LAZ SEVGİLİM
4 bölüm
Yer maili olduğundan, Öykünün üstünə yıxılsam da ikimiz də müqavimətimizi saxlaya bilmədik, onun da ayağı sürüşdü. Onun yıxılmasını əngəlləmək üçün mən onu, o, da çay kollarını qucaqlamışdı. Özümü doğrultmaq istəsəm də bu mümkün olmadı, ikimiz də palıd ağacı kimi yerimizdən qopduq. Təpə aşağı yuvarlanıb, yüksək bir yerdən dərəyə düşdük. Dərəyə düşərkən onun səsi dağlarda eks səda verirdi. Yuxarıda çayçı qadınlar da qışqırışırdılar. Allahindan çayın suyu bol idi, daşlara bərk dəymədik . Hərəmiz bir tərəfə düşmüşdük. Buz kimi su iliyimizə qədər işləyirdi. Dərin çay deyildi. Əziklərim olsa da özümü tez topladım. Ayağa qalxdım, su qurşağımdan yuxarı idi. Ətrafa boylandım.Yoldan çayılğa yuvarlanan maşın yuxarıda çaylıqlar arasındakı böyük armud ağacına ilişib qalmışdı, ağac yerindən qopsa maşın düz dərəyə, üstümüzə gəlcəkdi. Odur ki, çəld hərəkət etmək lazım idi. Camaatın bir qısmı maşının hayında,bir qısmı də bizim hayımızda idılər.
Suyun təyziqı Öykünü meşəyə tərəf itələyirdi.
- Öyküü! Burdayım, gel bana doğru! Hadi, kız, taşlara yanaş, duyuyor musun beni, Öykü
-Cut başumden, hayırsuz, hadı cut!
Suyun içiylə yıxıla dura ona tərəf qaçırdım. Su onu itələyib yıxır, qız suyun təzyiqinə güc gələ bilmirdi.
- Bak, orya, kaya parçası var, Öykü, tırman oraya, ben de geliyorum, canım, korkma, kurtaracam seni...
Öykü istiqamet verdiyim qaya parçasına yön aldı. Bu vaxt ayağı cuyun altında bir boşluğa düşdü. Qız bir anlıq suyun içində itdi. Ətrafa boylandım görünmədi.
-Öyküüü...
Başimin ustundə quru ağaç budağı var idi. Cəld suyun içindən atılıb budağı qopardım. Budağı çayın içındə özümə dayaq verə, verə, daşları yoxlaya, yoxlaya ona tərəf addımladım. Çayın suyu dum duru göz yaşı kimi olsa da suyun dibi adamı aldadırdı. Dayaz görünən yerdə ayağın boşluğa düşürdü. Xam adam üçün dərə təhlükəli idi. Çayın dərinliyini yoxlamaq üçün, dəyənək ən yaxşı vasitə idi.
Biraz aralıda suyun üzərində Öykünün örtüsü göründü. Cox qorxdum. Elə bildim qız batıb. Axı burda neçə bata bilər, axı çay çox da dərin deyildi ki.
- Öykü, canım , nerdesin ?
Məndən biraz aralıda suyun altinda dıkəlib qalxdı. Üzünə dağılmış saçlarını geri darayıb dərindən nəfəs aldı, boğula boğula öskürdü, təlaşla ətrafa boylandı. Görünür qorxubmuş.
O meşə tərəfdəydi. Qayalıqların arasından suya sallanmış ağaç köklərinə və möhkəm ağac sarmasıqlarına ilişib qalmışdı. İslanmış buruq, sarı saçlarınin uçları suyun üzündə dalğalanırdı. Onun olduğu yerdə su göllənmişdi . Görünür bura çayın dərin yeridir. Ağacların köklərindən yapışıb çıxmağa can atırdı. Lakin qurumuş və suda qalaraq çürüyən köklər, onun ağırlığına tab getrmir, qopurdu
- Dur Öykü, bekle, geliyorum!
- Defol, allahun belasu, hayırsuz, ne celduyese başume, senun yuzinden celii, başume belamusun sen?
Üzərək ona yaxınlaşdım, qolundan tutub onu arxama almaq istədim. Çırpınıb əlimden çıxdı.
- Pak beni, paakkk! Ha bu taşu cöriyersun, çakarum kafana, pak benu! - deyib başının üstündəki quru budaga yapışdı. Özünə güç verib yuxarı dartındı.
- Dur, Öykü, o dal çürük, düşeceksin, izin ver, ben sana yardım ediyim, bak şu dal sağlam, al, tut şuraya. Tut, tut
- Pak beni, beni pak... Pak diyoum yaa, pakkk ...
Qız var sesiylə qışqırırdı
- Ben başumin çaresune pakarım, cekul!
Onu dinlemeden belindən tutub yuxarı başımızın üstündəki budaqlara qaldırırdım.
Qollarımın arasında həm soyuqdan, həm qorxudan əsirdi. Yuxarıdakı budaqdan sallaşınca incə beli qollarımın arasında daha da incəldi, sudan çıxmış vücudunun bütün əzaları ovuclarımın arasında qabarırdı çox cazibəlı görünürdü...
Qəfil əli budaqdan açıldı suya düşəcəkdi ki, onu havada qapdım. Suyun dalğaları ətrafa dağılınca günəşin süaları altında qızın üzü nurlanırdı. Belini möhkəm möhkəm qucaqlayıb onu özümə sıxmışdım. Qollarımın arasından çabalayıb çıxmağa çalışırdı. O suya və sinəmə yumuruqlar atdıqca suyun altından qıçlarımı onun qıclarına dolaşdırıb, onu özümə təslim edirdim. Onunla göz gözə gəldik, gözləri məni dəli edirdi. Dəli bir ehtiras və sonsuz bir istək keçırdı ürəyimdən. Nə onun nə mənim kipriyimiz belə səyirmirdi. Sanki ürəyimdən keçənləri o da istəyirdi. Nə qədər baxışdığımızı bilmırəm. Bir o yadımdadır ki, ikimizin də qarşılıqlı öpüsü suyun sərtliyini hərarətləndirirdi sanki. Yuxarıda qışqıran qadınların səsi bizı özümüzə gətirdi. Qəribə baxışlarını hələ də gözlərimdən çəkməyərək
- Yapma yaa, rica ediyurim, duyğularumle oynama - dedi - ben böyle biru değilum, pak cedeyum. Yalvariyurum...
Qollarım boşaldı, onu özümdən aylrdım, yuxarıdan tutduğum ağacın budağını ona uzadıb,
- Özür dilerim, istemeden oldu, ben de dostumun bacısına kötü gözle bakacak biri değilim, çok çok özür dilerim... Haydi get - dedim
Ağacın budağından sallandı etrafa baxdı, budağın yarpaqlarını özünə sarı çəkdi, və aşağı əyılərək boynuma sarıldı, dodaqlarını yanağıma yapışdırdı.
- Biliyurum , canum, sen çötu biri değılsin, saa güveniyurum.
Bu vaxt kimsə suya ip atdı.
- Haydı bu tarafa, ipe doğru ipe doğru.
Kimsə haqqımızda pis şey düşünməsin deyə Öykünün belındən tutub boğulan adamlar kimi suyun üzərinə çıxartdım, üzərək ipə yaxınlaşdım, ipı Öykünün belinə bağlayıb var səsimlə
- Çekin!!! - deyə qışqırdım.
İkimizi də bir evə gətirmişdılər. Üstümüzü dəyişdirib qalın adyala bükülsək də ikimiz də tir tir əsirdik. Kimin nə dediyi, kimin nə danışdığı vecimizə deyildi. Arada bir baxışlarımız toqquşur, onda da gülümsəyib başımızı aşağı salırdıqsa da yenə kipriklərimiz altından gözlərimiz bir birini axtarırdı.
Oturduğumuz otaqdaki odun peçıni yandırmışdılar, icəri camaatla qaynayırdı. Biz ikimiz isə adyala bürünərək hərəmiz peçın bir tərəfində, balaca kətilin üstündə oturmuşduq. Çox keçmədi bizim uşaqlar da gəldilər.
Hayla küylə içəri girən uşaqlar mənim bu halıma zarafatlaşıb gülürdülər.
Bu nədi əə, nə gündəsən?
- Neynim, baxdım buralarda şaxta baba zad yoxdur, dedim bir rola gırım də - deyə güldüm
- Qarlı dağlar aşmışam,
Çox ellər dolaşmışam,
Dağlarda qurdum dəyə
Gəldim səni görməyə?
Murad işarəylə qızı mənə göstərdi. Gülüb başımı aşağı saldım. Gözaltı Öyküyə baxdım. Nə dediyimizi anlamasa da söhbətin ondan getdiyini başa düşürdü. Utanıb başını aşağı saldı, Başındakı şalın altından saçlarını sığalladı.
- Elə onnandır -gülərək dodağımı dışləyib Murada him elədim ki, söhbəti kəssin, içəridəkilər söhbətin nədən getdiyindən duyuq düşə bilərlər. Ayıb olmasın.
- Day deynən qara qızın dərdi varmış, daa...
Uşaqlar gülüşdülər.
İçəridəkilər bizim nə dediyimizi başa düşmürdülər.
Birazdan Kərim və o biri qardaşlar da gəldi. Öykü onları görən kimi uşaq şıltaqlığıyla atılıb qardaşlarının boynuna sarıldı.
Biraz özümüzə gələndən sonra dostlarım məni də götürüb qaldığımız yerə gəldik. Bizim qaldığımız yer meşənin içərisində mezra( köhnə, taxtadan tıkılən koma) deyilən eski ev idi. Kənardan gələn muzdlu işçıləri çox vaxt qalmaq üçün belə evlərdə yerləşdirirdilər.
Gecənin bir aləmı sayıqlamalarıma uşaqlar oyandılar. Yenə qızdırmışdım yenə, xəstələnmişdim. Yenə sabah işə çıxa bilməyəcəkdim. Özümü toxtaq göstərsəm də səhəri halım daha da pisləşdi. Uşaqlar səhər açılar açılmaz məni Trabzona göndərdilər. Burda qalmağın adı yox idi. Qaldıqca uşaqlara yük olurdum. Odur ki, Trabzona gələr, gəlməz Azərbaycana biletimi alıb iki gün sonra yola düşdüm.
İpek yolu bizim rayondan keçirdi deyə sərhəddi kecəndən sonra heç yatmadım da, uzağı 4 saat sonra evimizdəydim. Çox həyəcanlıydım. Məhəlləmiz, məktəbimiz, dostlar, qohumlar, hətta əlimdən zara gəlmış müəllimlərim gözümün qarısına gəlirdi. Bir an öncə onlarla görüşmək istəyirdim.
Hə budur çatdıq. Bax o görsənən körpü bizim qəsəbəyə gedən körpüdür. Deyəsən axı heç kəs gəlməyib, heç kim görünmür orda. Bizimkilərdən çıxmaz iş, nə əcəb? Bəlkə Zahirin işi çıxıb, vayenni adamdır, dövlət işindədir. Bəs papam? Yox bu kişının səbri deyil, Zahir olmasa papam yüz faiz gələr. İraq olsun, bəlkə evdə bir şey olub, mənə heç nə deməyiblər. Allah uzaq eləsin, bu nəydi ağlıma gəldi. Təki heç nə olmasın, ay allah, mən özüm gedərəm evə. Bax o körpünün üstündə düşüb, alt tərəfə keçəcəm, ordan da bir taksiylə evimizə.
- Harda düşəsən xalaoğlu? - Müavinin səsi məni fikirimdən ayırdı.
- Elə bax o körpünün üstündə, orda maşın var aa elə orda saxlayın.
Avtobusumuz dayanan kimi aşağıdaki maşının qapıları açıldı qardaşımla əmim oğlu idi, mən gedəndə bu maşın yox idi, əmim oğlu bunu yeni almışdı...
Türkiyəyə gedənnən ilk dəfəydi evimizə gəlirdim. Məhəlləmizə girəndə gözlərimə inanmadım. Məhəlləmizdə bir büsat qurulmuşdu ki, gəl görəsən. Bizim rayonda xarıcdə təhsil alan uşaq tək mən idim. Ona görə hamı mənimlə maraqlanırdı. İlla ki, müəllimlərim. Axı müəllimlərimin yaramaz şagirdiydim, indi mənə çox maraq edirdilər ki, görəsən Elgün ağıllanıb ya yox?
Bütün, qohumlar, dostlarım hamı bizdəydi. Elə qapıda hamıyla öpüşüb görüşdüm. Mənnən yola getməyən məktəbin drektoru bir kənarda dayanıb xoşbəxtcə mənə baxırdı. Ona yaxınlaşıb, yenə nadınc məktəbli uşaq kimi :
- Salam müəllim, necəsiz? - dedim. Gözləri yaşardı. Qolların açıb,
- Salam, yaxşı - deyərək məni bağrına basdı. Maşallah, böyümüsən Elgün, yanı sən, böyüyərdin, gedib Türkiyədə oxuyardın?
- Niyə də olmasın müəllim, oxuyanların hansından əskiyəm?
- Maşallah, maşallah, mən elə deyirdim ki, sən bcarıqlı uşaqsan - gözləri tülkü gözü kimi parladı, üzündə yaltaq bir gülümsəmə göründü. Onun bu ifadəsini əvvəldən sevmirdim, odur ki, yenə dil altda qalmayıb, onu sındırdım.
- Müəllim, rüşvətlə getməmişəm aa, Türkiyəyə, orda rüşvətlə qiymət yazılmır...
Pərt olduğunu hiss etsəm də o bunu biruzə vermədi. Kürəyimə ehmalca vurub şit şit üzümə güldü.
Atam əllərini yaxasına bağladığı önlüyə silsilə gəlirdi. Deyəsən kababın ətlərini hazırlayırdı. Atam həmişə kabab hazırlayanda qara parçadan olan döşlüyünu önünə taxardı . Hə bu arada, qohum əqrabanın yığıncağı olanda atamı kababçıya köməkcı aparırlar, elə bu önlük də ordan qalıb.
- Aslanım, kişi balam, gəldin?
Atam boynuma sarılıb üzümdən öpdu. Sonra məni özündən ayırıb ilk dəfə görürmüş kimi boy buxnuma baxdı
- Maşallah, allah bəd nəzərdən saxla balamı - deyib təkrar məni bağrına basdı. Elə bu vaxt ayaqlarım yerdən üzüldü. Dostlarım yola saldıqları kimi, indi də məni qucaqlarına alıb atıb tutmağa başladılar.
- Ay balam, qoyun yerə uşağımı, böyrəyin saldınız! - Deyə anam həşir qopara qopara pıləkənləri aşağı endi.
- ANam mənim, canım anam...
Məni yerə qoyan kimi uşaq şıltaqlığıyla anama qaçdım . Ayaqlarını yerdən üzüb yerimdə fırlatdım,
- Başım gicəlləndi, ay allah saxlamış qoy yerə, davleniyam uçdu, ay qırışmal ...
Elə indicə anam üçün necə darıxdığımın fərqinə vardım. Anama sarılıb, onu duz kimi yaladım. Əllərindən doya doya öpdüm. Cox təsirli bir səhnə idi...
Evdəki yeyib içmək uşaqları qane etmədi. Elvinin maşınına doluşub, şəhər mərkəzindəki diskotekaya getdik. Pivə, şərab, yüksək səsli xarıcı musiqı, əyləncə, açıq saçıq qızlar... Başlmız dönürdü. Gecə yarı evə gəldik. Atam və dostları hələ də çardağın altinda oturub nərtaxta oynayırdılar. Onsuz da yol yorğunu idim, bir tərəfdən də əyləncə, sərxoşluq... Başım üstündə durmurdu. İçəri keçıb özümü anamın otağına atdım...
Səhər duranda günəş bağımızdan pəncərəyə boylanırdı. Anam yanımda yatmışdı. Xöşbəxt uşaq kimi idim, bu yaşımda anamın qoynunda xumarlanırdım. Gülümər və xoşbəxt baxışlarla anamı süzdüm. Açıq şabalıdı saçlarınln arasından ağarmış tellər görünürdü. Təbəssümüm dodaqlarımda qaldı. Hər şey, bütün uşaqlığım gözlərimin qarşısında canlanırdı. Kitabxananın kitablarını cırmağım, anamın məni döyməyi, dərslərimlə məşğul olarkən anamı çırnatmağım, ərköyünlüyümlə anamı əsəbləşdirməyim...
-Ehhh, anam mənim, canım mənim sən nə zaman qocaldın?
Anamın qolunu qaldırıb özümü ona qısdım. Anam gözün açıb yuxulu yuxulu mənə baxdı, alnımdan öpüb təkrar gözlərini yumdu. Anamın göz ətrafında, dodaqlarının kənarlarında, alnında xırda qırışlar var idi. Əvvəl də var idi bu bəyazlar, bu qırışlar? Yoxsa mən indi görürəm? Axı anam bu 8 9 ay İçındə belə qocalmaz ki, mən bu qədər diqqətsiz olmuşam, anamın qocaldığını hiss etməmişəm? Qurban olum sənə ay ana, ağarmış saçlarına qurban olaram...
Anama diqqət etdikcə qəribə duyğular keçırırdım. Elə bilirdim anam hər zaman cavan qalacaq, qocalmayacaq, düşündükcə ki, anamın üzündəki xırda qırışlar, bir gün dahada dərinləşəcək, dəli olurdum. Hələ ağarmış saçlarını qəbul edə bilirəmsə, o dərin qırışları necə qəbul edəcəm?
- Nə tez durdun, başına dönüm ? - anam gözünü açmadan dilləndi.- Yuxum qaçdı,ana, cimib, biraz həyətə çıxacam -
Sabahın soyuğudur, qadan alım, çımıb sabahın ayazında, çöldə durma, göy günəş qalxsın sora.
- Yaxşı ay ana.
Qalxıb otağıma keçdim. Atam mənim yerimdə yatmışdı. Qardaşım öz ailəsiyə şəhərdəki evimizdə qalırdı, orda işlədiyi üçün, ailəsini də özüylə aparmışdı.
Ehmalca içəri girib çemodanımı açdım üstümə dəyişək götürüb hamama kecdim.
Axşam deyəsən çox içmişdim. Leş qoxuyurdum.
İsti suyu açıb altına girdim. Başımı gözümü sabunladıqca ağlım sərhəddin o tayına gedirdi.Xəyalımda gözlərimin qarşısında mənim mələyim oynayırdı, dərədəki öpüşmə səhnəmiz bütün vücudumu lərzəyə gətirirdi. İstəyirdim yenə ona sarılım, öpüşək. O, da şırin qaradeniz ləhcəsiylə mənə yalvarsın, "duygilarumla oyname'' desin...
-Nolub sənə, Elgün, özünə gəl, a bala. Ağlın gedib? O sənin dostunun bacısıdır ee, dostünün evində çörək kəsmisən, indi onun namusuna göz dikirsən? Kişisən əəə!!! Deyəsən, hələ axşamkı qızların təsirindən qurtarmamısan aa... Dünən gecəyə qədər nə hoqqalardan çıxdın barda, iki nəfərlik kupede çılpaq qızla. əəyləncən yetmədimi, indi də Azərbaycanda oturub laz gözəli arzulayırsan? Həm də dostunun bacısını? Bir qələt eləyib, qızın iradəsini qırdın, utanmadın, indi də deyirsən yenə öpüşək? Kişi ol əə, kişisən, özünü alçaqlığa qoyma, sevmək başqa, oğraşlıq eləmək başqa...
Soyuq suyu açıb ovcumu doldurdum. Şappıltıyla üzümə çırpdım. Sanki yatmışdım, yuxudan oyanmaq istəyirdim. Yox bu istək, hansısa bir qadına olan ehtiyyac deyildi, bu ehtiras deyildi, əyləncə deyildi. Ürəyim hansısa qadın, qız istəmirdi, tək onu istəyirdi, Bu ona qarşı olan özləm, sevgi, istək idi...
Qurulanıb yüngül idman geyımımı geyınərək dəhlizə çıxdım. Artırmaya qoyulmuş masanın başına gəlib oturdum, baxcamıza baxdım.
Pəhhh, aləmdiyee həyətimiz, anamın süni cənnətidir bura. Səkilərin kənarındakı al əlvan çıçəklər çənnət gülüydü elə bil. Divar dibiylə qoyulmuş al əlvan dibçəklər göz oxşayırdı. Evin hündürlüyünə qərər uzanmış talvarımızdan hələ yetışməmiş üzümlər görünürdü. Səhər səhər gilas ağacının başındakı quşların səsi adamın ruhunu dincəldirdı.
Başımı qaldırıb gilas ağacına baxdım. Nə günlrimiz keçmışdı Zahirlə bu gilasın üstündə. Zahir məndən yeddi yaş böyük idi. O ağaca çıxıb gilasları yeyir, yediyi gilasların cəyirdəklərini barmaqları arasında sıxıb məni vururdu. Çəyirdək və radatka atışında Zahir o qədər sərrast idi ki, atam ona "Snayper" adı qoymuşdu. Elə deyə deyə Zahirin başına hərbiçı olmağı yedirtdi.
Sezonu keçsə də hələ də təpələrdə bal gilaslar sabahın günəşındə, billur kimi bərq vururdu. Quşlar şırəsi süzən gilaslari dimdikləyir, havaya qalxaraq cıkkildəşır, təkrar özlərini gilaslara vururdular. Bu an qaçmazdı, çəkməliydim.
Telefonu götürüb qaradeniz qəmli musiqilərindən seçdım, kemencənin müşayətiylə kameranı açdım, zomlayıb taa gilasın başını ekrana yaxınlaşdırdım, vidioya çəkdim. Ağlıma bir birinin ardınca düzülən kəlmələr gəlirdi, ilk dəfəydi ilhamım gəlmişdi, içımdəkilər dilimdən tökülürdü. Musiqinin müşayətiylə dilimə gələn kəlmələr su kimi süzürdü :
- Ciğerim yanıyor, güzel yüzlüm, sen aklıma gelince , na kadar hatıraların bende kalırsa dünya malında gözüm olmayacak, inan bana, canım benim, dünya malını gözlerinin rengine değişmem, ceylan bakışlım.
Na kadar ki, biz ayrıyız, yaşamıyorum şu hayatta, inan sadece ruhum yaşıyor, lakin sensiz...
Belki de , dünya beni kiskanıyor, seni bu kadar özlediyim için , lakin, ben de o kuşları kıskanıyorum, evet, çok kıskanıyorum, aşkım... keşke o kuşlar gibi olsaydım . Nasıl ki onlar sevdıyı yemişi koparmak içın daldan dala konuyor, havaya uçup da tekrar sevdiği avuna saldırıyor, o güç kuvvet bende olaydı keşke.. Ben de sevdiğim yemişe- sevdiğime kavuşaydım
Ne satırım seninle başlayır, ne kelimelerim senle biter, ne sensiz yaşar, ne senle ölürüm. Ben seninle varım, sensiz yokum . Bak, bak aşkım, aklıma geliyorsun, gözlerim yaşarıyor,. Hayalin aklıma gelince, o güzel gülüşünü düşündükce dünya benim oluyor ; Bazen mutlu oluyorsun sevdiklerinin yanında , fakat, sen olmayınca...
Cəkilişi bitirib, vidionu insteqram səhvəmdə paylaşdım. Siqaretimi yandırıb bir qulab aldım. Acı dumanı havaya buraxıb gözümü yumdum. Xəyalım yaşıllıqlar şəhəri olan o qərib ölkəyə uçdu, telefonumda hələ də həzin musiqilər bir birini əvəz edirdi...
Telefonuma gələn bildirim səsi məni düşüncələrimdən ayırdı...
5 BÖLÜM
Telefonu götürüb baxdım. Ayseldən mesaj gəlmişdi.
- Görəsən bu sözlər kimə həsr olunub?
-Heç... Elə belə
- Mənə də yox da, Elgün, səni məndən yaxşı heç kim tanıya bilməz, uşaqlığımız bir yerdə keçıb axı.
- Nolsun, anamın uşağıyam, amma o da məni tanımır.
- Ana, övladın huyunu suyunu bilər, amma hislərini, duyğularını bilə bilməz.
- Ola bilər...
- Amma biz sevgili olmuşuduq... guya da (göz işarəsi vurub gülür) Sənin hər duyğundan, xəyalından xəbərim var mənim.
Aysel mesajında utanmaq smaykı da qoyb mənə göz vururdu.
- Kişinin qulağından gözündən uzaq (mən də ona göz edib güldüm) Eşii onıar hamısı keçmişdə qaldi. O vaxt nə bilirdik sevgi nədir?
- Əksinə, o vaxt bilirdik sevgini. Çünki o sevgi pak və təmiz idi...
- Hmm...
- Həm də kişi bilsə neyləyəcək? Özü də bilir mən onu sevmirəm.
Bilirdim ki, o hələ məni unutmayıb, hələ də məni sevir. Amma bu zamandan sonra bunları danışmağın nə mənası vardı ki. O, ailəlidir, 8 aylıq hamılədir, bu gün sabah balasını qucağına alacaq. Mən heç vaxt ona ümüd verməmişdim. Uşaqlıqda nə olmuşduysa olmuşdu. Məktəbi bitirəndə hər şeyi bitirib ayrılmışdıq. Daha belə söhbətlər etmək nəyə lazımdır?
- Bəbiş gəlir, sevdirəcək, çətini dünyaya gələnə qədərdir...
- Deyək ki, mən uşağa görə ona bağlandım, bəs o?
- O da sevəcək, hətta sevir, hansı kişi sevmədiyi qadınla evlənər? Heç üzünə belə baxmaz
- Baxmır da Elgün. O məni sevmir, başqasını sevir, mən qadın xoşbəxtliyi yaşamıram.Başa düşürsən Elgün? Mən onun bioqrafik arvadıyam.
- Əgər beləydisə bəs o uşaq?
- Elə dərd də budur, bəlkə ata olarsa, məni sevər, evinə ailəsinə bağılanar deyə fikirlşdim, amma o bir dəfə sən balamı əzizlədiyin, maraqlandığın qədər onunla maraqlanmadı.
- Ne deyim, vallah, Aysel, Allah köməyin olsun. Papam durdu, çay qoymuşam, yaxın olsan deyərdim gəl çay içək, durum çay süzüm bir papa bala çay içə içə söhbətləşək.
- Gecə yola çıxıram, gəlim, içərik.
- Xeyirdir? Eşitdiyimə görə, anangil də burda yoxdur, Yaroslavskiyə gediblər, qardaşıngilə.
- Hə evdə yoxdular, mən səni görməyə gəlirəm, darıxmışam...
Nə deyəcəyimi bilmədim. Eslındə deyəcək bir şey yox idi. Bəlkə də mən onunla danışdıqca o ümüdlənir. Ən yaxşısı onunla münasıbətlərimi yavaş yavaş soyudum.
... Gecə yarı telefonum çaldı. Telefonun səsini titrəşımə qoyduğum üçün, istər istəməz yuxudan oyandım. Yuxulu yuxulu gözlərimi ovdum. Nömrəm əvvəl burda işlətdiyim nömrəm idi, köhnə telefonuma taxmışdım. Kim ola görəsən?
Ekranda Ayselin adı yazırdı. Dəlidirmi bu qız, gecənin bu çağı xeyir ola? Niyə narahat edir?
- Alo...
- Yatmısan Elgün?
- Bu vaxt oyaq olarlar Aysel ?
- Hə düz deyirsən, hamı yatıb. Bir mən yox.
- Sən niyə yatmamısan bəs?
- Dedim axı geçə yola çıxıram, gəlmişəm, burdayam, dəmir yol vağzalında. .
- Hə yadımdan çıxıb... Xoş gəlmisən, yaxşı yuxumu qaçırmayım, sora yata bilmərəm...gecən...
- Elgün mən də sənə zəng elədim ki...
- Hə yaxşı səhər danışarıq...
Başımdan etmək ücün sözünü kəsdim. Lakin o da mənim sözümü ağzımda qoydu.
- Elgün, bir dəqiqə...
- Noldu?
- Sabirə (əmisi oğlu) demişdim gəlsin qabağıma. İndi zəng edirəm telefonu bağlıdır. Deyəsən yatıb. O yatanda tekefonu bağlayır. Yarım saatdır qatardan düşmüşəm, vağzalda heç kim qalmayıb, taksilər də gedib, qorxuram burda təkcə. Nolar papana de gəlsın məni aparsın . Taksı lazımdır.
- Bilirsən papamın gözündə problem var, gecə reysə çıxmır.
- Sən gəl, o zaman, nolar...
Nə edim, gedimmi getməyimmı? Axı bir hamılə qadını tək başına bilə bilə orda qoymaq şərəfsizlık olardı. Bu kişiliyə sığan şey deyil. Qalxıb şalvarımı əynimə keçırtdım. Zala kecıb vazonun içindən atamın maşınının açarını götürdüm. Ehmalca qapıdan çıxıb, maşını işə salanda atam qapıda göründü.
- Hara ay oğul?
- Səni narahat etmək istəmədim, ata . Aysel zəng elədi. Gəlib qalıb vağzalda. Sabir götürəcəkmiş, o da yatıb qalıb. Dedi papaya de gəlsin məni evə aparsın, dedim papa gələ bilməz, yatır
- Niyə gəlmirəm... Gəlirəm, gözlə...
Atam arif adam idi. Məndən bir şey şübhələnməsə də Ayseldən onsuz da əvvəldən gözü su içmırdı. Həmişə öyüd nəsihət edəndə də adını çəkməsə də gənclıyındən stat gətirərək ərli qadınların subay oğlanları necə yoldan çıxarmasından danışıb məni ayıldırdı. Haqlıdır, zaman pis zaman idi.
Atamla vağzala catanda həqiqətən də peronda təkcə Aysel idi. Bir də npvbətçı .
Atamı maşında qoyub özüm içəri keçdim.Ayselın qarnı çox böyümüşdü. Əlini qarnına dayaq verib qabağıma gəldı.Qənşərimdə dayandı. Heyranlıqla məni başdan ayağa süzüb gülümsədi.
- Maşallah, dəyişilmisən, həm də çox...
Əlimi ona uzadıb salam verdım. Salamımı almayıb başını sinəmə qoyaraq belimdən qucaqladı.
Səbrdən çıxırdım. Axı bu qız niyə belə edir ki, ya biri görsə?Pəncərədən bayra baxdım, maşının işığı yanıb keçırdi. Atam bizi tələsdirirdi.
- Qurban olum, Elgün...
- Yaxşı, cəld ol atam gözləyir.
- Atanla gəlmisən?
- Hə...
- Day sən gəlirdinsə kişini niyə narahat etdin ki?
- Nə bilim tək qoymadı. Dedi birdən bir şey olar...
- Dedi birdən Aysel oğlumu yeyər?Adamyeyənəm də?
- Nəysə gedək, kişinin ürəyinə baŞqa şey gəlməsin..
... Səhər oyananda atam yeri göyü dalayırdı. Cox əsəbi görünürdü atamla ata oğul yox dost kimi idik, atam bizdən heç nə gizlətmir bizımlə dost kimi danışardı. İndi atamın belə səssiz səmirsiz vulkan kimi püskürməsi mənə yer eləyirdi. Gah səbəbsiz yerə anamın üstünə qışqırır, gah əlınə aldığını hirslə masaya çırpırdı.Özümü günahkar sayirdım. Amma günahım nə idi bilmirəm. Ayselin atası evınə gəlişı idisə, mən nə edə bilərdim ki?Deyəcəkdim ki gəlmə?
Anam da atamın yersiz hərəkətlərindən hövsələdən çıxıb bağırırdı.
- Nədi a kişi, niyə dalaqotu kimi sağını solunu dalayırsan? Dərdın nədir de bılək.
-Zəhrimardır,bildin?
Deyib qapını çırparaq çıxdı .
- Axı nolub, nə havalanıb bu kişi sən allah.
- Aysel gəlib.
- Hansı Aysel? - anam nəsə xatırlayıbmış kimi anıdən barmağını dışlədi - Biy, ta belə de də!!!
- Axı nolub, bilmədiyim bir şey var?
Anam özünü məşgul kimi göstərdi:
- Yox əşi nə olacaq, nəysə atanın o qızdan xoşu gəlmir, onu görəndə havalanır.
- Axı niyə? Bir səbəb olmalıdır da.
- Nəysə, yeri get o çıllı toyuğu tut kəs günortadı. Gəlib gedən olur , təmizlıyim qoyum bişsın
- Ana, sən Akkanın goru axı nolub, ürəyimi partlatma de görək. (cavan yaşda ölən bibisi vardı, adı Adilə idi Akka deyirdilər, ən darda anamı onun goruna və ya canına anda versən mum kimi əriyirdi )
- Qanına bulaşmış ərı 3 4 ay bunnan qabaq döyüb, nəfəsin kəsib...
- Kimi?Ayseli?
- Yox məni... Əlbəttə Ayseli.
- Niyə?
Anam çiyinlərini çəkdi. Bir əli işdə danışırdı.
- Bu da durub ajıx elıyıb gəlib dədəsinin xarabasına. Bunlarda dağılmışlarında yoxdular axı . Qız evdə tək. Əri gəlib tutub saçınnan sürüyə sürüyə aparanda qız səsin atıb başına ki, getmirəm, mən səni istəmirəm falan... Nəysə qancıx sənin adını çəkib...
- Mənim niyə?
- Nə bilim, səydir də. Əri də coşdu nə coşdu. Bütün millət çıxdı küçəyə. Qançığı qalıb ayində, başlayıb səni söyüb batırmağa, atan da bılmır bu hansı Elgünnən danışır. Nəysə atan da çıxdı küçəyə, kişinin əlin qoyun tutdum ki amanın bir günüdür otur aşağı, ər arvad özləri bilər, nə qələt edirlər öz işləridir, dalaşıb barışacaqlar. Kişi də dedi ki, "elə şey olar?" atana bələdsən də, qeyrət damalı tutdu ki məhəlləmin uşağına güldən ağır söz deyələr, mən belə oturum?
Elə bil ki, kişini gözləyirdi köpəyoğlu, alıcı quş kimi aldı kişini, gözünü yumdu ağzını açdı, arvadı buna nə sayaqlayıbsa doğradı tökdü ki, sənin oğlun kişi döyül, nə bilim nə.. Q..bə hər yerdə q..bədir, a bala, uzaq dur belələrindən.
- Bəs belə şey olubsa mənim niyə xəbərim olmayıb?Aysel mənə niyə deməyib.
- Hardan deyəcəkdi? Hiii !!! Sən hələ də onnan danışırsan?Türkiyə nömrəni bilir, o matışkə ?
- Ay ana, sən hansı dövürdə yaşayirsan qadan alım, indi adam tapmaq çətin işdir? İnternet olandan sonra adam tapmaq barmağının altındadır
-Hə düz deyirsən.Elgün qadan alım, başına dönüm uzaq gəz o it qızından. Allah bilir nə qələt edir,eri də onnan qaçır, deyirlər əri başqasın saxlayır.
- Ay ana, bəsdir sən allah, burini bilirsən birini bilmirsən. Camaatın babalını yuma. Aysel elə qız deyil.
- Bıy başıma xeyir, indi durub burda məna qızıl xırdalayacaq ee!!!
- Əri oğraşlıq edib, gül kimi arvadını yiyiəsiz qoyacaqsa, arvad neyləsin ona, ay ana ? Kişi xanımının üstünə gül qoxlarsa, qadın da sevgini başqasında axtarar da...
- Bıy ay allah üzümün suyu getdi. Nə danışır bu uşaq? Yoxsa...
Anam darvazaya baxdı. İstər istəməz qapıya döndüm. Aysel qapıdaydı. Bəlkə də danışdıqlarımızı eşıtmışdı. Üzündə utancaqlıqla yanaşı məmunluq var idi.
- Köpəyoğlunun qızı - anam dodağının altında mızıldandı. Qaşı gözü hədələyici ifadəylə oynadı, dişlərini qıcayıb tərs tərs mənə baxdı.
- Elə bilirdim gələcək, buraya, bu ləçər...
Üzünə sünü gülüş verib gülərək, anam darvazaya yönəldi.
- Aysel? Xoş gəldin a bala, kimnən gəlmisən Müşfiq də gəlib, hanı bəs?
Anam darvazaya tərəf gedə gedə hədələyici baxışla məni süzdü.
- Ay Elgün, yeri o toyuğu kəs bala, dayın səni gözləyir, harasa qonaq çağırıblar sənnən gedəcəkdi, cəld ol bala
Anamın himinə bələd idim, baxışları belə mənə Aysellə üz üzə gəlməmi istəmirdi. Heç düzünə qalsa, özümdə onunla oturmaq istəmirdim. Bilirdim ki, bura mənim üçün gəlib, bəlkə də bir az əvvəlanamla danışdıqlarımı eşıdib, Ayseli müdafiə edərkən bəlkə də hardasa ümüdlənib, ağlı əvvəlki vaxtlara gedib. Amma lazım deyildi.
Toyuğu tutub kəsərkən anamgilə baxdım. Cardağın altındakı böyük masada oturmuşdu. Anam nədənsə danışır o da telefonla oynaya oynaya anama cavab verirdi.
Mesajın səsi gəlirdi. Başımı qaldırıb ona baxdım. Bir gözü məndə, bir gözü telefonda anamla danışırdı. Yüz faiz mesaj ondan idi.
- Lazım deyil, Aysel, lazım deyil... Deyib əlimi vedrədəki suda yuyub, üzümə çırpdım. Yaş əllərimlə şalvarımı çırpışdırib dikəldim. Anam mənə getməyim üçün him edırdı. Sanki qız uşağıydım, məni oğlandan qoruyurdu.
Əl üzümü qurulayıb artırmaya çıxdım. Ayaqqabılarımı dəyişib həyətə endim.
- Xoş gəlmisən Aysel, necəsən?
- Yaxşıyam, sən də xoş gəlmisən, həmişə evində eşiyində,
- Sağol.
- Sən necəsən, maşallah, yaxşı gördüm səni, biraz dəyişilmisən.
Ona cavab vermədim, saata baxıb tələsik, masanın üstündəki boşqabdan alçanı ovuçladım. Alçanın biirin ağsıma atıb tələsik anama döndüm.
-Ana, gec gəlsəm nigaran qalma, Ordan Qadirgilə gedəcəm. Məni axtaran olsa...
- Hə yaxşı sənin başına dönüm get. Tez tez zəng elə, məni nigaran qoyma.
- Yaxşı...
Darvazaya gedə gedə sağ elımı havaya qaldırıb, onlarla sağollaşdım.
Qapdan çıxarkən telefona baxdım. Aysel mesaj yollamışdı,
- Sənin üçün gəlmişəm, axı. Bir yerə getmə!
İkinci mesaj isə belə idi...
- Məndən qaçırsan bilirəm, anan səni göndərir bilirəm, dayıgil, Qaragil bəhanədi...
Axşam evə dönərkən küçənin başına çatmışdım ki, telefonuma mesaj gəldi.
- Qapını açıq qoymuşam, çay da dəmdə, səni gözləyir, bəlkə bir cayımı içəsən ?
Məhəllənin başından gözə qərar onların səmtinə baxdım. Qaranlıqda heç nə görsənmirdi, lakin hiss edirdim ki darvazanın arxasındadır. Yolumu dəyişib o biri səkiyə keçdim. Yolum onların qapısının ağzından keçirdi. Başqa yolum yox idi kaş ke mesajını oxumasaydım, bir qadın səni çaya dəvət edəcək, sən getmiyəcəksən, bu kişiliyə sığar? Ən azından çayını içməsəm belə təşəkkür etməliyəm də.
Alnımı ovxaladım. Qərarsıa qalmışdım, nə edim?
