Çarşamba, Kasım 25, 2020

ÜÇ DOST

 


Üç dost olur, birinin arvadı gözəl baxımlı, şırın dilli, birininki çırkin, halsız yorğun və açı dıl olur . İkisi  arvadlarından şıkayyət edərlər. Bu xanımlar nə etsələr də ərlərini razı sala bilmirlər . Dostlardan biri hər zaman xoşbəxt görünər. Ailəsindəki xoşbəxtlik kənardan açıq aydın nəzərə çarpar.

    Ailəsindən razı olmayan dostlar  bir birlərini  qınayırlar. Çırkin arvadı olan dost deyir.

   - Sən niyə arvadından şıkayyət edirsən? Sənin arvadın mənimki kimi pinti deyil ki.

   Dostu deyir, gəlin  qardaş gəl gedək bizə. Özünüz görərsiz. Bunlar qalxıb gedirlər birinci dostun evinə. Qapını döyərlər. Evin xanımı qapını açər. Arvad xanım xatın kimi,  çox gözəl və baxımlı xanım idi. Şırın dillə, yüksək əhval ruhiyəylə ərini qarşılayır, erini və dostları içəri dəvət edər. Dostlar üçü də sevincək, deyə gülə girirlər içəri, baxırlar ki, nə gözəllik var elə bu qadının üzündədir, dilindədir. Ev zibilin, kirin içində batıb gedir. Əri başlayıb gileylənir ki, nolar bu evə bir əl gəzdirsən? Qadın deyir,

  - Ay canım gözüm, həyatımın mənası, başımın ağası, inan ki heç vaxtım olmayib ev təmizləməyə. Butun günü özümlə olmuşam, bəzən düzən, süstlən pustlən ki , axşam ərim gələcək, goy onun gözündə gözəl görünüm.qapını bir qonşu döyndə evə girmədən ilk məni görür, qoy onda xoş təsurat yaradım. 

  Kişi deyir,

  - Yaxşı get bir çay qoy.

  Qadın çay qoymağa gedəndə kışı dostuna deyir kİ,

   - İndi gördüz gözəl arvadımdan niyə  şıkayyət edirəm. Mən istəyirəm mənim arvadımın özü, dili qədər gözəlliyi evində də olsun.

   İkinci dost deyir :

  - Mənim dərdim sənin dərdindən böyükdür qardaş. Dur gedək bizə.

   Gəlirlər 2 ci dostun evinə. Qapını ifritə kimi bir qadın açır.  Qaş qabaq  yer süpürür. Saç başı pırtlaşıq, üz gözündən zəhrimar yağır , üst başı kirli, yemək qoxuyur. Arvad deyinməyə başlayır.

   - Acarını niyə götürməmisən, birdə bu qədər işinn arxasından mənə zəhmət verdirib qapı açdırırsan.

   - Qonaqlarım vardı. Dedim bir onlara  da xoşgəldin eliyəsən.

   -, Nə xoş gəldin ee,  it kimi yorulmuşam qonaq qarşılayacaq haldayam? Deyə qadın belini tutub deyinə deyinə içəri keçir. 

    Dostlar  evə girirlər , ev tər təmiz, çiçək kimi  yağ tök  yala, hər şey yer yerində. Sanki evdə heç insan yaşamır. Hər şey şəkil kimi. Uşaqlara baxırlar, tər təmız geyimdə, sac başları səliqəli daranmış, çıçək kimi... Heç elə bil bu qadın bu evin qadını deyil.

   Kişi deyir ay arvad, bir çay qoy. Arvad başlayır deyinməyə.

   - Allah haqqı o qədər işləmişəm ki, heç halım qalmayıb addım atmağa, bütün günü yır yığış, uşaq, gələn gedən, ev eşık.. Leş kimi düşmüşəm. Get özün qoy cayınızı, mən başımı atım yatım, gecdir. Səhər tezdən durub uşaqları dərsə yola salacam, tökdüyünüzü təmizləyəcəm .

    Arvad gedən kimi kişi deyir indi gördünüz mən niyə bədbəxtəm? Arvad evə uşağa baxır, özünə, mənə yox.

  Üçüncü dost deyir,

  - Çay zad lazım deyil, bu sifətdən sonra burda çay da içə bilmərik. Qalxın gedək bizə.

    Kişi yoldan zəng edir xanımına ki

 - Arvad, filan yeməkləri hazırla gəlirik yeyib içməyə 

   Xanımı "baş üstə" deyib işinin başına kecir . Əl ayaq eləyib ərinin bütün istədiklrini hazırlayır.  Bu arada  uşaq evin ortasına kakaş edir. Arvad deyir işimi bitirmədən  uşağı təmizləyə bilmərəm.  İşimi bitirim təmizləyim.Tez tələsik işini bitirib masanı qurur, ortalığa əl gəzdirir, keçır otağına əynin başını dəyişir  bir azda saçına, başına özünə fikir verir. İşlərini görüb qurtardıqdan sonra götürüb uşağı yuyub təmizləyir. Uşağını səliqli geyindirib ortalığı təmizləyəcəkdi ki, qapı döyülür. Arvad tez pəncərini açıb evi havalandırır nəcisi təmizləməyə vaxt olmur, ləyəni götürüb çevirir nəcisin üstünə. Uşağın oyuncaqlarını da  tökür ətrafına, uşağı da qoyur yerə ki oyuncaqlarıyla oynasın . Qapını  açır gülər üzlə, xoş beşlə ərini qarşılayır. Əri və dostları  girirlər içəri. Kişi deyir.

  - Arvad, bu ləyən nə gəzir ortalıqda da.

  - Əşi fikir vermə,  yeriyin  keçin  masaya çay çörək soyyur, qadan alım, ay kişi, uşağı bilmirsən qab qazanla oynayar? 

    Kişi heçnə demir. Keçirlər masanin başına. Baxır süfrə qurulub məzələr qoyulub.

   Avadına minnətdr baxışlarla baxıb soruşur.

   Yeməklər hazırdır, ya gözləyək ?

  - Hazırdır başına dönüm, hər şey hazır. Siz oturun ayaq üstü bir şeylər atışdırın, az qalıb,  bişsın indi gətirirəm. 

   Kişilər oturur süfrəyə, başlayırlar allah verəndən yeyib içməyə. Kişinin istədikləri bitmir. Gətir götür başlayır. Arvad da usanmadan, gülər üzlə ərinin dediklərin edir. Axirda qadln yorulur divana çökür.

  - Ay kişi, mən səni məmnun etmək ücün necə lazımsa elə də qulluğunda dayandım,  çünki, bu mənim xanımlıq vəzifəmdir, canla başla edərəm.  Nə dedinsə bişirdim, nə istədinsə hazırladım, halal xoşunuz olsun. Bəlkə doymadız, çünkü tələm tələsik  hərəsindən biraz biraz, hazırladım ki, dost düşmən içidə  süfrən boş qalmasın, qoy gedib deməsinlr ki, filankəsin arvadınin qabliyyəti çatmadı qonaq qarşılamağa. Evi də dərindən təmizləyə bilmədim, çünki evdə körpə uşaq var, yenə dağıdıb tökcək. Elə yüngülvarı əl gəzdirdım ki, evə gələn cəmdəyimə söyməsin. Bu arada vaxt tapıb biraz da özümədə yüngülvarı əl gəzdirdimki üzümə, üstümə baxanda məndən diksinməyəsən. Uşağına baxdım ki onu təmiz görüb məni sevəsən. Qonağını gülər üzlə qarşıladım ki başın uca olsun. Kaş biraz geç gələydiz bir balaca işim qalmışdı onu götürməliydim aradan. Madəm işim qurtardı izin ver onu da aradan çıxardım, gedim  dincəlim, birazdan yatmaq vaxtıdır. Səni otağımızda yorğun qarşılamaq istəmirəm.

   Kişi havalanır ki

   - Nə yatması, nə dincəlməsi, evdə qonaq, hələ indi başlamışıq, elə bu, bunnan  bitdi?

   Arvad  hövsələdən çıxsa da, ərini dostlarının içındə sındırmayıb , mülayım səslə dilləndi.

   - Ayrı nə istəyirsən başına dönüm, de bu dəqiqə hazırlayım gətirim. 

   Onsuz da hirslənmiş əri nə istədiyini bilmədiyi üçün qışqırir.

   - P.. X  İstəyirəm, gətir.

   Arvad ləyəni qaldırır :

   - Hə bəyax, balaca işim qalmışdı dedim, başa düşmədin. Nə yaxşı tez dilləndin yoxsa atacaqdım. Ala bu da p.. x.

   Kişi qonaqları yola salanda deyir ay dostlar indi bildiz mən niyə xoşbəxtəm? Çünki arvad məndə giley eləməyə yer qoymur. 


İndi ay xanımlar, nə etsəniz də kişiləri məmnun edə bilməzsiniz. Kişilərin hər istədiyini edin, onları qırmayın  amma həddini  aşıb, qudurğanlıq eliyəndə, şirin dillə, qadan alım, başına dönümlə "ləyəni açaraq" onlara həddini bildirin. Çünki belələri ancaq  belə olmasını istəyir. Bu zaman onlar da xoşbəxt olar, siz də 🤣🤣🤣

#feride





Pazar, Kasım 01, 2020

İLK VƏ SON SƏYAHƏT

 

      Anası və atası ilə hər il iki üç dəfə qatarla Bakıdan Xankəndinə nənəsi gilə gedirdi Malık. O zaman balaca uşaq idi. Ata anası şəhərdə işlədiyi üçün çox qalmazdılar orda . İki gün sonra yenə həmin reyslə Bakıya dönərdilər. Artıq bu ziyaret adət halını almışdı. Malık yolları əzbərləmiş, qatarın Bakıdan Xankəndinə qədər olan stansiyalarda nə qədər belə dayandığını da öyrənmişdi .
Və beləcə Malik Bakı - Xankəndi arasında gedib gələ- gələ 7 ci sinifə çatdı. Ana ata da vəzifədə yüksəlmişdi deyə işləri xeyli yoğunlaşmışdı. Xankəndinə ana atalarının ziyarətinə tez tez gedib gələ bilmirdilər. Malık isə həm nənəsi, babası üçün, həm də o gözəl yerlər üçün çox darıxırdı. İş o yerə çatdı ki, Malık dayana bilməyib ailəsindən Xankəndinə getməsi üçün icazə istədi.
- Oğlum, axı sənin təkbaşına yola çıxma zamanın deyil, yaxın deyil uzaq yerdir, sən tək başına necə gedərsən ki, oralara, başına bir iş gələr, xəbərimiz olmaz.
- Mənə güvənin ata, mən bütün stansiyaları bilirəm, narahat olmayın gedərəm. Onsuz da nənəmgil Xankəndində dəmir yolun yanında olurlar. Məhəllələrin lap yaxşı tanıyıram. Mən özüm tək gedə bilərəm, anacan, atamı razı sal, nolar, inanın mənə, mən gedib taparam onlaları. Tapmasam belə bir adamdan kömək istəyərəm. Həm də özümü yoxlamış olaram. Mən artıq uşaq deyiləm, mənim taylarım təkbaşına Krıma, Krosnadara pioner düşərgələrinə gedir. Mən burdan bura şəhərdən kənara çıxa bilmərəm?
Nəhayyət Malık ata anasını razı saldı. Və bir gün ata və ana Malıkı də götürüb 28 may dəmiryol stansiyasına gəldilər. Qatar gələnə qədər ana bir tərəfdən, ata bir tərəfdən Maliyi tənbeh edir, ona öyüd - nəsihət edirdilər.
- Bax oğlum, ehtiyyatlı ol, bilirəm biraz dikbaş uşaqsan, tutduğunu qoparmadan buraxan deyilsən, zəmanəylə ayaqlaş, bax gör camaat necə, sən də elə. Görürsən çətinə düşdün, səni üzdən gözdən salırlar, "hə" de yola ver, amma eləmə.
- Mən yaltaqlanmağı bacarmıram ata, bağışla, ölərəm amma ağlım kəsməyən işə "hə" demərəm.
Anası atasına göz ağardıb Malıkin üst başını səliqəyə saldı.
- Ana qurban, nadınclık edib Nənəngili incitmə, yaxşımı? Bax şıkayyət eşitməyəcəm haa...
- Yaxşı...
- Uşaqlara qoşulub ora bura qaçmayasan ha, baba qoca kişidir arxanca gedib gələ bilməz...
- Narahat olma ata...
- Bax, o Aşotun, Varenin uşaqlarına qoşulma. Aparıb cayda boğarlar səni, eşidirsən nə deyirəm?
- Ay,ana, mən uşağam? Mən onların uşaqlarıyla çoxdan qurtarmışam. Hələ keçən il məhəllədə dava dava oynayanda erməni uşaqları bir oldular, biz bir olduq. Erməni uşaqları bizi taxta avtomatla qəsdən vururdular, qolumuzu qıçımızı əzirdilər.Özüdə bizə türklər deyirdilər. Hələ o Sonyanın sürütməsi var ee aftafa baş... - üçü də gülüşdülər. Anası Malıkın ağzını yumub üzündən öpdü.
- Yavaş, ayıbdır, o nə addır. Camaat eşitdi
- Düz deyirəm də, ana, başı uzunsov aftafaya oxşayır. Hə o aftafabaş Artur qışqırırdı ki, vurun bu türk itlərini. Mən də Məhəllənin uşaqlarını öyrətdim ki, nə qələt eliyib belə söz deyir. Madəm oyun oynayırıq belə bizi döyüb başımızı gözümüzü dağıtmaqları nədir? Burda erməni müsəlman davası eləyirik ki, oyunda seçkilik salıb "Vurun türk itlərini" deyirlər? İt küçükləri onlardır sümsük it kimi bütün günü onun, bunun qapısında sümsünürlər.
- Ay oğul, sən onların murdar xislətlərini bilməzsən. Bunlar tarıxlər boyu belə olublar. Sülənə sülənə üzdə can can deyərlər, daldada quyunu qazarlar. Vay o hala ki, ozlərinə havadar tapsınlar, it kimi sağına soluna cumarlar, elə ki, havadarları it bata düşdü, görsunlər ki, ağızlarına yal atan yoxdur quyruqların düyüb qaçarlar. Bunlar elə zibil tayfadırlar ki, səndən hər hansısa bir şey öyrənər, qılığına girib ağlını alar, onu da öz adlarına çıxarlar. Deyərlər bizimdir. Biz ixtira etmişik. Özüdə birini yiyəsiz gördülər aa, vəssalam...
Anası başıyla ərinin sözlərini təsdiqlədi :
- Bax, oğlüm, istəmirəm o uşaqlarla oturub durasan.
- Nigaran qalma ana...
Qatarın fiti çaldı.
- Qalx oğlum qalx, tez ol, keç yerinə. Stansiyalarda da aşağı düşmə aa, qatar gedər xəbərin olmaz, yerdə qalarsan.
Anasıyla öpüşüb görüşəndən sonra atasıyla vidalaşdı. Atası əlini Malıkın cibinə saldı.
- Olur da oğlum, işdir, birdən yolda darıxsan, canın bir şeyə sıxılsa, qorxarsansa bunu çıxart oxu. Ürəkli ol, həmişə yanındayıq. Zamanın necə keçdiyindən xəbərin olmayacaq. Bir də görəsən mənzil başına çatmısan.
Atası Malıkın qoltuğuna girib onun ayaqlarını yerdən üzdü. Qaldırıb vaqonun pıləkənlərinə qoydu :
- Hoop... Di sağ salamat, dediyim kimi, ağıllı ol, Babangili incitmə. Allaha əmanət ol!
Qatar artıq yola çıxmışdı. Malik tək başınaydı. Bir neçə dəqiqəyə qədər özünü yetişkin bir gənc kimi hiss edirdi. Elə bil boyüyüb Bakıdan Xankəndinə yox, təkbaşına dünya turuna çıxır. Həvəslə, sevinc içındə gah pəncərədən bayra baxır, gah da vaqonun içındə gəzişənlərə diqqət edirdi. Hələ ki, kupedə ondan başqa kök bir erməni qadını var idi. Digər sərnışınlər deyəsən o biri stansiyalardan minəcəkdi.
Budur, qatar nəzarətçısı biletləri yoxladı. Sıra Malikə gələndə nəzarətçı ona baxdı ermənicə nəsə soruşdu
- Başa düşmədim?
- Ara, sən türksən?
- Azərbaycanlıyam.
- Hmm... Anan, atan hanı?
- Yoxdur, təkəm...
Nəzarətçınin gözləri böyüdü :
- Sizin türklərdəki cəsarətə məttəl qalıram da, ara. Bir məktəbli uşağı Bakıdan Stepanakerdə tək başına göndərirlər, qorxmurlar...
- Stepanakert yox Xankəndi...
- Ver biletini !- nəzarətçi acıqla əlini uzatdı
Malik şəstlə biletini nəzarətçıyə uzadıb başını dik tutdu:
- Burda nə var ki,nədən qorxmalıyıq, yad yerə getmirəm ki, ana, ata yurdumdur. Bakı da bizim vətəndir , Xankəndi də. Adam da öz vətənində qorxar?
Nəzarətçı eynəyini burnunun üstünə çəkib tərs tərs Maliyi, sonra da erməni qadını süzdü. Qadın kinayəylə Maliyə baxıb gülürdü. Və təbii ki, Malik uşaq idi, hələ o vaxt, ermənilər ilə azərbaycanlıların qardaşlıq səhnəsində oynadığını görürdü, o pərdənin arxasında nə vardı, nə yoxdu bilmirdi. Heç bu qadının kinayəli gülüşündən də heç nə başa düşmürdü...
Qaradağ stansiyasından kupenin digər yolcuları da mindi. Tərslikdən onlar da erməni idilər. Onlardan qorxmurdu. Lakin dillərini bilməməyi üçün darıxırdı. Malık rus bölümündə oxuduğu üçün rusca əla bilirdi. Bəzən onların suallarına rusca cavab verirdi. Onun Xankəndinə niyə tek getdiyini xəbər aldılar. O da rusca onlara cavab verdi. Malık hiss edirdi ki, ermənilər zənn edir ki, Malik onları aldadır. Yoxsa hansı ana, ata bu yaşda uşağı tək başına Bakıdan Xankəndinə yola salar ki? Danışıqlarından az, çox bir şeylər də başa düşürdü. Onlar elə bilirdilər ki, Malık yiyəsiz və sahibsizdir, bəlkə də onu yetım bilirdilər. Dayanmadan təkrar təkrar harda qaldığını, Xankəndinə kimin yanına, niyə getdiyini soruşur, Bakıda hansı məktəbdə oxuduğuyla maraqlanırdılar. Malıkin anası Bakıda İnternat məktəbinin drektor müavını olduğu üçün Malıyi də elə öz işlədiyi yerdə məktəbə qoymuşdular. İndi bu ermənilər internat adı eşıdən kimi Maliyi öz bildikləri kimi yozdular. Ona acıyaraq, yazıq kimi baxırdılar, gah da onun sahibsiz bilib, onunla kobudca davranırdılar, tez tez ora bura siqaret, su, nəzarətçıdən çarşaf, odyal almaq üçün göndərirdilər. Beləcə Malık bütün vaqonun diqqətini üzərinə çəkmişdi. Malıyə baxıb baş başa verərək xısın xısın pıçıldaşanlar da var idi. Getdikcə Malık bu davranışlardan sıxılmağa, narahat olmağa başladı. İstəmirdi ki , kiminsə nəzər diqqəti üzərində olsun. Çəkilib yatağının bir küncünə qısıldı, pəncərədən düşən işıqlara baxa baxa mürgü döydü.
- Ey, balaca, biraz o tərəfə dur, bir yolçumuz var, o da səninlə bir yerdə yatsın.
Qatar nəzarətçısının səsi onu yuxudan oyandırdı.
- Niyə? Bu yer mənimdir, biletimi də almışam, mənim yerimdə başqası niyə yatsın ki?
- Söz uzatma, sən uşaqsan, sərnışın ayaq üstə getməyəcək ki, ayaq baş yatın. Yevlaxda düşəcək. Sonra rahat yatarsan.
- Bilet alıbsa, göndərin öz yerinə, mən rahat yatmaq istəyirəm - deyib Malık yastığını düzəldib yerində rahatlandı.
- Ara, bu qarışqanın biznən dilləşməyinə bax bir! Guya o detdomxanada super çarpayıda, qu tukundə yorğan döşəkdə keyflə yatır...
- Mən yetim deyiləm, bildiz, yetim deyiləm. Mənim anam məktəb zavuçu, atam zavod direktorudur...
Malık qışqıra qışqıra hönkürdü. Əsəbindən ağlayırdı. Evdə, məktəbdə heç kimsədən güldən ağır söz eşıtməyən, hər zaman valıdeyinlərinə görə hər yerdə hörmət izzətlə qarşılanan Malık, indi erməni əlində qalmışdı. Haqqı hüququ tapdanırdı. Özünü, şəxsiyyətini nə qədər isbatlamağa çalışsa da, kim idi Malıyi eşıdən...
Malıyin yatağına şərik olan cavan oğlan başını yerə qoyan kimi yuxuya getdi. İlan vuran yatdı, Malık yox. Qorxmurdu, amma əsəbindən boğulurdu. Boğazını tutan qəhəri udduqca çənəsi əsirdi. Təkbaşına yola çıxmağına peşıman olmuşdu. Ata anasının nəsihəti yadına düşdükcə daha da kövrəlirdi. Qulaqlarında dayanmadan atasının sözləri cıngildəyirdi.
- Ay oğul, sən onların murdar xislətlərini bilməzsən. Bunlar tarıxlər boyu belə olublar.sülənə sülənə üzdə can can deyərlər, daldada quyunu qazarlar. Vay o hala ki ozlərinə havadar tapsınlar, it kimi sağına soluna cumarlar, elə ki havadarları it bata düşdü, görsunlər ki ağızlarına yal atan yoxdur quyruqların düyüb qaçarlar. Bunlar elə zibil tayfadırlar ki, səndən hər hansısa bir şey öyrənər, qılığına girib ağlını alar, onu da öz adlarına çıxarlar. Deyərlər bizimdir. Özüdə birini yiyəsiz gördülər aa, vəssalam...
Atasının onunla görüşməyi yadına düşdü. Axı atası onun cibinə nəsə qoymuşdu.
Yerindən qalxıb ciblərini qurcaladı. Çibindən kiçik bir kağız parçası çıxdı :
- Oğlum, buz sonuncu vaqondayıq. Sən uçmaq istədin, biz də sənə qol qanad verdik. Fəqət, yerimiz, yurdumuz narahatdır, ətrafımız özümüzdən xəbərsiz düşmən doludur , ehtiyyatlı ol, oğlum. Harda necə düşəcəyin bəlli deyil, biz hər zaman yanındayıq, ürəkli ol! Bir çətinliyin olsa qatarın növbətci polisinə xəbər ver...
Uçmağa qanadı yox idi, Malikin. Səsi vaqonu başına götürmüşdü. Qatar nəzarətçısındən tələb edirdi ki, yatağında yatan adamı qaldırsın. Əks halda polis cağıracağını deyirdi. Qatardakı bütün sərnışınlər bu balaca uşağın cəsarətinə tamaşa edirdi...

