YAZILARIM

Cumartesi, Şubat 15, 2020

NAKAM GELİN (hekayə)



                                                     NAKAM GELİN

 (Hekaye)

   Xəstəxana otağında bir gəlin, doğuş sancısı çəkirdı. Ağrılar içində qıvrılır, otağın içində o başa bubaşa gəzirdi. Arada bir xəstəxana sanıtarı gəlib gəlinin əlini tutur , onu danışdırır , kürəyini , belını ovxalayıb gedirdi . Onunla bərabər əri və anası da gəlmişdi. İçəri girmələrinə icazə olmadığı üçün xəstəxananın gözləmə zalında onu gözləyirdilər. Gözləma zalı ağzına qədər dolu idi . Xəstə yaxınlarını ziyarətə gələn qohum əqrəbalar bir birinin əlini tutur dünyaya gəlməyə hazırlaşan ailə üzvünü canı dildən təbrik edirdilər. 
   Arada bir Elvin haraylaysa danışır , əsəbi halda içəri çölə var gəl edirdi . Nüşabə də üzə vurmasa da hiss edirdi ki, ELvin anasıgilnən danışır ,onu tək qoymaması üçün , onların da bura gəlməsi üçün yalvarır, lakin ,,yox'' cavabı eşıdıncə nə qədər əsəbləşdiyinin fərqindəydi . 
   Gülərin anası əllərini ürəyinin üstündə cütləyib dodaqlarının arasında qızı üçün dua edirdi . 
   - Bacı, nətərdi, gəlinimə yaraşar ? 
  Yanında oturub bayaqdan dil boğaza qoymayan qadının səsi onu fikirindən ayırdı. Qadın əlində zərif eyni zamanda qiymətli bir bilərzik tutmuşdu . 
  Nüşabənin bilərziyə baxdığını görüb davam etdl . 
  - Gəlinimə almışam , özünün xəbəri yoxdur hələ , sürpiriz edəcəm , sağ salamat doğusun . 
  - Həə sağ salamat ... mübarəkdir . 
  - Elə həvəsliyəm ki, belə şeyə ... demişdim oğluma, mənim istədiyimi alsan , hələ bir oğlun olsa gəlinimi qızıla tutacam . Adımız sanımız var , mən qoyardım getsin küçədən keçənin birini evimdə arvad eləsin ? 
  - Sənin istədiyini aldı? 
  - Həə hünəri nəydi almaya ... məni yaxşı tanıyır oğlum . Nu dedimsə qurtardı . 
  - Amma səhv etmisiz , inciməyin . 
   - Niyə səhv edirəm ki ? Səhv zad eləməmişəm . Ölkənın sayılıb secilən ailəsinin qızını almışam oğluma pis olub ?  Sabah bir məclısə arvadını yanına salıb gedəndə deməkləri yaxşıdır Filankəsin yeznəsidir ,  yoxsa boynun yerəsoxum , qıztapmadı arvad eləməyə ? 
   - Nə bilim vallah Allah xoşbəxt eləsin . Yəqin istədiyi yox imiş , oncun razılaşıb. Əvvəlki vaxta baxma ee bacıi indiki cavanlar ...
  - Nə əvvəlki , nə indiki ...özünə gülür . Varıydı bir istədiyi . Acından ölənin baş altını gəzənin  qızıydı . Mən gətirib eləsinə var verərəm ?  
  - Hmm nə deyim ? Allah təki xoşbəxt eləsin hamısını - deyib telefonunu çıxartdı . Saata baxdı . Saat 6 ya goğru gedirdı . Yeznəsinə baxdı ;
  -Ay Elvin ay balam , gəl otur biraz , ayaqların şışdı  firlanmaqdan . 
  - Sən otur , ana ,məndən nigaran qalma . 
  - Oğlundur ? 
  - Yox yeznəm .
  - Həə ...  elə bildim oğlundur , axı ana deyir . 
  -Əlbəttə ki , deyəcək , mən onun anası sayılıram artıq . 
- Vallah dünyanı dağıdaram mənim oğlum məndən başqasına ana desə . 
