YAZILARIM

Pazartesi, Şubat 15, 2021

QARANLİQ GECƏNİN İŞIQLI SABAHI

                 
                     QARANLIQ GECENİN İŞIQLI SABAHI 
 
Proloq

   Bir xanım mənimlə dərdləşirdı , nəysə təsirləndim. Onun iziniylə həyat hekayəsini #anonimməktub  adıyla  burda da paylaşıram.  Xanımın yazdıqlarımı məktub kimi yazsam da hekayəyə döndü. Buyurun oxuyun. Xanım yazır:

                          ___1____

    4 ilin gəlini olmuşam. Yoldaşım avtomobil qəzasında  rəhmətə gedəndə qızımın 2 yaşı var idi. Qaynatam imkanlı adamdır, qaynanam xəstəxanada həkimdir.
    Gənc və gözəl idim. Qaynanamgil məni ev dustağı etmışdılər ki, birdən məni görərlər, istəyən olar, oğullarının ruhuna xəyanət edərəm və ya ərə gedərəm. Vəziyyətimi anamgil də görürdülər. Lakin mənə kömək edən yox idi. Deyirdilər ki, otur ər adı orda üstündədir. Bura gəlsən it də qapına daş atacaq, qurdda. Cavan gəlinsən adına söz çıxacaq. Yalvarırdım anama ki, ana mən burda gün görmürəm, burda ömrümün sonuna qədər qalmaq məcburiyyətində deyiləm. Amma nə faydası vardı ki, mənim yalvarışlarıma daş əriyərdi anam yox.
   Qayınım  evləndi. Arvadı da mənim acızlıyimi, sahibsizliyimi üzümə  vururdu. Özünü evin xanımı görürdü, məni qulluqcu. Neçə dəfə evdən qaçıb xalamgildə gizlənmişəm, xalam gıl kasıb adamdılar. 1 otaqlı evdə 3 uşaq, yoldaşı özü... Bir də mən və qızım. Nəysə qaynanamgıl arxamca gəlmirdiliər. Amma dili yanmış anam gəlib məni götürüb guya evimizə aparacaqdı, aparıb qaynanamgilə qoyub gəlirdi. Nə qədər qardaşlarım subay idi arxamda dayanırdılar.dava olanda gəlib hay küy salırdılar. Biraz qaynanamgil özlərinə gəlirdi. Evlənəndən sonra evlərinə qonaq gedəndə belə üz göstərmədilər mənə . Nəysə bir zulumlə ki 18 ilimi qaynanamgildə başa vurdum. Qaynatam həyətin bir küncündə balaca 1 otaqlı daxma tıkmişdilər. Amma yeyib içməyimiz, iş gücümüz bir yerdəydi. İşləməyə qoymurdular məni. Qızımın 16 yaşı var idi. Mən hələ onun ata - baba evində köləydim. Qızımın nə gələcəyi var idi ki, burda. Oxumağa həvəsliydi, amma onu da mənim kimi gözümçıxdıya salmışdılar. Evdən bayra qoymurdular ki, birdən atasız qızdır, gözü düşən olar, sevdiyi, görüşdüyü biri olar, ailəmizin adına söz gələr. Cavan uşaqdır, rəfiqələriylə gəzmək əylənmək istəyir, o da başqa qızlar kimi azad, rahat olmaq, oxumaq istəyirdi, amma bizim başımızın üstündə tək qaynanamla qaynatam yox, qayınlarım eltilərim , darğalıq edirdi. Anamgillə də küsülüydüm. Mənim bədbəxtliyimə səbəb anamı görürdüm. Anam mənə analıq etməmişdi. Mən qızıma elə ana olmayacaqdım. Nə olur olsun qızımı bu quyudan çıxardacaqdım. Lap ölümüm də gəlsə.
   1 ilə yaxın idi ki facedə bir türklə tanış olmuşdum. Gizli gizli onunla  danışırdım. Onunla  danışmaq məni o qədər rahatladırdı ki. Bu qoca dünyada ürəyimi boşalda bıləcəyim, məni anlayışla qarşılayacaq üzünü görmədiyim bir adam var idi. O da bu türk.
   Biz tanış olanda o arvadından təzəcə boşanmışdı, amma məhkəməlik davaları hələ də davam edirdi. 21 yaşında bir qızı var, anasıyla yaşayırmış. Məhkəmə bu adama  2 il başqasıyla evlənmə yasağı qoymuşdu. Odur ki, mənimlə evlilikdən ciddi ciddi danışsa da, əli qolu bağlı idi. 2 il tamam olmadan rəsmi nigaha girə bilməzdi. Əvvəl elə bilirdim məni aldadır, oyalamaq üçün 2 illık yasağı gözümə soxur. Odur ki, onunla əlaqələri tez tez  kəsirdim. Lakin bir sıxıntıya düşəndə, biri xətrimə dəyəndə, təsəlli tapdığım yer onun mesangeri olurdu. Onunla danışanda rahatlayırdım.
   Nəysə bir gün o mənə dedi ki Gəlirəm Azərbaycana. İnanmadım amma həyəcandan ölürəm. Biz rayonda oluruq. Dedim əşii hara gəlır. Gəlib Bakıda madmazel qadınları görüb elə ordan da qoltuğuna birini vurub gedəcək, gəlib Ağcabədidə hansı qapıdan məni tapacaq?
  Nəysə bir həftə keçmədi. Bir gördüm mesangerimə yazıb ki mənə nömrə ver. İnanın bir ildir yazışıriq mən buna nömrə verməmişəm. Deyirdim birdən zəng edər ya vatsapdan yazar görən olar. Fezbuku da gizli açmışam. Onu da qızım açmışdı. O öyrətmişdi işlətməyi də o qədər avam idim ki, heç nə bilmirdim. Deməli fezbuku gecə otağıma girəndə açırdım, yatanda silirdim. Tənha  gecələrimdə o yalqızlığıma həmdəm olurdu.  mesangerdə səhərə qədər yanımda olurdu. Səhər qapıda bacada piyan kimi gəzirdim. Oturduğum yerdə yuxuluyurdum.
  Nəysə nömrə istədi vermədim. Dedi mən Bakidayam. Səninlə necə əlaqə saxlayım? Gələcəm məmləkətinə. Ay allah dəli oldum. Dedim qan düşər, nə danışırsan,gəlmə ?  Dedi bəs mən səni necə görüm, sən bu həyatdan qurtulmaq istəmirsən mi? Dedim istəyirəm, bəs qızım? Dedi onu atmıram ki, o da mənim qızım sayılır. Ölənə qədər  hər yükünü çiynimdə daşıyacam. Dedim, axı bu barədə qızımla heç nə danışmamışam, heç nə bilmir, mənə biraz zaman ver, mən onunla danışım görüm nə deyir. Dedi 15 gün zamanın var. 15 günə getməliyəm.
  Nə başınızı ağrıdım. İndi qızımla danışmalıyam risk edə bilmirəm. Deyirəm birdən o da  nənəsigil kimi məni günahlandırar, qınayar. O da hiss elıyir ki mən onunla nəsə danışmaq istəyirəm. Məndən soruşur, ozümü toplayıram ki, bunnan danışam, di gəl ki qorxudan və həyəcandan ölürəm. Bu türk də bir tərəfdən beynimi dəng eləyib ki noldu danışdınmı falan. Nəysə buna dedim deyə bilmirəm. Dedi ver qızının nömrəsini. Dedim dəlisən?  Dedi hə ver özüm danışacam. Nəysə verdim. Bilmirəm nə danışdı nə danışmadı. Gördüm qızım hara gedirəm dalımca düşür, amma heç nə demir. Amma qızın üzündə güllər açıb. Elə utanırdım ki, oz qızımdan qaçırdım. Gecə o yatandan sonra içəri girirdim ki birdən mənə nəsə deyər. Nəysə bir iki gün qovalamacdan sonra qızım dedi, ana, get həyatını yaşa  məndən nigaran qalma. Dedim bu nə deməkdir? Dedi hər şeyi bilirəm. Türk abı mənnən danışdı. Mən də Esi xalayla danışdım(sinif yoldaşının  anasıyla)  çox sevindi. Dedi anan sənin üçün hər zülümə qatlanıb fədakarlıq edib. Sənə də bir övlad kimi bir vəzifə düşür. Anan ücün fədakarlıq edəcəksən. Soruşdum ki axı mən nə edə bilərəm? Dedi qoy anan getsin sən iki il qal burda, 16 yaşın var 18 yaşında tam sərbəst olasan. Əgər indi ananla getsən aeroportda və ya sərhəddə problem çıxar. Ananı uşağı qaçırdıb deyə məhkəməyə verərlər.
     Nəysə səhəri qızımla Esi gilə getdik. İnanın insanlara inamım etibarım o qədər ölmüşdü ki, ətrafımda insan kimi insanların olduğuna inanmırdım. Esinin yoldaşı da bu hadısəni normal qarşıladı. Qulaqlarıma inanmırdım ki, ay allah görəsən bunlar doğurdan belə səmimidir, yoxsa məni lağa qoyurlar?  Axır məni inandırmaq üçün dedilər ki o adama de gəlsin bizdə qalsın. Sən  sənədlərini düzqoş eliyənə qədər. İndi qorxu canımı alıb. Deyirəm bunlar  birdən məni aldadar. Məni rayonda biabır etmək üçün üzünü görmədiyim bu adamı gətizdirərlər bura. Qaynatamgil imkanlıdır. Şəkilimizi zadı çəkib bizi şantaj edərlər. Qulaq gündə bir şey eşıdir. Nə bilim ağlıma hər şey gəlir də. Nəysə iş o yerə qaldı ki, Esinin əri oturdu maşına özü gedib Bakıya  adamı gətirdi. Mənə xəbər göndərdi ki gəl. Qorxudan, həyəcandan ölürəm day. Nəysə qızım məni bir təhər darta darta apardı Esigilə. İlk dəfəydi onu görürdüm. Şəkillərdə boylu buxunlu adam idi. Mənə deyəndə boyum 1,55 dir, elə bilirdim zarafat edir. 1,63 də mənim boyumdur. Ayağında axsaqlıq var, birvqəzada dümüyü qırilibmış, mil qoyublar. amma hədsiz yaraşıqlı və baxımlı kişi idi. Nəysə icəridəkilər bir bəhanəylə bir bir bayra çıxdılar. İçəridə ikimiz qaldıq. Səni çox bəyəndim, gözəl xanımsan dedi, icazə ver səni mutlu edim dedi... Qəribə hisslər kecirdirdim. Elə bil 16 yaşında qız uşağı idim. İlk dəfə orda yaxınlaşıb əlimdən tutanda ürəyimin döyüntüsünu eşidirdim. Elə bilirdim divarlar üstümə gəlir, daş düvarların arxasından camaat bizə baxır. Üzümdən öpdü. Təsəvvür edin 18 ildir əli kişi əlinə dəyməyən, nəfəsindən siqaret qoxusu gələn kişiylə öpüşməyən bir qadın nə hallara düşər?
   Nəysə, bizə pul para verdi. Esi düşdü qabağa, bazara getmək adıyla getdik sənədlərimizi düzəltdik. 5 gün sonra pasportumuzu almalıydıq. Hər ehtimala qarşı qızımın da xarıcı pasportunu düzəltdirdim. Fikirləşirdim ki, iki il sonra birdən qızımla əlaqə saxlaya bilmərəm. Barım heç olmaya burdan qaçmağa pasportu olsun.
    Nəysə pasportları alıb idarədən çıxanda qayınım çıxdı qarşıma." Sən nə işlər qarışdırırsan" deyib məni şıllə təpiyin altına saldı, şəhərin ortasında. O da məni kənardan təqib edirdı. Bütün bunları görürdü. Özünü  saxlaya bilməyib aramıza girdi. Qayınımla qırğınları qalxdı göyə. Polis zad töküldü. Nə o, nə mən bir birimizi tanıdığımızı boynumuza almadıq. Davada fürsət tapıb pasportları onun pencəyinin cibinə atmışdım.
  Nəysə iş o yerə qaldı ki bunu deport elədilər. O mənsiz gedəcəkdi. Pasportlar da onda. Nə edəcəyimi bilmirdim. Ev düstağı olmuşdum. Qızımdan Esiyə xəbər göndərdim ki pasportlar onun cibində. Özümpasportları yayındırdım ki, bizimkilər  görsələr məni öldürərlər. Nəysə Esi qızdan xəbər yolladı ki, qorxma pasportlar bizdədir. Bir dənə imkan elə biz deyəndə qaç, çıx evdən. Nəsə bir gün qızım xəbər gətirdi ki, Esi xala cağırır. Sabah iclas adıyla məktəbə gələcəksən, qalanı bizlikdi. Məktəbə getməyə də qoymurdular. Nəsə çığır bağır salıb qaçdım məktəbə. Esi əriylə məni məktəbdə gözləyirdi. Elə onlara yaxınlaşacaqdım ki. Esi mənə işarə verdi ki, arxanca gələn var. Döndüm ki qaynatamdı. Nəysə məktəbdə biraz oyalandım, qızımın sinifinə gedib müəllımıylə görüşdüm. Qəribə, ifade edə bilməyəcəyim bir hisslər kecirdirdim. Ağlıma yüz cür fikir gəlirdi. Bundan sonra olanlar, məktəbdə tay tuşlarının qızıma "fahişənin qızı" deyəcəkləri, anası qızını atıb qaçıb damğası, oğlanların qızıma pis gözlə baxacağını ağlıma gətirdikcə havalanırdım. Hardasa qaçmaqdan vaz keçmışdım. Duyğularımı məktəbin tuvaletındə qızımla paylaşanda o məni qucaqlayıb ağladı. "ana qaç get burdan, ərə getməsən belə qaç, mənim üçün qaç nolar, yalvarıram. Mən hər şeyə razıyam, qoy mənə nə deyirlər desinlər. ALLAH görür hər şeyi. Mən sənin yaşadığın həyatı yaşamaq istəmirəm. Oxumaq istəyirəm, yaşamaq istəyirəm, azad olmaq istəyirəm. Mən bu həyatımdan utanıram dedi. Mən də bir gün görmək istəyirəm dedi.
     Qızımla məktəbin tuvaletində görüşüb Halallaşdım. Məktəbin 2 ci  qapısıdan çıxıb Esinin ərinin maşınına mindik. Qızım 2 ci mərtəbənin pəncərəsindən ağlaya ağlaya mənə baxırdı. Çox təsirli mənzərə idi. 
     Esigil özləri məni taa Bakıya, düz Aeroporta qədər gətirib ona təhvil verdilər.  Maşından düşəndə Esinin əri mənə bir dəstə pul uzatdı. Mən də sənin qardaşın. Al bunu qoy cibinə dedi. Almaq istəmədim. Dünya etibarsız dünyadır dedi,  tanımırsan bu adamı, bilmirsən. Birdən aldadıb aparar, insana etibar yoxdur. Heç olmasa üstündə pulun paran olsun. Geri qayıda biləsən.
    - nə olur olsun mən geri qayıtmayacam. Çünki bu boyda biabırçılıqdan sonra nə qayıtmağa üzüm,nə də yerim yoxdur.
    Üstümdəki  sep-bilərzik  dəstini çıxarıb Esiyə verdim. Birdən başıma bir iş gələr, qızıma pul para lazım olar. Səni ona xala bilirəm. Bunu onun üçün xərclə. Götürmək istəmirdilər. Amma məcbur çantasına basdım. 
   Təyarənin qalxmasına yarım saat qalmışdı. Qızımı Esiylə ərinə, onları da allaha əmanət edib gözümün yaşıyla onlardan ayrıldım.