- Amma mesajla da təşəkkür edə bilərsən də Elgün, düz deyil?
Özüm özümü ələ almağa çalışırdım, istəmirdim duyğularıma, hisslərimə qapanım.
Adımlarımı yavaşıdıb yazdım.
- Evdən bayaqdan çıxmışam, anam dayanmadan zəng edir, deyəsən evdə qonaq var, çay qalsın başqa vaxta, sağol Aysel.
- Boyük kişi oldun, hələ də məktəblı uşaq kimi güdürlər səni? Məktəbdən də bir yerə qaça bilmirdin ki, anam gözləyir...
Söz mənə elə pis toxundu ki, istəmirdim bu yaşımda mama uşağı kimi kimsə məni tənbeh etsin . Axı nədən qorxuram ki? Bir qadın məni evinə dəvət edirsə, axı niyə getməməliyəm? Rusların bir sözü var. Deyərlər verirlər al, qovurlar qaç...
Axı mən niyə nədən qorxub qaçmalıyam ki? Sinif yoldaşı olmusuq, nolsun balaca vaxti aramızda uşaqlıq sevgisi olub?Axı indi böyümüşük, hərəmiz öz yolumuzu tutmuşuq. Nə var ki, burda, niyə cəkinirəm ki? Burda qəbahət bir şey yoxdur. Nolsun qadın olanda, onun da bir dosta, ürək sirdaşına ehtiyyacı yoxdurmu? Niyə bizim millət hər zaman biti birəyə yamayır ee. Ərli qadın ərindən başqasıyla dərdləşib danışa bilməz, əks cinslə dost ola bilməz? Gedirəm onlara, kim nə deyir desin. Bax elə indicə gedirəm. - addımlarımı yeyinlətdim. Lakin elə anında da yavaşladı...
- Dayan, Elgün... Evdə təkdur, heç kim yoxdur axı. Görən olsa nə deyər? Ərli qadın...
Şeytan beynimi yeyib tokürdü.
- Qorxursan? Kimdən? Ayselin əndən? Camaatdan? Axı niyə? Sən onu götürüb harasa aparmırsan ee, o səni dəvət edir evlərinə. Və ya evlərini basmıram ki, həm də axı niyə pisə yozursan ee, axı həm qonşu, həm sinif yoldaşı olmuşuq biz...
- Yaxşı Aysel , bir çay qoy, beş dəqiqəyə ordayam.
- Yess...
Bilmirəm niyə, nədənsə özümə ürək dirək versəm də, içımdə bir qorxu, həyəcan var idi. Eıə bil birdən ikiyə heç onlara getməmişdim, ilk dəfəydi gedirəm.
Oğrun oğrun gözlərimlə küçəni kontrol etdim. Elə bilirdim kimsə məni güdür, arxamca gəlir. Həyəcanla ətrafa baxa baxa onların darvazasına yön aldım. Mən olduğum yerdən onlara 10 15 metr məsafə var idi. Di gəl ki, ora mənə çox uzaq görünürdü. Elə bilirdim dünyanın o başındayam.
Darvazaya beş altı addım qalmışdı ki, irəlidəki kəsişmədə kölgə görsəndi. Addımlarımı yavaşıdıb, yolun sağına keçdim. Divara söykənib telefonu cibimdən çıxardım. Özümü telefonla danışar kimi göstərdim. Gözləyirdim ki, o kölgə kimdirsə keçsin getsin. Sonra özümü atım Ayselgilə.
Kölgə oralarda dolaşırdı. Canım darlanmağa başladı. Teletonun internetını açdım biraz gözlədim. İnternet bildirimləri bir birinin ardıyca düzüldü. İnsteqramdan səhər səhər paylaşdığım paylaşımın altında gözüm Öykü Akbaba adına sataşdı. Ad uzaq bir tanıdığı xatırlatdı mənə sanki, xəyalım uçub çaylıqlar arasındaki o köhnə evə, ordan da düşdüyümüz dərəyə, xəstəxana otağına getdı. Elə bu vaxt kimsə qolumdan tutub dartdı, xəyallarımdan ayrılıb ətrafıma baxdım. Telefona baxa baxa gəlib Ayselgilin qapısına çatmışdım, elə qapının ağzında Aysel qolumdan tutub, məni içəri dartırdı. Telefonu cibimə qoyub içəri girdim.
- Elgün...
Həsrət və sevgi dolu baxışlar gözümə zilləndi, həyəcandan sinəsi qalxıb enir, dolmuş gözləri xoşbəxtliklə gülümsəyirdi.
- Nolub sənə ay dəli sakit ol!
Tez tez dərindən nəfəs aldı :
- Elgün... Nə yaxşı ki, məni qırmadın gəldin, sənə qurban olaram Elgün - mənə sarılıb başını sinəmə qoydu. Böyümüş qarnı qıçlarıma dəydikcə ətim ürpənir, haldan hala düşürdüm.
- Lazım deyil Aysel, belə eləmə, uşaq deyilsən , özünü ələ al !
- Sənə qurban olum, Elgün, qadan alım...
- Aysel,
- Ay can
Onun yalvarışları, pıçıltıları ruhumu bədənimdən ayırırdı, iradəm əlimdən ucub gedirdi.
- Belə eləmə Aysel, dayana bilmirəm, axı mən kişiyəm.
Saçlarını üzündən çəkib dodaqlarımı yanağına qondurdum.
- Elgün, canımsan, inan səni bir dəqiqə də unutmadım, səni sevirəm, Elgün, həmişəkindən çox sevirəm.
- Aysel, axı...
- Suss, qurban olaram sənə...
Telefonun səsi ikimizi də hərəkətə gətirdi.
- Atamdir...
- Açma..
- Sus...
Barmağıı onun dodaqlarına vurdum . Telefonu qulğıma tutub
- Alo? - dedim elə bil gecənin qaranlığını ildırımlar dağıtdı. Telefonun o başından sanki göy guruldadı.
- Zəhrimar alo, çor alo, qapının ağzında gözləyirəm, sürük cəhənnəm ol, tez ol gəl !!!
Darvazanın ara qapısını açıb, bayra boylandım. Atamın maşını qapıdaydı...
6 BÖLÜM
Özümü suç üstündə tutulmuş cinayətkar kimi hiss edirdim. Mən bu alçaqlığı yaşamamalıydim, axı niyə belə oldu?
Atam maşının qapısını açıb, tərs tərs üzümə baxdı. Utana utana başımı aşağı salıb maşına tərəf addımladım. Elə bil canıma od qoymuşdular, atamın üzünə baxa bilmirdim. Yoox atamın üzünə baxa bilməyəcəm, çox utanıram...
Qapını çırpıb ordan qaçdım. Atam arxamca maşının işıqlarını yandırır, siqnal verirdi, mən isə dalanı burulub gözdən itməyə çalışırdım.
Səhər yuxudan qalxanda beynim dumanlanmışdı sanki, sinəmdə bir ağırlıq var idi. Özümü toparlayıb baxdım. Sinəmin üstünə bir qız başını qoyub yatmışdı. Hər şeyi pərdə arxasından baxırmış kimi xatırlayırdım.Gecə ordan ayrıldıqdan sonra keçən günlərdə dostlarımla gəldiyum restorana gəlibmişəm. Bəsdir deyənə qədər içmişəm. Sonrasından indi xəbər tutmuşam...
Telefonu götürüb dəhlizə çıxdım. Anama zəng etdim.Atamı soruşdum. Anam heçnə bilmirmiş kimimənimlə danışdı harda olduğumu soruşdu. Mən anamın suallarına cavab vermirdim. Anamdan mənim suallarıma cavab istəyirdim. Atamın sabaha qədər cardağın altinda oturub siqareti siqaretə calayıb, məni asıb kəsdiyini dedi.
Dayanmadan atamın " kişi balam, sənə güvənirəm, söz ver ki adam kimi adam cərgəsinə qoşulacaqsan. Söz ver ki, oxuyub adam olacaqsan, məni peşiman etmiyəsən" sözləri qulaqlarımda cingildəyirdi.
Belə mi olmalıydı? Mən atama belə söz vermişdim? 8 ayliq hamılə qadının yanında, evində nə işim vardı ki mənim?
Aysellə gecəki ehtiras dolu pıçıltilarımız onun yalvarışları qulaqlarımda səsləndikcə, o kiçik səhnə ağlıma gəldikcə bədənimin tükləri qaparırdı, özüm özümdən xəcalət çəkirdim :
- Nə oğraş adamsanmış, sən, ay Elgün, babı dediyin bir qıza xayin baxırsan, həm də ailəli, hamılə...
Evə getməyə üzüm yox idi, bütün əşyalarım hamısı evdəydi, üstümü dəyişməliydim, amma gedəcək atamın, anamın üzünə baxacaq üzüm yox idi. Odur ki, cibimdəki pullara baxdım.Türkiyədən gələndə qohum - əqraba, dost - tanış cibimə xeyli pul basmışdılar. Hələ də qoşa çarpayıda yatan qıza baxıb, özüm özlüyümdə ona qıymət kəsdim. Haqqını masanin üstünə atıb otaqdan çıxdım. Bazara gəlib, üstümə əyin - baş alaraq elə dükanda üstümü dəyişdim. Bir başa avtovağzala kecib ordan Bakıya bilet aldim. Telefonuma gələn zənglərə baxmır, mesajlara cavab vermirdim. Elə bilirdim telefonu açsam bütün kontaktımdakı adların sahibləri ekrandan üzümə tüpürəcək
Bakı beynəlxalq Avtovağzalında enən kimi Türkiyəyə bilet aldım. 4 gün sonra yola çıxacaqdım.
4 gün avara, səraser Bakının küçələrində veyilləndim heç kimlə danışmırdim. Hətta Aysellə də. Qardaşımla da. Bir tək dostum, həm də əmim oğluyla danışıb vəziyyəti ona demişdim.
Avtobusun tərpənməsinə beş, altı dəqiqə qalmış gözlərimə inanmadım. Anamla atam peronda avtobusların qabağına qaçıb şofer və müavindən nəsə soruşur, sonra avtobusun pəncərələrinə boylanırdılar. Bütün bunları mən avtobusun pəncərəsindən seyredirdim. Dayana bilmədim, ailəmin üzünə baxmağa utansam da, özümü toplayıb aşağı endim. Anamı səslədim, anam sevincək və gözyaşları içərisində mənə sarıldı. Atam isə yaxınlıqdakı köşkün arxasına çəkildi. Anamla da danışa bilmirdim. Üzünə baxmağa belə utanırdım. Anam isə heç nə olmamış kimi yükək əhval ruhiyyə yaratmağa çalışırdı.
- Kamıl dedi ki, işin çıxıb, Bakiya gəlmisən. Bəs niyə xəbər vermədin, ay bala, olarmı belə xəbərsiz - ətərsiz getmək? Zəng eliyirəm telefonun bağlıdı. Dünən Kamıldən səni soruşdum, dedi ki, bu gün çıxasan Türkiyəyə. Ay bala bir hazırlıq görməmiş, eləməmiş nə xəbərdi, nə qaçaqaçdı. mürəbbə zad qoyacaqdım.
- Heç nə lazım deyil ay ana, işim çıxdı, uşaqlar yazdılar, yataqxanadan köhnə uşaqları çıxardırlar təzə uşaqlara yer açırlar . Dedilər gəl ev tapmalıyıq.
Anam mənə yalan danışdığı kimi, mən də yalan danışdım. Nə anamın nə də mənum sözlərim inandırıcı deyildi. İkimiz də yalanlarımıza özümüzü inandırırmışıq kimi görünürdük.
- Atan... Heç olmasa atanla görüş dəə...
Bir gözüm atamda olsa da yenə yalanıma davam etdim.
- Hə, həqqi... Atamla gəlmisən? Hanı bəs?
- Yəqın siqaret alır köşkdən. Yeri konlün al, onsuz da xəbərsiz ətərsiz cıxıb getməyin kişiyə toxunub.
- Hə düz deyirsən.
Saçımı saqqalımı qaşıya qaşıya köşkə yöməlmişdim ki, anam əlini qoynuna atdı. Özünü arxamda gızlədib məni səslədi.
-Elgün, al anan sənə qurban qoy cibinə, atan bilməsin, yaman günnük saxlamışdım.
- Ana...
- Di yeri, başına dönüm.
Atam mənim ona tərəf gəldiyimi görüb üzünü əks istiqamətə çevirdi. Telefonu əlinə alıb özünü məşgul kimi göstərdi.
Arxadan ona baxdıqca uşaqığımdan taa son məlum hadısəyə qədər hər şey gözlərimin önündə canlandı. Sanki atamın boy buxunu, enli kürəyi bir səhnə idi, bütün xatirələrim orda canlanırdı. Atam mənə baxmasa da hiss edirdim ki, bütün diqqəti məndə idi.
- Bağışla məni ata, bir iş idi oldu cavanlıq elədim, şeytan yoldan çıxartdı.
Atam telefon əlində yerində gonub qalmışdı. Özünü dikəldib şax dayandı, üzümə baxmadı, amma yenə qulaqlarını mənə şəklədiyinə əmin idim.
- Bilırəm, bu olmamalıydı, aata. Amma bir iş idi oldu. Məni evlərinə dəvət etdi, köhnə sinif yoldaşı kimi, mən də qırmadım...
- Ə, sıpa, nə sinif yoldaşı, əə? Nə sinif yoldaşı?
Elə bu vaxt avtobus son siqnalını verdi, hərəkətə keçırdı.
Gülümsəyib atamı qucaqladım.
- Səhv başa düşmə ata, onnan mənim aramda heç nə yoxdu, allah haqqı düz deyirəm...
- Hə gördüm, afərin sənə, halaldı...
- Di salamat qal ata, görüşməyəsən mənnən? Gedirəm ee...
Atamın əlləri kürəklərimi sıxdı. Ürəyim qürurla doldu.
- Get, Allah amanında. Amma ağıllı ol kişi ol. Əli çıbimə girdi, bir şeyə ehtiyyacın olsa utanma, çəkinmə, şükür Allaha, azdan azımız var, çoxdan çoxumuz...
- Aslan atam...
Avtobusun tərpənişi və konduktorun son çağırışı məni hərəkətə gətirdi. Qaçıb avtobusa minib elə qapıdanca geri boylandım. Anam yenə gözlərin sıxırdı. Atam onun çıynin quçaqlayıb mənə əl sallayirdı...
Sonuncu dəfə avtovağzalda şəkil çəkib insteqramda paylaşmışdım. Bütün dost tanışlar hamı yazırdı. Yolda olarkən internetim qalmasın deyə gah canlı yayın açıram, gah da uşaqlarla mesajlaşıram.Rəsmimin altından dostluğumda olmayan ÖYkü Akbaba adlı biri "mesajlara bakarmısınız? " yazmışdı. Bu rəyi oxuyar oxumaz istek bölümünə keçmişdim ki, internetım bitdi. Vahh, belə yerdə belə həyəcanı yaşamaq olardımı? Dəliyə dönmüşdüm.
Qırmızı körpüyə az qalmışdıq, bütün günü internetimi boş boş söhbətlərə xərcləmişdim ki, batıb getməsin. İndi belə yerdə internetin qurtarması və əlim heç nəyə çatmaması məni səbrdən çıxardırdı.
Sərhəddə çatan kimi bir manatlıq kontur alıb yüklədim. Allaha yalvarırdım ki, Gürcüstan tərəfə keçəndə internet çəksin. Bəli, arzuma catmışdım, internetim çəkirdi. Suya qovuşmuş balıq kimi dord gözlə mesajlara baxdım. Öykü Akbabanın insteqram səhvəsi qapalı idi. Profil şəkilində dağ - yaşıllıq şəkili olduğundan bu Öykünün kim, hansı Öykü olduğunu hələ bilə bilmirdim. Odur ki, ona takib istəyi yollayıb, sonra mesajlarını oxudum. Bir birinin ardınca cavabsız mesajları yazılmışdı.
- Merhaba, benim Öykü, unutmamışsın sanırım...
- Numaranı arladaşlarından aldım. Aradım cevap vermedin. Meğerse yurtdışındaymışsın...
- Sonra ismini, soyadını yazdım, baya uğraştım... Sonunda seni burdan buldum.
- Ha.. bu arada soyadını hastaneden biliyorum...
İlahi, bu o idi... Mən onu axtarmaqdan, o cəsaret edib məni axtarıb...
- Salam - yazıb dayandım. Hardan necə başlayacağımı bilmirdim , yazdıqlarını təkrar oxuyub, yazdığı kəlmələrin həyəcanıyla yaşayırdım. Nəhahhət fikirlərimi cəmləyib mesajlarına cavab yazacaqdım ki, avtobusumuz gəldi...
Sərhəddən ayrıldıqca, internet itdikcə ürəyim çəkilirdi sanki... Bir iki kəlmə yazmışdım, səs də yollamışdım, lakin nə təqib istəyimi qəbul etmişdi, nə də mesajlarıma baxmışdı.
Türkiyə sərhədlərin keçən kimi bura aid olan nömrəmi açdım. Mobil paylaşımı açdım ki, o biri telefonumu aktiv edim. Di gəl ki, Türkiyə nömrəm ödənişli olduğu üçün, ödənişi bitmışdı. Dəliyə dönmüşdüm. Nə edim, neyləyim deyə baş çatladırdım. Başqa vaxt internet, telefon varmı, yoxmu o qədər də önəmsəmirdim. Amma indi intermet mənə su kimi lazım idi. Öykümə, o imkansiz eşqımlə əlaqəmin tək vastəsi internet idi...
Avtobus yola çıxan kimi WF açıldı. Kım dayana bılərdi qarşımda? Sabahın o çağında saat 6 ya işləyirdı, mən Öyküyə yazırdım. Çox keçmədi meaajlarıma cavab gəldi. Namaza qalxıbmış, sonra da yatmamışdı...
Trabzon Avtovağzalında enib dərindən nəfəs aldım. Əşyam yox idi. Səfərim anı olduğu üçün, bütün paltarlarım belə orda qalmışdı. Əlimdə balaca bir torba vardı, birdə yoldan aldığım abur cubur yeyəcəklər
Torbaları iç içə qoyub taksi dayanacağına gəldim.Taksinin qapısını açıb oturacaqdım ki, ince bir ses məni səslədi. Gözlərimə inanmadım. Öykü qarşımda dayanmışdı...
O gündən taa bu günə bir birimizə qırılmaz zəncirlərlə bağlandıq. Təxminən 6 7 aydan sonra orda burda onunla görünməyə başladım. Xəbər əvvəl qardaşlarına, sonra atasına çatdı. Qardaşları mənə yaxınlaşmışdılar, dostlaşmışdılar. Zatən Kərimlə aram yaxşı idi. Qardaşlarının mənimlə xoş rəftarı həm Öykünü, həm məni sevindirirdi. Taa ki, atası bu işdən duyuq düşənə qədər...
Öykuylə çox gözəl zaman kecirdirdik. Ayri ayrı şəhərlərdə yaşasaq da, aramızdaki məsafə sevgimizə əngəl ola bilmirdi. Tətil günləri bizim üçün toy bayram olurdu günlərimiz, hər dəqiqəmiz bir yerdə keçirdi.
Gecə işinə düzəlmişdim. Gündüz dərsdə olurdum dərsdən çıxıb 2 3 saat yatır, sonra qalxıb işə gedirdim. İşim ağır deyildi. Motoskiletlə kuriyerlik edirdim. Boş olan kimi kitablarımı götürüb ya restoranın mətbəxinə , ya da koridoruna çəkilib yerdə kartonların üstündə bardaş qurub dərslərimi hazırlayırdım. Həftə arası çox yorğun olurdum. Ən çox gecə işləyən reklam və ya çap ofislərinin sifarişlərini daşıyırdım. Həftə sonları isə boşluq olurdu. Həftə sonları restoranımız qələbəlik olsa da gecə sakitlik olurdu. Bəzən elə yorğun olurdum ki, elə oturduğum yerdə kitab əlimdə yatırdım.
Həftə sonlarında , Rize "Kale" ticaret mərkəsinin qarşısı bizim görüş yerimiz olardı. İster dünya dağılsın tufan qopsun, nə məni, nə də onu bu görüşdən heç nə, kimsə saxlaya bilməzi. Elə günlər olmuşdu ki, o görüş yerinə gecikmişdi. Mən isə saatlarla heykəl kimi yağışın altında boynumu büküb onu gözləmişdim. O isə gəlib məni yağışın altında o cür vəziyyətdə görüncə o da mənə sarılıb islanmış paltarlarımla özünü islatırdı. Onun da yağışdan islanmaması üçün əlindən tutub dayanacağa çəksəm də o şən qəh qəhələriylə əlimdən çıxıb yağışın altına qaçırdı.
Rizədə olanlar buranın dəli təbiətini yaxşı bilirlər. Yağış yağanda damla damla deyil, incə incə deyil - sanki göylər suyunu yerə çaydanın lüləsindən tökürdü. Adicə yolun qarşı tərəfinə keçərkən belə çum çuluq su olurdun. Belə bir təbiəti var Rİzənin. Təbiətin bu şıltaqlığı bir çoxları ücün qanqaraldıçı hal olsa da, bu hüsünkar mənzərənin qoynunda keçirdiyimiz dəqiqələr, bizim üçün əvəz olunmaz anlar idi.
Yağışdan qaçıb dayanaçaqlarda, dükanların pnündəki böyük çətirlərdə daldalana daldalana sahilə üz tutardıq. Yağışlı günlər bizim üçün əlçatmaz günlər idi. Çünki küçələr boş olar, kimsə bizi görməzdı. Elə ki dəniz sahilinə yetişirdik, çətirimizi açıb altına girər, dənizin ləpədöyənindəki islaq qaya parçalarının üstündə oturub şirin şirin söhbət edər, dənizdən havaya atlayan balıqlara, sulara baş vurub yem axtaran qağayılara baxıb xəyallar qurardıq. Bəzən quraq və isti havalarda ayaqqabılarımızı çıxarıb dənizin dum duru sularına salar, ayaqqabılarımızın bağlarını bir birinə bağlayıb çıynimizdən asaraq dahildəki qaya daşlarının üstüylə atıla atıla dənisin ortasına qədər gedərdık. Ən gözəl məşğuliyyətimiz isə mamırlı daşların altında daldalanan balıqları ürküdüb qaçırtmaq idi.
Bol bol şəkillər, selfilər çəkib bir birimizə atardıq, bəzən uşaqlaşıb zarafatlaşar, bəzən də yetişkin gənclər kimi qayalıqlarda bitmiş kolluqların arxasına çəkilib saatlarla sevgimizin atəşinə sərhəd qoymazdıq,
Hər gorüşdə daha çox tanıyırdıq bir birimizi, biraz bağlanırdıq bir birimizə...
Bir gün belə günlərdən biri idi. Öykü telefonumu alıb mənim çəkdiyim rəsmlərə baxdı, bəyənmədiklərini silib, bəyəndiklərinə düzəliş verdi. İnternetimi açıb seçdiyi şəkilləri özünə göndərəcəkdi ki, elə bu vaxt watshaap dan görüntülü zəng gəldi
- Ayselmu? Aysel de çimdu?
- Şey... Seydi...
- Ne çeydu Elcun?
- Azerbaycandan... Bir arkadaş... Hem de akraba, amcamın kızı, bacı kimi... Aynı snıfta okuduk
- Hmm... Arkadaşdu demeç? Kiuz arkadaşun olmasun?
- Yok... Yok neyse kapattı.
Derindən nəfəs aldım, cox həyəcananmışdım, istəmirdim Öyku Ayseli tanısın. Telefonu cibimə qoyub Öyküyə baxdım, incik və küskün nəzərlərlə dənizin seyrinə dalmışdı.
- Öykü, bi şey yok canım, için rahat olsun
Çiynini çəkib, üzünü yana tutdu.
-Sana güveniyurum , bileyrsun da .
- Evet, öyle de olması lazım, aşkım!
Əlimi ona uzatdım. Hələ də mənə küs kimiydi
- Öykü
- Hmmm
- Eee?
- Ne ee? Benmu saa sormam lazum ee ni, senmı baaa?
-Ney? Anlamadım ki?
- Nıçın kapattun?
- Ben kapatmadım aşkım , kendisi kapattı.
-Hayur, o kapattu da, sen de internetu kapattın daa...
Əlim ister istəməz cibimə getdi. Telefonu çıxarıb baxdım. Həqiqətən də İnterneti kapattığımın fərqınə deyildim.
Öyküyə baxdım. Baxışlarından sual tökülürdü.
- Bak canım, seninle baş başa kalırken bizi kimse rahatsız etsin istemiyorum.
- Bence de tam tersu, benumle olarçen telefonuni açuk tutman lazum. Ben senun, sen benum hayatumde olduğumiz sürece bir birimizi iyi tanımamız lazım...
- Öylemi diyorsun ?
- ÖYLE
- TAmam, canım, açıyorum.
İnterneti acar açmaz yenə görüntülü zəng gəldi. Öyküyə baxıb udqundum
-Benu amcanin kizuyle tanışturmeyacakmusin?
- Tamam, açıyorum, açıtım.
Aysel doğum otağında ağrılar içində mənə zəng edirdi
- Elgün, qurban olum sənə,
- Aysel? Nolub, hardasan? Niyə ağlayırsan?
- Xəstəxanadayam!
- Nolub? Nə gəzirsən orda?
- Doğum evindəyəm, vaxtımdı.
- Kimlə gəlmisən?
- Heç kimlə, təkəm, yenə həmişəki kimi... Elgün çox qorxuram...
- Haradır bira, hardasan indi ?
- Doğum evindeyem.dedim axı. Nazlım dünyaya gəlir Elgün, çox həyəçanlıyam , bizim Nazlımız gəlir ...
Öyküyə baxdım, qaşları çatılmışdı. Bizim dilimizi o qədər də başa düşmürdü, amma söhbətin nədən getdiyini almışdı deyəsən.
- Elgün, özümü tənha hiss edirəm əzizim, yanımda heç kim yoxdur, yetim uşaq kimiyəm...
Allahım bu nə deyir? Görəsən Öykü onun dediklərin başa düşür? Gözümü Öyküdən çəkmirdim, onun üzündə küskünlük və çaşqınlıq işarəsi var idi. Amma mən rəng verib rəng alırdım. Bəlkə də mənim haldan hala düşməyim olmasaydı elə onu "əmi qızı" deyə yola verəcəkdim.
-Aysel, danışa bilmirəm yanımda adam var, sora danışarıq olar?
Dİqqətlə ekrandan mənə baxdı.
- Hardasan canım? Deyəsən dəniz kənarındasan hə? Dənizin səsi gəlir. Yanında kim var? Sevgilin?
- Yox ee, nəysə...sağ salamat qurtar...
Öykü açıqla ayağa qalxdı ,getmək istərkən biləyindən tutub özumə çəkdim . Əsəbi halda telefona döndüm.
- Danışa bilmirəm, Aysel işim var.
- Yaxşı, get qurban olduğum, get işinlə ol, səni çoox sevirəm Elgün, bunu unutma...
Donub yerimdə qalmışdım onun sayıqladıqlarına. Öykü əlimdən açılıb qaçmaq istəyirdi, yalvarış dolu baxışlarla ağlayaraq səsini belə çıxartmadan əlimdən açılmaq istəyirdi..
7 bölüm
Bir necə gün Öykü mənimlə küsülü qaldı. Çox böyük çətinliklə kölnünü ala bildim. Ayselin bizim Nazlımız deməsini beyninə soxmuşdu. Cevirib cevirib dudurdu. Bir təhər ona başa salırdım ki, "səhv başa düşmə,qohum olduğu üçün, uşağı da ailəmizin yeni üzvü olduğu ücün ümumi şəkildə bizim Nazlımız deyib" .
Amma nə qədər onu aldada bilərdim ki? Bir gün yalanımın üstü açılmayacaqdımı?
Xəstəxanadan çıxdıqdan sonra Ayselin də dərsini verib, onu bütün hesablarımdan əngəlləmişdim. İstəmirdim ki, kimlərdən ötürü saf sevgimizə ləkə düşsün. Hələ ortada heç nə yox, gələcək həyatımın yoldaşıma, sevdiyim qıza yalan satmışdım - guya Aysel əmim qızıdır deyə. Əgər bir yalanımın üstü açılarsa o mənə necə güvənəcəkdi ki? GÜvənmədiyi bir insanla hayatı necə davam edəcəkdi?
Bəzən kişi olsam da, kişiləri başa düşə bilmirəm. Hətta bu fikirlərlə öz cinslərimlə dəfələrlə mübahisələrim də olub, hələ də olur. Görürsən adam öz sevdiyi, aylarla, illərlə dərdindən min əzab - əziyyətə qatlandığı qızla evlənib, ailəsində heç bir problemi yox, hətta xırda para sosial məişət problemlərini də vecinə almayıb xanımı hər halıyla onu qəbul edib, problemlərini, qusurlarını üzünə vurmur, evi eşiyi, gül kimi uşaqları... Di gəl ki ,xanımını aldadır, nəinki xəyanətlə, yalanla, kələklə hətta maaşıyla, pul atmaqla, evində olanı dartıb dostlarına, tanışlarına yaxın və uzaq qohumlarına "ehtiyyacı var" adıyla aparmaqla - bir dəfə yox, dəfələrlə və qadın da aldadıldığının fərqındədir. Bir dəfə, iki dəfə, üç dəfə... hər aldadıldığında qadının ərinə qarşı inamı biraz daha itir, güvəni qırılır. Bəzisi aldadıldığına dözə bilmir, bəzisi hər şeyi uşaqlarına qurban edib, bir damin altinda iki yad kimi dolanırlar. Qadınlar yola verir, hər şeyi atırlar ürəklərinə. Həyata heç nə olmamış kimi davam edirlər, ərlərini uca tuturlar. Lakin onları danışdırsan, ürəklərini açsan, dərinlıklərdə qalaq qalaq kin görərsən. Kişilər də elə bilir qadın onu bağışlayıb. Lakin elə deyil. Daha bilmirlər ki, mütləq və mütləq bir gün həmin qadın ərindən illərinin hesabını soracaq, məhv olub, getmiş gəncliyinin qısasını alacaqdı...
Düşündüklərimi yaşamamışdım amma cevrəmdə, qohumlarımda çox belə hallar görmüşdüm. Odur ki beynimdə bir xəyal qurmuşdum, əsla və əsla, nə olur olsun xanımıma yalan danışmayacam. Eger belə bir hal baş verersə oturub gözəl gözəl danışıb, onunla ortaq bir məxrəcə gələcəkdim. Bizim həyatımızda xəyanət əsla və əsla olmayacaqdı.
Məhz belə vəziyyət üçün deyiblər ki, "bAşından böyük danışma". İndi özüm sevdiyimə yalan danışırdım. Mütləq yalanımı düzəltməliydim.
Qonşumuzda Feride xala var, hər zaman deyərdi ki, yalan yalanla təmizlənər, amma çox şeyi kirlədər. Həqiqətən də düz deyirdi, yalanıma başqaları da bulaşacaqdı
Atası münasıbətimizi bilənə qədər hər şey yaxşı idi. İstər Öyküylə, istər qardaşlarıyla. Atası bildikdən sonra qardaşları da mənnən əlaqələrini kəsib, münasıbəti pozmağa başlamışdılar. Öykü əvvəl bunu qəbul etməsə də sonradan həqiqətən də qardaşlarının sözün əsil mənasında mənə düşmən kəsildiklərini hiss edirdi. Dünya vecinə deyildi. Hər zaman mənə ümüd verir, məni sevdiyini deyirdi, yeri gələrsə ailəsini atıb mənimlə qaçaçağını, yeri gələrsə özünü hər zaman görüşdüyümüz yerdən dənizə atacağını deyirdi. Təbiibki, onun bir sevginin, eşgin uğruna intihar edəcəyinə inanmırdım, onun bu dediklərini zarafatla qarşılayırdım. Nə biləydim ki, zaman gələcək və o dediklərini sübut edəcək...
... Vəə beləcə 2 ilimizi başa vurduq. O unversiteti bitirdi. Mən axırıncı kursa keçdim. Öykü Rizə ilçe xəstəxanalarından iş təklifi alsa da işi qəbul etməyib Trabzon xəstəxanalarından birinə təyinatını istədı. Trabzon ilçe (rayon) xəstəxanalarından birində işə düzəldi. İş yeri Şəhər mərkəzindən aralı olsa da onun Trabzonun hər hansı bir qəsəbədə işləməsi, mənimcün toy bayram idi. Demək olar ki, hər gün də olmasa günaşırı görüşürdük.
Qəsəbəyə təyinatı çıxmış bir neçə neçə məmur qızlarla kirayə ev tutmuşdular, orda bərabər qalırdılar. Öykünün işi növbəli idi. Əslində onun da zamanı olmurdu mənimlə cox zaman keçirtməyə, lakin biz heç zaman görüşümüzü təxirə salmırdıq. Trabzon bizim idi, eşq şəhərimiz, arzularımızın ünvanı, xəyallarımızın məkanı idi, Trabzon. Çox xoşbəxt idik, bizim xoşbəxtliyimizin qarşısında heç kim dayana bilməzdi bu şəhərdə.
Hardasa bir yerdə oxumuşdum Amerikalı kino artısti Robert di Niro nun fikirləri idi. Deyirdi: "Həyatda hər şey müvəqqətidir, əgər bir şey qaydasındadırsa, keyfini çıxar, uzun çəkməyəcək, yox əgər pis bir şey varsa, onu dərd etmə, çünkı o da daimi deyil"
Bəli beləcə yaxşı gündə, yaman gündə yaşadığımız hər şeyin keyfini yaşaya yaşaya həyatımıza davam edirdik.
Öykünü ailəmlə tanış etmışdım. Anam sırf onu görmək üçün ilk dəfə Azərbaycandan Trabzona gəlmişdi. İki sevdiyim bir arada idi. Biri anam, biri yarım. Bundan gözəl nə olardı ki, həyatda.
Ayrıca ev tutmuşdum. Dostlarım unversiteti bitirib getmişdilər. Yeni gələn uşaqlarla anlaşa bilmirdim, fikirlərimiz üst üstə düşmürdü. Evin təmizliyi və baxımı sarıdan dabproblemlərimiz olurdu. Odur ki, ayrıca ev tutmağı qərarlaşdırdım. Həm də yenə də restoranda kuriyerliklə bərabər praktika üçün həftədə 3 və ya 4 günlük dənizdə, gəmi limanında işim də olurdu. Ordan da maaş alırdım. Hələ unversiteti birirməmişdim, indidən istanbul və Bursayla yanaşı xarici ölkələrdən, Yunanıstan və İtalıyadan iş təklifi alırdım. İnşallah unvesiteti bitirib, diplomumu əlimə alan kimi bu barədə düşünəcəkdim. Hələlik isə tələbəlik illərimin keyfini çıxarırdım...
Anam Öykünü görmək üçün yanıma gəlmişdi. İlk tanışlıqda Öykünün qapalı olmasını bəyənməsə də, sonradan onun istiqanlılığına, şirinliyinə qanı qaynadı. Öykünü sevməyə başladı.
ÖYküylə anam cox gözəl zaman keçırirdi. Nə qədər ki, anam burdaydı hər gün bizə gələr, anamla zaman keçırdərdi. "qaynana - gəlin" çörəklər, börəklər, sarmalar bişirər, mən axşam işdən gələndə bərabər süfrə arxasında oturardıq. Axşam öykünü motorumun tərkinə alıb evinə aparardım. Elə bir xoşbəxtlık, elə bir çılgın eşq yaşayırdıq ki, motorumuz belə sevgimizə, xoşbəxliyimizə şahid idi. O motorumuz o dağ, o dərə, o meşəlik o şəlalə yox idi ki. aparmamış olsun...
Anamla Öykünün belə gözəl anlaşması lap ürəyimcə idi. Həyatımdan çox məmun idim. Məni sevən iki qadın var, biri anam, biri sevdiyim. Nə yaxşı ki, onlar bir birini gözəl başa düşürlər. Anam 29 gün yanımda qalmalıydı, gəliş-dönüş biletini əvvəlcədən almışdı. Zaman getdikcə daralır, anamın vizası bitirdi. Getmədən anam bizi bir araya bağlamaq istəyirdi. Dirəşmışdı ki :
- Madəm ciddisiz, həyatınızı bərabər yaşamaq istəyirsiz, gedim qızın "Hə" sini alım, gələn dəfə gələndə hazırlıqlı gələk, nişan taxaq.
Mən də, Öykü də bu işə etiraz etsə də anam mantel fikirlərinin üstündə dayandı. "Deyəcəklər" deyə deyə başımızın ətini yedi və bir gün işdən gələndə masanın üstündə Şokalad qutusu və Çiçək gördüm.
- Ana, qurban olum, bu nədir, mənə elçı gəliblər?
- Yox biz gedirik!
Həmin gün şənbə bazar olduğundan Öykü də evlərinə getmişdi. Anamın elçılık istəyinə etiraz etdikcə anamda Öyküyə qarşı şübhələr yaranırdı
- Əgər bu qız səni istəyirsə, niyə razılıq vermir. Bizim qızlar olsaydi hansı iki- üç il oğlanla görüşüb gəzərdi? Tanış olan kimi bir ay keçmədən dirəşmişdi ki, elçılərini yolla. Ay bala bəlkə bu səni aldadır, bəlkə başqasına deyiklidir? Niyə belə gizlı gprüşürsüz ki, gedim "hə" sini alım, qoy ailəsi də bilsin nə var nə yox. Ailəsiylə də yaxınlaş, qoy sənə bu qərib yerdə arxa dayaq olsunlar.
Daha anama deyə bilmirdim ki, ailəsi onu mənə vermək istəmir. Anamın xasıyyətini bilirdim. Deyəcəkdi ki, vermir çəhənnəmə versin qız tapılmır? Daş atsan qıza dəyər. İki dünya bir ola sonra anamı o qapıya göndərə bilməzdim.
- Yox ay ana, şükür, heç nə lazım deyil. Şükür Allaha, bu neçə vaxta burda yaxşı dostlar qazanmişam, arxam da var dayağım da. Bir ehtiyyac olan kimi dadıma çatırlar, sağolsunlar. Həm də, biz hələ evlılıyə hazır deyilik. Ev yox eşık yox, hələ oxuyuram...
- Demirəm ki, evlənin, nişanlanın da.
- Nə fərqi var ki, ay ana, elə nişanlı kimiyik də, götürüb qızı istəmədən başqasına vermiyəcəklər ki.
- Dədən kimi inadsan, vallah. Nuh deyirsən, peyğənbər demirsən. Ay bala, el var, adət var. Neçə vaxdır burdayam, bir şey demədim amma, bu qız heç yanından ayrılmır, evindən çıxmadı. Günü burda keçir. Yoxdurmu, ay bala, bunun bir yiyəsi, sahibi?
- Niyə yoxdur, ay ana? Qardaşları var ki, adamı diri yeyər.
- Bəs niyə bu qızı başqa şəhərdə yiyəsiz sahibsiz qoyublar, o boyda Rizədə işmi yoxdur, xəstəxanamı yoxdur?
- Eyyy, ay ana, hansı zəmanədə yaşayırsan ee, Öykü azadbır qızdır, ıstədiyi yerə gedər, istədiyi yerdə işləyər buna heç kim qarışmaz. Bu yiyəsizlik yox, etibar məsələsidır. Güvənməsələr, etibar etməsələr qoymazlar.
- Qələt eliyir elə güvən, etibar ... Gəlsinlər bir kənardan baxsınlar, onda görərlər kimə, neçə güvənirlər.
- Neynir ki?
