XATİRƏLƏRİM ƏSASİNDA YAZILMIŞDIR
YAZAR FƏRİDƏ ACARAKÇAY ” Copyright © ”
Ağdamın işğalından sonra ilk dəfə 94 - də Əfətliyə toya getmışdık . Ağdamın beş addımlığına . Getdiyimiz ev də elə yerdəydı kı , ordan baxanda Sarcalı , ondan da biraz aralıda Ağdam görünürdü . Gözlərimiz dönüb uzaqdan kölgə kimi görünən Çörək zavoduna tərəf baxırdı , son məkan tutduğumuz yer o tərəflər idi . Elə ordan da Bakıya pənah gətirmişdik . Əslində , çörək zavodu tərəfdə yox , dəmiryolunda qalırdıq , sadəcə biz baxdığımız yerdən dəmir yol görünmədiyi üçün elə zavodun istiqamətinə gözlərimizi qıyırdıq ...
Bəlkə də o vaxt yanığımız soymamışdı , yaramız hələ qanayırdı deyə yaramızın sağalmasını, ağrımızın dinməsini tez istəyirdik ? Yaramız bızı incıtməsin deyə oraları xatırlamaq istəmirdik , bilmirəm . Həmin illər o zaman idi ki , atəşkəs olsa da hələ də şəhidimiz gəlirdi , evlərimiz güllə borana tutulmuşdu . Müharibidən bezmişdik, torpaqlarmız sevdiklərimizi , yaxınlarımızı bizdən alırdı . Qana susamış vətən oğul istəyirdi , igid istəyirdi , şəhid istəyirdi , biz verdikcə o ağzını açırdı , aldıqca alırdı , udduqca udurdu ... Anaların naləsindən bezmişdik , qan qoxusundan diksinmişdik . Artıq ıstəmirdik müharibə olsun , istəmirdik cavanlarımız gözümüz görə görə əlimizdən getsin , bizdən can istəyən vətəndən qacmışdıq , köcmüşdük ...
Şəhərimizdən , kəndimizdən küsmüşdük deyə artıq üzünə belə baxamaq istəmirdik . Elə bu laqeyidliyimizin ucbatından o vətən də bizdən birdəfəmlik küsdü . Nə biləydik ki, aradan illər keçəcək , qan görmüş torpaqlarımıza kinimiz soyuyacaq , qan udan torpaqlarımıza qanımız qaynayacaq. Uzaqdan baxdığımız o torpaqlara ürəyimiz can atacaq ...
Anam neçə illər idi ki , işlədiyi xalca fabrikindən ev növbəsinə dayanmışdı . Ailəmiz kənndə yaşadıqlarindan , İlıərdir şəhər ilə kənd arasında qalmışdiq . Atamla anamın iş yerləri şəhərdə idi . Hər gün Gülablıdan şəhərə , şəhərdən də Gülablıya gedib gəlirdilər . Nəhayyət bir gün 91 əvvəllərində bu şad xəbəri aldıq . Anamin ev növbəsi catmışdı . Evimizdə toy bayram idi . Sevincimizin hüdudu yox idi . Axır ki bu yollardan yığışacaqdıq .
Ağdam dəmir yolundan bizə birinci mərtəbədən üç otaqlı ev verdilər . Ev yeni ev deyildi . Amma yenə şükür edirdik ki , artıq hər gün kəndə gedib gəlməkdən canımız qurtardi .
Anam rayon xalça fabrikində usta xalçaçı idi , qız vaxtından xalcada işləyirdi . Atam da kəndimizdə və ətraf kəndlərdə tanınmış dülgər idi . Kəndin demək olar ki 80 faiz evlərində atamin əl izlərini görmək olardı .
SSRİ dağılandan sonra kolxozun torpaqları əhaliyə satılanda atam da təzə avtovağzalın arxasından paylanan torpaqlardan 6 sot torpaq sahəsi aldı . Yeni məhəllədə ev tikdirən qonum - qonuşu atamın tanınmış dülgər olduğunu eşidəndən atamın işlərini də artırmışdilar . Atam daha zaman edib bizi kəndə apara bilmirdi . Yeni məhəllənin havası , camaata xüsusi bir həvəs vermişdi . Camaat bir birinin bəhsinə ev eşik tikdirir, hər kəs evinin gözəlliyi ilə, qürurlanırdı . Deyirdi "qoy desinlər fiklankəsin evidir ". Evlər köhnə üsulda tikilmirdi aa, daha heç kim köhnə memarlq üslubunu bəyənmirdi , müasir ev modelləri , villalar təzə məhəlləni gözəlliyi ilə bəzəyirdi .
Məni uşaqlığımdan nənəmgil saxlamışdı , şəhərdə qalırdım , orda da məktəbə gedirdim . Məndən başqa 3 bacı qardaşım var idi . O vaxt balaca qardaşım Rövşən hələ doğulmamışdı. Məndən sonrakı uşaqlar bır birinin arxasınca olmuşdu . Aralarında bir yaş - bir yaş fərq var idi .
Şəhərə köçəndən sonra demək olar ki, ayağımız tamami ilə kənddən kəsilmişdi . Yayda gedəndə də en uzağı 2 ya da 3 gün qalıb gəlirdik . Anamgili bilmirəm, amma mən kənd üçün darıxırdım . Kənd mənimcün bam başqaydi . Çox sevirdim kəndimizi ...
Hiss edirdim ki, kənd həyatına alışmış anamın da canı bu yeni evdə sıxılırdı . Kəndin ağır işinə gücünə alışmış anam indi bu şəhərdə özünə yer tuta bilmirdi . Necə tutsun, alışmışdı o da kəndə .
...Anam hər gün səhər tezdən qalxar inəkləri qoyunlari sağar , atam mal - qaranı nobata (naxır növbəsi) qoşardı , toyuq cüçələri rahatlayıb , uşaqlari geydirər , kohnə Moskviçimizlə şəhərə yola çixardilar . İlk işləri uşaqları məscidin yanındakı uşaq bağcasına qoymaq , ordan bazara keçıb axşamdan hazırladığı süd- qatığımızı , balaca vedrəylə yumurtalarımızı bazar alverçilərinə verib sonra öz işilərınə getmək idi . Anam xalçaya , atam Uzundərə yolu üzərindəki təzə məhlələrə ...
Həyatımız belə davam edirdi ... Bu həyat düzəni tək bizə aid deyildi . O vaxtın bütün camaatı belə idi . Deyirəm nə enerji vardı camaatda . İnsanlar yorulmaq nədir bilmirdilər . Heyvan , toyuq - cücə , dörd beş uşaq , kəndin ağır işləri o yana , hələ dövlət işində də işləyirdilər . Anam kimi bacaranlar da evlərində xana qurub arada bir - iki ilmə atmaqla ildə 2 3 xalca da toxuyub evə qoyurdular .
Ana nənəmgilin evi Muradbəyli tərəfdə idi . Şəhərin kənari olsa da evimiz asan yerdə yerləşirdi . Xalq arasinda "Keçəllər" deyilən dəri xəstəlikləri dispanseri , "göz balnisası "(Göz xəstəlikləri xəstəxanası),"voyennicast" (hərbi hissə) hamısı nənəmgilə yaxın idi . Hər yay tətili mənim üçün əsil tətil olurdu . Kəndimizə gedirdim, azadlığıma qovuşurdum.Şəhər nə qədər şəhər olsa da, kəndin yeri başqaydı mənim gözümdə gözümdə . Orda mənim oz balaca dünyam vardı . Xəyallarım vardı , azadlığım vardı . İlk məhəbbətim vardı ...
Moskviçə minib atamın yanında oturanda özümü atamın sağ qolu sayırdım . Atam məni oğlan kimi böyüdürdü . Elə ozüm de qadın işləri ilə maraqlanmazdım da . Atamın yanında olmaqdan zövq alırdım . Atam məni danlamaz , mənə hirslənməzdi . Cox istəyirdi məni .
- Yüz oğlum olsun bir qızın dırnağı deyil- deyirdi .
Maşinın kıçık təmirində atamin köməkçisi idim mən . Sexdə işləyəndə də işdən sonrakı təmizliyi də mən ederdim . Taxtalardan çıxan atıqları yığıb kisələrə doldurar , qoyunların , qazların yerinə səpərdim .
Atam ümumiyyətlə maşın yumazdı . Maşının təmizliyi mənlik idi . Atam məni qızı yox oglu gözündə görərdi . Evdə iş göturəndə də gətir-götürə də məni buyururdu. Anam :
-Ay Zülfü burax, bu qızı gəlsin uşaqlara el atsın , təkəm ! - deyəndə qanım qaralırdı . Hec sevməzdim uşağa baxmağı . Deyir ilanın yarpızdan zəhləsi gedər o da yuvasında bitərmiş . İndi də mən , zəhləm uşaq saxlamaqdan gedirdi , anam da məni uşaqlara calayırdı . Guya kəndə tətilə gəlirdim dəə. Anam üç balaca uşağı verirdi mənə
-Dİ get oyna- deyirdi . Üç balaca uşaqla nə oynamaq ? Guya ki, qızlarla evcik qururduq . Camaat oyuncaqlarını , gəlinciklərinı gətirib özunə "uşaq" edəndə məndə də üç dənə canlı uşaq vardı . Özüm uşaq olmadan uşaqlıqdan əli uşaqlı olmuşdum...
Şəhərdən kəndə gedəndə təbiətin mənzərəsini beynimə həkk edirdim . Elə bil ürəyimə dammışdı ,bir gün bu yerlər xatirələrimdə yaşayacaqdır.
Nənəmgildən çıxıb "vayenniçastın" dükanına gələr, kənddəki evə lazım olan ərzaqları alıb yola çıxardıq . Muradbəyli yoluna çıxıb sola dönərdik . Çast boyu dağlara tərəf üz tutardıq . Tikanlı məftillərinin axasından çəmənlikə donuzlar gözə dəyirdi. Bilmirəm bura donuz fermasıdır nəydisə həmişə orda donuz olardı . Amma yox, sinifimizin oğlanları deyirdilər ki:
- Bu donuzlar çastın komandirlərinindir.
Hərbiçi və əsgərlər rus və başqa millətdən olduqları üçün , çastda onlara donuz əti də bişirilirmiş .
