Bizim bir müəliməmiz vardı . Məlahət müəllimə . Kimya dərsi deyirdi . Ümumiyyətlə kimya , riyaziyyat fənləri mənlik deyidi . Nədənsə nə illah edirdim bu dərslər beynimə girmirdi . Desəm inanmayasiz . Hələ də bu yaşımda vurma cədvəli belə bilmirəm . Bizim bu Məlahət müəllimə o qədər tələbkar idi ki , nə olur olsun oxuyan da, oxumayan da , hamı onun dersine hazır gelmeliydi . Hamı ondan qorxurdu Onun dərsini bilməyən uşaq onun düşməni olmalıydı . Yanı o dərəcədə .
Bilirdi ki , mən də kimyayla düşmən şagirdəm . Odur ki , heç məni dərsə də qaldlrmırdı. Amma ayda bir dəfə rüblüyə bir şey yazmaq üşün məni qaldırıb biraz sorğu sual edərək bir 3 dən zaddan yazirdi . Bir gün mənə dedi ki gələn dərs hazır gəl . Hünərim nə idi ki , bu xəbərdarlıqdan sonra hazır gəlməyəm . Bütün günü işimi gücümü atıb , həmin dərsi demək olar ki əzbərlədim . Evdə neçə nəfər varsa kitabı onlara verib əzbərdən danışdım . Reaksiyaları yazdım . Özümə tam əminəm ki sabah 5 almasam da 4 alacam . Bütün reaksiyanı da yazmışdım ovcuma ki , birdən işdir də , lazım olar.
Dedıyı kimi məni dərsə qaldırdı . Lövhənin qabağına çıxdım , axşam bülbül kimi çəh çəh vuran mən , nə illah etdim yadıma heç nə düşmədi . Gözlərimi döyə döyə uşaqların üzünə baxıb onlardan kömək istəyirdim . Biri kitab göstərir , biri əlin ağzına qoyub sesizcə mənə başa salır . Gozüm hər Məlahət müəllimə dəyəndə vahiməsi məni basdıqca elə bil qulaqlarım kar olur , gözlərim kor . Yerdən mənə kömək edən yoldaşlarımı nə görürdüm , nə eşidirdim . Beləcə nə qədər dayandığımı bılmədim . Qəşəycə danlayıb , bir iki qapaz , qulaq çəkməsindən sonra məni yerimə göndərdi . Amma cəzam var idi . Dersin axırına qeder partamın arxasında ayaq üste qalmalıydım . Dersin sonuna az qala elə sevinirdim ki ... Allaha şükür edirdim ki , bu cezayla bu gün canım qurtacaq . Birdən nə oldu bilmədim . Elə bil yer göy ayağımın altından qaçdı . Dünya gözümdə qaraldı . Ayaqlarım yerdən üzüldü...
Gözümü açanda başımı Məlahət müəlimənin dizinin üstündə gördüm . Mənə yalvarırdı :
- Fəridə qurban olum özüne gel . Bir de seni derse durquzmayacam söz verirəm .
Demiyəsən ürəyimin getməsinin heç dərslə zadla heç bir əlaqəsi yox imiş. Hamı elə bilirdi ki MƏlahət müəllimədən qorxduğum üçün , mənə uşaqlarin içində "qulaqburması " verdiyi üçün pis olmuşam . Məsələ başqaydı . Mən ele uşaqlıqdan totulu - motulu olmuşam. Uşaqlardan eşitmişdim ki , sirkə , turş şeylər adamı arıqladır . Mən də eləmə təmbəllik , arıqlamaq üçün özümü tutmuşam nar suyuna , nənəmin özünün hazirladiği tut sirkesinə . Təyziq düşüb 40 a hec arıqlamaq da yox. Guya bu üsulla arıqladığım idi . Bundan xəbər tutan rəhmətlik nənəm məni nətər tutdusa bala qaymağa elə o şişən şişdim . İntahsı bu ürək gətmənin bir faydası oldu daa mənə : kimya dərsindən qurtuldum.
Hə onu deyirdim axı ... Bizim bu Məlahət müəllimə məktəbdə praktika zamanı gözünə hansısa bir kimyəvi turşu düşübmüş . Lap gəncliyində olan şeymiş . Elə o vaxtdan gözləri özundən asılı olmayaq aramsız qırpılır . Kənardan baxan adama elə gəlir ki , bu adama göz vurur . Gözləri elektrik çəryanı kimi "zamkaniya "eləyırdı
Məktəbdə uşaqlar ona "zamkaniya müəlimə " deyirdi . Bunu özü də bilirdi . Bəlkə elə ona görə uşaqlara qənim kəsilmişdi . Qesdən elə bu "zamkaniyanın" əvəzin çıxırdı dərs bilməyən uşaqlardan .
Bir dəfə də Məlahət müəllimə evə gedirmiş . Baxıb ki, bir " qaz- 24 " düşüb arxasıyca . Ha yolunu dəyişib , ha ora bura baxıb , adamı başından etmək istəyib . Görüb ki , yox əşii xeyri yoxdur. Çəkilib daldalığa , ayaq saxlayıb . Maşın gəlib ona catanda başlayıb şoferi söyməyə ki ,
- Köpəy oğlu nə düşmüsən dalımca . Utanıb ölmürsən ərli , uşaqlı arvadın dalıyca düşmüsən ?
Şofer qayıdasan ki ;
- Ay zalım qızı , özün gözqaş eliyib, göz vurursan sora deyirsən niyə dalımca düşmüsən ? Gəl otur maşina görüm .
Məlahət müəllimə çantanı keçirdıb şoferin başına . Bunu da məktəbin uşaqları görüblər ki , Məlahət müəlliməylə bir kişi dalaşır . Bu da düşmüşdü uşaqların ağzına kı , Zamkanıya Müəllimə məktəbdə uşaqlara elektırık çərəyanı verməyi yetmir küçədə kışılərə də çərəyan keçirdir.
Nəysə bu zamkaniya müəllimənin məcaraları yaman yadıma düşdü . Ehhh kaş yenə uşaq olaydım yenə Məlahət müəllimə məni dərsə durquzaydı bilməyəydim ...
Heyy gidi heeyyy...
Feride Acarakcay
Temmuz 23, 2018

Hiç yorum yok:
Yorum Gönder