“Zamanın susdurmadığı qadınlar”
Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər. Danışmadan da çox şey deyərlər və edərlər. Sözləri susqunluqlarına hopar, gözlərində bir ömür, bir həyat yığılıb bir damla su qədər yığılıb qalar. Həyatın ağır yükünü çiyinlərində daşıyar, amma dik duruşlarını əsla əyilməyə qoymazlar.
Bu qadınlar hər fırtınadan sağ çıxıblar – bəzən bir evin divarları arasında, bəzən bir xəstəxana növbəsində, bəzən də bir yazı masasının başında. Qırılıblar, amma sınmayıblar. Susublar, amma ruhları hayqırıb. Onların döyüşü səssiz, qalibiyyəti dərin olub. Onlar gündəlik qəhrəmandırlar – adı heç bir yerdə yazılmayan, ancaq tarixə yön verən qadınlardır.
Bəziləri yazır. Sözlərlə özünü deyil, min qadını danışdırır. Ədəbiyyat onların həm güzgüsüdür, həm də sığınacağı. Yazdıqları təkcə hekayə deyil – onlar iz qoyurlar, ruhdan ruhlara körpü salırlar. Bir qadının qələmindən çıxan cümlələr bəzən min qadının ürəyində əks-səda verir. Və o səslər birlikdə bir dönüşümə çevrilir.
Bu qadınlar həyatın onlara verdiyi çətinlikləri silah kimi istifadə edər. Yaralarını gizlətməz, yazıya çevirər. Acılarını yox saymaz, onları şeirə, romana, sosial dəyişikliyə dönüştürər. Onlar kim olduqlarını dünyaya sübut etməyə çalışmazlar – sadəcə varlıqları ilə sübut edərlər.
Zaman keçər, adlar unudular, amma onların izləri qalır. Çünki bu dünya onların varlığı ilə bir az daha yaşanılır, bir az daha güclüdür. Onlar – sözün gücünə inanan, ruhu əyilməyən, həyatla barışmayan, onu yenidən yazan qadınlardır.
Bu gün mənim və 8 aya ərsəyə gətirdiyim ilk kitabım "GECİKMİŞ BAHAR"-ın günü idi. Düzü bu kitab mənə bu gədər şöhrət gətirəcəyini bilmirdim. Bir anlıq özüm özümlə gürur duydum. Məni mən edən siz oxucularıma, mənə və yaradıcılığıma dıyər verən Azərbaycanın ictimai xadimlərinə, ziyalılarına , təqdimatımda iştirak edən, özü uzaqda olub , ürəyi yanımda olan dostlarıma sonsuz təşəkkürlərimi bildirirəm . Nə yaxşı ki varsınız
FƏRİDƏ NİKBİN