- Nüşabə əsəbləşirdi bu cahil qadın danışdıqca . Əlində əlac olsaydı qızını burdan çıxarıb başqa bölümə yerləşdirərdi . Təki , beləinsanlarla həmsöhbət olmayaydı . Özünü nəqədər trlefonla məşgul göstərsə də dil böğaza qoymurdu gah özünü ailəsini öyür , qah qollarını yuxarı çırmələyıb bilərziklərini göstərir gah da yanında oturanlarla maraqlanırdı . 
    -Qızın yatır içəridə ? 
  - Hə qızımı gətirmişik inşallah sağ salamat ...
 - Bəs qaynanası hanı ?
 - Qaynanası ? ... şey ... gələcəkdi ... işi çıxdı ... daha doğrusu . Toya çağırıblar ... toyları var idi . Yaxın adamdır qoyub gələ bilmədi . 
  Qadın kinayəylə güldü ...
  - Hıı ... toyu varmış ... əlimdə yağım belə daşsa mən gəlinimi tək qoymazdım . Nəinki toy ! Dey gəlinimin anası da mənimlə bərabər burda . Ay Qətibə, - qadın gəlininin anasına döndü . O aldığını bir göstər !!! 
   Qadın həvəslə çantasın eşdı . Nüşabənin dışı bağırsağını kəsirdı artıq . 
   - Bax bunu da anası alıb . Həm qızına həm də nəvəmə , gəşəydimi sən Allah ? 
   Nüşabə qadının əlindəki incə sep və uşaq bilərziyinə baxmadan dilləndi ; 
   - Həə qəşəydır ... bəs oğlun hanı ? 
   - İşdə ...
   - Arvadı doğur , oğlun işdə ? 
  - Hə nə var ki burda ? Biz burdayıq da.
  - Amma mənim də yeznəm işini buraxıb bura gəldi arvadının yanına , əsas əridir anası gəlməsə də olardı - deyib ayağa qalxdı . 
   - Booyy, arvaddaki gerifə qalmışlığa bax ee,  dost düşmən icində qaynana ,lazımdır ee burda aldığı hədiyələrlə , ər nə qələt edəcək , ər  evdədörd divarın arasında təbrik edər arvadını . 
   Nüşabə dərindən nəfəs alıb özünü sakitləşdirdi . Ətrafdakilara baxdı . Tanımadığı ziyarətçılər əllərin ağzına tutub qadının sözlərinə gülürdülər . Yeznəsinə döndü . 
 - Gəl ay bala, gedək bir çay içək . 
  - Sən get ana , mən burdayam , gedə bilmərəm . 
  - Ay bala,  indi qurtarmır ki , gəl qadan alım , sabahdan ayaq üstündəsən , boğazından su da keçmədi . Elə bil doğan Gülər yox, sənsən- deyə ucadan səsləndi . Göz ucu qadınlara baxdı . Qadınlar baş başa veribona baxaraq  nəsə pıçıldaşırdılar . 
   Elvin isə israrla  heç bir yerə getməyəcəyini deyib qapının ağzında aşağı çöməldi ...
   Qapı açıldı . 
  - Gülər Şıxməmmədovanın yaxınları !!!
  Elvin yerindən dik atıldı .
  - Mənəm ...
  - Gözünüz aydın olsun ... bir qızınız oldu . 
   Elvin sevincindən dayana bilməyib yanındaki atalığa namizədlərı qucaqladı , qaynansından ar edərək gizlıcə göz yaşlarını sıldı 
   - Gülər xanımın anası kimdir ? - qapıçı soruşdu 
  - Mənəm -  Nüşabə  sevincək dilləndi . 
  - İndi birazdan sizi içəri çağıracam . Əşyalarınızı da götürün gəlin !
  Xuraman əlini açıb Allahina şükür və dua etdi . 
  - Şükür sənə ya rəbbim . Sən özün bu günləri də mənə yaşatdın ! Çox təşəkkür edirəm allahım sağol ...
  Sonra yeznəsinə baxdı . Elvinin gözləri dolmuşdu . Özünü saxlaya bilmirdi . Həyəcan və sevincdən əli ayağına dolaşmışdı . Qollarını açıb yeznəsinin boynuna sarldı . 
   - Gəl , səni bir qucaqlayım , təbrik edirəm , əziz balam , ata oldun . Allah analı atalı böyütsin , əlində ovcunda qalsın ! 
