Salı, Haziran 02, 2020

XOCA VƏ ALI



                                                               XOCA VƏ ALI

Hekayə

   Simaldan əsən külək qara buludları köpək sürüsü kimi şəhərin üstünə gətirirdi. Gün günorta olsa da, elə bil axşam düşmüşdü. Hava elə bir dolmuşdu ki, birazdan, bir leysan tökəcəkdi ki, heç olmayan kimi. 
   Düşündüyüm kimi də oldu. Sanki yer göy bir himə bənd idi, göylər bir damla gözünün yaşını buraxan kimi , arxasınca kükredi,coşdu. Göylərin şaqqıltisindan qulaq tutulurdu, şimşəklər göz qamaşdırırdı. Küçələrdən axan sel üzü aşağı yol almışdı.

 Yağış məni yolda yaxaladı. Evin önündəki marketdən evə gələnə qədər cum culuq su olmuşdum, asfalt yolda axan su ayaqqabılarımın içinə dolmuşdu. Özümü güclə binanın önünə atmışdım ki, hardansa şirin ləhcəmizi eşitdim. Kimsə telefonla danışırdı. 

-Ay bala, yaman yağır, gir bir yerdə daldalan, gəlmə, yağış kəssin sonra gələrsən, sətəlcəm olarsan, özünü gözlə, başına dönüm . 

  Canıma bir istilik gəldi, ürəyim döyündü, gözlərim doldu. Elə bildim əziz bir adamım bu sözləri mənə deyir, mənim qayğımı çəkir. Leysan başıma döyə döyə gözüm ətrafdaki binalarin balkon və pəncərələrində bu şirin ləhcənin sahibini axtardı. Kimsə gözə dəymirdi... 

  
  Axşam iftarımızı açıb, həmişəki kimi bu dəfə də hərəmiz bir işlə başımızı qatdıq, qaynatam televizora baxır, yoldaşım kampüterinin başında zamanın keçırirdi. Adətimiz idi, sahur vaxtına qədər yatmayıb, sahuru gözləyirdik. Ortalığı toplayıb, qabları qabyuyan maşına yerləşdirdim. İşim bitmişdi. İndi sosial dostlarımla görüş vaxtı idi. Biraz telefonla oynayıb, qrupda olub keçənlərə, yeni paylaşımlara baxdım, rəylərə, müzakirələrə qoşuldum. Gözüm telefonda olsa da qulağımda bayaq eşıtdıyım kışı səsi təkrarlanırdı. Görəsən kimdir bunlar, haralidılar, bu səs hardan gəlirdi? 

