YAZILARIM

Cuma, Ağustos 18, 2023

GECİKMİŞ BAHAR


   GECİKMİŞ BAHAR 

     REAL HƏYAT HEKAYƏSİ 

      PROLOQ

   Onunla mən facebook qruplarının birinidə tanış olmuşdum. Paylaşdığım hər statı bəyənir, hər fikirlərində smayklarla hisslərini bildirirdi. Belə şəxsı tanışlığımız yox idi, bir birimizi tanımırdıq. Mən Türkiyədə o isə Holandiyada yaşayırdı. Gözəl xalqımın kübar xanımlarından biridir. Allah bilir, hansı həyat rüzgarı başı bəlalı xalqımın bir övladı kimi onu da vətəndən xaricə atıb. Bu qadın mənə maraqlı gəlirdi. Rəylərdə aktiv olmasa da emojilərdə yüz faiz aktıvliyi vardı. Bəzən gülür. Bəzən ağlayır, bəzən təcüblənir, bəzən düşünürdü. 
   Aylardır başladığım romanı təqib edirdi. Hər zamankı kimi rəy yazmasa da bu romana da smayklarla fikirlərini bildirirdi. Mən bu qadını içinə qapanıq, ya da lal, kar kimi təsəvvür etməyə başlamışdım artıq. Bir neçə dəfə özəldən ona yazmaq istəsəm də sonradan fikirimdən daşındım. Fikirləşirdim ki, bu qədər ciddi bir xanımı narahat etmək olmaz. Deyək ki, mən ona "salam" yazdım. O da salamı aldı. Sonra? Onunla beynimdə diyaloq qurmağa başlamışdım. Hardan başlayıb, harda bitirəcəyimi bilmirdim. Bu xanımla necə ünsiyyət qurum, nə danışacağım haqqında götür qoy etdikcə ağlıma bir fikir gəldi.
   Bəlkə facebook qrupda paylaşdığım romanın növbəti bölümündə həmin xanımın oxumasını əngəlləsəm? Həə, bax bu ağıllı bir fikir oldu. Əgər mənim yazdığım onu maraqlandırırsa, ümumiyyətlə bu qadın mənim yaradıcılığıma dəyər verir, məni həqiqətən də, təqib edib, oxuyursa bu problemi aradan qaldırmağa çalışacaqdır. Bu fikirimdən böyük həzz alaraq paylaşımda qadını əngəllədim.
    Və nəhayyət ... Gözlədiyim gün gəldi. Bir sabah həmin xanımdan mənə mesaj gəlmişdi. Yarı rusca yarı azərbaycanca kiril hərfləri ilə yazırdı. İnanın, yatağımdan dik atılıb gözlərimi ovdum. Yumuruğumu düyünləyib yuxarı qaldırdım. "Uraa" deyə qışqırdım. Yanımda şirin şirin yatan yoldaşım üz-gözünü turşudaraq ətrafına baxdı : 
   -Noldu xanım?
   - Hec bir şey canım, sən yat, uyu... 
   Telefonu götürüb zala keçdim və Bahar xanımla aramızda belə bir dialoq başladı;
  -  Salam xanım. Əl sallamısız. 
  - Bəli. 
   Uzun saniyələr keçdi. Bəlli ki,xanım da nə deyəcəyini, hardan başlayacağını bilmirdi. Bir neçə saniyə sonra mesaj gəldi . 
  -  Sizin daimi oxucunuzam . 
  - Bilirəm ...
  - Maraqlı yazırsınız... 
  - Eləmi? 
  - Bəli, inanın hər bölümü səbirsizliklə gözləyirəm. 
   - Şad oldum, təşəkkür edirəm. Amma son iki bölümdə sizi görmürəm yəqin oxumamısız? - deyə özümdən razı halda yazdım. Qurduğum planı zevqlə həyata kecirtməyə başlamaq istədim. 
  - Bilirsiz, Fəridə xanım, əslində elə mən də bunun üçün yazdım sizə. Necə gündür evdə yoxam Türkiyəyə gəlmişəm. Orda da qonağam. Gələn, gedən. Həm də telefonum Türkiyədə açmadı. Kampüterdə də problem oldu. Bir sözlə internetə girə bilmirəm. 
   - Eee?-demə boşuna sevinmişəm? Boşuna onu paylaşımlarıma blok eləmişəm?
- Demək istəyirəm ki,əgər mümkünsə nömrəmi verim mən Hollandaya dönənə qədər yeni bölümləri whatsatdan atın. Buraya ev internetiylə girə bilirəm. Cox xahiş edirəm . 
   Bilərəkdən uzatmaq istədim . 
  - Amma... Mənim o qədər vaxtım olmur. Mən həm qrupda , həm də şəxsi mesangerdə paylaşım edə bilmərəm ki... 
  -  Təəssüf edirəm. Eyni zamanda da xahiş edirəm. Nolar məni hekayənizdən məhrum etməyin. İnanın sizin o hekayənizdəki qəhrəmanla mənim həyatım demək olar ki, eynidir. Amma başqa başqa varıyantlarda və məkanlarda. İnanin o xanımın kecirtdiyi hisslər mənə hec də yad deyil. Sadəcə sonu nə olacağı maraqlıdır ...
   - Yaxşı, belə edək ! - şeytan mənə bu sirli qadının sirrini öyrənməyi əmr edirdi . 
   - Necə ? 
   - Deyirsiz Türkiyədəsiz ? 
   - Bəli 
   - Nə zaman dönəcəksiz ? 
   -  15 gün sora . 
   - O zaman gəl görüşək tanış olaq . 
   - Siz harda olursuz?
   - Ankarada. 
   - Aaa mən də Ankaradaya. 
   - Lap yaxşı. Onda bu fürsəti əldən qaçırmayaq.Görüşək 
  - Mütləq.
   - Gör nə deyirəm. Bu yaxənlarda Ankarada yaşayan bizim azərbaycanlı qızlarla görüşəcəyik. Tez tez belə görüşlərimiz olur. Deyirəm bəlkə siz də gələsiz?
  -  Mən onları tanımıram axı. 
   - Mən tanıyıram güya? Elə biz də internetdə tanış olmişuq da. Bir birimizlə sonradan görüşüb tanışmışıq. 
  - Şəxsən sizinlə görüşmək daha yaxşı olar. Söhbətləşərik dərdləşərik. 
   - Hmm... Başa düşdüm. Onda belə edək. Həmin gün gəlin, sora bir şey fikirləşərik. Çünki mən onlara söz vermişəm. Getməsəm ayıb olar. Sizinlə də başqa vaxt görüşə bilməyəcəm. Rizəyə -yoldaşımın məmləkətinə getməliyik. 
   - Başa düşdüm. Düzünü deyim, mən də darıxmışam bizimkilər üçün. İnanın allaha, qürbət sümüklərimi sızıldadır. Vətəndə kecirtdiyim hər şey gözlərimin qarşısındadır. Bayramlarımız, adətlədimiz, O qədər darıxıram ki, vətən üçün, hələ şirin şirin ləhcəmiz var ee. Orda lağ edirdik ee ləhcələrimizə. İndi eşidəndə ağlamaq tutur adamı
  - Can, elə biz də eləyik. Qürbət burda bizi kövrəldir. İnsanlarımızı bir birinə  doğmalaşdırır. Kımın kım, haralı olduğuna baxmırıq. Azərbaycanlıdır, vəssalam... 
  - Elədir bacı elədir... 

   İlk görüşümüz qrupdakı qürbətçi qızlarla Ankarada AVM-lərin birində baş tutdu. Görüşümüz xoş və əyləncəli keçdi. Əvvəldən tanıdığım qızlarla bərabər tanımadığım qızlar da vardı. Çoxusu gənc qızlar olduğundan onlar öz yaşıdları ilə baş başa vermişdılər. Biz orta yaş nümayəndələri böyük  masanın bir tərəfinə toplaşmışdıq. 
   O da bizimləydi. Yanımda oturmuşdu. Çox gözəl bir xanım idi. Qarayanız sifətinə şabalıdı gözü qaşı çox yaraşırdı. Uca boylu, ətli əndamlı bədəni zaman zaman şuxluğunu itirsə də sima gözəlliyi hələ də öz sözünü deyirdi. Heç bir estetiyi yox idi. Yaradılışından gözəl idi. Qaş göz düzümü bu qadının gəncliyində cox gözəl bir qız olduğundan xəbər verirdi. Ağır başlı və olgun bir qadın olduğu oturuşundan duruşundan bəlli idi. Hiss olunur ki, sanbalını qoruyan biridir. Şən və söhbətcil olması qızlarla da onun arasında xoş abu hava yaratdı.Demək olar ki, onunla yaşdaş idik. Ona görə də tez isinişdik bir birimizə.
  Başım söhbətə qarışsa da diqqətim ondaydı. Baxışlarında bir ürkəklik vardı. Dodaqlarındakı saxta gülüşün arxasında bir kədərin yatdığını, gözlərinin dərinliyindəki qorxunu, üzündəki ürkəkliyi sezməmək mümkün deyildi. 
  Bir gözü məndəydi. Biraz narahatçəlığı vardı sankı. Sıxılmağa başlamışdı.Tez tez saata baxırdı.Sankı nəyisə qaçıracaqdı. 
  - Bir yerə tələsirsiz? 
  - Yox elə belə. Görəsən tuvalet hardadır? 
  -Sağ tərəfdə olmalıdır - dedim. Elə bu zaman ona bir söz verdiyimi xatırladım. Anaaam bəs biz təkbətək zaman keçirəcəkdik axı. Necə unutmuşam mən? 
  -Dur dayan, mən də gəlirəm - ayağa qalxdım - Qızlar biraz biz, balkona çıxacağıq. Lazım olsaq ordayıq, axtarmayın. 
    Mənim onunla gəlməm qadının keyfinə əməllicə açmışdı. Əl- ələ, qol - qola girib deyə gülə ordan uzaqlaşdıq. Tuvalet bəhanəydi təbii ki. AVM- nin balkonuna cıxdıq. Məhəccərə yaxınlaşıb ordan şəhərin gözəlliyinə daldıq. Sağ yanımda dayanmışdı. Üzü şəhərə dayansa da gözü məndəydi. Sözlü adama oxşayırdı. Hiss edirdim ki, mənimlə  nəyinisə paylaşmaq istətir. Axı telefonda da çatdırmışdı bunu mənə. 
   Onu ürkütməmək üçün danışmırdım. Heç baxmırdım da. İstəyirdim bu fürsəti dəyərləndirib özü açılsın. Özü öz dəminə boşatsin içini. 
  - Sizinlə tanış olmağıma çox məmnun oldum Fəridə xanım. 
   -Təşəkkür edirəm canım. Sağol. Mən də şad oldum. Çox xoş bir qadınsız. 
  - Siz də. Nə yaxşı ki, gəldim. Əslində gəlmək istəmirdim. Tünlükdən sıxılıram. Amma o yerdə ki siz varsız. Maraqlı oldu hər şey. 
  - Nə gəzəl. Xoş və dəyişiklik oldu.
  - Siz tandığımdan da səmimi qadınsız. 
   - Elə siz də. Hələ mən sizi daha böyük yaş da bilirdime. Yaşdaşmışıq.
   - Nə qədər məsəla?
    - Hardasa  60 65 
   - Yox aa... Hardan belə qərara gəldiz ki. Axı sız məni heç görməmisiz də. Şəkilimi də paylaşmamışam heç vaxt. 
  - Bağışlayın. Amma buna haqlı səbəblərim də var. 
   - Nəymiş?
   - Məsələn orta yaş insanları, daha doğrusu sovet camaatı, daha savadlı və kitaba, hekayəyə meyilli olur. Ən çox araşdırma olan, keçmişi xatırladan paylaşımları sevir. Paylaşımlara rəy yazmasanız da, emojilərinizdən bunu hiss etmək olur. 
   -Bax onu düz dediniz. Mənim nəinki sovet, İran Türkiyə Hollanada qarışığım var-güldü. 
   - Ooo day deynən ay Fəridə əlinə xəzinə düşüb?- mövzunu tutmuşdum. Bu qadın sandığımdan da dəyərli və sirr dolu qadın idi. Axı deyirlər çox gəzən çox bilər. Mən mütləq bu qadının beynəmlıləl görüşünü, dünyaya baxışını, yaşadıqlarını, gördüklərini dəyərləndirməliydim.
  - Eləmi düşünürsüz?
  - Hə vallah- İkimiz də güldük bir birimizin qoluna toxunduq.Yenə əlimizdəki qəhvədən bir qurtum içib, şəhərin mənzərəsinə daldıq. Bu dəfə sükutu mən pozdum:
  - Deyirlər bir fincan qəhvənin 40 il xətiri var. Baxaq görək bu kağız stəkanın nə qədər xətri olacaq - deyə əlimdəki kağız bardağı onun stəkanına toxundurub güldüm.
  - Deyirlər. Amma bizim mədəniyyətimizdə çay xətiri var - sözümə zarafatyana şirinlik qatdı- axı biz azərbaycanlıyıq. 
   Zarafat altında qalmadım. 
 -İndi Türkiyədəyik də. Ona görə arada türk ata sözlərinə də müraciət etməliyik.
  Şən zarafatlarımız aramızdakı buzları əridirdi. Daha da səmimiyyət yaradırdı. Mən bu anı dəyərləndirməliydim. 
   - Nəysə boş ver kahvəni zadı. Madəm yaşdaşıq, madəm bir yerdə çay, qəhvə içdik, rəsmiyyəti də aradan götürək məncə. 
- Necə yanı?
 - Yanı "siz"-siz, "biz"-siz.
Ürkək gözlər gülümsədi. Sağ qolunu açıb məni qucaqladı. 
  - Nə yaxşı ki, varsan. Vallah elə qrupdakı paylaşımlarından da qiyabi də olsa səmimi biri oldugunu bilirdim. İndi də bunun əyani olaraq şahidi oldum. Vallah səni özümə ən yaxın biri bilirəm. Ana bacı kimi desəm bunu ifadə edə bilmərəm, cünki ikisi də adı var olub, özü yox. Hətta onlardan da yaxın hiss edirəm sizi. 
    Aha, ikinci mövzu. Deyəsən bu qadını yavaş yavaş çözməyə başlayıram. Bu qadının üzündəki ürkəklik və özgüvənsizliyin səbəbi də diqqətdən kənarda qalması imiş. 
   - Nə demək canım. Belə deyib məni utandırma, sən allah. Nə yaxşı kı, sizlər varsınız. Sizlər olmasanız mən də heç bir şeyəm, heç məni tanımazdız da. Siz olmasaz mənim hekayələrim də heç olardı. Mən kim üçün yazıram? Əlbəttə sizinüçün. Məni sizə, sizi də mənə sevdirən hekayələrimdir. Siz oxucular səmimi olmasa mən belə səmimi və sərbəst üsulda yaza bilərəm?
   - Ay canım...
  Sükut çökdü. Sükut səmimiyyət arasında üçurumdur deyirlər. Qətiyyən buna izin verməməliyəm. Odur ki,əlimdəki karton bardağı zibil gutusuna atıb tez dilləndim:
   - Nəysə qrup-murup öz yerində. Yəqin ki, buraya qrupdan danışmaəa gəlməmişik. 
  - Hə vallah. 
  - De görüm necəsən, nə var nə yox.
   - Şükür salamatçılıqdır.
   -Telefonda görüşək dərdləşək deyincə sevinmişdim. 
  - Nəyə?
  - Axı mən hər kəsin dərdindən bir tema tuturam mən. Kiçik bir həyat səhnəsi mənə hekayəm üçün fikir olur. 
  - Həə.. Mən danışsam roman olare. 
  Aha bu da üçüncü mövzu... Mövzu  yoxe, artıq plan.
  -Vallah mən səni yazacam axı deyəsən - güldük 
  - Bəs nəyi gözləyirsən? Zarafatyana çıynimə vurdu. 
   - Qız, danışsana ! Bir ip uçu, bap balaca... Çözüm yumaq kimi sətirlərə yığım səni... 
  - Vallah adamın ürəyini oxuyursan ay bacı.. 
  - Bə nə - özümdən razı halda sinəmə döydüm- Mənim roman, hekayə yazdığımı unutmusan deyəsən. Axi  biz yazıçılar bir növ pisixoloq kimiyik. Qəhrəmanını anlamasa onun hiss-həyəcanın necə başa düşər, necə ifadə edər axı? 
 - Hə vallah, düz deyirsən!
 Tam vaxtı idi. O danışmağa hazır idi, mən dinləməyə. Bircə qalırdı onun ağzını açmaq. 
  -Burda danışaq, yoxsa başqa bir yerdə?
   -Vaxtınız varmı?Tələsmirsiz ki? 
   - Əlbəttə var. Sözsüz ki, o qızlarla görüşümüz öz yerində, bir iki saat oturub qalxacaqdıq hər zamankı kimi. Amma səninlə zaman keçirmək daha xoş olacağına əmindim. Odur ki, rahat ol. Mən evdən arxayın çıxmışam.
  - Onda, bəlkə gedək bir sakit yerdə oturaq. 
  - Yox, indi olmaz, qalsın başqa vaxta. Qızlara ayıb olmasın. Deyəcəklər bizi bəyənmədilər ayrıldılar. Bəlkə görüşün sonunda onlardan ayrıldıqdan sonra, əgər sizə gec olmasa. Məndə problrm yoxdur
  - Düzdür bacı. Amma ayaq üstü nə danışaq? Tale dediyin bir iki saatlıq deyıl axı.
  - Evdə davam edərik telefinda.
   Hiss edirdim ki, bir danışmaq istəyir lakin, tərədüd edir. Nədənsə qınnanılcağından qorxur. Nədənsə çəkinir.  Belə görürəm ki, onun dilini açmaq mənə asan baş gəlməyəcək. Çox tədədüdlüdür. 
   - Bilirsənmi, telefon arxasında həmişə diqqətımı sirli bir xəzinə kimi cəkmisən. 
   - Mən? Xəzinə haa - güldü . Mən yazıq heç ağzımı açmışam ki?
 - Elə açmamısan ki bu fikir yaranıb da mənə.
  - Maraqlıdır. 
  - Niyə  xəzinə deyirəm bilirsən? Çünki dəfinə kimi sirli, xəzinə kimi dəyərli bir şey yoxdur. 
  - Vay dədəm vaayy ! 
 - Sən yazmasan da rəylərdəki o dilsiz emojilərdən səni tanımağa, çözməyə xırdalamağa çalışmışam. Bilirəm ki, bu səssiz işarətlərin arxasında bir sirr, sirr qədər də gizəmli bir xəzinə yatır. 
   - Nə xəzinəsi sən Allah, bu qədər də böyük adam deyiləm. 
   -Sən elə bil. Gəl bunu məndən soruş. Bayaqdan səninlə danışırame, danışmağıma baxma sən. Mən beynimdə plan qururam burda. Artıq hekayəmin başlığı da hazırdır. 
  - Xəzinə? 
  - Yox. Xəzinə bir simvoldur . Mənim yeni hekayəmin sirli xəzinəsi açıldıqça açılacaq, xırdaladıqca xırdalanacaq. Hər kəlməsi bir ləl cəvahir, bir həyat hekayəsi olacaq .
  -Belə görürəm bu dəfə ilham perilərinin oxu deyəsən mənə tuşlanıb. Məndən vaz keçmək fikirin yoxdur hə? 
  - Yox ee hara? Güclə belə ekospanat tapmışam, hara vaz keçirəm - Güldü. Üzünə baxdım - Bir şey deyim sənə?  
  -De ! Onsuz da bu gün meydan sənindir, sora mən danışacam. 
 - Söz? 
  - Söz
  - Hə onda açılışı edirik. Bilirsən niyə belə qənaətə gəldim? 
  - Niyə?
  - Bunu hiss edirəm ki, səndə qalın bir həyat hekayəsi yatır. 
  - Düz tapmısız! 
  - Sənin üzün gülsədə, gözlərinin içindəki qorxunu, üzündəki bu maskanın altındakı o təlaşı daha yaxşı görürəm. 
  - Hmm... 
   - Səni qorxuzan nədir ? 
   - Keçmişim... 
   - Bunu bilirəm. 
    -Hardan ?
    - Gözlərindən.
    - Eləmi... Bu qədər yani? 
    -Sən danışmırsan onlar səni ələ verir. Niyə gizlənirsən? 
  -  ...
   - Bax canım, dil yalan danışsa da, üz ifadəsi maskalansa da, gözləri dəyişmək mümkün deyil. Bədən dili deyilən bir şey var. Bu dəqiqə dilin danışmasa da, gözlərin hər şeyi mənə ifadə edir, hərəkətlətin sənin kim olduğunu göstərir. 
  - Nə deyir, məsələn? 
  - Məsələn deyir ki, bu Bahar var ha... 
  - Bahar? Axı adımı hardan bilirsən?Facebok sehvəmdə öz adımı yazmamışam, burda da sizlə, qızlarla tanış olanda da öz adımı demədim, istədim məni Facebok adımla tanıyasız. 
 -Görürsən? Zənnim məni yanıltmayıb heç vaxt! Dedim axı artıq hekayəmin adını da qoymuşm- caşqın caşqın üzümə baxırdı. Köşəyə sıxışmışdı, daha qaçası yer yox idi. Təslim olmağa hazırdır. 
   - Mənim bu dəfəki qəhrəmanım sən olacaqsan. Həm də Bahar adında. O Bahar ki, daha o dünyaya gəlməmişdən onun taleyini (əstəğfullah) Allahdan xəbərsiz kimlərsə yazmış. Sonra Baharın uşaqlığı, gəncliyi qorxu içində kecib, bu dünyada atadan, qardaşdan, ərdən ümumiyyətlə əks cinsdən yarımadığını deyir.
 -Bax bu sözün xoşuma gəldi. Bəli mənim taleyimdən, hətta varlığımdan Allahın xəbəri yoxdur. Doğurdan da belədir, vallah. Çünki, Allah sevdiyi və yaratdığı qullarına mərhəmət və qismət  paylayanda mən siyahıdan kənarda qalmışdım. Eıə bu vaxt kimsə məni dəstədən kənarda qalmış bir yetim kimi itələyib irəli ki, "Ay Allah, yazıqdır bunu da adam cərgəsinə qoy. Bu qız da var həyatda. Qurban olduğum da onun bunun artığından, otxottan zaddan çıxıb atıb qabağıma, xala xətrin qalmasın deyə... 
  Gözləri doldu.
  - Allah köməyin olsun elə demə. Yaratdığı bütün canlı Allahın sevdiyi quludur. 
   - Allah məni heç zaman sevmədi... Nəysə, belədir vəziyyət Fəriş bacı. Demək sənin falcılığın da varmış! - üzündəki məyusluğana gülüş gondu. Üzünü yan çevirib gözlərini məndən gizlətdi.
    Maneə olmadım. Qoy o göz yaşlarıni indilik məndən gizlətsin. Onsuz da bir azdan o selin qarşısını mən belə ala bilməyəcəkdim. 
  - Hərdən hissiyyatım cuşa gəlir, bacı. Falçısayağı sarı sımə toxuna bilirəm.
   Sükut çökdü, uzaqlara dalmışdı. Xatirəsində nələrsə onu ağuşuna alıb aparmışdı. Açılmağa bir başlanğıc bir təkan lazım idi. Amma necə bilmirdim. Ona təsir edən, dindirən nə ola bilər axı?
  Hava dolmuşdu. Deyəsən yağacaqdı. Qara buludların arxasında batmağa hazırlaşan günəş hələ də varlığını göstərirdi. Şüaları ilə buludları yararaq yerə nur çıləyən günəşə baxıb dilləndim:
  - Bilirsən Bahar, mən sənin gözlərində bir günəşsiz yaz fəsili görürəm. Sən yaza gecikmiş bahar kimisən. Bu danışdıqlarınla başının üstündə bulud, sis-duman gördüm mən. Sən ikinci baharınımı yaşayırsan? Əgər buna yaşamaq deyilərsə. Hələ də taleyinin qarlı, boranlı qışı canından çıxmayıb. Xatirələr səni keçmişindən qoparmasına izin vermir. 
  Üfüqdə batan günəşə əlimi uzatdım. 
  -  Bax, o günəşə Bahar. Batmaq üzrədir. Hələ də bulubların arasından boylanır, "mən hələ də varam' deyir. Sən də o günəş kimi varlığını, var olduğunu kainata - yəni geridə buraxdıqlarına- göstərmək istəyirsən. Özün yerdən- yəni vətənindən uzaqlaşmısan ama o günəş kimi əlini yerdən, yəni vətəndən, sevdiklərinin üzərindən çəkə bilmirsən. Sənin cismin qurbətdə, ruhun ordadır. Fikir verirsən, günəşə? O da belədir. Özü orda, ruhu burda. Bax belədir mənim sənin haqqında təsəvvürüm . Düz dedim? 
  - Qəribə eyni zamanda maraqlı və tam yerində təsvirdir.
   Elə bu vaxt buludlar şaqqıldadı. Şimşəklər oynadı. Əvvəl damçı damcı, sonra şıdırığı yağış başladı.
  - Hə Bahar, bu yağışdan sonra istəsək də gedə bilmərik. Yağışın kəsməsini gözləməliyik. Hələ vaxtımız var. Bol bol danışa biləcəyik.
  - Üşüdüzsə içəri keçək! 
  -Yox mən yağışı sevirəm.Təbiət vurğunuyam . Mənim ilham pərilərim belə vaxtı gəlir...Dinlə məni. 
  - Yaxşı.
  Yağışın damlalarına baxaraq fikirimi topladım və davam etdim:
 - Sən də eyni bu buludlar kimisən Bahar. Bax bu saat bu buludlar kimi elə dolmusan ki, boşalmağa fürsət axtarırsan. Bu buludlar kimi sən də içindəkiləri tökməyə an gəzirsən. Elə bir məqamdasan ki, bu saat içində bir tufan cağlayır. Birazdan bu tufan özünü göstərəcək. 
     Belə başa düşürdüm ki, Bahar danışdıqlarımdan sıxılır. Gözaltı ona baxdım. Əslində bu sıxıntı o sıxıntı deyil, qorxurdu. Mən onun sirr boxçasını ələ keçirmişdim. Açılmağından qorxurdu. 
   Ona həsr etdiyim təsvirlərim təbiətin gözəlliyilə üst üste düşmüşdü.
   Yağışın başlaması ilə balkondakı adamlar icəri keçmişdi. Tərasda biz idik, bir iki nəfər də gənc qalmışdı. İkimiz də üzü küləyə-şəhərə dayanmışdıq Arada əsən meh yağan yağışı üzümüzə çiləsə də, bu bizim diqqətimizi bir birindən yayındırmırdı. Mənim təbiətin bu hünskar gözəlliyinə həsr etdiyim ese onu mest etdiyini görürdüm. Gözlərimi buludlardan çəkmədən davam etdim:
 - Bax, əzizim sən də beləsən, bu buludlar kimi. Arada sən də onlar kimi dolursan. Biraz əvvəl də dolmuşdun, özünü tutdun ağlamadın. Bilirəm ki, indi də olmasa birazdan, ya da başqa bir yerdə, başqa bir məkanda partlayacaqsan, ağlayacaqsan. Bəlkə də bu sənə əziyyət verən tənhalığındır. Bəlkə də düşünürsən ki, sənin göz yaşların kimisə narahat edər. Beləcə axıb gedib bir boşluğa dalırsan. 
  Başıyla təsdiq etdi.
  - İndi tənha deyilsən bacı, mən burdayam, tanındayam. Boşal mənə. Qorxma burada sənin göz yaşlarını məndən başqa heç kim görməyəcək. Çünkü yağış yağır. Görən də elə başa düşəcək ki, üzündəki o yaşlar,yağış suyudur.
   Məsum məsum boynun büküb üzümə baxdı :
  - Gəl qucaqlayım səni, Fərş...
   Qucaqlaşdıq. Çıyınləri titrədi:
  - Yaxşı ki varsan, bacı. Danışırsan rahatlıq tapıram Allah haqqı.
   - Həyat da belədir Bahar - Yağışdan içəri qaçışan camatı göstərdim - bax heç kim özünə yağışla - yəni dərdlər ilə problem axtarmaq istəmir. Hamı günəşi sevir. Daha fikirləşən yoxdur ki,o günəşin də bulud dərdi var, tufan dərdi var. O da tənha insanlar kimi buludlar arxasına çəkilir ağlayır. Camaat da elə bilir ağlayan günəş yox  buludlardır. 
  - Yox əşi, nə bulud. Bulud bəhanədir.
  - Elədir. 
  - Biri durub demir ki ay "İNSAN NOLUB SƏNƏ, ÜZÜN NİYƏ GÜLMÜR" 
   Sükut çökdü, sükutu Baharın hıçqırtıları pozdu. Bəli artıq tufanın üzü görünürdü. Bayaqdan bu məqamı gözləmirdimmi? İndi nədən qorxum ki, göz yaşlarından? Olacaq o qədər də. Hələ özüm də ona qoşulacam ağlayacam. Ona təskinlik verəcəm.Təki danışsın, təki o sirr boxcasının ağzını açsın. 
  - Danışa bilərsən Bahar. Məncə ikimiz də buna hazırıq. Sən dərdini paylaşmaq istəyən biri, mən səni dinləməyə hazır olan yazar! İstərsən mənə sarıl , istərsən çoş , istərsən bu buludlar kimi boşal. Nə edirsən elə, təki, yağışdan sonrakı  günəş kimi üzün gülsün. Göygurşağı kimi həyatına rəng qatılsın. Qoy həyatın rəngarəng olsun! 
   Qızarmış gözlərdəki qorxu qalxmışdı bir anda. Ağ yanaqlardan süzülən yaşlar dodaqlarını isladırdı. Gözlərinin yaşını sildi, balkonun tam kənarına gəldi. Başını yuxarı qaldırıb qaldırıb dərindən nəfəs aldı. Sonra  mənə dönüb məsumca üzümə baxdı. Kövrəldi. Dodaqları əsdi. Qollarımı ona açdım. 
  - Gəl Bahar gəl! 
   Bir anda ona açılan qollarımın arasında bir uşaq məsumluğu və eyni zamanda sevdiyinə qovuşaraq hönkürüb ağlayan gənc çılğınlığı gördüm. Başını çiynimə sıxıb özüm də ona qoşulmuşdum, ağlayırdım. Nəyə ağladığımı bilmirdim, görünür onun bu halına duyğulanmışdım. Bir onu bilirdim ki, bir cibanın gözünü deşmışdım. Ağrısıyla- acısıyla, irini ilə, çirkabı ilə bu saata bu çıban boşalıb rahatlayacaq. Bəli ağrının şirinliyi də olarmış. Mütləq, onun bu yarasında şırinlik payı da olmalıydı. Dinləyək... 

                      ______ 1 ______

    Şəhərdə canlanma var idi . Novruzun gəlişi bütün mahalın qışdan qalan donunu açmışdı . Təbrizin dolanbac küçələrində evlərin alçaq, daş hasarların üstünə yuyulub sərilmiş rəngarəng xalcalar şəhərə xüsusi gözəllik verirdi. Sankı yay uzunu baxçalarında hana qurub xalça toxuyan xanımlar Novruzun gəlişini bəhanə edərək xalcalarını hasarların üstünə atmış əl əməklərini nümaiş etməyə niyyətlənmişdilər. 
  Hava qaralanda xalçalar içəri toplanar, sabah tezdən yenə hasarları bəzəyərdi. Bu proses ta bayram sabahına qədər davam edərdi. Qadınlar yorğan döşəklərini  həyətdə salınmış təmiz çadırin üstünə yığar, günəşləndirər evin temizlik işləriylə məşğul olardılar. Kişilər isə evin torpaq döşəməsinə palçıqdan şirə çəkər, daş əhəngə su qoyub yandırar, evin uçub dağılmış və catlamış yerlərini suvayar, həmin yanmış əhənglə evin içini çölunu boyayardılar. Qızlar analarına, oğlanlar da  atalarına kömək edərdilər. Kənardan baxanda tənbəl adam da belə bir ab havada işləmək , camaata qoşulmaq istəyirdi . 
   Saybalı kişi Təbrizin sayılıb seçilmiş tacirləridən idi. Ağır başlı və səxavətli xasiyyəti ilə camaat arasında öz sözünü demiş adamdı. Dörd, beş dəvəsi, iki-üç atı, üç dörd eşşəyi, dörd köməkçisi ilə, Təbrizdən, Ərdəbildən, Xoydan, Həmədandan ipək parcalar ,  xalçalar, mis qablar, qızıl və gümüş əşyaları aparıb Qarabağ, Şirvan ,  Dərbənd bazarlarında satar geri dönəndə isə ordan dəvələrinə Təbrizdə tapılmayan mallar, əsasən nöyüt, mazut gətirərdi. Karvan yolunun üstündə görünən on ticarət karvanından biri də Saybalının idi . Evdə cox az tapılırdı. Günü səfərlərdə keçərdi. Bayramnan bayrama, guya evdə qalıb dincəlirdi. Təbriz bazarındakı dükanına balaca qardaşı Cümüşüdü qoyub, 14 yaşlı oğlu İbrahimi də ona  köməkçi vermişdi. Dükanın bütün ticarət işlərini Cümüşüd görür. İbrahimi də ora bura buyruğa göndərirdi.
  İbrahim dolu bədənli gümrah uşaq idi. Şən zarafatcıl xasiyyəti hələ o vaxtın 9 10 yaşların ərgənlik dövrü sayılan qızların ağlını başından almışdı. Elə dükana gələnlər də guya analarıyla ipək, çit , kətan kumaş , xalca palaz almağa gələn bu balaca qızlar idi. İbrahimə uşaqlıqdan "İbiş" deyə çağırdıqlarından elə adı İbiş qalmışdı. 
   Şimali Azərbaycandakı vəziyyətlə əlaqədər İran - Azərbaycan arasındakı problemlər sərhədlərə təsirsiz keçmirdi. İbrahimin doğuşundan sonra 6 il qaçaq malcı kimi həbs edilərək ailəsindən ayrı qalan Saybalı nəhayyət vətənə dönə bildi. Uzun  ayrılıqdan sonravətənə dönən Saybalının gözəl və vəfalı xanımı Əsmərdən bir cüt - biri qız, biri oğlan əkiz övladı oldu. 
   Təbrizdən cox uzaq əyalətlərin birində dünyaya gəlmiş Əsmər qarabuğdayı, sərviboylu, balıq əndamlı şirin bır qız idi. Atası borclarını bağlamaq üçün onu hələ 9 yaşında borclu olduğu bir tacirə ərə vermək istəmişdi . Tacir 35 yaşlarında bir kişi idi . Bu təklifi bir qız atasının ağzından eşidəndə taçir onunla razılaşmamış: 
   - Madəm borclarını bağlamaq üçün qızını mənə vermək istəyirsən, o zaman borclarını silirəm - deyərək borç dəftərini onun qabağına qabağına qoydu: - Amma bir şərtlə. Qızını mənim bacım oğluyla evləndirəcəyik. 
   - Hansıyla? 
   - Lal Manqıyla!
  - Allah xətrinə, yazıq deyilmi mənim qızıma? Ay parçası kimi uşağı bir lala verib bədbəxt edək? 
  - Day özün bil! Mən sənin borclarının qarşılığında bu təklifimi etdim. Ya borc, ya qız... 
    Lal Manqının adı nə idisə, kim onu danışdırıb adını soruşurdusa danışa bilmədiyindən ağzından dilinin dolaşdırdığı səsdən "Manqı"  kəlməsi çıxdığından el camaatı ona "lal Manqı" deyirdi. 
   Uzun sözün qısası hələ döşü başı çıxmamış, bədəni bərkiməmiş, qızlar bulağından su içməyən bu qızcığazı Manqıya ərə verdilər. Molla gətirib kəbininin kəsərək gəlin etdilər. Hələ qadın- kişi münasibətinin nə olduğunu anlamayan qız ər evinə ilk qədəm basdığı gündən bu ailənin qulu olduğunu anlamışdı. Gəldiyi gündən mala, heyvana, əkin biçinə söfq edilən qız elə həmin gündən ömrünün qara səhvələrinin yazıldığını hiss etmişdi. Əlindən bir şey gəlmirdi. Hamı kimi o da qismətinə çıxanın alın yazısı oldığunu qəbul edərək taleyinə boyun əymişdi. Xəstə və ağıl catışmazlığı olan əriylə əslində ər-arvad intim münasibəti belə yox idi. Manqı ər və arvad bərabərliyinin yalnız öpməkdən ibarət olduğunu bilirdi. Kəndin evli cavanları Lal Manqını daldalayıb nə qədər ər arvad münasibətlərini ona başa salmağa calışırdısa da heç bir faydası yox idi. Lal Manqının kiçik beyni bunu qavramırdi ki, qavramırdı. Aradan illər keçsə də dəyişən heç nə yox idi .
   Əsmər artıq 14 yaşına gəlib catmışdı. Hələ də atası evindən gələn qız uşağı idi ki, vardı. Yaşının üstünə yaş gəldikcə , qızlar bulağından su içdikcə qızın gözəlliyi birə beş artırdı . İri badamı gözlərinin üstündəki kaman qaşları sankı qələmlə çəkilmişi. Əsmər bənizindəki yanaqları dağ laləsi kimi allanır, gəmzəli çənəsinin üstündəki dodaqları pardaqlamaq üzrə olan qızıl gül qöncəsini xatlrladırdı. Uzun şabalıdı və gur saçlarını ortadan ayırıb iki hörər, çiyinlərindən aşağı sallayarkən sankı qoşa ilan şux sinəsinin üstündə qıvrılırdı. Qabarıb baş qaldırmaqda olan məmələri dar hırxasının altından diqqət çəkməsin deyə bir də onları ağ kəlayagısı ilə gizlədərdi. Yanı-yançağı, sinəsi-başı ətli əndamlı olsa da beli sanki üzükdən kecirdi. Yaşıl donun üstündən geydiyi qızılı butalı arxalığın belinə bağladığı gümüş kəmər sanki qızın belinə ölçülmüşdü. Bir sözlə Allah elə bil bu qızı qeybdən yaratmışdı. 
   Tay-tuşlarının xoşbəxt ailə həyatına, sevgi məcaralarına, sevib-sevilməsinə şahid olduqca xəstə ərinə baxıb için çəkərdi Əsmər. Gözlərini yumub öz-özüylə xəyal qurar. Olmayan xəyali sevgilisiylə-gələcək əriylə sevişər, qoxlaşardı. Bir gəncin qollarında bir qadın kimi nazlanmaq onun ən böyük və əlçatmaz xəyalı idi. Bu arzu sadəcə xəyal olaraq qalacaqdı. Əsmər heç bir qız kimi, heç bir oğlanla nə görüşə bilməzdi, nə də sevişə bilməzdi. Bu ərinə xəyanətdən başqa heç nə deyildi. Əsmərin hər şeyi vardı-Amma onu başa düşəcək heç kımı yoxdu.Tək təsəlli tapdığı bir dostu vardı. Qaşqa at ... 
    Qaşqa at doğulanda Əsmər onun yanında idi. Nə qədər sevinmişdi. Atı öz uşağı kimi böyüdüb, sevib əzizləyirdi. Gününün yarısını Qaşqayla keçirirdi. Bəzən gecə yarısına qədər tövlədə onunla bərabər olurdu. Təmiz bir sevgiylə böyütdüyü qaşqa at da ona meylini salmışdı. Əsmərdən başqa hec kimi tərkinə mindirməzdi.
   Evin, xırmanın ağır işlərindən vaxt tapan kimi Əsmər atıyla təbiətin seyrinə cıxardı. Kürən  qaşqanın belində yaşıl çəmənlikdə səyirən çəhrayı-qırmızı geyimli qızın mənzərəsi kənardan baxanları valeh edirdi. El içində Əsmər at sürməkdə məhşur idi. Camaat gözünü açıb Əsməri at belində görmüşdü deyə Əsmərin bu sərbəstliyi heç kimdə ikrah hissi yaratmırdı. Bəzən Əsmər ərinin paltarlarından geyinər, saçlarını keçə papağın altında gizlədər, özün yeniyetmə oğlana bənzədərdi. Xalq oyunlarına qoşulmaq onun sevimli əyləncəsi idi. Oğlan cildində  meydana atılar oğlanlarla çilikağaç, dirədöymə oynardı. Oğlanlar onun Əsmər olduğunu bilirdilər. Lakin üstünü vurmurdular. Əsmər kişi kimi mərd qız idi. Heç kim ona əyri gözlə baxa bilməzdı. Əsmər özünü elə göstərmişdi ki, heç kimin ağlından Əsmərə qarşı xainlik keçməzdi də. Əsmərlə əylənir, onunla bir bacı kimi davranırdılar. Helə at belində papaqqapma oyunlarına qoşulandan bu yana kimsə ondan papaq yayındıra bilməmişdi. Qaşqa atı şahə qaldırar, papağı havada tutub, qaçardı. Onun atına kimsə çata bilməzdi.  Qalıb olunca Əsmər pabağını başından alıb saçlarını havaya dağıdar bu hərəkəti ilə "bu oyunun qalıbı bir qızdır" deyə oğlalara meydan oxuyardı. Əsmər alqışlarla oyundan çıxardı. 
   Günlərin bir günü təbiətin  seyirdən evə dönən qız, kəhrizə enib atını sularkən uzaqdan bir dəstə karvanın yaxınlaşdığını gördü. At suyunu içənə qədər atlılar da kəhrizə çatha çatdaydılar. Qız yad kişilərdən yaşmaqlanıb atının yüyənindən tutdu və atın belinə sıçıradı. Nə illah etdisə at yerindən tərpənmədi ki, tərpənmədi.At şahə qalxır yerində fınxırır, kişnəyir, az qala qızı belindən atacaqdı. Zərif qız nə edəcəyini, atını necə sakitləşdirəcəyini bilmirdi. At inadına durmuşdu. Qaşqa özünü onlara yaxınlaşmaqda olan atların arasına vurmaq istəyirdi.
    Atın atılıb düşməsi nəticəsində Əsmərin yaşmağı üzündən sürüşüb sinəsinə düşmüşdü. Saçları dağılıb havanın mehinə təslim olmuşdu.
   Karvanlar kəhrizə yaxınlaşmış, kəhrizin arxından dəvələr su içməyə başlamışdı. Yerində durmayan qaşqa at karvandakı atlara can atırdı, onlarla cütləşmək istəyirdi. Qız atının nə istədiyini bayaqdan anlamışdı əlbət. İndi bu qədər kişilərin içində atını onların atlarıyla necə cütleşdirsin ki? Dəvələrin noxtasından tutmuş kişilər heyvanları suladıqdan sonra yüklərini açıb onları yaxınlıqdakı çəmənliyə ötürdülər. Eşşək və atları kəhrizin başındakı dağdağan ağacına  bağladılar. Deyəsən Qaşqa at Əsmərə inad istədiyini o biri atlardan almayınca getmək fikiri yox idi. Qız da inadına salıb atı rahat buraxmır, belindən düşmürdü. At şahə qaşxdıqca qızın ətəyi yellənir, baldırları yarıyacan  açılır, saçları üzünə dağılırdı. İpək qoftasının üstündən geydiyi dar, zərxara arxalığın yaxasından dik məmələri baş qaldırır, qoftasının altından atılıb düşdükcə qız rəngdən rəngə girirdi. Buda qızı daha cəlbedici və daha da gözəl göstərirdi. Kişilər gözülərini bu gözəl qızdan çəkə bilmirdilər.  Bu vəziyyət qızı daha da utandırır nə edəcəyini, atını burdan necə uzaqlaşdıracağını  bilmirdi. 
   Saybalı adamlarına işarə edib, işlərinə baxmasının əmr etdi. Hərə bir tərəfə dağılışıb eşyalarını yerbəyer eləyərək işləri ilə məşğul oldular. Saybalı özü də bu qızın at belindəki oyunlarına, ətinə əndamına, saçlarına, gözəlliyinə heyran qalmışdı. Qız tanımadığı bu cavan kişinin diqqətini özündə hiss edir daha da özünü itirirdi. At yerində durmurdu ki, durmurdu. Əsmər qırmancla atı özünə tabe etdikçə at daha da inadlaşırdı.
   Saybalı uşaq deyildi. 24 yaşı vardı, bir dəfə evlənmiş arvadını gənc yaşda itirmişdi. Gözün acdığı gündən dəvəsi,atı, iti, eşşəyi vardı. Onların cütləşmə  mövsümünü də yaxşı bilirdi. Bəli, Saybalı bu atın cütləşmək istədiyinidə yaxşı başa düşürdü. Bilirdi ki, qız da bunu hiss edir və burada kişilərin yanında atını sərbəst buraxıb onu izləməyə utandığı üçün belə edir. Odur ki, Saybalı qızın atına yaxınlaşıb yüyənindən tutdu. Atı cilovlamağa calışdı. Amma at bu yad adamı görüb daha da ürkdü şahə qalxıb kişnədi. Ayaqlarını qaldırıb onu vurmaq istəyəndə Saybalı böyük bir cəsarətlə atin yəhərindən tutub onun belinə sıçıradı. Arxadan qızın incə belinə sarılıb onu yıxılmaqdan saxladı. Qızın tutduğu ipi elə qızın əli ilə bərabər dartıb atı sakitləşdirməyə çalışdı: 
   -Ppüüürrr,nçççç nççç pürrr... 
İlk dəfəydi ki, vücuduna kişi əli dəyirdi. Belini kişi qolu sarmışdı. İlk dəfəydi ki, əlini yad kişi tutmuşdu. Kürəyini kişi sinəsinə dayanmışdı. İlk dəfəydi ki, yad kişi nəfəsi boyun boğazına toxunurdu, qulağının dibində hökümlü kişi səsi, kişi hənirtisi duyurdu Əsmər. Hələ bu yaşa qədər bir kişi xeylağı ilə bu qədər yaxın məsafədə belə olmamışdı. Uşaq olsa da,vaxtından əvvəl yetişmiş bu qız bir kişi, əlinə, sinəsinə, nəfəsinə, səsinə nə qədər möhtac idi ilahi ! Həyəcandan bütün bədəni əsirdi . Ürəyinin döyüntüsünü kürəyini sinəsinə yasladığı Saybalı da hiss edirdi.
   Saybalı qadından anlayan biri idi. Bu gənc qızın həyəcandan necə alışıb yandığını da görürdü. Odur ki, qızın qulağına əyildi:
   - Niyə sevindirmirsən atını? - deyə pıçıldadı. Qızın bütün bədəni, od tutub yandı. Qulağımnın dibinə qədər qızardı. Bütün duyğuları lərzəyə gəldi bu pıçıltıdan. Hec nə deyə bilmədi. Saybalı qızın belini daha qucaqlayıb onun izinini aldı.
 - Allahın heyvanı bunu istəyirsə biz nə karəyik. Nə deyirsən, o qara at necədir, bəlkə bunları sevindirək hə? 
   - Burda? Ayıbdır ee. Heyvan bunu başa düşmür, bəs biz, abırımız var axı! 
    Saybalı güldü:
   -  Ayə, ay Xəlil, o qara madyanı bura gətir, a kişi! 
   Qara madyanın ipini əlinə yığıb qızın belini buraxdı. Qaşqa atın belindən madyanın çılpaq belinə tullandı və atını mahmızladı . Qara madyan qaçdıqca kürən qaşqa da onun arxasıyca götürüldü. Təpəni cıxıb gözdən itilər.  
    Ağaca başlanmış dişi at ilə kürən at cütləşdikcə Əsmər rəng verib rəng alırdı. Xəcalət təri qızın dabanlarından çıxırdı. Ütandığından pul kimi qızarmışdı gözlərini atlardan  yayındırmağa calışsa da yenə də adı "ərli" olan qızın həsrətdən alışıb yanan gözləri atlara tərəf dönür, böyük həyəcanla və xəcalətlə onları seyr edırdi. Saybalı atları tumarlayır onlara xoş sözlər deyir, atların cütləşməsinə kömək edirdi. Özünü məşğul göstərsədə  bütün fikri Əsmərdəydi. Qızın hər hərəkətinə, hər baxışına diqqət edirdi . 
   Baharın verdiyi nəfəsdən yaşıllaşan çəmənlikdə iki kol vardı. Birinə atlar bağlanmış, birinin altında isə Saybalı ilə Əsmər oturmuşdular . Atlar birbirləriylə  oynaşarkən Saybalı yaşıl çəmənlıkdə dirsəklənib onları seyr edə edə  işindən gücündən, ölkənin sitasətindən danısır, qız isə ondan bır az aralı oturub  başını aşağı salaraq ətrafındakı çiçəkləri yolub yerə tökürdü. Qulağı Saybalıda idi. Onu dinləyirdi. Ömründə ilk dəfə bir kişi ilə təkbətək dialoq qurub danışırdı. Özündən asılı olmayaraq bu hökmlü, eyni zamanda da nəvazişi səsə heyran qalmışdı. İlahi kişi səsi eşitmək nə gözəl şey imiş. Bu zamana qədər qara bəxtinə qısmət deyib barışmışdı. Elə bılırdı ki, bır qız ata evınə çıxdıysa ər evi onun məzarı olmalı idi  Nə olur olsun, qadın fədakar və ərinə sadiq qalmalıdır. Amma indi bu kişini dinlədikcə ilk dəfə bxtindən şikayyət etdi. Allahını nə üçün onu bu gözəlliklərdən məhrum etdiyi üçün qınadı. Ürəyində Allahına üsyan etdi. Saybalı danışdıqca o abırına qısılıb üzünü ondan gizlədir, atlara tərəf baxırdı. Onun bu həyası Saybalının ürəyincə idi.
   Uğurlu cütləşmədən sonra atların dincəlməsi üçün bu iki gənc də onları gözləmək məcburiyyətində idilər. Əsmərin utancaqlığı, rəng alıb rəng verməsi cavan oğlan kimi Saybalının duyğularını cuşa gətirirdi. Nə etməli tanımadığı bu yad qıza nə desin. Bəlkə birinin nişanlısı, bir evin gəlinidir? At inad edib deyə bu qız çətin vəziyyətdə qalıb, neyləməlidir? 
   Atlar baş başa vermiş bir birlərinə məhəbbətlə sürtünürdülər. Əsmər od tutub yanan yanaqlarını ovuclayıb dərindən ah çəkdi. Ürəyində "bu atlar qədər də olmadım, ay Allah. Məni niyə dünyaya gətirmisən? "-dedi. Şeytan qəlbinə yol açmışdı. Bir anda taleyin hökmündən cıxmaq istədi. Alnının yazısını pozmaq belə ağlından keçdi. Dönüb Saybalıya baxdı. Bayaqdan ilk dəfə idi ki, onunla göz gözə gəldi. Baxışlar gülümsədi, sevişdi, öpüşdü. İkisinin də ürəyinə od düşdü. Əsmər Saybalının ehtiras və şəfəqət dolu baxışlarının qarşısında yağ kimi əridi. Dayana bilmədi;
  - Evlisən? 
  -Dulam!  
  -Qaçırt məni ! 
                        *****
    Elə bu vaxt bizimlə  görüşə gəlmiş qızlardan ikisi deyə gülə bizə  yaxınlaşdı. 
 - Fəridə xanım, guya ki, indi biz görüşdük dəə -gülüşdülər- heç bir söhbət edə bilmədik ki biz . Gördük başınız söhbətə yaman qarışıb maneə olmaq istəmədik. 
   - Olsun canım, inşallah başqa zaman görüşərik. Mən burda, siz burda. Amma Bahar burada qonaqdır. Bir də Allah bilir nə zaman əlimə düşəcək. Ona görə bu dəfə məni bağışlayın. Söz verirəm. Əgər gələn dəfə belə bir şey olsa qəşəy bir qonaqlıqla cəzalandırın məni. 
   Gülüşdük. Toparlanıb ayağa qalxdıq. Bahardan telefon nömrəsini alıb: 
   - İndi geç oldu. Evə gedim zəng edəcəm. Vaxtın olsa... Bax qaldığımız yerdən davam edəcəyik ha... 
   - Mütləq ... 

                 ____ 2  ____

     Evə gəlib rahatlandim. Cayımızı çörəyimizi yeyib, yoldaşımla gün boyu qızlarla keçirdiyimiz görüşdən söhbət etdik, Çəkdirdiyimiz fotolara baxdıq,şəkildəki qızların içərisində bir cüt gözlər mənə zillənirdi. Sözlü adamlar kimi sanki məni AVM- nin balkonuna çağırırdı. Gözlər mənə rəsmdən baxsa da, Bahar yanımda olmasada yenə də hekayəsinə qaldığımız yerdən davam edirdi...

                         ******

     Həmin gün Saybalı nə deyəcəyini bilməyib ayağa qalxdı. Atını kolluqdan açaraq atın çılpaq belinə sıçırayıb onu qırmancladı. Ürkmüş at şaxə qalxıb dördnala çapdı.
   Saybalının belə səssiz səmirsiz getməsi Əsmərə pis təsir etmişdi. Ürəyinə od düşmüşdü, özünü başa düşə bilmirdi. Tanımadığı bu yad kişiyə ilk baxışdan aşiqmi olmuşdu, yoxsa bir qız kımı qadın olmaq həvəsinəmi düşmüşdü, bəlkə bu sadəcə bir ehtiras hissi idi - bilmirdi. Hər nə idisə, axır ki, Əsmər bunu  düşünmədən etmişdi. Saybalıya özünü saxlaya bilməyib ürəyini  açmışdı. Xəcalətindən ölürdü. Bir gənc kişinin ona qarşılıq verməməsi onu sındırmışdı.
  - Demirəm bu saat məni götürüb qaça. Heç olmaya "olmaz" deyəydi. Kaş azarlayaydı, qınayardı. Lap mənə əxlaqsız, deyəydi. Amma belə səsiz getməyəydi. Öldüm yerə girdim Allah. Bu nə idi belə, mən niyə bu utancı yaşadım? Bu nə iş idi başıma gəldi? - özü özünü qınadı:
  - Heç ayıb deyil, ərli qızsan, nolsun ərin xəstədir? Axı səni ona veriblər, o sənin qismətindir.
   - Nə ər ee?-özü özünə etiraz etdi. Ər dediyin hər gecə xanımını qucağına alıb yatır. Sevir, xoş sözlər deyir, əzizləyir. Amma mən? Axı ərli qızam, ərli qadın olaree, qız yox. Məni bu xoşbəxtlikdən məhrum ediblər.
 - Ayıb olsun -İçindəki saf Əsmər hələ də saflığında qalırdı. Nolsun? Adı üstündə ki, ərdir! Hamı bunu belə qəbul edib, hamı sənin o ailənin gəlini, Manqının arvadı kimi tanıyır. Sən bunu qəbul etmirsən? Xəstə ərini bəyənmirsən? Səhər sənin nə olacağını kim bilir? Bəlkə elə sən də oldun şikəst, kor, kar, lal... Bəs onda kim baxacaq üzünə? Nəyinə güvənəsən ay yazıq? 
   - Mən sevilmək istəyirəm. Mən kar, lal, kor deyiləm. Mən görürəm, eşidirəm, hisslərim, duyğularım var, insanam, yaşayıram axı! Mən özümə arzuladığım sevgini başqalarında görüb partlayıram. Yanıb tökülürəm. Axı niyə mən bunları yaşamıram? Mənim qarşıma o cavan kımı sağlam və yaraşıqlı biri niyə çıxmayıb ki? Hər gün onlarla kişiylə qarşılaşıram, niyə ağlıma belə şey gəlmədi, indi bu yad oğlanı görüb bu hala düşdüm? Mən onu ilk baxışdan sevdim, bəli sevdim. 
   Bəlkə də bu eşq deyildi, bəlkə də yetkinlik, gənclik yaşına catmiş duyğuları cuşa gəlmiş gənc və yetişkin bir qızın qadınlıq zirvəsinə yüksəlmək istəyi idi ?! Bəlkə də biraz bundan əvvəl o ağaca bağlanmış atların cütləşməsi hələ qadınlıq zirvəsinə catmayan bu qızın ehtirasını oyatmışdı?! Bəlkə də xəstə, beş ildə ona sahib olmayan əri ilə bu dəli dolu oğlanı müqayisə edərkən elə doğurdan da Saybalını həyatının qəhrəmanı hesab etmişdi?! Hissləri, duyğuları qarma- qarışıq idi. Nə istədiyini,nə etdiyini özü də bilmirdi. Atına sığal çəkdikcə sanki barmaqları Saybalının üzündə, qollarında gəzirdi. Xəyalındakı Saybalıya toxunduqca gözlərindən yaş bulaq kimi axırdı. Atına sarılıb doya doya bəxtsiz taleyindən gileylənib, ağladı.
   Hava qaralmğa başlamışdı, gec idi. Evə getməliydi, lakin o evə tələsmirdi. Özündən, bəxtindən küsdüyü kimi evindən də küsmüşdü. Onu o evdə gözləyən isti qucaq, ilıq nəfəs yox idi. Xeyirdir indi? Hara, kimə tələsir? İnək sağmağa, süfrə qurmağa, külfət ağırlamağa? 
  Biraz aralıda koluqların arasında hənirti duydu. Ətrafa boylandı. Heç kim yox idi, ürpəndi. Axşamın bu çağında, çölün düzündə, tək başına qadın xeylağı... Buralarda insan üzü az az görülsə də caqqalından, qurdundan qaçınmaq mümkün deyildi. Odur ki, çəld atın belinə sıçradı. Etrafına baxdı kolluqlara sarı boylandı. Kolluqda bir qaraltı görüb eyməndi. Gözlərini qıyıb qaraltıya baxdı. Bir şey seçə bilmədi. Atını mahmızlayıb ordan uzaqlaşdı . 
   İnəkləri sağdıqdan sonra onları yerbəyer yer elədi. Qabaqlarına ot qoyub sağdığı südü ocağın başına gətirib süzdü, böyük süd qazanını ocağa asıb xörək qazanlarını isitmək ücün ocağın kənarına düzdü. Hec keyfi yox idi. Bayqdan bəri qüruru bir tərəfdən, vicdanı bir tərəfdən Əsmərin beynini yorub yırtırdı. Ev əhli də Əsmərin halının yerində olnmadığını hiss edirdilər. Qaynanası soruşsa da Əsmər sualın cavabından yayınmağa çalışırdı. 
   Südü bişirib ocaqdan kənara qoyduqdan sonra evin artırmasına palaz salıb döşəkləri düzdü. Süfrəni açıb böyük külfəti başına yığdı.İştahı yox idi, süfrədən qaçmağa bəhanə axtarırdı. Özünü alçalmış, qüruru tapdanmış bir qız kimi hiss edirdi. Ömründə belə utanc yaşamamışdı. İçindəki səs vicdanın oyadıb onu qınayırdı. Dayanmadan eyni şeyləri təkrar edirdi.
  -Hec utanmırsan? Ərinə xəyanət edirsən? Hec yerə girmisən? Allah Manqını sənə yazıb, səni ona veriblər, indi sən Allahın yazdığına üsyanmı edirsən, naşükür qız?
  - Nolub Əsmər, niyə fikirlisən?
  Qaynanasının səsi onu düşüncələrindən ayırdı. 
  - Heç... Elə belə. 
   - Bayaqdan fikir verirəm. Bu gün bir təhərsən nolub axı, dərdin nədir? 
  - Hec ay ana, başım çox ağrıyır. Gün vurub yəqin. 
  -Hardaydın, geç gəldin bu gün? 
  Bədənini soyuq tər basdı. Süfrənin başındakılara baxdı. Elə bildi bütün ev əhli bu gün olanlardan xəbər tutub. 
  Hamı Əsmərə döndü. 
  - Heç, atı gəzdirirdim. Başıma oyun açdı. Qalmışdım əlində 
   - Noldu ki? 
  - Çəməndə atları görüncə dəliliyi tutdu. 
   - Cütləşmək istəyirdi? - qaynatası dilləndi. 
  - Ah bircə bizim bu Manqı da...
   Qaynanası ah çəkdi. Ərunin tərs baxışı qadının sözünü ağzıda qoydu. Əsmər utanıb başını aşağı saldı. Gözaltı üz üzə oturduğu ərinə baxdı. Əri öz dəmindəydi. Heç nəyə fikir vermədən yeməyə girişmişdi. Boğazında qəhər düyünləndi. Süfrədəki boş qabları toplayıb qalxdı. Su ilə dolu mis güyümü götürüb hələ çöldə də közü işıldayan ocağın üstünə qoydu. Altına çır-çırpı atıb közü alışdırdıqdan sonra ocağa bir odun parcası da atıb içəri kecdi. Otağı iki yerə bölən gərdəyi çəkib arxasına kecdi. Sandığını açıb hələ geyinmədiyi, neçə illərdir zifaf gecəsini gözləyən əl işləməli atlas gecəliyini götürdü. Kim bilir onu öz əlləriylə tikərək, hər naxışına necə arzu,necə xəyal hörmüşdü? Ehtiraslı bir kişinin qollarında necə nazlanmışdı. Bədəni od tutub yanırdı. Özündən asılı olmayaraq əlləri sinəsini ovucladı, sıxdı. Sanki ehtirası ovcunun içindəydi, daş sinəsini sıxmaqla bütün vücudu süstləşdi. Gecəliyi üzünə tutub, səssizcə göz yaşlarını ona hopturdu. Qoz yarpağı iyisi verən köynəyin qoxusunu içinə çəkdi.
  - Görəsən bu qoxunun yerini tər qoxusu nə zaman alacaq?
  Kövrəldi. Ağlamaqdan özünü güclə saxladı. Köynəyi qatlayıb boxçaya qoydu.Elə bu vaxt daxalın balaca pəncərəsindən bir kölge səyirdi. Tez lampanı götürüb pəncərəyə yaxınlaşdı. Açıq pəncərənin tutacağında kətan parcaya nəsə bükülmüş bir boxca asılmışdı. Çırağı pəncərədən çölə tutub etrafa baxdı. Heç kim yox idi . Bağlamanı alıb ürkək-ürkək içəri çəkildi. Böyük həyəcan və tərədüdlə bağlamanı açdı. İçində yaşıl atlasdan gözəl bir don, sürmayı, üstü zərxara işləməli bir arxalıq , bir cüt bəy xanımlarının ayağında gördüyü zərli əl və işləməli başmaq, bəy xanımlarının olmazsa olmazı olan mirvari muncuqlu aracqın var idi. Araqcının içində də bir tutam qara tük...
   Qorxu və həyəcandan az qala ürəyi dayanacaqdı. Bu qədər bahalı şeylər burada nə gəzir ki? Ömründə nə atası evində, nə ər evində belə bir şey görməmişdi. Hec ərinin tacir dayısı arvadlarının və onların qızlarının da bunlardan yoxudur. Yoxsa bunları ona hədiyyə edən  Əsmərin o dəli dolu heyranıdır? 
   Tükü əlinə alıb oxşadı. Bəli  yanılmamışdı. Bu tük qara madyanın tükü idi. Sevincindən ürəyi hiddətlə çırpındı. Tez əşyaları boxcasına basıb pəncərəyə yaxınlaşdı. Ətrafa baxdı. Ucu bucağı görünməyən zülmətdən başqa heç nə görünmürdü. 
  Elə bu vaxt Manqı gərdəyi qaldırıb içəri girdi. Pəncərə qabağında dayanıb cölə tamaşa edən arvadına tərəf qəribə bir səslə səsləsəslənib, özünü yerdən salınmış yatağına atdı. Yatağın üstündəki boxcaya baxıb Əsmərə tərəf döndü, işarəylə bunun nə olduğunu soruşdu. Əsmər onu sakitləşdirib boxcanı onun əlindən aldı və qoltuğuna vurub işarəylə ona yatmasını tapşırdı. 
  - Sən yat. Mən çimməyə gedirəm.
   Tövləyə girib atını sığalladı. Qoltuğundakı boxcaya baxıb gülümsedi;
    -İnanırsan, o burada idi.  Mən gözlərimə inanmıram, ay mənim gözəl atım. Əminəm ki, bayaq ona dediyimi düşünüb, götür qoy edib. Onun məndən xoşlandığını hiss etmişdim. Elə ondan cəsarətlənib o sözü dedim ona. Sadəcə anidən dediyim söz onu çaşdırmışdı. Görmüşük kişi arvada evlilik təklifi edər də, düz deyil? Mən ona elədim axı - güldü - Hə Qaşqam mənim, indi o məni qurtarmağa gəlib.İnanmırsan? Aha, bu da xəbər... 
  Qoltuğundakı boxcaya baxıb atının boynundan öpdu .
    - Hələ sevgilinin tükünü də gətirib sənə, sən də onun üçün darıxmayasam deyə. İndi inandın? - dərindən ah çəkdi. Gülümsədi. Ümüdlə atına baxdı:
  - Əgər o ürək edib buraya qədər gəlibsə, mənə bir işarət buraxıbsa, demək yenə gələcək. Mənə gözləmək qalır. Mütləq gələcək. Gözləyək, gözləyək gözəl atım . 
   Tövlənin içində ora bura boylandı. Bağlamanı gizlətməyə yer axtardı. Arakəsmədəki daş duvara hörülmüş taxca gözünə dəydi. Səliqə ilə yığılmış ot bağlamalarının arasında taxca güclə gözə dəyirdi. Bəli bura heç kimin ağlına gəlməzdi. Boxçanı burada gizlətməliydi. Bunu evdə saxlamaq ağılsızlıq olardı. Qaynanasının əlləmədiyi yer yox idi. Buraya da Əsmərdən başqa heç kim girmirdi. 
    Yaxınlaşıb Qaşqasının tükündən biraz kəsdi. Bağlamanın içinə qoydu. Əyilib taxcanın altındaki qurumuş otları əliylə təmizlədi. Torpaq döşəməni oraqla qazıyıb dayaz  bir çuxur açdı. Bağlamanı ora qoyub üstünü torpaq və samanla örtdü. İşinin qurtardıqdan sonra qapının arxasındakı böyük mis ləyəni götürüb tövlənin ortasına qoydu. Bayıra cıxıb gecənin ayazını ciyərlərinə çəkdi. Bədəninə üşütmə gəldi. Əllərini qollarına sürtə sürtə ocağa tərəf getdi. Ocağın üstündə qaynayan güyümü götürüdü. Biraz aralıdakı mis səhəngi qoluna taxaraq tövlyə yönəldi. Qapını bağlamadan evə tərəf boylandı. İçəridə çıraqlar söndürülmüşdü. Külfət yatırdı. İndi çimmək olardi. Adətə görə evin gəlini külfət yatandan sonra cimə və ya yata bilərdi.
 Tövlyə girib, qapını bağladı. tövlənin tək dirəyindən asılmış neft lampasının atəşini azaldıb suyunu hazırladı. Əynini soyunub paltarlarını saman tayalarının üstünə atdı. Ayaqlarının altında xışıldayan quru samanların üstündən addımlayaraq mis ləyənə girdi. İsti sudan bir qab götürərək "bismillah"-la ayaqlarına tökdü. Soyuq havada isti su ona cənnət suyu kimi gəldi. Çılpaq bədəninə tökdüyü isti su canını istədikcə sanki damarları boşalırdı. Keçən günlərdə arşınmalcıdan aldığı Bağdad sabununu götürüb başını bədənini sabunladı . Köpüklü əlləriylə yanına qoyduğu tasdakı sudan almaq istədi. Gözüyumulu halda əliylə avıgəndəri axtardı tapa bilmədi . Sabunlu əliylə gözünə dolmuş köpuyu sıyırdı tasa baxdı. Avıgəndər yox idi. Elə bu zaman başına tökülən isti sudan yerindən səksəndi. Suyu tökülən tərəfə baxdı və yerində quruyub qaldı.
   Elə həmin gün, o tövlənin samanlığında,qaşqa atın şahidliyi ilə Əsmər bəkarətinin Saybalıya təslim etmiş, onunla əhdi - peyman kəsmişdi. 
  Bəli,bu əhvalardan sonra səfərinə davam edən Saybalı əhdinə sadiq qalaraq üç ay sonra geri qayıdarkən Əsməri də götürüb məmləkətinə gəlmişdi. El adətiylə onu anasına gəlin,evinə xanım etmişdi. 
  Bir il sonra ibrahim dünyaya gəldi. Əsmərin yad bir kişiylə qaçacağı heç kimin ağlına gəlməmişdi. Əsmər saf, uşaq kimi bir qız idi. Hər halına şükür edən qapanıq qızın belə bir yola əl qoymağı ağlasığmaz idi. Buraların adətini də bilirdı. Nəinki Əsmər, kim olursa olsun ərinə xəyanət edən qadın özü qanıyla ölüm fərmanını imzalamalıydı. Bu olsa olsa qacaq eşkiya işi olardı. Yüz faiz kimdirsə onu dağa qaldırıb. Ağıllara başqa heç nə gəlmirdi də... 
  Ağıllarına gələn hər yerə adam salıb Əsməri axtardılar. Nəhayyət Əsmərin sorağını Təbriz ətrafı qəsəbələrin birindən aldılar. O gündən də Əsmərin və Saybalının günü göy əskiyə büründü. Amma nə olur olsun Saybalı kişi kimi xanımını qoruyurdu. Nə el aləmin qınağı, nə şəriət qanunları vecinə deyildi. Onların qəsəbəsində heç kim Əsmərin başqasının xanımı olduğunu bilmirdi əlbəttəki, yoxsa əsla bunu kimsə qəbul etməzdi. 
  Sirr qapalı boxçadır deyirlər. Ağzını açılmasına bənddir. Çox keçmədi bunların sirri qəsəbəyə də sızdı. İş o yerə çatdı ki, Saybalı ailəsin də götürüb Təbrizə köçməli oldu. 
   İndi o gündən necə illər kecmişdi. Cox xoşbəxt və hər kəsin həsəd aparacağı bir ailələri var idi Saybalıyla Əsmərin. Saybalının ticarət səfərləri ilə bağlı uzun sürən səyahətlərindən ayrı qalıb , sonra bir birinə qovuşan cavan ailə sözün əsil mənasında ömürlərinin ən gözəl günlərini yaşayırdılar. Bir birlərinə dəli-divanə aşiq olmuşdular. Bir neçə illik bərabərliklərinə baxmayaraq Saybalı ilə Əsmər hələ də ilk günkü kimi istəkli idilər. Saybalının qacaq mal üstündə həbsindən sonra Saybalı bir  daha Şimali Azərbaycana getməməsi Əsmərin lap ürəyincə olmuşdu. Elə bu ərəfədə Əsmərlə Saybalının biri qız, biri oğlan əkiz uşaqları dünyaya gəldi. Sevinclərinə sevinc qatıldı. Kənardan baxan bu ailənin xoşbəxtliyinə həsəd aparırdı.
   Əsmər hər gün nahar vaxtı yemək içmək hazırlayıb dükana gedər, süfrə açıb, özü də Saybalı və qayını Cümüşüdlə bərabər nahar edədi. Sonra süfrəni toplayıb dükanın pərdə cəkilmiş ambar hissəsinə keçər, oraları yığışdırıb səliqəyə salardı. Saybalı da bilirdi ki, Əsmərin anbarda girələnməsinin səbəbi var. Əsmərin bu "temizlik" işlərinə öyrəşmişdi. Bilirdi ki, nahar üçün Saybalı xanımına kiçicik bir öpüşlə təşəkkür etməsəydi axşama "şirin" cəzası var idi ...
    Nədənsə qurban olduğum elə bil xoşbəxt cütlükləri sınağa cəkməkdən ləzzət alır. Təəssüf ki, bu dəfə növbə onlarda idi. Bu sınaq o qədər ağır idi ki, ailə bu yükü qaldıra bilmədi, ailə təməlindən çökdü

    Elə həmin ili, elə dediyim o Növruz ərəfəsi idi. Əsmər qonşu qadınlarla köməkləşib evin xalca palazlarını götürüb bulaq başına getdi. Caylağın suyuyla oynayan uşaqlarına çığıra-bağıra qadınlar işlərini görürdülər. Köməkləşib xalıları yuyur, bir birləri ilə zarafatlaşırdılar. El adətinə görə qadınlar burda iş görərkən bura yad adam gəlməzdi. İllah da ki, kişilər. Xalıları yuduqca qadınlar bir bir yaş xalını eşşəyin belinə yükləyərək, eşşəyi uşaqlarla evə yollardılar. Belə vaxtı evdə qalan yaşlı qadınlar xalçaları eşşəyin belindən alıb daş hasarların üstünə sərirdilər. Eşşək boş qayıtmasın deyə evdəki kirli pal paltarı, qab qaşığı təkrar eşşəyə  yükləyib, yenə uşaqlarla çeşməyə göndərirdilər. Çaylağın kənarında ocaq çatılmış, böyük mis qazanlarda su qaynayırdı. Bulağın başında hamar çay daşların üstündə yerə qoyulmuş ləyənlərdə paltarlar islağa qoyulmuşdu . 
    Qadınlar işlərini görüb bitirdikçə yavaş yavaş evlərinə dağılışmışdı. Birazdan axşamın yeməyinı hazırlayıb, ordan çıxan qab qaşıqla təkrar bulağa qayıdacaqdılar. Bulaq başında Əsmərlə bərabər bir iki gənc qız və qonşu uşaqlar qalmışdı. İbrahim də burada uşaqlarla oynayırdı. O zaman İbrahim altı, yeddi yaşlarında balaca uşaq idi. Əsmər əkizləri qaynansı Asya arvadın yanında qoyub gəlmişdi.
   İbrahim məhəllə uşaqları ilə  caylaqda oynaşır, Əsmər də arada İbrahimə və uşalara təpinərək işinə dalmışdı. İslanmamaq üçün ətəyini qaldırıb belinə bağlamış, baldırları budlarına qədər çırmalanmış, əyildikcə ipək qoftadan incə beli yarıya qədər açılırdı. Hərəkət etdikçə  qoftasının alrında gizlənmiş bir cüt şamama hökm edib günəşə boylanırdı. Qara uzun gur saçları tərləyən üzünə və sinəsinə yapışmışdı. 
   Başı işə elə qarışmışdı ki, dünyadan xəbəri belə yox idi. Gün əyilmişdi. Hava qaralmadan işini bitirməliydi. 
   Birdən üzərinə kölgə düşdüyünü hiss etdi. Elə bildi gələn qonşu qadınlardır. Fikir vermədi. Amma yox kölgə yerindən tərpənmirdi. Başın qaldırıb qollarıyla tərləmiş alnını sildi. Üzünə tökülmüş saçlarını islaq barmaqlarıyla geri daradı. Kölgəyə tərəf döndü. Başının üstündə ona heyranlıqla baxan bir atlı gördu.Tez özünü toparlayıb açılmış sinəsini, baldırlarını örtdü. Ətrafına baxdı. Qızlar çaylağa enmişdilər. 
Özünü nizamlayıb belinə bağladığı yaylığı açıb başına atdı. Gözlənilməz müsafirə əsəb olan Əsmər özünü itirmişdi. Əsəbi halda təkrar dönüb atlıya baxdı. Lakin kim olduğunu sezə bilmədi. Atlının arxasından boylanan günəş gözlərini qamşdırdı. 
   Atlı bura adamı olmadığı bəlli idi. Yoxsa buralarda heç bir kişi qız qadın varkən bura ayaq basmazdı
   - Kimsiniz, nə istəyirsiniz?-dediyi yadına gəlir. Bir anda saçlı-saqqallı bu yapıncılı adam əlindəki zopayla Əsmərin boynundan vurdü. Dünya Əsmərin gözündə qaraldı. Adam atın belindəcə qızın çiyinlərindən tutub tərkinə aldı və atını dördnala səyirdi.
 Qızlar və uşaqlar qışqırışdı. İbrahin atın arxasınca qaçsa da onlara yetişə bilmirdi... 
                  
   Qacaq  Həmid dövrünün qolu zorlu adamlarından biri idi varlıların düşmanı, ədalətin dostu. İllər öncə Saybalı və Əsmər münasibətini eşidib cox təsirlənmiş, belə xayın dünyanın  gərdişinə hikələnmişdi. Manqının dayısı Saybalını tapa bilməyincə dağa qalxaraq Həmidə üz tutmuş Saybalını tapmaq üçün ondan kömək istəmişdi. Həmidə Saybalını alcaq şərəfsiz özgənin arvadına göz dikən biri kimi qələmə vermişdi. Həmid bu hadisədən təsirlənib bir çarəsiz kasıb, lal və xəstə bir kişinin arvadına göz dikməsinin cezasının Saybalı üçün ağır olacağını və belə bir hadisəni bu cəzadan sonra başqaları da edə bilməyəcəyinə and içmişdi. 
    Nəhayyət Həmid altı, yeddi illik araşdırmadan sonra, Saybalının sorağını Təbrizdən alıb onun izinə düşmüşdü. Əlaltından Saybalıyla maraqlanmış, onu necə sındıracağını planlamışdı. Şəhər camaatının Saybalı haqqında söylədikləri Manqın dayısının dedikləriylə üst üstə düşmürdü. Özü də caşıb qalmışdı. Bu işdə kimin ədalətli və haqlı olduğu, onun hansı addımı atmağını çətin vəziyyətdə qoyurdu. Camaat içində  haqq və ədalət qaçağı olan Həmid belə bir ailə məsələsinə qarışmağına özü də peşiman olmuşdu. Ama geri çəkilə də bilməzdi.Bütün əyalətin ondan ədalət gözləyərək Saybalıya dərs verəcəyini ümid etdiyi yerdə, verdiyi sözün arxasından qacmaq kişilikdən deyildi. Aylardan bəri gizlicə izlədiyi bu ailəyə qarşı içində gizli bir hisslər yaranmışdı . Saybalı və Əsmərin xoşbəxt ailə həyatını öz həyatında təsəvvür edir, özünü Saybalının yerində görürdü. Xəyalındakı qadının varlığı eynən Əsmər kimi idi . Əsmərin şıltaqlığı ,  qayğıkeşliyi, nazı, xoşbəxtliyi Saybalıyla yox, sanki onunla olmalı imiş. Həmid özündən xəbərsiz  Əsmərə vurulmuşdu. Namus, ədalət dediyi yerdə özü şərəfsiz cıxmışdı. Hələ ki, özünü ələ ala bilirdi.Taa ki, bulaq başında dünyadan xəbərsiz xalı yuyan Əsməri belə halda görənə qədər. Özü öz aləmində olan bu gözəl gəlini tam çılpaqlığı ilə, bütün cazibədarlığı ilə görmək, bir kişi kimi Həmidin qanını coşdurmuş, bütün bədənini silkələmişdi. Nə olursa olsun bu qadının sahibi o olmalıydı. 

   Əsmər gözünü acarda özünü qaranlıq bir mağarada gördü. İçəridə  özündən başqa hec kim yox idi. Qalxıb oturdu və ətrafına baxdı. Bura dar və divarları rütubət çəkən bir yer idi. Tavan o qədər alçaq idi ki, dik ayaq üstə dayanmaq mümkün deyildi. 
   Olanları xatırladı. Onu qaçıran adamın üzünü günəşin şüasından görməmişdi. Axı bu adam kim ola bilər? Qız uşağı olsaydı, bu hadisəyə bir ad vermək olardı. Axı Əsmər ailəli uşaqlı, ərini sevən bir xanım idi. Bütün məhəllə, bazar əhli Saybalıyla Əsmərin bir birinə necə bağlı və istəkli olduğunun şahidi idi. Axı onunla kimin nə işi ola bilər ki? Bu ancaq düşmən işi ola bilərdi. Başqa heç nə. Oturub fikirləşdi, ağlına heç nə gəlmədi. Elə düşmənləri də yox idi axı. Saybalı ipək kimi, sayılıb seçilən adamdır. Hamı onun xətrini sevir, məclislərdə yeri yuxarı başda olardı. Yetimin kasıbın yiyəsi idi Saybalı. Kimsəsizin, yolcunun oğlu idi, onun əri. Saybalı hər zaman hər yerdə sanbalını qoruyub saxlayan adam olub. Uşaqla uşaq, böyüklə böyük olub. Kimdir axı bu gizli düşmən? Bəli, düzdür, Manqınin adamlarından başqa onların başqa düşmənlərı yoxdur. Manqı söhbəti də coxdan bağlanıb bitib. Başqa da ağlına heç kim gəlmirdi. 
    Ətrafa boylana boylana oturduğu yerdən qalxdı. Əyilə-əyilə mağaranın cıxışına doğru addımladı. Bədirlənmiş ayın işığı mağaranın girişini solğun işıqlandrırdı.Əllərini divarlara sürtə sürtə irəlləyib mağara girişinə gəldi. Qaranlıqda künç bucağı gəzərkən əlinə bir ağac parcası keçdi. Hər ehtimala qarşı payanı götürüb bayıra baxdı. Qarşısında qocaman zülmət bir boşluq var idi. Deyəsən bura bir uçurum kənarı idi. Ətraf tam sakitlik və səssizlik içində idi. "Qu" desən qulaq tutulardı. Qayalıqdan gələn bayquş, çöllükdən gələn qurd ulaması adamda vahimə yaradırdı. Biraz aralıda ocaq közərirdi. Ocaqdan gələn kartof iyisi adamı bühuş edirdi.  Sabahdan yediyinin üstündəydi. Ac idi. Kartofun iyisi iştahını qabardırdı. Əsmər özünü toparlayıb burdan çıxış yolu axtarırdı. O bu saat yemək düşünəcək halda deyildi.
   Ocağın başına gəlib soyuqdan üşüyən vücudunu biraz isitdi.  Bəs indi o hardadır? Onu niyə bu çölün düzündə tək qoyub gediblər? Axı bu naməlum adamın fikiri məqsədi nədir? 
   Qarışıq fikirlərlə əli ayağı əsə əsə ocağın yanından keçib çölə üz tutdu. Hara, hansı istiqamətə gedəcəyini bilmirdi də. Qaranlığın vahiməsindən çox qulaqlarına inanılmaz dərəcədə vəhşi heyvan səsləri dolmuşdı. Çox qorxurdu. Əlində tutduğu tək silahı ağac parcasını özünə dirək verə verə qayalıqlardan aşağı enirdi. Ayağının altından qaçan daşların biraz sonra aşağıda küt səs cıxarmasından bu qayalıq yolculuğunun hələ uzun olduğunu hiss edirdi. Yenə də geri dönmək yox idi, tək məqsədi özünü burdan qurtarmaq, ailəsinə və uşaqlarına qovuşmaq idi. Bir təhər qayalıqdan enib düzənliyə cıxdı. Ayağı tutduqca qaçırdı . Hara qaçdığını bilmirdi . Qaranlıqda göydəki aydan başqa bir işıq üzü görünmürdü. 
   Elə bu vaxt yaxınlıqda hənirti hiss etdi. Qulaqların şəkləyib ətrafına baxdı. Biraz aralıda ayın işığında bir qara kölgənin ona tərəf gəldiyini gördü. Bir çüt parlaq göz ona baxırdı. Geri dönüb geri qaçmaq istəsə də arxada da eyni kölgəni və işıldayan gözləri gördü. Bədənini buz kimi tər basdı. Ürəyi aramsız çırpındı. Sağına soluna diqqət etdi. Ehatə dairəsi daralmışdi . Ona yaxınlaşan kölgələr canavar sürüsü idi. Əlindəki agac ilə hər an hücuma qarşı özünü  müdafiə həmləsində dayanmış,yerində durmadan sağına soluna dönərək  hücumun ona hansı tərəfdən gələcəyini dişnəyirdi ...

                           *****

    - Fəridə , gec olmadımı? Kalksana - yoldaşımın səsi məni telefonumdan ayırdı Cox gec idi. Hardasa sabah açılacaqdı. Bahar hələ yazırdı. Aramsız gələn mesaj səsləri nəhayyət ki , susdu. Baharın yazdıqları məni qoynuna alıb keçmişə, Əsmər və Saybalının dastanına aparıb cıxarmışdı. Yatağımda gözlərimi yumsamda hələ də xəyalımda o hadisələr canlanır, beynimdə bu əhvalata yeni bölüm üçün nizam- düzən verirdim ...

                 ___  3  _____

     Səhəri işlərimi sahmana salıb televizoru açdim. Gözüm televizorda, fikirim - xəyalım Əsmərin yanında qalmışdı. Baharın ailəsinin dramı məni özümdən biixtiyar bu ailənin içinə atmışdı. Özümü Baharın danışdığı bu hekayənin içində təsəvvür edirdim. Əsmərin başına gələnlərdən cox təsirlənmişdim. Beynimdə suallar tüğyan edirdi. Nə olacaq, neçə olacaq deyə.
    Mətbəxdə çayımı doldurudum və zala kecdim. Bu saatda Baharı rahatsız etmək istəmirdim, ama yenə də özümü saxlaya bilməyib telefonu əlimə aldım. WhatsApp kontakta barmağim Baharın adının üstündə dayandı. İxtiyarsız olaraq onu yığdım. Telefonun o başından yuxulu səs gəldi. Xoş-beşden sonra məni cox gözlətmədən hekayəsinə davam etdi... 

                      ***

   Atlı anasını atın tərkinə alıb götürdükdən sonra İbrahim taqətdən düşənə qədər atın arxasınca qaçdi. Atlı uzaqlaşıb gözdən itmişdi. Öz balaca canıyla, körpə ağlıyla özünə divan tuta tuta məhəlləyə qayıtdı İbrahim. 
    Məhəllə bir birinə dəymişdi. Əli yaba-balta tutan, ağlı kəsən hər kəs Saybalının evinə toplaşmışdı. Saybalıya dəstək üçün gələnlər, üç gün sonra Saybalının evini, dükanını daşa basdılar. Saybalının "xalxın arvadını" qacırdığından xəbər tutmuşdular. Saybalı kimi "biqeyrət" kişinin bu məhəllədə yaşamasını istəmirdilər. Ağzı göyçək arvadların da ağzına söz düşmüşdü:
  -  Nə əksərsən onu bilərsən. Bilmirdi ki, başqasunın namusuna göz dikənin namusuna göz dikərlər? 
  -  Oğurluqla, q...lik qırx gün sürər deyib atalar. Binamuslar ordan daşqalaq olub bura qaçıb gizlənibmişlər. Görürsən, ilahi ədaləti? Gec olar , güc olar... Allah bilir Əsmər indi də kimlə hingildəşirmiş. 
   - Öyrəşmiş candı əşii... Görəsən kimnən qaçıb? 
   - Dayan biraz, dinmə, qoxusu çıxar birazdan... 

   Evin və dükanın qapılarını bağlayıb özlərini evə həbs etmişdilər. Həyətə bacaya da cıxa bilmirdilər. Bayaqdan tək məhəllə onları daş qalaq edirdisə, indi bütün şəhər ayağa qalxıb onlara axışmış, "şərəfsiz , namussuz Saybalının" evini basaraq onların burdan çıxıb getməsini istəyirdilər . Saybalı düşdüyü vəziyyəti, necə evlənib buraya köçdüklərini heç kimə deyə bilmirdi. Heç kim nə Əsmərin o zamanki vəziyyətini, nə də Saybalının ona qarşı olan məhəbbətini başa düşmür düşmək də istəmirdi. Avam camaatın gözündə gördükləri qadın azadlığı yox, namus adı altında bildikləri qadın köləliyi idi. Onların düşüncələrində qız qadın oldu olmadı, xoşbəxt oldu olmadı, onun əri kişi oldu olmadı, fərq etmir. Belə ki, qız ata evindən cıxıb, ər evinə gedibsə o evdən də kəfəni ilə cıxmalıydı. Vəsaalam. Əks halda qadın başqasın sevərsə zinaçı, kişi evli qadını sevərsə oğraş və biqeyrət olacaqdı. Onların yaşadıqları, duyguları, hissiyyatı bu ölkədə keçməz, bu onların şəriət qanunlarına görə kecərsiz və haram sayılırdı. 
  Təbriz bazarına od düşdü. Yanan Saybalının dükanı idi. Şəhər camaatı dükanın malların dağıtdıqdan sonra dükana od vurmuşlar. Neft-mazut və şamla  dolu dükanın qara dumanı bütün Tebrizin üstünü almışdı. Üç gün, üç gecə yanan dükan nəhayyət külə döndü. 
   Balaca ibrahimin beynində bir fikir dolanırdı. Onun fikirincə anası birinci ərinə atasına qacaraq, sonra qaçaq Həmidə qacaraq atasına xəyanət etmişdir. Anası alcaq, əxlaqsız bir zinakar qadındır. Belə bir ananın övladı olduğu üçün özünə nifrət edirdi. Elə o zamandan bütün qadın tayfası bu uşağın beynində zinakar və əxlaqsız kimi formalaşmışdı. Bu əhvalatdan sonra o heç bir qadını sevməyəcək, heç bir qadına qadın gözündə baxmayacaqdır. 
                 
     Həmid söz verdiyi kimi Əsməri Saybalıdan alıb , onu atasına tehvil verdi. 
   Kənd meydanının ortasına qalaq qalaq daş toplanmış , kənd camaatı da meydanın kənarına yığışmışdı. Sabah günorta namazından sonra Əsmər meydana gətiriləcək, ona Quran belə oxunmadan hər kəsin gözü qarşıdında daşqalaq olacaqdı . Əsmər atasının, qardaşlarının ayaqlarına düşüb yalvarır, ona aman vermələrini istəyirdi. Neçə illər kimsəyə demədiyi, deyə bilmədiyi, Lal Manqıyla hec vaxt ər-arvad olmadıqlarını onlara açıqladı. Anasından və Həmidən başqa heç kim ona inanmırdı. Həmid də Saybalı haqqında pis şeylər eşitməmişdi. Saybalı şəhərdə səxavətli və rəhimli bir adam kimi tanınırdı. Belə bir adam durduq yerə kiminsənin qızına, qadınına göz dikən şərəfsiz ola bilməzdi. O Əsməri sevmişdi. Buna bütün qəlbi ilə inanırdı. Əsmər sevilməyəcək qadın deyildi. Ayrıca Əsmərin onun yanında nə qədər xoşbəxt olduğunu da bilirdi. Uzaqdan da olsa buna şahid olmuşdu. Vicdanına sığınaraq Əsmərin bu cıxılmaz vəziyyətində ona necə kömək edəcəyi haqqında planlar qururdu. Necə olur olsun Əsməri ölümdən qurtarmalıydı. Axı bir ata borcu qarşısında gızını bir xəstəyə veribsə burada o qızın günahı nədir? Bu  bəyəm Allahın yazdığı tale idimi ki indi kənd ortasında Əsmər üçün ölüm hökmü oxunsun? Belə ədalətsizliyə şəriət qanunları cavab verə bilməzdi. Bunun adı "Allaha qarşı üsyan" olmalı idi. Başqa heç nə. 
    Həmid Əsməri sevirdi onun ölməsinə razı ola bilməzdi . Buralardan qaçıb getmək imkanı varkən, onu niyə ölümün ağuşuna atmalıdır ki? Əsmərin atasının borcları qarşılığında qızını lal Manqıya verdiyini eşitdikdən sonra adamın nə qədər şərəfsiz adam  olduğunu anladımışdı. Əlində əlac olsaydı özü öz əlləri ilə bu kişini boğub ölüdrərdi. 
  Haqq və ədaləti ən ümdə bir meyar sayan Həmid qaş qaralan kimi Əsmərin atasını yanladı. Belinə bağladığı qurşaqdan bir kisə çıxarıb adamın qoltuğuna basdı:
   - Əsmər daş qalaq olmayacaq, kişi! 
  Kisəni görüb gözləri parlayan kişi etiraz elədi. 
   -Axı mən camaatın içinə çıxa bilərəm. Camaat öldürər məni... 
  - Bəs mən öldürsəm səni? - Həmid kişinin xirtdəyinə çökdü. Kişi Həmidin əlinin altında xırıldayırdı. 
   - Mən neyləyə bilərəm qurbanın olum. Haqq var, ədalət var...
  - Başlama haqqından ədalətindən.Öz doğma balanı xəstə bir lala borc qarşılığında verib bədbəxt etmək ədalətdir? 
   - Bir iş idi olub, bağışla canımı, Həmid... Nə desən edərəm. 
   - Bu dəfə qızını mən alacam səndən. 
   - Nə deyirsən Həmid? Mən evli bir qadını başqa kişiyə necə verə bilərəm?
   - Sən qızını satan bir şərəfsizsən! Bu işi də görmək sənə çətin olmayacaq. Sıyrılıb rədd olarsan bu işin altından. 
   - Axı necə? Məni el içində rüsvay eləmə, Həmid! 
   -Sən öyrəşmisən qızını bazarlamağa. Qızını tacirə verdin ki, borc silsin. O da istəmədi hədiyyə verdi bacısının oğluna. Sən də onun xəstə olduğunu bilə bilə bu işə qol qoydun... 
   - Başqa yolum yox idi... 
   - İndi də başqa yolun yoxdur. Ya canını alacam, ya qızını. Gəl ən yaxşısı al bu pulu rəddol, it bat buralardan - deyib ikinci kisəni onun gözünün önünə tutdu - ya pul ya ölüm... Qərar sənindir... 
   - Həmid, məni pis vəziyyətdə qoyursan! 
   - Sən heç vaxrt müşküldə qalmazsan qoca! - deyib kişinin xirtdəyini buraxdı. Nifrətlə kişinin üzünə baxıb : 
   - Bu qızıllar ömür boyu bəs edər sənə. Al, götür. Canına yazığın gəlsin. Onsuz da mən Əsməri o meydana çıxmasına imkan verməyəcəm. Amma burdan da qızın halalallığını almadan getmək istəmirəm. Al, götür. Köcün gedin buralardan, sizi heç kimsənin tanımadığı  yerə. Qızdan da əlini üz və birdəfəmlık Əsmər adını unudun. 
   Kisəni havada qapıb qurşağına basan kişi dil-dodağını çeynəyə çeynəyə ağzın suyunu axıtdı.
  -Onda belə eliyək!-biraz düşündü:    
  - Bu qızı burdan götürüb aparsan camaat biləcək ki , mən onu elə vermək istəməmişəm.Bu elin adətidir. Daşqalaq olan qızı atası ya da, qardaşları onu ilk daşa basar. Nə olur olsun, mən onu kəndin meydanına çıxarmalıyam. Orda sən qəhrəmanlıq elədin elədin , eləmədinsə bəxtinə küs! 
    Gecə sabaha qədər plan cızdılar. Sabaha qarşı Həmid atına atlanıb yola çıxdı. 
    Səhərisi günorta namazından sonra camaat yavaş yavaş meydana toplanmağa başladı . Meydanın ortasında böyük boşluq yaranmışdı . Kimisinın əlində dəyənək , kimisinin əlində daş - kəsək var idi. Kəndin qara çarşaflı qadınlarının gözlərində heyrət dolu bir nigarancılıq parlayırdı. Bəli, budur Lal Manqı eli-gözü bağlı Əsməri anlaşılmaz səsiylə öz aləmində nəsə deyə-deyə sürüyüb  meydana doğru çəkirdi. Meydanın ortasına catar catmaz, əcaib anlaşılmaz səsiylə öz aləmində nəsə dedi və ilk zərbəni zopayla Əsmərin başına endirdi. Bundan sonra qızı hər bir tərəfdən daşa basdılar. Camaat əllərindəki taxta parcasıyla qadının harasına geldi vururdular. Əsmərin bağırtısı meydandan bir neçə metr aralıdan eşidilirdi. Atasının yanında durmuş 9 yaşlı qardaşi Bəşir atasının verdiyi tüfəngi üzünə qaldırıb Əsməri nişan aldı. Elə bil camaat bu anı gözləyirmış kimi əl saxladı. Hamının diqqəti Bəşirə yönəldi. "VUR" sədaları meydanı başına götürdü. Əsmərin atasının gözü nigarançılıqla yola baxırdı. Həmid ortalarda yox idi. Əlini hər şeydən üzmüşdü. Deyəsən Həmid Əsməri qurtarmaya gəlməyəcəkdi. Həmid də bilirdi ki, bu vəsiyyətdə meydana daxil olması necə də riskli bir işdir. 
  Bəşir silahı üzünə sıxıb atasından əmr gözlədi. Çarəsizcə Bəşirin əlindəki silahın lüləsini bir balaca yuxarı qaldırdı :
   - Bir... İki... Atəşşş... 
    Atəş açılmasıyla bir anda her teref toz dumana büründü. Üzü bağlı atlılar əllərindəki qırmancla camaata hücum çəkib, meydana toplanmış əhalini dağıtmağa başladı. Meydandakı çamaat nə baş verdiyini başa düşmürdü. Çaşqın camaat qışqıraraq hərə bir tərəfə qaçıb gizlənməyə yer axtarırdı. Elə bilmişdilər ki, kəndi quldurlar basır. Əhali canların, malların qorumağın hayına düşmüşdü. Əsmər yaddan çıxmışdı. Bir azdan bir dəstə atlı ordan uzaqlaşırdı. Bəli Əsmər meydanda yox idi. 
    Bəşirin açdığı mərmi Əsmərin çiynini parcalamışdı. Meydanda qızı ölümün pəncəsindən qurtaran Hemidin dəstəsi toz duman salaraq dağlara çekilmişdi. Hemid yaxın silahdaşıyla birlikdə Əsmərin yaralı çiynini açıb ətinə saplanmış mərmini çıxartdı. Qızmış şişlə yarasını dağlayıb yarasını sarıdı. Dərin yaraya və canındakı ağrılara dözə bilməyən Əsmərin halı günü gündən pisləşirdi. Həmid onu ayaqda tutması üçün hər şey edirdi. Hardansa tapıb gətirdiyi türkəçarəçi bir qadının köməkliyi ilə nəhayyət iki həftə sonra Əsmər özünə gəldi. 
     Əsmər yaxşılaşandan sonra Həmid onu da götürüb Təbrizə yola düşdü. Beyninə qoymuşdu. İki həfdə qızdırmadan sabaha qədər  uşaqlarının və ərinin adını sayaqlayan Əsmərin yeri ancaq və ancaq ərinin yanı olmalıydı. Bəli, Həmid onu Saybalıya təslim edəcəkdir. 
   Başına nə gələcəklərini və indən sonra onu nələr gözləyəcəyini yaxşı bilən Əsmər qara çarşafın üstündən üzünə saldığı örtünün altından tanış yerlərə baxır, evlərin arasından keçərkən kilinlədə göz gözə gəlməmək üçün başını aşağı endirirdi. Yolda məhələlələrdə tanış adam görünəndə onsuzda qapalı olan üzünü daha da gizlədirdi. İrəlidə Həmid, onun arxasıyca Əsmər bazara girdilər. Saybalını dükanının yerində böyük küllük qalmışdı. Əsmər burda nələr baş  verduyini təxmin etmişdi. Ailəsinin başı böyük bəladaydı. 
   Əsmərin son ümüdü də burda qırıldı. İçinə dolmuşdu, bir daha balalarını görməyəcəkdi.
   İçini cəkdi: Bəlkə də Əsmərsiz hər şey örtülüb qapanacaq , unudulacaqdı. Bəlkə də Saybalı Əsmərin yoxluğuna dözməsə də balaları alışacaqdı - yol gedə gedə çadranın altından balalarının taleyinə ağlayırdı. 
  -Axı mən onlara üz qaralığından başqa nə verə bilərəm ki? Bundan sonra mən olsam nolacaq ki, guya? Deyək ki, burdan köçdük getdik, bəs orada da bu hadisəni bilən olsa? Yox yox Əsmər, bundan sonra daha da o uşaqların həyatları ilə oynama. 
   Əsmər artıq qadərinə barışmağa qərar verirdi. Çıxıb buralardan gedəcəkdi. Təki, Əsmər üzündən onların başı bir daha bəlaya girməsin. Təki  balaları sakit və rahat yaşasınlar.
   Səsindən tanınmasın deyə səsini qısıb arxadan Həmidə səsləndi . Həmid onu eşitmədi. Əsmər addımlarını yeyinlədib ona çatdı. 
   -Gəl gedək burdan! Eşidirsən məni?Sənnənəm... 
   - Hara?
   - Hara deyirsən qulun kölən olaram... 
   - Nə danışırsan qadın?! Mən səni ailənə təslim etməliyəm . 
   - Yalvarıram nolar? - əl atıb Həmidin qolundan tutdu:  
   - Həmid, başına dönüm nolar, balalarıma yazığın gəlsin, gedək. 
   İlk dəfəydi Əsmər Onun adını çəkirdi və onunla arasındakı məsafə bu qədər yaxın idi. Əsmər özü  də bunu hiss edir və özünü ələ alıb Həmidlə arasında məsafə saxladı. Çadranın gözlüyündən ona diqqət yerirdi. Həmid fikirli idi, qərarsız olduğu da bəlliydi. 
   Həmid bir söz demədən, onların evlərinə tərəf addımladıqca Əsmər onun önünə arxasına keçib ona yalvarırdı. 
   -Qurban olum, yalvarıram. Məni onlara vermə. Bu haqq hesabdan sonra mən nə balalarımın, nə də ərimin üzünə baxa bilmərəm. Ailəm məni qəbul etsə də , camaat onlara dinclik verməyəcək.Yalvarıram nolar!
  Həmid onu dinləmədən düz Saybalının evinə gəldi. Əsmər də yalvara yalvara onun arxasınca düşmüşdü. Evin önünə gəldiyində Əsmərin ayaqları sanki yerə yapışdı. Alçaq hasarından evləri görünürdü . Həyət baca pərişan idi. Yarı açıq doqqazdan həyətə daxil oldular. Qaynanasının evin qabağındakı tutun qoluna yuyulub sərilmiş şələsi( keçmişdə büzmə ətək ) , öz əlləriylə əkizlərinə tikdiyi qoftalar, İbrahimin keçə papağı asılı qalmışdı. Evin pəncərələri qırılmış,qapıları taybatay idi . Həmid qapı pəncərəni busa busa irəliləyib içəri kecdi. İçəri darmadağın olmuşdu. Heç kim yox idi . Üzünün örtüsünü qaldırıb qorxu və təəccübdən böyümüş gözləriylə ətrafa baxdı. Ürəyinə sanki dağlar çəkilmişdi. Əlini atıb beşikdən əkizlərinə parcalardan tikdiyi oyuncağı götürüb qoxladı. ağı deyib ağlayırdı. Gözlərindən yaş leysan kimi yağırdı. Arxasında dayanıb onu təsəlli etmek istəyən Həmidin üzünə baxmadan üsyan etdi ;
  -  Məni niyə qurtardın? Niyə qoymadın məni öldürsünlər?  Axı mən onlarsız yaşaya bilmərəm . 
 - Yaşayarsan.Unudacaqsan hər şeyi. 
- Axı necə ?  
-  Mən sənə kömək edəcəm ! -  deyib onun yaralı çiyninə toxundu . Bu yaran kimi ürəyinin də yarasını sarıyacam , sağaldacam, bütün bu günləri  unudacaqsan - deyib qəfildən Əsməri bağrına basdı, alnından öpdü ;
   - Gedək!  
  Əsmər onun üzünə baxdı. Qəddar , zalım bir adam kimi bildiyi bu zəhmli simadan bir cüt mərhəmətli göz ona baxırdı. 
  -Mən səni Saybalı qədər xoşbəxt edə bilməsəm də, sənə sahib cıxacağam. Sənə söz verirəm. Özün nə zaman sevərsənsə...
  - Bu hec zaman olmayacaq!-Əsmərin sərt səsi onu susdurdu - heç zaman - deyib yükləri yığdığı taxcaya tərəf getdi . Dağılmış yorğan döşəyin arasından bir boxca çıxarıb yatağın üstünə qoydu. Saybalının ona hədiyyə etdiyi bağlama idi. Qara madyanın  və Qaşqanın tükü də arasındaydı. İki atın tükünü də götürüb, bir birinə bağlayıb üstünə də çiynindəki yaradan çıxan boş mərmini asdı. Saybalının cox vaxt keçirdiyi evin ambar hissəsinə gəldi . Saybalı ora şimaldan satmaq üçün alıb gətirdiyi malları depolayırdı. Ətrafa göz gəzdirdi. Anbar dağılmış və boş idi. Qəlbi buruq buruq idi. Qəhər boğazını deşirdi.
   Evin dirəyindəki mıxcadan əlindəki tükləri asdı. Etrafa baxd. Bu anbarın hər köşəsində bir sevgi, bir mecara gördü. Bəzən evin külfətindən daldalalıb Saybalıyla himleşib bura qacardılar... Xatırladıqca ürəyi əsir gözləri dolurdu. İsti yuvasına su çiləyən həm düşməni, həm onu ölümün pəncəsindən qurtarmış dostu Həmidin yanına gəldi. Boxcanı təkrar bağlayıb qoluna keçirtdi. Beşikdən  uşaqlarının oyuncağını götürdüb qoynuna basdı.Üzünün örtüsünü çəkib bayra çıxdı. Tutun budağına taxılıb qalmış kecə papağı və ərinin kətan köynəyini götürıb geri döndü ;
   - Bu evdən mənə qalan əzizlərimin bu yadigarlarıdır. Əgər məni bunlarla qəbul edirsənsə gəl ! 
   Həmid irəlidə gedən çadralı qadına təslim olub onun arxasıyca addımladı. Və o gündən onları bi daha Cənubi Azərbaycan torpaqlarında görən olmadı. Çox  çox sonralar - 70 il sora İbrahim sərhədlər açılandan sonra anasının sorağını Türkiyənin Kars vilayətindən almışdı. Lakin onda da çox gec idi. Anası həyatda yox idi. 

                         ****
     Dükanları yanandan sonra onların daha burda qalmaqlarının bir mənasını görməyən Saybalı  gecəynən olan olmazlarını, Azərbaycana satmaq üçün aldığı malları da toplayıb ulaq və dəvələrinə yüklədilər. Atların arxasına araba qoşub anasını və üşaqları arabaya mindirib Çümüşüdü və ibrahimi də götürüb Qarabağ torpaqlarına tərəf  yola cıxdılar. 
   Saybalı o vaxt Qarabağ səfərlərindən coxdandır erməni divanından qaçıb canını qurtarmiş bir ailəylə qardaşlıq edirdi. Başlarına gələn əhvalatı qardaşlığı Qənimət kişiyə danışıb ondan kömək istədi . Həyatın hər üzünü görmüş bu mərd adam onları öz evində yerləşdirib Saybalıya yardım əlini uzatdi. Saybalı Qənimətlə bərabər Qarabağda olan olmazlarını satıb burda özlərinə bir koma qurdular.  Bir qədər sonra Çümüşidü qonşu qızla evləndirib ona yurd yuva düzəltdi. Şəhər bazarında dükan açıb yenicə özlərini  tutmuşdular ki, anası Asya arvadın halı pisləşdi. Yerindən yurdundan didərgin düşən qadın Vətən həsrətindən catlayırdı. Son günlərində vətəndə olmaq , gözünü vətən torpağında yummaq, vəfalı ərinin yanında dəfn olunmaq istəyirdi . Naəlac qalmış Saybalı İbrahimi Qənimətə və Çümüşüdə tapşırıb anasını və əkizlərini də götürüb  bir araba mal-mülklə Təbrizə gəldi. Onlar Təbrizə gəlməkdə burda bir müddət sonra sərhədlər bağlanmaqda. Bir ailə ikiyə ayrıldı. Ailənin yarısı o tayda, yarısı bu tayda qaldı. Bu o vaxtlar idi ki, artıq bu hadisələrdən bir neçə illər kecmiş İbrahimin artıq 16 yaşı var idi...
                         ***'**
     Əsməri vuran balaca qardaşı Bəşir də bu zamanlar cavan oğlan olmuşdu. Atası Həmidən aldığı qızılları sataraq Təbriz bazarında Saybalının yanmış dükanının yerində dükan açmışdı. Bir müddət sonra kişi ölən kimi Bəşir dükanın başına kecmişdi. Bəşir Camaat arasında "bequş"  ləqəbi almışdı. Bəşir məhəllədə camaatın qız -gəlininə göz dikir,  hətta bir neçə dəfə qadın geyimində qadın hamamına girib çılpaq qız qadınlara da tamah saldığını da deyirdilər. Ara-bərə camaatın da onların kənddən bura gəlməyini onun öz doğma qardaşı qızına da göz dikməsiylə əlaqələndirənlər də vardı. Ətrafında , çevrəsində onunla heç kim yaxınlıq edib ,onu ailə dostu deyə evlərinə salmırdı. 
   Kecmişi unudan Təbriz camaatı Saybalını heç nə olmamış kimi qarşıladı. İlk günü dağılmış yuvasına girib köksünü ötürdü, balalarıyla bərabər qırılıb dağılmış eşyaları qaldırıb atdı , qonşuların köməkliyiylə evi səhmana salıb, əhəngləyib təmizlədi. Artıq əşyaları anbara yerləşdirib, hemişəki kimi küncə qoyulmuş taxtın üzərinə uzandı. Çox yorulmuşdu. Bura sərin olduğu ücün hər zaman dincələrkən özünü buraya verərdi.Əllərini başının altına çarpazlayıb tavana, evinin duvarlarına nəzər salaraq, gələcək planlarını düşündü. Təbriz camaatının onu heç nə olmamış kimi xoş qarşılaması ürəyincə olmuşdu. Daha Azərbaycana qayıtmağı düşünmürdü. 
  -Ora da bizimdir bura da. Qoy uşaqlar orda qalsın. Atalar deyib," hər dağda bi ev düzəlt". Yaxşı oldu ora da mal vuraram, buradada satışımı edərəm. Uşaqların gələcəyi üçün elə belə yaxşıdır. İbrahimlə Cümüşüd orada. Azər də yekəlir, bu gün sabah o da başlayacaq ticarətə. Azərlə də mən burda... Takır tukur hər kəs işinin başında. Yaxşı olacaq hər şey. Ehhh... Maşallah, uşaqlar da böyüdü. Kaş anaları da görəydi onların bu günlərini. Yazıq rəhmətlik çox sevərdi balalarını. Elə məni də.... Ah Əsmər, can Əsmər...  Nə gəldi başına kim bilir. Hansı işgəncəylə öldürdülər səni. 
    Elə bunları düşünərək biraz  mürgülədi . 
   Kürən atla qara madyan cütləşir, yaşıl otların üstündə oturub Əsmər ilə söhbət edirdilər. Saybalı Əsmərin üzünə baxmağa çalışsa da Əsmər ondan üzünü gizlədirdi. Qəfil hardansa üzünü belə görüb tanımadığı qaynı Bəşir və qaynatası gəlib Əsməri onun əlindən alıb apararkən Əsmər əlində tutduğu bir topa tükü ona atır, tük hardansa gəlib bir anbarın dirəyinə asılıb qalır. 
   Yatdığı yerdə gözünü açıb tavana baxdı. Bəli yuxuda gördüyü yer elə bu ambar idi Başın qaldırıb anbarın ortasındakı dirəyə baxdı. Gözünə bir şey sataşdı. Qalxıb diqqətlə baxdı. Qara madyan ilə kürən Qaşqanın tükü və bir boş giliz bir yerə bağlanıb dirəkdən asılmışdı. 
   - O sağdır! - Həyəcanla pıçıldadı. Tükü əlinə götürüb dodaqlarına yaxınlaşdırdı. Öpdü , həmin günlər gözünün qarşısından kecdi. Doluxsundu.
   -Demək yaşayırsan, bizdən sonra sən bura gəlmisən. Burda mənə yaşadığını bildirmek üçün nişan buraxmısan. Canım sevgilim. Ah Əsmərim, ah mənim ceyranım, hardasan indi? Badam gözlüm, ceyran baxışlım, hardasan axı? - Əlində tutduğu tükü götürüb bazara gəldi. Təbrizə ilk gəldiyi gün eşitmişdi ki, qayını hardansa onun dükanınına sahiblənib. Bəşir bazarda namus üstündə bacısını öldürdüyünü deyərək qürrələnib, özünü namuslu oğlan kimi tanıtmışdı. Bütün bazar camaatı Bəşiri belə qəbul edib ona qollarını açmışdı. Fəqət zaman kecdikcə Bəşirin gerçək üzü ortaya çıxmışdı. 
   İndi Bəşirin burda olması Saybalının işinə yarayırdı. Əsmərin sağ olub, olmamasını ancaq ən dəqiq o deyə bilərdi. 
   Axtarıb Bəşiri tapdı. Tanışlıq verib, Əsmərin harda olduğunu ondan soruşdusa da Bəşir onu öz əlləriylə öldürdüyünə and içdi.
  - Axı o sağdır, o mənə burda nişanə goyub gedib. 
   - Bəlkə də o nişana daha əvvəldən varmış orada? Axı mən onu vurdum, öldü. 
   - Yox ee, bax budur, qanlı mərmi və atlarımızın tükü. Məncə o yaşayır. Bəşir düzünü de, onu öldürdüyünə əminsən? Bəs məzarı hardadır? 
  - Bilmirəm. Kənd camaatı harasa aparıb atdılar, bilirsən, zinadan daşqalaq olan qadını dəfn etmirlər, leşini çölə atırlar, qurd quşa yem olur.
  -Mənə düzünü de, onun öldüyündən əminsən? Bəlkə yaralı olub, bəlkə sonra özünə gəlib qaçıb. 
  Bəşir həyəcanlandı. Əliylə Saybalının ağzını yumdu.
   - Dəlisən? Başını bəlaya soxmaq istəyirsən? Onun sağ olduğunu bilsələr sən burda rahat otura bilərsən? Bax nə gözəl gəlmisən qürbətdən. Evinə eşiyinə dönmüsən. 
   Saybalının gözləri işıldadı;
   - Demək istəyirsən ki, o sağdı hə? 
   -Yox mən elə şey demədim. Sən Allah mənim başımı zibilə salma. Qoy oturum kasıbçılığımı eləyim. kasıb adamam qardaş. Meni yerimdən yurdumdan didərgin salma. 
   Saybalı nigaran idi;
   - Onun sağ olduğunu de,dünyanın harasında olur olsun taparam onu. 
   -Valla sağ olduğunu bilsəm deyərəm. Mən onu vurdum. Öldü, öldüyünü gördüm, əminəm bundan. Camaat töküldü hərə bir tərəfdən... Qadan alım. Uşaq idim mən o vaxt, belə şeyləri qaldıra bilmirdim. Başım üstündə deyildi. Gözümü qan bürümüşdü. Heç bilmirəm nə oldu sonra. 
   Saybalı nə illah etsə də Bəşiri Əsmərin bu sirrini açmağa razı sala bilmədi. Bəşir atasına, atası da Həmidə and içərək söz vermişdi. Əsmərin sağ olmasını Bəşirdən, atasından və Həmiddən başka heç kim bilməyəcəkdi. Bəliindi bu sirr açılsaydı, qan və namus davası təkrar alovlanacaqdı. Bəşirin "qəhrəmanlığı" yalan olacaqdı.burada "yaxşı oğlan" kimi tanınan Bəşir nüfuzdan düşəcək, heç kim onunla ticarətə girməyəcəkdi. Üstəlik bu dəfə namus davasına Saybalı da qarışacaqdı. 
    Əlini Əsmərdən üzmüş Saybalı yanmış dükanının yerində yeni dükan dikmiş qaynına biraz pul verib dükanına şərik oldu. Cavan yaşda iki arvad alıb hələ də qız qadından gözü doymayan Bequş Bəşir Saybalının ailəsinin bir üzvü olmuşdu. 
  Təbrizə dönəndən iki il sonra Asya arvad öldü. Anasının ölümündən sonra Saybalı uşaqlarını başına toplayıb Azərbaycana dönməyi düşündü . Bəşirin əxlaqsızlığına, bərdxərcliyinə dözə bilmirdi. Onun əyaşlığı dükana və ticarətdən olan gəlirə ziyan vururdu. Şikayyət üstünə şikayyət eşidirdi. Borc xirtəyə qədər gəlmişdi. Ən yaxşısı üzü sulu, pərdə aradan qalxmadan çıxıb buradan getmək idi. Onsuz da anasından sonra onları bura bağlayacaq heç kim yox idi . Qardaşı və oğlu Arazın o tayında idi. 
   Ordakı gözəl və rahat həyatı onun bunun dilindən eşidən Bəşir də Azərbaycana keçməyi planlayırdı. Qarşısına məqsəd qoymuşdu nə olur olsun Azərbaycana keçməlidir. Eşitdiyinə görə orda hər şey rahat sərbəst idi. Tüfeyilli həyata can atan Bəşir bütün günü xəyalında rus, erməni qızlarını canlandırır onlarla rahat kef edə bilirdi. Eşitdiyinə görə orda zina deyilən şey yoxdur. İstədiyi qadınla istədiyi zaman görüşüb evinə gedə, əylənə bilərdi . Qurduğu xəyalları sərhədlərin bağlanmağı gözündə qoyurdu . O taya keçmək mümkün deyildi. 
   Sərhədlər bağlandığını eşidib Azərbaycanda qalan Cümüşüd və İbrahim də bu taya keçməyi planlasalar da bu mümkün olmadı. Bu aralar Çümüşüd xalq hərəkatlarına qoşulmuş, vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə başlamışdı. Necə dəfə tutulub hökümətə təslim edilsə də əlində tutarlı bir şey tapılmayınca sərbəst buraxılmışdı. Bu o dövrlər idi ki , Azərbaycan represiya illərini yaşayırdı. Cümüşüdün sağında solunda olan ziyalıları bir bir aradan götürür onları və ya ailələrini Sibrə sürgün edirdilər ya da güllələyirdilər. 

    Sərhəddi Azərbaycana keçə bilməyən Saybalı qızı Asyanı və oğlu Azəri başına yığıb onlarla taleyin gedişinə boyun əyməyə başladı. Bəşirin xanımları növbə ilə onlara gəlib onların yemək içməklərini hazırlayar, evlərini təmizlərdilər. Saybalıya nə qədər evlənməyi məsləhət görsələr də Saybalı Əsmərin üzərinə gül qoxlamaq isləmirdi. Bəşirin dilindən eşitdiyinə görə Əsmər ölmüşdü. Onu elin adətiylə daş qalaq etmişdilər və Bəşirin dediyinə görə guya daşqalaq zamanı Əsmərin  canı cıxmayınca onu öz əlləriylə vuraraq öldürmüşdü. Əsmərin ölümündən cox təsirlənən Saybalı həftələrlə dilinə çörək belə vurmamışdı. Bəşir nə qədər inandırıcı danışsa da yenə də Saybalı əlindəki nişanəyə əsaslanaraq onun öldüyünə inanmırdı. Kim bilir Bəşir ona bir ipucu versəydi gözəl xanımının o bəladan qurtulduğunu bilsəydi,  Saybalı onu əli çıraqlı dünyanın hər yerində axtarardı. Hələ bilsəydi ki , o  Həmidə arvad olmağa razılıq versə də, hələ bir dəfə də olsun onun yatağına girməyən Əsməri ona bu qədər vəfa göstərib, onu axtarıb tapmazdımı? Həmidlə dağlarda silaha sarılıb döyüşən  Əsməri bir zaman qəhramanlıq salnaməsinə yüksələn Azərbaycan xanımı kimi dillərdə dastan olacağını nə Azərbaycanda İbrahimin, nə İranda nakam Azərlin, nə də bədbəxt Asyanın ağlına gəlməzdi. 

                        ******

     Hadisələr, olaylar elə qarışmışdı ki, bir birinə. Baharı dinlədikcə həm Şimali Azərbaycanda Cümüşüdlə ,  İbrahimin həyatı, həm də Cənubi Azərbaycanda Saybalının analı yetimlərlə başlarına gələn oyunlar damarlarımda qanımı durdururdu. Qulağıma tutduğum telefondakı səs yazmaları beynimə işləmişdi. Beynimdə hadisələrin təfərrüatını yaşadıqca beynim kilidlənirdi. Yox bunlar telefon söhbəti deyildi. Baharla üzbə üz görüşüb danışmalıydım . 
   Onun vaxtı azalır. Bu yaxınlarda o Holandiyaya qayıdacaqdı. O gedəndən sonra onu hardan tapacaqdım ki? Belə bir xəzinə şans məsələsidir. Özü öz ayağıyla ürcahıma gəlmişdi . Onu əldən buraxa bilməzdim. Qərarımı verdim və elə həmin gün Baharı evimə dəvət etdim.

              _____ 4  ______

   Ev əhlini bəhanəylə hərəsini bir yerə yollamışdım. Evdə tək mən qalmışdım. Bəli bu gün bizim günümüz olacaqdır. Baharla mənim. Bu gün onunla söhbət edib məni maraqlandıran xəzinəni əyani olaraq, canlı canlı elə burada onun dilindən alacağam. Budur, qapının zəngi çaldı.
    Azərbaycandan gətirdiyim uzun düyüylə qəşəng aş bişirib, dəmə qoymuşdum. Gözəl bir süfrə hazırlayıb Allah verəndən süfrəmizə düzdüm. İki qadın baş başa təamlardan dadaraq söhbətə başladıq. Hec sıxılmadan, çəkinmədən. Tam sərbəst və səmimi rəftarı mənə bu qadını daha yaxşı anlamağa  kömək edirdi. 

                *****

        ŞİMALİ AZƏRBAYCAN

  ...Qənimət kişi kecmiş bəy nəslindən idi. Birinci dünya savaşı zamanı kəndlərini  ermənilər basmışdı. Ermənilər kənd meydanında dərin bir quyu qazmış, kənd camaatını diri diri oraya dolduraraq üstünə yağ (mazot) töküb od vurmuşdular. Diri diri od tutub yanan camaatın səsi Allahın qatına qalxmışdı. Sankı Allah onları nə görür, nə də eşidirdi. Kənardan baxanlar nə qədər arzulamışdılar belə vay-nöysədə Allahın bir möcuzəsini... Heç olmasa bir yağış yağaydı, sel su daşıb bu alışıb yanan camaatın odunu söndürəydi. Hec olmasa bir zəlzələ olaydı, kafirlərin canına bir vəl- vələ düşsəydi, heç olmaya Nuhun gəmisi gələydi , bu yanan camaatı gəmisinə doldurub onları bu cəhənnəm odundan qurtarardı. Mehdinin zühuru çalınaydı kaş, bəlkə qiyamət qopardı, bəlkə dünya boşalardı ...
    Gözdən yayınan çox az kənd  camaatı ora bura qaçıb canını bu erməni quldurlarından qurtarmışdılar. Belə qaçqınlardan biri də Qənimət kişinin ailəsi idi . Bir dəstə kənd camaatı və ailəsi ilə birlikdə, olmazlarını orada qoyub gizlənə , gizlənə meşələrlə qonşu əyalətlərə üz tutmuşdular. Bu hadisələr körpə uşaqların yaddaşlarına qanlı tarix kimi yazılmışdı. 
   Qənimət kişinin dəstəsi sabah o başdan qonuşu əyalətə çatanda şəhər girişində böyük bir orduyla rastlaşdılar . Qaçqınlar yaxınlıqdkı meşəyə çəkilib, düşmənə yaxalanmamaq üçün axşamın düşməsini gözlədilər. Uzaqdan bu ordunun kimlər oldugunu anlamaq çətin idi. Odur ki, Qənimət və başqa  kişilər gizli yollarla orudıya yaxınlaşanda bu ordunun düşmən ordusu olmadığını başa düşmüşdülər. Bu qoşun qardaş  qoşunu idi. Onların hayına gəlmişfi. Yerindən yurdundan didərgin düşən camaat qoşuna pənah apararaq onlardan kömək istədilər. Kəndlilərə bələdçilik edən Qənimət kişi dəstənin başındakı türk paşasına əyalətdəki vəziyyətlə bağlı məlumat verərək kəndə ancaq gizli yolla girə biləcəklərini bildirdi. Bu işdə təbii ki, onlara Qənimətgil  bələdçilik edəcəkdilər. Amma ilk növbədə onlarla gələn qız qadınları etibarlı əllərə təslim etməli idilər. Qosundan bir dəstə atli ayrılıb, qaçqın qadın, uşaq və və yaşlıları Qarabağ  torpaqlarına gətirib oradakı xalq hərəkatına təslim etdi. Qənimət kişi öz ailəsi ilə bərabər bır bəy dostunun evinə gəldi. Qardaş bilib qapısını döydüyü bəy onları götürüb işçiləri və nökərləri  yaşayan məhəlləyə gəldi. Onlara həmin məhəllədə kiçik bir ev bağışladı. Yüz əzab işgəncəylə düşmən əlindən qaçmış bu ailə çöldə qalmamaq üçün bu evə şükür etməli oldular amma... 
   Qənimət burada vaxt itirmək fikirində deyildi. Bura onun üçün müvəqqəti yerdir. Dost da olsa yad adamın torpağı, malı idi. Öz malı, öz torpaqları düşmən əlində idi. İşçiləri pərən pərən olmuş, çoxu öldürülmüşdür. Onların uşaqları yetim, ortalıqda qalmışdı. Odur ki, arvadın dır-dırına qulaq asmaqdansa  tələsmək lazım olduğunu başa  düşürdü. 
  Qənimət ailəsini yer yurd etdikdən sonra özü onlarla buraya qədər gələn əsgərlər ilə geri qayıtdı. Torpağı, malı, xalqı düşmən tapdağı altındaykən o burada rahat yatıb - qalxa bilməzdi. Qaçqın damğası yemək bir bəyin nüfuzuna ağır zərbə idi. Elə bu məqsədlə  düşünmədən, onlara köməyə gələn Qafqaz türk ordusu sıralarına qoşuldu. 
  Qənimət bəyin xanımı Nazlı xanım iki oğlu və bir qızı qardaşı Cəbrayılın ailəsiylə bərabər iki  gözlü kiçik bir evdə qalırdılar. Gözün açıb cəh cəlalda, bəy ailəsində yaşamış Nazlı xanım üçün bu daxal bir məşəqqətələ yarı idi. Dünyanın nanikorluğundan gileylənirdi. 
 - Ah Qənimət ahh... Yetimin atası, kasıbın çörəyi idin. Qardaş dediyin, evini, bağını, süfrəni üzünə açdığın bəyin etibarı bu idimi, ay Qənimət? Belə bir gündə sənin əyalını rəiyyətlə bir yerdə yaşaması nə deməkdir? Heç mi xətrimiz olmamış dostunun yanında? Sənin, mənim o rəiyyətdən nə fərqimiz oldu indi? Mən Nazlı xanımın bir nökərlə nə qonşuluğu ola bilər ki? Mən niyə onlarla bərabər işləməliyəm?Hanı mənim evimin qulluqçuları? Sən bunu onun xanımına, anasına, bacısına, qızəna rəva görərdin heç? İllərlə dar günündə qolundan tutduğun, yükündən cəkdiyin qardaşlıq budurmu? Əminəm ki, belə bir şey onların başına gəlsəydi sən onları evimizin baş ucunda oturdardın... 
    Amma nə etməli, belə həyata alışmalı idilər. İnanırdı ki, adı elatda hörmətlə çəkilən bir bəy nəsili birdən birə belə asnlıqla çökə bilməz. Hələ ki, ara qarışıb məzhəb itib, birazdan dünya düzələcək evli evinə, kəndli kəndinə gedəcək . 
   Nazlının hansı vəziyyətdə, nə şəraitddə yaşadığından əlbəttə ki, Qənimətin xəbəri yox idi. Cünki Qənimət öz könüllü dəstəyilə bərabər Qafqaz türk ordusunda daşnaq və bolşeviklərə qarşı döyüşürdü. Getdiyi aylar ərzində o hələ ki, evinə  gəlməmişdi. Dəfələrlə yaralanmasına baxmayaraq sağaldıqdan sonra təkrar döyüşlərə qalxır, Vətəni yadellilərdən qorumağa can atırdı. Öz torpaqlarını düşməndən azad etmişdilər amma, məmləkətində daş daş üstə qalmamışdı. 
   Yeni hökumət qurulmuşdu, lakin bu höküməti də içdən parçalamağa çalışırdılar. Ruslar,  ermənilər ölkəyə dolmuş, kasıblar ilə bəylər arasında qarşıdurma yaradırdılar. Onlar rəiyətə gözəl gələcək vəd verir. Yeni qurulacaq olan hökümətdə rəiyyətlə bəylərin hüquqlarının bərabər olacaqlarını deyirdilər. Azadlığın nə olduğunu bilməyən avam camaat yeni vədlərə şirnikib kəndlərdə, qəsəbələrdə, şəhərlərdə ağalarına qarşı üsyan qaldırırdılar. Qolçomaq adıyla bəy nəsiliylə savaşırdılar. Bəylərin malları mülkləri əllərindən alınır, özləri də sürgün olunurdular. Menşeviklərlə savaş bitmiş indi də bolşeviklərlə savaş başlamışdı. Qənimətlə bərabər çıyin çıyinə döyüşdüyü Qafqaz türk orusu görəvini  çoxdan başa vurub getmişdilər. Qənmət məmləkətin bəyləri ilə qaçaq həyatı yaşayırdı. Bu dəfə də məqsədi torpaqlarını, ən əsası da nüfuzunu kolxozdan qorumaq balalarını ailəsini yerinə yurduna qaytarmaq idi. Yeni qurulan demokratik hökümət gəldikdən sonra soyadını dəyişib adı vətəndaş olmuş və təkrar ailəsinə, evinə qayıtsa da yenə öz cəbhəsində idi. Bu dəfə də cumhuriyyət əsgəri idi, ruslara qarşı savaşırdı. Sən saydığını say, gör fələk nə sayır. Hardan biləydi ki, düşmən əlindən götürüb qaçdığı öz yuvasındakı ilan onu "vətən xaini" adı altında yeni hökumətə təhvil verəcək.
   Uşaqlıq illərini qaçqınlıq həyatında buraxıb, gənclik illərini Qarabağ torpaqlarında davam eden bu ailənin böyük oğlu Mikayıl dəli dolu, asan kəsən, vurub tutan bir oğlan olsa da el arsında baməzə, zarafatcıl, eyni zamanda qeyrətli oğlan kimi tanınırdı. Qonuşu olduğu atasının ailə dostu Saybalının qardaşı Cümüşüdün böyük qızı Lalaya sevdalanmışdı. (ləhcə tərəziylə keçmiş Qarabağ və ətraf yerlərin ləhcəsində Laləyə Lala deyərmişlər). Evində çörək kəsmiş olduğu bir adamın qızını sevmək ona ağır gəlirdi. Hələ ona bir şey deməsə də her şeyi zamanın axınına buraxmışdı . Gecə gündüz Lalanın həsrətiylə alışıb yansa da çarəsiz vəziyyətdə boynunu büküb qalmışdı. Daha xəbəri yox idi ki, Lalə də bu dəli dolu oğlanın dərdindən sinsi-sinsi alışıb yanır.  
   İkinci oğlu İsmayıl . 
   İsmayıl Mikayıldan fərqli olaraq arıq sısqa bir gənç idi . İçinə qapanıq və bütün günü özü öz aləmində olan biri idi. Kitab əlindən yerə düşməzdi. Bütün günü oxuyar, yazardı. İntahası onun yazdıqlarından heç kim heç nə başa düşmürdü. Çünkü onun oxuyub yazdığı hərflər sağdan sola yox, soldan sağa yazılırdı. Camaatın oxuyb yaza biləcəyi bir yazı deyildi , oxuduqca təmiz türk dilində oxunsa da yazı olaraq nə dilində yazılırdı onu da bilmirdilər. Məmləkəttə İsmayıl kimi yazıb oxuyan çox az adamlar var idi. Onlar da dövlət dairələrindəki mirzələr. Atası Qənimət ərəb və fars dillərini mükəmməl bilirdi . Təmiz türk dilində də danışırdı . Hətta türk qoşunlarına qoşulandan sonra bu dildə də mükəmməl yazıb oxuyurdu . Oğlunun yazdığı isə nə əlifbasıydı onu anlaya bilmirdi. Bir gün onun kitablarını götürüb qəzadakı Mirzənin yanına gəldi. Mirzə onun oxuduğu kitablara baxıb:
- Yuvanda İlan bəsləyirsən haa Qənimət. Xəbərin olsun!-dedi. 

    İlin Novruzu keçdi. Vəziyyət günü gündən pisləşirdi. Hər gün bir şəhərdən, bir əyalətdən qara xəbər gəlirdi, Lənkaran, Qubada qiyam xəbərləri bütün Azərbaycanı silkələmişdi. Bakını ruslar ələ keçirtmişdi. Bir tərəfdən də sərhəddə parcalanmış şəhər bölgüsü, eyni şəhərdə pərən pərən olmuş ailələrin müsibəti ,bir tərəfdən yeni demokratik hökümətin süqutu , ölkənin varının yoxunun talanıb yeni şura hökümətinə verilməsi hər yeri silkələdiyi kimi Qarabağada da təsirsiz keçməmişdi. 
   Ölkədə daxili savaşlar şiddətlənmişdı. Hər yer xain dolu idi. Ağasını yıxıb onun malına sahib olmaq istəyən bəzi nankorlar yeni hökümətin xeyrinə işləyirdi. Bir bəy gətirib yeni hökümətə təhvil verən adamı hökümət  təhvil verdiyi bəyin mallarına onu sədr təyin edirdi. Bəy həyatı yaşamaq istəyən alçaqların sayı günü gündən artırdı. Elindən,obasından didərgin düşmüş Qənimət və onun kimi digər bəy nəsilləri yeni hökümətlə qolçomaq savaşlarına qalxmışdılar. Dədə babadan qalan torpaqlarını, sürülərini yeni hökumətə teslim etmək istəmirdilər. Bu mübarizəyə şəhərlərdə Cümüşüd kimi tacirlər də qoşulmuşdu. Günaşırı dükanlarını talan edən hökümət adamlarına qarşı iç savaşlar başlamışdı. Heç kim dişiylə dırnağıyla qazandıqlarını rus hökumətinə vermək istəmirdi. 
   Bütün bu vəziyyətə hər kəsdən fərqli olaraq sakit tamaşa edən İsmayıl nə olur olsun bu savaşı ruslar qazanacağını deyirdi. İsmayıl evdəki və meydanlardakı çıxışlarında ruslara haqq qazandıraraq yeni hökumətin  bu xalqı avamçılıqdan qurtara biləcəyini israr edirdi. Oğlunun xalqa tərəf yox iqtidara tərəf olduğunu görən Qənimət onu evdən qovmuşdu. Coxdandır oglunun harda olduğundan belə xəbəri yox idi. 
  Qənimət türk ordusundan ayrılandan sonra keçmiş müsavat hökümətin gizli xəfiyyəsinə kecmişdi. Bunu heç kim bilmirdi. Bu gizli bir tapşırıq idi. Harda, necə öləcəyi də bəlli deyildi. Bildiyi bir şey vardi. tək canını, olan qalan malını vətəni yolunda qoymuşdu. Qoy bundan sonrakı nəsil onların yaşadığı acı günləri yaşamasın. Onsuz da bunlar cəkdiklərini çəkmişdilər.
  Özü evdə cox az tapılırdı . İsmayıldan gözü qorxan Qənimət Mikayılı evlendirib evə eşiyə bağlamağa qərar verdi və bu məqsədlə Cümüşüdə ağız açdı. 
   Lalənin Mikayıla nişanlanma xəbəri iki aşiq sevdalıların yanar oduna su səpdi, çox keçmədi ki, Qənimət Nazlının qardaşı hacı Cəbrayılı cağırıb onlara kəbini oxutdurdu.Heyvanlar kəsilib manqallar quruldu, qazanlar asıb, şənliklər başladı. Toyda iştirak edə bilməyən yaşlılara pay- püşk göndərildi. Toy başladı. 
    El adətiylə toyun birinci günü toya təşrif buyurmuş şəhər camaatı yedilər içdilər. Təşkil olunmuş şənliklərdə iplər asıldı, kəndirbazlar öz məharətilərini göstərdi, pəhləvanlar qurşaq tutdu. Mahalı musiqi səsi bürüdü. Telli sazını döşünə sıxan kim, oxuyan kim, oynayan kim... Bu toy elə belə toy deyildi. Mahalın nəsil nəcabətli bir bəyinin oğlununun toyu idi. Uzaq- yaxından saysız hesabsız qonaqları var idi. Yarışlarda gənclər at çapdılar, elin sevdiyi ən gözəl oyunlardan bırı olan papaqqapma oyunu ən cox gənç qızların maraq dairəsi idi . Sevdalı qızlar kimin sevgilisinin birinçi olacağından mərcə girərdilər. Hər kəsin üzü gülürdü. 
   Adətə görə oğlan evinin xanımları toyun birinci gecəsi toplanıb qız evinə xınaya gedər, səhəri gəlini çal çağırla bəy evinə gətirərdilər. Bu dəfə də toy belə davam edirdi. Qadınlar xınadaykən şəhərə hay düşdü . 
   -Şura gəlir ...
   Qənimətı malını varını dövlətə təslim etmədiyinə görə tutub apardılar. Ölkənin bu kasıb vaxtında belə böyük dəbdəbəli toy etmək Qənimətin və ya başqa bəy nəsilin nəyinə yaraşırdı ki? Yeni hökümətin kitabında ölkədə varlı, kasıb söhbəti olmamalıydı, hamı bir qazanıb bir yaşamalıydı . Son zamanlar belə şeylərlə tez tez rastlaşan camaata bu hadisə heç də təcüblü gəlmədi də. Əksinə ağız əyənlər də az deyildi "olacağı bu idi də, Qənimət bəy bilmirdi ki belə səs küylə toy edəndə belə də olacaqdı?" 
   Qənimətın tutulması heç kimdə təəccüb doğururmadı. Təccüblü olan  şey: gələn bu dəstənin içərisində İsmayılın da olması idi. 

           CƏNUBİ AZƏRBAYCAN 

   ... Saybalının səsini eşidən Asya atasının qabağına qaçar, əlindəki səbəti alıb, aldıqları şeyləri yerbəyer edərdi. 12 yaşı vardı. O dövrdə 12 yaşlı qızlar yetkinlik yaşına dolmuş qız sayılırdı. Odur ki, artıq ordan- burdan bu qızın  da adını çəkməyə başlamışdılar. Ərkən evliliyin bəlasını həm özündən, həm Əsmərdən görən Saybalı qızını hələ ərə verməyi düşünmürdü də. Məhəllə qadınları o cümlədən Bəşirin arvadları artıq Asyanın yaşının keçdiyini tez tez Saybalıya xatıladır, biraz da geciksə ya dula qısmət olacağını, ya da kiminsə günüsü olacağını deyirdilər. Bütün bunlar Saybalının vecinə deyildi. 
    Bəşirin Saybalının yemək içməsini hazırlayan arvadlarına etirazından sonra qadınlar ayaqlarını Saybalının evindən kəsmişdilər. Evin bütün yükü Asiyanın üzərinə düşmüşdü. Qardaşı Azər atası ilə bərabər sabah işə gedir, axşam evə dönürdü. Saybalı uşaqlarını yiyəsiz qoymamaq üçün karvan başına Bəşiri qoyub onu mala yollayardı. Özü isə dükanda qalardı. 
   Saybalı bir neçə dəfə lazımı yerə müraciət edərək Azərbaycandan oğlunun və qardaşının vətənə dönməsini tələb etmişdisə də hələ də tələbi cavabsız olaraq qalırdı. Nəhayyət bir gün cavab gəldi ki ,  sərhəddə yalnız görüşə icazə veriləcək. Saybalı buna da şükür edib balaların da götürüb Araz kənarına gəldi. Gəldiyi yolun yorğunluğu və isti canında hal qoymamışdı. Xudafərin körpüsündə iynə atsan yerə düşməzdi. Görüş körpüdə baş tuturdu. Hər ailəyə sadəcə görüşüb danışmaq üçün on dəqiqə vaxt verilirdi. Körpünü iki yerə bölmiş tikanlı məftillər görüşə gəlib elə məftillərdən bir birini qucaqlayan adamları qanına boyamışdı . 
   Əlinə keçəndən pay püşk edib zənbil tutan Saybalı arabasının arxasında oturub qanına bulaşmış camaata baxırdı! Asya əli qoynunda Arazın o tayına boylanır, Azər isə öz  yaşıdlarıyla söhbət edirdi. Birdən Asyanın cingiltili səsi Saybalını yerindən atdı ; 
  - Dədə İbiişşş ! 
Gözü zəifləyib əldən düşmüş Saybalı əlini gözünün üstünə qoyub ha Arazın o tayına boylandıysa da İbrahimi görə bilmədi . Arazın o tayından ailəsini görərək özünü saxlaya bilməyən İbrahim suya baş vurub Arazı keçmək istədi. Aləm bir birinə deydi. Suya atılan atəş camaatın qəzəbinə səbəb oldu. Vay-nöysə ərşə qalxdı. Arazın suları qana boyandı. Körpünün üstündəki tikanlı məftillərdən bir birinə sarılmış ana qız , oğul uşaq , yaşlı cavan elə bir birinə sarılmış olaraq güllələdilər. Asya İbrahimin suya baş vurduğunu görmüşdi. Azər də Asyanın "İbişş, İbiş" - deyib bağırmasına qaçıb gələrək onun barmağıyla göstərdiyi səmtdə suların arasında İbrahimin başını gördü. Deyəsən İbrahim vurulmuşdu. Hərəkətsiz suyun üzərində qalmışdı.
   İbrahimin vurulduğunu görən Cümüşüd sulara baş vurub onu sudan cıxartdı. 
  Başından ağır yaralanmışdı. Güllə ilişib üz sümüyündə qalmışdı. 
  Bu hadisədən bir neçə ay sonra Saybalı Cümüşüdlə məktublaşsa da sonralar bu məktubların da arası kəsildi. Oğlun ağır yaralanması xəbərini Cümüşüdün məktublarından öyrənən ata günü gündən əriyirdi. Dərdinin üstünə dərd gəlmişdi. Bayaqdan oğlunun sağ canının dərdini çəkən ata, indi isə yaralı oğlunun dərdini çəkirdi. Üstəlik də məktubların arası kəsmişdi. Əli əlinə, səsi səsinə yetmirdi balasının. Bir istədiyi şey vardi , kaş kə bir dəfə balasına sarıla biləydi. Dərd belini bükmüş. onu vaxtından əvvəl əldən salmışdı .  
    Əldən ayaqdan düşmüş ata neçə dəfə idi ki, evə gəldiyində Asya onun qabağına qaçmırdı. İçəri girəndə isə Asiyanı ya yatmış görərdi ya da gözü yaşlı. Onun dəyişdiyini hiss edirdi . Asiya əvvəlki kimi şən və xoşbəxt deyildi. Üz- gözündən qüssə yağırdı. Bir müddət Saybalı kişi bunu qardaşının yaralanmasıyla əlaqələndirdi. Qızının başını bağrına basıb ona təsəlli etməkdən başqa çarəsi qalmamışdı. Yox deyəsən  məsələ başqa idi. Saybalı ondan bir dərdi olub olmadığını soruşanda qorxu və həyəcandan böyümüş gözlərini atasından yayındırıb bir bəhanəylə özünü bayıra atırdı. Bülbül kimi cəh cəh vuran qız, indi heyva kimi saralır, gül kimi solurdu. Saybalı uşaq deyildi,hiss edirdi ki, qızı ondan nəsə gizlədir. 
   Günlərin bir günü, səfərdən yeni gəlmiş Bəşir Saybalıya evə gedib bir az dincələcəyini dedi. Aradan biraz keçmiş Bəşirin birinci xanımı əlində yemək içəri girdi. Ərini soruşdu. Azər dayısının evə getdiyini söylədi . 
   -  Boy?Yox evə gəlməyib axı?  
   -  Bilmirəm dayıdostu. Dayım dedi evə gedirəm. Bəlkə Kərbəla Məmişin qızına gedib?- Azər dayısının ikinci xanıma belə deyərdi 
   - Yox ay bala, mən elə indicə onlara gəldim, onlardan da buraya. Yeməyimizi bir yerdə yedik ,bir qab da çəkib getirdim ki, yoldan gəlib yorğundur. Elə onunla bir yerdə yeyesiz. 
   Bütün bu səslərin hamısını  ambardan Saybalı eşidirdi. Ağır ağır ayağa qalxıb dükanı ambarla ikiyə bölən pərdəni açdı. Ağır addımlarla irəliləyib əlini Azərin çiyninə qoydu:
   - Oğul, bala, dükan sənə əmanət ...
   - Hara gedirsən dədə? 
    Saybalı əl atıb biraz əvvəl  kəsib yedikləri qarpızın üstündəki bıcağı götürüb sol əlini yuxarı qaldırıb yellədi. Sanki sağollaşırdı. 
   Səsiz səmirsiz evinə gəldi. Günün günorta cağı həyətin taxta qapısı kilidli idi. Qapını döymək istədisə də fikrindən daşındı. Hasarın uçuq yerinə qoyduğu çırpı kolunu dəyənəklə yana edib,ordan içəri adladı. İçində bir həyəcan, sıxıntı və təlaş dolu bir hiss var idi. Elə bil ki, bu saat xoşagəlməz bir hadisəylə rastlaşacaqdı. Qapının dəstəyindən tutub itələdi. Qapı açılanda rahatlandı. Dodaqları qaçdı. Şükür etdi. Bayaqdan bazardan evə gələnə qədər ağlına yüz fikir gəlmişdi. Alaqapını bağlı görüncə ağlına gələnin başına gələcəyindən qorxurdu. Ayağını soyunub içəri girdi; 
    - Asya, evdəsən qızım? 
  İçərini dinşədi, səs gəlmirdi. Otağın içi boş idi. 
  - Asya? 
  - Burdayam dədə! - evin anbar bölümündən - pərdənin arxasından səs gəlirdi . 
   - Burdayıq yeznə mal götürməyə gəlmişdim, bir top kətan istəyən vardı. Dükana qayıtmağa fürsət olmadı, dedim elə ambardakını aparım. 
   Həyəcandan ürəyi ağzına gəlirdi, pərdənin arxasına keçincə Bəşirlə burun buruna gəldi. Çiyninə bir top parça alıb cıxırdı. Yumuruqlarını düydü. Ağlının dediklərini ürəyi qəbul etmirdi. Heç vaxt belə şey ola bilməz! Ürəyində: 
   -Yatanı da ayıltma Saybalı, bəlkə bir şey yoxdu? Bəlkə ərk eliyib gəlib, axı o bu uşağın dayısıdır! - deyə özünə ürək dirək verib yana çəkildi. Ona yol verdi. Boylanıb ortadan üst üstə yığdığı taxıl kisəsinin arxasında  əsim-əsim əsən qızına baxdı:
  - Nolub qızım, yaxşısan?
   Ətrafına baxdı, qızının donunun altından geydiyi tumanı taxtın ayağına atılmış, donunun üstündən geyindiyi arxalıq taxtın üstündən aşağı sallanırdı. Taxtın örtüsü dağılmışdı. Sanki burda kimsə süpürləşmişdi! Sacı-başı pərişan idi. Hər şey gün kimi ortada idi. Bəşir qızına təcavüz etmişdi. "Ahhh Saybalı ahh... gərək səs salaydın? Niyə səsiz gəlib öz gözünlə görmədin?"  Əlindəki bıcağa baxdı, dönüb bıcağı qapıdan çıxıb gözdən itmiş Bəşirin arxasıyca fırıldatdı :
  - Allah mənim bəlamı versin! - deyib özü özünü söydü - Soxaydın da bıçağı göbəyindən çırıb ağzından cıxaraydın...
   Asya qorxudan bərəlmiş gözlərini qapıya zillədi, həyəcan və havasızlıqdan tərləmiş üzünü və alnını silib atasının yanından keçmək istəyərkən Saybalı onu tutub üzünə baxdı. Qız atasının üzünə baxa bilmirdi. Saybalı onun başın qaldırıb qızının gözlərinə baxmaq istəyirdi. Qız gözlərini ondan qaçırınca Saybalının ürəyini təlaş bürüdü:
   - Üzümə bax, Asya! 
   Atasının hökümlü səsindən qorxan qızın çiyinləri Saybalının əlləri altında tir tir titrəyirdi. Qızının qorxduğunu görən Saybalı səsini mülayimşdirib;
  - Qızım, sakit ol, üzümə bax, nə olub danış, qorxma, eşidirsən? Burda ikimizdən başqa hec kim yoxdur. De görüm o qurumsax sənə sataşdı?Qorxma de! Mən o oğraşdan hər şey gözləyirəm qızım, neylədi sənə de! 
   Atasının əlinin altında olan qız heç bir şey demədən ağlayırdı. 
   - Niyə ağlayırsan gözəl balam? Ağlama. Mən sənin dədənəm qızım, sən dərdini deməsən ...
  -  Dədə , məni bağışla, dədə... Mən özümü ondan gözləyə bilmirəm. Siz evdə olmayanda o gəlir, qorxumdan evdə tək qala bilmirəm. Onlara gedirəm ki, bəlkəm arvadlarının yanında mənə bir şey eləməsin. Gəlib ordan da məni cağırır. Mal götürmək bəhanəsiylə məni bura gətirir. Qorxumdan dayı dostularıma da bir şey deyə bilmirəm ki , məni daşqalaq eliyəcəklər.Dədə, bından sonra qardaşım nə də sən camaat içinə çıxa bilməyəsiz. Dədə, mən biabırçılıqla ölmək istəmirəm nolar. Məni də anam kimi öldürməsinlər- deyib hönkürərək atasının dizlərinə sarıldı. 
   Yer ayağının altından qacdı , durduq yerdə qızı niyə belə şeylər desin ki? Ağlına gələn başına gəlmişdi. Bu dəfə Bequş  Bəşirin güdazına onun öz doğma bacısı qızı gəlmişdi . Asyanın dediklərini qəbul edə bilmirdi , qulaqlarına inanmırdı . Belə şərəfsizliyi heç bir yerə yazmaq, kimsəyə demək mümkün deyildi. 
   -  Nə danışırsan qızım? Deli olmusan? O alcaq sənə ...
  Asya atasının sözün ağzında qoyub həyətə qaçdi ...
   Həmin gün Saybalı hər yeri axtardı, Bəşiri tapa bilmədi. Kimdən soruşdusa Bəşiri gördüm deyən olmadı. Gecə külfət evə toplandı. Qızı gərdəyin arxasına çəkilmişdi. Azər bir neçə dəfə Asyaya səslənsə də Saybalı onu rahatsız etmədi . 
   - Xəstədir bacın, halı yoxdur, rahat burax qızı. 
    Yer tapıb otura bilmirdi. Qalxıb Bəşirin evinə üz tutdu, Qapı pəncərəni dinşədi. Bəşirin səsi küyü gəlmirdi . Eyni həyətin içində olan iki xanımının qapısını da döydü Bəşiri gördüm deyən olmadı. Saybalı onlardan bir top parcanı soruşduğunda balaca oğlu ;
   - Qağam parcanı gətirmişdi , dayı. Mənə verdi, mən də cıxartım evin üstünə. Dedi qoy dursun orada. 
   Saybalı barmağını dişlədi . Demək parca bəhanəymiş o parca adıyla özünü Saybalıdan qurtarıb.Nə olur olsun, Bəşiri tapmalıydı. Hirsindən dili dodağını gəmirirdi 
    Evinə döndü, qaranlıqda alcaq daş hasarın arxasındakı tut ağacında bir kölgə qaralırdı. 
   -O nədi helə?- öz özünə düşündü Yəqin Asya nəsə yuyub asıb.
   Həfif rüzgar əsirdi. Saybalı başını qaldırıb diqqətlə tuta tərəf baxdı 
   - Yox, paltar olsaydı külək tərpədər, bu paltar deyil.Ürəyini həyəcan basdı, dizləri əsdi, tələsib özünü alaqapıdan içəri atdı ...

                *****

    Bu yerə çatanda yeyib bitirmişdik. Süfrə ortalıqda qalmışdı. Ayağa qalxdım. Maraq bir tərəfdən, həyəcan bir tərəfdən məni silkələyırdi. Bu qarışıq həyatın içində Baharın kim olduğunu, necə dünyaya geləcəyini səbirsizliklə gözləyırdim . Ümumiyyətlə Bahar kim idi, həyatını beynimə yazdığım bu romanımın hansı qəhrəmanının qızı idi? Çözməyə çalışırdım, ama bir türlu bu qarışıq, düyün düşmüş həyatı açıb cözə bilmirdim . 
  - Qalxım bir çay qoyum, sən davam et, mən də yavaş yavaş işimi görüm. Qulağım səndədir, danış, eşidirəm...
   Bahar da mənimlə bərabər ayağa qalxdı ...

            ____ 5  _____

     Çayımdan içə içə Baharı dinləyirdim. Gözü balkonumdan uzaqlarda bir nöqtəyə zillənmişdi. Onun gözlərinə baxdıqca ailəsinin dramını sanki bir mavi ekrandan izləyirdim. 
                    *****
     Saybalı özünü hövlank içəri atdı. Qaranlıqda tutdan asılmış qaraltıya sarı gələndə dizləri büküldü, yeriməyə taqəti qalmadı. Sanki boynunun şah damarından tutub sıxdılar, əzdilər, xıncım xıncım etdilər. Əlini ağaca doğru uzadıb inildədi:
    -Oğluuumm !!

    Oğlunun müəmmalı ölümündən 7 il kecmişdi. Həmin gündən Azərin ölümünə dözə bilməyən Saybalı ifliç olmuşdu, dili söz tutmur, sol ayağı və qolu qurumuşdu. Onun hər əziyyətini Asya çəkirdi. Asya 19 yaşına gəlmiş gənc gözəl bir qız olmuşdu. Həyatın hər zərbəsi onu bərkidib daha güçlü bir qız etmişdi. Atasının dükanını  Bəşirin qayını- Banuxatunın qardaşına kirayə vermiş, ordan gələn gəlirlə evin ehtiyyacını ödəyirdi. Asya həyətlərində əkdiyi tərəvəzlərdən bağdakı meyvədən səbəblərə yığar, həftədə bir dəfə bazara aparıb satar, yerinə yeyəcək alıb gətirərdi.Qışda yaşam çox çətinləşdirdi. Dükandan gələn gəlir ancaq oduna və ya kömürə yetirdi. Usanmadan yatalaq atasının altına üstünə baxardı, su qoyub onu çimizdirərdi. Əvvəllər bu  həyat ona ağır gəlsə də Asya atasının bu halına və həyatın acımasızlıqlarına öyrəşmişdi. Daha əvvəlki kimi çətinlik çəkmirdi,bu həyat onun ücün adi bir yaşam tərzinə dönmüşdü artıq. 
    Bəşir o gedən getmişdi , harda olduğu bəlli deyildi. İki arvadı və hər arvaddan olan iki üç uşağı ortalıqda qalmışdı. Qadınlar Bəşirin üzündən düşdüyü bu acımasız həyatla savaşırdılar. Onun bunun evinə, əkininə bir qarın yeməyə gedib işləyirdilər. Asya bu zavallı qadınlarla cox gözəl keçinirdi. Onlarla bacı kimi idi. Qadınlar 19 yaşlı bu gözəl qızı ərə vermək istəsələr də, Asya atasını belə vəziyyətdə qoyub ərə getməyəcəyini söyləmişdi. Sevdalısı var idi, yaxınlıqdakı, zəngin bir bəy oğluyla sevdanamışdılar. Ama onların bu sevdası ürəklərini gizli gizli yandırırdı. Fransaya oxumağa gedən Abdulla Asya olmasaydı heç İrana gəlməyi belə ağlından keçirtmirdi də. Onu vətənə gətirən bir tək Asyanın sevdası idi. 
  Günlərin bir günü bu gizli sevdadan ilk Abdullanın bacısı, sonra isə bütün ailəsi xəbər tutdu. O gündən Asyanın günü göy əskiyə büründü. Mahalda varlı və imkanlı bəy qızları qalmışkən bir bəy oğlunun kasıb və xəstə, keçmiş bir tacirin qızı ilə sevdalanması onlara ağır gəlirdi. Bu barədə həm Abdullanı həm də Asyanı xəbərdar etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişlər. Carə qalmışdı Asyanı ərə verib Abdulladan ayırmağa. O gündən Asyanın elçıləri çoxalsa da bütün planlar nəticəsiz qalmışdı. Asya gələn elçiləri geri qaytarırdı. Bir daha Asyanın adını çəkməsinlər deyə asya haıya sevdiyi olduğunu, adaxlandığını deyirdi. Asyanın bu hərəkətləri Abdullanin ailəsinə tərs gəlirdi. 
  - Bilərəkdən edir. Gözün dikib bəyin mallarına, heç bizdə sənə Abdullaya baxdıracaq göz var? Ay sən öləsən!  İndi sən görərsən gününü. Bezdirib səni bu şəhərdən didərgin salarıq, ağlın başına gələr.
   Asiya Abdullanın ailəsi tərəfindən təqib edilir və harda gəldi təhqir olunurdu. Məhəllənin yeniyetmə uşaqları onun evini daşa basırdılar. Bəzən evinə gəldiyində evinin dağılmış, alt üst olduğunu görürdü. Bulaq başında yeni mövzu açılmışdı. "Asyanın əxlaqsızlığı". Di gəlki Asyanı daşqalaq etməyə əllərində nə sübutları vardı nə də şahidləri. Tanış biliş bu "pozğun" və "əxlaqsız" qızdan üz döndərmişdi. O boyda şəhərdə onunla danışan tək dayısının birinci xanımı Banuxatın idi. O, Asyanı bağrına basar ona ana şəfqəti göstərərdi. Abdulla Fransadan gələndə ona ilk xəbəri də o verərdi. Gözdən iraq bir yerdə onları görüşdürərdi. Abdulla Asiyaya qarşı edilən haqsızlığa əsəbləşib özündən çıxardı. Ona ümüd və təsəlli verərək biraz səbr etməsini deyərdi. Gələn il məktəbini qurtarıb doktor olacaqdı. Ama doktorluğa məmləkətində yox elə Fransada edəcəkdi. O zaman Asyanı da özüylə aparacaqdı. Orda onlar xoşbəxt olacaqdı. Asya buna heç zaman razı olmurdu. Cünkü o Abdullayla qaçsaydı atasına kim baxardı? Atasını kimə tapşırardı. Çarəsiz qalan gənclər taleyin bu acımasız oyununa baş əyməli olmuşdular. Abdulla Asyaya nə qədər can atsa da Asya ondan birdəfəlik ayrılmağa qərar vermişdi. Çünki Abdulla Asyaya görə ailəsinə qarşı çıxdıqca ailəsi daha da azğınlaşır, Abdulla burada olmayanda Asyanı daha çox incidirdilər. Həm də atasının vəziyyəti ortada idi. O ölmədən Abdullaya ümüd vermək istəmirdi. Cox gözəl başa düşürdü ki, atası belə olmasa onlar Fransaya belə getsələr orda da onlara rahatçılıq verməyəcəkdilər. Yox bu sevgi ona bədbəxçilikdən başqa heç nə verməyəcəkdi.

   Uzun illərdən sonra şəhərə hay düşdü. Bəşir gəlib...
  O hadisədən sonra Saybalının qorxusundan Bəşir Bağdada qaçıbmış, orda zəngin bir ərəb taciriylə ortaq dükan açıb işləyirmiş. Sonra orada evlənib ailə uşaq yiyəsi olub. İndi gəlib burdakı ailəsini də yığıb oraya aparmağa.
   Bəşirin xanımlarının qohum əqrabaları yığışıb, məşvərət -  məsləhdən sonra ikinci arvad onunla Bağdada getməyə razılıq verdi. Nə illah etdilər Banuxatın Bəşirlə bir araya gəlmədi. Banuxatın Bəşirin xəbərsiz-ətərsiz, onları ehtiyyac içində qoyub getdiyi üçün onu bağışlaya bilmirdi. 
   Bəşir gəldiyini eşidən Asiya doqqazı və qapıları kilidlədi. Özünü atasıyla bərbər evə dustaq etmişdi. Saybalı canlı bir ölü idi, göz görür, qulaq eşidir, diş çıynəyir. Amma bu həyatda nələr baş verir, nələr yaşanır hiss etmirdi, anlamırdı. Bəzən key key baxır bəzən də, baxışlarıyla nəyisə anlayırmış kimi hiss etdirirdi. Bütün günü yatağında yatar, Asya gündə bir dəfə onu arxasına alıb tutun altına çıxardar onun ücün düzəltdiyi taxta döşək yastıq qoyub atasını ora söykəyərdi. Saybalı tutun altında dincələrkən gözünü qırpmadan Azərin asıldığı budağa baxardı.
   Dörd gündür atasını da evə salıb qapıları bağlamış , heç bir yerə də getmirdi. Evdə su və qida bitmək üzrə idi. Havanın qaralmasını gözləyirdi ki, əl ayaq çəkiləndən sonra bulağa gedib evə su gətirsin. Yaxşı qidalanmadığı üçün Saybalının vəziyyəti də yaxşı deyildı, aclıqdan zarıyır, yemək istədiyini hiss etdirirdi. Bu dörd gündə Banuxatundan başqa onlara gələn də olmamışadı. Bəşirlə aralarında yaşanan hadisələrdən xəbəri olmayan qadın Asyanı dayısı ilə görüşmədiyi üçün qınayır, qızın üzünü danlayırdı . 
   - Nə zamandır gedib, indi gəlib niyə gəlib dayınan görüşmürsən? Bu qədər böyümüsən? Nə pisliyi keçib sənə? 
   - Dayıdostu... 
   - Zəhrimar... Bütün şəhər gəlib görüşdü bir sən gəlmədin. Belə saymamazlıq olmaz. Ayıbde vallah. Görən deyir görən nolub bu dayı bacı qızına. 
    Nə deyəcəyini bilməyən qız atasının vəziyyətinin pis olduğunu, onu tək qoya bilmədiyini bəhanə gətirərək özünü Bəşirlə üz üzə gəlməkdən qoruyurdu . 
   Səhəngini götürüb bulağa endi. Su gətirib sərin sudan doyunca atasına içirtdi. Səbəti götürüb bazara yönəldi. Axşam olduğundan bazar yığışmışdı. Bazarda bir inni cinni yox idi. Sevindi. İstəmirdi ki, kimsə onun bazarda, zibillərin içində tərəvəz seçdiyini görsün. 
   Dükanların qabağında qalaqlanmış zibillərin içindən meyvə tərəvəzlərdən seçib səbətinə yığdı və evə döndü. Həyətdəki ocaq yerində ocaq çatıb qazanı üstünə asdı. Yeməyi üstünə qoyub axıra girdi. Yeganə iki toyuğunun yerindən 1 yumurta götürüb geri dönəndə qapıda qara kölgə gördü. Əvvəlcə kim olduğunu bilmədi. Böyük, cüssəli kölgə ona yaxınlaşdıqca, bədəni süsləşdi,  dizləri, əlləri əsdi. Əlində tutduğu yumurta yerə düşdü. Qorxudan böyümüş gözləri ilə qaranlıqda  özünü müdafiə edəcək bir şey axtardi. Gözünə bir şey dəyməyincə geri geri addımladı. Addımladıqca kölgə ona yaxınlaşır, qapıdan düşən zəif ay işığında ona "sus"  işarəsi verirdi. Asya geri çəkilə çəkilə nəyəsə ilişdi. Daha burdan geri getməyə yolu yox idi. Kölgə onu haqlamışdı. Artıq nəfəs - nəfəsə idilər. Kəskin tütün qoxusundan Asya bu adamın Bəşir olduğunu bildi. 
   -Qurban olum, dayı eləmə. Çıx get, nolar, yazığam get, qurban olum ...
   -Suusss!!! Sakit ... camaatı bura tökmə. Mən gedəcəm onsuzda, sən biabır olarsan.
   Asya qorxu içində səsini qısıb az qala pıçıltıyla :  
  - Nolar dayı, qurban olum, dəymə mənə, başına dönüm dayı, eləmə! Burax gedim. Yazığam ay dayı, məni bədbəxt eləmə 
  - Sakit ol dedim. Sakit ol! Zırıldama, ağılsız qız! Camaatı bura tökmə deyirəm sənə. Keçən dəfəki qaraçılığın qardaşını öldürdü, dədənin xəstə yatalaq saldı, kimə noldu? Olan sənə oldu da... Bu dəfə də qaraçılıq eliyəsən səni daş qalaq eliyəcəklər, ay ağılsız. Sakit olsan, bircə dəfə. Tək bir dəfə... Onsuz da gedəcəm. Kim biləcək? səndən doya bilmirəm itin qızı, xoşuma gəlirsən... 
  - Dayı başına dönüm, yalvarıram... 
   Asyanın nə gözünün yaşı, nə də yalvarışları Bəşirin vecinə deyildi. Gözü dönmüş Asyaya əl üzatmışdı. 
   - İtin balası, xoşun gəlir daş qalaq olub, biyabırçılıqla ölməkdən? Məni boş ver qaçıb gedəcəm. Bəs sən? Dədənə kim baxacaq?Hec ona da yazığın gəlmir?  
   Bəşir danışdıqca qızın donunu yuxarı çəkib əlləri qızın bədənində gəzirdi. Vəhşi eyni zamanda pıçıltılı səsiylə özü özünün ehtirasını cuşa gətirirdi. Asiya özünü ələ alıb onun əlindən qaçmağa calışdı. Ayağı yerdə nəyəsə ilişib büdrədi. Yıxılmamaq üçün əl qol atdı. Əli arxasındakı məhəccə kecdi. Tez özünü cəmləyib ordan hoppanıb bayra qaçmaq istədi. Bəşir cəld tərpənib onu yan tərəfə itələdi. Qız məhəccərin qarşısındakı artırmaya sərildi. Bəşir fürsət edib özünü qızın üstünə atdı ...
   Asya bu dəfə də dayısından qurtula bilmədi. Artırmaya qurumaq üçün sərdiyi otların üstündə heysiz hərəkətsiz qalmışdı. Key kimi donmuşdu. Bütün qüruru, mənliyi, şəxsiyyəti, qadınlığı təhqir olunmuşdu. Dayısından belə şey cox görmüşdü. Amma o zaman uşaq idi. Bəlkə də bunun nə demək olduğunu ağlı kəsmirdi. Amma bu dəfə bütün həyatı alt- üst olmuşdu. Az da olsa ürəyindəki sevgi şamını bu dəfə dayısı özü öz əliylə söndürmüşdü. Asya nəinki, Abdullayla, bir daha heç kimi sevməyəcək, heç kimlə ailə qurmayacaqdı. Abdullaya elə o gün, bu samanlıqda vəda dedi...
   Bəşir özündən razı halda şalvarını cəkib qayışını düzəldərək ayağıyla yerə sərilmiş Asyanı dürtmələdi:
  - Qalx ayağa, mən gələndə dədən gördü deyəsən, get barım nigaran qalmasın. Sakitləşdir onu. Özün də... 
   Cibindən bir topa pul çıxardıb Asyanın üstünə atdı- götür bunu, get özünə bir şeylər al, çim təmizlən. İt iyi verirsən. Gedənə qədər yenə gələcəm... 
             
     ...Ayının gününün içindəydi. Bu sirrı Banuxatundan və Asyadan başaqa heç kim bilmirdi. Asya qarnında dayısının uşağını daşıyırdı. Çarəsiz qalan qız Bəşir getdikdən sonra başına gələnləri Banuxatuna danışmışdı. Orada qaldığı müddətcə dəfələrlə Bəşirin təcavüzünə məruz qalan Asya ən son günündə əlinə keçən dəhrəni dayısına tullamış, dəhrə onun qolunu yaralamışdı. Harda necə yaralandığını soruşan olanda Bəşir :  
   - Saybalının ağaçların budayırdım səkim. Birdən necə oldusa balta sapından çıxıb qolumu götürdü- deyərək özünü sudan quru çıxarmışdı.
   Banuxatun Asyaya inanırdı. Ərinin nə qədər alçaq biri olduğunu yaxşı bilirdi. Hələ kənddə olarkən qardaşı qızına da ağız uzatdığının şahidi olmuşdu . Odur ki, ərinin bəlasına gəlmiş bu yetim, zavallı qızı qorumaq istəyirdi. Axı necə? Belə şeyi necə gizli saxlayacaqdı ki? Deyək ki, hamiləliyini gizlətdi, bəs doğuşunu, bəs uşağını?
   Soraqlayıb bir mamaça tapdi. Bəşirdən qalan olan olmazını satıb kəndə yeni gəlmiş bu köçmən qadına verdi. Bu sirri gizli saxlamaq şərtiylə qadın Asyanın doğumuna kömək edəcəkdir. Qadınla belə razılaşmışdı ki, doğumdan sonra uşağı götürüb özüylə aparacaqdı. Özü də buradan köçüb gedəcəkdi. Bu qərar Asiyaya çətin gəlsə də buna məcbur idi. Cünki belə bir mühitdə bic doğan qadını və bic uşağı yaşatmazdılar. 
   Bəli, gözlənilən an gəlib çatdı . Həmin gün, günün günorta çağı Asyanın sancısı tutmuşdu. Qonşular duyuq düşməməsi üçün səbətini də götürüb Banuxatının yanına gəldi. Evdə, evə yaxın bir yerdə doğuş edə bilməzdi. Səsi hər an eşidilə bilərdi. Aylardır gizləndiyi, gizlətdiyi srrin üstü açıla bilərdi.
    Banuxatın səbətini qoltuğuna vurub pencər yığmaq adıyla Asyanı da götürüb çölə getdi. 
    Biraz əvvəl yağmış yağış əkinin tozunu torpağını yuyub sanki boz rənginə rəng qatmışdı. Günəşin şüasından hər tərəf muncuq kimi parıldayırdı. Başqa zaman Asiya bu gözəlliyə baxsaydı dodaqlarına təbəssüm, üzünə gülüş gələrdi. Ama indi içinə heç bir zaman çəkmədiyi, acı və çox şirin bir sancı dolmuşdu. Nə yağışın yağması, nə günəşin doğmasi vecinə deyildi. 
   Tarlanın ortasında tək ağac vardı. Ağacın altına keçib evdən gətirdikləri örtünü ağaçın altına sərdilər :
   - Sən burda rahatlan mən qaçım arvadı çağırım, gəlim. Qorxma uşaq gəlsə özünü itirmə. Özün uşağı çək, üzüquylu qoy qarnının üstünə. Biz ovaxta qədər yetişərik. Çalış yatma ha. Qan aparar səni.
  - Yaxşı. Get tez gəlin. Çox qorxuram.
  - Qorxma... Mən bu saat gəlirəm.
   Asya öz hayında idi. Ətrafda nələr vardı, nələr yoxdı heç nəyin fərqində deyildi. Taxıllığın arasında görünməmək üçün yerə sərdiyi örtünün üstündə qıvrılır,o baş,bu başa iməkləyirdi. Daha dözümü qalmamışdı. Səbri daralırdı. Banuxatun da gəlib çıxmaq bilmirdi. Sancısı artdıqca qorxusu da coxalırdı. Qıçlarının islandığını hiss edir, bundan daha da qorxurdu. Həyəcandan nə edəcəyini bilmirdi. Yerə uzanıb ətəyinin altından geyindiklərini çətinliklə çəkib çıxartdı. Ağacların arasından süzən Günəşin şüası gözlərini qamaşdırırdı. Səsini içinə salıb inim inim inləyirdi. Dili dodağı qurumuş, yanaqları solmuşdu. 
  - Bir qurtum su, allahım, nolar su... - deyib zar-zar zarıyırdı. Bir anda ağacın budaqları arasından süzən günəşin önünə bir kölgə gəldi. Bir anda üstünə sərinlik düşdü. Sevincək gözlərini açdi. Ayaq ucunda silahlı- yaraqlı bir kişinin dayandığını görüb tez ətəyini dizlərinin üstünə çəkdi. Dikəlib qalxmaq istəsə də bacarmadı. Adam başının üstündə durub heyrətlə onun mərhəm yerinə baxırdı. Asya qollarına, dizlərinə güc verib qalxmaq istədikcə bətnindən nəyinsə sürüşüb düşdüyünü hiss etdi. Adamın böyümüş gözlərindən nəsə təəccüblü bir şey baş verdiyini hiss etdi. Başın qaldırıb qıclarının arasına baxmaq istədi. Ətəyi dizlərini örtmüşdü deyə heçnə görə bilmədi.Elə bu zaman cır körpə səsi qulaqlarını oxşadı. Acizanə və yalvarış dolu baxışla ayaq ucunda dayanmış adama baxdı. Əlini ona uzatdıb qalxması üçün kömək istədi. Adam tez əl ayağa düşüb, üstündəki silah sursatını yerə atdı. Asyanın qarşısında dizlərini yerə qoyub,qadının ətəyini yuxarı çəkdi ...
   Gözünü açanda balasını gollarının üstündə gördü . Yanında heç kim yox idi, Başın qaldırıb sağına soluna baxdı. Heç kimi görmədi. Səbətində gətirdiyi ağ parçaya bükülmüş  körpəyə baxdı. Analıq duyğuları dilə gəldi. Gözləri yaşla doldu . Uşağın örtusunu açıb kötrpəyə baxdı. Oğlu olmuşdu. Asya sevinc və kədər arasında qalmışdı. Axıtdığı göz yaşları nəyi ifadə edirdi, özü də bilmirdi. Birazdan balasını əlindən alacaqdılar, doqquz ay ətini və qanını sümürən bu balasını ondan ayıracaqdılar. Bu gün onun balasıyla, ilk və son görüşü olacaqdı. Bunları düşündükcə dodaqları büzülür, çənəsi əsirdi. Dolmuş gözlərindəki yaşı günəşin şüaları parladıb təkrar gözünə doldururdu. Bu gün ürəyindəkiləri, bütün yaşadıqlarını balasına danışmalıydı. Yoxsa bir daha fürsət olmayacaqdı. Yoxsa bu sirr ürəyinin şah damarını gəmirəcəkdi. Balasının başını qaldırıb dua etdi adını qulağına pıçıldadı. 
   - Adını mən qoydum, oğlum, qoy adın Araz olsun. Ailəmizi parçalayan qan Araz idi, bizi bir yerə toplayan sən Araz ol !
   Asya bütün başlarından keçənləri qolunun üstündə yatan balasının məsum yanaqlarını oxşaya oxşaya ona danışırdı. Sanki balası həyatı başa düşür, onu dinləyirdi.
   Yaxınlıqdan gələn xışıltı və hənirtini eşidib şəkləndi. Başını qaldırıb etrafı dinlədi. Səs arxa tərəfindən gəlirdi. Qurşaqdan aşağısını yerindən tərpədə bilmirdi. Çox sancısı var idi. Balasını köksünə sıxıb bədənini biraz yuxarı qaldırdı. Ürkək baxışlarla geri boylanıb hələ saralmamış taxılların arasından gələn səsin sahibini axtardı.
   - Kim var orada? 
   Artıq hənirti belə yox idi. Sadəcə ətrafda mehdən xışıldayan zəminin səsi gəlirdi. "İnşallah ki, çaqqal qurd deyil, belə isti havalarda çaqqal zad olmaz. Yəqin dovşan zaddır"- deyə düşünüb körpəyə baxdı. Gülümsədi:
  - Səni verən Allaha qurban olum. Səni verən Allah inşallah bizi qurda quşa yem etməz. Uşağının üzündəki məsumluq və nur ana qəlbinin qapılarını tıqqıldadırdı. Barmaqların  balasının zərif, incə üzünə, burnuna sürtüb dünyanın bu kiçik sakininin sevdi. Sevdikcə içinə bir məhəbbət dolurdu, ona daha cox bağlanırdı. Beynində bir fikir dolanırdı :  
  - Verməyəcəm, mənim balam, mən səni heç kimə verməyəcəm!  
  Körpəsi qucağında qımıldandı. Ağladı. Qorxaq baxışla etrafını dinlədi. Birdən yaxında kimsə olar. Balasının səsini eşidər, duyar. Balasın ondan alar deyə qorxurdu. Döşünü çıxarıb balasının dodaqlarına sürtdü. Dodağına dəyən şeyin nə olduğunu bilməyən körpə daha da əsəbləşir daha da qışqırırdı. Asya gülümsəyərək, körpəni xoş dindirərək, səbrlə döşünü balasının ağzına sıxırdı. Döşündən çıxan ilk ağu damlası körpənin ağzını dada gətirdi. Sakitləşdi. Acgözlüklə anasının məməsində İkinci damcını axtarmağa başladı.
   Körpə Asyanın döşünü əmdikcə məmələrinə axıb dolan südün hərarəti döşünün gilələrini yandırırdı. Kürəyindən, qollarından, vücudundan axan damarlarının qanı ürəyinin tellərini tərpədirdi. İçinə qəribə bir hiss, qəribə bir rahatlıq dolmuşdu. Bu nə həyəcan, bu nə hisdir ilahi? Ana olmaq bu qədərmi gözəl duyğudur? Ana olmaq bu qədərmi gözəldir?O bu duyğudan sonra balasından necə ayrılacaqdı?  
   -Ya Rəbbim sən özün balama da, mənə də kömək ol, Allahım !  Heç kim bilməsə də sən bilirsən bizim necə məsum və günahsız olduğumuzu, ya Allah, sən köməksizlərin köməyi olan tək varlıqsan, sən yetimlərin ,  yazıqların ümidüsən. İlahi, bütün  ümidimlə əl atıb ətəyindən tururam,əl məndən ətək səndən. Bizi bu müşkül vəziyyətdən özün çıxar, məni balamdan ayırma Allah! Sən özün bizə bir yol göstər, hər şeyin səbəbkarı sənsən . Balamdan ayrılmamaq üçün mənə bir işarət, bir səbəb yolla!- deyə göylərə baxaraq  hönkürdü. Gözlərinin yaşı bulaq olub boğazından aşağı süzürdü. Hələ tam saralmamış yaşıl sünbüllərin arasında gizlənib bütün olanları seyr edib, dinləyən Qulamın qadının bu yalvarışlardan sonra ürəyinin başına od düşdü. 
   - Bəlkə məni Allah sənə yollayıb, ay binəva! Bəlkə sən səbəb və işarət dediyin o möcüzə mənəm? 
  Bir bəy ailəsini öldürərək kəndlərini və camaatı bəy zülmündən qurtarmağa çalışan Qulam, bəyin adamlarına və hökümətə yaxalanmamaq üçün məkanın dəyşməyə məcbur qalmışdı. Elə bu məqsədlə gecələr yol gedib gündüzlər orda burda gizlənə gizlənə gəlib buraya çıxmışdı. Gündüz olduğu  üçün şəhərdən kənar həmin bu tarlada axşamın düşməsini gözlərkən, qarşısına tanımadığı bir dünya gözəli, yetim və çarəsiz bir qadın çıxmışdı. Bəlkə Allah Qulamı bu qadının çarəsizliyinə səbəb kimi yolunu bu zəmindən salmışdı? Gündüzləri taxıllıqlarda və xarabalıqlarda gizlənib, gecələri yoluna davam edən Qulam bu dəfə məkan tutduğu bu taxıllıqda çarəsiz qadına elə bu səbəbdən rast gətirmişdi? 
  Qulam bu zavallı qadının doğuşuna kömək edib körpəsinin göbəyini kəsmiş, balasını onun qucağına verib özü isə kənara çəkililərək bütün hadisələri kənardan müşahidə edirdi. Cavan qadının danışdıqlarından, yalvarışlarından bağrının başı şan şan olmuşdu. Əyalətin zülmünə, ədalətsizliyinə qarşı çıxan Qulamın bir də öz bacısı qızına təcavüz edən belə binamus dayılara, əmilərə qarşı içində bir vulkan püskürürməyə başlamışdı. Bu nə həyatdır Allah? Əyalət bu gedişlə hara gedir?
  Biraz aralıdan gələn qadın səsləri Qulamın yerini dəyişməyə məcbir etdi. Sünbüllərin arasından əyilərək ordan uzaqlaşdı. 
    Banuxatın və qadın gələndə Asya döşü balasının ağzında yuxuya getmişdi. Ehmalca körpəni qucağına alıb qadına verəndə Asya oyandı. Balasını qadının qucağında görəndə dəliyə döndü . 
   - Ver, mənim balamı verr !  
   - Sakit ol Asiya, qızım, sakit ol!  Qışqırma, Eşidən olar! 
  - Yox dayıdostu, mən Arazımı heç kimə vermirəm, ver mənim balamı özüm saxlayacam, elə burdan da balamı götürüb gedəcəm, şəhərə dönməyəcəm. Söz verirəm. Məni balamdan ayırmayın nolar qurban olum, ayırmayın. 
   Asyanın bütün yalvarışlarına baxmayaraq Banuxaumla gələn qadın uşağı götürüb gedir. Ağır və köməksiz doğuş edən Asya güç bəla yerindən qalxıb, oğlunu aparan qadının arxasınca sürünürdi. Süründükcə Asyanın qıçları arasından axanqan yerdə incə xətt salırdı ...

     Nəçə gün idi ölüm qalım savaşı verdi Asya. Axır ki, kəfəni yırtıb çıxdı. Banuxatun uşağı aparan həmin qadının köməkliyiylə Asyanı evlərinə gətirib, özünün hazırladığı məlhəmlərlə ona köməklik etdi. Üç gündən sonra Asya özünə gələrkən ilk dilinə gələn kəlimə "oğlum" oldu. Banuxatunun məsləhətiylə qadın Asyanın gözünə görünmədən ortadan itib batdı. 
   Doğuşdan sonra ilk dəfəydi ki , ayağa qalxırdı.Gözləri qaraldı, başı gicəlləndi.Yatağında oturub biraz özünə gəldi, həm doğuş , həm açlıq qızı əldən salmışdı. Digər otaqdan içəri düşən çırağın zəif işığında gözü otağını gəzdi. Necə qoyub getmişdi ev elə də dururdu. Evin pəncərəsindən bayıra boylandı. Göyün üzü tər təmiz idi. Amma nə ay, nə də ulduzlar görünmürdü. Zülmət aləmi bürümüşdü. Ehmalca qalxıb divarlardan tuta tuta taxcaya yaxınlaşdı. Başı üstündə durmurdu. Qranlıqda heç nə görə bilmirdi. Özünü taxcaya catdırıb taxçadakı nənəsinin köhnə, paslanış və qaralmış cehiz cırağını yandırdı. Çırağı götürüb qapıya yaxınlaşıb o biri otağa boylandı. Atası yatağında uzanmışdı. Banuxatun atasının yanına su və yemək qoymuşdu. Sanki atasının eli qolu vardı ki, götürüb yeyə də biləydi. Çırağı pəncərənin önünə qoyub atasına yaxınlaşdı. Atasına yemək yedirtdi. Özü də atasının yeməyindən bir şeylər atışdırdı. Dizlərini yerə qoyub, özünü atasının qucağına atdı. Atasının çiyinlərindən tutub hönkürdü. 
  -Məni bağışla dədə, sən mənim üzümdən bu hala düşdün, məni bağışla nolar. Amma mənimki də bura qədərmiş, mən daha yaşaya bilmərəm. Məni bu həyata bağlayan bir oğlum vardı. Onu da məndən ayırdılar. Ayrılıq bizim alnımıza yazılıb. Əvvəl anam, sonra qardaşlarım, indi də oğlum...deyəsən  biz elə ömrümüzün axırına qədər biz bizə qalacağıq. Yox dədə, yox... Daha yaşaya bilmərəm. Mənim sonum yoxdur dədə. Daha dözə bilmirəm. Daha bu yükü çəkə bilmirəm mən! Məni bağışla !   
    Atasının gözlərinin ucunda yaşlar gilələnmişdi. Əyilmiş dodaqları səyirirdi. Atasının bu halına dözə bilməyən Asya atasının gözlərindən öpüb: 
  - Haqqını halal et dədə. Mən də sənə neyləmişəm halal halal xoşun olsun. Səni Allaha əmanət edirəm.  Bundan sonra Allah necə məsləhət bilir, elə də etsin - deyərək ayğa qalxdı. Sol əliylə qarnını tutub divarlardan tutaraq qapıdan cıxdı. Pəyəyə girib oradan bir ip götürüb tutun altına gəldi ...

                  ********

   Baharın danışdığı bu dəhşətli hadisəni daha dinləməyə halım qalmamışdı. Zavallı Asyanın yaşadıqları gözlərimin qarşısında canlandıqca boğazım quruyur, məni soyuq tər basırd... 

                   ___6___

   Bahar halımın yaxşı olmadığını görüb söhbəti kəsmək istəsə də əlimlə ona "davam et" işarəsi verib qrafindən su töküb qurtumladım. Bahar bu vəziyyətdə söhbəti necə davam edəcəyini bilmirdi. Asyanın yaşadıqlarından heyrətə gəldiyimi görüb bu dəfə söhbəti İbrahimə fırladı. 
                        *****

         ŞİMALİ AZƏRBAYCAN 

    Asya Arazın o tayında yatalaq atayla mücadilə edərkən, İbrahim də bu tayda ölüm qalım savaşında idi. Üzünü yaralayan mərmi hələ də sümüyünə ilişib qalmışdı. Yarası sağalmaq bilmirdi. Cümüşüd üzv olduğu təşkilatların əliylə onu Tiflisə ,  ordan Petrbuğa göndərdi . Petrbuqda üzündən mərmi çıxarılsa da yarasının sağalmaması İbrahimdə qorxulu bir xəstəliyin olduğunun göstəricisi idi. Petrbuqdan onu Moskvaya yolladılar. İbrahimə hələ o zamanlar cox nadir tanınan şəkər diyaqnozu qoyuldu . 
   Nəhayyət uzun sürən xəstəxana həyatından sonra İbrahim evinə qayıtdı. Bu uzun müddətdə burada çox şey dəyişmişdi . Əmisi Cümüşüd və Qənimət kişi represiya qurbanı  olmuşdu. Qənimət edam olunmuş Cümüşüd isə Sibrə sürgün edilmişdi.
    Ölkədə vəziyyət həqiqətən acınacaqlı və gərgin idi. Az qala ağzını açıb "mən türkəm" deyən hər kəsi həbs edirdilər. Xalg sürgün qorxusundan kim olduğunu  danırdı. Yeni hökümət türkün düşmanı idi. Hətta Azərbaycanda yaşayan türk əsillilərin kimliyini dəyişib ora coğrafi məkanın adına uyğun milliyyəti "azərbaycanlı" olaraq yazmışdılar. Yeni hökümətin pıs niyyəti özünü biruzə verirdi. Represiyayla türkcülüyü aradan qaldırmağa calışırdılar. Ölkənin onsuz da az olan savadlı nəslini bir bir ortadan qaldırır, onları müdafiə edənləri gizli-gizli məhv edirdilər.
     Gümşündün xanımını bir müddət sıxma-boğmaya saldıqdan sonra həbs etdilər. Həbsxana həyatı yaşayan qadın bir müddət sonra azad olundu. Bir şərtlə. Yeni hökumətə əfiyyəlik edəcəkdi və o bunu gizli saxlayacaqdı. Düzdür qadın azad oldu, lakin evinə getmədi. Dövlət ona vəzifə verildi,onu oxumağa göndərdi. Nədənsə İsmayıl da,Cümşüdün xanımı da vəzifəyə gəldikdən sonra İbrahim və Qənimətin ailəsi ilə əlaqələri kəsmişdi. Sanki bu ailə onların ailəsi deyildi. Sanki rus höküməti bunları doğub böyütmüşdü. Onlar atalarından,  qardaşlarından  cavabdeh belə deyildilər. Represiya dövrü bitdikdən sonra İsmayıl da, Cümşüdün xanımı da ailəsinin yanına qayıdıb, özlərinə bəraət qazandıraq belə lazım olduğunu söyləmişdilər. Hətta həmin dövrlərdə İsmayıl gizlicə evə gəlib evdə kim var, kim yox hamının sənədlərini almaq istəmiş, onlara yeni hökümət pasportu verəcəyini vəd etmişdi. 
  -Başa düşmürsüz ee. Artıq. Zaman o zaman deyil, qadanız alım. İndi başqa zamandır. Sizin dövrünüz bitib, ay nənə, yeni dövür başlayıb. Sizin bəy nəsili olduğunuz bilinməməsi lazımdır, başa düşürsüz. Bu hökümət bəy ağa düşmanı, kəndlinin, fəhlənin dostudur. Qəbul etməlisiz, alışmalısız bu hökümətin qanunlarına. Alışmasaz burnunuz sürtünəcək. Camaat necə, siz də elə. Şəxsiyyət vəsiqəsini dəyişməsəz türk adıyla hamınızı içəri dolduracaqlar. Sora İsmayıl demədi deməyin.
  - Türkük, də kim olduğumuzu danacağıq? 
  - Əşi bilirik də, bilirik, sənə kim deyirki dan, danma. Amma sənətdə türk yerinə azərbaycanlı yazılacaq. Yerimizin, məmləkətimizin adıyla bağlı, kim soruşsa "azərbaycanlıyam" deyəcəksiz. Vəsaalam. Onsuz da hamı başa düşəcək ki, Azərbaycanlılar türklərdir. 
    İsmayıl nə qədər onları başa salmağa calışsa da heç kim sənədlərini ona vermirdi. İsmayılın dönük olması ilə qınayanda İsmayıl onlara başa salırdı ki, o da, Cümüşüdün arvadı da bu yolu seçməsəydilər, onlar da tutulub ya gülələnəcəkdilər, ya da Sibrə sürgün olunacaqdılar.
   Qənimət və Cümüşüd tutulduqdan sonra iki ailənin bütün qadınları və uşaqları tək Mikayılın üstündə qalmışdı . Yazıq Mikayıl sabah gedib axşam gəlir, bənnalıq edirdi. Elə yorğun olurdu ki, bəzən ağzına bir loxma çörək belə apara bilmirdi. İbrahim Moskvadan qayıtdıqdan sonra dağılıb xaraba qalmış dükanı yır yığış edib birdəfəmlik bağladı.Daha ticarət edəcək halı yox idi. Onsuz da yeni hökümət tacirlərin dükanlarına, mallarına əl goymüş dövlətin balansına keçirmişdi. Tacirlər indi dükançı olmuş, dövlətdən maaş alırdılar. Odur ki,onsuz da kecirdiyi ağır əməliyyatlardan sonraki piskolojik vəziyyəti ilə bağlı artıq belə bir işdə işləyə bilməyəcəyini  başa düşüb özünə yeni bir məslək seçməyi planladı. Mikayılılın məsləhəti ilə qoşulub bennalıq elədi.
  İbrahimin evi ayrı olsa da yemək içməyini Mikayılın evində əmisi uşaqları ilə bərabər idi. Cümüşüd sürgünə gedəndən Cümüşüdün uşaqlarına Mıkayıl sahib çıxmışdı. Elə bunun üçün də Lalə bütün həyatını Mikayıla qurban verərdi.
   İbrahim ayrı yaşasa da qazançını əmisi qızlarına xərcləyirdi. Onlardan başqa axı kimi vardi ki? Cümüşüdün qızları ona bacı əvəzi idilər.
   Həm Qənimət kişinin ailəsi, həm Çümüşüdün beş qız bir oğlan övladının yükü Mikayılın çıynlərində qalmışdı. Eşidəndə ki, Cümüşüdün arvadı altı uşağını atıb Bakıya gedib dəliyə döndü.
   - Belə ana olar? Ana övladı necə ata bilər axı? - deyə qınaq çəksə də, içində özü özünü danladı. 
   - Sənin anan 3 uşağı atıb yad kişiylə necə qacdı? Arada ölümmü var idi? Əgər məcbur qaçırmışdılarsa niyə qayıtmadı? Axı 3 balası vardı. O anaydı ölümünə də olardı, qayıtmalıydı... 
    İlk dəfə Bakıya gəlmişdi. Axtarıb əmisi arvadını tapdı. Ayaqlarına düşüb, uşaqlarına sahib cıxması üçün ona yalvardı. Lakin qadın ağlayaraq bunun mümkün olmayacağını dedi.
  -Mən bir vətən xaininin uşaqlarına ana ola bilmərəm. 
  - Axı əmim nə xainlik edib?Günahı nədir? 
  - Müsavatçı olmaq, türklərə kömək etmək... 
   -Çox gülməli danışırsan bibi. Sən türk deyilsən?Əmim türk deyil? 
   - Başa düşmürsən? Sən bildin mən əminin ucbatından içəridə nələr yaşadım? Məni nələrə zorladılar? Yoxsa elə bilirsən aparıb o dörd divar arasında qaymaq, bal verdilər, quyruq kababı yedirirdilər? Öz nəcisimi, yedirirdilər mənə, öz sidiyimi içirdilər. Heç bilirsən məni kimlər zorladı, nəyə məcbur etdilər, nəyə təslim etdilər? 
   -Axı bu qədər çəkdiklərinin qarşısında 6 balanı atmalı deyildin sən... 
   - Atmasaydım mən bu gün burada olmazdım.
-Dəydimi? 
   - Dəydi İbrahim, dəydi. Mən o murdarçılıqda nələr yaşadım bilmirsən. Allaha yalvarırdım alsın canımı, əzraildə məndən üz çevirmişdi. Mənə gözəl gələcək vəd etdilər, al ərini də uşaqlarını di get yaşa dedilər. Getdim əminlə görüşdüm. Gəl bu həyatı bərabər yaşayaq dedim, təslim ol, onlara lazım olan adamları de, məlumatları ver, çıxaq azadlığa. Getdi burnunun dikinə. Mən şəhid olub gedəcəm, mənim xalqım mənim uşaqlarıma sahib çıxacaq. Hanı, noldu? Kim sahib çıxdı onun uşaqlarına, ya mənə? Müsavat sahib çıxdı mənə ya Sovet höküməti? Dəydimi bir yuvanı dərbədər etməyə? Hökümətlə hökümətlik etmək olar? Di getsin cürüsün sürgünlərdə... Hanı indi dursun da o türk, o müsavat arxamda. Durmur axı. Mən cəhənnəm uçaqlara niyə sahib çıxmadı? 
 -Barım sən gəl də,gəl uşaqlarına sahib çıx da bibi. 6 bala qalıb ortalıqda, böyük qızın Lalanın və onun əri Mikayılın umuduna
  - Tək başına mən 6 uşaqla, köməksiz dayaqsız neyləyəcəm? Elə bilirsən qurtarmışam bu zibildən? Elə bilirsən o uşaqların gələcəyi var? Bir atanını qara damğası hər zaman onların alnında olacaq. Nə iş tapacaqlar, nə gələcək həyat...  Mən bundan sonrakı həyatımı da bir xainin uşaqları üçün iztirablara ata bilmərəm. Bağışla. Bir daha bunun üçün mənim yanıma gəlmə. Mən sənin əminin arvadı deyiləm daha. Ailəli qadınam. Mənim də öz yuvam var. 
  Bu qadına qarşı İbrahim ürəyində o qədər kin və nifrət yığmışdı ki. Qadın o qədər etinasız,o qədər özündən razı idi ki, beş yetişkin qızlarını və 2 yaşlı oğlunun taleyi bu qadını bir damcı da maraqlandırmırdı. Hələ hər şey bir yana, eşidəndə ki, vəzifədə olan bir erməni dığasına ərə gedib az qalsın elə ordaca onu öz əlləriylə boğacaqdı. Bakıdan suyu süzülmüş geri dönüb emisii uşaqlarını bağrına basdı. Bu bədbəxt və talesiz uşaqların gününə hönkürə hönkürə ağladı. Başqa çarəsi qalmamışdı, başqa yolu da yox idi. Əmisi uşaqlarının ibrahimdən başqa heç kimi yox idi. Onsuz da Mikayılın dərdi, qayğısı başından aşır. Lalə evli qadın, özünə görə külfətdir. Bu yük İbrahimin çiynindədir. Əmisi qızlarını ortada qoymağı qeyrətinə sığışdıra bilmirdi. Beləliklə İbrahim cümüşüdün evinə köçərək əmisi qızlarını başına yığdı, onlara sahib çıxdı. 
   Bakıdan gələndən sonra, İbrahım izlənildiyini hiss edirdi. Özünü o yerə qoymurdu. Axı dövlətə verəcək varı yox, dövləti yox. Axı İbrahim niyə izlənsin ki? Olsa olsa bu ancaq o xain  qadının və onun erməni sevgilisinin işi olar. Çünki o qadının yanından ayrılanda ibrahım onları təhqir edərək ayrılmışdı.
   Bəli, gecənin birində İbrahimin evini basdılar. Olan olmazların yığıb yığışdırıb, evlərində nə qədər qiymətli əşya varsa dövlət müsadirə edib götürdü. Bir neçə gündən sonra təkrar gəldilər bir şey tapmayınca, üçünçü dəfə gəldiler. Bu dəfə gələnlərin içində o qadın da vardı. Özü öz əliylə həyətdəki incilin altını qazdırdı. Ordan bir küpə çıxartdı. Küpə yarıya qədər yağ dolu idi , yarıdan aşağısında isə qızıl var idi. Qızılları alıb İbrahimi də həbs etdilər, 8 ay həbsxana həyatından sonra bu qızılların İbrahimlə heç bir əlaqəsinin olmadığı sübuta yetirildi və azad olundu. Qızıllar Cümüşüdün imiş. 
   İbrahim həbsdən geri dönəndə evdə  2 yaşlı Əlinı görmədi. Hökumət Əlini götürüb aparmış, onu uşaq evinə yerləşdirmişdi. 
   İbrahim artıq  burda yaşaya bilməyəcəyini görüb ordan köçməyi planlaşdırdı. Çünkü orda qaldığı müddətcə hökümət orqanlarının və camaatın nəzəri üstündə olacaqdı. Addım başı bir xainə rast gəlirdi. Hər yer namərd dolu,dost deyib kürəyindən vuranların sayı hesabı yox idi. Odur ki, qızları da götürüb Ağstafaya gəldi. Bir zamanlar ticarətlə məşğul olduğu zaman vəziyyətin hər gün pisləşdiyini görüb əlində ovcunda olanı Nikolay puluna çevirib evinin bünövrəsində basdırmışdı. Ağstafaya gələrkən gecəylə saxladığı qızıl və pulları da götürdü. Pullar bir işə yaramırdı.Yeni hökümət pullarıda dəyişmişdi. Ağstafa kənarında xaraba bir evə yığışdılar. Qızlarla birləşib bu evi səliqəyə saldılar. İbrahim həbsxanada Ağstafalı bir oğlanla tanış olmuşdu. Canlara dəyən oğlan idi. Onun da atası babası represiya qurbanı idi . Elə ona səbəb buraya köç etmişdi qardaş bilib gəlmişdi. Oturub məsləhətləşdilər. Belə qərara gəldilər ki, ibrahimin yerləşdiyi bu evi yandırsınlar və şəhərə gələrək hökümətə müraciət etsinlər, hökümtdən sığınacaq, iş istəsinlər. Axı bu hökümət kasıbların hökümətidir.
    Beləliklə  dostunun dediyi kimi edib hökümətdən sığınacaq və iş istədilər. Dövlət onlardan kimlik - pasport istəyincə sənədlərini evdə yandığını deyərək hökümətdən başqa ad soyadda sənəd aldılar. Adlar və soyadlar tamami ilə dəyişmişdi . Bir tək ibrahimin adı İbrahim olaraq qalmışdı. 
  Vəziyyətləri xeyli yaxşılaşmışdı. Dövlət onlara yaxşı baxırdı. Qızlar və özü kalxozda işləyir həm də oxuyurdular. Özüylə gətirdiyi qızıllar da bir işə yaramırdı . Çünkü bu hökümətdə varlı kasıb söhbəti yox idı.Hamı eyni bərabər hüquqa malık idi. Ama bu hökümət nə qədər kasıbın dostu olsa da İbrahim bu hökümətlə barışa bilmirdi. O tayda qalmış ailəsindən heç cür xəbər tuta bilmirdi. Ölüblərmı, qalıblarmı, başlarına nə gəlib - heç bir məlumatı yox idi.
    Yeni hökümət ibrahimi ağlatmaq üçün qurulmuşdu. İlk başda ailəsi ilə ayırdı, indi də əmisi ilə. Doğmasının doğmaları ilə baş başa qalmışdı.Həyatını, gəncliyini onlara vermışdı.Özü öz həyatını yaşaya bilmirdi.Yaşı keçırdı.Başı açılıb yuvasını qura bilmirdi. Qızların da vaxtı gəlib çatmışdı. İbrahimin boynunda ağır məsuliyyət var idi. Həm qardaş kimi qeyrət keşikcısi olmuşdu həm ata kimi düşmən çəpari... Qardaş kimi bacı qoruyurdu, ata kimi cehiz yığırdı. 
   Bir tərəfdən də İrandakı vəziyyətin gərginliyini eşidəndə  burdakı həyatlarına şükür edirdi. Çox istəyirdi ki , ailəsini ordakı zülmdən qaçırıb buraya gətirsin. Təssüf ki, əlindən gələn bir iş yox idi. Bu mümkün deyildi . 
   Günlərin bir günü Mikayıl ilə Lalə Qarabağdan onlara qonaq gələndə İbrahimə bir məktub gətirdilər. Məktub Bağdaddan, üzünü görüb tanımadığı dayısı Bəşirdən gəlmişdi. Cox qısa bir şey yazmışdı: O, SSR-ə ailəsinə qovuşmaq üçün dövlətə təslim olması barədə müraciət etmişdi. Guya ki, o Azərbaycandan Bağdada qaçan bəy ailələrindən biri imiş. Vətənindən ayrı yaşaya bilmədiyi üçün geri dönmək istəyirmiş. Ailəsi Qarabağda yaşadığını deyib.Bəşirin müraciətinin həqiqət olduğunu təsdiqləməsi üçün, qohum kimi Cümüşüd ilə İbrahim ona dəvət (viza) göndərməliymiş.əlbəttə bu vəziyyətdə Cümüşüd həbsdə olduğu üçün bu məsuliyyət İbrahimin boynuna düşürdü. Bundan başqa məktubda Bəşir onlara üstü örtülü başa salıb ki , bu barədə onun yalanın cıxarmasınlar, onu müdafiə etsinlər. Əgər Bəşir şimala keçə bilərsə Saybalı və İbrahimin bacı qardaşını da Azərbaycana gətirməsi üçün əlindən gələcəyinə söz verirdi. Bundan gözəl xəbər olmazdı. Bu fürsət İbrahim üçün göydən düşmə idi. 
   Lalədən balaca bacının toyu olacaqdı.cümüşüdün ikinci qızı ibrahimin həbsxanada dostlaşdığı həmin bu ağstafalı oğlanla evlenirdi. Qarabağdan bütün ailə toplanıb toy üçün gəlmişdi. Təbii ki gələn qonaqların içində Mikayılın da ailəsi vardı. Ulduz da onların içindəydi.
   İbrahimin oğrun baxışları qızdan rəng alıb, rəng verirdi. Elə bil məhəllədə keci kimi atılıb düşən o dəcəl qızı ilk dəfəydi görürdü İbrahim. Ordan buraya gəldiyi uzun vaxt deyildi də heç. Yanı Ulduz o qədər böyüməmiş, o qədər də dəyişməmişdi. Bəs İbrahimin gözündə Ulduz niyə belə cazibədar, onun ağlını başından alacaq bir qız olmuşdu, onu da bilmirdi. Bir onu bilirdi ki, İbrahimin gözündə Ulduz elə həqiqi əlçatmaz ulduz olmuşdu. 
   Yeni hökümətin qanunlarına görə bütün sovet sosialist Respublikası vətəndaşları oxumalı idi. Əvvəllər atasının dəstəyiylə Tağıyevin açdığı qız məktəbində təhsil alan Ulduz, bu dəfə tibb bacısı kursuna girmiş orda tibb bacılığı və fledşerlik oxuyurdu. Bəlkə də məktəb həyatı bu qızın şıltaqlığının üstünə pərdə çəkirdi. Ulduz ağır başlı, yetişkin qız olmuşdu artıq. Qızın gözəlliyi İbrahimiə gənc, dəliqanlı oğlan olmağını, yaşının kecdiyi, evlənmə zamanının çoxdan çatdığını ona xatırladırdı. Ürəyi ilk dəfəydi ki, belə həyəcanla çırpınırdı. Bu hisslər nə idi bilmirdi, bir onu bilirdi ki, o, xoş və dadına doyulmaz bir duyğu yaşayırdı. Zəmanəsinin və ailəsinin problemlərindən sevginin nə olduğunu bilməyən İbrahimin ürəyinə odlar düşmüşdü. Qıza bir könüldən min könülə aşiq olmuşdu. Özü- öz həyatına baxmağı unutmuş İbrahim bu qızla evlənəcəyini qərara aldı və bu barədə Laləyə fikirlərini dedi. Lalənin də ürəyindən bələ bir fikir keçirdi . Odur ki, bu iş çox ləngimədən İbrahimlə Ulduzun evlənməsi ilə nəticələndi. Bu evlilikdən onların 3 oğlu 2 qızı oldu. Bir də bu ailədə bir qız doğulmuş və səhərisi bir tuvaletə atılmışdı. Ulduzun bu atılmış qızı sizcə kim olsa yaxşıdı? Bizim bu bədbəxt qəhrəmanımız Bahar... 

   Artıq bir müddət sonra Bəşir Azərbaycana keçmişdi. O, Azərbaycanda "qalan mallarını və sərvətini" dövlətə təhvil verərək yeni hökümətdən vətəndaşlıq istəmişdi. Bəs bu sərvət onun əlinə hardan keçmişdi? Şura höküməti yeni qurulan vaxtlar, qolcomaq davaları zamanı ölkəni tərk etmiş bəy ailəsindən biri Bağdadda yerləşmiş , orda Bəşirlə möhkəm dost olmuşdu. Bu bəyzadədən öz xeyri naminə o ki, var istifadə edən Bəşir əl altından bəydən özünə lazım olan məlumatı toplayaraq, Azərbaycan da gizlətdiyi sərvətin yerini öyrənmişdi. Bəşir onu arxayın salmışdı ki, qızılların yerini söyləsə Azərbaycanda qalan bacısı oğlu İbrahimin vasitəsi ilə, onun qızıllarını gizli yollarla bu tərəfə keçirib ona təslim edəcəkdi. Bəy ilk tərəddüt etmiş , sonra Bəşirlə razılaşıb gələrkən gizlətdiyi qızıll və qiymətli əşyaların yerini ona demişdi. Bütün bunların qarşılığında Bəşir ondan sənədini istəmiş və o taya keçməsi üçün ona kömək etməsini xahiş etmişdi. Bəy  Bəşirin "sən öl" - ünü kişi sözü bilərək pasportunu ona verir və  Bəşirin Azərbaycana keçməsi üçün lazımı yerlərə müraciət edir. Bəşir mühacir bəy kimi vətənə keçməsi üçen öz adından yeni hökümətə məktub yollayır.
   Budur, gözlədikləri zaman gəldi. Bir neçə vaxt sonra Bəşir mühacir bəy kimi Moskvada idi. Moskvada bir müddət nəzarətdə qaldıqdan, sonra  "mühacir Adilxan bəyi ", yəni Bəşiri Azərbaycana göndərəcəkdilər və ordaki malları müsadirə ediləcəkdilər. Moskvada müvəqqəti nəzarətdə və sınanması üçün bəzi tapşırıqlarla yaşasa da Bəşir arzusuna çatmışdı. O buradakı  həyatından çox məmun idi. Orda İran vı İraqdakı kimi çadralı qadınlar yox idi. Geyim sərbəst, qadınların üzü gülür, dik və təbəssümlü baxışlarla kişilərin gözlərinin içinə baxır, hətta onlarla zarafatlaşa bilirdilər. Burada qadınlar sərbəstdir, oların qadınları kimi, heç nədən utanıb çəkinmirlər, kişilərlə bir məclisdə otururlar. Yeyib ,içib , rəqs edir, əylənirdilər. Əlbəttə ki, bu həyat onun istədiyi həyat idi . Gözü cadralı qadınlardan yorulmuşdu Bəşirin. Öz arvadlarından da bu qadınlar kimi sərbəstlik görməmişdi. Elə bilirdi orada həyat dediyi şey qaranlıq dünyadan ibarət idi. İndi başqa aləmə, başqa dünyaya düşmüşdü. Orada yaşadığı həyatına baxırdı - bir evin altında iki arvad bir birini qısqanır, hər gün dava qırğın, küsülülər, naz əda... Bəşir onların arasında qalırdı. Burda isə qısqanclıq yox idi. Hətta rus və erməni qızları onu eyni yataqda bir yorğan altında paylaşa bilirdilər. Ona da belə əhli- keyf həyat lazım deyilmiydi? Hara getdi hardan gəldi, nə iş gördü heç kim ondan haqq hesab etməsini istəmirdi. 
   Verilən tapşırıqları layiqincə yerinə yetirən Bəşir dövlətin etibar və etiqadını qazandıqdan sonra Azərbaycana gəldi. Həmin bəyin malikanəsini öz malı kimi,dövlətə təhvil verdi. Müsadirə olunmuş həmin malikanə sonralar məktəb binası kimi fəaliyyət göstərməyə başladı. Bəşirin tapşırığı ilə bəyin öz əli ilə gizlətdiyi qızıl və qiymətli əşyaları İbrahim tapıb ortaya çıxardı. Qızılların və qiymətli əşyaların bir hissəsini Bəşirin tapşırığı ilə etibarlı yerdə gizlədib bir hissəsini dövlətə təslim etdi. Beləliklə Bəşir sovet hökumətini qəbul etmiş bəy kimi Azərbaycanda hamıya nümunə göstəriləcək sıravı bir vətəndaş olaraq vətənə "döndü".  Tanımadığı məmləkətdə kəndlilər və kasıb xalq tərəfindən sevilərək rəğbətlə qarşılandı. Cox keçmədi "milləti, vətəni üçün" etdiyi fədakarlıqla yana  böyük şöhrətə sahib oldu.
    Bəşir ibrahimi axtarıb tapsada onun  buradakı həyat tərzi onu qane etmədiyindən onunla bərabər qalmadı. İbrahimin gizlətdiyi qızılları gizli gizli pula çevirib  burada ibrahimin və Mikayılın vasitəsiylə tanış olduğu İsmayılın əliylə  Qarabağda yeni salınmış erməni qəsəbələrinin birində kolxoz sədri belə seçilmişdi. 
   Beləliklə Bəşirin Azərbaycanda yalan- dolanla qurduğu taxt tacında hökmüranlığı başladı. Bəli, Bəşir istədiyi həyata qovuşmuşdu. Erməni axçikləri ilə istədiyi keyfi çəkə bilirdi. İstədiyi adamı özünə qul edib , istədiyi adamı aradan qaldıra bilirdi. Dövlətin qoyun quzusu , malı sərvəti onun əlində idi, pulu və etibarı var idi. Özü kimilərlə yoldaşlığı işinə yarayırdı. Yuxarılara əli girişdi. Qaranlıq işlərinin üstü ört bastır edilirdi. Hökumət ona etibar edirdi. İstədiyi qadını, qızı əldə etmək üçün dövlətin malını onlara peşkəş edə bilirdi. Mahalda da pul hesabına tanınıb seçilmiş kişi kimi ad qazanmışdı. Bəşir erməni tərəfdarı idi. Bölgədə yaşayan Azərbaycanlılara gün verib işıq vermirdi. Bir qəsəbədə erməni ilə Azerbaycanlı arasına seçkilik salan Bəşiri dəfələrlə şikayət edən xalqın şikayəti cavabsız qalınca, məcburən taleləriylə barışmalı olmuşdular. O bölgədə axtarsan bir iki azərbaycanlını təkəm-seyrək vəzifə başında görə bilərdin. Onlar da Bəşirin tərəftarlari idi.  Demək olar ki rayonu ermənilər idarə edirdi . Rəiyyət özü öz yurdunda erməniyə kölə olmuşdu. 
  Uzun ayrılıqdan sonra bu qürbət eldə dayısına qovuşan İbrahim Bəşirdən ailəsini soruşduqda Bəşir olanların haqqında İbrahimə öz işinə gələcək şəkilə nəql etmişdi . Guya Əsməri başqa kişiylə qaçdığına görə atası onu axtarıb tapmış, onu kənddə zina etdiyinə görə daşqalaq edib öldürmüşdülər. Bacısı Asya da anasının yolundaymış, atası və qardaşı Azər onu evdə və samanlıqda başqa başqa  kişilərlə zina edərkən görübmüş. Bacısının daşqalaq olmasını gözüylə görüb dözə bilməyəcəyini anlayan Azər özünü asıbmış. Atası isə bu dərdə dözməyib ürəyi partlayıb ölübmüş. Bacısı qızının əxlaqsızlığından cana doyan Bəşir, qeyrətə dolaraq Asyanı özü öz əliylə bogub öldürübmüş. Bütün bu hadisələrdən sonra Bəşir tutulacağından qorxaraq, ailə uşağını atıb Bağdada qaçıbmış. Bəşir Əsmərin və Asiyanın ucbatından yuvasını dağıtdığı, ailəsindən uşağından ayrı düşdüyünü deyərək İbrahimi xəcalət soxurdu. Onu minnətdə qoyurdu.
    Bütün bunları dayısından eşidən, onsuz da gözünün qabağında qacırılan anasına uşaqlıqdan kin düyan İbrahimin ürəyində qadınlara qarşı daha da nifrət toxumu səpilirdi. Həddindən artıq qısqanclıq yaranmışdı onda. Bəşir gələndən çox dəyişmişdi. Evləndikdən sonra Ulduza və əmisi qızlarına mənəvi zülüm verirdi. Onların danışdıqları, görüşdüklərini adamlara, gedib gəldiyi yerlərə şübhəylə yanaşırdı. Elə bilirdi ki, bu qadınlar onun arxasından iş çevirir, gizlincə əxlaqsızlıq edirdilər. Hələ bu azmış kimi tək həyatında olan qadınlara deyil, çevrəsində olan qadınlara belə şübhə edirdi. Beyni pozulmuşdu. İbrahimin qısa müddətdə belə dəyişməyi ailədə narazılığa səbəb olmuşdu. Qızlar İbrahimin üstünə gəlir, onu özünə gəlməyə səsləyirdilər. İbrahim özü də əziyyət çəkirdi. Bəzən özünü danlayır bu vəziyyətdən çıxış yolu axtarırdı. Lakin, beyninə girən şübhələr buna imkan vermirdi. O qadın deyilən məxluqatı başa düşə bilmirdi. Anasından sonra yuvalarını dağıdıb atasının və qardaşının ölümünə səbəb olan Asyaya, 5 uşagını ortalıqda qoyub rahatlığı üçün vəzifəyə və erməniyə qacan Cümüşüdün  timsalındakı yaxşı yaman bütün qadınlara da ürəyində nifrət bəsləyirdi. Elə bilirdi ki bütün qadınlar hamısı belədir. Yazıq Ulduzu ev dustağı etmişdi. Nə işləməyə qoyurdu nə çölə bayra. Ölkənin savadlı bir nəsilə ehtiyyacı olduğu bu dönəmdə Ulduzun əlində gül kimi sənəti ola ola ərinin qısqanclığı ucbatından heç kimə bir fayda verə bilmirdi. 
   İbrahim qaraqabaq biri olmuşdu. Uzun müddət uşaqlarının olmaması da İbrahimi bir tərəfdən qorxuzurdu. Elə bilirdi ki , Uduz ana olmaq üçün bir gün ona xəyanət edəcək... 

        CƏNUBİ AZƏRBAYCAN 

    Asya ipi götürüb tutun altına gəldi və ipi tutdan asdı. Canının ağrısından qan tərə batmışdı. Ayaq üstə durmağa halı yox idi. Etrafa baxdi evin yanında gözü bir kötüyə dəydi. Qarnını tuta tuta kötüyü sürüyüb tutun altına gətirmək istədi. Lakin buna gücü catmadı, başqa zaman olsaydı bu kötüyü bir cöp kimi atıb tutardı. Ama bu doğuş onu yarımcan etmişdi. Kötüyün üstünə çöküb, ağrıdan burulan qarnını qucaqladı. Dərindən nəfəs aldı. Başını qaldırıb tutdan asdığı ipə, sonra dönüb daxmalarına baxdı. İki həyat arasında qalmışdı. Bir tərəfdən atasının, bir tərəfdən özünün carəsizliyi onu üzürdü . Daha yaşaya bilmirdi. Hər şeyini itirmişdi, mənliyini, qürurunu ,  sevdiyini, ailəsini, canından can ayırdığı övladını... 
   Başını əlləri arasına alıb səssizcə ağlayırdı. Bu saat ən çox istədiyi şey ölüm idi. Ölüm başının üstündən asdığı ipdə idi, tam bir addımlığında. Fəqət ona da əli çatmırdı. İçi ümüdlə dolu idi. Bəlkələr onu gələcəyə səsləyirdi. Qapıdan içəridə yer yatağından nigaran nigaran gah ona, gah tuta baxan atasına baxdıqca ürəyi şan şan olurdu. 
  - Məni bağışla dədə, bacara bilmirəm, yaşaya bilmirəm. Mənim yaşayışımın axırı yoxdur - deyib ayağa qalxdı. Gedib qapını çəkmək istədi. Qardaşının ölümünü gözləri ilə görən ataya bir də öz ölümü ilə əziyyət vermək istəmədi. Bu zaman gözü  biraz aralıda bir kölgəyə dəydi. Kölgə evin arxasına keçdi. Təlaşlandı. Qorxu içində divara söykənmiş yabanı götürüb evin arxasına gəldi . 
   -  Kimsən ? 
 Kölgə cavab vermədi, qaranlıqda  ağacların arasında yoxa cıxdı .
  - Eeyyy, kimsən? Ortaya cıx!  
  Ətrafı dinşədi, heç bir şey nə görmədi, nə də bir hənirti hiss etmədi. 
   -Zahyam, yəqin qara basır məni -deyə düşündü. Bu fikirdən ürəyi toxtaqlıq tapdı. Bildiyi duaları pıçıldaya pıçıldaya təkrar kötüyün yanına gəldi. Kötüyü çətinliklə tutun altına çəkib üstündə oturdu. Qarnını qucaqladı. Qarnından acımasız sancı qopmuşdu. Fikiri qəti idi. O bu gecə ölməliydi. Başının üstündəki əcəl onu gözləyirdi. Elə bilirdi biraz geciksə bu arzusunu bir daha həyata keçirə bilməyəcəkdi. 
   Biraz dincəlib kötüyün üstünə çıxdı. İpi boynuna asmaq istədi ama ip yerində yox idi . 
   -Bismillah ... - deyib  təcüüb və qorxu içində ətrafa boylandi. Təkrar yuxarı baxdı. Həqiqətən də ip yerində yox idi. 
  - Booyy,  bismillah bu ip necə oldu? Bismillah, bismillah, bismillah, yoxsa məni həqiqətən qara basır? Yoxsa burda cin var, hal var? 
   Ürpəndi , kötüyün üstündə oturub əlini yaxasına çəkdi. Əli üstündəki sancağa deyəndə təsəlli tapdı .
   - Yox hal məni aparmaz, cin də dəyməz, üstümdə sancaq var, cin, hal sancaqdan qorxar. Bəs bu ip hara yoxa çıxdı? 
  Qalxıb yenə bildiyi duaları oxuya oxuya pəyəyə keçdi. Başqa bir ip götürüb Tutun altına gəldi. 
   - Allah sən özün mənə kömək elə, məni bu həyatdan qurtar- deyib İpi tutdan asdı. Kötüyün üstünə çıxıb ipi boğazına keçirtdi. Dua edib kelmeyi şəhadətin oxudu. Özünü toparlayıb, ərtafına baxdı. Gözü aralı qapıdan atasına sataşdı, atası narahat idi... 
  - Ay Allah, bəs qapını örtəcəkdim axı... Ehh... Huş da qalmayıb vallah. Əşii cəhənnəm. Aşağı düşsəm bir də bura çıxa bilməyəcəm. Onsuz da məndən sonra onun yaşamasının nə mənası var ki, qurban olum Allaha. Allah günahımdan keçsin. Allah köməyi olsun dədəmin. Allah bundan artıq çəkdirməsin. Ya Allah. Mənə cəsarət ver, bu işin sonuna çatım. Əşədü ənnə iləhə illəllah... 
    Elə bu vaxt evin arxasından uşaq səsi gəldi. 
   - La iləhə illəllah... La iləhə illəllah, la iləhə illəllah... Bismillah... Lənət sənə kor şeytan... 
   Qulaqların şəklədi, səs gələn yerə diqqət kəsildi. Bəli biraz aralıda uşaq ağlayırdı. İpi boynundan çıxarıb səs gələn tərəfə qaçdı. Evin arxasında bir kişi kölgəsi, qucağında da çağa vardı. Qaranlıqda onsuzda üzü bağlı olan kişinin sifəti görünmürdü. 
   - Balam!!! Ver mənim balamı, qurban olum ver... Əlini uzadıb ona tərəf getdi.Amma Asya ona yaxınlaşdıqca adam geri - geri çəkilirdi. 
   - Bismillah- deyib ayaq saxladı. Diqqətlə kölgəyə baxdı:
   - Hə vallah, bu haldır insan cildində uşağımı mənə göstərir. Özü də geri çəkilir ki ,mən onun arxasıyca gedim. O məni aldadıb çay kenarına çəkəcək, ciyərlərimi suya verib yeyəcək. Bismillah, Bismillah- deyərək ayaq saxladı .
   -Geri dön Asya ! Onun arxasınca getmə! - deyərək nas və Ayetilkürsül oxuya oxuya evə girdi. Qorxu və təlaşla atasına baxdı. Atası narahat idi, gözlərini Asiyadan çəkmirdi, dodaqları əsirdi. Asya atasına yaxınlaşıb onun yanında diz çökdü. Çarəsizcə atasına baxdı, boynunu bükdü. Atasının baxışlarında qorxu və həyəcan getmiş, onun yerini sevinc tutmuşdu. Atası sevinirdi, lakin Asya buna təssüf edirdi. Atasını qucaqlayıb ağladı : 
   - Bacarmadım, dədə, mən bunu bacarmadım. Kaş öləydim, ölə bilmədim dədə, beynim qazan kimi qaynayır, nehrə kimi çalxalanır. Nə edəcəyimi bilmirəm dədə. Nolar dil aç danış, mənə bir yol göstər, qurban olum dədə! Başına dönüm ay dədə heç olmasa indi bir işə yara. Nolar ay Allah möcüzəni göstər. İndən sonra mən necə yaşayacam ay dədə. Bir onu bilirəm ki , mən də yaşaya yaşaya ölmüşəm,sənin  kimi, sən ürəyindən parçalanmısan yataqlara düşmüsən. Mən hərtərəfli parçalanmışam. Bizim bir fərqimiz var sən yerdə nəfəs alıb verirsən . Mən isə ayaqüstü, yeriyib gəzən, gözə görünən ruham , ölüyəm - deyib atasını öpdü. Atasının yanına qısıldı. Hönkürə hönkürə ağladı, içini boşaltdı. Sancılan doğranan qarnını əlləri ilə qucaqlayıb, başını atasının dizinə qoydu, yuxuya getdi ...