- Neyləyəcək, sabahdan axşama qədər burda, gecə hansı qız mataskletin dalında gədələri qucaqlayıb, sülənər?
- Mən gədəyəm?
- Gədəsən, bəs nəsən? Nəyisən axı? Qardaşısan, dədəsisən, əmisi oğlu, dayısı oğlusan? Əri deyilsən, nişanlısı, deyiklisi deyilsən. Nolsun istəyirsiz, bəlkə sabah olmadı belə, oldu elə. Bu qız gələcəyin düşünmür heç?
- Eyy, ana, sənnən danışmaq mümkün deyil, vallah...
- Qurban olum öz millətimə, zəmanə zəmanə deyirsən... O zəmanə bizə niyə gəlmir?
- O zəmanə bizə Aysel şəkilində gəlib, razısan? Gedim əri ola ola gəzim? Ya da bir qızı firladım, sora atım? Ya da heç atmayım, ayselin dədəsi kimi, götürüb versin başqasına, yada biri qolu zorlu çıxıb götürsün qaçsın, sora da alan oğlan da, oturub durub Müşfiq Ayselin başına qaxınc eləyən kimi desin ki, filankəslə gəzmisən."Filankəsi sevmısən" deməsin aa, "gəzmisən" desin, getsin ayrısın saxlasın? Nə sevgiyə hörmət qalsın, nə ailəyə, nə qadına!
Anam susdu. Əlin yelləyib başıyla sözlərimi təsdiqlədi. Ağlamsınıb, divanın üstündən üzünü pəncərəyə çevirdi. Anamın bu halı ürəyimi çəkirdi. Yanına oturaraq, qucaqlayıb üzündən öpdüm.
- Di yaxşı da, ana, söz deyən kimi küsürsən, hər şeyin vaxtı var da, nişan, elcilik qaçmır ki, get gəl inşallah, ata da gələr, bir şey fikirləşərik.
- Mənim də arzularım var, oğluma elçı getmək, nişan taxmaq toy etmək. Belə getsə, bir də görəcəm iş işdən keçib, qarnı donbalıb, gətirmisən ki "salam əlöyküm, gəlmişik dombaq qarınla toy elə...
- Haa... Haa ha... Qorxma ay ana, o qədər də iradəsiz deyilik...
- Gülmə, düş qabağıma, başıma oyun açma, gedirik...
Daha çarəm qalmamışdı, anama daha artıq etiraz edə bilmirdim. Etiraz etdikcə anam bizim fikirimizin ciddiliyinə inanmır, əsasən də Öykünün məni aldatdığını, məndən istifade etdiyini düşünürdü.
Nəysə getdik, getməz olaydıq...
Öykügil böyük ailədirlər. Özü beş qardaşın bir bacısı idi. Əmisigilnən bir evin altında köhnə baba evində yaşasalar da haqq hesabları ayrı. Evin bütün yükü Öykünün atasının boynunda idi. Yük deyəndə, yaşlı nənəsi və bibisi də onlarla qalırdı.
Anası Öykü doğulduqdan 6 ay sonra xərçəngə tutulmuş, sonra dünyasını dəyişmışdı. Atası bi neçə dəfə evlənmək istəsə də, həm 6 uşağa, həm də evdə yaşlı anaya və yaşı ötmüş bacısna görə kimsə bu evliliyə razılıq verməmişdi. Öykünün nənəsi və bibisi 6 uşağa analıq edib, onları böyüdərək boya başa çatdırmışdı. İndi nənəsi tamamılə əldən düşmüş, atası, bibisi tamamılə yaşlanmışdı, günlər keçdikcə, ollər ötdükcə onlar da ömürlərinin sonuna doğru gedirdilər. Qardaşları evlənib hamısı ayrılmışdı, ikinci qardaşı Yasin ailəsindən boşandıqdan sonra , təkrar kəndə gəlmiş, onlarla bərabər qalırdı. Ömrünü qardaşı uşaqlarına həsr edən bibisi bu yaşında da onların zəhmətini çəkirdi.
Anamı bir təhər sakitləşdirib, səhərinrestorana gəldim. Başıma gələnləri, anamın inadını şefimizə danışdım. Ondan kömək istədim. Axşam mənə bu qurbətdə qəribçılık çəkdirməyən Adem ustanı da götürüb Öykügilə gəldik.
Evlri dağın ətəyində yerləşdiyindən maşını yuxarı yolda saxlayıb, anamın qoluna girərək beton piləkənlərlə aşağı endik. Yazıq anam, harda görüb belə sıldırım dağ ətəyi? Yuxarıdan aşağı baxanda gözləri qaralırdı.
- Hara gətirib çıxartmısan, məni, ay bala? Dağ başında nə işim var mənim?
- Nə bilim, ay ana, özün istədin dəə.
- Bu nədaa, Burda adam yaşayar? Ayıların yeridir bala bura.
- Ayı da var, narahat olma, çox səs salma tökülüşər üstümüzə.
- Yalan deyir ee!
- Yox vallah yalan denirəm. Bu dey sağımız solumuz hamısı meşədir.
Anam səsin qısıb, əliylə bizi hayladı, dilinin altında deyindi.
- Burda yaşayanlar nətər yaşayır əə burda, nətər gedib gəlir işə gücə? Bu nə yerdi əə...
Anam qolumdan möhkəm möhkəm yapışıb dikəldi, ayaqları əsirdi. Əlini günəşlik eləyib gözünün üstünə qoydu ətrafa baxdı.
- Bu nədaa adamın başı gicəllənir! Day gələ bilmərəm, yoxx, yoxxx! Canımdan bezməmişəm, bu dəyqa yumalanacam üzü aşağı, başım gedir uje!
- innən sorabura tez tez gələsən ay ana,
- Yox yox qələt eliyərəm dədəmin nənəmin ağzıyla, birinci axırıncı dəfə... Bir qələtdi elədim.
- Niyə qorxdun? Nəyi pisdir ki bol oksigen, yaşıllıq mənzərə!
- Allah kəssin belə mənzərəni, burda yaşamaq olar?
- Bə burda yaşayan qadınlar nətər yaşayır? Bax gördüyün o yaşıllıqlar var haa, bax ora çay tarlalarıdır. O boyda çayların hamısını arvadlar əlləriylə kəsir, bellərində, deyy, bu yola qədər daşıyır.
Anamın gözləri böyüdü.
- Ə, kiri, az danış... Buranı çıxmaq olar?
Elə bu vaxt Öykünün bibisi belində ağır odun şələsi aşağıdakı meşəlikdən üzü yuxarı - evə tərəf çıxırdı.
- Bu deeyy, camaat meşədən belində odun daşıyir ee, sən bir piləkəni aşağı yenə bilmirsən. Gəl...
Telefonu çıxarıb Öyküyzəng elədim. Çox keçmədi Öykü qarşımıza gəldı. Utana utana bizlə görüşüb anamın qoluna girdi, evə enməsinə kömək etdi.
Bizi qapıda Öykünün bibisi qarşıladı , evə dəvət etdi, amma üzünün ifadəsindən hər şeyi anlamışdım, bir tərslık olacağını bilirdim. Zatən Öykü də toy nişan barədə məndən dəfələrlə zaman istəmişdi, Bilirdi ki, atası onu yad birinə, həm də qərib birinə verməyəcək. Bəzən atasına haqq qazandırırdım. Evin bir qızı, beş qardaşın tək bacısını kim qürbətə və ya qərib birinə verər ki? Deyək ki, mən gəldim həmişəlik burda bu kənddə yaşadım, bu da mənim kareyama gələcəyimə təsir etməzmı? Bəs bu boyda unversiteti Azərbaycandan bura niyə basa basa gəlib oxumuşam ki? Mən həyatımı kimlərinsə qoyduğu şərtlərə həsr etmək istəmirdım, nə Öykü nə də mən eşq və ailə deyib həyatımızı böyüklərimizə bağlamaq istəmirdik, bizim gələcəyimiz vardı, evlənib ailə qurmaq istəsək də, kareyamıza davam edəcəkdik. Belə danışmışdıq, belə şərtləşmişdik.Çünki zəmanəmiz bunu tələb edirdi. Kareya həyatda önəmli rol oynayır.
Qızını istəməyə gəldiyini eşidən atanın səsi həyəti başına aldı, içəri otağa keçıb küncə qoyulmuş köhnə taxta sandığın arxasından ov tüfəngini qapıb üzümüzə tuşladı. bizi ordan qovdu.
Yazıq anam- birdən ikiyə silah görməyən qadın kişinin əlinfəki tüfəngi görəndə qarın ağrısına düşdü, qorxusundan ürəyi getdi. Bir təhər qadını özünə gətirdik. Yoxuş aşağı zülümlə enən qadın bir göz qırpımında ley kimi yuxarı dırmaşdı, həm də pıləkənləri əlləriylə tutaraq iməkləyə iməkləyə. Maşına minəndə anam qarnın qucaqlayıb qışqırdı.
- Elgün, məni tez tuvaletə çatdır, tez oll!!!
Adəm ustanın maşınına minərək, suyu süzülmüş geri döndük.
8 bölüm
O gündən sonra Öykünün Trabzon dəftəri bağlanmışdı.Telefonunu əlindən alıb , qızı ev dustağı etmışdilər. Nəinki Trabzona hətta Rizedə belə işləməyə qoymurdular. Qızın əlina hardansa, kiminsə telefonu keçən kimi gizlincə mənə zəng edər, qorxu içərisində mənimlə danışardı. Evdəki hər hansı bir söz söhbətdən mənə xəbərdar edərdi. Ağlayaraq bəxtsiz eşqımızə göz yaşı tökərək, məni sevdiyini deyərdi. Dilim dodağım quruyardı. Belə vəziyyətdə onu necə təsəlli edəcəyimi bilmirdim. Dəli şeytan deyirdi, get götür qaç! Amma necə mən hələ oxuyurdum, o zaman məcbur olub unversitetimi dondurub vətənə gedəydim, zatən sonuncu kursdaydım, dərsin bağlanmağına 3 4 ay qalıb, imtahanlarım var, sonuncu imtahanlardan sonra diplomumu alacam məzun olacam.
Deyək ki Öykünü qaçırtdım. Bir yerdə gizləndik. Məni tapmaq çətin işmi. Nə çətin vəziyyətə düşürəm. Məni unversirsitetdən tapacaqlar, izləyəcəklər. Deyək hər şeyi atdıq qaçdıq Azərbaycana, sonra nə zamansa təhsilimə davam edərdim. Bir tərəfdən də düşünürdüm ailə məişət qayğıları ilə başım işləməyə qarıçacaq, oxumaq yaddan çıxacaqdı. Hələ bunlar bir yana, anamın bunlardan gözü qorxmuşdu. Bir tərəfdən də, atam eşitsəydi ki məktəbi buraxıb evlənmək eşqinə düşmüşüm, Allaha and olsun, kişini infark vurar. Hələ müəllimlərimi, məktəbin durektorun demirəm. Deyəcəklər fərsiz Elgün yenə nə iş görübsə unversitetdən qovublar. Ha fikirləşirdim nə Öykünü, nə özümü bir tərəfə qoya bilmirdim. Bu vəziyyətdən çıxış yolu tapamaq müşjül məsələydi.
Öyküyə evdə belə işgəncə verilməsi mənə ağır gəlirdi. Damarımda qanım dayanırdı. Hansı dövürdə yaşayırdıq ki, ilin zamanın bu vaxtinda bir qız ailə şiddəti altinda yaşaya. Bəli razıyam. Bəlkə məndən xoşları gələ bilməzdi, məni qəbul etməyə bilərdilər. Elçı getdik, deyək ki, vermədilər. Mən də, anam da bunu başa düşdük. Amma ən azından biz özümüz danışıb ayrılmağımıza qərar verməyimiz üçün bizə zaman verə bilərdilər. Ən azından özümüz özümüzü ayrılığa hazırlamalıydıq. Bu könül məsələsiydi 3 il idi bərabərdik, ən xoş günümüzdə bərabər gülüb, dar günümüzdə bərabər ağlamışıq. Ürək dediyin göbələk deyil bir anda qoparıb atasan. Bağlanmışdıq bir birimizə. Belə etməklə, onun üzərinə getməklə, bizi ayırmağa zorlamaqla, ikimiz də inadımıza durmuşduq. İkimiz də qovuşmağa can atırdıq.
Beş ay Öykünü görə bilmədim . Günlərin bir günü zəng edib onu İstanbula uzaq qohumlarına vermək istədiklərini dedilər. Dünya gözümdə qaraldı. Tərs damarım tutmuşdu. Nə olur olsun gedib onlarla danışacaqdım. Düzdür hələ evlənməyi düşünmürdüm. Buna hazır da deyildim. Hələ evim yox, yerli yataqlı işim yox, bu gün sabah unversiteti bitirib təyinatımı hara alacaqdım bəlli deyildi. Çox güman ki, burda istədiyim kimi iş tapa bilməsəydim, işlə bərabər kareyamı genişləndirmək üçün etdiyim müraciətlərə müsbət cavab ala bilməsəydim Azərbaycana dönməyi planlayırdım. Öykü ailəsini atıb mənimlə Azərbaycana gələrdimi bilmirəm...
Oykünün son zəngindən sonra bütün planlarım alt üst olmuşdu. Nə olur olsun gedib atasının qarşısına çıxacaqdım, lazım gəlsəydi ayaqlarına düşüb bizi ayırmaması üçün yalvaracaqdım.
Nəhayyət bütün cəsarətimi toplayıb, hər şeyi gözə alıb onların kəndinə getdim. Vaxtı ilə çaylarını kəsdiyim əmisinin qonağı oldum. Başımıza gələnləri ona danışıb kömək istədim. Əmiısi insan adm idi. Halıma canı yanırdı. Məni götürüb onlara gətirdi.
Köhnə taxta evin yuxarı qatındakı geniş tərasda Öykünü görüncə ürəyim quş ürəyi kimi çırpındı. Bir anda taxta pıləkənləri iki iki qaçıb Öykümə sarılmaq istədim, evin altındakı ambardan odun doğrayan atasını görəndə bütün arzularıma su çıləndi.
Öykü məni görən kimi qalxıb balkondan aşağı böylandı
- Elcün, uyy askum, biliyurdum celecağuni.. - Deyib içəri keçdi. Nə edəcəyinə çaşıb qalmışdım. Atasının başı işə qarışdığından bizi görmürdü. Əmisiylə avlu deyilən artırmada dayanıb bir anda nə olaçağını gözləyirdim. Düşünürdüm ya Öykü atasına gəldiyimi xəbər versin ya da əmisi gedib onunla danışsın. Ama nə olur olsun qızla görüşmədən burdan getməyəcəkdim.
Çox keçmədi Öykü çantasını arxasına asa asa pıləkənlərin başında görsəndi. Tələsik ayaqqabılarını geyə geyə işarətlə yola çıxmağımı istədi. Əmisinə baxdım. Əmisi başıyla mənə razılığını bildirib, evin arxasındakı yolu mənə göstərdi. Özü anbara qardaşının yanına getdi.
Bu tərəfin evləri, məhəllələri bizim yerlər kimi deyil, burada evlər, məhəllələr arasında çəpərlər və darvazalar olmaz. Kimin həyəti, kimin baxçası hardan başlanıb harda bitər bilinməz.Dağlıq yer olduğundan buralarda beton və ya daşlardan pıləkənlər çığırları piyada yollarını əvəz edir. Pıləkənlər taa kənd arası ana yola qədər uzanırdı.
Piləkənlərlə üzü yuxarı ana yola çıxacaqdım ki, yuxarıdan Öykünün qardaşını gördüm, onunla üz üzə gəlmək istəmirdim, ama pıləkəndən başqa da yol yox idi. Geri dönüb gəldiyim yolla çıxsaydım bu zaman da atası bizi görəcəkdi. İstəsəm də, istəməsəm də onunla üz üzə gələcəkdim. Arxamca gələn Öykü dar torpaq çığıra keçıb məni səslədi.
- Elcün, bu tarafa, bu tarafa...
Təbii ki, o burda doğub böyümüş qız idi. Hardan neçə keçək olduğunu məndən yaxşı bilirdi.
Çətini ana yola çıxana qədər idi. Mən Öykünü görməyə, gərəkirsə atasının, qardaşlarının ayaqlarına düşüb yalvarmağa gəlmişdim. Lakin Öykünün hərəkətləri mənə başqa şey deyirdi, o bu həbsxanadan qaçmaq istəyirdi.
Beton pıləkənlərdən çıxıb Öykünün göstərdiyi istiqamətə keçıncə qardaşı çoşdu. Çiynində daşıdığı odunları yerə atıb özü sağlam bir odun parçası qapıb arxamca götürüldü. Səsə atası əlində balta ambarın qapısına çıxınca, Öykünün əmisi onu qabaqladı. Kəndə bir anda hay düşdü. Meşəliyin arasında Öyküylə əl ələ verib gözdən ittdik...
Meşənin dərinliklərinə getdikcə arada ayağımızı saxlayıb qucaqlaşır, dəli divanə kimi öpüşür, təkrar çalı çırpıların üstündən atlana atlana üzü aşağı qaçırdıq...arxamızca kişilərin səsləri gəlirdi, bizi təqib edirdilər. Tək istədiyimiz bir şey vardı, ana yola çıxmaq, motoskiletimə qovuşmaq. Biz isə ana yola yox, meşənin dərinliklərinə tərəf addımlayırdıq.
Nəhayyət baxımsızlıqdan hündür böyürtkən və gicitkən kollarına sarınmış köhnə bir komaya rast gəldik. Bəlkə də keçən əsrdən qalan bu taxta koma kənardan baxanda qorxu filmlərindəki xəyalət evini, xatirladırdı.
Öykü qapının cəftəsini qaldırıb içəri girdi. Düzü belə yerdə daldalanmağa belə qorxurdum.
- Napyorsun Öykü, delımısın? Böyle yere girilirmi, yılan falan olur.
- Yok canum, bizum buralarda yılan falan olmaz. Burasu çok soğuk ve yağmurli. Haydu sallanma, cir içeru, şimdu celur bulurlar senu.
Özümdən asılı olmayaraq qıza tabe oldum. Bir ağac parçasıyla kolları qapının girişınə çəkib izimizi itirdik . Yuxarıdan gələn səslər ikimizi də həyəcanlandırmışdı. Öykü tez qapını örtüb çürümüş qapının dəliyindən əlini bayra çıxarıb bayırdan cəftəsini çəkdı. Qapıya söykənib dərindən nəfəs aldı. Xoş və sevgi golu baxışlarla mənə baxıb gülümsədi.
Elə bu vaxt yuxarıdakı səslər tam qapının yanından gəldı. İkimiz də hərəkətə kecdik.Komanın qaranlıq yerinə keçıb daldalandıq. İçərini ikiyə bölən cıriq güllü pərdənin arxasına keçdıb gizləndim. Ordan taxta komanın cürüyüb qırılmış aralarında bayırdakıları gözlərimlə təqib etdim. Bayırdakı kölgələr icəridə bizi də hərəkətləndirirdi.Yerimizi tez tez deyişirdik ki, şüşəsiz, mamır və tor basmış pəncərələrdən, çürüyüb qırılmış taxtalardan bizi görməsinlər. Başımıza nə gələcəyimizi bilmirdik,ama ikimiz də bu vəziyyətdə belə məcara axtarırdıq. Başımızdakı təhlükədən qaçıb gizlənərkən bəzən bir-birimizdən xəbərsiz eyni yerə gəlirdik, qaranlıq otaqda bir birimizi kölgə kimi göürdük. Gah o məni qucaqlayir, gah mən ona sarılırdım, bir- birimizin qulaqlarina fısıldayan nəfəsimiz məcaramıza rəng qatırdı. Düzünü deyim, bayaqdan gorxurdumsa da, indiki halımız yaddaşımıza romantik melodiyalarla yazılırdı.
Nəhayyət bizi təqıb edənlərin səsi yavaş yavaş komadan uzaqlaşdı. Bir biz idik, birdə xaraba koma...
Bahar gəlsə də hələ yarpaqlar açmamışdı. Sıx ağaçların arasından boylanan günəşin solğun üzünü bir tərəfdən də duman tuturdu. Meşəyə sis gəlirdi. Birazdan hava dolacaq, leysan tökəcəkdi. Ləngimək olmazdı, meşədə azıb qala bilərdik.
Telefonun fənərini açıb ətrafa baxdım. Bura uçulub dağılmış, köhnə yaşayış yeri idi. İçəridə köhnə çürüyüb qırılmış masa, bəzi köhnələrdən qalmış əldədüzəltmə ev əşyaları vardı. Evin bir kənarında bir tərəfi çürüyüb çökmüş köhnə taxt - dİvan qoyulmuşdu. Üstü toz torpaq basmış, cırilıb süzülmüş örtü ilə örtülmüşdü. İçəri kəskin rütubət və çürük qoxuyurdu. Evi ikiyə bölən pərdənin arxa tərəfində kisələrdə üst üstə çay təlaşları yığılmışdı.
- Ula, mum buldim, baksana. Çakmağun varmi?
Öykünün cingiltili şən səsi səsizliyi yarıb qulaqlarımda səsləndi.
- Dur bakıyım.Bi yerde düşmədiysə, cepimde olması lazım. Həm napacan mumu, hadı sallanma, sis geldi, birazdan yağmur tökecek.
- Olsun canum. Biz çu, yağmurun çoçuklarıyuz. Hanı biz yağmuru severdux, saatlerce yağmurda sevişiyurdux. Hanı Karadenuz yağmurları sevdamıza şahitti.
Ciblərimi qurcalaya qurcalaya:
- Tamam da, amma burası issiz orman... Napacaz.. Kayboluruz...
- Korkmiyrum, sen yanımdasun ya... Senunle şu mezrada bile mutlu mesut yuva kurmaya razıyum.
- Yapma ya Öykü gözünü seveyim, ormanda romantika kurma, ayılara yem oluruz.
Öykü mənə sarıldı,
- Ayu seni yer de ben senu yemezmiyum.
- Öykü...
Əlini cibimə saldı işveli səslə gozlərimin içinə baxıb məni xəyallarının sehrinə atdı :
- Nerde çakmağun? Bir bakıyum... Şurdami?
Cibimdən əlləri qıclarımda dolaşdıqça, canımdan can cəkirdi sankı. İçımdən dəli bir sevişmək keçdi...
Dönub onu qucağıma alacaqdım ki, cibimdən tapdığı çaxmağı yandırim şıltaqca hoppanım taxtın üstünə çıxdı .
- Buldum...
Onsuzda çürümüş taxt qəfil zərbəyə dozməyib gürultuyla yerə çökdü.
Onun nə dediyi, nə danışdığı vecimə deyildi. Dar, balaca otağın işində qovub onu tutdum. Balaca uşaq kimi qucağıma alıb öpüşlərə qərq etdim. Şən və xöşbəxt gülüşü məni daha da səbirdən çıxardırdı. Çırpınıb qollarımın arasından sivişdi. Çılğın uşaq şıltaqlığıyla çaxmağı yandıra yandıra çay təlaşıyla doldurulmuş kisələrin üstünə hopanaraq, ordan pərdənin arxasına düşdü
- Kız, çakmakla oynama, yakarsın buraları, her taraf kuru telaş...
- Yakarum ben, yakarum. Böyle ayrı yaşamaktansa yakiyim, ikimuz de yanalım...
- Sana kurban olurum ben Kavuşmak var iken, ölümden niçin konuşuyoruz?
- Beni sana vermezler Elcun.
- Haydı yağmur geliyor, sis dumana yakalanmadan gedelim. Sonra konuşuruz. Motoru almam lazım, sizin mahallede kalmış - deyib qırıq pencerenin qabağına gəlib bayıra baxdım.
- Sencə onlar saa motor verirmi? Çotaaan dereye yuvarlamışlar...
- Nee? Şakamı yapıyorsun?
- Yok vallaha, şaka yapmiyrum. Sen bizimkileru bilmiymu?
- Yaa bu kadar acımasız olamazlar, inanmıyorum. Hadi Öykü bak hava iyice karardı...
Böyürtken kollarının arasında meşə cox vahiməli görünürdü. Hələ bu qaranlıq xaraba koma... Başqa vaxt olsa belə yerdə qalsam dəliyə dönərdim. Allah insana güc qüvvət verib, hər qorxunu dəf etməyə.
Mən Öykünü tələsdirirdim, lakin, onun deyəsən getmək fikiri yox idi, ləngiyirdi.
- Haydı, Öykcüm, gidelim artık , seni onlara vermem. Madem Allahın rizasıyla seni bana vermediler, ayırdılar, o zaman... - bayırda nəsə şaqıldadı. Qulaqlarımı şəkləyib diqqətlə səs gələn tərəfə baxdım. Qorxu içində :
- Nə idi o?
Öykü mənim sualıma belə aldırmadı. Səsdən belə ürpənmədi.
- O zaman ney?
- Kaçırırım...
- öylemi deyursin?
- Yemin ederim...
- İkimuzi de öldürürler.
- Korkmuyorum...
- Kavuşturmazlar bizi, naçam gideriz...
- Olsun, bu aşkın uğruna her şeye razıyım.
- Bana sahip olurmusun? Hemen, şimdu...
Gözümü dolandırıb Öyküyə baxdım.
Çılın çılpaq, soyunub qarşımda dayanmışdı. Qolları kiçık sınəsini qucaqlamış, özünü telaş kisələrinin arxasında gizlətmişdı. Qızıl saçları çıyinlərinə dağılmış, gülümsər, utancaq baxışlarla məni süzürdü...
- Öykü?- çaşqınlıqdan gözlərim kəlləmə çıxmışdı.
Təlaş torbalarının arxasından çıxıb barmaqlarının ucunda mənə yaxınlaşdı.
- Öykü, kurban olayım, Öykü böyle yapma aşkım, ya rebbim ya resulum, bana güc ver... - ter dabanlarımdan çıxırdı, nəfəsim az qalırdı kəsilə.
- Beni istemiymisun aşkım?
- İstiyorum da, amma bu şekilde deyil, sen benim helalim olacaqsın, karım olacaksın, annemin gelini olacaksın Öyküm, çocuklarımın annesi olacaksın, yapma böyle kurban olayım, aşkım -yerden qoftasını götürüb çıyınlərinə saldım.
- Beni saa vermezler Elcun, Aşkım... Biliyorum, bizi kavuşmaya koymazlar. Yarına bırakmazlar, cece bulurlar bizu... Anlamayurmusin? Bu olaydan sonra beni burda bırakmazlar, alur benu istanbullara götirirler. Ben senin olmak istiyrum aşkum, hayatumin ilk erkeyi sen ol istiyrum, ondan sonra ne olur olsun, umrumda bile değil, ölmeye raziyum. Zaten beni başkasına verseler öldürürüm çendimi. Bunu sana söylemişdim, kavuşamazsak Karadenuz benim mezarım olur demiştum...
Öykü ağlaya ağlaya köynəyimin yaxasından tutub məni silkələyirdi :
- Beni başkasune veriyurlar diyorum saa... Biz kavuşamayız.. Kavuşmayacaz, belçi bu cün son günümüz... Beni Azerbeycana kaçırsan bile bir gün bulurlar bizu. Öldürürler. Ölmekten korkmuyorum, ama sana kıyamam. Haydu aşkım bitirelim bu işi...
- Öykü...
Dodaqları dodaqlarıma qondu. Əllərim sinəsini ovuçladı. Barmaqlarım uzun qızıl saçlarına dolaşdı. Saçlarını geri datdıqca gerdanı dodaqlarıma toxunurdu. Dodaqlarım gərdanında gəzdıkcə qız qollarımın arasında su kimi axırdı. Bir əli başımı özünə sıxsa da, o biri əli üstümdəkiləri çıxarmaga çalışırdı.
... O gün bizdən xoşbəxtı yox idi. Həmin gün Öykünün bəkarətini almışdım. Özümdə deyildim, amma Öykünün gözlərindəki sevinc, üzündəki xoşbəxtlik məni özümdən arxayın salırdı.
Geyinib komadan çıxanda yağış yavaş yavaş atırdı. Öykü xoşbəxt uşaq şıltaqlığıyla önümdə atılıb düşə düşə yola bələdçılik edirdi.
Özü də hiss edirdi ki, özümdə deyiləm. O isə heç nə olmamış kimi gah mənə atmacalar atır, gah orama burama vuraraq zarafatlaşırdı. Kəndin yoluna çatha çatda leysan bizi yaxaladı. Bir anın içində çum çuluq su olduq. Yolun kənarındakı çay kollarının arasında çöməlib ətrafa baxdıq. Motorum öykügilin evinin üstündə yola aşırılmışdı.
- Motoru kirmamışlar inşallah.
- Kıra bılurler.
- Yaa...
Nə edəcəyimi bilmirdim. İndi Öykü nə edəcək? Mənimləmi gedəcək, yoxsa evlərinəmi qayıdacaq ? Görəsən evlərinə getsəydi başına nələr gələcəkdi. Mən də onu özümlə aparmağa hazır deyildim. Axı mən onu aparmağa gəlməmişdim. Amma hər hansı bir vəziyyət olur olsun öykü nəyə qərəar verirsə onu edəcəkdım.
Öyküyə baxdım yağış damlaları başının örpəyindən süzüb üzündə gilələnirdi. Göyərmiş dodaqlarında gilələnmiş yağış damlaları onu dahada cazıbədar göstərirdi. Hələ də üzündə xoşbəxtlik və məmunluq vardı. O qədər gözəl görünürdü ki...
- Mütlumusun aşkum? - Öykü ona heyranlıqla baxdığımı görüb dilləndi.
- Mutluyum hem de çok...
- Ya sen? Sen mutlu değılsinmu?
- Mutluyum da, amma böyle olmayacaktı. Hanı, hayellerimiz vardı, hanı, düğün yapacaktık...
- Amannn... Napalım? Hayellerumizi yıktılar, nasip olursa yaparız düğunimizi... Olmazsa... Amma biliyrmusin Elcuncum, ben bu cün çook mutlu oldum. Bu cünü ömrümün sonuna kadar unutmayacağım. Harda nasul, kimin yanında olursam olayım, bu cünün mutluluğu hep benumle kalacak. Bi kıizun sevdasının yari olmaktan güzel ne var? Sen benu sevsen de sevmesen de, biz evlensek te evlenmesek te. Bu cün hep benimle kalacak... Başını köksumdən ayırıb qızarmış gözlərindən öpdüm.
- Şimdi napacaz?
- Benu seviyormusin?
- Sevmesem ne işim var burda?
- Benumle her şeye varmusin?
- Tabii ki varım. Sen benim canımsın, Öyküm .
- Haydi o zaman, motoru al da gel... Ben seninle her şeye razıyım...
9 BÖLÜM
Yolun kənarına çıxıb motoskiletimə baxdım, aşırılmış əzilmişdi. Əsəb və təssüflə motorun sağına soluna keçıb yoxladım. İşıqları, bəzi yerləri qırılmışdı. Amma şükür motor sağlam idi. Dönüb Öyküyə baxdım.Öykü aşağı yolu mənə göstərib işarətlə məni orda gözləyəcəyini dedi. Motoru işə saldım. Moteskilet yerindən tərpənmədi. Bir daha motorun açarını çevirdim. Yox olmadı. Əsəblə nə illah edirdimsə motor yerindən tərpənmırdı. Yağış bir tərəfdən, əsəbimdən axan tər məni tamam hövsələdən çıxarmışdı. Çum culuq suyun içındeydim. Motoskiletdən düşüb biraz itələdim. Xeyri yox idi. Bu gedişlə deyəsən motoskilet məni aparmaqdan mən moteskileti belimdə daşımalı olacaqdım. Az qalırdım ağlayım.
- Ulan, Öyçiyi naptın?
Yuxarıdan Öykünün bibisinin səsi gəlirdi. Bu əsəbin içərisində bir də onunla dilləşmək istəmirdim.
- Sana söylüyorum, duymuyormusun? Çiynimə dəyən odun parçası məni özümdən çıxardı.
- Bilmiyorum, allah belanızı versin sizin, Motorun ne suçu vardı, bu hale getirdiniz.
- Ula, hala bu konuşuyor, eşek oğlu eşşek, naptun Öyçiyi? Vay başume gelenler vaayyy... Yoksa kizi öldürdinmi?
- Allah aşkina abla, teyze niye öldürüyim? Öykü iyidir korkma...
- Komuşuler, yetuşin, yetuşin, Öykünin katilini tutun, Polise götürelim. ADnan, Çerum, Hasan yetuşin!
Yuxarı evlərdən üstümə odun parçaları daş kəsək yağırdı. Öykünün atası və qardaşları da səsə çıxmışdılar. Artıq məni moteskiletim yox, canımın hayı maraqlandırırdı. Atası gil aşağıdan yuxarı çıxırdılar, birazdan onların əlinə düşəcəkdim. Mən cəhənnəm, məni tutsalar sonum nolacağı bəlli idi. Amma Öykü yağışın altında alt yolda məni gözləyirdi.
Son şansımı yoxlayıb, motoskıleti təkrar işe saldım. Ahhh... Nəhayyət ki... Motoskilet işə düşdü və vaxt itirmədən yola çıxdım. Nə göydən tökən leysan, nə arxamca atılan mərmilər vecimə deyildi, motoskilet qanadlı ata dönüb üzü aşağı süzürdü. Öykünü tərkimə alanda məhəllənin o biri başında Öykünün qardaşının maşını görsəndi. Arxamızca düşən maşın və kəsdirmə piyada yoldan atılan mərmilər arasında qalmışdıq. Geri dönüş yol yox idi, tək bir yolumuz var idi. Yolun aşağısındakı dar kəsmə yol. Ya da öndən gələn maşının yanından sıvışıb keçməliydim. Buna çəsaret etmirdim, yol dar və heç bir qoruyucu dəddi olmayan tək yonlü uçurumlu yol idi. Bu yolda ikinci nəqliyyatın keçmə şansı yox idi. Arxadan belimə sarılan Öykünün həyəcan dolu səsi məni bu yolda irəliləməmə məcbur edirdi tək bir yolum qalırdı. Aşağıdakı çığır.
Və... Motoru tam uçurumun kənarına çəkib dayandım.
- Sıkı tut!
Öykü bir mənə, bir maşın yoluna , bir də ayağımızın altındakı uçuruma baxdı. Uçurumun aşağısında torpaq dar cığırı görüb qışqırdı.
- Ne yapmaya çaılşuyursun sen?
- Sıkı tut, bana güven aşkım!
Öykü dar cığıra keçəcəyimi başa düşüb qışqırdı:
- Sakın Elcün, burası tehlikelu, yağmur yağıyor, her an kaya biliriz, sakın deneyim dime.
- Sarıl bana, gözlerini kapat...
Öykünün kəlmələii ağzında qaldı. Motorum qızılguş kimi üzü aşağı süzdü.
Torpaq yolda atıla atıla qaçan motoskiletin təkərləri arasından cığırın daşları üzü aşağı dərəyə yuvarlanırdı. Öykünün səsi göylərin gürültusuna qarışıb kəndin səsızlıyını pozurdu.
Nəhayyət dərə sahilinə enib matoskileti saxladım. Öykü hələ də möhkəm möhkəm belimə sarılıb gözlərini yummuşdu. Motoskiletin dayandığını hiss edib gözlərini açmadan :
- Yaşıyormuyuz? - deyə soruşdu.
Güldüm.
- Yok, öldük, o dünyadan konuşuyoruz
- Yaa, Elcün... Çok kötüsün, çok...
Kaskanı başımdan çıxarıb bonumı gucaqladı. Başımı köksünə sıxıb dodaqlarını dodağıma yapışdırdı :
- Seni seviyorum Elcün...
- Geliyorlar, haydı...
Motoskileti işə salıb, ana yola keçmək üçün sahilboyu dayaz yer axtardım. Körpü yaxındaydı, amma, körpü iki uçurum üstündəydı. Körpüyə çıxmağa yer yox idi. Tək bur yolumuz var idi, ancaq və ancaq çayın içiylə keçıb ana yola çıxmaq.
Çayı çox böyük çətinliklə keçdik. Dayaz yer tapmışdıq, lakin, çay irili xırdalı daşlıq dağ çayı olduğu için motoskileti burdan keçirə bilmədim. Məcbur əvvəl Öykünü, sonra da motoskileti çiynimə alıb yıxıla dura çayı keçdik. Yağış heç ara vermirdi. Cayın suyu həm çoxalmış, həm də bulanmışdı.
Trabzona catanda elə bil cənnət evinə düşmüşdük. İkimiz də soyuqdan titrəyirdik. Qapıdan içəri girər girməz, elə qapının ağzındaca üstümüzü soyunub özümüzü hamama atdıq. İsti su canımıza dəydikcə, bir birimizin bədənində dodaqlarımız gəzdikcə canımız qızışırdı. İkimiz də ehtirasın pik nöqtəsindəydik, belə bir zamanda bizı topa da qoyub atsaydılar vecimizə deyildi. Dəli kimi sevişirdik.
Gecə yarısı sılah səsinə oyandıq. Tələm tələsik əynimizi geyinib yataq otağından çıxdıq. Öykünün paltarları hələ qurumadığı üçün mənim paltarlarımdan geyinmişdi. Şalvarım əyninə böyük olduğu üçün, əynindən düşürdü. Gələnlər Öykünün ailəsi idi. Tapancayla qapını qırmağa çalışırdılar.
Öykünü gizləməyə çalışırdım. Ama harda, evdə çox da artıq əşyam yox idi. Balaca evin harasında gızlədə bilərdim ki, bu boyda adamı.
- Keç kec Ğykücüm, keç balkona, hadıı...
- Napacam?
- Kacacaz...
- Nasıl
İki çarşafı bir birinə bağlayıb balkonun dəmirlərinə bağladım. Dəmirin sağlam olub olmadığını əvvəlcə özüm yoxladım. Balkonun o tətəfinə keçıb çarşafdan sallaşdım. Öykününü cəsarətli bir qız kimi bilirdim. Amma çox qorxurdu. . Balondan düşməyə ürək etmirdi. Hətta mən balkondan sallaşanda mənə də mane oldu.
İkinci mərtəbədə olurdum, bu üsulla 1 ci mərtəbənin balkonuna düşüb ordan da qaça bilərdik. Bu yola çıxmışdıq artıq, geri dönüşümüz olmamlıydı.
Öykünü dilə tutub balkonun o biri tərəfinə keçırmışdım ki, qapı taybatay açıldı. Bir dəstə adam içəri girdı. Adamların bir qısmı Öykünü quş kimi qucağına alıb qapıdan çıxdı. Bir qısmi isə məni döyməyə başladılar. Özümü müdafıə etməyə çalışsam da düzünü deyım bunu bacarmadım, əli dəyənəkli, zorba biy büstlü altı yeddi kişinin arasında aciz idim. Adamların ayaqları altında qıvrıla qıvrıla qalmışdım. Ağzımdan burnumdan qan gəlirdi.
Nə qədər döyüldüyümü bilmədim, bir onu bilirəm ki, qonşularımız qapıda göründü. Daha nə oldu bilmirəm...
O gündən Öyküylə kitabım bağlandı. İki gündən sonra özümə gələndə artıq gec idi. Öykünü İstanbula aparmışdılar. Öykünün ardıyca taa İstanbula getsəm də faydası olmadı. Kos koca İstanbulda onu harda tapacaqdım ki? Öykünün xoş günlərimizdə təxmini dediyi yerlərə getdim. Lakin kocaman binaların hansının qapısını döyüb Öykünü xəbər alacaqdım ki? Kor peşıman geri döndüm. Özümə yer tapa bilmirdim. O günlər, rəsmən dəliyə dönmüşdüm. Namaz niyazında olan mən içkiyə qurşanmışdım. Dərsə, işə getmirdim. Əlimə düşən pulu içkiyə verirdim. Dostlarım, iş yoldaşlarım nə qədər məni təsəlli etsələr də xeyri yox idi, bu dünya mənim dünyam deyildi. Evdən də telefon heç susmurdu. Telefonlarını açmırdım.
