayıb söhbəti Tacəddinin üstünə gətirmişdi. Tacəddinin Zülfiyəyə diqqətini Zülfiyyənin gözünə soxmuşdu.
- Axı bu məndən nə istəyir. Niyə kömək edir mənə?
- Bəlkə sevir?
- Pah dədəm vay... Nəyimi sevəcək . Mən hara o hara? Durub Bakıdan gəlib bir kəndli arvada aşiq oldu?
- Niyə özünə arvad deyirsən ki, kimdən əskiksən?
- Arvad deyiləm bəs nəyəm? İki qarın doğmuşam.
- Nolsun. Camaatın nəvəsi var özünə arvad deditdirmir heç.
- Boyy...
- Nə boy. Düz deyirəm də. Biri bacımın baldızı. Arvadın qazı yeri göyü dağıdır.
- Əşi Bakılılar elədir də... Şəhər arvadı...
- YOx ee nə bakılı, kəndin orta göbəyində olur. Xanım xatın kimi.
- Köpəyoğlunun pulu...
- Hər şey pulnan ölçülmür, Zülfiyyə!
- Sən allah ətimi tökmə. Mənim pulum olmasa kimdi məni sayan? Nə yönnü vid fasonum yoxdur, nə gözəlliyim.
- Gözəlsən!
- Kim mən? Pah...
- İnanmırsan bax özünə. Bax Zülfiyyə, sən özünə qiymət verməsən heç kim sənə qiymət verməz.
- Əşii guya indən sonra kimin nəyinə lazımam ee... Nə qələt eliyəsiyəm ki, iki uşaqla. Mənə innən sonra balalarım lazımdır.
- Nolsun, balalarının öz yeri var - köməkçi qadın söhbətə qarışdı. Bax özün deyirsən, Qardaş bacıların üçün saçını süpürgə elədin noldu? İndi hamısının öz yuvası, öz arvadı, öz əri.
- Mənim də vardı da. Neynim Allahla allahlıq edim? Aldı apardı da...
- Bəlkə belə lazım imiş, bəlkə Allah sənə ikinci qapını açmaq istəyir?
- Yoxxx əşi, paahh... Camaat adama nə deyər. Deməzlər bu yaşdan sonra bu niyə qızıb?
- Nə yaşın var ay qızım? Belə deyib ruhunu qocaltma. Özünü ruhdan salma. Gül kimi gəlinsən.Qızımla yaşıdsan. Tək qalmısan, o dediyun camaat evinə bir kilo qənd alır? Başına bir tumar çəkir?
Qadın haqlıydı. Nə özünün bir qabliyyəti yox idi adam arasına çıxa, nə heç kəs qolundan tutmurdu. Bu həyatı təkbaşına getməliydi. İki uşaqla, bu asan deyildi.
- Qoy Elməddin biraz yekəlsin- Bakıdakı söhbətdən özünə gəlib bu dəfə özü özüylə dialoqa başladı.
- O da yekəlib aradan çıxacaq da. Guya səni əl üstündə tutacaq? Vallah tutmayacaq. Qardaşların belə səni arvad ayağına verirsə sən Elməddin üçün kimsən ay avam? İndi uşaqdır ağlı kəsmir. Ondan qorx ki, səhər tutub yaxandan atacaq çölə səni, atamın evindən çıx deyəcək.
- Mən neyləyim bəs?
- Nə qədər cavansan özünə bir gün ağla.
- Nə gün ağlayım? Ərə gedim? Ayıbdir ee. Atamın goruna söyərlər vallah. Həm də axı kim alacaq ee məni? Hələ 28 yaşım vardı rəhmətlik gəldi aldı. O da nə gün gördüm ee? Neçə il dır xəstə qaynana, 4 gədənin minnəti. Vallah atam evindən heç bir fərqi yox idi. Yatanda da zalda yatırdı, həyət bacaya göz qulaq olurdu. Mən də burda. Bir sabahı onun qoynunda oyanmamışdım hələ. Keyfi duranda gəlirdi, beş dəqiqəyə, gedirdi - ağlamaq onu tutdu.
XƏyalın evində bir ailə dramı izləyirdi. Bir ailənin zor günlərini əks etdirən bu filimdə nə qədər çətinliklər olsa da ailə bir birindən üz döndərmirdi. Kişi və qadının bir birinə sevgisi ilə hər çətinlikləri aşmışdılar. O filimi izlərkən Zülfiyə özünü Kərimlə müqayisə etmişdi. Kərim ona qarşı neçə idi bəs? Kərim onu filimdəki kişi xanımını sevdiyi qədər sevirdimi?
Yox... Zülfiyyə Kərim üçün ev işlərində bir köməkcı, anası üçün baxıcı, Elməddin üçün dayə, əkin biçin üçün əkinçi, qoyun-quzuya çoban və Kərimin yataq ehtiyyacı üçün ruhu sönmüş canlı qadın idi. Zülfiyyə bu qədər vəzifənin qarşılığında ondan sadecə ovuc içi qədər xoşbəxtlik, qucaq dolusu sevgi istəyirdi. Halbuki, Kərim heç zaman Zülfiyyənin hansısa bir ehtiyyacı üçün nəsə etməmişdi, bir dəfə onu kimdənsə müdafiə edib qorumamışdı. Bir dəfə Zülfiyyə nədənsə inciyib ağladığında Kərim onu əzizləməmişdi. Hər gecə yatağına girəndə gözü qapıda galırdı, bəlkə əri gələ, onu qoynuna ala, saçlarına toxuna, nəfəsi vücudunda gizlənə... Gözləyirdi, Kərim gəlmirdi. Yorğanı başına çəkib yanındakı yastığı qucaqlayıb, ehtirasından yatağında qovrulurdu. İçin için ağlayaraq yuxuya gedirdi. Zülfiyyə nə istədiyini, nə də incikliyini büruzə vermirdi, ağladığını Kərimə hiss etdirmirdi. Bilirdi ki, Kərim onun könlünü almaq bəhanəsiyə yatağına gələcək. İşini görüb yenə gedəcək. Zülfiyyə təbii ehtiyyacı üçün ağlamırdı, Zülfiyyənin belə vaxtlarda bir xoş sözə ehtiyyacı var idi, bir sarılsaydı, saçlarını oxşasaydı, o olmasa belə kiçık bir təbəssüm,qayğıkeş baxış bəsi idi. Axı ailə dediyin tək yataqdan ibarət deyil, axı ailə sevgidir, hörmətdir, qayğıdır, sayğıdır...
Səhər pəncərədən boylanan günəşin şüaları üzünü sığallayırdı. Gözlərinı açdı , günəş gözlərini qamaşdırmasın deyə üzünü o tərəfə çevirib xumarlandı. Lakin pəncərədən böyük dolabın aynasına boylanan günəş inadına Zülfiyyənin gözlərini qamaşdırırdı. Sevgiyə möhtac Zülfiyyə günəşi özünə sevgili kimi görürdü. Üzünü pəncərəyə çevirəndə də, digər divara çevirəndə də günəş onu öpürdü. Özünü günəşə nazlandırıb yorğanı üstündən açdı yarıçılpaq vücudunu günəşin şüalarına verdi. Şirin şirin gərnəşdi. Açılmış budlarına, dolğun sinəsinə diqqət etdi. Bəm bəyaz, uzun biçimli ayaqları və dolğun dim dik sinəsi doğurdan da çox gözəl görünürdü. Özü özünə heyran idi Zülfiyə, hər sabah qalxıb aynanın qarşısına keçər, utana utana vücudunu pəncərədən boylanan sevgilisi günəşə göstərib ona naz satar, gülümsəyərdi. Həmişəki kimi bu dəfə də qalxıb aynanın qarşısına keçmək istədi. Günəş onu sevmək, oxşamaq üçün gözləyirdi.
Elə bu vaxt evdə yad kişi olduğu yadına düşdü. Tez köynəyinin ətəklərini dizlərinə çəkib təlaşla sinəsini örtdi, ilk pəncərəyə, sonra qapıya baxdı. Qapının arxasında nə desən vardı. Stol - stul, sandıqla elə bir kilid vurmuşdu ki, açılması mümkün deyildi.
Qalxıb ürkək addımlarla qonşu divara yaxınlaşdı. Qulağını divara dirəyib içəri diqqət kəsildi. Səssizlik idi.
- İnşallah ki, o başdan qalxıb gedib.
Tez tələsik əynini geyinib qapıya gəldi. Qapının arxasındakı əşyaları çəkib qapını açdı.Tacəddinin olduğu otağa gəlib yavaşca qapını döydü. Səs gəlməyincə qapını ehmalca açdı.Tacəddin hələ də yatırdı.
Barmaqlarının ucunda içəri girib axşamdan yanılı qalan çırağı söndürdü, elektirik piltəni söndürüb qapıya yönəldi. Anidən ayaq saxlayıb geri döndü.
- Bu niyə qalxıb rədd olmadı? Gün doğub, bu saatdan sonra bayra çıxsa görüb eliyən olar. Ay allah biabır olacam. Əmicanım birdən gəlsə... Hələ Elməddin... Vay vay... Mən neyləyəcəm ay allah? Biabır olacam. Bu nə iş idi başıma gəldi. Deyəsən yeri rahat olub köpəyoğlunun. Daş kimi yatıb. Durğuz, durğuz rəddolsun-deyib Tacəddinin yanına gəldi.
-Tacəddin qardaş, ay Tacəddin qardaş!
Tacəddin qımıldandı. Gözünü açıb baxdı təkrar yumdu.
- Qalx, kənd oyanıb əl ayağa dolaşmamış çıx get!
- Xəstəyəm...
Elə bil Zülfiyənin beyninə toxundular.
- Neyniyim xəstəsən! Qalx get, indi uşaqlar gələcək, əmicanım gələr. Səni burda görməsinlər.
- Yaxşı. Sirkə var?
- Sikəni neynirsən?
- Qızdırmam var yanıram.
ZÜlfiyyənin dişi bağırsağını kəsirdi. Ürəyində:
- Sənin niyə yandığını mən yaxşı bilirəm. Ehtiyyatlı ol Zülfiyyə. Deyəsən bu işini bitirmədən rədd olub gedənə oxşamır. İndi də qızdırma bəhanəsiylə burda qalır- deyib otaqdan çıxdı. Birazdan bir ləyəndə su, təmiz bez və sirkə geri qayıtdı.
- Tez ol, neynirsən elə, çıx get! Gəlib görən olmasın.
- Yaxşı! - Dedi. Lakin yerindən tərpənə bilmədi.
- Bu nə idi ay allah, heç halım yox, ölürəm.
- Sən allah, biraz əlli tərpən, darvazanın üstündən qıfılı açmışıq, çöldən. Biri görsə, biləcəklər gəlmişəm. Gələn gedən olacaq, mənim başıma oyun açma!
- Narahat olma. Biraz özümə gəlim!
Elə bu vaxt darvaza döyüldü.
- Zülfiyyə, ay Zülfiyyə...
Zülfiyə dizlərinə döyə döyə Tacəddinə baxdı :
- Mən batdım... Mən batdım...Neyləyəcəm mən?
- Açma!
- Dəlisən? Deməzlər evdədirsə niyə açmır?
- Dəhşətsən ee, de çımırdım, nə bilim bir şey...
- Bu saatda? Buranın camaatı gecə çimib girir yorğanın altına. Gündüz heç kim çımməz...
- Dəhşətsiz ee, çimməyin də gecəsi, gündüzü olur?
- Ay Zülfiyyə, gəlmisən? Aç qapını! - Çöldən gələn səs Zülfiyyəni daha da təlaşlandırırdı.
- Ay allah mənə ölüm ver, ay allah mən neyləyəcəm. Mən batdım.
- Sakit ol. Get aç, gələn hər kimdirsə gəlib otağın qapısını açıb içəri baxmayacaq. Sakit ol panıka yaratma. Mən də bir yuyunum, qızdırmam düşsün gedəcəm.
- Boy... Hələ bu çimmək istəyir ee...
- Olmaz?
- Uff - zala keçıb tül pərdənin arxasından darvazaya baxdı. Gələnin kim olduğunu bilmirdi. Amma səsindən təxmin etmişdi. Taksi Adilin arvadı idi deyəsən. Yəqin Adil aereportda Zülfiyəyəni tapa bilməyincə nigaran qalıb Arvadını göndərib ki, Zülfiyənin evə gəlib gəlməməsindən xəbər tutsun. Qapıya gəlib, bayra çıxmaq istədi.ayaq saxladı, öz özünə:
- Gedib doqqazı açma. Gəldiyimi biləcəklər. Kəndə yayacaqlar. Elməddin eşidib gəlsə... Vayy, vay. Mən başıma haranın daşını salım. Camaatın üzünə necə baxacam?
Qapıya qulaq kəsildi. Deyəsən qapıdakı qadın getmişdi.
Geri qayıtdı.
- Qurban olum ay Taceddin qardaş, qalx, camaat duyuq düşmədən get! - deyə içəri girəndə yerində dondu. Tacəddin üzü divara dönmüş, təmiz əskini sirkəli suya batırıb bədənini silirdi.
Tacəddinin qurşağa qədər açılmış sağlam, əzələləli bədəni Zülfiyyənin bütün vücudunu silkələyirdi. Tez qapıdan qayıtdı. Həyəcandan təntiyən nəfəsini içinə çəkib əlini ürəyinin üstünə qoydu.
- Ay allah, köməyimdə dur! - deyib gözlərini yumdu. Hardansa neçə il bundan əvvəl xəstəxanada onunla keçirdiyi gecə yadına düşdü. Döşlərinin gilələri sızıldadı. Neçə il bundan əvvəl döşlərinə toxunan əlinin hərarətini indi də sinəsimdə hiss etdi. Bütün bədəni dikən dikən oldu.
Dönüb qapıdan Tacəddinə boylandı. Tacəddin bezi isladıb qoltuq altlarına kompres qoyurdu. Hərəkət etdikcə oynayan əzələləri gördükcə Zülfiyyənin vücudu lərzəyə gəlirdi.
Yavaşca özü üzünü şillələdi.
- Özünə gəl Zülfiyyə... Şeytan ağlını oğurlamasın. İki uşağın var...
Keçib sobanın üstündən çayniki götürüb səhəngdən su tökdü. Balon qazı yandırıb çayı üstünə qoydu. Aylıq bişirdiyi təndir yuxasından isladıb, yumuşalması üçün süfrəyə bükdü. Öz qapısının toyuqlarının yumurtasından qayğanaq bişirdi. Yazdan bişirdiyi ərik mürəbbəsi, nehrədə çalxaladığı yağdan, şordan siniyə qoyub Tacəddinin qapısına gəldi.
- Gəlmək olar?
- Hə əlbəttə buyur!
Zülfiyyənin əli ayağına dolaşırdı.Bayaqdan gördüyü mənzərə gözünün qarşısında oynayırdı. Utancaq nəzərlərlə ona baxdı. Yarım qol qofta geyinmişdi.
- Yaxşısan? Kecdi qızdırman? Bax səhər yeməyi hazırladım, qalx ac acına olmaz.
Bayaqdan üzündən, sözündən zəhrimar tökülən Zülfiyyənin bu mülayımlıyınə Tacəddin məttəl qalmışdı.
- Biraz yaxşıyam, görək, keçər birazdan. Yuyunsam yaxşı olacaq, hamam istidir?
- Yox, yandıra bilmərəm. Tüstüsündən camaat duyuq düşər evdəyəm.
- Evdəsən də...
- Başa sala bilmirəm ee səni! Dayan. Mən vedrədə su isidərəm indi.
Tacəddin qalxıb yerində oturdu. Yorğanı qurşağına sarıdı. Tüklü və əzələli qolları Zülfiyyəni haldan hala salırdı.
- O köynəyi verərsən?
- Həə?.. Hə yaxşı- Zülfiyyə çarpayının üstündən Tacəddinin köynəyini götürüb ona uzatdı. Gözlərini Tacəddinin vücudundan, boynyndan çəkə bilmirdi.Tacəddin də bunun fərqindəydi. Kişi kimi, onu heyranlıqla süzən xanıma biganə qala bilmirdi. Gülümsəyir, Zülfiyənin şirin baxışlarını ürkütməmək üçün baxışlarını ondan yayındırırdı.
- Şalvarımı da...
ZÜlfiyyə Tacəddinin də şalvarını ona uzadıb tələsik qapıdan çıxdı. Ürəyi az qala yerindən çıxacaqdı. Zaldan həmin otağa açılan pəncərənin qarşısına geçdi. Tül pərdənin arxasından içəri boylandı. Bu neçə ildə indi təssüf edirdi, pəncərənin buzlu şüşə olmasına.
- Pəhmətliyin oğlu, axı evin içində buzlu şüşə nəyə lazımdır axı. Nə ağılla buzlu elətdirib bu pəncərəni - deyib mətbəxə keçdi. Krantdan vedrəni doldurub daş elektirik piltənin üstünə qoyub piltəni açdı Finçanların qulpunu barmaqlarına keçırib çaydan və çayniki də götürüb təkrar Tacəddinin yanına gəldi.
Tacəddin geyinib, pəncərədən bayıra çıxmışdı. Zülfiyyə tez tələsik yorğan döşəyi ortadan qaldırıb yükdəki balaca döşəyi yerə sərdi. Mütəkkələri üstünə düzüb, yükü toplamağa getdi. Yükü yığışdırıb yerdəki yasdıqları götürdü. Gözəl və cəlb ediçi kişi ətrinin qoxusu onu vurdu. Yastığı burnuna basıb qoxladı. Bu Tacəddinin qoxusu idi. Neçə il bundan qabaq xəstəxanada Tacəddin ona kömək edəndə də bu qoxunu almışdı. Həmin səhnə yenə gözlərinin qarşısından keçdi. Yenə döşlərində Tacəddinin barmaqlarını, nəvazişini hiss etdi. Özündən asılı olmayaraq Tacəddinin balışını bağrına basıb, dərindən ah çəkərək gözlərini yumdu.
- Yaman fikirə getmısən...
Tacəddinin səsi onu özünə gətirdi. Eyni zamanda da Tacəddin onu bu vəziyyətdə görməsi onu utandırdı. Dönüb geri baxdı. Tacəddin süfrənin başında oturmuş, stəkanlara çay süzürdü:
- Açıq süzüm?
- Orta...
Keçib süfrədə onunla üz üzə oturdu:
- Görən olmadı ki?
Tacəddin başını buladı.
- Çox pis gündəyəm.
- Niyə, qızdırman keçmədi?
- İndi yaxşıyam. Amma qarın ağrısına düşmüşəm.
- Vay vay...
- Hə... Məni soyuq aldımı belə oluram. Bakıda olsaydım bir iynə vururam keçib gedir, amma burda heç nəyim yoxdur. Çarə qalıb türkəçarəyə...
- Evdə kəkotu var, bilsəydim dəmləyərdim, dəmləyimmi. Əvəlik də var, umac eliyərdim.
- Yox bu kəkotuyla, əvəliklə keçən şey deyil.
- Niyə ki, gözümüzü açandan belə görmüşük. Kəkotu, əvəlik, gülxətmı soyuq dəymənin dərmanıdır.
- Boğazım yaman ağrıyır, mədəm sancılanır. Tetraskilin var evdə?
- Yox.
Tacəddin uzun müddət öskürdü. Səsi də kallaşmışdı. Zülfiyyə narahat olmağa başladı.
- Ay allah... Nə yaman öskürürsən. Sətəlcəm olmusan əməlli başlı. Belə necə gedəsən?
TAcəddin əlini üzünə alnına qoyub istiliyini yoxladı.
- Yenə qalxır qızdırmam,
- Ay Allah...
- Banka necə, var?
- Bel bankası? Hə var - Zülfiyyə nəsə tapmış kimi, sevıncək qalxıb, zala qaçdı. Bel bankalarını gətirib gəldi.
- Ay sağol. Yeməkdən sonra, sirkəli suyla yenə qızdırmamı salım, ondan sonra bankalayarsan.
- Kim, mən?
- Bankalamazsan?
- Dəlisən?
- Niyə ki?
- Nə bilim... Günahdır!
- Bankalanmaq?
- Yox, necə deyim ee... Yad kişiyə toxunmaq...
Tacəddin gülümsünüb başını aşağı saldı.
- Niyə gülürsən?
- Xəstəyə toxunmaq savabdır amma- gÜldü
- Pahhh...
- Nədi? Yoxsa yalan deyirəm. Gör mən nə qədər xəstəyə kömək eləmişəm, deməyəsən yerim cəhənnəmdir xəbərim yox...
- Sən həkimsən ee...
- Nolsun? Həkim xəstələnmir? Həkimə kömək lazım deyil?
- Həqqi ee. Mən elə bilirdim həkimlər heç vaxt xəstələnmir.
- Həkimin xəstəliyi ələ düşməz. Bilirsən, həkim xəstələnsə, onu heç nəylə təssəlli etmək olmur. Çünki həkim digər xəstələr kimi deyil. Normal bir adam xəstələnəndə hamı ona sağalacağını deyib ona təsəlli verir. Həkimlər öz xəstəliyinin nə olduğunu bildiyi üçün heç kimdən kömək istəyə bilmir. Həkimin bu barədə ümüdü qırıqdır...
- Nəysə, çörəyini ye, deyəsən axşama qədər burda qalmalı olacaqsan. İndi çölə çıxsan görən olar. Axşama qədər mən də gərək evdən çölə çıxmayım. Amma səhv elədim. Gərək darvazanı açmadan hasardan içəri girəydim. Elə bilərdilər hələ gəlməmişəm.Tək qorxum, əmicanımdandır. İndi Xəyal çoxdan xəbər verib onlara gəldiyimi. Bu saat harda olsa uşaqları da götürüb gələcək. Elməddin gəlsə bitdim mən. Uşağa necə deyəcəm evdə adam var? Ay allah mənə ölüm ver...
- Yaxşı da day, başım şışdı. Gedəcəm, biraz səbr elə... İndi zəng eliyib Xəyala başa salacam. Zəng eləyib anası gilə desin ki, bilet tapa bilmədik Zülfiyyə sabah gələcək.
Tacəddin telefonu götürüb qurcaladı.
- Uyy ay allah... Xəyala deyəsən gecə burda qalmısan?
- Hə dəə...
- Dəlisən? Xəyal nə fikirləşər, nə deyər? Başımı kəsər ee...
- Sən allah bəsdir özünü bu qədər qorxuzdun. Uşaq deyilsən ee, ağlı başında qadınsan, iki uşağın anasısan. Heç narahat olma heç kimə zəng edə bilmirəm, telfonum suya düşüb, xarab olub.
- Elə o pisdir də... Uşaqlarım camaatın yanında başı aşağı olacaq. Biyabır olacaq... Ooh yaxşı oldu elə. Xarab olmasaydı, elə özüm çəkicin altına qoyub qıracaqdım. Dəli şeyəm?
- Qəribədir, qız vaxtı da belə olmusan?
- Necə? Dəli?
- Qorxaq? Heç kimlə danışmamısan? Heç bir oğlanla tək bir yerdə qalmamısan?
- Boy dəlidir ee... Görüşsəm guya bunu aləmə çar çəkəcəkdim? Dədəm başımı kəsər, qardaşlarım qıyma qıyma doğruyardı məni. Hələ bir qələt eləmişəm, zibilindən qurtara bilmirəm.
- Əlbəttə car çəkməyəcəkdin. Amma belə bir şey də olsaydı hisslərini duyğularını el aləmə qurban verməyəcəkdin. Həyatını yaşayacaqdın.
- Ehh yaşadım da, noldu. Qoydu yarı yolda..
- Peşimansan?
- Sevdiyimə yox, onunla hər şey gözəl idi. Sevmək, yalan da olsa sevilmək gözəl hisslərdir. Özünü nazlı mələk sanırsan, dünya gözündə gözəlləşir. Elə bilirsən dünya yaşıl çəməndir, o sənin ağa atlı oğlanın , sən onun hər yerdə axtardığı, dərdinnən öldüyü şahzadəsən. Dünyada ikinizdən başqa heç kim yoxdur. Nağıllar aləmində yaşayırsan.
- Bəs nağılın sonu?
-Nağılın sonuna çatanda görürsən ki, nə yaşıl çəmən var, nə ağatlı oğlan, nə şahzədə. Əslində zibil kimi həyat yaşamısan, aldanmısan, o sadecə səndən istifadə edib, bir uşağı verib qolrtuğuna, özü qaçıb dayısı qızının yanına....
- Sevirsən onu yenə?
- Kim mən?
- Bəlkə, doğurdan da sevib səni, məcbur evləndiriblər. Bəlkə peşiman oldu, ailəsindən ayrıldı, gəldi ki, məni bağışla desə?
- Dedi da bə...
- Bağışlamadın?
- Keçməz...
- Axı sevmısən. Bu sevgi bura qədər idi?
- Sən ailəndən ayrılmısan. Arvadın gəlsə, ki, peşiman olmuşam gəl barışaq, barışarsan?
- Bəlkə də...