______________________________________

___2____

    2 saatlıq yolu başım onun çiynində ağlaya ağlaya gəldik İstanbula. İlk dəfə təyyarədən enib aeroportun boş  sahəsinə çıxanda içimdə bir peşmanlıq, bir boşluq duydum. Axı mən kimə güvənib gəlmişdim? Kim idi bu türk, bəlkə banditdir, bəlkə mafiyadır, bəlkə qadın alverçısıdır. Bunları bir tərəfə qoyaq, bütün hər şeyi gözə almışdım. Axı qızımı orda nə gözləyirdi, adım kimi bilirdim. Mən necə anayam,  qız balamı orda necə qoyub qaçmışam? Burda məni nə gözləyir bilmirəm. Bəlkə, məni burda canlı sərmayə edəcəklər?  Aldadıb gətirib, bəlkə. Azdır bəyəm mənim kimi evlılık adıyla aldadıb Türkiyəyə, Dubaya aparılıb satılan qızlar? Yaşım 30 dan yuxarı olsa da çox gənc görünürdüm, qız uşağından secilmirdim. Axı bu adam mənə ümüd versə də evlılyimizi gerçəkləşdirmək üçün arada kos qoca 2 ıl var. Bu ıkı ıldə çox şey dəyişə bilər. Bəs yaxşı bu iki ildə mən harda qalacam? Əlimdə sənətim, peşəm yox, harda işləyəcəm, qərib yer, dost yox aşına yox. Dünyagörünüşüm yox. Dünya deyəndə televizorda gördüyüm "Dünyayı geziyorum" proqramı, ailə deyəndə "Cocuklar duymasın" tamaşasıı, sevgi deyəndə türk seriallarını xəyal edirdim. Daha fıkırləşmirdim ki, bunlar bir xəyal məhsuludur, beyin fantaziyasıdır. Həyat isə keşməkeşdən, eniş yoxuşdan ibarətdir.
   Özümü əldən salmışdım. Həm qorxurdum, həm mənə cəsarət gəlmışdı. Üzərimdə 500 dolar vardı, sinəmdə gizlətmışdım. O pula çox güvənirdim. Ürəkli idim. Bərk ayaqda qaçıb  o pulla bir neçə gün  idarə edə bilərdim. İlk dəfəydi əlimə  bu qədər pul dəyirdi. Qaynanamgıl mənə pul vermirdi, amma sağ olsunlar, nə qızımı nə məni ehtiyyacda buraxmırdılar. Əynim başım, yemək içməyim ərli arvadlardan qat qat üstün idi. Özü salardı yanına, aparardı, alardı, geydirərdi. Yanına salıb özüylə toylara qonaqlıqlara aparardı məni. Hər şeyləri yaxşıydı, heç bir narazılığım yox idi. Di gəl türklər deməli özgürlüyüm yox idi bu evdə. Anamın evinə getmək üçün loru dildə desək  ərizə yazmalıydım, xahişnaməylə izin istəməliydim. Qardaşımın toyuna belə qonaq kimi gedib gəldim. Bacı kimi ixtiyarım çatmadı ki, məclısin sonuna qədər qalım. Həmişə özlərini düşünürdülər. Biri mənə kəm baxar, adım çıxar, bunların şəxsiyyətinə söz gələr deyə çox qorxurdular. Nə qədər bizim ocağın başındasan ağılla otur dur, gedərsən dədənin xarabasına nə qələt edirsən edersən. Dədənin xarabasını üzümə açan kim idi. Anama neçə dəfə demişdim ki kirayə ev tapaq, sizin də yanınıza gəlmiyəcəm özüm işləyib balama baxaram. Amma anam dünyanı dağıdırdı. O evdə qızının haqqı var, kira verdiyini tiksinlər bir ev otur orda. Orda neyləyirsən elə, istiyirsən işlə, istəyirsən işləmə. Orda olsan məcbur olub canları çıxacaq baxacaqlar, nəvələriinə də sənə də. Ayrı evə çıxsan bunlar əlini üstündən çəkəcək. Əlində diplomu olanlar işsiz gücsüz oturub sən işi hardan tapasan? Gedib ona buna əl açdığını, peşkalıq elədiyini yu qaynatanın kirli corabını, iç suyunu . Axı nəyin əskikdir? Kiraya çıxsan belə yaşayışın olacaq? Ehtiyyac nədir, kira nədir, kasıblıq nədir bilmirsən. Ona görə qudurmusan sən. Sabah evinin önündə bir maşın sıqnal versə deyəcəklər filankəsə çaldı.
    Nəysə ağır duyğular və həyəcan içində taksıyə minib, avtovağzala gəldik. Ordan da Bursaya.
    Bursada fabriklərin birində mınımum əmək haqqına toxucu işləyirdi. Öz məmləkəti Bursanın kəndlərindən birindəydı. Anası atası, keçmış ailəsi, qızı, hamısı ordaydı. Özü Bursa da kirayə qalırdı. Məni evınə aparmadı sabah çox erkən olmasına baxmayaraq, özüylə iş yerinə, fabrikə gətirdi. Məni qapıda qoyub özü içəri keçdi. Sonra yaşlı bir adamla qayıtdı.
   Sedo deyilan kişi , fabrıkdə işləyirdi. Məni gülər üzlə qarşıladı. Sonra mənimki kişinin qoluna gırib məndən biraz aralaşdı. Qorxu canımı almışdı ürəyim hökm edib yerindən çıxırdı. Elə bilirdlm  kişiylə  mənim üstümdə qiymət sövdələşir.
   Bir az keçdı üçümüz bərabər bir gecəkondunun  qarşısında taksidən düşdük. Kinolarda  görmüşdüm saf, aldadılmış qızlara məhz belə köhnə komalarda təcavüz olunur. Odur ki özüm özümə dedim. Vəssalam, mənimki bura qədərmiş, bu gündən mənim kitabım bağlandı artıq.
   Qapını çəlimsiz, arıq köhnə geyimli, başı çalmalı bir qadın açanda ürəyim lap üzüldü. "Yüz faiz qaraçıların içinə düşmüşəm" deyə fikirləşdim. İnanın bizim qaraçılar bu qadının görkəmindən rəğbətli idi.
    Qadın bizi gülər üzlə qarşılayıb içəri dəvət etdi. Huyuxa huyuxa içəri keçdim. Və bu qapıdan içəri girəndə şübhələrimə son qoyuldu. Böyük bir ailə içərisinə düşmüşdüm, qəti qorxusu yox idi.
    Çox böyük külfəti vardı, Sedo dayının. Kənd çamaatına oxşar kasıb və sade ailə idilər. Kinolarda türk ailələrini lüx evlərdə, ehtiyyacsız həyatlarda görmüşdüm. Elə bilirdim bütün Türkiyə belədir. Amma... 
    Nəysə mənə işlərimizi həll edənə qədər onlarda qalmağımı məsləhət gördülər.
   Çox keçmədi ki, ana atası da gəlib çıxdı.Tanış olduq. İlahi necə sadə və səmimi insanlar varmış bu dünyada. Sanki məni 50 il idi tanıyırdılar. Baxışlarında, danışıqlarında bir damcı saxtalıq, riyakarlıq, şübhə görünmürdü.
   Hər şey yuxu kimi gəlirdi mənə. Ətrafımda o qədər riyakar, göstəriş üçün yaşayan, saxta gülüşlü, səmimiyyətdən uzaq, xoşbəxt görünümlü insanlar görmüşdüm ki, bu saf kənd camaatının səmimiyyətinə belə inanmırdım. Hələ də fikirləşirdim ki mənim üzərimdə bir oyun oynayırlar.
    Nəsə nə başınızı ağrıdım. Sedo dayıgilin evində kira sözləşməsi ilə məni qeydiyyata saldılar. Guya burda kirayə qalıram. Üzərimdə pasport və şəxsiyyət vəsiqəsindən başqa heç nə yox idi. Odur ki, səfirlikdə və oturum idarəsində sənədlərimi düzəltmək üçün çox get gələ düşdük. Mənimkinin pul sıxıntısı vardı. Çünkı, birinci xanımına və qızına təzminat və nafaka (alıment) ödəyirdi. Qadın bundan çox böyük, həm də 23 illik evlilikdən sonra kişinin xanımından boşanması burda bam başqa proses imiş. Boşansa belə kişi ömrünün sonuna qədər bu qadına baxmaq məcburiyyətindəymiş. Bu cəzadan qurtulmaq üçün qadın keşmiş ərinin maaşından imtina etməli, ya da özü  işləməli imiş. O da harda??? Kim müftə puldan qaçıb özü özünə iş açar? 
  Hələ bunlar azmış kimi üstəlik qızı unversitetdə oxuduğu üçün onun bütün xərclərini qarşılayırdı. Bu da  azmış, arvadı boşanmadan bunun adına kredit çəkdirib iki kilo qızıl alıb özünə, məhkəmədə bu qızılları danıb. Bu bədbaxtın da əlində dəlil sübutu olmadığı üçün həmin kredit bu yazığın boynuna qalıb. Maaşının yarısı krediyə gedir. Hələ bundan sonra 4 il kredit verəcəkdi. Bu azmış kimi arvadı məhkəmədə ev tələbi də edib. Kişinin ata malında tikdiyi iki mərtəbəli evin bir mərtəbəsi tamamılə arvadıyla qızına verilib.Bu pis arvadın  üzünü görməmək üçün o çıxan kənddən çıxıb. Bir sözlə boşanmaqla bu adamın problemləri bitməyib hələ də arvadı bunu yolmağa davam edir.
   O vaxt avam vaxtım idi, qayda qanun bilmirdim, elə bilirdim məsələ borcları verdikdən sonra bitəcək, ondan sonra xoşbəxtlik qapımı çalacaq.
   Nəysə, Sedonun qızların otağına mənim üçün bir çarpayı əlavə olundu, otaq o qədər balaca idi ki, 4 çarpayıdan içəridə hərəkət etmək mümkün deyildi.
   Mənimki hər axşam işdən çıxıb bizə gəlirdi. Salonun ortasında yerə  salınmış böyük süfrəyə bütün ailə toplanırdı. Yeyib içirdik. Hamı deyib, gülüb, əylənirdi. Heç elə bil bu ailənin nə dərdi, nə problemi var idi. Cox səmimi və xoşbəxt ailə idilər. Bizim kimi evin xanımı erinin baş beynin aparıb kasıblığını üzünə vurmurdu. Demirdi, evimdə düyü, vermeşil yağ yoxdur tamat qurtarıb,  çay içməyə şəkər yoxdur, külfət açdır, uşaq məktəbə gedir xərclik ver, filan firmadan ayaqqabı alacam, filan markadan ətir alıram, təzə şey çıxıb onu alım, bunu alım. Nə bilim mənim gördüyüm bu idi Azərbaycanda. Bəlkə də daha sade həyatlar vardı bilmirəm. Qaynanam belə ətrindən pudrasından qalan deyildi, elə anam da.  3 elti idik, bizi də özünə oxşatmışdı qaynanam . Toya məclisə gedəndə mütləq yeni paltar tikdirməliydik, salona getmədən toya getmək nə idi? İçin qan ağlasa da qır qızılın çox görünsün deyə qonum qonuşudan da qızıl alıb qıfıllanırdıq. Üzümüzün ifadəsinə saxta xoşbəxtlik görünüşü verib düşmən çatladırdıq. Ədamız tavırımızla bizdən üstün ailələrin qız gəlınlərunə baxışlarımızla mənəm mənəm deyib meydan oxuyurduq. Axı bizim həkim xanım qaynanamız vardı.
    Bunları qaynanam belə istəyirdi. Deyirdi mənim gəlinlərim bir məclısə gedəndə başqalarının gəlinindən seçılməlidir. Axı adımız sanımız var. Filan həkim deyəndə məclısdə hamı bızə yer göstərirdi. Nə bilim belə görmüşdüm, elə bilirdim hamıda elədir. Evdə bir şey əskik olanda qaynanam dünyanı dağıdırdı. O dediyi o evə gələnə gədər evdə dır dır kəsməzdı. Bu ailədə  isə  hər şey tərsinə idi. Sankı kasıblıqdan həzz alırdılar.
   Burda sərbəst idim,burda mənə qadağa qoyulmamışdı, bir yeri tanımasam belə ilk günlər məni evin xanımı yanına salıb məhəllə carşıda gəzdirdı tanış etdi.  Bu şülüm- şültük qadının yanımda olmasınını özümə sığışdırmirdim. Elə bilirm millət məni lağa qoyacaq. Rayonda qaynanmla bazara zada gedəndə onun qoluna girmirdim ki, deyəcəklər bu qoca arvad kimdi? Özümü gənc və gözəl sayirdim. İstəmirdim gözəlliyimə kolgə düşsun. Amma indi bu qadın qoluma girib əlimi möhkəm möhkəm sıxır, danışıb heç kimdən ar abır etmədən şən qəhqəhələrlə gülürdü. Gözüm kəlləmə çıxmışdı. Bu cür sərbəstliklə, heç kim bizə dönüb baxmırdı. Ən maraqlısı da bu idi ki, gəzərkən ətrafımda gördüyüm burdakı bütün insanlar belə idi. Yanı belə sərbət hərəkətlər burda normal bir həyat tərzi idi.
   Və elə həmin gün onunla çarşını utana utana gəzərkən bir şey kəşf etdim:  Özgürlük, sıxılmadan, cəkinmədən deyib gülə bilirsənsə, bax xoşbəxtlik budur.Bəli mən onların xoşbəxtliyinə həsəd aparırdım. Kaş mən də belə səmimi, sadə və xoşbəxt ola biləydim.
    Mənə heç kim qarışmırdı,  sərbəstlik verilmişdi . "Sən də qızlar kimi çıxıb gəzə bilərsən, problem yoxdur" dedilər. Sadece adresi ve ya nömrələri yaz üstündə qalsın. Birdən nolur nolmaz, itərsən, otur bir taksiyə, atla gəl.
