YAZILARIM

Pazar, Nisan 22, 2018

BEXTSİZ GELİN


Getdin...toyuna mən gəlmədim gülüm..,
Yolumu gözlədin toy libasında.
Sevinc hisslərinə kədər qatmağın,
Axı nə mənası var idi onda ???
Axtardı gözlərin yaş dola-dola,
Kədəri mənimlə bölmək istədin.
Qəlbini ağladan toy sədasını,
Mənim əllərimlə silmək istədin.
Almadı könlünü xoş təsəllilər,
Xəyallar içində alışdın...yandın...
Mənimlə üz-üzə ilk görüşündə,
Yadına düşdümü "Məhəbbət" andın?
Söylə bəs toyunda nə deyəcəkdin...
-Susub baxacaqdın günahkar kimi???
Mənsə verəcəkdim yenə də sənə,
Hədiyyə olaraq məhəbbətimi.
Gülüm istəmədim baxaraq mənə,
Toyunda özünü qınayasan sən.
Sevgi dünyasında öz kimliyini,
Mənim baxışımda tanıyasan sən...!
Sənan Rüstəmov.
.............................................................................................................................
ŞİİRE NEZEREN ...
O toy menimdi gelin köçmüşdüm 
Qara taleyime yaman küsmüşdüm 
Sen ki mene"menimsen "demişdin 

İndi niye özgeye sen verdin meni ? 

Axtarırım seni meclis başında 
Toyun sebebkarı sen olasan deye 
Qelbimi ağladan eşq neğmesini 
Menim göz yaşımla silirsen niye ?

Menimle ehd edib peyman kesmişdin 
Üreyimde sevgiden güller ekmişdin 
"Gel nolar menimle sen evlen "deyib 
Qonşu qızının yolun kesmişdin ?

Gelmisen dostunun xeyir işine 
Meni gelin görmek gelmir işine 
Get hec hediyen gerekmez mene 
Seni heç tanımaq qelmez işime

................................................... Feride Acarakçay


Hiç yorum yok:

Yorum Gönder