Zülfiyyə təccüblə ona baxdı. Tacəddin davam etdi:
- Baxır vəziyyətə, Əgər, ayrılmamıza səbəb mənəmsə və yoldaşım hər şeyə rağmən məni bağışlayıbsa, mən onu hələ də sevirəmsə barışaram.
- Amma bu ayrılığa günahkar mən olmamışam.
- Bilirəm, sözümü kəsmə! Gəlirəm o mövzuya. Yox, sevmişəmsə və o həyatımı boş qısqanclıqlarla cürüdürsə, və ya uzaq olsun, saf bildiyim məhəbbətdə xəyanət varsa, heç qüsura baxmasın, mən həyatımı kiminsə manyak düşüncələrinə və gic gicə sevgisinə qurban vermərəm. Buraxaram, heç geri baxmadan gedərəm , həyatımı onunla hər şeyi bitirdiyim yerdən davam edərəm. Gələcəyə baxaram...
- O da bir şans... Səninki gətirmədiysə gətirmədi demək. Mən də həyatıma baxdım, nolsun? Budur, yenə qaldım yarı yolda.
- Əsla yenilməm. Yenə həyatıma davam edərəm!
- Bəs uşaqlar?
- Uşaq mənim uşağımdır əlbəttə. Bir valideyin kimi istər qadın olsun, istər kişi. Biz onların yanında, arxasındayıq.
- Bəs ikinci dəfə evlənsən, aldığın qız səni uşaqlarınla görüşməyə qoymasa bəs?
- Bəs sən ailə qursan və ərin uşaqlarını qəbul etməsə neynərsən?
- Alıb uşaqlarımı çıxaram.
- Ay sağol. Ona görə ikinci evliliyimizi sona qədər davam etdirmək üçün neyləməliyik? Əlbəttə doğru insanı seçməliyik ki, nə uşaqlar pərişan olsun , nə də biz...
- Sənə nə var ee... Kişisən!
- Nə dəxli var...
- -DƏxli odur ki, qadınlar kişilər kimi sərbəst ola bilmir, həmişə qınağa gəlirlər...
Çörəklərini yeyib süfrəni yığışdırdı. Mətbəxə kecdı. Mətbəxi yığışdırıb, qab qaşığı yudu. Tacəddinin yanına gəldi
Tacəddin özü özünü bankalamağa hazırlaşırdı.
- Su qoymuşam, yuyun sonra, bankadan sonra çımmək olmaz. Su çəkər...
- Heç nə olmaz. Xahiş edirəm axşama qədər mənə icazə ver, yuyunub özümü tərlədim. Hava qaralan kimi çıxıb gedəcəm. Bu günlük məni idarə et, nolar, belə gedə bilmərəm. Çox pis gündəyəm
- Yaxşı, dua elə, heç kim gəlməsin. Çıxım görüm gözə görünmədən darvazanı çöldən bağlaya bilirəm? i
- Hə də, gör neynirsən.
- İndi əvəlikli umac da bişirəcəm. Heyvanları da BAkıya gedəndə əmimgilin axırına salmışam, dedim süd qaynadaram, balla, istotla... O da olmadı. Kəkotu dəmləyəcəm gülxətmiylə. Qarğıdalı saçağı da qurutmuşam yaydan. Qarınağrısı, öskürəyin bir nömrəli dərmanıdır.
- Sağol, Allah razı olsun.
- Yaxşı bəs axşam necə gedəsən? Ümumiyyətlə indi belə getsən necə gedəsən?Taksiyə minsən şofer demiyəcək a balam kimsən, nəçisən, hardan gəlib hara gedirsən?
- Səninki olmadı day, səninki bilirsən nədi? Dənizə girmə boğularsan, balkona çıxma yıxılarsan. Bəs mən neyniyim?
- Bilmirəm, bilmirəm. Başımı itirmışəm lap...
-Kömək elə özümə gəlim, mən bir yol tapacam... Krem var? Belimi yağlayacam.
- Yox, dayan, soyuducuda keçi piyi var, əladır...
ZÜlfiyyə qaçıb piyi əridib gətirdi.
- Çön,donmadan, tez ol.
- Necə? Ver mənə, özüm əlim çatan yerləri...
- Dayan, əlini batırma. Mən eliyərəm. indi də özünü yandırasan, qoy görək bir. Uzan görüm, tez ol, yağ dondu!
Tacəddin uzanıb qoftanı başından çıxartdı. Zülfiyə Tacəddinin belinə yağ sürtüb ovuşdurdu.
- PÜff... Piy iyi verəcəm indi.
- Heç nə olmaz, yat aşağı, tərpənmə...
- Yanlara əl vurma yaman qıdığım var.
Zülfiyyə də güldü.
- Bax indi səni qoyacam böyrü üstə, çıxıb gedəcəm haa...
- Yaxşı, Yaxşı... Həə hə, bax o lapatkaların altı. Oranı biraz möhkəm ovuşdur,, oxay, əllərinə qurban olum, çatlayır ora...
- Yox aa, bəlkə gedim sınıxçı Əlini çağırım?
- Əşi nə işim var Əliylə, Vəliylə...
- Di dimməz dur, qoy işimi görüm.
- Baxx bax, o boynumun damarların əz yaxşıca.
- Bah dədəm vayy da bə... Bu saat oxleyi gətirib elə əzəcəm ki. Göm göy olasan. Qoyub gedəcəm aa bu saat. Yazığım gəlir, gedə də bilmirəm. qonaqsan burda, ölüb eliyərsən, düş zibilə indi.
- Ay sağol, çox düşüncəlisən. Amma deyəsən elə sənin əlinin altında öləcəm. Çiyərimi sökdün, yavaş ov da biraz, insabın olsun. Əllərin də çox sərtdir kişi əli kimi, adamın dərisini çırır. Əllərini kremləmirsən heç?
- Sənin nərmə-nazik şəhər qızların kimi gündə kremlərlə, pudra kirşanlarla oynamıram mən . Bu evin həm kişisiyəm, həm arvadı. Odun döğrayan, yer şumlayan, kətmən tutan əlin incəliyini nə zaman gördün?
- Bağışla, elə demək istəmədim. İncimə. Bir krem var...
- Mən nələrdən incimişəm, sənin mənim əllərimə dediklərin nədi ki bunun yanında inciyim?
Hər ikisi susdu.
Zülfiyə dolmuşdu. Tacəddinin belinə banka vuraraq ürəyində özünə divan tutmuşdu:
- Əllərimi bəyənmədi heyvanın biri heyvan. Nə sülənirsən bəs əlimin altında. Boynunu yerə soxum ay Zülfiyyə, sənə lazım idi bu? Az nə sıyıq qızsan sən? Səhər gedib Bakıda zurna çalacaq, qaldım filankəsin əmisi qızının evində, özümü ovxalatdım, bankalatdım. Hələ cimdim. Cimdim də demiyəcək ee, deyəcək cimizdirdi. Kül başına sənin, öl yerə gir da bə. Başına gəlməyən qalmayıb, yenə də ağıllanmırsan
Gör indi, sən özün özünü bəzəyə qoyursan, yoxsa kişilər? Elə bilirsən səni bəyənib gəlib bura? Ay hayy. Ona sən lazım deyilsən ee, bəlkə Xəyalla bir problemi var, pərt eləmək, sındırmaq istəyir dostlarının yanında onu? Bəlkə üzdə dost görsənib arxasından iş çevirəndir? Lap elə deyil, lap sənnğn xoşu gəlir, lazım idi sənə banka manka? Nə hörmətin qaldı bunun yanında? Ay düşük, əllərinə kobud deyən heç səni bəyənər? Dur rəddol, qov evindən.
Əl saxladı. Vurduğu bankaları əsəbi halda çəkdi. Canı acıyan Tacəddin ufuldadı :
- Yavaş... Ayy, nolub, biraz yavaş da, ətimi qopartdın.
- Qalx!
- Nə?
- Qalx, çıx get!
- Etmə, eləmə başıva dönüm, ölürəm gedə bilmərəm. Gedib gıxılıb qalacam kəndin ortasında.
- Mənə nə? - Zülfiyyə əsəbi halda bezlə Tacəddinin belini sildi - di dur!
- Bilirəm qırdım səni, Zülfiyyə . Xətrinə dəydim. Elə demək istəmirdim, allah haqqı, . Sən səhv başa düşdün. Demək istəyirdim əllərinə üçün krem yoxdursa, yumuşaldıcı krem verəcəkdim.
- İstəmirəm, lazım deyil.
- Lazım deyil, deyil də... Day niyə öldürürsən məni? - Tacəddin Zülfiyyənin kölnün almaq istədi. Lakin Zülfiyyə tam ciddiydi- YAxşı, mən qalxım gedim onda. Amma yolda yıxılıb ölsəm, qannısı sənsən
- O arxa düşəndə ölmədunsə, indi də ölməzsən qorxma.
- Ölmərəm düzdür, amma biri sənin evindən çıxdığımı görsə, öldürməzlər məni?
- Mənə nə! Nə sülənirsən buralarda?
- Boy sağol vallah, day sənə sözüm yoxdur
- Nə sözün olacaq ee, Cəhənnəmə görsünlər, mənə nə, nə olursa olsun!
- Sənə nə, eləmi? Nə deyirəm...
Tacəddin qalxıb tənbəl tənbəl əynini geyindi. Əşyalarını çantasına yığdı və qapıdan çıxacaqdı ki, çöl qapı döyüldü. Elməddin küçədən səslənirdi:
- Bacı, ay bacı...
X Ə Y A L
19 BÖLÜM
- Vaxsey... Evim yıxıldı.
- Dayan, sakit ol, qorxma.
- Uşaqlar gəldi ee. Sən deyirsən qorxma?
Bu səfər Solmaz arvadın səsi gələndə Zülfiyyə başına dizinə çırpdı.
- Allah mənə ölüm ver... Neyniyəcəm mən indi ?
- Sən get aç qapını. Bir bəhanəylə geri qaytar onları Mən pəncərədən çıxaram.
- Dəlisən? Görərlər ee, ordan baxanda arxa həyət görsənir. Nə bəhanəsi edəcəm ?
- Nə bilim, ee mən... Məsələn bibinə de ki, həkimə getməlisən, nə bilim dərman almalısan. Bir bəhanə elə evdən çıx. Uşaqları evdə yiyəsiz qoymuyacaq ki, aparcaq da yəqin
- Ayy sağol... Ağıllı fikirdir. Mən gəlib qapını açmayınca bu otaqdan çölə çıxma ha, heç pəncərədən də ...
- Yaxşı get!
Zülfiyyə Tacəddinin olduğu otağı kilidləyib evdən çıxdı. Tacəddin içəri otağın pəncərəsini açıb gözləri ilə zalın qapısından Zülfiyəni izləyirdi. Burada çox qalmaq olmaz, amma nə etməli, hərəkət etməyə heç halı yox idi. Ürəyi ağzına gəlib qayıdırdı. Ən yaxşısı, Zülfiyyə gələnə qədər burada gözləməkdir, əks halda həyətə onu görə bilərdilər.
Darvazanı açar açmaz Solmaz salamsız kəlamsız Feyruzu hikkəylə Zülfiyyənin qucağına atıb əsəbi halda Elməddini içəri itələdi.
- İt küçüyünün yetimləri... Al uşağına yıyə çıx görüm mən başıma haranın daşını salıram!
- Nolub, qadanı alım, əmicanı, bir saat da qalsaydı, aptekə...
- Başıma daş düşüb ee... Xəyalımı tutublar.
- Nə? Necə yəni? Xəyal dünən məni samalyota mindirdi axı.
- Elə səndən sonra... Şərikini öldürüb atıblar bunun üstünə...
Tacəddin icəridən eşitdiklərinə inana bilmirdi. Telefonunu götürüb Xəyala zəng etmək istədi. Telefon da xarab... Başını pəncərədən zala uzadıb Solmazın danışıqlarına diqqət kəsildi.
Zulfiyyə dizinə vurub təlaşla gah zalın qapısından Tacəddinin qaldığı otağa gah da Solmaza baxdı.
- Ay Allah... Elə şey olmaz ay əmicanı...
Zülfiyyənin tədirginliyi Solmazın diqqətini çəkdi. Evə tarəf boylanıb, zala diqqət etdi. Tacəddin tez geri çəkilib pəncərəni örtdü. Pərdənin tərpənməsi Solmazın gözündən yayınmadı.
- Kim var icəridə?
Zülfiyyənin ürəyi titrədi. Həyəcanla içəri baxdı. Heç kim yox idi. Dili topuq vura vura:
- Heç kim, ay əmicanı, kim olacaq, təkəm - dedi. Tez özünü ələ alıb Solmazın diqqətini içəridən çəkməyə çalışdı
- Kim öldürüb şərikini ?
- Nə bilim, q..bə şeydi, əri öldürüb yəqin.
- Booy, arvaddı şəriki?
- Hə...
- Bəs Xəyalla nə əlaqəsi
- Az mən nə bilim, ay dili ağzında yanmış, mən nə bilim, harda pozğun, harda səydərəm, çöllərdə qalmış var gərək gəlib yapışa uşağımın yaxasından da bə...
- Başa düşmədim ee...
- Az sənin başın var idi ki, nəsə başa düşəsən? - solmaz Zülfiyyəni kəlməsini tamamlamağa qoymadı.
Zülfiyyə Solmazın bu sözündən incidi. Lakın incikliyini biruzə verməmək üçün, uşaqlarını səslədi. Özü də bilmədən :
- Ay uşaq, get o hamamın qapısını çək, it pişik girməsin - dedi.
Tacəddin pəncərəni açıb aşağı atlayacaqdı ki, Elməddin evin arxasındakı hamama tərəf gəlirdi. Tez geri çəkilib pəncərəni örtdü. Elməddin də pəncərənin çarpıldığını hıss etdi. Pəncərəyə diqqət kəsildi. Buzlu şüşənin arxasından pərdə tərpənirdi.
- Bacı, ay bacı, içəridə kimsə var...
- Nə deyirsən ay bala, nə sayaqlayırsan?
- Pəncərə çarpıldı, pərdə yellənir.
- Gəl bu tərəfə , adam yarıtmaz, kim olacaq, pəncərəni açmışdım ev havalansın, külək çarpıb da bə...
Zülfiyyə dəliyə dönmüşdü, biraz da geciksə, Tacəddin yaxalana bilərdi. Allaha yalvarırdı ki, Solmaz tez çıxıb getsin. Uşaqları da Sənubərgilə yollasın.
- Nəysə, biz təcili çıxırıq Bakıya - nəhayyət Solmaz qapıya tərəf addımladı- Heyvanları sağmamışam, hələ, tez ol, gəl sən də heyvanlarını sağ, südünü bişir. Qatıq çalarsan balaca qazanda, soyucuda da süd var, onu da mayalandır, pendir elə, axşamkı südü özünə sağarsan, bizim toyuq cücəyə də dən ver, ahırı təmizlə, həyət bacanı süpür. Öz toyuq cücəni ayır gətir, gözün bizim toyuq cücədə olsun, tülkü aparmasın.
- Evdə kim var, əmimlə gedirsən?
- Hə, böyük gədə, əmin, mən.. Bax ağzını möhkəm saxla, heç kimə bir kəlmə də... Burdakılara zurna lazımdır çalmağa, uşağı dılə dişə salma.
-Yaxşı əmicanı, narahat olma!
- Mən getdim. Hə gədələr işdədi, nahara gələcəklər evə , göy göyərti var, yuyub dəsmalın arasına yığmıçam. Qəşəy kükü bişır qoy, ayran da elə. gələndə yesinlər, axşama da gör nə tapırsan onları ac qoyma, yeməklərin paltarların hazırla.
- Get əmicanı, gözün arxada qalmasın. Mən eliyərəm hər şeyi. Allah amanında. Narahat olma, ındı uşaqları göndərim , Sənubərgilə keçirəm sizə...
Zülfiyyə eşıtdiklərindən şoka düşmüşdü. Əli ayağına dolaşmışdı. Nə edəcəyini bilmirdi. Bir tərəfdən Solmazın əmrləri onu necə tələsdirmişdisə içəridə qapının açılmasını gözləyən Tacəddini tamamən unutmuşdu. Tacəddin də neçə dəfə pəncərədən çıxmağa cəhd etdi, lakın Elməddinlə Feyruz elə yerdə oynayırdı ki, arxa pəncərə oradan görünürdü. Odurki, yerə salınmış döşəyə oturub , Zülfiyyənin uşaqları Sənubərgilə ğöndərməsini gözləməyi qərara aldı.
- Yemək yemisiz, gözünü sevim? - Zülfiyyə uşaqları öpüb əzizlədi.
-Yox bacı, səhər tezdənnən səsə oyandıq. Evdə it yiyəsin tanımırdı, kim idi bizə çörək verən? Qışqır bağır... Əli əmi əsəbləşmışdı, Solmaz xala ağlayırdı.
- Nə deyirdilər ki.
- Nə bilim, xəyal əmi kimisə öldürüb deyəsən...
- Ssuus. Bax heç kimin yanında heç nə danışma haa, yoxsa öldürərlər bizi.
- Yox qorxma baxcı. Mən kişiyəm, kişinin yanında baş kəsilər, kişi onu görməz.
- Bax ay sağol. Gəl, tut qaqaşın əlindən mən indi sizə bir şey hazırlayaram, yeyin görəyinizi, gedin Sənubər dayıcanıngilə. Mən də gedim heyvanları rahatlayım
- Yaxşı, bacı.
- Bacın sənə qurban ay Elməddin, bax orda da ağzından bir şey qaçırtma haa, yoxsa əmicanı bizi kəsər, yaxşımı?
Elməddin kişiyana ədayla başənı yellədi.
- Arxayın ol!
Zulfiyyə Elməddinin bu ədasının vurğunuydu. Gülümsəyib qollarını yana açdı.
- Gəl, mənim kişi balam, darıxmısam sizin üçün - deyib Elməddinlə Feyruzu ikisini bir arada quçaqladı. Allah sizi mənə çox görməsin. Sizdən başqa heç kimim yoxdur.
- Bacı...
- De gözüm...
-...
- NƏdi, de görüm!
Uşaq anıdən Zülfiyyənin boynuna atıldı.
- Bir də məni heç kimin evində qoyub bir yerə getmə...
Elməddin boşu boşuna söz danışmazdı. Zülfiyyə Solmazın xasiyyətini bilirdi. Dili zəhərdi, yedirər, içirər, sonra da burnundan gətirər. Bilirdi ki, o burda olmayanda zəhərini Elməddinə töküb, uşaq da bundan inciyib.
- Yaxşı, qurbanın olum bir də sizi tək qoymaram .
- Söz ver da bə...
- Yaxşı, söz verirəm ...
- Məni atıb getmiyəsən, eləmi?
- Hara gedirəm?
- Bakıya...
Zülfiyyə məhəccərin üstünə atdığı palazı tutun altına sərib içəri kecdi.
Daş plətənin üstündə isitdiyi vedrədəki suyu götürüb yerə qoydu, balaca tavaya iki yumurta çırpdı. Çayı üstünə qoyub siniyə səliqə ilə mürəbbə, yuxa, pendir, şəkər və iki stəkan qoyub, tutun altına gəldi. Uşaqlar bağda yaşıl çəmənlərin üstündə oynayırdılar.
Səhərlə günortanın arası olsa da, bağdakı otların şehi hələ də qurumamışdı. Deyəsən gecə çısələmişdi, torpaqda da nəmişlık vardı. Zülfiyə şehli otların, nəm torpağın üstündə ayaqyalın gəzməyi çox sevərdi. Odur ki şəpidlərinı çıxarıb eləcə gəzirdi. Uşaqlara qürurla baxdı.
- Sizə qurban olum, Allah nə yaxşı verib sizi mənə, mən sizlə nəfəs alıram... Bircə Kəmaləm də burda olsaydı...
Kəmalə yaralı yeriydi. Adı xəyalına gələndə ürəyinin sarı simi titrəyirdi, gözləri dolurdu.
- Elə bir imkan olaydı ki, alıb balamı gətirəydim yanıma... Ehhh.
Özünü toparlayıb süfrənin başına oturdu. Yuxadan götürüb arasına pendir qoyub dürmək hazırladı.
- Gəl bala, bacın qurban ay Elməddin. Çörək quruyur, çay soyuyur. Qardaşını da gətir, oturun. Gedim çayı da gətirim.
Çayı gətirib stəkanlara süzdü. İçinə şəkər salıb, qarışdırdı. Feyruzun butulkasını doldurub yanına qoydu.
- Siz, çörəyinizi yeyin, mən də gedim tez heyvanları gətirim gəlim. Qardaşını gözlə yıxılmasın. Yeyənnən sonra qalan yuxaları bük, qurumasın. Sinini qoy içəri. Darvzanln halqasına çöldən çubuq tax, taybatay açılmasın. Siz gedin sənubərgilə, mən də gedim, heyvanları gətirim.Həə bir də, plətənin üstünə su qoymuşam, qoy qaynarlansın gəlib toyuq kəsəcəm. Qaynar su lazımdır...
- Yaxşı bacı.
- Bax uşaqdan göz ol aa...
Buludların arasından boylanan günəş yol kənarındakı otların üstündəki şehlərə ecazkar bir görkəm verirdi. Başqa zaman olsaydı Zülfiyyə mütləq ayaq saxlayar, bu sehirli işıltıyla parlayan otlara toxunar, əllərini onların üstündəki şehlərdə isladıb yanaqlarına çəkərdi. Bəlkə də Zülfiyənin dərisini təravətli və parlaq saxlayan təbiətin bu doğal gözəllikləri idi. Hamama belə girdikdə, çımdıkdən sonra mütləq saçlarını yazda yağış suyuyla, qışda qar suyuyla yaxalardı. Elə bu səbəbdəndir, saçlarının bu qədər sağlam, gur və parlaq olmağı. Hər sabah yuxudan durar durmaz, çəmənlərdəki şehlərlə əlini isladar, yanaqlarına, göz qapaqlarına sürtərdi. Elə ona görə buğdayı yanaqları hər zaman dağ laləsi kimi qırmızı olardı. Göz qapaqlarında bir dənə qat-qırış yox idi. Kirşanı, ənliyi təbiətdən alardı, Zülfiyyə. Həyətindən keçən arxın kənarındakı kolların üstünə örtü çəkərdi ki, qonşular onu görməsin. Soyunub ipək köynəyiylə buz kimi arxa girər yuyunar, sonra yaşıl otların üstünə uzanıb sevgilisi günəşə naz satardı. Gilas ağaçının yarpaqları arasından boylanan qızmar günəş, islanıb biçımlı bədəninə yapışmış və əzalarını bütün incəlikləriilə əks etdirən ipək göynəyini qurudar, soyuq sudan üşüyən vücudunu qucaqlayar, şüaları ilə onu isidərdi...
Başını qaldırıb, əlini gözünün üstünə qoyub günəşə baxı. Mas mavı göydəki ağ buludların arasından baxan günəş gözlərini qamaşdırdı, gümnəşə gülümsədi :
- Səni sevirəm sarı tellım, mənim qədər səni ürəkdən sevən tapılmaz, inan mənə . Bilirsən, gözəl günəşim, mən səninlə necə xoşbəxdəm? Sənin keyfin qaçanda mən də dərbədər oluram. Üzünə bulud dəyib, ağlayanda keyfim əməlli başlı korlanır. Əslində yağışı da sevirəm, amma sənin qədər deyil, sən məni sevən tək varlıqsan, sənə özümü nazlandıra bilirəm. Sənin yanında xoşbəxt oluram. Üzüm gülür. Yağış isə tənhalığımın dərd ortağıdır. Üzümdəki göz yaşlarımı onun suyula gizlədirəm. İstəmirəm kimsə ağladığımı görsün, hiss etsin. Yağış yağanda sevinirəm ki, gözümün yaşı onun sularına qarıçacaq. Heç kim ağladığımı bilməyəcək. Mən yağışla dərdləşirəm, yüngülləşirəm.
- Ay qız, ay Zülfiyyə haralardaydın? Səhərdən qapını döyürəm, açmırsan da - çəpərdən boylanan şofer Adilin arvadının səsi onu düşüncələrindən ayırdı.
- Həmayil xala, hərvaxtın xeyir, vallah, gəlib necə yatmışamsa, indi durmuşam.
- O saatda?
- Gecə gec yatdım, elə yorğun idim ki., təyarə məni bihal eləmişdi.
- Gecə Adil gəldi, dalınca aeroporta, o qədər gözlədi, axtardı səni oralarda, tapa bilmədi. Yazıq kişi gecə ikidə gəlib çıxıb evə, ZƏng elədi ki, Xəyala xəbər verə, Xəyal da cavab vermədi, heç. Səhər açılar açılmaz məni yolladı sizə ki, get gör o qız gəlib? Gəldim gördüm darvazada qıfıl yoxdu, bildim gəlmisən. Döydüm açmadın.
- Hə eşitməmişəm. Sağol. Əziyyət çəkdin.
- Bəs nəylgəldin? Kim gətirdi?