  - Sağol ana, mən də səni təbrik edirəm . Sən də nənə oldun - dedi içindən bir ah çəkdi - heyif mənimkilər bu sevinci yaşamadılar... kaş bu günkü gün yanımda olaydılar . Kaş ki qızımın dünyaya gəlişi onların ürəyindəki buzları əridəydi .
  - Əridəcək , əziz oğlum əridəcək . İnan mənə . Darıxma , səbirli ol . Hər şeyin bir vaxtı var - Nüşabə  bayaqkı qadınlara baxdı . Qadınlar hələdə uzlərindəki kinayəli gülüşlə onlara baxırdılar - Unutma ,oğlum, heç bir var və dövlət  sevgini satın ala bilməz . Bu gun burda bi şeyin şahidi  oldum . Kimisi sevgisinin yanında , kimisi şöhrətinin başında . İnan mənə şöhrət,  sevgini öldürür , amma sevgi şöhrət gətirir . Ailən Güləri istəmədi , qəbul etmədi. Amma siz heç bir maneəyə baxmadan evləndiz. Bu günkü gündə də  bura gəlmədilər. Soruşanlara toydadirlar dedim. Olsun . Gun o gün olacaq sizin sevginizə əngəl olduqları üçün peşıman olacaqlar . Şükür bu gün övlad sevinci yaşadın . Əsas odur . Onlar da mən də bu gun varıq sabah yox , əsas sizin bir birinizə , sonra da pis də olsa yaxşıda olsa böyüklərinizə olan hörmətinizdır . 
   Elvin qaynanasının sözlərindən kövrəlib uşaq kimi onun köksünə sığındı . Nüşabə onun başını qucaqlayıb sığalladı ; 
   - Birazdan arvadınla görüşəndə sənin arvadından xoşbəxti olmayacaq orda .sevinəcək ki bu gün mənim yanımda ərim var .  Amma gəlinlər də var ki gözü qapıda qalacaq, ki kaş ke erim gəlsəydi . 
   Göz ucu qadınlara baxdı ; 
   - ağbirçək arvadın danışdığına bax mən ölüm,  uşaq uşaq ... elə bir 15 yaşında qız uşağıdır sevgi məhəbbətdən danışır , ay bacı sevgi də məhəbbərdə budur - deyib qadın barmağın bir birinə sürtdü . 
   Nüşabə isə onların sözlərinə əhəmiyyət verməyib davam etdi . 
   -  Bəlkə bu gün də olmasa, sabah ailən Güləri gəlin kimi qəbul edəcək Çünki sizin sevginizi daha da möhkəmləndirən bir bağınız var, bunu qoparmaq mümkün olmayacaq .  Amma gəlinlər də var ki , gözü ziyarətçılərin içərisində ərini axtaracaq , sevincini əri ilə yaşamaq istəyəcək , amma əri yanında olmayacaq , ərin sevgisini , pullar , qızıllar, böyük bir nəsil - kök  əvəz edəcək . Bəlkə də belə ailələr düşürlər ki, bu uşaq onları bir birinə bağlayan bağdır . Amma deyil oğlum . Sevgi olmayan yerdə heç bir bağdan söhbət gedə bilməz . 
  Qızın anası utanaraq başını aşağı salmışdı . Bəlkə də düşünürdü ki tanımadığı bu qadın haqlıdır . Bəlkə də bu üadın onu qəflət yuxusundan oyandırmışdı . Qadının əlləri yanaqlarına gedib gözlərinin yaşını silirdi . O biri qadın isə döyüşkən xoruza çevrilmışdı . Ayağa qalxıb Nüşabənin üstünə şığımaq istəyirdi ki , qapıçı qadının başı qapıda göründü 
  - Gülər Şıxməmmədova...
  - Mənəm , anasıyam Nüşabə irəli addımladı . 
 - Hə sizsiz ? Əşyaları da götürün , ardımca gəlin !
  Nüşabə qapıçının ardıyca içəri keçmişdisə də hələ də bayırdan qadının səsi gəlirdi . Nüşabənin arxasıyca deyinirdi . 
    