   Və bir dəfə yolda azdım. Əslində ev yaxınlıqda idi amma nəsə oldu da bir iş. Nagihan ablanın başa saldığı taksı butonuna yaxınlaşdım, düyməni basdım. Bir taksı gəldi qarşımda dayandı. İndi taksiyə minməyə risk eləmirəm. Gözüm dörd dolanır. Elə bilirəm bizdəki kimi taksıyə minsəm deyəcəklər filankəsin gəlini taksilərdə gəzir.
   Şofer məni gözləyirdi. "Abla binecekmisiniz" deyə soruşanda "mən taksi çağırmadım" dedim və ordan uzaqlaşdım. Əlimdəki adresi camaadan soruşa soruşa evə gəldim.
    Bizdə gəzmək pulnan idi. Cibində pulun olmasa gəzə bilərdin? Evdən çölə çıxdınsa gərək əli dolu geri qayıdasan. Yoxsa adama deyərdilər avara gor nə sülənirsən. Burda isə hava almağa parka, çarşıya, bazara çıxırdılar, istədiyin yerə gir, cıx, istədiyin dükanda qıymətlərlə maraqlan. Burda bizim alverçılər kimi, malların satmaq üçün müştəriyə yüz dil tökmürdülər. Gəl müftə verirəm apar demirlər. Burdakılar bizim alverçılər kimi müştəriyə ceyran, dovşan deyib ətinə endamına ağızlarını sulandırmırlar. Özündən böyük də olsa, kiçık də olsa  hamının bir adı vardı. Qadınlar abla, kişilər abi...
   Başqa dünyaya gəlib düşmüşdüm, ürəyimdəki qorxular şübhələr ara vermişdi. İstədiyim özgür həyata qovuşmuşdum. Burda mənə güvənirdilər, burda mənə inanırdılar.  Burda evin xanımı qaynanam kimi otağının qapısını kilidləyib bir yerə getmirdi. Allahın çörəyini almaq üçün  götürdüyüm pulun hesabı sorulmurdu. Markete gedəndə öz istədiklərindən əlavə də mənim istəyim soruşulurdu.  Burda ailənin qızları kimi istədiyim saatda evə girib çıxa bilərdım. Kımsə məni güdmürdü, dalımca düşmürdü. Mənə ora getmə, bura getmə, onnan danışma, bunnan görüşmə deyə qadağalar qoyulmurdu. 
   Mənimki məni pulsuz qoymurdu. Hər gələndə mütləq mənə az da olsa xərclık verirdi, " istədiyini almaqda, istədiyin yerə getməkdə sərbəstsın" deyirdi. Bu pulu nəyə hara, necə xərcləyəcəyimi bilmirdim.əslində xərcləyəcək bir ehtiyyac da yox idi. Gəldiyim günün səhəri məni özü çarşıya aparıb iki üç dəst geyım kecimimi, bir qadına lazım olan şeyləri almışdı . Ona görə artıq şey almağa gərək bilmirdim. Fikirləşırdım sabah nə olacaq bilmirəm, nə edəcəm bu qədər əşyanı. Orda bir dolu ev qoyub gəlmişdım, əynimdəki paltar,  əlimdəki çantayla. Nəyə lazımdır bu qədər şey. Verdiyi pulları üst üstə toplayırdım, sinəmdəki 500 dolların yanında yatırdı. Bu ailənin mənə bu qədər güvənməsinə baxmayaraq mən heç kimə güvənmirdim. Bu qədər yaxşılıqlara baxmayaraq, elə bilirdim mənə oyun oynayırlar.
   Qızımla əlaqələrim tamamılə kəsilmişdı. Esiylə danışırdım. Esi deyir, sən gedəndən sonra rayona bomba düşüb, xəbərin yoxdur. Hamı səni danışır ki, filankəsin gəlini qaçıb. Camaatın içındə biabır olublar   qaynanan işə də getmir, heç kimlə görüşmürlər, danışmırlar. Dünya dağılır. Qaynanagıl düşüblər ananın qardaşlarının üstünə, dava qırğın göyə qalxıb. Bızə də hücum çəkdilər ki, onun kimlə qaçmağından xəbərin var. Dedik biz hardan bilək kimlə qaçıb. Belə də ki, qaçıb qaçıb da, xalxın qızını ayağınıza bağlıyasız?
    Nəysə məni axtarışa veriblər xəbər çıxıb ki, mən yoxa çıxmamışdan iki gün qabaq İstanbula mənim adıma bilet alınıb. Axı bu neçə ola bilər? Həmin tarıxdə mən rayonda olmuşam. Burda mütləq kiminsənin əli var.
  Başlayıblar biraz da axtarış eləməyə məlum olub ki, həmin anda da bu türkə də bilet alınıb. Ondan biliblər ki, mən həmin türklə qaçmışam.
    Ondan sonra qızı evə bağlayırlar. Məktəbə belə getməyə qoymurlar, telefonun əlindən alırlar. Qızımın qara günləri başlayir. 
  Çox keçmədi ki, oturumumu aldıqdan sonra məni fabrikə işə düzəltdılər. İnana bilmirdim mən ömrümdə ilk dəfə işə gedirdim.İlk dəfəydi ki, kollektiv içinə   düşmüşdüm. İlk dəfəydi ki özgür idim. Mən artıq özüm öz ayaqlarım üstündə sərbəst dayana bilidim.
   Beləcə nə az nə çox 6 ay idi ki Bursadaydım. Ətrafım səmimi dostlarla dolmuşdu. Mən də bir insan kimi söz demə haqqına sahib idim. Bir işçı kimi, bir qadın kımı, bir insan kimi hüquqlqrımı bilirdim artıq. Gözüm açılmışdı daha. Dönüb keçmişimə baxanda deyirdim ay allah mən bu vaxta kımı yaşamamışam ki heç. 32 ilim hədər gedib. 
  Mənimkiylə əsil məhəbbət məcaralarım bundan sonra   başlamışdı. Eyni fabrikdə bərabər işlədikdən sonra.Ordan bura gələndə elə bilirdim məni evınə aparacaq, onunla bir yerdə yaşamağa məcbur qalacam. Sonra deyəcək səninki səndə, mənimki məndə. Amma gözlədiyimin tam tərsi oldu. Sedo dayı mənə öz qızı kimi sahibləndi, o isə bir kişinin qızı  kimi sevdi məni .
  Bəli mən qadın kimi sevib sevilirdim. Bu da məni xoşbəxt edirdi. Mənə baxan gözlər rayonumuzdakı kişılər kimı baldırlarıma, sinəmə, arxalarıma deyil, gözlərimin içınə sevgi və şəfqətlə baxırdı. Açıq deyəcəm, gizlətmirəm. Ağlım azıb bir iki dəfə orda bir ikisiylə danışmışam. Qonşular tanış etmışdı. Elə onların hayına düşüb onlarda gizlicə görüşmüşəm də. Amma o kişilər mənə evlılıkdən yox başqa şeydən danışmaqlarından fikirlərinin nə olduğunu başa düşüb vaxt itirmədən ordan uzaqlaşmışdım. Hələ bir dəfə də biri əl qol da atmışdı. Öpmək istəmişdi. Masanın üstündəki kül qabı başında partlamışdı. Əli ətə çatmayan gədə, məhəllədə, rayonda adıma söz çıxartmışdı. Elə o gündən sonra mənə qadağalar qoyulmuşdu, gedib gəldiyim yerlər güdülürdü.
   Bəzən sağımda solumda olan boşanmış gəlinlərin gizli məhəbbət məcaralarını eşıdəndə partlayırdım. Nə gizlədim, vallah onlara həsəd aparırdım. "Həyatlarını yaşayır,  mənim kimi dord divar arasında çürümür haa," deyirdim. Bəzən də özüm özümü qınayırdırdım, nə bilim bəlkə də şeytan yoldan çıxardırdı ki, nə gözləyirsən bu yaşdan sonra kim səni telli duvaqlı gəlin edəcək? Sən indən sonra ya birinin  məşuqəsi   olmalısan, ya  bütün cəsarətini toplayıb birinə qaçmalısan.  Belə düşünməyə məcbur idim. Çünki bizim oralarda dul gəlinin sevgilisi olmur, oynaşı olur, ya da dul gəlini ikinci arvad kimi saxlayırlar. Alan da olurdu. Bu da cəsarət məsələsiydi. O da yüzdə mində bir kişidə vardı belə cəsarət, onu da aldıqdan sonra rahat yaşamağa qoysalar.
    Məni istəyənlərdən heç kim buna cəsarət etmirdi. Həm ailəmin ad sanından çəkinirdi, həm də qızımı qəbul etmirdi. Kimlə tanış olurdum səni saxlayım, kiranı, yemək- içməyini verim, görüşək deyirdi, amma qıraqdan qıarğa soruşan olsa məni tanımırsan. Bu rəsmən fahişəlik idi, mənə təklif edirdilər. Amma indi xəyallarım gerçək olurdu. Məni sevən bir kişı "canını sıkma, kız, az daha bekle, her şey çok güzel olucak" deyirdi. "Seni telli duvaklı gelin yapacam" deyirdi.
    İşdə münasıbətimizi gizlı saxlamağa çalışırdıq. Çünki bunun arvadının qohumları da orda işləyirdi. İstəmirdi ki, mənə zərər versinlər. Onunla sadecə bir iş yoldaşı kimi münasıbətimiz davam edirdi. Amma gözlərimiz hər şeyi deyirdi. Dəzgahin arxasından sevgi dolu baxışlarla məni süzəndə haldan hala düşürdüm  bəzən iradəmi itirirdim. Çox istəyirdim ki, gəlsin əlimdən tutsun. Bizim sevgili olmağımızı hər kəsə bəyan etsin. Amma o çox iradəli adam idi. Mənə səbr diləyirdi.
    Bizi iş yerinin servisi evə qədər gətirirdi. Çox vaxt sözləşdiyimiz kimi Binanın önündə servisdən düşüb, onu gözləyirdim. O da servisdə olurdu. Amma işçılərin yanında şübhə doğurmamaq üçün o maşından düşmürdü, gedirdi öz evinə, ordan taksiyə minib gəlirdi. O özü evdəkilərə zəng edib deyirdi ki biz beraberik, merak etməyin. Hec mənə deyən yox idi bu vaxt evə qadın gələr. Bizdə olsaydı qonaq olsa belə, deyərdilər ki evə vaxtında gəl, get ki qonum qonuşu söz eləməsin.
    İşdən sonra Bursa küçələri, bizim olurdu.pul xərcləməyi sevməzdi. Bəlkə də sevirdi- amma yuxarıda dediyim kimi pul problemləri var idi, bəlkə də o üzdən bahalı yerlərə  getmirdi. Küçə ortasında simit, poğaça bir də kolayla kifayətlənirdik. Olsun biz pulsuz da xoşbəxt idik.Kim dura bilərdi bizim qarşımızda.  Əl ələ göz gözə, şən qəhqəhələrimiz Bursa küçələrini başına alırdı.
    4 il ailəli olmuşdum ərimin qoluna sadecə toy günü girmişdim. Bizim istı münasıbətimiz qapı arxasında, yataq otağında olurdu. Ailəsinin yanında əlimdən tutmaq nədir, mənim yaxınımda olmağa belə çəkinirdi. Demirəm geridə qalmış ailə idilər, yox əsla, dilim  quruyar. Amma belə sərbəstlikləri yox idi.
   İndi biz əsil məhəbbətimizi, bəlkə gə ikimiz də gecikmiş ən böyük sevgimizi yaşayırdıq. Onun sevgisi də, təsəllisi də məni qane edirdi. O məni hər tərəfli başa düşürdü.
   Xoşbəxt idim, 6 ay idi burdaydım. Pulum da vardı. Bankda adıma hesab açılmışdı, pullarımı ora qoyurdum. Arada Esıyə iki dəfə pul göndərdim sonra Esi dedi göndərmə, onsuz da o pulu qızına verə bilmirəm. Mən burda kef və xoşbəxtlik içində  üzərkən  qızım bağlı darvazalar arxasında ev dustağı olmuşdu.
   Yay tətili keçdi yeni dərs ili başladı. Amma qızın şəhadətnaməsini imtahansız, pulla alıb evdə oturtmuşdular. Qızım özünü mənə fəda etmişdi. Mən burda xoşbəxt yaşarkən qızım orda zülüm çəkirdi.
    Nəhayyət,iş həyatımın  6 ayını   tamamladım. Bu arada Esi mənə xəbər verdi ki qızını qaynananın  bacısı nəvəsinə verirlər, durma gəl.
 Dəliyə dönmüşdüm. Qızımın 17 yaşı tamam deyildi. O uşaqdı. 10 cu sinifdən çıxarıb 11 cı sinifə qoymamışdılar getməyə. 9 şəhadətnaməsiylə evdə oturtmuşdular. İndi qızımı uşaq yaşda məcbur ərə verirlər?
    Vəziyyəti eşıdən mənimki, cəld hərəkətə keçdi. Deməyəsən 6 ay sonra mənə məzuniyyət verilməli imiş. Əlimdən tutub, müdürün yanına çıxdıq. Vəziyyəti başa salıb mənə izin istədi.
   Fabrikdən mənə 15 günlük məzuniyyət verdilər. Özü də mənimlə gəlmək istədi amma deportu olduğu üçün gedə bilmədi. Əslində pul ilə deportu qaldıra bilərdik, amma anı qərarda bu mümkün deyildi. Zaman itkisi, məni çətin vəziyyətdə qoyurdu. Odur ki, bərabər hava alanına gəlib Təcili Bakıya bilet aldıq. Elə məzuniyyətin ilk günü Bakıya uçdum. Aeroportda taksi tutdub rayona sürdürdüm. Bir zamanlar taksiyə təkbaşına minməyi ayıb sayan mən , Qorxu, təşvış və həyəcan içində rayondan qaçan aciz bir qadın, indi güclü və özünə güvənən bir qadın kimi dönürdü ana vətəninə...
___________________________________
__3__