                          ******

    Bu dəfə qapının zəngi Baharla  söhbətimizi yarım qoydu. Evin külfəti yavaş yavaş evə yığışdırdı. Külfətin evə döndüyünü görən Bahar ayaqlanmağa başlamışdı.
  -Ama, hər şey yarımçıq qaldı bu əhvalatı tamamlamadın- onu buraxmaq istəmirdim. 
  - Olsun canım. Bu bir günlə bitən hekayə deyil axı. Hələ danışılacaq cox şey var. Bu gün səninlə burda son günümüz olsa da, görüşməsek də telefonla davam edəcəyik. Yoxsa bezdirdim səni? 
   - Yox aa nə bezdirməsi. Biran öncə bu hekayənin sonuna çıxmaq istəyirəm. 
  - Elə isə mənə icazə...
   - icazə sənin... Buyurun.
   - Evində çörək kəsdim , yedik içdik . Haqqını halal et bacı. 
   - Halal xoşun olsun. Yenə gözləyirəm, buyur gəl, nə zaman istərsən, nə zaman Ankaraya yolun düşərsə. Hollandiyada nə zaman qayıdırsan. Bəlkə yenəgörüşəkk? 
  - İki gün sonra qayıdacam. Biletimi almışam. Çox istərdim təkrar görüşməyimə. Amma yavaş yavaş hazırlaşmalıyam. Gəlmişkən bir iki şey də almalıyam, qohumlarla da görüşməliyəm. 
  - Lap yaxşı. Allah yolunu açıq etsin... Hə heç soruşmadım ee... Bəs burda neçə gündür harda qalırdın? Kimə qonaq gəlmisən? Elə bilirəm ailəniz, qohumlarımız Azərbaycandadır axı? 
  -  Yoox, burda da qohumlarımız var. Bellə deyək də, Asyanın və Beşirin oğlu... Onun evindəyəm...
  -  Həə, demək o uşaq yaşayır? 
  - Yaşayır. 
  -Bəs o buraya necə gəlib çıxıb? 
   -Səbr elə ay bacı, danışacam hamısını bir bir. Amma indi getməliyəm. Di xudahagiz Şadlıqlarda görüşək...

                   ____ 7____

     Bahar getdikdən sonra onun danışdıqları beynimdə dövr edirdi. Suallar beynimi sağa dartır, sola dartır, aşağı yuxarı çək çevir edirdi. O yanımda olanda sözünü kəsməmək üçün ona verə bilmədiyim sullar indi  beynimdə dolaşırdı. Görəsən Asiya balasına qovuşdumu? Asyanın doğumuna köməklik edən o qacaq sonra hara getdi, Asyanın gözünə görünən o qarabasmalar nə idi? Onun gözünə görünən doğurdan da cinlər idi? Axı necə ola bilər ki, 5 uşaqdan sonra Ulduz İbrahimə xəyanət edər, qeyri qanuni uşağı ola bilər ki ? Bu hekayənin içində beynimdəki suallara anında cavab tapmaq istəyirdim, fəqət, bu suallara tələsik cavab axtarınca Baharın diqqətini mövzudan yayındıracağımdan qorxurdum.Odur ki, dillənmirdim, istəyirdim hər şey ardıcıl və öz axarında getsin. Mesajlarda belə heç nə yazmırdım, soruşmurdum ona. Arada bir telefonuma uzun mesajlar gəlir, onları kopyalayıb notlarıma alırdım. Günün sonunda məni maraqlandıran sualları verirdim ona... 

                 TƏBRİZ

    Qolunun üstündə nəyinsə tərpəndiyini hiss etdi. Yuxulu və yorğun olduğundan gözün açıb baxmadı heç. Qolunun üstündəki o şeyin pişik olduğunu zənn edən Asya yorğun halda qolunu qaldırıb pişiyi yanından qovmaq istədisə də ağırlıqdan və sabitlikdən bunun pişik olmadığını başa düşdü. Başın döndərib qolundakı canlıya baxdı. Çırağın zəif işığında qolundakı şeyin qundaqda bir körpə olduğunu gördüyündə gözlərinə inanmadı. 
 -Bismillah,deyəsən yenə şeytan məni aldadır, ay Allah köməyimdə dur! - deyib salavat gətirdi. Yox, yox... Bu nə yuxu idi, nə qarabasma. Ehmalca dönüb atasına baxdı. Atası yatmamışdı. Həyəcan və sevinc, biraz da qorxu içərisində  pəncərəyə baxırdı. Yuxulu yuxulu atasının baxdığı istiqamətə döndü. Pəncərənin qabağındaki kətildə oturmuş kölgə ona "sus"  işarəsi verdi. Yox bu qarabasma deyildi. Həqiqət idi.  Qolunun üstündəki də öz körpəsi idi. 
   Qorxu və həyəcanla balasın bağrına basıb onu narahat etməmək üçün ehtiyatla ayağa qalxdı. Bir gözü balasında bir gözü kölgədə irəli addımladı. Tanımadığı və ilk dəfə gördüyü bu 34-35 yaşlarında kişi ayağa qalxıb təkrar ona "sus" işarəsi verərək o biri otağa geçdi və ordan Asyaya gəl işarəsi verdi. Asya caşqınlıq və qorxu içərisində gözləri ilə onu izləyirdi. Qorxusundan dilini tərpədib kim olduğunu belə soruşa bilmirdi. 
   Adamın onun evində belə rahat və sərbəst gəzməsi Asyanı çaşdırsa da özündən asılı olmayaraq bir gözü atasında ayaqları bu qara libaslı üzü qapalı kölgənin arxasınca gedirdi. Belə bir zamanda atasına nə qədər ehtiyacı olduğunu bilməzdi bu zavallı qız. Atasının səsi, bir hənirtisi hər şeyə bədəl idi. Təssüf ki, indi nə atası bu qorxunu dəf edə bilirdi, nə ayağa qalxıb bu naməlum kölgənin kim olduğunu sora bilirdi. Ürkək və qorxaq addımlarla adamın arxasıyca yan otağa keçən Asya ürəklənib hökmlü bir səslə səsini ucaltdi:
   - Ey insan, bir dur, dayan!  Bir de görüm sən kimsən?- deyə soruşdu,verdiyi sualı adam onun ağzında qoydu. Üzündəki örtünü açdı. Adam ona tanış gəldi amma bu hayda beynini qurdalayıb adamın kim olduğunu çıxaracağı halda deyildi. Qarayanız enli sifətli bu kobud adam Asyanı ilk baxışdan qorxuzmuşdu. Qara şəvə saqqalı bu adamı daha da kobud və vahiməli görsədirdi. Qorxu içində balasını bağrına basıb bir addım geri çəkildi. Adam onun qorxduğunu hiss edib əliylə ona "sakit" işarəsi verdi. Qaba və çox ciddi görünən sifətinə incə bir təbəssüm qatıb pıçıldadı:
  -Allahın sənə və oğluna göndərdiyi xilaskaram, qorxma, dost kimi qəbul elə düşmən deyiləm, Allahın yaratdığı bir bəndəyəm... - deyib körpəyə baxdı. Uşaq halsız halda Asyanın qolları arasında qımıldanırdı - gəl hələ uşağının qarnın doyuzdur, sonra... körpə açından heydən düşüb... 
   Adam bir iki addım atıb Asyanın qənşərində dayandı. Uzun qaba barmağını körpənin yanağına toxundurub  mehribanlıqla gülümsədi və sanki barmaqları ilə körpəni incidəcəyindən qorxub tezcənək də əlini geri çəkib , özünü toparladı. Asyaya baxdı, başıyla bayırı göstərib:  
  - Bəbəni yedirt , sonra gələrsən, çöldəyəm, gözləyirəm, danışacaqlarım var! - deyib qapıdan cıxdı. Qucağında inildəyən körpəsini bağrına basıb adamın dalıyca boylandı. Adam atasına yaxınlaşıb onun əlini sıxdı:
  -Narahat olma ağsaqqal, dost adamam, düşmən deyiləm, mənə e'tibar edə bilərsən.  Məndən sizə ziyan gəlməz. İnan mənə - deyib qapıya yönəldi. Çırağın işığında gözlərinin yaşı parlayaraq Saybalı nigaran nigaran yad adamın arxasınca baxırdı. 
   Asya tələsik başındakı örtünü düzəldib atasının yanına gəldi.  Atasının qolun açıb balasını kişinin qoluna yatırdı. Gözündən axan yaşlar, içindəki səsin qarşısını almışdı. Atasına nə deyəcəyini, bu olanların açıqlamasını atasına necə verəcəyini bilmirdi. İçində qəribə hiss vardı. Əmin idi, balasını ona gətirən adam ona düşmənlik edə bilməzdi. Sevinc və həyəcan dolu göz yaşları Asyanın gözlərindən axdıqca Saybalının da dodaqları əsirdi. Başı hərəkətsiz qalsa da gözünü döndərib qolunun üstündəki körpəyə baxırdı. Uşaq ağlamaga başlamışdı. Asya atasını öpüb başın sığalladı. 
   - Bağışla dədə, tanış ol, bu mənim oğlum Arazdır... 
   Sözünün davamını gətirə bilmədi . Səsi titrədi . 
   -Mənimlə sənin qayınının oğludur bu günahsız ... 
   Hıcqırıqlar onu boğdu. Saybalının gözləri az qala həqədəsindən çıxacaqdı. Asyanın atasının gözlərinə baxmağa təhamülü qalmadı.
   - Hə dədə. Həyat belədir, bəzən biz istəyərək, bəzən də  istəməyərək günah işlədirik. Amma inan mənə, bu uşağın dünyaya gəlməsində Allah da bilir ki, mənim  zərrə qədər günahım yoxdur, mən məsumam  Qayının məni dəfələrlə zorladı. Uşaqlığımı, gəncliyimi zəbt etdi, məni özününküləşdirdi, istismar etdi... 
   Asya boğazına toplanmış qəhərli güclə udub balasına baxdı - hə dədə o alçaq məni zorlandığını Azər də gördü, dözə bilmədi bu dərdə. Gücü çatmadı o şərəfsiz. Canına qıydı. Canın qurtardı. Ama mən... Mən özümə heç nə edə bilmədim. Nə özümü qoruya bilmədim ondan, nə özünü öldürüb qurtara bilmədim. Buna mənim iradə çatmadı dədə. Bu  da nəticə...  Bir günahsızın günahsızı dünyaya gəldi... 
   Ağlaya ağlaya körpəsini atasının qucağından alıb yan otağa keçdi. Başının kələyağasını üzünə qədər çəkib sankı  körpənı kalayağının altında gizlətdi. Yer yatağına oturub, üzünü divara çevirdi. Süddən şişib daşan döşünü çıxarıb balasının dodaqlarına sürdü. Hələ ana döşünün nə olduğunu anlamayan körpə südü damlayan məməni almağa çətinlik çəkirdi. Asya da körpəsini əmdirmək üçün səbrsizlənirdi. Təcrübəsiz ana uşağını döşünə necə yatıracağını belə bilmirdi. Uşaq çığırır, ağzına gedən südün dagını hiss edincə kiriyir, acgözlüklə ağzını anasının döşündən qaçırdıqca təkrar əsəbləşib  ağlayırdı. Ana ilə oğulun məcrasından həzz alan adam pəncərə qarşısında var-gəl edir, nigaran nigaran içəri boylanırdı. 
   Nəhayət Asya çətinliklə də olsa balasın emdirə bildi. Körpənin keyfi durulmuş, mışıl mışıl yatırdı. Asya körpəni yatağa yatırıb uşağın bələyini açdı. Əli qolu azadlığa çıxan körpə şirin şirin gərnəşdi. Asyayla bərabər pəncərədən boylanan adamın da üzündə təbəssüm oyandı. Heyranlıqla ana ilə oğulu süzürdü. Asya körpəsinə elə dalmışdı ki, bayırdakı adamı belə unutmuşdu. Adam da onlara mane olmaq istəmirdi. Böyründən asdığı tütündən  müştüyünə basıb pəncərədən uzaqlaşdı. 
   Asya sandıgını açıb ordakı parcalardan çıxarıb, səliqə ilə kəsdi. Axşamdan güyümdə qalmış ilıq sudan gətirib körpəni yuyub, təmizlədi. Uşağı öpüb qoxladı. Bütün bunları qapı arasından Saybalı gözləriylə izləyirdi. Əlində əlac olsaydı, yerindən qalxa bilsəydi, qalxıb ikisini də bağrına basardı. Saybalı iflic idi. Danışa bilmirdi. Eşidirdi, hiss edirdi. Duyğuları var idi, lakin təpki verə bilmirdi. 
   Asya yatağında oynaqlayan bu zəif, çəlimsiz uşağı sevib qoxladıqca bəxtsiz taleyinə də ağlayırdı. Uşağı bələyib, özü də yanına uzandı. Gözləri balasının üz cizgilərində gəzdikcə çöldə onu gözləyən adamı xatırladı. Pəncərəyə boylandı. Biraz aralıda, qaranlıqda siqaret közərirdi... Qalxıb getmək istədi, lakin balasından doymayan Asya yenə körpəsinə daldı. Uşağın məsum üzünə diqqətlə baxdi . Qaranlıqda üzü aydın görünməyən balasının üzünün hər cizgisini yadında saxlamaq istəyirdi sanki. Körpəsiylə  böyük adamlar kimi danışırdı. Uşaq hər qımıldanıb səs cıxardıqca onu köksünə çəkib döşünü ağzına verirdi.
   Gecədən keçirdi. Uşaq yatmış, Asya hələ də onu heyranlıqla seyredirdi. Bayırdakı adam arada pəncərəyə yaxınlaşır amma balasına doya bilməyən ananı ondan ayırmağa qıymırdı. 
   Danışmalıydılar, gecənin bu cağında görən olsa da, səhv də olsa, düz də olsa danışmalıydı. Bu uşaq burda qalmamalıdır. Qulam hələ də həyətdə aşağı yuxarı var-gəl edir, Asyanı gözləyirdi.
  Uzaqlardan dan yeri sökülürdü. Asya içəridə körpəsinə dalarkən Qulam çöldə onlara qarovul çəkirdi. Aşağı yuxarı gəzməkdən ayaqları şişmiş, yuxusuzluqdan gözləri toranlaşırdı Çox gec idi, getməliydi. Məhəllələrdə xoruzlar ağız-ağıza vermişdilər. Şəhər məscidində  müəzzinin həlim və ruhu oxşayan səsi etrafa yayılmışdı. Evlərdə təkəm- seyrək zəif işıqlar közərməyə başlamışdı. Camaat namaza hazırlaşırdı. Şəhər oyanırırdı. Səhər açılırdı, lakin, Qulam Asyayla danışmağa fürsət tapa bilməmişdi. Asya balasının yanında yuxuya getmişdi 
   Qulam pəncərəyə yaxınlaşdı, ehtiyatla pəncərənin taxtasını taqqıldadıb Asyanı oyatdı:
  -  İşin qurtardısa uşağı ver gedim! 
 - Niyə? Sən kimsən? Mən uşağımı sənə niyə verməliyəm ? 
  - Verməlisən! Verməsən uşağını yenə o qaraçıya verəcəklər. Əyər bu körpəni özün öz əlinlə o qaraçıya verməsən balanı da səni də öldürəcəklər. Bunu bilirsən də. Yaxşısı budur ver mənə uşağı. Qorxma məndən sizə ziyan gəlməz . 
   -Qoy öldürsünlər. Onsuz da mən onsuz yaşaya bilmərəm. 
  -  Bilirəm . 
  - Onda çıx get, mən balamı tanımadığım adama etibar eliyə bilmərəm 
  -Dayını ki, tanıyırdın. Görürsən nə etibarlı çıxdı...
  - Sən kimsən axı? - Asyanın ürəyi əsdi. 
  - Dedim axı sənin və bu balaca kişinin ənin xilaskarıyam. 
   - İnsanların xilaskarı Allahdır. Sən özünü Allah sayısan? 
  - Əstəğfullah. Səbəbi salan da Allahdır . O çöldə doğum edərkən  Allah səsini eşidib , üzünə baxdı. Həmin vaxt məni sənə yetimış olmasın? Əgər o gün mən orda olmasaydım, sən o taxıllıqda indi can vermişdin. Mən orda olmasaydım o qaraçının izinə düşüb bu balanı sənə kim gətirəcəkdir? İki gündür ac qalan balan bu gün də, sabah da ac qalacaqdı. Acından öləcəkdi. 
   Qulamın dediklərini eşitsdikçə  Asyanı xəcalət təri bürüyürdü . Demək doğumda ona kömək edən cinlər deyilmiş, elə bu kişiymiş. Yaxşı bəs tanımadığı bu adam onun sirrini hardan bilir ki? Ona güvənsinmi , güvənməsinmi? İçi içini yeyirdi. Nə olur olsun bu yad adama yenə teslim olmaq istəmirdi . 
   - Məndən nə istəyirsən axı? Kömək etdin, sağol. Çıx get indi!
   - Ver uşağı gedim, sabah açılır! Şəhər oyanır, xalq ayağa qalxır. Birazdan şəhər canlanacaq. Bax sonra gec olar. 
   -Verə bilmərəm- deyib pəncərəni örtmək istədi. Qulam əl atıb pəncərənin qapılarından tutdu, örtməyə qoymadı. 
   - Burax, çıx get !
  - Sonra peşiman olma haa . O uşaq burda qalsa ya yenə götürüb başqasına verəcəklər ya da səni daşqalaq edəcəklər.
-Olsun. Onsuz mənim yaşamamın heç bir mənası yoxdur. Onsuz qalmaqdansa ölərəm, ta yaxşı. 
  - Gəl tərslik eləmə, qadın ! Adını da bilmirəm ...  Niyə yaşamağı düşünmürsən, ölməyi fikirləşirsən? Mən də ölümə məhkum olmuşam. Mənim də ölüm hökmümü oxuyublar.  Ama ölüm son deyil. Mən ölümə təslim olmuram heç, həyat gözəldir, yaşamaq istəyirəm. Sən də ölümə təslim olma. Sən də mənim kimi savaş. Ölmək acizlərin işidir. 
  -Axı mən neyləyə bilərəm ki?  Mənim başqa şansım var? Mənim əlimdən nə gəlir ki ? Ölümü mən seçməmişəm . Secdiriblər ... 
   -Allahın yaratdığı heç bir bəndə özünə pis şeylər arzulamaz. Hamının ürəyi arzularla doludur . Hər kəs yaşamaq, yaratmaq oğul uşaq yiyəsi olmaq istəyir. 
   Baharın əlləri pəncərədən asılı qalmışdı. Tanımadığı, hətta adını belə bilmədiyi bu adamın sözləri ona dərman kimi gəlirdi. Oturub saatlarla onu dinləsəydi yenə yorulmazdı.  Adamın ağzından çıxan hər kəlmə onu gələcəyə və  həyata səsləyirdi, ona ümüd verirdi. Amma sabah açılırdı. Çəpərdən, qonum qonuşudan görən olsaydı, onsuzda pis vəziyyətə qalmış Asyayla Qulam üçün acınacaqlı və çətin bir hal yaranacaqdır. Qulam az qala ona yalvarırdı. 
 - Gətir uşağı! O uşağı o qaraçıdan mənim qaçırıb gətirdiyimi heç kim bilmir. Bunu sənin üçün etdim mən, balana qovuşmağın üçün etdim. Sənin o taxıllıqda nə çəkdiyini mən gördüm axı. Bütün sirrini  mən bilirəm, bayaq da atanla danışanda eşitdim hər şeyi. Mən sənə inanıram, güvənirəm. İcazə ver sənə kömək edim, səni də bu körpəni də ölümün pəncəsindən qurtarım. 
   Qulam dərindən nəfəs aldı. Əsəblə dodağın çeynəyib , yumuruğunu düydü. 
   -O oğraş dayını eşidib havalandım. Ürəyimin başı ağrıdı sənin o vəziyyətinə. 
   Asya utanc bir halda başını aşağı salıb ağlayırdı: 
   -Mən yaşamaq istəmirəm. Utanıram... 
   -Sən yaşayacaqsan. Sən niyə utanırsan ki? Qoy o şərəfsiz utansın. Elə bilirsən belə şey yaşayan tək sənsən dünyada? Heç bilirsən o zina adı altında asılan, daşqalaq olan qadınların yarısı sənin kimi  hansısa bir oğraşın güdazına gələn qurbanlardır? Sən utanmamlısan, sən ölməməlisən! Başını dik tutub günahsız olduğunu sübut etməlisən! Bu ədalətsiz dünyanın qanunlarını dəyişməlisən! 
   -Bacarmıyacam 
   -Bacaracaqsan ! 
   -Axı heç kim mənə inanmaz, mən Allahın şəriət qanununa neçə buynuz çıxardaram ki? Kimdir məni dinləyən, kimdir mənə inanan? Bu evdə bu bici bilmələri bəsdir elə. Bir anda şəhər meydanına sürüyəcəklər məni. Nə edə bilərəm ki, çarəsizcə daş kəsək altında ölümümü gözləyəcəm və axırda öləcəm ...
   -Qaçacaqsan, ölümdən qaçaçaqsan, yaşıyacaqsan, buralardan qaçaraq yaşayacaqsan... Oğlun üçün yaşayacaqsan. Eşidirsən məni? Mən sənə kömək edəcəm qaçmağına. Ona gədər biraz özünə gəl. Yaxşılaş. Get gətir uşağı, mənə güvən və inan ! Mən sənə xayın niyyətdə olsaydım heç o körpəni sənə gətirməzdim. Sənə kömək edəcəyimə söz verməzdim. Mən kişiyəm. Kişi başın qılınca sürtər amma sözündən dönməz. O körpəyə yazığın gəlsin. Anasız qoyma onu. 
  Asyanın içinə bir sərinlik çökmüşdü. Ümüdlə bu qaba adamın gözlərinin  içinə baxırdı. Asyanın baxışlarından təsirlənən Qulam gözlərini onun gözlərindən yayındırıb içəridəyatan körpəyə baxır, Asya gözün ondan çəkən kimi təkrar bu solgun bənizli gözəli heyranlıqla süzürdü:
  - Bir neçə gün sizin üçün burada qalacam. Sən yaxşılaşana qədər. Şəhərin cıxışındakı dəyirmanın yanındakı axırda olacam, istərsən xəlvətcə gəlib orda əmdirərsən balanı. Gecələ yenə gətirəcəm onu sənə. 
   - Axirda niyə? Sənin evin yoxdur? Haralısan sən?  Buralarda nə işin var? Harda qalırsan? 
  -Uzun söhbətdi danışmağa zamanımız yoxdur. Dedim axı mən də bir qacağam, ölümdən qaçıram. Sən dediyimi elə. Şəhər əhli oyanmadan mən gizlənməliyəm. Əslində mən burada olmamalıyım. Sizin üçün qalmışam, taxıllıqda sən əl ayağımı bağladın, indi də bu günahsız. Vicdanım yol vermir getməyə. Al bunları da qurtar deyir. Get gətir, ay qız, get gərtir o uşağı. Mən ikinizi də qurtaracagam buradan, Allah qismət edərsə. 
   Asya ixtiyarsız uşağı yatağından götürdü. Balasını bağrına basaraq hıcqırıqlar içində öpüb qoxladı. Qulamın da gözləri yaşarmışdı. Ana ilə balanı ayırmaq istəmirdi lakin, günəşin bir boy qalxması onu tələsdirirdi.
 - Ver ay qız, ver! 
   Asya körpəni pəncərədən adama uzatdi. Qulam qolların açıb uşağı almaq istəyəndə Asya dayana bilməyib təkrar balasını bağrına basdı. Onu duz kimi yalayaraq için-için ağladı:
  - Qara baxtın gözü kor olsun! Ətimdən qanımdan olan balamı da qorxa qorxa sevirəm- dəyə ah çəkdi. 
   Qulam bu gedişlə ananı baladan ayıra bilməyəcəyini görüb, hərəkət etmək məcburiyyətində qalmışdı. Bir anda içindən balası qarışıq bu zavallı qadını bağrına basıb təsəlli etmək keçirdi. Özünü güc bəla saxlayırdı. Arada maneələr vardı, ilk zina, sonra aradaki bu balaca dar pəncərə...
   Başından açılıb çiyninə düşmüş kalayağısını Asyanın qumral saçlarına qaldırdı. Başını balasının sinəsinə basıb titrəyən qızın başını qaldırıb gözlərinə baxdı. İki yaşarmış gözlər baxışdı, bir saniyə içərisində danışdı, dərdləşdi. Sevmişdi öpüşdü. Sanki bir birini illər idi tanıyırdılar. Bir birlərinə baxışları ilə etibar edib gülümsədilər. Asya uşağıını ona uzatdı. 
   - Balamı sənə, səni də Allaha əmanət edirəm, igid! Gedin, Allah amanında !
   Qulam boynundakı qara örtünü üzünə çəkib, uşağı bağrına basaraq çiynindən asdığı əbasının altında gizlətdi. Bir göz qırpımında hasarın üstündən atlanıb evlərin arasından yoxa çıxdı. 

      ŞİMALİ AZERBAYCAN 

    Bütün qohum əqraba Qarabağda Mikayılın evinə toplanmışdı. Mikayılgilin evində toy əhval ruhiyyəsi vardı. O gecə Ulduzun xınası olacaqdı. Sübh namazından sonra toy karvanı Agstafaya - bəy evinə yola düşəcəkdi . El adətinə görə bəy xınada iştirak etməzdi . Odurki, İbrahim dostlarıyla Ağstafada  qalmışdı, əmisi qızları isə xınaya getmişdi. 
   O vaxt Azərbaycanda maşın ancaq dövlət adamlar da var idi. Düzdür, Şura höküməti qurulmadan əvvəl Bakı milyonçularında da maşın olmuşdu. Represiya zamanı bəzi milyoncuların malları ilə bərabər maşınları da müsadirə olunub dövlət balansına keçmişdi. O zaman Ulduzun qardaşı İsmayıl qonşu rayonun raykomu vəzifəsində işləyirdi. Dövlətin ona ayırdığı "Horç 853A"  maşınıyla Qarabağa ilk gəldiyində uşaqlar  və qadınlar maşını daşa basmışdılar . Qarabağdakı molla və ruhanilər İsmayılın mindiyi şeyi "şeytan arabası", özünü isə kafir adlandırmışdılar. Atasının  və Cümüşüdün represiya qurbanı olmasının səbəbini İsmayılın kafir olaraq ruslara işlənməsində görürdülər . İsmayıl və İsmayılla bərabər yeni hökümət əyalətlərə məktəb gətirmişdi. Uşaqlar ruhanilərin dərs verdiyi mədrəsələrdən alınıb, məktəblərə göndərilmişdi. Hələ bu azmış kimi əyalətin cavanları kafirlərin içinə - Qoriyə, Tiflisə, Moskvaya, Petrbuqa oxumağa göndərilirdi. Oxumaqları bir yana, oxuyub geri qayıdan cavanlar da İsmayılın yolun gedirdilər. Artıq  gənc və yeniyetmə qızlar oxumaq adıyla məktəblərə cəlb edilmiş, oxumayan qadınlar isə kolxozda işləyib pul qazanırdılar. Daha heç bir qadının qızın heç bir kişinin puluna ehtiyyacı yox idi . Qadınlar özləri öz pullarını qazanır, kişi əlinə baxmırdılar. Oxumağa gedən qızların başları açılmışdı. Evdə atalar qardaşlar qızları nə qədər sıxsalar da evdən başı örtülü çıxan qızlar məktəbin həyətindən içəri girəndə yaylıqların açıb çantalarına bağlardılar. Bu ruhanilərin gözündə dinə görə qadın təcavüzü idi, zina idi. Qəsəbə və kəndlərdə məscidlər və mədrəsələr camaatın əlindən alınmış ictimai binalara döndərilmişdi. Kənd meydanlarında və məscidlərdə bütün bunlara qarşı etiraz edən kütləni tutub qazamata yollayırdılar. Aradan bir neçə il keçdikdən, o cümlədən represiya dövründən sonra camaat yavaş yavaş yeni hökümətin qanunlarına boyun əyməyə başlamışdılar. Köhnə nəsil bu qanunlarla barışmasalar da, görünür yeni nəsil bu həyatdan məmnun qalmışdılar. 
    İndi camaatın qəbul etmədiyi İsmayıl və onun "şeytan arabasında" elin gözəli Ulduz İbrahimə gəlin köcürdü. Arxasıyca da Nazlı ananın qızına tutduğu çehizlər, xonçalar arabalara yüklənmiş, qız gəlinlər arabalarda, cavanlar isə at belində maşını və cehiz arabaların müşayət edirdilər. Kəndləri və şəhərləri keçdikcə düzəngahlığa, təbiətin füsunkar gözəlliyində arabalar əylənir, camaat deyə gülə yerə tökülüşər, zurnacılar,  davulçular cəngi çalar, cavanlar at yarışdırardılar, Qız gəlinlərin şən qəh qəhəsi və zurnanın zil səsi mahala yayılardı. Cavanlar yarışlardan qayıdandan sonra qızlar səhənglərdəki sudan igidlərin əllərinə tökər, onlara su verərdi. Gizli aşiqlərin üstünə gün doğmuşdu sanki, bu toy karvanında gözlər danışır, ürəklər sevişirdi. Davulçuların çaldıqları yallıda qız oğlan bir birinə qarışmışdı. Hər kəs öz sevdiyiylə əl ələ tutub yallı gedir gözlər süzülərdi ...
   Bunlar burda gəlin gətirməkdə İbrahim orda yol gözləməkdə. Dayısı Bəşir də İbrahimin yanında idi. Bəşirlə bərabər Bəşirin dostları da toya gəlmişdi. Kolxozun fermasından bacısı oğlunun toyu üçün saz cöngələrdən birini və 5-6 erkəyi qabağına qatıb hədiyyə olaraq ona gətirmişdi. Elə gələn kimi qoyunlardan birini də götürüb dağa çıxdılar, kəsib kababa vurdu. Onunla gələn erməni qızlarının süzdüyü çaxırdan içib şellənirdilər. İbrahim dayısının belə hərəkətlərindən özünü kənar tutsa da bir iki stəkan şərabadan sonra artıq özünü erməni qızlarının ağuşunda gördü. Ömründə qadın səfası görməyən İbrahim indi elə bil sona gölünə düşmüşü. Sağında solunda qəhqəhə çəkən, yarıçılpaq qadınlar mollaların cənnətdəki hurilərini xatırladırdı. 
   İbrahimin ondan utanıb çəkindiyin görən Bəşir əlini bacısı oğlunun çiyninə vurub;
  - Oğul dayısına oxşayar keyf elə bacıoğlu. Bax dayına nümunə götür. Ə, arvad dediyin nədir? Başıbağlı kölə. Bunların elədiyini arvad edər sənə?  Arvadın vəzifəsi evdir, ailədir, uşaqdır, bunların vəzifəsi keyf-işvət.  Evlənmədən qabaq bax bunların dadına, onda görəsən arvadla bunların fərqini. Arvad bayat çörək , bunlar yağlı əppək. Hələ birazda quyruqlu, ətli budlu ola balıq kimi- mmm dadına doyulmaq, yat üsdündə  qu tükündən yatan şahzadə kimi-deyib qəhqəhə çəkərək yanındaki qadının yancaqlarını şapıldatdı...
   - Deeyy bax da özün, əə bundan kim doyar, həə, gəl ay zalımın qızı, gəl al canımı, of da demə, qır belimi, çək ürəyimi... 
   Bəşır qadının belinə sarılaraq digər qadının yanına vurub İbrahimə tərəf itələdi:
  - Kef elə bacıoğlu, bunların verdiyi keyfi arvad sənə verməyəcək-deyərək gülə gülə qoltuğunda qadınla meşəliyin dərinliklərinə doğru getdi. Gözdən itsə də səsi gəlirdi - Kef elə bacoğlu. Bir də bunlardan cətin görərsən. Bu gün ilk və son gününü. Məncə bu fürsəti dəyərləndir. 

   Toy karvanı axşamüstü mənzil başına çatanda hamı içəridə serxoş olub yatmışdı. Hay küynən içəri girən cavanlar içəridə exlaqsız bir mənzərə ilə qarşılaşmışdır. İçi İbrahim qarışıq qadın kişi içki süfrəsinin arxasında leş kimi qoxuyurdular. Mikayıl əsəbləşsə də İsmayilin sakit soyuq hərəkətiylə özünü dost tanışın içində təmkinli tutmağa çalışırdı. Səs küy salmaq lazım deyildi. Sabah danışmaq lazım idi. İndi yeri deyil. Ən azı bacısının xətrinə sakit olmalıydi. Bayıra cıxıb zurnacılara gözəl bir hava çalmağı tapşırdı. Qızlar gəlinin  qarşısında oynamaga başladılar. Qadınların  içəridə baş verənlərdən  xəbərləri belə yox idi. Hələ maşında oturub bəyini gözləyən Ulduzun içini qurd yeyirdi. Görəsən,  İbrahim niyə onu qarşılamamışdı? Mikayıl oyun havasıyla qadınların başını oynamağa qatdıqdan sonra İsmayıl ilə içəri girib içəridə yatıb qalanları oyandırdılar. Qayınlarının onu bu vəziyyətdə görən İbrahım xəcalətdən yerdən yerə girdi. Belə bir mənzərədən onların belə sakit dayanması xeyrə əlamət olmadığını da yaxşı başa düşürdü. Mikayıl İbrahimə yaxınlaşıb hülqumundan tutdu:
   -Götür bu itini də...

                           *****

   - Saatdan xəbərin yoxdur ay maa deyəsən. Birazdan səhər acılacaq  ee dur yat da - qızımın səsi əlimi saxlamağa məcbur etdi. Yazdıqlarımı yaddaşa vurub kampüteri söndürdüm. Ayağa qalxıb, gözlərimi ova ova mətbəxə kecdim. Bir stəkan su doldurub yataq otağıma üz tutdum. Yorulmuşdum, bu saat yatmağı hər şeydən çox istəyirdim. Yatıb dincəlib, səhəri qaldığım yerdən davam edəcəkdim...

             _____ 8 ____

    İşlərimi səhmana salıb bilgisayarı açıb qarşısında oturdum. Baharın hekayəsini lap başdan oxumağa başladım. Deyəsən kiçik sandığım bu həyat hekayəsi normanı aşıb povestə doğru gedirdi. Yoo bu gedişlə bu yazı qalın bir roman olacaqdı. Nəysə...
   Həə harda qalmışdım ?

                      *****

  - Götür bu itini də,axçiklərini də rədd elə burdan gözüm səni görməsin!- deyə Mikayıl İbrahimin üstünə bozardı. Qayınının sayılıb seçilən dayısına və onun qonaqlarına onların qulaqları eşidə eşidə belə söz deməsi İbrahimə çox pis təsir elədi. Özünü dayısının yanında əskilmiş, alçalmış kimi gördü. Mikayılla qayın yeznə olmadan qabaq da qohum idi, çox da əmisi qızının əri idi. O kim olurdu ki, ona belə bir söz deyirdi? 
  -Nə danışırsan əə sən?- ibrahim Mikayılla burun buruna gəldi.
  -Bilmirsən nə danışıram? Deyirəm götür bu itini də, q...lərində rədd elə burdan. 
   -Sən bilirsən bu sözü kimə deyirsən?- ibrahim Mikayılın hülqumundan yapışdı. İçəridə aləm bir birinə dəydi. Dayı bacı oğlu bir oldu, Mikayıl tək. İçəridə yumuruq savaşı çıxmışdı. İçəridə baş verənlərdən çöldəkilərin xəbəri yox idi. Çöldəki davul zurnanın səsinə qız gəlin oynamağında idilər. Gəlin hələ də maşında öz bəyini gözləyirdi. Təsadüfən qapıdan içəridəki ab - havanı görən İsmayıl cəld özünü içəri atdı, onları sakitləşdirdi:
   - Nolub əə, yekə kişisiz əə. Aləmi qatmısız bir birinə. Heç utanıb ölmürsüz? Çöldəki camaatdan ayıbdır ee. Camaat şəhərlər, kəndlər basa -basa vurub, guya toya gəlib. Hanı ə, toy? Belə qonaq qarşılayırız siz? Qanacağınız bura bura qədərdi?
- Mənə nə deyirsən ee? - Mikayıl açıqla İsmayıla baxdı. İsmayıl ona cavab verməyib üzünü İbrahimə çevirdi:
  -Gəlinin qalıb maşında kim qabağına çıxacaq əə onun, evinə kim gətirəcək? Dərdin bizi biyabır etmək idi? Nədi bu həngamə? Düşmənçiliyin var bizimlə? 
   İbrahim də Mikayil da əsəbdən qıp qırmızı qızarmışdı. Bəşir üstün başın düzəldib onunla gəlmiş qonaqlara:  
   - Hazırlaşın gedirik! 
   - Əşii... Sən də otur oturduğun yerdə. Gedən idin dünənnən gedərdin də. Gözləyirdin gələk, bu biabırçılıq olsun? 
   - Lazım idi bu söz söhbət? - Bəşir acıqla Mikayıla baxdı. Mikayıl əsəbdən zincir gəmirirdi. 
   - Nə gözləyirdin əə, çapan çalıb, boynuna muncuq taxaçaqdım? 
   - Yığışın!!! 
    İsmayıl məsələnin daha da, böyüməsindən camaatınbu işdən  duyuq düşməsindən ehtiyyat edərək Bəşiri sakitləşdirməyə çalışdı. 
   - Bunlar cavandı saa nolub? Səni böyük bildik , nəsilin ağsaqqalı bilirik, sən də belə edirsən?- İsmayıl onun qabağına kecdi - Camaat adama nə dəyər, ayıbdır ee. Nə söz-söhbətiniz varsa saxlayın sora eliyərsiniz, bir dənə bu gün səbr edin. Elə mən də sonra danışacam sızlə. Bura bardərxana deyildi ee, bir toy evidir, gəlin gəlir bura, yuva qurulur burda. 
  - Ə di nədi, peşiman olduq, qonaq gətirdik özümüzlə?
  - Qonaq Allah qonağıdır, qonağa canımız qurban. Amma... Nəysə... - üzünü Mikayıla tutdu;
   - Sən də səbrini bas. Ayıbdır. El içində rüsvay olmayaq. Ordan bura millət gəlib. Adımıza şöhrətimizə . Gedib Qarabağda deməsinlər ki, İsmayılın bayısı ilə Bəşirin bayıssı oğlunun toyunda qan düşdü. 
   - Biz gedirik! - Bəşir qabaqdan gəlmişlık eləyib qarşısında duran İsmayıllı yana itələdi-Çəkil önümdən! Mikayıl təpiklə onünə düşmüş yastığa vurdu:
  - Gəl İsmayıl, bizim əyyaşa, alçağa veriləsi bacımız yoxdur! 
   -Ə, otur yerinə, pahhh, ağsaqqal çıxıb burda. "Verəsi bayıssı yoxmuş" . Elin obanın içində ordan bura qız köcürtmuşuk, çöldə millət calıb oynayır, bu yatıb indi ayılıb ki, veriləsi bajım yoxdu. Harda yatmışdın ə , bu vaxta qədər? Tanımırdın? Sənin arvadının əmisi oğludur e, mənim yox aa... Bir bu qalıb, özün avamsan, bizi də səy yerinə qoyma, mənim də, bu kişinin də Azərbaycanla bir adı var, indi deyəcəklər İsmayılın bayıssını qaytardılar, Bəşirin də g..tü catmadı böyüklük eliyə? 
   İsmayılın sözləri yanar odun üstünə su çiləmişdi . Mikayıl qanlı qanlı Bəşirə və İbrahimə  baxıb, bayra çıxdı. Qız qadının arasından Laləni tapıb tapşırıq verdi. 
   -Qızları da çağır, dinməzcə  keçin içərini yığışdırın, elə eləyin  bacılarından başqa heç kim içərini o vəziyyətdə görməsin . 
    Özünü evin arxasındakı arxa vurub yuyundu ...

                     TƏBRİZ 

    Elə bil Asya yenidən dünyaya gəlmişdi. Əli ayağı yerə dəymirdi. Həyətdəki kürəni qalayıb üstünə su qoydu. Xəmir yoğurub yuxa, yağlı fəsəli bişirdi. Daş kürədə bayaqdan qızdırdığı suyu hazırlayıb İçəri keçdi .  Atasını soyundurub ləyənə oturtdu . "Bismillah " deyib suyu başından tökdü . Atasını çimizdirib təmiz paltarlarından geyindirdi . Bişirib suladığı lavaşdan isti fətirdən mis siniyə qoyub bostanlarından dərdiyi şamamanı  kəsib doğradı. Yanına pendir qoyub atasının yanına gəldi. Atasının üzünə baxdı. Onun gözlərində çaşqınlıq qarışıq sevinc vardı. Yəqin ki, qızəndakı bu nikbinliyi, sevinci hiss edirdi, bəlkə də gecəki adam onun maraqlandırırdı . Diliylə demədiyini gözüylə soruşurdu. Asya yuxanın arasına pendir və nehrə yağı qoyub dürümlədi. Atasına yedirtdi. 
   - Bilirəm, dədə, gecəki adamı deyirsən, hə?- Atanın gözlərinin ifdəsi deyişdi - Vallah, ay toba tanımıram. Bax inanmazsan bəlkə də. Amma o adam kimdirsə Allah onu mənə gönfərdi. O mənim xilaskarımdır, dədə - deyib sözə başladı. Doğuş vaxtı o adamın ona kömək etdiyini və bu gecə onunla danışdıqlarını atasına danışdı. 
   -Nə deyirsən dədə, mən, bu adama inanıb bel bağlaya bilərəm? Balamı da götürüb burdan qaçsam, ölümdən qurtularıq eləmi?
   Qəfil Asyanın üzünün ifadəsi dəyişdi;
    - Bəs sən? Səni neyləyim ay dədə? Səni hara qoyum gedim? Sənin dərdin məni oldürüb ee dədə ,öldürüb ...
   Atasının baxışları dəyişmişdi . Sanki, məndən nigaran qalma, "al balanı da çıx get " deyirdi. Sinini kənara qoyub atasının boynuna sarıldı.
   -Sənə qurban olum, ay dədə. Mən səni qoyub gedə bilmərəm.  Olursa balamı burda saxlayacam olmazsa elə burda da ölərəm amma səni atmaram .
   Saybalının baxışlarından qəzəb yağırdı. Qəribə səslər çıxarırdı. Asya onu sakitləşdirmək üçün atasına sarıldı. Saybalı üzünü yana çevirib Asyanın onu öpməsinə izin vermirdi. Belə vəziyyətdə ağzı daha da əyilir, gözləri həqədəsindən az qala çıxacaqdı. Saybalı da qızını getməsini, qacıb bu qara zindandan qurtarmasını istəyirdi. Danışa bilmədiyi sözləri gözləriylə Asyaya hiss etdirirdi. Asiya onu gözəl başa düşürdü. Atasının əlindən tutub:
  - Sənin istədiyini edəcəm dədə. Amma mənə biraz zaman ver ...

          ARAZIN ŞİMALI

   Səhər tezdən dan yeri sökürlər sökülməz toya gələnlər ayaqlanmışdı. Kişilər həyət bacaya əl atır toyxananın yerini rahatlayırdılar, axşamdan heyvanlar kəsilmiş, içalat - çiyər bişirilmiş. Yoldan gələn qonaqlara davullu - zurnalı ciyər axşamı məclisi qurulmuşdu. Gənc qız qadınlar axşamdan tökülüb qalmış qab qaşığı kül ilə sürtüb yuyur, orta yaşlılar bu günkü toy üçün yemək tədarükünü başlatmışdılar. Bir tərəfdə mis qazanlarda ət qaynayır, digər tərəfdə aş qarası hazırlanırdı. Zəfəranlı plovun qoxusu ətrafı bürümüşdü.  Çayçı Zeynal böyük samavərlərdən armudu stəkanlara çay doldurur, yeniyetmə oğlanlar ortalıqda işləyənlərə çay paylayırdı. Yaşlı qarılar uzaqdan məhəllədə oynayan uşaqları gözətləyir, körpə uşaqları dizinin üstündə atıb tutaraq oynadır, ya da ayaqlarının üstündə sallayaraq yatırımağa çalışırdılar. Bir sözlə, burada bekar adam tapmazdın. Hamının işi bərabər bölüşdürülmüşdü. Məhəllədə əsil kənd toyu ab-havası yaşanırdı. 
    Uldüz gələndən hələ də İbrahimin üzünü görməmişdi. İbrahimi qızlardan soruşsa da qızlar ona "İbiş qayınlarının ar edir, onlara görə içəri girmir" - deyə onu sakitləşdirmişdilər.
    İbrahim məhəllənin yamacındakı dikə çəkilib xəcatindən özü özünü danlayır və qınayırdı. Axı, neçə olmuşdu ki, şeytan onu yoldan cıxarmışdı. Neçə olmuşdu ki, sevdiyi gülü qoxlamamış ona xəyanət etmişdi. Həm də belə bir gündə? Özü özünə nifrin tökürdü. Dünən erməni qızlarıyla çəkdiyi eyş-işrətdən hələ başının dumanı çəkilməmiş, vicdanı ürəyini sızlatsa da beyni dünən yaşadıqlarını gözünün qarşısına çəkirdi. Dünənki zövqün təsirindən özündən  asılı olmayaraq, dodaqları qaçırdı. İlk dəfə kişiliyini Ulduzun yox erməni qızlarının üstündə sınamışdı. İndi ailə olmaq üçün onun qapısını döyən Ulduzunun üzünə necə baxacaqdı. 
  -Ayə, ay İbiş neynirsən bala, burda?
 Bəşirin səsi onu fikirlərindən ayırdı. 
   -Heşnə dayı, beynim çatlayır, başımda ox pis  ağrı var. 
   - Kopoğlunun erməni çaxırındandı,əşi. Keçib gedər. 
   Bəşir heç nə olmamış kimi İbrahım hayladı:
   - Gəl gedək, bir tikə çörək yeyək. Axşamnan xaş üstündə qaynayir. İnan allaha and olsun ,  pile kimi olub, saqqız kimi yapışır. Xaşın ləzzətindən doyulmaz. Hələ yanında ceyran südü varsa... - pencəyinin qoltuğunda gizlətdiyi şüşəni göstərdi - təmiz tut arağıdır. Ermənilərdən almışam. Zalım uşağı ceyranı məməsındən çıxıblar elə bil, pəh... Şəffaflığa bax sən allah, elə bil cənnətdən süzülüb gəlib. Sən öl, özüm ölüm, bu deyilən cənnət suyu var aa, bax o budu. Ay toba bundan içən özünü cənnətdə sanır. Dur qalx, gedək əlli əlli, yüz yüz vuraq, başının ağrısı xırp kəsəcək.
   - Yox dayı, taa qələt eliyərəm . 
   Bəşir əlini əlinə vurub gurultulu səslə qəh qəhə çəkdi. 
   - Deyir, yeməmişən qaz ətin,  bilməyirsən ləzzətin! - İbrahimin qoluna girib qaldırdı :
   -Ayə, di dur dayana, sabah sabah ləzzətin qaçirma ə, bir qaşıq keyfimiz var, qayınlarının axşamdan içinə iki qaşıq zəhər qatdı. Sən də belə eləsən taa noldu? Qalx görüm ! Xaş soyuyur. 
   -Vallah dayı, başım dəhşət çatlayır, Gedə bilmərəm. Həm də...
  - Ə, yüz vur, özüm ölüm  başının ağrısın elə kəsəcək ki, bıçaq pendiri kəsən kimi. Di dur dayana, dur, xaş soyuyur! - Bəşir İbrahimin qolundan tutub dartışdırdı. 
  - Utanıram...
  -Nədən əə, mənnən?Ə, qırışmal gecə haxçixlərin m...əsin əliyəndə utanmırdın, indi utanırsan?
   -Dayı, ölürəm xəcalətdən! 
   -Ə, biz dayı bajıoğlu yoxeee ,  dost olmlıyıq. Ə, bizim özümüzdən başqa kimimiz var? Arvad dediyin elə belə şeydi, a bala, özünü pərvanə eləsən tez yanarsan, şam eləsən əriyərsən. Ə, o arvaddan 3-ü olub ee məndə. Gün görməmişəm. Hamısı özün düşünür. Heç deyən yox idi ee, bu kişi nə istəyir. Ə, mən arvad əlindən qaçmışam ee ordan. Arvad tapılmır? Deyhana, axşam biri sağımda sallanmışdı, biri solumdan. İlla ki, kəbin ola? Sağında solunda canan yatsın, ala bu da sənə kəbin. Görüm evdə 3 arvadı bir yerə gətirə bilərsən? Sən öl, səni qaz kimi yolarlar, hələ bir trıp da atarlar, aylarla üzünə baxmazlar, yatağına soxmazlar qısqançlığından. Hələ bir bunlar bır yerə gəlsin sən gör də bunların tamaşasını. İndi indi gün görürəm əə, vallah. Dayın sənə nümunə, bax məndən sənə əmanət: nəbadə saqqalını arvad əlinə verəsən aa, vah vahhh... keyfinə bax, bala. Dünya beş günlükdür. 
   -Yox ee dayı, başa düşmürsən, Ulduzdan utanıram. 
  - Alaa , bayaxdan bir quran söz danışmışam ee. Mənim kişimə bax sən allah. Ə, vallah sənnən kişi olmayıb olmayacaq da...  Dur, düş görüm ə, qabağıma! Yekə kişisən, indidən arvada ayaq versən o arvad səni saya salmaz, başında corab hörər.
    Bəşir İbrahimi qabağına qatıb məhəlləyə gələndə cavanlar hay külə onu dövrəyə alıb alqışladılar. Özünü məşğul kimi göstərən Mikayıl, əsəbindən çatlayırdı. Mikayılla İbrahim arasındaki alovun yenidən alışacağından qorxan İsmayıl qardaşına yaxınlaşıb ona öyüd nəsihət edərək sakitləşdirirdi. Lalə əl ayağa düşmüşdü. İbrahimlə Mikayılın üz üzə gəlməməsinə diqqət edirdi. Ərinin də, əmisi oğlunun da xasiyyətini bilirdi. Biri nervoz kinli, biri, dəli dolu, vurdum yıxılmaz, söz götürməyən. Bu iki od parçasının arasına bir dərya lazımdır ki, axsın. Yoxa aləmi yaxarlar.. 
  Toy gecə yarısına qədər davam etdi. Aşıqların bəy tərifindən sonra cavanlar mə'şəllərin müşayiətilə bəyi gəlin otağına göndərdilər...

                    TƏBRİZ

   Atasını rahatlayıb bişirdiyi yuxa, fəsəldən , qapıda ekdiyi göy-göyərtidən, pamidor-soğandan bir bağlama tutub çadrasının altında gizlətdi. Atasının üzündən öpdü:
   -Çox keçməz, gələrəm dədə. Araz acdır, onun qarnını doyurmalıyam- deyib sevincək qapını açdı. Qapıda Banuxatınla rastlaşdı. Çadrasının altında gizlətdiklərini böyrünə sıxıb özünü cəmlədi. 
  -Bıy, başıma xeyir, az mən də gəlirdim, bunlara çay çörək hazırlayım. Bu da atlanıb çıxır. Hara belə? 
 -Hec nə dayıcanı,özüm durdum ayağa. Şükür Allaha , yaxşıyam indi. Sən narahat olma. Dədəmin də çayın çörəyin verdim. Elə indicə yuxa fəsəli pişirdim keç içəri, cay da samovarda istidi. Ürəyim darıxdı. Neçə gündür  şəhərə cıxmıram. Dedim bir az gəzim, dolaşım. Sən Allah, qapıda durma, gir içəri! 
   -Yoo ta nəyə girim, elə bildim hələ yatırsan, Onçun gəldim. Şükür yox maşallah ayaqlanmısan. 
 - Hə şükür, yaxşıyam . 
  -Day mən nəyə qalım, gedirəm. 
   -Dayıcanı!
   -Haycana ! 
   -Arazdan nə xəbər, necədi?  Sən Azərbaycanllah, o arvad onu incidib eləmir ki ?- Asya özünü bicliyə vurub qadından söz aldı - Banuxatun tərəddüd içərisində gözlərini qirpdı. Sanki Asyadan nəsə gizlədirdi. Asya :
  - Bəs onu kim emdirir? - deyə nigarancılıqla soruşdu. 
  -Sən ondan heç narahat qalma , başına dönüm, Araz yaxşıdı . Elə birazdan gedəcəm yanına. Uşağa bir iki şey almışam. Qonuşuda təzə doğmüş gəlin var onun döşünə salıblar. Dedim  gedim halvaçıdan bir halva alım, bir kətan köynək. Aparım o gəlinə, halallıq olsun. 
  - Yaxşı fikirdir, sağol dayıcanı. Bəlkə məni aparasan ora. Gedib hər gün balamı əmdirərəm. Döşlərim partlayır. 
  - Yox ee, əlləmə, quruyub keçər öz özünə. 
  - Gedim də, nolar... 
   -Getsən, uşağı görsən qopa bilməyəsən uşaqdan . Ölmək istəyirsən? Camaat  duyuq düşsə nolacaq?
  Asya ağlamsındı. Banuxatın o qədər israrla, inamla danışırdı ki, Asiyanın ürəyində şübhə yaranmışdı. Araz o qadının yanındadır, bəs o adamın gətirdiyi körpə kim idi? 
  - Narahat qalma, qadan alım . Hər şey yaxşı olacaq. Qoy biraz keçsin aradan, özüm səni aparacam balanın yanına...
   -Dəqiq? 
  - Hə vallah. Biraz yaxşılaş, bir camaat içinə qayna qarış. Lap gedib uşağı gətirərik. Camaata da deyərik ki, uşağı bazardan tapmışıq. 
  - Həqqi? 
   - Hə, nə var burda? 
Asya bilirdi ki, Banuxatun bütün bunları sadəcə söz xətrinə deyir. İki dünya bir ola uşağı Asyaya qovuşdurmaz. Əvvəla camaatı belə bir yalana inandıra bilməz, ikincisi də uşaq tapılıbsa niyə məscidə, mütfülüyə yox Asiyaya, yanı bir qız uşağına verilir? 
  - Dayıcanı Arazı axırıncı dəfə nə vaxt gördün?
   - Dünən axşam gəldim ordan. Biraz əsgi üskü vardı onu apardım, uşağı bəlgəsinlər deyə... 
   - Sən canı düz deyirsən? 
   - Niyə sənə yalan borcum var? 
   Banuxatun necə arxayın danışırdıysa Asya özü özünə məəttəl qalmışdı ki, əgər onun uşağı hələ də o qaracının yanındadırsa bəs axşam əmizdirdiyi uşaq kim idi? Bəs onlara gələn kişi? Bəlkə onlar dogurdan da cinlər imiş, hallar imiş, bəlkə onların cildində gəlib Asyanı dilə tutub südünü öz uşaqlarına əmdirir, bəlkə elə indi də Asyanın elə bu dillə yuvalarına aparır? Qapıda donub qalmışdı nə deyəcəyini bilmirdi. Ağzını doldurmuşdu ki, axşam başına gələnləri dayısı arvadına danışsın. Fikrindən daşındı. Nənəsinin danışduqları yadına düşdü. Nənəsi demişdi ki cinlər şər qarışanda gözə görünür . İndi o adamın dediyi yerə gedəcək. Əgər orda onu gözləyənlər cinlərdirsə dözə  görünməyəcəklər. 
   Banuxatın tələm tələsik qapıdan cıxdı:
   -Mən qacım qonşu kəndə gedəcəm. Uşağa baxmağa. Axşam üstü dönərəm yəqin . Sən də cox ləngimə arada bizə də keç uşaqlara bax. Gədələri qızlara tapşırmışam. Özün də cox dolaşma, bu istidə. Yarıcanlısan. 
   Şəhərin cıxışındakı yoldan biraz aralıda kəhrizin yanında balaca dəyirman görünürdü. Ondan xeylax aralıda isə uçulub dağılmış bir axır vardı. Bir neçə il bundan qabaq burda kəndxudanın ilxısı saxlanılırdı. Kənxuda öləndən sonra oğlanları ilxını hərəsini bir tərəfə satıb savırmış, axır isə xaraba qalmışdı. Axırın olduğu ərazi kənxudanın dədə-baba torpaqları idi. Əvvəllər burda taxıl əkilsə də indi yer əkilib şumlanmadığından şoranlaşıb çölə dönmüşdü. 
   Yoldan cıxıb dəyirmana tərəf gəlmək istəyərkən biraz uzaqdan bir dəstə atlının gəldiyini görüb ayaq saxladı. Özünü yolun eks tərəfindəki çəmənliyə vurdu. Əyilib yerdən quşəppəyi, qazayağı, quzuqulağı toplamaya başladı. Atlılar gəlib keçdikdən sonra dikəlib ətəyinə yığdığı pencəri yerə töküb bağlamasını qoltuğuna vurdu. Dəyirmana tərəf götürüldü . 
    Axıra yaxınlaşdıqca qulağına gələn üşaq səsi ürəyini yerindən oynatdı. Özünü içəri atıb küncə bucağa baxdı içəridə hec kim yox idi . Amma uşaq səsi içərini başına almışdı . Biraz da irəli gedib qapısı qırılıb düşmüş yerə boylandı . Elə bu vaxt kimsə arxadan boynun burub bıçağı boğazına dirədi 
   -Bissimillah, innisənmi, cinnisənmi, allah xətrinə , dəymə mənə , balama xatir gəldim...
  Arxasındakı qəhqəhə çəkən adamın əli boşaldı. Asya tez irəli atılıb yerdəki odun parçasını qarmaladı. Dönüb cin saydığı adamı vurmaq istəyəndə əli havada qaldı. Bu adam gecəki adam idi. Yarı qaranlıqda üzünü yaxşı seçməsə də boy buxunundan o adam olduğundan əmin idi
   - Nəyə gülürsən əyə? 
   - İnnisənmi cinnisənmi? Haa haa haa...
   - Hə, innisənmi , cinnisənmi... 
   - Hələ də cinlərə, şeytanlara inanırsansa vallah saa sözüim yoxdu...
   -Eee...
   Asiya onun sözünə əhəmiyyət verməyib körpasinin yanına qaçdı.Onu qucağına alıb üzünü üzünə sürdü. Balasının qoxusunu içinə çəkdi. Samanlığın üstünə oturub üzünü küncə cevirdi. Yaxasını açıb:
   - Çıx çölə! Boxcanın arasında ayın-oyun var. Götür get, qarnını doyuzdur-deyə körpəsini əmizdirməyə başladı. Qulam boxçanı götürüb bayıra çıxdı. 

           ARAZIN BU TAYI 

   Bir necə həftədir evlənməsinə baxmayaraq. İbrahim hələ də gəlininə sahib olmamışdı. Vicdanı onu arvadına yaxın buraxmırdı. Evdə İbrahim onlarla bir yerdə , bir süfrə arxasında oturmurdu. Etdiyi xəyanət yadına düşdükcə elə bilirdi ki , Ulduz onu söyür, onu qınayırdı. Halbuki Ulduzun heç nədən xəbəri yox idi. Bu hadisəni sadəcə qardaşları bir də Lalə bilirdi. Lalə İbrahimin bu hərəkətlərinə hirslənsə də, Mikayılı sakitləşdirib onların arasın düzəltməyə calışırdı . 
   - Mikayıl, sən Allah fikir vermə,  şeytan aldadıb. Cox üstünə getmə, birdə etməz. İbrahim elə oğul deyil. Bunu sən də bilirsən. Dayısı yoldan çıxardıb onu. Üzdən gözdən salıb. Bu da dayısına yox deyə bilməyib. Nə bilirsən, bəlkə heç İbrahim o matışkələrlə yatmayıb. 
   - Nətər yatmayıb az, öz gözlərimlə gördüm. Başı sinəsində, əli məməsində. Deyirsən əli dəydi heç nə olmadı? Nəhlət sənə kor şeytan!
  - Allah səni biabır eləsin İbiş. Nəysə, olan olub day, sən də açıb ağartma, başına dönüm. Belə eləsən, Ulduz da ciddi nəsə olduğunu başa düşər , ərindən ürəyi qırılar. Nəyə lazımdır axı? 
   Hələ eşidəndə ki, bir həftədə İbrahimin eli Ulduzun əlinə toxunmayıb, Lalənin kürkünə birə düşdü. 
   -Vallah bunları bağlayıblar. Molla Sadığı tapım gərək, bir şirinlik yazdırdım. 
    İki oğlunu da yanına salıb, şəhər məscidinə gəldi. Molla Sadığı tapıb yeni evlilərin dərdini ona danışdı. Molladan istədiyi duanı alıb, evə gələrək tələm tələsik hazırlaşdı. Qaynanası Nazlını da götürüb Ağıstafaya yola düşdü. 
   Anası və gəlinlərin görən Ulduzun sevincdən əli ayağı yerə dəymirdi. İbrahim işdəydi. Onların gəlişindən xəbəri yox idi. Qadınlar toplaşıb İbrahimin tədbirini görməyə başladılar. İş duanı ona içirdib biraz işvə, biraz nazla Ulduzu ona təslim etməyə qalırdı. Burda təbii ki, əsas iş Ulduzun boynuna düşürdü. Artıq utanıb çəkinməyin yeri yox idi.. Nə olur olsun bu gecə İbrahim onunla bərabər olmalıydı. 
   Sabah qalxanda evdə toy əhval ruhiyyəsi yaranmışdı. Lalənin yazdırdığı dua işə yaranmışdı. Hamı Ulduzu və İbrahimi təbrik edirdi. 

              TƏBRİZ

    Artıq bir neçə gün keçmiş, Asya özünə gəlirdi. Yarası dinmiş, ağrıları keçmişdi. Banuxatun uşağın qaracının evindən yoxa çıxdığını bilsə də bu barədə Asyaya bir şey demirdi. Asya da hər gün dayısı arvadından  balasının halını soruşmaq kifayyətlənirdi. Bir iki dəfə də Banuxatuna oğluyla görüşmək istədiyini deyəndə Banuxatun bir bəhanəylə verdiyi sözün arxadından qaçırdı. Asyanın ürəyi arxayın idi. Balası əmin əllərdəydi. Qulam özü qacaq orda burda gizlənsə də , onun oğluna da sahib çıxıb, onu gözdən uzaq bir yerdə gizlədirdi. Gündüzlər Asiya ona yeyəcək aparıb, axşama qədər balasının yanında qalırdı, gecə sabah namazına qədər də Qulam uşağı evə gətirib anasına təhvil verirdi. Demək olar ki,gün ərzində vaxtlarının coxu bir yerdə kecirdi. Qulam evə girəndə qara pərdələr çəkilir , qapılar kilidlənirdi.Saybalı artıq, Qulamı bu evin adamı kimi qəbul etmişdi. Bunu gözlərindən oxumaq mümkün idi .Qulam Saybalıya da vəziyyətini danışıb başa salmışdı. Qulam atasıynan bir otaqda söhbətləşərkən Asya o biri otaqda balasıyla bərabər gün keçirirdi. Saybalı yatdığında, yanındakı döşəkcədə dirsəklənib uzanan Qulam gözləriylə  qapıdakı pərdənin arxasından içərini izləyirdi. O, Asyanın analıq və qadınlıq duyğularına canlı şahid olurdu. Hələ köhnə axırda balasıyla kecirdiyi dəqiqələrdə də bu qadının necə sevimli və gözəl biri oduğunu ilk gündən hiss etmişdi. Bütün dərdlərini, bütün olanları balasıyla paylaşan Asyanı Qulam daha yaxından tanımağa başlamışdı. Bu zavallı qıza qarşı ürəyində dərin hörmət və mərhəmət, eyni zamanda da məhəbbət oyanmışdı. Bir də fikirləşdikcə bu qadına aşiq olur, özünü yaxınlıqdakı kəhrizə verib başını buz kimi suya soxurdu. 
 -Allaha-tanrıya bax, Qulam. Özünə gəl ! Sən özün ölümə məhkum olmuş bir qacaqsan,  bu zavallı bədbəxtidəmi öz oduna atacaqsan? Ver uşağı özünə, qaç get burdan, başının çarəsinə bax! Burax nə halları var görsun. Zamanında evlənsəydin indi bunun yaşında qızın vardı. Utanmırsan, Allah yolunda yaxşılıq etdiyin yazıq birinə qarşı belə şeyler fikirləşirsən? Deyək ki, aldın apardın bu bədbəxti , yerin yox, yuvan yox , harda yaşadacaqsan? Dağlarda qaçaq? Onsuz da səni axtarırlar. Bir gün tutulsan? Həm də zina qurbanı olmuş , zorlamadan bic doğmuş bir qadınla bir yerdə. Nə olacaq sonra. Deyək ki , sən yenə qaçdın və ya öldün qurtardın bəs o, bəs uşaq?- deyib özü özünü şillələyib özünə gəlmək istəyirdi. 
    Bu gün son günü idi. Uşagı Asiyaya verib buranı tərk edəcəkdi. Bu barədə bu gün Asyayla danışmalıydı. 
  Asya içəridə balasını yedirib yatırdıqdan sonra körpəsini Qulamın hardansa tapıb gətirdiyi köhnə və qırıq beşliyə qoyub üstünü incə çit parçayla örtdü. İşini bitirdikdən sonra Qulamın yanına gəldi. Süfrə qabağında qalmışdı. Hec nəyə əl vurmamışdı. Qoltugunda ona  gətirdiyi şamamanı belə kəsməmişdi. 
   -Deyəsən bu gün qarnın toxdur?
   - Gəl, Asya danışmalıyıq! 
   Asya ayağının altındakı taxta və zir zibilə ilişməmək üçün ətəyini əlinə yığıb Qulamın yanına gəldi. Süfrənin o biri başında oturub badamı və ceyran gözlərini Qulama zillədi. İlahi belə gözəl gözlər olar? Göz gözə baxdıqca, baxışlar toxunduqca Qulamın ürəyi əsir, Asyanın da utancaqlıqdan rəngi allanır, gözləri süzülüb Qulamın  baxışlarından qaçırdı. Qulam bu qızın gözəlliyinə məftun olmuşdu. Sanki bu qızı ilk dəfə idi görürdü, sanki bu qızın varlığını və gözəlliyini ilk dəfə idi kəşf edirdi. Analıq Asyaya yaraşırdı. Bədəni toparlanıb şuxlanmış, üzünün dərisi günəş kimi parlayır, gözlərinin içi gülürdü. Asiyanın nigaran baxışlarında analıq sevinci onun gözəlliyinə xoşbəxtlik qatırdı. Bu qadını sevməmək mümkün deyildi. 
   Qulam qarşısındakı bu qadını süzdükcə Asya rəng verib rəng alırdı. Dili kilidlənmiş, bu səssiz eşq elanından sanki məst olmuşdu, bu zövq verici sükutu pozmaq istəmirdi. Sükut uzandıqca Qulamın ürəyi yerindən cövr edirdi. "Ah, keşkə bu gözlər gözlərimdən qaçmasaydı. Kaş, bu baxışları tuta bilsəydim, kaş, bu gözləri sevə bilsəydim,  bircə dəfə , tək bir dəfə onları öpə bilsəydim ..." 
   Qulamın baxışları altında yağ kimi əriyən Asya özünü cəmləyib sükutu pozdu:
  - Hə, Qulam qardaş, nolub, nə deyəcəkdin? 
  - Mən burda bu qədər qala bilmərəm. Getməliyəm. 
  Qaşlar catıldı gözlər süzüldü . Gözlər süzdükcə ürəyinin başına od düşdü. Dilinin deyə bilmədiyini gözlər dedi : "bəs mən ?"
   -Buna məcburam. Mənim vəziyyətimi az çox bilirsən sən. Bir gün məni tutacaqlar. Tutulmağımdan qorxmuram ee..
   -O zaman nədən qorxursan ? 
  - Bilmirəm ...əslində bilirəm...
   - Hə ? ...
   "Səndən qorxuram, sənə tutulmaqdan qorxuram, sənə vurulmaqdan qorxuram , sənə aşiq olmaqdan, sənə ümüd verməkdən qorxuram" demək istədi. 
 -Bilirəm , məndən qorxursan. Qulam başını qaldırıb Asyanın gözlərinin içinə baxdı, onun gözlərində nəsə axtardı, nə axtardığını özü də bilmədi. Asyanın baxışları alovlanıb yanan atəşə dönmüşdü. Aralıdan Qulamın baxışlarını qarsırdı. Gözlərindən parlayan atəş ordan da süzülüb ürəyinə dolurdu... 
   - Hə, səndən qorxuram . 
   -  Mən cəhənnəm, Bəs Araz, onu neyləyəcəyik? 
   -Elə onu fikirləşirəm də...
   - Hmm ...
   Qulamın üzü çölə tərəf idi. Qəfil yerindən sıçrayıb əlini qoftasının altına saldı. Qapının arxasına kecdi. Barmaqlarını dodağının üstünə qoyub, Asyaya yerə yatmağı işarə etdi. Qulamin anidən qalxmasını təhlükəli bir vəziyyət olduğunu görüb  Asya yerə yatdı, dönüb qapıdan bayıra baxanda Banuxatının dəyirmana tərəf gəldiyini gördü . Həmişə dəyirmana və ya işləməyə gedəndə uşaqlarından birini yanına alan Banuxatun bu dəfə tək gəlirdi. Sürünüb Qulamın yanına gəldi. Ayağa qalxıb Qulamın arxasına sıxıldı. Qulamı özünə sipər etmişdi . Çox həyəcanlı idi. O burda nə gəzir, bəlkə, Banuxatun onun burda olduğunu bilir? Dayısı arvadını yaxşı tanıyırdı. Çoxbilmiş arvad idi. Yəqin hər gün sabahdan Asyanın evdən çıxıb, axşam evə gəlməyinə şübhələnib, indi də onun izinə düşüb. Qulamın qolundan yapışıb :
   -Mənim burda olduğumu bilir yəqin. Çox qorxuram . 
  -Sakit ol. Dəyirmana girəcək . Sadəcə həmişəki vaxt gəlməyib . Bu dəfə tez gəlib. Dinməzcə get uşağı götur keç ordakı taxtaların arxasına. elə elə uşağın səsi çıxmasın. Birazdan bura gələcəklər 
   -Gələcəklər? Kimlə? Axı o təkidi . 
  Qulam onun üzünə baxıb:
  - Sənə nə deyirəm onu elə, Asya. İndi özün hər şeyi görəcəksən. 
   Asya onun dediyi kimi edib uşağı götürüb daldalığa çəkildi . Balası şirin şirin yatırdı. Qucagında qalsaydı oyana bilərdi Burdan da cıxıb qacmağa yer yox idi. Qaçsa belə gizlənməyə yer yoxuydu, hər tərəf çöllük idi. Bir dəyirman var. Oranı da dayısı arvadı zəbt etmişdi. Balasını samanlığa qoyub nazik örtüsünü uşağın üzünə çəkdi. Quru samanları onun üstünə səpdi, uşağı samanlıqda gizlətdi. Qırılıb haşıyesi çıxmış balaca pəncərəyə yaxınlaşıb, oradan, bayıra boylandı .Banuxatun görsənirdi. 
   " - Yəqin dəyirmana gəlibmiş heç məndən xəbəri yox imiş, bayaqdan mən də ürək göbəyimi yeyirəm burda" - deyə özünə ürək dirək verib gizləndiyi yerdən çıxdı. Ətrafa baxıb gözləriylə Qulamı axtardı . Qulam yox idi. 
   -Qulam qardaş!- yavaşca səsləndi. Qolundan gücli bir əl tutub onu zərblə geri dartdı. Arxadan bir güçlü qol onu var gücüylə qucaqlayıb ağzını yumdu. Qulağına "sus" deyərək onu geriyə sürüdü . Asya onu dartan adamı görə bilmirdi, canı ağrıdı. Bütün bədənini məngənə kimi sıxan bu adamın əlindən çıxmaq üçün çabaladı. Asya cabaladıqca qollar onu özünə daha çox sıxırdı. Balaca cılız vucudu arxasındakı güclü kişının bütün əzalarını hiss edir, Asiyanı daha çox qorxudur və caşdırırdı. Asya onu qucaqlayan kişi ilə kor koranə süpürləşərkən birdən yan tərəfdə üzü dəyirmana tərəf durmuş başqa bir kişi gördü. Əli- ayağı boşaldı. Artıq səs salmamaq üçün sakitləşib, geri döndü. Onu tutan Qulam imiş. İkisi də aşağı əyilib, vaxtı ilə atların bağlandığı yerə keçdilər aşağı çöməlib gizləndilər . Bura qaranlıq və üfunətli bir yer idi. Üfunətdən Asyanın ürəyi ağzına gəlirdi. İçəridəki yad kişi görünməsə də oğlunu yatırdığı samanlık aydın görünürdü 
  - Araz orda qaldı - deyə pıçıldadı. 
 -Sənə dedim axı, uşağı götür o tərəfdə daldalan! 
  Çöl qapıdan içəri düşən kölgə onların səsini kəsdi. Samanlıqda çadralı qadın peyda oldu. Onun arxasınca da kişi. Kişinin üzü götünürdü. 
   -A, bu məşədi Said dayıdı ki?!
  - Suss ..
   Asya səsini udub irəli boylandı. Qadın Banuxatuna oxşayırdı. Amma üzünü görmədən əmin olmaq istəmirdi. Belə şeyi heç ağlına gətirməzdi ki, Banuxatunla bacısının əri ilə..
   
    ... Ara  vermədən elektropoct adresimə Baharın yazdığı məktublar düşürdü. Bu məktubları nə oxumağa , nə də incələməyə halım qalmışdı. Gözlərim cox yorulmuşdu. Oxuduqca bir birinin arxasınca gələn həyəcanlı səhnələr gözlərimin qarşısında canlandıqca, mən özüm özümü bu hekayənin qəhrəmanı sanırdım. Yoox, bir kitabı bir günə oxumaq olmadığını bilirdim. Bir həyatı bir günə necə oxuyacaqdım ki? Qoy qalsın sabaha... Kampüteri söndürüb ayağa qalxdım ...

            ____  9  _____

     Bu əhvalat beynimə necə dolmuşdursa, gecə yatanda da yuxuda bu üzünü görmədiyim ,  tanımadığım qəhrəmanlarımı görürdüm. Sanki onlar mənim yaxınlarım, mənim tanıdıqlarım idi. Bəzən evdə ailəmlə söhbət edəndə onlardan danışır, onların həyatlarını  ailəmlə müzakirə edirdim . Sanki onlar bizim tanıdığımız bir ailə və biz onları düşdükləri bu qəribə vəziyyətdən çıxaracaq adamlar idik . Günümün çoxu kampüter arxasında keçirdi. Bahardan gələn mesaj və məktublar həyatımın bir parcası olmuşdu. Bir gün məktub və ya mesaj gəlməsəydi özüm də darıxırdım. Onları dönə dönə oxuyur, bəzi şeyləri nota alır, bəzilərini seçib irəlidəki bölümlər üçün başqa alboma yığırdı.Bahar olayları hadisələr, xatirələr əsasında danışıldığı üçün, hadisələrin gedişatı üst üstə düşmürdü . Onları incələyib bir birinin ardıyca yazmaq oxucularımda daha gözəl təəssürat yaradacağıma əmin idim. Həyat Baharın ailəsinin həyatı idi, ama bu həyatı romana çevirən mən ...

    Utandığından yanaqları qıp- qırmızı qızarmış, xəcalət tərindən başındakı kalayağısı suyun içində idi. Həyatında heç vaxt görmədiyi səhnəyə üz-üzə dayanmışdı Asya. Qarşısındakı samanlıq sanki bir filim səhnəsi, orda isə iki parno ulduzunun obrazi canlanırdı. Xəcalətindən üzünü o tərəfə cevirib qulaqlarını və uzunu ovuclarında gizlədirdi. Banuxatunun ettiraslı səsi bütün vücudunu tərpədir, bütün hissiyatını zəbt etmişdi. Beyninə sanki iynələr sancılırdı və bu iynələr sancıldıqca da qıcıqlanıb əsəbləşirdi. Daha dayana bilmirdi, oraya gedib dayısı arvadının saçın başın yerə tökmək, onun bacısının ərinin üzünə tüpürmək istəyirdi. Əlini üzündən çəkib Qulama baxıdı. Qulam da ona baxırdı. Qulam da gərgin halda, əli üzündə və saqqalında qalmışdı. Asyanın düşdüyü vəziyyəti, keçirdiyi hissləri yaxşı başa düşürdü. 
   Anidən yerindən qalxıb, samanlığa qaçmaq istədi. Qulam cəld hərəkətə keçdi. Onun biləyindən tutub özünə tərəf dartdı. Asya qışqırmaq istəyəndə onun ağzını tutub yerə oturtdu. Asyayla Qulam arasında səssiz əlbəyaxa döyüş başlamışdı. Qulam onun ağzını sıxdıqca Asya onun əlindən qurtulmaq üçün var gücüylə Qulamı yumuruqlayır, onun saçlarını yolurdu. Yerdə əlbəyaxa süpürləşən Asya Qulamı harasına gəldi təpikləyib vurur, özünü onun əlindən qurtarmağa çalışırdı. Elə bil Banuxatunla məşədi Saidin acığını Qulamdan çıxırdı. Qulamın boyun boğazında tutar qalmamışdı. Asya onun qulağını qoparır, üzünü cırmaqlayırdı. Yanaqlarından qan damlayırdı. Asyanın sakitləşməsinə çalışan Qulam hələ də Asyanın ağzını möhkəm möhkəm sıxırdı, qışqırmasına, səsinin çıxmasına əngəl olurdu. Təngənətfəslikdən və burnunun sıxılmasından deyəsən Asyanın burun damarı partlamışdı . Qulamın ovcu qanla dolmuşdu. Asyanın gözü necə dönmüşdüsə nə qanayan burnu nə də yolunub ovuclarına qalan Qulamın saçlarını görmürdü. Qulam inad etdikcə Asya daha da vəhşiləşirdi. Qulam qızın arxasını döndərib qızı var gücüylə özünə sıxdı. Bir əli Asyanın ağzında, biri əliylə qollarını tutmuşdu. Ayaqlarıyla ayaqlarını sarıb onu hərəkətsiz hala gətirmişdi. Biraz sonra Qulamın qollarından cabalayıb çıxa bilməyəcəyini anlayan Asya təslim olmağa qərar verdi. Hərəkətsizlikdən büs bütün keyimişdi. Daha Qulanma qarşı gəlməyə halı qalmamışdı. Qulamın nəfəsi tərdən pörtmüş qızın üzünə, boyun boğazına sərinlik gətirirdi. Asyanın sakitləşdiyini görən Qulam qızın qulağına əyilib pıcıldadı . 
   -Nolub sənə, uşaqsan?Sakit ol birazca. Neyləmək istəyirsən sən? Başına bəla axtarırsan, dəli qız? Özünə yazığın gəlmir gəlməsin, mənim nə günahım var? Nə pisliyim keçib sənə? Mən də cəhənnəm, bəs o samanlıqdakı oğlun? 
   Qulam danışdıqca Asya gözlərini yumub çarəsizcə için için ağlayırdı. Özündən asılı olmayaraq qolları arasında əsən qızı biraz da özünə sıxıb dodaqlarını saçlarına yapışdırdı. Saçlarının qoxusunu içinə çəkib, incəcik bir öpüş aldı. Əlini qızın ağzından çəkib Asyanın dodaqlarının qanın əlinin arxasıyla sildi. Asya elə indicə ağız burnunun qanadının hiss edib daha da kövrəldi. Başını yuxarı qaldırıb burnunun qanını kəsməyə çalışdı. Qulam cibindən bez parçası çıxarıb Asyanın burnuna tutdu. 
   -Sakit ol, hər şey yaxşı olacaq. Onlar bizi burda görsələr, öz günahların boyununa alarlar səncə? Bir düşünsənə, onlar qohumdurlar. Heç kimə sübut edə bilmərik ki, onlar burda nə qələt edirlər. Əksinə onlar bizi şərliyərlər, deyərlər ki, Asyanın izinə düşüb burya gəlmişik, naməhrəmlə bir yerdə tutmuşuq... 
    Elə bu vaxt içəridən Arazın səsi gəldi. Uşaq ağlayırdı. Cərəyan vurmuş adamlar kimi hərəsi bir tərəfə atıldı. 
  -Sən yerindən tərpənmə! - deyərək Qulam arxa tərəfdəki dəliyə yaxınlaşdı. Böyük bədənini dəliyə pərçim edib, oradan özünü bayra atdı. Bu dəlik vastəsiyle içəridəki zibili ,  təzəyi bayıra kürüyürmüşlər ...
   Asya dönüb samanlığa baxdı . Said tələm-tələsik əynini geyinirdi. Şalvarının bağını bağlaya bağlaya özünü məhəccərdən yerə atıb, ordan uzaqlaşdı. Banuxatın geyinməyə macal tapmayacağını görüb paltarlarını qoltuğuna vurub çılpaq  bədənini çardrasının altında gizlətdi. Qapıdan cıxmaq istəyəndə Qulamla rastlaşdı. Körpə hələ ağlayır, Asya gizləndiyi yerdə güclə dayanırdı. Bir an öncə qaçıb balasını qucağına almaq istəyirdi. 
   Qulam içəri girərək samanlığın ortasında donub qalmış qadına  yaxınlaşdı. Əli ilə belindəki şallağa tutub, Banuxatunun sağına soluna dolandı. Qulamın gur səsi içərini bürüdü:
   -Kimsən? Burda nə gəzirsən?
  - Mən... mənn..
  -Nə mələyirsən cavab ver! 
  -Mən dəyirmana gəlmişdim qardaş...
  -Qardaşın evində... mənnən saa qardaş olan deyil. Hələ sənin kimi... heç utanmırsan ərli arvad...
   Banuxatun yerə çöküb, Qulamın ayaqlarına sarıldı... 
  -Ayaqlarının altında ölüm, qardaş, məni bağışla.
  -Əlini çək az, qardaşın evində dedim sənə... 
 -Yaxşı... Nə görmüsən burda qalsın. Mənə yazığın gəlsin. Üc dədəli yetimim var.
   -Kimdi aaz o peysər? 
   - ... 
   -Kimdi nəyindir? Deyəsən axı bacının əridir, həə? 
 -Allah maa ölüm ver-Banuxatun üzünə əl apardı - Qurban olum məni balalarının başına dola- deyərək Qulamın dizlərini qucaqladı. 
  -O murdar əllərini çək görüm  üstümdən! Mənim balam zadım yoxdur-Qulam ayağıyla onu itələyib yerə yıxdı. Şallağı çəkib ayağnın altında kirpi kimi yumurulanmış qadının belinə çırpdı. Qadın Qulamın dizlərinə sarılıb yalvarırdı. Qulam murdar bir şeyi özündən uzaqlaşdırırmış kimi üzün gözün qırışdıraraq, onu özündən aralayıb üzünə tüpürdü: 
   -Allah bəlanı versin, Allah sizin kimilərin bəlasını vermir ki, sənin kimilərinə görk ola da... 
  -Nə deyirsən eləyərəm, qurbanın olum, bu sirri kimsə bilməsin ,  yalvarıram. Burax məni gedim. Bir də belə qələt eləmərəm . 
  -İtil, gözümün önündən, qancıq!
 - Allah səndən razı olsun! - deyib Banuxatun əl ayaq elədi. 
  - Amma bir şərtlə! 
   - Nə deyirsən eliyəcəm. Bu sirri heç kim bilməsin. Bir də qələt edərəm dədəm kərbalayi Həsənin, nənəm Hacıxanım Zəhranın ağzıyla...
  -Nə qələt edirsən, kimlə nə p'x yeyirsən özün bilərsən. Sən mənim dediklərimi elə! 
   - De görüm şərtin nədir? Nə desən mən razı, təki bu sirr burada qalsın. 
  -İnan məni heç maraqlandırmırsan. Bu saat məni o ağlayan uşaq və onun anası maraqlandırır. 
   Banuxatın təəccüblə samanların arasında hələ də ağlayan uşağa baxdı. 
  - Bu gecə, mənə bir arabalı at, bir az yeyəcək,su, biraz da xərclik  gətirməlisən! - Qulam bu əmriylə söhbəti kəsdi- di yeri! 
  -Dədəm, nənəm saa qurban- Banuxatun Qulamı sözünü tamamlamağa qoymadı- at, araba, yeyəcək verərəm amma heç pulum, qızılım yoxdu. Onu məndən istəmə, ərsiz arvadam, dədəli yetimlərim...
  Qulam qırmancı qaldırdı.Qadın başını ovuçları arasına alıb aşağı əyildi. 
  -Sən istəsən taparsan, qancıq.Ərin yoxdur, oynaşın var, get oynaşından al. İtil burdan ifritə. Xoruzun ikinci banında burda gözləyirəm haa. Gəlməsən məndən incimə! 
   Banuxatun ətəyini əlinə yığıb cıxanda Qulam arxasından səsləndi :
   -Həə, bir də baldızın qızı Asyanın mənə gətirəcəksən!
   - Asyanı?Dayan bir... Sən kimsən? Sən... sən... o Asyanın dediyi adamsan, taxıllıqdakı? Sən cinsənmi? Yoxsa cinlərin qadın aşiq olduğu doğrudur? Sən ona aşıq olmusan, ona görə ona kömək edirsən? O uşağı da sən qaçırtmısan?- dönüb samanlıqda ağlayan uşağa tərəf boylandı. İxtiyarsız halda ora tərəf getdi. Qulam onun qolundan tutub, saxladı onu qapıya itələdi. 
   -Yeri get, ay arvad, vaxtım yoxdur. Ya dediklərimi elə, ya da...
  -Baş üstə, baş üstə...- deyib Banuxatun qapıdan çıxdı. Qapıda ayaq saxlayıb Qulanma döndü:
  -Bəs birdən Asya gəlməsə? 
  -Gələr, gələr.Sən ona de ki, səni oğluna qovuşduracam ...
   Qadın üzünü çöllüyə tutub qaçmaq istərkən Qulam onun qolundan tutub özünə tərəf dartdı. Onunla burun buruna dayandı. Zəhmli baxışlarındakı hökm Banuxatunun vücudunu titrədirdi. 
  - Burdan gedib, burda olanları  oynaşına xəbər vermə ha. Hər hansı bir səhvin ölümünə səbəb olar. Ağlın varsa ağıllı başlı Asyanı mənə gətir, həyatını qurtar. 
  - Qadan alım, bəs kişi?
  - Nə kişi az? 
  - Asyanın atasını deyirəm. Axı o yatalaq xəstədir. Asyanın qaçırsan o nolacaq, ona kim baxacaq? 
   - Sən bunu dərd edirsən özünə? Əlbəttə onun atasına sən baxacaqsan. Başa düşdün, yoxsa...
   -Başa düşdüm, başına dönüm, başa düşdüm. 
   Bütün bu olanları, danışıqları Asya içəridən görürdü. Qadın gedəndən sonra Asya gizləndiyi yerdən cıxıb Qulamın üstünə düşdü. Qulamı yumuruqladı:
  - Bu nə cəsarət, bu nə hoqqadır mənim başıma açırsan. Sən məni ondan niyə istədin ki? Sən rəsmən məni qaçırmaq üçün ondan kömək istəyirsən? 
  - Qaçırmaq? Ha ha haa... 
   - Bunun adı qaçırmaq deyil bə nədi? Sən heç bilmirsən mən səninlə gəlirəm ya yox? Bu nə arxayınlıqdır belə? Həə? Nə gülürsən ee? 
   Asya onu yumuruqladıqca Qulam qəhqəhə çəkirdi. O, güldükcə Asya hirsindən catlayırdı. 
   -Nəyə gülürsən ayə? Başın xarab olub? Burda gülməli nə var? 
   Asya Qulamın dayanmadan güldüyünü görüb, iki əlli ola aley atdı: 
   - Allah, dəlillərinə ağıl ver. Alaaa kül başına ...- deyib uşağına tərəf getdi. Uşağını qucağına alanda əllərini, qollarını bütün pisliyin içində gördü . Üstünə baxdı üstü- başı bütün pisliyə bulaşmışdı. Özü də leş qoxuyurdu. Dönüb Qulama baxdı. O da elə Asyanın günündəydi. Bayaq içəridə süpürləşəndə ikisi də pəyədə atların təzəklərinə bulaşmışdılar. Asyanın üzü gözü qanın içində, Qulamın üzü çırmaq- cırmaq idi. Asya Qulamın bu halına özünü saxlaya bilmədi, onu da gülmək tutdu...

               ARAZIN O TAYI . 

   Bir səhər yuxudan qalxdığında şəhərin elektrik dirəklərindən asılmış radiyoda Böyük Vətən Müharibəsinin  başladığı elan edilirdi. Hamı kimi İbrahim də təlaşla şəhər meydanına üz tutdu. Bəli deyilən xəbər doğru idi. Faşist Almaniyası SSRİ- yə müharibə elan etmişdi. Bütün ölkə səfərbər olmuşdu. 
    Vəziyyət günü gündən gərginləşirdi. Ambarlarda toplanmış  məhsullar, əldə edilən qazanc və pullar müharibəyə silah -sursat almaq üçün göndərilirdi. Müharibə SSRİ - nin hər bir Respublikasında olduğu kimi Azərbaycana da təsirsiz ötüşməmişdi. Hər gün ölüm xəbərləri, anaların vay şivəni , qıtlıq, açlıq ölkəni başına almışdı. Köhnə nəsillərdən,  ölkənin bu vəziyyətinə sevinənlərin əksinə olaraq, yeni nəsillər bu vəziyyətə əzmlə qatlanırdılar. Nə olur olsun,vətən torpağının bir qarışını da düşmənə təslim etmək istəmirdilər. Ölkənin hər sahəsi "vətən naminə! "  deyib can başla birləşmişdilər.
    Müharibə başlayanda iki il İbrahimi  müharibədən yayındıran Bəşirin həmişəki kimi bu dəfə də nə vətənə, nə də heç kimə heç bir faydası yox idi. Kalxozdan əldə etdiyi gəlirlərlə bu dar və böhranlı günlərdə istədiyi adamlara "hörmət" edir, "xətir" qazanırdı.Əlinə fürsət də düşmüşdü. Həmişə erməni qızlarıyla eyş- isarətdə olan Bəşir bu dəfə başqa əyləncə tapmışdı. Əri müharibədə ölən cavan gəlinlərə tamah salmışdı. Onları pul və ya yeyəcəklə şirnikdirib gecələr evlərinə soxulurdu. Müharibədən sonra onlarla evlənəcəyini vəd edirdi .
     Günlərin bir günü yemək zamanı, bürün külfət süfrə başındaykən İbrahim belə bir qərar verdi . 
 - Müharibəyə gedirəm...
   Qızların və Ulduzun vay-şivəni aləmi başına götürsə də İbrahimi heç bir şey qərarından döndərə bilmədi. 
    Müharibə başlamadan Mikayıl əsgərliyə getmişdi. Hələ əsgərlikdəykən müharibə başlamışdı. Müharibənin 7 ayında Mikayılın ayağı ciddi zədə alaraq geriyə gəlmiş, bir neçə aydan sonra yaralı ayağında çürümə baş vermişdi . Ayağı dizdən yuxarı kəsilmişdi . Döyüşə getmək qərarı, necə illərdir küsülü olan qayın yeznəni barışdırıdı. İbrahim əmisi qızlarını və Ulduzu Qarabağa gətirib Mikayıla tapşırdı. Özü isə müharibəyə yollandı . 
   Ölkənin mərd oğulları ön cəbhələrdə, qadınlar və yaşlılar, müharibədən yaralanıb geri gələnlər isə arxa cəbhələrdə vətənin xidmətindəydilər. Bəşir kimiləri isə qız gəlinləri yoldan çıxarıb özləri üçün  dövran sürürdülər. 
   Arxa cəbhədə Vətən xidmətində duranlardan biri də Ulduz idi. Ulduz tibb bacılığını oxusa da İbrahimin qısqanclığı ucbatından heç bir yerdə işləməmişdi. İbrahim müharibəyə gedəndən sonra o da xəstəxanaya gəlib baş həkimlə danışdı. Burda onlara könüllü olaraq kömək etmək istədiyini dedi . Belə bir vaxtda, xəstəxanalarda həkim və tibb bacılarına ehtiyyac olan bir dönəmdə Ulduzu əldən qacırmaq ağılsızlıq olardı. Odur ki, baş həkim əmrini verib onu isə başlatdı. 
  İşlədiyi yer kiçik rayon xəstəxanası olsa da buraya da yaralılar gətirilirdi. Əsasən də yarası sağalmaq üzrə olan yaralılar burda müalicə olunurdular. Qısa müddətdə Ulduz kollektiv içində öz hörmətini qazandı. Əməliyyat zamanı cərrahın köməkliyi ilə  qazandığı uğurlar onun yatmış arzularını oyandırırdı. Həkim olmaq istəyirdi. Ürəyi arzularla aşıb daşıdı. Bir tərəfdən də vətənpərvərlik eşqi bu gənc qadını ağuşuna alıb daha da yüksəklərə çəkirdi. Neçə ildir evli olmasına baxmayaraq uşaqları olmamışdı. İbrahim müharibədədir. Geri gəlib gəlməyəcəyi bəlli deyildi. Əvvəllər İbrahimdən tez tez məktub alsa da sonralar bu məktubların arası seyrəlməyə başlamışdı. Ürəyində bir nigarancılıq baş qaldırsa da özü özünü təsəlli edirdi "müharibədir hər an, hər şey ola bilər, tədbirli ol! " -  deyə düşünürdü, Ulduz. Bu cətin dövrlərdə özünü hər şeyə hazırlamağa çalışırdı. O düşünürdü ki, heç bir qadın özünü kişidən asılı bir vəziyyətdə görməməlidir. Hər hansısa bir qadının həyatında kişi olmaya da  bilər. Bəs o qadınlar necə yaşamalıdır. Özü öz ayaqları üstündə necə durmalıdır? Həyata kişi olmadan necə tutunmalıdır? Bəs birdən əri müharibədən gəlməsə , onda necə olacaq? Onda tək başına həyatla necə mübarizə aparacaq? Savadı, biliyi, sənəti olmasa müftəxor, şorgöz kişilər onu əzməyəcəkmi? Ulduz da bəzi qadınlar kimi ac qurd kimi ağzını acan əclafların yemi olmayacaqmı? Hər dövurun bir şərəfsizi olur təbii ki, o zamanın da ifritə qadınları, alçaq kişiləri vardır . Zamanə elə gətirmişdi ki, bir tikə çörəyə qadın qadını belə kişilərə satırdı. O ki qala gözəl və gözə gəlimli gənc bir qadın olasan. Marıtda dayanmış o qədər qurdlar var idi ki, fürsət gözləyirlər. 
   Belə şeyləri düşündükcə özü - öz qərarını vermişdi, Ulduz. Nə olur olsun, təhsilini davam etdirməliydi. Bu barədə ilk fikirini, yanında işlədiyi doktora, sonra isə qardaşı İsmayıla dedi. İkisi də bu barədə onu təbrik edərək, bu yolda onu sonsuza qədər dəstəkləyəcəyinə söz verdilər. Mikayıl isə bu barədə hec kəlmə belə eşitmək istəmirdi. Zatən müharibənin belə qızğın vaxtında oxumaq da mümkün deyildi. Ölkənin təhsili bu barədə iflic vəziyyətdə idi. Həm o illərdə qadınların həkimlik oxuması normal qarşılanmırdı heç. Ama yenə də Ulduz bu yolda çabalayıb hər yerə baş vururdu. Bəzi yerlərdə rədd cavabı alsa da bir işıq yolu vardı. Tibb bacısı kimi ön cəbhədə calışıb, öz məharətini göstərmək və ordan Moskva Tibb Universitetinə göndərilmək...
    Artıq 6 ay idi ki, İbrahimdən də heç bir xəbər yox idi. Gözləri yolda, qulaqları səsdə idi. Hər an qapılarının döyüləcəyi və İbrahimdən qara kağız  alacaqlarını gözləyirdilər. Nə qara kağız vardı, nə də bir xəbər. Ağlına gələnlər Ulduzun başına gəlmişdi. Bəlkə də itkin, bəlkə də əsir düşümüş, ya da sərhəddi keçib, fərarilik etmiş, müharibədən yayınmışdı. Axırıncı dəfə Kırımdaydı. Bəlkə ana vətən - Təbriz eşqi İbrahimi çaşdırıb? Kırım türklərinin vasitəsiylə Türkiyəyə, ordan da İrana keçib? Ulduzun ağlına hər şey gəlirdi. Səbəb hər nə idisə İbrahimin adı nə öldü siyahısında vardı, nə qaldı, nə fərari, nə əsr, nə də itkin... Sanki yer ayrılıb yerə girmişdi İbrahim. 
  Ulduzu bütün ümüd kəsilmişdi. İçində ona səssiz yas tutub həyatına davam edirdi. İbrahim olmayınca da arzularının qarşısındakı maneə də qalxmışdı. Ulduz həkimlik arzusuna daha qətiyyətli addımlar atırdı  Komisarlığa gəlib könüllü olaraq tibb bacısı kimi ön cəbhəyə getməyə ərizə yazdı və nəhayyət 1944 ilin dekabrında o, müharibəyə yollandı. 
  Beləliklə Ulduzun həyatının ən çətin qürurlu və sınaqlı günləri başladı. Tibbin ən çətin və məsuliyyətli üzü ön cəbhədəki iş idi. Xəstəxanada nə görmüşdü ki? Əsl səhnə, əsil iş burdaymış. Müharibənin odu alovu içində al qanına qərq olmuş yaralıları döyüş bölgəsindən belinə alıb çıxarır onlara təcili tibbi yardım göstərirdi. Bura rayonda gördüyü sakit 3-5  yaralılıq xəstəxana deyildi. Bura ön cəbhə, döyüş meydanı idi. Əli, ayağı qopan kim, bir parcasi bədənindən ayrılan kim... İlk gəldiyi günlərdə belə ağır yaralılara dözə bilməyən Ulduz, sonralar onunla bərabər işləyən Olyadan təsəlli və dəstək alaraq artıq hər şeyə alışmışdı. 
   Olqa başqa millətdən olmasına baxmayaraq qumral saçlı  23-24 yaşlarında bir qız idi. İlk gəldiyi gündən Ulduzla bacılıq olmuşdu. Sevdiyi var idi, onu sevdiyinin məhəbbəti onu müharibəyə gətirib cıxartmışdı. Əgər ölməsələr sağ qalsalar müharibədən sonra evlənəcəkdilər. 
    Sən saydığını say gör fələk nə sayır. Partizan keşfiyyat dəstəsində döyüşən sevgilisinin bir gün Olyanın qolları arasında əməliyyat masasında  öləcəyini Olya heç zaman ağlına gətirməmişdi. Olyanı kecirtdiyi stres və depresiya səbəbi ilə müharibədən təxris edib onu Moskvaya müalicəyə yolladılar . 4 ay idi, çiyin çiyinə döyüşərək Olyaya bağlanan Ulduz burda özünü tək tənha bir boşluğa düşmüş kimi hiss edirdi. Çox darıxırdı. İtki ardından itki... Sabaha ümüd edə bilmirdi. Həyatı ayrılıqlarına ibarət idi. Çox darıxırdı, İlduz. 
   İllərin ayrılığı Ulduzu ərindən soyutmuşdu. Evli olduqları zamanda da Ulduz ərindən bir mehribanlıq, güvən və sevgi görməmişdi. İbrahimin gözündə sevgi qısqanclıqla ölçülür. Belə ki, kişi nə qədər çox qısqanırsa, arvadını sıxırsa, özünə möhtac edə bilirsə, yumruğunu hökmünü qadınına daddıra bilir və sonra da arvadının könlünü alıb gecə onu  qoynuna ala bilirsə deməli o yaxşı kişidir və arvadını hamıdan, hər şeydən çox sevir, arvad da bu həyatı qəbul etməlidir. Onun fikirincə ərini sevən hər bir qadın ərinin hər kaprizlərinə dözməlidir. Bu qadının vəzifəsidir. Kişi nə edirsə etsin sadiq qadın ərinin qulluğunda səbr və sədaqətlə dayanmalıdır. Vəssalam. Ulduz da ibrahimin təsiriylə onu belə qəbul etmişdi. Nə qədər incinsə də oturmaqdan başqa yolu yox idi. Bəlkə də atası olsaydı onun kölgəsinə sığınardı. Mikayıl dəli dolu, onsuz da qabağından yeyən biri deyildi. Toylarından bu günə qədər İbrahimlə düşmənçiliyinin səbəbini hələ də bilmirdi. İndi desəydi, boşanıb gəlirəm, Mikayılın əli qana bulanmazdımı, balaları boynu buruq qalmazdımı? İsmayılın ölkəylə bir adı vardı. O dövr üçün boşanmaq məsələsi biraz qərəzli idi. Həm də vəzifədə olan bir adam üçün. Belə bir adamın bacısının boşanması heç normal bir şey sayılmazdı. Dilə gətirilməsi belə utancverici bir hal olardı. Odur ki, Ulduz qardaşlarının əli qana batsın, adına xələl gəlməsini istəməzdi. İllərlə ərinin itaətlərinə qatlanıb taleyin yazısına boyun əymişdi. Bu həyatıyla nə qədər barışmış olsa da onu erkək milçəyə qısqanan ərinə artıq ürəyində sevgi yerinə nifrət oyanmışdı. Uşağının olmaması da onu İbrahimdən daha çox soyudurdu. Ana ola bilməməsinə kədərlənsə də, bir tərəfdən uşaqlarının atasının ibrahim olmayacağına sevinirdi. Özü həkimlərdə çox olmuşdu. Ulduzun gec də olsa ana olacağı deyilmişdi. Demək ki, problem ərində idi. İstəsəydi də ərini uşaq üçün həkimə apara bilməzdi. Cünki bir kişinin uşaq üçün həkimə müraciət etməsi el arasında normal qarşılanmazdı. İbrahim camaatın nə dediyini özünün mənafeyindən üstün tutan bir tip idi. 
   İlduz ərinin orda burda tez tez qadın məclislərində olduğunu eşitsə də bunun üstünü vurmurdu. Bilirdi ki , hər kəsin həmişə dediyi sözü eşidəcək: "kişi xeylagıdır, adına söz gəlmir, ləkə yapışmır" Vay o hala ki, onun etdiyin qadın edə ...
   Bu ailənin sonunu bir yerdə görmürdü. Ancaq nə etməli? Məcbur hər şeyə dözürdü.
   Olyanın bu sevgi faciəsinə baxıb bu zavallıların sevgilərinə qibtə edirdi Ulduz. Düşünürdü ki,Olyanın və sevgilisinin başına gələnlər Ulduzla İbrahimin başına gəlsəydi Ulduza necə təsir edərdi. Ulduz da Olya kimi "dəli" olardımı? Olmazdı. Ulduz ərinə qarşı sevginin heç meyil bucağını belə görməmişdi. Əsla o ərinin yoxluguna dəli ola bilməzdi. Amma olmaq istəyərdi. Ən böyük arzusu idi, qeyri adi, heç kimin yaşamadığı bir eşq yaşaya. Qadın kimi sevib sevilmək, dəyər görmək onun ən böyük istəyiydi .
    Olyayla ayrılığına üzülsə də bu ayrılığ cox çəkmədi. Tezliklə müharibə qurtardı. Vətən qələbə qazandı. Vətən uğrunda qəhrəmanlıqlarına görə Ulduz medal və ordenlər ilə təltif olunmuşdu. Artıq geri vətənə dönmə zamanı gəlmişdi . Ulduz vətənə qəhrəman kimi qayıdırdı. Görək bu şan şöhrət Ulduzun içindəki boşluğu dolduracaqmı? 
   Müharibə Ulduzun gözünü açmışdı. Onu qorxmaz və cəsarətli etmişdi. Utancaqlıq və saflıq köhnə xatirələrə qarışıb itmişdi. Keçən günləri xatırladıqca özü öz saflığına gülürdü . Keçmiş zamanla indiki yaşamını tərəziyə qoyduğunda bəy nəsili olsalar da o dövürün acınacaqlı və aciz vəziyyəti, avamçılığı Ulduzu əsəbləşdirirdi. Müharibədəki uğurları ona qol qanad vermişdi. Bu qədər əziyyətinin bəhrəsini görüb infi təhsilinə davam etməyəcəkdi ki? Onun əlini qolunu bağlayan nə idi? Uşağı yox, İbrahimdən də 1 ilə yaxındır heç bir xəbər çıxmırdı. İbrahım yaşayırsa da Ulduzun müharibədə olduğundan belə xəbəri yoxuydu. İbrahimin daha qayıtmayacağı umuduyla həyatının planlarını cızsa da hər zaman üzərində onun xofunu hiss edirdi. Bəlkə hardasa gizlənib, bəlkə müharibənin bitməsini gözləyir, bəlkə gələcək? Bəs yaxşı bu qədər azadlığa alışmış Ulduz təkrar İbrahimin boyunduruğu altına girə bilərdimi? Beynində suallar dolaşıqca bütün bu suallara tək bir cavab tapırdı Ulduz - ƏSLA!!! 
    Mikayıl Ulduzun arxasıyca Moskvaya qədər gəlsə də Ulduz İsmayıldan aldığı dəstəyə arxayınlaşaraq Mikayılla rayona qayıtmağa etiraz etdi. 
  - Burda qalıb oxuyacağam qardaş, xahiş edirəm, mənim bu işimə qarışma - deyib son qərarını verdi. Müharibə veteranlarına verilən dəstəkdən və öz həyat və praktik  təcrübəsindən yararlanıb Moskva Tibb Unversitetinə qəbul oldu. Universitetdə oxıyan zaman axtarıb Olqanı da tapdı. Olqa xəstəxanadan çıxmış və artıq şəhər xəstəxanalarının birində tibb bacısı işləyirdi. Ana atası Ukraynadakı döyüşlərdə elə evlərində yandırılıb öldürülmüşdü. Olqayla səmimi münasibətləri ailə dostluğuna sonra da qohumluğa səbəb olmuşdu. İsmayıl Olyayla evlənmiş, iki qızı və bir oğlu olmuşdu...
    Həyatının ən gözəl günlərini yaşadığı, uğurlarının bir birinin arxasıyca muncuq kimi düzüldüyü bir vaxtda, bir gün yenə tale qapıları onun...
                    ******
   - Yox artıq davam edə bilməyəcəm! -deyib kampüterin arxasından qalxdım. Telefonu götürdüm və  Bahara : 
   - Deyəsən bu həyat kitabını mənə bir gecədə oxutmaq istəyirsən, hə? Aa bir aman ver də nəfəs alim -  yazaraq, bir dənə gözvurma və gülüş smaykı yollayıb vanna otağına kecdim. Vanna otağına girib kranı açdım. Ovcumu su ilə doldurub üzümə vurdum. İlıq su üzümə rahatlıq gətirdi . Dikəlib başımın üstündəki aynaya baxdım, üzünü gorüb tanımadığım bir qız ordan mənə baxırdı. Zərif uzun boylu, incə belli, şux baxışlı, zirək bir qız. Uzun saçlarını ortadan ayırmış və iki hörərək çiyinlərindən döşünün üstünə atmışdı. İlk baxışdan bu gənc qızın üzü saflıqdan xəbər versə də , diqqətlə baxanda gözlərindəki qətiyyət, məğrurluq və özünə güvən bu qızın güclü bir qız olduğundan xəbər verirdi.    
    Başımı silkələyib hekayənin təsirindən cıxmaq istəsəm də bunu bacarmırdım. 
   - Kimdi bu qız? - deyə özüm özümə sual etdim . Həə Bahar mənə belə bir şəkil göndərimşdi. Amma kim olduğunu xatırlaya bilmirdim. Beynim qarmaş dolaş idi. Üzümü silib, dəsmalı asılqana asdım. Təkrar kampüterin başına qayıtdım. Baharın göndərdiyi şəkillərin içində təsəvürimdəki o qızı araşdırırdım .

              ____ 10 _____

     Bilgisayarımda mesajlar və bəzi notlar bir-birinə qarışmışdı. İstədiyimi tapa bilmirdim. Ağlıma bir fikir gəldi. Bu gün heç bir şey etməyəcəm. Oturacam bilgisayarımın başında  qəhrəmanlarımın hər birinə ayrı ayrı qovluq açacam. Çünki bu hekayə 1 nəfərin həyatından ibarət deyildi. Bir nəsilin dramdır. Axı bu nəsildə kim varsa onların bir birinə zincirvari bağlı olan həyatlarını qələmə alıram mən. Belə qarışıqlıqda notlardan nəsə axtarıb tapmaq samanlıqda qıl  axtarmaq kimi bir şeydi. Bəli, ən rahatı budur, gərək belə edəm. 
   Qovluqları hazırladım, yazıları oxuduqca, sanki bir filimin fraqmentləri gözümün önündə canlanırdı. Canlandıqca dura bilmirdim. Yazdıqca yazmaq istəyirdim. Yazdığım bölümü yarım buraxıb təkrar Arazın o tayına döndüm. Çünki o aynadan  "mənə baxan" qızın şəkilini və kim olduğunu tapa bilməmişdim....

                      ******

   Qulamın hədə qorxusundan sonra Banuxatun şələ kültəsini toplayıb ordan uzaqlaşdı. Xoruzun ikinci banına qədər zamanı vardı. O, bu gün həm Qulama arabalı at, həm pul tapmalı idi. Həm də, bu barədə Asyayla danışmalıydı. Asyanın bu məsələdən hali olması ağlının ucundan keçmirdi. Elə bilirdi ki, Asya hələ də Arazım deyib sızlayan çarəsiz bir qadlndır. Oğluna qovuşmağı çox istəyirdi, bəlkə elə buna görə Asya hər şeyə razı olar. Bəs atası? Onu kimə etibar edəcək? Burada qalmalı olsa Asya oğlu üçün ölümü gözə alacaqmı? Oğluyla həyatını davam etməsi üçün bu naməlum tanımadığı, sevmədiyi "cin" bildiyi adamla qaçarmı?
   - Yox ay balam, bu iki üç günlük məsələ deyil, nçç. Görmürsən kişi necə arxayın danışır? Elə bil, Asyayla danışıb razılaşıb, indi də qaçmağı planlaşdırılar. Yox ee, mənim bilmədiyim bir şey var ortada. Deməli, bu kişi kimdirsə Asyanı coxdan tanıyan adamdır, hə dəqiq belədir - deyə Banuxatın yır yığış edə edə hadisələri təhlil edirdi. Birdən əlin üzünə çırpdı:
  - Uyy Allah maa ölüm ver! Bəlkə də qələt eliyir ee. Elə bu uşaq bu kişidəndir. İşin altından cıxmaq üçün yalannan deyir dayım məni zorlayıb. Az vallah hə. Elə məsələ belədir. Nə qədər oğraş dayı ola belə şey edər? Yazıq Bəşir, həə eey, elə bir zibili  varmış ki, sevdiyi ilə də qacmadı da. Yoxsa hansı qız Abdulla kimi oguldan vaz keçər? Doğurdan da Abdulla ölürdü bunun dərdindən. Ana bacı sayan idi Abdulla? Asya ona öl desəydi ölərdi, öldür desəydi öldürərdi.
    Banuxatun təəssüflə başına yumuruqlayirdi:
   - Ayy mənim saf ürəyim , gic başım! Mən özümü bijbala sanırdım. Dünənki uşaq bildiyim Asya məndən bij çıxdı. Nətər deyərlər ee "suyun lal axanı , insanın yerə baxanı ". Sağol səni... 
   Asya Qulamın yanından evə dönərkən, Qulamla Banuxatunun danışdıqları beynində dövran edirdi. Cox cıxılmaz vəziyyətdə qalmışdı. Həyatını axarına buraxmaq, buralardan getmək istəyirdi. Bəs Qulam həyatını etibar edəcəyi adam idi? Bəlkə Qulam sadəcə onun bu şəhərdən çıxmasına köməklik edəcəkdi, bəs sonra? Qulam özü də qaçaq idi. Uşaqlı bir qadının onun böyründən sallaması onun izini qabartmazmı, daha da diqqət çəkməzmı? Deyək ki, bu şəhərdən çıxdı və daha sora ayrıldılar. Bəs sonra? Asya südəmər körpəylə hara gedəcəkdi, kimin qapısına sığınacaqdı? Pulsuz parasız lap getdiyi, tanımadığı şəhərlərdə dilənçilik etsə belə, gecə başını soxmağa bir damı hardan tapacaqdı? Dayısının bəlasına gələn bir qız tanımadığı, bilmədiyi başqa şəhərlərdə kişilərin yemi olmazdımı? Bəs yatalaq atası? Onu kimə tapşıracaqdı? Qulam atasını Banuxatın boynuna qoymuşdu düzdür. Bəs Qulam da bu şəhərdən getsə Banuxatın öz kefinə baxmayacaqmı? Atasını bu kohnə damda yiyəsiz və baxımsız buraxmayacaqmı? 
   Əlini üzünü arxın suyunda yusa da, üstü başı pisliyin içində, leş oxuyurdu. Özü özündən diksinsə də, az öncə axırda baş verənlər gözünün qabağına gəldikcə dodaqları qaçırdı. Banuxatının elədiklərinə hirslənsə də Qulama qarşı ürəyində bir həyəcan baş qaldırmışdı. Yol gedə-gedə üzünü şapalaqlayıb, ağlına gələnləri ürəyinə enməsinə icazə vermirdi. Qulamla onun arasında nə ola bilər ki:
   - Özünə gəl Asya, dədən yaşda kişidir. O sənə insanlıq edib kömək edir. Sənin fikirləşdiklərinə bax, axmaq! Bəlkə, kim bilir, nə günahı var ki, elədiyi yaxşılıqla günahlarını Allaha bağışlatmaq istəyir? Onunla sənin aranda heç nə ola bilməz! Səni ölümün pəncəsindən qurtarıb, aparıb atacaq səni tanınmaz, bilinməz bır yerə. Deyəcək get oğlunla həyatını yaşa! Sən öz yoluna, mən öz yoluma. Çıxıb gedəcək işinin gücünün dalıyca. Sən durub burda gic gic şeylər fikirləşdiyini, bundan sonra nə olacağını fikirləş. Bəlkə də yazığın ağlından heç nə keçmir ee, bəlkə də camaatın arvadı uşağı var ee. Sən nə həşir gəlmisən özünə? 
    Belə düşündükcə bir tərəfdən də xəcalət təri onu bürüyürdü. Doğum anı, Banuxatının Məşədi Səidə axırdakı səhnəsi gözünün qabağına gəldikcə, bütün bunlar Qulamla onun gözləri qarşısında baş verdiyini düşündükcə muncuq muncuq tər tökürdü . 
   - Allah səni biyabır eləsin Asya! Allah bu nə idi mən yaşadım, bu nə biabırçılıqdır, bu nə xəcalətdir. Az, nə üzlə bu kişinin üzünə baxa bilirsən sən?-deyə özünü qınayırdı. Amma axırdakı peyinlikdəki süpürləşmə səhnəsi gözünün önündə canlandıqca tükləri biz biz qalxırdı. Uzunu qapatdıqca barmaqlarının arasından Qulama baxarkən Qulamın keçırdiyi həyəcan və hissləri indi dərk edirdi.
  - Öz aramızdı, yaraşıqlı kişidi ha, heç mənə qarşı da diqqətsiz deyildi ... 
   Ürəyini qorxu sardi, qorxuyla bərabər sevinirdi:
   - Gör nə qədər möhkəm kişidir ki, Banuxatun gedəndən sonra o yiyəsizlikdə mənə toxunmadı. Onun yerinə başqası olsaydı... Halal olsun vallah. Belə qeyrətli kişiyə can qurban olmazmı? Həyat etibar edilməzmi? Gedəcəm, vallah qaçacam onunla. Bundan sonra nə olur olsun. Bundan betər olmayacaq ki. Onsuz da axırım ölümdür. Ha burda , ha başqa yerdə. Belə əli qolu bağlı ölümə boyun əyə bilmərəm. Bacardığım qədər, nəfəsim çatdığı qədər qaçmalıyam. O etibarlı adamdır. Məni yarı yolda qoymaz. 
    Evə girən kimi üstündəki kirli  cadrasını cıxarıb qapının arxasına tulladı. Özünü atasının üstünə atdı. Başını çiyinlərinə qoyub səbəbini özü də bilmədən hönkürüb ağlamağa başladı. İçində qəribə bir hiss vardı.  Bilmirdi dayısı arvadınamı hirslənib ağlayır, yoxsa, bu yazıq xəstə atasından ayrılacagınamı ağlayır? Bəlkə bu göz yaşlarının səbəbi gələcək günlərin xoş ümüdləridir. Bəlkə çarəsizlik? 
   Qapı ehmalca açıldı :
   - Ööfff, bu nə iydi belə?
   Banuxatun havanı qoxlaya qoxlaya içəri girdi:
  - Tövlə qoxuyur ev, üff...
   Ayağıyla qapının arxasındakı çadranı vurub ortaya cıxartdı. 
   -Bu nədir? Bu hardan çıxdı, bunu niyə bura qoymusan, ev iy verib iylənir. 
  - İndi çıxartdm əynimdən. Tövlədəydim, tövləni təmizləyirdim. 
   -At eşşək olmayan, illərlə girilməyən tövlənin? Həm də çadraya?- bic bic Asyaya baxıb ürəyində: "bax, bax buna bax bir, bu da mənə səkkiz gəlir. A köpəyin qızı, sən gedən yolları mən coxdan qayıtmışam bala, get dütdülünü ayrı yerdə çal, sənin onunla harda hingildəşməyin elə bu cındırından bəllidir! "
   - Aç qapını açıq qoy - Asyanın titrək səsi Banuxatunu özündən çıxartdı. Amma hələlik səsini çıxartmamalı idi. Yanında gözü kölgəli idi. Bəlkə də elə bu gün o da oradaymış, Saitlə onu bir yerdə görüb. "Ay sən öləsən köpəyin qızı. Gör mənə nə hoqqaynan gəlir haa, elə bil doqquz yaşında saf qız uşağıdır. "Anası gəzən ağacı balası budaq budaq gəzər deyib atalar". Ahh ay Banuxatun saf bildiyin bu əxlaqsız da səni gic bilib, mıtığına yavan epəy yedirtməyib haa, oğlan doğurdub"
   Asyanın isə səsi əsəbindən titrəyirdi. Amma bunu biruzə verməməli idi. Daha da soyuq qanlı olmalıydı. Qulamın dediyi kimi guya nə Qualmı tanımır, nə də Məşədi ilə Banuxatunla münasibətindən xəbəri var. 
   -Ayy mənim quzum deyəsən yenə ağlamısan hə?- Banuxatın heç nə olmamış kimi dilləndi. 
   -  ...
   - Allah gözünün yaşını qurutsun, bala. Allah gözündən axan yaşları sevinc yaşlarına döndərsin. Tezliklə balana qovuşasan. 
  - Amin. Amma mənimki ondan keçib day.
    Banuxatunun heçnə olmamış kimi yenə əvvəlki kimi ağzı dualı danışığı Asyanın ürəyinə sərinlik gətirdi.  Bu zamana qədər elə bilirdi ki, o bayaqdan hardasa gizlənib, Asyayla Qulamı bir yerdə tutmaq üçün o axuru güdürmüş.
  - Niyə keçir az, nə var, taparsan birin. O kolluqda, bu camlıqda, o axurda, bu çuxurda hingildəşərsən, axırda birin doğub verərsən qoltuna, sonra da, vıyıldayıb qacarsan da - güldü. 
  Asyanın kürkünə birə düşdü. Bu eyhamlı sözlər elə belə deyilməmişdi. Banuxatun nəsə bilir. 
   - Nə deyirsən sən dayıdostu?-Ona tərs-tərs baxdığını görüb Banuxatun üzünə ciddi bir ifadə verdi:
   -Zarafat eliyirəm də. Sən də yaman dəymə düşər olmusanr, son vaxtlar. Söz deməli deyil sənə - deyib Asyanı qucaqladı. Banuxatun onu qucaqladıqca eti çimçişirdi. Onu özündən ayırdı. 
   - Nədi ay qız? Yəni heç zarafat olmasa belə , yanı deyirsən olmaz, belə şey? 
   - Dəlisən?
   - Nə var ki burda? Fikirləş də, biri ola, çıxa deyə ki, mən Asyanı istiyirəm - ohh nə yaxşı ! Vəssalam da,sən də biraz işvə , biraz naz, tovlayasan həmin adamı. Kişiılər qadının ağlamağına dözə bilmir. Tökəsən göz yaşını, deyəsən uşaq olmuşam, anasız qız olmuşam. Özümü qoruya bilməmişəm. Başıma belə oyun gəlib. Bir oğlan domuşam...
  -Nə sayıqlayırsanee sən?
  -Nədi az. Gələcəyin, xoşbəxtliyin üçün, balan üçün etməlisən də... Az bu kişilər ki var, cavan və sulu arvad üçün cəhənnəmdə də arvadın günahın götürər ee boynuna, qaldı kı uşaq ola.
  - Bəsdir!!! - Asya əsəbi halda qalxıb evin mətbəx hissəsinə keçdi deyinməyə başladı:
  - İşin gücün qurtarıb da sənin . Gəlib burda baş beynimi yorursan? Yeri get sən allah işinnən o a bacı. Ayıbdır ee belə şeylər danışmağın,vallah ayıbdır. 
  -Ayıldıram da səni, gözün açıq olsun.
  Asya tərs tərs qadının üzünə baxdı . 
  -Sözum yoxdur ta saa. Qoyasan düşük düşük xəyal qurasan elə!
   -Nə düşüklük? Mən səni və o körpəni qurtarmağa çalışıram. Deyirəm balana qovuşasan, ailə olasan, yuva qurasan! Bəlkə də belə  biri var, nə qımışırsan az, var? Az sən Əsmərin...- "qızsan " deməkdən özünü güclə saxladı, sözünü dəyişdi- Bəşirin bacısı qızısan da . Qanınızda var. Doğub yəni doğurdub sora qaçmaq.
   -Anam haqqında belə deyə birmərsən !
  -Dayını deyirəm dayını! Dey balalarını atıb üstümə cəhənnəm olub gedib. 
  Asyanın dizləri əsirdi. Bilirdi ki bibisinin bu tikanlı eyhamla sözlərinin səbəbi var. Qulamın bu gün orada dedikləri, ona etdikləri onun beynini qarışdırıb. Indi də Asyadan söz alır. Odur ki, daha söhbəti uzatmaq istəmədi. Əsəbi halda o da sözünü ona vurub nifrətlə qadına baxıb fısıldadı:
  - Nağayrım dayım bacı qızına sataşdı, mənim də bacım yoxdur ha, gedim bacımın ərinə göz dikim. Nə deyirsən, indi durum gedim camaata deyim uşağım Məşədi Saiddəndir, məni üçüncü arvad kımı alır? 
   Banuxatın Asyadan bu cavabı gözləmirdi. Donub yerində qaldı. Demək Asya Saidi bilir. Yoxsa onun adını çəkməzdi. Ağzını doldurub açılmaq istəyirdi ki, Asya mülayim səslə :
  - Neyləyə bilərəm ee, dayıdostu? Məşədi Səid dayını sözgəlişi dedim. Bilirsən ki, şəhərdə tamah almadığı qız gəlin yoxdu.3 cünü almaq üçün döymədiyi qapı qalmayıb  
  Banuxatın incik halda üzünü yana çevirdi. 
  - Sənin üçün deyirəm. Day özün bilərsən . Bir dənə hə desən sənə kömək edə bilərəm, alıb balanı da gedərsən buralardan. Vallah heç ər olmasa da. 
  -Axı necə, hara? Mənim sevincim balamdır, o da məni ölümə məhkum edib. Ona qovuşaramsa balam da, mən də öləcəyik .
  Asyanın rolunu daha məharətlə oynaması Banuxatını səbrdən çıxardırdı:
   -Az arvad arvad danışma! Hara ölürsən. Sən hər işin altından elə çıxarsan ki , haa... Fələk də səndən baş açmaz. 
    Banuxatunun iki başlı danışması artıq Asyanın əsəblərinə toxunurdu. Bu saat bu dünyada bir birinə nifrət edən iki insan var idisə onlardan biri Asyaydı, biri Banuxatın. Amma ikisi də mehriban düşmən roluna girmişdi. Necə deyərlər çayı keçənə qədər...
   -  ? -  
  Asya səssiz və sual dolu gözləriylə qadına baxdı. Qadın sanki baxışlarıyla ona "sən məni yaxarsan, mən də sənin canını oxuyaram" demək istəyirdi. 
   - Yox ee əşi , yanı deyirəm ki, maşallah sən fərasətlisən, tfu, tfu, tfuuu ...
  Asyanın ipini daha incə yerdən qoparmaq lazımdır. Odur ki, heç gəvələmədən ağzındakı saqqızı çıxardı:
  - Nəysə de görüm, o məhəllədə fırlanan yad kişi kimdi?
  - Kişi kimdi? 
  - Mən nə bilim? Sənnən soruşuram da mən də. 
   Asya rəng verib rəng alırdı. İstədi ağzını doldurub yenə "Said" deyib ona eyham vursun. Qulamın sözləri yadına düşdü. "Nə desə, səbrli ol, çətini bu günlükdü" 
   - Nə bilim kimi deyirsən ay dayıdostum. Yol Allahın yolu, küçə şəhərin küçəsi. Yüzü gəlir, mini gedər. 
  - Az,səni doğuzduran kişidi deyəsən. 
  - Deyəsən, burada zahı olan mən, cinlər sənin gözünə görünür ay dayıdodtu!
  - Haa haa-  Banuxatun əlin əlinə vurub güldü- Allah etini töksün, deynən nənəmin goru haqqı tanımıram?
 -Nənənin, nənəmin goru haqqı mənim xəbərim yoxdu. 
  -Bıyy başıma xeyir, bissimillah...
  -Nolub ki, kimdi o, kimdən danışırsan? Cinlərin gəlib sən canın?  
  - And iç ki, o adamı o gündən sora görməmisən?
  - Görsəm belə tanımaram. O hayda adama fikir verirdim ki? Kimdi sən canı, tanış adammış? Vayyy... Day deynən biabır oldum da şəhərdə, allah mənə ölüm ver. 
  -Az, yox, mən də tanımıram həmin adamı, amma mənə elə gəlir o səni çoxdan tanıyır. 
  - Buyy... Sən tanıyırsan onu. Harda gördün o adamı, nə bilirsən kimdi, məni hardan tanıyır? Kimsə sənə nəsə deyib? 
  Banuxatın çaşqın çaçqın Asyaya baxıb üz ıfadəsindən belə nəsə bir yalan axtarırdı:
  "Bəlkə qızın babalını yuyuram, heç bəlkə bu qız o adamı tanımır. Bəlkə o adam özü bu qızla maraqlanır, almaq istəyir? Dinim iman yarısı. Əmin olmadığın şeyə niyə qızın günahına girirsən?" - deyə Banuxatun narahat oldu:
   - Nəysə fikir vermə. Gör nə deyirəm? Bayaq kücədə biri önümü kəsdi, dədəni zadı soruşdu sonra da səni. 
  Asya təccüblə qadına baxdı . 
  -Hə vallah. Ordan burdan danışdı , sora dedi balaca necədi. Ürəyim əsdi. Dedim nə balaca . Dedi xəbərim var qorxma. O balacanın atasız böyüməsini istəmirəm .
 Asyanı gülmək tutdu. Söhbət onun yanında olmuşdu axı belə şey olmamışdı . 
  - Mən də fikirləşdim ki, bu kişi ancaq o taxıllıqda sənin yanında olan kişidir. Yoxsa bu sirrin ortaya çıxması mümkün deyil. Day mən də söhbətin dərinləşməsini istəmədim . Deyəsən səni səssiz səmirsiz götürüb aparmaq istəyir. Bura adamına oxşamır. 
   -Bəyəm mən kartof soğanam ki, məni çuvala qoyub apara?
  -Day nə istiyirsən ay rəhmətliyin nəvəsi, bu haqq hesabdan sonra toy nişan?
 -Ay dayıdostu, başım ağrıyır...
 - İstəmirsən səni oğluna qovuşdurum?
  -Bunun ölçüsü çəkisi nədir mənnən yaxşı bilirsən, dayıdostu! Heç bir müsəlman kişi bunu qəbul etməz. 
  -Heş zad olan döyül, mən saa qurban. Başımnan cavabdehəm. Sən bir dənə "he" de! 
  - Axı olmayacaq şeyə nətər "hə" deyim? 
  -Az mən dediyim sözün dalınnan nə vaxt qaçmişam a saqqalı ağarmışın qızı? 
  -  ...  
 Asya guya arvadın dediyini eşitmirmiş kimi özünü məşğul göstərdi . Atasına yemək isidirdi . Həyətdə, evin içində ora-bura getdikcə, Banuxatun da az qala ona yalvara yalvara onun arxasınca gəzirdi. 
  - Bax Asya, başına dönüm , bu son şansımızdır. Bax bir də belə fürsət əlinə düşməyəcək. Vicdanım məni rahat buraxmır. Ölməyini də istəmirəm, həm də bu biyabırçılıqla. O adam sənı qoymuş beynınə. Gəl daşı tök ətəyindən.O kişi inada düşər, açar sandığı, tökər pambığı. 
   -Cəhənnəmə !
   -O uşağı mən verdim o qaraçıya, it kimi peşiman olmuşam. Vallah vijdanım hec rahat eləmir, deyir get al, gətir ver uşağını anasına. Bir də fikirləşirəm ki , gətirsəm burda nə deyib saxlayasan o tifili? Bir dənə çıxış yolu elə budu.  
   Asya iş görür, Banuxatın ətəyini əlinə yığıb onun arxasınca fırlanırdı. 
   -Bax dədəmin canı haqqı, nə deyirsən edəcəm, bir dənə sən oğluma qovuşmaq istəyirəm de, qalanını burax mənə. Məni bu vijdan əzabından qurtar!
  -...
  - Bax ee, az ay Asya, dayan dayna, ay zalım qızı, bir yerdə dur, başım gicəlləndi. Canımı ağzımdan çıxartdın, a dilin ağzında yansın ! -deyib Banuxatun özünü yerdəki döşəyin üstünə yıxdı - Zalım qızı, zalım elə bil ki, dalınca uşax fırladır. Dayan da dayan, nəfəsim kəsildi. Sənin kimi ikilik taxta deyiləm ee, tərimə bax, yandım allah - deyib əlinin arxasıyla tərini silib ağlamsındı. Başındakı qıyqacı açıb, guya gözünün yaşını silir. Asya bütün bu oyunların, bibisinin bu işvələrini ağzındakı dili kimi bilirdi. Ona görə özünü helə bərk tuturdu. Özü də öz səbrinə inanmırdı . Öz roluna məəttəl qalmışdı. Deyəsən Banuxatunun diqqətini yayındıra bilmişdi .
   Asya atasının yeməyini verib bu işin sonunu gözlədi. Həmişə bir ayağını qaçaq qoyan Banuxatın bu dəfə köçün Asyanın evinə tökmüşdü. Getmək istəmirdi. İndi uşaqları analarının arxasınca gəlmışdı lakin Banuxatın onları bir bəhanəyə geri yollayırdı. Asya işini bitirib əlində toxuduğu hörməni götürdü. Evin o biri başındakı döşəkcənin üstünə keçdi. Toxuya toxuya gözünün altından Banuxatını izləyirdi. Belinə bağladığı qurşaqda nəsə eşələyirdi Axtardığını tapmışdı deyəsən;
  - Asya!
  - ...
  - Asya !
  - Hıı- Asya mızıldandı. Asyanın cavab vermədiyini görüb iməkləyə - iməkləyə Asyanın dizini kəsdirdi. Əlindən tutub, ovcundakı pulu və iki üzüyü onun ovcuna basdı. 
  - Bilirəm azdır, amma, yenə bunnan idarə edərsən bala.
  -Nədi bu? 
  -Götür, balanı da qaç burdan. Daş ürək olma. Sabah bir gün bu uşaq böyüyüb anasın axtarsa nolacaq? Səni bilsə ki, sən onun anasısan, səni ömür boyu lənətləyəcəkmi? 
  -Guya o uşağı mən böyütsəm atasını soruşsa nə deyəcəm ? Deyəcəm atan mənim dayımdı?
   -Elə oncun deyirəm də ay bala, niyə başa düşmürsən? Onçun deyirəm nə qədər gec deyil bu fürsəti əldən vermə! Bax ay tövbə, bu dünyada vijdan əzabı çəkəsən. Cəhənnəm. Bəs o dünyada inkir minkirə nə cavab verəsən? İndi deyək bir səhv idi onu Allah- teala başa düşdü,bəs sən balanı atmağını allah bağışlayacaqmı? 
  - Mən balamı atmamışam, onu sən məndən alıb qaracıya vermisən, zorla. Mən onunla ölümə belə razıydım. Hələ bu vaxta qədər balamı mənə göstərməmisən. Mənim vicdanım rahatdı. Bu dünyada da, o dünyada balamın və Allahın yanında üzüm ağdır. 
  -Bilirəm ağrın alım , hirslənmə , mən də deyirəm ziyanın yarısından qayıtmaq xeyirdir. Gəl balanı da götür get burdan. Allah həm sənin günahından keçər, həm mənim. Nolar yalvarıram. Bu yaşımda məni böyüzmü eləmə. Mən o dünyanın sorğu sualından qorxanam. 
   Asya qarşısında dayanan bu haram qadının ikinci üzünü gördükcə ona daha cox nifrət edirdi. Hələ o murdar ağzına Allahın adını almağı onu çilədən çıxardırdı.O qadını o köhnə axurda o cür vəziyyətdə görməsəydi, saflığına salıb onun imanına, səmimiyyətinə yenə də inanacaqdı . 
  - Azz eşitmirsən? 
  - Nədi ee? - deyə əlini arvadın əlindən çəkdi . 
  - Karsan? Bayaqdan kiminlə danışıram? Oğluna qovuşmaq istəmirsən? 
   -Hə qovuşmaq istəyirəm, amma necə? Mən təkbaşına hara gedə bilərəm ki? Haranı tanıyıram? Bu qədər pulnan nə qədər keçinərəm ki? 
  - Az niyə tək olursan ki? Bayaqdan nə deyirəm mən sənə?
  -Mən tanımadıım adama necə etibar edə bilərəm? Bəlkə qul qadın taciridir, aldı apardı,qul bazarında satdı?
  -Allah heç bir bəndəsini darda qoymaz, qorxma bala, dərd verən Allah dermanın da verir. Bax da bu boyda yükü qaldırmağa adamı ta ayağına gətirdi . Deyirsən qurban olduğum yad eldə əlini üstündən çəkəcək ?
  Asya səbrsizliklə köksünü ötürdü.
  -Sən bir dənə hə de, bu gecə səni burdan çıxardacam. Nə deyirsən, razısan?
  - Deyim ki, razıyam, bəs dədəm? 
  - Sənin onnan işin olmasın. Ona mən baxacam -deyib qapıdan çıxıb qamışdan hörülmüş sandalını ayağına geyindi - Di hazırlaş , gəlib o adamla səni yola salacam. Vallah mən etibar edirəm o adama, narahat olma. Yaxşı adama oxşuyur. 
  - Kımdır o adam? 
  - Görəndə biləsən də
  - Mən tanıyıram? 
  - Az hə ee hə! Səni doğuzduran kişi olacaq, başqa heç kim ola bilməz! 
 - Bəs oğlum? 
 - Azz hövsələn olsun daa !!!

   Gecədən xeyli keçmiş qapıdan hənirti gəldi, yerindən dikəlib pəncərədən boylandı . Bəli gələn Banuxatunla Qulam idi. Asya yaşmaqlanıb qapını acdı. Banuxatın qucağında bir bağlama, Qulamın qucağında oğlu var idi. Asya Qulamın tanımırmış kimi üzünə baxmadan oğluna atıldı. Banuxatun çaşqınlıqla gah Qulama, gah Asyayla baxırdı. Asiya ya həqiqətən bu adamı tanımırdı, ya da rolunu çox gözəl oynayırdı. 
   Asya oğlunu sevib qoxlarkən Qulam Saybalıyla halallaşıb qızını ondan istəyirdi. 
   -Dayı, sən hər şeyi bilirsən yəqin. Allahın izniylə, peyğəmbərimizin rizasıyla, qızını buradan aparıram. Allahın dərgahında, mələklərin şahidliyiylə bacardığım qədər qızına göz bəbəyim kimi baxacağıma söz verirəm. Mənə bu barədə etibar edə bilərsən. Özü nə zaman mənimlə yolunu ayıracaqsa daha mən ona qarışa bilmərəm. Amma nə qədər ki, mənim addımımı qoyduğum yerlə addım atarsa mən ona namusum kimi baxacağam. Haqqını halal et ağsaqqal!
   Saybalı gözlərini qırpıb, gözlərinin cuxuruna toplanmış yaşı üzü aşağı buraxdı...
    Banuxatun ilk dəfəydi ki, Saybalının reaksiya verdiyini görürdü. Ürəyi dayanmadı. Gözlərindən yaş axdı . İcəridə duyğusal an yaşanırdı . Asya kənardan atası ilə Qulama baxır, balasını bağrına basaraq ağlıayırdı . 
   Daha ləngimək olmazdı. Banuxatun əlindəki bağlamanı Asyaya uzadıb uşağı ondan aldı :
   -Tez ol, bala. Dan yeri sökülmədən yola çıxmalısız, yeri dədənlə halallaş, görüş, ləngimə! 
   Birazdan Təbriz çöllərindən günbatara doğru bir at arabası  irəlləyirdi, arxalarında üfüq qızarmağa başlamışdı. Birazdan dan söküləcəkdi... 

                     *****

   Bəli, nəhayət gecədən axtardığım o incə belli, üzdən saf, gözlərindən məğrurluq yağan qadını tapdım. Bu qadın necə zamandır unutduğumuz Əsmər imiş. İllərin ayrılığı Əsmərin saçlarına qar salsa da gözəlliyini və şuxluğunu hələ də itirməmişdi. Hələ də üzü uşaq üzü kimi görünsə də baxışlarındakı qürür və məğrurluq ona xüsusi görkəm verirdi. O qədər ciddı görünürdü ki, xanım görkəmində kişi vüqarı yer almışdı. Həmidlə dağlara çəkilən qadını ağır həyat şəraiti qabalaşdırıb, meydana atmışdı. 7 il Hemidlə çiyin çiyinə zalımlara, bəylərə qarşı döyüşən bu cəsur qadın, dağlarda Həmidələ həyatın ən çətin sınaqlarından çıxmışdı. Günlərlə müharisədə,  ac susuz qaldıqları zamanlar da oldu,  Həmidin ələ kecdiyi günlər də oldu, özünün düşmən əlinə kecdiyi də oldu,  amma heç zaman o, vəfalı dostuna, silahdaşına xəyanət etmədi. Əsmər Həmidin, Həmid Əsmərin arxasında mətanətlə və dəyanətlə dayandı. Bu iki cütlük silahdaşlarına və onları tanıyanlara örnək ola biləcək bir dastan yaratmışdılar. 
   Kars şəhərini  özlərinə məskən seçmişdilər. Orda şəhər camaatına qaynayıb ,qarışan Həmid ilə Əsməri ər-arvad sayan qonum qonuşular bilmirdilər ki , bu iki gənc yeddi ildir çiyin çiyinə döyüşən sadəcə silah dostlarıdırlar. Əsməri sevib , hətta ona evlənmək təklif edərək hər dəfəsində rədd cavabı alan Həmid dəfələrlə Əsməri atıb getsə də bir müddət sonra onsuz yaşaya bilməyəcəyini görüb geri qayıtmışdı. O , hələ də bir gün Əsmərin onun qanayan qəlbini saracağına inanırdı. Bir evin altında yaşasalar da, bir qabdan yesələr də Əsmər hələ də ailəsini və uşaqlarını unutmamışdı. Hər gecə evindən gətirdiyi ailəsinin yadigarları olan boxcanı başının altına yastıq yerinə  qoyub yatırdı. Həmidə hələ ilk gündən demişdi:   
   - Nə qədər ki, bu boxca mənim başımın altında balış olacaq, mən ailəmə və uşaqlarıma xəyanət etməyəcəm! Əgər bu boxça məhv olacaqsa deməli o gün onlarla mənim bağımın qopduğu gündür.  Bax o gün mən sənin halalın olacağam. 
   Günlərin bir günü Kars camaatının ermənilərlə çıxan savaşında kənd camaatına divan tutuldu, evler yandırıldı. Yanan evlərin birində başqalarına dəyərsiz görünən, amma Əsmər üçün bəlkə də insan həyatından dəyərli, dünyadan qiymətli olan bu yastıq-boxca məhv oldumuşdu. Yanan alovların içinə özünü ataraq onu qurtarmağa çalışan Əsməri alovları arasında bayılmış tapdılar. Qolu və boynunun bir hissəsi yanmışdı. Bir müddət sonra yarası sağalıb özünə gələn Əsmər Həmidin yeni tikdiyi evə ilk qədəmini bastığı gün Həmidə: 
   -Mollanı cağır ,kəbinimizi oxusun! - dedi və Həmidlə yeni evinə Həmidin halalı olaraq qədəm basdı. Ehtiras və sevgi dolu ilk gecənin səhərisi Əsmər Həmidin buz kesmiş qollarından başını qaldıranda ilk gözünə dəyən Həmidin göyərmiş üzü oldu. Başını sinəsinə qoyub yatdığı yeddi illik silahdaşı və ona qovuşmağı - bu günü səbirlə gözləyən ömür gün yoldaşı  vəfat etmişdi...
   Bundan sonrakı ömrünü qaçaqlara qoşularaq vətən üçün savaşan Əsmər ikinci həyat yoldaşının yolunu gedərək zalımlara, o cümlədən erməni ağalarına qarşı bir döyüş yolu keçirdi. Mahalda adı Qara Həmdi ləqəbi ilə tanınırdı. Ərinin adını özünə təxəllüs seçmişdi. Bu ləqəb onun öz adını yavaş-yavaş unutdurdu. Artıq saclarını kəsmiş kişi geyimiylə silaha sarılıb döyüş meydanına girmişdi. Qara Həmdini kişi bilib qarşısında qadın görərək ona gülən düşmənini ilk fürsətdə Əsmər ağlar qoyurdu. Döyüşə girdiyi meydandan qələbə qazanmadan çıxmazdı. Başına topladığı dəstənin mərd ogullarına ana-bacı, namərdınə qənim kəsilmişdi. Əsrin əvvəllərində Türkiyə cümhuriyyəti yeni qurulduğu dövrlərdə Qara Həmdinin  göstərdiyi əvəzsiz qəhrəmanlıqları el dilində qəhrəmanlıq dastanında cevrilmişdi. 

    ...Asyayla Qulam 5 günlük səfərdən sonra tanıyıb bilmədikləri bir yerdə əyləndilər . Göydən od yağır, istidən nəfəs belə çəkmək olmurdu. Hər tərəf qayalıqdan, daşlıqdan ibarət idi. Ətrafda bir dənə yaşıllıq görünmürdü. İstidən sap sarı yanmış bu boz qayalıqda arabanı qoşduqları at da artıq gedə bilmirdi. Susuzlıqdan atın da heyi kəsilmişdi. Qulam atı arabadan acıb qayanın kölgəsinə çəkdi .   
    Yeyəcəkləri və suları bitmişdi . Qucağındakı uşaq zar zar zarıyırdı. Bələyi tərdən və sidikdən su olmuşdu. Bir qab su lazım idi ki, uşaq rahatlansın. Asya istidən pişməcə  olmuş uşağı heç cür rahat edə bilmirdi . Sonuncu suyla əlindəki bezi isladıb uşağını silib təmizlədi. Qulam güyümü alıb su axtarmağa getdisə də boşu boşuna geri qayıtdı. Geri gəldiyində arabalarının ətrafında əli silahlı adamlar gördı. Əlindəki güyümü atıb silahına sarıldı. Bir qaya parcasının arxasına daldalandl.
  -Kimsiniz əə, çəkilin arvad uşaq yanından ! Kişisiz əə, kişi kişiylə danışar!
   Başqa bir qaya arxasında mövqe tutmuş silahlının başcısı qışqırdı :
    -Asıl siz kimsiz, nerden gelip,  nereye gidiyorsunuz? - deyəndə Qulam silahı havaya qaldırıb təslim oldu. Daşın arxasından cıxdı. Doğru ünvana gəlmişdilər. Demək artıq İran torpaqlarında deyildilər. Adamların ləhcəsi Türk ləhçəsi idi ...
    
                    *****
Alnımda puçurlanmış təri silib qrafindən özümə su doldurdum . Birnəfəsə başıma çəkib dərindən nəfəs aldım. Asyanın və Əsmərin adına cox sevincliydim, deyəsən tale bu qacaq ana balanı yad məmləkətdə qovuşduracaqdı ...

                ____11 ____

    Suyumu içib , bir stəkan da su doldurub balkona cıxdım. Dağların qoynunda yerləşən kəndimizin təmiz havasını ciyərlərimə çəkib dərindən nəfəs aldım. Uzaqdan bir birinə yay kimi girmiş dağların arasınadan yay qış başı dümmağ görsənən Ovit dağlarına tərəf boylandım . Mənim təxminim, bizdən baxanda Kars təxminən o tərəflərdə idi. Mən bu bölümləri yazdığım zaman artıq yoldaşımın məmləkətinə gəlmişdik. Dağların qoynunda yerləşən bu kiçik qəsəbə demək olar ki, cənnəti xatırladırdı. Bir tərəfi mas mavi Qaradəniz, bir tərəfi yüksək dağlar, dağlardan süzüb dərələrə tökülən şəlalələr, burda insanın ruhunu dincəldirdi. Qəribə təbiəti vardır Güneycənin. Türkiyənin digər şəhərlərinə baxanda burada sabah ərkən acar, axşam tez qaralardı. Sabah birə- ikiyə qədər günəş insanın üzünə gülümsər, günortadan sonra buludlar qaşqabağın sallayardır, sanki kimsə xoşbəxt təbiətin xətrinə dəyib, keyfini qacırmışdı. Meşələrin dərinliklərindən gələn Ayı və çöl qabanlarının səsləri kəndə gələn yabançıları vahiməyə salırdı. Çaqqallar öz məkanlarıymış kimi kəndlilərin çay və qarıdalı tarlalarının arasında sərbəst gəzişir, bəzən də ta evlərin ətrafındakı dirliklərə gədər gəlirdilər. Kənd camaatı onlara, onlar da camaata alışmışdılar. 
  Sizə qəribə bir şey danışım. İnanıram ki bu əhvalat siz də təcübləndirəcək. Mən də bunu burada camaatdan eşitmişdim. Deməyəsən Azan vaxtı caqqalar ulamaqla "sela verirmiş" Azan oxuyub bitən kimi onlar da kəsərmiş və uzun bir zaman yoxa çıxarmışlar. Uzun bir zaman kəndə gəlməzmişlər. İnanclı kənd camaatı bunu llahınin möcüzəsi sanaraq axşamlar kəndə girən caqqalları ürkütmək istəmirdilər. Cahil kənd camaatı əllərində əlac olsa bu çağrılmamış qonaqlara toyuq cücədən "ehsan" da edərdilər.  21 əsirdə bəlgəselin və elimin, o cümlədən internetin bu qədər inkişaf etdiyi bir zamanda insanların bu düşüncəsi məni doğurdan da güldürdü. Lakin onlar bu möcüzəyə elə inanırdılar ki, özüm öz ağlıma məntiqimə şübhə edirdim. "Əstəğfullah" deyib Allahdan üzür istəyirdim. Di gəl ki, qrupda bizim qızlarla danışarkən özümü saxlaya bilmirdim. Bu məsələni onlarla da müzakirəyə çıxardırdım. Əlbəttə ki, bizimkilərdən də bu möcüzələrə inanlar da vardı. Bu zaman inanmayan qisim mənim kimi bu mövzuya "Bu da Allahın taqdiri. Yəqin çaqqallar da meşələrin hocası, mollasıdır" deyə gülürdülər. Allah günahımızdan keçsin. Bəlkə günah edirik. Azərbaycandan gəlmiş şəhər qızıydım. Harda görmüşəm dağ , meşə, çaqqal ,ayı? Bəlkə, həqiqətən də belə bir şey var . Həyat özü möcüzələrdən ibarət deyilmi- deyə düşünürkən bir axşam bu hadisənin canlı şahidi oldum. Azan vaxtı çaqqallar tam balkonumuzun altında ağız ağıza verdilər. Səsləri insanın bütün vücudunu qabardırdı. Çox vahiməli və qorxunc bir səs idi. Qularlarımın ikisini də tutub qışqırırdım. Səsimə yoldaşım və qaynatam yuxarı evdən qaçıb  gəlmişdi ki, görən nə baş verir. Azan bitən kimi sürüylə gələn çaqqallar çaylıqların arasından meşəyə doğru çəkildilər. Onlar gedəndən bir neçə saat sonra özümə gəlmişdim. Yox belə şey olmaz deyə israr edib Googledən bunun səbəbini araşdırmağa başladım. Əlbəttə və mütləq bunun dini yox, elimi açıqlaması olmalıydı.
   Demiyəsən, çaqqalların eşitmə qabliyyəti o qədər güçlüdür ki, hoperlərdən oxunan azan səsi onların sinir sisteminə toxunurmuş və bunun nətiçəsində əsəbləşən çaqqallar ağız ağıza verib həm ulayır, həm də bir birlərinə hücum edib bir birini parçalayırmışlar. Bu amansız savaş o qədər güçlü olurmuş ki, yerində ölənləri də olurmuş. Bəlkə də həmin anda həyət bacada insan olsaydı onu da parçalayardılar. Kənd camaatı bunu da dinə bağlayırdı. Guya sürüdəki yaşlı çaqqalın öləcəyini hiss edən çaqqallar, onu kəndə gətirib, ona quran ayəsi, azan dinlədirmişlər. Beləliklə Əzan səsi eşidən çaqqal canını asanlıqla Allaha tapşırırmış. Sonra isə oradan uzaqlaşır, uzun bir zaman o yerə gəlmirmişlər. Elimi açıqlamasında Əzan səsini, ümumiyyətlə yüksək səsi özlərinə təhlükə bilən çaqqallar, Əzan kəsən kimi ,o yerdən qaçmağa başlayarmışlar. Belə çıxır ki, çaqqallar əzan səsindən yox, ümumiyyətlə hoperlərdən çıxan hər hansısa bir səsdən əsəbləşirmişlər. Nəysə... Bir sözlə Qaradənizin bu ucqar dağ kəndinin camaatı da, təbiəti də bir aləm idi.
    Deyəsən mətləbdən cox uzaqlaşdım. Nə edim, balkondan bu gözəl mənzərəyə baxdıqca yaddaşım təzələnir, ilhamım cuşa gəlirdi. Allahın yaratdığı bu gözəllikləri tərif etməsəydim təbiət məndən inciyərdi...
                     ******
    Dəstədəkilərin kim olduğunu bilməsə də Qulam onların düşmən yox, dost olduğunu başa düşdü. Silahını qaldırıb onlara tərəf addımladı.
  -Yolçuyuq qardaş, İrandan gəlirik, buralarda qohumlarımız var onlara gedirik. Daha doğrusu onlara pənah aparırırıq.
 -Siz sınırı nasıl geçdiniz? Sınırlar kapalı değilmi? 
  - Bilmirəm qardaş, biz İrandan günbatara üz tutub gəldik. Doğrudur sərhəd kecdik, tikanlı məftilləri də. Amma hec bizi tutan, saxlayan olmadı.
 -Ne dediğinizi tam anlayamadık. Amma olsun. Hoş geldiniz abi , buyurun yolculuk nerye? Biz sizi uğurlayalım.
    Qulam nə deyəcəkdi, haranı deyəcəkdi, kimi deyəcəkdi bilmirdi. İlk dəfə gəldiyi bu yerlərdə şəhərlərin belə doğru dürüst adını bilmirdi. Asya da, Qulam da gözlərini döyə-döyə qalmışdılar. Adamlar əl ayağa düşüb onları tələsdirdilər: 
  -Haydı gidelim buralar çok tehlikeli. Belli ki, buraları bilmiyorsunuz, dilinizi de anlayamıyorsunuz. Siz  müselmanmısınız? 
  - Əlhəmdüllah, müsəlmanam qardaş. De görüm buralarda Azərbaycan türkləri varmı? 
   - Azerilermi? Olmaz olurmu abi, bu ilçe bir Azeri ilçesi . Camaati azerilerdir. 
  -Bes siz? 
  - Yoo biz Azeri deyiliz. Biz türkmenleriz. Buraya kaçak geldik. 
  Qacaq adı eşidəndə Qulamın üstünə gün doğdu.Tay tayın tapmışdı.
   -Siz nədən, kimdən qacdınız qadaş, deyəsən axı dərd tək iranda deyil hər yerdə var...
  -Derdi olmayan yer yok kardeş, haydi atla arabaya, evli evine , köylü köyüne.Yolda konuşuruz. Burda fazla duramayız.
   -O zaman bizə əvvəl su verin, sonra yolumuza davam edək. Susuzluqdan atın da heyi kəsilib, bizim də ...
   Türkmənlərlə bərabər bir ucqar bir  kəndə təşrif buyurdular. Bura Azərbaycanlıların yaşadığı bir kənd idi, dilləri, imanları bir idi. Beləliklə Asyayla Qulam bu balaca kənddə məskən tutdular. 
  Uzun zaman idi Asya ilə Qulam burda onlarla yaşayır, onlara qaynayıb qarışmışdılar. Kənd camaatı bu qacaq ailəyə əllərindən gələn köməkliyi edirdilər. "Ailə" dedim bəli. Çünki burada hamı bu qacaqları bir ailə, ər və arvad bilirdilər. Kəndin kənarında köhnə bir daxalda yaşayırdılar. Buranın sahibi çoxdan dünyasını dəyişmişdi . Geridə mirasçısı qalmamışdı. Kənd camaatı bu cütlüyü bu evə gətirib burada qala biləcəlklərini deyəndə ikisi də çox sevinmişdi . Bu daxal yol üstündə və kənd mərkəzindən biraz aralı olduğundan burada rahat edə  bilirdilər. Ətrafda münbit torpaqlar da çox idi. Qulam daxalın etrafındakı boş sahəni qazıb, torpağını yumuşaltdı . Asya orda gözəl bir bağça yartmışdı.
   Bu yerlərin qışı və payızı sərt , yazı mülayim, yayı çox isti kecirdi. Qulam çöl-dərədən kol-kosdan kəsib atının arabasına yükləyir, evinə gətirib çır çırpını səliqə ilə həyətin bir tərəfinə yığır, qışlarına tədarük görürd. Qapıda sarı palcıqdan qurduğu təndirdə Asya çörək bişirər, çöldən topladığı göy göyərtidən, dirliyində əkdiyi trəvəzlərdən yığıb kəndin cuma bazarında satar, yerinə qatıq, süd, yumurta ət alıb evinə gətirirdi. Yeni bir həyata sıfırdan başlamaq doğurdan da çətin idi, Banuxatının Qulama verdiyi pul çoxdan bitmişdi, bu vaxta qədər nə yeyirdilər kisədən yeyirdilər. Belə olmazdı. Qulam iş tapmalıydı. Lakin o buraların yabançısı olduğu üçün heç kim ona etibar edib iş vermək istəmirdi. Bəlkə düşəndə ayda ildə bir dəfə onu odun yarmağa, ot biçməyə çağırardəlar. 
   Araz böyüyürdü. İstilərdənmi, hava dəyişimindənmi tez tez xəstələnirdi. Körpəsini arxasına şəlləyib kənd bazarına gələn Asya bir gün bazarda bir qadınla tanış oldu. Qadın kənd ağasının kahyası idi. Ağlayan uşagı və cındırından cin ürkən Asyanı təpədən dırnağa süzüb, onu danışdırdı. Buraya yeni gəldiklərini öyrənib, onlara kömək etmək qərarına gəldi. Qadın ağasının səxavətindən Asyaya danışıb onlar üçün ağasından kömək istəyəcəyini dedi.
   Beləliklə çox keçmədi ki, Asya və Qulam Cevdət ağanın malikanəsində işə başladılar. Qulam ağanın heyvanlarına cobanlıq edirdi. Asya isə ev işlərində kahya qadına köməkci  olmuşdu. Beləcə bu şəriət və ölüm qaçaqları yavaş yavaş həyatın nəbzini tutmağa başladılar.
    Cevdət ağa öz torpağında onlara kiçik bir daxma verib bu gənc ailəni oraya yerləşdirdi . Bütün heyvanların tövləsi və saxlancları da elə burada idi. Qulam sabah açar açmaz qoyun quzunu qabağına qatıb çölə gedər, Asya pəyəni təmizlər, sağdığı süddən qatıq calar, yağ pendir tutardı. İşlərini bitirdikdən sonra uşağını da götürüb ağanın evinə gedər, orda əkilən bağ bostana qulluq edərdi. Bu sahədə xeyli təcrübəsi var idi . Əli bərəkətli idi. Bir əkdiyi beş olardı.
   Arada imkan edib uşaq yatarkən onu malıkanənən xidmətçilərinə tapşırıb, bir tikə isti çörəkdən, tər göy göyərtidən, təzə yeməkdən götürüb dağın yamacına - Qulamın yanına qacardı. Göydən od tökülən çöllükdə uzaqdan Asyanı görən Qulamın üstünə bir sərinlik çökərdi. Üzü gülər, içini bir sevinc bürüyərdi. Bu iki insan bir birindən xəbərsiz bir birlərinə cani-könüldən aşiq olmuşdular. Qəsəbədə hamı onları ər-arvad bilsələr də, özləri öz aralarında bunu qəbul edə bilmirdilər. Bir otaqlı damlarını ortaq paylaşan bu gənclər üçün gecələr çəkilməz və işgəncəli olurdu. Evin bir küncündə hərəsi bir tərəfdə yıxılıb yatan Asyayla ilə Qulamın əslində ruhları xəyalən bir birinə qovuşur, sarılır, sinir-sərhəd bilmədən dəlicəsinə sevişirdilər. 
  Qulam tezdən qalxıb, axşam örüşdən yorğun gəldiyi üçün tez yatardı. O yuxuya gedəndən sonra Asya uşağını yatırıb, işinin başına kecərdi. Axşamdan qalan qab qacağı yuyub təmizlər, südü pendiri mayalayıb gec vaxtlardan sonra , çırağın işığını azaldardı. Yatağına girər, onda da ilan vuran yatar Asyanın gözünə çimir keçməzdi. Ehmalca barmaqlarının ucunda Qulamın yatağına yaxınlaşar havadan onu qoxlamadan, onu sevmədən yuxuya getməzdi. Eyni şeyləri də Qulam sabah yuxudan qalxıb Asyanı kənardan kənara sevib öpmədən işinə getməzdi. Bir damın altında bu gənclərə nə mane olurdu özləri də bilmirdi. Dərd sərləri bir idi, ər-arvad kimi bir biriləri ilə danışıb dərdləşər, keçmişdə olanlardan danışar, bəzən Asya atası üçün darıxıb dolanda, Qulam onun başını sinəsinə sıxıb, onu təsəlli edərdi. Onlar bu yalançı ailələrini artıq belə qəbul etmişdilər. 
    Araz da artıq böyümüşdü . Amma xəstəliyi keçmək bilmirdi, bütün günü qarnı gedir, sinəsi xışıldayırdı. Buralarda həkim anlayışı belə yox idi. Ara həkimləri kim nə deyirdisə hansı otları verirdisə Asya onu dəmləyib uşağına verirdi. Araz belə olduğu zamanlar Qulam da, Asya kimi narahatlıq keçirirdi. Qulam Araza o qədər bağlanmışdı ki, elə bilirdi doğurdan da Araz onun özbə öz doğma balasıdır. Qulam səhərə qədər Arazın başında gözləyirdi . Bəzən Asyanı yuxu tutub yatanda onun üstünü örtüb,özü də ehmaılca onun yanına uznırdı. Toxunmadan baxışları ilə onu sevərdı , nəfəsiylə öpərdi. Bəzən onların yollarının ayrıldığını düşündükçə az qalırdı ürəyi partlaya . Bu qədər zamanda Qulam onlara necə bağlanmışdırsa, özünü əsla onlarsız təsəvvür edə bilmirdi. Belə vəziyyətdə Qulam təbəssümlə onları süzər, gələcəyə dair planlar qurardı .  Ürəyinə gələn bu qara fikirləri xoşbəxt gələcək planları ilə qovmağa çalışırdı. 
  Günlərin bir günü, soyuq bir qış sabahında Qulam yuxudan qalxıb sobanı yandırdı, Arazın üstünü örtüb, süd sağdığı qabları hazırlayıb qapının yanına qoydu. Ərkən qalxmışdı. Hələ hava işıqlanmamışdı. İçəri qayıtdı.Yenə həmişəki kimi, Asyaya yaxınlaşdı. Əvvəl kənardan durub onu seyr etdi. Başına bağladığı qıyqacı başından sürüşüb yana düşsə də saçının uçları hələ də yaylığa bağlı qalmışdı. Qumral buruq saçları üzünə dağılmışdı. Yorğanın altında büzüşmüş qızın əsdiyini açıq aşkar görürdi. Qulam onun üşüdüyünü zənn edib, öz yorğanını da gətirib ehmalca Asyanın sinəsinin üstündən örtdü. Dizlərini yerə qoyub, yanına çökdü. Asyanın Qulamın onun yanında olduğundan xəbəri belə yox idi. Qulam Asyanın yanında olduğunu hiss etmədiyini görüb ürəkləndi. Həmişəkindən fərqli olaraq Asya bu gün daha cazibədar və şirin görünürdü. Saçlarını üzündən çəkib ovcuna aldı, oxşayıb öpdü. Bütün bədəni əsirdi, qızın saçlarının ətiri onu bihuş etmişdi. Həsrət və sevgi ilə qızın üz cizgilərini süzürdü. Qızın allanmış yanaqları, ətli dodaqları gəl məni sor, dişlə, ye deyirdi. Ağlından kecənlər Qulamın qəlbini titrətdikcə baxışları qızın azaçıq açılmış sinəsinə zillənirdi. İki şumal "dağın" arasındakı incə dar yol onu ağlını daha aşağılara çəkirdi. Orada onu çənnət gözləyirdi. Ruhu o cənnətə qovuşmaq, vücudu ruhunun arxasıyca oraya qaçmağa həvəslənirdi. Bu incə yoldan o cənnətə nazik bir maneə var idi . O da qızın üstündəki ipək gecəlik... Qulama bir cəsarət lazım idi ki,o incə köynəyi yırtıb bu huriyə sahib olsun. Çənnət alması kimi xoş qoxuyan bal süzən dodaqları gəmirsin ,daş kimi qabaran məmələri sıxıb, üzüm gilələri sorsun , ehtirasdan alışıb yanan bu zərif bədənin üstünə aslanlar kımı yatsın. İstəyirdi bu qızı dalğalar üzərində ləngərlənən qayıq kimi qucağında atıb tutsun... Bu yaşa qədər həyatında heç kimin üstündə sınamadığı kişiliyi, sevgiyi bu başı bəlalı qadına göstərsin. Onu bir qadın kimi, özünü də kişi kimi xoşbəxt etsin. 
   Dayana bilmirdi. Hər gün bu işgəncəylə yaşamaq doğurdan da cətin idi. Hər səhər eyni şeyi yaşayıb, ehtirasın dənizinə baş vurmaq, üşüyən bədənini Asyanın çılpaq bədənində isitmək istəyirdi. Son anda nəfisini cilovlayıb "lənət şeytana" deyərək evdən çıxırdı. Əsil işgəncə də bundan sonra başlayırdı. Bəzən qüruruna hirslənirdi, bəzən kişiliyinə tüpürürdü. Özünə küsürdü. Hətta onları orada qoyub getməyi belə düşünürdü.
   Yenə də belə bir gün idi. Yenə xəyalı onu cənnət baxçasına səsləyirdi. Bilirdi ki, yenə o bağcanın qapısına yaxınlaşa bilməyəcək. Bilirdi ki, yenə Asyanın sinəsindəki cənnətə gedən o dar yola baxmaqla içini cəkib geri dönəcək. Yox ... Bu həyat belə davam edə bilməz, həyat sevib qoxlaşmaqdan ibarət deyil, bu sevginin, bu həyatın sonu necə olacaqdı, bunu bir yoluna qoymaq lazım idi. İstəyirdi Asya özü bu addımı atsın. Bilirdi ki, Asiya bütün bu yaşadıqlarından sonrabu intim  münasibətə hazır deyil. Böyüyüb gənc qadın olsa da, hələ də onun içində ürkək bir ceyran, məsum körpə yatırdı. Nə qədər səmimi və mehriban olsalar da o Qulamın yanında özünü narahat hiss edirdi. Vannaya su qoyub ciməndə, paltarını dəyişəndə, uşağını əmizdirəndə qapını möhkm möhkəm bağlayırdı. Qulam çıməndə, paltarını dəyişəndə bilərəkdən qapını açıq qoyurdu ki, bəlkə Asiya bu səddi qırıb ona gələ. Hətta bir iki dəfə Asya ilə bü cür vəziyyətdə rastlaşmışdı, nəfəs nəfəsə, göz gözə gəldiyi anlar olmuşdu. Atəşli baxışlar bir birini qarsmışdı o an. Özünü saxlaya bilməyib qızın yarıçılpaq vücuduna sarılıb özünə çkmişdi. Asya onun qollarında ət kimi boşalıb ayaqları altına düşmüşdü. Qızın qorxudan əsdiyini və ağladığını görüb əsəbi halda ordan uzaqlaşmışdı. Özü özünü söymuüş, getdiyi o çöllük biyabanda özünü döydüyü günlər də olmuşdu , günlərlə hər şeydən küsdüyü anlar da olmuşdu. Asyanın da ona bağlandığını bilirdi. Küsülü olduğu günlərdə evə girmirdi. Gedib həyətdə tutun altında, ya da heyvanları bəhanə edib samanlıqda yatırdı. O gecəni Asyanın gözünə yuxu girməzdi . Səhər oyandığında Asyanın qapıya söykənib yatdığını görürdü. O günlərdə danışmasalar da Asya yenə çölə Qulama yemək aparar, bir kənarda oturub uzaqdan onu seyredərdi. Belə günlərdə Asyanın üzündən düşən min parça olardı. Üzüntüsünə Qulamın ürəyi dayana bilmirdi . Bəli Asya Qulamı, Qulam da Asyanı istəyirdi. Qəlbləri qəlblərinə, ruhu ruhuna, vücudu vucuduna can atırdı. Onsuz da hamı onları ər-arvad bilir, onları belə qəbul edib, bəs onlar kimi, nəyi gözləyirlər?Heç kimi. Yox. Bu dünyanın ötəki tərəfi də vardı axı. Sabahın sorğu sualında Allah qarşısına evliliyinə dair şahidlə, Allahin izni, möhrü olan kəbinlə çıxmalı idi axı. Bəs nəyi gözləyirlər? Çağırsınlar bir molla, kəssin də kəbinlərini. Həə, elə məsələ də bundadır da ...
    7-8 aydır burdadılar el aləm onları ər-arvad, Arazı Qulamın oğlu bilmişkən, bəs indi Qulam hansı mollaya deyə bilər ki, biz nəçə vaxtdır bir yerdə yaşayırıq amma ər-arvad deyilik? Necə desinlər ki, biz bu zamana qədər bir təknədən çörək yemişik, bir qabdan su içmişik , bu vaxta qədər haram- zina gəzmişik, bir damın altında yatmışıq, qalxmışıq indi gəl bizim kəbinimizi kəs, bizi halal et? Bu zamana qədər zina etməkləri cəhənnəm, bic uşaq etdilər deyə onları daş qalaq etməzlərmi? Yaxşı bəs bu halda bic damğasıyla boyüyən Arazın aqibəti necə olardı bu mahalda? And aman etsələr,onların bir evin altında yaşayıb, lakin bərabər olmadıqlarına kim inanardı ki? Qulamın ehtiras yanğısını, Asyanın həsrət acısını kim anlaya bilərdi ki? Yox bu həyat belə davam edə bilməzdi. Mütləq bunun bir yolunu tapmalıydı. Bəzən şeytan Qulamın beynin yeyib tökürdü: "Burax şəriəti zadı. Onsuz da bir yoldur çıxmısan. Geri dönüşün də yoxdur. Sahib ol bu qadına , bitsin getsin bu iş"- deyirdi. Əsla, Qulam kəbinsiz Asyaya sahib olsaydı onun Bəşırdən nə fərqi olardı ki? Heç vaxt Qulam Bəşirin tayı olmaq istəməzdi. Əgər bu iş olacaqdırsa Qulam ona "halalım" deyib alnından öpərək onu qəbul edəcəkdi . Bu barədə Asyayla danışıb onun rəyini almaq istəyirdi. Əgər Asiyanın bu vaxta qədər qəlbini qazanıb, ozunu ona sevdirə bilibsə, nə gözəl , o zaman aralarında heç bir problem qalmayacaqdı. Yox əgər aralarındakı uçurum qədər olan yaş fərqinə görə Asya onu rədd etsəydi , o zaman ayrılmağa qərar verəcəkdir. Asya və onun oğlunu orda qoyub gedəcəkdi . 
  Əyilib Asyanın saçların qoxladı. Bu dəfə ya sərhəddi aşacaqdı, ya danışacaqdı . Nə olur olsun oturub bu məsələni həll edəcək, fikirləşməsi üçün axşama qədər Asyaya vaxt verəcəkdi. Əgər Asya razı olsa...
   Əyilib, onu oyatmaq istədi. Barmağını yanağına toxundurdu. Sankı barmağını qızmar oda basdı. Əyilib üzünü qızın nəfəsinə tutdu . Nəfəsindən alov tökürdü. Təlaşlandı. Bu nə hərarət idi belə? Əlini Asyanın üzünə, alnına qoydu. Asya qızdırmadan yanırdı.
    -Asya!-deyib  qızın çiynindən tutub silkələdi. Asya heysiz hərəkətsiz gözlərini açıb təkrar yumdu.
  -Asya, od tutub yanırsan Asya, noldu sənə?
   ...Şəhər mərkəzinə çatanda artıq hava qaralmaq üzərəydi . Asyanın hərarətini keçirə bilməyən , Qulam onu arabaya qoyub, uşağı kahyaya qadına tapşırıb şəhərə yola cıxdı. O zaman əyalətlərdə və ucqar dağ şəhərlərində xəstəxana yox idi. Qonşu şəhərdə avropalı bir həkimin olduğunu eşitmişdi . Arabanı şəhər bazarına sürüb həmin həkimi xəbər aldı . Uzun soraqdan sonra həkimin yerini nişan alıb atını oraya sürdü . Amma təəssüf ki , həkim orda yox idi. Xidmətçi qadın həkimin yaralı arxasıyca getdiyini dedi . Soyuq və uzun yolçuluqda əldən düşmüş Qulam Asyanı qucağına alıb xidmətçi qadının arxasıyca içəri apardı.
    Gecə yarı bayırda qarışıq səs-küyə Qulam əlini silahına atıb qapının arxasına keçdi. Həyətdə bir dəstə silahlı adamlar dolaşırdı. Pəncərədən bayıra boylanan xidmətçi Qulamı sakitləşdirib dedi:
  -Doktor geldi, çok yaralı varmış haydı onlara yardım edelim.
  Qulam əl ayağa düşüb bayıra çıxdı.
   Bir anda xəstəxana sayılan bu kiçik bina yaralılarla doldu. O qədər yaralıları görüb Qulamın öz dərdi yadından cıxdı . Qollarını çırmalayıb həkimin köməkçisi ilə yardıma girişmişdi. Adını bilmədiyi həkimə kömək edir, yaralıları qaldırır, sarğılarını yeniləməyə kömək edirdi . Bəzilərini də həkim bağırda bağırda gülləni bədənindən cıxardıqca Qulam üzünü yana tutub gözlərini möhkəm möhkəm sıxırdı. Qulam yaralını güçlü qollarıyla qucaqlayıb tərpənməyə qoymurdu. Uzun və yorgun işin ardından hərəsi bir tərəfə çöküb oturmuşdular. O qədər yorğun idilər ki, Qulam bura niyə gəldiyini belə unutmuşdu . Bu iki bir birini tanımayan adamlar bir birlərinə baxıb gülümsəyirdilər. 
- Qaliba buraya yeni tayin olan hemşirsin?
  -Kim benmi? Yok ya. Doktorluk, hemşirlik nere, ben nere. Çobanım - Qulam da ona türkcə cavab verdi. Elə bu vaxt köməkçi içəri girib:
   - Doktor bey, içeride bir hastamız daha vardır, hiç iyi değil, ateşten yanıyor. Bir bakarmısınız? - deyəndə Qulam Asyanı elə indicə xatırladı. Doktorun arxasınca içəri girəndə doktor : 
  - Bu sizin hastanızmı? - deyə soruşdı 
  - Hə, doktor mənim xanımımdır - deyə Qulam təlaşla öz ana dilində cavab verdi. 
  -Azərbaycanlısız? 
  - Siz də?
  - Ihıı. Məndə azərbaycanlıyam -deyə  həkim içini çəkdi - siz burada gözləyin! - deyib içəri girdi. Köməkci ara kəsmənin pərdəsini çəkdi ... 
    Dan yeri sökülmüşdü. Qulam tütün torbasın çıxardıb qalyanın doldurdu. Bir qulab alıb qapını açdı. Sübhün təmiz havasını ciyərlərinə çəkib başını yuxarı qaldırdı. Günəş özünü göstərmək istəsə də boz buludlar pərdə kimi günəşin önünü kəsmişdi . Axşamnan yağan sulu qar indi yerini quşbaşı qara vermişdi. Hər yer bəyaz  ötrüylə örtülmüşdü. Qarlar ipək kimi yup yumuşaq görünürdü. Qardan budaqlar ağırlaşıb başlarını aşağı əymişdi. Həyətdə gəzişən silahlıların ayaqları altında qalıb xışıldayan qarın səsinin ayrı ləzəti vardı. Pilləkənlərdən enib silahlılara yaxınlaşdı:
   - Sabahınız xeyir olsun -dedi 
   - Hayırlı sabahlar,siz nerelisiz? 
   - Cənubi Azerbaycandanam. 
   - Hmm...  Azerbaycanlı olduğunuzu konuşmanızdan anladım . 
   - Həə qusuruma baxmayın mən türkcə danışa bilmirəm, yamsılayıram elə belə - güldü - amma sizi qəşəy anlayıram. 
   -Anlaşıldı - onlar da,Qulamı yamşılayıb baş barmağını qaldırdı :
-Qəşəy- deyib gülüşdülər
 Qulam tütün torbasını irəli uzadıb: 
  - Buyurun qardaşlar, qəşəy Xorasan tütünü var!
  - Bizim Hemdi hanım da Horasan tütününü cok sever . 
   -Hemdi hanım mı? 
   -Efendim,  bir bakarmısınız?- köməkçinin səsi onların söhbətlərini yarım qoydu ...
   Qulam pərdəni aralayıb başını içəri saldı. Doktor Asyanın yatağının yanındakı kətildə oturub, Asyanın əlindən tutaraq başını öz qolunun üstünə qoyub yatmışdi. Bir kişi xeylağını Asyayla belə görünməsi Qulamı qıcıqlandırırdı. Hələ bu vaxta qədər hiss etmədiyi, bilmədiyi qısqanclıq duyğuları baş qaldırmışdı. İçəri keçib doktorun yaxasından yapışmaq istədi. Tam ona yaxınlaşmamış fikrindən vaz kecdi. Gecəki doktorun yoğun çalışması gözünün qarşısına gəldikcə bu qısqanclığın əbəs olduğunu anladı. 
  -Yorğundur, yəqin necə yatmağından heç xəbəri də yoxdu. Özünü itirib yazıq. Hələ mən bir iş görməyə görməyə belə yorulmuşdum. O ki qaldı həkim ola . 
   - Doktor bey, doktor bey !
    Doktor yerindən dik atılıb geri cevrildi.
  -Doktor bey, hemen şuraya, efendim birinci yaralı cok fenalaştı.
   -Hemen geliyorum, hava balonun hazırlayın!- deyib tələsik özünü bayra atanda Qulama döndü:
   -Asya sənə əmanət , başından ayrılma. Birazdan gələcəm.
  Asya? Bu Asyanı hardan tanıyır?- deyə həkimin arxasınca bir- iki addım atıb dayandı. Nə edəcəyini bilmədi. Seyrək saqqalını sığallayıb ovcuna yığdı, dartışdırmağa başladı. 
   -Axı bizim Azərbaycanlı olduğumuzu biləndə , o "mən də azərbaycanlıyam" demişdi. Yəqin bu arada Asya ayılıb, həkim adını soruşub bu da adını deyib.Yoo ola bilməz axı ! Biz burya gələndən sonra adlarımızı dəyişmişik. Mənim adım Əli, Asyanın adı Ülkər olub. Axı Asya özü öz adını necə deyə bilər ki , tanımadığı bilmədiyi adama. Həm də bir həkimə? Adı qeydiyyatdan Asya kimi keçsə kimliyinin saxta olduğu ortaya çıxmazmı? Nolub bu qıza dəli olub,özü özünü niyə ələ verir bu?
   Qulam otağın içində var gəl etməyə başladı. Bəlkə bu həkim bizi tanıyır? Yox əşi hardan tanıyacaq? Bəlkə Asya qızdırmadan adını sayaqlayıb. Yoxsa Asya özünü tanıtdırmazdı...

                       ******
    Səs küylə evimizin qapısı açıldı. Azərbaycandan bayram tətilinə gələn qonaqlarım hekayəmi yarım qoydu. Arada boş vaxt tapan kimi, Bahara bu kəlmələri yaza bildim.
  "Canım Baharım, bir neçə günlük məni üzürlü say. Həm qurbanımız var  həm də Azərbaycandan qonaqlarım gəlib, bu aralar başım qonaqlara  qarışıqdır, canım. Sən yavaş yavaş yaz, arxayın arxayın göndər, mən boş olduqca yazdıqlarına baxacam, narahat olma. İnşallah bayramdan sonra yenə burdayıq...

            _____12 ______              

   Əslində bayram çoxdan qurtarmışdı, amma bizim bayram tətilimiz hələ də davam edirdi. Bakıdan gələn qonaqlarımı Türkiyənin gəzməli görməli yerlərini gəzdirirdim. Uzun tətil səyahətindən sonra qonaqlarımı yola salıb özüm qızımla şəhərdəki evimizə gəldik. Uzaq yolun yorğunluğu hələ də canımdan cıxmamışdı. İlıq bir duşdan sonra salona keçib telefonu əlimə aldım. Facebookda özümüzün Türk Dünyasının Sanat Sevdalıları qrupunda dolaşdıqca oxucularımın hekayəmə yazdıqları rəylər məndə maraq oyadırdı. Hekayənin bölümü maraqlı yerdə bitmişdi. Hamı yeni bölüm gözləyirdi. Elə özüm də bir an işlərimi bitirib yeni bölümü hazırlamaq üçün səbrsizlənirdim. 
   Neçə gündə Baharın mənə yazdıqlarını hələ zaman tapıb oxuya bilmədiyim məktunları indi açıb oxumağa başladım. Məktublarda elə məqamlar var idi ki, elə indicə bu yazıları hekayəyə döndərib yazmağa həvəslənirdim. İnanırdım ki, bu bölüm oxuculara təsirsiz keçməyəcəkdi. Duyğuların qabardığı, məhəbbətin alovlandığı, ehtirasın tarıma çəkildiyi bu bölüm qrupun canlanmasına nədən olacaqdir . Oxucularımı yaxşı tanıyıram. Bilirəm ki, bu mövzuda sərhədi heç sevməzlər. Ən adi anı belə məndən tam çılpaqlığı ilə istəyirlər. Həyatda yaşmadıqları blkə də yaşayıb zevgini ala bilmədikləri bu emosiyaları burada görmək onlara ani rahatlıq verirdi. Bu da mənim xoşuma gəlir. Nə xoş mənə ki oxucularımla aramda belə səmimiyyət yarada bilmişəm. Maraqlı kitab həyatdır. Həyat isə enişli yoxuşlu, heç nədə sərhəd-sınır gözləməyən bir yaşamdir.
   Bu yoğrun vaxtımda ilham pərilərim başıma vurmuşdu. Necə deyərlər, yazsaydım ölərdim, yazmasaydım öldürərdi. Baharın həyatı pisxolojik olaraq beynimə oturmuş özümü də artıq onlardan biri kimi görməyə başlamışdım. Elə bilirdim mən də bu ailənin bir parçasıydım artıq. Yox, heç vaxt belə itirmədən yazmalıydım. Rəsmən enerji partlaması yaşayırdım. Bu enerjini yazmaqla içimdən atmalıydım.

                    *****
      
   Biraz əvvəl kəsən qar yenidən şiddətlənməyə başlamışdı. Axşamdan yollardakı araba və ayaq izlərini qar örtmişdü. Hava elə dolmuşdu ki, boğuq və sönük görkəmi adamın  bütün enerjisini əlindən alıb onu yorğun salırdı. 
   Xəstəxana sayılan bu kiçik binada yaralı və xəstə çox, həkim və tibb bacısı yox dərəcəsində idi. Demək olar ki , bütün xəstələrin həm həkimi, həm tibb bacısı Abdulla həkim özü idi. Köməkçisi Aliyə xanım və onun əri, həm yaralıları otaqda yerləşdirir, təmizliyə və otağın sanitariyasına diqqət edir, həm də, həkimə kömək edirdilər. Yaralılarla gələn silahlılar həyətdə qar vurmayan yerlərdə daldalanmışdılar. İçəridə tək otağı kiçik otaqcılara ayıran pərdələrin arxasında ölüm qalım savaşı gedirdi. Xəstəxanaya yaralıların gətirildiyini eşidən kənd camaatı da buraya axışmışdı. Hamı narahatçılıq içində idi. Çöldəki izdiham içəridə də bir uğultu yaratmışdı. Camaat axşamkı atışmanın təsurarlarını bir biriylə bölüşürdü. Bu hadisə ölkə gündəminə qarışmışdı. Mərkəzi jandarma bölməsinin hadisədən xəbəri olsa da, bəzi yerlərdə yolların qardan bağlı olması onların hadisə yerinə yetişməsinə maneə yaradırdı. Hələ də hadisə yerində atışma davam edirdi. Bir ucdan yaralılar gəlirdi. Bəzən həkimin özünü hadisə yerinə aparırdılar. Bütün qəsəbə camaatı səfərbər olmuş, xəstəxanaya köməyə gəlmişdi. Xəstəxananın bağcası tenlük olduğundan həyətdə səsdən qulaq tutulurdu.
   Arada həmşırənin xəbərdarlıq səsi eşidilirdi.
  - Sakin olalım arkadaşlar, içeride hasta ve yaralılar vardır... Lütfen arkadaşlar.
   Xəbərdarlıqdan sonra uğultu bir anlıq dinir, biraz,sonra yenə davam edirdi.
   Onsuz da içəridə canı darlanmış Qulam Asyanın istisini əliylə yoxlayıb üstünü yaxşıca örtdükdən sonra pərdəni aralayıb çölə cıxmaq istəyəndə uzunboylu, giçgah və göz kənarlarını incə qırışlar tutmuş, qalın buxara papağı qaşlarına qədər çəkib ağzını-burnunu qalın şalla yaşmaqlamış bir adamla rastlaşdı. Adamın iti baxışlarındakı, qətiyyət və diqqət Qulamın diqqətini çəkdi:
   -Siz ...
  Adam diqqətlə Qulama baxdı və təəccüblə onu süzdü. Qəfil qolların açıb :
  -Qulam qardaş!!!- deyərək ona  sarıldı. Üzündəki yaşmağı açıb Qulamın üzündən öpdü . 
  -Əsmər bacı bu sənsən? -  deyərək Qulam da qadını qucaqlayıb əlindən öpdü . 
  İllər əvvəl Təbrizdən qaçarkən Həmid dəstəsi ilə bərabər əmisi oğlu Qulama pənah gətirmişdi. O vaxtlar Qulam dəliqanlı bir gənc idi, o da Həmidin dəstəsinə qoşulmuş dağlara çəkilmişdi. Əsmər daşqalaq olub qardaşının gülləsinə tuş gələndə, Həmid Qulama pənah gətirərkən Qulam onları etibarlı bir yerdə  gizlədib onlara kömək etmişdi. Həmidlə bərabər Qulam Əsmərin yarasını sarmış, ona qulluq etmişdi. İndi təsadüf illər sonra onları bu qürbət eldə görüşdürmüşdü. Nə xoş təsadüf...
   Köhnə silah və qədər yoldaşları otağın bir küncünə çəkilib bu neçə ildə başlarına gələnlərdən bir birlərinə qısaca nəql edirdilər. Bu illər ərzində başlarına gəlməyən qalmamışdı. Ortaq tanıdıq dostlarının ölümlərinə təssüflə başlarını sallayir, dərindən köks ötürürdülər. Qulam Həmidin vaxtsız ölümünü eşidəndə cox üzüldü. Özünü saxlaya bilməyib ağladı. Əsmər əlini Qulamın çıyninə qoyub onu ovutmağa çalışırdı. Qulamı sakitləşdirə bilmədiyini görüb mövzunu dəyişdi. 
   -Bəs sən buralarda nə gəzirsən xeyirdi?  
  -Hec xeyir deyil. Bizim... -  nə deyəcəyini bilmədi xanımmı desin, arvadımmı desin? Yaxşı ki, otağın ara kəsmə pərdəsi açıldı. Həkimin yorgun və təssüf dolu baxışları Əsmərin üzünə zilləndi: 
  - Allah rəhmət eləsin. Yaralımız həyatını sevgdiklərinə bağışladı.
   Həyətə və içəridə olan silahlıların üzünə qüssə çökdü . Hər kəs bir tərəfdə məyus halda oturmuşdular. Bayaqkı uğultudan əsər qalmamışdı. Abdulla həkim : 
   -Lütfen arkadaşlar, burası bir hastene olduğunu unutmayalım. Kalabalık yapmayın. Rica ediyorum, içeride hastalar var . Her kes dışarıda beklesin. Cenaze yakınları kim varsa onlar cenazeni hazırlayıb götürsünler, cok rica ediyorum .
   Elə bu kəlimələr Abdulla həkimin ağzından cıxmışdı ki , köməkçi xanım pərdənin arxasından başını çıxardı . 
  - Doktor bey, Asya hanımın durumu fenalaşdı. Lütfen, bakarmısınız?
   Asya adını eşidən Əsmər qapının ağzında ayaq saxladı . Eşitdiyi sözə qulaqlarına inanmadı. "Asyamı dedi o? "  Geri dönüb əvvəl Qulamın sonra həkimin üzünə baxdı. Qulam da həkimlə bərabər özünü içəri atdı. Elə bu vaxt yan otaqda canını tapşırmış yaralının cənazəsini bayıra cıxardılar. 
   -Hemdi hanım, cenazemizi aldık. Geç kalmadan yola cıkalım. Hava ayaz. Haydi, kara borana düşmeyelim. 
   -Tamam ben bi dakka - deyib adamlarını otaqdan cıxarıb geri döndü. Pərdəni aralayıb içəri boylandı. Xəstəyə müdahilə edən adamların arasından çarpayıdakı qadına baxdı. İlk gözünə dəyən xəstənin biləyindəki qırmızı ləkə xal oldu. Qalın paltosunun qolunu yuxarı çəkib öz biləyini də açdı. Əlini biləyindəki yanığın yerinə sürtüb, pıçıldadı :
  -Qızım ! 
   Eynən Asyanın qolundakı ləkədən Əsmərin yanan biləyində də vardı. İndi o ləkənin yerində yanıq yeri qalmışdı. O xatirələrinin yandığı gün onun da anadangəlmə xalı da yanmışdı. 
    Bəli ana qızına qovuşmuşdu. Cənazələrini döyüş yoldaşlarından yola saldıqdan sonra Əsmər Asyanun yanına qayıtdı. Ona özü öz əliylə qulluq etdi. Onun vasitəsiylə sevimli  ailəsindən xəbər tutmuşdu . Saybalının xəstə yatalaq olması ürəyini sızlatsa da, Azərin vaxtsız ölümü, daha doğrusu intiharı ananın can evini yıxmışdı. İbrahimin Arazdakı qətliyamda vurulmağını eşidəndə dözə bilməyib özünə divan tutdu. Qadının belə bir vəziyyətə düşməsi Asyayla Qulamı çaşdırsa da, bunu bir ailə faciəsinə dözməyən bir qadının fəryadı kimi qəbul etdilər. Bu zamana qədər özünə can bildiyi dayısı arvadı belə Asyanın dərdinə bu yad qadın qədər yanıb ah çəkməmişdir. Asyagilin dərdinə, hələ heç kim belə ağıt çəkib ağlamamışdı. Asyanın qadına qanı qaynadı. Qadın bu fəryadı yarasını deşmışdı. O da Əsmərə qoşulub ağlayırdı.
    Ailəsinin belə bir faciəli yaşamını eşidən Əsmər özünü otağına, həbs edib bəxtsiz balalarına, nakam sevgisinə ağıt deyib, özü özünə divan tutdu, yanıb qovruldu, ağladı, sızladı, axır : 
 -Sən güclü bir qadınsan Əsmər,  bu halına şükür et! Şükür et ki, sənin Asyan oranın zülmündən qaçıb qurtulub, şükür et ki, qızını heç bir bəla tutmayıb. Şükür et ki, özündən çox böyük də olsa Qulam kimi bir oğul ona sahib çıxıb ,onu ozünə xanım edib . Onu yiyəsiz qoymayıb. Şükür et ki, onların balası var. Allah-təala onu sənə bağışlamış, səni bu dağlardan yığmaq üçün, onu sənə tuş etmiş, səni həyata bağlamaq üçün Allah sizi burda görüşdürmüş. Hər şeydə bir səbəb və xeyr vardır. Demək ki xeyir olan budur. Bu vaxta qədər onlara qovuşmaq arzusuyla yaşadın. İllərlə istəklərini, arzularını qəlbinə həbs etdin, ordan gətirdiyin xatirələrlə təsəlli tapdın.O xatirələrdəki qoxu sənə bəs edirdi. İndi qızına qovuşmusan, Allah sizi görüşdürüb sən buna şükür etməyəcəksən?- deyib Əsmər ayağa qalxdı. Geyinib evdən çıxdı. Məkana gəlib adamlarını başına yığdı. Ciddi bir qərar qəbul etmişdi :
   -Arkadaşlar, benim savaşım bu güne kadarmış. Şu ana kadar Hemid beyin silahdaşı olarak halk ve vatan aşkına şeref ve vazifemi gereğince yerine getirdim. Onun gittiyi yolla addımladım, haksızlıklarla savaştım. Addımımı koyduğum her yerde adaletin tohumunu diktim. Devletime, cumhuriyyetime şerefimle hizmet etdim. Bu gün size bir itirafta bulunacağım. Yarim qalmış hikayeme devam etmeye karar verdim. Biliyormusunuz arkadaşlar, uzun ayrılıklardan sonra ben kızıma ve torunuma kavuştum. Çok mutluyum . Bu mutluluğu dille ifade etmeye zorlanıyorum. Allah hiç bir kadını kendi ailesiyle, sevdikleri ile imtahan etmesin.
   -Amin -silah yoldaşları Əsmərin bir ailəsi olmasına həm təcüblənmiş, həm də qadının dediklərindən duyğulanmışdılar. 
   - Şu zamana kadar yarım kalmış aşkımı onlarla yaşayacağım. Artıq çok yoruldum. Bi taraftan da yaşlılık... Şimdi onların yanında yılların yorğunluğunu canımdan cıkarıp atmak istiyorum. Haqqınızı helal edin. Biz birlikde çok iyi bir dava arkadaşları olduk. Ben bu yüzden çok mutluyum ve size sonsuza kadar güveniyorum . Umarım beni anlamışsınızdır . 
   Əsmər özünü nə qızına, nə də Qulama tanıtdırmamışdı. Asya bu qadını tebrizli bir qacaq kimi bilirdi. Bu qürbətdə onu özünə dərddaş bilib ailəsinin faciəsini onunla paylaşmışdı. Asya öz dərdindən danışmırdı hələ , Arazından, onun atasının kimliyindən. Bu açılıb ağardılası dərd deyildi. Əsmərin qızının başına gələnlərdən xəbəri belə yox idi. Qızının özündən cox böyük birinə ərə getməsini heç cür ağlına sığışdıra bilmirdi. Qızının belə bir evliliyə məcbur olduğuna adı kımı əmin idi. Onların orada belə gözəl qızlar ançaq böyük başlıq qarşılığında bu yaşda kişilərlə ikinci ,üçüncü xanım kimi evləndirilir. Qulam isə ona - buna bir qarın çörəyə işləyən adi çoban idi. Asya hədsiz gözəl, bədəni biçimli və şux bir qız olduğunu görürüdü. Asyanın indiki halı onun gəncliyinə çox bənzəyirdi . Bu gözəlliklə onu sevməyən bir gəncin olmaması mümkün olan şey deyildi. Mütləq olmalıydı. Nə qədər kasıb və çətin vəziyyətdə olsalar belə bu qız cavan, özünə uyğun birinə mütləq könül vermişdir. Bəs onu nə məcbur edib ki, özündən 18-20 yaş böyük evsiz eşiksiz, kasıb və qaçaq biriylə evlənsin. Hərdən ağlına başqa fikirlər gəlirdi. Bəlkə Saybalı çətin vəziyyətdə olub, necəki atası onu pul qarşılığında bir lala ərə vermişdi, Saybalı da onu... Yoox belə bir şey heç vaxt ola bilməzdi. Onun tanıdığı Saybalı ömür boyu belə şərəfsizliyə əl qoymazdı. Ərinin belə şeydən nə qədər nifrət etdiyini bilirdi. O Saybalını özündən də yaxşı tanığyırdı. Həm də axı Asya deyir ki, Saybalı yatalaqdır. Ağlı başında deyil. Özünü belə bilmir, tanımır. O zaman belə çıxır ki, ya Asyanı kimsə yiyəsiz sahibsiz görüb ondan istifadə edib, ya da qızı ağır və tənha həyatdan bezib bu adamla həyatını birləşdirib.
     Əlini alnına qoyub otağının içində var-gəl edib bu sual və fikir qarmaşından cıxmağa bir yol axtarırdı, heç cür bir yol tapa bilmirdi. 
  -Yox inanmıram Asya belə bir şeyə təkbaşına qərar verə. Asya gözəldir, gəncdir. Mütləq bir sevdiyi vardır. Əgər həyatından bezib eviliyi çıxış yolu görsəydi, elə öz sevdiyinə gedərdi də. Nçç. Mümkün deyil . Bəs onada kim, kim onu bu evliliyə zorlaya bilər ki? Aa mənim niyə ağlıma gəlmir bu? Dədəm... Bəlkeədədəm verib Asyanı ona?Yoox bu ağıla batası şey deyil. Dədəm heç vaxt ona xeyir verməyən birinə əl uzatmaz. Qulam yazığın nəyi var? Demirəm bəlkə Qulam onun hansısa bir şərəfsizliyini həzm etməyib öldürəcəkmiş, bəlkə də dədəm canını qurtarmaq üçün Asyanı ona verib... yoox, yenə də ola bilməz belə şey. Bir qaçağın kitabında belə şərəfsizlik ölümə bərabərdir. Mənim tanıdığım Qulam belə bir şeyə əl qoymaz, elə yerindəcə öldürər dədəmi. Həm də axı Asya deyir ki , dədəm neçə il bundan əvvəl ölüb. O öləndə Asya lap balacaymış. Bəs onda bu şərəfsizliyi kim edər, axı kim?
   Qəfil beyninə bir ad ilişib qaldı:
  - Bəşir ...

  Asya gözünü acıb təkrar gözlərini yumdu. Sanki həmişəkindən fərqli olaraq bu dəfə gözün yumduğunda yox,  gözün açdığında yuxu görürdü . Kirpiklərini ehmalca aralayıb təkrar baxdı. Yox bu yuxu deyildi. Gerçək idi. Başının üstündə durub onu müayinə edən həkim onun sevdiyi oğlan - Abdulla idi . Gözlərini yumub ürəyində Allaha yalvardı ki, bu dəfə gözünü açdığında bunun bir xəyal, yuxu olduğunu hiss etsin. Xeyir bu yuxu deyildi. Qulam da, Abdulla da onun yanında idi. İkisi də sevdiyi... biri ümidi, gələcəyi-biri sevdiyi, keçmişi. Asya keçmiş ilə gələcəyi arasında qalmışdı. Ürəyində keçmişin qapılarını bağlayıb ümidlə gələcəyə baxdığı yerdə niyə tale onunla oyun oynayırdı. Bəlkə qismət deyilən şey budur?
    Möhkəm sətəlcəm olmuş Asya eyni anda qızılca və suçiçəyi də cıxartmışdı. Demək olar ki, o Əzrayillə yaxalaşırdı 3 günlük koma halında yatdıqdan sonra həkimin səyi nəticəsində kəfəni yırtıb işıqlı dünyaya cıxmışdı. Xəstəliyi tam sağalmasa da artıq bayğınlığı keçmişdi. Burada tanış olduğu qadına oxşar kişidən yaşmaqlansa da, bu adamın kişi olmadığını biləndə özünü saxlay bilməyib o ki var gülmüşdü.  Fəqət sonralar bu qadının istiqanlılığı, cana yaxınlılığı Əsməri Asyaya sevdirmişdi. Bu qadına qanı yaman qaynayırdı. Qulamın da onu yaxından tanıması Asyayanı ürəkləndirmişdi. Asya dərdlərini onunla bölüşmüşdü. Hardan bilirdi ki ona can yandıran bu qadın onun öz bə öz anasıdır. 
  Hər dəfə Abdullanın sevgi və sual dolu gözlərinə baxıb vicdan əziyyəti çəkən Asya yatağından yerə ayağını qoyan kimi Qulamın əlindən tutub yalvarmağa başladı :
   -Qurban olum, məni burdan götür apar, burda qalmaq istəmirəm, oğlum üçün çox darıxıram, Qulam. Yalvarıram, bax yaxşıyam mən, durmuşam , gəzə bilirəm -deyib ayağa qalxdı. Otağın içində gəzinib daha  yaxşı olduğunu Qulama sübut etmək istədi. Başı giçəlləndi. Elə bu vaxt otağı ikiyə bölən pərdə çəkildi və Abdulla içəri girdi. Onsuz da heydən düşmüş Asya Abdullanı görüb ağlı başından çıxdı, özünü saxlaya bilmədi. Ylxılacaqdı ki, Abdulla ilə Qulam onu eyni anda tutdular. Asya bu iki insanın qolları arasında özünü daha güvənli hiss edirdi. Lakin o qolunu Abdullanın əlindən çıxarıb özünü Qulama qısdı. Minnətdarlıqla ona baxdı.
   Abdulla Asyanın ondan niyə qaçdığını yaxşı bilirdi. Axı o Asyanı başa düşməmişdi. Axı Asya ona "xəstə atamı qoyub səninlə qaca bilmərəm"  deyəndə Abdulla ona hirslənmişdi. Abdulla hər zaman özünü fikirləşmişdi, heç zaman Asyanın vəziyyəti ilə maraqlanmamışdı. Ola bilər bu onun ailəsindən ona qalan bu kibirlik bir xəstəlik idi. Asya dəfələrlə ona "sənə deyə bilmədiyim sirrim var, Abdulla nə olar məni başa düş, məni dinlə, imkan ver dərdimi sənə deməyə ürək edim, nolar yalvarıram sənə" deyəndə Abdulla onu anlamamış onu birlikdə burdan qaçmağa zorlamışdı.
  -Ahhh Abdulla ah! Günahın hamısı səndədir, nə etdinsə özün etdin.Bir dəfə bu qızı dinləmədin. Özün də bilirdin sözlü adama oxşayır bu qız, nəsə bir dərdi var. Həmişə özünu düşündün. Doğurdan ee, görəsən nə dərdi vardı qızcığazın? Axı bütün bunlar səni indi niyə maraqlandırır ki? Bu məsələyə gec qalmadın Abdulla?
   Özünü ələ alıb fikirini işinə cəmləsə də ağlı dolaşıb yenə keçmişə dönürdü. Daha öz özüylə danışmaqdan yorulmuşdu. Hər şeyi gözə alıb içini rahatlatmaq üçün Asiyaya danışmalıydi.
  - O vaxt atamgil, bacılarım da səni cox sıxışdırırdı,bilirəm. Kasıb və kimsəsiz olduğun üçün səni qəbul etmirdilər. Şan şöhrət gözlərini elə boyamışdı ki, "Abdulla tacir Saybalının qızıyla evləndi" dedirtməsini iztəmirdilər. Onların gözləri yüksəkdəydi. Bax bu barədə mən haqlıydım, Asya. Qacmaqdan başqa yolumuz yox idi. Amma sən tutdurdun ki, gedə bilmərəm . Məni bağışla falan.Mən neyləməliydim. Mənim yerimə kim olsaydı ayrılmaq qərarı alırdı. Başqa yolumuz da yox idi.
    İstəmirdi ki, Asya ondan incik qalsın. Hər zamankı kimi , istəmədən yenə özünü haqlı çıxarırdı Abdulla. Asiyanın onunla gəlməmə səbəbini başqa heç cür həzm edə bilmirdi :
   -Yox, bilirsən Asya, hər şeyə rağmən mən səni qəbul edirdim, mən səni sevirdim, səni canımdan cox sevirdim. Mən sənin üçün atama qarşı gəldim ee, əmilərimin üzünə ağ oldum . Məndən xəbərsiz mənə nişanladıqları bibim qızının nişanından imtina edib, o gün sənə gəldim. Qacaq dedim . Bizim oralarda bunun nə demək olduğunu bilirsən də? Amma mən bunu etdim, mən ölümü belə gözə aldım , bütün nəsilim mənə düşmən oldu ,qızın adı mənlə çıxıb deyə. Amma mən,mən... Mən səni atmadım, Asya. Mən sənə bağlanmışdım. Sənsiz özümü, həyatımı təsəvvür edə bilmirdim. Dedim axı, mən sənə ki, İrana dönməyəcəm. Sənə demişdim, axı, mən Fransada qalıb işləyəcəm. İran mənim üçün deyildi. Mən oranın şəriət qanunlarından da, insanlarlndan da, ağır və sıxıcı həyatından da bezmişdim. Orada insan azadlığı yoxdur. Orada həyat yoxdur. Mən həyatı sevən insanam.Yenilikləri sevirəmı. Qarşıma məqsəd qoymuşdum , mən oxuyub ölkəmi bu cəhalətdən qurtaracağam deyə. Mən bunu bacarmadım. Çünki orada mənim sözümü deyən olmadı. Bu fikirlərimə görə məni "kafir" adlandırıb üzümə ölüm hökmü oxudular. Qaçmaqda çarə gördüm. Canları çıxsın. Bir toplum cahilliyi tərk etmək istəmirsə, boş ver, o millət ölümə məhkumdur. Qoy yesinlər bir birinin ətini - Abdulla dərindən nəfəs aldı:
  - İş elə getirdi ki, mən fransız dili bildiyim üçün məni İstanbula dəvət etdilər. Oradan Antakyaya, oradan da buraya yolladılar. Çox ağır zamanlar keçirdim. Adım hər yerdə çıxdı. Siyasətə də bulaşdırdılar məni. Heç bir şey səni unutdurmadı. Bu qədər gəzib dolanmam sənin sevgini ürəyimdən silib atmadı Asya. Mənim sevgimə, kimsə, nəsə manə olmayacaqdı. Ola da bilməzdi. Neyləyim, atanın ölməyini gözləməliydik? Lakin mənim də vəziyyətim göz önündə. Orada qalmağım mümkün deyildi. Fikirləşirəm ki, mən bir Abduni sülaləsini qarşıma alıb bir tək sənin üçün düyanı silmişəmsə, bəs sən niyə mənim üçün heç nə etmədin? Bəs indi nə yaxşı atanı qoyub gəlmisən hə? 
  Asya bu ittihamlar qarşısında səssiz qalıb sadəcə ağlayırdı . 
   -Təbrizdən tez tez xəbər alıram. Atan hələ də sağdır deyirlər. Sənin atanı qoyub qaçmağın məni şoka saldı ee, bilirsən? Hələ də bu günə qədər inanmıram. Neçə oldu ki bu kaftar səni yoldan çıxardı. O məndən artıq kişiydi? Kimdi ki axı o?
  - Yetər ...
   - Hələ də ağlıma sığdıra bilmirəm. Bu necə ola bilər axı ? Sən məni, böyük məhəbbətimizi kimə dəyişdin Asya?
   -Get Abdulla Allah eşqinə. Məni günahlandırıb durma !
   -Gunah? Bu günah deyil ee, bir başa suçdur, cinayyətdir. Sən mənim duyğularımla oynadın ! Mənim xəyal dünyamı yıxdın !
   -Oynamadım. Sən heç nə bilmirsən, mənim yaşadıqlarımdan heç vaxt xəbərin olmadı Abdulla . 
   -Aha ... Yenə mən oldum günahkar? Mən sənə xəyanət etmədim e Asya , sən mənə etdin. Sənin ürəyində mənim sevgim ola ola sən o qoca kaftarla evlənib, ona uşaq dogmusan - deyib Abdulla əsəbi halda yumuruğunu çarpayıya çırpdı. Asya bütün bu ittihamlara dözə bilməyib ağlayırdı . Özünü müdafiə etmək istəyirdi, lakin nə mənası var idi ki? Guya Abdulla onu bağışlasa nə dəyişəcəkdi ki?
   Bayırda tütünün çəkib içəri girən Qulamdan heç birinin xəbəri yox idi. Qulam bütün bu danışıqların hamısını pərdə arxasından eşidirdi. Əsəbindən tütündən saraltmış bığlarını çeynəsə də səbr edib onun Abdullaya verəcəyi cavabı gözləyirdi. Lakin, Asyanın hıçqırıqlarından başqa heç nə eşidilmirdi. Özünü əskilmiş, əzilmiş sayırdı. Asya və Abdullanın böyük sevgisinin qarşısında özünü əngəl kimi saysa da bir tərəfdən sevinirdi ki, yaxşı ki, bu vaxta qədər Asyayla yaxınlığı olmayıb, bu barədə vicdanı təmizdir. İndi bu gün hər şey Asyanın verdiyi cavabdan asılıdır. Bu cavab ya onları əbədi qovuşduracaq, ya da həmişəlik ayıracaqdır. 
    Abdulla Asyanın qorxduğunu düşünüb onun əlindən tutdu. Yalvarımışcasına dilləndi:
   -Axı bizim bu böyük eşqimizə nə maneə olurdu ki,Asya? Bilirəm ki,bu əngəl atan deyildi. O olsaydı sən bu gun bu adamla burada olmazdın düzdür?
 Asya başıyla onun sözünü təsdiqlədi. Dillənmədi 
   -Asya, axı biz ehd-peyman etmişdik. Ölənə qədər bərabər olacaqdıq. Qismət olmasaydı belə biz başqasıyla evlənməyəcəkdik axı. Bizim sevgimizi başqa nəfəs soyutmayacaqdı axı. Hələ də inana bilmirəm. Nolar de ki, o kişi mənim ərim deyil, nolar de ki, o uşaq mənim uşağım deyil, qurban olum Asya. Mən hələ də sənin eşqinlə yaşayıram. Hələ də sənin xəyalını qururam. Bir gün bütün maneələri aşacağıq, qovuşacağıq deyə. 
  -Yalvarıram Abdulla yetər. Get nolar. Bəsdir qurban olum daha danışma dözə bilmirəm- deyərək üzünü ovucları arasında gizlədib hönkürdü.  Qulamın pərdə arxasında ürəyi partlayırdı . Bir anda içəri girib Abdullanın boğazından yapışmaq istəyirdi . Lakin Asyaya da beli bağlı deyildi . Asya son sözü deməmişdi. 
  -Ağlama, ağlamaqla məndən, keçmişindən qaça bilməzsən!
 -Bəsdir daha , rahat burax məni,  bizim keçmişimiz olmayıb! Biz bir birimizi tanımırıq, bildin?
  - Ha... Haa ... Həm də heç olmayıb, heç tanımırıq hə? Sonra?
  - Mən səni sevməmişəm!
 -  Sevməmisən ?
 -  Sevməmişəm !
 -Sevmirsən?
  -Sevməmişəm , sevmirəm ...
-  Sevmisən, Asya. Sən məni sevmisən, dəli kimi, hələ də sevirsən sən məni. Sən məni unuda bilməzsən, lap 5 uşağın olsun, lap aradan qərinələr keçsin. Sən bizim o böyük məhəbbətimizi dana bilməzsən . Mən unutmamışam. Mən hələ də sevirəm. Sən də unutmamısan, sevirsən, sevəcəksən!
   Abdulla əsəbi halda Asyanın əlini yanaqlarından çəkib aşağı saldı. 
  -Burax ,dəlisən sən ?
  -Sənin dəlinəm Asya - Abdulla onun yanaqlarını ovcuna alıb başını yuxarı qaldırdı. Gözlərini gözünə zilləyib :
   -Bax gözümə Asya! Gözlərimin içinə bax, xahiş edirəm ! Gözümün içinə baxa baxa de, məni sevmədiyini. Hə gözləyirəm!
  -Burax -Asya çırpındı
 - Deyə bilmirsən. Çünki dilin yalan deyir. Ürək və gözlər yalan danışmaz. Bu gözlərindən axan yaşlar ürəyinin dilinə üsyanındır . Ürəyin hələ də məni istəyir,  gözlərin hələ də məndən başqasını görmür. Sən məni sevirsən, Asya,mən də səni.
  Abdullanın gözü dönmüşdü . Onun bu halı Asyanı qorxudurdu. Hər an Qulam içəri girə bilərdi . Qulam içəridəydi, lakin onların bundan xəbəri yox idi. Abdullanın gözü elə dönmüşdü ki , bəlkə belə bir vəziyyətdə Qulam gəlsəydi onu bir göz qırpımında parçalayardı.
  Abdulla danışdıqca qızın yanaqların sıxır, danışdıqca coşurdu.Yazıq qız nə edəcəyini bilmirdi. Abdullanı hələ belə görməmişdi. Bəlkə əvvəlki vaxtlar olsaydı Asya ona başqa cür cavab verərdi. Məsələn bu halıyla onun ehtirasdan alışıb yanan gözlərindən öpərdi. Sanki qızın ürəyindən keçənləri hiss etdi Abdulla. Anidən qızı qucaqlayıb qızdırmadan yanan dodaqlarından ehtirasli bir öpüş aldı. Asya bu öpüşün qarşısında mum kimi əridi, Abdullanın qolları arasında axdı, yox oldu. Dodaqlarına dəyən ilk öpüş idi bu öpüş. Həmdə sevgdiyi biri tərəfindən. Dayana bilmədi. İllərin həsrətini,ağrı acısını dəlisov öpüşlərlə söndürdülər. 
    Pərdə arxasında Qulamın carəsiz halda başını yumuruqladı. Vəssalam. Artıq hər şey bəlli idi. Bu münasibətə son nöqtənin qoyulma vaxtı gəlmişdir. Daha bunu uzatmağın yeri yoxdur. Asyanın könlü hələ də bu cavan oğlandadır. Özündən nifrət edirdi Qulam. Özünü söyürdü. Pul kimi qızarmışdı.Nə etsin, içəri girib ikisinin də üzünə tüpürsün? Amma nə haqla? O kim idi? Asyanın nəyiydi? Asyanın həyatında hansı rolu tutmuşdu? Heç bir rolu yox idi . Sadəcə yoldan keçən, heç bir qarşılıq gözləməyən xeyirxah insan... Budur yol bitmişdir . İndi ayrılıq zamanıdır... Qulamın bu zamana qədər itirdiyi vaxtına heyifi gəlirdi, bir ona yanırdı. Daha niyə dururdu ki, burada? Nəyi gözləyirdi?
  Qulam hərəkətə keçdi. Qapıya doğru addımladı. Bu an ,Asyanın sərt hərəkəti ona bir ümid bağışladı. Asya Abdullanı özündən ayırıb üzünə bir şillə çəkdi. Səsi yüksəlmişdi. O açıq aşkar üsyan edirdi.
  -Bu vaxta qədər sən mənim gözümdə ən uca zirvə idin, Abdulla. Sən bilə bilə ki, mən başqasının yarıyam, məni mənim razılığım olmadan öpürsən? Mənə qarşı bu hərəkətindən sonra sən mənim... ("şerfsiz dayim Bəşirdən heç də geri deyilsən "  deməkdən özünü güclə saxladı) - gözümdə heçsən - deyib udqundu. Ayağa qalxmaq istəyəndə Abdulla onun çiyinlərindən basıb yerində oturtdu. Gözlərində ehtiras qığılcımı parlayırdı. Bayaqkı öpüşün dadı damağında qalmışdı. Qızı özünə təslim etmək istəyirdi. Asya onunla əlbəyaxa olmuş, əsəbi halda bu dəfə səsini içinə qısaraq üsyan edirdi.
   -Mən indi başa düşürəm ki, səninki sevgi yox, sadəcə bir həvəs imiş. 
   -Gülməli danışırsan , bunu sən istədin məndən. Dilin başqa deyir ğözün başqa. 
  -Mən 8-9 aydır dediyin o kişiylə  bir damın altında yaşayıram,bir qab yeməyi, bir yatağı bərabər paylaşdıq, hamı bizi ər-arvad bilir, amma bir dəfə də olsun sənin etdiyin bu hərəkəti o mənə etmədi. Halbuki mən özümü hər şeyə hazır etmişdim, hər şey ola bilərdi. Hətta zorlaya da bilərdi.
  -Nə sayıqlayırsan,nə zorlaması? O sənin ərin deyil ?
   -Deyil, deyil Abdulla deyil . İnanmayasan amma o məni bir dəfə də olsun öpmədi,heç toxunmadı da...
   -Haaa, haa haa... o zaman o uşaq hardan çıxdı? 
   -Onu sən bilməliydin, Abdulla, o yox. Mən səndən niyə qaçırdım, niyə mən səninlə getmək istəmirdim bunu sən bilməli idin.  Bir sənə bunun səbəbini açmaq istəyirdim ama sən mənəm mənəm salmışdın , imkan vermirdin ki, ağzımı açam . Həmişə özünü düşündün . Tək dərdin oradan getmək idi. Sən məni sevmədin Abdulla. Sevsəydin mənim gözlərimdəki kədəri, ürəyimdəki dərdi üzümdən oxuyardın . Mən indi başa düşürəm ki, bu vaxta qədər ürəyimdə gizləyib saxladığəm sənin sevgin yox, ən böyük səhvim imiş. Mən əsil sevgini indi yaşayıram, səninlə yox, onunla. Mənə hörmət edən , məni sevən, məni bir qadın kimi anlayan, hisslərini etirasına qurban verməyən birini sevirəm mən. Mən onun iradəsinə, vüqarına, səbrinə aşiq olmuşam. O, mənə qovuşmaq həsrətiylə alışdığı kimi mən də elə yanıram. O mənə sevgisini etiraf etməyib,amma onun məni sevdiyini bilirəm. O mənə toxunmadan sevir. Sevdiyi üçün də hörmət edir. Mənim iznim olmadan toxunmur, öpmür..
   Qulam Asyadan istədiyi cavabı almışdı. Onu tanıdığı müddətdə Asyanı ləyaqətli, namuslu, sözündə bütöv bir xanım kimi bilirdi. Əgər Asya belə deyirsə deməli belə idi .Ona özünə güvəndiyi kimi güvənirdi. Barmaqlarının uçunda bayıra çıxıb ehmalca qapını örtdü. Ürəyi qürurla çırpınırdı. İçini uşaqcasına bir sevinc bürümüşdü. Saralmış bığlarının altından dodaqları qaçırdı . 
- Yaşa Qulam, yaşa. O səni sevirmış Qulam, o səndən hərəkət gözləyirmiş. O bütün keçmişini unudub sənə üz tutub, səninlə bu həyatı addımlayır. Bəs sən nəyi gözləyirsən? Allahım sonsuza qədər minnətdaram sənə...
   İçəridə Abdulla ilə Asya arasında səssiz, dava hələ də davam edirdi:
  - Belə çıxır ki, oğlun bu adamın oğlu deyil hə, düz başa düşdüm? Demək, mən qürbətdəykən dildə "sevginlə" başımı qatıb, başqasıylamı görüşürdün?Özünü kimə, nəyə satdın Asya? Nəyin qarşılığında? Kimdi o bicin atası hə kimdi?
  -Sən mənim uşağıma bic deyə bilməzsən alçaq!
   - Ay səni, baçılarım düz deyirdi elə: "doğru yuvanın quşu deyil bu" 
   -Əl çək məndən. Sən də belə fikirləşirsən? Vay vay... Gör mən kimə arxalanmışam?
  -Mən arxalandım sən məni mal yerinə göndərdin də. Halal olsun vallah, yaxşı qızsan da sən. Doğmusan bir bic....
  - Bəsdir, mənim oğlunma bic deməyə haqqın yoxdur! Rədd ol,əl çək! 
 -Bax hələ dillərə bax! Daşqalaqdan qaçıb gəlmisən bura, elə bilirsən burda qurtuluşun var? Sən də bicin də... 
   Asıyanın od tutan nəfəsindən qopan bir parça tüpürcək Abdullanın üzündə yapışıb qaldı.
  -Alcaq! Heyif o ürəyə ki, mən onu sənə bağışlamışam.
  Əsəbi halda qapını açıb bayıra çıxdı. Əsəbdən gözünün yaşı qurumuşdu . Başını dik tutub qürurla biraz aralıda çardağın altında dayanmış Qulama baxdı . İcini bir hüzün sardı. "Qədər dostum...Yaxşı ki səni tanımışam, yaxşı ki Allah səni çıxarıb qarşıma" deyə pıçıldadı. Qulamın yanına gəldi. Qulamın gözlərində sevinc, üzündə xoşbəxtlik vardı. Asya bu xoşbəxtliyin nə olduğunu bilməsə də ona yaxınlaşıb,heç nə demədən başını köksünə qoydu. Pasaqlı paltarının qoxusunu çiyərlərinə çəkdi, içində bir rahatlıq tapdı. Özünü ağlamaqdan güclə saxladı. Onsuzda bayaqdan ağladığı gözlərininin şişindən bilinirdi.
  Qulam dağ vüqarı ilə başını dik tutub xəstəxana qapısına baxırdı. Abdulla orada idi.
  -Yaxşısan Asya?
  Asya özünü Qulama daha da sıxdı . 
   - Həm də çox yaxşı -deyib belını qucaqladı. Bu jest Qulamı həm çaşdırmışdı, həm də sevindirirdi . İlk dəfəydi ki Asiyayla belə an yaşayırdı . 
   Asya başını qaldırıb altdan yuxarı Qulamı süzdü . Sanki ilk dəfəydi onu görürdü. Qulam bu gün çox dəyişik , çox da qürurlu görünürdü. 
  Qulam Asyanın baxəşlarından utanıb onun başını sinəsinə sıxdı. Asya bu haldan daha məmnun idi. Sarıldığı bu köntoy, qaba adam onun yıxılmaz dirəyi, başını qoyduğu bu sinə onun ömürlük hüzur yastığı idi.
   -Gedək evimizə ? Mən evim üçün, oğlum üçün darıxmışam...
  - Mənim üçün də, hə?-Qulam pıçıltı ilə soruşdu. 
   Asya ilə ilk dəfə idi ki, belə səmimi görünürdü. Bu üzdən idi ki, Qulam gülümsəyib zarafatla Asyanın onu qucaqlamasına işarə etdi. 
  - Ihı ...Sənin üçün də... Həm də çox... Nə yaxşı ki varsan qıdər dostum. 
   -Mən həmisə səninləyəm Asya...
   -Bilirəm Qulam. Çox sağol.
  Qulam onun çiyinlərindən qucaqlayib dogaqlarını başına sıxdı:
  -Gedək mənim vəfalım, gedək...
                     *****
    Əsmər silahdaşlarıyla görüşüb, halalaşdıqdan sonra yola çıxdı. Xəstəxanaya gəldiyində nə Asya, nədə Qulam vardı. Abdullaya yaxınlaşıb qacaqları sorışdu. Əsmər Abdullanı coxdan tanıyırdı. Elə Abdullanın da buraya gəlməsində Əsmərin böyük rolu olmuşdu. Döyüşlərdə yaralanan yaralıların bir həkimə ehtiyacı olduğunu, Əsmər böyüklərinə Abdullanı məsləhət bilərək onu Antakyadan Karsa gətirtmişdi. Abdulla əvvəl əldə edilən gəlir hesbına Əsmərgilin dəstəsində, sonra isə xalqın istəyiylə bu xəstəxanaya gəlmişdi. 
    İçəridə Abdullanı məyus görən Əsmər ona yaxınlaşıb halını soranda Abdulla bütün Asyayla başlarna gələnləri ağlaya ağlaya Əsmərə danışdı. Bu qürbətdə tək həmdəmi, dərddaşı, tanıdığı insan bir tək Əsmər idi. Əsmər həmişə ona ana sevgisiylə yanasar, bacı məhəbbətiylə şəfəqət göstərərdi. Əsmər Abdullayla Asyanın çarəsiz məhəbbətini Abdulladan eşidib nə deyəcəyini bilmədi.Onu necə təsəlli edəcəkdi, yarasını necə saracaqdı bilmədi. Abdullanın başını bağrına basıb ona sadəcə her şeyi zamana buraxmasını tövsiyyə etdi. Dərdin ən gözəl dərmanı səbr və zaman idi . 
   Asyagilin hara getdiyini, harda yaşadığını Abdulladan öyrəndikdən sonra çox ləngimədən yola çıxdı . 
   Asyayla, Qulam kəndə çatanda axşam çoxdan düşmüşdü. Geç olduğundan ağasını və onun ailəsini narahat etmək istemedi. Araz Cevdət ağanın evidə kahya xanımla qalırdı. Onu sabah gedib gətirəcəklərini qərara alıb öz komalarına yollandılar.  Uzaqdan daxalının bacasından duman qalxırdı. Həmişə olduğu kimi Cevdət bəy bu dəfə də Qulam evdə olmadığı üçün heyvanlarını müvəqqəti olaraq çobanlığı baş kahyaya tapşırıbmış. Asya da evdə olmadığından çobana hələlik burada qalmağı tövsiyyə edib. Qulam yaxınlaşıb qapını döydü. Qapını Həsən açdı. Xoş beşdən sonra Həsən yığışıb evinə getmək istəyəndə Qulam da onunla bərabər çıxdı.
   - Əslində bayaq sizə gəlmək istədim Arazı gətirməyə. Lakin sonra fikirləşdim ki, bu saatda yatmış olarsız. Rahatsız etmədim. Madəm ayaqdasız , mən də səninlə gəlim  Arazı gətirım . 
  - Ne gerek var, arkadaş , yol yorğunusunuzdur. Bacım da bu gece iyice dinlensin bir. Yarın götürürsüz. Araz şimdi uyumuş ola bilir, kalkarsa bir daha uyuyamaz. 
  - Doğrudur abi. Tamam o zaman. Sağol . 
  -Haydi bana eyvallah. Size iyi geceler . 
  -Sana da
   Evin bir küncündə kərpicdən hörüşmüş buxara sobada hələ də köz vardı, Asya közü qarışdırıb bir odun parçasını közün üstünə atdı. Qulam his başmış çaydanı doldurub oçağın üstündəki şişə keçirtdi. Çay qaynayana qədər Asya elə sobanın qarşısında döşəkcədə oturmuş Qulamın qarşısına süfrə açdi, Allah verəndən süfrəyə düzüb, ocağın üstünə kiçik sacı qoydu. Öz əlləriylə tutduğu kərə yağından saca qoyub içinə yumurta qırdı. Sacı ortalığa qoyub hərəsi bir tərəfindən "bismillah" deyərək yeməyə girişdilər. Demlediyi çaydan içdilər . Cox yorğun idilər, uzun və çovgunlu yolun yorğunluğu ikisini də əldən salmışdı. Bütün yorğunluqlarına baxmayaraq ikisinin də üzündə indiyədək görrmədikləri xoşbəxtlik vardı. İkisinin də üzü gülür, lakin ikisi də utancaqlıqdan gülüşlərini bir birindən gizlədirdilər. Göz gözə gəlmək istəmirdilər. Elə bil bu rastlaşma bu günə qədər olan bütün iradələrinin bəndini yıxıb qoparacaqdı. İkisi də bunu hiss edir, elə buna görə də bir birlərindən gözlərini qaçırırdılar. Fürsət düşən kimi göz gözə gəlmədən bir birlərini həsrətlə süzürdülər.
    Hələ neçə vaxt bir yerdə yaşamaqlarına baxmayaraq Qulam ilə Asya özlərini bir-birlərinə bu qədər doğma, bu qədər yaxın bilməmişdilər. Bu vaxta qədər gözlərini Qulamın üzündən, gözlərindən qaçıran Asya, indi Qulamın üz cizgilərini bu qədər yaxından süzürdü. Süzdükcə də özündə qəribə hallar aşkarlayırdı. Bu dəfə Qulam üzündə onun baxışlarını hiss edir qızarıb, bozararaq üzünü yana çevirib ondan qaçırırdı. Asyanın ona belə diqqətli baxması onu utandırsa da, bu anın zövqünü doya doya yaşamaq ustəyirdi. Özünü kişilik zirvəsinin qənşərində görürdü. 
   Bayırda qar şiddətlənmiş,  soyuq külək qalxmışdı. Damın üstındəki qarın ağırlığı tavanın dirəyini əymişdi. Neçə gündür üst üstə yağaraq təmizlənməyən qar bu köhnə dirəyi bir anda ucursa evsiz qalacaqlarını yaxşı bilirdilər. Tavandan əriyib içəri damlayan suyun altına qab qoydular. Damlayan damcıların zəhlə tökən səsi bəlkə də bu gecənin ən ecazkar nəğməsi olacaqdı. 
  Asya süfrəni toplayıb, odunlarıdan bir ikisini ocağa atdı. Qulam qalxmamışdı. Bayaqdan sobanın qarşısındakı döşəkcədə uzanmışdı. İçəridə çıraq yansa da sobanın işığı bu balaca otağı yetərincə işıqlandırırdı. Sobanın istisı Qulamı tıncıxdırdığından bayaqdan büründüyü adyalı indi  üstündən atmışdı. 
    - Burada yatacaqsan ?
    -Hə bura istidir. 
   Asya Qulamın yorğan və yasdığını gətirib onun yanına  gəldi. Qulam əllərinin başının altına qoyub arxası üstə uzanmış, gözlərini yummuşdu . Kətan qoftasının açıq yaxasından dolu sinəsi görünürdü. O qədər cazibədar görünürdü ki, Asya bir anlıq başını bu tüklü sinəyə qoyaraq, özünü bu güclı qolların arasınada yatmış gördü. İradəsinin bəndi qırılmışdı. Daha dayana bilmirdi. Yorğanı Qulamın yanına qoyub öz yatağına çəkildi. 
  Gözlərini yumduqca Qulamın ecazkar və qaba vücudu, sevgi dolu baxışları gözlərinin önünə gəlirdi. Bütün bədəni titrəyir, lərzəyə gəlmiş iradəsi elə indicə Qulamın köntöy vücuduna təslim olmaq istəyirdi. Asya özünü saxlaya bilməyib, əllərini saçlarına uzatdı.Başına çaldığı çalmasını açıb saçlarını çiyninə dağıtdı, yatağının içində qovrulurdu.Canına sanki qarışqa darışmışdı. Əli paltarının altında bədənində gəzirdi. Suçiçəyinin və qızılcanın hələ yeri getməyən vücuduna sürtməyə başlamışdı.  Əli bədənində gəzdikcə sobanın işığında uzanan Qulama baxır, ürəyində onun yatağına girmək arzusu baş qaldırırdı. Qulam da yatmamışdı . Damlayan dama baxıb nəsə filkirləşirdi. Asyanın yatağı evin qaranlıq tərəfindədir,  Qulam ona tərəf baxsa da sadəcə Asyanı kölge kimi görə bilərdi. Görünür Qulam Asyadan daha iradəlidir. Bəlkə də bayaq xəstəxanada olanlardan sonra o Asyadan bir jest gözləyir. Qulama görə Asya özü hərəkətə kecib aralarındakı divarı yıxmalıdır. asya da belə fikirləşirdi, özlərini ehtirasın ağuşuna atsınmı atmasınmı, qərarsız idi  
   Dişi dodaqlarını kəsirdi Asyanın. Asya duyğularına, hisslərinə hakım ola bilmirdi . Daha bundan ötəsi yoxdur. İradəsi ac qurd kimi Asyanı didib tökürdü. Yatağının içində nəyi var soyunub tökdü. baha gücü qalmamışdı. Elini atıb yastığının yanındakı kalayağısını alıb çılpaq çiyinlərinə atdı. Böyük şal bütün bədənini sarmışdı. Qalxıb Qulamın yanına gəldi 
    Yenicə mürgü almış Qulam başının üstündəki kölgədən eymənib gözlərini açdı. Arxadan düşən sobanın alovlarında incə kalayağının altında çılpaq bədəni əsən Asyanı görüncə dikəlib yerində oturdu. Gözləri  caşqınlıqdan böyümüşdü. Bunu yuxu olduğunu düşündü, lakin bu yuxu deyildi . 
    İpək kalayağı çiyinlərindən sürüşüb Qulamın önünə düşdü . Qulamın gözləri qarşısında cənnətdən gəlmiş huri -mələk timsalı bir məleykə dayanmışdı sanki. Qadın addım addım ona yaxınlaşdıqca, Qulam dirsəkləndiyi yatağında geri geri gedirdi. Asya qəfil onun yanında diz çökərək onun əlindən tutdu və onun əlini dodaqlarına yaxınlaşdırdı. Əllərini, qollarını, tüklü sinəsini öpüş lərə qərq etdi. Hər öpüşündə, əzaları çılpaq qadın bədəninə dəydikcə özündən keçən Qulam ehtirasa dolmuşsa da bu qıza nə qarşılıq verə, nə də özündən ayıra bilmirdi. Özünə qarşı qarşılıq görməyən  Asya artıq yalvarmağa başlamışdı . 
    - Qulam, qurban olum, bağışla məni, daha dözə bilmirəm, səni sevirəm, amma bizim bu  həyatımız belə getməyəcəyini də bilirəm . Bunun bir sonu olmalıdır,  ya bərabər olacağıq ya ayrılacağıq. Bilirəm, səndə məni istəyirsən, sən də məni sevirsən, nə olar məni geri çevirmə - deyərək, onu öpüşlərə qərq edirdi. Qulamın dili ağzı yumulmuşdu sanki. Özündən ixtiyarsız qucağındakı bu çılız qıza təslim olmuşdu. Sanki bu qollu budaqlı,yekəpər adamın bu qıza gücü çatmırdı. Ehtirasdan alışıb yanan bədəninin odu gözlərindən cıxaraq qızın bütün bədənini sarırdı. Qızın cılpaq bədənini, döşlərinin giləsini, vücudunun hər əzasını ovunu marıtlayan aslan kimi süzürdü.  Bir anda ovuna cumub onu altına almaq, nərildəyə nərildəyə ona sahib olmaq istəyirdi. Amma yox bu olmayacaqdı. Axı Asya Qulamı məhz belə iradəli və möhkəm olduğu üçün sevirdi. Bunu dünən Abdullaya deyəndə eşitmişdi, öz qulaqlarıyla. İndi belə şəriətdən kənar ona sahib olsaydı,Bəşirdən , Abdulladan nə fərqi olar onun?  
   -Asya, dayan qadan alım -  deyib kətan köynəyini əynindən dartıb çıxartmağa çalışan Asyanın biləklərindən tutdu . Qızı qucağından qaldırıb,bir göz qırpımında onu yatağına atdı. İri pəncəli ovuçları qızın sinəsinə yapışmış almaları əzdi. Barmaqları döşlərinin üzüm giləsini sıxdıqca sinəsinin altında xumarlanan qızın üzündən sonra isə alnından öpdü. Yatağın yanına düşmüş şalı qızın üstünə çəkib barmaqlarıyla qızın yanaqlarını oxşadı. Mülayım və eyni zamanda ehtiraslı bir səslə :
  -Sən mənim canımsan, Asyam, sən mənim namusumsan, canım mənim. Qurban olum, bu yaşımda məni mürtəd eləmə, azacıq, lap az səbr elə, dayana bilmirəm artıq, mən də səni sevirəm , arzulayıram, istəyirəm. Lap coxdan, amma səbr edib gözləmişəm. Nə sənə,nə də allahıma dönük çıxmamışam . Sən belə etdikcə ürəyimə, canıma od qoyursan gözəl Asyam, səbr elə azca, nolar çox yox sabaha qədər, sabah götürüb səni də gedərik qonşu kəndə, orda bizi tanıyan yox, hocaya kəbinimizi oxutdurarıq.
    Nazik kalayağısının altında  incə zərif bədəni əsim-əsim əsir gözlərdən yaşlar süzüldükcə Qulamın bağrının başı yanırdı. Dayana bilməyib qızı öpüşlərə qərq edirdi . Öpdükcə ehtirası çuşa gəlirdi. Bayaqdan qızın ehtirasına cavab verməyən Qulamın daha sabahı gözləməyə iradəsi qalmamışdı. Üzünü qızın göz yaşlarına bulaşdıra bulaşdıra üstündəkiləri soyunurdu.Vəhsi kimi Asyanın dodaqların gəmirən Qulam , qızın gərdanından incəcik dişləklər alaraq, sərhəddi keçıb muradına çatmaq istəyirdi bu da Asyanın ürəyinçə idi. Bütün varlığı və çılpaqlığı ilə Qulama təslim olmuşdu.
    Elə bu vaxt qapının səsi, ilan vuran kimi onları vurdu. Suç üstündə yaxalanmış oğru kimi hərəsi bir tərəfə atıldı ...