Biraz hesabıma pul yatırmışdım. Həmin pulu çəkib evin kirasını, komunal xərclərini ödəyirdim. Yemək içməyimi uşaqlar gətirirdi. Hətta o Surıya gözəlini də mənə qonaq gətirirdilər, bəlkə fikirim dağıla deyə. Fikirim ancaq İçki masasında, bir də qadın qoynunda yatanda dağılırdı. Elə ki, içkinin təsiri getdi, yenə Öykünün xəyalıyla yaşayırdım.
Sonuncu kursdaydım. Uşaqlar məni nə qədər toparlamağa çalışsalar da bu mümkün olmadı. Artıq pulum param da qurtarmışdı. Bir ay idi kira vermirdim. Ev sahibinə yalvarıb yapışmışdım, məni evdən çıxarmasın deyə.
İmtahanlar da başlamışdı. Lakin heç nəyə hazır deyildim. İmtahana girsəm də kəsildim.
- Yeter, yeter artıq Elgün, özünə gəl, taleyinlə barış, burda özünü belə məhv edə bilməzsən. Axı sənin arzuların vardı, axı sən oxuyacaqdın. Bax kəsildin, bu il sinifdə qaldın, işləyə bilmirsən, borca düşmüsən. Dostların da diplomlarını alıb getdilər. Bəs sən? Sən hələ Öykünün xəyalıyla yaşayırsan. Aradan 6 ay keçıb. O xoşbəxdir, indi səni çoxdan unudub. Unutmasaydi bir yolla sənə zəng edərdi, etmədi. Nolar belə eləmə. Burax hər şeyi, həyatına davam et - desəm də bacarmırdım.
Nəhayyət günlərin bir günü Atam qapıda göründü. Unversiteti bitirib vətənə dönən uşaqlardan biri ilə görüşübmüş. O mənim vəziyyətimi atama danışıbmış. Atam evdə bir şey demədən təcili Trabzona gəlmişdi. Gəlməz olaydı. Uşaq vaxtı ata dayağı görməyən mən bu yaşımda Atamın əlinin duzunu gördüm. Atamın məni şillə təpiyinin altina salıb döyməsi mənə çox pis təsir etmışdı. Özümü öldürmək dərəcəsinə gəlmişdim. Dayana bilməyib Öyküylə görüş yerimizə getdim. Dəniz sahilinə. Xatirələrimin canlandığı yerə. Öyküdən ayrıldığım gündən ilk dəfəydi bura gəlirdim. Bərbad gündəydim. Sahildəki bıçaqla cızdığım, boyayla adımızı xatırələrimiz yazılan daşlar üzərində gəzir, barmaqlarımla yazılara toxunur, içirək ötən günləri xatırlayırdım. O qədər içmışdım ki, yazılar gözlərimdə cüt gorünürdü. Gözümə yeni yazı sataşdı. Rəngli yağlı qələmlə yazılmışdı ama, yağış vurub yazını aparmışdı. Güclə güc "ben geldim, aşkım. Bir daha dönmeyeceğım, senin olmasam bile hep senin hatıranla olacağım " yazısını oxudum. Başımdan, gözlərimdən duman qalxırdı sankı. Özümü ələ alıb bir daha yazıları təkrar oxudum. Bəli düz oxumuşam, oxuduqlarım yanlış deyildi. Demək o burdadır, geyəsən həmişəlik gəlib.
Öykünün kəndinə necə gəldim bilmirəm, bir başa Kərim gilə gəlmışdım. O qədər içmışdım ki, ayaq üstə dayana bilmirdim. Kərim halımı pərişan görüb məni üst qatdakı evinə dəvət etdi. Özü çay dəmləyib gələnə qədər mən artıq divanda yuxuya getmışdım...
Səhər yuxudan oyanıb dünənki vəziyyətimə görə Kərimdən üzür istəyərək Öykünü soruşdum. And aman etdi ki Öykü burda yoxdur, iki ay bundan əvvəl gəlmişdi, sonra qayıtdı.
Kərim mənim oəriçan halıma yanırdı. Öykünü unutnağımı istəyirdi.
- Bak kardeşum, biliyrum, Öyçüyi çok seviyirsun. Aşkın ne demeç olduğuni ben de bilurim. Bir zamanlar ben de askerliçde bi doğulu kizu sevdim.Delirmiştim, ölümüne seviyurdum. Amma noldu? Bazen töreler ve şartlar ayrılmamıza neden oluyor. Onu bana vernezler verseler bile, onu ala bilecak kadar altunim param yoktu çi. Babamun, dedemun arsalaruni bile satirsam onlara vere bilecek aitın kemer bile etmezdı. Onlarda geline altın kemer takılıyor. Bende varmıydi onların isteduğını yapmak? Bizde altun kemer şartları olmasa da, bizim taraflarda yabançıdan kıuz alınır, ama kiuz verilmez. Sen de bunu kabul et artık.
Trabzona qayıdanda Atam yox idi. Əl ayağa düşdüm. Anama zəng elədim. Anam atamın Azərbaycana qayıdacağını dedi. Yoldaymış.
Atamı belə yola salmağıma it kimi peşıman olmuşdum. Nə olur olsun belə olmamalıydı.
Özumu ələ almalıydım. Kərimin sözləri məni təsəlli etmişdi. Həyat eşq məhəbbətdən ibarət deyildi. Bəlkə də eşq sarıdan ürəyim qırılmışdı. Amma bu həyatın sonu demək deyildi. Həyat belə davam edə bilməzdi. Axı mən atama söz verib bura gəlmişdim. Mənim olmayan, qismətimdə yaşanıb keçmış bir məhəbbət üçün həyatımı kor edə bilməzdim axı. Bir tərəfdən atamın tənələri, məni döyməsi, bir tərəfdən rayonumuzdaki camatın məni qınaması, bir tərəfdən də müəllimlərin rışxənd gülüşü gözlərimin önündə dururdu. Bəzi günlər bu rişxənd dolu gülüşlər, qəh qəhələrə dönüb sanki məni qovurdu. Nə olur olsun özümə gəlməliydim, mən yenə mən olmalıydım.
Dərslər başlamışdı. Özümə inanmırdım, inanmırdım ki mən özümə gələ bilərəm. Məndə hələ bu vaxta gədər özümdə hiss etmədiyim enerji vardı. Həmişəkindən iki qat artıq. Öykünü də unutmuşdum demək olar ki. O yadıma düşəndə onun xatirəsini ancaq içki və qadın yuyub aparırdı xatirəmdən...
Və beləcə həyatım dərin bir boşluq içərisində davam edirdi. Mənim həyatəm pul qazanmaqdan, dərsə gedib gəlməkdən, içkidən və qadından ibarət idi.
Günlərin bir günü yenə içib özümü itirən günlərin birində qapı döyüldü. Qalxıb əvvəl yanımda yatan qıza, sonra saata baxdım. Sabahın 6 sı idi. Bu vaxt kim ola? Xeyirdir?
Düşünə düşünə yataq otağından çıxıb qapını çəkdim. Bayır qapının gözlüyündən bayıra baxdım, gözlərimə inanmadım. Gələn Aysel və qızı idi...
- Aa Aysel? Sənin nə işin var burda?
- Niyə olmaz?
- Yoo... O mənada demədim. Gözləmirdim.
- Hə, mən Türkiyənin sosiet xanımlarından deyiləm də gəlmədən zəng edib "müsaitmisiniz? " deyib icazə istəyəm. Biz bilirsən azərbaycanlıyiq, qapımız bacamız qonaq qaraya açıq olar, ərk eləyib, tap deyə qapını açarıq.
- Şeyy, hə düz deyirsən. Amma bilirsən, gecə işləyirəm evdə olmaya bilərdim.
- Nolacaq, oturub burda gözlərdim. Deyəsən elə qapıda qalacam axı. Bizi içəri dəvət etmiyəsənsə otelə gedə bilərəm...
- Ayıb olsun, utandırırsan aa, buyur keç içəri, xoş gəldiz-deyib öpüçüb görüşdük.
AYsel məktəbdə müəllimə işləyirdi. Məktəb kollektivi ilə bir həftəlik Türkiyə turuna çıxmışdılar. İstanbul və İzmiri gəzib dönüşdə Trabzona gəliblər. İki günlük Trabzon turundan sonra bu gün səhər tezdən - yanı bu dəqiqələrdə Azərbaycana dönəcəkmişlər. Ayselin məzuniyyət vaxtının bitməsinə hələ bir neçə gün qaldığından bir az da burda qalıb gəzməyi planlayıb. Özü deməli deyib ki, "Azərbaycandan bura gələ, uşaqlıq dostunu, sinif yoldaşını görmədən geri dönə? Ayıb olar?"
Ev adresimi hardan aldığını soruşanda kinayəli kinayəli üzümə baxdı :
-Sən məni unudub mənimlə maraqlanmadığına baxma köhnə dost, sənin haqqında hər şeyi bilirəm.
- Hmm...
- Sən bura gəldın gəlmədın, hər şeyi unutmusansa mən də unutmalıyam?
_Elə isə onu da bilməliydin ki, aramızda heç nə qalmayıb. Heç bura gəlməyin də adı yox idi.
- Başa düşdüm, deyirsən heç paltomu çıxartmadan qayıdım geri dəə...
- Yox, yox day gəlmisən də - yarı zarafat yarı ciddi güldüm.- Day qapıdan qovası deyilik ki, bu balaca qızı. Ən azından gələcəyini xəbər verərdin. Bir yıryığış eliyərdik, təmizlik yapardıık. Subay sağlıq oğlanam, evdə biri ola bilər, nə bilim...
- Hə o Laz qızını deyirsən? Olursa olsun da, neyləyəcək, qəbul etmiyəcək bizi? Ha haa haa... Sən canı hələ də davam edirsiz ?
Bir anda Öykünün xəyalı gözlərimin önündə canlandı. Axı mən onu unutmağa çalışırdım, niyə yenidən bu söhbət açıldı ki.
- Mən inanmırəm , əşı, Elgün türk qızı almaz deyirdim həmişə, könül əyləndirir...
- Sən elə bil əşi...Day demirsən sənın Elgünün qara sevdaya tutulub...
Aysel və qızını içəri salona ötrüb yataq otağına boylandım. Qapı açıq idi.
- Keçın içəri. Soyunun rahatlanın. Mən bir çay qoyum gəlim.
Yataq otağına keçıb içəridə yatan qadını oyandırdım.
- Haydı kalk, müsafirim geldi - deyıb yatağın üstünə pul atdım
- Çabuk ol, Giyin çık!
Mətbəxə keçıb qazı yandırdım. Qonaq otağına boylanıb Ayselə səsləndim.
- Zarafatsız adresimi hardan tapdın a Aysel ?
- Səncə hardan taparam?
- Anamdan ?
- Anan məni görəndə elə bil oğlun əlindən alıb, sinəsinə çalın çarpaz dağ çəkmişəm, yana yana qoymuşam. Mənə adres verər?
- Həqqi zarafatı burax da, Aysel!
- Kamildən...
- Kamildən? Bizim Kamil? Mənimlə burda qalan oğlan ?
- Hə o.
- Dayan görüm axı! Kamili hardan tanıyırsan?
- Onu soruşma deməyəcəm. Sənin oturub durduğun hamını tanıyıram mən.Mən sənin kimi vəfasız deyiləm, ay vəfasız .
- Yaxşı da Aysel, uşaqdan ayıbdı, keçmışı qurcalama, oldu bitdi...
Kamıl mənim otaq yoldaşım idı. Keçən il unversiteti bitirib Bakıya qayıtmışdı. Ağlımın almadığı bir şey vardı.Axı Kamil Bakıda yaşayırdı Aysel rayonda. O Kamılnən necə tanış olub, danışıblar?
Əslində çox qısqanc biriyəm. Həyatımda olan bir qadının ya da qizin məndən başqa bır kışıylə danışması, görüşməsi mənimçün qəbul edilməzdı. Amma Aysel vecimə deyildi.
- Sən necəsən balaca? - əlimdəki peçeniyəni ona uzatdım - Nəydi sənin adın? Həə. Gəl görüm bura, dayıya?
- Dayı? Barım əmi desəydin.
- Nə fərqi var?
- Fərqı çoxdu. Nə bilim həyatdir da dedim bəlkə sabah bir şey oldu, dayi oğraş olmasın...
- Nəhlətə gəl səni şeytan.Gör körpənin yanında danışdığı sözə bax.
Əsəbi halda fısıldadım. Onsuzda onların belə xəbərsiz gəlişi məni cinə döndərmışdı. Bunu büruzə verməməyə çalışırdım, amma... Birdə belə yersiz söhbətlər məni lap hövsələdən çıxardırdı. Özümü ələ alıb təkrar uşağa döndüm.
- Hə de görüm adın nədi balaca ? Məni tanıyırsan sən? Yadına düşür mən ora gələndə sən dımbılı qız idin ee... Sənə dovşan almışdım ee çəhrayı rəngdə, yadına düşür?
Utanaraq anasının arxasına keçən qızcığazı qucağıma alıb üzündən öpdüm. Qara qız idi, qıvırcıq parlaq saçları məndə xoş təsurat yaratdı.
- Adını demirsən hə dayiya? Həəə başa düşdüm, demək, sən adını bilmirsən eləmi? O zaman qoy mən sənin adını qoyum. Sənin adın olsun Qaraca Qız, razısan?
- Men Qaraca qız döyüyem! Aytenem...
İKimiz də gülüşdük.
- Bakarmısın? İkimiz də səsə döndük evdəki qadın idi.
- Ben çıkıyorum.
- Tamam, çıkabilirsin! - özümü itirdim. Gedir xəbərsiz ətərsiz rədd olub getsin də. Day niyə səslənir?
- Kapıyı açarmısınız? Açamadım .
Evin qapısinda problem vardı, qız qapını aça bilməyincə məni səsləməyə məcbur olubmuş.
Pis olmuşdum utanırdım Ayseldən istəmirdim ki, evimdə qadın görsün. O isə heç nə olmamış kimi qiziyla məşgul idi.
- O idi?
- Kim?
- Laz sevgilin?
-İnsanın sevdiyi qız pula gəlmir, nə də heç bir kişi evə gələn birinə görə haqq hesabı ödəyib göndərmır...
Ayselın gözləri süzüldü :
- Gəl gızım, pıjamalarını geyin yatızdırım səni , hələ çox tezdir.
- Yatmiyacam. Yuxum gəlmir.
- Yoo, yatmasan gəzməyə getmək yoxdur, yat dur, Elgün əmi səni gəzməyə aparacaq.
Aysel burda üc gün qaldı. Heç gözləmədiyim bir şey idi. Aysel olqunlaşmış gənc bir qadın ikimi aparırdı özünü. Mənimlə də münasıbəti keçmış sevgili kimi yox, adi dost kimi idi. Bilmirəm bəlkə o ilk gəldüyi gün ona üz verməməyimdən nəticə çıxarmışdı. Ya həyatındaa başqası vardı?
O da mənə üz vermirdi əslində. Sanki o tanıdığım çılğın və ehtiraslı gəlin deyildi. Amma nə etsə da ədasından, iki başlı danışmasından geri qalmırdı. Onun belə qətiyyətli və qərarlı olmağı məni nə qədır təcübləndirirdisə o qədər də sevindirirdi. Demək ki, aramızda heç nə qalmayıb.
Uç gün qonağım oldular. Aytənlə oynayır, dərsdən gələndən sonra onları Tabzonun gəzməli görməli yerlərinə aparırdım. Bir iki saat yatıb dincəlib işə gedirdim. Gecələr işlədiyim üçün onlar evdə tək qalmalı olurdular.
Nəhayyət vaxt yetişdi. Getməli idilər.İki gün əvvəl Avtobus firmasına zəng edib onlara yer ayırtmışdım. Sabah saat 7 8 saatı arasında Bakı avtobusu Trabzondan keçəcəkdi. Odur ki, onu yola salmaq üçün sabaha yaxın işdən icazə alıb evə gəldim.
Daha çox erkən idi. Onları narahat etməmək üçün çox ehtiyyatla qapını açıb içəri girdim. Aysel çantaların dəhlizə qoymuşdu. Otağımın qapısı açıq idi. Qapıdan içəri boylandım, mənim yatağımda yatırdılar. Ehmalca qapını çəkib salona keçdım. Televizoru açıb divanda uzandım. Sabah avtobusa gecikməmək üçün çalar saatı qurdum. Televizora baxa baxa yuxuya getdim...
Avtovağzala deyə gülə gəldik, lakin gözləmədiyimiz bir şeylə qarşılaşdıq. Belə ki Kovid - 19 səbəbiylə yurd dışı səyahətlər təxirə salınmışdı. Karantin günləri qüvvəyə minmişdi. Sərhəd qapıları bağlanmışdı.
- Ee şımdı napacaz? Nasıl gidecez?
- Bilmiyorum abi firmanın işçısı cavab verdı - Gürcistan sınır kapılarını kapattı. Son arac 12 de Gürcistana giriş yaptı. Bütün araclar geri dönüyor.
- Anladım da... Peki uçak varmı?
- Sanmıyorum , hava alanlarl bi kaç gün önceden kapandı.
- Oturumu olmayanlar, turist, mısafir gibi gelenler nolucak şımdı?
- Bilmiyorum, siz göç idaresine yaklaşın. Ordan size bilgi verirler abi. Olmasa da problem yok sanırım . Yeni yasaya göre Azerbaycanlılar Türkiyede 90 gün vizasız kala bilir. İnşallah o zamana kadar sınırlar açılır.
Nə edəcəyimizi bilmirdik. Ölkədə qarantin saatl güvvəyə minibsə Köç idaresimi işləyər?
.Ayselin getməyə yeri, kirayə və ya otelə verməyə pulu yox idi. Məcbur mənim yanımda qalacaqdı. Kor peşiman evə gəldik.
Cox keçmədi ki, bizim işimiz də bağlandı nə yeyirdik, kisədən yeyirdik. Rəsmən "aclıq olsun kef olsun" halı yaşayırdıq evdə. Yardım severlərdən tələbə, və ya mağdur duruma düşmüş qonaq kimi yardım istəyirdik. Atam bir dəfə pul göndərdi. İkinci dəfə istəməyə utanırdım. Allahından ev sahibi insan adam idi. Vəziyyətin kritikliyini nəzərə alıb kiranı sonra vermək şərtiylə dondurmuşdu. Evdə məndən başqa birinin də yaşadığını eşıdıb narazıcılıq elədi.
- Abi, amcamın kızıdır. Türkiyeye tatıle gelmiş, kiziyla. Yol üstü beni de ziyarete geldı. Bu arada karantın çıktı, sınırlar kapandı. Otele vermeye paramız yok, napalım. Büğükelçılığe muracat ettik, ilk uçakla onu Bakıya gönderecekler. Nolursun abi biraz anlayış göster. Benim yerime olsan naparsın? Dışarıdamı koyarsın bi kadını yalnız başına, hem de küçük bi kız çoçuğuyla? Beni bilirsin abi, ben kimsenin hakkini yemem. Bu zamana kadar evinizin parasını zamanından önce verdim. Yenə verecem, fazlasıyla. Bi karantın bitsin, işimiz açılsın...
Butün günü evdə olurdum. Dərs, məktəb, iş yox idi. Dərslərimi internet üzərindən hazırlayırdım. Buranın dərs proqramı Azərbaycandakı kimi deyildi. Odur ki Aysel buranın proqramları ilə çox maraqlanırdı. Mənimlə bərabər o da dərs hazırlayırdı. Bilmədiyini ona başa salırdım. Elə vaxtı uşaqlığımız yadımıza düşürdü. Necə ki, məktəbdə və ya evdə dərs hazırlayarkən bir birimizi çırnadırdıq, yenə zarafatlarımızdan qalmayaraq əylənirdik.
Mənim evdə qalmağım, Aysellə məni daha da yaxınlaşdırmışdı. Səmimi rəftarımız bəzən biz istəməsək də irəli gedirdi. Aytən yatdığı zaman baş başa qalıb dərdləşib, söhbətləşırdık. Bəzən də sözümüz tərs gəlirdi. Eynən məktəbdəki dəcəl uşaqlar kimi dalaşır, dilləşirdik. İşsizlıyim, pulumun olmaması məni tamamən hövsələdən çıxarmışdı. Bu yandan da Aytənin xəstələnməsi məni çox qorxuzurdu. Xalxın uşağı koronaya düşəcəyindən, ölüb buralarda qalacağından çox qorxurdum. Pulun paranın olmayan vaxtı mən neyləyərdim. Onlar yanımda qaldığı müddətcə bütün məsuliyyətləri üzərimdə idi. Hələ üstə gəl də Aysel mənim yanıma gəlməsini ailəsindən gizlətmişdı. Elə mən də. İkimiz də bilirdik ki, ailəlrimiz bunu eşitsə heç də normal qarşılamayacaqlar.
Belə vaxtlarımda rəsmən depresiyon yaşayırdım. Təkliyə və sərbəstliyə alışmışdım. Evimdə rahat və sərbəst yaşayışım yox idi. Bir tərəfdən pulsuzluq, digər tərəfdən qızcığazın xəstələnməsi əsəblərimi tarıma çəkmişdi. Ayselin niyə dəstəsindən ayrıldığını üzünə vururdum. Zatən onun da canı burnundaydı. Bir tərəfdən də mən onu sıxırdım. Gedəcək yeri olsaydı şələ kültəsini qoltuğuna vurub qapıdan çıxardardım.
Evlə görüntülü danışanda Ayseli evdəkilərdən gizləsəm də, bir dəfə bu oyunun üstü açıldı. Xəstələnmiş Aytən ağlamağa başladı. Nə qədər anama səsin televizordan gəldiyini desəm də anam buna inanmadı. İsrarla məni məcbur etdi ki, evi ona göstərim.
Vayy vay... Əsil şıvən bundan sonra başladı. Anam Ayselin ünvanına gözün yumub ağzını açdı. Cox keçmədı, Ayselin anası zəng etdı qızına demədiyini buraxmadı. Görunur burda Ayselə əli çatmayan anam orda Ayselin anasını ələ keçirdib.
Bu vaxta qədər Ayselin ailəsi elə bilirdi ki guya Aysel Türkiyədə yaşayan rəfiqəsinin - qrup yoldaşının evində qalır. Amma indi...
Anası açıq aydın mənə deyirdi ki, aylarla bir evin altında qızımla bir yerdə , bir evin altinda qalmısan. Namusu kirlənmış qız bizə lazım deyil. Elə danışırdı ki, guya qızınin bəkarətini almışdım. Yoxsa qızı aydan arı, sudan duru idi. Halbu ki, Aysel özü danışırdı ki, hər həftə rayondan Bakıya gəzməyə kimin üçün gedir, Türkiyə turuna kimin puluyla gəlib, o bunu gizlətmirdı. İlk günlər sevgilisiylə gizli danışsa da, sonradan bu daha açıq və qabarıq şəkildə olurdu. Bir dəfə Ayselə pul göndərdiyini eşidəndə az qala havalanmışdım. Mənim evimdə, mənim himayəmdə qalan bir qadına sevgilisi pul göndərməsi, mənim üçün bir başa təhqir idi.
Həmin gün evdə qiyamət qopmuşdu :
Heylə pul göndərəndi, get özünə ev tut, kiranı göndərsin, xərcliyini versin. Əgər mənim yanımda qalırsansa mənim kurallarıma uyacaqsan. Acamsa ac, susuzamsa susuz... Xoşdur otur, xoş deyil ya allah. Mənim evimdə oynaşının göndərdiyi pulla mənim evimə yeyəcək ala bilməzsən.
Bu davadan sonra bilmirəm sevgilisi ona pul göndərdi ya yox. Bir daha Aysel evə pul xərcləmirdi. O mənim bu hərəkətlərimi qısqanclıq kimi dəyərləndiriridi. Təbii ki o qadın idi, belə şeylərə qadın gözüylə baxırdı. Məni başa düşmək onun üçün çətin idi. Mənim niyə belə etdiyimi sadece əsil kiçilər başa düşərdi. Əksinə o məni qıcqandırmaq və cırnatmaq üçün qarşısına məqsəd qoymuşdu və əlindən gələni edirdi. Görünür bu onun xoşuna gəlirdi.
Aysel yataq otağında bilərək səsin yüksəldərək sevgilisiylə danışır, şirin sözlərlə, canım - cıcımlə qəhqəhələr çəkirdi. İstər istəməz bu məni əsəbləşdirirdi. Bəlkə elə başa düşərsiniz ki bu məni qısqandırır. Əsla... Sadecə qıcıqlanırdım. Bir kişi kimi onun belə hərəkəti şənimə toxunurdu. Məhz davamız da bunun üstündə olurdu.
Bir dəfə də belə davalı günlərdən biri idi.
- Qısqanırsan?
- Nəyini qısqanacam? Nəyimsən axı?
- İndi sənin üçün heç kim ola bilərəm, amma bir vaxtlar sevgilin idim
- O bir vaxtlar idi.
- Bəs niyə belə edirsən?
- Neynirəm ki? Sən mənim evimdə oturub kişilərnən danışmağın normaldı?
- Sən də danışırsan da sevgililərinlə. Danışmırsan?
- Mən sənin evində deyiləm ee, sənin evində olsam, sənə simpatıyam olmasa belə ən azından sənə hörmət edərəm. Belə də ki, mən kişiyəm olar!
- Vay dədəm vay... Kişiymışş... Kişinin sevgilisi ola bilər, kişinin hissiyyati, həvəsi, sevgisi ola bilər qadının yox?Kişi adamdır, qadın mal?
- Aysel başımı xarab eləmə, əgər burda qalırsansa qadağalara uyacaqsan.
- Uymasam nolacaq? İndi burda qalıram deyə sevgilimlə danışmayacam? Dustağam burda? Nəyimsən axı , ərimsən ya sevgilim? Heç ərim mənə qadağa goya bilmirdi, ürəyimə söz keçırə bilmirdi, fürsət tapan kimi qaçırdım yanına. Nə tez yadından çıxdı? Onda niyə demirdin ki, ərivə hörmət et?
- mən sənin ərin kimi kişi deyiləm, məni kimnənsə qarışdırma. Elə oncun ağzına ...qoyub qovdu. Hələ yaxşı kişidir, başını kəsməyib
- Dux lazımıydı kəsməyə, adamın ... dağıdarlar ee... Dünya dərəbəylikdi?
- Aysel tərbiyəsizlik eləmə, bəsdir, əsəblərimlə oynayırsan, bu saat...
Yumuruğum başının üstündə dondu . Aysel ağlayaraq əşyalarını toplayırdı.
Bu qız tanıdığım qlz deyildi. Allah deyəndən demirdi. Aytən bizim davamızı görüb qorxusundan ağlayırdı. Aysel kecıb qızının əynini geyindirdi, əşyalarını çantaya yığıb dəhlizə çıxanda elə bir üstümə qaynar su çılədilər. Havalandım.
- Başın xarabdı? Hara gedirsən?
- Cəhənnəmə gedirəm, icazə verəsən?
- Rədd ol otur oturduğun yerdə. Hər tərəf xəstəlik qaynayır, xəstə uşaqla, pulun paranın olmayan vaxtı məni zibilə salma.
- Başına dəysin sənin pulun da, evində. Çəkil qarşımdan, gedirəm. Sənin yanında qalmaqdansa gedib küçədə qalmağım ondan yaxşıdı. Bəlkə biri geyrətə gələ sahib çıxa. Evində bir neçə gün qonaq eliyə.
- Mənim qeyrətim yoxdur ?
- Qeyrətin olsa bu qərib eldə məni küçələrə salmazsan...
Nə desəm də mümkün olmadı, Ayselə dil çatdıra bilmirdim. Hardan deyirdimsə ağzımdan vururdu. Məni borclu çıxarırdı.
Aytəni də çomadanı Ayselin əlindən almaq üçün onunla əməlli başlı süpürləşırdım. Bızım əlbəyaxa olmağımızdan qızcığaz qorxub qışqırırdı. Nəhayyət səs küyümüzə qonşular gəldi. Nir aydan çox idi, Aysel bizdəydi. Bu vaxta qədər qonşularım Ayselin əmim qızı olduğunu bilirdilər.Ama evimizdəki səs küy onları narahat edincə bu əmi qızı ,əmi oğlu söhbəti olmadığını başa düşmüşdülər.
Qonşu Evcimen qoluma girib məni bayra çıxatrdı. Binanın qarajına endik.Maşınına mindikdən sonra maşını işə saldi. Kondisioner bir anda maşının içərisini isitdi
- Haydı anlat bakalım !
Anlatacaq bir şey olmasa da yenə uşaqlığımızı, keçmışdə sevgili olduğumuzu, bura gəlib burda ilişib qaldığını dedim.
- Anlaşıldı. Demək o sevilmek istiyor, sen dikkat...
Neçə gün idi danışmırdıq bir evin altinda küsülü kimi dolanırdıq. Canım darıxanda binanın qarajına enər, Evcimenlə söhbətləşər, bəzən ona qoşulub qarajda balaca təmir işləriylə məşğul olar başımı qatardım. Aysel heç bir yerə çıxmırdı. Darıxdığını başa düşürdüm. Bəzən masanın üstünə xərclık qoyub Aytənə dönürdüm.
- Nə istiyirsən hə Qaraca qız ? Anan birazdan aşağı gedəcək, aşağıda bakkal var ee, gəl biz balkondan baxaq, anan getsin sənə çoxlu şey alsın gəlsin, heləmi?
- Mən də cetmek istiyirəm.
- Yoxx... Olmaz. Uşaqlara bayra çıxmaq qadağandır. Bax ordakı polis əmiləri görürsən, onlar əlini qolunu bağlayıb səni aparıb türməyə salarlar, o zaman nə sən nə də biz səni görə bilmərik. Oldu? Hə anası indi sən də tez get gəl, gələndə çörək də al, Aytənə şəkər də al yaxşı? Şar da al dayı bala oynayaq - deyərək mesajımı Ayselə eşitdirirdim.
Evdən yüz min naz ədayla bəzənib düzənib çıxardı. Elə bil evin altındakı dükana yox, konfrans salonunda vacib bir iclasa gedirdi. Bu qızla tərs düşmüşdüm, yoxsa ona doğurdan da nifrət edirdim, bəlkə də həqiqətən onu qısqanırdım, bilmirəm. Bu qızın hər hərəkəti məni qıcıq edirdi, əsəblərimə toxunurdu.
Baqqal adıyla çıxardı, biraz carşıda və ya sahildə dolaşıb dönərdi. Biz isə pəncərədən, balkondan asıli galıb gözlərimizlə onu təqib edərdik.
O həyətə və ya çarşıya gedəndə Aytənə mən baxırdım. Gəldikdən sonra Aysel tamamılə bam başqa bir adam olurdu. Keyfi açılır, Aytənlə şən qəhqəhələrlə oynayırdı. Bəli Aysel bayra çıxmaqla stres ata bilirdi. Bəs Aytən? Yazıq uşaq... Pəncərədən qarın yağmasını, dənizin üstündə ildırımlarln çaxmasını seyredirdi. Bu balaca qızın həyatı iki otaqlı qəfəsdən ibarət idi. Qışın bitməsi, baharın gəlməsini, ağaçların çıçəkləməsini, çıçəklərin ləçəklərin tökməsini, tumurcuqların göyərməsini şüşə arxasından seyredirdi.
Həyatımızın bir necə ayını beləcə mənasız və darıxdırıcı səhnələrlə geridə goyduq.
Evə gələndə gecədən keçmışdı. Qapını açıb içəri girdım. Mətbəxin işığı yanırdı. Heç mətbəxə baxmadan Salona keçdım. Bir xeylı vaxt televizora baxsam da bütün diqqətim mətbəxdə idi. Bir hənirtı belə yox idi. Dayana bilmədim, gəlib mətbəxin qapısından içəri boylandım. Aysel masa başında oturulu yatmışdı. Çiyninə toxunub hələ də küsülü olsaq da yenə mehriban səslə onu oyandırdım.
- Dur, get içəri, burda niyə yatmısan. Eyy, aloo... dur ayağa qalx!
Üzünü yana çevirib özünü nazlandırdi.
- Eee, əl çək də!
- Dur, ayağa uşaqlıq eləmə-deyib ehmalca burnuna çırtma vurub kölnünü almağa çalışdım.
- Şşş eləmə, dəlinin biri dəli, eləmə deyirəm!
Onun belə cirnamağı xoşuma gəlirdi. İki barmağımın arasında burnunu sıxıb gülümsədim
- Dur da, burda yatmaq olur?
- Uşşş... Bezdirifsen ee, bezdirifsən
Çox da uzatmadım, mətbəxi tərk edib hamama girdim. Soyunub duş kabinınə girəndən sonra fikir verdim ki, qətfə yoxdur. Canım islanmışdı, çıxıb əynimi geyinməyə və içəri kecib qətfə götürməyə ərindim. Odur ki, Ayseli səslyib ondan gətfə gətirməsini istədim duşkabının buzlu qapısını çəkib çimməyə başladım.
Biraz keçmiş hamamın qapısı açıldı Aysel idi, qətvə gətirmişdi. Üzüm gözüm sabunlu idi. Üzümü duvara tutub:.
- Sağol Aysel, as ora! - deyib çımməyə davam etdim. Başım suyun altında olduğundan başqa səs almırdım. Başımı yuyub bitirdim. Saçlarımı geri darayıb başımı suyun altından çıxartdım. Dərindən nəfəs alıb asqılıqdan sabunu götürəcəkdim ki, çıyinlərimə incə bir əl toxundu.
- Aysel?
-....
Üzüm divara olsa da çılpaq bədənimi ondan gizlətməyə çalışdım. Dəhşət utanırdım. Əsla qız qadından utanan deyildim. Boynuma alırdım, sırtıq idim. Amma heç vaxt Ayselə qarşı pis fikirdə olmamışdım. O məhəlləmin uşağı, sinif yoldaşım, və ən əsası da uçaqlığımın saf sevgisi olmuşdu.
Biləyımdən tutub əlimi aşağı saldı.
- Məndən utanma qadan alım gəl bir birimizi başa düşək. Yorulmadın dalaşmaqdan? Gəl bir dəfə də mehriban olaq.
- Niyə belə eləyirsən axı, Aysel, lazım deyıl. Qapını ört! Çıx bayra!
Başı kürəyimə toxundu. Duşdan axan su saçlarını kürəklərimə dağıtdı. Qolları belımə dolaşınca bədənimə çılpaq vücudu toxunurdu. Kürəklərimdəki öpüşlər, vücudumda gəzən əllər məni məndən alırdı...
11 BÖLÜM.
O gündən Ayselnən aramızdakı buzlar ərisə də yenə qış fəsilini yaşayırdıq. O günəş kimi parlayıb qəlbimin buz duvarlarını əritməyə çalışır, mənim ürəyim isə bunu qəbul etmirdi. Bədənim, canım onunla olsa da ürəyim ruhum onunla meşədəki o mezrada idi. Xəyalımda o, qarşımda Aysel, param parça olmuşdum. Özümü ələ ala bilmirdim, ürəyim sevdiyimi istəyirdi. Ehtiyyacım Ayseli. Mən özümücözümdə itirmişdim, tapa bilmirdim...
Aytənlə yerimizi dəyişmisdık, o salona - divana, mən öz otağıma Ayselin yanına köçmişdim. Əvvəlki kimi dalaşmırdıq, amma yenə də məni qısqandırmağı bacarırdı. Nazı, ədası canımdan can alırdı.
Və beləcə iki ay da keçdi...
Karantın günləri bitmir, əlimdə olan pul para tamamılə qurtarmışdı.. Aytənin, Ayselin ehtiyyaclarına pul yetişdirə bilmirdim. O mənim pulsuzluğumu üzümə vurmasa da özüm bu vəziyyətdən tıncıxırdım. Nə yaşayırdıqsa səfirliyin və xeyirxah iş adamlarını yardımları hesabına yaşayırdıq. İş axtarırdım. Lakin iş tapmaq da müşkül vəziyyətdə idi. Plkənin kritik vəziyyəti göz önündə idi.
İnternet siteleri elan etmişdi. Rizedə çay yığımı üçün günə-muzd fəhələ axtarırdılar. Bu məvacib lap əla pul idi. Həm də bu pandemu dövründə.
Çaya həmişə dostlarımla getmişdim, indi cevrəmdə bizimkilərdən heç kim yox idi. Elə bu məqsədlə internetdə Rizede yaşayan azərbaycanlıları axtarmağa başladım. İşin məqsədini, məraminı araşdırmaq istəyirdim. Həqiqətən də bu işə bu qədər pul verirdilərmi? Neçə ildir burdayam, hər il çay yığımına gedirəm. Heç vaxt bu məvacibi almamışdım. Bu məvacım keçən ilin iki qaTı idi. Ona görə bu işilə yaxşıca maraqlanmaq daha ağıllı olardı . Qorxurdum ki, pandemudan yana şəhərlərdən kəndlərinə gəlib çaylarını kəsə bilməyən sakınlər, yaxşı bir maaşla işçıləri şirnikləndirib çaylarını kəsdirə, sonra da pulunu verməyələr, və ya az verələr.
Biraz araşdırmadan sonra qrupların birində Rizedə yaşayan bir azərbaycanlı xanımla tanış oldum. Sosial həvəskər yazar idi. Rizədə ailəlidir. Onun ailəli olmağını eşıdəndə çaşıb qaldım.
- Necə ola bilər Feride xanım, axı Rizəlilər yabançıları qəbul etmirlər, sizi necə qəbul ediblər.
- Nə bilim, şükür məndə elə bir problem olmadı, gəldiyim gündən hamısı mənımlə mehriban oldu burda heç yabançılıq çəkmədim. Elə bilirdim elə öz qohum əqrabamın içindəyəm. Düzdür bəzi istisnalar var, amma onu da yola veririk.
Öyküylə sevgi dastanımızı ona danışmışdım.
- Feriş abla, biz nə qədər mücadılə etsək də qovuşa bilmədik, ikimiz də bədbəxt olduq. Ailələri yabançıyam deyə məni qəbul etmədilər. Nə üstümə çəkdikləri silahlar, nə belimdə qırılan odunlar məni bu yoldan çəkindirməzdi. Mən onu ölümünə sevirdim. O da məni. Fikirləşirdim ki, onu məcbur başqasına versələr də o bir gün qaçıb gələcək. İnan, allaha and olsun o gəlsəydi, mən yenə onu qəbul edəcəkdim, kim nə deyir desin, vecimə deyil. Amma gəlmədi, 11 ay oldu, o gün eşıtmişəm ki ana olub, oğlu olub, qaynatasının adını qoyublar oğluna. Səncə ərini sevməsəydi oğlunda qaynatasının adını yaşadardı?
- Neyləmək olar, Elgün, görünür o taleyiylə barışıb. Əslində barışmasa belə barışmağa məcburdur. Ərini sevməsə belə sevirmiş kimi göstərməyə məcburdu, belə olmasa o zaman günü ah vayla keçər. Həyat belədir, siz ilk və son deyilsiz. O qədər sevib qovuşmayanlar var ki. Amma bu son deyil. O həyətına və gələcəyinə baxdığı kımı sən də həyatına bax, inşallah xeyirli bir qısmət çıxar qarşına.
