MEKTUBREAL :
Yazar : FERİDE ACARAKÇAY
PROLOQ
İdman tesisleri yürüş parkında hemişeki kimi 20 devre vurub özümü yaxınlıqdakı skamyalardan birine atdım. Tengenefes nefesimi derib etrafa boylandım . Yürüş meni qaranefes etmişdi . Eslinde meşq etdikce canıma qızışma gelir , her gün daha çox meşq etmek isteyirdim . Lakin ... di gel ki, kilolar heyatım kimi her şeyi engelleyirdi. Yanaqlarım od tutub yanırdı , tengenefeslikden boğazım qurumuşdu . Arxaya dönüb yaşıl otluqdakı damlayan krana baxdım kranla aramda 7 ya da 8 metr mesafe vardı . Di gel ki , qalxıb oraya getmeye erinirdim . Bayaqdan kilometrelerce yeriyirdim heç yorulmamışdım indi beş deqiqe nefesimi dermişdim deye ,ele bil dünyanın yükü çiyinlerime yığılmışdı . Ellerimi skamyaya dayayaraq güc verib ağır ağır ayağa qalxdım . Ele kranta yaxınlaşmışdım ki ,arxadan ses eşitdim:
- Zeyneb !!!
Men dönüb geri baxmaqda sekinin qırağında oynayan balaca bir qızcığazın:
- Efendim , baba ? - deyerek cavab vermesi bir oldu. Uşağı çağıran kişi sesi dekoratif bezek kolun arxasından gelirdi
- Gel , kızım gidiyoruz .
- Nolursun baba , az daha ...
- Gel kızım , geç kaldık , annen şimdi gelicek ...
Qızcığaz teşviş ve üzündeki tessüüfle yaşıl otların üstüne atdığı gelinciyi alıb oyuncak uşaq arabasına yatırdı , ana uşağının üstünü örtüb yatızdırırmış kimi balaca bez parçasıyla üstünü örtüb rahladı ;
- Boncuğum , meleyim , yavrum ... bak ses salmak yok , şimdi anneannen işten gelecek , yorulmuş ola bilir . Usluca odamıza çekilecez ...
- Hadi kızım, geç kaldık ama ...
- Hemen baba ...
El - üzüme su vurub , bir iki qurtum alaraq qurumuş boğazımı yaşladım . Dönüb uşağın getdiyi istiqamete baxdım . Zeyneb bir eli ile gelinciyinin arabasını sürür , o bir eli ile atasının sürdüyü elil arabasından tutmuşdu . Toppuş elini arabanın soyuq demirinden çekir, balaca barmaqlarını ağzına yaxınlaşdıraraq nefesiyle isidib tekrar atasının "elinden" tuturdu ..
1 BÖLÜM
Balaca adaşımla tanışlığım atasıyla dostluğuma sebeb olmuşdu . Her gün idmandan sonra Zeyneble oynar , bezen parkın içindeki balaca oturma yerinde tum çıtlar , simitciden simit alıb yeyerdik . İlk günler atası bize yaxınlaşmasa da sonralar onu da eylencemize qatmışdıq . Men Zeyneble gizlenpac , qaçdı tutdu oynarken o da arabasıyla bizi qovar , ya da gül kollarının arxasında gizlenerdi . Hiss edirdim ki , belke de çoxdandır arzusunda olduğu bir eylenceni yaxalamışdı . Çünkü bele zamanlarda onu çox xoşbext görürdüm .
El istiqameti ile qaldığı yeri göstermişdi . Hardasa bize yaxın bir yerde yaşayırmış . Aileli idi . Zeyneb birinci evliliyinden olan qızı idi . Qızının anasını genc yaşda itirmişdi . Nedense Ayladan - Zeynebin anasından danışanda gözleri yol çekir , gözlerinde tessüf ve dalğınlıq olurdu . Sesi titreyir , sesinden bele o qadına qarşı mehebbet süzülürdü . Bezen bu Ayla deyilen xanımı ele qısqanırdım kı .
- Hey allahım , bilmirem sen edaletsizsen yoxsa men mi nanikoram . Madem iki genc bir birini bu qeder sevir niye ayırırsan onları ? Hansı qız şikest bir oğlanı qebul edib onunla evlenerdi ki. Demek ki , bu dünyada hele de esil sevgi varmış , demek ki, sevgi zahirde yox daxildeymiş - Ve ister istemez ellerim kilolarıma gedirdi . Qat qat sallanan yağlarımı çekişdirib :
- Ehh gören meni de bele qebul eden olacaqdımı , men de sevginin dadını bileceyemmi , göresen men de sevib sevile bilecemmi , men de seygim uğruna mübarize aparacağammı ?
Suallarıma özüm de cavab verirdim :
- Boş xeyallara qapılma Zeyneb , bu halınla sen kime lazımsan axı . Yene 5 6 il bundan önce olsaydı yene biri şikarına gelerdi amma indi ...
Bu yerde yadıma bir ehvalat düşdü :
Neçe vaxt idi " arıqlamaq isteyirem " qrupunda bir oğlanla danışıb yazışırdıq . Eyni şeherde yaşasaq da semtlerimiz ters idi . Yanı tesadüfen üz üze gelmemiz mümkün deyildi de ...
Paylaşdığımız resmlerden bir birimizi görüb beyenmişdik . Gercekden o menden de kilolu idi . Amma olsun , qebul edirdim . Men ise bedenim kök olsa da üzden çox gözel idim , şekillerde de fena düşmürdüm . Bedenimi görmeyen esla menim obez olduğumu bilmezdi . Neyse ...
Bir gün hemin oğlanla görüşmeye qerar verdik . Böyük bir hevesle hazırlaşıb , bezenib düzenib görüş yerine geldim . Bu defe beyenileceyime çox emin idim . O oğlan menden çox kök idi . Her halda özüne maniken kimi bir qız axtarmırdı .Ondan az ferqlenen bir qız olsaydı , Allahına şükür ederdi . Hem de ikimiz de eyni derdi daşıyırdıq deye bir birimizle daha yaxşı anlaşacaqdıq - deye düşünürdüm .
Balaca bir çay baxçasında oturub , onu gözleyirdim . Çox heyecanlı idim , erken geldiyim üçün tez tez saata baxırdım . Az qalmışdım saatın eqreblerini çekib görüş vaxtına getirim . Oturduğum yere nezaret etdim , qapıdan girende hemin yer aydın görünürdü . Sürpiriz olsun istedim . Qoy gelmediyimi düşünüb biraz heyecanlansın , gözü meni axtarsın dedim . Qalxıb yerimi deyişdim. Böyük kafenin ortasındakı direk rolunu oynayan sütunun arxasındakı masaya kecib telefonu qurdalamğa başladım . Telefonu qurdalasam da gözüm böyük pencereden bayırda idi . Gelib keçen kök adamları gözaltı süzürdüm . Belke budur , yox yox odur ... Yox deyesen o gelendir . Nçç... hmmm... belke bayırdakı masada oturandı ? Belke meni orda gözleyir ... ooofff . Bu neydi ? Harda qaldı bu . İndi durub oraya getsem ? Mene dese ki, sen kimsen ? Vayyy , utandığımdan ölerem ki .... yox sakit ol Zeyneb gelecek ! Darıxma indi bu deqiqe harda olsa gelecek . Biraz da gözle - deye özüm özümü sakitleşdirirdim . Belke şekilde başqa , heyatda başqadır deye götür qoy etmeye başlamışdım ki , biraz irelide elinde oyuncaq ayı olan kok, hündürboy oğlanın kafeye doğru geldiyini gördüm .
- He odur , bu odur , geldi - deye sevincek saçımı başımı düzeltdim . Masanın üstündeki menunu üzüme tutub özümü meşğul göstetdim . Guya özümü ondan gizlederek , menunun arxasından ona diqqet yetirmeye başladım. Oğlan içeri girib içeridekilere göz gezdirdi , sütunun arxasından meni görüb tessüfle boynun boğazın qaşıdı ve elindeki ayını yanındakı kürsünün üstüne qoyub bayıra çıxdı .
Ele pis olmuşdum ki , onun bu hereketi menim özüme güvenimi sarsıtmışdı , meni heyata küsdürmüşdü, özüme nifretimi artırmışdı . Neçe gün idi ki, depresiyadaydım sankı . Heç bir yere çıxmır , özümü otağıma qapatmışdım . Hetta işe de getmediyim üçün işime de son vermişdiler .
Ahhh yazıq anam , çox mehriban qadındır . Yaralı yerimi bildiyi üçün heç vaxt meni qıracaq bir söz demez, ne de dedirtmezdi . Bele günlerimde meni özüme getiren hemişe anam olub .
- Zeyneb xanım, kitabları sevirsiz ?
Yanımdakı ses meni özüme getirdi . Kenan idi , arabasını çekib mene yaxın oturmuşdu . Zeyneb ise parkdakı alabezek uşaq oyun sahesinde öz aleminde idi .
- Düzünü desem yox ...
- İnanmıram kitab sevmeyen biri olsun.
- Eslinde sevirem, ama oxuyanda yoruluram , odur ki, böyük romanlar oxumuram , oxuduğum ya uşaq nağılları, ya da balaca ibratamiz hekayeler ...
- ibratamizmi ? - güldü
- Beli... Niye gülürsüz ?
- Siz hele nağıllara inanırsız ?
- Niye ki ? Bezen ele möcüzeler baş verir ki ...
- O möcüzelere men de inanırdım , Allah bir istedise ne olur olsun , nece olur olsun olacaq deyirdim ...
- Baxın sizinle mübahise aparmaq istemirem . Siz neye de inanmasanız da Allahın möcüzesine inanmalısız !
Önce elini ağzına tutub sakit sakit , sonra da qehqeheyle gülmeye başladı . Ele bir güldü ki , gözlerinden yaş gelirdi . Çaşıb qalmışdım , bu ağlayır yoxsa gülür ? Anlamaq mümkün deyildi .
Doyunca gülüb özüne gelenden sonra qoltuq çibinden kağız desmallardan birin çıxarıb gözlerini quruladı . Hele de ona çaşbaş baxırdım .
- He, Zeyneb xanım , indi deyirsen möcüzeye inanım ?
- niye de inanmayasınız ki ? Elbette inanmalısuz .
- İndi menim bir ayağım dizden yuxarı, biri de topuqdan yuxarı yoxdur , bu elil arabasına bağlı qalmışam , bu araba olmasa imekleyerek gezirem . İndi sen deyirsen ki bu möcüze olar yeriye bilerem ?
- Beli ...
- Axı nece ? Bu mümkün olan şey deyil .
- Mümkündür .
Bayaq men ona çaş - baş baxdığım kimi , indi de o mene mat mat baxırdı .
- Senin yerimeyin o demek deyil ki illa ki ,ayaqların olacaq yeriyeceksen . Protezle de yeriye bilersen, başarılarınla , uğurlarınla da irelileye bilersen ...
Yene qehqehesi sözümü kesdi .
- Axı yeriye bilmirem , yeriyede bilmerem . Axı protez ayaqlar her şeyi hell etmir . Onlar menim heyatımu düzelde bilmez ki . Ele bu şikest ayaqlarıma göre bu gün menim yuvam yıxılır .
- Xeyir , yanlış düşünürsen . Eyer senin yuvan yıxılursa demek bele lazımdır . Belke de sen buna sebeb ayaqlarını görürsen , amma ele deyil . Belke de senin şikestliyin bu yuvanın yıxılması üçün bir behanedi , Allah terefinden bir sebebdir
- Belemi düşünürsen ?
- Beli eynen bele .
- Dediyinden bele çıxır ki ,men istesem de istemesem de Allah bunu bele isteyib , ve ayaqlarım da bu boşanmaya bir sebebdir ?
- Belkede, ne bilmek olur ...
- Men boşanmaq isteyirem , bezmişem her gün evdeki dırdırdan , eyni mövzuda olan söz söhbetden . Sakit hüzur içinde yaşamaq isteyirem . Davasız söz söhbetsiz . Feqet ... çaresizem , hem isteyirem , hem istemirem . Axı menim insana , aileye ehtiyyacım var nece boşana bilerem ki, Zeyneb xanım ?
- Demek o insanı , o aileni yanlış seçmisen , o üzden Allah bu münasibetin daha da ireli getmesini istemir .
- Belemi düşünürsen ?
- Beli ...
- Amma bunu men istemirem . Axı men elilem , men möhtacam , men bu şikest ayaqlarla qızıma baxa bilmerem . Qızıma hem ana , hem ata ola bilmerem .
- Olarsan , heç bir Allahın yaratdığı insan heç kimseye möhtac deyildir . Derd veren allah , mütleq onun dermanın da vermişdir . Bunu unutma.
- Ele danışırsan ki , lap inanmağım gelir .
- İnan , vallahide , billahide inan . İnan mene düz deyirem . Belke, bu evliliyinin senin rahatçılığın , xoşbextliyin olacağını düşünürsen , görürem xoşbext deyilsen . Belke de sen o xanımın yanında xoşbextsen belke de sevirsen , ama o senin xoşbextliyini görmeye biler , seni sevmeye biler . Belke de sizin bu evliliyiniz de neyinse bir başlanğıcı neyinse görevi imiş . Belke de Allah bu evliliyi bir misiya kimi yazıbmış ,o misiya yerine yetirildi , indi de ayrılmağınızı isteyir .
Dediklerim ağlına batırdı sanki , men danışdıqca gözlerin bir nöqteye zilleyib dalıb getmişdi .
- O meni beyenmir Zeyneb xanım , başa düşürsüz , o dostlarıyla çıxır , gezir eylenir , refiqeleri eriyle sevgilisiyle gelir . Men bu veziyyetde onun eylencelerine qatıla bilmirem , onunla tetile gede bilmirem , o da erinin sefasını çekmek isteyir, refiqelerine , dostlarına qibte edir . O da menimle beraber onlara qatılmaq isteyir , bu ise mümkün deyil .
- Deyirsiz sizden utanır ?
- Beli ...
- Mence o sizi sevirse ve sizi bele qebul edibse sizden utanmamlıdır . Siz de özünüzü ondan kenar çekmeyin belke de , siz ondan utanırsız , bu halınızla onun yanında getmek istemirsiz ?
- Ne dexli var ?
- Dexli odur ki, arvadınızı diqqetden kenarda qoymayın , her zaman onun yanında olduğunuzu ona ve dostlarına gözterin , onun getdiyi meclislere siz de gedin , dostlarıyla görüşün ...
- Bele ?
- Beli bele ...
- Axı bu mümkün deyil . O menim elil arabamı sürmek mecburiyyetinde deyil . Axı men onun kimi eylene bilmerem .
- Bilersen !!!
- Bilmerem
- Bilersen Kenan bey
Yerimden qalxıb Zeynebi çağırdım .
- Zeyneb ! Gel quzum meni tut görüm tuta bilirsen ?
Söz ağzımdan cıxmışdı ki , Zeyneb mene doğru qaçdı . Etrafı şen qeh qehelerimiz götürmüşdü . Zeyneb mene toxunan kimi özümü yaşıl otların üstüne yıxır, onu güldürürdüm . Kenan da bize qoşulmuşdu . Arabasıyla gah arxamızca qaçır gah da elindeki balaca topla bizi vururdu , üzünden xoşbextlik yağırdı . Qaçaraq arabasının tutacağından tutdum , arabanı özüme siper çekib guya arxasında gizlendim . Zeynebi cağırıb haylayırdım . Zeyneb meni tutmaq isteyince Kenanın oturduğu arabanı dönderib özümü qorumaq üçün fırladırdım . Zeynebin atdığı top Kenanın başına , çiynine deydikce Zeynebın şen qeh - qehelerine qarışıb gülürdü . Zeyneb meni topuyla vurarken Kenan gurultulu şaqanak çekerek guya meni qızından qoruyaraq qolların havada yelleyirdi . Etrafdakilar bizim bu oyunumuza alude olmuşdular . Kimisi acıyaraq , kimisi da qınayarq bize baxırdı . Olsun dünya vecime deyirdi . Qelbi qırıq birini xoşbext ede biliremse , demek men özüm de xoşbextem .
KEnan qefil Zeynebi yerden qaldırıb qucağında oturtdu . Onu qıdıqlamağa başladı . Men de onlara qoşuldum . Arxadan eyilib :
- Görürsen Kenan bey, xoşbextlik her yerde var , siz Seda xanımla da istediyiniz yerde eylene bilersiniz . Heç bilirsiz nece xoşbext görünürsüz ?
Çıynının üstünden elimi tutub sıxdı . Ele bir sıxdı ki , sanki menim ondan birdefemlik ayrılıb gedeceyinden , meni itireceyinden qorxurdu ... bu ani temas da meni sanki ovsunşamışdı . Kenanın gözlerine baxıb onun gözlerindeki minnet ifadesinden içimden ona sarılmaq duyğusu baş qaldırmışdı . Ona ele bir sarılmaq isteyirdim ki ... sadeçe toppuş ellerimle çiyinlerini sıxmaqla kifayyetlenib ondan aralandım ...
... Sabahısı yene bir yerdeydik . Yuruşun sonunda yene oturub dincelirdim . Kenanın arabasıyla mene doğru geldiyini gördüm . Adi hal idi . Artıq onlara alışmışdım , parkı onlarsız tesevvür ede bilmirdim . Zeyneb de hemişeki kimi uşaqlara qoşulmuşdu .
Kenan mene yaxınlaşıb arabasını skamyanın yanında rahatladı . Qoltuq çibinden kağız çıxarıb mene uzatdı .
- Nedir bu ?
- Mektub !
- Ay .. yox bu ola bilmez , yoxsa xeyallarımdakı sevgilimmi gönderib ?
- Xeyallarındakı sevgilinmi ?
- Ele bilirsen dünyadakı derdli bir sensen ?
- Danışma Allah eşqine , senin ne derdin olacaq ?
Elimi qabırğalarımdan sallanan piylerime uzadıb ovuçladım .
- Senin derdin ayaqların , menim de derdim kilolarımdır .
- Ayy ... yox, yox esla seni qırmaq istemedim Zeyneb xanım . Bu mektubu men yazmışam .
- Bax sevgi mektubudur deme , yoxsa size aşiq ola bilerem , sonra kilolarımdan qurtula bilmezsiniz aa- deyib güldüm . O da mene qoşulub gülmeye başladı .
- Yox canım . Ne sevgi mektubu , sevgi menim üçün bitib . Bir daha olmayacaq .
- Bax yene başladı aa. Olmayacaq deye bir şey yoxdur . Yeter ki , sen iste , çaba göster olacaq .
İnamsız inamsız başını yelledi .Artıq onunla tartışmaq istemirdim . Söhbeti deyişmek qerarına geldim .
- Doğurdan nedir bu . Açıb oxuyummu ele indi ?
- Mence bura yeri deyil . Evde rahat rahat oxuyarsan . Beyenirsen davamı da gelecek .
- Yaxşıca nigaran qoydun meni . Ne mektubdur bu . Maraqlıdır - Deyib açmaq istedim .
- Keçen gün kitab oxumağı sevirsen deye sorduğumda "yox " cavabı verdin . Dedin ki nağılları , balaca revayyetleri sevirsen . Men de öz revayyetimizi sene yazmaq istedim .
- Öz revayetimiz deyerken ?
- Zeynebin anasıyla menim .
Yerimde qurcalanıb Zeynebe baxdım . " niye şexsi heyatını mehz mene ?" Deye düşününce ele bil üreyimi oxudu .
- Qüsuruma baxmayın , Zeyneb xanım, sizi özüme yaxın bildim bu neçe günde... Çox yaxşı , mülayim ve şen qızsız . Sizin yanınızda darıxmıram . İnanıram ki , heyatımızdan behs eden bu mektubu oxuyarken insanların nece acınacaqlı veziyyetde olduğunu göreceksin . Niye heyatdan bu qeder küskün olduğumu anlayacaqsız . Hem yazdıqca özüm de rahatlaşaram . Neçe iller üreyimde toparlanıb qalmış kini , zeheri , köhne fikirleri dağıtmağın zamanı gelib deye düşünürem .
Gah elimdeki mektuba, gah Kenana , gah da Zeynebe baxırdım .
Kenan arabasını dönderib Zeynebi hayladı :
- Gel qızım gedirik !
Dönüb mene baxdı :
- He bu arada . Dediyinizi cox götür qoy etdim . Belke de sizin dediyiniz kimi bizim evliliyimiz neyese sebeb olan bir misiyaydı , oldu , tapşırıq yerine yetirildi. İndi de başqa misiya başlayır . Demek ki, men Allahın her hansısa bir tapşırığını yerine yetirnek üçün doğulubmuşam, Aylayla dünyaya övlad getirmek üçün , Sedanın da atasının servetine servet qatmaq üçün - gülüb göz vurdu - bu defe de ferqli bir tapşırığa başlayıram... boşanacam ...
- Ne ?...
Yene Zeyneb atasının "elinden" tutub asta asta gedirdi . Men ise elimde kağız onların arxasınca baxırdım ...
2 BÖLÜM
Çox pis olmuşdum . Qaş düzeltdiyim yerde göz çıxartmışdım deyesen . Men bu heyatdan sönmüş adama dostca teselli üçün dediyim sözü bu başqa cur yozub ciddiye almışdı . Bu evliliyinin bir misiya olduğu onun ağlına batmışdı . Boşanacağam deyirdi . Offf Allahım offf. MEn neyledim , axı mene kim qelet eletdirir ki, başqalarının aile meselelerine qarışım ? Menemi qalmışdı camaatın aile problemleri ? Düşünürdüm ki , eger bu yuva yıxılsaydı esla özümü bağışlaya bilmeyecekdim .
Özümü çox pis hiss edirdim , evde ruh kimi dolaşırdım . Her problemimi anamın kömekliyi ile hell etdiyim zamanlarda bu defe bu problemi onunla paylaşa bilmirdim . Çox pis olmuşdum çox . Ele pis idim ki , axşam menusundakı sevimli zencefilli qatığımı bele yeye bilmirdim . İştaham küsmüşdü her şeyden . Otağıma çekilib qulaqlığı qulağıma taxdım . Asyanın "Pişmanım " mahnısı qulaqlarımdan süzülüb beynime doldu . Kenanla ve balaca Zeyneble geçirtdiyim xoş deqiqeler xeyalımda canlanır , otağımda olsam da özümü hele de onların yanında hiss edirdim . Bilmirem hezin ve qemqin musiqinin tesirinden mi , yoxsa tutduğum emeldenmi gözlerimin çuxurunda yaşlar toparlanmışdi . Çox peşiman olmuşdum. Bir sual beynimde dolaşıb dururdu .
- Neye peşimansan ? - Bu sualın cavabını heç cür tapa bilmirdim.
Bir günah sanki aşkımız
Gözlerimdeki her damla hasretin
Bu sensiz geçirdigim ilk, gecenin
Sabahı nasıl gelir ah sevgilim
Herşeyim.
Meğer ne kaybetmişim
Canımdan çok sevmişim
Affet çok geç anladım
Senden kalan bir çok şey
Hatıram oldu şimdi
Dön artık çok pişmanım.
Bir günah sanki aşkımız
Gözlerimdeki her damla hasretin
Bu sensiz geçirdigim ilk, gecenin
Sabahı nasıl gelir ah sevgilim
Herşeyim.
Meğer ne kaybetmişim
Canımdan çok sevmişim
Affet çok geç anladım
Senden kalan bir çok şey
Hatıram oldu şimdi
Dön artık çok pişmanım.
Meğer ne kaybetmişim
Canımdan çok sevmişim
Affet çok geç anladım
Senden kalan bir çok şey
Hatıram oldu şimdi
Dön artık çok pişmanım.
Dön artık çok pişmanım.
Qulaqlıq qulağımda beynimdeki sualla gözlerim xumarlanırdı . Artıq mahnı qulaqlarımda seslense de Kenan ve Zeyneble kecirtdiyimiz xoş eylenceli deqiqeleri yuxu kimi görsem de dodaqlarım arada bir mahnının sözleri ile beraber pıçıldayaraq : " deyesen sene aşiq olmuşam" deyirdi .
Gözümü açdığımda gece yarı idi . Yerimde gerneşib yönümü deyişdim . Pencereden düşen küçenin sarı işıqları otağımı , zeif işıqlandırırdı . Çölde esen küleyin tesirinden ağaçların kölgesi otaqda oynaşırdı . Yerimden qalxıb perdenin altlığını çekmek isterken , boynuma dolaşan qulaqlığı görüb xeyalım bir anlıq axşamkı halıma uçdü . Mahnının tesirine düşmüşdüm deyesen, biraz yorğunluq biraz da stresden neyse sayaqlamışammış. Yuxuya gederken pıçıldadığım sözlerden özüm de xecalet çekirdim . Evli başlı kişiyle menim ne işim ? Hem de şikest ... Dost olub derdleşib danışa bilerdik ama bele bir şey heç vaxt ...
Perdeni çekib gecelik lampanı yandırdım . Yuxum qaçmışdı . Nese yaman darıxırdım . Bir meşğuliyyet tapıb başımı qarışdırmaq isteyirdim . Telefonu götürüb facebookda biraz dolaşdım . Hemişe maraqla oxuduğum maraqlı hadıseler bu defe zehle töken olmuşdu . Hele sayfa dostlarının paylaşdığı şablon cuma gifleri sanki sinirlerime toxunurdu . Telefonun jarjı bitmek üzreydi . Xeberdarlıq edirdi . Qalxıb telefonu jarja qoydum , masamın üstündeki uşaq kitabların qurcalayıb vereqledim . Vereqledikce qulaqlarımda Kenanla olan kitab haqqında söhbetimiz seslenirdi . Birden Kenanın mene verdiyi mektub yadıma düşdü . Montumun çibinde qalmışdı . Ehmalca qapını açıb dehlize çıxdım . Ses salmamaq üçün barmaqlarımın ucunda asılqana yaxınlaşıb mektubu cibimden aldım . Mektub sanki od tutub elimi yandırırdı .
Öz evimde oğurluğa gelmiş adam kimi hiss edirdim özümü nedense . Menim oyaq olduğumu anamın bilmesini istemirdim . Ehmalca otağuma girecekdim ki , yanım qapının yanına qoyulmuş , taxçaya deydi .üstündeki açarlıq vazası yerinde lengerlenib ses saldı . Anam oz otağından seslendi :
- Zeyneb? Sensen qızım ?
Vayyy. Deyesen yaxalandım . Gözlerimi möhkem sıxıb , dodağımı dişledim :
- Kim var orda ? Zeyneb ?
Anam ses eşitmeyince sesin yükseltdi:
- Zeyneb ! Qonşular , yetişin , oğru var !
- Menem ana , sakit ol ! Oğru zad yoxdur , narahat olma . Su içirdim . İndi yatacam .
Keçen il evimize giren oğrulardan sonra anam seksekeli yatırdı . Geçe bir çıqqıltı gelende hay heşir salmağa başlayırdı . İndise menim ehtiyyatsızlığım arvadı teşvişe salmışdı.
Otağıma keçib , qapını ehmalca örtüb içeriden kilidledim . Masama yaxınlaşdım . İş masasının üstündeki işığı yandırıb elimdeki zerfe baxdım . O üz bu üzüne çevirib diqqet etdim . Üstünde yazı yazılmışdı "burdan açın !" Yazını görünce dodaqlarım qaçdı . İşare qoyulmuş hisseni seliqeli çırıb mektubu içinden çıxarıb açdım , muncuq kimi düzülmüş qırmızı ve göy qelemle yazılmış yazılara göz gezdirdim . Çox seliqeli ve aydın şekilde yazılmış beş altı vereqden ibaret olan kağızı öteri nezerden keçirtdim . Mektubda yazılan bezi şeyler gözümden qaçması mümkün deyildi . Diqetimi çekmemişdi desem yalan olardı . Hetta hadiseler kino sehnesi kimi gözlerimin qarşısında çanlanmağa başlamışdı ....
13 il önce
- Oğlum, geçikirik , sen hele hazır deyilsen ?
- Gelirem ana , bu deqiqe ...
- Gelirem deye - deye nece saatdır hazırlaşır , gör ne vaxdır girib içeri , ele bil qızdır özüne sığal tumar verir . Kenan , indi gelmedinmi berberden ? Hele qız istemeye gedirsen bele heyecanlısan , bele bezenib düzenirsen , gör toyunda nolacaq ?
- Müjgan, Aylanı bilirsen her şeyde bir qüsur tapır . Men onun gözüne qüsursuz görünmeliyem .Yoxsa ...
- Yoxsa ne ? Senden vazmı keçer ?
- Yox , o menden heç vaxt vaz kecmez onunla menim eşqim beş günlük , üç günlük mehebbet deyil , mektebden lisseye , lisseden universitete böyük mehebbetimizle çiyin çiyine gezmişik ...
- Hee, hee ... Az danış bu mehebbetinden , axırda göze getireceksen . Vallah bir onu bilirem ki , heç bir oğlanın yaraşığı ve pulu olmasa heç bir qız ona aşiq olmaz .
Kenan ters - ters bacısının üzüne baxdı ;
- Sen Aylanı özünle beraber tıtma . O heç vaxt meni pula , yaraşığa deyişmez .
- Bu qeder emin danışma .
- Eminem
- O qeder de emin olma Kenan , inan mene ! Hansı qız ayağı ,eli olmayan oğlana aşiq olar ? Senin bir yerin şikest olsaydı ...
- Allah qorusun , bu ne sözdür danışırsan qız ? Mübahiseniz indiyemi qaldı ? Tez olun uşaqlar çıxın ! Qonaqlar gözleyir .
- Ana, senin bu qızın deye deye axırda meni şikest edecek , görersen !
- Allah qorusun . Bu ne sözdür danışırsan , sen ona fikir verme oğlum !
Kenan yatağının üstündeki xüsusi bezedilmiş buketi ve şokalat qutusunu götürüb aynanaın qabağına kecdi , aynadan özüne ve elindekilere baxıb boynundakı qalustuku düzeltdi . Qetiyyetle bacısına baxıb onun yanından geçerek ;
- Ayla meni şikest olaraq sevmeyib , bele sevib , ehd peyman bağlamışıq . Sağlıqda ve xestelikde, varlıqda ve yoxluqda her zaman beraber adımlayacağımızı qerara alıb evlenmeye söz vermişik . Bu yolumuzdan esla ve esla dönmeyeceyik emin ola bilersen .
- He, he ... - Müjgan ağzın eyib qardaşı yamsılayıb güldü .
- Haydı , haydı gözü yolda qaldı yeri ...- deye küreyinden iteleyib qapıdan çıxardı .
Blokun qarşısındakı dostları Kenanı alqışlarla qarşıladı ;
- Ooo, teze bey ...
- Hele bey olmamışam
- Ama beye oxşayırsan !
- Bey haa ? Güldürmeyin meni haa ha ...Bele getse bey olmaq mene qismet olmayacaq . Müjgan meni ya şikest edecek ya öldürecek.
- Ağzından yel alsın , sen ne fikir verirsen ee onun ağlına
Bu vaxt Kenanın telefonu zeng öaldı .
- Alo, Aylam ?
- Harda qaldınız sevgilim
- Qapıdayıq gelirik
- Bizim qapıda ?
- Yox canımın içi , bizim qapıda - güldü - 15 20 deqiqeye ordayıq .
- Gel Kenan , gedirsen de ora , orda görmeyesen qızı ? Ay Allah birce bunları qovuşdur . Evlenseydiler menim de canım rahatlanardı. Belke evlendikden sonra Kenanla bir rahat oturub qalxa bilek , üzünü görüb danışaq . Yoxsa ki , bütün günü telefondan sallaşır , yatanda da telefonla yatır ,otağından çıxmır - Anası deyinmeye başladı .
Kenan üzünü yana tutub dodaqları ile telefondan Aylaya öpüş gönderdi .
- Haydı , zeytun gözlım, meni çağırırlar . He bu arada aşkım , qehvemin duzunu az qoy aa - gülerek xudahafizleşdi...
... Aylayla Kenan 6 sinifden eyni mektebin eyni sinifinde oxumuşdular. Anasiyla Aylanın baxıcısı ele mektebde tanış olaraq bacılıq olmuşdular. Evleri de yaxın idi, ama ters küçede . Hetta bir şey lazım olanda ikisi de arxa balkona çıxıb bir birlerine qışqıraraq xeber yollardılar.Uşaqlıqdan decel dalaşqan olan bu iki qonşu ve sinif yoldaşları zaman keçdikce bir birlerinin delisi oldular.Bu mehebbet özlerinden xebersiz gelmişdi , amma ne geder bu sevgini etiraf etmeseler de , ne qeder bunu bir uşaqlıq sevgisi kimi qebul etseler de , bir birlerini görerken gözlerindeki qığılcım, tebessümlerindeki heyranlık , üreklerindeki ateş etrafdakıları bu sevgiden duyuq salmışdı . Bütün mekteb , uşaqlar, hetta müellimler bu böyük sevgiden danışırdı . Sinif rehberi her ikisinin valideyinleri ile görüşüb onları bu meseleyle bağlı xeberdar da etmişdi .
Kenanın atası mütaid idi ( praraf) inşaatdakı başarıları onu iş adamları cergesine qoşmuşdu . Bir neçe ortaq iş yoldaşlarından ayrılıb neçe il önce aldığı torpaq sahesini deyerlendirib orda bir neçe bina tikmeye başladı . Önce öz torpaq sahesinde 7 binanın inşası ile başlayan bu inşaatda iş dünyasına möhrunu basaraq 7 binalıq balaca yaşayış sahesi günü günden böyüdüb böyük bir qesebe oldu . Ele meheleleri de Muhtar Selcuk Yamanın adına bağlıydı selcuklu ... Böyütdüyü qesebeyle beraber şöhreti de artdı serveti de Kenanın atasının . Neçe iller qesebe muhtarı , sonra ise partiyada rehber vezifelere , daha sonralar ise siyaset alemine qedem qoydu .
Orta mektebi bitirib lisseye keçende Kenangil yeni qesebeye köçdüler . Dünya bir yana oldu , Kenan bir yana , ne illah etdiler Kenanı köhne qesebeden ayıra bilmediler . Köhne evi satmışdılar amma Kenan lisseyin yataqxanasında yer alıb orda qalırdı . Ele ne oldusa lissede oxuyan zaman oldu gizli aşiqlerin lisseyde yeni heyranları çıxdıqca bir birlerine qarşı mehebbetleri de güclenirdi , xelvati görüşmeler , mektublaşmalar , xeberleşmeler gizli sevişmeler ...
- Ne qımışırsan dodağının altında - böyük dayısı elini Kenanın çiynine qoyub barmaqları ile boynunun damarlarını sıxdı .
- Hec yadıma bir şey düşdü - Kenan maşında olsa da xeyalının özünde olmadığının ferqine vardı . Fikiri Aylalı günlerine uçmuşdu . Özü maşında olsa da Aylasının yanında idi ..
... Ayla qarayanız , suyuşirin zerif bir qız idi . Atası Şırnak elinden olsa da 16 yaşından işlemeye gelen qohumlarına qoşulub böyük qardaşı ile İstanbula gelmişdiler . Esgeriye gedene qeder İstanbulda inşaatlarda işlemişdi Balaca olduğundan onu ağır işlere qoşmurdular . Odur ki , inşaatda növbe ile yurtda qalıb fehlelerin yemeyin paltarın hazırlayanların yanında fırlanıb onlara kömek edirdi Kerem . Evin balacası olduğundan anasının eteyinden ayrılmayan Kerem anasının pişirdiyi yemeklere baxaraq onları beynine hekk etmişdi . Anasından öyrendiyi dadlı şerq yemekleri bu yeniyetme uşağın işine yaramışdı .3 - 5 neferlik hazırladığı yemekler günü günden artaraq esger zamanına qeder 60 - 70 neferlik olmuşdu . Esgerliye gedib gelenden sonra Ankaradan aldığı iş teklifi soylu köklü onun heyatını deyişdi . Esgerlikden evvel inşaat yaxınlığında sevdalandığı qonuşu qızını da alıb Ankaraya geldi . Qızlarının bir kürde qoşulub qaçmasını eşiden aile polisi onların arxasınca salaraq israrla qızlarını ondan almaq istediler . Bir terefden de Keremin aşeret soyları Keremin bir türk qızını alıb qaçma xeberini eşidib ayağa qalxdılar . Uzun sözün qısası her iki ailenin mental düşmençilikleri Kerem ile Şükriyyenin başında çatladı . Qurulan yuvanı dağıda bilmeyen aşeret Aylanın anası Şükriyyeni öldürdü . O zaman Ayla iki aylıq idi
Körpe südemer qızı ile Ankarada lokanta kabinelerinde qalan Kerem ailesini ve aşeret soylarını bağışlamasa da yene de aşeretin mesleheti ile kendlerinden , aşeretin qızı Ayla üçün gönderilmiş süt anası ile resmi nigah olmasa da dini nigahla evlenmeye razılıq verdi . O buna mecbur idi . Çünkü bir kürd ailesinde aşeretin verdiyi qerar, istese de istemese de qanun idi . Zamanında aşirete qarşı çıxdı . Amma ne oldu ? Şükriyyenin gencecik canına qıydılar . Bu defe de qarşı çıxsaydı ya özü ya da Aylanı ortadan qaldıracaqdılar .
Qizının süd anası Keremin ocağına geldiyi günden qadın Aylaya gün verib , işıq vermedi . Aylanı aşeretin qorxusuyla , kürt ruhuyla böyütmeye başladısa da atasının desteyiyle Ayla esla bu ruha uymadı . Uşaq iken aşeret soylarının adından bele qorxan qız zaman kecdikce etrafındakı insanlardan , yaxınlığındakı dostlarının azadlığından ruhlanaraq aşerete dönük çıxdı . Qızının bele dik başlığından qorxuya düşen Kerem qızını qarşısına qoyub anasının başına gelenleri ona tehli eder , qızından onların öz adetlerine uymasını isterdi . Bir isteyi vardı . Ne edir etsin aşerete qarşı tebliğatını gizli edecekdir . Yoxsa bunun cezası ne olacağını yaxşı bilirdi . Amma boşuna . Ayla esla aşererte boyun eymeyecekdi ve düşünürdü ki , onları yeni dünyaya yönlendirmek üçün son damla qanına qeder mübarize aparacaqdı.
12 yaşı olanda aşeret toplanıb Keremin emisi nevelerinden biri ile Aylanı evlendirmeyi istediler . Etiraz ederse başlarına ne geleceklerini texmin eden Kerem qızını onlara vermese de yox cavabı da vermedi .
- Ayla daha uşaqdır . Sümükleri berkimeyib . Bilirsiniz şeher uşaqları biraz nazlı olur , gedib Şırnakda külfet içinde baş çıxarda bilmez , hele hele aşerete heç uymayacaq . Mene biraz zaman verin , qızımı o mühite alışdırım.
Neyse ki, Kereme 2 il vaxt verildi . Bu il erzinde Kerem coxdan tanıdığığı ve uzun iller bir yerde işlediyi sevgilisi özbek bir qadına qızını qoşub Ankaranın başqa bir vilayyetine yolladı . Aşeret soylarına qızının itme xeberini verib polise baş vurdu . Bütün başlarına gelenleri polise danışaraq 12 yaşlı qızının mecbur ere verilmemesine ve onun qorunması üçün polisden kömek istedi . Polis anında herekete keçdi Aylanı ve onunla beraber qalan qadını qorumaya aldı . Ayla yeni köçdüyü qesebede özbek qadınla beraber yaşamağa başladı . Ele Kenanla da yeni oxumağa başladığı mektebde tanış olmuşdu .
İndi bu gün hemin gün idi . O gün idi ki ,bu tanışlıq sevgiye , sevgi de evliliye addımlayırdı ...
-Ee Ne düşünürsen Kenan oğlum ? Çox dalğınsan .
- Heç ne dayı , deyirem gör haralardan haralara geldik . Qismet gör getirib bizi nece görüşdürdü .
- Hele neler var neler , ne bilirsen üç deqiqeden sonra ne olacaq . Beli bunlar hamısı Allahın yazısıdır ki, görürük . Kişinin sesini telefonun mesaj bildirimi kesdi .
" Kenan , gelmeyin yalvarıram , izime düşübler , evimizi basdılar . Arxa qapıdan çıxıb Melekgile doğru qaçıram "
Kenanı heyecandan ter basdı . Ayla gilin aşeret qanunların ucundan qulağından Ayladan eşitse de bu meselenin o qeder de problem olacağını düşünmemişdi . Atasının siyasi heyatı , adı, sanı ona her şeyden güçlü görünürdü . Düşünürdü ki , haqq edalet qarşısında hansı aşeret dayana biler ki ? Daha düşünmürdü ki bu boyda dünyadakı kiçik bir qebilenin qanunlarına geç hökumetin de qanunları keçmir . Dünyanın yaranışından taa indiyene aşiretin qanunlarını kimse devire bilmeyibse indi heç onun atasının ne adı - sanı ne de siyaseti heç vaxt devire bilmeyecekdi .
Ele mesajı yenice oxuyub qurtarmışdı ki , maşın yerinde silkelendi . Kimse maşının arxasından öz maşınını onların maşınına vururdu . Maşını idare eden dayısı oğlu ne qeder istese de maşını kontrolda saxlaya bilmedi . Maşına deyen zerbeden maşın yolunu deyişib iki yol arasındakı direye ilişdi . İçeridekiler qışqırışmağa başladılar . Dayısının başı onun çiynine düşmüşdü . Arxadan deyen zerbeler maşını ana yoldan cıxarıb eks yola doğru sürükleyirdi qarşıdan gelen maşınların siqnalından qulaq tutulurdu . Yolda tıxac yaranmışdısa da arxadakı maşın qızmış nere dönüb onların maşınına saldırırdı . Qefil ne olduğundan çaşıb qalmış maşındakılar durmadan qoşqıraq , eyni zamanda bu beladan canlarını qurtarmağa çalışırdılar. Maşını idare eden dayısı oğlunun maşından atlandığını görüb kenan da üreklendi üreklendi . Başı çiynine eyilib huşunu itirmiş dayısının üstınden eyilib qapını açdı .
- Atla maşından ana , atla aşağı, ana !
- Yoox qorxuram
- Atla ana , sen de Müjgan aç qapını atla !!! Maşın yoldan çıxsa dereye yuvarlanacaq , tez ol !
Müjgan da anası da qorxurdu . Ne edeceklerini bilmirdi . Kenan dayısının üstünden eyilib anasını iteleyib maşından yere atdı . Ön oturacağa eyilib bacısına kömek etdi tehlükesizlik kemerin açıb bacısını maşından atmağa kömek etdi . Birden ne oldusa xeberi olmadı .
Özüne gelende başı yere sallanmış , apaqları ise maşının qapısında sıxılmışdı . Başın qaldırıb qalxmaq istedi . Ezik , şüşeleri qırılmış maşının qapısından dayısının onun ayaqları üstüne düşdüyünü gördü . Adam hereketsiz idi . Özüne güc verib dikeldi . Dayısını ayaqlarının üstünden atmaq istedi . Ayaqlarına heyatında görmediyi bir ağırlıq çökmüşdü sankı , yoxsa zeif cüsseli dayısı bele ağır idi anlamırdı . Bir türlü ayaqlarını hereket etdire bilmirdi .
Etraf camaatla dolu olsa da ne Kenanı , ne de dayısını maşından qurtara bilmirdiler .
... Emeliyyatdan cıxanda ilk gözlerinin axtardığı ayaqları oldu ...
... Elimdeki mektubda yazılan hadiseler bir filim kimi xeyalımda canlanırdı . Neçe günden beri tanış olduğum balaca adaşımın atasının heyatı üreyimi lerzeye getirmişdi . Her park gezişinden sonra Zeynebin atasının "elinden" tutub gedişinin arxasınca boylanırdım . Növbeti günü iple çekirdim . Ne gizledim oxuduğum bu mektub adlı gündelik meni ağuşuna dartıb aparmışdı .
Ve növbeti idman günüm geldi . Ve bu günden her idmanın sonunda adaşım Zeyneble kiçik bir muhabbetim vardı . Atasından ise heyatının gündeliyi olan mektublar ...
3 BÖLÜM
Yazar: Feride Acarakça
KENAN YAMAN AİLESİ
- Doğrudur seni başa düşürem Seda men bu şikest halımla seni temin ede bilmirem . Senin istediyin kimi davrana bilmirem , seninle istediyin meclise , dostlarınla görüşe bilmirem . Ama sene nece destekçi olduğumi bilirsen .
- Biz aileyik Kenan , sen menim erimsen , senin her zaman yanımda olmanı isteyirem .
- Haqsızlıq edirsen Seda , olmurammı , hansı işinde yanında olmadım ? Hansı çetinliyinde arxanda dayanmadım ? Unverseti qazandın oxutmadınmı , taaa gedib Bartinde oxudun , aylarla üzünü görmedim , telebeler yurtda qalanda men sene özel ev tutdum . Seni tek qoymadım her ayın başı yanına gelirdim . Sene olan sevgimi desteyimi esla esirgemedim . Düzdür belke yoldaşlarının yanında menden utanırdın . Ama men seni heç zaman heç neden eskik qoymadım. İşlemek istedin qoymadımmı , tetile getdin izin vermedimmi ? Senin pula paraya ehtiyyacın yoxdu , işlemeyine de qarışmadım . Kareyanı qur heyatını yaşa dedim .
- Amma bu her şey deyil , başa düşürsen Kenan her şey deyil . Senin zengin malikanende yağ üçinde böyrek kimi üzsem de bunlar menim üçün heçnedir . Bilirsen men bu saat hansı veziyyetdeyem ? Tesevvür ele ki , susuz bir sehrada böyük bir göle rast gelmişem yanıram susuzluqdan . Ama o gölden bir qurtum da alıb içe bilmirem suyu şordur . Elece girib çimib cıxıram , yanğımı söndürürem . Ama sudan doymuram qarnım açdır . Men erim olsan da , erden gözüm acdır Kenan , başa düşürsen be demek istediyimi ? Mene ne qeder maddi ve menevi destek olsan da senin yerin boşdur . Gencem ,gözelem .Mecara yaşamaq isteyirem , erimle dünyayı gezmek isteyirem , eylenmek , dostlarımızla gezmek isteyirem - deye Seda sesini yükseltdikce Kenan da elil arabasının qollarını yumuruqlayaraq "yeter !" deye bağırırdı . Balaca Zeyneb qapının bir küncüne qısılıb gelinciyini bağrına basmışdı . Gözel badamı zeytun kimi qara gözlerinde qorxu ve telaş içinde gah atasına gah da analığına baxırdı ...
... Park bizim görüş yerimiz idi . Balaca refiqem , hem de adaşım Zeynebin yaşam terzini az çox ele Zeynebin dilinden eşitmişdim . Balaca qızcığazın şirin dilinden evlerinde baş verenleri mene sığınaraq danışması bu körpeni mene daha da yaxın etmişdi . Özümden asılı olmayaraq yarım parca, kiçik ailenin bir dostu olmuşdum . İdmandan sonra Zeyneble parkda oynar , onu yellencede yellerdim . Bezen de mekteb vaxtlarımdan qalan şekilli uşaq kitablarımı da getirib , yaşıl otların üstüne paltomu sererek oturar, ona nağıllar oxuyardım . Kenan ise arabasıyla parkda bir iki dövre vurub , yanımıza geller , balaca Zeyneble aramızdakı xoş münasibete baxaraq xoşbextce gülümseyerdi . Zeynebin dışında aramızda ciddi bir dialoqumuz olmamışdı . Hec onu tanımırdım da , o da meni . Bizi Zeyneb bir birimize bağlamışdı . Kenanı da artıq mektublarından tanımağa başlayırdım . Oxuduqca onun böyük mehebbetine qibte edir , eyni zamanda başına gelenlere çox üzülürdüm . Nakam mehebbetinin ve edaletsiz dünyanın bu adama vurduğu zerbelere belke de her mektubdan sonra göz yaşlarımla melhem qoyurdum . Onu yaşadıqlarından yana nece teskinlik edeceyimi bilmirdim . Her yeni mektubda gözlerime susqun halda baxar ve menden sanki mektubuna fikirkerimi öyrenmeye çalışırdı . Men ise sadece Zeyneble oynar , Kenanla hemişeki kimi ordan burdan söhbet eder, görüşün sonunda bir mektub alıb gederdim . Beli gederdim . Mektubdan önce ata qız menden qabaq gedirdiler . Bu defe qanun deyişmişdi men mektubu oxumağa telesirdim ...
... Ağır depresiya yaşayırdı Kenan . Ayaqlarını itirmesi bütün heyatını arzularını , xeyallarını alt üst etmişdi . Heyatından , şansından küsmüşdü Kenanı . Heç kimi görmek istemirdi . Zaten ailesinden yanına atasından başqa gelen yox idi . Qezada anası ağır yaralanmış , reanimatsiya şöbesine alınmışdı . Müjganın ise qolu ve qabırğası qırılıb ,çatlamışdı . Dayısının ölümünü ilk günler Kenana dememişdiler . Lakin özüne gelerken Kenanın Aylanın adını çekerek onu görmek istemesi , dayısı oğlunu deliye döndermişdi .
- Senin Aylanın ucbatından men atamı itirdim , sen hele onun adını çekirsen ? Madem sen onların aşeretini bilirdin , niye bu münasıbete razılıq verirdin ?
Heç neden xeberi olmayan Kenanın key key otaqdakılara baxdığını görende dayısı oğlu Kenanı ele yatağındaca tutub silkeledi
- Menim atam öldü , başa düşürsen ? Menim atam ... ölen menim atamdır . Sen bu günden sonra Ayla adını bele çeke bilmezsen , unut Ayla adını .eyer sen onunla bir araya gelirsen, ikinizi de geberderem , özüm öz ellerimle . Dünyada heç bir şey mene atamdan deyerli deyil , bunu bilirsen . Heç bir şey . Hele senin Aylan . Elime keçen günü one ne edeceyimi texmin bele ede bilmezsen Kenan ! - deye Kenanı ele yatağında boğazlamışdı .
Kenanın dünyası başına yıxılmışdı . Dayısının ölümü gözlerini qaraltmışdı . Yatağından qalxıb burdan qaçıb dayısının cenazesine , mezarına sarılacaqdı . Ama getmeye ayaqları yox idi . Üstüne serilmiş ortünün altından yarım görsenen qıçlarının kölgesini gördükce ağlı başından oynayır yumuruqları ile var gücüyle budlarına vuraraq hönkürüb ağlayırdı .
Neçe gün idi xestexanada idi . Lakin Ayladan heç bir xeber yox idi . Başına gelenlerden sonra Aylanın onu itirib axtarmaması bacısı Müjganın sözlerini sırğa kimi qulaqlarında cingildedirdi .
" - O qeder de emin olma Kenan , inan mene ! Hansı qız ayağı ,eli olmayan oğlana aşiq olar ? Senin bir yerin şikest olsaydı ..."
Demek bacısı Müjqan qadın pisxologiyasını bilirdi . Bilirdi ki heç bir qadın , şikest, xeste bir oğlanı sevmez . O Aylaya o qeder güvenirdi , o qeder ona inanırdı ki , bilirdi ki, ne olur olsun Ayla onu her halı ile qebul edecek ve bir gün harda , nece şeraitde olur olsun onun ziyaretine gelecekdir .
Artıq üç ay idi xestexanada yatırdı , ne Ayladan , ne de onun xidmetçisinden heç bir xeber yox idi . Tek bir defe atası Kerem onu ziyarete gelmiş heç nefesin dermemiş Kenanın atası Selcuk ve dayısı oğlu onu xestexanadan qovmuşdular . Fürset tapıb Aylanı da ondan soruşa bilmemişdi .
Altı aylıq xestexana heyatından sonra, ölümle ve iki neferin ağır yaralanması neticesinde sağlamlığa ağır xesaret adı altında uzun süren mehkeme proseslerinden sonra, Aylanin süd anasının qardaşı ve öz emisi tutularaq hebs olundu . Ne faydası var ki , anası onurğa sümüyünden , özü de ayaqlarından olmuşdu . Mehkemede hakim bele şahid qisminde Aylanı istese de Aylanın mehkemeye qapalı şekilde cıxarılmasından Kenan onun üzünü bele görmemişdi .
Atası Türkiyenin en güclü vekilleri ile danışsa da, lazımı yerlerle görüşüb haqq edalet istese de , edalet yerini tapmış ama Aylanı aşeretin elinden qurtara bilmemişdi. Başı oğlunun ve arvadının halına qarışan , Selcuq bey de Aylaya düşman kesilse de oğluna destek üçün onun sevdiyi qıza qarşı çıxmırdı . Bilirdi ki oğlunun sağlığı bu qızdan asılıdır . Aylanı bu kürt aşeretinden qurtarmaqla oğluna menevi ve pisxolojik destek vermeye çalışırdı . Bele bir günde oğluna qarşı çıxa bilmirdi .
Altı ay sönra növbeti emeliyyat üçün xestexanaya yatırılan Kenanın otağına bu gün gün doğmuşdu sanki . Hardansa Aliye onun ziyaretine gelmişdi . Özü haqqında ona heç ne danışmırdı . Emeliyyata hazırlaşan Kenana başına gelenleri danışmaqla keyfini pozmaq istemirdi . Sadece ellerini göz yaşları ile isladaraq dodaqları ile qurulayırdı ....
- Men he zaman senin yanında olacam sevgilim . Her halınla qebulumsan . Bax üreyine pis şeyler getirme . Men hemişe seninleyem ölen güne qeder . Lap buralardan da qacarıq. Gedib xoşbext olarıq ...
Xestexanada Aylayla üzleşen Kenanın dayısı oğlu dişi bağırsağını kesirdi . Elinde imkanı olsaydı ele ordaca Aylanı parça parca ederdi . Selcuq bey Aylanın müdafiyeçisine dönmüşdü bu aralar . Onu öz evinde qoruma altında saxlayırdı . Evde de Müjgan Aylaya düşmen kesilmişdi . Aylanın gedecek yeri yox idi . Selcuq beyin ayaqlarına düşüb ona yalvarırdı , onu ailesine vermemesini isteyirdi . Selcuq beyin başqa yolu qalmamışdı . Onu hem qızından, hem de qayını oğlundan qorumaq mecburiyyetindeydi . Odur ki, onu qadın sığınma merkezine yerleşdirmişdise de bu barede heç kime heç ne dememişdi . Hetta Kenana bele . Bu quzın üzünden ailesinin başına gelenlere göre qıza qarşı kin saxlasa da , xoşagelmez qezadan qurtulan oğluna pisxolojik destek üçün hele ki bu qıza deyib dolaşmırdı . Bilirdi ki , oğlunun ayağa qalxmasının yegane sebebi Aylanın ona qarşı mehebbetidir .
Aylanın her gün Kenanın ziyaretine gelmesi Kenanın oduna su sepmişdisede , dayısı oğlunun közünü günü günden körükleyirdi .
Qız isteme günü ...
Baharın teraveti evde de hiss olunurdu . İçeri qelebelik deyildi .Evde atası ve iki refiqesi ile beraber özbek xanım olan baxıcısı var idi . Nece iller önce Kenan ile aralarında başlayan kiçik uşaqlıq mehebbeti artıq böyüyüb qocaman bir sevgiye dönmüşdü . Sevgi ağacları barını beherini verecekdi . Yuva quracaqdılar , şirin şeker uşaqları olacaqdı , beraber uşaqlarını sevgiyle böyüdecekdiler ..
- Geldiler , geldiler deye refiqesi Nurgül özünü Aylanın otağına saldı .
- Daha hazır deyilsenmi ? Geldiler , qapını döyürler .
- Allah allah , men ele indice danışdım Kenanla axı . İndi çixdılar evden . Neyse gel , gedek qapını açaq.
Çox heyecanlı idi qapının arxasına gelib gözlükden bayıra baxdı . Tanımadığı bir deste kişini görüb gözünü gözlükden cekdi . Mat mat yanında dayanmış refiqelerine ve rafdakı otaq ayaqqabılarını qonaqlar üçün çütleyib hazırlayan xidmetciye baxdı .
- Kimdi bunlar - deye çiyinlerini çekdi . Tekrar gözlüye yanaşıb adamların içerisinde gözü Kenanı axtardı . Yox idi , bir addım geri atıb refiqelerine döndü . Qapı durmadan çalırdı . Atasının sesi de salondan gelirdi .
- Acsana qapını , eşitmirsinizmi ? Qapı calır, qızlar.
Ayla başın zalın qapısıbdan içeri salıb atasına seslendi
- Qapıda bir deste adam var ata . Kimdi bilmirem , onlar deyil , gel bir sen de bax qapıya .
Kerem qapıya yanaşıb gözlükden bayıra baxmaqla geri çekilmeyi bir oldu . Qızına ve refiqelerine dönüb onları içeri otağa hayladı .
- Keçin keçin içeri . Gizlenin . Tez olun , tez ! Sesinizi çıxarmayın , siz burda yoxsuz . Başa düşdüz ?.. sessiz ...özü köyneyini telesik çıxarıb içeri otağa tulladı maykayla hamama kecib ordan mehrebanı ve hamam xalatını götürdü . Xidmetcini xalata bürüyüb , desmalı başına atdı :
- Qızları görmemisen oldumu ? Heç tanımırsan da . Men yataq otağındayam . Mecbur qalmayınca onları içeri alma . Başa düşdün ? Çalış yola ver getsinler . Aylanı tanımırsan aa... deyib içeri keçdi .
Xidmetçi artıq daha da süretli döyülen qapının arxasına gelib dayandı . Özüne mexsus şirin yabancı lehcesiyle :
- Kimsiniz ,niye qapını qırırsız ? Dayanın açıram indi -deye qapının zincirini taxıb qapını azacıq araladı .
- Kimsiniz ne isteyirsiniz ?
- Açın qapını . Kerem ve Aylanı alıb gedeceyik .
- Çıxın gedin burdan. Bura dağ başımı ? İstediyiniz kimi elinizi qolunuzu sallayıb evime soxula bilmezsiniz . Polis çağıracam , dediyi yerde qapının arasından bir el uzanıb onu qapıya sıxışdırdı . Alnına direnen tapancadan özünü itiren qadının bir eli qapının açarını çevirirdi .
İçeri otağın qapısının arxasından Ayla Kenana veziyetle elaqeder mesaj yazırdı ama nedense Kenan mesajı açmışdırsa da ne cavab verirdi ne de yazırdı .
Bağlı qapıya deyen zerbelerin arasından atasının sesi gelirdi .
- İçeride Maisa xanımın qonaqları var . Qardaş buraya istediyiniz kimi gire bilmezsiniz . Men buraya qonaq gelmişem , ne probleminiz varsa gedek menimle görün , buraxın qadının yaxasını .
İçeride her şey darmadağın olduğu belli idi . Salonda ortalığa qoyulmuş jurnal masasının üstündeki süs bezek şamları , aksesuarlar havada uçuşurdu . Kamodun üstündeki Ayla ile atasının şekilini ağ saçlı , çal saqqallı adam eline alıb kinayeyle Kereme baxub onunla burun buruna dayandı .
- İçeridekiler qonaqdı deyirsen ? Bes sen de bu qonaqlarla yaman semimisen aa, fotolar , xatire resimleri falan ...
- Bax emi , yalvarıram , menimle ne işiniz varsa , ne probleminiz varsagedek en ağır çezanı verin , amma kimseyle işiniz olmasın .
- Bizim kimseyle bir işimiz yoxdur - Emi deyilen adam özbek qadının arxasından qolarından tutan adama baxıb hökümlü sesi ile
- Buraxın - dedi - Mene içeridekini getirin - elindeki şekili ireli tutub - bax bunu ! - deye emin ve sakit sesle emr etdi .
- Emi yalvarıram , qurban olum emi , o burda yoxdur inanın mene , vallah burda yoxdur . Onu uşaqlıqdan itirmişdim , o günden bu yana ...
Ele bu vaxt qapıda qızlarları gördü , Kerimin sesi içinde qırıldı . Ne qeder eledise sesi çıxmadı . Xırıldaya xırıldaya qalmışdı .
- Demeli Şükriyenin masalı sene ders olmadı ? Sen kimi kimden saxlayırsan Kerem ? Sen bilmirsen aşeretden sirr saxlamağın ne olduğunu ? Hele bir aşeretden xebersiz qız evlendirmeyin ne qeder sehv bir hereket olduğunu ? - deyib şekili Keremin üzüne çırpdı :
- Hanı Ayla ? Hara qaçırtdın onu ?
Kerem ne deyeceyini , bu daş ürekli emisinin qerarını nece yumuşaldacağını bilmirdi . Melul melul qızlara ve yalvarış dolu üsyanıyla emisine ve onunla gelen adamlarına baxırdı .
Ele bu vaxt qapı açıldı . Kerem emisi oğlunun qollarında tür tür titreyen Aylanı qördü. Ayla arxa qapıdan çıxıb qaçmış ve emisinin adamları onun izine düşerek tutub tekrar buraya getirmişdiler . Qorxu içinde olan Zerif qız indad dolu baxışlarla gözlerini atasına zillemişdi . Atası ise hönkürürerek aşeret başçısı olan emisinin ayaqlarına düşmüşdü . Aylanın içinde atasının bu acınacaqlı veziyyeti ilk defe üz üze geldiyi sülalesine qarşı nifret oyanırdı . Atasının her gözünün damlası o nifreti zerre zerre böyüdürdü .
-Götürün !!!
Refiqelerini buraxıb Aylanı otaqda sürümeye başladılar . Qızların qışqırtısı erşe yükselmişdi . Eynine geyindiyi benövşeyi palrarın üstündeki tülü qoparaq sinesini yarıyacan bayırda qoymuşdü Aylanın , müqavimet etdikce , onlarla gelen Keremin emisinin nevesi Eyvaz Aylanı qucaqlayır , qızın açılmış sinesini qolları ile qapatmağa çalışırdı . Qızını onların elinden qurtarmağa çalışan Kerem nedense elleri ona qarşı uzanılı qalmışdı . Qışqırmaq istese de sesi çıxmırdı .
Biraz keçmiş içeri giren bela bir anda da yoxa çıxdı . Ara sakitkeşdi .içeri giren polisler otağın ortasında xidmetçinin dizi üstünde Kerimin esen bedenini görünce celd tecili yardıma zeng etdiler .
Aşiret Aylanı qaçırtmışdı . Hemin vaxt qezada ayaqlarından olan Kenan Aylanın onu yoxlamağa gelmemesini üreyine salarken , heç xeberi yox idi ki , 19 yaşlı gencecik qızı qaçırıb , memleketde başqa bir aşiret soyundan olan 48 yaşlı bir ağa ile evlendirirler . Qızının toyunda çaresizce gözleri dolmuş Kerem ne edeceyini bilmirdi .
Böyük deb debeli sarayın heyetinde böyük bir toy meclisi qurulmuşdur . 3 gün davam eden toyun son gecesi , gelini Eyyub ağanın evine köçürecekdiler . Nece gündür güclü bir qoruma nezareti arasında olan qızı nehayyet ki , gelinliyini geyindirib , toyxanaya düşürtdüler . Ne zülüm zilletle böyütmüşdü Kerem qızını . Cox arzusunda idi qızını gelinlikde görmeyin . Amma bele istemirdi . İsteyirdi qızını aşiretden uzaq tutsun . İsteyirdi qızı sevdyine qovuşsun . Kenana da qanı qaynamışdı Kenanıda oğlu kimi sevirdi . Ele de qebul etmişdi . Qızına qarşı arzuları ne qeder böyük olsa da indi onun yanında çaresiz , boynu bükük qalmışdı . Aşiret ağaları olan atası ve emileri bu ata ile qızı devreye almışdılar . Aylanın üzerine taxılan ağır ağır qızıllara baxdıqca içinde bir üsyan baş qaldırırdı . Sanki qızı qızıl qefesde mekan qurmuşdu , üstüne taxılan qızıllar sanki Aylanın ordan çıxa bilmemesi üçün delik deşiyi hörmek üçün idi . Aliye heç özünde deyildi key key gözünü bir nöqteye zilleyib qalmışdı . Nece gündür etdiyi üsyan gücünü qüvvesini elinden almışdı . Gözünün yaşını qurutmuşdu . Etrafındakı qohum bildiyi , lakin heç tanımadığı qadınlardan imdad istemişdi , qaçmağına kömek etmeleri üçün yalvarmışdı . Ama bi fayda ...
Pisxoloji teyziqler zaten eseb keçiren qıza cox tesir edirdi . Atası evinde el bebek , gül bebek yetişdirilen qız indi bele bir teyziq altında idi . Her zaman mektebde , dostları ve atasının yanında açıq ve serbest fikiriile seçilen Ayla indi qızın qadının söz haqqı olmayan bir aşiretin içine düşmüşdü . Bele bir yerde sarsıntı keçirmemek mümkün deyildi . Ömrünün sonuna can mübarize aparacağına and içmişdi , ancaq indi mübarize aparacaq durumda deyildi .
Sarayın bir terefinde böyük bir ağacın altında dostları ile yeyib içen Eyvaz silahını çekib uzaqdan Beyi - Eyyub ağanı nişan aldı .
- Neynirsen , Eyvaz delisen ?
- Öldürecem , Ayla menim idi, menim olmalı idi .
- Sakit ol , bu ne demekdir indi .
- Aylanı 12 yaşı olanda mene verecekdiler . Atası ağayla danışdı qızım uşaqdır falan filan . Sonra da . Ayla "itkin" düşdü . İndi qızı mene vermekden vaz keçdiler ...
- Eyvaz , bilirsen Eyyub Ağanın şanın şöhretin . Heç onu qoyub sene verelermi o qızı ?
- Men de bu qisası yerde qoymayacam , mene aid olan heçneyi kimseye yedirtmerem . Men nece illerdir Aylanın hevesiyle mehebbetiyle yaşamışam . Hetta Aylanı da analığının eliyle men ortaya çıxartmışam . Heç bilirsiz onun analığına ne qeder pul, qızık vermişem ki , Keremi izlesin , qızının yerini bilirmi , onunla görüşürmü deye ? Servetimin yarısını qoymuşam bu yolda . İndi men Aylanı öz elimle Eyyub ağaya vereremi heç ?
- Hmm. Eşref ağayla danışmadınmı, demedinmi bu edaletsizliye bir son versin ?
- Danışdım . Danışmasam olurdumu heç ?
- Ne dedi bes ?
- EYyub ağayla şerikli malımız var , torpaqlarımızı birleşdirib , sülalemizi böyütmek üçün , ailelerimizi birleşdirmeliyik dedi .
- Bu boyda sülalede başqa qız tapadılmadımı .
- Tabii ki qız var . Bilirsen , bize istanbuldan , ardahandan , yemenden qız geler amma bizden başqasına qız vermezler . Aylanın başqasıyla evlenmesine asla razı olmazdılar . Odur ki, Aylanı Eyyub Agaya vermekle ... ahhh ağılsız başım ahh... mene deyen lazım madem tapmışdın Aylanı get özün qacırt da . Nigahını kesdır , özüne helal eyle dee. Helalın olandan sonra çıxart da ortaya . Onda kim ne deyecekdi ?
- Bes Nurten nolacaqdı ?
- Ne olacaqdı ki o , uşaqlarımın anası idi .
- Amma bu edaletsizlik olardı . Onun razılığını almadan başqasıyl evlenmen ...
- Ay sizin edaletinizi ...
Toyun seheri qara xeberle açılmışdı . Eyyub ağa evinde ölü tapılmış , Ayla ise yox idi . Alem bir birine deymişdi . Her kes ele bilirdi ki , Ağanı Ayla öldürüb özü ise qaçıbdır . Kerem buna inanmırdı . İnanılacaq bir şey deyildi . Onun qızı bir qatil ola bilmezdı . Bunu aşiretin böyüklerine sübut etmeye çalışsa da elinde heç bir delil olmadığından kimse ona inanmırdı . Eyyub ağanın ölümünün sebebi zeherlenme olduğunu eşiden aşiret ağaları qatilin Ayla olduğuna tam emin oldular . Çünkü hemin geçe evde Eyyubun yatalaq anası onun baxıcısı ve Ayladan başqa kimse olmayıb . Toydan sağsalamat saraylarına çekilen yeni çütlüyün qara xeberi , toyun seheri bu Şırnağa ses salmışdı . Bütün Şırnak ehalisi , gelinin qatil olduğuna inanırdı . Gelinin gelinlikle beraber yoxa çıxması bunu tam tesdiqleyirdi . İki aşiretin ağaları bir araya toplanıb böyük bir meçlis qurmuşdular .hadiseni çözmeye başlamışdılar .
- Belke qızı qaçırıblar ?
- Bu ola bilmez kim qaçıracaq ?
- Sevgilisi Ankaralı oğlan .
- Bu mümkün deyil , Aylanı Ankaradan getiren günü onun dersine baxmışıq
- Belke onun da adamları var . Eşitdiyimize göre atası tanınmış iş adamı , hem de siyasetçidir .
- Her kim olur olsun . Bu mümkün deyil . Hemin qezada Selcuq beyin qayını olüb , arvadı ifliç olub , oğlu ayaqlarını itirib , bu yükü qaldırmaq o qeder asandırmı ki , Selcuq bey bu tezlikle bize üsyan oxusun , qisas alsın ?
- Düzdür , o zaman mesele başqadır .
Bu toplantıda heç kimin ağlına gelmezdi ki , ele toy günü , Eyyub ağanın yemeyine zeher qatdıran da , toyun gecesi evinin dehlizinde düşüb çabalarken gelin otağına soxulub Aylanın başına güclü zerbe vurub onu bayıldaraq qaçıran da Eyvaz olub .
Elimdeki mektubu qatlayıb özüm öz elimle tikdiyim üstü işlemeli parça çantaya qoydum . Gelinin başına gelenlere maraq edirdim göresen o qız indi hardadır başına ne gelib ? Mektuba o qeder dalıb qalmışdım ki , telefonu götürüb Kenana zeng etmek isteyirdim .
- Ahhh ağılsız başım . Neçe vaxdır Kenanla ve Zeyneble tanış olmusan bes niye bir nömre zad almamısan ? Elimi yumuruqlayıb alnıma düyünledim .
- Offf off elden alemden sene ne ya ? Düzdür . Kenanın nece qezaya düşüb şikest olmağını başa düşdük . Hetta şikestliyinden sonra atasının şoferinin qızı Sedayla da evlenmeyini bildik . He nolsun bes elin alemin ailesi sene niye bunları yazır ? Niye bu hadiseleri danışır . Bax Zeyneb , ağlını başına yığ , toparlan otur yerinde , sene maraqlı deyil , bildin , yavaş yavaş elaqeleri kes onlarla . Üz üze gelmemeye çalış bildin ? - deye otağımda addımlarımı ölçerek özüm özümü danlayırdım .
Men burda özümü danlamaqdayken Kenanın ailesinde başqa cereyen vardı . Seda eline keçeni ortalığa fırıldadır , alemi dağıdırdı .
- Yeter , yeter artıq . Madem menimle evlenmeyimi istemirdinse niye evlenirdin - Deye Kenan elil arabasıyla ortalıqda var gel edirdi .
- Bilirsen ki , men seni sevmemişem , Kenan , heç sevmediyim üçün de sene uşaq dogurmamışam . Men senin atanın servetinin qulu oldum , atam bu serveti elden çıxarmaq istemedi
Menim hisslerimle oynadı . Oğluna o kürd gözelini unutdurmaq üçün verdiyi elanı elden qaçırmadı atam - son çümleni deyerken Seda Kenana sarı baxaraq elin qolun ölçüb ağzın eydi .
- Yene o meseleye qayıtmayaq Seda . Biraz sayğılı ol .
- Ne sayğılı olacam ? Xeberin var men bedbext olmuşam ee bedbext , hissiyatsız ,duyğusuz bir şikesle bir ömür boyu adımlamağıma mecbur olmuşam .
- Olmasaydın !
-He ... işine gelmeyende olmasaydım he ? Atam meni senin atanın şöhretine puluna satdı ee , bunu sen menden yaxşı bilirsen , atanın şoferi olan atam indi iş dünyasına qedem qoyub , neçe iş yerleri , villaları var .
-Atan o zaman çanıma dua etmelidir .
- Sene dua edir , amma men allahın qarğışına rast gelmişem .
- Çox naşukursen Seda
- Neyime şükür edecem , duyğusuz hissiyyatsız , şikest erime ? Bedbext olan gencliyime ?
- Seda , menim ayaqlarım şikestir , düzdür ,beynim , vücudum , üreyim şikest deyil . Sen eger istersen menim kölnümü qazana bilerdin , ruhumu sara bilerdin .
- Senden nifret edirem , senden iyrenirem , senden zövq almıram ... başa düşmürsenmi ? Senden kişi kimi zövq ala bilmirem ...
Bir kişiye deyilecek sözler deyildi ki , bu sözler Kenanın üzüne qarşı deyilmişdi . Ayladan sonrakı üreyindeki boşluğu aile bildiyi qadının mehebbetiyle doldurmaq isteyirdi , bir neçe ay Sedadan eveliliyine heç bir problem görmeyen Kenanı bu evlilik sevindirmişdi . Atasının tekidiyle Sedayla evlenmeye razılıq vermişdi . Mehribanlığı bir nece ay sürmüşdü . Seda Bartine oxumağa gedenden sonra cox deyişmişdi , durmadan üstü örtülü şekilde Kenanın şikestliyini başına qaxınç edirdise de artıq bu günlerde açıq şekilde üzüne vururdu . Bezen Kenan yatalaq anasının yanına gelib dinib danışa bilmeyen anasının dizine başını qoyar hönkürüb ağlayardı , üreyini boşaldardı . Hetta atasına bu evliliyi sürdüre bilmeyeceyini de demişdi . Atası ise
- Oğlum , bir de fikirleş ki , körpe balan var , özün de şikest yarımcan . Bir veziyyetini özün gör de ... qızını o kürdlere vermek istemirsen . Bilirsen ki , iyirmi il de keçse bu kürdler bu uşaqdan el çekmeyecek . Pis de olsa Seda seni ve qızını qebul Edib . Hem de atası da onun ağzını yummağı bacarır . Sen sevgi mecara axtarırsan belke de , ama dirde bu veziyyetle o sevgi mecaranı seninle kimse yaşamayacaq . Fikir verme ele bil , evinde bir qulluqçudur . Bir de sen onu anla , xeste erle bir evde yaşamaq, ömür sürmek asan deyil . Hem cavan , hem gözel . Her şeyi burax zamana mence - deye deye atası bu evliliyi 5 il idi sürdürürdü . Artıq tehamülü qalmamışdı , bezen kesik ayağını yumuruqlayıb bextine taleyine üsyan edirdi . Bezen de Zeyneb oyuncaqlarına dalarken otağına qapanıb onu bu veziyyetde qoyub getdiyi üçün Aylasına şikayetlenirdl .
Mektubda yazılanlar meni tesirine salmışdı . İlk defe idi ki, kiminlese danışıb bu olanları müzakire etmek isteyirdim . Hava qaralmışdı . Qalxıb montumu çiynime atıb evden çıxınca anamın sesine geri döndüm .
- Gelirem ana , biraz hava alacam canım darlandı .
- Barım zibilleri de götür .
- Oldu ana ...
MEKTUB (real )
YAZAR :FERİDE ACARAKÇAY
4 BÖLÜM .
Bahar çoxdan gelse de havada hele de qışın ayazı hiss olunurdu . Belli ki qış yaza teslim olmaq istemedikce hele de kükreyir , hele de bahara " men varam" deyirdi .
Bezen heyatı da baharla qış kimi düşünürem . Qeribedir deyilmi . Heyatdakı her şey buna benzerdir . Bax meselen Yaxşılıqla yaman . Birine ne qeder yaxşılıq etsen de mütleq bu yaxşılığı , pis terefine yozan bir qemberqulu çıxacaqdır , veya eksine . Biri sene yaxşılıq etse de bu yaxşılığı niye , hansı sebebe etdiyi , arxasında hansı pılanların durduğu mütleq ortaya çıxacaqdır . Mütleq qış bahara yerini teslim etmediyi kimi pislik de yerini yaxşılığa vermek istemeyecedi . genclik ile qocalıq da buna misal ola biler . Su kimi axıb keçen gençliyim yerini heç cür qocalığa vermek istemir . Ne qeder pozitif , ne qeder şen ve xoşbext götünmeye çalışsam da yaş öz işini görürdü . Geri dönüb heyat adlı ağacıma baxdıqca ömürden her gün bir yarpaq düşdüyünü görürdüm . Ve bu meni çox üzürdü . Barsız qocaman ağac kimi idim . Özümü tek tanha hiss edirdim . Kölgem de bir işe yaramırdı artıq . Kölgeme gelenler , gün eyilen kimi gedirdiler . Çox isteyirdim barım ( övladım ) olsun , meni onlara göre sevsinler . Ahhh arzularım , xeyallarım ...
Telefonun qulaqlığını qulağıma taxıb . Musiqinin sesini qısdım . Sevdiyim senetçi idi Barış Manço . Nedense onu dinleyende rahatlıq tapırdım . Sanki onun oxuduğu mahnılar menim dilimden yazılmışdı .
Eynimdeki gödekcenin boynunu qaldırıb zincirini çekdim . Papağını başıma atıb ellerimi çibime soxdum. Gödekcenin içinde kirpi kimi büzüşmüşdüm . Ağır addımlarla küçenin yoxuşu yuxarı qalxdım .
Saat on biri keçirdi . Mehelle bom boş idi . Bezi evlerde işıqlar artıq sönmüşdü . Ele bir sessizlik idi ki , atdığım addımların sesi mene bir ecaib gelirdi . Tepeden aşağı esen külek üzüme vurduqca bedenime üşütme keçirdi . Soyuq idi geri dönmek isteyirdim . Lakin men de qış kimi inad idim . Bu soyuqda aşağı düşmüşdümse mütler bir qaçış edib , özümü terletmeliydim . Ele bu fikirle ellerimi çibimden çıxarıb idman tesisleri parkına sarı süretimi artırdım .
Park boş olduğundan parkın oyun sahesindeki böyük projektorlarını söndürmüşdüler . Sadece seki kenarlarındakı aydınlatmalar yanırdı . Parka giren kimi yerimde atılıb düşmeye , sağa - sola hereketler etmeye başladım . Özumu qaçışa hazırlayırdım . Gözel bir çalışma üçün bu hereketler mütleq idi . Ve nehayyet özümü tam hazır hiss eden kimi yürüş yoluna çıxıb qaçmağa başlarım . Süretle başladığım yürüş biraz aralıdakı qaraltını görünce özümden asılı olmayaraq yavaşımaya başladı . Qaranlıqda görülen alçaq kölge diqqetimi çekmişdi . Köllge bir elil arabasında yaşıl sahede bir şam ağacının altında dayanmışdı . Ağaçdan tutaraq qalxmağa çalışırdı . Özüne güc verdikce araba altında lengerlenir . Yıxılmamaq üçün tekrar arabaya oturmağa mecbur olurdu . Tekrar qalxmaq üçün hereketlenirdi .
Men onun arxa terefinde olduğumdan o meni görmurdü . Amma bezek kollarının arxasından men onu daha aydın görürdüm . Bu Kenan idi ...
İxtiyarsız olaraq qaçışı dayandırmışdım. Onun ne etdiyi , ne etmek istediyi meni özüne çelb etmişdi . İri çüsseli bedeni , güçlü qolları ile kesik ayaqlarını sürüyerek , arabadan torpağa basırsa da biri böyük , biri kiçik qıçları onu yerinde şax saxlamırdı , qametini eyirdi . Ayaqları olsaydı , boy buxunlu , qeddi qametli adam idi Kenan . Dizden yuxarı dolu bedenine ve ezeleli qollarına baxan onu heç vaxt elil sanmazdı . Belke de men onu ikl defe bir şekilde ve ya bir marşurutda zadda oturulu halda görmüş olsaydım onun çox yaraşıqlı bir cavan kimi bilecekdim . Kenanın beden quruluşu Allahından bele yaraşıqlı , üz çizgileri qeybinden düzümlü idi . Beden quruluşu ile üz çizgileri bir birine tam uygun onu çiddi ve ağıryana gösterirdi ...
BArış Manço bir mahnısını bitirib qulağıma "Can bedenden çıxmayınca " mahnısını oxumağa başladı :
Kara haber tez duyulur, unutsun beni demişsin,
Bende kalan resimleri mektuplari istemişsin.
Üzülme sevdiceğim bir daha çıkmam karşına,
Sana son kez yazıyorum hatıralar yeter bana.
Unutma ki dünya fani, veren allah alır canı
Ben nasıl unuturum seni can bedenden çıkmayınca.
Unutma ki dünya fani, veren allah alır canı
Ben nasıl unuturum seni can bedenden çıkmayınca.
Kurumuş bir çiçek buldum mektuplarin arasinda
Bir tek onu saklıyorum, onu da çok görme bana
Aşkların en güzelini yaşamıştık yıllarca
Bütün hüzünlü şarkılar hatırlatır seni bana.
Kırıldı kanadım kolum, ne yerim var ne yurdum
Gurbet ele düştü yolum, yuvasız kuşlar misali
Selvi boylum senin için katlanırım bu yazgıya
Böyle yazmışsa yaradan kara toprak yeter bana
Unutma ki dünya fani, veren allah alır canı
Ben nasıl unuturum seni can bedenden çıkmayınca.
Unutma ki dünya fani, veren allah alir cani
Ben nasıl unuturum seni can bedenden çıkmayınca.
Qulağım mahnıda , gözüm Kenanda , fikirim Kenanın yazdığı mektubların yanında idi . Sözün esil menasında param parça olmuşdum . Belke de bu mahnı meni öz tesirine salıb bele duyğulandırmışdı . Kenanın başına gelenler , xeyalımda canlandıqca birteher olurdum . İçimi adını bilmediyim qarmaşıq fikirler doldururdu . Bilmirem ona acıyurdımmı , bilmirem onu üzünü görmediyim , nakam mehebbetinemi qısqanırdım , bilmirem axı niye bele düşüncelere qapılırdım . Belke eşq mene xeber etmeden qonaq gelmiş , Sevgini ancaq lisse telebelerinin şıltaq mecaralarında düşündüyüm halda indi sevgi üreyimin qapısını döyür ? Niye mehz indi ? Ömrümün 34 cü baharında ? Gencliyimde daha gözel vaxtımda , qönce kimi etirli zamanımda , sevgi dadını niye dadmadım ki ? Niye bu eşqi doya doya yaşamadım ki ? İndi 118 kiloyla , elimi her şeyden üzüb , taleyime küsdüyüm bir zamandamı çalmalıydı qapımı ? Niye mehz menim olmayan biri ile olmalıydı bu ? Niye mehz Kenan ? Yoox bu sevgi deyil . Sadece bir merhemet hissidir üreyimi terpedir . Menim ona yazığım gelir , halına acıyıram .
Özümü toparlayıb ordan uzaqlaşmaq isteyince birden Kenan büdredi . Özünü arabasına atmaq isteyince araba yana qaçıb az bir şey ondan aralandı . Kenan ağaca sarıldı . Bir ayağı göyde bir ayağı yerde qaldı . Elini uzadıb arabasını yanına çekmek istedi barmaqlarının uçu arabaya deydikce üreyimin başı göyneyirdi . Ona kömek etmek isteyirdim . Lakin biraz bundan önceki düşüncelerim meni menden , merhemetimi vicdanımıdan almışdı . O ise arabasına qovuşmaq üçün mücadile edirdi .
He budur ... nehayyet ki , Kenanın eli arabasına çatdı . Arabanı yanına çekib oturmaq isterken bu defe araba altından qaçdı . Kenan yere yuvarlandı . Onun bu veziyyetini görmemek üçün ellerimle üzümü qapadıb içden bir ah çekdim . Ve ordan qaçmağa çalışdım . Önce yavaş sonra süretli addımlarla neyise qovurmuş kimi ordan uzaqlaşdım .
Dövre vurub hemen semte çatanda Kenan sürünerek arabasının yanına gelmiş onu yarı yolda qoymuş vefasız dostunu yumuruqlayırdı:
- Allah belanı versin , Allah seni yox etsin .
Yene ixtiyarsız addımlarım yavaşıdı . Yene kolun arxasına keçib dayandım . Onu seyretmeye başladım .
Kenan nemli otların üstünde oturub sağ qoluyla atabasına sarılmış , sol eliyle gah ayaqlarına , gah da arabasına yumuruqlayırdı . Başını sinesine eymişdi . İçin için hönkürdüyü belliydi . Çiyinleri atılıb düşürdü . Onun bu halı içimi parçalayırdı . Heç ne demeden ona sarılmaq gelirdi içimden . İxtiyarım elimde deyildi . Qulaqlığı qulağımdan alıb telefonu musiqini söndürüb tekrar çibime qoydum. Kolun arxasından çıxıb ona yaxınlaşdım . Üzü o terefe olduğundan o meni görmürdü . Arxadan ona yaxınlaşdıqca ona sarılma isteyim daha da güçlenirdi . Yaxınlaşdıqca için için çekdiyi hıçqırıqlarını daha aydın eşidirdim . Bu da irademi tükedirdi . Özümün de gözlerim yaşarmışdı . Ehmalca elimi ona uzatdım . Önce saçlarına sığal çekmek sonra ona sarılmaq isteyirdim . Arxadakı henirti onu duyuq salmışdı . Qefil dönüb geri baxdı . Menim ona uzanmış elimi görüb tez gözünün yaşını qollarına sürtüb eyni celd hereketle elimi iteleyib aşağı saldı .
- Bax bele şeyi heç sevmirem ! Mene acımayacaqsan . Mene acıyan adam menim düşmenimdir ...
Kenan qaş qabağın çataraq ters ters üzüme baxdı :
- İncime , senin mene yazığın geldiyi qeder men de senden nifret ederem ...
Deyib qollarını yere dayaq verib arabasına qalxmaq istedi . Bu defe ağırlıq taraz olmayınca araba müqavimetini itirib aşdı . Men qaçıb arabanı düzeltmek isteyince o :
- Burax , toxunma !!! - deye üstüne qışqırdı - Çıx get ! Deye üzüme baxmadan elini esebi halda alnına vurdu . Menim yerimden terpenmediyimi görüb ters ters tekrar mene baxıb bu defe daha alçaq bir sesle :
- Get deyirem sene , get ! - dedi . Sesi titredi , çenesi büzüldü , dodaqları esdi - Get , acıma mene , get ! Nifret edirem senden , her şeyden , özümden , heyatdan ...
Dodaqlarının eserek dediyi sözlerini menim dodaqlarım kesdi . Ona sarılıb delicesine onun dodaqlarından gözlerinden öpdükce o :
- Nifret edirem , her şeyden , özümden de senden de ... deyirdi .
Ondan aralanıb gözlerine baxdım , gözünün yaşını silib :
- Sene acımıram Kenan , inan ki acımıram . Menden nifret etdiyin qeder seni sevirem - deyib ayağa qalxdım ve ordan qaçdım . Ani hereketim kimi qefil qaçmağım da aniden oldu . Arxamca bir nida uzanırdı :
- Getme !!!
Etdiyim hereketden özüm özümü qınayırdım . Özüm , özüme nifret edirdim . Menim elil ve çaresiz bir adamın hissleriyle oynamağa haqqım yox idi . Hem de evli birine bunu etmeye heç haqqım yox idi .
Neçe gün idi otağıma qapanmışdım . Etdiyim sehvin depresiyasını yaşayırdım . İştaham her şeyden kesilmişdi . Anam eliyle ağzıma bir loxma zorla qoyurdu .
- Neyin var qızım , xestesen ? Niye keyfin yoxdur ?
- Bir şeyim yox ana , natahat olma şiükür turp kimiyem - desem de içimdeki fırtınaları anam görürmüş kimi nebden el çekmirdi .
- Bir derdin var senin , danış görüm axı nolub - deyerek anam mene sarılır saçlarımı oxşayırdı .
- Vallahi bi şeyim yox ana . Yeqin hava deyişimindendir . O üzden keyfim yerinde deyil . Deye cavab verirdim .
Yazıq arvad menden cavab almayınca inçik ve narahat bir şekilde otağımı terk edirdi . Bir neçe gündür otağımdan cıxmamağımı görüb önce menim özüme , menden bir hereket etmeyince telefonda xalama şikayyete başlamışdı .
Eslinde anamla derdleşmek isteyirdim . Anamdan başqa sirdaşım , derddaşım yox idi . Çevremde dostlarım , refiqelerim çox idi . Onlarla sadece eylenmeye , gezmeye , qonaqlığa falan gedende çıxırdım . Ama bele şexsi meselelere onları heç zaman ortaq etmirdim . Neden deseniz yene günahkar kilolarımı tuturdum . Yadımdadır . Bir defe en yaxın refiqeme cavan ve yaraşıqlı bir oğlanla xoşlandığımı , onunla beraber olmaq istediyimi deyince özünü gülmekden saxlaya bilmemişdi . Sebebini soruşanda " Bax Zeyneb , men senin en yaxın refiqenem . Yeyib içmemiz , ailelerimiz bir yerde olur . En çetin günleri ikimiz çiyin çiyine keçmişik , birimiz yıxılanda o birimiz birimize destek olmuşuq . Seni ne qeder sevdiyimi bilirsen . Ve sevdiyim biri özü özünü neyleyse aldananda da döze bilmirem . Gel canım bu mövzuda xeyallara qapılma . Heyatını istediyin kimi qur yaşa . Evlen aile qur .
- Eee ? Bes men keşişemi söyürem ?
- Yox , xeyir ... bilirem gencsen , qelbin sevmek isteyir , xeyallar qurursan , sevib sevilmek isteyirsen , mecara yaşamaq isteyirsen . Ama incime bu kilolarla bu mümkün deyil ...
Gözlerimi yumub başımı silkeledim . Beli bir zaman refiqemin dediyi bu sözlere qırılsam da hetta bir neçe ay onu danıişdırmasam da sonralar onun dediyinde bir heqiqet olduğunu qebul edib özüm ondan üzür istemişdim . Ve ele o günden bir daha heç kime özel fikirlerimi , düşüncelerimden heç ne danışmamışdım .
Artıq toparlanmam lazım idi . Özümü otağa qapatmaqla heyat davam ede bilmezdi . Etdiyim yanlışı düzeltmeliydim , amma nece ? Üzürmü isteyim ? Bunu ede bileremmi ? Ama ne deyib üzür isteyecekdim ? Deyecek bir sözüm yox idi .Axı men niye hisslerime sahib cıxa bilmedim ? Offf ... offf... En yaxşısı heç onun gözüne görünmemek . O qeder.
Qalxıb hamama girdim tuju açıb deqiqelerle tujun altında dayandım . Sanki günahımı suyla yuyurmuş kimi , ellerimle su deyen saçlarımı barmaqlarımla geri darayır , sanki günahlarımı başımdan aşağı sıyırıb tökürdüm . Hemin gece etdiklerim gözlerimin qarşısında canlanaraq mene vicdan ezabı verirdi ,ezab çekirdim . Göz yaşlarım tujdan axan suya qarışırdı.
Qapının döyülmesi meni özüme getirdi .
- Noldu ana , çimirem ...
- Telefonun durmur , ay qızım bayaqdan çalır .
- Açsana ana , gör kimdir ?
-Açdım . Deyesen iş yerinden arayırlar . Sivi qoymusan, bilmirem neylemisen . Başa düşmedim ki ne dediyini .
- Hee , doğrudır ... ver ver - ele canım sulu sulu qetveni başıma atıb sağ qulağımı qurulaya qurulaya qapını açdım . Telefonu anamın elinden alıb telesik danışmaya başladım:
- Alo , buyurun xanım efendi . Qüsura baxmayın . Müsait deyildim . O üzden cavab vere bilmedim , buyurun , sizi dinleyirem . Men Zeyneb Akçay...
Çox sevinçliydim . Bu iş teklifi meni neçe günden beri , çekdiyim stresden çıxartmışdı . Mesleyim üzre aylardan beri qoyduğum siviye cavab gelmişdi . Evde bir xesteye fiziki - müalice eyni zamanda idman hereketleri müalicesi üçün gönderilecekdim . Her gün üç saatlıq müalice işi lap üreyimce olmuşdu . Bele bir teklif ele düşmezdi . Kilolarım her şeyden meni kenarda qoyduğu kimi iş heyatıma da tesirsiz keçmirdi . Xestexanalarda ve müalice merkezlerimde kilolarımdan yana işe alınmırdım . Odur ki , bu defe şansımı evde xestelere özel baxım ve xidmet üçün sivi yazaraq sınamaq istemişdim . İki ay bundan qabaq yazdığım siviye indi cavab gelmişdi . İnşallah ki, meni gören xeste bu defe de menden qorxmaz . Söz vermişdim bu defe sığortalı iş tapan kimi ilk işim emeliyyata getmek olacaq , kilolarımdan qurtulacağam . Bu defe artiq heç neden qorxmayacağam .
İş formamı dolabdan çıxarıb ütü masasına gele gele ele bunu düşünürdüm ki, gülmek meni tutdu .
- Sen aa.... ha haa haaa... sen qorxmayasan ? Keçen defeki kimi randovu al , o qeder diyetsenden müaliceye başla, axır emeliyyata girende ağla doktorun üstüne ki , "doktor bey , xahiş edirem , meni emeliyyat etmeyin , qorxuram" deyerek düş emeliyyat masasından qaç - yadıma düşdükce gülmek meni tuturdu .
- Xeyirdi yene meleklermi güldürür gözel qızımı ? - Anamın sesi meni fikirimden ayırdı .
- Xeyır olar inşallah ana can . Sabah günorta 1 de işe gedirem . İnşallah işim davamlı olar . Xahiş edirem ana, mene bol bol dua et .
- Allah işlerini rast getirsin menim melek üzlüm . Olursa olur , olmazsa sen canını sıxma . Çox şükür ac deyişik azacıq deyilik . Beşinden aşağı olsaq da üçünden yuxarıyıq . Rehmetlik atanın maaşı bize yetir. Keçine bilirik . (Türkiyede kişi öldükden sonra onun maaşını arvadı ve evdeki subay ve ya boşanmış qızı ala bilır, bu maaaş nezerde tutulur )
- Canım anam menim . Ne yaxşı ki, varsan !
Anama sarıldıqca sanki bütün problemleri çiynimden atırdım . Göresen ana qoxusundan gözel bu dünyada ne var ? Yaşım 34 olsa da hele anamı 3 4 yaşındakı uşaq qeder sevirdim . Özümü , heyatımı anamsız tesevvür ede bilmirdim . Ele anam da eleydi . Altı bacı qardaş idik . Hamısı evlenib ayrılmış , ata yurdunda bir anamla men qalmışdım . Men evin 3 cü uşağı tek qızı idim . Rehmetlik atam meni erköyün böyütmüşdü . Tek qız olduğumdan eline keçeni mene yedirir , harda bir nemet olurdusa mene dadırırdı . Ele o vaxtan totulu motulu idim . Geden gelen yanaqlarımı dartışdırır , "maşallah , inşallah "- lar ele meni bu günlere qoydu ...
Anamla bereber yaşasaq da her ayın 14 - kimin elinde ne işi olsaydısa da qardaşlarım bize toplanardı . Her ayın 14 de bizde qazanlar asılar köhne heyet evimizin baxcasındakı böyük masaya çeşid çeşid nazü - nemet düzüler her kes oz aile uşağıyla süfre başına kecerdi . Sonralar bu böyük ailemizin böyük masası kiçildi . Çünkü köhne evimiz plana düşmüşdü balaca kasıb daxmamızın yerinde gözel yaraşıqlı bina tikilmişdi . O binadan da bize 3 otaqlı ev ve bir dükan verilmişdi . Dükanı kiçik qardaşım ev alqı satqısı kimi işledirdi . Özü makler idi . Xanımı Perihan ve uşaqlarının günü bizde keçirdi . Eslinde biz ona behane idik . Qardaşımı qısqanırdı . Adamı beş deqiqe gözünden kenara buraxmırdı . Bir defe qardaşım bir xanıma kiraye ev göstererken Perihan onları qaraba qara izleyerek hemin eve gelmiş , evde qardaşımla semimi danışıb deyib gülen qadını basıb döymişü . Perihanın bu hereketini her kes qınasada onun bu qısqanclığı mene lezzet edirdi . Etiraf edim ki , Perihan ele qısqanc olmasaydı qardaşım çoxdaan başqa xatunların qucağında xumarlanırdı ...
Seherden neçe dene paltar geyinib çıxarmışdım . Nehayyet meni biraz daha arıq gösteren paltarlarımdan birini geyinib hazırlaşdım . Sade ve son derece çelbedici makyaj edib kenardan bir daha özüme baxdım . Fena görünmürdüm . Yaşımdan genc ve celbediçi görünürdüm. İlk baxışdan müşteriye xoş görsenmeliydim ki , zeif bedenli xeste meni görüb qorxmasın . Saçıma başıma el gezdirib küçeye çıxdım . Dayanacağa teref gelib dünen mene verilen nömreni yığdım .
- Alo buyurun ?
- Salam , mene sizin nömrenizi veribler . Men Zeyneb Akçay Fiziki - müalice üçün ayrılmış elaman ...
- Beli , beli buyurun ...
- Men size gelecekdim, konum ata bilersinizmi ?
- Tebii ki , gözleyin . Men bu deqiqe ...
Telefon qapandı . Çox keçmedi ki, telefonuma gelen bildirim meni herekete getirdi . İlk gözüme deyen bizim mehellenin adı meni sevindirdi :
- Aa bizim mehelle ... - deyib taksi çağrı direyine yaxınlaşıb düymeni basdım . Tekrar konuma baxıb verilen adresi ölçüb biçdim .
Buaya 1688 ci küçe yazılıb , bizim küçemiz de 1685 -ci küçe idi . Demek ki , qonşu küçede yaşayırıq . Taksiye gerek yox idi .
Konumda hereket yol xeritesini qurub hemin istiqamete yol aldım . Ara küçeleri keçe keçe binaların üstündeki nömrelere baxırdım .
- Budur , bu binadır Çennet apartmanı 12 ... he buradır - deyib bina girişine yaxınlaşdım . Adresde yazılmış evin qapı düymesini basıb gözledim . Çox keçmedi ki :
- Kimdir ? - deye aparatdan melahetli bir ses geldi .
- Menem Zeyneb Akçay ...
Qapı açıldı içeri keçib lifte girdim , 7 çi mertebenin düymesini basıb yuxarı qalxdım .
