______Bəzən elə olur ki,həyatınızda olmayan, heç ehtiyyac duymadığınız bir insan gərəksiz zamanlarda sizin yaninızda olur, Ehtiyacin olan və hər an yanında görmək istədiyin insan ise cox uzaqlarda... Bəlkə bundan çox üzülərsiz. Amma "hər zaman hər sey mənim xeyrimədir" - deye düşünün.Allah sizi qorumaq üçün bəzi insanları həyatınızdan uzaqlaşdırır. "Xeyir o mənimdir, mənə aiddir" deyib ona can atmayın.əksinə "Elə belə lazımdır demək "deyib, özünüzə ikinci şansı verin! Həyat budur, dostum! Biri heyatina girməklə, biri isə həyatından cixmaqla, işıqlaşar sabahın…
Qarşına çıxana maneə deyib geri çəkilmə , bu səni yolundan saxlayar, ilişib düşərsən , nərdivan de , pillə de. Və o pillələri arxana baxmadan çıxmağa cəsaret et. İnan o pillələri çıxdıqca yüksələcəksən.
#feride
Bazen ruhun öyle bir yorular ki, sadece , bi daha dönmemek şartıyla alıp başını hiç kimsenin olmadığı bir yere gitmek istiyorsun... o kadar
Bəzən şans və sərvət ayaqlarımızın altında olar, biz ya onu görmərik, ya da da görərik dəyərləndirməyi bilmərik.
Bəla bir buluddur, qoşun qoşun gələr, xoşbəxtlik yağışdır damcı damcı düşər...
Əmin olun, bir vaxt gözyaşıyla üzüldüyümüz günlərin arxasında mütləq sevinc yatır. İnan, bir gün o sevinc oyanıb üzünə güləcək. Qəbul etmədiyimiz ayrılıq, bəlkə də hardasa bizim və ya övladlarımızın taleyinin yol ayrıcıdır. Sənin ayrıliq sandığın üzüntü, onların həyat çızgisi və pis- yaxşı gələcəyidir...
Çöldə bitən ot, kol, dıkən belə hansısa bir canlının yaşam səbəbidir. Yoxsa quruduqdan sonra təkrar göyərməz. O kolu, otu,dikəni də göyərdən sevgidir, ümüddür. Odur ki, həyatı sevin, həyat gözəldir.
Kimsə üçün həyat fırtınasına atılıb özünü feda etmə. Yoxsa yağan yağmur göz yaşın, doğan günəş dərdlərinin acısı olar. Nə qarağac qabığı kimi qaraldığını bilərlər , nə də ildırım düşən ürəyinin yanğısını kimsə görər. Sonucda "belə olmalıydı və bu sənin insanlıq vəzifəndir " kəlmələri üzünə şillə kimi çırpılar...
Gedibsə qoy getsin . Ən gözəli budur, getməsini qəbul etməsən də ikincı şans doruqdadır və inan buna heç zaman peşıman olmayacaqsan. Yetər ki, sən o şansa əlini uzat, o sənə qollarını açaçaq.
Necə varsan elə də qal. Sən dəyişib kimsənin gözünə girmə ki, sonrada yad cisim kimi iltihablanıb çıxasan. Ətrafındakılara necə olduğu qəbullandır ki, ürəklərdə yer tutasan. Unutma gözə girmək ayrı, ürəyə girmək ayrı. Urəyə girən şey ya öldürür, ya da sonuna qədər yükünü daşıyır heç vaxt göz kimi atmır...

Tanrı yarpağın yüngüllüyünü, ceyranın baxışını, günəş işığının iftixarını, sisin gözyaşını aldı, küləyin qərarsızlığını, dovşanın ürkəkliyini buna əlavə etdi. Onların üzərinə qiymətli daşların sərtliyini, balın dadını, aslanın yırtıcılığını, atəşin yandırıcılığını, qışın soyuğunu, sağsağanın boşboğazlığını, qumrunun sevgisini qatdı. Bütün bunları qarışdırdı, əritdi və qadını yaratdı. Yaratdığı qadını kişiyə hədiyyə etdi".
Mifologiyada illərdir dildən-dilə gəzən qadın tərifidir bu. Nə gözəl bənzətmədir . Mən isə qadını bir cicəyə bənzədirəm . Lalə kimi utancaq , zanbaq kimi məğrur , qızılgül kimi ətirli , xarıbülbül kimi dəli divanə , nərgiz kimi boynubükük , bənövşə tək qorxaq, dəvətikanı kimi dəyəri bilinməyən , itburnu tək şəfa mənbəyi , küsdüm gülü tək gözüyaşlı, inciçıçəyi tək incik . Batbat bitkisi tək acımasız...
Hər kim olursanız olun . Hər biriniz bir cür gözəlsiz əziz xanımlar . 8 mart qadınlar günü münasıbəti ilə , dostluğumda və qrupumuzda olan bütün xanımları təbrik edirəm . Bizsiz dünya hecdir . Hər birimiz sevib sevilməyə layiqik . Sizlərə ən gözəl nemət olan can sağlığı və qadın xoşbəxtliyi arzulayıram .
- Qovusduktan sonra niye sevgi azalir?
- Deməki o sevgi yox ehtiyyac ya da maraqdır . Necə ki ac olduğun zaman yeyərsən, qarnın doyar ,yeməkdən əl çəkərsən , ya da bir yeməyin dadına baxarsan bəyənməzsən kənara itələyərsən. Bax qovuşduqdan sonra azalan sevgi belədir . Əsil sevgı azalmır , əksinə ruhu qidalandırır, gözü doyuzdurur, ürəyı yaşadır
#FERİDE
Bəlkə də soyuq və sərtliyinlə sevmədiyin insanları həyatından çıxara bilərsən. Amma unutma, bağçandakı ağacın , hətta evdə bəslədiyin çıçəyin yarpaqları şımal qütbündən çənuba dönər...
#feride
Yalan yalanla təmizlənər, amma çox şeyi kirlədər!
Belə deyirlər, hər şey gözəldir, xəyal qurmaq da, ümüd etmək də. İtirdiyimiz hər şey zaman zaman yerinə gəlir, ev də, eş də dost da... tək bir şey mümkünsüzdür, qırılmiş ürək... Onu bərpa etmək mümkün deyil. Yenə ümüd edib özümüzü ovuduruq, aldadırıq. Hardasa bir balaca xoşbəxt olanda, qırıq ürəyimizin düzəldiyini düşünürük. Lakin hardasa çatlar özünü biruzə verir. Hər şey olacaq, hər şey yerinə gələcək. Özümüzü dünya malıyla aldadıb ovudacağıq. Amma itirdiklərimizin xəyalıyla yenə yaşayacağıq. Hər çətinliyə sinə gərəcəyik. Hər çətinlik çəkilər. Fəqət xəyalların ruh kimi uçması, ümüd adlı qanadların qırilması çəkilməz dərddir
Hiç yorum yok:
Yorum Gönder