    Birbaşa rayon mehmanxanasına gəlib bir otaq kiraladım. Gedəcək bir yerim yox idi. Anamilə getsəydim. Bəlkə də qardaşlarım başımı kəsərdi. Esigilə də getmək istəmirdim. Çünki, qızımla tək rabitəm Esi idi. Onu ələ vermək istəmirdim. 
    Bakıya düşənə qədər özümü güclü bir qadın kimi  hiss edirdim .  Özümə çox güvənirdim. Amma bu xarabaya gələnnən elə bil gücüm qüvvəm əlimdən alınmışdı. Bilmirəm bəlkə də burda illərlə mənə vurulan piskoloji zərbənin nəticələri idi hələ də qorxurdum?  Bəlkə də kimsəsiz, arxasız, müdafiəsiz olmağımın qorxusu idi. Gözüm dörd olmuşdu. Hər şeyə şübhə və qorxuyla baxırdım. Otağımın pəncərəsinin qalın pərdəsini kip çəkmişdim. Elə bilirdim kimsə tanış, biliş birı çıxacaq mənim qostinsada olduğumu görüb haqqımda pıs şeylər düşünəcək, ya da gedib qardaşlarıma, qayınlarıma xəbər verəcəkdi. Doğru normal vaxt olsa hər şeyi yola vermək olar. Nə davadan, nə döyülməkdən qorxmurdum. Bunları o qədər görmüşdüm ki. Mənim qorxduğum şey filankəs mehmanxanada qalır, kişilərlə görüşür damğası idi. Axı bizim oralarda otelə normal ev xanımları getmir, küçədə qalmışları, kafe qızlarını kişilər aparıb orda gecələyir. 
    Mehmanxana işçısındən WF nın şıfrəsini soruşanda koridorun yuxarı başındakı pəncərənin önündə kök dolu fətirsifət bir kişi dayanmış, siqaret çəkirdi. Qəribə baxışlarla məni süzürdü. O qədər rastlaşmışdım kişilərin belə murdar baxışlarıyla. Zəhləm gedirdi belə pis nəfisli adamlardan. Onu gördüyümü his edib tanış adamlar kimi başıyla məni salamladı. Qorxu canımı aldı. Bu kişi kimdirsə məni tanıyır. Vaxseeyy evim yıxıldı...
    Mehmanxana işcisi telefondan WF - açıb telefonu mənə uzatdı. Otağımın qapısının arasına keçıb ona təşəkkür etdim.
   - Bir dəqiqə bir şey soruşum, sizdə yemək olur yoxsa gedib  şəhərdə kafedə yeməliyəm?
  - Əlbəttə buranın kafesi var, 1 ci mərtəbədə. İstərsəniz...
  - Yox... Mən kafeyə getmək istəmirəm, bura gətirə bilərlər? - dönüb kişiyə baxdım. Hələ də maraqla bizə baxırdı Aşağı düşmək istəmirəm. 
  - Əlbəttə. Nə istəyirsiz?  
   - Nə var? 
   - Hər şey olur. Kabablardan lülə, tikə... 
   - Yox yüngül şey istəyirəm. Supdan , doğadan var? 
   - Bəli xanım. Doğa da var, bəli. Toyuq supu olur, borş olur, mər... 
   - Bir pors borş istiyirəm, yanında mayonez ya da smetan. Bir dənə də Sirab. Çörəyi çox qoyun, zəhmət olmasa . Mən çörək yeyənəm. 
   -Baş üstə xanım... 
   - Hə bir də.. İndi yox saat dörd beş arasında... İndi yorğunam, yol gəlmişəm, iştahlm yoxdur, biraz dincələcəm. 
  - Baş üstə. 
   İçəri girib qapını bağladım.  Bir duş qəbul etdim. Əynimi dəyişib yatağıma uzandım. Esiyə burda mehmanxanada olduğumu yazdım. Cavab gəlmədi. Mesajımı hələ oxumamışdı. Ürəyimin bir küncündə onu, bir küncündə qızımı düşünə düşünə yuxuya getdim. 
   Qapının səsinə oyandım. Yemək sifarışım olmalıdır yəqın. Yuxulu yuxulu qapını açdım. Qarson oğlan əlində bir sini tutmuşdu. İçındə kababdan  tutmuş kartof lüləsinə qədər qarışıq kabablar turşu assorti,  kolbasa pendir, göyərtili pamidor xiyar salatı buz vedrəsinin içındə çaxır, iki badə də var idi. 
    Qolumdakı saata baxdım. 
   -  Hələ tezdir ee... həm də bunlar mənim sifarışım deyil ki, mən borş istəmişdim, saat 5 ə... 
   - Xanım, bunları sızı xüsusi olaraq Mübarız müəllim göndərib. Sizə  "Xoş geldiniz" demək üçün... 
   - Mübariz müəllim? O kimdi? 
   - Mübarız müəllim, tanınmış, sayılıb seçılən vəkillərindəndir. Onu tanımayan yoxdur, Azərbaycanda. Buda tez tez bizim qonağımız olur. Gəncədən bura məhkəməyə tez tez gəlir. 
   Qarson təmtəraqla Mübarız müəllimi təqdim edib yan tərəfə baxdı. Qapıdan başımı çıxaranda  biraz aralıda qırmızı, fətir sifət kişini gördüm. Vəkil olmaqla deyil ee, onun da başqa kışıcıklərdən fərqı yoxdur. Görünür oteldə tək qaldığı üçün özünə yoldaş axtarır. Gününü əyləncəli keçirtmək istəyir. Yəqın məni əxlaqı pozuq olan qadınlardan sanıb. Onsuz da yorğunluqdan başım partlayırdı. Bu da bir tərəfdən əsəblərimi tarıma cəkdi. Əsəbi halda gözümü süzdürüb dərindən nəfəs alıb qarsona döndüm. 
   - İstəmirəm, sağolun... 
   Qarson bic bic gülüb barmağın bir birinə sürtdü . İsrarla gözlərini siçan gözü kimi bərəldib 
   - Xanım Mübarız müəllim sizinlə bərabər nahar etmək  istəyir. İcazə versəniz... 
   - Hmm... Aha... Demək belə... Yaxşı... Verin mənə. 
   Siniyi əlimə alıb Qarsona baxdım və var gücümlə padınusu yerə çırpıb qarsonun sinəsindən yapışdım. 
   - Məni tanıyırsan, sən? Köpəyoğlu, Bİlirsən mən kiməm? Get o Mübariz müəllimdir nə zibildir- deynən ki mən  filan (adını yazmıram) müəllimin, filan həkimin gəliniyəm... Filankəslərin  qardaşı arvadıyam. Sənöl sənin də şalvarını g...dən çıxartdıraram... 
    Səsim mehmanxananı başına götürmüşdü. Özüm özümə güvənib gəlmişdim. Amma istəməyərəkdən başımdakı təhlükəni öz gücümə yox qızımın ailəsinin ad sanından istifade edərək dəf edirdim. Hələ də, indi də o gün yadıma düşəndə əsəbimdən partlayıram. Axı mən niyə bu ailənin adıyla özümü müdafiə edirdim ki?  Bəs mən kiməm. Niyə mən özümə, gücümə güvənmədim. Niyə mənim mən olduğumu göstərmədim. Niyə yenə öz şəxsiyyətimə kölgə saldım?  Nədir bu asılılıq? Əgər mən bu ailənin bağından qopmuşamsa, niyə onların ad sanını özümə sipər eləmişdim ki?  Görünür belə bir vaxtda dərk eləmişdim ki, hələ də şüuraltimda formalaşmış fikir burda özünü açıq aydın göstərirdi.  Bəli bizim bu ölkədə qadının gücü, ad - san qarşısında heç bir şeydir...  Bizim buralarda qanunda şəxsiyyət də  pul və ad sandır 
   Nəysə heç bilmirəm noldu. Bir vaxt özümə gələndə Esiylə əri qarsonu əlimdən almağa çalışırdı... 
     Məni evlərinə aparmaq istədilər. Lakin onları ələ vermək istəmədiyimi deyib getmədim. Biraz ordan burdan bu 6 - 7 ayda başımıza gələnlərdən danışıb söhbətləşdik. Sabah ilk işim qaynanamgilin qapısına dayanacağımı, qızımı alıb gedəcəyimi dedim. Esinin əri dedi ki, tələsmə, bu o qədər də asan olmayacaq. Onların hər yerdə əli var.  Sabah gəl gedək bir adam var onnan görüşək məsləhət alaq. Görək nə deyir. 
   Elə bil ürəyimə nəsə dammışdı. Üzərimdə xeylım pul var idi onları bir də xarıcı pasportumu və üstümdəki qızılları  Esiyə verib saxlamağını xahiş etdim. 
   Onları yola salıb oturdum. Halım özümdə deyildi. Telefonu çıxarıb baxdım. Yenə ona ehtiyyac duydum. Yazdım. Beş dəqiqə keçmədi cavab gəldi... 
     Gecənin bir aləmi, mehmanxananın qapısı az qalırdı yerindən çıxa,  tez tələsik əynimi geyinib çantamı boynumdan asdım. İçindəki vəsiqəmi və  yerdə qalan pullarımın bir qismini sinəmə basdım. Qapının arxasına gəldim.  Qardaşlarım oteli basmışdı. 
   Saçımdan tutub məni sürüyə sürüyə evə gətirdilər. Qardaşlarım meni o qədər döymüşdü ki halım qalmamışdı. Bütün hər yerim göm göy idi. Anamı tanıya bilmirdim, mənə bu vaxta qədər hayan çıxmayan anam indi məni müdafiə edirdi. Məni hər zaman bəzəyə qoyan gəlinlərimizi demirəm hələ. Görünür bu haqq hesabdan sonra mənim evdə qalmağımdan qorxurdular. Qorxurdular ki, birdən qardaşlarım məni getməyə qoymazlar. Onsuz da bu boyda fəstağadan sonra qaynatamın evinə qayıtmaq müşkül məsələdir. Yüz faiz buna görə canfəşanlıq edirdilər.
    Qardaşlarım telefonumu və çantamdakı və üstümdəki  pullarımı və vəsiqəmi əlimdən almışdılar. Nə yalvarışlarıma baxırdılar nə göz yaşıma. Beləcə əlim ayağım bağlı 1 həftəydi  qapanıb qalmışdım evə.  İzin günüm bitirdi. Mən burda heç nə eləməsəm də nə yolla olur olsun Türkiyəyə qayıtmalıydım, işim əlimdən çıxmasın deyə. Anamla  gəlinlərimizlə danışdım. Mən burda qalsam nə dəyişəcək, daha da oğlanlarına yüz soz deyəcəklər, onlar da qızışıb gəlib düşəcək canıma. Ən yaxşısı buraxın məni, çıxım rədd olum gedim. Soruşan olsa deyin ki silmişik onu kitabımızdan vəssalam. Alıb balamı çıxıb gedəcəm burdan. 
    Rayon dedi - qodudan dağılırdı. Hərənin ağzı bir hava çalırdı. Kimi deyirdi Türkiyədə pozğunluq eliyirəm, kimi deyirdi, türk aparıb məni satıb, kimi deyir güya məni aparan kişinin əlindən qaçıb özümü qoca milyonerə sırımışam. Kimi deyirdi mafiyaya düşmüşəm. Kimi deyirdi narkamanla qaçmışam, indi türkiyədə barlarda fahişəlik eliyirəm . Dünyanın nə pisliyi vardıysa adıma yapışdırmışdılar. 
    Qızımı hardasa gizlətmışdılər, gördüm deyən yox idi. Esiylə də əlaqələrim kəsilmişdi. Məni  bizimkilər güdüm güdüm güdürdülər. Telefonum əlimdən alınmışdı.. 
    Nəysə bir dəfə balaca gəlin məni yanlayıb dedi ki, Esi kimdi, dedi ki mənnən əlaqə saxlasın. Marketdəydi
   Gəlinimiz mənə yalvarıb yapışdı ki, sən allah elə elə heç kim bilməsin mən sənə xəbər gətirmişəm. Öldürərlər məni. Gəlinimizin damarını tutmuşdum, o mənə kömək edəcəkdi. 
  - Fəri, kömək elə burdan çıxım, qadan alım, nə desən edəcəm, mən burda qalıb boynunuza yük olmaq istəmirəm. Amma qurban olum, mənim vəsiqəmi bir də telefonumu tap gətir mənə, pulları istəmirəm, tapa bilsən pul sənin olsun. Bax, allah haqqı, nə desən eliyəcəm.  Bax Fəri, mən burda qalsam iki qızın var, sabah yekələcək, biri adını çəksə deyəcəklər az yaxın durma, fahişə filankəsin qardaşı qızıdır, xoşun gələcək?  
   - Hə, elə onnan gorxuram, biabır olmuşuq ee şəhərdə, xəbərin yoxdur. Axı sən neylədin, özün, öz qızını fikirləşmirdin barım bizi fikirləşəydin, qardaşının balalarını fikirləşəydin   yuvamız dağılacaq sənin üzündən. Sən burda qalsan mən boşanacam qardaşından. Mən balalarımı adı çıxmış bir baldızın yanında böyüdə bilmərəm, onları tərbiyyə edə bilmərəm. Sabah onlar da sənin yolunu gedəcək... O gün qardaşım qardaşını öldürürdü ki ya bajını yıx yerə başını kəs, namusunu təmizlə, ya da mən bajımı aparıram. Sən allah çıx get burdan, balalarımı başsız qoyma, başına dönüm. Vurub öldürəcək, gedib girəcək içəri. Mən başı daşlı kimin qısnağına sığınacam. Sən, qızın cəhənnəm. Onsuz da qızının çarəsi tapılıb, qaynanan yamayıb bayıssı uşağına, gedib yarıyacaq, sən də gedib orda burda kefini çəkəsən, yaşıyasan öz kefinə. Bəs mən, mənim qızlarlm?
Dediyi sözlər bıçaq kimi ürəyimi parçalasa da işimin xətrinə hər sözünü udurdum. Hələ hirsimi hikkəmi öz üstümə tökürdüm.
   - Hə də hə mən fahişəyəm də, rədd eliyin məni başınızdan, qızlarını yoldan çıxardaram,  göndərərərəm Türkiyəyə, gedib onlar da fahişə olar. Ərin də tutub kəsər qızlarını, girər içəri ərsiz qalarsan. Nə istəyirsiz məndən ee?  Buraxın gedim də, rədd olum da, siz də həyatınızı yaşayın mən də...
______________________________________
__4___