Bu səyahət Malikin ana ata yurduna təkbaşına ilk və son səyahəti idi. İndi Malık 45 illdir Ukraynada yaşayır. Bu hadısədən bir neçə il sonra ailəsi ilə bərabər Kiyevə köçmüşdülər. Malık artıq Ukrayna vətəndaşı idi , o burda təhsilinə davam etdi. Beynəlxalq əlaqələr faklutəsini bitirdi, politologiya unversitetinin qızıl medalla məzunu oldu. İndi siyasi dövlət dairəsində məsul vəzifədə işləyir. Qarabağda başlayan müharıbə xəbərini eşıdəndə könüllü olaraq jurnalıst və müşahidəci kimi orda iştirak etməsi üçün ərizə yazdı...
İndi Malik doğma diyara Xankəndinə gedirdi. Gözlərinin qarşısında keçmiş xatirələri canlanaraq, ruhu özündən əvvəl babasıgilin məhəlləsinə uçurdu. Ukrayna pasportuyla gedirdi. Ana vətəninə, jurnalıst və müşahidəçı biletiylə, Mixail Usupov adıyla...

Pazar, Ekim 25, 2020

XATİRƏLƏRİMDƏN


Dayım döyüşdəydi. 8 ci sinifdən 8 nömrəlidə oxuyan bir qızla bir birini sevirdi. 8 ci sinifdən hər gün o qızı görmək üçün 2 nömrəli məktəbdən taa 8 nömrəli məktəbə gedirdi. Hərdən bir qiza mənim əlimlə  zəng elətdirib gizlin gizlin danışırdılar. Bu gizlin - saklı məhəbbətin tək şahidi mən idim.
   Dayım Rusiyaya - Pskova əsgər getdi. Yenə arada poçtalyinluğu mən edirdim. Məni balaca sanırdılar, amma, az aşın duzu deyildim, 8 mart, 23 fevral hədiyyələri mənim əlimdən kecərdi. Eh... O vaxtın sevgisi də bam başqaydı... 
   Sonra Qarabağda vəziyyət qarışdı, dayım və başqa uşaqlar əsgərliyini buraxıb vətənə gəldilər. Dayım əsgərliyinə elə Qarabağda davam etdi. Sonra da könüllü döyüşdü, taa atəşkəs olan günə qədər.
  ... Müharıbənin qızğın vaxtıydı. Qaçqınçılıq... Şəhərdə qız gəlin qalmamışdı, hamı qohum əqraba evində daldalanırdı. Şəhərdə qalanlar kişilər, birdə yaşlı adamlar idi. Bu qız dedi boynumu vur, mən şəhərdən çıxmaram. Deməyəsən qara qızın dərdi dayım imiş. O hay harayda yenə gizli görüşürdülər, dayım hər evə gələndə qızı görmədən getməzdı.   
   Nəysə bir gün qız dayıma xəbər yollar ki, bəs məni başqasına verirlər. Ya məni qaçırt, ya özümü öldürəcəm. Dayım dedi etmə, eləmə, bu hay həşirdə, vəziyyətin pis vaxtı, şəhər qan ağlayır, qonum qonşuda cavan qalmayıb, şəhid düşüb, şəhər yasda, bu nə sevdadır? Qız dedi, day mən bilmərəm. Mən dediyimi dedim, bir də eşidəsən yoxam.
   Nəysə, bir eşitdik ki, dayım qızi qaçırdıb. Bir başa Bakıya xalamgilə. Gətirib qızı qoyub, heç gecə də qalmadı. Dedi axşam postayam, yetişməliyəm. Getdi. İki ay nə dayımdan, nə də döyüş yoldaşlarından xəbər tuta bilmədik. Hamının əli ürəyinin başında qaldı. Yazıq rəhmətlik dədəm, nənəm birtəhər oldular Ağdamda. Nə edəcəyimizi bilmirdik. Uzaq olsun, dayımın başına bir iş gəlsəydı, bu qızın halı necə olacaqdı bilmirdik.
   Nəhayyət bir gün dədəm zəng edib xalamgilə dedi ki, gəlini götürün gəlin. Qonşu və qohum evlərində şəhid düşən ailələrdən üzürxahliq istəyib, toy eləmək üçün izin almışıq.. O hay harayda toy olar? 93 aprel aylarının sonları idı. Dədəm dedi. May ayı girir. May ayı ağır aydı. Bu ayda toy etməzlər. Gətirin bu işi bitirək. Belə olmaz, bunları bir tərəfə çıxartmalıyıq, sabah kimin başına nə gələcəyi bilinmir.
  Nəysə qızı götürüb apardılar Ağdama. Mən gedə bilmədim. Zastavda nə qədər uşaqlı adam var, uşaqları yığdılar yanıma ki, otur uşaqlara bax, sənin toyda nə işin var? Müharıbənin içinə uşaq aparmaq olmaz. Gedib kəbin, zaqs elədilər,  toy çaldırdılar, dayımın bəyliyi elə hərbi paltarı oldu. Amma toy nə toy. Şəhər yas evi, toy səsi şəhərin üzünü güldürdü. Bütün döyüşçülər, tanıyan tanımayan toydaydı. Fizuli döyüşçüləri də Ağdama toya gəlmişdilər, hətta Elçibəy də. Təsəvvür edin uzun zamandır, üzü gülməyən şəhər, bu gün sevinirdi, çalıb oynayırdı. Camaat toya tamarzıydı... 
   Toy el adətiylə davam etdi. Çalğı sadecə toplam 1 saat oldu. Bir gəlin gətirməyə gedəndə,  bir gəlini bəy evinə gətirəndə, bir də bəy tərifində. AXşam bəy tərifində, dünya dağılırdı, az qala. Nənəmgil Muradbəyli tərəfdə Vayennicastın yanında olurdular. Ermənilər həmin məhəlləni, o cumlədən, hərbi hissəni raketə tutdular. Toy dağıldı. Allahından təlafat olmadı. Dayım bəy tərifindən bir başa döyüşə getdi. Gəlin 3 gün gəlinliyin əynindən soyunmadı. O qiyamətin altında qaçıb bir yerə də getmədi, daldalanmadı . Gəlin otağında oturub nişanlısının yolunu gözlədi 
   O toy Ağdamda sonuncu toy oldu. İki  üç gün sonra may ayı girdi. Zatən may ayı ağır aydır, Ağdamda heç kim bu  ayda  toy etmir. İyunda da Ağdam işğal oldu.
   İndi bayaq bu it sürüsünü şəkilini görürəm Şuşada toy ediblər. Xeyir dua verirəm : Allah nəsilinizi kəssin. Axırıncı toyunuz olsun, gəlinləriniz əli qoynunda gəlin otağında kamsız qalsın, nəsiliniz heç artmasın,  27 il qaçqın həyatında yaşadığımız problemləri, kasıbçılıq, zülüm zilləti siz də dünya durduqca yaşayasız. İlah amin! 
    Siz bizim toyumuzu, arzumuzu gözümüzdə qoyduz, amma biz yenə xalq olaraq Vətənə dönüruk. Dünən toyunu yarım qoyduğunuz  həmin dayımın oğlu, bu gün ata və anasının sevgi dastanı olan o torpaqlar üçün döyüşür. Onların kamsız toylarının qısasını sizdən alır. 
   Darıxmayın, o zaman İkilikdə qoyub çıxdıqları ata baba yurduna, o böyük məhəbbətin yuvasına böyük külfətlə qayıdacaqlar dayımgil, 3 övladı, kürəkəni, gəlini, 3 nəvəsiylə dönəcəkıər. Amma sizin ayağınızı nəinki Şuşadan bütün Qarabağdan kəsəcəyik, bir daha Qarabağ adı çəkə bilməyəcəksiniz, Qarabağ sizin üçün sadəcə bir şəkildən ibarət olacaq, vəssalam...

#feride

Xatirələrimdən

Çarşamba, Ekim 21, 2020

YORĞUN YOLLAR



YORĞUN YOLLAR

HEKAYƏ ::: 