                      ****
     Hekayənin bu hisəsini yazarkən alnımın, üzümün təri boynumdan süzürdü. Belə özəlliklərə girmək istəməsəm də, oxucularımın bütün istəklərini nəzətə alıb, bır yazar kimi buna haqqım çatdığını düşünürdüm . Çünki yuxarıda dediyim kimi oxuçilarım məndən sinir sərhəd gözləməmi istəmirdilər. Məncə də haqlıydılar. Oxucularımın qələmimə bu qədər güvənməyi mənə ilham verirdi . 
   - Artıq mən bir neçə roman müəllifiyəm. Oxucularımı bütün yazı qabliyyətimlə üzərimə cəkmişəmsə nə xoş mənə. Onlar məndən hər janrıda və  hər səhnədə səmimiyyət və dürüstlük istəyir. Bu bir həyat hekayəsidirsə bu həyatın min bir çaları və rəngi vardır . Onların gözəlliyini , yeri gəldiyində çirkinliyini oxucuya göstərmək yazıçının borcudur.  Mən də bunu onlar üçün edirəm -deyərək telefonu kənara qoydum. Duş otağına kecib, soyuq suyu ovuçlarıma alıb üzümə çırpdım ...
                            
                 _____ 13 ______

   Cox keçmədi ki, təkrar masamın başına keçdim. Yeni bölümə başlamadan əvvəl, hekayəni paylaşdığım qrupda oxucularımın keçən bölüm üçün yazdığı rəyləri nəzərdən kecirtdim. Bu bölüm hərkəsin qırışığını açmışdı. Fikirlər müxtəlif idi, təbii ki, bəziləri Asiyanın xoşbəxt edən həyəcanlı dəqiqələri dəstəkləyir, bəziləri də Asyanın Abdullaya verdiyi cavaba və Asyanın Qulama qarşı intim hisslərinə görə qınayırdılar. Bu vaxta qədər Asyanı hər zaman zülmkeş, şiddət görən,  cəfakeş qadın qəhrəman kimi qələmə vermişdim. Qulama qarşı minnət hissini bu şəkildə ifadə etməsi həqiqətən ağıla sığmaz bir şey idi. Bunları mən özümdən uydurmamışdım. Realda olan bir gerçəyi qələmə almışdım. Asya Qulama vurulmuşdu. Əsil sevginin dadını onda görürdü. Aralarındakı yaş fərqi onun vecinə də deyildi. Qulam onun gözündə özü ilə yaşdaş bir gənc kimi görünürdü Qulamın ona qarşı olan duyğularını, dilinə gətirmədiyi sevgini gözlərindən oxuyur, onu  cox gözəl anlayırdı. Həmən duyğuları özü də yaşayırdı. Daha özüylə bacara bilmirdi. Bir qız və ya qadına çadra arxasından belə tamah salan bəzi kişiləri, hətta öz doğma bacı qızına tamah salan şərəfsiz dayısını düşündükcə səkkiz, doqquz ay bir evin altında sadəcə sayğı və sevgi çərçivəsində yaşayan, onu qoruyub, ona sahib cıxan Qulama qarşı necə başqa fikirdə ola bilərdi ki? Araz artıq Qulamı ata bilmişkən, el-aləm onları ər-arvad olaraq tanımışkən, Abdulla indi meydana cıxıb deyə Asya Qulamı atıb onunlamı evlənəcəkdi? Abdullayla evlənsəydi bu Allah qatında zina olmyacaqdı, bu həqiqət bir evlilik olacaqdı. Bəs el-aləm buna nə ad verərdi? Bu Qulama qarşı haqsızlıq olmazdımı, onun ümüdünü, arzularını daşlara çırpmazdımı, kişiliyini, mənliyini ayaqlar altina atmazdımı? Odur ki, elə bu gecə aradakı utancaqlığı kənara atıb, bu işə son verməliydi. Qulamın ata bilmədiyi addımı o atmalıydı...
      
    Qapını gec açdllar. Asya əynini tələsik geyinib yatağına girərək özünü yuxululuğa vurmuşdu. Qulam qapını acanda kahya Həsınlə qarşılaşdı.
   -Kusuruma bakmayın kardeşim. Gecenin bu saatında istemeden geldim .
   -Hayırdır? Noldu?
   -Kurtlar köyü basmış, köyde yabancı birini parçalamış . Köylüler sesi duyar duymaz bir yabançı kadını kurtlardan kurtarmış. Kadın fena yaralamış, yanında hiç kimse yok, yalnızmış.
   -Kimmiş kadın?
  -Bilmiyoruz ki. Kadın bayımış , konuşamıyor. Gecenin bu saatinde buralarda ne aramış ki , anlamadık. Yaralı bayanı Cevdet ağanın evine getirdiler, yaralarını sardık ama, yine bir doktora ihtiyyacı var. Ağam beni sana yolladı hemen şehire gedip doktor getirmeni istedi ...
    Qulam qapını örtüb içəri girdi Asya yatağında oturub həsrət dolu baxışlarla ona baxırdı . Gözlərindəki ehtiras, nəfəsindəki atəş , dodaqlarındakı təbəssüm hələ sönmemişdi. Qulam ona yaxınlaşıb yanına oturdu. 
   -Neyniyək, demək , Allah belə olmasına izin vermir, bu vaxta qədər harama el atmamışıq , haram yeməmişik, indi belə ondan xəbərsiz iş tutmağımıza yəqin o kişinin acıgı gəlib. Az səbir edək ezizim, az, cox az...  
   Asyaya sarılıb qoxusunu içinə çəkdi, dodaqlarını qızın gərdanına sürtüb, incə bir öpüş aldı , qolları arasında su kimi axan qızın saçlarını kenara atıb alnından öpdü. Gözlərinin içinə baxıb pıçıldadı :
   -Sən mənim namusumsan, az qalmışdım bu şərəfsizliyi boynuma alıb, Allah qarşısında mürtəd olum, şükür bu günümüzə, demək belə lazımıymış. Az səbr edəcəyik, səni özümə halalım edəcəm. 
  Qəfil və sərt bir hərəkətlə yerindən qalxıb yapıncısını çiyninə atdı. Qapının arxasına qoyduğu tüfəngi götürüb qapını açdı. Çiynının üstündən dönüb geriyə baxdı. Asya ağlayırdı...
    Qulam doktor Abdullayla kəndə gələndə canavar basmış qadın can cəkişirdi.Qızdırmadan alışıb yanan qadın, Asya, İbrahim, Azər və Qaşqayim deyib sayaqlayırdı .
   Səhər hava işıqlaşandan sonra ağasının evinə gələn Asya yaralı qadını tanısa da onun ailəsinin adını çəkməsi onu çaşdırmışdı . Kənara çəkilib düşünürdü. Asya,  İbrahim, Azər adı ona tanış idi,  bu adlar bir ailənin üzvləri idi, bəs Qaşqay kim idi? Daha Asyanın xəbəri yox idi ki, bu qadın onun anası, çəkdiyi bu adlar isə onun əzizləri idi. Xəbəri yox idi ki , anası atasına heç zaman öz adını- Saybalı deməmişdi. Əsmər Saybalıya Qaşqay deyərdi. Bu adın bir tarixçəsi vardı əlbət...
    Saybalının əsil nəcabəti Şiraz elindən türk kökənli Qaşqay tayfalarından idi. Əsmərin nəsil nəcabəti isə kürd idi.Qaşqayların əfsanəvi qəhrəmanlıqları o zaman dillərdə dolaşırdı. Onu 7 illik "əri" lal Manqıdan qurtaran bu türk soylu igidə, qara madıyanla, qaşqa atının cıfləşdiyi günü Saybalıya turk soylu Qaşqay olduğu üçün , həm sevimli qaşqa atının şərəfinə Qaşqay adı vermişdi. Bu özəl adı sadəcə Saybalı eşidərdi, bu ad onların arasında özəl və sevimli idi . 
   Asya xəstəxanada tanış olduğu bu qaba və kişi görkəmli eyni zamanda mehriban qadına indi o özu qulluq edirdi. Necəki necə gün bu xanım ona qulluq etmişdi, o da elə . Bu zamana qədər buralarda görünməyən bu kişiyə oxşayan arvadın buralarda təkbaşına nə işi vardı ki, həm buranın qadınları üzərində silah - sursat gəzdirməzdilər. Bu qadın tapılanda üstü silahla dolu imiş. Cövdət ağanın malikanəsindəki qadınlar bu kişiyə oxşar qadına qəribə baxırdılar. Ondan yaşmaqlanırdılar. Hətta onun qadın olmasına da şübhə edirdilər. Yaralarını saran ara həkiminin onun həqiqətən qadın olduğunu dedikdən sonra qadınlar özündən keçib, bayılmış bu qadının yanında rahat və sərbəst olmağa başladılar.
   Qulam Abullayla içəri girəndə Əsmərin vəziyyəti daha da pisləmişdi. Uzun müayinədən sonra Əsmər nəhayyət ki özünə gəldi. Gözlərini açdıqda başının üstündə qızını görüb xoşbəxt oldu. Gecənin o vaxtında Əsmərin tanıyıb bilmədiyi kəndə nə gəzdiyini soruşduqda Əsmər:
  - İllər əvvəl itirdiyim bir əzizimin sorağına gəldim - demişdi. 
    Qulamın gözü Abdullanın üstündə idi. Abdulla Asyayala danışmağa fürsət axtardığını görsə də səbr edib hər şeyə göz yumurdu. Asyaya güvənirdi, doğrudur. Amma yenə də beynində bir sual dolaşıb dururdu.
   -Bəlkə, gecə Asya ehtirasına yerikləyib, onun yatağına gəlmişdi, bəlkə Asyanın ürəyi hələ də ondadır?
    Qulam istəmirdi ki, Asya onun xanımı ola-ola fikiri, xəyali başqasının yanında olsun. O istəyirdi ki, onun olacaq qadın,  cismiylə, ruhuyla onun olsun.
    Əsmər uşaq deyildi. Qadın işvəsini, kişi sevməsini yaxşı bilirdi. Asyayla Qulama baxanda Həmidlə özünü görürdü. Neçə ki Həmid, ehtiras və həsrət dolu baxışlarla Əsməri süzürdü, gözləri ona eşq elan edirdi, eyni elanı Qulamın gözlərindən Asyaya qarşı oxuyurdu. Eyni həmən baxışlar Asyaya yönlənmişdi. Neçə ki, Əsmər bu sevgi qarşısında tərəddüd edirdi eyni şeyi də qızında görürdü . Xəstəxanada sonucu gün dərdləşəndə Abdulla Asyanı sevdiyini Əsmərə etiraf etmışdi. Amma Əsmər Abdullada sevgidən cox inad, məqsədinə catma istəyi, qisas görürdü. Abdullanın qızını keçmişdə nə qədər sevdiyindən xəbəri yoxdu, amma indi hiss etdiklərindən belə qərara gəlmişdi ki, Abdulla nə olur olsun Asyanı əldə etməyə calışır, sevdi ya sevmədi Asyanı Qulamdan qoparmaq istəyir. Əsmər Abdulanın baxışlarındakı səmimiyyətinə inanmırdı . 
    Bir neçə gün sonra Əsməri Qulamın evinə gətirdilər. Əsmər ilk dəfə bu kasıb daxalın  qapısından içəri addımını basdığında, kövrəldi. Qapının  girişində dizlərini yerə qoyub əllərini göyə acdi. Allahına şükürlər etdi:
   -Şükürlər olsun ya Rəbbim . Ölmədim bu günləri də gördüm ,  bu yaşımda məni yurdsuz , yuvasız, sahibsiz kimi çöllərdə yox etmədin- deyib yerdən bir ovuc palçıqlı torpaqdan alıb öpdü. 
   - Şükür olsun qızımın addımı deyən bu yeri görməyi mənə nəsib etdin !
    Asya biraz arxadaydı, qadının pıçıltıyla nə dediyini anlamırdı. Qulam Əsmərin yanınca irəlləyirdi deyə qadının bütün dediklərini eşidirdi. Qadının niyə belə etdiyini başa düşmürdü. Bildiyi qədəri ilə əmisi oğlu Həmidin, nə də Həmidin o vaxt qaçırdığı Əsmərin ümumiyyətlə uşağı olmamışdı. Həmid ailəli uşaqlı bir qadını niyə qaçırsın ki? Bu mümkün deyil. O Həmidi yaxşı tanıyırdı. Həmid belə bir şərəfsizliyə qol qoymazsdı. Onu da bilirdi ki, Həmidlə Əsmərin bərabərkən uşaqları olmayıb. Bu evdə də  yaşayan tək qadın Asya idi. Onda belə cıxır ki, Asya onun qızıdır?  Bəlkə də ...Nə bilmək olur, həyatdır bu. ..
   Asyanın yanında qadınla bu barədə bir şey danışmaq istəmədi. Həm də yeri deyildi . Belə məsələlər həssas məsələdir. Ayaq üstü söhbət deyildi.
   Biraz sonra Cevdət ağa Qulamı çağırıb ona həkimi şəhərə qaytarması üçün tapşırıq verdi. 
   Ana qız ikisi də evdə baş-başa qalmışdılar. Qadın üstü örtülü  qızının həyat tərzini öyrənməyə başlamışdı. Ona anası olduğunu demək istəsə də bundan ehtiyyat edirdi. Birdən qızı da onu ordakılar kimi səhv başa düşə bilərdi. Bu qədər ayrılıqdan sonra Asya qızını itirəcəyindən qorxurdu. Qızını tanımırdı, xasiyyətini, pisxologiyasını bilmirdi.Ona necə davranacaqdı,  bu hadisəni qızı necə qarşılayacaqdı, necə başa düşəcəkdi bilmirdi. Əsmərin ilk işi özünü qızına tanıtdırmaq idi . Oturub başına gələnləri qızına danışmaq istəsə də qızının fikiri onda olmadığını görüb susdu . Asyanı yad bildiyi qadın yox,  onun həyatında var olan Qulam maraqlandırırdı. Bütün fikiri xəyali Qulamda qalmışdı. Arazı qucağından yerə qoymayan, onu oynadıb sevən Əsmərin gözü qaraba qara qızını izləyirdi. Onun hər hərəkətinə davranışına diqqət edirdi. Ürəyi qürurlanmış, qızına baxdıqca sevincdən gözləri yaşarırdı. 
  -Neyləyək, tale bu qızın necə böyüməsini mənə göstərmədi, bəlkə qismət bundan beləymiş, . Arazım var. Bəlkə Asyaya verə bilmədiyim qayğı və sevgini uca rəbbim Araza verməmi istəyir məndən - deyə kövrəlirdi.
 -Gəl qızım, maşallah gözəl, nazənin kimi qızsan. Oğlun da maşallah ay parcası kimi. Amma nə sənə oxşayır, nə də atasına. Kimə oxşayır bu uşaq?
   Bir anlıq Asyanın üzünə qüssə çökdü. 
 - Atasına oxşayır.
  -Yoox mən heç oxşatmadım . Qulamın qaşı gözü qalın, sifəti enli, boy buxunlu cüssəli , yekəpər. Bu uşaq cılız,sən də  arıqsan ama mənim kimi qarabuğdayısan. Atası da qarabuğdaydır. Araz isə kürəndir.
   -Atasına oxşayır !-səbirsizcə pıçıldadı.Söhbətdən qaçmaq üçün Asya otağın yan tərəfinə getdi. Südün içinə maya qoyub pendir hazırlamağa başladı . Qızının dalğın olmağı gözlərindən yayınmırdı.Onun ürəyi dolu olduğunu hiss edirdi Əsmər;
  -Qulamla harda tanış olmusuz? Mən onu yaxşı tanıyıram. İlk dəfə onu görəndə o cavan, dəli-dolu oğlan idi. Mahalın cavanlarını igidliyiylə geridə goyurdu. Heyy gidi heeyy... nə günlərimiz vardı. Mən yaralıydım, rəhmətlik Həmidlə məni etibarlı yerdə gizlətmişdi Qulam. 
  -Niyə nolmuşdu?
  - Qaçmışdıq. 
  -Hmm... O qədər sevmişdiz bir birinizi? Verməyiblər yəqin səni rəhmtliyə, axırda qaçmısız?
   -Yox məsələ başqaydı-Əsmərin gözləri yol çəkdi. Bir müddət susdu. Sonra çətinliklə gözlərini daldığı yerdən çəkib dərindən bir ah çəkdi :
  - Ehh... Nəysə. Qaçaq idik. O xalq qaçağı, mən zina ...
   -Zina?-Asyanın heyrətdən  gözləri böyüdü. Bir qadının belə bir şeyi etiraf etməsi həqiqətən də heyrət edici bir şey idi. Fəqət bunları söylərkən belə bu qadın qürurlu görünürdü. Axı zina zinadır. Burada qürurverici heç nə yox idi. Bu qədər ağır bir etiraf nədən belə qürurlu görünə bilərdi ki?
   -Səncə insan nəyəsə məcbur edilərsə, məcbur ərə verilərsə və o qız allahın yox, başqalarının yazdığı "alın yazısına" boyun əymək zorundadır?- Asyanın baxışlarındakı heyrət söndü. Bir anlıq Əsmərin dedikləri onu keçmişə atdı. Dayısı ona təcavüz edib və bu təcavüzdən övladı dünyaya gəlib. Bu tale Asyanın taleyimi idi, yoxsa dayısının "cızma qarası"? İndi Asya neyləməliydi? Zina damğasıyla ölümünü gözləməliydi? Gör bu yazıq qadın nələr yaşayıb ki, qaçmağa məcbur qalıb,onun kimi...
   -Bəli, bax belə oldu bizimki də. Hər yerdə bizi axtarırdılar. Qurban olduğum haralardan aldı, haralarda görüşdürdü. Səni tanımayana nəhlət , ya Xudaya!
   Əsmər əllərini göyə açıb şükr etdi . 
   Qulamın haqqında xoş sözlər eşitdikcə Asyanın əl ayağı işidən soyurdu. İşlini buraxıb gelib Əsmərlə üz üzə oturdu. Sanki Əsmər Qulamın nağılını danışırdı o dinləyirdi . 
    -Cox igidlikləri vardı Qulamın. Mərd oğlandır.  Hansını danışım ee ... Vallah bir aşıq sazını əlinə alıb dastan danışsa elə birinci Qulamnan başlayardı. Canlara deyən oğlandı Qulam . 
   -Yəqin ilk dəfə toyunuzda görmüsən Qulamı hə?
   -Yox, Qulam mənim 3 ci bəyimin əmisi oğludur. Bizim toyumuz olmayıb . Dedim axı qaçmışıq.
   "Üçüncü bəyim" deyəndə Asya əlini üzünə çırpdı. "Necə yəni, əri ola ola Qulamın əmisi oğluna qaçıb? Yox ee.."
   -Üçüncü bəyin dedin?
   -Hə!
   - Allah rəhmət eləsin hər ikisinə də. Birinci ilə, ikinci ölüb yəqin , yoxsa nətər? 
  -Yox- Asya caşqın və tərs bir baxışla qadını süzdü. Onun bildiyi İranda əri ölmədən başqasıyla evlənmək yox idi axı . Bu necə ola bilər ki?  
  -O zaman müharibəyə gediblər qayıtmayıb hə?
  - Yox, yox sağ salamatdılar ikisidə. İkinci bəyim Qaşqayım-yanı uşaqlarımın atası-  deyilənə görə ağır yatalaqdır, heç bilmirəm indi necədir, ona kim baxır. 
   Asya "Qaşqayım"  sözünə kinayə ilə güldü. "Bax haa ikincini hələ də sevir, üçüncüylə qaçıb, ay Allah səndə nələr varmış, qurban olum Allah betərindən saxla" deyə düşündü. 
 -Bəs bu necə ola bilər? Yoxsa ərlərini qoyub qaçmısan?
  -Hə, birincini qoyub ikinciylə qaçmişdım...
  - Bəs daş-qalaq?- Asya həyəcan və qorxuyla onun sözünü kəsdi. Əsmər başını qaldırdığında qızının gözlərində qorxu qarışıq nifrət gördi. 
  -Elə daş-qalaq olunacaqdım ki,  üçüncü məni götürüb qaçdı. 
  - Haa, haa insan həyatı belə də  oyuncaq olarmı heç?
  -Həyat ozü bizi oyuncaq edib "beş daş" kimi əlində oynadır,  istədiyi yerə atır, istədiyi yerə tullayır, kimisi tərs düşüb əzilir, kimisi düz düşür, həyatın axışına yuvarlanır qızım- Əsmər dərindən köks ötürdü. Əlinin arxasıyla gözünü sıxıb  başını buladı - Hə qızım, həyat belədir, burada təcüblənməli heç nə yoxdur. Həyat istədiyi zaman insanı sevdiklərindən ayırıb,  istədiyi zaman da qovuşdurur. Biz həyatın əlində oyuncağıq . Şair necə deyib:

Həyatı əlimə ala biləydim,
Oynadıb atardım oyuncaq kimi.
Bəxt yazıb taleyə bayram edəydim,
Yandırıb yaxardım o yaxan kimi

Qaldırıb ataydım o Dəlı dağa,
Sonra da salaydım qanqallı bağa.
Solundan vurardım, keçərdim sağa,
Yarardım bağrıni, o yaran kimi . 

Ah çəkib naləsi ərşə gedərdi,
Əl açıb Allahdan imdad dilərdi.
Yaşaya yaşaya hər gün ölərdi 
Həyata küsərdi bax, mənim kimi. 

NOT; şerin müəlifi Fəridə Acarakçay)

Əsmərin həzin səslə , ağlayaraq oxuduğu bu segahdan Asya da kövrəlmişdi . Gözləri bir nöqtəyə zillənmiş fikirə getmişdi. Xəyalən Əsmərin bimədiyi eşitmədiyi həyat yolu gözlərinin qarşısında canlanırdı. Yazıq qadının canı nə qədr yanmış ki ,belə yanıqlı və içdən oxuyurdu. 
  - Hə qızım , həyat bax belədir,  İstədiyi zaman çırtmalayıb atır,  istədiyi zaman xışmalayıb əlinə alır. İstədiyi zaman həyat bizi sevir, istədiyi zaman qırır ...
   Araya süküt çökdü. Asya düşünürdü. Qadının dediklərində həqiqət vardı. Bəyəm onun taleyi həyatın əlində oyuncaq olmamışdı? Bəyəm həyat hələ körpəliyindən ona sərt şilləsini vurmamışdımı?  
 - Hə belə oldu bizimki. Bəs sən niyə qaçmisan ordan? - Əsmərin səsi onu fikirlərindən ayırdı.
  -Bilmirəm...
  Yenə sükut...
  -Əslində qaçmamalıydım . Amma qacdım, niyə qaçdım özüm də bilmirəm - səsi titrədi.
  -Atamı elə vəziyyətdə qoyub gəlməyim vicdanımı rahat buraxmır. Darıxıram atam üçün. Onun məndən başqa heç kimi yoxdu. Amma buna məcburdum. Oğluma qovuşmaq üçün, mən oğlum üçün gəldim, orda qalsaydım , daşqalaq olacaqdım 
  - Başa düşdüm. Demək uşaq, qeyri rəsmi ...
 Asya başıyla təsdiqlədi. 
  -Hmm. Amma Qulam sizə sahib çıxıb. 
 Asya acizanə qadına baxdı:
  -Peşimansan? 
  İxtiyarsız gözlərindən yaş süzdü, dillənmədi. 
 -Əgər peşimansan, heç nə geç deyil, qızım.
 - ...
 - O həkimi sevirsən hələ də ? 
   Asya təşvişə düşdü : 
 - Bu hardan cıxdı?  
 -Bilirsən mən Abdullanı oğlum kimi sevirəm, onu neçə illərdir tanıyıram. Həm də elə silah yoldaşı sayılırıq, onunla nə döyüşlərdən keçmişik biz. Onun məndən gizli sözü olmaz. Səninlə sevdalı olduğunu sən xəstəxanadan evinə gələndən sonra dedi mənə. 
  -Bu söhbət bitmişdir...
  -Mənə maraqlı olan nədir bilirsən? Belə bir təmiz və saf sevdanı nə ayıra bilər ki? Fərhad Şirin üçün dağları yararkən ,  Əslinin oduna Kərəm yanakən- sizi ayıran Qulammı oldu? Mən buna inanmıram!
  - Dayım ...
   Əsmər gözləmədiyi cavabdan özü də çaşdı. Əslində qızının həyatındakı sualların cavabını necə gündür özü beynində tapmağa calışırdı. İndi artıq Asya ona ipucu vermişdi. Demək arqac yenə ona, onun ailəsindən keçib dolaşıbmış. Təxmini doğru imiş. 
   -Dayın səni verdi Qulama? 
   -Yox ! 
   -Abdullayla bir yerdə tutdu sizi?  
   - Yox !  
   -Hə bəs nə oldu?
 Əsmərin həyəcan və hökümlü səsi zavallı qızı qorxuzdu,  ovuçlarını üzünə tutub hönkürdü. Dayısının uşaqlıqdan ta gəncliyinə qədər ona yaşatdıqları gözlərinin qarşısına gəldi. Hələ İraqdan gəldiyi gün...  Elə həmin gün Asyanın mənliyi, qüruru qırılmışdı, sevgisinə ömürlük vəda dedirtmişdi. Sonra da hamiləliyi ... 
   -Bilmirəm , nə olduysa, oldu . Mən Abdullaya heç nə deyə bilmədim. Abdulla da məni başa düşmədi. Günü gündən şam kimi əriyirdim, bir dəfə məndən soruşmadı dərdin nədir. O özünü düşünürdü, qaçaq burdan gedək deyirdi . 
   -Qaçsaydın ...
   -Qaça bilməzdim ...
   -Niyə axı? Qulamla bura qacdın axı, Qulamla qacdığını onunla qacsaydın.
   -Qulam mənim hər dərdimdə yanımda oldu , Qulam mənim bütün sirrimi bilirdi, Qulam məni hər halımla qəbul etmişdi . 
   Gözünü yumdu. Banuxatınla Məşədi Saidin mecaraları gözlərinin qarşısına gəldi. Qulamın əsəbindən partlayan Asyanı necə səbirlə, qollarının, qıçlarının arasında sıxıb, eyni zamanda sevgiylə sakintləşdirməsi xeyalına gəldikcə dodaqları gülümsəyirdi. Gözü bir nöqtəyə zillənib xatirələrinə dalmışdı .
   Əsmər bu mənzərəyə baxdıqca qızının əsil sevgisini indi tapdığını görürdü . 
  - Sevirsən onu?
  -O mənim həyatımdır. O mənim gələcəyidir, ümüdümdür, oglumun və mənim sahibimdir !  O olmasaydı oğlum Allah bilir haralarda olacaqdı, kim bilir başıma daha nələr gələcəkdi. 
   -Şükür qovuşmusan. Bəs səni məyus edən nədir? Nədən gileylənirsən, nədən narazısan.  Ailən uşağın var, ərin və oğlun yanında. 
  Asya köksün ötürdü. 
  - Ər? Ailə? 
  Əsmərin təxminləri bir-bir gerçəkləşdirdi. Onun taleyini deyəsən qızı yaşayırdı. Axı onu da Həmidlə ər arvad bilirdilər. Əslində onlar ailə deyildilər.  
  - Münasibətiniz necədir?  
Asya yenə gözlərini bir nöqtəyə zilləyib bu vaxta qədər Qulamla kecirdiyi xoş dəqiqələri, günlərini xatırladı. Hər onu xatırladıqca üzündə məmnunluq, xoşbəxtlik yaranırdı . 
  -Bir birimizi sevirdik, bir birimizdən xəbərsiz , taa biz şəhərdən- yanı xəstəxanadan buraya gələnə qədər ...
   Qəfil nəsə xatırlamış kimi əl ayağa düşdü. Əsmərin əllərindən tutub üzünə sürtdı, əlindən öpdü.
   -Sən Allah, aramızda qalsın qurban olum. Burdan da qaçacaq yerimiz yoxdu . 
   -Niyə gizli ki? Ər arvad arasında gizli sevgi olar? Yoxsa o başqasının əridir? 
 - Yox, yox ...
  -Bəlkə...
  Asya daha bu sirri saxlaya bilməyəcəyini görüb qadının əl ayağına düşdü . 
  -Biz ər-arvad deyilik. Hamı bizi ər-arvad , Arazı da bizim ikimizin oğlumuz olduğunu bilir deyə mollaya gedib kəbin kəsdirə bilmirik, bir damın altında ayrı...
   -Arazın atası kimdir?  
   - ...
   - Abdulla?
  Asya əli ilə ağzını möhkəm, sıxıb heyrətlə Əsmərə baxırdı. Sirrini ağzından qaçırtmışdı. 
    Əsmər onun əlini ağzından çəkmək istəyirdisə də qız əlini ağzından çəkməyincə ana-qız  otağın içində süpürləşirdilər. 
  -Kimdir, uşağının atası ,kimdir?  Səni bu hallara kim saldı, Asyam? Bayaq Bəşiri dedin... Aha, sən Bəşirin adını çəkdin. Bəşirlə bu işin nə əlaqəsi var? Çək əlini ağzından, danış Asyam, gözəl gözlüm, canım qızım məndən sonra başına nə gəlib, nə yaşamısan, qurban olum öldürmə məni , danış gizlətmə!- deyə Əsmər həyəcanlı eyni zamanda hömümlü bir səslə qışqıraraq yalvarırdı. Dizlərinin altında titrəyən qız əlini ağzına daha möhkəm tutub ağlayırdı.
   Asya Bəşirin adını qadının dilindən eşidən kimi ilan vurmuş kimi qaldı. Dediyini xatırlamağa çalışdı. Axı o söhbət əsasında heç Bəşirin adını çəkməmişdi . "Dayım" demişdi. Bəs bu qadın Bəşiri hardan tanıyır? Bəşiri tanıyırsa demək o, onların ailəsini də tanıyır. Dayan , dayan... Bu qadın mənə " qızım deyir , Asyam deyir. "Məndən sonra başına nə gəldi?" deyir . Yoxsa bu qadın üzünü görmədiyi, onları atıb gedən anasıdır?
   Əsmərin sayıqladığı anlar gözünün qarşısına gəldi. Bəli bu qadın Asyanın Azərin və İbrahimin adını çəkirdi. Bu qadın onun və qardaşlarının adını çəkirmiş. Bəs Qaşqay kim idi görəsən?  
 -Sən bizi hardan tanıyırsan, qadın?
  - Asya...
  -Axı mən dayımın adını çəkməmişdim, sən Bəşir dayimi hardan tanıyırsan ki?  
  - Bəşir sənə neylədi ,mənə de hələ! 
  - Demiyəcəm! 
  - Deyəcəksən, 
  - Məndən bir damcı da söz ala bilməzsən sən kimsən? Axı bizi hardan tanıyırsan? Sən bizi tanıyırsan, qardaşlarımı da tanıyırsan. İndi yadıma düşdü , sən Azərin və İbrahimin ölüm xəbərini eşidəndə nə hallara qaldın. Bu halı sadəcə övladını itirmiş bir ana edə bilərdi. Yoxsa mənə nə el aləmin oğlundan . 
   Əsmər gözlərini sıxdı , iki əliylə yaralı üzünə , başına cırpıb ağlamağa başladı . 
  -Onlar mənim ciyərparəm, ətim, qanım, hər şeyimdi Asyam, elə sən də - deyib hönkürdü . 
   - Ne deyir azz bu? - Asya  hiddətlənmişdi.  Qulaqlarına inanmırdı. Təxmini doğrulurdu. Əsmərin etiraf etməsinə gərək qalmamışdı. Hər şey gün kimi ortada idi. Bəli, bu qadın onun anası idi. Lakin Asya bunu qəbul etmirdi.
  Sivişib qadının dizinin altından cıxdı:
   -Belə çıxır ki, sən bizim anamızsan? 
   -Qızım! 
   -Qızım hə? Qızım? İndi yadına düşdü qızın? Canının suyu kəsilib, keyfin qaçıb, əldən, ayaqdan düşmüsən, indi qızın olduğunu xatırlamısan?  
   -Belə demə qızım, sən hec bilmirsən başıma nələr geldi. Bütün bu yaşadıqlarımız atan da mən də istəmədən oldu. Biz  ikimiz də , elə siz də taleyin oyununa  geldik!  
  - Ahh nə gözəl ,ha haaha.. Yüz hoqqadan çıx sonra at taleyin bəxdin üstünə . Heç nə bilmək də istəmirəm. Sənin bizi "tale oyunlarına" sürükləməyə haqqın yox idi, sənin bir yanlışın bütöv  bir ailəni məhv etdi, xəbərin var?Ailəmiz pərən-pərən düşdü. Azərlə mən altı yaşımızdan əxlaqsızın uşağı damğasını yedik. Qürbətlərə sürgün olduq. Nənəm vətən həsrətinə dözə bilmədi, xəstə düşdü. Təkrar Təbrizə gəldik. Gəlməz olsaydıq. Asya bağırdıqca gözlərindən yaş yuvarlanıb çənəsindən tökülürdü. Əlin qolun ölçərək bağıra bağıra danışırdı, Əsmər dizlərini büküb sanki səcdəyə getmişdi. Başını dizlərinə qədər əyib için için ağlayırdı. 
   -Sən orda burda kefini çəkərkən biz nə zülüm çəkdik "əziz ana"! Sənin o keyfli anlarında heç ətin tərpəşmədimi qardaşın Beşir 9 yaşlı qızını zorlayanda? 
  -Yox bu ola bilməz! 
  -Oldu, ola bilməz dediklərimiz oldu "ana"!
  -Nə danışırsan Asyam ?  Biləkdən yalan deyirsən hə? Mənə bu yalanlarla işgəncə verirsən hə qızım? 
   - Həəə ha ha ha... Yalan borcum var sənə? Nə qədər alçaq bir anasan ki, qardaşının mənə etdiklərinə inanmırsan , mənim yalan dediyimi düşünürsən? Sən nə zaman ana oldun ki, mənə güvənəsən , mənə inanasan ?
   - Qızım ...
  -Qızım demə mənə...
   -Güvənməmək deyil, məni öz ailəm bədbəxt etdi , atam borcları üçün məni bir xəstə adama satdı. Qardaşım mənə silah çəkdi. Atamın qardaşımın nə qədər vicdansız olduğunu bilirəm, amma bu qədər olacağı heç ağlıma gəlmir.
   -Sənin qardaşın tək vicdansız  deyil, həm də oğraşın yekəsidir. Dədəm Bəşiri ambarımızda mənə təcavüz ederkən gördü. Heç xəbərin oldu nələr yaşadı dədəm? Yazıq kişi bilmədi mənə nə desin, necə ovutsun məni. Sən kef edəndə biz bunları  yaşayırdıq əziz, "ana". Hec bilmədin 9 yaşlı Azər niyə özünü asdı? Qardaşın məni zorlayanda gəlib üstünə çıxmışdı, öz gözləriylə dördü bizi. Qardaşın özü ipi asdı tutdan, oğluna dedi " kişisən bu yükü daşıma öldür özünü". Sən kef edəndə qardaşım özünü tutdan asmışdı "ana". Hec nə bilmədin . Hardaydın? Çox istərdim o an dədəmin yerinə sən gəlib Azəri tutdan asılmış görəydin, oğul dərdinə dözməyəydin , sənin ürəyin partlasaydı ölsəydin, səndən , sənin kimi anadan canımız qurtarsaydı. Dədəmin yerinə sən yatalaq olsaydın, mən özüm sənə işgəncə verə verə öldürərdim səni , vallah öldürərdim .
    Qəfil dönüb bir köşədə yer yatağında mışıl- mışıl yatan uşağının qolundan tutub havaya qaldırdı, nə olduğunu anlamayan uşağın səsi bir anda evi başına götürdü.
    -Bilirsən bu uşaq kimdi? Bu tifil sənin qızınla qardaşının balasıdır! İndi bu uşaq sənə nənəmi deyəcək, bibimi deyəcək? Bundan sonra sən özün qərar verərsən əziz "ana"-  deyib uşağı Əsmərin qucağına tulladı . Asya qapıya qaçıb qapını açdi. Barmağıyla çölü göstərib dik baxışla anasının üzünə baxdı ;
  - İtdən törəyən küçük olar. Al qardaşının küçüyünü də rədd ol burdan, cəld ol ! 
                  ******
   Yazmağa təhamülüm qalmamışdı. Yazdıqca özümü həm Asyanın , həm Əsmərin yerinə qoyurdum. İkisinin də yaşadıqları mənə ağır gəlirdi . Barmaqlarım əsir,  gözlərimin cuxuruna dolmuş yaşlar hərfləri yanlış göstərir, kəlmələri səhv yazırdım. Yox daha yaza bilməyəcəm. Biraz havaya ehtiyyacım var. 
   Telefonu cərəyana taxıb, aşağı endim. Aynabəndin qapısında dayanıb məhəllyə boylandım . Gözümə deyən insanlar sanki hekayəmin qəhrəmanları idi. Hər yerdə onları görürdüm. Beynim onlarla cilallanmışdı. Bir anda onları başımdan cıxarıb atmaq ,  rahatlamaq istəyirdim. 
   Yaxınlıqdakı park insan selindən qaynayırdı. Özümü parka çatdırıb dərindən nəfəs aldım. Qulaqlığı qulağıma taxıb yürüş yoluna çıxdım. Belə vəziyyətdə yürüş etmək mənə yaxşı təsir edirdi. Yürüş məni hekayənin abu-havasından cıxarıb parkdakı insan selinə qatırdı..

              ______14 _______

  Neçə gün idi ki, Bahardan xəbər ala bilmirdim. Mən Baharın xəstəsi, vurğunu olmuşdum desəm inanmayacaqsınız. Gizli aşiqlər kimi profilinə girib saatlarla onun profilində qurcalanır, ondan xəbər tutmağa calışırdım. Ona yazdığım mesajlar və whapsap zəngləri cavabsız qalırdı. Yaxınımda da deyildi ki, durum ziyarətinə gedim, başına nə gəldi deyə xəbər tutum. Yaxşı ki, bu arada Azərbaycandan gələn qardaşımın ailəsi bizdə qalırdı. Başımı balaca Nurlana qatmışdım. Bu balaca varlıq kiçik canıyla bütün ruhumu özünə tabe etmişdi. Məni Baharsız darıxmağa qoymurdu. 
   Bir sabah yuxudan qalxdıgımda telefonuma gələn mesajı görüncə yuxulu gözlərimi ovxalayıb tekrar mesajlara baxdım. Mesaj Bahardan idi. "Yes" deyib qışqırmağımdan bütün ev əhli ayağa qalxdı, sanki komandir əsgərlərə "Qalx!" əmri vermişdi.
   Deməyəsən həsrətlə gözlədiyim Bahar necə gün imiş möhkəm xəstələnib, yatırmış. Buna görə də yazmırmış. Bu həftə qrupda paylaşdığım Gecikmiş Bahar oxucularının səbirsizliyi gizli izləyicimiz olan Baharı nəhayyət ki , yeni bölüm üçün hərəkətə gətirib. Əhvalatı yaza bilməsə də səsli danışıb mənə yollayırdı. 
   İmkan tapan kimi masamın başına keçib Baharın səsini açırdım. Elə olurdu ki, bir epizodu yazmaq üçün onun səsinə dəfələrlə qulaq asmalı olurdum, onun səsini o qədər dinləmişim ki, yatanda da səsi qulaqlarımda cingildəyirdi.  
                    *****
     ... Əsmər Asyanın inadından əl çəkməyəcəyini görüb ayağa qalxdı. Başının qiyqacını açdı. Sobanın altında qurutduqları uşağın paltarlarından bir ikisini götürüb yaylığının arasına bükdü. Körpəni şala büküb belinə şəllədi. Qalın qoyun dərisindən olan kürkünü də üstən çiyninə asıb toxunma salını boyun boğazına sarıdı. Bütün bunları Asiya sükut içində seyr edirdi. Kicik daxalın içindəki yorucu səssizlik insanı daha da darıxdırırdı. Əsmər bacardığı qədər ləng hərəkət edirdi ki, bəlkə Asyanın ürəyinə insaf gələ, balasından ayrılmaq qorxusu qəlbini titrədə. Lakin Asya yerində buz heykələ dönüb key key bir nöqtəyə baxırdı. Əsmər onu gözəl başa düşürdü. Bilirdi ki, nə qədər nifrət etsə də, bir ananın övladından - həm də bilə bilə ayrılması heç də asan deyildi. Bir tərəfdən də özünü günahkar hiss edirdi. Kaş ki gəlməsəydi. Gəlməsəydi indi canından cox sevdiyi qızı bütün bunları yaşamayacaqdı. Balasından ayrılmaq məcburiyyətində qalmayacaqdı .
  Asyadan bir hərəkət görməyən Əsmər nəhayyət hazırlığını bitirib Asyanın qarşısında dayanıb başını qaldırdı. Acızanə qızını süzdü. Asya daş kimi quruyub yerində qalmişdi. Kənardan baxan onu daşa dönmüş heykəl sanardı. Bu heykəlin sadəcə gözləri hərəkətdə idi. Asya gözləri ilə anasının bütün hərəkətlərini izləyirdi. Əsmər arxasındakı uşağı anasına tərəf çevirib diləlndi:
  -Qızım...
  -Mənə qızım demə...
  -Yaxşı demərəm,  mənə acığın tuta bilər, nifrət edə bilərsən. Səni gözəl başa düşürəm. Amma bu nifrətin sənin balandan imtina etməyə əsla haqq vermir. 
  -O artıq mənim uşağım deyil. Səni tanıdığım bu günə qədər o körpə çarəsiz bir yetim, bir bic idi, mən ona sahib cıxmışdım, artıq onun sahibini tapmışam, həm bibisini, həm nənəsini... İndi al uşağınızı, bicinizə sahib çıxın!
   -Bu qədər qaba və qəddar olma qızım. Gəl belə eləmə iki gözümün çiçəyi. İnanıram ki, bir gün bu dediklərinə peşiman olacaqsan. O zaman indi sən məni bağışlaya bilmədiyin kimi, oğlun da səni bağışlamayacaq . Neçə ki, bir şey bilmədən sən məni qınayırsan, elə də oğlun səndən nifrət edəcək .
   - Nə üçün? -Asya ihtezalı şəkildə güldü. 
   - Sən onu atdığın üçün! 
   - Sən də bizi atmışdın, tək məni yox bütöv bir ailəni...
  - Allah da şahiddir ki, mən sizi heç vaxt atmadım, tale ayırdı bizi, qara bəxtin, taleyin üzü qara olsun! Mən sizin qoxunuzu almaq üçün xaraba qalmış yurdumdan hər birinizin bir əşyasını yadigarını aldım, illərlə o eşyaların qoxusuyla özüm özümü ovutdum.
  Canı darlanmış Asya səbirsiz halda; 
  -Ooff, offf, mənə nağıl danışma, çıx get! Mən səni eşitmək istəmirəm, cıx !..
  -Məni görmək istəməyə bilərsən.Yenə deyirəm qızım. Gəl daşı tök ətəyindən . Sənin yaşadıqlarını bu körpəyə çəkdirməyə haqqın yoxdur .
   -Sənin haqqın vardır sankı , Bəs niyə atırdın? 
  - Mən sizi bilərəkdən atmamışam, and içirəm ki, atmamışdım- hönkürdü
   - Uzatma! 
   - Bax qızım, vaxt olacaq bu körpə üçün burnunun ucu göynəyəcək. Bax o zaman özün özünü bağışlaya bilməyəyəcəksən. Gözün hər yerdə balanı axtaracaq, yatdığın yerinə qor dolacaq, ürəyinin başı odlanacaq...
  - Get burdan, get !
   -Yaxşı... Mən gedirəm, söz verirəm bir daha gözünə görünmərəm. Amma nə olur olsun, səni and verirəm vicdanına, balanı unutma. 
   - Yetər artıq, mənə vicdan oyunu oynama, vicdansız qadın ! Çıx, bayıra, çıx!- deyə Asya əlləriylə qulaqlarını bağlayıb qışqırdı. 
   Əsmər çarəsizcə açıq qapıdan çıxıb, sonuncu dəfə geri boylandı, geridə qoyduğu daş heykəl hələ də yerindən tərpənmirdi...
   Ağappaq qarın üstündə iz salan addımlar bir ananı qızından, bir balanı anasından ayırırdı ...

                MOSKVA

   Ulduz initsitutun 1 ci kursunda oxuyurdu. İlk dəfə idi ki, ilk cərahiyyə işini edirdi. Əməliyyat masasında bir dovşanı əməliyyat etməliydi. Müəllim mühazirələrindən sonra, əməliyyat masasına bağlanmış dovşanı tələbələrə göstərib Ulduza döndü ;
  - Ulduz, Bu günkü dərsimizi izah edə bilərsiniz?- deyə soruşduqda Ulduz tərddüdlə dilləndi:
 - Bəli müəllim !
 -Tam qətiyyətli?
  - Əminliklə deyirəm !
 - Buyurun o zaman! Amma unutmayın , siz bir cərrahsız və qarşınızdakı bu canlı dovşan deyil, insandır. Onun həyatı sizin əlinizdədir. 
  - Bəli doktor, haqlısınız !
  - Elə isə buyurun mənim qəhrəman doktorum. Bizim xəstəmizə şəfa verin!
  Ulduz irəli gelib profsiyonal həkimlər kimi əməliyyata hazırlaşdı. Əllərini yuyub yaxşıca quruladıqdan sonra, əllərini spirtlə dizinfeksiya etdi, köməkçi asissantın köməkliyiylə əvvəl normal, sonra strelizə olunmuş əlcəklərini geyindi. Asissant qız onun maskasını, və əməliyyat gözlüyünü yoxladıqdan sonra  Ulduz əməliyyat masasına yaxınlaşdı. Dovşan insan kimi əməliyyat masasına uzandırılıb bağlanmışdı. Yazıq dovşan qorxudan əsim-əsim əsirdi . Yerində çırpınıb qaçmaq istəsə də, qaca bilmirdi. Ulduzun bu çarəsiz heyvancığaza baxdıqca içi acıyırdı. Müharibənin od-alovunda saysız hesabsız cənazə və yaralı görən Ulduz bu günə qədər özünü güclü bir qız sanırdı. Amma indi bir dovşan qarşısında aciz qalmışdı. Ulduzun bu həyəcanını usaqlar və doktor da görürdü.
   - Başlaya bilərsiz Ulduz həkim! 
   - Edə bilməyəcəm, doktor,  ürəyim gəlmir.
   - Yoox... Bax bu olmadı... Sən bir cərrahsan və bu əməliyyat masasında səndən imdad diləyən bir xəstə var. Cərrah dediyin cəllad kimi soyuqqanlı olmalıdır. Kəsdiyinə acımamalı, eyni zamanda şəfqətli olmalıdır. Bilirsənmi həkimin əhval ruhiyyəsi xəstəyə birbaşa təsir edir? Heç bir insan özü öz ayağıla bıcaq altına gəlib girməz, amma həkim ona elə bir ruh verməlidir ki, öləcəyini bilsə belə əməliyyat masasına özü öz ayagıyla çıxmalıdır. Həkim xəstə üçün cəllad yox, güman yeri olmalıdır.
   Müəlliminin bu dediklərindən sonra ürıklənən Ulduz özünü ələ alıb, asisantın ona uzatdığı keyidici iynəni dövşanın bədəninə boşaltdı. İlk dəfə idi ki, bir canlını kəsəcəkti. Çox həyəcanlı idi. Doktor Ulduzun qolundan tutub:
   -Bacaracaqsan, rahat ol !- dedi-unutma əziz tələbəm, əməliyyat zamanı həkimin Allahı əlindəki bıcaq və qəlbindəki inamdır. Xəstənin Allahı isə həkimdir, həkim onun sabaha ümüdüdür...
   Keyidicinin təsirindən yatan dovşanın kontrol etdikdən sonra əməliyyat bölgəsini təmizləyib hazirladı. "Bismillah" deyib bıcağı dovşana batırdı. Elə bu zaman dovşan başını qaldırıb dişlərin qabardaraq bağırdı. 
    Bundan sonra nə baş verdi , Ulduzun heç nədən xəbəri olmadı.Gözün açdığında özünü qadınlar palatasında gördü. Qalxıb yatağında oturdu. Həkim xalatı hələ də əynində idi. 
   -Həəə həkim qızımız oyandı ,  afərin, biz də həkimi hec zaman yatmadığını düşünürdük. Mənim fikirimcə həkim xəstənin keşiyində durar, həkim də xəstə kimi yatarsa vay bizim halımıza- deyə yan tərəfdəki carpayının  ucunda oturaraq əlində nəsə toxuyan rus nənə gülə gülə Ulduza baxdı:
  -Deyəsən tərsinədir. Həkim xəstəyə qarovul çəkməkdən ,  xəstə həkimə keşik çəkir hə, qızım?
   İçəridəki qadınlar gülüşdülər . Ulduz yatağından enib utana utana yaxasını, başını düzəltdi. Özünü ələ alıb palatadan cıxdı. Qadınların şən qəhqəhəsi hələ də qapının arxasından eşidilirdi. Utandığından yanaqları allanmışdı. Əməliyyat səhnəsi gözünün qarşısına gəldikcə özü özündən utanırdı. 
  -Mənim doktoruma bax eee , belə doktor olar? Sabah bu ürəklə necə əməliyyata girəksən, ay kül baş? Sənin əlində xəstə sağalmaz ee,xəstə ölər. 
   Ağlı fikiri təcrübə otağında qalmışdı . Dovşanın bağırışı yadına düşdükcə Ulduzu vahimə basırdı :
  - Görəsən o dovşanın axırı noldu. Öldü yeqin. Guya ürək əməliyyatı edəcəkdim , ay elədin ha. Bu dəfə kəsildin Ulduz, bittin sən. Get payızda gəl. Yazıq dovşan . 
   Ulduz öz özünə danışa danışa bir bir qapıları açaraq içəri boylanır, öz dəstəsini axtarırdı . 
   -Allah bilir sənin qorxaqlığın ucbatından yazıq coxdan ...-  qapını acıb başını içəri soxduğu yerdə biriylə kəllə kəlləyə gəldi. İkisinin də başı möhkəm əzildi. İkisi də eyni anda başını tutdu.  Zərbənin təsirindən Ulduzun gözlərindən od parladı. Yerə çöküb ufuldayaraq mızıldandı:
  - Ay başım, ayyy...
  -Siz Azərbaycanlısız?
   Necə ildir bu qürbətdə ilk dəfə idi ki, doğma dilində danışan bir səs eşidirdi. Bu səs ona dərman kimi gəldi . Əlini alnından çəkib başının üstündə dayanan bu  adama baxdı. Gənc bəstəboy , yumurusifət, biraz dolu bədənli ,  səliqəli , sport stilində geyinmiş bir oğlan əlini ona uzatmışdı. 
   -Bağışlayın, bilmədən oldu . Sizə kömək edə bilərəm?
  Ulduz əlini ona uzadıb ayağa qalxdı. 
  - Siz də azərbaycanlısız? - deyə gülümsər, eyni zamanda utancaq baxışlarla oğlanı süzdü-Haralısız?
 - Karenoy Bakılı, bəs siz?
 - Qarabağlıyam . 
  Oğlan qızı süzdü:
  -Maşallah ağ xalat sizə çox gözəl yaraşır. 
  -Təşəkkür edirəm . 
  - Bəs Qarabağ hara Moskva hara? Burada xəstəxanada işləyirsiz, tibb bacısısız? 
  - Yox eşi hələ hec kim deyiləm keçmiş döyüşçüyəm . Müharibə veteranıyam, bu vaxta qədər yaxşı gəlmişdim amma bundan sonra deyəsən mənnən hec nə olmayacaq. 
  - Boynuna alırsan da...Görünür hələ sürücülük bileti almamısız...
  -Nə?
   Oğlan əliylə başını tutdu:
  - Qəza halı yaratdığınıza görə...
   - Hə...  Günah sizdəydi, qapını açan kımı özünüzü bayra atmasaydız ...
   - Nə? Palata bizim palata və mən öz palatamdan çölə çıxıram. Yol mənimdir yəni. Burada diqqətsiz olan biri varsa o da sizsiz...
  -Xeyir, yoldaş...
  Ulduz barmağını ona uzatdı . Yanı adını bilmədiyi üçün ona yoldaş filankəs demək istəyirdi ki oğlan onu qabaqladı ...
  -Hacalı ... 
  -Yoldaş Hacalı.... elə qanun yoxdur. Yol sizin olsa da olmasa da diqqət etməlisiz . 
   - Oldu Madam madmazel doktor xanım... İndən sonra diqqətlı olmağa çalışacam . 
  - MÜtləq.... Siz yaxşı qurtardız , səndən qabaq biri əlimdə ölmüşdü  az qala . Bəlkə də ölmüş artıq. 
   -Uy daa... Necə ki?
  - Guya həkim olacam daa,  bir dovşanı aperasyonnuda gəbərtdim, bəlkə də sağdır , bilmirəm - Ulduz məyus halda başın açağı saldı. Oglan qəhqəhə ilə güldü. 
  - Dovşanı?
  Ulduz təccüblə oğlana baxdı .
  - Nəyə gülürsüz? Çox gülməlidir?
   - Haa haa ha...
   - Ələ salmısız məni?
   - Yox, əstəğfullah... Ha ha... 
   -Bağışlayın, cavan oğlan. O zaman gülməyinizin səbəbini öyrənə bilərəm? 
   -Desənə baytar gəlib elimi tədqiqat initsitutuna düşüb?  Haaa haaa
  - Eee... bəsdirin dee ...  nə baytar? Mən tələbəyəm, bura pratikaya gəlmişəm .
   -Haa haa ... Tələbə ha... Həkimlik oxuyursuz? Ha ha... Dovşan əməliyyat etdiyinizə görə baytar həkimi dəə . Düz fikirləşirəm? Ha ha... - oğlan daha cox gülməyə başladı . 
  - Mən can həkimiyəm, cərrah... Başa düşürsüz?
  -Haa haa, cərrah ee həmdə ...
  -Gülməyin , xahiş edirəm!
   Qəhqəhə səsi karidoru götürdü.
   - Allah mənim cəzamı versin ,  necə gülünc vəziyyətə qaldım -  deyib oğlanın yanından keçib kalidorda sərsərilər kimi əli ayağına dolaşa dolaşa irəli adımladı. 
   - Yoldaş baytar həkim, ee bağışlayın cərrah... barım adınızı deyərdiz, itimiz, pişiyimiz doğanda və ya yaralananda sizi köməyə cağırardıq .
  - Eee əl çək, səfeh!
  - Ha... Bayaq günahkar oldum  İndi də səfeh... "Həm suçlu həm güclü" buna deyiblər ee ...

          TƏBRİZ

   Xararaba qalmış yuvasının qapısın acdı. Ayağının altında qacışan sicanlardan ürpənsə də, hər küncündə, divarında xatirələrin izi qalan bu daxala ürəklə girdi . Bu daxal onun isti yuvası olmuşdu. Bu daxalda nə xəyallar qurub, nə arzular cızmışdı. Burda həyatının ən böyük sevgisi yaşanmışdı . Burda  üç gözəl balası dünyaya gəlmişdi. Üç bala üçün gecələri bu daxalda yuxusuz qalmışdı . Xaraba qalmış yuvada 6 il həsrətdən qovrula qovrula İbrahiminə həm ata, həm ana olmuş, vəfa göstərərək, həbsdə olan əri Saybalının yolunu gözləmişdi. Hər şey dağınıq da olsa qoyub getdiyi kimi idi . Elə bil hər şey dünən baş vermişdi. Bir fərq var idi. Dünənki isti yuva bu gün soyuq bir məzarı xatırladırdı.Burda həyat sönmüş, xəyallar uçmuş , arzular perik düşmüşdü. Qucağında tıncıxan nəvəsi şalın arasında dartınıb çırpındı. Ağlamağa başlamışdı. Ac idi. Şalı açıb yerə sərdi. Uşağı orada otuzdurub, evin ortasındakı sütuna yaxınlaşıb əlini çürüməkdə olan dirəyə sürtdü . Əgər yerini dəyişməyiblərsə burda cıraq olmalı idı. Qüssə cökən gözləri qaranlıqda işıldadı. Bəli cıraq burda idi. Demək onun düzənini heç kim pozmağa cəsarət etməyib. Yadındadır evdə bir şeyin yeri dəyişiləndə qiyamət qopardı. Axşama qədər Əsmərin dırdırı kəsməzdi. Əsmərin dırdırını ancaq ya gecə yatanda ərinin isti qucağı, ya da Saybalının bəhanəylə Əsməri evin ambarına cağırması olardı. Ərinin bir gülümsəməsi, bir öpüşü onu yağ kimi əridirdi. Elə bil ki, biraz öncə evdə tufan qoparan bu qadın deyildi...
   Cırağı götürüb his basmış lampasını çıxardı. Lampanı nəfəsi ilə isitdi. Əlini çırağın asıldığı yerdəki kiçik dəliyə uzatdı. O, vaxt cox nadır tapılan kibrit də burda qalmışdı. Çəkib çırağı yandırdı. Neçə zamandır xaraba qalmış yuvaya işıq gəldi . İçəri ifunət qoxuyurdu. Otağa nəzər atdı. Küncdəki yataq pisliyin içində idi . Deyəsən yatalaq ərinin yorğan döşəyi idi bunlar. Baxımsızlıqdan kişi son günlərinə qədər burda yatağını pis günə qoymuşdu. Döşək qarışııq nə vardırsa hər şeyi yerdəki palaza büküb həyətə cıxarıdı. Qapını, pəncərəni açıb içərini havalandırdı . Hava soyuq idi. Arazı qucağına alıb uşaqlarının otağına apardı. Burda iy-qox yox idi. Bura tozlu olsa da  digər otağa nisbətən təmiz idi. Arazı, Azərin yatağına qoyub uşağı sakitləşdiridi.Gəlirken yolda qonaq olduğu bir evdən aldığı çörəyi və almanı boxcadan cıxarıb körpənin əlinə verdi. Arazın başı çörəyə və almaya qarışmışkən buxara sobanı qaladı. Qapı pəncərəni bağlayıb təkrar Arazın yanəna gəldi. Siçan yemiş yorğanı çırpalayıb altına girdi...
  Səsə yuxudan oyandı. Otağın içinə dolumuş camaatı görəndə yaşmaqlandı. Yatağından qaxıb , uşağı bagrına basdı. Gözlərində qorxu və təlaş vardı. Camaatı bir bir süzdü. Tanış sifət görmədi . Onun tanıdıqlarından kimsə yox idi. Onun evini basan gənc nəsil idi. 
  -Kimsən bacı, bu xarabalıqda nə gəzirsən? 
  -Yolçuyam oğlum, gecəyə düşdüm, kimsəni narahat etmək istəmədim, tacir Saybalının, anası Asya arvadın evini sordum buranı nişan verdilər. Gəldim, amma deyəsən geç qalmışam. Burda heç kim yoxdur.
   - Həə yazıq keçən ay öldü. Bizim evin xanımı hər gün ona yemək gətirirdi. Məhəllənin kişiləri də gəlib altını üstünü dəyişirdik. 
  -Allah razı olsun . 
  - Bizim gədə, odun, kömür  gətirmişdi həmin gün , Gəlib görüb ki, kişi nə gəzir? Kişi dünyasını dəyişib.
  -Yazıq.
   -Siz kimsiniz ,Saybalı əmini hardan tanıyırsınız? Hardan gəlib hara gedirsiniz? 
  Əsmər nə deyəcəyini bilmədi. Nə desin,kim olduğunu desə onu burda rahat qoyardılarmı. 
  -Rəhmətlik kişinin əmisi qızıydım. Xoyda olurduq. Bizim bəyin qan davalıları vardı . Ailəmizin hamısını qırdılar . Nəvəmi də götürüb qaçdım  oradan. Rəhmətiyə pənah gətirdim. O da yoxmuş- deyib təsüüflə başın yırğaladı. 
   -Xoş gəlmisən ay xala, mən Saybalının qayını oğlu, Şahlaram, Mənə burada Şako deyirlər Buyurun gedək bizə, burda qalmayın . 
   Demək bu yeniyetmə oğlan öz qardaşının balasıydı. Bir anda içində bu oğlana qarşı həm kin, həm də sevinc oyandı. Kini bu oğlanın atasının qızına etdiklərinə görə idi. Sevinci isə qardaşının balasını  tapmışdı .
   -Yox mən cox qalmayacam ,   biraz dincəlib gedəcəm ,  
   -Hara gedəsən , ay xala. Özun deyirsən qandan - bəladan qacmısan. Saybalı əminin bizim üzərimizdə çox haqqı var ,  boynumuzun borcudur, onun əmanətinə göz bəbəyimiz kimi baxarıq .
  -Bəs,dədən, anan hadadır bala,  evdədir?  
   Şahlar, bir bir dağılışan camaatı yola salıb uşağı gucağına aldı ;
   - Booy bisimillah, allah, uşaq da belə oxşayarmı hec?  
   - Kimə oxşadı?  
   - Dədəmə - araya bir müddət sükut çökdü. Şahlar uşağı öpüb əzizləyəndən sonra - gedək bizə!- dedi . 
   İki gün qardaşının qardaşsız  evində qalıb, qardaşının iki qız bir oğul balasıyla dərdləşdi. Hələ də cavanlar onu Saybalının emisi qızı kimi tanıyırdılar. Bu qadının onların bibisi olduğunu bilmirdilər. Əsmər özünü onlara  tanıtdırmağı lüzum görmürdü. Qabaqda görüləsi çox iş vardı. İndidən özünü tanıtdırsaydı planları alt üst olacaqdı . Uşaqlarla söhbət zamanı məlum oldu ki, Banuxatın bacısının əriylə Saybalının evində zinadaykən şəhər camaatı tərəfindən tutulub daşqalaq edilərək öldürülüb. Məşədi Sait də 100 qamçıdan sonra şəhəri tərk edib. Ataları Bəşiri son zamanlara qədər ikinci arvadıyla Bağdada yaşadığını bilirdilər. Son zamanlar Bağdada gedən tacirlər Bəşirin Azərbaycana keçdiyini söyləyirdilər. Bəşirin arvadı da eşkiyalara qoşulub dağlara qaçıbmış. Əsmərin bir məqsədi vardı, nə olur olsun Bəşiri tapıb ,  yıxılmış yuvasının qısasını ondan cıxmaq idi. O da hələ ki ,  mümkün deyildi. Bunun üçün məcburən sərhədlərin açılmasını gözləməli olacaqdı . 
    Həmidin ata tərəfi bəy nəsili idi. Sayılıb seçilən, bir ailə olsa da nədənsə bu ailənin uşaqları , bəylərin xalqa qarşı ədalətsizliyin görüb öz ailələrinə də düşmən kəsilmişdilər. 
    Bu dövür elə bir dövür idi ki ,  İranın hakimiyyət sistemi tamamən dəyişmiş, İran Avropaya doğru meyillənmişdi. İranda hələ də şah qanunları hökm sürsə də fikirlər Avropasayağı idi.Yeni hökümət ölkəni tərk etmiş qaçaqları qəhrəman elan edərək , onları ətrafına cəmlədiyi bir dönəm idi. İllərlə Həmidlə çiyin çiyinə ədalətsizliyə qarşı cıxan Əsmər üçün ölkənin bu vəziyyəti ona göydən güşmə olmuşdu . Artıq Arazla bərabər Təbrizdən Tehrana köçmüş Əsmər yeni hökümətdə öz yerini almışdı. Şahın Fransada təhsil alıb,   avropa mədəniyyəti görən ,   Azərbaycan əsilli xanımı İranda yaşayan Azərbaycanlılara xüsusi rəğbət bəsləyirdi. Onları farslardan və ermənilərdən  qoruyurdu. Odur ki, vaxtı ilə qacaq həyatı yaşayan Əsmərə bu dəfə hökümət dairələrində məsul bir iş verilmişdi. Eyni zamanda da Həmidin hissəsinə düşən ata malından Əsmərə böyük miras qalmışdı. Ölkədəki vəziyyət nə qədər xoş olsa da təxmini bu günlərin də uzun çəkməyəcəyini deyirdi. Odur ki, tədbirini görməyə başladı. Əsmər həmin mirasları satıb Avropada Arazın adına hesab acdıraraq ona miras payı qoymuşdu .
    Artıq Araz böyümüş, bığ yeri qaralmış ağ bənizli, bəstə boylu qara uzun gur saçlı bir uşaq olmuşdu. Gülümsərkən Bəşir kimi yanağı batar, üst dodağ kiçik olduğundan anası Asya kimi kənardan baxanlara gülər üz bir ifadə yaradardi. Uşağın üzü hər zaman nurlu və xoşbəxt görünərdi. O, Əsməri özünə ana bilmişdi. Onun fikirincə atası Qaçaq Həmid hansısa döyüşlərdə qəhrəmancasına həlak olmuşdu...

  Canından can qopardığu balasını anasına verərək evdən qovan Asya günlərlə özünə gələ bilməmişdi. Qulam şəhərdən geri dönənə qədər, hələ də qapı açıq idi. Çöldən əsən ayaz evin ortasında dizi üstə çökmüş Asyanı buz kimi dondurmuşdu .  Sobanın külü her tərəfi açıq evdə burulğan yartmışdı.
   Qulam nə qədər səslənsə də, nə qədər danışsa da Asya buz yuxusundan hələ də ayılmaq bilmirdi. Bədən sanki keyin içində gözlər isə yuxulanırdı. Asyanın özündə olmadığını görüb Həmid onu bu vəziyyətdən çıxarmağa çalışdı. Arazı və Əsməri evdə görməyən Həmidin ağlı qarışdı . Asyanın öz əliylə balasını Əsmərə verəcəyi yatsa da yuxusuna gəlməzdi . Lakın bunu Asyanın dilindən eşidincə Qulam özündən keçənə qədər Asyanı döydü. Qulam Asyanı vəhşı kimi döysə də, Asya ona heç bir reaksiya vermirdi. O an Asya həyatının ən ağır depresiyasını yaşayırdı. Əlbəttə Asyanın deoresiyada olduğunu heç kim başa düşmürdü. Düz bir həftə gecə gündüz yatan Asya nəhayyət bir axşam yatağından qalxaraq Araz deyərək ağıt deyib ağladı.Sanki o, Arazı ömürlik itirdiyini indi başa düşürdü... Sanki balasını özü öz əliylə məzara qoymuşdu. Elə içi yana yana ah çəkirdi... Qulam bu neçə gündə Asyanın necə bir ağır sarsıntı keçirdiyini indi başa düşdü. Özündə olmayan və bilincsiz vəziyyətdə hərəkət edən Asyanı elə şiddətlə döydüyünə it kimi peşiman olmuşdu. Asya nə Qulamın əsənbləşməsini nə də Qulamımn onu dörməsini xatirlamırdı . Həyat onu elə yıxmışdı ki, Qulamın zərbələri onun yanında heç bir şey idi. 
   Qulam özünü Asyaya bağışlatmaq üçün ondan xəbərsiz Əsmərin və Arazın axtarışına başlamışdı. Əsmərin sorağını İrandan alaraq qaziyə gedib ona məktub yazdı. Yazdığı məktubun cavabında bu sözlər yazılmışdı . 
  -Madəm qızım bütün bu olanlarda məni günahkar bilir, mən heç zaman öz günahımı qızıma daşıtdırmaram, özümü ona bağışlatmamış qızımın üzünə baxa bilmərəm .Türk cümhuriyyəti Ankara Valiliyinə gedərək orda Müfti bəy adlı bir adam var, onunla görüşün. Bizim adamdır. Mən sizə onun vasitəsiylə bir şeylər buraxmışam. Mütləq Karsdan cıxın və təcili mənim Ankaradakı evimə köçün, Asyanı da götürüb təcili məhəllənin Cəlal paşa  camisinə gedin. Orada  Mustafa hocayla görüşün. Mənim adımı verin və orada nigahınızı kəsdirin, evlənin. Siz həyatınıza baxın. Çoxluca oğlunuz qızınız olsun . İnanın mənə , Araz burada etibarlı əllərdədir. Gün gələcək Araz oğlunuz özü bu haqsız divana son qoyacaq..."
    Əsmərin bütün dediklərini edən Qulamın bu nigahdan nə az nə çox düz 7 qızı oldu.

    Ulduz ilə Hacıalı arasında böyük məhəbbət başlamışdı . Hacıalı əslən bakılı idi. Amma 15 yaşından Moskvada yaşayırdı . Dediyinə görə 13 yaşındaykən  anasına sataşan bir kişini özü öz əlləriylə işgəncə verə verə öldürmüşdü. Etdiyi cinayətə görə uşaq cəzaçəkmə müəssəsinə göndərilmiş və "qəhrəmanlığına" görə uşaq kalonunda "şef" adını qazanmışdı. Bir müddət içəridə yatan Hacalının həbsxana dünyasının qaranlıq sakinləri qeyri qanunu yolla 15 yaşında Hacalını türmədən qacırdılar. Onu öz qaranlıq dünyalarına dəvət edərək ona yeni ad - yanı Balaqardaş adını qoydular. Balaqardaşı sadəcə ən yaxınların və rəsmi sənədlər Hacalı kimi tanıyırdı. Ozü qanı qaynayan insanlara özünü göbək adıyla- Hacalı kimi təqdim edirdi. Odur ki, elə ilk gündən Ulduza qanı qaynayan Balaqardaş özünü ona Hacalı kii təqdim etmişdi. Sonralar bu adı necə dəyişdiyini ona başa salmışdı     
   Balaqardaş 15 yaşından lotu dünyasına qədəm basdı . İndi 28 yaşı vardı . 28 illik həyatında 3 dəfə ağır cinayətlərdə həbs olunmuşdu . Lakin bir müddət sonra günahsız bilinərək azadlığa cuxmışdı. Onun oğru dünyası Bakı kəndləri və Moskva bazarları olsa da, ürəyinə söz kecirdə bilməyərək eşq yuvasını Ulduzun ürəyində qurmuşdu. Aralarında böyük bir eşq yaşanırdısa da bu iki gənc heç zaman evlənə bilməzdi. Çünki oğru dünyasında evlilikdən və ailədən söhbət belə  gedə bilməzdi .Balaqardaş  Ulduzu initsitut yataqxanasından cıxardaraq şəhərin mərkəzində tutduğu evdə yerləşdirdi. Onun hər ehtiyyacını ödəyərək onu göydən enmiş mələk kimi bəsləyirdi . Ulduza bu münasibət nə qədər ağır olsa da həyatından məmnun idi. Hec zaman dadmadığı sevginin dadından doymayaraq eşq şərabından içirdi. Bu eşq beynini dumanlandırmışdı. Onun üçün varsa da Balaqardaş idi, yoxsa da. Balaqardaşa elə bağlanmışdı ki , Balaqardaş olmayan yerdə həyat ona zindan kimi olurdu. Bəzən hansısa bir cinayətə görə Balaqardaş  tutulub içəri atılanda o zaman peşimançılıq hissi Ulduzun ürəyini sarırdı . O zaman bu münasibətin ona zərərdən  başqa bir şey etməyəcəyini düşünürdü. Sadəcə düşünürdü . Elə ki, Balaqardaşla üz üzə gəlirdi, peşimancılıqlarına son verilirdi. Bu münasibətdən xəbər tutan ismayıl və Mikayıl Ulduza qarşı çıxsa da Ulduz sevdiyini onların ayağına vermədi . İstəsəydi də verə bilməzdi . Hələ qanunsuz məhəbbətin havası başından çıxmamışdı. Taa o vaxta qədər ki, 3 illik bərabərlik əsnasında Balaqardaşın növbəti cinayət işinə görə tutulması və o sırada itkin düşən İbrahimin meydana çıxmasına qədər. 
                      ******
     Artıq yeni mövzu başlayırdı . Bu mövzu bir iki səhvəylə və ya səhnəylə bitəsi deyildi . Bəlkə daha uzun, bəlkə daha qısa olacaqdı. Mesangerdən və whatsapptan Baharın yeni mesajlarını gözləməkdə idim. Nədənsə Bahar yenə də gec qalırdı. 

          ______15_______

 Balkonumda yayın keyfini indi indi cıxardığım yerdə , anidən soyuqlar başlamışdı.. Qaradənizdən İç Anadoluya doğru əsən külək özüylə bərabər sis-duman, yağış gətirirdi . Bu yerlərin yayı bir başqa, payızı tamam başqa olur . Bəzən də 4 mövsümü 1 ayda yaşamaq mümkündür burada. Bir baxarasan sabah yay günəşi doğmuş, günorta payız havası kimi sis duman çökmüş, səhər qalxıb görərsən ki, çəmənlərin üstünü qrov tutub .
   Tarlalarda üçünçü çayın kəsilməsi xırmanın başlaması demək idi. Çay yığımı başa çatdıqdan sonra tarla baxçadakı məhsullar toplanar, qışlıqlar hazlrlanırdı. Birazdan qar-qış qapını kəsdirəcəkdi. Qaradənizin uca dağlarının başını qar alacaq. Gördüyünüz bu gözəlliklər qarlarla örtünəcəkdi. Təbiətin  mövsüm dəyişikliyi kimi Baharın da hekayəsinə yeni pərdə açılırdı . Xəyalən Əsmərlə Asyanı İran və Türkiyə torpaqlarında qoyub Arazın bu tayına keçirəm . Bu tayda diqqətdən kənar qalan bir ailə dramı yaşanırdı. Onları qələmə almalıydım. Görünür bu yazı bir ya da iki günlük yazı deyildi , bu romanım bu ilin  qışınıda görəcəkdi...

                  *******
   İnistitun sonuncu kursunda oxuyurdu. Daha doğrusu adı inistitutda gedirdi. Dediyim kimi , Balaqardaş onu sadəcə özünə təslim etmişdi. Özü dərsə getməsə pulnan və hörmətlə qiymətləri yazıla- yazıla sonuncu kursa qədər gəlmişdi. Özü Balaqardaşın ixtiyarında idi. 
   Bir həftə idi ki, Balaqardaşdan heç bir xəbər yox idi. İlk dəfə deyildi. Nə zaman belə "yoxa çıxmalar" olurdusa o zaman Balaqardaşın başında bir bəla olduğunu da bilirdi. Əslində Balaqardaşın yox, Balaqardaş kiminsənin başında bır bəla olduğunu da bilirdi Ulduz. Belə vəziyətə öyrəncəkli idi, qəbul etməsə də belə yaşama , belə həyata doymuşdu daha. Bunun  bir sonu olmayacağını gec də olsa başa düşürdü. O zaman qardaşları onun arxasınca gəlib ona ağıl verəndə onları qapıdan qovmağına indi it kimi peşiman olmuşdu. Bir vaxtlar Balaqardaşın romantik yeməklərindən, başqa şəhərlərə gəzmələrindən, aldığı hədiyyələrindən məst olan Ulduz artıq qorxu və səksəkə dolu bu həyatdan diksinmişdi. Ev dustağı olmuşdu. Ömrü qorxu içində keçirdi, həyatı qoruma altında idi. Balaqardaş ona hər şeyi qadağa qoymuşdu . O başqaları kimi təkbaşına bayıra cıxa bilməz, gəzə bilməz, rəfiqələri ilə əyləncəyə, kluba, kinoteatra gedə bilməzdi . Mütləq Balaqardaş yanında olmalı idi, ya da onun adamlarından biri. Belə həyatdan bezdiyini deyəndə də Balaqardaş onun könlünü alıb onların düşmənləri olduğunu özəlliklə vurğulayırdı . 
   -Səni qorumalıyam, əzizim o qədər düşmənimiz varki . 
  -Bezdim sənin düşmənlərindən, vallah bezdim. Artıq yetər, mən də insanam yaşamaq istəyirəm, nəfəs almaq istəyirəm. Başa düşürsən. Boğuluram, mən də hamı kimi azad olmaq istəyirəm . Mənə nə sənin düşmənlərindən? Həyatı mənə zindan etmisən , sıxılıram axı mən bu qəfəsdə. Əl çək məndən!  Cıx həyatımdan. Həyatımı özünə məhkum etməyə haqqın yoxdur! Axı mən sənin nəyinəm, hə? Arvadın deyiləm, anan deyiləm, qızın deyiləm, nəyinəm axı? Saxladığın! 
  -Bax, sayıqlayırsan ha Ulduz!
  -Sənin saxladığından sənin düşmənlərinə nə,axı. Mən bunu başa düşə bilmirəm! Bu gun saxladığın mənəmsə, sabah başqası olacaq. Demək sənin düşmənlərin bütün Moskvanı, Bakını qırıb keçirəcək? 
   -Başqaları məni maraqlandırmır. Ama sənin telinə toxunan əli kökündən qopardaram. 
  Başaqardaş Ulduza, Ulduz da Balaqardaşa düşkün idi. Nə qədər dalaşsalar da heç cür ayrıla bilmirdilər. Balaqardaşın dünyasında ayrılıqdan söhbət gedə bilməzdi. Ya öləcəkdi , ya öldürəcəkdi . 
   Yalqız qaldığı gecələrdə bəxtsiz bəxtinə ağlayıb , qollarını boynuna dolayaraq otağın içində gəzişir, özünə bir cıxış yolu axtarardı . Azərbaycanla əlaqələri tamamən kəsmişdi. Yeganə rəfiqəsi İsmayılın xanımı və  döyüş yoldaşı Olqa idi. Arada onunla məktublaşardı.Özünü toparlayıb yalqızlığını və peşimançılığını ona danışmaq istəsə də buna cəsarət etmirdi. Ulduzun ailəsinin, qardaşlarının yanında dili gödək idi. Zamanında qardaşları onu bu bataqlıqdan çıxarmaq istəyəndə o buna izin verməmişdi .
   İş o yerə catmışdı ki, Ulduz binanın altındakı maqazinə belə düşə bilmirdi. Başqa vaxtı bu işləri elə belə bir şey saysa indi maqazinə çörək almağa gedəndə qorxa qorxa gedirdi.Bunun səbəbi vardı.
   Bir dəfə, maqazindən çıxıb öz bloklarına girəndə binanın qarşısında Balaqardaşın adamları bir "pobeda maşını " ilə savaş başladığının şahidi olmuşdu. Hətta atılan güllə Ulduzun qolunu sıyırıb keçmişdi. Bu hadisədən sonra o təhlükəli bir oyunun içində olduğunu və bu oyundan onu yalnız ölüm ayıracayını dəqiqləşdirmişdi.
   Bir dəfə bir tələbə yoldaşının vasitəsiylə bir vəkillə tanış olaraq, düşdüyü vəziyyəti onunla paylaşaraq ondan kömək istəmişdi. 3 gündən sonra Ulduz həmin vəkilin yoxa çıxma xəbərini aldı. Dörd-beş aydan sonra vəkilin meyidi yaxın kəndlərin birində göldən tapıldı. Bu hadisədən sonra düşdüyü bu quyunun bir cıxışı olmadığını bir daha anladı. Gənc yaşında özü sevgi və "azadlıq" deyib düşdüyü yoldan geri dönüş tapa bilmirdi. Ona mütləq bir dəstək lazım idi. Bunu tək bacara bilməzdi. Qardaşlarından beli bağlı idi . Bilirdi ki, İsmayıl bu işdə ona kömək edəcək, buna onun gücu də catardı imkanı da . Bəzən də soyuq münasibətləri olsa da bir doğru dürüst ər-arvad olmasalar da İbrahim üçün burnunun ucu göynəyirdi . Bütün bu olanları taleyin belinə yükləyib önun itkin düşməsiylə əlaqələndirirdi. Aradan nə az, nə cox düz 8 il keçmişdi, 8 il idi ki İbrahimdən heç bir xəbər yox idi. Artıq ümüdi də kəsilmişdisə də yenə "bəlkə"-lərə ümud bağlayırdı. Onun ölümünə inanmırdı. Bilirdi ki, harda olsa bir gün İbrahim gələcək. Amma Ulduzu qəbul edəcəkmi, etməyəcəkmi? Bax bu sual altında idi. 
   Evin ortasına qoyulmuş dəyirmi masanın arxasına keçdi. Bankada suya qoyulmuş üç ədəd qərənfilə baxıb gülümsədi. 
 -Balya, inanıram ki, mənə aldığın bu güllər son gül olacaq. Həmişə səndən uşağım olmasını istəmişdim, tək qalmayım deyə. Ama çox təssüf, bu mümkün olmadı. Sənin oğru dünyanda bir vorun ata olması qanunu yoxdu. Bu arzuma çata bilmədim. Səninlə gözəl günlərim oldu. Bu gözəl günlər bir rüzgar kimi əsdi və keçdi. Bu gözəl günlərdən sadəcə bu dəmirlər qaldı mənə-deyib əllərini üstündəki qızıllara sürtdü . 
  - Bunlar mənim hayıma catmayacaq. Mənə bir evlad lazım idi. Tək bir evlad. Sənə lazım olmasa da mənə lazım idi.
   Başını əllərinin üstünə qoyub için için hıcqırdı. 
  Elə masa başında oturduğu yerdə onu mürğü tutmuşdu . Qapının zənginə gözünü açdı. Qapıya gəlib gözlükdən baxdı. Poçtalyon idi. Sevindi. Qapını açıb paçtalyonun gətirdiyi məktub və teleqramı aldı. Məktubu kənara qoyub, teleqramı açıb oxudu. Dünya başına yıxıldı. Yer ayağının altından qaçdı. Özü - özünə divan tutdu. Ama nə fayda. Nə acısını bilən oldu, nə yükünü çəkən.  Anası ölmüşdü ...
   Bu saat başını çiyninə qoyacağı doyunca ağlaya biləcəyi fərq etmir ya kişi,  ya qadın -bir dosta ehtiyyacı vardı. Bir dostun bir təsəllisinə elə möhtac idi ki . Dünyada heç nə istəmirdi. Dili dilindən olan könlü ona yaxın olan bir yaxını olaydı.
    Elə bil yatmışdı yuxudan ayıldı. Bir gün anasını tutan bu qəflət yuxusu onu da tutacağını düşündü. Yenə anasının  cənazəsini qaldıracaq övladları vardır. Bəs onun cənazəsini kim qaldıracaqdı? Mikayıl gözlərinin qarşısına gəldi. El içində qeyrətli dəli dolu qardaşının ona nə qədər əsəbləşdiyini düşündükcə özü özündən xəcalət çəkirdi. Balaqardaş üçün elə qardaşın üzünə qayıdandan bacının üstünə qardaş gələrmi heç? Keçən dəfəki atışmada qolundan sıyrılanda heç arayıb sormadı da. 
   İsmayıl? O elə atasının zamanından onsuz da hamıyla soyuq idi . Onun öz çevrəsi, öz dünyası var idi. Belə də ki, ondan olsa Ulduzu çoxdan unutmuşdu. Əgər Olqa olmasaydı. 
  -Artıq nə olubsa olub. Bu gündən mən mübarizəyə başlamalıyam- deyə divardan iplə asılmış dordkünc kənarı akasıya yarpağı formasında naxışlı aynanın qarşısında dayanıb gözlərini sildi. Aynadan sanki özünə başqa biri baxırdı. Bu necə gündə cox sınıxmışdı. Həmişə özünə baxımlı, saçı başı səliqəli olan Ulduzun yerinə hörüyün arasından qıvrılıb qalxmış, pırtlaşıq saçlı, ağlamaqdan gözləri şişib qızarmış bir qadın baxırdı. Kamodun siyirməsini acıb dəftər qələmini götürdü. Dəyirmi masanın arxasına kecib dəftər və qələmi üstünə qoyub ehmalca stula əyləşdi. Dəftərin üstünə başını əydikcə yazdığı cümlələri gözlərinin yaşı isladıb mürəkkəbi kağızın üstünə yayırdı. Məktubu Olqaya yazıb, Olqanın vasitəsi ilə qardaşlarından üzür istəyirdi. Məktubu bitirib ayağa qalxdı. Pəncərəyə  keçib pərdəni çəkdi. Bayırda covgun başlamışdı. Mərkəzi küçədə qalırdı. Hava yeni qaralmasına baxmayaraq çovgundan yana küçə bom boş idi. Biraz aralıdakı ictimai binanın divarında poct qutusu görünürdü. Qapıya gəlib asılqandKı qəhvəyi dublyonkanı əyninə geyindi. Uzun boğaz , dikburun ağ çəkmələrini ayağına geyinib zıncirini çəkdi . Dəhlixdəki aynaya baxıb tələsik saçlarına sığal çəkib xəz bretka papağını başına basdı. Şerfi boynuna dolaya- dolaya qapıdan cıxdı. Biraz hava almaq istəyirdi . Məktub yollamaq bəhanə idi. Evdə oturmaqdan bezmişdi. Blokun qapısından cıxanda üzünü sərt külək qarsdı. Az qala külək papağını alıb qaçaçaqdı. Cəld hərəkətə keçib papağını başına basdı. Külək qarı sovurub gözlərinə doldururdu. Paltosunun boynunu qaldırıb üzünü xəz yaxalığın arasında gizlətdi . 
  -Ulduz bacı nə lazımdırsa, biz edərik. Siz geri qayıdın!-deyə o biri blokun içində daldalanmış iki nəfər ona yaxınlaşdı.
 - İşinizə baxın ! 
 - Biz sizi qorumalıyıq, əmr almışıq. 
 - Kimi kimdən qoruyursunuz- özündən asılı olmayaraq əsəbi halda səsini yüksəltdi. Anındaca peşiman olub çaşqın halda ona baxan Balaqardaşın adamlarına gülümsəyərək aradakı gərginliyi qaldırmağa çalışdı. 
  - Biraz hava alacam uşaqlar, bax oraya qədər - deyib əlini poct qutusuna tərəf uzatdı. Cibindən məktubu çıxarıb havada yellədi- Məktub göndərəcəm. 
 - Mən də sizinlə gələcəm .
 -Gəlməyin. Tək qalmaq istəyirəm, burda gözləyin - ciddi və sərt addımlarla yolu keçməyə başladı. Arxasına baxmasada adamların biraz aralıdan onu təqib etdiyini hiss edirdi. Poçt qutusuna gedənə qədər fikiri arxadakılarda olsa da gözləri ətrafda dolaşır, beyni burdan necə  qaçacağını pılanlaşdırıdı. Çox yox yarımca saat tək, sərbəst dolaşa bilsə nə olar yəni?
  Yol ayrıcını döndüyündə qədimi binaların arasında dar bir küçə yolu gördü.
- Hə bura yaxşı oldu daldalanıb burdan qacaram . Allah qırsın sizi!- öz özünə deyindi. 
   Poçt qutusuna yaxınlaşıb məktubu qutuya qədər qaldırdı. Dönüb geri baxdı tam burnının ucunda üzü çapıq saçı saqqalı çallaşmış bir adam gördü. Baxışlarından qəddarlıq və qəzəb yağırdı. Adamla göz gözə- nəfəs nəfəsə idi . Adamın baxışları hər saniyədə dəyişib tanış bir baxışa cevrildi. Baxışlar dəyişdikcə Ulduzun gözləri böyüyür, qarşısındakı adamın üzündə nəsə tanış bir cizgi gəzirdi. Həə... Axtardığını bu üzdə tapdı. Güllə dağıtmış çapıqlı üz... bu tanış gözlü və çapıq sifətli adamın adını çəkmək istəyirdisə də, çəkə bilmirdi. Səsi içinə qaçmışdı sanki... 
                BAKI . 
  İsmayılın səsi kabineti başına bürümüşdü. Əsəbindən əli ayağına dolaşırdı. Dili söz tutub danışa bilmirdi, topuq vururdu. Telefonlar da hec susmaq bilmirdi. Ara katibə xanımın qapıda görünməsi, ara da Olqanın zəngləri İsmayılı çilədən çıxarmışdı. 
  - Yoldaş Ələsgərov, iclas artıq açıq elan edilib. Vətəndaşlar sizi gözləyir . 
  - Yoldaş Ceyran. Cox xahiş edirəm. İclasa cıxası halda deyiləm. Təcili yoldaş Kərimova çağırın, bu gün mənim yerimə iclasda o iştirak etsin . 
   Qapı ehmalca örtüldü, növbəti zəng çalındı. Səbri tükənmiş İsmayıl telefonu götürüb səsi belə dinləmədən cavab verdi ; 
   -Olya, əzizim,xahiş edirəm, həyatım zəng eləmə, imkan ver biraz özümü ələ alım. Bir şey fikirləşəcəm. Mənə birazca vaxt verin görüm neyniyirəm. Görüm  başımıza nə gəlir...   
  -Daha bundan sonra nə gələjey. Soxduz papağımızı yerə - kobud kişi səsi telefonun o biri başından güllə kimi gurladı. 
  -Nə gələjey əə bunnan sonra bsşına? Ə, budur oxumağa göndərdiyiniz bajınız? Ə, o qızın pozğunluğunu müharibədə kişilərin içində olanda bəlli olmalıydı da elə bizə dəə. Hanı qeyrətiniz, əə?
  - Bəşir həddini aşma! 
  - Bax haa ... ə,  peysər hələ dilin də var danışırsan? Ə, bajını lotular saxlayır, həddini aşan sənsən ya mənəm? 
  İsmayıl telefonun dəstəyini havaya qaldırıb yerə cırpmaq istədi. Özünü zor sağxlayıb telefonun dəstəyini üstünə atdı . Yumuruğu ilə masanın ortasına çırpdı. 
  -Ayy Ulduz, nəyinə lazım idi axı sənin belə həyat . Axı niyə belə elədin ay bacı . Boynumuz yerə girdi. Adla-sanla ərə getsəydin də. Sevirəm deyib gedib düşdün bandanın içinə. Sənə dedim axı,bacı, bura bir bataqlıqdır,  girən cıxmaz. 
   Rayonda da aləm bir birinə dəymişdi. Mikayılın evi yas evi kimi dolub boşalırdı. Eşidən bilən qonum qonuşu hamı onlara axışırdı. Ulduzdan oxuyub kəndə fayda verən həkim kimi dönəcəyini gözləyən camaat indi Ulduzun adı lotularla bərabər çəkilirdi. Ulduzu lotu Balaqardaşın düşmanları girov götürmüşdü . Bu söz hardan cıxmışdı necə yayılmışdı, heç kim bilmirdi. Lalə və Lalənin bacıları nə qədər camaatın ağzını yıgsa da heç kim onlara inanmırıdı. Dedi qodu ayaq tutub yeriyirdi. Mikayıl özünü bir otağa qapadıb, heç kimin üzünə cıxa bilmirdi. 
   Bir sabah şəhərə: "İbrahim Ulduzu düşmənlərdən qurtarıb qaçırdıb" xəbəri bomba kimi düşdü. Bir anın içində 8 ildir yoxa cıxan İbrahim xalqın gözündə "ağ atlı oğlan" olub Ulduzun qəhrəmanına döndü. Bəzi dindarların sözü olmasın, bu xəbər Mehdinin zühur səsi kimi səslənirdi. Allahın möcüzəsiymiş ki, "ölü" dirilib darda olan arvadını qurtarıb. Avam camaatda düşüncə , dərrakə deyilən bir şey yox idi. Kim nə deyirdisə başların sallayıb təsdiq edirdilər . İbrahimin yaşama xəbəri hardan cıxmışdı? Hec onu da bilmirdilər . 
   Necə günün gərginliyi İsmayılı əldən salmışdı. Ulduzdan hec bir xəbəri yox idi. Bütün Moskvanı ayağa qaldırmışdı. Ulduz axtarışda idi. 
    Hər gün qara cevirməli telefonu götürüb rayona zəng edərək Mikayıldan Ulduzu xəbər alar, lakin xəbər yerinə şəhərdə gəzən dedi qodunu eşidib məyus olar və telefonu üstünə atardı.Biraz əvvəl Mikayıl ilə danışmışdı. Hec bir xəbər yox idi. Nigarançılıq onu çox üzürdü. Masanın üstündəki düyməni basıb katibəsi Ceyranı cağırdı. 
   -Buyurun yoldaş Ələsgərov!
   -Zəng edən, gələn gedən yoxdu kı? 
  -Xeyir yoldaş Ələsgərov. Sadəcə Əmircan qəsəbəsində Bəybala...
  -Yaxşı cıxa bilərsən ! Mən burda yoxam, oldu?
   - Baş üstə , yoldaş Ələsgərov! 
  Dıvar dibi düzülmüş divanların birinə kecdi, üstünə uzanıb, ayaqların divanın qoluna qoydu. Çox yorğun idi. Elə həmin dəqiqə də yuxuya getdi. Cox keçmədi, qapının arxasından Ceyranın səsi gəldi . 
   - İçəri olmaz, İsmayıl müəllim yoxdur, yoldaş , dayanın, bir iş yerinə bu şəkildə girmək qadağandır. Ay yoldaş, məni milis cağırmağa məcbur etməyin! 
   İsmayıl cəld masasının yanında yer aldı. Sol tərəfindəki kiçik dolabın altındakı düyməni basdı , qarşılıq gəlmədi. Təkrar təkrar bir neçə dəfə basdı . Bu düymə raykomun güvənlik sisteminin düyməsi idi. Əgər bura yoldaş Ələsgərovun çağırışına cavab vermirsə deməli bayırda daha da gərgin bir vəziyyət vardır. Əyilib masasının alt çəkməcəsindən silahın çıxardacaqdır ki, qapı zərbəylə açıldı .Tapancanı üzünə qaldırıb atəşə hazır vəziyyət aldı . 
   Qara geyimli, ayredrom papaqlı iki nəfər qapıda göründü. Onlar da silahlı idi. Çağrılmamış qonaqlar atəşə hazr vəziyyətdə dayanmışdılar. Onlardan biri  İsmayıla tərs tərs baxıb digər əlini havada helləyərək ona silahı  endirməyi əmr etdi:
   -Biz düşmən deyilik, yoldaş Əsgərov, dost adamlarıq. Gəl elə eləyək ki, bizi düşmən olmağımıza məcbur olmayaq. 
  - Nə istəyirsiniz axı? 
  - Ulduzla, İbrahimi...
   Demək deyilənlər doğrudur İbrahim sagdır. Ulduzu da  qacıran odur. İsmaıll işin mülayimliklə həll olunmayacağını görüb silahı aşağı endirdi və onlara oturmağa yer göstərdi . Qapıda qorxudan əsən katibəsinə baxıb ;
  - Yoldaş Məhəmmədova bize çay gətirin- dedi 
  -Biz bura çay içməyə gəlmədik, yoldaş Ələsgərov. Onların yerini öyrənib gedəcəyik. 
 -Siz kimsiniz? - soruşaraq, İsmayıl Ceyrana "çıx !" işarəsi verdi-kimin adamısız?
  -Kor Manafın. 
   İsmayıl məsələni başa düşdü. Deməli bunlar Balaqardaşın oğlunu öldürdüyü bazarkomun adamlarıdır. Bəs bu İbrahim hardan cıxdı bu qarışıqda? Onlara "T" hərfi formasında düzülmüş stolun arxasında yer göstərib , oturmağı xahiş etdi.
   -Buyurun oturun ! 
   Elə bu vaxt qapı açıldı. Raykomun güvənlikçiləri, ağız-burnu qan içində içəri girdilər . Korun adamları əllərindəki qatlama bıçağı acib atışa hazır vəziyyəti aldılar. Güvənlik işçiləri əllərindəki tapancanı onlara tuşlamışdılar. İsmayıl əllərini yuxarı qaldırıb onları sakitləşdirməyə çalışdı:
  -Sakit olun, yoldaşlar hər şey qaydalındadır, narahat olmayın hər şey yaxşıdır. Sakit olun - deyərək çağrılmamış qonaqlara tərəf adımladı. Qəfil və çevik bir hərəkətlə qarşısında oturanlardan birinin boynunu tutub əlindəki bıcağı alaraq boğazına dirədi . Özünü müdafiə üçün lehin aldığı adamın arxasına gizləndi . Otağın ortasındakı masa havada fırladı və güvənlikçilərlə quldurlar arasında əlbəyaxa döyüş başladı...
   - Manaf ağa onları tapsa dərilərinə saman yeridəcək bilirsən?- lehin alınan quldur  dayanmadan eyni sözü tekrar edirdi ...

    Müharibə başlayanda davaya getmək istəyən İbrahim ağır əməliyyat və pisxoloji vəziyyəti ilə əlaqədar əsgərlikdən təxris edilmişdi. Özünü cəmiyyətə yararsız biri kimi sayan İbrahim heç bir problemi olmadığını sübut etmək niyyətiylə düz Respublika Hərbi Komisarlığına qədər gedib çıxmişdi. Həkim komisiyasının  qərarı ilə İbrahim əsgərlikdən uzaqlaşdırılaraq evə göndərilmişdi. Ölkənin belə bir vəziyyətində hər kəsin döyüşə biləcəyini düşünən ailə İbrahimin belə bir vəziyyətini və dövlət onu qəbul etməyəcəyini ağıllarına belə gətirməmişdilər. İbrahim belə bir xəstəliklə geri dönməyi özünə sığışdırmayıb, Bakıda qalmağı qərara aldı. Müharibə bitənə qədər burda yaşamağı düşündü. Müharibədən sonra döyüşdən qayıtmış əsgər kimi ortaya cıxacaqdı. Bir müddət Bakıda zavodların birində işə başlayan İbrahim bir az sonra iş yoldaşlarından birinin vasitəsi ilə  Kor Manafla tanış oldu. Kor Manaf şəhərin ən böyük bazarlarından birinin müdürü idi. İşdən əlavə bazarda işləməyi İbrahimi Manafla daha yaxın etmişdi.  Manafın bir-iki "əmanətini" lazımı yerlərə problemsiz çatdıran İbrahim bir müddət sonra Kor Manafın etibarını qazanaraq onun sağ əlinə dönmüşdü. Özü də hiss etmədən bir mafiyanın üzvü olmuşdu. İbrahim Manafın tapşırığı ilə Rusiyanın başqa şəhərlərinə kuryer kimi yollandıqca, gördüyü işin qarşılığında aldığı yaxşı qonorarlara şirnikən İbrahim sonradan zavoddakı işini buraxıb Manafa işləyirdi . Beləliklə İbrahim qeyri qanuni gizli bir dünyanın üzvü olmuşdu. 
  Balaqardaşla Kor Manaf arasında bitib tükənməyən bir düşmənçilik var idi . Hələ Balaqardaş 15 yaşında türmədəykən onunla bərabər cəza çəkən Manafın gözunu  kameradakı uşaqların gözləri qarşısında ona işgəncə verərək kor etmişdi. O gündən bu qaranlıq dünyanın sakinləri bir birilərinə amansız düşmən kəsilmişdilər. Bəli budur, bu düşmənçilik bu günlərdə Manafın oglunun ölümü ilə daha da alovlanmışdı. Balaqardaş tutulsa da Manaf onun adamlarından əl çəkməyərək onun bütün hər şeyini məhv etməyə qərar vermişdi . Onun həyatında olanların üstündən xətt çəkmişdi . Bu xətt cəkilənlərdən biri də Ulduz idi.
  Həmin gün İbrahimə yeni bir tapşırıq verilmişdi. Ulduz bu gecə Manafın şəxsi malıkanəsinə gətiriləcək və bir gecəlik Manafın zövcəsi olandan sonra şəhərin ən məhşur pavliyonunda "satışa" cıxarılacaqdı. Manafın tapşırığına əsasən dostları ilə Ulduzun arxasıyca gələn İbrahim Balaqardaşın sevgilisinin onun öz arvadı olduğu ağlına belə gəlməmişdi. Poct qutusunun yanında arvadını qarşısında görüb çaşan İbrahim Ulduzun başına ağır bir zərbə vuraraq, onu bayıltdıqdan sonra yoldaşları ilə Ulduzu ordan uzaqlaşmışdılar. 
   Maşın şəhərdən cıxaraq qalın küknar ağacları ilə cevrələnmiş meşə yolu ilə irəliləyirdi. İbrahim və Ulduz arxa oturacaqda idi. Başı dizinin üstündə özündən keçmiş qadının saçlarının arasında barmaqları gəzdikcə bərabər olduqları günlər ağlına gəlirdi , beyni dumanlanırdı. Hisslərinə hakim olmaq istəyirdi amma necə? Axı bu gecə əxlaqsızlığa sevq ediləcək olan bu qadın sıradan biri deyildi. Onun arvadı idi. Öz arvadını öz əliylə necə aparıb kora təslim etsin ? Bəs xahiş edib Manafı fikrindən döndərsə necə? Manaf ona acıyarmı? Onda kor deməzmi sənin arvadın Balaqardaşın evində nə gəzir? Göz görəsi İbrahim bu biqeyrətçiliyi boynuna götürə bilməzdi. Ola bilməz . Bəlkə səhv salıblar? Bəlkə Balaqardaşın sevgilisi Ulduz deyil başqası imiş. Bəlkə Ulduzu Balaqardaşın sevgilisi bilib yanlışlıqla qaçırıblar. Eşitdiyinə görə Ulduz Moskvada həkimlik oxuyur. Ulduz hara , Balaqardaş hara? Belə bir şey olsa İsmayıl bir yana, Mikayıl bacısının başını kəsərdi. 
   Əslində İbrahim, o vaxt  kəndə dönəcəkdi. Ulduzun döyüşə getdiyini eşidib ona möhkəm hirslənmişdi , hətta özünü öldürməyə belə cəhd etmişdi, İbrahim. Bu biyabırcılıqdan sonra kəndə getməyi tamamilə xəyalından cıxartmışdı.
  Maşın meşənin ortasıyla irəlilədikcə...
                ****
  Oxucularım məndən yeni bölümü gözləyirdilər. İşlərimin yoğunluğundan bu gün paylaşım edə bilməmişdim. Xüsusilə Kəmalə Həsənli. (allah rəhmət etsin, indi həyatta yoxdur) Bu bölümü yazmışdım amma, paylaşmaya zamanım qalmamışdı. Axşam idi. Hekayəyə son dəfə nəzər salıb oxuculara təslim etməli idim. Çünkü  facebook səhifəmə gələn bildirimlər hekayənin davamını gətirməyə izin vermirdi. Oxucularımı intizardan qurtarmalıydım  ...

            _____16 ______

   Əlimi saxlayib səhvəmə gələn bildirimlərə nəzər ataraq, bəzilərinə cavab yazır, bəzilərinə like qoyurdum. Təbii ki , oxucularım mənim bəyənilərimin və rəylərimin həsrətində deyildilər. İsrarla məndən yeni bölüm istəyirdilər.Yazdığım 15-ci bölümü ötəri redaktə edib oxucularıma təqdim etdikdən sonra 16 ci bölümə start götürdüm. 
              ******
   ...Maşın meşənin ortası ilə  irəlilədikcə İbrahim bu vəziyyətdən cıxış yolu axtarırdı. Uzun düşüncə və çox götür qoydan sonra aynadan şoferə baxıb:
  - Maşını ən yaxın qəsəbəyə çək, bir telefon butkasında əylə ! 
  - Noldu ki, gecikə bilmərik, bilirsən İzimizə düşüblər,  ləngitmək bizim üçün təhlükəlidir. Manaf müəllim də bizi gözləyir . 
  -Elə mən də Manaf müəlimlə danışacağam. Vacib bir şey yadımdan çıxıb, onu soruşacaqdım . 
  - Şəhərə girişin nə qədər çətin olduğunu bilirsən ?
  -Bilirəm , ama bu çox vacib bir məsələdir, mütləq danışmalıyam . 
  Biraz aralıda kəndin balaca  dəmiryol stansiyası görünürdü. Saşa yanındakı adamla maşını sakit və diqqəttən kənar bir yerdə park edib İbrahimi gözləyirdilər . 
  İbrahim stansiyanın peronundakı telefon butkasına yaxınlaşıb guya telefonla danışırmış kimi, özünü məşgul göstərərək biraz sonra  geri döndü. 
  - Saşa, Manaf müəllimdən emr aldım. Biz Pskova getməliyik . 
  - Bərabər gedəcəyik də . 
  - Yox! Biz qatarla qedəcəyik. Sən geri qayıdacaqsan . 
  - Qatarla qız qaçırtmaq olar? 
   İbrahim əlin cibinə salıb bıcağı cıxartdı . 
  - Bunula olar! Maşın daha təhlükəlidir. Yolda QAİ-ler var. Mənzil başında uşaqlar bizi qarşılayacaqlar sən narahar olma. Yolcu yolunda gərək. Dayanma, haydı cıx yola. Manaf müəllim də Pskova yola cıxıb, orda bizi gözləyəcək . 
   Saşa şübhəli bir nəzərlə maşının pəncərəsindən qızı süzüb:
   -Bunu necə götürəcəksən? Bu özündə deyil axı. 
  -Onu özünə gətirərik , sən narahat olma, Saşa . Hələlik burda dursun. Mən gedim görüm bilet tapa bilirəm?
   İbrahim stansiyaya qayıdıb bilet və qatar hərəkət saatlarıyla maraqlandi. Bu saatlarda burada qatar tapılmazdı. Ən ərkən reys 3 saat sonra idi. Ləngitmək olmazdı. Üç saat burada gözləyə bilməzdi. Nə olur olsun Ulduz ələ keçmədən onu buradan qaçırmalıydı. Onu da bilirdi ki , Ulduzu qaçırmaqla neçə illik dostuna, sirdaşına , qardaş dediyi bir adama xəyanət edəcəkdi. Bəlkə də dərdini Manafa söyləsəydi, Manaf Ulduzu bağışlayacaqdı. Ama onu da deyə bilməzdi. Cünkü onların kitabinda arvadın xəyanətini bağışlamaq yox idi. Hələ-hələ belə bir vəziyyətdə dosta xəyanətin adını ümumiyyətlə çəkmək olmazdı. Qaranlıq dünyada bunun cəzasının nə olduğunu da qəşəy bilirdi. İbrahim iki daş arasında qalmışdı. Ya özü öz əliylə arvadını Manafa təslim etməli , Manafın gözündə özünü yüksəltməli, ya da arvadını bu pis bataqlıqdan qurtarmalı idi. Ya qaçırmaqla, ya öldürməklə . Bu ləkəni ancaq ölüm təmizləyə bilərdi. Bu bataqlıqdan qurtarsa da, lap başlarını alıb qaçsalar da ya Manaf ,ya da Balaqardaş onları rahat buraxacaqdımı?  Bütün bu suallar onu narahat edirdi.
   Stansiyanın peronunda o baş, bu baş gəzərək çox götür-qoy etdi. Bu işdən bir cıxış yolu axtarırdı. Qaçma gümanı da yox idi. Ama ULduzu da elə vermək istəmirdi. Bu vəziyyətdə ancaq Ulduzu öldürməliydi. Bunun başqa yolu da yox idi.
  - Gedək ! 
  Maşına oturub Saşaya emr etdi.
  - Hara? Bes Pskova gedəcəkdin noldu?
  -Burada bilet yoxdur mərkəzə gedəcəyik . 
  - Başın xarabdı ? Neylədiyini özün bilirsən? Şəhərə girməmiz mümkün deyil. 
  - Belə edək o zaman. Bizi o biri stansiyada düşürt, özün də get . 
  -Hara?
  - Şəhərdən bizə bilet al qayıt. Biz həmin stansiyadan qatara minərik. 
  Ulduz qımıldandı. İbrahim tez əlini cibinə atıb bir dəstə pul çıxardı, Saşaya verib dedi;  
  - Biz səni maşında  gözləyəcəyik. Al sən taksiylə get- gəl.
   Ulduza baxdı. Ulduzun başı dizinin üstündə idi. Nə olduğunu bilmədən boynunu ovxalayırdı. Gözləri hələ də yumulu idi. Köynəyinin döş cibindən qələmi cıxarıb ovcuna tələsik "sakit olsan ikimiz də qurtaracağıq" deyə yazdı. Əlini Ulduzun gözü qarşısına tutdu. 
   Maşın qalın meşə yoluyla irəlidəki stansiyaya doğru gedirdi. 

            ARAZIN O TAYI . 

   Araz böyüyüb boy - buxunlu cüssəli, cavan oğlan olmuşdu . Agılı, mədəniyyəti və tərbiyyəsi ilə tay tuşlarından secilirdi. Əsmər müəllim tutaraq ona xususı dərs vərdirirdi. Müəllimi avropada təhsil almış cox savadlı, İranın arstokrat ailələrindən olan Fərruxi Mohamməd, əsilləri Azərbaycanlı olsa da, İranın siyasi vəziyyətindən yana özünü ölkədə fars kimi tanıtdırmışdı. Ölkədə tanımış şəxsiyyətlərdən idi. Hər kəs onu fars kimi tanısa da Fərruxi ömrünün sonlarına qədər iki Azərbaycanın birləşdirilməsi uğrunda mübarizəsini davam etdirmişdi .
    Əsmər Fərruxini yaxından tanıyır, demək olardı ki, ikisi də  səngər dostu sayılırdı. Vətənpərvər biri olduğunu bilə bilə onu Araza müəllim olaraq secmişdi. Fərruxi ölkənin gizli siyasətində baş rol almışdı. Təbrizdə və bir neçə şəhərlərdə Fəruxininn başçılığı altında gizli dərnəklər fəaliyyət göstərirdi. Bu dərnəklər vastəsi ilə aktiv tələbələr yetişdirirdi .
    Əsmərlə Araz Təbrizdə , Asyayla Qulam Ankarada birbirlərindən ayrı həyat yaşayırdılar. Əsmər Təbrizdə olsa da qızının rahatlığı üçün onlara Ankarada hər şərait yaratmışdı. Təbii ki, bundan Asiyanın xəbəri yox idi. Əsmər Qulamı bir neçə adamla tanış etmiş, qızının və nəvələrinin rahatlığı üçün, əlindən gələn hər şeyi Qulamın vasitəsiylə həyata keçirirdi. 
    Bir-birinin arxasıyca dogulan qızların xəbərini aldıqca Əsmərin ürəyi pərvazlanıb Ankaraya qızının yanına ucurdu . Gedib nəvələrini görmək , onları sevmək istəyirdi . Lakin Asyanın sonuncu defə ona dedikləri yadına düşdükcə qanadı sınmış quşa dönürdü . Qulamla tez tez  məktublaşırdı . Qulam da nə qədər Asyanı anası için  danlasa da , anasını bağışlamasını istəsə də Asyadan həmişəki kimi nəinki bağışlamasını , hec üzünü belə görmək istəmədiyi cavabını almışdı 
   -Bəs uşağın nə günahı var? Heç olmasa oğlunla əlaqələrini kəsmə. 
   -  ...
  Qulamın hər cabası cavabsız qalırdı. Nə qızı ilə ansının arasındakı buzları əridə bilmirdi, nə də ana ilə oğulu qovuşdura bilmirdi. İlk günlər Asya oğlu üçün darıxsada, onu atmaqda peşiman olsa da qızları bir birinin ardınca doğulduqca, Asiyanın başı uşaqlara qarışdığından yavaş yavaş Arazı unutmağa başlamışdı, 7 ci qızı Şərqiyyə doğulanda Asiya ilk dəfə "Arazımı görmək istəyirəm" - deyərək nalə cəkdi. Bəli bu Azazdan sonrakı ilk və son naləsi oldu. Bir daha bu evdə Araz adı cəkmədi. Bəlkə də sonuncu qızı oğlan olmasını arzulayırmış, qız olunca özü etdiyi səhvinə üsyan etmişdi Asya. Bəlkə də oğlunu  atmağı Allahın acığına gedib , Allah ona "oğul" deyə dad çəkdirmək fikirinə düşüb ...

   Fərruxinin ən gözəl, ən sevdiyi tələbələrindən idi Araz, Arazın sirrini çevrəsindəkilərdən bir tək Fərruxi bilirdi. Bunu ona Fəruxiylə möhkəm dostluq əlaqəsi olan Əsmər özü demişdi. Əsilində bunu söyləməkdə məqsədi vardı. Fərruxinin ağzının bütövlüyünü yoxlamaq üçün bu sirri ona vermişdi . Fərruxi heç də təccüblənməmişdi .
   - Nə qədər ki , millətdə bu islam-din düşüncəsi ki, var, hələ cox günahlar doğulub meydana cıxacaq- Deyə Fərruxi təssüüflə başını yelləmişdi. 
  Əsmərlə Fərruxinin  milli düşüncələri , mentel fikirləri eyni idi. Fərruxinin ailəsi ilə möhkəm dostluq münasıbətləri olsa da Əsmərin onun arvadı Güllü ilə fikirləri üst üstə düşmürdü. Elə Fərruxinin özü də arvadı ilə demək olar ki , heç nəyi  müzakirə etmir, ölkənin probləmlərindən, dünyadan heç nə danışmırdı. Güllü siyasətdən və dünyadan uzaq idi. Uşaqları yox idi,  qardaşının qızını övladlıq götürmüşdü. 
    Araz aktiv uşaq olduğundan Fərruxi onu hərkəsdən gizli milli düşüncədə ölkəyə xidmət edən bir şəxsiyyət kimi yetişdirirdi . 
   -Vaxt gələcək sən özün günah dolu ölkənin içindəki günahsızların halına ağlayacaqsan. Özün bu ölkədən nifrət edəcəksən . Nifrətindən bu ölkəni pislikdən təmizləyəcəksən . Nifrət etməsən bu ölkəni sevə bilməzsən . Yadında saxla ən böyük sevgi nifrətdən başlar. Bu tək ölkə üçün deyilmiş söz deyil. Həyat belədir . Nifrət sevgidən öncə gəlir- deyə əlini Arazın ciyninə qoyaraq davam edirdi ; 
   -Bir bilsən ki , bu sistem necə ailələri kor goyub, necə mantel düşüncələrdən yuvalar dağılıb, necə günahsızlar dünyaya gelib. İnan Allaha and olsun ki, onları bir yerə toplasan İranın öz ordusundan cox böyük bir gunahsızlar ordusu  meydana gələr. Bax bu başı görürsən? Bu baş yaşdan ağarmayıb oğul, gördüklərimdən, yaşadıqlarımdan ağarıb .
   Bəli necə illərin səmərəsi öz bəhrini verirdi. 17 yaşlı Araz Fərruxinin yaratdığı inqilab dəstələrinin birinin  başında idi. Xoyda baş qaldırmış inqilab mitinqlərində şəhər camaatını başına yığmış Araz milli vətənpərvərlik çıxışları edərkən Araza dövlət terəfindən edam emri oxundu. Fərrıxi və Əsmər Arazı gizli yollarla Türkiyə torpaqlarına kecirdərək onu Qulama əmanət etdilər. Arazın xaricə qacırılmasında Əsmər günahkar bilinərək həbs edildisə də hec bir dəlil olmadığından bir müdət sonra azadlığa buraxıldı. Ancaq əlsiz. İçəridə cəza olaraq sol əli biləkdən yuxarı vurulmuşdu ...
   Fərruxinin adamlarından iksi  Arazı sərhəddən kəçırərək Qulama təhvil verəndə sərhəddə inanılmaz bir səhnə açılmışdı. 
   Saçları qar kimi beyazlaşan  Qulamın sevincinin həddi hüdudu yox idi . Saçlarının ağından üzünə nur gəlmiş Qulamın sıx və  bəyazlaşmış kipriklərindən mirvari damlalar gilələnmişdi . 
    -Mən səni axırıncı dəfə görəndə sən bax bu qədər uşaq idin, balam- deyib əli ilə yer bərabərini göstərdi- Bax belə çupuluydun. Hec yerimirdin də. Doğulduğun gündən səni o vaxtına qədər mən böyütdüm. Asyadan cox məni istəyirdin . Hec qucağımdan  düşməzdin. 
   Araz tanımadığı bu yaşlı adama baxıb; 
  -Asya kimdi?- deyə soruşanda Qulam araya söz qatdı; 
  - Bizim xatundur da . Maşşallah ,  böyük oğlan olmusan indi. Gəl səni qucaqlayım !  Hey gidi dünya heyyy ! Sən bu dünyada nələrə şahidsən, səndə nə sirlər yatır, dağıl a dünya, dağıl ! 
   -Nənəm demişdi, dədəmin qohumusan. 
   -Hə qadan alım, əmi uşağıyıq. Amma bizim xatunun yanında bu barədə bir şey demə , nəysə bizim  tərəfdən heç kimi görmək istəmir. Əslində pis arvad deyil ee, nəysə o tərəfdən bura gələn olanda qanı qaralır. Yazıq orda cox çəkib- deyə Qulam başıyla sərhəddin o tayını göstərdi . Arazın üzünə baxdı . Gəncin üzündəki məyusluğu görüb gülümsədi ; 
   - Sənə bir sirr verimmi? Damarın tuta bilsən səni oglu kimi sevəcək, oglu kimi demək də düz cıxmaz. Sən onun oğlusan ...-  dediyinə özü də caşdı- yanı oğlu kimisən, səni bərabər böyütdük. Sən istərsən əgər, ona oğul olacaqsan. Mən buna inanıram ki, o da səni sevəcək, görərsən. Gedək ! 
   Uzun yolun yorğunluğundan elə faytonda mürğü vuran Araz arabacının səsinə gözünü açdı . 
   -Catdıq ! - Qulam çevik bir hərəkətlə faytondan atlanıb yerə düşdü . Araz faytonun qapısından başını cıxarıb ətrafa nəzər saldı. Ətraf iki üç mərtəbəli dar küçəli evlərlə əhatələnmişdi. Yer kiçik qaya daşlarla döşənmişdi. Bu da küçəyə xüsusi gözəllik və qədimilik verirdi . 
   -Babam gəldi ! -deyə iki hörükləri qatlanıb altdan yuxarı bantlanmış 3-4 yaşlarında qız onların qabağına qaçdı . Atasının boynuna sarılmış qız qollarıyla atasını var gücüylə qucaqlayıb atasının yanaqlarından dayanmadan öpürdü. 
  - Dayan köpəyin qızı, yavaş üzümü yudun, az, bir düş aşağı !
  Faytondan əşyaları alıb geri döndü . 
  - Gəl oğlum, gəl! Bax, dediyim kimi, Əsməri tanımırsan haa!
   - "Anamdır", necə tanımıram?- Araz gülümsəyərək Qulama göz vurdu. 
  - Anan deyil ! Tanımırsan dedim,  demək tanımırsan! Bu da kiçik bir dövlət sirridir - deyib o da Araza göz vurdu. Razılaşdıq? 
   Qulamın iki başlı danışıqlarından çaş-baş qalmış Araz gülümsəyərək başını silkələməklə kifayətləndi. Əslində bu işin içində bir sirr yatdığını anlamışdı, amma bu sirr nə ola bilərdi? Bunş iki başlı eyhamlar nədir, niyə sərhəddən bu yana Qulam ona arvadına gorə tapşırıqlar verir. Arvadından niyə ehtiyyat edir? Üzünü görmədiyi Qulamın arvadına qarşı beynində qəribə fikirlər dolaşırdı. Onu ya qəddar, soyuqqanlı, etibarsız bir qadın kimi təsəvvür edirdi. Qulamın  aşına baxanda arvadı da yaşlı olması lazlm idi . Qabaqlarına "babam geldi " deyə  qacan qızcığazı görəndə dodaqları qaçdı . 
   -Maşallah nə gəşəy baladır bu , Allah saxlasın. Yeqin nəvənizdir-deyəndə Qulam tər tərs Araza baxıb qımışdı ;
   - Saçımın saqqalımın ağarmağına baxma bala, hələ cavanam, nə nəvə? Bu son beşiyimdir- deyəndə Araz Qulamın xanımının cavan bir qadın olduğunu anladı. İçəri kecəndə içəridə qızlardan dördü vardı . 
   - Ananız hanı?  
   - Ümüxanımla deyirmana gedib baba, gələrlər indi... 
                   RUSİYA
   Moskvanın ucqar meşələrinin birində bir qadının iniltisi gecənin qaranlığında etrafa yayılmışd. 
   -Yalvarıram İbiş burax məni, öz günahını məndə görmə , öldürmə məni, yalvarırarm qıyma mənə, aç əllərimi bir danışaq, əgər günahım varsa öldür məni. Nolar. Belə incitmə məni . 
  - Səni öldürməsəm o zaman mən peysər, oğraş olaram,  mən səni əlimlə aparıb oynaşının düşməninə verə bilmərəm. Sən mənə xəyanət etmisən. Mən səni necə bağışlayacam ki ? 
   - Mən sənə xəyanət etməmişəm, İbiş, sən yox idin başa düşürsən? Yox idin, bütün Azərbaycan səni ölmüş bilir. Səndən heç kimin xəbəri yox idi . Müraciyyət etmədiyimiz yer qalmayıb. Tapmadıq heç bit yerdə səni. Hamı sənı itkin bilir. Sən "ölmüsən" deyə məndə ölməliydim? Mənim həyatım yoxdu? Mənim yerimə sən olsaydın neylırdin, hə? Mən ölsəydim evlənməzdin ? Bəs sən haralardaydın bu vaxta qədər? Deyək ki məni şeytan aldadıb yolumu azmışam bəs sən? Sən niyə bu yola düşmüsən ? Mən həyatımda görmədiyim bir eşqi yaşadım, məhəbbətimin qulu oldum bəs sən? 
   - Hələ utanıb ölmür ee mən ölüm, bir dili də var danışır ee? Hələ məhəbbətdən dəm vurur ee- deyib əlindəki bıçağın sapıyla Ulduzun ağzının üstündən vurdu, əli qolu bağlı olan Ulduzun ağzı qanla doldu . 
   - Alçaq! Öz alcaqlığını mənə yükləmə, oğraş günah sənindir, mənim yox - Ulduz var səsiylə qışqırdı. 
   -Kəs səsini ləçər...
   -Özünü ölülyə vurub banditlərə sən qoşulmusan. 8 ildir ee yoxsan ortalarda. Mən neyləməliydim? Yaşamamalıydım, həyatımı qurmamalıydım? 
   -Barım sən bandıtin məşuqəsı olmazdın. 
   -Mən heç kimin məşuqəsi olmamışam- deyib ağzındakı qanı kənara tüpürdü-mən sevmişəm, həyatımda yaşamadığım bir məhəbbəti Balaqardaşla yaşamışam,onu sevmişəm, başa düşürsən? Ay yazıq, sən nə bilirsən axı sevgi nədir? Sən hardan biləsən ki, sevmək, sevilmək nədir? Hə? Sən mənə iki ildə verdinmi heç o sevgini ki, qarşılığını da istəyirsən ? Sənincün sevgi toy günü gəlinin öz evinə gəlmədən gəlin otağında erməni haxcikləri ilə oynaşmaqdır. Sən heç vaxt mənim yaşadığım kimi böyük məhəbbət yaşaya bilməzsən. Mən sevmişəm, sevilmişəm, ölüncəyədək də onu sevəcəm ...
    Ulduz bağıra bağıra danışdıqca İbrahim də ona bağırır, susmasını əmir edirdi. Onun boğazından tutub sıxırdı . İbrahimin barmaqları Arasında böğulan qız xırıldayıb səsini kəsdi . 
   -Ulduz!- İbrahim həyəcanla qızı silkələdi. 
   Meşənin ortasındakı komada səs bir anda kəsdi ...
   Ulduz gözünü açanda özünü dəmir carpayının üstündə yatmış gördü. İbrahim əlindən tutub başını onun əlinin  üstünə qoyaraq yerdə oturaq vəziyyətdə yatmışdı . Ehmalca əlini İbrahimin əlindən cəkib yatağından düşdü . Ayaqqabısını geyinmək istədi . Ayaqqabısı dikdaban idi. Bu ayqqqabi ilə qaca bilməyəcəyini anlayıb ətrafa baxdı.Qapının arxasında uzun boğaz rezin cəkmələr gözünə dəydi . Paltosunun ətəyini əlinə toplayıb cəkmələri geydi . Ayağına cox böyük idi. Ama olsun burdan qaçmalı idi . Qapını açıb bayra çıxdı.
   Alatoran havada meşənin qalınlığından günün hansı vaxtında olduğunu anlamadı. Burada heç bir yol-riz görünmürdü. Qar hər tərəfi tutmuşdu . Biraz aralıda İbrahimin arxadan şoferin boynuna vurub maşından salaraq Ulduzu qaçırtdığı "Volqanın" Bəzi yerləri qarın altından qaralırdı . Axşamdan yağan qar maşın boyu bərabərinə qalxmışdı. Burdan qaçmaq mümkün deyildi . İçəri girib ətrafa təkrar nəzər yetirdi. Gözünə taxtadan düzəldilmiş kürək dəydi. Kürəyi götürüb özünə dayaq verə verə qarın içiylə çətinliklə də olsa irəlilərdi. Nə qədər getdiyini bilmədi bir vaxt başını qaldırdığında özünü ucu bucayı görünməyən ağaclığın arasında gördü. Səssizlikdən gulaqları cingildəyirdi. Arada hardasa uzaqlardan bir ağac şaqqıltısının səsi ona necə yaxın  gəlirdisə, elə bil kimsə qulağının arxasında quru şax qırırdı. Meşənin dərinliyinə getdikcə hava da soymağa başlamışdı. Əyni qalın idi ama paltosunun ətəkləri qardan islandığundan həm ona ağırlıq edir həm də qıçları islanaraq onu üşüdürdü. Cəkmələrin içində ayaqları buz tutmuşdu. Qar getdikcə daha da dərinləşir bəzən yıxılır bəzən dururdu. Yıxıldıqca qarın içində yoxa cıxırdı. Cox uzaqdan İbrahimin səsi gəlirdi. Uldüzü səsləyirdi. Qarın izinə düşüb Ulduza yetmədən Ulduz nə olur, olsun ana yola cıxmalı idi. Bu niyyətlə əlindəki kürəklə özünə yol aça aça gedirdi , doğrumu gedirdi səhv gedirdi bilmirdi . Arxadan gələn səs getdikcə yaxınlaşırdı. Səs iki tərəfdən gəlirdi, əslində meşə səslə dolmuşdu. Həm İbrahimin səsi meşədə əks səda verir,  həm də əcaib qarışıq səslər meşədə uğultu yaratmışdı. Meşənin qalınlığında gözünə sanki anidən bir qaraltı dəydi keçdi. Həyəcanlandı. Paniklənib ora bura boylandı. Heç nə görünmədi , cox gorxurdu . Geri dönmək istədi ama dönməyədə ürək etmirdi . O qədər yol gəlmişdi . Bu meşənin bir sonu olmalıydı ya yox . Külək də bir yandan qalxıb qarı üzünə  çırpırdı. Gözünü açıb etrafa baxa bilmirdi . Ağaçlardan lopa lopa tökülən qar saldığı izi coxdan itirmişdi. Geri də qayıda bilməzdı gəldiyi izi cox az bilinirdi birazdan o da batıb gedəcəkdi . 
   Yaxınlıqda bir hənirti hiss etdi . Ayaq saxlayıb ətrafı dinşədi. Heç nə görünmurdü. Sakitlik idi, bəs bu xışıltı nə səs idi? Bu qarda çovğunda, bu meşənin dərinliyində ondan başqa heç kim yox idi. İbrahimin səsi hardasa uzaqlardan gəlirdi. Bəs bu yaxınlarda kim vardı, insan ola bilməzdi, mümkün deyildi. 
    Qəlbinə gələn şübhədən bədənini buz kəsdi. Tələsdi amma hara? İrəli getməyə ürək etmirdi. Geri dönməyi düşündü. İbrahimə yetişməliydi. Elə bu niyyətlə geri döndü. Arxasında sankı qara bir dev dayanmış yerində fınxırırdı. Boğazı qurudu, rəngi saraldı. Dili ağzında əsdi ;
   - Aaa...yıııı ! -  deyib yerə çökdü . 
    Ayı qabaq ayaqların qaldırıb bu cılız qızı parçalamağa hazırlaşırdı ki, bu vaxt meşənin sakitliyini tüfəng səsi pozdu , ikinci güllədə Ulduz üstünə qulaq batırıcı bir nərəylə sanki, bir dağ aşdığını görüdü. Əlli tərpənib özünü yana atdı və yumalandı ...
                    *****
   Bir tərəfdən Baharın mesajları, bir tərəfdən də oxuyucularımin bildirimləri məni yeni bölümü paylaşmağa tələsdirirdi. Baharın mesaylarındakı yeni hadislər məni romanın daha maraqlı bölümlərini yazmağa vadar edirdi. Əlimi burda saxlayıb Baharın mesajlarını oxumağa başlamışdım. Mesajları oxuduqca yeni bölüm üçün düşündüklərim filim kimi gözlərimin qarşısında canlanırdı ...
                   _____17______
   - Aloo Mikayıl eşidirsən? Aloo! Mən təcili Moskvaya cıxıram, gələ bilirsən sən də gəl - qara cevirməli telefondan İsmayıl bağıraraq təlaşla səsini Mikayıla catdırmaq istəyirdi. Ama deyəsən telefon xətlərində problem vardı. Mikayıl da o başdan "Alo,alooo" deyə bağırırdı .
  İsmayılın qızı Gülarə yeni doğulmuşdu. Anadangəlmə  qüsurlu idi. Uşaqda bir anormallıq vardı. Moskvaya getməyi bu uşaq üçün də bir şans idi. Olqa ilə onu həkimə göstərəcəkdir.
   Moskva milisi İsmayıla zəng edib Ulduzun meşədə yaralı tapıldığını xəbər verincə İsmaylla Olga tələm- tələsik toplanıb  Moskvaya yola düşdülər. Uşaq qucağında Olga ilə İsmayıılı qarşısında görən Ulduz sevincindən hönkürüb ağlamağa başladı. Bütün bədəni gibstə və hərəkətsiz idi. Sanki gipsdən insan figuru yonulmuşdu, başın hərəkətindən bu fiqurun içində insan olduğu hiss olunurdu. 
  İnsan sağlam olduğunda yaxınlarının dəyərini bilmir. Özünü hər şeydən güclü sanır, belə bir gündə insan özünü insana möhtac görür. Nə qədər bəyənməzdən gəlsə də adama ən yaxın özününkünü sanır. Onlarla danışmağa utanırdı. İsmayılın üzünə baxmağa belə üzü yox idi. Buna baxmayaraq İsmayıl ona yaxınlaşıb elə yatağındaca onun başını qucaqlayıb saçlarından öpdü ;  
    -Dəli bacım!
    İbrahim xəstəxananın bağında əldən - gözdən uzaqda bir skamyada oturub xəstəxananın qapısına tərəf baxırdı .
    Meşəbəyinin Ulduzu parçalamağa calışan ayının vurmasından sonra üstünə düşən ayı Ulduzun bütün qabırğalarını qırmışdı . Meşəbəyiylə köməkləşib onu xəstəxanaya yerləşdirdikdən sonra daldalığa cəkilmişdi . Onu həm milis , həm də Manafın adamları axtarırdı . Odur ki , hər şeyi kənardan təqib etməliydi . Milis  Ulduzun ifadəsini alsa da Ulduz İbrahimi elə verməmişdi. Ulduzun ifadəsindən xəbəri olmasa da İbrahim də tədbirini almışdı. Polisdən gizlənirdi. 
   İsmayıl Moskvanın ən yaxşı həkimlərini bacısı üçün səfərbər etmişdi. Onun üçün əlindən nə gəlirsə etməyə hazır idi. Yetər ki, bacısı sağalsın, onu da götürüb sağ-salamat vətəninə qayıtsın . Olqa da balaca qızı ilə uşaq xəstəxanasında yatırdı. Həkimlər bu uşağın müalicəsi olmadığını desələr də "ümüd son ölər" düşüncəsiylə Olqa yenə də israrala  müalicəyə "davam" deyirdi. 
   İsmayıl Ulduzun palatasından cıxaraq həkimin yazdığı resepti götürüb xəstəxananın qarşısındakı aptekə tərəf kecdi. Gözü biraz aralıda poçt binasına sataşdı:
   - Mikayılın bəlkə də bu olanlardan xəbəri yoxdur. Andır telefonların problemi qurtarmaz ki, bir doğru dürüst bir şey danışasan, Gedim görüm kəndlə danışa bilirəmmi? -deyə düşündü. 
    Qapını açıb içəri girdi, ədəb və ərkanla salam verib telefoncu qıza yaxınlaşdı. Cibdanından telefon deftərcəsini çıxarıb qıza göstərdi . Rusca ;
   - Azərbaycanla danışmaq istəyirəm - dedi. Qız nömrəni qeyd edib telefon kabinəsini göstərdi ; 
   - Buyurun, yoldaş 2 ci kabinəni gözləyin ! 
   İçəridə bir adam var idi. Qapı bağlı idi, ama nə qədər sakit danışsa da səsi eşidilirdi. Üzü divara tərəf idi, görünmürdü.Adam qalın meşin paltosunun xəz boynunu  qaldırıb qırmızı damalı tüklü şərflə üzünü sarmışdı. Qara xəz papağını gözünün üstünəcən endirmişdi. Qapını açıb içəri  boylandı, təkrar örtdu . Qapı tam örtülmədi. Danışılan səsi İsmayıl daha aydın eşidirdi. 
   - Dayı başa düşmürsən ee. Mənim yerimə sən olsan neyniyərsən? 
  - ...
  -  Elə deyil ee ay dayı. Sənə asan gəlir. Başım onsuzda bəladadır...
   -  ...
   - Gördüm hə, burdadır, arvadı da gəlib, bimirəm...
   - ...
   -  Ulduzu gözləyirəm. Sağalsın . Alıb onu da buralardan gedəcəm...
 -  ...
 - Neynim bəs öldürüm ? 
 - ...
 - Yox Azərbaycanda qalmaq olmaz, Manafın da, Balaqardaşın adamları da bizi toz edər...
   Kabindəki adamın danışıqlarıdan bu adamın İbrahim olduğundan İsmailin heç şübhəsi qalmamışdı. Bəli, bəli bu İbrahim, özüdür ki var. Demək dayısıyla danışır. Demək dayısı onun sağ olduğunu bilirmiş, bilə bilə onu bizdən gizlədib, "köpəyoğlu " deyərək qapını açdı, bir anda İbrahımın xirtdəyindən yapışaraq ağzının üstünə ağır bir yumuruq ilişdirdi.Telefonun dəstəyi əlindən yerə düşdü. İbrahim ağzının qanını silib geri dönmək istərkən İsmayılı qarşısında gördü . Telefonun o başından Bəşirin kal səsi gəlirdi . 
   - İbişş , ə İbiş noldu ,cavab ver ! 
   - İsmayıl ?- İbrahim təcüblə ona baxdı. 
   -Hə İsmayıl , həə - deyib yaxasından tutub yumuruqlaya - yumuruqlaya kabinədən bayıra cıxardı. İçəridə aləm bir birinə deymişdi.Davaya bayırdakılar da gəlib dillərini başa düşmədikləri bu adamları sakitləşdirməyə çalışır, lakin İbrahimi İsmayılın əlindən ala bilmirdilər. İsmayılı hamı " lal koramal " kimi tanıyırdı . Mikayılı isə vuran- tutan biri kimi. İndi İsmayıl lallıqdan cıxmışdı. Yumuruq təpik işə düşmüşdü. 
    Biraz sonra ayrı ayrı dəmir kabinələrdə İki kişi bir birinə qanlı qanlı baxır bir birlərini pis pis  söyürdülər. 

                      ANKARA

  Evdə oturmaqdan Arazın canı sıxlrdı. Qulam da bunu hiss edirdi. Onu başa düşürdü. Belə aktiv uşaq heç zaman evə qapalı vəziyyətdə dustaq həyatı sürə bilməz . Özü də onun yaşlarında necə olduğunu ağlına gətirdikcə onun yerinə özünün canı darıxırdı. Çayının sonuncu qurtumunu da alıb ;
   - Qalx, oğul , biraz cıxaq carşıya. 
   Qədimi küçələri gəzdikçə ətrafdakı 2  3 mərtəbəli taxta evlərin dizayınını seyretdikcə özü də bu şəhərin gözəlliyinə valeh olurdu . Bu şəhərin tipi İrandakılar kimi deyil . Məscidlərin minarələri  belə başqa formada idi . Birazdan axşam namazı qılınacaqdı. Dükanlar yavaş yavaş bağlanır , şəhər əhalisi mərkəzdəki camiyə doğru üz tuturdular. 
   -Sən kec dəstəmazını al, mən də bir bakkala dəyim gəlim- deyə Qulam camiyə gedən yolu ona göstərdi . 
   Tini dönüb cami meydancasına doğru yönəldi. Bir qadın və bir gənc qız eşşəyin belindəki yüklə əlləşirdilər. Deyəsən yüklər eşşəyin belindən açılmışdı. Yüklər ağır olduğundan yükü qaldırıb eşşəyin belinə bağlaya bilmirdilər;
   -Toooşşş, çər deymiş, too-kuuuşş -  qadının səsi ətrafı bürümüşdü.
   Araz bu acıqlı eyni zamanda məlahətli səsi eşitdikcə dodaqları qaçır, səs ona çox doğma gəlirdi . 
   -Xala azərbaycanlıdı deyəsən!- deyə öz özünə düşündü. Yanındakı qıza baxdı. Anasının səs küyündən utanıb qıp qırmızı qızarmışdı. Qızın allanmış yanaqlarına  baxdıqca elə bil nə zamansa gördüyü və ya hardansa tanıdığı bir qadını xatırlayırdı. Elə bil körpə uşaq ikən anasını əmən uşaq kimi altdan yuxarı anasına baxırmış kimi qızın allanmış yanaqları, utancaq, süzgün badamı gözəri xəyalına gəlirdi. "Anam" deyə içindən bir səs kecdi. Elə anındaca başını bulayıb özü özünə güldü ; "Anam mı? səndən balaca bu qız? Deyəsən bu üc gündə darıxdın anan üçün hə? Cavan qızlara anam deyirsən"  deyə özü özüylə məzəmmət etdi.
   -Mehri, tut bala , nə gözünü döyürsən, ay qız, bir işin qulpunnan yapış! - deyib qadın qızına çəmkirib qızının baxdığı istiqamətə baxdı. Biraz aralıdan bir oğlanın ona baxdığını görüb əli ayağı əsdi. Özündən asılı olmayaraq ürəyi çırpındı. Cox tanış gəldi ama kim olduğunu cıxarda bilmədi. Bir gözü qızında, bir gözü oğlanda yükü bağlamağa calışır, bağlaya bilmədikcə qızına çəmkirirdi. Kənardan gözünü qızından cəkməyən oğlana baxıb əlindəkiləri yerə qoydu. Əllərini belinə dirədi . 
  -Nə gözünü döyürsən bir yaralı barmağa i.sənə! - Asya özünü məşğul göstərərək deyindi. 
   Araz cəld hərəkətə kecdi. 
   - Baş üstə xanım. Mən sizə kömək edərəm. Bu saat!  
   Asya , Azərbaycanca deyinmişdi. Bəlkə oğlan türkdür deyə onun dediyini anlamamışdır. Amma oğlan ona Arbaycanca cavab verincə acığını qızından cıxdı. 
   -Bir hərəkət elə də, nə mal kimi baxırsan? 
   Qız daha da utanıb özünü itirdi. Araz onu bu vəziyyətdən cıxarmaq üçün gülümsünüb eşşəyin belindəki cuvalları yerə qoyub yerdə rahatladı. Ana qız bu bacarıqlı oğlanın işinə heyranlıqla baxırdılar. Geyim kecimindən səliqəli şəhər uşağı olmasına baxmayaraq eşşəyin yükünü rahatlayıb belinə qoymağına mat qalmışdılar. Qadın Arazı iş görə görə dilə tutmuşdu. 
  - Bala, bizimkilərdənsən deyəsən? 
  - Sizinkilər deyəndə yanı kimlərdən? 
   - Azərbaycanlı ! 
    -Hə xala, güney Azərbaycannanam Tehranda oluram. 
   - Bax deyirəm də həmşərilərimiz elə özümüzə oxşayıb. Maşallah, maşallah. Allah anana bağışlasın səni oğlum . Maşallah, boy desən bizimkilərdə,  buxun desən yenə bizdə . Şəxsiyyət - tfu -tfu - tfu  deyib kənara tüpürdu . Qadının tərifindən qızarıb işini görə görə gülümsədi. Gözünün altıyla qarşısındakı qıza baxdı. Qızın üzündəki ismətə baxdıqca gözünün qarşısına körpəsini əmdirən ana gəlirdi. Bu ana elə bu qız idi sanki. Bu xəyal, bu fikir onun ağlına hardan gərlirdi özü də bilmirdi. 
   Yükləri bağlayıb qurtarmışdı. Ama gözü ona belə bir şey xatırladan qızın üzündə ilişib qalmış, əlləri isə özünü məşgul göstərirdi. Qadın oglanın qızından gözün çəkmədiyini görüb eşşəyin ipini çəkdi. 
   - Sağol həmşərim, di sən bizdən ötürü məhəttəl qalma bala .
   -Təbii ki-deyib Araz özünü ələ alıb eşşəyin qarşısından cəkildi . Əllərinin ununu çırpıb üstünə nəzər saldı . Geyindiyi qara kostuyum una bulaşmışdı . Hövsələdən cıxmış halda dərindən nəfəs alıb ətrafa baxdı . 
   Eşşəyin ipini darta darta gedən qadın geri dönüb;  
   - Bala, heç soruşmadım, kimlərdənsən? Kimə müsafir oldun sən, adın nədir? 
   -Kərbaləyi İsfəndiyarın nəsilindənəm, bəlkə tanıyasız. Oğul nəvəsiyəm. Adım Azazdır - Deyəndə qadın yerində donub qaldı. Eşşək getdikcə ipi boşalıb əlindən sürüşüb cıxırdı . 
    Əzanın səsi Arazı yerindən tərpənməyə məcbur etdi. 
  - Di salamat qalın , əzan oxudu . Namazımı qəzaya salmayım 
  Araz getdikce Asya onun arxasıyca  baxırdı. Yerişi eynən Bəşirin yerişi idi , Bəşir kimi dik , sağ ayağını da içəri bastıraraq yeriyırdi. Bədənindən üşütmə keçdi. 
  - Arazmı dedi, Bəşirmi dedi?

                MOSKVA

    İsmayıl qısa müddət sonra azad olundu . Ama İbrahim 2 gündən sonra. İsmayılın Azərbaycanda yüksək vəzifədə işləməsi və belə bir vəziyyətə düşməsi xəbəri məsul yerlərə gedib cıxmışdı. Bu hadisədən sonra onu qəşəy bir töhmət gözlədiyini də əla  bilirdi. Nə etməli . Bir iş idi olmuşdu . İzzahatında İbrahimi bacısının əri olduğu və ailə münaqişələrinə görə hirslənərək  kürəkənini döydüyünü yazmışdı. İbrahim ondan, o da İbrahimdən şikayyətci olmadığını deyib ikisi də azadlığa çıxmışdı. Milis nəzarətindən cıxan İbrahimi elə İsmayıl özü qarşıladı. Taksyə oturub ; 
   - Sür ! - Emrni verdi. 
   Moskva mehmanxanasına catanda  İbrahim cəld hərəkətlə şoferin çiyninə vurub onu tələsdirdi . 
   - Tələs, qardaş, sürəytə sür .  Dayanma , tez ol . 
   - Hara ? Noldu - deyə İsmayıl təcüblə geri dönüb İbrahimə baxdı. Adamların onlara yaxınlaşıdığını görüb;
   - Manafın adamlarıdır . Burdan qaçmalıyıq ! -deyib İbrahim şoferi təkrar tələsdirdi. 
   İki qara volqa onları təqib edirdi.
 Maşınları yerindən götürüldü . 
  - Bunlar bizdən belə rahatlıqla əl cəkməzlər, qardaş. Nə pislik desən bunların içindədir. Sən bunları tanımırsan İsmayıl . 
  - Dünya dərəbəylikdir bəyəm ? O  boyda represiyada o qədər milləti bu dövlət Sibirə sürgün etdisə, yanı deyirsən bunları belə keflərinə görəmi buraxacaq? Özdə kimə edirlər bu düşmənciliyi? Yoldaş İsmayıl Ələsgərovun bacısına və yeznəsinə.?
    Geniş prospektdə maşınların arasında böyük bir təhlükə yaranmışdı. İsmayıl şoferə əmr etdi:
   - Sür milis idarəsinə !
  Şofer düşdüyü vəziyyətdən narazılıq etdiyini görüb İsmayıl çibindən vəzifə kartını çıxarıb özünü təqdim etdi ; 
   - Rayispalkom yoldaş İsmayıl Ələsgərov, dediyimi vətəndaş kimi etmək məcburiyyətindəsən , yoldaş... Bu bir əmr və vəzifədir . 
   Taksi milis idarəsinə catanda onu taqib edən maşınlar yanlarından şütüyüb keçdilər. İsmayıl tez cibindən dəftərcəsin və qələmini cıxarıb maşınlardan birinin nömrəsini yazaraq içəri girdi. Vəziyyəti növbətçi polisə izah edib , şikayyət ərizəsi yazdı. Milis və yol patrul xidməti iş başına keçdi. 
    Hava qaralmışdı ki, şübhəlilərin elə kecirilməsi xəbəri gəldi . Bu bir cinayyət dəstəsinin süqutu demək idi . İsmayıl sevincli idi . Xidməti vəzifəsini yerinə yetirərkən alacağı töhməti də təlafi etdirmiş olacaqdı. 
   İsmayıl İbrahimlə xəstəxananın bağında oturub uzun uzadı danışıb ortaq bir qerara gəldilər . 
   -Bu zamana qədər nə olubdursa oldu bitdi . İndən sonra arvadına sahib cıxacağına söz ver, İbrahim. 
  - Axı mən bu boyda həngamədən sonra ULduzla Azərbaycana  qayıda bilmərəm. Orada hamı Ulduzu Balaqardaşla bilir . Mən kişiyəm, mən bu nakişiliklə dostlarımın üzünə baxa bilmərəm axı. 
   -Sənin dostun yoxdur. Hansı dostlardan danışırsan sən? Bandit dostlarından? Bu vaxta qədər qazandığın dostların sadəcə öz mənfəətini güdən alcaq dostlar olublar. Əgər dostursa zəng elə danış gör səni bağışlayırmı. Mən bunların tipinə bələdəm. Bunlar ozlərinə sərf edəni bağışlayır sərf etmeyəni yox. Ağlını başına topla . Yığ ailəni başına. Unut her şeyi.
   - Mən 6 ildir Manafın çörəyini yemişəm. O mənə özü kimi inanır . Onun yanında hörmətim var. Onunla danışacam. 
   - Məncə boşuna zamanını itirirsən . Onun adamları ələ kecəndən sonra o sənə etibar etməyəcək İbrahim. Bunu mən sənə deyirəm! 
  -Bilirəm. Bu da mənim ikinci xatam oldu. Bir dəfə Ulduzu qaçırtmaqda , bir dəfə də indi. 
  -Sən ona cox güvənib, inanırsan. Onu yaxşı adam bilirsən?Ama elə deyil . Bunlar bir cinayətkar dəstədir. Belə dəstənin dini imanı olmaz İbrahim, inan mənə. 
    -Mənə bir şans ver. Mən sonuncu dəfə onunla danışacam. 
    -Hmm. Yaxşı, amma mən də səninlə gedəcəm!
   -Yox, əgər sən də mənimlə gəlsən o heç vaxt mənə güvənməz. 
    -Özün bilərsən. Onsuz da güvənməyəcək sənə. 

    Telefon məntəqəsınə girib Manafın nömrəsini cevirdi. Qısa danışıb ondan bağışlanmasını istədi. Manaf onu  bağışlayacağını dedi. Amma əvvəlki güvənin qazanmlıydı. İlk növbədə bu barədə onunla üzbə-üz görşməli idi. 
   -Mən sizə necə güvənib görüşə gələcəm ki?
   -İbrahim, mən sənə xəyanət etməmişəm, sən mənə xəyanət etmisən . Adamlarım tutulub bunun nə demək olduğunu hər halda məndən yaxşı bilirsən. 
   -Demək cəzam var?
   -Bir şərtlə bağışlaya bilərəm səni. 
   -Nə şərt? 
   -Ulduzu mənə gətirəcəksən ! 
   - Nə istəyirsəniz deyin eləyim, amma Ulduzu məndən istəməyin ! O mənim arvadım olub- Telefonun o başından qəh qəhə səsi yüksəldi.
    - Arvadın hə? Haa haa ...
   İbrahim onun gülməyinə əhəmiyyət verməyib bir nəfəsə ürəyini boşaltdı . 
    - Müharibə zamanı ayrılmışdıq. Başa düşürsüz? İndi mən öz arvadımı sizə necə təslim edə bilərəm. Məni kişiliyimlə sınağa cəkməyin, Manaf müəllim. Mən oğraş deyiləm ki, arvadımı ələ verim . Sizi özümə qardaş, dost bilmişəm. Bu kişiliyə sığışan bir şey deyil. 
   - So..um sənin qardaşlığına, qardaş deyib arxama keçmisən, budur qardaşlığın? Ə nə dastan danışırsan ee mənə? Bizim kitabımızda kişinin arvadını o bu saxlamaz ...
   Beyninə elə bil iynə sancıldı. Mənliyi, qururu, kişiliyi təhqır olunurdu. Cavab vermədən dəstəyi üstünə asıb yumuruğunu düydü. Barmağını dişləyib əsəbindən səsini içinə qısaraq bağırdı . Çiyninə qoyulan əl, ona günəşinin istisindən qorunan kölgə kimi gəldi . Başını geri döndərib çiyninin üstündən İsmayıla baxdı. İsmayıl onu bağrına basıb boynunu ovxaladı. 
   -Manafın sənə nə deyəcəyini mən adım kimi bilirdim. Sənin can dediyin dostlarının şərəfi bu oğraşlıqdan, binamusluqdan ibarətdir. Sən bizim qardaşimiz, canımızsan. İkiniz də səhv elədiniz. Bir birinizi bağışlamalı və qaldığınız yerdən davam etməlisiz. Sən o dəstəyə düşsən, elə bilirsən rahat olacaqsan? Mən Ulduzdan nigaran deyiləm,qardaş. Onun üstündən xətt çekmişik. Biz Mikayılnan onun arxasınca cox süründük. Gəlmədi indi cəzasıdır cəkir, cəhənnəmə çəksin. Sən ona, o da sənə şans verməlidir Mən də sizin xoşbəxtliyiniz üçün əlimdən gələni edəcəm. 
   - Ama bir də fikirləş ki , mən Ulduzla Azərbaycana qayıtdıq. Rayonda camaat bizi necə qəbul edəcək?
   - Rayona getmiyəcəksiz !
  -  Bəs hara? 
  - Sən dayan. Bir şey fikirləşərəm . Yoldaşlarla danışım. İlk öncə Manafı ələ kecirtmək üçün bizə kömək etməlisən . 
  -Mən bunu edə bilmərəm !
  -Bu həngamədən sonra sən ona sədaqət göstərirsən?
   -Biz qardaşdan artıq olmuşuq .
   -Ə, qardaş qardaşın namusun qoruyur ee,  qardaşa demir ki, arvadını gətir səni bağışlayım. 
    İbrahim nə edəcəyini bilmirdi. Kücənin ortasında o baş bu başa gedib gəlib fınxıra fınxıra qalmışdı...
 
                    ANKARA 
   
     Namazlarını qıldıqdan sonra caminin dəhlizinə qoyduqları zənbillərini də götürüb yola cıxdılar. Dar küçələrdən keçib evə tərəf addımladıqca, bayaqkı eşşəyin yanındakı qızın qızarmış üzü gözünün qarşısına gəlir, eyni anda da bu qızın əksi olan uşağını əmdirən bir ana da xəyalında canlanırdı. Qulam nəsə danışırdı, fikiri özündə olmadığından, onun nə danışdığını da  eşidə bilmirdi. 
   -  Eşitdinmi a bala? 
   - Nəyi dayı? 
   - Bax dediyimiz kimi. İrandan heç kimi tanımırsan haa. Hec öz ailəni də . Bu bir dövlət sirridi. 
   - Bəli, bəli. Başa düşdüm narahat olmayın . 
   -Heç kimin yanında bu barədə bir kəlmə də danışmırsan nəinki bizimkilərin. 

   Qapını açıb icəri girəndə yenə;
   -Babam gəldi! - deyə Şərqiyyə qabaqlarına qacdı.Yenə eyni mənzərə, yenə eyni səhnə... Deyəsən Şərqiyyə ilə Qulamun hər görüşündəki rolları bundan ibarət idi . Ayaqqabılarını soyunub , ev başmaqlarını geyinərək yuxarı cıxdılar. Piləkənin başında boy sırası ilə düzülən qızlar:
   - Hoş gəldin baba! - deyərək ədəblə bir bir ataların əlini öpüb görüşdü . 
   -Ay maşallah deysən külfətinizdə hamısı qızdı . 
   -Hə, hələ ikisi içəridə . Analarına kömək edir yəqin. Allah bu qızlardan qabaq bir oğul vermişdi, nankorluq elədik Allahın verdiyinə. O da bizdən üz döndərdi, çırağımı yandıran bir oğul vermədi bizə . İndi bizi sınamaq üçün o oğulu bizə yollayıb,amma özümüzü ...
   Qulam Arazın baxtığı istiqamətə baxdı. Araz deysən heç onun nə dediyini  eşitmirdi, fikiri özündə  deyildi. Mətbəxin açıq qapısından içəri, yemək hazırlayan qadınlara baxırdı . Qulam barmağını dışlədi . Özü özünə ; 
   " Allah ,qurban olum sənə sınağımızı, yüngül, yükümüzü çəkı biləcəyimiz qədər rahat elə. Sən özün ananın ürəyinə mərhəmət , oğulun urəyinə əhv toxumları səp. Deyəsən axı Araz anasını tanıyıb" . 
   - Gəl , bala , keç içəri . Xədicə qızım ,  bizə bir sərin ayran gətir, ciyərimiz yandı. 
  - Xoş gəldin bəyim - deyə Asya mətbəxdən ərini salamladı. Mətbəxdə analarına kömək edən qızlar bir bir mətbəxdən gəlib yer divanında dirsəklənmiş atasının əlini öpdülər . Araz pəncərədən bayıra baxırdı . Atasıyla görüşən qızlara tərəf dönəndə ürəyi döyünməyə başladı . Qızın üzünə baxdıqca içindən ona "anam" demək gəlirdi. Axı bunun səbəbi nə idi. Qız da çaşqın çaşqın ona baxırdı . 
   - Aa a siz, Arazsız !
   -  Bəli. 
   -  Deyəsən siz tanışsız - Qulam təcüblə onlara baxdı. 
   -Həə, bayaq eşşəyimizin yükü açılmışdı. Qardaş da yoldan kecirdi . Kömək elədi bizə . 
   - Afərin oğlum - deyə başıyla razılıq edərək ona yanında yer göstərdi. 
   - Ana!-deyə Mehri həyəcanla mətbəxə qaçdı. Həmin an böyük görüşmə Qulamın gözləri qarşısında baş tutdu . 
    İki doğma insan bir birləriıə iki yad kimi görüşdülər. Qulam ana ogul arasındakı bu görüşə özü daha çox həyəcanlanırdı. Asyanın üzündən çaşqınlıq oxuyurdu . Arazın isə gözü Mehridə idi. 
   Asya hər Araza baxdıqca Bəşiri xatırlayırdı. Rəng verib rəng alırdı. Bunu Qulam da hiss edirdi, Asyanın kecirtdiyi həyəcanı lap yaxşı bilirdi. O , düşünürdü ki, Asyanın oğluna qanı qaynayır, onu hardasa tanımağa başlayır. O üzdən belə bir hal yaşayır . Arazın gözü isə Mehridəydi. Qız da bu baxışları özündə hiss edib yad bildiyi bu adamdan həya edərək həyəcanlanır, həyəcanlandıqca ürəyinə sevgi toxumlarını səpirdi. Qızı ilə Arazın oğrun oğrun baxışmaları nə ananın nə də atanın gözündən yayınmırdı. Qulam bacı-qardaş olduqlarını bilməyən bu gənclərin odla oynadıqlarının fərqindəydi. Nə gədər gec deyil onları ayıltmalı idi. 
    Asya ilk gündən Arazı Bəşırə bənzətdiyinə görə ondan ehtiyyat etməyə başlamışdı. Qızlarını gözdən qoymurdu. Onları güdüm güdüm güdür, onları Arazla tək qalmağa izin vermirdi. Mehrinin keçirtdiyi həyəcanı yaxşı görürdü. Bir ana kimi buna sevinirdi. Qızı aşiq olub sevirdi, Ana yalnız qızının indi bu qədər böyüyüb gənc bir qız olduğunun fərqindəydi. Ama bu sevgi üçün yanlış seçim etdiyini düşünürdür. Odur ki , qızını qarşısına qoyub onu bu sevgidən uzaq tutmağa çalışırdı . 
    Qulam Arazı məhəllə dükanlarının birində işə qoymuşdu. Araz artıq buraya necə alışmışdırsa, sanki neçə illərdir o, burda yaşayıb, burda böyümüşdü. Araz məhəllədə ağılı və kamalı, eyni zamanda zirəkliyi və savadı ilə hörmətini qazanmışdı. Qulam ətrafındakılardan bu yad məmləkətli qonağa bəslənilən hörməti gördüb eşitdikcə ürəyi fərəhlə  dolurdu .
  Araz yavaş-yavaş cevrəsinə alışdıqca gözü açıldıqca vətənpərvərlik duyguları yenə də qabarıb daşırdı . Fəruxidən və Əsmərdən aldığı məktubların sayəsində Ankarada fəaliyyət göstərən Güney Azərbaycan hərakatına qoşulmuşdu. Bu hərakatın üzvüləri demək olar ki, çoxu Fərruxinin tələbələri idi, hamısının bir fikiri vardı ; İki Azərbaycanı birləşdirib tək cumhiriyyət yaratmaq ! 
    Araz burda həm oxuyur, həm işləyirdi. Evə də gec gec gəlirdi. Bəzən günlərlə evə gəlmədiyi günlər də olurdu. Hərakatın gizli tapşırıqlarını yerinə yetirirdi . Bəzən başqa şəhərlərə göndərilirdi. Qulamın  Arazın fəaliyyətindən xəbəri vardı . Zatən onun Fərruxinin tələbəsi olduğunu da bilirdi. Bilirdi ki, o və onun tələbələri, tək Azərbaycan üçün calışırlar. 
    Araz evə gəlmədiyi günlər Mehri pəncərədən asılı qalıb küçələrə boylanırdı. Qulam qızı ilə arasındakı pərdəni götürmək istəmədiyi üçün Asyanı yanına çağırıb onu xəbərdar etdi. 
   -Bu sevda hec zaman baş tutmayacaq. Olmaz, ola bilməz . Qızına de boşuna sevdalanmasın. 
   - Axı niyə? A kişi , bəyəm sən məni gizli gizli sevmirdin?- deyə qımışaraq ərinin böyrünü dürtmələlədi- Guya özü cavan olmayıb ee. Bəyəm sən ürəyinə  söz kecirdə bilirdin ki ,o cavanlar da söz kecirtsinlər.
  -Asya, bu mümkün deyil, bilmədiyin şeylər var - Qulam ciddi şəkildə etiraz etdi. Asya ilk dəfə idi ki, ipək kimi mülayim adam olan Qulamı belə ciddi görürdü. Arazı bu qədər sevmişkən qızı ilə Araz arasında olan bu sevgiyə niyə kəskin etiraz edir ki ? Açığı özü də Araza alışmışdı. Ürəyində ona qarşı başqa bir hiss vardı . Onu qızlarından seçə bilmirdi . Araz evə gəlməyəndə nigaran qalır. Evə gələndə də nigaran qalmış ana kimi onu danlayardı . 
   - Nə var axı? De biz də bilək də
   - Deyə bilmərəm Asya, amma nə olur olsun qızını da özünü də bu sevdadan uzaq tut.Yalvarıram, sonra peşiman olarsız. Qoy qardaş bacı kimi bir, birbirini sevsinlər. Məni məcbur eləmə ki, onu burdan göndərim . Onu bizim oğlumuz kimi qəbul elə . 
    Qulam qızının günü gündən Araz üçün əridiyini görüb nəhayyət özü onunla danışmağı qərara aldı.

               *****
    Çox yorulmuşdum.Onların bu hayat hekayəsinin dolaşımından necə cıxacağını özüm də düşünməyə  başlamışdım. Bəzən də özüm özümə mat qalırdım ki, ilahi, gör necə həyatlar var? Hər ömür bir insan taleyidirmi  yoxsa allah özü yaradandamı belə qarmaş-dolaş yazı yazıb? 
     Nəysə Allahın işinə qarışmaq fikirim yoxdur, əstəğfullah. Həddimə də düşməz, özü bilən məsləhətdir...
     Hekayəni burda saxlayıb Baharın göndərdiyi mesajları yeni bölüm üçün incələməyə başladım...

                ______18_______   

     Mesajları incələdikcə beynimdə yeni səhnələr canlanmağa başlayırdı . Qulamın qızı ilə Arazın arasında belə carəsiz bir vəziyyətdə qalacağını hec ağlıma gətirməzdim. Ata ilə qızın arasında keçən bu söhbəti necə səhnələşdirəcəyimi heç özüm də bilmirdim. Hardan başlayıb, harda bitirəcəyimi götür qoy edə-edə qalmışdım. Yazdıqlarımı bir neçə dəfə yazıb silirdim, Baharın dedikləriylə uyğunlaşdırmağa çalışırdım. 

                        *****

   -Şəbnəm qızım, ablanı cağır buraya!
   Mehri içəri girəndə atası divarın içindən hörülmüş şominənin (divar peçi) qarşısında dırsəklənib arxasını isidirdi.
  -Baba beni cağırmışsın?
  -Gel qızım, kapıyı da ört .
   Mehri içəri girib arxasıyca qapını çəkdı. Təccüblə atasının üzünə baxdı. 
  - Bir dostumun başına bır hadısə gəlib-deyə Qulam ağırdan söhbətə başladı- Eşitdim, az qaldı başım havalansın. 
   Mehrini maraq götürdü;
   -Nolmuş ki baba? 
   -Anana danışa bilmədim adamın dərdi ona yük olacaq deyə qorxdum . Ananı bilirsən də ağzında da söz qalan deyil. 
 - Aman, aman... Sakın baba, bi de kafaya takacak...
   - Elə mən də fikirləşdim ki, sən cavansan. Ağzın da möhkəmdir. Dedim bu dərdi səninlə paylaşım. Aramızda qalsın, bir sirr kimi. Kimsə bilməsin haa. 
  - Sən hiç merak etme baba . Buyur konuş! 
   - Çoxdan, lap coxdan tanıdığım bir dostum vardı... 
    Qulam Asyayla başlarına gələnləri hekayələşdirib guya dostunun başına gəlibmiş kimi qlzına danışduqca, qızı bu müammalı, bəxtsiz taleyi ah-ufla dinləyirdi. Bogazı qurumuşdu. Uşaq ağlıyla oğlunu atan anaya əsəbləşirdi .
   - İndi həmin oğlan böyüyüb gəlib. Həmin ananın evində qonaqdır. Ana oğlunu tanımır. Ama oğlanı cox sevib bəyənib. Bu sirri burada bir dənə mən bilirəm ki, bu oğlan onların oğludur. Çünki mən o uşaqla hec vaxt bağı qoparmamışdım, nənəsi və yaxın adamları ilə tez tez məktublaşırdım . İndi ay qızım, qalmışam belə. Bəzi şeylərə görə nə o ailəyə, nə də başqasına bu sirri aca bilmirəm. Bilmirəm neyləyim. 
    -Ama, baba, onlar bu çocuğun kim olduğunu bilmiyorlarsa bu sırrı açmak sana düşer.
  - Çətini də budur da bala . Qorxuram qaş düzəltdiyim yerdə vurub göz cıxardam.
  - Neden baba. Belki ana oglunu özlemiştir ...
 - Əlbət özləmiş amma, qorxuram. Qadın çox tərs arvaddır. Qorxuram arvad bu uşağı qəbul etməz. Ya bəlkə ana qəbul etdi , oglan anasını bagışlamadı . Məncə bu sirri birdən birə açıb onlara demək olmaz . Onları bu görüşə hazırlamaq lazımdır. 
 -Ee baba, nasıl olacaq bu iş? 
 -Bilmirəm. Elə dərdim də budur da. 
   Qulam ağ saqqalını qaşıyıb sığalladı. Biraz düşündükdən sonra davam etdi;
  -Ən pisi də bilirsən nədir, qızım?
  -Neymiş, baba?
  - O evin qızı o oğlana aşiq olub - Mehri iki əliylə dizlərinə cırpıb təssüfləndi ;
   - Ne diyorsun sen baba... Ey vahlar olsuuun! !!! Yazık o genclere ya baba. Şimdi nolacak bu işin sonu. İyi de baba, o genc adam o kızı seviyormu acaba?
   -Adamı bilmirəm qızım , adamın ağlı fikiri işində-güçündə. Amma qız dəqiq sevir. Hələ üstəlik anası da bu izdivacın baş tutmasını istəyir kimi hiss edirəm mən. 
   - Deme...
   - Hə bala... O, qıza yazığım gəlir mənim. Bu ümüdsüz sevda ona cox acı verəcək.
  Mehri təssüüflə başını silkələdi.
  - Daha yeni başlayıb bu sevda . Bir birlərinə bağlanmadan onları qoparmaq lazım. 
   Mehri fikirə dalıb getmişdi. Bu vəziyyətdə nə edəcəyini, o qıza və ya o oğlana necə kömək edəcəyini düşünürdü.
  Qulam bu söhbətlə də qızına təsir etdiyinə sevinirdi. Gözünü qıyıb sınayıcı bir nəzərlə qızına baxdı ;
   -Belə bir vəziyyətdə sən olsan necə olarsan qızım?
  -Allah korusun baba, nerden geldi böyle bir soru aklına?
  - Olur da qızım , həyatdır bu, hər şey ola bilər.
  -Kendimi öldürürüm. Utancımdan o adamın yüzüne, babamın annemin yüzüne bakamam.
  - Bax görürsən qızım, daha uşaqsan sən, səhv düşünürsən. Səndən öncə olanların gunahını siz niyə çəkməlisiz ki? İnsan gərək bu dünyada özünü hər cür sürpirizlərə hazır tuta. Həyat hər şeyiylə gözəldir qızım. Acısıyla şiriniylə. Hamının həyatı şirin olarsa bəs bu acıları kim yaşayacaq? Rəbbim hamıya daşıya biləcəyi dərdi verir . Yeyə biləcəyi şirini verir, uda biləcəyi acını dadırır. 
   -Öyle de baba öyle olmasına. Ama bu acı çekilmez ki...
   -Həyat bu qızım. Allahın işini bilmək olmaz bala. Hər an insanı vura bilər, həyatın zərbəsindən yıxılmamaq üçün hər bir kəs özünü hər zərbəyə hazırlamalıdır. 

   Pəncərədən baxçaya baxaraq qızını seyredirdi Qulam. Buz tutmuş səkinin üstində var-gəl edərək hey düşünürdü Mehri . Anidən dayanıb yuxarı pəncərəyə baxdı. Atasını pəncərədə görüb Mehri qətiyyətli addımlarla piləkənlərə yön aldı;
   - Baba !
   -Buyur qızım !
  - Baba , şu sırrı o kıza söylemek lazım .
   - Hangı sırri qızım?- Qulam sərt nəzərlərlə Mehrini sınadı. Mehri həqiqətən də bu məsələdə qətiyyətli və qərarlı idi.
   - O kıza bu genc senin abindir demek lazım.
  - Səncə qız bunu normal qarşılayar?
   - İster karşılar, ister karşılamaz. Gerçek bu. 
   -Hmm...
   - İstersen ben söylerim baba . Sen onu bana bırak ! Kimdir o kız , beni ona götür baba, yazık olur ya sonra o kıza. O kiz şimdiden bu sırrı bilmezse onun biraz sonrakı halıne ben şimdiden acıyorum. 
   - Bu sualı bir daha verirəm sənə Mehri. Əyər o qızın yerinə sən olsan neyniyərdin, sevməkdən vaz kecərdin?
   - Tabii vaz gececem, hankı kız bile bile abisiylə aşk yaşar. Acı olur, doğru. Ama yapacak bi şey yok baba. 
  - Yaxşı bəs bu xəbəri eşitsə o kız necə olar səncə? Qorxuram özünə zərər yetirə. 
  - Korkma baba, yemin ederim bi şey olmaz. Bir süre gözden koymayız, beklemek lazım. Sonra alışır zaten. Kabullenir. Kabullenecek te. Nasıl olursa olsun o genc onun abisi. Zor da olsa kabul etmek zorunda ... 
  - Hmm. O zaman əsil həqiqəti bil istəyirəm qızım. 
  -Söyle baba. O kız kım, ben onu tanıyormuyum?
   -Tanıyırsan qızım . Qızıda tanıyırsan oğlanı da. Onlar ikisi də bu evde. 
  Mehri duruxdu:
  -Nasıl yanı? 
 -O oğlan, yani Araz sənin abindir... 
   -Kim, nasıl? Anlamadım ki ...
  Mehrinin gözləri həyəcan və təccubdən böyüyüb az qala həqədəsindən cıxacaqdı. Dizi üstə yerə çöküb var səsiylə qışqırır, özünü döyürdü. Qulam çarəsizcə qızının yanına çöküb, onun başını bağrına basaraq onu sakitləşdirməyə çalışırdı.
   Mehrinin gözü dönmüş, anasına nifrin yağdırırdı. Arazın onun qardaşı olduğunu qəbul etmək istəmirdi. Atasının əlindən öpərək ona yalvarırdı. 
   -Baba yalvarıyorum, bunun yalan olduğunu söyle, nolursun baba. Kurbanın olayım, elini ayağını öpeyim baba, söyle ki Arazı sevmediğin için böyle bi yalan uydurmuşsun, nolursun baba susma, kulun kölen olayım 
  - Yalan nə deyim qızım. O sənin qardaşındır. 
   -Allahım ben çıldıracam. Yardım et bana nolursun allahım...
   -Yavaş, sakit ol qızım eşidən olacaq.
   -Ben nasıl sakin ola bilirim baba? Benim tüm hayellerim yıkıldı... 
  -Səni başa düşürəm gözəl balam, atan qurban olsun o ceyran baxışlarına. Ama nə etmək olar dərdin mənə gəlsin. 
   -Baba...
   -Bak kızım, bu sirri hələlik hec kim bilməməli, eşidirsən qızım .  Mənə bax. Söz ver... Ananı da Arazı da itirə  bilərik.
  Biraz keçmış, qışqırıb ağlamaqdan yorulmuşdu Mehri. Başını atasının çiyninə qoyub için için ağlayırdı. Başqa çarəsi qalmamıdı. Qəbullanmalıydı. İlk məhəbbəti daşa dəymişdi, xəyalları uçmuşdu, arzuları darmadağın olub qərib quşlar kimi perik düşmüşdü . Atası onu yaxşı başa düşürdü . Gənc , yeniyetmə bir qız idi, ilk məhəbbətin, ən ülvi duyğuların bu yaşda  baş qaldırdığını yaxşı bilirdi. Hec zaman qızlarının sevgisinə qarşı cıxmağı xəyalına belə gətirməmişdi. Ama bu mümkünsüz sevgiyə etiraz etməli, mane olmalı idi .

        ŞİMALİ AZƏRBAYCAN 

    Manafın adamları tutulduqdan sonra cox cinayyətler meydana cıxdı. SSSR- nin bir cox respublikalarında mütəşəkkil cinayyətkar dəstələri cinayyət məsuliyyətinə cəlb edildi. 2 ilə yaxın davam edən ayrı ayrı məhkəmələrdən sonra İbrahim günahsız bilinərək azadlığa qovuşudu. Manaf və əl altılarından cinayyət məsuliyyətinə cəlb olunaraq həbs edilmişdi. Butun şəhər İbrahimin yaşama xəbəri ilə çalxalanırdı.Ulduzun haqqında dedi-qodu ayaq tutub yeriyirdi. Bəşirin üstünə gün doğmuşdu, dili beş qarış uzanmışdı. Hələ İbrahimin toyu günü Mikayılın onunla tərs düşməsindən ürəyində qalaqlanıb qalmış kini qabarıb üzə çıxmışdı. Beş kişi bir yerə düşəndə Mikayılı bacısının əxlaqsızlığına görə onların yanında sındırır, Ulduzun adına olmayan qaralar yaxırdı. Müharibədə qıçından yaralanıb, sonradan qanqreniyadan ayağı kəsilən Mikayıl özünü toparlayıb  bir necə  dəfə Bəşiri qoltuq ağacının altına salıb döymüşdüsə də yenə də Bəşirin ağzını yığa bilmirdi . Düşdüyü acınacaqlı vəziyyətə yanıb tökülən Mikayıl kəsik ayağını yumuruqlayıb bəxtsiz taleyinə ağlayırdı. Ərinin bu halına acıyan Lalə başını onun kəsik dizinə qoyub ağlamaqdan başqa bir carəsi qalmırdı. İş o yerə qalmışdı ki , Bəşirin şəhərdəki dedi-qodusundan başların alıb qaçma qərarına gəlmişdilər. Bu məqsədlə toplanıb altı uşağını və hələ ailə qurmamış  baldızlarını da götürüb Bakıya kirayə köçdülər. Əlil ayaqla, böyük külfətlə kirada yaşamaq ailəyə cox cətin idi. Lalə və quzlar fabrikə işə girib namusla cörəklərini qazanırdısa da Bəşirin dedi qodusu bu dəfə onların namusuna palcıq atırdı.İsmayılın da bir əli onların üstündə idi . Onun əliylə Mikayılı Əlillər cəmiyyətinin sədri vəzifəsinə təyin etmişdilər. İsmayılın məsləhəti ilə İbrahim Ulduzu da götürüb Qazaxstana köcdü, əvvəllər dini kəbinlə olan nigahını burda olan Azərbaycanlıların şahidliyiylə rəsmiləşdirib evləndilər. Zavodların birində işə başlayan İbrahim və Ulduz həyatın nəbzini tutmağa başlamışdılar artıq.İkisi də etdiyi xataları boyunlarına alıb kecmişə göz yumaraq gələcəyə baxırdılar. Məntəqələrin birində sahə həkimi işləyən Ulduz cox kecmədi ki , analıq məzuniyyətinə cıxdı. İlki qız oldu. Məzuniyyəti bitməmiş daha bir qızı dünyaya gəldi. Uşaq ailəni bir birinə bağlayar deyirlər. Aralarında sevgi olmayan bu cütlüyü uşaqlar bir birinə bağlamışdı. Dəcəl qızların qaygısı bu soyuq cütlüyü bir birinə isinişdirmişdi. Üçüncü uşağı Habil dünyaya gələndə Olqanın da bir qızı oldu. Köhnə rəfiqələr məktub vastəsiylə bir birlərini təbrik edərkən, zarafatla uşaqları bir birlərinə göbəkkəsdi də etdilər. Nə biləydilər ki , zarafatla deyilən bu söz körpələrin alınlarına yazı kimi yazılacaq . Dördüncu oğluna hamilə qalanda ölkəyə bir xəbər bomba kimi düşdü . Represiya qurbanları bəraət qazanmışdı. İbrahimin əmisi Çümüşüd də əhv fərmanına düşmüşdü. Sevinc sevincə qarışmışdı. Bu illər ərzində İbrahimin əmisindən heç bir xəbəri yox idi. Əmisi ölübmü qalıbmı hec bir məlumatı yox idi. Əhv fərmanı cıxdığında Cümüşüdün qızları toplanıb Qazaıstana İbrahimin evinə gəlmişdilər. İbrahim İsmayılın köməkliyiylə lazımı yerlərə müraciət edib lazım olan sənətləri hazırlayıb İsmayılin təyin etdiyi məsul bir şəxs ilə bərabər Sibirə - əmisinin sürgün olunduğu şəhərə getdi. Çox həyəcanlı idi. Cox istəyirdi ki əmisi sağ olsun.Təəssüf ki, bəzən həyat insanı xoş sürpirizlərlə qarşılamır. Əmisi dünyasını dəyişmişdi, lakin bu əbədi ayrılığın qənşərində İbrahim Cümüşüdün yeganə oğulu Əliyə qovuşdu. Represiya zamanı dövlət tərəfindən uşaq evinə verilən Əli artıq sayılıb-secilən bir şəxsiyyət olmuşdu . Unitsitutun jurnalistika faklutəsini bitirən Əli Moskva qəzetlərinin birində məsul vəzifədə işləyirdi. İnternatda bərabər böyüdükləri bir özbək qızı ilə ailə qurmudu. Hələ internat məktəbində atasının represiya qurbanı olduğundan xəbərdar olan Əli müəllimələrindən birinin vastəsi ilə ölkədəki siyasi vəziyyıtin nəbizini tutmuşdu. Həmin müəllimənin də ailəsinin Əlinin atası kimi represiya qurbanı olması bu şagird və müəllimə arasında bir bağlılıq yaratmışdı. Müəllimə Əlini ölkəyə bir lazımı şəxsiyyət kimi yetişdirirdi. Elə o müəllimənin səyi nəticəsində Əli bu səviyəyə gəlib catmışdı. Sonsuz olan müəllimə Əlini övladı kimi sevər, onu öz doğma balası kimi yetişdirirdi. Öləndə də atasından qalma Moskvadakı mülkünü Əliyə bağışlamış, Əliyə onun cox sevdiyi şagırdı həmin özbək qlzı Dilara ilə evlənməyi vəsiyyət etmişdi. Əli də öz növbəsində bu gözəl ürəkli müəlliməsinə vəfa göstərərək onun vəsiyyətinə əməl etmişdi.
   Əhv fərmanı cıxdığında ilk atasının hayına qaçanlardan biri də Əli oldu. Bir aya yaxın idi Sibirdəydi. Atasının ölüm xəbərini bəraətdən əvvəl almışdı. Əhv fərmanı cıxmadan 7 ay əvvəl atası  dünyasını dəyişmişdi. Belə bir zamanda sarılıb ağlayacağı yetimliyini paylaşacağı bir qohum, bir dosta ettiyyac dıydugu bir vaxtda həbsxana qapıları qarşısında Allah onu İbrahimlə görşdürmüşdü. Bir birlərini tanımayan əmi uşaqları bir birilərindən xəbərsiz eyni adamın sorağına gəlib burada tanış olmuşdular. İkisinin də eyni adamı adamı axtarmasına əvvəlcə çaşıb qalmışdılar. Əli İbrahimi ümümiyyətlə tanımırdı. Bu qədər problemin, dərdin içərisində Əlini varlığını İbrahim tamamən unutmuşdu. İki əmoğlu uzun müddət bir birlərinə sarılıb qaldılar, ikisinin də boğazına düyümlənmiş gəhər onları danışmağa qoymurdu. Çümüşüdün ölüm xəbərini də Əlidən aldı. Əli buraya  ağır da olsa atasının sağlığı üçün deyil, nəşini almaq üçün gəlmişdi. 
   Həbsxana idarəsində işlər ləng gedirdi. Süründürməçilik var idi. Gözləməkdən başqa çarə qalmamışdı. Hər gün bu iki əmi uşağı səhər tezdən buraya gəlir lazımı şöbələrə baş vurur, boş zamanlarda ya yaxınlıqdakı kafelərin birində zaman kecirdir ya da digər məhkum yaxınları kimi yol boyu sıralanmış səki daşlarının üstündə otururdular. Belə günlərdən biri idi. İçəridən azadlığa cıxmış məhbuslardan birinin Cümüşüd haqqında danışdığı əhvalat onların ikisini də hərəkətə gətirdi. Məhbusun dediyinə görə, Cümüşüd öləndə onu torpağa əmanət qoyulması haqqında vəsiyyət edibmiş ;
   - Əminəm ki , bir gün oğlum və zəhmətini cəkib onunla qardaş kimi olduğum qardaşım oğlu gəlib məni burdan aparacaq. Onlar məni bu kafir torpağında çürüməyə qoymazlar. Ölürəm dostlar, sizdən bir xahişim var, Məni torpağa əmanət verin!
   Həbsxanada bərabər məhkumluq həyatı yaşayan seyid nəsilindən olan Mircəlaləddin özü öz əliylə Gümüşüdü vəsiyyətinə əməl edib. Cümüşüdü dəfn edərkən torpağa əmanət edib  qoymuşdu . Ekspertin rəyi ilə, molla və dövlət organlarının şahidliyi ilə İbrahim və Əli Cümüşüdü məzardan cıxararkən bir möcüzəylə qarşılaşdılar. Cümüşüd 7 ay əvvəl ölməsinə və dəfn olunmasına baxmayaraq cənazə hələ də yeni kimi idi . Çümüşüdün üzündəki nur hələ də necə də var elə də dururdu. Bir dənə tükü belə tərpənməmişdi . Bu möcüzənin səbəbini məzarı açan axund belə açıqladı ;
    -Torpaq əmanətə xəyanət etmir.Onu bu torpağa əmanət vermişlər , torpaq da əmanətini olduğu kimi sizə bağışlayıb . Əgər bu əhv lap 20 il sonra da olsa gercəkləşəydi, nə zamansa bu məzar açılsaydı cənazəni yenə də belə təzə görəcəkdiz. 
    Cümüşüdü Qarabağa gətirib orda dəfn etdilər. Bir müddət sonra vətənindən, elindən , obasından ayrı düşmüş Cümüşüd yenə bu qürbətdə., qərib eldə kimsiz , kimsəsiz qaldı. İllər sonra ot basmış bu qərib məzarı iki üç ildən bir qızları ziyarət edir üstünə bitmiş otları qoparırdı ...

               A N K A R A

    Araz yenə fəaliyyətinə davam edirdi. Artıq o, Qulamın evindən ayrılıb dostlarıyla bərabər qalırdi. Mehrinin Araza qarşı fikiri dəyişmişdi. Onu qardaş kimi sevirdi. Bacılarına da Araza qarşı qardaş sevgisi aşılamağa başlamışdı. Asya ilk günlər qızına hirslənib onu qınayırdı. 
  - Fərasətin olmadı gül kimi uşağı qaçırtdın. Gedib sünni birini  tapacaqsan, sünniyə gedəcəksən. Nə gözəl qısmət gəlmişdi ayagına. Özümüzünkü idi , dini məzhəbi də bizdən idi.
    Ama sonralar qızının üstünə bozarmağından peşiman olmuşdu. Qulam da boş dayanmayıb Asyanın ürəyində Araza qarşı sevgi yaratmağa calışırdı. Arada ağzını arayıb ;
  - Bəlkə anan və Araz gəldi. O zaman onu bağışlarsanmı?- deyə soruşduğunda;
   -Yox əsla - deyə cavab almışdı . Ya da:
  - Asya, heç ağlına gəlirmi ki, bu uşaq Araz ola? 
  Asya duruxub qalmışdı. 
  -Yanı olar? Mən araşdırıb soruşmuşam bizimlə heç bir əlaqəsi yoxdur bu uşağın. Yoxsa sən bir şey bilirsən? Bax Qulam, əgər bir şey bilirsən və bunu məndən gizlədirsənsə  iki dunya dağılsa da qiyamətdə əlim yaxanda qalacaq.
   Asiyanın hikkəsindən çəkinən Qulam Mehriylə baxışıb hələ bu sirrin qapalı qalmasını məsləhət görürdü. 
   Belə baxanda bəzən Qulam da, Mehri də Asyadan şübhələnirdilər. Elə bilirdilər ki, Asya Arazı oğlu olduğunu bilir. Bəzən Asya elə hərkət edirdi ki, bunu yalnız analar edə bilərdi . Məsələ Asya Arazı görməyəndə , onları ziyarətə gec - gec gələndə , hər hansı bir mitinqdə , qarşıdurmada Arazdan nigaran qalışı yalnız bir anaya məxsus olduğunu düşünürdü . Bu nigarancılığın səbəbini Asyadan soruşanda da Asya qəribə hal alırdı:
   - Qərib uşaqdır, anası yox atası yox , yazığım gəlir - deyib gözlərini ərindən yayındırırdı. Bir iki dəfə də şahidı olmuşdu, Asya Arazın iş yerinə gedib küçədə daldalığa çəkilir, kənardan onun boyunu sevirdi, hətta ona isti əlcək jilet corab şarf da toxumuşdu. Bir isti yemək, çörək bişirəndə qazandan ilk Arazın payını ayırırdı, özü Arazla görüşməsə də, yeyəcəkləri və geyəcəkləri məhəllədə oynayan uşaqlara verib Araza yollayırdı. Maraqlı bu idi ki, bütün bunların Asya etdiyini Arazın bilməsini də istəmirdi. Uşaqlara möhkəm möhkəm tapşırırdı ki, soruşsa ki, kim yolladı, deyin ki tanımırıq.
   Qulam Asyanı gözdən qoymurdu. Bütün bunları kənardan diqqətlə izləyirdi. İşin sonunu gözləyirdi. Asyanın ondan hisslərini gizlədiyini yaxşı bilirdi . Nə də olsa necə illik arvadı idi. Asyanı ağzındakı dili kimi tanıyırdı. Daha xəbəri yox idi ki ,  Mehriylə atası Araz haqqında danışanda o biri otaqda iş görən Asya ara pəncərədən hər şeyi eşitmişdi.

   Qızlar da yavaş yavaş böyüyüb bir bir ər evinə uçurdular . Mehri də ərə getmişdi , uşaqları var idi . Artıq Qulam da əldən ayaqdan düşmüşdü . Asyanın canı sulu olsa da ağır xəstəliyə yoluxmuşdu. Qanlı öskürək heç cür ondan əl cəkmirdi. Günü gündən əriyən Asyanın ömrünün son günlərini yaşadığını görən Qulam ona son nəfəsində oğlunu anasına gətirməyi düşünürdü. Bu məqsədlə Əsmərə məktub yazdı. Bir ay sonra məktuba Əsmərin adınından yox,  Fərruxinin adından cavab aldı .Əsmər dünyasını dəyişmişdi . Bu xəbərdən Arazın da xəbəri varmış ama İrana keçə bilməməsi onu carəsiz bir vəziyyətə gətirib cıxarmışdı . Qulam Əsməri anası kimi bilən  Arazdan artıq heç nəyi gizlətməməyi qərara aldı . Əl çomağına söykənə söykənə Mehrinin evinə yola düşdü.Pambıq kimi ağarmış sacını saqqalını qarışdıraraq fikirini, qızına deyəndə qızı ;
   -Tabii ki , baba asıl hakıkatı ikisi de bilmesi gerekiyor , fakat, biz buna cok geç kaldık. Aslında bütün olanları onlara coktan söylememiz gerekiyordi .
   ... Və bir gün Mehri və Qulam Arazın yanına gedərək bütün olanları ona danışdılar. Bütün bu hadisələrdən şoka düşmüş Araz belə bir ananı əsla bağışlamayacağını dedi ;
   -Ən başından bəri onun etdiyi xatanı mən daşımışam. Anladım dayısı ona təcavuz edib və mən dünyaya gəlmişəm . Gərək o məni atama qarşı düşman kimi yetişdirəydi . Mən bu yaşa gəlmişəm və indi atamın kim olduğunu sizdən öyrənirəm . Niyə axı? Niyə o mənə sahib durmayıb, mənim kim olduğumu mənə deməyib ? Niyə mən doğma anama yad kimi baxmışam? O necə anadır ki, bu necə illərdə mən onun oğlu olduğunu hiss etməyib ki ?  Mən bilirdim ki , nənəm məni etibar etmədiyi adama verməz . Nənəm məni ordan bura yollayanda onun bu ailəylə bir bağlılığı olduğunu bilirdim . Bunu özü də mənə bunun bir dövlət sirri olduğunu demişdi. Sən necə ki , mənə anamın kim olduğunu , kimlərdən olduğumu ona deməməmi istediyin kimi, nənəm də mənə tapşırmışdı . Burda bir sirrin olduğunu adım kimi bilirdim. Bir gün bu sirrin açılacağına adım kimi əmin idim . Sadəcə səbr edib gözləyirdim bu sirr nədir , kim tərəfindən , necə.açılacaq ?    Qulam nə deyəcəyini bilmirdi. Nə də Arazı sakıtləşdirmə haqqı yox idi. İllərlə ürəyində, beynində yığılıb qalmış sualların bəndi uçub dağılmışdı . Mehri də, Qulam da sualların qarşısında aciz qalmışdı , ona nə cavab verəcəyini bilmirdilər.
  -Bir daş ürək ananın ucbatından , bu zamana qədər, nənəmi ana bilmişəm. Niyə axı? Mənim nə günahım vardı? Niyə mən onun o biri evladlardan kənar qalmalıydım ki ? Niyə mən atılmalıydım k? - üzunü Mehriyə tutdu ;
   -Bəlkə sən məni sevdiyində mən də sənə qarşılıq versəydim, sənə aşıq olsaydım, onda?- Mehri utandığından başını aşağı saldı- Axı sənin nə günahın vardı ki , sevdiyin oğlan sənin qardaşın cıxıb? Mən bu ailəylə mənim bir doğmalıq olduğunu hiss edirdim . Anam da hər dəfə məktublarında məni xəbərdar edirdi , çörəyin yediyin , qaldığın evin qızlarına bacı gözüylə bax, onlar sənin bacındır deyirdi. O, qızlardan biri ilə aranda bir şey olarsa haqqımı sənə halal etmərəm deyirdi. Nənəm son nəfəsində mənə Asyanın mənim anam oldığunu yazmışdı . Nənəm öldüyndə dərdimi, acımı içimdə çəkdim . Mənim doğma anam mənim dərdimi soruşmasın, mənə təsəlli edərək mənə sarılmasın deyə , nənəmin - yanı anamın öldüyünü heç kimə demədim.  Mən onu heç zaman bağışlamayacam . Onun üzündən mənim bütün həyatım alt üst olub , nə övlad olmuşam, nə sevən olmuşam . Mən onun timsalında bütün qadınlara nifrət edirəm başa düşürsüz nifrət ... 
                     ***** 
   Bir gecə Arazın qapısı döyüldü . Gələn Mehrinin əriydi. Onunla gəlməsini xahiş etdi. Onu Qulam çağırtdırırdı. 
    Qapını açıb içəri girmədən qapının arasında dayandı. Can üstə olan anasının başına toplanmış qadınlar Arazı qapıda görüncə kənara çəkilib ona yol verdilər. Lakin Araz icəri girmədi. Qadın canıyla əlləşirdi. Üzünü divara cevirib sankı divarlara dırmasırdı. Xırıltılı səsinin arasından güclə sezilcək dərəcədə Araz deyə səslənirdi. Araz qadının bu halına nifətlə baxırdı .
   Qulam Araza baxıb başını buladı. Dili bir söz deməsə gözləri ona yalvarırdı ki, anasına yaxın getsin. Araz ayaqqabılarını soyunub qapının ağzında cütlədi. Təmkinlə addımlarını anasına doğru atdı. Onun içəri girməsini görən Qulam yerindən qalxıb qadınlara otaqdan çıxmalarını işarət etdi. İcəridə Mehri onun əri və Qulam qaldı. Qulam qapıları cəkib,Araza tərəf döndü. Araz Asyanın yatağının yanındaydı. Əlini qaldırıb ona toxunmaq istəyirdi. Barmaqlarını sanki isti bir alətə toxunduracaqmış kimi ondan aralı tutmuşdu. Sanki barmaqları ona toxunsaydı , ilərlə ürəyində qalaqlanmış buzlar bu atəşin istisindən əriyəcəkdi. Sanki bu buzlarla bərabər Araz da əriyib yox olacaqdı . Bu dəfə də Qulam onun köməyinə catdı. 
  -Asya, bax bir, qadanı alım, bax Araz gəlib - Qulam Arazın əlini tutub Asyanın üzünə toxundurdu. Elə bil günəş göydən qopub Arazın buz tutmuş ürəyinə düşdü . Ürəyindəki buzlar əridi çay olub Arazın gözlərindən axdı;
  - Anam! - deyincə Mehrinin hıçkırıkları icərinin səssizliyini pozdu. Əri yaxınlaşıb onun əlindən tutub başını sinəsinə sıxdı . 
   Qulam pambıq kimi ağarmış kipriklərindən damlayan suları yığıb yığışdıra bilmirdi. Asya özündə deyildi . Hey üzü divara tərəf, divarları cırmaqlayırdı. Araz əlini Asyanın başının altından salıb onun üzünü özünə cevirdi . Yarı yumulu gözlərinə baxıb dodağının yanında laxtalanmış qanı sildi . Başını alnına qoyub ;
   - Bax anam, mən gəldim. Sənin Arazın!
  Qadın bayaqkı kimi yenə də dayanmadan xırıltılı səslərin arasından "Araz" deyə səslənirdi. Bəlkə də Arazı görmürdü , bəlkə də görürdü .
    - Ana , bilirsən, sizi ilk dəfə carşıda görəndə ilk ağlıma gələn nə oldu? Hə ana? Qucağında körpəsini əmdirən ana. Bunu Mehriyə baxanda hisa etmişdim. Cünkü mən son defə anamı yəni səni görəndə tam Mehrinin eksiydın. Mənim anam o qız kimi ismətli , utancaq idi. Mehri sənin gəncliyiniydır ana, o, sənə çox oxşayır. Bəlkə də ondan ona baxanda özümü anamın qucağında hiss edirmişəm .
   Araz biraz ara verdi, gözünün yaşını sılıb təkrar anasının gulağına əyildi. 
   -Ana , o qızın mənə yad olmadığını bilirdim. Qulam atam sənin anam olduğunu deyəndə yenə həmin səhnə ağlıma gəldi . Axı niyə körpəsini əmdirən ana xəyalıma gəlir deyə verdiyim suala mən belə cavab tapdım. Sonuncu dəfə sən məni əmizdirib, elə o gün də məni atmışdın. Mən sənin südünə, sənin qoxuna doymamışdım ana!  Elə həmin günkü şəkilin, baxışın, üzündəki o ifadə yaddaşıma yazmışdı ...
    Başını anasının başına söykəyib saçlarını qoxladı ;
  - Sən heçmi ana olmamışdın ana, heçmi məni sevməmişdin? Hecmi məni görəndə vicdanın oyanmamışdı, hə ana? İndi niyə adımı cəkirsən? İndi niyə Arazı arzulayırsan? Elə bilirsən Araz səni bağışlayacaq? Ver mənə uşaqlığımı, ver mənə dadına doymadığım südünü, qoynunda hüzur tapdığım o günləri qaytar mənə. nənəmin mənə etdiyi fədakarlıqları səndən görmək istəyirəm, həəə!!! - Araz  danışdıqca səsi yüksəlir, ixtiyarsız olaraq anasını silkəlyirdi:
   - Susursan, niyə? Çünki sənin özünün də məni bağışla deməyə üzün yoxdur. Üzümə baxmırsan ana, üzümə bax, hə bax! Dön mənə!
   -Yaxşı sakit ol oğlum! -Qulam dözməyib Arazı sakitləşdrməyə çalışdı. 
   -Burax məni Qulam ata! Qoy özü diliylə desin məni bağışla. Hə səni dinləyirəm ay daş ürək qadın! Səni allah bağışlasın! Məni ana sevgisindən məhrum etdiyin üçün, səni allah bağışlasın, məni o biri uşaqlarından ayırdığın üçün, səni allah bağışlasın, sahibim ola-ola məni yetim qoyduğun üçün! Barim indi məni yetim qoyma ana, getmə, goy birazca da mən goxunu alım - Deyib hönkürdü. Başını anasının sinəsini qoyub içini cəkdi, anasının çiyinlərini tutub özünə sıxdı.
   - Barım bir dəfə mınə sarıl, məni sev ana! Bir Allah bilir ki , mən buna necə möhtacam, necə acam! Mənim günahım yoxdur ki, mən sənə 'məni bağışla" deyim , axı mən neyləmişəm ki, sən mənə  qarşı belə haqsız oldun ana ? - deyib qadının heydən düşmüş qollarını boynundan asdı ;
  - Nolar,ana , tək bircə dəfə məni balan kimi bağrına bas, tək bir dəfə, yalvarıram ana! 
   Kürəklərinə  bir anlıq ağırlıq cökdü . Sanki kimsə onu anasına tərəf itələyirdı . Qurumuş barmaqlar kürəyinə neştər kimi batırdı. Başın qaldırıb anasına baxdı . Sönmüş gözlərdə işıq parlayırdı sankı . Gözləri gülürdü ananın . Arazın kürəklərindən basan da anasının əlləri idi . Qadına güc gəlmişdi elə bil . Arazı var gücüylə özünə sıxırdı. Araz üzünü anasının dodaqlarına sürtdü. Gözlərinin yaşı ilə dodaqlarını islatdi . Nəfəsi kəsilmək üzrə olan qadının dodaqların arasından güçlə eşidiləcək "mənim balam"  kəlməsi cıxdı və anındaca qolları boşalıb yanına düşdü ...

                   *****
    Ana və ogulun bu səhnəsi bütün iradəmi tükətmişdi. Barmaqlarım hərifləri tanımırdı, gözlərimə dolmuş yaşdan yazıları gözüm seçmirdi. Əlimi saxlayıb gözlüyümü çıxartdım . Tavana baxıb gözlərimi sıxınca yanaqlarımdan süzülən yaş boğazıma qədər endi ...