    Sabaha yaxın xəstəxananın həyətində elə bil toy var idi. Davul zurna çalınırdı . Nüşabə pəncərədən aşağı boylandı . Bayaq tanış olduğu ailə idi . Deyəsən nəsilin yeni üzvü dünyaya gəlmişdi . Bayram edirdilər .
   Biraz kecmiş otağa yeni xəstə gətirdilər. Ardıyca gəlinin anası... Təsadüf onlaru bu palatada görüşdürdü . Sabahdan bəri özlərini , varlarını öyən ailənin gəlini bu zəif çəlimsiz gəlin  imiş.
    İçəri iki dəqiqənin içində içəri şahzadə otağı kimi bəzəndı. Bahalı güllər , hədiyələr yan yana düzüldü . Gəlib gedənlər  həkimindən tutmuş, saniratına qədər pullar dağıdırdi . İçəri toy evi kimi doldu boşaldı . Gəlinin üstü qızılla , pulla doldu . Hamı xoşbəxt görünürdü , bir gəlinin gözü nigaran nigaran gələnlərin içində kimisə axtarırdı . 
   Elvin ilə Gülər qumuru quşlarına  bənzəyirdilər. Yatağa xanımının yanına yarıuzanılı yatıb Gülərlə və qızıyla selfilər çəkirdi . Çox xoşbəxt görünürdülər . Əlləri bir birindən ayrılmır,  gözləri sevgiylə danışırdı . Elvin qaynanasından ar eləsə də , özünü saxlaya bilmirdi . Sözləriylə deyil baxışlarıyla xanımına sevgisini verirdi . Bunu hiss eden qadın gənçləri otaqda baş başa qoyub bayıra çıxdı . 
   Karidorda həmin qadınlarla rastlaşdi . İstər istəməz onların danışıqlarına qulaq yoldaşı oldu . Oğlanları xəstəxanaya arvadını görməyə gəlməyəcəkmiş . 
   - Mənə deyir , özünüz istəyib almamısız? Di aldım , Oğlan demirdin ? Ala oğlan da goğdu . Day məndən nə istəyirsiz ? Əl çəkin məndən ! Gedin o gəlininiz o da siz ...
  - Booy başıma xeyir . Bu nə vaxta qədər belə olacaq ?  Gulşən Sədi deyib əl çəkmir , ay bacı . Mən nə qələt elədim . Uşağımı özüm öz əlimlə bədbəxt elədim . Bayaq o çöldəki arvad danışanda qınayırdıq arvadı . Haqlıymış . Dünya görmüş arvaddır  halal olsun  vallah . 
  - Az boş ver arvadı marvadı , neyliyək indi ? Nə deyək Gülşənə ? 
 - Vallah , düzü day bəhanə tapa bilmirəm , özün bir şey fikirləş . Dedim ki , maşını əzib , gələ bilmədi ,dedi maşın məndən artıqdır ? Dedim yalandan ; ay bala problem çıxıb aparıblar ştrafnoya , sabah gələr . İndi nə bəhanə edək bəs?
   - Heş nə deyərik , işdədir , xarıcdən qonaqları gəlib , başın qataq . Görək hardan bir güclü molla tapırıq, bir şirinlik duası yazdıraq, yenə bunları birləşdirək . 
   - Köpəyoğlunun q... si nətər bağlayıbsa gədəni ozünə , gədə dayana bilmir onsuz . Ay balam xalx evlənib indi də uşağı var , day nə istəyirsən ? Açıl da yaxamızdan ...
   Nüşabə əsəbləşırdı artıq . İlk dəfə idi bu ailəni burda gorürdü .  Sanitar və tibb bacılarından eşıtmışdı ki , şəhərin tanınmış nəsilindəndirlər . Kökləri bəy - ağa zamanına dayanan bu ailə şəhərin zəngin  və avtoritet ailələrindəndir .
   İçəri keçdi . Qaynanasının içəri girdiyini görüb Elvın xanımının yanından qalxdı . Gülümsəyərək uşağın üzünü sığalladı . Digər xəstələrin də yoldaşları yanlarında idi . Bir o zəngin gəlinin əri yox idi, onu ərinin ailəsi əvəz edirdi . Qaynanası başına pərvanə kimi dolanir , özü oz əliylə gəlinini yedirdir . Ona göstərişlər verirdi . Gəlin isə küskün , əzilmiş, hər şeydən bezmiş görsənirdi 
  Qapı açıldı 
  - Ana? 
  Nüşabə və Gülər anidən qapıya boylandı . Elvinin anası və bacıları gəlmişdi . Gülər özünü nizama salıb yerində dikəldi . Çaşqınlıq içındə idi . Onu qəbul etməyən qaynanın buraya yanına gələcəyini gözləmirdi də . Elvinin bacıları sevinc içındə Gülərin yanına gələrək onu quçaqlayıb təbrik etdilər . Sevinc sevincə qarışmışdı . 
   Bir anası hələ də qapıda donmuşdu . Nüşabə böyüklük edib gələn qonaqlarıyla öpüşüb görüşdükdən sonra uşağı qucağına alıb Elvinin anasının yanına apardı . 
   - Nənə, ordan bura məni sevə sevə gəlmisən , indi məni görmək istəmirsən ? - deyə uşağın dıliylə qudasını danışdırdı . Bulud kimi dolmuş ana ehtiyyatla uşağı qucağına alıb göz yaşlarını üzü aşağı aşağı buraxdı . Nüşabə uşaq qarışıq qudasını qucaqlayıb onunla görüşdü . Elvin də yanlarında idi . Qadın qolunu oğlunun boynuna sarıb ; 
   - Təbrik eliyirəm ay oğul , gözü dolusu görəsiz balanızı - deyib gəlininə baxdı . Hamı duyğulanmışdı . Gülər qollarını açıb qaynanasını yanına cağırdı . Qadın tərədüd edə edə gəlininin yanına gəldi . 
   - Təbrik edirəm ana , nənəliyin mübarək - deyib Gülər qaynanasının əlindən tutdub onu özünə tərəf dartdı ... 
  
