Deyirdin varlığım, heyatım sənsən,
Nə oldu, bağlandın özgə qadına?
Axı saf sevginin nübarıydım mən,
İndi kim çatacaq sənin dadına?!
Səni həmdəm bilib, dərdinə qaldım ,
Dərdini cəkməkdən kül oldum, yandım.
Sən məni saf görüb, toruna saldın,
İndi bu günahı salım yadına?!
Unutdum o gün ki, getdin qəfildən,
Sənli illərimə son verən ildən,
Məhəbbət kəlməsin çıxartdım dildən,
Bir daha getmərəm onun badına!
Həsrətlə illəri vururam başa,
Get xoşbəxt ol gülüm, özgəylə yaşa,
Bir də imkan vermə ki, ağlın çaşa
Əməlinlə ləkə salma adına!
Feride Acarakcay
Nyse
YanıtlaSilNəysəki nə ?
Sil