   Gəlinimizi ələ almışdım. Bilirdim ki, mənə kömək edəcək. Nə deyirdi razılaşırdım "haqlısan" deyirdim. Ən alçaq kəlmələri belə qəbul edirdim, ən ağır sozlərini yeyirdim. Təhqirlərinə dözürdüm, şəxsiyyətimi alçaldırdım. Təki bu xarabadan çıxa bilim. 
   İki gün sonra  gəlinimiz 10 manat pul,vəsiqəmi və telefonumu verib:
  - Al çıx burdan, bir daha buralara gəlmə! - dedi - əgər bir də bu evə gəlsən səni özüm öz əlimlə öldürəcəm. Qanını da tökəcəm qardaşının üstünə.Balalarıma yazığın gəlsin, bizi başsız qoyma. Balaca idman çantama bir iki pal paltar qoyub əl çantamı götürdüm.
  - Sənə bir can borcum var, dilə məndən nə dilərsən.
  Dedi :
  - Aaz rəddol, diləyəcəyimi sonra diləyəcəm. Bircə çıx get, səni and vermişəm ərinin goruna, qanını bizdən uzaq elə...
   Əynimdəki idman geyiminin kapşonkasını başıma keçirib evdən çıxdım. Məhəllə aralarından keçib başqa küçəyə çıxdım.Birtaksiyə mindim. İndi hara gedəcəyimi bilmirəm. Qızım üçün gəlmişdim. Üstümdə pul para yox, hara gedəcəm ki, həm də taksiylə. Desəm ki Bakıya gedirəm, sonra? Deyim ki , gedim Esigilə, sonra nə olacaq? Esidə pulum, qızımla mənim pasportum, qızıllarım vardı. O vaxt ona verdiyim  sepi tamamılə gözdən çıxartmışdım. Bu zamana qədər mənə və qızıma  etdiyi yaxşılıqların qarşılığı olmalı idi o sep. 
  Çətin və qərarsız vəziyyətdə qalmışdım.Telefon üstümdə də olsa, işləmirdi. Hara, kimə zəng edim  bulmirəm. 
   - Xanım gedirik? 
Şoferin səsi sankı məni yuxudan ayıltdı.
   - Telefonunuzda kontur var, bir dənə vzv atacam zəhmət olmasa...
   Esiyə zəng edəndən sonra onun iş yerinə gəldim. 
    Esiylə evə gələndə şər qarışırdı. İkimiz də əl ayaq eləyib axşama yemək hazırlayıb süfrəni qurduq.
  Birazdan yoldaşı işdən, uşaqları da hazırlıqdan gəldilər. Qızı və ondan bir yaş balaca oğlu mənim qızımla eyni sinifdə oxuyurdu. Bu il ikisi də 11 ci  snifdəydilər. 9 cu sinifdən hazırlığa gedirdilər. Mənim qızımı oxumaqdan məhrum etmişdilər. 
   Yeməkdən sonra oturub məsələni müzakirə etdik. Qızımı harda gizlədildiyini bilmirdim. Yerini bilsəm qalanı asandır. Odur ki, onun yerini öyrənmək üçün bütün məsuliyyəti  Esinin uşaqları boynuna götürdü. Çox keşmədi ki, xəbər gəldi ki, qızımı Ağcabədinin qışlaqlarından birində  gizlədiblər. Qaynatamın orda bir kürd  qonaqcilları  vardı. Toyda, nişanda  onlarda çox olmuşdum. Evin südü yağı, pendiri də onlardan gəlirdi bizə. Yüz faiz qızım onlarda idi. Qaynatam qızımı onlardan başqa heç kimə etibar eləməzdi. 
   Vaxt itirmək olmazdı. Qızımı almaq üçün polisə getsəydim, iş məhkəməlik olub uzanacaqdı. Mənim isə o qədər vaxtım yox idi. 4 5 gün vaxtım qalmışdı. İzin günüm bitirdi. İşə çıxmalıydım. Odur ki qızımı qaçırtmaqdan başqa çarəm qalmamışdı. Bunun üçün Esigildən yalvararaq kömək istəyirdim. Amma onlar nə edə bilərdilər ki, kim başını durduq yerdə bəlaya salar ki, 
   Nəysə, səhər tezdən qalxıb getmək istədim. Esi qızımın pasportunu da mənim onda olan amanatlarımı da mənə uzatdı.
   - Allah yolunu açıq etsin bacı. Qapım hər zaman üzünə açıqdır. İnçallah Allah peşmançılıq verməsin. Nə zaman yolun düşsə buyur gəl! 
  Elə kövrəlmışdım ki, dayana bilmədim, onu bağrıma basdım. Mənə uzatdığı dəsmalı açdım. Ona əmanət verdiyim pullarla bərabər seplə bilərzik də orda idi.
    - Bu sizin haqqınızdır...
   - Şşş... Biz Allah yolunda birinə yaxşılıq ediriksə Allah bizim haqqımızı artıqlamasıyla ödəyər. Yetimin - məzlumun haqqını yemək insanlıqdan deyil. Götür, çətin vəziyyəydəsən, hər zaman sənə lazım olacaq.
   - Haqqınızı halal edin.
   - Halal olsun, Allah işini avand etsin.
    Esinin ərinin çağırdığı tanışının maşınına mindim. Göz yaşlarıyla halallaşıb onlardan ayrıllım. Cox duyğulanmışdım. Ağlamaqdan özümü saxlaya bilmirdim. İşə bax, sağım solum adam , qohum əqrabam, hər yerdə sözü kecən arxam, dayağım... Amma mən bir zamanlar bəyənmədiyimiz adı, kasıb  bir ailəyə möhtac olmuşdum. Halbuki kasıb olduqları üçün qaynanamgil qızımı onlarla dostluq etməyi belə qadağa qoymuşdu.
   - Adam oturub durduğu adamı bilər, özunə uyğun adamla dostluq edər. Dəmirçı hara, iborsa hara, biz hara?  Sabah deyəcəklər filankəsin nəvəsi iborsanın uşaqlariyla oturub durur...
     Mindiyim maşın mənim ixtiyarımdaydı. Gününə 50 manat verəcəkdim.
  Nəisə, Ağcabədiyə - qışlağa gəldim. Buradakı evlər qamışlardan tikilmiş  qaçqınların məskunlaşdığı palçıq  daxmalardan ibarət idi.  Burda hamı bir birini tanıyır. Demək olar ki, hamı bir birinə qohumdur. Bu üzdən kənardan gələn yad maşın, və ya yad adam o dəqiqə diqqət çəkirdi. Odur ki, şofer maşını icra nümayəndəliyinin qarşısında saxladı ki, diqqət çəkməsin. Allahından qızımın olduğu ev dayandığımız yerə yaxın bir yerdə idi. Ordan baxanda məhlə, həyət baca görünürdü. 3  4 saata qədər dayanıb, evi gözətlədik. Evə girib çıxana baxdıq. Yağış yağmışdı, palçıq dizə çıxırdı. Həyət bacada sadecə qadınlar gözə dəyirdi. İş görürdülər.
   Nəhayyət qızımla bərabər bir qız həyətə çıxıb evin arxa tərəfindəki, qamışdan düzəldilmiş tuvaletə getdi. İlahi... Sevincimin həddi hüdudu yox idi. QIzımı görənə qədər onun burda olduğuna heç ümüdim yox idi.
   Sevincimdən maşının siqnalına əl atıb dayanmadan basdım.
   Şofer məni saxlamağa çalışırdı
   - Bacı, nağayrırsan , camaatı duyux salasan ee...
  - Qızımın diqqətini çəkməliyəm. 
   - Amma  belə olmaz, camaatı duyux salasan. Dayan bir yolun fikirləşərik.
    Bir neçə saat da gözlədik. Axşam düşürdü artıq. Getməliydik, camaatın evi eşiyi vardı. Ailəsi uşağı ondan çörək gözləyirdi. 
    Bir gördük ikidə üçdə oxuyan iki uşaq yaxınlıqdakı dükandan çıxıdı. Aldıqlarının üstündə dava edirlər Şofer maşından düşüb onları ayırdı.
-  Nəyin şərik düşüb bala, niyə dalaşırsan?
  - Görmürsən dayı, mənim bakkuşumu alıb vermir.
   - Əə, yekə kişisən, adam da bakkuşdan oturü dava edər?  Nəyindi ə, bu sənin?
  -  Əmimoğlu.
   - Pulu kim verib sizə?
   - Əmım...
    - Deməli onun atası, həə?
   Uşaq ağlıya ağlaya başıyla təsdiqlədi... 
- Hmm deməli belə... Deməli onun atası veribsə mal da onun malıdır, ver getsin...
   - Axı əmim demişdı ki...
   -  Ala bala, al aldığın şeyləri qaç evinizə, di tezol...
   O biri uşaq qışqıraraq ağlamağa qaçan uşağın dalıyca götürülmək istədi.  Ofer onun əlindən tutub gözünün yaşın sildi. Uşaq çırpınıb qaçmaq istəyirdi. Şofer isə onun kölnün almaq istəyirdi.
   - Əə, sən kimin oğlusan bala, suyun yaman şirin gəlir maa, ağlama görüm əə, yekə kişisən, kişi ağlamaz. Kimin oğlusan? 
   -  BUrax ee...
  - Yoo, kimin oğlu olduğunu deməsən buraxmıyajam.
   - Cabirin... 
   - Buy həə... Deyirəm dəə bu uşağı harda  görmüşəm. Yadına gəlir, bala, sizə gəlmişdim ee dədənlə, oturduq yedik içdik...
   Şofer üzünə saxta gülüş verib mənə baxdı. Bayaqdan nigarançılıqla bu oyuna tamaşa edirdimsə, indi kişinin belə şit şit gülüşü əsəblərimə toxunurdu. 
   - Heç hənanın yeridir? Dostunu tapmağa vaxt tapdın? - deməkdən  özümü güclə saxlayırdım. 
    - Ə yekə kişisən, ver lindəkiləri, qoy rəddolsun getsin, ondan saa əmoğlu olmaz. Gəl gedək mən saa hər şey alacam. Uşaq hələ də  ağlamağa davam edirdi. 
   - Adın nədi ə? 
   - Cəsarət. 
   - Həə dayna, deyirəm də bu uşağın adı nəydı?  Bayaqdan dilimin ujundaydı... Cəsarət. Lap yadımdan çıxmışdı. Mən sizə gələndə cubbulu toppuş oğlanıydın ee yadında?  Sənə tapanca da almışdım ee, qara içində şarikləri zadı vardı .
   Uşağın sakitləşdiyini görüb məharətlə söhbəti firlatdı...
   - Ay Cəsi, səndən bi şey soruşum. O ev var ee... 
   - Hansı. 
   - Bu deey o ev... 
   - Hə, Məhər dayımın evı? 
   - Ay sağol, Məhər sənin dayındı?  Heç bilmirdim. 