   Beynim suallara cavab axtararkən, cavab elə gözlərimin qarşısında canlandı. Keçən günlərdə paylaşdığım bir paylaşım diqətimi çəkdi . Bir neçə gün bundan əvvəl burda Türkiyədə "23 NİSAN COCUK VE EĞİTİM"  bayramı idi, deyə bütün pəncərə və balkonlar bayraqlarla bəzənmişdi. Mən də ilk dəfə bu şənliyə goşulmuşdum. KOVİD-19 dan yana yeni doğulmuş nəvəmi gedib görə bilməsəm də, artıq mən bir Türkiyə cumhuriyyəti vətəndaşının nənəsi olduğumun fərqindəydim. Bu bayram bizim respublika  bayramımız olmasa, bayramı nəvəm üçün qeyd etməliydim. 
  Balkon və pəncərələrimi şarlar və rəngli kağızlardan kəsdiyim bayraqlarla bəzədim, sevimli Azərbaycan və Türk  bayraqlarımızı asdım. Ürəyim qürurla döyünürdü. Bu qürbət eldə bayrağımızı dalğalandırmaq belə şərəfdir. Bayrağımla hər zaman fəxr etmişəm. Mənə elə gəlir ki, bayrağımız dünyanın ən gözəl bayrağıdır. 
   Səhəri yuxudan qalxıb mətbəxin pərdəsini çəkəndə ilk gözümə dəyən, qarşı binanın pəncərəsindəki Azərbaycan bayrağı oldu. Gözümü qıyib baxdım, yaşlı bır kişi oturmuşdu balkonda. Sözsüz ki, bu ailə kim idisə mütləq azərbaycanlı ailəsi idi. Bu da məni sevindirirdi, bu qürbətdə bir həmvətənimi tapmışdım. 
   Elə o gündən fürsət axtarırdım ki, bu ailəylə tanış olum. Di gəl ki, " küçəyə çıxma qadağası" hər şeyi əngəlləyirdi. Hələ bu ailəylə bu zamana qədər heç cür bu ailəylə tanış ola bilməmişdim.
-Aha, yerlimi tapmışam - sevincək yerimdən atılib pəncərədən qarşı binaya boylandım.
-Nolmuş hanım, kimmiş? 
Qarşı binanın ikinci mərtəbəsindəki mənzili yoldaşıma göstərdim. 
   - Orda yaşayırlar, deyəsən Azərbaycanlıdırlar. 
  - Aha, buldun arkadaşlarını, daha eve gelmezsin - yoldaşım her zamanki kimi zarafatından qalmadı.
   - Bə nə bilmişdın?- gülə gülə elə öz ləhcəmizdə cavab verdim- sabah ilk işim onlarla tanışmak olacak. 
  - Haydi güle güle. Bizden de selam söyle. 
  - Aleyküm selam, söylerim. 
    Çox sevinirdim. Heç şübhəm yox idi ki, bayaqkı səs də elə qarşıdakı binadan gəlirmiş . 
   Adətim üzrə işlərimi bitirib pəncərənin qarşısına gəldim balaca yastıqcamı pəncərənin ağzına qoyub yaslandım. Telefonla oynaya oynaya öz dünyama qapılmışdım, bir gözüm də qonşu binanın pəncərəsindəydi.    Fikirləşirdim ki, sabah iftara hazırlayacağım Azərbaycan plovundan və Paytaxt salatından bir qab götürüb gedərəm onlara,necə deyərlər həm ziyarət, həm ticarət, bir tanışlıq verərəm. Bu fikirimdən məmun qalmışdım.