Liftin qapıları açılınca ilk gözüme deyen elil arabası oldu . Bir anlıq o günkü gecede parkda Kenanı öpmeyim gözlerimin qarşısından keçdi . Xecaletimden buz kimi ter küreklerimi uyuşdurdu . Ter alnımda puçurlandı . Ele bu vaxt qarşıdakı evin qapısı açıldı . Ele men yaşlarda bir xanım
- Xoş geldiniz, Zeyneb xanım -deyerek - meni içeri devet etdi - Buyurun !
- Ayağımı soyunub qadının verdiyi ev ayaqqabılarını ayağıma keçirerek içeri girib qadını teqib etmeye başladım . Böyük, işıqlı , ve son debli mebeller ve aksusuarlarla dizayn olunmuş otaqların qarşısından keçib koridorun sonundakı pilekenkerle yuxarı çıxdım . En üsdeki otaq böyük bir rengli şişebend idi . Burda başqa otaq yox idi .
- Buyurun eyleşin ! - deye xidmetçi qadın oturmağa mene yer gösterdi . Keçib deri kreslolardan birinde oturub otağa göz gezdirdim . Eyvanın sadece bir terefi divar idi . Qalan her teref şüşebend idi . Adı balkon olan bu böyük otaq belli ki, ele altdakı otaqların ümumi sahesi qeder idi . Şüşebend balkon aksesuarları , böyük dibceklerde künclere qoyulmuş çiçeklerle bezedilmişdi . Son debli oturma qrupu qoyulmuş bu balkonun arxa terefindeki küncde divarın içine tikilmiş böyüük manqal ve önüne yene bezek daşlarından hörülmüş bufe ve bufenin üstüne düzülmüş müxtelif içki şüşeleri , ve gözel bahalı bakallar demek olar ki , balkonun yaraşığı idi . Manqaldan gözümü çekib balkonun diger terefini gözden keçirtdim . O biri teref boş bir hisse olsa da burda da müxtelif idman aletleri ile zenginleşdirilmişdi . Aletlerin çoxu vücut gelişdirme aletleri idi . İdman aletlerini görünce beynimden " bura esil menim yerimdir" fikiri keçdi .
- Xoş geldiniz , Zeyneb xanım
Kişi sesi mene ters deymiş şille kimi bütün vücudumu silkeledi . Ürkek ürkek dönüb qapıya baxarken qapı ağzındakı ev üçün nezerde tutulmuş elil arabasında qarşımda Kenanı gördüm ...
5 BÖLÜM
- Siz ?..
- Bəli mən ... - başını yelləyib mehriban baxışlarla məni süzərək gülümsədi .
Heç burda ləngimədən tez jurnalnının üstündəki balaca əl çantamı qoltuğuma vurub ayağa qalxdım . Qapını onun arabası tutmuşdu . Dabanlarımı qaldırıb bədənimi araba ile qapı arasındakı boşluğa pərçim etmək isteyincə , iri pəncəli əli ilə biləyimdən tutdu .
- Lütfən , belə etməyin Zeynəb xanım . Xahiş edirəm .
- Buraxın , xahiş edirəm mən getməliyəm .
- Siz işə gəlmişdiniz axı ?
- Xeyir ! Men bu iş təklifini qəbul etmirəm .
- O zaman niyə gəlmişdiz ?
- Şeeyy ... Fikrimi dəyişdim
- Niyə ?
- Belə məsləhətdir .
- Bunun bir açıqlaması olmalıdır .
- Xahiş edirəm yol verin ! Gedəcəm ...
- Heç bir yerə gedə bilməzsiniz !!!
- Allah, Allah ... nədənmiş o ?
- Bunu mən bildim yetər .
- Mənə baxın ,Kənan bəy ! O gecəni heç olmamış kimi sayın , unudun ...
- Hmmm... heç olmamışdı ki , olay elə mənim düşündüyüm kimi imiş .
- Uzatmaq istəmirəm necə düşünürsünüzsə elə də olsun yol verin çıxacam .
- Yaxşı - arabanın təkərlərini əli ile fırladıb yana çekildi . Ayağımın biri çöldə biri içəride arxamdan bir ah çekdi :
- Yenə yanılmışam , yenə kimsə mənə acıyıbmış . Sizin də başqaları kimi mənə yazığınız gelibmiş .
Donub qapı arasında qaldım . Bir tibb işçisi kimi belə vəziyətdə patentimin hansı pisxolojik vəziyyətdə olduğunu yaxşı bilirdim . Həkim kimi mən onu belə düşüncələrdən azad etmeliydim ona mənəvi destek olmalıydım . Ancaq bu saat elə bir vəziyyətdəydim ki , hislərimlə Hipokrat andımın arasında qalmışdım .
Mənim geri dönmek istədiyimi anlamış kimi səsini qaldırdı .
- Çıx get !
- Baxın ...
- Get dedim !
Nə edəcəyimi bilmədim gedimmi , getməyimmi qərarsız qalmışdım . Araya uzun bir sükut çökdü . Bu sükutun içindəki saniyələr uzandıqca məni hərəkət etmeyə meçbur edirdi . Ya içəri girməliydim ya çölə çıxmalıydım . Çiynimin üstündən ona baxdım .
Kənan pəncərədən bayıra dalmışdı . Tərs damarım tutub mənə burdan get deyirdi, lakin ürəyim dinləmirdi . Vicdanım "insan ol" deyirdi . Bir yaralı qəlbə məlhəm ol, deyirdi . Bir hekim kimi qəlbimi də , tərs damarımı da yenməliydim . Ancaq qürurum ...
Hərəkətə kəçdim bir addım qapıdan bayra atınca Kənan mənə baxmadan dillendi :
- Möcüzələrə inan demişdin , ümüd vermişdin , inanmaq istədim -
Ayaq saxladım . Üzüm bayıra tərəf olsa da qulağım onda idi .
- Səni dost kimi seçdim . Belkə , bu qız səmimidir. Bəlkə də , onun dediyi möcüzə var ? Bəlke ,13 ildə insanların mənə yazıq və çarəsiz baxaraq məni əzmələrinin tam əksinə bu dostum mənim qürurumu qırmayacaqdı ?
Səhvimi başa düşürdüm . Kənan sıradan biri deyildi ki, mən ona naz edəydim , münasibətlərimizdə məcara axtaraydım . Bu gedişimlə Kənanı qırmış olardım . Onun bu sözleri mənə bıçaq kimi dəyirdi . Gözlerimi yumub , dodağımı dişlədim . Barmaqlarım bir birinə dolaşıb qalmışdı . Geri döndim , bir addımla çölə çıxdığım kimi bir addımla da içəri girdim .
- Bilirsən ? Səni özümə dost seçəndə necə sevinmişdim ? Fikirləşirdim ki bu dünyada sevilməyən bir insana ən yaxın bir dostdan başqa ne ola biler ki ? Evvəl elə bilirdim insanlar məni sevir . Sonradan gördüm ki , bu sevgi deyilmiş , insanlar mənə acıyaraq baxırmış . Mən giç isə bunu sevgi bilib özümü təsəlli edirmişəm ...
- Belə düşünməyin !
Çiyni atılıb düşməyə başladı . Ele bildim kinayəylə gülür . Ürəkləndim . Yavaş yavaş ona tərəf gəldim .
- Heç kimsəyə dəye bilmədiyim duyğularımı , məktublara tökəndə fikirləşmişdim ki , bəlkə məni insan kimi başa düşəcəksən . İçimdəki yangını , alovu bu yolnan söndürmek isteyirdim . Biriylə dərdləşmək danışmaq , rahatlaşmaq istəyirdim , başa düşürsən Zeynəb xanım ?
- Mən pisxoloq deyiləm .Fiziki - müalicə mütexəsisiyəm .
Çiyni əsdi , başın buladı . Yenə elə başa düşdümki içinden gülür . Daha da yaxınlaşdım .
- Pisxoloq dost deyil , Zeyneb xanım - Sesi titrədi , yenə üzü pəncərədən bayırdaydı , ovucları ile gözlerini silib saçlarına sığal çəkdi .
- Mənə pisxoloq yox dost lazımdır .
Mənə baxdı . İlahi, bu yaşıl gözlər qan çanağına dönübmüş . Uzun nəm kipriklər, islanıb bir birinə yapışmışdı . Nə edəcəyimi bilmirdim. Mən həkim olsam da üreyim yuxa idi . Göz yaşlarına döze bilmirdim, kim olursa olsun .
- İnsanın , insana ehtiyyacı vardır Zeyneb xanım , mənim də sizə ehtiyyacım var ...
Bu kəlmə bayaqdan boğazımda düyünlenmiş gəhəri əribdib gözlərimdən çıxartdı . Udquna udquna göz yaşlarımı güclə tuturdum .
- Biz yenə dostuq . Nə zaman istərsən yenə derdləşə bilərsən .
Əlini mənə uzatdı .
- O zaman razılaşdıq ?
- Nəyə ?
- Mənimlə işlemeye?
Gülümseyib əlini sıxdım . Başımla razılıq işarəsi verdim .
- Bayırda dost , evdə həkim ?
- Bayırda dost , evdə həkim !
- Xeyirli olsun o zaman !
- İkimizə də ...
... Bir aydan çox idi ki, Kənanın evində fiziki - terapiya müalicəsini həyata keçirirdim . İş zamanı aramızda heç bir səmimiyyət ola bilməzdi . Bütün dostluq , söhbet , səmimiyyət yığışdırılıb bir kenara qoyulurduq . Bizim səmimiyyətimiz sadecə parkda idi . Dostluğumuz sadəcə parkda balaca Zeynəbin şahidliyi ilə davam edirdi .
Neçə illik həkimlik təcrübəmdə ilk defə idi ki , ayaqsız xestəylə qarşılaşmışdım . Onunla necə rəftar edeceyimi belə bilmirdim . İlk defə baldırından kəsik qıçına toxununca bütün ətim ürpənmişdi . Bunu o da hiss etmişdi . Qalxıb yerində oturdu , əlimdən tutub üzümə gülümsəyərək :
- Qorxma ağrıtmır , işinə bax dəyərək əlimi kəsik ayağına sürtmüşdü . Gözlərimi yumaraq ayağına baxmamağa çalışırdım . Barmaqlarımın ucu kesik qıçın tikiş yerlerine dəydikcə , özümü bir əcaib hiss edirdim . Kənan mənim bu halımı başa düşürdü . Qolunu büküb dirsəyini mənə göstərdi .
- Təsəvvür elə ki bu kesik ayağım dirsəyimin bükümüdür , bax , gözlərini yum , sürt əlini dirsəyimə .
Dediyi kimi etdim qolazlaşmış dirsəyini görmədən oxşayırdım . Gözümü açdım . Mənə baxıb mehribanca gülümsəyirdi .
- Yum gözünü təkrar - deyib elimden tutdu . Yumdum əlimi dartıb qolunda gəzdirirdi sanki :
- İndi aç - deyincə gözümü açıb əlimi onun kəsik ayağında gördüm . Doğurdan ürpendiyim kesik ayağ eynən qatlanmiş dirseyinə bənzəyirdi toxunduqca .
Çox ehtiyyatlı bir toxunuşla əlimi kremləyib qıçlarına sürterek dizlərini və digər oynaqlarını masaj edərək hərəkət etdirirdim .
Kənan nə qədər dərdli olsa da o qədər də səmimi ve şən adam idi . Zarafatlarından qalmırdı . Hətta evin qulluqcusu ilə də eynən belə mehriban idi . İş arası çay fasiləsində Minə xanım Kənan bəyin nə qədər səxavətli və əli açıq bir adam olduğundan danışardı . Onun dediyinə göre Kənan bəy daum xestesi olan üç uşağı mənevi evladlıq edib onların bütün xərclərini özü qarşılayırmış . Kənan eyni zamanda əlil idmancılar asosasiyasının da rəhbər üzvü imiş . İdman salonunun bir küncünə qoyulmuş dolabın üstündəki fəxri diplomlar , medalları görəndə elə bilirdim ki , bunlar əlillikdən əvvəlki qazanclarıdır . Sonra Minə xanım mənə başa saldı ki , bunlar Kənanın elillikdən sonrakı uğurlarıdır . Bu məni sevindirirdi . Yaşadığı hər şeyə rağmən Kenan həyata tutunmağı bacarmışdı demək ki .
Parkdaki halımız deyişməz olaraq qalırdı . Yenə axşamüstü o Zeynəblə parka gəler , mən idmandan sonra yenə də Zeynəble oynayardım , oda bizə qoşulardı . Yenə evə dönüşdə hər gün bir məktubum vardı . Məktubları alsam da oxumağa zamanım yox idi . Gündüz işdə axşam idmanda ve parkda olurdum . Boş zamanım olanda ya bizimkiler bizə toplanırdı ya da men onlara gedirdim . Kenan hər gün bir məktub verməklə yəqin elə bilirdi mən məktubları oxuyuram , və həmişəki kimi susuram . Məktublar açılmamış olaraq qalırdı .
Havalar isinmeyə başlamışdı . Birazdan mıktəblər bağlanacaqdı . Zeynəb kreşə (uşaq baxçası ) gedirdi deyə heç vaxt onu evdə göre bilmirdim . Heç mənim də onlara gəlib getdiyimdən də xəbəri yox idi . O məni sadecə parkdan bir yoldaş kimi tanıyırdı .
Seda xanım Səlcuk bəyin bir şirkətində mühendis işleyirdi . Həm də Səlcuq bəyin gəlini kimi həmin şirkətin hissə sahiblərindən biri idi . Mİnə xanımın dediyinə görə her şənbə və bazar günləri onun özəl günləri olduğu üçün dostları ilə tətilə gedərdi . İş günləri isə yalnız onun üzünü sabah və axşamlar görmək olardı . Daha doğrusu səsin eşitmək olardı . Onda da ancaq Kənanla mübahisə edəndə və ya onun üstünə qışqıranda ...
Günlərimiz beləcə kecirdi . Bizim üçün ev iş , dostluğumuz isə parkda idi . Kənanla ünsüyyət qurduqca onu və aıləsini hər gün bir az daha tanıyırdım . Və tanıdıqca ona daha çox bağlanırdım . Hisslərimdən , ona qarşı hiss etdıklərimdən qorxmağa başlamısdım . Ürəyimin boşluğunu Kənanin varlığı doldururdu . Ona hər gün bır az daha aşiq olurdum . Bu ümüdsüz eşqin mənı bir gün ələ verəcəyindən qorxurdum .
Bir dəfə müalicədən sonra Kənanın hamama keçməsindən fürsət bilib aşağıya enmişdim , Minə də hardayasa getmişdi . Böyük dairənin dehlizi ilə salona doğru irelilədikcə başdakı açıq qapı diqqətimi çəkdi . İçəridən gələn bahalı və kəskin ətir qoxusu karidora yayılmışdı . İrəli geri baxıb başımı yarımaçıq qapıdan içəri saldım . Bura bir yataq otağı idi . Son dərəcə şıq və bahalı mebellərlə bəzədilmiş otağın füsunkar gözelliyi məni valeh etmişdi . Yatağın üstündə qolsuz yüngül köynek var idi . Özümdən asılı olmayaraq qatdalı köyneyi əlimə alıb uzumə sıxdım . Qoxusunu içimə çəkdım . İnce bir ter iyi ruhumu oxşayırdı . Bu qoxu Kenanın qoxusu idi . Köynəyi o üz bu üzə çevirib qoxladıqca haldan hala düşürdüm . İlahi bu nə hisslerdir kəçirdirəm mən ? Niyə ona aid olan her şey mənə gözəl və özəl görünür . Niyə onu bir gün görməyəndə belə darıxıram , niyə ona hər toxunduğumda həyəcanlanıram , axı men hekiməm hər dəqiqə müştərimə toxunmaq məcburiyyətindəyəm ?! Heç vaxt xəstələrimlə ünsiyyətdə olanda ondan utanıb cəkinməmişdim , hətta praktika zamanı unbersitetdə ilk dəfə yaraşıqlı bir kişinin üzərində erotiki masaj təçrübəsinin inçəliklərini keçdiyimiz zamanı belə utanmamışdım , cəkinməmişdim . İndi bir şikəst adam bu qədərmi çəkici idi , bu adam məni niyə belə həyəcanlanırırdı? Bu həyecana bir ad vere bilmirdim . Belə halımda hardansa qulaqlarıma sanki o mahını dolurdu. Hansı ki , ilk defə təsirindən " ssənə aşiq olmuşam " deyə pıçıldadıgım Asyanın "Pişmanım" mahnısı ... bu mahnını hər dinlədiyimdə məni məndən alıb üçlü bir dünyaya atırdı , bu dünyanın sadəcə üç sakini vardı Zeynəb , mən və Kənan bu dünya gülüşlərdən , xoş günlərdən ibaret idi , çox xoşbext idik orda biz ...
Otağın içindəki hamamdan səs geldi . Deyəsən Kənan hamamdan çıxacaqdı. Meni otağında görmesi ayıb olardı , belkə də yanlış anlaşılırdı . Hamamın qapısı açılmadan özümü salona atdım . Keçib divanda oturub özümü məşğul kimi gösterecekdim ki , Kənanın qoftasının helə də əlimde olduğumun ferqinə vardım . Özümü itirdim . Qalxıb qoftanı aralı qapıdan içeri atacaqdım ki , hamamın qapısı açıldı . Kənan hamam xalatında hamamdan çıxıb surunərek yatağına qalxdı . Başını gözünü qurulaya qurulaya İçəriden mənimle danışmağa başladı :
- Zeynəb bilirsən nə deyir ? Deyir ki ,ata məni gəznəyə götür . Keçən il Bodruma getmişdik . Yazıq uşaq bir sevinirdi ki , dənizə girmeyə qorxurdum . Deyirəm birden uşaq sahilden uzaqlaşar , dənizdə batar ... bu Mine bu köyneyimi hara qoyub ? Min defə demişəm ki "Mine xanım mənim otağımı qarışdırma , ümiyyetle girme otağıma. Sadecə gir sil süpür cıx ! "Zalım qızı elə bil təmizliyin anasıdır . Onsuz da men temiz və səliqəli saxlayıram otağımı . Yenə bəyəndirə bilmirəm .
Əlimdəki köynəyə baxdım . İstədim aparıb verəm . Yerimə kilidləndim , düşündüm ki əyər evin xidmetcisinin otağına girməsini istəmeyən adam mənim onun otağına girdiyimi bilsə nə düşünər ? Köynək od olub əlimi yandırırdı sanki . Mən bu köynəkdən qurtulmalıydım . Amma necə ? Bəlkə aparım mətbəxə ya başqa otağa atım ? Görəsən kirli paltarları qoyduqları səbət hardadır ?
- Zeynəb deyir ki , Zeynəb ablamla tətilə gedək ...
Gözümlə otaqda qoftanı basmağa yer axtarırdım ki , Kənan qapıda göründü .
- Nə deyisən gedəkmi tətile ?
- Şeyy ... - Tez əlimdeki köynəyi altıma soxdum .
- Eee ? Gedirsən , getmirsən ?
- Yanlış anşaşılmasın ?
- Tərs tərs üzümə baxıb yanımdan keçərək başdakı kresloya yaxınlaşdı. Arabanı kreslonun yanında rahatlayıb əllerini arabanın qoltuğuna basdı . Bilbim ki, arabadan qalxıb kresloda oturmaq istəyir . Qalxıb kömək etmək istədim . Lakin o əlini havaya qaldırıb məni dayandırdı . Buna sevindim . Çünkü qalxsaydım oğurluğumun üstü açılacaqdı .
Kənan kresloda yerini rahatlayana qədər qoftamı qaldırıb köynəyi şalvarımın beline basdım . Sanki üstümdən dağ götürülmüşdü . Təhlükəni adlatmışdım , sevincimin həddi hüdudu yox idi . Nə biləydim ki , bu sevincim ötəriydi . Nə biləydim ki, bu koftanı özümlə aparmaqla onun sahibinə dəlicə vurulacaqdım . Sahibinə deyə bilmədiyim hisslərimi , duyğularımı ona boşaldacaqdım , nə biləydim ki , gəcələr o qoftanı qoxlayacam , sahibiylə sevişirmiş kimi həmin köynəyə sarılıb yatacaqdım .
Tətilə getməyə razılıq verməmişdim . Kaş ki verseydim . Park mənə anlamsız , küçələr bom boş , həyat mənasız görünürdü gözümdə .
Artıq bir həftə idiki , Kənan və Zeynəbi görmürdüm . Yaşamımın dadı duzu onlarla getmişdi . Sərasər dəlilər kimi bütün günü küçələri dolaşıb dururdum . Arayıb danışmaqdan özümü güçlə saxlayırdım . Onu məşğul etmek istəmirdim .
- Qoy qızı ilə baş başa qalsın . Axı mən kiməm , evli başlı adamla mənim nə işim ? - Özümlə mübarizəyə başlamışdım . Ürəyim mənə yalvarırdı "sevirəm" deyirdi :
-Həyatımda görmediyim duymadığım bir duyğunu yaşayıram Zeynəb məni bu hisslərdən, heyecandan məhrum etmə - deyirdi ürəyim , ağlım isə buna qəti bir şəkildə " yox" deyirdi :
- Özünü camatın içində gülünc yerinəmi qoymaq isteyirsən ? Helə evli kişiyə qarşı belə fikirleşməyin bir yana , birdə şikəst , kim belə bir izdivacı qebul edər ? Deməzlərmi bu yaşa qeder bir şikəst üçünmü oturmuşdun ?
- Mən onu hər halı ilə qəbul etmişəm , başqaları meni maraqlandırmır - deyə üreyim yenə etiraz edirdi .
- Ay ağılsız hələ bir gör o sənin haqqında nə düşünür ? Sən onun vecinə belə deyilsən . Sən onu şikəst qebul edirsən ama gör o seni belə , bu halınla qəbul edirmi . Görürsen heç daha arvadından bir şey danışmır da . Demək araları yaxşıdır . Camaatı məcbur boşadacaqsan ?
Ürəyimlə ağlım arasında qalmışdım . Açıq aşkar bir birlərinə müharibə elan etmişdiler . Mən arada elçi düşüb onları barışdırma istesəm də biri o birinə güzəştə getmirdi . Belə günlərdə canım darlanır , ürəyim sıxılırdı . Özümə yer tapa bilmirdim , parkdan , idmandan da küsmüşdüm , hələ yeməkdən tamamilə əlimi kəsmişdim . Həmişə yeməyi qabağımdan götürüb zibilə atan anam indi əlinde boşqab arxamca gezirdi .
-Ay qızım belə diyet olar ? Acından öləcəksən , e bilirsen yememeklə özüne xeyir edirsen ? Orqanların bəlli bir vitamini almasa o vücud necə olar axı ?
Demək olar ki, artıq heç evdən bayra da cıxmırdım , yenə özümü otağıma qapatmışdım , ailəmiz bir araya toplansa da , bir bəhanə tapıb otağıma cəkilirdim . Geldiyi günden mənimlə yola getməyən, kilolaraıma lağ edən boyuk qardaşımın arvadı Rüzgar bu defə də mövzu tapmışdı .
- Deyəsən bu qız aşiq olub , görmürsüz necə saralıb ? Bu hall eşq xəstəliyidir, nədir a baldız ?
İlk dəfə idi ki , Rüzgarla mübahisə etmirdim. Bəli men aşiq olmuşdum . Çarəsiz xəstəliyə yoluxan bir xəstə kimi içim içimdən əriyirdim . O mənə yenə həmişəki kimi kağ edirdi . Lakin mən buna hemişeki kimi reaksiya verib hirslənmirdim . Çünki haqlıydı . Mən aşiq olmuşdum eşq xestəliyinə yoluxmuşdum .
Fikrimi dağıtmaq için çölə bayra çıxanda da özümdən asılı olmayaraq ayaqlarım onların məhəlləsinə gedirdi . Binalarının qabağında addımlarım yavaşıyır , bir neçə dəqiqə aşağıdakı akasiya ağacının altında dayanıb yuxarı , özəllikle onun evinin təras qatına baxırdım . Hansı ki, günümüzün çox zamanı burda keçirdi . Şüşəbendli böyük terasda onu müayinə və müalicə edirəm , bərabər terasın idman bölümünde onunla idman alətlerində məşq edirdik ...
Yenə bele günlərdən biri idi . Hava qarlmağa başlamışdı . Yavaş yavaş küçə ilə yuxarı qalxıb binaya yaxınlaşdım. Hemişeki kimi teras qat qaranlıq idi . Demək helə gəlməyib . Artıq bir aylıq tətilin bitməsinə üç - dörd gün qalmışdı . Günlər yaxınlaşdıqca özümə yer tapa bilmirdim . Çox darıxırdım . Elimdə imkan olsaydı günləri irəli çekərdim .
Yanımdan keçib binanın önündə dayanan maşın diqqətimi çekdi . Hele bu civarlarda bele bahalı son model maşın görməmişdim . İçimdən bir ah keçdi .
- Allah bilir hansı bəxtəvrrin maşınıdır - deyə düşündüm . Bütün yaxşı şeylərin Maneəsini , uğursuzluqlarımın səbəbini köklüyümdə görürdüm . Düşünürdüm ki kök olmasaydım həyatım tamam başqa çür olardı . Odur ki , belə şeylər görəndə istər isteməz içimdən ah qalxır .
Maşın binanın arxasına keçib gözdən itdi . Bir azdan elində torbalar olan son dərəcə dəbli və çox modem, gözəl sərvi boylu zərif bir qadın qarajdan çıxıb bloka girdi . Blokun şüşəli qapısından içimi çəkə çəkə gözlerimlə onu təqib edirdim . Nədənsə qadın nə liftə getmirdi nə də piləkənləri yuxarı qalxmırdı . Belli ki, kimsəni gözləyirdi .
Hə budur , qarajdan daha bir nəfər çıxdı . Genc , şümşad kimi bir oğlan idi . Oğlan qadından daha genc görünürdü . Düşündüm ki, qadın kimdirsə ya özünü yaxşı saxlayıb, ya da bu oğlan onun oğludur ,və ya qardaşıdır .
Düşünə düşünə binanın önündəki səkiyə keçdim ordan yoluma davam edib evə gedəcəkdim . Oğlan bloka çatan kimi qadın qapını açdı . Elə əlindəki torbalarla oğlanı içeri salıb qapının örtülməsini gözləmədən dəlisov bir ehtirasla oğlana sarılıb öpməyə başladı . Az öncə bu oğlanın qadının oğlu ya da qardaşı olduğunu düşünməyimdən özüm özümə utandım.
- Sevgilisiymiş , ər olsaydı ... gözlərim böyüdü
- Aaa... bu ki , Seda xanımdır - Qadının üzü mənə tanış geldi . Sedanı şəkillərindən tanıyırdım . Kənanın evində divarlardan asılmış , kamodun üstünə qoyulmuş şəkillərdə görmüşdüm onu .
Yerimdə donub qaldım , əlim ayağım buz kəsdi . Liftə girənə qədər onları gözlərimlə təqib etdim . Bu qadının Seda olmağına inanmaq istemirdim . Keçib yenə akasiyanın altında dayandım . Elə bu vaxt telefonuma mesaj geldi . Bir gözüm evdə , bir gözum əlimdə telefonu açdım . Binanın ön tərəfindəki yataq otağının işıqları yandı , qalın pərdələr çəkildi ... Tanımadığım nömrə idi . " Gördünmü ? Sonra mənə möcüzələrdən danışma , Zeynəb xanım . Heç bir qadın yaraşıqlı ve sağlam kişiləri qoyub şikəst ərle can çürütmez, siz qadınların hamısı beləsiz . Qüsurlu ərin pulun əmər sevgilisiylə keyfin çəkər "
Bu Kənan idi. Demək hardasa buralardadır . Bılkə də tətilə getməyib arvadını təqib edirmiş . Bəs o zaman Zeynəb harda ?
Telefonu götürüb zəng etdim , zəng çatmırdı . Kənanın mən bildiyim nömrəsinə də zəng elədim , o da bağlı idi . Dəli kimi küçəni enişə yoxuşa qaçır , yol kenarında dayanmış maşınların içinə boylanırdım , Kənanı axtarırdım . Ağlıma nə gələrdi ki, Kənan qarşı binadakı evlerden birini kiralayıb , qızını dayəsiylə tətile gönderib , özü isə arvadını təqib edirmiş .
Dəli kimi kiçədə onu axtarırdım , gah nömresini çevirir , gah da maşınlara, qarşı binaların həyətlərinə boylanırdım . Nədənsə məhz elə bu gün onun yanında olmaq istəyirdim . O isə heç yerdə gözə görsənmirdi . Yox idi ...
Tesadüfi olaylar beynimi məşgul etmişdi . Kənana da acıyırdım , arvadına da . Doğurdan da Seda çox gözəl bir xanım idi . Gözəlliyi ilə istədiyi hər kəsi özünə ram edə bilərdi . Bəs görəsən bu mövzuda niyə Kənanı seçib ? Sevmirdisə , istəmirdisə niyə Kənana erə gelirdi ? Kim onu məcbur edirdi ki ? Səbəb ne olur olsun Kənan kimi birinin hissləri ile oynamaq heç bir qadına yaraşmazdı . Lap Kənanla evlənməyƏ məcbur olsa belə en azından oturub Kənanla buna məcbur olduğunu , onu sevmədiyini deməli idi . Bax elə bu üzdən Sedaya haqq qazandırsam da , ona hirslənirdim . İnanırdım ki, Sedanın belə acıq və səmimi etirafı Kənanı inçitməyəcəkdi , Kənan bunu anlayışla qarşılayıb bu evlilikdən vaz kecəcəkdi .
Otağıma girib qapını kilidlədim , məktubları qabağıma töküb yazılma tarixlərinə görə dəstələdim . Elə bu gecə onları oxuyub bitirmek isteyirdim . Kənanı niyə bu evliliyə el qorduğunu bilmək istəyirdim . Onu daha yaxından tanımaq istəyirdim . Daha doğrusu bu ailənin həyatına çox maraq gösterirdim . Kenanın belə vəziyyətində Ayla onu qebul edib ondan bir uşaq doğmuşdursa bes niye uşağını da Kənana buraxıb gedib ? Axı bunu heç bir ana etməzdi . Seda necə olub Kenanla bu izdivaca razılıq verib ?
Anamın bir neçə defə qapı arxasından gelib səslənməyinə baxmayaraq , mən məktublara dalıb 13 il bundan əvvəl qaldığım yerə qayıtmışdım ...
MƏKTUB . ( REAL)
6 BÖLÜM
Eyvaz toyda Eyyub bəyin yeməyinə zəhər qatdırmışdı . Toyda halı pisləşən Eyyub adamlarını çağırıb gəlini içəri aparmağını istədi .
- Özümü yaxşı hiss etmirəm , siz davam edin mən biraz dincələcəm .
- Ağa , hələ tez deyilmi ? Toyu dağıdaq ?
- Yox , yox . Elə şey olar ? Siz davam edin , qonaqların yeyib içməsinə diqqət edin , narazı gedən olmasın . Çalıb oynasınlar . Məni soruşan olarsa bir bəhanəylə yola verin , axşam məclis bitənə yaxın qonaqlarla vidalaşaram , xəstələnmişəm deyəsən , biraz yatacam - deyib malikanesinə çəkildi .
Bu arada qadınlar Aylanı bəzəyib düzəyib gəlin otağına götürmüşdülər . Bəzəkli gəlin yatağını görməyənə qədər Ayla bu yaşadıqlarını yuxu kimi görürdü . Qırmızı zər zibatlı örtü və pərdələrlə bəzənmiş otağa girəndə qəflət yuxusundan oyandı sanki , nə qədər çığırıb bağırsa da , otağın əşyalarını ortalığa səpələsə də kimsə hayına hay vermədi Aylanın . Nəhayyət qışqırmaqdan şişmiş boğazını tutub yerə çökdü . Hönkürüb ağlamağa başladı . Bu dəfə Allaha yalvarmırdı , dua etmirdi , üsyan edirdi Ayla .
Açarın səsi gəldi qapıdan . Tez ayağa qalxıb otağa göz gəzdirdi . Yatağın yanındakı gecəlikdən başqa gözünə əl tutası heç nə dəymədi . Tez gecəliyi eletrikdən ayırıb əlinə aldı və yatağın arxasına keçdi . Yatağı özünə səngər bildi Ayla . Qapı açıldı ve qapıda Eyyub ağanı yox Eyvazı görününcə sevindi . Ele bilirdi ki əmi nəvəsi onu bu zindandan qurtarıb Kənanına qovuşdurmağa gəlib . Əlindəki çilçirağı ataraq Eyvazın boynuna sarıldı . Üzündən gözündən öpərək :
- Qurban olum əmioğlu , məni burdan qurtar yalvarıram - deyə Ayla Eyvazın əlinə ayağına düşdü . Bir qadın öpüşlərinin qarşısında özünü itirən Eyvaz Aylanın üzünü ovuclarının arasına alaraq :
- Səni qurtaracam Aylam , qurtaraçam - deyərək onu bağrına basdı , qucaqlayarken əlləri Aylanın əzalarında gəzirdi ,
- Qurtaracam gözelim , biz qovuşacağıq .yuva quracğıq. Ah bir bilsən bu qədər illərdə sənsiz nələr çəkmişəm ? Şükür qovuşdurana , daha səni məndən kimsə ala bilmez sultanım ...
Nəyə rast gəldiyinə çaşan Ayla özünü Eyvazın qollarından qurtarmaq istəyincə Eyvaz :
- Yavaş, sakit ol , səsini eşidib gələcəklər qaça bilməyəcəyik- dedi
Ayla yağışdan çıxıb yağmura düşdüyünü anlamışdı , çırpındıqca Eyvaz Aylaya müqavimət göstərir , qışqırdıqca ağzını yumaraq onu özünə ram etmək istəyirdi . Ayla təslim olmayınca çarəsi Aylanı bayıldaraq onu qaçırmaq oldu .
Ayla gözünü açdıqda özünü kasıb bir komada gordü . Başının üstündə oturmuş qarayanız bir yaşlı qadın onun boynuna, alnına soyuq su qoyurdu . Eyvaz alçaq damın balaca pəncərəsində var gəl edirdi .
- Nə etməliydim yengə ? ( Türkiyedə əmi ve ya dayı arvadlarına yengə deyilir) İllərlə sevdiyim qızı o kaftaramı verıcəkdim ?
- Bu qızın alın yazısı idi . Sən Allahın qismətini dəyişə bilməzsən Eyvaz . Nə sevənlər başqasına yar olub , sanki sən bunları bilmirsən . Sən ki , bu törənin içindəsən . Hələ el aləmin arvadın qaçırmağını , Eyyub kimi bir ağa onun oğlanları sənə bağışlayacaqmı sanırsan ? Bəs geridə qoyduğun köç - əyal ? Onların başlarına nə gələcəyini bilmirsənmi ? Eyyub ağa...
- Eeeyyy yetər yengə, yetər ... ne Eyyub ağa Eyub ağa salmısan ... Eyyub ağa yoxdur , bitdi ... öldü - Eyvaz sesini yükseltdi .
Qadın iki əli ile dizlərinə vurub nalə çəkdi .
- Vaaayy başıma gələnlər Eyyub ağanı öldürdün yoxsa ?
Eyvaz cavab vermədən saqqalını yolmaşlayaraq bu vəziyyətdən çıxış yolu axtarırdı . Qadın isə dizlərinə vura vura deyinirdi .
Ayla özünə gəlmişdisə də yerindən qalxmaq istəmirdi . Çünkü qalxsaydı başına nə gələcəyi bəlli idi . Odur ki , özünü yuxululuğa vurub , vəziyyətdən çıxış yolları axtarırdı .
Hava qaralmış , qonşu otaqdan Aylanın yatdığı otağa zeif işıq düşürdü . Gözünü açıb yerindən tərpənmədən etrafa diqqət kəsildi . İçərədə yerə salınmış süfrənin başında böyüklü kiçikli bütün külfət toplanmış yeməyə oturmuşdular . Yeməyin xoş qoxusu burnuna gəlincə elə indicə möhkəm acdığını hiss etdi . Neçə gündən bəri bir tikə də almamışdı . Üç gündür davam edən toyda kesilən heyvanlar , çəkilən kabablar , böyük qazanlarda bişən çeşid çeşid yeməklər Aylanın iştahasını heç bu qədər açmamışdı . Yatağından qalxıb oturdu . Düşündü ki , inad etməklə heç bir şey əldə edə bilməyəcək , nə də yatağında yalandan özünü huşsuzluğa vurmaqla bir şeyə nail olmayacaqdır . Biraz ağlın işlətməli idi . Ən azından harda olduğunu bilməli idi , bu dağ başında , tanınmaz bilinmez səsi ünü olmayan bir kənddə nə edəcəkdi , hara gedəcəkdi . Bəlkə yalvarıb yaxara Eyvaza onu şəhərə apara . Şəhərdə onun qaçma şansı var , burda elə bir şərait yoxdur, heç bura haradır , yolu - rizi varmı yoxmu ?Öncə ətrafı kəşf etməliydi . Bəlkə o zaman özünə gün ağlaya bilərdi .
- Gülümmm ! Oyandınmı birdənəm ? Necəsən ? - daxmanı ikiyə böımüş pərdənin arasından Aylanın oyandığını görən Eyvaz yerindən qalxıb özünü Aylanın yanına atdı :
- Bağışla məni , sultanım , belə olmasını istəmirdim . Sən inad edincə səni vurmaq məçburiyyətində qaldım . Boynun çox ağrıyır mı eşqım ?
- Yox yaxşıyam keçdi . Çox acam ...
- Bu dəqəqə !!! - Eyvaz tülkü gözü kimi parlayan gözlərini bərəldib içeri otağa səsləndi .
- Yenge , allahına , dinine qurban olaram , Gülüm açmış bir kasa şorba ...
- Yox , mən gəlib sizlə yeyərəm , zəhmət etməyin .
Aylanın belə yumuşaq danışmağı Eyvazın rəngin açmışdı ,
- Bacı, bi zəhmət verım , qalx bir paltar gətir , Aylam əynini dəyişsin . Rahatlansin .
Birazdan Eyvaz təkrar otağa girərək sevincək qızın qoluna girib özünü qıza dirək verib yan otağa keçirtdi .
- Burax narahat olma mən yaxşıyam , hələ bir su başına çıxım , əl üzümü də yuyacam , sonra gəlim süfrəyə .
Evin gəlini süfrəden qalxıb :
- Eyvaz qardaş ,mən apararam , sən get yeməyini ye .
- Bax ehtiyyatlı ol aa Şamama , gözlə yıxılmasın - deyə Eyvaz canfeşanlıq edir , Aylanı gözdən qoymaq istəmirdi .
- Yox, yox mən yaxşıyam , narahat olmayın . Çox yaxşıyam - deyib üzünə yalancı bir gülümsəyiş verərək onları arxayın saldi . Ayla Şamamanın qoluna girərək bayra çıxıdı . Havadan təzək qoxusu gəlirdi . Mığmığa və ağcaqanadlar adamın gözünə doluşurdu . Həyətə cıxıb axşamın təzək qoxuyan havasını ciyırlərinə çəkdi , Ətrava boylandı . Ucsuz bucaqsiz çöldə alçaq kölgəlikdə , zəif işıqlar oynaşırdi .
- Tuvalet hardadır ?
- Tuvalet ? Yaylada tuvalet nə qəzir ? Gəl bura , burda hər yer bizə tuvaletdir - deyə gəlin güldü . Ev sayılan çadır və taxtalardan qurulmuş daxmanın arxasına keçdilər. Ayaqları altında islaq , torpağın səsi gəlirdi . Ayaqları palçığa batmasın deye aralı qoya qoya ayağını hara gəldi , necə gəldi atırdı .
- Çox uzaqlaşma ele burda otur !
- Nə ? Doğurdan tuvalet yoxdur ?
- Nə tuvalet ? Sən yaylanı beşulduzlu otelmi bildin ?
- Ola bilməz . Tuvalet mədəniyyətdir !
Şamama güldü .
- Burda mədəniyyətin "m" si belə yoxdur gözəlim . Elə bilirsən bu Honiş yaylasında sənin üçün Ankaranın lüks dairələri var ? Hamamına, mətbəxinə isti soyuq suyu gəlir ? Otur bura nə işin var gör gedek , yeməyim soyur .
- Bəs su ? - çaşıb qalmış Ayla canı darlanmış halda dilləndi .
Şamama ağzını yaşmaqlayıb şaqanag cekerek güldü :
- Burda içməyə belə su tapılmır .
Yeməklərə diksinə diksinə baxırdı . Su olmayan yerdə həyatın olmadığını elə indicə dərk edirdi Ayla . Hər terəf natemizlik içində düzənsiz idi . Külfət süfrenin ortasında qoyulmuş balaca çırağın başına toplanmışdı . Çırağın yanına qoyulmuş böyük tavaya , qazana uşaqlı böyüklü səkkiz əl uzanırdı .
- Ay allah mən hara gelib düşmüşəm ? - deyə Ayla düşündü . Çürbə çür yuyucu vasitələrlə evin dərisini soyan Mayisa xanımın işini bəyənmirdim , indi mən gəlib gör burda , bu duzənsiz, natəmiz süfrədə əyləşmişəm ?
- Niye yemirsən qızım soyutma .
Başın qaldırıb süfrənin o biri başında oturan Eyvaza baxdı . Ayı kimi yeməyə girişmişdi . Elindəki sümüklü tikəni ağzını marçıldada marçıldada didişdirirdi .
- Boşqab yoxdur? Men belə yeyə bilmərəm !
Bir anda nə baş verdiyinə çaşıb qaldı . Hamı ona baxıb gülürdü .
- Noldu niyə gülürsüz ?
- Sən özünü şehərdə yeməkxanadamı sanirsan ? Bura Honişdir , ee Honiş ...
- Nolar yayla olanda bes yemək mədəniyyəti ? Bəs tuvalet mədəniyyəti ? Belə şeylər şəhər kənd fərq etmir, gərək hər yerdə ola ...
- Al qızım , kiri dimməzcə çörəyini ye, başlatma mənə mədəniyyətindən - evin ağsaqqalı sayılan kişi saç lavaşının arasına boyük bir ət parcası qoyub qıza uzatdı . Çaşqın çaşqın ona baxan Aylaya tərs tərs baxıb :
- Köhnə yurda tezə adət gətirmə , al ye çöreyini !
Yuxudan qalxıb ətrafa göz gəzdirdi . Böyük otağa yan yana bir neçə döşek atılmış külfət bu döşəklərə döşənib yatmışdı . Eyvaz da qapının yanına sərilmiş döşəyin üstündə balaca bir oğlan uşağını qolunun üstünə almışdı . Geçə qaranlıqda ilk defe gördüyü bu ailenin üzünə doğru dürüst baxa bilməmişdi . İndi çadırın qapısını əvəz edən dəlikdən düşən sabahın işıgında yerə yatmış körpələrin üzünə baxdı . Günəşdən yanıb qaralmış körpələrin üzlərindən məsumluq yağirdı . Balacaların qıvırım , pırtlaşıq saçlarındaki tozu ve saman çöplerini görındə ister isteməz içini çəkdi .
- Gör millət nə halda yaşayır , uşaqları çimdirməyə su da tapılmır . Bunların necə təbi çəkir yemək yeməyə ? Ay Allah mənim axırım necə olacaq burda ? Göresən mən burdan qurtula biləcəmmi ? Bu Eyvazın fikiri məqsədi nədir . Eyvaz Eyyubu öldürdü . Bu belə çox çəkməz . Mütləq jandarma onu tutacaq həm adam öldürməyə görə , həm qız qaçırtmaya görə , İnşallah qazamatda gəbərib gedər . Ama o tutulana qedər özümü bu şərəfsizdən qorumalıyam - deyə düşündü . Qalxıb ehmalca yatanların üstündən addımlaya adımlaya bayıra çıxdı .
İlk gözünə dəyən ucu bucağı görünmeyən təpəlik bir sarı torpaqlı çöl oldu . Susuzluqdan çatlamış çölde orda burda bitmiş kolların arasında qoyun quzu daldalanmışdı . Güneş indi indi üfüqden boylanırdı . Sabahin bu çağında burda belə isti var idisə , günorta buralar lap cəhənnəm qapısı olacaqdı . Evin etrafında dolandı . Bir birindən aralıda çadırlar görünürdü . Bəlli ki, onlar axır ve qonşu evləri idi . Damın arxasına keçdi , özünü dünen geçə tüvalet deyə bildiyi yerə vermək istədi . Gördüyü üfunetden üreyi ağzına geldi . Tez burnun tutub ordan uzaqlaşdı.
- Sabahın xeyır gözəl qızım , oyandınmı ? Ha maşallah , bizim buranın qadınları tezdən durar , gec yatar .
Yenge dedikleri arvadın elinde böyük bidonlar ona tərəf gəlirdi .
- Gəl qızım , gəl kömek elə !
Ayla qadına kömek etdi , yengə şirindil mehriban qadın idi . Ayla başa düşürdü ki , ne qədər ki burdadır , inad etmədən şirin dillə onları ələ almalıdır . Eyvaz bir ömür boyu burda qaçaq qala bilməzdi . Geç tez onu jandarma tapacağına inanırdı .
Ele bu ümüdlə bir həftə idi ki ,onlarla bir yerdə yaşayırdı . Hərdən daldalığa salıb Eyvaz ona yaxınlaşmasaydı , əl qol atıb onunla sevişmək istəməsəydi , demək olar ki ,hər şey yerində idi . Özünü bir kəndə gəzməyə gələn qonaq kimi hiss edirdi . Qonşu qızlarla da dostlaşmışdı . Onlarla söhbətləşir , bu kənd qızlarının saf , təmiz , eyni zamanda qorxu dolu sevgilərinin şahidi olurdu . Ayla onlara acıyırdı . Burda qız qadının azadlığı yox idi . Hələ gəlinin heç yox idi . Gəlini kölə kimi görürdülər . Onların nəzərincə hansı yaşda olur olsun qız , qadın qoyun - quzu sağmalı , əkin - biçin etməli , ev - uşaq , böyük - kiçik rahlamalı idilər . Qarşılığında isə ərləri hər şəhərə gedəndə onları balaca da olsa bir qızılla sevindirməli idi . Qizlara isə analar gördüyü işin müqabiıində cehiz hazırlayırdilar . Gəlin hamıdan tez qalxarb hamıdan gec yatmalı idi . Gəlinin ixtiyarı yox idi ki , böyük kiçik yanında əri ile danışmaq nədir , onun adını belə çəksin . Hətta ana öz uşağını belə sevib ezizləməz , böyüklər olan yerdə uşağını daldalığa çəkib əmzirməzdi . Burda qadınlar ərlərinə bəyim , özündən böyüyə abi , kiçiyə qardaş , boyuklərə abla , yengə deyirdi . Bəzən Aylaya ele gəlirdiki , bu aulda hamının adı abi, yengəden ibarətdir . Ailədəki qadın azadlığının olmaması Aylanın canını sıxsa da öz xeyrinə sevinirdi . Egər aşirətin bu çür ağır adətləri olmasaydi Eyvaz indi çoxdan onun işini bitirmişdi . Belə ağır pərdə Eyvazla Ayla arasına məsafə qoyurdu . Amma bu belə getməyəcəyini də bilirdi . On beş gün olardı ki buraya düşmüşdü və hələ də Eyvaz əlini qolunu sallayaraq burda rahat rahat gəzirdi . Aylanı heç gözündən qoymur , Ayla hara gedirsə Eyvaz onu qaraba qara izleyirdi . Hərdən evdə tək olanda , və ya axırdan, depodan bir şey gətirməyə gedəndə Aylanı daldalayıb onu öpməyə, onunla sevişməyə can atırdı .Ayla ise naz və işvəsin işə salıb artıstlik edərək bu işdən məharətlə yayınmağı bacarırdı .
- Az səbrin olsun canım , günahdır , evimiz yox, eşiyimiz yox . Nigahımız yox . Burda qonağıq , görən nə deyər , ayıbdır axı . Qoy hacı nigahımızı oxusun ...
Hacı bunlarda dövletdən əvvəl gəlirdi . Hacının oxuduğu nigah dövlət nigahından üstün , yazdığı mehriyə dövlətin ayırdığı təzminatdan dəyərli idi . Ayla on beş gün içinde bütün bunları görüb eşitmiş həyatı onlar kimi qavramağa başlamışdı artıq . Onlar kimi geyinir , onlar kimi aşağı dərədən səhənglərdə su getirib , axırda çimirdi . Hələ özünə məşğuliyyət də tapmışdı . Balaca uşaqlari dere kənarına götürüb onları cimdirmək bəhanəsiylə ozü dədəyə girib sərinlənərdi .
Bir dəfə Eyvaz Aylanın suya girdiyini görüb yaxınlıqdakı kolluqdan uşaqları yanına cağırmış , onlara şırni verib aula göndermişdi . Soyunub ozünü suya atanda Ayla duyuq düşərek sudan çixıb qacmışdı . Bunu Ryvaz naz və işvə kimi bilən Eyvaz da Aylanın arxasınca qaçmişdı . Aylanın ona yaxınlıq verməməsi Eyvazi daha da çilədən çıxarır , ehtirasını daha da coşdururdu . Bu hadisədən sonra bir daha Ayla dərəyə enmədi .
Buranin hər şəraitinə alışmağa məçbur idi . Yatanda da onlarla birlikdə yerdə yatırdı . Yatarkən yatağını evin qızının yanından salırdı . Bir defe balacalarla yatarkən Eyvaz gecənin yarısı fürsət tapıb özünü Aylanın yanına girmişdi . Yorğan göşəkdə səssiz əlbəyaxadan rahatsız olan uşağın ağlamasından Eyvaz tuvalet bəhanəsiylə bayıra qaçmışdı . O gündən Ayla bir daha uşaqlarla yatmadı .
Hər şeyə alışmışdı Ayla ,bircə bir qazandan, bir tavadan yemək yeməyə yox . Yengə yemək hazırlarken özünü onun yanına verər , bəh bəhlə elə ocaqda yarı bişmiş - alaciy yeməklərlədən yeyib qarnın doyurar , külfət evə toplanıb yeməyə oturanda isə , Ayla lavaşın arasına pendirdən şordan qoyub , pamidorla , soğanla mədəsini aldadardı . Nə qədər israr etsələr də , onlarla bir yerdə eyni siniyə ve ya qaba çörəyini batırmazdı .
Nəhayyət gözlədiyi gün gəldi . Düz 18 ci gün Eyvazın atası və bir neçə aşirət ağaları yaylaya təşrif buyurdular . Yayladakı yaxın qohum qonşulardakı kişiler toplanıb , böyük məşvərətdən sonra , mühim bir qərar verdilər .
Ara sakitləşənəcən Eyvaz və Ayla yaylada qalacaqdı . Aylanın Eyub ağanın qatili olmasından şübhəlenmələrini eşidəndə Aylanın keyfinə emelli başlı soğan doğrandı . Jandarma Eyvazı yox Aylanı axtarırmış . Ağalar bu məsələyə də çarə tapıbmışlar . Guya toyda Eyyub ağa balaca bir uşaqdan ayran istəyib , ona nəmər gösterib ki :
- Egər hazırladığın ayranı bəyənərsəm bax bu gümüş qəməni sənə bağışlayacağam . Uşaq da gedib ayran hazırlayıb , əlinə keçen edvaları ayrana töküb , edvaların olduğu yerdə siçan dərmanıda varmış . Uşaq onu da ədva zənn edib bilmədən ayrana qatıb , Eyyub ağaya içirdib , ədvalı ayran fərqli bir dad verdiyi üçün ağanın xoşuna gelib , və gümüş qəmə ilə uşağı sevindirib . Özündən böyük kişiylə evləndirilən Ayla isə ərinin ölməsindən xəbər tutub ordan qacıb qohumların bırının evındə gizlənib .
Bu pılan Aylanı özünə gətirsə də ədalətsizliklə barışa bilmirdi . Göz görəsi bu boyda şanlı - şöhrətli bir ağanın qanı ortalıqda batıb gedirdi . Bu ədalətsiz dünyada bundan sonra başına nələr gələcəyini də artıq təxmin edirdi .
Keyfi əmməlli başlı qaçmışdı . Artıq Eyvazdan qurtulma şansı yox idi . Bayaqdan bir ümüdlə yaşayırdı kı , bir gün jandarma Eyvazı tapıb aparacaq , o da azadlığına qovuşacaqdır . İndi bütün ümüdləri suya tökülüb şəkər kimi ərimişdi . Taleyiylə istəmədən barışmaq məcburiyyətindəydi .
Bu qədər müddətdə Aylanı ıki defə şəhərə- məhkəməyə aparıb gətirdilər . Sonra yenə yaylada yaşamına davam etdi .
Nəhayyət , Aylanın qaçaq həyatının sonuna Ayladan xebersiz qərar verildi . Eyvazla evlənməli idi. Bu xəberi Şamamadan eşitdi . Çaresi qalmamışdı . Nə edəcəyini bilmirdi . Gəlinin ayağına düşüb qaçması üçün ondan kömək istədi . Toyda üstüne taxılan qızılları ovuçlayıb Şamamanın qabağına tökdü .
- Qurban olum , Şamama bacı , qulun kölən olum , mənim burdan qaçmağıma kömək elə , yalvarıram , sevdiyim var , ona qovuşmaq istəyirəm . Mən burda qalıb bədbəxt olmaq istemirəm . Bax nə deyirsən edəcəm . Kömək elə , mənə burdan getməyin , qaçmağın yolunu göstər , bax qarşında qul olaram , uşaqlarını şəherə aparıb oxudaram , adam edərm, nolar .
Nə demişsə də, nə etmişsə də Şamamanı heç nə yumuşaltmamışdı . Necə geçə qalxıb çadırdan çıxmış , gecənin qaranlığında ucsuz bucaqsız çölde çaqqalların ,bayguşların ulamasından qorxub geri dönmüşdü .
Artıq onlar üçün yeni bir çadır qurulmağa başlamışdı . Yeni cütlükləri təbrikə gələn qonum qonuşu - qohum əqraba yeni evə - çadıra qab qaşıq , cer - cehiz daşıyırdılar . İmkanı olanlar da onlara qoyun quzu bağışlayırdı . Beləcə artıq 10 - 15 qoyunları da var idi . Aylanın bütün ümüdü tükenmişdi . Beynində bir fikir dolanırdı . Görəsən Eyvazın arvadının xəbəri var idi bu işdən ?
Eşitmişdi ki , dində birinci arvad razılıq verməsə bu evlilik baş tutmayacaqmış Onların yanına şəhərdən Eyvazın qohum eqrabalarından çox adam gelib getsə də hələ bu zamana qeder Ayla onun arvadını görmemişdi . Tanımırdı . İnanırdı ki heç bir qadın izin verməz ki , eri onun üstüne gül qoxlasın . İçində bir ümüd közerirdi . Nə olur olsun Eyvazın arvadı ilə görüşüb danışmalı idi .
Ramazan ayı olduğundan toy biraz geçikirdi . Dinə ve adetə bağlı olan camaat bu aylarda toy etməzdilər . Əslində ağalar yığışıb bu işi səssiz yoluna qoymaq istəsələr də Eyvaz buna razılıq vermədi .
- Eyyub ağadan nəyim eskikdir ? Aylanı telli duvaqlı gəlin edəcəm !
Ramazan bitdi, toy tədarükü başladı . Toydan 3 gün qabaq hacı getirib , kebin oxutdular , Aylanın dilinden razılıq istıyəndə Ayla :
- Eyvaz bəyimin xanımı , menim günüm Nuttən xanım gəlmədən bu işə razılıq verməyəcəm , - dedi - gərək o gələ qulağım eşidə eşidə halallığımı, xeyir duamı verə .
Hələ indiyə qədər bu mahalda heç bir qız törə qarşışında söz alıb danışmamışdı ki , Ayla cəsarət edib belə şərtlə bu evliliyə qol qoyacağını deyirdi . Görülməmiş iş idi . Hamı teccüb içində bir birinə baxırdı .
- Bax qızım, buralar sənin şəhərinə bənzəməz ! Ağlını başına topla . Burda qərarı böyükler verər, kiçiklər əməl edər .
- Mən əməl etmirəm demirəm ağam , evlenəcəm . Ama Nurtən özü mənə halalıq verməsə bu iş olmayacaq . En azından bu dinimizdədə var ki, birinci arvadın razılığı alınmadan ikinci evlilik olmaz .
- Əstəğfüllah . Sən kəs kəbini , hacı ! Sən bu şəhər kopəyinin ağlına baxma ! - deyə ağa tərs tərs hacıya baxdı .
- Ama , gəlin qızımız "razıym" dəməsə kəbini kəsə bilmərəm .
- İndi nə deyirsən , hacı ? Deyirsən aşiret olan yerdə bu şeher qızının nazıylamı oynayacaqsan ?
- Əstəğfullah ağam , ama şəriət buna icazə vermir .
- Bu vaxta qədər Əşrəf ağanın kəsdiyi başa sorğu sual olmayıb hacı . İndi sən məni dara çekecəksən ? Oxu deyirəm sənə kəbini - deyib silahı hocanın başına dırədi ...
Üç gün Honişdə möhteşəm bir toy quruldu . Aylanı qıra -qızıla bükdülər bindallı geydirib əllərinə xına yaxdılar . Yenə toyun sonunu gözyaşları ilə gözlədi . Nəmli gözləri ucu buçağı görünmeyən çöldə uzaqlara dikildi :
- Hardasan Kenanım , əzizim , barım indi gəl , bu saat gəl , elə bu dəqiqə , gəl məni apar ...
Aylanın xəbəri yox idi ki o talehsiz qəzada Kənan iki ayağından olub, xəstəxanalarda can çəkişir , Ayla onu gözlədiyi kimi , o da Aylasını gözləyir ...
... Çaresiz qalan qız taleyin kor qanununa boyun əyməli oldu . Gunlərdən bəri qoruyub saxladıği bəkarəti parçalandı , şəxsiyyəti, qüruru ezildi . Həmin gece Eyvazın onun boynuna bağladığı beşibiryerdə qizil boyunbaği onun namusuna verilmiş pul sandı ,Ayla qızlığını onun üçün heç bir deyeri olmayan metala satdı istəmədən . Gözlerindən axan yaşları silib Eyvaz :
- Sənə onu unutduracam , inan mənə , biz xoşbəxt olacağıq . Sən mənim qismətim idin , belə də olmalı idi - deyib qucağına aldı , yerə salınmış zər xara yatağına uzatdı . Quş kimi çırpınan qızın , leysan kimi töken göz yaşlarına baxmadan öpüşlerə qerq etdi . Leş görmuş ac quzgun kimi canli ölüyə dönmüş qizin üstünə qondu .
Eyvaz vüsala catarkən , o gecə nə ölümlər arzuladı özünə Ayla . Bir möcüzə gözləyirdi ," kaşkə sən olaydın " deyə pıcıldadığı dodaqlarını Eyvazın dodaqları əmərkən " onu göndərmirsən , nolar barım Əzrayılı hayıma yetir! " deye Allaha yalvarmışdı .
Toyun 7 ci günü Eyvaz şəhədəki evinə getdi . Ayla nə qəder yalvarıb yaxarsa da , onu atasıyla görüşməsini istəsə də , Eyvaz buna imkan vermədi .
- Qoyun quzu burda başına olmaz ki , kim baxacaq bunlara . Otur oturduğun yerdə . Hələ sənin Nurtənin gözünə görünmən düzgün deyil . Səni görsə param - parca edər . Gedim danışım Nurtənle razılığın alım , ordakı tövləmizi böyüdək köç geri dönende gəlim səni də aparım . Axuru böyütməsək olmaz , bu qədər qoyun quzunu hara yerləşdirmək olar ?
- Mən onunla bir evin altında yaşaya bilmərəm .
- Bilirəm , heç o da səni qəbul etməyəcək . Əşrəf ağayla görüşüm , danışım , torpaqlarımızdan bizə yer ayırsın , satarıq qızıllarımızdan bir otaqda olsa tikərik , yuvamızı qurarıq .
- Heç olmasa mənim telefonumu ver barım .
- Neyləyəcəksən telfonu . Bizim burda qadınlar telefon işlətməz . Otur işinlə güçünlə ol .
- Darıxıram burda , nə iş görəcəm ,
- Nə zamana qədər yengəm , Şamama sene heyvan sağacaq ? Gör onlar ne iş görür bax öyren . Men de 1 ay keçməz gələrəm .
...Günləri çox sıxıcı keçirdi . Taleyinə barışıb otursa da üreyinin dərinliklərində hələdə Kənan yaşayır , Kənanla dərdləsir yalqızlığını onun xəyalı ilə dəf edirdi . Atasından heç bir xeberi yox idi . Görəsən atası onun evlendirildiyini bilirmi ? Atasını halı pis idi , görəsən indi necədir .
Bəs Kənan haralardadır . Onun sevgisi bura qədər idi ? Niye bir onu arxasınca gəlmir ? Niyə Türkiyəni ayağa qaldırıb onu axtarıb tapmır . Axı hemişe görüş yerindəki ihlamur ( cöke) ağacına söykənib saçlarını oxşayanda
- Dünyanin harasında olursan ol , əzizim , səni məndən heç kim ala bilməz . Dunyanı bir ovuc edib hər bucağını barmaqlarımın ucu qədər sanıb , hər bucağinda gəzərəm səni . Bizi yalnız ölüm ayıra bilər , eşqim - deyən Kənanım hardadır indi ? Mənim qaçırılmağımı eşidib mənə gəlmirsə evləndirilməyimi heç vaxt qəbul etməyecəkdi. Bumuydu vəfan Kənanım ? Sevgin bura qədərmi idi , ay etibarsız ? Axı mən sənin üçün həyatımı verərdim , sənə elə bir güvenirdim ki ...
Həyat axarı ilə davam edirdi . İstəməsə də həyat onu qabağına qatıb sürükləyirdi . Bu gedişlə hara gedirdi , hayana qedir , nə zamana qədər davam edəcəkdi bilmirdi . Bir onu bilirdi ki , ürəyində itkin düşmüş məhəbbətinin məzarını qazıb , ümüdsuz , boş qalmış əlləri ilə onu dəfn edərək , göz yaşları ilə sulayırdı .
Dörd ay idi orda idi . Şəhərə gedib gelən qadınlardan eşidirdi ki , üzünü görmediyi Nurtən onu asıb kəsir , ərini ona qısqanır . Eşitdiyinə görə Eyvazın evləndiyini eşidəndə , özünü yaylaya verəcəkmiş , Aylanın saçın başın yolacaqmış . Hələ eşidədə ki , Eyvaz Aylanı sevir , Aylanı digər yayla qadınları kimi qoyun quzıya buraxmır , Eyvaz hər şəhərdən yaylaya gedəndə Aylaya geyim , qızıl , nazu - nemət alıb aparır , qısqanclığından çatlayırdı . Bütün bu rəqabət Aylanın vecinə deyildi . Eyvaz nə qədər Aylanın nazını çeksə də Ayla özünü burda artıq kimi görürdü .
Səhər yayladakı qadınlar kimi yuxudan durub tövləyə keçər , qoyunları hələ də sağmağa ürək etməsə də , pəyənin təzəyini kürüyər , qoyunları qabağına qatıb örüşə ötürərdi . Şamamanın sağdığı süddən pendir mayalayar , qatıq çalardı . Təpəliyin aşağısındakı dərə kənarındakı balaca bağcasında əkdiyi tərəvəzləri sulayardı . Bağçasındakı tərəvəzlər böyüdükcə ürəyində yeni arzular baş qaldırırdı . İmkanı olan kimi yaylaya işıq və su çəkdirəcək , heç olmasa buraya ilk növbədə bir hamam tikdirəcəkdi. Eyvazdan istədiyi tək bir şey olmuşdu . Tuvalet ...
- Hardan alım sənə tuvaleti ?
- Heç hardan almaq lazım deyil . Bir çuxur aç üstünə bir çadır at . Utanıram günün günorta çağı kolların dibinə gətməkdən .
- Sənə kim deyir günorta get , işini saxla gecəyə - deyə Eyvaz onunla zarafatlaşıb gülürdü .
Eyvaz şəhərə tez tez gedirdi . Demək olar ki gedəndə Ayla onu toy bayramla yola salar , gələndə ah naləylə qarşılardı . İstəmirdi Eyvaz evə gəlsin . Eyvaz ona qarşı ne qədər diqqetli və mehriban olsa da Ayla hələ də köhnə məhəbbətin havasını başından atmamışdı . Eyvazla barışa bilmirdi . Bütün həyatı alt üst olmuşdu . Bu gün sabah məktəblər açılacaqdı , ikinci kursa gedəçəkdi , Ayla isə yaylaya ilişib qalıb , ömrünü qoyun quzuya həsr edirdi . Eyvazla bu barədə danışanda Eyvaz ciddi və kəskin bir şəkildə qərarını verdi :
- Oxumayacaqsan !
Həyatından bezmişdi . İnad etmeyecəkdi . Taleyinin verdiyi hökmə boyun əyəcəkdi . Kənandan əlini tamamilə üzmüşdü . Kənanın onu itirib axtarmaması bütün ümüdlərini qırmışdı .
Eyvazın ona qarşı mehrıbançılığı işə yaramışdi . Ayla onun ehtirasi qarşisinda şam kimi əriyir , nəvazişi qarşısinda suya dönürdü . Hər gün Kənanı biraz unudur mehrini Eyvaza salırdı .
Atasını dörd ay sonra gördü . Eyvaz onu özüylə yaylaya gətirmişdi . Qızının belə şəraitsiz yerdə yaşadığını görən ata üsyan etdi .
- Mən çiçək kimi qız böyüdüb , bağban kimi nazıyla oynamışam , mənim qızım yaylada yaşamağa layiq deyil .
- Bunu 12 yaşında qızını məndən qaçırdanda fikirləşəcəkdin Kərəm bəy . İndi sənin qızın kuma yox , Nurtənin yerinə xanım idi .
- İndi qızımı burda saxlamaqla mənə cəza verirsən ?
- Ceza vermirəm ama , belli bir zamana qədər , buna qatlanmaq məcburiyyətindəyik .
Kənan gilin başına gələnlərdən Kərəmin xəbəri var idi . Bir neçə defə Kərəm xəstəxanaya getsə də ailəsi , xüsusən de dayısı oğlu onu Kənanla görüşməyə qoymamışdı . Ayladan ona heç bir şey deyə bilməmişdirsə də Səlcuq beylə qızının durumu haqqında danışmışdı . Ondan kömək istəmişdi . Səlcuq bəy Aylanın məhkəmədə ifadə verməsi qarşılığında Səlcuq bəy ona kömək edəcəyini demişdi .
Elə bu səbəbdən idi ki , Kərəm Eyvazı dilə tutub qızını şəhərə aparacağı üçün izin almışdı .
Neçe aydan bəri ilk dəfə idi ki yayladan çıxırdı . Qoyun quzuları qonşuya tapşırıb atası və Eyvazla Ankaraya gedirdi ...
MƏKTUB ( REAL)
7 BÖLÜM
Ankara gözündə gözəlleşmişdi sanki . Havası belə eşq qoxuyurdu . Maşınla kecdiyi her yerde gözlərinin qarşısında bır xatirələr canlanırdı .Ölmüş ümidləri dilə gəlirdi. Fikirləşirdi ki , məhkəmədə Kənanla üz üzü gələcək , ele o məhkəmə salonunda bağıra bağıra Kənandan üzür istəyəcək , onu bu zalım aşirətin pis yuvasından qurtarması üçün ona yalvaracaqdı . Təssüf ki , heç bir şey düşündüyü kimi olmadı . Kənan ondan deyəsen həmişəlik küsüb , məhkəməyə belə gəlməmişdi . AYla Kənanın belə vəfasız olduğunu düşünərkən ağlına gətirə bilməzdi ki , Ayla qapalı məhkəmə salonunda şahidlik edibmiş. Nə olmuş , nəyə şahidlik edirmiş onu da bilmirdi . Sadəcə ona verilən suallara cavab verirdi :
- Qız istəme günü nə baş verdi ? Sən evdən qaçarkən səni kim yaxalayıb təkrar oraya gətirdi ?
Və qabaqcadan Eyvazın və aşirətin onu təhdid edərək öyrətdiklərini təkrarlayıb :
- Bəli , men indi ailəmizin razılığı ilə atamın əmisi oğlu ilə ailə qurmağa hazırlaşıram - demişdi .
"Hazırlaşıram?" Ayla məhkəmə bitəndən sonra elə bil keyi açılmışdı . Verdiyi hər bir ifadə onun özünün əlehinə olduğunu anlayırdı. Bütün hər şey alt üst olmuşdu .
Göz yaşları ilə geri dönürdü Ayla . Atası Ankarada qalmışdı . Eyvazla ikisi qayıdırdı yaylaya . Her kesden uzaqda , gözdən kənarda ilk dəfə idi ki ,Eyvaz Aylayla baş başa qalırdı . O bunu dəyərləndirib , Aylanı özünə bağlamalı ıdi . Qəlbi ürəyi sevgilisindən qirılmış bır qadinın yarasını sarmaqdan gözəl məlhım nə ola bilərdi ki? Maşını yol kənarına çəkib Aylanın əlini ovcuna alıb dodaqlarına apardı . Gözlərini yumub bir müddət beləcə qaldı .Sözə necə başlayacağını götür qoy etdi.
- Nə düşünürsən Ayla ?
Qəfil verilən sualdan qiz diksınıb, əlini ehmalca Eyvazın əlıindən çəkdi .Üzünü yana cevirdi .
- Sultanım məndən küsüb?
- Kimdən küsəcəm, səndən ?
- Yox taleyinden .
- Sanki taleyim üzümə gülüb də , men nankor olmuşam ?
- Amma Allahın yazdığı qismətə naşükürlük edirsən .
- Mən ?
- Bax Ayla ,sən mənim qismətim idin , Hələ 12 yaşindan mənim olmalıydın !
- Sənin ağlın qacıb ? 12 yaşında qız erə gedər ?
- Getməz ama törələrimiz belə istəyirdi .
- Demək, bu qismət Allahın mənə yazdığı qismət deyilmiş , törələrinin əmri imiş .
- İndi nə düşünürsən ?
Doğurdan ,Ayla nə düşünürdü ? Məhkəməyə qədər net bir qərarı vardı , Kənandan kömək istəyəcəkdi . Bəs indi ? Kənanin məhkəməyə gəlməməsi bütün planlarin alt üst etmişdi .Sevinərək getdiyi məhkəmədən geriyə gözü yaşlı qayıdırdı .
Dolmuş gözlərini yumub, göz yaşlarını yanaqları aşağı buraxdı .
Eyvaz onun başını sinəsinə sıxıb saçlarından öpdü .
- Bilirəm səninüçün çətindir . Sevmisən , sevdiyinə güvənmisən . İndi sevdiyin səni belə yarı yolda qoymağı qüruruna ağır gəlir . İnan mənə, bir vəfasız üçün bu qədər göz yaşları tökməyə dəyməz . Daha hər şeyi burax bir kənara . Sən mənə bir ovuc sevgi ver mən sənə qucağımi açım . Unut keçmişi . Hər şey yaxşı olacaq . Vallah . Meni bu vaxta qeder tanımadığına , tanımaq istəmədiyinə peşiman olacaqsan . Səni sevirəm Aylam . Səni sevməmə izin ver.
Ayla kovrəlmişdi , Eyvazın qoynuna sığındı . Nə edəcəyıni bilmirdi . Bu alın yazisi deyilən Eyvaza güvənsinmi , yoxsa məhəbbəti üçün mübarizəmi aparsın bilmirdi . Biraz zamana ehtiyyacı vardı . Belə biz vəziyyətdə sağlam qərar verə bilməyəcəyini lap yaxşı başa düşürdü .
- Nə deyirsen bəlkə elə kənddən cıxmışkən biraz gəzək hə? - deyə Eyvaz maşını Egeyə tərəf cevırdi .
Muğlanın İçmələr plyajına gələndə hava qaralırdı .Yaxınlıqdakı otelə kecib otaq kiraladılar .
Yaylanın şəraitsiz abu havasindan sonra ilk dəfə idi ki , belə rahatlığa qovuşmudu .Aylarla tövlənin bir küncündə ləyəndə çimməyə məhkum olmuş qız , otağın hamaminda böyük vannani görüb tez özünü hamama atmaq istədi .
- Səbrin olsun . Hələ bir gedək qarnımızı doyuraq .
Otelin restoranına gəlib səliqəli , lüks xidməti görüb ozünü yayladakı Aylayla qarşılaşdırırdi . Atası evindəki , ərköyün Ayla ilə yayladakı Ayla arasında nə qədər fərq vardı . Bu bir necə ayın içində Ayla qocalıb əldən düşmüşdü sanki. Bilirdi ki , bu istirahət müvəqqəti idi . Olsun . Yenə də bu günlərin keyfini çixarıb 3 gün də olsa insan kimi yaşamaq istəyirdi . Heç nəyə fikir vermirdi , nə oteldeki qonaqlarin şux geyiminə, nə onlaın kibar davranışlarina . Üç günlük də olsa özü öz aləmində olmaq istəyirdi , elə kənddən geyinib gəldiyi geyimlə , üstünə taxdığı sevmədiyi sarı dəmirlərlə xoşbəxt olmaq istəyirdi, 3 günlük də olsa . Yetər ki, havadan peyin qoxusu gəlməsin , yetər ki, tuvaletə əlində su aparmasin , yetər ki , ləyəndə çimməsin , yetər ki qoyun qoxuyan yorğan döşəkdə yatmasın .
Yeməyi böyük iştahla yeyirdi . Arada Eyvaz qalxıb harasa gedir , otelin işçiləri ilə nəsə danişir , təkrar , masaya qayıdırdı .
Otaqlarina gələnde bütün otaq gül ləçəyinə bürünmüşdü . Gözlərinə inanmırdı Ayla . Belə şeykəri cox xəyal etmişdi . Kənan ilə . Hələ bal ayına gedəcəklərinin xəyalını qurmuşdular da , Kənan onu qucağina alib otağına gətirəcəkdi . Hər tərəf bax belə çiçəklərlə ...
Eyvazın ona toxunuşu qızı xəyallarından qopartdı . Barmaqlarının ucu ilə çiyinlərinə dağılmı saçlarını geri itələyib , boynundan öpdü . Qızın incə belini özünə sıxıb , onu öpüşlərə qərq etdi .
- Canım , sultanım mənim.
İckinin təsırindən özundə deyildi Ayla . Aylanin ayaqlari yerdən üzüldü , Eyvazın qucağında boynundan asılı qalmışdı ,ona təslim olmuşdu . Fikiri xəyali nə qeder Kənanın yaninda olsa da , Eyvazin ehtiraslı öpuşləri , nəvazişləri ağlını başından alırdı Aylanın . Eyvaz heç vaxt ona qarşı qaba və köntöy olmamışdı . Diqqetli idi.Qonşu qadınlara , ərlərindən necə də qorxurdular ,ərləri onlara kölə kimi davranırdi . Amma Eyvaz onunla heç vaxt belə olmadı . Elə Nurtənin də qısqançlıq səbəbi bu idi . Həmişə eşidirdi ki , Nurtən Eyvaza məhz bunu irad tutur .
- Şəhərli qızı Eyvazın ağlın alıb , hələ bir dəfə görmədim ki , Eyvaz özunə bir stəkan çay qoysun , amma Aylanın ayaqlarına su gətirir .
Özü otaqda olsa da fikiri dağınıq idi . Eyvazın onu , soyundurub ləçəklərlə dolu vannaya salıb ,şampunlayıb çimdirməyi de eyninə olmadı . İsti su bədəninə toxunduqca gözləri xumarlanır , şampunlu parça bədənində gəzdikçə ruhu dincəlirdi . Başqa vaxt Eyvazın yatağından qaçan qız bu dəfə bütün vücudunu Eyvaza vermişdi . Çünkü Artıq Kənan yox idi ...
...Sabah yuxudan qalxanda ürəyi ağzina gəlirdi . Nəfəsini içinə çəkib özünü həyətə atdi , yaxınlıqdakı gül kollarunun yanına kecib özünü rahatlatdı .
- Nədır , yoxsa yüklənmisən? - Nurtənin səsi həyəti bürüdü .
Havalar soymuş yaylalardaki camaat şəhərdəki evlərinə dönmüşdü . Eyvaz da Aylanı ata ocağına gətirmişdi . Nurtən də Eyvazla evləndiyi gündən ele burda yaşayırdı . Eyvazgilin böyük külfəti Nurtən kimi Aylaya ögey gözlə baxmırdı . Hamı Aylayla mehriban davranir , hara gedirdisə onu da özləri ilə gəzməyə aparırdılar . Onun bu qonaqda istəməyən biri varsa da, o da Nurtən idi .
- Yoxsa mənimlə bəhsə girmisən qız ?
- Get allah eşqinə , mənimlə işin olmasın !
- Yalanmı deyırəm ? Nurtən Eyvaza üç uşaq doğdu mən niyə doğmayım hə ?
- El çək dedim !
- Ay səni tülkü ! Səni mən yaxşı tanıyıram , bəyimə naz edə edə özunu yamadin ərimə hə ? İndi də istəmirəm deyə deyə boynuna uşaq qoydun ? Nə var , nə var Nurtənin uşaqlarına düşən mal mülkdən it payi mənə də qalsın ?
-Nə uşaq ? Delisən , yoxdur elə şey . Al çax başına varı da mülkü də mənə heç nə lazım deyil .
- Hmm... bu günkü civciv dünənki fərəyə cipildəmək öyrədir .
- Lənətə gələsən şeytan !
- Mənə də gəlmə də , guya bilmirəm də bu qaytarmağının səbəbini ? Üç uşaq doğmuşam ee üç uşaq .
- Səni and verirəm dininə imanına məndən əl çək ! Yoxdur uşaq - muşaq , soyuqlamışam . Olsada doğmaram
- Doğurdan ? - Nurtənin gözləri hiyləgərcə gülümsədi .
-Hə doğurdan .
- Niyə , istəmirsən erin səni çox sevsin ?
- Üç uşaq doğmusan ,ərin səni sevir ?
- Allah sənin bəlanı versin , Allah səni yox etsın - Nurtən səsini ucaldıb qışqırmağa başladı - Sən gələnə qeder sevirdi . Sən gəldin , erimi məndən aldın , yuvamı soyutdun .
- Mən sənin erini almamışam , sənin ərin məni seçib , ərinə sahib çıxsaydin , yer də bilir , göy də bilir , mənim sevdiyim var idi , hələ də onu sevirəm , hələ də onu düşünürəm , hələ də onu gözləyirəm , bilirəm ki bir gün biz qovuşacağıq . Neynirəm sənin ərini , sənin artığınamı qalmışam?..
Üzünə dəyən şillədən yere sərildi . Qaynatası idi. Barmağını Aylaya tərəf silkələyib onu hədələyirdi .
- Bir daha belə kəlmələr eşitsəm səni də onu da yer üzündən silərəm . Bu dəfə asan qurtardı, ayaqlarından oldu , bax sənə axırıncı dəfə deyirəm bu dəfə canın alaram . Sonra demədi demə !
- Nə ? Nə deməkdir bu , Kənan ayaqlarindan olmuş nə demək? Demek,o bunun üçün gələ bilmir , məni ona gorə axtarmır? - Çaşqın çaşqın etrafına baxdi . Nurtən məhəccərin başindan kınayəylə gülərək ona baxırdı . Bütün qonaq ayaqda idi . Baldizlari , eltiləri,qayınları, qaynanası hamı balkonladan pəncərələrdən onlara baxırdı . Kimsə cəsarət edib Aylaya yaxın durmurdu . Aylanın qulaqları küyləşmişdi . Qaynatasının coşaraq danışdığını görürdü , heç nə eşitmirdı , qulaqları tıxanmışdi sanki . Gözləri qaralırdı ...
Gözünü açanda Eyvazı başının üstündə , özünü xəstəxanada gördü .
- Sultanım oyandımı , çox şükür , bir şeyin yoxdur qorxma .
- Noldu mənə ?
- Heç nə olmadı birdənəm ,təyziqin qalxmışdı , həkim normaldır dedi . Hamiləlikdə olur belə şey .
- Hamiləlik ?
Eyvaz gülümsəyərək onun əlini qaldırıb öpdü . Mehriban baxışları ilə onu süzüb :
- Qadınım - dedı . Mənə bu sevinci yaşatdığın üçün çox xoşbəxtəm . Sağol
Aylanın gözlərininin cuxurunda yaşlar gilələndi . Kənana yaxınlaşmaqdan ondan hər gün biraz uzaqlaşırdı . İçindən təssüf dolu bir ah qopdu
- Mən xoşbəxt deyiləm, Eyvaz
- Bax , canımı sıxmaya başlayrsan aa.
- Mən bu uşağı istəmirəm başa düşürsən?
- Axı uşaqsız ailə olmaz !
- Biz ailə deyilik ki .
- Bu nə fikirlərdir düşürsən canım , əlbəttə ki ,ailəyik . Sən mənim sultanım başımın tacısan .
Ayla yerindən sıçırayıb onu geri itələdi :
- Siz məni aldatmısız , mənə yalan demisiz . Egər ayaqları olsaydı Kənan məni axtarardı . Mən deyirəm axı bu səbir Kənanın səbri deyil . Demək dardaymış , demək yaralıymış , mən ona vəfasız çıxdım,mən ...allah mənim min bəlami versin .
- Sus...
- Susmayacam siz məni aldatdız onun yaralı olduğunu mənə demediz - deyib hönkürdü .
Bu vaxt Kərəm içəri girdi . Ayla ağlaya ağlaya üstan edirdi .
- Hələ səni heç bağışlamayacam ata , heç . Sən niyə məndən gizlətdin , hə ata ? Axı niyə Kənanın şikəst olmağını mənə demədin ?
- Sus qızım, qapı doludur adamla , eşidən olacaq .
- Kim eşidir ,eşitsin vecimə deyil . Qorxmuram sənin törəndən . Alt üst bir canım var ,alsınlar. Ata məni sən bədbəxt elədin . Heç zaman sənə evladlıq haqqımı halal etməyəcəm .El çəkin məndən .Əl çəkin - deyərək qışqıranda halı pısləşmişdi Aylanın .
Əslində yatmamışdi . Gözləri yumulu olsa da beynində planlar cızırdı . Burdan qaçmalı idi .
... Gecə yarısı ayağa qalxdı . Üstünə bir şal atıb bayıra çıxdı . Həyətin ortasinda dayanıb qonağa baxdı . Otaqlarin işıqları söndürülmüşdü . Bütün ev ehli yatırdı . Evin yanındakı çardağın altına kecıb taxtın ustundə oturdu . Başını qaldırıb sayrışan ulduzlara baxdı . Elini qarninda gəzdirdi . Cağrılmamış qonaq kimi gəlmişdi körpəsi . Axı bu körpənin günahı nə idi ?
- Mən səni istəmirdim axı , niyə gəldin axı , bilirsənmi gəlişinlə məni Kənanımdan ayırırsan ? Yox əsla buna izin verməyəcəm . Altı aydır ümüdüm qırılmışdı ki, bəlkə də artıq o məni atıb , ama indi bilirəm ki, o məni atmaz , ata bilməz , o məni cox sevirdi . Bilirsən, onunla nələr xəyallar qurmuşduq ? Sən ikimizin uşağımız olacaqdın axı ...
- Ayla ? - Nurtənin səsi onu dıksındırdı . Dönüb baxdi . Nurtənin yanaqlari pörtmüş halda şalına möhkəm möhkəm bürünmüşdü . Qonağin boyük hamamindan gəldiyi bəlliydi .
- Noldu ? Gözünə yuxu getmədimi bəyini yaninda görməyincə ?
- Get Allah eşqinə ağzimi açdirma gecə gecə .
- Hər gecə sənin yatağında olmaz ki , mən də onun xanımıyam axı - edayla gülümsədi - nə qədər köhnəlsəm də hələ ki, canım suludur .
- Tövbə ya rəbbim , bəlanı üstümdən uzaq elə ya rəbbim .
- Bax nə deyəcəm , Ayla bəyimiz hamamdadır , abdestni aldı istərsən keç yanına mənimlə işi bitdi, verirəm sənə, axı sən mənim artığımsan - əyilib Aylanın qulağina pıcıldayınca özündən asili olmayaraq qartal kimi Nürtənin üstünə şığıdı . Islaq saçlarini elinə dolayıb həyətin ortasında sürüdü .
Bütün qonaq Nurtənin səsinə oyanmışdılar .Səsə Eyvaz da gəlib çıxmışdı . Təşviş içində ailə üzvləri onları ayırmağa calışır , eyni zamanda onların bu halına gülürdülər.
- Al götür bu zibillərini , kişi kimi iki arvad arasında özunu çəkiyə qoya bilməyəcəkdinsə niyə evlənirdin deyə atasinin səsi həyəti bürüdü . Bir daha qonağımda belə şeylər eşitmək istəmirəm , bildiz , heç vaxt .
Eyvaz atasının yanında özünü nə qədər tutsa da , atası içəri keçən kimi pıqqıldayıb gülməyə başladı .
Bütün hirsini Nurtəndən çixaran Ayla özü əyləncə hədəfinə çevrilmişdi . Odur kı orda dura bilməyib özünü otağına atıb qapını kilidlədi . Eyvaz nə qeder qapını döydüsə də Ayla qapını açmadı .
Ailə üzvləri Aylanın bu hərəkətini qısqanclıq bilib Nurtənlə , Aylaya söz soxaraq bu iki gününün arasını qizişdırır , iki gününün dalaşıb söyüşmələrini keyflə izləyirdilər . Günləri beləcə Nurtənlə didişməkdə keçirdi .
Daldalığa düşəndə yanına gələn Eyvazı qovan Aylanın Eyvaza qarşı nifrəti günü güdən artırdi
- Sultanım ,mənə naz edirsən , ay mənim tikanlı gülum ?
- Bir daha mənim yanıma gəlmə , mənimlə danışma .
- Niyə ?
- Səndən nifrət edirəm
- Həə ,həə bilirəm nece nifrət etdiyini . Heç şübhəm yoxdur - şaqqanaq çəkib güldü - Nifrətindən məni qısanlrsan eləmi ?
- Nəyini qısqanacam mən ? El çək məndən . Get başımdan .
Nurtənlə aralarındakl münasibətə son qoymalı idi . Amma necə . Heç bir şey planladığı kımı getmirdi . Nə bu ailədən qurtula bilirdi , nə boynundakı uşaqdan. Qonaqda işləyən Əminədən aldığı bitki çayları da bətnindəki uşağı açmırdı . Özünü nə qeder ağır işlərə salsa da elə bil qarnındakı körpə də Aylaya inad yaşayırdı .
Nurtənin onunla münasibətləri onu hədsiz əsəbləşdirir , bunu qısqançliq sanan Eyvaz da ona günü gündən daha çox bağlayırdı . Hamiləliyindən və Nurtənlə davasından sonra demək olardı kı , Eyvaz bir gün də olsun Aylanı tək qoymur , gecələr Nurtənin otağına da getmirdi . Bu da Nurtəni daha da qıcıqlandırdı .
Bir gün Ayla bağaa tərasında oturub dolma bükən Nurtənin yanına gəldi . Masanın başinda dayanıb ona baxdı .
- Nədi ? Nə baxırsan ?
- Sənə acıyıram
- Nəyimə acıyırsan , əsil acınmalı adam sənsən , cıx get işinə gücünə .
- Yerinə olsam sendən qurtulardım .
Nurtən elin saxlayıb tərs tərs Aylaya baxdi .
- Bəs kimi gözləyirsən ? Məndən qurtulmaq üçün senin ölmən lazım . Bu saat əlimdən bir xata çicacaq . Get burdan !
- Yox ölməkdən başqa çarə də var .
- Nə çarə ? Tövbə rəbbim ...
- Qaçmaq
- Kim sen , yoxsa mən ? Ha haa ... güldürmə Allah eşqinə məni . Bura mənim evim , mənim yuvmdır . Mən bu qonağın gəlini , Eyvaz bəyimin xanımıyam . Sən kımsən bəs ? Kuma ! Nə durmusan bəs qaçsana ! Qacarsan sən yəni ?
Ayla başın silkələyib dediyini təsdiq etdi .
- Bəs bu vaxta qeder nə durmusan burda ? Niyə qaçmamısan ?
- Qaça bilməmişəm .
- durub durub indimi qaçmaq sevdasına düşmüsən ? İndən sonra heç qaça bilməyəsən . Bunu yadında saxla ! Bayaqdan şansin vardıysa (Nurtən başıyla Aylanın qarnına işarə etdi ) indən sonra bu şansı itirdin . Səni yaşatmazlar .
- İlk önçə bundan qurtulmam lazım deyib Nurtənin əlinə ayağina döşəndi .
- Qurban olum , mənə kömək elə . Vallah da, billah da mən Eyvazı sevmirəm . Mənim sevdiyim var . Mən onun xəyalı ilə yaşayıram . İnan Allaha and olsun səninlə də heç bir ədavətim yoxdur . Əksinə , sənə və sənin kimi həyatın mənasını ər evində görən, qadınlığını er sevməsədə adı üstündə er olsun deyən məzlum qadınlara yazığım gəlır . Mən burda sizin kimi qadın ola bilmərəm . Mənim qadinliq hədəfım başqadır . Mən sevmək istəyərəm , sevdiyimlə həyəcan yaşamaq istəyirəm . Yoxsa filankəs üç doğdu, mən niyə dördün doğmayım , filankəsin əri arvadına bilərzik aldı, mən niyə burma taxmayım ? Bax verirəm hamısını
Ayla boynundakı zinciri açıb Nurtənin ovcuna basdı :
- Vallah verirəm sənə . Bunu da , bax bunu da
Nurtən eşitdiklərinə caşıb qalmışdi .
- Ay bacı , sən istəmirsən mən burdan gedim ? Xoşun gəlir gedib dövlətə şikayyət edim ki ,məni məcbur qaçırdıb ? Hələ dövlət bilsə ki, hamiləyəm , sənin halın nə olacaq bilirsən ? Bilirsən ki , Eyvaz məndən vaz keçməyəcək , məni itirmək istəməyəcək . Neyləyəcək bilirsən səni boşayıb məni alacaq .
Nurtən əl ayağa düşdü :
- Nə deyirsən sən ağlını qaçırtmısan?
- Əslində ağlını sən işlətsən yaxşi olar . Bax Nurtən , yenə deyirəm mənim seninlə heç bir haqq hesabım yoxdur , mən sənin ərini sevsəydim , 12 yaşımda gələrdim buralara , o vaxtan evlənərdim . O zaman heç sənin tozun da yox idi . Mən sənin yuvanı dağıtmaq istəmirəm , istəmirsən sənin uşaqların bu varidatın varisi olsun ? Al da verirəm sənə , mən sənin yolundan çəkilirəm artıq . Sadəcə səndən mənə kömək etməni istəyirəm . Bunu ancaq səndən istəyə bilərəm . Çünkü mənim burdan getməmi səndən başqa heç kim istəmir .
- Bəs qarnındakı ? Eyvaz , törə onu sənə buraxacaqmı ?
Onu mənə burax , mən bu uşağın sevdiyimdən olmasını istəyirdim , başqasının uşağı mənə lazım deyil , şəhərə geden kimi aldıracam .
O gün bu gün idi , həmin gün ki , Kənan əməliyyata girərkən Ayla hardansa peyda olmuşdu , başina gələnləri ,Kənana deməsə də Səlcuq bəyə danışmışdı . Səlcuq bəy onu dövlətə təslim edərək sığınma mərkəzinə teslim etmişdi . O zaman Ayla 12 həftəlik hamiləydi ...
Davamı var ...
MƏKTUB ( REAL)
YAZAR: Feride Acarakcay
8 BOLÜM
Ankaraya ilk gəldiyi gün en yaxın rəfiqəsi , Betül gilə yerləşdi . Özüylə gətirdiyi qızıllardan satıb Betülün anasina dolanışıq üçün pul verdi . Betül bu puldan imtina etsə də , anasının gözü Aylanin əlində idi .
- Nə demək canım , axır kı ,mən də burda müvəqqəti sizinlə yaşayacam , ev tapıb köcənə qeder dolanışığımızı təmin etmək lazım . Ya sənin cibin, ya mənim . Nə fərq eder . Məndə olmayanda sən , səndə olmayanda mən ...
- Sən o zaman pulunu dağıtma , bilirsən ki , ev tutmaq burda çox çətindir .
- Hə bilirəm .
Betül ilə nə qeder səmimi olsalar da anası ilə o qeder də məsafəli idi . Daha doğrusu qadının onu sevmədiyini görürdü . Betülün yanında özünü Ayladan məmun göstərsə də , Ayla ona pul vermədiyi günü Ayladan üz çevirirdi . Ayla gələndən evin bütün xalı xalcasını töküb ona yudurdurdu . Bəzən elə yorulurdu ki , Betül işdən gələndə sevdiyı refiqəsiylə söhbətləşməyə belə halı olmurdu . Dəfələrlə atasının evinə getmək istəsə də atasına qarşi ürəyində bir kin qaynayırdı . Həm də atasının evi etibarlı yer deyildi . Bilirdi ki , Eyvaz onu ordan tapıb aparacaq .
Qızıllarından satıb defələrlə uşağını aldırmaq istəsə də buna ürək etməmişdi . Abort masasına çıxdığında bədəninə bir üşütmə gəlmiş, vicdanı tutub onu silkələmişdi . Divardan asılmış , gülümsəyən uşaq şəkili urəyindəki mərhəmət qapısını döyürdü. Uşağını aldırmadan , həkimindən üzür istəyərək gözlərinin yaşı ilə geri dönmüşdü Ayla .
-Ay qız bu gün , sabah uşağın doğulanda nəylə baxacaqsan ona ? Abort etsəydin ,rahat iş tapıb ışləyərdin, gəncsən ,gözəlsən ,bırin tabıb gedersən .
- Mən bir daha evlənməyi düşünmürəm . Oturub uşağımı böyüdüb ona baxacam . Oxuyub özüm öz ayaqlarımın üstündə dayanacam .
- Nə gözəldir qyrduğun xəyallar . Qarnın şişəndə səni kim alacaq işə ? Bəs doğanda kim baxacaq uşağına ,süd əmər uşaqla necə işləyəsən ? Sənə mən evimdə yer verdim , amma qüsura baxma uşağına da dayəlik edə bilmərəm . Həm bu dəyirmanın suyu hardan gəlir ? Ogurlayıb gətirdiyin pullar bitəndə neyləyəcəksən ?
- Mən oğurluq etməmişən , toydan ərimdən mənə qalan qızıllardır , satıram
- Ooohh nə yaxşıdır erin verdiyi hədiyələr . Amma sözün götürüb oturmaq pisdir ?
Onsuz da nə desə də Ayla bu arvada qılıqlana bilməyəcəyini bilirdi .
- Tez bir zamanda ev tapsan sevinərəm . Yoxsa sağa sola dağıtmaqla sən ... ooo- hhooo çətin ev taparsan - Ayla otağına çəkılib qapını bağlasa da qapının arxasından hələ də arvad danışırdı .
Betülün anasinin dırdırından evdən qacaq düşmüşdü . Sabah evdən çıxar , axşam Betül gələnə qeder parklarda bir simitlə dolaşardı . Neçə yerə iş üçün baxmışdı , gənc və gözəl olduğu üçün iş təklifi cox olurdu . Dı gəl ki , işləməyə umkan versələr ...
Nəhayyət bir gün evdən çıxıb , Səlcuq bəyin ofisinəgetməyi planladi . Gəlib , katibə qızdan Səlcuq bəyi soruşdü . Orda deyildi . Oturub uzun zaman gözlədi . Gözləməkdən yorulub ayağa qalxmışdı ki, Səlcuq bəy qapıdan içəri girdi . Qarşısında Aylanı görünçə çox təccübləndi . Onu kabinetinə dəvət edib , katibəsindən elüstü bir şeylər hazırlamasını istədi . Masaya gələn qalyanaltıdan sonra Səlcuq Aylanı dinlədi . Qızın başına gələnlər ona ürək ağrısı verirdi . Masa qurulu qalmışdı . Nə Göz yaşına boğulmuş Ayla , nə də Selcuq bəy ağızlarına loxma qoya bılmırdılər .
- Xaiş edirəm Səlcuq bəy , sizi hər zaman özümə boyük bildim , elə belə bildiyim üçün də sizin qapınıza gəldim . Bilirəm bəlkə də ailənizin başina mənim üzümdən gələn hadisələrdən yana mənə hirslisiz , amma sizdən çarəsiz bir ana kimi ( əlini qarnına qoydu ) təvəqqe edirəm , mənə kömək edin , balamin da mənim kimi onlarin elində olmasına izin verməyin -deye ondan kömək istədi.
Bu qızın ucbatlndan başlarına gəlməyən qalmamışdı . HƏm qızın çarəsizlıyi , bir tərəfdən də Kənanın "Ayla" deyıb zar zar zarıması Səlcuq bəyin ürəyinə rəhm salmışdı . Bır gecə xəstəxanadan əl ayaq yığışandan sonra Səlcuq bəy Aylanı özüylə xəstəxanaya gətirdi . Bu elə həmin gün idi ki , Kənan əməliyyata gırəcəkdi .
Aylanın gəlişi Kənana məlhəm kimi olmuşdu , iştahı açılmış , üzü gülür , həyata inamı artırdı . Bu da Səlcuğu sevindirurdi . Kənan Aylanın bütün günü yanında qalmasını istəsə də , Səlcuq onunla razılaşmadı :
- Olmaz oğlum , dayın oğlu Ayladan xəbər tutsa onu dünyadan sılər . Atasının ölümündə bilirsən Aylanı günahkar tutur. Yazıq qiz yağmurdan çıxıb yağmura düşər .
Atası iıə razılaşan Kənan atasından Aylaya destək və kömək etməsi üçün rica etdi .
Evdən hər axşam gedib , gecə evə dönməsi Betülün anasını şübhəyə salmişdi
- Betül , qız , yüz faiz bu qiz gecələr biri ilə görüşür
- Hardan çıxdı bu ana ?
- Bütün gün evdə , ova cıxan ovcular kimi axşam çixir gecə yarı gəlir , kəsinliklə belədir .
- Yox belə bir şey ana - Betül anasina Aylanın hər axşam Kənanla görüşməsini demək istəmirdi . Bilirdi ki , anası bilsə ki , Aylanın gedəcək yeri var , onu evdən çıxaracaqdı .
- Necə yox ? Bunu gətirdiyi bu pullar bitmədi ? Hardadır bu bulağın suyu ? Mütləq ya bunu saxlayan var , ya da bədənin satır .