               _______19 ______

   Asyanın ölümündən sonra yazdığım romanın ikinci hissəsinə kecid almağı düşünürdüm. Artıq köhnə nəsildən kimsə qalmamışdı. Bir Bəşir, bir də Qulam idi ki, artıq onlarında bu həyatda rolu bitmək üzrə idi. Bundan sonra yeni nəsilin dramı başlayırdı. Necə deyərlər, həyat bir teatır səhnəsidir, illər səhnənin pərdəsidi. İnsanlar bir oyunçudur , gələr-oynar-gedər... 
                       ******
   - Dayanın uşaqlar, svetafora diqqət edin! Artıq böyümüsüz dördünüz də . Hələ də yol hərəkət qaydalarını öyrənməmisiniz. Yola diqqət edin, fikir verin, öyrənin ! Yol hərəkəti qaydalarını her biriniz öyrənməlisiniz ! 
   - Baş üstə, ana. 
   - Mən bilirəm Ana 
   - Afərin sənə qızım , bilirsən ama özündən balaca qardaş-bacına öyrətmirsən - qınayıcı bir baxışlarla Ulduz böyük qızı Məleykəni süzdü. 
   Məleykə başını aşağı salıb, bacısının əlindən tutdu. Qırmızı işıq yanan kimi , piyada xətti liə yolu keçməyə başladı . Ulduz Habilin və Qabilin əlindən tutub onların arxasıyca getdi. Kücə adamla dolu idi. İbrahim səkkiz aylıq Mobili uşaq arabası ilə yolu kecirib orda ailəsini gözləyirdi.Yeni il ərəfəsi idi , uşaqları şənliyə götürəcəkdilər. Günəş qüruba əyilsə də hələ də yolların buzu əriməmişdi. Buzlu asfaltın üstündə cətin gəzmək olurdu . Ulduzun iki uşaqla bütün diqqəti irəlidə gedən qızlarının yanında idi.O, arxadan qızlarına göstəriş verir, səsi ilə onları kontrol edirdi. 
    Məleykə yolu kecməyə tələsincə ayağı sürüşüb yıxıldı, bacısı Aynuru özünə dirək verib qalxdıqca, dartıb Aynuru da yıxırdı. Arxadan onların bu halını izləyən Ulduzu gülmək tutdu , oğlanlarının əlini buraxıb onları qaldırmağa can atırdı. İbrahim svetaforun sarı işığının yandığunu görüb onları tələsdirdi. Arabanı səkidə qoyub özü onlara kömək etmək üçün hərəkətə keçdi . 
    -Tez olun , tez olun - deyərək qızların əlindən tutub yolu kecdi. Bu zaman yolu keçən piyadalardan cavan bir oğlan Aynuru qucağına alıb uşaq arabasının yanında yerə qoydu. Maşınlar artıq hərəkətə gəlmişdilər. İbrahim Məleykəni səkiyə tərəf çəkəndə ayağı sürüşdü . Maşın yoluna yıxılacağını görüb Məleykənin əlini buraxdı. Yol dik olduğundan buz onu sürüşdürüb aşağı tərəfə aparırdı. Ulduz və uşaqlar səkiyə çıxmışdılar . Ulduz və uşaqlar İbrahimin bu halına baxıb qəh-qəhə cəkərək gülürdü. 
   Elə bu andaca gülüşü dodağında qaldı.Yaşıl işıqda hərəkətə keçən bir maşın düz onun üstünə şütüyürdü .
    -İbiş, diqqətli ol ! - deyə qışqırmağa başladı. Maşın dayanmaq istəsə də yolun buzundan kontrolunu itirmişdi. Şofer İbrahimi basmamaq üçün maşını səkiyə tərəf döndərdi. Səkidə dayanmış adamlar qışqırıb dağılışdı . Yerində donub, qorxusundan barmaqlarını dişləyən Ulduz həyəcanla bu qəzanın nə ilə nəticələnəcəyini gözləyirdi. Maşın kontrolunu itirib dönərkən, arxası İbrahimə deyib onu biraz aralıya tulladı. Səkiyə cıxan maşın düz Ulduzun üstünə gəlirdi ...
   ...  Reanimatsiya şöbəsinin qarşısında ata və beş uşaq boynunu büküb oturmuşdu . Qolu buynundan asılı idi . Karıdorun səsizliyini Qabil pozurdu .
   - Dedəyy, dedəy evə , dəl dedəy , mamamı istiyiyəm ...
   Uşaqlar perişan olmuşdular. Cox acınacaqlı vəziyyət idi. Uşaqlarına baxan kimi kimsəsi yox idi . İbrahim qırıq qolu ilə xəstəxana , baxca arasında qalmışdı. İşə belə gedə bilmirdi. Əmisi qızları evlənib külfətə qarışmışdılar. Heç biri ailəsini uşağını qoyub Qazaxstana gələn deyildilər. Beş körpə uşaqla İbrahimə cox cətin idi . Ulduzun iki həftəlik xəstəxana günləri ibrahim üçün iki il kimi kecdi . 
  Qonşuda Qalya adlı bir qadın var idi. Əri içən və cəkən əyaşın biri idi. Bu qadında qafqazlılara qarşı diqqət vardı. Buraya köçdüyi gündən bütün diqqəti fikri İbrahimin üzərində idi . İbrahim bunu görməmiş deyildi. Təbii ki, o, bunu böyük bir tərbiyəsizlik kimi dəyərləndirirdi. Özünü o yerə qoymurdu. Ulduz qəzaya düşməzdən əvvəl də Qala Ulduz evdə olmayanda bir şey bəhanə edib onlara gələr , yüz cür  bəhanələrlə İbrahimi evinə cağırar, bəzən evdə qurulmuş məclislərə onu da dəvət edərdi . Hətta bir iki dəfə də Bəşir onlara gələndə Qala onu da evinə dəvət etmişdi. Qadın və kef məclislərindən doymayan Bəşir, canı belə məclislərdən sıxılmış İbrahimi ruhlandırırdı . 
  - Heç dayına oxşamadıne ə, yekə kişisən, kef elə. 
  Mikayılın köc külfəti başını basdıqca, ogul uşaqları böyüdükcə qara sancılar Bəşirin canını alırdı . Hələ ibrahimin toyundan Mikayıla düşmən kəsilən Bəşir ən gizli bir həmlədə ona zərbə vurmağa calışırdı. Mikayılın böyük oğlu inistitutun hüquq faklutəsinə qəbul olanda Bəşir evdə , eşikdə nəyi var vurub qırmışdı. Bəzən başqalarının uşağının uğurlarını görəndə öz uşaqlarını arzulayırdı . Özünü nə qədər tox tutsa da, onlardan ötürü ağladığı günlər də olmuşdu . Dost tanışları onu vəfalı ailə başcısı , uşaqlarına ən gözəl ata kimi görürdülər. Bəşirin evlənib ailə sahibi olmaması səbəbi , Arazın o tayında qalmış ailəsinə etibarı kimi dəyərləndirirdilər. Bəşir tənhalıqdan darıxdığı günlərdə buralara gəldiyinə peşiman olduğunu heç kimdən saxlaya bilmirdi. Ömür karvanı yavaş yavaş mənzil başına çatırdı. Həyatını qadınların qucağında , eyş işrətdə keçirən Bəşir ömrünün bu yaşında ailənin nə qədər vacib  olduğunu çox gözəl başa düşürdü. Üç arvadından olan yeddi övladının biri yanında deyildi . Bəzən ömrünün bu vaxtında onlara nə qədər can atmağa çalışsa da, ölkənin şərtləri onun arzusunu gözündə qoyurdu. Gəldiyi gündən onlardan heç bir xəbəri yox idi. Son vaxtlar evlənməyə qərar versə də İbrahim və dostlarının əliylə evinə gətirdiyi qadınlara qoyduğu şərti ya heç bir qadın qəbul etmirdi , ya da qəbul edənlərə də Allah uşaq vermirdi . Qadınlara bir şərti vardı , şərti ona bir övlad vermək idi. Amma nədəsə onun qanını daşıyacaq bir övladı olmurdu . Bunun üçün Moskvadan belə müalicəyə getsə də müalicənin heç bir nəticəsi olmamışdı. Cinsi zəiflik yaşının bu vaxtında öz işini  görürdü . 
   İsmayıl vəzifəsində böyüyərək nazirliyə qədər yüksəlmişdi. Heç bir yüksəklik Allahın verdiyi dərdi aradan qaldıra bilməzdi . İsmayılın da günü gündən böyüyən anadangəlmə xəstə qızının dərdi onu da Olyanı da vaxtından əvvəl qocaltmışdı sanki , nə atılası deyildi, nə satılası, Allahın verdiyi dərdə ikinci qızı Mahirənin dünyaya gəlişi ilə təsəlli tapdılar . Mahirə onların həm qızı , həm oğulları oldu . Onu xususi məktəblərdə , özəl müəllim tərbiyəsiylə böyüdürdülər . Elə Mahirənin varlığıyla kifayətlənib Allahlarına şükür etdilər . 
   Ulduzun qəza xəbərini eşidib Mikayıl Laləni də götürüb Qazaxstana getdi Deyir qonaq , qonağı istəməz , ev sahibi heç birisini. 
   Mikayıl gələndə Bəşir də onlarda idi . İki sinsi düşmən bir yerə düşmüşdü. Üzdə, açıqda düşmənçilikləri olmasa da , içlərində bir birilərinə qarşı kinləri sonsuza qədər idi . 
   Burda qaldıqları gündən Lalə  beş körpə uşaqla, üç kişi ilə böyük bir evin öhtəsindən gəlməyə çalışırdı. Amma burda təkbaşına ona cətin olacağını görüb, uşaqları da götürüb , Bakıya dönməyi qərara aldılar. Ulduz sağalana qədər uşaqlar Bakıda Mikayılın evində qalacaqdılar. Beləliklə Bəşirlə İbrahim ikisi evdə tək qalınca İbrahim gündüzlər işə , işdən xəstəxanaya ordan da  gecələr Bəşirlə keyf işrətdə qadın məclislərində tüfeyilli həyat sürürdü . Bu müddət ərzində Qala onu sözün əsil mənasında mənimsəmiş, ələ keçirmişdi. İlk günlər Qalanın əri ola ola ərinə xəyanət etdiyindən təsüflənən və Qalaya niftət edən İbrahim sonralar bütün qadınlara , o cümlədən Ulduza belə nifrət etnəyə başladı . 
   -Heç fərqi yoxdur, müsəlman ya da  xristian. Qadın şeytandır kim nə deyir desin- deyə içki məclislərində qadınlar haqqında mənfi fikirlərini yürüdürdü . Bunu deməyə əsası da vardı. Hər kəs dünyaya öz pəncərəsindən baxar deyirlər. İbrahim də Bəşirin sözüylə qadınlara öz pəncərəsindən baxırdı. Anasını zinakar, bacısını gəzənti, arvadı Ulduzu belə xəyantkar kimi tanıyırdı axı. İllər nə qədər xoş kecsə də bu travma hələ də onda qalırdı ... 
   Ulduz xəstəxanadan cıxandan İbrahim sonra onu bir müddət dincəlib tam sağalması üçün Azərbaycana yolladı . 
    Ulduz Azərbaycandan müharibə zamanı cıxan idi . Ulduz ilk dəfə Bakıya müharibəyə getdiyi zaman komisarlıqdan əsgərlərlə bərabər gəlmişdi. O da hərbi komisarlığın təşkil etdiyi maşında Biləcəri dəmir yol vağzalına qədər, vəssalam. Həmişə Azərbaycan haqqında radioda bir şey dinləyəndə, o cümlədən Bakı haqqında böyük bəstəkarların mahnılarını eşitdikcə bu şəhəri görmək, orda yaşamaq arzuları ürəyində fır fır olurdu. Azərbaycandan Qazaxıstana  qastrol səfərlərə gələn konsert və teatırları, elimi tədbirləri qacırmazdı. Böyük məmuniyyətlə iştirak edər, vətəninin uğurlarını hər yerdə iftixarla danışardı. 
  Qatardan düşüb vətən torpaqlarına ilk qədəm basdığı gün bu ölkənin ona nə qədər doğma olduğunu bir daha təsdiqlədi. Azərbaycan onun buraxıb getdiyi kimi deyildi , demək olar ki , 95 faiz deyişmiş müasir və çox gözəl bir ölkə olmuşdu.Yeni nəsil ölkəyə nəfəs gətirmişdi. İnsanların üzü gülür, müasir geyimli gənclər şəhərin gözəlliyinə gözəllik qatırdı . Azərbaycanın cicəklənən vaxtları idi. Dedi-qodu aradan qalxmış, köhnə fikirlər silinib getmişdi. 
   Uşaqları yanına alıb şəhəri gəzdikcə Ulduz bu gözəl şəhərə aşiq olmağa başlayırdı. Kecmiş keçmişdə qalmışdı. Hər şey unudulub getmişdi . Ulduzun ürəyi yaxınlarının yanına pervazlanıb uçurdu. Uşaqlar da, özü də onların yanında özlərini xoşbəxt sayırdılar. Uşaqlarının qohum əqrabaya qaynayıb qarıışması Ulduzun ürəyincə idi. Bu barədə məktublarında da yazırdı ;        
   - İbrahim, əzizim, unutma ki ,ora bizim vətənimiz deyil. Uşaqlarımız orda kimsəsiz böyüyür. Artıq onların da qohum-əqrabaya qaynayıb qarışan vaxtıdır. İşini dəyiş gəl Azərbaycana . Burda işləyərsən. Cox keçməz dövlət bizə ev də verər. 
  Nə olur olsun İbrahim orda qurduğu düzəni pozub Azərbaycana dönmək istəmirdi. Qazaxstana qayıtmaq istəməyən Ulduz Bəşirin məsləhətiylə Bakıdan kirayə ev tutub uşaqlarla birlikdə onları ora yerləşdır. İki il hər ay Ulduza pul yollayan İbrahim, sonralar ona göndərilən məvacibin arasını kəsməyə başlamışdı. Çətin vəziyyətdə qalan Ulduz bu dəfə İbrahimlə danışıqlara girib təkrar Qazaxstana dönməsini istəsə də bu dəfə uşaqlar ora getmək istəmədilər. Yalnız yay tətilində toplanıb Qazaxstandakı evlərinə gedər Məleykəylə Aynurun dərsi açılanda Azərbaycana dönərdilər . 
    Ərinin göndərdiyi pul bəzən böyük külfətə yetmirdi. Kira , evin gündəlik tələbatı, qızların məktəb ləvazimatları... Hələ baxcaya gedən oğlanlar ... 
   Düzdür İsmayılın və Bəşirin də əlləri Ulduzun üsgündəydi. Amma bu nə vaxta qədər belə olacaqdı? Özü öz ayaqları üzərində durmaq istəyirdi. Əlində gül kimi sənəti var idi. İşləməli , ev növbəsinə dayanıb ev almalı idi. Bu fikirlə balaca oğlanlarını baxcaya qoyub iş üçün Respublika Səhiyyə nazirliyinə ərizəylə müraciət etdi . Cox kecmedi ki, Mərdəkan sanatoriyalarından birinə təyinatı çıxdı. Təbii ki bu işdə də İsmailin dəstəyi öz işini görmüşdü. Ölkənin ucgar kəndlrinə həkim və fledşere  bu qədər ehtiyyac varkən Ulduzun Bakı sanatoriyalarında birinə həkim təyin olunması onun arxasının sağlam olmasından xəbər verirdi. 
    Bəli hər, çətinliyə, hər şeyə rağmən Ulduz işinin başındaydı. Gəncliyində xəstəxanada başlamış və yarım qalmış eşq bu dəfə də burda davam etməyə başlayıdı ...

                     ANKARA

    Anasını itirdikdən sonra Qulamın məsləhəti ilə onlara köçən Araz burda cox qala bilmədi. İranda artıq inqlab başlamışdı. Fərruxinin İrandan ona yolladığı ismarıçlar onu Türkiyədə yaşayan cənubi Azərbaycanlıları bir yerə toplayıb farslara qarşı inqılabın alovu körükləyirdi. Araz farslara qarşı inqlabın Türkiyədəki fəalların rəhbəri idi. Odur ki, burda qacaq həyatı sürürdü. Yaşı da kecirdi. Özü öz həyatını düşünməyə nə zamanı yox idi nə həvəsi ...
   Özü qaçaq həyatı sürən Qulam Arazı evə eşiyə yovuşdura bilmirdi. Bir iki dəfə Arazı evləndirib ailəyə uşaq sahibin etmək istəsə də sonralar bu fikrdən əl cəkmişdi. Onun vətəninə xalqına nə qədər düşkün olduğunu gördükcə ürəyi qürurla döyünürdi . 
    -O kimdən tərbiyə alıb, kimdən dərs götürüb? Nənəsi qacaq Həmdidən - yəni Əsmərdən, müəllimi Fərruxidən - deyə gülümsünürdü - Atalar düz deyib insan doğulduğunun yox , yediyi yerin köləsi olar. O, Əsmərin və Fərruxinin yetirməsidir. Qoy olsun!
 
                   B A K I 

    Artıq 3 il idi ki, sanatoriyada işləyirdi . Balaca oğlundan başqa uşaqların hamısı məktəbə gedirdi, İşdən ev növbəsinə durmuşdu. Yaxınlarda yeni evinə köçəcəkdi. Bu neçə illərdə təkbaşına beş uşaqla cox çətin günlər keçirmişdi Ulduz. Yeməkdən hec bir korluğu yox idi. Mənəvi və maddi dəstəyi də vardı. Di gəlki beş uşağın yükü və  tənhalığı çıyinlərində daha da çox hiss etdirirdi . Tək başına həyatla savaşırdı. Sabah qalxıb uşaqları yedirər məktəbə gedənləri dərsə yola salıb, balacasını baxcaya aparar. Ordan qacaraq işə gələr, günorta təkrar evə qacıb, ikinci növbə dərsə gedənləri hazırlayıb onları məktəbə, məktəbdəkiləri də evə götürər, təkrar işə qacardı. İşdə sanatoriyanın bütün telefonları ona aid olurdu. Baş həkim yarı zarafat yarı gercək ; 
   -Gərək nazirliyə müraciət edək, səni sanatoriyamıza doktor yox, ailə şirkətinə telefoncu təyin etsinlər-deyərdi. 
    Bəzən elə gün olurdu ki, qarnına bir tikə çörək yeməyə zaman tapa bilmirdi. Günlərlə saçlarına daraq dəymirdi. Onsuz da son günlər xərcliyini, pulunu-parasını kəsən İbrahimdən canı boğazına yığılmış Ulduz onu Bəşirə şikayyət etsə də Bəşir kolxozdan yolladığı ət, yağ, pendir, süd, meyvə tərəvəzlə Ulduzun səsini kəsməyi bacarırdı. Daha Ulduzun xəbəri yox idi ki, bir zamanlar yaşayıb beş uşaq dünyaya gətirdiyi evdə İbrahim Qalayla er-arvad kimi yaşayır. Sadəcə yayda Ulduz uşaqları atasının yanına göndərəndə Qala məkanını dəyişirdi. Ulduz özü işlədiyindən İbrahimin yanına sadəcə ildə bir dəfə məzuniyyətə çıxanda gedib, on-on beş gün qalıb qayıdırdı. Ərinin qoynunda isti nəfəsinə bürünən zaman həyatında ən böyük səhvini qəbul edirdi. Kaşkə Azərbaycanda qəlməsəydi. Ulduz kareya və vətən deyərək özünü ər sevgisindən, isti yuvasından məhrum etmişdi. Ər qoynu onu nə qədər məst etsə də, irəli baxdığında uşaqlarının xoşbəxtliyini düşündükcə içinə bir sərinlik yayılırdı. Onların gəlcəyi namınə hər şeyə dəyərdi. Elə bunun üçün də İbrahimə hirslənirdi;
   -Canın cıxsın gəl də uşaqlarının içinə. Bu uşaqlar tək mənim uşaqlarımdır ki,  mən təkbaşıma onların qayğısını çəkim? Bir belə camaat sənin nazın cəkmək məcburiyyətindədir? Ay balam gəlmək istəmir də uşaqlar Qazaxıstana, neyləyək öldürək bunları? Döyə döyə aparaq? Beş uşaq sənin bura  evə eşiyə yığa bilmiriksə biz sənin arxanca sürünməliyik? Bax, bundan sonra daha mən də gəlməyəcəm sənin yanına, uşaqları da yollamayacam. Day özün bilərsən. Bundan sonra səni uşaqlarına həsrət qoyacam, bəlkə ağlın başına gələ.Darıxarsan, görmək istərsən özün gələrsən, görərsən- deyib Aərbaycana qayıtdı. Beləliklə Ulduz və uşaqlar 2 il idi ki, Qazaxstanla əlaqələri üzmüşdü . Sadəcə uşaqlar ataları ilə məktublaşar zəngləşib telefonda görüşərdilər. Ulduz uşaqları ilə baş başa qalmışdı . Nə edəcəyini özü də bilmirdi. Uşaqlar düzdür, burda rahat , sərbəst şən və xoşbəxt idilər. Bəs Ulduz? Uşaqların xoşbəxtliyi Ulduzun təbii ehtiyacını və tənhalığını təmin edirdimi? Ulduz Qazaxstana köçməyi düşünsə də uşaqlar ora getməyi heç istəmrdilər. Məsləyi həkim olsa da az-cox uşaq pisixologiyasından da xəbəri var idi. Uşaqlar burdakı dostlarını, həyat tərzini oraya dəyişərsə onlar üçün çətin olacağını yaxşı bilirdi . Odur ki , taleyiylə barışıb bütün o tərəfli, bu tərəfli ailəni bir yerə topladı. Qardaşları və ailəsi İbrahimin əmisi qızları və Bəşir İsmayılın evində cəmləşdilər, böyük bir ailə məclisi quruldu.Onların həyatları müzakirə olundu və  sonda belə bir qərar qəbul edildi. Bu yaşdan sonra boşanaraq uşaqlara yetim damğası vurmaq olmaz. Zatən boşansaydı nə dəyişəcəkdi ki? Yenə də İbrahim orda Ulduz burda idi. Nə də beş uşaqla Ulduzu heç bir kişi qəbul edib onunla evlənməzdi. Belə nəticəyə gəldilər ki, atadan boşanmadan uşaqlara aliment tələb edilsin. İbrahim özü nə zamansa gələrsə gəlsin, gəlməzsə orda qalsın. 
  Bu qərardan Ulduz da, İbrahim də razı qalmışdı. Ulduz beləcə taleyiylə barışıb uşaqları ilə gələcəyə baxmağa başladı. 
   
              A N K A R A
     
    Bir gün Araz Fərruxidən məktub alıb, dəstəni başına topladı. Yeni əmr gəlmişdi. Dəstədən iki nəfərlə İzmirə ordan da İstanbula getməli idi. Məktubda yazılan əmrə əsasən dəstədəki fəalların biri qadın olmalı idi. Onun dəstəsində isə qadın yox idi. Etibar etdiyi iki nəfəri seçib bu əmri yerinə yetirmək üçün etibarlı bir qadın fəal tapmaga qərar verdilər. Liderlərdən biri, Arazla möhkəm dost olan Bəhram adlı bir gənc bu işi boynuna götürdü. Aldıqları bu əmiri yerinə yetirmək üçün Bəhram Arazı İzmirə yolladı. 
  - Biz sizi İstanbulda gözləyəcəyik. Aliyəni də al gəl ! 
   Bu, adını eşitmədiyi , üzünü görmədiyi qadın kim idi bilmirdi , tanımırdı da . Bəhramdan bəzi tapşırıqları alıb İzmirə yola düşdü. İlk dəfəydi ki, İzmirə gedirdi. Burda olduğu müddətdə İstanbul və başqa şəhərlərdə cox olmuşdu . Amma İzmirə heç getməmişdi. Buralarda xam idi . Avtobusdan düşüb əlində tutduğu kağıza baxdı. Qalacağı otelin adresi buraya yazılmışdı. Yaxınlaşmaqda olan taksiyə əl qaldırdı. 
   -Taksi ...
  Arxadan taksiyə bağıraraq ona tərəf qaçan qıza baxdı .Taksi yolun kənarına bənd alanda Araz taksinin qapısını açıb adresi şoferə uzatdı. Elə bu zaman bir qız özünü yetirib arxa qapını açaraq tələsik özünü maşına təpdı . 
  -Hadi şöför kardeş bas kaza, bas!
  - Ama efendim, taksi bana durdu. 
   - Cok rica ediyorum, beyefendi  acelem var ! 
   Qız ürkek baxışlarla etrafa baxdı heyecanla ;
   - Peşimdeler ! Rica ediyorum , al beni de götürün ! 
   Araz onlara qacaraq yaxınlaşan adamlara baxıb maşına oturdu . 
   - Ya allah ! 
   Təhlükəni geridə qoymuşdular. 
   -  Kim bunlar, ne istiyorlar? 
   - Şey, babamın kan davalıları . 
   -  Eee senden ne istiyorlar ? 
   - Şey, abi nasıl anlatayım ki, babam davanı yatırmak için beni davalısının oğluna verecekmiş. Ben de evden kaçınca peşime düşdüler .
   -Nasıl olur ya? 
   Taksiçi söhbtə qarışdı ;
  - Böyle olaylar çoğunlukla doğuda baş verer. Doğulumusun kardeşim? 
  -Evet abi...  Güney doğu... 
  -Neden polise gidip de şikayyet etmiyorsun ?- Araz qıza döndü. 
  - Yaa abi, kurban olayım. Başlatma polisine falan ...
   Qız hpvsələdən çıxmış halda dərindən nəfəs aldı. 
   - Nerye gideceksiniz peki? 
   -Bilmiyorum abi. Ben karşıda inerim.
   Elə bu vaxt taksi dayandı. Şofer Araza dönüb ; 
  - Bey efendi, sizin adres burası. Araz başın pəncərədən cıxarıb qarşısında dayandığı binaya və küçəyə baxdı . 
   -Burasımı? 
   - Evet . 
   - Yürüyerek de gele bilirdim. 
   - Evet yakın . 
   - Peki, borcum na kadar? 
   Pulunu ödəyib aşağı endiyində qız da maşından endi. 
   - Şimdi siz nerye gideceksiz ? 
   - Bilmiyorum. Ben bir yer bulurum. 
   -Hem buralarda yabancıyım diyorsun, hem yer bulurum diyorsun. Nasıl bukacaksın? Hadi gel benimle . 
  - Nerye?
  - Otele
   Qız duruxdu;
  - Yok abi, sağol teşekkür ederim. Bulurum ben bir yer, siz hiç merak etmeyin. 
   -Gel kız- Araz ərkyana qızın qoluna toxunub otel qapısını ona göstərdi. 
   - Lütfen işinize bakarmısınız?-qız Arazdan çəkindi. 
   -Niye noldu hanım efendi? Yanlış anlamayın. Ben size sadece yardım etmek istedim. 
   - İstemez yardımızı... Hey Allahım,hey... Sana el açıp yardım istedim, teşekkürler, karşıma iyilik çıkardın da. Biz de biri bize iyilik yapdı diye sevindik. Deme sapığa rastlandık . 
   -Tövbe,tövbeee ... 
    Araz səbrsizləşib başın bulayaraq içəri kecdi. Kimliyini verib yer aldı və yuxarı otağına çıxdı. 
    Uzun yolun yorğunluğu Arazı eldən salmşdı bir xasiyyəti vardı yerini , yatağını dəyişəndə yata bilmirdi . Nə ilĺah etdiysə gözlərinə yuxu getmədi. Qalxıb pəncərəyə yaxınlaşdı . Pəncərəyə asılmış tülün arxasından küçəyə baxdı. Bayaq onunla gələn qız tində biri ilə nəsə xısın xısın danışırdı . Qız Arazın diqqətini çəkdi . 
  -Allah allah kimlə danışır bu?
  Qızın adamdan nəsə aldığını görüb dodağını dişlədi. Əlini belindəki silaha sürtüb özünü yoxladı. 
   -Bəlkə iran  xəfiyyəsidir, dalımca düşüb? 
   Təkrar pəncərədən tülün arxasından boylanıb gözləri ilə qızı izledi. Qız küçədəki simitciyə yaxınlaşıb ovcunda tutduğu pulu ona verdi. Araz gülümsünüb başını buladı ;
  - Day camaat qarnına bir tikə çörək alıb yemiyəcək ki, nə var, nə var Araz buradadır? Yazıq qızın üstündə bəlkə də pulu- parası yoxdur ee. 
    Elə bu vaxt qapı döyüldü. Yaxınlaşıb qapını açdı. Otel işçisi bir xanım idi. Əlindəki kağıza  baxıb. 
    - Araz Abdunimi ? 
    - Evet buyurun ! 
    - Aşağıda telefona bakarmısınız sizi istiyorlar . 
    - Kim? - Çaşıb qaldı. Axı onun orda olduğunu kimsə bilmirdi . 
   - Behram Behbudi diye biri... 
    Behramın adını eşidən kimi pencəyini çiyninə atıb piləkənlərdən aşağı qaçdı. 
    - Aloo, Hə, Bəhram eşidirəm qardaş. 
    - Araz, özünü sakit apar, hec nə olmamış kimi və elə bu dəqiqə oteldən cıx! 
   - Noldu məsələ nədir? 
   - Danışmağa zaman yoxdur . Aliyəyə güvən. 
   Telefondan gələn kəsik səslər onu daha da çaşdırmışdı . 
   - Alo, Bəhram , Aliyə kimdir ? Alo ...
   Səs getmişdi. Nə edəcəyini bilmirdi. Aliyə kimdir? Onu necə tanıyacaqdı? Bəlkə otel işçisi olan bu qadındır? 
                      ***** 
   Hadisələr yaman qarışmışdı. Özüm orda olmasam da hadisələrin həyəcanı məni ağuşuna almışdı. Aliyə kim idi ? Arazı bu qaranlıq dünyadan necə cıxaracağıma bir yol axtarırdım. 

                 ______ 20 ______

   Havalar soymuş, bağ bağçalardan məhsullar toplanmağa başlamışdı. Kənddə qızgın iş gedirdi. Yaşadığımız bölgə çayçılıqla məşğul olduğundan burada iş daha çox idi. Çay kəsiminin son sezonu  olduğudan Gürcüstan və ətraf bölgələrdən də buraya işləməyə gələnlər çox idi. İşçilər bir birinin bəhsinə işə girişmiş, yağışlar və soyuqlar başlamadan çay yarpaqlarımı toplayaraq məntəqələrə təslim etməyə tələsirdilər. 
   Evimiz yüksəklikdə olduğundan balkondan baxarkən bu mənzərə daha gözəl görsənirdi. Yaşıllıqlar içində al-əlvan geyinmiş qadınlar yuxarıdan baxanda çəmənlikdə açmış çiçək təsurratı bağışlayırdı. Hələ payızın əvvəlindən köçə başlamış quşları demirəm. Payız gələndən yer də , göy də canlanmışdı . Qurban olduğum elə bil bütün gözəllikləri, bolluğu-bərəkəti bilərəkdən ilin bu fəsilinə salmışdı. Bilmirəm bəlkı də mən payızı sevdiyim üçün belə düşünürəm.Ya da ömrümün payız cağındayam ondandır...
   Yaydan ekdiyimiz lobyaları, qarğıdalıları, təmizləyib qışlıq hazırlığına başlamışdım deyə masamın başında cox az az görünürdüm. Yazdığım bu roman gündəlik həyatımın bir hissəsinə cevrilmişdi. İşlərimi bitirən kimi telefonumu əlimə alıb əsərimin içində dalıb gedirdim ...

                         ******

  Telefondan Bəhramın səsi kəsilmişdi. Aliyə kim idi? Özü də çaşıb qalmışdı. Bəlkə yanındakı qız idi, bəlkə də bayaq onunla gələn qız idi. Hər kim idisə bu saat onları araşdırmağa nə həvəsi var idi, nə də vaxtı. Bəhramın dediyi kimi burda qalmağa heç zamanı belə yox idi. Təcili burdan getməli idi. Ama yenə hər ehtimla qarşı, yenə otel işçisi olan bu quzdan adını sormalı idi. Əslində soruşmağa lüzum olmadı. Qızın yaxasında adı soyadı yazılan etiket var idi. Şərmin Atasoy ...
    Otağa girib bəzi lazım olan xırda əşyalarını götürüb ciblərinə doldurdu otağından cıxdı. Aşağıdan gələn səslərə diqqət kəsilib, ayaq saxladı. Deyəsən aşağı qarışmışdı. Çox gurultulu səs vardı . Araz qarışıq səslərdən aşağıda vəziyyətin yaxşı olmadığını hiss edib, burdan cıxmaq üçün başqa yol axtardı.Belə vəziyyətdə aşağı enmək ağılsızlıq olaradı. Koridorun sonundaki pəncərəyə baxıb, oraya tələsdi. Pəncərədən aşağı boylandı. Yerə atlanmaq mümkün deyildi, bura yerdən çox yüksək idi. Aşağıdakı səs küy yuxarılara sirayət edirdi. Bəlli ki, adamlar piləkənlərlə yuxarı çıxırdı. Heç şübhəsi qalmamışdı Bəhramın zəngi, onun ardınca oteldəki bu səs küy hər şeyi gün kimi aydınladırdı, düşmən tərəf iş başındadır, Arazın burada olduğndan xəbər tutmuşdu. Qaçmaq lazımdır. Düşünmədən pəncərədən aşağıdakı tikintinin üstünə tullanmaq istədi. Di gəl ki, buradan sağ qalıb qalmayacağı isə şans məsələsi idi. Səslər daha da yaxınlaşırdı ölçüb biçməyə də zamanı yox idi. Divarlarda oynaşan kölgələrdən adamların artıq koridora girdiyini görürdü. Pəncərədən aşağı atlanmaq ağılsızlıq olardı. Ordan atlansa sağ qalacaqdı amma, salamat bir yeri qalmayacaqdı.
   Admlar koridordan keçib br başa Arazın qaldığı otağa yaxınlaşdı. Əvvəl qapını döydülər. Cavab almayınca qapını qırıb içəri daxil oldular. İçəridə kimsəni görməyincə bir bir digər otaqları gəzyməyə başladılar. İcərini basan dəstədən bir nəfər koridorun başındakı pəncərəyə yaxınlaşıb aralıdan ətrafı seyr edib gülümsündü;
   - Hankı akılsız burdan kendisini atar . Hadi ordan-deyib geri döndü. 
   Qollarında, barmaqlarında güc qalmamışdı Arazın. Biraz da gözləsəydi barmaqları sözünə baxmayacaqdı. Pəncərənin mərmərindən açılıb gupultuyla yerə dəyəcəkdi. Yuxarıdakı səslər də uzaqlaşmışdı. Bu o demək idi ki, artıq təhlükə sovuşmuşdu. Güçünü toplayıb yuxarı dartındı. İlk təkanda bunu bacaqmadı. Bir daha iradəsini toplayıb özünə güç verəndə başının üstündə bir qadın əli gördü ...
                    B A K I 
   Uşaqları məktəbə qoyub işə yenicə gəlmişdi ki, qapı döyüldü. Ağ xalatının yaxasın tələsik düymələyib, saçına-başına sığal-düzən verdikdən sonra ; 
   -Buyırun! - deyə səsləndi. 
 Qapı açıldi və 70- 75 yaşlarında bir kişi, onun ardınca elə o yaşlarda bir qadın içəri girdi. 
  - Salam sabahınız xeyir doxtor. 
  - Aqibətiniz xeyir, buyurun xoş gəldiniz. Əyləşin - deyib onlara oturması üçün yer göstərdi. Yaşlılar oturandan sonra kişi əlini cibinə atıb cibindəki kağızı Ulduza uzatdı. 
   - Mənim putyovkamı bu sanatoriyaya veriblər. 
  - Lap yaxşı. Amma siz bunun üçün baş həkimlə görüşməlisiniz. 
   - Sən həkim deyilsən ?
   -Əlbəttdə ki , həkiməm. Amma təyinatlı xəstələri baş həkim yoladaş Həsənov qəbul edir. Buyurun sizə köməklik edim - deyə Ulduz ehtiramla elini qapıya uzadıb yaşlılara yol göstərdi. Yaşlı kişinin yerindən qalxa bilmədiyini görub, onun qoluna girərək onu qaldırdı. Elə bu vaxt qapı döyüldü və cavab gözləmədən də açıldı. Qapıya boylanan Ulduz yerində quruyub qaldı. Qapıdakı adam Balaqardaşın olgunlaşmış halı idi. İki tanış simalar üz üzə gəldi gözlər görşdü. İki donmuş , çaşmış göz bir birinə saplandı. Bəlkə də ikisinin də xəyalları keçmişdə yarım qalmış sevgi dünyasına qaçmışdılar. Qadının səsi ikisini də fikirindən ayırdı. 
   - Səhv gəlmişüy, ay oğul, qlavvıraç Qasanovla görüşməlüymüşüy ...
  - Vayy ,vayy kimləri görürəm kimləri? Ulduz həkim, bu sizsiz?-Balaqardaş təntənəli surətdə qollarını açıb Ulduzu şərəfləndirdi. 
   Ulduz özünü itirdi. Nə deyəcəyini bilmədi. Həyəcanından kişinin qolunu tutub dartışdırırdı. 
  - Yatsam da yuxuma da gəlməzdi ki , sizi burada - Azərbaycanda görə bilərəm. Nə gözəl şərəf, nə pakizə. 
   Ulduz çətin vəziyyətdən çıxmaq üçün söz tapmasa da üzünə saxta bir gülüş verib yaşlıları qapıya doğru çəkdi. Balaqardaş isə davam edirdi:
   -Mən sizi Moskvada axtarırdım ,  sorağınızı Qazaxıstandan aldım ...
   Balaqardaşın üzsüzlüyü və özəl məsələləri yad insanların yanında danışması Ulduzu səbrdən çıxardırdı:
  - Yoldaş, vəzifə başındayam, şəxsi məsələlərinizlə məni məşğul etməyin, çox xahiş edirəm. 
  - Siz Hacıalıyla tanışsuz?
  - Hacıalı? - Uldüz təcüblə kişiyə sonra Balaqardaşa baxdı . 
   - Hə papa. Moskvada Ulduz həkim mənim doktorum olmuşdu. 
  - Nə yaxşı, sevindim. 
   Balaqardaş yaxınlaşıb atasının  qolundan girdi. Ulduzun əlini tutub sıxdı. İki əlin temasından Ulduzun ürəyinə cərəyan kecdi sanki . Bütün vücudu titrədi. Bu titrəyişi Balaqardaş da hiss etdi . Gülümsünüb Ulduzun əlini buraxdı;
   -Burda gözləyin! Papamı  yerləşdirib gəlirəm indi.
   Ulduzun bu saat burada düşündüyü bir şey vardı. Buradan başını alıb qaçmaq və Balaqardaşın bir daha üzünü görməmək. 
   Bu görüşdən xeyli vaxt kecmişdi. Ancaq xəstəxana içində görüşən əski sevgililər aralarında heçnə olmamış kimi davransalar da əslində daxillərində hissləri ilə mübarizə aparan iki yetişkin insanlar idilər. Balaqardaş onunla görüşməyi nə qədər xoşluqla istəsə də Ulduz bu dəvəti qəbul etməyincə zorakılığa əl atdı. 
   Bir gün atasını ziyarətə gəlmiş Balaqardaş Ulduzun otağına girib hec nədən ehtiyyat edib, çəkinmədən birbaşa onun masasına yaxınlaşaraq onu oturduğu yerdən qaldırıb heç izin belə gözləmədən dodaqların dodağına yapışdırdı. Qolları arasında çırpnan qadın özünü qorumağa calışsa da onun qüclü qollarının arasından Balaqardaşın öpüşlərinə təslim olmuşdu. Balaqardaş Ulduzun dodaqlarını elə hərarətlə öpürdü ki, qadın bu öpüşlərə etiraz etməyə iradəsi çatmırdı. Dodaqlar şişib qızarmış, rəngi allanmış, gözləri süzülərək, bütün vücudu Balaqardaşın qolları arasında axıb gedirdi.Qəlbi şiddətlə çırpınırdı. Balaqardaş onu öpdükcə Ulduzun bütün iradəsi əlindən alınır, gözləri süzülür, ürəyi həyəcandan cırpınırdı. Çox keçmədi ki, Balaqardaş qadının sakitləşdiyini görüb qəfil gəldiyi kimi, qəfil də onu özündən araladı və qapıya doğru addımladı. Ani gəlib, beləcə izinsiz hərəkətindən təsirləndirib indi də onu yarım qoyub gedən Balaqardaşın arxasınca səsini yüksəltdi:
 -Mən daha əvvəlki Ulduz deyiləm başa düşürsən, Balaqardaş müəllim? Mənim beş uşağım var, mən bir anayam, sən istədiyin vaxt gəlib istədiyin yerdə at oynada bilməzsən, eşidirsən? 
   Ulduz onun üsyanını, bağırışlarını vecinə almayan Balaqardaşa daha da əsəbləşirdi - özünü saxlaya bilməyib onun önünə keçdı. Gözlərinin içinə baxdı. Gözlər ehtirasdan alışıb yanırdı. Gözlər məni sev, məni əzizlə, məni buraxma deyirdi. Dil isə gözün dediyinə etiraz edirdi. Balaqardaşın qolundan tutub onu silkəldi;
   - Səninləyəm ee, eşidirsən? Bu ixtiyarı sənə heç kim verməyib... 
   Balaqardaş sadəcə gülümsədi. 
   -Bura bir iş yeridir, başa düşürsən də? 
  - On yeddinci palatada gözləyirəm Ulduz, məncə vaxt itirmədən, tez gəl ! - deyib  Başaqardaş qapıdan cıxmağı ilə tibb bacısının içəri girməyi bir oldu...
                   A N K A R A
     Araz ona kömək edən qız ilə bərabər uçuq və dağınıq bir binanın içərisində oturmuşdular. Ona oteldən qaçmasına kömək edən qız elə onu telefona çağıran Şərmin - Aliyə idi. Aliyə onun casus ləqəbi, əsil adı isə Şərmin Atasoy idi, Ata anası Qaraqoyunlu azərbaycanlısı imiş Və cənubi Azərbaycanın bir nömrəli  vətənpərvərlərindən idi. Atası Güney Azərbaycanın azadlığı uğrunda fəda olmuş, anası isə qolları kəsilərək sürgünə göndərilmişdi. Onların yolunu gedən qızları Şərminin uşaqlığı uşaq evində, gəncliyi isə gizli kəşfiyyatlarda kecirdi. Bəli, bu gün də Aliyə Arazın təyin olunduğu vəzifədə ona yoldaşlıq edəcək qadın idi. Bərabər İstanbula onlara tapşırılmış vəzifəyə gedəcəkdilər. Aliyə qatar biletlərini özü həll etmişdi. Səfər zamanına qədər Araz ortalıqda görünməməli idi. Odur ki, burda gizlənirdilər. 
   Hava qaralmışdı. Birazdan yola cıxacaqdılar. Aliyə ; 
   -Yola cıkmadan bir şeyler alıyım da yiyelim -deyə ayağa qalxdı- Hanı derler ya, ac ayı oynamaz... 
   -Evet, doğrudur. Ben de çok acıktım. Kahvaltı bile yapmadlm. Sen otur, istersen ben gider alır gelirim 
   - Delimisin?, kesinlikle olmaz. Otur oturduğun yerde. Senin buralarda görünmemen lazım saklanman gerekir. 
  Araz ixtiyarsız olaraq qıza təslim oldu. 
   -İyi madem...
   -Ben şimdi geliyorum - deyib Aliyə qapıdan çıxdı . 
  Araz köhnə üzü cırılıb dağılmiş divanın üstünə uzanıb otağın içinə göz gəzdirdi. Pəncərədən içəri düşən kölgə diqqətini çəkdi. Baxçada kimsə gəzinirdi. Yerindən qalxıb silahını hazırladı özünü qaranlıq bir köşəyə çəkdi. Açıq pəncərədən həyətə diqqət kəsildi . Biraz həyət-bacaya göz gəzdirib arxayınlaşdı. Kimsə yox idi. Arxayınlaşdı. Geri dönüb içəri otağa keçmək istərkən arxasında qadın kölgəsi gördü. Qaranlıqda üzünü görmədi amma, qadınla tam nəfəs nəfəsə dayanmışdı. İlk dəfə idi ki, bir qadınla bu qədər yaxın təmasada dayanmışdı. Qəribə aura yaranmıdı. İlk dəfə idi ki , içindən bir qadına sarılıb onu öpmək arzusu keçdi. Başını bulayıb özünü elə aldı . 
  - Aliye, senmisin?
   -Tabii benim , noldu korktunmu? - deyə Aliyə güldü - ne oo beni görmeyince saklanmaya başlamışsın. 
  - Yok ne saklanması, dışarıda gölgeler oynaşınca tedbir almak istedim. 
  - Gölgelermi? 
  -Evet, meğerse senmiymişsin . 
  -Hayır kesinlikle ben değilim. Çünki ben şu taraftan geldim - deyə pencereden həyətə boylandı. Tələsik Arazın yanına gelib ;
   - Kesinlikle burda bizdən başka biriləri var, haydı gidelim. 
    Arazın baxışları ciddiləşdi. İstər istəməz özünü qızın ixtiyarına buraxdı. Qızın arxasıyca arxa qapıdan biraz aralıdakı daxalın arxasına, ordan da yola çıxdılar. Aliyə əlində tutduğu çörək arası küftə və aldığı ayranı Araza uzadıb;    
  -Haydi koş, koş, koş haydii- deyib onu tələsdirdi. Qacaraq düzlük bir yerə gəlib cıxdılar. Biraz aralıda ucu bucağı görünməyən dəniz görsənirdi. Şəhəri geridə qoymuşdular. Araz cibindən cıxardığı zincirli saata baxdı. Qatarın vaxtına hələ 4 saat vardı. İkisi də ətrafa boylanıb hər tərəfi gözdən kecirtdilər. Tam sakitlik idi. Uzaqlarda üfüq qızarırdı.Görünür o tərəflərdə hələ günəş indi indi batırdı. Camilərdən oxunan əzanın səsi taa buralara qədər gəlirdi
  -Ezan okudu. Benim namaz kılmam gerekir. 
  - Tabii...
  - Özünü uçurumun kənarına verib ordan dənizə boylandı. Dənizdən əsən mehi ciyərlərinə çəkib. yerdən bir ovuc torpaq görürüb təyəmüm etdi. Sonra da təxmini olaraq qibləni tutub, Allahu Əkbər deyərək namazına başladı. 
   Aliyə bir az aralıda susuzluqdan qurumuş və   toz olmuş  torpaqda  oturmuş, dizlərini qucaqlamışdı . Arazı seyr edirdi. Əsən külək başına bağladığı yaylığının altındakı saçlarının ucunu üzünə,  yanaqlarına çırpırdı. Üzünü dalayan tüklərini geri çəksə də yenə də cənubdan əsən isti külək başından yaylığını almağa çalışırdı. Hövsələdən cıxmış qız yaylığını açıb qoluna bağladı. 
   Araz namazını qılıb geri döndüyündə qarşısında bir su sonası oturmuşdu sanki. Aliyənin ipək kimi qumural saçları axşam günəşində o qədər cazibəli görünürdü ki. Belə bir gözəl qıza heyran olmamaq mümkün deyildi. Özünü ələ alıb gözlərini qızın gözəlliyindən yayındırmağa calışırdı. Gəlib qızın yanında oturdu. Qəzetə bükülmüş çörəyi açıb qıza uzatdı. Gözlərini qızdan yayındırmağa çalışsa da yenə gözləri qızın durna gərdanında, yelin təsiriylə açılan mərmər sinsində qalmışdı. Mərmər sinənin üstündən sanki iki bəyaz alma asılmışdı. Qız o qədər cazibəli görünürdü ki, bu cazibənin qarşısında bir kişi xeylağının əriməməsi mümkün deyildi. Öz özünə "Nəhlət sənə kor şeytan" deyib şüşədəki ayranı açıb qəzetin üstünə qoydu. Aliyə gülümsəyib ayranı götürdü, Arazın gözü bərabərində qaldırıb;
   - Hoş geldin Aras-deyə  gözlərini süzdüb ayranı alıb başına cəkdi. Elə şirin şirin yeyirdi ki ...
    Araz ilk dəfə idi ki , bələ hisslər kecirməyə başlamışdı. Beynində ürəyində ilk dəfə idi ki, belə həyəcan , belə fikirlər kecirdi. Bu gün ona nə olmuşdu özü də bilmirdi. Bu qadının cazibəsi onun ixtiyarını əlindən alıb kişilik duyğularını tərpədirdi. Bu yaşa gəlmişdi əsla heç bir qadınla yaxınlıq etmək, heç bir qadınla özəl münasibətlərə girməyi belə ağlından kecirməmişdi. İndi bu dəfə bu nə sirr, nə bela idisə heç özü də baş açmırdı . Özünü cilovlaya bilmirdi. Bədəni od tutub alışır, qadının  cilvəsiylə yanan bədəninin közünü körükləyirdi . Arazdan böyük olsa da gənclik təravəti hələ də üzərində qalan bu qadının hər hərəkəti, baxışı Arazın hisslərini riqqətə gətirirdi. Dənizdən əsən külək qadının saçlarını oynatdıqca açılmış boynu bədrlənmiş ayın işığında işım işil işıldayırdı. Bir an xəyalından qızın boynundan, gərdanından öpmək keçdi. Özünü narahat hiss edirdi. Bir az daha otursayd qıza ayıb olacaqdı. Əlindəki çörəyini qəzetə büküb ayağa qalxdı. Uçurumun kənarına gəlib dənizə baxdı. Bütün vücudu od tutub yanırdı. Bu saat burdan dənizə baş vurub yanğısını söndürmək istəyirdi . 
 -Ne oo, bebeğim, bi şey yemedin? 
 - İştahım yok .
 - Hmm... Hani acdın sen, kahvaltı da yapmamıştın. Bunu yemek istemiyormusun ? Ne istersin? 
  -İştahım yok dedim ya - Deyə özündən asılı olmayaraq Arazın səsi acizanə titrədi. Sanki bu tutrəyişdə "Mən ancaq seni istyirəm"  demək istyirdi. 
  - Hmmm... Anladım! 
   - ...
  - Gel benimle! 
  - Nerye ? 
  - Gel , gel - deye Şermin şən qəh qəhələrlə təpə aşağı qaçmağa başladı. Araz bu dəfə də özünü qızın ixtiyarına buraxıb arxasıyca üzü aşağı götürüldü. Qız dənizin qumsalıqlarına çatanda qaça qaça əynini soyunub tökməyə başladı. Qəh-qəhəsi və onu cağırışı ətrafa yayılmışdı. Əynində sadəcə nazik ipək köynəyi qalmışdı. Dənizdən düşən ay ipək köynəyin altındakı qadının incə vücudunu tam aydınlığı ilə gözə çarpırdı.
  - İlahi bu nə gözəllik, bu nə hikimət, ya rəbbim? - deyə Araz dayanıb kənardan qızın bu gözəlliyinə heyranlıqla tamaşa edirdi. Bu oyunun sonda nə ilə bitəcəyini gözləyirdi. Ayaqları dənizin suyuna dəyəndə Aliyə də addımlarını yavaşıtdı . Barmaqlarının ucu ilə suyun hərarətini yoxladı. Dönüb Araza baxdı ; 
   -Neyi bekliyorsun gelsene - deyib səsləndi. Üstündəki son köynəyini çıxarıb qumların üstünə atdı. Arazın gözlərinin qarşısında cənnətdən gəlmiş huri sanki dənizə baş vururdu. İlk dəfə çılpaq qadın vücudu görən Araz acgözlüklə qadının hər əzasını seyredirdi, suyun altında əzalarını gizlədən qadının gözəlliyinə doymayan Araz hardasa gözləriylə gadını sudan cıxarıb təkrardan bu gözəlliyi seyr edəcəkdi. 
   Şən qəh - qəhələr Arazın bütün etirasını, duyğularını riqqətə gətirmişdi. Daha dayana bilməyib üstündəkiləri soyunub suyun hərarətini belə yoxlamadan özünü dənizə vurdu. Bir an Aliyə nə olduguna çaşıb qalaraq etrafa boylandı. 
  - Aras, Aras nerye kayboldun? Aras?
  Suyun altından vücuduna toxunan şeyi hiss etdikcə sakitləşdi. Bu dəfə qarşısında suyun altından cıxan Araz onunla burun-buruna, nəfəs-nəfəsə dayanmışdı. Sadəcə gözlər birbirini tilsimləmişdi. Nəfəslər bir birinə toxunduqca iki cılpaq vücud bir birinə can atmağa calışırdı. Bayaqdan içində cilovladığı qızmış nər ipindən - bəndindən gopmuşdu, yer yerindən fınxırıb dururdu. Bu nərin qarşısında dayanmaq mümkün deyildi. Suyun altından əlini uzadıb qızın incə belindən yapışdı. Özünə tələf çəkdi. Çılpaq qadın bədənə toxunduqca dodaqlar alışıb yanır, ehtirasdan coşan vücudlar bir birlərinə sarılmağa can atırdı. İlk dəfə idi ki, barmaqları qadın vücudunda gəzirdi, ilk dəfə idi ki, bir qadın bədəninin hərarətini əllərində hiss edirdi. İlk dəfəydi ki , dodaqları gadın məməsinin giləsini əmirdi. Bəli ilk dəfə idi ki, bir qadın onun mərhəminə toxunurdu...  Həyatında bu qədər gürur hissi keçirməmişdi heç. Özünü, kişiliyini ilk dəfə bu gözəl qadının üstündə sınayacaqdı. Bütün ixtiyarı əlindən alınmış qızı bir anda gucağına alıb yaxınlıqdakı qayalığa tərəf addımladı. 
   ... Ay işığında qaylığın kölgəsində öküz kimi kükrəyən bir dəliganlı və səssizcə inləyən bir qadın vardı, bunların biri Aliyə, biri də Araz idi...

                 AZƏRBAYCAN 

   ...Balaqardaş onu on yeddinci palataya dəvət etsə də daş yerindən tərpənmiş, Ulduz tərpənməmişdi. Ulduz hələ az öncəki öpüşmənin təsirindən cıxa bilməmişdi. İllər əvvəl qəlbinin bir küncündə uyuyan məhəbbəti oyanmağa başlamışdı. Lakin Ulduz özü özünü tənbeh edirdi;
   -Ağlını başına yığ Ulduz , daha sən gənc qız deyilsən, beş uşağın anasısan! Özünü elə al !
   Kecirdiyi həyəcanlar onu haralara aparıb cıxarmışdı heç özü də bilmirdi. Bir onu bilirdi ki, bu saat, bu dəqiqə sevgi ilə nifrət arasında qalıb, keçmiş ilə indiki vəziyyət arasında gedib-gəlirdi. Yatmış istəklər oyandıqça başından basıb onu yatırmağa calışırdı. 
   Bu vəziyyətdə işləyə bilmirdi. Qapını açıb kalidora göz gəzdirdi. Kalidorda bir iki xəstədən başqa heç kim yox idi. 
  - Ulduz həkim, 17- ci palatadakı xəstə sizi istəyir- sanitar qadın Ulduza yaxınlaşanda ürəyi həyəcandan əsməyə başladı. Udqunub gözü ilə koridorun sonundaki on yeddinci palataya boylandı. Dərindən nəfəs alıb həyəcanlı və eyni zamanda qərarlı adımlarla irəlilədi . Gəlib qapının qənşərində dayandı. Əlini qapının  dəstəyinə uzadıb durdu . Elə bil bir əl onu irəli, bir əl isə geri dartırd. İki hiss arasında parcalanırdı Ulduz. Ürəyi, ruhu içəri, vicdanı, mənliyi və qüruru onu geri, evinə , uşaqlarının yanına çəkirdi. Uşaqların sevgisi Balaqardaşın sevgisindən üstün oldu. Geri dönərkən tibb bacısını yanında gördü. 
  -Sevinc sən 17 ci palatadakı xəstəyə bax, həkim gəlsin desə yola ver. Mən biraz sonra gələrəm. Doktor Həsənov məni cağırır - deyib getdi. 
   İçəri girənin Ulduz yox tibb bacısının olduğunu görüb Balaqardaş yerindən atılıb qapıdan cıxdı. 
 - Ay yoldaş siz burda neynirsiniz , içəridəki xəstə hanı? - tibb bacısı təccüblə ona baxdı. 
   Ulduz qapını döyüb içəri girdi. 
   - Olar?
   -Buyur qızım !
   İçəri girib həkimin qarşısında dayandı. Barmaqların bir birinə dolaşdırıb şaqqıldatdı. Həkimin əli məşgul olsa da gözlüyünün  altından diqqəti Ulduzda idi. Bəli yanılmamışdı. Uldüz gərgin idi. Ulduzun hər çətinliyinin şahidi olmuş qocaman həkim bu dəfə Ulduzda başqa narahatçılıqlar hiss edirdi. 
   - Nolub? Necesən, nəsə problem var? Uşaqlar...
  Ulduz başın yırğalayıb ;  
   - Şükür hər şey qaydasındadır- deyə Həsənovun sözünü kəsdi. 
   - Axı mən qaydasında olan bir şey görmürəm? Nolub, bir problem var?
  - Yox, yox doktor, hər şey yaxşıdı. Yoldaş Həsənov sizdən bir xahişim var. 
  - Buyur qızım- gözlüyün çıxarıb masaya qoydu. 
  -Bilirsiz mən keçən il də, bu il də illik məzuniyyət götürməmişəm, məzuniyyət götürmək istəyirdim. 
  -Hardan cıxdı bu məzuniyyət, İşin bu qızğın vaxtında?
  - Çox xahiş edirəm, cox yorğunam. Biraz dincəlməyə ehtiyyacım var. Həm uşaqlar ataları üçün darıxıb, onları atalarının yanına aparmaq istəyirəm. 
   - Sənin də işlərin yaman tərsdir ee ay Ulduz. Uzun yayı qoydun dərs yeni açılıb, sən deyirsən uşaqlar ataların istəyir. Bəs beş uşağın dərsi necə olacaq. 
   - Bir şey olmaz , Nəsir həkim , yayda tərsliyim tutmuşdu. Aparmadım,  bizim ailənin problemlərimi az çox bilirsiz də. Amma uşaqlar dayanmırlar. Bütün əsəblərim pozulub ...
   Həkim başını yelləyib onun sözünü təsdiq etdi . Əslində Qazaxstana getməyi düşünmürdü, ama Balaqardaş ortaya cıxdıqdan sora anidən belə bir qərar vermişdi. İbrahimə ehtiyyacı olduğunu hiss edirdi.Bəlkə İbrahim onunla bərabər olsa, Balaqaradaş ona bu qədər yaxınlaşmağa cürət etməzdi . Bəlkə də necə illərdir tək yaşadığından buir kişiyə qarşı olan istəyi duyğularına qarışıb ürəyini tərpədir? Bəlkə İbrahim yanında olsa Balaqardaşla kecirdiyi günlər dəlisov sevişmə səhnələri gözlərinin qarşısında canlanıb, gənclik havasını təkrar üzünə çırpmazdı. 
   -Yaxşı qızım, kadrlar şöbəsinə yaxınlaş ...
    On beş günlük məzuniyyətini alıb bir başa bilet satış məntəqəsinə gəldi. Beş gün sonra Qazaxıstana uçacaqdı...
  Necə gün idi ki, uşaqları ilə bərabər gün kecirirdi. Evin keyfini çıxarırdı. Uşaqları dərsə yola salıb, onları qarşılardı. 
  - Ev xanımı olmaq nə gözəl imiş. Kaş kə , əri burda olsaydı da , qazanıb heç nəyə gücü catmasa da sadəcə soğan çörəyini gətirsəydi, nə yaxşı olardı. Özü də evdə uşaqları ilə məşğul olardı. Nə gözəl şey imiş belə yaşamaq, ruhum yorulub Allahım, sən özün mənə güc qüvvət ver. Balalarımı bir tərəfə çıxardım - deyə düşünürdü .Tək başına həyatla mübarizəsi onu əldən salmış , ruhunu hər şeydən küsdürmüşdü . Sabah uşaqlarını yola salanda son təlimatını vermişdi . 
  -Dərsdən cıxıb bir başa dayın gilə gedirsiz ha bax. Mən də hazırlaşıb əşyalarınızı ora gətirəcəm, ev eşiyə də əl gəzdirim biraz. Gecə də elə dayıngildən yola cıxacam. Bu dəfə papanızı necə olur olsun gətirəcəm evə. 
   Uşaqları yola salandan sonra həmişəki kimi qonşu qadın Mədinə də gəldi.
   Mədinə qonşuların içində ona ən yaxını idi . Ulduzun əlindən cox tutub ona cox kömək olmuşdu. Elə Uldüz özü də bu qadını özünə bacı bilirdi. Ulduz elə bilirdi tək deyil , onun Mədinə adlı bir bacısı var. Mədinə ona o qədər candan yaxın idi ki. Ulduz işdə olanda gəlib uşaqlara baxar yeməklərini verər evi-eşiyi yığışdırardı. Bir oğlu var idi, o da anadan gəlmə xəstə idi. Oğlunun xəstə doğulduğunu görüb əri onları atıb getmişdi . Dövlətdən oğluna aldığı pensya ilə keçinirdilər. Ana xəstə oğlunu qoyub gedib işləyə bilmirdi. Oğlu körpəykən ailəsi Mədinəyə uşağı uşaq evinə qoymağını istəsə də Mədinə bu təklifdən qəti surətdə imtina etmişdi. Ulduzla Mədinəni bir şey birləşdirmişdi. İkisi də övladları için gəncliyini, həyatını qurban vermiş fədakar və tənha bir qadın idi. Onları özlərindən başqa heç kimsə başa düşə bilməzdi. 
   Mədinə demək olar ki , Ulduzun sağ qolu idi. Ulduzda Mədinənin etdiklərinin qarşılığında ona əlindən gəldiyi qədər köməklik edirdi. Uşağının dərmanlarını, onun uşaq sanatoriyasında pulsuz mualicəsini qarşılayar, Bəşirin onlara yolladığı kənd məhsullarından yeyəcəklərini təmin edərdi. İsmayıl da Mədinənin bacısına etdiyi yaxşılığı qarşılıqsız qoymamışdı. Mədinəyə İsmayılın hesabına bütün dövlət qapıları açıq idi. 
   Bəşirin gözü Mədinəyə düşmüşdü. Ulduzun vastəsiylə Mədinəyə söz göndərmişdi. Bəşiri qayğıkeş və yaxşı adam kimi tanıyan Ulduz cox keçmədi ki, Bəşir üçün Mədinədən üzür isteməyə başladı. Bir necə dəfə evlənəcək deyə Mədinənin evinə gəlib onunla bir neçə gecəsini keçirən Bəşirin əsilində evlənmək niyyətinin olmadığını anlayan Mədinə arada bu işə vasitəçi olan Ulduzu qınadı. Uzun bir küsülülükdən sonra Ulduz Mədinənin ayağına gedib Bəşirin adına ondan üzür istədi və dostluqlarını bərpa etdi. 
    Mədinəni qapıda görən Ulduz masanın üstündəki kağızı götürüb cibdanından pulu çıxarıb ona uzatdı. 
   -Mədiş, sən Allah sən qaç bunları al gəl. İbişin ən sevdiyi şeylərdir. Mənim vaxtım yoxdur dükan bazara gedim. Qadan alım sən get, mən də buraları təmizləyim, evi eşiyi belə qoyub gedə bilmərəm. Vannada paltarlarım var. Uşaqların maykalarını atmışam qaynamağa - deyib qazın üstündə vedrədə qaynayıb köpmüş paltarları ağacla aşağı basdı. 
   - Baah, bahh kişiyə qovuşacaq deyə gör nə əl ayağa düşüb ee - Mədinə Ulduza göz vurub güldü. 
  - Hə ee əşi demə day. Hələ görüm gətirə bilirəmmi , bax bu dəfə gəlməsə fsyo, bitti day . Qağamın goruna and içmişəm, daha yanına nə getməyəcəm nə də uşaqları yollamayacam. Qoy qalsın çatlaya çatlaya. 
   -Bəs uşaqların onsuz dayanacaqlar?  
   - Bilmirəm day. Böyüyüb özləri  gedərlər. Mən göndərməyəcəm .
   - Nəysə mən gedim o zaman . Hə, bəlkə biraz geç gələrəm . Qaz idarəsində, sobezdə işlərim var. 
   - Day mən gedənnən sonra gəlmə ee. Kişinin hədiyələri qalar. 
   - Narahat olma o vaxta qədər çataram - gülüşdülər
   Mədinəni yola salıb hamama girdi. Axşamdan islağa qoyduğu paltarları yumağa başladı. İsti suyun havasından çox tərlədi. Nəfəsi kəsilirdi. Qoftasını çıxarıb işinə davam etdi. İçəridən hənirti gəldi. Aralı qapıdan kolidora boylanıb çöl qapıya baxdı qapı aralı idi. 
   - Mədiş noldu ? Yenə nə yadınnan cıxdı, ay huş Qənbər? 
   Cavab eşitməyincə təkrar qapıya boylandı. Qapı örtülmüşdü. 
  - Getdi ... dəhşətdi ee vallah . Bir dəfə görmədim ki, bir yerə gedəndə geri dönməsin. İllah ki , bir şeyi unudacaq .
    İlıq suyu açıb hamam vannasına buraxdı. Yuduğu paltarları içinə atıb bol suda durulayacaqdi. Ətəyini yuxarı qaldırıb qıçlarının arasına salıb yerə çöməldi . İsti sudan ləyəndəki paltarın üstünə töküb yumağa başladı . Suyun  buxarı üzünə yarıçılpaq bədəninə dəydıkcə tər olub üzü aşağı axmağa başlayırdı . Əynində sadəcə geniş yubka və sadəcə döşlərini tutan sinəliyi vardı. Hərəkət etdikcə dolğun döşləri dar sinəlikdən darıxıb bayıra çıxmağa can atırdılar.Qızarıb pörtmüş üzündən damlayan sular budlarına dağılmış  köpüklərə qarışırdı . Çox tərləmişdi. İstidən tıncıxıb alnına puçurlamış təri çiyninə silib başını qaldıranda, qapıya soykənib ona baxan kişini görəndə yerindən dik atıldı ...
                        ******
  Ulduzun yerinə özüm həyəcanlanmışdım . Təsəvvur edin ki , evinin içində iş gördüyün yerdə biri səndən xəbərsiz evinə girib səni o vəziyyətdə görür ...
   Əsil həyəcan indən sonra başlayırdı . Bu iki kəlimə ilə yazılası bir şey deyildi. Odur ki , əlimi saxlayıb , bu həyəcanı növbəti bölümdə davam etməyə qərar verdim ...
            _____ 21 ______

    Nədənsə Bahar gec gec yazırdı . Səbəbin bilmirdim amma, ona yazmağa vaxtı yoxdursa sadəcə səs göndərməsini istəyirdim. Səhəti heç də yaxşı deyildi. Günü xəstəxanalarda  kecirdi. Şəkər və təyziqdən şikayyəti vardı. Yanvarda Ankaraya gələcəyini deyirdi. O, mənə söz verirdi ki;
   - Sağlıq olsun , Ankaraya gəldiyimdə səni də Araz dayıyla görüşdürüb tanışdıracam. 
    Bu görüşü səbirsizliklə  gözləyirdim . Romanımın hələ qələmə almadığım qəhrəmanı ilə Baharın vastəsinilə əyani tanış olmuşdum. İndiki bölümlərdə haqqında yazdığım Arazla yaxından tanış olmağı çox istəyirdim.Yəqin ki, indi o bu yaşında ömrünün qışını yaşayırdı.
                  *******
   Hər tərəf saralmış, yurdda payız öz hökmünü sürməyə başlamışdı. Hava gah qaralır, gah açırdı. Payız hökmüranlığını etsə də yay yerini payıza təslim etmək istəmirdi. Payız ilə yayın savaşı başlamışdı sanki ...
    Ölkədə pambıq mövsümü başlamışdı. Rayonun bütün qüvvəsi pambıq sahələrinə cəmlənmişdi . Məktəblər, sağlıq ocaqları, idarə və təşkilatlar pambıq yığımına cəlb olunmuşdu. Yağışlar başlamadan sahələrdəki pambıq toplanıb bitirilməli idi .
   Bəşir atın belində bir- bir sahələri gəzir, işçilərə nəzarət edərək öhtəsində olan kolxozun planını vaxtımda yerinə yetirnəyə calışırdı. Həyatda nə qədər vicdansız biri olsa da, işdə o qədər məsuliyyətli və tələbkar idi. Rayonun ən qabaqcıl kolxoz sədrlərindən idi. Əlindən zara gəlmiş işçilərin şikayyətləri boşa gedirdi. Hökümət neçə illik iş həyatında hələ indiyədək Bəşirin iş həyatıda açıq və qüsur tapa bilməmişdi. Rayonun iqtisadi planını demək olar ki, 70 faizini Bəşirin öhtəsində olan sahələr yerinə yetirirdi . Bu da Bəşirin məsuliyyətli və tələbkar olmasını sübut edəcək bir dəlil idi . Təbii ki, dövlət belə bir təsərrüfat rəhbərini itirmək istəməzdi . Elə bu səbəbdən rayonda sayılıb seçilən beş kişidən biri də məhz  Bəşir idi. 
  Bəşiri kənddə kəsəkdə qız-gəlinin qənimi kimi tanısalar da, o qədər də səxavətli, əli açıq bir adam kimi bilirdilər. İnistituta qəbul olana, toy edənə, ev - torpaq almaq istəyənə, yetim və sahibsiz gənclərə əlindən gəldiyi qədər yardımcı olurdu . Vaxtı ilə kəndin gənc qızlarına sulanan Bəşir yaşı kecdikcə, dullara, boşanmışlara, sahibsizlərə "sahib" dururdu. Kimisinə evlənəcəyini söz verir, kimisinə də gizlincə görüşməyi təklif edirdi ... Rayon kişiləri Bəşirə yeyib-icən, "lotu kişidir " deyirdilər. Kənardan eşidənə bu xoş təsurat yaratmırdı amma əksinə onun "lotuluğunu" bəyənənlər vardı. 
   - Əşi aiəsiz, uşaqsız adamdır da  Neyləməlidir, yaxşı eləyir. Belə qadınların özlərinin ağılları var gedib Bəşirin qucağına girməsinlər. Dana göz eləməsə  kələ gəlməz-deyib günahı qadınların üstünə də atanlar var idi, qadınlarla keçirdiyi məcaraları lətifə kimi məclislərdə danışanlar da var idi. Təbii ki, bütün bunları eşidən Bəşir özüylə qürurlanır, tutduğu işlərdən ilham alırdı. 
    Atın belində pambıq sahəsindən çıxıb ana yola yön aldı. Asfalta çıxanda çiyninə asdığı yağmurluğun ipini bərkidib, atın başını buraxdı. At sürətini artırdıqca çiynindəki yapıncısı havada uçurdu. Kənardan baxan atın bəlində qanadlarını açmış , uçmağa hazırlanmış bir quzğun var sanardı . 
    Arxadan gələn maşının siqnalına atın ipini cəkib atını yolun kənarına sürdü. Maşın ata yaxınlaşınca sürücü açıq pancaradən əlini cıxarıb ona dayanmasını işarə etdi . 
   - Salam ağsaqqal ...
   Bu tərəflərə yol cəkilsə də maşın cox az az görünərdi deyə Bəşir bu yad maşının harasa bu tərəflərdə qonaq olduğunu və gedəcəyi yeri soruşacağını düşünüb atını saxladı. Maşın atın qabağına keçib dayandı və maşından yerə bir dəstə adam tökülüdü. Bəşiri atın belindən yerə salaraq onu döyməyə başladılar. Bəşir ilk müqavimət göstərsə də ona dəyən zərbələrdən süstləşib düşəndə onu maşına qoyub geri döndülər ...
  Nə qədər yol gəldiyini bilmədi. Mənzil başına catanda hava artıq qaralmağa başlamışdı. Bəşiri maşından çıxarıb kənd təsərrüfatı texnikası olan böyük bir qaraja gətirib bir stula bağladılar. Bağırıb çağırmasına, söyüb söylənməsinə baxan yox idi. İçəri ala-qaranlıq idi. Birazadan qarajın böyük darvazaları aralandı. Ağır addımlarla kök , balaca boy bir kişi onun yanına gəldi. Adamın arxasında, sağında, solunda yəkəpər baz burdlu gənclər vardı . Bu idmancı cavanları görəndə məsələnin nə olduğunu bilməsədə burda yaxşıca döyüləcəyini anladı. Bir gözü kor olan bu balacaboy adama baxıb qışqırdı ;
   - Kimsiniz əə? Məndən nə isyirsiniz? Ye kişisiz ə. Kişi kişiylə kişi kimi danışar. Acın əlimi, qolumu ! Kişi kimi danışaq görək  məsələ nədi. 
   Xəbəri yox idi ki, neçə illər bundan əvvəl İbrahim və Ulduza qənim kəsilmiş kor Manaf indi yarımçıq qalmış işini tamamlamağa gəlmiş. 
   - Kəs ə, səsini! - hökümlü eyni zamanda qaba səsdən sanki bədəni titrədi Bəşirin. 
  - Ə, mənə kişilikdən dərs demə əə. Kişinin arvadı sahibsiz olmaz ! 
    Ne olduğunu anlamayan Bəşir şaqqanaq cəkib güldü biraz da üzünə yaltaq ifadə verib güldü; 
   - Ə, qadan alım, mənim arvadım nəyzir əə? Deyəsən məni kimnənsə dəyişik salmısız, ağrın alım !
   -Ə, kəs səsini, tülkülük eləmə! Bacının qoduğundan danışıram. Hardadır ə, o bacının küçüyü? 
   - İbrahimi deyirsən? 
   - Başqa bacın oğlu da var ? 
    Çaşıb qalmış Bəşir gözlərini döyə döyə qaldı. Bəşirin danışmadığını görüb kor adamlarına işarə etdi . Adamların yumuruqları işə başladı . Mədəsinə dəyən yumuruqdan ikiqat oldu. 
  - Hardadı? 
  -Bilmirəm , qadan alım - deməyiylə ikinci, üçüncü zərbə gəldi . 
  -Rusetdə olduğunu bilirəm , ama onunla heç əlaqəm yoxdu . 
  - Elə deyirsən? 
  - Hə allah haqqı, dəqiq adresini bilmirəm . Arada zəng eliyir, elə danışırıq. Gedib gəldiyimiz yoxdu,  qadan alım buraxın məni cəhənnəm olum gedim . İşim gücüm var. Mən dövlət adamıyam, öhtəmdə yüzlərlə kəndli, böyük bir kolxoz var... 
  - S..um sənin dövlətinə, eşşəy sudan gələnəcən cırpın, bunu ! - adamlarına əmr etdi. 
   Manaf Bəşiri döyməklə heç bir şey əldə edə bilməyəcəyini görüb  yanındakı adamlara işarə etdi. Adam iki kisə gətirib, Bəşirin önünə qoydu . Manaf kisələrin ağzını açıb qurumuş otu qarışdıraraq ona göstərdi. 
  - Dövlət adamısan hə? Bir dövlət adamı belə şeylərlə məşğul olarsa bilirsən də axırını?
  Bəşir yazıq və acizanə Manafa baxdı. 
  - Həə, dillənmirsın? Yenə demiyəsən?
  - Mən heç nə bilmirəm ay tova, qağamın üz qoyduğu torpaq haqqı...
  -Götürün bu nəşələri. Aparın lazımı yerə, milisə də zəng edin- Bəşiri sınayıcı bir nəzərlə süzüb- Açın bunun əlini qolunu! - dedi . 
  Adamları kisəni çiyinlərinə alıb   gedəndə Bəşir dilə geldi. 
   - Dayanın! A başınıza dönüm , məni şərə böhtana salmayın. Kişi şər böhtanla iş görməz. 
   - Ə, bu hələ kişilikdən danışır mənə? Sənə dedim kişilikdən danışma! Kişilikdən salaram səni də, bacının oğlunuda. 
   - Qoyun yerə o nəşəni, danışacam, deyəcəm, nömrəsini verərəm danışarsınız özüynən . Nə probleminiz var, özüynən çəkərsiniz, mənim nə günahım var axı? 
   - Ə, mənə quş dili danışma neynirəm ə mən o qoduğun nömrəsini? Mənə onun harda olduğunu, yerini de !
   - Vallah, məni əlinlə  yuyub torpağa qoyasan, əyər yalan deyirəmsə. Ölənlərimizin goru haqqı, mən İbrahimin yerini bilmirəm. Ama arvadı uşağı burdadır. Yanı Bakıda. Axı məsələ nədi, Deyin bir yerdə həlll edək də!  Ağsaqqal adamam məni bu yaşımda niyə p..saqqal eliyirsiz, kişiliyə yaraşan şey döyül axı bu! Borcu var? Pul - para lazımdı? Nə lazımdı deyin yoluna qoyaq dayna. Qadan alım nəyə lazımdı məni bu yaşımda bu günə salmaq, qoja kişiyəm . 
   Manaf tay gözünü qırpıb , Bəşirə baxdı:
  -Bizim kitabımızda işi yarımçıq qoymaq yoxdur, bizim kitabımızda qisas pulnan ölçülməz, ağsaqqal ! İyirmi il də keçsə işimizi özümüz tamamlayarıq - deyib başı ilə adamlarına işarə edib getdi. 
   Qarajın içini vəhşi bir bağırtı bürümüşdü, yerdə isə başını qarnını qucaqlayan bir qoca qıvrılırdı ...
              TÜRKİYƏ
  Dəmir yoluna catanda qatar gəlmişdi. Aliyəylə qaçıb qatara minəndən biraz sonra qatar fit verib tərpənməyə başladı. Aliyəni içəri ötürüb, elə vaqonun qapısında dayanıb siqaretini yandırdı . 
  - Arkadaş, burda durmak yasak! - qatar nəzarətçisi onu xəbərdar etdi. 
   -Tamam abi. Bir siqara içib hemen geliyorum - deyib açıq qapıdan biraz aralanıb siqaretini tüstülətdi. Bir az əvvəl qumsallıqda Aliyəylə keçirtdiyi saatlar ağlına gəldikcə özündə bir əminlik, bir qürür hiss edirdi.Bu yaşına qədər Aliyədən aldığı həzzi başqa bir şeydə almamışdı.Öz-özünə düşünürdü ki; bu vaxta qədər bir qadınla yaxınlıq etmək niyə ağlına gelməyib? Niyə özünü bu ləzzətdən məhrum edib. Axı o da insandır, vətəni düşünür deyə ,  özünü Allahın qoyduğu qanundanmı çıxaracaqdır? Nəfisin də bir bəndi-sərhəddi vardır təbii ki. Allah heç bir bəndəsini tək buyurmayıb, onun da həyatında bir qadını olması lazım idi . Aliyəylə münasibətinə qədər sanki o yatmışdı, sanki Aliyə onu qadınlığıyla bu yuxudan oyatmışdı.
   Siqaretindən bir qulab alıb gözlərini yumdu. Hələ də barmaqlarının ucunda Aliyənin döşlərinin hərarətini hiss edirdi. Dodaqları qaçdı. Aralı qapıdan boylanıb icəri baxdı. Aliyə eşyaları yerləşdirirdi. Eyilib qalxdıqca. hərəkət etdikcə qara donunun altında oynayan əzalarını, incə belini, geniş yancaqlarını ehtirasla süzürdü. Ürəyi Aliyəyə can atırdı , yenə onunla təkrar yaxın olmaq istəyirdi. Ürəyi qürələnirdi , Aliyəylə kişilik sınağından alnı açıq çıxmışdı. İllərlə daxilində yığılıb qalmış istəyinin qarşısını sel kimi açıb buraxmış , Aliyənı kiçik bir qayıq kimi ehtirasının limanında dəli bir fırtına kimi atıb tutmuşdu. Aliyə də qadından doymayan bu dəliqanlıya heç bir etiraz etmədən özünü bu dəli fırtınanın ixtiyarına buraxmışdı. Fırtına onu istədiyi yerə vurur, istədiyi yerə çırpırdı. Dəli rüzgar kimi saçlarını dağıdır, ac aslan kimi ovunu dişləri ilə gəmirirdi . Köləsinə hirslənmiş ağa kimi saçlarını yolur, atını altında cilovlaya bilməyən atlı kimi yanlarını qırmanclayırdı. Aliyə bütün bu övkəyə müqavimət  göstərmir, etiraz etmirdi. Onun bu ehtirasının soymasını zövqlə gözləyirdi. Ağasının ona verdiyi işgəncədən inildəyən Aliyə fırtınanı daha da güçləndirirdi. Arada səngiyib təkrar coşan tufana biixtıyar təslim olurdu. Zaman isə qısa idi. Artıq səfər saatı yaxınlaşırdı. Tufan dayansa da, dayanmasa da yola çıxmaq vaxtı idi ...
   Elə bil üstündən ağır bir yük götürülmüşdü. Yorğun idi , dərin bir yuxuya gedib yatacaqdı , sabahı gpzünü həyatında görmədiyi, bilmədiyi bir şəhərdə açacaqdı. Siqaretinin son qulabını atıb aralı qapıdan bayra atmaq istədi. Qatar hərəkət etdikçə  onunla bərabər qacan qızı görüb hərəkətə gəldi. 
   -Yardım edin, rica ediyorum ! - Deyə təngənəfəs olmuş qız yuxarı baxaraq, əlini ona uzatdı;
  - Yalvarıyorum, nolursunuz! 
   Qapını açıb siqaretin bayıra atdı. Başını çıxarıb geriyə boylandı . Qaranlıqda dörd qara kölgə qızı qovurdu. Qaranlıqda qızın üzünü görməsə də içindən ona kömək etmək arzusu keçdi. Əlini uzadıb qızın ona sarı uzanmış biləyindən tutub yuxarı qaldırdı. Qızın ayağı yerdən üzülüncə qatarın sürəti artdığından , qızı hava kütləsi atıb tutmağa başladı. Bütün gücünü toplayıb qızı yuxarı dartmağa başladı. Son təkanda qızı çəkəndə yıxıldı və qız da onun üstünə düşdü. Qəfil zərbədən əzilən Araz qızın altında sızıldadı. Başın qaldırıb üstünə düşən qıza baxdı. Saçları üzünü qapatmış qız Arazın üstündən qalxmağa tələsdi. Araz qızın saçlarını üzündən yana cəkib qıza baxdı. Bu qız o idi , o ...
  Aliyə qapıda göründü ;
  - Araz? Noluyor yavrum?  
   Araz da qız da özünü toparlayıb  ayağa qalxdı. 
  - Hiç yanıış anlama, ufak bi kaza.
    Qatarın tək kişilik yatağında Aliya ilə Araz oturmuşdu. Aliyə başını Arazın dizinə qoyub yuxuya getmiş, Araz isə qarşı tərəfdə yatan üzü gözü əzilib göyərmiş , dodağında qanı qurumuş qıza baxırdı.Bu qız İzmirə ilk gəldiyində taksiyə minərək təhlükədən qacan Sila idi, bu dəfə də təhlükə onu qatarda Arazla qarşılaşdırmışdı...

              AZƏRBAYCAN

     Hamamın qapısında tanımadığı kişini görüb mıxdan asdığı qoftasına əl atıb açılmış döşlərinin üstünə tutdu. Qorxudan və həyəcandan səsi batmışdı. Özünü cəmləyib adama nəsə demək istəyirdi səsi çıxmırdı . Durduğu yerdə əsirdi. Bir əli sinəsində, o biri əli ilə adamı itələməyə başladı. Hamama göz gəzdirdi. Vedrənin içindən paltar ağacını götürüb adamın üstünə cumdu. Nə qədər qışqırmağa calışdısa da bağıra bilmirdi. Qarşısında dayanan tanımadığı və ilk dəfə gördüyü  balacaboy kor kişinin qəribə baxışları onu daha da hiddətləndiridi. Əlinə kecəni ona çırpır bu balaca dar hamamdan qaçıb canını qurtarmaq istəyirdi. 
    Bəşir canını Manafın bəlasından qurtarmaq üçün Ulduzun adresini ona verərək onları düz Ulduzun evinə gətirmişdi .
   Manaf Ulduzun belindən tutub onu özünə tərəf sıxdı. Açıq sinəsinə boynuna kobud dodaqlarını gəzdırməyə başladı. Kişinin lopa bığları gərdanına dəydikcə mədəsi ağzına gələn Ulduzu öyümə tutmuşdu. Əl atıb kişinin üzün gözün cırmaqlayır, üzünə tüpürürdü. Nə qədər qışqırıb hay salmaq istəyirdisə səsi cıxmırdı. Manaf onun boynuna toxunduqca dişlərinə keçən boynunu var güçüylə sıxmağa başladı. Ağrıdan dəli bir nərə çəkən Manaf sərt və ağır bir şilləylə qızın başına vurdu. Ulduz müqavimətini itirib su ilə dolu hamam  vannasının içinə düşdü . Başı divara çırpıldı. Başına dəyən zərbədən özünü itirmişdi. Hər şey ona pərdə arxasındaymış kimi görünürdü . 
   Gözünü acdığında özünü yatağında çılın - çılpaq gördü. Əl atıb altındakı çarşafın bir ucunu üstünə atdı. Başını qaldırıb ətrafa baxdı. O biri otaqdan səs gəlirdi. Diqqət etdi. İçəridən  Bəşirilə Manafdan başqa ayrı kişilərin də səsi gəlirdi. Onlar İbrahimin yerini soruşur. Bəşir isə İbrahimin qaldığı yeri ancaq Ulduz bildiyini deyirdi ;
   -Bu gecə onun yanına uçaçaqdı Ulduz. Ancaq onun izinə düşüb  tapa bilərsiniz onu. Nahaq yerə ona belə elədiz . Kişiliyiniz catırdı əriylə danışaydız, problemi əriylə həll edərdiz də. Çarəsiz bir qadını zorlamaq hansı kişiliyə yaraşır ee... Sabahdan bəri kişilikdən danışırsız tüpürüm sizin kişiliyinizə. Yazığın nə günahı vardı axı. 
   -Ə, başından yekə p.. yeyib bizə dərs keçmə.Qeyrətə dolub biznən kişilikdən dəm vurma. G..nün qorxusundan özün gətirib qoduğunun arvadın verirsən əlimə sora kişilikdən danışırsan? S... toxumunuzu . 
  - Mən dedim indi adam balası kimi ərin soruşaşız, tay nə biləydim yazıx gəlini ... Neyləsəniz də Ulduz onu elə verməz. Ancaq və ancaq onu izləyə bilərsiniz !
  -Bu saatdan sonra bilet hardan tapaq. Ə , Əlihüseyin. Təcili Mişanı tap mənə. Ordaki adamlarımıza xəbər versin ! 
   Eşitdiklərinə inana bilmirdi. İndiyə qədər,səxavətli, qeyrətli, qohumcanlı , yaxşı bir adam kimi tanıdığı Bəşir necə belə şərəfsiz cıxıb İbrahimi ələ verər,  bacısı oğlunun arvadının başına belə oyun açdıra bilərdi? Tay göz adamın Manaf olduğunu ilk gördüyündə başa düşmüşdü. Onun haqqında İbrahimdən eşitmişdi. Ulduz özünü toplayıb qalxmaq istədisə də başının ağrısından qalxa bilmədi. Gözləri qaraldı elə yataqda təkrar bayıldı. 
   Üzünə dəyən soyuq sudan diksinib qalxdı. Gözünü açdığında hər kəs başının üstündə idi . Qardaşları, gəlinləri, Mədinə , Bəşir...
   Bəşirin üzünə nifrətlə baxırdı. Baxışlarından cəhənnəm odu, lənət yağırdı. Bu baxışların səbəbini heç kim anlamadı. Mikayıl əlini bacısının alnına qoyıb istisini yoxlayırmış kimi dilləndi . 
   - Necəsən? Nolub yəqin isti suda cox qalmısan? Ürəyin sıxılıb hamamda düşmüsən. Necə hiss edirsən indi özünü? Yaxşısan?  
   Nifrət yağan gözlərini döndərib başının üstündə divara vurulmuş saata baxdı.Təyarənin vaxtına 3 saat qalmışdı .
  - Çıxın, hazırlaşmalıyam. Samalyota gecikəcəm . 
   - Bu vəziyyətdə hara gedirsən? Bileti dəyişdirək, başqa vaxta salaq. İki iynə vurulub ee sənə. Belə gedə bilməzsən.
   -Yox gedəcəm ! - deyə qəti qərarını verdi. 
  Hamı otaqdan cıxdı.Bir Mədinə qaldı.
   -Mənə nolub Mədinə?  
   -Bilmirəm  bacı. Mən gələndə Bəşir icəridəydi. Dedi ki , hamamda özündən getmisən. Çılpaq idin, mənə dedi get onu geyindir qardaşlarına zəng elə gəlsin. 
   - Başqa heç kim yox idi? 
   - Yox. Kim olasıdı ki? - Mədinə şübhə ilə Ulduza baxdı. 
   - Bəşir nə yaxşı gəlib bəs? 
   - Bilmirəm dedi ki, gəlmişdim Ulduzu yola salam. İndi belə necə gedəsən ay bacı?
   -Gedəcəm. Ama səndən bir xahişim var !
   - Nə? 
   - Bu gecə mənim xətrimə Bəşiri əylə, qurban olum. Mənimlə aeroporta gəlməsin. 
  - Bıyy başıma xeyir, niyə ki? Kişi o boyda yolu rayonnan basıb bura gəlib. 
   - Yalvarıram , səni balanın canına and verirəm! Əgər sənin yanında nöqtə qədər xətirim varsa onun başını qat. Xaladelnikdə her şey var. Klyonkanın altında da pul var al bir çaxır, pive Kişi onların dəlisidi. Qurban olum ...
    Ulduzu da götürüb İsmayılın evinə toplaşan camaat İsmayılın məsləhəti ilə reysi deyişdirib  sabah saatlarına salınmışdılar. Bu dəfə Ulduz təyarə ilə Özbəkistana ordan isə Qazaxıstana getməli idi . Beləcə Ulduzun izini də itirmiş olacaqdı. Olanlardan xəbərsiz  olan ev əhli dağılışandan sonra Ulduz bir bəhanəylə İsmayılı iş otağıma çağırdı.Bütün başına gələnləri İsmayıla danışdı . 
  - Gözümü açanda özümü yatağımda çılpaq gördüm. O kişi deyəsən Manaf idi.Bəşir Manafla zalada danışırdı.Mən də eşitdim. Bəşir İbrahimi mənim əlimlə ələ vermək istəyir. Ortalıqda ibrahimin yanında özünü yaxşı, məni pis edəcək . 
   İsmayılın dişi bağırsağını kəsirdi. Bəşiri xatırladı. üz gözü əzilmiş, göyərmışdi. Demək Manaf onu döyüb ondan söz cəkmişdi. Mikayıl Bəşirdən bu halının nə olduğunu soruşanda  Bəşir ;
  - Çor dəymiş at qızmışdı, vurub belindən atdı ayaqlarının altına xışdadı - deyib söhbəti yayındırmışdı. 
    Telefonu götürüb, Mikayıla zeng eləmək istəyəndə Ulduz telefonu əlindən alıb dəstəyi asdı. Bu sirr ikimizin aramızda qalacaq. Mikayıl dəli şeydi əlin qana bulamasın . Bu sirri ikimiz bilirik qardaş. Bəşir g..nün qorxusundan bu sirri açmaz . 
  - Bu bir cinayyətdır. Milisə xəbər vermək lazımdır. 
   - İsmayıl, özün bilirsən ki, bunların dünyasında milisin sözü keçmir. Bunların öz dünyası var. Milis aparıb içəri qoyacaq iki üç il yatıb yenə. eyni zibil olacaqlar. Sənin indi bu dəqiqə görəcəyin iş , Bəşir oraya getdiyim gunu bilməməlidir. 
 - Otur oturduğun yerə. Guya cox g...başlı erin var sənə sahib cıxa ? Onsuz da beqeyrət şeydir, qoy rədd olsun. Mən bilsəydim, biletini leğv elətdirərdim. Heç deyişdirməzdim də. 
  - İsmayıl, o mənim uşaqlarımın atasıdır. Mənə baxsa da, baxmasa da, məni saxlasada, saxlamasa da. Bir də fikirləş ki ,bu zibillərə bulaşanların axırı yoxdur. Mənim balalarım bu mafiyanın qurbanı olacaq .Onunla danışmalıyam. Canı cıxacaq balalarına adam kimi sahib cıxacaq. 
  İsmayıl nə illah etdisə, Ulduzu sözündən döndərı bilmədi. 
 Sabaha yaxın Ulduzun mindiyi təyyarə havaya qalxdı ...
                      TÜRKİYƏ
   İstanbulda qatardan enib yollarına davam etdilər. Aliyə Arazın qoluna girib onu getdiyi istiqamətə çəkirdi . Biraz irəlidı simitciyə yaxınlaşıb, simit və çay alaraq bir kənara çəkildilər. Aliyə şən səsiylə zarafatlaşıb çayından içə- içə Araza diqqət edirdi. Arazın bir gözü Aliyədə, bir gözü biraz aralıda camaatın arasında hara gedəcəyinə çaşıb qalmış Silaya baxırdı. Aliyəyə baxdıqca bu qızın soyuq qanlılığına təəcüüb edirdi. Hələ dünənki günün təsirindən cıxa bilməyən Araz özünə hakim ola bilmirdi. Aliyə isə ... Elə bil , dünənki o fırtınada əzilib, sızıldayan, sinəsinin altında inildəyən o qadın deyildi. Hec nə olmamış kimi həyatı axışına buraxmış, gözünün ucu ilə belə Arazın üzünə heç gülmürdü də. 
  - Ne oo, Aras bey efendicim, nerye bakıyorsun? - Aliyənin səsi onu fikirindın ayırdı. 
   - Kız Şermin , Sila deyilmi o?
   -Ee? 
    -Kız buralarda yabancı, kimi kimsesi yok, beş kuruşu yok. Ne yapacak burada? Parcalarlar onu. 
   - Sanki burası senin memleketin de. Sen yabancı deyilmisin burada Aras? Evinden kacan kız başının caresine bakmasını da bilir boş ver. 
  - Nerye gidecez? - Araz səbirsizləndi. 
   - Gelirler şimdi, hah geldiler bile !
   İki nəfər onlara yaxınlaşıb səmimi xoş beşdəykən də Arazın gözü Silada idi, taksiyə minib yola düşəndə də. Bunu hiss edən Aliyə əlini Arazın dizinə vurub onun qulağına eyildi ;
   -Duyğularına kapılma arkadaşım, unutma, sen buraya göreve gelmişsin, aşk yaşamaya değil. Ben de seni korumak için ve senin kadına olan ihtiyyaclarını karşılamak için görevlendirildim . Dünkü deniz kenarındakını unutmadın her haldehalde... 
   - Ne alaka ya? 
   - O da bana verilmiş görevdi . Senin ihtiyyacını gidermek, irelide karşılaşacağın her bir olaylarda nefisine hakim olmağını onaylamak. Senin bir kadına ihtiyyacın varsa ben varım, anladınmı . Bu da vatan için benim görevim. Gerekirse birinin sevgilisi olacağım, gerekirse manitası. Gerekirse bar kadını olacağım, gerekirse ünlü bi iş kadını. Biz vatan için doğulduk ,şu ana kadar vatan için yaşıyoruz , vatan için de ölecez ! 

   İki gün idi İstanbuldaydı. Onlara verilən evdə iki üç kişi ilə qalırdılar. Bu kişilər də onun kimi vətənpərvərlərdən idi . Əvvəllər onları qıyabi tanıyıb səs soraqlarını uzaqdan eşidən Araz indi bu tələbələrlə burda yaxından tanış olmuşdu. Onların bir məqsədi vardı. Fikirləri, məramları da bir idi. Cənubi Azərbaycanın müstəqilliyi, insanların azadlığı ...
   Aliyə necə gün idi ki, yox idi. Ona verilmiş əmrin içrası üçün harasa getmişdi . İşlərini yoluna qoyub lazımı təlimatları alaraq şəhəri gəzməyə çıxdı. Hələ ki, on gün burda olacaqdı. On gün sonra Ankaraya dönməli idi. 
   Gəzə gəzə gəlib böyük bir camiyə yetişdi. Kənardan bu möhtəşəm caminin gözəlliyinə tamşa etməyə başladı. Camaata qarışıb camiyə tərəf getdi. Dəstəmaz alıb özünü namaza hazırladı. Yaxınlıqdakı oturacaqlardan birində oturub əzan vaxtını gözlədi. Biraz keçmiş müəəzinin məlahətli səsi etrafı bürüdü. "La iləhə illəlah" deyib məscidə tərəf addımladı.Elə bu vaxt silah səsləri minarədəki əzan səsinə qarışdı. Aləm bir birinə dəydi. Camaat hərə bir tərəfə qacır özlərini qəfil atəşdən qorumağa çalışırdı. Araz başını aşağı əyib yaxınlıqdakı kolun arxasına keçərək etrafa baxdı. Budur,  atışmadan qaçan qız Siladır. yanılmamışdır, bəli, bu Siiladır, özüdürki var. İki kişi Silanı qovur onu tutmağa çalışırdılar. Sila gözdən yayınıb özünü caminin yan tərəfinə atdı. Adamların ona yaxınlaşdığını görüb yalvarnağa başladı;
  -  Kurban olayım, yalvarıyorum, rahat bırakın beni . Abi nolursun ya... 
   Qız arxa arxaya getdikcə kişilər də  onun üzərinə gəliirdilər. Araz qızın yalvarışlarına dayana bilməyib tapancasını üzünə qaldırdı. Kolun arxasından çıxıb Silanı qovan kışılərin üzərinə yeridi;
   -Geri çekilin! Haydı, geri!
  Elə bu vaxt polislər hadisə yerində hərəkətə keçdi. Polislər Araz qarışıq bütün şübhəliləri göz altına aldı. Ürəyinin yumuşaqlığına salıb bir qızın qəhrəmanına çevrilən Araz nə biləydi ki, bu qız da Aliyə kimi xəfiyyədir. Onların deyil, qarşı tərəfin ...
            QAZAXISTAN
   Ulduz taksidən enib vaxtı ilə yaşadığı məhəllıyə göz gəzdırdı. Buralar çox dəyişilmişdi. Köhnə qonşular da gözə dəymirdi. Məhəllədə oynayan uşaqlara diqqət yetirdi. Tanıdığı heç kim yox idi . Bəlkə də onun tanıdığı uşaqlar artıq coxdan böyümüşdü. Çamadanın götürüb çiçəkləri solmuş, yarpaqları saralmış, səkilərin kənarlarını ot  basmış baxcasının qarşısına gəldi. İçində qəribə hisslər vardı. Öz əliylə bəzədiyi baxmslz,qalan evi də qəribsəmişdi sanki. Taksiylə gələrkən dünən Bakıdakı- evində yaşadığı hadisələr gözlərinin qarşısında canlanır, canlandıqca da elə bil beyninin buzu əriyirdi. Hər şeyi artıq açıq aydın xatırlamağa başlamışdı.Gözünü açdığında özünü çılın- çılpaq görən Ulduz artıq hamamda vannaya yıxıldığını da, elə suyun içində Manafın onu soyundurduğunu da, Manafın adamlarının onu yataq otağına apardığını da, Manfın da , onunla gələn kişilərin də ona istədiyi kimi, hər murdarlıq və pisliklə təcavüz etdiyini də... 
    Bütün bunlara pərdə arxasında  baxırmış kimi gözlərinin qarşısından kecdikcə ürəyi sıxılır, əlləri boşalırdı. Qururu tapdanmış, mənliyi sınmışdı, namusu özünün xəbəri olmadan  ləkələnmişdi. Manafın bığları boynuna dəyəndə belə iyrənıb öyüdüyünü yadına saldıqca, eyni gündə Manafdan başqa üç kişinin qurbanı olduğunu düşündükcə ağlı başından çıxır, içində bir nifrət, kin baş qaldırırdı. Bu dəqiqə özü özündən iyrənmədiyi qədər heç nədən iyrənmirdi.
    Dolmuş gözlərini evinin qapısına zilləyib, irəli getdi. Ürəyində bir ümüd vardı. Bəlkə İbrahim ona və ailəsinə sahib cıxacaqdı. Onların qəhrəmanı olub qanadlarını istünə sərəcəkdi. Qapının ağzında camadanını yerə qoyub qapının dıstəyindən tutdu. Qapını itələdi açılmadı. Qapının zəngini basdı işləmirdi, döydü açan olmadı. O zamandan çantasında qalan yedək açarı çıxardı və qapını açıdı . Qalın və qırmızı pərdələri cəkilmiş evdə ürək sıxıcı qırmızı aura yaranmışdı. İçərini kəskin spirt qoxusu bürümüşdü. Siqaretin dumanı havasız evdə dumanlanıb qalmışdı. Divarlara , tavana fikir verdi. Bu neçə ildə evin rəngi də dəyişmişdi sanki . 
   Bayır qapısını açıq qoyub zala tərəf addımladı. İrəli getdikcə açıq qapılı otaqlarına baxırdı. Hər otağın bir xatirəsi vardi. Xoşbəxt günlərini xatırladıqca gözlərinin yaşı yanaqlarını yandırırdı. Zalın qapısında ayaq saxladı. Ürəyi döyünməyə başlamışdı . Ortalığa qoyulmuş jurnal masasının yanında xalçanın üstündə qadın ayaqları görünürdü . Ürəyinin guppultusunu qulaqlarında eşidirdi. Belə bir mənzərəyə  özünü çoxdan hazırlamışdı.Amma belə bir mənzərəni indi, onun belə bir vaxtında görməyi heç istəməzdi də. İçəri girmədən otağı gözdən kecirdi . Masanın üstündəki rezin və tibbi iynələr etrafa yayılmış tozu görəndə məsələnin nə yerdə olduğunu anladı. İbrahim narkotik qəbul edirmiş. İcəri kecdikcə gördüyi əxlaqsız bir tablodan üzünü tutdu . İbrahim yerdə oturaraq divana söykənıb , uyumuş qadıñ  isə başın İbrahimin qıçlarının arasına soxub eləcə də yuxuya getmişdi. Utana utana əllərini üzündən çəkdi. Zalın o biri başındakı onların yataq otağının açıq qapısından içəridə iki qadına bənzər kişi iyrənc bir şəkildə görünürdü . Səs salmamaq üçün yavaşca İbrahimin çiynindən tutub silkələdi. İbrahim kipriklərini ağır - ağır qaldırıb təkrar yumdu. Onu oyandıra bilməyəcəyini görüb bayıra çıxdı. Bulud kimi dolmuşdu. Xəyalları yıxılmışdı. Uşaqlarının həsrətlə gözlədiyi ataları yox idi artıq, anaları da ləkələnmişdi . Evinin baxca qapısından çıxırdı, küçə ilə üzü aşağı özü yox ruhu gedirdi sanki ...
      
    İki gün idi ki, şəhərdə əlində içki şüşəsi, başı gözü pırtlaşıq, üzü gözü palcığın, kirin içində, öz özünə gülən və danışan bir qadın gəzirdi. Küçə səfilləri onu danışdırır, qadın bəzən onlara daş atır, bəzən də onlara baxıb qəh qəhə ilə gülürdü. Sinəsindən asdığı çantaya möhkəm sarılıb onu kimsəyə vermək istəmirdi. Son dəbli, lakin pislik içindəki bu səfil qadına baxan adamlar onu lağa qoyub onunla əylənirdilər. Nəhayyət ki, şəhər polisləri asayişin sakitliyini pozan bu səfil qadını tutub şöbəyə gətirdi. Çox cətinliklə çantasını alıb yoxladılar . Pasportunda Azərbaycan vətəndaşı olduğu yazılmışdı . Səfil və əyyaş təsuratı bağışlayan bu qadın Ulduz idi...

            ____  22  ______

    Ulduzun yaşadıqlarını yazdıqca  zavallı qadının düşdüyü bu palcıqdan necə çıxacağını düşünı düşünə qalmışdım . Ulduzun yerinə özümü qoyurdum . Belə bir vəziyyətdə nə edərdim? Düşdüyüm bu bataqlıqdan necə qurtarardım? Deyə özüm öz beynimdə suallarıma cavab axtarırdım . Bəlkə, Ulduz başına gələnləri Mikayıla desin? Mİkayıl dəli dolu adamdı. Əlindən qan çıxacaq balaları, bir böyük külfəti ortada qaşacaqdı. Bəs qardaşı İsmayıla güvənsə necə? İsmayıl ona əl uzadıb ona kömək etsəydi, qolundan tutub cəksəydi? Yox. İsmayıl onun hansı yarasını saracaqdı ki, 5 uşağamı sahıb cıxacaqdı, Ulduzun yaralı mənliyinəmi məlhəm olacaqdı. İsmayıl ancaq bu dəstəni ifşa edib müvəqqəti də olsa Ulduza zaman qazandıra bilərdi. Bəli ancaq müvıqqəti... Onlar azadlığa cıxdıqdan sonra yenə köhnə hamam köhnə tas olacaqdı.
    Düşünə düşünə qalmışdım. Düşdüyü bu bataqlıqda Ulduzun batıb məhv olduğunu hüzünlə izləyirdim ...
                        ********
     Arazın günahsız olduğu meydana cıxdı və azadlığa buraxıldı. Çıxdığında onu qapıda Aliyə va dostları qarşıladı. Hətta Bəhram da gəlmişdi. Bəhramın üz gözündən zəhrimar tökülürdü. Bir o qalmışdı ki, Arazı qabağına qatıb döyməmiş olsun. Elə dostlarıyla öpüşüb görüşüb maşınlara doluşmuşdular ki, qapı ağzında dizlərini qucaqlayıb yazıq yazıq onlara baxan Silanı gördü. Hərəkətə gələn maşını saxladıb aşağı düşəndə Bəhram onun biləyindan tutdu ;
  - Sən bura iş görməyə gəlmisən ya qızlarla əylənməyə?
  - Nə danışırsan qardaş?
  - Otur yerinə !
  - O qız sahibsizdir, öldürəcəklər onu.
  - Sənə nə ?
  - İnsanlıq qardaş. Onun vəziyyətini bilməsəydim mən də sənin kimi düşünərdim. Aç susuz sahibsiz qalıb burda.
  - Offf, off
  - Aparacam Ankaraya, qızlara bacı olar. 
   - Sən xəfiyyə olduğunu unudursan Araz . Nə tanıyırsan. Bəlkə, bu da sənin kimi xəfiyyədir, bəlkə onun sənin izinə salıblar?
   -Yox artıq - güldü. Yazıq canının hayındadır mənim yox - Deyib aşağı endi.
  - Aras ...- Aliyə səslənsə də Araz ona cavab vermədi .
  - Bu niyə belə edir ki? Sən nə iş görürsən Aliyə, sənin işin gücün nədir, bunu niyə başına buraxmısan?
  - Ben vazifemi fazlasıyla yerine yetirmişim abi. Onun gözü başqa kadınlara bakmaz. Ha kalbini çalan olursa buna bi şey diyemem.
  - Amma baxır. Görünür vəzifəni layiqincə yerinə yetirməmisən !
  -Ya ben bundan fazla ne yapayım ya abi.
  -Çox şey edərsən ! Çox şey... Daha da artığını, nə lazımdırsa....
  Bəhram özünü saxlaya bilməyib hikkəylə bağırdı. 
  - ...
  - Məsələn, onu özünə aşiq edə bilərsən, başa düşürsən !
   Bəhram Aliyənin dolduğunu görüb səsini yumuşaltdı;
   -Özün deyirsən "kalbini çalan olursa" Sən də bu maymağın qəlbini oğurlayacaqsan. Səndən başqa heç kimi gözü görməyəcək. Bildin?
   Alıyə gözünü elinin arxasıyla sıxaraq  başını tərpətdi. Bəhram davam etdi;
   -Bunu başına buraxsaq onu da itirəcəyik, bütün planlarımız da alt üst olacaq. Araz Ankaradan başqa yerə cıxmayıb. Bu iş ona tapşırılıb. Bura İstanbuldur. Kimin burda nə olacağı bəlli deyil Aliyə. Onu özünə bağlamalısan. Bu bir əmrdir!
  - Ben elimden ne geliyorsa yapıyorum Behram abi.
   -Bilirəm gözəl bacım, ama biraz da çabalamağın lazımdır. Bu işlər belədir, bunu məndən yaxşı bilirsən sən də...
   -Tamam abi.
   -Bu qızı hardan tanıyır bu?
  - Bilmiyorum abi. Biz istanbula geldiğimizde ailesi bu kızın  peşindeydiler. Aras olmasaydı onu öldüreceklerdi. Aras onu  kurtardı. Hatta Aras izmire ilk geldiği gün de bu kızla karşılaşmış. Biz İstanbula birlikte geldik.
   - Səncə bunların ikinci , hətta üçüncü dəfə rastlaşmaları təsadüfdür? Məncə bu qız rəqibimizdir. Bu qız Arazı təqib edir. Çox diqqətli olmalıyıq! 
  Aliyə çiyinlərini cəkdi .
 - Bu qızı gözdən qoyma bu qızın yanında hec bir içlasa, müzakirəyə izin verilmir. Elə edəcəksiniz ki, bu qızı bezdirəcəksiz uzaqlaşsın buralardan, xüsusən də Arazdan.
    Yaxınşaşmaqda olan Arazla Silaya baxıb, Aliyəyə "sakit ol" işarəsi verdi.
   Araz maşının ön qapısına yaxınlaşıb Bəhrama ;
   - Qardaş mənə biraz zaman ver 3 gün cəkməz Silanı yollayacam Ankaraya, bizimkilərin yanına . Çox xahiş edirəm.
   Bəhram başını bulayıb Araza otur işarəsi verdi ...
                          *****
    Balaqardaş Ulduzu görmək üçün gələndə onun yerində başqa həkim gördü. Həkim ona Ulduzun məzuniyyətdə olduğunu, məzuniyyətini Qazaxıstana ərinin yanına gedəcəyini biləndə tez hərəkətə kecdi. Tanıdığı qadınlardan birini Olqanın işlədiyi aptekə göndərib Ulduzla maraqlandı .
   -Aa mənim də qardaşım Qazaxıstanda onların şəhərində olur ee .
   -Aa nə yaxşı.O zaman Ulduzun ərin də tanıyar qardaşın. Ordakı azərbaycanlılar hamısı bir birin tanıyır.
   -Hə Düz deyirsən. Ulduz nə zaman cıxır yola. Bizimkilər də gedib görüşsünlər onunla.
   - Dünən orda olmalıydı. Evinə çatanda zəng eləməli idi. Hələ zəng eləmiyib . Biz də nigaran qalmışıq.
   -Aaa
  - Çerez Özbəkistan gedəcəkdi. Görəsən samaliyotumu qacırtdı yoxsa başına bir işmi gəldi . Evinə zəng edirik İbrahim işdə olur yəqin, cavab vermir.
   - Boyy, sən allah?-qadın biraz düşünüb ağlına bir fikir gəldi .
   - Olya, gəl belə eliyək. İbrahimin adresini ver, verim bizimkilərə gedib baxsınlar. Bir xəbər alsınlar, nə deyirsən?
  - Hə, düz deyirsən, ağıllı fikirdir. Mən bu dəqiqə.
   Olqa çantasındakı dəftərçəni çıxarıb ordakı adres və telefon nömrəsini yazıb qadına verdi.
  Balaqardaşın adamları yazılan adresə gələndə qapının ağzında açılıb dağılmış bir çamadan vardı. Qapını nə qədər döysələr də qapı açılmamışdı . İbrahimi qonşulardan və orda yaşayan azərbaycanlılardan soruşan Balaqardaşın adamları  Balaqardaşı arayıb İbrahimin artıq bu cemiyyətin adamı olmadığını dedilər .
  - Qardaş biz getdik  Ulduzun çamadanı açılıb dağılıb oralara. Qapını açan olmadı. Qonuşular da İbrahimin narkomanlara qoşulduğunu dedi.
   - Ulduzun çamadanı ordadırsa demək ki, Ulduz o evə gedib. Yaxşı bəs Ulduzu oralarda görən olubmu?
   -Yox qardaş, Ulduz bacını heç kim görməyib.
   -Mən gələnə qədər necə olur olsun Ulduzu axtarıb tapın! Bəlkə qızı Manaf qaçırdıb. Bəlkə İbrahimin düşdüyü kuruq elə keçirib? Siz İlk növbədə ordan başlayın, bizim "müfəttiş" də xəbər verin kimsəyə bildirmədən milis şöbəsini və xəstəxanaları araşdırsın ! En uzağı 2 günə ordayam .
    Balaqardaşın hər tərfdə əli vardı. Cox keçmədi ki, adamları Ulduzun sorağını ruhi dispanserdən aldılar. Balaqardaşa xəbər verəndə nə olduğunu anlamayan Balaqardaş adamlarına növbəti təlimatı verdi.
  - Bu barədə heç kim, heç nə bilməyəcək. Hətta Ulduzun qardaşları belə. Ona yalnız etibarlı bir həkim baxacaq !
   Ulduza zərbə üstündən zərbə dəymişdi. Bakıda öz evində başına dəyən hadisə , eyni zamanda həmin gün dörd kişi tərəfindən zorlanması bir yana, bir də ərinin ona vurduğu mənəvi zərbə onun bütün həyatını, bütün pisixalogiyasını alt-üst etmişdi. Aldığı bu acı travmadan sonra  böyük ümüdlə ərinin yanına gələn Ulduz ərinin belə bir vəziyyətə düşdüyünü görüb sarsıntı və stres keçirirdi. Dünyası yıxılmış, ümüdləri puç olmuşdu . Gələcəyində xeyirli bir şey görmürdü . İbrahim özü ilə bərabər onun da, uşaqlarının gələcəyini də məhv etmişdi . Elə bir çıxılmaz hala düşmüşdü ki , heç bir şeydə təsəlli tapıb özünü ovuda bilmirdi . İçindəki yanğını nəylə , necə söndürəcəyini bilmirdi.  Sadəcə içməyə ehtiyyac duyurdu.
   Yaxınlıqdakı içki dükanına girib qarışıq içki və siqaret aldı . Dayanacağa gəlib bilmədiyi marşuruta mindi. Arxa oturacaqların birinə keçib başını şüşəyə söykəyib gözlərini yumdu, gözünün yaşını içinə axıtdı. Avtobus hərəkət etməyə başladı. Hara getdiyini bilmirdi . Bu saat bildiyi bir şey vardı . İçmək, içmək, içmək ...
   Şəhərdaxili marşrut qəsəbədən cıxıb ucu bucağı görsənməyən bir çölə üz tutanda Ulduz qalxıb
  -Saxla, şofer, düşəcəyəm! - deyə səsləndi və avtobusdan aşağı  endi. Üzünü çöllüyə tutub biraz irəli getdi və asfaltdan aralaşdı. Biixtiyar gözlərindən axan yaşlar dodaqların isladırdı. Zəif əsən meh saçlarını üzünə dağıtduqca ipək saçları islanmış yanaqlarına yapışırdı. Əlindəki içki torbasını  yerə qoyub uzaqlara baxdı . Nəfəsini içinə cəkib dəli bir bağırışla içindəki öfkəni, kini , nifrəti ucsuz bucaqsız çölə  buraxdıqca yerə çöküb torpağı yumuruqladı. Torpağı ovuçlayıb ağzına , üzünə sürtdü . Ağlayıb içini boşaldıb bıraz yüngülləşdi. Torbadan çıxartdığı içkini açıb bir nəfəsə başına çəkdi . İçi yanırdı elə bil , sanki içki yangısına od  çilədi. Boş şüşəni kenara atıb başqa bir şüşə açdı. İçdikcə içdi , yandıqca yandı , asfalt boyu uzaqda görünən şəhərə doğru getdikcə getdi . Yol onu yormuş, həyat onu parçalamlşdı.  Bir yerdə əyləyib qalmaq istəyirdi. Sadəcə yatmaq istəyirdi. Yatmaq ... bircə yumuşaq yatağı olsaydı yatsaydı . Bu saat ona yol kənarında bitən tikanlı kollar qu tükü kimi  yumuşaq yorğan döşəyi xatırladırdıı.
   Özünü kolun dibinə verib, saralmış otları ağlaya ağlaya yoldu altına sərib yatacaqdı ki , yuxu onu gözləmədi ...
    Daha nələr olduğunu bilmirdi . Bir bildiyi o idi ki , özünə gələndə Balaqardaşı başının üstündə gördü. 25 gündür xəstexanada pisxoloji müalicə alan Ulduz onu müalicə edən həkimi , tibb bacılarının varliğını belə bilmirdi . Xəstəliyi ağır keçirdi, özünü otağın küncünə hebs edib öz özünə danışır, qışqırır, həkimlərdən içki istəyirmiş. Bəzən də otaq yoldaşlarına cumub onları döyür, bəzən də qəhqəhə cəkib gülürdü. Başaqardaşın günü  xəstəxanada onunla bərbər kecirdi. Ulduzun əli qolu bağlı olanda onu öz əlləri ilə yedirər, xəstəxananın həyətində arabaya qoyub gəzdirər , onunla danışıb söhbət edəndə də Ulduz sadəcə ona key- key baxardı. Onun nə dediyini belə anlamazdı . Nəhayyət  25 gündən sonra Ulduz özünə gəldi.
    Balaqardaşı başının üstündə görəndə ilk tanışdıqları gün xəyalına gəldi . Key key onun üzünə baxan Ulduz əslində her şeyi xatırlayırdı . Moskvanın kücələrində qol boyun gəzdiklərini, kicik sevgi yuvalarındakı xoş məcaralarını, taa bu yaxınlarda Mərdəkanda rastlaşdıqları günə qədər her şeyi xatırlayırdı . Ulduz həyatının ikinci şokunu yaşayırdı. Özünü tanımamazlığa , bilməməzliyə qoymuşdu . O biri otaqda həkim Balaqardaşla ətraflı danışırdı.
   -Depresiya və stresdən aldığı travnadan bu qadın heç kimi görmək tanımaq istəmir . Bir müddət üstünə getməyin onu belə qəbul edin . Buraxın onu öz həyatına . İnanın bu gün sizdən nə qədər uzaqlaşsa da, bir gün sizə o qədər yaxınlaşmağa can atacaqdır. Bunun üçün biraz zamana,  biraz da diqqət və qayğıya ehtiyyacınız  var . Bir müddət onu stresdən və əsəbdən uzaq tutmağımız lazımdır . 
  Azərbaycanda İsmayıl və Mikayıl Ulduzla İbrahimdən xəbər almayınca milis şöbəsinə gəlib Ulduzu axtarışa vermişdilər.  Bir aya yaxın idi ki , Ulduz itkin  kimi axtarışdaydı. 
   Bu gün İsmayılın qəbul günü idi . Şikayətçiləri qəbul edib , iclası bağladıqdan sonra otağına keçdi, qapını içəridən kilidlədi . Beyni yorulmuşdu . Qulaqlarında şikayətçilərin şikayyəti , beynində Ulduzun dərdi , Olyanın dır- dırı səslənirdi . 5 uşağın analarının kürlüyünü etməsi ,  Olyanın iki  uşağıyla bərabər beş uşaqın arasında deyinə deyinə yaşaması...  İsmayıl üçün həyat sadəcə şikayyətdən ibarət idi . Sağı solu , yer göy  hər şey, hər tərəfdən şikayyət yağırdı. Elə özü də özündən bəxtindən, həyatdan şikayyətçiydi . Amma dərdini kimə deyəcəkdi bilmirdi. Bütün ailənin yükü, dərdi onun çiyinlərində idi. Əlil qardaşının, qardaşının uşaqlarının, onunla bərabər qalan baldızlarının , Ulduzun və uşaqlarının yükü ona öz dərdini, öz xəstə qızını, öz ailəsini unutdurmuşdu. Olyanın da qınamırdı, ona haqq qazandırırdı. Onun da qayğlya, diqqətə ehtiyyacı vardı. Yazıq qadın gələn gündən öz xəstə qızının dərdi bir tərərfə, bir də İsmailin yaxınlarının çıləsini çəkirdi. Yeri gələndə yad millətdən idi deyə dəyəri də bilinmirdi, qıyməti də. Ailə daxili qohumlar arasında da problemlər yaşanırdl, dır dıra, söz söhbətə məruz qalırdı. Bu da Olyanı daha çox darıxdırırdı. Özünü bu ailədə , bu məmləkətdə yad, qərib kimi hiss edirdi. Bütün bu yaşananlar İsmaili ruhdan salır, kareya və yaşama həvəsini öldürürdü. Artıq işləyə də bilmirdi. Fikir və stresdən dövlət işinə də məsuliyyətsiz yanaşırdı . Başın alıb qaçmaq biraz özü özü ilə tənha qalmaq istəyirdi . Beyninin fikir yükünü boşaltmaq istəyirdi ...
   Öz ailəsinə uşağına , xəstə qızına  zaman ayıra bilmirdi. Elə bu üzdən də evində tez tez narazılıq yaranırdı. Canından bezmiş Olya İsmayılın ailəsinin problemlərindən başını alıb qaçacağını vurğulayırdı. Bu son günlər Ulduzun itkin düşməsi Olyanın artıq səbrini daşırtdı. 
  - Hökumətin uşaq evi var.Apar anaları tapılana qədər qoy ora devlət baxsın uşaqlara. 
 - Mən bu adı üstümə götürə bilmərəm Olya !
  - İndi mən neyləməiyəm? Mənim bu evdə rahatçılığım olmayacaqmı? 
    İsmayıl Olyaya köməkci gətirib uşaqlara baxdırsa da yenə Olyanı razı sala bilmirdi. Artıq 1 həftə idi ki , Olya xəstə qızını da İsmayılın üstünə atıb Mahirəni də götürüb getmişdi....

   Divana uzanıb elə gözlərini yenicə yummuşdu ki , telefonu zəng çaldı . Dəstəyi götürməyə ərincəklik etdi . Ama telefon kəsib təkrar çaldı.Ərincək ərincək telefonu götürüb qulağına tutmağıyla yerində dikəlməyi bir oldu. Danışan Ulduz idi. 

    Ulduz özünü sağalmamış kimi göstərsə də , həkimin dediklərindən sonra Balaqardaşın ona qarşı diqqəti artmışdı. Onun atdığı hər addımı izləyirdi. Xəstəxanadan cıxıb Moskvaya getmək istədiyini deyəndə Balaqardaş  buna etiraz etməmişdi. 
  - Ev tutacam orda müalicənə davam edərsən. 
  - Yox gedib rəfiqəmi tapacam orda. Onlarda qalacam.Əvvəldən də qısqanc bir sevgililik yaşayan Balaqardaş buna etiraz etsə də Ulduzun ona qışqırması və həkimin ona xəbərdarlığı onu susdurdu. Ulduzun ora getməsinə izin versə də işini gücünü buraxıb onu təqib etməklə məşgul idi. 
    Bir gün Ulduzun Moskva restoranlarının birində bir kişiylə görüşmə xəbərini alan Balaqardaş restorana gələndə Ulduzun yanındakı kişinin İsmayıl olduğunu görüb rahatladı. Onları baş başa buraxıb ordan cəkildi. 
    Bacı qardaş ikisi baş başa qalıb dərdləşirdilər. Bu necə zamanda ikisinin də başlarına gələnləri bir birilərinə danışıb ürəklərini boşaltdılar.
   - İndi nə fikirləşirsən, Ulduz?
   - Mən oraya getmiyəcəm, diksindim o şəhərdən. Burda qalacağam. 
   - Bəs uşaqlar? Sən burda beş uşaqla neyniyəcəksən ? 
   -Mən başımın carəsinə baxaram, qadan alım. Narahat olma. Sən ailəni yığ başına, yuvanı dağıtma . Gəlmişkən Olyanı da götür get evinə . Sadəcə mənə biraz zaman verin. Özümü toparlayım. Burda düzənimi qurum. Mənim burda olduğumu heç kim bilməsin. Hələ Bəşir hec. Madəm mənim itkin düşdüyümü bilirlər. Qoy elə belə bilsinlər. Yoxsa nə Bəşir, nə də Manaf mənə dinclik verməyəcək. Uşaqlar da bura gələndən sonra deyin uşaqları verdik detdoma vəssalam. Artıq söz lazım deyil. 
   Ağıla batan fikir idi . Bacısını bu bataqlıqdan ancaq izi itirməklə cıxarmaq olardı. Amma bacısının ruhi xəstəlik raporuyla uşaqları ona etibar edə bilməzdi. İsmayıl etibar etsə də qanunlar buna icazə vermirdi. Etibarlı bir adam lazım idi ki, uşaqların qəyumluğunu üzərinə alıb Ulduza və uşaqlara mənəvi kömək olsun. Lakin, belə bir adam da yox idi. Heç kim bu məsuliyyətli işi boynuna götürməyəcəkdi. Hələ bir Ulduzun dəlilik kağızının olmasını bilsə heç...
   Ulduzdan ayrılıb mehmanxanaya gəldi. Elə təzəcə içəri girmişdi ki, otağının telefonu çaldı. Telefondakı növbətçı qız ona qonağı olduğunu, qonağın onu mehmanxananın salonunda gözlədiyini dedi.
   İsmayil caşıb qalmışdı. Onun Moskvaya Ulduzun dalıyca gəldiyini heç qardaşı Mikayıl belə bilmirdi. İndi İsmayılın burda olduğunu kim bilirdi ki?
   Mehmanxananın böyük salonuna gələndə Blaqardaşla rastlaşdı, içini rahatlıq bürüdü. Bayaqdan bəri "Ulduzu kimə etibar edə bilərik" sualına elə burda cavab tapdı. "Dəlinin öhtəsindən elə dəli gələr " ...

                      TÜRKİYE 

   Bir neçə gün sonra Silanı yoldaşları ilə Ankaraya yollayacaqdı. Silanı şöbədən cıxarıb birbaşa onların qaldığı evə gəlmişdilər. Bəhram ordakı işlərini yerinə yetirib cox ləngimədən geri döndü. Burda qalan tələbələrə o cümlədən Araz və Aliyəyə lazımı təlimatları verib getdi. 
   Evdə qalan Sila evlərin təmizliyini edir yeməklərini bişirirdi. Kəşfiyyatcılar arasında toplantı olanda isə Silanı bir bəhanəylə bir yerə göndərir, yada başı mətbəxdə işə qarışanda otağın birinə toplanırdılar. Təbii ki, Silanın düşmən tərəfin xəfiyyəsi olduğunu kimsə bilmirdi. Düşmən işini planlı şəkildə görürdü və istədiyinə nail olmuşdu. Sila Arazı təqib etməklə bu dəstənin içinə sızmışdı, indi qalırdı lazım olan məlumatları alıb öz tərəfinə ötürmək, fəalları bir bir aradan qaldırmaq ...
   Sila dəstə arasında olan iclaslara kiməsə sezdirmədən qulaq asar,  məhəllənin simitçisi və ya yaxınlıqdkı qəssab , bazardakı tərəvəzciyə, kücə başındakı cörəkciyə - yənı öz adamlarına ötürürdü. 
   Arazgilin bütün işləri tərs gedirdi. Gündə bir fəal yoxa cıxır, qurduqları pılanlar heç cür alınmırdı.Təbrizdən və Tehrandan aldıqları qara xəbər onların keyfini pozurdu. Sila Aliyənin Arazın qoruyucusu olaraq teyin olduğunu yaxşı bilirdi. Araz bu dəstə üçün lazımlı adam idi. Onu itirmək bütün inqilabı uduzmaq demək idi. Arazı məhv etmək üçün ilk növbədə Aliyəni aradan qaldırmaq lazım idi.Yuxarıdan ona əmr gəlmişdi Ankaraya getmədən Aliyəni aradan götürməli idi. Bacardığı qədər Aliyəni sağ salamat öz tərəfinə təhvil vermək, əgər bu mümkün olmasa onu öldürməli idi. 
   Uşaqlar hər biri onlara tapşırılan iş üçün getmişdilər. Evdə üçü qalmışdı. Aliyə, Sila və Araz. Gəldikləri gündən ilk dəfə idi ki, evdə belə sakitcilik yox idi. Aliyənin gözü qaşı oynayırdı. Əslində Araz da belə fürsəti göydə axtarırdı. Bu münasibətə sevgi mübasibəti demək olmazdı. Amma Aliyəyə qarşı əcaib hisslər yaşadığını hiss edirdi. Onunla tək qalmağı, baş başa olmağı cox istəyirdi, Araz. Yanından kecsə belə ona toxunmadan rahat edə bilmirdi. Qızın baxışlarına ədasına ehtirasını cilovlaya bilmirdi. Hissləri onu dara çəkirdi:
  - Bəlkə aşiq oluram!
   Belə düşüncələrə qapıldıqca başını bulayıb özünə gəlməyə calışırdı. 
   -Ola bilməz. Axı özun görürsən ki, o sənə qarşı necədirsə , o biri uşaqlara qarşı da elədir. Axı o özü dedi ki, bu mənə verilmiş tapşırıqdır. Bizim aramızda sevgi ola bilməz. Mən aşiq olacağım qadın məni sevməlidir, sevgimiz qarşılıqlı olmalıdır. Axı o özü istəyərək, sevərək o dəniz kənarında mənimlə olmamışdı ki. Əksinə o , hər cətin vəziyyətdə mənim nəfisimə hakim olmaq üçün gözümü doydurur - deyə düşünərək kecən dəfə başlarına gələn hadisəni xatırladı. 
    Kecən dəfə vacib bir iş üçün pavliyonların birində az qalmışdı düşmən tuzağına düşəcəkdi. Onunla yaxınlıq etmək istəyən qadın onu içəri dəvət etmişdi. Əgər Aliyə onun nəfisini doydurmasaydı, bəlkə də ehtirasına hakim olmayıb özü ilə bərabər çox gizli saxlanılan sirri ələ verəcəkdi.
 Köynəyinin yaxasından sinəsinə enən qadın əli onu fikirlərindən ayırdı. Aliyə idi. Divanda oturmuş Arazın boyun boğazını öpüşlərə qərq edirdi. 
  - Sila içeride, kız. Ayıp oluyor ama...
  - Gönderdim onu.Bir büyük lisse verdim alacaqları varmış. Merak etme kapı kapalı. Kimse yok baş-başayız - deyə cazibəli səslə pıçıldadı və özünü onun qucağına atıb min naz və əda ilə onun  köynəyinin düymələrini açmağa başladı .
  Qapının bağlı olduğundan xəbər tutan Araz rahatladı. Özünü Aliyənin ixtiyarına buraxdı ...
    Bu gün Silanın son günü idi. Sabah Ankaraya gedəcək və orda fəaliyyətini davam edəcəkdi. Burdaki işini yarım qoymamalı idi. Ona yeni tapşırıq gəlmişdi. Nə olur olsun Aliyəni aradan götürmək. Arazı elə keçirtmək . Təsadüfdən bu bir fürsət idi. Evdə hec kimsə yoxkən bundan gözəl fürsət nə olardı ki. Bir gülləylə iki dovşan vuracaqdı. 
   Sila Aliyədən pulu və alınacaq şeylərin siyahısını alıb məhəlləyə cıxdı. Özünü daldalıga salıb bütün bildiyi məlumatları yazaraq , kücəni başındakı simitçiyə yaxınlaşdı. Simit almaq bəhanəsiylə əlindəki kagızı qarışdırdığı simitlərin arasına qoyub yaxındakı baqqala getdi. Tələm tələsik alacaqlarını alıb geri döndü. Bütün bunları Həsən kənardan izləyirdi. Silanın evdən cıxıb daldalığa cəkilməsini də , orda nəsə yazmasını da , simitlərin arasına kağız qoymasını da ...
   Həsən, Silanın gəldiyi gündən Bəhramın onun üzərinə qoyduğu göz idi ...
    Sila evə döndüyündə qapı bağlı idi . Evin baxcasına keçib ordan arxa qapıya gəldi. Mətbəxin də qapısı bağlı idi. Aldıqlarını qapıya qoyub qonuşu otağın balkonuna keçdi. Xoşbəxtlikdən balkonun qapısı açıq idi. Yavaşca içəri keçib otağın qapısına yaxınlaşdı. Qapı aralı olduğundan zalın içi ovuc içi kimi görünürdü. İcəridən ehtiraslı və iniltili səs gəlirdi, amma heç kim görsənmirdi. Otağa göz gəzdirdi. Biraz aşağı əyilib ortalıga qoyulmuş masaya tərəf baxdı. Gördüyü mənzərədən bütün bədəni boşaldı. Masanın arxasındakı Aliyəylə Arazın ehtiraslı sevişmısini izlədikcə özü özünü itirirdi. Rəng verib rəng alırdı. Bədəni bürüyən istilik ürəyini yerindən oynadırdı. Arazın güclü və sağlam bədənin gördükcə özünü Aliyənin yerində təsəvvür edirdi. İçini, beynini , vücudunu dəli bir istək sarmışdı. Özü Aliyənin yerində olmaq istəyirdi. Bayaqdan Aliyəni sağ salamat elə kecirməyi düşünən Sila bu saat onu öz əlləri ilə parcalamağa hazır idi. Dişi bağırsağını doğrasa da gözlərini onlardan cəkə bilmirdi. İlk baxışdan Arazı kobud , qadına qarşı sərt bilən Sila indi Arazın bir qadın qarşısında necə müti olduğunu görürdü. Güçlü qolları ilə Aliyəni oyuncaq kimi atıb tutur, bütün ehtirasıyla ona varlığını sübut edərək qolları arasındakı qadına qadınlığını yaşadırdı. Hansı qadın belə bir kişinin qadını olmaq istəməzdi ki?

     Sila daha dayana bilmirdi.Ona verilən vəzifəni unutmuşdu artıq . Qısqançlıq duyğusu bütün beynini sıxırdı. Qısqanclıqdan bu dəqiqə içəri girib Aliyəni özü öz əliylə öldürmək istəyirdi. Özünə hakim ola bilmirdi. Gördüyü səhnədən həm ehtirasa dolmüş, həm də hiddətlənmişdi. İlk dəfə idi ki, çalışdığı bu işdən nifrət edirdi. Sila işi üçün gəncliyindən və  qadınlıgından imtina etdiyinin indi fərqindəydi. Bir andaca özünü isti yuvada, ərinin qollarında, ailə uşaq içində təsəvvur etdi və qəhərləndi. İçinə axıtdığı göz yaşlarını udub masanın cəkməcəsini acaraq özu də nə axtardığını bilmədən oradakı əşyaları qarışdırmağa başladı. Bəlkə də nəyisə qarışdıraraq beynindən bu fikirləri cıxarmaq istəyirdi. Bəlkə də onu saran bu istəkləri özündən qoparıb atmaq istəyirdi. Axtardığını tapmayınca qapıya gəlib onlara baxır hər dəfə də başqa bir erotik səhnəylə qarşılaşırdı . Elə bil onlar onun orda olduğunu hiss edib ona acıq verərək daha da çılğınlaşırdılar. Bayaqdan boğazına düyünlənmiş göz yaşı indi isti lava kimi yanaqlarını yandırırdı. Onların o biri otaqda ehtiraslı səslərini , piçiltılarını eşitdikcə burda Sila hıçkıraraq sinəsini açıb əllərini hələ kişi əli görməyən sinəsində gəzdirir, dikəlib qalxmış gilələrini var güçü ilə sıxır , məməsinin ağrısına səsini üçinə salıb inildəyirdi. Havası çatmırdı sanki. Biraz da burda qalsaydı bogulacaqdı. Təkrar içəri boylandı. Hərəsi bir tərəfə sərilib qalmışdı. İçərini xoşbəxt bir gülüş səsi götürmüşdü. Qarşısındakı bədnüma aynadan özünə baxdı, yanaqlarından süzən göz yaşlarına və açıq yaxasından cıxararaq  ovcunun içində sıxdığı döşünə baxıb acı acı gülümsündü;

   - Onlar mutluluktan gülsün, sen de ateşinden - deyb son göz yaşlarını töküb özünü nizama saldı. Geri döndüyündə başına dəyən zərbədən yerə sərildi ...
                        *****
    Anidən telefonum sönuncə bütün yazdıqlarım hədər getdiyini düşünüb təsüfləndim . Yazıya elə dalmışdım kı jarj nə zaman bitdiyindən özümün də xəbərim olmamışdı. Telefonu jarja taxa taxa özüm özümə əsəbləşirdim. 
   - Əgər yazdıqlarım itsə bir daha yazmayacam- deyə özüm özümə cəza kəsməyə başlamışdım. Əllərim əsə əsə telefonu açmağa çalışırdım, açılmırdı ki, açılmırdı..
             _____23______
    Telefonun jarjı bitdiyində elə bilirdim yazdıqlarım hamısı silinib gedib.Səsim evi başına götürmüşdü. 
  -Bax telefonu niyə jarjdan cıxardırsan -deyə özüm özümü tənbeh edirdim - bilirsən ki, bir hekayəyə ki, başladın ən azından yarım günün gedir. Zaryatka o qədər gedərmi ?  
   Telefon 5 faiz jarj yığana qədər elə bilirdim 5 gün vaxt gedib. 
   Nəhayyət  telefonum açıldı. Acgözküklə notlara girdim. Bütün əlyazmalarım orada idi. Silinməmişdi :
   - Uraaa !!! - deyib qışqırmağıma ev əhli başıma toplandı . Sevinciməmi gülürdülər, yoxsa "dəliliyiməmi " bilmirəm ...
                         *****
     Sila gözün açanda Həsənlə özünü bir birinə bağlanmış gördü. Nə baş verdiyini anlamağa çalışdı;
   - Neler oluyor abi ? Nerdedeyiz ? 
   - Banamı soruyorsun? Asıl benim sana sormam gerekiyor biz nerdeyiz diye?
  - Vallahı, billahi bilmiyorum abi. 
  - Sen bilmezsin tabii. Seni istikbaratçı olduğunu bile bile içimize soktuğumuzda tedbirimizi almamız gerekirdi . Şimdi geç kaldık. Ahhh Behram abi ahhh...
   -Haah işte. Şimdi bu nerden cıktı?
   -Senin kalleşliyinden haberimimizmi yok sandın? Kendini ne sanıyorsun sen? Kahpe, oropsu çoçuğu...
   - Vayy, vayy, vaayy..
   İçəri girən saqqallı yekəpər kişini sadəcə Sila görürdü. Adamı görüncə rəngi saralan Silanın əsməcəsini Həsən özü də hiss edirdi. Həsənin üzü arxa tərəfə bağlı olduğundan içəri girəni görə bilmirdi . 
  - Bak hele sen? Ya sen kendini ne zanediyorsun? -Sila dillənmədi. Onun yerinə Həsən üzünü görə bilmədiyi adama qışqırdl:
  -Kimsiniz lan , ne istiyorsunuz? 
  - Asıl sen ne istiyorsun, günlerdir kızı takip ediyorsun?
   Həsən güldü:
 -Hmm şu mesele... Kimsiniz hankı teşkilat? Amacınız ne? 
  Gur qəhqəhə içərini başına götürdü;
  - Biz Bahram ve Ferruhini istiyoruz - deyib Hesenin yanına geldi. Hesen bu yekəpər köntey adama baxıb ;
  - Ben kimseyi tanımıyorum - dedi
  - Öylemi ? 
  -....
  - Şimdi görecez, nasıl tanımadığını. 
  -Ben kimseyi tanımyorum ...
  Sözü ağzında qaldı.Adamın zərbələri işə düşmüşdü. Həsənlə bərabər Silanı da döyürdülər. Silanın yalvarışları içərini götürmüşdü.
  - Bırak beni abi, şimdi benim suçum ne ki? Neden dövüyirsunuz beni? 
  -Senin görevin neymiş? İş yapmakmı, s...e bakıp a.... suyunu akıtmakmı? -Adam pis pis söyüşlərlə önları söyürdü. Elə bu vaxt çöldən gələn səslər fikirləri ora yöneltdi 
  Qapı açıldı və Arazı döyə döyə içəri saldılar. 
  -Araz... - Sila sanki sevdiyi yaxın birini görürmüş kimi təssüflə səsləndi.
  Araz caşqın halda onlara baxıb;
   -Ne istiyorsunuz kızdan? Zorla gözellikmi olur? Kız evlenmek istemiyor ya, bırakın kızı...
   Həsən qəhqəhə çəkib güldü;
   -Abi, sen hala ordamısın? Ya kız istihbaratçı, hala anlamırornusun...
   -Nee? 
   -Yaa... Söyledik ama dinlemedin ki. İşte sonuç bal gibi ortada...
  Bəli qanunsuz məhkəmə, amansız sorğu sual başlamışdı. Fərruxı və Bəhramdan başqa iki önəmli şəxslərin yerini soruşurdular. Bundan başqa da təşkilatın bəzi sirlərinə yiyələnmək istəyirdilər. Bu qanunsuz "məhkəmə" fəallardan sirr çəkə bilməyəcəyini görüb Arazın dilini açmaq üçün Həsənə edam emri çıxardılar. Arazın və Silanın gözü qarşısında işgəncəylə öldürülən Həsəni görəndən sonra ikisi də sarsılmışdı. Bu yolda ölmək vardı , dönmək yox. Agır işgəncədən sonra Sila ilə Araz ikisi də bir birinə bağlı qalmışdılar. Arazın cəzası dostlarını ələ verməməsinə görə idi, Silanın cəzasi isə verilən tapşırığı yerinə yetirməyib,  hisslərinə qapılmasına görə. Aliyədən isə hələ heç bir xəbər yox idi. 
               MOSKVA
  Ulduz bir aya yaxın idi ki, Moskvada rəfiqəsinin evində qalırdı. Artıq havalar soyumağa başlamışdı.Əyninə geyəcək paltarları belə yox idi. Bütün nəyi var Azərbaycanda qalmışdı. Raisanın paltarlarını geyinirdi, ama onun paltarlarını nə qədər geyinəcəkdi? İş tapıb işləməli idi. Uşaqlarını yanına gətirməli idi. 
    İsmayıl Olyanı nə qədər dilə tutsa da Olya onunla gəlməkdən imtina edirdi. İsmayıl bacısının beş, bir də özünün xəstə uşağının əlində qalmışdı. Uşaqlara baxma imkanı var idi, amma pul hər şey demək deyildi, İsmayıl mənəvi ehtiyyacdan kasad, ac idi. Heç bir mənəvi boşluğunu dolduran, sinəsinə döyüb yaxın duranı yox idi. 
    Bu aralar işdə də problemləri yaranmışdı. Şikayyətçilər onların şikayyət və problemlərinə baxmayan, onlarla maraqlanmayan          "raispalkomun" istefasını istəyirdilər. Bundan istifadə edən vəzifə qurdları da İsmayılı hər yerdə təndiq edərək onu gözdən salırdılar. Özü hər şeydən yorulmuşdu nə vəzifəyə həvəsi qalmışdı nə də işləməyə. Qızı üçün darıxan İsmayıl bəzən Mikayılı evlərinin altındakı çayxanaya cağırar dərdləşib içini boşaltardı. Ulduzun uşaqları param parca olmuşdular uşaqların ikisi Mikayılın yanında qalsa da İsmayıl onların dərslərindən gerilədiyini, uşaqların bir birləri üçün darıxdığını görüb təkrar onları yanına gətirmişdi. Mİkayıl hələ də Ulduzu itkin kimi bilirdi. Ulduzla görüşməsini İsmayıl Mikayıla deməmişdi. Bu məsələ hələ ki sirr olaraq qalacaqdı. 
   Ulduz Balaqardaşa izin verməsə də Balaqardaş onu təqib edir, yaşadığı binaya ULduzu qorumaq üçün ən etibarlı adamlarından  birini seçmişdi . Onların ən ümdə vəzifəsi Ulduzu hissetmədən təqib etmək hər ehtiyyacını yerinə yetirmək və onu qorumaq idi. Özü Moskvada yox Həşterxanda (Astarxanda) qalırdı. 
  Günü gündən kökələn Ulduzun gözəlliyinə gözəllik də gəlmişdi. İş axtarmağa başlamışdı. Dövlət işində işləyə bilməzdi. Cünki burda qeydiyyatsız yaşayırdı. Odur ki, ozünü oda közə vurub, beş-üç manat pulunu  qazanırdı. İşmayılla Balaqardaşı Ulduz birləşdirmişdi. İkisinin bir dərdi vardı. Ulduza sahib cıxmaq və onun uşaqlarını başına yığdırmaq . 
    Qafqaz restoranlarının birində işə girib, təmizlik işində işləyirdi. Müdirləri ona qalmağa da yer vermişdi. Ulduzun beş uşaği olduğunu eşidəndə müdür heyrətə gəlmişdi. 
   - Bəs uşaqların hardadır?
   - Azərbaycanda. Onları da buraya gətirmək istəyirəm - deyə vəziyyətini ona anlatmışdı. Ərinin narkoman olduğunu, onlara sahib cıxmadığını da demişdi. Sözsüz ki, kənardan Ulduzu təqib edən Balaqardaşın adamlarının gözündən bu səmimiyyət qaçmırdı. Balaqardaş fürsət tapan kimi Ulduzun müdürü ilə görüşüb ona qulaqburması verərək  Ulduzun sahibsiz olmadığını başa salmış, özünü ona tanıtmışdı. Balaqardaş müdirin Ulduza gözəl maaş və iş verməsi üçün ona tapşırıq vermişdi . 
  -O sahıbsız deyil. Sən ona qardaşlıq edərsən, biz də sənə böyüklük edərik, oğraşlıq edərsən, bəxtinə küs ...
   Beləliklə Balaqardaş müdirin əliylə Ulduzu yeni evə köcürtdü. Ulduzun bu şansın hardan gəldiyinden xəbəri yox idi. O elə bilirdi ki, müdiri səxavətli və əli açıq adamdır ki, ona köməklik edir... 
    Cox keçmədi Ulduz İsmayıla zəng edib uşaqları kimsə bilmədən Moskvaya gətirməsini istədi. İsmayıl bu sirri sadəcə Mikayıla açaraq uşaqları Moskvaya aparıb analarına təhvil verəcəyini dedi. Ulduzu və onun uşaqlarını tanıyanlara isə uşaqları internat məktəbinə qoyduqlarını yaydı. Beləcə keçirtdiyi 6 aylıq stres və çətin yaşamdan sonra Ulduz balalarını başına yığaraq özünün də xəbəri olmadan Balaqardaşın kölgəsində həyatına davam etdi. 
   Şabah işə gedir axşam hava qaralanda gəlirdi. Uşaqları qonuşu Nadya xalaya tapşırmışdı. Nadya xala yaşlı sonsuz qadın idi. Nadya xala da Balaqardaşın etibar etdiyi insanlardan biri idi. Özü Nadyanı Ulduza yönləndirmişdi. 
   Ulduz qürbətdə qarşısına açılmış şanşa görə Allahına şükür edərək bəzən də ayağına qədər gəlmiş  belə şansa caşıb qalırdı . Açığı indiki dövürdə heç kim, heç kimin nazını cəkməzdi ki , Nadya Ulduzun və onun uşaqlarının nazın cəkirdi. 
   İşi nə qədər yüngül olsa da günü gündən kökəlib ağırlaşan Ulduz həkim kontrolundan kecəndə həyatının növbəti şokunu yaşadı. Ulduz 7 aylıq hamiləymiş. Uşağın atasının kim olduğunu belə bilmirdi. Kiminlə isə yaxınlığı bərabərliyi olmadan kimdən hamilə qalmışdı, bu necə olan iş idi? Hamiləliyinə inanmadi. Cünkü bu vaxta qədər hamilə olduğunu hissətməmişdi, beş uşaq doğmuşdu amma, belə bir hamiləlik kecirməmişdi. 7 aylıq hamiləydi. Lakin qarnı bilinmir , uşaq tərpənişini hiss etmir, qadın halı da normal idi. Vaxtlı vaxtında adətini görürdü. Sadəcə biraz kökəlmişdi. Bu necə ola bilərdi ki ? İnanmadı. Başka həkimə getdi və nəticə eyni idi. Ulduz doğurdan da hamilə idi. 
    Raisanın yanına gelib dərdini ona danışdı. Raisa qadın həkimi idi. Zatən Ulduzun günü gündən belə şəkildə kökəlməsinin hamiləlik əlamatı olduğunu ona dəfələrlə demişdisə də Ulduz ona lağ eləmişdi. 
  - Yəqin sənin hamamında hamilə qalmişam, ya da yataq otağındakı Nikolayın plakatından. 
   Raisanı yanına alıb həmin gün Moskvanın bütün qadın məsləhətxanaların gəzdi. Hamısı da eyni sözü dedilər; Ulduz hamiləliyi gizli kecitmiş və artıq 7 aylıq hamilə idi. Ulduz hamiləliyini qəbul etmir, nə olur olsun bu uşağı rədd etmək istəyirdi. Təssüf ki, aborta gecikmişdi. Bu uşaq ancaq süni doğuşla doğulmalıdır vəssalam. 
    
    Üzünə çırpılan sudan gözünü açanda Aliyəni carmıxa çəkilmiş gördü. Aliyəyə işgəncə verərək ondan və Arazdan söz almağa çalışırdılar. Bildikləri məlumatı ala bilməyincə daha da azgınlaşıb kəlbətinlə qızın bır bır dırnaqlarını çəkir, barmaqlarını hissə hissə kəsirdilər. Aliyə verilən işgəncədən bagırdıqca, qızın acısına Sila da bağırırdı ;
  -Yalvarıyorum, yapmayın. Ne gerekiyorsa, ben yaparım . Ben her şeyi öğrenip size söylerim . Yeter  ya... Yeteeeer... Bak söz veriyorum, arkadaşlar, yapmayın, sinirlerim kaldıramıyor artık dayanamıyorum yaa yeter... 
  - Kes sesini sürtük, dur bakalım daha seninle konuşmadık . Sıra sanada gelicek, az daha sabret.
   Necə gün idi ki, bu həbsxana duvarları arasında Alıyə və Araz işgəncəyə məruz qalmışdı Sila bu işgəncələri izləməkdən dözə bilməyib bayıldıqdan sonra onu buradan götürmişdilər. Artıq Sila aralarında yox idi . Ölmüşdümü, qalmışdımı bilmirdilər. Nədənsə Araza Aliyə qədər işgəncə etmirdilər. Aliyəni Arazın gözləri qarşısında hissə-hissə, parca-parca öldürürdülər. Araz bayılıb özündən kecmiş Aliyəyə təsəlli, ümüd verər, bəzən də əsəbindən asıldığı zincirləri dartışdırıb yerindən qoparmaq , Aliyəni də burdan alıb qaçmaq istəyirdi . Necə gün idi burda idilər bilinmirdi. Qaranlıq, pəncərəsi belə olmayan bu otaqda sabahın nə zaman acılıb, axşamın nə zaman düşdüyündən xəbərləri belə yox idi. Aliyə günü gündən gözlərinin qarşısında şam kimi əriyirdi. Daha Arazın təsəliləri, bərabər kecirdikləri gözəl günlər, gələcəyə ümüdləri ona təsir etmirdi. İşgəncə əsəblərini pozmuşdu. Ağlı başından gedib gah qəh-qəhə cəkib gülür, gah qışqırır, gah da öz özünə danışırdı. Maraqlı idi, işgəncə verilən zaman Aliyənin ağzını kəlbətin açmazdı. Amma bayğınlıq kecirtdiyində özündə olmayan Aliyə nəyi var bildiyi bütün sirləri açıb tökürdü. Düşmən məqsədinə çatmışdı. Həbsxana otagında Aliyəni dinləyən adam qoymuşdular. Araz Aliyəni sustura bilmirdi. Bu gedişlə bu inqlabda uduzacaqlarını adı kimi bilirdi. Çünkü əsas sirrlərinin coxunu Aliyə açıb tökmüşdü.
   Bəli, bir gün gözlədikləri gün gəldi. İranda baş qaldırılmış inqlab yatırılmış, və şəhər meydanında Fərruxi və Bəhramdan başqa bir necə igid feal kütləvi şəkildə edam olunmuşdu. Bununla da İran inqlabı yatırılmışdı. 
   Aliyə İran vətəndaşı olmadığı üçün onu elə Türkiyədə məhkəməyə təslim etdilər. Aliyə məhkəmənin qərarını  gözləmədən yatdığı kamerada yorğanın üzünü cırıb bir birinə düyərək ip düzəltmiş və özünü çarpayının dəmirindən asmışdı. 
    Arazı isə İrana göndərməli idilər. Sözsüz ki, Arazın İranda edamı qacınılmaz idi. Bir igidin ömru bu qədər kiçik və mənasız olmamalıydı . Ölümünü bilirdi, amma nə olur olsun ölümə əsla təslim olmayacaqdı. 
              M O S K V A
   Gecənin bir aləmi Məleykə evdəki səsə oyandı. Anasının otağına kecəndə anasını yatağın ortasında qan - tərin içində gördü. Anasının hamiləliyindən xəbəri olmayan Məleykə çaşıb qalmışdı. Bi necə ola bilər. Əgər belə bir şey vardıysa, niyə bu evdə bu hamıləliyin söhbəti keçməyib ki? Halbu ki, anası o biri bacı qardaşlarına hamilə qaldığında Məleykə anasına hər cür kömək edirdi, dəstək olurdu. Amma indi deyəsən məsələ başqa idi . Hesab sormağın da yeri deyildi. Anasının vəziyyəti yaxşı deyildi. Məleykə artıq yeddidə oxuyan böyük qız idi. Anasının doğum anında olduğunu yaxşı başa düşürdü. Odur ki vaxt itİrmədən telefonu götürüb 02 yıgdı. 
  - Dayann....
  -Noldu ana?
   -Hara zəng edirsən?
   - 02 - yə
  - Raisaya zəng elə !
   - Ay ana ...
   - Nə deyirəm onu elə! - Ulduz sancıdan dişlərini qıcıyıb səsini içinə atdı . 
   Qız ixtiyarsız Əmrə tabe oldu. Raisa ilə danışıb telefonu üstünə asdı. Anasına bir söz deməyib Nadıyanın evinə qacdı . 
   Ulduzun hamiləliyi nə qədər səssiz kecsə də, doğumu o qədər də ağrılı və cətin kecirdi. Hec elə bil beş uşağı bu doğmamışdı. 
   Nadya gələn kimi əl ayağa düşüb təcili yardım cağırmaq istədisə də Ulduz buna icazə vermədi. 
   Raisa Ulduzun hayına gələnəcən Ulduz yükünü Nadyanın və qızı Məleykənin köməkliyiylə yerə qoymuşdu. Qızı olmuşdu. Utandığından qızının üzünə baxa  bilmirdi. Uşaqlarının yanında gözü kölgəli idi.Onlara nə deyəcəyini bilmirdi. O biri uşaqlar yatıb, səhər qalxdığında evdə körpə görəndə onlara nə cavab verəcəkdi? Yox səhər olmadan, uşaqları oyanmadan bu uşağı bu evdən rədd etməli idi. 
    Mayın ortaları idi. Moskvaya bahar gec gəlir. Havada bahar hərarəti duyulsa da, hələ də havalar soyuq idi . Havadakı ayazdan pəncərə şüşələri tərləyib suyu süzürdü. Gözləri  pəncərədən uzaqlara baxır, sanki günəşin pəncərədən nə zaman baxmasını gözləyirdi. 
    Birazdan uşaqlar qalxacaq, onları hazırlayıb məktəbə yola salmalı idi. Canı çox ağrıyırdı, özüdə yorğun idi . Uşaqlar qalxmadan, şəhər oyanmadan bir şey fikirləşmeliydi. Nadya da getmişdi. Məleykə isə sabaha qədər anasının başı üzərində dayanıb sual yağan gözləri ilə anasına baxır, yatağın bir küncünə qoyulmuş körpədən mərhəmətli baxışlarını çəkmirdi. Məleykə hər ona baxdığında xəcalətindən yer ayaqları altından qacır, gözlərini qızından gizlətməyə çalışırdı . 
   - Qalx, get qızım, biraz yat dincəl, bu gün dərsə getmə yorğunsan. Yatmadın heç. 
   - Yox yatmayacam uşaqlar qalxacaq, onları yola salacam. Sən narahat olma, mən onları hazırlayaram. 
   Ulduz kövrəldi, qolların açıb qızına uzatdı, Məleykə soyuq qardan qaçıb isti qanadlarına sığınırmış quş balası kimi anasının qollarına sığındı. 
  - Mənim ağıllı balam,
  - Mən hər şeyi bilirəm ana. 
  - Nəyi bilirsən? 
  - Bizim bura niyə gəlməyimizi , nədən ordakilara yalandan sənin itməyini demələrini, hamısın bilirəm. Sən Qazaxıstana atamın yanına gedən günü atamın düşmənləri sənin başına nə oyun acıblar, hamısını bilirəm ana. 
  - ...
  Ulduz nə deyəcəyini bilmirdi. Ağlamaq tutmuşdu, için için hıçkırıb balasını bağrına basıb saçlarını öpüb qoxlayırdı. 
  - Ana, sən dayımın iş otağında dayıma danışanda eşitdim hər şeyi. Əslində həmən günü mən sənə bir şey deyəcəkdim, deyə bilmədim
   - Nədən? Kimdən qorxdun ki? 
   -  Həm dayım ordaydı, ona görə, həm də həmin gün sən xəstələnmışdin, məni dinləyəcək halda deyildin...
  - Ay canım qızım mənim. Bağışla, mən də diqqətsiz olmuşdum o gün. Nə deyəcəkdin ki? Hec həmin gün başım üstündə deyildi. 
   - Ana, sənə bir şey demək istəyirəm, qorxuram. Elə  o vaxtdan... 
   Ulduzun sifəti ciddiləşdi. 
   -O vaxtdan? Dəlisən? Nədən qorxursan? De görüm...
   -Ana məni döymə, nolar.
  - Niyə döyürəm, mənim balam? Biz bir birimizə nə söz vermişdik? Bacıya, qardaşa deyilə bilməyən sirr, söz anaya veriləcək, elə deyilmi? 
   Məleykə anasının sözünü başıyla təsdiqlədi. 
   -İndi de görüm nolub, gözəl balam. Məndən hec nə gizlətmə. 
   Məleykə anasının ayaq tərəfində yatan körpəyə tərəf baxdı, biraz fikirə getdı. Məleykənin baxışları körpəyə zillənsə də gözünün qarşısında başqa mənzərələr canlandığı bəlli idi. Rəngi ağarmış əllərini buz kəsmişdi. Baxışlarında nifrət və mərhəmət bir arada idi. Yeniyetməlik çağında olan  qızcığazın üzündə və baxışlarında elə bir ifadə vardı ki, sanki bu qız çoxdan olqunlaşmış, böyük bir qız olmuşdu. Anası bu günə qədər onu balaca körpə qız sanırdı . Ama indi ...
   -Ana, indi mənim də uşağım olacaq? 
  Dizləri keyləşdi, ürəyi əsdi, bədəni uyuşub açıldı, Ulduzun. Bu nə sual idi ? Yeddidə oxuyan qızın belə bir sual verməsi nə deməkdi indi? Bu saat onun uşaq düşünən vaxtı yox, oxuyub gələcək düşünən vaxtı idi, bu nə səfeh sual idi? 
   Ulduz özünü ələ alıb hirslənməməyə çalışdı. 
   - Olacaq qızım, ama belə yox, oxuyacaqsan, inistituta girəcəksən, sora ... adam olacaqsan , sevib, seviləcəksən...
   -Mən hec zaman sevməyəcəm, məni sevməyəcəklər. 
   Məleykə əsəbi halda dişlərini qıcadı , yumuruqlarını düydü:
   -Ölmək istəyirəm, mən öləcəm... Öldürmək istədim mən özümü ana, bacarmadım.
  Ulduzu əsməcə tutmuşdu. Bu nə demək idi? 7 də oxuyan bir qız bu nə düşüncədir qurub? Yooxxx ... qızının bir dərdi var. Bəs Ulduz bu vaxta qədər bunu niyə sezməyib, niyə qızıyla maraqlanmayıb? Bu necə analıqdır? 
  -Gəl, qızım, gəl... Ulduz qızını qucaqlayıb saçlarını oxşadı. Bu nə deməkdi indi? De görüm, nə dərdin var?
  - Ana, həmin gün... Sən xəstələnən gün... 
  -Hə? 
   - Qazaxıstana getdiyin günü... 
   -Həə? Noldu ki, o günü? 
   -Biz dərsə gedəndə... 
   Ulduzun həyəcandan az qala nəfəsi kəsiləcəkdi ;
  - Hee...siz dərsə gedəndə nə?
  - Ana hirslənmə yaxşı?
  -Niyə hirslənirəm ki, qızım - Ulduz daha sakit olmağa çalışdı. Lakin ürəyini sanki məngənəyə salıb sıxırdılar. 
 -Dalımızca bir cavan oğlan düşmüşdi, maşınla...
  - Kim idi? 
  -Bilmirəm, Fizika dərsindəydim gəldi, mənə icazə aldı. 
  - Sən də dərsdən çıxdın hə?
   -Ana, vallah tanımıram, o oğlanı. Çıxmaq istəmirdim, ama müəllim icazə verdi... Mən də bir şey deyə bilmədim. 
  - Sonra noldu danış! 
   -Məndən papanı soruşdu, dedim papa Qazaxıstanda, Dediki gəlmır bura, dedim yox gəlmir, dedi görürsən sənin xəbərin yoxdu, məni papa yollayıb bura, papan gəlib başqa yerdə qalır, mamaynan küsülüdür deyə evə gəlmir, bizdə qalır. İnanmadım ana, dedim ola bilməz. Güldü ,dedi get sportzala bax. Papa orda səni gözləyir. Vallah inanmadın ana, Allaha and olsun, getmək istəmədim - qorxaq bir yalvarışlı baxışla anasına baxdı . 
  - Hə sora noldu? 
  -Dedi ki , papan Qazaxıstandan qacıb gəlib bura , adam öldürüb, milis də hər yerdə onu axtarır. Ona görə gizlənir. Özü gəlib sənə dərsdən icazə alsaydı müəlimlər onu görüb milis cağıracaqlar. O biri bacın, qadaşın da papanın yanındadır. Papan gəlib sizinlə görüşməyə. Görüşüb gedəcək . Ana allah haqqı o qədər inandırıcı danışırdı ki, mən də inandım, sevincək qacdım sportzala o da  arxamca gəlirdi. Baxdım hec kim yoxdu , geri qayıtmaq istəyəndə dedi papa razdvalkada gizlənib get oraya ! Gedib qapını acıb içəri girən kimi o da içəri girdi - Məleykə əllərini üzünə tutub eynən anası kimi səsini içinə boşaltdı. Ulduz yerində dayana bilməyib qarnını tuta - tuta yatağından düşdü, bənizi meyit rənginə dönmüşdü. Özünə aid olmayan yad bir səslə üsyan edirmiş kimi səsini qısıb bağırdı .
  - Hə orada nə oldu ? 
  - Ana, mən qoymadım vallah... Qışqırmaq, köməyə adam çağırmaq istədim amma, o mənim ağzımı tutub məni skamekanın üstünə yıxdı. Nə qədər çığırmaq istədimsə çığıra bilmədim. Nəfəs ala bilmirdim ana . Boğulurdum. O gedəndən sonra baxdım ki, bir qıçını əynimdən cıxartdığı ağ kalqodqam qan olub ...
  Ulduz yerə çökdü. Saçlarını yolub nalə çəkib ağladı, yeri yumuruqladı. Bayaqdan uşaqları oyanmasın deyə səsini içinə atan Ulduz indi səsin başına atmışdı. Səsə uşaqları tökülüb gələndə yorğanı yeni doğulmuş körpənin üstünə atdı. 4 uşaq boy boya verib çaşqın çaşqın analarına baxırdı. Ulduz isə ağlaya ağlaya həm İbrahimə, həm Bəşirə qarğış yağdırırdı. Səsə gələn Nadya xala Ulduza həb verib onu sakitləşdirdi. Ulduz oturduğu yerdə xalçanın üstündə yuxuya getdi . 
   Oyananda evdə kimsə yox idi. Nə qədər yatmışdı bilmirdi. Yatıb yuxusun alsa da canında hələ də yorğınlıq vardı. Başını, qarnın tutub zala kecdi. Televizor açıq idi. Televizoru bağlayıb, pəncərədən bayıra baxdı, Məhəllə insanla qaynayırdı. Şəhər oyanmışdı. Gec qalmışdı. Axşamın düşməsini gözləməli idi. Amma axşama qədər uşaqlar evə gəlmədən bu uşağı toz etməli idi. Bəlkə də uşaqları o yatanda bu üşağı görmüşdü. Yataq otağına keçib  yorğanı qaldırdı. Uşaq yox idi. Dəli kimi yorğanı yastığı çırpdı. Bir bir otaqları yataqları dağıdıb tökdü . İki dəqiqəyə səliqəlı toplanmış otaq alt üst oldu. Ağlına Nadya gəldi. Qapını açıb onlara qaçdı. Qapının zəngini dayanmadan basır, bir anda qapının açılmasını istəyirdi. Nadya qapını açanda özünü içəri atıb divanın üstündə yatmış körpəni qucağına aldı . Bu uşaqı dünyaya gətirdiyində belə uşağın üzünə baxmamışdı, qucağına almamışdı. Bütün bu olanların səbəbkarı, günkarı bu mələk üzlüdə görürdü. Əlində əlac olsaydı elə bu qızı doğub dünyaya gətirən kimi dişi , dırnağı ilə didib parçalayaraq İbrahimin, Bəşirin, Manafın, Manafın adamlarının acığını ondan cıxardı. Uşağı murdar bir şey tuturmuş kimi qoltuğuna vurub Nadyaya bir şey demədən qapıdan cıxdı. Uşağı yatağına atıb ağrıyan canıyla ufuldaya ufuldaya otağın içində var gəl etməyə başladı. Qəfil ovunu görmüş qartal kimi uşağın üstünə şığıyıb üzündəki örtünü acdı. Körpənin məsum çöhrəsinə baxdıqca Məleykənin ona danışdıqları qulaqlarında səslənirdi. Bir də Məleykənin başına gəlinlərin ikinci qızı Aynurun da başına gələcəklərini təxmin edib dəli olurdu. Nə bilirdi ki, bəlkə də Məleykənin başına gələnlər Aynurun da başına gəlibmiş. Bunları düşündükcə bu məsum körpəyə nifrəti daha da coxalırdı. Uşağa baxdıqca yataqdakı yastığı götürüb körpəyə baxdı. 
  -Sən yaşamamalısan - deyib yastığı körpənin üzünə basdı. Əlinin altında çabalayan bu canlının körpə olduğunu belə unutmuşdu. Gözləri dönmüşdü , uşağın üzündən basaraq qəhqəhə cəkir eyni zamanda ağlayırdı. Qulağına sanki bir səs gəlirdi . Sanki kimsə ona - "dayan Ulduz, sən Allahın verdiyi canı ala bilməzsən, onu Allah yaratdı və sən onu məhv edə bilməməyin üçün onu yeddi ay qarnında səndən gizli saxladı, sən onun varlığından xəbər tutanda isə artıq gec idi. Demək bu uşaq yaşamalıdır, sən istəmirsən, səndə qalmasın. Apar at zibilliyə, Allah istərsə öləcək, istəməsə birinə qismət edəcək. Ola bilər, bu uşaq sənə və ailənə bədbəxlık gətirib, bəlkə başqa bir ailəni xoşbəxt edəcək. kimsən ki, can alırsan? "
    Əlləri boşaldı. Mətbəxə kecib bazar çantasını əlinə alıb təkrar uşağın yanına gəldi 
   -Səni tanımıram mən, sən mənə aid deyilsən, sən mənə və ailəmə gələn bəlasan, sənin bu evdə yerin yoxdur ...
    Bazar tuvaletinə girəndə içəridə bir necə qadın var idi. Tuvalet kabinələrinin birinə girib qapını içəridən kilidlədi. Əlindəki zənbili qucağına alıb içindəki körpəyə baxdı . Körpə dünyadan xəbərsiz mışıl-mışıl yatırdı. O qədər şirin görünürdü ki... İçindən körpəni qoxlayıb öpmək gəlirdi. Ürəyindəki kin və nifrət bu uşağı özündən uzaqlaşdırırdı.Bayırdakı səslər də azalmışdı. Dəhlizdə kimsə yox idi. Başını aşağı eyib uşağın qoxusunu içinə cəkdi və ;
   - Məni bağışla, balaca. Sən mənim qızım ola bilərsən, ama mən səni heç vaxt qızım deyib üzünə baxa bilmərəm - deyib uşaq qarışıq zənbili qapının asılqanından asıb içəridən cıxdı. Dəhlizdə bir qadın əlin yuyurdu.Qadına belə əhəmiyyət vermədən piləkənləri yuxarı çıxıb qaçmağa başladı. Daha geridə olanlardan xəbəri olmadı ...

                        *****

   Damarlarımda qanım donmuşdu. Barmaqlarım uyuşurdu. Bu səhnədən sonra nə yazacağımı necə yazacağımı da bilmirdim. Nitqim qurumuşdu. Dörd, beş aydan bəri həvəslə başladığım bu romanı bir an öncə bitirmək istəyirdim. Bir ailənin, bir insan həyatı  bu qədərmi pərişan olardı ilahi !? 
     Amma əsil həyat hekayəsi  məhz bu qızın - Baharın dünyaya gəlişi ilə başlayırdı ...
            ____ 24 ____
    Ulduzun düşdüyü vəziyyət beynimdə dolanıb dururdu . Bu qadının başına gələnlər məni cox üzürdü. Yazıq qadın stres üstünə stres yaşayırdı . Özümü onun yerinə qoyub , belə bir vəziyyətə düşdüyümü təssəvvürümə gətirdikcə ağlım başımdan oynayırdı. Bir də düşünürdüm ki , yaxşı ki bu romanımın qəhrəmanları bir nəsilin nümayəndələri olsalar da bir birlərininin varlığından xəbərsiz yaşayırdılar. Heç biri bir birinin başlarına gələnlərdən xəbərləri yox idi. Yoxsa bu həyat onlar üçün bir nəsilin faciəsi ola bilərdi. 
                      ******
   Həyatın vurduğu zərbələr ona calın - carpaz yaralar cəkmişdi. Nədən necə qısas alacağını bilmirdi. Ulduz sadəcə qisas üçün yaşayırdı. Artıq olan olmuşdu, dəyən deymişdi. Adı üstündə ər olan İbrahim və onun dayısının ucbatından özünün və uşaqlarının həyatı tarimar olmuşdu. Onları bir yerə toplamaq üçün ancaq qisas almalıydı. İçində, ürəyində qaynayıb qalxan kin boğazındakı qəhərə qarışıb badamcıqlarını əzirdi .Gözünü qan tutmuşdu, qana qan deyirdi. 
    Qızını tuvaletdə qoyaraq bir başa bilet satış məntəqəsinə gəlib ən yaxın zamanda təcili Moskva-Qazaxıstan, Qazaxıstan - Azərbaycan və Bakı - Moskva bileti aldı. 4 gün sonra Qazaxıstana uçacaqdı...
                TÜRKİYƏ
  Araz 8 nəfər dustala bərabər qarayolu uzərindən İran istiqamətinə yola cıxacaqdı. 
   - İstanbuldan yola cıkan məhkum maşını Ankara va Karsda mola verib Karsdan İğdır istiqamətinə yola cıxacaqdı . 
   Ortalığa qoyulmuş masanın üstündəki xəritənin üstündə əlindəki cubuqla yolu cızan Qulam etrafındakı adamlara dustaqları necə qacıracaqlarını planlaşdırırdı. Qulam qocalıb əldən düşsə də bir zaman qacaq , sonradan vətən üçün gizli fəalınığını davam etdirirdi. Elə kürəkənləri də özü kimi inqlabcılardan idi. Asyanın ölümündən sonra evdə təsərrüfat işləri ilə məşğul olub qızlarını böyütsə də fəaliyyətini yenə də devam etdirirdi. Gizli kəşfiyyatcı idi. Bəzi yerlərdən bəzi məlumatları ve bəzi adamları ələ kecirib öz tərəflərinə təhvil verirdi. 
   - Operasıyon Van - İğdır yolunda şurda kurulacak. İyice bakın, operasiyon bak tam şurda , şu vadide yapılacak ve vatanparverler kurtulacaklar - deyə xəritədəki yeri  əlindəki çubuqla dairəvi çizdi - Hiç acımak yok təslim olmayan düşman anında öldürüləcıktir. Erler kurtularak , oradan İrak topraklarına keçirilecek. Orada iğitler sizden alınıp  Fransaya gönderilecek. İşte o zaman kahramanlığınızı görecem. Haydi koçlarım, haydi iyitlerim. Göreyim bi sizi . Kana kan, dişe diş. Tebrizde , Hoyda , Erdebilde vatan için canlarını koyanların kısasını alacaz. 
   Dördkünc masanın başına toplaşanların arasında Sila və Qulamın kürəkənləri də vardı. İçəridəkilər dağılışdıqdan sonra Qulam Silaya döndü. Ona bəzi tapşırıqları verib onu İstanbula yolladı. 

   Sila Araz və Aliyənin işgəncəsini gözləri ilə görüb özü də o işgəncəni yaşamışdı. Hisslərinə və duyğularına hakim ola bilmirdi. Aliyənin işgəncələrinə dözə bilmirdi. Nə olursa olsun, burdan qurtulmalı idi. O , bu işgəncədən necə qurtulacağı barədə planlar cızırdı. Nəhayət bir yolunu tapdı. Bunun üçün dostlarının təkrar etibarını qazanmalı idi. Onları həbs edən böyükləri ilə danışıqlara girib özünə şans istədi. Bəli, ona bu şans verilmişdi. Sila İstanbulda toplaşan fəalların olduğu bir binanı partlatmalı idi. Sila tapşırıq için yola cıxmışdı. Fəalların qaldığı məhəlləyə gəlib evin yaxınlığındaki baqqala girdi. Çörək və qatıq alıb baqqalın qarşısındakı kiçik taburetdə oturdu. Çörəkdən kəsib qatığına batırıb yeməyə başladı . Baqqalın əks tərəfin adamı olduğunu bilirdi. Bura gəlməkdə də planı var idi . Fikiri fəallara qurulmuş planı tələ haqqında sirri baqqala ötürərək fəalları o binadan uzaqlaşdırmaq idi. Onu da bilirdiki bu saat onun hər addımını , dodağının tərpənişini belə izləyirlər . Çox diqqətli olmalı idi. Qapıda oturub çörəyini yeyə yeyə ağzını marçıldadır , iştahı açıq adam kimi bəh bəhlə yeyirdi. Sila nəhayət baqqalın diqqətini çəkməyi bacardı. Baqqal dəzgahdan alıb kəsdiyi kavurmanı Silanın əlindəki çörəyin arasına töküb ona uzadarkən Sila başın yırğalayaraq guya dua edirmiş kimi ;
   -Bu gece mekan partladılacaq. Ben partlatacağım. Tedbirli olun . Bu bir görevdir - ağzını marçıldadıb sesin ucaltdı ; 
   - Allah razı olsun abi karnım çok aç idi. Baqqal məsələni başa düşüb ehmalca etrafı süzdü. Əlini Silanın kürəyinə vurub ; 
   - Afiyyət olsun bacım , helalın olsun . 
   Sila baqqala tərəf yaxınlaşmaqda olan adama baxıb, baqqala ehmalca işarə etdi. 
  - Abi, bi tane de su alıyım. Borcum na kadar? 
   - Buyur bacım, 150 milyon eder ,  varmı başka bir isteğin , qaribansın buralarda qaliba. 
   - Evet abi , ablama misafir geldim , soysuz kocası üz vermeyince sokakta kaldım . Akşam 12 de memlekete döneceğim , Annem, İstanbuldan bir şeyler istemiş, gidib 7 metre kadefe kumaş alacağım . Buralarda bildiğin bir yer varmı abi?  
  Bakkal ona deyilen her sözü o deqiqe başa düşdü . Bele ki, saat 12 de partlayış baş tutacaq 7 metrə məxmər parça isə o partlayış olacaq yerdə olan 7 nəfər fəal idi. Bildiyi yeri də soruşmaqda yanı "bu parolu onlara ötürə bilərsənmi?" demək istəyirdi . 
   Baqqal bir az aralıdakı parça dükanın Silaya göstərib onları izləyənlərin diqqətini yayındırdı . 
  - Şu dükanda güzel kumaşlar vardır. Benim hanım da hep ordan alar. 
   - Ohh , Allah razı olsun abi, karnım doydu- əlindəki pulu baqqala uzadıb ;
   - Allah bereketini versin abi - deyib gedə gedə guya yaylığın düzeldirmiş kimi yaylığın ağzına cəkib pıçıldayaraq son tapşırığını verdi ; 
   - Beni ele vermeyin , onları gizli yolla çıkarın. 
   
     Gecə İstanbulın məkəzində böyük bir partlayış cıxdı. Alovlar arasında amansız bir bağırtı səsi gəlirdi. İcəridə yananlar fəallar yox, ələ kecirilmiş qarşı tərəfin əsirləri idi . 
   Beləliklə Sila öz tərəflərinin etibarını qazanıb qarşı tərəfin içinə sızdırıldı. Sila heç zaman lazım olan məlumatı öz tərəfinə yox düşmən tərəfin sirrlərini Arazgilin dəstəsinə ötürürdü. Qulam Silanı başa düşürdü. Məhəbbətin qalib gəlməyəcəyi heç bir şey yox idi. O bilirdi ki , Arazı o zindandan yalnız və yalnız Silanın məhəbbəti qurtaracaq. 
                          *****
    Qazaxıstan aeroportundan  birbaşa şəhər bazarına gəlib bir mətbəxt bıçağı alaraq evinə getdi. Ürəyindəki kini, ağrı-acısını yadından cıxartmışdı. Bir fikirlə yaşayırdı. İntiqam almaq. Evin önündə taksidən düşəndə yenə eyni heyəcanı yaşayırdı. Evə tərəf addımladıqca ən son gəldiyi gün yaşadıqları gözünün önündə canlandıqca yımuruqlarını düyürdü. Dişlərini qıcayırdı. Evin həyətinə girəndə cantasından cıxardığı medikal əlcəyi əlinə geyindi. Qapını itələdi. Mətbəxtdən səs gelirdi. Mətbəxə sarı boylandı. İbrahim idi , deyəsən yemək bişirirdi. O biri otaqlara boylandı. Heç kim yox idi, evdə kimsənin olmaması onu sevindirib intiqam atəşini alovlandırırdı. Bundan gözəl fürsət ola bilməzdi. Səssizcə içəri girəndə İbrahim icəridə birinin olduğunu hiss etdi. Başını işindən ayırıb baxmadan rusca arxaya səsləndi ; 
   - Maşa sənsən, ezizim? Kartoflu yumurta bişirirəm, səni də içinə qatıb yeyəcəm-deyib gülə gülə geri dönəndə Ulduzu qarşısında görüncə çaşıb qaldı; 
   -Ulduz?  
   - Ulduz yox Maşa - deyib əlindəki bıçağı düz ürəyinin üstünə endirdi. Bıcağı çıxarmadan bıçağı yerində eşdi, eşdikcə elə bil ürəyindəki kini - kudrəti bıcağın ucunda İbrahimin ürəyinə boşaldırdı. Boşaltdıqca qəh-qəhə cəkib gülürdü . 
   Yerə yıxılıb xırıldayan İbrahimin rəngi meyit rəngi kimi ağarmışdı. Yalvarış və çaşqınlıq dolu baxışları Ulduzun gözlərinə zillənmişdi. Bıcağı vurmaq Ulduza nə qədər asan gəlmişdirsə onu çıxarmaq o qədər də çətin idi. İbrahim Ulduzun ayaqları altına yıxılmış gözlərini bərəldərək Ulduza baxırdı, Ulduzun əli hələ də bıcaqda idi. Ayaqları altında çabalayan ərinə nifrətlə baxıb dərindən nəfəs aldı. Var güçüylə üzünə tüpürdü. Sanki bununla o, içini yandıran nifrət alovunu onun üzünə çırpdı . 
   -Bu mənim üçün - təkrar eyni qaydada İbrahimin üzünə tüpürdü - tfu, bu da Məleykə üçün . Sən 5 manat etməz bir murdarçısan , sənin murdar əməllərinə bizim həyatımız alt üst oldu,  it kimi gəbərib öləcəksiz, sən də o Bəşir murdar da...
  Qapıdan cıxanda Maşayla toqquşdu. Maşa tanımadığı qadının qarasınca söyə söyə əlin qolun ölcüb içəri girməyiylə qışqırıb bayra qaçması bir oldu. Maşa Ulduzun arxasıyca qacanda artıq Ulduz məhəllədə onu gözləyən taksiyə minib uzaqlaşmışdı. Sabah gecə Bakıya ucacaqdı. O vaxta qədər gizlənməli idi. Demir yol vağzaluna yaxın bir parka gəlib gözdən kənar yerdə oturdu. Yorğun idi yatacaqdı. Yuxu və stres beynini yormuşdu. Bu saat ehtiyyacı olan bir şey vardı. Ancaq yatmaq . Mehmanxanaya gedə bilməzdi. Bəlkə də milislər bu cinayyətdən indi xəbər tutub hər yerdə İbrahimin qatilini axtarır. Bircə burdan sag salamat getsəydi ...
 - Vətəndaş, sənədlərinizi təqdim edin. 
  Dönüb baxanda qarşısında milisi görüncə həyəcandan ayaqlarını əsdi. Özünü ələ alıb çantasından pasportunu cıxartdı. 
   - Mehbalıyeva Gülüzar? 
   - Bəli .  
   - Dağıstan vətəndaşısız? 
   - Bəli. Nolub, bir problem var? 
   - Bəs burada ...
   - Gəzməyə gəlmişəm -milisin sözün kəsdi -bir problem var? - Ulduz milisin əlindəki pasportu vərəqləyib Qazaxıstana giriş möhrünü milis işçisinə göstərdi. 
  - Yol hərəkəti qaydasını pozmusuz, akt tərtib etməliyik. 
  Ulduz dərindən nəfəs alıb gülümsündü;
 - Mən də deyirəm nə olub,.. 
 - Vətəndaş, özünüzə gəlin, bəyəm bu azdır, sovet sosialıst respublikası qanun məcəlləsininin...
   - Başa düşdüm, cəriməmi yerində ödəyirəm - yenə milisin sözünü kəsdi - Cünki burada vaxt itirə bilmirəm işlə bağlı iclasımız var, oraya yetişməliyəm. 
   Elə bu vaxt bir kişi onlara yaxınlaşıb, heç gözləmədiyi halda Ulduzun belinə sarılıb üzündən öpdü .
   - Xoş gəldin, Gülzar, əzizim! - Ulduza göz vurub məmura tərəf döndü. Nə baş verir yoldaş Leytinat ?  
   Ulduz tanımadığı adama baxa baxa qalmışdı. Bu kim idi? Gülzar adını hardan bilirdi. Həm də bu  adam Azərbaycanlı idi. 
  Adam milislə danışıqlara girdi. Ulduzun cəriməsini ödəyib milislə də sağollaşdı. Ulduzun qoluna girib milisə əl salladı ;
   - Gedək əzizim! 
   - Sən kimsən? 
   - Sakit ol , özünü şübhəli aparırsan ! 
   Biraz aralaşdıqdan sonra adam əlini Ulduzun qolundan çıxarıb yaxınlaşmaqda olan taksiyə əl salladı .
   - Sən kimsən axı? Məni tanıyırsan? -eyə azərbaycanca soruşdu. 
  - Balaqərdeş qərdeşin sizə salamı var - Deyib təkrar Ulduzun qoluna girdi və taksıyə itələdi. Balaqardaş adı onu yerində dondurmuşdu. Deməli 1 ildən bəri onun həyatındakı bu qədər şansın səbəbkarı Balaqardaş imiş. Demək özü gözə görsənməsə də Balaqardaş onun qoruyucu mələyi kimi ətrafıda dolaşırmış? Bəs əlində tutduğu bu pastortu Nadya ona verəndə o belə bir işin Balaqardaş tərəfindən ediləcəyini niyə başa düşməmişdi? Necə deyərlər köpək qaya kölgəsində yatırmış, elə bilirmiş öz kölgəsiymiş. Deməli onun bura gəlməsindən, bu cinayyətdən də Balaqardaşın xəbəri varmış, yoxsa bu adam təsadüfən gəlib bu boyda şəhərin ortasında onu tapa bilməzdi axı . 
  İçində qəribə həyəcan baş qaldırmışdı. Peşimançılıq və qürur ikisi bir arada idi. Adamdan hec bir şey soruşmadan sakitcə yanına düşüb taksıyə mindi.  
    Adını bilmədiyi bu adam onu bir evə gətirdi. Köhnə bir binanın dar blokuna girib 3 cü mərtəbəyə qalxdılar. Onları bir qadın qarşıladı. Həmin adam Ulduzu qadına tehvil verib getdi. İçəri tünlük idi . 4 5 otaqlı evin bütün otaqları adamla dolu idi . Yarı çılpaq qadınlar evin içində utanmadan kişilərin gözləri qarşısında sərbəst dolaşır, onlarla zarafatlaşırdılar. İçəridə qıçı-başı, üzü göyərmiş qarayanız , ama saçları açıq sarıya boyanmış sinəsi, göbəyi doyməli bir qadın diqqətini cəkdi, Qadının bədəninin əziklərinə canı yandı. 
   -Yəqin əri döyüb-deyə düşündü. Belə qadınlar Ulduzun yaralı yeri idi. Bu qadın haqqında belə düşünsədə yenə o qadını döyən ərinə haqq qazandırdı - Bu qıdər kişilərin içində bu nədir belə çılın-çılpaq. Nolsun ananın evinə gəlmisən, insanda ar abır yaxşı şeydi- deyə düşündü. 
    Ev sahibəsi Ulduza müvəqqəti qalacağı otağı göstərib özü mətbəxə keçdi. Elində dolu padinusla gələndə isə Ulduz dərin bir yuxuya getmişdi. 

                  TÜRKİYƏ

  Van İğdır yolunda planlaşdırdığı kimi yerlərini tutub dustaq maşınının gəlməsini gözləyirdilər. Hər kəs öz yerini tutmuşdu. Sila İstanbuldan birbaşa buraya əməliyat həyata keçirilmədən əvvəl gəlməli idi. Hələ ki ortalıqda yox idi. Qulam Siladan cox nigaran qalmışdı. Onun başına bir iş gəldiyindən çox qorxurdu. Heç kim onun yerini bilmirdi . Bəzən Qulamın ağlına pis fikirlər gəlsə də özünə təsəlli edərək bu fikiri başından cıxarmaq istəyirdi . 
   - Esla Sila sevdiyinə xəyanət etməz. Sila yox idi, maşın da ləngiyirdi. 
   3 gün əvvəl Sila təqib edilmişdi və  Van əməliyyatına toplananlarla Silanın qarşı tərəflə əlbir olduğu bilinmişdi  Qulam Silani İstanbula yollayarkən Silanı aradan qaldırmışdılar . Əməliyyat harda necə həyata keçiriləcəkdi bilinmirdi, amma bu əməliyyat üçün bir plan qurulduğunu bilirdilər. Silanı ələ kecirtməklə bu planı öyrənməyə çalışırdılar. Lakin bu mümkün deyildi.Sila bu əməliyyatdan  xəbəri olmadığını deyirdi. Düşmən başqa yola əl atmışdı. Nə olur olsun düstaqlar İrana tehvil verilməli idi. 
   Nəzarətxana otağına həbs olunmuş Sila planlarının pozulacağından narahat olsa da şübhə yaratmamaq üçün özünü cox sakit aparırdı. Bu sakitlik deyəsənn işə yaramışdı. Ya da başları dustaqlara qarışmışdı nə idisə kimsə onunla maraqlanmırdı. Qapıya yaxınlaşıb ; 
   - Qardiyan ! - deyə qışqırdı . 
   - Ne bağırıyorsun ?  
   -Tuvaletim var, tuvalete gidicem. 
    Qapı acıldı. Osmanlıdan qalmış  köhnə taxta - uzəri suvanmış  nəzarətxananın dəmir barmaqlı qapısını açıb, çürümək üzrə olan tuvaletin qapısına tərəf gəldilər. İrəlidə nəzarətci masasının üstündə siqaret tüstülənirdi. Masanın yanından keçərkən əli qandallı olsa da masadan yanan siqareti qapıb biləyindən içəri yeritdi. Qolu yansa da buna əhəmiyyət vermədi. Allahına dua edirdi ki, dəhliz başındakı tuvaletə catana qədər siqaret paltarının qolunu yandırmasın və ya tüstüləməsin yoxsa planı pozulacaqdı.
   Nəzarətci qolunun qandalını acıb Silanı içəri ötürdü. İçəri girən kimi qapını bağladı siqareti qolundan cıxarıb üfləməyə başladı. Közərən siqaret bitmək üzrə idi.Tez atağındakı pambıq corabını çıxarıb siqaretin üstünə qoyub üflədi. Siqaret közərdikcə pambıq corab qaralmağa başlayırdı. Çətini od alana qədər idi . 
  - Hadiii! - nəzarətci qapını döydü. 
   - Az daha bekleyin qardiyan hanım üşüttüüm qaliba ishal olmuşum -  deyib ağzıyla ses çıxardı . 
  -  Haydı, haydı çabuk ol! 
   Ahh. Budur çorab od tutdu. Yanan corabı gətirib cürük qapıya tutdu. Qapı bir anda alovlandı. Qapını açan nəzarətcinin üzünü alov qarsdı. Əlini silahına atınca Sila boş dayanmayıb yumuruğu ilə nəzarətcinin gözündən tutuzdurdu. Zərbədən gözü qaralmış nəzarətçi tətiyi çəkmək istərkən Sila onun barmağından tutub qanırdı . Ağrıdan bağırmaq istəyən nəzarətçinin ağzını tutub var gücüylə başın divara cırtdı. Quru divarlar od tutmuşdu. Sila  nəzarətçinin silahını qapıb hərəkətə kecdı. Bacardığı qədər səs salmamalı idi. Planı baş tutmuşdu. Tez huşunu itirmiş nəzarətçi qadının paltarını cıxarıb əyninə kecirtdi. Tavandan asılmış neft lampasını cıxarıb açdı, nefti yerə dagıdaraq alovun üstünə tökdü . Bir anda içəri gün kimi aydınlaşdı. Dəhlizin o biri başında canlanma meydana gəlmişdi . Nəzarətcilər hərəkətə kecmişdi. İçəridəki nəzarətcilər gəlmədən  burdan qacmalı idi . Yaxınlıqdakı çöl qapıya yaxınlaşıb qışqırmağa başladı . 
   - Yardım edin, yanıyorrrr !!!
   Nəzarətçilər qapının gözlüyünü açıb icəri baxdılar. Silanı rəsmi geyimdə görüb onu nəzarətci sandılar. Dəhlizin o biri bölümündəki nəzarətçilər də gəlib çıxmışdılar. Başları yerdə bayılmış və alışıb yanan yoldaşını söndürməyə qarışmışdı . İçəridəki dustaqların qışqırtısı, nəzarətçilərin səsinə qarışmışdı. Bir tərəfdən də yanğın təbili içəridə əməlli başlı panik yaratmışdı. Qapı açılan kimi Sila diqqəti yayındırmaq üçün öncə içəri girən nəzarətçilərlə bərabər özünü içəri atdı. Özünü məşgul göstərib gözdən yayınan kimi əlində vedrə ,  bayıra qaçdı ...
   Arazgili çoxdan yola cıxartmışdılar. Onların gedəcəkləri yolu hər ehtimala qarşı dəyişmişdilər. İrana başqa yoldan kecirəcəkdilər. Özü arxalarından getsə də çata bilməyəcəkdi. Dustaqları başqa yolla aparacaqlarını bilirdi. Qulamgilin planları pozulmuşdu. Onlara bu barədə məlumat verməli idi . Özünü dəmir yol stansiyasına verib telefon köşklərindən birinə girdi . Tuşları cevirib, mərkəzi yığdı. Əldə etdiyi məlumatı onlara ötürüb telefonu asdı. Dərindən nəfəs alıb ara məhəllələrə girdi.Evlərin bakonlarından asılmış qadın paltarlarının birini açıb üstündəkiləri çıxartdı . İslaq  paltarları əyninə geyinib, çəmbərlə başını çaldı . Təkrar dəmir yol standiyasına gəldi. Stansiyaya gələn ilk qatara minib vaqonların içində gəzişməyə başladı ...
    Silanın verdiyi məlumat Qulamın dəstəsinə ötürülmüşdü .Qulam təcili dəstəni başına toplayıb kvadrat masanın arxasına keçib başqa bir plan cızmağa başladı. Bu dəfəki plan Hakkari-Suriya üzərindən idi. İstanbuldan cuxan məhbuslar Hakkariyə catmadan onlar öz yerlərini tutmalı idi . 
  
   Yuxudan qalxanda əməlli başlı yüngülləşmişdi. Yatağın içində gərnəşib tavana baxdı. Dünənki hadisə gözlərinin qarşısından getmirdi. İbrahimi bıcaqlamağı gözünün qarşısına gəldikcə tükləri ürpənirdi. Ürəyini həyəcan sıxırdı. İbrahim ölübmü qalıbmı hec xəbəri yox idi . Özünün bu qədər qəddarlaşmasına inana bilmirdi. Necə olub ki, o bu qədər zalımlaşıb, bir insanın ömrünü bir göz qırpımında necə kəsə bilərdi ki? Qalxıb pəncərənin önünə kecdi. Pərdəni az aralayıb bayıra baxdı. Şəhərdə işıqlar sayrışırdı. Sakitlik idi. Qolundakı saata baxdı. Gecə 4 yarısı idi . Qapını açıb ehmalca otaqdan cıxdı. Otağın içində və balkonda yataqlar açılmış. İcəridə çoxlu adamlar yatmışdı. Bir ailənin bu qədər üzvü olardı heç ? Barmaqlarının ücunda keçib dəhlizə cıxdı. Aralı qapılara boylana boylana tuvaletə tərəf keçdi . Bayaq gələndə gördüyü gənc qadın icəridə bir necə kişiylə bərabər idi. Qapıların arasından gördüyü bu mənzərədən başa düşdü ki, onun qaldığı ev ailə evi deyil, günlük və ya bir iki saatlıq geçələməlik bir pansyonmuş . 
   Otağına kecəndə gözü küncdəki diyircəkli telefona sataşdı. Ehmalca telefonu götürüb otağına keçərək qapını örtdü. 07 yığıb qulağına tutdu. Azərbaycanı yığıb İsmayılla danışmaq istəyirdi. Telefonun o başında yuxulu qızın səsi gələndə dəstəyi üstünə asdı.
  - Neynirsən Ulduz? Özünə gel! Bu saat bəlkə də hamı səni axtarır. İndi telefonla dərdləşmək vaxtıdır? Sabah gecə çıxırsan yola. Sənin burda olmağını heç kim bilmir. Nadyaya uşaqları tapşıranda dincəlib özünü toparlamaq üçün Raisagilin kəndinə gedəcəyini demisən axı. Ehtiyyatlı ol . Bir həftə sonra gör başına nələr gəlir...
                       TÜRKİYƏ
    Məhbus maşınının qarşısında böyük bir qoyun sürüsü və at arabası gedirdi. Ucu bucağı görünməyən tozlu torpaqlı kənd yolunda quru ot yüklənmiş at arabası yoldan cıxıb maşına yol verməyincə maşının pəncərəsindən jandarma komutanı başını çıxardıb çobanları və arabacını səslədi . 
   İçəridə dustaqlarla bərabər oturmuş Araz oturduğu yerdən dikəldi. Qapı ağzında oturmuş jandarmalara baxıb onların üzündəki ifadədən tədbirini görməyə başladı.
   Onunla bərabər olan Haci Muhamməd adlı bir dustaq Arazın baxışlarından nə demək istədiyini anladı. Dikəlib dəmir barmaqlı pəncərədən bayra baxdı ;
   - Oğlum, bir durdurun arabayı, tuvalete ihtiyyacımız vardır. 
   - Yok yaa, başka bi şeye ihtiyyacınız varmı? Çay kahve? 
  - Yaa oğlum yaşlı başlı adamım ben. Kaç saattir yoldayız, altımamı yapacam? 
   -Burası sana beş yıldız otelmi lan? Kendine gel. Ne yaparsan yap - deyə əsgər yaşlı adama bozardı. 
   Maşının pəncərəsini əvəz edən dəmir barmaqlıqlardan süzülüb gələn qoyun-quzu mələşməsi arasından Qulamın səsini eşitdi. Uzaqdan gələn səs o qədər şirin gəlirdi ki, Araza. Qulam komutanla kar adam kimi qışqıra qışqıra danışırdı. Sanki onun burada olduğunu Araza hissetdirmək istəyirdi. Komutan onunla danışırdı. 
  - Az sabret komutan bey, sen bu cahillere aldırma, okumamış ,  görgüsüz çobanlara ne aldırarsın. 
 - Haydı cabuk ol, çabuk işimiz gücümüz var. 
   İcəridə də Hacı Muhammed özünü tutamayıb yerində quvırınca, ağzından çıxardığı səsə icerideki əsgər narahat oldu. Komutanı səslədi:
  - Komutanım,mahbusun tuvalet ihtiyyacı vardır, napıyım . 
   - Sakın, burda olmaz , biraz beklesin - üzünü çobanlara tutub ;
   - Yaa arkadaş allahını seveyim , bizi yolumuzdan etmeyin, açın ya şu yolu. 
   Çobanlar yola dağılmış qoyunları maşının arxa tərəfinə hayladıqca  qoyunlar maşını dövrəyə aldılar. Bu halda maşın nə irəli, nə də geri gedə bilərdi. Qoyunların arasında sıxışıb qalmış komutan maşından düşüb əlindəki avtomatı çomaq kimi işlədərək qoyunları hayladı.
   - Haydi, haydi ...
   Qulam komutana baxıb güldü.başına çaldığı ağ çalmanı açıb boyun boğazının,bəyazlaşmış saçlarının tərini sildi. 
   - Hay allahına kurban olayım komutan bey, vallahi de billahi de çobanlık sana çok yakıştı, bence sen geç çobanların başına . 
  - Ne diyorsun sen be ihtiyar adam? Tövbe, tövbe - tek bacarmadığını görüb maşının arxasına kecdi qapını açıb əsgərləri səslədi ;
  - İkiniz kalın, siz gelin ! 
   Araz ani açılıb qapanan qapıdan maşının arxasındakı saman dolu at arabasını və çoban qılığında Qulamın yeznəsini - bacısının ərini gördü. İçini sevinc bürüdü. Qapı bağlanmadan hərəkətə kecməli idi. Qandallı əlini yanında oturan əsgərin boynuna salıb onu boğmağa başlayınca o biri dustaqlar da hərəkətə keçdilər. Her şey bir göz qırpımında oldu. Arabadakı samanın altından açılan atəş bir göz qırpımında əsgərləri və komutanı yerə sərdi. Qulam komutanın yanına gəlib avtomatını götürdü. Yerə düşmüş meyidə bir təpik ilişdirdi. 
   -Sana demişdim senden iyi coban olur, geç koyunların başına, kabul etmedin. Kabul etseydin yaşıyor olacaktın - komutanın yerinə keçib;
   -Bas gaza ! - deyə şoferə əmr etdi.
                    *****
   Arazın edamdan qurtarıllması məni sevindirsə də Silanın və Ulduzun başına gələcəklər məni o qədər də narahat edirdi. Hələ o körpə qızın aqibəti nə oldu heç bir şey bilinmirdi. Ulduz necə qaçacaq, İbrahim öldümü, qaldımı? Beynimdə bir sürü suallar vardı. Bu suallara Baharın yazdığı mesajlarda hələ cavab tapa bilməmişdim. Gözlərim yorulmuşdu. Əlimi saxlayıb ayağa qalxdım. Mətbəxə keçdim və çay qoydum ...

             _______25________

  Çayımı isidənə qədər gözəl bir tost edib qaba qoydum. Pendir, salat , zeytun hazırlayıb masanı hazırladım. Mətbəxdə iş görə görə qızı səsləyib tələsdirirdim. 
   - Gəl qızım, gəl süfrəyə ! Ye, ortalığı toplayaq ! Tez ol , işim coxdur !
 - Nolub aymaa, bir yerəmi gedirik? 
  - Yooo, hara var, hara gedək? 
  - Nə bilim aymaa? Elə tələsdirirsən ki, elə bil harasa qacırıq. 
    Güldüm. Əslində özüm burda olsam da fikirim burdan qaçmışdı Süfrənin başındaykən, qızımla bərabərkən belə ağlım fikirim onların yanına - haqqında yazdığım qəhrəmanlarımın yanına  qaçmışdı ...
                        *****
  ...Yenicə yuxuya keçmişdi ki, evi polis basdı. Polis bir- bir otaqları açıb içəridəki bütün hamını zala topladı. Ulduzu həyəcan basmışdı. Nə edəcəyini bilmirdi. Ata sözü var, yasa gələn öz dərdinə ağlar, Ulduz da öz dərdinə ağlaylrdı. Bilirdi ki, polis onun üçün buraya gəlməyib, biraz bundan əvvəl gördüyü mənzərədən buranın normal bir ev yox, əxlaqsızlıq yuvası olduğunu hiss etmişdi. Ulduzu əxlaqsızlıq ümün nəzarətə almasalar da, oraya getdiyi zaman, saxta kimliyi və törətdiyi cinayyət işinin üstü açıla bilərdi. Odur ki, biraz təmkinli və soyuqqanlı olmalı onun xeyrinə idi. 
 - Əlinizi çəkin ! Məni niyə tutursunuz ki, toxunmayın mənə ! - Ulduz əlləri murdar bir şeyə toxunurmuş kimi qolunu polisin əlindən çıxardı. 
  - Vətəndaş, rica edirik, tərslik etməyin, təslim olun. Biz vəzifəmizi icra edirik. Sizi şöbəyə aparmalıyıq ! 
  - Niyə axı, səbəb nədir?  
  - Sadəcə ifadə verəcəksiz !
  - Nə ifadəsi? Neyləmişəm axı?  Günahım nədir? 
   -Bura bir əxlaqsızlıq yuvasıdır və siz də burdasız. Bura niyə gəlmisiz? Sizi bura kim gətirib? 
  - Yanımda kimsə vardı? 
  - Yox, uzarmayın, xahiş edirəm, keçin!
   - Bəs, nə ixtiyarla mənə əxşaqsız kimi davranırsız? 
  - Əxlaqsızlıqla məşğul deyilsiz bəs burda nə edirsiniz? 
  - Qalmağa yerim yox idi. Bu şəhərə qonaq gəlmişəm. Burada pulumu oğurladılar, qalmağa yer axtarırdım, mənə buranı göstərdilər. Adamlıq edib bir gecəlik kiramı da verdilər. Səhər gedirəm onsuz da. 
   Belə yalan danışıb işin altından cıxmaq istəyirdi, bir də fikirləşirdi ki, ev sahibiylə fikirləri, sözləri üst üstə düşməyə bilərdi. O zaman yalanının üstü açılacaqdı. 
  - İfadənizi şöbədə verəcəksiz . 
  - Baş üstə, ama məni o qadınlarla bir maşında aparmayın. Mən onlardan deyiləm. 
  - Yaxşı, çərənləmə keç, keç!- milis onun üstünə bozardı. İnad edib cavab qaytarmamalı idi. Yoxsa özünü həm suçlu, həm güçlü vəziyətə salardı. 
  Səhər açılar açılmaz, heç bir saat keçmədi ki , şöbədən pasportunu da verib göndərdilər. Heç nə sorğu, nə sual, nə ifadə. Heç soruşan olmadı  kimsən, nəçisən? Buralada nə gəzirsən? 
  Bir iki saatlıq dəmir barmaqlıqlar arasında gecəni sabaha burda açaçağını düşünürkən beynində yüz cur sorğu sual quraşdırmışdı ki, biletin vaxtına qədər nə cəza verəcəklərsə cəzasını cəksin burdan getsin. Burda çox qalsaydı cox şeyin üstü açılacaqdı. Beynində quraşdırdığı planları həyata keçirə bilməyəcəkdi . İlanın başını özü öz əlləri ilə əzəcəyinə and içmişdi. Bunu etməsəydı o dünyada da, bu dünyada da özünü bağışlaya bilməyəcəkdi. 
  Şöbədən çıxanda dünən onu evə gətirən kişini onu qarşıladı. Ürəyində Balaqardaşa qarşı minnət borcu hiss edirdi. Özü ortalarda yox idi ama hər zamankı kimi Balaqardaşın kölgəsi Baharın üstünə sərilmişdi. Demək ki, bir ilə yaxındır, Balaqardaş onu izləyir . Bəs o bunu necə hiss etməmişdi , niyə fikirləşməmişdi ki, şansının onun üzünə bu qədər gülməsi heç də təsadüf deyil. Hansı iş yerində müdür işçiyə qarşılıq olmadan ev verər, onu əl üstə turar, bir sözünü iki etməz? Axı ilk işə girdiyində müdürün ona qarşi fikiri başqaydı. Bunu Ulduz yaxşı başa düşürdü. Demək, Balaqaradaş Ulduzu  müdürünə necə lazımdırsa elə "tapşırıb", bəs Nadıya yeni ad-familiyalı kimliyini gətirib verəndə o bunu niyə başa düşməmişdi ki? Axı o indi Ulduz yox Gülizar idi. Axı o bilməliydi ki, dövlət heç vaxt bir səbəb, məhkəməyə müraciət olmadan ad soyad dəyişməzdi. Demək bu qeyri qanuni yolla edilmişdi. Bunu da sadə "oğru" dünyası edə bilərdi. Bəs burdan nə yaxş, belə rahatlıqla qurtula bildi? Axı onunla bərabər şöbəyə gətirilən adamlar hələ də ordaydılar axı. Səhər məhkəməyə çıxarılacaqdılar. Ulduz isə izzahat belə vermədən əlini qolunu sallayıb gedirdi. Bütün olanları bir kənara buraxıb ona bir təşəkkür etməliydi. 
   Adamla salamlaşıb şöbənin həyətindən küçəyə cıxdı. Yaxınlıqdakı taksiyə minib yola çıxdılar. Özünü tanımadığı adamın ixtıyarına buraxmışdı. Hara getdiklərini bilmirdi. Böyük və dəbdəbəli bir mehmanxananın qarşısında taksidən düşdülər. Kişi cibindən açar və bir kağız verib onu içəri ötürdü. Bayaqdan rusca danışan kişi bu dəfə Azərbaycanca dedi;. 
   -3 cü mərtəbə 207 otaq. Sizindir. Moskvaya nə vaxt dönəcəksiz? 
   - Hələ Bakıya gedirəm . 
   - Bakıya? Niyə ki? 
   - Sizə nə?- kişi Ulduzun qoluna girib yoldan kənara cəkdi. 
   - Burdakı işiniz həll olunub, siz rahat ola bilərsiz. İbrahim xəstəxanaya yerləşdirilib. Onu vuran adam da tapılıb, dövlətə təslim olunub. Yani sizlik bir şey qalmamış artıq. 
  Ulduz caşıb qalmışdı. Düzdür bu adam hər şeyi bilir, amma, axı İbrahimi özü vurmuşdu. Burda bir səhv var
   - Siz nə danışırsız. Mən onu öldürmüşəm.
   Kişi etrafa göz gəzdirıb ona "sus" işarəsi verdi;
   - Siz onu görməmisiz heç, siz buraya gəzməyə gəlmisiz vəssalam. Siz ümumiyyətlə İbrahimi tanımırsız, ibrahim də Gülzarı tanımır. Siz  Ulduz yox Gülzarsınınız, başa düşdünüz ? Gülzar. Pasportunda kimsiz siz ?  Gülüzar deyilsiniz? 
  Ulduz başıyla təsdiq etdi. 
 - Vəssalam da. Day niyə uzadırsan ki ay bacı. Həyatına bax, hər şey qaydasındadır, narahat olma. Get başını sal aşağı uşaqlarını yığ başına da.
   Ulduzu maraq götürdü;
   -Yaxşı bəs ibrahimi kim "bıçaqlayıb?" 
  - Əşi nəyinə lazım?Sənə İbrahim lazımdır? Onu narkoman  yoldaşlarından biri bıçaqlayıb, bu dəqiqə İbrahim komadadır . 
  - Hansı xəstəxanadadır? Bir də axı o şəkərdir. Ölməsa necə olacaq. Yarası sağalmaz belə asanlıqla. Mən onu ürəyindən vurdum. Əminəm buna.o ölməsə sürüncəkli qalacaq. Ölmək ondan yaxşıdır. Allah günahlarını bağışlasın. Heyləsinin yaşamağa haqqı yoxdur. O yaşaya yaşaya ölüb demək  ki.  
  - Nəysə get dincəl - əlindəki kağıza işarə etdi - İstərsən qərdeşlə danış. Amma qasinsada olduğunu unutma haa...
   Əlində tutduğu kağız od parcası olub əlini yandırırdı sankı. Bütün hər şeydən qurtulub yeni həyata başlamaq istədiyi yerdə yenə mi özünü bəlaya soxsun? Axı bu yaşdan sonra, başına gələn bu qədər hadisələrdən sonra beş  (hətta altı uşağın anası deməyə dili gəlmirdi, çünki sonuncu uşağın varlığını hələ də qəbul edə bilmirdi) uşağın anasına indən sonra belə şeylər yaşamaq yaraşmazdı. Egər planı baş tutardısa heç , tutmasa ömrünün sonunacan balalarına sadiq qalıb onlara həyatını fəda edəcəkdi.Kağızı zibil qutusuna atıb içəri girdi. 
  Mehmanxana otağının telefonu səsləndi. Dəstəyi qaldırınca ilk telefoncu qızın , sonra isə çoxdan unutduğu bir səsi eşitdi. Səs arada gedib gəlirdi. Həyəcan dolu pıçıltılar danışdı. Tanış səsə həsrət qalmış səslər qulaqlara dəyib cingildədi , ürəyin tellərini tərpətdi. Yel əsib sanki onu üşütdü. Tukləri biz biz qalxdı . Səs gedib gəldikcə sanki dalğalar suya düşmüş adamı çəkib aparır sahildəki biri onu çəkib özünə yaxınlaşdırırdı. Səs getdikcə Ulduz da Balaqardaş da "alo , alo" deyə qışqırır, səs yaxınlaşdıqca ləpədöyəndəki sular kimi pıçıldaşırdılar. Nəhayyət Balaqardaş onunla danışıb dərdini anlada bilməyəcəyini görüb Ulduza, onu mehmanxanaya  gətirən adamla danışmağı tapşırdı. 
  -Onunla danışa bilərsən.Nə problemin var de ona. Mən gələnə qədər bir yerə tərpənmə. Eşitdin? 
   - Gəlmə, mən Bakıya çıxıram! 
   - Bir yerə getmirsən, Eşidirsən? Onu bil ki, sənin Azərbaycanla heç bir əlaqən yoxdur . Azərbaycana turist kimi gedib gələn adi bir vətəndaşsan, başa düşürsən də. Ağıllı ol, dəlilik eləmə otur yerinə ! Telefonda hər şey danışmaq olmur dəli qız. Məni başqa yola əl atmağa məcbur eləmə. 
  - Dedim ki, gedəcəm !  

   Bakıya çatanda bir müddət aeroportda oturdu. Fikirləşməyə başladı. Buraya gələnə qədər, hər şey yolunda idi. Bəs indi. Özləm, sitəm burnunun ucunda idi. Qardaşları, onların balaları üçün burnunun ucu goynəyirdi. Onun üzündən İsmayılın yuvası dağılmışdı. Qardaşının bu çətin günlərində qardaşına sarılıb dərdinə şərik ola bilməmişdi. Bir xəstə uşaqla qardaşı onun bunun minnətində qalmışdı. Evinə gündə bir qadın gəlir kimsə xəstə qızı qebul etmirdi, bir müddət sonra qadınlar çıxıb gedirdilər. Demək ki, var pul hər şey demək deyilmış. İnsana mənəvi zənginlik lazım idi. Biri ona dəstək olub ən çətin günündə başını dizinə qoyub ona canı-dildən həyan olacaq biri lazım idi. Ulduz bunları yaxşı başa düşürdü. Ailəsini və işini Ulduz üçün fəda etmiş qardaşının yanında olub onun balasına sahib cıxmaq istəyirdisə də bunun nə qədər cətin olduğunu da bilirdi. Beş uşaqla bu cətin məsələydi. Hələ gözünü tutmuş bu intiqam sevdası ... 
   Görəsən neyləsin qardaşlarıyla görüşsün ya yox? Burdan cıxıb onlara getsinmi, getməsinmi çox cətin bir qərar idi.
    Dəmir yol vağzalına gəlib rayona bilet almaq istədi. Amma bilet qalmamışdı. Avtovağzala gəlib sabah saat yeddi, ilk reysə bilet aldı. Biletini alarkən kassir qızın onu sorğu sual etməsi, danışdırması, pasportunu götürüb içəri keçməsi diqqətindən yayınmadı. Ürəyi çırpınmağa başladı. Rəngi qaçmış Ulduz özü özünə təsəlli verməyə başladı. Sakit ol. İnşallah bir şey yoxdur. Bəlkə burda axtarışda olduğum üçün tanış gelmişəm. Gərək heç gəlməyəydim. Gərək Bəşiri Moskavaya cağırtsaydım . Elə orda da məsələni  həll edərdim. Ooff kaş kə Balaqardaşı dinləsəydim. 
   Biletini alıb kassadan uzaqlaşdı . Dərindən nəfəs alıb , küçədəki köşkə yaxınlaşdı. Bakiniski Raboçi qəzeti alıb pulunu xırdaladı. Küçənin başında "kvas" arabasına yaxınlaşıb bir bakal kvas doldurtdurdu. Pulunu verib arabanın kənarına cəkildi. Kvasdan qurtumlaya qurtumlaya etrafa nəzər saldı. Səkidəki avtomat telefona gözü sataşdı. Bir anda evinin nömrəsi, Mədinənin, qardaşlarının nömrələri , gözünün qabağında oynaşdı . Evi üçün burnunun ucu göynədi.
  Bakalı satıcıya uzadıb yolu kecdi. Avtomat telefona yaxınlaşıb, dəstəyi götürdü, 5 qəpiyi pul yerinə qoyub nömrələri cevirəcəkdi ki;
  - Yoldaş vətəndaş, sənədlərinizi təqdim edin! - səsi dizlərini titrətdi. Yavaşca dəstəyi üstünə asıb geri döndü. 
   3 saat idi ki , şöbədəydi. Qadının bütün sənədlərin yoxlayıb hardan gəlib hara getdiyini soruşdururdular. Necə gündür dərmanların qəbul etmədiyi üçün her şeyə aqresiv yanaşır,  əsəbindən özünü çırpır, ağlayırdı . Bu qadının kimliyi haqqında araşdırma başlamışdı. İnsan nə qədər oxşar olardı. Bütün cizgilər itkin düşmüş Ulduzla uyğun idi. Rəsmdəki Ulduzun saçları uzun idi, həm də xanım kimi dəbli geyinmiş bir qadın idi.Gülizar adlı bu qadının isə kişi saçı kimi vurulmuş saçları vücudu  hamıləlikdən kökəlsə də sınıxıb cuxura düşmüş yorğun gözləri şəkildəkiylə eyni idi. Özü Dağıstan vətəndaşı olsa da sənədində doğum yeri Astarxan, həm də uşaqlıqdan əlil kimi Astarxan ruhi dispanserində qeydiyyata alınıb. Hələ də həmin xəstəxanada müalicə alındığı göstərilmişdi. 
  -Bəs burda nə gəzirsiz? Sənədlərdə yazılan əlillik dərəcəsi fiziki olaraq sizdə hiss olunmur. Bu raporla siz ölkə xaricinə ancaq həkimlərin göndəriş kağızı ilə gedə bilərsiniz. Bura necə gəlmisiz? Sizi bura kim gətirib, yoldaş? 
   - Samalyotla gəlmişəm . 
   - Kimnən gəlmisiz ? 
   - Tək. 
   -  Necə yəni tək? Bu mümkün deyil, icazə kağızınız varmı?
   -Yoxdur qardaş başına dönüm. Məni nəyə əsasən burda saxlayırsınız ki, oradan buraya gələndə qeydiyyatdan keçəndə heç belə sorub soruşturmadılar. Problem nədir indi?
  -Buraları tanıyırslz? Burda kimin var? 
   -Heç kimim yoxdu. Adam öldürməyə gəlmişəm. Dincəldiz? İlla ki, məcbur adamın boynuna iş qoyduracaqsız ee - suallardan bezmiş Ulduz dil dodağın əsəbindən çiynəyidi.
  -Buraxın gedim öldürüm, qağamın goru haqqı özüm gəlib təslim olacam sizə- deyib qışqırmağa başladı. 
   - Kimi öldürəcəksən? 
   - Bəşiri
   - Bəşir kimdi?
   - Erimin dayısı
   - Sənin ərin də var?-  gülüşməyə başladılar. 
   - Hə 5-6 uşağım da var. 
   - Baaayyy 5-6 haa haa - masanın başında oturmuş leytinat qadının dediklərinə gülür, onu elə salırdı. Ulduzu əsəbləşdirməkdən sanki zövq alırdı. Artıq özünü saxlaya bilməyən Ulduz sinir krizi yaşayırdı. İçəridə əlinə kecənı ətrafa səpələyir, özünü yarı qaranlıq barmaqlıqların arasında yerdən yerə vurur, gah ağlayır, gah da gülürdü. 
   Qadının anormal danışıqları, hərkətləri əllərindəki "dəlilik" kağızı içəridəki milislərin gülüşünə səbəb olmuşdu . Əsəbindən giçgahlarının, boğazının damarları çıxır, gözləri bərəldikcə sözün əsil mənasında qadında anormal bir görkəm yaranırdı. İçəridəkilər onunla zarafatlaşır, onu ələ salırdılar. Bu da Ulduzu çilədən çıxardırdı. Özünü dəmir barmaqlıqlar arasında ora bura vurur, burdan qurtulmaq istəyirdi. Qisasını almadan tutulmaq ya da burdan getmək  istəmirdi. Səsdən, bağırtıdan bezən məmur əlindəki dəyənəyi dəmirlərə vuraraq içəridə qorxu və sakitlik yaratmağa calışərdı. Dəyənək dəmirlərdən səs cıxardıqca elə bil ULduzun beyninə iynələr sancılır, vəhşi heyvan kimi ulayırdı. Gözü dönmüşdü , nə etdiyini nə dediyini özü də bilmirdi. Durmadan Bəşiri öldürəcəyini deyirdi. Bəşirin ərinin dayısı olduğu heç kimin ağlına gəlməzdi. Çünkü İraqdan Azərbaycana gələndən köhnə bəyin sənəti ilə ölkəyə giriş etmiş, burada rəsmi adı Adilxan İmamquliyev keçirdi. Bəşir adı sadəcə ailə və qohumlar arasında işlənirdi. O da İbrahimin dilindən "Bəşir dayım" deyə səsləndiyindən. İndi Ulduzun "Bəşir dayını öldürəcəm" deməsi onları güldürürdü. Bu qadının həqiqəti deməsinə heç kim inanmırdı . Astarxandan aldıqları məlumata görə bu qadın körpəlikdən ruhi xəstə olduğu üçün uşaq evinə atılması xəbəri onların bu qadınla boşuna zaman keçirdiklərinə  heyfsləndilər . 
   - İndi bunu neyləyək?
   - Zəng edin dəlixanaya, gəlib götürsünlər ordan da göndərin Astarxana ...
   Beləcə Ulduzun planı baş tutmadan onu Astarxana yolladılar...

               TÜRKİYƏ

   Arazla bərabər o biri dustaqlar qaçırılıb Fransaya yola salınmışdır. Bütün İranda baş vermiş inqlab amansızca yatırulmış yeni şah taxta cıxmışdı . Yeni şahın adamları ölkə içində və xaricdə fəaliyyət göstərən inqlabçı dəstələri elə keçirib edam etməklə məşgul idi . Odur ki, inqlabcıların Türkiyədə yaşaması təhlükəli idi. Qulam onları suriyadan Fransaya qaçırtdıqdan sonra Silanın axtarışına başladı. Uzun axtarışdan sonra Silanı sorağını Yunanaıstandan aldı. Ona məktub yazaraq Arazın qaldığı ünvanı ona söylədi. Cox keçmədi Arazla Silanın evlilik xəbərini aldı. Bəhruz adlı oğlanları olanda Qulamın sevincinin həddi hüdudu yox idi. 
   -İndən sonra ölsəm də dərdim yoxdur- deyə sevincini qızları ilə bölüşmüşdü Qulam. 
   - Sizi yerbə yer elədim, bir dərdim Araz idi. Çox şükür gözüm arxada qalmaz daha ... 

    4 il sonra Qulamın can üstə olduğunu eşidəndə Araz Silanı və oğlu Bəhruzu da götürüb Türkiyəyə gəldi . Elə bil Qulam öz doğma balasını gözləyirmiş. Arazla halallaşıb onun qolları arasında haqqın dərgahına qovuşdu. Araz onu öz oğlu kimi dəfn etdi. El adəti ilə ehsan qazanları astırdı. Yeznələrinin israrına baxmayaraq cənazədən sonra təkrar Fransaya döndü. araz bir daha 15 ildən sonra Türkiyəyə - ana evinə qədəm basdı . Qulamın ölümündən sonra bağlı qalan qapıları Arazın ailəsi açdı , sönmüş çırağını Araz yandırdı... 