Hə... bir də yadlmdadır ... Birdəfə məhəlləyə hay düşdü ki , bəs çasta bir maşın tısbağa gətiriblər. Uşağın yadından heç nə çixmaz deyirlər . Uşaqlara qoşularaq vayenicaçtin divarlarına dırmaşıb ordan dıvar dibində dayanmış hərbı Zil maşının arxasındakı tısbağalara baxdıq . Deyirdilər ki, ruslar tısbağa yeyirlər . Ürəyimiz ağzımıza gəlmışdı. Burda qalan hərbiçıləri və onların arvadlarinı söyürdük ki, bunlar nə murdar millətdılər . "Urəkli" oğlanlarımızdan bir ikisi maşına düşüb ordan bir iki tısbağa da oğurlamışdılar. Maşına düşə bilməyənlərə də tısbağa hədiyyə də etmişdilər . Balaca dayım da evə birini gətirmişdi . Yadımdadir, gecə yarısı nənəmin çarpayısının altından tısbağa çıxanda yazıq arvad neçə qışqırmışdısa bütün qonşular bizə tökülmüşdü . Nə yemisən turşulu aş ... Həmin gün dayimla mən yaxşıca çırpıldıq . Hər dəfə "ögey ana" filimində İsmayılın evə yarasa gətirmə səhnəsinə baxanda dayımla mənim tısbağa məcaramız yadımıza düşürdü . Uğunub gedirdik . Birdə "Qız ağacı qöz ağacı" məsəlinin bir xatırəsı vardı məndə. Qoz vaxtı dayımla nənəmın kapron corablarını oğurlayıb , hərəmiz bir tayın götürüb gedirdik qoza . Qoza dediyim vayenniçastın qoz ağacına salba atmaqdir . Elə o vaxdan bu məsəli kimsə ağzına alanda qozu salbalayıb yerə tökməyimiz xəyalıma gəlirdi . Yerə tökdüyümüz qozları , cəvzəyindən ayırıb nənəmin corabına doldururduq . Corab dolmasa koldan deyildi . Gərək dolaydı ki salbadan əl çəkib evə gedəydik . Qoz dolduqca corab uzanırdı , bəlkə hər corab tayı 4 5 kilo qoz tuturdu . Nəhayyət bir gün ogurluğumuzun üstü açıldı . Elə xayınlıq , satmaq o vaxtan var idi . Şərəfsiz bir qonşumuz vardı . İl on iki ay ayağımızdan çəkərdi . Həmin qonşumuz bizi erməniyə satdı . Həmin erməni çastın qarovulcusu idi . Aşota xəbər vermişdı ki , bəs İbrahim kişinin uşaqlari Fəridəylə Adil sizin ağaclardan qozları oğurlayır . Aşot gəlib bizi tutdu . Adı gülməliydi Aşotun , ona karşok deyirdik . Elə karşoka oxşayan başı vardı . Uzun qara qıvırım saçları olan təpəsının keçəli ağzı açıq karşoka oxşayırdı . Uzun burnu da karşokun qulpuna . Nəysə bu "Karşok" qulaqlarımızı çəkə çəkə gətirdi bizi evə , bizi babama şikayyət etdi . Babamin bizi kotəkləməyi indiyəcən məni yandırmır amma o Aşotun bizi qulaqlamağını hələ də özümə bağışlaya bilmirəm . Niyə üzünə tüpürüb demirdim ki :
- Ay əə, a köpəy oglu , biz gəlib sizdən ogurluq etməmişik ee , ömür boyu siz bizdən etmisiz . Sən niyə bizim qulağımızı çəkirsən , səhv edib o vaxt Sultan bəy Andiranikin qulağını kəsib , gərək nəsilinizi kəsəydilər - heyf . Kaş o vaxt hayıfımı çıxa biləydim o ermənidən .
Nə danışırdım fıkırım haralara getdi ee sən allah . Səki kəndə getməyəməzdən danışırdım ee . Hə deməli , Çastin tikanlı məftillərinin arasından uzaqdan Xankəndinə qədər uzanan dəmir yol xətti gözə dəyırdı . Çox nadir hallarda bu dəmir yol xəttində qatar görmək olardı . Sərnışın qatarıları Bakıdan Ağdama səhər 7 də gəlib Xankəndi istiqamətinə keçər ,XAnkəndindən də axşam gəlib saat 22.00 da Bakıya gedərdı . Dəmir yolda gördüyüm yük qatarlarını saymaq mənə böyük zövq verirdi. Bəzən atamla mərcə girirdim . Deyirdim ki , məsələn qatarda 30 , 40 vaqon var . Atam da qoşulurdu mənə . Maşını bir kənara çəkib başlayardıq vaqonları saymağa . Atam mərcdə bəzan az , bəzən də çox deyirdi . Vay o hala ki, uduzaydı , uduzsaydı bizi Şuşaya aparacaqdı. Belə vaxtda ANam maşının içındə hay həşir qoparırdı :
- Əşii sən də lap uşaqdan betersən ee, gəl sür gedek , işimiz gücümüz tökülüb qaldı ...
Muradbəylidən sonra yolun üstündən keçən dəmir yol xəttın keçib Qarqar çayının üstündəki Poladlıya girmədən yolun solunda çınqıl sexı idımi , zavodu idimi bilmirəm . Həmişə orda çınqıl təpələri olurdu . Bir dəfə atamla ordan çinqılmı almağa getmişdik , yoxsa betonmu sifariş verəcəkdik , yadımda deyil . Qaçıb dirmaşmişdim cınqıl dağının üstünə . Nə illah edirdilər aşağı enmirdim . Axirda bir kişi traktorun çömçəsin qaldırıb mənə göstərdi .
- Nə deyirsən bəlkə səni də çınqıla qatıb beton edək ?
Özümü çınqıl təpəsindən neçə yuvarlamışdımsa hər tərəfim sıyrıq sıyrıq olmuşdu . Özümə görə bəla deyildim ee . Çivə idim civə ...
Poladlıdan sonra Bağbanlara qədər yolumuz düm düz gedirdi . Bağbanların "finiski" evlərin keçib sola dönəndə bizi ilk qarşılayan yolun üstünə körpü kimi qoyulmuş alaqapını görəndə kəndimizə çatdığımzı bılırdık . Daha bundan sonra bizim məkandır . Canım kəndimiz ... Başımı pəncərədən cıxarib təmiz havasını içimə çəkərdim kəndimizin . Şəhərin isti havasından sonra dağ havası içimizə sərinlik gətirirdi . Yol kənari kəndə qədər qalxan üzümlüklər taa qayalıqlarda bitirdi. Üzümlüyün arxasinda uzaqda görünən qayalıqlar , axşamın günəş batışinda qızıl kimi parlayirdı . Elə bəlkə də bu qayalıqlarin qızıl kimi görünməsinə görə ona Qızılqaya adı vermişdilər . Son günlər Qızılqayadan cıxan toz düman , işləyən texnikalardan orda qızğın iş getdiyini göstərirdi . Atam deyirdi ki , Qızılqayada Mərmər zavodu açılıb . Qayadan kəsilmiş mərmərləri ermənilər alır . Sonralar mən böyüyüb kəndimizı araşdırıb tanıdıqca aydın oldu kı, Qızılqayanın qayalıqları əslində qızıldan yox , xalıs mərmərdən imiş . Orada tikilən zavodda kəsilən həmin mərmərlər isə Stepanakertə (Xankəndinə) aparıb ordan da Ermənistana daşınırmış .
Kəndin girişindəki qəbirsanlığı kecərkən radionun səsini alıb , ölənlərin ruhuna salavat çəkmək mütləq idi . Nə badə bir adam qəbirsanlıqda barmağıyla bir qəbir göstərəydi . Vaayyy ... mənim səsim aləmi başına götürərdi .
- Barmağını dişlə ayağının altına qoy- deyirdim . Bilmirəm bu inanc mənə hardan gəlmişdi , ya hardansa eşitmişdim ki , məzar göstərən adamın evindən ölü çıxırmış . Guya barmaq dişləyib ayaq altına qoyulanda evə gələn qada bəla uzaqlaşırmış . Qəbirsanlıqla üzbə üz yolun solu günəbaxanlıq və kolxozun qarğidalı sahəsi idi . Günəbaxanliğin arasindakı panamalı "dayını" görəndə nitqim quruyurdu . Eşitdiyimə görə kım nadinclik eləsə həmin bu müqəvva dayı gəlib nadınclik edənləri aparıb didərmiş onu da gübrəyə qatişdirib torpağa verərmiş . Deyirəm o zaman əcəb uşaq qorxuzurmuşlar ee ...
Kəndən gələn çaylağin qarşısini kəsib süni göl yaratmışdılar . Gölün o tərəfində fermalar görünürdü . Tanya mamam ( bibim ) da orda işləyirdi . İlk dəfə fermaya gedendə işçilərin inəkləri qız adlari ilə cağirmasını eşidəndə uğunub getmişdim . Alagöz , Sarıtel , Qaratel , Maral , Ceyran , Mərcan , adlari da tərslikdən tanıdığım qadinlarin adlari idi . Hər dəfə o qadınlarla raslaşanda fermadakı inəklər yadıma düşürdü .
Kəndə girməmiş yolun sol tərəfində 4 yaşayış evi ucalırdı. Sonuncu evin tınındən torpaq yol kəndə yenirdi . Kəndin dayanacağı da elə bu evin tini idi . Aftobusla şəhərə gedən kənd camaatı elə bu evin tinində dayanıb şəhər aftobusunu gözləyirdi . Oranı keçəndən sonra hardasa esrin əvvəllərində inşa edilmiş kolxozun inzibati binası vardı. Sonralar orada musiqi məktəbi fəaliyyət göstərirdi...
Bizım asfalt yolumuz burda bitirdi . Torpaq yolla diki enıb çaylaği keçəndən sonra atam maşının arxasini kəhrızə salardı . Maşının baqajın acar iki 40 litirlik çuğun betonları suyla doldurana dək biz maşindan tökülüşüb kəhrizin buz sularlnda yuyunub sərinlərdik . Axşamüstü kəhrizin başi qiz gəlinlə dolu olardı . Kəhriz qurşağa qədər hörülmüş , uzun nov kimi düzəldilmişdi . Atların, eşşəklərin, camış - inəklərin sulayanlar gətirib onları burda sulayardılar . Qurşaq qəlbilikdə hörülmüş novun başinda qizlar qadınlar xalı xalçalarini qatlayib yuyaraq onları caydan qapaqları ilə qaşıyıb ləkələrini çıxarardılar . Paltar suya çəkənlər də paltarlari kəhrizdən axan göz yaşı kimi dum duru suda durulayıb , kəhrizin başina qoyulmuş çaylaq daşları ilə döyəcləyirdilər . Kəhrizi qiz qadının şən qəhqəhəsi başına göturərdi . Elə ki , kəhrizə bir kişi ceylağı bə ya yaşlı adam ki gəldi , elə bil qurbağa gölümə daş atılırdı . Sadəzə paltara cirpılan daşın səsi , palazı qaşıyan qapağın xırtıltısı gəlirdi . Camaatda nə abır həya vardı ay Allah ...
Yuyunub sərinləyən kimi kəhrizin başındaki atmud ağacının yanına qaçirdim. Çünki , kəhriz başinda iş görən qadınların uşaqları arnudun altında oynayardılar . Mən də beş dəqiqə taytuşlarımla görüşməyi ozümə qənimət bilirdim . Kəndin uşaqları məni görəndə elə bil Robin Qutu görürdülər . Elə heyranlıqla baxırdılar ki mənə . Kənddə şortik - şalvarda gəzən tək uşaq mən idim .