- Sus ana ! Allah qorusun , bu nə sözlərdir deyirsən .
Cox keçmədi ki , qadın qonşuların dilindən yalanlar uyduraraq Aylanı qaralamağa başladı .
- Keçən gün Ayşə Aylanı masından enəndə görüb ,
- Nolsun maşın minmək üçün deyilmi ana ? Mən də gündə bir maşınla gəlirəm .
- Yox ee elə deyil , sən başqa o başqa . Sən işləyirsən axi , məcbur minəcəksən . Maşını olan dostların, tanışların var . Normaldı . Bəs bunu kimi var ?
- Ey ana , bəsdir də !..
- Hə onu deyəcəkdim ee ..Sözümü kəsdin . Hə o gün də baqqaldan bir şeylər alıb pulunu bizim Həsənə ödətdirib , bu xəbəri arvadı eşidib , hücum çəkib bizə . Allahindan Ayla evdə yox idi, yoxsa məhəllədə sürüyəcəkdi .
- Ana Ayla Həsənə yalvarmayıb ki , mənim pulumu ver . Ayla saqqiz , şakalad , çörək alıbmış , Həsən də ordaymış , qohum olduğu üçün bizə hörmət Aylanın aldıgı şeylərin pulunu da verib . Xəbərim var , gələn kimi Ayla mənə dedi ki , sonra səhv başa düşülməsin .
- Nəysə onu keç ! Hec xəbərin var ? Əminənin torunu bizim turkselçimiz var ee, nədi o cavan oğlan - elini başına qoyub bir yalan uydurmağa çalışdı - nəysə onunla Aylanı kömürlüyə girən görüb , uşaq gedib onları güdüb , nə görsə yaxşıdır ? Ooyy Allah babalı deyənlərin boynuna ... - Qulaqların dartıb davam etdi .
- Kişş Kişşş . Qulaqlara qurğuşun ... eşitdim əlim ayağım yerdən göydən üzüldü . Ay qızım məhəlləyə cıxa bilmirəm utandiğımdan . Sən sabah gedib, axşam gəlirsən bu da girib tülkü donuna , özün ələ vermir ...
Günü gündən qarni böyüyən qızın hamilə olduğunu öyrənən Səlcuq bu dəfə əl ayağa düşdü . Bilirdi ki , nə Eyvaz nə Eyvazin nəsili , bu uşağa görə , Ayladan əl çəkməyəcək , oğlu Aylanın uşağını qəbul etsə də ,onunla evlənsə də , aşirət onun oğluna rahatçilıq verməyəcəkdi . Odur ki , ilk olaraq xəstəxanada oğlunun üzərində nəzarəti artıraraq oğlu ilə Aylanın görüşməsinə əngəl oldu . Tez tez əməlıyyatlar olunaraq müalicə görən Kənan gələcəyə ümüdlə baxırdı . Aylası onu belə qəbul edibsə o da bütün ömrünü ona vermezdimi ? Hələ də saf duyğuların qoynunda üzürdü Kənan , daha pərdə arxasında nələr baş verir xəbəri belə yox idi .
Səlcuq Aylanı sığınma evinə yerləşdirib həyatını güvənə almışdı . Aylaya bura rahat idi . Ən azindan daha Betülün anasının sözünü götürmürdü . Burda onu anlayan pisixoloqlar , derdini bolüşəcək dərd ortaqları var idi . Ayla burda elə derdli qadınlarla tanış olmuşdu ki , onlarin tale yollarını o qeder keşməkeşli görürdü ki , oz dərdinə şükür edirdi .
Eyvazın işləri ilə əlaqədar , fürsətdən istifadə edən Nurtən , əmisi oğlunun əliylə Aylanı gecəylə saraydan qaçirtmışdı . Emisi oğlu onu bir yük maşini ilə Ankaraya yola salıb kəndə qayıtdı . Aylanın yoxa çıxma xəbərini eşidən Eyvaz bütün işlərini kənara atib , Ankaraya Kərəmin yanına gəldi . Aylanı bütün hər yerdə axtarırdılar . Və 3 ay sonra anonim telefondan Aylanın sığınma mərkəzində olduğunu öyrəndilər. Onun sığınma evində olduğunu isə onlara Səlcuq gizlin xəbər vermişdi .
Selcuq oğlunu sakitləşdirməyə çalışırdı :
- Oğlum , o hamiləydi . Onu və uşağını heç kim sənə verməzdi , o qızın üzündən başımıza gəlməyən qalmadı .
- Onu sən verdin onlara deyilmi , ata, sən verdin , bilirəm sən verdin
- Sakit ol oğlum , həyatım . Mən səni də itirmək istəmirəm , canım oğlum .
- Sən məni başa düşmürsən ata , mən onu nə qeder sevdiyimi bilmirsən . Sevsən heç vaxt Aylanı onlara verməzdin . Guya mənə canın yanır da. Siz mənim şikəstliyimdən istifadə edib , Aylanı onlara verdiz , mən sağlam olsaydım onu vererdimmı heç ? Bir bunu düşündünmü ki , "oğlum Aylanı vererdimi , o qansızlara " ehh ata , sənə güvənmişdim . Sən də məni vurdun . Onun bır telini də vermezdim onlara - Deyərək kəsik ayaqlarına divan tuturdu .
Eyvaz Aylanı böyük çətinliklə , sığınma evindən alıb geri dönmüşdü . Ayla sarayda ev dustağı olmuşdu . Ankaradan Şırnağa gətirilən günü qapını bağlayıb onu içəri salan Eyvaz ilk defə onu elə bir döydü ki, bütün saray ehli toplansa da onu Eyvazın elindən ala bilmədi . Ayla xəstəxanaliq oldu . 6 aylıq uşağnin düşmə təhlükəsi yarandı . Həkimlərin səyi nəticəsində bu təhlükə aradan qaldırıldi .
Aylanın bir oğlu olmuşdu . Lakin nə Ayla əvvəlki Ayla idi , nə də Eyvaz həminki Eyvaz idi . Eyvaz daha onun nazıyla oynamır , əksinə Ankaraya qaçmasını hər gün səbəb gətirərək onu döyür, onu təhqir edirdi .
Eyvazın Ayla ilə bu münasibətləri Nurtənin oduna su səpmişdi . Aylaya bu evde bir kölə kimi baxır , onu hər işə yüyürtürdü . Eyvaz daha Aylanın yanında gecələmirdi . Ərinin Aylaya qarşı bu soyuqluğundan istifadə eden Nurtən bütün işvəsini işə salıb Eyvazın qılığına girmişdi . Eyvazın ona aldığı hədıyələri Aylanın gözləri qarşısına tutaraq atmacalarla ona yandıq verirdi . Aylanın isə dünya vecınə deyildi .
NUrtən əsil ev xanımı olmuşdu , Ayla onun köləsi . Yay olanda Aylanı qoyun quzu ilə yaylaya göndərirdilər , Ayla bütün evin ağır işlərini görürdü .
Oğlu da dünyaya gəlmişdi . Nigahı olmadığı üçün doğuşu evdə oldu . Cox qan itirmiş Ayla bir müddət sonra özünü toparladı . Yarım doğulmuş uşaq isə Nurtənlə bərabər xəstəxanaya yerləsdirildi . Elə o vaxtdan balaca Yavuzu Nurtənin üstünə yazdilar . Bütün sənətlərdə Yavuz Nurtənin oğlu olaraq keçirdi . Eyvaz oğlu ilə ana arasına da məsafə qoymuşdu . Uşağın təlim tərbiyyəsi ilə bacıları , anası və Nurtən məşgul olurdu .
Günlər həftələri , həftələr ayları , aylar illəri əvəz etdikcə Ayla Kənanı demək olar ki ,tamami ilə unutmuşdu . Buna məcbur idi . Hər inad etdikdə , hər Kənanın adını çəkdikcə , Eyvaz o qeder vəhşiləşirdi . Aylanın Eyvaza qarşı nifrəti günü gündən böyüyürdü . Ona elə bir nifrət edirdi ki , onu həyatında görmədiyi bir zərbəylə vuracağını qarşisina məqsəd qoyub and içmişdi .
Heç bir ana oğlundan vaz keçməzdi . O da Yavuzundan keçmək istəmirdi ,və keçməyəcəkdi . Oğlunun 8 yaşı vardı , lakın o hələ də Nurtəni ana , Aylanı isə dayəsi , və ya ailənin bir üzvü kimi bilirdi . Aylarla yaylada qalan Aylanı demək olardı ki , uşaq tamami ilə unudurdu . Ayla taleyin bu sərt oyununa oynasa da oglunun belə böyüməsini Eyvaza bağışlaya bilmirdi . Ona vura biləcəyi en acı zərbəni planlayırdı . Və bir gün bu planı həyata keçirməyə başladı ...
Yayladan əl ayaq yığışıb köç geri dönmüşdü . Payızın son günləri idi . Birazdan qara qış qapını kəsəcəkdi . Hələ evin odun tədarükü görülməmişdi . Evin bütün qulluqculari yaylada olduğundan odun , kömür işləri hər zamankı kimi payızın sonlarına qalırdı . Bəlli ki , Ayla evin gəlini olsa da qonağın bütün işləri ona tapşırılmışdı . O evin bütün işlərinə nəzarət edir , bir eskiyi olanda adamlarini ora bura yollayırdı . İşçiləri və qonağı o idarə edirdi .
Bu il bərəkətli gəlmişdi . Sarayın ətrafındakı üzüm bağları başlarını yere qəder əyirdi . Səbəti qoluna taxıb Yavuzu hayladı :
- Yavuz , gəl anasının quzusu , gəl ömrüm gedək üzüm toplayaq
- Getmicəm
- Niyə oğlum ? Gəl canım - Ayla ehtiyyatla oğluna tərəf addımladı .
- Bir baş başa qalaq ana bala . Söhbətləşək , dərdləşək .
- Sən mənim anam deyilsən .
Nəfəsi tıncıxmiş Ayla bacardığı qədər oğluyla səbirlə danışmaq istəyirdi .
- Axı biz bunu dəfələrlə danışmışıq oğlum . Sən mənim oğlumsan Nurtən sənin ögey anandır , səni dünyaya gətirib doğan isə mən .
- Sən namussuzsan , atama xəyanət etmisən , mən sənə ana deyə bilmərəm .
- Bu hardan çıxdı ? Nə xəyanəti ?
- Sən mənə hamilə olanda sevgilinlə qaçmışdın . Məni ailəmdən , atamdan ayırmaq istəmişdin . Sən ailəmizin namusunu tapdalamısan !
- Kim dedi bunları sənə ?
- Nurtən anam .
Elə bil beyninə qan sızdı . Bu sarayda egər yaşayırdısa Yavuz üçün yaşayırdı . Ama oğlunu anasına qarşı bu şəkildə doldurulmasına dözə bilməzdi . Oğlunun əlindən tutub qışqırdı :
- Gəl !
- Ana məni qorxudursan !
- Qorxma oğlum , indi mən sənə sübut edəcəm bütün ailənin içində ki , mənim burdan qaçmağıma kim kömək edib . Mən sevgilimləmi qaçmısam, yoxsa başımı alıbmı qaçmışam ?
Ayla Yavuzu darta - darta piləkənləri yuxarı çıxdı . Piləkənin başında dayanıb bir an nəfəsini dərib, etrafa baxdı . Təngənəfəs olmuşdu . Dünya gözündə qaralırdı . Özünü toparlayıb qartal kımı irəli şığıdı .
Qapını açarkən qapıda tanımadığı bır kışıylə toqquşdu . Başındakı yaylığı sürüşüb boynuna düşdü , ipək saçları üzünə dağıldı . Zərbənin təsirindən əlindəki səbət düşəcəkdi ki, adam əl atıb səbətı havada qapdı . Səbəti Aylaya uzatdı , iki cüt gözlər baxışdı : bir cüt gözdə həyat eşqi , o biri cüt gözdə nifrət vardı . Hədəqəsindən çıxıb qızarmış yaşıl gözlər nifrət dolu baxışlarla , qara gözlü , süzgün, gülümsər gözlü , esmər bənizli bu adamdan üzür istədi . Qara gözlər süzüldü , gülümsünüb üzrü qebul etdi .
- Baba , qoyma baba - Yavuz qorxudan qışqırdı .
- Nolub ay gəlin , biraz sakit olun , qonaqdan ayıbdır !- Qaynatasının sesını eşidib tez özünü toparladı . Yaylığını başına çəkib adamın üzünə baxaraq üz ifadəsini dəyişdi . Mehribanca gülümsündü :
- Bağışlayın, bilmədən oldu .
- Eybi yox olan işdi , buyurun .
- Evdə qonaq olduğunu bilmirdim , sizi narahat etməyim . Mən sonra ...
- Yox yox , mən də çıxırdım elə . Buyurun keçin !
Ayla yana çəkilib , başın aşağı saldı . Bura adamına oxşamayan kübar adama yol verdi . Kişi bayıra çıxan kimi , Ayla qapini çəkib qaynatasının üstünə od püskürdü .
- Bu nə deməkdir ata ? Məni məcbur evinizə gəlin etməyiniz bəs deyildi , həyatımı gələcəyimi elimdən almağınız bəs deyil , indi de tək oğluma əl qoymusuz ? Mənə böhtanlar atıb namussuz adıyla oglumun beynin yuyursuz ? Bir onu görməyəcəksiz ,mən buna heç zaman icazə verməyəcəm .
- Cox danışmağa başladın aa sen !
- Burama qeder gəldi ata , daha dözə bilmirəm , bax bura qeder yığıldım artıq , heç bir quvvə , nə olur olsun oğlumu məndən ala bilməz , başa düşürsüz , o gün mən bu saraydan necə qaçmışdım , kimlə qaçmışdım , kim kömək etmişdi mənə çağir o gülməşəkər gəlinini özü desin . Mənə qaralar yaxmaqla heç kim oğlumu məndən ala bilməz , bildinizmi heç kim ...
- Yetəər !
- Yetməz , açın qulağınızı eşidin , mən Yavuzun anasıyam , Nurtən bu uşağa nə qeder sahiblənsə də qoy hamı qulağını açıb eşitsin - Qapını açıb bayıra çıxdı , var sesiyə qışqırdı . Eşidirsiz , Nurtən xanım , Eyvaz bəy , məni nə qeder bu qonaqda kiçiltsəniz də , oğlumun yanında heç zaman kiçildə bilməyəcəksiz , o mənim oğlumdur , bunu hamı bilsın və belə də qəbul eləsin . Nə qədər qara yaxsanız da bir gün oğlum anasının başına gələnləri bilib tək tək sizdən qisas alacaqdir . Çünkü o mənim oğlumdur . Mənim oğlum mənə güvənəcək , mənə inanancaqdır . Yavuzun anası mənəm Nurtən yox ...
Darvazadan çıxmağa hazırlaşan adam da ayaq saxlayıb bu üsyankar qadına baxırdı ...
2 ay əvvəl .
- Ata , bilirsən də İstanbuldan iş adamları gəlib , yaxınlıqdakı kömür yataqlarını araşdırırlar . Əraziyə çoxlu iş qüvvəsi , makinalar cəlb edilib .
- Hə , elə deyirlər .
- Keçən gun Mithat beylə görüşdüm
- Mithat bəy ?
-Eyyub ağanın qardaşı oğlu .
- Eee ?
- Deyır İstanbuldan Eyyubun böyük oğlu Boran gəlir , burda yataqxanalar , qonaq evləri tikməyi düşünür .
- Neynir bu müharibədə , davada turistmi çəkəcək buraya ?
- Yox ata , mədənlərdə işləyənlərə barikatlar və bu mədənlərə gələn qonaqlara otel tikəcək .
- Başa düşdüm . Nə deyim , xeyirli olsun .
- Amma bir şey var ata !
- Nə ?
- Bilirsən , bu yataqlarin bir qismi bizim bir də Əşrəf ağanın ərazisinə yaxindir .
- Nolsun ki ?
- O olsun ki, bunlar da həmin yataqlara yaxın bir yerdə məkan qurmaq istəyirlər .
- Deyirsən indi durub onlara torpaq verək ?
- Yoox niyə veririk ki , əla qiymətə sata da bilərik , tikdiyi otelə şərik də ola bilərik . Beləliklə, vaxtı ilə Əşrəf bəyin Eyyub ağayla planladığı ortaqlığı bız həyata keçirib , böyük bir sərvətin üstünə qonacağıq .
- Səni bu sərvətə qonaq edəcəyıni fikirləşirsən ?
- Qonaq etməyəcək , biz yavaş yavaş bu servəti əməcəyik .
- Sən nə danışırsan ? Elə bilirsən bura senin mənim qara qaşına gözünə vurulub gəlib o Boran ?
- Ata hər nəyə gəlibsə , Əşrəf ağa bu yağlı tikəni əldən cıxartmaz , Egər Boranın belə iş quracağını bilsə mənim planladığım planı o ortaya qoyacaq , atasıyla eləyə bilmədiyi sövdələşməni , Boranla edecək . Kim durar Əşrəf ağanın qarşısında .
- Bilmirəm oğlum . Belə bir söhbət varsa əgər, ilk xəbər tutan Əşrəf ağa olar . Mithat niyə Boranın bura neyçün gəldiyini Əşrəf ağaya yox sənə deyib ? Nəsə biraz müammalı gəlir bu iş mənə - Saqqalını yola yola düşündü :
- Sənə Boranın gəlməsini Mithatmı dedi ?
- Hə
- Bəs bu fikiri sənin ağlina kim saldı ?
- Mithat ... nə dəxli var ki ?
- Niyə belə bir plani boyuk qardaşın Murad iş adamı ola ola , ona yox məhz sənə təklif etdi ? Halbu kı, həmin erazilərin çox böyük hissəsi Muradin ixtiyarındadir .
Eyvaz düşündü .
- Oğlum, bu bir plan olmasın ?
- Nə plan ?
- Burda qan davası unudulmur bilirsən , illər keçdikcə biri gəlib qisas alacaqdır .
- Mənim Boranla nə qan davam var ata?
- Bəlkə atasının ölümünü səndən bilir ?
Eyvaz yerinde qurcalandı :
- Yox ele şey , o məsələ necə var elecə də bağlanıb , Hamı Eyyub ağanın ayrandan zəhərləndiyini bilir .
- Oğlum bura Şırnakdır , bilisən deyılmi ? Burda heç bir qəfıl olüm səbəbsiz olmur ,əgər şübhə varsa qanı yerdə qalmır .
Eyvaz düşunürdü .
- Sən yenə də ehtiyyatlı ol .
Boran Eyyub ağanın böyük oğlu idi . 14 yaşindan Eyyub ağa oğlunu İstanbula yollamış , onu orda oxutmuş , məktəbi , unversiteti bitirəndən sonra onu ordaki şirkətlərindən birinin başina qoymuşdu . Eyyub ağanın ölüm xəbərini alanda Boran unversiteti bitirib yenicə esgərliyə getmişdi . Atasının vaxtsız olümü onu sarsıtmışdı . Anası xərcənkdən ölmüşdü . Anası öləndə hec bu qeder yanmamışdı . Hami bilirdi ki , xəstədir və bu canı Allah alıb , amma atasının ölümünü həzm ede bilmirdi . Dağ kımı , şanlı şöhrətli bır adam bir uşağin verdiyi ayrana qurban gedə bilməzdi . Burda mütləq bir iş var idi .
Əsgərlikdən gələndən sonra , şirkətin başına keçən Boran bu işin arxasına da düşdü . Atasının Əşrəf ağayla torpaqlarını birləşdirib , böyük ekinçilik sahəsi yaratmaq üçün imzaladıqları sazişlər Boran üçün ipucu kimi görsənirdi . Qalırdı kələfi çözmək ...
O zaman Eyyub ağa Borandan başqa o bırı oğlunu da oxumaq üçün İstanbula yollamışdı . Digər iki qizlarini isə az yaşlı olmasina baxmayaraq , şəhərin şanlı - hörmətli aılələrınə gəlin etmişdi . Beləliklə malikanəsində tək yaşayan Eyyub aga arvadinin ölümündən 3 ay sonra evlənməyə qərar verir . Buna məcbur idi , həm ona qulaq yoldaşı həm də xestə yatalaq anasının qulluğunda dura biləcək bir gəlin də lazım idi . Bu xəbəri eşidən Əşrəf ağanın əlinə fürsət düşür . 19 yaşli qardaşının nəvəsi olan Aylanı Eyyub bəyə vererək , Eyyubdan ikinci xanim sayılacaq Aylanın hissəsinə düşən malları öz torpaqları ilə birləşdirmək qerarına gəlir . Aylanı Eyyubla evləndirmək qarşılığında Eyyubdan böyük bır ərazi alır və Aylaya düşən torpaqlarin da gəlirinin 50 faizini Eyyub ağadan istəyir . Eyyub ağa razılaşınca ısə notarusa gederek bu razılaşma üçün müqaviləyə imza atırlar . Beləliklə həm Ayla həm də Əşrəf ağa Ayla heç Eyyub ağanın arvadı belə olmadan böyük sərvətə sahib oldu . Aylanın bu müqavilədən heç xəbəri belə yox idi . Servətə sahib olsa da ozu ər evinin köləsi idi .
İş həyatında güclənən Boran atasından qalan sərvəti , bacı qardaşları arasında bölməyə qərara aldi və bu məqsədlə , kiçik qardaşı və şirkətin vəkilini yanına çağırıb sənədləşmə işıərinə başladı .
Cox keçmədi ki , vəkil əlindi dəlillərlə gəlib Eşref ağayla , Eyyub ağa arasındakı razılaşmanı Borana başa saldı . Atasından qalan sərvətin yarısı əllərindən getmişdi .
Belə çıxır ki , Əşrəf ağa anlaşmadan sonra gənc qardaşı nəvəsıni Eyyuba verməkdən vaz keçmiş , və onu öldürməklə , bu məsələni birdəfəmlik bağlamaq istəmişdi .
Və təbii ki , bu Boranın şübhələri idi . Əsil yaşananlardan isə nə Boranın nə da qardaş bacılarının xəbərı yox idi . Boran atası ilə Əşrəf ağa ilə bağladığı müqaviləni ipin ucu bilərək , atasını hansı məqsədlə , kim öldürdüyünü qarşısına məqsəd qoyaraq çözməyə qerar verdi . Elə bu məqsədlə də Şırnaqda iş quraraq oraya köçməyi düşünürdü . Kömür yataqlarından birinin sahibi ilə ortaq olub orda işçilər və qonaqlar üçün yataqxana və otel inşa edecəkdi . Beləliklə , öz məmləkətində iş dünyasına qedem basacaqdı .
Boran əmisi oğlu Mithatla İstanbulda görüşüb planlarini ona danışdı :
- Şırnakdakı işin başina Əşrəf ağayla kecməliyəm .
- Əşrəf ağa ayıq adamdır , inanmıram ki , atandan sonra sizinlə bu işə qol qoya .
- Mən bilmirəm Mithat , nə olur olsun, nəyın bahasına olur olsun , mən bu ailənin içinə sızmalıyam .
Mithat Eyvazla rastlaşanda ilk ağlına gələn ortaq elə Eyvaz oldu . Elə bu məqsədlə ona bu işi təklif etdi . Bu xəbər Boranın ürəyincə olacaqdi . Axi Eyvazin arvadı Ayla məhrum Eyyub ağanın talehsız arvadı olub !
Eyvaz Mithatın bu təklifini qənimət bılərək atasını bu işə razı saldı .atası razılaşdı ,amma bu şərtlə ki Mustafa ağa - Eyvazın atası özü Borana şərik olacaq . Mithat bu xəbəri Borana verendə Boran bu ailəni yaxından tanımaq istədi . MUstafa ağanın ona torpaqları qarşılığında ortaqlıq təklif edendə , biraz düşündü , araşdırdi , bu Mustafa ağa kimdir , nəçidir ? Biraz arayışdan sonra məlum oldu ki , Mustafa ağa Aylanın indiki qaynatası ımış . Bu onun üçün bir şans idi . Qisas almaq üçün bu ailənin içinə sızmaqdan gözəl fürsət ola bilməzdi .
Elə Ayla dəliyə döndüyü gün də Mustafa ağayla danışmağa gəlmişdi . Danışıqlardan məmun qalan Boran çıxışda Ayla ilə qaynatası arasında baş verenlərlə əhvalını pozmaq istəmədi . Getmək istəsə də tanımadığı bu qadının üsyanı onu yolundan saxladı , o zaman xəbəri yox idi ki, bu qadin 8- 9 il bundan əvvəl , atasının evləndiyi qız Ayla idi .
- Mən sizi ötürüm - evin kahyasının səsi , Boran ağanı hərəkətə gətirdi . Boran ağa bir gozu Ayla ilə Mustafa ağada , bir gözü kahyada darvazadan bayıra çıxdı :
- Mehti ?
- Buyur ağam !
- Nolub görəsən orda ?
- Ailə məsələsidir ağam .
- Bəs o xanım kimdir ?
- Eyvaz ağamın ikinci xanimidir, ağam
- Dayan hələ , beynim qarışdı . Eyvaz iki evlimi ?
- Xəbəriniz yoxdurmu ağam ? Bizim bu Ayla xanım atanız Eyyub ağamla evlənmişdi axı , yadınızda deyıl ?
- Hə ,mən o zaman əsgərlikdəydim , toya gələ bilməmişdim .
- Hə , hə düz deyirsiz ,ağam . İndi yadıma düşdü . Siz o zaman əsgər idiz .
Ayla Yavuzu da götürüb otağına çəkildi . Oğlu ilə danişib aralarındakı uçrumu yıxmağa calışırdı .
- Ana mənə düzün de . Sən atama xəyanət etmisən ?
- Yox oğlum , Vaĺahi de yox billahi də yox .
- AXı Nurtən anam ...
- Nurtən sənin anan deyil . Sənin anan mənəm - deyib sərt şəkildə oğlunun sözün kəsdi . Anasının sert danışmasından qorxan uşaq sözünü yarım kəsdi . Ayla oğluna qarşı etdiyi qabalıqdan utanib onun ellərini ovcuna alıb öpdü . Daha mulayim şəkildə :
- Sən axı uşaqsan . Bəzi şeyləri mən səninlə danışa bilmirəm . Biraz böyü . Hər şeyi özün başa düşəcəksən . Mən bura necə gəlmişəm , məni bu evə necə gəlin ediblər , mən bu evdən niyə qaçmışam . Hamısını bir bir danışacam sənə .
Uşaq çaş baş anasına qulaq asırdı .
- Bax oğlum bayaq dedim , yenə də deyirəm . O Nurtən deyilən küpəgirən qarı bu evin xanımı , atanın birinci arvadıdır . Bu o demək deyil ki , saraydakı bütün uşaqların anasıdır . O Mehti , Əlı və Ayşənin anasıdır . Onları doğan Nurtəndir . Səni doğan isə mənəm . Sen mənim oğlumsan , mənim balam . Düzdür sarayın işləri , törənin adətləri bizləri ayrı salıb . Bu o demək deyıl ki , mən səni atmışam , səni sevmirəm . Sən mənim canımsan . Səni çox çox istiyirəm oğlum .
- Nurtən ana deyir kı , sən atamı qoyub qaçmısan , məni öldürmək istəmisən . Guya mən doğulan da da sevinməmisən ...
Belə baxanda uşaq həqiqəti deyirdi . Ayla bu uşağın doğulmasını istəməmişdi . Doğulduğu gündən bir neçə ay onu qucağına almamışdı , əmdirməmişdi . Bu uşağı , həyatının sehvi sanırdı . Kənanla onu ayıran və bu evdən çıxış qapısını kilidləyən qıfıl sanırdı ...
O gündən bir necə dəfə BoRan sarayda göründü . Mustafa ağa müqavilə bağlayıb , torpaqlarını ona etıbar edərək , işlərinin başına Eyvazı qoydu . 5 6 ay her şey yolunda gedirdi . Otel və yataqxanaların tikintisi başa catmaq üzrəydi . Birazdan açılış ederek qızğın işə başlayacaqdılar .
Yayın son günlərı ıdi . Alıyə köçlə birlikdə yenə yaylada idi . 8 il bundan əvvəl toylarına bağışlanan 10 15 qoyun artıb ındı 100 lərlə olmuşdu . Aylanın sürüsünə baxa bilməsi üçün çobanları da var idi . Oxuyub , özü öz ayaqları üzərinda durma şansını itirsə də yenə də törəyə təslim olmamışdı . Bütün bacarığını və gücünü qoyunçuluğa serf ederek iş dünyasına qarşmişdı . Qoyun və keçilərin südündən hazırladığı pendirlər , bölgənin ən yaxşı pendiri sayılırdı . Şırnakda yayla pendırı deyəndə ilk ağıla gələn Honiş yaylası olurdu . Ayla sözünün üstündə durmuşdu . Yaylada işçilərinin rahat yaşaya bilməsi üçün , daşdan ev tikdirmişdi . Evdə hamam - tuvalet də inşa olunmuşdu , hətta paltaryuyan , süd çəkən maşınlar, soyuducu , televızor da qoyulmuşdu . Daha ocaqda su isidib çimmir , ləyəndə qab yumurdu . Mətbəxə belə isti su gəlirdi . Yaylada yayla halı qalmamışdı daha , Aylanın qurduğu bu şərait buralarda görülməmiş bir iş idi . Qoyun - quzusu çoxaldıqca eraziləri də böyüyürdü .
Bəzən qadınlar bir yere toplandığında Aylanın qiybətini edirdilər .
- Bu torpaqlarda hələ indiyə qeder bele qadın yetişməyib
- O bura qızı deyil, şəhər qızıdır ondan belə cəsarətlidir .
- Vallah nə olur olsun , bu dəstək nə Mustafa ağanın , nə də Eyvaz beyimin deyil . Elə bir şey olsaydı , Ayladan qabaq olardı . Yoo bu deyirmanın suyu başqa yerdən gəlir .
- Nə bilim , vallah , eşitmişəm ki , Adı Eyvazın üstündə olsa da Eyvaz heç onun yanında gecələmir .
- Sus bu nə sözdü danışirsan eşidən olar .
- Hə bir də deyırlər Eyvaz beyimdən əvvəlki nişanlısı Türkiyənin tanınmış adamıdır . Selcuqlu məhəlləsi onlarin adıyla çəkilir . Yəqin hələ də nişanlısıyla əlaqə saxlayır . Bu yaylada bir dənə qadının telefonu yoxdur . Amma onun var , görmürsən bütün günü telefon qulağında kişilər kimi əlin qolun ölçə ölçə danışır .
- Yüz faiz belədir .
- Utanmır eee hələ yaylaya gəlib mal alan kişilərin qabağına özü çıxır , qurbanlıqda sövdələşməni də kişilərlə özü edir ...
- Amaaan ... kimdən utanacaq?
- Oğlundan
- Oğul zad sayandır oo ? Sayan olsaydi o da Nurtən xanım kimi evinin xanımı olardı , Mustafa ağanın servəti bütün nəslinə çatardı . Bu erkək at kimi düşüb ortaya . At belində , yaylalarda təkbaşına . Uşağını da gətirmir ee yanına ki , birdən uşaq işləklərinin üstünü açar .
- Vallah o Yavuz böyüsün özu caxacaq anasının təpəsinə .
Aylanin telefonu vardi . Hər kəsin bildiyi nömrədən başqa çarşıya gedende gizli bir nömrə də almışdı . Onunla şəhərdəki rəfiqələri ilə danışırdı . Ona Ankarada bütün tanıdıqları ilə görüşüb - danışma qadağası qoyulduğu üçün onlarla gizli əlaqə saxlayırdı . Dayəsi Maisə üçün cox darıxırdı . Onunla danışıb dərdləşmək istəsə də təssüf ki onunla heç cür əlaqə saxlaya bilirdi . Deyəsən məmləkətinə getmişdi . Atasıyla ümumiyyətlə danışmırdı . Kənanın başına gələnləri ondan gizlətdiyi üçün onu bağışlaya bılmirdi . Atası ondan butun bu olanları gizlətməsəydi bəlkə də hər şey başqa cür olacaqdı . Zaman keçdikcə rəfiqələri ailə qurub , ev eşik sahibi olduqca Aylayla da elaqələri kəsilirdi . Kənanin Amerikaya yerləşəcəyini də Betüldən öyrənmişdi . Gah deyirdi Kənan Amerikaya müalicəyə gedir , gah da deyırdı Türkiyədən birdəfəmlik gedəcək . Həmin gün çox ağlamişdı . Yayla evindəki tənhalığına sarılıb sabahlara qeder göz yaşı tökmüşdü . Və nəhayyət cəsarət edib təkrar zeng ederek Betüldən Kənanın nömrəsini istəmişdi .
İki gecə sabaha qədər danışdılar bu neçə illərdə başlarına gələnləri bir birlərınə boşaltdılar . Üçuncu gecə hər şeyın üstü Eyvazın yaylaya gəlməsi ilə açıldi . Telefonda elə dalmışdı ki . Eyvazin gəlişindən xəbəri olmamişdı . Eyvaz onun elindən telfonu alıb Kənanın dediklərini eşidirdi .
Kənan deyirdi ki , Amerikada bir necə seans müalicəsi var , bu müalicəni alandan sonra ona ayaq nəqli olunacaqdır . Amerikadan döndüyündə hər şey fərqli olAcaqdı . Əgər Ayla istərsə həyata qaldıqları yerdən davam ede bilərdilər .
Aylanın bağırtısını telefonun o başından Kənan eşidir , Eyvazin ağzindan cixan söyüşləri həzm edə bilmirdi . Telefon qulağında çarəsizlikdən dizlərinə divan tuturdu .
Həmin gün Ayla kəsilmiş , deşilmiş yaralarla , qırılmış qabırğalarla xestexanaya yatırıldı . Ağir yaralanan Ayla ailənin hədə qorxusundan Eyvazdan şikayyətçi olmadı . Bilirdi ki , şikayyət ederdisə oğlunu birdaha görməyəcəkdi . Hər şeyi oğluna qurban edib , sarayın üçüncü mərtəbəsindən yıxılması haqqında ifadə verdi .
Eyvazın aylanı basmasından xebər tutan dedi qoduçu arvadlara yeni mövzu verilmişdi . Hər yerde Aylanın ərinə xəyanətindən danışılırdı . Balaca Yavuzun qorxduğu başına gəlmişdi . Nurtənin dediyi kimi anası atasına xəyanət etdiyi üçün atası onu xəstəxanalıq etmişdi .
Bu hadisədən sonra Eyvaz Aylanı ciddi nəzarətdə saxlayır onun hər addımını izləyirdi . Bir balaca xoşa gəlməyən hərəkətini görərsə basib xəstəxanalıq olana qədər onu döyurdü .
Kənanla və rəfiqələri ilə də bütün əlaqələrə kəsilmişdi .
Yayn sonları idi . Bırazdan yayladakılar şəhərə köç edecekdi . Yaylaya Eyvazın tutulma xəbəri bomba kimi düşdü . 9 il idi Eyvazla bir yastığa baş qoyurdu . Bəzi iş barədə proektlərini Aylayla bölüşən onun verdiyi ağılla hərəkət edən Eyvazın terora qoşulmasını heç ağlına gətirməzdi . Demək ki , Eyvaz qazandığı pulları terora destek üçün xərcləyirmiş . Eyvazın bu oyuna gəlməsinə hirslənsə də onun bu işdə olacağına inanmırdı . 9 ildə ərini yetərincə tanımışdı . Eyvaz bu qurumun icındə olmadığına ağzındakı dili kimi əmin idi . Bilirdi ki , Eyvaz gec ua da tez , bəraət qazanıb çıxacaq amma olsun . Ərinin tutulmasina uşaq kimi sevinirdi Ayla . Demək illərlə itirdiyi azadlığı az müddətə də olsa geri qaytaracaqdı . Bu hadisə o vaxt baş vermişdi ki , qadınlıq duyğularından kənar qalan , sevgidən məhrum olan Ayla Eyvazın ortağı , məcbur ere verilən Eyyub ağanın oğlu Boranla bir neçə dəfə gizli gizli gorüşən zaman olmuşdu ...
Axırıncı kəlmələr məni çaşdirmışdı . Təkrar oxudum . Bəli düz oxumuşdum . Ayla Boranla görüşürmüş . Məktub elimdə esim esim esirdim . KƏnanin yazdığı məktublardan Aylanı elə tanıyırdım ki , elə bilirdim ki o erinə qarşı xəyanət düşünsə də , Kənana bu xəyanəti heç zaman etməyəcəkdi ...
MƏKTUB ( REAL)
9 BÖLÜM
Əlimdəki məktubu oxuyub bitirmişdim. Masanın üstündə hələ oxunmamış bir neçə mektub vardı . Gözlərim ağrıyırdı , beynim yorulmuşdu . Daha oxuya bilmirdim, bütün fikirim Aylanın yanında qalmışdı . Ayladan Eyvaza qarşı xəyanət gözləyirdim , amma bu xəyanət Kənanla olmalıydı , başqası ilə bu xəyanəti heç vaxt ağlıma gətirə bilmirdim . Birdə bir qadın kımı özümü onun yerinə qoyurdum . Fikirləşirdim ki , bəlkə həyatını saran tənhalıq onun bu iradəsini pozub ? Bəlkə sevgi - hörmət görməyən Aylanın əsıl qadın ola bilmək arzusu yolunu azdırıb , nəfısıni artırıb , ehtirasını coşdurub . Bəlkə də , bu əzablı həyatdan yorulub , özünə rahatlıq istəyib , Ayla ? bilmirəm ...
Saata baxdım , gecə idi , mən hələ yemək yeməmişdim , mətbəxə keçdim , iştahla soyuducunu açıb icinə baxdim . Bizim soyuducuda hec zaman iştah açıçı şeylər olmazdi . Ancaq brokil , gül kələm , pamidor, xiyar , kahı , kök ... yazıq anam mən dietimi pozmayım deye ozü də doğru - dürüst bir şey alıb evə gətirib , mənim yanımda yeyə bilmirdi . Soyuducuya meyvə və tərəvəzdən başqa heç nə girməzdi . Evə unlu yeyecəklər , şəkər makoron , düyü , ət , toyuq , yağ heç girməzdi . Düz 5 il idi ki , anamın ürəyı bir şey yemək istəyəndə özünü qardaşlarımın evinə verirdi . Bizimkilər bizə toplananda da mənim dərdimdən özləri öz yeyecəklərini alıb gətirərdilər . Həm də elə şey gətirməli idilər ki mənim onların yediklərində gözüm qalmasın idi . Bu qanunu anam tərtib etmişdi , bizimkilər də bu qanuna əməl edirdilər . Anam evdə ciddi yemək rejimi yaratmışdı . Bu rejimi kimsə poza bilməzdi .
- Zeynəb sənsən ? - Anam səsə oyanmışdı . İçəri otaqdan səslənirdi .
- Mənəm ana narahat olma !
- Bu qeder yatmaq olar ay qızım , axşam da yemədin .
-Gəl ana kələm kartof qaynadıram ...
- Yox , mən Tevfiqgildəydim . Gördüm yatmısan getdim onlarda yedim . Nuş olsun . Sen ye . Ama yatarqarnına diqqət et...
Biraz gül kələm götürub bir dənə də kartofu soyub qazana qoyub , üstünə su tökdüm ,duz vurub qaynamağa qoydum . Kasaya qatıq qoyub uzərinə dietik ədvalardan atıb qəşəycə çaldım . Kasanı burnuma tutub qoxladım . Miss kımı qoxuyurdu . En sevdiyim qatıq kürü idi belə qatıq . Masamı hazırlayıb telefonu götürüb baxdim . Həmin nömrədən mesaj gəlmişdi .
" Deyəsən yatmamısan. Otağının işığı yanır. "
" Məscidin yanındayam "
" Ordan otağına baxıram " .
Yerimdən qalxıb otağıma qaçdım , urəyim quş kimi çırpınırdı . Gənc yeni yetmə qızların həyəcan və qorxu ilə keçirtdiyi hissləri keçirirdim . Pərdəni çəkib məscidə tərəf baxdım , küçə bom boş idi . Etrafdaki pəncərələrə baxdım , tək tək evlərdə işıq yanırdı . Təkrar mesajın göndərilmə saatina baxdım , saat 21.10 da yazılmışdı .
- Bu saata adam qalar ? Saat üçə işləyir ee... Indi çoxdan yatıb .
Mesaj yazdım , " yatmamışdım məktub oxuy "... davamını gətirə bilmədim . Həmin nömrədən gələn növbəti mesaj elimi saxladı .
" Gedirəm parka, bəlkə gələsən ?"
Qazın altını söndürüb ehmalca otağıma kecdim . Toxunma şalımı çıynımə salıb ,səs salmadan qapıdan çıxacaqdım kı, anamın səsi gəldi :
- Zeynəb ?
- Biraz hava alıb gələcəm ana ,
- Bu saatda ?
- Yeməkdən sonra həzmə görə yaxşıdır - deyib qapıdan çıxdım.
Parka catıb ətrafa boylandım , hec kim yox idi . Demək hələ gəlməyib .
Ürkək ürkək sağa sola boylanaraq divar dibində bir oturacaqda oturub telefonu əlimə almışdım ki , mesaj gəldi . "Burdayam" .
Həmin nomrəyə zəng edib telefonu qulağıma tutdum . Zəng çatmırdı .
- Necə zəng catmır indi yazdı axı . Yenidən baxdım elə indi diqqət etdim , whahsatdan yazırmış
"Şam ağacının yanındayam ."
" Hansı şam ağacı ?"
" Bizim şam "
Bizimmi ? Çaşıb qalmişdım nə deyir bu ? Bəlkə onların binasının yanındakı yolka ağacın deyir ? Yazdım :
" Hardasız siz ?"
Başımı qaldırıb irəli baxdım , parkın o başında oturacaqda bir qaraltı gordüm . Həmin qaraltı elindəki alışqanı yandırıb söndürerek işarə verirdi . Qəlbim az qala yerindən cıxacaqdı . Atdığım hər addımın tapıltısi ürəyimə vururdu sanki . İçimi hələ bu vaxta qeder hiss etmədiyim duygular sarmışdı . Yaxınlaşdlqca " bizim şam " dediyi ağac həmin gün onun tutub qalxmaq istədiyi ağac idi . Demək bu ağaca mən onu öpdüyüm günün şerefinə " Bizim şam " deyirmiş . Üzü yola teref oturmuşdu . Mənim gəldiyimi görmürdü . Hələ də alışqani yandırıb keçirirdi . Əlil arabası oturacağın yanında idi . Özü isə oturacaqda oturmuşdu . Cox dalğın görünürdü . Gəldiyimi hiss edib uzümə baxmadan alışqanı cibinə qoyub , yanındakı boş yere əlini qoyub oturmamı işarə etdi .
- Salam ...
Barmağın dodağına yaxınlaşdırıb , səsiz işarəsi etdi . Bir anda mənə elə gəldi ki , etraf insanla doludur, o isə insanlardan qaçıb burda daldalanıb , ses salmamı istəmir .
Təkrar yanında yer göstərdi. Yoldan düşən işığın qarşısını ağacın yarpaqları tutduğu ücün Kənanın üzü aydin görünmürdü . Ehmalca yanında oturub diqqətlə üzünə baxdım , gözlərini yummuşdu , kiprikləri nəmli idi .
Qolunu qaldırıb üzümə baxmadan "gəl" işarəsi verdi . Başımı qolunun üstunə qoyan kimi , sinəsinə basıb dodaqlarını saçlarıma yapişdirdi , urəyının döyüntüsü qulaqlarımda təbil çalırdı . Səsini çixarmasa da köksünün atılıb düşməsindən duyğulandığını hiss edirdim . Biraz sonra başimin derisinin islanmasindan zənnim məni yanıltmamışdı . O için için ağlayırdı . Lakin mən yerımdən qımıldanmayıb onun köksündəki üşyanı dinləyirdim . Madəm o məni gecənin bu saatı buraya cağırıb deməli mənə ehtiyyacı vardir ki , cağırıb . Derdini dili ilə deyib boşala bilmirsə ,qoy göz yaşlari səssiz axan bir üman olsun . Qoy ağlasın rahatlansin .
Hər köksü qabarıb icin çəkdikcə urəyımin başına od elənirdi . Özümün de gözlərim golmuş , arada bir iki damla göz yaşımı onun sinəsiə buraxirdım . Başımın ortasına qoyduğu dodaqlarının hərarətı , gözlərindən damlayıb islatdığı saclarımı qurudurdu . Nəfəsinin terpetdiyi saçlarım kimi fikirim də dağınıq idi , gözlərimin önünə blokda sevişib öpüşən iki nəfər gəlirdi , sonra ən üst mərtəbədəkı evin işığı yandı , mənə mesaj gəldi "gördünmü?" -deyə . Dəli kimi küçədə özümü ora bura vurdum , Kənani axtardım... evə getdim , məktublar ... sonra... sonra tanıyıb üzünü görmədiyim Ayla ,Eyvaz , Nurtən , sonra Aylayla Boran ... sonra mesaj , "caminin yanındayam "...
Pəncərədən camiyə boylanacaqdım ki , Azan oxudu .Azanın səsi məni özümə gətirdi . Başım Kənanın sinəsində yuxuya gedibmişəm. Gördüklərim də yuxu imiş. Gözümü açsam da başimi qaldırmadım . Qülağima təbil kimi çalan ürəyi sakitləşmişdi . Daha başımda dodaqlarinin hərarətı , saçlarımda nəfəsinin titrəyişi yox idi. Saclarımı sabahın yeli oynadır , hərdən bir iki teli qaldırıb Kənanın qollarına, açılmış köynəyinin yaxasından sinəsınə, üzünə cırpırdi. Havanın soyuduğunu yanaqlarımda və qollarımda hiss etsəm də , şalın altında qalan bədənim isti idi . Başımı qaldırıb Kənana baxdım , başını dık tutub şamın iynə yarpaqlarinin arasından gözlərini qıyıb göyə baxırdı .
Yaxinliqdakı məsciddə sübh azanı oxuyurdu. Uzaqlarda səma qizarmağa başlamışdı . Sabah açılırdi ...
Otağımın qapısı döyüldü . Yatağımda idim , oyansam da hələ gecenin təsirindən cıxmamışdım . Qulaqlarımda hələ də onun ürəyinin səsini , için için çəkdiyi hıcqırıqlarını eşidirdim .
- Gəlmək olar ?
Ərincək ərincək yatağımdan qalxıb oturdum :
- Gəl ana ! Anam gözun məndən çəkmədən gəlıb yatağımın uc hissəsində oturdu . Həmişə belə idi . Sözlü olanda , bir şeydən nigaran qalanda belə sakit gəlib oturar .Baxışları ılə hesab soruşardı .
Bu dəfə də baxışlarindakı sualı görüb gozlərimi ondan yayındırdım . Saçlarımı toplaya toplaya gözlərindəki suala sualla cavab verdim :
- Nə ?
- Danış görum ?
Anamın üzünə çaşqın çaşqın baxıb çiyinlərimi çəkdim .
- Danış , danış eşidirəm
- Danışacaq bir şey yoxdur ana .
- Var , var ...
- Vallahi də yoxdur , billahidə .
- Zeynəb !!! - hökmüranlı səsiylə üzümə baxdı . Mən bu hökümlü səsdən qaça bilməzdim . Əgər anam bu tonda danışırsa , demək bildıyı bir şey vardır .
- Ana , mənə birşeylər olur ...
- Bilirəm də bir şey olmağını , amma nə olduğunu bilmək istəyırəm .
- Mənə nə olur bilmirəm , hisslərimi ifade ede bilmirəm .
- Bəlkə ifadə etməyə qorxursan ?
- Bilmirəm .
- Qızım , sen 17 yaşlı gənc qız deyilsən ki , özünü ifade ede bilməyəsən . Artıq yetışkın yaşdasan . Nə istədiyini də yaxşı bilirsən ki , hisslərin sənə nə deyir , urəyin nə istəyir ...
- Ana ...
- Sözümü kəsmə !
Anama baxdım , üzü ciddi bir ifadə almışdı .
- Duyğuların sənə nə deyir desin , urəyin nə istəyir istəsin . Bu o demək deyil ki, gecənin o cağında gedib parkda kimsəylə sarmaş dolaş olasan .
- Ana sen məni güdürsən ? ...
- Güdmürəm . Gec gəlincə narahat oluram . Gördüm hər şeyi , belə baxdım ikinizdə yetişkin yaşdasınız , gecənin o vaxtında gizli gizli parkda görüşmək nə deməkdir ? Kimdən gizlənirsiz ? Evlidir o ?
-Ana sehv başa düşdün aramızda heç nə yoxdur
- Necə yoxdur ? Mən səhv görmüşəm ?
- Biz yoldaşıq , sadece dost .
- Uşaqlıq dostundur ? Məhəlləmizin uşağıdır ? Kimin oğludur ? Həə bizim Hayriyənin oğludur , ya Elifin , bəlkə Havvanın ?
- Ana ...qurban olum ana ...mənə bir yol göstər ...
Mənim bu çarəsız məhəbbətimdən anam da xəbər tutmuşdu . Evli bir kişiyə görüşməyim o yana ,hələ onun şikəst olduğunu deyəndə qadının dəliyə döndü . Gecə yeməyimi yemədən parka qaçış bəhanəsiyə getməyimdən şübhələnən anam parka gəlib , məni orda axtarmışdı . Bizi qaranlıqda uzaqdan görüncə özünə divan tuta tuta geri qayıtmışdi . Inaniram ki , əgər yaxından mənim bir şikəstə sarmaş dolaş olduğumu görsəydi , saçlarımdan tutub evə qədər sürüyərdi . Anam nə qədər mülayim olsa da məni əsla bir əskiyi olan birinə verməyi düşünmürdü . Egər elə olsaydi 34 yaşıma qalardımmı ? Çox da kökəm . Ama bu halımı qəbul edənlər var idi . Kəndə aparıb , mala heyvana baxdıracaqdı , ya da tarlada işlədəcəkdilər. Məndən çox böyük kişilər də istəmişdilər məni anamdan , imkanları da əla , ailəsiylə külfətli bir yerde yaşayanlar da istəmişdi . Arvadı ölən də , uşağı olan da . Mən isə anamın ərköyün qızı olduğundan anam heç vaxt məni belələrinə vermek istəmirdi . Onun nəzərincə mən heç kimin sözün götürməzdim , kiminsənin anasının , uşağının qulluğunda durmazdım . Dura bilməzdim də . Mənim ərim yaraşıqlı , centelmen biri olmalıydı . Çünkü mən onun tək qızı idim , kürəkəni də seçilməli , qüsursuz olmalıydı . Qurban olum anama elə düz də düşünürdü . Hələ də bu yaşımda anam məni uşaq kimi əzizləyir, indi mən başqasının nazını çəkə bilərdimmi ?
Nəysə ... Bir onu bilirəm ki , əgər anam bilsə ki, mən Kənanın evində , Kənana işləyirəm ...
Çox darıxırdım . Məktubları bir neçə dəfə əlimə alsam da oxuya bilmirdim . Fikirim dağınıq idi . Görəsən Kənana nolmuşdu ? Bəs tətildən gəlibdirsə məni niyə cağırmırdı işə ? Niyə mənimlə bir şey danışmırdı . Bu lal baxışlı oyun nədir ? Məni parka çağırmışdırsa ...
Sedayla kişini evə girərkən görmüşdü , mənə də mesaj çəkmişdi . Bəs Kənan arvadının xəyanətin görə görə , necə qəbul edirdi bunu ? Yaxşı deyək ki ,fiziki çəhətdən elildir, bəs eqli niyə buna yol verir . Niyə boşanmır ? Axı arada uşaq da yoxdur ki, fikirləşəsən ki, boşansalarda uşaq ortada qalacaq . Məni yəqin sinəsində yatırtmağa çağırmamışdı . Mütləq bir şey deyecəkdi . Çox gərgin idi .
Suallar beynimi deşirdi . Suallarıma yeqin beləymiş , belə oldu deyə deyə cavab verdıkcə yeni bir sual çıxırdı ortaya . Suallar arasında ozumu yolu tapılmayan bir labrintdə görürdüm . Telefonu göturub ona zeng etdim . Nömrələr ikisi də qapalı idi . Watsaapdan baxdım . Son görülmə ele gecə mənə yazdığı saat idi .
"Zamanın olsa zəng elə , danışmaq istəyirəm" yazıb yolladım . Və o gündən hələ 3 gün keçməsinə baxmayaraq nə telefonuna zəng catırdı , nə də yazdığım mesajı oxumamışdı . Çox nigaran idim çox.
Günlük bir rejimim vardı . Sabah qalxib ," X-FİT"-ə getmək ,axşama qədər çarşı bazarda dolaşıb , qardaşlarımı ziyaret etmək , axşam yeməyindən sonra parkda qaçış və onun evinin önünə gəlib bir neçə dəqıqə dayanıb onların pəncərəsınə baxaraq evə gəlirdim . Diqqətimi bir şey çəkmişdi . Günün hansı saatında gəlirəmsə gəlim yataq otağinin pərdəsi çəkilmiş olurdu . Maraqlı odur ki , otağın işığı sönmürdü . Demək evdə biri var . Amma kimdir ? Kənanmı , Sedamı ? Bir neçə dəfə qapıya yaxınlaşıb zəngı basmaq istəmişdim . Ən azından ses aparatından evdə kım olduğunu eşidəcəkdim . Birdən aparatda Seda cavab versəydi ? Ona necə deyəcəkdimki, mənə Kənan lazımdır ? Bəlkə məni heç bilmir ki , Kənanın özəl tibb işçisiyəm .
Nəhayyət bir gün risk edib qapının zəngini basdım . Əgər Seda səs aparatından cavab versəydi , üzr istəyib yanlışlıqla zəngi bastığımı deyəcəkdim . Bir neçə dəfə zəngi basmağıma baxmayaraq nə qapı açıldı , nə də səs aparatı dilləndi . Demək evdə heç kim yoxmuş , işıqlar da yanılı qalıbmış .
Evə gəlib Kənanın verdiyi məktubları qabağıma tökdüm , qalırdı oxumaq...
Boranla Aylanı Eyvaz özü tanış etmişdi . Məqsədi vardı . Otelin və kampın təbii ağartı məhsullarini öz fermalarından almaq istəməsi idi . Bu məqsədlə , Aylanı bu işə razı salmaq üçün işə başlamadan Eyvaz Aylaya bir neçə inək də alıb hədiyyə etmişdi . Ayla Eyvazın ona hədiyyə almaqda bir planı olduğunu , beş barmağı kimi bilirdi . Eyvaz həmişə belə idi . Bir şey istəyəndə öncə " hədiyyələrlə " Aylanın könlün alardı .
Bu dəfə də yanılmamışdı . Eyvaz planını Aylaya deyəndə Ayla bu işə girişmək istəmədi . Eyvaz isə bu işin gəlirini , onlara faydasından danışdıqca ruhlanırdı . Bilirdi ki bu iş karlıdır . Amma bu işin ona bir faydası olmayacaqdı. Eyvaza inad etsə də , Ayla bu işi qəbul etdi . Eyvaz dil boğaza qoymurdu :
- Bunun nəyi pisdir ki , ailə olaraq , həm Borana kirayə verdiyimiz torpaqlardan qazanc göturecəyik , həm də öz məhsulumuzu satacağıq .
- Mənim qazancım nə olacaq?
- Ailədə sənin mənim söhbətimi var ?
- Biz nə zaman ailə olduq Eyvaz ?
- Bu nə deməkdir indi ?
- Sənin ailən Nurtəndir ...
- Bu şansını özün itirdin !
- Mən səni heç zaman sevmədim bilirsən , zorla gözəllik olmaz . Məni sən məcbur qaçırtdın . Bilirsən ki , fürsət tapan kimi də mən qaçaçam .
- Hara qaçasan ki ? - Eyvaz üzünə sünü gülüş verib Aylanı yumuşaltmaq istədi :
- Sənə elə bir iş qururam ki , yatıb, qalxıb canıma dua oxuyacaqsan . Başın işinə , qazandığın pula elə qarışacaq ki , daha heç nə düşünməyəcəksən . Eslində heç buna zamanın da olmayacaq . Belə də hər şeyin başı pul deyilmi ay mənim sultanım ?
- Vallah heç sultanlıq halım yoxdur . Hansı sultan yaylada heyvan saxlayır . Sultanlığı Nurtən edir sarayda . Amma olsun . Sizin pis üzünüzü görməmək üçün yaylada qoyun saxlamaq ...
- Bundan sonra tez tez görüşəcəyık Ayla xanım . Nə də olsa ortağımız sayılacaqsan - Eyvaz onun ovurdlarin eli ilə sıxıb onun sözünü kəsdi .
- Bir də bunu birdəfəmlik başına qoy ki, Səni məcbur atan yaşda Eyyub ağaya vemişdilər , sən hələ şükür elə ki...
- Düşünürəm ki , - Ayla başını silkələyıb yanaqlarını Eyvazın elindən qurtardı . Üzünə nifrətlə baxıb davam etdi :
- Düşünürəm ki , Eyyub ağanin arvadı olmaq daha yaxşıydı , ən azından evimin xanımı olacaqdım , azadlığım olacaqdı . Oğlum mənim olacaqdı , mənə "ana" deyəcəkdi . Sayılıb seçiləcəkdim , seviləcəkdim .
- Sevilməkmi istəyirsən ? - Eyvaz yaylığın altından Aylanın üzünə dağılmış saçını barmagının ucuyla geri itələdi . Yenə üzünə saxta gülüş verib :
- Mən səni sevmirəmmi qız ? - dedi
- Bilmirəm , sevgi dildə olmur , gərək hərəkətlərinlə göstərəsən , sənin gülüşün belə saxtadır .
Yun xalılar doşənmiş yerdə divar boyu əl işləməli döşəkçələrin üstüdə dirsəklənmiş Eyvaz qızın qolundan tutub özünə tərəf dartdı . Müqavimətini saxlaya bilməyən Ayla ləngərlənib Eyvazın üstünə yıxıldı .
- Mən sənə sevgimi göstərmək üçün, gərək sən üzümü güldürəsən axı , insanın üzü güldükcə , həvəsi daha cox olur . Sen məni sevsən mən sənə nələr ederem , bir bilsən . Gərək bu sevgini qazanmaq üçün bir şeylər edəsən axı
- Nə edecəm axı ? Gərək sevəsən ki edesən
- Bu da sevgiylə deyilki ? İşvə - naz hər bir qadında var , hər bir qadın kişini yataqda özünə məftun etməyə məcburdur və bunu bacarmalıdır - deyib Aylanın belindən tutub onu döşəyin üstünə atdı , burun buruna , nəfəs nəfəsə dayandılar . Gözləri gözlərinin içinə baxdı . Ayladan işvə - naz gözləyirdi , bir qadın edası gözləyirdi . Xəbəri yox idi ki , illərlə Aylaya vurduğu zərbələrlə Ayla artıq daşa donüb bərkiyib. Hər döyüldüyündə, qadınlıq duyğuları, üstünə qonmuş toz kimi çırpılıb . Nurtən hər dəfə ərinin ona aldığı hədiyələrlə Aylaya acıq verdıyıyındə , Ayla bütün hirsini qoyunlarının sayını artıraraq , pul qazanmaqla soyudurdu . Xəbəri yox idi ki , Aylanın qazandığı pullarla Eyvazın Nurtənə aldığı hədiyyələrdən qat qat üstün və bahalısını alıb Ayla həvəsini söndürəndə , Eyvaz və ailəsi oğlunu ona qarşı düşmən kimi böyüdəndə içində Eyvaza və onun ailəsinə qarşı bir kin toxumu səpirdi . Və bu toxumu hər gün nifrəti ilə sulayıb böyüdürdü . Artıq Ayla əvvəlki Ayla deyildi . Ondan itirdiyi gəncliyinin , yıxılmış arzularının , qırılan qürürünün , perık düşmüş xəyallarının qisasını almağı planlayırdı .
Aylayla nəfəs nəfəsə , burun buruna qalan Eyvazi gözlərində , delisov bir ehtiras , Aylanin gözlərində zəhər tuluğu kımı kəskin kin vardı . Eyvazin atəş püskürən nəfəsini , Aylanın buz kəsmiş nifrətı söndürürdü.
Aylanın yaylığını açıb kənara tulladı , eynindəki güllü donunun düymələrini açıb , qar kimi bəyaz gərdanından bir öpuş aldı . Qar üstündə ocaq çatıldı sanki ,butun vücudu lərzəyə gəldi Aylanın . Neçə zamandır kişi nəvəsinə tamarzı qalmış qadınlıq duyguları qışı yola salmış bahar kimi çiçəkləndi . Elin atıb Eyvazın boynundan tutaraq onu ozunə qısdı . Eyvazın dodaqları- dişləri bogazında dolaşdıqca , haldan hala düşsə də qurur ürəyinin qapısını döyürdü.
- Ayla bilirsən ki , bunun sənə işi düşəndə sənə gəlir . Nə zaman səndən bir şey istəmədən yatağına girdi ki ,nə zaman səni qadın kımı sevdı , nə zaman səni qadın yerinə qoydu , nə zaman səni müdafiə etdi ki ? Bir de senin uçun bu zamana qədər nə edib ? Nə zaman səni anlayıb , nə zaman tənhalıq səni yalquzaq qurd kimi gəmirəndə , səni qoynuna alıb ? İndi plani var , bu işdə bir karı var kı, qılığına girir .
Eyvazın çılpaq tüklü sınəsi köksünü daladıqca quş kimi Eyvazın qolları arasında çırpınırdı . Düymələr açıldıqca mərmər sinəsı Eyvazın ehtirasini daha da qabardırdı . Bogazindan aşağı enən öpüşlər üzüm gilələrini əmdikcə ürəyi hökm edib yerindən cıxırdı . Bütün qadınlığıyla Eyvaza təslim olmaq istəyən Aylanın ürəyındəki kini beynini oyurdu .
- Bəsdir özünü bu qeder ezdirdin , bəsdir səndən bu qədər istifadə etdi . Səndən "hə" cavabin almaq üçün edir. Bunu ki bilirsən . O zaman niyə əzdirirsən özünü . Beləmi hayıfın alirsan itirdiyin illərinin ? Beləmi qisasın çixirsan qadınlıq qürurunun? Niyə sən onu sındırmirsan , əzmirsən ? Onsuzda sən istəsən də istəməsən də o səndən istədiyin alacaq . Bundan gözəl qisas nə olar ki ? Şərtini qəbul et ama o sənin qururunu qırdığı kimi sən də onun kışıliyinə toxun , sən də onu qır , əz , alçalt sonra , sonra istədiyini qəbul et , bilirsən ki , bu planı həyata keçirmək üçün səndən o "hə" cavabı alıb cıxıb gedecək sonra yene növbəti planlanı üçün gələk . Yenə sənin üçün gəlməyəcək , özü ücün gələcək. Ver istədiyini . Amma sındıra sındıra , əzə əzə , alçalda alçalda ver.
- Seni sevirəm Aylam - Eyvaz onu öpüşlərə boğaraq pıçıldayırdı - Sən məni sev , mən dünyanı ayaqlarına sərim . Bircə kəlmə sevirəm de tək bircə kəlmə . Mən səni ömrümün sonunacan sevəcəm mənim sultanım .
Ayla onun qara gur saçlarından tutub dodaqlarını gərdanından ayırdı . Başını qaldırıb gözlərinin içinə baxdı . Gözlərinin cuxurunda iki damla yaş gilələnmişdi Aylanin , baxışlarında nıfrət qarışıq yalvarış da var idi .
- Mən də sendən nifrət etmişəm və ömrümün sonunacan da nifrət edecəm . Sən mənim üçün heç zaman ideal kişi olmamısan .
Ağzinin üstünə deyən zərbədən gözlərindən qığılcım qalxdı . Boğazina bir udum isti maye getdi ,ürəyin bulandırdı . Üzünü yana tutub ağzındakı qanı yastığın üstünə boşaltdı ...
Boranla yeni oteldə bir axşam yeməyində görüşəcəkdilər . Eyvazın Boranla bir iş əlaqəsini olduğunu bilirdi . Amma Ayla Boranın Eyyubun oğlu olduğundan xəbərsız idi . Aylarla yaylada qaldığından dünyadan xəbərsiz idi .
Eyvazla böyük bir yemək zalında pənçərəyə yaxın bir masasında yer aldılar . Boran hələ gəlməmişdi . Boran Eyvaza zeng ederek onu biraz gözləmələrini xahiş etmişdi .
Həmin gün Ayla Eyvazın təklifiylə razılaşmışdı . Amma bir şərtlə . Bu iş görüşməsini ozü həyata keçirib , müqaviləni də özü imzalayacaqdı .
- Senin başın xarab olub ? O boyda şirkətin sahiblərindən biriyəm , o boyda iş qurmuşam , indi evin bəyi dura dura mənim xanımım bu işə qarışacaq ?
- Mən qarışmaq istəmirəm , məni bu işə sən qarışdırırsan . Mən də haqqıma düşəni istəyirəm .
- Bu zamana qədər sənin qazancına kim göz dikib ki ? Bu qədər heyvanın gəlirindən kimin xəbəri var ki ?
- Eyvaz , mən işimin , zəhmətimin deyerini bilən qadınam . Sabah bir gün sən olmasan başıma nə gələcəçəklərini mən bilirəm .
- Nə gələcəksə , mənim nəyim varsa onda oğlunun da payı var .
- Bilirsiz ki , senin hissələrindən mənə yox oğluma düşəcək , oncun oğlumu mənə düşmən kimi böyüdürsüz . Belə də sənin nəyin var ay yazıq ?
- Necə neyin var ? Heç atamin mallarını demirəm . Bəs bu iş nədir ?
- İşin sahibi atandır sən də onun quyruğu . Onu bil ki , sabah atan başını yerə qoysa sənin ilan kimi derini qoyduğun bu işə səndən başqa nə az nə çox düz övladlı - nəvəli 28 nəfər şərik çıxacaq . Mən bu fermanı sənə dövr edersəm müqaviləni şən imzalarsan , sabah sənin başına bir iş gəlsə mənim fermam Yavuzdan başqa 3 uşağının arasında bölünəcək . İndidən Yavuzu mənə düşmən etmisiz . Yavuz mənə sahib cıxacaq ? Mənim səninlə rəsmi nigahım olmadığı üçün mənım gəncliyimi , ömrumu qoyduğum bu fermadan mənə bir şey qalmayacaq . Odur kı, gəl şumda sövdələşək dəyirmanda davamız çıxmasın . İş işdir , eş eşdir .
- Bu qədər ağaların iki, üç arvadı var hansı biri sənin kimi kişi işinə qarışır? Bu da təzə yenilikdir ?
- Mən gələndə yaylada bir tuvalet belə yox idi , məndən sonra hər kəsin yaylasina isti su gəlir . Yeniliyin nəyi pisdir ? Məndən sonra da ərlərinin ikincı , üçüncü arvadları da haqlarını tələb etməyi bacaracaqlar . Heç bir qadın birinci xanımın köləsi olmağa məcbur deyil . Əgər mən öz ayaqlarım üstündə durmağı bacarıramsa bunu bütün qadınlar edə bilər .
Eyvaz bilirdi ki, nə desə də , nə etsə də Aylanı inadından döndərə bilməyəcəkdi . Səkkiz ildə Aylanı yaxşı yanıyırdı . İlk dəfə yaylada yenidənqurma işlərini başlayanda hamı Eyvazı qınamışdı . Eyvaz Aylanı bu işdən çəkindirmək istəsə də Ayla Eyvazın onu döyüb soyməsinə baxmayaraq , lazımı yerlərə müracıət etmiş , bu iş üçün əri pul verməyincə dövlətdən kredit çəkib iş qurmuş yaylada rahatçiliğı üçün şərait yaratmışdı . Sonralar bu işə mane olanlar , rahat yaşamın keyfini çıxararkən Eyvaza təşəkkürlər edirdilər . Bu işi Ayla düzüb qoşsa da evin kişisi kimi Eyvazın adı kecirdi .
- Salamun aleyküm
- Ve aleyküm selam .
- Çox gözlətdım sizi ?
- Yox ,yox . Biz də bir az var gəldik .
- Salam , mən Boran İncik - deyə Boran kübarca elini Aylaya uzatdı . Ayla bır anda nə baş verdiyini anlamadı . Coxdandır bildiyi tanışma mədəniyyətini də unutmuşdu . Buralarda bir qadınla bir kişinin el tutub görüşməsi belə zina sayılırdı . Buraların adətini bilə bilə Boran ona niyə əl uzadırdı kı ? Nə qədər şəhərdə yaşayıb böyüsə də , məmləkətinin bu adətlərini unutmamalıydı .
Başını qaldırıb ərinin üzünə baxdı , Eyvaz baxışlarını yerə diksə də üzünün ifadesi Aylaya onunla əl tutmamasını deyirdi . Erinə hər addımda işgəncə verməyi sevirdi Ayla . Eyvazın ona verdiyi əzabın hayıfını ona inad olaraq vurduğu zərbələrlə alırdı .
Başın qaldırıb Boranın üzünə baxdı . İlk dəfə gördüyü kimi yenə bu süzgün qara gözlərdə həyat eşqi , məgrurluq var idi . Keçən dəfəkindən fərqli olaraq Aylanin bu dəfə gözlərində kin yox idi ,gözlərinin içi gülürdü . Elini uzadıb barmaqlarının ucunu Boranın elinə toxundurdu .
- Salam , Mən də Ayla - Aylanın barmaqlarının hərarətını ovcunda hiss eden Boran Aylanın əlini ovcuna alıb sıxdı :
- Məmun oldum , Ayla xanım , xoş gəldiniz
- Mən də məmun oldum . Siz də xoş gəldiniz .
Arvadı ilə Boran arasındakı bu tanışma səhnəsini ikrah hissi ilə izləyən Eyvazın dişi bağırsağın kəsırdi . Təlaşla etrafına baxdı . Arvadı ilə bir yad kişinin səmimi görüşməsini görən olsaydi , Eyvazın namusuna xələl gələcəkdi .
- Axı günah məndədir . Atam deyndə ki , "hatunun kişi söhbətində nə işi var?" ağzindan vurdum .
-Buyur otur Boran !
Boran oturub yerini rahatlaya rahatlaya:
-Çox kibar xanımınız var, Eyvaz , bizim buraların xanımlarina bənzəmir - deyib gülümsünərək onlara baxdı .
- Sevirəm cəsarətli xanımları. Eşq olsun yurdumun qadınlarına - deyib alqışladı .
Ayla utanıb başını aşağı saldı . Gülümsəyib əyninə getındıyı , bənövşəyi güllü , şifon paltarının etəklərini dartışdirdı . Elləri özündən asılı olmayaraq başındakı ıpək , örtüyə uzandı . İpək saçlarını sürüşüb düşməkdə olan örtünün altında gizlətdi . Qulaqları güyüldəyirdi . Coxdandir belə sözlər eşitməyən qadinin qulaqlarının pası açıldı elə bil .
-Yoo, bizim məmləkətlimizdir , yad deyil , emi nəvəsi sayılır . Amma Ankarada doğma böyümədir .
- Ooo maşallah ,şəhər tərdiyyəsi o dəqiqə özünü göstərir . Halaldır . Açığı sizin kimi bir şəhər qızının yaylada fermaya düşməsinə məətəl qaldım vallah .
Adətə görə kişi məclisində ər olan yerdə qadın danışmazdı . Eyvaz ağzın açıb cavab verecəkdı kı , Ayla dilləndi .
- Təşəkkür edirəm, Boran bəy . Çox kübarsınız. Məni də qismət atıb buralara , mən də şansıma barışıb , həyatıma davam etməyi düşündüm .
- Eləmi ? Nə gözəl sevindim. Bu da bir cəsarət ! Hər adamın hünəri deyil ki , buranın ağır şərtlərınə , çətin şəraitinə alışa bilsin . Bura mənim vətənim olsa da burdakı yaşamla İstanbulu bərabərləşdirə bilmirəm . Çox çətin gəlir mənə . Bravo sizə . Alqışlayıram sizi.
BOran kipriklərinin altından Eyvaza baxdı . Eyvazın gərgın olduğunu görürdü . Bunun səbəbini də bilirdi . Bilirdi ki, buralarda ər olan yerdə onun arvadı ilə kişi söhbət edib danışa bilməz . Aylaya baxdı . Yam yaşıl gözlərində məğrurluq süzülürdü . Gözlərində çəsarət və eyni zamanda inam vardı . Bu da Borana onunla danışması üçün cəsarət verirdi :
- Yeqin ki , burda canınız sıxılmır , məmunsuz .
- İlk günlər düzdür , alışa bilmirdim . Sonra alışdım . Çox şükür , elin atıb Eyvazın dizinin üstündə esən əlindən tutub hiyləgər bir baxışla onu süzdü . Borana baxıb gülümsündü:
- İndi alışmışam , çoxlu qoyunlarım var , başımı qatmağa işim də var , oğlum var .
Eyvaz özünü saxlaya bilməyib , Aylanın elini dizinin üstündən ataraq çəngəli əlinə aldı . Ortalığa qoyulmuş salatdan götürüb :
- En esası onu sevən mənim kimi bir bəyi var . Niyə darıxsın ki ? - ters ters Aylaya baxıb kinayəli kinayəli gülümsəyib salatıağzına qoya qaya :
- Düz demirəm sultanım ?
Aylanın üz ifadəsi dəyişdi , gözlərindəki inamdan əsər əlamət qalmadı, nifrətə döndü. Boran bu baxışları , bu dəyişımı görürdü, anlayırdı . Az yaşı yox idi , həyatından nə qadınlar gəlib keçmişdi . Az çöx qadin pisxalogiyasından anlayışı var idi . Gözlərini Aylanın gözlərindən çəkə bilmirdi . Onun gözlərinin derinliyindəki nifrətin səbəbini çözmək istəyirdi .
- Qarsooon ! Bizim sifarişlərimiz harda qaldı? Acından öldük ki ...
Esəbini qarsona qışqırmaqla çıxaran Eyvazin arvadının belə serbəst hərəkətindən dişi bağırsağın kəsirdi ...
Həmin gecə sabaha qədər yaylada Aylanı Eyvazın elindən kimsə ala bilmədi ...
10 BÖLÜM .
Səhərə yaxın Aylanı xəstəxanaya gətirdılər . Qol sümüyü catlamış , kəllə beyın travması almışdı . Döydükcə ona cavab qaytaran Ayladan ürəyı soymayan Eyvaz Aylanın qulaç qulaç saçlarını başının derisi ilə bərabər qoparmısdı .
Bu dəfə Eyvazın qurtuluşu yox idi. Ayla səkkiz il bundan əvvəlki Ayla deyildi . Artıq Ayla güclənmiş ozü oz sözünü deyə biləcək yetişkin qadin olmuşdu . Elə sözünü dediyi , hüquqlarını müdafiə etdiyi üçün kimsə onu hezm edə bilmirdi . Bunun erinə qarşı saymamazlıq hesab olunması EYvazın oduna yağ tökürdü ,hər ağzin açib danışdığında döyülüb xəstəxanaya düşürdü . Ayla daha heç kimdən , heç nədən qorxmurdu . Canından bezmişdi .
- Ölmək ölməkdir , xırıldamaq nə deməkdər - deyib üzünə dirənmişdi . Daha itirəcək bir şeyi qalmamışdı . Onu həyata bağlayan bir oğlu vardı , onu da Ayladan ayırıb özününküləşdirmişdilər . Oglu heç sevmədiyi tərbiyyədə , istəmədiyi aşirət ruhuyla böyüyürdü . İnanmırdı kı , indən sonra oğlu onun himayəsinə keçsə belə onu dəyişdirib yenidən terbiyyə edə bilsin .
Hər dəfə ərindən şikayyət etsə də eri və ərinin ailəsi onun yıxıldığını , hətta onu öküzün onu buynuzdadığını deyıb Eyvazı cinayyətdən yayındırırdılar .Bu dəfə Eyvazın qaçışı yox idi .
Gözün açar açmaz tıbb bacısından polis cağırmasını istədi .
Erini şikayyət edib tutdurmasi üçün bütün aşirət ondan üz döndərmişdi . Eyni zamanda da , erizəni geri alması üçün xəstəxanaya munnətə də gələnlər vardı hədə qorxu edənlər də . Ayla isə işlərini yoluna qoyub yerini bərkitmədiyi müddətcə Eyvazı azadlığa buraxılmasını istəmirdi . Artıq bir həftə idi . Eyvaz içəridə , ozü xəstəxanada idi . Canının ağrıları səngisə də , başından qopan saçlarının yeri hələ sağalmamişdı . Uzun, ipək kimi parlayıb göz qamaşdiran saçlarından əsər qalmamışdı . Başındakı yaralara məlhəm sürtə bılmək üçün saçları qırxılmışdı . Ayla ilk dəfə aynaya baxanda özündən qorxub qışqırmışdı . Başındakı yaralar , üzundəki kəsıklər , şişkinliklər bir tərəfə , qırxılmış başı ona ecaib bir görkəm verirdı , gözəlliyi , şuxluğu getmişdi . Üzündə həyat əlaməti yox idi .
Ayla kəsilmiş hörüklərini yaylığının arasına büküb yastığının altına qoymuşdu . Hər dəfə kəsilmiş saçlarına toxunduğunda Eyvaza qarşi nifrəti , cəhənnəm məhşərinə dönürdü. Kəsilmiş saçlarının üzərinə and içmişdi ki, bu heyifi onda qoymayacaqdı . Ölümə də getməli olsa ona elə bir zərbə vuracaq ki ...
Yenə saçları elində elə bir dalmışdı ki, qapının açılmağından xəbəri olmadı . Saçları ilə gözlərinin yaşını sılıb qanlı saçlarını qoxlayırdı . Başını qaldıranda qarşisinda Boranı gördü . Tez özünü töplayıb , yaylığını sarıqlı başına atmaq istəyəndə , qucağındakı hörük yere düşdü. Yaylığı başına atdı . Kimsənin gözünə belə eybəcər görünmək istəmirdi . Hələ yad bir kişinin gözünə heç görsənmək istəmirdi .başındakı yaylıqla üzünü də yaşmaqlayıb yatağından əyilib hörüyü yerdən götürmək istədi . Boran iplə bağlanmiş hörüyü yerdən götürüb ona uzatdı :
- Lazım deyıl , narahat olmayın- dedi.
Ayla saçı alıb yastığın altına soxdu .
Hərəkət etdikcə , yaraları göynəyirdi . Başının yaylığını düzəltdıkcə əli başindakı yaralara deydı . Ağridan sızıldadı .
- Mənim üzümdən oldu deyilmi ?
- ...
- Bilirdim belə olacağını . Gerək sizlə danışmayaydım . Hələ bura gəlməyım bele problem olacaq .
- ...
- Çoxmu ağrıyır? - Deyib barmaqlarinin ucunu şişmiş yanaqlarına toxundurub nəvazışlə sığalladı .
- Əlləri qırılsın deyəcəm amma , burda cox belə qarğış olunanlar var . Amma əllərı də qırılan yoxdur .
- ...
Ayla yanağını onun toxunuşundan qurtarmaq üçün üzünü yana çəkdi
- Desəm inanmayacaqsız . Bilsəniz sizin bu halınıza necə sevinirəm ?
Bayaqdan mülayim danışan Borandan belə bir söz eşitməsinə inanmadı . Başın qaldırıb ona baxdı . Boranın gözlərində yenə həmişəki kimi mehriban gülümsəyiş vardı. Bele mehriban baxan gözlərin sahibi bir qadını incitmək üçün belə bir söz işlədə bilməzdi . Bəlkə səhv eşitmişdi .
- Başa düşmədim , nə dediz ?
- Düz başa düşdüz . Sizin bu halınıza sevinirəm . Hətta bu halınız mənı xoşbəxt edir . Bir can düşmənimin arvadi xəstəxanalarda , özü isə içəridə ha ha ha hey Allahım hey dana da betərini görməyi nəsib eylə .
Aylanın təccübdən gözləri böyüdü . Nə deyəcəyini bilmirdi . Bunun başına ildırımmı vurub nədir . Nə danışır bu .
- Buraya niyə gəldim bilirsən ?
Onsuzda döyülüb şişərək göyərmiş gözünü daha geniş açaraq sual dolu baxışlarlı ilə Boranı suzdü . Yenə baxışlar toqquşdu , yenə qara gözlər mehrıbanca gülümsünür , yenə məgrurca baxan yaşıl gözlərdə kin və nıfrət parlayırdı .
- Sənin gözlərin həmişə belə nifrətlə baxır? - Boran verdiyi suala cavab vermədən gözlərini Aylanin gözlərindən çəkməyib başqa suala keçdi .
Yenə dil danışmadı sual dolu baxışlarda bu dəfə qorxu titrədı . Elinə keçəni bu saat kibar bildiyi bu kobud və hiyləgər adamın başına çırpmaq istəyirdi . Bu hissiyyatını da ondan gizlətmədi .
- Əmin olun ki, bu saat əlimdə imkan olsa sizi parça parça edərəm ,
- Sizi alqışlayiram . AFərin sizə daha bır cəsarətli fikir .
- Bura niyə gəlmisiz ? Mənimlə oyun oynamağa, yoxsa ziyarətə ? Sən kim olursan ki , mənimə belə danışırsan ? Bu cəsarəti sənə kim verib .
- Təkrar sizi alqışlayiram . Və etiraf edirəm ki , sizin bu halınıza sevinsəm də , cəsarətinizə heyranam . Kaş sizdə olan cəsarət bütün qadınlarda olaydı .
Ayla bu adamın danışıqlarına məətəl qalmışdı . Nə demək istədiyini , hansı cəbhədən olduğunu anlaya bilmirdi . "Bəlkə Eyvazı tutdurduğum üçün mənimlə bele danışır , axı bu da nə qeder şəhərdə yaşasa da buraların suyuyla qidalanmışdı . Bir qadının erini şikayyət etməsi aşirətdə heç zaman xoş qarşilanacaq şey deyildi .
- İndi bunu necə başa düşüm , dost kimi deyilən tərifmi , düşmən kimi edilən nifrətmi ?
- Məndə ikizdülük yodur . Mən adam kimi adamam . Dosta dost , düşmənə düşmən .
- O zaman , sən mənim dostummusan , düşmənimmisən. De bilim .
Boranin baxışlarındakı mehribanlıq getdi , yerini ona heç yaraşmayan nifrət aldi :
- Senin əzrayılınam . Gəlmişəm dütün sülaləni yer üzündən siləm .
Aylanın gözlərindəki nifrət böyüdü , elini qapıya uzadıb dişlərini qıcadı :
- Çıx bayra ! Redd ol !!!
Boran isə heç baxışını və üz ifadəsini dəyişmədən onun gözlərinin içinə baxirdı .
- Sən məni görəndəmi baxışların belə nifrətlə dolur , yoxsa , bu nifrət atama görədir ?
- Atan ?
Verilən sualdan Boran ozü də çaşdı :
- Atam ... Mənim atam ...
- Axı sənin atan kimdir ?
Boran təccüblə Aylaya baxdı . Necə yanı atan kimdir ? Bəyəm Ayla Boranın Eyyubun oğlu olduğunu bilmirdimi ?
- Məni ələ salırsız ?
- Niyə ələ salım kı , Boran bəy, kimdir atan ?
- Hələ o şərəfsiz erinlə birləşib atamı öldürməyiniz bəs deyil , məni ələ də salırsan ? Bravo vallah . Artistliyin bu dərəcəsi , yani . Mükəmməl ...
- Nə? Dəli olmusan ? Nə deyırsən sən ? Mən kimi öldürmüşəm ? Ağzıdan çıxanı qulağın eşıdır ? Bu nə iftiradır atırsan üstümə ? Sənə bu haqqı kım verıb ? Nəyə əsaslanıb mənə belə bir qara yaxırsan ? Mənimlə nə düşmənciliyin var ?
Ayla bir nəfəsə qışqıra qışqıra sualları yağdırırdı . Eyni zamanda yanındakı kiçik dolabin üstündəkı plastik su butulkasını , stəkanı götürüb ona atırdı . Qollarına qoşulmuş iynələri söküb tökürdü . Aylanın səsinə tibb işçiləri tökülüb gəldilər. Boran tibb işçilərinin gəldiyini görüb otaqdan çıxdı .
Ayla hələ də qışqıraraq Boranı söyürdü .
- Sən kimsən ki, məni belə şeylərlə gunahlandirisan , səfeh ? Həə təbii Eyvazla birləşib mənə imza atdırdız , təbii ki , fermayla iş qurdunuz , indi qaldı Aylanı yıxmaq ? İkinızin də dünyanızı başınıza yıxacam . Məni hələ tanımırsız, məni belə asan yıxa bilməyəcəksiz , nə sən, nə Eyvaz siz məni yıxa bilməzsiz . İstəyir dədəniz padişah olsun , sizdən qorxmuram . Mən qanuna güvənirəm , işimə , özümə güvənirəm . Pulunuz nə qədər cox olsa da , qanuna gücünüz catmayacaq .
- Sakıt olun Ayla xanım, sizə əsəbləşmək olmaz .
- Axı mən bılırdım kı, Eyvazın bir oyunu var , axı bu şərq camaatından , bu törədən kimə fayda gəlib ki mənə də gələ ?
- Xahiş edirəm, sakit olun. İndi iynə vuracam sizə , əsəbinuz keçəcək , izin verin . Sakit olun - tibb bacısı onu sakitləşdirməyə çalışırdı .
-Sakıt ola bilmirəm . O gələn kimin oğludu , onu tanıyırsız , kimdir olduğunu bilirsiz ?
- Yox Ayla xanım . Tanımıram . İlk dəfədir görurəm . Heç ziyarətinizə gəlməyib , görməmişəm onu buralarda.
- Siz hər adamı otağıma necə soxa bılərsiniz axı ? Buna sizin ixtiyarınız yoxdur . Şikayyət edəcəm hər birinizi ...
Tibb bacısının vurduğu iynənin təsirindən yuxuya getdi . Aylanın bütün dediklərini Boran qapı arasından eşidirdi . Deməli Ayla Eyvazdan nifrət edir , Aylanın onunla heç bir iş birliyi ola bilməzdi . Yüz faiz burda başqa məsələ var ...
Oyandığında hava qaralmışdı . Başının üstündəki stor lampalar yanırdı . Ruhu elə yorğun düşmüşdü ki , aparatların səsi sinirlərinə toxunurdu . Heç özündə deyildi . Dolmuşdu . Bağıra bağıra ağlamaq istəyirdi . Ağlaya bilməyincə ürəyi sıxılırdı .
Buraya gəldiyi gündən özünü tək tənha sayan Ayla, indi özünü ucsuz bucaqsız bir ümmanda batan qayıq kimi görürdü .
- Biri məni öldürsə , burda başıma bir iş gəlsə kimsə mənə ağlamayacaq, yanmayacaq . Axı mən kiməm? Axı kimimə, nəyimə güvənib aşirətin qanunlarina buynuz göstərirəm? İllərlə , esirlərlə bu törənin yazılmamış qanunlarını kimsə dəyişə bilməyibsə mənmi dəyişəcəm, bu qanunları ? Tək mənəmmi bu taleyi yaşayan ? Görmürəmi mənim kimi yüzlərlə , carəsiz qalmış qiz, qadın var bu torpaqlarda ? Hansı mənim kimi edir ? Niyə onlar xoşbəxt ola biir , mən yox ? Nİyə ərləri onları sevir ? Sünkü onlar törənin bu qanunların özlərinin alın yazısı kimi qebul edib, bes mən ? Mən isə hələ uşaqlıq məhəbbətimin havasıyla yaşayıram. Hələ də halal ərimə , oğlumun atasına isinişə bilmirəm . Mənim bu inadım ucbatından Yavuzum da məndən üz döndərib . İnsafla danışım gərək ,onlar mənim nazımla oynamırdılar? Məni qebul etmirlər ? Elbəttə etdilər. Eyvaz məni sevmirdimi ? Sevirdi . Bəs mən ? Niyə isinə bilmədim onun sevgisinə ? Niyə barışa bilmədim taleyimlə?
Otağında tək idi . Başı çox ağrıyırdı . Bu xəstəxana otağında ölüb getsəydi , kimsənin xəbəri olmayacağından çox qorxurdu . Tək tənha qalmışdı , nə bir sirdaşı , nə bir dostu vardı . Atası belə neçə dəfə gəlib getmişdisə də atasını belə qebul etmirdi . Demək olar ki, atasıyla bütün əlaqələrini kəsmişdi .
Özünü qınaya qınaya yatağinda söğan kimi qovrulurdu . Derdini tənhaliğinin qabağina qatıb qovurdu . Üstündəki mələfəni , gözlərinə sixaraq sel gəlan çayin qaşısına sedd çəkmək istəyirdi . Elə istəyirdi ki, başini qoyub ağlaya biləcəyi bir çiyin olsun . Fərqi yoxdur kim olur olsun , dost olsun , candan yaxın olsun .
Səhər alnındakı hərarətdən gözlərini açdı . Kimsə əlini onun alnına qoymuşdu . Gözlərini açdığında atasını başının üstündə gordü . Elə bil gecekı arzusunu , etdiyi duaları Allah eşitmişdi . Ona candan yaxın olanın göndərmişdi . Başını bağrına basıb doya doya ağlaya biləcəyı , ona qarşılıqsız hər şeyini verə biləcəyi adamı göndərmişdi . Ayla elə indicə başa düşdü ki, bu dünyada atasından başqa heç kimi yoxdur . Bu neçə ildə atası necə də qocalmışdı . Beli bükülmüş , gözlərinin etrafını qırışlar basmışdı . Bu bir neçə ildə atası üçün darıxdığını indi hiss etdi . Ezilib çatlamış qolunu cütləyib, atasının boynuna saldı . Hönkürdü ...
Axşama qədər ata bala dərdləşdilər , aradakı ayrılmış olduğu yollarda başlarına gələnləri danışdılar , ürəklərini boşaltdılar .
- Qızım , canim mənim canımsan , məni günahlandırırsan , amma mən nə edə bilərəm ki , aşeretlə təkbaşina mübarizə aparmaq mümkün deyil . Mən bu mübarizəni başlamişdim . Başıma gəlməyənlər qalmadı . Ananı oldürdülər . Bununla iş bitsəydi nə vardı kı ? Hələ də davam edir , anana başlamış oyun indi səninlə davam edir . Artıq bunu belə qəbul elə . Sen bunların adətlərinə öyrəşməlisən . Onların çaldıqlarına oynamalısan . Başqa yolun yoxdur .
- Düz deyirsən ata . Kaş ki , bu dediklərın o qeder də asan olsaydı .
- Olacaq , əgər olmaz deyirsənsə , günün belə olacaq , bəlkə də bundan daha da pis - Aylanın yaralı başın sığalladı .
- Daha indən sonra bir şey edə bilməzsən . Artıq pərdə yırtıldı . Hər kəsin diqqəti üzərindədir . Eyvazın tutulmasından sonra ...
Elə bu vaxt qapı açıldı . Aylanın çobanı və onun arvadı başlarin sinələrinə əyə əyə içəri girib ədəblə salam verdilər . Salamı aldıqdan sonra Ayla təşvişlə onlara baxdı .
- Noldu Asya baci , Mehmət dayı niyə gəldiz ? Heyvanları kimə tapşırmısız ? Yaylada kim var ?
- Qüsurumuza baxmayın xanım , Əşrəf ağa ilə Mustafa ağanın adamları gəldi . Bizdən cıxıb getməmizi istədilər , bizə pul da təklif etdilər . Gedə bilmərik Ayla xanım heyvanlarını bizə əmanət edib , biz onun emanətinə xəyanət edə bilmərik dedik . Heç bir yerə getmədik . İki gün qabaq gecəylə komamızı yandırdılar . İtlər hürüşüb səs salmasaydılar , evimizdə balalarımızla birlikdə yanacaqdıq . Bu gecə də samanlığa od vurublar , qoyun quzu çölə dağıldı . Gecə çöldə heyvanları qurd basdı . Dörd heyvanın leşini dərə kənarından tapdıq . Canavarlar parçalayıb .
Ayla da atası da narahat oldu . Nə edəcəklərini bilmədilər . Ayla esəbindən partlayırdı . Qışqıra qışqıra qalmışdı .
- Bunu necə edə bilərlər bu şərəfsizlər ? Kimə , mənə , bir qadına ? Bir qadına bunu etmək hansı kişiliyə sığar ? Şərəfsizlər ...
- Bəs sonra noldu - Kərəm dilləndi - Sizdə ele heyvanlari orda qoyduz çölün düzündə gəldiz , heləmi ?
- Xeyir əfəndim . Boran bəyin işçiləri gəlmişdi , mal almağa . Dedilər ki , mal alacağımızı Ayla xanım bilir . Biz də vəziyyəti onlara başa saldıq . Hazir məhsulumuz yoxdur dedik . Getdilər . Çox keçmədi . Boran bəy özü bir neçə adamla gəldi . Jandarma da gəlmişdi . İfade verməmizi istədilər . Bir şey deyə bilmədik Ayla xanım , sizdən xəbərsiz nə ifade verecəyimizi bilmədik . Boran bəy hamını oraya topladı . Vəziyyətlə maraqlandi . Bilirsiniz , yaylada hamı Əşrəf bəyi , Mustafa bəyi bilir . Bilirsiz heç kim onların namını verməz .
- Bəs siz ? Axi neçə illərdir mənimlə bərabər çörək kəsmisiz . Xeyrimiz şərimiz , çörəyimiz , sevincimiz kədərimiz bir olub . Heç olmaya jandarmaya düzünü deseydiz - Ayla sızıldadı .
- Allah razı olsun xanım . Haqqınızı axirətdə də ödəyə bilmərik . Fəqət ,onlar güclüdür biz nə edə bilərik ki ? Külfət sahibiyik , ailəmiz uşağimiz var . Bir tikə çörək qazanaq deyə , canımızdan olmayaq . Bizi dəstəkləyən kimsə yoxdur , siz də xəstəxanada ...
- Hələ bir deyin görüm bu Boran bəy kimdir , kimin oğludur ? Onu tanıyırsız ?
Çoban arvadıyla baxışdı .
- Dillən görüm ! Buralara gəlmə olduğunu bilirəm . Ama keçən dəfə bir şey eşitdım ...
- Xeyir efəndim , yerlidir , bizim məmləkətlidir. Şirnağın ən sayılıb seçilən adamlarından birinin oğludur . Düzdür uşaqlığından İstanbulda yaşayırdı . İndi gəlib burda iş qurub ...
- Hələ bir de görüm kimin oğludur ?-atası səbirsizləndi .
-Eyyub ağanın böyük oğludur ...
Kərəm bunu eşidər eşitməz heç zaman itirmədən güllə kimi qapıdan çıxdı .
Boranın Eyyubun oğlu olduğunu işçilərindən öyrəndi . Demək Boran bura səbəbsiz gəlməyib .Eyvazla iş qurması da səbəbsiz deyil . Atasının ölümündən Aylanı və Eyvazı günahkar bilirdi . Bəlkə də fikirləşir ki , 19 yaşlı bir gənc qız 45 yaşlı kişinin arvadi olmamaq üçün Eyvazla birləşərək , onu öldurub qaçmışıq sonra da evlənmişik ? Aaahhh ağılsız Eyvaz , sən onunla bu işlərə girişəndə ağlın hardaydı . Elə bilirsən ki , sənə atasının qanın bağışlayacaq ? Elə bilirsən atası o qara torpaqda çürüyəndə sən bu dünyada kef edəcəksən ? Allah sənin bəlanı versin , bütün həyatımı qaraltdın . İndi mən ona necə sübut edəcəm ki , onun atasının ölümündə mənim əlim yoxdur .
- Bəs indi heyvanlar yaylada başsız qaldılar ? Siz də gəldiz bura nə olacaq belə ? Mən getməliyəm , cıxmalıyam burdan . Mənim illərim var o fermada .
- Yox xanım dedim axı , Boran bəy adamları ilə gəldi . Bizə dedi ki, istərsəniz qalın istərsəniz gedin . Bu fermanın sahibi mənəm .
- Nə danışırsan sən ? O bunu edə bilməz ! Mən sadecə onlara mal satmaq üçün imza atmışam ...
- Bilmirəm xanım , vallahi də billahi də elə dedi . Adamları yanmış ahırın taxtalarından seçib çəpərlədilər . Heyvanları içinə topladılar . Sonra Əşrəf ağa ilə Mustafa ağanın adamları gəldi . Mustafa ağa da Əşrəf ağa da Boran bəyin üstünə düşdülər ki , çıxıb getsinlər . O da imzalı kağiz göstərdi ki , biz fermanın yeni ortaqlarından biriyik . Bu da Eyvaz bəyin və Ayla xanımın ımzalı kağızı . Qırğın qalxdı . Silahlar şaqqıldadı . Təkrar jandarma tökülüb gəldi . Biz də ... qorxumuzdan orda durammadıq , üç divin arasında bir qarışqa nə ede bilərdi ki ?
Bu vaxt qapı açildi . Atası və iki polıs işçisi içəri girdi ...
Ayla özünü nə qeder danlayıb taleyinə barışmağı qarşısına məqsəd qoysa da Eyvazin və onun ailəsinin ona vurduğu ziyandan sonra bunu düşünmək belə istəmirdi . Bayaqdan tək Eyvazdan şikayyətçi idisə də indi Əşrəf ağadan və qaynatasından şikayyətçi idi . Şikayyətinin üstündən bir neçə gün keçməsinə baxmayaraq onlar hələ də azadlıqda gəzirdilər .
Aylanin çobanı getsə də , arvadı Aylanın yanıda qalmışdı . Aylaya xidmət edir , yeməyin verir , qoluna girib tuvaletə götürürdü ...
Yayladan saraya qayıtmaq şansı yox idi . İndi artıq yayalada da xəyal olaraq qalırdı . Çünkü yayladakı mallarına Boran əl qoymuşdu . Belə yaralı veziyyədə işləyəcək halı qalmamışdı . Bağladığı müqavıləyə görə Borana borclu idi . Ferma elindən gedirdi .
Oğlu qaynatasının evində idi . Oğlu üçün velahet davası da açmışdı . Lakin ,Yavuz onunla gəlmək istəmirdi . Atasının tutulmasında Aylanı günahkar bilərək ondan nifrət edirdi . Hələ törənin iki güclü ağasina qarşı düşmənciliyi Yavuzun anasına qarşı nifrətini birə beş artırmışdı .