   Neçə gün idi diqqət edirdim bu mənzildə bir yaşlı kişi bir də  arada bir balkonda siqaret çəkən ya da telefonla danışan 28 30 yaşlarında bir oğlan görünürdü . Başqa heç kim. 
    Bayaqdan yağan yağış kəsmişdisə də biraz var yenə başlamışdı. Leysan tökürdü. Budur pəncərənin pərdəsi çəkildi. Bir yaşlı adam büzüşub aşağı boylandı. Qəribə halı vardı. Nədənsə qorxurmuş kimi gah göydə oynayan ildırımlara baxır, gah küçədən axan selə, adamın yorgun baxışlarında bir təlaş vardı. Kişi pəncərənin qarşısında öz aləminə, mən də sabahkı görüşün xəyalına dalmışdım... 
  Sabah elə bir günəş doğmuşdu ki, sanki gecə heç belə bir həngamə qopmamışdı. Yer qup quru qurumuş, küçələrin suyu çəkilmışdı. Ağacların tozu yuyulmuş, yeni yarpaqlamaqda olan fidanlar günəşın şüaları altında bərq vururdu.
  Günortadan sonra hazırladığım iftar yeməyindən pay püşk edib yoldaşımla qonşu binaya keçdik. Yeni qonşularımızla ayaq üstü tanış olduq. İlk tanışlıqda dərin söhbətimiz olmasa da artıq ayağım açılmışdı onlara. İkinci, üçüncü görüşdə artıq bir birimizi tanımışdıq əməlli başlı. Xoca dayı Xocalıdan idi. Alı - vavan olan onun nəvəsidir. Bakıda hüququ bitirən kimi bura Türkiyəyə gəlib magistraturaya qəbul olub. Sonra da vətənə qayıtmayıb burda yaxşı iş adamlarının köməyi ilə balaca bir hüquq bürosu açıb işləyir. Babasının Alıdan başqa heç kimi olmadığı üçün, babasını da özüylə buraya gətirib, burda kirayə qalırlar. Bütün ailəsini Xocalıda itiriblər. 8 günlük erməni əsirliyindən ailənin sadəcə iki üzvü dönüb. Xoca dayı və Alının anası Rəsmiyyə. Əsirlikdən qayıdan Rəsmiyyə çox yaşamayıb,3 gün sonra dünyasını dəyişib. Xəstəxanada həkimlər onun yanmış cəsədini əməliyyat edərək bətnindən Alını azad ediblər. Yeddi aylıq dünyaya gələn Alı həyata düz 6 aydan sonra gülümsəyib və onun gülüşü Xocanın həyatını büs bütün dəyişib. Böyük nəsilindən yeganə xatırə qalan və şəhərinin adına uyğunlaşdırdığı Alı idi. 
  - Adım Xocadır, bunun da adını Alı qoydum ki, bəlkə bir gün yaddaşım gedər, ay bala yerimizi unudaram, Xoca-Alı adı oranı mənə unutdurmasın...
  Başlarına gələnləri ucundan qulağından danışmışdılar, eşitdiklərimdən beynim dumanlanırdı, aradan bir neçə gün keçsə də onların danışdıqlarının təsirindən cıxmamışdım. 