- Vallah ay Həmayıl xala, çıxdım Adil dayını tapmadım. Bir arvadvar ıdı, ona dedım, heç haranı tanımıram, mənə kömək elə. Demiyəsən o da aşağı kəndə gedirmiş, dedi gəl, mənnən, ykəndinizin kruqundan yola salaram gedərsən.
- Bax ee... Kişi də ayreportu ələk vələk eliyib, səni tapmayıb. Malades vallah saa, yoldan evə o qaranlıqdə tək gəlmisən? Demirsən qurda quşa yem olarsan?
- Yox ay Həmayil xala, heç nə olmaz, dağ neynim, məcbur idim tək gəlməyə. Sağolsun o arvad məni bura qədər gətirdi.
- Necə də risk eləmisən, mən tanımadığım adamın yanına düşüb bir addım da gedə bilməzdim. Ona görə deyiblər ee ağıllı neynim neynim deyincə, dəli vurub çayı keçir.
Kənddə hamı Zülfiyyəni dəli kimi qələmə vermişdi. Bu məsəl də Zülfiyyəyə tuşlandığı gül kimi aydın idi. Əlbəttə Zülfiyə ona vurulan damğanı, atılan atmacaları, deyilən sözləri ürəyinə yığırdı. Əmin idi ki, gün gələcək, ürəyinə qalaqlanmış bu sözləri bircə bircə sahiblərinə qaytaracaq.
- Nəysə mən gedim.
- Hara?
- Əmimgilə...
- Hə ee onu soruşacaqdım da bə...
- Nəyi?
- Nolub, səhər o başdan əmin gəlib Adılı durğuzdu, aereporta gedəcəkmış xeyir ola? Solmaz da biraz əvvəl uşaqları çırpa çırpa sizə tərəf gedirdi.Gəlmədimi, görmədin əmicanını?
- Bilirəm, gördüm gətirdi uşaqları Həmayil xala, getdilər Naxçıvana?
- Hə getdilər. Vallah bala, əmini heç belə görməmişdim, rəngi bom boz idi. Bulud kimi tutulmuşdu. Nəsə pis bir şey olub deyəsən. Adil soruşdu, heç nə demədi. Bəlkə Xəyala...
- Yoxee, narahat olma, Xəyal yaxşıdı. Dünən özü gətirib məni yola saldı. Nəysə mən çox ləngiməyim, uşaqlar evdə yiyəsizdi. Heyvanları gətirim tez, evə keçim...
Heyvanları sağıb, qabağına ot qoydu, içəri keçib südü süzdü. Qazanı ocağa qoyduqdan sonra ortalığı yığışdırdı. Süd soyuyana gədər günortaya əmisi oğlanları üçün əlüstü yemək hazırladı. Yuxa sulayıb bükdü. Salatı doğrayıb süfrəyə qoydu yanına qatıq, ayran və yumuşalmış yuxadan qatlayıb qoydu. Üzərinə milçək qonmaması üçün təmiz örtü çəkib qatığı və pendiri mayaladı. Pendiri süzüb, çıxdı.
Toyuqlarını tutub iki - üç toyuğun ayağını bir birinə bağlayıb əl arabasına yığdı. Əmisigilin toyuqlarını kişləyib setkaya yığdı. Dənlərini, sularını veriəndən sonra heyvanları qabağına qatıb yola çıxardı. Özü də toyuq cücəylə doli əl arabasını sürüb evə tələsdi. Diki aşıb evinə tərəf baxdı evinin üstünü qatı, qara duman almışdı. Gözlərinə inanmadı. Evi yanırdı.
Elə bil onu yuxudan oyatdılar. Məhz indi yadına düşürdü ki, Tacəddin hələ də onun evindədir.
- Vaxseeyyy... - deyib dizinə çırpdı, arabanı tullayıb evinə tərəf qaçdı...
Evın mətbəxindəki daş pılətədən yanğın çıxmışdı. Allahından yanğın böyümədən qonşular tez duyuq düşərək yanğına müdahilə ediblər. Yanğın söndürülmüş, amma həyət bacanı, eyni zamanda da evin içini qatı tüstü bürümüşdü. Həyətə girər girməz qışqıra qışqıra toplaşanların arasında gözü Tacəddini axtarırdı. Ürəyində Allaha yalvarırdı ki, çıxıb Tacəddin orda olmasın, çıxıb qaçmış olsun. Tacəddin gözə görünmürdü. Bəlkə hələ də içəridədir. Dizinə başına döyə döyə evin arxa tərəfinə fırlandı. Qonşu qadınlar onu sakitləşdirməyə çalışırdı. Zülfiyyənin arxasınca düşərək əlini qolunu tuturdular. Elməddin Feyruzu quçağına alıb ağlaya ağlaya onun arxasənca qaçırdı.
Qonşu kışılər evin arxasına toplaşmışdılar, əllərindəki lapatka ilə yanan kabelləri qoparıb yerə tökürdülər. Pəncərəyə baxdı. Pəncərə bağlı idi. Qorxu canını aldı, "hələ getməyib, içəridədir". Cibindəki açarı yoxladı.Açar çıbində, pəncərə açılmamış, bəs bu başqa haradan qaça bilərdi ki? Demək hələ içəridədir. Tək ümüd zala açılan ara pəncərəydi. Qaçaraq özünü zala atdı. Qatı dumandan boğula boğula öskürdü. Əlini qolunu tutub onu çölə çıxarnmaq istəyən qonuşuların əlindən çırpınıb çıxdı, ara pəncərəyə baxdı. Xeyr, o pəncərə də açılmamışdı. Dizləri əsdi. "Bəlkə içəridə tüstüdən boğulub qalıb"
- Ay Zülfiyyə, bu otağın açarı hanı? Gətir, ver, qapını pəncərəni açaq, duman çəkilsin, evin divarları əldən getdi...
Zülfiyyə tələsik açarı cibindən çıxardı və təkrar cibinə atdı. "Dəlisən? Qapını açsan o içəridə olsa, bu camaata nə cavab verəsən?"
- Açar yoxdu, hara qoymuşam bilmirəm, ora qalsın, o biri otaqları açın ...
- Şüşəni qırın, Elməddini salın içəri,keçsin ordan çöl pəncərəni açsın! Hisdən divarlar qaraldı, heyıfdı...
- Yox qlrmayın , açmayın - deyə deyə yerində atılıb düşərək dizinə başına döysə də gec idi, pəncərənin şüşəsi qırılmış, kişilər təccüblə pəncərədən gah içəridə bayılıb özündən getmiş kişiyə, gah da Zülfiyəyə baxırdılar...
X Ə Y A L
20 BÖLÜM
Yanğın hayına gələn Zülfiyyənin qardaşları həyətin ortasında yerə uzadılmış Tacəddini və qorxusundan dizinə başına döyən Zülfiyyəni görüb donub qalmışdılar. Kişilər Tacəddinə yaxın durmur, qadınlar bir biriylə pıçıldaşıb Zülfiyyəyə nifrətlə baxırdılar. Biraz əvvəl söndürülmüş ev yenidən alovlanmağa başlamışdı. Hardasa qalmış közü əsən meh közərtmişdi, ev təkrar yanmağa başlamışdı. Heç kim nə evə düşmüş oda su atmır, nə yerdə bayılıb özündən getmiş Tacəddinə kömək etmir, nə də Zülfiyyəni sakitləşdirmirdı. Elməddin Feyruzun əlindən tutub gah Zülfiyyənin yanına qaçır, gah Feyruzu buraxıb yanan evə su atmağa çalışır, gah da yerə uzadılmış Tacəddini ölü sanıb qışqırır, lakin səsi çıxmırdı. Baş Zülfiyəylə Tacəddinə necə qarışmışdırsa uşağın şok keçirtdiyi və şokdan dilinin batmasından heç kimin xəbəri yox idi.
Məhəlləyə toplaşanlar elə bil tamaşaya yığışmışdılar. Bir qismi yanğına, bir qısmi ayaqlar altında qalan Tacəddinə, bir qısmı də ağlı başından çıxıb dəli kimi atılıb düşən, qəhqəhə çəkib gülən, gah da, qışqırıb fəryad edərək özünü alovlar arasına atıb yanan evini söndürməyə çalışan Zülfiyəyə baxırdı.
Qardaşlar nə edəcəyini bilmirdi. Yerdə düşüb qalmış Tacəddini sözsüz ki, tanımışdılar, Xəyalın qonağı olduğunu bilirdilər. Bəs bu adamın bacılarının evində nə işi var idi?
- İndi inandın mənə? Mən deyirdim bu adam bacını saxlayır, yaman ayaq açıb buralara- öldürürdün məni. Di ala ha... Evindən çıxıbdır daa bə...
Yanında dayanan arvadının pıçıltısı Samıri dəliyə döndərdi. Təpıklə yerdə yatan Tacəddinin böyür başına vurmağa başladı. O biri qardaşları da ona qoşulmuşdu. Tacəddin yerində qıvrıldı. Lakın özündə deyildi. Öskürdükcə ciyərlərindən duman çıxırdı. Elməddin balaca canıyla özünü təpiklərin qabağına atıb onu qorumağa çalışırdı. Nə qədər qışqırsada səsi çıxmırdı.
Məhəllənin kişiləri qardaşları Tacəddindən ayırınca Samir qızmış nərə dönüb Zülfiyyənin üstünə cumdu. Bundan sonra da o biri qardaşı. Zülfiyyənin ağız burnunun qanı bir birinə qarışdı. Elməddin Tacəddini buraxıb bu səfər də Zülfiyyəni qorumaq üçün onun yanına qaçdı. Zülfiyyəni onlarin əlindən qurtarmağa çalışırdı. Bu vaxt Zülfiyyənin bacısının baldızı Zülfiyyəni kişilərin əlindən alaraq, qaçırıb darvazadan çölə itələdi .
- Qaç canını qurtar, a bədbaxt qaç!
Zülfiyyə üzün başın cıra cıra kəndin ortasıyla tütünlüyə doğru qaçırdı.
Elməddin tütünlüyə qədər Zülfiyyənin ardıyca qaça bildi, onu qaytarmağa çalışırdı. Lakin tütünkükdə Zülfiyyə gözdən itdi. Elməddin səslənsə də səsi çıxmadığından nə Zülfiyyə onu eşidə bilirdi, nə də tütünluk sahəsində bir yarpaq belə tərpənmirdi ki, Elməddin onun izini tapıb ardıyca getsin. Elməddin Zülfiyyəni itirmişdi. Çarəsi kəsilən Elməddin ağlaya ağlaya geri gayıdıb Feyruza sarıldı...
Kəndin camatı 5 saat idi ki, kənd ətrafında yaxın və qonuşu kənd sahələrində, bütün əkin yerlərində Zülfiyyəni axtrırdılar. Zülfiyyə isə heç bir yerdə yox idi. Zülfiyyənin böyük baş heyvanları özləri həyətə girslər də toyuqları hələ də ayağı bağlı dikin təpəsində arabada qalmışdılar.
Kiminsənin çağırdığı yanğın söndürən maşın köhnə evin külünə gəlib çatmışdı. Onun ardıyca gələn təcili tibbi yardım maşını Tacəddini götürüb xəstəxanaya aparmış, kəndin sahə müvəkkili Elməddin və Feyruzu rayon polis şöbəsinə gətirmişdilər. Və elə burada Elməddinin dilinin qaçdığının fərqinə vardılar. Elməddinin ağzı tərpənir, səsi çıxmır, heç kim onun nə dediyini başa düşmür. Sadəcə dodaqlarının tərpənişindən və əl qol içarətindən onun nə dediyini başa düşməyə çalışırdılar. Uşaq özü də bu halına əsəb keçirirdi.
Əli kişi Bakıya çatar çatmaz kimsə zəng edib, Zülfiyyənin kənddəki biabırçılığını və yoxa çıxması xəbərni ona çatdırdılar. Hadisədən şoka düşən Solmaz bəd ağzını açmış Zülfiyənin üstünə qarğımadığı qarğış qalmamışdı. Yazıq Əli kişi bilmirdi arvadını sakitləşdirə, yoxsa telefondaki adamla danışa. İki daş arasında qalmışdı. Bilmirdi oğlunun yanında olsun, yoxsa yiyəsiz və başsız ortada qalan qardaşı qızının hayınamı qaçsın. Telefondan asılı qalmışdı Zülfiyyənin qardaşlarına zəng edir telefonda da olsa onların öfkəsini basmağa çalışırdı.
- Vallah əmi, ağlı varsa başın alsın getsin bu kənddən, onu harda görsək tikə tikə doğrayacağıq.
- Bir səbrinizi basın. Bəlkə, bizim bilmədiyimiz başqa şey var ortada. Küyə getməyin a bala. Özünüzü camaatın içində rüsvay eləməyin! Adımız sanımız var.
- Nə küy, aləmə duy vurulub xəbərin yoxdur ee, əmi! Bir arvadın evindən yad kişi çıxa, bunun başqa nə adı ola bilər.
- Ay bala, onun adı hər şey ola bilər. O yad dediyin kişi Xəyalın dostudur, bizim qonağımız olub. Bunu hamı bilir, ailə dostumuzdur deyə bilərsiz, lap deyin Zülfiyyənin həkimidir. Burada böyüdüləcək bir şey yoxdur. Nədi dəvəni böyüdüb fil eliyirsiz. Qoyun başımız açılsın, gələk görək məsələ nədir. Sakit olun.
- Əşii, sən də söz danışdın da... Xəyalın dostu, Xəyal burada olmadan burada nə gəzir? Qonaqcılınızdır sizə gəlsin, lap bizə gəlsin, dul cavan gəlinin evində nə işi var? Həkimdir? Həkim xəstəxanada olar yoxsa, bağlı qapı arxasında?
- Bax məsələ də budur elə, işin içini bilmədən boşuna asıb kəsməyək. Demək ki, bizim də bilmədiyimiz bir şey var. Dünən Xəyal Zülfiyyəni yola salanda dedi Tacəddin də onunla bərabər gəlir. Duzdağa gedəcəkmiş.
- Zülfiyyənin evini Duzdağla dəyişik salıb?
- Əşii mən nə bilim. Yəqin bizə gəlmək istəyib, elə bir yerdə gəliblər taksiylə...
- Dəhşətsən ee əmi, hər şeyə söz tapırsan!
- Neynəyək bala yanan odun üstünə yağ tökək? Siz səbrinizi basın, tapın o qızı, görün hara gedib, harda gizlənib, dəli şeydir, özünə xətər yetirər, qurda quşa yem olar. Düşərik zibilə. Mən axşam axırıncı reyslə təcili qayıdacam. Mən gələnə qədər bir dəlilik eləməyin, camaatın ağzına söz salmayın. Deyin gecə qalıb əmimgildə, səhər əmimgil Bakıya gedincə o da Zülfiyyəni yoxlamağa gəlibmış. Başınızı böyütməyin görək...
Xızı rayon polis şöbəsi bir birinə dəymişdi. Fərid içəridə, cinayyt işiylə maraqlanırdı. Xəyalın işini öz boynuna götürmək istəməsə də, tanıdığı güclü bir vəkili onun üçün gətirmişdi.
Bir gözü Narındaydı. Narın sarsılmışdı.Yazıq qızı necə təsəlli edəcəyini bilmirdi. Yaxşı ki, Nuranə onları tək qoymamışdı. Narının yanındaydı.
Narın eşitdiklərinə inanmırdı. Xəyal qatil ola bilməzdi. Bu mümkün olan şey deyildi. Ürəyinə və ağlına gələn şübhələri beynindən dəf etməyə çalışır, özü özünü ovudurdu. İçindəki gərginliyi üz ifadələrində və hərəkətlərində də hiss olunurdu.
- Gəl çıxaq biraz həyətə, sakit ol. Özünü ələ al canım, sən də belə eləsən...
Nuranə Narının qoluna girib onu baxçaya çıxartdı. Dəmir barmaqlı hasarın yanına gətirib onu oradakı oturacaqda oturtdu.
- Sən burada otur, mən bu saat gəlirəm.
Xəyalla LƏman Narının gözlərinin qarşısında canlanır. Onların hərəkətlərində ürəyindəki şübhələri təsdiqləmək üçün az da olsa gizli bir işarət, gizli bir münasibət axtarırdı. Görə bilmirdi. Belə bir şey sezməmişdi. Xəyal Narını sevirdi, ona aid idi. Hətta Xəyal Ləmanın yanında Narını necə əzizləyir, necə sevirdi, ona necə hörmət qoyurdu. Əgər belə bir şey olsaydı Ləman onu qısqanmazdımı? Baxışında, sözündə, hərəkətində qeyri adilik hiss olunmazdımı? Əksinə Ləman onların belə isti münasibətinə özü də xoşbəxt olurdu. Ayrıca Ləmanın Narınla da münasibəti həddindən artıq yaxşı idi. Ləman ona hormət edir, ona qızım deyirdi. Onu görüşə çağırır, bərabər zaman keçirtdikləri günlər də az olmayıb. Belə bir fikir, bu qısqanclıq, bu şübhə hardan gəlib Narının ağlına girmişdi ki? Bu şübhə niyə məhz bu gün, belə bir gündə onun ağlını qurcalayır ki? Belə bir fikir niya onun ağlına başqa zaman gəlməyib, məhz bu gün gəlib ki? Həm də axı , Ləmanla Xəyal arasında uçurum qədər yaş fərqi var. Xəyalın o qadına məhəbbət göstərməsi, böyük bir eşq yaşaması ağla gəlməyən bir şey idi. Xəyal Ləmanla sevgili ola bilməzdi, belə bir şey olsa insan heç olmaya nöqtə qədər də olsa bir şey görərdi. Xəyal hər zaman ona böyük kimi hörmət göstərirdi, yolunu sazxlayırdı. Hər zaman Xəyal nəinki Ləmanla, umumiyyətlə qadınlarla ünsiyyətində centelmenliyi ilə fərqlənib. Xeyir, Xəyalın qadınlara qarşı olan mədəniyyəti və münasibətinə görə onu günahlandırmaq, qısqanmaq doğru olmazdı.
- Yox ola bilməz, onlar şərikdirlər, istədikləri vaxt istədikləri yerdə işləri üçün görüşə bilərlər. İkisi də iş adamı, bəyəm işin saatı, dəqiqəsi olur?
- Bəs iş üçün görüşüblərsə niyə iş yerində, niyə fermada yox, niyə Bakıda yox, xüsusi tutulmuş kirayə evdə? Həm də gözdən qulaqdan uzaqda? Buna nə ad vermək olar?
- Yox, Xəyalla Ləman xanım arasında elə bir şey ola bilməz. Mən bunu hiss edərdim, ya Ləmandan, ya da Xəyaldan. Belə bir şey varsa bəs Xəyal niyə onu öldürsün?
- Yox Xəyal onu öldürməyib, axı Fərid də dedi ki, şübhəli qismdə içəri alınıb, cinayyətlə onun heç bir əlaqəsi yoxdur.
- Sakit ol Narın, sakit ol bacı qurban, mütləq hər şey aydınlaşacaq, mən inanmıram Ləmanla Xəyal arasında bi şey ola - Nuranənin səsi onu düşüncələrindən ayırdı. Özündən asılı olmayaraq özünü Nuranəninin qucağına atdı.
- Qorxuram Nura, ağlıma inanılmaz şeylər gəlir. Onu çox istəyirəm, məni aldadacağı xəyalıma belə gəlməzdi. Amma indi ürəyim ağzımdan çıxacaq kimiyəm...
Nuranə təssüflə onu qucalayıb təsəlli etməsi elə bil bir selin ağzını açmışdı gözlərinin yaşını saxlaya bilmirdi Narın.
- hHər şeyi qara qara düşünmək olmaz, gözəlim . İş kişi başına gələr. Hələ yolun başındasız, nə yaşadız siz hələ , belə şübhələrlə içini parçalayırsan? Fəridlə biz nələr taşadıq, nələr keçdik. Heç bir şey bizim sevgimizin üstünə kölgə salmadı. Mənim vəziyyətdə olan qızı kim sevərdi?
- Bu vəziyyət başqadır...
- Heç də başqa deyil. Həyatın enişi yoxuşu tək xəstəlikdən ibarətdir? Əlbəttə ki orada şübhə də olacaq, böhtan da olacaq, yaxşılıq da, pislikdə. Həyat dediyin güllük gülüstanlıq deyil əzizim. Bu vəziyyətdə bizə nə düşər? Sevdiyimizin yanında olmaq, onu dəstəkləmək, ürəkləndirmək...
- Xəyanəti dəstəkləyək ?
- Bu barədə heç nə dəqiq deyil. Nə bilirsən arada xəyanət var? Sadəcə ehtimallar şübhələr... Bəlkə Ləman öldürüləcəyini bilirmiş, Xəyalı köməyə çağırıb, nə bilim bəlkə ya, Xəyalı bilərəkdən ora çağırıblar. İşi boynuna qoyublar. Əriylə arası yaxşı olmayıb Ləmanın heç vaxt. Bunu hamı bilir. Neçə dəfə boşanmaq istəyiblər, alınmayıb. Əri həmişə deyirdi, bir gün mən Ləmanın qatili olacam. Bəlkə Xəyalla işləməsini istəməyib, o şərəfsiz. Onu qısqanıb. Ləmanı da bilirsən öz sözünü deyən qadındır, dədəsi gələ, qabağından yeyən deyil. Mənə elə gəlir, əri görüb başqa yolu yoxdur. Xəyalı şərləmək istəyib, ki onu aradan çıxartsın.
- Arada cinayyət işi var, şərləmək başqa, öldürüb üstünə atmaq başqa. Arada bir qadının meyidi var. Niyə bu işdə məhz Xəyalın adı çəkilir, axı niyə? Necə olacaq bu işin sonu.
- Adamın ağlına hər şey gəlir. Məncə Narın, ortada xəyanət varsa bu məsələni sonra həll etməyiniz doğru olar. Amma indi sənin Xəyalın yanında olmağın lazımdır. Yıxılana balta çalan çox olar əzizim , sən özünü bu baltanın sapı olma, Narın! Kiməsə fürsət vermə məncə. Xəyal yaxşı oğlandır. Mən onu çoxdan tanıyıram. Saf uşaqdır, biraz tez inanandır hər şeyə. Ağıllı savadlıdır. Elə bilirsən Xəyalın düşməni yoxdur? O qədər belə adamın xayınlığını çəkən var ki...
- Deyirsən, Xəyala iftira atırlar?
- Nə bilim, onu allah bilir, amma təxminim belədir. Xəyal ağıllı oğlandır, nə edəcəyini bilən adamdır. Bax görərsən bacı qurban Xəyal təmizə çıxacaq, Sən, bu gün onun yanında olub sevdiyinə sahib çıxmalısan!
- Əgər ortada xəyanət varsa da?
Narın təccüblə Nuranənin üzünə baxırdı.
- Belə bir iş sənin başına gəlsə nə edərsən Nura hə? Bağışlayarsan Fəridi?
- Əgər Fəridi həqiqətən sevirəmsə sonuna qədər onun yanında olaram. O ki qaldı xəyanət məsələsinə açıqlamasını da gözləmərəm, amma bağışlamaram da. Məsələ bitənə qədər yanıda olub ona olan sədaqət borcumu yerinə yetirərəm, sonra hər şey yoluna düşdükdən sonra bu barədə danışardıq.
-Haa haa danışmaq? Xəyanəti bağışlamaq olar?
- Kim dedi bağışlayaram. Bağışlamaram dedim. Amma sonuna qədər yanında olub ən sonda danışıb ayrılaram. O məni xəyanətlə vurubsa, mən də ayrılıqla vuraram. Amma belə bir gündə yox. Sonra, beyni başı ayıq olanda. Onsuz da o bu günün srresini yaşayır, bir də mənim nazımı çəkəcək vəziyyətdə deyil.
-Ləman sənin xalan qızıdır, onun ölümünə necə bu qədər soyuq yanaşa bilərsən sən Nuranə? Ölən xalan qızı, sən Xəyalı düşünürsən. Sənin yerinə kim olsa onun qatilinə ən ağır cəza istəyər.
- Qatilin Xəyal olduğu nu kim dedi? Mən inanmıram Xəyal Ləmanı öldürə.
- Ortada Xəyaldan başqa heç kim yoxdursa, qatil başqa kim ola bilər?
- Vaayy vayy... Sən Xəyalı bu qədərmi tanımırsan Narın. Elə tutdurmusan Xəyal qatildir. Əri ola bilməz qatil? Ya başqası?
- Əri? Deməli, əri bir şey bilir ki öldürüb.
- Bax ay sağol. Axır ki dediyimin üstünə gəldin. Su səhəngi suda sınar bacı qurban. İnsan bir dəfə qələt edər, iki dəfə edər. Üçüncü artıq idi. Özü də bilirdi, bu dəfəki xəyanətin nəticəsi nə olacağını.
- Belə çıxır ki, Ləman ərinə xəyanət edib və bu ilk dəfə deyil hə?
- Günahı, babalı öz boynuna mən görməmişəm. Qulaq günahkarıyam.