Kərəm də əvvəlki Kərəm deyildi . Daha kimsədən qorxub çəkinmədən Aylaya destək olurdu . Qızına zərbə vuran emiləri ilə mübarizəyə qalxmışdı . Boranın Eyubun oğlu olduğunu bilən Kərəm orda durmadan axtarıb Boranı tapdı . O da bilirdi ki , Boran bura boşuna gəlməyib .Toropağının yetişdirdiyi adamların xasiyyətini , ağzındakı dılı kimi bilirdi . Bilirdi ki , Boran mütləq atasının qisasını qızının ailəsindən alacaqdır . Onsuzda qızına düşmən kəsilmiş böyük bir nəsildən sonra qizini Boran kimi bir əjdahanın ağzına da atmaq istəmirdi . Həqiqəti Borana anlatmalıydı .
- İnanin bir ata kimi , namusum və şərəfim üzərinə and içirəm ki , sənin atanın ölümündə mənim qizimin əli yoxdur - Deyib illər öncə qızının başına gələnləri , Atasının müammalı ölümünə qədər nə vardırsa ona nəql etdi :
- Bütün bu olanlarda qızım məni günahkar sayır . Haqlıdır da . Mən qızıma sahıb çixsaydım , bu gün mənim qızım xəstəxanalarda can çəkməzdi . Həyat qızımı döyüb bərkidib . Qızımın iradəsi indi mənə cəsarət verir . Nə olur olsun , son nəfəsimə qədər qızımın yanında olacağam .
Aylanın cəsarətli qız olduğunu ilk tanışlıqdan görmüşdü Boran . Onun cəsarətınə də heyran qalmışdı . Bilirdi ki , Eyvaz Aylanın Boranla belə cəsarətli addımını onun burnundan gətirəcək . Hətta Fermanin süd qatıq , et məhsullarının müqaviləsini də Ayla özü imzalayacağina inad edəndə Eyvazın necə haldan hala düşdüyünü görürdü . Sənədlər müəyyən şərtlər altında imzalandi . Ayla onlara verdiyi məhsulun qarşiliğında , otelin restoran və kafesinin o cümlədən fəhlə yeməkxanasının bütün meyvə və tərəvəz məhsullarinin idxalını Aylaya devr ediləcəkdir . Egər Ayla məhsulu yetişdirə bilməsə , və ya restoran və yeməkxananın mətbəx eskiklərini idarə edə bilməzsə , bütün ferma , Boran ağanın ixtiyarına keçəçəkdi . Bu böyük bir risk idi . Ayla kimi dəstəksiz , köməksiz bir qadının belə bir işin altına girməsi , böyük bir sərvətin itirməsi demək idi . Bu işə başlamaq üçün isə Ayla Boran bəydən bir ay vaxt istəmişdi . Aylanin heç restoran və yeməkxananı işlədəcək adamı belə yox idi . Bir ay içində kəndlərə gedib lazımı məhsulları kəndlilərdən almaq üçün ekin yerləri tapmalı idi . Səkkiz ildə yaylada üç beş çobandan başqa tanıdıgı nə bir işçisi var idi , nə də tanıdığı biri yox idi ki, belə bir işin altına girəydi . İşçi üçün belə hələ o vaxt tanımadığı Borana isə heç etibar edə bilməzdi . Boran Aylanın servətinə sahib olmaq üçün onun gətırdiyı komandaya Aylaya zıyan vurub onu müflis etmək üçün tapşırıq verə bilərdi . Odur ki , özünü tək rəqibi olan Borandan qorumalı idi . Güvəndiyi Eyvaz idi , nə də olsa əri idi . Lakin gözlədiyinin eksinə , ona zərər vuran Boran yox Eyvaz oldu . Xəstəxanaya düşüb Eyvazdan şikayyətci olduğunu eşidən Eyvazın aıləsi fermaya ziyan etməklə Aylanı qorxuzaraq şikayyət erizəzini geri çəkməsini istəyində qarşilarinda Borani görüncə caşıb qaldılar . Çünki Aylanın , Boranla belə bir iş qurmasından xəbərsiz idilər . Eyvaz arvadının belə dikbaşlıq etməsin aşirətdən gizlətmişdi . Deyə də bilməzdı . Kişinin dura dura qadinin iş görməsi onun nüfuzunu gözdən salardı .
Boran isə Aylanın xəstəxanaya düşdüyünü , Eyvazın tutulduğunu və Aylanin fermasının Əşrəf ağa və Mustafa ağa tərəfindən dağıdıldığını eşidəndə qanuna görə haqqına düşən malına sahib çıxmağa qərar verdi . Boran bu ailə daxili çəkişmələrdə böyük bir problemlər olduğunu ilk gündən anlamışdı . İndi də Kərəmin gəlib ona Aylanın başına gələnləri yerli yataqlı ona danışmasindan sonra papağını qarşısına qoyub bir daha düşündü . Bəlkə atasının ölümündə Aylanın doğurdan da günahı yoxdur . Bəlkə də Aylanın heç atası ılə Əşrəf ağa arasında olan sözləşmədən xəbəri də yoxdur . Əgər xəbəri olsaydı Ayla bu qədər cəkişmələrə qatlanıb Mustafa ağanın sarayına yerləşərdimi ? Ən azından keçmiş eri sayılan Eyyubun malikanəsində ozunə hissə istəməzdimi və ya atasının evlənmədən Aylaya ayırdığı ən münbit torpaqlarda özünə məskən salmazdımı ? İstanbuldan gələndən araşdırmalardaydı . Öyrənmişdi ki, Əşrəf ağa atasının ona boyun olduğu torpaqlar ilə Aylaya bağışladığı torpaqları birləşdirərək böyük əraziyə sahib olub , bu torpaqları özü təkbaşina əkdirir . Ayladakı cəsarətı gördükdən sonra tam əminliklə deyə bilərdi ki , Aylanın bu oyunlardan xəbəri yoxdur . Əgər xəbəri olsaydı Aylanin onlara qarşılıqsız torpaq verecəyini də düşünmürdü . Bu cəsarət ki onda var , ən azından öz hissəsinə düşən torpaqları özü əkərdi . Odur ki , Boran atasının vəkilini çağırıb elllərində olan dütün dəlilləri toplayıb vəkillə bərabər yaylaya yollandı .
Ayla xəstəxabadan yeni çıxmışdı . Etrafında oz adamlarından kimsə qalmamışdı . Bütün fermanın ışçiləri aşirət ağalarinin qorxusundan yayladan uzaqlaşmışdılar . Qalanlar da onlara düşmən kimi baxırdılar . Yaylada qalan yeganə dostu Mehmətlə Asiya və onun uşaqları idi . Boranın adamları fermaya sahib çıxmış , oranın işlərini idarə edirdi . Qizini bu oyundan qurtarmaq məqsədi ilə , Kərəm qızına Ankaraya dönməsi üçün nə qeder israr etsə də Ayla esla Ankaraya getməyəcəyini qarşısına məqsəd qoymuşdu . Başqa zaman Ankara adı gələndə dodadqları ucuqlayan Aylanın uşaqlıq sevdasını inad və kibir ört basdır etmışdı . Daha Kənan heç ağlının ucundan belə keçmirdi . Bəlkə də hardasa adını belə unudacaqdı . İndi Kənandan vacib bir ciyər parası vardı . Yavuz ... Yavuzunu bu torədən qurtarmaq . Onu bu aşeretdən qurtarmaq üçün güçlü olmalı idi , onlar kimi zəngin olmalı idi , onlarla mübarizə aparmalı idi . Özü də hiss edirdi ki , Kənanla arasında sonu görünməyən ucurum var , bir ümüdsüz məhəbbətdən yana bu uçurumdan atlanmaq ən böyük ağılsizliq olardı . Kənan onun yükünü çəkəcək halada olsaydı bəlkə də hardasa nəyəsə ümüd ede bilərdi . Günü müalicələrdə , xəstəxanalarda , əməliyyatlarda keçən Kənanın Aylaya boş sevgidən başqa verəcək nəyi vardı ki , oysa Aylanın Eyvazdan , onun aıləsindən qısas alması üşün güclü dosta , etibarli sevgiliyə , Aylaya sahiblənəcək bir ailəyə ehtiyyacı vardı . Ayla belə bir şeyi xəyal ederkən gözlərinin qarşısına Boran gəlirdi . Boran ona dost ola bilərdi , həm də Eyvazın sülaləsini çökdürə biləcək yeganə rəqib idi .
Qapı döyuləndə Ayla tez yaylığını yenicə tüklənmiş başına atıb yaşmaqlandı . Gələnlər Boran və vəkil idi ...
Qarşısındakı kağizların birin atıb o birini götürürdü . Aylanın Əşrəf ağaya Eyub ağa ilə arasındakı sözləşmələrdən xəbəri belə yoxdur . Təccübdən gözləri böyümüşdü .
- Seni bağışlamamaqda yaxşı edibmişəmmiş ata . Həmişə özümü qınayirdım kı , atam mənə her zaman arxa olub , həmişə mənə həm ata , həm ana olub , sen deme mən ilanın yuvasında böyümüşəmmiş. Sən neçə ata oldun ki , əmin məni böyük servət qarşiliğinda atamla yaşıd bir kişiyə verilməmə razı oldun ?
Kərəm Aylaya çarəsiz qaldığını qızına başa salmağa çalışdıqca Ayla atasının sınəsini yumuruqlayaraq ona üsyan edirdi .
Boran ilə vəkilin gözlədiyi səhnə baş turmuşdu . Doğurdan da Aylanın heç nədən xəbəri yoxdur . Belə cıxır ki ,Əşrəf ağa Eyyub ağanı aradan götürməklə , həm Eyyubdan kiraladığı torpaqlara , həm də Aylanın xəbəri belə olmadığı hissələrinə əl qoyacaqmış ...
MƏKTUB ( REAL )
11 BÖLÜM
Hazırlaşıb evdən çıxacaqdım ki , qapıda polislərlə qarşılaşdım . Çox güman ki, səhv gəlmişdilər . Yoxsa polisin mənim evimdə nə işi vardı ki ?
- Pardon , keçə bilərəm ? - deyə qapı ağzında dayanmış polislərdən yol vermələri üçün izin istədim .
- Zeynəb Akçay ?
- Bəli buyurun !
- Bizimlə şöbəyə gəlməyinizi xahiş olunur .
- Bir yanlışlıq olmasın məmur bəy ?
Polis məmuru təkrar əlindəki sənədə baxıb kağızı üzümə tutdu .
- Resımdəki sizsiniz deyilmi , bu ad soyad da sizindir ?
- Bəli mənəm .
- Buyurun o zaman !
- Axi nədir , nə məsələdir ?
- Gedək şöbəyə . Orda sizə məlumat veriləcəkdir.
- Bir deqiqə o zaman - deyib başımı içəri salıb anamı səslədim . Mətbəxdən boylanan anam qapıdakı polısləri görüb təşvişə düşdü .
- Nolub , polis bəy , bir şeymi olub ?
Məsələdən hali olan anamın sesınə bütün qonşular bayıra çıxmışdı .
- Axı nolub , dayanln, mənim qızımı hara aparırsız ? Niyə aparırsız . Mənim qızım günahsızdır .
Çox keçmədi kı , izahat otağının qapısında qardaşlarım ailələri ilə bərabər toplanmışdılar . Şöbənin dəhlizi səsdən uğuldayırdı . Mən isə içəridə izzahat verirdim .
- Zeynəb xanım , Kənan Yamanın evində nə zamandan işləyirsiz .
- Artıq 5 ay olacaq .
- Axırıncı dəfə onun evində nə zaman olmusuz ?
- Avqustun 15 - də . Sonra Kənan bəy qızı ilə tətilə getdiyi üçün işimə müvəqqəti olaraq ara verildi .
- Tətilə cıxdıqdan sonra Kənan Yamanla görüşmüsüz ?
- Telefonda bir iki dəfə yazışmışıq .
- Nə yazışmısız .
- Elə belə səhədiylə bağlı . Axı nə baş verir ? Bir açıqlama veməsəniz mən heç bir şeyə cavab verməyəcəm . Egər suallarınıza bu şəkildə davam edəcəksinizsə , vəkil tələb edəcəm və vəkilimlə danışmadan heç bir şeyə cavab verməyəcəm .
- Kənan Yamanın evındə cinayyət işi baş verib .
- Nə ? Nə cinayət ? Nə deyirsiz siz ?
- Seda xanımı tanıyırsız .
- Xeyır, heç görməmişəm . Ama Kənan Yamanın xanımı olduğunu bilirəm .
- Bəs bunu ? - Polis mənə bir şəkil uzatdı . Bu ki , blokda Sedayla öpüşən oğlandır ...
- Xeyir , tanımıram məmur bəy ! Heç görməmişəm . Axı bır şey deyəsiz yoxsa yox . Nə cinayətdir, axı nə baş verir ?
- Seda xanımla Kənan bəy evındə vurulub
- Nə ? Necə ? Kim vurub ? Ölüblər ?
- Bu şəkildəki KaranToy da zəhərlənıb .
- Ölüb ?
-Təssüf ki !!!
- Bəs Kənan bəy ? Pardon Seda xanım ? Onlar necə oldu ? Kim vurmuş onları .
- Yox onlar xəstəxanada . Seda xanımın vəziyyəti kritikdir . Həkimlərin səyi nəticəsində ölüm riski adlatıldı . Analizlər onun da qanında zəhərli maddə olduğunu göstərdi .
- Aman Allahım . Nələr baş verir ?
- Dörd gün bundan qabaq Kənan Yamanla evin yaxınlığındakı parkda kameralara düşmüsüz - deyib kampüterin monitorunu mənə tərəf tutdu . Mən onun arabasını sürürdüm. Həmin gün idi . Sabaha qeder parkda qaldığımız gün ... sabah azanından sonra evə gedirdik . Mənə sadəcə bu hissəni göstərdilər . Parkın ıçınə qoyulmuş kameraya sadəcə belə düşmüşdük .
- Bəli , görüşdük .
- Etraflı danışın .
- Həmin gün mənə mesaj çəkdi ki , parka gələ bilərsiz ?
- Mesaj dururmu telefonda ?
- Xeyir , gərəksiz mesajları və zəngləri sılırəm , telefona ağırlıq edir deyə .
- Aha davam edin .
Yaxşı ki , telefonumun yaddaşı az tutur . İlk dəfə idi ki bu gün sevmədiyim telefona mınnətdar oldum .Telefonum onu ələ verməmişdi - Telefonumu alıb kontrol üçün başqa bir polisə verdilər .
- Bəs siz çağıranda niyə getdiz ? Həm gec saat idi , həm də iş saatınız deyildi .
- Bilirsiniz .Mən dövlət işçisi deyiləm. KƏnan bəyin özəl baxıcısıyam . Və mənim onunla zamandan və məkandan asılı olmayaraq 4 - 5 saatlıq iş günü üçün müqaviləm var .Yani istədiyi saatda , istədiyi yerə dəvət edib çağıra bilər . Birdə bu cinayyətin mənə nə dəxli var ki ?
- Heç bir şey . Bu sadəcə bir araşdırmadır . Buraya imza atın zəhmət olmasa .Telefonunuzu da yan otaqdan ala bilərsiz
İmza atıb bayıra çıxanda üstümdən dağ götürülmüşdü sanki . Amma ürəyim nigaran idi . Kənanla görüşməli idim .
Qapı ağzında məni böyük ailəmiz qarşıladı suallar bir birinin arxasınca yağdı . Beynim dumanlanmışdı. Heç kimə cavab vermək istəmirdim . Ancaq Kənanı görmək istəyirdim . Təkrar başımı qapıdan içəri salıb :
- Məmur bəy , Kənan Yamanla görüşə bilərəm ?
-Xəstəxanada polis nəzarətindədir ...
Telefonumu alıb Kənanla görüşə bilməyim üçün lazımı yerlərə müraciət edib şöbədən güllə kimi çixdim . Arxamca gələn qardaşlarıma taksiyə oturaraq :
- Narahat olmayin uzağı 2 saata evdəyə - dedim və birbaşa xəstəxanaya gəldim .
Xəstəxana koridoru qələbəlik idi . Kənanın ailə üzvlərini ilk dəfə idi görürdüm . Selcuq bəy bacısı Müjgan, dayızı əmisi uşaqlarını beç tanımırdım da.
Baş həkimlə Kənanın yatdığı palataya girəndə hündür boylu dolu bədənli , qırmızı yanaq sarışın bır kışı qabağımıza qaçdı .
- Həkim , oglumu mənə bağışlayın , xahiş edirəm .
Bu kişi Səlcuq bəy idi ...
Kənanın yanından çıxanda bulud kimi dolmuşdum onu belə halda görmək mənə pis təsir edirdi . Belə halda evə getmək istəmirdim . Bilirdim ki ,evdəki hesabat polis bölməsindən ağır olacaq, hələ anamın ittihamnaməsi... qardaşlarımın hakimlik , vəkillik etməsi ...
Evə gec gəlsəm də hamı bizdəydi . Heç kim bir yerə getməmişdi , məni gözləyirdilər . Sağımdan solumdan verilən suallara tutuquşu kimi eyni cümləylə cavab verirdim :
- Narahat olmayın , mənlik bir şey yoxdur . Sadecə mən o evin işçisi olduğum üçün izzahat verməyə çağırmışdılar , mən də suallara cavab verib gəldim . Vəsallam .
Aradan bir həftədən cox keçmişdi . İki dəfə Kənanla xəstəxanada görüşmüşdüm . Üçüncü Sonuncu görüşdə polis nəzarətində deyildi . Ziyarətçi sərbəst idi . Selcuq bəy yanıda qalırdı . Mən özümü ona təqdim edendə o təcüblənmişdi . Kənanın məni işçi kimi evinə almasından xəbəri yox idi . Mənə çox qəribə nəzər edirdi ...
Kənan polis nəzarətindən çıxdıqdan sonra demək olar ki günümonun ya ında kecirdi .
İki ay idi ki , işsiz idim , amma Kənan hər ay vaxtında maaşımı kartıma keçirirdi . Maaşdan deyildim , Kənan üçün, Zeynəb üçün çox darıxırdım . Parka gedirdim , xoş dəqiqələrimiz parkin hər tərəfində gözə dəyirdi . Qaçışdan sonrakı son dayanacağım "bizim şam" idi . Saatlarla şamın altındakı "bızım oturacaqda" oturub ordan binaların üstündən səmaya baxırdım . Qulaqlarımda Kənanın qəlbinin səsı ,saçlarımda nəfəsinin hərarətını hiss edirdim . Dan yerinin sökülməsini , azanın oxumasını xatırlayırdım .
... Sonuncu məhkəmədə məni də şahid kimi çağırmışdılar . Şöbədə yazılı verdiyim izahatı bu dəfə də şifahi verdim .
Deməli həmin gün Sedayla Karan evdə görüşəcəkmişlər . Sedanın dediyinə görə neçə vaxt imiş ki , Sedaya aşiq olan Karan Sedadan el çəkmirmiş . Karan ona sevgili olmağı fəklif edibmiş . Yuvasını dağıtmaq istəməyən Seda Karanı evinə dəvət edib ona yaxşıca dərs vermək istəyib . Bir dostluq esnasında Karanla çəkdirdiyi şəkillərlə guya Karan onu şantaj ederək onu yatağına soxmaq istəmiş , dəfələrlə iş yerində və başqa məkanlarda ona qarşı zorakılıq edərək, müxtəlif pozlarda Sedanın şəkillərini çəkib . Həmin gün də Seda onu evə dəvət edərək şəkilləri nə yolla olur olsun ondan alacağını planlayıbmış . Əgər şəkilləri verməzsə , Karana onu öldürəcəyı ılə də xəbərdar edib . Karan isə şəkillərin qarşılığında ondan onunla yatmağini istəyincə Seda onunla razılaşıb və mətbəxə keçərək onun kofesinə zəhər qatıb gətirib . Divanda onu öpməyə çalışan Karandan qurtarmaq üçün Seda kofeni əlinə alıb bir qurtum içib , normalda Seda şəkərsiz içdiyi üçün kofeni yanlış içdiyini fərq ederək Karana hiss etdirmədən fincanı dəyişibmiş . Özü öz əli ilə Karana kofeni sona qeder içirəndən sonra Karan onu elə oturduqları yerdə sevişməyə məcbur edib . Elə bu zaman Kənan gəlib . Kənanın üstündə silah olub . Kənanla Karan əlbəyaxa olarkən Karan Kənanın silahını çıxarıb onu vurmaq istəyərkən , güllə Sedaya dəyib , daha sonra isə tapancanı Kənana tuşlayıb , ürəyin nişan alıb , elə bu vaxt , Sednın ona içirtdiyi zəhərin dozası özünü göstərib , Karan yerində dayana bilməyib yıxılanda elindəki tapancadan atəş açılıb və Kənan qarnından yaralanıb.
- Seda Xanım deyirsiz ki , zəhərli kofe içmisiz , axı masanızın üstündə fincan belə olmayıb .
- Düzdür , hakim bəy - Seda Kənana baxdı . Kənanın baxışları ona zillənmişdi . Sanki baxışları nəsə deyirdi.
- Karan kofeni içəndən sonra fürsət tapıb həm onun mənə qarşı əxlaqsız hərkətindən qaçmaq üçün , həm də izi itirmək üçün fincanlari mətbəxə götürüb yaxaladım .
- Yəqin ki , işlətdiyiniz zəhərdən də qalmış olmalıydı . Axı evdə belə bir şeyə rast gəlinməyib ?
- Bəli , onu da suyun altına boşaltdım . Şüşəsin də pəncərədən həyətdəki zibil yeşiyinə tuşlayıb atdım .
Seda belə ifadə vermişdi ama . Esil həqiqət isə başqaydı . Mən əsil həqiqəti isə çox çox sonralar məktubda oxudum ...
Şübhəli qısmındə bir neçə gün polis nəzarətində saxlanılan Kənan azadlığa çixandan ilk dəfə idi ki , onlara gedirdim . Məni evlərinə dəvət etmişdi . Daha doğrusu hələlik onlarda işləyəcəkdim . Həm də Atasının villasında . Kənanı nə xəstəxanada, nə də nəzarətdə olanda içəridə tək qoymamışdım . Onu tez tez ziyarət edir , baş verən proseslərlə yaxından maraqlanırdım . Dediyim kimi Səlcuq bəyi də elə ilk dəfə xəstəxanada görmüşdüm . Nədənsə ilk tanışliqdan Səlcuq bəy məni qəbul etməmişdi. Mənə nə xəstəxanada , nə də məhkəmələrdə üz vermirdi . Mənası anlaşılmayan bir baxışla baxırdı mənə . Bilmirəm qorxudanmı yoxsa həyəcandanmı onun baxışlarında özümü itirirdim . Eslində cəsarətli qız idim , amma bir acıqlanası olmayan söhbətdə ozümü heç görmək istəməzdim . Necə deyərlər . Örtülü bazar , dostluğu pozar . Onun məimlə doğru dürüst danışmaması , mənə qəribə baxışları , məni ondan , ümumiyyətlə bu ailədən uzaqlaşdırırdı .
Səlcuq bəylə ilk tək bə tək görüşümüz inanılmaz ağır oldu . Bütün əsəblərim gərilmişdi .
Deməli , bir gün qapımız döyüləndə anam qapıya cıxdı . Gələn Selcuq bəyin şoferi idi . Şöfer onu Selcuq bəy göndərdiyini deyəndə , anam çığırıb bağırmağa başladı .
- El çəkin , mənim qızımdan . Qızımın bu işlərdə əli yoxdur . Nə istəyirsiniz uşağımdan - deyəndə səsə otağımdan cıxdım . Məsələdən hali olanda anamı sakitləşdirib içəri çəkdim . Özüm isə şoferlə bərabər həyətə düşdüm .
- Zeynəb xanım , sizi Səlcuq bəy ofisinə çağırır . Eğər zamanınız varsa gedek .
- Səlcuq bəy ? Niyə çağırır ki ? Nə deyəcək ki ? - Öz nəzərimdə saf ağlımla Səlcuq bəydən pərdələnib utanıb çəkinmişdim . Daha bilmirdim ki ...
- İndi gələ bilmərəm . Anamın halını gördünüz . Onu sakitləşdirməliyəm .
Şofer Selcuq bəyə zəng edib mənim fikirimi ona deyəndən sonra Selcuq bəy ona nə deyirdisə o boyda kişi rəng verib rəng alırdı . Xortdan görmüş adamlar kımı üzünün ifadesi dəyişdi . Nə baş verdiyini bilmirdim . Amma onu bilirdim ki mənim şoferlə ora getməməyim Səlcuq bəyə bərk toxunub .
Polislər məni evdən alıb izahata aparandan sonra anam mənim bu ailəylə əlaqələrimin kəsilməyini istəyirdi . Qardaşlarım da mənə bir daha o ailəyə yaxınlaşmamamı istəsələr də , mənə bunu qadağa qoya bilmədilər . Evimizdə hər gün demək olar ki, bu məsələ müzakirə olunurdu . Onlar mənim üstümə gəldikcə mən hər gün bir adım Kənana yaxınlaşırdım . Özümü Kənansiz təsəvvur ede bilmirdim . İndi də Səlcuq bəyin arxamca adam göndərməsi , anamı cin atına mindirmişdi .
Səlcuq bəyin ofisi şəhərdən xeylaq aralıda yerləşirdi . Böyük bir arazini əhatə edən şirkət binası demək olar ki , kənardan baxanda müasir memarlıq üslübunun əvəzsiz incisi idi. Bir neçə dəfə şoferin evə gəlməsinə baxmayaraq , internet üzərindən kiçik araşdırma ederek Səlcuq bəyin ofisini tapmışdım . Ozüm onun dəvətini qəbul edib görüşünə tək gedirdim .
Katibə qız məni çox gözlətmədi . Mənim gəldiyimi eşidən Səlcuq bəy məni o deqiqə içəri aldı .
İçəri keçib , ədəblə salam verib utana utana ona əl uzadıb özümü təqdim etdim . Salamımı almadan , nəzakət xatırinə əlimi belə tutmadan , çəkməcədən bir paket çıxarıb , önümə atdı .
-Sənin və sənin kimilərini , çox görmüşük , al bunu bir daha oğlumun ətrafında dolaşma . Mən onun şikəstliyindən istifadə edib hisləri ilə oynayanlara heç vaxt icazə verməmişəm vermərəm də . Bax bu paket üçün nə qızlar gəldilər getdilər Kənanın həyatından . Evimin kandarindan . Manikən kimi . Mənim oğlum sənəmi sulanacaq ?
- Nə deyifsiz siz . Sizin mənimlə bu cur danışmağa haqqınız yoxdur ...
Cox pərt olmuşdum . Əsəbimdən dilim dodağım əsirdi. Nə edəcəyimi , nə deyəcəyimi bilmirdim .
- Çərənləmə, al, istədiyini rədd ol .
- Baxın Səlcuq bəy siz məni tanımırsız ...
- Tanımaq da , sizi bir daha da görmək istəmirəm , ümüdvaram ki bir daha üz üzə gəlməyəcəyik - deyə sözümü kəsdi .
- Tuğçə ! - Katıbəni səslədi
-Bir dəqiqə Səlcuq bəy ...
- Tuğçə göndərin bunu getsin - deyib paketi katibə qıza üzatdı .
- Dayanın , məni bu şəkildə göndərə bilməzsiniz . Mən bura pul üçün gəlmədim. Siz tanimadığınız birinə bu şəkildə davranmanız etik qaydalara belə uygun deyil . Elə bu dəqiqə mənə dediyiniz sözlərə görə məndən üzür istəmənizi tələb edirəm .
Kinayəli bir şəkildə gülüb əlini düyməyə basıb :
- Göndərin bunu burdan - deyə güvənliyi çağırdl .
- Xeyir, mən heç bir yerə getməyəcəm. Məndən üzür istəmədən bir addım da atan deyiləm .
Katibə və güvənlik qolundan tutub məni otaqdan çixardılar .Səsim şirkəti başına almışdı .O biri otaqlardan hamı korıdora çıxaraq mənə baxırdı. Katibə qiz paketi çantama qoyanda buna imkan vermədim, paketi əlindən alıb Səlcuq bəyin qapısına tuşladım . Paket açılıb içindəki iki yüzlüklər yerə səpələndi ...
Bu hadisədən sonra evə necə gəlmişdimsə xəbərim belə olmamışdi . Üç gün əsəbımdən yeri göyü yandirirdim . Əsim əsim əsirdim , evimiz cənazə evi kimi dolub boşalırdi , qardaşlarım , arvadları , onların uşaqları, qohum , qonşular ...
Belə vaxtımda yanımda heç kimin olmasını istəmirdim , uşaqlıqdan bir huyum vardı . Əsəbləşəndə , nədənsə kimnənsə küsəndə tək qalmaq istəyirdim . Yenə həmişəki kimi özümü otağıma qapatmışdım . Mənim Səlcuq bəylə aramda olanlardan anamın belə xəbəri yox idi . Heç kimə heç nə deməmişdim . Amma mənim belə stres keçirməmin də səbəbsiz olmadığını bılirdilər .
Səlcuq bəyin mənə bu etdiklərini bağışlaya bilmirdim . O fikirləşirdi ki , mən Kənanın sərvətinə görə ona yaxınlıq edirəm . Halbu kı, mən Kənanın kım olduğunu məhkəmə sırasında daha dəqiq öyrənmişdim .
Bir neçə dəfə danışıb yazışmışdıq , atasının mənə etdiklərini ona demək istəmişdim . Amma deməmişdim . Məni evlərinə dəvət edəndə də dəvətı qəbul etmək istəməmişdim .
- Bir müddət villada qalacam , səni ailəmlə , evimizlə tanış etməyim lazımdır .
-Qüsuruma baxmayın . Mən sizinlə orada işləmək istəmirəm .
- Bu nə deməkdir indi ?
- Bağışlayın ...
- Zeynəb , sən artıq bizim ailəmizin bir üzvü oldun , dərdimiz , sirrimiz bir oldu . Məhkəmədə belə sizi köməkçim kimi şahid göstərdim .
- Burda və başqa yerde nə deyirsiz edərəm amma məni villaya aparmayın . Xahiş edirəm .
- Axı biz müqavilə imzalarkən belə şərtləşməmişdik .
- Bilirəm amma ...
-Aması maması yoxdur . Gedirik villaya . İş saatı 3 4 satlıq müxtəlif vaxtlarda olan iş saatıdır həmişəki kimi . Səni şofer ozü götürüb , ozü gətirəcək .
Demək Kənan məni bir işçi gözündə görür . Bəs atası nəyə əsaslanıb , mənə belə şeylər deyirdi . Kənanla hara desələr gederdim . Bir Səlcuq bəylə üz üzə gəlməmək üçün o villanı istəmirdim .
Böyuk bir ərazidə məkan tutmuş 2 və 3 mərtəbədən ibarət olan villa elə bil bir cənnət baxçasının bir küncündə idi . Ankarada yaşasam da buranın belə bir yeri olduğunu bılmırdım . Villanım olduğu yerə "Villalar məhəlləsi" adı vermək olardı . Çünkü bu məhəlləyə girəndə hər tərəfi hündür hasarlara alınmış , darvazalarinda güvənlik və kameralar olan bərli bəzəkli villalarla qarşılaşırsan . Bəlkə də Ankaranın ən varlı iş adamları burda qərar tutmuşdu . Bizi villaya aparan maşın irəlilədikcə , açıq darvazalardan həyətlərə boylanır , həyətlərdəki bahalı maşınları dəyəri bəlkə də milyon dollarlıq evləri görəndə gözlərim bərələ qalırdı . Böyük qardaşım mütaib idi , ondan balaca mühəndis , biri həkim idi , o biri müəllim , balaca da makler . Az çox gəlirləri vardı . Çox şükür evleri güzaranları da pis deyildi . Amma beşi birləşsə bu gördüyüm villaların heç baxcasını ede bılməzdilər ...
Ag klassik üslubda tikilmiş bir binanin həyətinə girəndə yuxudan ayıldım sanki , həyətdə Səlcüq bəyın maşınını gördüm . Bizə gələn Şofer də maşının təmizliyini edirdi . Bir necə gün bundan əvvəl Selcuq bəyin mənimlə xoşagəlməz reftari gözlərimin önündən su kimi kecdi . Gəldiyimə peşiman olmuşdum . Düşünürdüm ki , indi Səlcuq bəy , yenə məni azarlayıb deyecək ki nə üzlü qızdır bu . Bu boyda həngamədən sonra menimlə necə üz üzə gəlir ?
- Xoş geldiniz , Kənan bəy - deyərək həmin şofer maşının qapılarını açdı . Maşının qapılarını açdıqdan sonra bagajdan Kənanın arabasını çıxarıb bizim şoferlə arabanı açıb hazırladılar.
Nə edecəyimi bilmirdim . Cox həyəcanlı idim. Barmaqlarimi bir birinə elə dolaşdırmışdım kı ,ağappaq toppuş əllərim mas mavi olmuşdu . Həm həyəcandan , həm utandığımdan dodaqlarımı elə gəmirirdim ki dodaqlarım qip qirmizi olmuşdu . Allaha yalvarırdım kı , Selcuq bəylə üz üzə gəlməyim .
Arabasında rahatlanandan sonra onu içəri götürmək istəyən adamlarindan :
- Atam getmədimi ? - deyə soruşdu
- Xeyir əfəndim , Selcuq bəy sizi gözləyir .
- Yaxşı . Oldu . Siz gedin biz özümüz ...
Kənan üzümə gülümsəyib əli ilə mənə yol göztərdi . Mən onun arabasını sürmək istərkən o mənə mane oldu .
-Yox lazım deyil . Mən özüm ...
Villanin böyük əl işləməli qapısina çatmışdıq ki , qapı açıldı :
- Zeynəb abla ! - deye qışqıraraq Zeynəb sevincək üstümə qaçdı . Onu qucaqlayıb havaya qaldirdim .
- Zeynəb ? Ablasının gülü - Zeynəbi öpüb əzizlədim .
- Oyy maşallah Zeynəb xanım evimizin en kiçik nümayəndəsi ilə də tanış imiş ki, en sona biz qalmışıq deyəsən - deyə Zeynəbin arxasınca deyinə deyinə gələn Səlcuq bəyə əhəmmiyyət belə vermədən Zeynəbi öpüb qoxladim .
- Bilirsən Zeynəb abla səninçün necə darıxmışam ? Bax bu qədər - deyə qollarını yana açaraq balaca dünyasının ölcüsünü göstərdı .
- Uuuşşş yeyerəm sənən o balaca qollarını deyib dodarlarımla qızın balaca bıləklərını dışləyib öfdüm . Zeynəbın şən qəhqəhəsi aləmi başına götürmüşdü .
- Ata , yeqin ki , Zeynəb xanımla tanışsız . Zeynəb xanım mənim özəl baxıcımdır .
- Hə , hə bilirəm . Xəstəxanada və məhkəmədə gormüşdüm .
Utana utana ona baxdım . Aramızdakı gərgınliyə baxmayaraq ondan bir xoşgəldin gözləyirdim . Amma ...
- İnşallah hər gün bura gəlib getməyi problem olmayacaq - dedi .
- Yox narahat olma ata , Sinan aparıb gətirəcək .
-Məncə villaya yatılı bır baxıcı lazım idi .
- Ata , biz bunları danışmışdıq . Lazım olarsa Zeynəb xanım dünün hər hansı bır saatında bizdə ola biləcəkdir . Biz belə razılaşmışdıq - deyıb Kənan arabasın arxa baxçaya tərəf döndərdi.
- Gəl , qizim , Zeynəb ablanı gördün atanı unutdun aa .
- Gelirəm ata , qoy velisobetimi də gətirim . Zeynəb abla məni sürərsən ? Xahiş edirəm , nolar ? ...
Zeynəb qucağımdan düşüb içəri qaçdı
- Sənə nə demişdim ?
- ...
- Oğlumdan uzaq dur deməmişdimmi ?
- Əfəndim , mənim sizin oğlunuzla işim yoxdur , mən bir tikə çörəyim üçün burdayam .
Telefonun üzümə tutdu .
- Belə qazanırsan cörəyini ?
Həmin gecə Kənanı o şamın altında öpdüyüm yerde, Kənan və Zeynəblə parkda oynaşdığımız zaman , gecə parkda Kənanın sinəsində yuxuya getdiyim zaman bir neçə şəkilimizi çəkmişdilər , əlim üzümdə qaldı . Bu şəkili niyə çəkiblər , məqsədləri nədir bilmirdim . Yaxşı kı evin qulluqcusu gəldi :
- Zeynəb xanım mənimlə gəlin !
Əlimdə əlac olsaydı çıxıb qacardım . Keşkə gede bilsəydım .
Yerdən idman çantamı götürüb çiynimə acaraq xidmətci qızın arxasınca düzəldim .
- Məncə burda çox da rahat olub bura pal paltar daşıma - deyə Selcuq bəy çiynımdəki çantaya işare etdi - onsuz da çox qalmayasan ...
Hər dün saat də 4 - 5 gəlib axşam 8 də 9 da gedirdim ilk işə başladığım kimi indi də 4 5 bəzən də 3 saatlıq iş saatı danışmışdıq . Bəzən də daha geç gəlib , daha geç gedirdim , bəzən də daha tez . Standatr iş saatı bəlli etməmişdik . Kənan hansı saat boş olurdusa o saatda məni çağırtdırırdı . İşım sırf onun baxımı ilə bağlı idı . Həm masaj terapisti kimi , həm baxıcı kimi onun xidmətində durudum . Villa nə qədər geniş və gözəl olsa da burda çox sıxılirdım . Hər tərəf kamera idi . Sərbəst hərəkət edə bilmirdim . Rahat dolaşa bilmirdim . Nə qədər işimdir desəm də şəkil məsələsindən sonra Kənanla daha məsaməli idim . Onunla təkbətək qalmaqdan , ozəl münasibətlərdən qaçirdım . Özü də bunu hiss edir , üzümə deməsə də sözləri ilə :
- Axı biz dost idik, derdləşirdik - deyirdi.
- Biz hər zaman dostuq- deyirdimsədə sesimdki tirrəyişın , gözlərimdəki təlaşın bir səsəbi olduğunu da vurğulayırdı . Mən isə susurdum .
Ö mənimlə nə qeder serbəst rəftar etsə də mən onunla aramda perdə saxlamağa çalışırdım . Məsəla hovuzda Kənanı üzdürəndə , masaj masasında ona tibbi terapıya masajı edəndə , həyətdə Zeynəb və Kənanla oynayanda çalışırdım ki, onunla məsafəli olum ki yenə hər hansi bir şey səhvən kameralara düşməsin . Bəzən evdə yemək vaxtı Kənan məni də süfrəyə dəvət edirdi . Özü öz elləri ilə , mənə xidməti atasının gözündən yayınmırdı . Adam üzümə elə əcaib baxırdı kı , bu neçə gündə Selcuq bəyin hər xasiyətin , alışqanlıqlarini öyrənmişdim , lakin bir du baxışlarin nə demək istədiyini anlamırdım .
Evin qulluqcularının məni görən gözləri yox idi . Kənanın yanında məni xoş danışdırar , o olmayanda isə mənə pisxolojik təsir edirilər . Gah əlimdəki bir işi alar ,
- Sənin mətbəxdə nə işin ? Sənin yerin masaj otağıdır axı, sen get işinə bax - deyib mənim işimə lağ ederdilər
Gah da kilolarimı məsxərəyə qoyub məni ələ salardılar . Bilirdim ki, bütün bunlar hamısı Səlcuq bəyin tapşırığıdır .
Kənan heç nə görmür hec nə bilmirdi . Bəlkə də mənə qarşı bu hörmətsizliyi görür , özünü görməməzliyə qoyurdu . Bilmirəm .
Bir gün , işimi bitirib , Kənanı hamamda, su ilə doluş vannada rahatlayıb , tuju açdım . Özü çiməcəkdı . Çiməndə onu çimdirməyimə hec vaxt izin vermirdi . Təmiz paltarlarını kətilin üstünə qoyub bayıra cıxdım . İşlətdıyım masaj alətlərini tolayırdım kı , Səlcuq bəy içəri girdi .
Ağır ağır addımlarla masaj masasının etrafına dolandı . Masanın üstündəki , bezlərı və məhrəbaları barmağının ucunda murdar bir şey qaldırırmış kımı qaldırıb atdı . Masaj gelınə əlini batırıb qoluna sürtdü . Mən isə işimi görə görə adamın nə etmək istədıyınə diqqət edirdim . Kənan hamamdaydı . Biraz sonra onun hamamdan cıxmasına kömək edecekdim . Bu mənim işim idi . Lakin o şəkil haqq hesabından sonra , Səlcuq bəyin yanında Kənanın qolundan belə tutmaq istəmirdim .
- Həə deməli , masajcısan .
Cavab vermədim .
- Çörəyın masajdan çıxır ?
Dillənmədim .
-Xəstəxanada iş tapa bilmədiyin üçün , özəl işləməyə qərar verdin?
Hələ də susuram . İşimi görə görə nə demək istədiyini bilmək istəyirdim .
- Lap yaxşı ... Onda belə edek , ya seni xəstəxanaların bırınə ışə düzəldək , ya da burda iş saatını və maaşını artıraq .
- Kənan bəyin müayinəsi üçün gündə 3 4 saat bizə bəs edir . Artıq saata nə gərək var ki ?
- 3 4 saat Kənanla məşgul olacaqsan , yarım saat , uzağı bır saat da mənimlə - deyə Selcuq bəy məni başdan ayaga müştəri gözüylə süzdü :
-Ya bu şərtlər altında burda qalıb işləyəcəksən ya da ...
Davamı var
MƏKTUB ( real)
Feride Acarakcay
12 BÖLÜM
Selcuq bəyin belə "hərbə zorbasına" elə hirslənmişdim ki ... Lakin bacardığım qədər özünü ələ alaraq sakit görünməyə çalışırdım . Soyuqqanlı görünməklə aradakı atəşi söndürmək istəyirdim .
- Dedıyiniz iş təklifi pis deyil , Selcuq bəy , hər hansi bir terapivt üçün bu mükəmməl bir iş təklifidir . Mənim yerimə kim olsa bu təklifdən əsla qaçmaz. Fəqət mənim buna ehtiyyacım yoxdur . Bu təklifiniz üçün sizə nə qədər təşəkkür etsəm azdir . Pula ehtiyyacım yoxdur demirəm , var , amma yetəri qədər maaşım və sğortam mənə bəs edir . İkinci maaşa və işə lüzum görmürəm, çox təşəkkür edirəm , düşündüyünüz üçün . Əgər istərsəniz sizin ücün tanıdığım bir fizoterapivt teşkil edə bilərəm .
- Hmm... Demək , ikinci maaşa ehtiyyacınız yoxdur ?
Işımlə məşgul ola - ola başımı buladım . Dişim bağırsağımı kəsirdi , amma reaksiya vererek onun diqqətini üzərimə çəkmək istəmirdim . Hamamdan gələn səs məni hərəkətə gətirdi .
- Mən bir dəqiqə ... - deyıb hamama kecdim . Kənanı hamamdan cıxaranda Selcuq bəy getmişdi . Dərindən nəfəs alıb işimə davam etdim . Ürəyimdə Səlcuq beyi söyür , ağzimdan gələni deyirdim . Kənan da özümdə olmadığımı hiss edirdi . Amma bir şey demirdi . Sadecə nigaran baxışlarını üzərimdə hiss edirdim .
Telefonuma gələn mesaj məni özümə gətirdi . Bir neçə gün bundan qabaq gənəl cərahiyəyə randovu almışdim . Mədə kiçiltmə əməliyyatı olacaqdım . İki gün sonra əməliyyata girməm üçün xatirlatma mesajı idi .
- Kənan bəy , sizdən içazə istəməli olacam .
- İş saatın bitmiş gedə bilərsən !
- Yox ona deyil , sabah yox o biri gün əməliyyatım vardı ...
Mən əməliyyata girəndə bütün ailəmiz yanımda idi . Çox qorxurdum , qardaşım arvadı hələ də guya zarafatla mənə lağ eləməkdən çəkinmirdi .
- Yenə düşüb qacacaqsan , birinci dəfə deyil ki , bu əməliyyata girirsən .
- Sus qız - amam ters - ters gəlinimizə baxıb çəmkirdi .
- Nə var ana ? Yalan deyirəm ? Düz üç dəfədir ee bu əməliyyata girib , ama olmayıb . Sənin qızın qarın göbəyi səndən, məndən çox istəyir görünür . Onlardan ayrilmaq ona ağır gəlir .
Məni hazırlayıb , xəstə arabasına qoyaraq əməliyyatxanaya aparacaqdılar ki , qapı açildı .
Bir xəstəxana işçisi başını içəri salb :
- Müsaitmisiniz ? - deyə soruşdu .
Mənim yanımdakı tibb işçisi :
- Xəstəni əməliyyat otağına götürəcəyik - dedi .
- Sadəcə iki dəqiqə , xahiş edirəm .
Tanış səs məni yerimdən qaldırdı . Gələn Kənan idi . Onu gəturən tibb işçisi onun arabasını içəri salaraq düz mənim yanıma gətirdi . Anam tərs tərs üzümüzə baxır xəlvərcə məni " asıb kəsirdi". Atasıyla o söhbətimizdən sonra əməliyyatım lap yerinə düşmüşdü . Fikirləşirdim ki , lap yaxşı oldu ki, bir az da olsa o ailədən üzaqlaşacam . Bəlkə o zamana qədər Kənan da fikirin dəyişib şəhərə öz evinə daşınar . Amma belə bir veziyyətdə Kənanın şəhərə gəlməsi mümkün olmayacağını da bilirdim . Çünkü Kənanin belə bir zamanda destəyə ehtiyyaci varkən , bir kiçik uşaqla orda qalıb neyləyəcəkdi ki ? Mən də qarşıma məqsəd qoymuşdum əməliyyatdan sonra Kənan şəhərə dönməsəydi , mən də o villaya getməyəcəkdim . Səlcuq bəylə üz üzə gəlmək istəmirdim . Düzdür , egər sırf özünün müayinəsi üçün iş saatımı uzatmaqdan söhbət gedirdisə , işim üçün bunu edə bilərdim , bir tibb işçisi olaraq pasyentimin kim olduğü mənim üçün önəmli deyildi . Amma Selcuq bəyin iki başlı danışığı məni çaşdırırdı . Bəzən mənə elə gəlirdi ki , Kənan atasının mənə qarşı belə davranışını görür , lakin görməzdən gəlir.
Bəzən də düşünürdüm ki ,bəlkə varlı və soset həyatlar belə olur , bizə ağır gələn danışığı da , baxışı da , hərəkəti də mədəniləşdirib eyni zamanda adiləşdirirlər ? Bu sosyetlərin hərəkətlərində, dediyi sözlərdə o qədər soyuqqanlılıq vardı ki , bizə namus davası sayıla bıləcək məsələ onlarin davranışıyla adi bir məsələyə dönürdü .
- Deyesən gəlməyimə sevinmədin hə ?
- Nə əziyyət çəkirdiz Kənan bəy ?
- XƏtrimə dəyirsən amma , nə əziyyəti, siz mənim bütün çətin günümdə yanımda oldur . Xəstəxanada , şöbədə . İndi yeganə rəfiqəm əməliyata girəcək , mən onun yanında olmayacammı ?
- Ayy canım mənim - cox duyğulandım qollarımı açıb öz arabamdan onun arabasına əyildim . Ellərimiz çiyinlərimizi qucaqladı . Üzümüz bir birinə yapışdı .
- Qorxma oldumu , ürəkli ol !
- Doğurdan da çox qorxuram .
- Burda qorxulu heç nə yoxdur . Aşağı, yuxarı kiçik bir - iynə vurulacaq üç , beş yerdən deşik açacaqlar o qədər ...
Üzünə baxıb ağlamsındım . Elləri ilə üzümü tumaqlayıb başımdakı boneni alnıma qədər çəkib düzəltdi :
- Qarşında 13 il xəstəxanalarda yaşam mücadiləsi verən bir tərcübə dayanıb aa unutma . Bax mənə dərs götür - güldü. İki ayağımı verdim heç uf da demədim . İndi sən bir mədənin yarısın verirsən heyifin gəlir ?
Məni də gülmək tutdu . Güldükcə anamın üzünə də baxırdım tərs tərs bizə baxıb əsəbindən dilin dodağın dişləyirdi .
- Zeynəb xanım hazırsınızsa əməliyyat otağına keçək , həkimlər gözləyir .
Başımla hazır olduğumu bildirib Kənanin əlindən tutdum :
- Nə yaxşı ki, gəldin , səni görüb ürəkləndim .
- Allah rahatlıq versın , ürəkli ol - deyə əlimdən opdü .
- Əməliyyatın sonuna qədər gözləyəcəm. Mən həmişə səninləyəm
- Nə yaxşı ki, varsan ...
Əməliyyatdan 5 saat sonra ayılanda, Kənanı ailəmlə bərabər başımın üstündə gördüm. Gözlərim dumanlı görürdü . Hələ tam olaraq ayılmamışdım . Haminin üzü gülür , mənimlə zarafatlaşırdılar . Kənan işə arabasında bir kənardan bizə tamaşa edirdi . Sanki bizimkilər onun burda olduğunu görmürdülər kimsə onunla maraqlanmır hamı mənimlə danışıb mənimlə zarafatlaşırdılar . Bizimkilərin ona qarşı biganəliyi məni çaşdırırdı . Niyə heç kim onunla maraqlanmır deyə düşünürdüm . Gözümün qabağında dayanan qardaşım oğlunu elimlə yana itələyib :
- Kənan bəy ! - deyə əlimi ona uzatdım . Hamı dönüb mən baxan istiqamətə baxdı .
- Yaxın gəlin , orda niyə durmusuz ? Gəlin , gəlin ...
- Heeyyy, aloo burdasan ? - Qardaşım təcüblə mənə baxdı .
İcəridəki səs küy bir anda yatışdı . Təccübdən bərəlmiş gözlər mənə və mənım əlimi üzardığım istiqamətə zilləndi .
- Zeynəb ? Kiminləsən , kim va orda ?
Hələ de Kənan mənə baxıb gülümsünürdü.
- Kənan bəy bağışlayın sizinlə maraqlanan olmadı , ayıb oldu sizə də mənə də . Məni sayıb gəlmisiz - qınayici baxışlarla başımın üstündəkiləri süzdüm . Qardaşıma baxıb - Ayib oldu Kənan bəyə - dedim .
-Aloo - qardaşım çiynimə toxunub məni silkələmək istəyəndə həkim qardaşım ona mane oldu .
- Olan işdi dəymə , narkozun təsirindən qarabasmalar olur , gözünə adamlar görünəbilər . Keçəcək , narahat olmayın .
Həmin gün "Kənanla" nə danışmışam, nə etmişəm xəbərim olmayıb , bir onu bilirəm ki , hələ də indiyə qədər bizimkilər toplaşanda mənim həmin halımı danışıb məsxərəyə qoyaraq gülüşürdülər . Bu artıq ailəmizdə adət halını almışdı .
Otağıma necə gündür qoyulmuş böyük buket diqqətimi çəkmişdi. Amma bu gülü kim gətirmişdi bilmirdim . Bilirdim ki, bizimkilərdən nə desən gözləmək olardi . Maddi və mənəvi destək nə desen ederdilər . Lap desən ki böyrəyin mənə lazımdır . Çözün qırpmadan birin vererdilər . Amma bu cir incəlik onlarlıq deyildi . Gül diqqətimi çəksə də heç kimdən heç nə soruşmurdum da . Taa o vaxta qeder ki özüm yavaş yavaş ayağa qalxıb yeriməyə başlayan zamana qədər . İlk işim həmən gülə yaxınlaşmaq oldu . Artıq təravətini itirib büzüşməyə başlayan gülün üstündəki kağız parcasını əlimə almadan bu gülü 100 % Kənan gətirib deyə düşünürdüm .
Kağızı acıb baxınca donub yerimdə qaldım :
“Sevgili Zeynəb xanım , necə günür aramızda olmamağın bizleri çok üzdü Ümüdvaram, bir an önce sağlığına qovuşarsan ve üzündeki sevinc və xoşbəxtlik ile bizlerin de hayatına renk qatarsan . Səlcuq Yaman "
Dizlərim əsirdi . Cox həyəcanlı idim . Yıxılmamaq ücün gulub yanındakı kiçik golaba söykəndım . Elimi qarnıma tutub qAlxmaq istədim . Bacarmadım . Bir daha ozumu toparlayıb qalxmaq istərkən səndərlədim , yerə yıxıldım . Ağrıdan gözlərim qaraldı . Elə bu vaxt anam elində çay içəri girib məni bu vəziyyətdə gorəndə hay həşir salıb həkimləri çağımağa başladı .
Anamın dediyinə görə gülü Səlcuq bəyin şoferi gətirmişdi . Anama da bir az pul veribmiş ki lazim olan ehtiyyavlari ödesin . Anam pulu almayınca şofer anama Səlcuq bəyin mesajını çatdırmışdı . "Zeynəb bizim övladimiz sayılır , ağır , və təmkinlı ağıllı davranışı ilə ailəmizin rəğbətini qazanmışdır . Bir şeyə ehtiyyacınız olursabir zənginiz bəsdir "
Bu "hörmət- sayğıdan " sonra anamın Səlcuq bəyə hörmətı birə beş artmışdı . Di gəlki onun nə də qardaşlaımın ulduzu Kənanla barışmırdı ki barrışmırdı . Mənı Kənandan uzaq tutmağa çalışırdılar . Nədənsə Kənan nə xəstəxanaya məni ziyarətə gəlir , nə də zəng edirdi . Ondan cox nigaran idim . Axı demişdi əməliyyatı gözləyəcək . Bəs niyə əməliyyatdAn sonra onu görmədim ki ?Artıq dayan bilmirdim . Mesaj yazdım :
- Haralardasan ?
Kənanla camaat içində nə qədər rəsmi olsaq da telefonda , təklikdə o qədər sərbəst idim . Çox keçmədi cavab gəldi :
- Evdəyəm .
- Eee ?
- Nə eeesi ?
- Hec soruşmursan necəyəm , sənə noldu ? Belə dostluq olur ?
- Bilirəm yaxşılaşırsan , şükür .
- Elə bu ?
- Zeynəb , canım , elə şeyler varkı , sebr etmək lazımdır .
- Nə deməkdir indi bu ? Bizimkilər bir şey deyib ?
- Boş ver !
- Yaxşı ,boş verdım . Ok ... Amma nəyə sebr edirsən ? De mən də bilim nəyə və nə zaman qədər səbr etməliyəm .
- Sən səbr et,
-Axı nəyə ?
- Növbəti məktublara - yazıb ürək və öpüş smaykı qoydu .
Utancaq smayıki yolladım . Və ardıyca da gülüş .
- Niyə gülürsən ?- yazdı - Düşünürsən ki , mən hələ keçmişlə yaşayıram ?
- Yox , xeyir .
- Bəs nə düşünürsən ?
- Aylanı . Görəsən Ayla Boranla bərabər olub ? Hələ də Aylayla Boran bir yerdədir ?
- Hmm ... demək ora qədər oxumusan ?
- Hə əlimdə iki üc kağız qalmışdi, heç vaxtım olmadı kı , oxuyum .
- Sənin ücün darıxmışam ...
- Nə ? - təccüb smaykı sualımı tamamladı
Qəfil mövzunun dəyişməsi məni çaşdirdı .
- Həm də çox darıxıram ...
- Kənan ...
- Canım ?
-...
- Sənə elə ehtiyyacım var ki , Zeynəb ...
- Kənan ...
Cavab gəlmədi , bir neçə defə yazmağıma baxmayaraq o mənə hələ də cavab vermırdı .
Artıq 20 gün idi ki evdəydim . Evin içində yavaş yavaş gəzirdim . Hələ çölə bayıra çıxmırdim . Arada qardaşım gəlib məni xəstəxanaya kontrola aparıb gətirərdi . Evimiz də heç boş olmazdı . Qonum , qonuşuların eşidib - bilənlərin ziyareti evimizdən əskilmirdi . Evimiz nə qədər qonaq qaralı və şənlik olsa da canımın yeri darıxırdı . Elə bilirdim əskik nəsə var . Elə darıxırdım ki .
- Melisa , canım mənə kömək edersən ? - Qonşu qizin üzünə baxdım
- Biraz parkda gəzəcəkdim .
- Təbii ki , Zeynəb bacı, amma bu gün vacib işim vardı . Cox vacib .
- Aa nə demək vacib işim var - anasi tərs tərs Melisaya baxdı - apar apaar . Sən narahat olma ...
- Ana ...
- Sus qiz, sənin vacib işini bilmirəmmi sanki , ayaqlarini qıraram sənin ...
- Nə danışırsan qızım - Anam araya girdi - Doktor özünü cox yorma demişdi axı . Sən işinə bax Melisacan , sən onun nə dediyinə fikir vermə .
- Narahat olma ana , biz yavaş yavaş gedəcəyik - deyib ayağa qalxdım .
Melisayla parka gələndə hava qaralmaq üzərə idi . Qoluna girib yavaş yavaş böyük parkın içinə gırdık . Elə bu vaxt mesaj gəldi .
- Xoş gəldin ! - Anidən başımı qaldırdım .Ətrafa boylandım . İlk gözümə dəyən yer bizim şamımız , bizim oturacağımız oldu . Kənan orada idi . Sevindiyimdən az qala uçaçaqdım . Bir an öncə özümü ona çatdirib ona sarılmaq istəyirdim . Lakin , Melisanın yanında bu mümkün deyildi . İstəmirdim ki , hələlik Melisa onu tanısın . Bilirdim ki , bu vaxta qədər köklüyümə rişxənd eden qonşularım bu dəfə də Kənanla- şikəst biri ilə səmimi görüşümüzü dilə salacaqlardı . Bəlkə də səhv fikirləşirəm .
Yanımda gederkən başı telefona qarışmış qıza baxıb :
- Deyəsən sevgilinlə yazışırsan ?
- Hə abla ya ...
- Nə gözəl . Kimdir mən tanıyıram ?
- Yox abla . Lisseden dostum idi . İndi Karsda işləyir inşaatda. Gəlmiş .
- Ən böyük məhəbbətlər dostluqdan başlayır bilirsənmi ?
- Doğurdan da elədir .
- Ee nə deyir ?
- Heç , bu gün görüşüb , çiyköftə yeməyə gedecekdik ...
- Geeet !
- Necə gedim abla, səni burda necə qoyum ?
-Yox canım sən məndən nigaran qalma . Mən yaxşıyam . Bilirdim ki , anam məni tək qoymayacaq gəlim gəzim . Onun üçün sənə dedim ki , məni parka götür .
- Yox abla ya ... səni tək qoya bilmərəm . Anam məni öldürər .
- Qız anan nə biləcək ? - deyib yaxındakı skamyada oturdum . Bəs evə gedəndə demiyəcəklər Melisa hardadır ?
- Getmərəm , səni gözləyəcəm .
- Burda ?
- Burda ...
- 1 saat ?
- 1 saat .
Qızın üzü güldü .
- Yeess ... yaşasın . Abla sən birdənəsən , bilirsənmi bir dənə ...
Melisa sevincək o üzümdən bu üzümdən öpüb :
- Baxx mənsiz evə getmə aa ! Anam kəsər .
- Yox yox narahat olma , işinə bax .
- Abla , həmişə bax o görünən Adıyaman köftəçisi var haa orda otururuq . Ordan səni gözətləyəcəm . Getmək istəyəndə mənə zəng vur . Həmin dəqiqə gələcəm .
- Sən narahat olma canım , rahat ol . Biz də cavan olmuşuq , qaçaq gizli sevgilimizlə orda burda görüşmüşük .
- Ayy abla , səndə nələr var , nələr
- Yaa... sən ablanı nə bilmişdin ?
Menim belə səmimi rəftarım gənc qizin eynin açmışdı .
- Abla , gedim gəlim Tufanı sənə danışacam . İnan sevəcəksən onu .
- Kiz sənin sevgilinlə mənim nə işim ?Sen onu sev yetər .mənim de sevdiyim var .
- Etmə ya abla !!! Yaxşıca maraqda qoydun məni , kimdir bir de . Tanıyıram ?
- Yox . Demərəm . Hələ sən bir get . Tufanınən gözün yolda qoyma , Yoxsa fırtınası səni vurar - güldüm .
Melisa sevgilisiylə danışıb iki addim aralanmışdı ki , cağırdım .
- Melisa , dayan ...
- Noldu abla ?
- Gəl hələ !
- Bir şeymi istədin ?
- Yox canım - Cıbdanımdan 50 - lik çixarıb qızın ovcuna basdım .
- Gedin kinoya . Biletlər məndən
- Kinoya ?
- Hə ...
- Abla sən o vaxta qədər məni gözləyəsən ?
- Hə canım . Qorxma mən səni ələ vermərəm . Zəng edəcəm Ayşəgül gəlib aparsın . Gedəcəm onlara . Sən kinodan çıxmadan zəng elə . Görüşək , gedək evə .
- Ablam , canım ablam - qucaqlayıb sevincək məni öpdü. Uzaqlaşıb qacaraq:
- Bax mənsiz evə getmə haa ... anam məni kəsər ...
- Narahat olma ...
Dönüb Kənana baxdım . QLxacaqdım ki , mesaj gəldi .
- Müsaitmisin ?
- Bəli ...
- Gözlə o zaman ...
Aralıdan ona baxırdım . Kimnənsə telefonda danışırdı .
Mesaj gəldi :
- Taksi çağırdım . Səni götürəcək .
- Hara ?
-Sebret ...
Kənan arabasının ağzını döndərib yola çıxdı .
- Kənan, hara gedirsən ? - Yazdım .
Telefona baxsa da cavab yazmadı, getdi .
Çox keçmədi ki , bir nəfər mənə yaxınlaşıb :
- Xanım taksi çağırmışdız ?
- Hə ? Mən yox , dostum cağırmışdı .
- Bəli düzdür . Mən sizə kömək edim .
Adam qoluma girib kömək etdi .
- Buyurun xanım .
- Təşəkkür edirəm !
Ana yola çixanda Melisa ilə sevgilisini gördüm . Sevgilisi maşınından düşüb qıza sarıldı, öpüşə öpüşə qizi maşına mindirdi. Maşında da sarmaş dolaş olmuşdular. İkisi də xoşbəxt görünürdülər .
Taksi Kənan gilin məhəlləsinə girib , onların binasının qarşısında dayandı . Şoferin köməkliyiylə maşindan düşdüm . Üzüm onların evinə tərəf idi . Başımı qaldırıb evlərinə baxdım . İşıqlar yanmırdı . Demək hələ gəlib çıxmayıb . Gözləməliydim . Binanın baxçasındakı oturacağa tərəf gedib oturacaqdım ki , şöfer qoluma girib məni əks istiqamətə dartdı :
- Bu tərəfə xanım .
- Yox canım , mən bu ünvana gəlməliydim .
-Allah allah , dayan baxım ...
Elindəki kağıza baxdı .
- Erler apartmani 14 /9 yazılmış bura . Bu binadir - deyib kağizi mənə göstərək əlini qarşı bınaya üzatdı . Kağızı oxudum . Şofer səhv etmirdi . Çaşıb qalmışdım . Başımı qaldırım həmın binaya baxdım . Böyük bir pənçərənin qarşısında Kənanı gördüm . Ürəyim atlandı . Həyəcandan az qala yanaqlarım catlayacaqdı .
Şofer mənə kömək edib evə qədər çıxdıq . Qapı ağzında Kənan bizi gözləyirdi . Taksiçinin pulunu verib göndərəndən sonra arabasını qapıdan çəkib əlini mənə uzatdı .
- Xoş gəldin , dostum !
Dostum ? Demək mənə qarşı fikiri dəyişməyib . Yenə de dost gözu ilə baxır mənə . Başqa nə gözləyirdin ki ? Özüm ozümü danlaya danlaya içəri kecdim . Balaca düzənsiz bir ev idi. Əşyaları da köhnə idi . Cox da elə əşya yox idi . Otaqlar qara perdələrlə örtülmüşdu . Salon demək olar ki yataq otağı idi . Duvan açılmış ücərinə çarşaf serilmişdi . Yorğan yastıq da burda idi . Küncdə qoyulmüş masanin üstündəki kamtüter açıq idi . Ekranda bir neçə kamera müşahidəsi var idi . Kameralar diqqətimi çəkdi . Ötəri baxsam da həmin məkanlar mənə yad gəlmirdi .
- Bir daha xoş gəldin Zeynəb - Kənanın səsi gözümü ekrandan çəkdi.
Kənan iməkləyərək mənə tərəf gəlirdi .
- Qüsura baxma ev biraz dağınıqdır - yenə idarə edirik . Deyib əlin mənə uzatdi:
- Məncə ən uyğun və sakit başbaşa qala biləcəyimiz yer buradir .
Öpüşüb görüşdükdən sonra üzr istəyib Özü mətbəxə kecdi :
- Necəsən yaxşisan inşallah - mətbəxdən mənnən danışdı .
- Yaxşıyam . Şükür . Neçə gün idi ağrılarım vardi . İndi yaxşıyam .
- Keçdimi qorxun ?
- Sayende . Sağol .
Mətbəxdən gələn qab qacaq sesi məni hərəkətə gətirdi . Qalxıb yavaş yavaş mətbəxə keçdi . Elektrik çaydanda çay qoyurdu .
- Mən edərəm ...
- Yooox . Sən bu gün mənim qonağımsan .
- Nə qonaq allah aşkına . Dost dostun evinə qonaq geder ? - "dost" sözün tənəli vurğuladım .
İçəri kecdim . Dəzgahın üstü plasmast qaB qaşiqla dolu idi . Yeməyi kafedən sifariş etdiyi bəlli idi .
Yaram incitsə də onunla köməkləşib cay qaynayana qədər dezgahı səliqəyə sapdiq . Zibil torbasını ona tutdurub bütün zibilləri içinə gığdim . Bezi isladıb masanın üstunu dəzgahı silib təmizlədim . Elə bu vaxt telefonu çaldi . Zibil torbasını çəkə çəkə qapıya getdi . Mən isə çayları doldurub oturdum . Eli dolu içəri döndü . Lahmacun və ayran sifariş etmşdi . Ozü içəri keçib məni səslədi . Divanin qabağından yorğani qatlayıb sərdik. Jurnalmasasının üstünə təmiz süfrə salıb oturduq .
Düzdür köklüyüm və yaralarım yerdə oturmamı əngəlləsə də , özümü sındırmamağa çalışırdim . Top kimi sağa sola aşdıqca mənə baxib gülürdü .
- Gül gül , gülməliyəm dəə- incik baxışlarla onu süzdüm .
- Darixma birazdan özün yerdə orurmağı məsləhət görəcəksən . Bilirsən yerde oturmaq nə qədər faydalıdır . Adamın stresin atır . Bir də daha artıq çəkidən qurtarırsan . Bu 20 gün içində necə zəiflədiyinin fərqindəsən yeqin . Hələ bədənin şişi çəkilməyib .
Çox xoşbəxt idim . Bilmirəm ikimiz baş başa qaldığımızdanmi dünyanı oz gözümdəki kimi gözəl görürdüm , nədirsə ... Onu da ən az özüm kimi xöşbəxt olduğunu hiss edirdim . Gözlərinin içi gülürdü . Mənimlə göz gözə gəlməsə də , məni ogrun oğrun süzdüyünün də fərqindəydim . Mən ona baxarkən baxışların məndən yayındırırdı . Onun belə süzgün , oğrun baxışlarının dəlisiydim . Xoşum gəlirdi elə baxmağından . Onun belə baxışları məni məndən alırdı , həyəcanlandırır , bütün qızlıq işvəmi ortaya qoyurdu . Özümü yeni yetmə ilk dəfə sevgilisiyə görüşən qiz kimi hiss edirdim , nazlanırdım . Ona tərəf dönmürdüm ki, baxışlarını üstümdən çəkməsin .
Kənan lahmacunun arasina göyərti qoyub limon sixib , bəh bəhlə öz əlləri ilə mənə uzatdı .
- Axi mən pehrizdəyəm , əməliyyatdan yeni çixdim , mənə ağır yeməklər olmaz
- Aa doğurdan aa mən eşşek bunu necə unutmuşam axı . Deyib tez lahmacunları təkrar kağizina bükmək istədı . Qoymadım : .
- Sen ye , sen ye
- Nə danişirsan sən , boğazimdan keçməzki . Dayan indi bir şorba sifariş vererem .
- Yox yox , lazım deyil canım . Heç nə istəmirəm , isti su mənə yetər . Sən yeməyini ye , xahiş edirəm . Onun büküb hazirladiğı dürümü götürüb ona uzatdım .
- Lütfən sən ye , mənə baxma .Əlimdən tutub elimdəki dürümü ağzına apardi .
- Yaxşı madəm israr edirsən, gərək bağışlayasan . Nədən vaz keç desən də məni isti lahmacundan vaz keçirə bilməzsən .
Lahmacunu əlimdə yedı, həm də barmaqlarımı yalaya , yalaya ...
Kənan bu evi kirayə tutubmuş . Sedanln ona xəyanət etdiyindən şübhələnib , bu evi tutaraq onu nəzarətdə saxlayıbmış . Məhəllədə , öz evində və vilada gizli kameralar varmış ki o kameralar Kənanin burdakı kampüterindən müşahidə olunurdu .
- Sedanin sənə xəyanətini başa düşdüm , sənin də onu izləməyin də normaldır . Burdan ev tutmağın və onu nəzaretde saxlamağın da ağlabatandır . Bəs villa ? Seda villada sənə xəyanət edə bilməz ki ?
- Biz buraya Sedadan danışmağamı gəldik ?
-Ama villadakı kameralar ...
- Zeynəb , gözəl insan . Mən bu ayaqlarımı itirdikgən sonra ürəyim yaralandığı qədər yaralandı , kürəyimdən vurulduğum qeder vuruldum , hər kəsin hər üzünü gördüm , mənim kənarda düşmənım yoxdur , mənim düşmənim elə burdadır evinin içində .
Çaşıb qalmışdım . Nə deyir bu ?
- Sən belə şeyıərə fikir vermə . Mənim də bildiyim bir şey var yəqın- deyib elə oturduğumuz yerdə uzanlb başını dizimə qoyaraq başin buladı :
- Biz burda yeqin ki, bunlardan danışmağa gəlmədik .
Əllərim özumdən asılı olmayaraq saçlarını qarışdırırdı . Barmaqlarım gıcgahlarindan çənəsinə uzanır yeni tüklənmiş üzünə sığal çəkirdi . Qulaqlarinin məməsini sıxdıqca başını yana çəkib qulağini əlimdən qurtarırdı .
- Başqa mövzumu var sanki ?
- Məsələ özümüzdən danışaq.
- Səni az çox tanıyıram .
- Məktublardan ?
Başımla tesdiq etdim .
- Zavallı, yazıq biri kimi ?
- ...
- Mənə acıdığını bılırəm . Amma mən o qədər də yazıq deyiləm . Məni yanlış tanyırsız
- ...
- İnsanlar ayaqlarima görə məni çarəsiz görür , mənə yazığı gəlir . Amma mən eksinə onların düşündüyü qədər də aciz deyiləm . Eksinə qəddaram
- Allah hər insana çəkə biləcəyi qədər yük verir . Egər sən özünü güclü bilirsənsə demək güclüsən . Bu qəddarlıq deyil .
- Yox doğurdan da mən qəddar adamam . Çox qəddarc. Hətta qatıl ola biləcək qədər qəddar .İstəyirəm məni güclü bilsinlər . Yoxsa mənə acımaqla məni yazıg gunə qoymasınlar .
- Sən bunu mənə , ailənə yaxınlarına deyə bilərsən başqalarina yox . Hər kəsin bir dünya görünüşü var .
- Elə məhz mənim özümünkülər məni vurduğu qədər vurdu . Məni elə bir qəddarlaşdirdilar ki , mənim kimi ürəyi sevgijlə çirpınan adamın ürəyimdə sevgidən əsər əlamət qalmayıb qamayıb .
- Həyat belədir əzizim , ömür yolunu kecdikcə fikirlərimiz də dəyişir . Məncə bunda heç kimin günahi yoxdur . 10 il bundan əvvəl yaşayıb gördüyümüz həyat ilə düşündüklərimiz , dünya görünüşümüz eynidirmi ? Yox . Odur ki 13 il bundan əvvəlki Kənanla indikini eyni tutma .
Əli ilə üzümü tumarladı .
- Keş kə, mən də sənin kimi saf qala bilsəydim .
Gözlərimiz bir birinə sancıldı , baxışlarımız sevişir , barmaqlarimiz bir birimizin yanaqlarina toxunur , dodaqlarımizda gəzişirdi . Ürəklərimizin atəşi barmaqlarımızın ucunda canımıza od salırdı . Hiss edirdim ki, o da mənə qarşı biganə deyul . Dili "dost" desə də gözləri eşq elan edirdi . Arzularım çağlayıb coşurdu . Elə istəyirdim ki , elə burda mənə eşq elan etsin . Elə istəyirdim ki , bax elə indiçə aylarla ürəyində yiğib saxladiğı sevgi yükünü boşaltsın . "Gəl bərabər olaq , bu yükü bölək" desin. "Evlənək sevgimizizin toxumunu əkək , bəhrəsini götürək" - təbii ki bunlar mənim arzularım mənim xəyallarim idi . Mənim xəyallarıma qarşılıq verməsini istəyirdim ... nə biləydim ki, mənim saf duyğularım ozü demiş bir "qəddar"ın dəyirmaninda buğda kimi üyüdülür ...
Özü də artıq dayana bilməyəcəyini hiss edib yerindən qalxdı . Uzatma kabelini süfrəmizin yanına çəkdi. Elektrik çaydanı fişə taxıb isinməyə qoydu . Mətbəxdən iki stəkan və sallama çay gətirib süfrəyə qoydu . Gəlib yanımda oturdu . Yerdə yorğanın üstünə oturub divana söykənmişdim .
- Bu vaxta qədər niyə aılə qurmadın ?
- Bu kiolarla məni kim alardı .
- Amma sevgi əngəl tanimaz .
- Ruhu fikirləri əngəlli olmayan, belə düşünər , fiziki əngələ də baxmaz
- Hmm...
- Mən məsələn, engələ baxmaram . Urək tutduysa tutdu .
- Maraqlıdır , bu saat kilolu olmasaydin , gənc qız olsaydın da belə düşünərdin ?
- Bəlkə də yox, bəlkə də hə . Çünkü belə şeylər mühitdən və yaşam şəraitindən irəli gələn şeylerdir . O zaman bəlkə də hec əngəlli adamin üzünə belə baxmazdim .
-O vaxtla indini dəyişən nədir .
-Zaman və təcrübə ,
- Bəs indi? Məni sevdiyini söyləmişdin . Deməli belə çıxır ki, ozünün əngəlli olmagin əngəlli birini sevməyə vadar etmişdi ?
- Bəlkə hə, bəlkə yox. Fikirlərim çox qarışıqdlr . İfade edə bilmirəm .
- Sən mənə sevdiyini deyəndə düşünürdüm ki, mənə yazığıngəldiyi üçün məni təsəlli etdin .
- Yox elə deyil .
- Yəqin ki , indi fikirin dəyişib
- Nə ? Niyə ki ?
- Fikirləşirsən ki ,artiq əməliyyat oldum , arıqlayacam , əlimdə işim gücüm olacaq , arxamdan kimlər ...
- Yazıqlar olsun sənə - deyıb onun çiynindən itələdim .
- Yalan deyirəm ?
- Demək ki , sen məni tanımamısan Kənan . Eşq olsun - incik bir şəkildə ona arxamı döndüm . Çayları doldurub acıqlı acıqlı stəkanı onun qarşısında yerə çırpdım .
- Zeynəb , bəs bayaqan mən nə deyirəm ?
- Sənə demirəm yaşadıqlarim məni dəyişdirib ? Mən həyata nifrər edirəm , mən qəddarlaşmışam ? Elə bilirəm kimsə mənə xoş davranırsa nəyinsə qarşlığında xoş davranır .
- Anladım sən də atan kimi düşünürsən !
- ...
- Üzərində pulun varmi ?
-Nə qədər ?
- Bilmirəm , mənim saf sevgimi alacaq qədər , hisslərimlə oynayacaq qədər , duyğularimi göylərdən yerə çırpacaq , qürurumu qıracaq qədər ...
- Yani heç bir pul para səni çökdürməz deyirsən ?
Əsəbləşirdim :
- Bu nə boş suallardir verirsən Kənan ? Mən səni və Zeynəbi tanıyanda sizin kim olduğunuzu bilirdimmi heç ? Mənim ürəyimə eşq atəşi düşübsə bunu heç bir qüvvə söndürə bilməz , heç bir əngəl qarşısını ala bilməz . Məni ancaq yalan , iki üzdülük , xəyanət çökdürər. Başqa heç nə . Mənim namusum da ancaq sevdiyimə təslim ola bilər . Bunu gözümü qırpmadan ederəm və bundan heç zaman da peşiman olmaram . Mən şərəfimi və namusunu beş paraya deyişmərəm . Xahiş edirəm , məni başqaları ilə qarışdırma .
İkimiz də susduq . Caylarımız soyuyurdu . İkimiz də divana söykənib özümüz öz beynimizdə danışıb ölçüb biçirdik . Bu nə gic sözlər idi mənə dedi . Kənana haqq qazandırırdım . Həyatını tam bilmırdim , yaşadiqlarindan da az məlumatım var idi . Amma elə bu son günlərdə Sedanin ona xəyanəti mənə belə pis təsir etmişdi . O ki , qala Kənan özü bu yükü qaldıra . Kənanın ruhu xəstələnmişdi , sağlam düşünə bilmirdi . Dünyanı özü necə görürdüsə , hamını elə başa düşürdü . Onun sağlam və güclü mənəvi bir dəstəyə ehtiyyacı vardır . Onun dediklərindən mənim də inciyib ondan üz döndərməyim doğru olmazdı .
- Kənan ...
-Zeynəb ... - İkimiz də eyni anda bir birimizə döndük
- Söylə ...
- Sən soylə
- Yox sən ,
-Axı sən nəsə deyecəkdin ...
-Sən də deyəcəkdin ...
Balaca yastığı ona vurdum :
- De , de - Güldüm .
- Yox birinci sən desənə . Kənan dedin axı -gülüb yastığı məndən alıb üzümə basdı , qəh qəhəsi evi bürüdü . Mən özümü yastıqdan müdafiə etmək üçün əl qol atlr , Kənanın harasına gəlir vururdum .
Nəhayyət yorulub dayandım :
- Sən aşiqsən ...
- Kim mən ? Mənım eşqim çoxdan sönüb
- Yox Kənan sənin eşq ocağın ındı qurulub , bir atəş gözləyir ...
- Ayladan sonra əsla ...
- Eksinə Ayladan sonra sən əsil məhəbbəti yaşayırsan , gəl bunu etiraf et ...
- Kimə ? Mən heç kimi sevmirəm .
- Özunü aldatma Kənan , sevirsən
- Sevmirəm
- Sevirsən Kənan , elə bir sevirsən ki , onu indidən itirmək qorxusu ürəyini alıb ,
- Dedim ki belə şey yoxdur ,
- Bunu ki az öncə özün dedin .
- Nə dedim ki?
- Dedin ki , arıqlayacaqsan ,ardımca kimlər ...
- Bəlkə yalan deyirəm ?
Güldüm .
-Demək məni sevirsən ,
-Mən elə şey demədim .
- Axi söhbət sevdiyini itirməkdən gedır . Demək sən məni itirməkdən qorxursan .
- Bax , bax məndən neçə söz çəkir aaa. Ay sizi şeytan qadınlar . Siz haminiz eynisiz , hamınız ...
Qalxib dizlərim üstündə oturdum , yanaqlarini ovcuma alıb düz gözlərinin içinə baxdım .
- Ya indi sevdiyini etiraf et , ya da sevmədiyini de . Amma gözümün içinə baxaraq . Kiprikləri yanaqlarına endı .
- Sevmirəm ...
- Mənə bax !
Baxışlar üzümdə gəzdi :
- Sevmirəm dedim - sesi titlədi .
- Olmadı , gözlərimin içinə baxaraq de...
- Nə deyim ?
- De ki , sevirəm , de ki , sen məni sevdiyin qədər mən də səni sevirəm ! De ki sən bütün varlığınla mənim olmaq istədoyin qədər , mən də səni istəyirəm ...
Gözlər pıçıldayan dodaqlarımda ilişib qaldı . Nəfəsindən püskürüb çıxan hərarət dodaqlarımı qarsdı . Suya həsrət qalmış torpaq kimi quruyan dodaqlarımı Kənanın dodaqları islatdı. Ürəyinin derinliklərində illərlə toplanıb qalmiş sevgi su kimi süzüb ürəyimə doldu . Gözlər yumulub dodaqlar boyun böğazımda gəzdikcə "sevmirəm" deyən pıçıltılarını mənim dodaqlarım kəsirdi ...
Bütün ruhumla , bütün vücudumla Kənana təslim olmuşdum . Onun sevmirəm dediyi dodaqlarini öpüşümlə və "sevirsən " kəlməsiylə qaytarırdım ...
Telefonumun səsi hərəmizi bir tərəfə atdı . Sürünüb süfrənin o başına keçərək şalvarını əyninə keçirtdi . Qıp qırmizi qizarmışdı . Üzündə məmunluq qarışıq utancaqlıq da var idi .
Özümü toparlayıb divanın üstündəki çarşafı üstümə ataraq telefonu əlimə aldım .
- Zeynəb abla ? Mən Ayşəgül gilin evinin qarşısındayam .
- Nəə ? - əl ayağa düşdüm - sənə nə dedim ? Sənə demədimmi ki , sinemadan çıxanda xəbər ver ?
- Sinemaya getmədik ki - Güldü -gəl Hələ deyəcəm .
- Sən get parka , məni orda gözlə 10 dəqiqəyə ordayam ...
Çarşafa bürünüb ayağa qalxanda , bəkarətim yorğanın üstünə tökülmüşdü ...
13 BÖLÜM .
Tələsik hamama keçib yuyundum qüsulumu alıb, saçlarımı qurutduqdan sonra salona keçdim . Telefonum heç dayanmırdı .
- Gəlirəm Melisa , tələsdirmə . Gözlə orda məni .
- Amma abla, geç qaldiq , anam dayanmadan zəng edir .
- İstəyirsən sən get .
- Yox abla gedə bilmərəm . Səni gözləyirəm .
- Get canım , get , anana de ki məni Ayşəgül gilə qoymusan . Ayşəgül özü məni evimizə aparacaq .
- Abla sən hardasan ? Dedin axı Ayşəgül gildə deyilsən .
- Sonra danışarıq Melisacan . Sen get anan nigaran qalmasın .
- Abla , senin sevgilin var ? Sevgilinin yanındasan ?
Gözlərim süzülüb Kənana baxdı , Kənan isə özündə deyildi . Üzündə məmunluqla bərabər tərədüd də var idi .
- Niyə olmasın mənim sevgilim ola bilməzmi ?- Kənanın tərs baxışı məni çaşdırşdı .
- Hiii , doğurdan abla ? Kimdir abla , mən tanıyıram ?
- Şşşş... sakit ol , gəlim danışarıq .
Telefonu söndürüb Kənana baxdım . Çox dalgın eyni zamanda əsəbi idi . Divanın üstündə oturub gözünü hələ də yorğanın üstendəki ləkəyə zilləmişdi .
- Kənan , sevgilim ?
- Niyə belə oldu Zeynəb , bu olmamalıydı .
- Olduysa oldu . Mən çox xoşbəxtəm sevgilim və mən bundan peşiman deyiləm .
Təccüblə üzumə baxdı :
- Sənin bakirə olduğunu bilmirdim .
- Əlbəttə ki , bakirəydim , axı mən heç ailə qurmamışdım , nə də sevgilim olmamışdı .
- O zaman niyə bu izdivaca izin verdin ?
- Niyə verməyimki eşqim ? Bacardığım qədər onunla sakit danışmaq istəyirdim - İnsanin sevdiyiylə bərabər olmasinin nəyi pisdir ki ?
- Axı , biz bu izdivaca hazır deyildik .
- Canım , səni bilmirəm , mən hazır idim . Özümü elə bir xoşbəxt sayıram ki , bunu heç nəylə ifade ede bilmərəm. Seni çox sevirəm Kənan, eşqim.
- Sus...sus..
- Niyə susum ? Peşimansan ?
- Öööfff, öfff...
- Mən peşiman deyiləm , nə xoş mənə ki , ilk dəfə sevdiyim adamın qoynuna girdim...
- Suss... sevmə ... mən sevmirəm , sevmirəm dedim sənə ! Ellərin jurnal masasına çırpıb əlinin arxası ilə masanın üstündəki lahmacun poşetini vurub saldı .
Bulud kimi dolmuşdum , qürurum tapdanmışdı . Həyatım qaralmışdı . Namusum bir qəpiklik olmuşdu .
- Kənan belə eləmə canım, biz uşaq deyilik. Mənim 34 yaşım var senin də 36 . İkimiz də nə istədiyimizi bilən ağlı başında olqun insanlarıq . Sənin də məni sevdiyini görürdüm , sende o sevgini hiss etməsəydim heç vaxt səninlə bərabər olmazdım .
- Mən heç kimi sevmirəm ...
- Sevirsən Kənan , sənin dilin deyir sevmədiyini , gözlərindən isə sevgi yağır . Keş kə mənimlə sevişdiyində , özün oz gözünlə ozünü görəydin . Necə keçmişdin özündən . Bu cür zövqu ancaq sevdiyin qadından ala bilərsən .
- Mən istəmirdim belə olsun , ozümə hakim ola bilmədim .. uzdivac olacaqdı . Amma bu şəkildə deyil . Ağlımda başka planlarım vardı , gələcəyimi cızırdım . Bu bir səhv idi ikimiz də etdik ...
Ağlamaq məni tutmuşdu . Əsla peşiman deyildim , indən sonra bütün ömrümü istəsə Kənana verərdim , onu o qədər istəyirdim . Bəlkə də məni qırmadan ayrılsaydıq , bütün ömür boyu bu günümüzü xoş xatirələrlə xatırlayacaqdım , lakin...
... Evimizə getməyə üzüm yox idi. Çox gec idi , kimsənin qapısını döyə bilməzdim . Küçələrdə sərasər dolaşırdım . Beynim keyimişdi elə bil . Nə olduğunu qavraya bilmirdim . Nə etdiyimi nə fikirləşdiyimi özüm də dilmirdim . Fikirlərim qarma qarışıq idi . Gedəcək yerim yox idi . Əzilmiş mənliyimi , qırılmış qürurumu , kirlənmiş namusumu təmiz ailəmizə laiq görmürdüm . Ayaqlarım parka doğru gedirdi ... Park , "bizim şam" "bizim oturacaq " pənah yerim idi ...
... Nə oldu , necə oldu , heç nə xatırlamıram . Gözümü açarkən mən artıq evimizdəydim . Bilmirəm özümmü gəlmişdim yoxsa getirmişdilərmi ... Anam qardaşlarım hamı oraya toplaşmışdılar . Melisanı anası Melisanı danladıqca qız ağlayır:
-Ana qurban olum , neyləyim , mənə dedi get sən , mən gedəcam Ayşəgülə o məni gətirər evə . Ne edim ana...
- Sus , özün aparıb qoysaydın ! Bir xəstəni küçədə tək qoymaq nə deməkdir bilirsən ?
- Dayan , onun günahi yoxdur ,Ayşə xala . Onu mən göndərdim evə . Rahat burax qızı ...
Yaramda qanama var idi . İç qanama təhlükəm var imiş . Həkimlər bu təhlükənin qarşısın alıb mənə evə buraxmışdılar . Bir neçə gün idi ki ,özümü evə kilidləmişdim . Özümü bağışlaya bilmirdim . Kənanla bərabər olmağıma peşiman deyildim . Bu zamana qədər yüz dəfə də gəl desə, düşünmədən yenə gedərdim . Onu elə cox sevişdim ki... Sadəcə onun bu xoş günümü zəhərə döndərməyi , ürəyimi qırmağı mənə toxunurdu . Doğrudur belə , bu şəkildə oımamalıydı . Sevmirəm deyirdi . Onu başa düşürdüm . O hələ də köhnə sevgilisinin xəyalı ilə yaşayırdı . O bunu ona xəyanət başa düşürdü .o bu dünyada varmı yox mu , onu da bilmirəm , amma hər nədirsə demək ki , artıq Kənanın həyatında yoxdur . Özü olmayan bir qadinin xəyalı kənanın ruhunu ,varlığını , ürəyini zəbt etməməliydi . O ölübdürsə Kənan yaşayır , Kənan həyatı sevməlidir , yox egər o qadın sağdırsa demək o Kənanı tərk edib , onun həyatından cıxmalıdır , oturub onunla danışmalıdır ki ,mən sənin həyatinda yoxam , get həyatını qur yaşa ...
Kənan bu izdivaca peşiman olsa da , mən onu severək onun olmuşdum . Ən azından bu xoş günümdə məni qırmayayadi . Mənə qadın kımı rəftar etməliydi . Fikirləşməliydi ki , bu ilişki mənim ilk həyəcanım idi , bu həyəcanın xatirəsi mənim bütün ömür boyu yaddaşıma həkk olacaqdı . O mənə bele kobudluq etməməliydi . Onu esla bağışlamayacam ...
... Aradan uzun bir vaxt keçmişdi . O vaxdan indiyənə Kənandan xəbərim yox idi . O gündən sonra o məni heç axtarmadı . Zəng etmədi, hər şey bir tərəfə , həmişə dost kimi məni axtaran Kənan bu dəfə dostluğu da silmişdi . O məndən üzür istəməyincə mən də onunla danışmayacağıma inad edirdim . Neçə dəfə telefonu elimə alıb , mesaj yazmaq istəmişdim , lakin , onun məni pert etmeyi gözümün qarşısına gəldikcə , özümə nifrət edirdim . Telefonu bir tərəfə atırdım . Onların məhəlləsinin səmtinə belə getmirdim bilirdim ki, gızli kameraları var . Kameralara düşmək istəmirdim . Parkla demək olar ki, bütün əlaqələrim kəsilmişdi . Parkın hər yerində onu görürdüm . Bəzən geçə anam yatandan sonra xəlvəti bizim şamın altindakı oturacağımızda oturub onunla burda keçirdiyim deqiqələrə qayıdırdım belə bir zamanımda ona o qeder ehtiyyacım olurdu ki , çox istəyirdim ki , qəfil çıxa , üzür istəyə . Heyf ... Deyəsən bu xəyalım heç zaman gerçəkləşməyəcəkdir .
Günlərim onsuz keçirdi . Onun xəyalı gündüzlər gülüşüm , gecələr göz yaşım idi . Özüm özümə ürək dirək verməkdən yorulmuşdum . Daha onu düşünmək belə istəmirdim . Onu nə qədər sevsəm də , onun üçün nə qədər darıxsam da telefonu götürüb ona zeng etmək ağlımın ucundan belə keçmirdi . Nomrəsini telefonumdan silsəm də əzbər bilirdim . Ama zəng etmirdim . Bəlkə də nömrəsini deyişib ,heç xəbərim yox idi . Bu vəziyyət məni sıxsa da , yavaş yavaş onsuzluğa alışırdım . Uşaq deyildim . Özümü idarə edəcək, olqun bir qərar verəcək yaşda idim . O məni aldatmamışdı , hətta mənimlə olarkən mənə dəfələrlə "sevmirəm" demişdi. Hər şeyə rağmən mən onu belə qəbul etmişdim . Və bütun varlığımla onu sevərək onun olmuşdum . Amma o mənim kimi düşünmürmüş . Demək ki, bu vaxta qədər onun başına nə gəlmişdiysə iradəsizliyi ucbatından gəlmişdi . Demək ki, o hələ də nə istədiyini bilmirmiş . Yoxsa sevmədiyi bir qadınla belə bəərabər olmasından peşiman olmazdı .
Ayrılığımızdan aylar keçdı .Əməliyyatın faydasını görmüşdüm 4 - 5 ayda 118 kiodan 93 kiloya düşmüşdüm . 25 kilo verməyım məni ele sevindirirdi ki . Yağlarım ərimiş , balıq bədən bir qız olmuşdum . Həmişəkindən gənç görünürdüm . Belə gedərsə hələ 55 kiloya qeder yenəcəkdim .
Qapılar yavaş yavaş üzümə açılırdı . Köklüyümə görə mənə iş verməyən müalicə mərkəzləri artıq qoyduğum sivilərə cavab verir , məni işə dəvət edirdilər . Bu zamana qədər iş tapmayan mən indi iş bəyənməz olmuşdum , gündə bir iş yeri dəyişib , işimin keyfini çıxardırdım . Əməliyyatdan sonra ilk namızədimdə çıxdı . Gəlinimizın xalası oğlu . Almaniyada yaşayırdı . Həm ora vətəndaşı idi, həm bura . Əlində işi gücü olan biri idi . Ailəmizdə bu talib hamının ürəyincə idi . Mən də artıq yuvamı qurmaq istəyirdim , yaşım da 35 - ə keçirdi . Kimi gözləyirdim ki ?yani gözləyəcək biri varmıydı ?
Belə anımda gözlərimin qarşısında Kənanın xəyalı canlanar , ilk öpüşmələr , ağlı başdan çıxaran sevişmələr ağlımı oynadırdı . Belə bir vaxtımda onun cun elə darıxırdım ki , axı bu gözəl anlardan sonra , mən başqasının yatağına girə bilərəmmi , ona canım deyib sarıla bilərəmmi ? Onu öpüb əzizləyə bilərəmmi ? Heç vaxt ...
Nəhayyət İrfanın adamlarının bir neçə dəfə bizə gəlib getməsindən sonra İrfanla görüşməyə qərar erdim . Onunla danışmalıydım . Əgər məni qoyduğum şərtlərlə qəbul edəcəkdisə onunla evlənəcəkdim . Şərtim hər kəsə boş görünə bilərdi , ancaq o qadinla evlənəcək kişiyə ən ağır bir yük olacaqdı . Mən onu sevməyəcəkdim , mənden sevgi ummayacaqdı . Özüm onun, ruhum başqasının olacaqdı . Bədənim ona , qəlbim başqasına aid olacaqdı . Egər məni bu şərtlər altında qəbul edəcəkdirsə yox demədən gedəcəkdim . Bəzən özum özümü qınayırdim . Deyirdim ki , Kənan umudsüz bir sevgiyə bağlıdır ona görə xoşbəxt ola bilmir . İndi mən də heç ümüdü olmayan sevgiyə görəmi bədbəxt olmalıydım ? Bəlkə hər şeyi zamana buraxım . Bəlkə İrfanla belə danışmayım , bəlkə zaman keçdikcə İrfani onun qədər olmasa da axır ki, sevəcəm ?
İrfan gələn həftəyə Almaniyadan gələcəkdi . Əgər fikirlərimiz tutardisa o Almaniyaya tək getməyəcəkdi . Evlənib bərabər gedəcəkdik .
... Son günlər , gözləmədiyim bir hadisəylə qarşılamışdım . Selcuq bəy hardansa nömrəmi tapıb mənə zəng edərək hal xoş edirdi . Hətta bir neçə dəfə evlərinə yeməyə də dəvət etmişdi . Çox israrla deyirdi ki , məni Müjganla tanış etmək istəyir. Müjgan İstanbulda yaşayırdı . Cox zaman idi ki anasını da yanına aparıb müalicəsinə orda davam edirdi . Axırıncı zəngdə Səlcuq bəyin təəssüf doguran səsi ürəyimi göynətdi . Kənanın anası rəhmətə getmişdı . Xəbərim olmamışdı . Olsaydı mütləq çənazəsinə gedərdim . Belə bir vaxtında Kənanın yanında olmağı o qədər istəyirdim ki ...
Selcuq bəy bir neçə dəfə məni ofisə çağırsa da bir şeylər bəhanələr gətirib boyun qaçırmışdım . Ürəyimdə onu asıb kəsirdim .
-Kaftar , bu da özün adam sayır nə istəyir axı məndən, əl çək də... Kənan olmayandan sonra sən kimsən axi ? - deyə düşünərkən , Selcuq bəyin özünün bizə təşrif buyurması mənı əməlli başlı çaşdırdı .
Selcuq bəyi kasıb evimizdə görən anam əl ayağa düşub ona oturmağa yer göstərdi . Səlcuq bəy dıvanda özünü rahatlayandan sonda :
- Necəsən Zeynəb xanım , əməliyyatından sonra görüşməyə fürsət tapa bilmədik.
- Canınız sağolsun , işdən gücdən baş açmaq olmur ki . çox sağolun .
- Əla gördüm sizi . Maşallah, əməliyyat düşüb sizə ,
- təşəkkür edirəm - nəzakət xətrinə gülümsədim .
- Toparlanmısız görürəm ,yox yaxşısız
-Şükür - Soyuq cavab verdim - Hər şey yaxşıdır .
- Deyəsən işdən birdəfəmlik ayrılmısan ?
- Yoo işləyirəm . Bir həftə geçə , bir həftə gündüz .
- O işini demirəm .
- Hansı işdən ?
- Bizdən , villaya daha gəlmədiz
Anam təəccüüblə mənə və Səlcuq bəyə baxdı .
-Belə lazım idi .
- Niyə sizə bir şeymi deyən oldu orda ?
- Yox , əstəğfullah .
- Deyəsən daha görüşmürsüz.
Biz sadecə həkim pasyet idik . İş olanda görüşürük olmayanda yox - özumdən asılı olmayaraq əsəbi cavab verdim .
- Kənan da tələm - tələsik gedincə dedim bir sizlə görüşüm ...
-Hara getdi ? - nigaran nigaran dilləndim .
- Xaricə gedəcəkdi , məhkəmədən yana xaricə izin verilmədiyi üçün çənuba getdi .
- Cənuba? Nə işi vardı orda ? Bəs Zeynəb ?- Səlcuq bəyin gülümsəyərək susması nigarançılığımı daha da artırdı - Niyə getdi ki ? Oralarda vəziyyit gərgindir axı .
-O Zeynəbsiz bir yerə getməz onu da özüylə apardı . Dayəsi ilə birlikdə .
- Yanı birdəfəmlik getdi ?
-Birdəfəmlik . Görəsən niyə getdi , mən sizi bir birinizlə yaxın olduğunuzu bılırdim. Gorəsən aranızda nə baş verdi ki , sənə demədən getdi ? Axı sız sevgılı idiz .