İnsanın biriylə oturub danışması, dərdləşməsı nə qədər gözəl şeymiş. Mən bunu indi kəşf etmişdim. Həmişə içimə qapanmışdım hər şeyi içimə gömmüşdüm, ağrimi acımı içımdə çəkmişdim. Bu da mənə ağırlıq verirdi. Ağlıma ağla sığmayan dəli fikirlər gəlirdi. Gedib hamısını öldürəcəm, öykünu ərinin əlindən alıb qaçıracam deyirdim. Feridə xanımla danışdıqdan sonra elə bil yuxudan ayılmışdım. Niyə vəfasız bir yar üçün gələcəyimi, taleyimi qaraltmalıydım? Bəli mən də həyatıma yaşayacaqdım, gələcəyimə baxacaqdım. Aysellə münasıbətlərimdə irəli getsəm də esla o mənim həyatımın qadını olmayacaqdı. Düşünürdüm ki, ürəyimin pas tutmuş qapılarını heç bir qız aça bilməz. Bu barədə səhv addım ata bilərəm. Odur ki, gələcək həyat yoldaşımın secımını ailəmə buraxacaqdım. Unversiteti bitirən kimi İstanbula gedib kareyamı orda davam edəcəkdim. Bəlkə də Yunanıstana gedəcəkdim. Çünki ən çox iş təklifləri ordan gəlirdı mənə. Ahh bircə bu pandemu bitsəydı yollar açılsaydı...
Aysel Feride xanım haqqında eşıdəndə onunla tanış olmaq istədi. Ona söz verdim ki, bir gün onları tanış edəcəm. Düzdür heç özüm də onu görməmişdim. Yoldaşı və özüylə internetdə tanış olmuşduq. Yoldaşı məni etibarlı adamlara yönləndirdi, sağolsunlar, mənə qalmağa yer, işləməyə iş verdilər, maaşım da artıqlamasıyla.
Və nəhayyət karantın saatı aradan qaldırıldı. Sərhədlər açılmasa da hava yolları ilə yurd dışına gedib gəlməsinə izin verildi. Fürsəti heç əldən vermək istəmirdim. Burda qalmağın da adı yox idi. Onsuz da işləmirdim. Dərslər də internet üzrindən idi. Dərslırimi və imtahanlarımı da Azərbaycandan davam edə bilərdim. Burda qalmağım boşuna məsrəf idi. Odur ki, çaydan qazandığım pul ilə kira və baqqala olan borcularımı verdim . Ev əşyalarını dəyər dəyməzə ikinci əl mağazasına verdim. Amma bir şərtlə ki, biz gedən günü gəlib evi boşaltsın. Motoskiletimi də internet üzərindən satışa qoydum.Qarırdı qab qaşıq, yorğan döşək. Onu da bəzi şeyləri götürəcəkdik, bəziləri evdə qalacaqdı. Ev sahibiylə danışmışdım əgər nir neçə aya geri dönəsi olarsam, əşyalarımı onlardan götürəcəyəm.
Beləcə təyarəyə biletlərimizi alıb Bakıya dönməyi planladıq. Aysel deyəsən burda rahatlanmışdı. Heç getmək istəmirdi.
- Bəlkə bir neçə aydan sonra gələsən, evi boşaltmağın heç doğru deyil. Bu xəstəlik bu qədər çəkməz, bax yavaş yavaş pandemu qalxır. İş yerləri açılır. Gedib orda nə iş görəsən ki? Həm də orda vəziyyət qarışıb, görmürsən Bakı dağılır? Bütün səhvələr müharıbə olacağını yazır. Qal burda, Elgün. Mən də gedim sənədlərimi hazırlayım gəlim. Əlimdə gül kimi diplomum var. Burda girıb bir yerdə kurs keçərəm. Bir yaxşı işəmgirib işləyərəm. Aytəni də kreşə qoyarıq. Bərabər yaşayıb...
- Dayan dayan, bravo sənə... Aferin vallah. Mənim yerimə də xəyallar qurmusan. Mənə əziyyət verməmisən. Sağol. Amma mən sənə heç vaxt söz verməmişəm ki səninlə bir yerdə yaşayacam. Səninlə bir ömür sürəcəm.
- Nə deyirsən sən, Elgün nə deməkdir bu? Bəs bu vaxta qədər olanlar nə deməkdir? Həm də qızımın yanında?
- Orasını sən düşünəcəkdin, mən yox!
- Nə demək sən düşünəcəkdin? Bəs sən? Sən özünə sahib ola bilmədin ee sen!
- Mənim həyatımda sənin kimi o qədəri olub ki, elə bilirsən sən ilksən? Gördün sən birinci gəldiyin günü evimdəki qadını.
- Mən q...yəm?
- Mən sənə elə demədim, nə də sənı o niyyətlə evimdə saxlamadım. Sən özünü o yerə qoydun.
- Elgüüüünnn, bəsdir, bəsdir. Elə bilirsən belə deməklə canını qurtarasan? Sürüm sürüm süründürərəm səni.
Ağlayaraq yerə çökdü. Çox əsələşmişdim. Saçlarından tutub başını yuxarı qaldırdım:
- Mənə bax, Aysel ikimiz də bilirik ki mən sənin həyatının ilk kişisi deyiləm, sən də bilirsən ki, mən kişiyəm. Ayşə olmasın Fatma olsun, Aysel olmasin, Aytac olsun. Hansı kişi ehtiyyacının dostuyla evlənib? Evlilik başqa şeydir, ehtiyyac başqa...
- El çək məndən, burax!
- Bax, səninlə mənim aramda nə varsa burda qoyub gedirik evə, orda ağlını başına yığırsan, məni tanımırsan. Bildin? Ta-nı-mır-san!
- Məndən asanlıqla qurtula bilməyəcəksən Elgün! Elə bilmə, evində çarəsiz qalan bir qadını şirin dillə aldadıb yatağına soxasan, sonra da atmaq elə bilirsən asandır? Sən öl başına itin oyunun açaram. Özün də bilirsən ki, adamım var Binəqədinin...
Onun səsini qapının vəhsi kimi döyülməsi kəsdı. Aytən həm bizim davamısa həm qapının səsinə qorxusundan qışqırırdı.
- Noldu, nədir bu. Aysel Aytəni qucaqlayaraq üzümə baxdı.
Qapının gözlüyündən baxdım. Öykünün qohumları idi deyəsən. Nə baş verdiyini bilmirdim. Odur ki, geri dönüb evdəkiləri sakitləşdirdim.
- Sakit olun, bir şey yoxdur. Nəsə səhv gəliblər deyəsən. Keçin içəri otağa . Mən indi qapını açacam keçın!
Aysel Aytəni qucağına alıb yataq otağına keçəçəkdi ki, iki dəfə atəş açıldı və anında qapı taybatay açıldı. Qapı açılmağı ilə bir neçə nəfər, ağzımın burnumun qanı bir birinə qarışana qədər məni çırpdı. İki üç nəfər də içəri otaqları alt üst edərək bütün əşyaları qırıb dağıtdı. Məndən Öykünü soruşurdular.
- İnanın ki, hiç haberım yok.
- Doğruyu söyle, nerde Öyçii, nerde sakladın?
- Bilmiyorum, kaçmişmi?Ya çoçuğu?
Mən "bilmirəm" dedikcə ağzımın üstünə yumuruqlar vuruldu. İçərini axtaranlar yataq otağında Ayseli və qızını çıxarıb yanımıza gətirəndən sonra Öykünün burda olmadığına inandılar. Öykünün böyük qardaşı yanaqlarımı əliylə sıxıb üzümə tüpürdü.
- Yaa, sen hayatını kurmuşsun, benim slak kardeşum senin için yuvasuni yıktı. Ceberdeceğum senu geberdeceğum...
Qonşular sese bizə tökülmüşdülər. Bu dəvətsiz müsafirləri polisle tehdid edirdiler. Qonşuların hay küyündən sonra bir iki yumuruqla işlərini tamamlayaraq rədd olub getdilər.
Ağzım burnum pis gündəydi. Üzüm gözüm şışmışdı. Qonşu Yahya abı üz gözümün qanını təmizləyib sarğı qoyandan sonra :
- Nedur mesele? - Deyə soruşdu. Başıma gələnlərin özətini ona yüngülvarı danışdıqdan sonra Yahya abı əlini çıynimə qoydu.
- SEn bizum Karedenuzlileri tanımayurmusun? Ben senin yerune olsam hemen evimi değişirium.
Belə bir zamanda ev tapmaq da asan deyildi. Buna nə pulum yox idi, nə zamanım. Bir tərıfdın da Aysel ip olub boğazıma keçmişdi. Odur ki, axt itirmədən bilet alıb Aysel və Aytəni Bakıya göndərməliydim. Ondan sonra köç məsələsini düşünməliydim.
Aysel isə mənsiz bir yerə addım atmayacağını deyirdi. Ağlım fikirim qaramaqarışıq olmuşdu. Nə düşündüyümü, nə edəcəyimi bilmirdim.
Demək Öykü qaçıb, demək Öykü dediyini edib, amma niyə belə bivaxt, zamansız, əgər mənim üçün qaçıbsa niyə mənim bundan xəbərim yoxdur? Bəs görəsən indi hardadır, hara qaçlb? Niyə məni aramayıb, və ya niyə gəlməyib. Demək ki, hardasa gizlənib, yanıma gəlməyə fürsət tapmayıb, ya da başımı bəlaya soxmaq istəməyib. Nə olur olsun Ayseli burdan göndərməliyəm, o gəlib Ayseli burda görməməlidir. Yoxsa...
- Yoxsa nə? Yoxsa sən Öyküylə hələ də davam etmək istəyirsən?
- Bilmirəm, hələ də onu sevirəm...
- Sevmək kiminsə yuvasını yıxmaq deyil
- O yuvanı Öyku qurmamışdı, Öyku onu sevmirdi.
- Nə olur olsun 11 aydır o başqasının xanımıdır, uşağı var.
- Ehhh bilmirəm, bilmirəm gəlsə nə edim?
- Bax Elgün kecən il bir səhv addımına sınıfdə qaldın. Sevgi uğruna hər şeyindən keçməyə razıydın. Amma indi bir düşün. Sən 11 ay onunla bir yastığa baş qoyduğun, sevdiyin qadını başqasına verərsən?
- Əsla...
- Bəs onun əri qadınından keçərmi?
- O mənim qadınım olub, mən onun həyatında ilk kişiydim o peysər bunu qəbul edib, mən qadınımdan keçməliyəm?
- Bəs sən bu peysərliyi qəbul sən qəbul edərsən, o indi 11 aydır onun qadınıdır axı
Elə bil havada gəzirdim, beləcə özüm öz içımdə danışırdım. Beynimlə ürəyim bir birinə qarşı durmuşdu. Özüm ikisinin arasında qalmışdım. İkisinə də haqq verirdim. Mən ağıl ilə ürək arasındaki məhkəmədə hakim olmuşdum, lakin ədalətli qərar çıxara bilmirdim.
Pəncərə qarşısında bitib qalmışdım, gəlib gedənlərə diqqətla baxırdım. Hər an gələr deyə qorxurdum. Əslində qorxmurdum. Onu görmək istəyirdim. Bilmirəm onu necə qarşılayacaqdım, onu qınayardımmı, günahlandırardımmı, yoxsa onu qanadım altına çəkib ona sahiblənərdimmi, bilmirəm, bilmirəm...
O gəlsəydi, öz özlüyümün mühakiməsinə qərar verə biləcəyimə əmin idim. Amma şərtlər məni sıxırdı. Məsələn ailəm. Ailəm əsla Öykünü qəbul etməyəcəkdi. Hətta bu boyda olanlardan sonra anam ayselə razıydı, Öyküyə yox. Əgər çıxılmaz vəziyyətdə qalıb Aysellə və ya başqasıyla evlənmək məcburiyyətində qalsaydım Öykü mənim məşuqəm yox başımın tacı olmalıydi.
- Elgün əzizim, bax qarıdakı pide yeri açılıb, orda yediyimiz kır pidesinin dadı hələ də damağımdadır. Bu axşam ora gedirik aa, ona görə... Ayselin səsi məni düşüncələrimdən ayırdı.
- Aysel...
- Şotu mənim boynuma, demişəm vallah karantın bitsin əlini cibinı salmağa qoymayacam.
- Aysel. Get pasportları gətir...
- Niye?
- Bilet alacam
- Məncə biz bu barədə danışmışdıq.
- danışırdıq amma yarımçıq qaldı, tamamlanmadı.
- Demək hələ vaxtımız var.
- Yoxdur. Ev sahibi evi boşaltmağımızı gözləyir. Storçular da əşyaları istəyir. Yır yığış vaxtıdır.
- Mən burda qalmaq istəyirəmaxı Elgün, qurban olum, niyə başa düşmürsən məni. Xoşun gəlir deyəsən dava eləməkdən. Uşaqlıqda da beləydin, heç nədən dava çıxardırdın. - deyə bir əlini boynuma salıb o biri əliylə alnımdakı srığı sığallayaraq gözlərimin içinə baxdı.
- Yaxşı, day mən sənə heç nə deməyəcəm, dava da çıxmasın. O zaman sən qal. Mən gedirəm, gedəsinizsə pasportları gətir. Getmıyəsənsə day özün bilərsən- deyib kampütürın arxasına keçdım. Biletlərə baxdım. İki gün sonraya bilet vardı.
- Aysel, mən biletimi onaylayıram, gedirsən ya yox? Alım sizə də? Tez ol vaxtım yoxdur
- Elgün nolar getməyək! - Aysel ağlamsınaraq dilləndi
- Mən burda qalsam başım bəlaya girəcək, görmədinmi halımı?
- Demək qaçırsan? Gedək İstanbula, İzmirə, Bursaya, Antaliyaya... - sevincək gülümsədı.
- Nə əlaqəsi var?
- Bilirdim, bilirdim hələ də məni sevirsən Elgün. Sən mənimlə nə qədər xoşbəxt olduğunu görürəm, həyatım mənim. Sən mənim canımsan Elgün, bilirəm qorxursan, camaat nə deyər, o nə deyər, bu nə deyər deyə fikirləşirsən. Bilirəm bizim oralarda mənim kimi qadın ev xanımı ola bilməz, anana gəlin ola bilməz. Bilirəm canım, bilorəm. Mən belə də xoşbəxtəm. Çıxaq gedək buralardan...
- Başlama Aysel yenə...
- Yalan deyirəm? Görmüsən mənim kimi boşanmış, adı biriylə çıxmış bir gəlini kimsə alıb cəmiyyət arasına çıxartsın?
- Akifin arvadı Nüşabə nədir?
- Əşii boş ver Nüşabəni. Nüşabə əmisi qızı idi, yetimdir. Boşanıb onsuzda əmisinin evinə gəlmişdi də. Millət biti birəyə yamamasın deyə Akifin anası dedı, gedin evlənin, Akifin də arvadı ölmüşdü, subay oğlan olsaydı gözdə Qənirə qoyardı Akif Nüşabəni alsın. Onların vəziyyəti normaldı. Bizi kim qəbul edər, aşkım ?
- AYsel bilirsən ki, mən açıq danışmağı xoşlayiram, dostum da olsa, düşmənim də olsa, lap atam, anam da olsa sözum varsa bəri başdan kəsirəm. Ona görə boşuna xəyal etmə. Bizim bu saat mövcud vəziyyətlə əlaqədar bır yerdə olmağımız, cinsi istəklərimizi təmin etməyimiz o demək deyil ki, biz ər arvadıq, evlənmişik. Və ya sona gədər davam edə bilərik. Bunu ikimiz də istəmişik, bir birinizi başa düşmüşük. Bunu belə qəbul etmişik. Bilirik ki, karantın bitdimi, sən oz yoluna, mən öz yoluma...
- Ay allah, bu qarantin heç bitməyə...
- Sağol, Aysel məni qırmamısan. Mən də səni necə lazımdır razı salmışam.Bir birimizdən zövq almışıq , ehtiraslı anlarımızı bir birimizlə paylaşmışıq. Amma bunuda bilirsən ki, mənim ürəyim başqasına aiddir, mən hələ də onu sevirəm, qurban olum, məni başa düş! Mən...
- Ee.. Bəsdir dəə... Sevirəm, sevirəm, bezdirdin... Mən sevmirəm? Sən sevə bilərsən mən yox? Mən də sevirəm... Yeter... Sənə dedim axı mən səninlə hər şeyə razıyam. Məhz səni sevdiyim üçün razıyam. Qürurumu, heysiyyatımı, hissiyatımı atıram ayaqların altına. Niyə məni başa düşmürsən? Sənin goynunda keçirdiyim o gözəl dəqiqələr bilə bilə ki, bir gün burnumdan gələcək, yenə bu münasibətimizi qəbul edirəm, neyniyim, sevirəm, Elgün, sevirəm səni , sənin üçün ölürəm, istəyirsən gül , mənə lağ elə, istəyirsən döy-söy , istəyirsən sev, qəbulumdur. Bilirəm ki, ailən məni qəbul etməyəcək sən də evlənəcəksən onların dediyiylə.
- Madəm bunu bilirsən, məndən istədiyin nədir? Mən sənə bir şey verə bilmirəm axı.
- Heç nə, beç nə allah haqqı, bir dənə Yenə görüşək, məni sənsiz qoyma Elgün. Dözə bilmərəm. Hələ bu zaman içərisində sənə dəhşət dərəcədə bağlanmışam. Axı sən hər şeyi başa düşən oğlansan. Axı sən də sevginin, bağlılığın nə olduğunu bilirsən. Yenə bərabər yaşayarıq Elgün. İnan mən səni hələ də o məktəbli Aysel qədər sevirəm. Heç nə dəyişməyib. Əksinə o ehtiraslı gecələrdən sonra daha da çoxalıb bu sevgi. Aramızda iller buz salsa da burdaki münasıbətlərimiz o buzları su kimi əridib aparıb. Yalvarıram Elgünum məni atma, bəlkə nə vaxtsa sevərsən, inanıram bu bir gün olacaq. Mən sənin qəlbinə yol tapacam, bunu bilirəm. Çünki sən sevgiyə dəyər verən oğlansan. Heç bir kişi bir qadın sevgisi, qadın çılğınlıgı qarşısında sevgisiz dayana bilməz. Bunu mən səndə görürəm hiss edirəm Elgün. Bax o içəridə yataqda sən bam başqa biri olursan. Günki mən sənin yatağına nəyınsə qarşılığıyla girmirəm, sənin yanına ürəyimlə, ruhumla, vücudumla gəlirəm. Seni sevə sevə sənə zövq verirəm.
- Aysel...
- Suss...
AYsel üstündəki incə xalatı soyunub yerə tökdü. Barmaqlarının uçunda mənə yaxınlaşıb qollarımı belınə doladı.
- Öp məni, əzizim, sev məni - dodaqlarını boynumda qulaqlarımda gəzdirərək pıçıldadı
- Aysel yeri deyil, həm də burda, qız indi oyanacaq...
- Sus qurban olum, sadecə məni sev, dəlilər kimi sev, nəfəsimi kəs, məni, sənsiz, sevgisiz qoyma
O gün bütün salon bizə aid idi, pıçıltılarıyla, fısıltılarıyla, iniltiləriylə bütün ixtiyarıma hakım kəsilmişdi...
Biletimizi almışdıq. Bu şərtlə Azərbaycana geri qayitmağa razı olmuşdu ki, biz orda da görüşəcəkdik. Mən Türkiyəyə gələndə də o da mənimlə gələcəkdi. Onunla bərabər keçırtdiyim dəqiqələrdən sonra bunu başa düşürdüm ki, Öykü ürəyimin qadını olsa da, Aysel ruhumun qadını idi. O mənim ehtirasımın aclığını doyuran yeganə qadın idi...
Sabah saat 11 də İstanbula, ordan da Azərbaycana ucacaqdıq. Sən saydığını say gör fələk nə sayır. Motoskletimi internet üzərindən satmışdım. İki dəfə də gəlib qarajda baxıb, behini verib getmişdilər. Bu gün aparıb özüm təhvil verib gələcəkdim. Ana yola çıxıb Ofa doğru yol aldım. Of qəsəbəsi Rizəynən qonşu qəsəbə idi. Bütün yol boyu Öykü xəyalımda canlanırdı. Onun üçün bu yolları o qədər gedib gəlmişdim ki...
Arxadan gələn siqnal səsi məni fikirimdən ayırdı.
Güzgüdən baxdım. Öykünün qardaşı idı. Mənə kənarda saxlamağımı istəyirdi. Mən bunu vecimə almayıb qaza basdım. Beləcə uzun bir yolu qovalamac getdik. O məndən dayamağımı istəyirdi, mən isə ondan qaçırdım. Nəhayyət mənzil başına yetişdim. Qəsəbəyə üst keçıddən keçıb, alt keciddən girməliydim. Odur ki, sürəti azaldıb sağa dönərək üst kecid körpüyə çıxdığım. Körpünün ortasına çatmışdım ki, elə bil kimsə məni motoskilet qarışıq göyə tulladı. Bir anda havada uçduğumu gördüm. Bir onu bılırəm ki, körpünün altındakı yolun kənarında böyürtkənliyə düşdüm...
Aysel yaralandığımı eşidib arxamca xəstəxanaya gəldi. Özünə divan tuturdu. Bütün xəstəxana başına toplanmışdı. Uşaq da ona baxıb qışqırırdı. Onu sakitləçdirməyə çalışdıqca o daha da qışqırırdi. Nə bilim, bəlkə də mənə elə gəlirdi. Amma mən onun səmimiləyinə inanmırdım. Hətta onun bu qaraçılığına hirslənirdim.
Ayağım qırılmışdı, gipse salmışdılar. Çıynim çıxmışdı, başımda bədənimdə əziklər, sıyrıqlar vardı. Deyəsən belə vəziyyətdə hələ xəstəxanada yatacaqdım. Biletim batırdı.
Məni sarğıdan sonra palataya yerləşdirdilər. Biraz keçmış qapı açıldı. Ayseli qarşımda görüncə bütün yaralarımı unudub, ona yalvarmağa başladım.
- Aysel, hələ burdasan? Sənin burda nə işin var, tez ol get yır yığış elə get, təyyarəyni qaçırma, biletlər batacaq.
- Axı mən səni burda belə qoyub gedə bilmərəm.
Əməlli başlı təşvişə düşmüşdüm. Bayaqdan mənim biletimin batmasına təssüf edirdimsə indi Ayseli burda görməyimə əsəb kecirdirdim. Lakin özümü ələ alıb onu dilə tutdum.
- Bax, canım gözüm, sonra mənim pulum olmayacaq sizi göndərməyə. 3 nəfərin biletinin batması bilirsən nə drməkdir? Məndən nigaran qalma. Siz gedin, batırsa qoy bir dənə mənim biletim batsın. Mən belə vəziyyətdə gedə bilmərəm sizlə. Sən Aytəni də götür get. Mən də biraz yaxşılaşım. Camaatdan beh almışam, motoskilet də indi tamamılə sıradan çıxıb, daha onu alacaqlarına inanmıram . Sağalım çıxım, görüm neynirəm. Onu düzəltdirib, satmalıyam. Neyləyim belə oldu. Demək getmək gismətimdə deyilmiş. Gedə bilmirəm.
- Onlar elədi bunu sənə, bilirəm. Şıkayyət elə. Sürüm sürüm süründür. Səni yiyəsiz görüblər.
- Aysel, başına dönüm indi bunların sırası deyil. Onlara nə edəcəyimi mən bilirəm. Sən get, uzağı iki həftəyə mən də gələcəm.
Məni qoyub getmək istəmirdi. İnad edirdi. Bu da məni çilədən çıxardırdı. Özümü saxlaya bilməyib xəstəxanada dalaşdım onunla, Cox yalvar yapışdan sonra Ayseli qışqır - bağır saldım. Xəstəxananın tibb bacıları Aysellə aramda ciddi bir sevgi münasıbəti, ya da ər arvad münasibəti bilirdilər. Odur ki mənim ona qarşı belə aqresiv olduğumu qatı şəkildə qınayırdılar.
Nəsə bir təhər onu yola gətirdim. Qonşu Evcimendən xahiş etdim , Aysel və Aytəni aereportdan İstanbula yola saldı. Bir neçə gündən sonra mən də xəstəxanadan çıxmışdım. Sağolsun Evcimen məni xəstəxanada tək qoymadı. Hər gün işdən sonra yanıma gəlir, mənə baş çəkirdi. Xəstəxanadan çıxanda da yanımda idi. Yeriyə bilmırdim. Qoltuq ağaclarıyla özümü idarə edirdim.
Hələ də Öyküdən bir xəbər yox idi. Niyə bu hala düşdüyümün də səbəbini bilmirdim. Günahım nəydi?
Aysellə ən azı gundə 5 dəfə danışırdım. Düzünü deyim ki, bir yerdə olanda nə qədər didişsək də, onlar gedəndən sonra çox darıxırdım. Hisslərim qarma qarışıq idi. Bilmirəm belə vəziyyətim ürəyimi yumuşaltmışdı, yoxsa bir insan səsinə, qadın nəfəsinə ehtiyyacdanmı kövrəlmişdim, yoxsa belə vəziyyətdə bir yaxına, dosta, sevgiliyəmi ehtiyyac duyurdum... nə bilim .
Bilmirdim nə edim, Axı niyə belə oldu? Mən nə günah sahibiydim? Bu qədər kin, kudrət nəydı. Əgər günahım sevmək idiysə, artıq unudulmaqda olan, yaşanıb keçən bir məhəbbət üçün bütün bunlara dəyərmi? Mütləq mənim bilmədiyim bir şey vardı ortada, amma nə?
Fikirdən ölürdüm, yeriyə bilməməyım əlimi qolumu bağlamışdı. Gedib heç kimdən, heç nə soruşa bilmirdim. Kərimə zəng edirdim cavab vermirdi. Öykünün ümumiyyətlə məndə nömrəsi yox idi. Əgər Öykü evdən qaçıbsa, bəs indi hardadır, mənimçün qaçıbsa, niyə gəlmir?
Ürəyim sıxılırdı. Bilmirəm burda əli qolu bağlı olmağım,təkliyim məni sıxırdı, yoxsa Ayselə qarşı olan duyğularım yenidənmi canlanırdı - bilmirəm. Bu zamana qədər Öykünün həsrətini çəkirdimsə də, indi bu həsrəti Ayselin şıltaqlığı əvəz edirdi. Gözlərimın qarşısında Ayselin şıltaqlığı, ədası canlandıqca, canımdan can ayrılırdı. Bərəbər olduğumuz zaman məni əsəbləşdirən hərəkətləri yadıma düçdükcə indi dodaqlarım qaçırdı. Burnumun ucunda qoxusunu, üzündə, vücudumda nəfəsini, qulaqlarımda pıçıltisinı, iniltisini hiss edirdim.
Qardaşımla danışmışdım, cəbhə bolgəsindəydi. Telefonda çox şey danışmırdı. Amma danıçdığından alırdım. Deyəsən müharıbə olacaqdı. Mənə deyirdi, anamgilə heç nə demə, amma hər şeyə hazır olun.
Anam, atam başıma gələnləri eşidib dəli olmuşdu, yalvarıb yaxarırdı kı, Azərbaycana qayıdım. Qayıda bilmirdim ki,qayıtmaq üçün evi təhvil verməliydim, qəzadan sonra motoskilet ələ gəlməz olmuşdu onu düzəltdirib satmalıydım. Əvvəlki müştəri moteskileti almaqdan vaz keçmişdi. Çox güman ki, bu dəfə motoskileti hissə hissə satacaqdım.
Xəstəxanadan çıxdıqdan sonra Evcimenın köməkliyiylə işlərimi yoluna qoymuşdum. İnternet üzərindən buraxılış imtahanlarımı da verib məzun oldum. Qalırdı iş axtarmaq. Onu da fikirləşirdim gedib Azərbaycana orda vəziyyətə baxaram. Əgər müharibə olardısa mən cətin bura Türkiyəyə qayıdaram. Müharıbənin nə zaman bitəcəyi bilinməz. Belə vaxtda ailəmin yanında olmalıydım. Qardaşımın iki balası var idi. Mən onlara dəstək olmalıydım. Fikirləşirdim elə Azərbaycandan yerli və ya xarıcı şırkətlərə SV qoyaram. Əgər vəziyyət mən istədiyim kimi olarsa ordan ya buraya, ya da xarıcə işə düzələrəm.
Ayğımın gipsi açılmışdı, amma yenə də qoltuq ağacsız gəzə bilmirdim.
Nəhayyət, işlərimi yoluna qoyub biletimi aldım. Bu zamana qədər vətən üçün belə darıxdığım olmamışdı. Amma indi elə darıxırdım ki, günləri iplə çəkirdim. Bu aralar həftələr də keçmırdı. Çox darıxırdım. Belə sıxıcı günlərdə ozüm özümlə baş başa qalmışdım. Yenə bu günlərdə Aysel dadıma yetirdi. Onunla danışmadığım gün yox idi. Nə möcüzə idisə onunla danışmadığım gün darıxırdım. Bəzi günlər öz özümə fikirləşirdim ki, onunla evlənə bilərəmmi? Özüm öz sualıma cavab verirdim - Yox - onunla mənim bir ömür boyu bərabərliyim ola bilməzdi. İstəyir lap bərabər xarıcdə yaşayaq, o mənim həyat yoldaşı kimi seçımım deyildi . Bilmirəm niyə belə fikirləşirdim. Onunla özümü bir ömür boyu bir yerdə təsəvvür edə bilmirdim. O ancaq, yaxşı bir dost, əyləncəli bir gün jeçırtmək üçün sevgili ola bilərdi. Ailə, gəlin, ana yox... Bu müqəddəs olan ad onluq deyildi. Düzdür o bir anaydı. Amma görürdüm. Hər uşaq doğan ana olmaz,bu uşaq Allah tərəfindən Ayselə yanlışlıqla verilmişdi. Özünü uşaqdan çox fikirləşırdi, elə bil heç bu qız onun qlzı deyildi.
Onu özümə həyat yoldaşı seçə bilməyəcəyimi özünə də demişdim. Bilmirəm, özünü sındırmaq istəmirdi, nə idisə, mənim bu fikirlərim qarşısında o gülüb :
- Aİlə qurmaq mənnik deyil, neynirəm, ərə getdim gördüm də... Bu vaxtdan sonra mən kimsənin sözünü götürə bilmərəm ee Elgün. Bilirsən Elgün, mən öyrəşmişəm belə öz əlim, öz başım olsun. Yox kişi mənə deyəcək işləmə, ora getmə, bura getmə, onu geyinmə, bunu belə eləmə... Ondə gərək qırğınımız göyə qalxa. Hələ - hələ səninlə heç evlılık barədə düşünmürəm. Heç ağlımdan da keçmır. Evin balaca oğlusan. Məcbur anangilnən qalasan. Anan məni qəbul edər?
- Yox elə şey bizdə məcbur deyil vallah . Anam məni burdan qurtarmaq üçün hələ mənə deyir gəl Ayseli sənə alım, amma mən buna hazır deyiləm. Mən xarıcdə oxumağa gedəndə zatən anam da, atam da bunu gözə almışdı, ki mən vətənə dönmiyə bilərəm. Qardaşım ordadır, problem yoxdur, yəni .
- Eyy, ay Elgün, mən də azərbaycanlıyam ee... Bilirəm bizim mental düşüncələrimizi. Dayım da o vaxt Rusiyada qaldı işlədi. Orda rus qızı saxlayırdı. Hələ bir qızı da vardı. Nənəmgil dayıma dirəşdılər ki qurtar o rusdan, gəl evləndirək səni. NƏysə dua caduyla kişini gətirdilər kəndə, soraq elədilər Çıraxlıdan bir qız tapdılar,aldılar dayıma, iki aydan sora dayım qoydu getdi. Ad oldu ki, oğul evləndirdik. Nə evlənməsi. İki üç ildən bir ər arvad olur? Qız nənəmgil aldılar özlərinə, ad oldu ki, Rafiqi evləndirdik .
İndi ay canım gözüm, anan məni gəlin kimi qəbul etməz də. Səni burdan qurtarmaq üçün elə deyirlər. Yanı Türkiyəyə, xarıcə getmək dəftərini bağlasınlar. Sora başını tolayıb dayım kimi evləndirsinlər, sora desinlər hara gedirsən get. Ehh, anangil məni gəlin kimi qəbul etməz, etsə də mən onların yanında onlara qarovulcu qala bılmərəm. Səni sevirəm, buna söz yox, amma elə evlənməkdənsə elə belə qıraqda bərabər yaşamaq bundan yaxşıdır.
Ayselə haqq verirdim. Mən heç vaxt sevdiyim qızı alıb ana atamın yanında qoyub özüm xarıcə gedə bilməzdim. Belə qanun mənim kitabımda yox idi. Həmişə də bunu qınamışam. Ər harda arvad da orda. Mən ailəmi anama atama qurban edə bilmərəm. Atam da cavanlıqda rusetə gedirdi. Gprürdüm anamın çəkdiklərini, bir tərəfi qırıq. Hələ biz, ürəksiz böyüyürdük qardaşımla. Hər şey pulla ölçülmür, nolsun atamız bizə pul göndərirdi, evimizi tikmişdik, bizi ehtiyyacsız qoymurdu. Ailə, diqqət, qayğı, ata sevgisi başqa şeydi. Evdə kişi, ata yuvanın çatısıdır.
Hələ heç evlənməyi düşünmürdüm. Buna hazır deyildim. Mənim fikirimlə evlilik planı hələ çox irəlidəydi. Kareyamı genişləndirmək, iş güc yiyəsi olmaq istəyirdim. Birini sevmək və ya biriylə bərabər yaşamaq o dəqiqə evlənmək demək deyi ki, insan, o cümlədən kişi özünü buna tam hiss edib, evliliyin bütün məsuliyyətini üzərinə götürməlidir. Yoxsa nə var bu gün nigaha girim, sabah deyim yola getmədik, boşanıram... Nəyə lazımdır ki məntiqsız evlılık.
Bu barədə anama deyən kimi ağzımdan vururdu. Evlən yenə get işini gücünü qur da. Xoşun gəlir orda burda gündə biriylə gəzəsən?
- Ay ana qızam, adıma ləkə gələ?
- Ləkə gəlmiyəcək ee, bir də görəcəm Xoşqədəm Elgünü axtarır. Gpzümü acacam ki, qapım bacam uşaqla dolub, hərəsi də bir q..dən .
Hələ də Öyküdən bir xəbərim yox idi. Öykünün qrup yoldaşının nömrəsi vardı məndə. Ona zəng edib Öykünü xəbər almışdım. O da Öykünün qaçdığını Eşitmişdi. Hardasa gizləndiyini söyləyirdi. Başqa bir məlumati olmadığını bildirirdi.
- Bəs niyə polisə vermirlər.
- Sen buranın camaatını bilmiyormusun, arkadaş ? Bunlar polisten önce bulur, cezalarını kendileri verer.
Nə edim, əlimdən heç nə gəlmirdi. Öyküylə mənimki bitmişdi. Onun mənim üçün evdən qaçdığını düşünmürdüm artıq . Əgər belə şey olsaydı ən azından bir zəng edərdi.
Tək tənhalıqdann, darıxdığım günlərdə özümə gündəlik tutub bütün həyatımı, düşüncələrimi orda eks etdirirdım. Nəhayyət son 3 gün...
Elə həmin gün idi. 3 gün sonra Bakıya yola düçəcəkdim. Dəftərimlə baş başa qaldığım gün idi. Burdakı darıxdırıcı günlərimin son notlarını yazdığım günlər idi...
Axırıncı dəfə həkim kontrolundan keçıb, təyyarə səyahəti üçün həm kovid - 19 testi, həm də ayağım üçün həkimdən kağız almalıydım.Test analızı verib həkimimın otağına gəldim. İmza atmlıydı. Lakin, həkimim əməliyyatda olduğu üçün onu gözləməli oldum. Bu vəziyyətdə evə gedib gəlmək mənim üçün işgəncə olacaqdı. Odurkı, xahiş etdim, məni müvəqqəti palataların birinə yerləşdirdilər. Həkimimi burda gözləyəcəkdim. Gündəliyimi çıxarıb bir iki cızma qara etdim. Gözlərimi tavana zilləyib şeytanla danışdığım dəqiqələrin birində qapı açıldı. İmkansız məhəbbətim - LAZ SEVGİLİM içəri girdi. Bu dəfə ölümü gözə alıb gəlmişdi...
- Öykü?
İkimiz də donub qalmışdıq. Əli cibində, boynunu bükmüşdü. Gözlərindəki yaş leysan olub süzürdü. Heç nə demirdı.
- Öykü, ne işin var burda. Nerelerdesin sen , kaç gündür seni arıyorlar.
Başını tərpədib sözlərimi təsdiqlədi.
- Bilyurum bi tanem- deyişi ürəyimin simlərini terpətdi. Səsi, şirin ləhcəsi üçün nə qədər darıxmışdım, ilahi. Əlimi ona uzatdım.
- Gəl!- dedim. Onu bağrıma basıb sevmək istədim... gəlmədi. Əlim havada quruyub yanıma düşdü.
- Sadece senu cörmeç istedum da celdum.
- Hoş geldin de. Amma nerelerdeydin sen, çoçuk nerde?
- Bekir Sami- yani...- udqundu, səsi titrədi, həsrət və məna dolu gözlərlə üzümə baxıb gülümsədi - oğlum bir arkadaşımın evinde.
Otağın bir küncünə qoyulmuş kreslonu göstərib.
-Otura bilirmuyim?- deyə icazə istədi
- Tabii ki otura bilirsin buyur. Nasılsın, iyimisin?
- Eyiyum, sen? Başuna celenleru bileyurum, benum yüzimden olii... Nasıl ahv dileyeceğumi bilemiyurum...
- Sen benim başıma gələnləri brak ta... Konuş, neler oluyor?
Udquna udquna başına gələn bütün hər şeyi danışdı.
Mənim evimdən bir başa onu İstanbula aparmışdılar. Atasının əmisi nəvəsinə silah gücünə rəsmi nigaha almışdılar. Toyları İstanbulda otellərin birində baş tutub. Öz toyunda belə Öykü qol götürüb oynamayıb, üzü gülməyib . Dediyinə görə toy günü qolları çımdıklənməkdən göm göy imiş, bəyi toyda onu bıkef görüncə onu gülümsəməyə, xoşbəxt görünməyə məcbur edirmiş.Toy gecəsi Öykü üçün bir işgəncəymiş. Bəyi həmin gecə ona döyə döyə sahib olub. Sadecə həmin gecə onunla Öykünün ilk və son gecəsi olub. Öykünün bəkarətinin pozulduğunu görüncə dəliyə dönmüş. Həmin gecə Öykünüyə olmazın əziyyətini vermiş. Kimsə hayına yetişməmişdi. Toyları oteldə olmuşdu deyə ilk gecələri də oteldə keçıbmış, ailələrdən heç kimsə yox imiş. Toyun səhəri bal ayına gedəcəklərmiş. Getməyiblər iki həftə həmin oteldə qalıbmışlar. Öykü deyir otelin hovuzunda, spor zalında, bağçasında onu məcbur edirdi ki xoşbəxt çütlük kimi rəsimlər çəkək. Rəsimlərini öz səhvəsində paylaşırmış. Öyküyə hər şey qadağaymış, telefon, yaxınlarıyla, qohum və rəfiqələriylə görüş, danışmaq... Beləcə Öykü bəxtiylə barışıb, taleyinə boyun əyib. İki həftə sonra evinə ilk qədəmlərini qoyanda ümüdlə gəlib. Bəlkə mən onu bu işgəncədən qurtarararam deyə... Amma məndən də səs soraq almayınca...