- Demək bu üçüncü şəxs Xəyal imiş. Yenə döndü dolaşdı məsələ Xəyalın üstünə gəldi, bax görürsən? Xəyalla münasibətini sən də bilirmışsən hə?
- Yalan deyə bilmərəm. Mən Ləmanla onun işdən başqa münasibətinı nə görmüşəm nə eşitmişəm. Bu heç ağlıma da gəlməzdi. Amma Xəyal bu qısa müddətdə necə bu yerə gəlib çatıb, kimin hesbına, məhz bu cinayytdən sonra bəlli oldu. Ləman Xəyalı özü üçün əlində tutub, Xəyal da ondan istifadə edirmiş...
- Ay allah... Mən nələr eşidirəm...
İçəridən çıxıb kənardan onları dinləyən Fərid onlara yaxınlaşdı.
- Özü yıxılan ağlamaz Narın. Mən sənə xəbərdarlıq edəndə ağzımdan vurdun.
- Haqlısan qardaş...
- Ona görə, də gözünün suyunu axıtma. Günahkar sən olarsan. Qalx get evə, özünə gəl! Papağını qoy qarşına, yaxşı yaxşı fikirləş ya üzül, ya düzül...
Xəstəxanada özünə gələn Tacəddin bir anda harada olduğuna çaşıb qalmışdı. Yanğından heç xəbəri də yocx idi. Zülfiyyə uşaqların yeməyini verib gedəndən sonra da çıxıb evdən getmək istəmişdi. Lakin uşaqlar həyətdə oynadığından bu mümkün olmadı. Getmək üçün darvazadan çıxması lazım idi. Bir tərəfdən də qızdırması çoxalmışdı. Başı üstündə durmurdu. Odur ki, ZÜlfiyyə gələnə qədər burada gözləməyi, məsləhət bildi. Bağlı qapı arxasında telefonuyla oynadı, telefonunu söküb içini quruladı, açmağa çalışdı. Lakin olmadı. Canı darıxırdı. Dünyadan xəbərsiz həbsxanadaydı sanki. Arada pəncərədən həyətə düşür, hamama keçır, üzünə başına su vurub qayıdırdı. Zülfiyyə uşaqlara Sənubərgilə getməyi tapşırmışdı. Deyəsən Elmədinnin heç hara getmək fikiri yox idi, Feyruzla tutun altına salınmış palazın üstündə oynayır, arada evə girir nəsə götürüb geri qayıdırdı. Hələ bir iki dəfə də Tacəddinin olduğu otağın qapısını açmağa da cəhd etdi. Lakin qapının bağlı olmağı və acarın qapının üstündə olmamağı Elmədini bu cəhddən yayındırırdı.
Odur ki, bu qısa müddətli ev həbsini səbrlə başa vurmaq ən yaxşı çarə olardı. Döşəkcənin üstünə uzanıb gözünü qapıya zillədi. Və beləcə yuxuya getdi. Qalan heç nədən xəbəri olmayıb. Nə yanğından, nə qatı tüstüdən boğulmağından. Nə Zülfiyyədən, nə Zülfiyyənin qardaşlarının onu huşsuz halında vurmağından...
Zülfiyyədən çox nigaran idi. Allah bilir bu hadısədən sonra onun başına nə gəlmişdi. Qorxan gözə çöp düşər deyirlər. Zülfiyyənin də qorxduğu başına gəlmişdi. Tacəddin onun evində tutulmuşdu. Bundan sonra Zülfiyyənin bu kənddə qalması mümkün deyildi. Qala da bilməzdi. Çünki xəstəxanada eşıitdiyinə görə olduğu evdə yanğın çıxmış, artıq o ev tamamən külə dönmüşdü. Bu biabırçılıqdan sonra Zülfiyyə kimə pənah apara bilərdi, kim ona sahib çıxardı ki?
Bir dəqiqə də vaxt itirmədən xəstəxanadakı həkimlərin birindən telefon alıb Xəyala zəng elədi. Məsələni Xəyala başa salmalı idi. Lakin Xəyala zəng çatmırdı. Cibində pulu parası da qalmamışdı. Pulları pencəyinin cibində qalıb evdə yanmışdı. Odur ki, qardaşına zəng elədi. Başına gələnləri ona danışıb ondan kömək istədi. Fikrət Ləmanın öldürüldüyünü və Xəyalın tutulmağını ona deyəndə Tacəddinin beyni dondu.
- Nə danışırsan sən, elə şey olmaz!
Telefon özünün olmadığı üçün daha çox məşğul edə bilmirdi. Hər şeydən xəbərsiz bu dünyadan köçmüş kimi hiss edirdi özünü. Təcili Fəridə zəng etməliydi, Bakıya çıxmalıydı, Xəyalın yanında olmalıydı. Bəs Zülfiyyə?Axı xəstəxanada qaldığı bu iki gündə Zülfiyyədən xəbəri yox idi. Başına nə qəlib bilmirdi. Onun üzündən Zülfiyyə bu saat nə haldadır allah bilir. Onu burada belə çətin vəziyyətdə qoyub getmək şərəfsizlik olardı. Nə edəcəyini bilmirdi. Fikirləri, qarmaş dolaş olmuşdu.
Xəstəxananın həyətində Fikrət gələnə qədər gözlədi. Onu özü çağırmışdı. Fikirət ona "bilet alım Təcili Bakıya qayıt" desə də Tacəddin bundan imtina etmişdi. Özü Fikrətdən xahiş etdi ki təcili Naxçıvana gəlsin, ona üsrt baş və borc pul gətirsin.
Tacəddin təkbaşına kəndə gedib Zülfiyəni orada axtarmaq, onu görə bilməzdi. Bu ağılsızlıq olardı. Bunun üçün ağılla hərəkət etməliydi.
Fikrət Nazxçıvana gələndən sonra onun telefonuyla Fəridə zəng edib xəyalın başına gələnləri ondan öyrəndi. Özünün də başına gələnləri Fəridə danışdı.
- Bayy bayy... Sənə kazım idi bu? Bəs indi nə düşünürsən?
- Zülfiyyəni də götürüb gələcəm.
- Bundan əminsən?
- Mən əmin olmadığım sözü danışmaram Fərid, bumnu məndən yaxşı bilirsən.
- Nə deyim, xeyirlisi. Amma bu saat xəyalın yanında olmağını istərdim.
- İndi kəndə gedirəm, gedim Zülfiyyənin vəziyyətindən xəbər tutum, görüm nə etdi, neylədi. Vəziyyəti onun qardaşlarına başa salmalıyam ki, qızı incitməsinlər. Sonra gələcəm. Dediyim kimi, bərk ayaqda planımda Zülfiyyəni də özümlə Bakıya gətirmək var.
Kəndə gəlib taksini Zülfiyyəgilin qapısına sürdürdü. Evin yerində külü qalmışdı. Bu evdən necə sağ çıxmağına dəhşətə gəlmişdi. Bəs görəsən Zülfiyyə və onun uşaqları hardadır. Xəyalın ata evinə gəldi. Lakin onlarda da heç kim yox idi. Zülfiyyəni soraq edəcəyi başqa heç kim ağlına gəlmirdi. Zatən Tacəddin kəndin adamlarının gözündə başqa planetdən gəlmiş adam kimi görünürdü. Belə bir vəziyyətdə Zülfiyəylə danışıb məsləhətləşmədən onun qardaşları ilə də danışa bilməzdi.
Qardaşlnln məsləhəti ilə Fikrətlə birlikdə kəndin sahə müvəkkilini tapdılar. Fikrət ədliyə işcisi olduğundan bu içlərin necə çözüləcəyini yaxşı bilirdi.
Zülfiyyənin itkin düşdüyü, uşaqların isə polis şöbəsində olduqlarını Tacəddin sahə müvəkkili Əmirovdan öyrəndi . Fikrət daha dərinə getmədən Bakıya qayıtmağı Tacəddinə məsləhət görsə də Tacəddin qardaşını eşitmək istəmədi. Hadisəylə bağlı özünü polis şöbəsinə yazılı təqdim edib Zülfiyyənin axtarışana başladı...
X Ə Y A L
21 BÖLÜM.
Xəstəxananın yam yaşıl bağcasında oturacaqlarda oturmuş Zülfiyəyə baxaraq Tacəddin həkimlə danışırdı.
- Yanı ümüd varmı geri dönməyinə?
- Yox deyib ümüdümüzü itirməyək, Tacəddin bəy. Şizofeniyadan beter piskolojik xəstəlik yoxdur, onun belə müalicəsi vardır. Özünüz də həkimsiz . Bilirsiz ki, belə problemli insanlara iynə dərmandan çox xüsusi diqqət və qayğı lazımdır.
- Bilirəm. Mən özüm əlimdən gələni edirəm, onun üçün. Amma hamı mənim kimi deyil axı . Bu kimi xəstələrə çevrədəkilər dəli gözüylə baxırlar, lağlağı edirlər.
- Bilirəm.Təssüf edirəm ki, insanlar belə vəziyyətdə olanlara kömək etməkdən çox zərbə vurmağı xoşlayır. Bəlkə də bunu bilmədən edirlər. Mən həmişə çıxışlarımda da demişəm ki, bu mövzuda insanları marifləndirmək lazımdır.
- Yenə də, mən nə edə bilərəm, siz mənə onu deyin, həkim. Əslində nə edəcəyimi bir həkim kimi bilirəm. Amma istəyirəm hər şey sizin kontrolunuzda olsun.
- Müalicəsinə davam edəcək. Onu əvvəlki yaşam tərzindən çıxarıb yeni həyata atmaq, ona özgüvən vermək lazımdır. Yeni bir dünya sağlam bir həyata addım atmaq deməkdir. Və təbii ki, dediyim kimi bu yolda ona diqqət və qayğı vacib şərtdir.
- Bacardığım qədər əlimdən gələni edəcəyəm, onun üçün.
- Təsəvvür eləyin ki, üzə bilməyən bir insan csuz bucasız, yaşam qaynağı olmayan bir adadan üzüb qarşıya keçməli, həyata qaynaşmalıdır. Bunun üçün üzməlidir təbii ki, amma necə? Sözsüz o çalışıb çabalayacaq ki, batmasın. Amma belə insanlara kənardan nəzarət etmək lazımdır ki , batarsa ona kömək edib dənizdən çıxara bilsin. Ona bu çətin yolda tənhalığını hiss etdirməyəcək bir yoldaş lazımdır.
- Bildiyim qədəriylə bunu özü də istəməlidir. Biz onu həyatın içinə itələməklə olmur heç nə. Mən onda bu istəyi görmürəm. Özü həyata qaynaşmaq istəmir. Ona yoldaşlıq etmək istəyəni də qəbul etmir.
- Bax bu travmadır. Ətrafında oıan vərtibar edib güvəndiyi adamların ona vurduğu zərbələrdən aldığı travmanın nəticəsidir bu. İndi də heç kimə güvənmir, inanmır. Onunla bu barədə mən özüm hər seansda danışıram. Əlbəttə Zülfiyyə xanım özü də bunu çox istəyir. Belə desək, üzməkdən çox batmağından qorxur. Çünki sağında solunda onu batmağa qoymayan, güvənəcəyi bir insan görmür. Onun nəzərində ucsuz bucaqsız dənizdə tək başına üzmək olduqca çətindir, dənizdə köpəkbalığına yem olmaqdansa susuz bir adada ölümünü gözləmək ona daha asan gəlir.
- Onu belə vəziyyətə gəlməsinə səbəb yaşadıqlarıdır.
- Bilirsiz belə vəziyyətdə olması ona necə əzab verir? Bunu yalnız mən görə bilirəm. Özündə köklü bir dəyişiklik etmək istəyir düzdür. Sadəcə, hardan, necə başlayacağını bilmir. Əsas məsələ də maddiyyat olunca...
- İşləməsi necə? Onu çəmiyyətin içinə atmaqla səhv etmiş olarıq?
- Bu gözəl fikirdir. Əksinə özünə güvəni bərpa olar. Fikirləri tam olaraq formalaşar. Amma bir şərtlə.
- Nə şərt?
- Keçmişini üzünə vuracaq heç kimlə üz üzə gəlməməlidir. Bu onu ruhdan sala bilər.
- Deyirsiz, onu ailəsindən, onu tanıyan insanlardan uzaqlaşdıraq?
- Bəli. Bacardığınız qədər. Ən azından özünü tanıyana, özünə qiymət verənə qədər. Ondan sonra zatən onu incidən insanlardan özü qaçacaq. Bir insan özünü tanımırsa, özünü dəyərləndirmirsə ona həyatı sevdirmək mümkün deyil. Özünü tanıyan insan da hər ələ düşməz.
Məhkəmə binası və həyəti onu tanıyanlarla o cümlədən müxbirlərlə dolu idi. Nə Xəyal nə də Ləman kiçik adam deyildi ki, bu məhkəmə də səssiz səmirsiz keçə. Bütün respublika bu xəbərdən çalxalanırdı. Ölkədə iş dünyasının bütün diqqəti bu məsələdə idi. Qəzet və sosial şəbəkələrdə gəzən dedi qodular Ləmanla Xəyalın münasibətindən yazırdı. Narının da buna zərrə qədər şübhəsi qalmamışdı artıq. Çox üzülürdü, özünü aldadılmış, qüruru qırılmış biri kimi hiss edirdi. Depresiyaya düşmüşdü heç kimlə danışmaq, heç kimlə görüşmək istəmirdi.
Bəli bu barədə mediya çalxalanırdı. Lakin bütün bunlar, sadecə dedi qodu olaraq qalırdı.ortada heç bir dəlil və sübut yox idi. Məhkəmənin və onun əlinə keçən vidiogörüntülər və şəkillər Ləman və Xəyalın iş və dostluq münasibətlərindən xəbər verirdi. Ortada gizli və sevgi münasibəti olan heç bir görüntü və fakt olmadığından Narın özünü tez bir zamanda ələ almağı bacarmışdı.
Ləmanla Xəyalın adının belə bir məsələdə hallanması Narını üzürdü, təbii ki, Xəyaldan incimişdi. Amma əsassız və sübutsuz səbəbə görə də Xəyalla aradan pərdəni qaldırmaq istəmirdi. Bəlkə də belə düşüncələrlə özü özünü aldadırdı. Amma fakt olaraq Xəyalla münasibətini pozacaq nə bir şahid, nə də bir dəlil yox idi. Özünü aldadırdı.
- Bəlkə heç belə bir şey yoxdur, olmayıb, sadecə dedi qodudur, ehtimallardır. Axı Fərid də həmişə Xəyalın bacarıqlı və işgüzar, çalışqan biri olduğunu xüsusi vurğulayır. Xəyal bu uğurlarını çalışmaları sahəsində qazana bilməzmi? Varlanmaq üçün illa ki, varli imkanlı sevgiliyə gərək yoxdur. Fərid də bu yerə öz gücünə gəlib çıxıb, hansəsa bir varlı qadının hesabına gəlməyib. Xeyir, Xəyal savadlı və bacarıqlı biridir. Nə qazanıbsa öz əməyi sayəsində qazanıb. Paxıllıqdan ona qara yaxmağa çalışırlar. Özünə gəl Narın, hələ yolun başındasan, indidən sevgilinə kimsə nəsə deyir və sən ona güvənmirsənsə, nolacaq bu işin sonu? Belə bir gündə sən onun yanında olmalısan, bütün eşitdiklərini yalanlamalısan, ona ürək-dirək verməlisən. Bu çətin günləri çiyin çiyinə keçməlisən. Düz yola çıxdiqdan sonra bütün bunların hesabını soruşarsan ondan. Amma indi belə bir vəziyyətdə sənin də onu vurmağın yersiz bir şey olacaq.
Narın Xəyalın görüşünə gəlmişdi. Xəyalın gözlərinin içinə baxaraq :
- Eşitdiklərimin səhv olduğunu de Xəyal! Nolar, yalvarıram. Belə şey yoxdur, olmayıb, ola bilməz de. Nolar, qurban olum - ona yalvarmışdı. Xəyal isə susmuşdu.
- Susursan, susmaq etiraf əlaməti olduğunu bilirsənmi Xəyal? Bax qəlbimi qırırsan. Mənim nə halda olduğumu görmürsən? Mənə yazığın gəlmir?
- Bilirəm, əzizim, mən səni aldatmaq istəmirəm...
- Elə isə, eşitdiklərim düzdür?
- Bu barədə burda danışmağım düzgün olmaz, məhkəmədə əlehimə qərarlar çıxa bilər. Məncə bu söhbəti burada kəsək, çıxdıqdan sonra davam edərik.
Bundan açıq etiraf nə ola bilərdi ki. Demək, Xəyalla Ləman arasında ciddi münasibət varmış. Bu münasibət o qədər ciddi imiş ki, sonu ölümlə nəticələnib.
Narının ağlına yüz cür fikir gəlirdi. Bəlkə də Ləmanın əri onları bir yerdə tutub ikisini də bir yerdə öldürəcəkdi. Lakin iş elə gətirib ki, Xəyal orda olmayıb.
Düşündüyü fikirlərdən sarsılırdı.
- Yox, elə şey ola bilməz. Bəlkə də Mehman Xəyaldan əvvəl ora gəlib xanımıyla mübahisəyə girib. Ailədilər, hər şey ola bilər. Ailə münaqişəsi zəminində Ləmanı qətlə yetirib. Bilərəkdən ya biıməyərəkdən. Belə də olsa demək doğurdan da Ləmanla Xəyal arasında elə də bir münasibət yox imiş . Bu qətl ailə münaqişəsi zəminində baş veribmış. Xəyal isə ortada günahsız bir şahid olubmuş
İlk ifadəsiində Xəyal Ləmanın evindən çıxan şəxsləri və onları qaçıran maşını, hətta maşındakı şəxsin Mehman olduğunu, yazmışdı. Dəlil üçün telefonda çəkdiyi görüntünü də polisə təqdim etmişdi. Telefonundan Ləmanla olan mesajları silsə də, cinayyət işi araşdırnası zamanı bütün səslər və mesajlar cinayyət işinə tikilmişdi.
Bu ifadədən sonra içəridə Xəyalın başı cəncələ girmişdi. Həbisxana divarları arxasında iki həbsxana işçisi və bir dustaq onu divara çıxışdıraraq Mehmandan ona salam demişdir.
- Bilirsənmi, bu ifadən qurduğun taxt tacını tarimar edər.
Mesaj yerinə çatmışdır. İçəridə olsa da çöldəki qatilin nəzarəti altında idi. Bundan sonra hər şeyə, hər verdiyi ifadəyə diqqət etməli idi. Yoxsa cavan canına yazıq olardı.
İki daş arasında qalmışdı. Bu məsələdə tək günahı əldə etdiyi şöhrət və pul üçün Ləmanın oduna yanması idi. Qatil deyildi, dələduzluq edib kiminsənin sərvətini ələ keçirməmişdi, oğurluq etməmişdi. Bərabər işləyib, işlədiyinin qarşılığını halalıqla artıqlamasıyla almışdı. O ki qaldı özəl münasibətə. Bunu da onlara heç kim qəbahət tuta bilməzdi. Çünki Ləman uşaq deyildi, və Xəyal onu yoldan çıxarmamış, ona təcavüz etməmişdi. Normal yaşda, özünü idarə və ifadə edəcək hər bir kəs arasında belə bir münasibət yaşana bilərdi. Əgər əri bunu qəbul etmirsə boşanmalı idi, əgər sırf xəyanətə görə əri onu öldürübsə o zaman cəzasını Xəyal yox Mehman çəkməli idi.
İndi onun burda sıxışdırılması Xəyalın bütün düşüncələrini alt üst etmişdi. Həqiqəti desəydi özünün, deməsəydi Ləmanın qanı batacaqdı. Bu ikisi də haqsızlıq idi. Bir insanın qanının batması demək idi.
Xəyal üzərində olan hər şeyi Fəridə həvalə etmişdi. Təbii ki, bu çəncəldən çıxmaq üçün ona külli miqdarda pul lazım idi. Fərid xəyalı qurtarmaq üçün xırda obyektlərdən bir neçəsini satlığa qoymuşdu.
Fərid Xəyalı içəridə tanıdıq birinə tapşırmışdı.
- Bizim adamdır. Gözün üstündə olsun.
Xəyal da bunu bilirdi.
- Bir şey olsa Tofiq bizim qardaşdır, qorxma, o sənin yanında olacaq.
Tofiq Xəyalı içəridə darıxmağa qoymur, qaranlıq dünyanın adamlarından qoruyurdu. Fərid və Tacəddin o cümlədən Xəyalın yaxın dostları içəridə Xəyala korluq vermirdilər. Onun yatdığı kameranı maddi təmin edirdilər. Tofiq və onun adamları bilirdilər ki, onsuz da Xəyalın burda yatmağı müvəqqətidir. Odur ki, belə bir adamı qoruyub qovlamaq özü bir iş idi. Bilirdi ki, burada onların işi Fəriddən kecir...
Xəyalı həyətdə bir küncə sıxışması Tofiqin gozündən yayınmamışdı. Belə işlər səbr istədiyini də yaxşı bilirdi. Bilirdi ki bu qətldə kiminsənin əli var və qurban Xəyal seçilib. Əgər Xəyal burada sıxışdırılıbsa demək əmr də yuxarıdandır. Biraz ehtiyyatlı davranmaq lazımdır.
Ara sakitləşən kimi səkinin üstündə oturub ağzının qanını silən Xəyala yaxınlaşdı. Məsələnin nə olduğunu təxmini bilirdi. Odur ki, heçnə sorub soruşdurmadan bir hekayə başlatdı.
- Bir kasıb, oğlan olur, vəzirin qızına aşıq olur. Vəzirin qızı da ona. Lakin cavan və gümrah şah dura dura vəzir qızını bir kasıb oğlana verərdimi? Oğlan qızdan vaz keçə bilmir. Qarşısına məqsəd qoyur ki, şahı taxtan salıb özü onun yerinə kecəcək və vəzirin qızı ilə evlənəcək. Zatən bir ölkənin yiyəsi olamaq, şöhrət qazanmaq qızdan da əvvəl oğlanın ən böyük arzusu idi. İndi tam da zamanı idi.
Kasıb oğlan təmbəllik etməyib şahın bütün həyatını, gəlib kecənini araşdırır. Onu yıxmaq üçün yaralı yerindən vurmaq ən ağılll iş olardı. Çünki, şahı yıxmağa nə gücü var idi, nə də onun qoşununun qarşısına çıxmağa başında dəstəsi. Şahı ancaq aağıl məğlub edə bilərdi.
Dağ başında tək tənha yaşayan bir çobandan şahın böyük bir sirrini öyrənir. Əgər bu sirr mahala yayılarsa şah xalq arasında öz nüfuzunu itirəcəkdi.
Artıq mübarizəyə başlamaq zamanı gəlmişdir. Kasıb oğlan şah olmaq üçün böyük bir savaşa girir. Onun şah ola biləcəyinə heç kim inanmır. Lakin oğlan iradəsini əldən vermir, şahı öz sirriylə belindən qıracağına əmin idi.
Fürsət gözləyir və bir gün şah qonuşu ölkəylə savaşa gedərkən oğlan da daxili müharibə başlatdığını elan edir. Oğlan başının dəstəsiylə qarşısına çıxan hər şeyi qırıb dağıdır. Və şəhər qalasını ələ keçirir.
Şaha xəbər çatır ki, bəs Filankəs qoşun hazırlayıb, qalaya hücum edib, taxtu tacını ələ keçirib. Məqsədi şah olub vəzirin qızını almaqmış. Şah bundan çox əsəbləşir, qonuşu ölkəylə başlatdığı müharibəni yarımçıq qoyub, məmləkətinə qayıdır. Qırx gün, qırx gecə oğlanla şah arasında amansız savaş başlayır. Vəə, kasıb oğlan savaşla şahı məğlub edə bilməyəcəyini görüb, bu dəfə şahı öz sirri ilə vurur.
Şah döyüşdən əl çəkir və oğlana deyir ki, əgər bu qalanın və vəzirin qızının sahibi olmaq istəyirsənsə mənim sirrimi heç kimə yaymayacaqsan. Mən bu taxt tacı dənə verib gedirəm. Amma mənim haqqımdakı bu sirri başqa bir adama söylərsən şahlıq da əlindən çıxacaq, qız da...
Tofiq hekayəsinə biraz ara verdi. Xəyala dönüb əlini onun dizinə qoyub ayağa qalxdı.
- İndi Xəyal, səncə kasıb uğruna can qoyduğu qala və vəzirin qızı üçün şahın sırini aləmə yayar ya yox?
Bəli, bu nağıl da Xəyal üçün danışılmışdı. Xəyal uğruna can qoyduğu sərvəti üçün Mehmanı ələ verməməliydi.