- Sevgili ? Güldürməyin məni allah eşqinə , Səlcuq bəy . Yenə deyirəm , biz sadəcə həkim pasyent idik .
- Qızım mən uşaq deyiləm, hər şeyi yaxşı görürəm .
- Bu mövzunun üzanmasını istəmirəm . Bura niyə gəldiz Səlcuq bəy ? Gəlişinizin səbəbini deyin - tıncıxmış halda yerimdə qurcalandım .
- Həə...- Cibindən bir açar çıxardıb mənə uzatdı .
- Bunu Kənan göndərmiş . Dedi ki , ver Zeynəbə , orda ona aid əşyalar var , gedib onları alsın ?
- Harda ?
Selcuq bəy çiyinlərini çəkib ayağa durdu .
- Haydi mənə eyvallah . Bir şeyə ehtiyyacin olursa heç utanıb çəkinmə , sən mənim qızım sayılırsan . Ona da biraz zaman ver ... yavaş yavaş hər şey yoluna düşəcək .
Nə danışır bu ? Necə yanı qızım sayılırsan ? Sankı məni o vıllada müştəri gözüylə süzüb ,mənə pul qarşılığında iş təklif edən bu deyildi . İndi bu nə səfeh yanaşmadır belə . Nə zaman verəcəm ona , 4 - 5 aydır məni arayıb sorduğu yox , hansi vəziyyətlərə düşdüm nə hiss etdim , düşünmədən çəkdi getdi . Mənim duygularıma hörmət qoymadı , İndi bu kişi mənə deyir ona zaman ver ? Mən zamanı ona onun evindən parka gəlincə verdim , mənə sahib çıxmasını istədim , mən zamanı o məni alcaldınca verdim , hər təhqirini qəbul etdim . İndi məndən zamanmı istəyir ? Əsla . Mən İrfanla evlənəcəm , bizim bu evliliyimizi heç kim əngəlləyə bilməz ! Dişim bağlrsağımı kəsirdisə də ozümü tox tutmuşdum .
- Bir dəqiqə !
Qapıdan çıxmaq üzrə olan Selcuq bəy dönüb mənə baxdı .
- Bu haranın nəyin acarıdır ?
-Bilmirəm dedi ki , bizim evimizindir , hansı evin bilmirəm . Dedi ver , Zeynəbə , özü biləcək . getsin evə orda ona aıd oan əşyalar var onları alsın , evi təhvil verecəm ...
Demək bu açar " bizim evimiz"ın açarı idi . Demək ki , tutduğğu kira evidir , bizim eşq ocağımız olan ev ... oranı təhvil verecəkmiş .
Bəs mənim orda nəyim var ki ? Bəlkə nəsə unutmuşam orda ? Fikirləşə fikirləşə qaldım .
- Nədir bu qızım , nə tapmaca oyunudur ?
- Birşey yoxdur ana , narahat olma .
- Necə narahat olma ay qızım . Adam sənə acar verir , deyir get əşyanı al . Getmə ! Evdən bir şey itər , edər . Bəlkə sənin onlardan xəbərsiz işdən cıxmağın aciqlarina gedib , bax sənə deyirəm . Bu varlılara güvənmə , hər nə pislik desən bunlaŕdan çıxar .
- Ay ana sen narahat olma dedim . Elə bir şey deyil . Odada mənim masaj alətlərim qalmışdı , yeqin onları deyirlər ...
Neçə gündür ora gedimmi getməyimmi düşünçələri arasında qalmışdım . Əslində oraya getmək istəyirdim . Həm de buna çox həvəs edirdim . O evdə yaşadığımız anları bir daha yaşamaq , o xatırələrə dalmaq istəyirdim . İrfanla evlənib buralardan gedəcəkdim . Sonuncu dəfə onun baş qoyduğu yastığa baş qoymaq istəyirdim . Onun qoxusunu ciyərlərəmdə qürbətə daşımaq istəyirdim .
Bir tərəfdən də hisslərimdən qorxurdum . Qorxurdum ki , ordakı yaşadıqlarımız iradəmi əlimdən alar . Məni fikirimdən daşındidardı . Cox qərarsız qalmışdım . Nə edəcəyimi bilmirdim . Bir neçə dəfə yolumu onların məhəlləsindən salıb oraya getmişdim .
İşdən çıxıb evə gələndə yenə yolumu onların məhəlləsindən saldım . Bu dəfə de gedib dönəçəkdim . İki binanın arasında dayanıb , gah onun öz evinə , gah da bünövrəsi olmayan sevgi yuvama baxdım .
- Sevgi yuvam ? Bu hardan gəldi ağlıma . Hə ... mən onu öperkən "qulağına bura bizim sevgi yuvamız olacaqdır Kənan ! " deyə pıçıldayırdım . O isə "olmayacaq Zeynəb , gəl boş xəyallara qapılıb özünü aldatma , bu olan iş deyil" dedikcə mənim öpüşlərim önun "olmayacağına " mane olurdu . Sanki o bundan esəbləşib gözərimin içinə qətiyyətlə baxaraq "olmayacaq, olmayacaq " deyib dodarlarımı, çənəmi vəhşi kimi dişləyirdi . Əlləri qollarımı , vücüdümi elə möhkəm sıxırdı . Saçlarimi arxadan dartıb "sus bu olmayacaq" deyərək boğazımı boynumu ehtirasla dişləyirdi. Bu ağri məni incitmitdi . Əksinə bu dişləklərin şirinliyi məni güldürür , daha da xoşbəxt edirdi . Mən etiraz etdikcə o daha da ehtiraslanirdi ...
Başımı bulayıb xatirələri beynımdən atmaq istədim . Əlimdəki açara baxdım. Gah o evə , gah da bu evə baxırdım .
- Pardon , kim lazımdlr ? - donüb Ses gələn yerə baxdım .
- Hec kim ... burda 3 cü mərtəbədə ev...
- Həə oranı ev sahibi kirayə verib , ora da neça aydir bağlıdır . Heç kim olmur orda . Əvvəl tələbə qızlar qalirdi , ya da günlük ...
Adamin sözün ağzında tutdum .
- Hə mən də elə bu günlük kiralamışdım . Təşəkkürlər ...
- Həəə , eləmi ...lap yaxşı . Deməli boşaltdılar oranı ?
- Yəqin ki .
- Nə gpzəl . Sevindim . Neçə günlük qalasız burda ...
- Bəlkə bu gecə bəlkə sabah da , o biri gün də qala bilərəm - deyə bloka girə girə adamı başımdan etmək istədim :
- Vəziyyətə , işimə bağlıdır
- Mən binanın komendantıyam , əgər bir şey lazım olsa deyin . Bir şeydən korluğunuz olmasin .
Bahoovvv eeyyy... yaman yerdə axşamladiq . Mütləq arvad uşağı ilə bir xoşgəldinə gələcəklər . Mən belə qirsaqqız adamlarin xasiyyətinu bilirəm artıq . Bilirəm ki, məraklı məlahət kimi kiməm, nəçiyəm niyə burda günlük qalıram , öyrənməsələr rahat etməyəcəklər . Odur ki , onlari narahat eden sualları mənə vermədən cavablandırdım :
- Yox yox abi , heç nə lazım deyil sağolun . Sizdən bir ricam olacaq . Apartmanda sessizlik olsun . Mən cərraham . Bu gun Hacettəpəyə ağır bir əməliyyata devet olunmuşdum . 7 saatlık əməliyyat başarılı kecdi . Amma mən bitdim , tükəndim . Çox yorgunam , yatacam - deyərək özümdən bir yalan uydurdum.
- Həə oldu həkim xanım siz rahatliğıniza baxin . Sizin izniniz olmadan burdan quş da uça bilməz .
- Aayy, Çox təşəkkür edirəm. Həə bu arada , qapıçı , zibilçi qapımı döyməsin ...
- Başım , gözüm üstünə həkim xanım . Allah rahatlıq versin , bir şey lazım olsa sizinlə üz üzə olan ev bizimdir ...
Bax bu lap pis oldu ...
... Qapını açıb içəri girəndə dünya gözümdə qaraldı sanki . İlk məni qarşılayan Kənanın işlətdiyi ətirin qoxusu oldu . İçəri girib işığı yandirnaq istədim , işıqlar yanmadı . Arxamca yuxarı çixan adam işıqların yanmadığını göüb əl ayağa düşdü :
- Sayğacdan söndürülüb mən indi açaram - deyib özünü içəri salmaq ıstəyən adamı elimlə durdurub :
- xahiş edirəm ,siz qarışmayın - deyə ciddi xəbərdarlıq etdim - Mən həll edərəm .
Telefonun fənərin yandırıb asılqanın yanına qoyulmuş kətilin üstünə çıxıb sayğacı açdım . İşıqlar yandı . Ev gözəlləşdı sanki . Ayağımdakı çəkmələri çıxarıb qapını bağlayaraq içəri girdim .
-Aman Allah ev necə qoyub getmişdimsə elə də durur . Jurnal masasının üstündəki , kağıza bükülmüş lahmacun , yerə düşmüş poşet, yarım ıçılmış ayranlar , kül qabı , stəkanlar ... küf qoxusu burnumu dəlirdi . Montun düymələrin aça - aça pəncərəyə getdim . Balkon qapısını açıb geri dönəcəkdım kı , qapı döyüldü . Həyəcandan ürəyim atılıb düşdü . Bəlkə gələn Kənandır . Həyəcanla qapıya yanaşıb gözlükdən baxdım . Komendant idi . Qapının zincirin taxib qapını araladım .
-Həkim xanım , bu evin kombisini nizamlamaq biraz çətindir , istərsəniz mən düzəldə bilərəm .
- Yox , bəy əfəndi . Kombi işlətməyəcəm , evdə elektirik soba var onu işlədəcəm .
- Bəs hamam ?
Əsəblə qapını çırpdım .
-Allahım ya rəbbim . Allah ,nəydi günahım məni belə zəvzek adamlarla calaşdırırsan . Elə içəri yenicə girib divana oturacaqdım ki, qapı yenidən döyüldü .
- Həkim qızım , yeqin ki acslz , dedim axşama bizə yeməyə gəlin . Aç yatmayın aa...
- Yox sağolun mən çöldə yedim gəldim. Yatacam qapını döyməyin .
Əsəbimdən divarlari yumuruqlayirdım .
- Nə qədər də səfeh adamlar varmış Allah . İnsanlar niyə belə hər şeylə maraqlanirlar . Guya mənə cani yanir gəlir bura? Hamısı maraqdandir . Gorüm kimdir niyə gəlib , nəyə gəlib ... offf offf ...
Əsəbi halda keçib divanda oturdum , həyəcandan tərləmiş üzümü ovuclarımla silib başimi yuxarı qaldırdm . Nəfəsimi dərdim :
- Allahım tək qalmaq istəyirəm , heç olmaya burda məni xatırələrimlə baş başa qoysalar ,nolar . Heç olmaya bu gün ...
Gözüm ayağımın altındaki yorğana ilişdi .
- Amannn !!! Hələ də bu burda durur !!! Divandan sürüşüb yerə çökdüm . Qanı qurumuş yorğanın üstünə düşdüm , bütün hər şey gözlərimin önündə canlanırdı . Bu yorğanın üstündə oturub çay içməyimizdən , barmaqlarımı yalaya yalaya əllərimdən lahmacun yeməyinə qədər , danışdiqlarımız . Başını dizimin üstünə qoymasi , öpüşməmiz, sevişməmiz taaa mənım o qapıdan çıxmağıma qədər hər şey , hər şey filim kimi gözlərimin önündən keçirdi .
Nəfəsim darlanirdi . Ayağa qalxıb ağlaya ağlaya yorğanın üzünü söküb çıxartdım . Mətbəxə kesib dəli kimi bir şeylər axtardım , nə axtardığımı özüm də bilmirdim . Ağlaya ağlaya ozümu ora bura vurur , çəkməçələri açıb hirslə bağlayirdım . Əlimə bir bıcaq keçdi . Taqətdən düşmüş yorğun adamlar kimi yerə oturdum . Bir əlimdəki bıçağa , bir də yorğanın üzünə baxirdim . Nə etmək istəyirdim , nə edəcəkdim qərar berə bilmirdim . Eləcə key key baxırdım . Heç nə fikirləşmirdim . Elə bir yuxum gəlirdi ki , sanki dünyanın yükünü daşımışdım . Bu anda ağlımdan bir fikir keçirdi . Mən onsuz burda nə gəzirəm , bu dunyada nə gəzirəm ? Mən ölməliydim . Bu dünyada mənim yerim yoxdur. Gör nə gündəydim ki , o da məni bəyənmir ...
Yorğan üzündəki qurumuş qanlı hissəni əlimə alib baxdım və qəfil ələmdəki bıcağı biləyimə dirəyıb gözlərimin yaşını yanaqlarım aşağı buraxdım . Qərarımı vermişdim . Qolumun qani bəkarətimə qarışmalı idi .
- Sən o zaman mənim səni nə qədər sevdiyimi biləcəksən . O zaman bilcəksənki var pul mənlik deyildi . Mənə tək sən lazım idin Kənan, tək sen
Telefon durmadan çalırdı
- Yaa anaaa !!! Heç olmasa öləndə rahat burax məni , qurban olum . Heç olmasa bu gün gözümun yaşını sılıb özümü toxtatdım :
- Hə ana .
- Hardasan qızım . Nəcmiyə gil gəlib . İrfandanxəbər gətiriblər . Gec gələsən ?
- Gəlmiyəcəm ana !
- Necə yanı gəlməyəcəm ?
- Gəlmiyəcəm də , ana , gəlmiyəcəm .
- hmm ... oldu qızım , amma nə olduğunu demədin . Nigaran qalacam . Hardasan ki ?
- Mesaiyə qalmışam gec gələ bilərəm bəlkə də gəlmiyə bilərəm .
- Yaxşı o zaman , özünə yaxşı bax, öpürəm .
- Ana !
- Söylə qızım !
- Ana mən...
- Hə sən ...
- Heç ana . Sağol .
- Dayan görüm, ağlayirsan sən ?
- Yox ana .
- Sesin bir cür gəlir qızım .
- Yox dedim ana . Ağlamıram .
- Bax ağlım fikirim səndə qaldı aa . Dayan görüntü açıram
- Lazım deyil ana , iş başindayam . Gorüşərik sonra . Haqqını halal et .
- Halal olsun qızım bu nə halalaşmaqdır . Qorxuzursan aa məni ...
Anamın sözü ağzında yarımçıq qaldi . Telefonu söndürüb şəkilləri açdım bir neçə Kənanin şəkilin tapıb telefonda şəkili oxşadim . Mesaj gəldi . Gözlrimə inanmadım . Kənanın gizli nömrəsindən idi .
" Kampüterin altinda sənə ait məktublar var onları götür . Sabah sizə bir nəfər gələcək açarı ona verə bilərsən" . Qalxıb salona keçdim . Kampüteri qaldırıb altına baxdim . Bir neçə məktub var idi . Məni gülmək tutdu .
- Ay xəstə ... sən burda onun üçün qovrulmuşkən o hələ də köhnə sevgilisinin eşqiylə yaşayır . Sən bundan nə məhəbbət gözləyirsən axı . Sən kimə verdin özünü ? Bir keçmiş məhəbbətin ruhuyla nəfəs alan birinə mi ? Bağışla məni Kənan , bəzən Sedaya haqq verirəm . Sən ona qarşı diqqətli olsaydın onu sevdəydin , o sənə heç vaxt xəyanət etməzdi . Bağışla mən bir ömür boyu oturub sənin xəyalınla yaşaya bilmərəm - deyib məktubları klaviyatorun üstünə çırpdım . Məktublar açılıb masnın üstünə səpələndi . Masanın arxasında oturub , başımı klaviatorun üstünə qoyub hönkürdüm . Başımı qaldıranda kampüter açılmışdı . Səssiz görüntülər görsənirdi . Diqqətlə baxdım . Bura villa , hansısa iş yeri , bu bınanın olduğu küçə , Harasa tanımadığım məkanlar idi . Diqqətimi bir yer çəkdi . Çox tanış gəlirdi .
- Aa bura Kənanın evidir ki , hə oradır . Bu onun terası, bura da evini zalıdir . Hiii... bu da onun yataq otağı .
Mausu əlimə alıb oxu oynaydim . Kameranı irəli geri oynadanda teras pəncərəsində bir nəfər gördüm . Ayaq üstə durmuşdu ama qoltuq ağacına söykənmişdi . İnanmırdım . Bu Kənan idi . Qaçıb balkona çıxdım . Qarşı binaya boylandım . Kimsə yox idi . Kor peşiman geri döndüm . Təkrar ekrana baxdım . Kimsə yox idi . Deyəsen məni qara basırdı .
Məktublari əlimə alıb ora burasına baxdiqca üzümə sevinc gəlir , gözlərimdən sevinç yaşları axirdi . Demək kı , ya mən Kənani yaxşi tanımayıbmişam , ya da , ona qarşi ədalətsiz düşünübmüşəm . Məktublar Ayladan yox bir qadından bəhs edirmiş. Məktub həmin qadına xitabən yazılmışdı . Adının yerınə " Sən " və "O" müraciət edilən qadin onun bütün qəlbini fəth etmiş ürəyinin daş qalasına hakim olmuşdu . Qəlbini tax tacının sahibi olmuşdu . Ordan burdan nəzər atdıqca Kənanın hiss və duygularinı yazdığı bu qadını qısqanmağa başlamışdım . "O" kim idi Sedaydimi , bəlkə də mənim bilmədiyim başqa qadınmış . Bəs mən kim idim ? Bir qadın, onun Aylalı qalasını fəth edə bilibsə , mən niyə bunu bacarmamışam . Gözlərimin yaşı və beynimdəki suallar imkan vermirdi ki , oxuyum görum bu məktublar kimə nə yazıb . Fikirim dağınıq idi . Özüm özümə nifrət edirdim . Elə bir nifrət edirdim ki , hətta intihar belə düşünürdüm .
- Mən nəyəm axı kimə lazımam , ürəyimi açdığım birinin qəlbini qazanmamışamsa , İrfan kimi bir Almancimi məni sevəcək ? İrfan məni qəbul edir . Ona hiss həyəcan lazım deyil ona ancaq arvad lzımdir . Daha o arvad onu sevdi sevmədi , onu maraqlandırmır . Mən belə adamla yaşaya bilmərəm axı mənə sevdiyim lazımdır , sevdiyim ...
Qapının səsi məni dəliyə döndərdi . Məktublari götürüb qapıya tərəf səpələdim . Ağlamaqdan şişmiş gözlərimi silib əsəblə qapıya yönəldim .
- Yetər artıq yetər , istəmirəm heç nə , sizə məni narahat etməyin demədimmi ? Allah eşqinə , əl çəkin məndən , məni narahat etməyin , tək qalmaq istəyirəm -qapını açıb yönətiçini ağ yuyub qara sərəcəkdim ki , Kənanı qarşımda görüb yerımdə dondum ...
MƏKTUB ( real)
Feride Acarakcay
14 BÖLÜM
Kənan arabasiz və ayaq üstəydi . Gözlərimə inanmırdım . Bu olacaq bir şey deyildi . Sadece qoltuq ağacına söykənmişdi . Onun gəlişindən cox onun ayaqda olmasına həm caşib qalmışdım , hən də sevinirdim .
- İçəri girə bilərəm ?
- Hə , əlbəttə ki , buyurun ! Bura sizin evinizdir - deyib yana çəkildim - Mən də indi çıxacaqdım
İlahi , o yeriyirdi . Onu belə görməyimə cox sevinirdim , əlim üzümdə , ağzım açıq qalmışdı . Sevincimi onunla bölüşsəmmi , yoxsa onu azarlasammı... bilmırdim .
- Hara gedirsən canım ? Mən sənin üçün buraya gəldim. Bir xoşgəldin etməmiş hara cıxırsan ? - gülümsəyib üzümə toxunmaq istədi .
- Siz yeriyə bilirsiz çox sevindim , inanın buna ? - söhbəti dəyişərək başımı yana çəkdim - Buyurun , keçin !
İstəmirdim o mənimlə bu şəkildə danışsin . Ona nə qədər qırıq olsam da hələ də sevirdim . Onun belə davam etseydi iradəmə hakim olmayacağımı da bilirdim .
- Siz ? - mənimlə üz üzə dayanib , qapını qoltuq ağacı iləltələdi -sonunsu dəfə ayrilanda sən idim , deyəsən ayrıliq araya soyuqluq saldi ?
- Başqa ne gözləyirdiniz ki , elə bilirdiz ayrılıq məni yandıracaq ? Bu soyuqluğu siz saldız aramıza Kənan bəy , mən yox ! Axı biz nə zaman isinişmişdik ki , indi də soyuyaq ? O məsələ 5 ay bundan qabaq açıldı da ,bağlandı da , ikimiz də bir sehv etdik, məncə bu mövzunu təzələməyək .
- Eləmi ?
- Elə !
Gözünə baxmamağa calşırdim . Gozlərindən od cıxirdi . Elə bilirdim gözlərinə baxarsam buz bağlamış urəyim su kimi əriyib gedəcək . Daha özümü onun qarşısında alçaltmaq istəmirdim , qururumu qırmaq istəmirdim . Calışırdım rəsmiyyəti aradan qaldırmayım .
- Bu arada, sizi ayaqda görməyimə sevindim , Kənan bəy ! Həm də çox sevindim . Sevincimi ifade ede bilmirəm . Həmişə ayaq üstə . Bu nece oldu ? İnanacaq bir şey deyil sizi ayaq üstə görmək.
Kənandan cavab almadan soyuq qanlılılıqla üzünə belə baxmadan içəri keçdim . O da arxamca gəlirdi . Keçib çantamı və mantomu alıb geri dondum, gedəcəkdim . Kənan qapının arasında dayanıb mənə baxırdı .
- Yol verin zəhmət olmasa gedəcəm .
- Sən nə demişdin mənə ?
Çaşqın çaşqın ona baxırdım .
- Nə demişdim ?
- Yaxşı xatırla ilk tanış olduğumuz günləri .
- Bilmirəm o zamanlar çox şeylər danışmışdıq .
- Xatırladım o zaman ?
Çiyinlərimi çəkdim .
- Demişdin, heç vaxt ümüdünü itirmə ,yeter ki, istə , bu gun mən ayaqdayamsa , bunun səbəbi sənsən .
Qoltuq ağaclna söykənib elini mənə uzadıb alnıma tökülən saçlarımı gerı daramaq istədi , üzumu yana tutdum . Bir addım geri atdim .
- Ümüd ən son ölər deyirlər , Kənan bəy . Sizin umüdünüz sönmüşdü , Allah da buna səbəb saldı . Məni sizə səbəbkar yolladı. Yadınizdadır, sizə bir misiyadan da bəhs etmişdim ?Demək ki , bu da mənə Allah tərəfindən tapşırılmış bir misyaydı ki ,mən sizə ümüd verim həyata bağlayım . Sadecə bu misiyanı mən yanlış anladım . Hislərimə qapıldım . Hayatımın ən böyük...
Sözümün davamını gətirə bilmədim , səsim titrədi . Dolmuşdum , özümü ağlamaqdan güclə saxlayırdım .
- En böyük nə ? - Gözlərimin içinə baxdıqca dolmuş gözlərimi ondan qaçırdırdım .
-Xatamı desəm , yanlışmı desem , bilmirəm . Onu bilirəm ki , bu nə idisə mən buna heç vaxt peşiman olmadım .
- Məni bağışla Zeynəb , canım ...
- Mənə bu sözü deməyə heç haqqınız yoxdur . Heç bu üzürü eşitmək belə istəmirəm .
- Zeynəb ...
-Çəkilin , xahiş edirəm , yol verin .
- Niyə gəldin o zaman bura ?
Doğurdan niyə gəlmişdim bura ?
- ...
-Hə ? Zeynəb ! üzümə bax bəs bura niyə gəldiyni söylə !
- Burda əşyalarım varmış .
- Hanı əşyaların ? Götürə bildin ?
- ...
- Göstər görüm !
- Xahiş edirəm yol verin çixacam -deyib onu yana itələdim . Ləngərlənib qapıya söykəndi , özünü möhkəm tutdu , yıxılacağından qorxdum . Elə hiddətlənmişdim ki , nə etdiyimi özüm belə bilmirdim . Özüm özümə əsəbləşmişdim , mənim burda nə işim vardı axı . Niyə hisslərimə , duyğularıma sahib ola bilmirəm ?
- Yol verin, Kənan bəy , yol verin - deyib ozumü qapının arasına perçım edıb bayira çıxmaq istədim . Bir əli ilə qapını kəsib o biri əli ilə belimə sarılıb məni özünə dartdı
- Burax ! - deyib çırpındım
- Zeynəb belə eləmə , xahiş edirəm . Mənə bir şans ver - nəfəs nəfəsə dayanmışdıq . Od püskürən nəfəsi hardasa ürəyimin kinini yağ kimi əridəcəkdi .
- Üzünü belə görmək istəmirəm . Sənə bax bu qapıdan çıxdığımda şans vermişdim . Daha doğrusu yalvarmışdım , mən səndən şans istəmişdim , gələcəyimiz gözəl olacaq demişdim , sən nə etdin ? Mənimlə yatmağına , mənimlə bərabər olmağına peşiman olduğunu dedin . Mən həmin gün qürurumu , mənliyimi ayaqlarinın altına atmışdım , sən isə tapdaladın kecdin .
- Seni sındırmaq istəmirdim ...
-İndi də , mən səni sındırmaq istəmirəm Kənan . Ayrılanda da elə ayrılmaq lazımdır kı , illər sonra bu günlər yadımıza düşəndə , təssüf ederek xatirlamayaq, - əlin belimdən açıb keçmək istədim . Onun qolunda belə bir güc olduğunu biləzdim . Belimi çəngənə kimi sıxib özünə yapışdırmışdı . Göz gözə , nəfəs nəfəsə dayanmışdıq ,
-Mən istəmdən də gedə bilməzsən - ehtiraslı bir pıçıldayışla dilləndi - nolar getmə! Seni sevirəm Zeynəbim , mən səni sevdiyimi bu beş ayda hiss etdim . O zaman hislərim çox qarışıq idi . Anla məni qurban olum . Yaşadıqlarım məni çaşdırmışdı . Sevgi ilə xəyanət arasında qalmışdım . Biri bu ayaqla məni sevir , biri şikəstliyimə görə mənə xəyanət edir . Özüm isə kecmiş məhəbbətimdə qalmışam . Məndən başqa nə gözləyirdin ki , duyğularım qarışmısdı . Ilk dəfəydi bir qadın mənə " sevirəm " deyib yatağıma girirdi .
- Yetər danışma ...
- Zeynəb , mən sənə sevirəm deyib sənin hislərinlə oynamaq istəmirdim . Bəlkə hardasa sənin buna ehtiyyacın vardır , bəlkə də məcara axtarırsan , bəlkə mənim imkanım üçün mənimlə bərabər olmaq istəyirsən deye düşündüm . Amma sənin bakirə olmağın , sənin həmin gün mənə yalvarışın , məni itirmək qorxun məni kişiliyimə ütandirdi . Nə kişiymişəm mən ? Mən də kişiyəm ? İnan beynim dumanlanmışdı . Nə etdiyimi bilmirdim . Bagışla məni . Bu beş ayda nə çəkdiyimi mən bilirəm , canım . Buna Rəbbim şahiddir . Mən bu beş ayda defelerle qapına gəlib qarşında diz çökmək istədim . Haykıra haykıra səni sevdiyimi söyləmək istədim . Bacarmadım . Qorxdum , qorxdum ki , mən səni qırdığım kimi sən də məni qırasan . Seni sevirəm eşqim , hələ o gecənin həyəcanıyla indi də yaşayıram yaşayıram . Səni sevirəm ,sevirəm səni !!!
İlk dəfəydi məni sevdiyini deyirdi . Elə acıydim ki , mən bu seginin . Elə möhtac idim ki , bir kişi tərəfindən ilk dəfəydi , eşidirdim bu sözü , belə içdən gələn kəlməni . Həmdə öz sevdiyimdən . Elə bir insandan ki , məni " sevmirəm deyərek sındıra sındıra bərabər olmuşduq indi bu kəlmənin dəyəri yox idi gözümdə .
- Geçikfin Kənan , cox gecikdin. Mən artıq yuva qurmağa hazırlaşıram . Və sən belə etməklə buna mane ola bilməyəcəksən .
Qolu boşaldı , belim açildı , nəfəsimi qarsan nəfəsi bir anda soydu sankı . Elin qapıdan çəkib yol verdi :
- Get o zaman ...
Elə bilirdim ayaqlarıma düşüb yalvaracaq mənim kimi , getmə deyəcək , elə bilirdim o da qürurun ayaqlarimin altına atacaq ,mən atdığım kimi . Onun belə soyuqqanlılıkla dediyi bu kəlmə məni ilan vurmuşdan beter etdi , gözlərinə niftətlə baxıb sinəsindən itələyərək karidora çixdim
- Dayan !!!
Heç dayanmaq fikirim yox idi .
- Buraya ümüdlə gəlmişdim -addımlarım yavaşıdı - axı sən özun demişdin yeter ki istə . İndi istəyirəm. Senı istəyirəm , səni arzulayiram
Qapınin dəstəyinə tutdum qapını açacaqdım ki , qapının dəstəyi əlimdə gəldi .
- Aa bu nəydi ...ola bilməz ! Sən bilərəkdən bunu qırıbsan eləmi ?
- Yox , mənim xəbərim yoxdur . Noldu ki ?
Həm dəstəyin qırılmasına , həm də Kənanın belə soyuq qanlılıqla "Get o zaman" deməsinə çox hirslənmişdim .
-Aaayyy- deyə əsəbimdən qışqırıb ayaqlarımı yerə çırpırdım . Burdan çıxmalı ıdım . Amma necə .
Əsəbimdən catlayacaqdım . Bayaqdan qapidan əl çəkməyən komendantı o qədər istəyirdim ki , gəlib qapını döyəydi . İndi onun gəlməsi üçün Allaha yalvarırdım. Mən Allaha yalvardıqca o gülür güldükcə mən daha möhkəm bağırırdım .
- Qonşular - deyə qışqırdım - eyy qonsular - qapını vurub döydükçə mənə qızışma gəlirdi sanki . KƏnan öz aləmində idi . Yenə öz məgrur və məmun baxışları ilə mənə baxıb qəh qəhə çəkirdi .
- Hey allahım , sən nələrə qadirsən . Bir cansiz əşyaya da Zeynəbin dediyi misyanı da verən sənsən . Qapını bağlayan da sənsən , açan da sənsən . Bu qapını nə vaxt açırsan aç amma bu gecə açma Allah nə olar.
Ortamdan çatlayirdim . Qapını , divarı buraxıb Kənanın sinəsin yumuruqlayib , saçlarini yolurdum . O isə ugunub gedirdi . onun beləcə mənə acıq verməsi məni səbirdən çıxarırdı .
- Qonşular ! - divarları döyəçləməyə başladim . Kömək edin , komendant ! Xahiş edirəm kömək edin .
Kənan heç nə olmamış kimi keçib divanda oturub ayaqların uzatdı . Ayaqları qatlanmırdı , canı ayaqlarından sıxılmış kımı , eyninə geyindiyi idman şalvarının balağını yuxari çəkib , ayağındakı protezləri açmağa başladı .
- Eeyy səninləyəm , bir şey elə , qapını aç - mənim onunla danışmağımı vecinə belə almırdı .
- Kənan !!!
Üzümə belə baxmirdi , yenə üzündə məmunluq var idi .
- Gulmə !
Hələ də qəh qəhə ilə gülürdü
- Gülmə deyirəm sənə , gülmə - onu divanin üstünə yıxıb sinəsinə çökmüşdüm . Boğmaq istəyirdim . O isə biləklərimdən tutub , özünü məndən qoruyaraq eyni zamanda məni öpməyə çalışırdı .
- Burax , burax deyirəm , burax səbeh , ağılsız . Sən məni bu şəkildə öpə bilməzsən . Mən buna izin vermirəm . Burax ...
Əlindən çıxıb qapıya qaçdım . Qapını az qala sındiracaqdım . Di gəlki elə bil binada heç kim yox idi , eşitmirdi , duymurdu ... Daha taqətdən düşmüşdüm .
- Seninləyəm, Kənan, eşitmirsən ?!
Mən nə qədər çığırıb bağırsam da Kənan öz aləmində idi .
Protezlərin səliqə ilə bir tərəfə qoyub elektirik çaydanı götürüb həmişəki kimi dizin dizin surunərək mətbəxə getdi . Mən hələ də , qonşuları haraya çağırırdım . Kənan içəri dönüb stəkanları götürüb mətbəxə keçdi .
- Özünü yorma gəl bura bir çay içək !
- Reddol, səninlə Zıqqımın kokünü də içmərəm .
- O zamn bağır nə halin varsa gor . Onsuz da eşidən olmayacaq . Çünkü mən gələndə komendant aıləsiylə qonaqlığa gedirdi . Altımızdakı ev də satılıq evdir , boşdur . Sesini eşıdən siçanlar qaçdı otdan .
-Aaayyy, yetər danışma daha yoxsaəlimdən bir xata çıxacaq .
- Sən bilərsən sabaha qədər qışqır , səsin mənə ləzzət edir .
- Allahın bəlası , bəlamı gəldın mənə ?
- Bilmirəm - güldü - bəlkə də
- Oooff , Allahım off... nəydi günahım Allah , nədir bu iztirab ...
Kənan dəzgahın qarşısına qoyduğu kətilin üstünə çıxıb stəkanları yudu , dəzgahin üstünü təmizləyib . Salona döndu . Əlindəki bezlə jurnal masasinın üstünü təmizlədi , zibilləri lahmacun olan poşetə yığıb mətbəxə apardı . Mənim burdaki varlığımı unutmuşdu sanki , məni görmur , eşitmirdi . Öz aləmində idi . Çayı dəmləyib salona keçdi . Yerə , masanin üstünə dağılmış məktubları toplayıb jurnal masasının üstünə qoydu . Qışqırıb divar döyməkdən yorulub elə qapının ağzına çökmüşdüm .
- GƏlmirsən ? - elindəki çayı gülərək mənə göstərdi .
- ...
- Özün bil təklif var israr yox .bax içirəm aa
- Zıkkımın kökün iç ...
Burda nə qədər oturduğumu bilmədim . Artıq oturduğum yerdə mürgü atırdim .
- inad etmə , al bir çay iç ! Qapı açılsaydi bir şorba da sifarış ederdim , ısti şorba həm əsəbləri sakitləşdirir , həm də canimiz isinərdi . Səni bilmirəm , mən donuram , kombiyi də açmamısan .
Tərs tərs üzünə baxdım , mən onunla danışmaq istəmirdim . Nəinki əlindən cay alıb içmək .
Stəkanı ehmalca yanımda yerə qoyub :
-Soyuyarsa xəbər elə gəlim dəyişim - deyib getdi . Kombi aparatının yanında nəsə iş görürdü . Sonra əlində bir ləyənlə radiyatorlara yaxınlaşıb havasını aldı . Çox keçmədi ev isinməyə başladı .
Hələ də çayım dururdu . Buza dönmüşdi . Oturduğum daş döşəmə yanlarım üşütməyə başlamışdı . Üzə düşmüşdüm deye içəri girmək istəmirdim . Qulağım qapıdaydi . Bəlkə biri gələ keçə . Telefonu çixarıb baxdım . Saat birə işləyirdi . Bəlkə anama zəng edim kömək istəyim gəlib qapını açsın . Yox anam demezki burda nə gəzirsən . Deməz ki , sən axı mesaiyə qalacaqdln ? Həm də bu evlilik əfəsundə belə hadisəylə qarşılaşmaq mənim üçün ölümdən beter olardi . Anamın və ailəmin , qonşuların gözündən düşəcəkdim .
- Barım bunu iç soyutma
- İçmiyəcəm !
- Heç olmaya içəri keçsəydin , burda üşüyəcəksən !
-Sənə nə , hə ? Sənə nə ? - əsəblə qışqırdım .
- Hə başa düşdüm . Demək hələ də inadinda durursan , gəbər o zaman mənə nə .
- Hə sənə nə axı , sənə nə ? Əl çək məndən , danışdırma məni . Aça bilirsənsə aç qapını . Sabah işə neçə gedəcəm ?
- Mənə nə ?
- Necə yani mənə nə ? Başın xarab olub ? Sənın ücbatindan fırca yeyecəm , üzüm danlanacaq .
- Axı mənə nə , özün demirsinmi sənə nə ?
- Tövbə əstəğfullah . Dəli olacam Allah , mənə səbir ver , sebir . Ellərimi göyə açıb yuxarı baxdım . Qalxıb hamama keçdim . El üzümə isti su vurub , unitazın qapağını örtüb üstündə oturdum . Telefonu çıxarıb baxdım . İrfan mesaj çəkmişdi. Heç açıb baxmadan mesajı sildim .
- Bir sən qalmışdın . Səni hardan başım bəla aldim ki, mən. Telefonu söndürüb çantama basdım . Burda nə qədər oturduğumu bilmirəm . Canım darlanlrdı . Yuxu da bir tərəfdən basmışdi məni . Harda yatacam ki , bir divan bir yorğan vardı , bir yorğanı bu qışın günündə Kənanla bölüşmək məcburiyyətindəydim . Qalxıb hamamdan cıxdım . Salonun işığı sönmüşdü . Ehmalca addımlayıb başımı qapıdan içəri saldım . Kənan dıvanda yatmışdı . Üzü divara tərəf idi . Məni görmürdü . Yavaşca keçib çayı yoxladım . Hələ isti idi . Stəkanı doldurub cayı birnəfəsə başıma çəkdım . Ac idim . Amma nə edəcəkdim ki , yeyəcək bir şey yox idi . Kənan hələ də mışıl mışıl yatirdı . Çantamı masaya qoyub Kənanın yanına gəldım . Ehtiyyatla yorğanı qaldırıb Kənanın ayaq tərəfində ayaqlarımı yorğanın altına salaraq dıvanın qoltuğuna söykənib oturdum . Bu oturuş nə qədər çəkdi , bilmirəm . Bir vaxt gözümü açanda ayaqlarım Kənanın belindən əks tərəfə aşmışdı . Bu necə olmuşdu bilmirəm . Dodağımı dişləyib özümü ehmalca düzəltdim . Divanın kənarına çəkilib b ona toxunmamağa çalışırdım . Yuxu nəyisə fikirləşib , düşunməyə qoymasa da gözümü yuman kimi biraz bundan öncəki qapı oyunu gözlərimdə canlanirdi . Hələ də əsəbim keçməsə də , bu anın xatırələri belə məni xoşbəxt edirdi .
Bu dəfə də özümü açanda başım Kənanın dızının üstündə idi . Kənan oturulu idi , mən isə yatmışdım . O yorğanı mənə bükmüşdü . Özü üsə üstü açıq idi . Boynu çiyninə əyilmişdi . Utandığımdan yerə girirdim . Məni yaninda görməsini heç istəməzdim . Yavaşca qalxıb ayağa durdum . Pəncərəyə boylandım . Onu oyandırmamağa çalışırdım. Hələ sabah açılmamışdı . Bu vəziyyət nə zamana qədər çəkəcəkdi ki, Kənanın telefonuna baxdım , şifrədə idi . Saat beşə qalmışdı . Telefonu qoyub Kənana tərəf döndüm . Mən qalxdıqdan sonra mənim yerimə yatmışdı . Bütün dıvanı zəbt etmişdı . Mənim uzanmağa belə yerim yox idi .
Elə bir şirin yatırdı ki , bu saat yorğanı üstündən qaldırıb yanına girmək keçirdi ürəyimdən . Qollarını açıb özümü sinəsinə qismaq istəyirdim . Yenə qürurumu qırmaq istəyirdim , yenə hisslərimə duyğularima qoşulmaq istəyirdim . Yenə ürəyim ağlıma qalib gələcəkdi . Lakin etmədim . Ehtirasımı divanin kənarına uzanıb baxışlarımı üzündə gəzdirməklə söndürdüm . Ürəyim üzünün hər cizgisinə bir eşq piçıldadı . Saçlarıma, üzümə və boynuma dəyən nəfəsi ürəyımın elanına qarşılıq məni öpürdü . Onun nəfəsi belə məni xoşbəxtlərin xoşbəxti edirdi .
... Səhər səsə oyandım . Salonun qapısı örtülü idi amma bayırdan kışı səsləri gəlirdi . Tez qalxıb toparlandım . Montumu geyib çantamı asdım . Saata baxdım . Saat 9 un yarısı idi .
- Aman Allahım gecikdim işə !
Özümü qapıya atdım . Komendantın səsi gəlirdi . Kənanla danışaraq qapını düzəldırdı .
- Yox abi , ola bilməz kimsə yox idi . Kim gələcək ki , bu gecə mən özüm qalmışam burda . Rəfiqəmlə .
- Allah allah . Dedi həkiməm əməliyyatdan çıxmışam . Evi kirayə tutmuşam . Həəə nəysə özün şübhəli aparırdı . Mən səfeh niyə hiss etmədim axı bunu ?
- Necə şübhəli ? Nə edirdi ki?
- İstəmədi içəri girəm , cay yemək təklif etdim , almadı . İşıq kombi istəmədi . Mən gör nə qədər ağılsızam. evə girən bir oğrunu tanımayaçaq qədər ağılsızam . Belə çıxır ki o şişko qız o zaman oğru olub ?Gəlib çalıb gedib ? Polısə xəbər verək . Hələ qapını da qırıb .
- Yox abı , nə polıs ? Lazım deyıl . Nə var , nə də oğurlaya . Bura boş evdi . Bilirsən bura sadəcə başımı açmağa , fikrimi dağıtmağa gəlirəm . Bəzən adamın tək qalmağa ehtiyyacı olur da . Biz kişilərin arada qaçaq işiləri olur da .
Adam ona tərs tərs baxıb :
- Yoxsa siyasət , teror - meror ?
- Yox , mən elə şeylərdə yoxam . Mən dediyim bşqadır ... Qız - mız ... sən də tutdurmusan oğru gəlib . Gərək açıqlayaq dəə ...
- Həəə, belə de də - ikisi də gülüşdülər .
" Buna bax , axmaq , gör nə danışır ee bu ? Başı xarabdı bunun ? Demək bura qız gətirirmiş ? Bəlkə məni də bu niyyətə gətiribmiş bura ? Elə o vaxt da indi də ? Divanın yanındakı botlarımı ayağıma keçırdım . Əsəbimdən əlim ayağım əsə- əsə üstünu bağlayıb qapıdan güllə kimi cıxıb özumu pıləkənlərə atdım . Kənan arxamca baxaraq gülə gülə :
- Zeynəb ! - deyə çağırmasına əhəmiyyət vermədən üzü aşağı leysan kimi götürüldüm .
İşə gecikmişdim , saçım başım pırtlaşık , makyajım dünəndən qalan idi . Çox bərbad görünürdüm . Tez formamı geyınıb şöbə həkimin deyinməsinə baxmayaraq , müayinə otağına kecdim . Xəstələrim mənı gözləyirdi .
Naharda çantamı açdım , telefonu götürəcəkdim ki , məktubları çantamda gördüm .
- Allahın bəlası , nə istəyirsən məndən , bunları nıyə qoymusan bura , səndən bunu istəyən oldu ? Mənə nə sənin məktubundan ? Ay səfeh .
- Zeynəb ? Nə deyisən noldu ki , nədir oo ? - iş yoldaşımın səsı mənı özümə gətirdi .
- Heç , elə belə şeydi .
- Dogurdan - şübhəlı şübhəli mənə baxdı :
- Yaxşı görünmürsən ...
- Yox , mən yaxşilam . Sağol .
-Bir şeyi ehtıyyacın olursa ...
- Yox canım sağol . Sadece bıraz yorgunam ...
Elə bil anam məni gözləyirmiş , Telefonu açan kimi zeng etdı .
- Ay qızım hardasan? Telefonu nıye bağlamısan ?
- Ana işim vardi . İşdəyəm axı - Axşamdan beri söndürülmüş felefonuma gələn mesajların səsi , beynimi dəlirdi .
- heç olmaya arada bir aç bax da telefona .sabaha qədər nigaran qalmışam .
- Ana , sonra danışarıq, olar ? İndi işim var - deyib heç mesajlara baxmadan telefonu təkrar söndürdüm . Kim olacaqdı ki , İrfandan başqa kim olardı ki . Telefonu çantama atıb işimin başına keçdim . Fikirim qarışmışdı . Xesteyə necə xidmət edirdim bilmirdim . Beynim Kənanla İrfan arasında eror verirdi . Saatlar saniyələr elə bil uzanmışdı . Vaxt keçmək bilmirdi . Evə gedib doyunca yatıb sonra , yaxşıca düşünüb sağlam qərar vermək istəyirdim . Dünən gecə Kənanla yaşadıqlarım , qapının dəstəyinin qırılması , mənim bağırışım , onun gülüşü , məcburən bir yatağı paylaşmamız , tərs yatışımız gözlərimin qarşısından keçırdı . Xatırladıqca gözlərimin içi gülürdü . Uzunun cizgiləri xəyalımda canlandıqca geçəki xoşbəxtliyim indi də üzümdə parlayirdi . Di gəl ki, bu gecəmi də zəhər etməyi bacardı . Sabah binanin komenantina dediyi sozlər, qəh qəhələri ilə bərabər qulaqlarımda səslənirdi. Demək məni evinə gətirdiyi qızlardan biri sanırmış . Mənim onun üçün özəl bir yerim yox imiş ...
İşdən evə gəlib çayımı çörəyimi yeyib , hamama girdim . Soyuq havada isti su mənə elə rahatlıq verirdi ki . Əlimdə imkan olsaydi saatlarla isti suyun altından çıxmazdım . Di gəlki anam bu dəfə də hamam keyfimi pozmağa and içmışdı .
- Noldu ana çimirəm .
- Qızım telefonu niyə bağlamısan ? İrfan zeng edib , əl çəkmir .
- Ana desənə hamamdayam , suyun altında necə danışım .
Bu vaxta qədər İrfanla normal danışırdım amma , dünəndən bəri onun hər zənginə , hər mesajına qıcıq olurdum . Hamamdan cıxıb saçlarımı qurulaya qurulaya telefonu açdım . Mesajlar və bildirimlər arxa arxaya düzülmüşdü . Kənanın da mesajları var idi . Mesajlar gözlərimə sancılsa da açıb oxumaq istəmirdim . Komendanta dediyi ifadələrə ona görə hirslənmişdim
- Niyə mənimlə oynayırsan , Kənan ? Axı niyə ? Mən ki, sənin hislərinlə oynamadım . Mən səni sevməhdən başqa nə etdim sənə ? Sevdim çox sevdim . Sən bu sevgini qəbul etmədin , indi məndən nə mərhəmət umursan . Burax həyatım axarına düşsün . Burax həyatımı yaşayım , mənim oyun oynamağa nə zamanım , nə de həvəsim yoxdur . Qurban olum ,cıx get həyatımdan , get ! - yazıb yolladım . Heç onun nə yazdığına belə baxmadım, oxumadım . Nömrəni əngəllədim . Elə bu vaxt İrfan görüntülü zəng etdi . Ağlayirdim . Gözlərim qıp qırmızı idi . Onunla bu cür vəziyyətdə danışa bilməzdim . Pənçərə qarşısına kecib zəngi dayandirdim . Mesaj yazdım .
- İndi müsait deyiləm . Sonra mən səni arayacam .
Anında cavab gəldi . "Gecənin bu vaxtı niyə müsait olmayacaqsan ki ? Yani işin məndən vacibdir ? Aç görüm kim var yanında?"
Beynimə şiş soxdular sanki .
- Sənə nə lan sənə nə - Bağırdım . Əsəbı halda pərdəni çəkəbəkdim ki, məscidin yanında bir adamın düz bizim binaya baxdığını gördüm .
- Noldu qızım , nıyə qışqırırsan ?
Gözümü pəncərədən çəkmədən :
- Nə haqla məndən hesab çəkir , kimdir ki o ?
- Ne hesabı qızım , bir doğru dürüst danış görüm kim hesab kəsir .
- İrfan eşşəyi ! Danışmaq istəmirəm , müsait deyiləm deyirəm . Deyir gecənin bu vaxtı niyə müsaid geyilsən . Yanında kim var ? Sənə nə axı , sənə hesabmı verecəm ? Kimsən axı sən ?
- Necə kimsən sözlündür ...
- Mən ona söz verməmişəm . Sadecə demişəm danışıb anlaşmamız lazımdır ...
Məscidin yanindaki qaraltı mənə nəsə işare edirdi . Allahım , bu ki , Kənandir . Kənanı o qədər arabasında görməyə alışmışdım ki , onu ayaqda görmək məni çaşdırırdı . Tez pəncərədən çəkilib pərdəni çəkdim .
- Çıx get həyatımdan nolar . Əl çək məndən .
- Sakit ol qızım İrfan sənə nə deyib , niyə belə əsəbləşmisən ?
- Bir şey yoxdur .
- Bəs niyə danışmırsan onunla ...- anamın telefonu çaldl :
- Aaa İrfan zəng edir . Nə deyim ?
- Bilmirəm , De yatıb , xəstədir . Bir şeylər uydur . De ki gəlirsə gəlsin , şərt - mərt qoymayacam evlənəcəm onunla ...
- İrfan oğlum , sağol yaxşıyam sen necəsən , hə yox elə bir şey yoxdur , narahat olma . İşdən gəldi . Başı cox ağrıyır . Yorğundur ...
Anam danışdıqca anamin kürəyindən itələyə itələyə bayıra çıxardım . Qapını bağlayıb böyük tərəddüd və təlaşla pəncərəyə gəldim . Pərdəni az aralayıb bayıra baxdım . Yağış başlamışdı , amma hələ də Kənan orda idi ...
Sabah yuxudan qalxıb pərdəni çəkəndə gözlərimə inanmadım .Evin qabağında asfalta qirmizi çiçəklərlə "mənimlə evlənərsən ? " yazılmış yazının kənarında əlil arabasında Kənan dayanmışdı . Əlındə üzərinə "Z" yazılmış ürək Formalı şar da var idi . Göz gözə gəldik . Boynun büküb gülümsəyərək yuxarı baxırdı . Nə edəcəyimi bilmirdim qərarsız idim . Gecə anam ilfana mənim adımdan söz vermışdı . İndi mən İrfana nə deyim ? Ani əsəblə gələn qərar indidən məni peşiman etmişdi .
Kənana da çaşib qalmışdım . Bu nə təklif idi ? Axı Kənan mənə ümüd verməmişdi . Sevgisini isbat etməmişdi . İndi evlənmək istəyir ? Hələ komendanta dediyi sözü unutmamışam
Tez tələsik əynimi geyinib əşyalarimi da alıb həyətə düşdüm : onun yanına gəldim , cox xoşbəxt görünürdü . Telefonu üzünə tutub yazdım .
- İrfan , mənimlə evlənmək istəyirsən . Mən bu evlilik təklifini qəbul edirəm . Gələn həftə gəlirsən , səbirsizliklə gözləyirəm , gəl canım , mənim her şeyim , gələndə də hazır gəl ki ,sonra nədəsə problem olmasın - yazıb Kənana göstərdim . Bulud kimi dolmuşdu . Üzündəki gülüş dodaqlarında qurumuşdu . Pıs olmuşdu . Üzünün ifadəsi 180 dərəcə deyişmişdi .
- Sevməmək necə şeydi Kənan bəy ? Sən axı mənə sevmədiyini demişdin ? Bəs bu evlilik təklifi nədir , bu romantika nədir ?
- Axı sən mənə imkan vermirsən ki , bir açıqlama verim !
- Mənə açıqlama yox , məhəbbətimə qarşılıq lazım idi Kənan . Sən isə qəlbimi şüşə kimi sindirdin , qururumu qırdın .
- Bağışla məni ...
- Bağışlayım ? Allah eşqinə güldürmə məni . Sən məndən səni bağışlamamı istəyjrsən ? Hələ bu azmış kimi məni evinə "qız-mız " kimi gətirdiyini dedin . İndi mən səni necə başa düşüm . Əl çək məndən .
- Zeynəb yalvarıram belə etmə.
- Boşuna yalvarma ... bax gordün bu mesajı ? Baxx , bura bax ! - deyə barmağımı İrfanın adının üstünə qoydum - Nə yazılıb bura ? İrfan talib, deyilmi ?
- Belə eləmə Zeynəb .
- İndi neyləyəcəm ? Bax bu mesajı sevmədiyim adama yollayacam . Onda görəcəksən sınmaq nədir !
- Zeynəb ...
Əlimdən tutub telefonu əlimdən almağa çalışdı .
- Burax ... burax deyirəm telefonumu burax ...
- Sən bunu mənə edə bilməzsən . Sen məni sevirsən Zeynəb
- Sen etdin axı bunu Kənan . Mənə sevməyə sevməyə sevməyi sən öyrətdin axı . Sən sevmirəm deye deyə "sevdin" mən də "sevmirəm" deye deye İrfanı sevəcəm . Axı sən Aylanı ürəyində yaşada yaşada mənə evlilik təklif edirsən . Mənimdə ürəyimdə sən ola ola İrfanın təklifini qəbul edirəm . Sənin mənə etdiklərini mən sənə niyə etməyim ? Egər sevgi sənin gözündə belə alçaqdirsa , qoy mənim də gözümdə alçalsin . Mən də başqasını sevərək sevmədiyim biri ilə evlənim . Deyib telefonu əlindən aldim . Mesajin yarısı silinmişdi . Vaxt itirmədən mesajı belə düzəltmədən yolladım .
- Getdı ? - telefonu üzünə tutdum .
Təssüflə əllərin üzünə tutdu .
- O Zaman sağlıqla qal , sən öz yoluna, mən öz yoluma - deyib başımı qaldiranda küçədən gəlib gedənlərin , pəncərələrdən qonşularımın bizə baxdığını gördüm . Kənana mənim ona belə davranmama pis olmuşdum . Hələ qonum qonşuların gözləri qarşısında Kənana redd cavabım məni göydən yerə çırpırdı . Utandığımdan ölürdüm . Kənanı belə sındırandan sonra inanmirdim ki , Kənanla ulduzum barışa .
- Zeynəb ! - tıtırək səs məni yerə mıxladı . Dolmuş gözlərim yanaqlarım aşağı bulaq açmışdı .
- Bir gün peşiman olursan , heç tərədüd etmədən qəlbim sənə açıqdır , buyur gəl ! Nə zaman istiyirsən . Bu ürək səndən başqasına açılmayacaq . Buna əmin ola bilərsən . Heç nəyə inanmasan da bu səmimiyyətimə inan . Mən səni hər zaman sevəcəm , və gözləyəcəm !
Kipriklərım yanaqlarıma endı . Çənəm büzüldu . Əllərim utancdan qızaran üzümü örtdü . Qollarım ürəyimin sözünə baxıb ona sarılmaq istədi . Qürurum olmaz deyirdi . Ayaqlarım ürəyimi dinləmədən ordan uzaqlaşırdı ...
MƏKTUB ( REAL)
15 BÖLUM
Feride Acarakcay
İki gün idi , Kənandan ayrılmışdım . Mənim qürurum və inadım , məni sevdiyimdən ayırmışdı . Anidən verilən evlilik qərarı məni peşiman etmişdi . İrfanın mesajlarına cavab vermir , zənglərini açmırdım . Bu da onu daha çox qışqırdırdı . Anama zəng edir , bağırıb çağırırdı . İrfanın gerçək üzünü indi indi görməyə başlamışdım . Hələ adamla üz üzə gəlib görüşməmişdim , indidən mənə qarşı belə kobudluq edir , məni qısqanirdi . Hardansa Kənanın kücədə mənə evlilik təklifi onun da qulağına çatmışdı . Nə anamın nə də mənim telefonum susmurdu .
- Qızım belə etmə , cavab ver qoy sakitləşsin . Sən ona cavab verməyincə o da belə əsəbləşir . Bax nə gözəl . Gələn həftə gəlir , əlində işi gücü , ozudə avropalı almançı , mədəni ...
- Onda heç mədəniyyətin "m"- si belə yoxdur . Ana, onunla mənimki tutmayacaq, deyim biləsiz , xəbəriniz olsun .
- O zaman ayrıl ! Səni kim məcbur edir ki ?
-Ayrılmaq istəmirəm . Mən buralardan qaçmaq istəyirəm , burda yaşamaq mənə açı verir , hara baxıram onu görürəm ana .
- Qızım evlilik çarə deyil , daha da sıxılacaqsan . Evlənməyə sağlam qərar verməlisən . Egər buralar seni sıxırsa , qerar verməkdə çətinlik çəkirsənsə , başqa bir şəhərə gəzməyə get . Həm eynin açılar , həm fikirin dağılar .
- Eslində ağıllı fikirdir . Mən fə belə fikirləşirəm . Buralardan biraz uzaqlaşmalıyam . İşimi başqa şəhərə dəyişəcəm .
- Nə ? İşini dəyişəcəksən ?
- Hə ana !
- işinlə nə əlaqəsi . Bu işindən ki, razısan ?
- Razıyam ana. Amma başqa şəhərə gedəcəm . Elə bir yerə ki, orada məni kimsə tanımayacaq . O yerlərə hər adam getməsin , kimsənin ağlına gəlməsin oralar .
- Belə eləmə qızım , mən sənsiz yaşaya bilmərəm .
- Almaniyaya getsəydim necə olacaqdı bəs . Ən azından indi yene Türkiyədə olacam , tez tez görüşəcəyik .
Qərarımı vermışdım . İrfanla evlənməyəcəkdim .
Kənanı əngəlləmişdim onunla heç bir əlaqəm qalmamışdı . Amma ayrıldığımız günün sabahı Selcuq bəy zəng etdi .
- Məncə Kənanı dinləməlisən, qızım !
- Kənanı dinləyəcək bir vəziyyət yoxdur Səlcuq bəy . Xahiş edirəm bu barede üstümə gəlməyin .
- O zaman hər şeyi zamana buraxın . İkinizdə yaxşıca düşünün .
- Siz hansı cəbhədənsiz? Nəyin tərəfindəsiz ? Sizi başa düşə bilmirəm Səlcuq bəy . Siz deyildinizmi mənə villada pulu iş təklif edən ? İndi də məni oğlunuz ücun ...
- Haqlısan Zeynəb , çox haqlısan . Amma sən də bir bizi fikirləş ,bir də ətrafa bızım tərəfdən bax . Adımız sanımız Ankarayla birdir , həm siyasətdə , həm iş dünyasinda tanınmış adamlarıq . Bizim məkana qonmaq üçün kimləri gördük , nələr yaşadıq . Odur ki , mən evimə , ailəmə yaxınlaşan hər kəsi yoxlamaq məcburiyyətindəyəm . Yadına gəlirsə , Kənan tətildə olanda sənə bir klinikadan iş təklifi gəlmişdi . Sənin iş təcrubən belə nəzərə alınmadan ən yüksək maaş teklif olunmuşdu . Sən elə işi qəbul etməyib Kənanın villaya dəvət etməsinə çaşıb qaldım
- Mənə gələn zəngləri siz hardan bilirsiz ki ?
- O zəngi mən sizə etdirmişdim . Düşünürdüm ki , əgər bu qız yaxşı işdə işləmək istəyirsə demək klinikanı qəbul edəcək . Sən isə Kənanın klinikadan az verdiyi maaşı qəbul etdin . Bəlkə bu qlz Kənanın hissləri ilə oynayıb sərvətinə qonmaq istəyir deyə fikirləşdım . O qədər belə şeylər olub ki , bu servət üçün villaya kimlər gəlib, kimlər gedib , Kənanı kimlər qəbul edib , ən güvəndiyim şoferim və qızı - Seda belə Kənanı belə qəbul edib istədiyini etdi . Sonu da məlum .
Mən susaraq onun dediklərini beynimdə götür qoy edirdim . Adam haqlı idi . Amma heç bir haqq ona oğlunun sevgilisi olduğumu bilə bilə mənə iki başlı iş təklifi etməsinə əsas vermirdi . Elə bil Səlcuq bəy ürəyimi oxuyurdu . Bir az ara verəndən sonra davam etdi .
- Odur ki , səni sınamaq qərarına gəldim . Egər bu qız sərvət üçün bura gəlibsə demək o zaman mənim təklifimi qəbul edəcək . Mənim sevgilim belə olmağa razılıq verəcək dedim . Amma sən düşündüyüm kimi etmədin ...
- Yetər artıq . Daha danışmayın . İstəmirəm , nə sizi , nə də servətinizi . Kənanla aramızda bir şey qalmayıb daha . Mən ailə qururam .
- Belə etmə qızım . Kənanla aranızda nə yaşanıb bilmirəm . Amma o cox bərbad veziyyətdədir . Çökmüş , yıxılmış . Onun gəncliyində bir sözlüsü var idi . Onun ölümü onu eynən belə yıxmışdı . İndi də onun bu vəziyyətinə dözə bilmirəm .
- İczənizlə telefonu qapatmalıyam, mən işdəyəm - deyib telefonu söndürdüm .
Demək Ayla ölüb . Demək ürəyi boşluqdadır . Mən niyə onu bir ölüyə qısqanıram ki ? Ooff mənə nə Ayladan , Sedadan , Kənandan . Biz qurtarmışıq , ayrılmışıq . Mən onu unutmaq üçün buralardan getməliyəm .
İnternet sitəsinə girib , bir neçə cənub böıgələrinə , otel və özəl klinikalara sivi yolladım . İş yoldaşlarımdan da bu barəde kömək istədim .
- Hara olur olsun , buralardan getmək istəyirəm . Mənə başqa şəhərdə iş tapmağa kömək edin .
Bir neçə gün keçməsinə baxmayaraq hələ də nə sividən nə də iş yoldaşlarımdan cavab yox idi . Başqa zaman çənub və qərb otel və istirahət mərkəzlərinə indidən sezonluq işlər üçün işçi axtarırdılar . Mənim şansımda hələ bir cavab yox idi . Canım elə bir sıxılırdi ki , qərarsız qalmışdım . Nə edəcəyimi bilmirdim . İrfanın da gəlməsinə iki üç gün qalırdı . Qərarımı vermışdım . Əgər bu neçə gündə işdən bir xəbər çıxmasa İrfanla Almanıyaya gedəcəm . Həyatımı şansa atacaqdım . Bəlkə hər şey yaxşı olacaqdı . İrfana şans verəcəkdim . Neçə olarsa olar . Cəhənnəm ...
İçəri girib paltarlarımı dolabdan töküb səyahət paltarlarımı seçməyə başladım . Kök zamanımın paltarlarını seçıb ayırdim . Yardım qutusuna qoyacaqdım , ehtuyyaci olanlar gəlib aparsin deyə . Yeni paltarlarımdan bəzılərini çamadana yığdım . Dolabda bir küncdə əlimdə işlədiyim naxışlı çantam gözə deyirdi . Qalxıb çantanı götürdüm . Bu illər öncə biçmə tikmə kursunda tikdiyim ilk əl işim olan çanta idi . Bu evdə hər şeyin bir xatirəsi var idi ağlımda , indi bütün xatirələrimi buraxıb gedəcəkdim . Yeni məkana necə alışacaqdım , yeni həyata necə başlayacaqdım bilmirəm . Hələ hara getməyimə belə qərar verməmişdim , almaniyaya ər evinəmi , yoxsa başqa şəhərdə yeni həyata başlamağamı . Qərarsız qalmışdım . Çox kövrəlmişdim . İndidən darıxmağa başlamışdım .
Çantanı götürüb açdım . İçindəki kağızları gorüncə bur neçə ay bundan qabaq buraya qoyduğum məktubları gördüm . Necə olub onları unutmuşam . Qalxıb döşəyimi qaldirdim . Döşəyin altında da Kənanla keçirdiyim gecə Kənanın çantama qoyduğu məktublar var idi . Onları ordan alıb bir torbaya qoydum ki ,oxuduğum köhnə məktublara qarışmasın . Məktubları torbaya qoyandan sonra həmin torbani , çomadanın iç çıbınə qoyub köhnə məktubları gözdən kecirtməyə başladım .
-Aaa mən bunları oxumamışdım axı . İndi yadıma düşdü , necə unutmuşam axı . Mənə maraqlıdır . Görəsən necə oldu Ayla Kənanla evləndi . Bəs Eyvaz noldu . Axı məktubda yazılmışdı kı , Eyvaz terordan yana həbsə girib . Ayla da buna inanmamışdı . Axı Eyvazın göstərdiyi şiddətdən sonra Ayla onu şikayyət etmişdi . Bu iki iddia bir birinə tamamilə əks məsələdir . Bu nece ola bilər ki . Ayla artık Kənanı unutmuş , eyni zamanda Kənanı bu törəylə baş ede biləcək gücünün olmadığını da demişdi . Hələ onu da demişdi ki, ona Boran kimi arxa lazımdır . Demək hələ açılmamış sirlər var .
Maraq məni basdı . Bir daha Kənanı görməyəcəyim üçün bu məhəbbət hekayəsi çözulməmiş qalacaqdi. Daha Kənan sevgi dastanını yazib mənə verməyəcəkdı.
- Sənə nə Zeynəb burax bu məktubları . Yeni həyata başlayirsan artıq - deyib məktublari yere tökülmüş zıbıllərin içinə atdım . Məktubların ıçındən bir necə şəkil düşdü . Xəstəxana yatağında aparatlara bağlı bır qadın şəkili idi . Qadının üstündə üzüquylu uzadılmış və yeni doğulmuş bir uşaq var idi . Maraq məni basdı bu qadın və uşaq kimdir ? Texmin edirdim, amma yenə maraq məni göturmuşdu .
Boran artıq savaşa hazır idi . Atasının təsadüfdən zəhərlənməməsi ona gün kimi aydın idi . Bilirdi ki , atasını qəsdən zəhərləyiblər . Bilirdi ki ,bu suıqəsdin arxasında həyatı və gəncliyi qurban olmuş Ayla var . Qazanan isə Əşrəf ağa və Eyvazdır .
Odur ki, ilk işi , atasının qatilin kim olmasını öyrənməkdir . Bunun üçün bu ailənin içinə sızmaq lazımdır . İlk növbədə Eyvazı içəridən çıxarıb , özünü etibarlı dost və şərik kimi ona tanıtmalıdır . Belə olursa her şey planladığı kimi gedəcəkdı . Elə bu niyyətlə yaylaya gəldi . Lakin buraya gələndə qurduğu plan axarını tamamilə dəyişdı .
Ayla yenə həmişəki kimi , işində gücündəydi . Sabahdan bəri süd maşınında yağ edirdi . Neçə gündür yığıb , topladığı ağartıdan sifarışlərini hazırlayıb , yerinə yollamalı idi . Qızğın iş gedirdi . Ozü işəridə yağ oendirlə məşğul olsa da köməkciləri həyət bacada dolaşırdılar . Hərə bir iş ilə məşgul idi .
Bu gün çox xoşbəxt idi . Neçə vaxdır üzünü görmədiyi oğlunu onun yanına gətirmişdilər . Bu ziyarətin səbəbini bilirdi . Bilirdi ki , qaynatası və Eyvazın əmiləri oğlunun onun ziyarətinə gətirməkdə məqsədi var . Oğlunu onunla görüşməyin qarşılığında Eyvaz içəridən çıxmalıydı . Nə məqsədlə gətirirlər gətirsinlər Ayla bu günün xoşbəxtliyini pozmaq istəmirdi . O oğluna qovuşmuşdu , vəssalam .
Gecə sabaha qəder oğlunun saçlarını tumarlayıb qoxlaya qoxlaya yatmışdı . Övlad qoxusundan gözəl nə vardı həyatda . Tək arzusu vardı : oğluyla ulduzu barışsaydı . Bircə oğlu ona öz anası kimi baxsaydı . Ayla heç vaxt oğlu ilə atası arasına girmək istəmirdi . Heç vaxt onu atasına qarşı doldirmamışdı . İstemirdi ki, oğlu onların ruhunda terbiyyəsində boyüməsin . Törənin ağır qaydalarını qəbul edib onlar kimi düşünməsin . İstəyirdi ki oğlu ən azından atasına qoyduğu hörməti ona da qoysun . Nə qədər bu yolda savaşsa da 8 yaşlı uşağın beynindəkilərı söküb öz tərbiyəsini onun beyninə soxa bilmirdi . 8 yaşlı körpənin beynin elə bir kirlətmişdilər ki , uşaq anasını görəndə onu düşmən gözündə görürdü . Hələ dünən gecə Yavuzun ona dediyi söz qulaqlarından getmirdi .
- Səni öldürmək istəyirəm !
Oğlunun sozündən şok olan Ayla təcüüblə oğluna baxdi .
- Bu nə sözdür oğlum . İnsan da heç anasın oldürmək istəyərmi . Neylədim ki mən sənə .
- Dədəm deyir , namussuz və şərəfsiz ananı öldürmək hər övladın vəzifəsidir .
- Mən nə namussuzluq etdim ki, oğlum ? Bu nə sözdür . Dədəni dinləmə sən .
- Sen mənim atamı tutdurmusan . Məni yetim qoymusan . Şəhərdə , məktəbdə dostlarımın üzünə baxa bilmirəm . Hamı sənin pis ana olduğunu deyir . Utanıram səndən .
- Oğlum atan mənə zülüm verir , məni səndən ayırıb . Mən neçə illərdur sənin üçün dözüb şiddətə məruz qalmışam , xəstəxanalıq olmuşam . Mən dövlətimizə güvənib haqqımı istəmişəm . Dövlət mənə sahib cıxdı . Hər bir günahkar çəzasını çəkməlidir .
- Atamı qurtarmasan səni öldürəcəm . Bax sonra demədi demə - deyib yorğanı başına çəkərək üzünü yana çevirdi ...
Bunları iş görə görə xatırladıqca bəxtinə taleyinə üsyan edirdi . Oğlunun ürəyi anasına qarşı kinlə dolu idi .
Qapıdan gələn kişi öskürəyinin səsi Aylanı hərəkətə gətirdi . Paltarının ətəyini büzıb ayaqlarının arasına salaraq çömbəltmə oturmuş pendir mayalayırdı . Tez donunun ətəyını açılmış budlarına çəkib qamətin düzəltdi .
- Boran bəy ?
- Allah bərəkət versin , yorulmayasız .
Ayağa qalxıb alına tökülən qısa saçlarını yaylığının altinda gizlətdı .
- Xoş gəldiniz Boran bəy ! - çaşqın çaşqın ona baxdı . Əlləri bulaşıq olduğu biləyini uzadıb onunla salamlaşdı .
- Xoş gördük . Maşallah , məhsulunuza söz olmaz . Hələ ki, öz gözumlə gordüm ki , bu məhsullar halal bir əldən çıxır ...
- Təşəkkür edirəm - Ayla utana utana cavab verdi .
- Çox gözəl və gözəlliyiniz qədər də əliniz bərəkətlıymiş . Necə deyərlər 10 barmağında 10 mərifət ...
- Xeyirdir sizi hansı külək atıb buralara ? Malınızı dünən yolladım , inşallah bir problem olmamışdır
- Yox yox narahat olmayın . Hər şey yolundadır .
- Ozaman buyurun - Ayla əlını təmız bezə sılə sılə ona yol göstərdi- buyurun sızı bir cay təklif edim .
- Bax buna yox demərəm . Yaylada səmaver cayının yerı başqadır .
Boran öndə Ayla onun arxasınca gedə gedə işçilərinə göstəriş verir , yarım qalmış işini tamamlamağı əmr edirdi .
- Alikamal quzuları çəpərdə rahatlayandan sonra içəridəki südləri mayalandır . Hələ tövlə təmizlənməyib , güortadan keçib , çəld olun !
- Baş üstə xanım !
- Əminə , sən də o yerdəki təzəyləri topla . Xədicəyə de de samovarı da alıb gəlsin , qonağımız var , dünən hazırladığımız təzə sucuqdan da qızardıb üstünə yumurta vursun . Təzə qaymaqdan da bir kasaya qoysun , biraz da bal ... Əlüstü bir şeylər hazırlasın adımıza layiq. Hə birdə südü qaynamağa qoymuşam daşırdıb zay etməyin !
- Baş ustə xanım !
Aylanin hökmlü səsınə heyran qalmışdı Boran , belə hökümlü səs hələ onların yerlərində bir qadının ağzindan ucalmamışdı . Boran bu yerlərin xanimlarini səssiz , öz aralarında isə dedi qodu eden , dalaşıb barışan qadınlar kimi tanıyırdı . Qadin nədir belə hökmlə əmr edeydi . Törənin ağaları onun səsini kəsərdilər . Aylanın bu hökmüylə hələ də yaşamağına məəttəl qalmışdı . Eyni zamanda qürur hissi kecirirdi . Hər zaman qız- qadının tərəftarı olan Boranın Aylaya hörməti birə beş artırdı .
- Buyurun ! - Ayla piləkənləri göstərib Boranı evə dəvət etdi .
- Məncə elə burda otursaq yaxşı olar .
-Ama bura əsir hava da soyuqdur .
- Eybi yox , mən buraları bilirəm ,söz söhbət olacaq . Bilirsən kişisiz evə kişi girməz ...
- Kim deyir ki , mənim evimdə kişi yoxdur ? Yavuz evdədir .
- Hmm, amma yenə də burda...
- Boran bəy ,sevmədiyim bir mövzudur bu . Biz ortağıq ,bizim bır işimiz var . Hər gun , hər dəqiqə bir yerdə ola bilərik , hər görüşümüzdə yanımızda bir kişimi olması lazımdır ? Qoy bunu hər kəs qəbul etsin , kişi olmadan da qadın kişi kimi ola bilər , ayaqda dayana bilər , kişi olmasa da qadın , yaşaya bilər , iş qura bilər . Qadın çəsarətli olursa onun kişiyə ehtiyyacı yoxdur .
- Sizə heyranam ...
- O zaman buyurun !
Piləkənləri çıxarkən Ayla gözaltı ətrafda iş görən camaata baxdı . Qadınlar baş başa vermiş , kişilər başlarin bulayaraq onlara baxaraq nəsə danışırdılar .
- Sizin işiniz gücünüz yoxdurmu ? İşinizə baxın !!!
Boran da bunları sezmışdı . Bilirdi ki , Aylanın sözünə baxıb içəri girsə mütləq dava düşəcək . Eyvaz olmasa da onun qohumları gələcək . Aylanın belə ürəkli danışmasından sonra onu qırmaq ustəmirdı . Ayla qərarlı , gətiyyətli bir xanım idi . Onun özünə güvəni Borana da cəsarət verirdi . Aylanı qırmayıb içəri keçəçəkdi .
- Mən bir dəqiqə - deyib telefonu ona göstərdi. Boran aşağıda kiminləsə danışırdı . Ayla məhəccərin başında Boranı gözləyirdi .
... Anası ilə yad kişinin icəri girdiyini gorən Yavuz təəcüüblə onlara baxdı .
- Oğlum , qonağımıza xoş gəldin demiyəcəksənmi ?
- Nə qonaq ana kişi qonağı kişi evinə gələr , atam evdə yoxdur - Yavuz acıqlı cavab verdi
- Oğlum atan yoxdur sən varsan , sən mənim balaca kişim deyilsən ?
Yavuzun baxışları dəyişdı . Gulumsədi .
- Eləmi ?
- Elə oğlum . Atan olmayınca evimizin bəyi sənsən . Artıq atan olmayacağına görə hər zaman sən evimizin bəyi olacaqsan . Gələn qonaqları sən qarşılayıb , sən yola salacaqsan .
- Yoo, atani da zindandan qurtaracağıq Yavuz oğlum , heç biz dostları qoyar ki , atan orda qalsin ? Anan atana nə qədər qızğın olsa da onları barışdırmaq biz dostların borcudur bunu unutma ! - mən atanın dostuyam axı - deyə Boran ana ilə oğulun arasını yumuşaltmağa calışdı . Onun üzünə tərs tərs baxan Aylaya göz vurub Yavuza əl uzatdı .
- Yeqin biz tanış deyilik . Mən Boran , atan və ananla işımız ortaqdır . Ailə dostu da deyə bilərəm .
- Gəl mənim balam , Boran əmiyə bir salam ver !
-Mənim Boran adlı əmim yoxdur! - deyə anasının ona uzanmış əlinə vurub Borana hikkəylə baxaraq bayra çıxdı .
- Törə davam edir , buraların suyu , havası öz törəsini yetişdirir - deyə Boran pəncərədən oğlunun arxasıyca baxan Aylaya baXıb köks ötürdü .
- Təsüüf ki , belədir .
- Belə də olacaq - Boran onun sözün tamamladi . Tül perdədən baş başa verib YAvuzun arxasınca baxıb qiybətləşən qadınlara baxıb Aylanın qolundan tutdu - Nə qədər ki , bu avam camaat , küt zihniyyət ki var , uşaqlarımız belə böyüyəcək , istər özüm qarışıq , nə qədər şəhərdə doğub böyüsək də buraların havası belə başımızda gedəcək .
- Sizin şəhərdə boyüməniz bir qadınla yaxın və səmimi olmadan onun qolundan tutmağa da izin vermir Boran bəy ! - deyə Ayla Boranın qolundan tutduğu əlinə işarə etdi . Boran şimşək vurmuş adamlar kimi əlini onun qolundan çəkdi .
- Bağışlayın . Səhv başa düşdüz . Mən pis niyyətlə tutmadım .
- Mən sizə bu şansı vermədim .
- Düzdür , nə deyim ...
Xədicənin açdığı süfrənin araxasına keçəndə Ayla :
- Xədicə Yavuza de ki, evdə qonağımız var , qonaq süfrə başına evin kişisiylə çörək kəsər . Gəlsin süfrə hazırdir .
Aradan biraz keçmiş Yavuz səssiz səmirsiz gəlıb yerdə salınmış süfrənin arxasına kecib mütəkkəyə dirsəkləndi . Ayla süftədən sac-çörəyini götürüb oğluna uzatdı .
- Al oğlum , ya bismillah ...
Yavuz konülsüz könülsüz çörəyi alıb "bismillah" deyərək kəsdi . Əlindəki loxmanı tavadakı yumurtaya batıraraq :
- Buyurun , süfrəmiz hər zaman qonağımıza açıqdır - deyib Borana baxdı .
Aylayla Boranın gözləri gülərək baxışdılar və bundan sonra ikisi də çörəkdən loxma alıb bir tavaya əl uzatdılar . O gün Yavuzun şahidliyi ilə çox şeydən danışdılar , işlərin yönləndirilməsi , otel və yataqxananın yeyəcəklərinin necə və kimin əliylə alınmasını Aylayla müzakirə etdi . Boran nə qədər səmimi olsa da Ayla Borandan ehtiyyat edirdi . Ürəyində :
- Ehtiyyatli ol, Ayla . Bu bir tələ ola bilər , oz adamlarını sənə koməyə göndərə bilər , amma , bu yaxşılığın arxasında nə var ? Bir çıxarı olmadan heç bir ortaq boşuna belə təklif irəli sürməz. Deyir itlə yoldaşlıq et , çomağı əlindən yerə qoyma . - deyə düşünürdü .
Uşaq ağlıyla danışılan bu iş söhbətlərini qavramayan Yavuz gah Borana, gah anasına baxaraq onlara suallar verir , Boran və Ayla onun suallarına səbrlə cavab verirdilər . Həyatinda ilk dəfə anasının ona belə güvənərək evin böyuyu kimi danişmasi , onunla məsləhətləşməsi , Yavuzu qürurlandırmışdı .
Boran gedəndə Yavuz özü onunla kişisayaq əl tutub görüşüb yola saldı , Boran maşınına oturub motoru işə salmışdı ki , Eyvazın qardaşları və əmisi oğlanlarının maşınları aula girdı . Boranın təxmini baş tutmuşdu . İndən sonra nə baş verəcəyini təxmin edirdi . Bilirdi ki , Aylanln evinə kişi qonağı gəldiyini xəbər veriblər . Bu saata yaylada toz dumana qarışacaq . Amma qarışmamalıydi . Qarışsaydi özünə də Aylaya da düşmən qazanacaqdı . Ayla ağıllı qadındır . Nə edəcəyini , necə danışacağını yaxşı bilir . Boran Aylanın ağlına , dəyanət və əzəmətinə güvənirdi . İnanırdi ki , özünə güvənən cəsarətli qadın nə evinə dəvət edib süfrəsini açdığı qonağı , nə də öglunu onların ayağına verməz . Odur ki , maşını ana yola çıxarıb teləfonu qulağına tutdub:
- Hardasız ?
Qayınları Aylanın üstünə hücum çəkib onu əxlaqsızlıqda günahlandırırdılar. Bu adı anasına verilməsinı balaca Yavuz həzm edə bilmirdi . Sanki anasının bayaqdan ona evimizin kişisi adı verməsi onu ürəkləndirmişdi . Əmilərinə qarşı gəlirdi .
- Mənim anam əxlaqsız deyil . Boran əmi , yaxşı adamdirv. Atamin dostudur ...
- Yaxşı dərs verinlər sənə , Affərin !!!
- Niyə hər şeyi yanlış anlayırsınız ? Mən iş qadınıyam , çörəyimi qazanıram kimsəyə möhtac olmaq istəmirəm . Bunun nəyi pisdir ?
- Mənim babamın babasının bizə qoyub getdiyi sərvət sənin bundan sonrakı bütün yeddi nəsilinə yetər . Çənin çörəyə ehtiyyacin oldu da biz vermədikmi ?
Böyuk qayını onun yaylıq qarışıq yeni tüklənmış saçlarından tutub onu silkələyirdi . Hələ sağalmamış dərisı çox ağrıyırdı Aylanın , ağrıdan sızıldayırdı .
- Burax , burax anamı !
- Oxşatdın uşağı da özünə . Mən sənə Eyvaz deyiləm Ayla ! Buralarda istədiyin kimi at oynada bilmərsən !
- Nə Eyvaz, nə də siz mənə heç bir şey edə bilməzsiniz , başa düşdüz , heç bir şey . Eyvaz sadecə mənim oğlumun atasıdir , mənim üçun isə heç kimsədir . Siz isə bir heçsiz
- Beləmi deyirsən ?
- Bəli belə .
- Yaxşi o zaman !!! Yandırin - deyə qayını adamıarına əmr etdı .
- Nə ? Dayanın ! Etməyin - gələn adamlar yeni tikilmış tövləyə benzin tökdükcə Ayla və Yavuz qışqıraraq onlara mane olmağa calışırdı . Qonşular kənarda dayanıb bu səhnəyə rişxəndlə tamaşa edirdilər .
- Od vurun, yandırın . Beş on qoyununa güvənib bizə buynuz göstərir bu ? İndi görərsən biz kimik . Biz heçiymişik , nynək , elə deyırsən elə olsun .
- Siz mənimçün heç kimsiz . Belə etməklə məni özünüzə təslim edə bilməyəcəksiz .
Ayla üsyan edib gah tövləyə od vurmağa çalışan adamların üstünə atılır , gah da emisiylə yabalaşan Yavuzu qucaqlayıb onu sakitləşdirmək istəyirdi.
Torpaq yolda toz ərşə qalxmışdı . Bir neçə maşın gəlirdı ...
Tövlə od tutub yandı . Aylanın üsyanı aləmi başına götürmüşdü . Əynindəki jaketi çıxarıb , özünü alovun üstünə atır , jaketlə yanan taxta parcalarını söndürməyə çalışırdı . Yavuz da bir ağac parçası ılə alovları vurub söndürmək istəyirdi .
Uzaqdan gələn maşınlardan birinin jandarma maşını olduğunu görüb dağılışmağa başladılar . Qonşular heç nə olmamış kimi evlərinə keçdilər . Gələn adamlar Yavuzu qucaqlarına alıbmaşınlara doluşdular . Oğlunu alıb götürdüklərini görəndə Ayla özünü maşınların qabağına atdı :
- Yavuuzz ! Verin mənim Yavuzumu ! Oğlumu məndən ala bilməzsiniz verin !
- Ana !!! Anacann !
Yolun yarısına qədər maşınların arxasınca qaçdı , qaçdı ...nəhayyət yorulub taqətdən düşdü . Yerə cöküb uzaqlaşmaqda olan maşınların arxasınca bir də dönub yanan tövləyə baxdı . Dəstə diğər yolda dərə kənarındakı meşəlikdə gözdən itdi .
Tövləni camaat söndürməyə başlamışdı . Yandarmayla bərabər Boranın maşını və bir neçə maşın evin yanında idi . Ola bilməz . Axı Boran onlar gələndə getmişdılər ? Ayağa qalxıb yanan tövləyə doğru qaçdi . Boran da kişilərlə bərabər heyvanlar üçün düzəldilmış nohurdan su daşıyır alovların üstünə tökürdü . Yandarmalar da onlara qoşulmuşdu .
Ayla etrafa baxdı . Hələ də yaylanın camaatı bir tamaşa seyr edirmiş kimi damlarının alçaq pənçərə və qapılarından bu səhnəyə tamaşa edirdilər . Alovu söndürənlər isə , Ayla xəstəxanada olanda Boranın yaylaya göndərib Aylanın mallarını qoruyan adamlar idi . Onların içərisində Xədicə , Ayşə , Alikamal və Əminə - onların uşaqları da var idi .
Hava artıq qaralmağa başlayirdı . Uzaqdaki təpənin başında qoyun sürüsü görünürdü . Aylanın sürüsü otlaqdan aula donürdü . Aylanı dərd götürmüşdü . Geçə elatı qurd basacaqdi . Tövlə yanıb hər tərəfi açılmışdı . Qoyunları his qoxuyan yanıq tövlədə saxlaya bilməzdi . Heyvanlar zəhərlənə bilərdilər .
- Uşaqlar , bu gün heç kim heç bir yere getməyəcək . Sabah tövlə təmir olunana qədər hamı burda qalacaq . Sürünü qurdlardan qorumaq üçün növbətlər yaradılacaq . Hamının qazancı artıqlamasıyla veriləcəkdir . Bunun üçün mən sizə söz verirəm - Boran bir kötük parçasının üsrünə çıxıb hisdən üzü gözü qaralmış camaata səsləndi :
- Doslar , bu gün biz hamımız səfərbər olmalıyıq , dostumuzu , düşmənimizi tanımalıyıq . Bu gün bizim şərikimizin malına od vuran sabah da bizə pislik edəcəkdir . Odur ki , biz birlik olub çörəyimizi , malımızı , qazancımızı pısliklərdən qorumalıyıq . Və burda sizin qarşınızda and içirəm ki , bunu bizə eliyənlər cəzasız qalmayacaqlar - Boran üzünü yerli camaata tutdu . Bu fermanın sahibi Aylaxanım , bu gündən də bu yaylanın ağası mənəm . Gedin ağanıza deyin sözü varsa kişi kimi kişi qarşısına çıxsınlar , kadına , uşağa çaqqal kimi soxulmasinlar . Başa düşdünüzmü? Bu günü unutmayın . Bu gün bizə kömək edən ( Alikamalın, Xədicə , Ayşə və Əminənin və onların ailəsini göstərdi ) qardaş və bacılar bizim baş tacımızdır . Nə qədər ki , canımda can var onlar bizim sədaqətli dostlarımızdır . Kənardan baxıb bizim bu acı günümüzü istehza ilə qarşılayanlar isə bu günü unutmasınlar ! O gülüşlərin bir gün göz yaşı olacağı üçün mən burda and içirəm . İndi isə məni bu elata ağa kimi qəbul edənlər bu tərəfə kecsin ...
Hamı bır birinə baxdı . Qurbağa gölunə sanki daş atıldı .
- Yenə təkrf edirəm , məni elata ağa kimi qəbul edənlər bu tərəfə keçsin . Biraz dürğunluq yaranandan sonra elə bil qamışlığa yel vurdu . İnsanlar Boranın barmağıyla göstərdiyi səmtə axışmağa başladılar .
Ayla yerə oturub başını əlləri arasina alaraq gözlərini bir nöqtəyə zilləmişdi . Gözlərindən kin ,üzündən nifrət yağıdı . Ürəyində haqq hesab başlamışdı . Bu hesab onunla ya məzara gedəcekdi , ya da tək tək onlardan çəkəcəkdi.
Boran bu hadisədən sonra Aylayla görüşə biləcəyinə inanmırdı . Bu qədər olanlardan sonra Aylanın gözü qorxmuş olması lazım idi . Lakin düşündüyünün əksinə oldu . Ayla tək başına savaşırdı . Həmişəkindən daha çox işləyir , Boranla bağladığı müaviləyə görə vaxtlı vaxtında mallarını təhvil verirdi . Kərəm otel və restorana veriləcək yerli meyvə tərəvəz məhsullarını öz üzərinə götürmüşdü . Əşrəf və Mustafa ağanın qorxusundan kənddə heç kim onlarla işləməsə də , Kərəm başqa kəndlərdən yaylaya işçi qüvvəsi çəlb etmişdi . Artıq səkkiz ay idi ki , onlar Boranla işləyirdilər . Ayla Boranın işçilərinı buraxmasa da onları gözdən qoymurdu da . Heç kimə güvəni qalmamışdı . Boran ona nə qədər yaxşı olsa da yenə də ehtiyyat edirdi . Boranla rəqib idi . Və Boran ondan qat qak güclü idi . Hər an Boran onu iflas ede bilərdi .
Bu səkkiz ayda oglunun üzünü də görə bilməmişdi . Məhkəməyə dəfələrlə müraciət etsə də , məhkəməni uduzmuşdu . Əşrəf ağa və qaynatası Eyvazın qarşılığında oğluna qovuşacağını ona şərt qoymuşdular . Ya Eyvazı içəridən qurtaracaq ya da oğlunu ona göstərməyəcəklər .
Ayla qərarın vermişdi . Buralarda qalmağa lüzüm yox idi . Həm də tək başına savaşacaq gücü qalmamışdı . Olan olmazın dəyər dəyməzinə Borana verib , oğlunu da alaraq buralardan getmək istəyirdi . Elə bu məqsədlə də Boranın yanına gəldi .
Aylardan bəri onunla doğru dürüst görüşməyən Boran Aylanı qarşısında görəndə çox sevindi . Nədənsə bu mərd qadına elə qanı qaynaylrdı ki , sanki Aylayla bir yerde doğub böyümüş , bir yerdə yaşamışdı . Buraya başqa niyyətlə gəlmişdi . Lakin Aylanı tanıdıqca ona qarşı fikirləri dəyışmışdı . Yaşca özündən kiçik olsa da onu özünə ana - bacı , böyük bilirdi .
Boran bu müddət ərzində bir neçə dəfə yaylaya gedib kəndlilər və işçiləri ilə görüşsə də Aylayla görüşməyə cəsarət etməmişdi . Nə qədər Aylayla görüşməsə də yenə də yaylada şayələr gəzirdi . Giya Boran yaylaya Ayla üçün gəlir , Ayla şəhərə gedəndə də guya Boranla görüşməyə gedirmiş . Boran bacardığı qədər ondan uzaq durur, son olanlardan sonra onunla görüşüb onun başına iş açmaq istəmirdi . Aylayla görüşməsə də ona hər cür dəstək verirdi . Hətta öz vəkilini belə Aylaya göndərmişdi ...
Aylanın otelə gəldiyini eşidən Boran taa qapıya qədər onu qarşılamağa gəldi . Burda qorxusu yox idi , nə Ayla üçün qorxmurdu nə də , özü üçün . Bura onun məkanı idi .
Otelin restoraninda oturub , xoş beş etdilər . Çay gəldi .
- Yemək yemiyəcəm Boran bəy , ac deyiləm , sizinlə bir məsələ haqqında danışmaq istəyirəm .
- Burda olarmı , bəlkə ofisə çıxaq .
- OFisdə danışsaq yaxşıdır . Bilirsiniz aramızda sadecə ortaqlıq münasibətlərimiz olsa da "paparazilər" başqa şeylər oldugunu deyir . Artıq onlara cavab verməyə gücüm qalmayıb . Onların gözünə görünmək istəmirəm .
- Elə deyirsən elə olsun . Amma burda heç kim nə sizə, nə də mənə bir şey deyə bilməz - ayağa qaldı - Bura bizim qaladırsa hər halda özümüzü qorumağı da bılırik . Buyurun keçək ofisə .
Böyük işıqlı otaq olan Boranın kabinetində yumuşaq divanda oturub köhnə dostlar kimi söhbət edirdilər . Aylanin bütün həyatıyla tanış oldu , atasıyla necə evlənməyini də Ayladan ele burda eşitdi .
-Bəs Kənan? O sizi heç axtarmadımı ?
- Kənan ayaqlarını itirmişdi . Mən onunla heç cür əlaqə saxlaya bilmirdim . Atamı bağışlaya bilməməyimin də səbəbi budur . Kənanın başına gələnləri məndən gizlətdi . Hətta mən Ankaraya məhkəməyə gedəndə belə , atam mənə heç nə demədi . Yoxsa məhkəmədə mən Eyvazın xeyrinə söz deyərdimmi . Mənim Kənanın vəziyyətindən xəbərim olsaydı ürəklənərdim . Selcuq bəydən kömək istərdim . Eyvazdan qurtulmaq uçun həqiqəti polisə , jandarmaya deyərdim . O zaman gücsüz idim , Eyvazdan asılı idim . Beynim eşq havasıyla çalxalanırdı . Mənim arxam köməyim olsaydı Eyvazın qatıl olduğunu ...
Ayla sözünü kəsdi , istəmədən sirri açmışdı
- Qatil ?
- Yox , səhvən ağzımdan çıxıdı .
Boran Aylanın ağzından sözü tutmuşdu . Qalırdı Aylanı ürkütmədən onu danışdırmaq . Odur ki , üz ifadəsini belə pozmadan :
- Eyvazın atamın qatil olduğunu bilirdim . Açığı elə İstanbuldan da işimi gücümü atıb buraya bu iş üçün gəlmişdim . Sizinlə açık danışacam . Atamın ölümündə sizin də əliniz var .
- Xeyir mən qatil deyiləm .
- Siz qatilsiz demədim .Atamın ölümündə sizin də əliniz var dedim .
- Yox elə bir şey yoxdur . Mən atanizin ölümünü Eyvaz məni yaylaya qaçırdandan sonra bildim .
- Belə çıxır ki, siz yaylaya Eyvazla özünüz gəlməmisiz ?
- Xeyir . Mənı bayıldaraq gətirib .
- Uşaq başı aldadırsiz ? Mənim atam ölür siz yoxa çıxırsiz , bir ay sonra senin Eyvazla qaçma xəbərin yayılır , jandarmaya balaca uşaq gətirirlər , guya uşaq bilmədən ayranla kos qoca Eyyub ağanı zəhərləyib oldürür ? Ortada atamın 4 tirliyonluq servəti Ayla xanımın ixtiyarina keçır və Ay xanım 4 triliyonluq servəti Əşrəf ağaya verir , ozünə də balaca ferma yaradır , təsərrüfatla məşgul olub diqqəti üzərindən çəkir . Məni bu qədər mal bilirsiz ? Yani məndə bunları görməyəcək göz varmı ?
- Siz nə deyirsiz ? Nə 4 tirliyonluq mal ?
- Bəli ,bəli nə az nə çox köhnə pulnan 4 tirliyon .
Aylanın gözlərı təccübdən şişmişdı . Bu nə dnışır ? Onu nəylə suçlayır ? O qədər pul yatsa belə yuxusuna girməzdi .
- Allah da şahiddir , yayladakılar da şahiddir ki bu ferma mənim illərlə çəkdiyim zəhmətin qarşılığıdır , Eyvazın qohum eqrabasının bizə hədiyyə etdiyi 15 20 qoyundan qurduğum təsərrüfatdir . Mən buna and içə bilərəm . Mənim sənin atanın ölümündə əlim yoxdur , nə də onun sərvətindən xəbərim yoxdur . Əgər əlim olsaydi atanı öldürüb sevgilimə qaçardım , Ankaraya qaçardım , Eyvaza gəncliyimi verməzdim .
Boran Aylanın günahsız olduğunu bilirdi . Lakin dilindən soz almağa çalışırdı :
- O servəti ələ kecirəndən sonra hansı ağılsız gedərdi . Bunun hamısı bir plan idi Ayla xanım . Ankaraya getsəydin o servəti ordan idarə edə bilməyəcəkdin , sənin bunu etmək üçün gücün yox idi . O zaman satmağı düşünəcəkdin . Amma burda kimə satacaqdin ? Əşrəf ağanın qorxusundan kimsə səndən torpaq almayacaqdı . Nə də Əşrəf ağa səndən cibinin pulu ilə torpaq almayacaqdı . Sən bir yabancıya da sata bilməzdın o torpaqları . Çünkü o yabancini burda yeyerdilər . O üzdən Eyvazla birləşib atamı öldürərək boyük bir mirasa sahib olmusan . Sonradan planların baş tutmayınca Eyvazla aranız pozulub .
- İnanın , mən sizə and içə bilərəm ki , nə senin atandan mənə düşən servətdən xəbərim yoxdur , nə də atanın Əşrəf ağaya verdiklərindən . Mən bunları siz ilk dəfə siz bizƏ gələndə vəkildən eşitdim .
- O zaman Əşrəf ağaya niyə dava açmadin ? Niyə o sərvətı ıstəmədin ? Demək o servət sendə olursa onu qoruya bilməyəcəyini düşünürdün hə ?
- İnanın vallahi də , billahi də o servətdən mənim xəbərim olmayıb olsa belə imtina edərdim onlardan . Hətta indi əlimdə olan ferma üçün buraya gəlmişdim . Fermanı sızə devr etmək istəyirdim . Fermanı da satıb biralardan qaçmağı düşünürəm . Bezdim daha , dayanacaq gücüm qalmadı . Mən hüzür istəyirəm .
- Deyirsən o maldan xəbərin olmayıb hə ? - qalxıb seyf qutusunu açdi. Otdan bir qovluq çıxarıb Aylanın qarşısına qoydu - Bəs bu imzalar kimindir ?
- Mənmi çəkmişəm bu imzaları ?
Ayla qovluqgakı kağızları vereqləyib baxdı . Bəli onun ımzaları idi . Bir anlıq xəyalı keçmışə dondu . Əşrəf ağa və atası məmurla bərabər gəlib guya Kənanın ailəsinin açdığı davayla bağlı bu kağızlara imza atdırmışdı . Əşrəf ağanın ona eyhamlı sözləri , hətta atasının Eşrəf ağaya etiraz etməsi də yadına gəlirdi .