... - Ata, ana, uşaqlar, Rəsmiyyə qalxın , tez tez... 
  - Nolub ay bala?Nədir bu təlaş. 
  -Eşirtmirsiz bu atışmanı? 
  - Heç nə olmaz ay bala, həmişəki atışmadı, atıb, atıb kəsəcək... 
- Yox a kişi, Ermənilər girib kəndə artıq, mıllətı ot bicən kimi biçirlər. 
   Xoca kişi neçə illərdir canını qanını qoyduğu, dişiylə dırnağıyla qurub düzəltdiyi yuvasını qoyub buralardan getmək istəmirdı. Həmişə də deyirdi, mənim burdan ancaq ölüm çıxar. Amma indi höcətləşmə vaxtı deyildi, getməyə məcbur idilər. Tələm tələsik geyinib qapıya çıxmışdılar ki, məhəllənin başında dayanmış düşmən tankı qonşu evləri topa tutdu. Bacısı Qəmərgilin evi yanırdı. Deyəsən yaralanan da var idi. Xoca hər şeyi buraxıb bacısının hayına qaçdı. Qışqırtıdan, bağırışmadan qulaq tutulurdu.
   İçəri otaqda dəyərli əşyalarını toplayan Rəsmiyə geri dönəndə qarşısında  Nüsrəti gördü. Əlindəki işini buraxıb ərinin boynuna sarıldı. Onu öpüşlərə qərq etdi:
 - Qorxuram Nüsü, ayrı düşməyimizdən qorxuram. 
  - Qorxma ömrüm... 
  - Ölməkdən qorxmuram, ölürsək ikimiz də ölək, mən sənsiz yaşaya bilmərəm.
- Dəli olma... 
- Hər dəfə posta gedəndə əlim ürəyimin başında qalırdı ki, ay Allah görən Nüsrət sabah evə sağ salamat dönəcək? İnan sənə bir şey olursa...-Rəsmiyyə əlini qarnına qoydu - buna da baxmaram, zəhərləyərəm özümü Fərizə kimi... 
- Dəlisən sən? 
-Vallah deyirəm...
-Canım, əzizim, səni sevirəm Rəsi... 
   İkisi də dolmuşdu. Son vida imiş bu öpüş, mayda olmuşdu toyları, hələ vüsalın şərbətindən doymamış, hicranın bəndini aşmamış, sevginin oduna yanmamış ayrılıq qapını kəsmişdi. İçəri otaqda bir birlərinə sarılıb göz yaşları içərisində halallaşırdılar. Ürəklərinə dammışdı sanki, bu ayrılıq son ayrılıqdır. Nüsrət əlini yoldaşının qarnına qoyub kövrələ kövrələ:
  - Balamız sənə əmanət... 
  - Belə demə Nüsrət, belə sağollaşma, dözə bilmirəm. 
- Müharıbədir gülüm, hər şey ola bilər, sən güclü olmalısan. Balamız üçün. 
   Rəsmiyyə ərinin köksünə sığınıb, nigaran baxışlarla altdan yuxarı onun uca boyunu süzürdü.
   - Bircə sizi sağ salamat Ağdama çatdıra bilsəm... 
  Evlərinin arxasına düşən bomba onları bir birindən ayırdı.Pakizə xalanın qışqırtısı aləmi başına götürdü. Daha dayanmağın, gecikməyin yeri yox idi.  Xoca kişi bu dəfə bombanın öz evinə düşdüyünü görüb bacısının meyidini orada qoyaraq,öz evinin hayına qaçdı. Nüsrətı harayladı:
  - Vurdular, vurdular, a bala, ananı vurdular. 
  - Ana!!! 
   Həyətdə qızların şivəni ərşə qalxdı. 
   Pakizə xala kürəyindən yaralanmışdı. Deyəsən qəlpə dəymişdi. Qan arvadı aparırdı. Nə edəcəklərini bilmirdilər. Qərar anidən veriləsi qərar deyildi. Kim getsin, kim Pakizə arvadın yanında qalsın, bilmirdilər. 
  - Tez olun, ata, Sən uşaqları götür aradan çıx, mən anamı çatdıraram sizə- deyə Nüsrət onları tələsdirdi - tez, tez gecikmək olmaz.
- Nə danışırsan, mən heç yerə gedən deyiləm, ölsək də bir yerdə öləcəyik. 
- Mən burdayam ata, narahat olma... 
   Xoca 30 illik həyat yoldaşını burda caresiz qoyub getmək istəmirdi. Odur ki : 
   - Sənin silahın var oğul , götür uşaqları get, mən ananı gətirərərəm, həm biz yaşlıları erməni nə edəcək. 
  Atasının bu inadı Nüsrəti səbrdən çıxardırdı . 
   - Əşii, sən də qəribə adamsan e, bu müharıbədir e, düşmənimiz erməni kimi qansız, imansız, mən ölüm sən öl bilmir, yaşlı, uşaq biləcək? Tez ol qağa, qadan alım. Al bu silahı da çıxın aradan. Mən uşaqlara xəbər edim, köməkləşib gətirərik anamı. Deyəsən yaralı çoxdur, biz onları burda qoymarıq. Di tez olun, Ləngiməyın, dağ dıbı meşəliklə gedin, qızlar ələ keçməsin. Qızlar da analarını qan içində qoyub getmək istəmirdilər, Nüsrət onları güclə analarından ayırıb yola çıxardı.
  - Ləngiməyin, meşənin içərisində bizim dəstə olmalıdır, calışın onlara çata biləsiz, Hamletgilin dəstəsidir. Allah amanında...