Uşaqlar Gəncəyə gətirilmiş və uşaq evinə yerləşdirilmişdi. Tacəddin arada bir Zülfiyyəni maşına qoyub uşaqları ilə görüşə gətirirdi. Zülfiyyənin uşaqları ilə zaman keçirməsini Tacəddin kənardan seyredirdi. Elməddinin hələ də dili açılmamışdı. Həkimlər növbəti təsadüf və şok nəticəsində Elməddinin səsinin bərpa olunacağını xüsusi vurğulayırdılar. Elməddin danışma qabliyyətini itirsə də dodaq tərpənişi və yazma ilə çətinliklə də olsa hər şeyi başa sala bilirdi.
Tacəddin uşaqları uşaq evindən alıb anasına qovuşdurmaq istəyirdi. Lakin, Zülfiyyənin vəziyyəti buna imkan vermirdi. Yanğından sonra 4 gün çöldə ac susuz qalan, onsuz da əvvəldən pisxolojik problemləri olan Zülfiyyə indi uşaqlarına normal şəkildə baxacaq vəziyyətdə deyildi. 15 günə yaxın xəstəxanada yatmışdı . Sonra əmisigilə yerləşdirilmişdi. Daha sonra Tacəddin Xəyalın atası Əli kişi ilə məsləhətləşərək onu Bakıya gətirdi. Zülfiyyənin kənddə qalacaq yeri yox idi. Dedi qodu ayaq tutub gəzirdi. Bir tərəfdən də Zülfiyyənin qardaşları...
Xəstəxanadan çıxdıqdan sonra Zülfiyyəni əmisi evinə yerləşdirmişdilər. Lakin Zülfiyyə əvvəlki halda deyildi. Nə iş görə bilirdi, nə də ipə sapa yatırdı. Bir tərəfdən də uşaqlarını istəməsi, Xəyalın qardaşlarını səbrdən çıxardırdı. Zülfiyyə gündüzlər kimsəylə üz üzə gəlməsin deyə özünü evə həbs etmişdi. Həyətə çıxıb toyuqlara belə dən vermirdi. Gecənin bir aləmi evdən çıxıb öz evinə gələr, yanmış evinin daşlarını taxtalarını seçər yeni tikiniti üçün yararlı olanları ayırıb bir tərəfə qoyardı. Əlinə keçən bir tərəfi yanmış yorğan döşəyi həyətdəki hamama daşıyar, orda özünə yatmağa yer düzəldərdi. Bu biabırçılıqdan sonra Zülfiyyənin məhəlləyə yerləşmək istəməsi qonuşuları qıcıqlandırır, onu məhəllədə görmək istəmirdilər. Əmisi oğlanları və qardaşları Zülfiyyəni çəkib öz evlərinə aparmaq istəsələr də Zülfiyyə ağlayır, çığırır, özünü döyür heç bir yerə getmək istəmirdi.
İş o yerə qaldı ki, zəng edib Əli kişiyə məsələni başa saldılar. Əli kişi Tacəddinə bir şey sızdırmadan Zülfiyəni Bakiya gətirmək istəyirdi. Amma bu mümkün deyildi. Tacəddin kəndin fledşeri ilə mütamadi əlaqə saxlayır, zülfiyyənin vəziyyəti ilə maraqlanırdı. Zülfiyyənin evunin hamamına yerləşməsi, Tacəddinin ürəyini ağrıdırdı. Bütün hər şeyin günahkarı özünü bilirdi. Vicdanı onu rahat buraxmırdı. Mütlq bu günahını bağışlatmalı idi. Amma necə?
Nəhayyət özünü tooarlayıb Əli kişinin yanına gəldi. Məhkəmə prosesi müddətincə Əli kişı və Solmaz Xəyalın evində qalırdı.
- Məncə Zülfiyyənin orda qalması heç doğru deyil.
- Sənə nə? - Solmaz Tacəddinin üstünə qışqırdı. Əli kişi tərs tərs yoldaşına baxıb Tacəddinə döndü.
- Nə edək? Nə düşünürsən?
- İcazə verin, gətirək bura.
- Burda kim var, burada nə qədər qala bilər ki?
- Həmişə... Məncə heç kəndə qayıtmasın. Burda ona hər çür şərait yaradarıq...
- Mqsədin nədir? - solmaz dayana bilməyib Tacəddinə bozardı.
- Xahiş edirəm Solmaz xanım, müdahilə etməyin. Qoyun kişi kişiyə bu məsələni yoluna qoyaq...
- Boyy...
- Mənə güvənin, Əli dayı. Xəyal məni yaxşı tanıyır. Mən bir işin arxasında dayanıram deyirəmsə sona qədər dayanacam.
Əli kişi nə deyəcəyini, nə edəcyini bilmirdi
- Əli dayi, mən şərəfsiz adam deyiləm. Bilirəm, əgər həmin gün mən orada olmasaydım, hər şey başqa cür ola bilərdi. Amma nə etmək olar, hər şey üst üstə düşdü. İcazə verin mən günahımı bağışladım.
- Nə etmək olar? Qızın başına gəlməyən qalmadı, evi yandı, özü də biz də biabır olduq el içində, uşaqları yetimxanada. Bunu necə bağışlamaq olar?
- Bilirəm, Əli dayı. Hardan, necə başlayacağımı bilmirəm amma...
- Biraz cavan olsaydı, deyərdim gəl al, namusu təmizlənsin bu yaşdan sonra da...
Tacəddin Solmazın sözünü kəsdi.
- Bu onun verəcəyi bir qərardır, Solmaz xala. Mən Zülfiyyənin namusuna xələl gətirəcək hec bir şey eləməmişəm. Düzdür, onunla ciddi bir şey düşünürdüm və məhz onu tanımaq, onunla maraqlanmaq üçün ta Naxçıvana qədər getdim. Niyyətim onun saflığından istifadə etmək deyildi. Əksinə ona kömək etmək istəyirdim. Elə indi də. Əgər icazə versəniz, ilk oncə onun sağlğı ilə maraqlanaq, onu həyata bağlayaq. Sonrakı qərarları özü imzalayar.
- Özünün ağlı var ki, qərar imzalaya? O vaxt da mən olmasaydım, evdə qalmışdı. Evdə qalması o yana dursun, bij dogub kənddə biabır olmuşdu. Mən idimmki ləkni üstübdən qaldırdım.
- İnciməyin, onu elə o vaxt siz bədbəxt etmisiz!
- Nə danışırsan sən? Mən bədbəxt etmişəm?
- Bəli, siz! Siz ona xoşbəxt bir gələcək verməmisiz. Özündən 15 yaşında böyük,duyğusuz, hissiyyatsiz bir kişiyə köməkçi vermisiz.
- Hansı arvad ərə gedib evinin qulluqçusu olmur?
- Olur əlbət. Amma onu dəyərləndirən, onu sevən bir kişi də yanında olmalıydi. Zülfiyyə də belə kişinin hesabına özünə güvənməliydi, həyata tutunmalıydı. Özünü xanım kimi, şəxsiyyət kimi görməliydi. Zülfiyəyə fərq eləmir, ha ər adıyla ər evidə qalıb ona və onun ailəsinə qulluq eləsin, ha başqasına. Kım ona çörək versə həmin işləri ona da edəcəkdi. Çünki arada sevgi olmayıb, bir bağ yoxdur.
- Səni başa düşmürəm, Feyruz nədir, bağ deyil?
- Xeyir. Feyruz o bağ rolunu oynayan qurbandır. Hər ər və ya hər arvad ailə deyil. Ailə dediyin güvəndir, sevgidir, hörmətdir. Gördüyü işin qarşılığında bir qarın yemək hər yerdə var. Hələ üstəgəl maaşını da alacaq...
- İndi nə təklif edirsən doktor?-Əli kişi Tacəddindən soruşdu.
- Deyirəm, Zülfiyyə burada qalsın. Həm müalıcəsini olsun həm işləsin.
- O işləyə bilməz! Nə işləyəcək!
- Kömək edərik, kursa qoyarıq. Siz bir balaca güvənin ona, iki üç aydan sonra görün ondakı dəyişikliyi.
- Harda qalacaq?
- Təki dərd, yer dərdi olsun. Tapılar yer. Hələ bir buraya gtirək, sonrası asandır
Nəhayyət son məhkəmə günü gəlib çatdı. Narın da orada idi. İlk məhkəmə günündən bu yana Xəyalın yanında idi. Ondan küsmüş, onunla danışmırdı, Amma məhkəmənin gedişatını təqib edirdi. Hələ də sevirdi Xəyalı, özünü Xəyalsız təsəvvür edə bilmirdi. Özü də bu bağlılıqdan əziyyət çəkirdi. Günlərlə ağladığı günlər olmuşdu. Amma əlində deyildi. Ürəyi sözünə baxmırdı. Xəyal da bunun fərqindəydi. Baxışları ilə Narına hər şey yaxşı olacaq desə də, Narınıın gözlərindəki ümüdsizlik və qırğınlıq öz sözünü deyirdi. Xəyal Narını çox gözəl başa düşürdü. Baxışlari ilə onu öpür, dili bir söz deməsə də baxışları onu ovudurdu.
Xəyal başa düşürdü ki, Narın onu sevdiyi üçün buradadır. Amma bu xəyanəti ilə o Narına dərin bir yara vurduğunun da fərqindəydi. Bilirdi ki, Narın ömür boyu bu yaranın ağrısıyla yaşayacaqdı. Bağışlanmayacağını qəşəy bilirdi. Onsuz da burada əli qolu bağlı idi. Özünü Narına bağışlatmaq istəsə də bu dörd divar arasında heç nə edə bilmirdı. Bəlkə də hər şərdə bir xeyir vardı. Bəlkə də onların bu müvəqqəti ayrılığı ikisinin də yaxşıca düşünməsinə zaman verəcək. Xəyal hər şeyə hazır idi. Bəlkə də bu hadisədən sonra Narın son nöqtəni qoyacaq. Bəs Xəyal? Xəyal Narınla eşq hekayəsini buradamı kəsəcəkdi?
Budur son məkhkəmə. Yenə də Narın onu tək qoymayıb, yenə də onun yanıdadır. Narın sevgili kimi öz sədaqət və vəfa borcunu yerinə yetirirdi. Bəs Xəyal? Bu gün, bu son məhkəmədə azad olacağına əmin idi. Bəs sonra? Hansı üzlə Narının üzünə baxacaqdı, ondan necə üzür istəyəcəkdi?
Məhkəmə yekunlaşdı. Xəyalın telefonundakı görüntülərə görə qatillər göz altına alınsa da Ləmanın əsil qatili hələ də "axtarışdaydi". Sübutlar və şahidlər Xəyalın xeyrinə idi. Xəyal ifadəsini məharətlə dəyişmişdi. Ləmanın evindən çəxan adamları desə də, onların görüntülərini məhkəməyə təqdim etsə də maşındakı digər şəxsi gördüyünü lakin onu tanımadığını ifadəsinə əlavə etmişdi. Bununla da öz bəraətini qazanmışdı
Xəyalla Ləmanın özəl münasibətləri gündəmə bomba kimi düşsə də bu məsələ əsasız sayılırdı. Xəyal ilə Ləmanın həm ortaqlıq, həm də və iş çərçıvəsindən başqa görüşləri sübutu ilə əksini tapırdı.
- Bu görüşlər hər yerdə hər məkanda ola bilər, yoldaş hakim. Bəyəm biz özümüz hansısa bir işgüzar görüşlərimizi, hansısa bir məkanda, ya da hansısa bır evdə gerçəkləşdirmirik? - vəkilin bu çıxışı məhkəməyə son nöqtəni qoydu. Belə ki, həmin gün də Xəyal Ləmanla işgüzar görüş üçün həmin məkana gedib və təsadüfən həmin talehsiz hadisəylə qarşılaşıbmış...
Xəyal məhkəmə binasından çıxanda Narın taksiyə oturub oradan uzaqlaşdı. Xəyal təssüflə taksinin arxasınca boylanırdı.
X Ə Y A L
22 BÖLÜM.
2 il sonra...
Möhtəşəm bir şadlıq evi. Səbəbkarlar Nuranə ilə Fərid...
Bəy ilə gəlin hələ gəlib çıxmamışdılar. Qonaqlar əvəlcədən salonda öz yerlərini tuturdular. İllərdir bir birlərini görməyən qohumlar, bir birindən işləri keçən tanışlar, oğullarına, qardaşlarına qız gözaltılayan xanımlar, sevgisini sevdiyinə etiraf etməyə fürsət axtaran oğlanlar, sevdiyinə naz satan qızlar, ortalıqda atılıb düşən bir birini qovalayan uşaqlar bir birinə qarışmışdı. Fəridin və Nuranənin valideyinləri gələn qonaqları "xoş gəldinlə" qarşılayır, onlara boş masalarda yer göstərirdilər. Asta səslə fanaqrama musiqi zala xoş əhval ruhiyyə yaymışdı. Bu toy hər kəsin diqqət mərkəzindəydi. Bəziləri Fəridlə Nuranənin bərabərliyinə şübhə ilə baxırdı. Nuranənin əngəli qarşısında heç bir oğlan dayanmazdı. Hamı düşünürdü ki, Fərid neçə illərdir Hidayətin puluna və imkanına görə Nuranəylə yaxınlıq edir. İndi Fəridlə Nuranənin nigah masasına oturması bir daha sübut etdi ki, doğurdan da sevgi əngəl tanımırmış.
Bəylə gəlin gecikirdi. Hər kəsin üzündə bir nigarançılıq və səbirsizlık yaranmışdı. Artıq bəzi masalarda hazırlanmış qalyanaltılara əl uzadılmağa başlamışdı.
- Buyurun, buyurun, siz başlayın, rahat olun. Səbəbkarlar gecikir. Bilirsiniz Bakının yollarını. Tıxacda qalıblar. Harda olsalar indilərdə gələrlər - deyə Hidayətlə Fəridin toya təyin etdiyi adamları qonaqları razı salmaq üçün canfəşanlıq edirdilər. Qonaqlar da elə belə qonaqlar deyildi. Zatən salona daxıl olanda salonda qadından çox kostuyumlu və sanballı kişiləri görməmək mümkün deyildi. İki iş adamın sayılıb seçılən tanışları. Salonun bir tərəfində onlar üçün xüsusi hazırlanmış masalarda oturmuş qonaqlara baxanda bu mənzərə toydan çox rəsmi toplantıya bənzəyirdi.
Solmaz ilə Əli də qonaqlar arasında idi. Xəyal gözə görünmürdü. Yəqin gəlin maşını ilə bərabər gələcəkdi.
Masanın üstündəki təamları acgözlüklə süzən Solmaz dil altında qalmırdı.
- Nədir sən allah bu qədər şeylər. Guya bunların hamısı yeyilir?
- Yeyən yeyir, yeməyən yemir.
- Heyif deyil kənd toyu. İki üç dənə ləyaxlı yeməyini elə, staliçnini ver, çal oyna. Uzaq başı 50 manat nəmərini yazdır çıx... Vallah adam bilmir nədir bu. Dünya pul yazdır, qarın dolusu yemək tapma. Ay oğul, bəri dur görüm. Bu nədir belə? O dəmir qruşkadakını deyirəm.
- Julyendir xanım Fransız mətbəxinə aiddir. Ayrıca bu qruşka deyil qəhvə qabıdır.
- Dədəmiz babamız qəhvə içib? Birinci dəfədir, çaynikdə bişən yemək görürəm. Bu türklər az qala ləyəndə yemək yeyələr... Hmm... Maraqlıdır. Türk çaynikində fransız yeməyi...
Ofsiant güldü.
- Dadına baxmaq istərsiz yəqin...
- Yox o qalsın. Nə işim var fransızlarla, Türklərlə...
- Buyurun xanım. Başqa istəyiniz varmı?
- O nədir elə o yumuru olan şey...
- Bumu? Suşidir, xanım. Yaponiya mətbəxinə aiddir.
- İyyy... İçində ilan - qurbağa var içində ?
- Yox ay xanım. Tərkibində dəniz məhsulu var, düyü ilə hazırlanır. Dadına baxın istərsəniz.
- Bir dənə qoy görüm bura.
Ofsiant oğlan nəcim şəkildə Solmazın boşqabına suşı qoydu. Solmaz başını aşağı əyib məzəni qoxladı.
-Iyyy... Götür, götür bunu. Mən bunu yeyə bilmərəm. Ver mənə o salatı. Qurban olum elə bizim öz bozbaşımıza, xaşlamamıza, lobya salatımıza. Allahın buğlaması da yoxdur bu boyda masada. Bu nədi aa...
- Ay Solmaz sən dədyin goru, camaatı məşğul eləmə. Yeyə bildiyini götür, yeyə bilmədiyinə əl vurma.
- Gəl bu boyda məclisə 100 dollar pul sal, heç nə yemə ac qayıt..
- Hələ yeməklər gəlməyib masaya, xanım, bunlar qalyanaltılardır. Siz istərsəniz bu salatla başınızı qatın...
Qarsonun əlindən kasanı alıb özü öz boşqabına salat qoyacaqdı ki, gözü qapıya sataşdı. Bir anda gözləri böyüdü.
- Ay Əli, o gəlin Zülfiyyə deyil? Bıyy, qudurasan qurbağa, nə vaxtdan oldun tısbağa? Geyimə bax, kecimə bax! Onu kim çağırıb toya? Xəyal deyib yəqin?
Əli kişi nəzərlərini qapıya dikdi. Gülümsədi.
- Oy maşallah... Odur, həə Zülfiyyədir.
Zülfiyyə tamamılə dəyişmişdi. Tanınması mümkün deyildi. Əyninə geyindiyı bardo küpür paltar balıq bədəninə hədsiz gözəl yaraşırdı. Bütün vücudunun gözəllikləri qabarıb diqqət çəkirdi. Qapıda dayanan su sonası kimi cazibədar bu qadına baxışlar zillənmişdi. Dalğalı saçların üstündən və boş hörülmüş saçları, gözəl makiyajı gözəlliyinə on qat gözəllik qatmışdı. Arxası uzun, yerlə sürünən patarla geyindiyi incə və hündür daban ayaqqabılar uzun boyunu daha da qamətli göstərirdi. Əlindən tutduğu 4 yaşlı Feyruz böyük kişilərə xas olan bir kostuyumda daha da şirin görsənirdi. Yaşına uyğun son dərəcə gözəl və şux geyim və saç düzümü ilə ELməddin də onun yanında idi. Elməddin böyümüş, qarabuğdayı , bığ yeri yenicə tərləyən yaraşıqlı bir gənc olmuşdu. Zülfiyyə onun qoluna girmış, qapı ağzında qonaqları qarşılayan ev sahiblərinə baxırdı. Onların arxasınca Elmədinlə yaşdaş iki gənc oğlanla salona daxil olan Tacəddin dayanıb gözləri ilə qonaqların arasında kimisəni axtardı. Zülfiyyəni görüncə oğlanlarına həmin istiqaməti göstərdi. Zülfiyyəyə yaxınlaşıb arxadan onun belindən tutub özünə tərəf çəkdi. Zülfiyyə yanındakı uşaqlardan həya edərək Tacəddinlə arasında məsafə saxladı. Sadecə əl sıxmaqla kifayətləndi. Tacəddin oğlanlarını Zülfiyyə və Elməddinə təqdim etdi. Mədəniyyət və etika çərçivəsində uşaqlar da onlarla görüşüb birlikdə ev sahiblərinə doğru addımladılar. Salamlaşıb görüşdükdən sonra ev sahibləri onları içəri dəvət etdi.
- Hə aydın oldu toya kimnən gəldiyi. Bu deyyy... Saxladığı...
- Solmaz!
- Yatmısan fil qulağında a bəxtəvər. Səndəki vec məndə olaydı papağımı yan qoyub gəzərdim.
- Pay atonananan yeri get yiyəsiz. A bu arvadln əlindən başımı alım hara rədd olum?
ZÜlfiyyənin zala daxil olduğunu görən Solmaz gülümsəyərək əlini yuxarı qaldırdı. Yanındakı boş stulu göstərib Zülfiyyəni öz masalarına dəvət etdi.
Zülfiyyə öz növbəsində Solmaz və əmisiyə başıyla salamlaşıb, nəzarətçının onlar göstərdiyi boş masaya keçdi.
- Qudurub vallah, görürsən Əli? Heç bize prnimat eləmədi də...
- Sakıt ol, ay arvad, allahını sevirsənsə bir sus!
- Əlimin duzu yoxdur ee, vallah.Kimə yaxşılıq eliyirəm axırı budur, bax!
- Bəsdir...
-Nə bəsdir ee... Day demir ee məni bu yerə əmicanım gətirib çıxardıb. Mən olmasaydım...
- Solmaz!
Zülfiyyənin onlara yaxınlaşdığını görüb Solmaz hikkəylə üzünü yana tutdu. Guya harasa, kiməsə baxır, heç Zülfiyyəni görmürdü.
Zülfiyyə və uşaqları onlara yaxınlaşıb Əli kişiylə ədəblə görüşdülər. Əli kişi Feyruzu dizinin üstündə oturdub onunla görüşdü. Zülfiyyə Solmaza tərəf döndü.
- Əmicanı, necesən?
Özünü eşiytməməzliyə vurdu. Zülfiyyə əmisi arvadının kınayəsini başa düşürdü.
Zülfiyyə əmisinə baxdı. Əmisi başıyla ona "sakit ol" işarəsi verib Elməddinə döndü.
- Kişi bala? Maşallah yekə kişi olmusan, gəl görüm bir.
Əli kişi Elməddini gucaqlayıb onunla görüşdü.
- Necəsən? Yaxşısanmı
Elməddin əl işarəsiylə Əli kişiyə təşəkkür edib onun halını soruşdu. Aradan iki il keçməsinə baxmayaraq hələ də Elməddinin dili aşılmamışdı. Elməddini sevənlər o möcüzəni dörd gözlə gözləyirdi. Hər keçən gün bu ümidin üstünə qum ələyirdi. Daha Elməddin özü də bu ümüdi itirmişdi. Dilinin açılmayacağını bilirdi. Taleyinə barışıb özünü dilsizliyə hazırlayırdı. Bundan sonraki yoldaşları dostları onun dilindən anlayacaq insanlar olmalı idi. Özünə qapanırdı. Lakin Zülfiyyə də Tacəddin də bu barədə ona son dərəcə dəstək olur, ümüdini itirməməsi üçün əllərindən gələni edirdilər.
Zülfiyyə Solmazın yanına keçib arxadan onu qucaqlayıb üzündən öpdu.
- Əmicanım...
- Boyy, sənin əmicanın varmış?
Zülfiyyə gülümsəyib onu daha da möhkəm qucaqladı.
- Həm də birdənə... Sən mənim yeganə və əvəzolunmaz əmicanımsan...
- Yeri get aynə... Yekəlmisən, daha neynirsən əmicanını. O qədər yekəlmisən ki, yanımda yer göstərirəm bəyənib gəlib burada oturmursan.
Zulfiyə Solmazın göstərdiyi stulu altına çəkib oturdu. Elə oturduğu yerdə Solmazı qucaqlayıb onun könlünü almağa çalışdı.
- Əmicanı baxdım burda iki boş stul var. Biz isə 3 nəfərik.
- İki nəfərsiz də... Elməddin burda sən də burda otur.
- Bəs Feyruz?
- Feyruz da böyük adamdır? Al qucağına da...
Zülfiyyə güldü
- Feyruz adam deyil? Uşaq deyib keçmə, əmicanı insanı uşaqlıqdan şəxsiyyət kimi yetişdirərlər və şəxsiyyətinə hörmət qoyarlar. Əgər bir uşaq bir məclisə dəvət olunubsa, o uşaq o məclisdə iştirak edirsə ona da digər qonaqlar kimi hörmət qoyulmali, o da böyük insanlar kimi hörmətlə qarşılanmalıdır.
Solmaz mat mat Zülfiyyəyə baxırdı. Zülfiyyə etikadan danışırdı? Yanı Zülfiyyə dünənə qədər özünü tanımayan, haqqını bilməyən, onun bunun minnətində yaşayan, qabağındakı yeməyi uşaqlarına yedirən, özü onun bunun artığıyla qarnını doyuran Zülfiyyə deyildimi? İndi Zülfiyyə 4 5 yaşlı uşağa haqq axtarır? Yanı şəhər insanı bu qədər dəyişərmi?
Solmaz danışmasa da Zülfiyyə onun çaşqınlığını və içindəki sualları oxuya bilirdi. Özünü o yerə qoymayıb davam etdi.
- Həm də Elməddin öz dostları ilə oturacaqdı. Əgər burda bizimlə otursaydı sıxılardı .
- Kimdi onun dostları? Kimi tanıyır o burda? Onun dostları qaldı Culfada.
Zulfiyyə baş işarəsi ilə Tacəddinin oğlanlarını göstərib :
- Natiqlə Namiq... Elməddinin kənddə də dostları var, burada da da... Mənim də kənddə hər şeyim vardı. Amma olmasaydı ondan yaxşıydı. Çürük armud yanındakı sağlam armudu da çürüdər..
- Qudurmusan vallah. Tısbağa qınından çıxıb qınını bəyənmir.
Zülfiyyə meyvə qabındakı üzümdən bir gilə qoparıb ağzına atdı. Gülərək qalxıb Feyruzun əlindən tutdu. Əmisinə və Solmaza baxdı.