   Neçə gün idi Vüsaldan xəbər ala bilmirdi. Çox nigaran idi. Nə evdə özünə yer tapa bilmirdi, nə işdə. Şəhər kənarında balaca kafelərdən birində qabyuyan işləyirdi.  Kafe balaca olsa da hər zaman işlək bir kafe idi. Pandemu qarantisi olmasına baxmayaraq kafe əvvəlki tək aşıb daşırdı. Ac göz müdirinini gözü doyub Allahına şükür də etmirdi. Kafe nə qədər yoğun olsa da yenə "karantindir, iş yoxdur" - deyə ağlayırdı. 
   Bütün günün şampunlu suda qalaraq ağarıb bürüşmüş əllərini yaxasına tutduğu önluklə quruladı. Cibindən telefonun çıxaracaqdı yadına nəsə düşümüş kimi tez telefonu cibinə atıb başının üstündəki kameraya baxdı.sanki ordan bir cüt göz ona zillənmişdi. Yorğun halda yuduğu ləyənləri dəstələyib mətbəxin digər bölümünə keçdi.
  -Tarık usta, qablarını gətirdim. Bunları ora qoyarsız? - deyə qabları fırınçıya uzatdı. 
  - Tamam Aynur, ver, sağ ol. Ellerine sağlık.
 Tarık usta qabları Aynurdan alaraq soruşu:
  - Vusaldan bi haber varmı? Konuşa bildinmı komutanla?
  - Yox usta, telefonu qapalı olur, bəzən də çağırır cavab verən olmur. 
-  Ee napalım, savaş bu, sabr, sabr, sabr... 
   Aynur başıyla ustanın sözünü təsdıqlədi və geri döndü. Qapını əvəz edən ara kəsmənin arasında ayaq saxlayıb başının üstündəki kameraya düşüb düşmədiyini kontrol etdi. Arxayınlaşdı.Gözdən kənar yerdəydi. Sonra tələsik telefonun çıxardı. Əvvəl saata baxdı, urəyində sanki nəsə qırılıb düşdü. "Yatıb" deyə düşünərək yenə nömrəni çevirdi. 
  Telefonun o başından yuxulu və yorğun eyni zamanda, əsəbi səs sanki beyninin içındə gurladı. Elə bildi ərinin səsini bayırda hamı eşitdi. Əyilib giriş qapısının açıq, balaca pəncərəsinə baxdı. Əlini ağzına tutub pıçıldadı. 
  - Vüsaldan nə xəbər? 
  - Heçnə bilmirəm, Vüsaldır da, heç nə olmaz. 
  - Ay Nizami, sənin qadan alım, nolar, qalx, get komisarlığa, nə bilim heç olmaya götür zəng elə komandırə bu uşaqdan xəbər tut. Ara qarışıb cəbhədə. Gör hardadırlar başına nə gəldi.
- Komandir telefonu söndürüb. Zəng çatmir, qorxma Vüsala heç nə olası deyil. İki aya bitirib gələcək... Narahat eləmə yatıram. Axşam işə gedəcəm. 
  - Nizi... Alo
Nizami telfonu üstünə asdı. Boğazını düymüş qəhəri udub, uzünü dıvara tutdu. Ağladığını kimsə görsün istəmirdi, gözünün yaşını ovuclarının ətli yeriylə sıxdı. Telefonu gözü bərabərinə qaldırıb nömrələrin içərisində "komandir" yazısını tapdı . "yes" düyməsinə basdı. Əlləri əsə əsə telefonu qulağına tutub gözlədi. Uzun zamandan bəri idi ki, komandirin telefonu çalmırdı. İndi isə nömrə aktiv idi. Gözlərində bir ümüd canlandı. Telefonu möhkəm möhkəm qulağına sıxdı. Sankı telefonun o biri başından gələn çağrı səsi qulaqları ilə telefonun arasındaki boşluqdan çıxıb qaçaçaq, umudunu kəsəcəkdi.
  Telefon uzun uzun çaldı və kəsdı. Kimsə telefona cavab vermədi. Təkrar zəng etdi. Cavab almayınca ümüdsüz halda telefonu cıbınə qoydu.
   - Ne o?  Çevap vermoyormu?
  - Yox usta.
  - Merak etme, inşallah bir şey yoktur,
  - Nigaranam usta,on gündür, qanlı döyüş gedir, hər gün bir şəhid xəbəri alırıq. Kaş müharıbə iki üç ay sonra başlasaydı
 - Niyə? Sənin oğlun ordadı ona görə? 
  Yanında gurlayan səs onu hərəkətə gətirdi. Tez özünü dikəldib yazıq yazıq müdürünün üzünə baxdı. 
  - Nə döyürsən gözünü? Kec işinin başına, qablar yığışıb! Burda əli qoynunda dayanmaqdansa götür əsgini sil, təmizlə, başın qarışsın. Ağlaya ağlaya kafeni də ağlar günə qoymusuz, səhər tezdənnən siftə də etməmişik. 
  - Mahir müəllim... 
   - Nə Mahir ee, nə Mahir, dərdin var evdə çəkərsən, iş yeri dərd ocağı deyil. Guya oğlun ölsə dünya boş qalacaq? Oğul da bir oğul ola ha... 
  -Nolub oğluma?  Kimin oğlundan əskikdir? Niyə görə mənim oğlum ölməlidir? Niyə sənin oğlanların, kürəkənin  orda deyil? Sənin vətənindir eee ora, sənin dədən baban yatır orda... Mənim oğlum sənin Fizulində döyüşür... 
  - Eee... Başımı xarab eləmə! Çox çərənlədin aa... Keç işinin başına. Mənim oğlanlarım orda olsaydı, indi sən və sənin kimilər burda ac qalmışdı. 
   - Çox kobudsuz. Allah kəssin səni də sənin verdiyin çörəyi də - əsəbi halda önlüyünü açıb masanın üstünə çırpıb geyim otağına tərəf üz tutdu :
 - Elə minnət edirsiz ki, elə bil gəlib müftə yeyib gedirik. Axşama  qədər eşşək kimi işləyirik də, vaxt tapıb düz əməlli oturub yeməyimizi də yemirik... 
   - Payy atonnan... Xoşun gəlmir?  Odur qapı... Bura iş yeridir evinin, şəxsi məsələnin...
   - Eyy yeter, yeter artık - Tarık usta əlindəki xəmir taxtasını dəzgahın üstünə fırıldatdı. 
   - Görmüyormusun, qadın perişan, bir de sən üzerine geliyorsun, oğlu asger, düşmanla üz üze, savaş çıkmış. Sen olsan böyle elini kolunu sallayıp gezirmiydin ? 
  - Əri yoxdur? Getsin əri arxasınca da, bütün günü araq qoltuğunda şellənir. 
  - Ərimin dərdi sizə qalmayıb, içib kiminsənin qızına gəlininə sataşmır ha qasinsalarda, gündə birini bədbəx etmir ki? - Aynur içəridən sözu müdürə vuraraq eyhamla səsləndi. 
   - Yazıklar olsun, Allah kahretsin... 
   Tarık usta əsəbi halda ciblərini qurcalayıb siqaretini çıxara çıxara qapıya tərəf addımladı.Müdir  səsinin tonunu dəyişıb Tarık ustanın ardıyca:
  - Get onu sakitleşdir, bele gedərsə işsiz qalar, ona de otursun işini işləsin. İş saatında şəxsi məsələləri  qatlayıb qoyun bir kənara, mın dəfə demişəm bura bir iş yerdir,... 
   Geyim otağına girib o ki var ağladı, hərdən bir müdirin səsi gəlirdi. Onu səsləyir, qabların yığılıb qaldığını deyirdi. Çox yorğun idi, ruhu yorulmuşdu, sanki canlı ölüydü. Əlində əlac olsaydi tüpürüb gedəcəkdi. İşləməzdi belə işdə. Lakin gedə bilmirdi. Onsuz da virus yayılandan neçə aydır iş yerləri bağlanmışdı, indi də getsəydi İşsiz qalacağıdan qorxurdu. Kirada qalırdılar. Əri  bir tikinti şirkətində qarovulçu işləsə də öz qazancı ancaq özünə yetirdi, arağına kolbasasına, pendirinə.
   Kredit borcları var idi. 3 ay idi borca girib, əriylə qırğın müsübət edə edə Vüsalın adına torpaq almışdı. Xəyallar qururdu, bu yaşa qədər zülüm zillətlə böyütdüyü, ögey atanın minnətininin qarşısına özünü sipər edib nazını çəkdiyi, qarnından boğazından kəsib bir ayağı yalın, bir qolu açıq geydirib oxutduğu can parçası əsgərlikdən gələcək, köməkləşib bir, iki otaq tikdirəcəkdı. Hələ birinci kursdan sevdalandığı Aytaca elçi gedəcəkdi, Aytacı evinə gəlin gətirəcəkdi. Lakin, iki ay bundan əvvəl gəlini haqqında arzuları suya tökülmüşdü. Aytacı başqasına nişanlamışdılar. Aytaca toy edəcəkdilər ki, virus yayıldı. Qarantin başladı. Şadlıq evləri bağlandı. Toy təxırə düşdü . Və təbii ki, nə Aytac, nə də özü Aytacın nışanlanmasını Vüsala deməmişdilər. Bunu Aytac ıstəmişdi. 
  - Aynur xala, qurban olum, sən Vüsala heç nə demə, özüm deyərəm. Həm də hələ vaxta var, mən hələ də Vüsalı sevirəm, ona canım qurban. Mən onsuz yaşaya bilmərəm. Bəlkə Vüsal gələnə qədər, bir möcüzə baş verər, atamı yola gətirərəm, nişanı qaytararam, olmasa bu xəstəlik bitər. Oturub gözəl gözəl danışaram, Vüsalla . Sən bilirsən ailəm məni məcbur verdi. Başqa yolum yox idi   istəməsəm də razılaşdım. Əgər Vüsal əsgərlikdə olmasaydı qacardım onunla. Nə edim. Mən Vüsalı tanıyıram. Əgər ona nişanlandığımı desəm, dayanmaz oralarda, qaçar əsgərlikdən. Başını bəlaya salar. Yaxşı ki, elə bu xəstəlik yayıldı. Bizim üçün bir gün belə xeyrimizədir. Vaxt qazanmış olarıq. 
   Aynur oğlunu bılırdı. Dəliqanlı oğlan idi, heç zaman haqqı nahaqqa yeməzdi. Aytac düz deyir. Əgər o Aytacın nışanlanmağını eşitsəydi... 
   - Ay Aynur, tay bəsdir dəə... Yekə arvadsan, çıx ordan.
 Müdirin səsi onu xəyallarından ayırdı. 
  - Rahat bırak kadını, zaten canı sıtkın... 
   - Mənə nə, mən işimə baxaram, kimin canı sıxılır, kimin üzü gülür, məni maraqlandırmaz. Bax, Tarık usta, səndən xahiş edirəm, bu məsələlərə qarışma, xətrini çox istəyirəm. Başını sal aşağı... 
   - Nasıl karışma ya, görmüyormusun kadının halını? Ne biçim insansın sen  yaa, bu dünya her şey para - pul değil kardeşım, insanlık var arkadaş insanlık. Kadının oğlu askerde, savaş çıkmış, on gündür oğlundan haber alamıyor, eşı de orusbu kalleşınin teki kadına yardım etmiyor, kimi kimsesi yok... 
-Tamam Tarık usta. Mən gedirəm, getsin özünə işçı tapsın. Mən burda belə şəraitdə işləyə bilmərəm. Uşağımdan xəbər də tuta bilmirəm. Mən balamı işə sata bilmərəm. 
  - Buna bax ee, minnətə bax aa... 
  - Yapma kızım, otur oturduğun yerdə, şu zamanda iş tapmak çok zor. 
   - Taparamsa taparam, tapmaramsa da ölərəm. İş demək o deyil ki, ailəmdən uşağımdan xəbərsiz kimlərəsə kölə olum... 
   Aynurun səsini telefonun zəngi kəsdı. Tələsik nömrəyə baxdı. Komandır idi. Lakin bu zəng uzun çəkmədı. Aynur təkrar geyim otağına döərək komandırın nömrəsini yığıdı. Telefonun o biri başından incə bir qadın səsi gəldi. 
   - Alo,  Baxşeyiş lazım idi, komandır. Vüsalın anasıdır, Aynur, Vüsaldan nıgaran qalmışam, onnan danışmaq istəyirdim. 
   - Bəxşeyiş ... - Qadın içını çəkdi - Bəxşeyiş şəhid oldu. Bu gecə gətirdilər 
-Nə? Nə danışırsız? Nə zaman, harda?  Necə? Ola bilməz... Bəs Vüsal? VÜsaldan nə xəbər? - Suallar bir birinin arxasınca cavab almadan düzülürdü. Həyəcandan nəyi, necə soruşacağını bilmirdi. 
   - Xanım, başına dönüm, Mənə cavab ver! Yanı vəziyyət elə pisdir? Şəhid cox  var?
  - Xanım, demək ki, pisdir ki, yoldaşım şəhid olub da. Bir batalyonun komandıri şəhid olubsa demək vəziyyət olduqca gərgindir. 
   - Bilirəm ee, Allah rəhmət eləsin, dilim dodağım əsdi, başımı itirmişəm, nə soruşduğumu bilmirəm. Siz... Siz harda olursuz, Bakıdasız?
  - Yox, Beyləqanda...
  Müdür işarətlə masanın üstünə toplanmış qabları göstərərək onu tələsdirirdi. Aynur şəhadət barmağını qaldırararaq  yalvarışlı baxışlarla bir dəqiqəlik müsade istəyirdi. 
   - Yaxşı, bəs əsgərlərdən necə xəbər tuta bilərəm?
- Ancaq komisarlıqdan. 
- Allah rəhmət eləsin, məkanı cənnət olsun xanım. Allah sizlərə səbr versin.
- Vətən sağ olsun! 
  - Bir də...
   - Nə?
  - Adresinizi... Adresinizi whatsaapdan  yollaya bilərsinizmı, gələcəm, mütləq gələcəm.
  Müdürə baxdı, müdür əməlli başlı səbrdən çıxmışdı. Sağollaşıb telefonu söndürdü. Tələsik dəzgahın üstündəki şəxsi əşyalarını toplayıb gerı dönəndə müdürlə üz üzə gəldi.
  - Hara?
  - Mahir müəllim, eşitdiniz hər şeyi.
  - Mən heç nə eşitmədim, eşitmək də istəmirəm - əlini zərblə dəzgahın üstünə çırpdı. Aynur səsə diksindi. 
  - Keç işinin başına.
-  Keçmirəm, getməliyəm, işləməyəcəm, məni məcbur işlədəsiz? 
   - Hə məcbur, belə öz başına çıxıb gedə bilməzsən, işləmirsən cəhənnəmə işlə, amma sabah yerinə adam gətirim, ondan sora hara rədd olursan ol. 
   - Mən bu sözlərdən sonra bir dəqiqə də burda qalmaram. 
   - Ayə, mən deyirəm də əlimin duzu yoxdur. Kimə çörək verərəm qayıdıb əl ayağımı tutar, bu insanlar niyə belə naşükürdür? 
 -  İnsanlar nankor deyil ee, nankor, Allahına şıllaq atan sizsiz.
- Demək istəyirsən mən eşşəyəm dəə, bərəkallah. Məni, mən boyda adamı, atan yaşda kişini, bir belə camaatın içındə təhqir edirsən?
 - Mən eşşək demədim!
  - Şıllağ atan eşşək deyil? 
   - Mahir Müəllim, məni səhv başa  düşüb dediyim sözü istədiyiniz səmtə  yozmayın.Siz işçıləri təhqir edirsiz,aşağlayırsız, indi mənim işə ehtiyyacım var deyə senin hər sözünü götürməliyəm? 
- Götürməlisən. Heç bilirsən mən bu yerə catmaq üçün kimlərin sözünü götürmüşəm? Nələri udmuşam? Yoxsa ordan gələndə nəyim vardı? Bir pencəyimizi götürüb çıxmışdıq ee ordan. Bir həsir idim, bir Məmmədnəsir. Birinə başına dönüm, birinə qadan alımdeyə deyə, dilimin altına qənd qoymuşam, ağzımı da sancaqlamışam... 
   - Mən yaltaqlanmağı bacarmıram, Mahir müəllim, bağışla!
  -Çörək qazanmaq üçün başını aşağı salıb mumlayan yaltaqlanır?
  Söhbət uzandıqca Aynur səbirdən çıxırdı.
   - Getməliyəm...
   Aynur müdürün sinəsindən itələyib içəri keçdı. Asılqandan çantasını alıb geri dönəndə Tarık ustayla burun buruna gəldı. Yetim uşağa birinin qəhmar çıxdığı an kövrələn kimi kövrəldi. Özünü saxlaya bilməyib hönkürdü. Özünə simsar tapmış kımı üsyan etdi. 
-Öğlumun komandıri ölüb, oğlumdan xəbərim yoxdur,  mən burda heç nə olmamış kimi necə işləyə bilərəm? Niyə məni başa düşmürsüz. Axı mən anayam, gözümün ağı qarası tək balam odur mənim. 
- Tamam, ben seni anlıyorum bacım, sakin ol! 
  - Ölüb, ölüb də... Allah rəhmət eləsin, neyniyək, sən gedəndə diriləcək? Oğlun ölməyib ki? 
  - Siz necə insansız, axı bir insan necə belə soyuqqanlı ola bilər ki, bir insan Vətən uğrunda şəhid olur siz..
  - Hara gedəsən e sən, indi arvad xeylağı tək başına? Casta? Adama  nə deyərlər, deməzlər hanı bunun yiyəsi sahibi ?
   - Yiyəm də özüməm, sahibim də.
  - Sabah söz sözə gələndə yoldaşları... 
  - Çəkilin önümdən ! Siz necə insansınız? Allah bəlanızı versin, Allah sizə də bala dərdi çəkdirsin, ləzzətini  görün...
  Müdür coşub çağlayırdı. Aynurun qarğışından sonra elə bil odun üstünə barıt qoymuşdular. Pis ağzından , pıs nəfəsindən söyüş yağış kimi yağırdı üzərinə.Ona cavab verməyə halı qalmamışdı. Getməliydi.ama belə gözü yaşlı da bayra cıxa bilməzdı. Sakitləşməliydi. Odur ki geyim otağına keçıb qapını bağladı. Üstünü dəyişməyə başladı. Müdir hələ də deyinirdi. 
  - Vəssalam da, day deynən xanımın axşama qədər nazın çəkəcəyik də.. 
  Müdirə cavab verməyə halı yox idi. Odur ki,susub özünü sakıtləşdirməyə başladı. Ərinə zəng elədi.
  - Nizi, Vüsalın kamandırı şəhid olub, xəbərin var? Orda vəziyyət pısdir. Demək olarki, bütün batalyon döyüşə gedib. Vüsalıma bir şey olub, Nizi, kürəklərimin arası qızışıb, açılır. Nizi... Nizami? Alo, eşitmirsən?
   Nizamı deyəsən telefon əlində yatmışdı. Aynur, ərinin səsizliyinə Əsəbləşıb, çarəsiz halda telefonu alnına çırpıb yerə çökdü, hönkürdü.
  Axı ögey, alxaş atanın nə vecinəydi onun oğlunun başına nə gəlib?  Zatən uşaqlığından Vüsal onun yerini dar edirdi. Əlində əlac olsaydı qolundan tutub onu bayra atardı. Nizami  AYnurdan çəkinirdi, yoxsa çoxdan Vüsalı it bat etmışdı. 
   Tüfeyilli həyatı var idi Nizamının. Vüsalın atası dünyasını dəyişəndə Aynur Vüsala hamıləydi. Aynur qoşulub qaçmışdı. Əri bir təsadüf nəticəsində  dünyasını dəyişmişdı. Rayondan Bakiya gələrkən mindiyi taksı yolda qəzaya düşür və Vüsalın atası dünyasını dəyişir. Çarəsiz və  çıxılmaz vəziyyətdə qalan Aynur, ata evinə üz tutsa da atası onu qəbul etmir və Aynuru evdən qovur. Bir müddət xalasının evində qalan Aynur, xalasının dır dırından sıxılmağa başladı. Nə edəcəyini bilmirdi. Bu gün sabah uşağı dünyaya gələcəkdi, əriylə rəsmi nigahi yox idi, ərinin ailəsi də Aynuru qəbul etməmişdi, indi onun uşağını qəbul edərdilərmi?  
   Xala bunun carəsini tapmışdı. Hardansa Nizamini tapıb gətirdi, və Aynurun ona ərə getməsini istədi. 
   - Ərə getməyib nə qələt edəsən,  balaca qələt eləmisən?  Uşağına bij deyilməsi xoşuna gəlir? Onsuz da atanın səndən zəhləsi gedir, barım imkan ver bu bədbaxt sənə sahib çıxsın, günahını ört   bastır elə bəlkə atan səni bağışlaya, biraz özünə gəl ,xoşun gəlməsə boşanarsan daa... 
   Və beləcə Aynur xalasının məsləhətiylə Nizamıylə evləndi. Nİzamının döyməyi, söyməyi yox idisə də, Aynur qadın kimi qadın həyatı yaşamırdı. Həyatından bezıb Nizamidən ayrılaraq atası evinə gəlsə də sadəcə üç günlük qonaq kimi burda qala bilirdi. Ailə Vüsala elə bir sifət göstərirdi ki, Aynur tüfeyilli həyat sürən bu adamı peyğəmbər övladı kimi görürdü. 
  AYnurun Nızamıyə heç bir ehtiyyacı yox idi. Aralarında o qədər qalın pərdə var idi ki...
    Özü işləyib Vüsalın da özünün də ehtiyyacını ödəyirdi. Kirasını verirdi. Nizami də işləyirdi, ancaq qazancı içkiyə, dostlarla yeyib içməyə, qadınlarla əylənməyə gedirdi. Aynur Vüsalı heç vaxt ona etibar edə bilmirdi. Balaca Vüsalı bəzən baxcaya qoyurdu, bəzi günlər də özüylə iş yerinə aparırdı. Vüsal biraz böyüyəndən sonra Aynurun da yükü yüngülləşmişdı. Az yaşı olmasına baxmayaraq Vüsalı öz yanında işə düzəldirdi. Bütün Yay  və qış tətili zamanı işə bərabər gedib gəlirdilər. Lakın 9 cu sınıfə keçəndə Aynur Vüsalın bütün diqqətini dərslərinə yonəltməyini tələb etdi. Eyni zamanda da  uşaq evdə darıxıb, pis çevrəyə və alışqanlıqlara meyil etməməsi üçün onu idmana da göndərdi. 
   Aynurun cırtdan ailəsinin yaşam xəyalları yavaş yavaş gerçəkləşirdi.  Hər şey gözəlliyə doğru gedirdi, dəyişməyən bir tək Nizami idi. İndi dostlarından ayrılmışdısa da, daha yaşlanıb, qız qadınlarla əylənmirdisə də, hələ də içkini atmamışdı. İçki Nizaminin həyatı idi. Nizamiyə nə lazım idi ki , gecə növbəyə getsin, sabah gəlsin pendir kolbasayla bir xiyar tutmasıyla bir arağı qoysun qarşısına,  yesin, içsin, yatsın. Nizami üçün həyat pendir- kolbasadan, içki və yatmaqdan ibarət idi. Vəssallam...

