Cumartesi, Ocak 19, 2019

Dostların tebrikleri

Tebrikler


” Copyright © ”

Axşamınız xeyir, qrup əhli! Bu gün qrupumuzun admini Feriş Ablanın doğum günüdür. Onu səmimi qəlbdən təbrik edirəm. Arzularımı isə şeirlə deyəcəyəm!
Bu gün sənin ad günündür,
Deyim 1-2 söz, ay Fəriş!
Xətrini hamı istəyir,
Qoy dəyməsin göz, ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Bu gün beşik, sabah əsa,
Arzular çox, ömür qısa,
Nəsə bir çətinlik olsa, 
Nə inci, nə bez, ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Arzularım sənə bol-bol,
Təpərli diz, tutarlı qol,
Əniştədən muğayat ol,
Qoşa qarı, gəz ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Övladların işi asan,
Nəvələrdən yarıyasan,
Görüm səni yaşayasan,
Həştad, doxsan, yüz ay Fəriş!
İllər ötür tez, ay Fəriş!

Ömür qısa, həyat fani,
Kədərə baş əymə yani,
Qoşub gözəl bir nəğməni,
Ad günündə süz, ay Fəriş!
İllər ötür tez, ay Fəriş!
Vaxid Ahadov 

Feriş xanım bütün qrup üzvləri adından sizi səmimi qəlbdən təbrik edirəm. Xoş günlər nəsibiniz olsun. Ən xoş arzularımı sizə arzulayıram. Bu da məndən sizə hədiyə olsun.
DÜNYAYA GƏLİŞİNİZ MÜBARƏK!

Keçdiyin enişli-yoxuşlu yollar,
Ayaq izlərini qəlbə salıblar.
Sənlə addımlayan dostlar-tanışlar,
Bugünki gününü alqışlayırlar.

Həyatın nəbzindən möhkəm yapışdın,
Halal zəhmətinlə sən ad qazandın.
Bəzən dalğalandın, lap aşıb-daşdın,
Təmiz yaşamağı sən şərəf sandın.  
  
Ölkədən, ölkəyə səyahət edib,  
Girdin şəhərlərin arxivlərinə.
İnsanları dinləyib, proloq yazıb,  
Hörmətlə yanaşdın əsərlərinə.  
  
Yazdın "Gecikmiş Bahar" haqqında əsər,
Dedin qoy milyonlar tanısın onu, 
Yorulmaz zəhmətin getmədi hədər,
Şad etdin, yaşatdın şair ruhunu.  
  
Gün o gün olsun ki, yuz yaşın olsun, 
Pis olmaz yüzü də adlasan əgər.
Həmişə qoy qaynar ilhamın olsun,
Yazib-yaradasan gözəl əsərlər.

Hörmətlə: Vusal Agayev

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...