- Unutma, əmicanı, tısbağanın canını sıxan nə yaşayışı idi, nə sürünməyi, onu sürünməyə vadar edən və canını sıxan elə qını idi...
ZÜlfiyyə yerinə keçib Feyruzu masaya əyləşdirdi. Kəsilmiş meyvədən önünə qoyub, bakalına meyvə şirəsi doldurdu.
Başını qaldırıb ətrafa baxdı. Gözü, diqqəti Tacəddində idi. Tacəddin Xəyalla qapıdan görünürdü. Foyedə deyib gülürdülər.
Əmisi arvadına verdiyi cavaba özü də heyrət edirdi. Özündəki cəsarət onu həm ruhlandırır, həm də təcübləndirirdi. İki il bundan əvvəlki Zülfiyyə kiməsə gözün üstündə qaşın var deyə bilərdi? O bu cəsarəti hardan almışdı? Bu vaxta qədər onu dəli hesab edən adamlar qoy indi desinlər "dəlidən doğru xəbər"-düçünüb gülümsədi.
-Ana qurban ye, başına dönüm.
Elməddin Zülfiyəyə baxıb başıyla nə olduğunu soruçdu.
- Heç nə, sadecə bu gün keyfim əladır. Bir şeylər atışdır sən də, bacı qurban, ac qalma.
Elməddin dönüb solmaza baxdı. Solmaz əsəbindən qan çanağına dönmış, köhlən at kimi fınxırırdı.
- Dön bu tərəfə, fikir vermə!
ELməddin nəsə demək istədi. Zülfiyyə onun boşqabına pendir və kolbasa qoyub:
- Ye qadan alım.Sən fikir vermə, Belə lazımdır.
Feyruzu əliylə yedirə yedirə xəyalı iki il bundan əvvələ uçmuşdu .
Xəyal türmədən çıxandan sonra Solmaz Zülfiyyəni özləri ilə kəndə aparmaq istədilər. Zülfiyyə getmək istəmirdi. Gedib kimin qısnağına qısılacaqdı? Bayaqdan başını soxmağa bir damı var idi, indi o da yoxdur. Nə olur olsun Solmaz onu burada qoyub getmək istəmirdi. Onsuz da Xəyalın əvvəlki vaxtı deyildi. Başı cəncəldə, sevgilisiylə arası pozulub, iş dünyası tarimar olub, indən sonra Zülfiyyənin nazıyla oynamaq məcburiyyətində deyil ki.
Zülfiyyə getmək istəmirdi. Amma getmirəm deməyə cəsarəti də yox idi. Yenə də bərk ayaqda salamat qalmış hamamında yaşamağı planlayırdı. Bu biabırçılıqdan sonra Kərimin oğlanları onu ata yurduna qəbul edərlərmi, etməzlərmi, onu da bilmirdi. Kənddə adı "fahişəyə" çıxmışdı.
Tacəddin də onun getməsini istəmirdi.
- Getmək məcburiyyətində deyilsən. Getsən orda başına gələcəklərini də bilirsən.
- Nə edim, necə edim biımirəm. Mənim burda qalmağım da düz deyil.
- Niyə ki, Xəyalın evində qalmaq məcburiyyətində də deyilsən.
- Harda qalacam?
- Ev tutarsan.
- Nəylə? Mən... Tək başına... Bakı kimi yerdə... Kirayə?
- Görəsən bu rayonlular Bakı deyəndə niyə ürkür? Bakı da Azərbaycandır də... Lap heç burda galma, get Moskvaya, Türkiyəyə, Amerikaya... Sən azad bir qadınsan, yaşın başın da yerində. Sənin harda yaşayacağına, nə iş görəcəyinə özün qərar verə bilərsən, heç kim yox. Bu həyat sənindir. Sən kimin həyatına qarışırsan ki, kimsə də sənə qarışsın?
Tacəddini danışdıqları Zülfiyyənin gözlərini böyütmüşdü. Qulaqlarına inana bilmirdi. Həyatı boyu qollarına zıncir taxılmış əsir kimi yaşayıb, qadağalar içərisində əzilib, sınıb. İndi Tacəddin qəfəsi açıb, ona "azadsan"deyir. Bu mümkün olan bir şey deyil. İstəsə də azad ola bilməzdi. İstəsə də o qəfəsdən uzaqlaşa bilməzdi. İstəsə də istəməsə də dönüb dolaşıb yenə nə olur olsun o qəfəsə dönəcəkdi. Çünki o qəfəs onun yurd yeri, yuvası idi. Əsatir altında olmasa o yaşaya bilməzdi. Əmr olmasa darlanardı, şiddət olmasa darıxardı. Kimsə ona acımalıydı, yoxsa nə əyin - başı olardı, nə qarnı doyardı. Zülfiyə belə görmüşdü, həyatı belə bilirdi, belə qəbul etmişdi. Başqa fikirlər ona yad gəlirdi.
Nəhayyət, kəndə qayıtmaq dünü gəlib çıxdı. Zülfiyyə bütün cəsarətini toplayıb etiraz etdi.
- Mənə bilet almayın, mən kəndə getmirəm.
- Dəlisən? Burda harda qalasan?
- O gün xəstəxanaya gedəndə gördüm. Bufetin qapısına yazmışdılar, işçi tələb olunur. Gedib işləyəcəm, yəqin maaşımı alana qədər Xəyal məni evində saxlayar. Sora ev tutacam.
- Başı xarab olub ee...
- Etmə, eləmə ay qızım. Millət axtarır iş tapa bilmir, sən nə işləyəsən?
- iŞləyərəm əmi, bilirsən ki bu biabırçılıqdan sonra kənddə qala bilmərəm.
- Sən hələ bir gəl, görək neynirik o gün Humay deyirdi, Batabatda dayısı var, qoca kişidir. Tək qalır. Arvadı neçə il bundan qabaq ölüb. Humay deyir, qızları deyir, birin tapaq evləndirək dədəmizi. Bir gözü də kordur. Gedək görək, neynirik. Kim tanıyacaq Batabatda səni, kişi də kor. Nə gözəllik axtaracaq, nə gələnini görəcək, nə gedənini biləcək. Get başını sal aşağı qoca kişidir, yu saroçkasını, ütülə şalvarını. Bir tikə çörəyini ye allahına şükr elə, uşaqlarında elə yaxşı oldu orda... Kişi də bu gün var sabah yox, öləndən sonra get Feyruzu gətir, sənə yiyə çıxsın. Day gedib o biri yetimi də yanına salıb boğazına şərik eləmə ee...
- Ərə getməklə iş bitir?
- Bə nə istəyirsən ee? Gül kimi yol göstəririk, zibilinin üstünü örtməyə çalışırıq, gör mənə verdiyi suala bax...
- Mən hamballıq üçün yaranmışam da... Mən insan deyiləm? Mən xoşbəxt yaşaya bilmərəm?
- Boyy. Dili çıxıb bunun? Burda səni kim evinin xanımı edəcək? Get evində xoşbəxt ol da? Xoşbəxtlik küçələrə tökülüb?
- Özüm... İşləyəcəm, özümü düzəldən kimi gedib uşaqları da gətirəcəm.
- Şəhərdən gələn, gəlib səni kəndə yedi bala, burda udarlar səni.
- Niyə başa düşmürsüz axı. Tacəddin mənə heç bir pislik eləməyib.
- Sən elə deyirsən, di gəl buna kəndin gözüylə bax...
Məcbur kəndə apardılar Zülfiyyəni. 3 gün bir qardaş evində, 7 gün ata evində qaldı. 8 ci gün uçuq daxmasına gəldi. Başqa çarəsi yox idi. Hamamda yaşıyacaqdı.
O vaxt ev yananda heyvanlarına qardaşı sahib çıxmışdı. Toyuqlar arabada bağlı qaldığı üçün tülkü daşımışdı. Qardaşından xahiş etdi ki, inəkləri satsin puluna yanmış evin yerinə bir dam tiksin. Qardaşı yaxşı desə də hər gün bir bəhanəylə inəkləri satmaqdan boyun qaçırırdı. Zülfiyəyə sadecə iki qoyun vermişdi iki keçi. İnəklərini yemləməyə ot - samanı qalmamışdı, yanmışdı deyə böyük baş heyvanlarını evə getirmirdi. Sabahdan axşama Zülfiyyə heç kimlə üz üzə gəlmədən qoyun keçini qabağına qatıb, Araz kənarı oylağa gətirir, otarır, çöldən bağçadan pencər yığıb hamamına gələr, yemək hazırlayar, qarnını doyurardı. Kənddə heç kim onu danışdırmır. Kişilər Zülfiyyəyə əxlaqsız gözüylə, qadınlar nifrətlə baxırdılar. Evini kəndin elə bir yerində idi ki, gələn gedən onun darvazasının ağzından keçirdi. Qiyamət də bu zaman qopurdu. Qadınlar ərlərini güdürdülər, birdən zülfiyyə onlari içəri "dəvət" edər...
Solmaz verdiyi sözün üstündə durmuşdu. Humaya uyğun görürsə Zülfiyyəni onun gözünə soxur, onu dayısına almasını istəyirdi.
- Humay, bax allaha and olsun, xəyalimın Kamılımın ölmüşünə nə olub olub bacı. İnsanın başına nə gəlir, avamlığından gəlir. Ay tovba, bax tovba deyirəm aa... O gədəylə qızın arasında heç nə olmayıb. Bax Quran gətir, əlimi basaram Zülfiyyənin yerinə. Bax ölənlərinin ölənlərimin goruna. Nə var hamısı dedi qodu söz söhbətdi. Ortada elə şey yoxdur, ola da bilməz. Məni tanıyırsan da bə. Elə şey olsa, mən hec elə belə duraram? Amma neyliyək hərənin ağzı bir hava çalır. Həm də ay Humay, bu əhvalatı təkcə burdakılar bilir da bə. Batabatda Zülfiyyəni kim tanıyır ee. Onu soruşan da səndən soruşacaq. Sən deməsən kim nə biləcək nə var nə yox. Yetim qızdır, goy getsin başın salsın aşağı dolansın. Kor, qoca kişidir. İnnən sonra ona nə lazımdır ee. Axşama bir tas şorbası, təmiz evi. Day nə istəyir.
Bir həftə sonra Solmaz Zülfiyyəni evinə çağırdı. Humay ilə talibi gəlmişdi. Heç nə... Zülfiyyə qara taleyinə ağlayıb evdən çıxdı. Bu dəfə də həyatını və vücuduniu bir qoca kişiyə təslim etmək istəmirdi. Yenə hər o kişimnin qolları arasına girəndə gözlərinin yaşını yastıqda gizlətmək istəmirdi. Yenə barmaqları dərisi boşalmış, kişi vücudunda gəzərkən özünə nifrət edib, bəxtindən taleyindən gileylənmək istəmirdi.Ərinə naz satarkən qarşısında mürgüləyən qoca görmək onun üçün dözülməz işgəncəydi.
Qoyun və keçilərini qabağına qatıb qonşu kəndin mal bazarına gətirdi. Çox ucuz qiymətə satıb heç kimə heç nə demədən, ordan da bir başa Naxçıvana gəlib Bakıya bilet aldı.
Gedəcək bir yeri yox idi. Tək ümüd yeri Tacəddin idi. Ondan da utanırdı. Bəzən xəyalı onun xəyalı ilə birlikdə uçsa da tez özünü ələ alırdı. Özünü onunla uygun biri kimi görmürdü də... Tacəddin hara o hara? Tacəddinin nə qədər ciddi olduğuna şübhəsi var idi. Bəlkə də Zülfiyyənin acizliyinə yazığı gəlirdi.
Zülfiyyəni axtarışa vermişdilər. Nəhayyət 8 ci kilometr bazarında tapdılar onu. Süpürgəçı işləyirmiş, orda tanış olduğu süpürgəçi qadının bir otaqlı evidə gecədən gecəyə yatmağa bir çarpayıya kira verib qalırdı. Gecəyə gədər isə elə bazarda küçədə zaman öldürürdü.
Zülfiyyənin acınacaqlı vəziyyətdə olduğunu eşidən Xəyal el qınağından qorxaraq, onu gətirib evinə yerləşdirir. Zülfiyyə onun evində nə qədər qalacaqdı ki? Zülfiyyə Xəyaldan onu azad etməsini istəyir.
- Burax, gedim, Xəyal. Allah səndən razı olsun. Mən burda sənə yük olmaq istəmirəm. Bir iş tapıb işləyəcəm. Bax nə gözəl iş tapmışdım bazarda. Bazarlığım havayı idi, yığırdım bazarın atxotların gətirirdim, qarnım ac qalmırdı. Atxot deyəndə ağlına pıs şey gəlməsin ee qardaş, yanı əzilmiş partlamış şeyləri.
- allah başına daş salmasın yazıqsan. Aa adama nə deyərlər? Özünü fikirləşmirsən cəhənnəmə, heç olmasa məni fikirləş də . Sanbah səni əlində süpürgə o bazarda görən mənə nə deyər?
- Nə deyəcək ee qardaş, işləyirəm də, gedib pozğunluq eləmirəm ki, süpürgəçılık eliyirəm, alnımın təriylə qazanıranm da pulumu.
- Sən buna yaşamaq deyirsən?
- Sürünsəm də heç kimə möhtac olmuram ki? Heç kimin adına söz gətirmirəm ki?
- Başımı xarab eləmə. Otur evinin altında. Elə mənim yeməyimi bişir, bəsindir.
- Düz gəlmire, əmicamnım görmürsən nə deyir?
- Nə deyəcək ee
- İstəmirsən, bazardan çıxım başqa iş axtarım.
- Nişləyəsən axı, əlində səmətin yox peşən yox.
- Eybi yox. Bir iş taparam mən, lap qabyuyan işləyərəm...
- Bir o qalmışdı...
Şəhər Zülfiyyənin gözünü açmışdı. Artlq tək başına küçələrdə gəzə bilir, restoran və kafelərdə qabyuyan təmizlıkçı işi axtarırdı. İş tapmasına tapırdı. Amma onu belə işlərdə işləməsinə Xəyal razı olmurdu.
- AdımIz sanımız var. Adama nə deyərlər. Deməzlər ki, filankəs nə günə qalıbsa bir əmiqızına sahib çıxa bilmir. Həm də bu zırıltıdan sonra. Camaat elə bilir, düşmüşəm beş arşınlıq quyunun dibinə, yavan çörək belə tapa bilmirəm.
Beləcə, 6 ay Xəyalın evində qalası oldu. Bu altı ayda Solmaz bəlkə 6 dəfə Zülfiyənin arxasıca gəldi getdi. Xəyalın da başın qulağını doldururdu ki, ona üz verməsin. Məcbur olub kəndə qayıtsın. O kişi ilə evlənsin.Xəyal da bu yükdən azad olsun, onlar da...
Tacəddin rayonda işlədiyi üçün Zülfiyyə ilə gec gec görüşürdü. Demək olar ki görüşləri "təsadüflərdən" ibarət olurdu. İki həftədən bir şəhərə gələn tacəddin nərtaxtasını qoltuğuna vurub, Xəyalgilə gələr, ya da adi bir bəhanəylə Xəyal evdə olmayanda Zülfiyəni görməyə gəlirdi. Tacəddinin bəhanələri Zülfiyyəyə həyəcan verirdi. Lakin, özünü o yerə qoymurdu. O bunu adi bir şey kimi qarşılayırdı.
- Ay balam, səndən əvvəl də onun gəlib getdiyi ev idi də bura. Elə bilirsən səndən yana gəlir?
Tacəddin bir neçə dəfə onu yeməyə dəvət etmisdi. Bu yemək və görüş məsələsində ürəyi ilə beyin arasında müharibə başlayırdı. Biri "get" deyirdi, o biri "getmə". Axır bir gün getməyə qərar verdi. Böyük həyəcanıla hazırlaşdı. Həmin gün, Xəyalın ona verdiyi xərcliklə özünə paltar aldı. Geyinib kecindi. Əynindəki paltar günlük və ucuz paltar olsa da əyninə çox gözəl yaraşırdı.
Ömründə ilk dəfə bir restoranda yad bır kışı ılə bərabər idi. Tikan üstündə oturmuşdu elə bil. Ürkək baxışlarla gah müştərilərə baxır, gah da qapı pəncərəyə. Özü də hiss edirdi ki, belə hərəkətləri ilə, bütün hamının diqqətini özünə cəmləyib.
- Rahat ol canım! Burada bizi heç kim tanımır.
Həmin gün içdiyi suya belə çeçiyə çeçiyə qalmışdı. Ondan sonra tövbə etdi. Bir daha getməyəcək, görüşməyəcəkdi. Axı sonu olmayan bu məcaranı yaşamağın nə mənası var idi ki, bu münasibətin adı nədir, heç özü də bilmirdi. Dostluq desən deyil - heç Zülfiyyə özü də qız ilə oğlanın dostluğunu qəbul etmir. Sevgili desən - bu ona gülməli gəlirdi."Durdu, durdu məni tapdı? Bu qədər ətrafında qız var, özü həkim adam. Məni kim yaraşdırare özünə. Evlilikdən isə heç söhbət gedə bilməz." o məni alsa alsa evinə qulluqçu alar, tuvalet təmizləyən ". Elə isə bu görüşlərin nə mənası var ki, "boşuna həvəslənmə Zülfiyyə. Doluyur səni, məzələnir sənlə".
Günlərin bir günü Zülfiyyə hazırlaşıb Gəncəyə uşaqları görməyə getdi. Aldıqlarını uşaqlarına yedirtdi, geydirdi. İkisinə da sarılıb qara taleyindən gileylənə gileylənə ağladı, sızladı. Elməddin onu təsəlli edir əl qol hərəkəti ilə onun səbrli olmasını istəyirdi.
Nəhayyət ayrılıq zamanı gəldi. Qatar ilə Bakiya qayıdacaqdı. Uşaq evindən çıxıb dəmir yol vağzalına gəlmək idtədi. Hələ vaxta çox var idi. O vaxta qədər buralarda gəzib vaxt itirməli idi.
Ağlına bir fikir gəldi. Bəlkə elə buralarda kirayə evlərlə, işlərlə maraqlansın? Bura onun üçün yaxşı olar. Həm burada tez tez uşaqlarına baş çəkər, həm də gözdən könüldən uzaq sakit bir həyat yaşayar. Xəyala da yük olmaz, Solmazin da minnətindən qurtarar. Ağıllı fikirdir.
Soraq eliyə eliyə şəhər bazarına gəldi. Biraz gəzib işlərlə, evlərlə maraqlandı. Bakıdan ucuzluq idi bura. Amma tanımadığı yerdə, tanımadığı insanlar içində yaşamağı onu qorxuzurdu. Uşaqlıqdan indiyənə həyatında o qədər "namus keşıkciləri" var idi ki, həyatında indi də öz "namusunu" özü qorumağa etibar etmirdi.
- Birdən burda da başıma oyun gələr. Neyniyərəm?
Küçədə tum satan bir qadına yaxınlaşdı. Çox ucuz bir ev axtardığını, iş axtardığını dedi. Uşaqlarının burada uşaq evində olduğunu, özünün də evi yandığını qadına deyib ondan kömək istədi. Qadın insaflı qadın imiş. Onu evinə dəvət etdi. Qarşısına yemək çay qoydu.
- İndi bu gün qayıdasan Bakıya?
- Getsəm də təkrar dönəcəm. Çünki balalarım burdadır..
- Dedim, burda məktəbdə bir müəllimə var, o gün deyirdi məktəbə xadimə lazımdır.
- Məni götürərlər ora?
- O müəlimə direktornan ya da zavuçla danışsa... Maaş azdır amma. O pulla həm kira, həm dolanışıq... Nə bilim bala allah köməyin olsun. Çətin zamanadır.
- Olsun xala, bircə balalarımın yanında olum. Başımı soxmağa damım olsun.
Beləcə yeni həyata başlamışdı Zülfiyyə. Zülfiyyənin təkrar yoxa çıxması yenə hamını səfərbər etmişdi. Tacəddin də ondan çox nigaran idi. Bu dəfə Zülfiyyənin xəbərini Gəncədən alan Tacəddin özü onun arxasınca getdi.
İş saatı 4 də qədər idi. Dörddən sonra da boş oturmurdu. Dükandan aldığı şokalat, şirinquş, uşaqlar üçün yeyəcəklər və tumları boynundan asdığı qutuda parklarda, dayanacaqlarda, məhəllələrdə gəzdirib satırdı.
Belə günlərdən biri idi. Məktəbdən çıxıb evə gəldi. Yuyunub çörəyini yedi, qutusunu hazırlayıb darvazadan çıxmışdı ki, Tacəddinlə qarşılaşdı...
Qapı ağzında Tacəddinlə süpürləşərkən bütün satdığı şeylər qapı qabağına dağılmışdı...
Tacəddin onu qız qaçıran kimi məhəllədən qaçırmıçdı. Burda da biabır olacağından qorxan Zülfiyyə qorxusundan səsini çıxarmamış, süoürləşə süpürləşə Tacəddinə təslim olmuşdu.
Payızın son günləri, soyuq bir payız axşamı, toran çökmüşdü. Uzaqdan görünən dağların başı ağarırdı . Hacıkənd meşələri saralıb, solsa da mənzərə könül oxşayacaq bir mənzərə idi. Payızın rəng çalarları insana bu gözəllikləri öz əlləri ilə çəkməyə ruh verirdi.
Meşənin ortasında dayanmış maşında Zülfiyə ilə Tacəddin qışqıra qışqıra danışır, bir birlərinə söz vermirdilər. Tacəddin əsəbləşmiş, gözlərindən qan damırdı. Zülfiyyə isə başına gələn bütün bu bədbəxtliyin səbəbkarı Tacəddini görürdü.
- Nə istəyirsən məndən. Başıma bəla kəsilmisən? Bir bura qalmışdı gəlib burda da məni biabır edəsən.
- Mən sənə neyləmişəm?
- Az eləmisən? Pərən pərən düşmüşük, hərəmiz bir tərəfdə. Həyatımı düzəltməyə çalışıram. Burda da imkan vermirsən...
- Vermiyəcəm. Sənin yerim mənim yanımdadır. Bax burada!
- Ay aAllah... Kimsən axı sən? Nə istəyirsən məndən. Niyə burnunu soxursan mənim həyatıma? Əmim oğlu deyilsən, qadaşım deyilsən. Nəyimsən axı.
- Səni sevən insanam. .. Bildin? Səni sevirəmm! Sevirəəəəəmmm. Başa düşdün? Sevdiyim qadının belə yaşamasını istəmirəm.
- Mən sevmirəm...
- Sevirsən...
- Yoxsa bir dəfə yeməyə getməyim sənə ümüd verib?
- Dəlisən sən!
- Bax bir sən qalmışdın mənə dəli deməyən. Dedin, afərin! Hə dəliyəm, indi bu dəlidən nə istəyirsən? Ay balam əl çək də... Get özünə ağıllı tap!
- Sus... Sus deyirəm, suss... - deyə Tacəddin qışqıraraq Zülfiyyənin ağzını tutdu. Onun danışmasına, qışqırmasına əngəl oldu. Həm hirslənmişdi Tacəddinə, həm onun bu dəlisov hərəkətləri həyəcanlandırırdı onu. Gəncliyinin ən böyük xəyalı idi dəli dolu bir eşq yaşamaq, qısqanc və dəlisov bir dəliqanlının sevgilisi olmaq. Ölürdü oğlanı cırnatmaq üçün , oğlan da onu inandırmaq üçün ona yalvara, xoşu gəlirdi naz eləməkdən. Zülfiyyə heç vaxt qurduğu xəyalların sahibi olmamışdı. İndi xəyalı ayağına gədər gəlmiş, bir anda xəyallarını gerçəkləşdirirdi.
Çırpınıb onun sinəsinə yumuruqladı. Hətta sinəsindən çimdiklər də qoparırdı.
- Burax ağzımı.
- Buraxmayacam!! Ya oturunb adam balası kimi danışacağıq, ya da da bax belə... - deyib onun dodaqlarını barmaqları arasında sıxdı. O biri əli ilə onu Zülfiyənin çimdikləyən əlini tutdu.
- Öldürəsən məni?
- Yox allah eləməsin! Sən məni öldürürsən ee bayaqdan çımdıklərinlə. Heç mən demirəm.
- Dedin də dayy...
- Məcbur dedirdirsən də... Mən öldürmərəm qorxma , sevərəm bax belə. Ya ağıllanasan, ya da...
- Ya da dəli eliyəsən? Dəliyəm də... Dəlinin nəyi dəli olacaq? Burax məni ağzım ağrıdı.
- Dinməz oturasansa buraxım.
- Oturmayacam! Burax! Axı sən kimsən ee? Kimsən?
Tacəddin bu dəfə onun ağzını və üzünü daha möhkəm sıxaraq üzünü özünə yaxınlaşdırdı.
- Ağıllı ol! Ağıllı...