     Kəndin bir destə sakiniylə yola çıxdılar, Xoca kişi iki ciyərparasını - xanımını və oğlunu orda qoymuşdu, amma qızları, gəlini və balaca oğlu öhtəsindəydi. İki qızı 3 oglu vardı Xocanın, böyük oğlanları Hamletlə Nüsrət şəhərin özünmüdafiə batalyonunda könüllü döyüşürdü, Elnur iki qızdan sonra olmuşdu.

    Meşəyə doğru qaçdıqca, məhələlərdən çıxan camaat Xocanın əlində silah görüb, onun dəstəsinə qoşulurdu. Guya bir silah neçə nəfəri qoruya biləcəkdi ki? 
   
   ... Mən də bu dəstənin icində elə onlara qoşulmuşdum, qaçırdım, bilmirdim heç qohumlarımız hardadır, bu hay harayda it yiyəsin tanımırdı. 
   Guya ki, Bir neçə həftə  bundan əvvəl kəndə toya gəlmişdim, ailəmizdən toyda bir dənə mən iştirak edirdim. Elə mən bura gəlməkdə ara qarışmaqda, kənd müharısəyə alınır, geri dönə bilmirəm. İndi mən də onlar kimi Xocalı camaatına qoşulub qaçıram. Ahh... bir istəyim vardı, bircə Ağdama çatsam... 
  Buralarda qonaq olduğum üçün məni heç kim tanımırdı.
  - Kimlərdənsən a bala?
  - Mehdi dayıgilə toya gəlmişdim... 
    Danışıb tanışlıq verməyə zaman yox idi. Hərə öz başının hayındaydı. "Allaha pənah, sabaha güman" - deyib qaçırdıq. Düşmən meşədə bizi təqib edirdi. Rəsmiyənin qaçmağa halı yox idi. 8 aylıq hamıləydi, meşənin cəngəlliklərində o qədər yıxılmışdı ki, deyəsən açılışı var idi. Yubkanın altından geyındıyı şalvarı qan icindəydi. Qoluna girib güclə dartırdım. Xocanın qızları Gülnar və Gülmırə 18 15 yaşlarında İdilər, yaşdaş sayılırdıq onlarla. Yolda qaça qaça tanış olmuşdum onlarla...
    Bilmirəm necə oldu, bir anda aləm alova büründü. Sanki göy gurultusu qalxdı, şimşəklər çaxdı, üstümüzə od ələndi. Özümüzə gələndə təzək və qan qoxuyan bir donuz fermasının içərisində idik. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim, yaralı yaşlıları donuzların qabağına atmışdılar, donuzlar onları parçalayırdı. Onların fəryadı ərşə yüksəlirdi. Baxmağa təhamülümüz qalmamışdı. Rəsmiyəylə qucaqlaşıb gözlərimizi bu mənzərədən yayındırırdıq. Burda çox adam vardı, bircə Xoca kişi gözə dəymirdi heç...
  İçəri beş altı saqallı girib, yaşı az olan qızları seçıb apardı. Xocanın qızları ilə bərabər mən də onların içındəydim. Bizi böyük bir meydana gətirdilər, meydan dəhşət saçırdı. Meyid meyidə calanmışdı, baş bir tərəfdə, bədən bir tərəfdə. Ağaca bağlanmış bir qadının qarnı yarılmış, içalatı ətrafa səpələnmişdi, bir qadının ayaqlarından iki troktora bağlamış, onu əks istiqamete sürüyürdülər, qadını çığırda çığırda ikiyə bölünürdülər. Bir uşağın ətindən kəsıb anasının ağzına soxurdular, bu tərəfdə ağlayan uşağın ağzına ananın kəsilmiş döşünü basırdılar, hər tərəf qan və üfunət qoxuyurdu. Kişıləri cərgəylə dizi üstə yerə düzmüşdülər. Hamısnın çılın çılpaq bədənlərinə qızmar dəmir parçasiyla xaç şəkilli dağlar basılırdı. Kimisinin dili kəsilir, kimisinin qulağını qoparırdılar, ən dəhşətlisi, dirnaqları kəlbətinlə çəkilənlər idi. 