Eri onu ev dustağı edibmiş, dükan, çarşı bazarda gəzmək Öykünün ixtiyarında olan şey deyildi. Özü onu hər yerə aparır gəzdirir, ən gözəl ən bahalı hədiyyələri alırmış, lakin etdiklərin Öykünün burnundan gətirməyi də bacarırdı. O Öykünü qadın yerinə qoyub ər kimi yatağına girmirmiş. İşdən gəldikdən sonra gecə 11, 12 yə qədər onun yanında otururmuş. 12 dən sonra gedər sabaha yaxın qayıdarmış. Biraz divanda yatar, qalxıb səhər yeməyini özü hazırlar ta Öykünün yatağına qədər gətirərmiş, sonra işə gedərmiş.Öykü də heç soruşmurmuş hardasan, gecə hara gedirsən. Sevmirmiş, əriylə maraqlanmırmış. Elə əri də buna hirslənirmış ki sev, diqqət et, harda gecələdiyiylə maraqlan, qısqan...
Hamılə olduğunu eşidəndə əri dəliyə dönmüş. "Bu uşağın atası o Azərimi soruşanda" sanki yatıbmış yuxudan ayılıb Öykü. Ozü də uşağın atası mən, yoxsa əri olduğunu bilmirdi. Qara günləri başlamışdı Öykünün. Əri dayanmadan bu uşağın onun olmadığını deyirmiş
- Aramuzdaçi kavğa, tatsuzluk sadece çendu duvarlarumiz arasında kalıyordu. Benu eve haps etmuşdi. Babamla, kardeşlerumle konuşamıyordum. Telefonum vardu, ama, numarasuni çendusi evde olduğunda takayurdi. Eski telefon idu. İnternet falan kullanımı yoktu çi. Numarasuni taktığumde ailemle konuşyordim . Benu çimse anlayamayurdu, Elcun anlayarmusun benu? Her çes bizu mutlu mesut biliyurdu. Bi tek Çerum (Kerim) bize gelduğinde firsat bulub ona mutsuz olduğumu söğledum. Sadece o kadar.
-Ben Kerimle telefonda sık sık görüştüm, seni sordum, niye bana bişey demedi Öykü?
- Diyemezdi. Senun başune celecekleru bildiği için söyleyemezdu
- Öykü, bi şey soracam
- Sor...
- Ya bebeyin babası gerçekden benmiyim, o şerefsizmi ?
Susdu, gözlərin məndən qaçlrdı. Nəsə düşündü.
- Bak bebeğim, belki bizim kavuşmamız inkansız, ama, əyər o bebek benimse...
Bunu heç pzüm də ağlıma gətirmək istəmirdim. Həlata olmağa hazır deyildim, həm də bu şəkildə. Anama nə cavab verərdim, atamın üzünə necə baxardım. Atamı yola gətirərdim yenə, amma, anam rəsmən infakt olardı belə şey olsaydı.
- Bebek seninse?
- Ben şerefsiz değilim Öykü, aşkıma da çoçuğuma da sahip çıkarım. Vallaha...
Öykü susurdu. Qərarsız olduğu bəlliydi. Barmaqlarını sıxmasından, sürətli şaqqıldatmasından nə qədər gərgin olduğu açıq aydın görünürdü.
- Öykü...
Başını qaldırıb nigaran nigaran üzümə baxdı
- Sana inanmayirum Elcün...
- Öykü... Bak... Ben sana adam kimi söz veriyorum. Bu uşak benimmi, değilmi?
- Bilmeyurum Elcun, bilmeyurum.
- Elgün bey, doktor hanım sizi odasında bekliyor, yardım etmemi istirormusunuz?
- Hayur, Ben yardım ederum - Öykü dilləndi
Xəstəxana işçısıylə köməkləşib məni əlil arabasına oyurtdular. Gonra Öykü məni sürüb həkimin otağına gətirdi. Raporumu alıb otaqdan çıxdıq..
- Dur Öykü.
Öykü arabanı dayandırdı.
Eve gidelimmi? Konuşmamız gerek.
- Hayur, eve gidemeyiz. Benu her yerde arayullar biliyursun
- Napacaz? Nerde konuşalım?
-Gel,ben senu bi yere götüreceğum.
Xəstəxana koridorlarını dolaşıb ən alt mərtəbəyə - zəmin qata endik. Uzun dar bir koridoru keçib, qaranlıq lakın geniş bir yerə çıxdıq. Önümüzdəki qapının üstünə Morq yazılmışdı
- Ne işimiz var burda?
- En güvenli yer burası. Burda kimse bizi bulamaz.
- Ee, konuş, nasıl kacdın?-elindən yuyub dodaqlarıma yaxınlaşdıranda tok vurmuş adam kimi əllərini geri çəkdi.
- Tamam, tamam, kusura bakma... Beni nasıl buldun?
- Hastanede bir hemşiruyle tanışmuştim. Trabzonlu kizudir. Orda yani İstanbulda evlidur. Bana yardım etmesu içun ona yalvardlm. Laçun, doğumuma az kalmiştu. Böyle heyecan ve risk benum içun çok tehlikeluydi.Odur çi, doğumumu beçleduh. BeçurSami doğulunca bu habere her çes sevundi, bi kocam olacak o şerefsiz sevunmedi. Her çesun yaninda benumle mutlu görünüyordi. Millet cetduçden sora, işcencelerum başlıyordi. Dayanamıyordum artık. Dövmüyordu, söymüyordu. Bana piskolojik tecavüz ediyordu. Ben piskolojik şıddete maruz kalmuştım.
Koridorun o başından xəstəxana işçıleri göründü.Öykü narahat olmağa başladı.
- Kım onlar?
- Hastane elemanlaru qalıba, burya olmamuz doğru değul,. Buraya yalnız cenaze yakınları gire bilur.
- O zaman gidelim- Deyib qoltüq ağaclarımı arabada rahatlayıb Öyküyə baxdım.
Xəstəxana işçıləri bizə baxıb burda nə axtardığımızı sorduğunda, Öykü,xəstəxana çıxışını itirdiyimizi soruşdü. Və arabamı sürüb İşçılərin göstərdiyi istiqamətə yox, başqa istiqamətə sürdü.
Sakit bir yerə keçdik. Pəncərə önünə çəkilib dayandı.
- Bir gün çoçuğun aşısuni yapmak içun onunla hastaneye cettuh. Deduğum o hemsureyle görüştim. Ona yalvardım. Kaçmam için ondan yardım istedim. Amma ordan kacma şansım yoktu. Eşım kapıdaydı. O bana bi numara verdi. Eyer kacacak olursam onu arayum diye.
Bir gün əri harasa gedəndə qapını bayırdan kiliiləməyi unudubmuş. Öykü fürsətdən istifade edib, oğlunu da götürüb qaçıb. Yolda bir nəfərdən telefon alıb, həmin tibb bacısına zəng edib. O Öyküyə kömək edib qohumlarının maşınıyla onu Trabzona anasının evinə göndərib. İndi də onlarda qalır.
- Tamam da beni araman lazımıydı.
Birdən birə Öykünün üz ifadəsi dəyişdi. Əlləri, dodaqları əsəbdən əsdi sanki. Üzümə nifrətlə baxıb dişlərini qıcadı.
- Noldu? İyimisin?
- Aradum , aramasına da... Bir kaç kere sana ulaşamadım. Sonra bi kadın cevap verdi. Ben konuşmadım. İnanamadum biru senun telefonina cevap vere. Demek çi çok samimi olduğun bir arkadaşin ya da sevgilindur diye düşundim. Amma yene inanamadum. Olamaz benum Elcunim şuni bana yapamaz dedum. Benum aşkum şu kadar küçük olamaz, olmamlı...
-İnan düşündüğün gibi değil Öykü...
- Sus, inkar etme. Geldum... Çendu çözlerumle cördüm her şeyu. Oydu, senin Azerbaycandakı "amcanın kızıydı" hemen tanıdım, resmuni görmıştum ya telefonunda.
- Öykü, yanlış...
- Çok mutluydunuz, bi de bi kız çoçuğu vardı, yanınızda... O sana gelmiş, hem de çoçuğuyla gelmiş, sen de onu kabul etmışsın.
- Öykü bak...
Çox öfkəliydi. Ağzımı açmağa göymurdu. Ağlayaraq üsyanca qışqırmaqdan özünü güclə saxlayırdı. Dişlərini qıcayaraq gözlərinin yaşını silib:
-Sizu mutli gördüm Elcün, ben yuvamı senin için yıkmış, yuvamdan uçmuşken, sen benimle kurduğun hayelleri yıkıp yuvana başka kuş kondurmuşsun. Meğersə sen başkaları gibiymişsın, iradesiz, aşağlık...
- Öykü, bi dinle aşkım...
- Bana aşkum dime! Biliyormusun? Yine inanmadum cörduhlarima. Yasaklara bakmadım. Gece yarısına kadar soğukta pencerenun karşısında kaldım, size baktım. Beraber güle gele carşı pazara cettuğinizi cördim, Elcün . Benim karşumdan çeçdun. O kadar mutluydinuz çı benu bile farkettmedun. Kızını nasıl eğlendirdiyini gördüm Elcün. Ben sokaklarda açılarla kıvranmışken...
- Ben mutlu deyildim Öykü
- Mut - luy-din !!!
- Bak kendin duyorsun eşın her kesin yanında seninle mutlu görünüyordu. Şimdi her mutlu görünən mutlumu?
- O mecburdi. Çünki o seviyurdi. Çendini kandırıyurdu. Ben de oni seviyormuşim gibi gösteriyurdi kenduni. Amma sen böyle yapmaya mecbur değildin. Sen kime mutli gözükecekdin? Ayselemi? He konuşsana Ayselemi? Madem o vardı, ben...
- O zaman niye geldin, Öykü? Madem benim mutlu olduğumu gördüysen, seni sevmediyimi düşündüysen niye geldin, beni neden burda arayıp buldun Öykü ?
-Yüzüne tukurmek içun. Ben ucuz kadın değıldum, benum aşkım üç kürüşluk, üç günlük değıldi. Ben üç bucuk sene aşkım içın her şeyi göze aldım. O harabe mezrada çendumi sana verdum, aşkum içun verdum, severek verdum, severek senun oldum. Pişman da değildum...şımdu de degilum
Hönkürüb ağladı, ürəyimin başına od goydu. Arabanın qarşısında dız çöküb sinəmə yuburuqlararaq qollarını dizlerimin üstünə qoyub hıçqırdı.
- Öykü, yapma böyle, aşkım. Senin için nelere katlandım biliyorsun .
Örtünün üstündən başını sığalladım. Barmaqlarım yanaqlarında dolaşırdi.özüm də dolmuşdum, bu çaresic eşq ikimizi də soğan kimi qovururdu.
Əllərini tutub sıxdım. O da əvvəlki sevgiylə əllərimi tutub dudaqlarını əllərimin üstünə qoydu, amma öpmədi.
Elə bu vaxt telefonum zəng etdi. Bütün keyfimə soğan doğrandı. Cıbımdən belə çıxarmaq istəmədim. Telefona cavab verərək bu anı qaçırmaq istəmirdim. Telefon isə susmurdu.
- Cevap vermeyecekmusin?
- Vermeyeceyim...
Əsəbi halda ayağa qalxdı. Hirslə gözlərinin yaşını sıldı. Bu arada mən telefona baxdım. Asel idi. Telefonu məşğula atıb cibimə qoydum.
- O idu değilmu?
- Boş ver!
- Boşmi verum? Tamam... verdum. Ya sonra?
- Ne sonra?
- Bedenden ayruldıkdan sonra? Konuşmayacakmusin?
- Yapma böyle aşkım, gel!
Əçimi ona uzatdım. Əsəbi halda əlimi vurub başını ovucları arasına aldı.
- çendum bile bile bu ilişKu hayatumı mahv edecek, yenə sana celdum. Yuvamu yıktum, aldum oğlumu da celdum. Oylum asıl öz babasunun yanında büğüsün istedum.
- O benim çoçuğummu? Az önce bilmediğini demiştin. Bi karar ver, benimmi değilmi?
-Bilmeyorum, kararsizum...
- Bak Öykü, ben çoçuğuma sahip durmuyorum demiyorum, duruyorum... Tamammı yeter ki bunu bana ispatla.
- Nasıl sahip duracaksın? Cici kizinla berabermi bakacaksun one da?
- Offf... Yeter... Bu benim sorunum...
- Öylemi?
- Öyle...
- Yazukler olsin...
Anidən dönüb getdi.
- Bır dur... Öykü...Öykü...
Qəfil dayandı geri dönüb üzümə baxdı.
- Al, al şuni da verersin sevduğune!
Cibindən çıxartdığı midye qabığını mənə uzatdı. Karadeniz sahilində gəzərkən tapmışdı. Mən də üzərinə adımızı yazmışdım.
- Bi dur ben de konuşuyum, Öykü bu işler öfkeyle olmaz - elinden tutmaq istədim. Qaçdı.
- Konuşma, tamamu? Konuşma...
Hönkürüb ağladı.
- Bentün duyğularumı, hayellerumi sana bağladum. Şu Midyenin masaluni oğlumin kulağuna fısıldadum, aşkımuzı, her şeyimizi, o ormandakı mezranı bile...
- Öykü, ben de seni sevdim, hala da seviyorum. Sen benim canımsın. Amma böyle oldi. Ben böyle olmasını istermiydim aşkım. Napyım ben, kaderin oyununa geldik. Beni suçlayacağını git aileni suçla. Ben seni anama gelin aparacaktım. O mezranı ben seçmedım sen secdın. Şımdı benim suçum ne?
- Öylemu düşünüyursun?
- Kurban olayım Öykü ben napyım? Soyle yapayım. Kaçırıyımmı? Hadı gel, 3 gün sonra Azerbaycana gidiyorum, hadı gidelim. Diyelim seni götürdüm, ya cocuk? Ver çoçuğunu babasına gel.
- Hayır... Veremem!
- Napyım o zaman? Napıyım. Başkasının coçuğu götürmek kolaymı sanki?
- Başkasunın değıl. Başkasu ona babaluk yapmasın diye kacdım ben, anladınmı? Babaluk yapmasun diye
- Ne? Ne diyorsun sen. Bu çoçuk benimmi? Bi karar ver eyer benimse... Öykü gitme dur ! Öykü haydı getir bebeğı, DNA testi veriyim, bu işi hall etmeden Azerbaycana gitmem. Ben çoçuğuna sahip çıkmayacak kadar aşağlık değilim. Öyküü...
Öykü. orudorun sağına dönüb gözdən itdi.
13. BÖLÜM.
Evimizə gələndə əvvəlki əhval ruhiyəylə qarşılanmadım. Nəinki ailəmizin, hətta bütün rayon camaatının üzündə nigarançılıq, eyni zamanda sevinc vardı. Müharıbə başlamışdı. Yeganə millət idik ki müharibəyə sevinirdik. İllər idi bu anı gözləyirdik. Əli silah tutan düşməndən qısas çıxmağa, torpaqlarımızı bərqərar etməyə tələsirdi. Səfərbərlik başlamışdı.
Anam, atam qardaşımın hayındaydı. Dediyim kimi qardaşım xüsusi təyinatlı döyüşçü olduğu üçün ön cəbhədəydi. Axırıncı dəfə müharıbədən bir gün qabaq yoldaşıyla və anamgillə danışıb:
-Haqqınızı halal edin, hər şeyə hazır olun - deyib halallaşmışdı - internetım yoxdur Elvinlə danışa bilmədim, ona deyin uşaqlığı buraxsın, yekə kişidir, kişi kişilik məktəbində sınanar, kişi dediyin sevgisinə, vətəninə, millətinə sahib çıxandır. Orda burda gündə biriylə bazlıq eliyən yox, onun da yeri var, baxır harda, necə hansı şəraitdə... Mənim gücüm heç nəyə çatmasa da əlim silah tutur, Vətən üçün gedirəm döyüşə. Heç olmaya o da işləyib xalqa fayda versin... Birdən başıma bir iş gələr. Bax bunu ona deyin, bu mənim tək arzumdur
Bu sözləri eşidəndə çox təsirlənmişdim. Mənim bəxdi qara laz sevgim, kornovirus aşıqim Aysellə münasıbətim onusəbrdən çıxartmışdı. Bunu həmişə mənnən danışanda da deyirdi, məni tənbeh edirdi,
- Əə, adam kişi olar,. Kişi gələcəyini, həyatını quracağı qadınla kişi kimi rəftar edər, oğraş kimi yox, elə elə ki səhər nə sən o qadının üzünə baxanda utanmayasan, nə də o qadın sənə baxanda xəcalət çəkməyə, kef eləmək istəyirsən yeri get otur barda - diskotekada. Pulunu ver, kefini gör, yoxsa orda ona de, səni sevirəm - səni alacam, burda buna de... Sevgini belə ucuz tutma, sən bilsən ki, sevgi deyilən şey nə qədər qiymətlidir, o zaman bu kəlməni yalnız birinə bağışlayarsan...
Qardaşım məni belə tənbeh edəndə əsəbləşıb telefonu üzünə bağlayırdım. İndi bunu ona etdiyim üçün peşıman idim. İndi başa düşürdüm ki, haqlıdir. Mən özümü ərgən, yaxşı oğlan kimi tanısam da, demək bu mənim özlüyümdə idi. Eləailəmlə də aramızdakı anlaşılmamazığın səbəbi bu idi. Çox hərdəm xəyal idim. Özümü düşünən, özünə güvəni olmayan, müştəbeh adam idim. Mən mənəm mənəm desəmdə, əslində mən heç kim idim. nə vətənə, nə xalqa, nə də sevgim üçün heç nə etməmişdim. Müəllimlərimin dediyi kimi mən hələ də fərsiz Elgün idim...
Atam gedib Ravinin yoldaşı və uşaqlarını da bizə gətirmişdi. Anam bütün qonum qonuşunu başına yığıb, bütün günü əsgərlərə pay hazırlayırdı. Qonşu qadınlarla qapımızdakı meyvələrdən, bişirdiyi keklərdən, yaydan hazırladığı mürəbbə, kampotlardan əsgərlərə pay tuturdu. Qadınlar kimisi peraşki bişirir, kimisi çörək arası kotlet edirdi. Vətən ücün igidlərimiz kimi, qadınlarımız da səfərbər olmuşdu. Ürəyim durmurdu, əsgərlikdən gələndə geyindiyim formanı əynimə keçırmışdım. Biraz dar olurdu, amma idarə edirdim. Ürəyim atlanırdı. Ravının mənə buraxdığı mesajdan sonra özümü doğrultmağa çalışırdım. Bu saat mən də ön cəbhədə olmaq istəyirdim, di gəl ki, bu andır ayağım imkan versə...
Hər şəhid xəbəri eşidəndə səbrdən çıxıb qoltuq ağacını əsəblə ayağıma vururdum, bir an öncə bu taxtalardan qurtulmaq istəyirdim. Belə günlərimdə anam qırıq ayağıma sarılıb ağlayaraq mənə səbr diləyirdi. Mən də ona qoşulurdum, ağlayaraq ürəyimi boşaldırdım.
- Camaat torpaq yolunda ayağından, başından keçəndə mən də imkansız bir məhəbbət üstündə qıçımı qırdım. Ahh həyat...
Hazırlanan əsgər paylarını atamın maşınına yığıb, Ravinin balaca oğlunu da yanımıza alıb yola çıxardıq. Əsgər paylarını İpəkyolunda maşının qapotunun üstünə düzüb yoldan keçən əsgər karvanına dağıdırdıq. Mənim formada olmağım və qoltuq ağacıyla gəzməyım, məni tanımayan adamlar arasında qəribə aura yaratmışdı. Elə bilirdilər döyüşdə yaralanıb gəlmişəm.
- Yox ay dayı, yox, kaş mən də döyüşə gedə bilsəydim. Mənimki elə belə bir qəzadır.
- Hə, nə bilim ay oğul, dedim yəqin cəbhədə yaralanmısan.
Gəldiyim gündən Ayseli heç görməmişdim. Gözlərimə qulaqlarıma inanmırdım, orda mənimlə böyük məhəbbət yaşayan Aysel indi mənim vətənə gəldiyimi eşitməyibmi? Bu səbr onun səbri deyildi, görəsən haralardadır? Ya məni unudub? Yanı o sözləri deyən, böyük xəyallarını biriylə paylaşan bir adam belə unutqan olarmı? Bəlkə Bakıdakı sevgilisinin yanına qayıdıb. Bu fikir ağlıma gəldikcə bir daha özümə nifrət edirdim.
- Axı mənə söz vermişdi, bir daha onunla olmayacaq, danışmayacaq. Axı o mənimlə bərabərliyi qəbul etmişdi.
- Elə o dedi, sən də inandın, ağılsız... Ona nə lazımdır, Türkiyədə Elgin, Bakıda Gülgün...əməlli başlı xaltura edir, hər şəraitdən istifadə edib...
- Əcəb insanlar var da hər şəraitdən çıxa bilən, orda mənnən, burda onnan, allah bilir daha kimlər var bu hayasızın həyatında...
Ayselin məndə olan nömrəsinə zəng edirdim, zəng catmırdı. Sosial hesablarına da axırıncı dəfə beş gün bundan əvvəl girmışdı. O da müharıbəylə bağlı bir şey paylaşmışdı.Heç elə bil Aysel adlı biri bu dünyada yox idi. Onu kimsədən soruşa bilmirdim, bizim məhəllənin camaatı o saat biti birəyə yamayacaqdı. Onsuz da hər buraya gəlişimdə ikimiz də diqqət mərkəzində olurduq. Camaat danışırdı ki guya Aysel mənim üçün ailəsin dağıdıb, daha deyən yox idi ki, Ayselin həyatında nə Elgünlər var.
Anasını məhəllədə bir neçə dəfə görsəm də, ürək eləyib ondan bir şey soruşmamışdım. Anama bu barədə ümümiyyətlə söz deməyə dəyməzdi. Dünyanı dağıdacağından əmindim. Zatən adıcə evdə anamdan şəxsimə bir şey istəsəm və ya desəm o dəqiqə gözünün suyunu axıdırdı.
- Qardaşı odun alovun içində bunun keyfinə bax, bir...
Evdə çox darıxırdım. Döğululduğum şəhər mənə yad kimi gəlirdi, elə bil burda qəribsəmişdim. Qürbət məni yurdumdan soyuq salmışdı. Məhəlləyə, şəhər mərkəzinə çıxırdım, doğma, yaxın bildiklərim mənə yad görünürdü.Dostlarım, sinif yoldaşlarım heç kim qalmamışdı . Qalanlar da ailə - uşağıyla, təsərüffatıyla məşgul idi. Uşaqlardan kimisi Rusiyaya işləməyə gedib, kimisi də Bakıdaydi. Dostlarımdan və sinif yoldaşlarımdan bir neçəsi könüllü olaraq cəbhəyə getmişdılər. Ürəyim atlanırdı mən də səfərbərliyə atlanım. Daha dayana bilmirdim. Bəlkə mən də oralarda bir işə yarıyaram deyib bir gün komisarlığa üz tutdum.
Komisarlıqdan çıxanda anam qışqır bağır sala sala qabağıma gəlirdi. Kimnənsə mənim komisarlıqda olduğumun xəbərini almışdı.
- Nolub ay ana, nə xəbərdir?
- Məni öldürmək istəyirsiz? Qardaşın gedıb 20 gündür bir xəbər ala bilmirik, indi də sən gedib döyüşə yazılırsan? Mənə yazığınız gəlmir, görmürsən nə haldayam?
- Ay ana, belə gündə hamımız bir nəfər kimi orda olmalıyıq. Kimdən ...
- Qələt elıyirsən, Səni hansı hünərlə aparırlar, görmürlər ayağını? Qırıq ayaqla gedib orda nə qələt eliyəsən? Kastillə erməni qovasan,həə?
- Narahat olma ay ana, heç aparmırlar. Ayağım tam sağalmalıdır, yazdılar, elə belə adımı , dedilər lazım olsa çağıracağıq.
Anam deyinib ağlayirdı, onu güclə sakitləşdirib, evə gətirdim.
Günüm rayon mərkəzində keçirdi. Camaatla mərkəzə toplanııb ölkənin vəziyyətini müzakirə edirdik. Döyüşdəkilər döyüşdəydi, amma geridə qalanlar əllərindən heç nə gəlməsə də bazar çayxanalarında, məhəllə döngələrində çənə döyüşü edirdilər. Elə mən də əlimdən bir şey gəlməsə də çənəmə güc vermişdim. Sosial şəbəkələrdə bir paylaşım, bir şey görən kimi onu yoldaşlarla ələkdən kecirdirdik.
Çayxanada oturduğumuz belə günlərin birində atam qapıdan içəri girdi. Rəngi kağız kımı ağarmışdı. Üstü başı qanın içindəydı.
-Nolub ay papa? Maşını vurmusan, yaralanmısan?
Atam başını buladı.
- Gəl, gəl otur...
Atamı oturtduq, biraz su zad verib özunə gətirdik.Bütün çayxana atamın başına toplaşmışdı.
- Nolub axı, bir şey olub? Nədir bu üst başının qanı, bəlkə Ravindən bir xəbər var? Ravinə nolub, dillənsənə!
Atam təssüflə başını yelləyib təsdiqlədi .Yumuruğunu düyüb dizlərimə vurdum, atamın qarşısında diz çökdüm
- Nolub ata? Yaralanıb? Hardadır, hansı qospitalda?
Atam başını silkələyib əlini qaldırdı. Güclə eşıdıləcək bir səslə məni sakitləşdirdi. Masanın üstündəki stəkanı bir nəfəsə başına çəkdi.
- Heç nə olmayıb Şükür, bilmirəm, amma gedib gözümlə gördüm... Ürəyim ağzımdan çıxdı.
- Nə gördün, nolub axı? Şəhid olub?
Atam çiyinlərini çəkdi.
- Bilmirəm... Zəng elədilər ki, Ravingilin dəstəsi minaya düşüb, ölən və yaralıları Neftçalaya gətiriblər. Durma gəl, getdim...
—Ay Allah... Bəs mənə niyə xəbər verməmisən, ata?
- Əşı ağsaqqal kişisən, uşaq kimi həkət edirsən ee, Allah haqqı. Belə gündə adama deməzlər? - çayxanadakı kişilər bir ağızdan atamı qınadılar
- Kimnən getdin, bəs?
- Fəxrəddinlə getdim, sakit olun, hələ bir şey yoxdur, nə xəbər verəcəm ee, milləti ora yığmağın nə adı var, onsuz da orda iynə atsan yerə düşməz.
- Əşi mən millətəm? - Atamdan incik halda üzümü döndərdim- mən sənin oğlunam ee, heç olmaya mənə deyərdin!
- Ay bala belə vəziyyətdə guya getsən neyləyəcəkdin? - Dilucu konlümü almaq istədi - Nəysə getdim, Ravinin ad soyadın verdim. Yaralılar içərisində yoxuydu. Dedilər morqa bax. İnan, allaha and olsun, elə bil belimi qırdılar. Dizlərimdən küt ağrı çıxıb beynimə sancıldı. Yaxşı ki Fəxrəddin yanımdaydı. Elə o girdi qoluma, bir təhər sürüyə süruüyə məni saldı morqa. İlahi, bir görsəniz, allah göstərməsin, dəhşət idi, əşı döyüşdə güllə dəyə öləsən, bıçaqlanasan, qulağın, burnun başın kəsilə dərd yarıdı, deyərsən erməni gülləsi dəydi öldü. Dəhşətlisi bilirsiz nədir? Minaya düşmək, baş bir tərəfdə, bədən bir tərəfdə, iraq olsun kimin bağırsağı kımın ayağına dolaşıb bilmirsən. Nəysə bir bir bütün meyidləri çevirib Ravini axtardıq, tanınmaz olanların ya formasındakı adına baxdıq ya da sağ əlinə. Axı Ravinin uşaq baxtı sağ əlinə qaynar su dağılmışdı...
- Hə düz deyirsən, yanmışdı sağ əli..
- Yadımdadı, yazıq uşağın başı bəlalıdır elə
- Nəysə, tapa bildiz?
- Tapmadıq Ravini, nə sağ qalanların içındə, nə yaralıların. Nə də meyidlərin arasında, heş nə, suyu suzülmüş geri döndük.
- Bəs xəbər vermədin, yuxarılara, hardadır?
- Komisarlığa xəbər verəydin də, Bəlkə əsur düşüb, bəlkə qaçıb, bir yerdə gizlənib?
- Xəbər verdik, getdim qərərgaha, dedilər maraqlanacağıq, dedim elə ordan birbaşa gedim Bakıya, gördüm yox ee, gedəsi halım yoxdu, maşını sürə bilmirəm. Fəxrəddin də məndən betər idi. Üst başımız da qanın işində. Ordan bura bir təhər gəldik.
- Anama bir şey dedin? Yazıq arvad indi bir təhər ...
- Yox yox onun heç nədən xəbəri yoxdur siz də deməyin . Hələ evə getməmişəm, Fəxrəddingilə gəldik birbaşa, biraz özümə gəldım gəldim bura, Elgün, bala, dur get evə, mənə əyin baş gətir, üst başımı dəyişim. Anan məni belə görsə, dəli olacaq...
Ravin itkin düşmüşdü. Nə öldü xəbəri var idi, nə qaldı.
Anamla gəlinimiz ağlamaqdan bir təhər olmuşdular, uşaqlarını güçlə ovudurduq. Səhər tezdən atamla, dayılarımla, əmimgillə evdən çıxıb, axşam evə gəlirdik. Evimiz yas evi kimi dolub boşalırdı. Gündüz qadınlar, axşam məhəllənin kişiləri bizə toplaşırdı. Bütün Bakıdan belə qospitallar, xəstəxanalar, morqlar ayağımızın altında su yolu olmuşdu. Ravini gördüm deyən yox idi. Son çarə Qirmızı Aypara idi. Ümüdümüzü itirmişdik, Ravin mütləq əsir düşüb deyə fikirləşırdik. Odur ki, ancaq Qirmızı Ayparaya müraciət etməliyydik.
Atamla anam Bakıya getdilər, mən evdə qalıb sosial şəbəkələrdə, qruplarda Ravinin itkin düşməsinə dair elanlar verirdim. Məni u bardəqınayırdılar ki qruplarda şəbəkələrdə əsgər şəkili paylaşma, bəlkə hec itkin düşməyib, bəlkə yaralanmayıb, bəlkə düşmən tərəfə kecirilib, ona iş tapşırılıb, razıydım amma, nigarançılıq insanı hər yola caydırar deyirlər. İnsteqramda dolaşırkən səhra qospitalından bir şəkil gözümə dəydi. Bir dəstə səhra həkimləri və tibb bacıları iıə çəkilmiş bir foto idi. Şəkildəki qadınların arasında AYsel də yer almışdı. Paylaşıma "Sizinlə qürur duyuruq " yazısı yazılmışdı.
- Bunun burda nə işi var?
Gozlərimə inanmırdım, bəlkə oxşayır, bəlkə kiminsə yanına gedib, bəs bu əynindəki hərbi forma nədir? Şəkili yaxınlaşdırıb təkrar təkrar baxırdım. Bəli bu o idi. Başqası ola bilməzdi...
- aLlah başıva daş salsın ay Elgün, bu da yaralı barmağa məlhəm oldu sın yox..
Ürəyim həm qürurla doldu, həm təssüflə dizlərimə vururdum,
- Gör nə gündəsən Elgün... Aysel də orda, sən burda...
Heç vaxt itirmədən şəkili skrin edib evdən çıxdım, bir başa Ayselgilə gəlib darvazanı açdım. Anası qapını süpürürdü, gəlinləri evin balkonunda dolma bükürdü, balaca Aytən həyətdə oynayırdı. Məni görən kimi
- Elgün abii - deyib üstümə qaçdı. Ayna xala da, gəlinləri də təccüblə mənə boylandı.
- Ay qız, gəl rəddol beliyə - AYna xala qucağıma dırmaşan Aytənə çəmkirdi.
- Salam, hərvaxtınız xeyir Ayna xala, necəsən?
Ayna gözünün ucuyla gəlininə baxdı. Hiss etdim ki, qadın onun yanında mənimlə danışmaq istəmir.
- Nətər olacayıq ay Elgün, maman necədi, eşitdim Ravin itkin düşüb, elə dedim bir gəlim sizə, vaxt tapa bilmirəm, mənim də xalamın nəvəsi şəhid oldu ee cavan oğlandı, üç körpəsi yetim qaldı, Allah erməniyə nəhlət elsin.
- Hə eşıtdim, məkanı cənnət olsun, yasına getmışdim, dəfnində iştirak etdim, Xəyyamın.
Məni qəribə şəkildə süzürdü, o da bilirdi ki mən bura başsağlığına gəlməmişəm. Odur ki, İşarət diliylə gəlini göstərib mənə him etdi. Qızı qucağımdan alıb yerə qoydu.
- Yeri get o xəkəndazı gətir zibili yığım- deyə qızı bir bəhanəylə yanımızdan uzaqlaşdırdı. Sora mənə baxıb darvazanı him ilə göstərdi. Yanı demək istəyirdi rədd ol get. Mən isə üzümün suyuna salmışdım.
- Ayna xala, şey, Aysel...
-Hə düz eşitmisən ay sağol- ucadan sözümü kəsib göz qaşıyla mənı qovmağa başladı-ayım da andır koronadan öldü, bu camaatda can qalmadı, bir tərəfdən müharıbə, bir tərəfdən xəstəlik...
- ALlah rəhmət eləsin,hə düz deyirsən. Allah köməyimiz olsun. Bilirsən nəyə gəlmışdım? Mən də ona him eləyib onu bayıra çağırdım. O sizin kürəyiniz var ee, onu alacaqdım, arxı təmizləyəcəm, bizimkin papa hara qoyub tapmadım.
Arvad ışarəylə evin arxasındakı dama tərəf getdi. İçəri girən kimi həyət bacaya baxıb qapını ortdu.
- Nə işin var burda sənin? Ağzının payı verilib, canını almamışıq sənin, oncun gəlmisən?
- Ayna xala, dayan, ağzını açma yenə üstümə!
- Hələ utanıb ölmür ee mənə cavab qaytarır. Gəlin heç nə bilmir, yoxsa abrını ətəyinə bükərdim.
- Niyə, neyləmişəm ay Ayna xala?
_Day neyniyəsən? Eləmədiyiniz, yemədiyiniz p.x qalıb? Qızımın evin dağıtmağın bəs deyil, hələ bir qızımı yoldan çıxardıb, Türkiyəyə apartdimağın qalmışdı?
- Mən hec kimi cağırtdirmamışam, özü gəlib!
- Elə danışır ki pişmiş toyuğun gülməyi gəlir, əə, qaldığın yeri nə bilirdi əə? Apardın, 4 aydır yanında kefini çəkib sora dalına bir təpik? Sən nətər kişisən əə, oğraş? - qadın üstümə cumdu- heç olmasa yanızdakı qız uşağından utanardız da, nə qələt eləmisiz hamısını gəlib qoyub bir bir babasının ovcuna. Kişi də vaxtacan elə bilirdi, Aysel rəfiqəsinin yanındadır.
- Ayna xala, bir əlini saxla, yekə arvadsan, adamı səbrdən çıxarma,
- Nağayrasan əə? Öldürəsən məni? Sən öl dartıb şalvarını...
- Öfff.. Off.. Dayan görüm bir, bunları danışmağın yeri deyil, mən heç kəsi məcbur nə evimə gətirməmişəm, nə də yanımda saxlamamışam. Bunu qızından soruş özü desin orda yanıma necə gəlib.
-Hələ bir borclu çıxarmağına bax bir.
- Gərək qapımı üzünə açmayaydım, gərək deyəydim, get "küçələrdə qal!" Onda yaxşı olardı.
-Qalaydı. Görsəydi küçələrdə qalıb bir yol tapıb gələrdi. Yoxsa...
- Nəysə, hardadır indi?
- Kİm?
- Aysel də. Hardadır?
- Sənə nə axı hardadı?
- Ay Ayna xala, başına dönüm, inad eləmə, qurban olum.
Arvad bir anda yumuşaldı dərindən nəfəs alıb ağlamsındı.
- Bilmirəm bala, yaman nigaran qalmışam, uşağın da bağrı yarılıb, anasını istiyir. Türkiyədən gələndə demişdi rəfiqəmdə qalırdım orda. Kişi də inandı . Uşaq sənin adını çəkəndə havalandı. Dalaşdılar, qırğınları Allahın yanına qalxdı. Yaxşı kı qardaşıgil gəlməmişdilər Rusetdən. Yoxsa yıxıb yerə başını kəsərdi. Nəysə gecəynən cıxıb getdi. Nə qədər elədim qızı saxlaya bilmədim, ki, bılmədim . Dedəsi nə qədər elədi , mən nə qədər qabağına keçdim olmadı. Aytən yatmışdı deyə onu aparmadı.
-Axı mənnən danışırdı bu son günlərə qədər tez tez, buraya gələnən sonra ondan xəbər ala bilmirəm. O vaxta qədər hər gün əlaqəmiz vardı.
- Hə, bir ay olar gedib. Dedimyəqın sənin yanına qaçıb, sənin tək gəldiyini görüb dəli oldum, nəysə orda burda axtarannan sora Bakıdan xəbrini aldım. Danışdım, nömrəsini də dəyişib, Bakıdadır, işləyir
- Nə danışırsan? Bu pandemuda hara işləyir ki, o da işləyə? Bakıda deyil o.
- Bakıdadı, qrup yoldaşının evində qalır, dedi. Deyir xəstəxanada sanıtar işınə düzəlib, həm də onlayn dərs keçır.
Telefonu çıxartdıb Ayselin şəkilini qadının üzünə tutdum.
- O cəbhədədir, yaralılara kömək edir. Bakıda deyil...
Qadın telefonu əlinə alıb donuq bir baxışla şəkilə uzun uzun baxdı. Qəfildən qışqırib bayra qaçdı
- Ay balam heeyy, ay qızım. .. başıma xeyir ay balam, Ay camaat, ay millət, bu qızın nə işi var orda?
- Ayna xala...
Aynanın hay küyü qaraçılıqdan başqa bir şey deyildi . Onu heç kim mənim kimi tanıya bilməzdı. Uşaqlığımdan onu belə tanıyırdım. Qışqırıqçı, davakar, işverən. Sonrada Ayselin etiraflarından...
Dünya Aynaya qalsaydı heç məhəllədə normal ailə yox idi. Onun pəncərəsindən bütün hamının qızı gəzəyən, oğlanları şərəfsiz idi. Necə deyərlər, özgədə qıl seçərdi, öz gözündə tiri görməzdi. Allah heç kimi onun güdazına çıxarmasın , Ayna biriylə tərs düşdüysə vəssalam. Kışılərin evindən narkotik çıxardı, qadınlar əxlaqsızlıqla günahlandırılardı. Oncun elə uşaqlıqdan anamgıl bizi onlardan uzaq gəzməyimizi istəyirdilər.