Ahhh neçə də saf təmiz uşaqlar idi , kəndimizin uşaqlari . Mən şəhərdə boyüyüb yaşadığım üçün həmişə kəndimizin uşaqlarından seçilirdim . Məni görəndə uşaqlar " şəhərlı qız " gəldı deyə qışqırırdılar . Məni çoxbilmiş bilirdilər . Şəhər məktəblərində, getdiyim dərnəklərdən , "dostluğa" gələn yeni filimlərdən uşaqlara xəbər verən mən idim ... hə yadıma düşdü bir dəfə de kənddə bir kişini elə bu armudun altında ildırım parçalayıb . Demək yazıq kişi yağışdan daldalanmaq üçün ağacın altına giribmiş . Elə kişi armudun altında daldalanmaqda , ildırim ağacı vurmaqda . Yazıq oldu kişiyə ...
Mütləq şəhərdən gələndə Təzəgül mamamgilə (bibimgilə ) dönüb sonra evə kecirdik . Mamamgilin cox gözəl bağları var idi . Hansı ağacdan , desən onlarda var idi . Bizim yerimiz təpədə olduğundan ora quraq olardı . Yağış umuduna qalmışdıq . Amma mamagilin həyətindən kəhrizin arxı keçırdı , bağ baxçanı arxın suyuyla sulayardılar . Həyət baca həmişə yaşil olardı . Tut mövsumundə Təzə mamagildə başqa bir dəzgah olurdu . Maşallah , tut ağaçmarı bar idi ki , burundən bir toy qazanı tut dolardı . Tut çirpılanda bütün məhəllə onlara yığışardı , karxana tutmağa . Tutları böyük toy qazanlarına doldurub əzib qaynadardılar , süzüb bəhməz bişirərdilər . Hələ sizə danışm gilaslardan :
Həyətdə iki gilas ağaci vardi, sarili qirmizi gilaslardan bal süzərdi . O qədər gözəl , o qədər ləzətli gilaslar idi ki , o günlərdən o qeder vaxt keçməsinə baxmayaraq hələ də o gilaslarin dadı damağımdan getməyib . Rəhmətlik Həsən dayının düzəldib ağaca mismarladığı nərdivanla ağaca dirmaşar , gilasın sağlam budağının üstündə oturub bəs deyincə gilas yeyərdim . Kəndə gəldimmi , Məni harda axtarsaydılar , Təzəgülün gilasının başında tapardılar .
Birdəfə xalamqizi Zülfiyyə Bakıdan bizə qonaq gəlib . Şəhər qizi ...harda gorüb ağacda meyvə ? Tulkü ağac başındaki qarğaya altdan yuxarı baxıb ağzının suyunu axıdan kimi Zülfiyyə də gilasın başında mənə baxıb ağzının suyun axıdırdı .
- Az Feridə , mənə də gilas at !
- Zəhmət çək, odeeyy nərdivan çıx özün qır, ye !
-Qorxuram da çıxa bilmirəm .
- Neyniyim , canın cıxsın yemə
Uğunub gedirdim gülməkdən . Gilasları yeyib çəyirdəklərini barmaqlarımın arasından sıxib yuxarıdan onu tuşlardim . Gilas yerinə başına çəyirdək tökülən qiz hirsindən çır çır çığırırdi . Yazıq mamam ... səsə gəlib ayağındakı rezin şəpiti ağaca tuşlayirdı ,
- Az kopəyin qızı düş aşağı ordan , düş ...
Gilas görən Fəridə ağacdan düşər ? Hara düşürdüm ...
Ehhh nə günlərimiz vardı . Zülfiyəylə nə məcaralarımız var idi . Şəhər qızı olduğundan həm ərköyün həm də qorxaq idi . Kəndə bizə gələndə qızı əməlli başlı xamlayirdim . Evimizin arxası kolxozun tənəkliyi idi . Atımızı eşşəyimizi ora bağlayirdiq . Orda otlanırdılar . Boş olanda anam əlimə bir meşok ( parca kisə ) verib məni tənəkliyə göndərirdi ki , get camışa sarmaşık topla .Sarmaşıq yeyən camışın südü yağlı olurmuş .
Yenə bir dəfə Zülfiyəylə məni tənəkliyə yolladi sarmaşıq bəhanəydi . Bu dəfə üzümlüyə düşmüşdük . Ziyan verici qurdlar ki kişmişi üzümləri gılələyib , yaralayirdiq .
Nəysə , qarnımızı doyurdub , meşoğumuzu sarmaşıqla doldurub evə gəlirdik ki , Zülfiyyə dedi ki ,məni eşşəyə mindir .
Peeehhh . Feridə ola bu şəhər qızına yandıq verməyə . Əlimə fürsət düşdü . Meşogu belimdən atıb eşşəyin başını açdım . Çilpaq belinə sıçırayıb
- Toooşş - deyərək eşşəyin yançağına bir cubuq çəkdim . Eşşək götürüldü nə götürüldü . Bizdən düüz Hürügilin çəpərinəcən çapıb gəldim .
Zülfiyə də ağlaya ağlaya arxamızca qaçır ki , nolar məni də mindir .
Eşşəyi yerinə gətirib , aşağı düşdüm . Bu heyində Zülfiyyə də təngənəfəs gəlib mənə yetişdi .
- Di min - dedim .
-Qorxuram .
-Az məni dolamısan ?Bayaqdan özünü öldürürsən . İndi deyirsən qorxuram ? Az min görüm -deyıb çubuğu qıza çəkdim .
- Vallah qorxuram . Ora bura baxdım . Çəpərin üstünə qoyulmuş palanı görüb hərəkətə keçdim . Palanı eşşəyin belinə atıkəmərini gücüm gəldiyi gədər sıxdım .
- Di min, qorxma palanın üstündən yıxılmazsan ayaqlaini tax palanın demirinə , özün də möhkəm yapış palandan , qorxma - Deyıb qıza ürək dirək verdim .
Dediyim kimi elədi . Eşşək yerindən tərpənən kimi qız qorxusundan qışqırdı . Zülfiyyə eşşəkdən düşmək istədikçə mən də ona ürəm durək verib onu qızışdırıram , eşşək belində gəzintinin nə qədər zövqlü olduğunu deməklə qızı həvəsdə gətırırdim .
- Sən dayan ,mən bu dəqiqə ! -deyib özümü təndirxananın başına saldım atam oraya kəndir qoymuşdu . Kəndiri alıb geri döndüm . Dedım :
- Di çıx
- Neynirsən ?
- Bağlayacam
- Nə , nəyi , kimi ?
- Az çıxignən , gurtar ta , məni ləngitmə , indi anam cağıracaq , arzun gözündə qalacaq . Sora desən mindirməyəcəm ha.
Qız gah mənə , gah eşşəyə , gah da evə baxıb gözlərin doyürdü .
- Minmirsən ? Gedirəm haa - deyi saman dolu kisəni belımə atıb yola düzələdə Zülfiyyə əl ayağa düşdü .
- Yaxşı , yaxşı gəl mindir .
- Yeri get işinə , səndən eşşəyə minən olmaz .
- Gəl bax atamin canına and içirəm minəcəm .
Nə başınızı ağrıdım . Qızı eşşəyə mindirdim . Di gəlki tərs . Qıza eşşəyə nə qədər düz minməyə başa salsam da Zülfiyyə eşşəyin belinə düz otura bilmədi . Dəfələrlə eşşəkdən düşüb təkrar minməsinə baxmayaraq heç cür , eşşəyin çəmini tapa bilmədi , nə qədər, ona başa salsam da , kömək etsəm də olmadı ki , olmadı . Anamın bızı səsləyişi bizi tələsdirdi .
- Anam çağırır vedək , qalsın başqa vaxta
- Yox Fəri qurban olum , məni sür sora gedek eyvi yox tərs süt məni , yıxılmaram qorxma tutavam eşşəyin remenindən - deyib eşşəyin quyruğunun altından keçib belinə bağlanan qapışdan yapışdı .
- Xala indi gəlirik , nolar - deyə evə tərəf qışqırıb anama cavab verdi - xahiş edirəm xala 5 dəqiqə , çox yox tənəklikdəyik 5 dəqəqə oynayıb gəlirik , nolar yalvarıram
- Tez olun , suya gedəcəm , uşaqlar yiyəsizdir, işim gücüm var . Feridə vedrədə çörək islatmışam apar tök qazların qabına, gələndə yesinlər .
- Yaxşı ana , indi tökərəm
Elə qızı eşşəyin belinə tərs oturdub kəndirlə belindən , ayaqlarından palana sarıdım . Guya ki , öz nəzərimizdə belə bağlanırsa qız möhkəm olacaq , yıxilmayacaq da . Əlimdəki cubuqla
- Tooşş - deyib eşşəyı qamçıladım . Qəfil zərbədən eşşək ürküb yerindən güllə kimi atıldı . Eşşəyin ipi əlimdən cıxdı . Eşşək qacdiqca mən eşşəyi tutmaq üçün qovuram . Mən eşşəyi qovduqca eşşək də qorxub qaçır , qiz da eşşəyin belində çır - çır çığırır. Həm qizin qışqırmasından , həm də mənim onu qovalamamdan ürkən eşşək yerındə durmayıb şıllaq atdıqca üstündəki palan açılıb belindən eyılır . Palan döndükcə palana bağlanmış xalam qızı da palan qarışıq eşşəyin beyındən əyilirdi . Özüm də çöx qorxmuşdum qızın eşşəyin belindən düşüb ayaqları altımda əziləcəyindən qorxurdum . Eşşək şillaq ata ata qaçır , qaçdıqca da qız palan qarışıq eşşəyin altına sürürdü . Gox gülməli mənzərə idi . Qız artıq özünü eşşəyin belində saxlaya bilməyib , palan qarışıq eşşəyin altına yıxılmışdı. Ayağının dıri açılıb havada qalmış , eşşəyin ayaqları altına düşüb əzilməmək üçün iki əlli eşşəyə sarilmışdı . Eşşəyə tərs mindiyindən eşşəyin məmələri qızın ağzin burnuna dəydikcə qöz öyüyürdü . Mən həm qorxudan qışqırır , həm də Zülfıyənin bu halına gülməkdən uğunub gedirdim . Gülməkdən daha eşşəyin arxasıyca qaçmağa taqətim qalmamışdı . Nə illah edirdim eşşəyi dayandıra bilmirdim "Toşşş" qanan eşşək, eşşək inadina salıb "Toooquuş " qanmırdı li qanmırdı. Səsimizə bütün tənəkliə tökülmüşdü ...
Bu hadisədən sonra xalam qızı sarılığa düşmüşdü .
