YAZILARIM

Salı, Haziran 26, 2018

Şer

Düşündükcə , şair, yaz ilham ilə , 

Yazdıqca mən səndən, ilham alıram. 

Sözləri düzümlə yaz eyham ilə

Sənin yazdığına heyran qalıram.


Nə günəş deyiləm ,nədə ki, mən ay,

Allah gözlərinə verib nuru pay. 

Gözəlliyi görüb, saydıqca sən say,

Oxuyanda mən də fikrə dalıram . 


Sevgi - eşq bağımın tər meyvəsidir, 

Bülbülün nəğməsi - eşq naləsidir, 

Ümidlə yaşamaq onun bəsidir,

Mən belə sevgiyə meyl salıram. 

 


Pərilər göylərdə, aldanma belə, 

Özün dediyinə inanma elə,

Deməklə hissini verərsən yelə, 

Yalan sözlərindən, inan, yanıram. 


Bu son görüş deyil, son vida deyil, 

Əlin qoy döşünə, vicdana əyil, 

Sən özgəyə axı salmışdın meyil, 

Bu ki, xəyanətdir, belə sanıram. 


Qaldı hər şey artıq uzaq keçmişdə,

İşindən baş açmır bu coxbilmiş də,

Feriş çox şey görüb, yazıb, silmiş də,

Haqq yerin tapacaq, mən inanıram!


Hiç yorum yok:

Yorum Gönder