" - Əmi , Ayla bu saat imza atacaq halda deyil , biraz yaxşılaşsın sonra . Məmur bəy , siz depresiya halında olan heç kimsədən imza istəyə bilməzsiniz . Bu sənədlərə imza atması üçün , qızımın yaxşılaşmasını tələb edirəm ."
Kim idi atasının tələbini dinləyən ?
- Atam mənim depresiyada olduğumu onlara deyəndə məmur atamdan həkim kağızı istədi . Heç həkimə getməmişdim ki , ƏŞrəf ağa atama dedi ki , Kərəm bizi indidə həkimlərə salma , zaten zamanımız yoxdur .
- Bəs atan nəyə imza atdıqlarına baxmadımı ?
- Yox sənədlər məmurun əlində idi .
- Sənəddə yazılanları niyə oxutdurmadınız ki ?
- Boran bəy , sizə deyirəm mən o vaxt özümdə deyildim . Yaşadıqlarım , sevdiyimdən ayrılmağım , məni yaşlı bır adama zorla vermələri mənimcün heç də asan deyildi . Nolar məni başa düşün . Mən həmin vaxt nə olur olsun Kənana qovuşmaq arzusuyla yaşayırdım . Bunun üçün nəyə desələr imza atardım . Hətta ölüm fermanım belə olsa .
- Bəs indi necə ? Kənan üçün atamın qatılının kim olduğunu sorsam ?
- Nə demək istəyirsiz ?
- Demək istəyirəm ki ,mən səni Kənana qovuşdursam , sən atamın qatilinin kim olduğunu deyərsən ?
Aylanın sanki havası çatmırdı . Tıncıxırdı . Başındakı yaylığın düyünün boşaldıb, ucu ılə üzündə puçurlanan tərləri sildi . Dərındən nəfəs alıb :
- Sizin qarşınızda hər halda 19 yaşlı məhəbbət atəşində yanan gənc qız yoxdur - Boran diqqətlə onun gözlərinin içinə baxırdı - Sizin qarşınızda həyatın hər üzünü gorüb , hər acısını dadan güclü bir qadın olduğunu unudursuz yəqin . Mən övladından zorla ayrılmış anayam , bu saat Kənandan da vacib və dəyərli mənim oğlum var . Bayaq dedim dinləmədiz deyəsən . Mən oğlum üçün hər şeyimi buraxıb , oğlumu da alıb buralardan getmək istəyirəm . Mənə nə sərvət , nə Kənan , nə də Eyvaz lazım deyil . Mənə oğlum lazımdır oğlum .
- Mən səni oğluna qovuşduracam , amma bır şərtlə . Atamın əsil qatili kimdir ?
MƏKTUB
16 BÖLÜM
Ayla ilə Boran arasında möhkəm və sağlam dostlüq əlaqələri başlamışdi . Boran demək olar ki , Aylaya hər işində dəstək verir, onun hər işinə adam yollayıb işlərin idarə edirdi . Götürdüyü qazancdan sadəcə ayladan işçilərin haqqını istəyirdi .
Boranın bir amalı vardı . Eyvazı içəridən çıxarsın və qisasını ondan alsin .
Boran evvəlki kimi Ayla ilə münasıbətini heç kimdən gizlətmirdi . İstəyirdi ki , Ayla ilə münasibəti haqqında Eyvaza xəbər versinlər . Ayla ilə arasında bir şey olmasa da Eyvaza belə od qoymaq istəyirdi . Eyyub ağanı Eyvaz öldürməsini Ayla Borana deməmişdi . Bu sirrin qarşılığında oğlunu Borandan istəyirdi .
- Mən oğlumu burdan alıb getməyənə qədər atanın qatılının kim olduğunu söyləməyəcəm - demişdi .
- Hara gedəcəksən ki ? Bilirsən Turkiyədə hara getsən də səni axtarıb tapacaqlar. Xariçə də gedə bilməzsən . Çünki , Yavuz sənədlərdə sənin oğlun deyil , Nurtənlə Eyvazın oğludur . Onların izini olmadan bu mümkün deyil .
- O zaman şansına küs . Mən nə Eyvazı içəridən qurtarıb təkrar başıma bəla ala bilmərəm , nə də atanın qatılının kim olduğunu deyə bilmərəm .
Baharın gəlişı hər yeri canlandırmış , günəşin şüalarında şehli otlar muncuq kimi parlayırdı . İlin bu fəsilini yağmurlu olsa da çox sevirdi Ayla . Baharı öz həyatına bənzədirdı . Yağımurlu buludlu bahar Aylanin qara bəxti kimi idi . Gah dolub gah boşalirdi . Günəşi cicəyi də uğurları və həyata tutunma eşqi idi ...
Kürəyi əlinə alıb axşamdan küləyın yuvarlayib piləkənlərin qabağına topladığı samanları kürüməyə başladı . Yağan yağış samanı islanmiş torpağa yapışdırmışdı .
- Ali Kamal , havalar istiləşən kimi buraya beton tökürük . Belə olmaz burdan taa yola qədər , ordan da axıra , ambarlara , samanlıqlara beton səki edəcəyik ki , belə havalarda ayağımız palçıq olmasın .
- Baş üstə xanım ! Amma məncə gərək yoxdur . Cünki bizim buralar quraq olur . Cox az yağış qar düşür bura .
- Olsun yenə də , nə deyirəm onu elə .Günü bu gün şəhərə gedib , beton sexiylə danış sifarış ver . Gəlib ölcüb biçsinlər . Görək pulu parası nədirsə , qoyunlardan satıb əlimizdə pul edək .
- Baş üstə xanımım . Cümə günü həm cümə namazına , həm də cüma bazarına gedəcəm . Xədiçə ambarda olmayan ərzaqların siyahısını verib , onları almalıyam . Getmişkən betoncuya da dəyərəm .
Uzaqdan şəhərə tərəf uzanan yolda iki maşın görsəndi . Deyəsən biri Boranın idi . Boran hər gələndə xəbər verirdi .İndi niyə xəbər verməyib görəsən ?
- Uşaqlar tez ortalığı toparlayın patron gəlir .Deyəsən qonağı da var .Əl - ayaq edin . Ali Kamal sən axırı nizamla , gəlib oraları elə görməsin . Xədicə sən südlərin ağzına təmiz süfrə sal . Ayşə xala ,qız nə baxırsan tez ol ,keç nehrənin başına !
Özü içəri girib , aynanın qarşısına gəldı . Nədənsə cox sevincliydi . Belə vaxtında aynadan özünə baxanda özünü tanıya bilmirdi . Ordan ona xoşbəxt bir qadın baxırdı .
Başındakı çəmbəri açıb, güzgüyə yaxınlaşdı . Yaşıl gözləri günəşdən qaralmış üzünə xüsusi gözəllik verirdi . Göz kənarları və dodaqlarının yanlarını xırda qırışlar tutsa da üzü hələ də şuxluğunu itirməmişdi . Dolabdan ütüləyib asdığı güllü donunu götürüb stulun başına asdı .Eynindəki kirli paltarı cıxarb , yerə atdı .Gözəl bədənini altdan geyindiyi ıncə köynək gizlətmışdı .Ətlı əndamlı vücudüna incə beli və şux sinəsi gözəllik verirdi. Üzün boyu bu gözəlliyi tamamlayirdı . Ayla özü də bu gözəlliyinin heyranı idi .Utanmasaydı saatlarla ayna qarşısında dayanıb özü özünün gözəlliyinə tamaşa edərdi .
Bəzən qadınlıq düyguları cuşa gələrək , ozünü , vücudunu bir kişiyə təslim etmək istəyirdi . Təklikdən , biganəlikdən , etinasızlıqdan bezmişdi . İstəyirdi bütün hər şeyə tüpürüb buralardan üzaqlaşsın . Sevsin sevilsin . Biri ona qadın olduğunu xatırlatsın . Ona sahib çıxsin , onu evinin xanımı etsin . Təkbaşlna savaşmaqdan yorulmuşdu. Lakin bunlari arzulamaqdan belə qorxurdu . Qorxurdu ki , törə onları bu dəfə də rahat buraxmaya , isti yuvasina qan çiləyə . Hər kişi onun bu yükününü qaldira bilməyəcəyini yaxşı bilirdi . Bu yükü ancaq Boran kimi güclü bir kişi çəkə bilərdi .Boran onu hər halı ilə başa düşür , ona hər zaman dəstək olurdu . Ən azından Boranın da Aylanın da düşmən bir idi . İkisi birləşərsə bu mübarızədə qalib çıxacaqlarına əmin idi .
Boranın da ondan xoşlandığını hiss edirdi . Boran Aylanı özünə nə rəqib , nə də düşmən bilirdi .Heç bir iş adamı rəqıbinə və şərikinə belə dəstək olmazdı . Heç bir düşmən də düşməninin arvadına dost kimi davranmazdı . Hiss edirdi ki Boran ona qarşı diqqətsiz deyildi . İşçilərlə görüşəndə gizli gizli onu süzdüyünün ferqindəydi . Ayla iş gördükçə tövləyə , samanlığa girib çixdıqca gözləri ilə onu təqib etdiyini də yaxşı görürdü . Bunu qonşular da görüb Aylayla Boranın arxasınca baş başa verirdilər . Boranın belə diqqəti Aylanı qorxuzsa da, həyəcanlandırırdı . Əksinə Boran daha çox diqqət çəkmək üçün Aylanın ətrafında daha çox dolanirdi .
Ayla Boranın gözünə gözəl gorünmək istəyirdi . Bu istək hardan qaynaqlanırdı ozü də başa düşmürdü . Özünə hakim ola bilmirdi . Boranı görməyəndə darıxır ,görəndə sevinirdi . O gələndə onun üçün xüsusı hazırlaşırdı . Gedəndən sonra təkrar əvvəlki Ayla olurdu . Aylanin bu çənfəşanlığı da məhəllənin gözündən yayınmırdı . Artıq orda burda pıçıldaşanlar aylaya söz atmağa da başlamışdılar . Bu aylanı əsəbləşdirmır . Əksinə onun bir qadın olduğunu xatirladirdi . Sevib sevilmək istəyirdi .
Stulun başından güllü donunu götürüb geyindi . Sağa sola dönüb aynanın qabağında özünə diqqət etdi . Yeni tikdirdiyi paltar ona çox yaraşırdı .
Saçlarını barmaqları ilə hamarladı .Kəsik saçları uzanıb boynunun arxasında burulmuşdu . Barmaqları saçlarında gəzdikcə başının dərisinin keçəlləşmış hissəsinə baxıb köks ötürdü . Yadına xəstəxanada Boran hörüyünü yerdeən götürüb ona verdiyi gün yadına düşdü . Uzunhörükləri ona çox yaraşırdı . Belə də pis deyildi . Saçları uzanıb başının sağalmış lakin hələdə tük bitməyən çapıqlarını örtürdüsə də ürəyinə və psıxologiyasına vurulan yaralar hələ də sağalmamışdı .
Təmız yaylığını başına atib boynunun arxasından düyünlədı . Sabalıdı saçları yayıqdan burulub çıxırdı . Bu da onun gözəlliyinə gözəllik qatırdi .
Çəkməcədən duxusunu götürüb sıxdı . Bununla da gözəlliyini tamamladı .
Həyətdən gələn səslər onu bayıra tələsdirirdi . Pərdənin arxasından həyətə boylandı . Bəli maşının biri Boranın idi . O biri maşın isə ilk dəfəydi bura gəlirdi . Tanımadığı adamları görüb tələsdı . Tələsiy qapını açıb cıxmaqda , Boran içəri girməkdə . İkisi də bir birinə dəyib dayandılar . Anidən nə olduğuna çaşmış Ayla Borana xoşgəldin belə deməyi unutdu . Araya çökən sükutu Boran pozdu .
- Necəsiz Ayla xanım .
- Çox sağolun . Siz necəsiz .
- Mən də yaxşıyam . Alikamal sizin içəridə olmağınızı deyəndə düşündüm ki , bəlkə sizinlə bir içəridə danışım . Əvvəl sürpiriz etmək istədim . Sonra fikirimi dəyişdim .
- Allah allah mənəmi ? Yani siz mənə sürpiriz edəcəkdiniz ? Ölürəm sürpirizlər üçün . Burda hardasa sürpırizin adını belə unutmuşam .
- Bilirəm amma sizin bu sürpirizə necə reaksiya verəcəyinizi də gözə aldim . Bəlkə də qəbul etməzsiniz deyə düşündüm .
Ayla bu söz oyununun nə olduğunu çözməyə çalışırdı . Bu nə sürpiriz idi ki Ayla önu qəbul etməyə ?
- Gəl o zaman - Boran onun əlindən tutub içəri dartdı . Aylanın az qalırdı ürəyi yerindən çıxa , Boranın belə hərəkətindən sonra gənc qızlar kimi həyəcanlandı .
- Nolub nə qacırırsan məni - rəsmiyyəti kənara atıb daha səmimi görkəm alaraq gülümsəyib göz süzdürdü , güldü . Ədası can alırdı . Heç bir kişi bu baxışların bu nazın qarşısında dayana bilməzdı . Elə Boran da , ondan vaz keçməzdı . Özünü ələ alıb ciddı ifadəylə :
- Sənə desəm ki , səni çox sevdiyin bir adamla görüşdürəcəm , neylərsən ?
- Yavuzla ?
- Yox . Mənim sənə bir sözüm var . Səni Yavuza qovuşduracam . Amma bu başqadır .
Caşqın çaşqın ona baxan Aylanın əlindən tutub özünə tərəf dartdı . Aylanın ədalarına dözə bilmirdi daha . Üz üzə burun buruna dayandılar . Aylanın gözlərindən xoşbəxtlık , Boranınklndan isə tam ciddilik yağırdı .
- Söz ver ki, özünə hakim olacaqsan .
- nə sürpirizidir bu . Məni qorxuzursaz Boran .
- Qorxma ! Gəl !
Aylanın əlin buraxıb özü qapıya keçdı .
- Gəl . Amma cox sakit olacaqsan . Burada artıq səs küy olması sənə də ona da zərərdir .
- Kimə ?
- Gəl , görəcəksən !
Arxadaki bahalı maşının qapısını açdı . Ayla dönüb qorxu içində ətrafa baxdı . Əlləri işdə olsa da camaatın gözü onlarda idi .
- Bir yerə gedirik ?
- Yox . Buyurun xahiş edirəm - Boran ətrafa baxıb rəsmıyyətə keçdi .
Ayla yavaş yavaş bir gözü Boranda maşına yaxınlaşdı
- Çıx ...çıx !!!
Ayla başın qaldirib içəri baxdı . Yerində donub qaldı . Cox dəyişilmış simadakı tanış gözlər həsrətlə ona baxırdı . Boranın sürpiriz dediyi bu idimi ? Borandan nələr gözləyirdi , indi nəylə qarşılaşırdı . Boran Kənanı buraya gətirməkdə məqsədi nə idi . Bəlkə çox güvəndiyi Boran ona pis bir şey planlaşdlrmışdı . İllər sonra Aylayla qarşılaşırdı Kənan . Amerikadan gəldiyi gündən onu axtarıb tapmağa qərar vermışdı . Özü öz gözüylə , Aylanı görüb , onun ailə terzini , yaşamını öyrənmək istəyirdi. Əgər Ayla hələ də onu sevirsə onu qazana bilməsi üçün mübarizə aparacaqdı . Yetər ki , Aylanın onu əvvəlki məhəbbətlə sevdiyini özü görsün ,hiss etsin .
Gözləri sevincdən yaşarmışdı Kənanın . Bilirdi ki , illər sonra Ayla onu 18 yaşındaki sevgililər kimi qarşılamayacaq , onun boynuna atılmayacaqdı . Olsun , yenə de sevincliydi . Hətta onu qəbul etməyəcəyini belə gözə almışdı Kənan . Yenə razıydi . Sakitcə çəkib gedəcəkdi . Amma illərlə yanan ürəyini Aylayla üz üzə gəlməklə söndürəcəkdi .
- Fikriniz nədir Boran bəy, bunun burda nə işi var ? - Sərt şəkildə Borana döndü .
Elə bil Kənanın ürəyinə mərmi sıxdılar . Üzündəki təbəssüm söndü .
- Sakit olun Ayla xanım , səs salmaq lazım deyil . Axı biz içəridə belə danışmışdıq - Boran onu sakitləşdırmək istədi .
- Mən neçə sakit ola bilərəm Boran bəy ? Siz açıq aşkar mənim duyğularımla oynayırsız . Bu oyundur deyilmi ? Bu oyunun arxasında Kənanı niyə alət edirsiz ? Axı siz mənə bu təklifi etmişdiz . Mən sizə nə demişdim ? Sizə dəməmişdimmi ki , mən artıq 18 yaşında çilğın qız deyiləm . Mənim üçün Kənandan da vacib işlərim , və Kənandan da önəmli oğlum var .
Bu sözləri ilə Kənanin ürəyinə yara vurdu sanki Ayla . Demək hələ uşağı da dururmuş . O elə bilirdi ki , o vaxp Aylanı Törəyə təslim edəndə döyüb uşağı düşürüblər . Bütün ümüdləri qırıldi . Ana üçün heç bir sebgi özlad sevgisindən üstün ola bolməzdı. Pənçərədən başın çıxardıb şoferi səslədı :
- Gedək ,Turqut gedək .
- Ayla xanım , bəlkə maşına minək danışasız . Bəlkə bir birinizə deyiləsi sözünüz var . Mən sizə heç bir plan qurmamişam və and icə bilərəm ki, Kənan bəyin şlrnağa gəlişindən . gəlişindən mənim xəbərim yoxdur .
- Necə xəbəriniz yoxdur ?Axı bayaq içəridə mənə sürpiz dediniz .
- Narahat olmayın , Boran bəy hər şey üçün təşəkkür edirəm . Əziyyət çəkdiz . Onun məni bunca illərdən sonra qəbul etməyəcəyini bilirdim . Haqlıdır da . Onun həyatında məndən önəmli biri var . Əlbəttə ki , belə də olacaqdır . Oğlu var , onun atası var . Şikəst biri onun nəyinə ...
- Sən sus ...
Ayla dişlərin qıcayıb pıçıldadı .
- Sənin danışmağa belə haqqın yoxdur . Sən məni qınayıb mənə tənə vurduğunun yerinə get bu olanları atandan soruş . Atan bilir mən səni hər halınla qəbul edib sənə gələndə məni yenidən neçə bu alçaqların əlinə verdi .
- Ayla belə olmaz . Bilirsən hər kəsin diqqəti üzərimizdədir . İstərsən gedək otelə orda rahat rahat danışarsız . Ya da maşına min artıq diqqət çəkməyin . Köhnə sözlünün - Kənanın yaylada oldugunu öyrənsələr yenə töküləcəklər buraya - Boran onu sakitləşdirmək istədi .
- Al qonağını da çıxıb gedin ! Bir daha mənə belə sürpıizlər etməyin !
- Bəlkə bir danışasız ? Sonra peşıman olma . Sabah gedəcək sonra bir daha ...
- Dedim ki , istəmirəm , istəmirəm nə səni nə onu , rəddolun ikiniz də istəmirəm , heç kimi görmək istəmirəm, əl çəkin - qışqıraraq əsəbi halda əlləri ilə üzünü tutdu . Hönkürə hönkürə içəri qaçıb qapını bağladıqdan sonra özünü yatağına atdı . Üzü üzə başını qollarına alıb var səsi ilə qışqıra qışqıra ağladı . Xədicə və Ayşənin qapısını döyməsini belə fikir vrtmədi . Elə bil illərlə ürəyinin dərinliklərinə yığılıb qalmış kını , nıfrəti qara bəxtinin üstünə yağdırırdı . Qışqıra qışqıra həyatından , taleyindən şikayyət edirdi .
Məhəllədə , hər kəs işini gücünü atıb bu səhnəni pıçıldaşır , istədikləri kimi yozurdular .
- Görəsən o maşındakı kım idi ? Hec aşağı düşmədi . Qara şüşədən heç nə görünmürdü .
- Deyəsən anasıdır .
- Kimin ?
- Xanimın daa . Bu vaxta kimi Xanımın yanına gəlib getməyib . Belə analıq olar ? Ölübmü qalıbmı ...
- Dəli olmusan ? Kərəmin arvadı İstanbullu qızı idi , deyirlər Əsrəf ağa onu öldürtdürüb , Aylanı onlaradan alıb .
- Vaaay vayyy bəə. Mən heç bilmirdim .
- Deyirəm axı bu cəsarət onda hardandir . Demək ana tərəfi istanbulludur . İstanbullular yaman şey olur aa.
- Bəs görəsən ana terəfindən niyə bir gəlib gedəni yoxdur ?
- Sizin işiniz gücünüz yoxdur ? Haydı hər kəs keçsin işinin başına ...
Oyandığında gecə yarı idi . Qalxıb pəncərəyə keçib bayıra baxdı . Bütün aul yatırdı . Bir birindən çox aralı qoyulmuş elektrik dirəkləri məhəlləni zəif işıqlandırırdı . Hərdən bır itlərin səsi kəndin sükutunu pozurdu . Saata baxdı . Hələ erkən idi . Sabaha cox var idi . Yatağına girib yorğanı başına çəkdı . Gozlərin yumub yatmağa çalışdı . İlan vuran yatdı Ayla yox , dünən bütün olanlar gözlərinin qarşısında canlanırdı . Fikiri qaynayan qazan kimi bir birinə qarışmışdı . Hə düşündüyünü , nəyə qərar verdiyini bilmirdi . Hələ Boranı heç başa düşmürdü . Boran Kənanı necə gedib gətirə bilərdi ki , buraya ? Əgər Boran Ayladan xoşlanmırsa bu baxışmalar, belə diqqet , belə qayğı nədır . İllərdir ərindən nə də ərinin qohumlarından qayğı görməyən Ayla Boranın ona etdiyi yaxşılıqlara başqa heç bir ad verə bilmirdi . Boran onu sevdiyinə əmin idi . Başqa cür də ola bilməzdi . Bəli boran onu sevirdi . Çünkü bu qayğıkeşliyi və diqqəti yalnlz sevən adam sevdiyinə edə bilərdi .
İllərin ayrılıq tufanı Kənanı tamamən toz edib Aylanın ürəyindən aparmışdı . İllər sonra Kənanın ortaya çıxması nə demək idi ? Düzdün Kənan bəlkə də keçmişin xəyalinda qala bilər . Bəlkə hardasa , nədəsə ümüd edə bilər . Lakin Ayla əvvəlki Ayla deyildi . Çəkdiyi əzablar onu elə dəyişmişdi ki , indi o sadəcə qisas düşünürdü . Onu bu qisasa körükləyən bir yoldaş axtarırdı . Kənanla bu mümkün deyildi . Ona bu barədə ancaq Boran destək verə bilərdi . Boranla isti münasibəti EYvazı və onun nəsilini diri diri məzara qoymaq demək idi . Bu onlar üçün gözlənilməz zərbə olacaqdı . Heç kim inanmazdı ki , Aylanın adı üstündə ər olan Eyyübün oğlu ilə isti münasibətləri var . Bu Eyvaza ölümdən betər zərbə olacaqdı . Bütün hamı onu töhmətləyəcəkdi ki , zamanında ailəsinə sahib çıxsaydı , indi də belə olmazdı . Bu münasibət Əşrəf ağanin da taxt tacın silkələyəcəkdi . Çünkü Aylayla Boran birləşərsə , Əşrəf ağanın süqutu baş tutacaqdı . Min bir oyunla Eyyub ağadan aldığı torpaqları Boran ondan artıqlaması ilə geri alacaqdı . Neçə illər torparəqlardan göturdüyü gəliri faızıylə ondan tələb edəcəkdı . Aylanın varda pulda gözü yox idi . Lakin bu sərvətin onlarda qalmasını da istəmirdi . Bu sərvəti onlar yediyini qoy mal əsil sahibinə çatsın .
Bəlkə də başına gələn bu hadısələr olmasaydı , Kənanla ulduzu barışa bılərdi . Amma indi Kənan onun yükünün altına girəcək halda deyildi . Kənanla təkrar bu yolu addımlamaq Kənanın başina bəladan başqa heç nə gətirməyəcəkdi . Bir daha Kənanı murdar törəyə qurban vermək istəmirdı .Ona ançaq Boran kimi güclü dost , qayğıkeş ər və ya sevgili lazım idi .
Özünü Kənana qarşı belə sərt danışmaqda qınayirdı . Onun Kənana belə davranmaya haqqı yox idi. Kənan onun üzünden sağlığını itirib , indı hansı haqla , nə səbəblə onun üzünə baxmadan onu göndərdi . Ən azından keçən günlərin xətirinə bir çaya dəvət etsəydi , oturub danışsaydılar . Bəlkə Kənan da artıq ondan soyyub , bəlkə də öz həyatını qurub . Buraya sadecə onu gormək üçün gəlib . Bəlkə də darıxıb . Onun tanıdığı Kənan heç vaxt tanımadığı bir adamın sozüylə ordan bura qalxıb gəlməzdı . Hələ hələ Boranın . Boranı nə tanıyırdı ki . Burda başqa məsələ var . Mütləq başqa məsələ var .
- Çox səhv etdin Ayla cox səhv . Sabah ilk işin ondan üzür istəmək olacaq .
BİR NEÇƏ GÜN ƏVVƏL ANKARA
- Ata , mən Amerikadan gələndən bəzi axtarışlar etmışəm .
- Nə gözəl oğlum sənin bu həyatsevərliyinə heyranam . Həyat sənə nə edir etsin, sən onun fırtınası qarşısında möhkəm dayanmalısan oğlum . Maşallah . Sən bunu bacarırsan .
- Belə də düşünürəm . Amma bilirsən ata , mənim yaşama səbəbim Ayladır .
- Hmm... demək sən onu hələ də unutmamısan .
- Yox . Bacarmadım ata .
- Amma çox təəsüf edirəm . Ayla artıq evli eşıkli qadındır ...
- Bilirəm ata . Elə mənim axtarışımda ondan yanadır . Bəzi məlumatlar almışam .
- Dəyməz oğlum , başını bəlaya salacaqsan .
- Ondan gələn hər bəlaya razıyam . İki ayağım onun yolunda gedibsə qoy canım da getsin .
Səlcuq bəy bilirdi ki, nə olur olsun , nə deyirsə desin Kənanı fikirindən daşındıra bilməyəcəkdir . Odur ki :
- İndi neyləmək istəyirsən , nə düşünürsən ?
- Gedib onunla görüşəcəm .
- Sonra ?
- Eşitdiyimə görə , eri ilə ayrılıb ...
- Kim ? Ayla ? Yanı Doğuda qadın erindən ayrila bilər ? İnanacaq bir şey deyil . Qəti İnanmıram !
- Bəli ata , ayrılıblar , Eyvaz da içəridədir . Artıq bir ilə yaxındır . Ayla şiddətdən yana şikayyət edib ərini .
- Vay bəə ... Doğuda nələr olurmüş , xəbərimiz yoxdur .o zaman bayaqdan Aylanın bir düşməni vardır, indi bütün Şırnak Aylaya düşmən kəsilib desənə .
- Təssüf ki belədir . Amma bir şey var ki , Ayla elə belə adam deyil ata . İş dünyasına ayaq basıb , ortağı da var .
- Kim ? Ayla ? Harda ? Doğuda ? Allah Allah ! Bax sənnn ! Desənə Doğuda buzlar əriyir , axan sular durulur ? Yaxşı bəs sən bunları hardan bilirsən , oğlum ?
- Ata mən hər zaman Ayladan xəbər almışam , Amerikada müalicə olandan belə . Bir əsgər yoldaşım var Şırnaklıdır . Gafiri (Cofıri) soyundan . Atakan yaxşı canlara dəyən oğlandır . O mütamadı Ayladan mənə xəbər verir .
- Anladım . Nə desəm də sənin bu Aylanı beynindən söküb atmayacam .
- Necə atım ata . Urəyim onda , Ayaqlarım da ürəyimin arxasınca getmiş . Mənim baçqa yaşama səbəbim varmı ? Məni ondan başka kim qəbul eder, kim istəyər ?
- Sən əgər belə ciddi düşünürsənsə , bir dənə hə de , geri qalanın mənə burax .
- Mən Aylayla görüşməyə gedecəm . Şansımı bır daha sınayacam .
- Oğlum səni yaşatmazlar .
- Ayla yanımda olsun , ölsəm də derdim yoxdur . Ən azından bilərəm ki, mən ona sahib çıxa bıldim .
Kənan elə bu məqsədlə də Şırnağa gəlmişdi . Hər şeyi gözə alıb gəldı . Yaxşı düşünüb ümüdləndi , pısi də düşünüb özünə ürək dirək verdi . Əgər Ayla onu qəbul etməsə bundan sonrakı həyatına baxacağına qərar verdi .
Aeroportda onu Atakan qarşıladı . Atakan böyük bir soy əsilli aşritlərindən idi . Atasının aşırətin və yerinin zəngin bir iş adamlarından sayılırdı . Türkiyənin , ən böyük taşeron şirkətlərindən birinin sahibi Atakanın atasının idi . Şirkət xariclə işləyirdı . Müxtəlif ölkələrdən tikinti şirkətləri onları işə dəvət edirdı . Atakan əsgərlikdən gələndən sonra atası , işçilərinin üstündə onu Azərbaycana təyin etmişdi . 3 illik iş müddətində Atakan Azərbaycanli bir xanımla evlənib orda yaşamağa başlamışdılar . İş müqavıləsi bitdikdən sonra , oğlunu da alıb xanımı ilə bərabər Şırnağa gəlmişdi . Və burada iş yeri açaraq öz işinin sahibi olmuşdu . Ailə uşaqla xarıcə gedib gəlmək çətin olduğundan elə xaricdən gələn iş sifarişlərini alaraq digər taşeron firmalara satırdı .
Atakan Kənanı evınə gətirdi , illər öncə ayrılan köhnə dostlarka bərabər Atakanın yaxınlari , dostları gecə yarıyacan yeyib içdilər , söhbətləşdilər . Qonaqlar dağılandan sonra boş otaqların birinə keçıb iki dost sabaha qədər dərdləşdilər . Sabaha yaxın hər ikisi oz otaşına çəkildi . Günortaya qədər yatıb dincəldilər . Günortadan sonra qalxıb , otelə Aylanın şəriki Boran bəyin ofisinə getdilər . Oraya getməkdə məqsədləri var idi .
Boranla görüşüb tanış oldular . Danışıb hər şeyi ona başa saldılar .
- Biz istəyirik ki , əgər Ayla mənim bu təklifimi qəbul edersə , Aylanın fermasını satışa qoyaq . Əgər tanıdığınız biri varsa fermanı ala bilər. Yox əgər kimləsə şərik olmaq istəmirsəniz, sizin oranı almağınıza kömək edə bilərik .
- necə ?
- Məsəla Ayla Fermanı baha satışa çıxararsa biz on yola gətorə bilərik .
- Bəs yola gəlməsə ?
- Gəlməsə sizə şərik olmadan o pulu mən ödəyəcəm
- Ayla orani satmaq istəməzsə necə?
- Əgər mən hələ də Aylanin ürəyində yaşayıramsa satacaq . Və mənimlə gələcək . Mənim tanıdığım Ayla , mənimlə dünyanın o başına da gedər . Və təbii istisnalar da var . İllər bizi ayrı sala bılər amma ürəyimiz bərabər çırpınmağına əminəm .
Boran dərindən nəfəs aldı . Kənan nə qədər saf düşünsə də , xəyallarda yaşasa da , bu xəyalın baş tutmayacağını da bilirdi . Demək o Aylanı Kənandan daha yaxşı tanıyırmış . Ayla Kənanın tanıdığı saf Ayla deyildi . Ayla indi mübarız bir qadın olmuşdu . Aylanin indiki mübarizəsi oğlu üçün idi . Qisas idi . Ayla indi şevgi dənizində kapitansız qayıq kimi başqa səmtə üz tutmuşdu. Boranın sevgi adasına yol almış . Artıq Kənanın adası çooox geridə qalmışdı çox...
Boran Kənangili yaylaya gətirəndə elə bil bütün olanları özü senariyolaşdırıb yazmışdı . Aylanın Kənana nə cavab verəcəyini bilirdi . Bilirdi ki , Ayla Kənanı qəbul etməyəcək , Aylaya Boran kimi bir adam lazım idi . Həm dostları can dostu olsun , həm düşmənləri çan düşməni . Bilirdi ki , Ayla ürəyinin qapılarını ona açmağa hazırdır . Bilirdi ki, hər an o, Boranın ürəyinin sahibi olmasını arzulayir . Aylayla hər üz üzə gəldiyində , onun kecirdiyi həyəcanın dəfələrlə şahidi olmuşdu . Baş başa qaldığında Borandan xoş sözlər eşitmək istəməsini görməmək də olmazdı . Oğrun baxışlar , bəhanələrlə ofisə gəlib onunla görüşmələr bütün bunlar Aylanın Borana qarşı diqqətin sübutu idi .
Lakin Boran onun bu sevgisinə qarşılıq verə bilməzdi . Axı Ayla onun atasının Həyat yoldaşı sayılırdı . Bu beqeyrətçiliyi boynuna götürə bilməzdi . Şırnakda bu qəbul edilməz bir şey olardı . Egər bu zamana qədər o Aylaya düşmən gözüylə baxmayıb ona pislik etməyibsə , bu atasının ruhuna olan hörmətindəndir . Əgər atasının ölümündə Aylada günah görsəydi onü əsla əf etməyəcəkdi .
Onunla bu barədə danışıb onu bu yoldan çəkindirmək lazım idı . Amma necə ? Onsuzda hər şeydən ürəyı qırlan bir qadın üçün belə şeyı eşıtmək nə qədər doğru olardı ?
Elə Kənananı yaylaya gətirəndə də Aylayla qapıda üz üzə gələndə Aylanın ona baxışı , həyəcandan qabaran sinəsinin , nəfəsindəki istilik onun ehtirasının son həddi olduğunu da bir kişi kimi hiss edirdi . Bəzən Boran da özünə hakim ola bilmirdi . Onun baxışları qarşısında əriyir , onun sevgisinə sevgiylə cavab vermək istəyirdi . Onun haqqında pis niyyətdə olmağı düşünmək bələ istəmirdi . Bəzən şeytan beynin didib tökürdü . "Al onu da çıx get xaricə . Kim nə deyir desin , kim nə edir etsin- deyirdi - Burax hər şeyi , burax bu sərvəti" ...
Koridordan gələn səs onu düşüncələrindən ayırdı . Güvənlik kameralarına baxanda Aylanın katibəylə dalaşdığını gördü .
Telefonu götürüb Katibəyə :
- Buraxin gəlsin , Narin xanım, məşğul deyiləm , boşam .
Qalxıb özü də qapıya getdı . Qapı açılar açılmaz Boranla üz üzə gələn Aylanın gözlərindən gəzəb qarışıq naz da yağırdı . Heç gözləmədiyi halda qapı örtülən kimi üzünə dəyən şıllədən özünə hakim olmayıb , Boran iki əlli Aylanın qollarından tutub silkələdi .
- Heeyyy, nə olub sənə özünə gəl !!!
Ayla isə onun əlindən çıxıb onu hələ də vurmağa çalışırdı .
- Sakit ol . Bu nə dəlilikdi . Bura sənin üşün dağ başımı, yaylamı ? Dayan görüm .
- Sən necə kişisən hə ? Sən onu bura necə gətirə bilərsən . Daha məndən nə gözləyirdin hə ? Burax məni . Mən səni öldürmək istəyirəm . Öldurəcəm səni burax qolumu .
- Dayan sakit ol . Onun bura gəlməsinə səbəbkar mən deyiləm . Həm bu nə cürət . Sənə bu ixtiyarı kim verib mənimlə əl qolla danışasan ? Sənin qarşında uşaq yoxdur . Mən bu boyda şirkətin sahibi həm də sənin belə patronunam ...
- Patron ? Haa haa . Güldürmə məni sən Allah . O zaman mənim kimi neçə işcinlə oyun oynamısan ?
- Nə danışırsan sən ? Nə oyunu? Bir dayan görüm ! Bu nə danışıqdır ? Məni nəylə sumlayirsan ?
- Bu cəsarəti sən vermisən mənə , Boran bəy ,sən ! Mənimlə oyun oynayıb indi məni Kənana vermək istəyirsən ? Mən sənincün oyuncağam ?
- Nə oyun oynamışam ? Bir sakit ol ! Əl qol atma, bir dayan !
Boran qızın qollarını arxasına qanırib, arxasina bənd etdı . Var gücü ilə onu özünə sıxıb quş kimi havaya qaldirdi . Aylanın ayaqları yerdən üzülüb , Boranın boyu bərabərinə qalxdı . Tıncıxaraq əsən nəfəslər bir birinə qarışdı . Baxışlar bir birinə ilişdi . Bir anda bayaqdan qəzəb püskürən gözlər süzüldü , yumuşaldı . Dodaqlar seyirdi . Nəfəsinin hərarətindən quruyan dodaqlar titrədi. Boran Aylanın ürəyının çırpıntısını öz sinəsində hiss edirdi : daha özünə hakim ola bilmirdi . Biraz da belə baxışsaydılar ...
- Sakitləşdin ? - Ayla hələ də ona baxırdı . Boran gülümsəyərək onu yerə qoydu - Hə , indi de görüm mən səninlə nə oyun oynamışam ?
Ayla paltarının ətəyini dartışdırıb utancaq halda başin aşağı saldi . Gözünün ucuyla yenə Borana baxdı .
- Həə ? Niyə hirslənmisən ? De utanma axı biz ən yaxın dostuq .
Aylanın çənəsindən qaldirib gözlərinə baxdı .
- Danış , rahatlarsan . Mən səni başa düşməyə çalışacam .
Ayla dillənmədi .
- Hmmm. Sən məndən nəsə gizlədirsənsə biz necə dost ola bilərik ? Hə ?
- Boran , mənimlə oyun oynama , xahiş edirəm . Onsuzda yıxıldığım qədər yıxılmışam , parçalandığım qədər parçalanmışam . Bu yükü də daşıyacaq halım yoxdur . Mənim hislərimlə oynama . Yalvarıraram dayana bilmirəm . Qurban olum . İkimiz də bilirik ki bizi birləşdirən bizim düşmənlərimizdir . Bəs bu şeyyy...
- Nə şey ? Mən sənə neynirəm ki ?
- Mənə elə baxma , məni oğrun oğrun izləmə , gözlərin mənə eşq elan edir , ürəyin məni sev deyir , nəfəsin bütün vücudumu lərzəyə gətirir . Sonrada üz üzə gələndə heç nə olmamış kimi , mən sənə neynirəm deyirsən . Axı mən qadınam , mənim də hisslərim duyğularım var , bilirsən ki , ürəyim də həyatim da boşdur . Bir sevgiyə , bir qaygiya , bir təbəssümə ehtiyyacım var . En əsası məni başa düşə biləcək bir sevgiliyə ehtiyyacım var . Belə şeylər mənim yaralı yerımdır . Niyə məni yaralı yerimdən vurursan ? Niyə mənimlə oynayirsan ? Sən də bilirsən ki, bu sevda baş tutan sevda deyil . Onun üçün Kənanı gətirdin bura ?
Boran rəng verib rəng alırdı . Özünü Aylanı qucaqlayıb öpməkdən güclə saxkayirdi . Dilini dodağını gəmirib , barmaqlarını şaqqıldadırdı . Onu biraz daha qışqırdib qisqandirmaq istədi
- Onu bilki , bundan sonra mənim ürəyimdə bir kişi olacaqsa o da Kənandir . Amma Kənanla bizim qovuşmamız bir əfsanədir ...
- Sus ...əli havada oynadı Boranın .
- Mənəmi əl qaldırirsan ? Nə haqla ? Yoxsa qısqandın ?
Aylanın səsini Boranın əli kəsdi . Əli ilə Aylanın ağzını tutub dişlərini qıcamışdı .
- Məni Kənana qısqanirsan ?
- Sus Allahın bəlası ...
- Burax ... sənə nə ? - ayla çırpınaraq Boranın əlindən çıxaraq hələ də danışırdı :
- Axı sənə nə , sən mənim nəyimsən ? Burax ! Tutma ağzımı !
- Kəs deyirəm sənə !
- nəyimsən axı sevgilimmısən , ərimmisən ? Niyə bu qədər özünü soxursan mənim həyatıma ...
Dodaqlar neçə yapışdı , necə sevişdi bilmədi . Anldən öpüşən dodaqlar anidən də ayrıldı .
- Çünkı səni sevirəm . Sən sevdiyin qədər də mən də sevirəm , sənin qisasın qədər də mən qisas düşünürəm , anladımmı ? - deyib gedib divanda oturdu . Başını əlləri arasına salıb saçlarını qarışdırdı .
Aylayanındakı stula çökmüşdü . İkisi də susmuşdu . İkisi də öz ürəklərində özləri ilə danışırdılar . Demək Boran Aylanın qisasını hiss edirdi . Demək Boran da Ayla kimi qisas almağı düşünür . Lakin bu lənətə gəlmiş məhəbbət onun ürəyinə hakim olmuş . Demək Boran qisasına yox , sevgisinə boyun eyəcək .
Boran çox düşüncəliydi . Ayla haqlıydı . İkisini də uçurumdan salacaq bu oyun nədir oynayirdilar ? Olmayacaq işə niyə qol qoyurdular axı ?
- Haqlısan . Məni bağışlamanı istəyirəm .
- Bağışlamaq ? Dayan hələ Kənanla görüşüm gəlim . Səninlə təkrar danışacam .
Boran saata baxdı . Kənan indilərdə çıxması lazımdır ...
- Nəylə gedəcək ?
- Təyarəylə axşam saat 7 də .
Ayla saata baxdı hələ saat 3 idi .
- Axşama cox var .
- Bilirəm , biraz evvəl gəlib mənimlə görüşdü . Dedi tez çıxacam . Bəlkə də getmışdır .
- Neçəncı otaqdaydı ?
- Bilmirəm .
Ayla çantasını qoluna taxıb qapıdan çıxdı .
- Ayla ...
17 BÖLÜM .
Kənanın otağından çıxanda Boranla qarşılaşdı . Hələ indiyə qədər bu centelmen , mədəni adamı belə əsəbi görməmişdi Ayla . Boran əsəbindən zəncir gəmirirdi . Tərs baxışla Aylanı az qala didib parçalayacaqdı . Ayla onun yanından keçıb geri döndü . İçəri Kənana səsləndi :
- Mən özüm səni yola salacam , əzizim , düz aeroporta qədər .
Kənan çıxışda otağa sonuncu dəfə göz gəzdirirdi ki, otelin ümumi dəhlizində Boran gözünə sataşdı . Hər halda Boran onu yola salmağa gəlməmişdi . Çünki Kənan onunla biraz əvvəl görüşüb otağına çıxmışdı .
- Sevinərəm canım, amma doğurdan lazım deyil . Zəhmət çəkmə, sənin yolun aeroportdan da uzaqdır , axşam düşür kəndə dönə birmərsən .
- Ali Kamalla gəlmişəm . Heç narahat olma, aparıb qoyub ordan da kəndə keçəcəyik - Ayla telefonu çıxarıb Ali Kamala zəng etdi . Ozündən razı və xöşbəxt halda Boranın üzünə baxıb :
- Yol verin ,xahiş edirəm !!! - deyə barmağının ucu ilə onu kənara ıtələdi . Elə bu vaxt Ali Kamal telefona cavab verdi :
- Aa ... Ali Kamal, yuxarı çıxa bilərsən ?
Qonağımız var. Əşyalarını götürməliyik , aetoportdan yola salıb ordan da kəndə dönəcəyik.
- Baş üstə, xanımım . Mən bu dəqiqə
Boran onun qolundan tutub sıxdı . Dişlərini qıcayib :
- Mənə acıq verirsən ? Gəl sən mənə qarşı belə eləmə, Ayla ! Bax hələ belə heç... - deyə pıçıldadı . Kənan içəridə idi və kiçik idman və bilgisayar çantasını qucağına qoyub çıxacaqdı ki ,qarşı divarın aynasından Boranın Aylanı sıxışdırdığını gördü . Bayaqdan içəridə Aylanın onunla bütün danışdıqlarına baxmayaraq , içini qısqanclıq hissi bürüdü .
Ayla gülümsünüb Borana gözlərini süzdürdü .
- Həyatım , hazırsan ?- içəri səslənərək dartıb qolunu Boranın əlindən çıxartdı - Mən sənə kömək edim - deyə təkrar Borana baxıb ona acıq vererək içəri addımladı - Canim mənim , gəl ömrüm ...
Kənan uşaq deyildi . Aylanın bütün bunları Boranı qıcıq etmək üçün dediyini yaxşı bilirdi . Ayla bayaqdan içəridə Kənandan ayrıldığı gündən taa indiyənə qədər butun yaşadıqlarini bu bır neçə saatin içinə yerləşdiribdanışmışdı . İndi ona və Borana da qarşı nələr hiss etdiyini də demişdi . Ayla xoşbəxt olmaq istəyirdi . Ayla bi yorğun həyatdan uzaqlaşıb yeni həyata başlamaq istəyirdi . Lakin o , sevgı ilə nifrəta arasında özünü tapa bilmirdi . Duyğuları qarışmışdı , hissləri perik düşmüşdü . Tənhalıq da bir tərəfdən canın sıxırdı. Oğlunu alıb buralardan gedəcəyini demişdi Kənana. Əgər oğlunu onlardan ala bilməsəydi , Boranla onlara qarşı savaşacaqdı , ölümünə də olsa . Aylanln sözü olmasın , zatən bu həyatda itirəsi birşeyi qalmamışdı .
Aylani başa düşürdü . Onu da bilirdi ki , Ayla onun yanlnda oğlu üçün savaşsa Kənan onunla bu savaşa girməyəcəkdi . Çünki Kənanın buna mənəvi və fiziki gücü imkan vermirdi . Lakin o keçən günlərin xətrinə , ona hər zaman dəstək olacağına söz vermişdi .
- İkimizin də zamana ehtiyyacımız var . Uzun ayrılıq ikimizin də beynin qarışdırıb . Əvvəl məktəbdə dost olub sevgimizi tapmışdıq . Yenə də dost olaraq sevgimizi axtaracağıq - deyərək elə oteldə bir birlərinin əlini sıxıb , bundan sonra dost olacaqlarlna and içmişdilər .
Bütün bu söhbətlərdən sonra indi Aylanın Kənanla belə danışıb Boranı qisqandırmasına təhamül edə bilmirdi . Özünü heç vaxt alət yerinə qoyulmasını istəməzdi . Odur ki , Aylanın əlini arabadan qoparıb ,
- Mən həll edərəm ! - deyə acıqla yana itələdi . Ayla da bu açığı başa düşürdü .
- Lütfən canım !
- Mən həll ederəm dedim . Başqası mənə kömək etməsini də sevmirəm , alət etməsini də .
Qapıdan çıxıb pəncərə qarşısında dayanmış Borana baxdı . Əlini Aylaya uzatdı , mehriban və xöş təbəssümlə ona baxdı .
- Doğurdan gəlmənə lüzum yoxdur . Özüm gedərəm . Atakan məni aşağıda gözləyir . Sən də inaallah işlərini həll et , gəl . Mən səni Ankarada gözləyəcəm . Bəlkə də aramızda evvəlki böyük sevgi qalmaya bilər . Olsun . Amma elə bu gunku , gözəl günün xətrinə , mən sənə hər cür köməklik etməyə hazıram . Səni nə qədər sevdiyimi bilirsən ,sənin ayağını qoyduğun yerə mən başımı qoyaram - səsi titdədi . Biraz da davam etsəydi kövrələçəyini bilirdi . Odur ki , Borana döndu :
- Bir daha təşəkkür edirəm Boran bəy ! Hər şey üçün sağolun . Məni sevdiyimlə görüşdürmək üçün hər şeyi gözə aldınız . Bunun üçün sizə minnətdaram . Ən əsası bu günkü gün üçün . İnanın əgər bu gün Ayla buraya gəlməsəydi. Mən onunla görüşmədən getsəydim , bilmirəm necə olacaqdım . Bu günku görüşümüzdə cox şey çözüldü. Aradakı illərin buzu əridi . Mən illər oncə itirdiyim bir insanı sizin sayənizdə tapdım . İnanıram ki , siz bundan sonra da Aylaya destək olacaqsız , fermanın satışı üçün mən də gedən kimi lazımı yerlərə müraciət edəcəm . Əminəm Aylayla orda həyatımıza qaldığımız yerdən davam edəcəyik .
Ali Kamalın gəlişi Aylanı hərəkətə gətirdi .
- Çıxaq canım. Gecikməyək ...
Bu görüş xatirələri təzələmişdi . Şəhərdən gələndən Ayla özündə deyildi . Ayaq üstə gəzib heyvanları yoxlasa da daxılən sanki yuxudaydı . Boranın yanından çıxıb Kənanın otağına gedərkən Kənanla liftdə qarşılaşdılar , Kənan enəcəkdi , Ayla da liftlə onun otağına çlxacaqdı . Bir anlıq nəyə qərar verəcəklərini özləri də bilmədi . Liftin qapısı ağzında qalmış Kənanın arabasına liftin qapıları çırpılanda ikisi də özünə gəldi :
- Ayla ?
- Mən ... mən ...səni görmək istədim ... əgər ... vaxtınız varsa...
Kənan ixtiyarsız saata baxdı . Lap təyarəni qacırsa belə bu görüş üçün buraya gəlməmişdirmi ? O zaman niyə saata baxdı kı ?
- Həə əlbəttə ... - desə də hara gedəcəklərini özləri də bilmədilər , aşağı restoranamı getsinlər , yoxsa yuxarı otağınamı ?
Qapı hələ də açılıb örtülürdu . Bu dəfə sükutu Kənana kömək edən otel işcısı pozdu .
- Əfəndim , qapı ağzında qalmısız , enməlıyik !
- Oldu sağolun - elin cibinə salıb pul çıxartdi - siz gedə bilərsiz . Biz özümüz gedərık - dedi .
- Buyur , gedək otağıma , orda danışmaq rahat olar !
Otel ışçısı onları liftın ıçındə rahatlayandan sonra Kənana təşəkkür edıb lıftdən çıxdı . Lift hərəkətə keçdı . İkisi də başın aşağı salmışdı . Ayla başını aşağı salsa da Kənanın üzünü görürdu . KƏnanın üzü neçə də əvvəlki kimi məsum və saf idi . Sanki illərın sərt havası heç Kənana toxunmamışdı . Üzündən xoşbəxtlik yağırdı , nur tökülürdü . Bir dara düşəndə həmişəki kimi yene məğrur və ümüdlü görünürdü .
Ayla Kənana baxa baxa birazdan ona deyəcəyı şeylərə Kənan necə reaksiya verəcəyini götür qoy edirdi .
Nəhayyət qapılar açıldı :
- Buyur !!! -Kənan ona yol göstərdi . Ayla Kənanın çantalarını götürmək istəyəndə Kənan onun əlindən tutdu .
Bədəninə çərəyan keçdı sankı , elə bil təpəsindən aşağı öncə istu su , sonra soyuq su böşaltdılar . Gözlər baxışdı . Bir cüt gözdə sevgi və ümüd , bir gözdə sönmüş sevda və ümüdsüzlük hökm sürürdü .
- Mən həll edərəm . Sən keç ! - Kənan cəld çantalarını alıb dizlərinin üstünə qoydu və arabanı hərəkətə gətirdi .
- Gedək !
İllərin dərd selinin qarşısı acılmışdı elə bil . Kənan da Ayla da bu qədər illərdə bir birinə bütün başlarına gələnləri danışdı . Aylaya nə deyəcəyini bilmirdi . Bu bədbəxt qadının , çarəsiz ananın taleyi onu çox düşündürdü . Nəhayyət Aylanın ovuclarını əllərinin arasına aldı :
- Bütün bu yaşadıqların məni çox üzdü Aylam , nə edək , buna nə ad verək bilmirəm . Qismətimiz belə gətirdi desəm , səhv olar . Bu artıq qismət məsələsi deyil . Şeytan törənin yazılmamış qanunu idi, bizi ayirdı . Sənə sənin üçün ölürəm , öldürürəm də desəm yalan olar . Çünki nə o dəliqanlılığım qalıb , nə də əvvəlki gənclik həvəsim . Ayrılıq bizi vursa da inan ki , hələ də səni sevirəm . Hər zaman səni görmək ümüdüylə yaşamışam , mənim Aylam məni hər halımla qəbul edər deyə düşünmüşəm .
Aylanln gözlərindən iki çeşmə qaynayırdı :
- Məni bağışla Kənan , bu son umüdünü gerçəkləğdirə bilməyəcəm ...
- Bilirəm əzəizim . Mən bütün hər şeyı ölçüb - biçib , gözə alıb gəlmişəm . Aradan 9 ilə yaxın vaxt keçıb , fikirlər düşüncələr illər əvvəl düşündüyümüz kimi olmaya bilər . Bəlkə də sevgin uğruna çıxdığın yolda həyat səni başqa səmtə yönəldər . Yanı mən bunları gözə almışam . Başqasin da sevə bilərsən , sevgidən başqa amallar da var , onlara da meylini sala bilərsən . Maşallah sənin təkbaşına ayaqda dürmağın belə məni qürurlandırdı . Bax demək ki , həyat sevgidə səni yıxıb , iş dünyasında səni qaldirib . Bəlkə də indi işi sevgidən daha üstün tutursan .
- Düz deyirsən . Sevgim uğursuz oldu , mübarızə apara bilmədim , amma işim ücün gəncliyimi , həyayımı verdim . Desəm inanmayacaqsan , indi bunların heç bir dəyəri yoxdur gözümdə , nə işimin nəə də sevgimin - udqundu , gözünün yaşını sılıb, başını aşağı saldı . Çənəsı əsdı , dodaqları titrədi :
- Mən tənhayam ...- səsi titrədi.
- Şşşş... Mən varam artıq ...eyni səs tonuyla Kənan onun sözünü kəsdı
- Yox Kənan , ətrafımda insan cox amma , necə ifade edim bilmirəm ... oğlum var mənim deyil , atam var qəlbim qırıq , ərim var şərəfsiz , dostum var, fikirlərim qarışıq , sən varsan deyirsən , neçə illərdən sonra "mən varam " demək sənə asan gəlir ? Aramızda ucurumlar var ee, uçurumlar .
- Səni başa düşürəm ...
- Bir gümanım Boran bəydir ...- başın qaldırıb Kənana baxdı - Məni bağışla ! Amma sənə ümüd vermək istəmirəm . Sən bu hala mənim üzümdən düşdün . Bunu esla və əsla o dünyada da özümə bağışlamayacam . Sənə qovuşmaq üçün bu törələrin həbsxanasında nələr çəkdım , nə xəyallar qurdum Allah bilir. Xəyallarımı belə ağlıma gətirməyə qorxurdum Kənan , nəinki dilimə . Taa ki, Boran meydana çıxana qədər . Deyim ki, onu görən kimi ona aşıq oldum yalan olar . Eksinə, onu özümə ən təhlükəli düşmən bilirdim . Hələ də onun mənə verdiyi dəstəyi belə qisas naminə etdiyini düşünürəm . Bizim yollarimiz , məqsədimiz məramımız birdir . İkimiz də intiqam üçün yaşayırıq . Deməsi belə ayıb olacaq ... onun atasının arvadı sayılacaq birinə aşıq olacağını ağlıma belə gətirmirəm ...
- Bəs sən ?
- Bax bayaqdan bunu demək isyəyirəm . Fikirlərim qarışıb . Mən onunla savaş ücün bu yola cıxmışdım . Oğlum ücün ... sənin qisasini bunlardan cıxmaq ucun ... bu dunyanı yıxıb sənə qovuşmaq ucun ... lakin sən indi qarşımda oturmusan , qovuşmamız bu qədər yaxınkən , səndən o qədər də uzağam . Mən nəyə qərar verəcəyimi bilmirəm .
- Hmmm, başa düşdüm ...
Kənan cox düşüncəliydi . İkisi də susub özləri oz aləmlərində urəkləri ilə beyinlərinin çəkişmələrini dinləyirdilər .
- İndi qalmısan seçım qarşısında - kənan düşüncəli halda sükutu pozdu:
- Geriyə donüşün yox irəlidə oğlun var və oğlunu qazanmaq üçün bir qurban var: O da Boran . Və Boranla bərabər oğlun , həyatın üçün böyük bir savaş var . O biri yolda isə sadəcə xəyallar üzərində qurulmuş bir məhəbbət - mən varam . Mən də səninlə savaşa girə bilməyəcəyini bilirsən . Bilirsən ki mənimlə addımlarsan , ucu bucağı görünməyən boş bir səhrada həyata davam edəcəksən . Bu da səni yoracaq. Cunku ömrü savaş və mübarizədə keçmış aktiv bir qadın üçün bu səhra həyatı dözülməz olacaqdır - susdu . Biraz düşünüb yenə sakit və aramla davam etdi :
- Mən sənə sakit həyat vəd edə bilərəm , bəlkə bir gun həyatın firtinasına düşə bilərik ancaq bu firtina ilə sən mübarizə aparacaqsan , sən özünü fırtinaya atacaqsan . Amma mənim də sənin əlindən tutmayacağından qorxursan .
- İstəmirəm, mənim üzümdən kimsənin başına bəla gəlsin , nə sənin , nə də Boranin .
- O zaman belə veziyyətdə nə etmək istəyirsən ?
- Təkbaşına savaşmaq istəyirəm , allb oğlumu da buralardan getmək istəyirəm vəssalam .
- Bu mümkündürmü ?
- Mümkündür .
- Necə ? Mənim ede biləcəyim bir iş varsa canla başla hazıram .
- Mənə güclü vəkil lazımdır . Oğlumun vəlaətini üzərimə ala bilim , sənədlərini öz adıma edıım , iş yerlərimi satıb buralardan uzaqlaşmaq istəyirəm . Bir onu bilirəm ki, indən sonra 10 dənə uşağım olsa da esla onları burda dünyaya gətirmərəm , burda yandığım qədər yandım , qovrulduğum qədər qovruldum . Yavuza hamilə qalanda başıma gələnləri bilirdim . Bilirdim ki , ən yaxşı bir insan olsa belə burda heç bir kişi qadını başa düşüb onu doğan anaya uşaq verməz . Keş kə mən o vaxt sənin yanına gələndə aldıra bıləydım , keş kə atan mənim orda qalmama şərait yaradaydı . SElcuq bəy kaş məni bunlara verməsəydi - susdu . Yenə araya sükut cökdü . Yenə Kənan dilləndi . Mən sənin həyatinda 2 yol gördüm . Mənimlə gediləcək yol , Boranla gediləcək yol . Sən ısə sadecə oğlunla gedə biləcəyin yolu cizirsan . Tək başına da olsa cətin olacaq . Olsun . Yenə mən sənə dəstək olacam . Ankaraya gedən kimi bu yol üçün bir şeylər düşünəcəm . Atamdan da kömək istəyəcəm . Sənəo vaxt sevgili kimi dəstək ola bilmədim, amma indi dost kimi dəstək olacağıma söz verirəm - deyib əlini sıxdı .
Beləcə vaxtın nə zaman kecdiyini bilmədilər . Atakanin zəngi bu qısa görüşü bitirdi :
- Qardaş , mən gəldim , vaxdır , mən səni aşağıda gözləyirəm ...
Bütün bunlar iş görə görə yadına gəlirdi . Boranın haqqında ona danışanda Kənanın necə qısqandığının şahidi olurdu . Nə qədər qısqansa da təmkinini pozmadan Aylaya cavab verirdi . O zaman da Kənan belə idi . Hər zaman Aylanı sevərək səbirlə dinlərdi , bir şeyə etirazı olsa belə onu qırmadan başa salırdı . Kənanı çox istəyirdi . Amma bu istək əvvəlki çilgın istək deyildi . Sadəcə hörmət idi . Keçmiş günlərin dəyəri idi . Lakin , Boran ...
Boranla hər fikirləri kəsişır , bir birilərini ağızların açmadan belə başa düşürdülər . Düşüncələrini qorxmadan çəkinmədən deyirdilər . İkisi də mübariz və məğrur idi . İkisi də məqsədinə çatmaq üçün inadkar idi , ikisi də çılğın ... çılğınlıqları da dəlisovdur .
Yatağına uzanıb gözlərini yumdu . Oteldə Kənanın otağından çıxanda onun qıcıqlandiraraq dediyi sözlər , qısqanc baxışları , ofisdəki ixtiyarsiz öpüşləri gözlərinin qarşısından kecdi. Əti ürpəndi , tükləri qabardı :
- Buna bax aaa bu nə cəsarət ? Səfeh , sənə kim ixtiyar vermişdi ki , mənimlə belə edəsən ? Hə kim ? Qalxıb yatağında bardaş qurub oturdu . Həmin səhnə gözlərinin qarşısindan getmırdi . Dodaqları gülümsəyir , gözləri parlayırdı . Səhnə gözlərinin qarşısında canlandiqca əlləri açılmış dızlərindən budlarına baldirlarına sığal çəkirdi . Gözlərı xumarlanaraq yumulur , özündən keçirdi .
- Rəddol get ,səfeh , oynama mənimlə , get , bir daha belə etsən ...
Xəyalındakı Boran onunla danışmağa başlamışdı :
- Neyniyəcəksən ?
- Neyniyəcəm ? Bilmirəm . Hər halda ya döyərəm səni , yada ...
- Ya da nə ?
- ...
- Hə nə ?
- Heç nə ...
- Yooo heç nə deyə bir şey yoxdur . , demək çəsarətin yoxdur düygularini dilinə gətirəsən .
- Var ,
- De o zaman , ya da nə ?
- Opərəm ...
- Deyək ki öpüşdük . Bəs sonra ?
- Sonra heç nə ?
- Yoox heçnə deyə bir şey yoxdur , de görüm sonra ?
İcindəki dialoqdan həzz alıb gülümsədı . Özünü arxası üstə yatağına atdı , gözləri pəncərələrə qapılara diqqət etdi . Pərdələr çəkilmış , qapı da bağlı idi , içərini sobanın içindəki kömürün alovları zəıf işıqlandırirdi .Alovların işığında iki kölgə sevişırdi . Sanki Boran qulağına pıçıldayırdı :
- Sonra ? Həə de gorüm sonra neyniyərdin ?
- Dedim ki, heç nə !
- Mən bilirəm .
- Nə bilirsən ? Bilmirsən !
- Bilirəm dedim , deyim ?
- Yox ...
- Deyəcəm ...
- Suss , demə ...
- Yaxşı, susuram . O zaman sən de ,
- Utanıram
- Utanma . De, hə ... sonra
-Sevişərdim ...
- Gəl sevişək ...
- Görərlər ,
- Hər tərəf örtülüdür ...soyun !
- Utanıram ...
Özünün əli bənənində gəzıb , sinəsində məkan tutdu . Hələ də Boran şeytan olub qulağına pıçıldayirdı :
- Utanma ,gəl , soyun sevışək ...
Köynəyinin qolunu çiynindən sürüşdürdü barmaqlari boynunda , çıyinlərində gəzdı . Yerinə qor dolmuşdu elə bil . Yanırdı , yanğısını söndürmək ücün özünü yatağında yorğan yastığa bükürdü . Xəyali Boranı onu sevir , onun butun bədəninə hakim olmuşdu. Nəfəsi tıncıxır , bədənin isti tər basırdı .
- Səni istəyirəm , Boran ! İndi istəyirəm , bu dəqıqə , gəl Boran , indi gəl elə indi ...- deyə pıçıldayaraq hönkürürdü...
Ağlaya ağlaya necə yuxuya getdiyindən xəbəri olmadı . Yuxu gorürdü , yuxuda görürdü Boranla yatıb , aralarında bir sılah var ,Ayla silahı aşıb Borana yaxınlaşmaq istəyir , Boran buna izin vermir . Yorğan döşəyin içində əlbəyaxa olurlar . Bu vaxt qapı döyülür. Və qapı öz özünə açılır . Yavuz qapıda peyda olur. Əlındəki tapancanı anasına tuşlayir və atəş açır ...
Yuxunun təsirindən gözünü açıb yerindən tərpənmədən qapıya baxır. Bağlı idi . Gözlərı otaqda dörd dolandı və anında da öz özünə güldü.
- Hec kim yoxdur qorxma .
Özünə dıqqət etdı başı döşəyin üstündə , yastıq qıçlarının arasında idi .
- Gör nə gündəyəm , mən də qadınam ? Mənə bu yaraşır ? Mən qadın ola bilmirəm ... Daşam daş ...
Deyib ayağa qalxdı . Bədəninin təri soymuşdu . Cox üşüyürdü . Bəlkə bir duş qəbul edə , rahatlanar. Hamama keçıb suya baxdı . Aristonu axşamdan söndürmüşdü . İsitmək üçün acdı . Soba da sönmək üzrə idi . Amma üstünə qoyduğu güğum hələ də cızıldayirdı . Kömürü qarışdırıb , bir odun , onun da üstünə kömür qoyub .işığı söndürərək yatağına kecdı .
Bu vaxt qapıdakı səs diqqətini çəkdı . Pənçərəyə boylandı . Qalxıb qapıya gəldi . Gözlükdən baxdı . Qaranlıqda kölgə görünürdü amma kim idi tanıya bilmədi . Qapı təkrar təkrar yavaşdan tıqqıldanırdı .
- Kimsız ?
Bayirdan səs gəlmirdi sadecə qapı səssiz döyülürdü . Sanki ''aç'' demək istəyirdi .
Buralarda oğurluq olmazdı . Ogru gəlməzdı . Həm də bu dağ başına yad adam da gəlməzdi . Bu adam kimdirsə bura adamıdır . Odur ki , ürəkləndi . Eyni zamanda ehtiyyat etdi . Bəlkə Eyvazdir ? Bəlkə qaçıb ? Ona görə gizli gəlib . Qapı yavaşdan lakin daha sürətlə doyülməyə başlamışdı . Yenə gözlukdən baxdı . Kölgə təşviş içində olduğu bəlli idi . Ətrafa tez tez boylanirdi .
- Kimsiz , nə istəyirsiz ?
Adam başın qapıya yaxınlaşıb nəsə dedı , eşıtmədi .
Ayla qaçıb divardan acdığı tüfəngı göturub atışa hazır vəziyyət aldı . Eyvaz olsaydı atacaqdı . Qapını açıb özu kənara çəkildı . Tüfəngi üzünə tutub gözlədı . Qapı ehmalca açıldı və öncə bir addım içəri atıldı sonra bədəni içəri daxıl oldu . Başı isə hələ bayıra nəzarət edirdı .
- Dayan ! Kimsən ?
Anıdən baş qapıdan içəri girdi və Aylaya baxdı .
- Sənin nə işin var burda ?- Boranı qarşısında görüncə çaşdığından tüfəngın lüləsini aşağı endirdi .
- Ssssuuss sakıt ... - Boran Aylanın əlindəki tüfəngə baxdı - Nədir yoxsa məni vurasan ?
Elə bu zaman Ayla özünə gəlib tüfəngi tez üzünə qaldırdı .
- Niyə gəldin ?
- Seni sevməyə !
Aylanın gözlərinin qarşısında biraz öncəki xəyalı gəzdı . Aylanın susduğunu görüb Boran daha da cəsarətləndi :
- İkimiz də istəyirik deyilmi ? Sən məni sevmək istəyirsən , mən də səni .
- Çıx get burdan !
- Belə etmə Aylam .
Ayla silahı onun sinəsinə dayadı .
- Sənə bu cəsarəti kim verib ki , gecənin bu cağı qapıma gələsən ?
- Sənin gözlərin , sənin nəfəsin , sənin baxışların .
- Mənə nağıl oxuma , çıx bayra ! Tez , tez...
- Gəl gedək buralardan , qurban olum Ayla , çıxaq gedək yeni həyata başlayaq .Amerikaya gedərik .orda bizi heç kim tanımır .
- Dəli olmusan ?
- hə vallah , dəli olmuşam , ürəyimlə, ağlımla bacara bilmirəm . Bilirəm sən də məni sevirsən , mən gedərsəm , sən də mənsiz yaşamarsan ! Qurban olum , burda heç nə olmur . Burda bisim nə başlanğıcımız , nə də sonumuz mümkün deyil . Bizi qınayarlar .''Atasının adı üzərində keçmiş, bir qadınla evləndi'' deyərlər . Hər kəs üstümüzə gələr .
- Bəs sən mübariz idin, heç nədən qorxmurdun ?
- Qorxmuram amma burda həyatımız davam etməz , uçuruma gedərik - tüfəngin lüləsini tutub ürəyinə sixdi:
- Vur bu sevən qəlbim dayansın . Mən sevə sevə yaşamaq istəyirəm , sevə sevə olmək yox .
- Burax !!! Burax tüfəngi . Özün öz xoşunla get , əlimi qana bulama .
- Yaxşı ...- Boran Aylanın gözlərinə baxdı . Gecənin qaranlığında dil ''get,, desə də , gözlər ''getmə,, deyirdı :
- Gedirəm Aylam . Üzür istəyirəm , yenə də hisslərimə hakim ola bilmədim . Bağışla .
Boran gəldiyi kimi qorxa qorxa yox , başıni dik tutub qapıdan çıxdı .
Ayla tügəngin qundağını yerə qoyub tüfəngı qucaqlayaraq yerə çökdü . Yanaqlarından iki damla yaş süzdü. Başını tüfəngə söykəyib ,bir əli ilə özünü boğmağa başladı :
- Sən də mi qadınsan ? Sən dəmi qadinsan , həə ? Sən də mi ?- deyə başını tüfəngə vurdu ...
18 BÖLÜM
18 BÖLÜM
- Zeynəb qızım , aç qapını Zeynəb ...
Anam az qala qapını qıracaqdı . Məktuba necə dalmışdımsa , anamın bayaqdan qapını döyməsindən xəbərim belə olmamışdı .
- Noldu ana ?Gəldim , gəldim - əlimdəki məktubları yastığımın altına basıb qapını açdım .
- Qızım bu nə yatmaqdır? Bayaqdan qapını az qala sındıracaqdım , niyə açmırsan qapını ?
- Aaa... ana eşitməmişəm ...
- Sən yatmamışdın? Çox yorğun görünürsən . Nolub qızım .
- Heç ana kitab oxuyurdum - deyə masanin üstündəki Zeynəbə oxuduğum nağıl kitabını göstərdim .
- Kos- koca qız oldun amma sən hələ bu nağıl kitablarından əl çəkməmisən ...
Araya sükut cökdü . Anam cox narahat görünürdü . Nəsə sözlü adama oxşayırdı .
- Noldu ana ?
- Qızım , çoxdandır heç doğru dürüst danışa bilmirik . İş - işdən də evə gəlib otağına çəkilirsən . Üzünü görməz , dərdini bilməz olduq . Dərdin nədir sənin ?
- Vallah bir şey yoxdur , ana .
- Sen işdəydin , Gulsər gəlmişdi . İrfanın xalası . Məhəllədə gəzən dedi - qoduonların da qulağına çatıb .
Ozümü məşgul göstərmək üçün dolabımı qarışdırırdım , amma qulağım anamdaydı .
- Bir şey demiyəsən ?
- Nə deyim ana ?
- Bu nişan ərəfəsində gərək belə şey olmayaydı , İrfan yaxşı oğlandır , ailələrı də yaxşıdır , əldən qacası qısmət deyil
- İndi neyləyim deyirsən ? Gedim ayaqlarına düşüm yalvarımmı ?
- Yox ... Deyirəm irfan gələnə qədər bir onları qonaq cağıraq , məsələyə aydınlıq gətirək , sənin o şikəslə hec bir əlaqən olmadığını deyək . O başdan xarab xəstədir deyək .
- Ana o nə xəstədir , nə də başdan xarabdir . O mənim bu dünyada gördüyüm , ən mükəmməl insandır . Başa qüşdün ? Hətta İrfan onun tüpürdüyü tüpürcək belə ola bilməz - özümdən asılı olmayaraq səsim yükəlirdi. Mən onu sevirəm ana , başa düşürsən ? Sevirəm .
- Sus qız , sus . Sevirsən bəs bu nə hoqqadır çıxarırsan ? Niyə İrfana ümüd verirsən ? Həm axı qardaşların səni o şikəstə yem edermi hec ? Bir düşündünmü ?
- Məni hec kim maraqlandirmir . Nə qardaşlarım , nə də İrfan . Amma Kənanla da olmayacaq .
- Oyyy allahım oooyyy, bu nə işdi başımıza gəldi . Zülüm zillətlə uşaq böyüt ,bu yaşa gətir çixart , mürvətini görmək istə , bu da belə - anam ağlansınıb əllərini dizlərinə çırpdı .
- İndi nə düşünürsən .
- Bilmirəm ana qərarsiz qalmışam .
Telefonun səsı bizi söhbətimizdən ayirdı . İrfan idi , gecə 3 də Almaniyadan uçacaqdı .
- Qalx qızım qalx , gəlinlərlə sarmaları , ışli köftələri hazırlamışıq , sən də başla kurabiyələri paxlavanı elə . Sabah işdəsən catdıra bilməyəsən . Börəkləri mən sabah edib isti isti süfrəyə qoyacam .
Anam mənim halıma acısa da , irfanın gəlişinə həvəslənirdi . Hələ xarıcı pasportum gələndə , onu görsəydiz , bir kövrəlmişdi ki ...
.. İşdən gələndə evimiz adamla dolu idi . Çəkmələrimi çıxarıb içəri girəndə qapı ağzında məni İrfan qarşıladı . İlk dəfə idi onunla üz üzə gəlirdim . Telefonda tamamı ilə ferqlı gorünürdü . Çox zəif və çəlimsiz bir adam imiş . Hardasa mənim yarımın yarısi qədər , boyu balaca , ovurdları almacıq sümüklərinə yapışmış , bu da onu daha yaşlı göstərirdi . Mən ondan 1 yaş böyük olduğum halda ona yoxsa 45 yaş vermək olardı . Ağız yanlarindaki , göz ətrafindaki , boynundaki qırışlar çox dərin idi . İllah ki , donba gozləri belə mənə qorxunc görsəndi . Gülümsəyərkən belə irəli çıxan saralıbrəngini dəyişmiş dişləri , onu məzardan gələn xortdağa oxşadırdı .
- Xoş gəldin əzızım - deyib mənə əlini uzatdı .
Nəzakət xətrinə əlindən tutub salamlaşınca anidən üzümdən öpdü . Nəfəsindən gələn kəskin tütün qoxusu mədəmi qaynatdı .
"Yoxxx, mən bu insanla yaşaya bilmərəm" - deyə elə anındaca qərarımı verdi .
- Necəsən Zeynəb , səni görmək üçün elə səbirsizlənirdim ki , deyildiyi qədir varsan maşallah . Gözəl imişsən - məni başdan ayağa süzdü :
- Şükür qovuşdurana - deyib alnima tökülən saçımı geri çəkdi ,
- Sağolun təşəkkür edirəm - deyib paltomun düymələrini açdım.
- Nə təşəkkür , elə bir darıxmışam ki sənin üçün , sevən sevdiyi üçün darıxmazmı ? Həsrətimiz sona çatdı , qovuşduq - deyib paltomu əlimdən alıb asılqandan asdı , ev ayaqqabılarımı geyinib dəhlızə keçəçəkdim ki ,belimə ilan kimi bir şey dolaşdı . İrfanın qolları idi :
- Dayan , nə edirsən , ayıbdır - onun qollarının arasından çıxmağa çalışdım .
- Sən darıxmadın mənim üçün ? Hə əzizim , bu günlər üçün səbirsizləşmədin?
- Dayan görək hələ ...
İrfanın qollarını belimdən qoparıb özümü otağıma ataraq qapını çəkdim .
- İt oğlu it , səfeh ... deyərək onu söyməyə başlamışdım , mədəm qaynayirdı , öyüyə öyüyə qalmışdım . Nəfəsinin qoxusu burnumdan getmirdi . Pəncərənin qabağından koloniyani götürüb tələsik ovcuma boşaltdım ,yanaqlarıma boynuma sürtüm ovcumu iylədim . Nəfəsim əməllı başlı genışləndi .
- Qızım ? Qapını aç görüm !
Qapını açan kimi , anam içəri keçıb qapını örtdü. Qapıya söykənib pıcıldadı :
- Necəsən qızım ?
- Çox pis ! - Başımı buladım .
- Bəyənmədinmi ?
Üz gözümü turşüdüb , başımla etiraz etdim .
- Nə düşünürsən indi ?
- Buralardan getmək üçün onunla evlənəcəm .
Anam yenə pıçıltıyla, səs tonunu dəyişmədən dilləndi :
- Evlilik çare deyil qızım , bəyənmirsən , evlənməyə məcbur deyilsən .
- Başqa yolummu var ? Onu unutmaq üçün buralardan getməliyəm .
- Get başqa şəhərə !
- SV -lərim hələ boşdur , cavab gəlmədi , hara gedim ana ?
- İndi nə deyirsən ? Sabah nişan taxılacaqmı ?
- Taxılacaq ana .
- Sonradan peşıman olacağın qərarı inadına salıb vermə .
- Sən narahat olma , ana - deyib anamı qucaqlayıb öpdüm və qapıdan çıxaraq salona keçdim .
4 gundən sonra nigahımız idi . Burda toy olmayacaqdı . İrfanın ailəsi Almaniyada yaşadığı üçün , burda bizim qohum əqrabanın şahidliyi ilə düzənlənmiş qonaqliq və rəsmi nigahdan sonra , İtaliyaya bal ayına gedəcəkdik . Biletlərimiz alınmış , oteldə yerimiz ayrılmışdı . İrfanın bir aylıq izin günü var idi . Bu bir ayın içındə həm toyu , həm bal ayımızı bitirməli idik . Bir həftəlik bal ayindan sonra ordan Almaniyaya gedib , toy edəcəkdik .
Bu dörd günün içərisində İrfanı çözmüşdüm , həddindən artıq qısqanc olsa da əli açıq idi , hiss edirdim ki , özü tör töküntü və baxımsız olsa da , müasir düşüncəli adam idi . Ev dekoruna , bağ baxca düzəninə hədsiz diqqət edən biri idi . Ağız dadi da əlaydı . Bəs niyə bu yeyişlə belə zəif idi, bilmirəm . Mənə bir şey alanda əsla əlin geri çəkməzdi . Bu günün sabahi var deməzdi . Barmağımı nəyin üstünə qoysam bahalığına ucuzluğuna baxmazdı , hər görüşümüzdə aldıqlarından başqa cibimə də "xərclik " qoyurdu.
Kənanin məhəlləmizdəki evlənmə təklifi onun qulağına da çatmışdı . Qısqanclıq hissi sevgisindən güçlü gəlirdi ona . Məndən hesabat istəyirdı . Mən isə bir kəlmə :
- O mənim həyatda ilk sevgim idi , və unudulmaz günlər yaşadiq , esla və əsla peşiman olmayacağım bir günlər idi, onunla keçirdiyim günləər . Nə olduysa yaşandı , oldu , bitdı . Mən artıq yeni həyata başlamaq istəyirəm . Mənimlə bu həyata varsansa , ver əlini əlimə . Bu yola bərabər çıxaq , yox əgər yoxsansa başlamadan bu işi bitirək .
Məni belə qəbul etsə də qisqanaraq hər sözünün başında , sonunda onu mənə xatırlatması məni qıcıq edirdi . Səbr edirdim . Amma nə zamana qədər ? Dəfələrlə :
- Mən sənin keçmişinlə maraqlanmıram . Az yaşın yoxdur , bilirəm ki mütləq həyatında qadın olub . Bəlkə də sevmisən , bəlkə də əylənmisən . Mən onları kecmişin bir parcası sayiram . Oldu , yaşandı, bitdi . Artıq irəli baxma zamanı - desəm də , kor tutduğunu buraxmayan kimi o da mənim keçmişimi buraxmırdı . Və nəhayyət bütün sənəd işləri bitdikdən sonra , Bələdiyəyə resmi nigah üçün müraciət etdik . İki gün sonra nigahımız idi .
İşımdən elə bu gün çıxışımı alıb , son iş günümü işləyirdim . Xəstələrimlə və iş yoldaşlarımla sağollaşıb , halallaşdim . Ailə quracağımı eşıdib bütün şöbə məni təbrikə gəlmişdilər . Bu ailə mənim üçün vacib olmasa da özümü xoşbəxt görsətməyə çalışırdım . İş yoldaşlarım bu son günün şərəfinə yaxnlıqdaki şirniyat evindən gözəl bir tort alıb xəstəxananın ümumi dincəlmə otağında balaca bir masa da qurmuşdular . Hərkəs deyib gülüb əylənərkən telefonuma gələn mesaj diqqətimi çəkdi . Bir neçə ay bundan qabaq İş üçün doğu bölgəsinə müracət etdiyim otellərin birindən iş təklifi idi ...
Anam az qala qapını qıracaqdı . Məktuba necə dalmışdımsa , anamın bayaqdan qapını döyməsindən xəbərim belə olmamışdı .
- Noldu ana ?Gəldim , gəldim - əlimdəki məktubları yastığımın altına basıb qapını açdım .
- Qızım bu nə yatmaqdır? Bayaqdan qapını az qala sındıracaqdım , niyə açmırsan qapını ?
- Aaa... ana eşitməmişəm ...
- Sən yatmamışdın? Çox yorğun görünürsən . Nolub qızım .
- Heç ana kitab oxuyurdum - deyə masanin üstündəki Zeynəbə oxuduğum nağıl kitabını göstərdim .
- Kos- koca qız oldun amma sən hələ bu nağıl kitablarından əl çəkməmisən ...
Araya sükut cökdü . Anam cox narahat görünürdü . Nəsə sözlü adama oxşayırdı .
- Noldu ana ?
- Qızım , çoxdandır heç doğru dürüst danışa bilmirik . İş - işdən də evə gəlib otağına çəkilirsən . Üzünü görməz , dərdini bilməz olduq . Dərdin nədir sənin ?
- Vallah bir şey yoxdur , ana .
- Sen işdəydin , Gulsər gəlmişdi . İrfanın xalası . Məhəllədə gəzən dedi - qoduonların da qulağına çatıb .
Ozümü məşgul göstərmək üçün dolabımı qarışdırırdım , amma qulağım anamdaydı .
- Bir şey demiyəsən ?
- Nə deyim ana ?
- Bu nişan ərəfəsində gərək belə şey olmayaydı , İrfan yaxşı oğlandır , ailələrı də yaxşıdır , əldən qacası qısmət deyil
- İndi neyləyim deyirsən ? Gedim ayaqlarına düşüm yalvarımmı ?
- Yox ... Deyirəm irfan gələnə qədər bir onları qonaq cağıraq , məsələyə aydınlıq gətirək , sənin o şikəslə hec bir əlaqən olmadığını deyək . O başdan xarab xəstədir deyək .
- Ana o nə xəstədir , nə də başdan xarabdir . O mənim bu dünyada gördüyüm , ən mükəmməl insandır . Başa qüşdün ? Hətta İrfan onun tüpürdüyü tüpürcək belə ola bilməz - özümdən asılı olmayaraq səsim yükəlirdi. Mən onu sevirəm ana , başa düşürsən ? Sevirəm .
- Sus qız , sus . Sevirsən bəs bu nə hoqqadır çıxarırsan ? Niyə İrfana ümüd verirsən ? Həm axı qardaşların səni o şikəstə yem edermi hec ? Bir düşündünmü ?
- Məni hec kim maraqlandirmir . Nə qardaşlarım , nə də İrfan . Amma Kənanla da olmayacaq .
- Oyyy allahım oooyyy, bu nə işdi başımıza gəldi . Zülüm zillətlə uşaq böyüt ,bu yaşa gətir çixart , mürvətini görmək istə , bu da belə - anam ağlansınıb əllərini dizlərinə çırpdı .
- İndi nə düşünürsən .
- Bilmirəm ana qərarsiz qalmışam .
Telefonun səsı bizi söhbətimizdən ayirdı . İrfan idi , gecə 3 də Almaniyadan uçacaqdı .
- Qalx qızım qalx , gəlinlərlə sarmaları , ışli köftələri hazırlamışıq , sən də başla kurabiyələri paxlavanı elə . Sabah işdəsən catdıra bilməyəsən . Börəkləri mən sabah edib isti isti süfrəyə qoyacam .
Anam mənim halıma acısa da , irfanın gəlişinə həvəslənirdi . Hələ xarıcı pasportum gələndə , onu görsəydiz , bir kövrəlmişdi ki ...
.. İşdən gələndə evimiz adamla dolu idi . Çəkmələrimi çıxarıb içəri girəndə qapı ağzında məni İrfan qarşıladı . İlk dəfə idi onunla üz üzə gəlirdim . Telefonda tamamı ilə ferqlı gorünürdü . Çox zəif və çəlimsiz bir adam imiş . Hardasa mənim yarımın yarısi qədər , boyu balaca , ovurdları almacıq sümüklərinə yapışmış , bu da onu daha yaşlı göstərirdi . Mən ondan 1 yaş böyük olduğum halda ona yoxsa 45 yaş vermək olardı . Ağız yanlarindaki , göz ətrafindaki , boynundaki qırışlar çox dərin idi . İllah ki , donba gozləri belə mənə qorxunc görsəndi . Gülümsəyərkən belə irəli çıxan saralıbrəngini dəyişmiş dişləri , onu məzardan gələn xortdağa oxşadırdı .
- Xoş gəldin əzızım - deyib mənə əlini uzatdı .
Nəzakət xətrinə əlindən tutub salamlaşınca anidən üzümdən öpdü . Nəfəsindən gələn kəskin tütün qoxusu mədəmi qaynatdı .
"Yoxxx, mən bu insanla yaşaya bilmərəm" - deyə elə anındaca qərarımı verdi .
- Necəsən Zeynəb , səni görmək üçün elə səbirsizlənirdim ki , deyildiyi qədir varsan maşallah . Gözəl imişsən - məni başdan ayağa süzdü :
- Şükür qovuşdurana - deyib alnima tökülən saçımı geri çəkdi ,
- Sağolun təşəkkür edirəm - deyib paltomun düymələrini açdım.
- Nə təşəkkür , elə bir darıxmışam ki sənin üçün , sevən sevdiyi üçün darıxmazmı ? Həsrətimiz sona çatdı , qovuşduq - deyib paltomu əlimdən alıb asılqandan asdı , ev ayaqqabılarımı geyinib dəhlızə keçəçəkdim ki ,belimə ilan kimi bir şey dolaşdı . İrfanın qolları idi :
- Dayan , nə edirsən , ayıbdır - onun qollarının arasından çıxmağa çalışdım .
- Sən darıxmadın mənim üçün ? Hə əzizim , bu günlər üçün səbirsizləşmədin?
- Dayan görək hələ ...
İrfanın qollarını belimdən qoparıb özümü otağıma ataraq qapını çəkdim .
- İt oğlu it , səfeh ... deyərək onu söyməyə başlamışdım , mədəm qaynayirdı , öyüyə öyüyə qalmışdım . Nəfəsinin qoxusu burnumdan getmirdi . Pəncərənin qabağından koloniyani götürüb tələsik ovcuma boşaltdım ,yanaqlarıma boynuma sürtüm ovcumu iylədim . Nəfəsim əməllı başlı genışləndi .
- Qızım ? Qapını aç görüm !
Qapını açan kimi , anam içəri keçıb qapını örtdü. Qapıya söykənib pıcıldadı :
- Necəsən qızım ?
- Çox pis ! - Başımı buladım .
- Bəyənmədinmi ?
Üz gözümü turşüdüb , başımla etiraz etdim .
- Nə düşünürsən indi ?
- Buralardan getmək üçün onunla evlənəcəm .
Anam yenə pıçıltıyla, səs tonunu dəyişmədən dilləndi :
- Evlilik çare deyil qızım , bəyənmirsən , evlənməyə məcbur deyilsən .
- Başqa yolummu var ? Onu unutmaq üçün buralardan getməliyəm .
- Get başqa şəhərə !
- SV -lərim hələ boşdur , cavab gəlmədi , hara gedim ana ?
- İndi nə deyirsən ? Sabah nişan taxılacaqmı ?
- Taxılacaq ana .
- Sonradan peşıman olacağın qərarı inadına salıb vermə .
- Sən narahat olma , ana - deyib anamı qucaqlayıb öpdüm və qapıdan çıxaraq salona keçdim .
4 gundən sonra nigahımız idi . Burda toy olmayacaqdı . İrfanın ailəsi Almaniyada yaşadığı üçün , burda bizim qohum əqrabanın şahidliyi ilə düzənlənmiş qonaqliq və rəsmi nigahdan sonra , İtaliyaya bal ayına gedəcəkdik . Biletlərimiz alınmış , oteldə yerimiz ayrılmışdı . İrfanın bir aylıq izin günü var idi . Bu bir ayın içındə həm toyu , həm bal ayımızı bitirməli idik . Bir həftəlik bal ayindan sonra ordan Almaniyaya gedib , toy edəcəkdik .
Bu dörd günün içərisində İrfanı çözmüşdüm , həddindən artıq qısqanc olsa da əli açıq idi , hiss edirdim ki , özü tör töküntü və baxımsız olsa da , müasir düşüncəli adam idi . Ev dekoruna , bağ baxca düzəninə hədsiz diqqət edən biri idi . Ağız dadi da əlaydı . Bəs niyə bu yeyişlə belə zəif idi, bilmirəm . Mənə bir şey alanda əsla əlin geri çəkməzdi . Bu günün sabahi var deməzdi . Barmağımı nəyin üstünə qoysam bahalığına ucuzluğuna baxmazdı , hər görüşümüzdə aldıqlarından başqa cibimə də "xərclik " qoyurdu.
Kənanin məhəlləmizdəki evlənmə təklifi onun qulağına da çatmışdı . Qısqanclıq hissi sevgisindən güçlü gəlirdi ona . Məndən hesabat istəyirdı . Mən isə bir kəlmə :
- O mənim həyatda ilk sevgim idi , və unudulmaz günlər yaşadiq , esla və əsla peşiman olmayacağım bir günlər idi, onunla keçirdiyim günləər . Nə olduysa yaşandı , oldu , bitdı . Mən artıq yeni həyata başlamaq istəyirəm . Mənimlə bu həyata varsansa , ver əlini əlimə . Bu yola bərabər çıxaq , yox əgər yoxsansa başlamadan bu işi bitirək .
Məni belə qəbul etsə də qisqanaraq hər sözünün başında , sonunda onu mənə xatırlatması məni qıcıq edirdi . Səbr edirdim . Amma nə zamana qədər ? Dəfələrlə :
- Mən sənin keçmişinlə maraqlanmıram . Az yaşın yoxdur , bilirəm ki mütləq həyatında qadın olub . Bəlkə də sevmisən , bəlkə də əylənmisən . Mən onları kecmişin bir parcası sayiram . Oldu , yaşandı, bitdi . Artıq irəli baxma zamanı - desəm də , kor tutduğunu buraxmayan kimi o da mənim keçmişimi buraxmırdı . Və nəhayyət bütün sənəd işləri bitdikdən sonra , Bələdiyəyə resmi nigah üçün müraciət etdik . İki gün sonra nigahımız idi .
İşımdən elə bu gün çıxışımı alıb , son iş günümü işləyirdim . Xəstələrimlə və iş yoldaşlarımla sağollaşıb , halallaşdim . Ailə quracağımı eşıdib bütün şöbə məni təbrikə gəlmişdilər . Bu ailə mənim üçün vacib olmasa da özümü xoşbəxt görsətməyə çalışırdım . İş yoldaşlarım bu son günün şərəfinə yaxnlıqdaki şirniyat evindən gözəl bir tort alıb xəstəxananın ümumi dincəlmə otağında balaca bir masa da qurmuşdular . Hərkəs deyib gülüb əylənərkən telefonuma gələn mesaj diqqətimi çəkdi . Bir neçə ay bundan qabaq İş üçün doğu bölgəsinə müracət etdiyim otellərin birindən iş təklifi idi ...
- Siz , İrfan Fevzi oğlu Karakoç , Zeynəb Muhərrəm qızı Akçayı həyat yoldaşınız olaraq qəbul edirsiz ?
- Bəli - alqışlar gurladı . Gözlərimin ucu ilə anama baxdım gözlərində yaş gilələnmişdi . Bu yaşlar sevincimi ifadə edirdi , mənə acımağımı - çözə bilmirdim . Biraz əvvəl evdən çıxanda anam məni qucaqlayıb üzümdən öpərək :
- Qizim , həyatını kor inada qurban etmə , evlilik problemin sonu deyil , əgər bu evlilik ürəyincə deyilsə ... - deməsi hələ də qulaqlarımda cingildəyirdi .
- Zeynəb xanım ? - məmurun səsi məni düşüncələrimdən ayırdı . Ətrafa boylandım . Bütün hamının nigaran baxışları mənə zillənmişdi . Məmura baxdım .
-Siz , Zeynəb Məhərrəm qızı Akçay , heç kimsənin təsiri və məcburiyyəti olmadan İrfan Fevzi oğlu Karakoçu özünüzə həyat yoldaşı olaraq qəbul edirsinizmi ?
Bir müddət qarşımdakı çıçəyə baxaraq aldım , gözlərimin qarşısında Kənanın binamızın önüdəki evlilik təklifi canlandı . Üzündə neçə də xoşbəxtlik var idi ...
- Bəli ... alqışlar gurladı . Yanımda oturmuş İrfan mənə baxaraq dərindən nəfəs aldı . Nəfəsinin ağır qoxusu üzümə dəydi , ürəyim xirtdəyimdən çıxacaqdı hardasa .
- O zaman mən də Türkiyyə cümhuriyyəti qanunlarina əsaslanaraq sizləri ər və arvad elan edirəm . Alqışlar bağırışmalar belə əsəblərimə toxunurdu. Həyatımın bəlkə də ən boyük səhvini edirdim . Özüm öz bədbəxtliyimə imza atırdım bəlkə də .
İrfan imza atıb kiitabı qarşıma qoydu . Qələmı alıb qol çəkəcəkdim ki , ayagima basıb üzümə şit sit ilişdi . Yerdən təəsüüf doğuran səslər yüksəcdı . Üzünə baxmasam da gülüşü gözlərimin qarşısinda canlandı , saralmış iri dişləri , ölü rəngı kimi sarı sifətinı şit gülüşləri daha da eybəcər edirdi . Hələ nəfəsi, ıııyyy ... " İlahi mən onunla neçə bir yastığa baş qoyacam ? Onunla bu gün eyni həyata addım atmaq istəyirəm , bu gün bizim ilk günümüzdür , dözə bilmirəm . Hələ irəlidə neçə bərabər günlərimiz var ?
- Zeynəb , məmur səni gözləyir -İrfan dilləndi . Dönüb onun üzünə , sonra anama baxdım , anam çənəsini əlləri ilə sıxıb gözlərini yummuşdu . Deyəsən həmişəki kimi dua edirdı .
Qulaqlarımda anamın sözləri , gözlərimin qarşısında isə doğudan gələn iş mesajı səslənirdi . Qələmı kitabın arasına qoyub gəlinliyimin ətəyini əlimə yığdım . Hamı təcüüb içərisində nə edəcəyimi izləyirdi .
- Bağışlayın , mən bu evliliyi qəbul etmirəm - dediyim yerdə qolumun sıxıldığını gördüm . İrfan qolumu sıxıb var gücü ilə məni aşağı oturtmağa calışırdı .
- Otur aşağı , imza at !
- Burax , mən evlənmək istəmirəm .
- İstəyəcəksən , hər şey sənin istədiyin kimi olmur Zeynəb xanim !!!
Goz yaşlarım içində salona baxdım , millət bir birinə dəymişdı . Bir anam yerindən tərpənməmişdi . Necə var elə dayanmışdı . Dəyişən bir şey vardı . Yumulmuş gözlərinin cuxurunda iki mirvari parlayirdi . Kipriklər sulanmışdı .
- Evlənmirəm - deyə qışqırdım .
Məmur masanın üstundəki kitabı götürüb örtəndə İrfan qolumu buraxıb məmurun əlindən kitabı almaq istədi .
- Burax qardaşım , xanım ərə getmək istəmir , məcbur alacaqsan ?
- Hə məcbur ...
İrfanın əlindən çıxıb qaçdim . Anamı qucaqlayıb bağrıma basdım . Gözlərini açıb üzümə baxdı .
- Doğru qerar verdin qızım, təbrik edirəm seni - dedi .
- Haqqını halal et ana ! - dedım .
Anamın " Haqqım sənə halal olsun" deyişi ayaqqabılarımın səsinə qarışdı .
Taksiyə minəndə İrfan nigah daırəsindən çıxıb taksinin arxasınca qaçırdı .
Ayşəgül gilin blokuna girib piləkənlərində oturdum . Əlimdəki telefonla Ayşəgülün nömrəsini yığdim . Onlar nigah dairəsində qalmışdılar .
- Zeynəb ? Hardasan ? Bayaqdan səni axtarırıq , İrfan dəliyə dönüb .vurub salonun vazolarını , güllərini sındırdı ...
- Bax nə deyəcəm , Ayşəgül . Yerimi heç kimə demə haa. Sizin evdəyəm . Tez gəl !
- Nə ? Bizdəsən ?
- Sus ... sakit ! Eşıtməsinlər .
- Hə, canim mən bu dəqiqə .
- Hə bir də , bir xahişim var . Qapıda taksi gözləyir , onun da pulunu verərsən .
- Hansı qapıda ? Nə taksi ?
- Sizin binanın önündə , məni buraya gətirən taksi .
- Oldu canım , indi bu dəqiqə gəlirəm , bax elə indi, gözlə ...
- Bəli - alqışlar gurladı . Gözlərimin ucu ilə anama baxdım gözlərində yaş gilələnmişdi . Bu yaşlar sevincimi ifadə edirdi , mənə acımağımı - çözə bilmirdim . Biraz əvvəl evdən çıxanda anam məni qucaqlayıb üzümdən öpərək :
- Qizim , həyatını kor inada qurban etmə , evlilik problemin sonu deyil , əgər bu evlilik ürəyincə deyilsə ... - deməsi hələ də qulaqlarımda cingildəyirdi .
- Zeynəb xanım ? - məmurun səsi məni düşüncələrimdən ayırdı . Ətrafa boylandım . Bütün hamının nigaran baxışları mənə zillənmişdi . Məmura baxdım .
-Siz , Zeynəb Məhərrəm qızı Akçay , heç kimsənin təsiri və məcburiyyəti olmadan İrfan Fevzi oğlu Karakoçu özünüzə həyat yoldaşı olaraq qəbul edirsinizmi ?