Tacəddinin isti nəfəsi üzünü qıdıqladı. İkisi də təngənəfəs olub, tərləmişdi. Maşının şüşələri belə buxarlanmışdı. Alnına tökülən saçlarını Tacəddin üfləyərək geri itələyirdi.
Tacəddinin güclü qolları arasında çabalamaqdan yorulmuşdu. Bir tərəfdən də onun nəfəsi, nəfəsini kəsirdi. Hissləri duyğuları bir birinə qarışmışdı. Üzünə dəyən Tacaddinin nəfəsindən və pıçıltılarından bütün bədəni uçunurdu. Ürəyi şiddətlə döyünürdü. İlk dəfə idi bu yaşında biri ona içdən gələn səmimi etiraf edirdi. Gözləri Tacəddinin üz əzalarında göz bəbəklərində saplanıb qalmışdı. Ağzını hələ də Tacəddinin əli yummuşdu.
Tacəddin Zülfiyyənin sakitləşdiyini görüb mülayımləşdi. Baş barmağı ilə dodaqlarını, çənəsini sığalladi.
- İnan mənə, ömrüm. Sənə qarşı fikirim ciddidir. Sadecə mənə bir şans ver, şans ver səni xoşbəxt eləyim. Səninlə bərabər mən də xoşbəxt olum.
Zülfiyyənin gözləri süzüldü, kiprikləri arasından iki damla yaş yanaqlarından aşağı yuvarlanıb Tacədddinin ovcunda bənd oldu.Tacəddin əlini Zülfiyyənin ağzından cəkib, baş barmağı yanağındakı ilə göz yaşlarını sildi.
- Hə? Niyə ağlayırsan? Mən səni ağlatmaq istəmirəm Zülfiyyəm.
- Mənimlə oynama nolar, mən oynanılacaq qadın deyiləm.
- Bax, sevmədiyim kəlmə də elə budur. Vaxt kecirməyə, oynamağa o qədər qadın varkən mən niyə sənin arxanca düşmüşəm? Sən oynanılacaq qadın deyilsən həyatım, sən seviləcək qadınsan. İcazə ver, sənə dadmadığın sevgini, nəvazişi daddırım...
Zülfiyyə dayana bilmirdi. Sevgi, nəvaziş açıydı. Ruhunun belə ac vaxtında ehtiyyacı olanlar ayağına gəlmişsə o bundan necə imtina edə bilərdi ki? Sevgi də pulla alınası şey deyildi, xoşbəxtlik rüşvətlə təklif olunmurdu, qayğı minnət istəmirdi.
Zülfiyyənin gözləri yumuldu, dodaqlarına bir cüt dodaq qondu və anında ca dodaqlar gərdanına endi...
Həmin gün həyatının unudulmaz anlarını yaşamışdı Zülfiyyə. Neçə il bundan əvvəl yaşıl otlar üstündə bəkarətini verdiyi Mahir belə onu bu qədər xoşbəxt etməmişdi. Hacıkənddə meşə ortasında kiçık bir otelin otağında Zülfiyyənin səsiz iniltiləri Tacəddini inanılmaz şəhvətləndirir, şəhvətləndikcə Zülfiyyənin bəlkə də bu zamana qədər dadmadığı qadınlıq duyğularının şirinliyini dadırırdı.
Səhər qorxu ilə gözlərini açdı. Elə bilirdi Tacəddin də Kərim kimi işini görüb o biri otağa keçmişdi. Başını onun geniş sinəsində görən Zülfiyyə bir neçə dəqiqə yerindən qımıldanmamışdı da. Elə bilirdi yuxu görür. Qorxurdu ki, tərpənsə bu yuxunun sehrı qırılıb dağılacaq. Tacəddin də, bu yaşadıqları da, bu xoşbəxtliyi də uçub gedəcəkdi. Yaşadığı bu unudulmaz gecə ağlına xəyalına gəldikcə qadınlıq hissləri oyanırdı. Tacəddini sevmək, öpmək gəlirdi içindən. Amma içini bir şübhə gəmirirdi: - Birdən o da Mahir kimi atıb gedər...
- Sən mənim qadınımsan - Eəə bil TAcəddin Zülfiyyənin ağlından keçənləri oxuyurdu - bu gündən sonra bizi heç kim bir birimizdən ayıra bilməz - deyə gözünü açmadan onun başını sinəsinə basıb, saçlarından öpdü. Zülfiyyə də ona qarşılıq vermək istədi. Dodaqlarını onun sinəsinə qoydu amma öpmədi.
- Məndən utanma, qadınım mənim. Bu gündən sən mənimsən, mən də sənin. Sənin kimi gözəl bir qadına sahib olmaq, bir kişi kimi məni xoşbəxt etdi.
- Qorxuram...
- Nədən?
- Bilmirəm, necə deyim... Uşaqlar...
- Uşaqların adını çəkmə mənim yanımda. Zülfiyyəni qolları arasına alıb arxasını yerə vurdu, üstünə yarı uzanılı yatıb onu öpüşlərə qərq etdi:
- Hansı uşaq ya qadına, ya kişiyə bu hissləri yaşadır. Uşaqlar bizim gələcəyimizdir, amma biz bu günümüz, indimiz, bax bu dəqiqəmiz ...
Musiqinin səsi kəsdi. Tamadanın təntənəli və şən səsi salonu bürüdü.
- Dəyərli qonaqlar, əziz dostlar. Zəhmət olnmasa hər kəs yerinə keçsin. Bəylə gəlinimizi qarşılayaraq məclisimizi açıq elan edək...
Bir anda Hacıkənddən Şadlıq evinə düşdü sankı. Feyruzun ağzını sildi, oturduğu stulda özünü nizamladı, sinəsini qabağa verib gülümsədi, əllərini havaya qaldırıb alqışlara qoşuldu...
X Ə Y A L
23 BÖLÜM.
- Dəyərli qonaqlar, əziz dostlar. Zəhmət olnmasa hər kəs yerinə keçsin. Bəylə gəlinimizi qarşılayaraq məclisimizi açıq elan edək...
Qonaqlar yerlərini tutdu. Tacəddin və oğlanları gəlib yerlərində əyləşdilər. Vağzalı sədaları altında bəylə gəlin salona daxil oldular. Onların arxasınca dostlar, gənclər... Əlində şam tutmuş və qızlarla salona təşrif edən Narın... Narının yanında orta yaşlı bir xanım, xanımın qucağında gəlincik paltarı geydirilmiş balaca və şirin qızcığaz...
Narın qapı qirişində Xəyalla qarşılaşmışdı. Ona baxmasa da bütün diqqəti onda idi. Xəyal da eynən. Nə qədər bir birlərinə qürur etsələr də bu iki gəncin qəlbi bir birinə bağlı idi. Xəyal alqışlara davam edə edə Narının yanınca gələn xanıma yaxınlaşdı, qızcığazı qucağına alıb üzündən öpdü, uşağı sevdı. Uşaq qucağında bəylə gəlinin arxasınca salona daxil oldu.
Xəyal azadlığa çıxdıqdan sonra neçə dəfə Narinını yanına gəlmiş və onunla barışmağa cəhd etmişsə də Narın onu bağışlaya bilmirdi. Ürəyi Xəyalla döyünən Narın bu xəyanətiin qisasını ancaq ailə qurmaqla ala bilərdi.
Anidən verilən qərar həyatını alt üst etdi, Narının. Təsdadüf nəticəsində tanış olduğu iş yoldaşının qardaşı ilə evlənməyə razılıq verdi. Ailə ailələrinə uyğun idi. Nişanlısının ailəsi ziyalı və imkanlı ailələrdən idi. Odur ki NArının ailəsı də ilk baxışdan qızlarına talıb olan bu ailədən razı qalmışdılar. Hər zaman hər işdə qızlarının qərarlarına hörmətlə yanaşan ailə, bu dəfə də Narının verdiyi qərarı anlayışla qarşıladılar.
Hamı bu münasibətə razılıq versə də Nuranə Narına dəfələrlə xəbərdarlıq etmişdi.
- Narın ürəyini qırmaq istəmirəm amma o oğlan haqqında heç də yaxşı şeylər eşitməmişəm. Bacısı da dəfələrlə qardaşının xəstə olduğunu, tez tez Moskvaya müalıcə üçün getdiyini deyir. Amma xəstəliyi nədirsə gizlədirlər. Mən narkotikdən şübhələnirəm. Unversitetdə oxuyanda dostlarım var idi, narkotikə bağlımlı olan. Bu oğlanın gözləri də onların gözləri kimi hallanır, fikir vermirsən? Özünü bədbəxt eləmə Narın. Hamı səhv edə bilər. Nə bilirsən guya mən səhv etməmişəm qardaşına qarşı, ya o mənə qarşı hansısa bir səhv etməyib? Əlbəttə olub, amma biz bağışlamağı da bacarmışıq.
- Qardaşım sənə xəyanət etməyib!
- Ola bilər. Amma elə şeylər var xəyanət onun yanında toya getməlidir. Amma görməzdən gəlmişəm.
- Bax, Nura, görməzdən gəlmişəm deyirsən. Deməli Fəridin hansısa bir səhvi böyüyüb ölkəyə yayılacaq dərəcədə olmayıb.
- Ay sağol. Elə mən də onu deməyə çalışıram . Məncə sən də böyütmə.
- Mən böyüdürəm?
- Əlbəttə sən! Əgər bu çinayyət baş verməsəydi hamı Ləmanla Xəyalı iki ortaq kimi də qəbul edəcəkdi. Hələ də çoxları inanır və qəbul etmir. Məhkəmədə belə hakim yan keçdi bu məsələdən.
- Mən hamı deyiləm Nura, mən hakim nə də vəkil deyiləm, mənim Xəyalla beş illik bəranərliyim var. Mən vəkil kimi onun müdafiə edib, hakim kimi ona bəraət qazandıra bilmərəm.
- Bilirəm canım. Düzdür Xəyal səhv etdi. Gəl buna başqa don geyindirməyək. Cavan oluvb, cahil olub deyək keçək. Amma işin əslinə baxanda bu bir səhv deyildi, işi kareyası üçün secilmiş bir yol idi. Bu işi qazanmaq üçün ona belə şərt qoyulmuşdu. Ya lüxs həyat, kareya, ya da səfalət,
- Onu mən elə qəbul etmişdim.
- Amma mən də bu ailənin içindəydim. Ailən onu qəbul etmirdi. Dostlar səninlə münasibəti Fəridə görə etdiyini vurğulayırdı. Gəl əyri oturaq düz danışaq, Xəyalin hazırkı vəziyyəti səni qürurlandırmırdımı? Bu işin üstü açılmadan dəfələrlə qardaşına qarşı çıxdın Xəyal üçün. İndi dəyişən şey nədir? Sən kişi olsaydın, Xəyala vurulan minnət sənə vurulsaydı, tanışlar səni qayınına görə saysaydı və sənə belə fürsət verilsəydi bu yolu seçməzdin? De, hansı yolu seçərdin? Bir ömür boyu qayının qoltuğu altında olmağı yoxsa onu gözləyən parlaq gələcəyi?
- Mən heç vaxt sevdiyimə xəyanət etməzdim.
- əzizim niyə başa düşmürsən, sən işlə sevgini niyə qarışdırırsan ki?
- Xəyanət olan yerdə sevgi var?
- Sevgi hər yerdə var. Secvgi ölmür. Bu səndəki qırğınlıqdır, sevgiylə qarşdırırsan. O sənə xəyanət etməyib. Niyə başa düşmürsən? O vaxt xəyanət olardı ki, o səni atıb onu tutardı. Əlinin bütün pulunu ona xərclərdi. Əslində burada tək xəyənatkar var, o da Ləmandır. Nə uşağını nə ərini düşünüb. Bütün işini, şirkətini Xəyalın adına keçirib. Hətta uşağının gələcəyini də məhv edib. Amma Xəyal sənə və gələcək uşaqlarına həyat qurub. Sənlə evlənəndən sonra yox, səndən əvvəl. İnsafa qalsa sənin buna qarışmağa haqqın da yoxdur. Bu səni tanımamaşdan əvvəl də baş verə bilərdi. Kaş ki elə səndən qabaq osaydı bu. Bəli qadın üçün, bir sevgili üçün, belə şeyi sevgilimizin bizə xəyanəti kimi düşünə bilərik və bunu bağışlamarıq da. Amma sən sırf ona inad oldun deyə bu evliliyə rəy vermisənsə bax bu bağışlanmazdır. Uçuruma getmə Narın, qayıt bu yoldan bacı qurban.
Narının gözünü qisas hissi bürümüşdü. Nə deyilənlər, nə hiss etdikləri onun vecinə deyildi. Nişanlı zamanı nişanlısının madde bağımlısı olduğunu özü də anlamışdı. Lakin oğlan bunun bir səhv olduğunu deyir, ötəri bir hiss olduğunu vurğulayırdı. Hətta bu alışqanlıqdan yaxa qurtarmaq, yeni həyata başlamaq üçün müalicəyə başladığını da deyirdi. Dərin boşluq və Xəyala qarşı qisas duyğuları içərisində olan Narın nişanlısının qüsurlarını görmür, bəlkə də görür görməzdən gəlirdi. Xəyal dəfələrlə Narının yanına gəlib onu sevdiyini söyləsə də, nişanlısının xəstəliyinin manyaklık dərəcəsində olduğunu desə də Narın onu qəbul etmirdı. Nişanlanmağına peşman olsa da Xəyalın açığına bu nişanı qayrtarmırdı da.
6 aylıq nişanlılıq həyatında nişanlısının onun və Fəridin başına gətirmədiyi oyun qalmadı. Ailəsi və Fərid Narına dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq Narının qərarı qarşısında acız qalmışdılar.
Bəli,Xəyalın ondan əl çəkməyəcəyini, və israrla nişanın qaytarılmasını tələb etdiyini görən Narın toyu tezləşdirmək qərarına gəlir. Toyları yaşadığı və işlədiyi rayonda, təbiət qoynunda, açıq havada olacaqdı. Fəqət, toya bir həftə qalmış, Xəyal Narının yolunu kəsir. Onunla danışmaq üçün onu məcbur maşına mindirib, onu bir məkana gətirir.
Hələ Narından ümüdünü üzməyən Xəyal özünü bağışlatmaq niyyətindəydi.
Ev əvvəlvədən hazırlanmışdı. Romantik bir gün onuları gözləyirdi. Narının kölnünü ancaq belə qazana bilərdi. Lakin, daş qayaya rast gəlmişdi. Nə ötən illərin xatirələri, nə Xəyalın canfəşanlığı, nə də bu romantik ortam Narını yola gətirmir ki gətirmir. Ümüdi hər şeydən üzülən Xəyal "Zorla gözəllik olmaz" deyib Narını sərbəst buraxır.
Bundan xəbər tutan qısqanc nişanlısı Narınıla görüşüb onu bir evə həbs edir. Telefonunu və maşınınını açarını əlindən alır. Bütün hər yerdən əlaqələrini kəsir. Bundan sonra ona toya qədər və toydan sonra işləməyəcəyini və ev həbsində yaşayacağını deyir. Bu zamana qədər narkotik bağımlısı olduğunu israrla təkzib edən oğlan indi Narının yanında damara işləyirdi. Narını döyə döyə Notarusa gətirib ondan maşının ona bağışlanması üçün sənəd alır və maşını dəyər dəyməzinə yaxın dostuna satır. Ən pisi də bu idi ki, bunların səbəbini Narında görürdü. Guya Narın onu buna məcbur edirmiş. Narın bu qədər sərbəst olmasaymış, Xəyala üz verməsəymiş, Xəyal da onunla danışmağa ürək etməzmiş. Guya Narın bütün bunları nişanlısını qısqandırmaq üçün edirmiş.
- Al, bu da sənə naz eləmək. İndi cəzandır çək.Gör adam qısqandırmaq nə olan şeymiş...
Uyuşdurucudan sonra ağlı başından çıxan oğlan bağlı qapılar ardəndan qıza işgəncə verir, vəhşicəsinə ona təcavüz edirdi. Narkotikin təsiri gedəndən sonra ağlı başına gələn nişanlısı Narına yalvarıb ondan üzür istəyir:
- Bağışla məni Narın, bunun üçün pis olma gözəlim. Sən mənim nişanlımsan, bizim aramızda hər şey ola bilər. Axır əvvəl onsuzda biz bir yerdə olacayıq da. Toyumuza da az qalıb. Gələn həftə toyumuzdur. Burada ayıb bir şey yoxdur - deyə ona təsəlli edirdi.
Narın 3 gün idi nişanlısının əsri idi. Nişanlısı bakirəliyini zəbt etdikdən sonra dəfələrlə onun mənliyini, qürurunu mənəvi olaraq təhqir etmiş, dəfələrlə ona həm pisxolojik, həm də mənəvi təzyiq göstərərək onu zorlayirdi. Narın nə qədər əzab çəksə də nişanlısı bunu normal qarşılayırdı. Sanki elə belə olmalıymış.
Halı pis idi, Narının. Üst üstə bakirəliyinə olunan zorakılıq qanaxmaya səbəb olmuşdu. Ev dustağı olan Narının nə halından xəbəri olan var idi, nə də halına yanan.
Hər yerdə Narın və nişanlısını axtarırdılar. Bütün telefonlar söndürülmüş, izlərini itirmişdilər. Narının baldızı Narının ailəsini sakitləşdirirdi :
- Narahat olmayın, nişanlıdırlar, bu gün sabah toyları olacaq. Harda olsa toya gədər gəlib çıxacaqlar. Cavandırlar. Vallah indiki cavanlar avropayla bəhsə girir. Deyir gərk toydan əvvəl bir yerdə qalaq, bir birimizə isinişək. Qorxmayın vallah, sadəcə toya qədər baş başa qalmaq istəyiblər. Siz gedin hazırlıqlarınızı görün. Biz də hazırlaşırıq.
Bir gün qabaqcadan zəng edib, xına günü gələcəklərini dedi:
- Hazırlıqlarınızı görün. Biz burada çox xoşbəxtik. Siz bizdən nigaran qalmayın.
... Və artıq xına və toy günləri təyin olundu. Çadırlar quruldu, heyvanlar kəsildi. Həmin gün Xəyalın matəm günüydü sanki. İçki masasında butulkalarla baş başa idi. Telefonunda onunla çəkdiyi gözəl günlərin xatirələrinə baxaraq köks ötrürdü. Xatirələr bütün duyğularını kövrəltmişdi. Ayrılığa dözə bilməyən Xəyal indicə, bu dəqiqə məclisi basıb, Narını qaçırmaq belə ağlından keçirdi. O qədər içmişdi ki, ayağa qalxmağa halı yox idi. Elə masa başında yatıb qalmışdı.
Nəhayyət xına sabahı erkəndən Narınla nişanlısı ortaya çıxdı. Beş gündə Narının nə hala düşdüyünü təsəvvür etmək mümkün deyildi. Narını bu halda görən bacıları Narının başına gələnləri ondan soruşsalar da Narın susub key key gözlərini bir nöqtəyə dikmişdi. Özü yıxılan ağlamaz deyirlər. Narın da özü yıxılmışdı. Ağlamamalıydı.
Həyətdə məclis qızışmışdı. Narını gözləyirdilər. Xlna yaxılacaqdı. Xınalı gəlini ortaya salıb Hakışta oxuyub yallı gedəcəkdilər. Narın isə hələ hazır deyildi. Bu günün onun üçün heç bir mənası yox idi. Bu günlər onun xatirəsində ən uğursuz və bədbəxt gün kimi yazılırdı. Özü də başa düşürdü ki, bu gedişlə o çox yaşamayacaqdı. Ölmək istəyirdi. Beyni durmuşdu. Nə ona verilən xeyir duanı nə qulaqları eşidir, nə də onun adına deyib gülən insanları görürdü.
Qızlar Narının başına yığışıb biri saçını düzəldir, biri makyaj edirdi . Durmadan səsizcə gözlərindən axan yaşlar makyajını yuyurdu. Kimisi bu göz yaşlarını peşmançılıq kimi, kimisi də sevinc gözlaşları, kimisi də yarım qalmış bir sevgi hekayyəsinin son nöqtəsi kimi qəbul edirdi.
Nəhayyət Narın hazır oldu. Artıq məclisə daxil olmaq vaxtı gəlib çıxmışdı. Narın içəridəkilərdən üzür istəyib yan otağa keçdi. Xəyala mesaj yazdı: "Bu gecə gəlsən səninəm, gəlməsən Əzrailin" ...
Mesaj Xəyalın telefonuna gələndə Xəyal çoxdan masanın üstündəcə yuxuya getmişdi.
Kənd camaatı səhəri qışqırıq səsinə oyandılar. Narın hamamda al qanın içərisində idi. Qollarından axan və havanın soyuğundan ovuclarında laxtalanan qanı xınalı əllərinin xınasını gizlətmişdi...
Narının başına gələnləri eşidib Xəyal onun yanına qaçdı. Lakin Narın xəstəxanada ölümlə pəncələşırdı. Qollarında salamat damarı qalmamışdı. Ağır əməliyyat keçirirdi...
Nişanlısı zorla adam qaçırma, zorlama, işgəncə və qanunsuz narkotiklərin istifadəsi maddələri ilə həbs olundu. Həbsxanada olarkən Narının ailəsi oğlanın vərəm olduğundan xəbər tutdu. Narının həyatı alt üst olmuşdu. Nişanlısından onun da ciyərlərinə vərəm çöpü düşmüşdü. Özü ölüm fərmanına qol çəksə də, Fərid vaxt itirmədən bacısının müalıcəsinə başladı. Respublikanın ən güclü həkimlərini, ən yaxşı dispanserlərini bacısı üçün səfərbər etdi. Narın yaxşılığa doğru gedirdi. Lakin bu dəfə də hamiləliyi ortaya çıxdı...
Həkimlər aborta qarşı idi. Çünki, cinsi əlaqə zamanı Narına hansısa bir virus bulaşmışdı. O virusdan təmizlənməsi üçün doğması şərt idi. Əks halda zöhrəvi xəstəliklə əlaqədar bir qədər sonra uşaqlıq yolları sıradan çıxacaq bir daha ana olmaq şansı olmayacaqdır. Düzdür həm atadan kecən vərəm çöpü, həm də anada olan virus bu uşağın normal doğulmasına əngəl olacaqdı. Olsun, hər gözəllik qurban tələb edir. Narının və sonra doğulan uşaqlarının sağlığı üçün bu qunahsız körpə qurban olacaqdı.
Bir ananın öz balasını ölümə qurban verməsi nə deməkdir təsəvvür edirsiz?
Narın doğum masasına çıxmadan doğma balasının ölüm fərmanını imzalamışdı. Bunu özü istəməsə də ailəsinin israrı ilə etmişdi.Özünün ruh halı elə tarimar olmuşdu ki, bu həyatda varmı, yoxmu fərqındə deyildi. Bir an öncə bətnindəki bu arzulanmayan çanlıdan qurtulmaq, fürsət tapan kimi özü də bu dünyadan köçüb getmək istəyirdi Narın.
Hər dəqiqəsi, hər anı onunla bərabər keçirdi Xəyalın. Fərid və ailəsi Narının başına gələnlərin günahını Xəyalda görürdülər. Xəyal özü də bunu qəbul edirdi. Amma günahlarını bağışlatmadan, Narını həyata bağlamadan pəs etmək istəmirdi. Özü də pıskolojik sarsıntı içərisində idi. Bir tərəfdən Mehmanla gizli savaşı, bir tərəfdən məhkəmələr... Mehman Xəyalı nə qədər sıxışdırsa da, uğruna həyatını tarımar edən Ləmanın şirkətlərini, ortaqlığını əldən vermək istəmirdi. Mehman ona düşmən kəsilmişdi. Ləmanın ona bağışladığı hissələri Xəyaldan geri istəyirdi. Demək olar ki mehman bu sərvət üçün Xəyala gizli və səssiz müharibə elan etmişdi. Əlbəttə Xəyal canı və həyatı bahasına əldə etdiyi heç bir şeyi əldən vermək fikiri yox idi. O, Mehmanın elan etdiyi müharibəyə qarşı özünə və bacarığına güvənən bir rəqib idi. İş həyatı öz axarıyla davam edir, uğurları ölkəyə yayılmışdı. Bu da Mehmanı daha da səbrdən çıxarır, Xəyalı yıxmaq üçün planlar cızırdı. Bu keşməkeşli və çətin iş dünyasında uğurları nə qədər bol idisə daxili aləmi də o qədər tarimar idi. Özünü tanımırdı, sözünü bilmirdi. Narından sonra elə bil qəddarlaşmışdı. Qadın cinsinə qarşı nəzakəti sönmüşdü, nifrət etməsə də qadın olan yerdən uzaq qaçırdı. Narınla politonik sevgi yaşayırdı. Şəkillərdən, Xəyallardan ibarət idi bu sevgi. Xəyal yaxşı bilirdi ki, Narın varsa o da yaşayır, yoxdirsa o da yoxdur...