Anagilin o qədər toyuq cücəsi var idi ki , görən elə bilirdi toyuq fermasında yaşayırdıq . Təsəvvür edin ki , üç kiolüq demir vedrəmiz vardı , anam hər gün o vedrəyə bir , alverçilərə yumurta satırdı . Toyuq cücəni sabah həyətə buraxıb gedirdilər , tülkü harda basdı sağsağan hansın apardı xəberimiz olmurdu . Heç azalmaq bilmirdi qapıda toyuq cücə . Anam hər dəfə başın gözün çalıb qazlarimizi yolanda , hər yolumda bir yastıq düzəlib ora qoyurdu . Evdəki yüklərimiz az qala tavana deyirdi . Üstndə o qədər yastıq olurdu ki , mən o yastıqları düzəldib üstünə tül örtünü salmaq üçün hər dəfə masanı ora çəkir , üstünə də bir stul qoyub çıxırdım . Daha qaz yolunanda təzə yastığı qoymağa ger olmadığından anam ya satardı , ya da birinin qızı köçəndə, birinin uşağı olanda ona hədiyyə ederdi . Bütün kənd arvadları şəhərə can atmaq istəyən gəlinlərə anamı nümunə göstərirdilər ki :
- Bax,gözünüzə su verin , şəhər qızı gəlib burda necə baş çıxardır , necə qoçaq gəlindir 4 uşaqla o boyda toyuq cucə , heyvan ,qoyun - quzu ... Siz də şəhərə qaçın . Bərəkət kənddədir ee , kənddə nə var şəhrdə ? Gedib bazarda tərəziyə gözünüzü dikərsiz ağlınız başınıza gələr .
Yadımdadır , anam mənə bir yorğan salmışdı , bir dənə də qaz tükündən yastıq düzəltmişdi . Qəşəy bahalı atlaslardan üzləmişdi . O vaxin stəkanları var idi üstü qızılgül nakleykalı - onlardan ayımışdı , qirmizi qirağı zər işləməli nəlbəki , qəşəy boşqablarımız vardı, kənarı mavı və zərli xətlı , ondan ayırmışdı . Hə birdə 1 aftafa ləyən almışdı , mavi rəngdə. Deyirdi Bakıya oxumağa gedəndə verəcəm aparasan özünlə .
- Harda qalacam ki, orda ,
- Nə bilim ay bala , indi ya tələbə yataqxanasında qalasan , ya da kirayə ev tuatcasız dayn tələbə qızlarla .
- Mən tək gedəcəm Bakıya ?
- Niyə tək gedəsən ? Yığacağıq nəyin var maşına atanla gedib evini rahatlayıb , səni də qoyacağıq evinə gələcəyik.
- Bəs bunları neynirəm - deyib aftafanı anamın indidən düzəltdiyi boxçadan çıxardib kənara qoyurdum - burdan ora aftafa aparacam ? Sən allah məni biabır eləmə , gülərlər ee mənə .
- Özlərinə gülür sənə gülən , Qoy ora , işin olmasın , aftafa qizin , qadının təmizliyidir ... bu aftafanı anam beynimə necə soxubsa illər sonra Türkiyəyə gəlib burda aftafa tapmayınca Azerbaycandan Türkiyəyə aftafa gətirtdim ...
Hələ o vaxt 5 de 6 da oxuyurdum , Bakıda oxumaq eşqiylə yaşayirdım... yüz sür xəyal qurub ozümü tələbələr cərgəsində görürdüm , xəyallarımda yeni rəfiqələrim vardı məni istəyən qrup yoldaşım da olacaqdı amma , mən ona üz verməyəcəkdim ... xəyala bax ee olmayan şeyə naz edirdim .
Deyir sən saydığını say , gör fələk nə sayır . Necə arzular dilədik xəyallar qurduq , nələr yaşadiq . Arzuma çatdım . Gəncliyım Bakıda keçdi , amma tələbə adı alnıma yazılmadı , qaçqınlıq yazıldı , yeni rəfiqələr qaçqınıq deyə bizi dışladılar , tələbə sevgilimə naz yerinə , ər evində 18 il çırpıldım , əzildim , qırıldım ...
Allah erməninin tifağını dağıtsın , elimizi, obamızı dağıtmasaydılar bızım də qurduğumuz xəyallar gerçəkləşəcəkdi ...
Həftədə ya da 10 gündən bir bizim nobatımız (çobançılıq və ya naxırçılıq növbəsi ) olardı . Nobat kənd camaatı arasında bölünmüşdü . Nobata qoşulan heyvanları hər gün biri aparıb axşama qədər dağda otarardi . Atamın işi olmasa nobata ozü geder . İşi olanda isə qonşu uşaqlardan və ya kişilərdən birin yollayardi . Qarşılığında onların qızlarina cehizlik dörd ayaq , oxlov , pol ağacı düzəldib verərdi . Ya da özlərinin evlərinə atamın görəcəyi bir iş vardısa onları etdirər , atam onlarin deryaz - oraqlarin itiləyər , atlarini nallayardi . Kənd yeri idi kəndin işi bitməz ki .
Atam nobata gedəndə mənim kefim kökəlirdi . Atam gedəndən sonra anam colpalardan birin tutub kəsdirər , çığırtma bişirib tuj qazançaya doldurardı . Süfrəyə təndir çörəyi , pamidor xiyar , göy göyərtı qoyub boxcanı bağlayib əlimə verərdi . Butulkaya ayran tökub içinə buz atıb ağzina təmiz dəsmaldan tıxac düzəldib vurardı . (O vaxt qapaqlı putulka yox idi . Ağzı genış qatıq butulkalarina belə tıxac düzəldib qapağı əvəz edərdilər ) Boxçani haça bir budağin başina taxıb termusu da əlimə alıb dağa qalxardım , atamin yanına . Pəhh... nə səfa vardı təbiət qoynunda süfrə acıb yemək yeməkdə . Dünyanın ən dəb dəbəli süfrəsinə dəyişməzdim bu süfləmizin .
Qəşəy salat edib , ayrani stəkanlara doldurardım . Qazançanı açıb süfrənin ortasına qoyurdum . Ata bala başlayirdıq yeməyə .
Atam nobata gələndə də boş dayanmırdı . Özüylə dəhrə , deryaz gəturib, çalı çırpı kəsərdi , ot biçərdi , çalinmış otları yerə sərib , qurudar bir neçə gün sonra gedib atamla dağdan gətirərdık .
Atam kəsdiyi çırpıları atın eşşəyin belinə yükləyənə qədər mən də dərənin kənarına yenib biraz qıjı toplardım , əslində qıjı toplamaq bəhanəydı . Məqsəd dərədə çimib sərinlənmək idi. Soyunub dərənin buz kimi sularına baş vuranda günəşdən yanıb qaralmış bədənim , istidən bunalmış beynim dincəlirdi sanki . Nağıllarda oxuduğum gözəllik suyu bizim Gülablı dağındakı dərənin suyu olmalı idi . İnandırım sizi ki , hər girib çimib çıxdığımda dərim nə qədər gözəlləşdiyini ozüm də hiss edirdim . Yanıb qabıqlanmış dərim öz özünə elə o suda soyulub çıxırdı .
Topladığım qıjıları dağdan yiğdığım quşəppəy, lala , əmənköməncı , cıncilim , dağsoğanı quzu qulağına qatıb derə kənarında ayırtlayıb təmizləyər , bulağın gözündə yuyub enli yarpaqların üstündə suyun süzdürədim . Atam kəsdiyi çalı - çrpını eşşəyə yükləyəndən sonra məni də qaldırıb eşşəyin belindəki çırpıların və ya otların üstündə oturdüb evə göndərərdi . Özü isə axşam dönəcəkdi .
Kəndimiz koramalla dolu olardı . Heç qorxmurdum ilandan Atam deyirdi ki, koramalın "yağın" basmasan koramal səni vurmaz . Bu koramal yağı nəmənə şeydirsə hələ də bilmirəm . Uşaq düşüncəmlə koramalın yağı yəqin ki, başında olurmuş . Çünki dəfələrlə atamın yanıda atama hiss etdirmədən koramalın quyruğun tapdalanışdım , ilan məni çalmamişdı .
Bır gün samanlıqdan yumurta götürməyə gedendə , özünü günəşə verən ilan gördüm . Həmişə gordüyüm ilanlar boz və sarımtıl koramal olardı . Bu isə qara üstü naxışlı və incə idi .
- Əşi koramaldır da , nağayracaq deyıb quyruğun basıb qaçdim . İnanmırdım kı ,ilan məni çala , arxamdan gələn ilanın fısıltısına döndüm ki, ılan məni haqlayib . Qışqıra qışqıra götürüldüm . Hara qaçıramsa ilan mənim arxamca gəlirdi . Ömrümdə ilk dəfəydi ki , ilanın belə sürətli qaçmasını görürdüm . Təndirxananin başına dolanib taxta məhəcərin üstünə çixdim . Düşündüm ki içlan ora çixa bilməz . İlan gözünə döndüyüm , çırpıların üstünə çıxıb ordan məhəccərə sarmanmadımı ? Məhəccərdən atlanıb qaçmaq istəyəndə uzüqoylu yerə deydim . Elə bu vaxt ayağımın yanında yerə nəsə sancıldı . Eynı anda da ayağıma soyuq bir şey bəydi . Elə bildim ilan məni vurdu . Dönüb baxdım ki , atam lapatkayla ilanın başın əzir . Odur , budur ilanın ağına da lənət qarasına da deyib , ilan görəndə dabanıma tüpürüb qaçıram .
Çox nadinc uşaq olmuşdum çox , anamdan başqa heç kimə xeyrim dəymirdi . Anama da bir faydam vardı ki , uşaqlara baxırdım , eşşəyin belində kəhrizə gedər , vedrələrdə eşşəyin belinə asdığı qab qaşıgı sürtüb yuyardım . Betonları doldub gətirirdim , atam balaca səhəng almışdı 5 litir su tuturdu . Hər axşam onu götürüb Qaradağa gedirdim , qaradağ Divangir əmimgilin evinin yanında idi . Suya getmək bəhanəydi . Orda əmimoğlu Nailgilnən , qonşu qizi Nargiləgiləynən təpədə yeddi şüşə oynamaq vardı . Bir Qaradağa gedəndə anam uşaqları mənə vermirdi . Cünkı orda uşaqları qoyub qayalığın dibinə enə bilməzdim .
Qaradağ qayaliqlarinda bir bulaq var idi ... məcun idi məcuuunn. Bir ləzətli , saf suyu var idi ki ... qayalıqlarin altindan axıb gələn yeraltı bulaq, məhz elə bizim bu Qaradağın altindan qaynayıb çıxırdı . Bu bulağın suyuyla siyrılmış yerimizi yusaydiz iki üç saata , yaramızdan əsər əlamət qalmazdı . Mədə ağrısına , böyrəyində , odündə daş olana çöx fayadalıydı bu bulağın suyu . Son vaxtlar , Qaradağda həmin bulağın üstünə bir neçə adam gəlmişdi . Kənd camaatından eşitmişdim ki , Elmlərdən gəliblər təhdiqat aparırlar . Hər bulağın başına gedəndə əlimə cubuq alıb qayanin altından süzüb gələn bulağın gözün eşirdim ki , görəsən bu təhdiqat nəmənə şeydi ki, bunu biz tapmıriq da Elimlərdən gəlib tapıb aparırlar . Nəysə bu təhdıqatdan sonra məlum oldu ki, bizim Qaradağın suyunun tərkibində insan sağlamlığına lazım olan minerallar və turşular varmış . Və elə bu təhdiqatdan sonra qonuşu erməni kəndlərindən ermənilər axışıb buraya gəlməyə başladi . Ermənilər bulağımıza ayaq açandan sonra anam və qonuşular uşaqlarını və məni Qaradağa getməyə qoymurdu . Ermənilər sizi oğurlayar deyırdi . Demiyəsən elə bizim millət elə o vaxtan ermənilərin oğru olduğunu bilirmişlər . Bəs ogruların kəndimizdə nə işləri vardı onu ağlım almırdı .