Bu qadında sevgi anlayışı gəzmək, beldən aşağı istək, hörmət anlayışı da rüşvətdən, puldan ibarət idi. Kasıb təbəqə onun üçün heç bir şey idi. Onu tanımayan biri olsa geyim kecimindən, oturub dürüşündan bu qadının arıstokrat bir ailədən olduğunu düşünərdi. Əslındə heç orta təhsili də tam deyildi. Sadecə özüni yetişdirmişdı. Bilmirəm nədən, ama rayonun yuxarı təbəqələri, müəllimlər, həkimlər dövlət məmurlarının xanımları ona çox hörmət edirdi. Belə ailələrin məclıslərində onun yeri yuxarı başda olardı. Yəqin Rusiyadan onlara gətirdib satdığı "importnu" mallarin təsirindən idi, bu hörmət. Aynaya hörmət olunmasaydı kim gedib onlara Moskvadan, Yuqaslaviyadan, Çexiyadan brend mallar gətirərdi.
Yaxşı yadımdadır bir dəfə anamla bir iş üçün dövlət dairələrindən birinə getmişdik , uşaq idim o vaxt. 7 də 8 də oxuyurdum. Bəlkə iki saatdan çox idi bir imza üçün ordaydıq, o məsul binanın içındə döymədiyimiz qapı qalmamışdı, get gələ salmışdılar. Axır ki, bir nəfər çıxıb iki gün sonra gəlməmizi istədi. Anam narazılıq edə edə qapıdan çıxanda bizim bu Ayna içəri girdi. Əlində də həmişəki kimi boxçası vardı. Deyəsən mal gətirmişdi, xüsusi müştərilərinə. Qapıda bizimlə üz üzə gəlsə də anamı ilk dəfə görürmüş kimi süzıb əliylə onu yana itələdi.
- Xanım bir yol verin, tələsirəm.
İkimizin də matı qutu qurumuşdu. Belə biganəlik nə idi? Axı eyni məhəllədən idik, qonuşuyduq. Adam bir salam verər də...
Az əvvəl bizi yola salan məmur bəy Aynanı qapıda görüb gülər üzlə onun qarşısına gəlib hörmətlə izzətlə Aynanı salamladı
- Xeyir ola, müəllımə, sizi hansı rüzgar atıb buralara. Gün hayannan çıxıb? Sizi görmək nə böyük şərəf? Siz hara, buralar hara?
Ayna gözlərin süzdürərək baxışlarıyla bizə sanki höküm oxuyurdu "görürsüz, o boyda məmur ayağıma qədər gəlib mənə salam verir, qarşılayir, siz qarşımda odun kimi mıxlanmısız". Ayna özündən razı bir ədayla çox səmimi şəkildə məmurla görüşdü. Elə bil dayısı oğluydu.
- Hec ay Murtuz müəllim, qızlara təzə mallardan gətirmışəm, sifarişləri var idi. Həm də dedim gəlmışkən ir, Yelmar müəllimlə görüşüm, bu sənədə imza atacaqdı.
- Yelmar müəllim indi içlasdadır, siz verin, keçın qızların yanına, mən araya salıb imza atdıraram.
Bayaqdandır biz adı bir məmurun qəbuluna düşə bilmirik, bəxtəvərin kağızı Yelmar müəllim kimi bir adamın ayağına içlas zalına qədər gedirdi.
Məmurun saxta gülüşü yaltaqca münasıbəti sinirlərimizə toxunurdu. Anam əlimdən tutub əsəbi halda məni bayra dartdı.
Əvvəl məttəl qalmışdım ki, buna niyə müəllimə deyirlər. Müəlimlik müqəddəs peşədir, alverlə heç bir əlaqəsi yoxdur. Axı "müəllimə adını belələri, o cümlədən Ayna kimi bir alverci parcası niyə kirlətsin ki? Bilirsiz, bunu gecə gündüz beynimə salıb çək sevir etsəm də, sonra, gülmək məni tutmuşdu. Ona yeni ad qoşmuşdum "alverçi müəllimə"...
Məhəllə bir anda Aynagilə axışdı. bütün camaat Aynanın başına yığşdı. Heç kim nə olduğunu bilmirdi. Soruşanlara da cavab vermır dizinə başına cırpıb "ay balam, can ay balam" deyib qışqırırdı. Camaat elə bilirdi ki Rusiyadaki uşaqlara nəsə olub. Çünki, belə qarışıq zamanda onun burda savaşa gedən oğlu yox idi. Aysel isə heç kimin ağlına gəlmirdi. Nəhayyət məhəllə hamı toplaşandan sonra Ayna məsələni məhəllə əhlinə anlatdı . Biraz əvvəl mənim telefonumdan özününkünə göndərdiyi şəkili camaata göstərib gah qızıyla qürur hissi kecirirmiş kimi gülümsəyir, gah təssüf edirnış kimi heyifislənərək başına gözünə çırpırdı. Ayselin qızı Aytəni bağrına basıb :
- Bu yetimini kimin umuduna qoyub getdin ay bala? Elə səssiz səmirsiz gedəndə bilirdim ki, camaatın kişilərinin qeyrəti çatmayan şeyi sən kişi geyrətinlə eliyəcəksən. Səni mən böyütmüşəm kişi kimi, kişi qeyrətli vətən qızım. Yüz oğlum olsun, vətənə qurban olsun deyirdim, amma qızım vətənə şəhid olmağa getdi - ağıt deyib ağlayırdı. Nə olduğunu bilməyən qızcığaz da çaşqın şəkildə onun bunun üzünə baxırdı. Hələ bunları bir yana qöyaq, özünü ürək keçməli kimi göstərib özünü qadınların üstünə yıxması camaatın üzündə istehza, qadınlar arasında pıç ha pıç yaratmışdı. Lakin bunu ayıb bilərək gizlətməyə çalışırdılar Bir sözlə Ayna özünü artistliyə qoymuşdu, onun bu artistliyini tək mən yox elə camaat da yaxşı görürdü.
Gözüm onda olsa da xəyalım Aysellı günlərə üçmuşdu. Aysel uşaqlıq illərini danışdıqca qulaqlarıma inanmlrdım. Yanı qulağının dibində, gözünün qarşısında bir insan belə bir yüklə yaşaya, necə ola ki bir insan bunu görməyə, bilməyəydi?
- Heç anam məni görmürdü ay Allah sənə kömək olsun. Siz hardan görəcəkdiniz ki? - deyib davam edirdi. sevgisiz bigane bir ailədə böyüyübmüş Aysel. Amma biz ona, onların ailəsinə tamam başqa pəncərədən baxırdıq. Elə bilirdik ki bayırdakı hörmət izzət onların evlərində də davam edirmış. Görünür hər şey bizim gördüyümüz kimi deyilmış.
Bayramın - yanı Ayselin atasının Aynadan əvvəl Rusiyada arvadı uşağı varmış. Sonra valıdeyinlərin məsləhətiylə Bayram Aynayla evlənib, bir müddət sonra Aynanı Anasının yanında qoyub, Rusiyaya gedib . Bayram anası evinin və arvadının xərcliyini əskik etməsə də, vətənə qayıtmaq istəmir, orda qalır. Qaynana - gəlin də burda boş durmur. BAyramı rus qızının cəngindən qurtarmaq üçün döymədiyi qapı, getmədiyi molla qalmır.Yazdırdıqları duaların hesabına Bayramın ildə bir dəfə, on onbeş, iyirmi günlük vətənə gəlir, çox keçmir təkrar geri qayıdırdı. Onun gəlişi Ayna üçün toy bayram olurdu. Ayna və qaynanası fikirləşırdi ki, Bayramın burda nə qədər çox uşağı olsa onu daha çox evinə bağlayacaq. Odur ki, Ayna Bayramın hər vətənə gəlişini yaxşıca dəyərləndirib, bir birinin ardıyca 3 oğlan doğur. Lakin kişi yenə evə bağlanmır ki bağlanmır. Deyəsən rus qızının mollası Aynanınkından güclüymüş, Bayram onlarsız dayana bilmir. Bayramın Rus qızından iki qızı varidi. Dunya bir yana idi o qızlar bir yana idi.
Bayramı evə, özünə bağlaya bilməyən Ayna nəhayyət bezərək , uşaqlarını qaynanasına və balaca qayınının umuduna buraxıb atası evinə qayıdır. Bunu eşidən Bayram Rusiyadan gələrək Aynanın arxasıyca gedir Uşaqlara sahib çıxması üçün onu dilə tutur. Uzun sözün qısası Ayna Bayramla barışmağı qəbul edir. Lakin bir şərtlə. O da Bayramla Rusiyaya gedəcək. Bayram çarəsiz qalıb Aynanı və uşaqlarını özüylə Rusiyaya aparır. Oğlanlarını orda məktəbə qoyur , Aynaya ayrıca ev kiralayır Evin və ailəsinin hər ehtiyyacını ödəsə də, gündüzlər bir iki saat Aynayla bərabər vaxt keçırtsə də Bayram yenə də Rus xanımının yanında qalırdı.
Ayna orda beş il qalır. Bu müddət ərzində artıq Aysel də var idi. Rüsiyada yaşamı gözəl olsa da Ayna burda çox sıxılırdl. Bura Ayna üçün deyildi, qohum əqrəbası üçün çox darıxırdı. Bütün günü burdakı dükanlarını satıb Azərbaycana qayıtması ücün ərinə yalvarırdi.
- Gedək Bazardan yer götürərsən, dükan açarsan yenə gələrsən də bura, başına dönüm ay Bayram, mal vurarsan, mən də orda oturub sataram malını. Mən səndən nə istəyirəm ki? Ay bu Rusetə daş qoyanın başına daş düşsün. Axı nə var bu Rusetdə gələn qayıtmaq istəmir. Bax nolar, qadan alım Bayram, uşaqlar böyüyür, bunların burda gələcəyi yoxdur, görürəm də burdakıların axırını hamısı alxaş, qızları da q...bə . Qızımız var hec olmasa onu fikirləş, sabah bir adam qapını göyməyəcək ee, evdə qalacaq, neyliyəsən onda? Kaxola, rusa qız verəsən?
Nə desə də xeyri yox idi. Bayram Azərbaycana qayıtmaq istəmir. Bayramı özünə bağlaya bilməyəcəyini, onu vətənə apara bilməyəcəyini görən Ayna carəsiz qalmışdı. Qızının gələcəyı onu düşündürürdü. Burda yaşayan qızlara fikir verirdi, 12 13 yaşlarından özlərinə sevgili tapirdilar, günləri diskotekalarda keçırdı. İstəmirdi onun qızı bu mühitdə böyüsün. Ayselin o vaxt 4 yaşı var idi. Bu gün sabah məktəbə gedəcək. O da qardaşları kimi burda məktəbə getsəydi sonra gedib rayonda oxuya bilməyəcəkdi. Həm onların rayonlarında rus sektoru da yox idi. Həm də Aysel qardaşları kimi bura alışsaydı onu dostlarından, sinif yoldaşlarından ayira bilməyəcəkdi. Odur ki, Azərbaycana qayıtmağı planladı. Uşaqları götürüb gəlsə də oranın mühitinə alışmış oğlanlarını rayon yerinə öyrəşdirə bilmədi. Nəhayyət ər - arvad arasında son qərar verildi. Bayram atasının həyətində onlara ev tikəcək Aysellə Ayna orda qalacaq, oğlanlar da atasıyla bərabər burda qalacaqdı.
Bayramın Rusiyada bir neçə dükanı var idi. İmkanı yaxşı olduğu üçün oğlanlarının da orda qalması ona problem yaratmırdı. Əksinə fikirləşırdı ki, elə oğlanları Rusiyada qalması yaxşıdır. Həm uşaqlar bura alışar, həm də onlara ticarət öyrədər. Gələcəkdə hərəsini bir dükanın başına qoyar.
Aysel rayonda məktəbə gedəndən sonra məktəbimizin rüşvətxor müəllimləri Ayselin atasının Rusiyada yaşadığından açıq aydın istifadə edirdilər. Əsas da Aynayla daha yaxın münasıbət qurub, Ayselın qıymətləri yaxşı yazılırdı. Adət idi, bu "hörmətin" qarşısında Ayna da onlara "hörmətlə" qarşılıq verirdi. Bu da məktəbdə həm Aynanın, həm də Ayselin şənini yüksəldirdi. BAyram rayonda çox az az görünsə də məclıslərdə Aynanı, məktəbdə Ayseli görənlər Bayramın şərəfinə təriflər, sağlıqlar yağdirirdi. Nə var, nə var bu tərifin qarşısında Ayna onlara balaca da olsa hədiyyə verəcəkdi. Ayna bu yaltaqlıqdan sıxılmırdı, əksinə bu onun xoşuna gəlirdi. Fikirləşirdi ki, qızını hamı Bayramın adına tanıyır. Sabah bir gün qızının bəxtınə də Atasının adını saya salan tuz ailələrdən biri çıxacaq. Elə bu fikirlərlə məktəbdə müəllimlərə, dövlət dairələrində məmurlara "Hörmət" edirdi. Əvvəllər Tortlarla, şirniyyatlarla, sonradan ətirlərlə, Rusiyadan gələn bahalı hədiyyələrlə... İki tərəfin qarşılıqlı "hörməti" Ayselı də ərköyünləşdirirdi. Kimsə nə məktəbdə, nə məhəllədə bu qıza güldən ağır söz deyə bilmirdı. Aysel həddindən artıq sərbəst və oğlan kimi böyüyürdü. Qonşular Ayseldən anasına şıkayyət edərdə Ayna özünü hayasızlığa goyaraq qızının ağzından vurmaq yerinə qonşularla dalaşırdı. Ayselin məktəbdəki təlim tərbiyyəsindəki qüsurları müəllimləri ört bastır edilirdi. Hətta Ayselin günahı ola ola qarşı terəfin qulağı çəkilir, üzü danlanırdı.
Yadımdadır məktəbdə müəllimimiz bizim sevgili olduğumuzu eşidəndə (yekə oğlan idim) mənə qulaqburması verilmişdi. Anam məktəbə çağrılmışdı, bunun eyib olduğu qüsur tutularaq məni uşaqların içində pərt etmişdilər.
Nəysə bu ərköyünlük Ayselin hələ də burnunda necə var elə də qalırdı. Aysel deyirdi ki :
- Varlıq içındə darlıq çəkənlərdən idim. ATam bizə çox pul göndərirdi. Anam da cak çuk edirdi. Amma anam o puldan nə evə xərcləməzdi, nə yemək içməyimizə verməzdi. Heç bilmirəm bu pulları neyniyirdi. Deyəndə deyirdi o pulların hesabına bu yerdəyik. Yoxsa kim idi bizi rayonda adam yerinə qoyan? Olmuşduq şərqiyyənin tayı. (məhəllənin ən aşağı təbəqəli sakiini idi)
Nənəm həmişə onu danlayanda da deyirdi ki, nə vecimə oğlun orda kef eləsin, mən burda onun evinə qarovulcu olum. Atamın pulları anamın evinə ayaq açan qonaqlara, hədiyyələrə, rüşvətlərə gedird- Aysel təssüflə içini çəkirdi.
Ayna məhəllədə geyim dükanı açmışdı, gedib Bayramın yanından mal vurub gətirirdi. Dükanı bacısı işlədirdi.
- Elə nə olduysa Anam alverə başlayandan sonra oldu. Evdə tapılmırdı. Adı Jekin müdrüylə çıxmışdı. Uşaq idim, bunun hələ nə olduğunu qanmırdım, amma o qədər də avam uşaq deyildim. Anam məni də götürüb o adamın maşınıyla gəzməyə gedirdi.Kişi mənə çoxlu iran konfeti, saqqızları verirdi. 10 12 yaşım vardı, böyük qız idim. Amma anam da o kişi də mənə uşaq kimi baxırdı. Mənim yanımda çox sərbəst idilər. Onların bu səmimiyyətlərindən mən utanırdım. Amma nə deyə bilərdim ki, anam idi. Belə tərbiyyə olunmuşdüm, fikirləşırdım analar səhv etməz. Ana nə deyərsə o da olar.Nəysə. Uşaq kimi kuklalar alırdı o adam mənə. Maşını sakıt bir yerdə saxlayırdı. Saatlarla kuklalarımla maşında təkbaşına qalırdım. Canım darlanırdı, o maşının içındə dəqiqələrlə ağlaylrdım, içimdəkiləri kuklalarıma boşaldırdım. Anam gil gələndə göz yaşlarımı gizlədirdim, mısmırığımı açırdım. Çünki anam belə istəyirdi. Mənim nə zaman harda, hansı şəraitdə ağlayıb ya da güləcəyim anamın qərarı idi. Əgər mənim sifətim anamın xoşuna gəlməsəydi budumdan çımdik qoparardı. Ümumiyyətlə anam nə ağlamağı sevməzdı, nə də məni ağlayan görmək istəməzdi. Onu heç vaxt ağlayan görməmişdim. Amma elə moment olurdu ki hansısa bir işin altından çıxmaq üçün vəya işini aşırmaq üçün ağlayırdı. İşi bitən kimi gülürdü. Demək həyat belə imiş, işinin xətirinə göz taşı töküb problemini həll etmək olardı. Başqa vaxt ağlamaq, küsmək əsla. Keyfim olmasa da məni məcbur edirdi ki bunu kimsəyə bildirməyim, içim qan ağlasa da hər zaman üzüm gülməliydi. Bu anamın qadınlıq fəlsəfəsiydi...
Bir dəfə də həmin adamla meşəyə getmişdik. Yenə məni maşında qoyub harasa getdilər. Gediş bəhanələri də vardı. Sən otur bu malları orda filan evdə və ya filan yerdə verək gələk. Məni heç vaxt getdikləri yerə aparmazdılar.
Maşında vaxt zaman keçmək bilmirdi. Maşından təbiətin gözəlliklərinə baxmaqdan yorulmuşdüm artıq. İstəyirdim mən də təbiətin gözəlliklərinə dalım, yaşıl yarpaqlara toxunum. Biraz aralıdan çay axırdı. Səsi qulaqlarımı oxşayırdı. Dedim biraz gəzim dönüm
. Otların arasında sarı və mor çıçəkləri toplaya toplaya dərəyə tərəf getdim. Nə gördüysəm orda gördüm. O gündən anama nifrət edirdim. Amma yenə də anamın dediyi kimi nifrətimi içımdə boğurdum, gülürdüm, xoşbəxt görünürdüm. Çünki anam demişdi axı, qız qadının dərdini bir özü bilər, bir gözü, dıl heç nə deməz dodaq gülər...
O gündən içimə qapanmışdım. Gördüklərimi nə anama, nə nənəmə, nə də heç kimə deyə bilmirdim.onsuz da anamla nənəmin arası pıs idi. Bir də mən belə şey desəydim...
Nənəm bütün günü anamla dalaşırdı. Anam elə danışırdı ki, nənəmi borclu çıxardırdı.Hiss edirdim ki, anam atamdan nənəmdən atamın bütün ailəsindən nifrət edir.Di gəl ki, camaat arasında onları elə öyürdü, elə tərifləyirdi ki, adamın əli üzündə qalırdı.
Bunları eşidəndə qulaqlarıma inana bilmirdim Tez tez Ayselin sözünü kəsib ona gözlərimi bərəldirdim.
- Aysel, de sən öl... İnana bilmirəm. Mənim tanıdığım Ayna xalanın nəyi olsa da kimnənsə oturub durmasına inanmaram. Aa mənim bildiyim Ayna xala, nə bilim ee kişi kimi qadındır. Düzdür, dillidir, hayasızdır. Amma nə bilim ee... Hansı kişi onunla könül əyləndirə bilər? İnana bilmirəm
- Eh.. Təki sən elə bil. Anamı məndən yaxşı heç kim tanıya bilməz.
- Axı... - Deməyə söz tapmırdım- Axı necə olub bu barədə kimsə heç nə görməyib eşıtməyib? Bizim məhəlləni bilirsən, bir çık olsa...
Aysel çıyınlərini çəkirdl.
- Bəlkə də anam bu işin ustasıdır ondan, bəlkə də görüblər. Amma heç kim qurumuş p.xu qurdalayıb iyləndirmək istəməz. Nəysə boş ver.
- Deyək ki, camaat anannan qorxur, şərşəmata, iş verən şeydi... Yaxşı bəs nənən, əmin ? Evdə dəliqanlı cavan əmin var axı , necə olub ki əmin heç nə hiss etməyib, eşitməyib?
- Əmimin başına qusasan, sən də onu kişi sanırsan?
- Aysel, day sənə inanmaram, vallah. Barı Arazın haqqında heç nə demə. Mən onu yaxşı oğlanlardan biri kimi bilirəm. Canlara dəyən qeyrətli oğlandır.
- Ay onun qeyrətinə...
Ayseli tanıya bilmirdim. Ailəsi haqqında danışdıqca, mən onların tərəfini tutduqca o əsəbləşıb özündən çıxırdı. Görünür o tək anasından yox bütünlükdə ailəsindən travma alıb.Mənim tanıdığım, xoşbəxt üzlü, gülər gözlü Aysel əslində böyük depresiya yaşayıb.
- Səni başa düşə bilmirəm Aysel, bu aqresiya nədir?
- Mənim yaşadıqlarımı sən yaşasaydın...
- Axı nə yaşaya bilərsən ki? Şükür bildiyim qədəriylə imkansız olmamısız, ac, açıq deyilsiz, rayonda ana tərəfin də, ata tərəfin də sayılıb seçılən adamlardır. Hara getsənız, nə etsəniz sözünüz bıçaq kimi kəsir, anan aıləsinin üstünə toz qondurmaz, yanı mənim bildiyim Ayna xala aılə canlı qadındır, bütün bunları da - açıq danışacam səninlə elə hayasızlığıyla əldə edib.
- Hayasızlıqla yox... Başqa şeylə..
Aysel hönkürüb ağlayırdı. Onu heç cür sakitləşdırə bilmirdim. Nəhayyət ağlayıb ürəyini böşaltdı.
- Bağışla Elgün, sənin də keyfini qaçırtdlm. Məni dinləməyə məcbur deyilsən. Danışmayım.
- Yoox nə demək, axı bız hər şeydən əvvəl dosduq. Elə uşaqlıqdan. Amma sən o vaxt mənimlə niyə bunları danışmamısan ki, yüngülləşərdin, rahatlardın.
- Hansını danışaydım ki? Mən hələ o vaxt bunları yaşaya yaşaya dərk etmırdım, sən məni başa düşə bilərdinmı?
- Nə bilim... axı... Bilmirəm nə deyim. Nələr yaşamısan.
Aysel içını çəkib yanımda oturdu. Başını çıynimə qoyub:
- Bilirsən Elgün, o vaxtları demirəm, amma indi bəlkə də mənə başqa gözlə baxarsan.
- Yox, niyə elə fikirləşirsən ki,
- Sənə bir şey etiraf edim?
- Et!
- Əslində mən saxtakar və yalançı bir qadınam.
- Niyə axı belə fikirləşırsən? Yoxsa biraz əvvəl danışdıqların yalandır? Kaş kə yalan ola. Ayna xaladan nə qədər zəhləm getsə də ona hörmətim var, bu dediklərindən sonra o hörməti saxlaya bilməyəcəm.
- İndi danışacaqlarımdan sonra məndən də nifrət edəcəksən.
- Daha nələr.
- Mən anamın istədiyi kimi qız olmuşam, arzuları işində gömülən, daxılı matəm, zahiri xoşbəxt bir qadın olmuşam. Ona görə deyirəm ki yalançıyam, saxtakaram. Bax... Bax bu saat belə səmimi oturmuşuq aa...
- Həə?
- Bax o belə saxtadır...
- Hmm, niyə? Mən sənə neyləmişəm? Desən ki, məni qoyub bura gəldin. Bunun günahı səndədir. Sən məni gözləmədin. Əsgırlikdə olanda getdin nişanlandın. Mən də ..
- Mən kişilərdən nifrət edirəm... Elə səndəndə... Hamınız eynisiz.. Hamınız beldən aşağı kışısız. .
Güldüm:
- Xahiş edirəm məni hamıyla qarışdırma. Mənim ürəyim elə anadagəlmə belimdə döyünür - söhbətə zarafat qatıb Ayselın fıkırini dağıtmaq istədim. Onu divana yıxıb qıdıqlayaraq öpürdüm.o mənə qarşılıq verməyib gözlərini tavana zilləmişdi.
- Mənim yenı cücərməkdə olan döşlərim əmimin əllərində böyüyürdü, Elgün. Sənin bundan xəbərin varmı ?
Elə bil damarlarımda qanım dondu. Bədənim süstləşdi. Başımı Ayselin saçlarının arasından çıxarıb gözlərinə baxdım. İlahi, o gözlərdə mən nələr görürdüm? Çəhənnəm atəşı, nifrət. Çarəsizlik, qorxu, utancaqlıq...
Gözləri tavanda ilişib qalmışdı, sankı yaşadıqları ordan keçıb gedirdi, gördüklərini danışırdı.
Qalxıb oturdum. Onu da qaldırdım. Əlləri, vücudu əsirdi.
- Nə danışırsan Aysel?
- Mən 12 yaşında qüruru, mənliyi, şəxsiyyətı, heysiyyatı sənin o qeyrətli oğlan kimi tanıdığın əmisi tərəfindən tapdanmış bir qə---yəm...
- Sakit ol Aysel, otur ..
- Toxunma mənə...
- Yaxşı toxunmuram...
Bir anda otağın içində gəzindi. Göz yaşlarını silib, qəhqəhə çəkdi.
- Bax mən gülürəm, haa haa, ağlaya ağlaya gülürəm Anam dediyi kimi, daxilım matəmlı zahirim xoşbəxtəm, necədir? Bacarıram gizlənməyi, saxtakarlığı? Artistlik edə bilirəm?
- Gəl, Aysel, belə demə, gəl otur görüm, danış, ağla ürəyini boşalt... Hə? İstiyirsən indi danışma, sonra danışarsan, hə, Aysel, sonra...
Həmin gün bir evin altinda küsülü adamlar kimi dolandıq, o divanda Aytənin yanında, mən icəridə otağımda yatdım. Nə yatması,
"- Mənim yenı cücərməkdə olan döşlərim əmimin əllərində böyüyürdü. Sənin bundan xəbərin var?" sözləri davul kimi qulaqlarımda, beynimdə gupuldayırdı..
Yuxunun şırin yerində onu sinəmə qonduğunu hiss etdim. Düşünürdüm ki, onun seksdən cox sevgiyə, şəfqətə ehtiyyacım var. Saçlarını tumarlayıb yorğanı üstündə rahatladım. Qayğıkeş dost kimi alnından öpdüm. Əllərin dodaqlarıma sıxdım. O da mən də gecənin səssizliyin dinləyirdik. Bu səssizliyi onun səsi pozdu... O danışdıqca sanki bir piano dilləri simlərə toxunur, səs tonu gah üsyanca yüksəlir, gah da incə notlarda üzülürdü.
- O zaman Araz əmimin 28 yaşı var idi. Nişanlıydı. uşaq idim. Həmişə məni öpüb əzizdəyəndə səni çox istəyirəm deyirdi. Elə bilirdim, məni həqiqətən çox istəyir, öpür, oynadır. Bilirsən, məni nənəmgil saxlayıb, əmimin qucağında böyümüşəm. Məni ondan, onu məndən qorumaq heç kimin ağlına gəlməyib. Mən də elə bilirdim əmimdir, elə belə olmalıdır. Axı həmişə məni sevib o. Maraqlı söhbətlərimiz olurdu, dərslərimi oxudurdu, hər işdən gələndə mənə pul verirdi, bir şey alirdı. Gəzdirərdi, oyunlar oynayırdıq, damıno, lato zad.
Anamdan çox zamanım onunla keçırdi. Ata sevgisini onda tapmışdım.
Mənnən həmişə soruşurdu ki, böyüyəndə kim olasan? Mən dəbütün uşaqlar kimi deyirdim həkim. O da məni həvəsləndirirdi. "Afərin sənə" deyirdi
- Sən də anan kimi alverçı olub küçələrə düşmə.
Anamı o kişiylə görmüşdüm deyə, əmimin bu sözləri mənə dərman kimi gəlirdi. Elə bilirdim bütün alverci qadınların hamısı anam kimi kişilərlə meşələrdə, maşınlarda görüşür.
Əmimlə aram yaxşıydı. Məni tez tez nişanlısı gilə göndərir, bir birlərinə xəbər aparıb gətirirdim. Düzü özüm də həvəslənirdim. Özümü səninlə təsəvvür edirdim. Xəyal qururdum biz də nişanlıyıq, sən əmim kimisən, mən də onun nişanlısı kimi. Yadındadır, sənə gəlib deyirdim ee, əmimlə nişanlısı filan yerdə görüşdülər, mən də qarovul çəkirdim.
- Hə yadımdadır. Bir dəfə də itləri səni basmışdı.
Gülüşdük...
- Kaş elə o it məni parçalayardı, heç yaşamazdım.
-Ee, yenə başlama da... Hə sonra?
- Sonra... Sonra...Bir dəfə evdə heç kim yox idi. Əmim içəridə otağında uzanmışdı. Dərsdən gəlib çantamı içəri qoydum. Anam evdə olmayanda bizim evin qapısını bağlayır, mən axşama qədər nənəmgildə otururdum. Həmişəki kimi əynimi dəyişmədən mətbəxə keçdim. Yemək yeyəcəkdim. Mən qazı yandıra bilmirdim. Əmimi çağırdım ki gəl qazı yandır. Əmim də gəldi. Qəribə baxışları var idi. Onun belə baxmasına məttəl qalmışdım. Nəysə qazı yandirdi, çayı da üstünə qoydu getdi otağına. Mən də təzəcə yumurta bişirməyi öyrənmişdim. Yumurtalara su töküb qazın üstünə qoydum.İçəri otağa keçıb, formamı soyundum. Qoftamı götürdüm geyinəcəkdim. Geri dönəndə əmim arxamdaydı. Artıq əmim də olsa bir kişi xeylağının yanında yarı çılpaq olmağın ayıb bir şey olamağını başa düşəcək yaşdaydım. Tez paltarımı sinəmə tutub qışqırdım :
- Əmı, paltarımı dəyişirəm ee, baxma cıx bayra.
- Məndən utanırsan, köpək qızı, sən mənim qucağımda yekəlməmisən? Bilmirəm guya , nəyin var nəyin yox.
Xəcalətimdən yerə girirdim. Ö da utandığımı görüb yanıma gəldı. Qoftamı əlinə alıb
- Köpəyin qızı sən nə vaxt yekəldin belə, sənı mən soyundurub geyindirmirdim? Ver geyindirim, sən əmi balasısan. Əmi səni nə qədər çox istəyir bilmirsən? - deyib qoftamı əynimə geyindirdi. Bunun belə eləməyi məni sakitləşdirdi. Ağlıma nə gələr ki, bu mənə pislik edər. Fikirləşdim ki, əmimdir də, yəqin geyinməyimə kömək edir. Dedi yumurta bişənə qədər gəl, biraz oynayaq, sora bir yerdə yemək yeyərik. Sososka da almışam. Əmim bilir ki sososka üçün ölürəm. Sevindim. Ətəyimin zincirini çəkə çəkə gəldim bunun yanına. Dedi:
- Masaj eliyə bilirsən?
Dedim:
- Yox.
Dedi:
- Bə nətər həkimsən? Axı deyirsən böyüyəndə həkım olacam. Gəl mən sənə öyrədim.
Ağlıma heç nə gəlmədi. Əmi bala həmişə oynayırıq, bunu da normal bir oyun kimi başa düşdüm.
Nəysə bu məni uzatdı carpayia.
- Nənən məni bankalayırdı yadında? Masaj edirdi ee
- Hə
- Ay sağol. Bax, həkimlik masajdan başlayır, masaj edə bilməsən, iynə vura bilməzsən. İndi mən səni masaj edim, sonra da sən məni. Uzan.
Uzandım. Özü çıxdı qıçlarımın üstünə, belimi açdı ovxalamağa başladı... Sonra bütün bədənimdə əlləri gəzdı... Ozü də deyirdi
- Bax belə.. Bel ağrıyanda buranı, qıç ağrıyanda buranı qarın ağrıyanda belə deyıb qarnıma, qasığıma toxunurdu. Utanırdım, o ayıb yerlərimə toxunduqca artıq bu həkim oyunundan qorxmağa başlayırdım. O da bunu hiss edir, mənimlə daha ehtiyyatla rəftar edirdi.
- Ürək ağriyanda haranı ovurlar?
- Beli?
- Haa haa- güldü cənin ürəyin hardadı, belində? Bax burda, ürək burda olur. Duyə əvvəl paltarın üstündən, sonra altdan sinəmi ovuşdurdu.
Utanırdım, qorxurdum... Qalxıb qaçmaq istəsəm də o üzümdən öpüb kölnümü alırdı :
- Bəs həkim də belə utancaq, qorxaq olar? İndidən gərək öyrəşəsən belə şeylərə, çəsarətli olasan. Həkım axı xəstələri əməliyyat edəndə xəstələr şılpaq olur. İndi sən xəstə görsən qaçasan?
Günlər jecdikcə artıq bu xəstə həkim oyunu adət halı almışdı. Hərgün əmim üzərimdə yeni bir masaj metodu kəşf edirdi. Hətta məni qadın həkimi olmağa da hazırlayırdı...
O anda qıclarımda isdi bir şey dolaşdığını hıss edirdim , məhz həmin şeydən qorxduğum qədər heç nədən qorcmurdum. Elə bilirdim kəmin şey, insanı məhv edəcək ən pıs həkim aləti idi. Amma şükür o mənə zərərə vermirdi. Həkim olmaqdan nifrət edirdim. Başa düşürdüm ki, bu oyun təhlükəli oyundur. Bu oyunda çığallıq edib qaçmaq istəsəm də əmim məndən küsürdü, günlərlə mənnən danışmırdı.Ona öyrəşmişdim, o mənnən danışmayanda mənim də keyfim olmurdu. Mənim keytim olmayanda anam məni çımdikdən çıxardırdı
- Dədən ölüb? Nədir bu qaş qabağın? Dədənin qızları orda kef çəkir, sən nə sallamısan mısmırığını?
Əmimin mənə elədiklərini anama danışmaq istəyirdim, amma qorxurdum, birdən özümü itirərəm ağlayaram, anam məni döyər. Bir tərəfdən də əmim məni hədələyirdi, qorxuzurdu. Özümü tənha hiss edirdim, evdə daldalığa çəkilib ağlayırdım, nənəmin hazırladığı surkəni dəfələrlə başıma çəkmişdim. Kinolarda görmüşdüm ölmək üçün dərmanları ovuçlayib içirlər. Mən də içirdim. Amma mənə heç nə olmadı.
Onun nişanlısı tibb bacısı idi.Deyirdi ki, nişanlısı çox qısqanc qızdır mən sənnən oynayanda, bizi qısqanır. Əgər bizim belə oynadığımızı bilsə deyəcək ki, mən həkim ola ola ağrıyan yerini mənə göstərmirsən, qardaşın qızına masaj etdirirsən?
- Get eləsin.
- Yoo, mən onlara getsəm atası öldürər ee, qoy gəlsin. İndi o gələnə qədər bunu ondan gizlətməyimiz lazımdı. Mənə hirslənib məndən küssə mən nə edəcəm? Nənə soruşmayacaq nolub? Mən də deyəcəm ki heç nə həkim həkim oynamışıq, o da başlayacaq ki Ayseldən həkim olar? Uşaqdır o. Sənə də, mənə də lağ edəcəklər. Xəbər gedib məktəbə qədər yayılacaq, hamı sənə güləcək məktəbin oğlanları deyəcək gəl məni masaj elə, sən də forslanıb onları masaj edəsən, arvadlar görəcək, adını pısə çıxaracaq. Axı hələ həkim deyilsən, kimə deyə bilərsən ki mən həkiməm.
Beləliklə onun cinsiyyət orqanı qıçlarımda gəzdıkcə özum də hiss edirdim ki bu oyun artıq həkim xəstə oyunundan cıxıb. Artıq həkim olmaq istədiyimə peşiman olmuşdum. Həkimlik mənlik deyidi. Bu istəyii əmim öldürdü, mən də ürəyimin dərinliklərində basdırdım.
Bilirsən buna gücüm də pulum da çatırdı, atam çox dirəşdi ki, sənədləri həkimliyə ver. Hər o həkim adı gələndə həmin günləri xatirlayırdım. Atam gedib bir dekanla danışdı, hprməyini də etdi. Mənim qızım həkim olacaq dedi. Mən həmin faklutəni qazanmamaq üçün bildiyim suallara da cavab vermədim. BiAlogiya faklutəsini seçdim.
Allahından allah ona qız vermir, elə bil Allah da bilir ona verəcəyim cəzanı, belə bir günaha girməməyim üçün ona qız evladı vermır. And içmişəm, onun qızı olsa, onu öz əllərimlə bədbəxt edəcəm. Elə masaj adıyla, necə ki o məni bədbəxt etdi.
- Toxundumu sənə o şərəfsiz, düzün de
- Yox, toxunmadı, ammə mən onun qızına...
Nə deyəcəyimi onu necə təsəlli edəcəyimi bilmirdim. Bəlkə də orda olsaydım bu eşitdiklərimdən sonra özümü saxlaya bilməzdim, gecənin bu çağında Arazı arvadının yanından cıxarıb rayon meydanında lütdəyib işgəncə verərdım. Amma burda əlimdən nə gəlirdi ki.
- Yaxşı ki sən var idin Elgün, səni özümə xilaskar seçmişdim. Məktəbdə hamı səndən qorxurdu. Axı sən məktəbin qəhrəmanı idin. Elə bilirdim sənə dərdimi danışsam sən əmimin payın verəcəkdin.
- Bəs niyə mənə o vaxt bir şey demirdin? İndi dayana bilmirəm, bu saat əlimdə əlac olsa...
- Deyə bilməzdim. Deməzdim də. Çünki böyüdükcə sənə daha çox bağlanırdım. Yadındadır məktəbin yanındakı bulaqdan suyu ovuclayıb üstümə tökəndə? Səninlə dalaşdım ee... Elə sən o zaman mənə dedin ki "səni cox istəyirəm ". Bu məniə olunan ilk sevgi etirafi idi... Nə gözəl səslənirdi "səni çox istiyirəm" kəlməsi... Bax Elgün mən o zaman sevginin nə olduğunu qavramırdım. Elə bilirdim sevgi dediyim əllənməkdir, oynaşmaqdır. Çünki əmim, sonra da boşandıqdan sonra başqaları məni sevəndə, əzizləyəndə mənə bu sözləri deyərək o murdar əllərini toxundururdu. Elə bilirdim sən də belə edəcəksən. Amma sən məni ayrı cür sevirdin toxunmadan, əzmədən, qırmadan, məni qoruyaraq... Qorxurdum Elgün, elə bilirdim əmimin mənə etdiklərini sənə desəm məni bu sevgidən məhrum edəcəksən...
Ayselin bu dedikləri mənə çox təsir etmışdı. Bir neçə gün özümə gələ bilməmişdim. İndi başa düşürdüm, hətta eşıtdiklərimi də təsdiqləyirdim ki, heç bir qadın doğulanda fahişə doğulmur, mütləq onu bu yola yaşadığı mühit, düşdüyü şərait alışdırır...
İndi Aynanın belə artistliyini gördükce az qalırdım onu özüm öz əllərimlə boğam. Axı o Ayselə ana kimi ana olmamışdı...
