YAZILARIM

Perşembe, Ekim 18, 2018

Hara getsen men de gelim . Qrup deyişme .


                                                                           Leyla Mahmudqızı 


Gedən bulud bəxtəvərsən
Dərdlərimi nə bilərsən?
Ağrı acımı silərsən?
Hara getsən sənlə gəlim.


Göz yaşların yağış olur
Torpaq naxış naxış olur
Ruzu olur-alqış olur
Hara getsən sənlə gəlim.


Külək qovur hey qaçırsan
Hərdən qəzəb od saçırsan
Səmada süfrə açırsan?
Hara getsən sənlə gəlim.


Ağ donlu gəlin olursan
Gah kövrəlirsən dolursan
Torpağa ana olursan
Hara getsən sənlə gəlim.


Feride Acarakcay
Yağış olum men de yağım 
Bulud kimi men boşalım 
Qoy vetenimde dolanım 
Hara getsen senle gelim


Vaxid Ahadov 


Günəşin önün bağlama,
Ürəyimi çox dağlama,
Qaçıb dağlarda ağlama, 
Hara getsən, mən də gəlim!


Feride Acarakcay 


Sen varasansa  güneş heçdir 
Sen  yoxsasa  ömür heçdir 
Men sevirem ,demek gecdir 
Hara getsen , senle gelim 


İlham gelib qelem tutub 
Qara gözün qelbim tutub 
Dillenmirem nefes tutub 
Hara getsen senle gelim 


Leyla yazdı birce kelme 
Vahid dedi ilme ilme 
Feriş deyir cümle cümle 
Hara getsen senle gelim


Huseyin Acarakcay 


..............................................................
ARAYA BENDE GİREYİM..
BİR KAÇ SÖZDE,BEN DİYEYİM,
YAĞAR,YAMAZ NE BİLEYİM,
iZİN VERİN MENDE GELİM...


BU KADAR YETERMİ BİLMEM;
KİMSEYE BİR ŞEY SÖYLEMEM;
YAĞMUR YAĞSA SEVİNEMEM,
hARA GİTSEN mENDE GELEM...


Feride


Meydan qızıb  a şairler
 İlham coşub a şairler 
Deyek söze söz şairler 
Hara getsen men de  gelim


Vusal 
Belke bize qoşulasız 
Şer yazıb da oxuyasız 
Bu meydana buyurasız 
Hara getsez  men de gelim


Vüsal Ağayev 


Sənə gələn yolu nişan ver mənə, 
Qıyma ki, ürəyim sıxıla, gəlim.
Bu yol can alsa da, can atım yenə, 
Qoy elə yıxıla-yıxıla gəlim.


Sənin olduğun yer əzizdir mənə, 
Döndər bu aləmi nağıla, gəlim.
Yollar can alsa da, can atım yenə,
Lap elə bu dünya dağıla, gəlim!


Feriş Abla


Qapını döyürəm, Tanrı,
Aç qapını, tənlə gəlim.
"Hə "-de, qaçırım özümlə,
Yanına Vətənlə gəlim.


Adamları bal tanımır,
" Adlıq, yönlük hal "tanımır...
Göyün qeylü-qal tanımır,
Yanına Vətənlə gəlim.


Keçmədim, bir lələyindən,
Keçirtsə də ələyindən...
Yarıdım çiyələyindən,
Yanına Vətənlə gəlim.


Ízn ver mənə ,izn, ağlayım,
...çayın, dənizin ağlayım.
Dalan-dəhlizin ağlayım,
Yanına Vətənlə gəlim.


Arxasınca at salan var,
Oba-oba sat...alan var.
Demirəm, Tanrı balam var,
Yanına Vətənlə gəlim.

” Copyright © ”

Hiç yorum yok:

Yorum Gönder