Qaradağın qayalıqları xatırə yazıları ilə dolu olardi . Buraya gələn qonaqlar və ya kənd cavanlari qayalıqlara bir şey yazmaqla , öz xatirəsini qoyurdu.Qaya daşlarının üzərinə Qobustan daşlarına çəkilmiş şəkillər kimi şəkillər cəkilmiş , ad soyad və müxtəlıf tarixlər yazılmişdi . Dayım Adil də ən yüksək qaya daşina " Adil 1972 " oymuşdu . Yanına da üldüz çəkmişdi . 72 təvəllüdü idi . Dərə kənarından üzü yuxarı gedəndə bu yazı açıq aydın görsənirdi . Bir gun , Qaradağın yuxarisindaki lehməli göldən camışlarımızı qabağıma qatıb gətirəndə Adilin yazisi olan qaya daşının yanında təzə bir yazı gördüm , " B + F= S " yazılmışdı . Bu bir məhəbbət düstürü idi . Bu misal mənə verilmişdi . "B"- nin kim olduğunu mən tapmalıydım . Deyecəksiz ki , səndən başqa kənddə "F" yoxdurmu? Var o qədər var ki , amma heç kim çəsarət edib bu qızıarin adin yaza bilməzdi . Hamısının qardaşı var davaya düşərdi . Amma mənim qardaşlarım hələ süd əmirdi . Həm də mən şəhər qizi olduğumdan məni sevən bu oğlan da cəsarətlənib bu addımı atmışdi. Axı bu sevgi düsturunu bu kəndin uşaqlarina mən demişdim . Şəhər məktəblərində oğlanlar, qızlara bu misalla eşq elan etmələrini , tuvalet və divarlara bele yazmalarını mən anlatmışdım , kəndimizin uşaqlarına . İndi budur kəndə yeni dəb düşürdü , eşq əmsalı . Bu mənə elan olunan ilk məhəbbət idi . O zamana qeder utancaqlığın nə olduğunu bilməyən dəcəl bir qızcığaz bundan sonra hər şeydən , hamıdan utanmağa başladı. Nənəmin həmişə mənə dediyi söz qulaqlarımda cingildəyirdi . "Erkək at döyülsən , ağır otur - dur ! Adama göz qoyurlar"
Elə bilirdim ki , hər qayanın arxasında , hər kolun dibində , hər ağacin altında "B" in anası , bacısı qphum əqrabalarindaki qız qadınları dayanıb mənə göz qoyur . Bəs görəsən bu "B" kim idi ? Bütün kəndin oğlanları gəlib gözümün qabağından keçirdi . Bu " B " kim idi tanimirdim . Bu düsturu Qonşu qızı Sehrana da demişdim ki, bu məsələni çözməkdə mənə kömək etsin . Deməz olaydım ... 3 gün kecmədi məhəlləmizin qızları məsələdən halı oldular , toplanıb qaya lövhəsinə yazılmış bu misalı özləri öz gözləri ilə görməyə getdilər . Məsələnin doğruluguna inanandan sonra bütün qızlar Təranəgilin çəpərinin yanına toplaşıb məni sorğu sual edirdilər . Nədənsə kənd qızlarını məhəbbət məcaralari yaman həyəcanlandirirdi ..mən de eləmə təmbəllik . Olmayan sevgilimdən , oynamadığım məhəbbət oyunlarımdan basıb bağlayirdim . Uşaq ağlımla sevgı nağılı uydururdum ...
Adını soruşanda da tanimadığım , görmədiyim "B" -ye Baloğlan deyirdim . O mənim xəyali sevgimin Bal oğlanı idi ...
-Axı kəndimizdə belə bir adam yoxdur .
- Var ee, deyesən Avdalda olur mən eşitmişəm
- Az ondi o Avdaldan durub gəlib bizim qayalığa şey yazıb ? İnanmıram . Bu kimdirsə bizim kəndəndir . bizim kənddə də var yuxarida amma o yekə kişidir ee, uşaqları bizim məktəbdə oxuyur - deye qızlar bir birinin sözünü kəsib höcətdəşirdilər . Bu yalancı məhəbbət oyununun başıma bəla açacağından qorxub onları sakitləşdirirdim .
-Sakit olun ay qızlar . Bizim kəndimizdən deyil ee... şəhərdəndir
- Şəhərdən ?
- Həə, məni istəyən oğlandır , burda bir ailəcə dostlari var onlara qonaq gəlib , tətili burda qonaq qalır . Çıxıb Qaradağa yazıb ora - deyə uydurmalarıma davam edirdim .
"Məhəbbətin gücünə" heyran qalan qızlar yeni uydurmalarıma həyəcanla qulaq asır, kaş bizi də belə sevən biri olaydı - deyib içlərini çəkirdilər . Maraqlı qıdı qızlar düşmüşdülər kəndin canına . Kimin evində qonaq var idisə mənə göstərirdilər ki , Baloğlan budur ?
...Dediyim kimi 3 aylıq şəhər həyatımdan sonra kəndə gəlişim tay tuşlarıma hər dəfə bir yenilik gətirirdimsə də bu dəfəki yeniliyim "məhəbbət məcaralarım" idi .
Elə deyəsən o vaxdan xəyal qurub hekayələşdirməyim varmış ee , bilmirmişəm . Elə şeylər xəyal qurub uydururdum ki, elə məhəbbət dastanları yaradırdım ki , Məlikməmməd nağılı onun yanında qələt edərdi . O vaxt bu nağıllarımı qələmə alsaydım bəlkə də indi qalın bir uşaq nağılları kitablarım var idi . Mən Tərişgilin çəpərinin yanında qızları başıma yığıb uydurmalarıma başlayanda qızlar məni elə bir həyəcanla dinlərdi ki , hərdən özüm də öz yalanlarıma inanırdım . Gızlı sevgılımın adı Baloğlan olmuşdu . Guya biz görüşür , Qaradağın başına çıxır , qaçdı - tutdu oynayır , xınali qayaların xınasından qoparıb tüpürcəyində isladaraq əlimə qoyur , camışlarımızi göldən çıxardır , ayağım sürüşüb lehməyə yıxilanda o mənim qəhrəmanıma dönüb mənı camışların ayaqları altından qurtarırdı . Bu "B" kim idisə mənim uşaqlıq xəyallarımın ağ atlı oğlanı , Lyüdmılanın Ruslani , göyçək Fatmanın , Zoluşkanın şahzadəsi idi . Mənim qəhrəmanım filimlərdə , mutfilimlərdə gördüyüm enlikürək , boy buxunlu , dolu bədənli , qəhraman biri idi . Mənim sevgilim igid idi , mübariz idi , xeyirxah idi ...
Günlərin bir günü sevimlı eşşəyimizlə kəhrizə suya gedirəm . Yolumuzu kəsə etmək üçün evlərin arasından piyada yolu ilə keçib ordan ana yola çıxacaqdım. Eslində həmişə gedib gəldiyim yol idi . Bu yol dar bir aralıq sayılırdı. Eşşəyimiz o yolu getməyə alışdığından heç vaxt yolunu dəyişməzdi . Həmişə o yolu gedib gəlirdi. Bu dar cığır o qədər xoşuma gəlirdi ki , hər iki çəpərlərin kənarları ilə əkilmiş akasiya ağaclari bu yola xüsüsi gözəllik veirdi . Həm də bura kölgəlik olardı . Arada bir səhəngimi yere qoyub dincələndə , kol çəpərlərdə oynaşan çırcıramalardan tutub , quyruğuna ip bağlayıb "Vertalyot" edirdim . Evə gətirib uşaqlara verirdim . Xoşları gəlirdi çırçırama vertalyotdan ...
Əlimdəki ağacı çığırı basmış adam boyu qalxan gıcıtkənlərə çırpıb onları qıraraq özumə yol aça aça irəliləyirdim ki , qəfil çəpərlərin arasından mənim "Baloğlanim" çıxdı ...
Necə olub ki, neçə gündür qızlarla kəndin bütün oğlanların sıraya düzüb bu "B" kimdir deyə beyin çatladanda bu balaca cılız , kürən oğlan ağlımıza gəlməyib ?
- Aazz , dayan görüm bir ! O , Baloğlan kimdir aaazzz , kimin küçüyüdür ? Sənin adını o qayaya mən yazmışam ee Baloğlan yox - önümə keçib yolumu kəsdi - dayan görüm ee, hara gedirsən ... Kimgilə gəlif azz o dəmşalax köpəyoğlu ? De görüm kimgilə gəlif . Deməsən , gedəjəm şəhərə . Tapajam o şəhərdə Baloğlandı nə p..du ? Vurub ... baş eliyəjəm ...
Xəyallarımdakı qəhrəman qəhrəman yox , divin canı olan şüşə kimi qırılıb yerə töküldü . Bax bu da mənim ilk və son xəyalımdakı sevgilim, Baloğlanım dönüb zəhər tuluğu oldu , qaba , köntöy , qısqanc , delisov ...
O gündən qlzlarla çəpər dibindəki söhbətlərimiz bitdi . "B"- nın mənimlə kənd sayagı kobud danışmasından sonra , daha qızlara yalanlar uydurmaqdan qaçırdım . Bəzən onlar məni oynamağa cağranda da getmirdim . Uşaq ağlımla onun qabalığını qəbul edə bilmirdim .mənim qəhrəmanım mədəni , centelmen , ağıryana , romantik biri olmalıydı . Xəyalımdakı sevgilimlə ilk görüş və ya tanışlıq yadda qalan , ömür boyu unudulmayacaq bir şəkildə olmalıydı . Eksinə olmuşdu . Mən onun qabalığını həzm edə bilmirdim .
İndi o günlər yadıma düşdükcə "ah uşaqlıq , uşaqlıq" deyib gülürəm . Hələ də o Qaradağın bir qaya parçasına yazılan "B+F=S" əmsalı mənim gözümdə təmiz və saf məhəbbətin rəmzi kimi durur. Çünkü adı bilinməyən, özünü tanımadığım o "B" təmiz , saf xəyallarımın bir parçası idi ...
Anam təndirə çörək yapanda qoxusu kəndi bürüyərdi . Mən evdəki kündələri almınium teştə yığar ,üstünü təmiz süfrəylə örtüb , teşti başıma alıb təndirxanaya gətirirdim . Anam çörəyi bişirənədək iydəmizin altina palaz salıb döşəkçə , mütəkkələri düzərdim . Bacı qardaşlarim , palazın üstündə oynar , mən də içəridən pendir , yağ , göy göyərti gətirib, samovara od salardım . Anam işin qurtarandan sonra təndirin başındakı vedirədəki su ilə tərini yuyub sərinləyər, qalan suyu da təndirxananın başına çiləyib süpürəndən sonra süfrəyə oturardı . Süftəyə oturar oturmaz isti çörəklərdən birinin arasına pendir göy göyərti qoyub məndən qonşuda yaşayan Kor Məmmədə göndərirdi .
- Apar, bala, bunu ver kişiyə , iyisi gedir , yesin savabdır . Bir də gör sərin suyu - ayranı yoxdursa , gəl xaladelnikdə sərin ayran var , onu da apar ver , içsin sərin sərin !
Məmməd dayının , uşaqlıqdan suçiçəyindən gözləri tutulmuşdu . Deyilənə görə qohum əqrabası var idi , amma tək yaşayırdı . Bir defe eşıtdim ki , Məmməd dayı Əntiqə adında bir arvadla evlənib . O qədər təcüblənmişdim ki , qoca kişiyə , həm də kor - kim gələrdi ki? Hər şeyi uşaq ağlımla ölçüb biçirdim dee. Nə bilirdim həyat nədir ? Allah rəhmət eləsin Məmməd dayıya , deyirlər kəndimiz işğal olanda evinin içində ermənilər diri diri yandirdı ...
Həə onu deyirdim səki , xatirələr yada düşüncə gör fikir adamı çəkib haralara aparır ...
Təndirdə küt getmiş çörəyin qazmağın o qədər sevidim ki , anamın gözündən yayınıb Allaha yalvarirdim ki , çörək küt getsin. Bir dəfə anam heç cür çörəyi əmələ gətirə bilmədi . Çörəklər bir birinin ardıyca küt gedirdi . Bir sevinirdim ki , qazmaq yeyecəm deyə . Bir gordım təndirin süpürgəsi kürəyimin ortasında tuşlandı ...
- Ağzın eyilsin ! O qədər küt qazmaq qazmaq deyirsən ki , çörəklər hamısı küt getdi . O gün qonşudan çörək alıb keçındık . Çörəksiz qalmışdıq . Bizim küt getmiş çörəklərı anam təndirdə kələfetir eləyib inəklərə verdi . Odur budur daha qazmaq üçün Allaha yalvarmırdım . Ac qalacağıq deye daha qazmaq istəmirdim .
Yaz tətilinədə kəndə gedəndə , qonşu qızlara qoşulub pencərə gedirdik . Yaz tətili pencər bayramı olurdu elə bil kənddə . Qızlarla dağdan yeni cücərmiş təzə tər , şehli çöl pencərlərindən toplayaraq Qaradağa gələrdik . Bax bu zaman Qaradağın sessız qayalari şənlənərdi . Dərədən yüksələn qız qadınların səsləri qayalıqların daşlarında əks səda verirdi . Özümüzlə top , kəndir rezin də götürürdük . Qaradağın üstündəki düzəngahda " zapaz" , " rezinka ", "kəndirbaz" oynar , məktəbdən oğurlayıb gətirdiyimiz təbaşirlə , o da olmasa kömür parçasıyla klas çəkib "klas klas" oynayardıq . Yorulanda isə hərəmiz bir qaya parcasının üstünə oturub topladığımız göy - göyətini yuyub aylrtlayardiq . Axşama qədər qızlarla söhbət - qiybət ... Pencərə gedəndə çörəyin arasında özümüzlə götürdüyümüz pendir , yumurta , kartofla elə bulağın başında , yosunlu qaya daşlarının üstünə qəzet açıb qonaqlıq edirdik . Gətirdiyimiz yeyəcəklərlə bir birimizə "pay" aparırdıq beləcə axşama qədər , dağda, qayalıqda , bulaq başında günümüzü kecirərdik . Axşam hamı öz pencərini götürüb nobatdan gələn qoyun quzusunu da qabağına qatib evinə gedərdi .
Sabah mütləq 3 4 qonuşu birləşib sac asardı . Oxlovlar taqıldayaq, səmavərlər şaqqıldayardı . Kətələr bişər , arasina nehrə yağı qoyulub təpəl kecinin qatığına batırıb ləzətlə yeyərdik . Yuxalar tay tay bışərdı . Hər için sonunda qıp qirmizi xina kimi qızarmış fəsəli mütləq idi .
Kənddə evlədə hamam yox idi . Heç su belə yox idi . Kənd camaatı suyu evlərinə maşını olan maşınla , maşını olmayan atla eşşəklə gətırirdi . Damların novlarının altında böyük hamam vannaları və ya dəmir çəlləklər qoyulardı . Yağan yağış suları ora toplanar o suyla bağ baxça , dirlikləri sulayardılar . Balaca uşaqlar da sərinlənmək üçün özlərini bu yağış sularina atıb sərinlərdilər . Axşamlar əl ayaq yığışandan sonra samovarda qalan isti suyu arxa otağa və ya ambarımıza aparıb orda suyu ilıqladıb, yaxalanardıq . Həftədə bir gün isə bizim ümumi hamam günümüz idi . Kənimizin Məşədi İbadın hamamına oxşayan hamami var idi . Başqa günləri bilmirəm ama hər şənbə və bazar günləri bura iynə atsan yerə düşməzdi . O qədər adam olurdu ki . Biz heç vaxt ümumi hamamda çimməzdik . Həmişə nömrə alırdıq . Anam bizi çimizdirib çıxardandan sonra atam girərdi . Mənim hamam keyfim də uşaqları gözləməklə keçərdi .
Birdə hamamın yaxınlığında kəndin dükanı var idi . Deyesən Qəndab xalaydı tükançı . Dəqiq yadımda deyil . Yadımdadır toyda "Tut ağacı boyunca" oxuyan kimi bilirdim ki , Tükancı xala oynayacaq ...
Həə onu deyirdim ee. Yenə fikirim getdi . O dükanda nə desən tapmaq olardı . Yox deye bir şey yox idi orda . Qu tukundən, quş südünə hər şey tapmaq olardı orda . Birdə nə maşını idi bilmirəm - arada bir kəndə "avtalovka" gəlirdi . Bu maşında nə tapılmazdı ki . Uşaq paltarları , gəşəy güllü çit xalatlar , uşaq ayaqqbıları , qaloş , rezin şəpıd , sabunlar , yuyucu tozlar , ən cox sevdiyim vafli və "taxta" peçeniyələr satılırdı . Həmişə olmasa da arada "Moskovski" konfet - şokalad gələndə kənddə onları ən az alan 3 kilo alırdı . Maşından qəribə qoxu gəlirdi - butun yeyəcək və fabrik mallarının qoxusu sabunların qoxusuna qarışdığından belə mənşəyi məlum olmayan bir qoxu yaranırdı . Hələ indiyə kimi o qoxu mənim burnumdadir .
Kəndimizin toyları bir başqa olurdu . Her həftənin bazar günü kənddə mütləq iki və ya üç toy olardı . Hələ yadıma gəlmir ki , ara günü kənddə toy edən ola . Bazar günü olanda kənd iki üç yerə bölünürdü . Yarısı kəndin o başına yarısı bu başına toya gedirdi .
Qonum qonuşuda toy olanda bir həftə qabaqcadan, ümumi iməcilik başlayırdı . Toy evi , həyat baca səliqəyə salınıb təmizlənərdi . Elə ki, evin və həyət bacanın işləri qurtardi , toya hazirlıq başlayardı . Kişilər heyvanları kəsər , qadinlar çiyər doğrayıb , baş ayaq ütərdilər . Uşaqlara da iş ayrılmışdı oğlanlar suya , qizlar da qab qaşığı bulağa aparıb külnən sürtüb yumalı idi .
Mağar qurulub masalar düzüləndən sonra bu günlük iş bitmiş sayılırdı . Əl ayaq çəkiləndən sonra ev sahibləri öz "gözətçi butkalarına" çəkilib sabahı gözləyərdilər . Bu "gözətcı butkası" adıni da mən qoymuşdum . Bilirsiniz niyə ? Çünkü ev yiyələri evdə her şeyin gözətçiliyini edirdi . Evin kişisi , ambardaki içkilərin, evin xanımı ətlərin bə yeyecəklərin , evin qızları gəlin otağının , oğlanlaırı isə mağarin "qarovulunu" çəkirdi . Guya mağara qarovul çəkilirdi de... sabaha qədər kəndin və ətraf kəndlərin kişiləri mağarda qumar oynayardılar . Bəzən də dava düşər , davanın səsinə kənd yuxudan səksəkəli oyanardı .
Hələ yadıma gəlmir ki ,toy ərəfəsində gəlin gəlmədən əvvəl və ya sonra gəlin otağı görəydim . Dediyim kimi gəlin otağı elə bir canlı müşahidə kamerası ilə qorunurdu ki ... Bilmirəm hardan , kimsə bizim kəndin ağlına soxmuşdu ki , amandır , gəlin otağına heç kimi qoymayın , burdən bağlayarlar . Taa iki uşağım olandan sonra bilmişəm ki , "bağlamaq" nədir . Bağlamağı gəlinin belinə bağlanan qırmızı lenti bilirdim anama da demişdim ki ,
- Ana , onsuz da toyda gəlinin belin bağlayırlar da ...
- Yeri get sənə aid olan işinən məşgul ol , hər işə burnunu soxma !
Tezdən gəlin maşını bəzənər , gəlin gətirməyə gedən maşinlara qırmizi lentlər bağlanardı . Maraqlı gəlin maşını bəzəmək üsulu vardı . İndi gəlin kuklasi , qotaz , rəngli klyonka cicəklərdən vəya "matot" iplərdən düzəldilmiş səbətlər nə gəzir ?
Oğlan anası gəlin gətirməyə geden maşınların xalat baratını verəndən sonra maşınlar cərgəyə düzülürdü. Bəy atasinin "aşıx açdısından" sonra Mehdinin nağarasının səsi , Şakirin qarmonunun xoş avazı kəndə yayılanda kənd əl ayağa düşürdü : " toy başladı" .