  Bizdən biraz aralıda meyidlər və yarlılar traktorla kürünüb bir quyuya doldurulur, üstünə benzin tökülüb yandırılır. Yanmış ət qoxusu ətrafa yayılır. Gözümüzlə görməsəydik bəlkə də düşünərdik ki,hardasa ət qızardılır.
   Meydanın ortasındaki tonqalın başındakı mənzərə daha dəhşət idi. Yeniyetmə qızları orda soyundurub, elə camaatın gözləri qarşısında zorlayırdılar. Qeyrəti götürməyən kişilərimiz buna  mane olmaq istəyincə, bu səfər ermənilər həmin adama işgəncə edərək onu həmin qızla əlaqədə olmasını tələb edirdilər, əmrə uymayanları azğınlaşmış ermənilər ağla gəlməz dərəcədə döyür, kişilərin cinsi orqanlarını kəsir, qızların uzun saçlarını alova verirdilər. Başı alov tutub üzünü saran qız dəli kimi hara gəldi qaçır, özünü ora bura çırparaq alovunu söndürmək istəyirdi. Bu mənzərədən zövq alan saqqalılıar əllərindəki içki şüşələrini başlarına çəkərək qəh qəhə ilə gülürdülər. Hələ etdikləri azmış kimi əllərindəki spirtli işkini qızların üstünə töküdülər.
    Sıra mənə çatdı. Avtomatın qundağı ilə döyə döyə tonqalın yanına gətirdilər. Soyunmağa məcbur edurdilər. Mən isə jaketimə möhkəm möhkəm bürünərək etiraz edirdim. Boynumun kökünə dəyən zərbə məni palaz kimi yerə sərdi. Gözlərim qaraldı üstümdəki paltarları çıxarıb atirdılar. Çılın çılpaq bədənimi gizlətməyə çalışsam da buna imkan vermirdilər. Əlim qolum arxadan tutulmuşdu. Başımı yerdən qaldırıb fəryad edirdim. Elə bu vaxt Rəsmiyyə gözümə dəydi. Mənim fəryadım onun  işgəncəsi, onun fəryadının yanında heçnə idi, qaynayan samavarı belinə bağlamışdılar, qırmancla döyərək onu qacmağa məcbur edirdilər. Qaçdıqca qaynar su onun bütün vücuduna dağılırdı. Rəsmiyənin imdadı Allahın yanına qalxmışdı, Allahın qulaqları batmışdı, eşitmirdi, kor olmuşdu görmürdü...
   Üstümə çökən ağırlıq bir anda nəfəsimi kəsdi. Vəhşıcə zorlanırdım, qışqırmaqdan səsim batmışdı, saqqallıların altinda cabalayırdım... Bir tərəfdən də davul calırdı   davulun səsi bütün əsəblərumə toxunurdu. Deyəsən qız qadınlarımıza sahib olduqları üçün, qeyrətli oğlanlarımızın şəxsiyyətini alçaltdıqları üçün, kişilərimizi kişilikdən saldıqlarına görə, torpaqlarımızın 25 faizini  işgal edib, 1 milyondan cox əhaliyə qaçqın damğası vurduqlarına görə bayram edirdilər bu hay şərəfsizləri? Davulun səsi beynimə düşürdü, dayanmadan qışqırırdım.
  - Kəsin, yetər, istədiyinizi etdiniz, aldığınızı aldınız, qələbənizi çaldınız, bizi sındırdınız, biz peysərik, biz qeyrətsizik, biz alçağıq, biz şərəfsizik... Dincəlin... Biz belə olmazdıq, məcbur etdilər bu adı üstümüzə götürməyə. Məcbur etdilər... Bütün hər şeyimizi, bütün qürurumuzu, namusumuzu satdılar sızə, rahatlayın daha, əl çəkin bizdən . Bu qələbə sizin olmadı, bu qələbə bizim oldu, bizim içimizdəki satqınların, haqqimiza girən namussuzların. Yoxsa öz gücümüzə qalsaydıq dörd il də döyüşərdik, on ildə qatlanardıq, 50 il də sürünərdik, 10 milyonumuzun 9 milyonu da şəhid gedərdik, amma bunları yaşamazdıq... Çalmayın,o davullari, kəsin səsunizi , çalmayın, yetər... kəsin... 
    Mən fəryad edib qışqırdıqca hardansa yoldaşımın nurlu üzü göründü:
   - Hanım iyimisin, noldu, kabus görüyordun qaliba. Al, al su iç kendine gel, geçdi, tamammı...
  Gözümü açdım, yoldaşım başımın üstündəydi. Əlində bir stəkan su vardı. Pəncərədən bayra baxdım, davulcu davul çalırdı, elə ramazan davulunun səsiydi, düşürmüş beynimə, sahur vaxtıydı...
   Sudan bir qurtum alıb gözlərimi yumdum. Elə bir qorxmuşdum ki,şükür edirdim ki, nə yaxşı ki, bu gördüklərim yuxuymuş. 
   Hələ yuxunun təsirindən çıxmamışdım əsim əsim əsirdim, yoldaşım çiynimdən tutub dualar oxuyur, üzümə üfləyirdi. 
  - Kecdi, bitanem, tamammı, gecdi.. Sen böyle olmazdın noldu sana? 
  - Çok kötü bi rüya gördüm, memleketım kan içındeydi, şerefimiz tapdanmış, namusumuz kirlənmişdı.
  - Yok öyle bi şey, korkma- deyib başımı sınəsinə çıxanda hıçqırıqlar məni boğdu... Gözümün qarşısından Alının anası Rəsmiyyənin o halı getmırdı. Yuxusu belə qorxunc idi, gör bunları yaşayanlar nə yaşamışdı... 
    Orucumuzu tutub duamızı oxuduqdan sonra yatağıma kecdim, yaxınlıqdakı camıdən azan oxunurdu. Gözlərim yumuldu, dodaqlarım orda şəhid olanların ruhuna dualar oxudu...

FERİDE ACARAKÇAY

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...