    Qapıdan çıxanda müdür önünə keçdı.
  - Aynur, belə gedə bilməzsən, iş güc tökülüb qalıb, kim yuyacaq bu qab qaşığı. Sabaha qədər möhlət ver, bir qabyuyan tapım, sabah...
  - Mən indi getməliyəm.
  - Heyləmi?Yaxşı, sora məndən incimə. Belə gedərsənsə maaşını kəsərəm...
  - Kəs! Haram xoşun olsun, halal zəhmətimi yeyənin kəfəninə qismət olar o maaş. İşləmiyəcəm, yerimə adam tapın!
 Tarık ustaya döndü.
 - Haqqını halal et Tarık usta! Sen yaxşı adamsan. Allah səndən razı olsun.
  - Ne demek kızım, hakkım helal olsun. Git yolun açık olsun, bizi habersiz qoyma.
  Tarık usta bir əliylə Aynurun çıyninə toxunub onunla sağollaşdı. O biri əlinı Aynurun cibinə soxdu.
  - Bir şeyə ihtiyyacın olursa çekınme!

   İşdən çıxıb bir başa Komisarlığa gəldi. Komisarlıqda aləm bir birinə dəymişdi Könüllülər cəbhəyə yola salınırdı.Ağlaşma, həyəcan, bir birinə qarışmışdı. Oğlanlarıyla  göz yaşlarıyla öpüşüb görüşən anaları yaxınları qucaqlayıb təsəlli edirdı. Özü bu mənzərədən kövrəlmişdi. Vüsalını əsgərliyə yola salanda yanında heç kimi yox idi. Çox istəyirdi qardaşları, ya da, onların xanımları yanında olsun, amma gəlməmişdilər. Bir tək Aytac idi yanında. Aytaca sarılıb oğlunu yola salmışdı, Aynur. Üç ay sonra da öğlunun and içmə mərasımınə də tək getmışdı. Anasının tək gəlməsi Vüsala pis təsir etmişdi. Əsgər yoldaşlarının başına toplaşan qohum əqrabalarına baxıb heç nə deməsə də köks ötrürdü.
 "  -Qadan alım, pis olma bilirsən dayıların işdə... 
 - Ana, mənə qardaşlarını müdafiə eləmə, bildin? Mən uşaq deyiləm ee, hər şeyi başa düşürəm. Mənim heç kəsim yoxdur, ərin heç, o artıq sıradan çıxıb, camaat arasına çıxası deyil. Qardaşlarının da, adını heç çəkmə yanımda. Əgər işdir, başıma bir iş gəlsə onlara heç nə demə. Əgər onlara mənə bir şey olduğunu desən çatlayaram. Mənə dayı, dayı oğlanları əsgər gedəndə lazım idi. Məni yola salsınlar. Gəlmədilər, canları sağ olsun. Mənə bir sən lazımsan, bir Aytac, bir də Vətən. Sizə canım qurban".
    Oğlunun bu sözlərini xatırladıqca ürəyi üzülürdü.Vüsalın tək ümüd yeri Aytac idi. Onu da Fələk oyuna gətirmışdı, ayrılığın astanasındaydılar, nə olacaqları bəlli deyildi. Aytacı başqasına verirdilər. Bilmirdi  bu xəbəri ona necə verəcək. Bu xəbər ona pis təsir edəcəkdi. Aytac nişanlansa da hələ də Vüsalla əvvəlki kimi danışırdı və hələ də  bu barədə Vüsala heç nə deməmişdi.
  Əli qoynunda bir tərəfə çəkilib könüllüləri yola salanlar baxırdı. Özü burda olsa da beynində bir tərəfdən müdürünün səsi gurlayırdı. Bir tərəfdə komandırının xanımının üzgün səsi. Bir tərəfdən də burda gördüyü mənzərə. Nə edəcəyini bilmirdi. Fikirləri qarma qarışıq olmuşdu.
  Gərək işdən dalaşıb gəlməyəydim, yalvarıb yaxarardım icazə istəyərdim. Bu haqq hesabdan sonra müdür məni oralara qoymaz.
Özü dedi axı, maaşımı da verməyəcək. Bəs bu boyda borc, bəs kredit... Hələ Nizami işdən çıxdığımı eşitsə... Ooofff... Ya birdən Vüsalımın başına bir iş gəlsə? Hii... Allah uzaq eləsun, dilim ağzım qurusun. Bu nə idi ağlıma gəldi. Ölərəm, ölərəm vallah yaşaya bilmərəm. Mənim tək varlığımdır Vüsal... Həyatım, yaşama səbəbimdir. Ondan başqa kimim var axı, başqa oğlum, qızım var? Onsuz mənim həyatımın, yaşamağımın nə faydası var kı? Ay allah, balamı qoru, balamı mənə çox görmə ya rəbbim... 
   Ağlından keçən pis fikirlərdən canına üşütmə keçdı sankı. Ovuclarıyla qollarını ovxalayıb gözlərinin yaşını sildı. Telefonu çantasından çıxarıb Aytacı yığdı. Konturu bitmişdi. Ətrafa boylandı, biraz aralıdakı köşkü görüb sevindi. Çantasından çıbdanının çıxartdı. 1.20 manatı qalmışdı. Bir manata kontur alsa  20  qəpiklə evə necə gedəcəkdı ki, canı sıxılırdı. Bəlkə kimdənsə telefon alsın? Axı camaat öz əsgərinin haylndadır, belə vəziyyətdə kimsəni məşgul etmək nə qədər doğrudur ki?
    Nəhayyət yola salma mərasımi qurtardı. Özünü toparlayıb İçəri keçdi. Lazımı şöbəni soraq etdı. Qapını döyüb içəri girdi.
- Salam.Mən...Mən oğlum üçün gəlmişdim.
  - Buyurun - məmur onu içəri dəvət etdi. Gözüylə oturmağa yer axtarsa da boş yer yox idi. 
  - Buyurun, xanım, eşidirəm. Oğlunuz könüllüdür?   
  - Yox, xeyir əsgərdir.-həyəcandan səsi titrədi. Sanki bu saat bəd xəbər eşidəcəkdi. 
  - Aydındır , inşallah sağ salamat dönər, Narahat olmayın. Yaxşı olar.  Amma unutmayın, müharıbədir. Biz valıdeyinlərin borcu da odur ki, hər şeyə hazır olaq. 
  Aynur başını aşağı salıb çantasının qollarını dlrnaqlarıyla didməyə başladı. Məmur ananın əndişəsini aydın hiss edirdi. Odur ki, söhbəti çox uzatmaq istəmədi. Artıq müharibə başlayandan anaların dılını tapmaqda ustalaşmışdı. 
-  Məsələ nəydi? - qələmi əlinə alıb işgüzar görkəm aldı. 
- Nigaranam müəllim, 10 gündür oğlumdan  xəbər ala bilmirəm. Həmişə komandirinə zəng edib danışırdım 3  4 gündən bir, indi bu gün eşitdim komandırı şəhid olub. 
  - Kim idi komandıri?Hansı batalyon?
   - Baxşeyiş idi adı, soyadını bilmirəm. Fizuli batalyonu. 
  - Aydındır, Xocavənd döyüşləri - məmur qarşısındakı kağıza nəsə qeyd etdi. 
   - Oğlunun adı? 
  - Vüsal... VÜsal Qənbərov. Evin tək oğludur, başına dönüm, müəllim, ondan mənə bir xəbər verin. 
- Narahat olmayın, yaxın bir zamanda sizə onun haqqında məlumat veriləcək.əgər elə bir şey olsaydı bax bu siyahıda adı olardı. Gedin evə, narahat olmayın, heç kiminlə də hərbi sirrləri paylaşmayın. 
   - Baş üstə müəllim. Kimim var ki kimlə nəsə paylaşım. Bir Vüsalımı verin mənə... 
    Bayıra çıxıb telefonu cibinə qoydu. Bu vaxt əli cibində nəyəsə toxundu. Götürüb baxdı. Bayaq Tarık usta onun cibinə 200 manat basıbmış. Fikirli olduğundan heç onun niyə cibinə əl atdığına diqqət etməmişdi. 
   - Ahh, Tarık usta... Nə yaxşı ki, sənin kimi yaxşı adamlar var, yoxsa insan hər zaman bü dünyanı qaranlıq görər.  
   Pulu çibindən çıxarıb köşkə yaxınlaşdı. Kontur alıb Aytacı yığdı. 
  - Alo, Aynur xala, necəsən, Vüsaldan xəbər var?  
  - Yox qızım, komandirindən xəbər tutdum. Baxşeyişdən.Şəhid olub ... 
   - Ay daa... 
   -Xanımıyla danışdım. Elə onu dedi. Başqa heç kimdən xəbəri yoxdu. Yazıq nə bilsin ee bir batalyonda kim var kim yox, Vüsalı nə tanıyir? Amma dedı kı,bir bataliyonun komandırı gedıbsə hər şey ola bilər. Gəldim bura, burda komısarlıqdayam.
  - Dayan, Aynur xala, mən də gəlirəm.
- Yox gəlmə bala, hələ onların çastından xəbər yoxdur. Mən gedirəm evə biraz ayn-oyun alım, katletdən zaddan eliyim, toyuq da alıb bişirim, görüm ya gecə, ya da sabah tezdən yola düşüm Vüsalgilin çastına. İnşallah, şad xəbərlərin eşidərəm, balama bir şey olmaz.
   - DAyan onda gəlirəm sizə, kömək edim... 
- Allah rəhmət eləsin, məkanı cənnət olsun xanım. Allah sizlərə səbr versin.
- Vətən sağ olsun!
- Bir də...
- Nə?
- Adresinizi... Adresinizi whatsaapdan yollaya bilərsinizmı, gələcəm, mütləq gələcəm.
Müdürə baxdı, müdür əməlli başlı səbrdən çıxmışdı. Sağollaşıb telefonu söndürdü. Tələsik dəzgahın üstündəki şəxsi əşyalarını toplayıb gerı dönəndə müdürlə üz üzə gəldi.
- Hara?
- Mahir müəllim, eşitdiniz hər şeyi.
- Mən heç nə eşitmədim, eşitmək də istəmirəm - əlini zərblə dəzgahın üstünə çırpdı. Aynur səsə diksindi.
- Keç işinin başına.
- Keçmirəm, getməliyəm, işləməyəcəm, məni məcbur işlədəsiz?
- Hə məcbur, belə öz başına çıxıb gedə bilməzsən, işləmirsən cəhənnəmə işlə, amma sabah yerinə adam gətirim, ondan sora hara rədd olursan ol.
- Mən bu sözlərdən sonra bir dəqiqə də burda qalmaram.
- Ayə, mən deyirəm də əlimin duzu yoxdur. Kimə çörək verərəm qayıdıb əl ayağımı tutar, bu insanlar niyə belə naşükürdür?
- İnsanlar nankor deyil ee, nankor, Allahına şıllaq atan sizsiz.
- Demək istəyirsən mən eşşəyəm dəə, bərəkallah. Məni, mən boyda adamı, atan yaşda kişini, bir belə camaatın içındə təhqir edirsən?
- Mən eşşək demədim!
- Şıllağ atan eşşək deyil?
- Mahir Müəllim, məni səhv başa düşüb dediyim sözü istədiyiniz səmtə yozmayın.Siz işçıləri təhqir edirsiz,aşağlayırsız, indi mənim işə ehtiyyacım var deyə senin hər sözünü götürməliyəm?
- Götürməlisən. Heç bilirsən mən bu yerə catmaq üçün kimlərin sözünü götürmüşəm? Nələri udmuşam? Yoxsa ordan gələndə nəyim vardı? Bir pencəyimizi götürüb çıxmışdıq ee ordan. Bir həsir idim, bir Məmmədnəsir. Birinə başına dönüm, birinə qadan alımdeyə deyə, dilimin altına qənd qoymuşam, ağzımı da sancaqlamışam...
- Mən yaltaqlanmağı bacarmıram, Mahir müəllim, bağışla!
-Çörək qazanmaq üçün başını aşağı salıb mumlayan yaltaqlanır?
Söhbət uzandıqca Aynur səbirdən çıxırdı.
- Getməliyəm...
Aynur müdürün sinəsindən itələyib içəri keçdı. Asılqandan çantasını alıb geri dönəndə Tarık ustayla burun buruna gəldı. Yetim uşağa birinin qəhmar çıxdığı an kövrələn kimi kövrəldi. Özünü saxlaya bilməyib hönkürdü. Özünə simsar tapmış kımı üsyan etdi.
-Öğlumun komandıri ölüb, oğlumdan xəbərim yoxdur, mən burda heç nə olmamış kimi necə işləyə bilərəm? Niyə məni başa düşmürsüz. Axı mən anayam, gözümün ağı qarası tək balam odur mənim.
- Tamam, ben seni anlıyorum bacım, sakin ol!
- Ölüb, ölüb də... Allah rəhmət eləsin, neyniyək, sən gedəndə diriləcək? Oğlun ölməyib ki?
- Siz necə insansız, axı bir insan necə belə soyuqqanlı ola bilər ki, bir insan Vətən uğrunda şəhid olur siz..
- Hara gedəsən e sən, indi arvad xeylağı tək başına? Casta? Adama nə deyərlər, deməzlər hanı bunun yiyəsi sahibi ?
- Yiyəm də özüməm, sahibim də.
- Sabah söz sözə gələndə yoldaşları...
- Çəkilin önümdən ! Siz necə insansınız? Allah bəlanızı versin, Allah sizə də bala dərdi çəkdirsin, ləzzətini görün...
Müdür coşub çağlayırdı. Aynurun qarğışından sonra elə bil odun üstünə barıt qoymuşdular. Pis ağzından , pıs nəfəsindən söyüş yağış kimi yağırdı üzərinə.Ona cavab verməyə halı qalmamışdı. Getməliydi.ama belə gözü yaşlı da bayra cıxa bilməzdı. Sakitləşməliydi. Odur ki geyim otağına keçıb qapını bağladı. Üstünü dəyişməyə başladı. Müdir hələ də deyinirdi.
- Vəssalam da, day deynən xanımın axşama qədər nazın çəkəcəyik də..
Müdirə cavab verməyə halı yox idi. Odur ki,susub özünü sakıtləşdirməyə başladı. Ərinə zəng elədi.
- Nizi, Vüsalın kamandırı şəhid olub, xəbərin var? Orda vəziyyət pısdir. Demək olarki, bütün batalyon döyüşə gedib. Vüsalıma bir şey olub, Nizi, kürəklərimin arası qızışıb, açılır. Nizi... Nizami? Alo, eşitmirsən?
Nizamı deyəsən telefon əlində yatmışdı. Aynur, ərinin səsizliyinə Əsəbləşıb, çarəsiz halda telefonu alnına çırpıb yerə çökdü, hönkürdü.
Axı ögey, alxaş atanın nə vecinəydi onun oğlunun başına nə gəlib? Zatən uşaqlığından Vüsal onun yerini dar edirdi. Əlində əlac olsaydı qolundan tutub onu bayra atardı. Nizami AYnurdan çəkinirdi, yoxsa çoxdan Vüsalı it bat etmışdı.
Tüfeyilli həyatı var idi Nizamının. Vüsalın atası dünyasını dəyişəndə Aynur Vüsala hamıləydi. Aynur qoşulub qaçmışdı. Əri bir təsadüf nəticəsində dünyasını dəyişmişdı. Rayondan Bakiya gələrkən mindiyi taksı yolda qəzaya düşür və Vüsalın atası dünyasını dəyişir. Çarəsiz və çıxılmaz vəziyyətdə qalan Aynur, ata evinə üz tutsa da atası onu qəbul etmir və Aynuru evdən qovur. Bir müddət xalasının evində qalan Aynur, xalasının dır dırından sıxılmağa başladı. Nə edəcəyini bilmirdi. Bu gün sabah uşağı dünyaya gələcəkdi, əriylə rəsmi nigahi yox idi, ərinin ailəsi də Aynuru qəbul etməmişdi, indi onun uşağını qəbul edərdilərmi?
Xala bunun carəsini tapmışdı. Hardansa Nizamini tapıb gətirdi, və Aynurun ona ərə getməsini istədi.
- Ərə getməyib nə qələt edəsən, balaca qələt eləmisən? Uşağına bij deyilməsi xoşuna gəlir? Onsuz da atanın səndən zəhləsi gedir, barım imkan ver bu bədbaxt sənə sahib çıxsın, günahını ört bastır elə bəlkə atan səni bağışlaya, biraz özünə gəl ,xoşun gəlməsə boşanarsan daa...
Və beləcə Aynur xalasının məsləhətiylə Nizamıylə evləndi. Nİzamının döyməyi, söyməyi yox idisə də, Aynur qadın kimi qadın həyatı yaşamırdı. Həyatından bezıb Nizamidən ayrılaraq atası evinə gəlsə də sadəcə üç günlük qonaq kimi burda qala bilirdi. Ailə Vüsala elə bir sifət göstərirdi ki, Aynur tüfeyilli həyat sürən bu adamı peyğəmbər övladı kimi görürdü.
AYnurun Nızamıyə heç bir ehtiyyacı yox idi. Aralarında o qədər qalın pərdə var idi ki...
Özü işləyib Vüsalın da özünün də ehtiyyacını ödəyirdi. Kirasını verirdi. Nizami də işləyirdi, ancaq qazancı içkiyə, dostlarla yeyib içməyə, qadınlarla əylənməyə gedirdi. Aynur Vüsalı heç vaxt ona etibar edə bilmirdi. Balaca Vüsalı bəzən baxcaya qoyurdu, bəzi günlər də özüylə iş yerinə aparırdı. Vüsal biraz böyüyəndən sonra Aynurun da yükü yüngülləşmişdı. Az yaşı olmasına baxmayaraq Vüsalı öz yanında işə düzəldirdi. Bütün Yay və qış tətili zamanı işə bərabər gedib gəlirdilər. Lakın 9 cu sınıfə keçəndə Aynur Vüsalın bütün diqqətini dərslərinə yonəltməyini tələb etdi. Eyni zamanda da uşaq evdə darıxıb, pis çevrəyə və alışqanlıqlara meyil etməməsi üçün onu idmana da göndərdi.
Aynurun cırtdan ailəsinin yaşam xəyalları yavaş yavaş gerçəkləşirdi. Hər şey gözəlliyə doğru gedirdi, dəyişməyən bir tək Nizami idi. İndi dostlarından ayrılmışdısa da, daha yaşlanıb, qız qadınlarla əylənmirdisə də, hələ də içkini atmamışdı. İçki Nizaminin həyatı idi. Nizamiyə nə lazım idi ki , gecə növbəyə getsin, sabah gəlsin pendir kolbasayla bir xiyar tutmasıyla bir arağı qoysun qarşısına, yesin, içsin, yatsın. Nizami üçün həyat pendir- kolbasadan, içki və yatmaqdan ibarət idi. Vəssallam...

Qapıdan çıxanda müdür önünə keçdı.
- Aynur, belə gedə bilməzsən, iş güc tökülüb qalıb, kim yuyacaq bu qab qaşığı. Sabaha qədər möhlət ver, bir qabyuyan tapım, sabah...
- Mən indi getməliyəm.
- Heyləmi?Yaxşı, sora məndən incimə. Belə gedərsənsə maaşını kəsərəm...
- Kəs! Haram xoşun olsun, halal zəhmətimi yeyənin kəfəninə qismət olar o maaş. İşləmiyəcəm, yerimə adam tapın!
Tarık ustaya döndü.
- Haqqını halal et Tarık usta! Sen yaxşı adamsan. Allah səndən razı olsun.
- Ne demek kızım, hakkım helal olsun. Git yolun açık olsun, bizi habersiz qoyma.
Tarık usta bir əliylə Aynurun çıyninə toxunub onunla sağollaşdı. O biri əlinı Aynurun cibinə soxdu.
- Bir şeyə ihtiyyacın olursa çekınme!

İşdən çıxıb bir başa Komisarlığa gəldi. Komisarlıqda aləm bir birinə dəymişdi Könüllülər cəbhəyə yola salınırdı.Ağlaşma, həyəcan, bir birinə qarışmışdı. Oğlanlarıyla göz yaşlarıyla öpüşüb görüşən anaları yaxınları qucaqlayıb təsəlli edirdı. Özü bu mənzərədən kövrəlmişdi. Vüsalını əsgərliyə yola salanda yanında heç kimi yox idi. Çox istəyirdi qardaşları, ya da, onların xanımları yanında olsun, amma gəlməmişdilər. Bir tək Aytac idi yanında. Aytaca sarılıb oğlunu yola salmışdı, Aynur. Üç ay sonra da öğlunun and içmə mərasımınə də tək getmışdı. Anasının tək gəlməsi Vüsala pis təsir etmişdi. Əsgər yoldaşlarının başına toplaşan qohum əqrabalarına baxıb heç nə deməsə də köks ötrürdü.
" -Qadan alım, pis olma bilirsən dayıların işdə...
- Ana, mənə qardaşlarını müdafiə eləmə, bildin? Mən uşaq deyiləm ee, hər şeyi başa düşürəm. Mənim heç kəsim yoxdur, ərin heç, o artıq sıradan çıxıb, camaat arasına çıxası deyil. Qardaşlarının da, adını heç çəkmə yanımda. Əgər işdir, başıma bir iş gəlsə onlara heç nə demə. Əgər onlara mənə bir şey olduğunu desən çatlayaram. Mənə dayı, dayı oğlanları əsgər gedəndə lazım idi. Məni yola salsınlar. Gəlmədilər, canları sağ olsun. Mənə bir sən lazımsan, bir Aytac, bir də Vətən. Sizə canım qurban".
Oğlunun bu sözlərini xatırladıqca ürəyi üzülürdü.Vüsalın tək ümüd yeri Aytac idi. Onu da Fələk oyuna gətirmışdı, ayrılığın astanasındaydılar, nə olacaqları bəlli deyildi. Aytacı başqasına verirdilər. Bilmirdi bu xəbəri ona necə verəcək. Bu xəbər ona pis təsir edəcəkdi. Aytac nişanlansa da hələ də Vüsalla əvvəlki kimi danışırdı və hələ də bu barədə Vüsala heç nə deməmişdi.
Əli qoynunda bir tərəfə çəkilib könüllüləri yola salanlar baxırdı. Özü burda olsa da beynində bir tərəfdən müdürünün səsi gurlayırdı. Bir tərəfdə komandırının xanımının üzgün səsi. Bir tərəfdən də burda gördüyü mənzərə. Nə edəcəyini bilmirdi. Fikirləri qarma qarışıq olmuşdu.
Gərək işdən dalaşıb gəlməyəydim, yalvarıb yaxarardım icazə istəyərdim. Bu haqq hesabdan sonra müdür məni oralara qoymaz.
Özü dedi axı, maaşımı da verməyəcək. Bəs bu boyda borc, bəs kredit... Hələ Nizami işdən çıxdığımı eşitsə... Ooofff... Ya birdən Vüsalımın başına bir iş gəlsə? Hii... Allah uzaq eləsun, dilim ağzım qurusun. Bu nə idi ağlıma gəldi. Ölərəm, ölərəm vallah yaşaya bilmərəm. Mənim tək varlığımdır Vüsal... Həyatım, yaşama səbəbimdir. Ondan başqa kimim var axı, başqa oğlum, qızım var? Onsuz mənim həyatımın, yaşamağımın nə faydası var kı? Ay allah, balamı qoru, balamı mənə çox görmə ya rəbbim...
Ağlından keçən pis fikirlərdən canına üşütmə keçdı sankı. Ovuclarıyla qollarını ovxalayıb gözlərinin yaşını sildı. Telefonu çantasından çıxarıb Aytacı yığdı. Konturu bitmişdi. Ətrafa boylandı, biraz aralıdakı köşkü görüb sevindi. Çantasından çıbdanının çıxartdı. 1.20 manatı qalmışdı. Bir manata kontur alsa 20 qəpiklə evə necə gedəcəkdı ki, canı sıxılırdı. Bəlkə kimdənsə telefon alsın? Axı camaat öz əsgərinin haylndadır, belə vəziyyətdə kimsəni məşgul etmək nə qədər doğrudur ki?
Nəhayyət yola salma mərasımi qurtardı. Özünü toparlayıb İçəri keçdi. Lazımı şöbəni soraq etdı. Qapını döyüb içəri girdi.
- Salam.Mən...Mən oğlum üçün gəlmişdim.
- Buyurun - məmur onu içəri dəvət etdi. Gözüylə oturmağa yer axtarsa da boş yer yox idi.
- Buyurun, xanım, eşidirəm. Oğlunuz könüllüdür?
- Yox, xeyir əsgərdir.-həyəcandan səsi titrədi. Sanki bu saat bəd xəbər eşidəcəkdi.
- Aydındır , inşallah sağ salamat dönər, Narahat olmayın. Yaxşı olar. Amma unutmayın, müharıbədir. Biz valıdeyinlərin borcu da odur ki, hər şeyə hazır olaq.
Aynur başını aşağı salıb çantasının qollarını dlrnaqlarıyla didməyə başladı. Məmur ananın əndişəsini aydın hiss edirdi. Odur ki, söhbəti çox uzatmaq istəmədi. Artıq müharibə başlayandan anaların dılını tapmaqda ustalaşmışdı.
- Məsələ nəydi? - qələmi əlinə alıb işgüzar görkəm aldı.
- Nigaranam müəllim, 10 gündür oğlumdan xəbər ala bilmirəm. Həmişə komandirinə zəng edib danışırdım 3 4 gündən bir, indi bu gün eşitdim komandırı şəhid olub.
- Kim idi komandıri?Hansı batalyon?
- Baxşeyiş idi adı, soyadını bilmirəm. Fizuli batalyonu.
- Aydındır, Xocavənd döyüşləri - məmur qarşısındakı kağıza nəsə qeyd etdi.
- Oğlunun adı?
- Vüsal... VÜsal Qənbərov. Evin tək oğludur, başına dönüm, müəllim, ondan mənə bir xəbər verin.
- Narahat olmayın, yaxın bir zamanda sizə onun haqqında məlumat veriləcək.əgər elə bir şey olsaydı bax bu siyahıda adı olardı. Gedin evə, narahat olmayın, heç kiminlə də hərbi sirrləri paylaşmayın.
- Baş üstə müəllim. Kimim var ki kimlə nəsə paylaşım. Bir Vüsalımı verin mənə...
Bayıra çıxıb telefonu cibinə qoydu. Bu vaxt əli cibində nəyəsə toxundu. Götürüb baxdı. Bayaq Tarık usta onun cibinə 200 manat basıbmış. Fikirli olduğundan heç onun niyə cibinə əl atdığına diqqət etməmişdi.
- Ahh, Tarık usta... Nə yaxşı ki, sənin kimi yaxşı adamlar var, yoxsa insan hər zaman bü dünyanı qaranlıq görər.
Pulu çibindən çıxarıb köşkə yaxınlaşdı. Kontur alıb Aytacı yığdı.
- Alo, Aynur xala, necəsən, Vüsaldan xəbər var?
- Yox qızım, komandirindən xəbər tutdum. Baxşeyişdən.Şəhid olub ...
- Ay daa...
-Xanımıyla danışdım. Elə onu dedi. Başqa heç kimdən xəbəri yoxdu. Yazıq nə bilsin ee bir batalyonda kim var kim yox, Vüsalı nə tanıyir? Amma dedı kı,bir bataliyonun komandırı gedıbsə hər şey ola bilər. Gəldim bura, burda komısarlıqdayam.
- Dayan, Aynur xala, mən də gəlirəm.
- Yox gəlmə bala, hələ onların çastından xəbər yoxdur. Mən gedirəm evə biraz ayn-oyun alım, katletdən zaddan eliyim, toyuq da alıb bişirim, görüm ya gecə, ya da sabah tezdən yola düşüm Vüsalgilin çastına. İnşallah, şad xəbərlərin eşidərəm, balama bir şey olmaz.
- DAyan onda gəlirəm sizə, kömək edim...
   
    Bazarlıq eləyib evə gələndə hələ əri divanın üstündə yatlrdı.Dünyadan xəbərsiz idi. Masanın üstü dağınıq, bulaşıq qab qaşıqla qurumuş çörək qırıntıları ilə dolu idi.
- Səni görüm zəhər yeyəsən, içdiyin zıkkımın olsun, bax bu qırıqlayıb qurutduğun çörək qənim olsun. Elə yatasan heç durmayasan, axı sənin kimisinin yaşamağının kimə nə faydası var ee, ay Allahın bəxtəvər insanı. Ha bir ölü, ha sən. Bu həyatda varmısan, yoxmusan bilinmir, kimin üçün yaşaylrsan, niyə yaşayırsan? Leş qoxuyursan ee, leş, öfff ürəyin ağzına gəlsin sənin.
İçəri siqaret və içkidən üfunət qoxuyrdu. Deyinə deyinə qapını pəncərəni açıb içərini havalandırdı. Aynurun səsinə Nizamı oyanıb sərxoş halda nəsə soruşsa da cavab almadan təkrar yatdı.
Çox keçmədi, Aytac da gəldi. Birləşıb bərabər əsgər yeməkləri hazırladılar. Yarpızlı dovğanı hazlrlayıb yerə qoyandan sonra çəkilmiş əti ikiyə bölüb yarısını dolmalıq ayırıb Aytacla yarpaq dolmasını bükdülər. Axşama yaxın ətrafa kotletin və peraşkinin xoş qoxusu yayıldı ...
Kirayə yaşadığı həyətin camaatı neçə illərdir bu ailəni yaxşı tanıyırdı. İlk dəfəydi ki, Aynurun evindən belə ləziz yeməklərin qoxusu gəlirdi. Heç öyrəşməmişdilər Aynurun evdarlığına . Çünkü Aynur heç evdə tapılmazdı. Sabah gedib axşam gəlirdi, Vüsal evdə olanda ona əlüstü bir şey hazırlayırdı olmayanda da heç evdə bir şey bişirməzdi. Özü işdə yeyirdi. Nizaminin isə ənənəvi yeməyi var idi. Ya hazır sup, yada pendir, kolbasa, çörək. Vəssalam.
Qonşu Şəhla xəbər tutanda ki Aynur Vüsalın yanına gedir, gedib dolu zənbillə gəldi, çoxlu mer- meyvə almışdı. Onun arxasınca da digər qonuşular, pendir, sabun, siqaret, Teymurov mazı, tum , ülgüc və əsgərə lazım olacaq diğər ləvazimatlar alıb gətirdilər.
- Aynur, gedirsən, elə girəvədir, bunları da apar, müharibədir, Vüsalın əsgər yoldaşlarına da paylayarsan, bəlkə ehtiyyacları var, bu da bizdən ərmağan olsun, çoban aşı, şam saqqızı, kasıbin olanından...
- Kaş ki, gedəcəyini əvvəldən desəydin, Aynur işdən icazə alardım, bərabər gedərdik, maşınla. Elə dünən uşaqlar deyirdilər yığışaq orduya bir şey göndərək. İşdən bir şey toplardılar uşaqlar... - deyə Daşqın əşyaları maşınına yığa yığa dilləndi - Deyirəm bəlkə qalasan sabah icazə alım, hə ?
- Yox qadan ürəyimə, qala bilmərəm, yeməklər xarab olar.
- Kaş əvvəldən desəydin.
- Nə bilim, qaqa, qəfil oldu, komandirin şəhid olduğunu eşidincə dayana bilmədim.
Daşqın, Aynurla avtovağzada zənbilləri baqajdan götürüb avtobusun baqajına yığdı. Aynurla görüşüb ona xoş yolçuluq diləyəndən sonra əlini cibinə saldı,
- Qonşu, bunu verərsən Vüsala, xərclik eləsin, az da olsa.
- Nə zəhmət çəkirsən, kasıb uşaqsan, lazım deyil.
- Nə zəhməti, Vüsal orda Vətən üçün can qoyur, zəhmət olmur, biz 50 manatımızdan keçırik zəhmət olur? Kasıb olsa da mərdlikdən zənginik, götür, al, götürməsən inciyərm, ölənlərimizin goru haqqı. Kaş gedəcəyini bilsəydim avans alardım, cibimdə olan budu.