Kənddə iki mağar qurulardı . Biri yemək içmək mağarı , biri də toyxana. Yeyib içmək mağari bəzənər masalarin üstü yemək içməklə doldurulardı. Bu mağar kişilərə aidd idi . Qadınlara içəridə yerə süfrə salınar orda yemək verilərdi . Çox nadir hallarda qadınlara da mağar qurulardı . Bir uşağın hünəri nə idi kişi mağarına girsin . Lap qonaqlarla gəlmiş uşaqlar da "kişi" mağarina girsə belə kişi mağarında yemək yeyen uşaqları bayırdakı uşaqlar təkləyərdilər . Uşaqlar üçün "pover" lərin yanında yer açılardı . Yer də nə yer , heç vaxt xəyalımdan silinməyicək , ən şirin süfrə idi bu süfrə: böyük tiyanı çevirərdilər , üstünə çörək , pamidor xiyar və reyhandan hazırlanmış salat qoyulardı . Toyxanada oynaşan uşaqlarla tiyanın başina toplaşardıq . 8 10 nəfər uşaqlatın masası idi bu tiyan . Bardaş qurub tiyanın ətrafında oturarkən yerləşməyəndə yanımızla vurub yoldaşımızı sıradan çıxardırdıq . Elə xayın uşaqlar olmuşduq ki . Odun ocağinda bişən bozartmanı , souzu görəndə ağlayan dostumuza tərəf də baxmirdiq . Mmmm... miss kimi qoxuyurdu toy yeməklərimiz , soğancasının qoxusu belə kəndı başina götürərdi , ocaqda bişən souzumuzun ... kəndimiz ilə bərabər qoxusu da getdi yeməklərimizin , dadı duzu da itdi toylarımızın ...
Yemək içmək bitəndən sonra toy qızışırdı nə qızışırdı . Elə ki , mal qara , naxirdan , qoyun quzu örüşdən gəldi , sağılıb yer yurd edendən sonra , qadınlar geyinib - gecinib günortadan bəri ozünə bəzək düzək verib aynanın qabağında forslanan qızların da yanlarına alıb gələrdilər toya . Elə bil ki ,aşıqlar qızların gəlməsini gözləyirdi. Bayaqdan mağarda oturub yeyib içən kişilərin istəyini yerinə yetirib segah çalan Rəmişin gitarasına , qoşanağara ses verirdi . Ça-ka çu-ku - du, ra-ka-da, çu-ku-du başlayırdı nə başlayirdı . Meydan cavanların olurdu . Artıq segah - muğam bitirdi . Cavanlarin təpiyindən , mağarda toz ərşə qalxır , başlardan tökülən şabaşlara cuman uşaqlarn yançaqlarini "padişahın" çubuğu yandirirdi . Vedrələrlə yerə çilənən sudan doymayan torpaq cox keçmirdi ki, yenə tozlanırdı . Vallah kim nə deyir desin , o tozun qoxusu da başqaydı...
Esil eşq - məhəbbət də elə bu toylarda başlayırdı . Bir - birinə aşıq olan cavanlardan göz qaş edib gözdən yayınıb gecənin qaranlığında gözdən itən kim , sevdiyi qızin adına olan mahnını çaldıran kim , sevdıyi qizin xoşladığı mahnını oxutduran kim... Mahnılarımız o vaxt bir növ mesaj rolunu oynayırdı . Kimin kimə nə sözü vardısa mahnı sifarış verməklə çatdırırdı .
O vaxtın ən məhşur mahmıları " Ay saçı burma " , " Firuzə " , " Qəmərim " , " "Şərabanı ", " Sən şamsan əyər" "Gülpəri" "Sarıköynək " , "Ala göz yarım mənım", "Azadə" idi . Sevgilisindən ayrılanların isə oxutduğu mahnılar da vardı. " "Xatırla məni", "Darıxiram", " Heç küsməyin yeridirmi " ... Bu mahnılarla sevgililərınə mesaj verirdilər . İndi gəl bu mesajı alan qızların keçirtdiyi hisslərin şahidi olasan da , ol görüm necə olursan .
Rusetdən gələnlər, Bakiya oxumağa gedıb gələnlər , eyləncəni sevənlərin mahinilari , Rəmişin ifasinda , "Cimi , "Xaduba " və başqa hind mahnıları idi . Son zamanlar "Lambada" oynayanlar da var idi .
Kəndin qızlarını oynamağa qaldirinca bir naz satırdılar , bir göz süzdürürdülər ki gəl gorəsən , vallah şahidiyəm mahnının tempınə oturduğu yerde dingildəyən qızlar oynamağa qalxanda bir əda göstərirdilər ki , deyirdin ay Allah bunlar İranı satıb, Turanın behin veriblər ...
İndi də sizə deyim balacaların toydakı "vəzifələrindən". Vəzifə deyirəm bilirsiz niyə ? Cünkü cavanlar hansısa uşağı bu işlə görəvləndirməyəndə , həmin üşaq işsiz ,cibi boş fəhlə kimi sayılırdı . Tay tuşlari onu "cumo"yerinə qoyurdular . Bizim nəzərimizdə o xəbərçi , satqın kimi tanınırdı . Bu işdə qazancımız nə idi bilirsiz ? Toyda kor Məmmədin satdığı , saqqız , şirinquş , sımıçka , peçeniye və ya vaflı . Vəssalam . Bu boyda məsuliyyətli işin qazancına bax ee mənölüm ? Nigaran qaldız eləmi ? İndi deyəcəksiz :
- Ay Feridə, di bir de görək nə işiymiş də oo ?
Dayanın da... Səbriniz olsun yavaş yavaş gəlirəm . Deməli biz balacalar cavan sevgililərin qarovulcuları idik . Bir dəfə qonşu qız cibimə bir ovuc konfet basıb mənə dedi ki, gəl mənimlə gedək evə , sabomu ( dik daban və açıq yay ayaqqabısı ) dəyişib gələcəm . Yaxşı deyib düşdüm bunun yanına . İlk dəfəydi mənə vəzifə verilmişdi . Həm də bur ovuc konfetə . Məni uşaq bilib mənə heç nə demeyib ki , məsələ nədi , nəmənədi . Daha zalım qızı bilmir ee, Fəridə az aşın duzu deyil. Bu dedi ki , sən dur burda , mən gedim evə gəlim . Dedim ki :
- Get - Nəysə getdi , iki dəqiqə sora əlində bir bağlama çıxdı . Dedı ki :
- Sən çəpərin yanında gözlə , bunu verim Ayka gilə gəlim .
Dedim :
- Az ,Aykagil hamısı toydadı
- eybi yox. Mən bunu qoyacam piləkənlərinə . Gələndə götürərlər . Qapıda itləri var birdən içəri girə bilməsən , orda gözləyəcəm it gedəndə bunu ora qoyub qayıdacam . Gec gəlsəm nigaran qalma .
-Qorxuram , qaranlıqdır , mən də gəlim .
- Yox ee . Hara gəlirsən sən burda dur ! Qorxma . Sən burda məni gözlə bir adam gəlsə möhkəmdən öskür ya da asqır .
Dedim :
- Yaxşı get - Bildim ki , oğlanla görüşəcək , mən də üstünü vurmadim . İndi çəpərin dibində təkcə oturub neyləyəcəm ki ? Darıxıram, ürəyim az qala partlaya . Nə qədər gözlədim bilmirəm . Bir gördüm, budur qızın dədəsi xəlvəti xəlvət düz üstümə gəlir qorxumdan qısıldım çəpərin dibinə . Kışı qaranlıqda məni görmür . Fikirləşdim ki , qıza işarə versəm kişi duyuq düşəcək . Deycək gecənin bu vaxtı burda nə gəzirsən . Məni də qatacaq qızına . Nəysə heç kişı məni görmür də . Amma qaranlıqda gözünü dağdağanin altına nətər zilləyibsə , ayağının altında bomba partlasa xəbəri olmayacaqdı . Kışı nə gördü , nə görmədiysə :
- Sənin nənənin əmcəyini ... - deyib dişlərin qıcayaraq qızını pis söyüşlə söydu. Qızını oğlanla görmüşdü . Dişi bağırsağını kəsıb özü özünə asıb kəsərək çəpərin arxasından çıxıb onlara tərəf getmək istəyəndə mən var səsımlə :
- Həpçiii -eləyəndə başıma dəyən zərbədən kişinin ayağının altında kirpi kimi büzüşdüm
- Zəhrimar həpçi , çor həpiçi , day dur burdan qışqır de ki ,əzrayılın gəlir qaç daa ...
Həmin gün kişi qızının bütün acığını məndən çıxmışdı . Kefə gedən qızı döyülən mən ...
Eeehhh o günlər ... deyirəm yenə olaydi o gözəl günlərimiz , yenə çirplılaydım , yenə kəndimiz olaydı . Heç olmasa darıxanda gedərdik o kəndə ...
Kəndin ortasında böyük bir təpə var idi . Təpə kənardan baxanda yarmadanı xatırladırdı . Elə bil ki , suyu çəkilıb təpə yarmada kimi quruda qalmışdı . Təpənin üç tərəfı böşluqda arxası isə Qaradağın qayalıqlarına söykənirdi . Elə formada idi ki , elə bil kamazdan bura torpaq boşaldıblar . O dərəcədə düz və hamar idi . Təpənin torpağı elə bil ələnib ələkdən keçmışdı . Bir dənə daş - çınqıl gorə bilməzdin . Təpənin dibiylə dairəvi formada torpaq maşın yolu keçirdi . Günümüz təpənin başında keçərdi . Uşaqlarla orda oynar , qızlarla üzərik yığıb evdən gətirdiyimiz iynə sapa düzərək özümüzə bilərziklər , muncuqlar və ya evdən asmaq üçün bəzəkli aksusuarlar düzəldirdik . Məktəb açılanda şəhərdə sinifimizin qızlarının məndən ən çox istədiyi hədiyyə məhz üzərikdən olan muncuqlar idi .
Bizim bu üzərlik təpəmizin bir əfsanəsi var idi . Guya keçmışdə bura xəsis və sonsuz bir padişahın xəzinəsi olubmuş . Günlərin bir günü bu padişah ölüm yatağına düşür . Dünyanın ən güclü loğmanları gəlir bu padişahı sağaltmağa , padişah onları qəbul etmir . Çünkü hər gələn Loğman onun sağalması üçün , cinlər diyarına gedib , ordakı qızıl armudlardan 7 ədəd alıb gətirməliydi . Bu armudlar isə elə bahalı idi ki , padişahin xəzinəsinin yarısı həmin armudlara gedəcəkdi . Padişah heç bir təbibə ənam belə vermədən , onları saraydan qovur , öləcəyini bildiyi üçün ilk öncə xəzinəni yox etmək qərarına gəlir . Vəzir - vəkili yığır , əmr edir ki, bütün şəhər işə cəlb edilsin . Uşaqdan böyüyə hər kəs oz adının sayına Qaradağdan bir səbət torpaq gətirib xəzinənin üstünə töksün . Tökdükcə də həmin torpağı lənətləsin . Qaradağda torpaq qurtarana qədər bu iş davam edəcəkmiş . Padişah əmir edir ki , iş bitəndən sonra həmin təpəyə üzərlik əkilsin . Guya üzərlik xəzinəni və padışahı nəzərdən qoruyacaqmış .
Deyilənə görə bizim Qaradağ qayalıqları əvvəllər torpaq dağ olubmuş . Torpağın rəngi qara olduğundan bura Qara - dağ adı veribmişlər . Mən də həmişə fikirləşirdim ki , Qaradağda bir dənə qara daş tapmazdin . Daşları ağappaq mərmər kimi parıldayır , bəs bura niyə Qaradağ deyirlər ki ?