  Gecə əl ayaq çəkiləndən sonra palatadakı qadınlar bir birləriylə söhbətləşib tanış olmağa başlamışdılar . Gəlinlər sevgililəriylə neçə tanış olmaqlarından neçə görüşməklərundən danışır , maraqlı və komik hadısələri gülərək bir birlərinə nəqil edirdılər . Bir zəngin gəlin onlara qaynayıb qarışmırdı .  Suallara da qısa cavab verib özünü telefonla məşgul kimi göstərirdi . 
   - Aydin məsələdir , bizi özünə yaraşdırmır , biz hara bunlar hara . Bunların öz çevrələri var . Bunlar bizim yanımızda sıxılar ... - deyə o biri gəlin Gülərin qulağına əyildi . 
   - Elə demə - Gülər ona pıçıldayan gəlinə göz ağartdı - Nə dəxlı var ,burda heç kim özünü nümayış etdirməyə gəlməyib ki , hamımız ana olmuşuq, sevincimizi yaşayırıq . Eqoistlik , özünü bəyənmişlık burda ola bilməz ... 
  - Eehh görmürsən iki gündür , əl üstündə bəbək kimi baxırlar ona . Gələn gedən pul səpir , qızıl taxır . Əynindəki pijamalar trend , ayağındakı şəpıd belə firma ... 
  - Elə demə ... nə bilirsən bəlkə onun da bir dərdi var . 
  - Nə dərdi olacaq , sən Allah , ətimi tökmə . Daha nə istəyir ... kaş mənim də belə urvatım olsaydı, xətir hörmət də yerində pul da . Ay toba , pula pul deməzdim . 
  - Pulu  var , əri yox , urvatı var , sevgisi yox , qadındır amma qadın xoşbəxtliyi  yox ... Allah kəssin beıə varı !
  - Əri yoxdur ? Bəs bu uşaq hardan ? 
  - Var , amma yox kimi bir şeydir . Bu iki gündə ərini gördünmü heç?
   - Həə həqiqətən əri gəlməyib heç bura ...
   Palatada yatan qadınlar bir birinə nömrələrini vermişdilər . Xəstəxanadan çıxandan sonra bir biriləri ilə yazışırdılar . 
   Bir gün Gülər varlı gəlinin vhatsaap profilində bir yazı oxudu .
  ,, HAYDI RUHUM, QALX GEDƏK , SƏN YUXARI MƏN AŞAĞI ''
   Gənc və yeni ana adını almış bir gəlinin stadındaki bu yazı hərkəsı çaşdırmışdı , elə Güləri də . 
   Götürüb zəng etdi . Ordan burdan hal əhval tutdu. Yazdığı statusun mənasını gülə gülə zarafatyana soruşdu . 
   - Sən canı , söz tapmadın yazmağa . Bu nədir yazmısan . Gül kimi balan var , evin eşıyin , ərin ... səni sevən qohum əqrəban . Bir ürək acan şey yaz da . 