- Hə, dayı başımı nə qatırsan,  bəs maa bakkuş alacajeydin? 
   =Alajam dana hələ bir dayan, onlarda qalan qız kimdi? Tanıyirsan onu?  Qonaq gəlib ee onlara... 
   - Neynirsən?
  - Heşnə soruşuram. 
   - SOruşma !
  Şoferin qızm haqda danışdığını görüb ürəkləndim. Maşından düşüb yanlarına gəldim. 
   Uşaq acıqlı acıqlı çırpınıb şoferin əlindən çıxıb qaçmaq istədi. Şofer cəld əl ayağa düşdü. Cibindən bir ovuc qəpık quruş çıxarıb uşağa göstərdi.
  - Bax bunları saa  verəjəm.  Get nə istəyirsən ai gəl. Sözə baxan olsan bax bunu da verəjəm saa. Gedib əmioğlunu şişirdərsən. 
   Şofer ovcunda tutduğu 1 manatı da ona göstərib uşağı şırnikləndirdi. Uşaq sevincək başın yelləyib qəpikləri şoferdən alıb dükana qaçdı. Uşaq gedən kimi şoferin üstünə düşdüm. 
    - Yanı bir şey çıxar? Nə fikirləşirsən qardaş? 
  - Bir şey fikirləşərik, narahat olma, amma bu gün yox, axşamdı, kişilər evə yığışan vaxtdır. Bu kürdləri tanımırsan. Bunların içındən qız qaçırdanın gərək yeddi başı ola.
  - Bəs neyliyəcəyik? 
  - Bir şey  fikirləşərik, sakit ol, darıxma! 
  BU vaxt uşaq dükandan çıxdı. Şofer mənə işarə verdı ki maşına minim. 
   - Ə bura gəl, qırışmal, gəla bunu da. Axı sənə söz vermişdim, 
   - Hə dayı ,ver, bir manatımı. 
   - Ala, amma gəl bura gör xalan nə deyir. 
   Uşaq mənə baxdı.
  - Bax bu xala o qızın mamasıdı dayıngildə qalan qızın. Gəlib qızını aparmağa, prostu bu dayıngilnən danışmır, dayıngil də bu qızı anasıyla danışmağa goymur. Uşaq çaş baş gah mənə, gah kışıyə, gah da evə baxmır.
  - Niyə?
  - Ə, mən nə bilim dəlidilər də...  Dalaşıblar ona görə...  Uşaq əlindəki şokaladı aça aca gah mənə, gah şoferə baxırdı.
   - İndi bilirsən neylə? Get o evə, xəlvətcə. Aygünə denən ki, maman gəlib burdadır, deynən gizlincə çıxsın həyətə anası onu görsün.  Gələ bilirsə özü gəlsin bura. Gələ bilmirsə... 
   - Hə bir də bunu ona ver. Xəlvətcə ver heç kim görməsin aa... - Deyə tələsik yazdığım kağızı uşağa verib üzündən öpdüm. Sonra da cantamdan beşlik çıxarıb ovcuna basdım
  - Get gəl bunu da xərcləyərsən  
  Uşaq sevincək qaçdlı. Heç beş dəqiqə keçmədən Aygün həyətə çıxdı. Qızlar da onun arxasınca. Qaçmağa fürsəti yox idi. Qaça bilməzdı. Evnən bizim aramız biraz vardı. Hay düşsəydi  burdan çıxa bilməzdik.
   Kağıza yazmışdım ki bu gecə cıxa biləsənsə səni gözləyək. Əgər bu geçə gələ bilməsən sabah burda ol ...
   Qızım həyətdə fırlanır, mən də maşının yanında var gəl edirdim. Nəhayyət qızım uşağın qulağına nəsə pıçıldadı. Uşaq yanımıza qaçıb dedi ki, Aygün bacı deyir səhər tezdən gəlsin, dayım evdə olmayacaq, gəlsin evə görüşək.
   Uşaq əlin uzadıb pul istəyirdi   dişində şirə qalmışdı deyəsən.
   - Baax qoçaq oğlan. Sabah tezdən  bura gələcəm. Görürsən bunu?
   Uçaq parıldayan gözləriylə əlimdəki 1 dollara baxırdı
  - Bax bu dollardı haa elə belə pul döyül,  bilirsən də.. Bax bu pula özünə avtomat da alarsan, maşın da 
    Uşaq həvəslə əlimdəkini qarmalamaq istədi. Əlimi havaya qaldırıb pulu ovcumda gizlətdim.
  - Yooo, belə olmaz. Gəl belə eliyək. Bu gün çox xərclədin. Bu pul da  sənindi . Amma  bunu sabah verəjəm. Bir şərtlə bizi gördüyünü, sənə pul verdiyimizi heç kim bilməsin. Bu beş manatı da gizlət görən olmasın. Yaxşı?  Ver o pulu, hara qoydun? 
- Cibimdə...
   - Yox ee, maman görər deyər hardan almısan bunu?  Nə deyəsən. Ətrafa baxdım. Səkinin ətrafinda əkilmiş kollara baxdım.
  - Ğəl bura. Ver burda gizlədim. Bax sabah gələcəm bura, Aygünnən görüşüm, gedəndə bu 1 dolları da qoyacam bura, yaxşımı, gəlib götürərsən. Mən də Aygünü görüb gedəcəm. Yaxşımı? 
   - Yaxşı...
   Bax mənə söz ver ki heç kimə heç nə demiyəsən!
   _Demərəm ay xala, qorxma!
   - Yox ee, belə yox, kişi kimi söz verirsən?
   - Hə.
   - Kişi sözü?
  -  Kişi sözü...
  - Aferin - Deyib  pulu kolun dibinə qoydum, üstünə də bəzək daşlarının birini qoyub uşağa baxdım. Bax pulun burda. Gəlib götürsən sabah 1 dollari qoyacam ha bax bura , xəbərin olsun. Sabah  burda ol, gedəndə saa xəbər eliyəcəm gəlib götürərsən.
    Qlşlaqdan bir başa Bərdəyə  bir otelə gəldik, yer alıb şoferin haqqını verdim. Sabah səhar 7 də burda görüşəcəyimizə sözləşdik
   Sabah başımıza nə gələcək bilmirdim, qorxurdum qaş düzəltdiyimiz yerdə göz çıxardardıq. Uşaq bizi satar. Ondan sonra mən nə edərəm? Nə olur olsun qızımı burdan çıxarmalıydım. Gələn həftə nişan taxacaqdılar. Əlimdə ovcumda olan qalan pulum xərclənib gedirdi. Bərk ayaqda qızıllarım ümüd yerim idi. Yenə də bu yetərsiz idı mən pulsuz parasız nə edə bilərdim ki? Burda hər dəqiqəm belə pul idi, qalmağa yerim, yeməyə çörəyim yox idi. Günü 50 manata taksı tutmuşdum.  Yox yox dediyim yerdə gendə 10 manat xərcım çıxırdı. Sabah da qızı qaçıra bilməsəm mən batdım daha... Türkiyə sevdasını başımdan çıxarmalıydım, Bakıya gedib taleyin yazısıyla barışıb özümü tənhalığa qapadaçaqdım. İşləyib özüm özümə baxacaqdım. Nə edə bilərdim ki, qızım ailə qurandan sonra gedib yuvasını dağıtmayacaqdım ki. Mən ancaq toyu olana qədər mübarızə apara bilərdim, yaşının az olduğunu deyərdim. Amma qynatamın qayınlarımın imkanlarının qarşısında yaşı çoxaltmaq nədir ki? Bəlkə də bunu çoxdan eliyiblər. 
   Özümü qızımsız təsəvvür edə bilmirdim. Onsuz mənim həyatımın axı nə mənası vardı ki? Yorğanı başıma çəkib hönkürərkən peşimançılıq məni basmışdı. Axı nəyim əskik idi, yaşayırdım gül kimi qızım yanımdaydı. Belə olmasaydı oxudacaqdın onu, unversitetə girəcəkdi. Yüz adamın biri olacaqdı. Axı özünün azadlığını düşünərək balanın taleyiylə oynamağa haqqın yoxdur - deyə özümə divan tuturdum. 
    Səhəri dünən dayandığımız yerdə dayanmışdıq. Cəsarət də buralarda fırlanırdı. Ovcumdakı pulu ona göstərib səbr etməsini işarə edirdim. 
   İcra hakimiyyətinin qabağı adamla dolu idi. Bu qələbəlikdə nə edə bilərdik ki? Qızım bəhanəylə ıçəri çölə girib çıxır, bizə baxır, nəsə işarə edirdi. Bilirdim o da bu böyük və həyəcanlı görüş üçün səbirsizlənir. 
    Qorxudan əsirdim. Birdən planımız baş tutmasa? Səbrim daralmışdı. Cəsarəti işarəylə yanıma çağırıb qızımın yanına göndərdim. Çox keçmədi ki, Cəsarət və üç dörd qızla bərabər evin xanımı bayra çıxdı. Ürəyim ayağımın altına düçdü. Elə bildim, Cəsarət bizi satıb.
   Burda özümü didib tökmüşkən, şofer məni sakitləşdırırdı. Bəli onlar bizə tərəf gəlirdilər. Görəsən nə baş verir? Deyib gülməkləri qorxularıma su çıləmişdi. Deyəsən marketə girəcəkdilər. Cəsarət bizə baxa baxa onların arxasınca gedirdi. Maşının  içində əyilib özümü gizlətdim. Çünki qadın məni tanıyırdı. 
   Qızlarla bərabərAygün də  marketə girdi və çox keçmədən evin xanımı Cəsarətin qolundan tutub bayra atdı. Arxasınca qışqırırdı.
   - Qələtini elə, bu qədər pulu maman verib saa, köpəyoğlu, dayan indi gəlirəm gedək mamanın yanına. Sən öl sənin əllərinə dağ basacaq, indi də oğurluğa başlamısan? 
    Demiyəsən Cəsarət  dünən gizlətdiyimiz pulu götürüb, xərcləmək istəyirmiş. Bunlar da elə biliki evdən oğurlayıb.
   Qadınla Cəsarət süpürləşərkən ara qarışıb məzhəb itmişdı. Cəsarət ağlayaraq beş manatı qadından almaq istəyirdi. Elə bu vaxt Aygün fürsəti bada verməyib marketdən cıxdı. Şofer Aygünün  qacaraq gəldiyini görüb maşının arxa qapısını açdı və özü cəld maşına minib motoru işə saldı. Aygün qaçıb maşına minərək mənə sarıldı.  Maşın hərəkətə keçərkən Cəsarət maşının qabağına keçərək qışqırdı :
   - Pulumu verin... 
    Əlimdəki dolları pəncərədən çıxarıb Cəsarətə uzatdım, 
   - Sağol kişi bala...
  Qışlağa hay deşmüşdü, qız qaçırdırlar...
     Maşınımız asfalt yolda şütüyərkən, bizi daha sora nələr  gözləyirdi bilmirdik...
____________________________________