                17 İL SONRA 
 
   - Ana , muştuluğumu ver ana ! 
     Buğdayı saçları yandan ayrılıb qulağının yanından sancaqla bənd edilmiş incə , zərif  bədənli qız  darvazanı açıb qaçaraq anasına sarıldı.
   - Qəbul oldun?  
   - Qəbul oldum ana ! 
   - Çox şükür, allahım, əziyyətimizi yerdə qoymadı. Cox şükür. 
   - Texniki isisitutuna qəbul oldum.
   -  Gəncəyə ?  
   -  Hə ana . 
   - Ayyy gözümüzdən uzaqda  olacaqsan . 
  -Olsun ana camaat gedib Moskvada, Lelinqradda oxuyur ee. 
  - Vəziyyət də yaxşı deyil, bala. Gözümdən qırağa qoymaq istəmirəm səni - Deyib Sevil xanım qızı Baharın başını sinəsinə sıxıb gözlərinin yaşını yanağı aşağı buraxdı ...
                        ******
    Hahh... nəhayyət Bahar səhnəyə gəldi. Baharın mesajlarındakı "bu qız mən idim"  kəlməsi məni uşaq kimi sevindirirdi. Arada böyük bir boşluq olduğunu görürdüm . Amma Baharın mesajlarını kəsmir, yazdıqların səbirsizliklə oxuyurdum. İnanırdım ki ,  zamanla aradakı 17 - 18 illik boşluqdakı baş vermiş hadisələri özü dolduracaqdı...
            _____ 26 ______
   Baharın yazdığı məktubları incələyib qaçırdığım yazıları tapmaq istəyirdim . Aradakı bu qədər boşluqda bəlkə nəyisə qaçırmışam deyə  düşünürdüm. Yox , qaçırdığım bir şey yox idi. Sadəcə arada 17-18 illik bir boşluqda xırım-xırda epizodlar vardı ki, onlara gələcək bölümlərdə məqami çatdığında yer ayırmağı fikirləşirdim. 
   Amma etiraf edirəm ki, 25 ci bölümə qədər Baharın yazdığım romanımda yer almaması məni narahat edirdi. Bəzən mənə elə gəlirdi ki, mən heç bu romanın adını Bahara bağlamamlıydım. Doğurdan da gecikmişdi Bahar...
                     *****
    Sevil xanım ağ sütunlu evin balkonunda gözəl və zövqlü böyük bir süfrə açmışdı. Köç - külfət, dost tanışlar süfrə başına toplaşıb deyə gülə yeyib içirdilər. Böyük sütunlu iki mərtəbə ağ evin həyətində şənlik vardı. Cavanlar çardağın altında maqintafona səs gücləndirici qoşub, oynayıb əylənirdilər. Masa başında qədəhi qədəhə vuran kişilər səbəbkarın və onun ailəsinin şəninə təriflər yağdırır, sağlıq deyirdilər. Cox mehriban və xoşbəxt ailənin qızı Bahar unversitətə qəbul olması münasibəti ilə atası Mahmud müəllim cənnətə bənzəyən  bu bağ evində qızının şərəfinə ziyafət təşkil etmişdi. Bir həftə sonra qızını Gəncəyə oxumağa yollayacaqdı. 
    Yaşıllıqlar içində ağ saraya bənzəyən bu bağ evinin səki kənarındakı al əlvan çiçəkləri adamın ruhunu oxşayırdı. Evin bəyi Mahmud müəllimin bir xasiyyəti vardı. Hara gedirdisə ordan mütləq bir çiçək və ya bir meyvə ağacı gətirib bağ evində əkərdi. Ozü də təbiət müəllimi olduğundan təbiəti və heyvanları cox sevərdi. Hələ o vaxt instititu bitirəndən sonra rayon mərkəzində aqranom işləyən Mahmud Səfərov işindəki nailiyyətlərlə yüksələ yüksələ taa botanika institunda yüksək vəzifəyə gədər gəlib çıxmışdı. İnistitutun kimyaçı - labarantı Sevillə də orda tanış olmuşdu. Sevil Bakılı qızı idi. Mahmud isə ucqar dağ rayonlarından. Həm yaşça Sevildən böyük idi, həm də əvvəllər 9 il evli olub ayrılmışdı. Elə bu səbəbdən qızlarının bu izdivacına Sevilin ailəsi narazılıq etmişdi. Sevilin bəzi ailədaxili cəkişmələri və problemləri bu gənc qızın həyatına təsirsiz keçməmişdi. Yaşını ötürmüş və 35 yaşına çatmış qız bundan başqa yaxşı qisməti olmayacağını düşnüb bu izdivaca öz rəyini vermişdi. Ata ana razılıq verməsə də qardaşı Hacalının  məsələyə qarışması ailəni cətinliklə də olsa bu evliliyə razı saldı. Ailə bir yerə cəmlənərək balaca bir yığıncaqla böyük xoşbəxtliyin təməlini qoydular. 
   Evliliklərinin ilk ilində hamilə qalan Sevil bir necə aydan sonra bətnindəki can parçasını itirdi. Bu vaxta qədər Mahmudu sonsuz bilən "el-aləmin" dedi qodusuna nöqtə qoyuldu. Dəmək Mahmud sonsuz deyilmiş. Həm Mahmud , həm də Sevilin ailəsi bütün güclərini bir yerə qoyub bu ailənin ilk nübarını dünyaya gətirmək üçün səfərbər oldular. Onları ən yaxşı həkimlərə göstərdi, ən güçlü mualıcələri etdirdilər. Amma hec bir nəticə görmədilər. Uşaqları olurdu, olmasına, lakin uşaq ya qalmır, düşürdü  ya da heç dünyaya gəlmədən ana bətnində ölürdü. Ömür də hər il bir səhvəsindən cırıb atırdı. Ömürlərinin bu yaşlarında Mahmud və Sevil uşaq deyə deyə döymədikləri qapı qalmamışdı. Onların yaşıdları artıq nənə baba olmağa hazırlaşırdılar. Nədənsə Allah onları unutmuşdu sanki. 
   Axır ki, ər arvad taleləri ilə barışıb qismətə boyun əydilər. Sonuncu dəfə Moskvadan həkimlərindən aldıqları mənfi cavabdan bir başa uşaq evinə gəlib uşaq övladlıq etmək üçün müraciətlərini etdilər. Deyir sən saydığını say gör fələk nə sayır ...
   Bacısının əri ilə Moskvaya gəldiyini eşidən Balaqardaş onları tanışlarının birinin evində yerləşdirmişdi. Hər axşam onlarla telefonda danışır hər dərdləri ilə maraqlanırdı. Həmin gün onların uşaq evinə gedib uşaq üçün müraciət etdiyini eşidəndə bir neçə gün qabaq Ulduzun tuvaletdə qoyub getdiyi uşağı övladlıq almasını onlara təklif etdi. Qayınının qaranlıq işlərdə əli olduğunu bilən Mahmud müəllim əvvəl bu işə narazılığını bildirsə də, bu atılmış uşağın gül üzünü görəndə ürəyinin telləri titrədi . Aylardan bəri Moskvada qalıb son müalicənin nəticəsini gözləyən bir ailə üçün bundan gözəl nəticə ola bilməzdi. Bir necə il də burda qalmaqla yeni doğulmuş bu uşağı vətəndə qohum əqrabaya öz uşaqları kimi təqdim edə bilərdilər. Bəli bir neçə il Moskvada yaşamağa qərar verən cütlük tuvaletə atılmış körpəyə Bahar adı verərək onu övladlıq etdilər ...

               17  İL ƏVVƏL

   Ulduz tuvaletdən cıxıb qaçanda içəri girən kişiyə tuvaletdə əlini yuyan qadın baxaraq qışqırmışdı . 
   -Eeeyy, bura qadınlar tuvaletidir - deyib şivən qoparsa da Balaqardaşın adamı olan bu kişi heç neyə əhəmiyyət vermədən, bir bir tuvaletin kabinalarını açaraq içəri boylandı. Nəhayyət  kabinələrin birində qapının asılqanından asılmış çantanı tapıb gəldiyi kimi də tələsik tuvaletdən cıxdı...
   Ulduzun uşağının atması Balaqardaşa pis təsir etmişdi. Balaqardaş bu uşağın İbrahimdən olmadğını ovcunun içi kimi bilirdi. Ama Ulduzla da danışa bilmədiyi üçün hələlik bu hadisəni örtülü qalmasını istəyirdi. Yenə işinə Nadya yetdi. Nadyanı Balaqardaşın düzəltdiyi sənədlərlə Azərbaycandan Həştərxana göndərilən və ruhi xəstəxanaya yatırılan Ulduzun yanına göndərdi. Bu arada sənəddəki xəstəliyi ilə bağlı xəstəxanaya göndərilən Ulduzun özünün əsil xəstəliyi həqiqətən şiddətlənmişdi. Pisxoloji sarsıntısı, ağıl- getmələr, öz- özünə danışmalar Balqardaşa əvvəllər oyun kimi görsənsə də, həkimlərin bunun doğurdan da ciddi bir xəstəlik olduğunu deyincə əl ayağa düşdü. Doğurdan da Ulduzun vəziyyəti heç də yaxşı deyildi. Bu xəstəliyin güclü  müalicəsi 6 ay davam etdi. 
   Balaqardaşın bacısına verdiyi Bahar da artıq günü gündən boyüyən bir uşaq olmuşdu. Mahmud da, Sevil də bu uşağa canı-dildən bağlanmışdılar.Özlərini Baharsız təsəvvür edə bilmirdilər. Baharın altı ayının tamamında ailənin sevincinin üstünə sevinc geldi. Sevil 45 yaşında hamilə qalmışdl. Sevinsələr də bu hamiləlik də hemişəki hamiləliklər kimi olduğunu düşüncələr də yenə də ürəklərində bir ümüd közərirdi. Baharın ayağı bu ailəyə düşmüşdü. Onların bır oğlu da oldu
    Xəstəxanada Ulduzun yanında qalan Nadya Ulduzun başına gələn hər şeyi elə Ulduzun öz dilindən eşitdi. Bu işdən qan qoxusu gəlirdi. Yanılmamışdı da. Bütün bunları eşidib qəzəblənən Balaqardaş Manafı ələ keçirdib ona öz əlləri ilə işgəncə verə verə öldürdü. Təbii ki , bu dəfə də bu işin altından sıyrıldı. Cinayət işini başqası üzərinə götürdü. Balaqardaş sərbəst buraxıldı. 
   İbrahim yaşayırdı. 27 gün komada qalan İbrahim sanki dünyaya yenidən gəlmişdi. Koma vəziyyətində olarkən bütün qanı narkotikdən təmizlənmiş , komadan yeni doğulmuş uşaq kimi ayılmışdı. Dəfələrlə ürəyindən və döş qəfəsindən əməliyyat olan İbrahim nəhayyət həyata döndü. Bir daha bu bəlaya yaxalanmamaq üçün köçüb Azərbaycana gəldi. Dayısı Bəşirin yanında yerləşən İbrahim Ulduzu axtarsa da heç yerdə tapa bilmirdi . Onun yaşadığını bilirdi. Her şeyi xatırlayırdı. Ulduz onun evinə gəlməsini də, onu bıçaqlamasını da. Amma əlində bunu sübut edəcək tutarlı bir dəlil yox idi. 
   Bahar Manafın uşağı olduğu üçün Balaqardaş 5-6 aylıq bu körpəyə düşmən kəsilmişdi. Düzdür, həyatı hələ dərk etməyən bu gül üzlü qızcığaz bacısının ailəsinə sevinc bəxş etmişdi. Lakin Balaqardaş bu qızın Manafın qızı olduğunu bildikdən sonra bunu etdiyinə çox peşiman olmuşdu. Elə bu uşağa görə də bacısının evindən demək olar ki, ayağını kəsmişdi . 
    Nadya Ulduzun uşaqlarına baxa bilmədiyini görüb uşaqları İsmayılın və Balaqardaşın məsləhəti ilə uşaq evinə verdilər. Sadəcə Ulduzun böyük qızı Məleykə və oğlu Habili İsmayıl özüylə Bakıya gətirdi. Habili özü, Məleykəni isə Mikayıl öz himayəsinə götürdü . 
  Altı aylıq müalicədən sonra Nadyanın vastəsiylə Balaqardaşla görüşən Ulduz, İbrahimin sağ olduğunu da eşitdikdən sonra həyatını təkbaşına davam edə bilməyəcəyini anladı. Həmişəlik Balaqardaşın yanında qalmağa qərara aldı. Bəli Balaqardaşdan başqa onun qeydinə qalan və ona sahib çıxan ikinci bir adam ola bilməzdi.
    Ulduz uşaqlarını yanına gətirmək istəsə də , həm ailə vəziyyəti, həm də sağlığı ilə əlaqədar dövlət uşaqları ona vermədi. Belə bir vəziyyətdə o Balaqardaşa Moskvaya köçməyi istəsə də Balaqardaş işini buraxıb Moskvaya gedə bilməyəcəyini dedi. Çarəsiz vəziyyətdə qalmış Ulduz iki, üç aydan bir Moskvaya gedib uşaqları ilə internat məktəbində görüşüb təkrar Həşterxana qayıdırdı. Beləcə Ulduz artıq həyatın gərdişiylə barışıb yoluna davam edirdi. 

   Hər gün dərsdən cıxıb kitabxanaya gedən Bahar rəflərdən axtardığı kitabları seçib oturmağa boş yer axtarırdı. Həmişəki kimi kitabxana yenə dolu idi. Oturmağa yer tapmayınca kitabı vərəqləyə vərəqləyə dibçək qoyulmuş pəncərənın qarşısına gəldi. Yarıaçıq pəncərənin haşıyyəsınə söykənib pəncərədən küçəyə baxa baxa oxumağa başladı . 
    Kitabxananın önündə qara Qaz-24 dayandı. Ön qapıdan son dərəcə dəbli bir qadının düşüb ədayla kitabxanaya girdi. 
    Hamı kimi Baharın da fikiri diqqəti bu modem və sərbəst qadına ilişib qalmışdı. Gəncə kimi bir yerdə belə dəb, belə sərbəstlik və əda?
    Qapıdan içəri girən qadına diqqət etdi. İndi yadına düşdü. Onu bu yaxınlarda qrup yoldaşları ilə getdikləri klubda da görmüşdü. Yanında cox yaraşıqlı bir kişi var idi. Onunla dans edir, əylənirdi, 
  -Bu qadın kimdirsə ya bir vəzifəli kişinin arvadı idi, ya da imkanlı bir  kişinin qızı. Elə belə yerin qızı olsydı mütləq insanlardan və mental düşüncələrdən bir cəkinəcəyi olardı. Yoxsa Gəncə kimi bir yerdə belə asudəlik mümkün deyildi - deyə Bahar başı kitabın üstündə olsa da gözünün altıyla qadına baxıb düşünürdü .
    Qadın rəngli optik eynəyini gözünə taxıb bir bir rəflərdəki kitabları incələyir, lazım olanları seçib qoltuğuna vurur, başqa bir kitaba əl uzadırdı. Bütün salondakıların diqqətini özünə cəlb etmişdi. Kitabları seçib içəridə oturmağa boş yer axtardı. Boş yer tapmayınca bir küncdə qoyulmuş masanın yanına gəldi. Masa başında tələbə oğlanlar oturmuşdular. Əlindəki kitabları zərblə masanın üstünə çırpıb cavanların diqqətini özünə çəkdi. Gənclər bu ədalı qadının gözəlliyi qarşısında sanki utanıb yerlərindən qalxdılar :
  - Salam müəllimə-  deyərək masanı boşaltdılar. Qadın heç nəyə əhəmiyyət vermədən özündən razı halda masanın arxasına keçib kitabları qarşısına qoydu. Kitabdan bəzi qeydləri dəftərinə köçürməyə başladı. Gördüyü bu mənzərədən təcüblənən və özlüyündə hirslənən Bahar özünü tuta bilmirdi. Həyatda ən nifrət etdiyi şey  yekexanalıq və özündən razılıq idi. Buna ərköyünlük yox tərbiyəsizlik kimi baxırdı. Nə qədər ərköyün və naz nazı böyüsələr də, nə Bahar, nə də qardaşı Valeh belə qudurğan və tərbiyəsiz olmamışdı. Atasının və anasının Azərbaycanla bır adı-sanı var idi. Tanlnmış ailələrdən bir idi. Amma heç zaman nə Valeh nə də özü onların adından istifadə etməmişdilər. Valehlə aralarında bir yaş var idi. Amma elə tərbiyyə olunmuşdular ki, Valeh Baharı, Bahar da Valehi böyük kimi sayırdılar. İkisi də çox savadlı və ağıllı uşaq idilər. Bahar Gəncə texnalogiya inistituna qəbul olmuşdu. Valeh hələ 10 cu sinifdə oxuyurdu. Bu iki uşaq üçün hər şərait yaradılmış, hər şey edilmişdi. Nə Mahmud müəllim, nə də Sevil xanım onların fikirlərinə etiraz etməz , onları  hər fikirlərində, davranışlarında sərbəst buraxaraq onları şəxsiyyət kimi yetişdirirdilər. Bahar da, Valeh də əsla sərbəstliklərindən istifadə edib ərköyünləşməz, sözün əsil mənasında özlərini alicənab bir insan kimi püxtələşdirirdilər . 
   Bu ruhda, bu tərbiyyədə böyümüş insan üçün qarşısında bir müəllimənin belə hərəkətləri bağışlanmaz idi. Nə olursa olsun Bahar ona sözünü deməliydi. 
   Qoltuğuna vurduğu kitabı gətirib eynən onun kimi masanın üstünə çırpdı. Kitabın zərbəsindən qadının saçları havalanıb üzünə dağıldı. Bahalı gözluyunun altından qaşlarını çatıb tərs tərs Bahara baxdı. 
   - Oturmaq olar?  
   -Buyurun əyləşin, boşdur! - deyə əliylə qarşısındakı stulu göstərdi. 
    Bahar üzünün zəhmindən zəhrimar tökülən bu müəllimənin belə mədəni şəkildə cavabı onu çaşdırsa da stulu çəkib oturdu. Qadın heç nə olmamış kimi öz işindəydi. Heç gözün qaldırıb qarşısında oturana da baxmırdı. Kənardan baxıb bu qadının özündən razılığına hirslənən Baharın qadına qarşı əsəbləri oynamaq üzrə idi. Onda özü özünə qarşı bir hörmətsizlik görmək istəyirdi ki, onu bir belə camaatın içində xar eləsin. Qadın isə öz məşğuliyyətində, qarşısında heç kim yoxmuş kimi davranırdı. Bahar başını aşağı salıb nə qədər özünü cəmləməyə çalışsa da fikirini oxuduğu kitaba verə bilmirdi . Bütün diqqəti, fikiri bu qadının yanında qalmışdı. Başı kitabın üstünə əyilsə də gözləri onu süzürdü. Əynindəki bahalı ağ qolsuz kürkü, qara düz yubkası elə bil əyninə biçilmişdi. Ağ bahalı və son model uzun boğaz yüksək topuqlu cəkmələri dolğun və biçimli baldırlarını daha da cazıbəli göstərirdi. Allah üçünə gözəl bir qadın idi. Özünə baxımlılığı, eyni zamanda özündən razılığı bu qadıın gözəlliyinə gözəllik, şəxsiyətinə əsalət qatırdı. 
  -Ama yaraşır aa... - Bahar biraz da diqqət edib özü özünə düşündü. Bəlkə də belə özündən razıdır ki,onu sayırlar. Yox əşii nə sayması? Özü öz düşüncəsinə cavab verdi - Görmürsən bayaq kitabları necə ədaynan partaya çırpdı. Yanı bu o demək idi ki , "mən gəldim qalxın! "  O uşaqlar onu saymış olsaydılar özləri ona ...
   - Gelin tanış olaq. Adım Məleykə Abdullayeva. 28 nömrəli məktəbin Rus dili müəlliməsiyəm. 
  İxtiyarsız olaraq əlini bu nifrət etdiyi qadına uzatdı. 
  - Mən də Bahar Səfərova. Texnalogiya inistitutunun birinci kurs tələbəsiyəm. Şad oldum- dedisə də içində özü özüylə davası başlamışdı. "Nə iki üzlü qızan ee,  bəs bayaqdan ondan zəhlən gedirdi, indi tanışmağına şad oldun? "
  -Həə, Hikmət müəllimin işlədiyi inistitutda oxuyursunuz, cox savadlı müəllim və dəyərli professordur. 
  - Bəli, haqqında eşitmişəm, bir iki dəfə dərsimizdə olub.
   - Savadlı insanları sevər və hər cür imkanıyla belə uşaqlara dəstək olar. Gənclərin bir nömrəli dəstəkcisidir. Məndən kiçik qardaşım Habili hazırlayıb Moskvaya yolladı. Oxutdu. Habil Moskvada alimlik dərəcəsinə qədər yüksəldi. Kecən il sərhədlər açılan kimi qardaşım Almaniyaya getdi. İndi böyük alman texnaloji fabriklərinin birində mühəndis işləyir  eyni zamanda orada magistatura oxuyur . 
   -Maşallah. Sizdən kiçik dediniz. Necə yaşı var kı, belə gənc yaşda alımlik? Həm də Almaniya kimi bir yerdə işləmək, oxumaq? Ooo maşallah, halaldı . 
   Məleykə özündən razı halda yerində dikəldi geri söykənib qürurla gülümsədi. 
   -Məndən 5 yaş balacadı. 27 yaşı var. Fizikanın banisinin oğludur elə bil . SSRİ- dağıldı. Bilirsən buralarda vəziyyət qarışıqdı. Bir tərəfdən də Azərbaycandakı vəziyyət. Həmişə 20 yanvardan sonra 37 represiyası ya da vətəndaş müharibəsi  başlayacaq deyirdi. Mən vətənim üçün bir şey etmədən sürğün olmaq istəmirəm deyirdi. Deyir, nə qədər gec deyil başımın carəsinə baxım gərək. Uşaqlıqdan həmişə bir şeyler ixtira edirdi, yaşıdlarından fərqlənirdi mənim qardaşım. Orta məktəbi qızıl medalla qurtardı. İnstututu da fərqlrnməylə. Deyirdi kosmosa uçan ikincinAzərbaycanlı mən olacam, ama bu dədə SSSRİ kosmik gəmisiylə deyil, oz müstəqil peykimizlə - gülümsədi. 
  - İnşallah olur. Yəqin bir bacı, bir qardaşsız. 
  - Yox beş ,altı... -  güldü - Niyə ki?  
  -Nə bilim, tək bu qardaşınızdan ağız - dolusu danışdınız fəxirlə . 
  - Qardaşımla bütün Azərbaycan fəxr edir, mən niyə etməyim ki? 
  - Doğrudur. Mənim qardaşım hələ orta məktəbdə oxuyur. Onun da belə uğurları olsa mən də fəxr edərəm -dedi- maşallah, qurur verici bir haldı. 
   - Bilirsiz Bahar, sizi anama oxşadıram- gülümsündü - illah da bax o xalınızı - Məleykə Baharın üzündəki xala işarə etdi - Eynən anamın üzündəki xal kimi eyni yerdə bitib . Nədənsə sizi ilk dəfə görəndə elə bildim mamanın cavanlığını gördüm. Öz özümə bilirsiz nə fikirləşirdim? 
  - Nə ? 
  - Fikirləşdim ki, bir foto aparat olsaydı sizi gizlicə ceksəydim. Şəklinizi mamaya yollasaydım ki , "mama bax əkizini tapmışam"  hec biz mamanın uşaqları ola ola mamaya bu qədər oxşamamışıq ee... Siz necə oxşayırsız mətəəl qalmışam !? 
   Bayaqdan özündən razı bivec sandıgı bu qadınla danışdıqca əslində onun necə sadə və şirin bir qadın olduğunu görürdü. Artıq kitabxanada olduqlarını belə unutmuşdular. Oturduqları kitabxana masasında şirin söhbət başlamışdı. 
    Məleykə institun Rus dili ədəbiyyat faklutəsini bitirdikdən sonra onun təyinatını Gəncəyə vermişdilər. Elə o vaxtdan da Gəncə orta məktəblərinin birində  müəllimə işləyirdi. Hec ailə qurmamışdı. Onu dayısı böyüdüb baxdığını deyirdi . Atası barədə bir şey deməsə də anasından dodaqucu danışdı. Uzun zaman Rusiyada yaşadıqlarını , sonradan burada qardaşı Habillə dayılarının himayəsində böyüdüklərini dedi. Ailəsi haqqında danışmaq istəməməsi acıq görünürdü. Sözünün başı da Habil idi sonu da. O biri qardaş bacılarından hec nə danışmadı. Sadəcə Rusiyada olduqlarını dedi, vəssalam. 
   Bahar da öz ailə tarixcəsini danışdı . 
   - Atam botanika inistitunun professoru Mahmud Səfərov, anam Sevil elə həmin unversitetin  kimyaçı-labarantı , bir də bir qardaşım var. Atamla anam gec evlənib anam 44  yaşındaykən mən, 45 yaşındaykən qardaşım dünyaya gəlib ... -  vəssalam... 

  P. S...
  
    Tale bu iki bacını bir birindən xəbərsiz bir kitabxanada rastlaşdırmış, yenə tale yükünü bu dəfə bacıların çiyni yükləyirdi. İrəlidə nələr olacağından xəbərim olmasa da tale bu bacıları boşuna görüşdürmədiyinə əmin idim. Buna əsasım da vardı. Qələmə aldığım bu ailənin həyat dramında hələ hec bir şeyin rahatlıqla yolunda getdiyini görməmişdim ...
                       *****
    Azərbaycanda sərhədlər açılar  acılmaz, urəyi qəlbi daim Azərbaycan üçün çırpınan Araz heç vaxt uzatmadan konsulluğa müraciət etdi . Turist kimi bir aylıq Azərbaycan turuna çıxdı. Təbrizə, Təbrizdən Çulfaya oradan da Naxçıvan qatarı ilə Azərbaycana gəlib turist dəstəsiylə məhşur Qarabağ mədəniyyət ocaqlarını, tarixi yerlərini gəzməyə başladı. Bazarların birində həmşəriləriylə tanış oldu. Qonaqpərvər Qarabağ camaatı onları evlərinə dəvət etdi. Araz və iki dostu bu dəvəti qəbul edib bir ailənin qonağı oldu. Qonaq olduqlar bu ailə də o zaman cənubi Azərbaycandan buraya işləməyə gələn ailələrdən idi. Sərhədlər bağlanınca minlərlə cənublu kimi onlar da burada yaşamağa məcbur olmuşdular.  İndi Arazın o tayından gələn qonaq şəhərdəki bir çox həmşərilərini  başına yığmışdı. Böyük bir masa arxasında toplanmışdılar. Quzular kəsilib, plovlar dəmlənmiş , kənd beçəsindən çığırtmalar bişirilmişdi. Həyət bacanı kababın xoş qoxusu bürümüşdü. Bütün məhəllə axışıb bu xarıcı qonaqlara "xoşgəldinə" gəlir, Arazın o tayında və ya Türkiyədə qalmış adamlarını soraqlayırdılar. 
   -Təbrizdə Kərbəla Behrani vardı ee o mənim əmimdi bəlkə tanıyasan oğlunu meydanda asmışdılar. 
   - Culfada, Hacı Pirverdini nətər ? Yazıqlara vermədikləri zülüm qalmamışdı, axır başların alıb Bağdada qacdılar. İran iraq miharibəsində ...
   Araz başın silkələyib tanımadığını deyirdi. Camaatın arasında sakit səssiz oturub gözlərini ona zilləyən bir qoca hec diqqətindən yayınmırdı. Saçı saqqalı dümağ ağarmış, beli bükülmüş qoca bütün hamını dinləyir, başın yelləyib camaatın dediyin ya təsdiq ya da etiraz edərdi. Nədənsə Araz qocanın ona diqqətlə baxdığını hiss etsədə onunla göz gözə gəldiyində qoca  baxışlarını ondan qacırtdığını hiss edirdi. 
    Arada qalxıb həyətə çıxaraq siqaretini yandırıb çəkdi, həyətdə ocaqbaşında cənfəşanlığla əl ayağa  düşərək kababları bişirən üzü capıqlı kişini görəndə nədənsə nənəsinin "qanlı Araz" nağılı yadına düşdü. Nənəsi o uşaq olarkən Saybalı-Əsmər nağılını danışarkən Araz çayında onların oğlununda gülələnməsini demişdi axı.
   Biraz bağcada dolanıb ev sahibiylə ordan burdan söhbət etdi. Baxışları bu çapıq kişinin üzünə saplanıb qalmışdı . Bu  kabab bişirən kişinin onun dayısı İbrahim olduğundan xəbərsiz idi. 
   Çardağın altında qurulmuş ziyafət məclisinə döndü. Hamının başı bir biri ilə söhbətə qarışmışdı. Qoca yenə əvvəlki yerində oturub söhbət edənləri dinləyirdi. Araz qocanın yanında oturub əlini onun çiyninə qoydu, elə Təbriz ləhcəsində : 
   - Babo, səndəmi cənubdanson? - soruşdu. 
  -Hə ağrın alım, özüm əyalətdənəm amma Təbrizdə olurdum, orda dükanım varıydı. 
  - Təbrizin harasındoydun ? Tükanınoz hansı bazardoydu. 
  - Məni oralarda o qədər tanımazdılar başına dönüm. Amma yeznəm məhşur və tanınmış tacirlərdən idi. 
  - Aya, ay Adilxan, tacirlər, onun uşaqları hamı bir birin tanıyırdı. Kim idi yeznən? - geyə yerdən başqa yaşlı bir adam söhbətə qarışdı. 
  - Tacir Saybalı Tücari vardı ee bəlkə tanıyasan. Qardaşı Cümüşüdü burada sürgünə göndərdilər ee sibrə... Bir oğlu da  özün asmışdı... 
   Adlar Araza cox tanış gəlirdi. Nənəsi ona nağıl danışarkən Qaçaq Əsmər və tacir Saybalı məhəbbətindən çox danışmışdı. Uşaqlığında eşitdiyi bu məhəbbət hekayəsının əsilində nağıl yox gercək bir hekayə olduğunu nənəsindən, sonralar isə Qulamdan eşitmişdi. Ama qaranlıq qalan birşey vardı. Bu qocanın dediyine gore Saybalı onun yeznəsi olubsa, o zaman bu kişi Saybalının 4 qayınından biridir . Mehdi, Şakir, Razi və Bəşir. Axı bu kişinin adı Adilxan idi...
                     *****
    Yazdığım bu bölümün həyəcanından barmaqlarım titrəyirdi. 70 illik ayrılıqdan sonra Bəşirlə Arazın üz-üzə gələcəyini heç vaxt xəyalıma gətirməmişdim. Həmişə fikirləşirdim ki bu ayrılıq əbədidir. Onlar hec zaman üz üzə gəlməyəcəkdilər. Ama görünür onların taleyində üz üzə gəlmək də varmış. 
   Bu bölümü yazdıqca camaat arasında yayılmış bir inanac qulaqlarımda səslənirdi. "Şeytan dünyanı tutub yaşar, uzun ömürlü olar" deyirdilər. Bəşir elə deyəsən şeytanın özü idi ki, bu qədər ömür sürürdü. Bu saat fikirləşdiyim başqa bir şey də vardı. Görəsən onun ölümü necə olacaq, o canını necə tapşıracaq ?...
                ______27______ 
    Hadisələrin istiqaməti özümdən asılı olmayaraq başqa səmtə yol almışdı. 70-80 illik bəlkə də əsirlik bir ailənin taleyində yeniliklər yazmaq istəyirdim . Mən qələmimi qırmızıya boyayıb bu zavallı ailənin üzvülərinin xoşbəxt gələcəyini cizmək istəyirdim. Amma talenin yazısından əsla çıxa bilməyəcəyimi də dərk edirdim ... Yeni nəsillərin sayı artdıqca təsadüflər də alın  yazısı kimi onların taleyində yer alırdı ...
                    *****
   Bəşir əldən ayaqdan bir kənarda, bir künçünə çəkilib oturmuşdu. Sacı bəyazlaşıb, qəddi əyilib, gözü - qulağı coxdan zəyifləmişdi. Kənd camaatı yalqız və kimsəsiz qocanı yaşına və dünya gormüşünə görə el ağsaqqalı kimi sayıb ona həmişə məclislərinin başında yer ayırardılar. Bəşirin bu yaşında kiməsə xeyri yox idisədə ziyanı da yox idi. Həccə gedib ömrünün ahıl yaşında hacı olmuşdu. 
    Diqqəti bu qocanın üzərində olan Araz bayaqdan bəri qocanın içini bir qurd gəmirdiyini yaxşı görürdü. Bu yaşlı qoca kimdirsə içində bir dərd daşıdığını hişş edirdi Araz. Hamı oglundan evladından danışır,  məclisdə onun əmsallarına "qağa, dədə, baba"  deyənlər vardı . Amma bu kişiyə sadəcə həmin üzü çapıq kişi dayı deyirdi. Ona ata, baba deyən yox idi. Demək ki, bu kişi sonsuz-soysuz idi. 
   Ara bərəlikdə fürsətə salıb cavanlardan bu qoca və üzü çapıq kişi haqqında maraqlandı. Maraqlı idi . Məclisdə olanlar irandaki soy - köklərindən, həvəslə danışar, orda qalan nəsil torəmələrinin, yeddi arxa dönənlərinin uşaqları haqqında maraqlanıb soraq edırdi. Lakin bu iki nəfər sanki heç oralı deyildi. Orda heç kimsəsini qoyub gəlməmişdilər. 
   Ara sakitləşib, əl ayaq çəkilən kimi, Araz özünü üzü çapıq kişinin yanına vurdu. 
   - Qağa, burdan mehmanxanaya çox var?
   - Mehmanxanaya gedəsən? 
   - Hə, başqa harda qalacam ki ?
   -Heç vaxt ev sahibi razı olmaz ki, qonaqları mehmanxanada qalsın . Ayıb söhbət oldu bu. 
   -  Hmm... indi neyləyək. Bura cox tünlükdür, uşaqlığımdan öyrəşmişəm sakitçiliyə, həm Allah razı olsun mən belə dəb-dəbəyə alışqın biri deyiləm, evdə qız-gəlin var, narahat olmasınlar. İndi onlara da desəm gedirəm mehmanxanaya, düzdür, ayıb olacaq . 
   - Mehmanxanaya niyə, dayımın evi boşdur. Mən də dayımnan qalıram . Qoja kişidi tək qalmasın. Ev bir az dağınıq, düzənsizdir, əşii, olsun yenə yola vermək olar. Qız qadın olmayan subay evi nətər olar ee ?
   - Düzdür, lap yaxşı olar. Ama burdan getmək ayıb olmasın? 
  - Yox əşii... Nə ayıbı? Gəl bəri !
   
     Məleykə və Bahar arasında çox möhkəm bir dostluq münasibəti yaranmışdı. Bahar inistititun yataqxanasında qalırdı, amma dərsdən sonra günü onunla keçirdi. Aralarında böyük yaş ferqi olsa da çox gözəl anlaşırdılar. Məleykə şəhər mərkəzində üç otaqlı bir evdə kirayə qalırdı. Ev növbəsinə dayanmışdı. Növbəsi coxdan catmışdı. Amma nədənsə tikinti sovetlərdən yeni ayrılmış ölkədəki vəziyyətlə əlaqədar ləngiyirdi. Müəllimlər üçün nəzərdə tutulmuş bina yarımçıq qalmışdı. 
   Şəhər hərbi komisarı evli-eşikli bir adam olsa da Məleykəylə sevgili idi. Necə tanış olmuşdular, Məleykə bu izdivacı necə qəbul etmişdi Bahar onu bilmirdi. Bildiyi bir şey vardı. Məleykə özünü onsuz təsəvvür edə bilmir, Elyar da onu sevirdi. Bir birlərinə hec gözləmədik halda aşiq olan bu cütlüyü bir birindən ayıran Elyarın üç uşağı idi. Uşarlarının atasız, qəlbi qırıq  böyüməsini istəməyən Elyar böyüklərin onunla evləndirdiyi uzaq qohumlarının qızından ayrılmasını istəmirdi. Məleykə də onu necə var elə qəbul etmişdi. 4 il idi görüşürdülər. Bu dörd ildə Məleykənin təmənnasız sevgisi xanım xatın xüsusiyyəti ,  mülayim, mehriban eyni zamanda sərt və qürurlu xasiyyəti onu özünə bağlamışdı. Məleykə kişi kimi qadın idi. Xanımlığı yerində, şəxsiyyəti də xanımlığını tamamlayırdı. 
    Danışıb görüşdükcə, Məleykəni  yaxından tanıdıqca Bahar Məleykənin Elyar üçün günü gündən eridiyinin fərqındəydi. Bir gün onunla görüşməyəndə, onu görməyəndə qızın nə qədər əzab cəkdiyinin şahidi olurdu. Baharın Məleykədə tək bəyənmədiyi şey Elyarla qanunsuz eşq yaşaması idi. Üzünə deyib ona ağıl vermək istəmirdi , amma onun haqqında düşünəndə ürəyində onu danlayırdı.
    -Nəyinə lazıme, evli başlı adamdır. Oğlanmı tapılmadı sənə? Gül kimi qızsan, niyə özünü bədbəxt edirsən ? Valla bu qızda ağıl yoxdur. Əşi sevib sevilmək istəyirsən? Sev də, sev cavan, subay bir oğlanı . Neynirsən dədən yaşda kişini. Yaş da keçir, get ərə,  ev eşik yiyəsi ol da. Sənə lazımdır camaatın əri...
   Məleykənin indiki qaldığı evi də Elyar tutmuşdu ona. Əvvəllər Məleykə müəllimlər evində qalırmış. Sonralar ev tutaraq müəllimlər evindən ayrılıb öz evinə köçmüşdü. Ev sahibi tək yaşayan gənc qadının evində yad kişiylə görüşməsini eşidib Məleykəni  evindən cıxarmışdı. Bir neçə belə ev dəyişdikdən sonra Elyar ona bu evi tutdu. Şəhərdə Məleykə müəllimə haqqında dedi qodu gəzirdi :
    - Məleykə müəlliməni komisar Elyar Əliyev saxlayır...
    Bu xəbər şəhərə bomba kimi düşmüşdü. Məktəbdə valideyinlər bu tərbiyyəsiz və əxlaqsız müəlimənin məktəbdə işləməsini, uşaqlarına dərs deməsini istəmirdilər. Ona töhmət verilib, hətta məktəbdən qovulmasını da tələb edənlər vardı. Məktəbdə və şəhərdə gəzən dedi qodu Elyarın həyat yoldaşı Gülnaza da catmışdı. Gülnaz üç uşağını və bacılarını da götürüb Məleykənin evini basmışdılar. Bundan xəbər tutan Elyar arvadına cəza verərək nə az nə çox düz iki ay gəlib Məleykənin evinə yerləşdi. Arvadını boşamaqla hədələyırdi. Bu gəliş Məleykənin də işinə yaramışdı. Bu hadisədən sonra hər kəs Məleykəni Elyarın ikinci arvadı kimi qəbul edirdi . Artıq hər yerə Elyarla rahat  və sərbəst gedib gələ bilirdi. Zamanla bu münasibəti qəbul etməyən şəhər camaatı artıq Məleykənin adını komisarın arvadı deyə hallandıraraq ona hörmət edirdilər. Hələ eşidəndə ki, Məleykə əsilli nəsilli kecmiş, müharibə veteranı və raispalkomun bacısı qızıdır  dedi-qodu, söz söhbət kəsdi. Məleykə şanslı qız idi, dayılarının və komisarın hesabına yolunda yaşıl işıqlar yanlrdı. 
______________________
  P. S. 
    Hə bu aralar Baharın dediyinə  görə  Mikayıl kişi dünyasını dəyişmişdi . İSmayıl pensyaya cıxmış, o vaxtki hadisələrdən sonra Olyayla barışsa da Olya Azərbaycana gəlməmişdi. İsmayıl  Olyada olan qızından əl çəkməyərək onu tez- tez Azərbaycana gətirər qohum əqrabaya qaynadıb qarışdırardı. Ulduzun o biri uşaqlarından heç bir xəbər yox idi. Ulduz isə o vaxtdan Balaqardaşla Həştərxanda yaşayırdı. 
   _______________

    Bahar dərsdən sonra Məleykəylə görüşər, bərabər kitabxanalara gedər,  parklarda, univermaqlarda gəzərdilər . Məleykə İş yoldaşlarının ad günlərinə, qonaqlıqlara və ya toylarına gedərkən Baharı da özüylə aparardı. İkisi də bu şəhərdə qərib kimsəsiz idi. Bir birilərinə qanları qaynayırdı. Mahmud ilə Sevil Bahara Məleykəylə yaxınlıq etməyi qadağa qoysa da Bahar Məleykədən ayrıla bilmədiyini görürdü. Onu çox istəyirdi. Bu qadını ona bağlayan gizli bir bağ olduğunu hiss edirdi. Məleykə də Bahara balaca bacısı kimi bağlanmışdı. İnstitutda onu tanıdığı müəllimlərə tapşırmışdı. Özündən asılı olmayaraq onun qoruyucu mələyi olmuşdu. Bəzən Baharın sadəlöhvlüyünə hirslənər, onu  bacısı kimi qarşısına qoyub danlayar, tənbeh edər, bəzən də Baharın şıltaqlıqlarına uğunub gedərdi. Bİr - birlərindən xəbərsiz bacılar bir - birlərinə qırılmaz bir tellərlə bağlanmışdılar. 
   Mahmud müəllimlə Sevil xanım  Baharı heç zaman ehtiyac içində qoymazdı. Hər ay ona pul-para , təzə geyəcəklər yollayırdılar. Arada bir gələrkən Sevil xanım öz əlləri ilə bişirdiyi yeməklərdən, mürəbbələrdən, tutmalardan Bahara pay tutub gətirər, otaq yoldaşları ilə birlikdə onlara gözəl bir süfrə açardı. Çoxdandır ev yeməyi görməyən tələbə qızlar üçün həmin gün  bayram olardı .  
   Sonuncu gəlişində Sevil xanımın eşitdikləri onu her şeydən nigaran qoymuşdu. Mahmud müəllim qızını tapşırdığı müəllimələrdən biri Baharın pozğun həyat tərzi sürən Məleykə müəllimə ilə rəfiqəlik etdiyini demişdin Baharı qarşısına qoyub onu göz yaşları ilə öyüd nəsihət edən Sevil ona yalvarırdı;
  - Qızım, ata sözü var deyir "dostunu mənə göstər, sənə kim olduğunu deyim" . Bu boyda şəhərdə, bu boyda institutda özünə, ailənə uygun bir qız tapmadınmı ki bacılıq eləyəsən? Axı nə yaşı yaşına uyğundur, nə də özü özümüzə ...
   Bahar da öz növbəsində anasının sulu gözlərindən öpüb onu arxayın salmağa çalışırddı . 
   - Narahat olma ana,  Məleykə yaxşı qadındır, sən də onu görsən sevəcəksən. Sən Allah onun bunun sözünə uyma. 
   -Axı nəyi yaxşıdır? Xalxın əriylə, uç uşağın dədəsiylə oynaşıb, oturub duran əxlaqsız necə yaxşı ola bilər ki ? 
   - Eyy ana , sən də belə düşünmə nolar. 

   Bir gün şəhər kino teatrına yeni türk kinosu gəlmişdi. İlk dəfə idi ki, şəhərdə türk kinosu izləyəcəkdilər. Həmişə getdikləri klubda hind filimləri verirdilər. Gözləri hind filimlərindən yorulmuşdu. Klubda   İbrahim Tatlısesin "Allah-Allah" filimini eşidən her kes axışıb kluba gedirdi .
    Əvvəlcədən xəbərləşdilər. Məleykəylə klubun yanındakı bufetin qarşısında görüşəcəkdilər. Dondurma və sərin sular satılan bufetnin yanındakı ağacın altına keçib əlində tutduğu kitabı vərəqlədi. İki cavan oğlan yaxınlıqda dayanıb tum çırtlayır qabığını Bahara doğru atırdılar . Onların belə tərbiyyəsiz hərəkətlərinə qıcıq olan qız yerini dəyişdi. Oğlanlar sanki Baharı əsəbləşdirməyə and içmişdilər. Gah qıza söz atır, gah da Məleykəylə bağlı atmacalar söyləyirdilər . Bahar bütün belə xoşagəlməz hadisələrin hardan qaynaqlandığını yaxşı bilirdi. Anasının çəkdiyi məsəl qulaqlarında cingildeyirdi. "Dostunu mənə göstər, sənə kim olduğunu deyim"... 
    Nəhayyət, Məleykə Eliyarın qara "QAZ- 24" - dən düşüb ona tərəf gəldi . Oğlanlar biraz aralıda özlərini məşgul kimi göstərdi. 
    Məleykə Baharla öpüşüb görüşdü . Baharın üz cizgilərindən qızın narahat və əsəbi olduğunu görüb nə baş verdiyini soruşsa da Bahar heç bir şey demədi. Bərabər kluba girdilər. 
    Kino başladı. Maraqlı kino idi. film İki bacılardan birinin şıltaq və ərköyün, o biri şikəst bacının saf və məsum sevgisindən bəhs edirdi. İki bacını sevgisi qarşısında aciz qalan oglanın cıxılmaz vəziyyəti filimdə böyük həyəcan yaratmışdı. 
    Filimin maraqlı yerində , Bahar ətəyinin yuxarı qalxdığı və dızlərında əl gəzdiyini hiss etdi. Yanında oturana baxdı. Bayaqkı bayırda ona sataşan oğlanlardan biri idi. Səs küy yaratmaq istəmədi amma oglanın əlinə vurub əlini üstündən atdı. Oğlan heç rahat durmurdu . Vəziyyətdən narahat olan Bahar Məleykənin qulağına əyilib tuvaletə gedəcəyini dedi. 
   Klubun dəhlizi boş idi. Özünü tələsik tuvaletə salıb qapını bağladı . Çox əsəbləşmişdi. Ama belə içtimai yerdə səs küy sala bilməzdi. Arxasınca gələn həmin bu manyakları sakitçə başından rəd etməli idi. Suyu açıb əllərini yudu. Qapını dirsəyiylə açıb bayra cıxdı. Uşaqlıqdan bir adəti vardı əllərin yuduqdan sonra əlini qapının tutacağına vurmazdı. Bu dəfə də belə etdi .Bayra cıxanda arakəsmədə bayaqkı oğlanlarla qarşılaşdı. 
   - Vayy, vaayyy guya təmiz qızdır daa bu ... Əlini kirlətmək istəmir amma özü kirlidir . Özün temiz göstərir dayna. 
  - Rədd olun başımdan ! 
  - Nə deyir ə, bu? 
  - Deyirəm cəhənnəm olun! 
  Oğlanlardan biri qızın qolundan tutub özünə tərəf cəkdi, o biri arxasına keçib onu qucaqladı, əlini qızın köynəyinin düymələrindən salıb döşlərini sıxaraq boynundan boğazından öpməyə başladı.Qız özünü onlardan qorumağa calışır, onlarla süpürləşirdi, səsini çıxarmağa qorxırdu ki, camaatın içində biabır olacaqdı . Qarşısındakı oğlan Baharın biləyini burub qızın əlini mərhəm yerinə sürtür, qızın qulağına pıçıldayıb onu evə aparacağını deyir, ona əxlaqsız təkliflər edirdi. Qız onun üzünə tüpürüb etiraz edincə oğlan onun üzünü sıxıb dodaqların gəmirirdi . 
    Koridorda hardasa qapı açıldı. Arxadan onu qucaqlayan oğlan qızı buraxıb tuvaletin arakəsməsindən koridora çıxdı. Salondan cixan iki sevgilini görüb arakəsmənin qapısın dayandı.Dostuna işarə edib arxayın olmasını him elədi. 
   -Burax, əclaf, şərəfsiz burax! - Bahar dişlərin qıcayıb oğlanı var güçüylə özündən qoparmağa çalışırdı. Oğlan isə pis niyyətindən əl çəkmək istəməyib qızı oğlanlar tuvaletinə tərəf cəkirdi . Birdən fit səsi oğlanı durdurdu. Qızı buraxıb əllərini bir birinə surtub guya elin yumuş kimi göstərərək bayıra çıxdı. Arakəsmədə Məleykəylə qarşılaşdı. Məleykə tərs bir nəzərlə oğlanlara baxaraq onlara yol verdi. Dönüb içəri kecərkən Baharı kişilər tuvaletinin qarşısında saçı başı pərişan halda yerə çöküb oturan gördü. Qızı sanki don vurmuşdu . Key key bir nöqtəyə baxırdı. Gözlərindəki yaş ixtiyarsız qızarıb pörtmüş yanaqlarından yol almışdı. 
   -Bahar? Neylədi sənə o alçaqlar sənə, Bahar? Cavab ver Bahar ! -  Baharın yanına qaçıb onu silkələdi, yerdən qaldırmağa çalışdı. Güçü catmayınca qızı buraxıb, dəhlizə oğlanların arxasıyca qaçdı. Oğlanlar getmişdilər . Dəhlizdə ora bura qaçıb oğlanları axtadı. Heç kimi görə bilməyincə qışqırıb köməyə adam cağırdı. Kalidorun o başında oyuncaq satan kişi səsə boylandı. 
  - Kömək edin, xahiş edirəm, kömək edin.
  Tuvaletə tərəf qaçıb Bahara sarılanda sanki böyük bir bəndin gözü açıldı, içindəki övkə-hirs bəndü-bərəni uçurub dağıtdı. Bayaqdan səsi çıxmayan Bahar bağıra, bağıra hönkürüb ağlayırdı. 
  - Keçdi ömrüm. kecdi canını yeyim. Qorxma. Səni bu günə salanların cəzasını verəcəyik. Keçdi-deyib Məleykə qızı qucaqlayıb saçlarını tumarlayır, üzündən öpürdü. 
   Kino-teatırın işçiləri başlarına toplanmışdı . 
  - Milis çağırın xahiş edirəm . 
  - Axı nolub ?  
  - İki xuliqan, qızı burda sıxışdırmışdı. Qıza sataşdı. Görmürsüz qızın halın? 
   Milis və təcili yardım gələndə Baharın halı doğurdan da pis olmuşdu. İlk müdahilədən sonra qızı klubun boş otaqların birinə aparıb nə baş verdiyini soruşduqda, nə illah etdilər Bahar ağzını açmadı ki, açmadı. 
  -Mən tanıyıram o alçaqları. Bİri komisar Elyar Əliyevin qardaşı , o birisi də qayınıdı . 
   - Müəllimə, bəlkə səhv edirsiz , onları bütün şəhər tanıyır, belə şərəfsizliyi, həyatda şəxsiyyətlərinə sığışdırmazlar.
   - Şikayyət edəcəyik, Mən də qəşəy tanıyıram onları - Məleykə onların sözünü kəsdi - onlar ikisi də şərəfsizin dal ayağıdır. 
   - Gedək o zaman şöbəyə !
   Məleykə Baharın qoluna girib qaldırdı,
  - Hec bir yerə gedib heç kimdən şikayyət etmiyəcəm !
   - Niyə? 
   Bahar bu balaca şəhərdə milis qapısı açıb dilə dişə düşəcəyindən qorxurdu. Onsuz da gözdən uzaqda təhsil almasına narazılıq edən ata - anası bu hadısəni eşitsəydi ... Hələ bütün bunlar cəhənnəm camaat belə bir şey eşitsəydi , onun da adı Məleykə kimi cıxacaqdı . 
   Kino hılə bitməmişdi. Nə qədər sakitlikdir cıxıb burdan getməli idi . Qolunu Məleykənin əlindən çəkib bayıra cıxdı. Üzünə vuran payız mehini içinə çəkib,ətrafa göz gəzdirdi. Gözləri ilə həmin oğlanları axtarmağa başladı. Yanındak milisin səsi onu diksindirdi . 
  -Yoldaş, bizimlə şöbəyə gəlməlisiniz! 
  - Mənim heç bir şikayyətim yoxdur. 
  - Şikayyətiniz olmasada, ifadənizi verməlisiniz, içtimai yerdə asayiş pozulub. 
  - Mən pozmuşam ? 
  - Mən demirəm siz pozmusuz . Siz ifadənizi verəcəksiz, biz araşdıracağıq. 
   Şöbədən çıxıb yolun o biri tərəfinə kecəndə səkinin kənarında Məleykəmi  Elyarın maşınında gördü. Məlrykə maşının içində əl-qolla danışırdı, çox əsəbi görünürdü. Özünü görməməzliyə qoyub dayanacağın yan tərəfinə keçdi , orada gizləndi. Bu saat heç kimi görmək , heç kimlə danışmaq istəmirdi. Nahaq gizlənirdi. Məleykəylə Elyar onu şöbədən cıxanda görmüşdü. Elyar maşını sürüb düz onun qarşısında dayandı. Məleykənin uzun israrından sonra maşına oturub yola düşdülər ...
  
    İki mərtəbəli, şüşənbəndli evə girəndə elə bil doğma yaxın bir adamının evinə girdi. Necə gündür qonaq qaldığı evlərdə heç cür rahat ola bilməmişdi. Sıxılırdı . Ona ayrılmış otağa biri girib cıxanda belə narahat olub qalxır, oturur yata da bilmirdi.  
    Burdakı sakit ab hava ruhuna bir dinçlik verirdi. Geniş işıqlı şüşəbəndin qarşısına keçib siqaretini yandırdı. Yüksəklikdə olan evin geniş pəncərəsindən kəndin mənzərəsi ovucun içi kimi görünürdü. Aşağıdakı evlər eynən Təbrizdəki məhəllələri xatırladırdı. Alcaq, yastı evlər,  qapılardakı zınqrovlar, bəzi yerlərdəki alcaq cay daşlarından tikilmiş hasarlar, bəzi yerlərdə də çırpı və kollardan çəkilmiş hasarlar eyni ilə Təbriz küçələrindəki kimi idi. Bu neçə gündə Araz bu mənzərənin fərqində olmamışdı. 
   -Dayımın evində olanda elə bilirəm Təbrizdəyəm - İbrahim uzaqlara dalmış Arazı geri qaytardı. 
   - Hə , eynən nənəmgilin məhəlləsinə oxşayır bura. Mən balaca olanda Əsmər nənəm məni köhnə evlərinə aparmışdı. Ora indi uçub dağılıb xarabalığa dönüb. Mənə həmişə o evin xatirələrini nağıl kimi danışırdı . Uşaq idim də, yazıq arvad uydururdu olannan kecəndən.  İnana bilirsən o qədər gözəl səlis danışırdı ki, həqiqətən nağıllar aləminə düşürdüm mən. Həə belə... Sonralar böyüdükcə başa düşdüm ki , o ev nənəmin ürəyinin sarı simidir. O sim dıngıldadıqca  xatırələr dilinə gəlib ilmə ilmə nağıl kimi düzülürmüş.... 
    Əsmər adı İbrahimi silkələdi sanki , Arazın gözlərinin içinə baxıb onun gözlərinin dərinliyində onun xatırladığı Əsməri görmək, tanımaq istədi sanki . 
  - Ehh, nə günlərimiz vardı orda ,  xoşbəxtliyimiz qədər bədbəxliyimiz, sevgimiz qədər də nifrətimiz vardı orda. 
   -Həqqi heç nə siz, nə də dayınız bir şey danışmadız ki, necə olub ki, gəlib düşmüsüz bura? Ailəniz orda qalıb hə? 
   - Gəlməz olaydıq- səsə tərəf döndü. Evin ortasına qoyulmuş mazut sobasını odlayan Bəsir sobanın yağını azaldıb çayniki üstünə qoydu. 
   -Niyə ki, peşimansız? Şükür şəraitinizə baxıram yaxşıdır. İlin günün bu çağında yağ yandırıb ev qızdırırsız. Təbriz hələ də 18 ci əsrdə qalıb. 
  - Olsun,  əşi, yanında bir əzizin, çırağını, ocağını yandıran yoxdursa nəyə yarar, lap istəyir dünya sənə cənnət olsun. Özünü cəhənnəmdə görərsən . 
  - Hə, elədir. Qismət... Elə ikinizsiz burda? Ailə uşaq yoxdurmu? - Araz ikisinin də üzünə baxdı. Dayı - bacıoğlu bir birinə baxıb ikisi də köksünü ötürdü. Stulu çəkib üçü də masanın başına toplandılar. İbrahim masanın üstündəki albomı götürüb Arazın qarşısına qoydu:
  - Rəhmətlik əmimin albomudur. Sürgündə rəhmətə getdi. Ondan mənə qalan bi tək bu albomdur. Bütün ailəmiz buradadır. Araz köhnə vərəqləri qopmaqda olan albomu ehtiyyatla açdı. İlk şəkil gözünə dəydi. Yaraşıqlı boy buxunlü, üzü səliqəli qırxılmış bir kişi...
   -Əmimdir, Cümüşüd əmim...Əmi qardaş oğlu olmamışıq, qardaş olmuşuq. Aramızda da böyük yaş olmayıb, uşaqlığımız , gəncliyimiz bir keçib, acımız şirinimiz bir olub. Çox mehriban ailə olmuşduq. Yazıq nənəm...
   İbrahim dalıb getdi qara yanları qırışmış gözlərinin arxasında xatırələr oynaşırdı. Bərabər kecirdiyi günlər, məcaralar dodaqlarından dürr olub tökülürdü... 
   - Hələ anam ... qoy görüm burda şəkili olmalıydı.Tapsam göstərəcəm sənə anamı. Dədəmlə sevdalı idilər , hamı onlara zəmanənin Leyli Məcnunu deyirdi...
   Bəşir öskürüb boğazını arıtdı. Sanki İbrahimə keçmişdən geri dönməyi işaret edirdi. İbrahim dayısının işarətin başa düşüb söhbəti kəsmək istədi . 
   -Nəysə keçmişə qayıtmayaq. Allah şeytana nəhlət etsin. 
   -Yox, yox sən Allah məndən cəkinməyin. Danışın, rahat olun. Həm bilirsiniz, mən mediya və qəzet işçisiyəm, əsasən də acı talelərdən yazıram. Nəysə elə ilk gündən sizi görəndən sizdə nəsə bir şey olduğunu hiss etmişdim. Ordakı qohum əqrabalarınıza qovuşmaq istəmirsinizmi? Bəlkə bacı qardaşlarınız sağdır. onların uşaqları. Demirəm bu qədər ayrılıqdan sonra heç nə olmamış kimi ailə olacaqsız, amma ən azından indən sonra, bir birinizi tanıyarsız, gedib gələrsiz, heç olmaya əzizlərinizin məzarını ziyarət edərsiz . 
  Dönüb Bəşirə baxdı. 
  - Adilxan baba , İbrahim dayı heç, deyək ki, o İrandan cıxnda uşaq olub, amma sən yaşlı sinni adamsan . Yəqin ki orda Uşaqların var , onları görmək istəmirsənmi ?
   -Ehhh ay balam, görsəm nə dəyişəcək guya? Onlarla görüşməyə üzüm də yoxdur. Onlar məni bağışlarmı bağılamazmı, bilmirəm . Amma oğlanlarımdan bir dənəsini kaş kə görəydim. Məni yerdən götürmək üçün yalvarardım ona, ayaqlarına düşərdim. Təki bir dənəsi məni çiynində aparıb gözümə torpaq tökəydi. 
   - Niyə elə deyirsən axı?- Araz diplomatından diktafonu çıxarıb hazırlayaraq dedi:
  -Burda sənin nə günahın var ki, ay dayı. Elnən gələn toy-bayramdır deyirlər . 
   - Yox ay bala, burda toyluq, bayramlıq bir iş yoxdur. Cavan idim, şeytan beynimi yumuşdu. Dinim, imanım getmişdi. Beş günlük bu dünyanın o üzünü görmürdüm, elə bilirdim dünyanın üzü də, astarıda buradır. Nə qədər ki, çavan idim, şeytan mənə yoldaşlıq etdi. Elə ki, əldən ayaqdan düşdüm, əbədi dostum olan şeytan da məni buraxdı , necə ki, bir zamanlar üç arvad yeddi uşağı buraxdığım kimi... 
  -Həm də 7 uşaq, 3 arvad ha- Araz qaşların qaldırıb İbrahimə baxıb əylənib gülürmüş kimi göz vurdu . 
   - Öz aramızdır ha İbrahim dayı, dayın yerində dinc duran adam olmayıb ha.
   İbrahim gülmək istəsə də gülüşündəki saxtakarlıq təbəssümünü üzündə dondurdu. 
   -Hə davam edin səsinizi yazıram, səs yazınızı radiomuzda yayınlayacam. Bəlkə səsinizlə  evladlarınızı tapmaqda sizə kömək edə bilərəm . 
   Diktafonu masaya qoyub, albomu vərəqlədi, tanımadığı əzizlərinin şəkillərinə baxdıqca Bəşirin başladığı hekayənin təsirinə düşmüşdü. Bəşir bacısını özü öz əli ilə vurduğundan taa ki Azərbaycana gəldiyi günlərə qədər nə varsa danışır, hərdən barmağını albomdakı şəkilin üstünə qoyub həmin şəkilin kim olduğunu qeyd edirdi. Demək olar ki, albomda köhnə fotoları göstərilən adlar və indi Bəşirin ağzından eşitdiyi həyat hekayəsi ona çox çox tanış idi . Elə bil , bu hekayə nənəsinin ona danışdığı nağılın unudub danışmadığı hissələri idi . Donub qalmışdı . Bu qədər təsadüf ola bilməzdi. Belə çıxır ki , bu kişi onun nənəsinin qardaşlarından biri idi. Axı onun Adilxan adında qardaşı olmayıb. Diqqət edirdi, Bəşir köhnə fotoların arasında gənc bir qadının şəkilini şəkillərin arasına ataraq qah gizlədir,  ya da əlini şəklin üstünə qoyur , ya da rəsmi tərs çevirirdi. 
    Fürsət tapan kimi rəsmi əlinə alıb baxdı. İlk dəfə Mehrini gördüyündə gözünün qabağına gələn uşağına süd verən ana yenə gözlərinin qarşısında canlandı. Süd verən ana, Əsmər, Asiya, Qulam bir bir gözlərinin qarşısından keçdi... Nəhayyət can verən anası... Barmağını rəsimdəki qızın yanaqlarına sürtdü;
  - Bu qadın kimdir? 
   -Mənim bacım! Onlar o tərəfdə qaldı. Bu rəsmləri dədəm bizə məktubların arasında yollamışdı. 
   - Bacındır? 
   - Hə. Mən yaralananan sonra onlarla əlaqələrim kəsildi. En son -əlini capıq üzünə sürtdü -elə bu üzüm yaralananda görmüşdüm onları-udqundu - uzaqdan görmüşdüm onları. Elə bilirdim yaxınımda idilər,  arada bir dənə Araz var idi. Araz Araz xan Araz, suyu bulanıq Araz... Qanlı Araz ... Arazı keçib onlara qovuşmaq istəyirdim. Bir görsən Asya necə atılıb düşür, neçə "Dədə , İbişş" deyə qışqırırdı. Rəhmətlik Azər onu saxlaya bilmirdi heç. Az qalırdı Asya bacım özünü suya ata . Bir onu gördüm  yanağım o tutub alışdı suyun bir anda qan olduğunu gördüm . Elə bildim suyun altında tikanlı məftil vardı üzümü ora sürtmüşəm . Daha sonra nə oldusa heç nədən xəbərim olmadı . 
   İbrahim danışdıqca nənəsinin nağılları xəyallarında canlanır... Diktafon yazır, Arazın qulaqları eşitmirdi . Demək bu ibrahim onun dayısı İbrahim idi , bəs bu kişi ? Egər bu kişi də ibrahimin dayısıdırsa deməli bu ...
                       *****
    Arazın belə halını özüm təsəvvür edirdim. 60 -62 yaşlı Araz, 85 yaşlı İbrahim 94 yaşlı Bəşir, 70 illik ayrılıqdan sonra ilk dəfə bir arada keçmişə qayıtmışdılar. Baharın mənə yazdıqlarından həmin an Arazın nə hisslər keçirdiyini yazmırdı ama onun üzünün cizgiləri keçirdiyi həyəcanı bir yazar kimi mən hiss edirdim. Onun bu vəziyyətinin hansı hissiyyatla, hansı sözlə oxucuya catdıracagıma bir kəlimə axtarırdım ...
                 ____  28  ____
   Qəhrəmanlarımın hekayəsinin bir tərəfi işıq üzü görürdü, o birisinin qaranlıq gələcəyi ortaya çıxırdı. Bu hekayənin necə sonlandıracaqdım bilmirdim. Bəzən mənə elə gəlirdi ki , bu roman "Santa Barbara" kimi heç bitməyəcək. 
    Bahar hekayəyə yeni rol almışdı. Gəncəcik qızın həyat yolu mənə cox maraqlı idi. Fikirləşirdim ki , xoşbəxt ailə həyatı yaşayan bir qadını heç bir rüzgar asanlıqla vurub onu qürbətə sala bilməz. Təxminim edirdim, Bahar vətənində cox açı dolu bir həyat yaşayıb. O çəkdiyi acılardan məkan dəyişib, bəlkə xoşbəxtliyini qürbətdə tapıb.Bəlkə də zənnim məni yanıltmış. Bilmirəm ...
                       *****
   Məleykənin evinə girəndə ilk divardakı və komodun üstündəki rəsimlər Baharın diqqətini çəkdi. Ağ- qara olan bu rəsmlərdən bir qadın və beş uşaq boylanıb sanki ona baxırdı. Bahar təəccüb içində idi. Sanki Bahardan həyat rəngi alınıb ağ qaraya döndərilib o şəkildə yerləşdiriblər. Özü şəkilə təəccüb və diqqətlə baxdığı kimi şəkildəkilər də ona diqqət və təəccüblə baxırdı sanki. Baharın dilinin ucundakı sual kimi, şəkildəki baxışlar da sanki ona "sən kimsən?"  deyə sual edirdi.
  - Mənim burda 10 yaşım var - Məleykə Elyarı yola salıb qapını bağlayaraq içəri girdi. Fotonun qarşısında donub qalmış Bahara  yaxınlaşıb davam etdi:
   - Anam Ulduz, fədakar qadındır. Bizdən ötrü nələrə qatlanmadı ki, bədbəxt. Yazıq qadın beş uşaqla düşdü həyat adlı bir dəryanın burulğanına. Dalğalar hərəmizi bir tərəfə tulladı, batan batdı, qaçan qaçdı...
   Məkeykə içini cəkib barmağını rəsmdəki balaca qızın üstünə qoydu : 
   -Cox isteyirdim Aynuru. Elə darıxıram ki, bu dəqiqə onun üçün. Elə görmək istəyirəm ki, kaşkə harda olduğunu bilsəm, dünyanın harasında olursa olsun axtarıb tapardım onu. Aynurla bərabər o burulğan Qabil və Mobili də yoxa cıxartdı. Atamın hec üzünü görmürdük. Qazaxıstanda işləyirdi. Gəlmirdi bura, bizdə ordaydıq ee, sonra köçdük bura. Mama nə qədər dedi gedək papanın yanına, amma biz getmək istəmədik. Bura maraqlı idi bizə. Ehh nəysə...Arada anam bizi götürüb gedərdi papanın yanına. Atamızı cox istəyirdik uşaq idik də, pisi yaxşını başa düşmürdük, elə bilirdik atadır da sevilməlidir, hörmət olunmalıdır. Nə bilirdik ki, nə var nə yox. Sonradan atanın yaxşı yolda olmadığını anladıq. Özü pis yoldaydı, bizi də kirlətdi, elə mənidə... Atamın pislikləri bizi pərən- pərən saldı. Anamın nə qədər əzab çəkdiyini görürdüm. Dayılarım anam üçün hər şey edirdilər. Anamın həyatını yoluna qoymaq istəyirdilər, mümkün olmurdu ee...
    Bahar hələ də şəkildəki qadının baxışlarında donub qalmışdı. Məleykə davam edirdi:
   -Bu da Habil... ömrümün yarısı,  başımın tacı qardaş...
   Doluxsundu dodaqları səyirdi. Bütün həyatımı verərəm qardaşıma. Həyatdaki yeganə varlığımdır Habil. Desə ki, bacı, ömrümə bir gün qalıb, məni yaşadan sənin canındır,  gözümü qırpmadan deyərəm qurbandır qardaş, al sənin olsun!
  - Allah həmişə mehriban eləsin . Evlidir? Uşaqları var? 
   - Yox ay qız nə evli ? - Güldü Anadangəlmə subaydı. Yazıq heç oxumaqdan baş aça bildi ki, gözü qız görsün?-güldü-Təmuz, subaydı, əl dəyməmiş, gün görməmiş
   -Deyirsən də. Almaniya kimi yerdə subay qalmaq olar? 
   -Oranı bilmirəm burada ,bu şəkildə subaydı,elə mən də -ikisi də gülüşdü- Nə deyirsən, gəl səni alım Habilə ! O qədər ürəyimə yatırsan ki...
   Qəfil deyilən bu yarı zarafat yarı ciddi sözə yerindən dik atıldı. 
  - Yox da bir. Bu hardan gəldi ağlına?
   - Nə bilim? Həqqi, elə ürəyimə yatırsan ki, oturuşun duruşun, mədəniyyətin. Çoxdandır fikir verirəm , çox ağır başlı qızsan. Lap elə Habilin istədiyi kimisən. İnanıram ki, səni bəyənəcək . 
   - Ay Məleykə bacı, utandırırsan ee  məni. Mən hələ oxuyuram . Hələ ərə getməyi fikirləşmirəm . Hələ təhsilimi davam etməyi düşünürəm.
   - Olsun da. Yenə oxu . Oxumaq o deyil ki, ürəyinin qapılarını bağlayasan. Sevmək, sevilmək sənin də haqqındır. Gəncsən gözəlsən it də ağız atar sənə qurdda. Elə bu günkü kimi. 
   - Sən onları tanıyırsan dedin. 
   -Hə, tanıyıram. Onlarin işi mənimlədir, bilirəm. Dişləri mənə batmayınca sənə ağız atdılar. Köpəy uşağı...
   - Mənim günahım nədir?  
   - Mənimlə padruqalıq eləmək -Güldü - elə bilirlər belə eləməklə Elyarı mənidən alacaqlar. Bu deeyy bunu görərlər - dirsəyini göstərdi . 
    Məleykə danışa danışa mətbəxə keçdi. Əlüstü bir şeyler hazırlayıb zala keçəndə Baharı hələ kamodun qarşısında dayanıb şəkilə baxan gördü. Padinosu masanın üstünə qoyub arxadan Baharı qucaqladı:
   -Sən Allah, gör anama necə oxşayırsan ee 
   - Hə, elə mən də ona baxıram,  qəribədir. 
   - İnan Habil də səni görsə məətəl qalacaq - Məleykə Habilin adın cəkdiyində Baharın yanaqları qızarırdı. Məleykənin biraz əvvəl qardaşı haqqında dediyi  sözlərdən ar edirdi. 
   -Gəl, gəl soyutma çayını, bir şagirdimin maması paxlava yolamışdı dünən, qəşəydi, al- masadakı paxlavadan bir- iki dilim Baharın boşqabına qoyub televizoru açdı. Ağ qara televizorun buracağını burub kanalları dəyişdi. Zeynəb Xanlarova oxuyurdu :

Qara gözlüm badam 
O dedi yox-yox, yox,yox 
Mənə qəlsin qadan 
O dedi yox- yox ,yox , yox 

Mahnı sümüklərinə düşmüşdü. Əl çalıb oynamağa başladı. Məleykənin pozitiv ehval ruhiyyəsi Baharın da keyfini açmışdı. 
  - Ay qız oyna daa, nə baxırsan ?
  - Yox, lazım deyil,sən oyna. 
   Məleykə qızın əhvalını qaldırmaq üçün Zeynəbin oxuduğu mahnının sözlərini dəyişib onunla bərabər oxudu: 
   
    Dedim ay qız dur gəl oyna 
    O dedi yox , yox, yox , yox 
    Dedim ay qız gəlləm toyuna 
    O dedi yox , yox, yox , yox 

  Qəh qəhə cəkib güldü :  
 - Eee ay Məleykə  bacı ...
 - Bacın gəlsin toyuna, 
 O dedi yox yox yox...haa , haa- kef elə ay qız, hər şeyi ürəyinə salsan çərləyərsən ki. Bunu mən sənə deyirəm. Qarşında həyat sınağından keçmiş bir müəllim dayanıb. Həyata təslim olarsan, həyat səni vuracaq, yıxacaq , sürüyəcək, həyatın üzünə baxa baxa oynayıb gülsən bütün pisliyin də götürüb qaçacaq
  - Axı mənim nə günahım var idi ki, mən bu gün bunları yaşadım? 
  - Ay Allah... Az sən hələ orda qalmısan? Çürütmə dəə - deyə Baharın əllərindən tutub yuxarı qaldırdı - Bax belə oyna, əylən 
   Bahar bu pozitif qadının əhval ruhiyyəsinə əylənsə də günorta olanlardan qarnı qan ağlayırdı . Həyatının ən böyük şokunu yaşayırdı. Bəli bu hadisə Məleykə üçün adi bir şey ola bilərdi. Özü demiş , həyat onu sərtləşdirmişdi. Bahar isə həyatının ilk zərbəsini indi alırdı. Onun üçün bu cür vəziyyət bağışlanmaz idi. Özünü namussuz, kirlənmiş biri sanırdı. Bayaq olanlar yadına düşdükcə əlini Məleykənin əlindən qoparmağa çalışırdı. Məleykə onun əlini zorla yuxarı qaldırdıqca oğlan onun əlini məhrəm yerinə zorla sürtdüyü ağlına gəlirdi. Özü özündən diksinirdi . Məleykə onunla əyləndikcə onun gözlərindən yaşlar muncuq kimi yanaqlarından süzürdü. 
   Məleykə Baharın əlini buraxıb onu qucaqlayıb başını çiyninə qoydu :
  - Nolub sənə ay dəli?  Belə getsə səni yeyərlər, parcalarlar. Belə şeylərə biraz soyuqqanlı, etinasız olmağın lazımdır Nolub sənə? Mənim yerimə olsan neyliyərsən?
   Məleykə divanda oturub Baharın başını dizinin üstünə qoymuşdu . 12 yaşından bu yana ailəsinin və özünün başına gələnləri Bahara danışırdı. Bahar uşaq vaxtında anasının sonuncu uşağın doğulmasına Məleykə də kömək etdiyini danışanda qulaqlarına inanmadı. Yerindən dikəlib gözlərinin içinə baxdı : 
   - De vallah, anamın uşağı olanda yanındaydım ?
  - Vallah. Habilin əziz canı üçün . 
  -  Nujelni o boyda səs küydə o biri uşaqlar xəbər tutmayıblar? 
  - Əslində Habilin xəbəri olub. Mənə sonralar dedi. Məndən soruşdu ki, anam o uşağı neylədi? 
   - Həqqi ee !!! Bəs necə oldu o uşaq ? 
   - Bilmirəm. Bu olanlardan sora anamı uzun müddət görmədik. Nə mən , nə də Habil. Habili İsmayıl dayım, məni də Mikayıl dayım saxlayıb böyütdü. Oxutdu. Bizi onlar adam elədilər. Anamın atamın yanında qalsaydıq Allah bilir, başımıza nə oyunlar gələrdi. 
  - Bəs o gündən ananı görmədin heç? 
  - Gördüm. Dayım bizi Astarxana apardı. Anam dəlixanadaydı. Uzun müddət orda qaldı. Sonra eşitdik ki, cavanlıqda bunu biri istəyirdi, o saxlayır. Ona nifrətim birə beş artdı. Dedim, heç uşaqlarından xəbəri yoxdur, arvadın keyfinə bax! Utanıb ölmür bu? Biz məktəbdə anamızın nə, necə olduğunu deyə bilmirik ki, bizə lağ edib dəlinin uşağı deyəcəklər. Bəzən Mikayıl dayımın uşaqları anamın kim olsuğunu, necə olduğunu başımıza qaxınc edirdi. Hələ Lala bibim... Guya əmisi oğlu yönnü zibil idi ...
   - Emisi oğlu kimdi ? 
   - Atam daa. Axı atamla Lala bibim əmi uşağıdır.
   Bahar xeyli təsəlli tapmışdı. Bu boyda dərdin qabağında Baharın xulqanlarla əlbəyaxa olması muştuluq imiş . 
                       ********
   Gecəni Arazın gözünə yuxu getmirdi. Yatağını elə qonaq otağı sayılan zalda açmışdılar. Qalxıb yatağında oturdu . Damla damla damlayıb yanan neft sobasının istisi payızın bu soyğunda  pəncərə şüşələrini tərlətmişdi. Pərdəni çəkib islanmış şüşənin tərini barmağıyla silərək həyətə baxdı. Göyün üzü tər təmiz idi. Aydın buludsuz göy üzündəki ay böyük projektor kimi bütün kəndi işıqlandırmışdı. Yüksəkdən baxanda aşağıdakı evlərin arasında ağacların və evlərin kölgələri tərpəşirdi. Kəndin itləri arada bir yorğun yorğun hürür, arada da ağız ağıza verib kəndin sakitliyini pozurdular. Pərdəni çəkib kamodun üstünə qoyulmuş qrafindən su töküb içdi. Qapını səs salmadan ehmalca açıb artırmaya çıxdı. Ayın işıgında bağca cənnət bağına bənzəyirdi . 
   - Halal olsun qocaq kişidir, bu yaşda hər adamın işi deyil ee həyət bacaya belə qulluq edə, görünür kişi cavanlığında rahatlığını fikirləşən bir kişi olub . Dünyanı veçinə alan olmayıb. Evə eşiyə baxan olub. 
   Ağır-ağır piləkənləri enib həyətə düşdü . Kənardan durub evə baxdı. İkimərtəbəli evin önü taxtadan "XXXX " Naxışlı taxta balkon, balkonun arxası isə böyük şüşəbənd idi . Evin qarşısındakı böyük armud ağacının təpələrində toplanmamış armudlar saralırdı. Araz geri dönüb biraz aralıda yerləşən tuvaletə tərəf addımladı . 
   Hər zaman ayıq yatan Bəşir həyətdə gəzişən kölgənin nə olduğuna baxmaq üçün yatağından qalxıb həyətə boylandı. Kölgənin Araz, olduğunu görüb kirimişcə çarpayısına büzüşüb üstünü örtdü. Araz evin qabağındakı armud ağacından asılmış əl- üz yuyana yaxınlaşıb əllərini yudu. Ağacdan asılmış məhrəbaya əllini silib piləkəndə oturdu . Cibindən siqaretini çıxarıb yandırdı. Dərin bir qulab vurub dumanını göyə üflədi. Bayaq baxdığı şəkillər gözlərinin qarşısından getmirdi. İbrahimi tanımışdı, dayısı idi. Araz özünü onlara tanıtdırmamışdı . Bu qocanın kim olduğunu bilmək istəyirdi. Həyatına dogulmamış zərbələr vurub anasını ləkələmiş , onun varlığından xəbərsiz olan adamı tanımışdı əslində. Sadəcə bunu qəbul etmək istəmirdi. Təsadüfün beləsini xəyalına gətirməmişdi. Bu adamı dəqiqləşdirmək istəyidi. Eşitdiyinə görə Bəşir Bağdada idi. Hətta bir neçə dəfə özü gedib onun Bağdada axtarmışdı. Lakin onu gördüm deyən olmamışdı. Yaşanmış tarixlərə baxanda həmin illərdə Bəşirin Azərbaycana keçməsi imkansız bir şey idi! Araz hardan biləydi ki , şeytanın ağlına gəlməyən şeyə Bəşir papuç hörüb, buraya hansı yollarla gəlib çıxıb. 
    İcəri girib soyuqdan ayazımış üzünü sobanın istisinə verib isitdi . Masanın başına keçib masa lampasını yandırdı. Albomu açıb qarşısına qoyaraq bir bir şəkilləri çek çevir etdi. Əlinə kecən şəkildə üc nəfər var idi. İki qadın bir də eynən özünün gəncliyinə çox bənzəyən bir kişi. Şəkili əlinə alıb diqqətlə baxdı. Qadınlardan biri anasına oxşayırdı. Şəkili sevirib baxdı. Farsca  "Asya, Banuxatun , Bəşir Təbrizdən Bağdada getmədən 1 ay əvvəl 25 camaziəl 1348 il" yazılmışdı. Təqvim hicri təqvimi idi. Damarlarında qanı dondu. Şəkil Araz, dünyaya gəlmədən təxminən 8 ya da 9 ay qabaq çəkilmişdir. Demək burada bu şərəfsizin buraya son gəlişidi. Araz da anasının bətnindədir... 
  - Bəli Bəşir. Bəli bu adam o Bəşirdir. Zənnim heç bir vaxt məni yanıltmayıb. O mənim alçaq, şərəfsiz... -  "ata' deməyə dili gəlmədi - Bəşirdir... oz bacısı qızını zorlayan oğraş ...- şəkili qəzəblə ovcunda sıxdı.
   - Sən, sən ... Oğlum ... - Arxadan gələn səsə döndü- sən mənim  oğlumsan? 
   Araz qorxunc bir şey görübmüş kimi ayağa qalxdı. Şəkil ovcunun içində masaya söykənib ona tərəf addımlayan Bəşirə döndü. 
  - Ay Allah, sənə qurban olum. Sən nələrə qadir imişsən,ya Rəbb. Səni tanımayana nəhlət. Məni bu yaşımda rəzil etmək üçün günahımı mı  çıxarttın qabağıma - barmağın uzadıb Araza toxunmaq istəyəndə Araz əliylə onun əlini vurub masadan çəkildi . 
   -Bağışla məni oğlum, cavan olmuşam cahillik etmişəm, nəfisimə hakim ola bilməmişəm . 
   Bəşir Arazın arxasınca gəzib ona yalvarır, Araz isə yatağının yanına keçib eşyalarını toplayırdı. Heç bir söz demirdi. İllərlə atasıyla üz- üzə gəlincə ona hesab soracağını planlaşdıran Arazın bu görüşdən boğazı qurumuşdu  bəlkə də gündə yüz kərə ürəyində ona dediyi sözləri, haykırışları indi unutmuşdu Araz. Heç bir şey fikirləşmir, ayağı tutduqca qaçmaq istəyirdi buralardan. Ovcunda əzdiyi şəkili hələ əlindən buraxmamışdı. Əşyalarını götürüb qapıdan çxanda Bəşir onun ayaqlarına yıxıldı. Qıçlarından sallanıb Arazın addımları ilə bərabər sürünürdü. Cansız, çəlimsiz bədəni Arazın ayaqlarında artırmya qədər gəlmişdi. Qoca hönkürüb ağlayır oğlundan getmədən halalıq istəyirdi . 
   -Getmə oğlum, getmə Arazım. Allah bu yaşımda məni tək qoymamaq üçün, günahımı üzümə vurdu, diriykən öldürdü. Qurban olduğum, səni mənə göndərdi, barım sən də məni tək qoyma oğlum. Məni o dünyaya el-aləmin çiynində göndərmə balam. Bir bilsən elədiklərimə nə qədər peşimanam? Haqqını halal et ,  mənim balam. Heç olmasa qulağım eşidə eşidə səni bağışladım de. Çahil olmuşam. Sənin varlığından belə xəbərim olmayıb. 
   - Sus ! Mənim varlığımdan xəbərin olmayıb, bəs geridə buraxdığın, 3 qadın, 7 uşaq? Onlarıdamı bilmirdin? Bəs anama etdiyin şərəfsizlik? Sənə nə deyəcəyimi bilmirəm. Mənim nə günahım vardı ay ... sənə atamı deyim, dayımı deyim, babamı deyim? Sənə sadəcə bir ad verə bilərəm... Oğraş ... Haqqımı da heç zaman halal etmiyəcəm. Burax ayağımı-deyib onu murdar bir bez parcası kimi ayağıyla kənara itələdi .  
   İbrahim də səsə otağından bayra cıxmışdı. Yuxulu olduğundan nə baş verdiyini anlamırdı. Qapıya qaçıb dayısını ayagında sürüyən adama bir yumuruq ilişdirib söydu. 
  - Vur, dayı,vur! Vur qoy məzarda babam Saybalının , nənəm Əsmərin , bu şərəfsiz dayının namusunu kirlətdiyi sənin bacın- mənim anam Asyanın, bacısının namusunu qoruya bilmədiyi üçün xəcalətindən özünü asmış dayım Azərin sümükləri sızıldasın. Mən hələ bu alçağın ordakı şərıfsizliyini bilirəm. Otur dön geri bax. Alçaq adam hər yerdə alcaqdır. Bax gör burdakı alçaqlığı nədir, nələr edib? Vur dayı, bu şərəfsizin acığını, məndən cıx ! Eybi yox, mən bu dünyada bu oğraşın günahını cəkə cəkə bu yaşıma gəlib çatmışam. Həmişə dualarımda Allaha yalvarırdım ki, məni onunla görüşdürmədən canımı alma. Şükür bu günümə. Görüşdüm. İnanıram kı, o bu vaxta qədər yaşayıbsa indən sonra nəfəsi üstündə bir ölü olacaq. 
   -Sən nə deyirsən,ay bala? Bir otur danış görək axı sən kimsən mənim ailəmi hardan tanıyırsan. Bu nə ikrah, bu nə kindir belə? 
   -Mən kim olduğumu bilmirəm dayı, sən onu dayından soruş -Araz acı acı güldü - Vicdanı varsa heç olmasa indi nəyi var açıb danışar, o dünyaya rahat gedər ...
   Asfaltla şəhərə doğru bir qariban yol almışdı. Arada irəli geri baxıb yoldan bir maşın keçəcəyini gözətləyirdi. Uzaqda təpənin üstündəki evin alovları gecənin qaranlığına işıq salırdı . O yanan ev Bəşirin evi idi ...

    Bu isti münasibətdən sonra Məleykəylə aralarındaki bağlar daha da möhkəmləşmişdi. Bahar bu vaxta qədər onun evinə getməmişdi. Artiq Məleykə onu evinə dəvət edir, günlərinin coxunu bərabər keçirirdilər . Elyarla da tanış olmuşdu . İlk günlər Elyardan utanıb cəkinən Bahar bir müddət sonra Elyarın səmimiyyətindən yana bu utancaqlıq aradan qalxdı. Elyar yaxşı, həm də qeyrətli oğlanlardan biri idi. Şəhərdə xətiri hörməti vardı. Məleykəylə qeyri qanuni yaşasa da onu öz arvadından ayırmırdı. Ona sahib çıxmışdı. Doğurdan da onların münasibəti sevgi və sayğı çərçıvəsində idi. Məleykə onu, o da Məleykəni çox sevirdi. Kimsənin Məleykəyə bir kəlmə söz deməsinə izin vermirdi. Birdə Məleykə ne deyirdi o olurdu. Baharın başına gələn hadisə də cəzasız qalmamışdı. Qardaşı Aqilə, qayını Tahirə lazımı cəzanı vermişdi. Bu cəzadan hiddətlənən Gülnaz məktəbə gəlib Məleykəni uşaqların və müəllim kolletivinin içində söyərək təhqir etmişdi. Məleykə hec bir söz demir məğrur baxışıyla qadının acızlıyinə gülümsəyərək cavab verirdi. Dili bir şey deməsə də baxışları və gülüşü qadına od qoyurdu. 
   Aqil institutun ətrafında dolanır ,  Bahara yaxınlaşmasa da hər yerdə onu qaraba - qara izləyirdi. İlk günlər onun arxasınca Tahirlə düşən Aqil sonralar başqa oğlanlarla qızı təqib edib ona söz atdırırdı. Yaşadıqlarından gözü qorxmuşdu Baharın. Aqil və Tahirlə üz üzə gəlmək istəmirdi. Bəzən avtobusun sıxlığında məcburən Aqillə üz-üzə, nəfəs-nəfəsə qalırdı. Avtobusun sıxlığından istifadə edən Aqil qızın orasına- burasına əl atırdı. Canı boğazına yığılmış Bahar bir iki dəfə avtobusda çantasını , kitablarını Aqilin başına çırpmışdı. Camaatın təyziqini görəın Aqil mənzil başına çatmadan avtobusdan düşüb qaçmışdı . Canının dərdindən dərsdən cıxanda Bahar ozünü tək qoymaz evə tək getməzdi. 
    Sevda adlı qrup yoldaşı vardı . Sumqayıtdan idi. O qız ona cox yoldaşlıq edirdi. İnstitutda tanış olan qızların da ailələri bir birləri ilə möhkəm dost olmuşdular. Bir birlərinə gedib gələr, ailələr qızlara bir birindən xəbərsiz kömək əllərini uzadardılar. 
    Günlərin bir günü Sevda əlindəki məktubu Bahara uzadıb çıxış qapısında dayanmış Aqili göstərdi:
  - O oğlan verdi. 
  -Qələt elədi. Apar qaytar özünə. 
  Baharın məktubdan xoşlanacağını zənn edən Sevda Baharın sərt cavabını eşidincə özünü yığışdırdı. 
  -Niyə? Mən poçtalyon - zadam bəyəm sizin üçün? 
  -O zaman bu məktub nə gəzir səndə?
    - O verdi ... dedi...
   -  P.. yedi o da, sən də qələt edib gətirdin. 
   Nə baş verdiyini anlamayan qız o düşən Baharla düşdü ...
  Məleykə dəfələrlə Baharın yanında qardaşına məktub yazmışdı. Məktublaşma yeri kitabxana idi. Məleykə yalnız orda asudə olurdu. Yoxsa evdə vaxt tapa bilmirdi. Habilin yazdığı məktubları Baharla birlikdə oxuyur ona cavab yazırdı. Bahar Habili qəzet və jurnallarada rəsmləriərindən tanıyırdı. Onun haqqında bir yazı çıxan kimi Məleykə harda olur olsun, həmin qəzet və jurnalı tapar qardaşıyla fəxr edərək ağız dolusu danışardı. Gercəkdən qürur verici bir hal idi belə bir alimin bacısı olmaq. Məleykə ilə Bahar arasında Habillə tanışlıq söhbəti bircə dəfə elə həmin gün Məleykənin evində olduğu idi. Zarafatlamı açılmışdı bu söhbət yoxsa təsadüfmü idi bilmirdi. Məsələ elə orda da bağlanmışdı. Di gəl ki, Bahar indi bu söhbətin təkrarlanmasını çox istəyirdi. Özü də arada Məleykəyə Habildən söz açaraq həmin mövzuya qaytarmaq istəyirdi. Məleykə cavabında həmişəki kimi qardaşı ilə öyünür, Almaniyadakı nəaliyyətlərindən ağız dolusu danışırdı. Nədənsə Məleykə bir dəfə açdığı tanışlıq mövzusuna qayıtmırdı və ya qayıtma istəmirdi. Bəlkə də Məleykə fikirləşirdi ki , Baharla qardaşı arasında 8-9 yaş fərq var. Bahar 1 ci kursda oxuyurdu. Özü dedi ki təhsilinə davam edəcəkdi. Habilin vaxtl gəlib çatmış, Bahar isə indi həyata atılırdı. Habilin Baharı gözləməsi vaxt itkisindən başqa bir şey deyildi. Kim bilir, bəlkə də, o taciz olayından yana  Elyarı ona xoş göstərmək, Baharın Aqilə və Elyara qarşi pis fikiələrini başından atmaq üçün belə bir söz atmışdı ortaya. Amma Bahar cox istəyirdi Habillə tanış olsun, onunla xəyallarındakı məhəbbəti yaşasın. Uzaqdan aşıq olmuşdu Habilə üzünü görmədən, səsini eşitmədən. Habil sevilməli oğlan idi, həm yaraşıqlı, həm şəxsiyyətli. Habil kimi oğul həm ailəsinə yaraşardı, həm də özünə...

    Araz bir neçə gün idi ki, Ankaraya gəlmişdi. Anasının və Qulamın məzarına gələrək onları zıyarət etdi . Məzarın otunu, alağını təmizləyib iki məzarın ayaq tərəfində oturub hər ikisini sığalladı. Dolmuş gözləri başdaşındakı yazıları oxudu . 
   - Ana, bu gün səndən üzür istəməyə gəldim. Həmişə məni tərk etdiyin üçün səni günahkar bilirdim. Deyirdim, nə olur olsun sən məni atmamalıydın. Amma indi özüm özümü tərk etmişəm,  ana. Özümü tanıya bilmirəm-gözlərini sıxdı. İki damla mirvari kimi goz yaşı qöz ətrafı qırışlarında yayılaraq yox oldu. 
   -Bu gün ruhum bir yanda, cismim bır yandadır. Ata deyə bilmədiyim o şərəfsizlə üz üzə gəldiyim gündən ruhum bədənimdən ayrılıb elə bil. Özümü ələ ala bilmirəm. Həmişə deyirdim, o şərəfsizlə üz üzə gəlsəm ona özüm öz əlimlə cəza verəcəm . Mən ona heç bir şey eliyə bilmədim ana! Onsuz da Allah onun cəzasını vermiş. O cah cəlalın içində bayquş kimi tək başına ulaya ulaya qalıb. 7 övladından biri yanında yoxdur. Bu yaşında etdiyi günahı Allah qarşısına çıxartdı. Bir görsəydın onun o andakı halını. Heyf Allah möhlət vermədi . Allah möhlət versəydi onu sənin məzarına gətirib səndən üzür istədəcəkdim, başını ayaqların altında əydirəcəkdim. Məndən sonra İbrahim qardaşın qeyrətə gəldi deyəsən. Mən gələndən sonra Bəşir alçağı İbrahim dayımın arvadının başına açdığı oyunları etiraf edib ondan üzür istəyib . Nə qələt edib daha bilmirəm, zatən o adamdan mərdi-məzarlıqdan başqa nə gözlənilir ki? Yuvası dağılıb dayımın. Bunları eşidəndə kişi havalanıb. Dözə bilməyib o şərəfsizi aldı ayaqlarının altına. Necə olubsa alçaq elə bu dünyada cəhənnəmə vasil olub. Yağ sobasına düşub, şərəfsiz. Evidə od tutub yandı, özü də. Cəhənnəmini bu dünyada yaşadı. İt kimi ulaya ulaya qaldı. İnana bilirsiz, iki həftədir, yanıb, yaralıdır. Gör neçə murdar insandırsa  bu yaşında Allah da onun kimi it murdarını hüzuruna qəbul etmır ee . Canın tapşıra bilmir. Ehh betər olsun. Nəysə..
    Ayağa qalxıb məzarların kənarlarında işləyə işləyə ailəsiyə söhbət edirmiş kimi davam etdi. Qardaşın aradı məni , dayımı deyirəm, nolar gəl dedi. Səni arzulayır. Bilmirəm neyləyim, gedimmi getməyimmi ?  Qərarsız qalmışam.  Ey ay ana kaş sağ olaydın. Bu saat ehtiyyacım olan şey bilirsən nədi? Kaş kə sağ olaydın sarılaydıq bir birimizə. Ömrümdə ilk dəfədir ki, bu ehtiyyacı duyuram sənə qarşı. Qalx ay ana qalx qucaqla məni. Ağlamaq istəyirəm. Hələ bu zamana qədər ozümü bu qədər yetim saymamışdım ana! 
   Özünü məzarın üstünə sərib sinə daşını quçqladı. 
  - Nolar ana, mənə bir yol göstər. Nolar canım anam, qurbanın olum sən də məni qucaqla, nolar ay ana! Can verəndə dediyin kimi, yenə mənə "oğlum" de, qurbanın olum, ay ana içim yanır yanğıma su çilə, mənə bir yol göstər, mən neyləyim, necə eleyim? - hökürüb ağladı. Göz yaşlarıyla anasının sinə daşını islatdı. 
   Havadan yağış qıxusu gəlirdi . Payızın bu çağında hava elə dolmuşdu ki, elə bil Arazın içindəki dərdi buludlara yükləmişdilər. Buludlar da bu yükü daşıya bilməyib hardasa bu saat partlayacaq göydən yerə boşaldacaqdı. 
  Nə qədər ağladığını, məzara nə qədər sarıldığını bilmədi. Nəhayyət qalxıb məzarın yanına qoyulmuş sudan götürüb əl üzünu yudu. Məzarlara su çilədi. Çibindən dəsmalını çıxarıb üzünü qurulayacaqdı ki, əli cibində diktafona və Bəşirin evində ovcunda sıxıb əzdiyi şəkilə toxundu . 
   -Bax, ay ana, bu şəkil tanış gəlir? 
   Şəkili cevirib arxasını oxudu. Asya, Banuxatun, Bəşir Təbrizdən Bağdada getmədən 1 ay əvvəl 25 cəmaziəl 1348 il" . Yani 28 oktyabr 1929 cu il. Mən dünyaya gəlmədən 7 8 ay əvvəl. Demək mən bu şəkildə sənin bətnindəyəm. 
   Diktafonu açdı, Bəşirin səsi məzarlığın səssizliyini pozdu. 
   Göylər şaqqıldayır, bayaqdan dolmuş buludlar gözyaşlarını yerə buraxırdı. Buludlar da Arazın yetimliyinə, dərdinə şərik olub ağlayırdı. 
   Qoşa məzarın ayaq tərəfində oturmuş Araza yağan yağış təsir etmirdi. Hələ də təkrar təkrar Bəşirin səsin cevirib anasına dinlətdirirdi ...
              _____29___
   Araz İrana gələrək ordakı qardaş bacılarını tapıb onlarla görüşdü . Bütün başlarından kecən hadisələri onlara danışsa da qardaş bacılar Arazı qardaş kimin qəbul etmək istəmədilər. Arazı bir gecəlik də olsa öz ata evində qonaq belə etmədilər. Yaxınlıqdakı otellərin birinə yerləşən Araz qardaş bacılarını oraya dəvət etdi. Heç biri gəlmədi. Bir tək özündən üç yaş böyük qardaşı Şahlar Arazla oteldə görüşdü , atalarının səs yazmasını və əzilmiş fotosunu ona göstərdi . 
  - Dedim inanmadız, atanız sağdır, yaşayır. Canı üstündədir siz niyə mənə inanmırsız?  
  - Deyirsən, sağlığında bir faydası dəyməyib ölüsündənmi fayda gələcək? Əə, 70 yaşım var ee, bundan sonra mənə ata lazımdır? Özüm babayam artıq. 
  - Mən faydasından danışmıram, qardaş. Mən heç onun üzünü də görməmişdim, kim olduğunu belə bilmirdim. Bir təsadüüf nəticəsində onu gördüm Azərbaycanda. 26 yaşıma qədər atamın kim olduğunu bilməmişəm. Bu günə qədər də mən onu ata kimi qəbul etmirəm heç. Siz elə bilirsiniz ki, mən onun nəsə malı, mülkü üçün buraya gəlib sizi tapmışam? Xeyir!Nəyimə lazımdır mənə atalıq belə etməyən adamın malı? Şükür Allaha! Nənəmdən , anamdan qalan mallar mənə yetir . Mənə atalıq edən Qulam atam  da məni öz qızlarından ayırmayıb, biraz sərvət buraxıb  mənə. Özümün də az yaşım yoxdur. Dövlət işində işləmişəm, pensyaçıyam, kira gəlirlərim var, özümə görə düzənim var. Nəyimə lazım xeyirsiz atanın haram sərvəti ? - Araz əsəbləşmişdi, özü -özünü sakitləşdirmək istəyirdi. Qalxıb otaqda var-gəl etdi. 
   -Yenə siz onu tanıyırdız. Siz onun az da olsa çörəyini yemisiz. Sizə deyirəm xəstəxanada can üstədir, insanlıq  xətrinə, heç olmasa gedin son nəfəsində onu  görün, ona sahib çıxın. Halalaşın. 
    Daşdan səs çıxdı Bəşirin uşaqlarından yox. Araz suyu suzulə süzülə ordan birbaşa Azerbaycana gəlib İbrahimi axtarıb tapdı. 
    Yangında ibrahim də yanmışdı . Onsuz da üzünün çapığından yaşlanmış və eybəcərləşmiş üzü indi də ağrı acıdan daha da eybəcər hala düşmüşdü. Bəzi yerləri hələ də sarıqlı idi. Bir necə gün dayısıyla bir yerdə qalıb onunla dərdləşdi. İbrahim bütün başlarına gələnləri elindən, obasından necə ayrılıb bura gəldiklərini, evləndiyi günü, ailəsindən uşaqlarından necə ayrı düşməklərini Araza danışdı. Araz məlum səbəblərə görə dayısına hirslənsə də ona yazığı gəlirdi. İbrahimin və onun ailəsinin başına gələn bütün bu olanlardan Bəşiri günahkar bilirdi. Bəşirə ata belə deyə bilmədiyi bu şərəfsizin övladı olduğu üçün özünə belə nifrət edirdi. 
   -Hec o vaxtan uşaqlarını görməmisən, dayı? 
    - Məleykəylə Habili görmüşəm. Toyda yasda... Mənimlə danışmırlar. Dayıları saxlayırdı onları. İndi böyüyüb hərəsi bir tərəfə dağılıb. Çümüşüd əmimin qızı Lala böyük qayınımın arvadıdır. Arada onunla danışırdım. Hər dəfə danışanda evinə söz söhbət düşürdü. Mən də əlaqələri tamamilə kəsdim. İstəmədim məndən ötrü yuvasına dava düşsün. O biri uşaqları anaları detdoma verib ərə gedib.
  İbrahim təssüflə başını tərpədib çayından bir qurtum aldı. 
 - Bir dəfə getdim Moskvaya-detdoma uşaqları mənə göstərmədilər. Bilmirəm yalnmı, gercəkmi, dedilər ki , üçü də evladlığa verilib. Amma inanmadım böyük uşaqlardı  . O yaşda uşaqları kim evladlıq edərdi ki, nə qədər axtardım araşdırdım, bir iz tapa bilmədim . Etdiyim səhvləri Allah necə bağışlayacaq bilmirəm . 
  - İnşallah bağışlar. Bir də bu taleyə bir alın yazısı deyək. Bəs Allah Bəşiri necə bağışlayacaq?
   Araz ilk dəfə idi ki, onun adını çəkirdi. Bəşirə nə ata, nə dayı, nə əmi deməyə belə dili gəlmirdi . 
 - Dayım bir aydan coxdur xəstəxanada can verir. Uşaqlarının adın çəkir. Mənə yalvarır onları tap gətir deyir. Halalıq alım. Deyirəm a bədbaxt , doxsanında haca gedib günahlarının bağışlandığınımı sanırsan? Hansı halalıqdan danışırsan? Hansı üznən? Burax halallığı indiyə uşaq qalar? Yoxsa indi ən balacası 70 yaşındadır, çoxdan dünyalarını dəyişib coxu. Qalan da yaşlanıb əldən düşüb. 
  - Həə elədir, getdim gördüm hamısını. 7 uşaqdan 4 qalıb. Heç onlarda bir biriylə qanlı bıçaq...
  - Bəşirin törəməsidir də, nə gözləyirik ki? Ehhh, cəhənnəm olsunlar hamısı. 
   Araya sükut çökdü, sükutu yenə İbrahim pozdu. 
   -Tez tez səni sayıqlayır dayım. Deyir Asyanın hamilə olduğunu bilməmişəm, bilsəydim heç onu buraxmazdım?
  - "Buraxmazdım" deyərkən, guya neyniyəcəkdi? Bacısı qızını özünə arvad edəcəkdi, yoxsa özü üçün istifadə edib, bezib yorulandan sonra bir mala pulla sırıyacaqdı? - Araz əsəblə yumuruqların düydüı - binamus oğraş..
   -İt kimi peşiman olub. Deyir  "ə, mən nə qədər peysər olmuşam öz bacım qızına göz dikmişəm?"
   -Bunları mənə niyə deyirsən? - Araz əsəbindən pörtmüşdü - Onu bağışlamağımı istəyirsən ? 
   - Yox əşi, onunku qalıb Allaha. Çox əziyyət çəkir. O gün həkim məni çağırıb, deyir ki , Adilxan kişı yalvarır ki, "qoymayın bu qədər əziyyət çəkim . Mənə İynə vurun ölüm bitim" . 
   - Ölmək belə haramdır ona. Gərək goru od tutub yana bu alçağın. Mən başa düşə bilmirəm sən onun haqqında niyə belə yumuşaq danışırsan? Sənin bacına sataşıb, anana güllə sıxıb, ailəni dağıdıb, qardaşın bu peysərin üzündən gənc yaşında özün asıb, atan illərlə yatalaq qalıb. Bu işin başını buraxmayacam dayı, bu ailənin arxasında dayanıb bütün nəsili bir araya toplayacam, mən inanmıram ki , bu cür pislik burda sənə və ailənə gözü kimi baxıb. Bu adam o qədər oğraş bir insandır ki -səsini qısıb başını aşağı saldı - üzür istəyirəm ifadəmə görə, o qədər şərəfsizir ki , mən ondan hər cür pislik gözləyirəm . Bəlkə də sənin yuvan bunun ucbatından dağılıb. Bilmədiyimiz şeylər var bəlkə də. 
   -Yox bala yox , Mənim arvadım özü ayağı sürüşkən idi . Mənim xəstə olmağımı, narkaman olmağımı da bəhanə eləyib, vorzakon sevgilisiylə qaçdı. Bezmişdim hər şeydən , heç arxasıyca da düşmədim.Onunla mənim işim yoxdur. Amma balalarımı görmək istəyirəm. Sabah bir gün dayımın yaşadıqlarını mən yaşayacam. Öləndə bir uşağım tapılmayacaq ki, mənə sahib çıxsın .
  - Dayı vallah burda bir şey var . İnanmıram ki , bu cür pis bir adam, ordaki pisliklərini orda buraxıb bura peyğəmbər övladı kimi gələ. 
    -Yox dayı qurban. Sən onu tanımırsan, burda hamı onun xətrini çox istəyir, müharibə vaxtı cox yetim, yesirin əlindən tutub. Düzdü lotu kişi idi , kefindən damağından qalmazdı. Amma dili vardısa da, dilçəyi də vardı . Sən onu tanımırsan onunla yaşamamısan, tanısan onun haqqında belə deməzdın . Nəysə dur gedək ! 
  - Hara? 
  - Xəstəxanaya, onunku Allaha qalıb daha, heç olmasa son nəfəsində yanında olaq. 
  - Mən bura onu ziyarət etməyə gəlmədim .
   - Bəs nəyə gəldin? 
 -Dedim axı, bu işi belə qoymaram. Mən bura bu ailənin keçmişini araşdırmaga gəlmişəm. Dağılmış bir nəsili bir yerə toplayacam. 
  - Boşuna xəyal qurursan Araz!
  - Mən medya işçisiyəm , araştırmaçıyam, tarixçiyəm,bu mənim üçün iki vur ikidir. Sadəcə mənə bir balaca ip ucu göstər dayı, qalanını mənə burax ...
   - Hələ gedək, dayımın yanına, bütün şiirlər onda yatır. Məncə o ölmədən onunla danışmalısan. 

    Şəhər mədəniyyət sarayında böyük bir tədbir vardı .Tədbirdə ölkənin mədəniyyət və incəsənət xadimləri ilə bərabər, görkəmli şəxsiyyətləri, alimləri də iştirak edəcəkdilər. Bütün  məktəb, unversitet və içtimai, iaşə obyektləri tədbirə cəlb edilmişdi. Tədbir saat 3 də baş tutacaqdı. 
    Necə gün idi ki , Bahar Meləykəni heç bir yerdə görmürdü. Nə kitabxanada nə də klubda . İşlədiyi məktəbə gedib onu orda da axtarmışdı. Məktəbdən icazə alıb Bakıya getdiyini demişdilər. Məleykəyə necə alışmışdısa onu bir gün görməyəndə darıxırdı . 
    Dərsdən birbaşa yataqxanaya gedib əynini dəyişib cıxacaqdı. Yemək yeməyə zamanı olmadığından mədəniyyət evinin bufetində bir şeylər atışdırmağı pılanlaşdırırdı. 
   Dayanacağa gəlib avtobusu gözlədi. Biraz irəlidə idman geyimli, uzun və  qıvırım saçlı, sacları jelelenib arxadan toplanmış orta boylu dolu bədənli bir oğlan dayandı. Oğlan buraların adamına bənzəmirdi. Bu tib insanları Bahar televizorda şou biznes aləmində görmüşdü. Ağ idman şalvarı eyninə geniş olsa da altdan geyindiyi yaşıl qolu qısa adidas qoftası bədəninə kip otururdu. Bu situl oğlanın bədəninin bütün əzələlərini qabardaraq onu daha şık və yaraşıqlı göstərirdi. Ayağındaki idman ayaqqabıları o zamanın klassik dik daban, uzunburun ayaqqabılarından seçilirdi. Hava soyuq olsa da qollarından boynuna bağladığı idman caketindən bu adamın bura adamı olmadığı anlaşılırdı . Bu cür geyim veə sitil Bakıda belə çox az az adamlarda görünərdi  Dayanacaqda dayanmış tələbə qızlar o cümlədən rəfiqəsi Sevda oğlana baxıb pıçıldaşıb danışır , bəziləri də oğlanın diqqətini çəkmək üçün yüksəkdən deyib gülüşürdülər. Hələ söz atanlar da var idi. Oğlanın üzündəki təbəssüm və məmnunluq onu daha da məğrur göstərirdi. Görünür qızların ona ilişməyi, elə onun da ürəyincə idi. Oğlan dayanacaqdakı köşkə yaxınlaşıb, bir rus jurnal alıb dayanacaqdan biraz aralıda dayanıb jurnalı vərəqlamağa başladı. Bahar da bu yaraşıqlı oğlanın görkəmi qarşısında özünə hakim ola bilmirdi , qızlarla söhbət etsə gözü bu oğlanda idi. Oğlan Bahara cox tanış gəlirdi. Amma kim olduğunu, harda gördüyünü anlaşdıra bilmirdi. Qızların ona söz atmalarını, gülmələrini vecinə almayan bu oğlan kənardan eqoist birinə bənzəyirdi. Baharın yanındakı qızlar çox gözəl, son dəbli və cəsarətli qızlar idi. Bu qızlarla tanış belə olmaqdan ötrü bəlkə də unversitetin bütün oğlanları dəridən qabıqdan çıxırdı. İndi bu eqoist oğlan gözün qaldırıb gözünün uçu ilə kimsəyə belə baxmırdı . 
   Avtobus ləngiyirdi. Şimaldan əsən külək deyəsən öz işini görmüşdü . Oğlan elə indi üşüdüyünün hiss edib nəhayyət boynundan bağladığı jaketini açıb əyninə geyindi. Zincirini çəkib yarıyacan yaxasını bağladı. Saata baxdı. Avtobusun gecikməsi deyəsən səbrini daraltmışdı. Təkrar jurnalı vərəqlədi . Ovurdlarını havayla doldurub təkrar havaya buraxdı. 
   Budur avtobus ağır ağır dayanacağa yaxınlaşdı. Oğlanın arxa qapıdan avtobusa mindiyini görən qızlar ozlərini arxa qapıya verdilər. Sevda ilə Bahar isə ön qapıdan minərək öz yerlərini tutdular. Avtovus tıxa bas dolu idi. Sərnişinlər yerlərini tutduqdan sonra avtobus hərəkətə gəldi. Basabasda tək ayağının üstündə güclə dayanan Bahar o biri ayağını qoymağa yer axtarırdı. Bir əli tutacaqdan, bir əli Sevdanın qolundan asılı qalmışdı. Sevda ilə üzbə üz idi. Arxasında  dayanan adamdan gələn xoş və bahalı kişi etri bütün beyninə dolmuşdu . Sevdanın gözü qaşı oynayırdı. İşarətlə Bahara bayaqkı oğlanın onun arxasında olduğunu deyərək gülümsəyib onunla zarafatlaşırdı. Sevdanın şit və işarəli zarafatlarından utanıb qızaran Bahar maşında özünə yer tapa bilmirdi. Oğlana dəyməmək üçün yerində tez tez dönür yenə də rahat ola bilmirdi. Hər yerində döndükcə boynundakı şərfin boğazını sıxdığını hiss edirdi. 
  Çox keçmədi ki, avtobus dayandı. 
   - Pardon, bir dəqiqə icazə verin,  düşəcəm! - deyə oğlan yavaşca Baharın çıyninə toxundu . 
  Bu eqoist oğlanın dilində "Bağışlayın və ya üzür istəyirəm " sözü  "pardon" - a çevrilmişdi. Avtobusdaki bütün hamını bu eqoist oğlanın danışığı, hərəkəti cəlb etmişdi. 
   Bahar yana burulub oğlana yol verdi . Oğlan ondan uzaqlaşdıqca Baharın boynundakı ipək sapla hörmə saçaqlı şərf dartılıb onu boğurdu. Bahar diqqət etdi. Şərfin saçaqları oğlanın jaketinin zincirinə ilişmişdi. Oğlan qapıya tərəf getdikcə boyundakı şərfi də özüylə dartırdı. 
  - Eey bir dəqiqə, ayy... şərfim !!!
  - Ay şofer kimi gözləyirik sür dəə! 
  - Nolub ə, gözlə də bir! Düşən var.
   - Nə qışqırırsan ə, qabağında uşaq var?
   - Ay qardaş, tez ol daa, işimiz güçümüz var tələsirik axı - yer yerdən səslər bir birinə qarışmışdı. 
   -Pardon, məndən aşılı bir şey yoxdur. Qızın yaylığı ilişib zamoğa. 
   - Pardonuna qurvan, al qızı da düş aşağıda neynirsən eliyərsən də - orta yaşlı bir kişi onu qapıya doğru itələdi. 
  Avtobusda narazılıq, səs küy yüksəlmişdi. Biraz daha ləngisəydilər avtobusda dava düşəcəkdi. Məcbur Bahar ya şərfindən keçməli idi, ya da avtobusdan düşməli idi . Qızlar da, o cümlədən Sevda da artıq Baharla bu tanımadığı oğlana söz ataraq gülməyə başlamışdılar. Bahar oğlanla bərabər aşağı düşsəydi, sabah initsitutda qızların ağzında söz yeri olacaqdı. Odur ki, tez şərfi boğazından açıb oğlana uzatdı . 
   -Düş qaqaş, düş ! Camaat səni gözləyir. 
   - Bəs şərfiniz? 
   - Eybi yox , sizdə qalsın. Məndə başqası var ...
    Avtobusdakı qadınlar vurub oğlanı avtobusdan saldı. Sevda da fürsət edib şərfin bir ucundan tutub oğlanın arxasıyca özünü onun arxasınca maşından atdı. Oğlan öz yol pulusu ilə bərabər Baharın da pulunu verdi : 
  - Düşərsiz ! 
  Avtobus hərəkətə gəldi. Maşının pəncərəsindən oğlana baxdı . Elə bil canının yarısını oğlana verib gedirdi. Çox pərt olmuşdu . Oğlan əlindəki şərfı avtobusa tərəf uzadıb, pəncərədən Bahara baxırdı. Şərfin saçağı hələ də  oğlanın zincirində idi . Sevda da avtobusun arxasınca gülərək Bahara əl sallayırdı. 

    Arazla İbrahim palataya girəndə içəridə bir neçə adam var idi. Bəşirin carpayısının ayaq hissəsində çadralı bir qadın oturmuşdu. Bir kişi də Bəşirin carpayısının yanında qoyulmuş stulda əyləşmişdi. Araz kişini tanıdı. İranda oteldə görüşdüyü qardaşı Şahlar idi. Arazdan sonra vicdanı əl verməyərək özündən balaca bacısını da götürüb Azərbaycana gəlibmiş. Arazın verdiyi adresə gələrək yanıb kül olmuş evi görüb. Qonşuların köməkliyi ilə xəstəxanaya gedib Bəşirlə görüşüblər. 
    Bəşirin vəziyyəti çox pis idi. Səsi xırıldayırdı. Nə dediyi anlaşılmırdı. Demək olar ki , Bəşir canlı ölüydü. Sadəcə yanıq və yaralı üzünün arasında bir cüt gözlərində həyat əlaməti var idi. Yanıb ütülmüş başının dərisi, qaşı və qöz qapaqları sallanıb gözünün üstünə düşürdü. Yanıb ərimiş ağız və üzündən dişsiz damağı və yanağının almacıq sümüyü görsənirdi . Vücudu yanığın təsirindən və dərmanlardan leş qoxuyurdu . Yanıqları su verərək üstünə salınmış ağ mələfəni sarı ləkələrə boyamışdı . Bundan sonra bu insanın yaşaması mümkün deyildi . Öləcəkdi ölməsinə, ancaq ölə də bilmirdi. Sanki Allah onu bu dünyada çəhənnəm atəşinə salıb ona işgəncə verirdi. Ağzındakı dili ilə özünə ölüm arzuladırdı . 
   Bəşirin bu vəziyyətdə çox yaşamayacağını, öləcəyini həkim də İbrahimə demişdi. 
   - Burda qalmağın adı yoxdur . Götürün aparın!  Bizlik bir şey yoxdur. 
  - Ay doktor başına dönüm hara aparım . Kimi kimsəsi yoxdu. Evi yanıb, onu belə bir vəziyyətdə kim evinə qəbul edər axı? 
   - Amma belə bir xəstəni burda saxlamağa ixtiyarımız yoxdur. Bu adam ölüm yatağındadır. Günü nə zaman dolsa o zaman gedəcək . Aparın yaxınları ilə halallaşsın. Ya da baş həkimlə görüşün , danışın . İcra hakimiyyətinə müraciət edin , bir köməklik göstərsin. 
  Bəli, Bəşir beləcə ölən günədək xəstəxanada qalacaqdı. Öldükdən sonra isə rayon dini və sosial  idarəsi tərəfindən kimsəsiz kimi qeydə alınaraq dəfn olunacaqdı. Belə urvatsız ölümü Bəşir heç zaman özünə arzulamamaışdı . Ucundan qulağından bu barədə eşidib çox pis olmuşdu. Yarasının ağrısı bir yana vicdanının ağrısı onu zar zar zarıdırdı . 
  - Mənim kimi insana bu da azdır. Gör nə qədər murdar olmuşamsa Allah öz evimdə ölməyi də nəsib etmədi mənə, o qədər murdar olmuşam ki, iki metrə torpağım da yoxdur. Dinsiz kəfənsiz gedəcəm. Hardadır ay Bəşir, gündə birinin evində gecələdiyin haxciklər ? Hanı ay Bəşir, üç arvaddan olan yeddi övladın? Hardadır Arazın? - deyə bütün günü xırıldayıb ağı deyib ağlayırdı . 
    Arazla İbrahim gələndə də yenə ağıt deyib ağlayır, çadralı qadın da ona qoşulub içini çəkirdi. İçəridə Bəşirin ovladlarından başqa bi neçə kişi də vardı. 
  Qapı açılınca hamının diqqəti qapıya yönəldi. Araz kənd  camaatıyla  kecən dəfədən tanış olmuşdur. Odur ki, ədəb ərkanla hamıyla salamlaşıb görüşdü . Ən son qardaşıyla qucaqlaşdı. Bacısı ayağa qalxıb göz yaşları içində Araza sarıldı. Çox təsirli bir görüntü idi. Araz qolunu açıb qardaşını da, bacısını da bağrına basdı. Ürək dağlayan bu doğma üçlüyə yanmış sifətdən bir cüt yaşarmış göz baxırdı. Ərimiş dodaqları səyirir, yanıq üzündə görsənən qaralmış yanaqları dartılırdı. Hiss olunurdu ki , Bəşir ağlayırdı. Ziyarətə gələnlərin boğazlarında gəhər düyünlənmiş, bəziləri isə üzlərini yana tutub gözlərini sıxıb , qurulayırdı. 
     
   Bahar bufetə girib piştaxtın önünə keçdi . 
  - Salam Adilə xala, necəsən? 
  - Sağol, ay mənim gözəl qızım , xoş gəldin. 
   - Xoş günün olsun- içəridən gələn peraşki qoxusunu içinə çəkib, anidən nəfəsini buraxdı. Dəzgahın üstünə qoyulmış salfetkanı götürə, götürə :
   -Ohh nə gözəl qoxusu var. Mənim  Adilə xalamın peraşkilərindən yoxdur daa. peraşkilərin ləzətlidir, Adilə xala. allah haqqı bunların ləzətindən mən  doymuram axı. Əlin qolun ağrımasın. Ver, ver dörd dənə . Acından ölürəm . Bir dənə də dovğa. Bəh bəh harda var Adilə xalamın peraşkisindən, əlləriylə bişirdiyi Gəncə dovğasından. 
   Baharın tərifləri bufetçi qadının ürəyinə yağ kimi yayılırdı. Peraşkiləri boşqabda dəzgahın üstünə qoyub, dovğa gətirməyə getdi. 
   -Nuş olsun başına dönüm, halal xoş. 
  Bahar bol qara istiotlu, xırda kişniş doğranılıb içinə qatılmış açikadan boşqabının bir kənarına qoyub, tabağını yaxındakı masaya qoyub dovğasını almaq üçün geri döndü. 
   - Zəhmət olmasa bir düşes, bir kojik, birdə kakaolu pryanik ... 
  Eyni anda da Bahar : 
  - Adilə xala, sən canı, bir dilim də çörək ver dovğanın yanında - deyəndə yanında korjik , pryannik və limonad sifariş verən oğlana baxdı. İkisi də eyni anda :
   - Siz!!! - dedi . Bahar tez gözlərini yayındırıb üzünü bufetçi qadına tutdu . Bufetçi qadın əlində sifarişlər dəzgaha doğru gəlirdi . Sifarişlər Baharın sifarişi deyildi . Onsuz da bayaq avtobusda olanlardan pərt olmuş Baharın bu dəfə üzü döndü . 
  - Adilə xala, növbədə mən idim. Zəhmət çəksin hər kəs sırasını gözləsin. Oğlan açıq və buruq saçlarını əlləri ilə geri tumarlayaraq gülümsəyib başını aşağı saldı.
   -Bahar, axı biz qonaqpərvər xalqıq , birinci qonaq sonra biz -  bufetci qaşın gözün oynadaraq Bahara him elədisə də Bahar sözündən dönmədi :
  -Nə qonaq, mən ondan əvvəl gəlmişəm e, tələsirəm
   -Buyurun Habil müəllim - bufetci Baharın nə dediyinə əhəmiyyət verməyərək sifarişləri ona uzatdı - nuş olsun !
   "Habil müəllim?" Ad tanış gəldi. Eyni zamanda da gülməli, bu yaşda bir gənc oğlana müəllim adı yaraşmırdı. Mataqlıdır, adı hardasa eşitmişdi Bahar, institutda?müəllim deyildiyi üçün demək müəllimdir, ama harda? Bu afı harda eşitmişdi görəsən?Məktəbdə, unversitetdə, praktikada? Yox  ... bəs harda ...
   - Eyy, Bahar yaman fikirə getdin . Al dovğanı da, çörəyini də. 
  -Hə... bağışla. Bu dəqiqə-deyərək özünü tələsdirdi. Dovğasını dlıb keçib yerində oturdu. Habil pəncərənin qarşısına keçib hündür bufet masasının arcxasında ayaq üstə dayanaraq korjik və limonadını yeyib içirdi. Bayaqdan yemək davası edən Bahar isə tənbəl tənbəl bu uzun, dalğalı saçlı oğlana baxıb onu xatırlamağa çalışırdı. 
   Oğlan üstünü dəyişmişdi. Bayaqkı geyimin tam əksinə klassk bir kostuyum geymiş ağ köynəyinin üstındən tünd mavi, üstü ağ xətli ipək qalustuk taxmışdı . Kostuyum əyninə qutu kimi dururdu . Bayaq idman stilində bir başqa görünürdüsə də indi də tamam başqa görünürdü . O geyimdə də, bu sitildə də Habil yerli camaatdan seçilirdi. Adı da özü də ona tanış gəlirdi. Ama kim olduğunu xatırlaya bilmirdi . 
  -Ay Allah, mən bunu harda görmüşəm axı, yadıma sala bilmirəm də? Görəsən şərfimi neylədi, görəsən şərfi soruşum bundan ya yox?- Deyə öz özunə içində sorğu suala başladı. Qarışıq fikirlər içində idi. 
  - Harda görmüşəm ee bunu ? Bəlkə kitabxanada ...
   Meleykə yadına düşdü. Kitabxanada bərabər olduqları günləri xatırladı.
  -Bu hardadır ee gelib çıxmadı. Neçə gündür darıxdırdı məni- Dovğadan bir udum alan kimi Məleykənin evində komodun üstündəki şəkillər gözünün qabağına gəldi.İçdiyi dovğa boğazında qaldı. Öskürməyə başladı. Öskürəyi kəsməyincə Habil dönüb ona baxdı. Əlindəki kojik və düşes butulkası onun masasına yaxınlaşıb salfetkanı götürüb ona uzatdı . 
   -Hamısı sənin, nuş nuş....halal olsun!- deyib onun kürəyinə vurdu. 
   Gözləri qızarıb yaşarmış qız özünü ələ almağa çalışsa da hələ də öskürürdü . 
   - A bala, al bu suyu ver qıza , boğuldu ki, yazıq. 
   Habil cəld tərpənib bufetçidən suyu alıb gətirdi. Bahar suyu Habildən almaq istəsə də Habil stəkanı ona verməyərək özü suyu Bahara içirtdi . 
   -Ooo, bu nə sürpiriz, burda böyük aşklar yaşanırmış, şərf də bəhanəymiş? - Sevda əlində Baharın şərfini oynada oynada nazla onlara tərəf gəlirdi. Sevda haqlıydı, Baharla Habilin belə səmimi davranışlarını kənardan baxanlar yanlış anlaya bilərdi. Özünü ələ almağa çalışsa da bu dəfə Sevdanın kinayəylə deyilmiş  sözləri boğazını tıxatdı. Sevda Bahargilə yaxınlaşıb şərfi hirslə masanın üstünə atıb tərs-tərs onlara baxdı : 
 -Mən qaratikan olmayım aranızda. Şərfini gətirdim , artistlik eləyib avtobusdan düşmədin. Ama mən cəsarətli çıxıb şərfini qurtardım - gülüb bic-bic onlara baxdı.
   - Bilirsiz də yaylıq ayrılıqdır, şərfin Habildə qalsaydı ayrıla bilərdiz - Sevda kinayəylə güldü. 
   -Nə sayıqlayırsan sən, görmürsən boğulurdum ? - Bahar pərtlikdən və Sevdanın sözlərinə əsəblərini tuta bilmirdi. 
  - Boo ay Habil, həkim olduğunu deməmişdin axı - Sevda hələ də gülməyə davam edirdi. Sevdanın Habilin adını belə səmimi çəkməsi Baharı çaşdırmışdı. Odur ki, Sevda davam etdi - Həə ,bu arada, Habilnən bayaq tanış olduq , nəzakətli , centelmen oğlandır - gözlərin süzdürüb qapıya döndü . 
   -Tədbir başlayır aa xəbərin yoxdursa xatırladım. Foyedə adam qalmayıb hamı yerin tutub. Siz də yeqin bir yer tapıb bərabər otırarsız - deyib Sevda naz və ədayla bufetdən çıxdı. Bahar hələ də öskürürdü. Peraşkiləri qabağında qalmışdı. Tələsik şerfini boynuna asaraq qabını götürmək istədi. 
  - Habil , mən bu arada...- deyə Habil əlini ona uzatdı: 
  -  Bahar ...-  Bahar ona cavab verib qabını götürüb dəzgaha tərəf döndü. Habilin əli havada qalmışdı. Baharın arxasıyca baxıb salamlaşırmış kimi əlini havada yellədi :  
   - Azərbaycanın dəyişilməz tanışlıq qaydası , əl tutulmadan özünü təqdim etmək ... Şad oldum, Bahar xanım ...

  Sabahımı qara xəbərlə açmışdım. Baharın whaatsat mesajındakı qara xəbər fikirlərimi alt üst etmişdi . Araz dayı 89 yaşında dünyasını dəyişmişdi. Cənazəylə əlaqədar Bahar Ankaraya gələcəkdi . Mənimlə görüşmək istədiyini deyirdi. Təssüf ki, mən Ankaradan Rizəyə yenicə gəlmişdim . Təkrar Ankaraya dönüşüm çətin məsələ idi. qrupumuzda oxucularıma keçən bölümün rəylərində Baharın hüzününü, Arazın dünyasının dəyişməsini dərin hüzünlə oxucularıma da bildirmişdim . Oxuculardan gələn sms və rəylərdə də Araz dayı haqqında təssüf dolu xoş fikirlər səslənirdi. Araz dayı oxucularımın xatirəsində çiləkeş bir qəhrəman kimi yer tuturdu. Arazı kişinin vəfatına çox üzülürdüm . Bu insanı görməsəm də elə bilirdim ki, yaxın , çoxdan tanıdığım bir əzizimi itirmişəm . Allah rəhmət eləsin ! Məkanın cənnət olsun Araz dayı! 

              ____ 30 ____

    Bizim yerlərə qış tez gəlir. Uzaqdan görünən Ovit dağı bəyaz gəlinlik geymişdi. Noyabrın ilk günləri idi amma soyuq buz kimi kəsirdi. Zalın yuxarı başında yanan "uyuyan soba" gecə gündüz isti olurdu. Sobanın  yanındakı kresloda büzüşüb oturaraq bir gözüm televizorda bir gözüm oxucularımın suallarını cavablayaraq romanımın davamını yazırdım. Arada bir sobada yanan şabalıd ağacından olan odun partladıqca yerimdən dik atılır, etrafa göz gəzdirir, təkrar yazırmağa davam edirdim. . 
   - Ooo, maşallah, bu romanın seni benden almış artık , Feridanım -  deyərək yoldaşım dalıb getdiyimi görüb arada mənə söz atırdı. 
   - Ee Hüseyin bey, bilmiyormuydunmu yazar bayan aldığında olacağı buydu?
  - Vallaha seni hikayene kıskanıyorum aa ...
    Nə Hüseyin bəyin qısqanclıqları nə də şirin zarafatları məni bu yazımdan döndərə bilmirdi ...

                        *****
   Araz və Şahların təkidiylə  Bəşirin otağını bir nəfərlik bir palataya dəyişmişdilər. İlin günün bu zamanında Qarabağ kimi bir yerdə xəstəxanada bir nəfərlik palata tapmaq müşkül məsələ idi. Arazın tələbi burda işə yaramışdı. Rayon İcra Hakimiyyətinə gedərək bu məsələni gündəmə gətirmişdi. 
   - Cənab başçı, Özüm Türkiyədə yaşayıram. Qardaş baçılarım da İranda. Buzim valideyinimiz evində yanıb ölümlə pəncələşir. Xestəxanada 4 nəfərlik palatada yerləşdirilib. Özü zamanında bu vətən üçün böyük xidmət göstərib, keçmiş ittifaqın qabaqcıl kolxoz, sədrlərindən biri olub. Hadisəni eşidən, tanıyan bilən hamı onu ziyaret etmək üçün gəlir.. Bu da palatadakı başka xəstələrin narazıcılığına səbəb olur. Yaralının evi yanıb kül olmuş və yaxında da başqa bir qohum əqraba yoxdur ki, bu yaralını onun evində yerləşdirək. Bizim də  evimiz xaricdə . Xəstənin ziyarətciləri ilə rahat şəkildə görüşə bilməsi üçün xəstəxanada ona balaca da olsa otaq ayrılması ücün sizdən rica və təvəqqə edirəm. 
 Araz xəstəxanaya gəldiyində artıq Bəşirin palatası dəyişdirilmişdi. 
   Bəşirin uşaqlarının meydana çıxması Bəşirin də ziyarətçilərini artırmışdı . Bütün mahal onlarla maraqlanırdı. Əslində xəstə ziyarəti bəhanəydi.Gələn onları görməyə gəlirdi. Yanına kim gəlir, kim gedir Bəşirin heç bir şeydən xəbəri yox idi. Bəşir özündə deyildi. Yaddaşı, huşu gedib gəlirdi. Ağ xalatlı birini görən kimi, arxasınca yazıq yazıq zarıyır, 
   -Nolar, bir iynə... ölmək istəyirəm, onların üzünə baxa bilmirəm, nolar məni bu işgəncədən qurtarın. Qara torpaqda gizlədin məni, öldürün məni...
   Bəşirin vicdanı üzünə durmuşdu. Xəcalətindən uşaqlarının üzünə baxa bilmirdi. Uşaqlarının başı söhbətə qarışdığında onları gizlicə süzər, əlini havaya qaldırıb sanki onlara toxunurmuş kimi hərəkət edərdi. Uşaqları ona baxan kimi əlin yanına salar, üzün yana çevirərdi. Bütün günü dodaqlarının altında nəsə pıçıldayar, xırıltılı səslə öz aləmində nəsə əcaib bir şeylər söyləyərdi. Bəşir nə qədər qəddar olsa da, nə qədər öz şərəfsizliyini boynuna alsa da belə vəziyyətinin Allahın  ona gözgörəsi cəza verdiyini desə də yenə də, Arazın ürəyi onun acılarına dözmürdü. İllər boyu üzünü görmədiyi atasına ürəyində nələr məhkəmələr qurmuşdu. Nələr ittihamlar irəli sürmüşdü. Beyni hakim olub ,Bəşirə ən ağır cezaları kəsmişdi. İlahi ədalət... Allah ən ağır, və ən layiqli cəzanı lap yerində verirdi. Arazın atasına verəcəyi cəza bunun yanında kar qalırdı. Bir zamanlar atasına cəza istəyən Arazın ürəyi indi vəkil olub Allahından onun günahlarının bağışlanmasını istəyirdi...
    
   Bahar salona keçib Sevdanın yanında oturdu:
   - Nə olub Sevda? O nə sözlər idi, atmacalı kinayəli?
  - Heç əşi, işinə bax !  
  - Nə işinə baxe , indi o oğlan səhv başa düşəcək 
  - Nəyi, Şərfi bilərəkdən onun zamoğuna ilişdirməyini? Yoxsa bufetďə laqqırtı vurmağını. 
  - Bax, sən belə səhv başa düşürsən 
  - Əziz dostlar, hörmətli qonaqlar!... - gecənin spikeri səhnədən qonaqları salamlayaraq gecəni açıq elədi. Zaldakı uğultu bir anda kəsdi. Hər kəsin diqqəti spikerə cəmlənmişdi . Sevda Baharı eşitməyirmiş kimi diqqətini səhnəyə yönəltdi. Spiker uzun uzun şəhərin ziyalılarından,  şəhərdəki yeniliklərdən danışdıqca yerdən alqışlar qalxırdı. Sevda tikanlı sözlərlə Baharın keyfini  qaçırtmışdı . Əlləri salondakılara qoşulub spikeri alqışlasa da üzündən düşən min parca idi. Günah üstündə tutulmuş adamlar kimi, utandığından başın qaldıra bilmirdi. Udquna, udquna qalmışdı. Sevdayla nə qədər yaxın olsa da onun dikbaş və tikanlı atmacaları, ikibaşlı zarafatları həmişə onu narahat edirdi. Düzdür, Sevdanın onunla zarafat etdiyini bilirdi. Amma  bunu elə tonda, elə üz ifadəsiylə edirdi ki , zarafatı gercəkdən seçilmirdi. Bəzən "sözün düzün zarafatda deyərlər "məsəli qulaqlarında cingildəýərək onu bu qızdan ehtiyyatlı olmağa xəbərdar edirdi.  
  - Eziz dostlar, və dəyərli qonaqlar.  Bilirsiniz Gəncə Texnalogiya Unversitetinin məzunu , universitetimizin dəyərli profesorlarından olan Hikimət müəllimin yetirməsi olan, Almaniya  Bavyera əyalətinin cənub - qərbindəki Augsburg şəhrində fəaliyyət göstərən , kamputer istehal edən fabriklərinin  birində  yüksək vəzifədə çalışan , 800 nəfərlik bir kollektivə başçılıq edən, fəxrimiz, şərəfli adıyla ölkəmizi xaricdə tanıtdıran, bayrağımızı, səviyəmizi , xalqımızı dünyaya tanıtdıran gözəl təmsilçimiz, görkəmli alim Habil Ələsgərovu sizə təqdim edirəm . Buyurun Habil müəllim ...
   Eşitdiyi təqdimatdan qulaqlarına inanmırdı. Bu təqdim edilən adam Məleykə müəllimənin qardaşı Habil idi.
   Ön cərgələrdəki yüksək vəzifəli şəxslər və unversitetin dekan və müəllim kollektivi arasında oturmuş Habil ayağa qalxıb salondakılara baş əyə əyə xitabət kürsüsünə yaxınlaşdı. 
   Sevda da Bahar da oturduqları yerdə donub qalmışdı. Yer yerdən hamı ayaq üstə  Habili alqışlayırdı. Sevda Bahara təcüblə baxır, başı ilə nə olduğunu , nə baş verdiyini işarətlə Bahardan soruşurdu. Camaata qarışıb o da alqışlara qoşuldu. Bir Bahar yerindən tərpənmirdi. Elə bil, qarşısında dayanmış adamlar arasında gizlənirdi . Demək , təsadüfi görüş və tanışlıq bu alimlə onu görüşdürübmüş . 
    Ön cərgələrdən müəĺlimlərin arasında Məleykəni gördü. Elə bil ən yaxın bir adamını görürdü. Sevincinin həddi hüdudu yox idi. Kənardan ona diqqət edirdi. Çox qürurlu görünürdü . 
  - Amma öz aramızdır aa, belə qürür yaraşır Meleykəyə. Mənim də belə bir qardaşım olsa qabağımda kimsə dayanmaz - deyə qibtə hissiylə həm Habilə, həm də  Məleykəyə baxdı. Məleykəylə ilk tanış olduğu gün yadına  düşürdü. Həmin gün Məleykəyə nə qədər hislənmişdi ...
    Habil cıxışını bitirib alqışlarla yerinə keçdi. Məleykənin yanında oturdu. Bahar uzaqdan onları seyr edir,  sözün yaxşı mənasında  bu bacı qardaşa həsəd aparırdı . 
   Tədbirin sonuna az qalmış ayağa qalxdı. Yanındakılardan üzür istəyib bayra çıxdı. Evə getmək istəyirdi. Özün yaxşı hiss etmirdi. İçində özünə məxsus olmayan bir hisslər baş qaldırmışdı. Nə hiss etdiyini özü də başa düşmürdü . Kiminləsə oturub dərdləşmək istəyirdi. Səkinin kənarındakı telefon külübəsinə girib qapını örtdü. Burdan sakit yer ola bilməzdi. Həmişəki kimi burda telefonla danışmaq bəhanəsiylə özüyllə dərdləşəcəkdi.
   Payız son günlərini yaşayırdı. Çılpaqlaşmış ağacların təpəsindəki saralmış yarpaqları külək qopararaq ağuşuna alıb , bir müddət havada fırladıqdan sonra harasa uzaqlara aparırdı. Bu mənzərə içində bir düşüncə yaratdı. Eyni zaman da da özü də səbəbini bilmədən ağlayırdı. 
  - İnsan da bu yarpaqlar kimidir. Həyat da külək kimi. Ağac doğmaları, yaxınları. Həyat adlı rüzgar, insanları doğmalarından qoparıb bax beləcə atıb tutar sonra isə Allah bilir ya kiminsənin ocağına atar, ya kiminsə ayaqları altına, ya da harasa uzaqlara uçurar. İnsan ömrü bax bu yarpaq qədərdir ...
   Bahar yanılmamışdı. Nə biləydi ki , düşüncələri ilə öz yarpaq  ömrünü çizirmiş ...
   Burda nə qədər qaldığını bilmədi. Payızın və axşamın soyuq havası küçəni də seyrəkləşdirmişdi. Telefon klübəsinə də yaxın gələn yox idi. Odur ki, buradə həm soyuqdan qorunub həm də özüylə baş başa qala bilmişdı.
    Telefon butkasının qapısı döyüldü . Kimsə telefonla danışmaq üçün sıra gözləyirdi. Üzünü telefon aparatına tutub gizlincə gözünün yaşını silib guya telefonda kiminləsə sağollaşırmış kimi sağollaşıb çıxdı . 
    Üzünə dəyən soyuq külək onu diksindirdi. Bayaq Sevdanın bufetdə verdiyi ipək şərfi boynundan alıb alnına sardı . Uşaqlıqdan onda bir problem vardı. Alnına soyuq dəyən kimi qrip olurdu . Harası üşüyürsə üşüsün bir alını üşüməsin ...
  Hava qaralmışdı.Mədəniyyət evindəki tədbir də bitmişdi. Günorta da ən çox sevdiyi peraşkilərini yeyə bilməmişdi . Çox aç idi. Qızlarla qaldığı otaqda yemək varıydımı, yoxuydumu Allah bilir! 
   - Gedim görüm bufet bağlanmayıbsa bir iki peraşki alım, yoxsa acından ölərəm. 
    Mədəniyyət sarayından bayıra çıxan camaatı yarıb içəri keçdi . Bufetə gəldi. Bufetdə təmizlik işləri gedirdi. İş saatı bitdiyindən yır- yığış başlamışdı : 
  - Adilə xala... 
  - Haycan! 
  - Acından ölürəm, peraşki qalıb? 
   -Yox ay bala bu saata peraşki qalar? 
  - Ooff ... yeməyə nə var bəs?  
  - Heç nə ay bala, iş saatı qurtarıb. Ancaq kojik - mojik ...
   - Yox ee onnan doymaram -  təssüflə başını yırğaladı . 
  - Dovğa da qalmayıb? 
   Bufetçi qadın başını silkələdi. 
   - Yaxşı gedim görüm dükannan qatıq, çörək alım barım - Dönüb çıxmaq istəyəndə  Arxasında Habili gördü. Gülümsər  və süzgün baxışlarla onu süzürdü. Özünü itirdi, baxışları baxışlarında donub qaldı . Niyə onun baxışlarından sallanıb qalmışdı ,özü də bilmirdi. Sağa çəkilib keçmək istədi . Həmin anda da Habil ona yol vermək üçün Baharın çəkildiyi istiqamətə çəkildi, Bahar onun yolunu kəsdiyini görüb bu dəfə sola çəkildi. Habil də hərəkətə keçib özündən asılı olmayaraq Bahara yenə maneə oldu . Bahar özünü toparlayıb : 
   - Yol ver də ... Nə baxırsan, məni güdürsən?- deyə kobudcasına dilləndi
   - Yoox, növbəmi gözləyirəm. Bayaq növbədən kənar gəlmişdim hirsləndiz , indi də növbə gözləyirəm yenə hirslənirsiz. İndi mən neyləyim, xanım qız? - deyə Habil şirin şirin Bahara baxıb gülümsədi. 
   Utandığından yanaqları lalə kimi qızardı Baharın . Habilin yaxasından itələyib bufetdən çıxdı. 
   - Bir dənə siqaret verin - Habil heç nə olmamış kimi bufetçiyə döndü. 
   Bahar çox pərt olmuşdu. Ayaq tutduqca qaçırdı. Yolu kecib dayanacağa gedəcəkdi ki , dayanacaqda Aqili gördü . Onunla bir yerdə olmaq, bərabər yol getmək ağılsızlıq olardı . Dayanacağa çatmadan geri döndü. Mədəniyyət evinin qarşısında qoyulmuş böyük dibçəyin arxasına keçib gözlədi.Bir gözü dayanacaqda Aqildə bir gözü sarayın qapısında idi . Allaha yalvarırdı ki , belə bir zamanda Habil gəlməsin . Onsuzda  onun üzünə baxacaq halı yox idi . 
 -Bahar? Neynirsən burda?
  Məleykənin səsi gəldi. Gözlərini yumub alt dodağını dişlədi. Cinayyət üstündə yaxalanmış canılər kimi özünü itirdi. Ürəyində: 
 - Bu hardan çıxdı? - dedi 
 - Sən tədbirdəydin? Bəs mən səni niyə görmədim?- Yaxınlaşıb Baharın üzündən öpüb görüşdü - yəqin məni gözləyirsən?  
  -Həə ... şey ... arxa cərgələrdəydim .  Necə gündü haralardasan?  
  -Bakıdaydım,Habili gəlirdi, onu qarşılamağa getmişdim, həm də getmişkən dayıma da baxım dedim ...
  Habil adını eşidən kimi ürəyi çırpınmağa başladı . 
   - Gəl! Habil də gəlib, Gəncədədir. Tədbirə dəvət almışdı.
   Məleykə Baharın qoluna girib onu dartdı;
  - Hara?  
   -Bizə . 
   - Yoxe, nə var sizdə ? 
   - Aaa ayıb olsun ! Nə var sizdə nə demək. Həmişə gəlib getdiyin ev deyilmi?
   - Bilirəm ee,elə demək istəmədim.  Yanı evdə qonağun var da . 
  - Qonaq deyil o mənim qardaşımdır. O da evdə yoxdu. Əslində var, amma yəqin gec gələr. Habil bu gün Elyarın qonağıdır . 
   - Elyarın?- Baharın gözləri böyüdü. 
   - Hə. 
   - Onlar tanışdılar? Yanı necə deyim, səhv başa düşməe bacı... 
   -Əlbəttə ki . Mənim Habildən gizli sirrim yoxdur. Nə var açıb demişəm . 
  -Bəs necə qəbul etdi? 
  - Kimi? 
  - Elyarı !
  Məleykə şaqqıltı çəkib güldü;
  - Elyar kişi deyil?
  - Əstəfğullah . Elə demək istəmədim. Yanı deyirəm ki ...-  nə deyəcəyini bilmədi. " Eliyar səni saxlayır axı " desinmi  yoxsa "Eliyar sənin ərin deyil axım"?
 - Başa düşdüm.Yanı rəsmi olaraq yoldaşım deyil hə!
  - Hə dəə ...
  - Guya Gülnazın əridir? Nolsun ZAQSı var, uşaqları var. Elə hər kəbini, uşağı olan ailə ya da arvad olur? Arada sevgi yox, hörmət yox. Bir evlilikdə anlayış yoxdursa olmaz olsun belə evlilik . Bu maniton bir evlilikdir. Belə deyək də, böyülkər bir haşıyə çəkmiş, bunları da oturtmuş dairənin ortasında, "yaşayın keçin həyatı"  demışlər. Bunlar da itlə pişik kimi didişə didişə yola verirlər də. Neyləsinlər, çıxa bilmirlər axı çərçivədən. Böyüklərə hörmətsizlik olar. Bizim münasibətimizi artıq bütün şəhər qəbul edir. Sevgimizə, bir birimizə olan hörmətimizə Gülnaz kimi moniton evlilik yaşayan qadınlar qibtə edir. İnan mənə ay Bahar, üç beş il sonra mənim kimi sevgili həyatını bəzəyə qoyan qadınlar var aa, bax onlar özləri kiminsə sevgilisi olacaq. Bax mən ölü sən diri. Bəlkə mən ölüb gedərəm hadasa nə vaxtsa belə bir şey eşitsən deyərsən ku, Allah sənə rəhmət eləsin ay Məleykə, axı filan vaxtı sən bu sözü demişdin. Səbəb bilirsən nədir? Sevgisizlik, dəyərsizlik, diqqətsizlik. Haşıyənin içindəkinə kor olub haşıyənin kənarına çan atmaqdır bunun səbəbi. Dünyanın ən gözəl qadını da, ən tökülüb gedən qadını da  əri də olmasa hər hansı bir kişi tərəfindən diqqət, sevgi görmək istər. Qadın sevgisiz yaşaya bilməz. Nə yazıq ki bizim Azərbaycan pisxalogiyası hələ 19 əsrdə qalıb. Necə deyərlər ərə getdinsə kəfəninlə çıxmalısan məsəli yani. Bizim Azərbaycan qadını elə bilir ki, əri güdməklə, qısqanmaqla, hər il bir uşaq doğmaqla o kişinin diqqətini özünə çəkə bilər, onu evə bağlaya bilər, yox anam, bacım yox. Allah haqqı sevgisiz bu mümkün deyil, sevmir də, sevmır, o kişinin zövgü prenses deyil, qaraçıdı. Quşu ona qonub ay bacı -güldü- sən nə qədər qaraçını bəyənməsən də, o qaraçı o kişinin gözündə şah əsəridi. Sən özünü sevdirə bilməzsən o kişiyə, uşaqların xətrinə özünü niyə çürüdürsən ? İki yolun var. Ya əvvəldən bunu qəbul etməyəydin, etmisən dözüb oturacaqsan. Ya da gündə bir uşaq döğub özünü məhv etməkdənsə , ailənin sənə cızdığı haşıyyədən çıxıb həyatına baxacaqsan. Düz demirəm? 
   Məleykənin sözlərində həqiqət vardı. Odur ki Bahar başıyla Məleykənin sözlərini təsdiq etdi. 
   -Bax bu gün bu dediklərimi heç kim qəbul etmir. Rəsmi nigah olmadan qurulan münasibəti fahişəlik kimi qəbul edir camaat. İnan, Allaha and olsun elə deyil, vallah da, billah da məhz bu gün bunu qəbul etməyən qadınların  özlərinə hər hansısa bir kişi Elyar mənə verdiyi dəyər kimi dəyər versə, sevgi versə beş uşağı da olsa o prokror, ministir əri yox, onu sevən ən adı bir cobanı seçər. Elyar üç uşağın xətrinə o evə gedib gəlir. Mənim evimə isə mənim xətrimə. İndi de görüm əsil arvad kimdir, o yoxsa mən?
  Bahar nə deyəcəyini bilmirdi. Düz sözə nə deyəsən axı. 
   -Nəysə Bahar, gedək gülüm. Evdə danışarıq... 
   
  Arazın vizasınin zamanı bitmək üzrə idi. Getməli idi. Amma Bəşiri da burda belə bir vəziyyətdə qoyub getmək də istəmirdi. Bəşir can üstəydi. Nə ölən kimi ölmürdü, nə qalan kimi qalmırdı . Oturub burda onun ölümünü aylarla gözləyə də bilməzdi. Qardaş bacılarının hər birinin özünə görə işi güçü var idi . Ev eşik yiyəsi idilər. Ailələrinin, uşaqlarının gözü yolda qalmışdı. Çox kecmədi ki, Şahlarla , bacısı vətənə döndü. Belə şərtləşmişdilər ki, gedib bir neçə gündən sonra ikisindən biri və ya o biri qardaş bacıların uşaqları ilə  geri dönsün. Onlar gələn kimi Araz da evinə getsin. Beləcə Bəşirin uşaqları Bəşir ölənə qədər növbəli olaraq onun yanında qalacaqdılar. 
  Atalarının yanına Azərbaycana sərvət qoxusuna gələn Şahlar gəlib atasının evinin yerində quru yanmış torpaqdan başqa bir şey görməyincə suyu suzülə süzülə geri qayıtdı. Arazın artıq vaxtı  bitmək üzrə idi. İki üç gün sonra ölkədən cıxmalı idi. Şəhər aeroportuna gəlib bilet almaq istədi. İstədiyi zamana bilet tapmayınca elə həmin aeroportdan Gəncə reysi ilə Bakıya, Bakıdan da Ankaraya bilet aldı.
   Xəstəxanaya çatanda Bəşirin otağında heç kim yox idi. Bəşirin yenə ağrıları qalxmış zar zar zarıyırdı, özündə deyildi. Bu neçə gündə  Bəşirin gözləri tamamilə tutulmuşdu. Hec nə görmürdü. Səsləri eşidirdisə də bəzən nə deyildiyini belə anlamırdı. Gözünün işığı sönən Bəşir dayanmadan :
 - İşıqları yandırın , məni tək qoymayın, çox qorxuram-deyə xırıldayır, yaralı sarıqlı əllərini Arazın və ya İbrahimin əlindən çəkmirdi. İki aya yaxın idi xəstəxanada canıyla əlləşən Bəşirin acılarına ürək ağrısız baxmaq mümkün deyildi. Araz onun əziyyətinə nə qədər acısa da ürəyində Allaha şükr edirdi:
  - Şükr sənə ey Xudaya. Sən hər şeyə qadirsən. Sən özün bilirdin ki anamın, ailəmin qisasını çıxarmaq üçün bu murdar məxluqa nə pilanlar qurmuşdum. Şükr sənə ki, məni bu yaşımda əlimi qana bulamadın. Məni bu yaşımda öz mübarək dərgahinda günahkar, edib boynumu bükmədin. Sən özün cəzasını verib belə bir vəziyyətdə onu vicdanı ilə mənə möhtac etdin. Bu da bir sınaqdır. Məni onunla belə bir vəziyyətdə rastlaşdırmağınla məni sınağa cəkib,səbrimi, iradəmi yoxlayırsan. Mən vicdanıma sığınıb sənə əl açdım Allah. Özün bilən məsləhətdir. 
    İbrahimin "iynə vurduraq qurtarsın" təklifinə "yox" sözüylə cavab verirdi. 
  - Qoy cəzasını bu dünyada çəksin. Əgər ölməsi lazımsa, biz Allahdan cox  bilmirik, Allah  onun elə anında öldürərdi .
   Araz gəlib Bəşirin yanında oturdu. Yanmış vücuduna, əriyib tökülmüş sifətinə baxıb : 
  - Məni eşidirsən? 
   Bəşir xırıldadı : 
   - İşığı yandır . 
   - İşıq yanır.
   - Bəs mən səni niyə görə bilmirəm . 
   - Görə bilməzsən ... heç kimi görməzsən, Bəşir !
    İlk dəfəydi ki ,ona adıyla müraciət edirdi. Həmişə onun haqqında danışanda ona "o" deyə səslənirdi. 
   - Məni göörmək istəyirsən? Niyə görəsən axi, iyə? Günahını görüb üzür istəmək üçünmü? Axı mən sənin günahınam ay Bəşir! Axı mən sənin səhvinəm! İndi məni niyə görmək istəyirsən ? Allah sənə necə cəza verir, görürsən? Sən nə qədər özünü bu dünyaya Firon kimi göstərsən də ,  Allah deyir, "ə, otur yerinə. Mən olan yerdə sən heç nəsən" 
  Araz danışdıqca Bəşir inildəyərək onun susmasını istəyirdi :
  -Sus, nolar danışma, səhvlərimi üzümə vurub mənə əziyyət etmə. 
  -Allah deyir ki, Bəşir sən nə qədər Fironluq eləsən də, nə qədər şeytana uysan da mənim varlığımı unutma. Dünyanın o tayında olsan da mən səni günahlarınla üz üzə qoyacam. Səni günahlarının qarşısında əzəcəm, əyəcəm...
   - Bağışla  məni oğlum !
   Araz güldü . 
   - "Oğlum?" Yəni sənin mənim varlığımdan xəbərin olub ki oğlum deyirsən? Hələ bağışla deyir haa....  Haa haa... Mənmi bağışlayım səni ? Niyə bağışlayım səni? Bic doğulduğum üçünmü? Yoxsa anam daşqalaq olmamaq üçün, məni götürüb qaçaq həyatı yaşadığı üçünmü ? Bəlkə sənin üzündən anamın ailəsinin başına gələnlər üçün bağışlayım səni. Bəs mənim günahım nəydi? - özündən asılı olmayaraq səsini ucaltdı - Həə? Danış daa, niyə susursan? Heç xəbərin oldumu mən nələr yaşadım? Xəbərin oldumu sənin ucbatından anamın atamın kim olduğunu eşidəndə çəkdiklərimdən? Sənin ucbatından ilk sevgimi daşlara vurdum - çünki o mənim bacım idi. Yaxşı ki, rəhmətlik Qulam babam tez duyux düşdü. Yoxsa mən də olacaqdım sənin kimi şeytan övladı. Ölsəm də səni bir saniyə belə  bağışlamayacam. Sənin övladın olduğum üçün nifrət edirəm özümdən. Özümə nifrət etdiyim üçünmü bağışlayım səni? 
   Bəşir ağladıqca sümüyü çıxmış  yanağı dartılır . Gözlərindən yaş çıxmasa da ağladığı hiss olunurdu. 
   - Yenə mən vicdanıma el qoyub Allahıma sığındım. Hanı o biri uşaqların, gəlib gördü bir həsirsən, bir Məmməd Nəsir. Səndən onlara bir şey qalmayacağını görüb, "gələcəyik" deyib aradan çıxdılar, gəlmədilər. Amma mən səni tək qoymadım. Sənin yanında vicdanıma susub qalıram. Heç qalmaq istəmirəm də burada. Bilirsən niyə? Çünkü sən hər mənim varlığımı gördükcə cəhənnəmini bu dünyada yaşayırsan. Can cəkirsən canını tapşıra bilmirsən. Mən də özümü buna görə günahkar hiss edirəm. Allah bilir bizim bilmədiyimiz başqa nə günahların var. Əsil halallığı onlar verməlidir sənə . O gizlin saxladığın, etiraf edə bilmədiyin günahların ...
   Bəşir üzünü yana tutub :
   -İbiş, Ulduz- deyə xırıldadı. 
   Araz dolmuş gözlərini sıxıb qapıdan çıxdı. Qeydiyyat bölümünə gəlib telefonu istədi. Dayana bilmirdi dəli bir ağlamaq tutmuşdu onu. Bu saat Silanın yanında olmaq istəyirdi . En çətin günlərində Silayla dərdləşib , onun təsəllisiylə özünə gələrdi Araz . İndi Sila yanında yox idi. 
  Nömrələri çevirib İbrahimin qaldığı evi yığdı. İbrahimi xəstəxanaya çağırdı. Özü isə taksiyə oturub beynelxalq telefon qovşağına gəldi .Telefoncu qıza evinin nömrəsini verib özü telefon kabinəsinə keçdi. 
   Silasının səsini eşitdi, içində buruq bir özləm hiss etdi. Sanki su ilə doldurulmuş bir şarı deşmişdilər . Gözlərinin yaşı dayanmadan axırdı . Ürəyi  bu aralar çox kövrəlmişdi . Ən məşəqqətli, iztirablı günlərində belə özünü bu qədər yuxa ürəkli olduğunu bilməmişdi heç . 
   Silanin mülayim səsi, nəvələrinin şıtaq bağırışları Arazı yerindən dərbədər etmişdi. Bu neçə vaxtda yalnız indi onlar üçün darıxdığını hiss edirdi. Həm darıxdığı üçün, həm də biraz öncəki övkə və duyğusal anlardan yana ürəyi param parça idi , ağlayırdı, Sila onu təsəlli edirdi. 
   
    Məleykəylə oturub doyunca yeyib içdilər. Həmişəki kimi yenə hansısa romanın müzakirəsinə başladılar. Ordan burdan söhbət etdilər. Artıq çox gec idi. Bəlkə də yataqxana artıq bağlanmışdı. Neçə dəfə Bahara yataqxanaya zamanında gəlməsi üçün xəbərdarlıq edilmişdi. Amma bərabər keçirtdikləri dəqiqələr elə şirin olurdu ki ... Bu iki birbirindən xəbərsiz bacı bir birindən qopa bilmirdilər . Bəzən Məleykə  zarafata salıb :
   -Deyəsən artıq səni bizim evə köçürdəcəyik - deyirdi. Hər dəfə gecikəndə Məleykə yataqxananın komendantına zəng edib Baharın onunla bərabər olduğunu deyərək , Bahari içəri keçirdirdi . 
    Bahar saata baxdı. Saat ona qalırdı. Artıq gec idi getməli idi. Ayağa qalxıb hazırlaşdı : 
  -Bəlkə, zəng edim, deyim bu gecə bizdə qalasan? 
   - Yox, yox. Nə danışırsan. Mamam bilsə ki , başqa yerdə qalmışam, vallah məni kəsər. 
     Bayaqdan, qəh qəhəsi otağı başına götürən Məleykənin üzünə su çilədilər elə bil. Gülüşü dodaqlarında dondu. Gözlər dalıb getdi. İçdən sanki bir alov qopub nəfəsindən çıxdı. Ah çəkdi. Məleykənin bu halı Baharın diqqətindən yayınmadı. 
   - Noldu sənə gülüm, ahın dağlara daşlara, niyə belə ah cəkdin? 
  -Nə xoşbəxtsən, Bahar... 
  - ...
  - Səni qoruyan anan var. Ananın qədrini bil. "Analar bir mələkdir"  deyirlər, amma... Hər ana sənin anan kimi qoruyucu mələk deyil. 
   - Niyə belə deyirsən bacı, demək ki, hər insanın xarakteri eyni deyil. Hər ana eyni ola bilmir. Kimisi istəyini bildirir kimisi bildirə bilmir. 
   - Orası elə de... Xarakteri olduğu kimi qəbul etmək olar, ama səhvi əsla...
    -  ...
    -Mənim də anam məni vaxtında qorusaydı, indi mənim də bir isti yuvam, ailəm, uşaqlarım olardı.
   - Olar inşallah, darıxma - deyərək Məleykəni qucaqlayıb öpdü. 
   - Mən cıxım, bunları sonra danışarıq rahat bir zamanda. Olarmı canım. İndi gecikməyim. Keçən dəfədən cəzam var onsuz da. Bu dəfə də cərimə yazsalar mən batdım. Nəysə mən qaçdım, öpürəm çox çox... Hər ehtimala qarşı sən komendanta zəng elə ! Birdən qapı bağlı olar. 
   -Hə bu dəqiqə. Narahat olma , indi edərəm - deyə Məleykə telefonun dəstəyini qaldırdı. 
   Bahar uzunboğaz çəkmələrini tələsik ayağına geyinib qapını açınca Habillə burun-buruna gəldi. Bayaq büfetdəki kimi baxışlar toqquşdı, gözlər böyüdü. 
   -Yenə siz? - Habil çaşqın halda   dilləndi. 
  -...
  - Bu bir təsadüfdür, yoxsa başqa evə gəlmişəm? -deyə Habil ətrafa baxdı. Yox , deyəsən doğurdan da bu dəfə siz məni güdürsüz?
   - Aa aa.... -Baharın təcübdən dili qurudu- Nəyini güdəcəm mən sənin?İcazə verin çıxım ! 
   - Haa haa... yenə özünüzü haqlı çıxarmağa çalışırsız, xanım qız. 
   -Sizinlə çərənləməyə vaxtım yoxdur, yol verin!
   -Hoopp , hoop... sıranızı gözləyin! Bu dəfə növbə mənimdir. 
   - Novbə? Nə növbəsi? 
   - İçəri girmək növbəsi. Bufetdə sıra davası edirdiz. Axı siz ədalətli qızsız, indi niyə haqqımı tapdalayırsız? Səhv etmirəmsə qapını mən açdım və içəri girəcəkdim. 
  - Xeyir. Heç bir haqsızlıq etmirəm. Yol mənimdir, görmürsüz əlim hələ qapının dəsteyindədir? Mən qapıdan çıxırdım artıq , siz qapını döyəcəkdiz və ya açacaqdız. İcazə verin çıxım sonra siz girin- deyib bir addım irəli atıldı. Eyniilə Habil də bir addım atıb :
   - Xanım qız siz ədalət qanunu pozursuz, bu bağışlanmaz bir səhhvdir ! - dedi. İkisi də sinə sinəyə, nəfəs nəfəsə idilər - bağışlayın, nəzakət qaydasını da bu dəfə mən pozmalı olacağam. Bu dəfə mən sizə güzəşt etməyəcəm ! 
   - Aa nə baş verir burada?
   Məleykənin səsi ikisini də geri atdı. İkisi də bir birlərinə baxıb özlərini yığışdırdı. 
   - Xoş gəldin Habil , bayaqdan səni gözləyirdik, harda qalmısan ? 
  - Məni ? Siz məni gözləyirdiz ?- Habil təəccüb və kinayəli gülüşlə Bahara baxdı. İnanmıram ki siz məni gözləyəsiz !
  - Mən yox, bacınız. İcazə verin , mən gedim, gecikirəm 
   - Aa tanış olmayacaqsınız? 
    - Sən keç içəri ! Mən Baharı yola salım gəlim - deyə Habil Məleykənin üzündən öpüb onu içəri ötürdü. 
   - Artıq siz tanışsız - deyə Məleykə bic bic gülümsəyib barmağını onlara silkələdi. 

   Bayaqdan başım yazmağa necə qarışıbsa, yandırdığım sobanın sönməyindən xəbərim belə olmamışdı. Sobamız çoxdan sönmüşdü. Barmaqlarımın ucunu buz kəsirdi. Çox həyəcanlı bir bölüm yazırdım. İki gəncin özlərindən xəbərsiz ürəyinin ən çılğın simfoniyası çalınırdı. Əlimdə əlac olsaydı, əlimə dirijor çubuğu alıb bu simfoniyanı başlamadan  durdurardım :
  - Eeyyy, bu məhəbbət sizə görə deyil, dayanın, olmaz !!! Sİz bacı qardaşsız !

             ____31___

   Bütün düşüncələrim alt üst olmuşdu. Fikirlərim qarmaqarışıq idi. Yazdığım bu ailə dramının bir əsrlik taleyindəki həyatlarda bir xoşbəxt adam görmədim. Biz oxucuyuq, burada sadəcə baş verən hadisələri görürük və onları müzakirə edib, fikir bildiririk. Bəzən onlara acıyir, bəzən onların uğurlarına sevinirik, bəzən hardasa kədərlənib, nəyəsə əsəbləşirik. Hadisələrin gedişatını kənardan izlədiyimiz üçün hər şey bizə əlimizin altlndakı kağız qələm kimi görünür. Elə bilirik ki, istədiyimizi istədiyimiz zamana, istədiyimiz yerə yönləndirə bilərik. Elə deyil. Bu həyatı yaşayan qəhrəmanlarım nə qədər doğma olsalara da, bir birlərinə o qədər uzaq idilər, kimin kim olduğunu bilmirlər. Onlar bir birlərini tanımayan yad insanlar kimi taleyin gərdişinə əyilib, həyatın axışına üz tutmuşdurlar. Onların da özlərinə görə bir həyat düzənləri vardır. Hər bir insan kimi sevinəndə sevinirlər, kədərlənəndə kədərlənirlər. Bəzən oxucu rəylərindən görürəm. Yazırlar ki, o zaman Əsmər Lal Manqını qəbul edib otursaydı  bütün bunlar olmazdı və ya Ulduz İbrahimi olduğu kimi qəbul etsəydi bütün bunlar yaşanmazdı və s. Bəli bunlar sadəcə bizim düşüncələrimizdir. Bir də fikirləşək ki, Əsmər Manqı kimi bir xəstənin ömür boyu arvadı olaraq yaşasaydı, lakin aralarında ər arvad münasibəti olmasaydı, Mangının ailəsinə kölə həyatı sürsəydi sizcə bu Əsmərə qarşı ədalətsizlik olmazdımı? Bu bir qadın həyatının istismarı deyildimi? Ya da Ulduz ... İbrahim müharibə adıyla evdən gedib, fəqət, müharibədə də iştirak etmədən 7 - 8 il itkin kimi yoxa çıxıb, öz həyatına baxıb, ortaluqda öz keyfinə dolaşıb, işləyib, xanımına baxmayıb, burax pulunu parasını,xanımına belə varlığını bildirməyim öz həyatını ,öz keyfinə yaşayıb, budurmu ədalət? Camaaat, ən yaxın qohumlar belə onu öldü və ya əsir düşmş sanmışkən, Ulduz bir ömür boyu onun yasınımı saxlayacaqdı, ya da  onun yolunumu gözləyəcəkdi? Düzdür Ulduz ikinci həyatını seçməkdə yanlış seçim etdi. Amma Balaqardaşla aralarındakı böyük məhəbbət onların bu səhvlərini ört basdır edirdi. Balaqardaş Ulduzu ölümünə sevirdi, sevdiyi üçün də hər imkanını onun yolunda sərf edirdi. Ulduz da qadınlığını və şəxsiyyətini bu mükəmməl adamla bərabərkən tanımışdır. Bunun üçün də Balaqardaşı necə var elə qəbul etmişdi. 
  Yaxşı deyək ki, Ulduzun Balaqardaşla qeyri rəsmi bərabərliyi qədul edilməzdi. Bəs İbrahim? Axı İbrahim meydana cıxandan sonra Ulduz ona 5 uşaq vermişdi. Bəs İbrahim beş uşağına niyə sahib çıxmırdı?  
  Rəylərdən görürəm ki, o vaxtın mental düşüncələri 21- ci əsirdə hələ də davam edir. Dünya dəyişsə də biz dəyişmərik, nə olur olsun biz hər zaman, hər yerdə qadını günahlandırmışıq. Çünki bizim beynimizə qadını kölə, qul, fədakar zəhmətkeş, səbrli, hər işgəncəyə və zülümə dözən bir varlıq kimi soxublar. Xalq olaraq biz qadın düşməniyik. Əsərdə cərəyan edən zamanı bir kənara qoyaq, 21 ci əsrin ortalarına doğru üz, tuturuq hələ də özümüz 180- sürətiylə avropaya üz tutmuşkən, beynimiz hələ də 19 əsrdə qalmış. Hələ də hər bir ailə bədbəxliyinin başında qadınları günahkar görənlər az deyil.

                         *****

    Artıq qış tətili başlayacaqdı. Sevil xanımın evində  Baharın şərəfinə ziyafət hazırlıqları başlamışdı. Bu ziyafət bütün ailəni, qohum əqrabanı bir yerə toplayacaqdı. Bahar Gəncəyə gedəndən evlərinə ilk defə idi gəlirdi . Sevil xanım Baharın həsrətinə dayana bilməyib bir neçə dəfə onu görmək üçün Gəncəyə gəlmişdi. Hər dəfəki gəlişində ürəyindəki nigarançılıqla geri dönərdi. Baharın Məleykəylə görüşməsini qəti surətdə istəmirdi. Cəmiyyətdə Məleykə kimi qadınlar xoş qarşılanmırdı. Onun kimi qadınlar cəmiyətin ən səviyyəsiz insanları idi. Ömrünün bu yaşında bəxtinə, taleyinə Allah bu qızı vermişdirsə Allahın verdiyi hər şeyə şükür edib ona sahib cıxmağı özünə borc bilirdi. 
   Hər Gəncədən gələndə Sevilin  nigarançılığını qörən Mahmud müəllim bunun səbəbini Sevildən soruşsa da Sevil ona bu barədə bir şey demirdi . Ərini də özü kimi nigaran qoymaq istəmirdi. 
   Mahmud müəllim Baharın təyyarəylə Bakıya gəlməsi üçün biletini almışdı. Mahmud və Sevil həsrətlə qızlarının yolunu gözləyirdi. 

    Araz gecə yola cıxacaqdı. Hazırlaşıb əşyalarını yığışdırdı. Son dəqiqələrini Bəşirlə kecirmək üçün xəstəxanaya gəldi. Palataya girəndə İbrahimi Bəşirin başı üzərində gördü . İbrahim onun yaralı olmasına baxmayaraq böğazından tutub onu boğurdu . Onları belə görən Araz tez qacıb Bəşiri İbrahimin əlindən almağa çalışdı. Bəşirin yaralarının qaysaqlamış dərisi ibrahimin əllərinə yapışmışdı. Bəşir zar-zar zarıyırdı. Nə dediyi bəlli deyildi. Yaralarından sulu qan axırdı, qanı da qurumuşu. 
    Araz İbrahimi sakitləşdirib onu tuvaletə apardı. Əllərini yuyub üzünə su vurdu. Qoluna qirib həyətə cixaranda növbətçi həkimin otağına girib həkimi Bəşirin otağına yolladı . 
    Xəstəxananın bagı sakitlik idi . Havadakı ayaz adamı kəsirdisə də İbrahimin əsəbdən qızarmış yanaqlarından, gicgahlarından hələ də tər damlayırdı . 
   - Sakit ol! Nolub sənə? Nədir bu vəziyyətin? Şeytana lənət de! 
   İbrahim qızmış nər kimi fınxırırdı. Dili söz tutub danışa bilmirdi. Halı yaxşı deyildi. Dili ağzında əsirdi . Sözü sözə calayıb danışa bilmirdi. Araz ibrahimi sakitləşdirə bilməyəcəyini görüb qoluna girdi. Onu yaxınlıqdakı oturacaqların birində tərəf gətirib oturtdu : 
   -Sən burda otur. Mən bu dəqiqə... -deyib içəri qaçdı.Tibb bacısına yaxınlaşıb kömək istədi . 
   Araz və xəstəxana ələmanları gəlincə İbrahim yerə yıxılmışdı. Onu götürüb palataya yerləşdirdilər. Şəkəri yüksəlmişdi. Vəziyyəti yaxşı deyildi . 
    Araz çaşıb qalmışdı. Həmişə Bəşirə haqq qazandıran İbrahimi belə hövsələdən çıxardan nə idi, onu da bilmirdi. İki palata arasında qalmışdı. Gah Bəşirin yanına, gah da İbrahimin yanına qaçırdı. Həkimlər ikisinin də üstündə çiddi çalışırdılar. Bəşirin otagındaki inilti səsi, İbrahimin otağındakı səssizlik beynini uğuldadırdı.Vaxt da yox idi. Zaman daraldıqca özü də səbirdən çıxırdı. Burdan Gəncəyə 3 saatlıq yol var idi . Təyyərəyə çata bilməyəcəkdi. Vicdanı əl vermirdi , onları belə qoyub gedə bilmirdi. 
   Taksıyə oturub bir başa şəhərin kiçik aeroportuna gəldi. Bu aeroport əvvəllər çalışsa da indi vəziyyətlə əlaqədar müvəqqəti dayandırılmışdı. İçəri kecib aeroportun məsul şəxslərindən birinə yaxınlaşdı. Vəziyyəti onlara başa salıb, üçüş vaxtını təxirə salmaq istədiyini dedi. Lazımı tədbirlər görüldü. 
 ... Artıq iki saat sonra təyyarə havaya qalxacaqdı. Bu cür vəziyyətdə ancaq uçuşu başqa zamana keçirmək mümkün idi. Səyahəti 10 gün sonra baş tutacaqdı.
   Bəxtindən taleyindən gileylənə gileylənə şəhərə döndü :
   - Deyəsən mən də ailəmin taleyini yaşayacam. Onlar da yerlərindən yurdlarından ayrı düşüb qürbətdə yaşayıb dünyalarını dəyişdilər. Mən də deyəsən buralarda ölüb qalacam. Axı nə işim vardı buralarda. Ax ağılsız başım ...
    Azərbaycanda vəziyyət gərgin idi. Xüsusən də Gəncədə aləm qarışmışdı. Qərbi Azərbaycandan deportasiya başlamışdı. Qarabağda qiyamlar baş qaldırmışdı. Bir tərəfdən hakimiyyət davası, iç çəkişmələr... Hər dəqiqə sərhədlərin bağlanma ehtimalı var idi. Bu da Arazı qorxuzurdu. Sovetlərin tərkibindən yenicə ayrılmış ölkə hələ də Rusiyanın təsirindən cıxa  bilməmişdi. Qarabağda vəziyyət getdikcə pisləşir, kiçik münaqişələr artıq böyük savaşlara yol almışdı . Bakıa , Lənkəran , Sumqayıt və Gəncədə Azərbaycanı parçalamağa çalışan qüvvələr hərəkətə keçmişdilər. Ölkə vətəndaş müharibəsinin astanasındaydı. Bir tərəfdən də Xankəndindəki nümayüişlər... Ölkə yeni əldə edilmiş azadlığın keyfini yaşamadan hardasa süqutunu yaşamaq üzərəydi. 
   Bütün bunlar Arazı düşündürür və vəziyyət daha da qarışmadan burdan cıxıb getmək istəyirdi. 
    Beynalxalq rabitə şöbəsinə gəlib ailəsiylə danışdı. Vəziyyəti Silaya başa salıb 10 gün burda daha qalacağını başa saldı. Onsuzda neçə vaxdır Arazdan ayrı qalan Sila və üşaqları bir an öncə Arazın geri dönməsini istəyirdilər. 
    Xəstəxanaya girəndə ilk eşitdiyi xəbərdən sarsıldı. İbrahimin beyninə qan sızmışdı. Onu reanimatsiya şöbəsinə  yerləşdırmişdilər.
   Bəşirin yanına gəldi. Qollarının damarlarına sistem qoşulsa da canının ağrılarına dayana bilməyib hələ də zarıyırdı. Arazı qapıda görüb əlini yelləyərək onu yanına çağırdı. Araz yaxınlaşıb qulağını ona yaxınlaşdırdı.Bəşir xırıltılı eyni zamanda yazıq səsiylə zarıdı. 
   -Niyə qoymadın məni öldürsün? Daha dözə bilmirəm bu ağrılara. Mən ona her şeyi etiraf etdim. Həm də şişirdə şişirdə etdim ki, mənə uf da deməsin alsın canımı qurtulum. 
   -Nəyi etiraf etdin ki? Onsuz da o hər şeyi bilirdi. 
  - Yox çox şey bilmirdi. O hələ də elə bilirdi ki, mən yaxşı adamam. Mən pisəm pis - ağlamsınıb zarıdı   - Mən oğraşam, mən alcağam, o qədər murdaram ki , Allah da məni dərgahına qəbul etmir. 
   - Bilmədiyim bir şeymi var? Başqa günahın nədir danış bəlkə Allah günahlarını bağışlaya . 
   - Çətin ... 
   - De, de ...
Araz diktafonu çibindən alıb onıun yastığının yanında yerləşdirdi. 
  - Ulduzu Manafa mən vermişdim. Manafı Ulduzun evinə mən gətirmişdim. Ulduz hamamda özündən kecəndə də mən içəridəki kişilərlə köməkləşib onu içəri otağa apardıq. Bilmirdim ki, onu zorlayacaqlar. Mən elə bilirdim ki , sadəcə onunla danışıb, İbrahimin yerini öyrənib gedəcəklər. Gözümün qabağında Ulduzu dörd kişi zorladı. Heç nə eliyə bilmədim. Ondan qabaq da məktəbə getmişdik. İçlərindən bir cavan uşağı Məleykənin dalıyca göndərdilər. Məktəbin idman zalında yazıq qızın başına çox pis oyun açdı, həmin gədə . Körpənin hər cür şəkillərini çəkmişdilər. İbrahimə göstərmək üçün. Hec İbrahimi də tapa bilmədilər. Sora İbrahimin yaralandığını eşitdim . Elə bildim Manafın adamları eliyib. Sonra sağalandan sora İbrahim dedi ki , Ulduz onu öldürmək istəyirmiş ...
    Araz Manafın kim olduğunu bilmirdi. Adını da ilk dəfə eşidirdi. O, buraya bu ailənin sirrlərini açıqlamaq üçün gəlmişdi zatən , bu ailəni bir yerə toplamaq üçün gəlmişdi. Amma görürdü ki, bu sirr dəryasına girdikcə,daha dərinlərə gedir. Bu dərya iz buraxmaz və çıxılmaz bir nehir idi. Biraz da geciksə özünün bu dəryada itirəcəkdi. Odur ki , daha dərinlərə getmədi .
   -Bu hadisədən çox çox sonra Mikayıl və İsmayılla davamız düşmüşdü . İbrahim Məleykəylə Habili almağa getmişdi .Uşaqları İbrahimə vermədilər. Orda İsmayıl ağzından bir söz qaçırtdı. Mənə dedi ki , "belə oğraşsan da baçının gəlininə kələ gətirdib bic doğurtmusan. Baştutan g..veren"  Falan filan. İbrahim olanları bilmirdi. Söhbət nədən getdiyini məndən soruşanda mən də ona dedim ki, " fikir vermə, yandığından elə deyir aramızı vurmaq istəyirlər". Amma İbrahim həmişə bu mövzuya qayıdırdı . İsmayılın niyə elə dediyini həmişə məndən soruşurdu. 
  - Sən də heç zaman etdiklərini  etiraf etmirdin ...
   - Edə bilməzdim . Bu dünyada İbrahimdən başqa heç kimim yox idi . Onu da itirmək istəmirdim. Əksinə İbrahimi onlardan qoparmaq üçün, arvadının Moskvada pavliyonda fahişəlik elədiyini deyirdim. Qızının haqqında şayələr buraxırdım, oğlu haqqında pis şeylər deyirdim. Guya mafiyaya qoşulub, narkamandır. Ağzı mafiyadan yanan İbrahim bir də bu palçığa batmaq istəmirdi. Odur ki, bir də onları itirib axtarmadı. Onlara nifrət edirdi. 
    Arazin içində artıq Bəşirə qarşı nifrət vulkanı partlamışdı. Onu bu Vulkan lavasına salıb öz əlləri ilə yandırmaq istəyirdi. Əlində tutduğu diktafonu söndürüb :
  - Səndən nifrət edirəm, sənin kimi bir murdarın qanını daşıdığım için özümü də murdar sayıram . Allah sənə lənət etsin , Allah bəlanı versin ...
   Sözü ağzında yarımcıq qaldı. İçəri girən tibb bacısı onu baş həkimin otağına çağırdı. İbrahim dünyasını dəyişmişdi ...
    İcra hakimiyyətinin sərəncamı ilə şəhər məscidiində  İbrahimin cənazə işlərinə başlandı.Qara xəbər tez yayılar deyirler. İbrahimin ölüm xəbəri İsmayıla və Mikayılın ailəsinə də çatmışdı. İbrahimin əmisi qızları ilə bərabər Mikayılın uşaqları dəfn mərasiminə gəldilər. Habil də onların arasında idi. Elimi tədbir üçün vətənə gələn Habilə atasının cənazəsini görmək nəsib olmuşdu. Araz ilk dəfə onlarla orda tanış oldu. Habilin xaricdə və ölkədəki şöhrətini eşidib ürəyi qürurla döyündü. Şükür edirdi ki , bu sınıq salxaq , qəm və sitəm dolı taleyin bir sevinc xəbərini də eşitmişdi. Bayaqdan bu ailəni araşdırmaqdan vaz keçdiyini düşünən Araz Habili gördükdən sonra fikirini dəyişmişdi . İnanırdı ki, Habil kimi o biri dayısı uşaqları da mütləq özlərinə görə həyatın nəbzini tutublar. 
   Məleykə atasının yasına gəlməmişdi. Bütün bu yaşadıqlarından həyatının şanssızlığını atasının səhvlərində görürdü. Atasına hələ 7 ci sinifdə təcavuz olunan gündən nifrət edirdi . 
   Atasına nə qədər qırıq və hirsli olsa da yenə də İbrahimin cənazə və ehsan xərçlərini Habil boynuna götürmüşdü. Bunu özünə vəzifə bilirdi. Amma nə tabutuna girmədi, nə də gözünə torpaq atmadı. Halallıq da vermədi. Səsizcə bir kənardan baxırdı. 
   İbrahimin ölümünün üçünçü günü , əl ayaq çəkiləndən sonra Habillə mağarda oturub iki dayı, bibi uşaqları olanlardan kecənlərdən danışıb söhbət etdilər. Ulduz haqqında bilmədiklərini Habildən öyrənməyə çalışırdı. Habil İbrahimə nifrət etdiyi qədər də Ulduza da nifrət edirdi. Bacı qardaşlarından ayrı düşməklərini və hələ də onlardan xəbər tuta bilməmələrinin səbəbini Ulduzda görürdü. Araz çibindəki diktofonu çıxarıb masanın üstünə qoydu. Bəşirin danışdıqlarını Habilə oxutmaq istəyirdi. Lakin tezcə də qərarını dəyişdi. Bunun yeri deyildi. "Hələ yaraları təzədir. Her şeyin bir zamanı var tələsmə, Araz"- deyə özünü ələ aldı.
    Mağarın ortasında qurulmuş qaz peçinin ətrafında oturub qızınaraq söhbət edirdilər. Araz fikirini dəyişmişdi. Bayaqdan evinə can atan Araz yeni bir qərar almışdı. Gedib təkrar qayıdacaqdı. Dayısının dağılmış ailəsini bərpa edəcək, bir birindən ayrı düşən bacı qardaşları tapıb onları görüşdürəcəkdi. Ağlından kecənləri gizlətmədən Habilə də dedi : 
  -Hec bacı- qardaşlarınla görüşmək istəmirsən?  
  - Hardan tapacam ki onları? 
   - İstəsək taparıq. 
   - Sənin bildiyin Rusiya bizim bu Azərbaycanımız boyda deyil ee... 1099  böyük şəhəri, 145 milyon əhalisi var. Burda adam axtarmaq iynə axtarmaq kimi bir şeydi .
  - İstərsək taparıq.
  - Bilmirəm mən bu barədə hec fikirləşməmişəm. Axı görüşsək nə dəyişəcək guya. İndi onların da öz düzəni, öz həyatı var. Səncə biz təkrar ailə ola bilərik? 
   -Haqlısan, ailə olmasanız belə yenə bir birizi tanımaqda fayda var. Gələcəyiniz üçün. Bəlikə siz, deyil, uşaqlarınız qohumluq münasibətlərini davam etdirəcək. Qaynayıb qarışacaqlar. Millət gedib dünyanın o başından özünə dost qazanır, yaxın olur, bəs biz niyə yaxınlarımızı özümüzdən uzaqlaşdırırıq ki. Niyə onlara qovuşmayaq ki? 
   Qəfil xəbər yas mağarına bomba kimi düşdü. Arazın sözü ağzında qaldı. Nəhayyət Bəşir dünyasını dəyişdi. Yas yasa qarışmışdı. İbrahimin yas mağarında Bəşirin ehsanı verildi. 
    Cənazədə Habilin kecirdiyi hissləri bu dəfə Araz yaşayırdı.  
   Bəşirin dəfnindən sonra yasa  gələnlər dağılışıb getdi. Araz burda tək - yalqız qaldığını anlayıb köcünü evinə cəkmək istəyirdi. Gedib dönmək və ya dönməmək arasında qərarsız qalmışdı. Bir an öncə başladığı bu araşdırma İşini burda buraxıb ayaq tutduqca qaçmaq istəyirdi. Bir tərəfdən vəziyyətin gərginliyi, digər tərəfdən sərhədlərin bağlanacağı qorxusu onun bütün iradəsini əlindən almışdı. Getmək istəyirdi. 
   Artıq vaxtı gəlib catmışdı. Avtobusla Gəncəyə, Gəncədən də təyarəylə Bakıya, oradan da Ankaraya uçaçaqdı. 
     Onu uğurlayacaq , yola salacaq heç kimsəsi yox idi. Çox qəribsəmişdi. Cox istəyirdi ki, bu qürbətdə onu kimsə yola salsın. Kimsə arxasınca su atsın . Yuxudan qalxıb hazırlaşdı. Çay çörəyini yeyib çamadanın əlinə aldı. Küçəyə çıxıb yaxınlaşmaqda olan  taksiyə əlin qaldırdı . 
   -Sür Qarağacı qəbirsanlığına! 
  Hələ torpağı qurumamamıış iki məzar qarşısında oturmuşdu Araz: 
   -Mən sizi tanımaq, sizi bir yerə yığmaq üçün gəldim. Eşitdiklərim qurduğum xəyallarımı yıxdı. Bu gün mən buraları həmişəlik tərk edirəm. Bir daha buralara gəlməyəcəm. Fikirim, xəyallarım qarışıb, sizə nə deyim sizinlə necə vədalaşım bilmirəm . Ordan bura ümüdlə gəldim . Amma nisgillə qayıdıram. 
  Cibindən bükülü bir şey çıxartdı. Açdı. Bir ovuc torpaq idi. Əlini atasının məzarının üstünə qoydu . Yaş torpağından xışmaladı. Yumutuğunu düyüb məzarın üstünü yumuruqladı, Cibindən çıxartdığı torpağı baş daşını əvəz edən kubikə tərəf uzadıb: 
   -Bilirsən bu nədir? - dedi. Çənəsi əsdi, dodaqları büzüldü. Gözlərində mirvarı kimi yaşlar parladı. Səsi titrədi . 
    - Anamın ... qərib anamın  torpağıdır. Sənə gətirdim onu. 
  Burnun cəkib davam etdi . 
  -Bilirsən niyə gətirdim bu bir ovuc torpagı? Anamın əliylə sənə işgəncə vermək üçün. Qüsuruma baxma ...-  udqundu biləyiylə gözunun suyunu sıxıb, hönkürdü:
  - Qüsura baxma, məni səni bağışlaya bilmirəm ata !!! -  ilk dəfə idi ona "ata" deyə müraciət edirdi - Heç vaxt da bağışlamayacam, sənin sağlığında cox özümlə,vicdanımla mübarizə apardım, bağışlamaq üçün. Amma bacarmadım. O qədər əziyyət çəkirdin ki, ürəyim sızıldayırdı, lakin mən bir dəfə də olsun sənə dua etmədim. Bu gün də etməyəcəm . Cəhənnəmin bol olsun! Mən sənlə vədalaşmağa deyil son dəfə sənə öz əlimlə cəza verməyə gəldim ay şərəfsiz ata ! Bax bu anamın torpağını üstünə səpəcəm. Bununla da anamın illərlə ürəyində gəzdirdiyi yanğısını bu qəbrinin üstünə tökəcəm . Qoy anamın ruhu şad olsun .Qoy özü o dünyada yaxandan yapışsın - Deyib əlindəki torpağı zərblə baş daşına çırpdı . 
  - Bu anamın ... tfuu - baş daşına tupurdu :
   - Bu da mənim cəzam sənə .tfu sənin ölünə... - təkrar məzara tüpürdü - Haqqımı da sənə halal etmirəm , etmiyəcəm də, cəhənnəmə qədər yolun var, ölüm belə haramdır sənə. Öldün qurtuldun sanma, o dünyada da yer yoxdur sənə. 
   Ayağa qalxdı. Nifrətlə Bəşirin məzarına baxdı, gözünün yaşını silib yanındakı məzara boylandı :
   - Haqqını halal eylə dayı, əlindən  çörək kəsdim, çayından içdim. Ordan bura gələndə anamın məzarı məni yola saldı, indi gedirəm sən məni yola salırsan!  Mən səni dayım olaraq qəbul etdim, amma bu murdarı əsla qəbul etməyəcəm . Allah sənin  məkanını cənnət etsin dayı ...
   Ağır, ağır addımlarla qəbirlərn arasındakı torpaq yolda dayanmış taksiyə yaxınlaşdı. Taksiyə minib yola cıxdı. Qəbrlərin arasında tini burulanda dönüb gəldiyi yerə baxdı. Məzarın üstündə qara qeymiş, başına tül örtü örtmüş bir qadın dayanmışdı. Geri dönmək istədi, amma geç idi, tələsirdi.  Maşınirəli gedirdi, Arazın fikiri məzar başındakı qadında qalmışdı. Görəsən o qadın kim idi? 
   Bu qadın Məleykə idi ...

   Məleykə Habilin  geyinəcəçəyi paltarları ütüləyib, əşyaların topladı səliqə ilə hazırlayıb canadana yığdı. Habil bu gün yola çıxacaqdı.
  - Al açar səndə qalsın. Mən  bir yer var, ora gedirəm, sən gedənə qədər dönərəm. 
    - Hara gedirsən ki ?  
    - Bir iş yoldaşımın atası ölüb. Məktəbdən kollektiv gedəcək getməsinə , amma mən onlardan ayrı gedəcəmyasa deyil elə bir başa məhrumun qızı gılə. İşdə demişəm məni bağışlayın mən sizinlə gələ bilməyəcəm ayrı gedəcəm. Habil gedir onu yola salmalıyam. 
    -Sabahın bu korunda yas yeri olar?
    - Həə, taksiylə gedib, beş dəyqə oturub dönəcəm.Yas Qarabağda, mən ora gedə bilmərəm axı. 
   - Hmm... Bəlkə mən də gəlim? Uzaqdırsa tək getmə. 
   - Yox qadan alım . Sən yol gedəcəksən yorulma, yat dincəl, çıxarsan şəhərə, gəzərsən biraz, mən də gələrəm o vaxta qədər. 
    Məzarlığa gələndə atasının məzarında yad adamı görüb qəbirlərin arasında gizlənərək kənardan həmin adama tamaşa edirdi. Adamı tanımasa da, uzaqdan danışıqlarını eşitməsə də onun məzar üstündə etdiyi hərəkətlərə çaşıb qalmışdı. 
  - Görəsən bu kişi kimdi? - fikiələşə fikirləşə qalmışdı. Nə qədər diqqət edirdisə də adamı tanıya bilmirdi. Yaxınlaşmaq istəmirdi. Çünkü buraya gəldiyini kimsə bilsin istəmirdi. Hətta biraz əvvəl başqa yerə yasa getdiyini  Habilə demişdi. Habilin belə bilməsini  istəmirdi. Məleykə atasına nə qədər sınıq olsa da, ona son borcunu verməyə gəlmişdi. Cənazəsinə gəlib onunla vədalaşmamışdı. Bilirdi ki , içindəki nifrəti camaatın içində ona tökə bilməyəcəkdi. Odur ki, o bu günü secdi. Arasıyla tək qalmaq istəyirdi.
   Tələsirdi. Fəqət, bu yad adam kim idisə getmək bilmirdi .Adam biraz da ləngisəydi Məleykə atasıyla vədalaşmadan geri qayıdacaqdı. Habili yola salmağa tələsirdi. Yaxşı ki, qəbr üstə gələn adam məzarlıqdan tez ayrıldı. 
     
    Aeroportda təyyarənin uçuşa hazır olması barədə anons verildi. Sərnişinlər təyarədə yerlərini almağa başladılar. 
  - Pardon, xanım qız kecə bilərəm? 
   Oturduğu yerdə yerini hazırlayan Bahar başını qaldırdı. 
   - Haa buyurun, buyurun!
   - Təşəkkür edirəm!- deyib Araz pəncərə tərəfdəki oturacağa keçdi. Bahar üzü nurlu bu yaşlı adamla bir yerə düşməsindən özünü narahat hiss etdi. Təyarəyə ilk dəfəydi minirdi. O, təyyarəni kinolardakı kimi təssəvvür etmişdi. Xəyalındakı uçuşda onunla bərabar yolçulug edən adam gənc oğlan olacaqdı. Heyf. 
    Bütün xəyalları alt üst olmuşdu . Bu səfər onun ücün sıxıçı bir səfər olacaqdı. Yaşlı adamla yol yoldaşı olmaq nə qədər əyləncəli ola bilər axı. 
   Çantasından " Yad qızı " kitabını çıxarıb yalandan vərəqləməyə, başladı. Belə sıxıcı bir ortamda kitab oxumaq qədər əyləncəli və vaxt öldürmək qədər gözəl şey ola bilməzdi. Ümüdü sağ tərəfindəki boş yerə qalmışdı, bəlkə buraya özünə uyğun yol yoldaşı düşə, buraya da istədiyi sərnişin gəlməsəydi bu səyahət Bahara haram olacaqdı. İki yaşlı arasında əməllicə sıxılacaqdı...
    Elə bu vaxt yanına orta yaşlı kök dolu bədənli bir qadın gəldi. Orta yaşlı və kök qadın - amma son dərəcə dəbli bir qadın idi. Qısa ətəkli sinə dekoliteli paltarı tam əyninə görə biçilmişdi, son model çantası ilə ayaqqabısı dəst idi. Bahalı ətrinin qoxusu salonu başına götürmüşdü. Yanına düşən sərnişinin müasir görünüşlü biri olması onu sevindirdi, amma yenə də yanına xəyalındakı o gənci istəyirdi. 
   -Tuhh mənim şansıma! - dilinin altında mızıldandı. Keyfinə əməlli başlı soğan doğranmışdı. Ərköyün qız ürəyində atasın asıb kəsirdi . 
   -Əşi adam bilet alanda bir soruşmazmı ki, ay balam bu qızın yanında oturanlar kimdir? Bəlkə xəstədi? Bəlkə anormaldı ...
   - Orhan Kemal ...
   - Bəli?  
   - Əfəndim , Orhan Kemal tanınmış türk yazarı, çok sevdiyim bir yazar. 
   - Siz türksüz? 
   - Hayır Azərbaycanlı . 
   - Hmm... 
   - Baka bilirmiyim kitabınıza? 
   " Off  bir bu qalmışdı. Başımı kitabımla qarışdıracaqdım bu qoca da onu məndən alır , offf allahım offf. Bu hardan çıxdı başıma? Bu nə gün idi belə " - ürəyində deyinərək kitabı könülsüz Araza uzatdı. 
   -Təşəkkür edirəm . Çox maraqlı kitabdır. Türkçəsini oxumuşam. Bilmirəm sizin dildə oxuya bilərəmmi ya yox. 
  - Axı dediz ki azərbaycanlısız . Demək azərbaycanca da oxuya bilirsiz. 
   - Evet. Amma Turkiyede yaşayan azerbaycanlıyım. Ben latin qrafikası biliyorum, ingilis, alman ve fransızcam azacık da italyancam var. Rusca öyrenmek heç aklıma gelmemiş. Bu alfbeni çox az biliyorum. Öyrenmeye çalıştım, fakat çok zorlandım. Rusce bana göre zor bi dil. Şimdi nerde bir tabela başlığı falan görünce kendime göre onu okumağa çalışıyorum. Okuyamayınca yanımdakılardan destek alıyorum. 
   - Hmm, başa düşdüm. Mənim də ingilisçəm var, çox sevirəm bu dili. Amma başqa, dilləri də öyrənməyi çox istərdim. 
  -Öyrenirsin canım.Sen daha gencsin..
  -Bəs Orxan Kamal sözünü necə oxuduz? Axı sız kirilcə bilmirsiz. 
   -Evet, bilmiyorum,ama çok az biliyorum dedimya....Yanı elinizde ancaq yazarın adını oxuya bildim . Rus harfleri beni şaşırtıyor 
   - Baxın bura "Яd  гызы" yazıb, amma rus hərfləriylə- Bahar barmağını yazının üstünə qoyub hərifləyərək Araza göstərdi. Yanındakı qadın gözünü qıyıb eynəyinin altından onları seyr edirdi. 
  - Qardaş, siz haralısız?  Deyə qadın çaşqınlıqla Arazdan soruşdu. 
  - Cənubi Azərbaycandan .Amma Türkiyədə yaşıyorum efendim... 
   - Həə... deyirəm axı, bizimkilər kimi danışmırsız...
    Stüardessanin xoş və məlahətli səsi onların söhbətlərini kəsdi. 
   - Pardonn! - deyə bir oğlan yolcuları kontrol edən təyyarə işçisindən keçməsi üçün izin istedi. Stüardessa oğlana yol verdi və oğlan da öz növbəsində qıza təşəkkür edib arxa oturacaqda yerinə oturdu. 
   - AA... Habil - deyə Bahar sevincək və həyəcanla pıçıldadı. Ürəyi çırpınırdı. Araz yanındakı qızın həyəcanını hiss etdi və qızın əlindən tutdu ...
                     ******
    Yenə həyəcan məni basmışdı. Nədənsə Habillə Baharın üz üzə gəlməsini istəmirdim.Amma qədər onları bu dəfə də görüşdürürdü ...

                  ____  32  ____

   Yadınızdadırsa ,Ulduz Baharı tuvalete qoyub çıxandan sonra Ulduzun uşaqları barədə kiçik bir haşiyə yazmışdım ki, Ulduz uşaqlarını uşaq evinə qoymuşdu. Onu da qeyd etmişdim ki, bu 18 ildə Baharın mənə yazdıqlarının içində xırım xırda yazılar vardı ki, onları zamanı gəldikcə sizə danışacaqdım. Bəlkə də  keçən bölümlərdə Ulduzu ifadə edə bilməmişdim. Ulduzu daş ürək bir ana kimi tanımısız. Sual edə bilərsiniz ki , bu necə insandır ki, 6 uşaqdan birini itirib axtarmayıb? Deyəcəksiniz ki , insan nə qədər ruhi-pisxoloji müalicə olsa da, ərə getməyi bilir, amma uşaqlarını tanımır? Bu həftə içində Baharın notların incələdikcə bəzi məqamlar gözümə sataşdı. Onları sizlərə də çatdırmağın əsil məqamı olduğunu düşünürəm. 
   Sizi çox gözlətmədən 18 il əvvələ dönürəm. Bəli, bəli...

                18 İL ƏVVƏL

   Ulduz uşaqlarını uşaq evinə verdikdən sonra Balaqardaşa Moskvaya köçməklərini təklif etsə də Balaqardaş heç zaman onunla bu məsələdə razılaşmırdı. Arada bir uşaqlarının ziyarətinə gedən ana , sonralar səhətiylə bağlı bu ziyarətlərə ara vermişdi. Artıq  3 il idi ki, Ulduz uşaqları ilə görüşmürdü . Məleykəylə Habildən ürəyi arxayın idi. Bilirdi ki, qardaşları onlar üçün hər şey edirlər. Amma Aynur, Qabil və Mobildən cox nigaran idi. Hələ tuvaletə qoyub çıxdığı qızını düşündükcə vicdanı sızıldayırdı. Bəlkə də həmin an hirsliydi, gözü dönmüşdü. Ağlı başında deyildi. Fəqət, illər əsəblərinə su çilədikcə içi yanırdı. Özünü heç zaman bağışlaya bilmirdi. Həyatının gələcəyini düşündükcə xəstə halıyla 5 - 6 uşaqdan biri yanında olmamasını düşündükcə dəliyə dönürdü ...
   Həyat həvəsi sönmüşdü. Müqəvva kimi yaşayırdı. Balaqardaş da Ulduzun keçirdiyi stresi görür ona təsəlli etməyə calışırdısa da Ulduzu heç cür ovuda bilmirdi . 
    Balaqardaşın lap coxdan, hələ Ulduzdan əvvəl bir evliliyi olmuşdu. Onların dünyasında rəsmi nigah olmadığından Balaqardaş anasının aldığı dayısının qızıyla dini kəbin kəsdirmiş və onunla evlənmişdi. Günü qürbətdə və türmələrdə keçən Balaqardaşın onun yanına gəlib gəlməməyi onu maraqlandırmırdı. Bəzi qohum evliliyi edən qızlar kimi bu qadın da ər evində oturub ər yolu gözləməyi özünə borc bilirdi. Camaat, qohum qardaş içinə çıxanda özünü tox göstərir. Məclislərə gedəndə qır-qızılyla, bahalı geyimləri ilə, evinin "importnu" malları ilə göz qamaşdırır, iç dünyasında isə göz yaşı tökürdü. Hələ də o qadın Balaqardaşın anasının evi'ndə bir gün Balaqardaş geri dönəcək deyə yolunu gözləməkdə idi . Bu evlilikdən iki oğlu var idi . Balaqardaş onları ehtiyyacda buraxmazdı.Onlar üçün hər şərait yaratmışdı. Arvadı getməzdi, amma uşaqları arada Astarxana Balaqardaşın yanına gələndə Ulduz havalanırdı. Balaqardaşı onlara qısqanırdı. Demək olar ki, onların üzündən Balaqardaşla aralarında sevgi, məhəbbət adında bir şey qalmamışdı.Balaqardaşın dünyasında arvad boşamaq, onu sahibsiz buraxmaq söhbəti olmadığı üçün heç zaman Ulduzu boş buraxmırdı. Aylarla küsülü olsalar da Ulduz ya ehtiyyacdan onunla barışardı, ya da Balaqardaş onun ayağına gedərdi. 
   Ulduzun uşaqlarını görmədiyi üç il idi. Nəhayyət bir gün Ulduz uşaqlarına hədiyyə, pay püşk hazırlayıb Moskvaya yola düşdü. Uşaq evinə gəlib uşaqları ilə görüşmək istərkən uşaqlar bu görüşdən imtina etdilər. Dünyası başına yıxıldı. Ana üçün bundan ağır nə ola bilərdi ki?
   Uşaqları dünyaya öz pəncərələrindən baxırdılar. Böyüdükcə analarını qəddar və laqeyid bir ana kimi görürdülər. 3 illik ayrılıq övladları ilə ana arasında bir uçurum yaratmışdı. Ulduz nə qədər ağlayıb sızlasa da yalvarıb - yaxarsa da , bu 3 ildə onları unutmadığını desə də , xəstə olduğunu bu üç ildə xəstəliyiylə mübarizə apardığını söyləsə də uşaqları ona inanmırdı. 
    Artıq uşaqlar böyümüş Aynur 9 da , Qabil 6 da,  Mobil isə 4 cü sinifdə oxuyurdu. Mobil həyatı hələ dərk edib başa düşməsə də bacı qardaşının qorxusundan anasına yaxın durmurdu. Çarəsiz qalan ana məktəbin direktoruyla görüşdü. Məktəbin direktoru orta yaşlı bir xanım idi. Adı Dilara olan bu xanım milliyyətcə özbək idi. Ulduz oturub bütün dərdini ağlayaraq ona danışdı. Onun uşaqları ilə onun arasında körpü olmaq üçün ona yalvardı. 
   - Baxın, Dilara müəllimə, mən uşaqlarımı atmamışam. Vəziyyətimlə əlaqadər uşaqlarımı müvəqqəti olaraq buraya qoymuşam, indi gəlmişəm. Ev tutacam balalarımı başıma yığacam - deyə sözə başlayaraq , bütün başına gələnləri , həyatını ağlayaraq ona danışdı. 
   - Xahiş edirəm bu barədə mənə köməklik edin - əlinə ayağına düşərək  Dilarə xanıma yalvardı.Özü də internat məktəbində böyüyüb ərsəyə çatan bu nəcim xanım Ulduzu ürək ağrısıyla dinlədi. 
  - Sizi başa düşürəm , Gülzar xanım (yadınızdadırsa Ulduzun ikinci rəsmi adının Gülüzar oldugunu sizə demişdim ) amma sizə bu vəziyyətdə uşaq verə bilmərik. Buna qanuni olaraq ixtiyarımız yoxdur. 
  - Yalvarıram, söz verirəm, onlara yaxşı baxacam. 
   - Mən buna inanıram! Siz bir anasız , analar fədakar olur. 
   - O zaman problem nədir?
   - Sizin pisikoloji xəstə olmağınız , işsiz olmağınız. Sizin bu cür xəstəliklə sizə kimsə iş vermiyəcəyini də məndən yaxşı bilirsiz. 
  -Meşğulluğa müraciət edəcəm , küçə süpürəcəm. 
   - Belə edək, siz əvvəlcə iş tapın işləyin, ev tutun, ona qədər də uşaqlarınız biraz böyüyər bəlkə sizi başa düşərlər, sizin nə qədər fədakar olduğunuzu görüb sizi bağışlayarlar . Ondan sonra qanuna əsasən uşaqlarınıza sahiblənə bilərsinız . Əks təqdirdə, işsiz  və evsiz, vəziyyəti yaxşı olmayan anaya qanunlar övlad verməz 
   - Mən müharibə veterenıyam , ali savadlı həkiməm , bu boyda devlət o qədər vətəni mənə etibar etdi. xəstələr həyatlarını mənə etibar etdi də indi öz  uşaqlarımı mənə. etibar etməyəcəkmi deyirsiz?
  Dilarə müəllimə Ulduzun dediklərini çaşqınlıqla dinləyirdi. Dosyadakı sənədlərə əsasən Gülzar anadangəlmə xəstə olub müharibəylə, ali təhsillə, həkimliklə heç bir əlaqəsi olmayıb. 
   - Tərslik etməyin , mən ana olmamışam, amma burdakı uşaqların hər biri mənim övladım sayılır. Mən sizi də başa düşürəm, uşaqlarınızı da. Mən də yetimxanada böyümüşəm . Müəlliməmiz mənə analıq edib, kareyamı elə internatda qurmuşam . Bəzən düşünürəm ki , bəlkə ailəm gəlib məni uşaq evindən aparsaydılar, allah bilir başıma nələr gələcəkdi. Yaxşı ki elə burda qalmışam. Mən özümü burda tapmışam. Dövlətimiz biz yetimlərə sahib çıxır,  yedirir, əyin başımızı verir. Oxutdu  hər birimizi bir məsləyə göndərdi . Düzdür aramızda yollarını azanlar da oldu. Məncə bu onların günahı idi . Devlət kimsəni bağrına basıb , o birini  çırtmalamırdı. Hər kəs öz həyatının yolunu seçir. Biz də öz yolumuzu seçdik - Əliylə, Əli mənim yoldaşımdır. Əslən azərbaycanlıdır. Atası represiya qurbanı oldu. Onu uşaq evinə yerləşdirdilər. Eh nəysə bunlar siyasi mövzulardır. Qarışmayaq. Amma şükür edirəm ki , nə yaxşı ikimiz də  yetim qalmışıq -  gülümsədi - Bu siyasət - zad hamısı bəhanəymiş, Allâh qısmət yazanda yazıbmış ki, siz harda necə görüşəcəksiniz. Yollarınız harda kəsişəcək. Əliylə artıq 28 ildir xoşbəxt evliliyimiz var. Uşaqlarımız yoxdur. Bu əngəl bizim sevgimizi heç zaman yıxmadı. Əksinə bizi bir birimizə bağladı. Mənim uşaqlara olan məhəbbətim məni İnternat məktəbinə dartıb gətirdi. Bu saat öhtəmdə 278 uşaq var. İnana bilirsən, onlar hamısı mənim övladlarımdı. Mən onlara yetim kimi baxmıram. Onları qismət bura atıb. 
    Dilara xanım uzaqlara dalmış fikirlərini cəmləyib ayağa qalxdı . Müdür xanımın ayağa qalxdığını görən Ulduz da ayağa galxdı. 
    - Mən sizə kömək edəcəm !  Sizə dəstək olacam. Amma çox xahiş edirəm uşaqlarınızı burdan ayırıb çöldəki bataqlığa soxmayın. Aynur maşallah, boy buxunlu gözəl, həm də istedadlı qızdır, Alman dilini öz ana dili kimi, rus dili kimi səlis bilir. Deyir ki, böyüyəndə tercuməçi olacam. Səncə sən onu burdan ayırsan, onu belə mükəmməl yetişdirməyə gücün çatacaq? Balaca oğlun Mobil də bütün günü nəsə kəşf etməyə çalışır. Tez tez biliyiylə uşaqlarla mübahisə edir. Öz sözünü yeritməyə çalışır. Bilirsənmi belə uşaqlar böyüyəndə həyatda da rəhbər olurlar?
   Uşaqları haqqında ürək açan sözlər eşitdikcə həm onlar üçün darıxıb kövrəlir , həm də qürur duyaraq ağlayırdı. İçində bir ümüd yanırdı. Balalarının xoşbəxt gələcəyini görürdü.
    Dilara xanım əllərini onun çiyninə qoyub silkələdi. Sən fəxr etməlisən ki , sənin belə övladların var. 
   - Bəs Qabil ?
   - Onun haqqında heç nə deyə bilmərəm. Fikirləri çox dağınıq və qarışıqdır. İcinə qapanıq uşaqdır. Onun öz aləmi var. Hamıdan uzaq gəzər, heç nəyini heç kimsəylə paylaşmaz. Kimsəyə yovuşmaz , irəli gedənlərə qarşı içində qısqanclıq daşıyar. Fikir verirəm həmişə kiməsə zərbə vurmaqdan ləzzət alar. Keçən günlərdə dərsdən qaçıb, dükandan oğurluq eləmişdi 
   - Oğurluq? - Ulduz həyəcanlandı. 
   - Yeniyetməlik dövrünə qədəm basan uşaqlarda olur belə şeylər . Bayaq dedim axı. Hamı özü öz yolunu seçir burada. Dediyim kimi, burda hər kəsə dövlət eyni gözlə baxar. Amma yolun azan azır. 
   - Nə oğurlayıb ki, sən Allâh, bir şeydən ehtiyyacı olursa yazın mənim nömrəmi, zəng edin. Nə lazımsa yollayaram amma belə şeylərə əl qoymasına izin verməyin. Xahiş edirəm . 
   - Sakit olun narahat olmayın. Onun oğurladığı şeyi, ümumiyyətlə dövlət uşaq evinə vermir. Siqaret və içki oğurlayıb. Tək olmayıb , məktəbdə bir iki belə uşaq var onlara qoşulub. Biz məsələdən xəbər tutan kimi, lazımı tədbirlər gördük .Onları təlim - tərbiyyə mütıxəsisləri ilə görüşdürdük. Məktəbin pisxoloğu onlarla danışdı . Olur belə şeylər. Narahat qalmayın . Nə qədər ki , onlar burdadılar. Belə şeylərə əsla yol verilməyəcək. Belə uşaqları idmana, hansısa peşə dərnəklərinə cəlb edirik , boş qalmasınlar deyə İnşallah 8 - bitirən kimi Qabili Peşə-məslək məktəbinə verəcəyik. Bundan  sonra özləri həyata atılacaqlar. 
   - Mənə iş tapmaqda kömək edin. Elə burda işləyərəm , özüm həkiməm ama uşaqlarımı hər gün görüm deyə lap süpürgəçiliyə də razıyam xahiş edirəm . 
    Dilarə xanım ona söz vermişdi, ki onu mətbuatda redaktor işləyən həyat yoldaşı ilə tanış edəcək. Etdi də . Elə Əlinin köməkliyilə işə girdi. Oğlu Qabil peşə məktəbinə gedəndə onunla görüşdü . Qabil peşə məktəbinin yataqxanasında qalsa da arada bir anasının qaldığı evdə də gəlirdi. Qabil doğru yolda deyildi . 
   Qızı Aynur unversitetin Alman dili müəlliməliyi faklutəsinə qəbul olmuşdu .İnstitutun yataqxanasında qalırdı . Anasıyla danışmırdı. Qabilnən heç yola getmirdilər. Aynur Qabili həmişə danlar, onu tutduğu avaraçılıq yolundan cəkilib doğru dürüst bir yollla həyatına davam etməsini istəyirdi nə desə də faydası yox idi. Qabilin çevrəsi yaxşı deyildi . Çevrəsindəki yeniyetmə və səfil gənclər onu bataqlığa sürüyürdü . Ulduz onu çevrəsindən  uzaqlaşdırmağa çalışsa da bu mümkün olmurdu . Əksinə anası Qabilin üstunə getdikcə Qabil onu düşmən kimi görürdi. Qabil Ulduzu çox inçidirdi, ondan pul tələb edirdi. Ulduz onun istədiyini etməyəndə o Ulduzu döyür, onu öldürməklə hədələyirdi. 
    Balaca Mobil də böyümüşdü . Dilara xanım və Əli müəllim onu özlərinə mənəvi evlad etmişdilər. Ona hər cür dəstək olur, məktəblər arası və beynəlxalq bilik yarışmalarına göndərir. Mobilin bu yarışmalardakı hər dönüşü nəinki ailəyə , bütün məktəbə, Moskvaya sevinc gətirirdi. Az yaşı olmasına baxmayaraq 5 qızıl , 20 dən cox  gümüş və bürünc medalları vardı. Bütün qəzetlər, o cümlədən Əli müəllimin mətbəəsi Mobildən yazırdı. 
    Ulduz Dilara xanıma və onun ərinə necə təşəkkür edəcəyini bilmirdi. Onun evladları üçün bu qədər etdiyi yaxşılıqların əvəzini onlara necə verəcəkdi. Ulduz nə biləydi ki, Əi müəllim xeyriyyəçi iş adamı olmaqla bərabər əri İbrahimin vaxtı ilə represiya qurbanı olmuş dost doğma Cümüşüd əmisinin oğludur. Bəlkə də bu uşaqları ona bağlayan elə bir nəsildən olmaları idi ki, qan çəkirmiş ...
    Ulduz Astarxana çox nadır hallarda gedirdi. Qabil onu bezdirdiyi zaman, bir daha dönməmək şertiylə Balaqardaşa üz, tuturdu. Balaqardaş hər dəfəsində də eyni məhəbbətlə qollarını Ulduza açırdı. Ulduz Qabilə nə qədər qızğın olsa da, hər dəfə oğlunun başı qalda olduğu zaman geri dönüb, nəyi var nəyi yox onun yolunda töküb, onu düşdüyü bataqlıqdan çıxartmağa çalışırdı. Ulduz da, Balaqardaş da bilirdi ki, onun düşdüyü bu bataqlıqdan çıxarmaq müşkül məsələdir. Ən pisi də o idi ki. Qabil Balaqardaşın sevmədiyi oğru dünyasındakı düşmənlərindən birinin dəstəsinə qoşulmuşdu . 
   Çox vaxt Balaqardaş Moskvaya gəlib Ulduzu Astarxana gətirmək istəyər, Ulduz isə cavabında :
  - Sən uşaqlarını ata bilirsən, Balaqardaş, mən necə atım ? Sənin uşaqların səninlə görüşür onlara baxırsan, bəs mən? Keçmişdə nə xatam olubsa olub izin ver bu xatalarımı düzəldim. Ömür boyu uşaqlarım məndən nifrət edəcək ... 
  Qabil imkan versəydi Ulduzun maddi vəziyyəti xeyli yaxşı olardı. Şəhər doğum evlərinin birində işləyirdi. Yaxşı gəliri vardı. Çox kecmədi ki, Balaqardaşın da köməkliyiylə ev aldı, helə evinin keyfini çıxarmamaş , təkrar kirayə köçdü. Oğlunu qara dünyası onu pislikləri ilə içəri atmışdı. Evini satıb oğlunu qurtardı. Qabil Balaqardaşın düşməninə işlədiyi üçün Balaqardaşın da düşməni sayılırdı. Lakin, onlar "mehriban" düşmən idilər. Başı bəlaya girən Qabili Balaqardaş içəridə öz adamlarına tapşırır, onu qaranlıq dünyanın pisliklərindən qoruyurdu. Elə Ulduzla Balaqardaşı birləşdirən onun oğluna elədiyi yaxşılıqlar idi. Balaqardaş oğru dünyasının ən qəddar başçısı olsa da o, Ulduzun gözündə bir mələk idi. Elə bir mələk ki, həm Ulduzu, həm də onun oğlunu təmənnasız böyük məhəbbətlə qoruyurdu. Qabil üst üstə bir il beş ay içəridə yatmışdı. Hər dəfəsində Balaqardaşın onun üçün tutduğu güclü vəkillər onu türmə həyatından  qurtarmışdi. Balaqardaş Ulduz üçün Qabilə nə qədər yaxın olsa da Qabil ona o qədər düşmən kəsilmişdi. Ulduz iki sevgi arasında qalmışdı. Biri oğlu-  can parcası, o biri sevdiyi, hər çətinliyinde yanında olan dəstəyi...
   
    ... Araz başını kitabdan qaldırmadan gözlüyünün altından gələn adama baxdı. Bəli bu gənc Habil idi. Dönüb ona baxmaq istədi. Yanında oturmuş qızın həyəcanını hiss edib onların bu sevinç dolu ritminiı pozmaq istəmədi. Kitabı üzünə qaldırıb özünü Habildən bir müddət gizlətməyə çalışdı. Gənc qızın bu həyəcanının hara qədər gedəcəyinə maraq duyurdu. Ağarmış bığlarının altında gülümsədi. Ürəyində :  
   - Ahh bu cavanlıq, cavanlıq-dedi. 
   Qız yerində oturmurdu. Narahat olduğu bəlli idi. Sağa sola boylanır. Bir bəhanəylə özünü arxa cərgələrdə oturmuş Habilə göstərmək istəyirdi. Habil isə öz aləmində idi. 
  Təyyarə havaya qalxmışdı artıq. Sütüardessa yolculara xidmətə başlamışdı . 
 - Bağışlayın, xanım, ayaqyolu hansı tərəfdədir? 
 - Buyurun ! - təyarəci qız ona yolu göstərdi. Bahar sevincək ayağa qalxdı. Dar perona çıxıb arxa oturacağa baxdı. Habil tam kənarda oturmuşdu. Əlində hansısa bir xarici jurnalı varaqlayırdı. 
  -Belə oğlan olar? Nolub əə, qoca kişilər kimi burnun soxub jurnala. Bir başını qaldır, a zalıçın oğlu bir ətrafına bax daa -  deyə urəyində deyinə deyinə onun çiyninə toxunub keçdi . Habil gözünü jurnaldan ayırmadan sərnişinə mane olmamaq üçün özünü düzəltdi. Baharın keyfi qaçmışdı. Tuvaletə girib Habilin diqqətini özünə çəkmək üçün planlar cızırdı. 
   Araz dünya görmüş adam idi. Baharın həyəcanını, onun tuvalet bəhanəsiylə qalxdığını hiss edirdi. Bilirdi ki, bütün bunlar hamısı  Habilin diqqətini çəkmək üçündür. Bu qız dayısı oğlunu çoxdan tanıyır və ona aşiqdir. Ya Habil bu sevgini görmür, ya da bunlar sevgiliykən küsülüdürlər. 
   - Xanım kız bi dakika olurmu? 
   - Buyurun !
   - Acaba yerimi değişmek şansım varmı? Camdan bakarkən başım dönüyor. 
   - Sizə derman verə bilərəm! 
   - Yok , yok ... İlaclara qarşı alerjim var. Yerimi değişirseniz çok iyi olur . 
    Təyyarəci qız salondakılara baxdı. Araz tez dilləndi. 
   - Mesela arkadakı genc adamla yerimizi deyişsekmi? Benim için orası daha iyi. 
   -Bir dəqiqə - sutüardessa qız Habilə yaxınlaşıb- Cavan oğlan, bağışlayın, ön cərgədə yaşlı bir yolçumuz var. Pəncərə tərəfdə halı pisləşir. Siz onunla yerinizi dəyişə bilərsiniz? 
   Habil cavab vermədən Araz onu qabaqladı : 
   - Gəl, Habil oğlum, sən burda otur mən orda. Burada başım gicəllənir. 
   - Aa Araz dayı?
   Dayı bacı oğlu yanlarında oturmuş qadının başı üzərindən öpüşüb görüşdülər. Qadın yerində qurcalanıb, deyinməyə başladı . 
   - Samalyot deyil ee , ele bil banket salonudur, faytondu elə bil fayton, biri qalxır, biri oturur. Elə bil kolxoz bazarında kətçilər bir birinə rast gəlib. Necə ağızların marçıldadıb öpüşüb görüşürlərsə. Nədəəə...Nolub a balam? İnsanda etika deyilən şey olar da! 
   - Pardon xanım. 
   - Mən pardon - mardon bilmirəm. Əşi belə şey olar? Bəlkə biri yatıb, niyə narahat edirsiz ?
   Arazla Habil yerlərini tələsik dəyişib oturdular. Arvad hələ də deyinirdi . 
   - Bir dəfə də xanım qız həzrətləri təşrif buyuranda yol vermək məcburiyyətində qalacağıq. Belə şey olar? Baxırsan geyim kecimə,  danışığa deyirsən indi Parijdən gəliblər amma heç Alman mədəniyyətinin nöqtəsini bəzi adamlarda görə bilmirsən ...
   Arazla Habil bir birinə baxıb gülümsədilər. Araz ona "sus" işarəsi verib Habili sakitləşdirdi . Qadının deyinməsi Habili güldürürdü. Arvad onun gülüşündən hirslənəcəyindən ehtiyyat edib, əlindəki jurnalı öncə varaqladı, sonra açıq halda üzünə tutub özünü yuxululuğa qoydu.
  Elə bu zaman Bahar gəldi. Bilərəkdən yenə kənarda oturmuş yolcuya toxundu və anında da heç yolçuya baxmadan Habilin dediyi kimi "Pardon" deyib üzür istəyərək yerinə keçəndə qadın təkrar deyinməyə başladı. 
  - Pah atonnan. Demişdim axı. Bir hovur çimir edəmmirik - Bayaqdan dil, mədəniyyət ölçüsü gözləyən qadın bu dəfə ləhcəyə keçmişdi. Nə baş verdiyini anlamayan Bahar üzür istəyərək yerinə oturdu. Salonda qadınln deyinməsinə komik vəziyyət yaranmışdı. Özündə günah görən Bahar qadından dəfələrcə üzür iltəyərək ətrafında bu gülüşən yolçulara baxdıqca utanırdı. Elə bilirdi ki , camaat ona gülür .Qıp qırmızı qızarmışdı :
   -Ay balam, ay qızım - deyə qadın salon məmurunu çağırdıı. 
   -Buyurun xanım ! Nə lazımdır ? 
   - Şikayyət dəftərini gətir,şikayyət edəcəm. 
   Hər şeyin günahın özündə görən Bahar həyəcanladı. Əlindəki kitabı götürüb özünü küləklədi :
   -Ay xanım, şikayyət nəyə lazımdır axı? 
  - Sən sus! - qadın ona çəmkirincə Bahar üzünü pəncərəyə tərəf tutdu. Bayaqdan arvadın tənbehlərinə başı qarışan Bahar yanındakı kişini unutmuşdu . Üzündə  jurnal olan adam deyəsən başqası idi. Üzündəki jurnal əsirdi. Bəlli idi ki , jurnalın altında gülürdü bu adam. Canı darlandı. Yerində büzüşüb yanındakı qadını susturmaq, ona mane olmamaq istədi. Oturacaqların arasından dönüb arxadakı oturacağa baxdı. Bayaq yanında oturan yaşlı adamı orda görəndə təəcüüblə yanındakı adamı süzdü.Əlləri cavan adamın əlləri idi. Uzun toplanmış qıvırım saçları jurnalın altından  görünürdü. Özündən asılı olmayaraq adamın üzündəki jurnalı qaldırdı. Jurnalın altında oğlanın gözü yumulmuş dodaqları, yanaqları gülürdü .  
   - Sən? - deyib jurnalı onun üzünə və üstünə çırpdı. 
   - Bahoov heeyy !!!- qadının səsi yüksəldi - ikisi az idi üçünçü də gəldi ...
   Artıq nə Habil, nə də Bahar özünü tuta bilmirdi. İçərini şən qəhqəhə səsi götürmüşdü . Arazla bərabər yolçular da gulməkdən uğunub gedirdilər. 
   Bu gülüşlər qadının odunu daha da körükləyirdi ...
                ____ 33 ____
    Aeroportda Mahmud müəllim Baharı qarşılayıb bərabər evə gəldilər. Mahmud müəllim yol boyu gülməli yolçulğu xəyalından kecdikcə dodaqları qaçan qızına baxıb gülümsəyərək soruşdu : 
  - Nolub qızım?Yaman gülürsən?
  - Hə ata,desəm ölərsən gülməkdən. Bilirsən kiminlə yol yoldaşı oldum? Bir alimlə. Habil Ələsgərzadəylə. Mən hec alimləri belə gənc-cavan təsəvvur etməzdim-atasına döndü. Atası bığlarının altından gülümsünürdü . Onun yanlış anlayacağını düşünüb tez özünü yığışdıraraq əlavə etdi :
   - Maşallah,demək Azərbaycanda hələ də gənc nəsillərin içərisində savadlı bilikli adamlar varmış. Mən elə bilirdim belə nəsillər Sovetlərdə qalıb. Bravo...
   Baharın gözlərin qabağınıda təyyarədəki səhnə canlanır, jurnalla Habilin üzünə, çiyninə vurmağı gözünün qarşısına gəldikcə uğunub gedirdi. 
    -Ay qızım, de mən də gülüm, nəyə gülürsən? 
   - Hə ee , onu deyirdim axı. Yanımızda bir xala vardı bütün samalyotu deyinməyi ilə özünə cəlb etmişdi- deyə başlarına gələn yol əhvalatını atasına danışdıqca atası da ona qoşulub gülürdü .
   Baharı toy bayramla qarşıladılar. Bütün qohum-əqraba, qonşular Baharı gözləyirdi. Yemək içməkdən sonra kişilər evin önundəki artırmaya , qadınlar zala, cavanlar baxçaya çıxdılar. Gələn qonaqların arasında Sevdanın da ailəsi var idi. Əkiz qardaşlarından biri də onlarla gəlmişdi. Məclisi çoxluq orta yaş nümayəndələri təşkıl etsə də, gənclər meydanı əməlli başlı qızışdırmışdılar. Onlar bağ evinin balkonunda xarici musiqilərin sədaları altında əylənir, deyib gülüb zarafatlaşırdılar. Bağ evinin şən qəh- qəhələri və musiqi sədaları küçəyə və yaxın qonuşulara da siraət edirdi. Çox keçmədi ki, qardaşının dostlarıyla hazırladığı musiqi dəstgahı başladı. Bahar pianosunu arxasına keçdi. Valehin dostları özləri ilə gətirdiyi gitara və qarmon evdə tam bir ansambıl yaratmışdı. Yaşca hamıdan kiçik olan balaca Turalın adi stulda tutduğu ritm birə bir zərb alətini əvəz edirdi. Bahar piyanosunu çalaraq rəfiqələri ilə ifa etdiyi mahnılar gələn qonaqların zövqünü oxşayırdı. 
  Axşamdan xeyli keçmiş qonaqlar yavaş yavaş dağılışmağa başladılar. Sevdanın ailəsi Sumqayıtda olduqları üçün Mahmud müəllim onlara getməyə izin vermədi. 
 -Gecənin bu saatında hara gedirsiniz? Birdə belə içkili vəziyyətdə. Vallah qoymaram. Yıxılın yatın, gen bol, rahat ev eşik... Səhər qalxıb arxayın gedərsiz. Şəhərdə də vəziyyət yaxşı deyil. Komendant saatına düşəcəksiz. 
   Beləliklə qonaqlar gecəni onlarla qaldılar. Elə nə baş verdiysə o gecə baş verdi...
  Kişilər zalda, qadınlar yataq otağında, Valehlə Sevdanın qardaşı İlkin Valehin otağında, Bahar isə öz, yatağını Sevdayla paylaşmışdı. 
    Uşaqlığından tək və rahat yatmağa alşmış Bahar bu qızla heç cür yata bilmirdi. Valehin otağına keçib yükdən yorğan döşək almaq istədi. Amma oğlanların otağına girməyi ayıb saydı. Anasının otağına gəldi:
   - Ana, içəri necə keçim? Yükdən yorğan döşək almalıyam, Sevdayla yata bilmirəm. Yerdə yatacam mən. Oğlanlar da yatıb indi səs olacaq. 
   - Yaxşı, mən indi götürüb verərəm- deyə anası ayağa qalxdı .
   Bahar asılqandan gödəkcəsini götürüb artırmaya çıxdı. Zəif külək əsirdi. Göyün üzü tər təmiz idi. Havada şaxta olsa da göyün üzündəki ulduzlar aydın görünür, sayrışırdı. Ayın nuru bağı aydınlatmışdı. Balkonun altında cərgəylə ekilmiş nar ağaclarını üstındə hələ də toplanmamış narlar vardı. Uşaq vaxtından həmişə meyvələri ağacdan dərib yeməyi sevərdi Bahar. Odur ki, Mahmud müəllim Baharın bu həvəsini nəzərə alıb narları dekabırın sonlarına qədər ağacdan dərməzdi. Nar o qədər yetişib şirələnirdi ki, elə ağacda ağızların açardı . Elə narın ləzzətlisi də bu idi. Tam deymiş güleyşə nar ... 
  Gözü yaxın məsafədə pardaxlanmış nara sataşdı. Qıp qırmızı dənələri Bahara sanki  "gəl məni ye !" deyirdi. Əyilib balkonun daş sütunları arasından əlini uzadıb narı qoparmaq istədi. Əli çatmadı. Biraz da əyildi.Yenə olmadı. Geri çəkilib biraz aralıdan nara baxdı. Ağlna uşaq vaxdı oxuduğu tülkü və qarğa təmsili gəldi. Özünü bu vəziyyətdə tülkü yerində hiss edirdi. Ağzı sulanmışdı, Necə olur olsun o narı qoparmalıydı. Qapı açıdı. Elə bildi anasıdır :
   - Ay ana, bilirsən nəyə oxşadım mən?-güldü - qarğanın ağzındakı pendirə baxan tülküyə, deyirəm nə bir olaydı bir qarğa gələydi o narı pendir əvəzinə tutaydı. Mən də qarğanı alladıb narı alaydım - qəhqəhəylə güldü-Yox vallah, mən o narı bu gecə yeməsəm çatlayaram. Görüm aşağıdan qopara bilərəm? - deyə bir gözü narda piləkənlərə doğru addımladı. Piləkənin başına çatmışdı ki, arxadan gələn səs onu dayandırdı: 
  - Getmə, gəl ! Mən sənin üçün bu narı qopartdım al! 
  - Aa sən idin? - Bahar təccüblə əlində nar dayanmış İlkinə baxdı. 
  - Mən də elə bilirəm anamdı ee gələn. 
    İkisi də güldülər. Yaxınlaşıb narı İlkindən almaq istədi. İlkin əlini geri çəkdi. Bahar təccüblə  ilkinə baxdı. İlkin ona baxıb gülürdü . 
  - Ver də? 
  - Yoo, elə şey yoxdu!
  - Nə deyirsən? Ver narı! 
  - Hec elə şey yoxdu !
  - Di oyun oynama gecə-gecə ! Fason verməginen ee ver narı !
  - Oyunu sən oynamaq istəyirsən yoxsa mən? 
  - Deyəsən yuxulsan bala, ver narı yeri get yat ! - Bahar ciddiləşdi . 
  - Özün demədinmi bir qarğa olaydı , narı pendir yerinə alaydı, mən də tülkü kimi qarğanı aldadıb narı ondan alardım?
   Baharın yanaqları qızardı. Gecə gecə bu nə oyun idi belə ? 
   - Sən qarğa deyilsən, mən qarğa demişdim İlkin yox.
   -Sən də tülkü deyilsən, Baharsan. İndi gəl al görüm narı necə alırsan?  
   İlkin narı ona sarı uzatdı. Bahar almaq istəyincə İlkin əlini geri cəkdi. 
   - Yoo ele şey yoxdur. Necə demişdin? Tülkü kimi alacaqsan hiyləylə. 
   - Aa ayıb olsun, mən tülküyəm?
   - Mən demədim ki , tülkü olmağı sən istəmişdin. Bir görüm məharətini? - İlkin narı ona uzadaraq güldü. 
   - Vallah day sənə sözüm yoxdur. Eşq olsun ! - deyib incik halda qapıya doğru yönəldi. Baharın gedəcəyindən arxayaınlaşan İlkinin barmaqları boşaldı. Narı ovcunda əli ona sarı uzalı qalmışdı. Elə bu vaxt Bahar qəfil qartal kimi İlkinin üstünə şığıyıb narı qapdı. Anidən baş verən bu hərkəti  gözləməyən İlkin qızın bilıyindən tutub narı onun əlindən almaq istədi. Qız narı geri dartdıqca İlkin ona sarı əyilib qızla nəfəs nəfəsə dayandı. Məğlub olmamaq üçün özlərinin hansı vəziyyətdə olmasından xəbərləri belə yox idi. Elə bu vaxt qapı açıldı. İlkinin atası bayra çıxdı. Onlara çaşqın çaşqın baxdı, gülümsəyib, təkrar içəri keçdi. 
   Baharla İlkin bir birlərinə baxdılar. Bu vaxt ikisi də hansı vəziyyətdə olduqlarına diqqət etdilər. İlkin Baharın belinə sarılmış, Baharın əli də onun çiynində tutub dartır, narı ona verməmək üçün özünü qoruyurdu. İlkin onu balkonun məhəccərinə sıxışdırıb narı ondan almağa çalışırdı . Elə bir vəziyyətdə idilər ki, kənardan baxan bu səhnəni iki sevişən gəncin səhnəsi sanardı. Kişinin çaşqın vəziyyətdə nədən təkrar içəri dönməyini anlayib bir birinə baxdılar. İlkinin gözlərindən sevgi və məmnunluq, Baharın gözlərindən təlaş, üzündən nigarançılıq yağırdı. 
   -Bax gordünmü etdiklərini? Yaramaz! - İlkinin sinəsindən itələdi - biyabır oldum kişinin yanında , Allah səni biyabır eləsin !
   - Aaa məni niyə? Gecənin bu saatı nar yemək istəyən sənsən ya mən?
  - Çəkil ! Avara ... - Bahar onun sinəsindən itələyib ondan qurtulmaq istədi. İlkin süzgün baxışlarla Bahara baxıb yana çəkildi. 
  - Sabah kişinin üzünə necə baxacam, vallah bıabırçılıqdı ee biabırçılıq. Öldüm yerə keçdim, Allah səni yerə soxsun - deyib narı ilkinə tullayıb içəri kecdi. 
  - Nə qəşəy arvad, arvad qarğış eliyir ee, heç nənəm də belə qarğış bilmir. Sən canı hardan öyrənmisən bu qarğışları? Şifahi xalq ədəbiyyatinda heç yoxdur ee bu qarğışlardan - ilkin söz altda qalmırdı- bu qarğışlar gərək ədəbiyyata əlavə olunsun - İlkin əlin ağzına tutub güldü. 
   - Ee cəhənnəm ol başımdan, səfsələk! 
   Zalın aralı qapısından içəri baxdı. Kişi pəncərəni aralayb siqarət çəkirdi. 
   - Yazıx kişi çölə çıxmağına peşiman oldu e. Bədbaxt oğlu guya çölə siqaret çəkməyə çıxırmış, bəxtəvər oldu. Bizi də bəxtəvər elədi. Külbaş oğluyla, səydərəş Baharı oyun oynuyarkən gördü. Nətər deyərləre... Deyir ayının yüz oyunu var bir armudun başında. Bizim də oyunumuz bir narın başında oldu. Allah məni biabır eləsin, bu nə iş idi düşdüm? - ağlamsınıb otağına girmək istəyəndə İlkin qapıda göründü. Baharın üzündə əsəb, İlkinin üzündə isə nigarançılıq höküm sürürdü. 
    Səhəri bütün ailə və qonaqlar süfrə başında idi, bir tək Bahar yoxdur. Mahmud Baharın otağına boylanıb qızını səslədi. İlkinin atası Müzəffər kişi sözlü sözlü İlkinə baxıb : 
   - Ay Mahmud qardaş, bizim tərəflərdə bir adət var, bəlkə eşitmiş olarsan. 
  - Hansı adət?
  - Bizim oralarda qıza alma atarlar. Qız kimin almasını tutsa qızı ona verərlər. 
   Mahmud ikibaşlı danışan Müzəffərin üzünə baxmadan boğazını ayırtlayıb, cayından bir qurtum aldı. Söhbəti yayındırmaq istədi:
   - Heyf o adətlərdən. Əşi indi nə alma atan var, nə də alma tutan. Ay Bahar, ay qızım. Çay çörək soyuyur. Gəl çıx ay bala, səni gözləyirik...
   - Bizim bu əfəl oğlan, gecənin qaranlığında alma ilə narı qarışıq salb deyəsən, narla qızı vurub... 
  Süfrədəkilər təcüblə Müzəffər və İlkinə baxdı. İlkin başın aşağı salıb çayını əsəbi halda qarışdırdi. Sankı atasına "ata, nə açıb ağardırsan" mesajı verirdi. Mahmud kişinin qaşları çatıldı. 
   - Bizim oğlan dünən məclisdə qız bəyənib. Alma yerinə nar qoparıb ...
  Masa başından şən gülüş səsi yüksəldi. İlkin utanıb ayağa qalxdı və əsəbi halda otaqdan çıxdı.
   - Aa , doğurdan, ata? Hansı qız idi , kim idi? - Sevda gülərək söhbətə qarışdı. 
   -Sənin də gözündən bir şey qaçmaz haa, öz aramızdı. Gözlərin, maşallah qırğı kimidir-Müzəffərin xanımı nigaran nigaran İlkinin arxasınca boylandı. 
   - Hə arvad, heylə olmasaydı Sumqayıtın en gözəl qızı mənim uşaqlarımın anası olmazdı. Düz demirəm qızım ? 
    Xuraman gülə gülə ərini süzdü. 
 -Wooo- Valeh Müzəffərin bu jestini alqışladı:-Bravo Müzəffər dayı... 
   Zaldakı bu söhbəti, şən zarafatlaşmanı eşidən Bahar, otağında özünə yer tapmır, əsəbindən otaqda var gəl edirdi. 
   İlkin həyətdə ağacların altında gəzir, bəlkə də bu vaxta qədər heç diqqət etmədiyi,sevmədiyi ağaçlara, səki kənarında əkilmiş çiçəklərə heyranlıqla baxırdı ...
   Artıq getmək vaxtı idi. Bahar hələ də otağından çölə çıxmamışdı. Özünü xəstəliyə vurub yatağına girmişdi. Qonaqlar gedəndə Sevdayla anası onun otağına gəlib onunla öpüşüb görüşdülər .
  - Vayy, vay deyəsən gözəl qızımız gözə gəlib, nolub niyə yatırsan belə ?
    -Üstünüzə sağlıq deyəsən soyuqlamışam. 
   - Dünən çox atılıb düşdüz, tərlədin, a bala - Xuraman təssüflə Sevilə baxıb başın buladı - indikilərə söz deyəndə eşitmirlər ki, özlərini qorumurlar. 
   Sevil qızının qonaqları yola salmasını istəsə də Bahar yerindən tərpənmədi . Ev camaatı qonaqları darvazaya qədər yola salarkən Bahar otağından çıxıb qapıya gəldi. Qapıdan asılmış tül pərdənin arxasından gözləri ilə qonaqları uğurladı. İlkinin gözü evin qapı pəncərəsində qalmışdı. Baharı axtarırdı. Gedərkən onu görmək istədiyi bəlli idi. 
   Müzəffərin "Jiqulusi " tərpənəndə Bahar da hərəkətə kecdi geri dönüb otağına çəkilmək istəyəndə ev telefonunun yanında axşam İlkinin dərdiyi narı gördü . İlkin narı gətirib oraya qoyubmuş . Narı əlinə alanda ilk gözünə dəyən narın partlayıb aralanmış hissəsindəki boşluqda balaca kağız oldu . Kagızı çıxarıb açdı: "Bu dəfə evinizə təzə bəy kimi girəcəm Bahar, səni sevirəm" kəlimələri yazılmışdı. Həyatında ilk həyəcanını yaşayırdı. Gözləri süzüldü, dodaqları gülümsədi. Gecəki "nar" oyunu yadına düşdü . O qədər dalmışdı ki, içəri girən Valehdən xəbəri olmadı. Kağız parcası əlində elə dalıb getmişdi ki,Valehin bu yazıları əlində oxumasından xəbəri belə olmadı . 
  - Bu nədi? - qəfil səsdən yerində diksindi. Tez kağızı arxasında gizlətdi.  
  - Ver görüm bura? Nədi bu, kim yazıb bunu - yeniyetməlik dövrünü yaşayan gənclər kimi o da bacısını təssübunu çəkməyi beləcə özünə borc bildi. Kişi kişi səsini uçaldıb : 
  -Kimdi az, o bizim evə bəy kimi girmək istəyən? Bəlkə qıcaların sındıraq, heç gəlişi olmasın? 
   - Suus ... sus ...sən Allah, ata eşitməsin ayıbdı . 
  - Necə ayıbdı ee? Utanmırsan evin içində gədələrlə məktublaşırsan? Deyəsən qudırmusan axı?
   Bahar heç vaxt Valehdən belə bir şeyin şişirdiləcəyini gözləmirdi. Onun üstünə atılıb ağzını yummaq istəyincə Valehin səsi daha da ucalırdı. Səsə qapıdan içəri girən Mahmudla, Sevili görüncə Bahar utanaraq otağına qaçdı. 
   -Gorürsən qızını? İnistituta dərs oxumağa getmir ee, məktublaşmağa gedir. Dirçəlib gəlib. O qədər qudurub ki,adam zad da saymır evin içində oğlandan məktub alır. Utanıb ölmür ee deyirəm. İndən sora dərs adı qurtardı . Keçirdirsən onu qiyabiyə. Eşidirsən papa? Qiyabiyə... Məni qana salmayın durduğum yerdə. Vallah qoymaram getsin bir də o xarabaya - deyib əlindəki kağızı atasının üstünə atdı. 
  Sevil də Mahmud da kağızda yazılan yazılara baxıb gülümsədilər. 
   -Həə demək Müzəffərin əfəli bizim qıza alma əvəzinə nar atıbmış - deyə Mahmud gözüylə telefon masasının üstündəki nara işarət etdi -Mən də deyirəm bu Müzəffər nə aıma, nar söhbətidir salıb ortaya. Həə arvad deyəsən bağımızın meyvəsi yetişib , ağacımıza salba atılır artıq ... danışa danışa salona keçdi. 
    
    İlkin və Elçin Müzəffərlə  Xuramanın ilki idi. Uzun müddət nişanlı qalan bu çütlüyün elə evliliklərinin birinci ilində əkiz uşaqları oldu. O zamanlar Müzəffər Rusiyada işləyirdi. Evləndikdən sonra da Xuramanı götürüb özüylə ora apardı. Hamiləliyini şişkinliklə bərabər ağır keçirən Xuraman orada qala bilmirdi. bir müddət sonra Müzəffər onu təkrar Şahbuza gətirdi. Böyük bir külfət içində, həm də kənd yerində yaşamaq Xuraman üçün olduqca çətin idi. Evdə əl üstə tutulurdu. Əri altı bacının bir qardaşı olduğundan baldızları da onun başına pəvanə kimi dolanırdılar. Amma Müzəffərin burada olmamağı, kəndin cansıxıcı səssiz həyatı onu darıxdırırdı. Rusiyadan gələndən bir yerə cıxmamışdı. Necə deyərlər, mədəni sürətdə icbarı həbsxana həyatı sürürdü. 
  Hər gün demək olar ki, ərinə məktub yazır, onu kəndə çağırırdı . Müzəffər üçün kənd yerində yaşamaq məşəqqət idi. Əsgərlikdən sonra neçə illər Rusiyada yaşamış, oranın adətlərinə uymuş, artıq demək olar ki, ruslaşmışdı. Odur ki, kəndə gəlməyi əsla düşünmürdü də. Məktublarında Xuramana təsəlli verərək səbirli olmasını yazırdı: 
   -Gözümün nuru, səni nə qədər sevdiyimi bilirsən. Xumuşum,  biraz səbr et. Gəlim Bakıdan ya da Sumqayıtdan ev alacam. Mən oraya gəlsəm kənddə nə iş görəcəm ki? Gərək kolxozda tütünçülərə qoşulam. Əlimdə gül kimi məsləyim var. Biraz da maya qoysam şəhərdə zavodların birində yaxşı bir işə girərəm. 
   Müzəffərin şəhərə köçmək istəməsi ailəsi tərəfindən xoş qarşılanmadı. Müzıffərin altı bacısı və ana-atası Xuramanı sıxışdırmağa başladılar. Müzəffərin şəhər sevdasını Xuramandan yana bilirdilər.
   - Çox nankor gəlinsən . Sənə burda güldən ağır söz deyən yox, incidən yox. Səni yağ içində böyrək kimi bəsləyirik. Sağolumuz budur? Müzəffəri bizdən ayırmaq istəyirsən?  
    Baldızlarının və qaynanasının dır-dırlarına dözə bilməyən Xuraman Saraya atası evinə gəlir. Xuramanın arxasınca heç kim gəlmir . Ərinə məktub yazsa da əri ona cavab yazmırdı. Sonralar , çox sonralar Xuraman öyrənmişdi ki , qaynanası və baldızları Müzəffərə məktub yazaraq , ona Xuramanın haqqında xoşagəlməz sözlər deyərək onların arasını pozubmuş. Guya Xuraman onlara  "ölsəniz də sizə gəlin olmayacam , ölsəm də oglunuzu əlinizdən alıb şəhərə aparacam" deyibmiş. Bu da gənc ağlı başında olmayan Müzəffərə  acıq gəlib. Axı valideyinlərinin Müzəffərdən başqa oğulları yox idi. Əgər Xuraman onlara gəlinlik etməsə idi,  Müzəffər camaat içində hansı oğulluqdan danışardı? Müzəffər ana-atanın, altı bacının ümüd yeri, pənah qapısı idi. 
    Əkizləri dünyaya gələndə Müzəffər onları görməyə gəldi. Lakin, bu dəfə də Xuramanın atası onu evə buraxmamışdı. Çünkü Müzəffər aylarla atası evində qalan hamilə xanmını nə bayramlarda, nə də xüsusi günlərdə bir dəfə arayıb sormamışdı. Bütün qohum əqraba Xuramanla, Müzəffəri ayrıldı sanmışkən indi uşaqlar olandan sonra Müzəffərin meydana çıxması kişiyə yer edirdi . 
   Uzun sözün qısası. Uzun illər sonra Müzəffərlə Xuramanın həsrəti vüsala catdı. Uşaqlar olandan dörd il sonra Müzəffər özünü toparlayıb Sumqayıtdan ev aldı. Qaynatasının  qapısına getdisə də qaynatası da tərs damarına salıb qızını ona etibar etmədi. Kişi ona şərt qoydu : 
    -Anan və bacıların gəlib qızımdan üzür istəməsə qızımı verməyəcəm . 
   - Başına dönüm, ay əmi, etmə ,  eyləmə, bilirsən ki , onlar Xuramanın ayağına gəlməyəcək . 
   - Gəlmirlər gəlməsinlər. Sizə xoş,  mənə sizdən də xoş . Uşağımın əlində qalmamışam! Ya gəlsinlər üzür istəsinlər, ya da iki dünya bir ola verməyəcəm - deyə kişi  də qərarını kəskin vermişdi. İki il də Müzəffərin ailəsinə yalvar yapışından, qızlarının dördünü köçrurub əməlli başlı tənhalaşan ata anası nəhayyət böyük bir hədiyyə və qurbanla Xuramanın atasına minətçi düşmüş, sonra isə gedib onlarla barışaraq Xuramanı Sumqayıtdakı evlərinə gətirmişdilər . Müzəffər də o zamanlar kimya zavodlarının birində yüksək vəzifəyə girmişdi. Əkizləri baba evindən, atası evinə gələndə artıq məktəbin hazırlığına gedirdilər.Atalarının üzlərini çox az görmüşdülər. Xuraman atasının qorxusundan uşaqlarını ataları ilə gizli gizli görüşdürürdü. Uşaqlar atalarını yad adam kimi qəbul edirdiər. Analarına atalarından cox düşkün idiər . 
   Müzəffərlə Xuraman barışdıqdan sonra Sevda dünyaya gəldi. Müzəffər vaxtında əkizlərinə verə bilmədiyi sevgi və diqqəti qızına ayırdı. Əkizlər baba evində ciddi rejimdə, qorxu içərisində böyümüşkən, Sevda əksinə, daha ürəkli, ehtiyyacsız, ərköyün bir qız kimi böyüyürdü. Bu ailəni tanıyanlar hamı "Sevda oğlan olasıymış, İlkinlə Elçin qız" deyərdilər. 
   Sevda dikbaş, hər sözü üzə vuran, kobud qız idi.Yersiz zarafatları, köntöy hərəkətləri onun ərköyünlüyündən xəbər verirdi. 
    Bahar Sevdayla rəfiqəlik etsə də qızın bu xasiyyətindən heç xoşlanmazdı. Onun bu oğlanfason xasiyyəti bir gün onun evini yıxacağını düşünürdü və düşüncələrini  çox incə bir şəkildə ona bildirirdi. Bəzən Sevdagilin ailəsiylə ailəvi dostluq edən anasına da bu barədə fikirlərini bölüşdürürdü, 
   - Aa, qızda bir incəlik olar da. Nolsun atan səni başında gəzdirib. Atan sənə deməyib ki, qız incəliyini burax. Qız uşagısan ee. Biraz incə ol, biraz kübar ol, biraz mehriban ol, qılığın-sülüyun olsun, bir nazın ədan olsun ...

    Gələndən hələ çamadanını boşaltmamışdı. Paltarlarını yerbə yer edib dolabından asdı. Təyyarədə yanına aldığı el çantasını açıb içindəkiləri yatağın üstünə boşaltdı. Əşyaların içində "Yad Qızı" kitabı və Habilin oxuduğu xarici jurnal da var idi. Jırnalı əlinə alıb vərəqləməyə başladı. Vərəqlədikcə onunla keçirtdiyi bütün səhnələr gözlərinin qarşısından kecirdi . Onunla tanış olduğu gün boynundakı şərfinin onun zincirinə ilişib çıxmaması, şərfini boynundan açıb ona verməsi, Sevdanın şərfi bəhanə edib onunla avtobusdan düşməsi, Bahara acıq verirmiş kimi aşağıdan aftobusa baxaraq ona əl sallaması, bufetdə onlarla atmacalı danışması ... Hər şey elə bil vərəqlədikcə əlindəki jurnalın vərəqində canlanırdı. 
   - Sevda niyə avtobusdan onunla düşdü ki, başa düşmədim? Ona nə mənim şərfimdən getmişdiysə getmişdi də. Şərf mənimdi mən bilərəm. Qoy mən şərfimin dalıycan düşüm. Sən nə özünü soxmusan ortaya?- deyə düşündü. Düşündükcə hələ ağlında, həyatında, varlığında formasını və rəngini belə bilmədiyı qısqanclıq hissləri baş qaldırmışdı. O Habili qısqanırdı, Sevdanı Habilin ətrafında görməyə belə təhammül edə bilmirdi. 
   Telefonu götürüb Sevdagilə zəng elədi. Telefon uzun uzun çağırdı. Cavab gəlmədi, təkrar nömrələri çevirdi. Barmaqları diyircəkli telefonun dəliklərinə toxunduqca elə bil ürəyini nəsə sıxırdı. Ürəyi çırpınır, çırpındıqca gözlərindən yaşlar üzündə şırnaq açırdı. Cavab gəlməyincə də əsəblərinə hakim ola bilmirdi. Əsəblə dəstəyi üstünə asır, təkrar nömrələri yığırdı.
    Dəhlizdəki hənirtiyə Sevil xanım mətbəxdən boylandı:
   -Nolub qızım? Niyə qırırsan o telefonu, yavaş ol da biraz ! 
   Bu saat anasından yaxın, anasından əziz adam yox idi ona. Bu yaşa gəlmişti sankı indi anaya ehtiyyac duyurdu. Anasna sarıldı, başını anasının çiyninə qoyub səbəbini özü də bilmədən hönkürtüylə ağladı. Qızının belə acı acı ağladığını görüb Sevil xanım təşvişlə:
   - Bahar? Qızım? Nolub? Niyə ağlayırsan ? 
   -Bahar özü də bu ağlamağın səbəbini bilmirdi, odur ki, dillənmirdi, ağlamağa davam edirdi. Çaşıb qalmış qadın nə deyəcəyini bilmirdi, onu öpərək, saçlarını oxşayırdı. Baharı  sakitləşdiməyə çalışırdı:
   - Kecdi gözəl qızım, kecdi. Qurtardi, sil gözünün yaşını, oldu, bax belə! Axı nolub? Kimlə danışdın? Nə dedilər. Bir danış, biz də bilək də !
   - Ana ...
   - Hay can, anan qurban gözlərinin yaşına, ağlama görüm bir...
   - Ana ... mən ... mən ...
   -  Həə!!!
   - Mən aşiq olmuşam ana !!!...
                         *****
   Baharı yaxşı başa düşürdüm. Yəqin ki, gəncliimizdə ilk məhəbbət həyəcanın hər birimiz yaşamışıq, onun keçirdiyi hissləri biz də keçirmişik. Biz də səbəbsiz, ağlamışıq, öz dünyamızda, öz xəyallarımızla xoşbəxt olmuşuq. 
   Bir də təsəvvür edin ki, belə bir saf duyğuları biz yaşayırıq. Gəlin özümüzü bir dəqiqəlik Baharın yerinə qoyaq Təsəvvür edin ki, Baharın sevgisini biz yaşayırıq. Bir gün biri gəlib bizə sevdiyimiz oğlanın qardaşımız olduğunu desin...  Aman Allahım! 
   Belə bir vəziyyətdə söz tapmıram yazmağa. Bu kəlmələri yazdıqca belə tükənirəm, qaldı kı, bunları yaşamaq. Şəxsən mən bunları yaşarsam demək mənim üçün artıq, zaman durub, dünya öz fəaliyyətini dayandırıb. Elə bilərəm ki, sözün bitdiyi yerdəyəm ...
               ______  34  _______

   Deyirəm bəlkə Baharın hekayəsini yekunlaşdıraq? İstəyirəm bu hekayəni toparlayım,amma, Baharın mənə yazdığı mesajlardan bunun mümkün olmadığını hiss edirəm. Bayaqdan bir əsirlik ailənin həyatını, məişət qayğılarını yazıb oxuculara çatdırmışkən, indi romanımın əsas qəhrəmanı Baharın özünün həyatını sizlərlə paylaşmasam bilirəm haqsızlıq olardı. Baharın yazdıqlarından görürəm, yazıq qızın yaşadıqları, o qədər qarışıq olmuş ki, saf duyğuları, arzuları, qurduğu xəyalları o qədər sərt daşlara çırpılmış ki, söz tapmıram dilimə gətirim . Onun yaşadıqlarını dilimə gətirməyə, sizlərə çatdırmağa kəlmələr tapa bilmirəm. Buraxın sizinlə paylaşmağı, Baharın özünü təsəlli etməyə söz belə tapa bilmirəm  ...
                        *****
   ... Artıq dərslər başlamaq üzərəydi. Sevil xanım Baharın çamadanın çoxdan hazırlamışdı. Karton qutularda qızı üçün cürbə cür mürəbbələr, tutmalar kampotlar qoymuşdu. Baharın ən cox sevdiyi xəngəl və düşbərə kəsib qurutmuşdu. 
  -Ay ana, xəngəli saxlamaq olar, otaqda soyuducu da yoxdur düşbərəni harda saxlayacam qalıb xarab olacaq. 
  -Nə var burda? Gedən kimi qızlarla bişirin yeyin! 
   Səhər tezdən avtobusla yola çıxacaqdılar. Qardaşı Valeh onu aparıb Gəncəyə qoyacaq, axşamı da qatarla Bakıya dönəcəkdi. 
   Yuyulmuş paltarları ipdən yığdı. Öz paltarlarını seçərək qatlayıb səliqə ilə çamadanına qoydu. Ütülənəsi paltarları ayırıb zala kecdi. Böyük bir qətifəni qatlayıb masanın üstünə sərdi və ütünü cərəyana qoşdu. Televizoru açıb ütü masasının arxasına keçdi. O zaman populuyar olan "Karvan" qrupunun ifasında "Qara gözlər" mahnısı televizor proqramında yer almışdı. Mahnını ilk dəfə eşidirdi . Estrada musiqısını sevən Baharın yaman ürəyinə yatmışdı bu mahnı. Bir gözü televizorda, bir gözü ütüdə iş gorə görə mahnının ritmiylə hərəkətdə idi. Klipdə baş verən hadisələrə uyğun Habilnən rastlaşmaqları , keçirdiyi günlər xəyalına gəlirdi. Mahnının nəqarətində sanki Habilin qara gözlərinə baxırmış kimi, bu mahnını ona həsr edirmiş kimi zümzümə edirdi:
 
    Qara gözlər ürəyimi üzər ,
    Qara gözlər məni izlər .
    Qara gözlər, könlümü yandırar 
    Qara gözlər, qara gözlər 

  Mahnı o qədər ürəyinə yatmışdı ki, iş görə görə yerində oynayırdı. Anasının səsinə diksindi. 
   -Ay qızım bir o televizorun səsini al, görək nə deyirlər eşitmirəm !
   -Ey ana ...
   -Al, səsi al ! Telefonla danışıram: Hə, alo? Bəli ... bəli, bəli doğrudur ... Bahar? Hə evdədir... kim idi ki... Məleykə?-anasının üz ifadəsi dəyişdiyini gördü. Bəlli ki, qızının Məleykəylə danışmasını istəmirdi. Özünü eşitməməzliyə qoydu :
  -Aloo,alo ... Səsiniz qırıq qırıq gəlir, eşitmirəm . 
  -Ver ana ,ver ! 
 -Səsiniz gəlmir. 
 - Ver,ver ! - Bahar anasından dəstəyi almaq istədi. Sevil xanım isə dəstəyi ona vermək istəmirdi. Bir dəstəktən iki əl yapışmışdı. Ana qız dəstək əllərində əlbəyaxa olmuşdular. 
   -Ver ana ! Ver mənə ! 
   -Sən o qadınla danışmayacaqsan!
   - Danışacam !
Sevil qızına güc gələ bilməyib dəstəyi buraxdı. 
  - Al sox gözünə !
  Bahar dəstəyin səs gedən dəliyini əliylə sıxıb tərs tərs, anasına baxdı. 
   -Aa ana ayıb oldu, yavaş...
   Sonra dəstəyi qulağına tutub həyəcanla:
  - Alo, Məlişş, mənəm Bahar ...
  Telefon söndürülmüşdü. Telefondan Məleykənin yerinə kəsik "zumer" səsi gəlirdi. 
   - Ay ana, gördün?
   -Nəyi gördüm az? Mən səni o fahişəylə danışmağına qadağa qoymamışam? 
   -Ana, camaatın haqqında ağlına gələni danışma. O da bir ananın qızıdır, bir oğlanın bacısıdır! 
   - Ana qardaş sayan qançıqdır az o? Mən danışmırame , camaat danışır. Xalxın ailəsinə , evinə, ərinə göz dikib, səncə bu normaldı? Əxlaqsız! Hansı yaxşı qız belə edər? Yaxşı qız olsaydı adam balası kimi ərə gedərdi də, normal bir ailənin oğlu elçi düşərdi, ailə uşağa qarışardı, camaatın ərinə tamah salmazdı. Boynun yerə soxum elə qızın. Evli kişi düzgün qızın dalıyca düşər? Evli kişilər fahişə yanına gedər dəə... 
   - Bəsdir ay ana, ayıbdır vallah,  bilmədiyin şeylər var. İşin içində olmamısan bilmirsən Elyar Məleykəni sevir ...
 - P.. yeyir. Məleykəni sevirmiş! Qələt eliyir, başın da daşın yekəsinə vurur. Evli kişi arvadından başqasını sevməz. İki üç uşağı ortalıqda qoymaz. Belə q... lərdir elə camaatın evini yıxan. On dənə oğlum ola şil - şikəst ola, onlara gəlməyə qız tapılmaya nə belə qız alaram, nədə beləsinə qız verərəm...
   Telefonun səsi ana qızın səsini kəsdi. Bahar cəld tərpənib telefonu əlinə aldı. 
   -Alo Məleykə? - telefonun o başından rabitəçi qızın səsi gəldi :
  - Salam, Almaniyadan zənginiz var.  Zəhmət olmasa xəttdə gözləyin, sizi xəttə bağlayıram. 
   - Almaniya?- Qorxa qorxa anasına baxdı. Həyəcanlandı, ürəyi quş ürəyi kimi çırpındı. Anası başın yelləyib nə baş verdiyini sorusurdu. Bahar şəhadət barmağını dodağına qoyub ona susmasını işarə elədi. 
   -Alo, xanım xətdəsiniz? Bağlayıram.
  - Buyurun , buyurun gözləyirəm, bağlayın !
    Telefoncu qız iki xətti bağladıqdan sonra telefonun o başındakı adama bağlantı qurulduğunu söylədi.
   -Alo- tanış səs qulaqlarını oxşadı, gözləri süzüldü, yanaqları qızardı. telefonu möhkəm möhkəm qulağına sıxıb səs gedən yeri ovucu ilə möhkəm möhkəm tutdu. Üzünü divara çevirib sanki telefondan Habili anasından gizlədirdi. Telefonun o başından isə dayanmadan "alo, alo eşidirsiz? Alo cavab verin!"-deyə səs gəlirdi... Bahar isə susmuşdu. Bilmirdi həyəcandanmı susmuşdu, yoxsa anasının qorxusundanmı...

  Gəncəyə gələn kimi ilk işi Məleykəylə görüşməyi planlamışdı. Lakin Valeh axşama qədər onunla bir yerdə olacaqdı. Məleykəyə görüşməsi mümkün olmayacaqdı. Camaat qızlarını oğlanlardan qoruyurdu. Baharın ailəsi də onu Məleykədən qoruyurdu. Gəlincə də anası, atası onunla görüşməməyi ona möhkəm möhkəm tapşırmışdı. Avtovağzalda Baharı yola salanların içində Sevda, atası və İlkin də vardı. Sevda da Gəncəyə gedəcəkdi düzdür, lakin o axşam qatarı ilə çıxacaqdı. İndi Müzəffər onları da götürüb avtovağzala, Baharı yola salmağa gəlmişdilər. Mahmud və Sevil gözlənilməz bu haldan məmmun görkəm alaraq, gizlincə bir birlərinə baxaraq qımışırdılar. Bahar Sevdayla  fürsət tapıb yaxınlıqdakı köşkə getdilər. Bahar Sevdanın qoluna girdi:
  -Seva, bilirsən kim zəng eləmişdi? 
  - Kim? 
   -Habil!
   -Habil kimdi az? 
   -Habil də... Almaniyadan... şərfimə ilişən oğlan vardı ee...
   -Şərfimə demə ee, de mənə ilişən oğlan!
   -Eşq olsun ,Seva, ölürsən də söz soxub, qəlb qırmaq üçün. 
   -Bambılı yerinə göyub səni, sən də əfəlliyini qəbul eləmisən də! Az qız qəhətdi ona? Almaniyadan belə fırlandı sarı matanları orda qoyub gəlib burda qara qızamı vuruldu? Ay qız doluyur səni, imkan vermə oynatsın səni barmağında. 
   Bahar ağlansınıb inçik halda əlini Sevdanın qolundan çəkdi. Yeyəcək, içəcək satılan kiçik köşkə yaxınlaşıb yolda yeməyə bir şeylər aldı. Geri döndüyündə Sevda yanında yox idi. Bahar ətrafa baxa baxa irəliləyərək avtobusların arasında gözü ilə hər yerdə Sevdanı axtarırdı. Birdən kimsə onun qolundan tutub avtobusun arxasına çəkdi, belinə sarıldı. Həyəcanla ona sarılan adama baxdı. İlkin idi. 
   - Eeyy neynirsən? Dəlisən? Burax məni...
   - Sakit ol, nolub? 
   - Canına azar olub , gözünə də dərd. Sənə bu ixtiyarı kim verib, utanmaz burax məni, gicin biri gic...
   Bahar əlini boş qoyub İlkinin üzünə bir şillə ilişdirdi. Buna baxmayaraq İlkin əyilib onun üzündən öpdü. İlkin onu öpərkən Valehlə Mahmud onları avtobusların arasından gördü. Valeh coşsa da atası onun qoluna girib onu kənara cəkdi. 
   -Oğlum, lazım deyil, camaatın içində ayıbdır. Görünür bacın izin verib ki, elə şey yaşanır. Bu mövzunu dalaşaraq yox,  danışaraq həll etmək lazımdır. Üstünü vurma ...
   Bahar onların yanına gələndə Valeh ona da , İlkinə də qanlı qanlı baxırdı . Nə baş verdiyini anlamayan Bahar heç nə olmamış kimi atasına sarıldı.Elə bu vaxt Sevda da gəlib cıxdı. Qucaqlaşıb öpüşəndə Sevda onun qulağına pıçıldadı: 
   -Sənə də fürsət lazım imiş qardaşımla görüşməyə - güldü 
   -Nə deyirsən gic Bakaxanım? Başın xarabdı? 
  - Az day yaxşı da, kor döyülük ha,  gözümüz görür, hər halda yaşayırıqsa hissiyyatımız da var. Həyəcanınızı da başa düşürük. Qardaşım üçün ölürsən ee ... 
   Bahar əsəbi halda Sevdanın üzünə baxdı;
   - Cəhənnəm ol, cəhənnəminin dalıyca , gic gic danışma ...

    Gecə saat onda Valehi dəmir yol vağzalından yola salıb, bir başa  Məleykəgilə gəldi. Bayaqdan axşamın nə qədər tez düşməsini istəyirdi... Binanın önündə Elyarın maşının görüncə ehvalı qarışdı. Gəldiyinə peşiman oldu. Özü özünü qınadı. 
  - Camaat sənin keyfini gözləyəcəkdi? Nə xəbəri var sənin gələcəyindən? Gecənin bu vaxtı camaatı nə narahat edirsən camaatın qonağı var. 
  Kor peşiman yataqxanaya qayıtdı. O gündən xeyli müddət idi ki, Məleykəylə görüşməyə fürsəti olmurdu. Dərslər başlamışdı artıq. Sevda da gəlib çıxmışdı. Baharı heç gözündən qoymurdu. Hər yerdə dəqiqə başı ailələrin qardaşlarını tərifləyir, anası ilə atasının böyük məhəbbətindən danışırdı. 
   - Deyirəm, o vaxtın kişilərində səbr deyilən şey varmış ee. Papa o qədər ayrılıqdan sonra Ruset kimi yerdə ağlını başını azdırmayıb, yenə gəlib mamanı tapıb, barışıb.Vallah indikilərə bir fürsət lazımdır arvad boşamağa. Bizim nəsildə nə nişan qayıtmaz , nə də arvad boşamazlar. Hələ bir qohumumuz varee, qulaqlardan uzaq- Sevda qulağın çəkdi- cavan oğlu öldü. Gəlinini balaca oğluna aldı, gəlin də oğlandan beş ya böyük haa. Yanı bizim nəsildə arvad buraxmaq, arvad boşamaq, nişan qaytarmaq söhbəti yoxdu. Həə, nə deyirdime, Yanı deyirəm ki, mənim qardaşlarım da bu saf sevginin bəhrəsidirlər. Onlar da sevəndə elə papaynan mama kimi sevəcəklər. Dəli divanə . 
   Bahar Müzəffərlə Xuramanın sevgi hekayəsini eşitdikcə içi fərahlanırdı. Sözün əsil mənasında onlara qibtə edirdi. Çox istəyirdi ki, onun da sevdiyi oğlan, gələcək həyat yoldaşı ilə bir birlərinə beləcə sadiq olsunlar. Birbirlərini sevsinlər, hər cətinliyi səbirlə, iradəylə aşsınlar. 
   Gündəlik həyat davam edirdi. Dərsə, arada bir dərsdən çıxıb rəfiqələri ilə şəhərə gəzməyə gedirdilər. Tətil günləri toplanıb yaxınlıqdakı istirahət mərkəzinə gedər,yeyib içib əylənirdilər. Gəncəyə ilk gəlişlərində Göygölə , Hacıkəndə getmişdilər. Buraların qış mənzərəsi bir başqa olurdu. Beyaz yorğana bürünmüş dağların qoynundakı göllər mavi örtüyü xarırladırdı. Bol bol rəsmlər çəkdirir, gənclik illərindən xatirələr saxlayırdı. Bu dəfəki istirahətləri Şəkidə olacaqdı, Xan sarayında, gözəl təbiət qoynunda. 
   Qrup oğlanları aftobus sifariş etmişdilər. Həmişəki kimi sözləşib, tələbələr və müəllimlər ilə unversitetin qabağında görüşəcəkdilər. Bahar da erkən qalxıb hazırlaşdı. Atasının Rusiyadan onun üçün gətirdiyi idman dəstini geyinib kepkasını  başına qoydu. Uzun saçlarını keplanın arxa ipliyindən çıxardı. Açıq rəngli gözlüyünü taxıb ağ krasovkalarını da geydi. Bu geyim ona çox yaraşırdı . Ümumiyyətlə Bahar geyiminə həmişə fikir verirdi. Stili ilə həmişə yoldaşlarından seçilirdi. O zamanlar onun geyindiyi geyimləri yerli qızlar cox nadir hallarda geyinərdilər. Bu elə bir dövür idi ki, qızlar şalvar geyinəndə ona xor baxırdılar. Hələ - hələ Baharın sitilində olanlara ...
    İdman çantasını da çiyninə alıb yataqxanadan çıxdı. Unversitetə tərəf üz tutdu. Yataqxanadan unversitetə qədər onu bir " РАФ"  təqib edirdi. Bu da Baharı narahat edirdi. Səhər səhər keyfinə soğan doğranmışdı . Başını qaldırıb baxmasa da öz özünə ürəyində bu maşının sürücüsünü asıb kəsirdi. 
   - İt oğlu it , elə bil adam görməyiblər ağzının suyunu nə axıdıre, köpəy oğlu, zəhləm gedir də ağzının şorbasını axıdan adamlardan.
    Nəhayyət uzun görünən yol bitdi. Qızlarla öpüşüb görüşüb arxasınca gələn maşına döndü. 
   -Aa, deyirəm axı bu səylik kimdən çıxar? 
   - Nolub , kimdir ki bu? 
   - Aqil başı batmış. 
   -Hə bu oğlanı görmüşəm institutun qabağında.Tez tez bitir buralarda. Qəşəy oğlandı. Amma deyəsən avaragordur. İşi gücü yoxdu bunun?  Bütün günü veyillənir ee institutun qabağında - Sevda bic bic Bahara baxıb gülümsədi : 
   - Yoxsa prensesə aşiq olub?  
   - Nə danışırsan?Qoy rədd olsun...
   - Sən bilərsən, bax aa aranız pozulmasın sora. Sora demədin demə ha
   -Nə danışırsan kiminlə aram pozulacaq? 
   - İlkinlə. 
   - Gic gic danışma. Nə sayaqlayırsan sən? İlkinlə aramızda heç nə yoxdu. 
   -Papa canı İlkin bir könüldən, min könülə aşiq olub sənə. Papa da üstünə düşüb ki , vaxtın çatıb. İşləyir zavodda. Biraz papa maya buraxacaq, yaxşı vəzifə verəcəklər. İş yerindən evini də verəcəklər, yeni evlərdən . Day nə istəyirsən ee . 
   -Deyir qız evində toydur, oğlan evinin xəbəri yoxdu. Sizdə də əksinədir. Oğlan evində toydur, qız evinin xəbəri yox. Siz hazır mən nazir? 
  - Yay tətilində papagil sizə gəlmək istəyir. Nişan qoymağa. 
  - Başı xarab olub ee bunun. Hələ oxuyuram ee, oxuyuram. 
  - Oxu da gənə , keçərsən qiyabiyə
  - Pah ... Ölmüşdü Xankişi! Yalan demirsən ki ?
   Elə bu vaxt avtobusun qapısı açıldı. Hamı maşına doluşdu. РАФ- da yer qalmadığı üçün Sevdayla Bahar ön cərgədə Şoferin - yəni Aqilin yanında oturdu. Yola çıxdılar. Sevda Baharın yanın çimdikləyib göz vurdu . 
   - Kef elə bacı, İlkin söhbəti yox idi, biz elə padruqaydıq ...
   - Suss... gic baş 
   Yol boyu Aqil Baharın canın boğazına yığmışdı. Aqil bir bəhanəylə ona toxunur, gah əlindən tutur, gah da Sevdanın yatmış və ya başının qarışdığını görüb onunla əxlaqsız şeylər barədə pıçıldayırdı, Baharın əlindən tutub qıçına və ya özü onun budlarını sıxırdı. Bahar dilə ağıza düşməmək üçün səs çıxartmır, onunla səssiz əlbəyaxa "savaşırdı" Avtobus arada dayanan kimi Bahar arxadakı oğlanlarla yerlərini dəyişmək istəsə də , arxada özlərinə "qız tutmuş"  oğlanlar Baharla yerini dəyişmək istəmirdilər. 
  Bahar Sevdanın xasiyyətini bilirdi. Bilirdi ki, ağzı yırtıq şeydi.Əgər Sevda Aqilin Bahara etdikləri görsə və ya Bahar Sevdadan imdad istəsə onun ağzına düşəcəkdi, yerli yersiz Sevda harda gəldi atmaca ataraq onun keyfini pozacaqdı. Odur ki, sadəcə Aqilin əlini kənara atmaqla və ya əlinə vurmaqla kifayyətlənirdi . 
    Daha Baharın xəbəri yox idi ki, Sevda gözünü yummaqla bütün bunlara kiprik altından diqqət edirdi. 

   Bir gün, dərsdən çıxanda Sevda Baharın qoluna girib özüylə Beynelxalq rabitə şöbəsinə gətirdi. 
   -Nə işimiz var burda? 
  - Tək gəlmək istəmədim. Dedim bir yerdə gələk. Sən də evinizlə danışarsan. 
   - Mən axşam danışmışdım. 
   - Onda yanımda dur . 
    Sevda rabitəçi qıza yaxınlaşıb ona nömrə verdi. Çox keçmədi ki, onu 4 cü kabinəyə aldılar. Bahar kənara çəkilib Sevdanı kənarda gözləmək istədi. Sevda onun əlindən tutub özü ilə bərabər kabinəyə saldı . 
    Aman allahım ...Sevda Habilnən danışırmış. Yer göy ayaqlarının altından qaçdı sanki. İçini qısqanclıq hissi sardı. Ürəyində özü özündən nifrət edirdi. 
   "Yatan inəyin başına qalxan öküz .... Get canın cıxsın Bahar! Camaat hər bəhanəylə özünü sırışdurmağı bilir. Səninlə o bu qədər yaxın ola ola allahın bir nömrəsini də nə almadın, nə də sən ona vermədin, kül başına! Məleykəylə bu qədər yaxınkən ondan da istifadə etmədin. Məleykə aranızda vasitəçi ola bilərdi. Özü də görürsən ki, onun səndən xoşu gəlir. Niyə bir şans vermədin ona?" 
   Sanki bu dar kabinədə havası catmırdı. Sevdanın onunla danışdıqlarını eşitdikcə əsəbləşir özünə yer tapa bilmirdi. Sevda Habillə o qədər səmimi, o qədər içdən danışırdılar ki... bəlli ki bu onların ilk danışıqları deyildi. Artıq danışıqları daha da dərinlərə gedirdi. Biri Almaniyada biri Azərbaycanda olsa da telefonda özlərini o qədər rahat  hiss edirdilər ki, sanki uzaq məsafədə deyil, bir yerdədirlər.Açıq açıq hər şey hətta sexs barədə də danışırdılar.Habil ona cavab verən zaman Sevda telefonu Baharın qulağına yaxınlaşdırıb onun dediklərini fəxrlə qıza eşitdirirdi və özü də bundan cox böyük zövq alırdı. Habil ona sevgi dolu sözlərdən cox intim, özəl sözlər deyirdi. Bu da Sevdanın xoşuna gəlirdi, Habli onun üçün darıxmağı kimi, ona olan özləmi kimi , istəyi kimi qəbul edirdi. Bahar bu sözləri Habilin dilindən eşitdikcə ona əsəbləşir , Sevdaya isə nifrət edirdi. "Bu necə qızdır ay Allah, az adamda həya yaxşı şeydi, nə abır qalıb bu qızda,nə ismət"
   - Bax, Habilim, aşkım, yanımda kim var bilirsən?-  Deyə Sevda telefonu Baharın da qulağına yaxın tutdu. Bahar dəstəyi özündən aralamaq istəsə də, Sevda ona "sakit və dinlə" işarəsi verdi:
   - Kim var ki, mənim göyərçinim? 
   - Bahar ! 
   Bir müddət səs kəsdi. 
  - Alo, Habil, ordasan?
  Səs gəlmədi:
   -Alo Habil səsin gəlmir, aloo... 
   - Hansı Bahar? 
  - Bizi tanış eliyən Bahar daa -  Bahar onun üzünə tərs tərs baxdı. Sevda tez sözünü düzəltdi . 
   - Daha doğrusu onun şərfi . Bunun üçün onun şərfinə təşəkkür etməliyik - güldü - Həmin gün o şərf olmasaydı ...
 Sevdanın üzündən xoşbəxtlik yağırdı. 
  -Dəstəyi Bahara verə bilərsən? - Habil onun sözün kəsdi. 
  - Nə? 
  - Telefonu deyirəm ver Bahara !
   Bahar telefondan aralanıb ona "danışmaq istəmirəm" işarəsi verdi. 
   - Neynirsən Baharı? O çıxdı çölə. 
  - Çıxmadı ver!
  - Vallah cıxdı, burda yoxdur. Neynirdin Baharı? Vacib sözün vardı? 
  - Hə, çox vacib...
   - Nə deyəsən ki de mən ona çatdıraram. 
   -Hmm... O zaman ona de ki, verdiyim jurnalı yaxşı yaxşı oxusun. Mənim haqqımda yazı var orda. 
  -Elə bunu deyəcəkdin? - Sevda güldü.
   Demək Habil o jurnalda onun üçün bir mesaj buraxıb. Bəs Bahar bunu niyə başa düşməyib bu vaxta qədər? Niyə baxmayıb o jurnala heç? Demək, Habil Bahar ilə  maraqlanır, bəlkə də sevir ...
  - Uuufff, ağılsız başım uff.. . Hər yerdə mollalığımı göstərirəm elə . Nə qədər avam qızam, mən ee - deyə düşünərək kabinənin qapısın açıb bayra çıxacaqdı ki, Sevda telefoncu qıza səsləndi:
 -Bacı, xətt kəsildi, həmən nömrəni təkrar yığın ... 
  Bahar hansı hissləri keçirirdi bilmirdi. Həm sevinir, həm də əsəbləşirdi. Qarışıq duygular içərisindəydi. Fikirlərini bir yerə cəmləyə bilmirdi. Bütün bədəni od tutub yanırdı. Qarlı soyuq havada canını tər basmışdı. Cox həyəcanlı idi. Ürəyi elə möhkəm çırpınırdı kı , bu ürək döyüntüsünün adını belə bilmirdi. Dönüb Sevdaya baxdı. 
   -Cavab vermir - deyə Sevda təssüflə ona baxıb başını yellədi . 
    Sevdanın arxadan cağırışlarını vecinə almayaraq bir başa yataqxanaya gəldi. Otaqlarında heç kim yox idi. İçəri qırıb çarpayısının altından çomadanın çəkib açdı . Paltarlarının arasından kitablarını çıxarıb yatağın üstünə yığdı. Jurnal yox idi. Dəli kimi eşyalarını qarışdırmağa başladı. Jurnalı tapa bilmirdi. Ağlayırdı. Həmin günü yadına salmağa çalışdı. Bəli həmin gün Habil jurnala nəsə cızma qara edirdi. Sərnişinlər enişə hazırlaşanda Habil jurnalı Bahara verərək, "məndən yadigar qalsın. Yaxşı yaxşı oxu !" demişdi. Bahar da ona: "xarici jurnaldır təssüf ki, oxuya bilməyəcəm"  demişdirsə də, Habil barmağını qələmlə yazılmış bır yazının üstünə qoyub "sən yenə də oxu!" demişdi ona. 
  Özü özünə hirslənirdi :
  - Gör nə qədər mal qızam sən Allah. Gör nə qədər səyəm - deyib hönkürüb ağladı. Qalxıb yataqxanadan çıxdı. Vağzala gelib bilet almaq istədi. Bilet qalmamışdı . 
   -Cox xahiş edirəm mənim bu gecə Bakıya getməyim lazımdır. Ölənimiz var. Xahiş edirəm , məni bu gecə Bakıya yollayın .
  - Belə vacibdirsə Yevlaxa gedib ordan Elektirik qatarı ilə yola çıxa bilərsiniz.Yevlaxdan qatarlar tez tez keçir. 
   Avtovağzala gəlib taksilərlə maraqlandı. Üstündə o qədər pul yox idi. Taksi baha gedirdi. Taksiylə Bakıya gedə bilməyəcəkdi. Ama Yevlağa ordan qatarla gedə bilərdi. Taksiylə Yevlaxa qetsə belə qatara bilet alsa belə üstündə heç pulu qalmayacaqdı. Çətini Bakıya çatanacandır. Ordan zəng edər, ya Valeh, ya da atası gəlib onu evə aparardı. 
    Yevlax avtobuslarının qıymətləri ilə maraqlandı. Gediş haqqını hesablayıb yola düşdü. Artıqlamasıyla pulu var idi. Buna çox sevindi. 
    Bakıya səhər tezdən catdı. Cibində pulu qalmışdı. Kassaya yaxınlaşıb, Son pulu ilə geri dönüş- Gəncə qatarına bilet alıdı. Bayıra çıxdı. Çiblərini və çantasını qurcaladı. Çox, az qəpik quruş qalmışdı. Qəpiyi avtomat telefona salıb atasının iş yerini yığdı. 
    Ev əhli Baharın xəbərsiz gəlişinə çaşıb qalmışdı. Düşünülməmiş addim Baharı çətin vəziyyətə salmışdı. Gəncədən çıxanda evdə nə deyəcəyini, bu gəlişin hesabatını belə düşünməmişdi. 
   -Ay qızım, axı belə xəbərsiz ətərsiz, zaçotlar başlayıb ...
   Divardan asılmış hələ orta məktəbdə oxuduğu zaman iştirak etdiyi idman yarışlarında aldığı diplomu görüb tələsik ayağa qalxdı , diplomu çərçivəsindən çıxarıb kağızı havaya qaldırdı. Hamı çaşqınlıq içindəydi. 
   -Bunun üçün gəlmişdim. Yarışlara qoşulacam bunu istədilər. 
  - Gəlmək lazım deyildi. Desəydin biz yollayardıq . 
   -Eey ay ana pis oldu?Gəldim sizi də gördüm də. Darıxmışdım. 
    Mətbəxdə şıdırığı iş gedirdi. Sevil dolmalar bükür, qızına Gəncəyə aparmaq üçün paxlava hazırlayırdı. Köməyə qonuşu gəlini də çağırmışdı. Fürsət tapan kimi Bahar otağına keçib Habilin verdiyi jurnalı axtardı.Tapa bilməyincə anasını səslədi . 
   - Ana, evdə bir jurnal vardı ee , xarici jurnal idi onu görməmisən?  
  - Hə onu? Neynirsən cırmışam 
  - Nə? - hirsindən ağlamaq onu tutmuşdu. Ordan bura dərsdən belə icazə almadan o jurnal üçün gəlmişdi. O da cırılıb. 
   -Niyə cırdın ay ana . O lazımlı idi. 
   -Neynirsən ki? Dedim indi lazımsız şeydi. Xarici dildəydi. Oxumaq olmurdu. Vərəqlərini cıxarıb taxcaya sərmişəm balonların altına. 
   Tez özünü evə bitişik olan ambara saldı. Taxcadan balonları yerə yığıb bütün kağızları toplayıb o üz bu üzünə baxdı. Sevilin içəridən səsi gəlirdi : 
  - Ay bala, sora balonları yerinə yığ, əlim ətlidi gələ bilmirəm!
   -Sənin balonun qırılsın!- deyib əsəbi halda kağızıarı üzünə tutaraq yerə çöküb ağladı. 
   - Yoxdur, yoxdur - deyərək ətrafa baxdı.Un kisəsinin üstündə jurnalın o biri hissələrini də gördü. Tez qalxıb jurnalı əlinə alıb vərəqlədi. Rengli bir çiçək şəkilinin üstündə almanca " ich liebe dich " ( səni sevirəm ) və bir də Almaniya nömrəsi və ev adresi yazılmışdı. Özündən asılı olmayaraq dodaqlarını yazının üstünə qoyub pıçıldadı . 
   - Mən də səni sevirəm, əzizim ...
   - Ay bala, Ay Bahar axşam düşür axı. Oynama gəl, kömək elə ...
   Qapıdan cıxıb yerə yığdığı balonlara baxdı onları yerinə yığmamışdı . 
  - Cəhənnəmə olsun. Bu saat mənim xoşbəxtliyimin qabağında heç nə dayana bilməz - deyib piləkənləri iki iki adlayıb ozünü içəri atdi.Çantasını qapıb mətbəxə gəldi. 
   - Ana mənə təcili pul lazımdır . 
   - Nə pul, noldu ,neynirsən? 
   - Mejdiqarodnuya getməliyəm . Vacib lazımdır. Telefonnan danışmalıyam. Gəncəyə zəng eləməliyəm . 
  - Evdə telefon yoxdurmu ay qızım?  
  - Tez ol məni ləngitmə ! Gecikirəm . 
   Sevil masa örtüsün qaldırıb hər zaman orada saxladığı xərclıkdən Bahara ayırıb verdi. Bahar anasını qucaqlayıb öpdü. Sevincək bayra çıxanda qonuşu gelin :
  - Ay Sevil xala ,qız çıtdayır maşallah . Aşiq olub xəbərin olsun- deyib güldü. 
 Baharın dodaqları qaçdı, ürəyində:
  - Eeh, ay Nargilə , bir bilsən necə aşiq olmuşam. Desələr ki,canın ona lazımdır , gözümü qırpmadan belə verərəm ... 
                      *****
     Baharın yazdıqlarını oxuduqca özüm o həyəcanın içərisində boğulurdum. Bütün bunlar hər bir gənc qızın yaşadığı həyəcan və gənclik şıltaqlıları idi. Onun bu şıltaqlıqlarına sevinib üzüm gülsə də, sevgisinə üzülürdüm. Bu saat məni bir sual düşündürürdü. Görəsən Habillə Baharın bacı qardaş olmasını onlara kim deyəcək, onlar bunu necə biləcək. Görəsən onlar bu həqiqəti biləndə gec olmayacaq ki?..

                _____ 35 ______

 Ömrümün payiz cağını yaşasam da ruhum hələ yaz fəslində dövranın sürür. Özüm sevgiyə inanmasam da həmişə sevənlərə həsəd aparmışam. Həyat təcrübəmdən, görüb yaşadıqlarımdan belə nəticəyə gəlmişəm ki, əsil və təmiz qəlblə sevənlər heç zaman qovuşmur. Əsil sevgi qapının astanasına gəlir, hətta qapını döyür, qovuşdum derkən... Mütləq nesə olacaq sevgililər ayrılacaqlar. Hec zaman sevgililərin ayrılmasını arzulamasam bu dəfə mən özüm bu arzuma dönük çıxmışdım. Əgər mən Baharı o zaman tanımış olsaydım, nə olur olsun, nəyin bahasına gəlirsə, gəlsin onları özüm ayırardım ...
                         *****
   Böyük həyəcanla jurnaldan kəsdiyi yazını telefoncu qızın qabağına qoydu. 
   - Bağışlayın bura hansı şəhərdir?  
   - Nə şəhər? 
   Telefoncu qadın barmağını "ich liebe dich" yazısının üstünə qoyub Bahara baxdı 
   - Hee oo ... yoo o şəhər deyil. Ora "səni sevirəm" sözü yazılıb - deyə güldü. 
  - Həə belə de ...- telefoncu qadın  gülümsədi - Allah xoşbəxt eləsin. 
  -Amin cox sağol. Səninlə bahəm. 
   Sevgisinin ilk şahıdı olan telefoncu qızın barmaqlarına sevgiylə baxırdı. Habilin nömrələrinı çevirən barmaqlarını qaldırıb öpməkdən özünü güclə saxlayırdı. 
   Bahar həsrətlə bağlantının qurulmasını gözlərkən, qız da onu sorğu suala tutmuşdu.
   - Almanıyada oxuyur yəqin? 
   - Yox işləyir? 
   - İşləyir? Onda səndən boyükdür.
   - Hə 9 yaş. 
   - Oo ... bəs niyə elə böyük. 
   - Nəyi böyükdür? Normaldır. Heç yaşın vermək olmaz. 
   - Hmm... Cağırır ama cavab vermir. 
   Baharın üzünə məyusluq çökdü.
   - Ev nömrəsidir? 
   - Bilmirəm . 
   - Necə bilmirəm. Birinci dəfədir danışırsan? 
   -Yoo nə birinci dəfə ... coxdan ... nişanlımdır. 
   - Alo? Salam. Sizi Azərbaycan respublikası Bakı şəhərindən narahat edirik. Sizinlə danışmaq istəyən bir nəfər var - Telefoncu qız barmağı ilə boş kabineyi Bahara göstərdi. Bahar tələsik kabinəyə girib bir əli ilə dəstəyi götürüb, o biri əliylə qapını cəkdi. Qapının şüşəsindən telefoncu qıza dəstəyi göstərib dəstəyi qaldırdığını işarə etdi.Əlləri əsə, əsə dəstəyi qulağına tutdu. telefonda telefoncu qızın səsi gəlirdi.
   - Yoldaşlar, bağlantı quruldu. Danışa bilərsiniz! 5 dəqiqə vaxtınız var. 5 dəqiqədən sonra əlavə danışmaq haqqınız vardır. 
   - Alo ... -  Bahar dilləndi. 
   - Hay can ... Baharım, yazım, bahar çiçəyim... Bilirdim ki, zəng edəcəksən...
   Telefondan bir birlərinə sadəcə nəfəs səsi gedib gəlirdi. Bahar kövrəlmişdi. Danışa bilmirdi. Bahar danışmadıqca da Habil bir söz tapub deyə bilmirdi. Hardan başlayıb hardan bitirəcəyini planlaşdırırdı.Vaxt gedirdi. Ürəklər dolu, qapılar isə bağlı idi. Açmağa cəsarətləri catmırdı. Bu dəfə sükutu Habil pozdu. 
 - Necesən? 
 - Yaxşıyam - yenə sükut. Yenə Habil:  
  - Nömrəni Məleykədən aldım zəng elədim, danışa bilmədim - yenə sükut. Yenə sükutu Habil pozdu :
  - Bəs niyə belə gec zəng elədin. Necə vaxdir mən zəngini gözləyirdim. 
  - Nömrən yox idi ki, məndə. 
   - Sevda verdi nömrəni? 
   - Yox. Özüm tapdım . 
   - Hardan ?  
   - Jurnaldan Sevdaynan bir birinizi sevirsiz?
    Bahar qefil ağzından cıxan sözə özü də çaşdı. 
  - Yox ... o hardan cıxdı? Əgər nömrəni jurnaldan göturmusənsə demək yazını da oxumusan? 
   Əlindəki kağız parcasına baxdı. Həyəcanlandı : 
  - " İch liebe dich " yazılıb. Mən almanca bilmirəm ... Nə yazıldığını bilmədim... 
   Bahar naz ilə gülümsədi. 
   - Məktəbdə nə dili keçmisiz . 
   - Şey ... ingilis ... - əslində almanca da az maz bilirdi, kursa getmişdi. Ruscası da əla idi. Orta məktəbi rus bölümündə  oxumuşdu . 
   - Hmm... o zaman ingiliscə danışaq? I love you 
  - O qədər də bbilmirəm. 
  - Te amo... ispan dilində necə? 
  Bəlkə də bütün dünya dillərində danışdırardı Bahar Habili .Təki Habil ona "sevirəm" desin. 
   - Alo , Bahar ...
   - Can eşidirəm ... danış... 
  - Nə danışım? Sən də mənə cavab ver. Nə dilində deyim ki, başa düşəsən ee? Я тебя люблю, seni seviyorum . Sora ...
   - Sorası ... 
   - Hə ? 
   - Sorası ...
   - Hə dəə ... danış Bahar nolar. Bilirəm utanırsan. Məndən utanma. Səni cox istəyirəm mən ...
  Telefonun ilk siqnalı gəldi. Vaxt dolurdu. 
  - Bahar, sənə bura gələndən cox məktub yazmışam hamısı üstümə qayıdıb almamısan. Kecən həftə də yazmışam 
  - Hara yazmısan evə? 
  - Yox yataqxanaya. Sevdaya dedim sənə xəbər versin. Sevda dedi ki, adresini dəyişmisən. Ona dedim ki, barım ...
   İkinci xəbərdarlıq səsi gəldi. Habil birnəfəsə danışırdı . 
   - Ona dedim ki, əgər adresini dəyişibsə onda gedib poctan alsın məktubu. Sən də gedib almamaısan məktublar qayıdıb...
  Üçüncü xəbərdarlıq səsi və ardınca telefoncu qızın səsi gəldi:
   - Vaxtınız bitir son 10 saniyə ...
   - Gəncə poçtundan alım? 
   - Hə Bahar çiçəyim . 
   - Habil ...Sən mənə tez tez yaz ...
   - Yazıram, get bax pocta. Bir həftə olar yolladim...
   - Hər gün yaz ...
   - Yazacam...
   - Səni sevirəm Habil -  pıçıldadı 
   Səs kəsildi... Əllərini buz kəsmişdi. Əlindəki dıstəyin uzun zumeri qulağını dəlsə də hələ də beynində Habilin səsi gurlayırdı. Sanki telefonun dəstəyindən Habilin nəfəsi boynunu küləkləyirdi. 
   Telefonun o başında da Habil eyni vəziyyətdə idi . Baharın son "səni sevirəm" pıçıltısı qulaqlarında cingildəyirdi. Telefonun zəhlətökən səsi bu pıçıltını belə itirmirdi. Sanki dəstəyi qulağından cəksə o səsi itirəcəkdi. Bir daha eşitməyəcəkdi. Dodaqları gülümsəyirdi. Baxışları məst olmuşdu Habilin. Hələ də dəstək qulağında Baharım , yaz çiçəyim, ömrüm deyə deyə qalmışdı ...

   Gəncədə Baharı axtarırdılar, nə qrup yoldaşları, nə də otaq yoldaşları Baharın harda olduqlarını bilmirdi. Hətta Sevda belə gedib Məleykəni də tapıb onu Meleykeden soruşmuşdu . Məleykə də qızın qəfil yoxa çıxmasından  narahat  qalmışdı . Ağlına bır fikir ilişib qalmışdı. Belkə qızı qaçırdıblar? Telefonu götürüb evlərinə zəng etmək istədi, ürək eləmədi, keçən dəfə Baharın anasından ağzı yanmışdı. Anası Baharla onun əlaqələrini kəsmək istəməsini də bilirdi. 
   - Yox bəlkə elə şey yoxdur. Nigaran qoymayım onları da - deyə düşünərək telefonu götürüb  Elyara zəng elədi . Vəziyyəti ona başa salıb kömək istədi.
   - Məndən başqa heç yerdə qalmaz , Elyar başına dönüm kömək elə. Axşamdan bu qız yoxa çıxıb, yataqxanada, dərsdə, şəhərdə görən yoxdur bu qızı. 
   -Bəlkə bir rəfiqəsinə gedib. Nigaran qalma gələr. 
  - Deyirəm axı, o məndən başqa adamın yanında qalmaz. Bəlkə bu qızı qaçırdıblar. 
  - Kim qaçıracaq, namizədi var? 
  - Nə bilim, məncə yoxdu, ama deyirəm bəlkə Aqil ...
  - Nə danışırsan başın xarabdır?
  - Ola bilər,ağlıma hər şey gəlir, gəşəy qızdır. Bir ara da Aqil ilişmişdi bu qıza, bilirsən də... Hələ də ilişib qalıb, fikri zikri qızdadı... Deyirəm bir Aqildən soruşasan. Mən Aqildən şübhələnirəm. Qızı güdüm güdüm güdür hər yerdə. 
   -Nə danışırsan Aqil qız qaçırdacaq və mənim bundan xəbərim olmayacaq? 
  - Nə bilim valla. Adamın ağlına hər şey gəlir də ...
    Çox keçmədi Elyar Məleykəyə zəng edib ona son xəbərləri çatdırdı. 
   -Aqil axırıncı dəfə onu Yevlaxda görüb, Aqil klent gözləyirmiş, Bahar da Yevlaxda Bakı avtobusları, taksiləri ilə danışırmış...
   Baharın yoxa çıxma xəbərini Sevda evlərinə də xəbər vermişdi. Bu xəbəri eşidən Xuraman və Müzəffər başı alovlu Bahargilə gəldilər.
   Bahargildə vurçatlasın hazırlıq işləri gedirdi. Sevilin yarpaq dolmasının və paxlavasının qoxusu məhəlləni başına almışdı. 
   Gözlənilməz qonaqları qapıda görən Sevil əl ayağa düşdü. 
   - Ay sizi xoş gördük, xoş gəlib səfa gətirmisiz. 
   Xuraman və Müzəffər təccublə  bir birinə baxdılar. Görünür ki, arvadın heç nədən xəbəri yoxdur. Qadının belə sevincli əhval ruhiyəsini pozmağa qıymırdılar. Necə olur olsun Baharın yoxa çıxması xəbərini ona deməli idilər. Ama ağızlarını açıb "xoş gəldin"ə - də cavab vermirdilər. 
   - Aa sən Allah nə yaxşı gəldiniz? Niyə belə bixəbər? Sən allah xeyirdirmi - Sevil gonaqların üzündəki məyusluğu görüb təşvişə düşdü. Onların bu susqunluğunun səbəbi nə olduğunu bilməsə də nəsə ciddi bir şey olduğunu hiss edirdi. 
   - Sən Allah nolub? Niyə elə baxırsızı? İnşallah ki, salamatçılıqdır, heləmi, nolub, ay Xuraman? 
   - A yoo, vallah bir şey yoxdu elə bu tırəflərdə işimiz vardı, dedik gəlmişkən ayaqüstü də olsa bir çayınızı içək.
  -Hə? Buyurun, xoş gəldiz bir daha, sən Allah bağışlayın biraz baş qarışıqdır, ev eşik bərbaddır....
  -Olsun olsun, narahat olma sən Allah. Biz özgəsi deyili ha... 
  -Mahmut hardadı, isdədir? 
  -Hə, Müzəffər qardaş, işdədir. İndi gələr harda olsa. 
   - Hmm ...
   - ? ...
   - Deyirəm ki, bu uşaqlar da nətər boyuyurlər heç adamın xəbəri də olmur- Müzəffər içəri keçə- keçə söhbəti Baharın üzərinə getirmək istədi. 
  - Hə, düz deyirsən gözünü yumub acırsan kı, uşaqlar böyüyüb...
  - Hə bir də qorursən bir bir aradan götürüb cıxırlar qızları. Heç xəbərin də olmur ki, kim qaçırıb. 
   Sevilin qaşları çatıldı: 
  - Kimi? Qız qaçırıblar? Kimin qızını?  
  Xuraman yerində qurcalandı. Bu xəbəri ona necə verəcəyini bilmədi. Amma verməli idi. 
   -Görürəm ay Sevil bacı, xəbəriniz yoxdur. 
   - Nədən? Nolub? Sən Allah məndən bir şey gizlətməyin, Sevdanı qaçırıblar? 
   - Aa yoo yoo... Bahardan danışırıq...
  - Noldu Bahara? Bir şey oldu?-Sevil təşvişə düşdü. Ay Allah... Az noldu Bahara? Ürəyimi qoparmayın danışın dayna! Maşın vurdu? Bıy Allah mənim başıma daş salsın ...-  deyib iki əlli başına çırpıb, yerə çökdü .Müzəffər də, Xuraman da əl ayağa düşüb qadını yerdən qaldırdılar. 
   Sevil özünə divan tutmuşdu. İçəridən qonşu gəlin səsə qaçıb gəlmişdi .
   - Noldu ay Sevil xala? 
   - Ayyy Baharımm... Zəng elə Mahmuda tez olll !  
   Gəlin telofona qaçınca Xuraman Sevilin başın sinəsinə basdı:
    -Qadan alım, ay Sevil, sakit ol , sən Allah. Heç nə olmayıb ee , qorxma, maşın zad vurmayıb, narahat olma. Xeyir iş var ee, xeyir iş ...
   Sevil başını Xuramanın sinəsindən ayırıb çaşqın  çaşqın onların üzünə baxdı. 
   - Nə deyrə bu? Nə xeyir iş?- Sevil gözünün yaşını silib  Xuramanın yaxasından yapışdı : 
   - Az, nə xeyir iş, bağrımı çatlatdınız deyin görüm nolub? 
   - Bahar yoxa çıxıb deyəsən qızı qaçırdıblar. 
   - Bıy, bismillahu Rehmanu Rehim 
   - Hə vallah heylə deyirlər. Dünənən qız yoxdu , Bütün Gəncə, onu axtarır...
   Sevil çaşıb gözlərini döyə döyə qonşu gəlinə baxırdı. Gəlin əlini ağzına tutub gülürdü. 
   Sevilin donub qalması onları qorxuzurdu . Bunu qorxu və həyəcan əlaməti kimi başa düşdülər . 
   -Ay qızım, gülmə qaç bir su gətir - deyə Müzəffər qonşu gəlinə döndü - Sən Allah bir sakit ol ay  Sevil bacı , Bahar bizim də qızımız sayılır. Nə lazımdırsa edərik, lap tapıb gətirərik . Gül kimi baladır o. 
   - Baharı kim qaçırıb? 
   - Bilmirik də , heç kim bilmir ...
   - Hardan qaçırdıblar?
   - Onu da bilmirəm. Axırıncı defə Sevdaynan mejduqarodnuda olublar. Bahar Sevdanı orda qoyub qaçıb...
    Sevil iki əliylə dizlərinə vurdu. 
   - Vaayyy... elə mən bilirdim bu qız bir zibil qaynadır. Gələndən havası özündə deyildi heç. Məndən pul istədi. mejdiqarodnuya gedirəm dedi. Buy ay Allah bu nə iş idi mən düşdüm. Mejdiqarodnu bəhanəymiş, qoşulub qacıbmış demək. 
   Müzəffərlə Xuraman bir birinə baxdılar. 
  - Əli ayağı yerə deymirdi köpəyin qızının. Bu nə gəliş idi, nə gediş idi... 
   - Hara gelmişdi ki?  
   -Bura da. Məndən pul aldı dedi mejdiqarodnuya gedirəm. Yəqin Sevdaynan da orda görüşüb. Onda Sevdanın yanında olub. Sevda bilir o qancığın himini cimini, kimnən görüşdüyünü. 
   -A yox ee, elə döyül! 
   -Kimnən qacıb?  Sevda bilir yəqin. Dedi axşama bilet almışam qayıdacam Gəncəyə. Sənət vardı onu almağa gəlmişdi. 
   - Vallah bir şey başa düşmədim ay Müzəffər -Xuraman caşqın halda ərinə baxdı - Sevda burda nə gəzir ay bacı. Sənin səhvin var. Sevda odur Gəncədə . Sənət  sünət almağa gəlibsa dəməli qızın özü öz xoşuynan qaçıb. Sevdanı nə qatmısan ortaya. 
  - Az, bəlkə elə qızın da bu işin içindədir bizi yayındırırlar- deyə Müzəffər tərs tərs arvadına baxdı: 
   - Nə bilim ay Müzəffər sənin başına dönüm. Belə çıxır ki, Sevda Bakıdadır? Sevdaynan bayaq danışmadıqmı? Demədimi Bahargilə gedin, qızdan bir xəbər tutun? Biz də xəbər almaq üçün bura gəlmədikmi? 
   - Valah mən baş açmıram sənin qızının zibillərindən. 
   -Noldu bir şey olanda mənim qızım olur, sənin yox? 
  -Ay Allah məni öldür... 
  Sevil əlini dizlərinə çırpdı. 
      Elə bu zaman Mahmut qapıda göründü . Darvazanı açıb qaydası üzərə maşına minib, maşını həyətə saldı. Sevil ayağına ayaqqabı belə geyinmədən ərinin qabağına qaçdı . 
   - Ay Mahmud, sənin qadan alım,  dayanma otur maşına, tez ol ...
   - Nolub axı? - Mahmud təcüblə arvadına və gələn qonaqlara baxdı. Müzəffərlə əl tutub görüşdü - xoş gəlmisiz, qardaş! 
   - Deyəsən xoş gelmədik, Bİz gedək gərək, sora görüşərik. 
   - Hara gedirsiz, bu nə gəliş, nə getməkdi?
   -Baharı qacırıblar, deyir. Axşama bilet alıblar. Yəqin indi demiryolunda olarlar, ay Nahmud gəl sənin başına dönüm, tez özümüzü yetirək ...
  - Nə danışırsız, nə qaçırtması, İndicə gələndə Əzizbəyovda gördüm Baharı. 
   - Kimnən idi?  
   - Yanında kim vardı?- Hərə bir tərəfdən səsləndi. 
   - Heç kim ... tək idi. 
   -Bəs niyə gətirmirdin? 
   - Uşaqdı əlindən tutum? Həmişə gedib gəldiyi yol deyil? Mən nə bilim ki, burda nə baş verir. Elə şey yoxdur. Narahat olmayın Gəlin evə, harda olsa gələr indi. Mənim qızım belə şey eləməz. Narahat olmayın. Gəlin,gəlin, bir çay içək.
  - Bıy başıma xeyir, kişidəki səbrə bax e...
   -Gəl deyirəm, narahat olma, elə şey olmaz! Əzizbəyovda avtobus gözlyirdi deyirəm. Hər zamankı kimi. Narahat olacaq şey yoxdu. 
   -Bəlkə sən gəlmisən bəri, onu da ordan qaçırıblar.
   - Yox ay bacı - Mahmud Xuramana döndü. Elə şey olmaz, mümkün deyil. Avtobusa minirdi, indi harda olsa gələr narahat olmayın ...
    Elə yenicə evə girmişdilər, qonşu gəlin süfrəyə çay düzmüşdü ki, baxca qapısında Bahar göründü. Üzündə çox gözəl ifadə - məmmunluq, xoşbəxtlik vardı. Ev qapısından içəri girəndə onu qapıda ilk qarşılayan anasının şəpiti oldu. Nə baş verdiyini anlamayan qız anasının şəpitindən qacıb Müzəffərlə, Mahmudun arxasından özünü müdafiə edirdi...
   Bütün külfət, o cimlədən Müzəffərin ailəsi Bahargildə böyük süfrə başında yeməyə oturmuşkən qapılar tayba- tay açışdı . 
   - Hanı Bahar, Baharı kim qaçırtdı? -deyə İlkin və Elçin qapıdan içəri girdi. Onların bu vəziyyətdə içəri girişi  böyük qəh-qəhəyə səbəb oldu. 

     Gəncəyə gəldiyi gün ilk işi poçta getmək oldu. Geri qaytarılmaq üçün ayrılmış məktubların içində iki məktub tapıb ona təslim etdilər. Tələsik açıb tarixlərinə baxdı. Biri 3 həftə bundan əvvəl yazılmışdı, biri də 1 ay əvvəl. Dəməli Habilin ən son yazdığı məktub hələ yoldaydı gəlib cıxmamışdı. Gərək tez tez gəlib baxaydı. Bahar mətəəl qalmışdı. Bəs görəsən adres dəyişmədiyi halda bu məktublar niyə geri qayıdırdı ki, burda bir iş vardı ama nə? 
  Habilin dediklərini xatırladı. Məktublardan Sevdanın xəbəri varmış, demək ki bu işdə 100 faiz Sevdanın əli var. Hər şey gün kimi ortada idi. Sevda Habillə danışlrdı. O Baharla Habilin məktublaşmasını qətiyyən istəmir, Bahara gələn məktubları geri cevirirmiş... 
     Qar yenicə kəsmişdi. Şəhər uşaqlarına həvəs gəlmişdi. Qartopu oynayan kim, qardan adam düzəldən kim. Poçtan cıxıb pilləkənlərin başında dayandı. Əlindəki məktublara baxıb dodaqlarına yaxınlaşdırdı. Qoxladı. Sinəsinə sıxıb goyə baxdı . Poct binasının ətrafındaki şam ağacları qardan budaqlarını əymişdi. 
   Üzündə sevinc, dodaqlarında təbəssüm vardı. İlk dəfə idi ki, belə gümrah və xöşbəxt idi. Özünü dünyanın ən bəxtəvər, ən sevimli qızı sanırdı. Bəlkə də həmişə adi görünən bu şam ağacları, bu yağan qar, bu oynayan uşaqlar, şəhərin zəhlətökən uğultusu, hər gün neçə dəfə gedib-gəldiyi adi çala- çökək yollar belə gözündə gözəlləşmişdi. 
   - İlahi, sevmək nə gözəl şeymiş? Ay Allah, peşimancılıq vermə, hər çətinliyə, hər çiləyə hazıram yetər ki, sonumuz bərabərlik olsun. Həmişə bir yerdə olaq ...

   R.S

 Bahar nə bilirdi ki, bu duasıyla bəxtini taleyini özü özü istəyiylə yazıbmış. Allah Habillə, Baharı böyük çilələrdən, çətinliklərdən sonra bəxt taleyini bir yerdə bərabər yazıb, bu yazıya nə bacı qardaş taleyi demək olardı, nə sevgili, nədə dost... amma bərabər...

    O gün olmazdı kı, Habilə məktub yazmamış olsun . Habil də ona hər gün məktub yazırdı. Əlinə pul düşən kimi rabitə qovşağına qaçıb Habilə zəng edirdi. Bu İki gənc arasında bağı heç zaman qopmayacaq bir hiss, bir sevgi yaranmışdı. Danışdıqca,  yazışdıqca duyğular dilə gəlir , arzular coşub daşırdı. Ağ səhvələr xəyal dənizinə dönərək arzuların ləpələriylə inci kimi sətirlərə düzülürdü. Hər hərf , hətta hər vergül, hər nöqtə belə eşq qoxuyurdu. Məktublardan bir dünya qurmuşdular özlərinə. Yataqları, divanları, evləri dərsləri, kareyaları məşguliyyətləri ancaq  məktub idi. Yatanda da məktub yazaraq yatırdılar, duranda da da.
   Onların bu böyük məhəbbətini Məleykə də bilirdi. Bu onu sevindirir, onları dəstəkləyirdi. Onların bu məhəbbəti Məleykəylə Baharın dostluğunu daha da möhkəmləndirmişdi. Onları bir birindən qoparacaq heç bir əngəl ola bilməzdi, olmayacaqdı da...
   Sevdayla Habilin arasında bir şey qalmamışdı. Bahar məktub məsələsində Sevdaya söz soxmuşdusa da üstün vurmamışdı. Sevda Habil münasibəti Habilin dediyi kimi, bir gənclik səhvi idi gəldi keçdi. Habil Sevdayla qətiyyən danışmadığını deyirdi, Sevdaisə bunu inkar edirdi. Bu da Baharın ürəyinə xal salır, Habilin onu aldatdığını düşünürdü. 
   -Qurbanın olum Bahar, yalan deyir, mən onunla danışmıram. Axı mən necə sübut edim sənə, başına döndüyüm, niyə inanmırsan mənə. İstəyirsən onu da götür gəl, telefonda üzləşim onunla...
    Habil onu Sevdayla danışmadığına inandırmışdı. Lakin Sevda özünü atılmış, qüruru qırışmış qız kimi göstərmək istəmirdi. Bahar Habilə olan əlaqələrini Sevdadan məharətlə gizlədirdi. İstəmirdi dilə dişə düşsün. Ümumiyyətlə bu münasibəti Məleykədən başqa kimsə bilmirdi. Bu sevgini gizil tutmağı Məleykə də ona tapşırmışdı. 
   - Zamanına qədər heç kimə heç nə demə Bahar. Bizim milləti bilisən də. Onların gözündə sevmək ancaq elçi gəlib qız istəməkdir, oğlan qızı gördü,  görmədi, qız oğlanı bəyəndi, bəyənmədi, fikirləri düşüncələri uydu uymadı heç kimi maraqlandırmır, ay bacı. Əgər qıza elçi gəlibsə demək o  yaxşı qızdır, tərifi dillərdən düşməz. Elci gəlməsə deməli pis qızdır. Daha qızın hissləri duyğuları kimsəyə  maraqlı deyil. Onların gözündə qız sevirsə, oğlanla görüşüb, danışırsa deməli o qız tərbiyyəsiz, əxlaqsız qızdır. Bizim kitabımız başqa çür yazılıb Bahar, mənim də Habilin də düşüncələri fərqlidir, əsla belə şeyi qəbul etmirik. Habil müasir, xaricdə yaşayan bir gəncdir. Bizim mental düşüncələr ona görə deyil. Elə uşaqlıqdan belədir o. Habil el aləmin sözüylə kımınsə qızına elçi göndərib, evlənməz. Birəm mən qardaşımı. Onun üçün, elə mənim üçün də  sevgi və sağlam münasibət hər şeydən vacibdir. Məncə evlilik o qədər də önəmli deyil. O da lazımdır ama vaxtında planlı şəkildə. Yoxsa get bir imza at, oldun onun arvadı hə nolsun. Arada anlayış,məntiq, sevgi yoxdursa, nə mənası var o rəsmi kağızın. Habildə belə fikirləşir. Özünü nə zaman evliliyə hazır hiss edərsə o zaman evlənəcək. Bir də məncə o elə belə yoldan kecən bir qız da almaz. Onun aldığı qız da onun kimi oxumuş, dünya görmüş qız olacaq ki, günləri ah vayla keçməsin. Ona görə sən də sərbəstsən. O sənə evlilik təklif edənə qədər sən də özünü və kareyanı xoşbəxt gələcəyinizə görə hazırla. Bəzi ər yanığı qızlar kimi, evlənib uşaq doğmağa tələsmə. 

  Baharın təravəti havada duyulurdu. Novruz ərəfəsi idi. Şəhər və yerli camaat  bayrama hazırlaşırdı.şəhər meydanları bəzənir, parklarda baharın simvolu olan səməni, paxlava şəkərbura, qoğal, rəngli yumurta maketləri qurulurdu. Kosa və keçəl roluna girmış gənclər qaval çalaraq bayram bəxşişi toplayır, uşaqlar və gənclərlə şəkillər çəkdirirdilər. 
   O gün qızlarla gəzməyə cıxmışdılar. Parkda qaracılar əyləncəli şou qurmuşdular. Cürbə cür təlxəklik edib camaatı güldürərək pul qazanırdılar.
    Bir qaraçı qadın onlara yaxınlaşdı. Qolunun üstündə tutuquşu vardı. Əlindəki qutunu oturacağın üstünə qoyub qızları səsləməyə başladı:
   -Gəlin qızlar gəlin. Tutuguşu  falınıza baxsın. 
  Qızlar gülüşə gülüşə qadına tərəf getdi. Niyyət edib tutuquşuna  qutudan kağız çəkdirdilər. Kagızlara cürbə cür kəlmələr yazılmış, qadın o yazıları oxuyub qızların bəxtinə yozurdu. 
   Bahar heç vaxt fala baxtırmamışdı. Qətiyən belə şeylərə inanmırdı. Qızların bəxtinə düşən yazıları lağa qoyur onlara gülür və onlarla əylənirdi.
   - Gəl, birin də sən cək, nə özünü çəkmisən dağ başına. Qıraqda durub lağ eliyirsən bizə. Gəl də, gəl çək ... 
   Bahar yaxınlaşıb tutuquşuna baxdı. 
   -Ay ala bəzək gözəl tutuquşu, cənabi hüzurlarınızdan bir bəxt kağızı diləyək görək bəxtimizi açırsan yoxsa bağlayırsan?- hamı gülüşdü. Tutuquşu bir kağız cıxardıb dimdiyində tutaraq "al, al" deyirdi. Hamı gülürdü. Bahar kağızı tutuquşundan alıb barmaqları ilə quşa sığal çəkərkən qaracı qadın Baharın əlindən tutdu:
   - Vaayy, vaayy ,vayyy...
   - Noldu?  
   - Sən neyləmisən ay qız? 
   Bahar üst-başına , yanındakı qızlara baxdı:
   - Sən aşiq olmusan - qızlar gülüşdü . Yer yerden qadına lağ eləyirdilər. 
   -Ay xala, cavan qızdır, əlbəttə aşiq olacaq da. Gəl gəl Bahar. Aç görək kağızı nə yazılub bəxtinə. 
  Bahar kağızı açdı :
   " Bəxtinizi bir daha sınayın ! " - özü də qızlara qoşulub güldü. Qızların dəstəsi qaraçı qadından uzaqlaşanda qadının arxadan ona dediyi sözləri eşitdi:
   - Odnan oynayırsan qəşəy qız, öz qardaşına aşiq olmusan sən - Bahar dönüb qadına baxdı qaşları çatıldı. Qadın ona baxıb xitab edirdi. 
  - Kim mən? Qadın başıyla təsdiqləyib dodağını dişlədi. İşarətlə ona yaxın gəlməsini istədi. Bahar qadını elə salıb ona "kül" atdı. 
  - Aman allah, mən nələr görürəm, ilahi? İnanmırsan. Amma sənin bilmədiyin şeylər var. Sən başdan ayağa sirr dağarcığısan, sən özün belə özünü  tanımırsan. 
   -Əşii, get görüm ee başımdan,əl çək! Pul qoparmağın dərdindən ağlına gələni danışma - deyib qızların arxasıyca tələsdi. 
   - Sən bilərsən.Ama heç olmasa bunu deyim biləsən. Baldızın sevdiyinlə qaçaçaq. Bir uşaq gorürəm sən ona analıq edəcəksən. Sevdiyinin qoxusunu o uşaqdan alacaqsan...
   - Haa ..haa haa... baldızım sevdiyimi alacaq? Gör başqa nə sayaqlayırsan, qoca qarı ha ha - deyib getdi . 
   - Dayan ay qız, bəlkə o papuqayın dediyi kimi  bəxtini  bir daha sınayasan?..
   Qızlarla deyib gülsə də fikirləri qarışmışdı. Qadının dedikləri onu qorxuzurdu. Fikiri qalmışdı deyilən sözlərin yanında. Qızlardan aralanıb həmin qaraçını axtardı, axtardı tapa bilmədi ...

                _____ 36 ______

    Yenə fikirlərim qarmaş- dolaş olmuşdu.Özümü kələfi düyün düşmüş bir ipinə düzülmüş muncuq kimi hiss ederdim. Fikir kələfindən ha o tərəf, bu tərəfə dığırlansam da bir ip ucu tapıb oradan çıxa bilmirdim. Yazdığım bu qədər həyat mövzuları olan hekayılər, romanlar, Baharın həyatının yanında heç bir şey imiş. Baharla bu dəfəki yazışmalarımda ürəyimdə bir rahatlıq tapmışdım, fikirlərim az da olsa durulşmuşdu . Deyəsən ipin ucu görünürdü. Təkrar dolaşıq düşməsə yaxşıdır . 
                      *****
    Hər yerdə Novruzun ab havası görünürdü . Şəhərdə bayram əhval ruhiyyəsi olsa da, bir tərəfdən də Qarabağdan gələn müharibə və şəhid xəbərlərinbən camaatın üzündəki təbəssüm dodaqlarda quruyub qalmışdı. Bölgədə vəziyyət günü gündən pisləşirdi. Qaldığı yataqxanada vəziyyət olduqca acınacaqlı idi. 4 nəfərlik tələbə otağını birləşdirib 7 , 8 nəfərlik etmişdilər. Yataqxananın 1ci və 2 ci mərtəbələrinidə Qarabağ qacqınlarını yerləşdırmişdilər. Yataqxananın dəhlizləri qaçqınların mətbəxi sayılırdı. Qaçqın ailələr qaldıqları otağın koridoruna elektrik daş piltə qoyub orda yeməklərini, çaylarını hazırlayırdılar. Yataqxanada it yiyəsini tanımırdı. Uşaq səsi böyüyünkünə, böyüyünkü uşağın səsinə qarışməşdı. Yataqxananın komendantı yataqxanada sakitlik yaratmağa çalışsa da bu mümkün deyildi. Yataqxanada yerləşdirilən əlli , altmış ailənin ağzını kim yuma bilərdi ki? Hərə bir dərədən gəlmiş, hərənin ağzı bir hava çalırdı. Kasıbçılıq, şəraitsizlik,stres əsəb camaatda can qoymamışdı. Camaat keyfindən gəlməmişdi buraya. Özüylə dərd götürüb gəlmişdi. İllərlə yeməyib içməyib tikib düzəltdiyi ev eşiyi düşmənə qoyub gəlmişdi. Yaxınlarını itirmişdi. Varı yoxu əlindən çıxmışdı. Bir sözlə, dərdli camaatın dərdi, şəhid ailələrinin ah-naləsi tələbələrin də əhval ruhiyyəsinə təsir edirdi.
   Bütün tələbələr kimi Baharın da hüzuru pozulmuşdu. Aşağı mərtəbələrdəki tələbə qızlardan onların da otağına köçürüb çarpayılarını Baharın çarpayısıyla birləşdırmişdilər. Otaqlar o qədər daralmışdı ki, bəzi otaqlarda çalışma və yemək masasına belə yer qalmamışdı. Qızlar öz yatdığı yatağın üstündə dərslərinə hazırlaşır, çarpayılar arasındakı dar keçıddə elə yerdəcə süfrə açıb yemək yeyirdilər. Gecələr tələbələr üçün işgəncəydi. Erkən saatlarda şəhərin elektrikləri söndürülürdü. Şəhərdə qarantin saatı elan olunmuşdur. Bahar da bütün tələbə yoıdaşları kimi çıraq işığında dərs hazırlayar, dərslərini bitirdikdən sonra yatağına keçər, əl fənərinin işığını açar, məktublarda Habillə qurduğu dünysına qərq olardı.
   İnstitutun bir korpusunu əsgərlərə vermişdilər. Oranı döyüşə gələn könüllülərin kazarması etmişdilər. 
   Vətənin bu dar günündə hamı bir birinə dəstək olmağa çalışsalar da, həmişə hər yerdə olduğu kimi neqatif vəziyyət burda da özünü göstərirdi . Yataqxanada qalan qızlarla əsgərlər arasında qeyri-qanuni eşq həyatları yaşanırdı. Ayağı sürüşkən qızlar yataqxanada və ya instititun hər hansı bir göz görünməyən yerlərində əsgərlərlə əylənir, onlarla görüşür, bəziləri əxlqqsızlıqla məşğul olur, bunun da adını sevgi goyurdular. İçlərindən vətənpərvər tələbələrdən də inistitutu yarımçıq qoyub döyüşə gedənlər də vardı. 
   İlaxır çərşənbəni Gəncədə keçirib bayram tətilində Bakıya getdi. Gəncənin problemlərindən çıxıb evlərindəki hüzura qovuşması onun üçün Novruz olmasa da toy bayram idi. Gəncədə, həm də yataqxanada qalmaq artıq təhlükəyə dönmüşdü. Bu barədə ailəsi ilə də danışdı. 
  - İkinci kursda o yataqxanada qalmayacam. Qızlarla ev tutmaq lazımdır 
  - Niyə axı? İnstitutun yataqxanası tələbələr üçündür. 
   -Yox ay ana. Vəziyyət dəyişib artıq. Gətirib əfqanları yığıblar ora. Gündə bir qız qaçırdırlar. Vəhşi kimi şeydilər. Aparıb başlarına oyun açırlar. Dey üçüncu kursda Hicran vardı, qaçırtdılar qızı guya evlənəcəkdi. Hara aparıblarsa qız yoxa cıxıb. Kimi deyir satıblar, kimi deyir kəsib yeyiblər. Məktəb dəyib bir birinə. 
 - Allah sən saxla, allah özü köməyimizdə dursun. Vəziyyət yaman qarışıb ay bala. Ay Mahmut deyirəm bir bu Bakı institutları ilə danışasan Baharı perevod eliyəsən bura? 
   -Görək də. Mən də elə düşünürəm. Bir professor yoldaşım var. Onunla görüşüm, görüm nə deyir, mümkündür? 
    Artıq Sevdagilin ailəsi bu ailənin bir üzvünə dönmüşdülər. Bahar oldu, olmadı günaşırı ailəliklə onlara gəlirdilər. Hər gəlişində ailələrin dostluq bağları daha da möhkəmlənirdi. Sevdanın qardaşları ilə Valeh möhkəm dostlaşmışdıdılar. Gəzməyə, əylənməyə bərabər gedərdilər. 
Sevda tez tez Baharı da özü ilə telefon məntəqəsinə aparıb bir bəhanəylə onu İlkinlə danışdırırdı. 
   Bu dəfəki gəliş də Baharı görmək bəhanəsi oldu . Böyük bir süfrənin arxasında bu dəfəki gəlişin məqsədi bəlli oldu. 
   - Ay Mahmud, deyirəm ya siz bizə köçün,  ya da biz sizə. Bu uşaqlar da yazıqdır, qovuşsunlar. Biz qalmışıq ee yollarda. 
   Mahmud dünyagörmüş adam idi. Müzəffərin sözü nəyə vurduğunu başa düşürdü. Odur ki:  
   - Sən də uşaqları qoy gəl, həmişə uşaqla gəlmək olmaz ki?!- deyə zarafata salıb söhbəti yayındırdı. Mahmudun bu sözunə gülüşdülər. 
   İlkinin baxışlarından yediyi loxma tıxcanıb boğazında qalmışdı. Əsəbindən rəng verib rəng alırdı. Hər dəfə bir bəhanəylə mətbəxə və ya balkona çıxanda da qardaşı Valeh onun arxasınca gəlib Baharı acılayırdı. 
   - Heç yerində durmursan haa ,  qıvrılırsan içəri-çölə! Xeyirdirmi? Otur da bir yerdə də ...
   - Neyniyirəm ki , mən? Görmürsən? Elə bil üzümdə ayran içir, köpəyoğlu qatıqladı uje. Necə baxırsa ...
  - Sən özünə görə olsan baxmaz...
   Nitqi boğazında quruyub qalmışdı. Qardaşı onun üstünə belə gəlməyini  başa düşmürdü. 
   - Mən deyirəm ona ki , gəl mənə bax? Dəhşətsən ee. Allahından bir rahatçılığımız yoxdur də ...
  - Sən kimi günahkar tutursan?  Özün üz vermisən indi dilin var danışırsan? 
   Balkonda bacı qardaş arasındakı gərginliyi hiss edən Sevil onları sakitləşdirib içəri gətirdi. 
    Qonaqlar dağılışandan sonra hamı öz otağına çəkilib öz işi ilə meşgul idi. 
   -Uşaqlar, hamınız gəlin bura!
   Mahmud zaldan evin külfətini səslədi. Hamı təccüüblə zala yığışdı. 
  - Oturun! Ciddi bir söhbətim var, uşaqlar. 
   - Xeyirdir inşallah . 
   -Hə xeyirdir arvad. Bu işin inşallahı da var, maşallahı da... 
   Hamının gözü Mahmudun ağzına zillənmişdi. 
   -Onların gəlişləri bu evdə hamıya bəllidir ...
  - Kimin?- Bahar narahat halda atasının sözünü kəsdi. 
  - Müzəffərin və ailəsinin.    
   Bahar yerində qurcalandı. Səbirsizliklə atasının nə deyəcəyini gözlədi. 
   - Mən insan sərrafıyam. Adam ağzımı açanda bilirəm nə demək  istəyir. 
   - Həmişə gəlib getdikləri evdir də ay Mahmud - Sevil Mahmuda söhbətin açılmaması üçün işarə etdi. Çünki Bahardan beli bağlı deyoldi. Baharın ağlı, ürəyi başqa birində olduğunu hiss edirdi. Mahmud da söhbətə hardan necə başlayacağı haqqında tərəddüd edirdi. 
   - Ay ana sən də həmən dəqiqə başlama da, imkan ver kişi sözün danışsın görək nə deyir, o gəlmək başqa , bu gəlmək başqa - Valeh anasının sözünü kəsdi. 
   Bahar qardaşının üzünə tərs tərs baxıb çəmkirdi;
  -Sən bir mumla... Nə almısan arvadı, düz deyir də. 
   -Kəsin!!! - Mahmud ayağa qalxıb,  pəncərənin önünə kecdi. Pərdəni aralayıb həyətə baxdı. Gərgin olduğu bəlli idi. Fikirlərini cəmləyib sözünü demək istəyirdi . 
  -Onlar Baharı İlkinə istəyəcəklər . 
  -Gordün? Mən nə deyirdim sizə -Valeh acıqlı acıqlı Bahara baxdı
   - Qələt edəcəklər - Bahar yerindən güllə kimi açıldı. Mən bu işə razı deyiləm! 
  - Qələti sən edəcəksən. Hələ bir utanmırsan, dilin də var danışırsan? Avtovağzalda...
  -Sən mumla dedim qarışma!!!! 
  -Papağımızı yerə sox sonra deynən qarışma? 
   -Neyləmişəm yerə soxanda. Sayaqlayırsan axı sən deyəsən! 
  -Utan ee, nə qardaş sayllrsan nə ata sayırsan. Qudurmusan ee sən! 
   -Qardaş özünə görə olsun! 
   Mahmud səsini yüksəltdi:
  -Bəsdirin !!! Ayıb olsun ikinizə də! 
  - Mən utanası neyləmişəm ki, ata?
  - Ümüd vermisən !
  - Mən heç kimə ümüd zad verməmişəm. 
 - Yəqin mən idim balkonda qucaqlaşan, aftobusun arxasında öpüşüb görüşüb ayrılan, dövlətin telefon balansını dolduran, həə?
  -Bııyy başıma xeyir- Sevil iki əlini yanaqlarına çırpdı. 
  -Sən nə danışırsan, ata? Mənə inanmırsan sən? 
  - Gözümüzlə görmüşük də, inanılası nə qaldı? - Valeh özünü saxlaya bilmədi. 
   - Müzəffər də sizi balkonda görüb , Xuraman dedi mənə, öldüm yerə keçdim - Sevil dizlərinə çırpa çırpa danışdı. 
   -Yalandı elə şey olmayıb. Müzəffər dayı səhv başa düşüb. 
   -Təpən haqqı bir dənə düz başa düşən sənsən! 
   -Sənə mumla dedim, qarışma! Ay ata de oğluna qarışmasın, bax ürəyini sındıracam! 
   - Yaxşı, didişmək qurtardı, oturun adam balası kimi bir fikirə gələk!
   -Nə fikir? Bir şeydəki mənim həyatım həll olunur, mənim bu barədə heç bir fikirim yoxdur.Mən istəmirəm.
  -Başı xarab olub ee bunun...
   -Bax axırıncı dəfə deyirəm, Valeh, sən kəs! 
  -Sakit olun uşaqlar. Bir görün məsələ nədi sonra,cavab verin. Xuraman deyir gəlin bu uşaqları yığaq bir yerə . Niyə orda burda gizlin görüşürlər ki, taxaq üzüyü barmağına. Görüşsünlər, bir birlərində tanıyarlar yaxşıca. 
   - Bu heç vaxt olmayacaq! Bİldiz heç vaxt ! 
  Valeh qalxıb qızın üstünə şığıdı. 
   - Ay ata de də qızına, bax vurub öldürəcəm bunu...
   - Sən heç qarışma!  Mənim yerimə danışma haqqını sənə hec kim verməyib. Get öz işinlə məşğul ol dedim sənə! 
  - Görürsən ata bu qızı sən qudurtmusan ee, bu nə deməkdir belə? Harda görünüb ata ana sözündən cıxmaq? 
  - Gəl otur yerinə. Sən narahat olma . O mənim sözümdən çıxmaz.
   -Ata, qurban olum, mən İlkini istəmirəm. Mənim istədiyim var !  - əllərin üzünə çırpıb ağlaya ağlaya otağına qaçdı. Arxadan atasının  səsin eşidirdi . 
   - Sevil bu qız mənim papağımı yerə soxmaq istəyir? Get danış qızınla!  Bu qızın məqsədi nədir?  Məni camaatın içində rüsvay eləmək? Kişiyə söz vermişəm axı!
   -Sakit ol, Mahmut qadan alım , uşaqdır qanmır. 
    -Bİr bu qalıbdır da, ay Sevil, bircə bu qalıb. Ölkəylə bir adım , sanım , indi bu qalıb ki desinlər professor Mahmud müəllimin qızı , biznesmen Müzəffərin oğluyla çaşqa - lojka oynadı sora zurnaçıya getdi?  
  -Ay Mahmud sakit ol, davleniyan qalxacaq, cavandır qanmır, başa salarıq ...
    
    Zaman dövran sürdükcə hər ilin üstünə bir yaş gəlirdi. Ulduz da Balaqardaş da artıq gənclik yükünü yerə qoyub həyatlarını qocalığa təslim edirdilər. Balaqardaş oğru dünyasında özü fəaliyyətini dayandırsa da, adamları  hələ də onun əmirlərini yerinə yetirirdilər. Moskva bazarlarının birində bir neçə dükan alıb oğlanlarını dükanların başına qoymuşdursa da nəzarəti onların üstündə idi. Astarxandakı evini satıb Moskvada ev alaraq Ulduzla bərabər orda yaşayırdı.
   Ulduzun uşaqları da artıq öz ayaqları üzərində həyatdan tutunmuşdular. Aynur gənc və çox gözəl bir iş qadını olmuşdu. Unversiteti bitirən kimi, Əli müəllimin və Dilara xanımın köməkliyi ilə tərcümə bürolarının birində məsul bir işə düzəlmişdi. Qardaşı Mobil ilə kirayə ev tutmuş, orda bərabər yaşayırdılar. Mobil həm unversitetdə oxuyur, həm də Əli müəllimin mətbəəsində işləyirdi. Bu iki bacı qardaş həyata tutunum deyərkən , Qabil onların həyatlarına zəhər qatırdı. Cibində pulu parası olmayan Qabil , onlara və ya Ulduzun evinə gələr, evdə olan olmazı yığıb aparıb dəyər dəyməzə satıb, narkotikə və içkiyə verərdı. Oğlunun belə vəziyyətə düşməsi ananı param parça etmişdi. Bəzi günlər evə gəldiyində evi, elə bir gündə görürdü ki, ağlı başından oynayırdı. Damarını tapıb maddə yeridə bilməyən Qabilin damarlarının  qanı hamamın divarlarına bulaşardı. Yazıq qadın dəfələrlə onu narkotiklə mübarizə dispanserinə yatırtsa da, ya ordan qacardı ,ya da müalicədən sonra pis çevrəsinə təkrar qoşulardı. Bir sözlə Qabilin düşdüyü bu bəladan qurtuluş yolu yox idi. 
    İş o yerə qaldı ki , qardaşının əlindən canı boğazına yığılan Aynurla Mobil Qabildən xəbərsiz başqa evə köçdülər. Köhnə evdə qardaş bacısını tapa bilməyən Qabil anasının üstünə hücum çəkərək onların yerini soruşdu. Uşaqlarının harda yaşamasından xəbərsiz olan ananın "bilmirəm" cavabından sonra Qabil anasını bıçaqladı. Bundan hiddəblənən Balaqardaş Qabili bu dəfə içəridən qurtarmadı. Deyilənə görə Balaqardaşın əli ilə başqa bir cinayyət işini də Qabilin boynuna qoyub 12 il iş verdirərək onu içəri atdırdı. Bütün bunlardan xəbərsiz olan Ulduz oğlunun halına yansa da həmişəki kimi Balaqardaşdan yenə də dəstək və təsəlli umurdu. Oğlunun qurtarması üçün ona yalvarırdı. 
   - Vallah, Ulduz, beləsinin çöldə gəzib insanlara ziyan verməyindənsə içəridə yatması sərfəlidir. Beləsi çöldə gəzib öz pisliyiylə çevrəsini kirlətməkdənsə qoy gedib yatsın rahat , rahat içəridə Orda necə lazımdı baxacaqlar ona qorxma onu  tapşırmışam, sağlam adamlara...
   Aynur Lelinqradda Azərbaycanlı bir iş adamının oğluyla nişanlanmışdı. Əli müəllim və Dilara xanım ona böyüklük edib nişanını təşkil etmişdilər. Dilara xanımın təkidi ilə Aynurun nişanına Ulduzu da dəvət etmişdilər. Uşaqlarının üzünə çıxmağa cəsarət etməyən ananı məclisə Əli müəllim və Mobil özü gətirdi. Uzun illərın ayrılığından sonra  qızının xeyir işində balalarına qovuşan ananın duyğusal anlarını məclisdəkilər göz yaşları ilə izlədilər. 
     Aradakı uzun ayrılıq öz işini görmüşdü. Uşaqları ilə danışsa da onlar ilə arasındakı soyuqluq buz kimi kəsirdi. Ulduz, uşaqlarına, qarşı nə qədər isti münasibət göstərsə də, uşaqlar ona yad adam kimi davranrdılar. Bu da Ulduzu çox, üzürdü. Bir də ki, Aynur da, Mobil də həyata sözünü demiş gənclər idi. Ulduz ilə fikirləri belə üst üstə düşmürdü də ...
   Qardaşı Mikayılın cənazəsində Vətənə gələn ULduz Məleykəylə görüşmüşdü. Habillə yox. Habil o zaman xaricdə idi. Məleykə Habilin uğurlarından danışdıqca ürəyi qururlanırdı. Sevindiyindən ağlayırdı. Bəzən özünün bu dünyada varlığına nifrət yağdırır, bəxtinə taleyinə üsyan edirdi. Balaları o olmadan da xoşbəxt idilər. Belə ana onların nəyinə lazımdır ki. Artıq belə bir qərara gəlmişdi. Balalarının hüzurunu pozmamaq üçün onlardan uzaq olmalı idi. Uşaqlar analarına qırıq idilər. Düşünürdülər ki , nə olursa olsun gərək anaları onları tərk edib ortada qoymayaydı. Onların xəbərləri yox idi ki, anaları birdən birə hara, nədən, niyə yoxa çıxdı. 
   Ulduz Məleykəyə Aynur və Mobildən danışdı. Məleykənin qardaş bacısı üçün ürəyi əsirdi. Anasından onların adresini istəyəndə Ulduz ona cavab verə bilmədi. Çünkü, həmin vaxt Aynur və Mobil Qabilin üzündən adres dəyişmişdilər. Yeni adresi analarına belə verməmişdilər. Qabilin düşdüyü vəziyyəti Məleykə anasından ürək ağrısı ilə dinləyirdi. 

   Qəti addım atmağın zamanı gəlmişdi. Əgər hərəkət etməsəydi onu İlkinlə nişanlayacaqdılar. Onların fikirləri ciddi idi. Ailəsi İlkini müharibədən yayındırmaq üçün evləndirməyi planlayırdılar. İlkin isə Bahar deyib dayanmışdı. İş o yerə çatmışdı ki, İlkin Bahar üçün Gəncəyə də gəlib çıxmışdı . Gəncədə BAhara gün verib işıq verməyən Aqillə belə dava etmişdi. Bahar bütün bu yaşadıqlarını Habildən gizlətmir. Məktublarında ona yazırdı. Habil isə işlərini yoluna qoyub payızda oraya gələcəyini deyirdi. Söz vetmişdi. Payızda gəlib Bahara nişan taxacaqdı. Baharın bu izdivaca heç ümidi yox idi. Onu Məleykənin qardaşına verməzdilər...  Niyə Məleykənin adını çəkdim? Çünkü Baharın ailəsi Məleykə kimi qadını qəbul etmirdilər. Habil nə qədər qürur verici bir kürəkən olsa da Məleykə kimi utancverici bir qadının qohumu olmaq onlar üçün çəkilməz çilə idi . 
   Sevda da tez tez Habilllə danışdığını desə də bir müddət sonra artıq Sevdanın dilində Habil adı unuduldu . Bu qız beyninə bir şey qoymuşdu. Xaricə getmək. Hara olur olsun. Xaric olsun. Əfqan olsun ərəb olsun, təki Azərbaycanı tərk etsin. Bayaqdan xaricə getmək xəyallarını Habillə qurmuşdursa bu dəfə əcnəbi ayağına gəlmişdi. Bəli düz oxuduz, əcnəbi...
  Bu dəfə Qarabağ döyüşlərində yardıma gələn əfqanlar onun diqqət mərkəzində idi. Xaric sevdası onun məktəbini yarımcıq qoydu. Ailəsindən xəbərsiz bir əfqan sevgilisiylə xaricə qacdı. Bu xəbər həm Gəncəyə həm də Sevdanın yaxınlarına, tanıyanların ailəsinə bomba kimi düşdü. Sevdanı axtarışa verdilər. Çox keçmədi ki , Sevdanı qadin tacirlərinin həraclarında gördülər. Böyük bi vəsaitə qızlarını bu murdar həyatdan qurtardılar amma... Əyyaşlıq bu qızın  özünün canında var idi. Qızından utanc duyan ailə qızını evə həbs etsələr də xeyri olmadı. Ailə bu qızın günahlarını ört basdır etsə də  Sevda öz işində idi. Bakı pavlyonlarında müştərilər Sevda ilə əylənirdilər ... 
   Ölkədəki səfərbərliyə , İlkin də düşmüşdü. Qardaşı Elçin ehtiyyatda idi. Göz yaşlarını saxlaya bilməyən ana Müzəffərin əlinə ayağına düşmüşdü. 
  - Müzəffər sənə qurban olum nə olur olsun bu müharibədən qurtar balamı. 
   Müzəffər şəhər komendantı ilə möhkəm dost idi. İlkini ön cəbhədən arxa cəbhəyə saldırmışdı. Nə olur olsun tezliklə İlkini evləndirməli idi. Yeni evliləri və yeni ata olmuş əsgərlərə cəbhədə güzəştlər var idi . Biraz da pul para verib  döyüşdən  yayındırmaq olardı . Odur ki, Müzəffər də Xuraman da bu işin üstünə bərk düşmüşdülər . 
    Bahar 1 ci kursu qurtarıb ikiyə keçmişdi. Atası onun unversitetin Gəncədən Bakıya keçirtmək istəsə də bu mümkün olmamışdı. Gəncədə qızlarla ev tutub bərabər qalırdılar. Günaşırı Məleykəylə görüşür, Habillə yazışırdılar. Məktublarının hər kəliməsində azular aşıb daşır, xəyallar qurulurdu .Daha ikisinin də iradəsi tükənmişdi. Hər gün qovuşma istəyi biraz, daha artırdı. Nəhayyət gözlənilən gün gəldi, Habil dekabr ayında bir aylıq məzuniyyət götürüb Azərbycana gəldi. Yaşı-başı sinini haqlamış İsmayıl Habilin evlənmək xəbərini sevinclə qarşıladı. Mikayılın məzarı üstünə gəlib dua oxudu. 
   - Qardaş sənə o qədər ehtiyyacım var ki, hər işimi səninlə məsləhətləşib görürdüm. Nə qədər döşümə döyüb "mənəm" desəmdə , hər çətin anımda yanımda bir əzizim olsun istəmişəm . Amma neyləyim ki, Allah məni həmişə tək qoyub. Ömrüm boyu tək başına çabalamışam , hər zaman hər kəsə əl atmışam. Habil evlənmək istəyir qardaş. Mən neynim? Anasının üzünü belə xatırlamır, mən indi necə deyim anan elçiliyini etsin? Bu işi mən boynuma götürdüm, ona elçi gedəcəm nə istəyirlər edəcəm,  evləndirəcəm. Amma yadında saxla sən mənə elə bu günlərdə lazım idin, ay etibarsız ...
    İsmayıl Laləni də yanına alıb Bahargilə gəldi. Elçiliyini etdi. Bir Məleykə adına görə ailə bu elçiləri bir neçə dəfə geri cevirdi. Cox minnət, gəl getdən sonra, Bahar atasının qarşısına çıxıb son qərarını verdi. 
    - Məni məcbur etməyin, ya məni ona verəcəksiniz ya da Sevda ki, necə əfqana qoşulub getdi mən də Habillə qaçacam. 
   Bu cur kəskin danışıqdan boğazı quruyan Mahmud bir sabah yuxudan qalxıb, külfətini başına yığdı :
    -İsmayıl kişiyə deyin, bu dəfə hazır gəlsinlər. Amma Bahar unversiteti bitirmədən toy-moy yoxdur ...
   İki gəncin sevincinin həddi hüdudu yox idi. Böyüklər nişan hazırlığındaykən gənclər əl-ələ , qol -qola bütün Bakını dolaşırdılar. İçəri şəhərin tarixi yerlərin gəzib, muzeylərdə günlərini keçirdir, yeni il şənliklərindən tutmuş , yeni kinoya baxmağa gedərdilər. Daldalığa çəkilib, öpüşüb qoxlaşardılar. Kim dura bilərdi bu iki gəncin qarşısında. İkisi də sevginin arzuların qanadlarında uçurdular ...
   Məleykə Habillə danışıb anasını nişana dəvət edəcəyini dedi : 
  - Xəbərin var, ana Aynurla və Mobillə görüşür. Habil deyirəm ananı nişana çağırsaq bir fürsət olar, mama onlarla danışar onları da götürüb gələr nişanına. Habil başıyla eriraz ederkən Məleykə üz gözün turşudub qaşın gözün oynatdı:
   -Mahmudun da ağzı yığılar, qoy yiyəsiz sahibsiz görməsin səni, görsun ki, biz kimik. Şükür Allaha, qaranlıq keçmişimiz olsa da indi hər birimiz iftixar duyulası şəxsiyyət olmuşuq. Hər ailənin bir qaranlıq keçmişi var da qardaş, gurcalasaq guya Mahmudun Sevilin ailəsindən çürük çıxmayacaq? Həyatın qanunudur bu. Niyə bizi yiyəsiz sansınlar ee... 
   - Guya yiyəliyik? 
   - Nolub ə, bizə? Camaat doğulandan yetim olur, şükür allaha özümüz özümüzün yiyəmizik. Sənin İsmayıl və Mikayıl kimi dayın var, İsmayıl kimi arxan var. Aynur kimi, Mobil kimi qardaşın var. Beşindən aşağıyıqsa üçündən yuxarıyıq. Allah bəd nəzərdən saxlasın. Ay tövbə yetimçiliyimizlə özlərini bizə tay eləmək istəyənlər var, görürəm də... Qoy o da gəlsin (anasını deyir)  uşaqlarla da görüşək. Bizim üçün də toy bayram olar, qardaş bacımızla aramızda ünsiyyət yaranar qanımız qaynar. Bu da bir fürsətdir Habil. Mahmudun da dili girər qarnına, kimlərnən qohum olduğunu gorər. İnan vallah qardaş, sıxma ürəyini. Hər şey yaxşı olacaq...
    Məleykənin çox israrından sonra Ulduzun nişana gəlməsinə Habil razı oldu. 
    Bu xəbəri eşidən Ulduzun əli ayağı yerə dəymirdi. Bəlkə də dünyanın ən xoşbəxt anası idi Ulduz. Həmişə görüşdükləri yerdə balalarını başına yığuıb bu sevinci onlarla paylaşdı. 13 14 il ayrı qalan Aynurla Mobil qardaşının bu xoş gününə canı dildən sevindilər. Ailəcə toplanıb qardaşının xeyir işində iştirakına həm də uzun ayrılığa son qoymağa qərar verdilər. Bundan gözəl fürsət ola bilməzdi. Ulduzun arzuları çin olurdu. Övladlarını görüşdüb, onları bir birlərinə qovuşduracaqdı. Bu Ulduzun ən böyük arzusu idi. Bilirdiki uşaqları onu heç vaxt bağışlamayacaq, olsun razıydı. Təki bu bacı qardaşlar bir birindən soyuq düşməsin.
    Habil İsmayılın evində qalırdı. İsmayıl Habilin nişanı üçün Moskvada Olyayla bərabər yaşayan qızını da dəvət etmişdi. Demək olar ki Habilin xeyir işi üçün bütün qohumlar, bütün ailə bir yerə toplanacaqdı . 
    
  - Ay Mahmud bəlkə nişana Hacıalını da cağıraq? 
   - Nə gərək var ay Sevil? Bu saat toy deyil bir şey deyil ! Balaca kompaniyadır ailələr arasında. Uzaq yoldur gəl get, bir dünya xərc. Toyda çağırarsan. 
  - Cağırmsaq ayıb olar. Bir də fikirləş ki, o olmasaydi indi Bahar da yox idi bizim üçün. Axı Baharı bizə Hacalı övlad edib. Övlad sevincini o yaşadıb . 
  -Yaşlı başlı adamdır ordan bura əziyyət edib gəlməsin. Bir də Baharı sevmir o gəlməz. 
   - Biz deyək gələrsə gələr, gəlməzsə də özü bilər. Qoy deməsin ki , "məni  saymadılar" Ayıbdır. Bilirəm heç toya da çağırsaq gəlmiyəcək. Bilmirəm bu uşağa verib ala bilmədiyi nədi, niyə sevmir. Yenə biz deyək, borcumuzdan çıxaq. 
    Əslində Mahmudun əvvəldən Balaqardaşla arası yox idi. O zaman da Balaqardaş Baharı bacısına verəndə Mahmud ona qarşı çıxmışdı. Bilirdi ki, onun qurduğu bu qaranlıq həyat bir gün onu və ailəsini də sürükləyib özü ilə bərabər öz qaranlıq dünyasına aparacaqdı. O vaxtan toyda, yasda ayda ildə bir dəfə gorüşən yeznə - qayının  münasibətləri çox soyuq olsa da, Balaqardaşla Sevilin arasına heç kim girə bilməzdi. Sevil bir Hacalı deyəndə onu da ağzından tökülürdü. Mahmudun qılığına girib razılığını alan Sevil tez telefonu qapıb qardaşına zəng etdi . 
   - Aa, bizim balaca Baharımız nə tez yekəldi belə ? 
  - Hə dayısı, day böyük qız olub . Səni nişanına dəvət edir. 
  - Biraz işlərim var. İmkanlaşdırsam mənim xrustal gözlərim üstə. Amma bir şərtlə.
  - Nə şərt ? 
  - Oğlanın nişan üzüyü mənlikdi . Gələ bilməsəm belə yollayacam. 
   -Yox əşi, heş nə lazım deyil , özümüz alacağıq. Sənin bu məclisdə ağsaqqallığın bəsdi . 
   - Etiraz istəmirəm ! Mənlikdir dedimsə mənlikdi .
   Balaqardaşla Sevil telefonda sağollaşıb ayrıldılar. Əllərini boynunun arxasına düyüb gərnəşdi .  
   -Arvad, ay arvad- deyə içəri Ulduza səsləndi. Balaqardaşın bir xasiyyəti vardı kefi kök olanda Ulduza belə müraciet edirdi. 
  - Nolub Balya? Yenə nə arvad , arvad  salmısan? 
  - Gəl ee arvad sənə şad xəbərim var! Gedirik Azerbaycana !
   - Boyy? Sən də? Sənə kim dedi?  İsmayıl çağırıb səni? 
   - Nə İsmayıl, nəyə ? 
   - Habilin, oğlumun xeyir işinə. Mənə də biraz bundan qabaq zəng edib dedilər, mən də uşaqlarla danışdım . Elə indicə sənə deyecəkdim. 
   - Həə Allah xeyir versin. Yoo məni heç kim dəvət etməyib, bizim Baharın nişanı var ...
   - Bahar kimdir?
  Balaqardaş az qalmışdı ağzını doldurub desin sənin tuvaletdə qoyub getdiyin qız. Özünü zor saxladı. 
  - Bir bacım vardı ee, sən tanımırsan doqquz il, uşağı olmadı, oldu öldü, oldu öldü. Axır...
  Yenə özünü zor saxladı;
  - Axır bir qızı oldu, qurban olum Allaha, onun dalıyca da bir oğlu oldu. İndi həmin qız böyüyüb nişanlanır. 
  -Ay nə yaxşı. Nə təsadüf. 
  - Hə yaxşı oldu. İmkan olsa elə ikisinin də nişanında iştirak edərik 
  - Məni çıx səninki indi yuxarı başda oturacaq - Ulduz Balaqardaşın ilk yoldaşını nəzərdə tuturdu. 
  - O yuxar başda sən də bax burda-Balaqardaş əlin ürəyinin üstünə qoydu. Əl atıb Ulduzun burnunu iki barmağı arasında sıxdı. 
   - Onun yeri yuxarı başda ,sənin yerin ürəyimin başında... 
   -Yeri get əynə- Ulduz onun çiynindən vurub güldü . 
  - Yalan deyirəm, zalımın qızı? Sənin yerin burda olmasaydı, nə gəzirdim yanında? Az, sən məni dalınca ves SSR- ni dolandırmısan ee , Bir ucu Qazaxıstan, bir ucu Astarxan ... ehhh ay özü göyçək. Mənim kimi möhkəm adamın ağlın başından nətər alıb özünə yapışdırmısansa ...
   Gecə yarıya qədər deyib gülüb zarafatlaşdılar. Səhər qalxıb geyinib kecinib ikisi də Moskvanın ən gözəl dükanlarına, alış veriş mərkəzlərinə hədiyyələr almağa getdilər. Ulduz oğluna , Balaqardaş bacısı qızına, sevinc içində olan bu cütlük nə bilirdilər ki, hədıyyə aldıqları gənclər ikisi də Ulduzun doğma balalarıdır. 
  Təyyarəylə hamısı bir yerdə gəlmişdilər. Balaqardaş, Mobil , Aynur, İsmayılın qızı Mahirə və Ulduz. 
   Aeroportdan Uduzun  dəstəsi ayrılıb İsmayılın evinə, Balaqardaş isə öz ata evinə getdi. Ulduz Balaqardaşı qısqansa da onun ata evinə getməməyə də qadağa qoymadı, qoya bilmədi. Əslində heç dünyanı vecinə belə almaq istəmirdi. O qədər xoşbəxt idi ki , onun xoşbəxtliyini heç bir şey poza bilməzdi ... 
   Aeroportda onları Məleykə qarşıladı. O zamandan indiyənə bir necə dəfə Məleykəylə görüşən Ulduz qızından ona qarşı normal hörmət görməyincə boşuna çabaladığını anlamışdı. Hərşeyi həyatın axarına buraxıb öz qınına çəkilib səbrlə gözləmişdir. 
   Bəli o gün bu gün idi. Bu gün uzun illərdən sonra Qabildən başqa bütün balaları ilə bir yerdə olacaqdı. Arzuladığı kimi onlara sarılıb doya doya ağlayacaq, onları öpüb qoxlayacaqdı. Bu gözəl gündən başqa xoşbəxt gün varmıydı onun üçün? Əlbəttə yox.... 
                      *****
    Evə girəndən masanın arxasına  yazıya necə dalıb getmişdimsə heç zamanın necə kecməsindən belə xəbərim yox idi. Bir vaxt başımı qaldırdığımda  özümü qaranlıq otaqda gördüm. Axşamın belə düşməsindən xəbərim olmamışdı ki, işıqları yandırım. Telefonu yerə qoyub, ayağa qalxdım. Birazdan külfət evə gələcək, mənim isə yeməyim belə hazır deyildi.
              _____  37 _______
    Yeməyi hazırlayıb süfrəmi qurdum. Evin külfəti bir bir evə yığışdıqca onları yedirib masanı tələsik toplamağa başlamışdım. Ev əhli oturub serial izlərkən mən də öz senaryomun üzərində çalışmağa başlamışdım. Keçən bölümü yazmışdım amma heç redaktə belə etməmişdim. Yazdığım qısa səhnələr gözlərimin qarşısında çanlandıqca həyəcan məni basırdı. Qeydə aldığım altı səhvəlik notu sanki mən yazmamışdım. Bir xasiyyətim var, bir yazının üstündə çalışdıqca o həyəcanı həmin an yaşaya bilmirəm, bütün gücümü bölümü tamamlamağa cəmləyirəm. Elə ki bitdi, sonra oxuyub, redaktə edincə mən artıq mən olmuram ...
   - Nolub ana, yenə nə oldu? 
 Qızımın səsi məni Baharın nişan qabağı həyəcanından alıb evimə qaytardı və elə bu zaman yanaqlarımdan axan isti göz yaşlarımı hiss ettim. Tez gözümün yaşını silib: 
  - Yox quzım, Baharın halına ağlayıram. 
  - Bahar kimdi? Nolub ki? 
  - Ehh, ay bala, sən tanımazsan. 
  - Sən də hər tanımadığın adama ağlasan səndə can qalmaz ki,ay maa..
   Yazıq qız hardan biləydi Bahar kimdir? Axı o bu hekayəni oxumayıb, ümumiyyətlə mənim bir yazar olaraq əsər yazdığımı, bir romanın müəllifi  olduğumu belə bilmir... O mənim yazar olduğumu belə ağlına gətirməzdi. Bəzən həyat şərtləri elə gətirir ki insan öz yaxınlarını belə tanımır. Bizimki də beləydi. Bəlkə mən ölüb getdikdən sonra əlinə keçən notor təstiqli əlyazmalarımı görəndə anasının bir kölgədə qalmış yazar olduğunu biləcəkdi qızım, ya da oğlum, ya da yaxınlarım ...
                        ******
     Dünyanın ən xoşbəxt qızıydı Bahar, gözəllik salonundan gəlib, geyinib kecinib rəfiqələri ilə otağında oğlan evini gözləyirdi. Məclisə təşrif buyuran qonaqların üzü gülür, hamı Baharın bu xoş günü dualarla  salamlayırdı . 
   Baharın başqasına verildiyini eşidən Müzəffərin ailəsi incik düşüb küssə də, Sevda nişandan qalmamışdı. Sevda artıq institutu tərk etsə də Baharla əlaqələri kəsməmiş, elə bu üzdən nişanında iştirak edirdi. Bu xəbəri eşidən İlkin də döyüşdən qaçıb gələrək Baharın qapısına dayanmışdı . Ata anasının təsəllisi ilə özündə iradə tapıb qismətinə barışaraq təkrar cəbhəyə qayıtmışdı. 
   Mahmudla, Sevilin sevincinin həddi hüdudu yox idi. Hamı Baharı onun evladı kimi bilmişkən, bir ana ata üçün övladının xoş gününü görmək nə qədər böyük xoşbəxtlik idi.  
   Bağ evinin həyətində böyük bir mağar qurulmuş, masalara yüz çür nemətlər düzülmüşdü. Yuxarı başda səhnəcik düzəldilib manısların ixtiyarına verilmişdi. Mağarın bir küncündə daha bir səhnəcik hazırlanmış, oraya iki kreslo və bir balaca masa qoyulmuşdu. Üstünə qırmızı bağlanmış xonçalarda şirniyyatlar bahalı konfetlər düzülmüşdü. Bu masa səbəbkarların masası idi. Mağarın bir tərəfi oğlan evi üçün  nəzərdə tutulmuşdu, qız evinin qonaqları artıq onlar üçün ayrılmış masalarda yerlərini tutmuşdular . Ailəsi tanınmış və ziyalı ailəsi olduğu üçün gələn qonaqlar da tanınmış professorlar, doktorlar və ziyalılardan ibarət idi. Bu qonaqları qürurla məclislərinə dəvət etmişdilər. Axı kürəkənləri də elə belə adam deyildi . Azərbaycanı Almaniyada təmsil edən genç alim idi ...
   Məhəllənin o başından maşınların siqnalını eşidəndə Bahar həyəcanla ayağa qalxdı. Pəncərəyə qaçıb darvazaya boylandı. Çox küləkli bir hava idi . Bakının Xəzirısı çardaqdakı üzümün quru budaqlarını zərblə yelləyir pəncərənin şüşələrinə çırpırdı . Toyxananın cadırını az qala külək götürüb aparacaqdı. 
    Yan tərəfdə qurulmuş yeməkxana cadrında canlanma vardı. Məclisin aşçısı Bakı toylarının bir nömrəli aşbazı Arifə xala öz şirin ləhcəsiylə köməkçilərini səsləyir, onlara iş tapşırırdı. Artıq közə qoyulmuş qazanlarda əsil Bakı küfte- bozbaşı və şalampur hazır idi, "qazan açdı" mərasimini gözləyirdi. Bir dəstə qonşu qadınlar küncdə onlar üçün ayrılmış masada qırmızı kələm və duza qoyulmuş xiyar, sirkə badımcandan assorti hazırlayır , qablara göy goyərti, pamidor, xiyardan salat hazırlayırdılar. Kababçılarn işi müşkül idi. Küləkdən kabablarını bişirməyə çətinlik çəkirdilər. Külək kababın közünü alovlandırırdı... Toyxada işləməyə gələn ofsiyantlar masaları nizama salıb çayçı Zeynalın başına toplanmış toyun başlamasını gözləyirdilər. 
   Ana-atası mağarın qapısında dayanıb gələn qonaqları qarşılayır,  onları mağara dəvət edirdilər . Balaqardaş ağsaqqalarla balkonda oturub siqaret çəkirdi. Çox fikirli görünürdü. İçində bir narahatlıq vardı. Baharın nişanlısının adını eşidəndə ayaqları əsdi. Bəyin adının Habil olması onu çaşdırmışdı. Axı Ulduz da oğlu Habilin nişanına gəlmişdi. Bu Habil o Habil olmaya. Bəyin şəkilini görmək istəmişdi göstərdilər göstərməsinə. Amma Balaqardaş Habili uşaq vaxtı görmüşdü, şəkildəki oğlan gənc dəliqanlıydı. Ailəsini soruşdu, yetim olduğunu dedilər, burada bacısı və qohumları varmış... 
   - Allah, sən peşimançılıq vermə-  deyə darvazada bəzənmiş maşını görəndə əllərini cütləyib həyəcanla göyə baxdı -ağlıma gələn başımıza gəlməsin ay Allah... 
 Qızların gəhqəsindən qulaq tutulurdu:
 - Ürəyi döyünür tap- tup, tup tap ...
 - İndi gələr, bu saat gələr, İndi gələr, bu saat gələr- oğlan evinin gəldiyini görən qızlar qaqqıldaşıb gülüşərək Bahara söz atdılar.
  -Az yaxşıyın, balkonda kişilər var ayıbdır-deyə yaşlı qadınlar qızları sakitləşdirməyə çalışırdı. 
   Sevda heç kimlə qaynayıb qarışmır qapıda dayanmışdı. El adətinə görə qapını oğlanın üzünə bağlayıb nəmərini alacaqdı.
    Oğlan evinin ilk maşını qapıda görününcə Sevil əl ayaq eləyib Balaqardaşın yanına qaçdı. 
  - Hacalı, gəl bizim yanımıza, qonaqları özün qarşıla. 
  - Nə lazımdır ala, siz ordasüz da?!..
  - Yox. Bahar sənin də qızın sayılır-qardaşının boynuna sarılıb üzündən öpdü, qulağına pıçıldadı - Allah səndən razı olsun, qardaş, bu sevinci bizə yaşatdığın üçün. 
   Balaqardaş kövrəlmiş bacısının  saçlarından öpüb onun çiynini quçaqlayaraq qonaqları qarşılamağa getdi. 
    İsmayılın maşınında gələn Ulduz camaatın içində Balaqardaşı görüncə heç təccülənmədi də. Ulduz gülə gülə arxadan İsmayılın çiyninə toxunub:
  - Gəlinimiz deyəsən Balaqardaşın bacısı qızıdır axı. 
  - Az yaxşı... Bu hardan cıxdı?
  - Hə vallah, bu qədər təsadüf olmaz ki, Moskvadan Balaqardaş da bizimlə bərabər gəldi, demişdi bacısı qızının nişanına gedir. İndi odur deyy orda. Maşındakılar Ulduzun göstərdiyi istiqamətə baxdılar. 
   Həyətdə səs səsə qarışmışdı. Musiqinin səsi camaatın səsini batırırdı. Nişana təşrif buyuran əli xonçalı qonaqlar maşınlardan düşüb ev sahibləri və yaxın qohumları ilə görüşərək oynaya - oynaya mağara daxil olurdular. 
   Gələnlərin arasında Ulduzu və onun uşaqlarını görəndə Balaqardaş rəsmən şok keçirdi. Özünü ələ almağa çalışırdı lakin bacarmırdı. 
   - Bu ola bilməz! Ay allah, gördüklərim yalan olsun, bu ola bilməz! - deyib səsini yüksəltdi. Balaqardaşın bu qeyri adi halından çaşıb qalmış Sevil təccüüblə qardaşına baxdı:   
   - Noldu? 
   Balaqardaş Sevilin qolundan tutub qonaqlara sarı uzanmış əlini aşağı saldı,. 
   - Burax qolumu, neynirsən? 
  - Sevil, bu nişan baş tutmamalıdır! Bir çarə elə, təcili. 
   -Bıy başıma xeyir...
   -Başa düşürsən,Sevil? -Balaqardaş sözünün davamını gətirə bilmədi. Dili ağzında əsirdi. 
  Elə bu vaxt Ulduz onların qarşısında dayanıb əlini Balaqardaşa uzatdı: 
   -Nə xoş tesadüf. Burda da rastlaşdıq. Demək bizim oğlanın  nişanlısı sənin ...
   - Bu nişan olmayacaq ! - deyə  Balaqardaş əsəbi halda vurub Ulduzun əlini aşağı saldı. Hamı Balaqardaşın bu qeyrı adi hərəkətinə dönüb baxdılar:
  - Sakit ol, Hacallı ! Nolub sənə? 
  - Kəsin bu musiqini, dağılın, bu nişan olmayacaq! - deyə Balaqardaş əlini qaldırıb bağırdı. Əsəbi halda yanıdakıları itələyib qışqırdı, çıxın gedin, bu nişan olmayacaq! 
   Mahmud tərs tərs Sevilə baxıb başın bulayaraq qardaşını sakitləşdirməsini istədi. Baxışları ilə sanki Sevili qınayırdı : "sənə deməmişdimmi bu qardaşına üz vermə?"  Nə baş verdiyini anlamayan Sevil və yaxınları  Balaqardaşın arxasınca gəzib, onun durdurmağa çalışırdı;
   -Sənə qurban olum Hacalı, belə eləmə, camaatın içində rüsvay olduq qardaş, nolub sənə, ağsaqqal adamsan, gəl bir oturaq danışaq məsləhətləşək. Axı bir de görək nədi. Gəl gedək içəri orda danışaq, belə eləmə qurban olduğum. Sən Allah sakit ol. 
   -Nə sakit ol, sakit ola bilmirəm, başa düşürsüz - səbirsizcə ətrafa baxdı, Allah mənim başıma daş salaydı, bu nə iş idi, mən düşdüm, Ulduz? - Ulduzun qollarından tutub silkələdi. Elə bu vaxt İsmayıl onlara yaxınlaşdı, hamı kimi o da Balaqardaşın bu hərəkətlərinə mat qalmışdı. Onu sakitləşdirmək üçün gülə gülə əlini Balaqardaşa uzatdı, lakin gülüşü dodaqlarında qurudu: 
   - Ulduz, qadan alım, İsmayıl, qardaş bir ağsaqqallıq elə, bu nişanı pozun, bu mümkün deyil ola biməz. Qardaş al camaatını da çıx get, yalvarıram-deyərək Balaqardaş özündən asılı olmayaraq hönkürdü. Neçə ildir Balaqardaşla birlikdə idi, ağır, cox da stresli günləri olmuşdu. Lakin bir dəfə də olsun Ulduz Balaqardaşı ağlayan görməmişdi. Görəsən bu boyda kişinin camaatın içində Ulduzun ayaqlarına düşüb yalvarmasına səbəb nə idi. Hamı çaşıb qalmışdı, toya gələnlər onların başına toplanmışdı. Balaqardaşı yerdən qaldırıb içəri apardılar. 
   Balaqardaş gözünü açanda içəri otaqda yatırdı. Qohumlardan olan yaşlı qadınlardan biri və öz arvadı da yanında idi. Qalxıb yerində oturdu;
   - Nişanı taxdılar?  
   - Hə, noldu sənə? Niyə belə elədin? Ayıb oldu vallah, həm qonaqlara həm də bacına. 
   -Tez Sevili, Mahmudu bir də Ulduzu cağırın bura. 
   - Bir də utanmadan o fahişəni də gətirmisən bura. Heç ayıb deyil? Uşaqlarının anasına hörmət qoy barım. Qıraqda nə edirsən öz, işindi ama buraya gətirmən yersizdi ay bala - yaşlı qadın qınayıcı baxışla Balaqardaşa baxdı. 
   -Bibi, sən bilmirsən qadanalım, bu məsələnin heç yeri deyil uzatma, başına dönüm -Arvadına döndu- yeri də nə gözünü göyürsən get çağır onları bura. 
   Xanımı incik halda dodağını büzdü;
   -Camaat mağarda qonaqları ilə məşguldur. Sənin keyfinə baxacaq?
   Balaqardaş ayağa qalxıb cıxmaq istədi. Yoldaşı onun çiynindən basıb yerinə oturtdu :
  - Otur yerinə camaatın toyuna qan qaraçılıq salma. 
   - Ulduzu çağır bura . 
   - Bir bura qalıb da Ulduznan mazaqlaşmağın... 
  Balaqardaş əlini masaya çırpıb quşqırdı:
   - Ulduzu çağır, dedim !
  Qadın əlin qulaqlarına tutub tərs tərs ərinə baxıb bayra cıxdı. 
   Elə bu vaxt Sevil içəri girdi. 
   - Hacıalı, noldu sənə cigər, niyə belə eləyirsən qardaş? 
  - Gəl, Sevil gəl - Balaqardaş Sevilə işarə edərək içəridəki qadınları bayra çıxartmağını istədi. 
   - Ay Bibixanım bibi, sən Allah qalxın gedək mağara, yemək, çay soyuyur-deyıb gəlinlərini və bibisini qucaqlayıb özüylə çölə çıxartdı. 
  - Gələndə Ulduzu da çağır gəlsin. 
  Biraz keçmiş Sevil içəri girdi. Onun arxasınca Ulduzla Balaqardaşın xanımı da gəldi. Balaqardaş arvadına baxıb, onun bayra çıxmasını istədi. Qadın tərs bir baxışla onu və içəridəkiləri süzüb özünü eşitməzliyə qoydu. 
  - Eşitmirsən? Səninləyəm, çıx bayıra! Balaqardaşın hökümlü səsi divarları titrətdi. Lakin xanımı; 
   - Çıxmıram! - deyərək ona cavab qaytardı . 
    Balaqardaş onun qolundan tutub qapı arxasına qoyub qapını çəkdi. Bütün bunları zalda aynanın qarşısında özünə sığal tumar verən Sevda da görürdü. Balaqardaşın olduğu otağın pəncərəsi zalın içinə açılırdı . 
   Əri tərəfindən qovulan qadın zalda ayna qarşısında dayanan tanımadığı bu qızı görüb özünü 
Ələ aldı. Özünü sındırmayıb heç nə olmamış kimi mətbəxə keçdi. 
   - Bu nişan olmamalıdır dedim axı sizə . 
   -Sakıt ol ay Hacallı.Camaat eşidəcək. Axı, niyə? Qonaqlar gəlib. Bayırda çal çağır... sən indi dirəşmisən ki, nişanı pozun? Ciddi bir şey varsa de, üç beş gün sonra nişanı qaytararıq, amma belə şey olmaz, vallah ay qardaş. 
   İçəridə danışılan söhbət kəsik kəsik gəlirdi. Narazılıq Sevdanın diqqətini çəkmişdi. Saçların daraya daraya iki pəncərənin arasına keçdi. Oraya qoyulmuş kiçik dolabda guya nəsə axtarırmış kimi bir gözü mətbəxə, özü içəriyə diqqət kəsildi. 
   -Nə olur olsun, bu iş olmamlıdır günahdır, Allah üstümüzə od ələyər. 
   -Niyə axı, nə var ki, burda?-  səbri daralmış Ulduz yanında dayanmış Sevili qucaqladı .
   -Gör nə yaxşı olub, cavanlar bir birini sevir, mən də qudamı sevdim. İnşallah Allah mehribançılığımızı pozmaz ...
   - Pozacaq ! 
   - Axı niyə? Səbəb nədir? 
   Balaqardaş bağırdı : 
   - Bu iş olmayacaq, bildiz olmayacaq. Onlar bacı qaraşdı. Bu evlilik mümkün deyil ee, olası iş deyil - elə bu vaxt Balaqardaşın arvadı Sevdaya baxa baxa ona sarı geldi. Sevda siyirmədən əlinə keçən sapı çıxarıb qadına göstərdi. Dili dolaşa dolaşa 
   -Sap lazım idi ...
  İçəridə gərgin anlar yaşanırdı;
  - Nə deyirsən sən, Balaqardaş?
   - Hacalı, dəli olmusan?
   - Dəli olmamışam. Amma birazdan dəli olacam. Başa düşmürsüz? Onlar evlənə bilməzlər. Bahar Ulduzun qızıdır... 
   -Nə? İkisi də bir ağızdan qışqırdı. 
   - Nə? Aman allahım bu ola bilməz - Sevda çaşqın çaşqın ona baxaraq yaxınlaşmaqda olan qadına baxıb onu ordan uzaqlaşdırmaq istədi . 
   - Xala, mənə iynə lazım idı. Kuxnada hardasa gördüm gəl baxaq ora - deyə arvadın qoluna girib mətbəxə dartdı. Qadının getmək istəmədiyini görüb : 
  - Sən canı, sən də məni bağışla xala, sinəliyimin bağı məni sıxır gəl onu aç biraz boşalt. Gəl, xahiş edirəm ...
  - Nə danışdığını bilirsən Hacalı?
  - Bilirəm, bilirəm. Bahar Ulduzun qızıdır. 
   - Bu ola bilməz ! 
   Dünya Ulduzun gözündə qaraldı. Bir anda o gün başına gələn butün hadisələr, doğum etdiyi, uşağı gətirib tuvaletə qoyub getməyi sürətlə gözünün qarşısından keçdi. Lakin bu qızın tuvaletdə qoyduğu qız olduğunu qəbul edə bilmədi. 
   -Xeyir, o mənim qızım deyil. Mənim qızlarım Məleykəylə Aynurdur. Onlar da mağarda. 
   - Ulduz, ağzımı açdırma mənim. Mən bu qədər avamam? Bu qədər vaxtta mənim kim olduğumu, sənin hər addımdan xəbrim olduğumu bilməmisən də heləmi? Bahar sənin tuvaletdə qoyub getdiyin həmin o körpədi, mən onu Sevilə övladlıq etmək üçün vermişdim. 
   Ulduz özünü saxlaya bilməyib  yanıdakı stula çökdü. İçəridə qəribə ab hava yaranmışdı. Ulduz donaraq key key bir nöqtəyə baxırdı. Sevil isə nə dediyi bəlli olmayacaq şəkildə qışqırırdı. Gah Ulduzun üstünə cumur, gah da Ulduzu ondan qoruyan Balaqarsaşı yumuruqlayırdı. Səsi bayra qədər gedirdi. 
   Bütün bu söhbətlərin hamısını Sevda eşidirdi. Sevilin şoka girdiyini görüb dəhlizə çıxdı. Qapıdan bayırı gözətlədi. Mahmudu uzaqdan qaralayıb ona sarı qaçdi 
   - Mahmud dayı ! 
   - Hə qızım?  
   - Mahmud dayı, tez içəri gəl, Sevil xala ...
   - Nolub Sevilə ? 
   - Bilmirəm Sevil xala deyəsən qudasıyla dalaşır içəridə. 
   - Nə deyirsən sən ,qızım?Qudasıyla?
   - Vallah ...
     Fürsət edən kimi telefonu götürüb evlərinə zəng etdi. Çinədanına yığdıqlarını bir nəfəsə anasına boşaltdı. 
   - Mama burda aləm qarışıb. Bu saat bir tufan qopacaq ki, gəl görəsən ... Baharla nişanlısı bacı qardaş imişlər, təsəvvür edirsən ay mama, inamıram ee! 
   - Nə? 
   - Hə vallah, nəysə mən adboy verirəm - elə bu vaxt içəridə nəysə tökülüb qırılırdı :
   - Müsibət başladı... - deyib dəstəyi otağa tərəf tutub səsi anasına dinlətdirdi.
    - Eşitdin? - deyib dəstəyi üstünə asdı. Özünü mağara verib bəy gəlinin masasına baxdı. Habil dostları ilə oynayırdı. Bahar isə öz masasında qızlarla bərabər idi. İkisinin də üzündən xoşbəxtlik yağırdı. 
   Sevda qol qaldırıb oynaya oynaya Habilin yanına gəldi. Biraz onunla üz üzə oynayıb pencəyinin çiyninə tökülmüş zəri çırpdı. Oynaya oynaya köynəyin üstündən boğazına bağladığı kəpənəyi düzəltdi. Bütün bunları məclis başından Bahar gözləri ilə izləyirdi. İçini qısqanclıq gəmirsə də özünü o yerə qoymayıb təsəlli tapırdı;
   - Sakit ol, Bahar, bax beləcə it kimi ağzının suyunu axıdar Sevda xanım ha ha. Bilərəkdən edir, gözü götürmür vallah. Qısqandırmaq istəyr, aranımızı pozmaq istəyir, özünü ələ al, Bahar, sakit ol. Habil sənindir, indən sonra qoy it kimi quyruq bulasın ətrafımızda eləcə. 
    Sevda da bir gözü Baharın qısqanc, eyni zamanda, məğrur baxışlarına gülümsəyirdi :
  - İndi gör ürəyinə nə dağlar çəkəcəm Bahar xanım! Onda görərsən ki, kim kimin sevgilisini əlindən alır? Hələ gülən vaxtındır, gül, gül. Birazdan içəridəki tufan burda da qopacaq ...
   Dabanlarını qaldırıb toyun səsindən yaxşı eşitsin deyə Habilin qulağına ;
   - Habil, səninlə danışmalıyam, mütləq. 
   Habil çaşqın çaşqın bir Sevdaya bir Bahara baxıb gülümsədi :  
   - Nə danışacaqsan dəli qız, elə burda? - Baharın qısqanc baxışları xəncər kimi ürəyinə sancılırdı.
   - Vacibdir - deyə oynaya oynaya ondan aralanıb təkrar qulağına əyildi. 
  - Cox vacibdir həyatı məsələdir. 
  Bahar artıq dayana bilmirdi . Yerindən qalxıb qızların müşaəti ilə oynayanlara qoşuldu .Oynaya oynaya Habilə tərəf gəlirdi. Sevda isə ondan heç qopmurdu da , Habilin əlindən tutub oynayırdı eyni zamanda qulağına danışırdı . Musiqının səsindən Habil yaxşı eşitsin deyə qışqıra qışqıra deyirdi;
   - O sənin bacındı - deyilən sözü sual kimi başa düşən Habil camaatın içındən gözü ilə Aynuru va Məleykəni axtardı. Görməyincə Sevdanın baxtığı istiqamətə baxdı, Baharı gördü :
   - Kimi deyirsən? 
   - Baharı, deyirəm! Bahar sənin bacındır! 
   - Nə danışırsan, başa düşmədim?
   - Eee, bəsdir dee ... Sən Baharla evlənə bilməzsən o sənin bacındır!
    Habilin qolları boşaldı, üzünün ifadəsi dəyişdi, Bahar da oynaya oynaya onlara çatmışdı 
   - İçəridə qırğındı. Birazdan burda da tufan qopacaq .
   Habil evə tərəf boylandı. Sevda hələ də danışırdı. 
  -Habil, mən həmişə yanındayam , sevgilim, məni yaxşı bilirsən, başa düşürsən? Sakit ol, təmkinli ol, həyatdı, insanını başına hər şey gələ bilər. 
   - Nə sayaqlayırsan sən?
   - Darvazada gözləyirəm səni. Bir şey olsa sən tək deyilsən, bildin Habil? Mən yanındayam bax. Ürəyini buz kimi saxla-deyib  Baharın da Habilin də əlindən tutub havaya qaldırıb yerində atılıb düşməyə başladı. Biraz oynadıqdan sora İkisinin əlini birləşdirib oyundan cıxdı . 
    Elə bu vaxt evin pəncərələri ovulub yerə töküldü , içəridə qiyamət qopmuşdu ...

     Bu xəbər Bahara necə çatmışdı, necə eşitmişdi, xatırlaya bilmirdi. Bir o yadında idi ki, içəri girəndə Sevil tir-tap yerə sərilmiş, Ulduz stula çöküb key key baxır, Balaqardaşla Mahmud al qanın içindəydilər. Ondan sonra heç bir şeydən xəbəri olmamışdı.
    Gözün açdığında əli qolu sarılmış özünü balaca dar, qaranlıq bir otaqda gördü. Əlləri özünü qucaqlamış şəkildə arxasından sarılmışdı. Qalxıb  yatdığı dəmir çarpayının kənarında oturdu. Bütün olanları xatırlamağa çalışırdı, heç nə xatırlaya bilmirdi. Sadəcə bir məclis xatırlayırdı, bu məclis kimin məclisidir, kimin toyudur bilmirdi. Dayanmadan qulağında bir söz təkrarlanırdı ;
  - Siz Habilnən bacı qardaş imişsiz. Səni uşaq vaxtından, atıbmışlar. Sonra səni Sevilgil  övladlıq edibmişlər, Habilin anası sənin ananmış ...
   Bu sözləri xatırlayır ama bu səs kimin idi , kim demişdi, Habil kimdir, Sevil kimdir onları xatırlamırdı.
   Qapıya gəlib ayağı ilə qapını çırpdı:
   - Açın qapını, qapını açın!
   Qapını açdılar, tanış üzlər görsəndi, ama bu qadın və bu kişi kim idi bilmirdi. Qadın onu qucaqlayıb ağladı, kişi başına sığal çəkdi. 
   - Siz kimsiz, bura haradır? Əlim niyə bağlıdır? 
  - Can qadan ürəyimə ay Bahar! Bizik də. Mən sənin qaynananam Xuraman, bu da Müzəffər dayındı, sənin qaynatan! 
   - Nəə? Mən sizi tanımıram ,
   -Tanıyacaqsan qadan alım, darıxma, mənim gözəl qızım. 
    
     Bir neçə gün keçmiş xəstəxanadan cıxdığı da yadında idi, tanımadığı bir evə gəlyini də xatırlayırdı, o evdə yaşadığını da, tanımadığı camaatın, qonşu qohum deyilən adamların ona "xoşgəldin" deməsini də , gəlinlik geyməyi də, bir restoranda toyu olmağını da, her şey yuxu kimi yaşanırdı. Her şeyi gorürdü yaşayırdı, amma nə baş verdiyini bilmirdi. Hərdən bir kabus görürmüş kimi çırpınıb gördüyü bu yuxudan oyanmaq istəyirdi, onda da ya həkim, ya da evdəkilər ona dərman içirdib yatırırdılar. Beləcə həyat davam edirdi. Artıq bu tanımadığı adamları ailəsi olaraq qəbul etmişdi. Xuraman qaynanası, Müzəffər qaynatası, İlkin əri, Elçin qayını, Sevda baldızı idi. 
   Heç kimi tanımırdı. Sanki dünyaya yenicə gəlmişdi və ya başqa bir yerdən ailə dedikləri bir ortama gəlib düşmüşdü. Sanki, ona bir rol verilmişdi. Sənin atan-anan Mahmudla Sevil, qardaşın Valeh , qaynatan Müzəffər, qaynanan Xuraman, baldızın Sevda, Qayının Elçin, ərin isə İlkindir - deyə bu ailə tamaşasında gəlin rolunu məharətlə yerinə yetirməli idi.  
   Elə nə oldusa gəlinlik geyinəndən sonra oldu. Həyatının yeni səhnəsi ər evində rol aldı. Elə bilirdi ki, bir gün oynadığı bu tamaşa bitəcək və bu rolunun müqabilində böyük bir qonarar alacaqdı. Arada ana-ata, qardaş deyilən adamlar onlara qonaq gəlir, hər dəfə də ana bildiyi qadın ona sarılıb ağlayırdı. Onun rolu ağlamaqdan ibarət idi . 
    Ər bildiyi İlkin evdə olmurdu, arada bir evə gəlib, iki gün qalıb gedirdi, o gələndə Baharın rolu dəyişirdi. Bu dəfə onun vəzifəsi, ərinin əsgər formalarını yumaq, bit şampunu ilə başını şamunlamaq, yeməyini vermək, batinkalarını təmizləmək olurdu. Bu tamasanı daş rejisoru Xuraman idi. Oynadığı bu oyunun məsuliyyətini Xuraman ona başa salırdı. Xuraman evdə baş roldaydı, hamını o idarə edirdi. Heç kim Bahara bu evdə güldən ağır bir söz demirdi . Hamı onun nazıyla oynayırdı , 
    İlkin evə gəldiyi gecə onun üçün məşəqqət gecəsi olurdu. Axşam olanda ata anasının ona cehiz verdiyi bahalı mebellerlə bəzədilmiş, həmişə tək yatdığı otağında ər deyilən bu adam onun yatağına girər, onu adını belə bilmədiyi bir intim münasibətə sövq edərdi. İlk günlər İlkin ona necə qarşılıq verə biləcəyini bilməyən Baharı özü səbirlə başa salar, ona ərlik və arvadlıq meyarını anladardı,  Bəzən də dərsini başa düşməyən məktəbli uşaq kimi üzü danlanardı, dərsini oxumayan uşağı tənbehləyən valideyin kimi Baharı döyərdi...
  Baharın həyatının mənası beləcə oynadığı "ailə" oyunundan ibarət idi . Bir yerə getdiyi yox idi, evə qonaq gələndə də onu otağından bayra çıxmğa izin vermirdilər . Adını da qoymuşdular, "təzə gəlindir utanır"
   Beləcə həftə, ay, il bilməyən Baharın fikirincə həyat onun üçün yemək , içmək, yatmaq, qalxmaq, ev işləri,  görməkdən, on- on beş gündən bir, iki üç gün ərin yatağına girib, onun verdiyi "dərslərlə" onu məmun etməkdən ibarət idi. Arada bir , qaynatasının maşınıyla , şəhərə çıxardılar, qaynanasıyla univermağa  gedər alış veriş edərdilər, Amma nədənsə heç bir dəfə də olsun onu ana-ata deyilən adamların evinə aparmamışdılar. Hər dəfə onlar Bahargilə gəlirdi. Hərdən bir də qaynanası ya da anası onu həkimə aparardılar. Onu həkimə niyə aparılmasını belə bilmirdi... 
   Günlərin bir günü İlkinin qapıdan içəri girib onu qucaqlayaraq otağın içində fırlatdı. Çox xoşbəxt görünürdü. Həmin günü qaldığı evdə toy bayram oldu, hamı Baharı təbrik edir, qucaqlayıb öpürdülər. Ata-anası da gəlib bu təbriklərə qoşulmuşdular.  Bir Bahardan başqa hamənın üzü gülür, bir biriləri ilə zarafatlaşırdılar. Bu gündən sonra ona yeni bir tapşırıq verilmişdi, özünü ağıra salmayacaqsan, yeməyinə, yatmağına fikir verəcəksən,  həyəcanlanlanmaq, stres qətiyyən olmaz. Eşitdiyinə görə hamilə imiş, bu hamiləlik nəymiş, necə olur, nəticəsi nəymiş, insana hansı hissləri yaşadır heç onu da bilmirdi. Anasının dediyinə görə doqquz ay sonra o ana olacaqdı,  balasını qucağına alacaqdı. Bu hissiyyatsız, guygusuz həyatın nəhayyət ki, sonu gəldi. 
    Günlərin bir günü, evdəki qışqırtı, şivən ona nişan günündəki davanı xatırlatdı ...
                      *****
   İnanırsınızmı, bu vaxta qədər mən Baharın, ruhi problem yaşadığını bilmirdim. Onun mənə yazdıqlarını belə sətirlərə hansı hissiyyatlarla , hansı duyğularlar, hansı kəlimələrlə dialoq qurub yazacağımı bilmirdim. Mənim üçün atrıq sözümün, kəlmələrimin bitdiyi yerdəydim, onun yaşadıqlarının qarşısında ona suallar verirdim, suallarım cavabsız qalırdı. Sadəcə: 
  - Heç bir şey bilmirəm, heç nə xatırlamıram-deyirdi. Mən isə onu xatırlamağa məcur edirdim . 
   - Bəs mən burda belə saxlayım? Sən xatırlamasan mən necə yazacam? Fikirlərimi, sənin yaşadıqlarını oxucuya necə çatdıracam. 
    BAhar gülüb: 
   - Day bilmirəm, orası mənlik deyil sənlikdir. Necə çatdıra bilirsən elə də çatdır. Axı sən yazıcısan. Söz ehtiyyatın bardır, xəyal gücün, beyin fantaziyaların mütləq ki vardır...

                    _____38_____

    Baharınn ruhi sarsıntı keçirməsi mənə o qədər təsir etmişdir ki, dayana bilmirdim artıq. Bu hekayənin sonunu gətirmək istəyirdim. Sizləri bilmirəm, yazdıqca özüm üzülürdüm, halım pisləşirdi. Bilirsiniz, mən real həyat yazarıyam. Çox insanlar həyatlarını yazmğım üçün mənə müraciət edir, onlarla danışıb ünsiyyətdə olmuşam, çox dərdlilər dinləmişəm. Hərkəsin həyatı bir hekayədir, dərdsiz insan yoxdur demişəm. Özümün də həyat yollarım ağır və acınacaqlı olub. Həmişə bəxtimdən taleyimdən küskün olmuşam. Lakin Baharın dərdini dinlədikdən sönra öz dərdimə şükür edirdim. Mən Baharın bu indiki halına yaxşı mənada qibtə edirdim. Bahar çox güclü bir qadındır, bu zamana qədər yıxılmayıb, hələ də dim dik ayaqda dura bilib. Halal olsun vallah. Demək ki, düz deyirlər. Həyat insanı vura vura sərtləşdirir, olgunlaşdırır. Nəysə... 
   Bu bölümü yazarkən o qədər üzülmüşdüm ki, yanımda olsaydı sadəcə ona sarılardım . Elə şeylər varki onları sözlə də ifadə etmək olmur, bir sarılış yüz kəlməyə bərabər olur...
                         *****
   ... Mahmudun evində aləm bir birinə dəymişdi. Toyxanada musiqinin səsi , evdəki davanın səsinə qarışmışdı. Evdə rəsmən müharibə gedirdi. Bağlı qapılar arxasında kimin kiminlə dalaşdığı, kiminlə söyüşdüyü bəlli deyildi. 
   Ulduz donub kürsüyə yapışmışdı, Mahmud ömündə ilk dəfəydi ki, Sevilə əl qaldırırdı - xeyr, əl qaldırmaq biraz incə səslənir -vəhşi kimi döyürdü. Araya girən Balaqardaşin da Mahmuda gücü çatmırdı. Mahmud əlinə keçəni Sevilin və Balaqardaşın başına keçirdirdi . Evdə salamat şey qalmamışdı. Qapını aça bilməyərək, ara pəncərəni sındırıb içəri girənlər də Mahmudu cilovlaya bilmirdilər . 
  - Sənə nə demişdim, Sevil? Sənə deməmişdimmi ki, o qan ocağından bizə xeyir gəlməz? Sənə demədimmi ki, aa, məni bu qaranlıq dünyanın adamına calaşdırma? Səndən nə istəyirdim? Uşaqmı istəyirdim səndən? Səni uşaq üçün boşayırdım? Sənə neçə dəfə dedim gedək internatdan uşaq götürək, dedimmi demədimmi? Dirəşdin yox... Qardaşına güvəndin. Al indi. Bilirdin  qardaşının nə zibil olduğunu. İndi nə cavab verəcəksən bu millətə? Nə cavab verəcəksən Sevil? Millət cəhənnəm. Bəs ,Bahara nə deyəsən, Hə,nə deyəcəyik Bahara? Cavab ver dəə !
    Toyxanada adam qalmamışdı qız evi, oğlan evi hamı axışıb içəri girirdi. Evdə qan su yerindən axırdı. Qırılıb tökülmüş pəncərənin şüşələri yerdə süpürləşən Balaqardaşla Mahmudun əl ayağın, üz gözünü doğramışdı. Qapıdan içəri girən Habil kürsüyə yapışmış anasının çiynindən tutub silkələdi :  
   -Heç olmasa bu dəfə Allahın olsun, bizə həqiqəti de, ay insafsız, qadın - Ulduz özündə deyildi. Key key oğlunun üzünə baxırdı. 
  -Eşidirsən məni? Deki, bütün bunlar yalandır, yalvarırarm, nolar ay vijdansız, yalan olduğunu de ! - Habil ağlayaraq anasını silkələyir lakin, Ulduz hələ də yerindən tərpənmirdi. 
   - Ana! - Habil yerə çöküb yalvarırcasına anasının dizlərinə qapandı - Nolar, ana yalvarıram cavab ver, belə baxma, danış! 
  İsmayıl, Məleykə, Aynur və Lala içəri girdi. Məleykəylə Aynur anasını Habilin əlindən almağa çalışırdı. Habil isə hələ də anasını silkələyərək qışqırırdı.
   - Niyə cavab vermirsən? Hə, cavab ver mənə, o sənin qızındır?  
    Məleykə və Aynur mat mat onları izləyirdi. Söhbət nədən getdiyini belə anlamadıqları üçün nə edəcəklərini də bilmirdilər. Anasının səssizliyinə dözməyən Habil var gücüylə anasına şillə vurmağıyla qadın kökündən qopmuş ağac kimi yerə sərildi. Qızlar qışqırıb hərəkətə gəldilər. Habili itələyib bayıra çıxartdılar.
   - Mobil, gəl! Tez gəl - Aynur səslənib Mobili çağırdı. 
  Sərxoş adamlar kimi qapıdan çıxıb piləkənlərə gəldi rəngi qap qara qaralmışdı Habilin. Başını yuxarı qaldırıb, cardağın quru çubuqları arasından göyə baxdı Gözləri qaralırdı. Mavı səma gözlərində bulanıq görünürdü. Sanki ayaqları yerdən üzüləcək, bu dəqiqə tirtap düşəcəkdi. Elə bu vaxt kiminsə əli onun çiyninə toxundu:
   -Habil, əzizim, yaxşısan?- Bahar ətafında rəfiqələri ilə onun yanında dayanmışdı, Mahirə də onların arasında idi. 
   -Baharım, yazgülüm- udqundu- Məni bağışla - Baharı gözlərinə baxdı.
   - Ayy əzizim əsilinə qalsa gərək sən bizi bağışlayasan. Bu biabırçılıq olmamalıydı. 
   - Biz ayrılmalıyıq Bahar! 
   - Nə? Niyə, dayımdan ötrü? Sayaqlama Habil, bura qədərmiş sevgin? 
   - Yox, səhv başa düşdün, məsələ dayın deyil. 
   - Bəs nədir? 
    -Bahar məncə bunları burda danışmamalıyıq...
   -Allah onu biabır eləsin.Nəşəxor boynun yerə soxum onun. Nəsilimizin üz qarasıdır o. Yüz faiz Hacalı dayım içib, nəşələnib, bilirdim belə olacağını, papada anama demişdi çağırma onu. Bilirdi bir zibil qaynadacağını. 
  -Bahar! - Habil səsin yüksəldərək Baharın çiynindən tutub silkələdi - Eşidirsən Bahar - hönkürdü, qızlar Habilin ağlamağını görməmək üçün  onları baş başa qoyub dağılışdılar. Yanlarında bir Mahirə bir də Mobil qaldı. Habil özünü saxlaya bilməyib Baharın qarşısında diz çökdü. 
  - Aa neynirsən? Qalx ayağa, dur, dur ayağa! Ayıbdır ee, millət bizə baxır, Habil qalx! -Mobillə köməkləşib Habili qaldırmaq istədi. 
  - Bahar mən bu gün öldüm, məhv oldum, mən bu dünyada yoxam artıq, bağışla məni - deyib başını onun dizlərinə qoyub hönkürdü. 
   - Aaa, dəli olmusan, Habil , ayıbdır qalx camaat bizə baxıree. Vaxseey biabır olduq ay Allah...
  - Kaş kə, gündə yüz yol qarşında diz çökəydim, bundan əsla utanmazdım. Amma indi başqalarının günahına görə mən xəcalət çəkirəm. Utanıram Bahar. Hər şeydən, özümdən, səndən, burada olan hamıdan, insanlardan...
   - Axı niyə, nədən ötürü? Bir sakitləş, gəl içəri girək danışaq orada.
   -Yox... Mən gedirəm... Sadəcə bunu deyim, onsuz da indi özün öyrənəcəksən.
   -Ay allah, çatlayacam mən indi. Nəyi öyənəcəm axı, nəyi?
   -Sən... Sən...mənim... 
  Habil sözünün davamını gətirə bilmədi. Elə bu vaxt Sevda onların yanına gəldi, Baharı kənara itələyib acıqlı acıqlı ona baxdı ;
   - Nəyi öyrənmək istəyirsən, mən deyim də. Siz Habilnən bacı qardaş imişsiz. Səni uşaq vaxtından, atıbmışlar. Sonra səni Sevilgil övladlıq edibmişlər, Habilin anası sənin ananmış ...
   -Yox da bir, bax gör başqa nə uydurursan, qancıq!- Bahar Sevdanın üstünə cumub onu kənara itələdi - dərdin başın bizi şərləyib ayırmaq idi də onsuz da, indi əlinə fürsət düşüb, hayasız! 
   -İnanmırsan özündən soruş... Nəysə, Habil, mən çöldəyəm, istərsən gəl gedək burdan.... 
   Bahar təcüblə Habilə baxdı. Habil təssüflə başını tərpətdi. 
   -Sən mənim bacım imişsən. Ay Allah mən havalanacam indi. Bundan böyük biabırçılıq nə olar Bahar? 
  - Başın xarab olub? Nə danışırsan ee sən?- Baharın gözləri böyüdü - sözləşmısız hə, Sevdayla? -Bahar qısqanc baxışlarla həm onlardan uzaqlaşan Sevdanı, həm də Habili süzdü. 
   -Dəlisən? Burda bizim həyatımız alt üst olub, sən qısqanclıq edirsən? Başa düşürsən Bahar, biz bacı qardaşıq! 
   -Haa haa... Güldürmə sən Allah məni. İndi deyirsən guya sən mənim qardaşımsan? 
  -Guya yox, həqiqətdir bu... 
 - Nə sayaqlayırsan Habil sən. Dəli olmusan nədi? - Mobil söhbətə qarışdı . 
   - Kaşki dəli oladım - Habil qapının arasından anasını Bahara göstərib :
  - Bax, o qadın bizim anamızdır -  dönüb Bahara baxdı- sənin anan Sevil yox, odur, inanmırsan? İnanmırsan , get, özündən soruş... 
   Baharı dəli gülmək tutmuşdu , Güldükcə Habil onu silkələyir, səsləyirdi. Lakin, Baharın qulaqlarında sanki, Mehdinin zühuru çalınırdı, heç nə eşitmirdi. Ətrafda olanlara sanki göydən yerə fırlana fırlana baxırdı. Ayaqları sankı yerdə deyildi, havadan asılı qalmışdı ...
  Habil Baharın barmaqlarını əllərindən güclə açıb ona baxdı. Bahar dayanmadan göyə baxıb gülürdü . Özündə deyildi. Baharı ilk dəfə idi belə görürdü, çox qorxunc görünürdü. Baharın bu halı onu çox qorxuzurdu. Ətrafdakılar Baharı sakitləşdirməyə çalışırdı lakin Baharın gülməyi daha çox şiddətlənirdi. Az qala gülməkdən bayılacaqdı. 
  - Məni bağışla, Baharım, mən bu biabırçılıqla yaşaya bilmərəm! - deyib darvazaya tərəf qaçdı. Hara getdiyini heç özü də bilmirdi  Ayağı tutduqca qaçırdı. Onu arxadan dəli bi qəhqəhə yola salırdı... 
    Mobil oğlan evindən gələn maşınların biri ilə Habilin arxasınca düşmüşdü. Habil isə evlərin arasındakı dar dalanların birinə keçdi. Habili gözdən qoymayan Mobil maşından düşüb şoferlə bərabər onun arxasınca qaçmağa başladı. Məhəllənin çıxışında Habilin başqa bir maşına mindiyini gördü. Qaçaraq maşının qabağını kəsdi.
   - Saxla, dayanın,kimsiniz siz, dayanın?!
  Pəncərədən başını çıxardan Sevda :  
   - Narahat olmayın, mən onu sizə gətirəcəm. Mən onu özümlə aparım, qoyun, biraz özünə gəlsin - deyib taksi şoferinə döndü:
   - Sür qardaş, şəhərə tərəf sür ...

     Toy evi , yas evinə dönmüşdü sanki. Vay şivən ərşə qalxmış, lakin iki ailədən başqa heç kim nə baş verdiyini bilmirdi. Balaqardaş öz adamlarına, Məleykə də öz adamlarına həqiqəti gizləməyi tapşırmışdı. Balaqardaş camaatın içinə çıxıb qışqırırdı .
   - Alə, bir qurtum zəhər verin, ölürəm axı - Məqsədi camaatı evdən dağıtmaq idi "zəhər" bəhanəydi. 
  İsmayıl mağara gəlib, mikrafonu əlinə aldı. Yaxın qonşulardan, uzaqdan, yaxından gələn qonaqlardan üzür istəyərək sözə başladı;
  - Əziz qonaqlar, dəyərli dostlar!  Gərək sizlər bizi bağışlayasız, əlimizdə olmayan səbəbdən məclisimizi bağlı elan edirik. Belə ki, bəyimizin atası İbrahim kişinin vəziyyəti ağır idi, neçə aydır yatırdı, elə indicə xəbər gəldi ki, kişi rəhmətə gedib.
   -Aaa...
   - O üzdən üzürlü sayın, məclisimizi bağlı elan edirik.
 - Aa ... Allah rəhmət eləsin , nə pis oldu - desələrdə hamı başa düşürdü ki, bu yalan məçlisi dağıtmaq üçün bir uydurmadır. Əgər bəyin atası ölübsə içəridəki tufan nə idi? Niyə ölüsü düşən oğlan evi çıxıb getmir ?
   Sevil də içəri girən qadınları sakitləşdirib üz gözünün qanın silə-silə: 
  - Sən Allah gərək bağışlayasız. Hacallının dərmanı üstündə yoxdur,  bilirsiniz də zibilə bulaşıb, tutması tutub, bacısı ölmüş...  Dərman olmadımı belə olur - deyərək qadınları yola salırdı. 
   Artıq həyət bacadan əl ayaq çəkilmiş, məhəllənin kişiləri,  cavanları mağarı sokür ortalığı toplayırdılar. Köməyə gələn qonşu qadınların qulaqlarıı içəridə baş verənlərdə, əlləri qab qaşıqda, işdə, gücdə idi. Ağızları isə dedi-qoduya qızışmışdı . 
   Bütün hamı evə toplaşmış, böyük zal iki ailənin külfətiylə dolmüşdü. Bir Habil yox idi, bir də Bahar. Gülməyini saxlaya bilməyən Bahara həkim cağıraraq sakinləşdirici iynəylə onu yuxuya vermişdilər. 
  Elə bu vaxt Müzəffərlə Xuraman içəri girdi. Nişanda iştirak etməyən adamların belə bir zamanda gəlişi içəridəkilərin təccüübünə səbəb oldu . Bu çaşqınlığı anlayan Müzəffər heç nə olmamış kimi bir- bir kişilərlə əl tutub qadınlarla salamlaşdı. Mahmudun qarşısına keçdi. 
   - Qardaş, biz sizi heç vaxt ailəmizdən ayırmamışıq , Bahar oldu olmadı biz elə dost olmuşuq, bir birimizə qardaş demişik. Qardaş qardaşın dar günündə yanında olar, yükünü çkər. Biz də yükünu qaldırmağa gəldik. Qəbul edərsən, bu hər iki ailə üçün yaxşı olar. Həyatdır, həyatda hər şey olur, sadəcə hadisələri axışına buraxmaq lazımdır. 
    Müzəffərlə , Xuramanın gəlişi ortalığa su çiləmişdi sanki, hamı sakitləşmiş, Bahar isə hələ də içəridə bayğın halda yatırdı. O yatış bu yatış iki gün, iki gecə idi  yatırdı. Üçüncü gün gecə yarısı yuxudan qalxıb evdən çölə çıxanda qapının səsinə Mahmud yuxudan qalxdı. Baharın arxasınca bayra çıxdı. Arxadan Bahara səsləndi. Bahardan hənirti almayınca, tələsik geyiib, onunun arxasınca getdi. Gecənin qaranlığında, dekabırın soyuğunda Bahar evlərin arasından dənizə tərəf üz tutmuşdu . Çılın-çılpaq əynində bir nazik pijamada səssiz sakit ruh kimi gedirdi. Mahmud da əlində asılqandan götürdüyü gödəkkçə ilə onun arxasınca ...

    Habili məhəllə arasından alandan sonra Sevda onu bir məkana gətirdi. Sabaha qədər ikisi də içdikcə içdilər. Danışdıqca danışdılar, ağladıqca ağlaşdılar. Axır Habili yuxu tutub elə masadaca yatdı. 
   Gözünü açanda bir otel otağında özünü Sevdanın qoynunda gördü. Hec nə xatırlamırdı, necə olub ki, Sevdayla bir yatağa girib? Dəli kimi yerindən qalxıb pəncərəyə tərəf getdi, dəniz kənarı bir yer idi. Pəncərədən dəniz , gəminin göyərtəsi kimi görünürdü . Olanları xatırlamağa çalışdıqca hər şey onun xəyalına yuxu kimi gəlirdi.
  - Ooff Allah'ım, bu nə iş idi, bu nə oyun idi biz düşdük? Kaşkə biri gəlib bütün bunların yalan olduğunu desə, nolar Allah. Kaş ke bütün bu yaşananlar yuxu olsaydı. Ahh Baharım, yazgülüm ... Sən necəsən görəsən, sən də yıxılmısan mənim  kimi. Səni orda qoydum qaçdım, amma qaçmamalıydım. Neynim, utandığımdan qaçdım, camaatın üzünə necə baxacaqdım? Görəydim kaş sən nə düşünürsən, Bahar? İndi deyəcəksən ki, bəs mən necə baxacam camaatın üzünə? Haqlısan can gülüm - saçlarını qarışdırıb yumuruğunu divara vurdu, əsəbi halda dişlərini qıcayıb bağırdı ...
  - Ufff Baharım , neyniyirsən indi sən? Necəsən? Başına nə gəldi gülüm, yanında olmaq istəyirəm, kaşkə səni orda elə qoyub qaçmasaydım. Kaşke elə imkan olardı ki, səni ordan çıxara bilsəydim. İkimiz, öz aramızda bu məsələni danışıb qəbul edərdik bəlkə də. Offf.. Mən neynədim. Onu orada elə qoyub getməyim, nə qədər düşüncəsiz bir hərəkət idi. Of...Bilirəm sən də mənim kimi yıxılmısan. Dərbədər olmusan. Nə edək, bu bizim günahımız deyil. Bəlkə də Allah bizi ilk dəfə görüşdürəndə elə bacı-qardaş kimi görüşdürübmüş. Elə bu üzdən qanımız qaynamışdı bir birimizə. Nə biləydik biz, bizim bacı - qardaş olmağımızı. Biz bunu qismət bilmişdik. Bəli qısmət. Bu görüş bizim qismətimiz imiş , amma ... Amma sevgili kimi yox, qardaş  bacı kimi ...
   Arxadan belinə sarılan qollar onu düşüncələrdən ayırdı. "Bunun bir yolu var Baharım, bizi bir- birimizdən ayıran bir şey olmalıdır, biz qopmalıyıq, qardaş bacı olmağımızı qəbul etməliyik" . 
  Belinə sarılan qollardan sanki canı sıxılırmış kimi geri döndü. Sevda onu qucaqlamışdı :
 - Yaxşısan? 
 - Sevda... 
  - De ömrüm... 
   -Sevda, dilə məndən nə dilərsən !
 - Başa düşmədim?
 - Aramızda nə olub, nə baş verib bilmirəm, hər necəsən qəbulumsan . Nə qədər istəyirsən, nə istəyirsən verəcəm ...
  -Bu nə deməkdir? 
   - Mənimlə evlənəcəksən! Ya da evlənmiş kimi görsənəcəyik... 
  - Elə şey olar? Baharı öldürmək istəyirsən?
 - Bahar bacı- qardaş olmağımızı qəbul etməlidir. O da zamanla alışacaq bu evliliyə. İndi səndən küssə də vaxt gələcək barışacaq inan mənə. Bahar kinli deyil.
  Sevdanın susduğunu görüb onun əlndən tutub öpdü . 
  - Bizə kömək elə Sevda, yalvarıram , indi səni sevməmiş ola bilərəm, səni zamanla sevəcəyimə, səni xoşbəxt edəcəyimə söz verirəm. Uşağımız olacaq, uşaq bizi bir birimizə bağlayacaq, inan mənə... 
 - Aaa, dayan görək bir, mən belə şeyə qərar vermədim, belə evlilik olur? Həm də bu mümkün deyil ee... Sən bilmirsən mən bu saat çox çətin vəziyyətdəyəm, Habil. Necə deyim ee, məni yaşatmazlar.
  - Sənin qərarın mənimçün maraqlı deyil , Baharın gözü görə görə evlənəcəm. Əslində fərq eləmir ee, bu qız sənsən ya da başqası. Bunu eləməliyəm. Qoy məndən ümüdün üzsün, məndən soysun, yoxsa o yaşamaz. 
   -Mən sənin Baharın üçün həyatımı təhlükəyə ata bilmərəm . 
   - Burada təhlükəli nə var ki ,səni özümlə Almaniyaya aparacam. 
   - Hara aparırsan apar, onların əli uzundur, məni Dubaydan belə tapıb gətirdilər, harda oluramsa olum tapacaqlar məni. Bunlar bir mafiyadır, başa düşürsən? Qadın alveri ilə məşguldular, mən onların sərmayəsiyəm , məni əllərindən buraxarlar səncə? 
 - Başa düşdüm. O zaman belə edək, oyun oynayaq, bir balaca yığıncaqla kampanıya edək, guya evlənirik. Qoy Bahar mənim evləndiyimi görsün, soysun məndən. Mən səni o mafiyadan qurtaracam. Söz verirəm . Sən bir dənə hə de... 

  Bahar dəniz kənarında bir qaya parçasının üstündə oturub qollarını quçaqlamışdı. Gecənin qaranlığında dənizdən əsən soyuq  külək adamı qılınc kimi kəsirdi . 
   Qız soyuqdan büzüşüb dizlərinə sıxılmış ,key key dənizi seyr edirdi, Kənardan dayanıb Mahmud ona diqqət etdi. Deyəsən, Bahar sakitləşmişdi, iki günün yuxusu ona rahatlıq vermişdi. Heç nə olmamış kimi Bahar sakit sakit dənizə dalıb getmişdi. Mahmudun ürəyi sakitləşdi. Bahar, tam sakit idi, görünür tək qalmağa ehtiyyac duymuş, buranı özünə məkan seçmış. Hər hansı bir dəlilik eləmək kimi bir niyyəti olmadığı bəlli idi. 
   Səs salmadan qızının yanına gəldi;
  -Qızım, üşüməyəsən deyə, sənə jaket gətirdim, verib gedəcəm...
    Bahar heç eymənmədi də. Yanında biri varmı, yoxmu deyə baxmadıda . Dənizin qaranlığında gözünü uzaqda sonu görünməyən bir nöqtəyə zilləmişdi. 
   Mahmud jaketi qızının çiynə atıb başını sığalladı. Saçlarından öpdü ;
  - Danışmaq istəyirsən qızım? Bəlkə biraz söhbət edək ata bala ? 
  - ...
   - Başa düşürəm səni, iki gözüm... bilirəm böyük səhvimiz var, ananın da mənim də. Belə olacağını heç düşünməmişdik. Gərək məsələni əvvəlcədən sənə deyəydik. Deyə də bilmədik. Qorxduq... 
   - ...
   - Düzü səni itirəcəyimizdən qorxduq. Biz səni Valehdən seçmədik. Ayağın o qədər sayalı idi ki,sən gəldin, sonra Valeh gəldi. Heç səni ata bilərdik? İlk göz ağrımızsan, ilk ağız dadımızsan, şirin payımızsan. Papa qurban olsun sənə. Sən mənim tək balamsan, ilk sevincimsən... Anan da mən də səni Valehdən çox istəyirik. Buna Allah şahiddir. 
   - ... 
   - Qızım... Haqlısan danışmamaqda. Ama inan bütün bunlar keçəcək. Biz yenidən ailə olacağıq. Bəlkə sən bizdən soyuyarsan, ancaq biz heç vaxt... 
   - ...
   - Başa düşdüm. Nəysə mən gedim. Sən otur istərsən. Biraz fikirləş... Ama üşütmə . Hava soyuqdur. İstərsən gedim maşını gətirim. Maşında otur hə? 
   - ... 
   - Danışmırsan... O zaman bir şey də deyim gedim - Mahmud boğazını artladı. Qızının çiynini qucaqlayıb özünə sıxdı ;
   - Baharı, yazda açan çiçəkləri, oxuyan quşları görmək istəyiriksə , şaxtalı qış günlərini yaşamalıyıq qızım. Nə edirsən et , "zaman dursun"  belə dediyin yerdə həyat öz bildiyi kimi davam edəcəkdir, mənim balam! Bu əlimizdə deyil. Yaşanacaq olan nə varsa bir bir yaşayacağıq. Bütün bu olanlar da demək ki alnımıza yazılan yazıydı ki, yaşadıq, daha nələr yaşayacağıq, bunu heç kim bilə bilməz. Odur ki, gəl inad edərək özünə də zülm rtmə. Barışaq bəxtimizlə taleyumizlə... 
  Bahar oturduğu yerdə əsirdi.  Deyəsən üşüyürdü, əyni nazik idi. Mahmud pencəyini də çıxarıb jaketin üztündən qızının çiyninə saldı. Bahar sanki canlı ölü idi , Mahmud sanki bir müqavvaya pencək geyindirirdi . Qızının saçlarından öpüb təkrar yanında oturdu. Eynən onun kimi gözlərini gecənin qaranlığına zilləyib  davam etdi :
   - Bugün həyat səni ağladar, sabah güldürər. Həyat budursa o zaman biz niyə həyatı özümüzə zindan edib yaşamalıyıq ki? Niyə həyat davam etdikcə biz onunla ayaqlaşmayıb, geri qalmalıyıq?
   Ehmalca Baharın çiynin qucaqladı. Bahar heç gözlərini də qırpmırdı. Mahmud Baharın başını sinəsinə sıxıb davam etdi:
   - Gəl, bu gün özünə bir yaxşılıq elə. Mən belə bir məsləhət görərdim sənə, gözəl qızım. Onsuz da itirdiyini itirdin, əlində olanlarla irəli bax, məncə. Həyatında ən dəyərli bir şeyi itirsən belə əsla ümüdini itirmə. Çünkü sabah yep yeni doğan günəş bu gün soyuqdan donan qəlbini isidəcəkdir. Kindən buz tutan ürəyinin buzlarını əridəcəkdir. 
  Bahar tam səssizlik içində Mahmuda elə qısılmışdı ki, biri kənardan baxsaydı Baharı atasının qoynunda uyumuş uşaq kımı sanacaqdı.
   -Qalx qızım, qalx gedək, hər qaranlıq gecənin bir sabahı vardır. Gedək yataq, görək başımıza nə gəlir - deyib ayağa qalxdı. Qızına qalxması üçün kömək etmək istədi. Bahar mat mat hələ də uzaqdakı məchul nöqtəyə baxırdı. Mahmud qızının çənəsindən tutub özünə çevirdi. 
   -Yaxşısan qızım? Məni qorxuzursan, niyə belə edirsən axı. Səni qoyub gedə bilmirəm, qalx, qalx gedək. 
   Bahar bu dəfə donuq baxışlarını atasının gözlərinə zillədi. Sanki ilk dəfəydi atasını görürdü. Birdən birə baxışlar dəyişdi. Bu Mahmudu çox qorxuzdu. 
   - Mənəm Bahar, qorxma qızım, yanındayam. 
   Sanki səsdən Bahar rahatlaşdı. Lakin bu dəfə baxışların mənası dəyişdi. Gözlərində suallar donub qaldı. Dodaqları əsir, lakin özünü toparlayıb danışa bilmirdi. Sanki nəsə demək istəyir, ancaq hardan necə başlayacağını kəsdirə bilmirdi. Baharın verəcəyi sualları bilirdi Mahmud. Burda, bu uçurumun təpəsində onunla danışmağa niyyəti yox idi. Bahar hər an özünü uçurumdan aşağı buraxa bilərdi. Odur ki, onu dilə tutub ehtiyyatla burdan aparmaq istəyirdi. 
   -Gəl gedək, soyuqdur, üşüdük evdə peç yanır. Oturaq Sevil də bir çay  dəmləsin ata bala bir çay içə-içə söhbət eliyək! 
  -Sevil? O kimdi?
   Baharın danışması, Mahmudu ürəkləndirdi. Bu sualı bi tənə kimi başa düşdü. 
 -Sevil? Ananı deyirəm də Bahar.
 - Bahar? O kimdi? 
  Mahmudu gülmək tutdu;
 - Oyun oynama mənimlə, uşaq deyilsən. Qalx ayağa, yaş daşın üstündə oturmusan ! Gedək evdə nə qədər istəyirsən oyna. Xəstələnəsən indi. 
   Mahmud qızın qolundan tutub qaldırdı. Bahar qolun Mahmudun əlindən dartıb cıxartmaq istədi. 
  -Burax məni ! Məni hara aparırsan, sən kimsən? 
   Mahmud Baharın sərt hərəkətindən ehtiyyatlanıb onun qolunu daha möhkəm sıxaraq qızı özünə tərəf çəkdi. 
  -Gedək evimizə, mənim balam. Gəl, atasının gül balası, ehtiyyatlı ol yıxılarsan ! 
   - Burax!- deyə dartınanda ayağının altındaki gaş qopub uçurumdan dənizə yuvarlandı.
  - Yavaşşş !!!
   Qızın belindən, əlindən tutduqca qız ozünü ondan qoparmağa çalışırdı. 
   -Burax məni, sən kimsən? 
   Mahmud elə bilirdi ki , Bahar onu atalıqdan sildiyi üçün belə deyir. Özünü bu iki gündə hər şeyə hazırlamışdı. Baharın hər sorusuna doğru dürüst cavab verib, seçimi onun ixtiyarına buraxacağını qərarlaşdırmışdı. 
   - Gəl, qızım,  bilirəm məni qəbul etmirsən. Bir şey demirəm. Nə qərar versən qəbulumuzdur. Valla, bax ata canı deyirəm. Nə desən, sənin üçün nə xeyirlidirsə onu eləməyə hazıram. Amma indi gedək evə. Adam balası kimi oturaq gözəl gözəl danışaq . 
   -Burax, mən səni tanımıram, kimsən sən?- Bahar titrəyir sözləri kəsik kəsik deyirdi. Dili dolaşır, nə dediyi belə anlaşılmırdı. Qəribə səslər çıxardırdı. Nəsə danışırdı, amma nə danışdığı bəlli deyildi . 
   - Hə? Cavab ver də ! Mən kiməm? Sən kimsən? 
  Gecənin səsizliyi pozulmuşdu, Bahar dayanmadan , "mən kiməm, sən kimsən?"- deyə bağırır Mahmudun əlindən çıxıb qaçmaq istəyirdi ...
   Evə girəndə artıq səhər hardasa açılırdı. Uzaqdakı qaranlıq üfüqlər maviləşirdi. Ara kücələrdəki itlər, həyətlərdəki xoruzlar ağız ağıza vermişdi. Bahar yenə özündən keçmişdi. 
   Mahmud onun qoluna girib sürüyə sürüyə çox çətinliklə evə gətirdi. Təcili yardıma zəng edib həkim çağırdılar. Baharı xəstəxanaya yatırsalar da sabahkı müayinədə gözləmədikləri cavabı aldılar. Baharın sağlığında heç bir problem yoxdur. Onun bu halı ruhu bir sarsıntı idi, keçirtdiyi stresdən depresiyaya yaşayırdı. Piskoloji  olaraq deoresiyanın ağır dərəcəsinə görə yaddaşını müvəqqəti itiribmiş... 
    
   Müzəffərin Rusiyada bir necə dükanı vardı. Dükanı orda yaşayan Azərbaycanlılara arendaya verib özü Azərbaycana dönmüşdü. Aradan bir neçə il keçdikdən sonra həmin adamlar saxta yollarla dükanları satıb pullarını mənimsəmişdilər. Belləri kiməsə bağlı idi, heç kimdən qorxuları yox idi həmin adamların. Müzəffər hara əl atmışdısa əli boşa çıxmışdı.
   Mahmudgilə ayaqları açılandan sonra Müzəffərin üzərinə gün doğmuşdu. Sevilin ağzından Balaqardaşın adını eşidəndə Müzəffər Balaqardaşla əlaqə yaratmağa fürsət axtarırdı. Onun vastəsi ilə itirdiyi pulları və ya dükanını geri almaq istəyirdi. İlkinin də Baharı sevməsi tam yerinə düşmüşdü. Bahar həm professor qızı idi. Səfərov kimi adlı, sanlı bir adam qudası, həm Balaqardaş kimi arxası olacaqdı. Ona və oğluna verilən bu şansı dəyərləndirsə şans üzlərinə güləcəkdi. Uşaqlarının gələcəyi də qarantidə olacaqdı. İlkin belə bir ailənin kürəkəni olmaqla yanaşı, qızı Sevdanı da Balaqardaşın əliylə düşdüyü çirkabdan qurtaracaqdı. Balaqardaşın pislik dünyasında əli girməyən yer olmadığını yaxşı bilirdi. Hələ Moskvada yaşayarkən Bakılı lotu Balaqardaşın adını çox, eşitmişdi.
  Odur ki, Sevdanın zəngindən sonra əl ayağ edib "yaman" gününə dəstək olmaq üçün, vaxt itirmədən. Müzəffər Xuramanı da götürüb Mahmudun evinə qacdı. Bəli, tam zamanı idi. Belə bir vaxtda öz məharətlərini göstərməliydilər ...
   Baharın yaddaşının itirdiyini görən Müzəffərin bəxti üzünə gülmüşdü. Belə bir fürsət bir daha elə düşməyəcəyini yaxşı bilirdi. Başını itirmiş acılı ana ata üçün də Müzəffərin cızdığı plan millətin dedi qodusundan qurtarmaq üçün gözəl bir çıxış yolu olacaqdı. Nə Baharın ruhi xəstə olması, nə də kimin nə dediyi vecinə deyildi. Onun dərdi itirdiyi sərvət və  uşaqlarının gələcəyi idi. Planını həyata keçirdikdən sonra Allah kərimdir, bəlkə İlkin o zamana qədər Bahardan soyyar, boşanar,  başqasıyla yuva qurardı. Beləliklə yeni planlarını məntiqlə ölçüb biçib Xuramanı Sevilin üstünə yolladı. 
   Bir gün Xuraman qızının halına ağlayan ananın gözünün yaşını silib:  
   -Ayy yazıq Bahar, gül kimi uşaq bədbaxt oldu getdi.
   - Elə niyə deyirsən ay Xuraman. Bahar sağalacaq. Həkim deyir müvəqqətidir. 
   -Bilirəm ee qadan alım. İnşallah, inşallah düzələr. Hər şey yaxşı olacaq. İnan Allaha and olsun ay Sevil, qıza o qədər ürəyim yanır ki, elə bilirəm öz balam xəstələnib. Əgər Baharı Sevdadan ayrıramsa iki gözümdən olum. Ay tövbəə... Ürəyim ağrıyır, ölənlərimizin goru haqqı, onu fikirləşmədiyim gün yoxdur. Nə olacaq bu qızın axırı - deyib özü də gözlərini sıxıb Sevilə baxdı. Ağlamaqdan gözləri şişmiş qadının gözünü silib üzündən öpdü. 
  - Sən Allah belə eləmə, Sevil, ürəyim parcalanır. Allaha da ağır gedər. Baharı itirdin, bir də Allah eləməsin, Valeh var. Sən mənim canım belə üsyan eləmə. Burax hər şeyi axınına. Yaxşı olacaq vallah, ürəyini buz kimi saxla. Baharı nə qədər istədiyimi bilirsən. Elə sizi də.
  -Bilirəm. Sağol bacı. 
  - Ay toba, elə bilirəm ən yaxın qohumumsuz, inan nənənin, nənəmin goru haqqı öz bacıma demədiyim, danışmadığım sirri sizə demişəm.
   - Bilirəm, bilirəm...
   -Vallah bu qızın dərdi məni öldürüb. Bəs indi bu qız nə olacaq, necə olacaq yazıx uşaq. Bir də Mahmud qardaşın adı sanı var, eşidən bilənin hərənin ağzı bir hava çalır. Professorun qızı dəli olub deyirlər. Neçəsinin ağzından vurmuşam eşidəndə. Amma camaatın ağzı torba deyil ki büzəsən. O gün Güleyşə var ee, məktəbin drektorunun arvadı.  Baxçanın müdürəsini deyirəm ee. O boyda ali savadlı arvad. Utanmır ee, adlarını da ziyalı qoyublar. Ay onların ziyalı başlarına... Nəysə... Toydaydıq, söhbət sizin məclisdən düşdü. Deyir bu qızın adı çıxdı, həm belə- nişanı qayıtmış qız kimi, həm də dəli kimi. İnan mamamın canı, az qaldım elə o məclisdə stolu başına keçirdəm. Elə dilləşdik orda. Durdum pulumu yazdırdım, yar yarımçıq çıxdım məclisdən. 
   - Oyy ay Xuraman sümüklərim alışıb yanır, bacı. Bu neçə ildə necə uşaq böyütdüm, nə əziyyətlər çəkdim bir Allah bilir.
  -Bilirəm bacı.
  -Hamı onu bizim qızımız bilmişkən bu nə iş idi, biz düşdük. Hər şey cəhənnəm ee. Deyirəm ay Xuraman, Bahar yaddaşını itirməsəydi bizim halımız nolardı? Öldük, öldük biz , evimiz yıxıldı. Genə indi biri bilir beşi yox, danışanın ağzından vurub " Bahar bizim qızımızdır, şayə çıxartmayın" deyib ötüşdürürük. Bəs Bahar özünə gəlsə camaata nə cavab verəcəyik, ay Allah? Ətağa, bir onu bilirəm ki, o gün bizim sonumuzun gəldiyi gün olacaq. 
   - Elə demə ay bacı. Dərd verən Allah adama çəkə biləcəyi dərdi verir. 
   -Yox yox ay bacı, bu bizim çəkəcəyimiz dərd deyil. Yenə bu hadisə belə bir məclisdə baş verməsəydi ötr basdır eıəmək asandı. Ailə arasında danışıb, məsələni yoluna qoymaq olardı. Ama belə yox ee... Biyabır olduq. Bir də Bahar özünə gəlsə, hesab soruşsa. Səsini başına atsa ... Vaxseyy....El aləm içinə necə cıxacağıq? 
   - Can ay bacı can...
   - Bilirsən Xuruş, neçə ildi uşağımız olmadı, hamı bizi bizi sonsuz bilirdi. Baharıdan sonra camaatın ağzı yığılmışdı. Onun gəlişi həyatımızı işıqlandırdı. Bilirəm də camaatın ağzını yığmaq olmur. Bu haqq hesabdan sonra, deyəcəklər elə bunlar sonsuz imiş, elə Valehi də  övladlıq götürüblər. Ay bacı kim inanar ee bizə? 
  - Həə vallah- bic bic Xuraman Sevili süzdü. 
  -Hələ axşam Valeh özü deyir bizə ki , əgər mən də evladlığamsa deyin indidən valideyinlərimi tapım ki, sonra Baharın gününə düşməyim. Bu da mənim qarnımdan çıxan öz balam. And içmişəm aman eləmişən inanmır ki, inanmır. 
   - Deyirəm, ay Sevil bacı, sən Allah səhv başa düşməyee . Bir şey demək istəyirəm. Düzü çəkinirəm.
   -Nədi , nolub? 
   - A heç nə vallah. Allah haqqı qorxuram deməyə. Birdən xətrinə dəyər.bəlkə başqa vaxt olsa normal qarşılarsan bilirəm. Ama belə bir vaxtda... 
   -Nədən qorxursan? De, eşidirəm.
   - Yox ee, sən Allah, birdən düz başa düşməzsən...
  - De görüm hələ, sən də bir tərəfdən ürəyimi cəkmə. 
  - Deyirəm ki, hələ ki, qohum qonuşu, heç kim heçnə bilmir gəl belə eləyək, camaatın ağzı yığılsın. Bilənlər de susub otursun yerinə.
   - Neyləyə bilərik a qadan alım? 
   - Gör nə deyirəm ay bacı. Hamı elə bilir Baharın nişanlısının atası ölüb düzdür?
   - Hə, elə biz dedik camaat da inandı?
  -Az bir dur da, ay dili yanmış. 
  - Hə...
  - Bir tərəfdən də elə bilirlər o gün nişanda Balaqardaş içib dava salıb, məclis dağılıb, heləmi. 
   -Hə nolsun, camaat kardı, kordu?
   - Ay bacı əsil həqiqət dildən dilə qıraqda bucaqda gəzən söz söhbət döyül? Deyirəm gəl bu söz söhbəti özümüz bağlayaq, qurtarsın getsin də....
   - Axı necə?
   - Bilmirəm mütləq bir yolu var,  bir fikirləş sən də- Xuraman biç bic Sevilə baxıb söhbəti uzadaraq ona daha da təsir etmək istəyirdi. 
   - Deyirəm, indi öz aramızdıır da bacı. Bahar xəstələnib, xəstəliyinin nə olduğunu bir dənə biz bilirik də. İndi hələ bu camaat  eşitsə ki , Bahar belə bir xəstəlik kecirdib, vallah hec bu qıza heç padruqaları yaxın düşmazlar ee. Təsəvvür elə də, Mahmud müəllim kimi bir adamla qohum olmaq istəyən biri eşitsə ki aa, onun qızı dəlixanada yatıb cıxıb, kim yaxın durar ona ay bacı. Sən Allah xətrinə dəyməsin ay  Sevil, səni istəməsəm başa salmaram. 
  Sevil dizlərin şapıldadıb ağlamsındı.
  - Hələ bir eşidib bilən olsa ki , bu sizin qızınız deyil, üstəlik sevdiyi oğlan da bunun qardaşıdır ... vayy vay, Allah saxlasın camaatın ağzından. Allah hec kimi dilə ağıza salmasın. Həm qıza yazıq olacaq həm sizə. 
   - Allah başımıza daş saldı, Xuraman, sümüklərimə gədər yanıram ay bacı... Köpəyin qızına dedim axı, o qə..bə Məleykədən uzaq dur, durmadı a bacı, durmadı ee durmadı. Yanıb yaxılıram, dərdimi heç kimə deyə bilmirəm. Deyir içim məni yandırır, çölüm özgəni. Ay bacı mənim qızım ana sözü eşidən qız olmadı ee, qudurtduq onu. Yaxşı deyiblər ee, qızını döyməyən dizini döyər. Vaxtında ciyərini söksəydik.. Nəysə - dizinə vura vura gileyləndi. 
  - Nəysə kecənə güzəşt deyərlər,  neyləmək olar? Qismət beləymiş demək. Olacağa çarə yoxdur. Amma sən də gərək boş oturmayasan da. 
  - Mən neyləyə bilərəm ay Xuraman? 
  - Arvadın görə bilməyəcəyi iş varmı, ay Sevil? Arvada nə deyiblər? Şeytan törəməsi. Az camaat kor qızını sırıyır ee. Nəyi var Baharın, xəstəlikdir də, müvəqqətidir. Həkimlər də deyir bunu keçəcək. 
   - Hə də, indi mən neyniyim, durum uşağı belə xəstə xəstə kiməsə sırıyım?
   - Yox ee, sözgəlişi deyirəm. Sənə də söz  başa salmaq olmur vallah. Bi damcı bijdiyin yoxdu. Deyirəm çıxart ərinin ağlın başından, razılıq versin, evləndirək Baharla İlkini də. Hazır namızədi var onsuzda. Bu nişan məsələsi olmasaydı Mahmud qızı verəcəkdi İlkinə onsuzda. Düz deyil? Elə qaldığımız yerdən davam edək də. Nə dil bilsin, nə də dodaq . 
  - Aaa... elə şey olar? 
  - Niyə olmur. Siz də camaata deyin ki, guya nişanlısı yası yola verib Baharı da alıb getdi Almaniyaya. Matəmli - yaslı burda toy eləmək yaraşmazdı onlara. Gedib toyun Almaniyada edəcək. Vəssalam şüt tamam da... 
   - Bəs Bahar siznən bura gəlsə gorməyəcəklər ki, nə var nə yox?
  -Az yox . Bir müddət gətirmərik, sora biraz gələr qalar bir, iki aylıq göndərərik, sən də camaata yayarsan ki, guya qızı dolandırmadılar, boşatdıq dəə, basıb bağlayarsan daa, işinin xətrinə. Kim nə bilir, nə var, nə yox. Burada Habil, Məleykə tanıyan var, gedib xəbər aparıb gətirən olmayacaq ki? İnşallah o vaxta qədər sağalar Bahar gəlib ədəb ərkanla "istəyərik qızı", el adətiylə. Baharın da arzusu gözündə qalmasın. Toy edərik qəşəy. İndi də eliyə bilərik ee, amma zaqsda bilsələr ki, bu qızın xəstəliyi davam edir, özünün xəbəri olmadan toy edirik, anamızı ağladarlar. Onçun deyirəm ki, hələlik zaqs zad olmasın, Baharı da sizi də bu söz söhbətdən qurtaraq, onnan sonra Allah Kərimdir. İlkin də Allâh deyənnən demir ay bacı. Çox istəyir Baharı. Biz hər şeyə razıyıq. Təki balamız xoşbəxt olsun. 
   Sevilin gözünə işıq gəlmişdi. Xuramanın bu fikiri ağla gəlməz dərəcədə mükəmməl bir fikir idi. Sevilin məmnunluğunu görüb Xuraman dərindən nəfəs aldı. ağlamsınaraq davam etdi. 
   - Anası ölmüş, vallah İlkin eşidəndə Bahar nişanlanıb, yazıq uşaq nə günlərə qaldı. Əlim qalıb ürəyimin başıda. Uşaq səngərdə odun alovun içindədir, özünə bir şey eliyər deyə qorxuram. Allah məni öldürsün ! 
  - Bəs sonra? Sonra Bahar özünə gəlsə, nə olacaq a bacı?
   - Ooff... Gör nələri düşünür ee, az day görənnən sora bir evin gəlinidi nağayracaq? Sən olsan neyniyərsən? Hələ bir uşağı olsun, İlkin atalığını, familyasını versin uşağa, zaqsa da girsin, alsın Baharı da çıxsınlar getsinlər Rusyetə dəə...
  -Rusetə niyə? 
  -Bacı, Müzəffərin Rusyetdə alacaqları var, alan kimi elə ordan ev alacaq İlkinə , bir dükan da açar, gedib yaşarlar özləri üçün.
   Gözaltı Sevili süzdü. Deyəsən dedikləri Sevilin ağlına batmışdı. Qalırdı Mahmudu yola gətirmək. O da Sevilin işi idi . Sevil bacarmasa mollaya gedib Mahmudun dilin ağzın bağlamaqla bu məsələ həll olacaqdı . 
   -Deyirəm ay bacı, nə qədər ki, Bahar özünə gəlməyib bu işi ləngitmək olmaz. Valla sizə görə deyirəm ee yoxsa nəyimə lazım. O qız özünə gələrsa ay toba o qızı ömürlük itirərsiz.
  -Elə də itiririk onsuz da, belə də . 
  -Yox elə fikirləşmə, ay bacı, ürəyini fərah tut. Özünə gəlmədən bir şey etməsəniz həə, itirən siz olasız. Ama özünə gələndə hər şey fəqli olacaq. Fikirləş ki, heç mənim bu pilanımı eləmirsiz. Onu buraya bağlayan nə var hə? Bir şey yoxdur, heləmi? Alıb başını ya anasının yanına gedəcək, ya da qardaş adıyla nişanlısının yanına. Xarici də bilirsən də, kim kimədi ee? Allah göstərməsin. Nə biləcəklər orada, bunlar bacı qardaşdı, ya sevgilidi. Özlərinə hakim ola bilməyəcəklər,günaha girəcəklər ...
   Sevil bütün bunları eşidib dizlərinə döyə doyə qalmışdı . 
   -Yox da bir... Elə şey olar? Bunların ağlı kəsmir guya bacı qardaşdı olmaz? 
   -Ay qız xarıcdə qardaş bacı sayan var? Az orda kişi kişiynən evlənir, arvad arvadla ee... Görmürsən televizorda? 
   -Ay Allah məni öldür... Bu nə işdi mən düşdüm. Az bu uşağı mən bunun üçün böyütmüşdüm? Bu idi mənim zəhmətimin qarşılığı? Mənim zəhmətim batdı getdi ay Xuarman...
   - Sakit ol, a bacı, sən Allah. Niyə özünə divan tutursan. İndidən ağıllı hərəkət etsəniz Bahar üçün də yaxşı olacaq. Siz elə bilirsiz ki, Bahar özünə gələndə sizi bağışlamayacaq. Yox vallah, əksinə, özünə gələndə özünü ailə uşaq içində görəndə əl ayağınızı öpüb deyəcək ki, ay mama, ay papa məni pis yoldan saxladız. Sən bir Mahmud qardaşnan danış. Bu imkanı qaçırtmayın məncə. Yoxsa bu qız evdə qalacaq, hər şey cəhənnəm, başın alıb gedəcək, camaatın dil ağzına düşəcəksiz ...

   Toydan sonra Ulduzu xəstəxanaya yatırmışdılar. Kimsəylə danışmır, kimsənin üzünə baxmırdı. 
   Mələykə bir neçə dəfə Bahargilə gəlib Baharı görmək istəsə də , Sevil onu qapıdan qovmuşdı. Aynur, Mahirə və Mobil Moskvaya dönmüşdülər. Habildən isə heç bir xəbər yox idi. Sevdayla ikisi də yoxa çıxmışdı. İsmayıl Habili axtarışa versə də, Azərbaycanda harda olduğu məlum deyildi. Bir neçə gün sonra polislər onu aeroportda saxladılar. Türkiyəyə gedəcəkmiş. 
    Uşaqları hərəsi bir tərəfə dağılıb ruhi dispanserdə tək başına qalan Ulduzu hər zamankı kimi  bu dəfə də Balaqardaş tək qoymadı. Bir müddət burda qaldıqdan sonra Ulduzu da alıb Moskvaya qayıtdı. Ulduzun bu dəfə dili batmışdı. Danışa bilmirdi. 
   Bahar xəstəxanadan çıxdıqdansonra onu  toysuz , nişansız, nigahsız Müzəffərin evinə gəlin gətirmişdilər, təssüf edilən şey bu idi ki, Bahar başına gələn hadisələrə özü də kənardan tamaşaçı idi. Bu həyatı ona kim cızırdı, kim yaşadırdı, özu bu oyunun harasındaydı özü də bilmirdi. 
   Sevda yenə arada bir evə gəlir təkrar günlərlə yoxa cıxırdı. Nə atasını qardaşlarını dinləmirdi nə anasının qışqır bağırtısını. Onun evə gəlməsi böyük qalmaqala səbəb olurdu. Hər gəlişində bir bəhanə edib Baharla dalaşar, qıza gün verib işıq vermirdi . Ona olmazun sözlərini deyirdi. Nə olduğunu başa düşməyən Bahar ona deyilən hər sözü qəbul edərək key key evdəkilərin üzünə baxır ya da uğunub gedirdi. Əri də həftədə bir evə gələndə də nə olduğunu bilmədiyi üçün ona da bir şey demirdi . 
   - A bəxtəvər, daşa, divara danışmıram ee, səninləyəm, nə key key baxırsan? 
   Bahar Sevdanın nə dediyini başa düşmür, bəzən qorxaq uşaqlar anasının arxasında gizlənən kimi o da Xuramanın arxasına keçər özünü Sevdadan qoruyardı. Xuramanın Bahara yazığı gəlirdi. Bəzən əlini vijdanının üstünə goyub ona bu həyatı yaşatdığı üçün Allahdan üzür istəyərdi. 
   -Qurban olum ay allah. Bilirəm günaha girmişəm. Ama hər şey balalarımın parlaq gələcəyi, ailəmizin xoşbəxtliyi üçündür. Mən Bahardan istifadə edərək malımızı qurtarmaq istyirəm. Bircə Sevdanı da bu zibildən qurtarsam... Bundan sonra ölsəm də dərdim yox. Sən özün günahlarımı bağışla.
  Xuramanın tək dərdi Sevda idi, Sevdanın da dərdi Habil və Bahar... 
   - Az  q...bə olub yerə keçmədin , Habili məndən alıb ona nişanlananda? Az niyə yaşayırsan? Bilirsən bu nə deməkdir, qardaşla sevişmək? Kül qoyum başına. Niyə yaşayırsan aazz? Sənin yerinə kim olsa, gedər özünü atar dənizə. Öl aa, öl ! Yaxşı artistlik eliyirsən də, özünü keyliyə, dəliliyə qoyub qoyub özünü qardaşıma sırıdın! Boynun yerə soxum qardaşımın da, elə sənin də . Aleyy...
                         *****
     Sevdanın Bahara elədiklərinə elə hirslənmişdim ki, hələ "Artistlik edib özünü qardaşıma sırıdın" deməyi lap yeddı qatımdan keçdi. Artıq yazdıqca dodaqlarım yerində dayanmayıb əsəbimdən dil dodağımı gəmirib Sevdaya qarğış tökürdüm;
   - Allah bəlanı versin, Allah səni də onun gününə qoysun. Sən də onun kimi "artistlik" elə, səni də görüm onun kimi "bəxtəvər" günə qalasan elə...
                    ___  39 _____
     Bir neçə gün idi ki, Ankaraya gəlmişdim. Gəlmişkən Baharla da görüşüm dedim. Bildiyim qədəriylə o da Ankarada idi. Araz dayının yasına gəlmişdi. Araz dayıyla bağlı çox suallar dolanırdı beynimdə. Neçə bölüm idi ki , ondan bir şey yaza bilmirdim. Oxucularım da onun haqqında bəzi şeyləri bilmək istəyirdilər. Bəşir oldükdən sonra nə oldu, Araz dayısının uşaqları ilə görüşə bildimi? Arazla Baharı bu qədər bağlayan nə idi, İbrahimin uşaqları Araza daha yaxın olduğu halda Baharla onun arasındakı bağ nə idi? İnanın ki, bunları mən də bilmirdim. Elə bu suallar özümə də maraqlı idi. 
    Telefonu götürüb, Ankarada olduğumu vaxtı varsa onunla görüşmək istədiyimi Bahara yazdım. Bahar çox təssüf etdi. Araz dayının yedisini yola verib təkrar Hollandiyaya geri dönübmüş. Onunla görüşə bilməməyimə təssüflənsəm də Bahar verdiyim suallara qısaca cavab verdi: 
   - Tələsmə Fəriş abla, hamısını bir bir yazacam ...
                           *****
    İyunun ortaları olsa da , Moskvada hələ də yaz havası höküm sürürdü. Səhər yuxudan qalxan kimi Balaqardaş pəncərələri açıb otağın havasını dəyişdi. Biraz dayanıb üçüncü mərtəbədən küçəyə baxdı . Küçədə sabah yürüşünə çıxmış admlardan başqa heç kim görünmürdi. Geri dönüb Ulduzun yatağına baxdı. Yatağında yox idi . Öz özünə təcübləndi. Səhərdən yuxudan qalxıb, nə zamandır otaqda fırlanır, bəs Ulduzun evdə olmadığını niyə hiss etməyib? 
   Bir bir otaqları gəzdı . Hamama baxdı. Yox idi. Qapıya gəldi. Çöl qapı da bağlı idi. Bəs bu hara getmiş olar? Üstünü dəyişib bayra çıxmaq istədi . Qapını açıb ayağını bayra qoymuşdu ki, birdən mətbəx ağlına gəldi. Axı , o mətbəxin pəncərəsini açmamışdı. Sabah yuxudan qalxanda mətbəxin pəncərəsini açıq görmüşdü. Tez içəri qirib mətbəxə qaçdı. Pəncərəyə keçib məhəlləyə boylandı. Aşağıda bir dəstə adam qaynaşırdı. Yaxınlıqda təcili yardım maşını var idi ...
    Bir neçə gün əvvəl Ulduz Gəncəyə Məleykəyə zəng edib danışa bilməsə də qızının səsini eşitmək istemişdi.
    İki ay bundan əvvəl dünya Məleykənin başına yıxılmışdı. Elyar öz dəstəsi ile Şuşa uğrunda gedən müharibədə şəhid düşmüşdü. Ən acı günündə kimi kimsəsi olmayan qız birinə sarılıb dərdini onunla paylaşacağı bir adam axtarırdı özünə . Nə qədər ki , Elyar həyatında vardı , Mələykə ozünü arxalı biri bilirdi . İndi isə nəinki Elyar heç yanında , yaxınında heç kimi yox idi . Elyarın yasına getmişdi. Elyarın sağlığında iki düşman kimi davranan Gülnazla Mələykə bir birinə sarılıb ağlaşdılar. Sanki Elyarın ölümü onları doğmalaşdırmışdı . 
   Yas evindən çıxıb öz evinə gələn Mələykə üç gün özünü evə dustaq etdi. İşə də getmədi, üç günün içində Mələykə canlı ölüyə dönmüşdü. Dörd divar arasında az qalırdı havalansın . Otururdu dizini, qalxırdı özünü döyürdü. Elyarla bağlı xatirələri onu əldən salmışdı. Ağlayır, ağladıqca səssizcə Allahına üsyan edirdi. Bu həyatda onu dik tutan bir tək Elyar idi. O getdi, Məleykənin də qəddi əyildi. Dərdini bölüşəcək, ona təsəlli verəcək heç kimsəsi yox idi. Dərdləşmək üçün əziz və yaxın bir adama ehtiyyacı var idi. Rabitə şöbəsinə gədib, anasına zəng etdi. Telefonu Balaqardaş götürdü. Məleykənin üzüntüsün eşidib kədərləndi. 
  - Balaqardaş dayı, anamla danışmaq istəyirəm, ona çox ehtiyyacım var. 
 - A qızım, bilmirəm ki, onunla necə danışacaqsan ki, axı o , danışa bilmir. 
  - Olsun ...
   Telefonun o başındakı səssizlik, bu biri başındakı üsyan Balaqardaşa da təsir etmişdi. Ulduzun başını köksünə sıxıb qulağını telefonun dəstəyinə dirəmiş arada Ulduzun yerinə Bahara o təskinlik verirdi. Telefonun o başında Məleykə ağı deyib ağladı, fırtına olub çağladı, bəxtinə taleyinə qarğış yağdırıb fələyi söydü. Dəniz olub dalğalandı. Yelkənsiz qayıq kimi özünü ora bura çırpdı, saçına, üzünə əl atdı. Nəhayyət telefonun o başından anasının hıçgırıqlarını eşidib sakitləşdı. Bu hıqırıqlar ona can suyu kimi gəldi. 
   Anası danışmasa da özünün anası ilə danışmağı ona xeyli yüngüllük vermişdi, başı açılmışdı.
  - Gəl, qızım, biraz bizdə qalarsan, fikirin dağılar. Gəz toz, eynin, fikirin açılsın. 
   - İndi gələ bilmərəm Balaqardaş dayı. Dərslər bağlansın, gələcəm .
    Azərbaycandan dönəndən biraz  sonra Aynurun da toyu olmuşdu. Aynurun anasını toyuna çağırmaması Ulduza bıçaq kimi dəymişdi. Balaqardaş onu nə qədər təsəlli etsə də, Ulduz sakitləşmir dilinə gətirəcəyi sözləri göz yaşları ilə kağızlara  tökürdü. Balaqardaş Ulduzla bu kağızlar vastəsiylə danışırdı. Ulduz bir şey istəyəndə də kağıza yazaraq Balaqardaşa göstərir, Balaqardaş onun arzusunu yerinə yetirirdi. Ulduzun istəyiylə Balaqardaş onu türməyə də aparıb Qabillə görüşdürmüşdü. Əli müəllimin mətbəəsinə gedərək, orda Mobillə də görüşmüşdü. Balaqardaşın maşınında Aynurun yaşadığı evin qarşısına gələrək, uzaqdan da olsa onu görmüşdü. Qonaq otağına qoyulmuş servantın qarşısına keçib Habil ilə Baharın nişan şəkillərinə baxaraq göz yaşları tökdü. Sanki bu dilsiz qadın uşaqlarını ziyarət etməklə, Habil və Baharın rəsimlərinin qarşısında ağlamaqla onlarla halaĺaşırmış ...
   Mələykə Elyarın ölümündən sonra Baharla görüşmək istəsə də onu qapıdan qovan Sevil ona Baharın ərə getdiyini və onun  hamilə olduğunu dedi . 
   - Bir də mənim uşağımın dalıyca gəlmə. Qızımın yuvasına söz söhbət salacaqsan. Bahar sizi , anasını qəbul etmir. Dehir ki, mən onları tanımıram . Mənim zəhmətimi, əziyyətimi çəkən  sizsiniz. Bax, dedim sizə , qızım ərə getdi, xoşbəxt, isti yuvası var. Gəlib, gedib uşağımın beynin oynatma. Sabah onun başına bir iş gəlsə yapışacam yaxanızdan. Başınızla cavab verəcəksiniz. 
   - Axı o necə erə gedə bilər ki? Belə bir sevgi qarşısında ...
   - Neyləyəcəkdi? Qardaşıyla evlənəcəkdi?  
   -Yox amma , belə də asanlıqla heç nə olmamış kimi ərə getməsi, yəni bu olanları unutması... elə belə şey deyil axı. O bu travmanı atlatmasa qurduğu bu ailənin sonu nolacaq ki? 
   - Çox uzatma rədd ol get, bir də buralara gəlmə . Gəlsən də görə bilməyəsən Baharı.  Burda deyil  heç, Rusetdedir ...
   Baharın başına gələnlərdən ,  xəstəliyindən xəbərsiz olan Mələykə İsmayılgilə gəlib Baharın evlənməsini dayısına danışdı. 
 - Burda mütləq bir iş var - deyə İsmayıl da bu məsələyə fikirini bildirdi. 
   - Məncə ərə gedibsə daha yaxşı,  Habili də unudar. Sən də çox beyninə salma. Həyat davam edir. Cavansan , nə qədər geç deyil, sən də həyatını qur, ailə uşaq yiyəsi ol. Daha Elyar da yoxdur bala, yaş da keçir. 
   - Dayı, mənə "Eliyar yoxdur" demə ! O, ölməyib yaşayır. Bax - əlini urəyinin üstünə qoydu - bu burda nə qədər döyünürsə Elyar da burda yaşayacaqdır. Mən heç vaxt onun açdığı bu qapıdan heç kimsəni içəri aldırmaram. Bu ürəyin qapısını Elyar açdı. Özü də bağladı. Açarını özüylə də apardı. 
  Dərslər bağlanan kimi Mələykə Moskvaya biletini aldı. Moskva aeroportunda düşüb, biraz terminalda gəzindi. Hara gedəcəyini bilmirdi, onu ömür boyu tərk edib ürəyini qırmış anayamı? Ayrılığın soyuğundan canlarını üşütmüş bacı -qardaşınamı? Özünü elə yalqız, elə kimsəsiz sayırdı kı . 
   Aeroportun binasından bayra cıxdı. Taksi dayanacağına gelib maşına oturdu. Taksı hərəkətə gəldi. Əlində tutduğu adresi şoferə vermək istəyirdi ki, əlini geri çəkdi. 
   - Məni münasib bir mehmanxanaya aparın !

   Bəli Bahar nə olub, keçib, nələr yaşayıb heç nə xatırlamırdi. Taa ki, evdə qopan vay şivənə qədər . 
    Həmin zaman Bahar öz otağında dolabın paltarlarını qatlayıb səliqəyə salırdı. Bayırdan gələn səsi pərdə arxasında nəyəsə baxırmış kimi görürdü. Qalxıb qapıya gəldi, qapını aralayıb bayıra baxdı. Qaynanası saçın başın yolurdu. Müzəffər yerə çoküb başına dizinə vururdu. Elçin qıp qırmızı portmüş, içəridəki hərbi geyimli adamlar onun əlin qolun tuturdu. Qonum qonuşudaki arvadlar haya gəlib onların şivəninə qoşulub müsibət qoparırdılar. Hər kəsin dilində bir nida vardı: 
   - İlkin vay, şəhidim vay! 
   Xuraman saçını yolub üzünü cırırdı. 
   -Yarına doymayan, balasını görməyən cavan balam... 
   Nə oldugunu belə bilmirdi, şəhid nədir, nə deməkdir anlamırdı. Sadəcə qapı arasından bayırdakı çamaata baxdıqca gözünün qabağında nişan günü evlərindəki səs - küy dava canlanırdı. Bu bu evdə baş verənləri yox, məhz həmin gün nişanında baş verənləri təkrar yaşayırdı. Qapını açıb bayıra çıxdı. Onu görən qadınlar , qışqıraraq saçını başın yoldular : 
   - Aayy, cavan gəlininə doymayan, balasını dünyaya gətirmədən yetim qoyan İlkinim vaayy ...
   Xatirələr sanki rüzgar kimi gedib gəlirdi. Hər şey qarışmışdı bir birinə. Gözü bir nöqtəyə zillənib, o nöqtədə nəyinsə xatırəsindən keçməsini gözləyirdi. Sanki o nöqtədə nəsə bir ekran varmış kimi, gözünü ordan çəksəydi həmin anı , həmin yayını qaçıracaqdı, sanki . Bir anda nə oldusa qadınlar onu buraxdı Hamı bayıra cıxdı. Evin ortasındakı xalının üstünə çökmüş Bahar gözünü o nöqtədən ayırmayıb hələ də hafizəsinin geri gələcəyini gözləyirdi. 
   Çox kecmədi bayırdakı səs -küy çiyinlərdəki tabutla bərabər içəri girdi. Ağlaşma, şivən, vaxsey ərşə yüksəlmişdi, Baharın qulaqları nə ağı , nə şaxsey, nə də nalə eşidirdi. Qulaqları batmışdı sanki. Beynində isə bir səs vardı " Kaş kə gündə yüz yol qarşında öləydim, diz çökəydim , bundan əsla utanmazdım. Amma indi utanıram ... hər şeydən, özümdən , səndən, hamıdan... Sən mənim bacım imişsən, bundan böyük biabırçılıq nə olar Bahar?" 
   Bu səs ona tanış gəlirdi, amma bunu kim deyirdi bilmirdi. Nunu deyən adamın siması gözlərinin önünə gəlmirdi ki gəlmirdi. 
   Kimsə onu dartışdırıb ayağa qaldırmaq istəyirdi. Bahar isə gözlərini yenə eyni nöqtədən ayırmayıb özünü onu dartan əldən qurtarmaq istəyirdi. Dəli bir gülmək tutmuşdu onu. Var səsiylə qəhqəhə çəkib gülürdü. İçəridəki camaat təccüüblə ona baxsalar da, Bahar bunların heç birini görmürdü. Bahar güldükcə, qadınların naləsi ərşə yüksəlirdi. Sanki şivən- şaxsey çəkməklə Baharın gülüşünü itirmək istəyirdilər. Gözlərini dikdiyi nöqtədən qulaqlagına səslər gəlirdi. Səslərin  içində Habilin səsi var idi.
    Kimsə Baharın çiynindən tutub  "qalx ayağa Bahar, Bahar belə eləmə " - deyə ağlayırdı. Realda Baharı səsləyən içəridəki qadınlardan olsa da, beynindəki səs Habilin səsi idi. Gözü açıq olsa da, həmin gün yuxu kimi xəyalında canlanırdı:
  "Bahar!"-üzünü xatırlaya bilmədiyi səs Baharın çiynindən tutub silkələyirdi: "Eşidirsən Bahar" - hönkürürdü, üzünü görə bilmədiyi "O" özünü saxlaya bilməyib Baharın qarşısında diz çökürdü. Bahar isə onun çiynindən tutub qaldırmağa çalışırdı:
 - Aa neynirsən? Qalx ayağa, dur, dur ayağa ! - Bahar xatırlaya bilmədiyi bir oğlanla köməkləşib "O"- nu qaldırmaq istəyirdi .  
   - Bahar, mən bu gün öldüm, məhv oldum- deyib "o" başını yerə qoyub hönkürürdü. 
   - Aaa, dəli olmusan, Habil, ayıbdır qalx camaat bizə baxır, Vaxsey biabır olduq ..."
  - Nə danışırsan sən?- deyə real aləmdəki bu adam onu silkələyirdi - özünü ələ al Bahar! 
  Baharı gülmək tutmuşdu :
- Sən mənim qardaşımsan? - "O" qapının arasından bir qadını göstərib :
 - Bax, sənin anan odur, get özündən soruş."
   Güldükcə realdakı bu adam Baharı silkələyir, səsləyir. Lakin Baharın gözü realda onu silkələyən adamı yox xatırlaya bilmədiyi "o" nu görürdü. Qulaqlarında sanki , Mehdinin zühuru çalınırdı, real həyatdan heç nə eşitmirdi. Ətrafda olanlara sanki göydən yerə fırlana fırlana baxırdı. Ayaqları sankı yerdə deyildi, havadan asılı qalmışdı ... 
   Butün bu yaşadıqları artıq gözlərinin qarşısından kino lenti kimi keçir, yenə də o zamankı kimi sanki göydən yerə fırlana fırlana baxırdı. Ayaqları elə bil yerə dəymirdi. Qulaqlarına o vaxtki danışıqlarla bərabər icəridə danışılan səslər də gəlirdi :
  - Gəlin deyəsən havalanıb. 
  - Allah göstəməsin, çəkiləsi dərd deyil. 
  - Yazıq, kim olsa havalanar. 9 ayın gəlini. Bədbaxt oldu. Can ay bala... 
   - Bir də altı aylıq hamilə ...
   - Aa niyə gözünüzü döyürsüz, skoru çağırın görmürsüz gəlini?  
  - Bahar, Bahar, özünə gəl a bala... qalx ayağa, qalx Bahar ...
   Gözlərinin qarşısına qara pərdə çəkilmişdi, heç nə görmürdü, amma hər şeyi eşidirdi, hiss edirdi. Kimsə onun üzünü şillələyir, üzünə sinəsinə su vururdu. Saçlarını islaq əllər geri darayırdı. Buz kəsmiş əlllərini ayaqlarını ovxalayırdılar. 
   Bütün bunlara baxmayaraq Bahar dayanmadan gülərək :
  - Habil, dayan, Habil ...- deyirdi ...
   Qadınlar öz aralarında pıçıldaşırdı. 
   -Habil kimdi aaz? 
   -Bilmirəm 
   -Vallah ay toba, gəlin havalanıb, İlkin deməkdən Habil deyir... Gözünə nəsə görsənir. 

     Məleykə otelə gəlib rahatlandı. Əşyaların dolaba yerləşdirib Aşağı endi. Qeydiyyatçı oğlandan telefonu alıb anasının qaldığı evi yığdı. Telefon uzun uzun çağırdı, lakin cavab verən olmadı. Təkrar yığdı. 
   Narahat olmağa başlamışdı. Axşama qədər bir neçə dəfə anasına zəng etsə də zəngləri cavabsız qalmışdı. Əlindəki blaknotu vərəqləyıb Mobilin nömrəsini tapdı. Onun da telefonuna cavab verən olmadı. İş yerinə zəng vurdu. Mobil gündüz oxuduğu üçün mətbəədə gecə işləyirdi. Nəhayyət axşam saatlarında Mobillə danışa bildi. Ona Moskvaya gəldiyini və mehmanxanada yerləşdiyini dedi. 
   Mobil bacısının səsini eşidib şad oldu. Onu iş yerinə dəvət etdi. 
   - Gəl istəyirsən saat 11 də çıxacam işdən. Bərabər gedək yemək yeyək, ordan da bizə keçək. Sabah da gedib əşyalarını alıb gələrsən . 
   Məleykə də  qardaşından belə təklif eşitməyinə şad oldu. Elə bilirdi illərin ayrılığı qardaşı ilə arasındakı bəndləri qoparıb. Elə deyilmiş, Mobilin səsindəki sevinc Məlieykənin ürəyini qürurlandırdı;
   -Bacın boyuna qurban qardaş... 
   Qardaşının adresini alıb onun iş yerinə getdi. Qapıçı Mobilin elə indicə çıxdığını dedi. 
   - Hara getdi, axı o məni burda gözləyirdi . 
   -Bəli, yoldaş Mobil müəllim "qonağım gələcək. Məni burada gözləsin" - dedi , buyurun burda gözləyə bilərsiniz. 
   Gözləməkdən canı darlanmışdı. İçəridə var gəl etməkdən ayaqları ağrıyırdı. Hazırlaşıb mehmanxanaya geri dönəcəkdi ki, qapıçı ona yaxınlaşdı. 
  - Sizi Əli müəllim otağında gözləyir. 
  - Əli müəllim? O kimdir? 
  - Mətbəənin redaktoru. Buyurun, sizə kabinetini göstərim. 
   Əli müəllimin otağına girəndə gövdəli, boy buxunlu bir kişi iş masasının arxasından qalxıb, iki əlli Mıleykəylə görüşdü. Xoş beşdən sonra aydın oldu ki, Mobil mətbəyəə gecikincə Əli müəllimə zəng edib  onun Azərbaycandan bacısının gəldiyini və bu saat onu mətbəədə gözlədiyini deyibmiş. 
  - Bəs Mobil özü hardadır. Məni burda gözləyəcəyini demişdi. 
  -Bəli elədir. Amma təcili işi çıxdı, işlə əlaqədar. Bilsəydim heç onu göndərməzdim. Çox təsüüf edirəm. Bağışlayın heç yaxşı olmadı. Biraz gec gələcək. 
   -Olsun, o zaman mən gedim.
   -Hara gedəcəksiniz? 
   -Mehmanxanada qalıram. 
   - Həə...Başa düşdüm. Ama belə getmək olmaz. Axı biz, azərbaycanlıyıq. Heç olmasa bir stəkan çay... Yoxsa el məni qınayar, Əli qabliyyətsiz oğlandı deyər - güldü. 
   -Oğlan aa- Məleykə də bu səmimiyyətə səmimiyyətlə cavab verdi- Öz, aramızdır yaxşı oğlansız. 
   -Yaxşı yox, yaşlı... 
   İlk nədən, necə danışıqlarını bilmədilər. Sadəcə bir birlərinə baxıb gülümsəməklə dəqiqələri yola saldıqdan sonra katibə əlindəki padinusda çay və şirniyyatla icəri gidi. 
   - Heç özünü sıxma çəkinmə. Hə,  təmiz Lənkəran çayıdır. Şirniyyatlar isə burda bir azərbaycanlı şirniyyatçı var o bişirib. Moskvada yaşamağıma baxma e damarımızda Azərbaycan qanı axır. Baxmayaraq ki, ordan 5 yaşından çıxmışam, heç xatırlamıram da ... nəysə buyurun. Necə deyərlər ee, şirin yeyək, şirin deyək
   Balaqardaşın zəngindən təlaşlanıb Mobil başı alovlu xəstəxanaya qaçdı. Anası özünü mətbəxin pəncərəsindən atmışdı. Ağır koma vəziıyyətində reanimatsiya şöbəsinə yerləşdirilmişdi. Yanına ziyarətçiyə izin verilməsə də Mobil Aynura zəng edib anasının bu vəziyyətini ona dedi. 
 - Mobil qurban olum, məni o insana qarışdırma. Mənim elə bir anam yoxdur. 
  - Necə belə deyə bilirsən, Aynur? 
  -Axı nə analıq edib bizə? Bir də fikirləş ki, o ayağın qoyduğu yerdə tufan qopur. Qabil onun yanına getdi getmədi, türmələrə düşdü, Habilin nişanına getdi aləm qarışdı. Ən yaxşısı ondan uzaq gəzməkdir. Sənə də bir bacı məsləhəti, ondan uzaq gəz ! Bax sənin də başını yeyəcək. 
  - Sən belə deyildin Aynur? Axı sən bu qədər qəddar deyildin. Sənə deyirəm ki , anamız reanimatsiyadadır ölür, sənin dediklərinə bax bir, ayıb olsun! 
   - Bağışla gələ bilməyəcəm, mən ondan ötrü yuvamı dağıda bilmərəm. Mənim ailəm məni detdom bilir, indi desəm ki, mənim anam var. Hem də anam kimdir, nə yuvanın quşudur. İncimə sən Allah. 
   - Aynur, onlar qəbul etsə də etməsə də o bizim ...- telefon söndürüldü. Sözü ağzında, dəstək əlində qaldı ...
 
   Ordan burdan söhbət edərək, gedib keçmişə çıxmışdılar, Əli müəllim Azərbaycanca təmiz danışa bilmirdi. Azərbaycanca danışmağa çalışırdısa da dili təkrar rusçaya dönürdü. Odur ki, Məleykə onu bu çətin vəziyyətdən qurtardı. 
   -Rusca danışa bilərsiniz , mənim üçün problem yoxdur, mən zatən Rus dili müəlliməsiyəm . 
  - Bəs bunu bayaqdan de də. Səhərdən qalmışam kəkələyə-kəkələyə - güldü. Çox gözəl, məmun oldum. 
   Əli müəllim bu kübar, mədəni xanımla tanış olmağına şad olmuşdu . Sözsüz ki, söhbətləri də çox gözəl və səmimi tutmuşdu . 
   - Siz yəqin coxdan Moskvaya yerləşmisiz? 
  - Hə, demək olar ki, burda doğulmuş kimiyəm . 
   Məleykə güldü :
  - Doğulmuş kimi nəydi. Ya burda doğuşmusuz,  ya da sonradan gəlmisiz də. 
   - Mənim işlərim biraz qarışıqdır. Özüm hardasa 35 ya da 36 cı ilərdə doğulmuşam. Pasportda 41 yazılıb, halbuki, o illərdə mən yeriyib -qaçan hər şeyi başa düşən uşaq idim. Çünki, atam 37 də represiya qurbanı olub, anamdan xəbərim yoxdur. Heç bilmirəm ölüb, ya yaşayır.  Dövlət məni uşaq evinə yerləşdirib. Nəysə uzun söhbətdi... Orada təvəllüdüm 1941 il yazılıb. Guya 41 də doğulmuşam - güldü. Nətər doğulmuşamsa müharibə vaxti uşaq evinin kazarma olduğunu görmüşdüm. Hələ əsgərlərə su da daşıyırdıq, kazarmanın içini təmizləyirdik, Rəhmətlik Dilarə xanımla...
   Üzünü pəncərəyə tutub dərindən nəfəs aldı. Məleykə qarşısındakı adamın üzünə baxıb gülümsündü. Əli müəllimin gözləri dolmuşdu. 
   - Allah rəhmət eləsin . 
    - Sağol. Allah ölənlərinizə rəhmət etsin - Başın silkələyib xatırələri gözlərinin qarşısından qovdu sanki , davam etdi . 
   - Dilarəylə əsgərlərə internatın yeməkxanasından çörək, yemək,  meyvə oğurlayıb aparırdıq - güldü - hələ bir defə də çiy kartof soğan aparmışdıq. Elə bilirdik ki, meyvədi çiy çiy yemək olar. Əsgərlər gülüb kartof soğanı bizə verərk "aparın bunu verin poverə deyin ki, soldat dayılar deyir ki, bunları bişirsin göndərsin - İkisi də qəhqəhə cəkdi. 
   -Ahh bu uşaqlıq uşaqlıq, Əli müəllim, uşaqlıq illəri gözəldir, kiminin yaddaşında gözəl izlər, buraxır, kiminə isə ...- Məleykə bir anlıq dalıb getdi. Məktəbin idman zalında başına gələnlər gözlərinin qarşısında canlandı ...
   - Dilarə xanımla elə orda doğulduq, bərabər böyüdük , bərabər oxuduq, həyata bərabər atıldıq - Əli müəllimin səsi onu keçmişindən ayırdı. 
  -Həyatımızı bərabər qurduq. Ağlımız kəsəndən, ta indiyə qədər bərabərdik, indi isə - dərindən ah çəkdi - indi 4 aydır məni tək qoyub ...yetim uşaqlar kimi boynu bükük qalmışam. Ehh...
  - Niyə noldu ki, hansısa bir xəstəliyi vardı? Hiss etdiyim qədəriylə cavan qadınmış...
   - Hə... Məndən bir yaş balacaydı, ama onun da təvəllüdü böyük yazılmışdı. Həmişə mənə deyirdu ağıllı ol mən səndən böyüyəm, nə deyirəm onu elə - Əli şirin xatirələrin təsiri ilə gülümsədi... Ah Dilara ahh... Kaş ki sağ olaydı özünüz onu görəydiz, o qədər səmimi insan idi ki, zarafatlarından doymazdınız. 
   - Görünür, onu çox sevmisiz? 
   - Çoxmu? Bilmirəm. Bəlkə bu bir bağlılıq idi, ehtiyyac idi. Axı ikimiz də yetim olmuşug, bir yerdə böyümüşük dərdimiz sərimiz bir olmuşdu. Bizi bir birimizdən başqa heç kim başa düşə bilməzdi. 
   - Düzdür... 
    - Televizorda gördüm eşitdim  faciəni. Dünyam başıma yıxıldı Moskva metrosundakı partlayışda həyatını itirdi. Atamı anamı itirəndə özümü yetim saymırdım heç, mən indi yetim qalmışam. O mənim hər şeyim idi- deyəndə Məleykənin gözündən iki damla yaş düşdü. 
   Bu hisslər ona necə də tanış idi. Sanki Eli müəllim onun icini oxuyub danışırdı .
   - Aa Məleykə xanım bu olmadı ki, belə... Siz Allah məni bağışlayın, xahiş edirəm. Mənim belə oxumuş, savadlı adam olmağıma baxmayın ee , birazca da həyat  təcrübəsi sarıdan avamlığım var - deyib tumbuçkanın üstündən salfetkanı götürüb ona uzatdı:
   -Daha fikirləşmirəm ki, qarşımdaki incə qəlbli bir qadındır. Mənim dərd yükümü ona yükləyirəm axı ...
  - Yox, yox yaxşı elədiz, bəzən insan danışıb, ağlayaraq içini boşaltmağa ehtiyyac duyur. Əslində eyni dərdliyik, sizin dərdinizi eşitməklə öz dərdimi də təzələmiş oldum. Mən də bu yaxınlarda yoldaşımı... Dostumu itirmişəm... Daha doğrusu Qarabağ döyüşlərində şəhid oldu... 
    Ordan burdan söhbət edə edə vaxtın nə zaman keçdiyini bilmədilər. Mobil hələ də gecikirdi. Geç idi, burada gözləməyin mənası yox idi. Getməliydi. 
   Hazırlaşıb ayağa qalxdı. 
    -İcazənizlə mən gedim, geç oldu. Qismət olsa Mobillə sabah görüşərəm. 
   - Buyurun mən sizi ötürüm.
    -Təşəkkür edirəm .
    Qapıda Əli əlini Məleykəyə uzatdı;
   -Sizi tanımağıma şad oldum. Çox zərif və incə bir xanımsız. 
    -Təşəkkür edirəm, siz də alicanab birisiniz. Mən də sizi tanımağıma şad oldum, yaxşı oğlan -gülümsünerek bayaq tanış olaraq etdikleri zarafatından geri qalmadı. 
   -Yaxşı yox, yaşlı...
  Əli nəzakətlə Məleykənin əlini qaldırdı. 
   -Ha haa... Məmnun oldum  doğurdan da. Çox alicənabsınız ... 
    Əli Məleykənin əlindən incə bir öpüş alıb  :
   - Buyurun -deyərək qapını açdı. 
Elə bu vaxt Mobil rəngi rufu  qaralmış qapıda göründü... 
            _____ 40 ______
   Baharın yaddaşının özünə qayıtması əhval - ruhiyyəmi əməlli başlı durultmuşdu. Artıq hafizəsi yerinə gəldi . "Daha Bahara zaval yoxdur" dediyim yerdə Baharın növbəti mesajları məni xəyal qırıqlığına uğratdı. Baharın həyatını izlədikcə belə başa düşürdüm ki, 19 yaşında artıq həyatının 2 ci mərhələsini yaşasa da təcrübəsizliyindən hələ başına çox bəlalar gələcəkdi Baharın...
                        *****
   Nişandan sonra axtarışa verilən Habil Turkiyəyə gedərkən Bakıda aeroportda saxlanılaraq qohumlarına təhvil verilmişdi. 
  -Narahat olmayın. Mən yaxşıyam. Sadəcə biraz tək qalmağa ehtiyyacım var . 
   - Axı işin - gücün, yaşayışın Almanıyada, Turkiyyədə nə işin var?  
   - Dedim axı, beynim çox yorğundur, Almanıyaya getsəm də işləyə bilməyəcəm, orda məni başa düşən biri olmaz. Dərdimi , problemimi kimə danışacam ki, kim məni başa düşəcək, nolar dayı, Məliş, məni birazca da olsa başa düşün, tək qalmaq ustəyirəm. 
   - Habil, dərdinə mən bacın qurban, amma ora da tanımadığın bilmədiyin yerdir. Kimə üz tutacaqsan?
   - Qorxma Məliş - Habil Məleykəni qucaqladı - Almaniyaya gedəndə kimsə məni gül- çiçəklə qarşılamamışdı. 
  -Bilirəm ee, başına dönüm. Almaniya sakitlikdir, televizorda göstərirlər Türkiyədə vəziyyət gərgindi, hər gün bir şəhid, teror, partlayış ...
  - Narahat olma, ən azından bilirəm ki, orda bir bibioğlu var. 
  - O kimdi? - İsmayıl söhbətə qarışdı . 
  - Araz ... dayı ...

   Neçə gün idi ki, Ankarada şəhər mərkəzindəki otellərin birində yerləşmişdi.Günü şəhərin gəzməli, görməli, tarixi yerlərini gəzib dolanmaqda, onun üçün əndrəbani olan türk mətbəxinin təamlarından dadaraq, elimi - təqdiqat və tarixi muzeylərdə gəzərək, türk kültürü ilə tanış olaraq zamanını keçirirdi . 
  Şəhər olaraq Ankaranı cox bəyənmişdi. Sakit yer idi. Burda rahat gəzib dolanmaq , ruhu dinləmək üçün münasib yer idi . İnsanları mehriban və səmimi idi. Hər şey ürəyincə olsa da gecələr otelə gəlib yatağına uzananda bütün baş vermiş hadisələr beynində canlanır, yerinə qor düşmüş adamlar kimi isti yatağında qovrulurdu. 
  -Bahar da mənim kimi yıxıldı, xəyalları sevgisi alt-üst oldu. Görəsən indi neyniyir, necədir? - Deyə bir neçə dəfə telefonu götürüb onlara zəng eləsə də , telefonda Baharın səsini eşitməyincə danışmamışdı . Ondan cox nigaran idi. Tək bir dəfə Sevildən Baharı soruşmuşdu, onda da Sevil Habilin səsin eşidən kimi cavab vermədən telefonu üstünə atmışdı. Sonralar Habil bir neçə dəfə zəng etsə də zəngləri cavabsız qalmışdı. 

    Baharı İlkinin şəhidliyindən sonra xəstəxanaya yatırmışdılar. Əslində hıkimlər onu qəbul etmək istəmirdi . Sevil və Xuramanın təkidiylə həkimlər qeyri-resmi olaraq Baharı nəzarətə götürmüşdülər. Ciblərinə beş on manat pul gedən həkimlər: 
   -Əslində Baharın sağlığı da yerində, yaddaşı da qayıtmış. Onun müalicəlik bir şeyi yoxdur - desələr də:
  - Siz yenə də onu burda nəzarətdə saxlayın, əri şəhid olub, ev yas evi,  gələn gedən var, deyirəm diqqətimizdən, gözümüzdən yayınıb , özünə bir şey edər. 
   - Başa düşürəm sizi. Mən onun adını qeydiyyata salacam, amma gəlib yoxlayan olsa ...
   - Biz həll edərik-deyib qaynanası baş həkimin cibinə pul basdı - nə lazım olsa siz bizə deyin , heç narahat olmayın. 
  
    Bir axşam üstü Habil oteldə Azərbaycanlılarla rastlaşdı. Elə indicə vətəni üçün,öz milləti üçün darıxdığını hiss etdi. Qürbət, qərib eldə ozünü kimsəsiz, yurdsuz sayırdı. Oturub dərdləşəsi, ürəyini boşaldası kimi - kimsəsi, bərabər əylənəsi heç kimi yox idi. Elə istəyirdi ki, onu sözün əsil mənasında anlayan bir yaxını bir dostu olsun. Ən azından danışar , beynınə, qəlbinə topladığı yükdən azad olardı. Oteldəki həmyerliləri ilə tanış olub,söhbətləşdi.Qonaqlar Azərbaycanın iş adamları idilər , buraya bəzi projelər üçün iş görüşməsinə gəlmişdilər. 
  - Millət işində - gücündə, mənim günümə saatıma bax da...  Bütün günü avaralanıram Ankaranın küçələrində. O pavliyon, bu gumarxana, o qadın bu qadın. Həyatdır bu? Özünü itirirsən Habil, sen bu deyilsən,özünə gəl ağıllı ol!
   Aynanın qarşısına keçib :  
   - Kim idin sən, kim oldun Habil? Sən bu deyildin, sən hamıya nümunə ola bilən bir oğlan idin axı. Sən tək Məleykənin, dayının yox, bütün Azərbaycanın qürur yerisən axı. Həyat davam edir Habil, bu da bir qismət, bir talehmiş, özünə gəlməlisən, sən bir alim, savadlı bir ziyalı olduğunu unutmamalısan. Elə bilirsən o bayaq tanış olduğun yerlilərinin dərdləri yoxdur? Kim bilir onların da nə dərdi var. Amma iş işdir, dərd dərddir, qalx artıq ayağa, sənin özündən başqa tutunacaq bir kimsən yoxdur, qalx Habil ! - aynada özünə baxıb özü özünə sillələr vurdu, vurduqca da gözlərindən lombur - lombur yaşlar töküldü. 
   - Ağla ürəyini boşalt, beynin ayılsın. Bax  belə. Hə... Ağla, vur, vur... Habil, bu göz yaşı sənin son gözyaşın olacaq. Başa düşürsən Habil, indən sonra, həyatını elimə, işə və kareyaya sərf edəcəksən. Sən taleyin oyununa gələn adi biri olmamlısan. Hamının bir tale yolu var, ömür yoxuşu var. Sən bunları səbrlə keçəcəksən, bu günləri atladacaqsan. Bahar da sənin bacındır. Qismət -qədər sizi bacı qardaş kimi görüşdürüb, sadəcə siz bir birinizi tanımadığınız üçün səhv addım atmısınız, vəssalam. Bunu ikiniz də belə qəbul etməlisiz. Başqa yolunuz yoxdur. O vaxt, o münasibət bir dostluq münasibəti olsaydı o zaman hər şey fərqli olardı. Boş ver artıq hər şey geridə qaldı. Həyat davam edir, Habil. Bundan sonra ancaq iş, kareya, elm və uğur... Vəssalam. Sən ölkənə layiq bir insansan. Sevgi, eşq, ailə,uşaq ikinci planda olmalıdır sənin üçün, başa düşürsən Habil. Unutma ki, sən vətənə gedəndə necə hörmətlə qarşılanırdın, səni xalqa necə iftixarla təqdim edirdilər, qəzet və jurnalları sənin rəsmlərin, adın bəzəyirdi, elimi konfranslar, iclaslar... 
   Bir anlıq gözləri dalıb getdi. Səhnədə xitabət kürsüsünün arxasaında cıxış edərkən, salondakı camaatın içində bir cüt ürəyinə od salan göz ona baxırdı. Bu gözlər Baharın utancaq gözləri idi. Başını silkələyib o gözləri xəyalından cıxarmaq istədi. 
   - Həyatının ən böyük və ən saf  məhəbbətini elə o konfransda sənə baxan o utancaq gözlərdə tapmışdın, Habil. Bu məhəbbət səni dünyanın ən xoşbəxt adamı etmişdi. Sən ən gözəl xoşbəxtliyi o saf sevgiylə yaşadın və bitdi. Artıq sən o məhəbbəti ömürlük itirmisən, onu dəfn etdin, o yoxdur, o Bahar getdi, yerinə başqası gəldi. O... sənin... bacındır, başa düşürsən Habil? Bacın... Artıq ona bacı gözüylə baxmalısan. Kim nə deyir desin, buna qardaş kimi haqqın da çatır, ixtiyarın da. Yeri gəlsə, ona qardaş kimi sahib çıxmalısan. Bahar o evdə qalmağa da məcbur deyil. İstərsə sənə qüvənib "Qardaş"-deyib sənə əl uzadarsa sən də qardaş kimi onun əlindən tutmalısan. Artıq özünə gəl Habil, bəlkə bu bu gün olmayacaq, amma nə zamansa Bahara sahib cıxmağın üçün güclü olmalısan. Sənin yaşadıqlarını o da yaşayır, sən öz soyuqqanlılığınla, oz qardaş səfqətinlə onu özünə gətirməlisən, qoy səni qardaşı olduğunu qəbul etsin. Sən belə üzülərsən o da üzüləcək. Sanki bütün bunlar yaşanmamaış kimi, həyata davam. Başa düşdünmü Habil davam ... Elə indicə yeni projelər düşünməlisən, yeni iş həyatına qədəm qoymalısan . Yeni işlər, uğurlar səni gözləyir Habil, onları axsatma. Güclü ol Habil,güclü ol!

    Arazın ailəsi ilə onların evlərində görüşüb tanış oldu. Arazın Bəhruz, Timur və Aysel adlı üç övladı var idi . Aysel kiçik idi . Məktəbin 10 cu sinfində oxuyur, Bəhruzla Timur arasında 4 yaş fərq vardı. Bəhruz Hollandiyada yaşayırdı, evli idi , iki qızı vardı . Hollandiyada qurduğu iş , demək olar ki, həm ailəsinin, həm də Türkiyənin fəxri idi. Bəhruzla Habil demək olar ki, yaşdaş idilər. Habil Arazın ailəsi ilə görüşərkən, Bəhruz Hollandiyada idi, amma ailənin dilindən Behruzu o qədər eşitmişdi ki , artıq  onu tanımış kimi vardı. Hətta Araz telefonda Habili Bəhruzla da tanış etmişdi. 
   Timur cavan olmasına baxmayaraq Türkiyənin adlı sanlı inşaat mühəndisi və qəsəbə üzrə memarı idi,Ankaradaki,ən yaraşıqlı binalar Timurun adı ilə hallanırdı.
   Araz Sila ilə artıq ömürün ahıl çağlarına qədəm qoyurdular...
    -Ee, Habil , Azərbaycanda nə var nə yox? - Balkonda dalıb getmiş Habili Arazın səsi fikirindən ayırdı. 
   - Heç, nə olsun. Vəziyyət yaman qarışıb Azərbaycanda bir uçdan Qarabağ torpaqları ermənilər tərəfindən işgal olunur. Azərbaycan daha o Azərbaycan deyil dayı . Bir tərəfdən Qarabağdakı qırğın, bir tərəfdən vətəndaş müharibəsi , bir tərəfdən də hakimiyyət davası ... Camaatda can qoymdı. Aclıq da bir tərəfdən milləti yıxıb sürüyür. Elektrik, qaz, su fasilələrlə verilir. Bəzi rayonlarda isə ümumiyyətlə kəsilib. Belə getsə nə bilim ee nə olacaq bu ölkənin sonu.
   -Evet -Araz fikirlərini aydın izzah etmək üçün günlük danışdığı türk dilində istifadə etdi - televiziyon kanallarından izliyorum, gazetelerden siyaset gündemini takib ediyorum. Gerçekten, Azerbaycan zor günlerini yaşıyor. Allahım bu xalqa sabrlar versin. Bu siyaset öyle bir şey ki, ne yaparsa yapsın, ne olur olsun her zanan  tabak garibanın, fakir halkın kafasında kırılır. Birazdan bu kadar giden şehitler de, işğal olunmuş topraklar unudulacaq. Olan halka olacaq, zenginler, memurlar, yene eski halında toy-bayram edecek. Dünya var olduğu gunden hayatın ve siyasetin yasası bu . 
   Habil başı ilə Arazın sözlərini təsdiq etdi. 
  - Neyse boş ver bu olanları! Şimdi söyle bakalım o kızla naptın? Devammı tamammı? - gülümsəyib sınayıcı baxışla Habili süzdü. Bir anda Habilin rəngi dəyişdi. Araz bu dəyişimə bir anlam verə bilmədi. Davam etti. 
   - Eee, kız istemeye ne zaman gidiyoruz, arkadaş? 
   Habil söhbəti yayndırmaq istədı. Amma necə? Dili dolaşdı. 
  - Şey dayı... Hansı qız? Başa düşmədim kimi deyirsən? 
  - Uçaktakı kız... neydi adı söylemişti, unuttum. Orhan Kemaldan bi kitab vardı elinde Yad kızı ...
    Araz başını qaldırıb gülə gülə Habilə baxdı . 
   - Tfu, kafa da gitmiş ya , kız adını söylemiştı. Unutmuşum yaa ... Habil? Yavrum, noldu sana? 
  Habilin gözləri dolmuş udquna udquna qalmışdı. Araz özünü itirdi, təkrar azərbaycanca:
  - Sən Allah noldu, balam? Allah eşqinə , bu nə sifətdir, rəngin ölü rənginə döndü. Habil eşidirsən məni? Oğlum, qorxuzursan ee məni - Araz yerində donub, rəngi ağaran Habilin qoluna girib yaxındakı stulda oturtdu. 
   -Gəl, otur bura. Yaxşısan? Noldu birdən birə. Bir şeymi oldu? Yoxsa qız öldümü?  
   - Yox dayı. Mən öldüm , mən... bəlkə də o, da mənim kimi ölmüş...
   Habilin dediklərindən bir şey başa düşməyən Araz ona su gətirib:
   - Al iç və sakitləş, sonra başla yavaş yavaş anlatmağa ...
    Televizorda musiqi kanalında yeni musiqilər səslənirdi. Emrahın ifasında "Bizi kimsə ayıramaz" mahnısı lap Habilin dərdinə köz ələmişdi. Göz yaşları içində bütün başlarına gələnləri, musiqının fonunda Arazla Silaya danışdıqca Sila içini çkib dizlərinə vuraraq "ah yavrum ah, ah kara sevdalı bebeğim" deyərək sızlayırdı. Araz otağın içində var gəl edir, Bəşirin son günlərdə ölüm yatağında ona dediklərini xatırlayırdı . Bulud kimi dolmuşdu. Ürəyi sıxışırdı. Sanki, Habilnən Baharın yaşadıqları onun günahı idi. Atasının bu ailənin başına açdıqları və bu günahın bütün bədəlinin bu gənclər ödəməsi ona pis təsir edirdi . Dişlərini qıcayıb bığlarını çeynəyir, atasının ruhuna lənətlər oxuyurdu. 

    Habil Bakıya gəlməmişdən əvvəl Araz  Behruzla Habili  tanış etmişdi. Habil Almaniyaya döndükdən sonra da Bəhruzla əlaqə saxlayır, imkan olada bir birlərinə gedib gələr, görüşdülər. Yaşıd olmaları bu iki qohum arasında möhkəm dostluq münasibətləri yaratdı . 
  Habilin keçirdiyi çətin piskoloji vəziyyət işinə də təsirsiz keçməmişdi. Artıq çox sevdiyi işində işləyə bilmirdi. Daim etdiyi səhvlər işində töhmətə səbəb olurdu. Üzünə gələn dansaqlar ucbatından işindən də soymuşdu. Nə qədər istəsə də özünü toplaya bilmirdi. Taa o vaxta qədər ki, çox uzun bir zamandan sonra Bəhruz Habilə Hollandiyada gözəl bir iş təklifi verdi ...

    ... Araz Habildən aldığı adreslə düz İsmayılın evinə gəldi. Tanımadığı və gözlənilməz bu çağrılmamış qonaq özünü təqdim edəndə İsmayıl yerində quruyub qalmışdı. İbrahimin qohumlarından Bəşirdən və Əlidən başqa heç kimi eşitməmişdi, tanımırdı. İndi necə illərdən sonra biri gəlib özünü İbrahimin bacısı oğlu kimi təqdim etməsi onun üçün gözlənilməz oldu. Əslində onu İbrahimin, Bəşirin yasında görmüşdü, amma kim olduğu ilə maraqlanmamamışdı. Onu  İrandan gəlmə həmşərilərdən zənn etmişdi. 
    Arazın gəlişinin məqsədini eşidən İsmayıl narahat olmağa başladı. 
  -Yaxşısı budur burax, bu işləri. Qoy hamı öz həyatını yaşasın. Artıq hamı yolunu tutub bildiyi kimi gedir. Nə gərək var köhnə palan içi tökməyin? 
  - Bilirsən İsmayıl qardaş, mən özüm də çətin günlər yaşamışam atalı yetim olmuşam. Mənim atamın şərəfsizliyi ucbarından mənim özüm kimi dayımın uşaqları - yanı İbrahim dayımla Ulduz bibinin uşaqları pərən pərən düşüb. İstəmirəm bacı qardaşlar bir birinə düşmən kimi ...
   - Sənin atan kim idi ki? - İsmayıl onun sözünü kəsdi - Sənin atanın İbrahimə və Ulduza nə dəxlisi var? Ümumiyyətlə ibrahimin orada qalan qardaş bacısının elə o vaxt orada öldüyünü bilirəm mən. İndi deyirsən mənim atamın ucbatından... Beynim qarışdı lap. Ulduz sənin atanı nə tanıyır? 
   Araz udqundu. O elə bilirdi ki İsmayıl her şeyi bilir. Yenidən köhnə palan içi töküb keçmişə dönmək istəmədi . 
  - Nəysə boş ver ...
  - Mən səni yasda görmüşdüm, İbrahimin yasında. Səni İranlı biri  bilmişdim . 
   - Hə dedim axı dayımdır.
   - O zaman Bəşir də dayın sayılır,  yanı ananın dayısı. 
  -Bəşir oğraş mənim atamdır. 
  - Başa düşmədim.Bu necə ola bilər?  
  - Necə ola bilər nədir? Oldu da, oldu. Alcaq Bəşir dəyyus çıxdı. Anama- yanı öz bacısı qızına təcavuz eləyib və mən də bu gün bu tecavüzün qurbanıyam...
   İsmayıl eşitdiklərindən şoka düşmüşdü, yerində əsim əsim əsirdi. Araz Bəşirdən eşitdiklərini İsmayıla danışdıqca İsmyıl ağzına söyüş doldurub gah Bəşiri, gah da İbrahimi söyüb batırırdı. 
  - İsmayıl qardaş, izin verin bu ailəni bir yerə toplayaq. Bu gunzhsızlar Habillə Baharın yaşadıqlarını yaşamasınlar. O biri uşaqlar da günahkarların günahını daşımasınlar.
   Telefonun səsi onların söhbətini yarımçıq qoydu. Zəng edən Meleykə idi. İsmayılın səsini eşidib dayana bilmədi . 
   - Dayı, durma gəl !!!  
   - Nolub ay qızım hara gəlim? Nə xəbədir?
  - Anam ozün üçünçü mərtəbədən atıb- deyərkən səsi titrədi sözünün davamını gətirə bilmədi. 
  - Nə danışırsan sən, niyə atıb özün, hardan atıb - İsmayıl şok üstünə şok yaşayırdı. Həm Arazdan eşitdikləri həm də Məleykənin gözlənilməz xəbəri İsmayılı hiddətləndirmişdi . Nə dediyini, nə sual etdiyini bilmirdi. Dili dodağı əsirdi. İsmayılın halının pisləşdiyini görən Araz dəstəyi onun əlindən alıb qulağına tutdu. Telefonun o başından səs gəlirdi. 
   - Bilmirəm dayı , mən neçə gün idi qastinsada qalırdım. Axşam Mobilnən görüşməliydim, Mobil işdə yox idi. Dedilər iş dalınca gedib, nə iş ee... Elə indicə gəldi ki, anam özün atıb,  xəstəxanadaymış, Mobil də onun yanındaymış ...
   - Sakit ol qızım, darıxma inşallah yaxşı olar. 
   - Alo, siz kimsiniz dayım hanı, noldu ona? Alo,dayı! 
  - Narahat olmayın qızım, dayın biraz narahat oldu. Birazdan zəng eləsəz yaxşı olar məncə - deyə sağolşaşıb dəstəyi asdı. 
   İsmayıl divanın üstünə çöküb canı darlanmış halda yaxasın açırdı.
   Atasını belə görən İsmayılın xəstə qızı danışmasa da qorxulu səslər çıxarıb otağı bir birinə qatmışdı. 30 yaşlarında olan bu kök xəstə qız atasının bu vəziyyətinə qəribə hala düşmüşdü. Həm İsmayılın halı, həm qızın hərərkətləri Arazı əməlli başlı çaşdırmışdı. 
  - Sakit ol, İsmayıl, qardaş, qız da qorxur. 
    Araz ozunu ora-bura vurub edə biləcəyi bir şeylər axtarırdı. Mətbəxdən su gətirib İsmayıla içirtdi, divana uzadıb əllərini ovxaladı. 
   - Dərmanın varmı? 
   İsmayıl başıyla ona yox işarəsi verib, gözləri ilə telefonu ona işarə etdi. Qızın qulaq batırıcı səsi, İsmayılın səsini batırmışdı . 
   - Telefonmu? Doktor çağırım? 
   - Yox , orda dəftərdə Mədinə yazılıb, ona zəng elə. 
   Araz axtarıb Mədinənin nömrəsini tapıb onu çağırdı . 
   Çox keçmedi Mədinə özünü yetirdi...
     
    Dörd gün idi Ulduz reanimatsiyada bayğın halda yatırdı, gündə bir nəfər onunla görüşə bilirdi. Mobil gecə gündüz xəstəxanada Balaqardaşla anasının başının üstündə idi. Məleykə də sabahdan axşama xəstəxanada gün keçirdir axşamüstü Əli müəllim onları ziyarətə gəlir, dönüşdə Məleykəni də Mobilin evinə ötürürdü. Hətta bir dəfə də Məleykəylə Aynurun qaynatasının ofisinə gedib, Aynuru anasını ziyarət etməsi üçün onlardan xahiş etmişdilər. Kişi bir söz deməmişdi, amma Aynur anasını görmək istəmədiyini deyincə Məleykə dəstəyi Əlidən alıb telefonda Aynurun üstünə qışqırmışdı:
  -Sən niyə qınından cıxıb qınını bəyənmirsən ki? Sən istəsən də istəməsən də istəməsən də sən İbrahimlə Ulduzun qızısan. Məni və qardaşlarını inkar edə bilərsən, bizimlə danışmaya bilərsən, ona bir söz demirəm amma, ananı dana bilməzsən. 
  - Olmaz olsun elə ana, onun ucbatından detdomlarda böyüdük, sahibsiz bilindik. Utanmırsan gedib adlı sanlı kişiyə demisiz ki Aynur getsin anasını görsün? Mənim qaynatam elə belə adam deyil ki, elə ana üçün ona ağız açırsınız. Guya mən istəsəm onun yanına gedə bilmərəm? Mən istəmirəm elə ananı. Mən elə ana tanımıram! 
   - Qələt edirsən! 
   - Sən nə ixtiyarnan mənə belə deyirsən? 
   - Mənim yerimə olsan neyliyərsən? Öldürərsən ee o arvadı öz əllərinlə. 
   - Sənin nə vecinə ee, internata getmədin, yetim adın qazanmadın! Dayıların sizə sahib çıxdı. Biz qaldıq ortalıqda. Mən ailə qurmuşam, bir mən bilirəm ki, ailəm üçün hansı sözləri boynuma götürmüşəm. Bir fahişə anadan ötrü yuvama söz söhbət sala bilmərəm. Heç kim məndən inciməsin. Belədə inciyən varsa dünəndən incisin. Mən Uldiz adlı ana tanımıram! 
   Aynur da haqlıydı. Məleykə artıq Aynura nə deyəcəyini bilmirdi. Aynur uşaqlıq travması almışdı, pisxalogiyası pozulmuşdu. Anasından nifrət edirdi. Nə eləsə də, nə desə də o anasını bağışlamayacaqdı. 
    Aynur illərlə bacısıyla paylaşmadığı danışmadığı şeyləri Məleykənin önünə qoyurdu;
   - İndi xəcalətindən özün atıb, düşüb xəstəxanalara, sahib çıxdığı oğlu oturub Almaniyada keyfində o birisi bic doğduğu evində eşiyində, Qabili öz əlləri ilə bədbaxt eləyib oynaşı türmələrə soxdu, sən də bir həsir bir Məmmədnəsir. İndi mənimlə Mobil ona sahib çıxacaq? Görürsən Allah neynir? Qurban olum Allaha. Allah hərləyib fırlayıb, bəyənib qəbul etmədiklərinə , internata atdıqlarına möhtac edir adamı beləcə. Gedin işinizin gücünüzün dalıyca, mənim ona verəcək bir şeyim yoxdur. 
  -Ay bədbaxt, səndən heç nə istəmirik ee. Onun arxasında Balaqardaş kimi adam var. Bütün xərcini özü çəkir, narahat olma. Elə bilirsən mən kefnən yaşamışam? Sənin yaşadıqlarından ağır şey yaşamışam, hələ biz bərabərkən anamızin yanında olanda. Neyniyək, durum asım arvadı? Qismət deyib keçirəm də... 
  - Ay Məleykə, sən Allah uzatma, yetər ! Sən niyə şikayyət edəsən ki, dayı evində yağ içində böyrək kimi yaşamısan ee. Biz detomun murdar yeməklərini yeyə yeyə böyümüşük. Qa demisiz ağzınıza quyruq, qu demisiz qaymaq qoyublar ...
   - Sən elə bilirsən. Kimsə kimsənin nə yaşadığından xəbəri olmaz. Kaş kə mənim də yemək paltar dərdim olaydı. Deyirəm də mənim yerimə olsan özün öz əlinlə öldürərsən arvadı. 
   - Elimdə əlac olsa heç onu o xəstəxanadan sağ çıxartmaram. Onu Allaha tapşırmışam. Demək asandır. Xəbərin vardı, yetimxanadan çıxandan sonra cəmiyyət bizə hansı gözlə baxırdı? Hamıdan əskik idik biz. Yetimcə  deyirdilər ee bizə , yetimçə ! İşsiz gücsuz kafelərdə,  dəftərxanalarda iş axtaranda yetimik deyə başqa şeylər təklif edirdilər. Sən bunları yaşadınmı heç? 
   Məleykə bunları bacısıyla Əlinin kabinetində telefonla danışırdı. Əli də otaqda idi. İstər istəməz bu iki baçının mübahisəsinə qulaq müsafiri olurdu. 
   - Aynur, sən bütün bunları qıyabi  yaşamısan! Bəs mənim yaşadıqlarımdan xəbərin varmı? Əvvəllər mən də sənin kimi düşünüb hər şeydə anamı günahlandırırdım . Amma sonra zaman keçdikcə hər şeyin günahını atamda gördüm. 
   - Eşii, nə ata, ata salmısan ee .  Atam ona deyirdi ki get gir Balaqardaşın qoltuğuna ? Deyək atamız oğraş, narkoman idi, bəs anam? Heç olmaya o atama intres etməyəydi. Bizi ortalıqda qoyub oynaşına ...
   - Sus ... bezdirdin məni. Ay qız, anam Balaqardaş dayıyla getmədən atamın ucbatından təcavüzə uğramışdı, anam hələ o zaman Bakıdaydı. O murdar atanın ucbatından məktəbin sportzalında 14 yaşımda mənə təcavüz olduğundan xəbərin var? O gün evdə anam təcavüz olunurdu , məktəbdə də mən. İndi burada günahkar kimdir, anam? Mən? Qadınıq deyəmi günahkarıq? Qürurumuza, şəxsiyyətimizə kimsə ləkə salıb deyəmi murdarıq? 
  Əli müəllim Məleykənin danışdıqların eşitdikcə gözlərin möhkəm möhkəm yumub üzünü divara çevirmişdi. Sanki gözlərini yummaqla Məleykənin yaşadıqlarını, danışdıqlarını görməməyə, eşitməməyə çalışırdı. Eşitdiklərindən sarsılmışdı. 
  - İndi mən neyniyim, durum anamı ya da özümü öldürüm? Atamızın günahın anamın boynuna yıxım? Carəsiz xəstə qadın idi. Onun yükünü kimsə çəkmədi Balaqardaş dayı çəkdi, ona sahibləndi sağolsun. Görmədin heç anamın ən yaxın rəfiqəsini? Dayımın arvadı Olqa bibimi deyirəm,  bizə belə sahib çıxmadı. Qulaqların eşitdi də dayıma nələr dedi ? Demədimi ya bacın uşaqları, ya da mən? Dayımın yuvası bizə görə dağıldı . Bizə görə də yoxee atamıza görə, onun düşmənlərinə görə. Hələ bu azmış kimi Olqa xəstə uşağı da atdı ərinin üstünə getdi. Yazıq dayım beş uşağa tək başına necə edəcəkdi - danışdıqca səsi yüksəlir, nəfəsi təntiyirdi .
   -Lala bibim də üzdə can can ,  daldada qan qan edirdi. Məni Mikayıl dayım böyütdü guya , Allah rəhmət eləsin, torpağı səs aparmsın. O da asılı qalmışdı arvadının əlində arvad ha tərəfə cəkirdi kişi ora əyilirdi. Bibim əmisi oğlunun günahın bir dəfə demirdi nə var nə yox, qulağım eşidə eşidə bacıları ilə anam haqqında
 üzümə hər sözü deyirdi. Camaat içinə çıxanda da "başına dönüm , qadan alım"
   Məleykənin çəkdiyi adlar Əlini çaşdırmışdı. Adlar ona tanış gəlirdi. Lala onun böyük bacısının adı idi Mikayıl isə onun əri olmalı idi. Yani bu qədər təsadüfmü? 
   - Naşükür olma Aynur, bunları mən yaşamışam sən yox- təssüf dolu səsi titrədi. Udqunaraq davam etdi. 
   - Yüzü yüz yerdən istədi məni. Yaxşı ailənin, yaxşı kişinin oğlanları. Hamı İsmayıl kimi , Mikayıl kimi bir kişiylə qohum olmaq istəyirdi. Niyə özümə yuva qura bilmədim? Yaşım keçir, mən ana olmadım, bilirsən niyə? Çünkü yaxşı kişinin oğluyla gərək yaxşı kişinin qızı bab olaydı. Narkamanın qızı yox, ailəm darmadağın idi. Yuvasız quşlar kimi özüm onun bunun qoltuğuna qısılmışdım, yediyim çörək minnətliydi, üzüm dansaqlıydı. Qabağımdakı yağlı tikə götürülüb doğmalarının qabağına qoyulurdu. Mən öyrəşmişdim başqalarının qabından artıq yeməyə . Artıq yemək mənim alnıma pisxologiyama yazılmışdı. Qısmətimi də başqalarının artığında axtarırdım, mənim olarsa əlimdən alınaraq başqalarına veriləcəyindən qorxurdum.  Özümdən əmin deyildim, bilirdim ki, 14 yaşında təcavüz olunmuş qızı heç kim başa düşməyəcək . Qəbul etməyəcək. Demiyəcəklər ki, zorlanıb, deyəcəklər özü gedib kimləsə oynaşıb. Bilirdim ki, lap ərim məni qəbul etsə də onu bir gün yediyim ləzətli yemək kimi əlimdən alıb, başqalarına verəcəkdilər. 
   Yanaqlarından axan suyu əlinin arxasıyla silib, burnunu çəkdi. Dərindən nəfəs alıb:
   - Mən də qismətimə barışıb yenə başqalarıının qabına göz dikdim ,  mənim olmayanlara. Başqalarının bəyənmədiyi, diqqət qayğı göstərmədiyi ərlərini öz qabağıma çəkdim, artıq kimi. Onsuz, da bu qadın bu kişini sevmır, əri nə eləsə də qadını ondan razı qalmır dedim. Onsuz da atılmış. O kişiləri artıq yemək kimimi bildim. "Yemiyənin malını yeyərlər" deyib onun bunun qoynuna atıldım. O , kişilərin pulundan istifadə etdim, hədiyyələr, bahalı geyimlər, gəzmələr... Qarşılığında bədənimi verdim... Elə bilirsən asan idi mənə? Birinin sahibi gəlib başgöz edirdi, ərini alıb gedirdi, birinin anası, birinin nəsil törəməsi. Heç bir kişi də demirdi ki, ay balam axı bunun yediyini siz yemirdiz axı. Tullamışdız bir tərəfə. İndi noldu dadlandım? Gündə bir kişinin altına yatmagdan diksinirdim ee, özüm özümdən iyrənirdim, ürəyim bulanırdı artıg yeməkdən. Amma neyniyim ac idim. Bu maddi aclıq deyildi. Sevgi açlığı, qaygı, diqqət açlığı idi. Həyatda heç kimdə görmədiyim , eşitmədiyim adi bir gülümsəyişi, bir şirin dili,  "səni çox istəyirəm,sən mənim üçün dəyərlisən, sən cox gözəlsən" kəlmələrini başqalarında axtarırdım. Bəli, kişilər bunu mənə  bir gecəlik qarşılığında verirdi. O gecə mən dünyanın ən xoşbəxt qadını olurdum. Səhərisi yenə tənhalıg cəhənnəm odu kimi yatağıma dolurdu, yandırırdı məni. Amma sonra... Sonra Elyar çıxdı qarşıma. Aç qurdların süfrəsindəki, təklənmiş guzu kimi gördü məni. Aslan kimi savaşıb, o qurdların ağzından aldı məni. Kişi kimi sahib çıxdı mənə. Arxasınca gələnə də layigincə cavab verdi. Allah rəhmət etsin ona . Kimsənin mənim üzərimə ayaq açmasına izin vermədi  o. Haqqımda pis söz danışanların ağzın yığdı . Mənə fahişə gözüylə baxan kişilərə kişiliyini göstərdi... Həyatımda qırılmış əzilmiş qürurumu oyandırdı , onda bunda axtardığım, heç dadmadığım, bilmədiyim şəfəqqəti, sevgini mənə verdi. Təssəvvur edirsən Aynur? Kişi cinsinə nifrət edən mən sevirdim... Mən o gün anamı başa düşdüm. Anam da mənim kimi bədbəxt qadın olub. Ərində görmədiyi diqqət, sevgini Balaqardaş daddırıb ona. İnan bu elə bir gözəl duyğudur ki, hər şeyə dəyər... 
   Məleykə qıp qırmızı qızarmış illərlə çiyinlərində daşıdığı həyat yükünü bir nəfəsə telefonda Aynura boşaldırdı. Harda, kimin yanında olduğunu belə unutmuşdu:  
   -Hamı ele bilirdi Məleykə keyfindən evli kişiylə oturub durur. Daha demirdilər ki, Məleykəyə sahib duracaq kişi kimi yiyə lazımdır. Camaatın, millətin ağzını yığmaq üçün, Məkeykəni şəxsiyyət kimi qəbul edən onu qoruyan biri lazımdır ona... 
   Məleykə gözünün yaşını silib ətrafa baxdı. Elə bu vaxt harda olduğunu xatırladı. Bİr addımlığında dayanmış Əlini görüb duruxdu. Özünü ələ almağa çalışdı. Lakin Əli özünü saxlaya bilməyib Məleykənin başını sinəsinə sıxıb saçlarından öpdu. İlahi, onun belə bir qayğıya, belə nəvazişə nə qədər ehtiyyacı vardır, Eliyarın ölümündən sonra kimsə onu təsəlli etməmişdi. Ürəyinə dərd yığdıqca, dərdinin üstünə dərd gəldikcə, özü dərd dəryasında özünü boğmuşdu . Ətrafına boylansa da onu bu dəryadan cıxarmağa bir simsar görməmişdi . Saman çöpünə güman etdiyi yerdə onu lağa qoymuşdular. Ama indi... İndi tanımadığı bir adam onu qucaqlayıb saçlarından öpərək ona nəvaziş göstərirdi. 
  Əlidən utansa da özünü ona qısdı və telefonun dəstəyini özündən ayırıb Əliyə pıçıldadı. 
   -Nolar, sən də çarəsizliyimdən istifafə etmə... 
  Əli sol əliylə Məleykənin ağzını yumub sağ əliylə onun göz yaşlarını sildi başını buladı :
  -Əsla. Mən belə biri deyiləm... 
   Aynurla danışmağın boş olduğunu görürdü. Çünkü Məleykənin bu qədər danışdıqlarından sonra o hələ də anasını günahlandırırdı. Odur ki ,  özünü daha da yormaq istəmədi. Dəstəyi çoxdan yerinə qoysa da, hələ də başı Əlinin sinəsində idi. Əli onu təsəlli edəcək heç bir söz tapa bilməsə , saçlarına sığalı Məleykə üçün dünya idi ...

    Araz səfirliyə gəlib sənədlərini hazırlayan kimi aviakassaya gelib İsmayıl ilə Moskvaya bilet aldı.İsmayıl həmişəki kimi xəstə qızını Mədinənin yanına qoyub yola çıxdı. 
   Aeroportdan bir başa xəstəxanaya gəldilər. Gecə olmasına baxmayaraq Balaqardaş da, Mobil də ordaydı . Salamlaşıb görüşdülər. İsmayıl Arazı onlara təqdim edib Ulduzun yatdığı otağın balaca pencərəsindən bacısına baxdı. Ulduz hələ də komadaydı. Görüşə icazə verilmirdi. Biraz ordan burdan söhbət etdikdən sonra Balaqardaş əlini Mobilin cibinə salıb :
   - Oğlum, mən burdayam, sən get bir şeylər al, qonaqlarını rahatla, yol gəliblər acdırlar, yorğundular. Necə gündür sən də əsir yesir qaldın buralarda. Biraz özün də rahatlan, yuyun. Yat, dincəl sabah gələrsən .  
   Mobil getmək istəməsə belə İsmayıl təkid edərək Arazı da götürüb bərabər evə gəldilər . 
   Xəstəxananın uzun koridorunda  qapıya söykənib kiçik pəncərədən içəridəki xəstəyə həsrətlə baxan bir adam vardı. Bu Ulduzun uğursuz həyatının vəfa yoldağı Balaqardaş idi...
   Üçü də birlikdə evə gələndə gec saatlar olmasına baxmayaraq Məleykə evdə yox idi. Bu saatda, tanımadıq şəhərdə nabələd qız hara getmiş olardı ki? İsmayıl narahat idi, Məleykə sarıdan nigaran qalmışdı. 
   Mobil qonaqları qonaq otağında rahatlahıb özü mətbəxə keçdi. Qazı yandırıb çaydanı üstünə qoydu. Əlüstü bir şeylər hazırlamağa başladı. Evə gəldiyində gec saatlar olduğu üçün maqazinlər bağlanmışdı. Yeməyə bir şey ala bilməmişdi. Sözsüz ki, bu gecəlik idarə edəcəkdilər, sabah Allah kərimdir .
   Soyuducudan pendir, kalbasa çıxardıb dörd beş kartof soyub qızartdı Məleykənin Azərbaycandan özüylə gətirdiyi badımcan ikrasını çıxarıb masaya düzdü. Süfrəyə çörək qoyub qonaqlarını yeməyə dəvət etdi . 
   - Buyurun, kasıbın olanından . Özünüzü rahat hiss edin . 
  - Nə demək, Allah var eləsin. Necə deyərlər vaxtsız gələn kisəsindən yeyər - gülüşdülər . 
   - Ceyran südüylə aranız necədir?  Qəşəy gürçü şərabım da var.
   - Yoo o mənlik deyil. Bilirsiniz də türklərin ən sevimli içkisi ayrandır. Qatıq varsa ayran içərəm . 
  - Hə bu dəqiqə ...
  İsmayıl dönüb divardakı kəfkirli saata baxdı. 
   - Ay oğul, ay Mobil, bu qız hara getmiş olar? Gecə saat ikiyə qalıb. 
  - Bilmirəm, dayı, saat 5-6 olardı Əli müəllimlə evə göndərdim. 
   - Əli müəllim kimdir a bala? 
   - Bizim redaktorumuz . 
   - Pəh deynən quzunu qurda tapşırmısan daa. Bu hardan çıxdı nə tanıyır Məleykə Əlini-Vəlini. Hər adama uşaq etibar etmək olar? 
   - Nə uşaq, uşaqdır ki o ? 35 yaşında uşaq olur? 
  - Nəysə götür zəng elə !
  - Kimə ? 
  - Əliyə !!!   
  - Gecənin bu vaxtı ?
  - Hə, mütləq bir yerdədilər. Bəlkə tək qalıb deyə bir yeməyə zada çıxıblar, şəhər yeridir, diskotekaya zada...
  - Ay dayı, nə danışırsan ağsaqqal adamdır ee Əli müəllim, nə diskotekası? 
   Dayı-bacı oğlu arasında olan bu söhbətlər rusca davam etdiyindən Araz onların nə danışdığını anlamırdı. Amma ümumi söhbətin nədən getdiyini başa düşürdü. 
   Yüngülvari yeməkdən sonra hərəsi bir tərəfdə yıxılıb yatdılar. Sabahın səssizliyini telefonun səsi pozdu. Mobil tənbəl tənbəl qalxıb telefonu götürdü. Evlərinin yanındakı tecili tibbi yardım xəstəxanasının növbətçisi idi. Onu oraya -xəstəxanaya çağırırdı ...
    Tələsik əynini geyindi, qaçaraq  Məleykənin qaldığı otağa gəlib içəri boylandı. Məleykə hələ gəlməmişdi. Mobilin bütün bədənin soyuq tər basmışdı ...
                       ******
   Telefonuma gələn mesajlar əlimi saxlamağa məcbur edirdi. Dalbadal telefonuma gələn Baharın mesajları beynimi qarışdırıb fikirimi dağıdırdı. 
   - Bahar, daha buna bir son ver. Final etmək istəyirəm 
   Mesajlardakı gülüş smaykləri mənim də dodaqlarımı qaçırtdı. 
   - Nəyə gülürsən axı? 
   - Sənin kimi bir yazar tapmışam, qəşəycə dərdləşirəm , yüngülləşirəm. Deyirsən bura qədər gəlmişəm elə burda yarımçıq qoyum? Elə şey yoxdur. Boşuna çabalama, səni heç əlimdən buraxan deyiləm. Hələ finala çox var. Allah sənə səbr versin, mənə də çənə... 
               _____ 41 _____
    Bizim dağlara qar düşmüşdü artıq. Allah ömür versin, bizim kişi ambarı odunla doldurmuş, yarım ton da kömür almışdı. Of bəə dəymə keyfimə. Peçimiz çırtıltıyla yanır, üstündə çayımız hər zaman qaynayır. Qış aylarıdır deyə hamı qaxılıb oturmuş öz evində. Nə gələn var, nə də gedən. İşimin adı nədir? Öz əllərimlə saldığım döşəkcəni salmışam sobanın yanına, oturmuşam üstındə kürəklərimi qızdıra qızdıra Baharla yazışıram. 
   -Daha nə istəyirsən ay bacı? Bəh bəh... Kaş kə mən də orda olaydım - deyirdi Bahar - Nə gözəl ruhunu dinləndirirsən. Dağların qoynunda, odun peçi, romantik abu - hava ...
  -Həə ee əşi, day demə, mən həyatımı sənin həyatınla yaşayıram, onda da daha romantika qalmayıb. 
  - Dayan da bir, hələ indi başlamışıq nolub ee...
  - Vayy , vayy... Nə? İndi?
                       *****
    Bahar üçün xəstəxanada günlər keçmirdi . Necə gün idi, nə qədər vaxt idi burdaydı özü də bilmirdi. Canı darlandıqca xəstəxananın koridoruna çıxıb gəzişir təkrar otağına qayıdırdı, canı sıxılır yatağına girib yatırdı... 
   Xəstəxanada Həcər adında bir sanitar qadınla tanış olmuşdu. Qarayanız, balacaboy, dolu bədənli, suyu şirin qadın idi. Həcər boş olan kimi gəlib onların palatasında oturub evdə kəsib hazırladığı qırmızı, mavi, ağ klyonkadan gəlin maşinları için gəlin kukulaları, çiçəkli şirniyyat səbətləri, nişan xonçaları düzəldib satardı. 40 45 yaşlarında olan bu qadının əlavə gəlir mənbəyi, ikinci işi idi bu peşə. Yaşının az olmasına baxmayaraq yaşından çox böyük görsənirdi. 4 atalı yetimini böyüdüb oxutmaq,  boya başa catdırmaq üçün qadın özünü hər işə vururdu. Gecələr xəstəxanada sanitar işlər, gündüzlər məhəllələr arasında alver edər, öz hazırladığı toy-nişan eşyalarinı, dükanlardan aldığı süs-bəzək şeylərinə, alt paltarlarına, corab-naskilərə, əl dəsmallarına qatıb satardı. Dama dama olan böyük zəmbilində xırda xuruş iynədən tutmuş sancaq, dırnaq kəsənə qədər, uşaq paltarından tutmuş, qadın və kişi alt paltarlarına, köynək və yüngül rezin tapışkaya qədər nə istəsən tapa bilərdin. Zənbil açılanda bir maqazının malı yerə sərdiyi nazik parçanın üstündə sərgilənirdi. İnsana lazım olan nə istəsən burada tapa bilərdin. Olmayanların da siyahısını sifarişə görə tutar, gələn dəfə həmin məhəlləyə gələndə sifariş olunan malları tapıb gətirərdi. Məhəllə sakinləri alverçı Həçərə güvəndikləri üçün Həcərin də işləri rast gedirdi. Düzdür vaxt məhdudiyyətindən uşaqları ilə zaman keçirə bilmirdi. Nə etməli? Xəstəxanadan aldığı məvaciblə külfət keçindirmək çətin məsələ idi. Çox yorulurdu. Elə gün olurdu ki, işdə daldalanıb tuvaletdə yatdığı günlər də olurdu. 10 dəqiqəlik yuxu ona cənnət şərbəti kimi şirin gəlirdi. Evə sadəcə işə gələdə çimib üst başını dəyişməyə gedərdi. Bəzən məktəbdə olduğu üçün uşaqlarının da üzünü görə bilmirdi. Əri balaca oğlu 2 yaşı olanda zavodda baş vermiş partlayışdan məsuliyyətsiz  bilinərək tutulmuşdu. Bir müddət sonra , türmədə öldürülən bir dustağın müəmmalı ölümünü də onun boynuna qoyub, işini 4 ildən 14 ilə qaldırmışdılar. 
    Yazıq qadın 4 uşaqla, bir qoca qaynanayla kiralarda qalmışdı. Əri tutulduqdan sonra Həcərin o biri qayınları gəlib analarını aparmaq istəsələr də Həcər buna razı olmamışdı. Qayınlarına yalvarıb arvadı yanında saxlamışdı. Çünkü uşaqlar balaca idi . Onları yanına qoya biləcəyi bir adamı yox idi ki, qoyub işə getsin...
   Bekarçılıqdan canı sıxılan Bahar özünü Həcərin dizinin dibinə verib onun hazırladıqlarını öyrənrək onunla bərabər klyonlkadan çiçəklər düzəldərək stres atırdı.
   Ev əhli hər günortadan sonra Baharı yoxlamağa gəlirdilər. Bahar heç kimlə danışmırdı. Buna baxmayaraq nə İlkinin ailəsi , nə də öz ailəsi onu tək qoymurdu. Xəstəxanaya zənbil zənbil ehsan payı daşınırdı. 
   Hələ bir dəfə də olsun Müzəffər Baharın yanına gəlməmişdi . Xuraman ya Sevdayla, ya da qohumların biriylə onu ziyarətə gələrdi . 
  Bahar İlkini xəyal kimi xatırlayırdı. Onunla olan münasibətləri yuxu kimi gözlərinin qarşısında canlanırdı. Əgər Xuramangil gəlib getməsəydilər, belə bir insanın onun heyatıda olduğunu deməsəydilər, Bahar elə bilərdi ki, bütün bu yaşadıqları hamısı yuxudur. Nə qədər özünü ələ almağa çalışsa da, özündə İlkinə qarşı hansısa bir hiss həyəcan axtarırdısa da , bu hissin həyəcanın nə olduğunu belə bilmirdi. 
  - A qızım, inşallah balan sağ salamat doğular, alarsan qucağına, heç bilirsən ana olmaq nə gözəl duyğudur? Allah arzusunda olanlara qismət eləsin bu adı...
    Həcərin ona belə təsəllisi, hələ doğulmamış balası ilə arasında bir ünsiyyət yaratmışdı. Bahar hamiləliyinin ilk həyəcanın yaşamadan, analıq hisslərinin nə olduğunu bilmədən bu uşaq bətninə yerləşmişdi. İndi indi günü gündən böyüyən qarndaki bu tərpənişin nə olduğunu qavrayırdı. Bəzən bətnindəki bəbəsi tərpənəndə Həcərdən həya edib üzün o tərəfə çevirərək qarnın ondan gizlədirdi. Həcər də uşaq deyildi. Hər şeyi başa düşürdü . Baharın gülümsəyərək izlədiyi bu möcüzəni təbəssümlə süzərdi . 
    Evdən gələn yeməklərdən Bahar bir qaşıq da ağzına qoya bilmirdi. Gələn yeyəcəklərin ehsan olduğunu da bilirdi. Özü yasda iştirak etməsə də yasdakıların bütün nəzərlərini üzərində hiss edirdi sanki. Elə bilirdi o yeməklərdən bir loxma yesə hər kəs onu qınayacaq ona töhmət edəcəkdilər. Gələn bütün yeyəcəkləri Həcərə verər, özü isə xəstəxananın yeməkləri ilə və ya Həcərin evdən gətirdiyi pendir çörəklə mədəsini aldadardı. 
   Xuraman bu bir necə günün içində canlı ölüyə dönmüşdü. Oğul dərdi qəddini əymişdi. Baxımı və gözəlliyi ilə seçilən bu qadının ağlamaqdan gözləri şişmiş, üzündəki cırmaqlarının izi hələ də sağalmamışdı. Bu neçə günün içində sanki on yaş qocalmışdı. Oğlunun cənazəsi gələndə gicgahından qopardığı bir cəngə tükün yeri ağappaq ağarırdı. Sevda makiyajından qalsa da, gəncliyi və gözəlliyində bir matəm hiss olunsa da yenə gözü qaşı oynayırdı. Qardaş itkisi ağır olur deyirlər. Qardaş üçün ağı deyib, erməninini tifağına qarğısa da, Baharın yanına gədiyidə bütün içini Bahara boşaldırdı . Nədənsə bütün bu olanların, hətta qardaşının ölümünü Bahardan bilirdi. 
  - O qədər uğursuz ayağın var ki , o gədər pis niyət, bəd ayaqsan ki, addım atdığın hər yerdə ah nalə cıxır. Öz nişanında belə nişanın qara gəldi, evimizə gəldin bir gün də olsun evimizdən söz söhbət əskilmədi. Sən gələndən üzümüz gülmür. İşlərimiz tərs gedir, dava dava üstünə, yas yasın dalıyca. Allah bəlanı versin qardaşımın da başını yedin. Ay bədbaxt niyə yaşayırsan, kimin üçün? Kimə lazımsan axı? - deyə Baharın başına vurur onu məzəmmət edirdi . 
   Bütün bunları Həcər görür qıza acıyırdı. 
   - Axı niyə belə edirlər ki, a qızım?  Ölüm Allahdandır sən öldürmənisən ki, gedib şəhid olub. Allah rəhmət eləsin. Səni yaxşı başa düşürəm cavan gəlinsən, dözüləsi dərd deyil , keyfindənmi gəlib burda yatırsan? Niyə o görmür ki , cavan ərin itkisi sənə necə təsir edib, gəlib düşmüsən bura?Görəsən bu baldızlar niyə gəlinlərlə yola getmilər? "Baldız çuval duz , yandırıb yaxar" boşuna deməyiblər. Belə açı günündə də yandırır adamı. 
   Bütün xəstəxananın işçiləri, xəstələr Baharın xəstəxanada yatmasının səbəbini İlkinin ölümüylə əlaqələndirirdilər. Elə bilirdilər ki, Bahar ərinin yoxluğuna dözə bilməyib havalanıb. 
    Baharın xəstəxanada yatmasının İlkinin ölümüylə heç bir əlaqəsi yox idi. Bəzən özü də niyə xəstəxanada yatıb qaldığına çaşıb qalırdı. Xəstə deyildi, ağrısı sızısı yox idi. Hamiləliyi də normal idi. Yaddaşı da özünə gəlmişdi. Xəstəxanalıq nə işi vardı onu bilmirdi. 
  Əslində neçə gündür beynində planlaşdırıb Həcərlə bu barədə danışmaq istəyirdi. Amma Həcər onun haqqında belə düşünməsi ona acıması, onun əlini qolunu bağlayırdı. 
   Günlərin bir günü Mahmudla Sevil xəstəxanaya onun yanına gəldi . Mahmud biraz ordan burdan söhbət edib Sevili Baharın yanında qoyub getdi. İşləri vardı. 
  Yatağına uzanıb özünü yuxululuğa vurmuşdu Bahar. İçəridə Bahardan başqa bir xəstə də vardı. Çox keçmədi həmin xəstə bayıra cıxdı. İlk dəfəydi ki, Sevillə ikisi burda təkbətək qalırdılar. Sevil Baharın yatmadığını bilirdi. Odurki, onun yatağının kənarında oturub ehtiyyatla qızının saçlarına toxundu . 
   - Qızım ...
   - Çək əlini toxunma mənə! - Bahar ilan görmüş adam kimi yerindən dik atıldı. 
   - Niyə belə eliyirsən axı,ay anası ölmüş?  
   - Nə gözləyirdin ki? Öpüb gözümün üstünə qoymlıydım sizi?  
   -Yox, amma belə də eləməməlisən. Biz neyləmişiksə , sənin yaxşılığını istəyib etmişik ...
  - Yaxşılıq? Hə e əcəb yaxşılıq eliyiblər ee mənə , afərin sizə. Başa düşürsən də etdiyin yaxşılığı? Allah razı olsun. Dəli qız üstümüzdə qalacaq, alan olmayacaq deyib, məni başınızdan etdiz. İndi 19 yaşımda guya ərinin ölümünə havalanmış gəlin adıyla xəstəxanada yatıram, qarnımdakı uşağa xəbərim olmadan belə hamilə qalmışam , bu halımla indən sonra başıma nələr gələcək bilmirəm, indi məndən yaxşılıqdan danışırsan? Çıx çölə gözüm görməsin heç birinizi, cıx!
    - Bahar, mən sənin ananam qızım, heç sənin pisliyini istəyərəm? 
   - Sən mənim anam deyilsən ...
   - Şşş... camaat eşidir, mənə yazığın gəlmir gəlməsin, mən cəhənnəm , atanı öldürmək istəyirsən? 
   - Mən artıq ölmüşəm, xəbəriniz var?  Doğulduğum gündən bütün yalanlarınızla mən cismən yaşasam da, ruhumu  öldürmüsünüz , mən indi yaşasam da mən bir ölüyəm artıq , indən sonra kim öldü, kim qaldı məni maraqlandırmır ...
   -Qapı açıldı. Palatadakı digər xəstə qadın içəri girəndə Sevil söhbəti dəyişdi : 
   - Hə vallah, inan camaat əlindən iynə atsan yerə düşməzdi. Allah razı olsun Müzəffərin yaxşı adlı sanlı qohum əqrabaları varmış, hamısının altında xariçi maşınlar, Allaha and olsun arvadları elə bil toya gəliblər, bir süst, püst, əyinlərində posledni model bahalı şubalar, laykalar... Hələ ayağındakı sopaçkiləri görəydin. Allah bilir İtaliyadan gətirdiblər yoxsa Fransadan. Hamısı importnu. 
  Bahar anasına yazıq yazıq baxıb başını buladı. Sevil yanlarındakı xəstəyə baxıb qızına susmasını işarə etdi :
   -Cox ağır məclis keçir, həm də gələn gedən də elə belə adamlar deyil aa... Ay tövbe arvadlarda bir naz eda var ki, gəl görəsən. Agez, adamı yandıran nədir bilirsən? Oturublar məclisdə ehsan gəlib əllərini süfrəyə uzatmırlar. Adama deyərlər yemiyəsən niyə oturursan ee o süfrədə. Vallah edaları olmasa gözlərinə təpərlər . 
  - Ay Sevil bacı, sən Allah elə demə bu edadan deyil ee. Cavan oğlan ölüb kimin boğazından kecər ee cavan oğlanın ehsanı?
  -Yox ee, adama pis gəlir dayna, indi yas yiyəsi də elə bilir ədasından yemir. Camaat o boyda xərc çəkib yas yola verir, ehsan qazanları dolu dolu qaldı. 
   Xəstə qadın sabun və dəsmal götürüb təkrar çıxdı. 
   Sevil qadının arxasıyca iki əlli "kül atıb" qapını çəkəndə Bahar yatağından qalxıb başmaqlarını ayağına keçirtdi. Elə bil gözü açılmışdı. İllərlə onu böyüdüb öz doğma balası kimi ona analıq edən qadını tanıya bilmirdi artıq. Qadının hər hərəkəti, hər danışdığı söz ona yalan, hiylə üstündə qurulmuş bir oyun kimi gəlirdi.
  -Bax siz busuz. Şöhrətiniz başqalarının həyatını, xəyallarını yıxır... 
  - Cox haqsızılıq edirsən bizə qarşı qızım - Sevil qapını örtüb təkrar içəri qayıtdı. Məzlum baxışlarla Bahara baxıb ağlamsındı. 
   - Biz kimin həyatını yıxmışıq ki, niyə belə deyirsən?- Bahar qadının üz ifadəsinə baxıb bir daha ona nifrət etdi :
  - Camaat muradına çatmayan, həyatını yaşamayan cavan oğlanın yasına gəlib, siz iki daşın arasında gələnlərin üst başına baxırsız kimin kim olduğuyla maraqlanırsız, altındakı maşın, əynindəki şuba hardan alınıb kimdi kimin arvadıdır ? Özünüzə hörmət qoymursuz barın o bədbəxtin ruhuna hörmət edin. Bir də axı sizə nə? Buraxın hər kəsi həyatına. Məni də öz şöhrətinizə qurban etdiz. Sonsuzluq adını üstünüzdən götürmək üçün məni qurban seçdiniz. Həyatdır hər şey ola bilər, evladlıq olunmağıma bir şey demirəm. Amma mənim bunu bilməyə haqqım vardı. Çünki bu həyat mənim həyatımdır sizin yox, başa düşürsən? Mənim...
   -Qızım sən uşaqsan, çox şeyi başa düşmürsən.
   Baharı dəli gülmək tutdu. 
  -Hha haa uşağam hə? Uşaq olduğum üçün də bu planı qurduz başıma? Şöhrəti adı sanı sızın, əziyyəti, zülümü mənim?
   -Səhv başa düşürsən...
   -Burada səhv nə var, Allah xətirinə? Nişandan sonra nələr baş verib, nələr olub bilmirəm. Amma yüz faiz bilirəm ki, siz mənim üzərimdə bir oyun oynamısız. Məni şöhrətinizə qurban etmisiz ...
    Sevil əllərini dizinə çırpıb Bahara baxdı. 
   - Yox vallah, neyləmişiksə sənin xoşbəxtliyin üçün eləmişik. Sən ana olsaydın sən də bizim etdiyimizi edərdin. Guya neyləyəcəkdin? Habilnən evlənəcəkdin?  
  - Yox evlənməyəcəkdim ...amma onlarla gedəcəkdim .
   -Sənin niyyətin bizə qəsd etməkdi? Mən cəhənnəm, atana yazığın gəlmir heç? Hara gedəcəksən ay ağılsız ,səni qəbul edən var ki heç? Qəbul etsəydilər atardılar? Niyə bunları fikirləşmirsən? 
   - Bilmirəm,  gedərdim ailəmin yanına. Bəlkə də anamın yanına ,  bəlkə də bacılarımın, qar...
   - Aley ... kül qoyum başına, yandım töküldüm - Sevil iki əlli Baharın başına kül atıb onun sözünü kəsdi : 
   - Ağez bu vaxta qədər anan harda ölmüşdü? Açdırma sandıq içini mənə. Anan səni bic doğub tuvaletə atıb ee , işləkləri indi indi çıxır ortaya. İndi gedib deyəcəkdin ki, salam əleyküm gəlmişəm, sən allah məni qəbul elə ? Hardaydı o qardaş bacıların az, bu vaxta qədər? Əşi o vaxt cəhənnəm, az qala 1 ildir bu haldasan gəlib döşlərinə döyərdi də anan,  qardaşların, bacıların... o gedən getdilər . 
   Bahar əsəbindən həm gülür, həm də ağlayırdı. Sevil nə desəydi haqlıydı , hec olmasa Məleykə onu itirib axtarsaydı ...
   Dediyi sözlərlə Bahara təsir etdiyini görüb, Sevil biraz səsini yumuşaltdı . Onun başını sinəsinə sıxıb saçlarından öpdü. Özü də gözlərinin qorasını sıxıb: 
   -Başıva dönüm ay Bahar! Belə eləmə qadan alım- dedi - Yenə görürsən də ...  Yenə biz, qadan alım. Nə olur olsun həmişə biz sənin yanındayıq ömrüm günüm. Biz də səni atardıq da, belə zamanda, o zaman nolacaqdın?  Onlar səni elə o nişanda qoyub çıxıb getdilər, biz də səni atardıq da ... Deyək ki o vaxt uşağımız yox idi səni özümüzə övlad etmişdik. İndi ki uşaqsız deyildik ha ... Valeh var , bilirik ki, gorumuza çıraq tutan olacaq. Amma biz səni atmadıq . Çünkü övladlıq da olsan sən bizim qızımızsan. Heç vaxt sənə yad gözlə baxmamışıq. Sənin yerin qəlbimizdə də evimizdə də başqadır. Biz səninlə daddıq ata ana olmaq sevincini. Biz səninlə yaşadıq xoşbəxtliyi. Sənə zəhmət verdik, ürəyimizin yağını yedirə yedirə böyütdük səni. Halal xoşun olsun. Hami səni bizim qızımız olaraq bildi. Hələ də belə bilirlər, qoy elə bilsinlər. Heç kim heç nə bilmir bu barədə bir dənə dayının ailəsi bilir. İnan Allaha and olsun, eşitsələr ki sən bizim öz balamız deyilsən inanmazlar da. Çünkü səni gözümüzün yağını yedirdib böyütmüşük, rəhmətlik İlkinlə sənə " Qismət" Sadlıq evinin ilk açılışında o cür toy eləmişik, ən bahalı italiyan mebellərini sənə cehiz vermişik, ən bahalı xurustalları atan öz əliylə gedib Çexslavakiyadan, madonnalarını Moskvadan gətirdi. Qırğızıstandan, Özbəkistandan qu tükü, devə yunu...
   -Məni niyə başa düşmürsüz? Mən bunların heç birini istəmirəm, axı sizin o dəb dəbəli bahalı mallarınız məni xoşbəxt edə bilməzdi . Niyə mənim sağalmağımı gözləmirdiz? Niyə mənim xəbərim olmadan məni İlkinə verirdiz. Mən toy şəkillərimə yad adam kimi baxıram ee, "o gəlin mənəm görəsən?" deyirəm ee, öz özümə. Onsuz da bu belə keçməyəcəkdi. Yaxşılaşacaqdım, özümə gələcəkdim. Amma mənə təsir edən bilirsiz nədi? Mənim xəbərim olmadan bunları yaşamaq. Mən İlkini istəmirdim, bəlkə irəlidə birini sevərdim, həyatım o zaman başqa çür olardı. 
   - Ay bala İlkin pis oğlan deyildi axı . Kim belə bir qisməti əlindən qaçırdardı ki? Müzəffər kimi kişinin gəlini olmaq nə deməkdir bilirsən? Həm də Habildən qabaq sən onu istəyirdin axı. Habil çıxandan sonra ...
   -Mən onu istəməmişəm ...
  -Səni o qədər istəyirdi ki, Allah rəhmət elesin, yazıq oğlan səni bu halınla da qəbul elədi. 
   - Nəyin qarşılığında? 
   - Boy bismillah, necə yanı nəyin qarşılığında? İstəyirdi səni ...
  - Heç bir oğlan varlığını, yoxluğunu bilməyən hissiyyatsız bir qızı sevməzdı. Onunla evlənməzdi. Mütləq burada bir iş var, bilirəm bunu. 
   - Çox naşükürsən ee, qızım çox... Nə bilim nə tanıyıram bilmirəm kimin qanın daşıyırsan? Elə dediyin dedikdir. Bir də nolar özünü bizim yerimizə qoy da. Bizim yerimizə olsaydın neylərdin . Bax nə gözəl oldu. Evlədirdik səni həm töhmətdən qurtardıq, həm ləkədən. Gör nə yaxşı oldu. Səni sevən bir ailən oldu, bu gün sabah uşağın da olacaq. Xuramangil də pis adam deyil, bir Sevdadır o da rədd olub çıxıb gedəcək də birinə. İndi neyliyək ki, dünya qarışdı ərin öldü . İnşallah bir babat qismətin çıxar gedərsən, çıxmaz onlar səni heç vaxt atmaz ...
   - Offf bəsdir dəə...- Bahar qışqırıb barmaqlarını saçlarına keçirib,ovcu ilə qulaqların yumaraq saçlarını yoldu . Hönkürüb ağladı. 
   - Nə deyirəm ee mən yazıq? Niyə hirslənirsən başına dönüm 
   - İndi sabah mən burdan cıxanda necə baxacam camaatın üzünə ?  
   - Necə baxasan ki? Heç nə olmamış kimi. Normal həyata davam edəssən. Çünkü biz nişandan sora qonşulara demişik ki, guya sizin nişanınızda Habilin atası ölüb, onlar da yaslı yaslı toy ede bilmədikləri üçün, bizdən icazə istəyib səni götürüb aparıblar, başa düşdün?  
   - İndi guya mən Habilin arvadıyam ? 
   - Yox ay qız. Dayan da başa salım bir- Sevil qızının yumuşaldığını görüb həvəslə sözünə davam etdi. 
   - Sora dedik ki, guya səni yola verməyiblər atan da gedib səni Almaniyadan onlardan alıb gətirib evə. İlkin də səni çoxdan sevirmiş,  indi istəməsin - səni belə qəbul edib alıb. Qəşəy ədəb ərkanla toy elədik sənə.sənin ikinci həyatın olduğu üçün biz toya çox, adam çağırmadıq, elə yaxın qohum əqraba gonşudakı ağzaqqallar. Amma Xuramangil nə lazımsa elədilər qəşəy, ilk toyları idi də. Super toy keçdi. Vidio kasetdə görmürsən? Elə gəşəy toy kecdi ki. Sən də yaxşıydın, deyib gülürdün. Sifdə biraz keyfin yox idi. Əlim qaldı ürəyimin baında. Dedim indi bu dəfə də bir hoqqa çıxacaq, biabır olacağıq millət içində  camaat deyəcək noldu ee, bunlara, nişanda elə, toyda belə... Sonra həkim dərman vermişdi onu içirtdik. Özünə gəldin camaata qaynayıb qarışdın şükür. Heç xəstəliyin bilinmirdi. Ehh ay bala, nə günlər yaçadıq...-  içini cəkib gözaltı Bahara baxdı. Deyəsən  Baharı sakitləşdirə bilmişdi. Düşünürdü  Bahar...
  -Bu müharibə olmasaydı , yazıq ölməsəydi uşaq olan kimi sizi yollayacaqdıq ya Saratova ya da Moskvaya, orda alacaqları vardı onların, onu alıb ordan ev alacaqdılar sizə. 
  - Bəh,bəh - Bahar əl caldı - Bravo vallah sizə . Nə qəşəng səhnə qurmusunuz ee. Vallah ən yaxşı rejisor sizin yanınızda qələt eliyər. 
  -Ana qurban olsun sənə, sən uşaqsan həyat nədir bilmirsən, camaatın ağzından xəbərin yoxdur, bərkə boşa düşməmisən sən hələ a bala. Həyatın zərbəsini dadmamısan hələ. Elə bilirsən hər şey yağ bal kimi rahat  gedir? Ay hay- əlini yellədi - sən hələ şükür elə ki, sənin qarşına Xuraman kimi, Müzəffər kimi adamlar cıxıb. Yoxsa Allah bilir başına nələr gələcəkdi. 

   Ulduzu üç gün idi ki,dəfn etmişdilər. İsmayıl onun cənazəsini Azərbaycana götürmüşdü. El adəti ilə ona yas mərasimi verirdi. Uşaqlarından Mobil və Məleykə məclisi idarə edirdi. Araz da onlarla bərabər Bakıya qayıtmışdı. Üçü yola verib əl ayağı toplayırdılar ki , cənazə mağarında əli çomadanlı saçlı, saqqallı bir gənc göründü. İlk onun kim olduğunu tanıyan olmadı:
  - Oyy ay qardaş, sən gələn yollara qurban olum - deyə qışqıran Məleykənin səsi camaatı hərəkətə gətirdi. Gələn Habil idi...
   Anasının ölüm xəbərini Araz Bəhruzdan ona yollamışdı. Cənazə Moskvadan yola çıxana qədər Habil də işlərini yoluna qoyub, biletini alaraq, ancaq indi "üçə" gəlib çatmışdı. 
   Moskvada Əliylə danışıb, tanış olmğa fürsət tapmamışdı, İsmayıl. Ancaq, onun kim olduğunu təxmin etmişdi. Cümüşüdün cənazəsini Sibrdən gətirəndə deyəsən İbrahimlə bərabər gələn adam idi. Bəli aradan uzun illər keçmişdi. O zaman gördüyü gənc adam indi çox yaşlanmış dəyişmişdi. 
   -Uşaqları o adamdan uzaq tutmaq lazımdır. Deyəsən o Əli dedikləri sənin qardaşın Əlidir - İsmayıl Lalanı yanlayıb onu xəbərdar etdi .  
  - Boy sən Allah. Nə bilirsən?- deyə sevinc qarışıq çaşqınlık içində Lalanın gözləri böyüdü. 
  - Belə təxmin edirəm ki, bu odur. Əyər o, olursa nə bilim uşaqları ondan uzaqlaşdırmaq lazımdır. 
  - Hə düz deyirsən o hara , Ulduzun uşaqları hara ... 
  İsmayıl ters ters Lalanın üzünə baxdı: 
  -Nə deyirsən sən, Lala? 
  - Heş nə qağa, başına dönüm, sən maa fikir vermə ! 
    Lala sevinc içindəydi. Uzun ayrılıqdan sonra atasının cənazəsində gördüyü və o zamandan da əlaqələri kəsilən Əlinin təkrar meydana çıxması onun üçün toy bayram idi. Odur ki , bu adamın doğurdan da onun qardaşı olmasını dəqiqləşdirnək üçün Mobildən bir şeylər soruşur və Mobildən istədiyi cavabı ala bilmirdi . Bu barədə o biri bacıları ilə də danışıb, söz çəkmək üçün kiçik bacısını Məleykənin yanına saldı. Bilirdi ki, bacısı Məleykəylə daha  yaxındır. Məleykənin nə ciki biki var balaca bacısında idi, ondan sirr saxlamazdı . 
   - Mobilin müdürü Azərbaycanlıdır deyəsən, sən gördün onu orda?  
  - Hə , heç Azərbaycanda olmayıb demək olar ki . Cavanlığında gelibmiş buralara . Uşaqlıqdan ordadır. 
   - Həqqi? Yəqin anası, atası burda imiş, yoxsa nənə - babası? 
 - Yox ee, ana atasını görməyib heç , atasın o vaxt Sibrə yollayıblar. Bu da o zaman körpəymiş. Anasın da tutublar. Sora anası hara gedibsə yoxa çıxıb. Bunu da veriblər detdoma. Detdomda böyüyüb . 
  - Ay qız bu bizim Əli olmaya? 
  - Bizim Əli deyəndə ? 
  - Qardaşım dayna... Sən Allah sən onnan soruş gör atasının adı nədir Cümüşüddür? 
  -Sən də ozündən fason cıxartma. Nə çox Əli.Bu hardan ağlına gəldi. 
  - Nə bilim vallah. Urəyimə damıb bu bizim qardaşımızdır, bu qədər təsadüf ola bilməz. Bizim anamız da atamız da tutulub . Sonra anamız yoxa çıxıb . Eşitdiyimizə görə bir erməniylə gedib. Əli qardaşımızı da dövlət detdoma verib. Vallah bu Əli bizim Əli olacaq. İndi görərəsən. Sən bir dənə ondan soruş İbrahimi, Lalanı tanıyır? Bir də soruş görüm, atası Sibrdə bəraət qazandımı ? Atasını Sibirdən gətirib burda dəfn etdimi? 
  -Özün niyə soruşmursan ay bacı? Mən burda anket doldururam? 
   -Məliş, sən oxumuş savadlı qızsan. Rusca da bilirsən. Onunla da münasibətin yaxşıdır. Danışıq qabliyyətin də var. Mən necə danışım onunla, dil bilmir, eləmir. 
   Balaca qız Məleykədən lazım olan məlumatları toplayıb Lalənin üstünə qacdi . 
  Axşam gələn qonaqları yola salıb Lalə telefonu gətirib Məleykənin qucağına qoydu . 
 - Ala, zəng elə !
  - Hara ?  
  - Əliyə !
  - Nəyə, nə deyəcəm, ay bibi? Əli müəllimlə nə işim var? Ağsaqqal adamdı... 
 - İndiyəcən nə işin var idi? - bic bic  Məleykəyə baxıb ona göz vurdu. 
  -Ey bibi bəsdir dəə  - Məleykə incik halda gözlərini süzüb üzünü yana döndərdi. 
  -Az elə bilirsən xəbərim yoxdur, orda bir yerdə avariya düşməyinizdən? Allah üzünüzə baxıb ki , yüngül atlatmısız ...

    Həmin gün Mobil xəstəxanadan ikisini də evə yola salmışdı. Güclü yağan yağışlardan göllənmiş yolun bir tərəfi dağılıb uçqun yaratmışdı. Şiddətili leysan yağışından yolda qalan maşınların arasında Əlinin də maşını vardı. Yağışdan göllənmiş su artıq maşının qapılarına qədər çıxmışdı. Ayaqları suyun içində idi . 
  - Ayaqlarını qaldır oturacağa 
  - Yox belə yaxşıdı . 
  - Nəyi yaxşıdı qalx qalx . Xəstələnəcəksən . 
  - Sən öz hayına qalmırsan, mənim hayıma qalırsan?  
  - Həə, indi deyirsən mən də ayağımı qaldırım maşının pedallarını da çömçəquyruqlar, soxulcanlar idarə eləsin? - deyə ayağının altındakı suda oynaşan böcəkləri göstərdi. 
  - Ayy... ayyy.. bu nəydi - Məkeykə yerindən dik atılıb oturacağın üstünə çıxdı. Qızın belə cəld hərəkəti Əlinin gülüşünə səbəb oldu.Məleykə əlindəki çantayla kapron kalqodqasına yapışmış böcəyi vurmağa başladı . Böcək isə yuxarı dırmanmaya can atırdı. Məleykənin həyəcanlı qışqırtısı maşını bürümüşdü. Ayağındakı böcək hərəkət etdikcə qışqıraraq çantasını ayağına daha da möhkəm vurur oturacağın üstündə ayaqüstə ikiqat qalaraq ayaqların oturacağa çırpırdı . 
   - Dayan görüm!  - Hərəkətdə olan maşını sağa döndərən Əli bir əli ilə qızın ayağına yapışmış canlını qoparmağa çalışırdı. Əli qızın ayaqlarına toxunduqca qız daha da qışqırır, sanki ayağında gəzən Əlinin əli yox böçəkdir . 
  - Aha ... bu idi səni narahat edən? Ay şarlatan tfu sənə ! -  Əli əlində tutduğu qurdu ona göstərdi. 
  Məleykə qurdu Əlinin əlində görüb :
  - Iıyyy, əlini necə vurursan ona murdar... at onu, at ... ayy elemə İyrənirəm... ayyy elemə , deyirəm!!!
    Əli əlindəki ölmüş həşaratı Məleykəyə yaxınlaşdıraraq onu qışqırdırdı. Bu kübar qızı cırnatmaq, onunla zarafat etmək Əlinin xoşuna gəlirdi . Əli həşaratı qıza yaxınlaşdırdıqca bu dəfə Məleykə əlindəki çantanı Əlinin başına gözünə vurur, var səsi ilə qışqırırdı. Əli isə bir əli rolda bir əli qurdda Məleykəylə zarafatlaşa zarafatlaşa maşını idarə edirdi . Birdən nə oldusa oldu. Maşın anidən sol yana əyiləndə Məleykə söykənəcəyə tutunsa da Əlinin üstünə aşdığını gördü . Maşının aşdığını görən Əli qızı tutmaq üçün əlini roldan çəkdi. Bayaqdan böcəkdən qorxub oturacağın üstünə çıxmış Məleykənin  yıxılmaması üçün onun qıçlarını qucaqlamışdı. 
   Gözün açanda Təcili Tibbi Yardım məntəqəsindəydi. Əli də başını onun yatağna qoyub oturaraq yuxuya getmişdi. Əli təhlükəsizlik kəmərində olduğu üçün ona bir şey olmamışdı. Amma Məyeykə yaxşıca əzilmiş ,  başından bir neçə yerdən yaralanmışdı... 

  - Bıy bisimillah, az eşitmirsən? 
  - Nolub ee bibi? 
  - Bayaqdan bir quranlıq söz danışmışam, eşitmirsən ?
  - Nə ee nə? Hə nəyə zəng eliyim?  Zəng edim nə deyim? 
   - Bəs bayaqdan nə danışıram?  Quşlara söyürəm ?  
   - Nə bilim, fikirim dağınıqdır. 
   - Mən bilirəm sənin fikirin hardadır a kopakqızı. Zəng elə, Aynuru da dilə tutsun, Aynur onun sözündən çıxmaz, götürsün qızı da 40-a gəlsin.
   -Aynur gəlməz bibi. 
  -Aynur onun sözün yerə salmaz özü gəlsə Aynur da gələr. Əli atası yerindədir. O kişi onlara orda atalıq edib ...

   Bu aralar Habil bekarlaşıb şəhəri gəzməyə cıxmışdı. Buralar onu sıxırdı. Canı çox darıxırdı . Şəhərin harasına gedirdi, orda Baharı görürdi. Şəhərin hər addımında Baharla gəzdiyi , görüşdüyü yerlərin xatırələri canlanırdı xəyallarında. 
  Əzizbəyov metrosunun cıxısında avtobus dayanacağına gəldi. Avtobuslara baxdı. 
  -Budur onlara gedən avtobus ... dərin duyğular içərisində avtobusun arxa qapısından yandakı oturacağa baxdı . Yaşlı bir qadın oturmuşdu . 
  - Bu onun yeri idi. Həmişə orda otururdu. Ah Bahar, kaş kə belə olmasaydı ...
  Avtobus hərəkətə keçdi. Avtobusla bərbər o da addımladı , gözünü Baharın yerindən cəkmədi. Sanki orda oturan qadın başqası yox Bahar idi , Avtobus yavaş yavaş uzaqlaşdıqca Habil onu addım addım yola salırdı . Habilin ona baxdığını zənn edən qadın icəridən ona əl qolla nəsə deyir, şəhadət barmağını gicqahına qoyub sanki "başın xarabdır ?" sualı verirdi. Habil gülümsünüb başını silkələyərək geri döndü. 
   -Hə başım xarab olub artıq ...
   Dairədə yaranmış tıxacdakı maşınlara baxaraq təkrar metroya tərəf addımladı . Birdən  maşınların arasında gözü Mahmudun maşınına sataşdı. Gözlərinə inanmadı. Dönüb birdə maşınların arasından həmin maşını axtardı . Bəli bu Mahmudun maşını idi. Özündən asılı olmayaraq maşınların arasından Mahmudun maşınına tərəf tələsdi. İrəlilədikcə arxa tərəfdə oturmuş Bahar və Sevili gördü. Adımlarını yeyinlədib maşına yaxınlaşanda maşın yerindən tərpəndi. 
 - Dayan ! - maşının arxasınca qaçıb əli ilə arxadan maşının baqajına çırpdı. Maşın bir anlıq dayandı və təkrar hərəkətə keçdi. 
 - Dayan! Bahar !!!
   Maşınların siqnalları və səsi onun səsini batırırdı ... 
   Yas evinə hay düşdü, Habili polis bölməsinə aparıblar ...
                        *******
    Yazdıqca həyəcandan əlim ayağım əsir, bir yandan Habilə hirslənsəm də, bir yandan da acıyırdım. Hirslənirdim ona görə ki, aradan 1 ilə qədər vaxt keçməsinə baxmayaraq, bilə bilə ki, Bahar onun bacısıdır, Habil niyə onu- bu məhəbbəti unutmur, unuda bilmir? Bir tərəfdən də onun cavanlığına, təmiz məhəbbətinə acıyırdım. Axı bu sevgi dum duru göz yaşı kimi pak idi, axı onların arasına girə biləcək bir şey ola bilməzdi ... hanı bazən deyirlər ya səni məndən ölüm belə ayıra bilməz ...ölüm belə ayırmazdı onları, amma taleh, alın yazısı ayırdı ...
                 42  BÖLÜM . 
   Bütün fikirim Habilin yanında qalmışdı, görən nə düşünür? Fikiri nədir? Bahara yaxınlaşmaqda məqsədi nədir? Axı niyə belə edir? Beynimdə suallar canlandıqca Habilin halı gözümün qarşısında canlanırdı. Habil Baharın ailəli olduğunu bilmirdi. Bəlkə də eşitsəydi ki, Bahar ailəlidir həyata barışacaqdı. Əlimdə əlac olsaydı elə indicə Habilin yaxasından tutub onu məhəbbət yuxusundan oyandırardım:
  - Eeyyy... Habil oyan ... artıq Bahar ərə gedib ... Bahar artıq yüklüdür. Sənin onu unutmamağın belə günahdır...
                     *****
    Məleykənin Əliyə zəngindən sonra Əli ilə Aynur hətta Aynurun qaynatası da Ulduzun 40 mərasiminə gəlmişdilər. Məclisdə hər üçü hörmətlə qarşılandı, gözü yaşlı məclis əhli matəmlə bərabər sevinc də yaşayırdılar. Beş bacı iki yaşından itkin düşmüş qardaşlarına Əliyə qovuşmuşdu. 
   -Hey Allahım heyy... şükürlər olsun qovuşturan rəbbimə !-  bu mənzərəni dərin duyğular içərisində izləyən Araz kövrəlrək Allaha şükürlər edirdi:  
  - Allah sən nələrə qadırsən. Hardan alıb, harda qovuşdurmağın ən gözləini sən bilənsən Allahım. Harda qoparıb, harda birləşdirmək sənin məsləhətindir. Demək hər təsadüfdə bir səbəb varmış! Demək Əlinin doğma ailəsinə qovuşması bu uşaqların ayağındaymış. Demək Əlinin bu uşaqlara bu qədər yaxın olması da bir qan bağı imiş...
   Araz Əliylə yaxından tanış olub bir kənarda dayanıb söhbət edirdilər. Arazın Əliylə heç bir qan bağı olmasa da həmişə ozunu yalqız və kimsəsiz sayan Araz geç də olsa qohumlarına yaxınlarına  qovuşmasından məmunluq hissi keçirirdi. Artıq onun beş-altı dayısı uşaqları saysız hesabsız qohumları vardı. Onları bir yerə toplasan böyük bir nəsil idilər. 
   Axşamdan hərə bir işlə meşğul idi. Mağarın qabları yuyulub- təmizlənir, silinib dəstələnir, sabahkı məclisə hazırluq işləri gedirdi. Qadınlar aşbaza kömək edir, göy göyərti doğrayır, halva üçün umac ovurdular. Cavanlar mağar qurur ortalığı yığışdırırlar.
   Məclis sahibi kimi Məleykə özünü ora bura vurur, əyər-əskiyə nəzarət edirdi. İş yoldaşları Gəncədən Bakıya avtobus tutmuşdular. Böyük müəllim kollektivi və şəhər ziyalıları Gəncədən Bakıya baş sağlığına gələcəkdilər . Məclisdə nəyinsə əskik olmasını istəmirdi. Cünkü Gəncədə Məleykəni elə belə adam kimi tamımırdılar. Həm rəhmətlik Elyar kimi bir oğulun tanışı, ən önəmlisi isə keçmiş rayispalkomun bacısı qızı və Habil Ələsgərzadə kimi alimin bacısı idi...
   Bir məclisə belə hazırlıqlar olması Əli ilə Arazı caşdırmışdı. Bu yaşa gəlmişdillər ikisi də heç bir yerdə belə bir ağır məclis görməmişdilər. Azərbaycanlı olsalar da, Azərbaycan adət-ənənələrindən uzaq idilər. Qəssabın doğradığı bir cöngənin parça ətlərinə, böyük qazanda qaynayan dovğaya, böyük meclis tiyanlarında hazırlanan aşqarasına və  halvaya baxıb Məleykədən çaşqınlıqlarıını gizlətmirdilər. 
   -Yanı bu qədər yeməkləri yeyəcək qədər adam gələr?  
   -Əlbəttə, siz hələ nə görmüsüz ki? Əsil həngaməni sabah görəsiniz ee. bax o böyük mis qazanlarda plovlar bişiriləcək. Ondan qorx ki, məclisə gələn camaata yemək catmaya. Çünki yas məclisləri dəvətsiz olur, gələn qonağın sayı bəlli deyil. Az da gələ bilər qonaq, çox da. Biz təxmini olaraq hazırliq eləyirik.məsələn bilirik ki, filankəslərin xeyrinə, şərinə getmişəm, onlardan da gələn olacaq. Həə, bizim adət ən-ənənə beldir. Ümumiyyətlə Qarabağ məclisləri ağır keçir.Tanıyan tanımayan, dərdi olan olmayan , dərdin götürüb dərd evinə gedər . 
   - Hmm... nə deyim vallah... Bəzən özüm özümdən utanıram - Əli dilləndi. 
  - Niyə? 
  - Azərbaycanlı olub ruslaşmağım üçün. 
  - Burda utanılası heç nə yoxdu -Məleykə Əliyə etiraz edincə Araz Məleykənin sözünə qüvvət verdi:
   -Taleh hərəni bir yerə atıb qardaş... Nryləmək olar? Məni bağışlayın gənclər... 
   Araz onlardan üzür istəyib İsmayılın yanına getdi. 
  -Bəzən... bilirsən ... qorxuram -  Eli sözə hardan başlayacağını bilmədən udquna udquna davam etdi. 
   -Nədən? - Məleykə dəstələnmiş boşqabları saya saya ona baxdı. Kişi nəsə sözlü adama oxşayırdı.
  - Yanı, mən sizin adətlərinizi bilmirəm də ...deyək ki, əmi oğlu, əmiqızını, dayı oğlu, bibi qızını sevir, onlar evlənə bilər, yoxsa olmaz?
   Məleykə əlini belinə qoyub dikəldi :
  - Əlbəttə ki evlənə bilər. Ata sözü var deyir əmi oğluyla əmi qızının kəbinini göydə mələklər kəsir. Niyə evlənmir , lap qəşəy evlənər.
   - İndi deyək ki, sən mənim əmim oğlunun qızısan biz evlənə bilərik hə? 
   Məleykə donub yerində qaldı, gözləri Əlinin gözlərinə zilləndi. Boğazı qurudu. Əlidən belə şey gözləmirdi. Aralarında cox, lap cox yaş fərqi vardı. Bəlkə zamanında Əlinin uşağı olsaydı uşaqları indi Məleykəylə tay tuş idilər. 
   - Ay Məleykə, ay bala işimiz tökülüb qaldı gəl görək ...
     Lalənin səsi onu özünə gətirdi. Əli də dediyi sözdən utanmışdı deyəsən , yoxsa həyəcandanmı nədənsə pörtmüşdü. Məleykə tez masanın üstündəki dəsmalları toplayıb qoltuğuna vurub Lalagilin yanına kecdi. 
   - Nə şomutmusan kişinin yanında, hec ayıb deyil? Camaat adama nə deyər? 
  Məleykə nə desə də Lalə yenə ağlına gəldiyi kimi düşünəcək, bilirdi onu. Odur ki, susdu...
   Araz Ulduzun yeddisini yola verib evinə geri dönmüşdi. Ailənin başına gələn hadisələri Silayla bölüşdükçə bir yandan da atasına lənət oxuyurdu. 
   - Ölenin ardından konuşmazlar beyim, Allah günahlarını ahv eylesin - deyə Sila əsəbləşmiş ərini sakitləldirnəyə çalışırdı. 
   -Bir de onu qiyametde görecem,  bakalım halı nasıl olacak, bi onu merak ediyorum . Acaba bu kadar adamın ahını yüzerinden ata bilecekmi? Eyer Allah onun kimi bir şerefsizi ahv edecekse o zaman ben Allaha karşı isyan ederim. 
  - Tövbe estefüğullah. Euzu billahi min eşşatanir racim
Bismillahi rehmani rehim , elhemdüllahi rebbin alemin ... Tövbe haşa ...
   - Ne diyorsun sen Hanım ben ne konuştuğumu bilmiyormuyum sanki? Ben onu ölene kadar, hatta öteki dünyada da ahv etmem. 
   - Allah olduğu yerde sen kimsin ahv etmeyecek te, beyim ?  
   Sila bu ailənin başına gələn heç bir olayları bilmirdi. Sadəcə kiçik yaşlarından Arazı nənəsi saxladığını bilirdi. Daha bu necə olub, başlarına nə.gəlib, atası kimdir - bu barədə heç nədən xəbəri yox idi. Bu neçə illərdə aralarında o qədər böyük hörmət olmuşdur ki, heç belə şeylərlə qan qaratmağı da lazım bilməyiblər özlərinə .Lakin, bu son illər Arazın ailəsi və qohumları ilə görüşməsindən sonra onda baş verən əsəb və keyfsizlikdən ziyadə Sila da narahat olurdu. Onu sakitləşdirməyə calışırdı . Bəzən onlardan söhbət edərkən, Bəşirə esəbləşən Araz bağırıb çağırar, Sila sakitcə küsülü adamlar kimi örğüsünü əlinə alıb, pişik kimi divanın bir küncünə qısılaraq əlindəki hörgüylə başını qatar, Arazla danışmazdı. Araz da öz növbəsində əsəbləri keçən kimi xanımının könlün alar ondan üzür istərdi. Sonra səbəbi şərifi uçundan gulağından həyat yoldaşına danışardı. 
   Yenə də belə günlərdən biri idi. Sila ərinin yenə bağırıb çağıracağını görüb örgüsünü əlinə aldı. Divanın bir küncünə qısıldı. Son zamanlar Araz çox əsəbi olmuşdu .Onu tanıya bilmirdi. Araz yenə Silanin ondan incidiyini görüb bu dəfə həmişəkindən tam fərqli - əsəbinin soymasını gözləmədən xanımının yanında oturdu. Əlindəki hörgünü alıb kənara qoydu. Habil ilə Baharın da başına gələnlərdən sonra ailə sirrini neçə illik ömür gün yoldaşına açmağı lazım bildi.
   Araz bir əsirlik ailəsinin dramını danışdıqca Silanın gözləri heyrətdən böyüyür, bir söz tapıb deyə bilməyəndə "Aman Allahım" kəlməsiylə kifayyətlənirdi.
   - Geçenlerde sokakada babasının arabasında görmüş cocuk, Baharı. Baharın arkasından koşmuş, kız onu görmüşmü görmemişmi bilemiyorum. Yol polisi çoçuğu yakalamış ve karakola götürmüşler. İsmail beyle gidib kurtardıık onu. Cocuk resmen mahv olmuş. Onu iyi anlıyorum. Aynı şeyi ben kardeşimle yaşamışdım. Biz cabuk uyandık. Qulam babam uyanık idi. O olmasaydı Allah korusun biz de Habil ile Bahar kimi ne günahlara girmiştik . 
   - Ya, beyım bu çoçuk görmüyormu o kız onun kardeşi, bıraksın bu sonu olmayan aşkın peşini! Hayatına baksın ya. Yapmasın böyle. İyi ki, başka başka şehirdeler. Yoksa her şey çok fena olurdu. 
   - Aynen. Ben onunla konuşdum aynı olayları ben de kız kardeşimle yaşamışım dedim. Aynı duyğuları ben de yaşamışım dedim. Seni benden başka kimse anlayamaz dedim. İnanmadı. O sandı ki, ben onu avıutmak için söylüyorum. Zavallı cocuk. Sonra sarıldı bana önkür önkür ağladı. Açıldı bana. Ne yapacağını çoçuk şaşırdı artık.
   Araz qalxıb siqaretini yandırdı. 
 - Çok şükür. Umarım bu ağlamak son olucak o bunu becerecek. Şuna inanıyorum. O çok güçlü ve başarılı bir genc. Ona güveniyorum. 
  - İnşallah beyim inşallah. Dualarım hep onunla. 
  - Beni şaşırtan neydi biliyormusun hanım? Arabanın arkasından koştuğunda "ben Baharın arkasından sevgilim kimi koşmamıştım, bacıma sahip durmak için koşmuştum" dedi . 
  - Umarım öyledir beyim. Bence bunun için onların ikisinin de biraz zamana ihtiyyacları vardır...
    Araz Habildən Baharın nömrəsini alıb bir necə dəfə orda olanda elə Habilin yanında Bahara zəng etmişdi . Telefona kobud səsli qadın cavab verincə danışmadan dəstəyi üstünə asmışdı. Nömrə hələ də Arazda dururdu. Türkiyədən də bir neçə  dəfə  zəng etsə də Baharla əlaqə saxlaya bilməmişdi. Sila da Arazın üstünə çok gedirdi. 
   -Yapma Allah aşkına, beyim, bırak her şeyi akışına. Sən karışma bence. 
   -Yapamıyorum işte. Babamın günahlarını temizlemek zorundayım. 
  -Ya beyim, sen kaderi değişe bilirmisin? 
  -Deyişemem, ama bence mutlaka bir şeyler yapmak için Allah beni bu işe görevlendirmiştir. Biliyorsun beni. Ben Allaha inançlı biriyim. Her şeyde bir nasip ararım. Allah bizi uçakda buluştırmuştu. Bu bir işaret idi. Bunu anlamamız lazım idi işte şeytan şaşırttı anlamadım. Belki daha önceden bu ailenin içerisinde olsaydım mühakak Allahın bana gönderdiyi bu işaretden bir şeyler  anlardım. Napayım. Habili ve onun ailesini tanıyorum. Amma Baharı bilmiyorum. Bilmediğim için de elim kolum bağlı, bir şey yapamıyorum ...
    
    Baharı xəstəxanadan çıxarıb evlərinə apardılar. Hər cuma axşamı evdən yığışıb Xuramangilə gedər, yas mərasimini yoluna qoyub geri dönərdilər. Cox vaxt Xuraman Baharın öz evlərinə qayıtmasını istəməzdi, amma nə Mahmut də Sevil Baharı orda qalmağa qoymurdular. 
  -Bilirsiniz Bahar xəstədir, bura yas evidir gələn, gedən var hərənin ağzı bir hava çalır. Uşaq əsəbləşməsin - deyə Sevil ortalığa söz atırdı. 
   -Bura bax ee Sevil!- Xuraman Sevili mətbəxdə yanlayıb qolundan tutub önu küncə sıxışdırdı . 
 -Baharın nəyin xəstəsi olduğunu sən də, mən də yaxşı bilirik! Çətin günündə mən sənə bacılıq edib Baharı ləkədən, sizi biabırçılıqdan qurtardığım kimi bu yaralı günümüzdə də sən mənə bacılıq etməlisən! Baharı burdan uzaqlaşdırmaqda fikirin nədir, ay bacı? Bilirsən ki, istəsən də bunu edə bilməyəcəksən! 
   -Nə danışırsan sən? Mən neyləyə bilərəm ki, Bahar mənim uşağımdır ...
   - Suss... Baharın sənin qızın olmadığını biz də bilirik, yeri gələndə biz Bahara səndən yaxınıq. Bahar bizim nəvəmizin anasıdır. Bəs siz kimsiz? 
  -Başı xarab olub ee bunu ...
   -Heç kimsiz siz, nəyisiz e axı Baharın? Sadəcə Baharı sahiblənən bir ailə. Bahar bunu qəbul edirmi? Bu hələ sual altındadır. Ama bizi qəbul etmək məcburiyyətindədir. Nə Bahar nə siz bizi nəvəmizdən ayıra bilməzsiniz.
  - Nə demək istəyirsən indi ? 
  - Demək istəyirəm ki, ağlınızı başınıza yığın. Sən də daha da palçığa bulaşmadan, zəhmət cək Balaqardaşdan xahiş elə Müzəffərin Moskvadakı mallarını qurtarsın!
  - İndi belə oldu? Day de qara qızın dərdi varmış... 
   -Bəs nə bilmişdin? Yoxsa sənin dəli qızının qara qaşına, gözünə vurulmuşduq? 
  -Ay Allah, bu nə danışır?  
  - Nə danışdığımı yaxşı bilirəm Sevil, sən deyildin az, Maştağa, Nardaran qalmamışdı molla axtarmırdınki aa ərinin dilin ağzın bağlayasan, sən deyildin anormalını uşağıma sırıyan? 
  - Bunları məndən cox sən istəyirdin də... 
  - Mən bilirdim də niyə istəyirdim, hə... 
   -Demək belə çıxır ki, çayı keçənə qədər ayıya dayı demək lazımmış?  
  -Elə sən də bizi ayı yerinə qoymuşdun! Sevil, bilirsən ki, nə qədər bu sirr camaat içinə yayılmayıb, Bahar sizi ailəsi kimi qəbul edəcək. Vay o hala ki, bu sirr açıla. İnanın Baharı yanınızda bir dəqiqə də saxlaya bilməzsiniz. Əgər bu sirr camaat içinə yayılsa vayy, vayy dedi qodu ayaq tutub yeriyəcək. Kimi bic deyəcək kimi qə...nin uşağıdır deyəcək. Bu da Mahmuda necə təsir edəcək onu məndən yaxşı bilirsən. Hələ o haqq hesabda kişini tuta bilmirdiz, kişi çatlayırdı. Dua edin ki, o vaxt yastıladıq -yamadıq bu sirri ört basdır etdik. 
   -Kim ötr bastır elədi?
  - ƏIbəttə mən elədim. Mən sənin dəli qızını döşümə çəkdim arvad elədim. Hər nazını çəkdim, hər dəliliyinə dözdüm. İndi zəhmət çək qarnındakı nəvənin xətrinə qardaşına ağız aç ...
  -Bahar qurtardı indi də, hələ dünyaya gəlməyən körpədən istifadə edirsən? 
   -Hə, nə qədər ki Bahar sizi ailəsi kimi qəbul edirsə bu uşaq sizin də nəvəniz sayılır. A səy, bir fikirləş də mən neynirəm, kim qalacaq? İt gurd yediyini qoy nəvənin olsun da o mal mülk. 
   Xuramanın dedikləri yeddi qatından keçmişdi. Vaxtında dua caduyla Mahmudun dilin ağzını bağlayaraq Baharı İlkinə verməyi indi toxmaq kimi başına qaxılırdı. O zaman Xuramanın planlarından xəbəri yox idi. Xuramanın canfəşanlığını İlkinin Bahara qarşı olan sevgisiylə əlaqələndiridi. Demək ki, bu evlilik, oyunmuş, planmış. 
  -Guya o vaxt bu pilanı desəydi qəbul etməyəcəkdim ki? Edəcəkdim, elə bir vəziyyətdəydim ki, camaat içinə çıxa bilməzdik, adımız sanımız vardı. Hələ də Valehin şübhələrin qaldıra bilmirəm ee - Öz özünə düşünərək götür qoy edirdi - Allah başıma kül qoyub mənim, doğma balam da elə bilir ki, o da evladlıqdır. Gör camaat nə düşünər o zaman. Uşağın beynin yeyəcəklər ki, sən də Bahar kimi övladlıqsan. Uşaq bizdən soyuyacaq. Hələ bu dedi qoduları Mahmud eşitsə, vay- vaayy Allah sən saxla qiyamət qopacaq. Adına - sanına, şöhrətinə xələl gələcək. Deyəcəklər professor Mahmudun ...
   Əli qolu bağlı idi. Bütün çıxış yolların açarları yenə də Xuramanın əlində idi . Xuraman bu sirri yayardısa onun yuvası tarimar olacaqdı. Valehin şübhələri qabaracaq, qonşular, dost tanışlar onları qınayacaq. Dedi qodu ayaq tutub yeriyəcək, hüzuru  qacacaqdır. Hələ bu azmış kimi bir defə infarkt kecirmiş əri təkrar infarkt olacaqdı. Bəlkə də ölə bilərdi ... 

   ... Habil Mobillə tanış məkana gəldi. Ləbləbi, pendir, pivə sifariş edib ətrafa göz gəzdirdi. Həmişə Mobilə balaca uşaq gözüylə baxan Habilin onun yanında canı darıxırdı. Bir adamla oturub dərdləşməyə içib beynin dumanlandırmağa o qədər ehtiyyacı var idi ki. Mobillə arasındakı yaş fərqi Habili ondan uzaq tuturdu. Tanış biliş də yox idi ki, bir söhbət edib, fikirini dağıdaydı. Pivədən qurtumlayıb Mobilə baxdı. 
   - Hə noldu başla görək. 
   - Niyə geldik bura?
   - Elə belə, biraz fikirimiz dağılsın dedim.
   -Bilirsən mən belə yerlərdən uzağam. 
  - Uşaqsan ona görə. 
  - Əə bəsdir dəə...
  Habil güldü :
   -Elə bil heç Moskvada yaşamamısan.  
 - Moskvada yaşamağım mənim belə yerlərə aludə olmağıma dəlaət etmir, qardaş. 
  - Əə yaxşı da, ürəyim partlayır onsuzda. Sən də bir tərəfdən alma. Biraz oturub gedərik- əlini yuxarı qaldırdı. Qarson qız onlara yaxınlaşanda Habil :
   -Burda bir qız işləyirdi. Səhv etmirəmsə adı Sevdaydı. 
 - Hansı Sevda ? 
   Habil Sevdanın tərif etdi, qarson qız getdi, biraz qabaqda oturmuş qadınlardan birinə yaxınlaşıb qulağına nəsə dedi. Son dərəcə dəbli geyinmış yaşından çox çox gənc görünən orta yaşlı qadın masadakılardan üzr istəyib onların masasına geldi ...
  - Ooo ... kimləri görürəm kimləri? - aradan yarım saat keçmiş Sevda görsəndi. Səmimi öpüşüb görüşmədən sonra Sevda Habilin yanında oturub qolunu onun boynuna doladı. 
  - Elə bildim məni unutmusan?  Necəsən? 
 Onsuz da bayaqdan Habili tək qoymaq istəməyən, buranın abu havasından canı darlanan Mobil ayağa qalxdı.
  - Məni bağışlayın ...
   - Noldu ? 
   - Deyəsən mən getməliyəm - deyə gödəkcəsini geyindi. 
  - Niyə kı? Tanış olmamısan hələ? Yaxşı qızlarımız var. Niqulya bura bax! - deyə Sevda qızlardan birini səsləyib ona əl salladı. Sonra Mobilə baxıb :
   - Qəşəy əylənərsiz. Yeni gəlib-gülüb ona göz vurdu - yəni xamdı...
  - Yox ... mən getməliyəm. Buralar mənlik deyil .
  - Yer də var istərsəniz ...
  - Yox dedim - əyilib Habilin qulağına pıçıldadı : 
 -Üstündə pul-para olmasın, ehtiyyatlı ol. 
  - Narahat olma.
 - Çöldə gözləyim?
 - Mən uşağam? Bu nə hərəkətdir. Otur aşağı keyfinə bax ...
  - Bilirsən ki , belə yerlər mənlik deyil, mən getdim-gülümsünüb əlini yuxarı qaldırdı-sizə xoş əyləncələr - deyib çıxdı. 
    İsmayıl ilə Məleykə Mobili tək görəndə ikisi də bir ağızdan 
   - Habil hanı ?- dedilər . 
 
   Bakının şiddətli küləyində əyləncə mərkəzinin qarşısında İsmayılın maşını dayanmışdı, sabaha qədər bu ağsaqqal kişi ilə Mobil maşından içərini gözətləyirdilər ...
   Sabaha yaxın aləm bir birinə dəydi . Bir dəstə polis məkanı basanda İsmayıl dilə gəldi. 
  - Dua elə qaça bilsin -deyib maşını işə saldı .
 - Nolub ki, dayı? 
 -Komendant saatıdır, həm də ablava. Biyabır olduq, vay vay.... Gör İsmayılın  bacısı oğlu hardan cıxır ee.. Mənim alimimə bax ee.. -İsmayıl əsəbiləşib deyinirdi . 
   - Bu uşaq tamam zay oldu getdi. Bilirdim belə olacağını. Məkanı basacaqlarını bilirdim mən. 
  -Nə dəxli var axı,Habil burda yaşamır.
  - Hələ ki, Azərbaycan vətəndaşıdır ...
  - Odur Habil ! - Mobil qəfil əlini məkana tərəf uzatdı.
  İsmayıl maşını işə saldı. 
  - Bircə götürə bilsəydik ... Maşını binanın yanındakı döngəyə saldı. İşıqlarını söndürüb Mobilə döndü. Ara qarışmamış get tut qolundan. Elə edin tam sakitlik olsun. Milislər duyux düşməsin . 
  -Amma dayı ... 
  - Qorxma! Əgər elə bir şey olsa sən Rusiya vətəndaşısan başların qat , mən Habili aradan cıxardım . 
   Mobil maşından enib məkana tərəf addımladı.Qapıdan bir dəstə qadın kişi qarışıq Habili qabaqlarına qatıb milis maşınına tərəf apardılar. Deyəsən gec qalmışdı. Dönüb dayısına baxdı. Dayısı ona hərəkətə keçməsini işa edərək özü maşından enib Habilə tərəf getdi. 
   - Gecəniz xeyir, yoldaş rəis ! - rusca danışmağa başladı . 
   -Təslim olun ! 
   - Nolub niyə? 
   - Çərənləmə əllərini qaldır! 
   Mobil ətrafına baxdı. Dayısı  görünmürdü. Qolunu dartıb milisin əlindən  çıxartmağa çalışdı. 
   - Nolub axı, məni niyə tutursuz? Mən burda qonağam Rusiya vətəndaşıyam, siz qonağı belə qarşılayırsız? Rusiya vətəndaşı olduğunu eşidən milislər özlərini yığışdırıb rəsmiləşdilər.
   -Yoldaş vətəndaş, bu saatlar komendant saatıdır və siz bu saatda şəhərdə neynirsiz? 
   - Bilirsiniz, yoldaş məmur, biz Rusiyada yaşayanlar səhər o başdan qaçışa çıxmağı sevirik. Saat 5 -ə qalıb. Məndə alışqanlıqdır bu. Neyləyim, məcburən bu saatda qaçışa çıxmışam. Normal deyilmi? 
  - Barda? 
   -Bu üst başla bara gəlirlər?- nəfəsini milisin üzünə üflədi - görürsünüz ki, içkili də deyiləm. Bara gələn içər, düz demirəm? 
  -Az danış, şöbədə dərdini deyərsən - milisin biri onu itələyib onu maşına salmaq istədi. Rəis ona işarə edib özü Mobilin yanına gəldi . 
  - Vətəndaş sənədlərinizi təqdim edin!
   - Dedim axı qaçışa çıxmışam, üstümdə sənət yoxdur. Sənədlər evdə qalıb. 
 - Harda qalırsan?
  - Sovetskidə
  - Hmm... Bağışlayın, o zaman sizi şöbəyə götürməliyik. 
   - Nə deyirəm, aparın amma havayıdan maşında yer tutacam. Məndənsə onlardan birini aparsanız yaxşıdı -deyə Mobil milis maşınının yanında qəhqəhə cəkib gülən sərxoş qıza oxşar oğlanlara işarə elədi . 
  - Alə, ay Kazım, nə deyirsən? -rəis yanındakı milisə döndü. Sən bunu həll elə getsin ! 
   İsmayılın maşını hərəkətə keçmişdi, işıqları yanıb keçirdi. Bu o demək idi ki, məsələ həll olunub. Maşın geri çekilib yola çıxmışdı artıq. Artıq getmə zamanı idi . 
  Kazım deyilən milis Mobilə yaxınlaşıb:
  - Deyirəm, bəlkə bu sabah yaxşı bir xaş yeyək,bacoğlu? Yanında da bir əlli qram... 
  - Əla! yeyək də...
  - Alə, məni elə salırsan ? Vəzifə başındayıq ee... 
  - Demirsiz xaş yeyək ?  
  - Ə, sən nə dilbilməz uşaqsan ə -barmaqların bir birinə sürtüb - özümüz yeyərik. Təki əlin cibində olsun ! 
  - Bəs bayaqdan belə de də ...
  Evə gələndən hərə bir tərəfdən Habilin üzünü danlayırdı. Amma nolsun içdiyi içkinin təsirindən qulaqları batmışdı, sanki. O ki, var yatmaq istəyirdi . 
   Günortadan keçmiş yuxudan oyandı. Başı az qalırdı çatlasın . Sanki başının ortasına ağır bir şey qoymuşdular. Başını yastıqdan qaldıra bilmirdi. Axşam olanları xatırlayıdı. Sevdayla keçirdiyi gecə əyləncəli olsa da nədənsə ağladığını da xatırlyırdı. Hələ onların masasına bir kişi də gəldiyi yadında idi. Əyilib Sevdaya nəsə deyirdi, Sevda ona hirslənmişdi deyəsən, nəyəsə görə ona etiraz edidi. Habil Sevdaya kömək eləmək istədi. Amma yuxu ona güc gəldi. Başın masaya qoyub yattı. Ondan sonra nə baş verib heç nədən xəbəri yox idi . 
   Başın tutub ayağa qalxdı. Cibindən blaknotunu çıxarıb vərəqlədi. Nömrələrin içində gözü Bahargilin nömrəsinə sataşdı. Xatirələr gözlərində canlandı. Dalıb getdi. 
  - Ay başımın bəlası, nə istəyirsən, əl cək məndən artıq, burax həyatımı yaşayım - deyə həmin vərəqi cırıb atdı.Bəlkə eyni yazıya on dəfə baxdı, axır ki, axtarıb Sevdagilin nömrəsini tapdı. Qapını açıb otağından çıxdı. Evdə xəstə qızdan başqa heç kim yox idi. Oda topları ilə oynayırdı, 
   -Necəsən dayıqızı, oynayaq top top ?
  Qız başı ile "oynayaq" işarəsi edib topunu ona atdı. Qəfil atılmış topa guya qorxubmuş kimi Habil özünü yerə yıxınca obez obez qız sevincindən atılıb düşərək qəh qəhə çəkib əcaib səslər çıxardı. Habil onun dilini bilirdi. Axı necə illərdir bir yerdə böyümüşdülər. Habil onun sevincini də bilirdi , qəmini də.
   Elə bu vaxt qapı acıldı. Mədinə əlində çörək torbası içəri girdi. 
  - Hə oyandın? Sabahdan bəri bir yatmısan ki ...
  - Dayımgil hara gedib yoxdular . 
  - Bu gun Aynurgil gedirdilər axı . Onları yola salmağa getdi. Mən də endim dükana cörək zad aldım. 
  - Yaxşıkı varsan Mədinə xala. Sən olmasaydın bunan dayım neylərdi?- Habil dayısı qızını ona göstərdi . 
  - Eh ay bala, sənin o rəhmətlik anan mənə elə bir yaxşılıqlar eləyib ki, onun etdiklərinin qarşısında bu nədir ki . Allah razı olsun dayından da.
   Çox duyğulanmışdı. İlk dəfəydi anası haqqında nəsə eşitmək istəyirdi. Arvadı stulda oturdub:  
   - Mədinə xala, nolar anamdan danış biraz. 
  - Nə danışım ay bala? 
  - Nə bilim, anam haqqında hər şey bilmək istəyirəm, atamla münasibətini, niyə bir yerə yovuşmadılar kı, onlar? Birdə Mədinə xala, anam haqqındabilmədiuim şey varmı. Mən onun haqqında ən adi bir şeyi, hər şeyi bilmək istəyirəm, necə deyim ee, ən kiçik unudulmuş detayları. Daha ölüb gedib, xəbəri olmayacaq bəlkə bizlərdən saxladığı bir sirri vardı?
  -Yaxşı. Ama bir şərtlə, hər şeyi düzgün başa düşməyə çalışacaqsan. Onu başa özün  düşdüyün kimi günahlandırmıyasan. Çünki bəzən  sənin yanlış gördüyün şey başkası üçün doğru ola bilər. Həyatdır bu oğlum. 
    Mədinə masanın üstündəki fincanı ortaya çəkdi;
  -Bax bu fincana. Mənim tərəfimdən baxanda fincanın qulpu sağ tərəfdədi, düzdür? Sənin tərəfdəm baxanda hansı tərəfdir? 
   -Solda
   -Bax ay sağol. İndi desəm sən yalan deyirsən, fincanın qulpu sağdadır sənə haqsızlıq olacaq. Çünkü sənin tərəfindən baxanda soldadır axı. 
   Habil başıyla təsdiqlədi. 
   -Görürsən, balam, hər kəs öz gprdüyün inanır, hət kəs özlüyündə haqlıdır.
   -Düzdür. 
   -Odur ki, baş verən hadisələrə gərək hər tərəfdən baxasan. Bax bu fincan kimi. Həm sağdan, həm soldan, həm ortadan, həm yuxarıdan, həm aşağıdan. Hardan baxsan bu fincanın qulpunu fərqli yerlərdə görcəksən və doğru və ədalətli nəticəyə bax bu zaman qərar verə biıəcəksən. İnsanı qınamaq asandı. Ananı da qınadı hərə bir tərəfdən. Bəs onun yaşadıqlarını o qınayanlar yaşasaydı nə edərdilər?
  Habil düşüncəliydi.
   - Mən bir çay qoyum, dilim ağzımda yanır... 
   Mədinə cayı üstünə qoydu, iş görə görə Ulduzdan danışdıqca Habilin gözləri böyüyür, həyəcanla anası haqqında danışılanları dinləyirdi. Hec anasını bu qədər fədakar bilməmişdi. Həmişə oturub durub onu qınayırdı. Elə bilirdi ki, atası Ulduzu xəyanətdə günahlandıraraq onları da atıb gedib.
   - Anamın bızdən başqa uşağı olduğunu bilirdinmi?  
   - Nə? Yox. Bu hardan çıxdı? 
   - Hə bir qızı var. Bizim hamımızın balacamız...
   - Bismillah. Burda olanda siz beşiniz idiz. Bu altıncı yəqin Balaqardaşdadır? 
   -Yox ...
   - Bəs hardan çıxdı? 
   - Guya burdan papanın yanına gedən günü, papanın düşmanları evi basıbmış, anaya təcavüz edibmişlər. Bizə də dayı dedi. 
   Həmin gün Mədinənin gözünün önündə canlandı. 

  ...Həmin gun o Ulduzun ona tapşurdığı şeyləri alıb evə dönəcəkdi  əşyaları Ulduza verib təkrar öz işlərinin arxasıyca gedəcəkdi. Binanın qarşısında bir dəstə tanımadığı adamlar var idi. Bəşir də onların içində idi. Bəsir əl qolla nəsə danışır, kok, balacaboy kişinin yaxasından tutub onu silkələyirdi. Mədinə aralıda olduğundan onların nə danışdığımı eşitmirdi . Addımlarını ləngidib kənardan bu mənzərəni izləyırdi. 
   Bəli, nəhayyət adamlar cıxıb getdilər. Bəşir isə içəri keçdi. Biraz sonra Mədinə də Bəşirin arxasınca binaya daxil oldu. Normalda Ulduzun evinin qapısı həmişə acıq olardı. Bu dəfə Mədinə qapını itələdi, qapı acılmayınca duruxub qaldı. Ağlına yüz cür fikir gəldi və ağlına gələn şübhədən özü də  diksindi.
  - Heç vaxt belə bir şey ola bilməz, həyatda ola bilməz - deyib beynindəki qara fikirləri dağıtmağa çalışdı. Orda çox durmayıb öz evinə keçdi. Bütün fikiri bağlı qapı arxasında qalmışdı. Qapının gözlüyündən asıldı. Görəsən qapı niyə bağlıdır. Bəs Ulduzla Bəşir içərində nə edir? Görəsən o adamlar kim idi. 
   Çox keçmədi ki , Ulduzun qapısı açıldı. Bəşir Mədinəni köməyə çağırdı. Mədinə içəri girəndə hamamdan koridora su dağılmış, yuyulmaqda olan paltarlar ətrafa səpələnmişdi. Ulduz isə yataq otağında çarşafa bürünmüş cılpaq vəziyyətdəydi.Yorğan döşək suyun içindəydi. Yataq otağı darmadağınıydı.
   Ulduz özünə gələndə Mədinəyə yalvarışı Bəşirin başını qatmağını deməsi, haldan hala düşməsi əslində Mədinədə şübhə yaratmışdı. Ama kimlərinsə onun evini basıb onu zorlayacağı ağlına gəlməmişdi. Həmin gün Bəşir də özündə deyildi. Mədinə Ulduz gedəndən sonra Bəşir üçün evində gözəl süfrə qursa da, Bəşirin çox sevdiyi içkiləri masaya düzsə də , hətta Bəşirlə yaxınlıq etmək istəsə də Bəşir ona toxunmadan belə cıxıb getmişdi. 
   - Belə cıxır ki, bu sirr Bəşirlə bərabər qara torpağa gedib?!
                        *****
    Mədinənin Habilə anası haqqında həqiqətləri danışmağı məni sevindirirdi. Bu çoxdan olmalı idi. Amma söz sözü çəkər deyirlər bu zamana qədər belə söhbət açılmamışdı ki, bu mövzular da danışıla ...
                   ___43___
     Necə vaxt idi ki, yaza bilmirdim. Yeni evə daşınırdıq, evə yeni əşyalar secib almaq, yeni evin yeni problemləri məni lap əldən salmışdı. İnanın ki, hər şey bir yana - heç nə gözə görünmürdü. Di gəl ki, təzə evdə WF -nin olmaması qanımı əməlli başlı qaraltmışdı. İnternet xəttimizin bu evə köçürülməsi haqqında "TürkNetə " müraciət etməmizə baxmayaraq hələ də internetimiz şəbəkəyə qoşulmamışdı. Mən də fütsətdən istifadə edərək qollarımı çırmalayıb evdə işə girişmişdim ...
   Yoğun işin ardından, yeni evin alış verişindən gecələr yatağıma süs düşdüyüm yerdə də alışqanlıqdan telefonu əlimə alıb telefonun internetin açan kimi Baharın yazdığı mesajlar gah Whatsaapdan gah da Mesangerdın muncuq kimi sıralanırdı. Artıq ,əsərin ardıçıllığını itirmişdim, hardan necə başlayacağımı da bilmirdim ...
                     *******
    İlkinin qırxından sonra onların evində qalmağı Baharı çox üzürdü. Əslində ona harda qalmağının fərqi yox idi. Öz evlərində belə qalsaydı da Bahar orda özünü yad kimi görəcəkdi. Onu saxlayıb , böyüdən ailəsindən buz kimi soymuşdu. Onların hər danışığında, hər rəftarında saxtalıq görürdü. Sevilin ona ərkyanə , davranışını artıq ona verilmiş rol kimi qəbul edirdi. Ailəsinə qarşı inamı, güvəni itmişdi .
    Mahmud ümumiyyətlə əvvəlki Mahmud deyildi. Baharın yanında özünü günahkar hiss edirdi. Əvvəlki kimi şad, xoşbəxt görünmürdü. Demək olar ki, qaradinməz biri olmuşdu. Nişandan sonrakı stresli günlər Mahmudun sağlığına təsirsiz keçməmişdi. Odur ki, Sevil də Mahmudla ehtiyyatlı davranırdı.
   Valeh unversitetə qəbul olmuşdusa da çevrəsi yaxşı deyildi. Bir tərəfdən oğlunun avara dostları, bir tərəfdən də Valehin onlara qarşı şübhələri Mahmuda pis təsir edir, onu əsəbləşdirirdi. 
   - Niyə belə edirsən oğlum? Əgər şübhən varsa gəl gedək, analiz verək! Onda arxayın olarsan ki sən bizim doğma oğlumuzsan .
   -Mən sizə də sizin yalançı ad sanınıza "hörmət" göstərən həkimlərə də inanmıram artıq. Bilirəm ki, onların analiz cavabları sizin ad sanınıza görə müsbət olacaqdır...
  Müzəffərin ailəsində "yalançı" sakitlik hökm sürürdü. Kənardan baxan üçün bu ailə dərin bir okean, içində yaşayan isə bu okeanda baş vermiş sunamidən ibarət idi. Ailə daxili zəlzələlər ailədə ört-bastır olunsa da, ailəni saxlayan duvarlar artıq çat vermişdi. İlkinin ölümündən sonra ailə hardasa parcalanırdı. Məhəllə Sevdanın pis və əxlaqsız yolda olmasından danışırdı. Dedi-qodu ayaq tutub gəzirdi. Xuraman qızı haqqında deyilənləri inkar etsə də , bir gün Sevdanın düşdüyü dəstənin məhıəlləni basaraq Sevdanı tapıb ortaya çıxarması və açıq aydın onu məhəllədə öz müştərilərinə harraca qoyması ortalıqda gizli közərən atəşə yağ tökmüşdü. Müzəffər və Elçin camaat içinə çıxmaz olmuşdu. Xuraman isə orda burda qızını tərifləyərək camaata bir yalan uydurmuşdu. Guya Sevda evlənmək istədiyi oğlan tərəfindən aldadılmış və  sevgilisi qızı qumara qoyubmuş. Qumara külli miqdarda  borcu olan oğlan, bir mafiya babasından pul almış əvəzində isə sevgilisini ona peşkəş edibmiş . 
   Baharın bu evdə olması Müzəffər və Xuraman üçün bir şans idi. Bilirdi ki, nə qədər ona yaxşı davransalar Rusiyada itirdiyi mallara daha tez qovuşacaqdılar. Rusiyadakı mallarını əldə edən kimi ailəliklə ya Rusiyaya ya da burada olan olmazlarını da satıb  xaricə köcəcəkdilər. Çünkü artıq burda qala bilməzdilər. Həm məhəllədəki dedi qodu, həm də Sevdanın düşdüyü mühit onların ailəsini bərbad günə qoymuşdu. 
  Baharla xoş münasibətləri Sevili nə qədər sevindirsə də, bir o qədər də qıcıq edirdi. Çünkü Xuramanın təhdidi  və hədəsi onu canından bezdirmişdi . Demək olar kı, günaşırı Xuraman Sevilə zəng edir və ya onun yanına gələrək Rusiyadakı mallar üçün Balaqardaşla danışmasını istəyirdi. 
  Nəhayyət bir gün Sevil özünü toplayıb Balaqardaşla danışdı :
   - Sənin qadan alım a, Hacallı! Sən Allah neynirsən elə bu işə bir əncam cək! Vallah canımdan bezmişəm day. Özün bilirsən, Mahmud ən başından bəri bu işə protiv idi. İndi də belə şeyi eşitsə məni öldürəcək! Həm də Baharı evladlıqdan siləcək. Hələ Bahar... Bahar onsuzda bizi bağışlaya bilmir, hələ eşitsə ki, onu orda belə şey üçün lehin saxlayırlar...
  - Get, al uşağını gətir yanına da . 
  - Gətirə bilmirəm dəə... iş də orasındadır. Gətirə bilmirəm ... hec Bahar bizi görmək istəmir, yenə ora ər evidir, uşağının atası evidir, Allah üçünə orda o ilan olmasa ona pis davranmırlar ...
  - İlan kimdir? 
  - Sevda cigəri yanmışı deyirəm də... Qiza gün verir işıq vermir. 
   -Niyə dərdi nədi?
   -Nə bilim, demiyəsən qancıq Bahardan qabaq Habilnən alışıb kəsişibmiş, institutda ...
  -Həə, institut demişkən... Bəs Baharın məktəbi nətər oldu? 
  - Elə heylə, qalıb birinci kursda, getmədi ki ... gedə bilmədi. Yazıq uşağım bədbəxt oldu - deyə Sevil ağlamsınıb dizlərini şapıldatdı. 
  - Tale yazanın qələmi qırılsın. Bu nə taleydi yazdı balama-deyib əllərin göyə açıb nifrin tökdü. 
   - Hmm yaxşı, bir şey fikitləşərik, narahat olma. Özün bilirsən ki, Bahar mənim üçün bir başqadır.O uşağı görmək istəməsəm də rəhmətlik anasının xətri mənim üçün həmişə əzizdir . 
   - Öldü? 
   - Hə
   - Çox şükür !!! 
   - Nə şükür edirsən, Sevil, dəlisən sən?
   - Yox vallah ... O mənada demədim ee ... Yanı uşağımın başın beynin dolduran olmayacaq daha 
   - O nə zaman doldurub ki, Baharı? 
   - Bilirəm ee... Ama qorxurdum həmişə ki, bir gün öz anası gəlib onu əlimdən alacaq. Nəysə. Sən Allah , qadan ürəyimə, gör neynirsən bu Müzəffərin zibillərini. 
   - Bəs yaxşı bizim danışdıqlarımızdan Bahar xəbər tutsa nolacaq ? 
  - Heç nə olan deyil, qorxma! Nə qədər ki, Bahar ayılmayıb, qorxusu yoxdu. Ayılana qədər Allah kərimdir ...

   Bahar hələ də ər evində yaşasa da çarəsiz bir durumdaydı. Ayının gününün içindəydi. Kimsədən dəstək görmürdü, onu təsəlli edəcək, səbr diləyəcək bir yaxını yox idi. Bir dərdləşmək istədiyi Məleykə idi . Fürsət tapan kimi, evdə tək qalanda  telefonu götürüb onun qaldığı Gəncədəki evini yığır lakin,telefon uzun uzun çağırır, cavab verən olmurdu . Hər gün, elə gün olurdu hər saat yeni ümüdlə dəstəyi əlinə alıb nömrələri çevirir, cavabsız zəngdən sonra ümüdsüz halda dəstəyi üstünə asırdı . Son zəngdə ümüdi tamamilə qırıldı . Zəngə cavab verən səs: 
 -Bacı, deyəsən səhv düşmüsünüz! Məleykə adlı adam burda yaşamır. Biz də bu evə yeni köçmüşük. Yəqin o bizdən əvvəlki kirakeş imiş...
   
    Balaqardaş həqiqətən Baharı çox istəyirdi. Anasına görəmi, yoxsa bu bədbəxt qızın doğuşdan acı taleyinə görəmi - nəyisə bu qıza çox açıyırdı . Hər dəfə Azərbaycana gəlişində hər kəsin hədiyyəsi ayrı, Baharın hədiyyəsi ayrı olardı. Açığı Bahar da onu sevərdi. Lakin böyüdükcə, uşaq ağlı inkişaf etdikcə ona qarşı fikirləri dəyişmişdi. Dayı bildiyi Balaqardaşın əslində qaranlıq dünyasına görə ondan uzaq qaçırdı. Bir dəfə hələ onuncu sinifdə oxuyanda Sevilə yarı zarafat, yarı ciddi "qız Nurlanındı haa, xəbərin olsun! " deməsi Baharı əməlli başlı ürkütmüşdü. Məhz dayısının bu söhbətindən sonra onun oğlunun onlara ayaq açması, Baharı cin atına mindirmişdi. 
   Balaqardaş Sevilə qarşı Xuramanın təhdidlərini yaxşı bilirdi. Xuramana cavab vernək və onunla intiriqaya girmək ağılsızlıq olardı. Bilirdi ki, tərslik etsələr Baharı tez itirəcəklər. Nə qədər ki, el aləm heç nə bilmir Bahar da susub oturacaq, əgər Xuraman Baharın Mahmud və Sevilin qızı olmadığını aləmə car çəksə Bahar da artıq arada bir maneə qalmadığını görüb onları tərk edəcəkdi. Bacısı Baharın onları atmasına dözə bilməyəcəyini də yaxşı bilirdi. Onsuz da bu söhbətin bir gün açılacağını Balaqardaş bilirdi. Əvvəl axır Baharın onları atacağını da bilirdi. Lakin bacısı hələ buna hazır deyildi. Odur ki, bu işi biraz ləngitmək lazım idi. Elə bu məqsədlə bilet alıb Azərbaycana gəldi. Mahmuddan xəbərsiz Sevili ata evinə dəvət edib oturub onunla çox ciddi danışdı. Planını Sevilə deyincə Sevilin gözlərində ümüd qığılcımı parlasa da başını bulayıb ona etiraz etdi. 
   -Heç vaxt Bahar bu işə əl qoymaz. 
   -Nə qədər ki, Bahar instituta gedib ayılmayıb, bu təklifi göydən düşmə kimi qəbul edəcək. Onu başa salıb beynini doldurmaq da sənə qalıb. Əgər sən ona yaxşı dərs keçsən,Bahar sənin ən yaxşı davamcın olacaq, niyə o varı Bahar yox başqaları yesin ki? Nə məlum mən o sərvəti alıb onlara versəm Baharı o evdən qovmayacaqlar? Qoy elə o sərvətin üstündə elə sənin qızın otursun daa. Nə qədər olmasa da Bahara da bu maldan bir şey düşər də...
   Burda qardaş-bacı pılan cızarkən Bahar orda doğuş sancıları çəkirdi. Şirin iztirab içində qıvrılarkən hansı hissləri, hansı duyğuları keçirirdi heç özü də bilmirdi. Belə bir anda necə davranacağını, heç vaxt həyəcanını, sevincini yaşamadığı balasının üzünə necə baxacağını da bilmirdi. Xəstəxanada övladlarını yeni dünyaya getirmiş anaların sevincini gördükcə onu qəhər boğur, boğazında düyünlənib bərkimiş qəhəri udmağa çalışırdi. Hələ dünyaya gəlməyən, üzünü görmədiyi balasına amansız bir höküm vermişdi. Balasını ya xəstəxanada qoyub qaçacaqdı , ya da nənə - babasına təhvil verib özü də o evdən gedəcəkdi. Amma hara? Hara gedəcəkdi ki? Sanki gedəcək bir yeri vardı? Bir tərəfdən də içini qəribə qorxu sarırdı. Əgər o da balasını atsaydı, gələcəkdə balası onun yaşadıqlarını yaşamayacaqdımı? Nə bilmək olur taleyin işini? Bəlkə onun gələcək uşaqlarından biri ilə bu uşaq  eynən Baharla Habil kimi taleyin oyununa gələcəkdi. 
   - Yox!!! Heç vaxt bu ola bilməz ... Heç vaxt mən buna izin verməyəcəm . 
   - Nə? Nəsə dedin? - yanındakı yeni ana olmuş gəlin Bahara baxdı. Bahar elə bu vaxt özünə hakim ola bilmədiyini, öz özünə danışdığının fərqinə vardı. 
   -Yoox heç nə demədim. 
  Qalxıb palatadan çıxdı.Əlini qarnına, belinə tutub gəzindi, sancı onu incitsə də səsini içinə salmışdı. Sanki ağrısını doya doya yaşasaydı, içində düşündükləri, qurduğu planlar alt üst olacaqdı . Sanki hələ üzünü görmədiyi, cinsiyyətini belə bilmədiyi balası ona verilən hökmə görə onu qınayacaq, sanki "məni atma" deyə ona yalvaracaqdı. Yeridikcə sancısı şiddətlənirdi. Növbətçi masasına yaxınlaşıb :
  -Zəng edə bilərəm ?  
  -Şəhər daxili zəng edə bilərsiz, buyurun! 
   -Bəli, bu nömrəyə zəng edəcəm,  şəhər nömrəsidir -deyə əlindəki kagızı gostərdi. 
   -Verin! - Növbetçi qız Baharın titrəyən əlindən kağızı alıb nömrələri çevirdi : 
   - Aha buyurun, çağırır!
   Uzun çağırış səsindən sonra telefonun o başından səs gəldi . 
  - Alo, salam, Həcər xala sənsən?
    
    Həcər doğum evinə gələndə Baharın ailəsi də qaynanasıgil də orda idi. Hamı qapı ağzına toplaşmış, ailənin yeni üzvünü gözləyirdilər. 
  Həcər qapınun balaca pəncərəsini döyüb:
   -A Məryəm, aç qapını, Gilə  həkim çağırıb məni !- deyincə Sevil özünü qapıya yetirdi: 
   -A siz, şeydə ... dəlixanada  işləyirsiz? Mən sizi orda görmüşəm . 
   Hecer dönüb baxdı. Sevili tanısa da özünü tanımamazlığa qoydu . 
   - Dəlixana nəydi sən Allah, ayıbdır, xəstəxananın adı var RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİ...
  Sevil günahcasına başını yelləyib Həcərin sözünü təstiqlədı. 
  -Orada yatan əzizlərimizə hörmət goyaq barım...
  -Düzdür qadan alım. Bağışla... Hamı dəlixana deyir deyə elə dəlixana kimi tanıyırıq xaraba qalmışı.
   Həcər narazılıqla başını sılkələdi:
   -Hə orda işləyirəm nolub ki? 
  - Heç nə, canını yeyım, mənim qızım da orda yatırdı. Orda görmüşəm səni. 
   -Hə ola bilər... o qədər xəstə, yanına gəlib gedən var ki ora. 
   - Bahar var idi, hamilə gəlin, əri şəhid olmuşdu. 
  - Nə bilim vallah .Yadıma sala bilmədim o qədər Bahar adlı xəstə var ki orda tanıdığım ...
   - Yox o xəstə deyildi çox şükür...
   - Bəs "dəlixanada" nə işi vardi- Həcər ikrahla güldü
    - Eh nəysə, uzun söhbətdi. Gör nə deyirəm, içəri keçirsən sən? Bahar da buradaır. Doğuma gəlib. O səni görsə yüz faiz tanıyacaq . Evə gələndə də səndən danışırdı. Yaman çox istəyir səni. Gör, sən Allah Baharı görə bilirsən içəridə . Ona ürək dirək ver qorxmasın. Al  bunu da qoy cibinə, uşaqlara bir şey alarsan. Bunu da Bahara verərsən ürəkli olsun, de ki, biz qapıdayıq. Bir şey lazım olsa xəbər versin.
   - Qoy görək helə bir tapa bilirəmmi. Görüm bir tanıya biləcəmmi? Mən həkimin yanına gedirəm. Yuxarı buraxmazlar məni. 
   Bahar bayaqdan qonşu doğuş otağındakı bağırtıdan vahimələnmişdi. Özünü içərdəki qadının yerində gördükcə belinə , qarnına bir ağırlıq çökürdü. Qadının ağrılarını özündə hiss edirdi sanki. Doğuş otağının qarşısında var gəl etdikcə içəri boylanır, doğum etmiş qadını görmək istəyirdi. Çox keçmədiki içəridəki ağrı-sızı səsi kəsdi, onun yerini sevinc, gülüş səsi aldı. İçəridəki kölgələrdən vəziyyətin həyəcanlı olduğu bəlli idi . Sanitarlar təmizlik əşyaları ilə bayra çıxdı. Bahar qarnın tutub doğuş otağına yaxınlaşdı. Elə içəri boylanmışdı ki, tanış səs onu səslədi :
  -Bahar? 
  -Həcər xala !!!
   Boş palataların birində oturub ağrı çəkə çəkə başına gələnləri qadına danışırdı Bahar. 
   Əli üzündə qalmış qadın arada dizinə, sinəsinə vurub ah-uf salmışdı . 
   - İndi nə düşünürsən, ay bala? 
   - Bilmirəm Həcər xala, qurban olum mənə bir yol göstər.
   - Nə deyim qadan alım , heç bilmirəm ki? 
   - Necə deyim ee , necə başa salım bilmirəm , baxıram burdakı gəlinlərə. Uşaqları üçün necə həvəslidirlər. Mən isə sancımı cəkməyə qorxuram . Elə bilirəm hamı məni qınayacaq . 
   - Boy ay bala, bu nə demək? Şükür Allaha, anası bəlli, atası bəlli...
  - Yox, yox... məni başa düşmədin ee. Demək istəyirəm ki , mən bu uşağın həsrətini, həvəsini çəkməmişəm, arzulamamışam , hec ərə getməyimi belə bilməmişəm. Mən bu uşağa necə isinişəcəm ki? 
   - Eyy ay bala. Bu analıq duyğusu elə bir duyğudur ki ...
   - Sənə bir şey deyim ? -Bahar ağrı içində səbirsizcə qadının sözünü kəsdi. 
   - De görüm ! 
   - Amma bunu heç kimə demə ! 
   - Bala,başına dönüm , mən kimi tanıyıram ki, burda? Kimə nə
 deyəcəm ? 
   - Səni bura mən cağırdım, nolar mənə kömək elə, çox çarəsizəm , Həcər xala yalvarıram. 
  - Sənin qadan alım mən ...
   - Mən bu uşağı istəmirəm! 
    -Boy ay bala, belə demə Allaha ağır gedər.
    Bahar onun əllərindən tutub, barmaqlarından öpərək yalvardı;
   - Onu doğulduqdan sonra yox edə bilərsən? - Bahar qətiyyətli şəkildə Həcərin gözlərinə baxdı
   - Nə danışırsan ay bala? - Həcər arvad ürkək ürkək qapıya, boş otağın divarlarına baxdı . 
  - Nolar, yalvarıram ... Əgər bu uşaq mənimlə evə gedərsə , ömür boyu mən onlardan qurtula bilməyəcəm ... yalvrıram mənə yazığın gəlsin Həcər xala!!!
   Qonşu  doğuş otağındakı fəryad və hönkürtü səsi onun sözünü ağzında qoydu. Həcər arvad cəld qapıya qaçıb yan otağa keçdi. Baharın qulağı qonuşu otaqda , əli qarnında güçlə addım ata- ata qapıya gəldi . Bahar  koridora çıxıb ətrafa baxdı. Bütün sanitar və həkimlər doğuş otağına toplanmışdı. Nə olduğunu anlamayan Bahar çaşqın çaşqın tibb bacısından soruşdu :
   - Orda nolub, nə baş verir? 
   - Heç nə olan işdir, sən keç içəri! 
    - O gəlin niyə elə qışqırır axı? 
    - Uşağı öldü ...
    - Vayy yazıq ...
   Özü özünün heyifislənməsinə çaşıb qaldı. Az öncə öz doğma balasının ölmünə və ya yox olmasına höküm çıxaran o deyildi, sanki .İçəri otaqdan çıxan Həcər Baharın qolundan tutub bayaqkı boş otağa dartdı : 
   - Uşağını istəmirsən ? 
   - Yox ...
   - Sonra peşiman olma haa...
   - Yox olmaram ...
   Həcər əl atıb Baharın boynundakı "lent" boyunbağını açdı. 
   -Bax uşağın yoxdu ha, kim soruşsa o ölən uşaq səninkidir, bildin? Yoxsa hamımız əlli ayaqlı gedərik  ...

   Hər kəs məyyus halda evə dönmüşdü. Baharın uşağı "ölü" doğulmuşdu .Müzəffərin ailəsinə matəm üstünə matəm gəlmişdi. Şəhid balasının tək yadigarını da itirmişdilər. Təssüf dolu fəğan qonşuları da çənazə kimi onlara toplamışdı. Bahar isə hələ də xəstəxanada idi. 
    Evə gəlib mətbəxə keçən Sevil telefonu götürüb atası evinə zəng etdi. Telefonu Balaqardaşın arvadı açdı. Sevil Balaqardaşı istəyincə arvadı telefonun o başından baldızına çəmkirdi :
  - Bahov hee... Əşi belə iş olar? Gecə saat 3-dür bu saatda da adamı narahat edərlər? Kişi ayda ildə bir ...
   - Ağez , başımı aparmaginən e, ver telefonu Hacalıya!  
   Planları pozulmuşdu. Balaqardaşın planına görə Sevil uşağı bəhanə gətirib, Baharı dilə tutacaq, uşağa görə Balaqardaş ailənin böyük sərvətini elə keçirib Baharın adına yazdıracaqdı. Uşaq öldüysə, deməli Baharı o ailəyə bağlayan bir şey qalmamışdı. 
   Əslində Balaqardaş Müzəffərin Rusiyadakı sərvətindən bu vaxta qədər heç bir xəbəri yox idi. Bakıya gələndən sonra məsələdən halı olan Balaqardaş bu məsələni sorub araşdırdı. Dpğurdan da Müzəffərin böyük bir malı yiyəsizlikdən, sahibsizlikdən ortalıqda itib getmişdi. Balaqardaş bu malı qurtaracağına əmin idi və  sərvəti kimsəyə verməməyi planlayırdı. 
 - Onsuz da o sərvətə Müzəffər qovuşa bilmir. Belə çıxır ki, o mala mənim vastəmlə qovuşmaq isteyir. Neynək, olsun! Mən onun mallarını alacam, amma bir şərtlə. malların 50 faizi  Baharın adına keçiriləcək. Ən azından , Bahar onların nəvələrini boynunda daşıyır. Xeyir ola bu işdə ancaq öz xeyirlərini güdürlər? Yazıq Baharın nə günahı vardı? Mən onların məqsədin bilsəydim Baharı heç vaxt onlara verib bədbaxt etməzdim. İşi özüm həll edərdim. 
   - Heç mən də onların məqsədini bilməmişəm , Allah haqqı. O qədır gözəl oynadılar ki, aldandım qardaş... 
   İndi bütün planları uşağın ölməsiylə alt üst olmuşdu. Başqa plan cızmalıydılar. 

   Uşağını ilk dəfə doğulanda gördüyü idi. Az öncə fəryadı ilə içərini başına alan qadın indi yandakı doğuş stolundan səssizcə, eyni zamanda, həyəcanla Baharı seyr edirdi. Uşağın ilk səsi gələndə də Baharın yerinə o "qızım" deyə sevincək səsləndi. 
    Baharın doğuma erkən almışdılar. Hələ doğuş vaxtına var idi. Lakin, sünü doğuşla onu stola qaldırmışdılar. Baharın doğuş saatını gözləyə bilməzdilər. Yoxsa Baharın , Həcərin və doktorun bərabər qurduqları plan boşa çıxacaqdı. Bu plan Baharın planı idi. Bu planla Bahar azadlığına qovuşaçaqdı. Azadlığına balasını qurban verirdi Bahar. Bahar öz doğma balasını övladını itirmiş bir anaya hədiyyə edib ona sevinc bəxş edəcəkdi. 

    Samirə - az öncə övladı ölü doğulan qadın demək olar ki, 15 ildir hər dəfə eynən bu kədəri yaşayırdı. 15 ildə 8 övladı olubmuş, lakin uşaq ən çox iki saat yaşayırmış. Ana olmaq, övladıyla yuvasını bərkitmək, evinə, ailəsinə Sevinç gətirmək ən böyük arzusu idi Samirənin. Əri ilə aralarında çox çiddi danışmıdılar. Əgər bu uşaq da  qalmasaydı, bu evliliyə son verəcəkdilər. Valideyin ola bilməməkdən başqa bir problemləri yox idi bu ailənin. Samirə özü , ali savadlı müəllimə , əri isə neft şirkətlərindən birində mühəndis işləyirdi. Vəziyyətləri əla idi, bir birlərini sevərək evlənmişdilər. Məhz elə bu sevgi 15 ildə bir uşaq üçün bu evliliyi sonlandırmağa qoymamışdı . 
   İndi Həcər arvad və həkim Samirəyə belə bir şey təklif edəndə , Samirə ilk duruxub nə deyəcəyini bilmədi. Həcərin və doktorun israrlı danışığından sonra Baharın dilindən imzalı kağız istədi. Həkimin arada Bahardan qazandığı "lent"  boyunbağı bu işi də həll etmiş oldu. ( Hələ bu azmış kimi sonralar həkim Həcərin vastəsiylə Bahardan imzalı kağızın notorus təsdiqi üçün pullar və qızılların çəkməyə başladı )
   Samirə ilk dəfə idi ki 15 illik həyat yoldaşına yalan danışacaqdı. Səkkiz doğuş sonrası hər dəfə övladlarının öldüyünü eşidən ərini indi böyük yalanı ilə sevindirəcəkdi Samirə . Bu yalanı 4 nəfər arasında sirr olaraq qalacaqdı .Samirə, Bahar, Həcər və həkim... 
   Xəstəxanada çox yatmayacaqdı  Samirə. Bahar doğan kimi onun uşağını alıb gedəcəkdi. Samirənin  ölmüş uşağı isə Baharın adına yazılacaqdı. Baharın doğuşunda başqa həkim və tibb bacısı yox idi. Doğuşu Həcər və həkim Samirənin şahidliyi ilə gercəkləşdirmişdilər . Balasını qucağına bələ almadan Samirəyə verilməsi Baharı kövrəltsə də ürəyinə daş bağladı . Dolmuş gözləri ilə onları izlədi. Samirənin onun balasını bağrına basıb qoxlayanda dayana bilmədi: 
   - Bir dənə o uşağa baxsam olar?
   -Axı biz belə danışmamışdıq. Bu nə deməkdir indi?  
   -Tək bircə dəfə nolar, xahiş edirəm! 
   - Belə eləsən bax razılaşmamız  pozulacaq aa... bax verərik özünə uşağını. 
   - Yox -  yox verməyin îstəmirəm . Sadəcə ilk və son dəfə, yalvarıram...
   - Bax indi çıxıram, bayıra , sizinkilərə deyəcəm ki, uşaq ölü doğulub, danışdığımız kimi, oldumu...
   Bahar gözünün yaşını silib Samirənin qucağındakı körpəsinə və Samirəyə baxdı. Samirənin üzündə yalvarış ifadəsi vardı . Sanki Bahara "onsuz da sən bu uşağa baxan deyilsən, onsuzda sən ona ana ola bilməyəcəksən, onu atacaqsan, barım bu xoşbəxtliyi məndən alma" - deyirdi. Həkim cıxdı, Həcər arvad onun arxasınca Samirənin yatdığı xərəyı sürüb bayıra çıxardanda Samirə Həcəri dayandırdı, Bahara baxdı;
  - Bacı, nə deyirsən səninçün edərəm amma bu sirr burda qalsın. Nə olar. Söz verirəm. Balamıza çox gözəl baxacam. 
   - Mənim də bir xahişim var. Onu atasının adına laiq böyüt. Çünki onun atası bir qəhrəmandır şəhid olub. Bunu özü bilməsin. Atasının kim olduğunu bilmək istəyəcək. Amma onu bir qəhrəmanın qızı kimi qürurlu böyüt tərbiyyə elə. Bir də bir xahişim var... İnşə Allah böyüsün böyük qız olsun . Onu Bahar adılı bir adamın qohumuna və ya oğluna vermə . Bu uşağı elə bir böyüt ki, Bahar adı gələndə ondan qaçsın, hətta nifrət etsin bu ada. Çünkü mən yaxşı qadın deyiləm. Bir uşağıma sahib cıxmadım... 
   -Allah ikimizə də səbr versin, Allah yoldaşına da rəhmət etsin. 
   - Sağol. Birdə son xahiş... bircə dəfə göstər onu mənə . 
   Samirə uşağı köksündən ayırıb yuxarı qaldırdı. Başı üstündə durmayan uşağın başı geri dartılanda Bahar onun boğazındaki böyük dağınıq qan qırmızı bir ləkə gördü. 
   Araba xərəyi darıb aparan Həcərə baxıb onların arxasınca səsləndi. 
    - O uşağın boğazı niyə qanayır ? 
    - Qanamır ay qız, ləkə xaldır ...
                          *****
    Həyatının bəlkə də ən böyük səhvinə hirslənmişdim Baharın . Əsəbimi də gizlədə bilmirdim, dayanmadan  "niyə belə elədin axı Bahar?" zəng etdim ona. 
   -Axı həmən yolları sən özün də  keçmişdin? Necə qıydın o körpəyə? Niyə balanın taleyini öz bəxtin kimi cızırsan Bahar? Bəs sən niyə onun gələcək taleyini düşünmədin. Hec demədinmi ki , birdən tale onu gələcək bacı qardaşları ilə görüşdürər, Habillə sənin kimi? - dayanmadan bir nəfəsə sualları Bahara yağdırırdım.
   - Elə ona görə mən Samirəyə dedim ki, Bahar adına nifrətlə böyüt ki, Bahar adı eşidəndə qaçsın.
   - Bəyəm sən Ulduzu- ananı  tanıyırdınmı ki? Bu talehdir, qismətdir. Axı sən heç Ulduzun adını belə eşitmədən Habilə urək vermişdin . Nə bilmək olur, gələcəkdə sənin taleyin ...
   Bahar  sözümü kəsdi:
  - Mən can parcamı atdığım günü özüm özümə söz verdim ki, mən bir daha ana olmayacağam ...
                   ___44 _____
   - İncimə Bahar daha yaza bilməyəcəm. Mən bu hekayəni sonlandırmalıyam . 
  - Məni qınayacaqlar? Məni vicdansız kimi qəbul edəcəklər? 
   - Hər kəsin öz fikiri var amma mən düşüncələrəimi səndən gizlətməyəcəm.
   -Buyur de, ürəyində qalmasın!
   -Səni qınamıram amma, belə də etməməliydin Bahar! Nə olur olsun o uşaq üçün saçlarını süpürgə edəydin gərək, özünü o uşağın yolunda fəda edəydin məncə. Hə atası sağ olsaydı bax ona bir şey demirəm, verərdin atasına, çıxardın. Bunu atmaq kimi qəbul etmirəm, sən bu uşağı atasına əmanət edirsən ... Ama bu başqa şeydir, bu övladı atmaqdır, onun özünün xəbəri belə olmadan onun həyat yolunu dəyişməkdir... 
   - Başına gəlməyən bilməz, axı o uşaq mənim boynuma özümün xəbərim olmadan düşmüşdü. Özümü qadın zorakılığı görmüş, cinsi istismara uğramış, qüruru, mənliyi təhqir olunmuş biri kimi görürdüm. Doqquz ay mən o uşağın həyəcanını yaşamamışam, belə bir canlı mənim bətnimdə varmı, yoxmu bilməmişəm, heç analıq duyğularım belə dilə gəlməmişdi. Mən ona necə isinişə bilərdim ki? Qonşu uşağı deyilki alım oynadım sevib oxşayım, sonra da verim yiyəsinə. 
  - Bunlar zamanla keçəcəkdi. Sadəcə sən səbr etməliydin. 
  - Düz deyirsən . Zaman hər yaranın ən etibarlı sarğısıdır. Zaman keçdikcə mən etdiklərimə peşiman oldum düzdür. Amma onda da çox geç idi ...
                        *****
   ...Sevda  qadın alveri ilə məşğul olan bir mafiyanın qurbanı idi. Nə qədər ki, gənc və gözəl idi düşdüyü bu bataqlıqdan qurtulması mümkün deyildi. Xuraman dəfələrlə bu qrup haqqında polisə şikayyət belə etsə şikayyəti cavabsız qalmışdı. Tək çarə qızını buralardan uzaqlaşdırmaq idi. Dəfələrlə onu Ukraynada yaşayan baldızıgilə yollasa da mafiya Sevdanı orada da tapıb gətirmişdilər. Odur ki, Rusiyadakı malları əllərinə keçirməyi çox istəyirdilər. Nə olur olsun o sərvəti eldə edən kimi satıb qızlarını xaricə, lazım olarsa Amerikaya yollayacaqdılar. 
   Bahar bir neçə gün idi, xəstəxanadan çıxmışdı. Həmin gün öz otağında uzanmışdı. Evdə kimsə yox idi. Müzəffər və Elçin işdə, Xuraman isə bazara getmişdi. Sevda isə ümumiyyətlə həmişəki kimi yenə bir neçə gün idi ki , "yoxa çıxmışdı". 
   Qapı döyülüncə otağından çıxıb qapıya getdi. Gözlükdən baxanda tanımadığı qadın və iki kişini görüncə onları uzaq qohumlardan zənn etdi:
   - Yəqin uşaga başsağlığına gəliblər . Görəsən bu arvad harda qaldı ee - deyə qapını açan kimi alnına dirənən silahdan özünü itirdi. Bütün bədəninə üşütmə gəldi. 
   - Buraxın ,məni! Neynirsiz? Siz kimsiniz? Məndən nə istəyirsiniz?
  - Sevda hardadır? 
  - Bilmirəm !
  - Yalan demə ! Harda gizlənib? 
  - Dedim bilmirəm, necə gündür evə gəlmir, harda olduğunu da bilmirik. 
    Elə bu vaxt blokdakı səs küyə qonşu qadın qapını açması ilə onları görüb qışqıraraq qapını bağlaması bir oldu . Adamlar qonşu qapıya bir iki təpik ilişdirsələr də qadın qapını açmadı. 
  - Sevdanın yerini de ! - deyə sarı saçlı son dərəcə özünə baxımlı qadın Baharın üzünü ovuclayıb tək əli ilə yanaqlarını sıxdı 
   - Əşi, mən nə bilim hardadı, yerini bilmirəm - deyə Bahar qışqıraraq çəmkirdi. Bahar qorxudan qadının əllərinin  arasından əsim əsim əsirdi rəngi qaçmışdı. 
   Arxadakı adam Baharı qadının əlindən alıb tapancanın arxasıyla Baharın ağzından və dizi ilə qarna vurdu. Gözlərindən od parladı, bir anda dünya gözlərində qaraldı. Sanki nəfəsi kəsiləcəkdi, qulaqları küyləşdi , elə bil qızı başlarına qaldırıb yerə çırpdılar. Eyni anda da qasıqdan aşağı isti mayenin axdığını da hiss etdi, belindən qarnından küt bir ağrı qopdu...
  Gözünü açanda özünü xəstəxanada gördü. Bir anda olanlar gözlərinin qarşısından kecdi. 
  - Məni kim gətirdi bura? Kim idi onlar?- deyə dəli kimi qışqırmağa başladı . 
  Xəstəxanaya gəlsə də geç qalmışdılar. Zahı canına zərbə və  qorxudan qanaxmaya düşmüşdü . Həkimler qanaxmasını dayandıra bilmirdilər. Belə vəziyyət cox təhlükəli idi. Mütləq əməliyyat olunub rahim orqanları çıxarılmalı idi. Bu isə onun qadınlıqdan məhrum olması demək idi ...
                      *****
  - Fəriş, bəlkə də o uşağı atdığım üçün Allah məni belə cəzalandırırdı. Demək istəyirmiş ki, sən nəinki ana olmağa, hətta qadın olmağa laiq deyilsən! Mən həmin gün qadınlığımı itirdim. O gündən qadınlıq duyğuları, ehtiras hissləri nədir bilmədim. Ha gördüyün bu taxta qapı, ha mən ... O gündən səsim kobudlaşdı, fikirlərim qabalaşdı. Duyğularım qəddarlaşdı. Məndə o gündən sonra acıma, mərhəmət hissi belə qalmadı. Necə deyim, bir ailənin faciəsini eşitsən, nə bilim, iraq gulaqlardan, bir uşağın, bir gəncin ölümünü eşitsən necə olarsan? Təsüflənərsən, canın yanar eləmi? Təsəvvür edirsən, belə hallar mənə təsir etmir, mən daşa dönmüşəm, çünki məndə o duyğu yoxdur, mən öz balama ana ola bilmədim ki,başqa anaların dərdinə yanım. Mən qadın ola bilmədim ki, qadınları qadin kimi başa düşəm. 
   Baharın whatsatdakı səsli mesajı məni duyğulandırmışdı. Nə deyəcəyimi bilmirdim. Baharı necə təsəlli edəcəm, onu hansı kəlimələrlə ovudacaqdım? İndi yaşı keçib, ömür karvanın adladıb . Amma o zaman gənc bir qız idi Bahar. Bu yaşında heç kimsənin  həyatda ümüdsüz, həvəssiz, sevgisiz, ehtirasız, duyğusuz yaşamasını heç düşmənimə də arzulamazdım ...
                        ******
   Sevda həmin vaxtlar elə həmin mafiyanın əli ilə Dubaya göndərilibmiş. Orda fürsət edən kimi, zəngin bir ərəb şeyxinin əli ilə Fransaya qaçıbmış. Bundan xəbər tutan mafiya Sevdanın belə uzağa gedə biləcəyinii zənn etməyərək, onların evlərini basıbmışlar və bu vəziyyətdə onların cənginə zavallı Bahar düşmüşdü. Atalar demiş "Tabaq Baharın başında çatlamışdı"... 
                      ********
   Hadisələr elə bir qarışmışdı ki, Bahar özü də olayların axarını itirmişdi. Hardan necə danışacağına çaşmışdı . Mənim suallarım əsasında hər mövzudan biraz biraz danışır hadisələrin əsas nəbzini tutmağa çalışırdı. Onun mənə yazdıqlarını olduğu kimi romanın bu hissəsinə qeyd etməyi lüzüm bildim. Çünkü onun bu duyğularını mən öz dilimdən desəm sizlərə çatdıra bilməyəcəkdim... 
  - Daha nə oldu, bilmirəm, Fəriş. Onsuzda iki şoku eyni anda yaşayırdım. Həm öz doğma balamı öz əllərimlə başqasına verməm, həm də qadınlığımı, gələcəyimi itirməm məni travmaya soxmuşdu. Həyatımın ən zor günlərini bir birinin ardınca yaşayırdım, həm də ömrümün cavan çağında. Daha kiçik fidan idim gücüm qalmasa da, həyatın hər şıltaqlıqlarına dayanmaq isyəməsəm də dayanırdım. Öncə canımdan çox sevdiyim Habili , ardıycan ailə bildiyim insanları, sonra məndən xəbərsiz, həyatıma yoldaş deyə seçilmiş İlkin yarı yolda qoydu məni, indi də qızımı itirmişdim. İtirə itirə gedirdim bu həyatda. Daha kimim qalmışdı ki? Bir mən qaldım Allahım .... Özümü çox tənha hiss edirdim. Daha dözə bilmirdim. Burax tənha hiss etməyimi, məni heç kim başa düşmürdü. Heç kim mənim nə yaşadığımı anlamırdı. Həyat quru təsəllidən, ürək - dirəkdən ibarət deyil. Fəriş, nolar, qadan alım, məni barim sən başa düş. Məni qınamayın! Mən bu vəziyyətdə balamı atmalıydım. Məcbur idim, Yoxsa taleyim elə beləcə əsatirdə yaşamağa davam edəcəkdi. Mən özümü bilirsən necə tesevvür edirdim? Təsəvvür elə ki, tək tənha vəhşi, yırtıcı bir heyvanların əlindən qaçıram, kiməsə pənah aparıram, ona əl uzadıb kömək istəyirəm, o əlini tutduğum insan məndən nəsə istəmədən mənə kömək etmir. O insandan mənə hay olmayacağını görüb başqa bir səmtə üz tuturdum. Özümü uçu bucağı görünməyən cəngəlliyə salmışdım. Kömək umurdum , mənə dəstək verən, mənə yardım edən birini axtarırdım. Yaxın gələnə də gümanım qalmamışdı. Heç kimə etibarım yox idi. Həyat cəngəlliyi məni qırıb dağıdırdı, param parça olmuşdum, özüm öz yaralarımı sarırdım. Hər şeydən küsmüşdüm. Elə küsmüşdüm ki, kimsə mənə toxunmasına, başımı sığallamasına izin vermirdim. Taa o zamana qədər ki, qayınım Elçin məni silkələyib məni ayıldana qədər ...
                     ******
  -Bahar, nə istəyirsən edim sənin üçün. Çıx get buralardan nolar! 
   -Hara gedə bilərəm ki ? Məni evimizə getməyə belə qoymurlar.  Olmuşam ev dustağı .
   - Bahar, başa düşmürsən? Onların planı var ! 
   - Nə planmış o? Nəyim var nə plan da ola ki ?  
   - Onlar bizi evləndirmək istəyirlər. 
   - Nəə? Başın xarab olub?Dəlisən, nəsən? Nə sayıqlayırsan? 
  -Bahar, qurban olum, sən bunları məndən yaxşı tanıya bilməzsən. Bunlar səni İlkinə alanda da İlkinin səni istəməyini bəhanə etdilər. Məqsəd başqadır. Bizim Rusetdəki mallarımızı dayının vastəsi ilə qurtarmaqdır. Əgər səni İlkinə almasaydılar malın yarısını dayına verəcəkdilər. Bunlar səni İlkinə aldılar ki, dayın sənə görə onlardan bir şey istəməsin. 
   - Ay allah ...
   - Sənin hamilə qalmağın onların sevincini artırdı. Dayın uşaq üçün hərəkətə keçəcəkdi. İndi həmin oyun mənim başımda çatlayır. Bu səfər Sevil xala səninlə mənim evlənməyimi istəyib ...
  - Kim anam ? 
  - Hə
  - Heç vaxt elə şey ola bilməz . 
  - Bahar, ola bilməz dediyimiz şeylər başımıza gəlir .
   - Axı anam niyə belə şey istəsin ki? 
   - Bilmirəm, bir onu bilirəm ki, dayın da papama deyib ki, mənə çataçaq payı Baharın adına keçirt, papada Ukraynadakı komsiyon mağazasını və Rostov bazarındakı toptansatışı dayına boyun olub, kişi də buna razılaşmayıb. 
  Bahar iki əlli başına cırpıb yerə çökdü:
  - Ay allah, mən nələr eşidirəm ay Allah ...
   - Bəlı başa düşürəm ki, maman səninlə məni evləndirməkdə məqsədi yerini isti etmək, papanın mallarına əl qoymaqdır. Nə istəyirsən edərəm, lap o mallar o bandadan qurtarsın, mənə çatan hissəni də sənin adına keçirərəm, amma sən Allah mənimlə işiniz olmasın! Hara istəyirsən qaçmağına kömək edərəm...
   - Sənə inanım? 
   - İnan Bahar. Məni də bədbəxt etməyin, bilirsən sediyim var, 3 ildir Gülnarə yolumu gözləyir, mən ona vəfasızlıq edə bilmərəm. 

   Sevda Dubaydan Fransaya gəldikdən bir müddət sonra, Habilin əvvəl işlədiyi iş yerinə zəng etdi. Az cox bildiyi ingilis dilində Habili istədi.Telefonun o başından Habilin Hollandiyaya köçdüyünü dedilər. Uzun araşdırmadan sonra Habilin yeni iş yerinin nömrəsini dostları vastəsi ilə tapıb ona zəng etdi.Tanış səs hər ikisini sevindirdi. Habilin dəvətiylə Sevda vaxt itirmədən özünü Habilin yeni unvanına yetirdi. Habilin və Bəhruzun köməkliyiylə şirkətlərin birinə rus dili üzrə tərcüməçi işinə düzəldi. Artıq altı yeddi ay idi ki, Habillə Sevda bərabər idilər. Bütün keçmişi unudub yeni həyata başlamışdılar. İrəli günlərdə Habil onunla evlənməyi düşünürdüsə də, Sevda buna hələ tələsmirdi. Çünkü başı bəladaydı. Bilirdi ki, düşdüyü bataqlıqdan asanca qurtula bilməyəcəkdi. 
  Arada bir evlərinə zəng edib danışır ordakı vəziyyətdən halı olurdu. 
   - Başına dönım a Sevda, amandı gəlmə buralara. Səni axtarırlar. Bilirsən onların əli uzundur. Ehtiyyatlı ol. Bizə də burda rahatlıq vermirlər. Necə dəfə evi basdılar. Aralıqda Bahar bədbaxt oldu. Nətəhər vurdularsa, gəlin qanaxmaya düşdü. Apres olmasaydı qanaxmadan öləcəkdi. 
 - Cəhənnəmə ölsün. Nə saxlamısız ee onu yanınızda?
 - Neyliyək a bala. O, bizim əlimizdə yumurtlayan toyuqdur, hələ ki! Papan Rusetdeki mallarını Balaqardaşın əliylə qurtaracağını deyir. Ona görə gəlini buraxmır. İnşallah yaxşı olacaq, darıxma bala. 
  - Deyirəm bu qız nə qədər səy adamdı ee sən allah, axı adama deyərlər səni o evə bağlayan nə var, çıx sürük get də xarabana! Ər yox uşaq yox. Məni maraqlandıran bilirsən nədi? Axı o malları qurtarmaq Balaqardaşa nə qazandıracaq? Niyə belə canfəşanlıq eliyirlər ki bunlar? 
 - Yox bala bunlar da qabağından yeyən deyillər. İştahları böyükdi. Balaqardaş papandan mal istəyib, özünə də yox aa, Bahara. Papan da səy kimi razılaşıb. İndi də Sevil dəli qızının uşağı olmayacağını görüb, gəlini Elçinə sırımaq istəyir. 
 - Nə danışırsan mama ? 
 - Hə bala, deyir mənim uşağımı bədbaxt etdiniz , sizin üzünüzdən uşağımın yumurtalıqları partladı , sonsuz şikəst qaldı,uşağı olmayacaq. Kim alacaq onu falan... Hindi də deyir zəhmət cəkin qızıma sahib çıxın , yoxsa sizi verəcəm məhkəməyə, deyəcəm vurub uşağımı bədbəxt ediblər, qarnında uşağı öldürüblər. 
 - Qudurğanlığa bax ee...
 - Hə bala. Mən də Elçinə deyirəm ki, bala evlən, mallarımızı qurtaraq. Vəssalam, ondan sora kim durar ee bizim qabağımızda, vuracam Baharın dalına təpiyi, rəddolsun ee. Elcinin istəklisini də götürüb gedəcəyik xaricə. 
  - Eeyy ay mama sən saydığını say, gör Sevil nə sayır. Sevil elə bilirsən, qızının halına yanıb Baharı Elçinlə evləndirir ? 
 - Bəs nə? 
 -Ay hayy , qızın Elçinə sırıyır ki , Bahar ərindən bir şeyler qoparsın. Bahar bic balanın xəbəri var bunlardan? 
  - Yox ay balam. Heç nədən xəbəri yoxdu . Bu saat o öz havasındadır. 
   - Sən heylə bil hə hə. Nə qədər avamsızee deyirəm. Sevilnən Baharın hımı cimi birdi ay mama...
  Xuraman söhbətə biraz ara verdi: 
 - Bəs sən neynirsən qadan alım? 
  - Yaxşıyam
  - Yanı etibarlı yerdəsən? Səni tapmazlar ki? 
  - Yerim etibarlı yerdədir mənim Hollandiyada olduğumu heç kim demə bax . 
  - Narahat olma. Amma o gədədən nigaranam . 
  - Gədə kimdi? 
  -Habildən . 
  - Ay mama biz Avropada yaşayırıq ee. Burda köhnə palan içi tökmək yoxdur. O kitablar bağlandı artıq. İndi yeni kitab açılıb yeni roman yazılır. Sevda ilə Habil dastanı. Dərdimdən dəli divanədir. İnan Allaha elə bil heç qız qadın görməyib, uşaq kimi nazımla oynayır. Evlənmək istəyir mənimlə. Deyirəm paşyol ee, bayaqdan məni bəyənmirdin, gedib o cındıra tamah saldın, cındır da bacın cıxdı, indi mənə sulanırsan? Ölmüşdü Xankişi . 
 - İndi bəs necə olacaq ? Onsuz da papan səndən yıgır. İndi Habil məsələsin bilsə , dünyanı dağıdacaq . 
 - Sən deməsən nə biləcək? Mənim yerimi bir sən bilirsən. Neynirəm ee əri məri? Mənə ər lazımdı?
  Bütün bu söhbətləri Bahar paralel telefondan, yan otaqdan eşidirdi.

    Bir sabah yuxudan qalxarkən Sevda ürək bulanmasıyla oyandıqda tez üstünü dəyişib yaxınlıqdakı aptekə qacdı. Hamiləlik testi alıb evə gəldi , yoxladı. Bəli hamiləydi. Bu xəbəri Habilə vermək istəmirdi. Habil uşağı olmasını çox istəyirdi. Bunu dəfələrlə Sevdayla demişdi. Odur ki, tədbirini almağa başladı. Bir neçə dəfə şəhər xəstəanalarına gedib uşağı aldırmaq istədisə də, dövlət xəstəxanasında xarici vətəndaş olması və qeydiyyatı olmadığından problemlər yarandı. Özəl xəstəxanalarda qaçaq, vəziyyətdə olan Sevdanın problemini həll etmək istəmədi. Artıq 3 ay idi ki, uşaq boynundaydı. Habil bu barədə bir şey bilmirdi. Və bir gün Sevda Bəhruzun xanımı ilə bərabər gəzməkdəykən halı pisləşən Sevdaya təcili həkim çağırdı . Doktorun ilk yardımından sonra Sevdanın hamilə olduğu ona məlum oldu. Bu xəbəri sevinc ilə qarşılasa da Sevdanın keyfinə əməlli başlı soğan doğrandı. Bu uşağın varlığını kimsə bilsin istəmirdi. Çünkü uşağı dünyaya gətirməyəcəkdi...

   Bahar Sevdanın Habillə bərabər olduğunu eşitdikdə dünyası başına yıxılmışdı. Bəlkə də Habil bir başqasıyla evlənsəydi və ya bərabər olsaydı Bahara o qədər də təsir etməzdi. Lakin Sevdayla bu evliliyin və ya bərabərliyin olmasını əsla istəmirdi. Hələ eşidəndə ki , Sevda Habildən istifadə edir, anasına onun haqqında alcaldıcı sözlər işlədir. Dişi bağırsağını kəsirdi. Paralel telefonun o başından çığırıb-bağırmaq Sevdanı və anasını təhqır etmək istəyirdi.Lakin susurdu.Ən azından telefon dinləmə keyfini əlindın qaçırmaq istəmirdi. Hər telefonun səsi gələn kimi o biri otağa qaçır, qaynanası kiminlə nə danışır, nə söhbət edir hamısına qulaq asır, bu ailə haqqında bilmədiklərini öyrənirdi . Qaynanasının anası ilə Baharın üzərində oynadığı oyunları eşidəndə Bahar sanki yuxudan ayılmışdı. Elə həmin gündən buralardan qaçmağa fürsət axtarırdı. 
    Balaqardaş sözünün üstündə durmuşdu. Müzəffərin Rusiyadakı obyektlərin bir hissəsini qurtarmışdı. Qurtarılan obyektın ən gəlirlisini də-bir böyük restoran, bir komsiyon mağaza və Moskva bazarında bir dükanı böyük narazılıq olsa da Baharın adına keçirmişdi. Restoranın başına böyük oğlu Nurlanı qoymuşdu. Restoranı o işlədirdi. 
   O vaxt Nurlan məktəbi bitirəndən Astarxana atasının yanına getmişdi. Necə illər atasının köməkliyi ilə Astarxanda yaşayan Nurlan qazanc qədri bilməyən əyyaşin biri idi. 24 yaşlı bu gənc işləməsinə işləyirdi, gəşəy pul qazanırdı. Di gəl ki, günü içki masalarında qadın qucaqlarında keçirdi. Gənc olmasına baxmayaraq həyatından saysız hesabsız qadınlar, qızlar keçmişdi. Hətta ilk türmə həyatının tarixcəsi də orta məktəbli bir qızın bakirəliyini pozması olmuşdu. Hər imdadında qudurğan övladlarının hayına qacan Balaqrdaş Nurlanın bu əməllərin ört bastır edərək 3 ay sonra oğlunu içəridən qurtarmağı bacardı. Bundan sonra Nurlandakı bu "bakirəlik həvəsi" bir xəstəlik, virus kimi onun qanına işlədi. Məktəbli, az yaşlı qızların qanına susamışdı Nurlan. Manyak bir xəstəliyə düşüb məhəllədə, küçədə, bazarda az yaşlı qızlara qənim kəsilmişdi ...
   Balaqardaşın Baharı Nurlanla evləndirmək istəməsinə Sevil qəti etiraz edərək qızını Nurlan bəlasından qurtarmaq üçün əl altdan işini görürdü. Qardaşına varı Baharın adına keçirtdirmək şərti ilə Baharın razılığı olarsa onu Nurlana verəcəyinə söz vermişdi. Amma planı başqa idi. Baharı Elçinlə evlənməsini çox istəyirdi . Ən azından burda qızı güvənliydi. Müzəffərin, Xuramanın huyunu suyunu bilirdi. Qızına da Allah üçünə pis baxmırdılar. Guya Bahar Elçinlə evlənənəndən sonra Balaqardaş nə deyəcəkdi ki? Düzdür Sevil əmin idi ki, Baharı çox istədiyindən Balaqardaş  əldə etdiyi bütün bu sərvəti ona həvalə edir. Fəqət, Balaqardaş da işini bilən adam idi. Qanı bahasına əldə etdiyi bu malları yoldan keçənə yedirtmək istəməyəcəkdi. Baharın sonsuz olması heç kimin vecinə deyildi. Təki ortqda mal olsun sərvət olsun. Oğlunun gəliri olsun. Kişi xeylağıdır, uşağı hardan olsa , kimdən olsa tutar. Bəli  Balqqqrdaş ancaq bu yolla oğlunun əlini ayağını bir yerə toplaya bilərdi. Nə olur olsun o Baharı manyak oğluna alacaqdı. Bir sərvət üçün Baharın nə xəstəliyi, nə də sonsuzluğu kimsənin gözünə görünmürdü. Rəsmən var üçün Baharın şəxsiyyəti, mənliyi və hissləri ilə oynayırdılar. 
   Sevda ilə Xuramanın telefon danışıqlarından sonra Bahar sanki yuxudan ayılmışdı. Özünü tənha və çarəsiz görürdü. Düşdüyü bu qızıl qəsrdən çıxıb azadlığa qovuşmaq istəyirdi. Elə bi haldaydı ki, sanki qızıl imarətin hasarlarından o tərəfdəki azadlığa həsrətlə baxırdı. Həbsxanadan qaçmaq istəyən dustaq kimi yüz cür plan cızıb silirdi beynində. Nə olur olsun, geri dönməmək şərtiylə buradan qaçaçaqdı... Gözəl planları vardı, xəyalları sərhəddən kənarda uçurdu. Ama necə çıxacaq bu həbsxanadan? Ah bircə bu hasarları aşıb o yana keçə bilsə... Kaş kə onun bu hasarları adlaması üçün ayağının altına daş qoyan olsa. Ah kaş kə Sevil ona analıq edib onu bircə dəfə evinə qəbul etsə. Ondan sonra o burada gərindən nəfəs alıb, rahat hərəkətə edəcəkdi. 
   İstədiklərini, düşüncələrini nə qədər Sevilə anladıb ona yalvarsa da Sevil onun ağzından vurub onu sakitləşdirirdi.
   - Ana, bir fikirləş, nolar. Axı məni bu evə bağlayan nə ərim, nə uşağım yoxdur. Axı mən burda niyə qalmalıyam ki? 19 yaşım var, dul qalmışam . Ömür boyu mən kimisənin boynundan artıq et kimi sallana bilmərəm, axı mən də gələcəyimi,  həyatımı qurmaq istəyirəm, ər evi həyat deyil. Mən həyatımı kareyamla guracam... 
   - Səbrli ol başına dönüm. Hər şeyin bir vaxtı var. Ərin təzə ölüb. Mən indi bu dəqiqə durub səni evimizə gətirsəm millət cəmdəyime tüpürər. Cavan gəlinsən sözə söhbətə düşərsən. Deyəcəklər ki, anası dul qızın çəkib gətirdi, ərə verəcək. Yazıqdır Xuramangil də ... Allah üçünə , səni nə qədər çox istədiyini məndən yaxşı bilirsən. Səni ovuclarında tuturlar. Allah göydən baxır. İndi belə yaralı vaxtlarında durub sən onları tərk etsən Allah üstünə od ələyər. 
   -Ana, onlar məni öz məqsədləri üçün yanlarında saxlayır. 
   Sevilin kürkünə birə düşdü. Bəlkə Bahar Xuramanla aralarında olan söhbətləri bilir. 
    - Nə məqsəd? Bir şey bilirsən?
    - Bilirəm ...
    - Nə bilirsən axı de görüm bir ! Ürəyimi partlatma. 
   - Sevdayla danışanda eşitmişəm 
   - Sevdayla ?
   - Hə  
   - Axı Xuraman Sevdanın harda olduğunu bilmir?
  - Bilir. 
  - Hardadır? Onu axtarırlar axı , həm polis, həm mafiya 
   - Hol... - Hollandiyada deyəcəkdi. Özünü güçlə saxladı. Anasını bilirdi. Ağzında söz dayanan deyil. Əgər Sevdanın Hollandiyada olduğunu bilsəydi, anası aləmə car çəkəcəkdi. Polis onu tapmasa da mafiya onu axtarıb tapardı . Sevdanın canı cəhənnəmə, Bahar Habildən nigaran idi. Sevdanın onu da bu pisliyə bulaşduracağından qorxurdu ...

    Sevdanın hamilə olduğunu öyrənən Habil cox sevinmişdi. Gec qalmadan onunla nigaha girməyi planlayırdı. Artıq sənəd işlərini başlatmışdı. Lakin Sevdanın orda qeydiyyatda olmaması və bu ölkədə qeyri qanuni yaşaması bütün işlərini dolaşığa salırdı. Habilin Sevdanın Azərbaycandan niyə qaçmağından xəbəri yox idi. Sevdanın şirin dilinə inanıb onun guya buraya yaşayıb işləmək üçün gəldiyini bilirdi. Odur ki , vaxt itirmədən onu Azərbaycana yollayıb, sənədlərini nizamlamasıni istəyirdi. Onun Azərbaycana getməsi mümkün deyildi. Həm böyük məbləğdə pul cəzası, həm də ölkədən deport qərarı  onu qorxuzurdu.Bir də Azərbaycandaki vəziyyət . Elə aereportda onu həbs edəcəkdilər...
   Habil üç dəfə Sevdaya bilet aldi, pul cəzasını ödədi, onu aeroporta gətirib təyyarənin uçmasına qədər gözlədi, hətta təyyarənin arxasınca əl də etdi. Lakin evə gələndən bir iki saat sonra Sevdanı qapıda gördü. Sevda ona yalvarırdı :
   - Qurban olum yalvarıram , məni ora göndərmə. Papam məni belə görsə, tikə tikə doğrayacaq-deyə şişmiş qarnına işarət edirdi. 
    -Axı mən səni sahibsiz qoymuram. Mən sənə də oğlumuza da sahib çıxıram. Mən səninlə evlənəcəm, gözəlim. Get atanı başa sal. De ki , gəlmişəm sənədlərimi düzəldim, geri  dönümki rəsmi nigaha girə bilək . İstəyirsən mən zəng edim sizinkilərlə danışım ...
   - Yox,  yox ... Sən nə danışırsan əgər bizimkilər bilsələr ki, sən Baharın eks nişanlısısan ...
   -Nolsun ki? Bahar kitabı bağlanıb axı. Bahar mənim bacımdır. Qismət belə gətirdi. Həyatdır, əlimizdə olan şey deyil ki, nə edə bilərik? 
   - Orası elədir ee. Amma Bahar mənim qardaşının ...- "Arvadıdır" demək istədi. Özünü güclə saxladı. Anasının onu xəbərdar etməsi qulaqlarında cingildədi. "Barı Baharın bizim gəlin olduğunu demə ona səndən qisas cıxar"
   Sevdanın Habillə "gizlənpaç" oyunu taa 8 aylıq hamilə olan vaxta qədər çəkdi. Bir gün Habil əlində iki biletlə gələndə Sevda ona yalvardı. 
   -Mən belə gedə bilmərəm axı,  hamiləliyim ağır keçir. Görmürsən nə haldayam, axı belə necə yola çıxa bilərəm? Hec təyarəyə buraxmazlar məni. 
  - Narahat olma, konsulluğa müraciət edib izin kağızı alacağıq. Qanunla burada qaçaq vəziyyətdə yaşama, doğma haqqın yoxdur. Onlar özləri getmən üçün şərait  yaradacaq. Təyyarədə də sğorta olunacaqsan. Nə lazımsa sənə təcili yardım olunacaq. 
    -Nə pis adamsan sən? Niyə belə edirsən ki? Bu vaxta qədər gözləmisən biraz da gözlə. 
   -Yox daha gözləyə bilmərəm. Uşaq olandan sonra gedərsən daha cəzaya da baxmazlar. Uşaq bura vətəndaşı sayılacaq. Sən tək gedərsənsə geri dönüşün də müşkül olacaq. Mən də süd əmər uşaqla burda qala bilmərəm. Ən yaxşısı indi gedib sənədlərini hazırlayıb, elə orada da ZAQS-a girmək olacaq. Lap dayımgildə qalarıq . İsmayıl dayımı atana minnətçi də göndərərəm, bizi bağışlamağını istəyər. Gedərik barışarıq. Vəziyyətə baxarıq, gələ bilməsək, elə orada doğular oğlumuz.
   - Tərssən ki, tərs. Bax budur deyirəm məni ora götürməyinə it kimi peşiman olacaqsan - deyə Sevda hirslə Habilə qışqırıb, hikkəylə otağına keçdi. 
   Bakı aeroportuna enib bağaj alım yerinə keçdilər. İçəri qələbəlik idi, qapı ağzında polislər pasportları yoxlayurdılar. Sevda vəziyyətin çətin olduğunu görürdü. Demək axtarışda olan Sevdanın Hollandiya aeroportundan vətənə dönüşünü bildirmişdilər. Burdan qaçış yox idi . 
   - Habil sən çomadanları al, mən tez ayaqyoluna qaçım gəlim, cıxıb məni çöldə gözləyərsən - deyib aradan çıxdı. Tuvaletdə nə qədər gözlədiyini bilmədi. Qapı arasından bayırı gözətləyirdi. Burdan cıxıb qaçmağa yollar araşdırırdı. Qış günü idi. Həm qarnı burunda, həm eynindəki ağır xəzdən, həm də stres və qorxudan tıncıxırdı. 
   Elə bu vaxt içəri bir qara çadralı qadın girdi. Cadrasının üst qismini çıxarıb səliqə ilə qatlayıb küncdəki uşaq baxım masasının üstünə qoyub boş kabinələrin birinə girdi. Sevda vaxt itirmədən qadının cadrasını başına atıb ətəklərini şubasının altına soxdı. Gözlüyünü çantasından çıxartdı, gözünə taxıb aynaya baxdı. Çox dəyişilmişdi. Elə bu vaxt qadını qapını acanda Sevda tələsik özünü bayıra atdı. Çıxış qapısına gələrkən baqaj alım yerinə boylandı. Habil yox idi . Demək bayıra çıxıb. Qapıda da polis yox idi. Bu fürsəti qaçırmaq olmazdı. Qapılar açıldı. Elə qapıdan çıxacaqdi ki...
                        *****
   Dünən paylaşdığım bölümdən yana həm gələn rəylər həm də Baharın mesajı məni əlimi saxlamağa məcbur edirdi. Baharın dünənki bölümdə övladını başqasına verməsi qrupda etiraza səbəb olmuşdu. Qrup üyələri Bahardan belə bir şey gözləmədiyini təssüf edərək yazırdılar. Qrupun narazılığı da Bahara təsirsiz keçmirdi . Bahar açıq aşkar özün müdafiəyə keçmişdi. 
   Özü qrupda paylaşımımı gizli təqib etsə də bütün yazıları və rəyləri oxuyurdu. Kiməsə cavab vermək istəyincə mənə yazırdı. Məndən onun adı ilə rəyləri cavablandırmağımı xahiş edirdi. Yazdıqlarını kopyalayıb paylaşmamı istıyirdi :
   " Eziz dostlar, hər birinizə ayrı ayrılıqda təşəkkür edirəm. Hər birinizin fikirlərinizə hörmətlə yanaşıram. Çox xahiş edirəm, bir neçə dəqiqəlik özünüzü mənim yərimə qoyun.19 yaşlı dəstəksiz, arxasız, məzlum, analıq hissinin belə nə olduğunu bilməyən , duyğusuz, cəsarətsiz, həyatın bərkinə boşuna düşməyib birdən birə uçurumdan yuvarlanan bir uşaqdan nə gözləyirdiniz ki? Uşaq deyirəm, bilirsinizmi niyə? Çünkü ağlım bir qarış havalarda xəyallarda yaşayan, hər çətin günümdə həyatımın ağ atlı qəhrəmanını gözləyən uşaqkən qadın edilmiş bir cahil idim o vaxtlar. Dara düşdüyümdə əlimi göyə açıb saf saf Allahdan ağ atlı prensi yollamasını xahiş edən uşaq idim mən. Təbii ki indiki şəraitdə olsaydım əlbəttə ki, mən də sizin kimi düşünərdim. Balamı atmazdım. Sözsüz ki, indi bütün bu etdiklərimdən peşimanam, bəli it kimi peşimanam. Məni o qədər daş bilməyin, nə qədər "daşa dönmüşəm" desəm də, sinəmdə daşıdığım bu ürək bir parça ətdır, hər zaman sızıldayır. Bəzən gecələr yorğanıma sarılıb yatanda daha gənc qadınlar kimi sevgilinmin çiyninə başımı qoyub doya doya ağlayıb, ən sonda sevgilimdən təsəlli verici söz gözləmirdim . Artıq həyatın yalanından daşa dönmüşdü bu ürəyim . Doğru deyirsiz o zaman mənim 25 demirəm 30 yaşım olsaydı elə sizin kimi düşünərdim . Cünkü mən 30 yaşımda artıq həm mənəvi, həm maddi, həm də həyatın hər çətinliyində yıxıla dura bərkimiş qadın idim. Ancaq 19 yaşında həyatın burulğanına düşmüş bir saman çöpünə bənzəyirdim .
               _____ 45 _____
   Yeni ili qrupdan tanıdığım bir oxucumun ailəsi ilə bərabər  qarşıladıq. Bizi evlərinə dəvət etmişdilər. Çox səmimi və istiqanlı olan bu ailə bizi öz mehribanlığı ilə daha da yaxın etmişdi. Coxdan danışırdıq, qadınlar arasında  bir necə dəfə görüşmüşdük. Ailəvi tanış olmağımız yeni ilə dəng gəldi. Bizi evlərinə dəvət etmişdilər. Yedik içdik əyləndik. Gözəl bir gün keçirtdik. Zamanın necə keçməyindən xəbərimiz olmadı. Gecə 12 də yeni ili atəşfəşanlıqla qarşıladıqdan sonra cavanların əyləncəsi başladı. Gedək deyə deyə saat ikiyə gəldi. Artıq çox gec idi. "Bizə müsade" deyib, öpüşüb görüşüb, təkrar bir birimizin yeni ilimizi təbrik edərək, bir birimizə yeni ildə uğurlar və xoş arzular diləyərək evimizə gəldik. Çox yorulmuşduq. Odur ki, evə girən kimi hərə öz otağına çəkildi. Ev əhli şirin yuxuya dalarkən, həmişəki kimi mən salonda oturub telefonda oxucularımla baş başa qaldım. Watsaat, insteqram ,  facebookdan gələn yeni il təbriklərini oxuyub onları cavablandırırdım. Qrupda gəzinirkən bir gözüm də  Baharın dramına yazılan yorumları gəzirdi. 
   Bu arada Baharın bayram günü öz profilində yazdığı sitəm dolu yazı diqqətimi çəkdi :
   - Bəzən gedən ilə dərd yükümüzü bağlayıb onların bir daha geri gəlməməsi arzusuyla  yola salmaq istərik. Hamı üçün yeni ilə xoş əhval ruhiyəylə girmək çox gözəl səslənir - elə deyilmi dostlar? Bəli, eynən belə, lakin və amma... Görək köhnə ildə buraxdıqlarımız qoyduğumuz yerdə duracaqmı? Xeyr, bu il də həmişəki kimi olacaq... köhnə problemlər və dərdlər bu dəfə də yeni astara bürünüb, yeni donla girəcək bəzilərimizin həyatına. Yeni pərdə ilə açılacaq baş rol aldığımız səhnələrə...
  YENİ SƏHNƏLƏRDƏ GÖZƏL VƏ XOŞ PƏRDƏLƏRDƏ GÖRÜŞMƏK ÜMİDİ İLƏ YENİ İLİİNİZ MÜBARƏK, ƏZİZ DOSTLAR !!!