  - Nə yazım Gülü ? Hec bir şey , heç nə qadın xoşbəxtliyi qədər gözəl deyil.  Nə var , nə pul , nə də qohum əqraba . Mən xoşbəxt deyiləm, inanırsan ?  Mən bu sərvətin içində boğuluram ölürəm ,bu sərvət məni udmağa çalışan bir burulğandır . Mən yaşamaq , sevmək sevilmək istəyirəm , sevdiyim ya da ərim məni çəkib bu burulğandan çıxarsın istəyirəm . Olmur . Mən təkbaşına həyatımı yaşaya bilmirəm . Başa düşürsən Gülər , bacarmıram . Çünki ərim məni sevmir , başqasını sevir .  Elə özüm də ... Biz bir yerdə olsaq da ürəyimiz , ruhumuz başqasına aiddir . Buz birlikdə xoşbəxt ola bilmərik . Bütün bunları özüm bilə bilə gəlmişəm , bilirdim ki, biz tamam başqa dünyanın insanlarıyıq . Sevdiyim vardı . Elə onun da ... onu da , məni də sevdiyimizdən ayırdılar , bizi sevdiyimizə yox , bir birimizə rəva gördülər . Evin içində bir birimizə düşmən olsaq da , bayırda can bir , qəlb bir görünməyə məcbur edildik . Atayevlər nəsilində ailə problemləri olduğunu dedirtmədik heç kimə , ailəmizin şərəfi , şöhəti , qüruru - onuru qırılar deyə heç kimə etiraz etmədik , edə bilmədik . Ağzımıza vurdular , susdurdular . Axır evdən başın alıb getdi . Eşitdim sevgilisiylə qaçıb . O sevgilisinə qovuşdu, mən yox . Çünk o kişidir . Kişi azaddır hər şey edə bilər . Kişiyə ləkə gəlməz dedilər qadın bunu edersə ,,pozğundur'' deyib başın kəsərlər . Özümü görməzdən gəldim . Susdum . Taleyimə barışdım oturdum , özümü daş qaşla , bahalı geyımlərlə aldatdım . Dedilər doğ , başın qarışacaq , həm də ərin uşağa görə sənə də bağlanacaq , yüz əməl yazdırb verdilər mənə , ,,yedirt şirinlik duasıdir'' dedilər , yedirtdiyim duaların nətıcəsində yaxınlıq etdi mənimlə , sevməyərək , istəməyərək . Bir fahişə kimi girdi yatağıma , elə məndə elə zənn etdim özümü , duyğularım , xəyallarım ucdu həmin gecə , qürurum sındı , ozüm öz üzümə tüpürdüm onun qoynunda, özümə nifrət etdim... Oğlum boynuma düşəndə ruhum bədənimdən ayrıldı . Mən canlı ölüydüm artıq ...
    Üç gün sonra şəhər qəzetləri yazırdı ...
 
... ATAYEVLƏR AİLƏSİNİN GƏNC GƏLİNİ  GÜLŞƏN XANIMIN NAKAM VƏ VAXTSİZ  VƏFATINDAN KƏDƏRLƏNİR ATAYEVLƏR AİLƏSİNƏ DƏRİN HÜZÜNLƏ BAŞ SAĞLIĞI VERİRİK ...

15.02.2020

03.48

#FERİDEACARAKÇAY

2 yorum: