Salı, Eylül 11, 2018

Vaxid Ahadovla deyişme .

VAXİD AHADOV 


Yeni bölümü paylaşdın,
Deyim 1 – 2 söz, ay Afət.
Əsərin artıq sevilir,
Qoy dəyməsin göz, ay Afət!


Ağır keçir hər mərhələ,
Bölüm asan gəlmir ələ,
Çox çətin olsa da belə, 
Möhkəm dayan, döz, ay Afət!


Rəylər dalbadal yer alır, 
Oxucu səbri daralır,
Vaxt keçir, sünbül saralır,
Günlər ötür tez, ay Afət!


Ulduztək özün öymə sən,
Hirsdən dizinə döymə sən,
Kiminsə rəyin görməsən,
Nə inci, nə bez,  ay Afet 
    Fəriş bu saat silah axtarır məni öldürməyə. Deyəcək ki, yenə Afətə şeir yazdı, mənə isə yox!😂
AFET ARSLAN
Men de onu düşünürdüm ki ne Feriş Ablanın yeridir😂bir şeir tutuzdırardı indi
Zalımın qızı salamı da seirle verirde adama😂


FERİŞ ABLA

Feriş yazır asta asta
Yazdığında artıq usta
Kimse ona irad  tutsa 
Sen Ferişi xayın bilme 


Yazım , sözüm ele belli 
Haqqa düzem, bele dilli 
Terif eyle uçum yelli
Sen  Ferişi xayın bilme !


Seçkiliyi hec sevmerem 
Biganeye yar demerem 
Tartışmaya heç gelmerem 
Sen ferişi xayın bilme . 

Biri var sevib arayar
Biri var basıb bağlayar
Guya hörmetli saxlayar
Sen ferişi xayın bilme .


VAXİD  AHADOV


Çoxdur hörmətin saxlayan,
Yoxdur ürəyin dağlayan,
Kimdir o basıb bağlayan,
Açıb bizə söylə, Fəriş!


Hər sözünü dinləmişik,
Rəyimizi söyləmişik,
Axı sənə neyləmişik,
Nədən yazdın böylə, Fəriş?


Sözün yaman hirsli deyir,
Kinayəli cavab verir,
Tərifi də yaman sevir,
Artıq gedir göylə Fəriş!


Arzularım sənə bol-bol,
Qələm tutan möhkəm bir qol, 
Əniştədən muğayat ol,
Gir qoluna gəz, ay Fəriş!


Sözlə bağrımızı yarma,
Özünü günaha sarma,
Sevili yaddan çıxarma,
Oxusun, sən süz, ay Fəriş!


Ləzzət elədi deyişmə,
Bir də Vahidə ilişmə,
Belə qal, heç vaxt dəyişmə,
Sözündə ol düz, ay Fəriş!

FERİŞ ABLA

İşim gücüm töküldü 
Gün misqalla  ölcüldü 
Sevil  jarjı öldürdü 
Ele bilme qorxuram 
Men duelden qaçıram?


Yaza bilmir  telefonum 
Yanımdadır "patronum "
Canım cıxır qoy otrum 
Ele bilme qorxuram 
Men duelden qaçıram?


Afet,
Od qoyubdur meydana 
Yalvarasan ha qana 
İnsaf yoxdur ki yana 
Ele bilme qorxuram 
Men duelden qacıram ?


VAXİD AHADOV 


Qrupa işıq saçırsan,
Min bəhanə tapırsan,
Boynuna al – qaçırsan,
Bunu özün sez, Fəriş!


FERİŞ ABLA 


Söz atdınız ortaya 
Vaxid bizi oddaya 
Sevil ordan çatlayar 
Ele bilirsiz qorxuram ?
Vallah yaman yorğunam!


Ne deyirem , ay qardaş 
Qurupdur mene sirdaş
Bunu  yazım yeyim aş 
Ele bilirsiz qorxuram ?
Vallah yaman yorğunam !


VAXİD AHADOV 


Sözün dəyibdir, dolğunam,
Gecədir, artıq solğunam,
Toydan gəlmişəm yorğunam,
Az dodağın büz, ay Fəriş!



Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...