__5__

    Bərdə avtovağzalında maşınımız dayandı.
   - Noldu?  Niyə dayandıq? Bura haradır? 
   -  Bərdədəyik. İndi hara gedəsiz? 
   - Bakıya, 
   - Bakıya? 
   - Bılet alacam ordan da Türkiyəyə. 
    - Elə bilirsiz bu asan məsələdir?  Gedə biləsiz Türkiyəyə?  
   - Niyə getmirik ki ?  Sənədlərimiz yerində... 
     - Yox onu demirəm. Bəlkə də indi sizi hər yerdə axtarışa veriblər. Adınız axtarışa düşmədən qaçıb çıxmalısız məncə, burdan Bakıya getmək, bilet alası,  uçuş nə zamana ola, nə vaxt  Türkiyəyə gedəsi... Vaxt itirmək şansınızı bağlamağa bərabərdi. 
   - İndi neyləyək biz ?
   - Burdan birbaşa Tiblisə getməlisiz, məncə, ən ağıllı yol burdur. Ordan da ya təyarəylə, ya da avtobusla  Türkiyəyə. 
   - Sənin başına dönüm qardaş, mən Tiblisi nə tanıyıram? Gedib azıb qalarıq oralarda. 
   - Azmazsız qorxma. Türkiyəyə gedib gələn Tüblisə də gedər, hələ Amerikaya da. 
   - Bəs Tiblısə necə gedəcəyik?  Sərhəddi keçməyə pasportun var? 
   - Yox ee, mənnən yox... İndi burdan sizi qoyacam taksiyə,  görək birbaşa Qırmızı körpüyə taksı var? Yoxdursa  gedib Yevlaxda düşəsiz ordan Qazax Qırmızı körpüyə çox gedir avtobuslar da, taksilər də. Çətini sərhəddi keçənə qədərdir. Sərhəddi Gürcüstana keçdız, ordan 3 4 satlıq yoldur Tiblisə. Soraq eliyərsiz deyəcəklər sizə. 
  Çıxılmaz vəziyyətdə qalmışdım.  Dil bilmirəm, bir şey eləmirəm.  Gedib Gürcüstanda nə qələt edəcəm?  
    Nəysə yenə şoferin telefonun alıb Esiyə zəng elədim, ondan məsləhət istədim. 
   - Qardaş düz deyir, bacı. Bu maşını ındı axtarışa veriblər. Yolda saxlaya bilərlər. Odurkı, ızı itirməlisiniz,  başqa maşınla gedın kı, tutulmayasız. Həm də vaxt itirmədən çıxın aradan. 
    Nəysə şofer bizi başqa maşına qoyub bir başa sərhəddə yolladı. Qızımın ayaqqabıları palçığın içındəydi. Üst başı da rahat deyildi. Yolda bır yerdə saxladıb uşağın əyin başını alıb geydirmək istəsəm də buna ürək eləmədim. Esının və şoferin xəbərdarlığı qulağımda səslənirdi. Vaxt itirmədən sərhəddi keçməliydik. 
    Yolda şoferin telefonundan Esiyə zəng elədim. Esi dedi ki, yaxşı ki maşını dəyişmisiz. Sizin qaçdığınız maşını tutublar. Şofer sizi tanımadığını deyib. Deyib ki, şofer babayam. Xaltura eləyirəm. Müştəri kimi qadın minib maşına ki, gedək qışlaqdan qızımı götürək gələk. Mən də aparıb gətirmışam. Bərdədə düşürtdüm, dedi Bakıya gedəcəyik, mən də gətirdim avtovağzala. Day ordan hara getdilər xəbərim yoxdur.
   Ürəyim sıxılırdı, birdən qaça bilməsək, birdən sərhədi keçə bilməsək. Birdən axtarışa verilsək? Sərhəddə tutulsaq?  Ay allah fikirləşdikcə havalanırdım. Qızıma bir şey demirdim ki uşaqdır, panikaya düşər, ümüdsizləşər. Amma o da mənim halımdan başa düşürdü ki işlər bizim  fikirləşdiyimiz kimi yoluna getmir. 
   Nəysə, gəlib sərhəd qapılarında düşdük. İndi nə edəcəyimizi, sərhəddi necə keçəyimizi bilmirik. 
   İki qapı vardı. Birindən çox adam gəlirdı. Biri isə boş ydi. Bilmədən çıxış  qapısindan içəri girdik, uzun koridorun sonundakı çıxışda bir əsgər bizi saxladı.Tərs qapıdan içəri girdiyimizi deyib bızı özü geri gətirdi.  O biri qapını bizə göstərdi. Əsgərdən Tiblısə necə gedəcəyimizi soruşduq. O bizi başa saldı. Əsgərə təşəkkür edıb o biri qapıya girəndə Aygün dedi ki:
  - Mama pul ver gedim su, kökə alım gəlim, acından ölürəm. 
   Özüm qapıda dayanıb, qıza pul verdim getdi. Bufetlə aram 5 6 metr ola ya olmaya.  Elə ordaca üstümdə qalan manatlarımı valyuta dəyişənlərdə dollara və türk puluna çevirdim, camaatın arasından qızımı gözlərimlə təqib edirdim. Elə bu vaxt adamların arasında yoldaşımın əmisi oğlunu gprdüm. Təlaşla camaata baxırdı. Gözümü dolandırıb ondan biraz aralıda qayınımı da gördüm. Demək izimizə düşüblər, bizi axtarırlar. 
   Qayınım taa giriş qapısına doğru gəlirdi. 
   Tez özümü camaatın arasına vurub qızımın yanına tələsdim. Qızımın qoluna gırib özümü yaxınlıqdakı tırların arasına vurdum. Girış qapısına gedə   bilmədik. Cünki qayınım qapıdan içəri girmışdı. Onlar gedənə qədər buralarda gizlənməliydik.
   - Noldu ana, bir şey olub?
    - Əmingil burdadılar, gəl gəl bura gizlənməliyik...
   - Ayy allah...  Ana mən özümü öıdürəcəm bunların əlindən, bezmişəm day... Vallah öldürəcəm
   - Öldürməyəsən. Eşidirsən? Gözəl şeylər fikirləş ki gözəl olsun.  Gedəcəyik burdan. Sən hamıdan gözəl olasan. Oxuyacaqsan. Adam olasan...
   - Yuxu görürsən sən...
   - Gəl!
   Bir tırın arxasına keçıb ordan onları izləyirdik. İkimiz də həyəcan və qorxudan ölürdük. Əmoğlu tırlara tərəf gəlirdi.  Tırların arasına, altına üstünə baxaraq bizi axtarırdı. Yerımızı dəyişməliydik. Elə bu vaxt kimsə qolumuzdan tutdu.  Ürəyimiz ayaqlarımızın altında guppuldayırdı. Geri dönməyə halımız yox idi. 
   Özümüzü ələ alıb geri dönəndə, qarşımızda div  kimi yekəpər və qorxunc bir adam gördük. Demiyəsən bu adam yanında dayandəğımız  tırın sahib imiş . Əl ayağına düşüb yalvardım ki :
    - Abi, yalvarıram, bizi gizlət, bizi axtarırlar öldürəcəklər bizi.
  Kök dolu, sarışın, saçlı saqqallı adam bizə çaşqın çaşqın baxırdı. 
   - Kİmden saklanıyorsunuz polisdenmi? 
   - Hayır... hayır efendim. Evden kaçmışım, kocam oldü, abi, kızım çoçuk amma onu başlık parasına sevmediyi biriyle mecbur evlendiriyorlar. Kızım ufak abı. Daha öğrenci o... Rica ediyorum abı. Biraz karışık ve uzun konu... Bizi saklarmısın  bi yerde, sınırı geçelim. Yalvarıyorum abi. 
   Donub əmoğluya baxdım, düz üstümüzə gəlirdi. Kapşonu başıma sıxıb qızımı bağrıma basaraq üzünü gizlətmişdim.  Qızım hıçkıraraq ağladı. Əmoğlunu adama göstərdim. Abi, geliyorlar, abi, nolursun, sakla bizi yalvarıyorum. Sankı bu qorxuc divin ürəyinə rəhm düşmüşdü.  Önümüzə keçıb bizi arxasında gizlətdi. 
   Tır şoferi boylu buxunlu dağ kimi yekəpər bir kişiydi. Mavi gözlü sarışın uzun qıvırım saçları, şortık, və tərdən saralmış maykası onu kinolarda gördüyüm amerikan bomoşlarına oxşadırdı. Qorxunc bir görkəmi vardı. Əslində onun  bu tipi bizi qorxuzurdu . Amma nə etməli, boğulan adam saman çöpünə pənah gətirən kimi biz də bu qorxunc  adama üz tutmuşduq. Kışı hələ də qolumu buraxmırdı.  Bizi tırın yan tərəfinə ötürdü. Qaçmaq isterken arxadakı tirların arasında qayınımı gördüm. Özümüzün tırın böyük təkərlərinin arasıa saldıq. Qaçma şansımız yox . Önümüzdəki tır  getmişdı, növbə bu tırda idi. Arxadakı tırlar işə düşmüş, mazutun dumanı bizi boğurdu. Bizim yanında dayandığımız tırı tələsdirirdiler. 
  Adam maşının yanına kecdiyimizi görüb 
- Haydı çıkın yukarı - deyə əmr etdi. 
   Maşının altından çıxıb sağa sola baxdım. Qıza kömək edib  kuzinaya çıxartddım. Qapını açmaq istədi, açılmadı. Dönüb arxaya baxdım. 3 4 tır o tərəfdə bizi axtaran qayınıma baxdım. Deyəsən bizi görmüşdü,  qaçaraq bizə tərəf gəlirdi. 
   - Tez ool Aygün əmin gəlir, tez ol aç qapını... 
  - Açılmır ana açılmır... Allah bəlasını versin... 
   Elə bu vaxt tırın motoru işə düşdü və şofer içəridən qapını açdı:
   - Haydı çabuk olun, çabuk 
   Tələsik maşına mındık. Maşın hərəkətə gəldi. Şofer nə edəcəyimizi bizə başa salırdı.
  - Şimdi sizi bak orda bırakacam. Sizi içeri götüremem. Araba rontgene girecek. Arabada yabançı olması yasak anladınız değilmi ?
   Qorxu içətisinfə başımızı yellədik.
  - Haydı, şimdi inin, koşun. Sınırı gecın ötede beni bekleyin tamammı? Haydı çabuk çabuk... 
    İkimiz də maşından yerə atılıb giriş qapısına qaçdıq. Qayınım bizi səsləyə səsləyə  arxamızca qaçırdı...
   Dar uzun koridoru qaçarak keçıb pasport geydiyyatına girdik. İrəlidə beş altı adam vardı, sıra gözləməliydik. Qayınım hələ bizə çatmamışdı. Qızımın əlindən tutub gözləmə zalındakı marketə girdik. Piştaxtların arasına keçıb mallara baxırmış kimi böyük şüşələrdən bayra baxdım. 
  - Sakit ol qızım, sakıt. Mənə bax, özünü şübhəli aparırsan aa, sakit ol   qorxma. Keçəçəyik sərhəddi. Ondan sonra qurtarırıq bu xarabadan . Eşidirsən, qorxma. 
    Satıcı bizə yaxınlaşıb müştəri kimi  bizimlə maraqlandı.
   - Su alacaqdıq, bir də burda tuvalet var? 
   - Əlbəttə, tuvalet marketin arxa tərəfindədir, burdan keçın! Sular da burda.
   - Sağolun. 
    Cibimdə qalan  qəpik quruşa maqazindən su alıb qapıya yaxınlaşdıq. Qapıdan ora bura boylandım. Qayınım düz pasport qeydiyyatının yanında idi. Ordan Gürcüstan tərəfə boylanırdı.  Yəqin  fikirləşib ki, qeydiyyatdan keçmişık 
    Qızımın rəngi qorxudan sap sarı saralmışdı. Qoluna girib tuvaletə dartdım. İçəri girər girməz suyu açıb  üz gözünə su vurdum. 
   - Eşidirsən məni Aygün, yolun çətinin keçmişik, toxtaq ol?! Burda gözləyəcəyik, rədd olub getsinlər, biz də gedək. İnşallah sənədlərdə problem çıxmaz. Çıxsa belə qayıdacağıq Bakıya, qorxma səni onlara vermərəm, ana qurban. Qayıdıb sənədləri yoluna qoyacağıq, çıxıb gedəcəyik. Eşitdin? Hər yer kameradır bura, şübhələnərlər. Soyuqqanlı ol biraz. Özünü qorxuzma, qadan alım. 
  Qızı bağrıma basmışdım ki qız qollarımın arasında su kimi axdı...
  -  Aygünnn...
    Qışqırdım... Tuvaletdəki qadınlar başımıza toplandı. Köməkləşıb unitazın birində qızı oturtduq. Kimsə qadınlardan biri dərman verdi. Üzünə, sinasınə su vurduq... Handan hana qız özünə gəldi.
   - Keçdi mama qurban, ölüm qabağında, keçdi, balam. Özünə gəl. Bax heç nə yoxdu. Anan qurban Aygün, niyə belə eliyirsən?
  Aygünün özündən keçməsi məni qorxuzmuşdu. Özüm də ondan betər həyəcan və qorxu içindəydim.
   - Yaxşısan? Eşidirsən mamoş, indi çixib baxıram. Sənə işarə verən kimi gəl. Yaxşımı? Əgər qırılmışlar rədd olub getməsələr, 2 gün də olsa  burda gözləyəcəyik, eşitdin, mama qurban ? Burdan çıxmırıq, amma gedəcəyik. Burda gözlə.
   Qapıdan boylanıb baxdım. Deyəsən getmişdilər. Bu dəfə içəri millətlə dolub daşırdı. İndi camaata qarışıb itmək  asan olacaqdı .
   Qapıdan içəri boylanıb Aygünə işarə verdim. Camaatı yara yara irəliyə getdik.
   - Bir dəqiqə xanım yol verərsiz, biz avtobusumuza gecikdik... Maşınımız keçib. Qardaş yoldaşlarımız kecib, bir birimizi itirməyək, xahiş edirəm, bizə yol verin. 
    Aygünə tapşırmışdım ki, geri baxmasın, geridə tanış adam görərsə yenə halı dəyişəcəyindən qorxurdum.
   Və nəhayyət... Pasport qeydiyyatı... Problem çıxdı... Ürəyim ayaqlarımın altına düşdü. Qızımı keçirtmək üçün atanın icazə kağızını istəyirdilər.
  -  Qardaş atası yoxdur, ölüb, rəhmətə gedib ...
   -  O zaman  uşağın vəlayət kağızını  və  atanın ölüm haqqında şəhadətnaməsini göstərin.
   İki il bundan qabaq bilmirəm nə olmuşdursa məhkəmədən qızıma vəlayət kağızı almışdım. Allahından elə alan gündən kağız cibdanımın bir gözünə qoymuşdum. Amma bu kağızı hara qoyduğumu tamamılə unutmuşam. Birdə bu gəlişimdə hər ehtimala qarşı fürsət tapıb geydiyyat şöbəsindən yoldaşımın ölüm haqqında şəhadətnaməsini itirdiyimi deyərək təkrar çıxartmışdım. Şəhadətnamə üstümdəydi. Amma vəlayət kağızı ağlıma gəlmirdı.
  İndi yalvarıram polislərə ki, bizi keçirdin. O boyda yolu bura qədər gəlmişik...
   Kimdir məni eşidən...
  Kor peşıman sənədləri cibdanıma goyub geri dönəcəkdik ki, güzdanın digər gözündəki kağız gözümə sataşdı. Açıb baxdım. Ay allah, mənim bu sevincimin qarşısında nə dayanardı ki? 
   Kağızı məmura uzatmışam, sevincimdən dilim söz tutmur bir kəlmə danışam. Kontrol kameralarına baxanda gözlərimdən yaş süzürdü...
    Nəhayyət sənədlərimizə möhür basıb özümüzə qaytardılar. Keçməmizə  izin verdilər. Pasport geydiyyatından keçıb Gürcüstan tərəfdə camaat arasına qarışıb sıraya dayanmışdıq ki, qayınımın səsi zalı başına götürdü. Bizi səsləyirdi... Qızımın qoluna girib pıçıldadım.
   - Baxma ha, özünü bilməməzliyə vur. Guya bizi çağırmırlar, yaxşımı, qorxma, sakit ol. Bax sərhəddin bir addımındayıq biz Azərbaycanı  çıxmışıq, bizə heç nə edə bilməzlər. Eşidirsən? Gəl, qorxma...
    Qayınım isə qoruma dəmirlərinin arxasından qışqır bağır salmışdı. Geri dönüb baxmasaq da bütün diqqətimiz ondaydı. Deyəsən polislər onu tutub aparırdılar. 
   Neytral zonada Gürcüstan adını və bayrağını görəndə dərindən nəfəs aldım. Artıq Azərbaycandan çıxmışdıq. İnşallah, Gürcüstan tərəfdə problem çıxmaz... 
   Dönüb geridə Azərbaycan sərhəd kontrol binasına və dalğalanan bayrağımıza baxdım. Boğula boğula qalmışdım.  Vətənə gəlişimdə belə kövrəlməmişdim heç, gedişim ürəyimə dağlar basırdı... 
     Gürcüstan pasport geydiyyatını keçəndə, ana bala bir birimizə sarılıb yerimizdə atılıb düşürdük...
___________________________________