Füzulyə çatanda səhər təzəcə açılmışdı . Ordan hərbi hissəyə uzağı bir saatlıq yol idi. Gedib axşama qayıtmalıydı, çünki yol məsələsidir, görüş ala bilərdi, ala bilməzdı, qonaq evində yer tapardı, ya tapmazdı. Odur ki, vaxt itirmədən bir taksiyə minib yola düşdü. Amma bu boyda yolu boşuna gəlibmış. Vüsal hissədə yox imiş.
Hərbi hissədə məsul şəxslər Vüsalgilin dəstəsinin ön cəbhədə olduğunu söylədi. O da Bəxşeyişin və bir neçə nəfərin şəhid olduğunu dedi. Yaralı çox imiş. Yaralıların Füzulı, Beyləqan və Gəncə qospıtallarında müalıcə olunduqlarını dedilər. Heç vaxt itirmədən geri dönməli idi . Oğlunu xəstəxanalarda axtarmalıydı. Əgər sağ olsaydı mütləq geri kazarmaya gələrdi. Şəhid olsaydı mütləq xəbər verərdilər. Oğlunu yaxşı tanıyırdı. O mütləq yaralanıb və evə xəbər verilməsini istəməyib. Çünki Aynurun ona nə qədər düşkün olduğunu bilirdi. Əgər Aynur oğlunun yaralandığını bılsə, bəlkə də ürəyi dayanardı. Adıcə Vüsalın bir yeri balaca cızılanda anasının nə hallara qaldığını Vüsal yaxşı bilirdi.
Əlindəki dolu zənbillərlə geri dönə bilməzdi. Odur ki, növbətçı əsgərlərə baxıb gətirdiyi sovqatları irəli uzatdı.
- Bala, bunları oğlum və yoldaşları üçün gətirmışdım, qonşularım da əsgırlərə pay püşk qoyublar. Heyf Vüsalımı burda tapa bilmədim, Nə fərqı var, siz də mənim balam, alın, aparın yeyn, halal xoşunuz olsun. İçində siqaret, corab zad da var. Uşaqlarla bölüşdürün aranızda. Qoy peraşkilərdən biraz götürüm. Bir də yarpaq dolmasından dürmək eliyəcəm, gedirəm Füzuliyə, xəstəxanaya, inşallah ki, Vüsalı orda taparam, peraşkıynən dolmanı çox sevir.
Vüsalın payını ayırıb torbaya qoydu, torbanı da bel çantasının içində rahatlayıb, çantasını belınə asdı. Ana yola çıxıb maşın gözlədı. Biraz aralıdan müharıbənin səsini aydın eşıtmək olurdu. Raketlərin səsini eşitdikçə əli ürəyinin başında gəzirdi.
- Anan ölsun Vüsal, anan ölsun ay bala, hardadır uşağım görəsən? Ay Allah bu bombardımanın altından adam sağ çıxar? Can ay bala, can sizi doğan analara canım qurban, gör indi mənim kimi neçə nigaran ana var, ay Allah, hamısının əli ürəyinin başında, ay Allah qıyma bu cavanlara, sən özün balalarımızı pənahında saxla ay allah. Qanadını üzərlərindən çəkmə ya rəbbim Düşmənin başına od ələ.
Çox yaxından partlayış səsi gəldi. Əlləri ilə başını tutub yerə çökdü. Gözlərini möhkəm möhkəm yumdu. Uzun müddət partlayışın səsindən gulaqları güyüldədi. Elə bir bu böyük partlayışı gözləyirdilər. Çox yaxından topların səsi aləmi başına götürdü. Hərbi hissənin arxasından qalxan duman yavaş yavaş düzəngaha, ordan da yola yayıldı. Kəskin barıt qoxusu Aynurun boğazını qıcıqlandırırdı.
- Bu nə məşəqqətdir ay allah? Sən pzün köməyi ol balalarımızın - deyib öskürə öskürə yola çıxıb şəhərə doğru tələsdi
Dili oğluna və əsgərlərə dualar edə edə deri dönüb, əlini günlük edərək torpaq yolun o başındakı döyüş bölgəsinə boylandı. Ordan da gözlərini dolandlrıb, hərbi hissənin arxasından toz duman içərisindən uzaqda görsənən işğal altındakı kəndə baxdı. Deyəsən bizimkilər həmin kənddə qərar tutmuşdular. Bütün toplar ordan təpələrə doğru atılırdı. Hərbi hissədəki toplar da onlara dəstək atəşiylə yardım edirdilər. Biraz yüksəklikdəki partlayışlar gərgin döyüşlərin getdiyini göstərirdi. Aynur isə burda özünə divan tutmuşdu.
Uzun torpaq yolda getməkdən yorulub dayandı, bəlkə bir maşın gəlib keçər, onu da götürər deyə fikirləşdi. Yarım saata qədər gözlədi, yolda nə inni görsənirdi, nə cinni. Belə getsə axşama qədər burda qalacaqdı. Burda dayanmağın adı yox idi. Davam etməliydi. İrəlidə görünən kənddən maşın tapa bilərdi. Gün keçir, axşama doğru əyilirdi. Burda çölün düzündə qalmaqdansa, maşın tapmasa belə kənddə gecələmək daha doğru idi.
Bir gözü geridə döyüş bölgəsinə baxa baxa , irəlidə görsənən kəndə doğru yol aldı.
Ayaqları yerisə də xəyalı keçmişə uçmuşdu. Vüsallı günləri beynini elə məşğul etmişdi ki, daha geridəki atışma onu qorxuzmurdu. Elə bilirdi yenə o günləri yaşayır.
Bir dəfə, bazar kafelərinin birində işləyirdi. Vüsal da yanında ofsiyantlıq edirdi. Kafenin aşbazı o qədər qaba və köntey qadın idi ki, işçilərə gün verirdi, işıq yox. Elə Aynur da tez tez o qadınla dalaşırdı. Vüsalın da ondan heç xoşu gəlməzdı. Qadının buyruğuna getməzdı. Anasının tərəfini saxlayardı. Bu da qadının tərs damarına toxunurdu. Aşbaz qadın Vüsalın acığını Aynurdan çıxırdı, digər ofsiyant uşaqlarla Vüsalın arasını vururdu. Süleyman adında bir oğlan var idi, bərabər işləyirdilər. Həmin Süleyman qadının sağ əliydi. Vüsala gün verirdi ,işıq üzünə həsrət qoyurdu. Dəfələrlə pzündən çox çox balaca olan Vüsalı basıb döymüşdü. Təbii ki, Aynur da cavabsız qalmamışdı, Süleymana yaxşıca dərs veirdi. Amma nə fayda. Şah xanımın vəzuri idi, bazarda darğalıq edirdi.
Bir gün Aynur işdən gələndə evdə bir kisə un gördü. Nizamıdən soruşanda Nizamı heç nədən xəbəri olmadığını dedi. Çox keçmədi ki, Vüsal əlindəki dolu zənbillərlə içəri girdi.
- Xeyir ola, oğlum, bu nədir?
- Peraşki bişirib satacağıq. İndən sora minnətsiz sünnətsiz özümüz öz ağamız olacağıq.
- Dəlisən? Harda satasan?
- Bazarda, məktəbin qabağında
- Anan qurban, bazarda peraşki yoxdu? Hər döngəsinə bir butka qoyublar, bişirib isti isti satırlar.
- Biz də satacağıq. Ana mən müştərilərimi tutmuşam. Müştərilərim məni qoyub başqasından heç nə almazlar
- Məni işimdən gücümdən eləmə ay bala, belə iş olmaz. Çıxaram işdən, sonra qalaram yaman günə.
-Sən narahat olma ana, mənə güvən, vallah söz verirəm səni utandırmayacam.
Və... Beləliklə ana oğul başladılar peraşki işinə. Vüsal hardansa köhnə uşaq arabası tapıb gətirmişdi, arabanın beşıyının üstünə böyük bir taxta qoyub masa kimi düzəltdi. İçini çölünü boyadı. Taxtanın üstünə də klyonka örtü sərib gülə gülə anasına baxdı.
- Dəzgahımız hazırdır qaldı işə başlamaq. Ya Allah, xeyirlisi.
Masanın altındakı beşık sandıq kımı olmuşdu. Oraya lazım olan şeyləri, ayran su, fanta, kola, ketçab, acika, süfrə kağızı, duz ustiotu səliqə ilə yığıb, iftixarla anasına baxdı.
- Necədi?
- Lap əla, anan sənin ağlına qurban, ağılli balam mənim.
İlk günlər çətinlikləri var idi, tək peraşki və suyla olmurdu. Bununla keçınmək olmazdı. Vüsal bunun da çarəsini tapdı. Bir neçə həftədən sonra bir günlük qazancından iki kilo ət aldı. Anasına blınçık və kotlet bişirtdirdi. Kotletlərdən çörək arası eləyib, arasına xiyar, pamıdor, göyərti və soğan doğrayıb qoydu, alveri yaxşı getdikcə Vüsal da Aynur da həvəslənirdi. Yemək ceşıdlərini biraz daha artırmağa başlamışdılar. Qarın və sumaqlı ət qutabının, pambıq kimi yumuşaq bulkaların qoxusu yoldan keçən adamların da iştahını artırirdi, müştərilərinə arabanın altındakı vedrədə gəzdirdiyi buzun arasıda soyutduğu içəcəklərdən, arabanın yanlarından asdığı termuslarda hazırladığı isti çay və kofedən də təklif edirdi. Bufet arabasının sifarişləri artdıqca Vüsal yollarda, yollar da, Vüsalın arabasının təkərlərindən yorulurdu. Axşam evə nə qədər yorğun gəlsə də sabah işinə o qədər həvəslə başlayırdı.
Yayın istisində gün başına döyə döyə haldan düşürdüsə də həvəsdən düşmürdü. Hardansa əlinə keçən çırıq Coco Cola çətirini yuyub təmizlədi, yırtıq yamağını tıkib düzəldərək arabasına bağladı. Artıq həm özünü, həm də müştərilərini günəşdən qoruya bilirdi. Araba - bufetinə ad da qoymuşdu "Yorğun yollar"...

Telefonun səsi onu keçmişindən qopardı.İnanılmaz bir hərisliklə telefonu qulağına tutub ayaq saxladı. Ətrafa boylandı. Hələ kəndə var...
- Alo, bəli eşidirəm...
Bakıdan komisarlıqdan idi. Vüsaldan xəbər verirdilər. 3 gün bundan qabaq yaralı və şəhid cənazələriylə bərabər onu da Fizuli xəstəxanasına gətiribmişlər. Deyilənə görə Vüsal qolundan yüngül yaralanıb. Xəstəxanada ilk tibbi yardım olunduqdan sonra digər yüngül yaralılarla bərabər təxliyyə olunub.
- Xəstəxanadan çıxarılıb "N" saylı hərbi hissəyə gediblər. Ordan da izini verilib, 5 günlük evə buraxılıb.
- İndi deyirsiz Vüsal evdədir?
- Bəli 3 gündür, evdədir artıq, iki gün sonra hərbi hissədə olmalıdır.
- Ola bilməz, Vüsal evə gəlməyib, mən ondan 10 gündən çoxdur xəbər ala bilmirəm axı . Mən bu saat Füzulidəyəm, eşidirsiz? Onların olduğu çastına gəldim, qardaş başına dönüm. Bu saat burda dünya dağılır, atışmadır, eşidirsiz atışmanın səsini? Onların da xəbəri yoxdur Vüsaldan. Vüsal burda yoxdur ee, mənə heç nə demədilər, heç yaralanmağını da.
- Ay xanım,axı mən deyirəm yaralandığı üçün, onun izini verilib. 5 gün sonra hissədə olmalıdır deyirəm, siz hələ... Dayan, dayan... Bəlkə gizlənib?
- Başa düşmədim, niyə gizlənsin ki?
- Nə bilim, deyirəm bəlkə müharıbədən qorxar, təkrar əsgərliyini davam etdirməz, çəbhəyə getmək istəməz, gizlənər, nə bilim qaçar...
- Heç vaxt...
Aynur qətiyyətlə qarşı tərəfin sözünü ağzında qoydu:
- Əgər Vüsal mənim oğlumdursa, heç vaxt belə bir şey ola bilməz.
- Onda qız mız yanına qaçıb- telefonun o başındakı adam güldü - hələ iki gün zamanımız var ay xanım, nigaran qalmayın, yəqin dostlarıyla hardasa dincəlir, gözləyək. İnşallah geri gələr.
- Bəs tapılmasa? Mən uşağımı istəyirəm, bu saat tapın, mənim uşağımı mənə verin!
- Hardan tapaq, xanım? Deyirəm izni verilib, həkim qərarıyla yarası sağalana qədər. O hərbi hissədən və xəstəxanadan ayrılıb. Daha bundan beləsi bizlik deyil . Yenə deyirəm, Hələ iki gün zamanımız var, Əgər iki günə hissəyə qayıtmasa ozaman fərari kimi axtarışa verıləcək.
- Nə? Nə fərari? ALo, qadan alım bir şey soruşa bilərəm?
- Vaxtımız məhdudur xanım. Tez olun, qısa edin.
- Deyirəm allah eləməmiş, birdən əsir düşər? Mənim oğlum fərarilik eləməz, heylə uşaq deyil. Bilirəm.
- Bu mümkün deyil, Çünki onun izin kağızı verilib göndərilib. Həə əgər özü könüllü hərbi hissəyə qayıdıbsa... Nə deyim, hər şey ola bilər. İndi bir araşdıraq, görək... Bir ehtimal da var, özü könüllü hissəyə də qayıda bilər, gizlincə düşmən tərəfə də keçə bilər, daha onu bilə bilmərik.
- Nə? Nə danışırsız siz? Mənim...
- Ay xanım müharıbədir, hər şey ola bilər. Nə əsgırlər görmüşük, arxamızdan vuran... Belə də ki, əsirlərimizin siyahısı əlimizdədir, onun adı bu siyahıda yoxdur. Mən yenə bir maraqlanım, araşdırım, sizə xəbər verəcəm. Bəlkə yarası sağalmadan təkrar döyüşə qayıdıb? Di sağ olun. İki gün də gözləyək , mən sizə təkrar dönəcəm...
Bu saat Aynur elə vəziyyətdəydi ki, bilmirdi nəyə dua edəydi, nəyə gülüb, nəyə ağlayardı. Oğlunun sağ olmasına sevinsinmi, yoxsa onun itkin düşməsinə mi ağlasın? Bu sevinci yaşamamaq qaçılmaz idi, amma bu saat Vüsal hardadır? Bax bundan nigaran idi. Bu nigarançılığın üstünə bir həyəcan da gəlirdi. Birdən telefondakı məmurun dediyi kimi oğlu qaçıb? Ya bəlkə düşmən tərəfə keçıb? Ay allah, bircə bu olmayaydı. Az qala torpaq yolda kəndə doğru qaçan Aynurun bu saat bir arzusu var idi. Kaş oğlu təkrar döyüşlərə qatılaydı, Vüsalın əsir düşməsinə də razıydı, bilirdi ki, geç tez oğlu əsirlikdən qurtulacaq. Çünki bu zaman o dövür deyildi. İndi savaş başqa planla gedirdi, birinci Qarabağ müharıbəsindən fərqliydi. Oğlunun şəhid olmasını heç bir ana bilərək qəbul etməzdi ki, Aynur bu saat oğlunun şəhid xəbərini eşitmək istəyirdi, nəinki Vətənə xəyanətini.
Vətənə, millətə xəyanətin adı Aynura elə ağır gəlirdi ki, Vüsal madar balası olsa da onu öz əlləriylə boğmağa hazır idi. Balasını min bir əzab əziyyətlə böyütmüşdü, oğluna kasıbçılıq içində varlığı aşılamışdı, vətənə, millətə sevgi öyrətmışdı. Onun Vətənə xəyanətini bağışlaya bilməzdi, özü belə bu töhmətlə yaşaya bilməzdi...
   Qara qara düşünərək uzun yolu qısa etdi. Kəndə çatmışdı ki, torpaq yolda bir maşının toz duman sala sala gəldiyini gördü. Tez yola çıxıb əllərini yuxarı qaldırdı.
- Saxlaa! Saxla...
Maşın önündə dayandı. Əlləri ilə maşından tutaraq halsız-heysiz sürücünün pəncərəsinə yaxınlaşdı. Güclə eşidiləcək səslə:
- Məni də şəhərə aparın! - dedi. Daha heç nədən xəbəri olmadı. Özündən keçdı
Kimsə üzünə su çıləyir, üzünə vururdu. hardansa telefonunun səsi gəlirdi. Elə bil beyni yuxusuzluqdan keyimişdi. Gözünü açdı, lakin elə bil gözlərinin önünə pərdə çəkilmişdi. Başının üstündəki insanları qara kölgə kimi görürdü. Bu adamlar kim idi bilmirdi. Gözlərini yumub əliylə cibini axtardı. Teletonunu çıxarıb barmağının hərəkətiylə "yes" xəttini sürüşdürmüşdü ki, barmaqları boşaldı.Telefon əlindən yerə düşdü. Bir vaxt gözünü açanda rayon təcili yardım xəstəxanasındaydı.Yanında başının üstündə bir tibb bacısı var idi.
- Hardayam? Bura haradır?
- Xəstəxanadasız, Aynur xanım.
- Hansı xəstəxana? Məni hardan tanıyırsız? Mən... Mən getməliyəm...
Uzandığı yerdən qalxıb oturdu, qollarındakı sistem xortumları hərəkət etməsinə mane olurdu. Bir an öncə burdan qurtarmaq istəyirdi. Tibb bacısı onun əlini tutaraq onu sakitləşdirmək istəyirdi.
- Sakit olun, Aynur xanım, təyziqiniz və şəkəriniz qalxlb , vəziyyətiniz yaxşı deyil.
- Mən getməliyəm, başa düşürsüz? Oğlumu... Oğlumu tapmalıyam - deyib gözüylə yerdə ayaqqabılarını axtardı.
_ Sakit olun, Aynur xanım. Doktor biraz var, qızınlaydı deyəsən, danışdı. Dedi sizə deyək nigaran qalmayasız, Vüsal Gəncədədir.
- Nə? Qızım? Mənim qızım yoxdur axı. Vüsal hardadır? Gəncədə?
- Nə bilim vallah, telefonunuzda "Aytac qızım" deyə yazmısız.
Sanki gözlərinə işıq gəldi. :
- Ver, ver telefonu!
- Amma sakitləşın, sonra. Aynur xanım, sizə belə həyəcanlanmaq olmaz...
Aynur söz dinləmədən dolabcanın üstündəki telefonunu qarmalayıb, Aytacı yığdı. Lakin Aytac cavab vermədi.
Aynurun ürəyi nə qədər yuxa olsa da ağızdan "saz" idi. Odur ki, özünü saxlaya bilməyib Aytacı söyə söyə təkrar yığacaqdı ki, telefonuna zəng gəldi. Komisarlıqdan idi. Vüsaldan xəbər verirdilər. Vüsal izinə çıxdıqdan sonra Bakıya yox Tərtərə gedib. Döyüşlərə qatılmasını tələb edib lakin, yaralı olduğu üçün ona izin verməyiblər. O da rayon fövqalade hallar şöbəsində işləyən dostuyla görüşüb, bu dəqiqə onunla bir yerdə qalır. Və elə ordan da dostuyla bərabər ermənilərin yerli camaatın artireliya atəşinə tutaraq dağıtdığı bölgələrə köməyə gedir. Axırıncı dəfə dostunun ezam olunduğu bölgəyə - Gəncəyə gəlib. Təxmin etdiklərinə görə Vüsal bu gün Gəncədə olmalıdır.
Hec vaxt itirə bilməzdı, Aynur Vüsalı Gəncədə axtarmalıydı. Axı harda, necə? Gedib Vüsalı kimdən siruşsun , hardan tapsın, necə etsin? Çox çıxılmaz vəziyyətdə qalmışdı. Özünün də halı yaxşı deyildi, səhər tezdən ağzına loxma qoymamışdı, böğazından bir qurtum su da keçməmişdı. Zəhrimar şəkər də bir tərəfdən onu haldan salmışdı.
B6na baxmayaraq pzünü toparladı, dizlərinə güc verim ayağa qalxdı. Qalxan kimi başı gicəlləndi, gözləri qaraldı. Kökündən kəsilmiş ağaç kimi yerə sərildi.
Qolundakı sistemin bitməsinə hələ vardı. Onun burda gözləməyə zamanı yox idi. Düşündükcə ki, Gəncəyə gedib oğlunu tapa bilməyəcəkdi, dəliyə dönürdü. Həkim Aynurun rahat oturmayacağını görüb ona sakitləşdirici iynə vurdurdu. Biraz sonra göz qapaqlarına ağırlıq çökdü.yatmaq istəməsə də şirin yuxu onu ağuşuna aldı.
Səhər sanitarın səsinə yuxudan oyandı. Yuxulu yuxulu ətrafa göz gəzdirdi. Deməyəsən palatada ondan başqa bir neçə nəfər də var imış coxusunun üzü, gözü sarıqlı idi. Erməni terorunun qurbanı olmuşdu onlar, ermənilər şəhərə atarkən onların da evləri top atəşınə məruz qalmışdı. Bu yaralıları dağıntılar altından çıxarılaraq buraya yerləşdirmişdilər .
- Hamınıza keçmiş olsun! Allah erməniyə lənət eləsin.
- Amin. Sağol...
- Məni bağışlayın, mən getməliyəm - deyib sanitarln üzünə baxdı.
Ozünü cox gümrah hiss edirdisə də sanki qollarından daş asılmışdı, qollarının damarları ağrıyırdı.
- Səhər yeməyinizi gətirdim. Həkimin göstərişidir. Yeyin, sonra gedəcəyik həkimin kabinetinə , çıxışınız veriləcək.
Başqa carəsi yox idi, əmrə tabe olmalıydı. Yoxsa yenə iynə vurulub yatırdılacağından qorxurdu.
Sanitarın verdiyi mannı sıyığını alıb telefonuna baxa baxa qaşıqladı. İsti mannı ona yaxşı təsir edirdi, gözlərinə işıq gəlirdı, nəfəsi açılırdı.
Aytacdan düz 12 dəfə zəng gəlmişdi, mesaj da yazmışdı. Gözü başqa nömrələr axtardı. Nə öz ailəsndən, nə də əri - heç kim onunla maraqlanıb zəng etməmişdi. Belə etinasızlıq ona elə pis təsir edirdi ki, yetım deyıldı, çevrəsində hər kəsi vardı - anası atası qardaşları, əri, xalaları dayıları, əmiləri, bibiləri... Onların sayılıb seçılən uşaqları... Amma Aynur üçün onlar heç kim idi, heç kəsi yox idi, Aynur tək tənha idi. Nə əri var idi, nə hec kimi, bir tək Vüsalı vardı, bir də Aytacı... Aytac da bəlkə də müvəqqəti idi...
Avtovağzala gəlib çibindəki son 50 manatı çıxarıb baxdı. Taksiyə oturub pulu sürücüyə uzatdı.
Gəncə yoluna yenicə çıxmışdılar ki, telefona zəng gəldi. Aytac idi. Vüsalın bu dəqiqə Tərtərdə olduğunu dedi.
- Aytac, hansı nömrədən, kimin telefonundan zəng edir sənə? Ver o nömrəni mənə. Tez ol qızım!
- Bilmirəm, hər dəfə bir nömrəylə zəng edir. Yəgin kimnənsə telefon alır.
- Bax qızım, gör nə deyirəm! Bir də zəng etsə sən ona de, anana zəng elə. Zəng eləməsə də, de, anan səni Yevlaxda Avtovağzalda gözləyəcək, heç hara getməyəcəm. Orda gözləyəcəm, gəlsin ora, gəlməsə də mənə mütləq zəng etsin.
Daha Gəncəyə getməyə lüzum görmədi. Onsuz da gedib Vüsalı heç yerdə tapmayacaqdı. Ən yaxşısı Gəncə ilə Tərtər arasında - Yevlaxda onu gözləsin. Çünki bayaqdan oğlunun sorağını Gəncə ilə Tərtərdən almışdı.Yevlax onunla görüşmək üçün ən əlverişli yer idi. Oğlu Gəncəyə də getsə, Tərtərə də getsə Yevlaxdan keçəçəkdi.
Axşam saatına qədər Yevlax avtovağzalında gözləmə salonunda oturub gözlədi. Lakin Vüsaldan xəbər yox idi. Səhər tezdən bəlkə on dəfə Aytaca zəng vurmuşdu. Telefonunda kontur da qalmamışdı. Səhər xəstəxanada yediyi mannı sıyığının üstündə idi, boğazından su da keçməmişdi. Çantasında yemək var idi, lakin, onu da yeməyə qıymirdi. Axi bu yemək oğlunun sevdiyi yeyəcəklər idi. Bunu onun üçün ayırmışdı. İndi oğlunun qısmətini necə yeyə bilərdi?
Çantasının içindəki yemək torbasını açdı. Ağırlaşmış qoxu üzündəkı yorğunluğu təssüflə qarşıladı. Yeməklər xarab olmuşdu. Torbanın ağzını bağlayıb yaxınlıqdakı zibil qutusuna tərəf gəldi. Əlindəkini qutunun qapağının üstünə qoyub geri gönəndə, qarşısında bir əsgər gördü.
- Vüsal! Mənim balam...
Əsgərin üzü qapıya tərəf idi, kiməsə baxırdı. Aynur sevincək əsgərə tərəf qaçıb qolundan tutdu:
- Oğlum, hardasan, başına dönüm? Demirsən anam nigarandır, burda nigarançılıqdan ölür...
Sözləri dodaqlarında qurudu. Əsgər Vüsal deyilmiş...
Hava əməlli başlı qaralmış, avtovağzalda əl ayaq çəkilmişdi. O boyda salonda bir Aynurun ayaq səsləri gəlirdı. Bayaq sosis çörək aldığı bufet də bağlanmışdı. Arada Aytaca zəng vursa da hələ də Vüsaldan bir xəbər almamışdı. Daha burda gözləməyin bir adı yox idi. Getməliydi. Yorğun adımlarla yola çıxıb Bakı taksilərinə yanaşdı. Qıymət danışdı. Biriylə qiymət razılaşıb maşına oturacaqdı ki, Aytac zəng elədi.
- Aynur xala, Vüsal zəng etdi sənə? İndi zəng eləmişdi, dedim anan səni Yevlaxda gözləyir.
- Nə vaxt zəng elədi?
- Elə indicə, heç üç dəqiqə olmaz. Danışdı, hirsləndi ki , anam niyə gəlib, mən uşağam?
- O, hələ bunu başa düşmür ki, 50 yaşı da olsa evlad ana üçün hələ uşaqdı - Aynur dərindən nəfəsini alıb:
- Ver, o,nömrəni mənə, tez ol, qızım!
Aytacın whatsaapdan gödərdiyi nömrəni yığdı.
- Alo, qardaş, biraz əvvəl bir əsgər zəng vurmusdu sizin telefondan...
- Hə, qolundan yaralı olan əsgər?
- Hə, başına dönüm, bax o...
- Getdi, ay bacı...
- Hara getdi?
- Bılmırəm... Telefonumu istədi, bir dəqiqəlik, kimnənsə danışdı, verdi, sonra da getdi, yanında da bir əsgər var idi.
- Sİz hardasız, hardan danışdı o?
- Gəncədəyəm...
- Yaxşı sağolun.
Gəncəyə getməməyinə peşıman olmuşdu. Özü özünü söyürdü ki, niyə bayaqdan burda gözlədiyini Gəncəyə getməyib. İçəridə var gəl edir, avtovağzala gırən başqa avtobusların qabağına qaçır, nigarançılıqla sərnişınlərə boylanır, gah da nigaran nigaran sərnişin boşaldan taksilərə baxırdı. Nə edəcəyini bilmirdi, Bakıya qayıtsınmı, yoxsa burda oturub gözləsinmı? Avtovağzala iki Qazel minibusu girdi, arxasınca yolun kənarında bır yük maşını dayandı.
Aynur minibusun yanına qacdı avtobusdan düşən sərnişinlərə nigaran nigaran baxırdı. Sərnişinlərin arasında gözü oğlunu axtarırdı. Oğlu yox idi. Anidən gözü yolun kənarındakı Kamaza sataşdı. Kamazın kuzasından iki əsgər yerə hoppandı. Həyəcandan az qala Aynurun ürəyi ağzından çıxacaqdı.
- Uşş, səni verən Allaha qurban olum, anan boyuna qurban olsun, balam...
Aynur qollarını açıb, Allaha şükür edə edə Vüsala doğru qaçdı.
Ana və bala elə həsrətlə bir birinə sarıldılar ki, elə bil illərlə bir birlərini görmürdülər.
- Ana, ana can...
- Can ana... Anan qurban sənə...
Biraz əvvəl avtobusdan düşən sərnişinlər onların başına toplanmış, bu təsirli səhnəyə tamasa edirdilər. Hər kəsin üzündə sevinc təbəssümüylə bərabər göz yaşı da var idi. Başqa vaxt əsgər adi bir insan kimi görünsə də indi əsgər cəhənnəmdən çıxıb gəlmiş mələk kimi görünürdü insanların gözlərində. Hərə bir tərəfdən Vüsalla gələn əsgər yoldaşını sorğu suala tutmuş, cəbhədəki vəziyyətlə maraqlanırdı. Heç kim ana ilə balanı ayırmağa qıymırdı.
Nəhayyət Vüsal anasının gözünün yaşını sılib utancaq nəzərlərlə ətrafa baxdı.
- Yaxşı ee, millət bizə baxır, ana. Gəl gedək!
- Hara gedək Vüsal? Gəl, gəl gedək, odur taksılər orda... Gedək evimizə qadan alım, gedək Bakıya.
- Axı, ay ana, sabah mənim vaxtım bitir. Mən sabah hərbi hissədə olmalıyam, gedə bilmərəm .
- Oğlum, belə eləmə balam, axı üzünü indi görürəm, sənə doymadım, səni qoxlamadım, anan qurban sənə , madəm icazəliydin, bəs niyə gəlmədin evə, bilmirdin necə nigaranam?
- Ana, mənim yoldaşlarım canını, qanını döyüşdə qoymuşkən, mən evdə necə rahat ola bilərəm ki?
- Axı belə vəziyyətdə də heç nə edə bilmirsən.
- Bacardığım qədər, bir şeylər edirəm ana.
- Baxım qoluna, yaran çox ağırdır? Bəs sənnən gələn bu oğlan kimdir?
- Yox ay ana, bir balaca sıyrılib, narahat olma... Hə gəl, Cavidlə tanış elıyim səni, dostumdur. Fövqalade hallarda işləyir, xilasedicidir...
Aynurla Cavid salamlaşdı.
- Allah sızı qorusun, bala, allah sızı pənahında saxlasın, tezlıklə keçəcək bu günlər, allah sizi ailənizə , ananıza bağışlasın, qovuşdursun...
- Bağışlayın, üzür istəyirəm. İstəmədən qulaq qonşusu oldum. Deyəsən burda qonaqsız, sabah da əsgər qardaşımız hissəyə geri dönəcək?
Bir kişi çəkinə çəkinə Vüsalın və CAvidin çiyinlərini qucaqladı:
- Deyirəm, ora bura getməyin, gedək bizə, gecəni bizdə qalın, yatın, dincəlin, sabah mən sizi aparıb hərbi hissənizə qoyaram.
Üçü də bir birinin üzünə baxdı.
- Mən getməliyəm qardaş, Allah razı olsun. Vüsal istəyirsən, ananı da götür bir yerdə gedək bizə - deyə Cavid dilləndi.
- Yox, Tərtərə getsək, sabah ordan Beyləqana getməyim çətin olacaq. Həmdə orda bılırsən vəziyyət pisdir, atlrlar. Sağol qardaş. Bu neçə gündə məni evində qonaq etdin. Haqqını halal et.
- Nə demək, halal xoşun olsun. O zaman mən gecikməyim, evdəkilər nigaran qalmasın. İki gündür getmirəm evə.
Vüsalla dostu öpüşüb görüşdülər. Cavid Aynura yaxınlaşıb onun əlindən tutdu.
- Əziz əsgər anası, icazə verin, əlinizdən öpüm! Halal olsun sizin kimi anaya ki, Vüsal kimi ögul dünyaya gətirib, belə bir qeyrətli oğul yetişdirmisiz . Siz bilsəydiniz ki, bu beş gündə o, yaralı yaralı mənimlə bərabər neçə ailənin imdadına çatdı. Neçə insana kömək oldu. Yarasınin tikişi bir neçə dəfə partladı, qanadı. Bu onu qətiyyən qorxuzmadı, əksinə yarasını bizdən gizlədərək köməyə davam etdı. Vüsal əsl fəxr edilməli oğuldur - deyib Aynurun əllərindən öpdü.
- Haqqınızı halal edin anam! Anam deyirəm, Vüsal kimi oğulların anası damarında Azərbaycan qanı axan bütün qeyrətli oğlanların anasıdır...
Aynur iftixarla gözlərinin yaşını sılə sılə gah oğluna, gah da əsgərə baxırdı.