Bütün hər yerdə Ravinlə bərabər Ayseli də axtarırdım. Bu qıza qarşı ürəyimdə qəribə hisslər baş qaldırırdı. Bir tərəfdən də sosial şəbəkələrdə gözüm laz sevgilimi axtarırdı. Hisslərim qarışmış, özüm darmadağın olmuşdum. Ağlımda fikirimdə min bir xəyal canlanırdı. Əgər Öykünün oğlu mənim uşağımdırsa nolacaq? Əlbəttə ki uşağımı ortada qoymaram, ona sahiblənərəm. Bəs əgər Öykü buna razı olmasa? Razı olmasa dediyim - yəni cəsarəti çatmasa? Deyək ki, Öykü buna cəsarət etdi, qaçdı gəldi, bəs mənim ailəm onu qəbul edərmi ? Bəzən "etməzlərsə etməsinlər" deyə fikirləşirdim, "qaçarıq, gedərik " deyirdim. Amma necə? Bu mümkün idimi? Burda secim qarşısında qalmışdım, ya ailəm, ya sevdiyim və hələ üzünü görmədiyim oğlum... Çox güman ki, ənənəvi adətlərə sadiq qalaraq anamgil də məndən oğlumu Öyküdən almağımı istəyəcək. Deyəcək al uşağını gətir biz ona baxacağıq. Öykünü qəbul etməyəcəklərini adım kimi bilirdim. Bu vəziyyətdə mən nə etməliyəm, oğlumu Öyküdən alacammı? Oğluma sahib çıxıb Öykünü həyatımdan siləcəmmi? Axı Öykü yuvasın mənim üçün dağıdıb buraya gələcəksə mən bu vicdansızlığı necə edə bilərəm ki? Çox çətin qərar idi. Həm də bu hadısələrdən sonra, Ravin ortalıqda yox, biz onu hər yerdə axtarırıq.uzaq olsun, bəlkə şəhid olub, indi bu hay harayda bir yad qızından ötürü ailəmi basıb xarıcə gedəcəm? Deyək ailəmi tərk etmədim, Öykünü atdım, bəs can parçam? Ən qorxduğum şey bu idi.
Ayselə yazığım gəlirdi. Onun çəkdiklərini kimsə bilməsə də mən bilirdim axı. Bir qadın kimi onun da xoşbəxt olmağa, sevib sevilməyə haqqı vardi Ona kişi kimi bir kişi sahib çıxmalıdır. Ona sevgi qucağını açmalıdır, isti nəfəsiylə buz bağlamış ürəyini isitməlidir, ürəyində, hafizəsində quruyub qalmış pıslıkləri təmizləməlidir, yaddaşına format atmalıdır, keçmişini ona unudub gələcəyin gözəlliklərini göstərməlidir. Mən bunu edərəm deyirdim. Amma görüm ailəm Ayseli qəbul edərdimi? Bir uşağın anası, adı gündə bir kişiylə çıxmış bir gəlini evlərinə gəlin olmasına rəva bilərdilərmi? Ailəmiz müasir ailədur amma hələ də mental təyziqlərin təsirində qalıblar. Hansı tərəfə baxırdım zərbə mənə dəydiyini görürdüm. Ravin olmasa ailəmizin böyük yükü çıyinlərimə düşürdü. Anam, atam, hələ üstəlik Ravinin xanımı, onun iki uşağı. Bu halda evlilik secimim mənim istəyimlə olmayacaqdı. Ailəmizə mənim həyatıma elə bir qız girməliydi ki, bütün ailəmiz onu qəbul edərək onu evimizin gəlini yox qızı kimi görməliydi. O qız da ailəmi öz ailəsi kimi qəbul etməliydi, evimizi öz evi, ailəmizi öz ailəsi kimi qəbul etməliydi. Ayselin tutduğu yol məlum idi, o əsla qaynanalı, külfətli evdə qalmazdı. Bunu söhbət əsnasında özü dəfələrlə demişdi. Odur ki bu barədə mənim seçımım yanlış idi. Nə Aysel, nə Öykü ailəmiz üçün ideal seçim deyildi...
Bütün məhəllə çalxalanırdı. Aynanın qızından - Ayseldən danışırdı. Dodağı sözlü məhəllə arvadları da bu arada bəzəklərindən qalmırdılar. Ayselin haqqında neqativ fikirlər səsləndirirdilər
- Aynanın qızıdır da nə gözləyirsiz? Bütün günü kişilərlə...
- Pay dədəm vayy... Day bu boyda Azərbaycanda kişi qurtarıb qalıb Aysel, cəbhəyə getməmiş ?
- Azz, sən allah, indi bunun nəyin aparıblar ora, həkim deyil, sestra deyil, düzü dünyanın saz vaxtında yaralı barmağa məlhəmi yox idi, indi gedib guya orda nə qələt qırır?
- Bilmirsən? - Qadınlar baş başa verib gülüşürdülər.
- Saldatların içındə arvad nə qələt eliyər? Girəvədi də, saldatlar enerji alır belə qızlardan...
- Yetər- özümü saxlaya bilməyib məhəllədə baş başa verən bu qadınların üstünə qışqırdım.
- Bəsdirin, nolar qeyrətiniz olsun, içınız o qədər fəsaddır ki, içinizi dilinizlə boşaldırsız. Nə murdar xislətli adamlarsız siz ! Yaxşı sən getmə, o getməsin,mən getməyim,kim getsin? Bu yaralılara kim kömək etsin.
- Ayy, ayy dillənməyin az, vəkili burdaymış...
- Kiriyin ay bala, gələcək qaynanasıyla birləşıb evimizə şey atar, nəyşinizə qalıb kim neynir özləri bilər...
- Dayan görüm a bala, sənə nə düşüb, hə? Nəyindi? Bacındı, əmin qızıdı? Gəlinindi, arvadındı, nəyindi?
- Gərək nəyimsə ola? Vicdanım yol...
- Sevgilisidi - haa haa haa...
Onlarla söz güləşdirə bilməzdim, göycək ağlzların açıb gözlərini yumacqdılar. Odur ki, ordan uzaqlaşmağı lazım bildim. Başımı bulayıb :
- Siz heç vaxt düzəlməyəsiz, cahillər.
- Biy sabramenni canına nənən qurban ədə, gedib Türkiyədə adam olub gəlmisən?
- Az kiri dimmə... Yağı basılır lotuşkasından bir şey eşidəndə.
- Niyə az? Nəişinə, day ağzımızı açmayaq ki...
- Nə nə işinə ee? Budur üç dörd ay idi hardaydı bu haxçık, bilirsiz? Türkiyədə
- Booy həə...
- Həə...
- Ağız, bəs Ayna deyir Rusetdə atasının yanındaydı.
- Bə nə deyəcək, deyəcək qızım gedib Filankəsin oğlunun qoynuna girib?
- Uy həə, düz deyirsən bajı. Az, o gün Mahrux Aytəni danışdırıdı. Deyir hardaydız, hara gəzməyə getmişdiz. Uşaq sözün düzün deyər ee vallah, deyir Elgün əmim bizi gəzdirdi, mən də deyirəm bu Elgün kim imiş? Fikirləşirəm yəqin Rusetdə olanlardandır, Bayramın adamlarından, qohumlarındandır. Ağız indi ağlıma gəlir, o Elgün, bu Elgünüymüş dayna.
- Bıyy, başıma xeyir..
Müharibə savaş, yaralı şəhid yalan olmuşdu, biz gerçək. Bütün məhəllə çalxalanırdı. Onsuz da qanım it qanından betər idi, bir tərəfdən də anam məni dalayırdı.
- Ay ana qurban olum, sən də uşaqsan? Dərdimiz azdır indi də belə şeyləri salmısan beyninə?
- Sənə nə demişdim o küçə süləngisindən uzaq dur?
- Neynim ana, gəlmişdi, qapıdan qovacaqdım? Həm kimi nə maraqlandırır ee kim kimnən oturdu durdu. Deyirəm bu millətdəki marağa bax ee...
- Cəhənnəmə otur dur, dünyanın gözünü kor qoyub gərək sümüyümüzü it qabağına qoyasan? Adın çıxıb ee, xəbərin var?
- Haa haa, mən qızam?
- Nolar qız olmayanda. İndi kişisən deyə hər yoldan keçən qancığa ağız atasan? Ə, sabah birinin adını çəksəm kim sənə qız verər, həə?
- Çəkmə...
- Təpən haqqı. Evlənmiyəsən, ailə uşaq yiyəsi olmayasan? Sabah deyəndə "filankəsin gızıyla oturub duran kişinin arvadı " utanmayacaq o gələcək arvadın?
-Ey ana bəsdi dəə, bəsdi, beynim şişdi axı! - deyib ayağa qalxdım qapıdan çıxanda anam arxamca :
- Dayan bala, sənin başını bağlamaq lazımdı, qoy görüm kim gəlir ağlıma - deyindi.
Qapını açıb anama baxdım.
- Ağlının ucundan belə keçirtmə heç kimi, heç kimin qızını umuddu etmə. Mən hələ hazır deyiləm.
- Qələt eliyirsən, pah dədəm vay hazır deyilmiş, mən hazıram, nəyi gözlıyəsən? Oxudun, diplomunu aldın - aldın... Evin var? Var. Day nə gözləyəsən? Gözləyirsən ki bir ikisi yanında balalı qapıma dayansın?
Həyətə ensəm də, anamın səsi arxamca səslənirdi. Anamın həyatda qorxduğu şey də elə bu idi. Yanı balalı kimsə gələr, camaatın, ailəmin içində biabır olar...
... Və müharıbənin 33 cı gününün axşamı evimizə od düşdü...
Ravinin şəhid xəbəri nəinki bizi, bütün rayonu ağlatdı. O gün, o gecə ömür boyu ağlımdan xəyalımdan cıxmayacaq,. Heç bir qardaşa belə bir xəbəri arzulamıram. Allah heç bir qardaşı belə şeylə sınağa çəkməsin..
Xəbərdən belim qırılmışdı, atam bir gecənin içındə qocalmışdı sankı. Anam... Gözəl anam. Anamın bu halı nə dillə deyiləsi, nə də qələmlə yazılası şey deyildi. Bilmirdim kimə ürək dirək verim. Ravının gedişı, xanımını həyata küstürmüş, körpələrinin boynun burmuşdu.
Həmin gecə sabaha qədər bütün məhəllə bizdəydi, mağar quran, hazırlıq edən... Cənazəsiz evimiz şaxsey, şivəndən dağılırdı. Uzaq yaxın qohumlar üz gözlərin cırır, sinə döyürdülər. Evdə İmam Hüseyin məclısı kimi şəhid məclisi var idi
Səhərisi cənazənı bizə təhvil verdılər. Onsuz də həmin gecə sabaha qədər yatmamışdıq, yazıq anam, və gəlinimiz ağlamaqdan, üz gözlərin cırmaqdan taqətdən düşmüşdülər. Gənazə evimizə gəlmədən gözümüzün yaşı qurumuşdu daha. Anam özündə deyildi. Atam özünü tox tutmağa çalışsa da onun nə halda olduğunu mən bilirdim. Atam Ravını məndən çox sevirdi. Həmişə onunla qürur duyurdu. Yadıma gəlmirdi ki, atam onu nəyə görəsə danlasın, azarlasın. Ravin atamın qürur yeri mən isə fərsiz övladı idim. Bəlkə də Ravinin yerinə mən şəhid düşsəydim atam bu qədər üzülməzdi.
Cənazə böyük izdihamla qarşılandı. Rayonumuzda bu qədər əhali olduğu ağlıma gəlməzdı . Məhəlləmizdə iynə atsan yerə düşməzdi. Bütün rayon əhalisi, tanıdıq tanımadıq hamı bizə axışmışdı.Tabut camaatı yarıb içəri daxıl olduqca anam tabutun önündə qol götürüb oynayır, eyni zamanda da saçlarını yolub, üzünü cırırdı. Gəlinimiz qızının başını dizlərinə sıxmış, oğlunu qucağına alıb qapının yanında boynunu bükərək key key tabuta baxırdı.Tabutu içəri zala salıb yerə qoyduq, dizi üstə yerə çöküb tabutu qucaqlayanda vay-nöysə ərşə yüksəldi. Anamın və gəlnımızın üzündə cırmaqdan tutar yer qalmamışdı. Anam qışqıraraq tabutun açılmasını, oğlunun son dəfə üzünü görüb onunla vədalaşmasını istəyirdı. Lakin cənazəni bizə gətirən hərbiçilər tabutu açmağımıza izin vermirdilər. Deyirdilər şehidin nəşi dözüləsi halda deyil.Tabutu açmaq olmaz. Anam isə dayanmadan oğluyla son dəfə görüşmək istəyirdi.Cənazə vida mərasimiı üçün yarım saat evdə qalmalıydı, vaxt daraldıqca atamın da səbri daralırdı. Əlində əlac olsaydı çənazənin bu evdən çıxmasını heç istəməzdi. Elə bil yatıb yuxudan indi oyanmışdı. Ravinin cənazəsinin gəlişi elə bil kişiyə indi indi təsir edirdi. Tabutun aşağısında dizlərini yerə qoyub dəli bir hayqırtıyla hönkürdü.
- Oğlum, can parçam... Qürür yerim, fəxrimiz... Ölümün belə başımı dost düşmən içində uçaltdi... Ucaltdı amma... Heç bir ataya allah bu günü qısmət etməsin. Ayy allah, ay Allah bu günü bir ataya yaşadaqcaqsansa, əvvəl onun canını al sonra oğlunun məkanını yüksəlt. Qoy atalar oğlunun ayaqları altında yatsın. Ayaqlarına qurban olum, oğul...
Atam Ravinin ayaqlarını qucaqlayırmış kimi tabutu qucaqlayıb dayanmadan öpürdü. Atamın bu səhnəsi məndə can qoymamışdı. Qalxıb atamın yanına gəldim. Bir əlimi tabutun üstünə qoyub, o biri qolumla atamı qucaqlayıb bağrıma basdım. Anidən qalxıb camaatı yararaq hökürə hönkürə həyətə qaçdım. Elə bil bir selin qarşısı açılmışdı, daxılımdəki təlatüm, zahirimı sılkələyirdi.
Nar ağacına bağladığımız umivalnikdən ovuclarımı doldurub üzumə su vurdum. Bir iki dəfə dərindən nəfəs alıb üzümün süyunu qollarıma sıldım. Məhəllə uşaqları da yanımda idi. Məni təsəlli edirdilər
- Özünü toxdaq tut Elvin, sən belə eliyirsən atan, anan nolacaq. Gərək sən onlara təsəlli olasan. Bu məclis sənindir, qardaş.
- Gəl vaxdır, gedək, qardaş, çağrırlar, dəfn vaxtıdır...
Telefonu cibimdən çıxarıb saata baxdım. İki bildirim gəlmişdi. Biri whatsaapdan bırı ınsteqramdan. Insteqram mesaj ıstəyı Nurgül Bakırçı adı ilə idi, açmadım, bu saat hansısa bir qızın mesaj istəyinə cavab verəsi halım yox idi.
Whatsaapdan gələn mesaj isə tanımadığım nömrə idi.
- Elgün, Ravin yaralıdır, təcili mənə zəng et, adres verim gəlin. Vaxt itirmə tez ol!
Oxuduğum mesaj gözlərimin qarşısında canlandı sanki. İlk ağlıma gələn Aysel oldu. Bu mesaj Ayseldən ola bilərdi. Çünki Ayselin səhra xəstəxanasında olduğunu bilirdim . Yaralılari o görürdü.
Yenə əmin olmaq üçün səs yolladım.
- Kimsən, hardan yazırsan?
Sonra zəng etdim. Nömrə şəbəkə xaricində idi . Mesajın göndərilmə tarixinə baxdım. Bu gecə 3 də yazılmışdı. Bir anlıq beynim dondu.
Uşaqlara baxdım. Onlar da mənə mat mat baxırdılar
- Nolub Elgün?
- Ravin... Ravin sağdır...
- Nə?
- Bəs o içəridəki kimdir?
- Yoo.. Burda nəsə bir səhv var ,ola bilməz axı belə şey.
- Baxın, yazır Ravin yaralıdır, oxuyun!
- Saatına bax da Elgün, saat 3 də yazıblar ee... Bəlkə o saatda sağ idi.
- Hə,mən də elə fikirləşirəm, yəqin yaralı vaxtı yazıb, indi cənazəni gətiriblər axı,
- Hə ola bilər. Nəysə səbr elə, gəl gedək onları dılə tutaq, tabutu açdıraq ,əmin olaq.
Özumu çəmləyib uşaqlardan bir iki addım aralandım və təkrar dayandım. Uşaqlara döndüm.
- Axı Ravinin ölümünü dünən axşam bizə demişdilər. Bu mesaj gecə 3 də yazılıb,. Demək belə çıxır ki 3 də Ravin sağ imiş? Bəs bizə niyə axşamdan ölüb dedilər? Bu Ravin deyil, yüz faiz!
Dostlarım çıyinlərini çəkdi
- Bəli, bəli bizə gələn bu cənazə Ravinin cənazəsi deyil.
- Aman allahım sən özün kömək ol!
Komisarlığın işçılərinə yaxınlaşdım, gələn mesaji onlara göstərib vəziyyəti onlara başa saldım. Həyətdə millət başımıza toplaşmışdı. Tabutun açılmasını tələb edirdim. Onlar isə inadına dayanmışdı.
Daha söz güləşdirərək zaman itirmək istəmirdim. İçəri qaçıb mətbəxdən ət dəhrəsini götürüb tabuta cumdum. Həyətdə səs küy qalxmışdı. Mənim əli dəhrəli içəri girməyim qadınlar arasında qorxu yaratmışdı. Kişili qadınlı hamı qışqırırdı. Elə bilirdilər havalamənmışam. Məhəllənin uşaqları onları sakitləşdiriməyə çalışırdı.
- Dayı narahat olmayın, meyidə baxacağıq. Deyəsən bu Ravin deyil
- Nə? Elə şey olar?
Nəhayyət bayırdakı məsul şəxslər də, hərbiçilər də içəri girdilər. Məni tutub saxlamağa çalışırdılar. Əlimi qolumu tutmuşdilar. Əlimdəki dəhrəni yerə atıb qışqırdım.
- Bu bizim şəhidimiz deyil, ata. Ay camaat, mənə mesaj gəldi, Ravin yaralıdır. Eşidirsiz? Mesaj göndəriblər.
- Kim göndərib.
- Bilmirəm, ata. Zəng etdim zəng çatmır mesaj yazdım cavab vermir. Gecə saat 3 də mesaj gəlib indi baxıram, başım qarışıq olub baxmamışam.
Kim idisə məmurlardan biri camaatı tələsdirdi. Cənazəni dəfn etməyə əmr verdi.
- Bir dəqiqə a, qardaş, siz bizə başqasının adamını verə bilməzsiniz ee, belə tələm tələsik iş olar? Biz tabutu açmalıyıq. Əmin olmadan meyidi yerdən qaldırmayacağıq bəlkə başınızdan etməl üçün bizi aldadırsız, bəlkə içindəki daşdı.
- Nə daş, ağsaqqal, qəbrə sallayanda görməyəsiz daşdı ya cənazədi? Bir də tabutu açmaq səlayətimiz yoxdur. Meyid tanınmaz haldadır.
- Biz meyidimizi tanıyacağıq nolar, qoyun açaq. Ravinin sağ əlində yanıq izi var. Heç olmsa elə bir tərəfindən sağ əlinə baxaq.
- Allah sənə kömək olsun, deyirəm əsgər minaya düşüb, darma dağın olub, sağ əldə iz qalar.
Atam qışqırdı:
- Arvadlar çıxsın bayra! Hamı çıxsın, Elgün sən də, başına dönüm ! Tək özüm baxacam.
Məmurun hay küyünə baxmadan anamın qoluna girdim. Anam canlı heykələ dönmüşdü. Anamı o biri otağa keçirdirdim ki, dörd bildirim bir birinin ardiğca gəldi.
"Elgün mənəm Əlizamin."
Eyni nömrə 3 şəkil də göndərmişdi. Biri üzü yanıb qaralmış, və şişmiş yaralı , biri formadakı Ravinin ad soyadı, o bir də sağ əldə yanıq ləkəsi olan əsgər...
Sevincimdən az qala ürəyim duracaqdı. Əlizamın mənim əgərlikdəki komandırim idi. Ravini axtarmağa gedəndə onu da tapıb Ravini ona soraq vermişdim.
Anamı qucaqlayıb qışqırdım.
- Ravin sağdır, ana. Gözün aydın Ravin yaralıdır...
- Budur ay camaat, Ravin sağdır! Telefonu yuxarı tutub camaata göstərdim.
Anam kökündən kəsilmış ağac kimi yerə sərildi. Anamla məşğul olmağa zamanım yox idi. Anamı qadınlara tapşırıb, atamın yanına qaçdım. Atam dayanmadan tabutu açırdı.
Və nəhayyət tabut açıldı. Bəm bəyaz kəfən qana bulaşmışdı. Atam göyə baxıb dua etdi.
- Allah ümüdlərimizi qırma, ya rəbbim, sən özün oğlumu balalarına bağışla.
Kəfənin üzünü açdı, rəngi bəm bəyaz, nur kimi parlayan bir əsgər donuq baxışlarla göyə baxırdı. Bu əsgər Ravin deyildi...
Cənazənin üzündəki örtünü üzünə çəkib atama baxdım. Atam canlı ölüyə dönmüşdü. Şaxta vurmuş yarpaq kimi qaralmışdı.Ətrafdakıların üzündə sevinc qarışıq təəssüf də görmək olardı. Qadınlar anama və gəlinimizə göz aydınlığı verirdi. Anamın sevincini sözlə ifadə edə bilmirəm, gah Allaha dua edir, gah yanındakı qadınları qucaqlayıb ağlayır, gah da şaqqanaq çəkib gülürdü. Qadınlar anamın duyğularına şərik olmuşdular. Bəziləri də ağlayaraq dizlərinə döyürdü.:
- Can aay bala, can. Can ay şəhidim... Bu eve sevinc bəxş etdin, get, ay şəhid, get görək, indi kimin evinə od qoyursan. Hansı ananın bağrını yarırsan, hansı gəlinin boynun bükürsən? Can, ay şəhid anası can, anan ölsün, heç bu acını yaşamasın şəhid bala...
Özümü ələ ala bilmirdim, duyğularım hislərim qarışmışdı. Əsəblərim gərilmişdi. Bilmirdim sevinim , yoxsa bu tanımadığım şəhidə ağlayım. Bu saat elə vəziyyətdəydim ki, əlimə bir düşmən versəydilər uf demədən tikə tikə edərdim, indi nəyləysə özümü soyutmalıydım, nəyəsə içimi boşaldıb rahatlamalıydım. İlk ağlıma gələn məmurlar oldu. Əlimi dizimə qoyub ayağa qalxdım və cənazə üçün gəlmiş məsul şəxslərin üstünə cumdum.
- Bu nə məsuliyyətsizlikdir belə. Bu nə deməkdir. Belə şeylə oyun oynamaq olar? Camaatın uşağını gətirib bizim şəhid kimi təqdim edirsiz. Hələ bir meyidi açmağa da qoymursuz. Nəyi vardı o şəhidin, açmağa qoymurduz? Gül kimi nur üzü parlayır. Qorxurduz da, yaanlarınızın üstü açılar, başınızdan edirsiz də camaatı? Yalannan deyirsız meyid tanınmaz haldadır. Nə başınızdan edirsiz bu milləti ee? Bəlkə aparıb dəfn edərdik, sabah bu əsgərin sahibi axtarmayacaqdı balasını? İstəməyəcək övladının ya ölüsünü, ya dirisini?
Uşaqlar qoluma girib məni yola çıxardaraq sakitləşdirməyə çalışdılar. Zamanım yox idi, dayanmaq olmazdı Ravinin yanına getməliydim, amma hara gedim? Əlimdə adres yox, bir şey yox. Əlizamınə də zəng çatmırdı.
Tabutu təcili yardım maşınına qoyub apardılar. Bütün məhəllə həyətimizə yığışmışdı. İndi nə edəcəyimizi götür qoy edirdik. Atam bulud kimi dolmuş buz kimi donmuşdu. Key key tabutun boş yerinə baxır, heç kimlə danışmir heç kimin sualına cavab vermirdi. Elə bil yuxudaydı. Anamın əli ayağına dolaşmışdı. Nəyi nə etdiyini bilmirdi. Gah Ravinin sağ salamat gəliişinə qurban deyir, gah Ravinin uşaqlarını qucaqlayıb ağlayır, gah Ravinli günləri qadınlarla bölüşürdü. Gəlinimizin sevinci yerə göyə sığmırdı. Uşaq kimi atılıb düşürdü, qaçaraq gah piləkənlərlə aşağı yuxarı çıxır gah o otaqdan bu otağa keçir. Bəlli ki börukhəycan, sevinc və stre yaşayırdı. Bu saat onun özündən belə siruşsaydın ki niyə belə edirsən, pzü də bilməyəcəkdi.
Dayanmadan Əlizamının nömrəsini yığırdım. Amma telefonu bağlı idi. Vaxt itirmək ağılsızlıq olardı. Əmi uşaqları, dayıuşaqları və dostlarla bölüşüb qospitallara baxmağı qərara aldıq . Elə bu məqsədlə yola çıxdıq. Ravinin yaralı halda olan şəkillərini axtarışa çıxanlarla paylaşmışdıq, xəstəxana və qospıtalllarda onu həmin şəkillə axtarırdıq. Elə bil yer yarılıb Ravin yerə girmışdı. Xəstəxanalar ilə bərabər morqlara, kiçik ambulatorlara belə baxırdıq. Nəhayyət gecə gündüz 2 gün axtarışdan sonra əmim oglu zəng edib Ravini Ucar xəstəxanasında tapdığını dedi. Vaxt itirmədən Ucara yola düşdük. Şəhərdən ipəkyola yenicə çıxmışdım ki, anam zəng elədi. Atamın vəziyyəti pisləşmışdı, xəstəxanaya aparırlar. Nə edəcəyimi bilmirdim, Ravinin yanınamı getsəm, geri mi qayıtsam. Ravinin tapıldığını anama da deyə bilmirdim. Yazıq qadın sevincdən ürəyi dayanmazdı. Mən anamı oyalamağa çalışdıqca anam israrla geri gayıtmağımı istəyirdi...
Ravini Dəyanətə- əmioğluma tapşırıb geri qayıtdım. Ravini tapdığımızı anidən atama və anama deməməyi möhkəm möhkəm tapşırdım.
- Dəyanət, atam infakt keçirtdi, eşidirsən qaqa? Mən qayıdıram geri. Sən Ravinin yanında qal aa, qadan alım. Atama dəyib qayıdacam. Onlara bir şey demə haa, başına dönüm. Əmimgilə də de anama da heç nə deməsin. Özüm gedirəm baxacam vəziyyətə , deyilməli olsa deyəcəm. Hələ Ravinin vəziyyəti necədir bilmirik. Anamgilin ürəyi dözməz gələrlər. Onsuz da təyziqi şəkəti var mamanın , papa da ki belə... Aləm qarışar bir birinə, aman günüdür Dəyanət!
Xəstəxanaya gələndə atamı artıq reanimatsiya şöbəsinə almışdılar. Vəziyyəti orta ağır idi. Həkimlərin vaxtında müdaxiləsi onun həyatını qurtarmışdı.
Axşam atamı palataya keçirdilər. Məni görən kimi Ravini soruşdu.
- Narahat olma əşi, yaxşı olar, tapacağıq, tapılmış kimi şeydi, ürəyini buz kimi saxla, özünü toxtaq tut! Allahın köməkliyiylə, yaxşı olacaq, darıxma . Düşmən əlində olmasın da, yaralı olsun, qolu qıçı qopsun da, eybi yox, gerisi asandır. Təki sağ olsun.
Qorxumdan Ravini tapdığımızı atama deyə bilmirdim. Ona həyəcanlanmaq olmazdı. Anam da nigaran nigaran üzümə baxıb başıyla işarəylə Ravini soruşurdu. Anam atamdan betər idi. Odur ki, başımı sallayib gülümsəyir, onu sakitləşdirirdim.
Dəyanətlə tez tez əlaqə saxlayırdım, Ravini soruşurdum. Dəyanət Ravinin reanimatsiyada olduğunu dedi. Dedi ki,
- Bayaq sadəcə bir neçə dəqiqəlik onu görməyə icazə verdilər. Üzü tanınmaz haldadır inanırsan? Demək olar ki, yanığın təsirindən üzü və burnu dəhşət əyilib Elgün. Baxılası deyil. Şəkildə əməlli başlı tanınır aravin olduğu. Bilmirəm şəkil yaxından çəkilib, yoxsa şışdı nədi. İndi elə şişi yoxdur, şiş çəkilib. Lap tanınmaz olub. Üzünün sümüyü görsənir hardasa. Allah heç kimə göstərməsin, ay Allah. Hə bir də narkozun təsirindən sayıqlayır. Nə dediyini başa düşmədim amma tez tez bayraq Azərbaycan zad deyirdi.
Ürəyimin başı göynəyirdi. Dəyanətdən eşitdiklərim məni kövrəltmişdi. Xəstəxananın koridorunda o başa gedirdim ki, anam ağladığımı görməsin. Anam Dəyanətlə danışdığımı sezmişdi, üzümə baxanda belə necə həyəcanlı olduğunu görürdüm elə onsuz da neçə saatdır təyziqi düşmürdü, bir balaca həyəcanlanan kimi də boğulma tuturdu. Astması yox idi amma indi qorxurdum birdən anam korona olar. Zatən dünən də anamın bu halından şübhələnib hamıdan analız almışdılar.
- Kimdi ay bala, Dəyanətdi? Nə deyir, hardadılar? Tapıblar Ravını?
- Yox ay ana, bura gəlmək istəyirlər, qoymadım, hər tərəf xəstəlik qaynayır.
- Hə bala, yaxşı elədin.nə var ee həkim deyir atan 2 günə çıxacaq. Bircə Ravin tapılsaydı. Olsəm də dərdim olmazdı.
- Ravindən nigaran qalma Əmoğu. Biz burdayıq sən bibimi sakitləşdir.
Deyə hələ də telfonun o başından Dəyanət danışırdı. Burda başında gözləyirik. Papamgil də burdadır, uşaqlar da.
- Həkimlər nə deyir? - dekefonu ağzıma qısıb anam eşitməsin deyə pıçıldadım.
- Həkimlər sağalacağına ümüd etmir, təssüf ki. Vəziyyəti ağırdır, hər şeyə hazır olun dedi. Əgər, komadan çıxsa, yaddaşı yerinə qayıtsa, qorxusu yoxdur. Sağalacaq. Nə edək Allahdan ümü kəsilməz qaqa. Bol bol dua edək. Həə bir də Elgün, gəlin bacı zəng eləmişdi, deyir, gəlin məni aparın ora Ravini görüm. Bir təhər oyaladım ki, Elgün gələndə gələrsən.
Hə yaxşı eləmisən, goy görüm papam bir özünə gəlsin, gecə də olsa gələcəm, allah sizdən razı olsun, əskik olmayasız.
Dəyanətə təşəkkür edib telefonu söndürdüm. Qohumlar iki yerə bölünmüşdü yarısı bura atamın yanına gəlmiş, bir qısmi də Ucara Ravinin yanına getmışdılər. Atama dəyməyə gələn qohumlarımız Ravinin tapıldığını eşitmişdilər, lakin mən onlara bunu hələlik anamgilə deməməyi tapşırmışdım :
- Anamın ayaq üstə gəzməyinə baxmayın. Təyziqi şəkəri qarışıb bir birinə. Bir tərəfdən də boğulma tutub arvadı. Ravinin də vəziyyəti ümüd verici deyıl. Indı eşitsə ki Ravin tapılıb durmayacaq deyəcək gedirəm ora, ozü də bu vəziyyədə, gedib onu da orda elə görüb daha da pisləşəcək. Həkim tapşırıb ona həyəcanlanmaq olmaz.
Nə edəcəyimi bilmirdim. Quş olub Ucara uçmaq istəyirdim. Di gəl atamı belə halda qoyub getmək, anamı bu işdən agah etmək də istəmirdim. Bu neçə günün yorğunluq da bir tərəfdən gücümü əlimdən almışdı. Hər dəfə ağzımı doldurub bu şad xəbəri anama pişim pişimlə demək istəyirdim ki, ya içəri biri gəlirdi, ya həkim atamı kontrol edirdi. Bir tərəfdən də anamın təyziqı heç aşağı düşmürdü ki, düşmürdü. Təyxiqdən öyüyə öyüyə qalmışdı.
Yuxu tutddu, elə oturduğum stulda yatıb qaldım.
Səhər həkimlərin səsinə oyandım. Dünən xəstəxanada Govid - 19 üçün bizdən analiz almışdılar. İndi analızın cavabı gəlmişdi. İçi atam qarışıq hamımız korona idik. Həmin gün cənazədə olanlar belə...
Anamla atam xəstəxanaya yatırıldı. Məni evə göndərdilər. Anamda yüksək dərəcədə təyziq və şəkər olduğu üçün koronadan ölüm riski yüksək idi. Atamın da vəziyyəti zatən göz önündə idi.
Ravini görmədən evə qapanıb qalmışdım. Karantindəydim. Mən yüngül idim, atamda da ağır keçmırdi. Əslində atamı xəstəxanadan çıxarmalydıq. Bibim evdəkilər də korona olduğu üçün, ürək xəstəsi birinə evdə baxacaq biri olmadığını baş həkimə bildirərən onun xəstəxanada qalıb burda müalicə olunmasını xahiş etmışdı. Ama anamı reanımatsiyaya salmışdılar, aparata qoşulmuşdu vəziyyəti olduqca pis idi. Vicdan əzabı çəkirdim. Fikirləşirdim ki, Ravin tapılmasını ona deməliydim. Uzaq olsun anam Ravinin bu xəbərini eşitmədən dünyadan köçsəydi özüm özümü bağışlaya bilməyəcəkdim.
Gəlinimizlə Ravinin uşaqlarıyla ev dustağı həyatı yaşayırdıq. Arada qonşular gəlir, darvazadan lazım olan şeyləri verib gedirdilər. Yaxşı ki, həyət evində olurduq, yoxsa lap ürəyim partlayardı. Bütün günü bağda baxçada işləyirdim. Evimizin üst qatını yeni düzəltdirmişdik. Əslində yuxarı mərtəbə hazır idi, amma təmir olunmamışdı. Onu da keçən il gələndə eləmişdim. İkinci mərtəbədəki dairə mənim evim olacaqdı.
Yuxari mərtəbəyə çıxıb otaqları gəzdim. Kecən il gələndə özüm təmir etmişdim otaqları. Divar kağızlarını Elməddingilnən vurmuşduq. Otaqların hər qarışında Öykünün xəyalları var idi. Zaman Öyküylə sevgiliydik. Görüntü açaraq evin duvar kağızlarını Öyküylə bərabər secib almışdıq. Necə sevinirdi o da... Nə arzularla, nə xəyallarla evimi düzəltmişdim, ilahi... Evimizdə uşaqlarımız belə oynayırdı artıq...
Hələ əşyaları düzülməmiş yataq otağının qapısını açdım. Otağın yuxarı başında sevgi limanımızın - Qaradəniz sahillərinin böyük çərçıvəsini asmışdım. Plakatın önünə keçıb plakata baxdım. Bu şəkili çəkdiyim gün yadıma düşdü.
Öykünün yanına getmışdım xəstəxanaya. Nahar vaxtı olduğundan xəstəxananın kafesindən poğaça və kola alıb dəniz kənarına qaçmışdıq. Rizə şəhər xəstəxanası sahil kənarındadır. Xəstəxananı dənizdən ayıran geniş və böyük tras yoldur, hansı ki, bu yol Gürcüstana, ordan da Azərbaycana gedir. Sahilə enmək üçün üst keçidin ortasında üzü şərqə tərəf dayanıb Öykünü bağrıma basmışdım:
- Gün gelicek bu yol bizim su yolumuz olacaq biliryormusun Öykü?
- Biliyrum, aşkum inşallah.
- Sen hala bizim oraları görmemişsin, görünce aşık olacaqsın
- Sana aşık olduğum kadarmı?
- Bana aşık olduğun kadar...
Orda qucaqlaşıb öpüşmüşdük. Elə körpünün üstündə bol bol şəkil çəkmişdik. Sonra sahilə enib poğaca və kolamızı yeyib-içmişdik. Ayaqqabılarımızı əlimizə alıb şalvarlarımızı dizimizə qədər qatlamışdıq. Dum duru dəniz sahilində qara qaya daşları üstündə əl ələ gəzmişdik. Öykü sahildəki böyük qaya daşının üstünə çıxıb dizlərini qucaqlayaraq oturmuşdu. Ordan ayağıın altındakı dənizin dibində üzüşən balaca balıqların sehrinə dalmışdı. Həmən o mənzərənin şəkilini çəkmişdim telefonuma. Ən sevdiyim bir şəkil idi bu şəkil.O qədər bərabər rəsmlərimiz var idi ,amma başı aşağı dənizə oturan, xəyallara dalan bu qız mənzərəsi mənim üçün bam başqaydı.
İndi bu divardakı həmin rəsm idi. Bakiya gəlib bu evin təmiri qurtaran kimi Fotoaddelə gedib bu şəkili böyütdürərək çərçıvəyə salmışdım. Eşqımızın xatitəsi olaraq...
Bütün bunları xatırladıqca barmaqlarım Öykünün rəsmi üzərində qəzir, dodaqlarımın arasından açı bir ah qopurdu...
- Əmi, telefonun zəng çalır.
Qardaşım qızının səsi məni özümə qaytardı.
- Gətir görüm, əmi balası!
Dəyanət idi. Artıq 8 gün idi Dəyanət Ravinin yanındaydı. Nə lazımdırsa o canla başla edirdi. Ravinin vəziyyəti ilə yaxından maraqlanırdı. İndi də Dəyanət şad xəbər vermək üçün zəng etmişdi. Ravin komadan çıxmışdı...
Sevincimin həddi hüdudu yox idi. Burda əli qolu bağlı oturmaqdan sıxılırdım, bir an öncə ucara qaçmaq istəyirdim. Amma nə edim. Bu mirət bir qarmaq olub keçmişdi boğazımıza. Belə əli qolu bağlı oturduqca daha da darıxırdım.
Şəkilin altında divara söykənib, dönüb Öyküyə baxdım qəribə bir həyəcan, hiss yaşayırdım. Bilmirdim kimin dərdini çəkim? Ravinin komadan çıxma xəbəri məni nə qədər sevindirsə də, anamın vəziyyətinin günü gündən pisləşməsi məni o qədər üzürdü. Bu saat danışmağa, biriylə dərdləşməyə fikirimi dağıtmağa elə ehtiyyacım var idi ki...
Elə şəkilin altında yerə çöküb Öyküylə danışırmış kimi dodaqlarımdan bir sual qopdu
- Hardasan Öyküm?
Qaleriyanı açdım. Bərabər rəsimlərimiz barmaqlarımın altından keçırdı.Hər rəsimin bir xatirəsi vardır. Xatirələr yadıma düşdükcə gülümsəyirdim.
Qaleriyadakı rəsmlər bitdi. İnsteqram səhvəsini açdım. Öykünün səhvəsinə girib baxdım. Yeni paylaşım yox idi. Elə bil yer açılmış içinə girmişdi. Öykü adında bir adam yox idi.
İnsteqramdan çıxıb ayağa qalxacaqdım ki, mesaj istəklərinə gözüm sataşdı. Həmin günü xatırladım. Ravinin yaralı olduğunu bildiyim gün. Əlizaminlə bərabər bu mesaj eyni gündə gəlmişdi mənə.
- Əşii - deyib könülsüz halda istəyi açdım. Bəli o qız idi. Nurgül Bakırçı...
- Elgün, ben Öykü. Nasılsın? Bu sayfayı yeni açtım. Burdan beni kimse tanıyamaz. Sana yazmayacaktım, ama yazmak zorundayım. Sonuçta bu ikimizin de hatası.
Hiç yorum yok:
Yorum Gönder