Hə nəysə ... Guya şəhər camaatı Qaradağdan torpaq daşıyıb xəzinənin üstünə toküblər . Beləliklə Qaradağın torpağı qurtarıb yerində bəm bəyaz qayalıqlar qalıb . Maraqlıdır ki, bır tərəfi qayalıqlara birləşən təpənin torpağı dogurdan da qap qara torpaqdır . Kəndin digər yerləri isə torpağı açıq qəhvəyi və qəhvəyi torpaqlar idi . Bu da biz uşaqlara təpənin əfsanəsı real kimi görünürdü . Doğurdan da nə sirr idisə . ən çox ildırım elə o təpəyə düşürdü . Heç kim bu təpənin üstündə ev tıkdırmırdi . Yazda Qaradağın qayalıqlarinda lalə , süsən , müxtəlif çiçəklər bıtməsinə baxmayaraq , bu təpədə üzərlikdən başqa heç nə bitmirdi . Hətta Qaradağda meyvə ağacları da var idi . Qayalıqda zoğal ,göyəm, nar ağacları ilə dolu olmasına baxmayaraq bu təpədə bir dənə ağac yox idi . Bəlkə də padişah bu təpəni doğurdan da lənətləyibmiş . Bilmirəm ...
Bir gün oğlanlar bir oldu , qızlar da bir . Oyun oynayırdıq . Dedilər ki , kım təpəni aşağı tez yenə bılsə uduzanlar qalıbə kor Məmmədin satdığı şeylərdən alıb verəcək .
Hamı qalıb olmaq istəyirdi . Elə mən də . Təpə aşağı qaçmasını bilməyən mən , nə biləydim ki ,elə qalib mən özüm olacam . Kor Məmmədin şirinquşüna tamah salan mənə , kiloyla konfet şokalat , peçeniyə gələcəkdi .
Start götürüb təpə aşağı qaçdıq . Bir iki qaçmışdım kı , ayaqlarım yerdən üzülmədimi , sözün əsil mənasında havada uçurdum . Bir geri baxdığımda uşaqlar hələ təpədən aşağı yenirdilər , mən isə təpənin dibindəydim . Yalan olmasın 70 80 metrə hündürlükdən aşağı uçmuşdum ...
Qolum barmaqlarım qırılıb çatlamışdı . Canımda tutar yer qalmamışdı .
Əlim qolum gipisdə həmin yayı necə başa vurdum bilmədim . Bir onu bılırəm kı , bu mənim "Baloğlanım" kəndin o başından gəlıb bizim çəpərin yanından Axşam mahnısını fışqalayıb oxuyaraqmənə özləmini deyirdi ...
Qardaşım Əli doğulanda Göygöz xala qapımızdan kök qırmızı ən qəşəng xoruzu tutub ayağın bağladı . Göygöz xala xoruzu qoltuğuna vurub anam bir də mən uşaqları belımızə şəlləyıb yola düzəldik . Atam işdə olduğu üçün hünərı ayaqlarımıza vermışdık . Dərə təpə aşa aşa , meşə - tənəklik keçə keçə boyük bir toyuq fermasına gəlib çixdig . Uzaqdan baxanda elə bil boyük gölün kənarına ağ xalı sərmişdin , ağ toyuqlar uzaqdan elə görünürdü . Bura Martuni(İndiki Xocavənd) rayonunun Yenikənd kəndi idi . Bir gördüm Göygöz xala fermanın işçilərini görüb söyür . Bunların kim olduğunu bilmirdim . Amma söyməyinin səbəbin soruşanda mənə aydın oldu ki , bunlar bizim bədnam qonşularımız imiş . Qardaşım belimdə şəlləkdə canım ağzlma gəlirdı. İsti bir tərəfdən , şəllək bir tərəfdən məni heydən salmışdı . Uzaq yolun yorğunluğu da gücümü almışdı Yeriməyə taqətim qalmamışdi .
- Ana qurban olum yandım , aç uşağı . Sən Allah biraz gölə girim
- Harda yuyunasan ? Gəl bu kafirlər suyu da mundarlayıb .
- Nə kafır Göygöz xala Allahın suyudur .
- Gəl, az qaldı Allahın suyu Əli bulağındadır .
Əli bulağı müqəddəs bir yer idi . Qayalıqlarin vahiməsi adamı basırdı . Sanki ıkı şiş qaya aşaraq təpələri bir birinə dəyib dayanmışdı . Qayanın arasında su yolu var idi . Hardansa bulaq qaynayıb bu yola axırdı . Qayanın görkəmi elə idi ki , altından bir balaca daş çəksən sanki qayaların ikisi də uçub dağılacaqdı . Qayaların üstündə çox böyük , hardasa qazan qapağı boyda əl izləri var idi , yerdəkı su yolundakı qaya daşlarının üstündə də hardasa elə o boyda da ayaq addımları gözə dəyirdi . Bizi bulaqla tanış edən dini xadimin dediyinə görə , bura Həzrəti Əli ( Ə.S) - ın yezidlərdən gizləndiyi yerdir . Əvvəl bu gördüyümüz qaya bütöv qaya imiş . Düşmən əlinə keçməmək üçün Həzrəti Əli Allaha dua edərək rəbindən kömək istəyib. Qəfıl göy gurlayıb , şimşək çaxıb , ildırım qayaya düşüb qaya ikiyə parçalanıb iki qayanın arasından yol açılıb . Həzrəti Əli böyük bəbənli iri cüssəli adam olubmuş . Özün qaya arasına salıb həmin yoldan keçmək istərkən qaya uçub başına töküləcəkmiş ki , əlləri ilə qayanı tutub saxlayıbmış Həztəti Əlinin əllərinin izi hər iki qayada yarıya qədər daşa gırıbmış . Həmin əl izləri də onun əl izləri imiş . Qaya uçub üstünə dağılmasın deyə iki şiş qayanin təpələrini bir birinə dayaq verib özü də qayaların arasında gizlənib . Ayaqlari yerə qədər batan Əlinin əl və ayaq izləri günümüzü qədər çatmışdı . Deyilənə görə elə həmin vaxt hardansa qaynayıb axan bulaq həmin ayaq izlərini lillə doldurub izi itirib . Yezidin adamları gəlib biraz əvvəl ildırımın düşdüyü bü qayaya baxıb çıxıb gediblər . İnanmayıblar ki , ildırımın parçaladığı bu qayadan salamat adam çıxa .
Düşmənləri gedəndən sonra Həztəti Əli , qeyri adi maldan olan köynəyini çıxarıb ciraraq yaralarinin qanını silərək yaxinlıqdakı nar kollarının üstünə atıb , maraqlı bılırsiz nədir? Aradan illər keçməsinə baxmayaraq həmin parcalar hələ də qanlı qanlı o kolların üstündə qalırdı . Nə külək , nə boran , nə qar , nə yağış bu parçaları bu kollardan atmayıb . İllərlədir ki, niyyət edib bura gələn bəlkə də milyonlarla insan bu parçalardan cırıb qollarına bağlayır , lakın bu parçalar bitib tukənmək bilmir . Elə bil ordan parca göturdukcə , ordakı qanlı parcalar çoxalır . Birdə bu nar kollarnın bir möcüzüsini eşitdim . Seyidın dediyinə görə bu kollar 100 ildən bir öz özünə yanirmiş , lakin nə yaşıllığını itirirmış , nə üstündəki çiçəkləri , nə də qanlı parcalar yanırmış . Eləcə kollar yanıb yanıb , öz özünə sönürmüş .
Nəysə həmin gün Göygöz xalanın qoltuğuna vurub gətirdiyi xoruzu orda həmin seyidə qurban kəsdirdik , qanindan qardaşımın alnına vurduq . Həmin seyid orda qurandan dualar oxuyub Qardaşimin adıni Əli qoydu . İndi həmin qardaşım Əli yolunun davamcısıdır...
Bilirsiniz nə düşünürəm ? Düşünürəm ki , əgər bu torpaqlar bir müsəlman torpağıdırsa , bəs neçə olub ki bu kafirlər orda yerləşiblər ? Niyə , necə olub ki bizim müqqəddəs torpağımız olan Əli bulağımız ermənilərin şərəfinə yeni tikilmiş Yenikənd olub ? Niyə zamanında bu bədnam qonşularımız üstümüzə ayaq açmadan dərslərini verməmişik . Niyə mən fermanin yanındaki göldə yuyunmaq istəyəndə öz suyumuzu zəhərləyən erməniləri biz özümüz zəhərləməmişik . Yoxsa bu günləri gözləyirdik ? Yoxsa gözləyirdik ki, ermənilər gəmidə oturub gəmiçi ilə dava etsin ? Vurub bizi kəndimizdən elimizdən etsin ? Niyə görə kəndimiz xəyallarımızda yaşatmalıyıq . Niyə Gülablının gələcək nəsilləri yazdığımız yazılarda Gülablını təsəvvür etməlidir ?
Bəlkə də kənddə yaşayıb kəndi görüb bilənlər bu yazdıqlarimi , o yerləri üzlərində təbəssümlə oxuyacaq , Bəlkə də mənim gördüklərimi onlar da xatirlayıb duyğulanacaq . Bəlkə də, bəlkə məni unudan qonuşularım, uşaqlıq dostlarım , kənçilərim , uşaqlıgımın ilk və xəyali sevgilisi "B" bu yazımdan sonra məni xatirlayacaq , tanıyacaq . Bəlkə də məni ümumiyyətlə tanımayan kəncilərimbu yazılarımı oxuyanda deyəcək " Ayə, bu kimdir ki ,gəlib bizim kəndimizi belə tarif edib ?bəlkə də mənim bu yazımdan sonra çoxları bilgisayarın başına keçib gəncliyini , xatirələrini gözlərində canlandıra canladıra yazacaq . Bəlkə də illər sonra Gülablıda doğulan Gülablılar təsadüfən hardansa tapıb oxuyanda o yerləri görmək üçün can atacaqlar . Bəlkə də bizim tərk etdiyimiz vətənimizi onlar qurtaracaqlar . Torpağından bir ovuc alıb məzarlarımıza səpəcəklər ki, ruhumuz şad olsun .
Bəlkədə.., yenə də... bəlkə də o yerlərə ayaq basacağıq aramızda olanlardan bəlkə də cox az adamlar qalacaq , bəlkə də heç qalmayacaq . Bəlkə də bu hekayəmlə sizləri Gülablıya apardım , bu yazımla bəlkə də köhnə nəsillərin mütləq gözlərini yaşartmışam , amma yeni nəsillərə Gülabli bir nağıl kimi görsənəcək ...
S O N ....
Feride Acarakcay
4 yorum:
ikinci hisse ne vaxt olacaq??
ikinci hisse ne vaxt olacaq??
Bütün hissələr paylaşılıb oxuya bilərsiniz
Bütün hekayə tam olaraq paylaşılıb oxuya bilərsiniz
Yorum Gönder