  Cavidi yola saldıqdan sonra Vüsalla tanımadığı Yevlax sakininin maşınına oturdular. Hara getdiklərini bilmirdilər. Kişi hey cəbhədəki uğurlarımızdan danışır, əsgərlərimizlə fəxr edirir, ermənilərin ünvanına nif-nalə tökürdü. Arada bir Vüsala nəsə suallar verir, nəsə cavab almaq istəyirdi. Təbii ki, Vüsal onun suallarının cavabını məharətlə başqa səmtə çəkərək verirdi. Qadınlığıyla Aynur da bunu başa düşürdü ki, hərbi sirr heç bir yerdə açılmaz. 
  10 - 15 dəqiqəlik məsafədən sonra bir kənd məhəlləsinə girdilər.  Evləri də elə kəndin girişində idi. Sürücü  bir iki dəfə maşının siqnalını verdikdən sonra qarşısında dayandıqları böyük mavi darvazalar tay ba tay açıldı, maşın içəri daxıl  oldu. Maşından düşərkən onları  əvvəl 16- 17 yaşlarında bır oğlan, sonra da bir qadın salamladı. Xoş beşdən sonra içəri keçdilər.
    Faiqin ailəsi böyük ailə idi, yaşlı anası və  atası, xanımı, 4 uşağı ilə bu alçaq köhnə və kasıb evdə bərabər yaşayırdı. Bayaq onları qarşılayan oğlu evin böyük oğluydu. Yaşı kiçık olmasına baxmayaraq ağıryana hərəkətləri onu yaşından çox böyük göstərirdi. Vüsal ondan çox böyük olmasına baxmayaraq, Vüsalla həmyaşıd kimi söhbət edib, danışırdı. Aynurun başı Nəzirə xalayla söhbətə qarışmışkən bir gözü də evin gəlini Nüşabədə idi. Maşallah, qoçaq gəlinə oxşayırdı. Gec saat olmasına baxmayaraq tez bazar iki çolpa kəsdirib əla ayaq elədi, biraz sonra "dopu" qazın üstündə bişən çığırtmanın qoxusu  Aynurun gözlərinə işıq gətirdi. Səhərdən bəri acdığını  yalnız indi başa düşürdü. Burazdan Faiqın xanımı qızları ilə gözəl bir süfrə açdı.
  Faiqın qızı ananın diqqətini özünə cəlb etmişdi. Qızın bir gözü oğlundaydı. Qızın Vüsaldan xoşlandığı ananın gözündən qaçmamışdı. Bunu qızın utancaq nəzərləriylə Vüsalı süzməsindən, Vüsalın diqqətini özünə çəlb etmək üçün cay falan verməklə qəsdən onun qoluna toxunmasını görməmək mümkün deyildi. Bu Aynuru qururlandırırdı. Hətta ürəyindən də keçirdi ki, müharibə qurtarsın, bu gözəl ailəylə dostluqları davam etsin, əgər, Vüsalın Aytacla ulduzu barışmasa, elə bu qızı oğlu üçün istəsin, alsın. Bir ana kimi qız ürəyinə yaman yatmışdı. 
   Yeyib içdikdən sonra içəri otaqda ana ilə balaya yer açdılar.
   Vüsalla Aynurun yatağı ayrı salınsa da Vüsal öz yerinə girmədi. Yorğanı qaldırııb uşaq şıltaqlığıyla anasınin qucağına atıldı. Elə bil ki, Aynur bunu gözləyirdi.Cəkdiyi İllərin sitəmi, ağrı acısı, dərdi bəlası gözlərinin önündən gəlib kecdı. Gözlərinin yaşı sel olub başını qolunun üstünə qoymuş oğsunun saçlarını islatdı.
   - Anan boyuna qurban
   - Ey, ana, bəsdir də, niyə ağlayırsan? 
   - Anan qurban, ölürəm fikirini çəkməkdən. Sənə bir şey olarsa mən neyləyərəm?
   - Nə çəkirsən fikirimi, uşağam mən? Nə olacaqsa olacaq, neyləyəcəyik. Alnımıza nə yazılıbsa onu da görəcəyik. Allahla Allahlıq etmiyəcəyik ki...
  - Nə bilim ay bala, müharıbədir, o qədər arzularım var ki, toyunu edəcəm,  gəlin gətirəcəm, evimizi tikəcəyik,  müharibə  xəbəri adamı həyatdan soyudur, ay balam. Adamın ağlına hər şey gəlir-Aynur içını çəkdi-Allah  dağını ürəyimə çəkdirməsin ay bala, bu qədər illəri hər zülümə qatlanıb sənin üçün yaşamışam, rəbbim möhlət versin, xeyrini görüm. 
   -  Görürsən də ay ana, sənin oğlun əsgərdir, bundan sonra nə olavağını bilmirəm. Amma bu vaxta kimi   sənin oğlun 5 kəndi düşməndən təmizləyib. 5 kənddə sənin də oğlunun qanı axıb ee-  deyə Vüsal gülərək anasının eynin açmaq istədi.
   - Ehhh...
   - Bu qədər şəhid var, yaralı gəlir, onların anası ana deyil? Bəs bu analar neyləyir? Onların uşaqları uşaq deyil? 
   - Məni öldürmək istəyirsən Vüsal? Niyə belə danışırsan? Allah uzaq eləsin, dərdini mənə göstərməsin.
  - Ana, bu dərd deyil ee. Heç bilirsən orda, o döyüşə girəndə biz nə hiss edirik, nə düşünürük? Biz cənnəti gözümüzün qarşısına gətiririrk. Biz döyüşə girəndə geri baxıb ana, bacı, sevgilimizə baxmırıq. Bizim üçün, ana da, bacı da, sevgili də vətəndir.
  - Yəni vətəni bizdən çox istəyirsiz? Vətən torpaqdır, amma biz insanıq, acı çəkirik, dərd çəkirik..
  - Vətən olmasa biz heç kimik, ana! 
   - Bəs Aytac? Mənə elə gəlir  Aytac olmasa sən...  Sən  Aytac üçün...
   - Aytac da vətəndən başlayır ana. Birdə xahiş edirəm , vətən sevgisiylə, digər sevgıləri qarışıq salma.  Heç bir sevgi üçün heç bir insan ölmür amma vətən sevgisi üçün, həm öldürür, həm ölür. 
   Başını qaldırıb anasını süzdü. Onu təsəlli etmək istəyirdi. 
   - Ana, bilirsən,  necə başa salım ee?  Vətən də bizi sevir, vətən unsanlar kimi vəfasız deyil. Bax 23 yaşım var, heç Qarabağı görməmişəm, orayla heç bir bağım yoxdur. Amma uzaqdan o dağlara baxanda sanki, uzaqdan o yerlər bizə qolların açır, gəlin, bizi qucaqlayın, sevin deyir.
   - Eh sən Allah... 
   - 30 il keçıb ee aradan o işğaldan qurtardığımız kənd sanki gəlişimizə sevinirdi. Amma insanlar belə deyil. Beş altı aydır şəhərdən uzaqlaşmışam, nə arayan var, nə soran, nə tanışlar, nə dostlar. Elə bil sevdiyim də məndən uzaqlaşıb...
   - Elə demə, Vüsalım, axı Aytac neyləsin əsgərlikdəsən. O səni çox istəyir. Ailəsindən asılıdır, nişanlı deyilsən, sözlüsü deyilsən. Yazıq qız neyləsin ee?
  - Ana, mən uşaq deyiləm, bir şeylər hiss edirəm, Aytac əvvəlki Aytac deyil! 
   Əslındə Aynur söhbət açılmışkən Vüsalla Aytac barədə danışmaq istəyirdi. Ailəsinin Aytacı başqasına nışanladıqlarını, lakin Aytacın hələ də onu sevdiyini, əsgərlikdən gələn kimi ona qaçacağını demək istəyirdi. Lakin tərəddüd edirdi. Birdən bu xəbər Vüsala pis təsir edər. Müharıbədədir, fikiri qarışar, diqqəti yayınar, əcgərliyini buraxar, gəlib qızı qaçırar, sonra başını bəlaya soxar, Vüsal tutular...ağlına pis pis fikirlər gəlirdi. 
   - Ana həmişə Aytaca zəng edirdim, telefon zəng etməmiş tezcənək açırdı, sankı zəngimi gözləyirdi. Səmimi, sevincək, gözəl danışırdı.
  - Yenə heylədir oğlum...
   - Yox, İndi zəng edirəm cavab gecikir, "bir dəqiqə gözlə" deyib keçir başqa otağa. Sankı  kimnənsə gizlənir, məndən qaçır. Atacı tanıya bilmirəm, ana. Mən qəzaya düşəndə sabaha qədər xəstəxanada başımın üstündə qalan qız deyil bu? 
   Aynurun fikiri bur neçə il bundan qabaq baş verən üzücu bir günə üçdü.  Bir qudurğan məmur uşağının  fironluğu nəticəsində Vüsalın "Yorğun yolları" maşının altında qalmışdı. Satdığı bütün hər şey dağılıb məhv olmuşdu. Vüsal arabasının acığını məmur uşağından yumuruqla çıxmışdı, ağız burnunun qanını bir birinə qatmışdı. Vüsala gücü çatmayan məmur uşağı, bir neçə saatdan sonra başının dəstəsiylə bazara gələrək Vüsalı axtarıb tapır.  Dostlarıyla Vüsalı pıs günə salırlar. Bundan ürəyi soymayan harınlamış oğlan atasının varına güvənərək maşını düz Vüsalın üstünə sürmüşdü. Vüsal yaralanıb xəstəxanalıq olmuşdu. Hələ o vaxt Aytacla bir birlərini təzəcə sevirdilər... 
    - Yadına düşür ana, o vaxt atası mənim yanımda qaldığı üçün Aytacı necə döymüşdü? Hələ bir ay da  qızı ev dustağı eləmişdilər.  Nə illah etsələr də nə kasıblığım, nə yazıqlığım Aytacı məndən döndərə bilməmişdin. İndimi mənim bir düşmən gülləsindən yaralandığımı eşidib Aytac yanıma gəlmədi. Halbuki, mən bu gün onu burda gözləyirdim, səninlə bərabər. O səni tək qoymamalıydı.  Axı o mənim ömürgün yoldaşım olacaq! Bərabər gəlməliydiz. Sabah nə olacağım bəlli deyil, bəlkə o güllə bu dəfə qoluma, qıçıma yox, ürəyimə dəydi...
   - Hiii... Allah qorusun, dəlisən sən?  Bu nə danışıqdı. Məni öldürmək istəyirsən, Vüsal ?Mənim səndən başqa kimim var ay oğul, nə ölümdən danışırsan, ay bala?  Deyəsən mövzu tapmırsan danışmağa? Ailəmmi var, qardaşım bacımmı var?  Səndən başqa kimim var mənim? Sənə bir şey olsa...
   Aynur həyəcanla yatağının içındə oturaraq hönkürüb ağladı. Vüsal başını anasının dizinə qoyub anasının əlindən tutdu. Əllərini  dodaqlarına yaxınlaşdırdi, öpdü.
   - Ağlama ana, müharıbədir, hər şey ola bilər, hazır olmalıyıq hər şeyə. Mənim də səndən başqa heç kimi yoxdur deyə fikirləşirdim. Amma var... Vətən... Sən də oğlumdan başqa heç kəsim yoxdur deyə fikirləşırsən. Amma inan mənə var, ay ana, var... Bütün Azərbaycan... Bax vallah sabah mən igidliklə şəhid olum, gör məni neçə ana ağlayacaq, gör mən neçə oğulun, kişinin çiynində gedəcəm. Gör sənə neçə qadın ana, bacı olacaq, sənə neçə qadın dil verib, məni ağlayacaq. Bax məndən sonra onlar olacaq sənin anan, atan, ailən, oğlanların. Mənim üstümdə solan qələnfillər sənin qızların, gəlinlərin olacaq ..
- Sus, sus oğlum, sus...
- Ana bir xahışim var. 
- Yenə nə sayaqlayırsan? Öy ölək, səhər tezdən duracağıq.
   - Qoy bunu da deyim...
   - Öldürmək istəyirsən məni Təyziqım qalxdı artıq... 
   - Yadındadır, o bazarın yanındakı çiçək dükanından sənə oğurlayıb gətirdiyim güllər?
   Aynur gözlərinin yaşını silib xatirələr arasındaki təbəssümlə oğluna baxıb başını yellədi.
  - Sən də məni çiçəksiz qoyma ana!!!