                     *******

   ... Habil eşyaları götürüb bayra çıxdı. Göz görən yerdə bir kənara çəkilib siqaretini yandırdı. Sevdanı gözləyirdi. Siqaret bitdi, biraz ətrafda dolaşdı, lakin Sevda gözə görünmürdü. 
   - Harda qaldı ee bu? 
   Səbri daralırdı artıq. Çomadanları sürüyərək təkrar içəri girdi. Sevdanın girdiyi tuvaletin önünə gəlib tuvalet işçilərindən birinə yaxınlaşdı. Vəziyyəti onlara başa saldı. 
   - Pardon, xanım, biraz əvvəl yoldaşım buraya girdi, hamiləydi, Bayaqdan gözləyirəm, gəlib çıxmadı. Bəlkə halı pisləşib içəridə, axır aylarıdır. Sizə bir əziyyət versəm... Zəhmət olmasa içəri baxarsız?
   İşçi qadin içəri girib çıxdıqdan sonra burda elə bir adam olmadığını dedi. 
  Təyyarədən endikləri 4-5 saat olmuşdu. Hələ də peronda həyəcanla gəzişib gələn gedənin arasında var gəl edərək Sevdanın gözləyirdi Habil. Aeraportun güvənliyinə yaxınlaşıb yoldaşını axtardığını dedi. Sevdanı hər yerdə soraqladı. Gördüm deyən olmadı. 
    Nəhayyət hər yerdən, hər şeydən əli üzüldü. Çomadanları da götürüb, taksi dayanacağına gəldi...
   Telefonun səsi gələn kimi Bahar bu dəfə də o biri otaqdakı telefona qacıb , zaldakı telefonun dəstəyini qaynanası qaldırmağını gözlədi. Bu dəfə dəstəyi Elçin qaldırdı. Telefonun o başından qarışıq səslər gəlirdi amma zəng edən adam kim idisə danışmırdı. Bir neçə dəfə telefona səslnən Elcin səbrsizlənib səsini yüksəltdi. 
  - Alo, niyə cavab vermirsiz, eşidirəm. Danışın !!!
  Cavab almayan Elçin dəstəyi asdı. O biri otaqda hələ də dəstək Baharın əlində idi , telefona yansayan anlaşılmaz səsləri dinləyir. Səsdən nəsə anlamağa çalışırdı, lakin heç nə başa düşmürdü. Dəstəyi asacaqdı ki telefondan: 
   - Hə noldu, çox gözləyəcəyik səni? Niyə danışmırsan? - deyə bir kişi səsi gəldi. 
   - Birazdan zəng ...
    Ara kəsildi. Bu ikinci səs tanış səs idi, ilinci səsin sahibi Sevda idi. Baharın urəyini qarışıq hisslər bürüdü. Bilmirdi əsəbindən mi, yoxsa sevindiyindənmi, əllərin bir birinə birləşdirərək göyə baxdı, pıçıldadı:
   -Şükür Allah, nəhayyət bir çıxış yolu göstərdin mənə- İlk dəfə idi ki, Sevdanı bu qədər görmək istəyirdi. İlk dəfəydi ki, Sevdanın varlığına sevinirdi. Sanki onun həyatının kələfi onun əlində idi. Onun gəlişi ilə bütün düyünlər çözüləcəkdi. Onu o qədər görmək istəyirdi ki ...

   Habil dayısıgilə gəldi. Məleykə də onlarda idi. Başna gələnləri, onlara danışdı. Bu müammalı hadisəyə bərabər çözüm aramaq istədi. Lakin Məleykənin;
   -Bəlkə Sevda səndən gizlənir? - fikiri biraz Habili düşündürdi. Sevdanın son xəbərdarlığı yadına düşdü :
  - Tərssən ki, tərs. Bax budur deyirəm, məni ora aparmağına it kimi peşiman olacaqsan...
   Sevdanın Azərbaycana gəlmək istəməmsi səbəbini qəbul edə bilmirdi. Axı Habil Sevdaya qarşı ciddi idi. Ortada uşaq vardı. Heç bir ata qızına qarşı kin güdəcək qədər qəddar ola bilməzdi. Nə qədər kinli olursa olsun. Sevda istəmirsə heç atasıyla barışmaya da bilərdi. Buna məcbur deyilki, onlar buraya sənət üçün gəlib. Ata Azərbaycanda yaşayır deyə evdən qaçan qıza ata hirslənib deyə o qız vətəndən qaçaq düşməli deyil ki... 
    Habil əsəbi halda otaqdan otağa gəzişir, beynində dolaşan sualı dilə gətirirdi.
  -Axı mən ona neylədim ki,o məndən qaçsın? Axı buna heç bir səbəb yoxdur. Mən onunla evlənmek üçün buraya gətirmişdim. Burada pis nə var ki? Övladıma adımı soyadımı vermək istəyirəm mən. 
   - Sən heç onu düşündünmü belə vəziyyətdə, evlənmədən hamilə halıyla onun atasının, qardaşının üzünə çıxması nə deməkdir? Heç atası onu qəbul edərdimi? 
   - Haqlısınız... Mən də belə olmasını istəmirdi. Ay bacı, mən onu atmıram ki. Mən ona sahib çıxıram. Evlənmək istəyirəm. Həm də bu qız hara gedə bilər axı? 
  - Ay oğul, onlara xəbər vermək lazımdır. Sabah bir şey olsa səndən biləcəklər. Deyəcəklər bir ilə yaxınır səninlədir. Noldu, indi Bakıya gələn kimi yoxa cıxdı?
 -Axı mən onların evlərini tanımıram heç. Necə tapım ailəsini mən onun? 
  Üçü də birlikdə düşünməyə başladılar. Bu müammalı işə bir yol axtarmağa çalışdılar
   - Bəlkə polisə gedək ? 
   - Yox ... özün özünü dolaşdırarsan . Gedib nə deyəcəksən. Mən qeyri qanunu bu qadınla yaşamışam , hələ rəsmi nigah olmadan hamilə qalıb. İndi də yoxa çıxıb? Polisə bu saat bir bəhanə lazımdır soğan kimi soysunlar adamı . Dayan bir şey fikirləşərik . 
   - Mən tapdım - Məleykə sevincək dilləndi . 
    - Nə ? 
    - Bahar və ya Baharın ailəsi ...
   - Nə dəxli var ki, Baharı qarışdırma bu işə. Güclə unutmuşam hər şeyi . 
   - Yox onu demirəm. Axı Baharla Sevda qrup yoldaşı həm də aləvi dosturlar. Sevdagilin evlərin bilirlər. Gedək adresi onlardan soruşaq .
  - Əsla! Bizi görsələr üz verməzlər bizə.
   - Hə o da düzdür. 
   - Bəs neyləyək ? 
   - Zəng elə bir bəhanəylə Baharı çağır. Onlara hiss etdirmədən danış Baharla. 
  - Nə deyirsən dayı ? 
   -Ağıllı fikirdir! 
    
    Bahar işini gücünü atıb telefonun yanında bitmişdi. Telefon onun ümüdü idi sanki. Əli iş görsə də gözləri telefonda ilişib qalmışdı. Qulağı səsdə idi. 
   Yeri silib, əsgini pol ağacının başına atdı. Pol vedrəsini qapının ağzına qoyub təkrar pol ağacı ilə evin yuxarı başına kecdi.Elə bu vaxt telefon səsləndi. Pol ağacı əlində sevincək telefona qacdi. Həsrət və ümüdlə gözlərini telefona zillədi. 
   - Ay Bahar, ay bala, o telefonu niyə mələdirsən cavab versənə -Xuramanın səsi onu özünə gətirdi. Dəstəyi qaldırmaq istədi. Bəlkə Sevdadır. Qardaşıyla danışmadıysa heç mənimlə də danışmayacaq - Deyə düşündü . 
  - Əlim kirlidir, bəlkə sən açasan ?
  - Pay dədəm vayyy... bir evi silmək necə saat çəkir? Bahov heeyy, əlli tərpən qapıdan içəri girən olar yer yurd sudur ... Aloo...- Xuraman deyinə deyinə mətbəxdəki dəstəyi qaldırdı. Qaynanasının dəstəyi qaldırdığını görüb, öncə qapıya getdi . Koridordan otaqlara boylanıb içərini kontrol etdi. Elçin öz otağında gitarını dınqıldadırdı . Müzəffər zalda televizora baxırdı. Ehmalca telefonu götürüb öz otağına keçdi. Telefon kabelini ayağı ilə tələsik nizamlayb qapını örtdü. Ayağını qapıya dırədi. Dəstəyi ehmalca qaldırıb qulağına tutdu : 
   - Bıy, Allah başıma daş salsın, indi hansı şöbədəsən? Bəs qanına bələnmış hara getdi ?
  - Nə bilim, ay mama elə qapıdan çıxırdım ki, məni saxladılar. Şöbəyə apardılar. Habili görə bilmədim ki , nəysə cox danışa bilmirəm , gəl burda başa salaram. Amma elə elə papa heş nə bilməsin .
  - Ay bala nətər bilməsin ee. Bu iş də gizli qalarmı. Bəs məhkəmə zad olsa, tutulsan? 
 - Mama mən qurtaracam burdan narahat olma . Onlar məni burda qoymazlar. Bəlkə indi qarnım burnumda məni qəbul etməzlər. Eybi yox. Amma bu uşaqdan qurtulan kimi məni burdan cıxaracaqlar. Mənimki də belə yazılmış. Neyləmək olar? Ölənə qədər bu bataqlıqda yaşayacam. Mənə qurtuluş yoxdu . Ya içəridə ya da onların kruqunda ...
   -Allah bəlasın versin onların. Gül kimi balamı zay etdilər. 
   - Mama, papama Bakıda olduğumu demə . Məhkəmə də gizli olacaq . Qoy  papa məni elə itkin kimi bilsin . Nəysə vaxtım qurtardı. Gözləyirəm tez ol tez gəl - deyincə Bahar tez dəstəyi yerinə asdı.
  -Demək Sevdanı tutublar, şöbədədir. 
   Sevindi. Uzun zaman gülümsəməni unudan dodaqlarına təbəssüm gəldi . Gözlərinin içi gülürdü . Qapını açıb bir əlində telefon, bir əlində pol ağacı koridora çıxınca qarşısında qaynanasını gördü. Sevincinin həyəcanını yaşamadan dodaqlarının gülüşü söndü
   -Sən telefona qulaq asırdın? 
   - Əlbəttə...
    Bahardan ilk dəfə belə cəsarətli cavab eşidən Xuraman təccüüblə Bahara baxdı . 
   - Nə vaxtdan başqasının söhbətinə qulaq asmaq adət olub?  
   - Məni qoyun yerinə qoyub, qızın və Sevil bacılığın ilə başımda oynadığınız oyunları biləndən bəri...
   - Yeri get işinə! Çəkil görüm işim var, gedirəm ! 
  -Hara? Şöbəyə? Boylu qızını ədalətdən qurtarıb, mafiyaya verməyə gedirsən? 
  - Nə qələt edirsən sən? Başın xarab olub? Ayıbdır ee kişi eşidir! 
    - Ayıbdır? Yoxsa "yavaş ol, kişi eşidər?" - deyə qaynanasının ağzını əydi . 
  - Bahar mənimlə oyun oynama, işim coxdur. Çəkil aynə görüm...
   - Sakit olun. Hə haydı? - İçəridən Müzəffərin səsi gəldi . 
  - Ay bala, bir çay gətir ! 
  İkisi də bir birinin üzünə baxdı. Birinin gözlərində qorxu və həyəcan, o birinin gözlərində özündən əminlik vardı. İlk addımı atmışdı. Ömründə ilk dəfəydi ki təkbaşına mübarizəyə qalxmışdı. Geri çəkilməyi də düşünmürdü. İlk dəfə idi ki, Bahar özündən bu qədər əmin idi. Qələbə qazanmış qəhrəman kimi hiss edirdi özünü. Baxışları ilə Xuramana hökm oxuyurdu. Xuraman gözünü onun gözlərindən yayındırsa da yaddaşına həkk olmuş baxışlardan qaca bilmirdi sanki. Müzəffərin səsini eşidib əl ayaq etdi. 
   -Yeri o yana a, kişi çay istəyir. Ev də qalıb ortalıqda.Tərpən! 
   - İstəyir get ərinə çay ver də!
    Baharın belə dikbaş cavabı onu çaşdırırdı. 
  - Bıy qudurasan qurbağa, nə vaxtdan oldun tısbağa? Nə deyirsən az sən? Bərəkallah vallah qanacağına, mərifətinə.  Day sənə sözüm yoxdu. 
  - Qanacağı qızından öyrənəsi deyiləm ki - deyib əlindəki pol ağacını yerə atdı. Otağına girib mücrüsünü açdı. Bahalı qızıllarını və ehtiyyat yığdığı pullarını əl çantasına doldurub əynini dəyişdi. Otağından çıxdığında Xuraman da dəhlizdə paltosunu geyinirdi . Xuramanı belə saya salmadan layka plaşını geyindi . 
   - Hara belə? 
   - Sənə nə? 
   - Necə yanı sənə nə , qudurmusan ağeez ? 
   - Qızın kimi qudurub Dubaya oradan Faransaya Holandiyaya getməmişəm ki... 
   -Qızımın p..nu  yemə ! 
   - P.. yeyən qızındır ki, girib Habilin g...nə . Hələ bu azmış kimi uşaq da peydaxlayıb, sonra da qardaşımın əl ayağın çeynəyir !
 - Pay dədəm vay, Qardaş təsübü çəkən olub. 
   -Bə nə bilmişdin?
   -Başımı xarab eləyib ağzımı açdırma mənim, qancıq. Dilini qoy qarnına soyun əynini, rəddol gir evə! - Deyə bayra çıxmaq üzrə olan Baharı əngəlləmək istədi. Bahar qolunu onun əlindən cıxarıb dişlərini qıcadı. 
   - Buraxxx !!! Daha sizin qarşınızda əvvəlki Bahar yoxdur ki, istədiyiniz oyunu açasınız başıma. Bu dəfə sıra məndədir. 
   - Nə sayaqlayırsan gəl gir içəri. Kişi duyux düşəcək indi ha... 
   - Düşsün, məni kişiylə qorxuzursan? Elə bilirsən sizin mənə oynadığınız oyunlardan, qızının, sənin tutduğunuz hoqqalardan xəbərim yoxdu? Bircə bircə danışaram hamısını, nə yuvanın quşu olsuğunuzu qoyaram ovcuna. 
   - Ay Xuraman, nə səsdi o? - İçəridən səs gəldi . 
   - Heç nə əşi , Balaxanımın gəlini uşaq salıb, balnisadadır, gedirəm onun yanına . 
   - Sakit gedə bilmirsən? Səsiniz aləmi götürüb . 
  Xuraman Baharın qolundan tutub içəri dartanda Müzəffər əlində fincan zalın qapısında göründü. Blokun qapısında süpürləşən gəlin qaynanaya tərs tərs baxıb hökümlü səsini ucaltdı. 
   - Kurtarın a kişii !!!
   - Mən də gedirəm! -Bahar Xuramanın əlindən çıxıb özünü bayra atdı. 
   - Kişilər evdədir, a bala,axşam düşür, çay,çörək lazımdı a gəlin! 
 Bahar özünü güllə kimi aşağı atmışdı. Xuraman da arxasıyca deyinə deyinə gəlirdi . 
   - Dayan hara gedirsən ?- qaçıb tərpənməkdə olan aftobusa minən  Bahara səsləndi . 
   - Habilin, qardaşımın yanına ...
   Xuraman yolun ortasında donub qalmışdı. 
    Hava qaralmaq üzrəydi. Qar havası özünü arıq göstərməyə başlamışdı. Çox güman ki, harasa dağlara yağırdı. Bu havanın ayazından hiss olunurdu. 
    Bahar metrodan çıxıb beş mərtəbəli binanın önündə dayanmışdı.Evlərin pəncərələrində işıqlar yanırdı. Çox həyəcanlı idı. Getsinmi, gerimi dönsün bilmirdi. Axı hara dönəcəkdi? Evinəmi? Dönə bilməzdi . Evdən çıxanda qaynanasıyla pərdəni yırtıb çıxmışdı. Axı onu o evə bağlayan bir şey yox idi . Nə əri, nə uşağı . Öz evlərinəmi getsin? 
   -Yox, ora niyə? Axı orda mənim kimim var, nəyim var? Anam? Hansı ana qızını pul ,sərvət qarşılığında zay edər? Onlar yalanları ilə məni bədbəxt etmədilərmi? Daha onlardan başqa nə gözləyirəm ki? Növbəti yalanlarmı? 
   Qaranlıqda üzünə düşən maşın işığından gözləri qamaşdı. Əlini qaşlarının üstünə tutub gözlərini işıqdan gizlədi. Yoldan çıxıb binanın qarşısındakı yaşıllıqa tərəf keçdi . Maşın gəlib tam binanın önündə dayandı. Bu maşın Mahmudun maşını idi - atasının ...
   Tez qonuşu bloka girib ordan onları izlədi. 
   - Bunların burda nə işi var? - deyə öz özünə düşündü. Daha ağlına gəlməzdi ki, Habilin yanına getməsini qaynanasına deyəndə Xuramanın ağlına gələn yer İsmayılın evi olacaqdı.
   Anası, qaynanası, Mahmud və Elçin maşından düşdülər. Elçinlə o birilər arasında mübahisə var idi. 
   - Axı səhv edirsiz. Camaatı məcbur yanınızda saxlaya bilməzsiniz. Buna heç qanunlar da icazə verməz. Bahar onların ailəsidir. Bahar İlkinə qədər sizin gəlin idi. İlkin yoxdu, başa düşürsüz? Nə deyə bu gəlini yanınızda saxlaya bilrsiniz axı?
  - Dilini qoy qarnına. Özündən fason cıxartma. Səni yanımızda gətirmədik camaata vəkillık eliyəsən - Xuraman Elçinə çəmkirdi. 
  - Mama, özün bilərsən. Məni zibilinizə alət etməyin, əl çəkin məndən. Başa düşmürsüz? Ay Mahmud dayı, deyək bunlar cahil savadsız adamdı, sənə nolub a kişi? Nə gəlmisən bunların qazına? Qanunları məndən yaxşı bilirsən. Ağsaqqal adamsan...
  - Elə deyil ee ay oğul...
   -Siz onu məcbur heç bir yerə apara bilməzsiniz.18 yaşını keçmiş müstəqil insandır Bahar. İstədiyi həyatı özü qura bilər seçim onundur. Buraxın camaatın yaxasını ! Qoyun həyatını yaşasın ! Yaxşısı da pisi də özünə. Yıxılanda özü ağlayacaq sizə nə? 
  - Bu da mənim ağıllım ! Belə deməklə ortalığı qarışdırma sən . Sənin borcuna qalmayıb - Sevil səbrini basa bilmədi - sən onun ayağının altına daş qoyma , yaxşısı budur, get otur maşında ...
   Danışa danışa içəri - bloka keçdilər. Aranı sakit görüb Bahar o biri blokdan çıxması ilə tekrar gizləndiyi yerə qayıtması bir oldu. 
   Dubluyonka monta bürünmüş uzun saçlı oğlanın kölgəsi onu kövrəltdi . Dolmuş gözləri ilə qaranlıqda onun kölgəsini izlədi. Əlini qaldırıb öncə sinəsinə , sonra dodaqlarının üstünə qoyub ağzını möhkəm sıxıb için için hıçqırdı. Gözlərindən lombur lombur yaş tökdü. Sıxılmış dodaqlarının adasından iki kəlməlik nida qopdu: 
   - Dayan Habil !!!
  - Xanım sizə kim lazımdır? - Arxadan gələn səs Baharı geri atdi. 
   - Şey ... mən ... şeydi ...mən bura qonaq gəlmişəm. Adam var onu gözləyirəm gəlsin bir yerdə yuxarı çıxacaqdıq. Ondan burda gözləyirəm. 
   Tanımadığı yad qızı görən bina sakini şübhəylə Bahara baxdı : 
   - Kimə gəlmisüz?
   - Şeey ... İsmayıl dayıgilə...
   - İsmayıl kimdir alə? Burda İsmayıl adlı adam olmur. Davay çıx bayra !!!
   - Necə olmur? Keçmiş rayspalkom ...
   - Davay , davay çıx! Bayırda gözlə adamını. Bloka yad adamların girişi qadağandır. 
   Guruldayan blokdakı səsə birinci mərtəbədə yaşayan bir kişi çıxıb sual dolu baxışlarla onlara baxdı . 
   -Ay Bilal dayı burda İsmayıl olur? 
   - Burda yox 2 ci blokda var. Noldi, İsmayil lazımdu? 
   - Mənə yox ee. Bu xanıma . Rayspalkomda işləyib deyir. 
   - Hə, hə... İsmayıl müəllim ... Tanıyıram. 3 cü mərtəbədə qalır, yaxşı tanıyıram. Məhəllənin köhnə kişilərindəndir, sayılıb seçilən ...
   Bahar özündən razı halda qarşısında dayanmış kişiyə baxdı. Baharın baxışlarından guya utanıb cənəsini ovuşduran gənc adam bayaqkı kobud rəftarına görə bu dəfə də kobudcasına Bahara üzürxahlıq elədi . 
    - Həə... mən nə bilüm ee . Elə bildüm yenə oğru , azan - təzəndi... o qədər gəlib bloklarda burnunun suyunu axıdan, gədələrlə qarpışanlar var ki. Nə bilim ee . Sən Allah mənü bağışlayün . Amma İsmayıl müəllim burda olmur,  yenə süz səhv gelmisüz. O biri bloka girməkdən bizim bloka girmisüz . 
   - Hə bilirəm ...
   - Demək... bilərək bura girmisən, hə? Fikriniz nədür, niyə girmisüz bura, bilməy olar? 
  - Eeee, əl çəkin, məndən , gedirəm!!! 
   Bahar blokdan həyətə çıxdı. Elçin maşının yanında dayanıb siqaret çəkirdi. Bahar etrafına baxa- baxa Elçinin yanına geldi. 
   - Elçin ? 
   - Bahar? Burdasan? - Deyə Elçin bloka boylandı. Səni axtarmadığımız yer galmayıb. Mamangil yuxarıdadılar. 
  -Bilirəm. 
   -Niyə gəldin bura Bahar? Fikirin nədir? Axı sən hələ də Habil ümüdüylə yaşaya bilməzsən bacı, başa düşürsən, o sənin qardaşındır...
   -  Bilirəm Elçin, bilirəm. Sevda tutulub xəbərin var? - Canı darlanmış kimi Bahar şərfi boynundan boşaldıb onun sözünü kəsdi. 
   - Yox... Nə danışırsan sən ?  
  - Xəbərin yoxdu? Görürsən həmişəki kimi bu dəfə də anan hər şeyi sizdən gizlətməyi bacarmış. O qadın qırx qazanın mayasıdır ee ... mən həmişə deyirəm mənə inanan yoxdır . 
  - Sən utanmırsan, mənim anam haqqında  üzümə qarşı belə danışırsan?  
   - Niyə utanmalıyam? Ananın sizdən bacının işləklərin gizləməklə utanmır, mən utanacam? Haqqımı tapdayaraq məni qoyun yerinə qoyur, mən də qəbul edəcəm? 
    Elçin hirslə Baharın qolundan tutub silkələdi . 
  - Başın xarab olub?  
  - Elçin sən ananı tanımırsan? Əgər anan doğru adamdırsa bacının tutulmağını səndən, atandan niyə qizlədir. Hələ hamilə olmağını demirəm - Elçinin gözləri böyümüşdü . Həmişə sakit görünən Bahar indi onun anası, bacısı haqqında dil - dil ötür. 
  - Bu gün sabah doğacaq, amma sizin heç nədən xəbəriniz yoxdur. Yaxşı bəs bu uşağın Habildən olduğunu bilirsən?
  - Az nə danışdığını bilirsən? Habil hara Sevda hara? 
   Bahar ihtezalı gülümsədi :  
   - Hə , hə siz elə bilin ...
   Blokun kiçik pəncərəsindən işıq oynadı.Yuxarı qalxanlar geri dönürdülər. Baharı burada görsəydilər onu zorla aparacaqdılar.
   Bahar hələ də danışırdı . 
  - Sən özün mənə demədin ki, anam bizi rusiyadakı mallar üçün evləndirmək istəyir?  Bir ana uşağının xoşbəxtliyini söndürüb bu işə necə əl qoya bilər? Sən ananı bu qədər də saf bilmə,Elçin. Mən nə qədər o evdəyəm sənin də yaxanı buraxmayacaqlar. Sən də sevgilinə qovuşa bilməyəcəksən. 
   Alışqanın işığı artıq blok qapısında göründü. Elçin Baharın qolundan tutub yaxınlıqdakı bağçanın setkasına sarmaşan kolluğuna tərəf çəkdi:
   - İndi nə düşünürsən? 
   - Mənim burdan qaçmağıma kömək elə !!!
   - Necə? 
   - Bilmirəm. Necə edirsən et ! Mən burdan qaçacağam. Getməliyəm. Bir şey fikirləş! 
   - Elçin! Hara yoxa çıxdın ay bala? -Xuramanın səsi gəldi . Mahmud maşının motorunu işə saldı . 
   - Sevdanın hansı şöbədə olduğunu bilirsən ? 
   - Bilirəm !!!
   - Sabah 9 da mənə zəng elə ! 
  Bahar başı ilə ona "oldu" işarəsi verib kürəyindən itələdi : 
   - Yeri , gözləyirlər məni görməmisən ha !
  - Bəs sən hara gedəcəksən gecənin bu vaxtı?  
   - Bahar başını yuxarı qaldırıb binanı göstərdi :
    - Əsil ailəmə !

     Mahmudun maşını gözdən itdikdən sonra, Bahar tərədüdlə gizləndiyi yerdən cıxdı. Blokun qarşısına gəlib ürkək nəzərlərlə qaranlıq bloku nəzərdən keçirtdi. 
  -Siz hələ burdasız? 
   Bahar geri döndü. Bayaqkı o biri blokda rastlaşdığı həmin kobud adam idi. Bahar ona cavab vermədən keçmək istədi. 30 -35 yaşlarındakı bu qaba adam onun qarşısına keçib şit şit güldü. 
   - Bəs deyirdün, qonağam, adam gözləyirəm, bərabər gedəcəm, noldu?
   - Başa düşmədim?
   - Sən dəə, bayaq nə dedün?  
   - Əşii , əl çek dəə - deyib ayağını ilk piləkənə qoydu . 
   - Nə əl cək azz, sən heç qonaq zad gəlməmisən, buralara yad adamsan , nə dolaşıb durursan məhəlləmüzdə? Kimsən, nəçisən? Nə axtarırsan burda - adam onun qarşısına keçdi .  
   -Sənə nə ?- deyib Bahar onu yana itələyəndə adam onun qolunu tutub buraraq özünə sıxdı. Qızı blokun qaranlıq yerinə çəkib duvara qısnadı. 
   - Sumkanda nə var çıxart !
   - Heç nəyim yoxdu. Burax oğraş , nə istəyirsən məndən? Burax !!!
   - Hee bir şey yoxdur?Yalancının... Azz sənin kimilərün mən fırlada fırlada gəlirəm. 
   - Burax ...- Bahar səsin içinə qısıb adamı var gücü ilə özündən uzaqlaşdırmağa çalışdı . 
   - Day niyə hirslənirsən ay mənim göyərçinim, yoxdursa yoxdur da neylək. Onda mən sənə borclu qalaram
   - Ay qardaş , nə borcu? Burax məni, indi dayımgil eşidəcək , burax gedim ! 
   - Bax hələ dayı deyir ee! Aazz q..ə, sənin bayaqdan buralarda nə fırlandığını bilmirəm? Senin kimiləri , bloklarda ya damara işləyir ya da  özlərini soyudur. Sən mənim canım sumkanda nəyin var bir gurtum... Yoo istifadə eləmirsənsə gəl sənin burada suyunu dərim, ama sən canın səsin çıxmasın. 
  - Nə danışırsan sən ? Manyak ...!- Bahar səsini yüksəltdi. İçəri bir anda gurladı. Özünü səsdən bir anda itirən adam tez qızı buraxdı. Bahar onun əlindən qurtulub qaçmaq istərkən adam arxadan qızı qucaqlayıb ağzını tutaraq qızın qışqırmasını əngəllədi .
    Yuxarı mərtəbələrdən bir neçə saniyəlik işıq göründü :  
   - Ay uşaq kim var orda, biraz sakit , camaat evində dincələ bilmir, əlinizdən! - Bir qadın səsi alaqaranlıq boş blokda eks seda verdi və zəifdə olsa işıqlanmış blok təkrar qaranlığa büründü. Bahar isə qurtulmaq üçün adamın qolları arasında çırpınırdı . 
   Tanımadığı adamın Bahara belə manyakca hərəkəti bir neçə il bundan əvvəl kinoteatır binasında düşdüyü vəziyyəti xatırlatdı. Bütün bədənin buz kimi tər basdı, bədəni süsləşdi hərəkət etməyə taqəti qalmadı.Nəfəsi-səsi içinə batmışdı sanki. Gözləri qaraldı, nəbzi şiddətlə atmağa başladı.Adamın qolları arasından sürüşüb yerə cökdü. Manyak adam Baharın bu hərəkətləri sakit qarşılamasını razılıq əlaməti kimi qəbul edərək onun yanına çöməldi. Siqaret və içkidən leş qoxan ağzının suyu ilə qızın boynunu, böğazını, sinəsini isladırdı. Uşaqlıqdan Baharın  pisxoloji problemi vardı .Qorxu və həyəcan anında özgüvənin itirir, səsi batır, etiraz edə bilmirdi. Bu dəfə də tanımadığı bu adamın qollarından çırpınıb çıxmaq istəsə də qışqırmağa ürək eləmirdi. Bahar səsini çıxarmayınca adam rahatlıqla öz işinə dalmışdı. Buz kimi əli plaşının altından qızın bütün bədənində,qıçları arasında gəzirdi. Onu yerdən qaldıraraq ehtiraslı pıçıltıları ilə onu evinə dəvət edirdi. Heyi kəsilmiş qız, səssiz halda çırpınaraq ona etiraz etsə də kişi ondan əl çəkmirdi. Qoftasını yuxarı qaldırıb qızın sinəsini öpərək onu həvəsə gətirmək və onu evə razı salmaq üçün murdar əllərini ətəyinin altından qıçlarına sürtürdü. Qaranlıqda tozlu torpaqlı yerdə sürünərək özünü bu manyakın əlindən qurtarmağa çalışan Baharın əlinə köhnə bir batinka tayı keçdi. Ayaqqabını qaldırıb sərt yeri ilə adamın başına gözünə vurmağa başladı. Öz üzünə damlayan isti şeydən sanki ona cəsarət gəldi. Öz özünə " vur Bahar vur, bu sənin müstəqillik əldə etmək istədiyin, tənha yaşamaq istədiyin həyatla ilk mücadiləndir. Hələ qabaqda səni nələr gözləyir, hələ irəlidə neçə illərin var, hər zaman hər şeyə hazır və diqqətli olmağın lazımdır Bahar, bax belə,vur! Bundan sonra qazanmaq için yırtıcı bir vəhşi olacaqsan. Yoxsa parçalarlar səni!" 
   Var səsiylə qışqraraq adamın murdar üzünə cırmaq atıb , sifətinə tüpüdü. Kişini üstündən kənara itələyib ayağa qalxdı. Manyak adam üzünü tutaraq Baharı pis pis söyüşlərlə söyür, qızın üzərinə gəlirdi. Bahar cəld tərpənib, cantasını yerdən qapdı və piləkənləri yuxarı qaçmağa başladı... 

    Qaynanasıyla dalaşıb evdən çıxarkən, Bahar vaxtı ilə rayispalkom işləyən İsmayılın iş yerinə gəlmişdi. İndi İsmayıl orda işləməsə də, gənc nəsil onun adını eşidib üzünü görməsə də, biraz orta nəsil nümayəndələri İsmayıl müəllimi lap yaxşı tanıyırdılar. Bahar idarədəki məsul şəxsə İsmayılın bacısı qızı olduğunu söylədi. Uşaqlıqdan ayrı qaldıqlarını və onlarla bütün əlaqələrinin kəsildiyini dedi. İsmayılın ev nömrəsini vermələrinixahiş etdikdə  deftərxana müdürəsi onu kabinetinə apardı. İllərlər əvvəl İsmaillə bərabər işləyən Nəzirə xanım Baharı biraz sorğu sual etdi. Onun doğurdan da İsmayılın bacısı qızı oduğuna əmin oluduqdan sonra telefonun dəstəyini qaldırdı... İsmayıl evdə yox idi, amma Mədinə Ulduzun və Baharın adını eşidincə Nəzirə xanıma evin adresini və telefon nömrəsini Bahara verməsini istədi. 

   Bahar neçə saatdır binanın önündə dolaşıb qalmışdı. Yuxarı dayısının evinə çıxmağa cəsarət etmirdi. Dayısı bildiyi adamı tanımırdı. Halını xasiyyətini bilmirdi. Üzünü görmədiyi birdən birə peyda olan bacısı qızını qəbul edərmi etməzmı, çox düşündü. 
   İndi rastlaşdığı manyak adamın əlindən qurtulub qaçdığında ilk ağlına gələn dayısına pənah aparması oldu. Həyəcandan neçənci mərtəbəyə çıxdığını bilmirdi. Hər mərtəbədə 4 mənzil vardı. Qaranlıqda çiblərini qurcaladı. Üstündən asdığı çarpaz çantasını eşələdi. Verilən adresi tapmadı. Nəzirə xanımın verdiyi adres hardasa düşmüdü. Təssüflə qoluna taxdığı fosforlu saata baxdı.Saat 12 yə işləyirdi. Geç idi. Yanlışlıqla başqa qapını döymək istəmirdi. Buraya ilk gəlişi bayırda xoş qarşılanmamışdı . Biraz əvvəl blokda zorlanmaya məruz qalmışdı. Artıq bura gözündən düşmüşdü .Elə bilirdi ki, hansı qapını döyüb dayısının evini soruşsa onu icəri salıb zorlayacaqdılar. Həyata atıldığı günün ilk gecəsi belə bir hadisəylə rastlaşması onu qorxuya salmışdı. Dayanmadan : " Bahar , durduq yerdə başını işə saldın, hələ ilk gündür belə şeylər yaşadın , hələ gör irəlidə səni nələr gözləyir? Hələ bir eşidən bilən sənin dul olduğunu bilsələr gör neçə şorğoz, manyak sənə sulanacaq ? Üstünə neçə itlər hürəcək? Sənə lazım idi butün bunlar? Nə inadına salmısan? Axı sənə o evdə pis davranırdılar?  Sənə lazım idi kücə həyatı?  Qalacaqsan küçələrdə. Get öl də !!! Nə istəyirsən axı, acmı qalırdın? Çılpaqmı qalırdın? Ay külbaş, nazınla oynaya oynaya qudurtdular səni! Gərək tutub qolundan ataydılar bayıra onda özün düşərdin Sevillə, Xuramanın ayaqlarına. Allahın yazdığını sən necə poza bilərsən. Bu sənin qismətindir. Əgər üzün varsa rədd ol get evinə eşiyinə , qismətinlə , taleyinlə barış otur "- deyə özü özünü danlayırdı Bahar. Gedib,  getməmək arasında qərarsız qalmışdı. İki pilləkən aşağı düşürdü, üç pilləkən yuxarı qalxırdı.
   Piləkənlərin arasından əyilib aşağını dinşədi sakitlik idi. Deyəsən manyak adam getmişdi. Yuxarı boylandı. Blok qaranlıq olduğundan yuxarı və aşağıda neçə mərtəbə olduğu bilinmirdi. Təkrar saatına baxdı.12.03 idi.Bu saatda hara gedəcəkdi bilmirdi. Oturduğu beton piləkənin soyuqluğundan sanki yerə yapışmışdı. Piləkənin dəmirlərindən tutub özünə güç verdi. Qalxmaq istədi. Əməliyyat olunduğu yerindən sanki ağır daş sallanmışdı. Əlini qarnına tutub dəmirlərdən tutaraq asta asta  aşağı endi. 
   Blokun taxta qapısını dekabırın soyuq kuləyi şiddətlə çırpırdı. Soyuq adamı buz kimi kəsirdi. Yarasının yeri çox ağrıyırdı. Addım atdıqca sanki təzə yaranın yerini küt bir alətlə deşirdilər. Sanki ayaq damarlarını dartıb qoparırdılar. Əllərini divarlardan tuta tuta qapıdan düşən zəif işığın fonunda həyətə çıxdı. Göy üzünü zülmət qaranlıq bürümüşdü. Külək qara buludları sürətlə qovurdu. Biran düşünürdün ki, bu sürət qarşısında cox keçməz bu qara buludlar bitib tükənecək , göyün üzü açılacaq ya Ay , ya Günəş doğacaq, Bahara bir yol göstərəcək. Baxca setkalarından tuta tuta yola çıxdı. Ayaqlarını zor çəkirdi . Ağrıdan nəfəsi kəsiləcəkdi sanki . Qarnını tuta tuta ikiqat olaraq ayaqlarını sürüyürdü. Gözləri yaşdanmı, ağrıdanmı yoxsa soyuqdanmı toranlaşmışdı. Hər şeyi pərdə arxasından görürdü Bahar...
   Binaların arasından bir maşın işığı dönüb düz onun üstünə gəlirdi. Əlini qaldırıb maşının üstünə yeridi. Saxladıb onu evlərinə aparmasını xahiş edəcəkdi. Maşın gəlib yanından keçəndə təssüfflə onun arxasınca baxdı :
  -Saxla !!!- deyə inildədi. Sanki maşın Baharın səsini eşitdi. İndicə Baharın çıxdığı blokun qarşısında dayandı. Şofer və bir adam düşüb maşının baqajına tərəf keçdiyini gördü ...
   Gözünü acanda özünü təcili tibbi yardım məntəqəsində gördi. Başından, bədənindən  küt ağrı qopmuşdu. Hər yeri ağrıyırdı. Elə bil canını məngənə arasına salıb sıxmışdılar. Ağrıdan başını yastıqdan qaldıra bilmirdi. Pəncərəyə baxdı. Hava açmışdı artıq. Canında bir yorğunluq vardı . Canı ağrısa da gözləri xumarlanırdı ...
   ...Təyarədə yatmışdı. Harasa uzaq bir səfərə gedirdi.Tanış səslər gəlirdi . Bu səs təyyarədə tanış olduğu yaşlı adamın səsinə, ləhcəsinə bənzəyirdı. Arada bir Məyeykə də danışırdı. Təyarədəki xidmətdə olan qızlar ona çay, su verirdi. Bahar içmək istəmirdi. Yuxudan qalxmaq istəyirdi, oyana bilmirdi. Arada Məleykə : Bahar, Bahar deyə onu çağırır. Bahar ondan küsmüş kimi üzünü yana çevirəndə təyarənin pəncərəsində Sevdanı gördü. Qucağındakı qundaqdakı uşağı atarkən Bahar onun qolundan yapışır . Sevda onu itələyəndə Bahar uşaq qarışıq gecə qaranlığında üzünü doğru - dürüst görə bilmədiyi manyak adamın gucağına düşür. Adam yenə ağzının üfunet qoxuyan suyuyla onun üzünü gözünü sulayırdı. Baharın yenə həyəcandan dili batmışdı. Çox pis vəziyyətdə idi. Blok adamlarla dolu idi . Böyük iztihamın səsi bir birinə qarışmışdı. Bir dəstə adam onlara tamaşa edirdi. Sonra uşaq noldu bilmədi . Qulağına qarışıq səslər gəlirdi. Lakin nə danışdıqlarını anlaya bilmirdi Bahar. Özünü manyağın əlindən qurtarmağa çalışırdı. Burnuna tanış xoş və sevdiyi bir qoxu gəldi . Birdən birə tutqun göylərin üzü açıldı, günəş doğdu. Qoxu tam burnunun ucunda idi. Bu qoxu onun qoxusu idi... Bəli, onun... Habilin. Gözlərini açıb Günəşə boylandı . Gözləri gamaşdı. Təkrar yumdu. Qoxu ondan uzaqlaşdı . Üstünə düşən kölgə urəyini titrətdi: elə bildi yenə o murdaq üfunət iyi verən manyak ona təcavüz edir... İtələyib o kölgəni üstündən atmaq istədi . Adamın qolları arasında çabaladı :
   - Burax !!!
   -İyimisin  kızım ? Sakin ol. Gecdi kızım. O gördüklərin hepsi bi kabustu. Bak biz geldik , biz burdayız . Sakin olurmusun Bahar kızım. Gözlerini açarmısın lütfen bebeyim , aç ...
   Bahar gözlərini açanda İlk dəfə təyarədə gördüyü yaşlı adamı gördü. Sanki ən əziz adamını görmüşdü. Dolmuş gözlərindən iki damla yaş düşdü. Dodaqları əsdi, çənəsi büzüldü, qaşları oynadı , qəfil özünə doğma bilinən bu adama əllərini uzatdı. İlk sevgisinin, ilk həyəcanına şahid olan bu tanımadığı adamı göydən yerə enmiş mələk bilib ona pənah apardı . Əziz adam kimi qollarını boynuna sarılıb, döyülmüş və  anasının üstünə qaçan qorxaq uşaq kimi hönkürüb ağladı ...
                      ****
      Mətbəximin pəncərəsindən qarşı binanın damında qarın üstündə büzüşmüş göyərçinə bənzətdim Baharı . Eynən Bahar da bu göyərçin kimi isti yuvaya, isti nəfəsə möhtac idi. Bəlkə də belə bir zamanda Arazı  qarşısında görməsi onun üçün böyük bir təsəlli idi. Bəlkə də qarın soyuğundan isti günəşə düşdüyünü zənn edirdi Bahar, bəlkə də əksinə, bu saat Baharı böyük bir boşluqda təsəvvür edirdim.Bəlkə də belə bir boşluqda Xuraman ya da Sevil gəlsəydi onlara tapınacaqdi Bahar ...
                _____46_____
    Pəncərədən ayrılıb qazı yandırdım. Çayı üstünə qoyub, təkrar telefonu əlimə aldım. Evdə tək idim çox darıxırdım. Bir tərəfdən də Baharın bu halına təsirlənmiş, doluxsunmuşdum. Bu saat ona lazım və ehtiyyac olan şəfqət verə biləcək bir vəziyyətdəydim. Əgər yanında olsaydım onun gözünün yaşlarını silib, başını bağrıma basacaqdım. Heç bir söz deməsəm də şəfqətimlə onu təsəlli edəcəkdim. Həmişəki kimi caymdan içə içə, yenə də qrupa girib biraz gəzindim, yeni gəlmiş şair dostların yeni şerlərini oxudum. Bəyəndim fikir bildirdim . Afət Arslanın "Sünbüllər Saralanda"  əsəri , Nargilə Rəhmanın " Aliyə" -si diqqətimi çəkmişdi. Nargile xanımın ilk əsəri olmasına baxmayaraq əsər öz dəsti-xəttini qoruyub saxlayaraq oxucu audiditoriyasına imzasını atmışdı.  Sünbülün ilk oxucularından idim,o mənim qaçılmaz mütailəm oldugu üçün oxumasam olmazdı. Bir tərəfdən də yeni oxucularım qrupda daha öncələr paylaşdığım "Sevgi dünyasının tənha sakini", "Təsadüfdən doğan alın yazısı" , "On ayliq xoşbəxtlik", "Güzgü", "Məktub", "Sabir müəllimin sergüzəştlri" komediya sına və s. roman və hekayələrimə  rəylər yazır, mən isə onların suallarını cavablandırırdım.
   Gecə saat 4 və mən helə qrupdaydım. Gəzinirkən Vusal Ağayevin işğaldan azad edilmiş Lalətəpədəki əsgərlərimizlə görüşündə çəkdiyi vidio məni qürurlandırmışdı. Əsgərlərlə paylaşdığı vidyolarda mənim sözümü yerə salmayıb "Türk Sanat sevdalıları qrupu" adından onları salamlaması ürəyimi riqqətə gətirmişdi ... Yaxşı oldu qrupda biraz gəzindim. Az da olsa Baharı unutdum.Yoxsa bu Baharın dərdi məni axırda şəkərə salacaqdı ...
                     ******
   ...Həmin gecə taksidə gələn də elə Araz imiş. Azərbaycandakı qeyri sabit vəziyyətlə əlaqədar işlədiyi TRT kanalından onu özəl müxbir kimi Azərbaycana ezam etmişdilər. Azərbaycana gəlmədən zəng edib Habillə danışmaq istəmiş , lakin Bəhruz Habilin Sevda ilə Azərbaycana evlənmək üçün getdiyini söyləmişdi . Bu xəbər Arazı sevindirmiş, lakin biraz da onu küstürmüşdü . Bəs belə bir şey varsa Habil onu niyə toyuna çağırmayıb. Araz İsmayıla zəng edincə İsmayıl vəziyyəti tamami ilə başqa cür olduğunu anlatmışdı. Bu ara İsmayıl Arazın işi ilə əlaqədar Bakıya gələcəyini eşidəndə, onu evinə dəvət etmişdi. Gəldiyi gün İsmayılın evinin qarşısında gecənin qaranlığında maşının qabağına qaçan üzü qanlı qıza baş qoşmaq istəməsə də, qız bayılınca insanlığı dilə gəlmişdi. Araz şoferlə köməkləşib onu yaxınlıqdakı təcili tibbi yardım xəstəxanasına yerləşdirdilər. Üz gözünün qanından qızın yaralı olduğunu zənn edən Araz , həkimin kontrolundan sonra biraz özünə gəldi. Yaralı deyilmiş. Sadəcə həyəcan və qorxudan bayılıbmış. Əməliyyatdan yeni çıxmış qızın yarası soyuqdan şişib çirk edibmiş. Bəs üzündəki o qan nə imiş? Taksi şoferi də artıq getmək istəyirdi. Daha burda qalmağın anlamı yox idi. Geri dönməliydi. Son dəfə qızı görmək için onun yanına gəldi. Üz gözünün qanı təmizlənmişdi. Yatmış qıza diqqətlə baxdı. Üz cizgiləri cox tanış gəlirdi. Bu qızı təyyarədə gördüyü qıza cox bənzətti və ixtiyarsız olaraq "Bahar?" deyərək səsləndi. Yanında dayanmış tibb bacısı :
 - Siz onu tanıyırsız?-deyə sordu
 - Bəlkə də , bir necə il bundan əvvəl təyyarədə tanışdığım bir qıza bənzətdim onu, adı Bahar olmalı idi.
   Baharın çantasından çıxan kimlik Arazı tam arxayın saldı. Bəli bu qız təyarədəki o saf, məsum qız idi. 
     Baharın xəstəxanaya düşməsini eşidən Habil və ailəsi vaxt itirmədən onun yanına gəldilər. Sözsüz ki, onlar Baharın niyə, hansı səbəbdən bu hala düşdüyünü bilmirdilər. Sonralar Bahar blokda başına gələnləri Məleykəyə danışanda Məleykə dizinə başına vurudu, ona əl atanın qonşuluqda yaşayan narkamanın olduğunu təxmin etdi və vaxt itirmədən lazımı tədbirlərə əl atdı. 
   Habil xəstəxanaya gəlsə də, Baharın gözünə görünməmişdi. Özünü bu görüşə hazır hiss etmirdi. Habilin keçirtdiyi stres Arazın və İsmayılın gözündən yayınmırdı. Dünya görmiş adamlar idi ikisi də. İsmayıl gəncliyində böyük məhəbbət yaşamasa da, Araz məhəbbətin nə olduğunu dadmışdı. Habilin yaşadıqlarını, kecirdiyi hissləri bilirdi. Araz  dəhlizində yuxarı aşağı var gəl edən Habilin qoluna girdi, aşağı baxçaya düşdülər.
    - Səni başa düşürəm, Habil ! Sənin yasadıqların mənə gün kimi aydındır . Eyni qədəri yaşayırıq. İnanıram bu günləri çətin də olsa keçəcəksən-əlini Habilin kürəyinə qoyub onu təsəlli edirdi;
  - Sən onu bacın olaraq qəbul etməlisən.
   - Etməliyəm, bilirəm kaşkə bacara bilsəm. 
   - Bacaracaqsan!!!
   Elə bu vaxt Məleykə qapıda göründü. Üzündə sevinc vardı. Əl sallayıb onların yanına qaçdı.
  - Bahar deyir qardaşımı çağır gəlsin.
  - Gördünmü Habil . O səni artıq qardaş olaraq qəbul edib. Sən də ona bacı deməlisən. Başa düşürsən? Fikirləş ki , o zamankı o rastlaşma, təsadüfən ayrı düşmüş bacı qaraş rastlaşmasıydı. Allah belə rast gətirmiş sizi bir birinizə. O rastlaşma olmasaydı siz hələ də bir birinizi tanımırdız. Təbii ki bir birinizi tanımadığınız üçün hər bir cavan kimi bu görüşü qismət və sevgi deyə qəbul etdiniz ...
   - Mənə biraz zaman verin. Mən bu görüşə özümü hazır etməliyəm. 
    Baharı xəstəxanadan bir başa İsmayılın evinə gətirdilər.Qapı ağzında onları Mədinə qarşıladı. Yerində donub qalmış Mədinə :
   - İlahi, insan insana bu qədər oxşayarmı? Allah haqqı elə bildim, Ulduz gəldi. Deyib ona sarıldı. Hamının gözü yaşlı idi. Çox duyğulu anlar yaşanırdı... 

   Bahar Hablin yanına gedirəm deyəndə Xuraman ona nə qədər əngəl olmaq istəsə də bunu bacara bilmədi . Evə də dönüb ərinə vəziyəti danışa bilmədi. Çünkü əgər Müzəffər Baharın Habilin yanına getdiyini eşitsəydi, qızının da sirrləri açılacaqdı. Hələ Sevdanın hamilə olmasını eşitsəydi... Odur ki, bir şey demədən Sevdanı nəzarətə götürmüş şöbəyə gəldi. Vəziyyətlə tanış olub, qızı ilə görüşəndən sonra ordan bir başa Sevilgilə getdi. Bütün baş verənləri onlara danışıb onlardan kömək umdu. Başına dizinə vurub fəryad edən Sevil Mahmuda zəng edib vəziyyəti ona danışdıqdan sonra Mahmud qısa bir araşdırmayla İsmayılın ev adresini tapıb Elçini də götürərək birlikdə onlara gəlmişdilər.
   Baharı orda goyub anasıgillə evlərinə gayıdan Elçin səhər açılandan telefon başında  Baharın zəngini gözləyirdi. Axı onlar Sevdanın yanına getmək üçün sözləşmışdilər. Bahar isə zəng etmirdi. Saatlar su kimi axıb gedirdi. Gözləməkdən canı darlandı. Mətbəxə keçib anasının yanına gəldi. Xuraman kiçik qazançalara yemək, çörək qoyub zənbil hazırlayırdı. Zənbilə baxa baxa keçib kranı açdı. Stəkana su doldurub masa başına kecdi: 
  - Xeyirdirmi, nə zənbilidir bu?
  - Hə? Nə bilim ee - Xuraman duruxa duruxa dilləndi - Balaxanımın gəlini yatır, dedim bir yanına gedim, yaxşı deyil.
   - Hmm... Həm də bir blok siqaretlə gedirsən?
  - Nə siqaret?
   Elçin zənbildəki siqaretə işarə etdi.
  - Hə oo?
   Dünən gələndə doğum evinin axranı xahiş etdi ki , bacı buranı qoyub bir yerə çıxa bilmirəm. Gələndə mənə siqaret al ,bir blok, pulun verəcəm .
  - Pay dədə... o boyda doğum evində adam tapılmadı siqaret aldırmağa, bir sənə dedi hə?  Nç nç nç ...
  -İnanmırsan? Elçin başını silkəlyib "yox" İşarəsi verdi.
  - İnanmırsan inanma - Xuraman incik halada oğluna çəmkirib özünü məşgul göstərdi .
  - Bəlkə mən də gedim? 
  - Hara?
  - " Doğumevinə" 
   Xuraman kinayə ilə danışan oğlunun üzünə tərs baxdı .
  - Doğum evində nə işin var?
  - Nə bilim - Elçin çiyinlərini çəkdi -deyirəm birdən Balaxanımın  gəlininin mənə ehtiyyacı olar ...
   Xuraman əlindəki dəsmalla Elçinin başına gözünə vura vura güldü:
  - Çıx  bayra, qırışmal yüz dəfə demişəm arvad işinə qarışma. 
   Elçin masanın üstündəki konfetin birini götürüb açaraq ağzına qoydu, oturduğu yerdən qalxıb eyni kinayəylə:
   - Düz deyirsən qarışmayım , arvadların qurduğu kələkdən fələk də baş açmaz. Yaxşısı budur gedim, yoxsa hördüyün torun içində barama qurdu kimi mən qalaram .
  -Ə, çıx !- deyə dəsmalı onun arxasınca atdı - Utanıb yerə girmir, gör anasına dediyi sözlərə bax?
   Xuraman şöbəyə gəlib Sevdayala görüşmək üçün izin aldı. Görüş vaxtına qədər koridorda gözləməli idi. Gətirdiyi zənbili növbətçi məmura verib bayıra çıxdı. Koridorda evlərini basan adamlardan tanış üzlər var idi . Demək qızının düşmanları, onun burda olduğunu öyrənmişdilər. Demək qızının dediyi düz çıxmışdı. Onlar Sevdanın həbs olunmasına izin verməyəcəkdiıər. Adamlara baxıb dəhlizdə gəzişir , ağlına gələnləri götür qoy edir, qızını bu bəladan çıxarmağa yollar axtarırdı. Düşünürdü ki , qızının təkrar bu mafiyaya düşməsindənsə, həbs olunması yaxşıdır. Bəlkə qızı danışarsa bu mafiyanı ələ verməklə öz canını qurtarardı.
    Növbətçinin görüş üçün onu çağırması qəti bir qərarla Xuramanı irəli atdı.
   Ana qız dəmir barmaqlıqlardan danışarkən Xuraman düşüncələrini ona deyəndə Sevda anasına etiraz etdi:
   - Ana, sən bu işlərə qarışma. Bura belə söhbətlərin yeri deyil.
    - Qızım bəs necə edək? Harda danışaq, onlar burdadılar. Məncə nə varsa aç hakimə de özünə beraət qazan. Cıx burdan, al balanı da, get buralardan həyatını yaşa.
   -Ana əgər onlar burdadılarsa deməli onlardan heç cür qurtuluş da yoxdur. Onlar məni burdan qurtaracağına əminəm.
   -Axı qurtulsan nə dəyişəcək? Yenə düşəcəksən də onların əlinə.
   - Bilirəm, amma başqa yolum varmı? Burdan qurtarsam da, içəridə yatsam da onlardan qurtara bilmərəm. Mən onları ələ verirsəm onlar məni nə içəridə, nə də çöldə yaşatmazlar. Elə bilirsən içəridə onların adamı yoxdur? Bir gecənin içində götürərlər ee məni. Ölməyimdən qorxmuram. Onsuz da ölü kimi bi şeyəm. Mənim qorxum bu uşaqdandır. Onu da düşdüyüm zibilə bulaşdırmaq istəmirəm. 
   -İndi  neyniyəsən ki? 
   -Allah Kərimdir. Buradan qurarım, açar yəqin Allah bir qapı. Belə baxanda çöldə olursam bir ümüd var ki, yenə qaçaram əllərindən. Qaça bilməsəm belə uşağımı qurtarararam. Məncə ən etibarlı yer elə Habilin yanıdır. 
   -Onu bildik də, bəs bu zırıltıdan sonra Habil səni qəbul edər? 
   - Habil qəbul etsə də, oranın qanunlarına görə mən orada ora vətəndaşıyla nigaha girə bilmərəm heç. 
   -Niyə?
   -Pasportum damga yedi. Kimliyim ləkələndi. Bəlkə bu uşağın hesabına Habillə qeyri rəsmi yaşaya bilərəm. Vəssalam.
  -Nə bilim ee, Allah köməyimiz olsun. Öz dərdim özümə bəs deyil, bi də bu qancığın qızıyla əlləşirəm.
   -Kimlə? 
    -Kim olacaq? Baharla . Bahar da getdi...
    Sevda "Hara?" deyəndə Xuraman ağzından qacırtdığı bu sirri tutmaq üçün əlləri ilə ağzını yumdu. Baharın getməsini ona deməsinə peşiman oldu. Çünkü həmişə Baharı əllərində saxlayaraq Rusiyadakı mallarını qurtarıb, Sevdanı buralardan qaçırmağıyla qızına ümüd verirdi. Deməli Bahar gedibsə bu onların  xəyallarının suya tökülməsi deməkdir. Deməli ailə bu mallardan əllərini üzməli idilər. Ortada qazanc yox idi, əksinə yoğurup yapmadan Bahar özü mal sahibi olmuşdu. Balaqardaşın vastəsiylə əldə etdikləri üç böyük obyet və iaşə mərkəzini Baharın adına keçirmişdilər . Necə deyərlər özləri yağışdan çıxıb yağmura düşmüşdülər. Nə qədər ki , Bahar onların yanında idi Bahardakı hissələri geri qaytarmaq olardı. Bunun üçün Elcin arada qurban rolunu oynayacaq, onunla evlənəcək. Sonra hər hansi bir iftiraylamı, borç və ya kredtləmi Bahara oyun oynanılacaq. Məhkəməylə və ya mallara dövlət tərəfindən əl goyulacağı ilə qorxuzaraq Baharın üzərinə olan obyektləri əri Elçinin üzərinə keçirəcəkdilər. Ondan sonra "Bağda ərik var idi, salam Məlik var idi, bağdan ərik qurtardı, salam Məlik də qurtardı.
   - Mama?
   - Hə?
    - Bahar hara gedib?
    - Əşi nə bilim? Xarabalarına cəhənnəm olub!
  - Cəhənnəmə getsin, amma nolub? Niyə gedib? Onun getməsi bizim təkrar batmamız deməkdir bilirsən?
   - Bilirəm! 
   Sevda anidən dəmir barmaqlıqlardan tutub qışqırdı:
   - Bəs bunları bilə bilə niyə getməsinə izin vermisiz, hə, nİyə?
   -Neyniyim ay bala. Saxlaya bilmədim.
   - Gedin gətirin ! Həm də indi !!! Başa düşürsən?
    Sevda qışqırdıqca nəzarətçilər onu içəri dartırdılar. Dəmir barmaqlıqlardan yapışıb dəli kimi qışqıran Sevdanı barmaqlıqlardan ayırmaq mümkün deyildi. Xuraman isə qızının arxasınca baxıb ağlayırdı. 
  - Doğum evinə gəlməkdən deyəsən , həbs evinə gəlmisən, hə mama?
    Şöbənin qapısında Elçinin onu qarşılayacağı heç ağlına gəlməmişdi. Görünür Elçin onu təqib etmişdi . Gözünün yaşını silib taqətsiz halda oğlunun qoluna girdi . Ağlaya ağlaya dönüb geri baxdı . Qapı ağzında həmin adamlar onlara baxaraq gəzişirdilər. Tez əlin oğlunun qolundan çıxartdı. 
  - Nolub mama? Nə işin var burda
  -Gedək !
  - Axı nolub, nə gəzirsən bölmədə?
  - Gedək dedim, burda yeri deyil. 
  Q Evə gəlib bütün Sevdanın başına gələnləri oğluna danışdı. Elçin əsəbi halda anasını dinləyir, eyni zamanda Sevdanın əməllərinə görə və anasının bu oyunu onlardan gizlətməsinə acığı tuturdu.
   - Bilrsən bu işi gizlətməklə  onlara kömək edirsən ? Demək Baharın mənə dedikləri doğru imiş. 
  - Demək , Bahar ayıldıb səni mənim arxamca salıb? Atalar düz deyib ee, "suyun al axanı , insanın yerə baxanı". Bu qız saman altından su yeridir. Axırda bizi çökdürnəsə nə deyirsən de.
  - Sənin qızının ucbatından Baharın gələcəyi sönüb ee, hələ bir ondan gəlinlik də umursan? Bir də məni onunla evləndirməyi planlayırsız, öz, zibillərinizə məni də alət etmək istəyirsiz? Burax, qaedaş arvadı olmağını deyək ki, mən peysər oldum qardaşım arvadına sahib çıxdım. Bəs mənim gələcəyim olmasın? Axı Bahar ana olmaqdan məhrum olub,...
  -Sən ki ata olmaqdan məhrum olmamısan ki -Xuraman onun sözünü kəsdi. Hə bir də gələcəkdə uşaq sahibi olmaq üçün buna məcbur edəcəksən? Vay vayyy... Sizi tanımayana lənət. Allah bilir , qızınla birləşib yazıq gəlinin başına daha  nə oyunlar açaçaqsız?
  -Ay bala nə uşaq uşaq danışırsan ee sən? Baharın əlində o boyda sərvət var, elə bilirsən o sərvəti ona yedirdəcəm? Mən o yetimcəni burda saxladım ki , malımızı əlimizə keçirdək. Qaş  düzəltdiyimiz yerdə göz çıxartdıq. Olan olmazımız əlimizdən getdi . Müzəffəri doğanın qarnı yansın, dədəsinin goru çatlasın ki, indi Müzəffərin malının, mülkünün üstündə itlər ulayır - deyə təssüüflə dizinə çırparaq ağlamsındı. Başına çaldığı çalmanı açıb üz gözünü suyunu silərək davam etdi : 
   - Odey, restoranı Balaqardaşın oğlu nəşəxor Nurlan işlədir iki aydır. Hanı bu qazanc? Niyə vermir qazancı Bahara? Elə bilirsən Balaqardaşın canı yandığından o sərvəti Baharın adına aldı ? Bahar iki eşşəyin arpasını bölə bilmir. Nə bilir restoran işlətmək nədi . 19 yaşlı cavan gəlin restoran işlədəndi? Qoydu oğlunu restoranın başına indi bala bala pul kəsir. İndi mən bu Baharı onlara yedirdərəm heç?Nə olur olsun evlənəcəksən Baharla , dilə tutub malın sənədlərinə qol çəkdirəndən sonra vur dalına rədd olsun hara gedir getsin.
  - Bağışla, mən sənin sərvətin üçün həyatımı qumara qoyub, camaatın hissləri ilə oynaya bilmərəm. Bu mənim günahım deyil öz günahınızdır , öz kələfinizə özünüzü dolaşdırmısız mama. İndi məndən imdad umursan?
  -Ay kül qoyum elə sənin kimi mağmın oğulun başına !
   -Ey mama bəsdir artıq, bən sənin üçün uşaq deyiləm. Sənə son xəbərdarlıq edirəm. Bir də mənimlə belə danışma. Əgər birdə...
    Telefonun səsi bu söhbəti kəsdi. Elçin əsəbi halda dəstəyi qaldırdı. Telefonun o biri başından Baharın səsini eşidən Elçin anasına acıqlı baxıb dəstəyi telefonun üstünə atdı. Vaxt itirnədən geyinib evdən çıxdı. Gəlin qayınlıqdan daha çox Bahara dost olan Elçin onunla görüşə tələsirdi . Metronun yanında görüşüb yaxınlıqdakı bağa keçdilər. Bahar başına gələnləri Elçinə danışıb onu zəng üçün gözlətdiyinə görə ondan üzür istədi.
  - Heç nə olmaz. Şükür yenə salamat qurtarmısan .
  - Nə deyirsən qardaş, gedək Sevdanın yanına? - Bahar Elçindən soruşdu .
  - Sabah Sevdanın məhkəməsi var.
   - Nə bildin?
   - Mama dedi !
   - Maman? Yanı o sənə qızının əməllərini danışdı? İnanmıram buna! 
   - Mən öyrəndim. Mama görüşə gedirdi. Düşdüm dalıyca.Nəysə day heç nə gizlədə bilmədi.
  - İndi fikiriniz nədir?
  - Nə olacaq. Ağlı varsa yatıb çıxacaq. 
  - Bəs uşaq?
   - Verəcək sahibinə!
  - Yanı verərmi?
  - Verməyib neyləyəcək?
  - İnanmıram verə. 
   -Türmədə uşaq böyüdəcək?
  - Böyüdər. Heç bir ana uşağını atmaz - deyincə öz səsindən özü ürkdü Bahar. Bəyəm o öz balasını öz əliylə başqasına verməmişdi? Niyə o ana deyildi? Bəyəm , o, öz balasını 9 ay bətnində daşımadımı? Hissiyyatsız olsa belə , ağrısını cəkmədimi? Yaddaşını itirsə belə , bətnində çırpınan varlığın tərpənişini əlləri ilə oxşamadımı? Əgər bu uşağın yaşamasını istəmirdisə və onun varlığını qəbul etmək istəmirdisə  o zaman İlk və son dəfə balasını görmək istəyini nədən içində boğa bilmədi? Bir an balasının boğazındakı qırmızı ləkə gözlərinin qarşısında canlandı. Xəyalından bir çox qız keçdi. Gözləri qızların boğazında gəzirdi, o ləkəni görmək üçün . Sanki bir anda adını bilmədiyi qızı böyümüş o gənc qızlardan biri olmuşdu olmuşdu  . Bahar isə gənc qızların içində qırmızı ləkəli qızı axtarırdı ...
   - Bahar? Eşitmirsən?
    - Nəə ?
    - Nolub sənə? Niyə ağlayırsan?
    - Heç ...

   ... Evdən çıxanda saat 4 idi. Araz Baharla söhbət edərkən Habildən ona danışmışdı. Baharla Habili götüşdürüb danışdırmağını istəyirdi. Habil Bahardan qaçdıqca Bahar bu görüşə tərədüd edirdi. Dildə nə qədər  "qardaş" desə də içindəki duyğulardan tam əmin deyildi. İsmayılgilə gələndən Habil oteldə qalırdı. Baharla hələ üz üzə gəlməmişdi. Bu neçə illər Bahar başına gələnləri, nişandan sonra durğunluq yaşamasını, xəbəri olmadan ərə verilməsini , hamilə qalmasını, uşağının ölməsini əzizlərinə danışarkən də Habil orda yox idi. Bahar onlara uşağını övladlıq verdiyini deməkdən özünü zar zor saxlayırdı. Təbii ki bu surri aça bilməzdi, çünkü övladını Samirəyə verəndə kağız imzalamış, bu uşaq barədə heç kimsəyə heç nə deməyəcəyinə söz vermişdi, əgər uşağın sağ olmasını bilsə nənə babası şəhid oğlunun yadigarını ondan almağa cəhd edəcəkdilər. Bahar onlarla mübarizə aparmağa özündə nə güc , nə də kimsədən dəstək gözləmirdi. 
   Araz Bakıdakı işlərini bitirmişdi. Türkiyəyə geri dönməliydi. Hər Azərbaycana gəldiyində yeni hadisələrlə qarşılaşan Araz məcburən ilişib burda qalırdı. Təssüf ki, bu dəfə təcili geri dönməliydi . Çünkü hazırladığı silsilə verliş efirə verilməliydi. Amma Baharla Habili görüşdürmədən, bu bacı qardaşı qovuşdurmadan , qismətini barışdırmadan ,vəziyyətin bu andan sonrakı axarını görmədən getmək istəmirdi.
  - Gəl qızım,  bir az söhbət edək - deyə Araz onunla üzbə üz olan kresloda ona yer göstərdi. İsmayıl da söhbətin nədən gedəcəyini təxmin edirdi . O üzdən Mədinəni cağırıb xəstə qızını otağına  aparmasını tapşırdı. Qızı sevdiyi məşğulliyyətindən ayırmaq çətin olsa da, ara sakitləşən kimi Araz sözə başladı .
  - Bax Bahar, qızım. Sən bura bizə güvənərək gəldin , biz də sənə inanaraq əlindən tutub bu yola çıxmaq istəyirik. Razısan?
  - Əlbəttə ki !
  - Mən indi Türkiyə dönməliyəm. inşallah gedim, işlədiyim TRT kanalıyla bir müqavilə bağlamalıyam. Əgər planlarım baş tutarsa burda TRT müxbiri kimi fəaliyyətə başlayacam .
  - Yəni bura köçəsiz ?
  - Yox, bura mənlik deyil. Sadəcə bura işləməyə gələcəm. Müvəqqəti, bir necə aylıq.
   - Bəs ailə uşaq?
    Araz güldü :
   - 35 ildi Sila xatunla bərabərliyimiz var, deyirsən indi 6 ay məzuniyyət götürməyək?
  - Əcəb məzuniyyətdir, işləyə işləyə - Hər üçü də güldü. İsmayıl boğazın arıtıb sözə başladı.
  - Arazla bir qərara gəlmişik qızım. 
  - Nə qərar ?
  -  Əgər sən də bizə dəstək olarsansa... 
   - Nə dəstək ? - Bahar dediyi sözləri udquna udquna davam etməyə calışan dayısına səbri catmayıb sözünü kəsdi .
  - Əgər sən o evə getməzsən... 
  - Hansı evə?
  - Ər evinə və ya öz evinizə... 
   - Öz evimizə? Mən yuvasız quşam , mənim evim yoxdu dayı. Mənim evim olsaydı heç bura gəlməzdim. Kimim var ki,oralarda?
  Baharın səsi titrədi;
  -Getmiyəcəm ! 
  - Bəs, onlar?
  - Onlar deyəndə?
  - Anan, atan?
  - Mənim heç kimim yoxdu.
  - Amma onlar səni böyüdüb bu yaşa gətirib - Araz sınayıcı nəzərlərlə Bahara baxdı.
  - Mən bilsəydin ki ,mənim başıma belə oyunlar gələcəkdi ,ağlım kəsən gündən özümü bu evladlıqdan məhrum edərdim.
   - Yanı qərarın qətidir?
   - Bəli qəti qərarımdır.
   - Özünü buna tam hazır hesab edirsən? - Hərəsi bir tərəfdən imtahanda sorğu sual edən müəllim kimi sınayıcı baxışlarla Bahara baxırdı. 
  - Hmm... deyin də görüm nə demək istəyirsiniz? Nədir bu sorğu sual. Mən uşağam? Nəyə nə qərar verdiyimi bilmirəm bəyəm? Özüm balaca görsənsəm də yaşadıqlarım məni vaxtlndan qabaq böyüdüb dayı. 
   Arazla İsmayıl bir birinə baxışdılar:
  -Yaxşı, oldu o zaman...
   Araz cibindən kiçik bir dəftərçə çıxarıb vərəqlədi. Bir yazı üzərində dayandı. Başqa bir vərəqə nəsə köçürüb, yazdığı kağızı qopartdı. Bahara uzadıb :
    -Al bu adresi, get qardaşını tap gətir, bir yerdə danışaq bu məsələni, birlikdə müzakirə edək! Yanlış anlama qızım. Bu məsələ ailə məsələsi olduğu üçün qardaşın da bu toplantıda olmalıdır. Əvvala aranızdakı problemlər qalxmalı bir birinizi bacı qardaş kimi qəbul etməlisiniz. Yoxsa hamı üçün problem olar bu iş. Başa düşürsən məni qızım? 
   Bahar kağızı alıb adresi oxudu. Əlləri əsirdi. Çox həyəcanlı idi. Baharın həyəcanını görüb, İsmayılla Araz bir birinə baxıb başın buladı. Baharla bərabər onlar da həyəcanlı idilər. Araz İsmayıla baxıb ona işarətlə "sakit ol" xəbərdarlığı etdi.
   -Bax qızım, əyər bu görüşə hazır deyilsənsə ver adresi. Getmə, başqa zaman danışarıq. 
    Bahar hələ də kağız əlində fikirə getmişdi, heç nə demir, nə edəcəyinə qərar verə bilmirdi. Belə bir söhbəti gözləmirdi düzü. Böyüklərinin onu Habillə belə, bu şəkildə yanlarında yaxınlarından birinin olmaması, yəni ikilikdə, özləri öz aralarında görüşdürməsini, danışmasını istəməsini heç gözləmirdi.
  - Yox , yox hazıram , bəs siz gəlmirsiz?
  - Yox, biz gələrsək siz aranızda olan problemi həll edə bilməzsiniz  deyə düşünürük. Gedin oturun, danışın bacı qardaş. Mən inanıram ki, aranızdakı qardaş bacı bağını məhz sən özün bərkidəcəksən. Sən ağıllı qızsan, sənə inanıram. Sənə güvənirəm, qızım - Araz təmkinlə ayağa qalxıb Baharın yanına gəldi. Onun alnından öpüb çiyinlərini qucaqladı. Bahar ayağa qalxıb çarəsizcə öncə İsmayıla , sonra Araza baxdı. 
  - Məni belə sınağa çəkməyin nolar? Siz də gəlin! 
  - Olmaz, biz həmişə sizin yanınızda olmayacağıq ki, Bahar. O sənin qardaşındır. Başa düşürəm, sənə çətindir. Keçəcək bu günlər. O qədər bir yerdə, bir evdə tək qalasınız ki, sən özünü buna hazırlamalısan. Başa düşdün məni? Sənin bu sınaqdan alnı açıq çıxaçağına inanıram qızım. Get yolun açıq olsun!
    Xəstəxanada ilk dəfə Araza pənah gətirib ona əziz bir adamı kimi sarılması gəldi xəyalına. İndi panah apardığı adam ona güvəndiyini deyirdi. Bahar onun bu güvəncini qırmamalıydı. Özünü doğrultmalıydı. Çox ağır bir yükün altına girdiyinin fərqindəydi. Nə olursa olsun Bahar bu yükü qaldırmalıyd .O, bunu baçarmalıydı. Suya düşüb heçi - köçü islanmış adamlar kimi ağır ağır asılqana yaxınlaşıb plaşını götürüdü. Əlində ağır bir şey varmış kimi plaşı çətinliklə əyninə  geyindi. Qapını açıb əsə əsə piləkənləri aşağı endi. Arxasından iki çüt ixtiyar və nəmli gözlər onu yola salırdı. 
   Bu aralar Məleykə Gəncədən köçüb  Bakıda peşə məktəblərinin birində müəlimə işləyirdi. Bakıya gələndən bəri İsmayılın qapısına bir neçə yerdən Məleykə üçün elçi gəlsə də Məleykə elçilərə yox cavabı vermişdi. Hayatdan ağzu yanıb hər iztirabıyla qarşılaşan Məleykə cevrəsindəki evli qadınların indiki zəmanədə yaşadığı ağır məişət qayğılarını görüb qorxuya düşürdü. Özünü ailəli, uşaqlı təsəvvür edə bilmirdi. Heç kim Eliyar kimi ola bilməzdi deyə düşünürdü : 
 - Hardaydı Eliyar kimi oğul mənim nazımla oynasın? Eliyar idi ki, məni xanım kimi xanım etmişdi. O idi ki,  nəsili bir yana idi, mən bir yana.
   Bəzən gecələr yorğanı başına çəkib için için Eliyarla olan xatirələri varaqlayıb ağladıqca, onun ruhuna dualar oxuyurdu. Onu cənnət bağındakı çiçəklər arasında təsəvvür edirdi:
   - Elyar, sən şəhidliyinlə cənnətini qazanmamısansa bil ki, mənim dualarım səni cənnətə atıb, çünkü sən mənim qurıq könlümə elə məlhəm oldun ki. Sən mənim hər dar günümdə mənim arxamdaydın, mənə hər şeydə, hər zaman dəstək olurdun. Sən axı məni tək qoymaq istəmirdin. Ailənin yanında olanda da gecə ikidə də olsa mənə zəng vurub, pıcıltıyla "Mələyim , qorxmursan ki, gəlimmi? " - deyə  soruşardın. "Hava soyuq olanda üstünə bir şey geyin soyuqdur, xəstələnmiyəsən ha" deyərdin, Evi soruşurdun, ev, soyuq deyilki? Salyarka bitməyib ki, üşüyürsən?" - deyərdin Eliyar. İndi elə üşüyürəm ki , indi ceyran peçli evdəyəm, qaz guppa güp yanır . Nolsun ki, canım qızmır, mən üşüyürəm sevgilim. Tənhalıqdan ürəyim  üşüyür əzizim, nəfəsim titrəyir Elyarım . Sənin nəfəsinə , sənin qollarına ehtiyyacım var gözümün nuru. Məni niyə tək qoyub getdin ömrüm... Elə getdin ki... elə getdin ki ... məni həmişəlik tərk etdin, ay vəfasız. İndi niyə qorxumu soruşmursan? İndi niyə daha demirsən ki, gəl sənə sarılım üşütmən keçsin, hə ay vəfasız? Bir gün məni görməsəydin dura bilmirdin. Bu gen dünya sənə dar gəlirdi, indi mənsiz necə qalırsan o dar məzarda? Elə qısqanırdın ki , məni. Deyirdin ömrümə bircə gün qalsa səni öldürüb sonra özüm ölərəm, səni kimsəyə vermərəm ! İndi noldu? Mənsiz məzarında tərsmi dönürsən? İsti gucağımda özünlə bəraber yorğana sarırdın məni, nəfəsinlə tərlət məni mələyim deyirdin, indi o soyuq məzarda üşümürsənmi mənsiz?
  Sabaha qədər xəyalında qurduğu cənnət çiçəkləri arasından Eliyarı qınaya qınaya qalırdı Məleykə. Həyatında bir daha heç kimsənin olmayacağına söz verirdisə də tənhalıqdan sıxılan könlünü  "cənnət bağının" çiçəklərin arasında Əli Elyarı unutdurub Məleykəninn könlünü oxşayırdı. Əli bir başqa aləm idi. Yaşadığı cəmiyyətdə hələ onun kimi pozitiv, mədəni, alicənab bir insan görməmişdi. Hərəkətləri və düşüncələri, özünə baxımlılığı, mədəniyyət və etikası əsla öz yaşını vermirdi. Savadlı adam idi, uşaqla uşaq, böyüklə böyük dili ilə danışırdı. Hərdən bir Əli onu Eliyarla qurduğu "cənnət bağından" elə alıb qaçırdı ki, ixtiyarsız olaraq özünü tamami ilə onun ağuşunda görürdü Məleykə . İlk günlər iki üç həftədən bir Əliylə məktublaşan Məleykə, indi hər şənbə və bazar günləri şəhərlər arası telefon məntəqəsinə gedib Əliyə zəng edər hər sabah işə gedərkən poct qutusundan Əliyə məktub yollardı. İstəkləri qarşılıqsız deyildi. Təbii ki Əli də ona diqqət göstəridi. İş masasının üstündə hər gün Əlidən gələn məktubu vardı. Uşaqların sinif tapşırığını yoxlarkən gözünün ucuyla məktuba baxıb içində yazılanları düçünərək gülümsəyərdi. Bu azmış kimi, ikinüç gündən bir Mobilə zəng edib hal xoş edər onu Əliyə tapşirardi
   -Canım qardaşım. Orda qərib kimsəsiz uşaqsan. Bax heç kimlə işin olmasın. Əlinin yanından uzaqlaşma. Bir birinizdən muğayat olun, o da qərib sən də. Bir dərdin problemin olanda Əliylə məsləhətləş, yaxşı adamdır, ağıllı fikirlər verər sənə səni darda qoymaz. 
   Hər işdən çıxışında Lalagilə gələr bir bəhanəylə Laladan ya da Lalanın bacılarından Əlini soruşardı. Əlinin də tez tez Lalanı və o biri bacılarına zəng edib araya qatıb Məleykəni soruşması Lalanı şübhəyə salmışdı. Məleykə ilə Əli arasındakı böyük yaş fərqi şübhələrini dağıtsa da qurd içini gəmirirdi:
  - Birdən bunlar ağıllarını azdırarlar, ay qız, başımıza daş düşər - deyə Lala bacıları ilə dərdləşirdi.
   - Nə deyə bilərik ki, ay Lala? Başa gələn cəkilər .Əgər Allah yazıbdırsa olacaq da. 
  - Dilini qoy qarnına! Dərələrin sülüyü bizəmi qalıb?
  - Sülük dediyin öz baldızın qızıdır da. Həm də eminəvəmizdir ee
   -Qələt eliyir. Bəxtəvər başımıza da, görəcəkli günlərimiz varmış... 
    Aynurla heç kimin elaqəsi yox idi. Yasdan o çıxan çıxmışdı. Məleykə , Mobil və Əli bir neçə defə onunla əlaqə saxlamaq istəmişsə Aynur öz qardaşı Mobilə belə üz verməmişdi. Uzun müddət görüşüb danışmamağın nəticəsi qardaş baçılar arasında soyuqluğa səbəb olmuşdu .
  Mobil hər zamankı kimi həm oxuyur , həm də işləyirdi. Mobilin məktəbdəki və işdəki uğurları Əlini daha da həvəsə gətirir, onu daha da irəlilərə çəkmək üçün əlindən gələni edirdi. Bayaqdan Mobili sadəcə institut və iş yoldaşları tanıyırdısa indi artıq Mobili iş adamlarının arasından onu daha da yuxarılara səsləyirdilər. Nəşriyyatdan sevdiyi qız da var idi. Gənclik deposunu hələ ki , sevgi məcaraları ilə doldururdular. Gələcəkdə bu məcaralar xatirələr kimi yaddaşlarında canlanaraqdı xoşbəxt günlərini sayğıyla xatırlamaq üçün ...
    Mehmanxanaya  evdən çıxdığı elə həmin  həyəcanla girdi. Bütün bədəni əsirdi. Qeydiyyat bölməsinə yaxınşaşıb Habili soruşacaqdı ki, arxadan gələn tanış səsə döndü. 
  - Bahar?...
                     ******
   Qışın bu soyuğunda həyəcandan alnımda puçurlamış təri silib təkrar Baharın mesaj bölümünə girdim. Mesajlara baxarkən belə hadisələr öz axarıyla gözlərimin qarşısında səhnələşirdi . Səhnələr o qədər təsirli və həyəcanlı idi ki, Növbəti bölümü yazmaq üçün yeni mesajların gəlməsini səbirsizliklə gözləyirdim...
              ___47___
    Gözümu yeni günə açdığımda saat 11 ə az qalmışdı. Allahımdan evdə kimsə yox idi. Yoxsa yaxşıca "fırca" yeyəcəkdim, "bu saata kadar yatılırmı" deyə. Tənbəl tənbəl gərnəşib biraz yuxunun təsirindən yatağımda xumarlandım. Gözlərimi yumsam da beynim oyaq idi. Gecə yazdığım bölümlər yuxu kimi xəyalımda canlanırdı. Bu bölümü yazarkən elə telefon əlimdə  yuxuya getdiyimin indi  fərqinə vardım. Qalxıb yatağımda oturub yastığı arxamda yaxşıca rahatladıqdan sonra telefonumu əlimə aldım. Yuxuya gedərkən mesanger hələ də açıq qalmışdı. Bahar yazıb - yazıb məndən cavab almayınca yatdığımı anlamışdı...
                         *******
   ... Ürəyi böyük həyəcanla çırpındı. Bütün bədəni uyuşub açıldı. Gözlərini yumub alt dodağını dişlədi. Tərədüdlə geri çevrildi . 
   - Elçin?  
   - Sən neynirsən burda Bahar? 
   - Heeç ... işim vardı - Bahar bura gəlmə səbəbini ona demək istəmirdi. İlkin ölsə də Bahar hələ ki, Elçingilin gəlinləri sayılırdı. Bura gəlmə səbəbini Elçinə desə,  Elcin nə qədər, anlayışlı olsa belə bunu ili çıxmayan nakam qardaşıının ruhuna xəyanət kimi dəyərləndirə bilərdi. Həm də Baharla bu aralar Habillə görünməsi heç kim üçün xoş olmayacaqdı. 
  - Nə iş? 
   Biraz əvvəl səhvən otelin həyətinə tərs qapıdan gırmişdi Bahar. Böyük və əzəmətli otelin giriş qapısını axtarırdı. Binanın arxa tərəfindəki açıq personal yemekxanasından girişi soruşdu. Bir işçi Baharı otel qapısına yönləndirdi. Bu, arada Bahar dönüb işçiyə təşəkkür edərkən yeməkxana qapısına "qabyuyan tələb olunur" elanını Baharın gözünə sataşdı və bu elan  yaddaşında ilişib qaldı. Bəlkə lazım olar deyə... 
   - Şeyy ... iş axtarırdım dedilər burda qabyuyan işi var, bəs sən nə gəzirsən, burda qaqaş ?  
   - Nə işin var sənin otel işində, nə qab yuyan? Başın xarab olub deyəsən!!! Bir bu əksikdi. Gəl !- deyib Baharın qoluna girərək onu qapıya çəkdi. 
  - Neynirsən Elçin, dəli olmusan?Burax qolumu ! Qolum ağrıyır. 
  - Gəl deyirəm sənə ! - Əyilib Baharın qulağına dişlərin qıcayaraq dedi : 
   - Bir bu qalmışdı deyələr Müzəffərin gəlini, şəhid arvadı qasinsada işləyir,
   -İşləmək ayıbdır qardaş? Nə var burada, heç kimin əlinə baxmaq istəmirəm. 
   - Heç baxma da. Niyə baxasan ki? Adına olan o boyda komsiyon  dükanlarını demirəm, heç Moskvadaki restoranı da demirəm, onlar cəhənnəm deyək ki, adı sənin dadı dayınla dayın oğlanlarınındı . Heç nəyin olmasa belə dövlət sənin ərinin şəhidliyinə görə pensya verir sənə. Nə işin var qasinsa  işində, cavan gəlin , bir adına qasinsa arvadı adı yapışmağı qalmışdı. Sənə iş lazımdır? 
  Bahar cavan olduğu üşün Elçinin dükanlar və restoran haqqında danışdığı sözlərin fərqinə varmamışdı, diqqət etməmişdi. Təcrübəsiz olduğu olduğu üçün bunların bir sərvət olduğunu bilməmişdi. Butun bu söhbətlərin boş bir şeylər olduğunu düşünürdü .Elə dilirdi ki, Sevilin də, Balaqardaşın da Bahara vəd etdikləri bu sərvət sadəcə Baharı təsəlli etmək üçündür! İndi də bu söhbəti, Elçinin ağzından eşidincə əməlli başlı fiikirləri qarışdı .Mat mat  Elçinə baxıb ona təslim oldu . Elçinlə bərabər həyətə çıxıb yaxınlıqdakı oturacaqda otursa da, fikiri otel daxilində qalmışdı. Kim bilir hardasa Habil buralardadır , hər an onunla qarşılaşa bilərlər. 
   - Sən nə qəzirsən burda Elçin? 
   - Habillə danışmağa gəlmişdim ! 
   - Habillə ?  
   - Hə ! 
  - Sən onun burda olduğunu nə bilirsən?
  - Guya sən onun burda olduğun bilmirsən dəə...
  - Hardan biləcəm, indi deyirsən indi eşidirəm . Neynirsən ki Habili , nə danışasan ki ?
  - Sevdanın yanından gəlirəm. Utanıb ölmür qarnı burnunda ...
   - Nə noldu? Nə danışdız Sevdayla?
   - Deyir uşağı abort etmək istəyib necə dəfə. Habil imkan verməyibmiş . Bura da gəlmək istəməyibmiş Sevda, burda başına gələcəkləri bildiyi üçün, Habil onu məcbur gətirib....
 -Pahh... elə danışırsan ki, elə bil Habil əzrayılmış, bacın süddən çıxmış ağ qaşıqdı. Habil pis oğlan olsaydı heç ona evlənmə təklif etməzdi, uşağıyla ortada qoyardı. Habil uşağına sahib çıxmaq üçün onunla evlənməliydi də, neyləməliydi?
  Özündən asılı olmayaraq Baharın bacılıq duyğuları dirçəlib qardaşının müdafiəsinə qalxmışdı. Baharın bu etirazı Elçini caşdırdı. 
   -Bax, gəl əyri oturaq düz danışaq Elçin, qardaşımsan. Bir şey soracam ama kişi kimi cavab ver. Sən bir kişi xeylağı olaraq Sevda kimi qızı alarsan? Heç Sevda bacın deyil ee, tanıdığın hər hansı bir qızdır. 
   -Axı Habil Sevdanın bu kruqun içində olduğunu bilməyib.
   - O halda?
    -Tanımadığım üçün qəbul edərdim hə, evlənərdim əlbət. 
   -O zaman Habilin nə günahı var. Habil deyil sənsən. Neyniyərdin? Əlbəttə kişi kimi uşağına sahib çıxardın da. İndi qardaşımı nə qınayırsan. Sənin bacın yaxşı qız olaydı, qələti eləmədən deyəydi ay dostum, ay yoldaşım başım belə bir bəladadır. Mən bura gizlənməyə gəlmişəm, evlənməyə yox.
  -Hə də mən də onu deyirəm. İntəhası o bunu Habilə deyə bilməyib. Desəymiş bəlkə də ...
 - İstəsəydi deyərdi. Sadəcə istəməyib. 
  -Qorxub.
  -Güldürmə məni Elcin. Qorxan qız bu qələtləri edər? O Habildən,saf niyyətindən bacardığı qədər istifadə edib vəssalam. 
  -Sayaqlama. 
  - Sayaqlamıram. Mənim hər şeydən xəbərim var. 
  - Sən hardan bilirsən? 
  -Bilirəm də... Nəysə bu söhbətin yeri deyil. Yaxşı, indi bəs nolacaq bu işlər? Müzəffər dayının Sevdadan xəbəri yoxdu hələ ? 
   - Yox. Sevdanı bu vəziyyətdə görsə kişi infarkt olacaq. 
   - Yazıq kişi, qızını namuslu qeyrətli qız bilir, bəxtəvər başına. 
   -Bahar yetər!
   - Deyin də...
   -Demək olmur axı. 
  -Nə qədər gizlədəcəksiz , axır əvvəl biləcək onsuzda. 
   - Biləcək bilməsinə. Amma hər şeyin bir vaxtı var. 
   - Belə şeyi vaxta-zamana buraxmaq olar? Bu gün sabah qurtaracaq, uşaq dünyaya gələcək, bəs onda? Uşağı necə göstərəsiz Müzəffər dayıya? 
  - Göstərmiyəcəyik ! 
   - Necə ? 
   - Elə onuncun gəlmişəm də bura. Habilnən danışacam əgər uşağına sahib cixmasa, verəcəyik uşaq evinə
   - Yox !!!
   - Nə yox? 
   -Mən heç zaman buna razı olmaram! Nə də Habil razı olmaz! Cünkı bu şanssız taleyi biz yaşamışıq  Balalarımızın da yaşamasını heç vaxt istəmərik. Mən bir səhv etdim , Habilin də bu səhvi etməsinə izin vermərəm- deyəndə Bahar dodağını dişləyib üzünü yana çevirdi. Uşaq evi adı gələndə elə bir həyəcanlı idi ki , nə danışdığını belə unutmuşdu. Az qala özünün uşağının sağ olduğunu , balasını öz əlləri ilə başqasına verdiyini deyəcəkdi . Bahar Elçinə sezdirmədən danışdığı sözü düzəltməliydi : 
 - Səhv başa düşmə, nə fərqi var ya Habilin balası ya mənim. O mənada deyirəm yəni. Uşağın uşaq evinə verilməsinin tərəfdarı deyiləm . Bu uşağın gələcəyi bizim kimi ola bilər . Kaş kə gücüm olaydı, özüm saxlayaydım o uşağı.
   - Nəysə qalx gedək ! 
   - Hara ? 
   - Habillə danışmağa 
   - Mən niyə? Nə danışacam onunla? Məni qarışdırma bu işə. 
   - İndicə dedin axı saxlayaram o uşağı? 
   - Deyərəm də ...
   - Məncə bu barədə Habilnən danışmalıyıq. Onsuzda Sevda bu həyatda bitib. Ondan uşaq saxlayan olmaz . Habil bu işə razılıq versə sən o uşağı evladlıq edərsən. Papaya da deyərik darıxırsan tək qalmamaq üçün uşaq götürmüsən övladlığa. 
   - Bəs sizinkilər nə deyər bu işə? 
   - Dediyim kimi,papanın xəbəri olmaz. Mama da bir şey deməz. Qızının uşağıdır da. Yad adama vermir ki, nə deyəcək? Bir tərəfdən uşağın bibisisən, bir tərəfdən də dayısı arvadı sayılırsan. 
   Bu fikir Baharın ağlına batdı.
  -Birinci mamagilnən danışıb məsləhətləşmək lazımdır. Belə özbaşına iş görmək olar? 
   -Hələ gedək Habillə danışaq, məsləhətləşək, ağzını arayaq. Görək nə deyir, ondan sonra. 
   Qalxıb bərabər otelə tərəf addımladılar. Həyəcan ürəyini basdı, özünü bu görüşə hazır hiss etmirdi . Kaşkə Elçin yanında olmasaydı. Bilirdi ki, Elçinin yanında onunla heç nə danışa bilməyəcəkdi. Heç Habil özüdə Elçinin təklifinə sağlam qərar verə bilməyəcəkdi  Belə bir təklifi düşünmək üçün zamana ehtiyyacı vardır. Qapıya yaxınlaşdıqca ayaqları yerə kilidlənirdi . 
   - Noldu gəlmirsən ? 
   - Yox ! 
   - Niyə ?  
   - Məncə belə qarışıqlıqda mənim birdən birə Habillin qarşısına çıxmağım onunla uşaq söhbəti danışmağım yersiz olar. Hələ biz Habilnən öz məsələmizi həll etməmişik. Bir birimizlə bacı qardaş kimi üz üzə gəlməmişik. Səmimiyyətimiz yoxdur. İndi belə bir addım atmaq doğru deyil axı, Elçin. Həm də Sevda buna razılıq verməsə mən bu addımı ata bilmərəm. 
  - İndi neyləyək deyirsən ? 
  - Bilmirəm mən gedirəm. 
  - Yaxşı gəl gedək , 
  - Sən danışmayacaqsan onunla? 
  - Bilmirəm fikirlərim qarışdı . 
  - Məncə get sadəcə uşaq barədə danış, amma evladlıq zad barədə heçnə. Qoy uşağına sahib çıxsın. O uşaq türmədə doğulsa məhv edərlər körpəni . 
   -Mən Habillə danışıb, sonra Sevdanın yanına getməliydim. Habillə danışacağımı Sevdaya demişdim . 
   - Nə dedi?  
   - Heç nə . Heç elə bil dünya vecinə deyildi. Elə bil qarnındakı uşaq onun deyil. 
  
   Qapıdan içəri girincə hamının diqqəti ona yönəlmişdi. Hamının üzündə bir təlaş bir nigarancılıq var idi. Bir Araz sakit sakit heç nə olamış kimi çay içirdi. Üzündəki mehribanlıq və təmkinlik Baharın da ürəyinə rahatlıq verirdi. 
  - Noldu danışdın Habillə? - deyə Məleykə Baharın qabağına qacdı. 
  - Danışmamış - Araz çayından bir qurtum alıb stəkanı təkrar nələbkiyə qoydu. Stəkanı yavaşca geri itələyib Bahara baxdı:
  -Əgər danışsaydı Habil də onunla gələrdi. Düz demirəmmi , ay İsmayıl kişi? 
  - Nə deyim vallah... 
  - Bahar başqa xəbərlərlə gəlib.
  Bahar təəccüblə Arazın üzünə baxdı. Elə bil Araz Baharın yanında olub. O qədər əminliklə danışırdı ki, Bahar bu yaşlı başlı adamın uzaqgörənliyinə heyran qalmışdı . 
   - Gəl otur görək noldu? Niyə görüşmədin? - İsmayıl qıza yanında yer göstərdi. 
   - Yoox. Məncə danışmasın . Əgər görüşməyibsə deməli başqa bir önəmli iş cıxıb. Yoxsa bu qızı heç nə saxlaya bilməzdi. Mən əmin idim ki, nə qədər həyəcanlı bir hiss olsa da o bu görüşü bizdən cox istəyirdi. 
    Bahar gülümsəyib minnətdar baxışlarla Arazın üzünə baxdı. Kişiyə ürəyində sevgi büstü ucalırdı. Utanmasaydı uşaq kimi atılıb kişinin boynuna sarılacaqdı. 
   - Mən əşyalarımı toplayım, sabah tezdən yola çıxacam. İnşallah iki ay çəkməz dönərəm təkrar - deyə Araz kreslonun qollarından basıb özünə dirək verdi . 
   - Araz dayı , məni də apar nolar! Məni qurtar buralardan . 
  - Səbrli ol qızım. Həyat sənin həyatın. Nə istərsən o da olacaq sadəcə biraz zamana ehtiyyacımız var. 

   Elçin Habillə sağollaşıb oteldən cıxdı. Yaxınlıqdakı dayanacağa yaxınlaşıb avtobus gözlədi . 
   Bayaqdan yağan yağışın suları asfalt yollarda gölməcələr əmələ gətirmişdi . Sürətlə keçən maşınların təkərllərindən sıçırayan sulardan qorunmaq üçün geri çəkilir, təkrar irəli gedərək avtobusun gəldiyi istiqamətə boylanırdı Elcin. Uzaqdan ağır ağır gələn avtobus görünər görünməz  dayanacaqdakı adamlar hərəkətə gəldilər. Səki kənarında cəmləşməyə başladılar. Elə bu zaman sürətlə bir qara QAZ 31 düz Elçinin qarşısında dayandı . Arxa qapı açıldı, cəld və çevik hərəkətlə içəridən iki əl uzandı, zəif arıq oğlanı quş kimi maşının içinə atdilar və qapını örtüb yola davam etdilər...
    Dayanacaqda aləm bir birinə dəymişdi. Yolda qəfil baş verən hadisəyə dayanacaqdakı kişilər müdaxilə etmək istəsələr də gec idi. Qara volqa gözdən itmişdi. 
   Müzəffər həmişəki kimi gözlüyünün altından həm televizor seyr edir, həm də qəzetləri incələyərək ölkənin vəziyyətini arvadıyla müzakirə edirdi. 
  - Yenə aləm qarışıb bir birinə. Gəncə dağılır e. Qoşun bölünüb iki yerə. Sürətin qoşunlarıyla Xalq cəbhəsi... Əşii, deyirəm də, bu ölkənin yiyəsi-sahibi yoxdu vallah . Naxçıvanlılar da Əliyevin gəlməsini istəyir. Bəlkə o gəlsə ortalıq biraz sakitləşər. Əliyev elə belə adam deyil axı. Necə illərin siyasətçisidir. Keçmiş ...
   - Əşi bir dayan görüm! - Xuraman ərinin sözünü kəsdi - Öz dərdim özümə bəs deyil qalıb dünyanın dərdi . 
   Arvadının sərt danışması Müzəfəri çaşdırdı.Tərs tərs xanımının üzünə baxdı. Elə bu vaxt telefon çaldı. Zəngə Xuraman cavab verdi və anındaca yanındakı stula çökdü. Elçini qaçırtmışdılar. 
  Elçini qaçıranlar Sevdanın düşdüyü mafiya imiş . Sevdayla görüşdükdən sonra Elçin bacısının başına gələnləri polisə yazılı məruzə edərək, bacısı üçün qoruma və vəkil tələb etmişdi. Bundan xəbər tutan mafiya Elçini ələ keçirmişlər. Xuramanın ailəsindən tək istədikləri, sabahkı məhkəmədə qızının və oğlunun mafiya haqqında fikirlərinin yanlış olduğunu dəməli , bütün edilən cinayyəti Sevda boynuna götürməli idi. Əgər belə olarsa Elçini sağ salamat onlara təslim edəcəklər . 
   Məsələdən halı olan Müzəffər nə edəcəyini bilmirdi. Uzun götür qoydan sonra bu barədə Balaqardaşla danışmağı qərara aldı. Balaqardaşın görəcəyi iş çox , Müzəffərin zamanı isə az idi. Müzəffər iki uşağını mafiyanın əlindən qurtarması qarşılığında ələ keçirə bilmədiyi hissələrini Balaqardaşa boyun oldu. Hər şeyindən kecərdi, yetər ki, balalarını onların əlindən qurtarsın. 
    Sevdanın məhkəməsi start götürmüşdü. İlk məhkəmə günü idi. Məhkəmə qapalı keçdiyi üçün nə Müzəffər nə də Xuraman məhkəmə zalına buraxılmamışdı. Sadəcə məhkəmədən sonra qızlarını əli qandallı penitensiar xidmət maşınına qoyub apanda görə bildilər. 
    Araz iki gün idi Ankaraya geri dönmüşdü. Habil də getməliydi burda çox qala bilməzdi. Vaxtı bitmək üzərəydi. Elçindən Sevdanın tutulmağını eşitmişdi. Habil Elçinlə bərabər məhkəmədə iştirak etməliydi. Lakin hələ də Elçindən hec bir xəbər yox idi. 
   Baharın Sevdanın və Elçinin qardaşıyla evləndiyini eşidəndə qulaqlarına inanmamışdı Habil . Beynində bir sual dolaşıb dururdu; "Bütün bunlardan mənim niyə xəbərim yoxdur? " 
   Elçinin danışdıqlarından belə başa düşürdü ki , bu neçə vaxtda Baharın haqqında bilmədiyi çox şeylər var. Az - çox Elçinin danışdıqlarından Baharın pisxoloji vəziyyətini , yaşadıqlarından depresiyaya  düşməsini eşitmişdi . Onu elə gözəl anlayırdı ki. Hətta Elçindən ayrıldıqdan sonra vicdanı dilə gəlmışdi. Onu belə bir vəziyyətdə yalqız qoyub, tərk etdiyi üçün özünü danlayırdı. Bilirdi bəli, bilirdi belə ayrılığın çarəsizliyini , eyni hissləri özü də yaşamışdı. Həm də cox keçmədən elə nişandan çıxıb, stresini atmaq üçün Sevdayla getmişdi, təsəlisini Sevdayla tapmışdı. Həm də bilə bilə ... Bəs Bahar? Baharın özünün xəbəri belə olmadan evləndirilməsi ona dəhşətli gəlirdi. Onun haqqında sadəcə bunu bilirdi. Elçindən sadəcə bunu eşitmişdi . Onun halını tesevvur edə bilirdi. Qardaşlıq duyğuları cuşa gəlıb sevgi hissiyatını boğurdu artıq. Bu saat onun yanında olub, ona əsil qardaş kimi dəstək olmaq istəyirdi... 
    
   - Bahar, yeməyi hazırladım , bacı.Sən də salatı elə, mən də bir qaçım marketə gəlim, indi dayım da qələcək. Bir yerdə yeyək-deyib  Məleykə qapıdan çıxdı. Bahar soyuducudan goy göyərti, xiyar pamidor çıxardıb ləyəndə suyun altına qoydu. Suyu açıb tərəvəzləri tər təmiz yuyaraq aşsüzəndə dəstələdi. Suyunu çəkməyə qoydu. Əllərini qurulayıb, maqnitafona çox sevdiyi Emrahın kasetini qoydu. İlk mahnı oxumağa başladı. Maqntafonun səsini açıb təkrar mətbəxə keçdi iş görə görə mahnıyla bərabər özü də oxudu;

Sözlerin vardı onca yollardan bana ulaşan
Özledim sözlerini şimdi gel
Gözlerin vardı en buruk anda gönlümü ısıtan
Özledim gözlerini şimdi gel

Bekliyorum seni çok özlüyorum
Sensiz geçmiyor ki hiç günler
İstiyorum seni çok seviyorum
Canımsın sen benim artık gel

Haydi şimdi gel, sensin olamam ki
Haydi şimdi gel, yalnız kalamam ki
Haydi şimdi gel, kollarına al beni
Şimdi gel ah şimdi gel -

   Mahnıya necə aludə olmuşdursa qapının açılmasından belə xəbəri olmadı. Başını qaldırdığında mətbəxin qapısına söykənərək ona baxan Habili gördü. Mahnı dodaqlarında qurudu. Donub yerində qaldı. Həyəcandan ürəyi dilində çırpınırdı sankı, dili söz tutub danışa bilmirdi. Bir müddət gözlər bir birinə sancılıb qaldı . Baxışlar da donmuşdu sanki. Gözlər bir birinə baxsa da xəyallar səyahətə uçmuşdu. İkisi də eyni aləmdəydi. İkisi də keçən günlərində bir birlərinə qovuşmuşdular, yenə Bakının kücələrində sərasər gəzişir, muzeylədə, tədbirlərdə iştirak edirdilər. Dənizkənarı bulvarda , dənizin lərədöyənində dayanıb uzaqda batmaqda olan günəşin şəfəqlərini mavi sularda seyredirdilər. Yenə dağüstü parkdan Azneftə enərək ordan içəri şəhərə girirdilər ...
   O vaxtın ən populyar mahnısı olan "Bizi kimse ayıramaz" mahnısı sankı onlar üçün yazılmışdı. Mahnı tam onların həyatını əks etdirirdi sanki . Elə bil inadına da maqitafon da "şimdi gel" mahnısı  bitən kimi, elə bu mahını oxuyurdu . ..
   Mahnının fonunda xəyallar içəri şəhərin dar küçələrində dolaşırdı , şirvanşahlar sarayında məzarlar, qədimi daş heykəllər arasında uşaq kimi qovalaqaç oynayan gənclər görünürdü. Sonra ... sonra Qızqalasına girdilər ... qızların and yeri olan qala, neçə sevgilinin əhd-  peymanının şahidi olan qala... Əhd-peymandan sonra qucaqlaşıb öpüşən gənclərin sevgisinə gülümsəyən qala -  Baharın yanaqlarından iki damla yaş süzüldü. Habil yaxınlaşıb eynən elə o qız qalasında qucaqladığı kimi Baharı bağrına basdı. Orda Bahara dediyi söz qulaqlarında cingildədi Baharın " Gəl mənim Yazgulum"  ...
   İndi onu eyni hərarətlə qycaqlayan qolların sahibi ona "Gəl mənim bacım" deyirdi ...
    
   Çox keçmədi Araz Bakıya döndü. Dediyi kimi AZTV - lə bir neçə aylıq müqavilə bağlamışdı. Ölkədəki vəziyyətlə bağlı TRT kanalı üçün  silsilə verlişlər hazırlamalı idi. Habillə Baharın görüşməsi , onların bir birini bacı - qardaş kimi qəbul etməsi Məleykə və İsmayıl kimi onu hədsiz sevindirmişdi. 
   - Sən güclü qızsan, bilirdim ki,  bunu bacaracaqsan! - deyib Baharı bağrına basmışdı Araz. 
   Bahar Məleykəylə bərabər İsmayılın evində qalırdı. İsmayılın təkidinə baxmayaraq Araz dövlətin ona ayırmış olduğu qonaq evində  yerləşmişdi. Xarici jurnalistlər üçün ayrılmış qonaq evində onlar üçün hər şərait yaradılmışdı.Günü bölgələrdə, cəbhə xəttində keçən Araz həftənin şənbə və bazar günləri Bakıda olurdu. TRT kanalı üçün Azərbaycandan sənədli filimlər hazırlayaraq çəkilişlər edirdi.Türkiyə qəzetlərinın ön səhvələrində Arazı gah tank üstündə, gah səngərdə, gah mitinqlərdə, gah da tarixi yerlərdə görmək olardı. İstirahət günlərini onlarla bərabər keçirirdi. Araz artıq bu ailənin bir üzvünə çevrilmişdi. 
   Son günlər İsmayılın vəziyyətinin pisləşməsi hər kəsi üzsə də Məkeykəylə Bahar Arazla təsəlli tapırdı. Bilirdi ki, onların başında Araz kimi böyükləri var. 
    Elçindən heç bir xəbər yox idi. Mafiya Sevdanı içəridən qurtaracağı günə qədər, Elçini əllərimdə girov saxlayırdılar. Müzəffər və Xuraman şəhid ailəsi olaraq həmin qrupu dövlətə şikayyət etsə də hələ də şikayyətləri cavabsız qalmışdı. Cox çarəsiz idilər. Hər polisə, nazirliyə getdikləri gün Elçinin işgəncə fotolarını Müzəffərlə Xuramana yollayırdılar. Onlar polisə getdiklərini heç kim bilmirdi. Rəislə və ya prokrorla görüşləri gizli saxlanılırdı. Bu xəbəri o qrupa kim çatdırırdı bilmirdilər. Belə çıxır ki, onları təqib edirdilər. Həyatları kabusa dönmüşdü . Başları elə qarışmışdı ki, nə Bahar, nə də Müzəffərin Balaqardaşa vəd verdiyi sərvət yadlarına düşmürdü.
   Sevda yükünü yerə qoymuşdu artıq. Oğlu olmuşdu. Doğum evində doğuşu keysəriyyə əməliyatı ilə keçirilmişdi. Xəstəxanada bir  palata sadəcə onun üçün ayrılmışdı. Sevda xəstəxanada ciddi nəzarət altında saxlanılırdı. Əməliyyat olduğu üçün bir müddət burda həkim kontrolunda qalmalı idi. Uşaq sağlam və normal uşaq idi . Ana südündə mikrob olduğu üçün ona öz anasının südü ilə qidalanmağına həkimlər izin vermirdilər . 
    Sevdanın doğum xəbərini eşidən Habil orda durmayıb təkrar Bakıya döndü. Məhkəməyə müraciət edib Sevdadan uşağı almaq istədi. Bu uşağın varlığını qəbul etməyən Sevdadan fərqlı olaraq ailəsi-Xuramanla Müzəffər körpəni atasına verməyincə məhkəmə uzandıqca uzanırdı. 
  Habil yollarda qalmışdı. Bu aralar gününün coxu Azərbaycanda keçirdi. Məhkəmələrdən bezib usanan Habil axırda bu işdən vaz keçmək istəyincə Bahar və Arazın təkidiylə təkrar şikayyət və tələbini yeniləyirdi. 
    Bahar, uşaq sanatoriyalarının birində nəzarətçi - sanitar işinə düzəlmişdi. Eyni zamanda təhsilini davam etmək üçün imtahanlara hazırlaşırdı. Bu ilki qəbul imtahanlarında şansını sınamaq istəyirdi. Ölkədə İlk dəfə test üsulu həmin illərə təsadüf edirdi. O üzdən çox həyəcanlı idi. Həmişəki kimi Araz və Məleykə ona dəstəkçi olub ona ruh verirdilər. Məleykə özü onunla məşgul olub onu tanıdığı ən yaxşı müəllimlərin yanına hazırlığa göndərirdi. Axşamlar yeməkdən sonra, şəxsən özü Baharla məşğul olurdu. Bahar elə bil dünyaya yeni gəlmişdi. Mahmud və Sevil onu nə qədər əl-bəbək gül-bəbək saxlasalar da sanki bu zamana qədər heç yaşamamışdı. Bəzən düşünəndə onların  zəhmətini itirmək istəmirdi. Bu onlara qarşı haqsızlıq olardı. Bəzən Mahmud üçün burnunun uçu göynəyirdi. Onun iş yerinə gədib, yolun kənarındakı ağaca söykənərək  uzaqdan onu izlər, gözləri ilə maşını gözdən itənədək onu yola salardı. Elə belə ömür yaşamamışdı onlarla, 18 ili bərabər keçmişdi. Taa nişanlarına qədər hər şey yaxşı idi ... 
   Bəzən Sevil üçün darıxırdı. Məhəllələrinə gedər alçaq hasardan bağlarına boylanar, balkonlarının qarşısındakı nar ağaclarının arasından balkonun tozunu şlankdan su vurub süpürgələyən anasına həsrətlə baxardı. Özünü içəri atıb ona sarılmaqdan güclə saxlayardı . 
  Arada bir Valehlə görüşürdü. Valeh BDU- nun kimya faklutəsinə qəbul olmuşdu. 
   Sevil Baharın belə getməyini ilk günlər həzm etməsə də, Mahmudun onu yaxşıca tənbehindən sonra özünə gəlmişdi. 
   -Məncə Baharın üzərinə getməklə pərdəni aradan qaldırma arvad ! Daha Bahar sənin üçün 15 yaşında uşaq deyil ki, həyatına qarışasan. Daha onun həyatına qarışmağa, ona söz keçirtməyə nə sənin, nə mənim ixtiyarım yoxdu. Hələ indən sonra heç yoxdu. Yeri gəlsə o, "mənə rahatlıq vermirlər deyə" bizi şikayyət edə bilər. 
Eybi yox sən haqqını halal elə. Bəlkə zamanla, bizə qarşı hirsi kecər...
  Sevil Mahmudun yanında özünü nə qədər sakit göstərsə də yenə saman altından su yeridirdi. Balaqardaşla danışıb Bahar haqqındakı bütün hər şeydən onu xəbərdar edir, nə qədər geç deyil, nə qədər Bahar ayılmayıb Nurlanla onu evləndirib Baharı təkrar özlərinə bağlamaq istəyirdi. 
    Nurlan hələ ki, Baharın adına olan hissələri özü idarə edirdi. Baharın durğunluq zamanı imza atdığı bu hissələrin ona aid olduğundan tam olaraq xəbəri yox idi. Bunu Elçinin ağzından eşidəndə bu barədə biraz düşünmüş, nəyi necə, hardan  başlayacağını çox götür qoy etmişdi. Lakin baş verən hadisələr, həyatındakı yeniliklər onun bu düşüncələrini sıxışdırıb ağlından çıxartmışdı. 
   Bu il onların ailəsi üçün sözün əsil mənasında düşərli oldusa da ailənin bir itkisi bu dəfə də onların sevinclərinə kölgə saldı. Həmin ilin Novruzunda Məleykə Əliylə nişanlandi. Lakin nişandan 3 ay sonra, yay tətilində toya hazırlaşan cütlük çox pərişan oldular. İsmayıl ömrünü onlara bağışlamışdı. 
   İsmayılın xəstə qızına bir müddət sahiblənən ailə üzvüləri qırx mərasimindən sönra əlillər cəmiyyətinin təşəbbüsü ilə onu  kimsəsizlər evinə yerləşdirdilər. Atasının yasına gələn Mahirə bacısını dövlətin nəzarətinə vermək üçün bir müddət  Bakıda qalmalı oldu. Lazımı sənədləri hazırladı. Atasının ordakı evini, dəyərli əşyalarını, maşınlarını satlığa qoymuşdu. Bu aralar həm dayısının yasına, həm də  məhkəmə ilə əlaqədar Bakıya gələn Habil Mahirəyə cox dəstəkci olurdu. Bütün işlərin arxasınca onunla bərabər gedirdi. Uşaqlıqları ara sıra bir yerdə keçımışdi, bu dayı qızı bibi oğlunun. Moskvada anası ilə yaşayan Mahirə ilə atasının ölümündən sonrakı yaxınlaşma onları bir birini daha yaxından tanımağa şans yaradırdı. İki gənc arasında məhəbbət qığılcımları oynayırdı. Mahirə Habili nə qədər candan bilsə də Habilin vəlayət davası ilə bağlı Habilə heç də xoş münasibət göstərmirdi. Mahirə Habilin oğlunu qəbul etmirdi. Səkkiz aydan bəri oğlu üçün dünyanın pulunu tökən Habil isə bu davadan əsla vaz keçmək fikiri yox idi. Araz və Baharın o cümlədən Məleykənin dəstəyi onu bu davaya körükləyirdi. Ən sonunda bu etiraza qəti qərarı ilə  Bahar öz nöqtəsini qoydu. 
   - Uşağın vəlayətini al, qəyyumluğunu mənə ver Habil. Buna qanunlar izin verir. Axı mən o uşağın həm dayısı arvadıyam,  həm də bibisiyəm. Sənin bacınam mən...
  Arazın Türkiyəyə gedişində Bahar da onunla getməli idi. Sənədlərini Türkiyə unversitelərinin birinə vermək istəyirdi. Di gəl ki, ölkədən çıxış və unversitet  üçün sənədləri düzgün deyildi, ruhi sağlıq raporu bu işə əngəl olurdu. Araz bu işlə məşgul olmaq üçün Bahara vəkil tutdu. Çox keçmədi vəkil şad xəbərlərlə onların qapısını döydü. Baharın bütün sənədləri düzəlmiş , onun yalnız Bakıda oxumasına izin verilmiş, üstəlik vəkil heç kimin bilmədiyi, Baharın böyük sərvət sahibi olduğunu meydana cıxartmışdı. Bu xəbərə evdəkilər çaşqına dönmüşdü, eyni zamanda da çox sevinirdilər. Evdəkilər bu xəbərə sevinsə də Bahar qaş qabaq sallayaraq bunların boş bir şey olduğunu vurğulamışdı. Hələ belə bir sərvətin nə olduğunu qavramayan Baharın üzərinə cox getməməyii evdəkilərə tapşıran Araz Baharı da nəzarətdən qoymurdu. Bilirdi ki, bu sərvət üçün ona ağız uzadanlar çox olacaq . Həm keçmiş ailəsi, həm malın keçmiş sahibləri, həm də yeni taliblər... 
   ...Və bir gün Arazın gözlədiyi gün gəldi ...
                          ******
    Gec saatlar idi. Gündüzlər yazmağa zamanım olmadığı üçün, gecələr  özümü Baharın romanıyla baş başa buraxışdım. Bir otururdum, bir də baxırdım gecə yarıdan keçib. Bu yerdə yadıma uşaqlığım düşürdü : 
   Uşaqlığımdan bədii ədəbiyyatı sevdiyim üçün kitabxanadan alıb gətirdiyim kitabları oxumağa gündüz zamanım olmurdu. Dərs , üzümçülər evindəki dərnək , Pioner evindəki Murad müəllimin özfəaliyyət musiqi dərnəyi, müəllimlər evindəki xor,  "Dostluq" Kinoteatırındakı hind filimləri, mədəniyyət evindəki teatr tamaşaları ... Ehh bir qarış boyumuzla bunlara necə zaman ayırırdıq , amma indi ... İndi bir qrupda bir hekayəni oxumağa zaman tapmırıq. Ehhh... 
   Həə ... onu deyirdim axı... Gecələr balaca əl fənərimin işığında kitabxanadan aldığım kitabları oxuyurdum. Gecəlar yatmamağımdan narahat olan rəhmətlik nənəmin qorxusundan hələ yorğanı başıma çəkib arada başımı yorğandan çıxararaq dərindən nəfəs alar, tərimi silər, təkrar yorğanı başıma çəkərdim.  Gecələri yuxusuz qaldığımdan, nənəm məni səhər oyada bilməyincə "yağlı" dilin və əlini işə salıb mənə qəşəycə dərs verərək yatağımdan sürüyüb yerə atardı. Masa arxasında yuxulaya yuxulaya şirinçayımı qarışdıranda arada bir məni dümsükləyib yuxumu qaçırardı. Yazıq arvad... 
   İndi elə bilirdim sabah qalxa  bilməyəndə nənəmin əli və dili yenə işə düşəcək, yenə məni dümsükləyəcəkdi...
                  ____48_____
    Başım ad günümə, gələn qonaqlara necə qarışmışdıysa zamanın necə keçdiyini belə xatırlamırdım. Facebookda zaman tunelim bağlı olduğu üçün facebook dostlarım , oxucularım  özəldən məni yazıb təbrik edirdi. Qonaqla dağılışıb gedəndən sonra, gecə yarısınadək tək tək onlara cavab yazırdım. Bir tərəfdən də ağlım yeni bölümün üçün hazırladığım materiallarında qalmışdı. Biran öncə yeni bölümü başlamağa çalışırdım. Di gəl ki, həm günün yorğunluğu, həm özəlimə gələn mesajlardan oturub  hekayəmin üzərində işləyə bilmirdim. Gec saatlar olsa da, oxucularım və dostluğumda olan insanlar hələ də aktiv idilər. Təbrik mesajlari gəlməyə davam edirdi. Axır ki, zaman tunelinini aktivliyini açmağa qərar verdim. Qoy təbriklər anılarda qalsın! 
    Qrupdakı şair dostlarım şerlə, sözlə təbrikləri urəyimi riqqətə gətirirdi. 'Gecikmiş Bahar"-ın daimi oxucularından, qrupumuzun admini və dəyərli şairi Vahid müəllimin, şair Vusal bəyin şənimə yazdığı şerlər nə gizlədim, ürəyimə yağ kimi yayılmışdı. Hələ gənc şairimiz can dostum, dəyərli oxucum Vüsalın mənə yazdığı təbrik şerinin bir bəndində " Gecikmiş Baharın" adını çəkməsi lap yerinə düşmüşdü. Mən həmin şeri sizlərə çattırmasam burax Vüsalı bu özümə ən böyük hörmətsizlik olardı. 

Keçdiyin enişli-yoxuşlu yollar,
Ayaq izlərini qəlbə salıblar.
Sənlə addımlayan dostlar-tanışlar,
Bugünki gününü alqışlayırlar.

Həyatın nəbzindən möhkəm yapışdın,
Halal zəhmətinlə sən ad qazandın.
Bəzən dalğalandın, lap aşıb-daşdın,
Təmiz yaşamağı sən şərəf sandın.  
  
Ölkədən, ölkəyə səyahət edib,  
Girdin şəhərlərin arxivlərinə.
İnsanları dinləyib, proloq yazıb,  
Hörmətlə yanaşdın əsərlərinə.  
  
Yazdın "Gecikmiş Bahar" haqqında əsər,
Dedin qoy milyonlar tanısın onu, 
Yorulmaz zəhmətin getmədi hədər,
Şad etdin, yaşatdın şair ruhunu.  
  
Gün o gün olsun ki, yuz yaşın olsun, 
Pis olmaz yüzü də adlasan əgər.
Həmişə qoy qaynar ilhamın olsun,
Yazib-yaradasan gözəl əsərlər.

Hörmətlə: Vusal Agayev. 

   Özümü cəmləyib əsərin arxasında otursam da fikirim Vahid müəllimin qrupda yazdığı təbrik şerində və o şerə gələn təbrik rəylərində qalmışdı. Bilmirəm nədənsə bu şer məni yaman kövrəltmişdi. 

Bu gün sənin ad günündür,
Deyim bir-iki söz, Fəriş!
Xətrini hamı istəyir,
Qoy dəyməsin göz, ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Bu gün beşik, sabah əsa,
Arzular çox, ömür qısa,
Nəsə bir çətinlik olsa, 
Nə inci, nə bez, ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Arzularım sənə bol-bol,
Təpərli diz, tutarlı qol,
Əniştədən muğayat ol,
Qoşa qarı, gəz ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Övladların işi asan,
Nəvələrdən yarıyasan,
Görüm səni yaşayasan,
Həştad, doxsan, yüz ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Ömür qısa, həyat fani,
Kədərə baş əymə yani,
Qoşub gözəl bir nəğməni,
Ad günündə süz, ay Fəriş!
İllər ötür tez, ay Fəriş

                  ********

   Uzun cəkən məhkəmələrdən sonra uşağın vəlaəti Sevdadan alınıb Habilə verildi. Habillə Baharın vəkili ölkənin tanınmış və güclü vəkillərindən biri idi. 
  Düzdür, 37- 38 yaşlarında olan Alı Muradov yaşından cox gənc gorünən savadlı, ölkədə ən ağır cinayyətlərdə və ən qalmaqallı ailə məişət məhkəmə proseslərində adı keçən vəkilərdən biri idi. İlk başlar Alı ailənin məhkəmə işlərini normal bir şəkildə boynuna götürmüşdü. Görəcəyi bu iş üçün lazım olan məvacib qarşılığında məhkəmə prosesinə start götürdü. Sonralar ailənin içinə daxil olduqdan sonra deyəsən tamah ona güc gəlmişdi. Xaricdə yaşayan Habildən, bu ailəyə maddi və mənəvi dəstək olan Arazdan küllü miqdarda pul qoparmağı bəs deyilmiş kimi, bir necə aydan sonra Baharın özünün belə xəbəri olmadığı sərvətinə göz dikmişdi artıq. Alı ailənin içinə havadan gələn toz kimi çökmüşdü kimsənin xəbəri olmadan. Bütün sirrləri, bütün sənədləri onda idi. Güclü iş gedirdi. Araz bütün qüvvəsini sərf edib Baharın hissələrini Balaqardaşdan və onun oğlanlarından qurtarmağa çalışırdı. Nə Balaqardaş, nə Nurlan  nə də Sevil bu sərvəti kimsəyə yedirtmək istəmirdilər. baharın evi tərk etməsi Balaqaradaşı çox əsəbıəşdirmişdi.
   Sevda içəridə , Elçin hələ də mafiyanın əlində idi. Balaca Muradın vəlaəti Habilə verilsə də Habil ananın icazəsi olmadan uşağı xaricə cıxara bilmirdi. Nədənsə Sevda uşağa baxmaq istəməsə də uşağının xariçdə atası ilə bərabər yaşamasını istəmirdi. Habil məhkəmə ilə əlaqədar yollarda qalmışdı. Elə olurdu ki, sabah təyarə ilə Bakıya düşür, axşama İstanbul üzərindən Almaniyaya qayıdırdı. Yollarda qalmaqdan bezən Habil, oradakı işinə son verib məhkəmə bitənə qədər Azərbaycana qayıtmışdı. Bu aralar İsmayılın evi artıq satılmışdı. Qalacağı bir yer olmadığı üçün, Habil kirayə ev tutub bacılarını başına yığmışdı. Evin bütün yükü Məleykənin ciyninə yüklənmişdi. Evin həm anası həm böyük gızı olmuşdu. Bahar da dövlət imtahanlarından keçmişdi. Bu dəfə o hüquq faklutəsinə daxil olmuşdu. O zaman Murad Habilə verilməmişdi. Sevdada idi. Məhkəmə davam edirdi. Bahar dərsdən sonra sanatoriyaya işə gedirdi. Uşaq alındıqdan sonra isə artıq işini buraxıb günlərini Murada sərf edirdi. Öz balasına verə bilmədiyi məhəbbəti ona bağışlayırdı. Körpənin üstündə yarpaq kimi əsir, bütün yeməyini, geyəcəyini özü edirdi. Körpənin təlim tərbiyəsiylə,sağlığıyla şəxsən özü məşğul olurdu. Bahar Murada elə bağlanmışdı ki, Muradı heç kimə etibar edə bilmirdi. Hətta bəzi gecələr  Muradın yanında yuxuya qalan Habilin üstünü örtüb, ehmalca körpəni qucağına alaraq öz otağına keçırədə:
  - Nə gözəl yatıb uşaq , niyə narahat edirsən. Qoy rahat yatsın da - deyə Məleykə ona irad tuturdu. 
   - Atası köntöy yatandır -Bahar ona etiraz edirdi - birdən uşağın üstünə çıxar, xəbərimiz olmaz deyirdi. Habillə bir damın altında yaşadığı gündən Bahar nədənsə Habilin adını cəkə bilmirdi, ona Muradın atası və ya qardaşımız deyərdi. Habilin özünə də nesə müraciət etdiyində "atası", " Qaqası" deyə xitab edərdi. 
   Muradın yanına uzanıb qıvırım saçlarını oynatdıqca barmaqları özündən asılı olmayaraq  körpənin boğazına enirdi. Çənəsini ehmalca qaldırıb uşağın boğazına baxar, öz körpəsinin boynundakı qırmızı ləkəni Muradın boynunda gəzərdi. Sanki Allahdan bir möcüzə gözləyirdi: Kaş ki, Murad dönüb onun öz balası olsaydı. 
    Belə xəyallara qapıldıqca ümüdlə yatdığı ruhi dispanserə gedər, Həcəri axtarıb tapar, həsrətini, sitəmini ona boşaldardı. 
   - Nolar, Həcər xala, məni apar elə uzaqdan onu görüm. 
    En son Həcərin yanına getdiyində Həcər artıq orda yox idi. Xəstəxana işçilərinin dediyinə görə Həcəri maşın vurmuşdu. Bu nə qədər doğru idi, bilmirdi. Bəlkə də Həcər özü belə plan qurmuşdu ki,Baharın ümüdünü kəssin. Həcərin ölüm xəbərini eşidən Bahar evə dönüb göz yaşlarını Muradın paltarları ilə qurutmuşdu. 
  Murad onların evlərinə gələndə on bır aylıq idi. Habil oxumuş, zamanında Azərbaycanın fəxrlə göstərəcəyi şəxsiyyətlərdən olsa da, bu aralar ölkənin, cətin vəziyyəti ilə əlaqədar işsiz qalmışdı. Elə bir vəziyyət yaranmışdır ki, Habil dəmir yol vağzalına gedib araba ilə yük daşıyırdı artıq. Vaxtı ilə ölkəylə bir adı sanı olan, bəlkə də cevrəsindəkı qızların, qadınların həsrəti olan bu uzun qıvırım saçları jölelenib səliqəyə salınmış, özünə baxımlı bu yaraşıqlı oğlan indi kənardan baxanlara sefil kimi görünürdü. İndi saçlarının uzun olmağı, sement kisələrindən üst başının, saçlarınn toz olması ona "bomoj" görkəmi verirdi. Bəzən axşamlar əlində iki çörək , pamidor - xiyar, kalbasa evə gələndə küçədəki qadınlar bu "bomojun" onlara sataşacağından qorxub yollarını başqa səmtə dəyişirdilər . 
   Araz necə vaxt idi ki, AZTV kanalında işləyirdi. Ailəsindən ayrı olsa da aldığı maaşın 70 faizini ailəsinə göndərirdi. Ailədən uşaqdan ayrı yaşamaq həm Araza, həm də Silaya cətin gəlirdi. Sila tətil zamanı qızını da götürüb ilk dəfə Bakıya gəldi. Əslində burda qalmağı düşünürdü . Gelib ərinin burda iş rejimini və ölkədəki vəziyyətin gərginliyini görüb bu fikirindən daşınmışdı . 
    Səhərin ayrı ayrı yerlərində yaşasalar da Mədinə onları yalqız buraxmırdı. Balaca Muradın hər ehtiyyacı üçün Mədinə onlara kömək edərdi. Dayılarının sağlığında böyük cevrəsi olan ailənin dostlarından sadəcə ətraflarında bir Mədinə qalmışdı. Mədinə bu cətin günlərində onlarla bərabər idi. Yeməklərini edər, paltarlarını yuyar, Bahar dərsdən gələnəcən Murada baxardı. Məleykə həm işləyir həm də, evin bir otağını snif otağı kimi hazırlayıb evdə unversitet hazırlığı ücün şagirdlərə əlavə dərs keçirdi. 
   İsmayılın ölümündən sonra Məleykəylə Əlinin toyları təxirə düşmüşdü. Habillə məhəbbət dünyasına girən Mahirə də atasının mülk və sərvətini satdıqdan sonra Moskvaya geri dönmüşdü. Atasının maşınlarından birini Habilə bağışlamışdı. Axşamlar işdən gecə yarısına qədər Habil həmin maşınıla taksiçilik edirdi . 
  Alı ailənin məhkəmə proseslərini uzatmaqla özünü ailənin içinə yaxşıca sızdırmışdı. Uzun süründürməcilik və fərziyələrdən Baharın sərvətinin bir işə yaramadığını düşünən ailə əllərini bu sərvətdən üzmüşkən Araz heç zaman bu nədələni geri pılana qoymurdu. 
  -Baxın əzizlərim. İnanın ki, bu cətin günləriniz geridə qalacaq. Bir düşünün. Bir fikirləşin ki, siz yeni ev tikib inşa edirdsız, evi başlayan kimi onu bitirə bilərsiniz? Bu həyat bir imtahan dünyasıdır. Gərək bu imtahandan kecəsiz ki həyatınız aydınlığa çıxsın. Vardır hər kəsin bir çətinliyi. İnşallah, siz də bu günləri adladacaqsınız. O malları Balaqardaşdan qurtara bilsənız elə onların kirası sizə bəs edəcək sizə - deyə Araz onlara təksinlik verirdi. 
  - Amma unutmayın kı, bu sərvətdə nəinki Balaqardaşın və onun ailəsinin, hətta başqalarının da gözü ola bilər.
   -Kimi nəzərdə tutursan dayı? 
   Arazın Alıdan gözü su içmirdi, ama bunu uşaqlara da deyə bilmirdi. Baharın Alıya qarşı diqqətsiz olmadığı nəzərindən qaçmamışdı. Alının Bahara qarşı cənfəşanlığının da nə olduğunu bilirdi. İlla ki ondan bir şey qopardacaqdı. Di gəl ki, Araz bu barədə uşaqları sadəcə xəbərdar etməkdən başqa əlindən bir iş gəlmirdi. Baharın ürəyi yaralı idi Alıya meylini salmış, həyata yenicə tutinmuşkən Alının ona oyun oynadığından şübhələnsə yıxılacağını düşünürdü. Habil də dəliqanlı oğlan idi. Nə qədər Bahara bacı kimi davransa da keçmişin izləri ürəyindən beynindən silinməmişdi. Araz Alı barədə onları oyandırsaydı Habilin gözü dönə bilərdi. Odur ki, üstü örtülü onlara başa salmaq istəyirdi. 
   -Bu elə bir adam olar ki, ömür billah ağlınıza gəlməyəcək bir adam ola bilər.qonşu, dost, tanış, nə bilim vəkiliniz belə. Çox diqqətli olun uşaqlar bu dövürdə dost yoxdur. 
   Alı ailə içində və cevrəsində özünü rəsmi və ciddi göstərsə də , Baharla gizli bir münasibət yaşayırdı. Hiss duygularını itirən qızın qarşısındakı insandan sadəcə bir istəyi vardı, ona sahıb cıxan, ona hörmət edən biri olsun. Sevgi önəmli deyildi onun ücün. Ürəyi qırıq idi bu barədə. Amma qadın kimi diqqət görmək istəyirdi. Alı da Baharın bu istəyindən məharətlə istifadə edirdi. Hədiyələrlə onu ağuşuna almışdı. Alının goynunda sevginin ən pik nöqtəsində sanırdı Bahar özünü. Hələki bu münasibət gizli idi. Baharın saf və uşaq ağlından istifadə edən Alı Baharın guya ki , "xeyri " üçün bu münasibətin gizli qalmasını istəyirdi. Demək olar ki, həftədə üç ya da dörd gün Baharla bir müştərisinin günlük kira evində görüşən Alı dörd uşaqlı evli eşikli bir adam idi. Baharın sanki dili ağzı bağlanmışdı. Onun ailəli olduğunu bilə bilə həyatını ona təslim edib ona inanmışdı. İçindəki boşluğu onun ehtiraslı pıçıltıları, dəlisov sevişmələri ilə doldururdu. Baharın vücudundan yararlanan Alı xoş saatların qarşılığında da onlara köməklik edirdi. Xırım xırda məhkəmə işlərinin pulunu onlardan almamışdı. Bəzən də pulları olmayanda ona veriləcək məbləği Alı aylarla gözləyirdi. Ailənin kritik zamanlarında Alı Bahara çox dəstək olmuşdu. Geyimi xərcliyi Alıdan sorurdu. Son vaxtlar Alənın  Habil üçün tapdığı tərcümə şirkətindəki işlə özü gedib danışmış, Habili Azərbaycanın tanınmış tərcümə şirkətlərindən birində işə düzəltmişdi. Bahar imtahan və zaçotlarını da Alının hesabına bir qəpiksiz keçirdi. Unversitetdəki dekan və müəllimlər Baharı Alı müəllimin "adamı" kimi tanıyırdılar. Hamı ona Alı müəllimə görə hörmət edirdi. Alı Bahardan öz nəfisi və xeyri üçün istifadə etsə də  Baharda özünə qarşı inam və güvən yaratmışdı. Güçlü və hər yerdə sözü keçər vəkillərdən olduğu üçün Alı şəhid ailəsinə verilən müavinəti də Xuramandan alıb Bahara təslim etmişdi. Şəhid ailələrinə veriləcək ev növbəsinə də şəhid xanımı kimi Baharın adı var idi. Bəli Baharın haqqı olan lakın, onun olmayan hər bir şeydə Alının ona köməkliyi deyirdi. Alı ona yol göstərib, Baharın vətəndaşlıq, yaşam haqqını tələb edirdi. Bütün bunların qarşılığında isə Baharın vüçudu və üstündə oturduğu hələ özü dadını bilmədiyi sərvəti dayanırdı. 
   Sərvət Baharın adına olsa da hələ ki, o malları Balaqardaş və oğlanları işlədirdi. Alının dediyinə görə Bakıdakı kiçik məhkəmələri və sosial problemləri yoluna qoyduqdan sonra növbə onlara da gələcəkdi. Baharın sosial və maddi vəsiyyəti yaxşılaşmışdı. Arxasında Alı kimi bir adamın olması onda özünə inam və güvən yaratmışdı. Alıyla rəsmi münasibət gurmayacağını bilsə də ona özü qədər etibar edirdi. Bəli, artıq Rusiyadakı sərvəti geri alma zamanı catmışdır. Bu aralar Habil də yaxşı işdə işləyir, ailə yavaş yavaş özünə gəlmişdi. Murad da böyümüş, baxçaya gedirdi. Alı ailənin bir üzvü olmuşdu. Verdiyi dəstəklə hamının hörmət izzətini qazanmışdı. Həyat burulganında çalxalanan bu sahibsiz bacı qardaşları demək olar kı, Alı idarə edirdi. Habilin də özünün bir dolaşıq işi olanda Alıyla görüşər, ondan məsləhət alardı. Həyatın bərkinə boşuna düşüb büdrəməyən gənclər, Arazın bütün xəbərdarlıqlarına baxmayaraq ilanı evlərində bəsləyirlər... 
     Bahar artıq ikinci kursda oxuyurdu o zaman. Araz budakı iş müqaviləsini bitirib Türkiyəyə geri dönmüşdü . İsmayılın ili çıxdığı üçün Əli evlənmək üçün Bakıya gəlsə də Məleykə bu evliliyi təxirə salmışdı. Cünkü ailə durumları buna  hazır deyildi. Mahirəylə Habil danışsalar da Habilin Bakıdakı durumuna görə helə ki,  Mahirə bu münasibəti ciddiləşdirmək istəmirdi. Aynur öz ailə uşağı ilə zəngin həyatını yaşayırdı. Yayı xarıcı ölkələrdə tətillərdə, qışı qaynana və qaynatasıyla gəlinlik vəzifəsini yerinə yetirirdi. Əriniin başqa qadınlarla münasibəti əsla vecinə deyildi. Uşaqları və zəngin həyatı onun yaşam mənbəyi idi. 
  Mobil uğurlarının axtarışında idi. Unversiteri bitirib magistaturaya qəbul olmuşdu. Təhsili və işi davam edirdi. Qabildən pis xəbər gəlmişdi. Türmədə vərəmə yoluxmuşdu. Habil qardaşının hayına gedə bilməsə də Mobil onu sahibsiz qoymurdu. Tez tez qardaşıyla görüşür, onun üçün əlindən gələni etməyə calışırdı. 

  ...Görüşdükləri ev şəhərin mərkəzində hündürmərtəbəli binanın 4 cü mərtəbəsində idi. Əynində hamam xalatı ilə tül pərdənin arxasında dayanıb şəhəri seyr edən Baharın içində bir fırtına başlamışdı. Nə olur olsun bu gün Alıyla danışacaqdı. Bərabər cıxdıqları sonu olmayan bu yolu buraxacaqdı. Bu görüşün heç bir mənası olmadığını cox gözəl bilirdi. İlk başdan təkliyi və düşdüyü boşluq onu uçuruma sürüklədiyini hiss edirdi. Fəqət Bahar nəfisinə yenik düşərək, özünü Alıya borclu hiss edirdi. Bu səbəbdən də o bu münasibətə razılıq vermişdi. Amma indi ayılmışdı. Bunu başa düşürdü ki, bu münasibət nə sevgidir, nə də sahiblənmə duyğusu. Bu sadəcə bir sərvət istündə oynanan oyun idi. Heç bir malda gözü olmayan Bahar əslində Arazın, Məleykənin ağlına uymuşdu. Arazın mal davasıda xəbərdarlıqlarını tez tez xatırlayır, hətta bu davada vəkili dəyişməsini də ön plana çəkmişdi. Lakin Bahar belə bir iş görərdisə bunu Alıya xəyanət kimi dəyənləndirirdi. İndilik dadını bilmədiyi, sahib oldmadığı bu sərvətin onun gələcəyi olduğunu dəfələrlə Araz və  Məleykədən eşitmişdi. Gələcəyin zəngin xəyalıyla yaşayırdı Bahar. Lakin bu iş uzandıqca xəyalların işığı öləziməyə başlamışdı daha.
   Artıq Alıyla da işləri bitmişdi. Alı haqqını da artıqlamasıyla almışdı. Mal davası təxirə salınmışdı. Alıyla işləri bitmişdisə də Baharla münasibəti davam edirdi. Bu münasibət belə davam edə bilməzdi. Bahar artıg özünü, sözünü, haqqını bilən gənc bir qadın idi. Yaşadıqları onu olqunlaşdırmışdı. Özünü tanıyırdı artıq. Bahar yüngül həyat tərzi keçirən bir qadın olmamalıydı. Hüquq oxuyurdu. Sabahın hüquqşunası idi. Bu gün öz hüquqlarını bilməyən biri sabah başqasının hüququnu müdafiə edə bilməzdi. Gözəl, gənc və yaşıdlarından daha olqun olması  çevrəsindəki kişilərin də diqqət mərləzində idi. Sevilirdi. Özü də bu kişilərdən gördüyü diqqətdən  həyəcanlanır, asil qadın kimi sevilmək, ciddi münasibət, isti yuva qurmaq istəyirdi. Alıyla hər şey gözəl idi. Lakin məhkəmə sürəcində. Rusiya davası təxirə salınınca Alı ondan soymuş, ona diqqət göstərmirdi daha. Əksinə daha qısqanc və qaba biri olmuşdu . Gedib gəlib, Rusiyadakı mallardan bir iki kəlmə atıb Baharın beynini qarışdıraraq onu qoynuna ala bilirdi. Bahar bütün bunlara şirnikib təkrar davanı irəli çəkirdi. Lakin bu barədə Alının gördüyü bir iş də yox idi. Alı ilə Baharın münasibətindən xəbərsiz olan ailə də bu süründürməçiliyi maddiyata bağlayırdı Bu barədə Bahara diqqətli olmağı tövsiyyə edirdilər. Məhkəmələrdən bezən Bahar artıq sərvət davasından kəsinliklə əl çəkməyə qərar verdi. Axşam da bu barədə fikirlərini səsləndirmişdi. 
   - Cəhənnəmə olsun. Allah onlara verdiyi canı ala bilmir, mən onlardan şey ala bilərəm? Mənimki qalıb ilanın  başnı əzməyə. İlanın başı da Balaqardaşdır. O öləndən sonra onun uşaqlarından mal almaq asandır, o zaman şəxsən özüm məşğul olacam bu işlə. 
  Məleykə buna etiraz etdi. Bahar isə qəti qərarını vermişdi :
   - Biraz zamana ehtiyyacım var bacı . İnistitutu bitirim. İnşallah, işləyim , hüquqşunas olacağam allah qoysa , mən haqqımı kiməsə yedirtmərəm . 
   Bu qərardan sonra Alıyla görüşmək onun ehtirasını söndürməkdən başqa bir işə yaramırdı. Özü də hiss edirdi ki, Alıyla görüşməyə davam etdikcə ona daha cox bağlanırdı. Bunu sevgi kimi qəbul etmirdi, onun ürəyindəki sevgi bağları elə o nişanda qırılıb qopmuşdu. Bilirdi ki, o bir daha sevməyəcəkdi. Ehtiras da deyildi, onu da o hadisədən sonrakı əməliyyatda itirmişdi. Duyğuları, hissiyyatı, hissləri də yaşamırdı artıq, ruhu yox idi sanki. Ürəyini, beynini itirmişdi çünki. Ayaq üstə gəzən bir müqavva idi Bahar... hisiyatsız , duyğusuz, istəksiz , arzusuz ... Bəs nə idi Baharı Alıya bağlayan? Axı Alı Bahara heç bir ümüd də verməmişdi. Arvadımı boşayıb səni alacam da deməmişdi. Alı cəmiyyətdə mədəni, centelmen görünsə də Bahara qarşı kobud idi. Camaat arasında Baharla rəsmi və kübar danışsa da, ikilikdə Baharı ərkyana aşağlayaraq onu təhqir edərdi. Özü də  bundan böyük zövg alırdı. Bahar inciyər küsər, o zaman gülərək aşağlamışcasına Bahardan üzür istəyər, bunun səmimiyyətdən irəli gəldiyini, ona ərk etdiyini vurğulayırdı. Bahar bunları qəbul etməsə də Alıya möhtac idi. Özünü onsuz təsəvvür edə bilmirdi. Çox yalqız hiss edərdi. Onun hər təhqirinə dözür, Alının ona qarşı etdiyi əxlaqsız hərəkətlərə göz yumurdu. İçində bir qorxu vardı. Son vaxtlar Alı daha da qəddarlaşmışdı. Zarafatla dediyi hər kəlmə gerçək kimi ağzından çıxırdı. Bahar Alıyə etiraz etdikcə Alı da zarafata salıb Baharı təhdid edir, onun istədiyini etməzsə çılpaq şəkillərini yayaraq onu biablr edəcəyi ilə qorxuzurdu. Bu hədə Bahar üçün ölümdən betər idi. Şəhid xanımının əxlaqsızlığı həm ölkə üçün həm də gələcək kareyası üçün bir ləkə idi. Bahar bu barədə Məlykə və Habillə danışmaq istəsə də onsuzda ailənin çətin günündə onlara dərd vermək istəmədiyi üçün susmuşdu. Bu elə bir vaxt idi ki, Məleykə Əliylə artıq toya hazırlaşırdı. Toy ərəfəsində qan qaraçılıq yaratmaq istəmirdi. Habilin də dəli-doluluğunu bilirdi. Habil əlini qana bulayacağından qorxurdu. Bir tək gümanı Araz idi. Arazdan kömək istəmişdi.Telefon qovşağında saatlarla asılı qalıb dərdini utana utana Araza danışanda Araz onu qınamışdı da :
  -Mən orda olanda nə demişdim Bahar? Mən deməmişşdimmi o sərvət şirəsinə dadanan zibildi? Mən deməmişdimmi o sərvət üçün sənə ağız atanlar çox olacaq? Belə vəziyyətdə sən tədbirli olmalıydın . Cünkü sən hər hansı biri deyilsən Bahar. Sən bir sərvət üştündə yatan dul şahzadəsən axı. Səni ələ kecirmək, ləkələmək istəyən, şantaj edən, əzən cox olacaq hələ. Dəfələrlə sənə dedim ehtiyyatlı ol qızım. 
    Arazın qınağından və bu qınağın çox haqlı olduğundan özünü danlamış belə bir qənaətə gəlmişdi.  Bəli o bu gün Alıyla oturb lazım olan məsələni danışaraq həll edəcək və elə bu gün də ayrılacaqdı. 
   - Nə durmusan o pəncərənın qabağında? Mən sənə bəs eləmirəm ki, özünü çöldəki kişilərə göstərirsən, hə ?- deyə hamamdan cıxıb başını qurulaya qurulaya divana yayxanan Alnın kobud səsi içərini doldurdu 
  - Cöldən içəri görünmür, narahat olma , həm də pərdə var -  Bahar pəncərədən ayrılıb onun qarşısında dayandı. Danışmaq üçün hardan necə başlayacağı üçün ozünü toparladı . 
   -Nədi? Doymamısan, ay mənim matışım?  
   - Tərbiyəsizlik eləmə ! 
   - Haaa , haaa... tərbiyəsız tərbiyədən danışır? Hansı tərbiyədən danışırsan azzz ? - əlin atıb divanın başındakı pencəyini götürdü. Qoltuq cibindəki şəkilləri çıxarıb Baharın gözünün qarşısına tutdu. Bu Baharın müxtəlif pozisiyonda çəkilmiş çılpaq şəkilləri idi. 
   - Nə demək istəyirsən? Sən mənim şəkillərimi çıxartmısan? Məqsədin nədi? 
   -Heç nə, darıxanda baxıram ay tərbiyəli qız. Maşallah anan səni qəşəy tərbiyə edib, bax nə qəşəy pozisiyondu bu, lap arxadan...
   -Bəsdir, ver bura...
  - Al... Məndə 100 dənə var - Şəkilləri kənara atıb -Nədi qorxdun? Gəl görüm gucuma, gəl də, nə naz edirsən az? 
   Baharın qolundan dartıb qucağına oturtdu :
   -Sən canı necənci kişiyəm mən?Sayını bilirsən barı?  
  - Tərbiyəli danış, dedim Alı ! Dözə bilmirəm sənin bu şit zarafatlarına Utanmaz !!! -  Bahar cırpınıb Alının əlindən cıxmaq istədi. Alı onu oyuncag kimi divana atıb dizini qarnına qoydu : 
  - Nə naz eliyirsən aazz? 
  -  Nə nazı, səndən nifrət edirəm! Burax, eləmə!  
  Caşqın caşqın ona  baxan Alı isti nəfəsi ilə Baharın sinəsini yandırırdı :
  -Nifrət  edirsən? Nədən? Bundann? 
    Alı vəhşi kimi Baharın sinəsini ovuclayıb gəmirirdi.
  - Alı , eləmə ,yavaş... Vəhşisən?Dayana bilmirəm, çox, acıyır. Qalx! Dayan Alı,burax! Biz danışmalıyıq! 
   - Hə... Məncə də - deyə  Alı Baharın üstündən qalxıb şəkilləri əlinə aldı. Bir bir baxaraq cevirdi. Dodaq altı acıqlı bir kinayəylə gülümsəyirdi. Hirsindən fısıldayırdı. Sankı beynində nəsə düşünür, nəsə planlayırdı. Bahar vaxt itirnədən yataq otağına keçib paltarlarını tələsik geyinib bayra cıxanda Alı onu sınayıcı nəzərlərlə süzdü :  
   - Noldu qurtardı?  
   -  Nə? 
   - Yaman tələsikdəsəna öz aramızdır. 
   - Yox əksinə! 
   - Bəs niyə belə tez? Soyun! Bilirsən sənin çılpaq vücuduna baxmaqdan doymuram. 
   -Alı... 
   - Zəhrimar. Soyun deyirəm! 
   - Alı, bu gün səninlə danışmalıyam.
   -Soyun, sonra danışarıq!
   -Alı, aramızda nə olubsa olub keçib, 
   -Kiminləyəm mən? Soyun deyirəm!
    Alı əsəbi halda şəkilin birini Baharın üzünə çırpdı 
   -Alı, Başa düşürsən məni?- Bahar yerində əsim əsim əsirdi. Alının üzünə baxmadan əlindəkı şəkillərə baxaraq fikirini çatdırmağa çalışırdı:
   - Alı məncə biz belə davam edə bilmərik! 
   -Nə demək istəyirsən?
   -Biz ayrılmalıyıq Alı! 
   - Niyə? Yoxsa arvadımı boşamaq üçün mənə naz eliyirsən? 
   - Yox, bilirəm ki, heç istəsəm də boşamazsan 
  Alı əlini əlinə vurub yüksək səslə  güldü;
  -Mən ölüm, elə demə. Gəl sənin xətrinə boşayım haa haa... Səni alım, hə, nə deyirsən əmlik guzum?
   Alının gülüşü duvarlara çırpılıb Baharın üzərinə yağırdı sankı . Bahar bu gülüşlərdən bezmişdi, əzilmişdi, usanmışdı. Bu gülüşlər ilk dəfə deyildi , Alı həmişə beləcə onu ələ salırdı. Alının sevişməsi nə qədər əyləncəli və ehtiraslı olsa da, köbudluğu da o qədər dözülməz idi. Son vaxtlar Alı onu ələ salmasına dözə bilmirdi artıq . Əsəbləşirdi. Əsəbi halda Alının üstünə şığıyıb əlindəki şəkilləri parçalayıb cibinə basdı. 
   - Oooo ... Bravoo! Bravoo! - Alı ona baxıb onu alqışlayaqaq ələ salmağa  başladı - Bahar xanım nə yaman əsəbləşib belə? Dərdi nədir? Niyə belə eliyir? Bilmək olar xanım zati-aliləri, nıyə əsəbləşib?
   - Məni ələ salıb dəli eləmə, bəsdir !!!
   - Yaxşı, yaxşı. Sakit ol, əsəbləşmə! Nə deyirəm -Alı qalxıb təkrar pencəyini götürdü;
   - Ayrılmaq istəyirsən? 
   - Bəli! 
   - Bəlin şəkərdən şirin. Niyə, balam, sənə nə pisliyim keçib mənim? Səni adam eləmişəm, cəmiyyət arasına çıxarmışam, nəsilinin arxasında dayanmışam, sağolum budur?
  - Hər kəs özünə cavabdehdir.  Nəsilimə nə etmisənsə haqqını da artıqlamasıyla verib qardaşım. Belə də ki, mən nəsilimə cavabdeh deyiləm ! Mənim sənə nə borcum var onu de !  
   - Səninlə pula razılaşmışdıq? Mən səninlə pul söhbəti eləmişəm bu zamana qədər? 
   - Yox .
   - Bəs nə borc borc salmısan ortaya . Mən səndən başqa şey istəyirdim ! 
   - Sən məndən bədənimi istəmişdin , hə? Sən bu işin qarşılığıda məni yatağına soxdun də...
   - Məcbur soxdum? Bunu məndən çox sən istəyirdi də, ay canım gözüm!
   -Düz deyirsən. Haqlısan mən də istəmişdim və sən də bə bundan doya doya istifadə elədin. Arvadınla eləmədiklərini təhqir edə edə mənimlə elədin. 
  -Başımı xarab eləmə. Bu sexstir, bunun sərhəddi olmaz...
  - Bax ay sağol. Amma sən bunu mənim başıma qaxınc eləyirsən! 
   - Bunları mən demirəm ki ay dəli, sən deyirsəndə.məndən çox sən kayf almısan da bu vəziyyətdən. 
   - Deyəkki, mən sənə inandım güvəndim. bəs sən? Sən neylədin? Yatdığım yerdə, çimdiyim yerdə,  əyləndiyim yerdə şəkillərimi çəkib indi də məni şantaj edirsən! Nə istəyirsən məndən? 
  -Az danış, soyun əynini gəl deyim nə istəyirəm!
  -Məndən istifadə etməyə haqqın yoxdur! 
  -Eee, başladı yenə, burnumdan gətirmə, burama qədər gəldin Bahar! 
   -Sən mənim də qardaşımın da vəkili idin. Puldan pul, candan can aldın . İndi nə istəyirsən? Artıq səninlə görüləsi işlərimiz qalmayıb. Səninlə artıq heç bir anlaşmamız yoxdur. Bir də məni axtarma, bildin?  Bu gün son görüşümüzdür. Bundan sonra səninlə hər hansı bir iş. görəcəyimizi də ağlıma gətirmirəm.
   - Sən belə düşünürsən? 
   - Əlbəttə ki! 
   - O zaman - Alı iş çantasından bir qovluq çıxarıb Baharın gözünün önünə tutdu - Mənimlə notaryusa gedəcəyik və bura imza atacaqsan ! 
   - Nədir bu?  
   - Moskvadakı dükanın mənə satılması haqqında etibarnamə. 
   - Nə? - Baharın gözləri bərəldi. Arazın dedikəri bir bir gerçək olurdu deyəsən. 
   -İkinizin - qardaşınla sənin məhkəmə və sosial hüquqlarının bərpası ilə bağlı işlərinin qarşılığında o dükanlardan birini istəyirəm. Bilirsən ki, Hacalıyla məhkəmə işi hələ açıq qalıb. 
   - İstəmirəm qardaş, bağlayın, bu məhkəməni, bitirin artıq ! İstəmirəm o sərvəti zadı. Əl çəkin məndən, yeter... yetəəərr! 
  - Nə səsini atirsan başına, nə özünü dağ başına qoyursan azz? Əlim səndə qalmayıb!  Mən haqqımı istəyirəm. 
   -Haqqımı vermişəm artıqlamasıyla, necə lazımdırsa. Haqqımı vücudumdan, mənliyimdən aldın ay şərəfsiz!
   - Sübut elə!
   - Sübutu səndə- Bahar yerə tökülmüş şəkil parçalarına işarə etdi. 
  -Bunlar sənin əxlaqsızlığının sübutudur. Mən sənə heç nə eləməmişəm, heç görüşməmişik də, bizim şəxsi münasibətimiz olmayıb. Belə əxlaqsız qadına süd əmər kprpənin qəyumluğunu belə vermək qətiyyən qanuna ziddir. 
   - Nəə? İndi də bu çıxdı? Muradı qatma ortaya!
  -Bilirsən Bahar, mən qanun adamıyam. Qanun nə deyirsə onu da edərik! 
   Bahar əsəbi halda pencəyini götürüb çiyninə atdı. Qapını aça - aça qışqırdı :
   - Səni şikayyət eliyəcəm. Yuxarılara qədər çıxacam, indi görərsən. 
   - Sən bunu da yeyə bilmərsən! Get əlin hara qəlbidir qoy !!!
    Blokdan çıxdığında baharın xoş havası üzünə çırpıldı. Həmişə belə havada gözlərinin içi gülümsəyən qızın üzünə bu dəfə bir kədər çökmüşdü. Həyətdə bina sakinləri gəzişir, uşaqlar oynaşırdılar. Əsəbindən əsə -əsə ayaqları bir birinə dolaşa - dolaşa ana yola cıxdı. Nə edəcəyini, hara gedəcəyini bilmirdi. Çox əsəbləşib, dolmuşdu. Belə evə gedə bilməzdi. Əsəbini, içini boşaltmalıydı. Dayanacağa keçib avtobus gözlədi. Elə bu vaxt Alının maşını düz onun qarşısında dayandı.
  Dayanacaqda cox adam vardı. Urəyini , içini həyəcan bürüdü. Elə bilirdi ki, Alı qapını açıb orda ona bağırıb çağıracaq , onu elə burda, bu camaatın içində biabır edəcəkdi. Amma gözlədiyının əksinə . Alı pəncərəni açıb :
   - Salam Bahar xanım - deyə işgüzar bir tərzdə heç nə olmamış kimi salamlaşdı.
   - Sizin işinizlə məşgul oldum . Belə başa düşürəm ki, bu davaya girsək , itirən siz olacaqsız. Gəlin bu işi sülh yolu ilə həll edək, qurtarsın getsin. Düşmənçilik nəyə lazımdır axı?  
    Bahar Alının iki üzdülüyünü bilirdi. İkilikdə onu bir başqa sifətdə, camaat içində  bir başqa sifətdə çox görmüşdü. Evdə olan bu böyük mübahisədən sonra heç nə olmamış kimi onun belə  pozitiv,, şən və işgüzar əhval ruhiyyəsi  Bahari daha da qıcıqlandırırdı. Artıq bu adama qarşı içində iyrənc bir nifrət baş qaldırmışdı. 
   Alı aylardan bəri Baharda hiss edirdi bunu . Odur ki, artıq tədbirini görməyə başlamışdı. Yağlı əppəyin son loxmasını yemədən, bu tamah süfrəsindən qalxmaq istəmirdi. Hələ bu tikəni əlinə almışkən, ilk loxmasını belə udmadan yerə qoymağa heç niyyəti yox idi . 
   - Yaxşı, məni bağışlayın, işlərim coxdur, büroya keçməliyəm. Yoxsa sizi ötürərdim . Siz yenə dediklərimi yaxşıca düşünün. Hə bir də...- deyə maşının günlüyünü endirdi ordan bir zərf cıxarıb Bahara uzatdı;
  -Bahar xanım, o ərizəni ləğv etməyimizə baxmayın. Mən yenisini yazmışam. Heç narahat olmayın. Nə lazımsa edəcəyik - deyə maşının şüşəsin qaldırıb ordan uzaqlaşdı . Bahar zərf əlində etrafa baxdı. Dayanacaqda hər kəsin diqqəti ona cəmlənmişdi. Bahar dayanacağın bir küncünə çəkilib, zərfin qapağını qaldırdı. Azaca aralayıb içinə baxdı . Zərfdə Baharın çılpaq şəkili vardı. Əli əsə əsə tez zərfi çantasına atıb ordan uzaqlaşdı. Bu dəfə də dənizə üz tutdu, içini boşaltmağa....
   -  Ahhh Xəzər... ah , qara dərdləri köksünə yükləyib çırpınan dəniz ! Niyə belə coşmusan? Yoxsa bu dəfə də... Yoxsa bu dəfədə sənə dərd yüküylə ziyarətə gəldiyimi hiss etdin, mavi gözlü dənizim? Nədir bu çılğınlıq, nədir bu dəlilik? Niyə özünü daşlara çırpırsan?  Niyə özünü həlak edirsən? Hələ sənə açılmamışam ki, danışmamışam ki. Yoxsa daha dərd daşımaq istəmirsən? De də, de dəli dənizim de! De, neçə mənim kimisinin dərdin udmusan? De neçə mənim kimisinin göz yaşıyla dəniz olmusan? Danış dənizim ! De görüm neçə mənim kimisinin günahını yumusan? Bəlkə mənim kimi yetimə ana olmusan? Bəlkə qoynuna almısan, bağrına basmısan? Bəlkə mənim kimisin bu sahildən alıb başqa sahilə atmısan? Niyə danışmırsan? Niyə mənə ümüd vermirsən? Sənə nə qədər pənah gətirdim, körpə uşaq küsüb anasına qaçdığı kimi, mən də dərdlərimlə sənə qacdım. Səni ana bildim. Sən niyə ögeylik edirsən mənə, gözəl dənizim. Al məni də ağuşuna , çək içınə. Sonsuza qədər sakitləşdir , susdur məni. Niyə etiraz edirsən, dəli dalğalarınla? Sən məni dansan da  mən səni anam bildim.Yalanmı söyləyirəm hə? Yox vallah yox! Yooox inanmırsan!  Bax! Bax, İnanmırsansa  qumsalardakı ayaq izlərimə bax! O zaman görərsən ki, bura həmişə mənim məkanım  olub. Onda görərsən ki, mənim burda bir yuvam catmır, onda görərsən ki, mənim günüm burda keçir. Ah dənizim, ahh... bəlkə də o yağan yağış yağış deyil, mənim göz yaşlarımdır. Bəlkə də qoynuna tökdüyüm göz yaşlarıdır bu. Buxarlanıb yağmur olur yerə tökür. Səni ana bilib məkanına ayaq basmışdım dənizim, sən də mənim izlərimi mən gedən kimi silib süpurursən ! Bilirsən bu nə deməkdir? Hə bilirsən? Bu o deməkdir ki çıx get,  bir daha da mənə gəlmə! Bu o deməkdir ki, get dərdini başqa yerdə danış, bu o deməkdirki yükün ağırdır, mən bunu çəkə bilmirəm. 
    Eh... ehhh dəniz, dəniz Mən səni anam bilmişdim. Yenə yanıldım həmişəki kimi. Sən də mənim ögey anamsanmış. Sən mənim doğmam olsaydın məni alardın qoynuna, yoxsa yanına gəldiyimi kimsə bilməsin deyə izimi silməzdin .
 
    ...Artıq vaxt vədə gəlib çatmışdı . Məleykə bu dəfə toyu təxirə salmaq istımirdi. Toy deyəndə elə bir böyük toy etmeyəcəkdilər, elə oz yaxın çevrəsi, qohumlar arasında  balaca bir kampaniya olacaqdı. Hər dəfə toy olsun dedikləri yerdə bir iş çıxırdı ortaya. Nə qədər sakitlikdir bir an öncə bu işi həll etməyə tələsirdilər. Çünkü artıq yaş da keçirdi.
   Əli toyuna Aynuru dəvət etsə də Aynur toyda iştirak etməyəcəyini bildirdi.
    Mahirə, Mobil və Əli Bakıya gəlib toy tədarüklərinə başlamışdılar. Çütlüklərin üzündən xoşbəxtlik yağırdı. Lala və bacıları bu izvivaca nə qədər əngəl olsalar da Əlini bu yoldan heç nə döndərə bilməmişdi. Əli bu ailəni tanıdığı gündən nə olur olsun Məleykəni heç kimsənin ayağına  verməyəcədi. Əli sözdə bacılarnın Məleykəni sevmədiyini anlamışdı onsuzda. 
   Habillə Mahirə kumuru quşlar kimi sakitliyə çəkilər, gecikmiş məhəbbətin qoynunda xumarlanırdılar. Bu münasibətə nə ad verəcəklərini özləri də bilmirdi. Habil bu barədə Bahardan çəkinirdi. Baharın yanında Mahirəylə səmimi olmaq istəmirdi. Mahirə də Habil ilə Bahar arasındakı böyük məhəbbətin şahidiydi. Onların nişanlarında iştirak etmişdi. Bəzən düşünəndə ki, Habil ilə Bahar bir evin altında yaşayır, o zaman qısqançlıq duyğuları onların bacı qardaş olmağını ona unutdururdu. 
   Habil ona nə qədər dil töküb onun bu şeytani fikirlırini başından atmağa çalışsa da Mahirə yenə də dediyinin üstündə dururdu. Habilin başqa evə köşməyini, ya da təkrar Almaniyaya getməyini istəyirdi. 
   -Bəs Məleykə gedəndən sonra nolacaq? Bir yerdə, bir evdə təsəvvür eliyə bilmirəm siz. Başa düşürsən, Habil ! Sən keçmiş sevgilinlə, nişanlınla, oğlunla bir evin altında ailə olaraq yaşayacaqsan! Mən bunu qəbul edə bilmirəm! 
   - Mahirə, niyə belə qara fikirlər gəlir ağlına? Bəli o vaxtı onun kim olduğunu bilmirdim. Amma indi o mənim bacımdır, bunu bilirəm axı. Onun mənim bacım olduğunu niyə qəbul etmirsın sən? Deməli biz evlənsək ,  bizim günümüz belə dır-dırla kecəcək?  
   - Əgər məni istəyirsənsə gedək buralardan. Gedək Moskvaya ya da  Almaniyaya, Holandiyaya, hara istəyirsən. 
   - Gedə bilmərəm axı, uşağın vəlayəti mənim, qəyyumluğu Baharın üzərindədir. Bahar oxuyur, təhsilini xaricdə  davam edə bilməz . Dövlət mənə də uşaq vermir. Mən kişi xeylağı qürbet eldə körpə uşağa necə baxacam? O uşağa baxmağım üçün burda qalmalıyam. Onu özümlə aparmağım üçün anasının icazəsi lazımdır.
  -Sənə lazım idi bu uşaq? Versəydin özlərinə...
   -Bu barədə səni başa düşə bilmirəm. Niyə belə edirsən axı? 
   - Biz evlənsək də mən uşağa zada baxa bilməyəcəm, incimə... 

   Bu aralar Sevdanın içəridən qurtulma şansı var idi. Yeni ildə verilmiş əfv fərmanına Sevdanın da əhfvi gözlənilirdi. 
    Dövlət fərmanında bu belə görünsə də əslində bu işlə mafiya özü məşgul idi. Balaqardaş Müzəffərin ona həvalə etdiyi dükanlardan haqqına düşən hissələri adına kecirib, birini də satdıraraq lazımı tədbirləri görmüş, lazımı adamlarla görüşmüşdü. Küllü miqdarda pul hesabına Elçini mafiyadan qurtararaq Sevdanın əhvə düşməsinə şərait yaratmışdı. Bu xəbər ailə üçün toy bayram olsa da , yenə qara buludlar ailənin üzərindən əskik deyildi. Cünkü hələ gözlər Sevdanın üzərində idi. Sevda artıq bu bataqlığa düşmüşdü. Onun bu bataqlıqdan qurtuluş yolu yox idi. 
   
    Axşam qız gəlinlər toplanıb Məleykəyə xına etdilər, calıb oynadılar, yeyib içib, əyləndilər. Xınalarını yaxıb xonça - baratla oğlan evin yola saldıqdan sonra qadınlar və qızlar ev eşiyi səliqəyə saldılar. Sabah gəlini aparmağa gələcəkdilər . 
  Qonaqlar və yaxın qohumlar sabahkı toyun həyəcanını yaşarkən, Bahar Muradla otağın birinə çəkilib öz dərdinə, öz halına ağlayırdı. 
   İki gün bundan qabaq ölkədə dərc olunmuş sosial - içtimai əyləncə qəzetlərin birində porno hekayələrinın birinə Baharın çılpaq şəkili başlıq olaraq dərc olunmuşdu ...
                     *****
   Hər şey yoluna düşmüşdü deyərkən Baharın belə çirkabda adının hallanması məni yenidən heyrətə salmışdı.Tərslikdən də "axı niyə belə oldu bu Bahar, axı sən Alıya güvənmışdın. Sənin porno hekayələrində nə işin var, ay gız ?"- deyə yazdığım mesajlara  Bahar hələ də cavabsız qalırdı ...
                 ______49______
     Əl ayaq çəkilmiş, hamı yatağına girmişdi. Kişilər zalda, qadınlar içəri otaqlarda yatmağa hazırlaşırdılar. Sabah tezdən qalxacaqdılar, görüləsi işər cox idi, Bahar özünü yuxululuğa vursa da öz aləmində idi. Xəyalında Muradla görüşüb halallaşırdı. Bu yükü heç vaxt qaldıra bilməyəcəkdi. Bu çirkabdan cıxa biləyəcəyinə gümanı yox idi. 
   Bahar Alının dediyi kağıza imza atmayınca Alı da onun şəkillərini porno səhvəsındə yaymışdı. Bahar belə qızətlərdən uzaq idi, amma bir gün unversitetin müəllimlərindən biri, Alının köhnə sevgililərindən olan Firəngiz müəlimə onu dəhlizdə saxlayıb qəzeti ona uzatdı :
  -Bu yüz faiz Alının işidir, bilirəm. De görüm neyləmisən ki, kişinin "xətrinə" dəyib? Onu məndən yaxşı tanıya bilməzsən. Alı bu yola əl atıbsa demək ki, istədiyini verməmisən ona. Oğraşın dal ayağıdır o... 
   Öz şəkilini qəzetin üz qabığında görüncə gözləri qaralsa da özünü ələ almağı bacarmışdi. Bir başa Alının iş yerinə gələrək bütün kabinetini darmadağın etmişdi Bahar. Amma nə fayda, olan olmuşdu.15 gündən bir dərc olunan həmdə, açıq sacık yazıları ilə gənclər arasında izlənilən sosial qəzet unversitetdə əks səda doğurmuşdu. Baharı barmaqla göstərirdilər. Artıq nəinki tələbələr hətta bəzi kişi müəllimlər də Baharı daldalayıb, onunla görüşməyi,açıq açıq cinsi əlaqədə olmağı təklif edirdilər. 
   Cox götür qoydan sonra telefon məntəqəsinə gəlib Türkiyəylə - Arazla danışdı ... 
   Adı çıxdığı qədər cıxmışdı. Belə biabırcılıqla burada yaşamaq olmazdı. 
   - Murad balam, hələ nənəgil bu qəzeti görsələr bilirsən nələr olacaq?Allah göstərməsin - deyə barmağları ilə Muradın giçgahini sığallarıb gözlərini yumdu. Bayaqdan içinə axan göz yaşı otağın qaranlığından füsət bilib dışarı qaçdı:
  - Əllərinə fürsət düşəcək, deyəcəklər, belə əxlaqsız bir adam uşaq tərbiyə edə bilməz. Səni məndən alacaqlar. Bütün mehrimi sənə salmışdım mən, əziz balam. İndi sənsiz neçə dözəcəm? Mən belə yaşaya bilmərəm, mən bu adla yaşaya bilmərəm. Artıq hər kəs mənə pozğun kimi baxır. Axı niyə özüm öz əlimlə başıma daş saldım. Niyə anamın atamın üzünə ağ oldum. Bax nə yaxşı sakit yaşayışım vardı. Bu nə tufan idi mən düşdüm. Axı niyə qismətimlə, qədərimlə barışmadım ki? Niyə Allahın məsləhətinə dönük çıxdım mən? Axı mənim olmayanı, dadını bilmədiyim bir sərvət üçün dəyərmiydi bütün bunlara? Anamın atamın imkanı yaxşı idi, hər nazımı çəkirdilər! Nəyim əksik idi mənim? Mənə lazım idi bütün bunlar? - deyə biraz aralıda yatağını yerdən salıb yatan Məleykəyə baxdı. İçəri qələbəlik idi. Mahirə, Mikayılın dayısının qızları, Lalanın bacısı qızları sabahkı toy üçün gəlmişdilər. 
   Muradı ehmalca bağrına basıb qoxlayıb öpdü. Qalxıb barmaqlarının ucunda mətbəxə keçdi. Yavaşça çəkməcələri çəkib nəyəsə baxdı,nəsə axtarırdı. Nə axtardığını heç özü də bilmirdi . Cox gərgin idi . Mətbəxin qapısı zalın qapısı ilə üz bə üz olduğundan divanda uzanıb hələ yuxuya getməyən Habil gözləri ilə Baharı təqib edirdi. Baharın gərginliyini hiss edirdi.
  - Cavandır, birdə qəlbi qırıqdır. Bəlkə Məleykənin bu xeyir işi onun qəlbinə toxunur, bəlkə pis olur. Axı biz yazığın ağlına nə gələrdi ki, taleyin belə oyununa gələrik. Hec ağıla gəlməyəcək bir şey yaşadıq. Bizi tanımayan bir adama desək ki, başımıza bele bir şey gəlib, biz təsadüfən bacı qardaş çıxmışıq ,  vallah bizə gülərlər. Deyərlər bu dünya bu qədər balacadır ki, həyat sizi belə, bu şəraitdə görüşdürdü? Heç kim inanmaz bu əhvalata. Deyərlər, ə bunların başı xarab olub. Vallah da, billah da hec kim buna inanmaz - deyə Habil gözləri ilə Baharı izlədikcə düşünürdü. 
  -Yazıq qız... Mən yenə birtəhər olanları unuttum, qəbul etdim, özümü ələ aldım. Bilirəm o üzdə özünü şən göstərsə də, hələ içi qan ağlayır. Məleykənin evlənməyinə belə pis olur . Bəs mən Mahirəylə evlənsəm nolacaq gör?! Düzdür Mahirəylə məni bilir. Mütləqdir ki, bizi qısqanır. Büruzə vermır bilirəm. Neyləsin ee yazıq qız.
    Elə indicə ona sarılmaq istədi. Yorganı üstündən atıb mətbəxə gedəcəkdi ki, Bahar əlində bıçaqla ortalıqda dolaşmağa başladı. Habil Baharın hərəkətlərindən şübhələndi. Bahar aralıdan diqqətlə yatmiş qonaqların üzünə baxır sanki onların yatıb yatmadığını kontrol edirdı . Sərsəmcə dəhlizdə gəzişir, dodaqlarının altında nəsə pıçıldayırdı. Habil, yerini rahatlayıb qolunu alnının üstünə qoydu. Qolunun altından Baharın bütün hərəkətlərini izləyirdi. Budur Bahar ona sarı gəlirdi. Sərxoş adamlar kimi yeriyirdi. Özündə deyildi. Yaxılaşıb Habilin üzünə baxdı və gözünün yaşını silib hamama keçdi. İçəri girib qapını bağladı. Habil nigaran nigaran Baharın ardınca boylansa da biraz gözləməyi lazım bildi. 
   Bahar aynanın qarşısında dayanıb nifrətlə özünə baxdı. 
   - Sən kimsən, həə kimsən? Bahar? Heç bilirsən bu adın mənası nədır? Bahar, yenilik, gözəllik, təravət rəmzidir. Bəs sənin təravətin harda qaldı ay qız? Sən baharını yaşamayan, baharını görmədən ömrünün payızında sürünən bir varlıqsan. Ha ha ha... Payızmı dedin sən? Payızda belə rəng var. Sənin həyatında rəng belə yoxdur, Bahar. Sənin həyatın ağ və qaradan ibarətdir. Bəlkə də qış fəsilindədir sənin həyatın, bəlkə şimal qütbüdür. Payız fəsilində  rəng var, sənin həyatında yox. Payızda çıçəklər , yarpaqlar solar, xəzan olar. Xəzan olmuş o qurumuş yarpağın belə əyləncəli ömür yolu vardır, sənin yox. Əsən payız küləyi qoynuna alıb o yarpağı atıb tutar, yağış yağar isladar, selə qarışıb yeni yatağına düşər o yarpaq. Sən isə üstünə qar düşən çiçək kimi donmusan, çiçək ömrünü donaraq məhv etməyə məhkum olmusan. Niyə bu gözəl dünyada həyat sənə qışı yazdı? Niyə, baharın gecikdi sənin? Niyə bir isti yuva tapıb donunu aça bilmirsən, Bahar? Niyə bu dünya sənə görə deyil axı? Niyə bu gözəl həyatda sənə yer yoxdur? Sənin yaşamağa haqqın varmı Bahar? Başına gəlməyən qalmadı, daha nə gözləyirsən bu həyatdan? Cabalaya cabalaya düşdüyün bataqlıqdan çıxmaq yerinə daha da batırsan bu murdar bataqlığında. Daha da dərinlərə gedirsən. Hər şeyi bir kənara qoyaq. Bax Bahar. Vaxt var idi Məleykəni qınayırdın. Deyirdin gənc gözəl qızdır, bəs niyə yuvasını qurmur? Niyə 3 uşaqll evli kişinin arxasınca düşüb, onunla yaşayır? Deyək onun bir amalı var idi, sevirdi. O Elyarı sevirdi.Elyar da onun bu sevgisinə hörmətlə yanaşırdı. Ona qadınlığını hissetdirirdi. Sahib çıxmışdı, kişi kimi qoruyurdu onu. Məleykəni xoşbəxt edə bilirdi. Bəs sən... Sən niyə Alının evli olduğunu, səndən istifadə etdiyini bilə bilə, tələsinə düşdün? Axı Alı səni sevmirdi, sən də bilirdin bunu. Sən də sevmırdin Alını. Axı Alı sənə Eliyar Məleykəyə qoyduğu hörmətin nöqtəsini qoymamışdı. Sən Alıya işinin xatirinə, Alı da keyfinə görə sənə baxdı. Bir birinizin atəşini söndürdüz. Bəs bu bağımlılıq nə idi? Bu etibar, bu güvən nəydi? Sən özünü kimlərə tay tutdun Bahar? Sən bir fahişəsən! Həm də bütün bir elin fahişəsi, qəzetlərdə adı çıxmış, şəkili paylaşılmış. Eşidən- bilən bütün kişilərin yataq, yemək- içmək təklif etdiyi bir fahişə... 
  Bahar udqunub əlləri ilə boğazına toplanmış qəhəri aşağı doğru çəkirdi. Əslində çəkmirdi, özünü boğurdu. 
   - Yaxşı, ananı qınadın, deyirdin məni doğub niyə atıb? Bəs sən niyə doğdun atdın? İndi durub deyəcəksən o,uşağın kim olduğunu belə bilmirdim, özümdə deyildim, istəmirdim! Məleykəylə Mədinə ananın taleyini danışmışdı axı sənə. Bəs o zaman o qadına qarşı fikirin niyə dəyişmədi? Həyatda hər şey olar, deyib öz etdiklərini müdafiə  edirsən. Bəs niyə səni dünyaya gətirən o qadına lənət oxuyursan? Niyə hələ bağışlamamısan onu? O qadının yaşadıqları onun həyatıdır bəs. Qınadığını yaşamasan ölmərsən demişlər. Bilmirdinmi vaxt gələcək eyni şeyi sən yaşayasan, hələ harasıdır, birazdan tale səni də öz balanla görüşdürəcək. Bax o vaxt, o da sənə nifrət edəcək. O zaman sən də anan kimi donub qalacaqsan , söz tapmayasan günahlarını ört bastır etməyə. 
   Hamama girdiyi uzun zaman idi , lakin nə su səsi gəlirdi, nə də bir hənirti. Habil narahat olmağa başladı . Ehmalca yatağından qalxıb hamamın qapısına gəldi. Qulağını qapıya dırəyib içərini dinlədi. Səs yox idi. Yavaşca qapını tıqqıldatdı . 
   - Bahar, içəridəsən ?  
   Bahar qapının səsini eşidib tez suyu açdı . 
   - Hə , mənəm, burdayam , işim var ...
   Habil Baharın sısini eşidib rahatladı . İçərini biraz dinlıyib qapıdan çəkildi. 
   - Hələ Sevdanı qınadın, fahişəlik edir dedin-deyə Bahar aynaya baxaraq hələ də vicdanıyla hesab kəsirdi- Elə bildin öz xoşuyla bu yola düşüb . Nə bilirsən ki , o nələr yaşayıb, nələrə məcbur qalıb? Hansı qadın durduq yerdə bu yola düşər? Hansı qız özü özünü biabır edər? Sevdanın əxlaqsızlığını beş adam bilirdisə, səni indi bütün  Azərbaycan bilir. Sənin unversitetdən qovulma qorxun var eee... Bilirsən necə biabır olmusan Bahar? Bəs indi bu biabırçılıqdan necə qurtulacaqsan?
   Bahar üzünə su vurdu nifrətlə aynadan özünə baxdı tuvaletin qapağını örtüb üstündə oturdu. Dizlərinə dirsəklənib saçlarını barmaqlarına doladı, saçlarını yolurdu. Sən bilirdin axı bu yolun sonu uçurumdur. Niyə geri qayıtmadın, Bahar? Tamah sənə üstünmü gəldi?  Nəfisinmi səni çəkişdirdi, şeytanmı qulağıa pıçıldadı? Alı dediyi sənətə niyə qol çəkmədin? Tər töküb qazanmışdın o malı? Cəhənnəmə olsun nəyinə lazım idi axı sənin. Guya indi sənindir o mallar? Odur millət oturub üstündeə çıtır çıtır pul qazanır yeyir, xərcləyir. Sən burda nələr çəkirsən. Dadını bilmədiyin şey sənə namusundan dəyərli oldu? 
  Yanaqlarını ovuclayıb sıxışdırdı. Barmaqları arasında üzü əyilib eybəcərləşdi. Dodaqlarını dişləyib için için hönkürdü. 
   - Bütün unversitetdə şəkillərin yayıldı, qəzetlərin seks ulduzu oldun ! Daha hansı biabırçılığı gözləyirsən Bahar? Kişi müəllimlərinin əlinə bilirsən necə fürsət düşüb? Sinif otağında təkliyə salıb əlləmədiyi yerin qalmayıbe. Bir o qalıb ki,kişilər evində növbəyə dayana. 
  Barmaqların boğazında cəmlədi. Dizinin üstünə qoyduğu bıçaga baxdı. 
  - Nə üzlə baxacaqsan Habilin üzünə? Sənə güvənən, səndən mətinlik, iradə gözləyən Araz dayının üzünə? Demişəm, ona hər şeyi , düşdüyüm bu cirkabı ona zəng edib danışmışam!  Niyə deyirdin? Axı o sənə, "sənə güvənirəm Bahar" demişdi. Sənin səhvlərin ucbatından niyə camaatın güvənin qırdın? Yox,  yox  Bahar sənin yaşamağa haqqın yoxdur! Ölməlisən !!!
    Özü öz hökmünü oxumuşdu. Qolunu irəli uzadıb dizinin üstünə qoydu. Diqqətlə biləyinə baxdı. Ağlamaqdan qızarmış gözləriylə sanki qolunun damarını axtardı. Qızarıb şişmiş dodaqları gülümsədi. Gözləri bir  nöqtəyə ilişib qalmışdı. Deyəsən venasını tapmışdı, sevinirdi . Sevindiyindən səsini içinə salıb hönkürürdü. Gözləri qollarının göyərmiş damarlarında gəzdikcə bir tərəfdən də tərədüd edirdi. 
  - Görəsən hansıdır? Hansını kəsəcəm? - qollarının əyri-üyrü damarlarını indi bu dəqiqə o dünyaya gedən yola bənzədirdi Bahar - Görəsən o dünyaya gedən yol hansı damardan keçir? Bıçağı biləyindən yuxarı qolunun ətli yerinə  sürtdü. Bıçağın soyuğu urəyini üşütdü. Qolunun kəsiyinə baxdı. Kəsik gözlərinin qarşısında uzun yolun sonundakı uçuruma bənzəyirdi, elə bil uçurumun içərisindən qırmızı alovlar üzunu qarsırdı. Üzü, vücudu alışıb yanırdı. Bir ürəyi üşüyürdü. Bəlkə başqa yerə keçsə isinəcək ürəyi. Uçurumun biraz aşağısına gəldi. Aşagıdan qalxan alov dilimlərini qan yağışı söndürməyə calışırdı. Başını yuxarı qaldırdı , yoox yağış deyilmiş. Sən demə oturduğu daşın üstündən ucsuz bucaqsız qan gölünə baxırmış Bahar. Dizlərinin üstündən qollarından qan şəlaləsimi, fontanımı gölə tökülürdü sanki. İçindən bu gölə baş vurmaq keçirdi. Bu gan gölündə böğulub batmaq istəyirdi. Yerindən qalxdı, qalxa bilmədi. Bir daha özünə güc verdi, yenə olmadı. "Bəxtinizi bir daha sınayın" deyə kimsə onu geri cəkirdi . Kim idi bu? Nə? Bu söz ona harda deyilmişdi ? Kim demişdi, bəs ona gülüşənlər kim idi?
  Qulağına qarışıq səsləri gəlirdi, qarışıq səslərin içindən uşaq səsi gəlirdi ...
   - Mən bir uşaq görürəm - kimsə ona  deyirdi -Sən o uşağa analıq edəcəksən, sevdiyinin qoxusunu bu uşaqdan alacaqsan ...
   Bahar ətrafa baxdı, bu sözləri ona deyən bu qadını görmək istəyirdi, uşağın səsi heç kəsmir, dayanmadan ağlayırdı. Baharın qulaqlarında "Bəxtinizi bir daha sınayın ! Mən bir uşaq görürəm, sən o uşağa analıq edəcıksən, sevdiyinin qoxusunu ondan alacaqsan ..." sözləri dayanmadan  təkrarlanırdı ... 
    Bu səs ondan getdikcə uzaqlaşırdı. Gəncədəydi, tələbəlik illərindəydi. Əlində qutu, ciynində papuqay olan həmin qaraçı qadının səsi idi bu səs... 

               E P İ L O Q 

              25 İL SONRA 
 
              HOLLANDYA 

   Böyük bir bagda bir birindən aralıda tək tək dairəvi masalar qoyulmuş , masalara sadə tül örtülər sərilmişdi . Üstündə bakallarda məyvə suları və şərablar, hər masanın ortasında böyük qablarda meyvə tabağı və  şirniyyatlar qoyulmuşdu. Hər kəsin üzü gülür, sevinc içindəydi. Gənclər bağın kiçik meydançasında rəqs edir, orta yaşlılar və yaşlılar masa başında bir birləri ilə hal əhval tutur, söhbət edirdilər. Bağcanın ən gözəl yerində qurulmuş "səhnəcikdə" məclisin səbəbkarları Murad ilə Leyla gələn qonaqlarla bol bol rəsmlər cəkirdilər. İkisi də xoşbət idi. 
   Dekorativ gül kolunun altında bir qadın dayanmışdı. Hündür boylu , qəddi qaməti biraz dolu bədənli olan , vaxtından tez ağarmış bəyaz saçlı bu qadın Bahar idi, Bahar gənclərə baxıb gülümsəyir, arada köks ötürərək, kimsəyə hiss etdirmədən gözlərinin yaşını silirdi. 
   - Xanım, bağışlayın, sizi ordakı bəy masasına dəvət edir. 
   Bahar geri dönüb öncə ofsyanta baxdı. Əlindəki salfetkanı gözünə sıxıb gülümsündü. 
  - Təşəkkür edirəm, sağolun - deyib biraz aralıda əlil arabasında oturmuş yaşlı kişiyə tərəf addımladı. Aradakı məsafədə qarşısına çıxan qonaqlarla əl tutub salamlaşır, toy sahibəsi kimi onlara "xoş gəldin" edirdi. 
   - Araz dayı, necəsən, darıxdın deyəsən? Düzdür Hollanda toyları bizim toylara bənzəməz, amma bu günlərə şükürlər olsun. 
   - Həmd olsun - Araz əlini ona uzatdı . Bahar hörmətlə Arazın əlindən tutub dodaqlarına yaxınlaşdırdı, öpdü, sonra kişinin çiyinlərindən qucaqlayıb özünə sıxdı. 
   - Nə yaxşı ki, gəldin Araz dayı. Elə bilirəm, arxamda bir dağ var. Sənsiz özümü arxasız, köməksiz hiss edirdim. 
  - Mən kişi sözü vermişdim . Ölər günə gədər nə olur olsun yanında olacam Bahar qızım. Şükür, hələ nəfəsim gəlib gedir, yaşayırıq. Hər şey yaxşıdır, hər şey gözəldir - Araz dönüb  bəylə - gəlinə baxdı - Maşallah gənclər də cıvıl cıvıldır. Allah xoşbəxt etsin . 
   - Amin, biraz diyğulanmışam. Bu boyda bi şey boğazımı deşir bayaqdan. Kaş kə atası da Muradın bu günlərini görəydi. 
   - Hə... Allah rəhmət etsin. Qismət. Demək ki, atasının qısmətində bu günü görmək yox imiş. Demək ki , Allah bu uşaq ortalıqda qalmasın deyə o gün səni ölümdən qurtardı. Dedi ki, mən ol demədən heç bir şey olmaz Bahar, sən yaşamalısan, bu uşaq sənə əmanətdir. 
  - Düzdür , Araz dayı - Baharın gözləri uzaqlara sancılıb qaldı- o gün mən ölsəydim görəsən nə olacaqdı bu uşağın sonu? 
  - Görürsən? Sən nə qədər istəsən də qədəri dəyişə bilməzsən. Allah bilir ki , harda kimin gümanını kəsir, harda kimə ümüd verir. Sən nə bilirdin ki , həmin gün Habil o qapını sındırıb səni o hamamdan cıxarmasaydı bu gün bu körpənin başına nələr gələcəkdi. Nə bilirdin ki, elə bu hadisədən 3 il sonra Mahirəylə Habil qızları balaca Ləmanla gəzərkən talehsiz hadisəylə qarşılaşacaqlar?- Bahar başı ilə Arazın dediklərin təsdiq etdi. Hələ də gözləri uzaqlara dalıb getmişdi. 

    ...Həbsxanadan qurtarıb, yenidən  mafiyanın əlinə düşən Sevda Habilin dayısı qızı ilə evləndiyini eşidib çox pis olmuşdu. Hələ eşidəndə ki , onun oğlunu Bahar saxlayır, dəliyə döndü . Xuraman onu sakitləşdirirdi:
   -Yerinə olsam Bahara dəyib dolaşmaram. Ay dəli, özünü niyə həlak eliyirsən, ay bala? Bahar sonsuzdur, bir də uşağı olmayacaq. Bu nə deməkdir bilirsən ? Bu o deməkdir ki, oğlunun başına dövlət quşu qonub. Bax qızım, atanın sərvətindən bir dənə qalan Baharda olan hissələrdir. O qədər varın hamısı Balaqardaş gorbagorun kələyinə getdi. Guya səni mafiyadan qurtaracaqdı. Noldu ? 
 -Axı mən demişdim onlardan qurtuluş yoxdu. 
  - Neyləyəcəkdik ay bala. Başımızı elə itirmişdik ki, bir istəyimiz qardaşını da səni də o bataqlıqdan qurtarmaq idi . 
   Sevdanın yenə bir ümüdü vardı. Oğlu atasının halal sərvətiylə böyüyəcəkdi. Xuramanın sözlərindən sonra Sevda oğlunu Bahardan almağı heç düşünmürdü də.. Əgər oğlunu ondan alsaydı oğlu "fahişə Sevanın oğlu" damğasıyla səfalət içində yaşayacaqdı. 
    Baharın intihar xəbərini eşidən Müzəffərlə Xuraman özlərini xəstəxanaya yetirmişdilər. Nə olur olsun onun ölməsini ustəmirdilər. Əgər o , ölsəydi onun adına olan mallar Mahmudun və onun ailəsinin adına keçəçəkdi. Çünkü sənədlərdə Bahar onların qızı idi. Baharın mirasçıları da da uşağı olmadığı üçün onlar idi. Son qəpiyinə qədər Baharın sağalması naminə olan olmazından keçən Müzəffərlə Xuraman İntiharın səbəbini bildiyində ilk işləri Baharın şəkillərini həmin nəşriyyatdan geri almaq,  nəşriyyatı və Alını şikayyət etmək oldu. Sən demə Alının arvadı həmin qəzetin müxbiri imiş, belə bir hadisəni tək Baharın başına gətirməmişdilər. Əri ilə əlbir olan müxbir xanım, ərinin tövlayıb tora saldığı imkanlı ailənin qızlarını şantaj etməklə onların ailələrindən küllü miqdarda pul tələb edirmişlər. Balaqardaşa girişə bilməyən Müzəffər Baharın əlində olan, sonda nəvəsinə çatacaq bu sərvəti itirməmək üçün qanın qaşığa qoymuşdu. Bir neçə ay sürən məhkəmədən sonra həmin qəzet müvəqqəti olaraq fəaliyyətini dayandırdı. Alı və xanımı həbs olundu. 

  O gün Məleykənin toyu ah şivənlə baş tutdu. Əlinin Azərbaycanda qalma şansı olmadığı üçün toydan sonra Məleykəni orda qoyub Moskvaya geri döndü. Bahar sağalana qədər Məleykə Bakıda qalıb balaca Murada baxdı. Bir neçə ay sonra Mahirəylə Habil evləndi. Di gəlki nə evli kimi evli deyildilər, nə subay kimi subay.  Moskvanın sərbəst və rahat həyatına alışmış Mahirə Bakıda özünü təsəvvür edə bilmirdi. Hələ kirada qalmaqları, bir tərəfdən də ölkənin iqtisadi- siyasi vəziyyəti qızı dəliyə döndərirdi. Bahar və Muradın da onlarla bir yerdə yaşaması Mahirə üçün çəkilməz idi. Özündən asılı olmayaraq Habili Bahara qısqanırdı. Baharla heç cür yola gedə bilmirdi. Bahar nə etsə də ona yarana bilmirdi. İş o yerə qalmışdıki, Bahar ayrı evə çıxmaq istədiyini Habilə dedi. Lakin Habil buna qəti etiraz edirdi. Mahirə Bahardan qurtulmağın yolunu tapmışdı. Habilə Moskvaya və ya Xaricə köçməli, ya da Muradı uşaq evinə qoyub Baharla birdəfəmlik bağı qoparmalı idi. Məhkəmənin qərarına görə Habil uşağı uşaq evinə qoya bilərdi. Lakin o bunu istəmirdi.Muradın qəyumluğu Baharda olsa da Habilin xarıcə yalnız turist kimi səfəri mümkün idi. Uşağını burada Baharın öhtəsinə buraxıb xarıcə gedə bilməzdi. Muradı özləri ilə aparmağa da Mahirə razı deyildi. Mahirə rahatlığına düşgün bir qadın olduğundan əsla bu rahatlığını ərinin uşağına qurban etmək istəmirdi. Odur ki, xaricə çıxmaq üçün ilk növbədə bu uşaqdan qurtulmalı idi. Bunun yolu isə ancaq və ancaq ya uşağı Bahara övladlıq etmək, ya da onu uşaq evinə yerləşdirməli idilər. Bahar Muradı evlatlıq etməsinə razı olsa da Habil bununla razılaşmırdı. 
  - Bahar cavan qadındır, mən uşağımı niyə ona yük edirəm ki, bəlkə bir gün qisməti açılar, yuva qurar. Sən mənim uşağımı qəbul etmirsənsə Baharın gələcək həyat yoldaşı da bunu qəbul etmiyə biliər - deyə Habil Mahirəni bu fikirindən döndərməyə çalışırdı. Bu vəziyyətdə Mahirə də heç nədən çəkinmədən Muradı uşaq evinə verməsini tələb edirdi . Nə qədər ki , Mahirə ilə Habilin qızları Ləman dünyaya gəlməmişdi Mahirə bu istəyini yumuşaq şəkildə ifadə edirdi . Ləman dünyaya gəldikdən sonra isə artıq bu tələb formasına keçmişdi . Nə Habil, nə də Bahar bu barədə eşitmək belə istəmirdilər. Bir tərəfdən də Mahirənin qısqanclığı, onların hüzurlarını əməlli başlı qaçırmışdı . Çarəsiz qalan Habil Sevayla danışıb , Muradın xaricə çıxması üçün ondan icazəsini istədi. Sevda heç vaxt buna razı olmazdı. Muradın Habillə xaricə getməsi oğlunun Baharın sərvətindən məhrum olması demək idi. 
   - Ver Muradı Bahara , inanmıram ki ,  Bahar bundan imtina edər. Lap mən özüm də Baharla danışaram . 
   Nə olur olsun oğlundan imtina etməyəcəyini görən Sevda bu yolun bir çıxışını tapdı. Habil ölməli və oğlu Bahara evladlıq verilməlidir. 
    ...Və bir gün kukla teatrından evə qayıdan kiçik ailə ağır bir qəzanın qurbanı oldu . İki maşın qəzasında yoldan çıxan bir maşın dayanacaqda dayanıb avtobus gözləyən Mahirə və Habil gənc yaşlarında həyatdan qopardı. Ləman bu qəzadan yüngül sıyrılmışdı, amma yetim qalmışdı. Mahirənin anası Olqa Ləmana sahiblənsə də qanunlar buna izin vermirdi. Yaşlı və onkoloji xəstə olan qadının iki yaşında körpəyə baxa bilməyəcəyinə etiraz edən qanunlar Ləmanı uşaq evinə yerləşdirdi. 

   ....- Atalar deyir sən saydığını say, gör fələk nə sayır- bütün bu olanları Bahara xatırladan Araz başını buladı . Mahirə bir uşağa sahib çıxmadı. Onu yetimxanaya göndərmək istədi, bunu Allah götürməzdi. Allah da dedi:  "dayan sən, hələ ! Sən kimsən mənim hökmümə əl qatırsan?"  Gör qurban olduğum neylədi? Öz balasını yetim qoydu, Murada arzuladığı uşaq evi öz balasına qismət oldu - Araz dönüb Bahara baxdı. Bahar Arazın əlini övuçlarına alıb dalıb getmişdi. Araz onun dalğın üzünə baxıb sakitliklə -  Bahar? - deyə səsləndi. 
   Baharın gözləri Muradla - Leylada , ovcunun içində Arazın əli titrəsə də özü hələ keçmişdə idi.

   ... Habillə Mahirənin ölümündən sonra Ləmanı uşaq evinə yerləşdirən ailə və uşaq qoruma idarəsi Muradın da uşaq evinə yerlışdirməsinə qərar verdi. Muradın o zaman 4 , Ləmanın 2 yaşı var idi . Buna qəti şəkildə etiraz edən Bahar Sevdanın ayağına gedərək  Muradın ona evladlıq edilməsini istədi. Beləliklə Sevdanın planı baş tutdu. 
   Bu arada şəhid ailəsi olduğu üçün dövlət Bahara ev də vermişdi. Bahar Muradla yeni evinə köçdü və bundan sonrakı ömrünü Murada həsr etdi. 
   Qəzet əhvalatından sonra bir müddət şorgöz kişilərin , o çümlədən ağzı göycək qadınların diqqətində olan Bahar, biraz sonra artıq tamamilə unudulmışdu. 
    Unversiteti bitirən Bahar bir neçə il sonra Arazın dəstəyiylə Türkiyəyə yerləşdi. Ankarada şirkətlərin birində vəkil olaraq işə başladı. Murad artıq məktəbə gedirdi. Həyatlarının çətin günlərini artıq geridə qoymuşdular. Sakit, hüzur içində yaşayırdılar. Bahar bütün əməyini və ömrünü Murada sərf edir, onun təlim və tərbiyəsiylə ciddi məşğul olurdu. Bahar işə gedərkən Muradı Silaya əmanət edir, işdən sonrakı bütün zamanını Muradla keçidi. Onunla gəzir, onunla əylənirdi. Həyatda ər və ya sevgili sarıdan bəxti gətirməyən,  gözü qorxan Bahar əks cinsə qarşı çox sərt idi. Dostluq və əməkdaşlıq çərçıvəsindən çıxan bütün kişiləri həyatından silirdi. Bahar onun  üçün Arazın qapısına gılən elçiləri tək kəlmə ilə geri çevirirdi. 
   Beləcə günlər ayları qovdu, aylar illəri itələdi. Hər şey yolunda idi. Artıq Bahar Türkiyə vətəndaşı olmuşdu. Ankarada tanınmış vəkil idi. Şirkətdən ayrılıb özəl vəkil bürosu açmışdı. Bahar əvvəlki Bahar deyildi. Hüquqşunas olduğu üçün özü öz haqqını da bilirdi . Artıq mübarizəyə başlamaq zamanı gəlmişdi. Başladı da ...
   Balaqardaşın ölüm xəbərin eşidən Baharın ilk işi Balaqardaşın oğlanlarının zəbr etdiyi mallarını onlardan qurtarmaq oldu. Bu uğurundan sonra Moskvadakı malların Mobilin əliyle kirayə verib sərmayəsini qardaşı ilə yarı böldü. Kira gəlirlərini yüksək faizlə yatırm etdi . Əli ilə Məleykənin Leyla adlı bir qızı olmuşdu. Mobil ömrünü təhsilə və ixtiraya sərf etmişdi.yaşı 40- ı adlasa da hələ də subay idi. Qabil , türmədən bir başa vərəm dispanserinı yerləşdirilmişdisə də artıq müalicəsinin heç bir faydası olmadı. 
   Moskvadakı malları əldə etdikdən sonra Bahar Bakıya gəldi. Doğuş etdiyi xəstəxanaya gəlib bütün arxivi tökdürdü. 12 il bundan evvəl onunla bərabər doğum edən Samirəni axtarıb tapdı. Ailəylə kənardan kənara maraqlandı. Ailənin vəziyyəti acınacaqlı idi. Ailənin başçısı iş qəzasında sağ qıçını və bir gözünü itirmişdi. Ailənin bütün yükü Samirənin çiyninə tökülmüşdü. Qızları Xatirə isə məktəbə gedirdi, o, ailənin tək evladı idi . Xatirə  bu ailənin indi onun arxasınca gələn həmin bu Baharın xatirəsiydi... 
                      *******
   ... Neçə gün idi ki, məktəbdən çıxıb bazar dükanlarında təmizlik işinə gedərək, ailənin keçimini ayaqda tutmağa çalışan Samirəni təqib edirdi. Ailəylə yaxından maraqlanırdı. Ailə haqqında hər şeyi bilməyə çalışırdı. Samirə zəhmətkeş və ailəyə bağlı bir qadın idi. Kasıbçılıqdan məktəbdə hegoman müəllimlər arasında sayılmasa da, savadı ilə valideyinlərin könlünü qazanmışdı. Qonşular arasında da sayılıb seçılən bir qadın idi. Fürsət tapan kimi yaxınlaşıb özünü Samirəyə tanıtdırdı. Qarşısındakı  məğrur qürulu qadını görən Samirə tərəddüd keçirtdi. Qadının narahatlığını hiss edən Bahar onu rahatlatmağa çalışdı : 
   - Mən səndən qızımı almağa, gılməmişəm, narahat olma. Mən bu uşağı sənə yüz ölçüb, bir biçərək , öz istəyimlə vermişəm . Əgər yadındadırsa sənə demişdim,  bu qızı Bahar adına nifrətlə böyüt. Bir ana övladını öz əli ilə atırsa o ana nifrətə layiqdir. 
    - Elə isə, niyə gəldin, məndən nə istəyirsiz. 
   - Ona kömək etmək istəyirəm. İcazə verin qızımın arxasında dayanım. 
   - Necə?- Samirə istehza ilə gülümsündü. 
   - Ona əsil analıq eləməmişəm. Amma ona maddi və mənəvi dəstək ola bilərəm. 
   - Rəşidin bu işdən xəbəri yoxdur bilirsən də bunu? Rəşid yoldaşımdı. Rəşid hələ də Xatirəni öz qızı olaraq bilir. Bu sirri sadəcə o sanitar qadın , Gilə həkim sən və mən bilirik . 
  - Sən narahat olma. Yenə bu sirr aramızda sirr olaraq qalacaq. 
   - Fikirin nədir, bu vaxta qədər hardaydın. On iki ildən sonra qalxıb niyə gəlmisən bura elə bilirsən Xatırə səni qəbul edəcək? 
   - Etməsini də istəmirəm . 
   - Bəs nə istəyirsən? - Baharın hələ də niyə gəldiyini anlamayan və qəbul etməyən qadın həyəcanla ona baxırdı.
   - Səni başa düşürəm əzizim. İnan  Allaha and olsun Xatirəyə qarşı pis niyyətim yoxdur. O ikimizin də balasıdır. Ona ana ola bilməsəm də bir qadın  kimi onun çətinlik çəkməsini istəmirəm. 
   -Xeyir o mənim uşağımdır ! Sənin heç bir şeyinə ehtiyyacımız yoxdur. 
   -Səni o qədər gözəl başa düşürəm ki... İnan mənə bunların hamısını mən  yaşamışam. Mən də atılmışam, mən də övlad edilmişəm. Vaxt vədə gəlib  tale yolum öz axınını, öz yatağını tapıb. İstəsəm də istəməsəm də. İstəyirəm ki, o axına düşəndə Xatirə də yolunu çaşmasın,hara necə axmağını bilsin.
   -Valla sən bizim yolumuza çıxmasan yaxşıdır elə. 
   -Çıxmayacam , narahat olma. Samirə xanım, həyat biz düzətdiyimiz çərçıvənin içərisində istədiyimiz kimi sürmür, inan buna. Biz nə qədər istəsək də istəməsək də bir gün bu sirr açılacaq. Məndən ziyan gəlməz, onsuz da mən burada yaşamıram, xaricdəyəm. Heç bu uşağın üzünü də görməyəcəm. İstəyirəm ki, bu uşağın bir şəhid övladı olmasını biləsiz. Bəlkə bir gün anasının kim olduğunu bilmək istəməsə də atasıyla fəxr etsin.
  -Allah şəhidlərimizə rəhmət etsin. 
   -Amin . İstəyirəm gedək sizə vəkalət verim. Atasının şəhid pulunu siz alın qızına xərcləyin. Dövlət mənə  ev verib şəhid ailəsi kimi . Bəlkə bir gün Xatirənin bu sirri açılar, özüm vəkiləm, lazımı sənədləti hazırkayacam, mən öldükdən sonra, bu evin sahibi Xatirə özü olacaq. Atasının qan bahasına alınmış evdir bu. Başqasına qısmət olmasını istəmirəm. 
   Samirə nə deyəcəyini bilmirdi, duyğulanmışdı. 
    - Samirə xanım, özün ali savadlı xanımsan, az çox insan pisxalogiyasından da anlayışın var. İnad etmə. Gəl hər şeyi buraxaq axışına. İkimiz də anayıq...
   Bahar Samirənin qabarlı əlini yuxarı qaldırdı: 
  -Məgər bu qabarlar onun gözəl yaşamı üçün deyilmi? Yoxsa müəllim maaşı, ərinin pensiyası ikinizə də bəs eliyər də, elə deyilmi? Bax Samirə xanım kimiz də övladımız ücün cabalayırıq. Xatirədən sonra ana olmadım. Ola da bilmərəm. Ama qardaşımın balasını övladlıq etdim. Onsuz da gələcəkdə və məndən sonra nəyim varsa Muradla Xatirənindir. Ama mən indi də uzaqda olsam da onun yanında olmaq istəyirəm, buna icazə ver, qoy sabah bu dünyadan köçəndə vijdanım rahat  gedim. Onun bütün maddi ehtiyyacını mən  qarşılayacam, Samirə xanım, oxudacam. Amma bir xahişim var !  Heç zaman o bunu bilmeyecek . Qoy elə bilsin ki, bütün bunları sən etmisən onun üçün, ta da hansısa xeyriyyəçi bir iş adamı... 
   Samirə çaşıb qalmışdı. Baharın səmimiyyətinə inanmırdı. Axı heç kim qarşılıqsız heç kimə heç nə etməzdi . Mütləq onun bu səmimiyyətinin arxasında bir planı var idi.
    Bir neçə gün Baharın təklifini götür qoy etdikdən sonra Bahardan qızına qarşı hər hansı bir pis niyətin olmadığını görüb onun bu təklifini qəbul etdi. Baharın köməkliyiylə Xatirəni türk liseyinə qoydular. Onun  bütün xərclərini Bahar özü qarşıladı. Notorusa gedib şəhidlik maaşını Samirənin ala bilməsi üçün lazımı sənədlərə imza atdı. Samirəylə banka gedib Xatirənin adına uşaq hesabı açdi. Hər ay maaşının 40 faizini Xatirənin hesabına yatırmağa qərar verdi. Xatirənin təhsili, özəl xərcləri üçün bütün xərclərini Bahar özü çəkəcəkdi . 
   Çarəsuz qalan Samirə Bahar nə deyirdisə hər şeyə razılaşırdi. Lakin bir şeyə mat qalmışdı. Əgər Bahar Xatirəni istəmirsə bu qədər pulu niyə ona xərcləyir, deyək ki, pulu ilə vicdanın təmizləyir, on iki ildən sonra ortaya çıxıb qızına "analıq"  etməyə qərar veribsə niyə bir dəfə qızı ilə görüşmək istəmirdi? Bəzən fikirlışirdi ki, Bahar artistlik edərək, yaxşılıqları ilə Samirəni yumuşaldır, mərhəmət duyğusu göstərərək qızını ondan qoparmağa çalışır. Ağlına pis fikirlər gəlirdi. Bəlkə də Bahar Samirədən gizlin Xatirəylə görüşür? 
    Bakıdakı işlərini yoluna qoyduqdan sonra Türkiyəyə dönən Bahar bütün qüvvəsini cəmləyərək bütün həyatını kareyasına və Murada sərf etdi. Aradan illər keçdi güçlü - Türkiyə iş dünyasına damğasını vuran bir iş xanımı oldu Bahar. Xatirə də böyüdü , Murad da böyüdü. Artıq o illərdən  25 26 il vaxt keçib. Budur bu gün illərlə ömrünü yolunda fəda etdiyi, Habilin qoxusunu ondan aldığı Muradla  bacısı qızı Leyanın toyudur. Təhsilini Hollandada Bəhruzun yanında alan Murad elə iş dünyasına da orada başlamışdı. Ömrünün payız çağlarına qədəm qoyan Bahar bütün sərvətini Murada həvalə edib onu həyata atmişdı. Təbii ki sərvətindən gizli bir dosiya ilə Xatirəyə də pay ayırmışdı. Bəlkə bir gün... 
   Murad xeyirli övladlardan idi . Anasına layiqli övlad olmuşdu. Dörd il bundan qabaq gəlib anasının əlini öpərək : 
   - Ana, bu zamana qədər mənə həm ana, həm ata olmusan. Böyümüşəm deyə elə başa düşmə ki, artıq mənim sənə ehtiyyacım yoxdur. Mən əgər bu yerə gəlib çatmişamsa bu sənin sayəndədir. Gəl gedək, sən mənə hər zaman lazımsan- deyib onu özü liə Hollandiyaya aparmışdı. 

                       ******
  
   Bahar hekayəsinin finalını vurmusdu, amma, mənim suallarım hələ bitmək bilmirdi:
   - Bəs Elçin noldu, bəs Sevda? O vaxtan gəlib sizi narahat etmədi ki ? 
  - Yox canım, nə narahat edəcək? Onların bir istəyi vardı -sərvət.. O da artıq onun oğlunda... Onu da qızışdıran Xuraman idi. Biz Turkiyəyə gələndə bir neçə il Xuraman bizi axtardı - aradı. Mənimlə , Muradla danışdı, görüşdü. Hətta dövlətin bizə verdiyi evə belə tamah kəsdirdi. Sonra yavaş yavaş ara soydu. Daha arayıb soran olmadı. Eşitdiyimə görə Sevdanin Bakıda fəaliyyət göstərdiyi bardakı yanğından sonra üzü eybəcər hala düşüb. Həm də artıq Sevda o Sevda  deyil ha, qocalıb. Adı yenə də qadın alverində çəkilir. Amma nədənsə hələ də ortalıqda dolaşır. 
   - Bəs Muradın əsil ata anasının kim olduğunu özü bilirmi?  
   - Belə hesab edirəm ki , bu hekayəni oxusa biləcək- deyə görüntülü kameradan gülümsünıb, barmağı ilə məni hədələdi - Əgər xəbər tutsa səndən biləcəm - gülüşdük. 
  - Bəs Xatirə? Xatirəni heç görmədinmi, ona yaxınlaşmadınmı? 
   - Liseyi bitirib Türkiyədə ODTÜ - də oxuyarkən anasının istəyiylə gedib görüşdüm, kız yurdunda qalmağa izin vermədim. Azərbaycanlı iş qadını kimi ona və yaxın rəfiqələrinə ev tutub onları orda yerlışdirdim. Nəzərim üzərində idi. Tez tez unversitetə gedib müəllimləri ilə görüşürdüm. Tədbirlərində iştirak edirdim. 
   - İlk dəfə necə görüşdün, bu barədə danış ! - səbirsizlənib Baharın sözünü kəsdim, suallar bir birinin ardınca yağdırırdım - Bəs Xatirə sonralar bildi ki , sən onun anasısan? - Bahar başın buladı. Mən ondan cavabımı almamış növbəti suala keçirdim - Bəs əgər onun anası olduğunu bilsəydi , o səni qəbul edərdimi? İndi hardadır, nə işlə məşğuldur?
  - Nə çox sual verirsən ay Fəriş, Ay qız, artıq final elə deyən sən deyildinmi ?İstəyirsən bu nəsil dramını dartıb 2 ci  əsirə çatdıraq?  
   -Başa düşdüm. Yənı bu barədə danışmamağa qərarlısan eləmi?  
   Bahar başıyla təsdiq etdi;
   - Sənə mənim həyatım lazım idi, onu da danışdım. Sən canı uşaqlarla işin olmasın. Balalarımın xoş günlərini gördüm. Şükür bu günümə . Mən ömrümü Muradla Xatirə üçün verdim . Onları hər bəladan qorudum. Xatırənin yanında olmasam da, ondan hər cür dəstəyimi əsirgəmədim. Bilirsən Fəriş, məni kövrəldən nədi? Hamı məni sonsuz bilmişkən, mən artıq nənəyəm ee - gözləri dola dola güldü - onları verənə qurban . Artıq Xatirənin 3, Muradın bir uşağı var. Allah sənə də nənəlik qismət etsin ! Nənə olmağın ləzzəti  başqadır ...
   - Amin .... Canım mənim. Allah gözünü hər daim beləcə sevinc göz yaşları ilə doldursun. Məni də kövrəltdin. 
  Biraz da danışsydıq daha bu hekayəni final edə bilməyəcəkdim . Odur ki , sağollaşıb, halalaşıb görüntülü söhbətə son verdim. 
    Bilmirəm, nədənsə romanın son cümlələrin yazarkən gözlərim dolmuşdu. Bilmirəm, bu nə hiss idi . Bilmirəm , bəlkə də qəhrəmanım olan bu qadının "geçikmiş baharına" sevinirdim. Bəlkə də Xatirənin haqqında bir şey öyrənə bilmədiyimə təssüflənirdim. Beynimdə çox suallar dolaşırdı. Baharın sözü olmasın . Əgər davam etsəydim əsir yarımlıq roman artıq ikinci əsirə  keçid alacaqdı ...

 S O N ...

 YAZAR : FƏRİDƏ ACARAKÇAY 

 23. 01. 2019
 
  Gecə saat 23 : 30

  Ankara Etimrsgut Süvari məhəlləsi.