Bir müddət qarşımdakı çıçəyə baxaraq aldım , gözlərimin qarşısında Kənanın binamızın önüdəki evlilik təklifi canlandı . Üzündə neçə də xoşbəxtlik var idi ...
- Bəli ... alqışlar gurladı . Yanımda oturmuş İrfan mənə baxaraq dərindən nəfəs aldı . Nəfəsinin ağır qoxusu üzümə dəydi , ürəyim xirtdəyimdən çıxacaqdı hardasa .
- O zaman mən də Türkiyyə cümhuriyyəti qanunlarina əsaslanaraq sizləri ər və arvad elan edirəm . Alqışlar bağırışmalar belə əsəblərimə toxunurdu. Həyatımın bəlkə də ən boyük səhvini edirdim . Özüm öz bədbəxtliyimə imza atırdım bəlkə də .
İrfan imza atıb kiitabı qarşıma qoydu . Qələmı alıb qol çəkəcəkdim ki , ayagima basıb üzümə şit sit ilişdi . Yerdən təəsüüf doğuran səslər yüksəcdı . Üzünə baxmasam da gülüşü gözlərimin qarşısinda canlandı , saralmış iri dişləri , ölü rəngı kimi sarı sifətinı şit gülüşləri daha da eybəcər edirdi . Hələ nəfəsi, ıııyyy ... " İlahi mən onunla neçə bir yastığa baş qoyacam ? Onunla bu gün eyni həyata addım atmaq istəyirəm , bu gün bizim ilk günümüzdür , dözə bilmirəm . Hələ irəlidə neçə bərabər günlərimiz var ?
- Zeynəb , məmur səni gözləyir -İrfan dilləndi . Dönüb onun üzünə , sonra anama baxdım , anam çənəsini əlləri ilə sıxıb gözlərini yummuşdu . Deyəsən həmişəki kimi dua edirdı .
Qulaqlarımda anamın sözləri , gözlərimin qarşısında isə doğudan gələn iş mesajı səslənirdi . Qələmı kitabın arasına qoyub gəlinliyimin ətəyini əlimə yığdım . Hamı təcüüb içərisində nə edəcəyimi izləyirdi .
- Bağışlayın , mən bu evliliyi qəbul etmirəm - dediyim yerdə qolumun sıxıldığını gördüm . İrfan qolumu sıxıb var gücü ilə məni aşağı oturtmağa calışırdı .
- Otur aşağı , imza at !
- Burax , mən evlənmək istəmirəm .
- İstəyəcəksən , hər şey sənin istədiyin kimi olmur Zeynəb xanim !!!
Goz yaşlarım içində salona baxdım , millət bir birinə dəymişdı . Bir anam yerindən tərpənməmişdi . Necə var elə dayanmışdı . Dəyişən bir şey vardı . Yumulmuş gözlərinin cuxurunda iki mirvari parlayirdi . Kipriklər sulanmışdı .
- Evlənmirəm - deyə qışqırdım .
Məmur masanın üstundəki kitabı götürüb örtəndə İrfan qolumu buraxıb məmurun əlindən kitabı almaq istədi .
- Burax qardaşım , xanım ərə getmək istəmir , məcbur alacaqsan ?
- Hə məcbur ...
İrfanın əlindən çıxıb qaçdim . Anamı qucaqlayıb bağrıma basdım . Gözlərini açıb üzümə baxdı .
- Doğru qerar verdin qızım, təbrik edirəm seni - dedi .
- Haqqını halal et ana ! - dedım .
Anamın " Haqqım sənə halal olsun" deyişi ayaqqabılarımın səsinə qarışdı .
Taksiyə minəndə İrfan nigah daırəsindən çıxıb taksinin arxasınca qaçırdı .
Ayşəgül gilin blokuna girib piləkənlərində oturdum . Əlimdəki telefonla Ayşəgülün nömrəsini yığdim . Onlar nigah dairəsində qalmışdılar .
- Zeynəb ? Hardasan ? Bayaqdan səni axtarırıq , İrfan dəliyə dönüb .vurub salonun vazolarını , güllərini sındırdı ...
- Bax nə deyəcəm , Ayşəgül . Yerimi heç kimə demə haa. Sizin evdəyəm . Tez gəl !
- Nə ? Bizdəsən ?
- Sus ... sakit ! Eşıtməsinlər .
- Hə, canim mən bu dəqiqə .
- Hə bir də , bir xahişim var . Qapıda taksi gözləyir , onun da pulunu verərsən .
- Hansı qapıda ? Nə taksi ?
- Sizin binanın önündə , məni buraya gətirən taksi .
- Oldu canım , indi bu dəqiqə gəlirəm , bax elə indi, gözlə ...
Mənim Doğuya gedəcəyimi Anam və Ayşəgüldən başqa heç kim bilmirdi . Heç qardaşlarım da mənim harda olmağımdan xəbərləri yox idi . Məni hər yerdə axtarırdılar .
Anam və Ayşəgül geçəykən neçə gün qabaqcadan hazırladığım çomadanlarımı da gətirmişdilər . Anama demişdim yastığın altındakı kağızları da çantama qoysun , o da qoymuşdu .
Məndən ayrılmağına dözə bilməyən anam durmadan ağlayir , taleyin oyununa lənət yağdırırdı . Elə mən özüm də o vəziyyətdə idim . Anamla 35 illik ömür yoldaşlığımız vardı , hələ bir ay da olsa bir birimizdən ayrı qalmamışdlq. Tətilə , gəzməyə də bərabər gedirdik . Anam mənim hər şeyim , mənim nəfəsim idi . Ona məndən ayrılmaq asan deyildi . Nə illah edirdimsə anamın göz yaşlarını yiğib yığışdıra bilmirdim .
... Və nəhayyət son görüş ... AŞTİ - dən avtobus yola çıxarkən perondaki o qədər iztihamın içərisində iki nəmli gözlər mənə baxır , mənə əl eləyirdi . Bu yaşlı qadın anam idi . Məhz elə bu gün mən onun qocaldığını hiss edirdim .
Ankaradan Şırnağa 15 - 16 saatlik yol var idi . Uzun yol olduqca yorucu idi . Hələ belə uzun yola tək başına çıxmaq daha dözülməz idi . Kürdlər və ərəblərin coxluq təşkil etdiyi bu səyahət avtobusunda özümü yad planetlilər kimi hiss edirdim . Geyimləri də danışıq tərzləri də , dilləri də başqaydı . İlk baxışdan mənə elə gəlirdi ki , bu tərəfin camaatının üz gözlərlərindən zəhrimar yağır . Cünkü uşaqlarının üzünə belə Allah sanki gülüş toxundurmamışdı . Hamı qaç- qabaqlı idi . Elə bir acıqlı baxışları var idi ki , korpələrin baxışlarından bele qorxurdum .
Qadınlar ağzı yaşmaqlı ,dinməz , kişılərin isə səsləri heç kəsmirdi . Avtobusada yad olduğum bilinirdi . Açıq geyinməsəm də özümə görə sitilim ilə avtobusdakılardan fərqlənirdim . Hərdən yan , arxa və ön tərəfimdəki kişılər , yanlarindaki qadınların yanında mənə nəsə yeyəcək və ya içəcək təklif edəndə , xanımlarının qısqanc gözləri uzərimə sanki qığılcım çıləyirdi . Şırnakla az çox tanışlığım vardı . Kənanın mənə verdiyi məktublardan burda - ümumiyyətlə Doğuda qadın azadlığının olmadığını elə ordan oxumuşdum . İndi gözlərimin şahidi idim . Doğurdan bədbəxt idi oranin qadınları . Mən şəxsən qəbul edə bilməzdim, mənim yanımdaki kişi mənə yox , başqa qadına diqqət etsin , mənimlə yox başqa qadınla maraqlansın . Bu qısqanclıq deyil , qadin kimi yerini bildirməkdir . İndi birinin əri yolda mənə sulanirsa, mənə baxırsa , məni danışdırırsa mənim nə günahım var ? Niyə mənə belə nifrətlə baxırlar ? Əgər o qadın ərinin yanında hüququnu bildirsəydi , bu gün əri onun yaninda başqa qadına sulanmazdı .
Mən bu yolculuqda bir şeyi də kəşf etdim . Burda işləmək asan olmayacaq . Hələ hələ oteldə terapivt kimi işləmək ... Şırnağın belə qadınını saymayan kişilərinin ayağı otelə açılacaq . Görəsən orda məndən başqa qadın tereapıvt varmı ? Kim axı şəhəri qoyub belə yerdə gedib işləyər ki , hamı mənim kimi evindən qaçmır ki . Belə yolculuqda ozümi Çalıquşu kimi hiss edirdim . O filimdə də Fəridə nişanlısından qacaraq ucqar dağ kəndlərinə işləməyə getmişdi . Tək başına həyat və yaşam mübarızəsi apararkən getdiyi yerlərdə nə dedi qodulara , nə şorgöz kişilərin baxışlarına rast gəlmişdi . Özümü eynən onun yerində görürdüm . Sadecə zaman və məkan dəyişmişdi . Özümü bu qürbətdə hər şeyə hazırlamalıydim, həyat mənə asan olmayacaqdı ...
- Xanım əfəndi , cay fasiləsidir , istərsəniz saa bir çay təklif edə bilərəm .
Gözümü açıb adamın üzünə baxdım . Başında kişılərə aid olan xırda dördkünc şəkilli şaldan əmmamə sarmış saqqallı yekəpər kişı mənim yan tərəfimdə , zəif incə bir qadın və körpə uşaqla yolculuq edirdi .
- Yox sağolun, təşəkkürlər . İçmiyəcəm , mənim yaşıl çayım var deyib oturacaqdaki balaca masamdakı torbanı göstərdim . Və qadına baxaraq gülümsünüb ona da gülümsəyişimlə təşəkkür etdim . Qadının üzü bağlı olsa da gözlərindəki nifrət mənə zillənmişdi . Kişı yerndə qurcalanıb yerini rahatladı . Arxasını qadınına , üzünü mənə çevirib saymazyana oturdu :
- Hmm. Deyəsən buralarda yabancısız , hardan gəlib hara gedirsiz - cavab vermək istəmədim . Başımla təsdiqləyib çantamı eşələyib nağıl kitabını çıxartdım .
- Kitab ? Şəhər xanımları bizim qadınlar kimi deyil . Bizim qadınlar doğduğu uşaqları saymaqla fexr edirlər , şəhər xanımlari da oxuduğu kitabları destələməklə .
Əslində kitab oxumaq istəmirdim amma məcburən ozümü məşgul gösgərmək istəyirdim ki , kişi məni danışdırmaqdan əl çəksin. Yaman sırtıq kişi idi . El çəkmək niyyəti yox idi . Çənədən saz idi , dayanmafan danışırdı .
- Mənim 3 xanimim var , hamısı bir yerdə 8 evladım 4 nəvəm var . Bu xanımım 3 cü xanımdır , Hakarri qizidir . Bu xanımdan olan oğlumuz 4 aydır olub . Gözüm kitaba baxsa da diqqətim onlarda idi . Qadın mənə hiss etdirmədən ərinin yanlarından , budundan çımdık alırdı . Kışı kürtcə ona nəsə deyir sonra davam edirdi .
- Bu xanimi alanda deyirdim daha evlənmərəm . Atasına 5000 dollar verdim . Özünə də tək 900 qram saf qızıl vermışəm ,cavanın xərcı bıraz coxdur da bilirsiz , Heç hələ takı- makılarını demirəm, onlar toyda taxılıb .
- Bəy efəndi , sizin şəxsı işiniz məni maraqlandırmır - acıqlı acıqlı dilləndim:
- Yoldaşınıza nə vermısız , nə almısız . Xahiş edirəm, sakitlik yaradın , fikirim yayınır .
- Dayn sözümün canı var - şit şit gülüb boğazın ayırtladı :
- Gorəsən bəs şəhər qızı almaq neçıyə gələr üstümə .
- Şəhər qizlari satılıq mal deyillər ki, özlərini , azadlıqlarını qızıla pula dəyişsin . Şəhər qizları heç bir qadın azadlığını milyonlara deyışməz . Lütfən məni məşgul etməyin .
Yan tərəfimdə qadınla kişı arasında səssiz və xəlvəti əlbəyaxa doyüş başlamışdı .
Artıq yola çıxmışdıq . Avtobus hərəkət edib adamı yırğaladıqca, gözlərim xumarlanır , beynim uyuyurdu .şirin yuxu görürdüm , Kənanla xəyallarımız gercək olmuşdu , uzunu görmədiyim Boranla möhkəm aılə dostu idik , uşaqlarımız vardı , Zeynəbi də görürdüm yuxuda ...
Qəfil bağırtıya , qışqırtıya yuxudan dik atıldım . Əvvəl nə olduğunu başa düşmədim . Başıma dəyən balaca torba məni tamamı ilə özümə gətirdi . Bayaq mənimlə danışan kişı oturduğu yerdə arvadını basıb döyurdü . Qadın öz dillərində nə deyirdisə adam onun ağzını yumub onu boğurdu . Qadın ısə əlinə keçən oyuncaq və torbanı mənə atirdı . Bütün avtobus ayaqdaydi . Nə dediklərini , nə danışdıqlarını başa düşmürdüm , amma kişilərin mənə diqqətlə , qadınların nifrətlə baxdıqlarının ferqindəydim . Kirpi kimi büzüşüb pəncərəyə qısılmışdım . Nə edəcəyimi bilmirdim . Hələ avtobusda belə ab hava var idisə getdiyim məkanın necə yer olduğunu təsəvvür etməmək mümkün deyildi .
Birazdan ortalıq sakitləşdi . Qulaqlığı qulağıma taxıb , radionu açdım .kanalları dəyişə dəyişə başımı qatacaq maraqlı bir kanal axtarırdım . Həm biraz əvvəlki auraya əsəbləşmişdim , həm də özümə . Düşüncələrim , fikirlərim , planlarım bir birinə qarışmışdı . Əsəblərimi sakitləşdirəcək musiqi axtarırdım . Gözəl bir saz havası diqqətimi çəkdi . Bizim buraların müsıqısı deyıldı. Çox keçmədı , sazın müşayəti ilə gözəl bir şer səsləndi . Diqqət etdim , bu şerlər türk şerı deyildi . Deyəsən bu Azərbaycan türkçəsi ilə onunan şer idi . Gözəl musiqı , şirin ləhçə müsiqi qarışıq şeri su kimi süzüb beynimə doldururdu .
Anam və Ayşəgül geçəykən neçə gün qabaqcadan hazırladığım çomadanlarımı da gətirmişdilər . Anama demişdim yastığın altındakı kağızları da çantama qoysun , o da qoymuşdu .
Məndən ayrılmağına dözə bilməyən anam durmadan ağlayir , taleyin oyununa lənət yağdırırdı . Elə mən özüm də o vəziyyətdə idim . Anamla 35 illik ömür yoldaşlığımız vardı , hələ bir ay da olsa bir birimizdən ayrı qalmamışdlq. Tətilə , gəzməyə də bərabər gedirdik . Anam mənim hər şeyim , mənim nəfəsim idi . Ona məndən ayrılmaq asan deyildi . Nə illah edirdimsə anamın göz yaşlarını yiğib yığışdıra bilmirdim .
... Və nəhayyət son görüş ... AŞTİ - dən avtobus yola çıxarkən perondaki o qədər iztihamın içərisində iki nəmli gözlər mənə baxır , mənə əl eləyirdi . Bu yaşlı qadın anam idi . Məhz elə bu gün mən onun qocaldığını hiss edirdim .
Ankaradan Şırnağa 15 - 16 saatlik yol var idi . Uzun yol olduqca yorucu idi . Hələ belə uzun yola tək başına çıxmaq daha dözülməz idi . Kürdlər və ərəblərin coxluq təşkil etdiyi bu səyahət avtobusunda özümü yad planetlilər kimi hiss edirdim . Geyimləri də danışıq tərzləri də , dilləri də başqaydı . İlk baxışdan mənə elə gəlirdi ki , bu tərəfin camaatının üz gözlərlərindən zəhrimar yağır . Cünkü uşaqlarının üzünə belə Allah sanki gülüş toxundurmamışdı . Hamı qaç- qabaqlı idi . Elə bir acıqlı baxışları var idi ki , korpələrin baxışlarından bele qorxurdum .
Qadınlar ağzı yaşmaqlı ,dinməz , kişılərin isə səsləri heç kəsmirdi . Avtobusada yad olduğum bilinirdi . Açıq geyinməsəm də özümə görə sitilim ilə avtobusdakılardan fərqlənirdim . Hərdən yan , arxa və ön tərəfimdəki kişılər , yanlarindaki qadınların yanında mənə nəsə yeyəcək və ya içəcək təklif edəndə , xanımlarının qısqanc gözləri uzərimə sanki qığılcım çıləyirdi . Şırnakla az çox tanışlığım vardı . Kənanın mənə verdiyi məktublardan burda - ümumiyyətlə Doğuda qadın azadlığının olmadığını elə ordan oxumuşdum . İndi gözlərimin şahidi idim . Doğurdan bədbəxt idi oranin qadınları . Mən şəxsən qəbul edə bilməzdim, mənim yanımdaki kişi mənə yox , başqa qadına diqqət etsin , mənimlə yox başqa qadınla maraqlansın . Bu qısqanclıq deyil , qadin kimi yerini bildirməkdir . İndi birinin əri yolda mənə sulanirsa, mənə baxırsa , məni danışdırırsa mənim nə günahım var ? Niyə mənə belə nifrətlə baxırlar ? Əgər o qadın ərinin yanında hüququnu bildirsəydi , bu gün əri onun yaninda başqa qadına sulanmazdı .
Mən bu yolculuqda bir şeyi də kəşf etdim . Burda işləmək asan olmayacaq . Hələ hələ oteldə terapivt kimi işləmək ... Şırnağın belə qadınını saymayan kişilərinin ayağı otelə açılacaq . Görəsən orda məndən başqa qadın tereapıvt varmı ? Kim axı şəhəri qoyub belə yerdə gedib işləyər ki , hamı mənim kimi evindən qaçmır ki . Belə yolculuqda ozümi Çalıquşu kimi hiss edirdim . O filimdə də Fəridə nişanlısından qacaraq ucqar dağ kəndlərinə işləməyə getmişdi . Tək başına həyat və yaşam mübarızəsi apararkən getdiyi yerlərdə nə dedi qodulara , nə şorgöz kişilərin baxışlarına rast gəlmişdi . Özümü eynən onun yerində görürdüm . Sadecə zaman və məkan dəyişmişdi . Özümü bu qürbətdə hər şeyə hazırlamalıydim, həyat mənə asan olmayacaqdı ...
- Xanım əfəndi , cay fasiləsidir , istərsəniz saa bir çay təklif edə bilərəm .
Gözümü açıb adamın üzünə baxdım . Başında kişılərə aid olan xırda dördkünc şəkilli şaldan əmmamə sarmış saqqallı yekəpər kişı mənim yan tərəfimdə , zəif incə bir qadın və körpə uşaqla yolculuq edirdi .
- Yox sağolun, təşəkkürlər . İçmiyəcəm , mənim yaşıl çayım var deyib oturacaqdaki balaca masamdakı torbanı göstərdim . Və qadına baxaraq gülümsünüb ona da gülümsəyişimlə təşəkkür etdim . Qadının üzü bağlı olsa da gözlərindəki nifrət mənə zillənmişdi . Kişı yerndə qurcalanıb yerini rahatladı . Arxasını qadınına , üzünü mənə çevirib saymazyana oturdu :
- Hmm. Deyəsən buralarda yabancısız , hardan gəlib hara gedirsiz - cavab vermək istəmədim . Başımla təsdiqləyib çantamı eşələyib nağıl kitabını çıxartdım .
- Kitab ? Şəhər xanımları bizim qadınlar kimi deyil . Bizim qadınlar doğduğu uşaqları saymaqla fexr edirlər , şəhər xanımlari da oxuduğu kitabları destələməklə .
Əslində kitab oxumaq istəmirdim amma məcburən ozümü məşgul gösgərmək istəyirdim ki , kişi məni danışdırmaqdan əl çəksin. Yaman sırtıq kişi idi . El çəkmək niyyəti yox idi . Çənədən saz idi , dayanmafan danışırdı .
- Mənim 3 xanimim var , hamısı bir yerdə 8 evladım 4 nəvəm var . Bu xanımım 3 cü xanımdır , Hakarri qizidir . Bu xanımdan olan oğlumuz 4 aydır olub . Gözüm kitaba baxsa da diqqətim onlarda idi . Qadın mənə hiss etdirmədən ərinin yanlarından , budundan çımdık alırdı . Kışı kürtcə ona nəsə deyir sonra davam edirdi .
- Bu xanimi alanda deyirdim daha evlənmərəm . Atasına 5000 dollar verdim . Özünə də tək 900 qram saf qızıl vermışəm ,cavanın xərcı bıraz coxdur da bilirsiz , Heç hələ takı- makılarını demirəm, onlar toyda taxılıb .
- Bəy efəndi , sizin şəxsı işiniz məni maraqlandırmır - acıqlı acıqlı dilləndim:
- Yoldaşınıza nə vermısız , nə almısız . Xahiş edirəm, sakitlik yaradın , fikirim yayınır .
- Dayn sözümün canı var - şit şit gülüb boğazın ayırtladı :
- Gorəsən bəs şəhər qızı almaq neçıyə gələr üstümə .
- Şəhər qizlari satılıq mal deyillər ki, özlərini , azadlıqlarını qızıla pula dəyişsin . Şəhər qizları heç bir qadın azadlığını milyonlara deyışməz . Lütfən məni məşgul etməyin .
Yan tərəfimdə qadınla kişı arasında səssiz və xəlvəti əlbəyaxa doyüş başlamışdı .
Artıq yola çıxmışdıq . Avtobus hərəkət edib adamı yırğaladıqca, gözlərim xumarlanır , beynim uyuyurdu .şirin yuxu görürdüm , Kənanla xəyallarımız gercək olmuşdu , uzunu görmədiyim Boranla möhkəm aılə dostu idik , uşaqlarımız vardı , Zeynəbi də görürdüm yuxuda ...
Qəfil bağırtıya , qışqırtıya yuxudan dik atıldım . Əvvəl nə olduğunu başa düşmədim . Başıma dəyən balaca torba məni tamamı ilə özümə gətirdi . Bayaq mənimlə danışan kişı oturduğu yerdə arvadını basıb döyurdü . Qadın öz dillərində nə deyirdisə adam onun ağzını yumub onu boğurdu . Qadın ısə əlinə keçən oyuncaq və torbanı mənə atirdı . Bütün avtobus ayaqdaydi . Nə dediklərini , nə danışdıqlarını başa düşmürdüm , amma kişilərin mənə diqqətlə , qadınların nifrətlə baxdıqlarının ferqindəydim . Kirpi kimi büzüşüb pəncərəyə qısılmışdım . Nə edəcəyimi bilmirdim . Hələ avtobusda belə ab hava var idisə getdiyim məkanın necə yer olduğunu təsəvvür etməmək mümkün deyildi .
Birazdan ortalıq sakitləşdi . Qulaqlığı qulağıma taxıb , radionu açdım .kanalları dəyişə dəyişə başımı qatacaq maraqlı bir kanal axtarırdım . Həm biraz əvvəlki auraya əsəbləşmişdim , həm də özümə . Düşüncələrim , fikirlərim , planlarım bir birinə qarışmışdı . Əsəblərimi sakitləşdirəcək musiqi axtarırdım . Gözəl bir saz havası diqqətimi çəkdi . Bizim buraların müsıqısı deyıldı. Çox keçmədı , sazın müşayəti ilə gözəl bir şer səsləndi . Diqqət etdim , bu şerlər türk şerı deyildi . Deyəsən bu Azərbaycan türkçəsi ilə onunan şer idi . Gözəl musiqı , şirin ləhçə müsiqi qarışıq şeri su kimi süzüb beynimə doldururdu .
Eh... əcəlin şirin olmaz damağı,
Qoyunun cənnətdi, hurilər bağı,
Dili beçə balı , payız qaymağı,
Sal məni qoynuna ,qurbanın olum.
Qoyunun cənnətdi, hurilər bağı,
Dili beçə balı , payız qaymağı,
Sal məni qoynuna ,qurbanın olum.
Yanıram ay xanım eşq atəşində,
Fəsillərin baharında, qışında,
Kəklikli dağlarda ,çeşmə başında,
Al məni qoynuna ,qurbanın olum.
Fəsillərin baharında, qışında,
Kəklikli dağlarda ,çeşmə başında,
Al məni qoynuna ,qurbanın olum.
Elimin-obamın tərsə gözəli,
Laləli, nərgizli tər bənövşəli,
Qoşa nar bağçalı, məxmər sinəli,
Al məni qoynuna, qurbanın olum.
Laləli, nərgizli tər bənövşəli,
Qoşa nar bağçalı, məxmər sinəli,
Al məni qoynuna, qurbanın olum.
Boy-buxunun sevilməkçün biçilib,
Ağızından abı-kövsər içirib,
Mələk olub , qıl körpüdən keçirib,
Al məni qoynuna qurbanın olum.
Ağızından abı-kövsər içirib,
Mələk olub , qıl körpüdən keçirib,
Al məni qoynuna qurbanın olum.
Səmadakı gün tək şölələr saçıb,
Əzilib-büzülüb üstümə qaçıb,
Cənnət qapısını üzümə açıb,
Al məni qoynuna qurbanın olum.
Əzilib-büzülüb üstümə qaçıb,
Cənnət qapısını üzümə açıb,
Al məni qoynuna qurbanın olum.
Bəli yanılmamışdım .İfadan sonra diktor şerin müəlifini Azərbaycan şairi yazıçılar ittifaqınn üzvü Vusal Agayev olduğunu qeyd etdi. Dilini az çox başa düşsəm də cox ürəyə yatimli bir tərzdə oxunan şer məni uzaqlara, lap üzaqlara götürdü , Ayla ilə Boranın yanına . Gorəsən onların axırı nə oldu ? Başlarına nə gəldı ? Hisslərim mənə Aylanın Kənanla dostluq münasibətlərindən başqa hec bir bağları qalmadığını deyirdi . Məkir və kin Ayla ilə Boranı bir birinə bağlamışdı , ikisinin də inad və qururu onları bir birinə aşiq etmişdi . Özləri bilmədən eşq atəşinə atılıb cayır cayır yanırdılar . Görəsən bu dəlisov və ehtiras dolu məhəbbətin qarşında bu istəyə Boranın və Aylanın iradəsi tab gətirəcəkdimı ? Görəsən Ayla qalxıb Boranin arxasınca gedəcəkdimi . Çox istəyirdim onların qovüşmasını . Açığı onlarin belə odsuz alovsuz yanmalarina həsəd aparırdım . Kaş kə biz də odsuz alovsuz yanaydıq. Kaş kə Kənanın da mənə qarşi məhəbbətı Boranınkı qədər güclü olsaydi
Kaş kə Kənanın da qüruru məhəbbəti qarşısinda əyilsəydi . Hələ də zəngini gözləyirəm , hələ də qulağım səsdə , gözüm yoldadır ....
Çantamı açıb məktubları çıxarıb vərəqlədım , Ayladan çox narahat idim ...
Kaş kə Kənanın da qüruru məhəbbəti qarşısinda əyilsəydi . Hələ də zəngini gözləyirəm , hələ də qulağım səsdə , gözüm yoldadır ....
Çantamı açıb məktubları çıxarıb vərəqlədım , Ayladan çox narahat idim ...
19 BÖLÜM .
Budur axtardığım məktubu tapdım , dıgər əktubları çantama qoyub oxumağa başlayacaqdım kı , yanımdakı kişi :
Budur axtardığım məktubu tapdım , dıgər əktubları çantama qoyub oxumağa başlayacaqdım kı , yanımdakı kişi :
- Xanım əfəndi , sizdən bir şey soruşa bilərəm ?
Gəcənin yarısı olmasına və sərnişinlərin yatmasına baxmayaraq özümdən asılı olmadan adamın yaxasından tutub silkələdım . Əlimə keçəni kişinin başına çırpmağa başladım :
- Yetər artıq , Ankaradan buraya canımı boğazıma yığmısız , nədir sizdən çəkdiyim , insan bu qədər cahil , bu gədər görməmiş olarmi , axmaq, ağıldan kəm , niyə imkan vernirsiz yolumuzu rahat gedək ?
Səsə bütün hər kəs oyanmışdı . Dillərini başa düşməsəm də hiss edirdim ki , mənə hirsləniblər . Doğurdan da avtobusda təklənmişdim . Avtobusun müavini çox çətinliklə bizi sakitləşdirdı .
- Sakit olun xanım , mən indi sizin rahatçılığınız üçün hər şərait yaradacam .
- Şikayyət edəcəm ...
- Xanım bizim nə günahımız var ?
- Sizi deyil , bu geridə qalmış ,ağıldan kəmi şikayyər edəcəm . Adamın adını soyadını mənə deyin . Bu saat deyın !
- Bilmirəm .
- Bilirsiniz , mən o qədər də avam deyiləm , en azından sərnişin hüquqları haqqında qanunlarıdan xəbərim var . Unversitet məzunuyam , həkiməm . Biletin üstündə adamın adı soyadı yazılib . adamın ad soyadını tələb edirəm sizdən. İndi bu dəqiqə verin .
- Sən mənə heç nə edə bilməzsən !
- Bax hələ danışır .
-Sənin qanunların mənə keçməz ...
- Eləmi ?- müavinə baxdım - indi bu dəqiqə adamın haqqında məlumat istəyirəm , yoxsa nə edəcəyimi mən bilirəm - deyə telefonu ona göstərdim , yoxsa jandarmaya zəng edəcəm - 157 rəqəmlərini yığıb müavinin üzünə baxdım -zəng edim ?
Elə bil qurbağa gölünə daş atıldi . Adam əl ayağıma düşüb yalvarıb yaxardı .
- Bax axırıncı dəfə deyirəm , mənimlə işin olmasın , rəddol açıl başımdan . Məni rahat burax ...
...Və bir daha bir daha adam səmtimə belə dönmədi .
Avtobusda sakitlik höküm sürürdü . Məktub əlimdə idi , lakin fikirimi bir yerə cəmləyə bilmirdim . Hələ də əsəbim keçmirdi . Daha hələ bunların içınə gedib düşməmişdim , "cəhənnəmin " astanasındaydım istisi belə vururdu . Gor bunların içinə düşən nə əzablar çəkirdi . Mən bu tib insanların məkanını cəhənnəm adlandırirdım . Təəsüüf ki , o dünyanın cəhənəminə günahı olanlar düşür , bunların çəhənməminə isə günahsızlar . Bəlkə də Aylanı oxuduqca onu hardasa nədəsə günahlandırırdım , qınayirdim . Amma indi onu lap yaxşı başa düşürdüm . Hələ o güclü qadın idi ki , bunlarla baş edə bilibmiş .
Uzaqlardan dan yeri sökülürdü . Sabah açılırdı . Hələ beş altı saatlıq yolumuz var idi .
Oyandığımda gün günortadan keçmışdı . Nahar vaxtı olduğundan avtobus lokantaların birində dayanmışdı . Əl üzümü yuyandan sonra içəri girıb yeyəcək bir şeylər sifariş etmək istədim . Pəh... dezgahın arxasından çeşid - çeşid cənub və şərq bölgəsinin yeməkləri iştah açırdı . Manqallardakı kabablar " gəl məni ye" deyirdi , cürbə cür ət yeməklərinin qoxusu adamı bihuş edirdi . Yeməklər nə qədər cəlbedici və iştah açıcı olsa da mənim dəyişməz menum var idi , salat və ayran ...
Salatımı və ayranımı alıb masa arxasına keçmişdim ki, mənim başımın bəlası gəlıb dəzgahın qarşısına keçdi , üst üstə bir qaba çeşıd çeşıd yeməklər alıb salat və qatığı da eyni qaba qoydurdu , ödənişin edəndən sonra alacağını da alıb getdi . Bu adam bütün diqqətimi özünə cəlb etmişdi . Yeməyi xanımına almışdı . Xanımının yeməyini verib təkrar içəri gəldi . İki dəqiqənin içində masası yeməklərlə çörək - börəklərlə doldu . Məni danışdırmadan əli ilə məni süfrəsinə dəvət elədi . Adama qıcıq olmuşdum , öz arvadını süfrəsinə rəva bilməyən bu özündən mühtəbeşt məni niyə süfrəsinə dəvət edir ?
- Tövbə əatəğfullah ...
Adamin hər hərəkətı mənə toxunurdu . Kobudluğu bir tərəfə , heç yemək mədəniyyəti də yox idi . İçəri restorana diqqət etdim . İçəridə məndən başqa qadın yox idi . Xanımları ilə yolculuq edən kişilər qadınlarına yeməyi aftobusa aparıb , özləri isə lokantada yeyirdilər belə çıxır ki , bunlarda qadın bayirda yemək yeyə bilməz . Elə salatımı yenicə bitirmişdim ki , masama bir quzu budu gəldi .
- Bir yanlışlıq olmalı , bəy əfendi . Mən sifarış verməmişəm .
- Kamal bəy sizin üçün sifariş etdı .
- Kamal bəy ? - qarsonun göstərdiyi istiqamətə baxdım , avtobusda bizimlə yolciluq edən 35 - 38 yaşlarında sərnişinlərdən biri idi . Əsəbləşməyə başlayırdım , özümü cilovlaya bilmirdim . Əsəbi halda salat yediyim kasanı və ayranı əlimə alıb adama göstərdim .
- Təşəkkür edirəm , bəy əfəndiyə söyləyin , payınızı gəbul edə bilmərəm . Lazım olsaydı özüm alıb yeyərdim . Mən dietdə olduğum üçün yediyim ancaq salat və ayrandır .
Əsəbi halda çantamı qoltuğuma alıb masamdan qalxdım , mənim dalaşdığım adam arxamca Kamal deyilən adama baxıb rişxənd etdi
- Qardaşım bu şəhər xanımları bizim xanımlar kimi deyil , etdən , kababdan , çörəkdən - börəkdən yıgasan qabaqlarina , bunlar incə damarlı olurlar , bunların damarın tutmaq çətindir , məncə bununla əlləşmə, boş ver ...
10 -15 dəqiqə idi ki , yola çıxmışdıq hələ də avtobusun içindəki qarışıq yemək qoxusu çəkilməmişdi . Avtobusa qalxanda qadınlar oturacaqların üstündə bardaş qurub əllərini yağa batira batira uşaqları ilə yemək yedirirdilər. Onlara mane olmamaq üçün tekrar aşağı enib , məkanin içindəki marketlərdə bir şey almasm da dolaşmağa başladım .
Daha mənzil başına catmadan gəldiyimə peşıman olmuşdum . Bura mənim yerim deyildi . Mən buranı ozümə məkan seçə bilməzdim .
... Boran yaninda çöməldi , çıyinlərini qucaqlayıb , saçlarına sığal çəkdi .
- İnan sənə aşiq olmuşam Ayla , sənə qarşı pıs niyyətim yoxdur - Ayla göz yaşları içində başını qaldirdi . Alaqaranlıq otaqda Boranın gözlərının nəmləndiyini hiss edirdi .
- Amma , şərait , şərtlər imkan vermir bizə, insan kimi sevək , insan kimi qovuşaq . Bilirəm sən də məni sevirsən ,
- Qurban olum, get burdan dayana bilmirəm.
- Səni qısqanıram , səni kiminləsə paylaşmaq isrəmirəm . Bunu təsəvvürünə belə gətirə bilmirəm .
- Boran , mənimlə belə danışma ixtiyarımı əlimdən alırsan
- Sən məni sevirmirsən ,bilirəm , amma mən urəyimlə bacara bilmirəm . İnan mənə
- Sevmirəm , sevmırəm , get nolar
- Sevmədiyin Kənanın qoynuna girməyindən bəlliydi . Bəs taqdan cıxanda mənə neçə yandıq verməyinin nə idi , srvmirsən niyə qısandirirsan məni ?
- Nəə ? Sən belə düşünürsən ? Mən Kənanla olmamışam !
- Kimi aldadırsan, Ayla ? Mən uşağam ?
- Kimsəni aldatmaq məcburiyyətində deyiləm , onunla olsam deyərəm olmuşam .
-Amma o dedi ,
- Nə dedi ?
- O gün üçün mənə təşəkkür etdi .sən ona ümüd verdin ki , o da "aramizdakı məsələlər çözüldü" dedi . Madəm onunla olmuşdun bəs mənə etdiyin işvə nə idi , niyə mənimlə oynayirsan Ayla ? Axi mən də insanam , mənim də duyğularım var , sənin kimi . Bəlkə də hələ onu sevirsən . Ürəyin onda olsa da ağlın məndədir . Sən də məni istəyirsən , Ayla sevməsən də məni istəyirsən bilirəm , məni gördüyündə ürəyinin nə istədiyini gözlərin deyir
- Yetər ...
Ayla onun qarşısında diz çökdü . Əllərindən tutub ağlaya ağlaya yalvardı :
- Qurbanın olum , pis xəyallara düşmə , biz sevə bilmərik ,sevsək belə boşuna bizim axırimiz uçurumdur . Bizim qovuşmamız mümkün deyil , başa düşürsən? Millət bizi qınayar , buralardan cıxıb getsək də, bu qınaq arxamızca gələcək , biz xoşbəxt ola bilmərik .
- Heç kim , heç nə vecimə deyil , kimlərinsə səhvi ucbatindan mən sevgimin üzərindən xətt çəkə bilmərəm . Məni ancaq özüm maraqlandırır , başqa heç kim . Mən səninlə xoşbəxt yaşamaq istəyirəm ...
-Axı necə ? Bu mümkün deyil , biz xöşbəxt ola bilmərik . Bir il sonra Eyvaz çıxır , yaşatmaz bizi . Həm mən sənin atanin arvadı da sayılıram . Biz ikimiz də eyni düşməni yıxmaq üçün bir araya gəldik , savaşdıq , ağlımızı niyə hisslərimizə qurban verək Boran ?
- Mənim iradəm qalmayıb , dözə bilmirəm , mən bu savaşdan çəkilirəm , mən indi yeni savaşa başlayıram , sənin üçün , sənə qovuşmaq üçün , çıxaq gedek yalvarıram - deyib Aylanin əllərindən qollarindan öpüb , onun goz yaşlarını silirdi. Boran Aylanı öpdıkcə Aylanın əlləri boşalırdı . Əlində tutduğu tüfəng sürüşüb yanına düşdü .
- Alıb oğlumu da buralardan getmək istəyirəm, inan heç nə gozümdə deyil . Nə var , nə pul , nə ferma ...həyatımı yaşamaq istəyirəm , qadın olmaq istəyirəm , sevib sevilmək...
Boran onu dinləmirdi öpüşləri qollarından çiyinlərinə , ordan da boynuna doğru yönəlmişdi .
- Eləmə Boran ,yalvarıram , belə eləmə , dayana bilmirəm - öpüşlərin təsirindən özündən keçmiş Ayla ehtitaslı pıçıltılarla Boranın özündən uzaqlaşdırmaq istəyir eyni zamanda da onun başını sinəsinə sıxırdı . "Öpmə" ," etmə" desə də onun qollarında məst olmuşdu , gözləri xumarlanmış , özünü ehtirasının dünyasında itirmişdı .Aylanın pıçıltılari Boranı daha da həvəsləndirirdi . Boranın əlləri köynəyin altından çılpaq bədəninə toxunanda bu dünyada varlığını belə unutdu .
Dəli bir atəşlə Boranın üstündəkiləri soyundurub tökməyə başladı . Elə qapının ağzında , onu quru yere yıxdı . Bütün hisləri dilə gəlmış , Boranın istəklərinə ehtiras diliyə cavab verirdi . Sankı illərlə vücuduna topladığı enerjini elə bu geçə Borana öturmək üçün yaşayırmış . Nə Boran , nə Ayla serf etdiyi enerjidən yorulmaq bilmirdilər . Boran onu qucağında top kimi atıb tutur , gah divana yıxır , gah yatağa atırdı . Gah da ayağından sürüyüb yerə salırdı , ikisi də pəhləvan güləşçıyə dönmüşdü , süpürləşib gurşaq tutur , bir birinə qalib gəlməyə çalışırdılar , meydan kimi olan bu böyük ev onların mübarizısinə dar gəlirdi .
İndidən sonra nə olur olsun dünya veclərinə deyildi , ikisi də illərin yanğısını canlarından atmışdılar , vüsala yetmışdılər , hərəsi bir tərəfə düşüb qalmışdılar . Boran Aylaya , Ayla isə tavana baxıb fikirləşirdilər . Nə fikirləşdikləri belə bəlli deyildi . Biraz öncəki xoşbəxtliyi ömurlərinin sonuna qədər davammı etsinlər , yoxsa elə hər şeyi burdamı bitirsinlər. Beləcə nə qədər qaldılar bilmədilər .
Yuxu ərşə çəkilmişdi , yuxu qaçmışdı ...
AYla qalxıb güyümü sobanın üstündən alıb , sobaya kömür atdı . Hamama keçıb suyu soyuqladı üstündəki incə koynəyi cıxarıb kətilin üstünə oturdu . Boyük mis ləyəndən camla su götürüb başından tökdü . Elə bu vaxt kürəklərinə , çiyinlərinə əl toxundu , bütün damarları boşaldı ,Boranin əlindən tutub ,yanına çəkdi ...
- Xanımım ! Xanımım !
Qapının səsinə oyandı . Yatağında çılın çılpaq ıdı , kimsə yox idi . Ətrafa göz gəzdirdi . Əyninin köynəyi , paltarları otağın içinə səpələnmişdi . Tüfəng hələ də qapının yaninda yerdə idi . Hər şey ona yuxu kimi gəlirdi . Elə bil gecə yaşadıqları gerçək yox yuxu idi .
- Xanımım , cavab verin !
- Nə var Ali Kamal ?
Adyala bürünüb qapının arxasına gəldı .
- Xəstəsiz xanım ? Siz bu vaxta qalmazdız ! Həkim cağırım ?
- Yox yox , yaxşıyam - gözün döndərib saata baxdı saat 11 e işləyirdi . Vaayyy günorta olub ki .
- Xanım vacib məsələ vardı , onu danışmaq istəyirdim .
- elə burdan de görüm nolub , mən müsaıt deyiləm , qapını aça bilmərəm .
- Olsun xanım , o qədər də vacib deyil , burdan deyim o zaman . Veysəl gilin mallarını yolladım deyir azdır . Mən 40 kilo pendir istəmişdim . Əlimizdə o qədər pendır yoxdur , sabah daa ...
- Yaxşı Ali Kamal mən indi gəlirəm , sən get otelə ayirdığımız pendirdən Veysəlin malını tamamla .
İş görsə də gecəki , halı gpzünün qabağından getmirdi , özündən əminlik hissi , dodaqlarinda gülümsəyiş yaratsa da bir tərəfdən də ürəyini qorxu almışdı .odla oynadıqlarının fərqindəydi . Bəs birdən görən olsaydı ? Bəlkə də Boranın oraya gəlişındən xəbər tutan olub , axı Boran ora maşınsız gəlməzdi , indi maşın aula girəndə xəbər tutublar çoxdan . Darıxma Ayla bu dumanın birazdan iyisi cıxar . Axı niyə hakim ola bilmədin özünə , nə idi bu vəziyyət ?
- Xanımım , yaxşısız ?
-Həə. Yaxşıyam .
- Çox fikirlisiz ,
- Yoo yaxşıyam ! Nə deyirdin ?
- Deyirəm ki , şəhərə getməliyəm , baytar gətirəcəkdik axı , heyvanların aşısını vurmağa
- Mən gedərəm ,
- Yox gecikdik artıq, günorta olub . Sabah getsək .
-- Maşını hazırla , şəhərə getməliyəm
- Xeyirdir xanım ?
- Sənə nə deyjrəm onu elə, Ali Kamal !
Ofısə girəndə Boran İşçıləri ilə iclasda idi .
- Ayla xanım ? - Boran təccüblə ona baxdı . O gədər işgüzar , o qədər ciddi və sakit idi ki , sanki gecə olanların onunla hec bir əlaqəsi yox idi . Oysa Ayla sabahdan bəri , həm həyəcandan , həm də qorxudan az qala dəliyə dönəcəkdi .
-Şərmin xanım , Ayla xanımı , qonaq otağına aparın , biraz dincəlsin, mən iclası bitirən kimi ...
- Mən bura dıncəlməyə gəlmədim Boran bəy , DAnışmalıyiq !
- Yaxşı , Ayla xanım , mən calışaram işlərimi tez yoluna qoyum , buyurun siz keçin .
Otaqda tək otursa da katibənin hər dəqiqə içəri girib: "Bir şeyə ehtiyyaciniz varmi ?" - deməsindən canı zara gəlmişdi . Cox darıxırdı . Qalxıb gah pəncərəyə kecir , gah küncə qoyulmuş kitab rəfindəki kitabları vərəqləyir , gah da divara vurulmuş hansisa rəssamın çəkdiyi yarim çılpaq qadın və kişi portretlərinə baxırdı . Maraqlı rəsmlər idi . Rəsmlər hansısa antik dövrü əhatə edirdi , bəlkə də hansısa bır zamanı və ya hekayəni əks etdirirdi .
- Ayla xanım , egər bura sizə narahatdirsa yuxarı otağa çıxa bılərsiniz , Boran bəy elə istədi .
Elə bu vaxt telefonuna mesaj gəldi :
"Nömrəyə cıx , on dəqiqəyə ordayam"
İxtiyarsiz katibənin arxasınca düşdü . Qonaq otağından çıxıb piləkənlərə gəldilər . İşçılərdən biri piləkənlərin təmizliyini edirdi . Orta böylu , dolu bədənli adam ona tanış gəldi .
- Görəsən bu kimdir ? Yaman tanış gəlir .
- Narahat olma buranın adamları bir birinə çox oxşayır .
- Birdən kəndin camaatından olar .
- Yox ee, ordan bura hər gün kim işə gəlib gedər ki ? - deyə içındə götür qoy edərkən katibənin səsi onu özünə gətirdi .
- Buyurun Ayla xanım , bir şey lazım olsa içəridə telefon var 2 düyməsini basın .
İçəri girəndə piləkəndə işləyən adama baxdı . Öz işində idi . Heç, kim gəldi , kim getdi - vecinə belə deyildi .
- Sakit ol . Sakit . Gözəl düşün ki, hər şey gözəl olsun . Bu gün oturub danışacaqsan ətraflı . Ya buralardan ikiniz də gedəcəksiz , ya da bir daha əsla belə şey olmayacaq .
Telefonuna gələn zəng onu düşüncələrindən ayırdı .
- Aloo, Kənan ?
- Neçəsən , əzizim ?
- Sağol - ona necə müraciət edəcəyini unutdu . Artıq Kənanla aralarında heç bir şey qalmamışdı , iki yad olmuşdular . Bu soyuq salamlaşmanı Kənan da hiss etdi .
- Yanında kim var "
- Heç kim yoxdur , buyur rahat danışa bılərsən .
- Ok o zaman . Sənin məsələni Atamla danışdım . Şirkətin Vəkilini sənin üçün ayırdıq , bir neçə günə onu Şırnağa yola salacağıq , etibarlı adamdır . Məhkəmə biraz uzun çəkə bilər dedi . Əgər oğlun səndən imtina etməsə hər şey bizim istədiyimiz kimi olacaq .
- Bəs ferma ?
- Fermanı da hələlik kənardan idarə edəcəksən , bu işlər üçün Boranla da danışmaq olar . Ya Boran işi öhtəsinə götürəcək , ya da oranı başqasına kirayə verəcəyik . Əgər müştəri çıxarsa satıb burdan bir iş yeri ala biləcəksən .
- İndi bu dəqiqə mən neyləməliyəm ?
- Heç nə , sadecə vəkili gözləyəcəksən , vəkil gələcək , ona və ordakı işlərini idarə edəcək birinə vəkalət verəcəksən ,vəssalam , ondan sonra çıxıb gələ bilərsən .
Fikirləri qarma qarışıq oldu . Bayaqdan Boranla getmək üçün plan cızırdı , indi isə .. . İki yol arasında qalmışdı . Buralardan çıxıb getmək istəyirdi . Getmə şansı var idi . Bilirdi ki , Boran onu Kənana buraxmayacaq . Onu Kənana necə qısqandığını görürdü . Kənanin bu təklifi ona tərs gələcəkdir . Boranla da getsə belə yenə rahat edə bilməyəcəkdi . Boran onu nə qədər sevsə də , nə qədər çıxıb gedək desə də yenə burdan qopa bilməyəcəkdi. Cünkü bura Boranın ata yurdudur , qohum , əqrabasi burda , qaRdaş bacııları burda . Burada o qədər sərmayə qoyub , iş qurub , şırkət, iş yerləri açıb . Ayla tek fermasına çəkdiyi əziyyətinin boşuna getməsini istəmirsə , Boran bu boyda oteli , o boyda catering şirkətini bir ümüdsüz məhəbbətin yolunda qoyarmı ? Xeyir , bu münasibət ehtirasdan başqa bir şey deyil , məhəbbətdən , ailədən söhbət belə gedə bilməz . Əgər bu iş , bu münasibət ortaya cıxardısa Boran qardaşına , bacılarına nə cavab verəcəkdi .
- Sevgilim !
Tül pərdənin arxasından bayıra baxaraq xəyala dalan Ayla Boranın nə zaman içəri girdiyindən xəbəri olmadı . Boran arxadan ona sarılıb , onu öpüçlərə qərq etmişdi ,
- Dayan Boran , biz danışmalıyıq .
-Sonra , xahiş edirəm .
- Boran ...
- Suuss canım , darıxdim ...
Heç elə bil ki , bayaqdan işçıləri ilə ciddi toplantıda olan Boran deyildi . İşdə nə qədər ciddiydisə , yataqda o qədər ehtiraslı və çılğın idi, Boran ...
Boran ona danışmağa imkan vermirdi , Ayla həmin gündən neçə dəfə onun yanına gəlib bu işlərə son verməsini istəsə də , onun bir toxunuşundan yağ kimi əriyirdi . Onun ehtirası qarşısında cavabsız qala bilmirdi . Elə bil Boran onu sehirləyir , əlini qolunu bağlayıb özünə təslim edirdi .
- Yoox bu belə davam edə bilməz , bitirməliyik , hər şeyi bitirməliyik , bu dəfə onunla ciddi ciddi danışmalıyam , mütləq .
Elə bu fikirlə yenə otelə gəldi , qeydiyyatdan keçıb açarı aldı . Otağına çıxarkən , keçən günlərdə dəfələrlə gördüyü otel işcısi bir küncdə dayanıb ona el edirdi . Ayla adama fikir verməsə də ,onu maraq basdi .
- Deyəsən axı məni çağırdı - deyə düşündü . Dönub adama baxdı , doğurdan da adam ona "gəl" deyirdi . Ixtiyarsız ona tərəf getdi . Əlində telefon , qulağında qulaqlıq var idi . Ayla ona yaxınlaşanda ona heç nə demədən qulaqlığın bir tayını onun qulağına taxıb telefonun üzünü ona tutdu . Eyvaz telefonun o başinda görüntüdə idi . Vücudunu soyuq tər basdı , Eyvazın bağıra - bağıra hədə qorxusunu eşitdincə , bir anın içındə dodaqlarının rəngi qaçdı . Dizləri əsdi . Qulaqlığı qulağından çıxarıb , qaçmağa başladı . Pıləkənin başında Boranla qarşılaşdı , lakin onu belə görmədi
- Ayla ?
Ayla pıləkənləri iki - iki düşürdü , Boran onun arxasınca qacsa da ona çata bilmədi .
- Ali Kamal ! Tez ol tez ... qaza bas qaza ...
Yaylaya neçə gəldi bilmədi . Yol boyu bəxtinə taleyinə qarğış yaqdıraraq hönkürüb ağlayırdı . Nə baş verdoyini soruşan Ali Kamalın sualları cavabsız qalırdı . Boranın zəngləri ucbatından telefonu bağlamışdı .
- Bilmirəm Boran bəy , heç bir şey danışmır , ağlayır . Soruşuram cavab vermir - deyə Ali Kamal telefonda Borana hesabat verirdi .
Evinə çatan kimi ozünü içəri atıb qapını bağladı . Nə Xədicənin , nə Ayşənin cağırışını , nə qapının doyülməsini eşitmirdi ...
Nə oldu bilmədi . Gözünü açanda bütün elatı başının üstündə gördü . Boran da onların arasındaydı .
Bəli qərarını vermışdı , artıq oğlunu belə düşünmürdü , əcəli gəlmədən , Borana belə bir şey demədən buralardan getməliydi . Gedib özünə yer yurd edib , oğlu üçün dava açmalıydi . Bu fikirlərdən sonra Boranka fermanın taleyini onunla danışmaq ağılslzlıq olardı. Otel işçısının Eyvaza işlədiyini Borana deməyi düşünsə də bundan tez vaz keçdı . Egər desəydi , Boran Aylanın Eyvazdan qorxduğunu və ondan gizlənmək üçün qaçdığını anlayacaqdı . Bu isə Borana böyük zərbə olacaqdı , o zaman belə çıxardı ki, Eyvaz Borandan güclüdür , və Ayla Borana güvənmir .
- Nəyinə lazımdır Ayla - deyə öz özünə düşünürdü - sən də bilirsən ki Boran səni sevsə də , sənin Borana qarşı münasibətin ciddi deyil. Bu münasibətə məhəbbət donu getdirmə , nolar . Gəl ozün etiraf et , sən atəşini söndürmək üçün girmədinmi onun qoynuna ? Madəm elə deyildisə , həmin gün niyə silahi götürüb vurmadın ? İndi nə üzlə oğlunu istəyəcəksən ? Eyvaz sənin otelə niyə gəldiyini bilir , o adami səni izləmək üçün otelə yollamış. İndi də bilməsə bir qün oğlun sənin Boranla oteldə gorüşdüyünü biləcək . Səni heç vaxt qəbul etməyəcək , o vaxt özünü duruluğa çıxara bilərdin ki , sən də onlar kimi silahla danışsaydin . Guya namusunu qorumaq üçün vurmuşdun onu . İnan sən istəməsen belə , oğlun sənə özü gələcəkdi . Onları sənın nələr çəkdiyin düşündürmür . Onları maraqlandiran öz azadlığı , öz adlarıdır .
... Sabah yuxudan qalxıb üstünü geyinəcəkdi ki , başı gicəllənib yerə yıxıldı . Aradan nə qədər zaman keçdi , nəzaman ayıldı xəbəri olmadı .
- Noldu mənə ? Allahımm ! Yoxsa ?
Heç vaxt itirə bilməzdi :
- Alı Kamal - əynini geyinib həyətə çıxdı - Ali Kamal indi bu dəqiqə şəhərə getməliyik !!! Tez ol , maşını gətir !
Şəhərə gəldilər , çarşıda enib :
- Yarım saat sonra , məni caminin yanından ala bilərsən .
- Baş üstə xanımım...
Aptekə girib , hamiləlik testi istədi . Testi alıb yaxınliqdakı kafenin tuvaletinə girdi . Bəli yanılmamışdı hamiləydi. İçıni təssüf qarışıq sevinc hissləri bürüdü . Bir övladı olmasini istəyirdi, Yavuzdan əlini üzmüşdü . Bilirdi ki , onu heç vaxt onlardan almağa gücü yetməyəcək , amma ikinci səhvi də etmişdi , bu uşaq da onun olmaya bilər , Boranla evlənməsi - rəsmi nigaha girməsi qeyri mümkündür . Egər Boran bilsə ki , Ayla onun uşağını qarnında daşıyir , uşaq doğulan kimi o da Eyvazdan geri qalmayaraq uşağını onun əlindən alacaqdır. Boran onu çox sevə bilər , hər görüşündə çıxaq buralardan gedək deyirdi , lakin bir dəfə də olsun gedək evlənək deməmişdi . Xoşbəxt olaq demişdi . Evlilikdən söhbət belə gede bilməzdə . Bu məsələ cox təzadli bir məsələ idi . Özü də bu evliliyi geyrı mümkün sayırdı . O da istəyirdi , gözdən qulaqdan uzaq , boranla gizli eşq yaşasın . Həhatinda heç nədən almadığı zövqü boranla yaşayırdı . Bu münasibətə nə ad verməsini özü də bilmirdi . Əsl sevgimi yoxsa ehtirasmı ? Bu münasibət nə olur olsun Ayla bu dəfəki həyatını hec kimə - heç nəyə qurban verməyəcəkdi , bu dəfə övladına özü sahib çıxacaqdı . Vəssalam .
Kecib parkda sakit bir yerdə oturdu . Telefonu çıxarıb:
- Boran nə qədər ki , bu uşağın varlığından xəbər tutmayıb başıma çarə axtarmalıyam - deyərək Kənana zəng etdi:
- Alo , salam Kənan , səninlə vacıb bir məsələ haqqinda danışmalıyam , inanıram ki , mənə üz döndərməyəcəksən - deyə telefonu götürüb Kənanla ciddi ciddi danışdı .
Artıq oğlu da gözünə gözünə görsənmirdi . Bu uşaq yeni həyat üçün ona ümüd vermişdi . Nə sərvət , nə ferma heç nə gözündə deyildi .
Kənanla bütün hər şeyi danışdı , hamılə olmağını da dedı .
- Kənan , qurban olum , məni başa düş , yalvarıram , mən fermanin işlərini Borana etibar edə bilərəm , fəqət ona buralardan qaçmaq istədiyimi deyə bilmərəm . Yalvarıram Kənan qurban olum , mənə komək elə nolar , mənim orda gizlənməyimə kömək et , məni kimsə tapmasin yalvarıram . İşlərimi müvəqqəti Ali Kamala etibar edəcəm , Ali Kamal etibarli adamdır . İnşallah körpəmi dünyay gəturəndən sonra ,özümü töplayıb işimin başına keçəcəm .
Ayla danışdığı müddətcə Kənan ağzını açıb ona heç bir söz demədi . Kənanin bir şey deməməsi Aylanın içinə qurd salmışdı .
- Sənin bicini kim qəbul edər . Kənan gəldi onu qapıdan qovdun , indi işin düşəndə onu axtarırsan ? Hansı vəfani göstərdin ona ? Hər zaman onu arxadan vuran sən oldun , sən ! Sən onun yerinə olsan qəbul edərsən ?
- Arada sevgi varsa hə !
-Amma arada sevgidən belə söhbət gedə bilməz , o zaman da indi də sən sevgini ehtirasina qurban verdin . O zaman Eyvazin qarşısinda əridin , indi də Boranın .
- Axi mən ondan nə istəyirəm ? Sadecə insanca kömək etməsini istəyirəm , edəsə edər , etməzsə ...
Bu hadisələr o zaman baş vermişdi ki , Eyvazin adı terorla hallanan zamanlarla üst üstə düşürdü . Ayla bu xəbərə çaşıb qalmışdı . Axı Eyvazı özü şıkayət edib içəri atdırmışdı , Eyvazin heç kimlə işi yox isi , siyasətə də qarışmırdi , bəs bu teror məsələsi hardan çıxdı , Eyvazın hər əməlinə inanırdı ama bu teror məsələsinə yox .
- Burda bir iş var . Amma nə ? - deyə düşünüb dururdu . Daha xəbəri yox idi ki, bütün bu hadisələr Kənanın əli ilə baş verirdi . Aylanı o cəhənnəm dünyasindan qurtarmaq üçün biri qurban getməli idi , bu qurban isə Eyvaz olmalı idi .
Aylani qurtardim dediyi yerdə , indi də Aylanın Borandan hamilə qalması Kənanın bütün planlarını alt üst etmişdi ...
20 BÖLÜM
Terminalda məni orta yaşlı bır adam qarşıladı .
- Xoş gəldiniz , siz Zeynəb xanım olmalısız .
- Xoş gördük . Bəli mənəm .
Əşyalarımızı alıb yola düzəldik .
Baharın ortaları olsa da elə bil yay havası idi . Hər tərəf yaşıllıq idi , lakin bu yaşıllığın erkən solacağını güman edirdim. Cünku hələ yazın ortalarinda 28 30 dərəcə isti varsa o zaman yayda 45 50 dərəcə isti olacağını təxmin etmək çətin deyildi . Başqa çarəm yoxdur . Buraya qədər gəlmişəm , elə burdan başqa işlərə baxacaqdım . Ankaraya dönüşüm yox idi . Onu unutmağa çalışırdım . Ankaradan çıxdığım ana qədər onun zəngini gözlədim , bəlkə bir gün arar , bəlkə aradakı buzları əridər , lakin ... artıq ona "O" deyə müraciət edirdim . Küsmüşdüm ondan , adını belə çəkmək ostəmirdim .
İrfanın zənglərinin ucbatından nömrəmi dəyışmışdım . Bütün internet hesablarımdan onu əngəlləmişdim . Qulağım dinc , başım sakit idi . Yeni nömrəmi anamdan , Ayşəgüldən və böyük qardaşımdan başqa heç kim bilmirdi . Başqa zaman susmayan telefonum indi demək olar ki, tamamı ilə susmuşdu . Bu dünyadan köçmüş adam kimiydim . Heç kimlə əlaqəm yox idi . Kənan hələ də adıma olan sosial şəbəkələrdə var idi . Əngəlləməmişdim . Onsuz da aktıv deyildi . Lakin hardasa ürəyimdə bir ümüd közərirdi , bəlkə paylaşdıqlarimı heç olmaya bir bəyənə. Bəyənmirdi də , baxmırdı da . Özümə cox hirslənirdım ki , ona niyə belə bağlanmışam axı . Sanki məni heç tanimirdi , sanki aylarla berabər olmamışıq , sevgililik o yana axı biz dost olmuşuq.
- Zeynəb xanım , buyurun çatdıq ...
Şoferin səsi məni düşüncələrimdən ayırdı . Gözəl və möhtəşəm bir otelin qarşısında maşından düşdüm . Şofer əşyalarımı götürüb özü mənə içəriyə qədər yoldaşlıq etdi .
Mənim üçün ayrılmış çox rahat və konforlu otaqda rahatlandıqdan sonra uzun yolun yorğunluğunu canımdan cixarmağa qərar verdim.
Qalxdığımda 11 - i keçirdi . Çox acmışdım . Amma bu saatda hara açıq idi ki . Allahın suyunu belə almamışdım. Əşyalarımın içındə yaxşı ki , peçeniyə vardı . Otağa göz gəzdirdim , mini soyuducu gözümə deydi . Elə bil qızmar günəşdən çatlamış torpağa su çılədilər . Soyuducuda dondurma , su, meyvə görüb elə bir sevindim ki , yeyəcək və içəcəkləri balkondakı masanın üstünə düzüb özümə xudmani bir masa düzəltdim . Uzun yorğun və əsəbi keçən yolculuqdan sonra ozümü beş ulduz oteldə sanirdim ,gilas və çiyələkləri iştahla yeyir, içəcəkləri poz verərək içərək selfilər çəkirdim ...
... Ayla bir aydan çox idi ki , Ankarada Kənanın evınə yerləşmişdi . Yaylanın bütün işlərini Ali Kamalın üstünə keçirtmişdi .
- Xanımım , mənə çox məsuliyyətli iş verirsiz , bilmirəm bunu bacara biləcəmmi ?
- Bacararsan Ali Kamal . Mən sənə güvənirəm . Mən Ankaradan hər işi idarə edəcəm. Amma nə badə mənim yerimi kimsəyə deyəsən . Sən mənim en etibarlı dostumsan . Bilirəm ki ,nə olursa olsun mənə xəyanət etməyəcəksən .
- O sözsüz xanımım , mənə güvənə bilərsiniz .
Aereoportda onu Səlcuq bəy özu qarşılamışdı .
- Əgər səni qəbul edirəmsə , oglumdan yana qəbul edirəm , amma unutma , esla və əsla oğluma bir ziyan gəlməsini qəbul etmərəm . Səni özüm öz əllərimlə öldürərərm . Sonra demədi demə - deyə maşında ona xəbərdarlıq edəndən sonra qapını açıb:
- İndi gedə bilərsən . Calış o pıs nəsilinə oğlum bulaşmasın - demişdi .
Kənan onu əvvəlki kimi qarşılamadı . Çox tərədüdlüydü . Hətta iki gün bir evin altinda qalsalar da Kənan onunla heç nə danışmadı . Aylanin ona xəyanət etdiyini həzm edə bilmirdi .
- Bilirəm Kənan mənə əsəbləşmisən , amma nolar belə eləmə , bağır ,çağır, döy ,söy ... Amma danışmamaq nə deməkdir - deyərək özünü bu evdə yük kimi görən Ayla aradaki soyuq otmosferi qaldırmağa çalışdı .
- ...
- Allah səndən razı olsun , mənim üçün hər şeyi gözə aldın . Mənə sahıb çıxdın . Sənin bu fədakarlığını əsla unutmaram . Səndən bir ricam olacaq , işləmək , özüm öz ayaqlarım üzərində durmaq istəyirəm . Buna izin ver .
- Bu vəzyyətdə ? Həm sənin işə ehtiyyacınmı var ? Fermanin gəlirinə beş ailə saxlayarsan .
- Bəs mən burda ne edecəm . İllər sonra mən buraya gəldim . Amma Ankara məni mən kimi görmədi , qəbul etmədi ...
- Bəs nə gözləyirdin Ayla , səni Ankaradan silah gücünə qaçırtdılar , onu başa düşürəm , və qəbul edirəm . Amma səni silah gücünə Boranin yatağına atmadılar ...
- Haqlısan , qurban olum . Ne desən haqlısan . Mən özümü itirmişəm , özümü tapa bilmirəm Kənan . Boşluqdayam , qurban olum, məni başa düş . Nolar, yalvarıram .
- Boşluqdasan, özünü tapa bilmirsən deyirsən . Tapdın , Boranın yatağında tapdın amma .
- Kənan məni bağışla deməyə üzüm yoxdur . Bilirəm sənə qarşı haqsızlıq etmişəm . Sənə xəyanət etdiyim halda təkrar sənə pənah gətirmişəm . İnan bu uşağa qədər tamam başqa şeylər planlayirdim . Bütün mübarizəm Yavuz üçün idi . Əgər məhkəmədə Yavuzu qazanmasaydım , mən həyatıma son verəcəkdim . Bu uşağın gəlişi məni həyata bağladı .
- Eləmi düşünürsən ?
- Bəli elə !
- Bəs fikurləşmirsən ki , Boran bu uşaq üçün səndən əl çəkməyəcək ?
- Gizlədəcəm
- Axi nə qədər , nə zamana gədər ? Niyə özün özünü aldadırsan Ayla . Allahdan gizlin olmayan bəndədən də gizli qalmaz . Sən bu işi təkbaşına gizlədə bilməyəcəksən . Bunu bilirsən də...
- Nə qədər ki , canımda can var , o, uşağın atası Boran olduğunu kimsə bilməyəcək . Bu sirri sən və mən biləcəm . Bilirəm sənin yanina gəlməkdə börük xata etdim . Bunu qəbul edirəm .
Maşında Səlcuq bəyin dedikləri qulaqlarinda cingildədi .
- Sənin başını bəlaya salmaq istəmirəm . Ali Kamala demişəm yavaş yavaş heyvanlardan satib yollayacaq . Evimi düzənə qədər . Hətta xaricə getməyi də düşünürəm .
- Oooohh , nə qözəl qaçmaqla hər şey bitəcək sanki .
- Bəs nə edim ? Nə ? Ölümmü ? Sənə dostca gəldim , sənə əvvəlki kimi ümüd verə bilmərəm . Sənə "məni sev , mənimlə evlən " də deyə bilmərəm Mənə görə ümüdlənmə , sadecə bu boğulduğum dənizdən mənə çıxmağıma kömək et, çıxar at məni bir adaya , eybi yox tək qalim orda , qurda quşa yem olum . Amma balam yaşasin , bu uşağı cox istəyirəm , doğulsun Kənan , çox ...
- Səninlə evlənəcəm !
- Nə?
- Evlənəcəyik dedim ...
- Yoox ... mən bunu bacarmaram .
- Bacaracaqsan ...
- Senə dedim axı, mən sənə ümüd verə bilmərəm . Mən əvvəlki saf Ayla deyiləm , kirlənmişəm , mən səni xoşbəxt edə bilmərəm .
- Səndən xoşbəxtlik istəyən yoxdur . Amma bu evliliklə o , körpəni xoşbəxt edəcəyik .
Ayla donub qalmışdı . Nə deyəcəyini bilmirdi . Bu gözəl qəlbli insana təşəkkürmü etsə , onun bu təklifinə etirazmı etsə ?
- Düşünmliyəm - deyib mətbəxə keçdi .
Beynini qara fikirlər almışdı Aylanın . O qədər piskolojik olaraq zərbə görmüşdü ki , bu mövzuda Kənana da güvənmək istəmirdi . Şeytan ürəyinə girib hey pıçıldayırdı
" - Ehtiyyatlı ol ,Ayla , yağışdan çıxıb yağmura düşmə . Sən bu uşağı Borandan qaçırirsan , Kənan ona sahiblənib ona atalıq vermək istəyir , özü də səni başa düşmür , səni günahlandırır
- Düz deyirsən , o əvvəlcə məni , sonra uşağı qəbul etməliydi " -deyə öz özünə içindəki şeytanla danışırdı .
" - Nə bilirsən Ayla , o niyə bu vaxta qədər evlənməyib ?
- Axi kim gələr ? Şikəst adamdir .
- O varin qabağında kim gəlməz ki ?
- Axı var hər şeyi əvəz etmir . Mən şəxsən , Boranla keçirdiyim gecəni, milyonlara deyişməzdim ..."
Bədənini cərəyan qoşdular elə bil . Özü oz düşündüklərindən səksəndi . Əlləri ilə ağzına vurub, ağzını möhkəm - möhkəm yumdu. Sanki içində düşündüyü səs haykırıb bayra çıxacaqdı .
- Tövbə əstəğfullah , tövbə əstəğfullah , tovbə rəbbim . Lənət sənə şeytan . Gör nələr düşünürəm ...
- Ayla , yaxşısan ? - Kənanin səsi onu səksəndirdi.
- Hə, hər şey qaydasındadır .
Ayla süfrəni hazırladı . Qapıdan Kənana baxdı .
- Buyur Kənan , gəl yeməyə . Süfrə hazırdır .
Üz üzə oturub yeməyə başladilar . Heç biri danışmırdı . Başlari yeməyə qarışsa da , hər biri öz aləmində idi . Aylanın ürəyini qurd gəmirirdi .
" - Bəlkə , Kənan özünü bilir , bəlkə özündən əmin deyil , o üzdən evlənmək istəməyib bu vaxta qədər . Bəlkə qəzada şəxsi sağlığı da zərər görüb , ya da o qədər müalicə dava dərman ona eks təsir göstərib . Necə yəni , bu qədər illərdə yani bır kişının canı bir qadın çəkməzmi ?
- Allah səni islah etsin Ayla gör ağlin haralara , nələrə gedir ?" - öz özünə düşünürdü .
"- Bəs mənimlə uşağa sahib olmaq üçün nigaha girsə necə ? Mənimlə gerçək er arvad olacaqmı ? Hiii ... indi başa düşdüm . Kənanın heç zaman uşağı olmayacaq . Mütləq onda bir problem var . Əlinə fürsət düşüb . Mənim uşağıma sahib cıxır , sabah bir şey olursa o da Eyvaz kimi , balamı məndən alacaq " - Boğazı qurudu . Suyundan bir qurtum alıb Kənana baxdı . Kənan da düşüncəli idi . Sakit sakit Aylaya baxmadan yeməyini yeyirdi .
- Lənət sənə şeytan , ağlıma nələr gətirirsən . Bu yazıq mənə bu qədər yaxşılıq edir , mənə sahib çıxdığı üçün mən hələ hər şeyimi ona etibar eləməkdən , gör mən nankör nələr düşünürəm , nələr . Nə qədər axmağam mən . Axı Kənan uşağa sadecə atalıq verəcək . Uşağın anası isə mən olacam .
- Kənan !
- Buyur Ayla !
- Mən düşündüm ,
- Nəyi ?
- Evlilik məsələsini .
Kənan salfetlə ağzını sılıb səliqə ilə bir kənara qoydu . Əllərini masaya dirəyib kürsüyə yayxandı . Aylanın üzünə diqqətlə baxdı .
- Belə tez , heç gözləmirdim . Əminsən ?
- Əminəm
- Buyur o zaman , səni dinləyirəm .
- Mən bu evliliyi qəbul edirəm .
- Qəbul edəcəyini bilirdim . Başqa yolun da yox idi . Amma əvvəl saqqızı çıxart ağzindan .
- Nə saaqqiz ?
Təccüblə Kənana baxdı . Kənan onu diqqətlə süzürdü . Ayla Kənanın huyunu bilirdi . bilirdi ki , Kənan yenə onu oxuyub .
- Saqqız zad yoxdur .
- Ayla , sənin qarşında uşaq yoxdur . Bəlkə də unutmusan , elə isə xatirladım , sən ağzını açmadan sənin nə demək istədiyini mən bilmirdimmi ?
- Bilirdin - Ayla başını aşağı salıb gülümsədi.
Doğurdan da Kənan o qədər həsas adam idi ki , insan ağzın açmadan nə deyəcəyini gözlərindən oxuyurdu .
- Həə, indi isə başını qaldir , üzümə bax!
Ayla düşündüklərindən ütanırdi . Elə bilirdi ki Kənanın üzünə baxarsa Kənan onun iç dünyasını çözüb üzünə tüpürəcəkdi.
- Ayla ?!
- Əfendim - deyib başın qaldirdi . Kənanin gözlərinin içi gülürdü . Onu məzəmmət edirdi .
- Həə, deməli belə ... Mənimlə danışanda gozümün içinə baxaraqdan danış ! Oldu ?
Ayla başıyla razılığını bildirdi .
- Danış görüm, bayaqdan mətbəxdə və burda süfrənin başında oturanda nə düşünürdün ?
- Heç nə vallah , sadecə bu məsələni .
- Deyirdin ki , axı Kənana nə düşüb bu uşağa sahiblənir ? Bəlkə düşünürsən ki , belə vəziyyətində evliliyi fürsət bildim ? Bəlkə Kənan evlənmək istəyirmiş də kimsə onun bu hali ilə qəbul etməyib ?
Kənan onun beynini oxumuşdu . Günahkarca onun üzünə baxırdi , Ayla .
- Mən senə inaniram Kənan ...
- Şşşştt ... Səni başa düşürəm əzizim , belə düşündüyün üçün də səni günahlandirmiram . Normal düşünürsən . Sənin bu yaşadıqlarindan sonra mən də elə düşünərdim . Və heç kimsəyə inanmazdim da .
Aylanin rəngi özünə gəlməyə başladı .
- Bu işdə səni məcbur etmirəm . Sənə bir ay daha zaman verirəm . Bu elə məsələdir ki, verdiyin qərardan sonra sonra peşiman olmayasan , gəşəycə fikirləş . Bəlkə də indi çıxılmaz vəziyyətdə qala bilərsən , nə bilim mən ... Boran səninlə davam etməyəcəyindən və uşağını səndən alacağından qorxa bilərsən , bəlkə də onu sevə sevə uşağın üçün ondan qaça bilərsən . Bilmirəm , düşünərsən ki bu uşaq doğulduqdan sonra Boran sənə və uşağına sahib cixar səninlə evlənər. Nə deyim insan düşündükcə ağlına hər şey gəlir . İnanıram ki , bu həyatda nə olursa olsun , nələr yaşamışsansa yaşa , bu uşaq üçün doğru qərarı verəcəksən .
Susdu . Ayla düşünürdü . Kənanın sözlərində həqiqət vardı . Kənana qarşı o sevgi qalmamışdı . Bundan əmin idi . Borana qarşı da diqqətsiz deyildi . Hətta Boranı ideal bir kişi kimi görürdü . Həm şəxsiyyəti , həm sayılıb secilməsi , həm zəhmi , həm görkəmi , həm də qadın kişi münasibəri ... həyatında gormədiyi xoşbəxtliyi onun qollarının arasinda dadmışdı . Lakin belə vəziyyətdə nə düşünəcəyini bilmirdi . Borana dönsünmü , yoxsa Kənanın bu təklifi ilə razılaşsınmı ?
- Aradan illər keçsə də , mən hələ de səni o böyük sevgiylə sevirəm Ayla -Kənan davam etdi - birdən fikirləşərsən bu sevgi azalaıb . Əsla belə deyil , əksinə hər zaman sənə qovuşmaq arzusuyla yaşamışam , bunun üçün də başqası ilə həyatımı qurmamışam . Sənin yerinə kimsəni qoya bilmədim , kimsənin telinə toxunmaq istəmədim , sevmədiyim halda kimsəyə səni sevirəm demək içindən gəlmədi- gülümsəyib dolmuş gözlərini ondan qaçırtdi - biri ilə bərabər olduqdan sonra hər gün biraz özümə nifrət etmişəm , " sən necə də iki üzlü insansan " deyib ozümü söymuşəm .
Yanağından iki damla yaş süzdü :
- Açığı ozüm , özümə divan tutmuşam ...
Susdu . Ayla heç nə demirdi . OysaAyla Kənanın bu sözlərinə qarşılıq verməli idi .
- Ayrı olsaq da hər zaman səninlə maraqlanmışam . Xoşbəxt olmadığını bılırdim . Bilirdim ki , bir gün bu həyat səni yoracaq , bir gün mənə sığınacaqsan , mən səni qorumaq üçün özümu sənə sipər edəcəkdim . Yenə de edirəm - suyundan bir qurtum alıb Aylanın gözlərinin içinə baxdı :
- Deyəsən gecikdim . Sənin mənə gəlməni gözləməmliydim . Gərək mən özüm səni sinəmə çəkəydim .
Ayla da səssiz ağlayirdı .
- Yooox, ümüdüni itirmə , bu son deyil . Hələ həyat davam edir - Kənan udqundu - İndi mən səni yox, qarnındakini qoruyacam . O safdir , təmizdir . Onun heç bir günahı yoxdur . Bu körpə sənin günahındır ,
- Belə danışma Kənan yalvarıram , sən məni başa düşmürsən .
- Sən mənə gəlməliydin Ayla , mənə sığınmalıydın - özündən asılı olmayaraq Kənan ona səsini yüksəltdi :
- Sənin bu hallndan xəbərdar idim , mən bütün ailəmi , bütün bu başımıza gələnləri gözə alıb sənə -Şırnağa gəldim , bu zəhrimar qıçlarım olmasa da , sənə qollarımı açdım , sən məni qəbul etmədin , mən bu şikəst halımla sənə dirək ola bilməyəcəyimi sandin . Sən mənim gücümə güvənmədin , sən mənə inanmadin . Amma indi inanmadığın , güvənmədiyin adamın yanıdasan ...
- Belə edirsənsə gedə bilərəm ...
- Onsuz da gedəcəksən . Amma indi yox , doğumdan sonra , bilirəm ki gedəcəksən . Bu saat özün burdasan , amma ağlın Boranın yanindadir .
- Niyə belə edirsən axı ?
- Sən onu sevirsən Ayla . Mən yaylaya gələndə ona necə baxdığını görürdüm , hələ oteldə ... Gözlərin hər şeyi deyir ... artıq sənə güvənmirəm Ayla .
- Nə əlaqəsi var Kənan ?
- Əlaqəsi yoxdur ? Gedə bilərsən o zaman ! Qalx , qalx topla pırını - pırtını get ! Nə durmusan ? Haydi get ! - Bağırib əlindəki stəkanı yerə çırpdı .
- Kənan , məni qorxuzursan .
- Məni sevmirsənsə niyə gəldin o zaman ? Həə? Cavab ver dəəə ? Niyə gəldin ?
- Gedəcək yerim yox idi !
- Vardı ! Atanın evı ! Niyə getmədin ora ? Bilirdin ki , ora sənin üçün güvənli yer deyil , bilirdin ki , bayaqdan başında Eyvaz bəlasi var idisə , indi də Boran bəlası var , bilirdin ki , necə Eyvaz səndən Yavuzu alıb ona sahiblənib , elədə Boran bu uşağı alacaq - Kənanın gur səsi otağı doldurmuşdu . Özündən asılı olmayaraq əlini masaya cırpa çırpa qışqıraraq danışırdı :
- Ayla sən bilirdin ki , mənə gəlməsəydin Boran uşağın atası özü olduğunu biləcəkdı . Ya sənə Eyvaz kimi qeyri rəsmi sahib çıxacaqdı , ya da uşağını əlindən alacaqdı . Əsla və əsla səni zövcəsi kimi heç yerdə tanıtmayacaq , təqdim etməyəcəkdi, hətta uşağının anası sənin olmani da heç kimə deməyəcəkdi də . O səni nə qədər sevsə belə , səni ailəsinə, camaata hissetdirməyəcəkdi. Sən bunları bilə bilə bu izdivaca girdin , indi qaçırsan ?
- Nə edim Kənan , cox peşimanam , mənə bir yol göstər , mən bu uşağı itirmək istəmirəm - Ayla günahgarcasina dilləndi .
- Nigaha girəcəyik - Kənan hökümlü səsiylə qərarını verdi - Mən bu uşağa öz soyadımı , adımı verəcəm .
Aylanın gözlərindən sual oxunurdu . Amma dillənmirdi. Araya sükut cökmüşdü . Kənan yeməyindən bir qaşıq ağzına qoyub aramla çıynədi . Ayla hələ də düşünürdü . Yeməyi qabağında qalmışdı .
- Amma bir şərtlə ...
- Fermanı istəyirsən ?
Aylanın gözlənilmədiyi halda bu sualı Kənanı çaşdırdı . Anidən də onun sualina sualla cavab verdi :
- Nə ferma ? Ha ? Haaa haa - gözləri yaşarincaya gədər güldü . Sonra yumuruqların masasına vurub var səsiylə bağırdı :
- Lənət olsun sənə ! Mən kimnən otürü illərimi vermişəm ? Mən sənin fermana qalmışam ?
Qalxib sürünərək kamodun yanina gəldi . Çəkməcəni çəkib bir neçə qovluq çıxardı . Sürünərək gəlib kürsüyə çixdı . Qovluqları Aylanin qabağına atdı .
- Mən sənin fermana qalmamışam Ayla ! Mənim adıma olan şirkətləri o bu işlədir . Götür dəə , götür bax . Mən sənin fermanı neynirəm ? Axı mən niyə səni tanıya bilməmişəm Ayla . Niyəə?
- Heç kimsə bir şeydən çıxari olmadan kimsəni sevə bilməz , kimsə kimsəyə yaxşılıq edə bilməz . Mən bu həyatda gördüyüm ancaq bu oldu . Eyvaz məndən her şeyimi aldi , Boran da atasının malların almaq üçün , Əşrəf agadan , Eyvazdan atasının qisasin almaq üçün məndən istifade etdi . Elə mən də , Borandan istifadə etdim . Həm mallarımı qorumaq üçün , həm Əşrəf ağayla , Eyvazla savaşmaq üçün .
- Bu savaşı niyə yarım qoyun bəs . Sənin mübarizəni sonuna qədər dəstəkləyirəm.
- Bacarmadım Kənan , Hisslərim , duyğularım ....
- Sənin içində nələr varmış , mən səni səhv tanımışam !
-Sənin gördüyün saf Ayla getdi , KƏnan , həyat məni vurduqca vurub , doydükçə döyüb , əzdikcə əzib . Əzilə əzilə bərkimişəm , özüm yıxılıb, özüm qalxmışam , mənim sevgi dolü ürəyimi , məzar kimi qaranlıq kabus tutub , kin tutub , qisas tutub . Mən həyata nifrət edirəm , mən də məni vurduqları kimi vurmaq istəyirəm , mən də əzdikləri kimi əzmək istəyirəm , yıxıb surumək istəyirəm ...
- Başa düşdüm . Sənin ruhun xəstələnmiş , nigahdan sonra ilk işim səni həkimə aparmaq olacaq - deyib kürsüdən düşdü .
- Şərtini desən də , deməsən də , ordaki işlərimi sənə həvalə edəcekdim. - Ayla onun arxasinca dilləndi .
- Mənim şərtim bu deyildi . Amma hər ehtimala qarşı mallarını güvəndiyin birinə etibar etməyin məsləhətdir . Elə birinə et ki , sabah sənin zülüm - zillətlə qazandiğın elə övladlarına qismət olsun . Başqasına yox - Kənan divanda oturub televizoru açdı :
- Qoy deyim biləsən , imkan vermədin şərtimi deyim . Bu başdan sövdələşək , sonra dəyirmanda yabalaşmayaq . Uşaq doğulandan sora boşanacağıq .
- Nəə ?
... Və beləcə 8 ay idi bir evdə ayrı ayrı otaqlarda yaşayırdılar . Kənan bu vaxta qədər onu heç bir şeyə ehtiyyacda qoymamışdı . Çöldə bayirda əsil ər arvad kimi görsənirdilər . Artiq , ailə və qohumlar da Aylanı gəlin kimi qəbul etmişdilər . Bir Kənanin dayısı uşaqları bu evliliyi heç sayirdı. Ailə nə Kənanla nə də Kənanin ailəsiylə danışmırdilar . Rəsmi nigahdan sonra bal ayı adıyla Amerikaya da getdilər . Kənanin orda xəstəxanada yatdığı zamanlardan dostlari var idi . Onları ziyarətlə bal aylarını tamamlamış oldular .
İlk gecə Ayla Kənanin otağına gələndə Kənan ona :
- Aylam , mənim sevgim sənə deyişməz olaraq qalmaqdadır , lakin mən səndə o sevgini görmürəm , mən Aylamı əvvəlki sevgiyə ailəm kimi qəbul etmək istəyirəm . Bir xahişim var , mənə özünü borclu bilib gəlmə , mənə məni sevərək gəl . Bu qədər illəri mən səbr edib gözləmişəm , yenə də gözləyərəm , yetər ki , məni sevərkən ağlinda başqa xəyallar dolanmasin , məni mən səni sevdiyim qədər sev də, gəl ! - demişdi Kənan - səni bir ömür də gözləyərəm . Özünü bu sevgiyə hazır hiss etmədən məni rahatsız etmə . Bu evin altinda sadəcə dost , bayirda isə er arvad olaraq qalacağıq .
Kənan onun üçün ayırdığı otağın qapısını açıb :
- Ozünü nə zaman hazır hiss edersən o zaman bütün varliğımla səninəm , qüsura baxma , sənin ürəyindəki kinlə , ağlındaki pis fikirlərlə mən də ruhumu kirlədə bilmərəm . Mən əvvəlki Aylanı sevirəm , indikini yox .
O gün Ayla özünü otağına həbs edib bəxtindən taleyindən küsmüşdü , əvvəlki kimi olması , ya da onu öldürməsi ücün Allaha nə qədər yalvarmışdı ...
Aylaylanin qaçma xəbəri Şırnağa bomba kimi düşmüşdü . Heç kim bu xəbərə inanmaq istəmirdi . Hələ hələ Boran . Ayla bu qədər ovcunun içindəykən onu necə buraxıb gedərdi , bir onu ağlı kəsmirdi . Bəlkə qorxuzublar , bəlkə , hədə qorxu gəliblər , Bəlkə, Eyvazın terorda doğurdan əli var , bəlkə Eyvaza görə onu sıxışdırırlar . Bəlkə Eyvazın kimlərə sə borcu var , borcunu Ayladan istəyirlər . Ağlina hər curə fikir gəlirdi . Aylanı hər yerdə axtarırdı . Zəng edir telefonuna zəng çatmırdı . Nəhayyət son güman yeri Kənan oldu . Kənana zəng etsə də Boran onunla əlaqə saxlaya bilmirdi . İş o yerə qaldı ki, özü Ankaraya getməyi qərara aldi . Amma hara gedəcəkdi ki ? Kənanin ünvanını bilmirdi . Kənanin atasinı tapmaq çətin deyildi . Odur ki, bir başa onun yanına gəldi .
Eyvazin ailəsinin ağlına gəlməzdi ki , Ayla Kənanla qaça . Aylanın güclənməsinə səbəb Boranı görürdülər . Yayla adamlarından orda burda Ayla ilə Boranın görüşmə xəbərlərini də eşitmişdilər , lakin Eyvaz içəridən çıxmadan bir şey etmək istəmirdilər . Egər Aylaya bir şey olsaydı bunu Eyvazdan biləcəkdilər . Odur ki , səbr edirdilər , və bu səbrin sonunu acımasız bir qətillə sonlandiracaqlarina da əmin idilər .
Yaylada şaiə ayaq tutub yeriyirdi . Gah deyirdilər Aylani terorlar qaçırib , gah deyirdilər , Boran onu gizlədib , gah deyirdilər Eyvaz onu öldürtdürüb izini itirib . Gah da deyirdilər ki , Əşrəf ağa mallara tam sahib olmaq üçün Aylanı aradan götürüb . Olayın gerçək üzünü isə Ali Kamaldan başqa heç kim bilmirdi . Fermanı və yeməkxananin işlərini Ali Kamal idare edirdi . Ortalıq qarışmışkən Aylanın qaynatası və Əşrəf ağa Ali Kamalı da sıxışdırmağa başlamışdılar . Ali Kamal isə öz növbəsində Aylanin ona verdiyi vəkaləti də götürüb jandarmaya üz tutdu . Jandarmadan özünün və ailəsinin təhlükəsizliyi üçün kömək istədi . Bu zamana qədər Aylanın ferma işlərını Ali Kamala etibar etdiyini kimsə bilmirdi .
Şırnak bir birinə dəymişdi . Aylanın mallarının Ali Kamala etibar etməsi hər kəsi təccübləndirdiyi kimi , bu dəfə də Boranı buraxıb , Aylanın adını Ali Kamalla çıxarmağa başlamışdılar .
Boran Selcuq bəyin yanına gedəndə Ayla ilə Kənan artıq Amerikada idilər . Selcuq bəy Aylayla Kənanın bir daha Türkiyəyə dönməyəcəyini də qeyd etmişdi .
Şırnağa dönən Boran qızmış nərə dönmüşdü , əlinə keçəni vurub qirir. Aylanı müflis etmək üçün planlar qurur , hər pisliyə əl atırdı . Bütün bunlarin olacağını Ayla Ankaraya getmədən əvvəl gözə almışdı . Fermanın 70 faiz qazancını Ali Kamala verməklə də səhv etmədiyini düşünürdü . Əgər Ali Kamala bu qədər qazanc verməsəydi , Ali Kamal da onun malına bu cür çətinliklərin qarşısında belə sahib çıxmayaxaqdı .
Amerikadan gələndən 4 ay sonra Ayla KƏnanın onunla tanışdırdığı vəkilin eli ilə Əşrəf agadan mallarini tələb etdi . Aylanın Amerikadan döndüyünü eşidən Boran vaxt itirmədən Aylanı axtarıb tapdı . Aylanın hamilə olduğunu görən Boran son dəfə onunla danışmaq istədi . Görüş baş tutdu . Bu görüş o vaxt idi ki , Ayla artiq bütün məhkəmələri qazanmışdı . Bircə Yavuzun vəlayetini üzərinə ala bilməmişdi . Bir zamanlar iki dost və ortaq düşmən kimi münasibət quran sevgililər bu gün iki rəqib kimi üz üzə dayanmışdılar .
Ayla artiq zəngin və güclü bir qadin idi . Bütün Əşrəf ağadan aldığı torpaqların Kənana satılmış kimi göstərirdi . Beləliklə Əşrəf ağa o torpaqlardan gözünü birdəfəmlik çəkdi . Lakin düşməncilik yenə oz yerində daha da qatı şəkildə qalırdı .
Ayının günün içindəydi Ayla , görüş evin yanındakı parllardan birindəydi . Kənanın da bu görüşdən xəbəri var idi .
- Sənin xəbərin olmadan da bu görüşə gedə bilərdim . Amma istəmədim .
- Niyə ? Mən sənin azadlığın heç zaman qarışmamışam . Azadsan .
- Yox , ona görə deyil . İstədim biləsən ki mən artıq 6 - 7 ay bundan əvvəl sənə pənah gətirən çarəsiz qadın deyiləm . O zaman nəyə qərar verdiyimi özüm də bilmirdim . İndi nə istədiyimi bilirəm .
- Sevindim . O zaman bilmək olarmi bu görüş nəyi ifadə edir ?
- Nöqtəni .
- Belə tez ?
- Gec belə qaldim . Mən məni sevən Kənanıma laiq qadın olmaq istəyirəm . İstəyirəm ki , ərim məni esil qadinı kimi kimi görsün ,bayırdakı kimi evdə də er arvad olaq , otaqlarımız ayrı olmasın .
- Əminsən ?
- Əgər sən fikirini dəyişməmisənsə ...
Kənan onun alnından öpüb , onu qucaqladı.
- Bilirdim ki , bir gün doğru olan qərarı verəcəksən .
AYla nə olub keçirdisə Kənanla məsləhətləşirdi . Kənanla bu zamana qədər ailə münasibətləri olmasa da bir birini başa düşən möhkəm dost idilər . Ayla cox dəyişmişdi . Güclü pisxoloji müalicə onu demək olar ki ,180 derecə deyişmişdı . Artıq sağlam düşünüb , sağlam qərar verə bilirdi , həyati sevməyə başlamışdı . Hər keçən gün həyat onun gözlərində daha da gözəlləşirdi .
- İndi belə çıxır ki , biz düşmən olacağıq ? - Boran Ayladan soruşdu .
- Niyə ki , biz əvvəl dost olmuşuq .
- Səncə biz təkrar dost ola bilərik ?
- Niyə olmasin , əgər dost qalarıqsa ortaqlığımız da sağlam davam eder , yox məni özünə rəqib görərsənsə ...
- Biz sevgili olmuşuq axı Ayla ...
- O ikimizin də həyatında olan ən böyük səhv idi !
- Səhv ? Ama qoynumda qollarımda varlığından keçəndə elə demirdin ? Darıxiram o günlər üçün . Xəyalımdan getmir.
- Artıq onlar oldu bitdi . Yəqin ki , bura bunları danışmağa gəlməmişik. Məni bura niyə çağırdın ?
- Atamin torpaqlarını səndən almaq üçün gəlmişəm .
- O torpaqlar satılıb .
- Kimə ?
- Kənana
-Ayla ikimizdə bilirik ki , bu sadecə bir sözləşmədir .
- Kim deyir onu ? Həm mənim həyatımı qurtarana mən varımı vermərəmmi ?
- Sən həyatını qurtarmadin , özünü ona məhkum etdin . Sən məni sevə sevə ona necə getdin ,o seni sevə bilər, lakin mənim qədər güclü ola bilməz.
- Onun əngəlli olmağına görəmi deyirsən bunıarı ? Bəli, o , fiziki çəhətdən gücsüz ola bilər . Mənəvi cəhətdən isə hamıdan güclüdür. Yenə deyirəm Boran , biz ikimiz də həyatımızın xatasını yaşadıq . Mən artıq yuvamı qurmuşam , xoşbəxtəm , bu gün sabah uşağımız olacaq , yalvarıram daha bunları təkrar təkrar danışmayaq . Biz sadəcə şərikik . Fermanı da satışa cıxarmışam , inşallah satılar da , seninlə əlaqələrim tamamı ilə bitər .
- Fermanı mən alıram ...
Ayla güldü .
- Hələ qorx ki , biz səndən çox şey alaq .
- Nə demək indi bu ?
- Nəysə nə , bax bu günü unutma . Ölməsəm , qalırsam , görəcəksən . Mənim olmayani belə səndən yarı yarıya alacam ...
Ayla Ferman satmağı düşünmürdü . Məqsəd o idi ki ,üzərində hec bir mal və mülkiyyət olmasin . Hələ ki, ozünə güc - qüvvə yığıb , özünü anidən meydana atmaq istəyirdi . Hələ Borandan alası cox şeyi vardı . Buna əmin idi . Nə də olsa Boran qarnındakının atası idi . Boranın mallarında qarnındakının da payı var idi . Bu uşağın atasının kim olduğunu bir Kənan , bir də Ayla bilirdi .
Boran nə deyə bilərdi , Ayla artıq ailəsini qurub , xoşbəxt yuvası vardı . Daha əlini bu sevdadan üzməli idi .
Rəqib kimi görüşən sevgililər "dost " kimi ayrıldılar. Dırnaq arası dost deyirəm . Əslində bu gündən bir birlərinə qarşı mehriban düşmən olmuşdular .
MƏKTUB (real)
21 BOLÜM .
FERİDE ACARAKCAY
Əmrim verildikdən sonra işə başlamışdım . Düşündüklərimin əksinə otelin içində tam sərbəstlik və müasirlik höküm sürürdü . Kollektiv də müasir və mədəni kollektiv idi . Otelnən tanış olmamışdan fikirləşirdim ki , bu yerlərə , belə yerə kim gələr ki , hansı turist gələr ? Amma görürdüm ki , yox , buranin turist axini sadecə istirahət üçün gələnlər yox , bu yerlərin geologiyasini , coğrafiyasini və tarixini araşdırmağa gələn elim adamlarıdir . Qonaqlar əkseren Türklərlə bərabər xarici vətəndaşlar - yunanlar , suriyalilar və fransızlar idi . Onlar üçün hər şərait yaradılmışdı . Oteldə dünyanın bütün dillərini bilən tərcüməcilər də işləyirdi . Başqa şəhərlərdən buraya gəlib işləyənlər üçün zirzəmi və 1 ci mərtəbələrdən otaqlar ayrılmışdı . Gündə üç dəfə personal yeməkləri ilə təmin olunan otel işcılərinin həftədə 1 gün izin günləri var idi .
Yerli camaatdan oteldə demək olar ki, barmaqla sayılacaq qədər görmək olardi . Onları da ancaq restoranda və ya banket - toplantı salonlarinda . Onlar da elə belə adamlar deyildilər , Şırnağın ən zənginləri, iş adamları demək olardı . Oxuduğum məktublarda buralari çox geridə qalmış yerlər kimi təsəvvür edirdim . Fikirləşirdim ki, burda nəfəs belə çəkmək qadağandir . Elə deyildi . Burda həyat qaynayirdı . Hər kəsin də normal yaşam tərzi vardı . Doğrudur nə qədər yaşam normal olsa da etiraf edirəm ki , burda qadın azadlığı sıfır dərəcədədir . Ən zəngin və oxumuş mədəni ailələrin qadınların belə ərlərinin yanında danışmağa söz haqqı yox idi . Erin dediyi söz hakim qanundur . Əgər er və ya törədən bir kişi oğlu və ya qızınin belə ölümünə fərman vermişsə , qadin onunla razılaşmaq məcburiyyətində idi . Qadin o evladı doğub dünyaya gətirmişdisə uşaq ataya və törəyə məxsusdur , qadın onlarin işinə qarışa bilməz . Sadecə sənəddə uşağın anası olaraq qeyd olunur . Vəssalam . O uşağı , illa ki , oğlan uşağını dünyaya gətirəndə aşirət uşağı dünyaya gətirdiyi üçün ananın "haqqını" artıqlaması ilə verir . Bununla da qadının vəzifəsi bitmiş olur .