Narının qızı oldu. Səssiz səmirsiz... Ana bətnindəykən balasını inkşafdan saxlamışdılar. Süni doğuşla doğulmuş balasının cansız bədənini ilk dəfə qucağına aldı, hələ qurumamış islaq və qanlı üzündən öpdü.
- Məni bağışlama qızım, mən olsam özüm kimi ananı heç bağışlamaram - deyib balasına göz yaşları ilə son dəfə baxaraq vəda etdi.
Neçə ildir həyata tutunmağa çalışsa da, balasına verdiyi ölüm fərmanından sonra ruh kimi dolaşırdı. Nə şirkət, nə iş, nə sevənləri, nə özəl həyatı Narını həyata bağlaya bilmirdi. Özünü dünyanın ən qatı canisi hesab edirdi. Taa o vaxta qədər ki...
Nişanlısının türmədə ölüm xəbərini eşitmişdi. Qarışıq hisslər içərisində idi. Bu xəbərə verdiyi reaksiyanı belə başa düşə bilmirdi. Yeni aldığı maşınına oturub qonşu qəsəbədə göl kənarına gəldi. Biraz gəzindi, təbiətin xoş mənzərəsi ruhunu oxşasa da xəyalları onu həyatını qaraldan o gecələrə çəkmişdi. Ona təcavüz olunan səhnələr yadına düşdükcə həmin günü nişanlısının kürəklərinə batan dırnaqları indi də vücudunu, dizlərini qanadırdı. Bundan otəsi yox idi. Yaxınları onu nə qədər anlayışla qarşılasalar da, Narın yaşaya bilmirdi. Narın əzab çəkirdi. Bu həyat Narın üçün deyidı. Ölməliydi. Addım, addım gölə yaxınlaşdı. Hardansa uzaqdan körpə səsi gəlirdi, gölün ortasında balaca körpəsinin cansız üzü görünürdü sanki, hər şey gerçək kimi səslənirdi, görsənirdi. Bir anda balasını bağrına basmaq keçdi ürəyindən. Suya girdi. Əlləri ilə suyu kənara itəliyərək irəliləyirdi. Gölün dərinliklərinə doğru getdikcə Körpə səsi ona daha da yaxınlaşırdı. Bu da onu tələsdirurdi. Bir an öncə balasına qovuşmaq istəyirdi. Su boğazına qədər çıxmışdı. Yeridikcə dalğalanan su, ağzına dolurdu. Gözlərini yumdu. Gölə baş vuracaqdı ki, hardansa lap çağa səsi qulaqlarına doldu. Yox bu səs xəyali səs deyildi, gerçək bir səs idi. Elə bil yuxudan ayıldı. Bayaqdan balasının xəyalı görünən istiqamətə baxdı. Heç kim yox idi. Heç balasının xəyalı da yox idi. Sahil tərəfdən də səs gəlirdi, bu XƏyalın səsinə bənzəyirdi. Yaxınlıqda ağlayan çağanın səsi onu səsləyən səsə qarışmışdı. Bəli Narın xəyal aləmindən ayrılmışdı, səslər gerçək səs idi.
Dönüb səs gələn tərəfə baxdı. Xəyal uzaqdan gölə doğru qaçırdı. Gözlərinə inanmadı:
- O burda nə gəzir?
Elə bildi havalanır. Bir tərəfdən Xəyal, bir tərəfdən körpə səsi. Ovcunu su ilə doldurub üzünə çırpdı. Sahilə baxdı. Xeyir, havalanmamışdı. Xəyal tələsik soyunub özünü suya atmış və ona tərəf üzürdü.
- Gəlmə Xəyal, gəlmə...
- Narın, dayan qurbanın olum. Eləmə, nolar. Məni bu vicdan əzabında buraxma həyatım.
- Gəlmə Xəyal... Mən nə çəkirəm bilirsən? - deyə qışqırdı, daha da dərinliklərə tərəf yeridi. Başını siya vurdu, lakın çox keçmədi suyun üzərinə qalxdı.
- Narın, getmə, dayan, uzaqlaşma...
- Mən yaşaya bilmirəm! Mən qatiləm, öz balasının qatili. Mən ölməliyəm, ölmək istəyirəm.
- Narın başına dönərəm... Dayan. Ölüm hər şeyin çarəsi deyil əzizim. Həyat gözəldir, yaşayana...
- Yaşamaq? Mən yaşayıram? Mən ölmüşəm Xəyal! Balamın cansız cəsədini qucağıma aldığım gün ölmüşəm.
- Hər şey gözəl olacaq, Narınım. Mən varam əzizim, biz birlikdə bu günləri keçəcəyik.
- Narın suya baş vurdu. Elə bil gölün bu lilli suyu da onu qəbul etmirdi. Yenə suyun üzünə qalxdı. Suyun üzündə çabaladıqca ləpələr onu yaxınlıqdakı qamışlığa doğru itələyirdi.
- Çıx get, Xəyal, allahını sevərsən burax ölüm, mən bu yükü daşıya bilmirəm daha...
Narın qamışlıqların arasına girib özünü Xəyaldan gizlətməyə çalışırdı.
- Öləcəyiksə bərabər öləcəyik, Səni sevirəm Narın! İnan mənə hələ də sevirəm! Həmişəkindən daha çox. Ver əlini...
Bu dəfə boguq və su altından guruldayan hava boşluğu səsləri daha yaxından gəldi. Arada bir də uşaq səsi...
Hardansa Narının beyninə bir fikir doldu. Göldə 3 cü şəxs var. O da körpə bir çağa... Xəyal Narının yaxınlığında olduğu üçün o da bu səsi eşidirdi. İxtiyarsız olaraq ikisi də qamışlığa döndü. İlk gözlərinə dəyən mavi rəngli klyonka torba oldu. Torbanın bir hissəsi suya batmış, qulpu isə qamış qarğılarına ilişmişdi. Elə bil yaradan özü belə bir oyun qurmuşdu. Nə Narının ölümünə icazə verirdi, nə də torbanın içindəki bu balaca varlığa...
İxtiyarsız olaraq ikisi də özlərini həmin səmtə atdılar. İkisi də eyni vaxtda torbaya yetişdilər. Təlaşla Narın torbanı sudan qaldırdı. Xəyal isə tez torbanı yırtıb parçaladı. Yeni doğulmuş, sinədən aşağı qundaqlanmış körpə suyun içində boğula boğula hıçqırırdı. Narın tez hərəkətə keçdi. Uşağın ayaqlarından havaya qaldırıb, başı aşağı tutdu. Arxasından vurdu kürəklərin sinəsini aşağı doğru sığadı. Uşağın ağzından burnundan lilli və çırkli sular töküldü.
- Körpə ölür. Onu ölməyə qoyma Xəyal - Deyib qulağını uşağın sinəsinə qoydu. Tək əli ilə sahilə doğru üzməyə başladı Üzərkən əlinə ayağına golaşan yosunlar onu və körpəni təkrar gölə qərq edirdi. Uşağın səsi kəsmişdi. Narının qollarının arasında cansız cəsəd kimi idi. Narın qışqıraraq onu başının üstünə qaldıraraq sudan çıxır və eyni zamanda sahilə can atırdı. Xəyal körpəni ondan almağa çalışır, lakin Narın balacanı Xəyala etibar etmirdi.
- Ver Narın, mən çıxarım, sən də gəl!
- Olmaz... Ver bura!
- İnad eləmə Narın! - deyib Xəyal Narının belindən yapışıb Sahilə doğru üzdü.
- Burax... Burax...
Sahilə çıxar çıxmaz Narın körpəni torpağa uzadıb koftasını yuxarı qaldırararaq sinəsini açdı. İki barmağını cütləyib körpənin ürəyinin üstünə basaraq masaj etdi. Süni nəfəs verib onu həyata qaytarmağa çalışdı.
Biraz aralıda soyunduğu paltarlarını tez tələsik geyinən Xəyal onların yanına qaçdı. Dizlərini yerə qoyub üzünü Korpəyə yaxınlaşdırdı.
- Yaşayır?
- Yaşayacaq.Onu ölməyə qoymaram. O da gedərsə bunu özümə bağışlamaram.
- Narın, gəl tez çatdıraq xəstəxanaya.
- Körpə nəfəs almadan bunu etmək təhlükəlidir.
-Ay allah...
- Oyan quzum, oyan. Nolar oyan. Əgər sən mənim yaşamağıma səbəbkarsansa, oyanmalısan. Sən olmasaydın mən indi bu gölün dibindəydim. Oyan balaca mələk, oyan, nolar. Sən də məni peşiman eləmə... - Deyərək ağlaya ağlaya körpəyə qəlb masajı edirdi.
Körpənin ağzından bir ovuc yosunlu su çıxdı və anında da ağlamağa başladı. İkisi də sevinclə qışqırdı.
- Qayıtdı..
İndi dayənin qucayında tutduğu bu qızcığaz həmin Dərya idi. Tapıldığı gün 3 - 5 günlük hələ göbəyi düşməmiş bu qızcığazı özünə övladlıq götürmüşdü. Qanuna görə övladlıq olunan körpə tam ailəyə verilir. Narın isə subay idi. Nə Narını, nə körpəni diqqətdən kənarda qoymayan Xəyal bu evladlıq məsələsinə hədsiz sevindi. O körpə Narını həyata qaytarmışdı.
Hələ də Narın Xəyalla danışmırdı. Xəyal Fəridin yanına gəlib uşaq üçün Narınla kəbin kəsdirməyin vacib olduğunu dedi.
- Fərid o uşaq tapılandan sonra Narındakı dəyişikliyi sən də görürsən.
- Hə çox şükür. Bu qızın dərdi bizi öldürüb lap.
- Deyirəm bəlkə...
- Bəlkə nə?
- Dövlət subay adama uşaq vermir.
- Hə?
- Deyirəm bəlkə Narını yola gətirəsiz, mənimlə rəsmi nigaha girsin. Uşağı evlad edək...
Bu təklifi Narın eşidəndə o ki var gülmüşdü.
- Bu da evliliyin yeni növüdür?
Oyun içində oyun oynamışdılar. Dərya üçün rəsmi nigah edib, saxta ailə olmuşdular...
Narın dönüb Xəyala baxdı. Xəyal qucağındakı balacaya sarılıb dans edirdi. Gülümsədi. Bir anlıq Dəryanı xəstəxanaya qaçırdıqları gün yadına düşdü. Uşağı qeydiyyatdan keçirmək üçün ad soyad istəyirdilər. İkisi də bir birinin üzünə baxmışdılar. Uşağın cinsiyyətini belə bilmirdilər.
- Ay yoldaş, uşağın valideyini kimdir?
İkisi də bir ağızdan "mən" demişdi və bir birlərinin üzünə baxmışdılar.
- Adı soyadı, ata adı. Metrkasını verin görək.
- Hələ metrka almamışıq.
- Bəs ad soyadını, ata adını nə yazaq? Yaxşı cinsiyyəti nədir?
Tibb bacısının körpənin islaq paltarlarını üstündən çıxarıldığını görüb Narın qışqırdı qızdır, qız
Xəyal tez tibb işçısınə döndü:
- Dərya... Dərya Əlizadə Xəyal qızı... Metrkada da belə yazdıracağıq.
Tamadanın təntənəli təqdimatından sonra "İkimizdə bir ürək var" mahnısının xoş ahəngi salonu bürüdü. Gənc cütlüklər bəylə gəlinin ərtafında rəqs edirdilər. Xəyal uşaq qucağında hələ də ortada idi. Şİrkətin qızlarından biri XƏyala yaxınlaşıb nəsə dedi. balaca Dəryanı öpüb oxşadı. Xəyal nəzakət qarşılığında qadına təşəkkür bildirdi. Görünür qadının Xəyaldan ayrılmaq fikiri yox idi. Yəqin onunla dans etmək istəyirdi. Qısqanclıq Narını tutmuşdu. Amma özünü o yerə qoymurdu. Qızın getmədiyini və Xəyalın o qızla gülərək danışdığını görüb dayana bilmədi. Onlara yaxınlaşdı. Dəryanı Xəyaldan almaq istədi:
- Ver Dəryanı, mən tutum, siz rahat oynayın.
Xəyal Narının belindən tutub onu özünə çəkdi. Narın ondan qopmaq istəsə də Xəyal buna imkan vermədi.
- Neynirsən?
- Heç nə, arvadımla və qızımla rəqs edirəm
- Burax...
Xəyal gözlərini Narının gözlərinə zilləmişdi gülürdü. Çox xoşbəxt və məsum baxışları var idi. Narın bu baxışların qarşısında əriməyə bilməzdi.
- Nə arvadı? Hamı səni subay bilir. Odur bax, gözəlçə səni gözləyir, getsənə rəqsə dəvət etsənə
- Çox gözləyər hələ... Qoy gözləsin. Zapazda dürsun o, axır əvvəl boşayasan da məni, onda arvad tapmaq çətin olmaz... Tək bu deyil. Hələ bir neçə dənə var, yedəkləmişəm.
- Şorgöz...
Narın çırpınıb Xəyalın əlindən çıxsa da, Xəyal onun əlini buraxmadı. Təkrar onu özünə tərəf dartıb belindən yapışdı. Barmaqları ilə onu özünə bənd elədi. Başını Narının başına yapışdırıb musiqiyə qoşuldu.
- Ikımızdə bir ürək var, yarı səndə yarı məndə... Bax nə gözəl deyir Narın! - Dəryaya baxdı - ikimizdə bir ürək var, bu da Dəryadır. Allahın köməkliyi ilə Dəryanın bacısı qardaşı da gələcək.
- Dəlisən sən?
- Nə var, olmaz? Tək qalacaq uşaq?
Narının gözləri süzüldü, kənardan onları izləyən qıza baxdı :
- Demirəm, bəlkə ata bir, ana ayrı olar...
- Hmm... Ola bilər. Gözləyirəm görüm nə vaxt boşayırsan da- gÜldü- amma elə inadsan ki, qorxuram tərsdiyinə salıb heç boşamayasan da... Mən də arvad deyə döyə öləm.
Narın tərs baxışlarla Xəyalı süzdü.
- Niyə ki, arvadın adı rəsmi olaraq üstündədir axı.
- Nə işə yarıyır bu? Qoynuma ala bilməyəndən sonra, sevə bilməyəndən sonra... Allah kəssin belə evliliyi...
- Aydındır, sən həm rəsmi, həm də gerçək arvad istəyirsən.
- Şükür allah dəlilrinə, yalançı arvad da olur?
- Get boşa da - Narın əsəbi halda Xəyala baxıb əlindən çırpınıb çıxmaq istədi.
- Bəs bu uşağı neyləyək, bölək ortadan? Yarısı sənin, yarısı mənim.
- Uşağı bəhanə eləmə ee. O mənimdir, sən get özünə arvad al doğsun sənə.
- İkimizdə, bir ürək var, yarı səndə yarı məndə... Tələsmə, doğusduracam.
- Uşş...
- Heç insafın yoxdur ee Narın!
- Noldu?
- Dərd odur ki, rəsmi nigahın ola, ər kimi ailənin uşağının içinə gəlib rahat evində yatıb, səhər işə gedə bilməyəsən, toyda məclisdə, qızınla, arvadınla oynayasan, rəqs edəsən amma onları sevə bilməyəsən...
- "Arvad" demə mənə...
- Yaxşı onda həyat yoldaşı..
- Onu da demə...
- Niyə? Yoldaşım deyilsən?
- Yox...
- Sübut eləyim dəə...
- Dəli...
- Yox sübut eləməsəm, olmayacaq...
- Buraya gəl... Xəyal! Dəlilik eləmə...
Xəyal Narından ayrılıb tamadaya yaxınlaşdı. Mikrafonu ondan alıb arxasına tutdu. Çıxış üçün özünü toparladı. Narın paltarının ətəyini əlinə yığıb onun arxasınca gəlirdi.
- Xəyal, gəl bura, məni biabır eləmə...
- Ya mənim arvadım olduğunu qəbul edəcəksən, yada özün bil...
- Dəlisən vallah.
- Dəli sənsən ki, məni özünə bağlamısan, indi də nə sən qoparıb ata bilmirsən, nə də mən...
Musiqi kəsmiş, bütün diqqətlər onlara yönəlmişdi. Bundan utanan Narın nə edəcəyini bilmirdi. Camaatın baxışlarında , həm təccüb vardı, həm həyəcan, həm sevinç. Əli kişi ilə SolmaZ oturduğu masanən arxasından qalxmış həyəcanla bu iki gəncin dəliliklərinə diqqət kəsilmişdi. Zülfiyyə ilə Tacəddin rəqisilərini dayandırsa da hələ də rəqs edirmişlər kimi bir birindən ayrılmamışdı. Fəridin ciddi , Nuranənənin sevinc dolu baxışları bu iki dəlisov gənci müşayyət edirdi. Narının bacıları, kürəkənləri, anası və atasının üzündən təlaş oxunurdu.
Çıxılmaz vəziyyətə düşən Narın :
- Uşağı gətirərsən - deyib, giriş qapısına yönəldi.
Arxadan mikrafon səsləndi.
- Əziz dostlar, üzür istəyərək sizlərlə bir şey paylaşmaq istəyirəm. Əvvəla, qardaşım, can dostum, bu toyun səbəbkarı Fərid qardaşımızı və onun həyat yoldaşı, gənclik dostum, qrup yoldaşım, həmkarım Nuranə xanımı bu gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Narının addımları yavaşladı. Dönüb Xəyala baxdı. Bacısı onun qoluna girib qulağına nəsə pıçıldadı. Xəyal amiranə səsi ilə davam edirdi.
- Əziz dostlar, Toy... Toy xalqımızın ən gözəl adətlərindən biridir. Toy iki gəncin bir yuvada birləşməsinin təməlinin qoyulduğu gündür. Toy bu qədər insanın iki gəncin ailəsinə şahid olduğu gündür. Nə gözəldir deyilmi? Mən də evilyəm...
Hamı təccüblə bir birinə baxdı.
- Həm də rəsmi nigahli. Bax bu qucağımdakı toppuş bala da mənim qızımdır. Bunu yaxın dostlarım, qohumlarım bilsə də, çoxlarınız bilmirsiz. İstədim siz də biləsiz. Amma deməklə olmur əziz dostlar. Mental fikirlərə dayanaraq, çoxlarımız belə səssiz səmirsiz evliliyi qəbul etmirik. Elə mən özüm də... Başıma gələn xoşagəlməz hadisələr, bizi bir müddət bir birimizdən uzaqlaşdırmışdı. Dərya balamızdan sonra da onun anası Narın xanım toy məsələsini kölgədə qoydu. İstəmirəm deyir. Bunu da mən qəbul etmirəm...
- Xəyal eləmə, şəxsi problemləri burada həll etmək düzgün olmaz...
- Bax ay sağol, mənim əziz qardaşım. Mən də istəyirəm, elə burada, bu millətin şahidliyi ilə, qızımın anasına... necə deyim ee... "evlilik" təklif edim. Əslində dediyim kimi evliyik, indi mən toy təklif etmək istəyirəm - Narın utandığından ovucları ilə üzünü tutub çölə qaçmaq istədi. Bacısı sevinc içindəydi, Narını getməyə qoymurdu. Camaat yer yerdən onları alqışlayırdı. Xəyal aradakı boşluqdan istifadə edib mikrafonu qoltuğuna vurdu. Cibindən hədiyyə qabı çıxarıb, Dəryanın üzündən öpdü.
- Nə deyirsən qızım, mama təklifimi qəbul edəcək? - səhnədən enib Narına tərəf addımladı. Mikrafonu nizamlayıb çıxışına davam etdi.
- Toy etmək bütün gənclərin arzusudur. Gəlinlik və bəylik geymək bizim də haqqımızdır. İstəyirəm sizlərin şahidliyi ilə Narın xanımdan razılıq alıb toy günümüzü təyin edim. Bilirəm bəlkə mənim belə hərəkətimə gülürsüz, nə bilim məni dəli sayirsız. Heç nə vecimə deyil. Başqa yolum yoxdur... Papaq filimində demiş... "Evlənmək istəyirəm"
Narının qarşısında diz çökdü. Dəryanı dizində oturtdu. Qutunu açıb ona uzartdı:
- 7 illik tanışlıq və bərabərliyimizin, hər cür çətinliklərdən sonra bizi təsadüfən və məcburən birləşdirən və ikimizi də həyata bağlayan bu qızcığacın xətrinə mənimlə bir ömür, bir dam altinda yaşlanmağa nə deyərsən Narın?
Narın göz yaşlarına boğulmuş gah Dəryaya, gah Xəyala baxırdı. Yer yerdən alqış gurlayırdı. Hamı qışqırırdı: "razıyam de, biz də şahidik".
Nəhayyət Narın dilə gəldi. Xəyalın üzük tutan əlini tutub onu ayağa qaldırdı. Xəyalın qucağındakı Dəryanı qucaqladı.
- Bu günləri mənə yaşadan, məni həyata qaytaran, məni təkrar sevdirən qızıma sonsuz təşəkkür edirəm.
Xəyalın ürəyi həyəcandan çırpınırdı. Narının bu şəkildə sözə başlaması Xəyalın xoşuna gəlsə də növbəti kəlmələri "amma" ilə başlayacağından narahat idi. Bir anlıq düşündü ki, bu dəfə də Narın Xəyalı geri çevirəcək. Xəyal bu qədər insanın içındə pərt olacaqdı. Əgər belə bir şey olsaydı, Xəyal elə buradan bir başa məhkəməyə gedib boşanma ərizəsi verəcək, ordan da çıxıb ölkəni tərk edəcəkdi.
- Xəyalın da dediyinə əlavə etmək istəyirəm. Xəyalla tanış olduğum bu 7 il 3 ay, 19 gündə, bəzi qəbul etmədiyimiz acı günləri çıxmaq şərtiylə onu sevməyimə heç zaman peşiman olmadım. Di gəl ki, bu qürur kı, var... Qalın dıvar kımı səd qoyur sevənlər arasına. Bu gün Xəyal bu səddı aşdı, o qalın divarı yıxdı. Gələcəyə yol açdı. Sizcə belə bir sevgiliyə, belə bir ataya, belə bir həyat yoldaşına yox demək mümkündü?
- Səni sevirəm, bir dənəm! - Xəyal Narını qucaqlayıb alnından öpdü.
Alqış sədaları zalı tutrədirdi...
Toydaki şənlik iki qatına köklənmişdi. Belə romantik abu hava toydakı yaşlılara, o cümlədən Solmazın keyfinə soğan doğramışdı.
- Utanıb ölmək yoxdur. Boynunuzu yerə soxum. Nə ar qalıb, nə abır qalıb. Kinolara baxa baxa ağılları azıb bunların. Bundan irəli analar qız seçərdi. Oğlanın hünəri nəydi, toya qədər qızın həndəvərinə gəzə. Bunlarda zıbillikdən tapdığı bir "kuklanı" alıblar əllərinə "evcik - evcik" oynayırlar. Nə yoğurdum nə yapdım, hazırca kökə tapdım. Biabır olduq millətin içində, ay Allah, rüsvayçılıq...
- Az, bir yaxşı da... Beynim şişdi. Bəsdir da bə ... Yetər - Əli kişi qalxıb əsəblə foyeyə çıxdı
Toydan çıxıb hər kəs öz maşınına mindi. Xəyal maşının açarını şoferə verib anasıgili evə aparmasını istədi. Özü isə Narının maşını ilə getməyi planlamışdı. Fikiri var idi, Narının ailəsini evə qoyduqdan sonra onu bir bəhanəylə evdən "qaçırtsın"
Fəridlə Nuranə gecəni oteldə keçırəcəkdi, iki gün sonra xarıcə bal ayına gedəcəkdilər. Odur ki, Narın və ailəsi bir neçə gün Fəridin evində qalacaqdılar.
Narın açarı Xəyala uzatdı.
- Get, maşını çıxart yola, biz də gəlirik.
Xəyal maşını yola çıxartdı, səkinin kənarında saxladı. Yol çox qələbəlik olduğu üçün, maşını Narıngilin yanına çəkmək mümkün deyildi. Odür ki, maşından düşüb onları gətirmək üçün yolu o tərəfə keçmək qərarına gəldi. Xəyalın arxasınca Tacəddinin maşını da park etdi. Eyni şeyi də o düşünürdü. Zülfiyyəgil Tacəddinin maşınına doğru gəlirdilər. Elə bu zaman yol kənarında dayanmış maşınlardan biri cərgədən çıxıb, sürətlə Xəyalın üstünə şığıdı. Camaat qışqırışdı. Elə bir aura yaranmışdı ki, həmin anda Zülfiyyə və uşaqları həmin yolda Xəyalla qarşı qarşıya gəlirdilər. Maşının onların üstünə gəldiyini görən Elməddin zirək tərpənib yoldan çıxdı. Geri dönərkən Xəyal, Zülfiyyə və Feyruz yerə sərilmişdilər...
Camaatın başı yaralılara qarışmışdı. Elməddinin qışqırmağından və danışmağından heç kimin xəbəri yox idi. Elməddin həyatının ikinci şokunu yaşayırdı. Və bu hadısə onu üzsə də onun xeyrinə idi.