   Səhər yuxudan qalxanda özünü saxlaya bilməyib qəhqəhə çəkdi Aynur.
   - Bu nə yatışdı ay allah saxlamış..
   Vüsal hələ də anasının qoynundan başını çıxartmamışdı,  gecədən eləcə yatırdı.
   Gecə Vüsal yatanda anasından xahiş etmişdi ki, icazə versin başını onun döşlərinin arasına qoymağa, balaca vaxtı Vüsal anasının köksünü qoxlamadan yuxuya getməzdı. İndi yekə kişi olub, hələ də anasının qoxusuyla yatmaq istəyirdi. Aynur həm gülümsəyir, həm də ağlayaraq  Allaha dua edirdi:
   - Allah, balamı mənə çox görmə ya rəbbim...

    Səhər yeməyindən sonra  həyətə düşəndə Aynur gözlərinə inanmadı, bütün kənd Faiqin evinə axışmışdı. Əlində torbalarda kartof soğan,  bağçasından mer- meyvə gətirən kim, təndirində sabahın korunda çörək bişirib isti çörək gətirən kim, həyətindən toyuq çüçə tutub ayağını iplə bağlayan, yayda qışlıq hazırladığı tutmasını balonlarla  gətirən,  bişirdiyi mürəbbələri təmiz parçalara bükənlər, bidonlarla şorundan, pendirindən qoyan kim... Faiqin maşını ağzınacan tıxcanmışdı. Vüsal o yana dursun Aynurun ürəyi qürurla çırpınırdı. xalqının bu qədər vətənpərvər və mərd oduğunu ağlına gətirməzdı. Xalq, əsgərə mənəvi dəstək verirdi.
   - Görürsən ana, gör əsgərinin nə qədər, qohum əqrabas, dostu tanışı var? Möhkəm ol, sən tək deyilsən, Bütün Azərbaycan bizim əzizimizdir - deyib qürurla anasının çıynini qucaqladı.
 
   Faiqlə bərabər Vüsalı hərbi hissəyə  qoydular, halallaşıb, görüşüb geri döndülər. Faiq özü Aynuru Bakı avtobusuna qoyub yola saldı. Hələ yolpulunu da verdi.

    Evə girəndə içki, siqaret və kirli qabların qoxuundan ürəyi ağzına gəldi. Əri həmişəki kimi ortalığa qoyulmuş masanın arxasındakı dıvanda yatırdı. Daha nə deyinməyə, nə də iş görməyə halı yox idi. İki günün yorğunluğu və həyəcanı  gözlərinin qapaqlarını yumurdu.
Odur ki, özünü hamama atıb isti bir duş aldı. Hamamdan çıxanda əri oyanmışdı, özünə yemək hazırlayırdı. Ərinin nə dediyini belə vecinə almayıb yataq otağına girib qapını içəridən bağladı.Nə qədər, neçə saat yatdığını bilmədi, gecə yarısı yuxudan oyandı. Nə illah etdi ,gözünə yuxu getmədi. Əlüstü bir şeylər atışdırıb qollarını çırmələdi. Evin bütün çarşaf və pərdələrini söküb hamama daşıdı . Hamam vannasında isti su hazırlayıb paltarları islağa qoydu., gecəylə pəncərələri sildi, hər yerin tozunu aldı. Arada imkan edib yuduğu çarşaf və məhrəbaları qaynamağa qoydu. Bütün qab qazanı sürtüb təmizlədı. Neçə aydan bəri idi ki, heç belə təmizlik etmirdi. Ərinin ickisindən və üfunət qoxuyan nəfəsindən evdə iş görməyə həvəsi qalmırdı da.
    İşini qurtarıb paltarları sərəndə səhər çoxdan açılmışdı. Nizamı hələ növbədən qayıtmamışdı. O bu saata qalmazdı. Nigaran deyildi, amma  məətəl qalmışdı ki Nizamı  işdən çıxıb hara getmiş ola bilər ki? Axı gedəcək bir yeri də yox idi. Dost tanış da yox idi ki bərabər içməyə gedələr. 
   İşlərini bitirib divanda oturdu, televizora baxa baxa mürgülədi. Telefonun səsinə yuxudan qalxdı. Xalasının əri idi. Aynuru təcili Semoşko xəstəxanasına çağırırdı. Nizamı axşam işə gedərkən ıç yerının yaxınlığında  onu maşın vurubmuş.
   Başı alovlu xəstəxanaya qaçdı. Nə qədər pıs olsa da 23  illik həyat yoldaşı idi, it pişik kimi didişə didişə yaşasalar da, dar günündə Nizami Aynura və oğluna sahib çıxmışdı. Aynura ailəlik, Vüsala atalıq eləməsə də adı üstlərində ölmuşdu...
  Nizamı yetim idi, Aynurdan başqa da heç kimi yox idi, bu günüdə də Aynur onun yanında olmalı idi. Bu onun qadınlıq vəzifəsiydi. 
   Xəstəxanaya çatanda geçikmişdi , Nizami canını tapşırmışdı.  Nızamının üzünü axırıncı dəfə xəstəxananın morqunda gördü.
   Dəfn mərasimi hazırlana qədər Aynur Vüsalın atasının dəfnində iştirakı üçün lazımı yerlərə müraciət etdi. Lakin ona rədd cavabı gəldi. 
  Vüsal izindən yeni qayıtmışdı, həm də bu dəqiqə ön cəbhədə idi. Yenə də atasının öldüyünü nəzətə alıb Aynura ümüd verdilər. Bəlkə döyüş bölgəsindən qayıtdıqdan sonra nəsə fikirləşəcəklərini dedilər. 
  Nizamını dəfn edəndə çox adam yox idi, sadecə Aynurun 3 qardaşı, anası, xalası və xalasının əri. Bir də qaldığı həyətdəki iki üc qonşu vəssalam. Heç atası da  mərasimə gəlməmişdi. 
   Dəfindən sonra Aynurun yanında da qalan olmadı. "Korona var, yas vermək, bir yerə toplaşmaq olmaz " deyə bəhanələrlə dağılışdılar. Bir anası qalmaq istədi. Ona da Aynur izin vermədi. Tənəylə :
  -Xəstəliyə düşərsən, qoca arvadsan, gedərsən evdəkiləri də salarsan, sonra qan qarğış yiyəsi olaram.
   Axşam anasını yola salıb içəri girdi. Divanln üstündə Nizamının yatdığını gördü. Masanın üstü həmişəki kimi  dağınıq,  kirli qab qacaqlı, yenə ev tör töküntü idi.  Gözlərinin qarçısında ev həmişəki kimi idi. Bir içki və siqaret qoxusu gəlmirdi.  Eslində hər yer çiçək kimi tər təmiz idi... 
  Masanın arxasına keçıb divanda oturdu. Kövrəlmişdi, heç ağlına gəlməzdi ki, nə vaxtsa Nizami üçün ağlayardı. İndi elə tənhalaşmışdı ki...
   Çənəsi büzülə büzülə, dodaqları əsə - əsə əlini Nizaminin yatdığı yastığa uzatdı. Onun hər zaman tüklü uzü,pırtlaşıq olan saçını sığallayırmış kimi yastığı sığalladı.
   - Ah, Nizi,nə deyim səni ağlayım, axı bir xoş günümüz yadıma düşmür. Amma yenə dayana bilmirəm, yenə mənə həyan idin. Yenə ürəyim dolanda, dediyimi anlamasan da, içimdəki  fəryadımı başa düşməsən də ürəyimi sənə boşaldırdım. Hirsimi sənə tökürdüm. İndi neyləyim kımlə danışım? Kimə içimi boşaldım? Dərdimi kimə deyim? Darıxıram Nizami, darıxıram... Kaş məni tək qoymayaydın...
  Aynur başını yastığa basıb hönkür hönkür ağladı...
   Özünü yaxşı hiss etmirdi. Bütün əzələləri ağrıyirdi. Sanki kimsə tutub onu döymüşdü. Yerindən qalxa bilmirdi. İki gün idi Nizamini itirdiyi,  hələ bir adam nə qapısını çalmışdı, nə zəng eləmişdi. Qalxıb özünə bir stəkan çay da qoya bilmirdi, ərinirdi, yorğun idi. Arada bir qonşu gəlin gəlir, ona baş çəkir, evindən gətirdiyi bir boşqab isti yeməyi önünə qoyurdu. Bir də Aytac zəng edirdi. O da danışanda cəbhədə vəziyyətin gərginləşdiyini, uzaq - yaxın, tanıdıq, tanımadıq əsgərlərin şəhid olduğundan xəbər verirdı. Tükənmişdi. Nə heç kimlə danışmaq, nə də, heç nə eşitmək istəmirdi. Dili  nə deyirdi, beyni nə düşünürdü heç özü də bilmirdi. Qızdirmadan alışıb yanırdı. Onun qızdırması qonşu gəlini təşvişə salmışdı. 
   - Aynur, birdən korona olarsan ee, qalx, qalx get bir yoxlat.
  - Yox, ay qız, heç nəyim yoxdur sadecə yorğunam, iki gündür yollarda, sonra gəldim gecə sabaha qədər ev eşik, tərlədim. Üstü açıq yatıb qalmışam. Sonra Nizaminin xəbəri... Tərli tərli qaçdım xəstəxanaya, cənazə, ora qaç, bura qaç, üşütdüm. Keçər.
   Aynurun etirazına  baxmayaraq qonşu  gəlin Aynur üçün təcili yardım çağırdı. Allahından korona deyilmış, Aynurun dediyi kimi sətəlcəm olubmuş .
    Yuxu görürdu. Bir avtobusla səyahətə çıxmışdı, Vüsal da yanındaydı. Bilmir necə olduysa Aynur avtobusdan aşağı düşür , yaxınlıqdakı dükanların birinə girir. Oğlu üçün bəylik paltarlarına baxır.  Kostuyumlardan birini seçır və geri dönüb Vüsalı çağırmaq istəyir ki, Vüsal gəlib kostuyumu geyinib baxsın. Lakin, bu vaxt avtobus hətəkətə keçir. Aynur kostuyumu yerinə asıb avtobusun arxasınca qaçacaqdı ki, görür ki əlindəki kostuyum al qan içindədir.  Yollar qana dönüb. Aynur Kostuyum əlində avtobusun arxasınca qaçır,  təssüf ki yetişə bilmir. Avtobusun arxasınca qışqırır... 
   Hardansa toy səsi gəlir, Aynur əlində bəylik  paltarı oynaya oynaya, səsə tərəf gedir, o qədər oynayır ki, o qədər atılıb düşür ki, Aynur bütün qan tər içindəydi... Hardansa qonşusu gəlib çıxdı, onun tərini silərək, onu silkələyirdi.
   - Aynur, ay Aynur qalx, Aynur.
   Aynur gözünü açanda bütün qonşular kişili qadınlı başının üstündəydi.
   - Nolub, xeyirdir, Vüsal gəlib? Niyə yığışmısız bura?  Hanı Vüsal? Cavab verin də! Vüsal... 
   Hamı bir birinin üzünə baxırdi. Aynur bu baxışlarda bir qəribəlik görürdü. Baxışlarda təssüf və kədər vardı. Aynurun sualları cavabsız qalmışdı. Kimsə ağzını açmaq istəmirdi.  Ev sahibi Bəylər dayının  ağladığı diqqətini çəkdi.
   - bəylər dayı, nolub , niyə ağlayırsan? Gülnaz, az sən allah nolub, bir şey deyin. Niyə elə baxırsız, niyə ağlayırsız? 
   Bəylər dayı qapını açıb bayra boylandı, kimisəni içəri dəvət etdi. İki əsgər və bir zabit içəri girdi. Elə bil Aynurun içində nəsə qırılıb ayaqları altına düşdü :
    - Vüsalll  !!! - naləsi kicik evin pəncərələrini cingildətdi sankı. İsəridə qqəribə bir uğultu yarandı. Qadınlar Aynuru qucaqlayıb kürəklərini ovxaladı.
   Zabit rəsmi şəkildə özünü təqdim  edib :
   - Oğlunuz,  Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücayət və qəhramanlıq göstərmişdir. Müharıbə başlayan gündən bu günə qədər  bir neçə kəndin azadlığında onun da payı vardır. Vüsalın qəhrəmanlıqları qürur mənbəyimizdir. Bir neçə saat bundan əvvəl vətənin igid övladı Məmmədov Vüsal Nizami oğlu erməni qüvvələrinin işğalı altında olan stafetejik mövqe olan vacib və önəmli  yüksəkliyi işğaldan azad etmək üçün böyük qəhrəmanlıqlar göstərərək şəhadətinə qovuşmuşdur. Şəhadəti mübarək, şəhidim ! Vətən sağolsun!
   İçəridə şivən, tüğyan qopmuşdu, Aynur isə key key camaatın üzünə baxırdı. Sanki gördüyü və bu gün burda yaşadıqları bütün hər şey yuxu idi...

   S O  N...

FERİDE ACARAKÇAY

02. 11. 2020

22. 30

 

 

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...