Mən bu haqqla ananı kölə , qul kimi təsəvvür edrdim . Bir fərq var idi . Qula , köləyə bəxşış vermədən hər iş etdirirdilər , lakin burdaki qadınlar övladlarını bəlkə də kiloyla qızıla "dəyişirdilər" .
Kişi yaninda nə qədər sixilsalar da qadın qadına bunları görmək lazım idi . Vallah İstanbulun ən azad qadınları onların yanında yalan olardı . Hərdən toplanıb otelin hovuzuna və ya hamamina gələndə görəcəksiniz onların dəzgahını . Pula pul deməzlər , gətir - götür, yemək içmək , müsiqı , dans ... göbək ...
Məndən başqa Qazanetep və İstanbuldan dəvət olunmuş bir neçə terapivt - masaşcı zar zor yetişırdik onlara . Bu sahədə oteldə həm qadın həm də kişi kadrı var idi . Qadınlar kişi salonlarına girməzdilər . Kişi müştərilərə kişi terapivtlər xidmət göstərirdi .
Mən burda sıravi işçi deyildim . Buraya həkim kimi qəbul olunmuşdum . Artıq 20 gündən çox idi ki , burdaydım. İlk gəldiyim günlər çox darıxırdim . Ən çox da anam üçün . Elə bil körpə uşağı anasının döşündən ayırmışdılar . Təkliyə düşən kimi anam üçün ağlayirdım . Yaxşı ki, internet vardı yoxsa çatlayardım . Qadını üzməmək üçün onunla danışanda ağlamamaq üçün özümü güclə saxlayirdim .
İşım günorta saat 2 de başlayırdı, axşam saat 9 a qədər davam edirdi . 8 saatlıq iş xaricində tam sərbəst idim .
Oteldən çıxıb şəhərə keçəndə həyatın neçə dəyişdiyini fərq edirdim . Məndə belə bir təsəvvür yaranirdi . Otel sanki çəhənnəmin ortasina düşmüş cənnətin bir parcası idi . Oteldə həyat başqa otelin bayırında isə tamam fərqli idi . Tək başına və örtüsüz şəkildə küçələrdə dolaşmaq yerlı camaata bir əcaib gəlirdi . Kişilərin şorgöz baxışları , qadınların pis nəzərləri , bəzən , insanın yerışını belə adama unutdururdu . Özumu onların içində bir əcaib sanırdım . Odur ki , vacib işim olmayınca küçəyə çıxmaq istəmirdim . Boş vaxtlarımı hovuzda , otelin istirahət mərkəzində və ya otelin bağcasinda keçirirdim .
Burda işləyən slravi işçilərdən Nərmin adli bir qizla tanış olmuşdum . Yerli Şırnak qızı idi . Cox kasıb bir ailədən olan bu yetim qızın 9 yaşında qardaşından başqa heç kimi yox idi . 20 yaşı var idi . Əmisinin ailəsi ilə baba yurdunda yaşayan qızı 16 yaşında əmisi böyuk başlığa qulaqdan əlin birinə vermək istəmiş qız isə evdən qaçmışdır . İllərlə digər qohumlarının evində gizlənən qiz , onun bunun evində bir qarın çörəyə işləyirmiş . Onun bunun köhnə paltarlarını özünə qənimət bilirmiş . Özü harda olurdusa qardaşı da onunla bərabər orda yaşayir , balaca olmasına baxmayaraq ağır işlərə çəlb edilirdi . Otel açılandan sonra təsadüfən otelin bağcasinda təmizlik edən bir işçı ilə tanış olur . Və o kişi onu həmin bu oteldə işə düzəldir . Oteldə işləməsinə pıs baxan qohum əqrabası bu qızı gözüm çıxdıya salıbmışlar . Şef deyilən , 2 ci patron ona sahiblənib , qardaşı və özünü burda otelin zirzəmi qatındaki işçilər üçün nəzərdə tutulmuş otaqlardan birində yerləşdirmişdi . Qızın dediyinə görə qardaşı Əkrəmə şef özü sahiblənib .Onu burdakı özəl məktəblərin birinə qoyub . Və söz verib ki, əgər yaxşı oxusa onu özü ilə şəhərə aparacaqdır .
- Bəs sən ? Sən şəhərə getmək istəmirsən ? - Zeynəb sınayıcı nəzərlə Nərminə baxdı .
- Mənn ? Ay Zeynəb baci , Allah sənin xeyrini versin . Şəhərdə mənim nə işim var ? Şəhərə məni kim qoyur ?
- Neçə yanı kim qoyur ? Neçə yaşın var ?
- 20 .
- Anan - atan da yoxdur , sənə kim qarışacaq ki , sən müstəqil və sərbəst fikirli , azad qızsan . İstədiyin yerə gedə bilərsən , lap xaricə , sənə heç kim heç nə deyə bilməz .
Qızın gözləri işıqlandı .
- Doğurdan ? Yani məni şəhərə buraxarlar ?
- Niyə buraxmaslnlar ki ?
- Axı mən orta məktəbin 3 cü sinifin bitirmişəm . Oxumam , yazmam belə yaxşı deyil . Məni kim buraxar ora ? Mən eşıtmişəm ki , biliyi olmayanlari ora buraxmırlar .
- Sən oxumaq istəyirsən, istəmirsən ?
- Bu yaşdan sonra ?
- Nə var yaşında , oxumaq məzar evinə qədərdir .
- Məni güldürürsən ee bacı . Məni heç bu yaşımda alan yoxdur ki , evdə qalmışam , sən mənə oxumaqdan danışırsan .
- Sən 20 yaşında evdə qalmısansa mən artıq məzardayam ki ...
O gündən bir məşguliyyətim də vardı . Nərminə dərs keçirdim .
Hər gün burdan gedirəm deyə deyə , artıq qışı da burda keçırirdim . Yayı nə qədər istiydisə də , qışı o qədər də soyuq idi buralarin .
Başım Nərminə necə qarışmısdısa heç carşı bazara da çıxmırdım . Bir yatmağımız ayrı idi .
Bir gün onu yanıma alıb oxuduğu məktəbə gətirdim . Məktəbin drektoru ilə görüşüb onun orta məktəb şəhadətnaməsini tələb etdim .
- Axı Nərmin orta məktəbi oxumayıb , biz ona şəhadətnamə verə bilmərik .
- Siz şəhadətnaməni məktəbə gəlib gedənlərə mi verirsiz , yoxsa , savadı olanlar ?
- Əlbəttə ki , imtahandan keçməlidir !
- Elə isə Nərmini bu ilin buraxılış imtahanlarına qoşun . NƏrmin imtahanlara hazırdır .
Nərmin mənim drektorla tələbkar amiranə danışmağıma ağzı açıq baxırdı .
- Bacı , sən neylədin ?
- Neylədim ?
- Bir kişi xeylağıyla bu tərzdə danışmaq olar ? Bu nə öz güvəndir ? O kişidir ee kişi , bir dəqiqənin içində ...
Nərminin qoluna girib onu özümə qısdim .
- Hərdən , kişilərə də yerlərini bildirmək lazımdır , əzizim . Əgər qadinlar öz yerlərini bilməsələr , o zaman kişilərin qulu olarlar . Odur ki , hər zaman oz yerini biləcəksən və qarşındakına da həddini bildirəcəksən .
Otelin əsil sahibi Boran adlı adam olduğunu eşıdəndə ürəyim əsdi . Görəsən bu o Borandır - deyə düşündüm . Onun haqqında Nərmindən soruşurdum . Nərmin də Allaha şükür heç kimi tanımırdı . Boran bəy otelə geç geç gəlirdi . Eşıtdiyimə görə Boran bəy İstanbuldaki şirkətlərin başında olurdu . Buraya arada bərədə gələrdi . Mən heç onu görməmişdim . Oteli bacısının uşaqları idarə edirdi . Əslində bu otel ailə oteli olduğu ücin esil müdür kim idi bilinmirdi . Kim gəlirdisə bütün işcilər patrondur deyə onlarin qarşısinda təzim edirdi . Elə mən də hər gələni müdür kimi qəbul edirdim . Bir onu bilirdim ki , bu oteli işlədən adam kimdirsə onun bütün nəsili burda müdürdür .
Bir dəfə baş müdir yani bu Boran deyilən adam yuxarıdan gələn adamlarla bizim şöbəyə gəlmişdi . Onda da heç onu görməmişdim deyə bilmirdim gələn adamlardan hansıdır müdürümüz . Həmin gün teldə çəkiliş vardı , bizə xüsusi tapşırıq verilmişdı ki , özünüzü məşgul göstərin heç kimə baxmayın . Onlar gedənden sonra arxadan görmüşdüm onu .
Nərminin dediyi ikinci patron Şef kim idisə hər kəs ona xüsusi rəğbət bəsləyirdi . Adını deyəsın bilən yox idi . Əgər bilən olsaydı biri danışanda onun adını çəkərdilər . Mən də heç maraqlanıb soruşmurdum . Nə də olsa yaya qədər bir iş tapıb burdan gedəcəkdim . Nəyimə lazımdır ki .
Bu şefi hər kəs Boran bəydən çox istəyirdi deyəsən . Yaman terifləyirdilər . Eşitdiyimə görə şef özü xəstədir və çox zəngin adamdır . Varda pulda gözü yoxdur . Deyilənə görə burdaki şirkətlərinin bütün sərmayəsini özü kimi xəstələrə , kimsəsiz qocalara və xərcəngdən əziyyət çəkən uşaqlara bağışlayır . Elə bu şefin xeyrindən yararlananlardan biri də Nərminin qardaşı Əkrəm idi .
Zəhmətimin bəhərini görürdüm deyəsən , ikimiz də sevinirdik . Bu gün Nərminin şəhadətnaməsini ala bilməsi üçün imtahani var idi . Egər Nərmin bunu alardısa bu mənim də ugurum sayılırdı .
- Mən də səninlə gedəcəm .
- Amma bacı bilirsən bu gün toplantı var . Problem olmasin . Mənə birtəhər izin verdilər . Bilirsən də şef də oxumaq tərəfdarıdir . Eşıdəndə ki imtahanim var bir söz demədilər , get dedilər .
- Mən yenə de Rüfət bəylə görüşüm ...
Oteldən Nərminlə bərabər cıxdiq . Ən azından mən də onun kimi həyəcanli idim . Qol qola girib , dayanacağa dogru getdik . Cox yağış yağırdı . Otel ana yoldan biraz arali idi . Ən az 7 8 dəqiqəlik piyada getməmiz layım idi .
Çətir başımızı quru saxlasa da onun uzun ətəyi , mənim də şalvarımın gen balağı tamamı ilə su olmuşdu . Arada çətirdən düşən damcılar saçımın sol tərfini tamamilə islatmiş saclarım qıvrılmışdı . Başqa zaman olsaydı yağış bitmədən bir yerə getməzdim amma, indi geri qayıtmaq olmazdı . İmtahan saatına az qalmışdı
- Xanımlar , mən sizi apara bilərəm .
Qarşımızda bir maşın dayandi . Bu maşın elə bil göydən düşmə oldu . Harda olduğumu belə unutdum . Özumu Ankaranin göbəyində sandım , bu saqqallı kişini də centelmen bir adam bildim . Qızı çəkişdirib "gəl " dedim .
- Bacı hara ? Ağlın azıb ?
- Noldu ? Cox yağır, maşınla gedək !
- Gəl bacı , tanımadığım adamın maşınına mınsəm məni daş qalaq ederlər .
Məni gülmək tutdu . Mən bu qıza nə qədər öz güvən versəm də, bu giz camaatin dedi qosunun təsirindən hələ də çıxa bilməmişdi . Demək ki bu qədər ayı çəkdiyim zəhmət boşuna imiş .
- Nərmin uşaq uşaq danışma gəl ! Aftobus gec gələ bilər . Gecikirik.
- Sən get o zaman , mən gəlmirəm , bağışla , gələ bilmərəm . Bəlkə terordur , bəlkə manyakdir
Şofer güllə kimi açıldı :
- Manyak sənin ... qardaşındır . Otel q..si ? Niyə otelə gəlmirik sözümüz keçmir ? Mən sizi elə bir yerə aparacam ki , sizin oteldən ...
- Nə deyirsən sən qardaşım ?
- Sən heç danışma Ankaranın q..bəsi . Səni istəyən yoxdur , sənə dişım batmaz qocalmısan , mənə belə quzu lazımdır . Əl dəyilməmiş , yup yumuşaq,quzu kimi . Qoca kişiyəm ...
Nərminin əlindən çətiri alıb maşının üstünə , şişələrinə çırpdim . Əsəbimdən qışqıra qışqıra qalmışdım . Necə hirslənmişdimsə oğlanın nə dediyini belə eşitmirdim . Bir onu bilirdim ki, o da mənə qışqıraraq mənə küfr edir . Nərmin məni dartışdırır , maşından ayirmaq istəyirdi . Yağışın altında o da mən də cum culuq su olmuşduq .
- Bacı, sən istərsən get otelə xəstələnəcəksən . Mən özüm tək gederem .
- Nə danışırsan bərabər gedəcəyik .
Avtobus dayanacaqda dayandı . Biz aftobusa minmək üçün yolun o tərəfinə keçməliydik . Nərmin qaçıb yolu kecərək marşuruta mindi . Mən isə qarşı yoldan kecən maşınları gözləmək məcburiyyətində qaldım . Maşın karvani isə yolda səngimək bilmirdi . Elə bu vaxt bizə sataşan maşın sürətlə hərəkətə kecib yerdəki palçıqlı suyu üstümə çılədi . Geriyə atlanim deyənde başqa maşının siqinalı məni qorxuzdu . Özumu itirib başqa istiqamətə çəkildim . Maçınların arasında top kimi dığırlanırdım . Elə bu vaxt bizim yola dönməkdə olan bir maşına dəyib yuxari dikdən aşağı yol boyu axan yağış sularının içinə yıxıldım .
- Yaxşısınız ? - çox yaraşıqli bir kişi təlaşla maşından enib qolumdan tutdu - həkimə götürüm ? Bir yeriniz əzilmədi inşallah , bir yeriniz ağrıyırmı ?
- Yox, narahat olmayın yaxşıyam .
Yolda tıxac yaranmışdı . Maşınların səsi küçəni başına göturmüşdü . Hətta bir iki şofer də maşınından düşüb mənimlə maraqlandı. Şükür bir yerim əzilib qırılmamışdı . Amma hirsimdən ağlayırdım . Adamlar da elə başa düşürdü ki, bir yerim ağrıdığımdan ağlYıram .
- Gedək gedək , xahiş edirəm ,
- Mən getməliyəm - deyə dayNacağa baxdim . Avtobus getmışdı . PerişaN olmuşdum .
Ayağa qalxdım . Amma berbad gündəydim . Bütün hər yerim palçıqlı su idı . Bu cür vəziyyətdə otelə dönə bilməzdim , utanardım
Dediyim kimi otellə küçənin arası 7 - 8 deqiqəlik olsa da ,küçəni belə gedə bilməzdim . Hələ otelə belə palciqli girmək çox ayib olardı .
- Nə edəcəm mən oooff- ağlamsınıb əsəblə ayaqlarımı yerə vurdum - Allah bəlanı versin sənin , korsan , karsan ? Nə eşşəklər var bu dünyada Ay Allah - deyə məni bu günə qoyan bayaqkı şöferin qarasınca söydüm .
- Xanım , bağışlayin , amma bu bir qəzaydı , mən eşşəklik etmədim , siz ozünüz mənim maşınıma toxunduz , nə kor deyiləm nə də kar .
- Nə deyirsən sən ?
- Belə qəza vəziyyətini siz yaratdığınız ücün eşşəklik ...
Dilim dodağım qurudu :
- Deməli eşəkliyi mən eləmişəm ?
- Bunu mən demədim ...
Əsəbimdən partlamaq üzrəydim amma mən əksinə , əsebimdən ugunub gedirdim . O da mənə qoşulmuşdu .
- Xanım mən eşşəklik etmək istəmirəm . İnsanliq edib sizi otürə bilərəm . Yox əgər yenə məni eşşək hesab edirsinizsə , buyurun arabama . Bu eşşək arabam da sizə peşkəşdir , istədiyiniz yerə apara bilərəm .
Özümü ələ almağa çalışırdım , amma heç dayana bilmirdim , gülürdümü ağlayirdimmi bilmirdim ,üzüm bir qəribə ifadə almışdı .
- Allahlm bu nə gün idi , sabah sabah mən yaşadim - əsəbimdən gülürdüm gözlərimin yaşı yağışın suyuna qarışmışdı . Özüm də bilmirdim əsəbimdən ağlayirdım, yoxsa gülməkdən gözlərim yaşarmışdı .
Maşının qapısını açdı .
- Buyurun !
İxtiyarsız maşina mindim . Adam özü də suyun içındə idi . Keçib yerinə oturdu . Və maşının saxlanc yerindən bir dəsmal goturub əllərini üzünü qurulayıb mənə üzatdi :
- Mənim bu eşşək arabama xoş gəlmisiz , mən bu eşşək arabasinin sahibi Boran - əlini mənə uzardi . Gülüşüm dodağımda qurudu . Donub qalmışdım . Bu Boran o Boran olmasın ?
- Siz ?
- Zeynəb - deyə əlini sıxaraq özümü təqdim etdim .
Saçlarimdan su süzürdü . Oturduğum oturacaq tamami ilə suyun içində idi .
Boran maşını işə saldı .
- Yaxşısız ?
- Hə yaxşıyam ,
- Evə gedək ?
Yoxsa buda manyak çıxdı ? - deyə düşündüm
-Başa düşmədim ?
- Deyirəm ki, harda olursuz , sizi evə apara bilərəm .
- Həə ...- düşündüklərimdən özüm də utandim . O da yanlış anladığımı başa düşdü deyəsən . Başın bulayıb gülümsündü .
- Mən oteldə qalıram , amma belə vəziyyətdə tekrar otelə dönə bilmərəm . Sizə zəhmət olmasın . Mən taksi çağırar gedərəm .
- Nəysə ki , bir qərar verin hara gedəcəksiz . Belə vəziyyətdə gəzməyə də gedə bilməzsiniz , yeqin ?!
Bİraz aralıda Yolun o biri tərəfində geyım dükanı görünürdü .
- Bax məsələn oraya qədər gedə bilərəm . Üstümə bir şeylər alaram . Yüngülvari . Sizə də əziyyət olacaq . Yolunuz uzaq düşəcək , ən yaxşısı mən düşüb , özüm yolun o tərəfinə kecim . Sizin də yəqin gedəsi yeriniz var.
Elə bu zaman güclü ildırim çaxdı arxasınca da cox möhkəm göy guruldadi . Yağışı sevsəm də uşaqlıqdan göy gurultusundan çox qorxurdum . Goy qurultusundan qulaqlarımı tutaraq qışqırdım :
- Aayyyy , aman Allahımmmm ! Sən özün köməyimdə dayan !
- Hmm... Başa düşdüm
Təəcüblə adamın üzünə baxdım .
- Demək Allah bu gün sənə kömək olmaq üçün məni sənə yollayıb . Fərqindəsən yəqin . Səni həm yolun ortasindakı qəzadan qorudum , həm yağışdan , indi isə ildirimdan... Gedək !
Maşın yola çixdı .
- Saçlarımı quruda bilərəm deyə əlimdəki dəsmalı ona göstərdim .
- Bəli əlbəttə ki ,
- Təşəkkür edirəm - deyib saçlarımı qurutmağa başladım . Göz altı ona diqqət edirdim . Əgər bu Boran o borandırsa demək Ayla ağzının dadını bilirmiş . Bu adam cox yaraşıqlı bir kişi idi . Gicgahindaki ağ saçlar onu daha olqun , və ağıryana göstərirdi . İlk baxışdan ciddi görkəmi olsa da səmimiyyətindən çox pozetiv adam olduğu bəlli olurdu .
- Deyirəm axı , buralarin xanımlarına bənzəmirsiz - Başımla təsdiqlədim.
- Demək qonaqsız .
- Yox qonaq demək olmaz .
- Eee ?
- İşləyirəm .
- Harda ?
- Oteldə .
- Allah allah ...
- Nə var ? Coxmu təcüblüdür .
- Yoox ,təcüüblü deyil .
- Bəs niyə təcübləndiz ?
Üz ifadəsi , çox ciddiləşdi . Heç elə bil ki, bayaqdan mənimlə zarafatlaşan adam deyildi .
- Nə işləyirsiniz ?
- Həkiməm
- Həkim ?
- Bəli .
- Siz ?
- Həkimə oxşamıram ?
- Yoo , nə bilim vallah , sizi heç görməmişəm .
- Siz də orda işləyirsiz ? - sınayıcı nəzərlə ona baxdım .
- Yooo, sadecə tez tez orda oluram - Maşını saxladı:
- Catdıq .
Qapını açıb çətiri açdım . Qırılmışdı
- Ola bilməz - ağlamsındım .
- Çətirlə hansısa eşşəyı şallaqlayanda olacağı bu idi dəə , daha nə gözləyirdiniz ki ?
Yenə dəli gülmək məni tutdusa da özümü güçlə saxlayırdım . Maşından düşüb dükana qaçdım . Arxamca səslənirdi .
- Gözləyim ?
- Yox, yox sağolun , özüm gedərəm .
- Çətir almağı da unutmayin aa, yoxsa yenə islana bilərsiniz .
Cavab vermədən içəri girdim və dönub maşına tərəf baxdim . Siqnal verib sağollaşdı və getdı .
- Xoş gəldiniz !
- Xoş gördük !
- Sizə necə kömək edə bilərəm ?
- Görürsüz üst başım nə gündə . Əynimi dəyişməyə ucuzvarı bir şey verin .
Satıcı qız məni başdan ayağa süzüb üzümə baxdı :
- Xanım əfəndi , təssüf ki sizin stilinizə uyğun geyimlərimiz yoxdur .
- Mən burda moda axtarmıram , xanım qız . Sadəcə bu pıslıyi dəyişmək üçün hər hansı bir geyim axtarıram . Bax məsələn o ətəyi bir də o kötnəyi verin .
Kəndlilərin geyindiyi büzmə gen şalvar və cox sadə ucuz qofta əynimə qutu kimi olurdu . İlk dəfə idi kəndsayağı paltar geyirdim . Çox dəyişık görünürdüm . Bəyəndim . Cox yaraşırdı bu geyim mənə . Ankaradan gələndən 74 kioya düşmüşdüm . Hədəf 55 idi . Bəlkə də əvvəlki vaxtım olsaydı bu geyim mənə yataşmazdı . Arıqladığım ücün bu paltar gözəl yaraşırdı .
Bir necə dəqiqə gedib gəlib aynaya baxdim . Görəsən indiyə gədər belə stilə niyə müraciət etməmişdim ? Çox yaraşirdı :
- Oldu bunları alıram . Qiyməti ?
- 15 lirə .
- Qulaqlarıma inanmadim
- İkisin də aliram , xanim !
- Bəli xanim , şalvar 5 lirə, qofta 10 .
Qiymətlərə çaşıb qalmışdım . Ömrümdə bu qiymətə şey görməmişdim . Mənim ən aşağı geydiyim qofta 50 lirə idi onu da utana utana geyərdim . İndi bu cur mənə yaraşan , gözəl görünən geyim 15 lirə ? və aldığım çətirin də pulunu ödəyib bayıra çıxdım . Yağış biraz səngimişdi. Çətiri açıb altına girdim . Yavaş yavaş otelə doğru yola çıxdım .
İlk dəfəydi ki , otelin toplantı zalina dəvət almışdım . Sabah ümumi hesabat günü idi . Hər zamankından fərli olaraq bu dəfə otelin diğər ortaqları da bu toplantıda olacaqdılar . Nərmin hardansa məlumat almışdı . Onun dediyinə görə , hissələr ortaqlar arasında bölüşdürülub . İsçılər də ortaqlar arasinda bölüşdürüləcəkdi . Artıq hər işçinin özünün müdürü olacaqdı . Bu hal oteldə işcilər arasinda pıca- pıc yaratmışdı . İşçılər arasinda reqabət var idi . Bu vaxta qədər mən niyə bir müdiri tanımamamış , tərəfini tutmamişdım ki ? Heç patronlarin adlarını belə doğru dürüst bilmirdim . Bir dənə Rüfət bəyi , bir də Kamal bəyi tanıyirdım . Əşii nəyimə lazım . Onsuz da burda bu illiyəm . Bir neçə yerə SV qoymuşdum . İş çixan kimi başqa böyük şəhərlərdən birinə gedəcəkdim . Bura ilə heç maraqlanmırdım .
Sabahkı toplantldakı çıxışımı yazib bir neçə dəfə aynanin qarşısinda dayanaraq çıxış etdim . Hazır olduğumdan əmin olandan sonra , dolabdan ən gözəl paltarlarimdan birini cıxarıb ütülədim . Paltara uyğun taxılacaq aksuserarlarımdan seçməyə başladım . Bir firuzə qaşli gümüş dəstim vardı . Onu axtarıb tapa bilmədim . Çomadanımı yerə qoyub içinə baxdım . Çomadanın çıbındən o zaman Ankaradan gələn kağızlar gözümə sataşdı . Bir anda həmin geçə gözümün qarşısina gəldi . Məktubları götürüb masanin üstünə çırpmağım , Kənanın ayaq üstə qapıda dayanmağı . Məni qapının arasinda sıxışdırmağı ... çöl qapının kilidlənməsi . Gecəni məcbur orda qalmağım , məcbur eyni divanı paylaşmaımız, ikimizin də ters yatışımız ...
Burnumun ucundan göynərtı kecdi . Darıxdım . Məktubları götürüb burnuma tutdum , qoxladim . Sanki onun qoxusunu içimə çəkdim . Onu dodağımın ucunda hiss etdim . Öpdum . Məktubları yatağımın üstünə qoydum . Comadani yerinə yerləşdirib , felefonu əlimə aldım . Onun nomrəsini açıb , göz yaşları içərisində nömrəyə baxdım . Baş barmağım zənginə hazır durmuşdu . Barmağımı sürüşdürsəm telefonun o başından cavab verəcəkdi . Keşkə qürurum izin versəydi də zəng etsəydim . Vatsat durumuna baxdım . Bəzi otel və iş yerlərindəki selfilərini paylaşmışdı . Demək ki, hər şey qaydasındadır . Məni sevirsə dayana bilməz , mütləq zəng edər deyə düşündüyüm Kənanın həyatı görünür yolunda idi .
BƏs o mənim djrumuma baxanda o da məni belə görmürmü ? Məndə hər şey yolunda deyilmi ? Guya mənim həyatım qaldığımız yerdəmi donmuşdu ? Axı mən də yaşayıram , və həyatın gedişati ilə ayaqlaşmaq istəyirəm . O da eynən mənim kimi . Oda həyata belə tutunur , xoşbəxt görünməyə calışır . Sən onu gecələr düşündüyün kimi , onunla bağlı bır xatirəni görəndə dolduğun kimi o da səni xatirladiqxa dolur . Görəsən hələ də sevir , yoxsa məni tamam unutmuş ? Bəlkə zəng edim ? Yoxx heç vaxt mən zəng etmərəm ...
Yatağıma uzanıb geçə lampasının işığında məktubları oxuyrdum ...
.
22 BÖLÜM
... Ayla ilə Boran arasında səssiz mübarizə başlamışdı . Boranın qısqanclığı , Aylanı çılədən çıxarırdı .
- Bizim aramızda heç nə qalmayib, Boran . Biz sadəcə iki rəqib və iki ortağıq - deyə hər xatirlatışında Boran da ona eyni sözləri təkrar edirdi .
- Bəlkə də sevməyə bilərsən , amma bizim aramizdaki anları , gəl ,sən özün də istədiyini etiraf elə. Hələ də bədəninin istisini canimda hiss edirəm , hələ də səsin qulaqlarımda seslənir, hələ də nəfəsin nəfəsimi kəsir ...
Boranın belə ehtiraslı pıçıltiları Aylanı o günlərə aparır , Kənanın isə "sənə güvənirəm , bir gün doğru qərarı verəcəyinə inanıram" deyişi onu özunə gətirirdi . Kənana qarşı hissləri nə idi , hələ də başa düşmürdü . Onu cox istəyirdi , amma bunun sevgi olmadığını da anlayırdı . Kənan onu sevsə də o Kənana qarşı icində bir şey hiss etmirdi . Bəlkə Kənanla özəl , yadda qalan bir şey yaşamamışdı ,ondan . Düzdür Kənan ona yaxşılıq etdi , ona sahibləndi . Ayla özunu ona borclu sayirdı . Bəzən Ayla divanda yuxuya gedəndə Kənanın ona yaxınlaşıb onu sevməsini dəhiss edirdi . Ayla insan idi , ən əsası da həssas bir qadın idi , Kənanın ona qovuşması üçün nə çəkdiyini görürdü . İstəyirdi Kənanı bağrına bassın , kölnünü alsın , ürəyinin qapısını açsın . Kənanı qəlbinə dəvət etsin . Lakin olmurdu . O bunu bacarmırdı . Ağlı Kənanda olsa da ürəyı Boranda idi . Eşq deyəndə ilk ağlına gələn Boran olurdu . Ehtiras deyəndə dəlisov sevişmələri , qisas deyəndə Eyvaza və Əşrəf ağaya qarışı mübarizəsi ağlına gəlirdi . Boranla bütün fikirləri , bütun ideaları tamami ilə üst üstə düşürdü . Di gəl ki, onlarin arasında uçurumlar var idi . Qovuşmaları , bərabər addımlamaları mümkün deyildi .
Ayla Kənanla ailə qurması Boran üçün heç nəyi dəyişmirdi . Bilirdi ki, Ayla hələ də onu sevir , bilirdi ki ,gizli sevişmələri hələ də Aylanin ağlındadır . Odur ki ,hər dəfə görüşəndə bunu Aylaya xatirladib , onun kecirdiy hissləri ozü şahidi olurdu . Aylanın Kənanla evlənməsinin bir plan olduğunu bilirdi . Amma bu plan nə idi , nəyi ifadə edirdi onu bilmirdi . Bilirdi ki , Ayla ağıllı qadındır , bir şeydə xeyri olmada ona anidən qərar verməzdi . Onun hər sirini , hər planını bilirdi . Kənanı tamamı ilə unutduğunu da görməmək ücün kor olmaq lazım idi . Əgər Ayla Kənana qarşı bir şey hiss etmədən ona ərə gedibsə deməli o bir çıxarı üçün Kənanın ona qarşı sevgisindən istifadə edibdir . Axı bir şikəst adam ona nə verə bilər ki ?
- Bəlkə pulu ? Yox , bəlkə də Kənanın pulunun iki misli məndə var . Həm Aylanin pulda -parada gözü yoxdur . Bəlkə Kənanın dövlətdə əli var , məhkəmə işlərini onun əli ilə yoluna qoymasını düşünür ? Mənim də belə yerlərə əlim girir . Bəs onları birləşdirən nədir ? Bəlkə ana olmaq hissi ? Bəyəm mən bunu bacarmırdım ? Mən istəmirdimmi mənim uşaqlarım olsun ? Bax elə derd de budur daa. Bizi ayıran da elə budur , biz ikimiz nəsilimizi artıra bilməzdik , biz ancaq gizli görüşüb sevişmək üçün yaranmışdıq, ailə qurmaq üçün deyil , nəsil artırmaq ucun deyil . Bu məsələdə aramızda sərhədlər var ,qınaq var ...
Boran Aylanı nə qədər sevib qısqansa da , işləri rəqabətli olsa da, əsla Kənanla işi yox idi . Əksinə Kənanla aranı pozmaq istəmirdi . Eyni zamanda da ona yazığı gəlirdı . Dəfələrlə Kənanı xəbərdar etmışdı .
- Sən onu yaxşı tanımırsan .O şeytanın tayıdır . Öz xeyrindən başqa heç nə güdmür , Kənan . O kişilərdən istifadə edir .
- Bu nə cəsarət ? Sən mənim xanımım haqqında necə belə danışa bilərsən ?
- Nə bilirsən hansı məqsədi üçün səninlə evlənməyə razıliq verib ? Səni xəbərdar edirəm ondan ehtiyyatli ol . Öz ərinə qarşı çıxmaq üçün mənimlə ortaq və sevgili oldu . Bəlkə də xəbərın var . İndi də mənim əlehimə səninlə ər arvad oldu . Səni inandırmaq üçün atamdan qalan sərvətləri sənə satdı. Gozünü servətlə boyadı .
- Sənin bilmədiyin şeylər var Boran . Məsələ sən bildiyin kimi deyil . Yanlış düşünürsən .
- Nəyi bilmirəm , de bilim dəə .
- Bu ailə sirridir , deyə bilmərəm .
... Məhkəmədən çıxandan sonra birbaşa evə gəldi . Bu aralar çölə bayra çıxmamalıydı . Onu təqib etdiklərini bilirdi. Şirnakdan aeroporta qədər neçə dolanbac yollarla gəldiyini bilirdi . Yaxşı ki , Kənanı dinləmişdi . Yoxsa bu gün burda olmayacaqdı .
- Bu məhkəmə vacib bir məhkəmə olduğunu bilirsən , Ayla . Bilirsən ki , bu məhkəmədən sonra səni aradan götürəcəklər . Məhkəməyə vəkillə bərabər girəcəksən . Amma çıxışda səni bizimkilər götürəcək . Çalış bizimkilər səni göturənə gədər onların əlinə keçməyəsən - deyə Kənan yola salanda onu xəbərdar etmişdi . Elə bil hər şey planlanmışdı . Hər şeyi Kənan görmüşdü sanki . Hər şey onun dediyi kimi oldu .
Hamamdan çıxıb pijamasını geyinərək saçlarını qrutdu . Elə yenicə oturmuşdu ki , qapı döyüldü .
Evin qulluqcusu mətbəxdə əlləri xəmirdə olduğu üçün Ayla özü qapını açmağa getdı .
- Allah , Allah , kimdir gecənin bu saatında ? Yeqin qonşudur , sabah suyunda problem vardı , açar falan istəyirdi .
- Aç da gör yenə nə problemi var ? Amma əvvəl gözlükdən bax ! - Kənan içəridən səsləndi . Ayla gözlükdən baxdı və gözlərinə inanmadı . Qapı arxasında Yavuz dayanmışdı . Düşünmədən qapını açdı . Yavuzu qarşısında görüb nə edəcəyini bilmədi . Dili topuq vura vura dedi :
- Yavuz ? Oğlum ? Gəldin demek !
Bu günkü məhkəmə oğlunun vəlahəd davası idi . Məkhəmədə oglu anasından imtina etmişdi . Məhkəmədə gözün anasının qarnına zılləyıb , "səni də onuda öldürəcəm" demişdi . İndi bu sözlərdən sonra onu qarşısinda görmək Aylanı düşündürsə də aylardır oğlunu görmək və ona sarılmaq istəyi , içini dəlirdi .
- Gəldin demək , oğlum ? Həyatım mənim ...
Yavuzun arxasınca piləkənləri çıxan Eyvazin başını görüncə məsələnin nə yerdə olduğunu anladı . Qapını örtmək istəyinçə Yavuz qapını itələyib buna mane oldu .
- Burax ...- Eyvaza baxdı - rədd olun burdan .
-Elə bilirdin qaçmaqla , qarnına bic qoymaqla canını qurtaracaqsan ?
- Qonşular ... kömək edin !
Eyvazı qarşısında görəcəyinə inanmirdi . Axı o içəridəydi , bu necə ola bilər ki ? O azadlıqdadir ? Demək qacıb ...
KƏnan sürünərək qapıya gəldi . İçəri bir dəstə adam dolmuşdu . Hər yeri vurub qırir Kənanı təpikləyərək döyürdülər . Ayla ayının gününün içində idi . Qarnını qucaqlayıb ona deyən zərbələrdən qarnını qorumağa çalışırdı .
Səs - küyə bayira cixan qulluqçunu da onlara qatmışdılar . Kənanın qolları güclü idi . Dayandığı yerdən özünü müdafiə edirdi . Eyvaz Aylanin saçlarindan tutub onu dikəltdi .
- Q..be elə bilirsən qaçmaqla yaxanı qurtaracaqsan ? Hələ qarnina bic qoymağın bəs deyil oğlumu da məndən almaq istəyİrsən ? - Aylanin qarnına sərt bir təpik vurdu . Ayla qarnına dəyən zərbədən ikiqat oldu .
- Hələ bu azmış kimi Əşrəf əmimdən oğlumun haqqına düşən malları da almısan ? O torpaqlarda Yavuzun hissəsini unutmusan yəqin ?
Eyvaz adamlarına baxdı :
- Gətir !
Adamlarinin içində bir nəfər əlində qovluq onalara yaxinlaşdi . İçindən bir dəstə kağız çıxarıb Aylanın qabağına atdı :
- Qol cək !
- Çəkmiyəcəm !
Eyvaz Aylanın saçlarından tutub başını kağızın üstünə əydi .
- Qol cək deyirəm !
- Bu kağızlar saxtadır . Mən o torpaqları çoxdan satmışam !!! - Eslində satmamışdı . Onları başından etmək üçün yalan deyirdi .
- Nə deyirsən sən ?
- İnanmırsan get araşdir ! Satmışam deyirəm .
- Kimə ?
- Tanımıram , haraca cıxartdım dəyər dəyməzinə verdim .
- Aaaxxxx !!! - Eyvaz 2 ci təpiyi Aylanın qarnına vuranda Ayla özündən getdi . Kənan onlara qışqırır əlinə keçəni adamların üstünə tullayldı . Aylani Eyvazin əlindən qurtarmaq üçün onlara tərəf sürünürdü . Qulluqcu qadin fürsət edib qaçmaq istərkən tapancanin qundağı ilə onu arxadan vurub yıxdılar .
Mətbəxdən bir qab su gətirib Aylanın üzünə çırpdılar .
- Hardadir kağızlar ?
- Bilmirəm .
- Bilirsən ! Yerini de !
- Mən sizə heç nə verməyəcəm ! O mallar mənim balalarımın haqqıdır ...
- Hardadır sənədlər , kimə satmisan ? Danış !!!
- Yoxdur , ayyyy - Başına dəyən zərbədən gözləri qaraldı .
Elə bu vaxt Boran qapıda göründü .
...Eyvazın türmədən qaçma xəbərini eşıdib Boran hərəkətə keçdi . Bilirdi ki , Eyvaz Aylanı rahat buraxmayacaqdı .
Boran öz adamlarına tapşıriq verib Eyvazdan bir xəbər gətirmələrini istədi . Çox keçmədi ki, Eyvazin Ankarada olduğunu öyrəndi . Demək Aylaya qurulan plan Şırnakda yox Ankarada baş tutacaqdı . Yenə hər ehtimala qarşı tədbirli olmalı idi .
Məhkəmə çıxışında maşınında Aylanı gözləyirdi . Aylanın telefonuna zəng çatmırdı . Yəqin ki , məhkəmə salonundaykən telefonu bağlamışdı - deyə düşündü . Mütləq onunla görüşüb danışmaq istəyirdi . Amma bu da mümkün deyildi . Evli bir qadının keçmiş sevgilisi ilə ortalarda görülməsi yanan odun üstünə yağ atardı .
Maşının qara şüşələrindən məhkəmə binasını gözətləyirdi . Hələ ki ,sakitlik idi . Amma Aylanı gözdən qoymaq olmazdı . Tərs kimi də məhkəməyə yaninda heç kim gəlməmişdi . Kim var idi ki , Kənan ona sadecə maddi və mənəvi dəstək ola bilərdi . Fiziyi isə qüsurludur , Aylanı qaçırmaq istəsələr guya nə edə bilərdi ki ? Amma ən azından yanında bir iki adam yollaya bilərdi .
Ayla tək olduğu üçün Boran onu qorumalı idi .
Hə budur, Ayla məhkəmədən çıxdı . Tək idi . Gəlib yol kənarında taksiyə yaxinlaşmışdı ki , fikirini dəyişdi . Yaxınlıqdaki dükana girib nəsə aldı elə bu vaxt dükanın qabağında bir minibüs dayandı . İcindən iki nəfər düşdü və dükana girdi . Heç bir dəqiqə keçmədən Aylanın qoluna girib bayra çıxdılar və avtobusa mindilər . Elə bu zaman möhkəm atışma düşdü . Avtobus sürətlə ordan uzaqlaşdi . Boran bir neçə maşının da onu təqib etdiyini gördü .
- Qacirdilar !!! - həyəcanla qışqırıb maşını işə saldı .
Anidən baş verən hadisələrdən çaş baş qalan Boran minibüsü gözdən qaçırmamaq üçün hərəkətə kecdi . Minibüs tez tez yolu dəyişir, onu təqib edənləri azdirmaq istəyirdi . Aylanın başı dərddəydi . Onu qaçıran kim idi ? Onları təqib edənlər kim idi bilmirdi .
Nəhayyət minibüs onları təqib edənləri atlatdı və dolanbac yollarla aeroporta tərəf yol aldı .
Boran aeroporta catanda maşın gözdən itmişdi . Ayla da görünmürdü . Boran onalara yetişə bilməmişdi . Bəlkə da onu qaciran adamlar Boranı da hiss edib onun özünü də aldadıb izi itiriblər ? Boran Aylaya zəng edir , Aylanın telefonuna zəng çatmirdı . Az qala dəli olacaqdı . Ayladan çox nigaran idi . Maşından düşüb ətrafa boylandı tanış kimsə yox idi . İçəri girib biraz dolaşdı . Gözləri ilə Aylanı axtardı . Yox idi . Elə bil bu kiçik bina əjdaha olub Aylanı udmuşdu . Qapıya yönəlmişdi ki , digər qapıdan Yavuzla bir adam içəri girdı . Gözləri ilə onları təqib etdi . Onlar kasaya yaxınlaşıb bilet alırdılar . Adam yad adam olduğu bəlli idi . Boran tanımırsa demək o da Boranı tanımırdı . Yenə hər ehtimala qarşı özünü o adama da göstərməməliydi .Yavuzun gözündən yayınmaq lazım idi . Yavuz uşaq sadelöhvlüyüylə matdım qutum ətrafa baxırdı , Boranın orda olub olmaması bəlkə də onun üçün önəmli deyildi . Üzünü ondan gizlədə gizlədə onlarin arxasinca sıra gözlədi . Axşam doqquza Ankaraya bilet aldilar . Adam harasa zəng etdi . Bileti almaları haqqında qarşı tərəfə hesabat verdikdən sonra Yavuzun əlindən tutaraq getdi . Boran vaxt itirmədən kassaya yaxınlaşdı .
- Xanım əfəndi , mən təcili Ankaraya uçmalıyam .
- Biletlərimiz gecə 2.40 - a var .
- Xanım əfəndi mən təcili uçmaliyam , xanımım hamilədir . Sancısı tutub , yükünü yerə qoycaq . Özü də xarici vətəndaşdır . Buraları tanımır , dil də bilmir . Yanlnda heç kim də yoxdür . Çox xahiş edirəm , ən tez bir o biri reysə məni yollayin ! O doğana qədər mən yanında olmaliyam .
- Şükür - deyə maşınına minərək sevinclə əllərini göyə açdı bilet almışdı - gedim saat yeddiyə qədər hazırlaşım .
Boran Esenboğa aeroportuna onlardan əvvəl çatmışdı . Təyarədən enən kimi bir maşın kiralayıb , maşında özünə mövqe tutdu . Çıxış qapısında gözləməyə başladı . Hər şeyə diqqət edirdi .
- Demək Aliyəni onlar qaçırıblar . Yavuzu anası ilə görüşdürəcəklər . Bu görüş bir cinayyət olacaq bizim oralarda evli qadının namusunu oğlunun əli ilə təmizlərlər . Əgər Yavuzu onunla görüşdürəcəklərsə demək Aylanı öldürmək üçün görüşdürəcəklər .
Budur çox keçmədi ki , aeroportun çıxış qapısına iki maşın gəlib dayandı .
... Və gözlədiyi an gəlib çatdı. Yavuzla həmin adam aeroportun çıxışında görsəndi . Maşının qapıları açıldı və Eyvaz maşlndan düşdü . Uzun illərin həsrətlisi kimi oğlunu bağrına basib öpüb əzizlədi . Yavuzun da atasını görməyinə neçə sevindiyini , uşaq şıltaqlığından bəlli idi .
Maşınlar yola çıxdı . Əvvəl bir gecəqonduya getdilər . Cox keçmədi təkrar maşına mınıb yola düşdülər . Boran kənardan onların nə edəcəyinə göz qoyur və onları izləyirdi .
Hələ də Aylaya zəng çatmırdı . Bu da Boranın narahatlığını artırırdı . KənNana da zəng etmək istəmirdi . Onu gücsüz biıirdi . Nə edəcək ki, Kənan ? O vəziyyətlə Aylanın arxasınca ora bura necə qaçacaqdir ki ? Boran Kənanla rəqib olsa da nədənsə ona yaman qanı qaynayirdı . Ona qarşı içində hec bir kini yox idi . Əksinə özündə ona qarşı minnət hiss edrdi . Bəlkə də bu qədər olanlardan sonra , ailəsinin etirazına baxmayaraq , illər sonra Aylaya kişi kimi sahib cixmişdı . Onun namusunu qorumuşdu . Qeyrətini çəkmişdi , ona görə Kənanı sevirdi ? Boranda olmayan cəhətlər onda vardı . Kənanın sahiblənmək guygusunu Aylanın da valeh etdiyini görürdü . Bunu Ayla da dəfələrlə Borana demişdi :
- Boran , mən kiminsənin məşuqəsi olmaq istəmirəm . Mənə ailə uşaq lazımdır . O mənə sənin etmədiyini etdi . O şıkəst və gücsüz ola bilər amma o səndən çox çox güclüdür . Nədən bilırsən ? O , bizim aramızdaki ucurumları aşıb gəldı . Sən isə bunu bacarmadın !
Maşınlar Kənanın evinin qarşısında dayananda Boran özünə gəldi . Fikirini özünə çəm edib adamlara diqqət etdi .
- Bunların burda nə işı var ? Yoxsa Kənanı da qaçırmaq istəyirlər ? Aylanı harda saxlayırlar ki ?
Gec saatlar idi . Binadaki evlərin işıqları söndürülmüşdü . Təkəm seyrək evlərdə işıqlar yanırdı . Gələn maşınlarda sadəcə sürücülər qalmışdı . O biri adamlar içəri girmişdilər .
Biraz gözlədı . İçəri girməyə fürsət axtardı . Belə yerdə sakit və sərbəst olmasını lazım bilirdi . Odur ki , maşından düşüb heç nə olmamış kimi gəlib bloka girdi . Liftin düyməsini basdı . Lakin lift işləmirdi . Birnəfəsə yuxari qalxdı . Pləkənin başına catanda içəridəki mənzərədən damarlarinda qanı dondu . Aylaya deyən zərbələr elə bil ürəyinin başına dəyirdi .
- Demək Aylani Şırnakdan Kənanın adamları götürübmüş . Bravo sənə . Halaldır . Sən elə Aylanın dediyi qədər də vamışsan .
Boran yaxinlaşıb qapı ağzindaki adamin boynuna vurub onu tərki silah etdi . İçəri girəcəkdi ki , atəş açıldı . Yavuz tapanca elində əsirdi .
- Vur oğlum , vur , namusumuzu təmizlə, təpəsindən at , vur - deyə Eyvaz oğlunu Aylanı vurmaq üçün qışqırdırdı . Ayla yerdə qıvrılırdı . Kənan oğluna göstəriş verən EYvazın gözündən yayınmışdı . Kənan fürsəti bada verməyib sürünərək dolaba tərəf gedirdi. Boran dayanmadan Yavuzun qolun burub tapancasını əlindən aldı və Yavuzun gıcgahına dirədi .
- At silahını ! - Boran Eyvaza əmr etdi . Elə bu vaxt Kənan cəld siyirmədən silahini qapdı . Sürgüsünü çəkib atəşə hazır vəzuyyət aldı .
- At yerə silahını ! - O da tapancasını Eyvaza tuşlamışdı .
- Ayyy , şərəfsiz , gücün uşağa çatır ? Burax uşağı !
- Sənin kişiliyin çatmır ki , uşağın əlinə silah verib anasını vurdurtdurursan ?- Boran Yavuzu çölə itələdi .
Yavuzun azad olduğunu görən Eyvaz Kənanı nişan aldı .
Yerdə çabalayan Aylanin gözləri qapıda dayanan Borana dikilmişdi . Ayla xırıldayirdı . Boran elə bu vaxt Aylanın vurulduğunu hiss etdi . Ayla qanlar içındə qıvrılırdı Boran nərə çəkib içəri atıldı :
- Ayylaa...- slahı üzünə qaldırıb :
- At yerə silahını - deyə qışqırdı .
- Sən qarışma Boran ağa , səninlə ayrıca danışacam . Bu gun bura bizim meydanımız deyil . Çıx get !
- Sənin dərdin mənlə deyilmiydi ? Nə durmusan ? Mənlə cək hesabını !
- Sənə dedim qarışma , səninlə hesabım sonradır .
- Onlar aılə qurublar , Kənanın bu işdə günahı nədir . Sənin , mənim sahib cixa bilmədiyimiz bir qadına sahib cıxdı , odurmu günahı ? Kişiliyin buna mı çatir ? Kişisən gəl , mənimlə düşməncilik elə , sənin arvdınla mən yatdım , mən sənə qarşı mübarizəyə qalxdım . Nə sən kişisən nə mən ! Heç bir aşeret qanunuda qızdan qadından istifade etmək kimi bir qanun yoxdur !
- Kəs səsini ! Mənə qanun xırdalama .
- İkimiz də , hətta sənin o şərəfsiz koramal başı olan Əşrəf ağan da bir çarəsiz qadindan istifade etdik . Bu da sonu - deyə göz yaşları ilə yerdə yanı üstə düşən Aylaya baxdı . Kənan sürünüb Aylanın başını qolunun üstünə almışdı . Hönkürüb onu qaldırmağa çalışırdı . Ona tuşlanan silah belə vecinə deyildi . Dünyası yıxılmışdı . Aylası can verirdi .
- Həə , indi çək silahini mənə tuşla - Boran əlini yuxarı qaldırıb təslim oldu :
- Nə durmusan ? Sənin namusuna mən sataşdim , səndən atamın qisasını almaq üçün ...amma ... amma bacarmadım ... sənin sevmədiyin , sevə bilmədiyin qadını sevdim ...
- Bəsdir , get dedim , bunun hesabını səndən burda soruşmayacam , səninlə hesabım burda deyil .
Bu vaxt arxadan Boranın başına silah dayadılar .
- Kişi kişini arxadan vurdurmaz , səninlə üz üzə dayanmışam , çək silahını vur məni . Eyvaz silahını Kənandan çəkib Borana tuşladı
- Eee, yeter dəəə yetər ...
Elə bu zaman Kənanın silahından atəş açıldı . Eyni anda da Eyvazın və arxadaki adamın sılahı partladı . Deməli Kənan Eyvazı vurarkən Eyvazın açdığı atəş Borandan siyrılıb arxadakı adama dəydi , güllə dəyən və əli tətikdə olan adam yıxılarkən də tapancasından çıxan mərmi yerdə Kənana saplandı ...
... Ayla təcili yardım maşınında xəstəxanaya gedərkən , yolda vəfat etdi . Və xəstəxanaya çatar çatmaz qarnindakı uşağı almaq üçün meyidi əməliyyata masasına cıxardılar .
Kənan da çiynindən yaralanmışdı . Kənanin atdığı mərmi Eyvazın boynundan , Eyvazın atdığı güllə ısə öz adamının başından dəymışdı .
Aylanın meyidini yardılar amma uşag ana bətnində boğulmuşdu . Uşağın yaşaması üçün həkimlər səfərbər olmuşdu ...
... Ayla ilə Kənanın dastanı burda bitirdi . Bundan sonra yazılan məktublar "O" kimdirsə ona ünvanlanmışdı . Özümdən asılı olmayaraq gözlərimdəki yaşlar gicdahlarımdan süzərək saçlarımın dibindən axırdı . İlahi bu nə həyatlardır insanlar yaşayır ? Bu nə talehdir ? Görəsən Allahın bu talelərdən , belə alın yazılarından xəbəri varmı ?
Yuxu gözlərimdən töksə də hələ də oxumağa davam edirdim . Tam uyuyub yatana qədər davam edəcəkdim . Yeni məktubları əlimə alıb baxdım . Bəli bu məktublar "O " -na ünvanlanmış məktublar idi . Hansı ki , o məktubları Kənan məndən xəbərsiz mənim çantama qoymuşdu ...
R. S
Mən bu məktublari iki gəncin dastanı kimi nəql etmək istəmirəm . Eğər onu nəql edərsəm məktubun dadı duzu qalmayacaqdı. Odur ki , elə məktubda yazılanları romanın ikinsi hissəsi kimi sizlərə Kənanın dilindən yazacam ...
İKİNCİ HİSSƏ
" ... İndi o günlərdən illər keçir . Mənim yaram yüngül idi , tez bir zamanda sağallb ayağa qalxdım . Atdığım mərmədən Eyvazın , onurga sütunu zədələnmişdi . Sağalsa da ömürlük şikəst qaldı . Eyvazın adamı da ölmüşdü . Eyvazı mən vurduğumu məhkəmədə sübut etməyə çalışsam da Boran bu cinayyəti öz boynuna götürdü . Ona çox iş vermədilər . 3 il dörd ay , iş kəsildi ona . Mən Boranın həyatını qurtardığım üçün o özünü mənə borclu sayirdı.
- Sənə can borcum var , bu gündən sən mənim qardaşımsan deyirdi . Qəribədir . Boranla rəqib olduğumuz halda xəstəxanada Boran məni həyata qaytardı . Həyatın işınə bax ... Mənə qan lazım idi . Xəstəxanada mənə qan tapılmayınca Boran mənə öz qanını verdi ...
Aylanın ölümü məni də , Boranı da çox sarsıtmışdı . Hələ də onun ölümü ilə barışa bilmirəm . Boran da elə idi . Mən həbsxanada onu ziyarətə gedəndə onun hansı halları keçırtdiyinin şahidi olurdum . Aylanın ölümündə özünü günahlandirirdi .
Aylanın nur topu kimi qızı olmuşdu . Uşaq 42 gün küvetdə qalandan sonra həyata döndü . O zaman hələ Boran tutulmamışdı . İlk dəfə onu görməyə Boranla bərabər getmişdik , Boran o uşağın əsil atası olduğunu bilmirdi . Amma qan çəkirdi . Bir görsəydiz həmin gün onun yaşadığı həyəcanı .
Mən yaxşılaşan kimi atam məni evə ailəyə bağlamaq üçün şoferinin qızı ilə evləndirməyə qərar verdi . Təbii şikəst adama heç bir adam qızını qıymazdı . Lakin atamın adama ortaqlık təklifi bütün sərhədləri aşmışdı . Mənim Sedayla evliliyim atamın iki şirkətinin əldən getməsi ilə nəticələndi .
İlk günlər hər şey yaxşı idi . Seda Zeynəblə maraqlanır , onu öz uşağı kimi sevirdi . Aylanı mənə unutdurmaq üçün əlindən gələni edirdi . Bu qadın nə edirdisə etsin , heç vaxt onun üzündə səmimiyyət görmürdüm . Mənimlə oynadığı oyunların hamısının onun üçün ayrılmış bir rol olduğu açıq aydın görürdüm . Dəfələrlə də bunu ona demişdim . Qadın gözəl olsa da , ona qanım qaynamırdı . Bir dəfə mənimlə oturub nəyisə müzakirə etməz , nəyisə söhbətləşməzdik . Sanki mən bu gün dünyaya gəlmişdım . Mənim keçmişım yox idi . Mən onunla maraqlandığım kimi o əsla mənimlə maraqlanmazdı . Gəncliyimlə uşaqlığımla bağlı söhbətlərə heç vaxt ortaq olamazdı . Mənim niyə şıkəst olmağımla da maraqlanmamışdı . Səmimiyyət olmayan yerdə hansı isti yuvadan söhbət gedə bilərdi ki ? Onun ancaq mənim sərvətimdən , imkanlarımdan istifade etdiyini görürdüm . Mənim bir huyum var idi . Məni sevməyən biri ilə səmimiyyət qura bilmirdim . Bunu o vaxt Aylaya da demişdim :
- Sevdiyindən əmin ol , mənə məni sevərək gəl- demişdim ona -Yoxsa mənə özünü borclu hiss ederək həyatıma girmə . Aylanı nə qədər sevsəm də onun sevdiyindən əmin olmadan onu qoynuma almamışdım . Taa o zamana qeder ki ,onunla Boran arasında birşey qalmadığından əmin olana qədər bizim yataqlarımiz ayrı idi . Bilmirəm hamıləliyindənmi , yoxsa mənim kimi bir şıkəstlə eyni yatağı paylaşmağındanmı həmin gecə bir qəribə olmuşdu . Bəlkə də vicdan əzabı çəkirdi . Bəlkə də , hələ də Boranı unutmamışdı . Onun bu qəribəliyi məni də haldan hala salirdı . Ona haqq qazandirirdim . Düşünürdüm ki , bəlkə mən Boran kimi ola bilməmişdim . Bəlkə də onun qadınlıq ehtiyyacına Boran qədər cavab verə bilməmişdim . Amma nə olur olsun Ayladan özümə qarşı diqqətsizlik görmədim , hisslərini , hissetdiklərini mənimlə paylaşırdi . Mənim hər şeyimlə maraqlanırdı . Özüdə ən özəl mövzulara girər mənimlə danışar , istəklərini mənə çatdirardı . Mənim istəklərimə səmimi cavab verərdi . Əsla ondan hardasa , nəsə şübhələnməyim üçün şərait yaratmırdı . Pisixoloji müalicəsindən sonra cox dəyişmişdi . Hiss edirdim ki , mənə qarşı münasibəti də istəkli zamanlarımıza dönür . Bunu onun üzündəki həyəcandan , yataqdaki utancaqlığından da hiss edirdim . Mənim çinsi ehtiyyaçlarıma hamliləliyi mane olsa da məni məmun edirdi . O mənə nə yataqda , nə də həyatda şikəstliyimi xatırlatmırdı . Bu da məni xöşbəxt edirdi . Özümə özgüvənim artırdı . Özümü çəmiyyət arasında şıxsiyyət kimi görürdüm . Məhz onun zamanında işlərimin başına keçdim , şirkətlərimi böyütdüm , iş adamları ilə toplantılara girdim . Hər gün daha yaxşı olmağa çalışırdım . O mənim uğurlarımi gördükçə sevinci əvəzolunmaz dərəcədə olardı . Elə onun bu sevgi və hörmətinə görə ona həmişəkindən daha cox bağlanmışdım .
Ölümündən sonra vəkilimizin mənə təqdim etdiyi vəsiyyətnamə məni çox kövrəltmişdi . Vəsiyyətnamədə fermanın 70 faızını oğlu Yavuza , 30 faizini Ali Kamala vermişdi . Vəsiyyətnamədə Zeynəbin Boranın qızı olduğunu açıqlayaraq , Eyyub ağadan ona qalan sərvəti həm baba mirası , həm də ata mirası kimi hələ doğulmamış övladına bağışlamışdı . Boranla işlədiyi otel və yeməkxananin ortaq hissəsini isə mənə həvalə etmişdi . Yavuz yetkinlik yaşa çatana qədər fermanın ıdarəçiliyini Ali Kamala , Eyyub ağadan qalan torpaqları körpəsi boya başa çatana qədər Boranın ixtiyarına vermişdi . Mənə ayırdığı hissələr bağımsız idi . Amma mənim üzərimə çox böyük məsuliyyət düşürdü . Nə olur olsun mən Zeynəbi aşiretin içərisinə buraxmamalıydım . Hər hansi bir kritik vəziyyətdə bu körpəni atasına yox dövlətə təslim etməmi məndən xahiş edirdi .
Beləliklə vəsiyyətnamədə yazılanlar məni istəməsəm də Boranla şərik etmişdi . Bəs görəsən Boran Zeynəbin onun qızı olduğunu eşıdəndə necə reaksiya verəcəkdi ? Zeynəbi ona verəsi olsam da ona şərt qoyacaqdım , ya oralardan köçüb başqa şəhərə , ya başqa ölkəyə gedəcəkdi , ya da uşağa özüm sahiblənməliydim , ən kritik vəziyyətdə isə uşağı dövlətin himayyəsinə verəcəkdim .
Zeynəbi xüsusi məhəbbətlə böyüdürdüm . Bacardığım qədər ona ögeyliyimi bildirməməyə çalışırdım . Bu sirri məndən və vəkildən başqa heç kim bilmirdi . Hamı Zeynəbin mənim qızım olduğunu sanırdı . Nə qədər ki , canımda can var çalışacağam ki, bu sirr açılmasın . Bu sirr vəkillə mənim aramda ölənə qədər sirr olaraq qalacaqdı . Həyatım boyunca Aylanın yaşadıqlarını qizının da yaşamasını istəməzdim . Zeynəbi aşerətin pis qanunlarindan qorumağı ozümə insanlıq vəzifəsi olaraq bilirdim
Amma indi mən əhdimə deyəsən donük çıxırdım . "O" həyatıma girəndən sonra ilk dəfədir ki, bu sirri ona açıqlayiram . "O"- nun yeri ürəyimdə bam başqa idi , çünki artıq onu özümün bir parcam kimi hiss edirdim . Onun da mənə qarşı diqqətli olduğundan əmin idim . Adi bir dostluqla başlayan münasibətimizdən sonra o özümdən asılı olmayaraq qəlbimi əlinə alıb özünü ürəyimin içinə soxmağa başlamışdı . Əvvəl bunun sevgi olmasından şübhə edirdim , bəlkə bu bir həvəsdir ? Deyə düşünürdüm . Bəlkə bir qadına olan ehtiyyacımdır ? Amma yox ... Mən onu tanıdıqca həyatıma ikinci baharın doğduğunu görürdm artıq illərlə həyatıma üst üstə yağan qarlar eriyirdi . Ürəyimdə yeni arzular , ümüdlər cücərirdi . Onun həyatıma gəlişi ılə , yeni arzulara yol açmışdım . Ona elə bağlanmışdım ki , artıq onsuz keçən hər günümün bir kabus olduğunu hiss edirdim ..."
Məktub əlimdə göz yaşlarıma boğulurdum . Onun bəhs etdiyi "O" mən olmalıydım . Əgər Zeynəbin sirrini məndən başqasına deməyibsə , deməli bu 3 cü şəxs mən idim ...
FİNAL
Konfrans salonuna girəndə gələn qonaqlar da , işçilər də yerlərini tutmağa başlamışdı . Keçib Nərminlə boş yerlərin birində oturduq . Çox həyəcanlıydim . İlk dəfə idi ki , bu qədər millətin qarşısinda çıxış edəcəkdim . Önümüzdə balaca səhnənin bir hissəsində xütabət kürsüsünü görəndə həyəcanım daha da çoxaldı .
- Nolub bacı ? - deyə Nərmin əlimi ovcunda sıxdı
- Cox həyəcanlıyam .
- Bacı , sən mənə destək olmusan, məni uğurlarım üçün həvəsləndirirsən . İndi mən sənə necə dəstək olum ? Necə həvəsləndirim ? Mən elə bilirdim müəllimlərdə heyəcan hissiyyatı yoxdur - dülümsündü . Nərminin əlini sıxb :
- Sağol, canım - dedim - Keçər .
Elə bu vaxt sipker toplantını açıq elan etdı . Biraz yetkili nümayəndələrin çıxışından sonra söz şirkətin işçılərinə verıldı . Mən də onların içində idim . Hər kəs növbə ilə xitabət kürsüsünə çıxıb çıxışını edirdı . Sıra mənə gəldi . Böyük həyəcanla kürsüyə çıxıb , salondakılara təşəkkür etdim . Əlimdəki blankı oxumağa hazır vəziyyətə gətirdim . Alqışların tam kəsməyini gözləyirdim .
- Dəyərli dostlar ! ...
Çıxışımın ilk cümləsinə başlayıb təkrar salona göz gəzdirdim . Həyəcanımın atladıb davam etmək istəyirdim ki , ön cərgədə məni o yağışlı gündə maşınına dəvət edən həmin adamı və onun yanında oturmuş Kənanı gördüm . Bütün bədənimdən gizilti keçdi . Ürəyim şiddətlə döyünməyə başladı . Mən en son oxuduğum məktubdan sonra niyə başa düşməmişdim ki , mənim bura gəlib düşməyim təsadüf ola bilməzdi ? Axı , o zaman da Kənan məni "təsadüfən" öz evinə işə götürmüşdü . Mənim kimi bir sıravi işcıni burda həkim kimi işə qəbul etmək indi də təsadüf ola bilməzdi . Axı məktubda yazılmışdı ki Aliyə otelin işlərini Kənana həvalə edib ? Boran adı da mənə yad deyildi . Bu adam yüz faiz o Borandir . Axı məktubda yazılmışdı ki , Boranla Kənan dost olurlar ...
- Zeynəb xanım ? Davam edəcəkmisiniz? - spikerin səsi məni özümə gətirdi .
Salona baxmamağa çalışırdımsa da hər başımı qaldirdığımda gözüm onlar oturduğu səmtə dolanırdı . Gözlərimi kağıza zilləyib zar zor cıxışıma davam edirdim . Çıxışım necə oldu , necə başa çatdırdım heç özüm də bilmədim .
Xitabət kürsüsündən enən kimi ozümü bayıra atdım . Tuvalete girib suyu açdım . Həyəcandan əsən əllərimi suyun altına tutub qarşımdakı aynadan özümə baxdim . Üzümdə qəribə bir ifadə var idi . Özüm də bu ifadəyə yön verə bilmirdim . Üzümün ifadələrində qəzəb , sevinc və həyəcan bir birinə qarışmışdı . İçimdə , beynimdə bu ücünün arasinda acımasız savaş gedirdi . Ücünün arasında can çəkən isə mən idim . Elə dolmuşdum ki , ağlamaq istəyirdim . Bilmirdim niyə ağlayacaqdim ? Onun məni bu qədər sevdiyinin sevincinəmi , hisslərimin qüruruma qalib gəlib məni əsəbləşdirdiyinəmi ? Yoxsa bu qədər zamanda onu unutmağa çalışdığım günlərin özləminə mi ? İndi hiss edirdim ki , mən onun üçün nə qədər darıxıbmışam , indi bilirdim ki , mən onu nə qədər sevirmişəm . Madəm bu böyük sevgi var idisə , bəs bu ayrılıq nədən oldu ?
Qapının açılması məni özümə gətirdi . Tez ovcumu doldurub üzümə vurdum .
- Çox gözəl çıxış etdiniz , Zeynəb xanım . Həyəcanlı olmağınıza baxmayaraq patronlarin alqışı belə dayanmırdı ...
Qapını açıb otağıma qaçdım . İçəri girər girməz yastığımın altindaki məktubları götürdüm . Oxumağa başladim .
Adımı çəkməsə də "O" na müraciətlə şəxsi və özəl həyatını yazirdi . Məktubdaki " O" - nunla tanışlıqları , ona qarşı hiss etdikləri açıq açıq yazılmışdı . Bizim şamın altindaki səhnəmizdən sonra intihar etməyi də gözə alıbmış . Yazirdi ki :
- Mən ona qarşılıq verə bilmirdim . Onun məni öpməsi məni kişiliyimə utandırırdı . Bilmirəm bu sevgi idi , yoxsa həyəcan idi ? Yoxsa bir qadina olan ehtiyyac idi ? Keçirtdiyim bu hisslərin nə olduğunu özüm də bilmirdim .
Ailəli olasaq belə , Sedayla aramız soyuq olsa da yoldaşıma , ən əsası da Aylama xəyanəti əsla düşünmürdüm . Sonuncu dəfə nə zaman Sedayla və ya hər hansı bir qadınla bərabər olmuşdum yadıma da düşmürdü. Seda məni elə sındırmışdı ki , dünyadakı bütün qadınlara nifrət edirdim . Mənim ürəyim , ruhum , hissiyyatım qadınlara bağlı idi . Ayladan sonra bəlkə də illərlədən bəri həyatima bir qadının ciddi şəkildə girməsinə izin verməyəcəyimə söz vermişdim . Ayla məni kişi kimi nə qədər xoşbəxt etmişdirsə Seda da o qədər məni sındırmışdı .
" O " məni öpdüyündə urəyimin kininin şəkər kimi əridiyini görürdüm . Onu köksümə sixıb ona qarşılıq vermək istəyirdim . Lakin, mən ona qarşı çox kobudluq etdiyimi hələ də özümə bağışlaya bilmirəm .
Bəlkə bu hiss etdiklərim mənim qadına olan ehtiyyacımdır , deyə düşünüb bu sevgini başımdan atmaq istədim . Həmin gecə sabaha qədər bir dostumla bir həyat qadınının evində qonaq olduq . Həm Aylama , həm həyat yoldaşıma , həm də içımdə duyğularımla oynayan "O"- na xəyanət etdim . Sabaha qədər su sonası kimi say seçmə qadinlarla yeyib- içib əyləndik . Çox sərxoş olmüşdum . Özümdə deyildim . Həmin gecə yatağıma girən qadınlar "O" nun xəyalını özümdən silə bilmədi . Sabah ayılanda bu istəyin bir həvəs olmadığını başa düşdüm , sən demə , bu sevgi imiş ki , ürəyimin qapısını döyürmüş".
Məktubu oxuduqca haldan hala düşürdüm . Ünvanıma yazılmış bu xoş sözləri oxumaq məni nə qədər kövrəltsə də evlərində baş verən cinayyət məni o qədər həyəcanladırır və qorxuzurdu . Oxuduqca həmin günlərin qorxusu hələ də ürəyimi tərpədirdi .
O bu cinayyətin bir sirr kimi tam teffaruatı ilə ilk dəfə də bu məktubda mənə yazılmışdı .
- İlahi, indiyə qədər mən niyə bu məktublari ortalıqda saxlamışam ? Ya birinin əlinə keçsəydi ? Ya da biri burda yazılanları oxusaydı ? Kənanı ömürlük itirərdim o zaman . Həmin hadisələri oxuduqca səhnələr gözlərimin qarşısında canlanırdı .
Həmin günlərə qayıtmışdım . Məni şöbəyə apardıqları gün , Kənanın yaralanmasi , Karanın öldürülməsi xəbərini ilk dəfə orda eşidəndə nə hallar keçirtmişdim :
- Zeynəb xanım , Kənan Yamanın evində nə zamandan işləyirsiz .
- Artıq 5 ay olacaq .
- Axırıncı dəfə onun evində nə zaman olmusuz ?
- Avqustun 15 - də . Sonra Kənan bəy qızı ilə tətilə getdiyi üçün işimə müvəqqəti olaraq ara verildi .
- Tətilə cıxdıqdan sonra Kənan Yamanla görüşmüsüz ?
- Telefonda bir iki dəfə yazışmışıq .
- Nə yazışmısız .
- Elə belə səhədiylə bağlı . Axı nə baş verir ? Bir açıqlama veməsəniz mən heç bir şeyə cavab verməyəcəm . Egər suallarınıza bu şəkildə davam edəcəksinizsə , vəkil tələb edəcəm və vəkilimlə danışmadan heç bir şeyə cavab verməyəcəm .
- Kənan Yamanın evındə cinayyət işi baş verib .
- Nə ? Nə cinayət ? Nə deyirsiz siz ?
- Seda xanımı tanıyırsız .
- Xeyır, heç görməmişəm . Ama Kənan Yamanın xanımı olduğunu bilirəm .
- Bəs bunu ? - onu tanımışdım . O oğlan blokda Sedayla öpüşən oğlan idi .
- Xeyir , tanımıram məmur bəy ! - demişdim - Heç görməmişəm . Axı bır şey deyəsiz yoxsa yox . Nə cinayətdir, axı nə baş verir ?
- Seda xanımla Kənan bəy evındə vurulub
- Nə ? Necə ? Kim vurub ? Ölüblər ?
- Bu şəkildəki Karan Toy da zəhərlənıb .
- Ölüb ?
-Təssüf ki !!!
- Bəs Kənan bəy ? Pardon Seda xanım ? Onlar necə oldu ? Kim vurmuş onları .
- Yox onlar xəstəxanada . Seda xanımın vəziyyəti kritikdir . Həkimlərin səyi nəticəsində ölüm riski adlatıldı . Analizlər onun da qanında zəhərli maddə olduğunu göstərdi ...
Hələ də o gün keçirdiyim stres və həyəcani yenə də özümdə hiss edirdim .
Həmin gün idi . Sabaha qeder parkda qaldığımız gün idi . Sabah azanından sonra evə getmişdik . Elə hadisə də həmin gün baş vermişdi . Məktubu oxuduqca bir də həmin günə onun gözüylə baxırdım .
Demiyəsən Kənan həmin vaxtlar İzmirə tətilə yox , elə bu otelə gəlibmiş . Zeynəb bir iki gün burda qaldıqdan sonra onu da götürüb Ankaraya atasının villasına dönübmüş . Bizim bərabər olduğumuz evi də hələ məndən çox - cox əvvəl kiralayıbmış . Demək olar ki, arvadından şübhələndiyi gündən bəri Kənan o evi tutubmuş .
Sedanin ona xəyanət etdiyini hiss edən Kənan ofisə iş yerlərinə , atasının villasına və öz evinə kamera qoyub arvadını izləyirmiş . Karan Sedanın Kənana xəyanət etdiyi tək kişi deyilmiş . Bir neçə adamla ona xəyanət edibmiş . Hətta Səlcuq bəyin ortaqları ilə də . Kənan düşünürmüş ki, yəqin Seda cinsel təlabatını ödədikdən sonra Karanla da hər şeyi bitirəcək . Lakin Karanla evdə və ofisdə danışdıqlarindan aydın olub ki , Seda ilə Karan Selcuq bəyə və Kənanı aradan götürmək üçün ciddi planlar hazırlayır . Bu planın içındə Sedanın atası və Kənanin bacısı Müjganın əri ilə sevgili olan bacısı Nur da varmış. Müjganın əri ilə sevgilisi birləşib səlcuq bəyə plan qurubmuşlar . Nur Selcuq bəyin ağlını almaq üçün onu yoldan çıxarmalı , onunla sevgili olmalı imiş və onların bu planları baş tutur. Səlcuq bəy bir könüldən , min könülə gəlininin 26 yaşlı bacısına aşiq olur. Bu sevgiyə "inanmayan" qızın işvələrinə dayana bilməyən Səlcuq bəy sevgisini qadına sübut etmək üçün bir neçə lazımı sənədlərə qol çəkir . Sənədlər Karanla Sedanın əlinə keçər keçməz Səlcuq bəyə sui qəsd hazırlanıbmış . Təbii ki , Kənan bütün bunlardan xəbərdar olduğu üçün bu sui - qəsd planının qarşısını ala bilib . Karan , Nur və Seda ilə atası arasinda paylaşdırılan sərvətdən Müjganın ərinə bir şey catmaması onu çox qəzəbləndirir. Sedanin ofisinə gələrək onları təhdid edibmış . Selcuq bəyin kürəkəninə olan güvənindən istifade edən dördlü dəstə adamı aradan götürməyə qərar verirlər . 4 gün sonra Müjganın ərinin meyidi istirahət mərkəzlərinin birinin hovuzunda tapıldı . Guya işıqlandırmadan hovuza çərəyan keçmiş suya atlanan zaman onu elektirik vurubmuş ...
Hələ bu azmış kimi bu dəfə də Karan eri ölmüş Müjgana yaxınlaşır . Bacısının ağlını hisslərinə qurban verdiyini görən Kənan atası ilə danışıqlara girərək Müjganı Amerikadakı işlərinin başına göndərir . Orda təklikdə qalb darıxan Müjganın başını qatmaq məqsədi ilə iflic olan anasınıda müalicə bəhanəsiylə onun yanına yollayır .
Dəstənin əlinə fürsət düşmüşdü . Onlarin planını pozacaq kimsə qalmamışdı . Kürəkəninə güvənən Səlcuq bəyin təkləndiyini görən Nur, onu barmağında üzük kimi oynadırdı . İllərlə ailəsiz qalan Səlcuq bəy cavan sevgilisinin hər sözünü hər şeydən üstün tuturdu . Atasının sərvəti demək olar ki, tamamı ilə arada getmişdi . Qalan sərvət isə Kənanın, anasının və Müjganın hissələri idi . Müjganı da Karan ələ almışdı . Bu sərvəti itirmək də iki vur iki idi . Əgər Karan biraz da Müjganı bişirsə bu loxmanı da yağlı əppək kimi udacaqdı . Anası yatalaq idi , istədiyi zaman Karanın sözü ilə Müjgan anasına istədiyi sənətə qol cəkdirə biləcəkdi . Qalırdı bir Kənan ...
Seda düşünürdü ki , şıkəst olduğu üçün atası Kənana güvənməz , daha doğrusu ona iş etibar edə bilməzdi . Buna Kənanın gücü qüvvəsi olmadığından Kənana yalnız kiçık işləri tapşırırdı .
Atası ilə oturub ciddi ciddi danışsa da atası Nurdan yana oğluna qarşı gəlirdi . Kənan atasına nə qədər dəlil sübut gətirsə də atası buna inanmamışdı . Kənan əlində olan görüntüləri atasına göstərmək istəmirdi . Bilirdi ki , Nur atasını necə deyərlər artıq bişirib . Kos koca Səcuq bəy Nurun da onların da ağzında hazır yemdir . Əgər onlar bilsələr ki, bu barədə Kənanın əlində sübut var , gözlərini qırpmadan Kənanın həyatına son verəcəkdilər . Kənan atasına dəlil sübutdan danışanda hətta atası Nura Kənanı sataraq , əlində dəlil sübut olduğunu demişdi . Kənanın qorxduğu başına gəlmişdi .Meydanda tək qalmışdı .
Bu dəlilin nə oduğunu öyrənmək üçün Seda axtarışa başlamışdı . Daha Sedanın ağlına gəlməzdı ki , bütün dəlil sübutlar qarşı binanin evindəki kampüterdədir . Əlinə bir şey keçməyən Seda tətildə olan ərini aradan qaldırmaq üçün İzmirdə onun istirahət etdiyi otelə öz adamını göndərir . Təbii ki Kənan izmirdə deyildi , kirayə tutduğu evdəydi .
Bundan xəbər tutan Kənan həmin adamı ələ keçırib, onu döydürərək bu işin əsil sirrini və planını öyrənir . Kənan adamın planına şərik olur . Balaca bir səhnə hazırlayıb ozünü qana bulaşdırır . Şəkil və vidiosunu çəkdirir və həmin şəkil və vidionu onun teletonundan Sedaya göndərir . Özü isə Seda ilə Karana sui qəsd hazırlayır .
Mən ilk dəfə Karanla Sedanı gördüyüm gün elə həmin gün imiş . Onlar Kənanın öldüyünü öyrənib bu günü evlərində özəl qeyd etmək istəyibmişlər . Kənan həmin gün qarşı binadan onları vuracaqmış ki , mən oraya gəlibmişəm . Mənim oraya gəlişım Kənanın bu planını alt üst edibmiş . Amma mənə də mesajını cəkmişdi :
- " Gördünmü ? Sonra mənə möcüzələrdən danışma , Zeynəb xanım . Heç bir qadın yaraşıqlı ve sağlam kişiləri qoyub şikəst ərle can çürütmez, siz qadınların hamısı beləsiz . Qüsurlu ərin pulun əmər sevgilisiylə keyfin çəkər "
Mən bu mesajdan sonra duyğularıma aldanıb onu təsəlli etmək istərkən , küçələri sərgərdan dolaşarkən , eksinə , o dünyadakı bütün qadın tayfasının kökünü yer üzündən kəsmək istəyirmiş .
Kənan məktubunda ,nə qədər qadın cinsinə nifrət etsə də , bir dosta ehtiyyacı olduğunu da etiraf edirdi. Kənanin tək dostu " O" idi , saf , təmənnasız , sadəcə dərdini dinləyəcək yeganə dostu "O" imiş . Elə bu məqsədlə həmin geçə məni çağırıb içini tökmək istəyibmiş .
O gecə sabaha qədər başımı onun sinəsinə qoyanda , əslində onun içindəki fırtınadan xəbərim vardı . Lakin onu danışdırmırdım .
- Bəlkə insandır dolub , belə rahatlanmaq istəyir - deyə düşünmüşdüm . Sən demə o həmin gecə qorxunc planın mənimlə bölüşməyə gəlibmış ...
Sabahı məndən ayrılandan sonra öz evinə gəlib onları gözləyib . Axşamı planını həyata keçirib .
Deməli məhkəmədə belə ifadə verilmişdı :
Həmin gün Sedayla Karan evdə görüşəcəkmişlər . Sedanın dediyinə görə neçə vaxt imiş ki , Sedaya aşiq olan Karan Sedadan el çəkmirmiş . Karan ona sevgili olmağı fəklif edibmiş . Yuvasını dağıtmaq istəməyən Seda Karanı evinə dəvət edib ona yaxşıca dərs vermək istəyib . Bir dostluq esnasında Karanla çəkdirdiyi şəkillərlə guya Karan onu şantaj ederək , onu yatağına soxmaq istəmiş , dəfələrlə iş yerində və başqa məkanlarda ona qarşı zorakılıq edərək, müxtəlif pozlarda Sedanın şəkillərini çəkibmiş . Həmin gün də Seda onu evə dəvət edərək şəkilləri nə yolla olur, olsun ondan alacağını planlayıbmış . Əgər şəkilləri verməzsə , Karanı öldürəcəyi ilə hədələyib. Karan isə şəkillərin qarşılığında ondan onunla yatmağini istəyincə Seda onunla razılaşıb və mətbəxə keçərək onun kofesinə zəhər qatıb gətirib . Divanda onu öpməyə çalışan Karandan qurtarmaq üçün Seda kofeni əlinə alıb bir qurtum içib , normalda Seda şəkərsiz içdiyi üçün kofeni yanlış içdiyini fərq ederək Karana hiss etdirmədən fincanı dəyişibmiş . Özü öz əli ilə Karana kofeni sona qeder içirəndən sonra Karan onu sevişməyə məcbur edib . Elə bu zaman Kənan gəlib . Kənanın üstündə silah olub . Kənanla Karan əlbəyaxa olarkən Karan Kənanın silahını çıxarıb onu vurmaq istəyərkən , güllə Sedaya dəyib , daha sonra isə tapancanı Kənana tuşlayıb , ürəyin nişan alıb , elə bu vaxt , Sednın ona içirtdiyi zəhərin dozası özünü göstərib , Karan yerində dayana bilməyib yıxılanda elindəki tapancadan atəş açılıb və Kənan qarnından yaralanıb.
Əslində məsələ tamam başqa imiş . Əsil olanlar isə belə idi.
Kənan şoferi ilə evə gəlib onları gözlədilər . Atasına imzalatdığı bütün sənədlər masanın üstündə idi . Kənan həmin sənədləri götürüb içəridə öz mövqeyini möhkəmlədirmək üçün bütün kameraları yığışdırıb bir kənara qoydular .
Qapıdan içəri girən Seda ilə Karan Kənanı qarşılarında görüncə özlərini itirdilər . Bu görüşü nə Karan nə də Seda gözləmirdi . Kənan hər şeyi planlamışdı, onlara nəfəs çəkməyə belə imkan vermədi . Şofer silahi qaldırıb Karanın alnına tuşladı. Kənan ondan silahını təhvil verməsini tələb edirdi . Karan əmrə tabe olandan sonra Kənan sənədləri masanın üstünə qoyub onlara bu sənədlərlə bərabər , hazırladığı vəkalətə də imza atmasını istədi . İstədiyini alandan sonra Kənan onlara masanın üstündəki viskidən bakallara tökdürdü . Çıbındən çıxartdığı zəhəri Sedaya verərək zəhəri içkiyə qatmağını istədu . Seda istəməyərəkdən əmrə tabe olmuşdu . Başqa yolu yox idi . Çünki şoferin və Kənanın əlində silah vardı . Karan silahın ucunda əsirdi . Kənanın sılahı da ona tuşlanmışdı . Həyatları bir tətikdən asıli idi . Atəş açılsa belə kimsə duyuq düşməyəcəkdi . Çünkı silahda susdurucu var idi .
Seda əmrə tabe olaraq yalvarırdı .
- Yalvarıram , Kənan , qurbanın olum . İstədiyini aldin . Bizdə olan bütün sənədlərə imza atdıq . Nə deyirsən edirəm . Boşanacam , atrıq nə sənin nə də atanın həyatinda olmayacam . Burax bizi gedək .Nolar burax !
- Sizin edamınız çıxmışdır . Öləcəksiz .
- Qurban olum ...
- Öləcəksiz ikinizdə . Əlimi sizin murdar qanınıza bulaşdirmaram . Özünüz özünüzün qatiliniz olacaqsız .
Kənan onlara zəhəri içməyə məcbur edirdi . Şofer zəhəri içirtmək üçün silahı Karanın başına vurdu . Bakalı göturüb zorla onun boğazına tökdü . İz salmaları mümkün deyildi . Kənanin da Şoferin də əlində əlcək var idi . Onlar cəhənməmə vasil olandan sonra cıxıb gedəcəkdilər . Lakin planları alt üst oldu . Məcbur Karana içki içirdən şoferin ehtiyyaysızlığından , Karan cəld hərəkətlə öz silahını yerdən qapıb şoferi tərki silah etdi və silahini Kənana tuşladı . Bu vaxt artıq Seda da içkidən içmişdi . Karanın müqavimət göstərdiyini görən Seda Kənanın üstünə atılıb sılahı ondan almaq istəyəndə Kənanın silahı açıldı . Sedanın vurulmasinı qəbul etməyən Karan da Kənana atəş açdı . Kənana atəş açacağını görən şofer Kənanın oturduğu arabanı aşıranda güllə Kənanın ürəyinə yox ,qarnına dəydi . Şofer Karanı tərki silah edəndə Karan artıq zəhərin təsirindən huşunu itirmək üzrə idi . Kənanla şoferin silahinda susturucu olduğundan məsələni səsiz həll edəcəkdilər . Lakin planları pozulmuşdu . Karanın silahı bütün binaya səs salmışdı . Kənan şoferinə qaçmasini əmr etsə də şofer bundan imtina etdi .
- Anca bərabər , qanca bərabər . Mən səni tək qoymaram.
- O zaman çıx bayira , səsə gələnlərin başın qat ! - deyə Kənan əlindəki əlcəyi və zəhər şüşəsini onun cibinə basdı .
- Bunları rədd elə , İçəri də girməyə heç kimə icazə vermə , qaççç , tez oolll , tez ! Ləngimə - deyə Kənan şoferinə əmr etdi . Şofer qapıya çıxdı və qapını çəkib bağladı . Elə bu vaxt silahin səsinə tökülüşən qonşuları gorən şofer onlari oyalamaq üçün oyun oynadı . Qapını möhkəm döyür , qışqıraraq içəridəkiləri çağırırdı .
- Kənan bəy , Seda xanım , açın qapını ... içəridə nə baş verir ? Kənan bəyy !
Təlaş içində olan qonşular nə edəcəyini bilməyərək qapını döyərək qışqırib onları səsləyirdilər . Hətta qapını qırmaq istəsələr də şofer onlara mane olurdu . Bu təlaşda polis çağırmaq isə heç kimin ağlına gəlmırdı . Bu da onların işinə yarayırdı . Kənan çox qan itirsə də özünü itirməmişdi . Sürünüb arabadan düşərək bakalları suyun altinda yaxalayb kənara qoydu . Gəlib silahı Sedanın başına dayadı :
- Əgər ölmək istəmirsənsə ifadəni mən öyrətdiyim kimi verecəksən . Bax içəridə üçümüzdən başqa heç kim olmayib aa : sən , mən və Karan başa düşdün ? -deyə Kənan neçə ifadə verəcəyini Sedaya başa salırdı .
Seda qanlar içində zarıyaraq Kənanın dediyini təkrar edərək əzbərləyirdi . Kənan Sedani vuraraq Sedanı təhdid edir , ifadəsini dəyişməməsi üçün ona işgəncə verirdi . Öz canından qorxmurdu . Onsuz da itirəcək bir şeyi yox idi . Amma şoferini ələ vermək istəmirdi . Dörd körpəsini anasız böyüdürdü ...
Məktubu oxuduqca az qala ağlım başımdan çıxacaqdı . Nə edəcəyimi nə düşünəcəyimi bilmirdim . O zaman mən Sedaya haqq qazandırmışdım demişdim ki , bir qadın kimi şikəst ərindən zövq almaya bılər . Gözəlliyi ilə istədiyi hər kəsi özünə ram edə bilər deyə düşünmüşdüm . Amma yenə də ağlımda bir sual ilişib qalmışdı :
- Bəs görəsən bu mövzuda niyə Kənanı seçib ? Sevmirdisə , istəmirdisə niyə Kənana erə gelirdi ? Kim onu məcbur edirdi ki ? Verdiyim suallardan yana hətta onu qınayirdim da. Deyirdim ki :
- Səbəb ne olur, olsun , Kənan kimi birinin hissləri ile oynamaq heç bir qadına yaraşmazdı - Kənana da yazıgım gəlirdi o vaxt , düşünürdüm ki , onu yəqin Kənanla bu evliliyə məcbur ediblər :
- Lap Kənanla evlənməyə məcbur olsa belə en azından oturub Kənanla buna məcbur olduğunu , onu sevmədiyini deməli idi . Bax elə bu üzdən Sedaya haqq qazandırsam da , ona hirslənirdim . İnanırdım ki, Sedanın belə acıq və səmimi etirafı Kənanı inçitməyəcəkdi , Kənan bunu anlayışla qarşılayıb bu evlilikdən vaz kecəcəkdi . o günləri xatırladıqca otağımın içində var gəl edirdim . Daha nə bilirdim ki , onların ailə daxilində nələr baş verir.
Bu işdə qatil Kənan olsa da , Sedanın ifadəsinə görə Kənan yox Seda həbs olunmuşdu . Mən isə bunca illər Sedaya da Kənana da aciyirmışam . Elə bilirdim bu ailənin dağlması sırf qısqanclıq üzündən imiş . Daha nə bilirdim ki , her şey kənardan göründüyü gözəlliklərdən ibarət deyilmiş . Neçə deyərlər "uca dağların başı qar olar , o qarlarda da qurd qaynar " məsəli idi bu ailənin içi .
Məktubun davamını oxumağa belə qorxurdum . Oxuduqca bu ailənin qaranlıq tərəfi işıqlanırdı . Daha bu ailənin sirlərini bilmək istəmirdim qorxurdum . Sanki duvarlar üstümə gəlirdi . Elə bil kimsə durub bu dörd divarın arasından məni güdür . Məktubu əlimdən alıb oxuyacaqdı . Məktubu gizlətmək istəyirdim . Lakin bir yer tapa bılmirdim . Otağın içındə dörd dolanirdım . Gah döşəyin altina qoyur , gah vazoların ıçındə gizlədirdim . Elə bilirdim bu saat polislər içəri girib məni də suça ortaq kimi həbs edəcəkdilər . Çantamı eşıb cantamdan alışqanımı çıxardım . Məktubları bir bir külqabına qoyub yandirmağa başladım . İçərini tüstü bürümüşdü . Pəncərəni və balkon qapısını açıb içərini havalandirdim . Külqabin hamama keçırib havalandırmanı açdım və məktubları orda yandırmağa davam etdim . Elə bu vaxt qapı döyüldü . Nərmin olmalıydı başqa kim ola bilərdi ki ?
- Dayan Nərmin gəlirəm . Biraz gözlə , indi bu dəqiqə ...
Kül qabını daha alovu sönmədən tələsik unitaza boşaldıb suyu çəkdim . Qapıya gəldim . İçəri hələ də duman idi . Əlimdəki məhrəbayla içərinin dumanını dağıda dağıda qapının arxasinda dayanıb bayırı dinşədim . Cox sakitlik idi .
- Nərmin ?
Səs gəlmədi .
-Nərmin ? Sənsən ?
Səs gəlməyincə geri döndüm .
- Yəqin gedib - deyincə zəng təkrar çaldı .
Heç nə sormadan qapını anidən açdım və qarşımda çəliyinə soykənmiş Kənani gördüm ...
E P İ L O Q
7 İL SONRA
- Anaa , gəl ana , atam çağırir - deyə şiltaq qızım qaçıb əlimdən tutaraq məni bəzədiyimiz səhnəciyin qarşısına çəkirdi
- Gəl ana şəkil çəkdiririk .
Hər il olduğu kimi bu dəfə də evlilik il dönümüzdə həyətimizdə ziyafət qurulmuşdu . Məhz elə bu ziyafətdə böyük ailəmiz bir yerə toplanırdı .
- Qardaşın hanı bəs ? Çağır onu da . Zeynəb , qəl qizim , Yavuzu da çağır , gəlsin .
Yavuz sevgilisiylə danışır , ana .
- Olsun , bu ilki ailə rəsmlərimizdə Yavuzun da olması şərtdir . Çağır sonra danışar , bir yerdə ailə olaraq çəkdirək ...
Salonun yuxarı başına vurulmuş bu ailə tablosu məni xəyallara daldirmışdı . Tabloda Mən , Kənan , uşaqlarım , Zeynəb , Yavuz ,Boran , xanımı və qızları , Nərmin yoldaşı ilə və qardaşı Əli yer tuturdu.
Bir zamanlar təklikdən , yalqizliqdan əziyyət çəkdiyim günlər yadıma düşürdü . Fikirləşirdim ki, kökəm kimsə məni sevməz , mən sevərək yuva qura bilmərəm . İndi incə - mincə bir xanım olmuşdum .
Bəzən o günlərimə baxıb belə düşündüyüm üçün gülürdüm də . Hətta məni bəyənməyən o cay baxçasindaki şişkoya " çatla "deyərək yandıq da verirdim , arada internetdən onu təqib edirdim , hələ də subaydir , özünə uyğun qız tapmayib ...
O illərdən artıq 7 il kecib , 2 uşaq anasiyam - qızım Gül Nəsrin , və Kuzey Səlcuq oğlum . Oğlum dünyaya gələn ili qaynatamı itirdik . Kənan mənim secdiyim Kuzey adı ilə bərabər oğlumuza atasının adını verdi .
Zeynəb mən bu evə gələndən mənə daha "abla" yox "ana" deməyə başladı . Uşaqlarım da onu baçı kimi bilirlər .
- Ana , bəs Zeynəb bacımın adını niyə Zeynəb qoymusuz ki ? Axı sənin də adın Zeynəbdir .
- Həə , atan Zeynəb adını o qədər sevir ki , qızımız olanda dedi adını Zeynəb qoyacam .
Zeynəb söhbətimizə qarışıb Gül Nəsrini divana yıxıb qıdıqlayaraq :
-Hələ sənin də adını Zeynəb qoyacaqdı , mən qoymadım . Dedim daha evimizdə Zeynəbə yer yoxdur . Anam Gül qoydu adını mən də Nəsrin - deyirdi
- Yox artık, daha nələr ...
Yavuz anasını öldurəndən sonra onu uşaq kaloniyasına yollamışdılar . Kənan onu orda heç vaxt nəzarətsiz qoymadı . Bir əli üstündəydi . Onu içəridə əmin əllərə tapşırmışdı . Özü ən az həftədə bir dəfə onun yanına gedər , onunla görüşürdü . Onun həbsxanada pisxoloji müalicəsini də təşkil etmişdi . Yavuz türmədən çıxanda artıq dəliqanlı bir gənc olmuşdu . Yavuz haqqın yoluna dönmüşdü . Kimin nə , necə olduğunu görür , dərk etməyə başlayirdı . Ozü sərbəst düşünüb qərar verə bilirdi . Anasının atasına xəyanətini hələ də bağışlamasa da Kənanın anasına sahıb çıxıb onunla evlənməsinə görə ona minnət hissi hiss edirdi . Amma Borana düşmən gözü ilə baxırdı . Türmədən çıxdıgı gün əlini Qurana basıb and içmişdi ki , ilk fürsətdə Boranı öldürəcək.
Kənan ona sahiblənib evimizə gətirməsinə baxmayaraq o, Kənanı inandıraraq yayladaki işının başına keçdı . Yayladaki işlərdə Ali Kamal ona kömək edirdi . Ali Kamal da bizim ailəyə vəfali dost olmuşdu . Bəzi hüquqi məsələlərdə Kənan Yavuza da Ali Kamala da dəstəkçi olurdu . Yavuz babasindan ona düşən hissələr üçün ailəsinə dava açmışdı . Ata malindan və baba mirasindan ona pay ayirmaq istəməyən əmiləri ilə Yavuzun başı qalda idi . Kənan ona bu işdən vaz keçməsini istəsə də onu yolundan döndərmək mümkün deyildi .
Eyvazın sağlığındaki problemlərə baxmayaraq çəzasıni hələ də həbsxanada çəkirdi . Yaşayırdı , yaşamasaydı ondan yaxşı idi .
Boran da Ayla öldükdən sonra evlənibmiş . İki qizi var idi . Cox qözəl qizlar idi . Çox istəyirdim boyüyüncə Boranin qlzlarından biri Nərminin qardaşı Əliyə qismət olsun . Sən saydığını say gör fələk nə sayir . Deməyəsən Əlinin gözü mənim qardaşım qızına düşübmüş . Əli Kənanın sağ qolu idi . Kənan onu oxudub ona iş vermişdi . Gənc olmasına baxmayaraq uğurları ilə iş dünyasına ayaq basmaqda idi .
Nərmini də gəlinimiz qardaşına almışdı .Beləcə bir birimizə qaynayıb qarışışmışdıq və tabloda yer alanlar mənim böyük ailəm idi , biz artıq bir ailə olmuşuq ...
-------- Son -----------
FERİDE ACARAKCAY .
26. 07 . 2019
------Davamı var --------
Hiç yorum yok:
Yorum Gönder