__6__

    Sanki nəfəsimiz genişlənmişdi. Sevinc içində bol bol nəfəs alırdıq. Sərhəd qapılarının yaxınlığında coxlu tırlar və maşınlar var idi. Camaat qarışqa kimi qaynaşırdı. Pasport qeydiyyatından keçən insanlar burada  öz avtobuslarını gözləyirdılər. Camaatdan Tiblisə və ya  Türkiyəyə necə gedəcəyimizi soruşduq. Hərə bir söz deyirdi. Kimi deyirdi burda gözlə, Azərbaycandan gələn avtobuslarda bəzən boş yer olur, kimi deyirdi burdan Tiblisə avtobuslar gedir, çoxu da məsləhət görürdü ki, burda vaxt itirməkdənsə taksıylə getməyimiz yaxşı olardı.
   Düz deyirlər. Gün əyilirdi, gec olmadan Tiblisə çatmalıydıq, orda otellərin birində ya da avtovağzalda gecələyib səhər Türkiyəyə çıxmalıydıq. Üstümdə pul da az idi. Gürcüstan - Türkiyə qiymətlərini bilmədiyimiz üçün  qızıllarımdan birini satıb ehtiyyat pul etməliydim. Beynimdə planlarım çox idi, amma nəyi necə edəcəyimi bilmirdim.  
   İki avtobus gəldi, maraqlandım, Rİze Trabzona qədər boş yer yox idi. 
    - Arada bərədə Gürcüstanı keçənə qədər belə gedə biləcəksinizsə minin. Rizədə bir nəfər düşəcək.  Trabzondan sonra rahat gedəsiz - dedi şofer. 
    Avtobus sabah tezdən, səhərə yaxın Türkiyə sərhəddində olacaqdı, o vaxta qədər ayaq üstə, ya da avtobusun  pıləkəndə oturaraq, sallaşa sallaşa necə gedə bilərdik? 
   Sağa sola baxdım. Biraz irəlidə marketin qarşısında taksilər dayanmışdı. 
    - Gəl, ana qurban, gedək bir kalbasa çörək alaq, acından öldün, axşam düşür. Sonra görək neynirik.
   Marketin yanındakı balaca kafeni görüb sevindik
   - Gəl ee, Gürcüstanda olasan bir xaçapuri yemiyəsən? 
    Marketdən kolbasa, çörək  və fanta alıb kafeyə kecdik. Adama iki xaçapuri sifarış verib oturduq. Süfrəmizi açıb çorəyin arasına kolbasa qoyub qıza verdim.  Xaçapurilər də gəldi, çay da...
  Ana qız oturub şirin şirin deyə gülə yeməyə başladıq. Gözlərimizə işıq gəlmişdi elə bil, yediyimiz çörək ağzımızda bal dadırdı.
   Çörəyimizi yeyib qalan yeyəcəkləri çantama qoydum. Süfrəni topladım. Bir dənə də çay sifarış verib tuvaletə kecdim. Çıxanda gözlərimə inanmadım. AYgün yox idi.
   Qayıdıb tuvaletə baxdım, sağa sola boylandım. Elə bil iynə olub yerə düşmüşdü. Qız yox idi.  Dəli kimi içəridəkilərdən qızı soruşurdum. Dedilər bayra çıxdı. Qapıdan boylandım. Şükür burdaymış.. Kafenin yanındakı arxın üstündə dayanıb suya dalmışdı. Mane olmaq  istəmədim. Asan deyildi sevdiklərindən, dostlarından ayrılıb başqa tanımadığı yerə getmək. Xəyallarımızı gözəl gurmuşduq, amma görək həyat xəyallarımızdakı kimi davam edəcəkmi? İçəri girib oturdum. Çayımı içərkən hesabı da istədim.
    Gec idi getməliydik. Burda vaxt itirmək olmazdı. Çantamı çıynimə asırdım ki bayırdan qışqırıq səsi gəldi.
   Təşviş içındə dönüb baxdım, qayınım idi. Aygünün qolundan tutub söyə söyə dartırdı. Onun sərhəddi bu  tərəfə  keçəcəyi ağlıma gəlməzdi.
  Dəliyə döndüm :
   - Burax balamı, burax!
   Qayınımla süpürləşirdim. Bir allahın qulu bizi ayırmırdı. Hələ utanmaz utanmaz telefonla çəkirdilər.  Nu da bizimkilər.
   Qayınım solaxay idi, gözümün üstünə necə ilişdirdisə yerimdə ilan kimi qıvrıldım, gözlərim qaraldı. Özümə gələndə qayınım Aygünü qışqırda qışqırda giriş qapısından içəri salırdı. Yerimdən qalxıb "polis, polis" deyə çığıra çığıra onların arxasınca qaçdım. Elə bu vaxt hardansa o qorxunc tır şoferi peyda oldu. Qayınımın qolundan tutub nəsə deyirdi. Bir onda gördüm qayınım palaz kimi yerə sərildı. Qızın qolundan tutub onu tıra tərəf dartaraq mənə də gəlməyimi işarə etdi.
   Qaçıb tıra mindik.
   Bizim tırın önündə başqa tırlar da var idi. Buna baxmayaraq o tırların çərgəsini pozub yola çıxdı. Maşının bir küncündən asılmış telsizi  götürüb kiminləsə danışdı.
   - Abicim  müsafirlerim var, ben çıkmak zorunda kaldım. Sizi köprüde bekleyecemğim...
   Elə sərhəddən 15 20  metr aralanmışdıq ki, polislər bizi saxladı...
    Hamımızı şöbəyə gətirdilər, Qayınım da orda idi. Qayınım rusca bilirdi,  biz isə yox, istədiyi kimi polislərə istədiyi ifadəni verirdi. Mən isə "Ya niznayı ruskiy" deyə deyə qalmışdım. 
  Bizi nəzarətə atdılar. Birazdan iki polis qızımı gəlib aparanda səsim nəzarəti başına götürdü. Hansısa rus kinosundan ağlımda qalmış "Pomaqı mne, stoy, on maya doç"  kəlmələrini deyib qışqırırdım.
Kim idi məni eşidən. O biri kameradan tanımadığım tır şoferi məni sakitləşdirirdi.
   - Korkma ablam, ifadesini alacaklar, sakin ol!
  Qayınım o biri kameradan həm şoferi həm məni  pis pis kəlmələrlə məni söyrdü. Tır şoferiylə əməlli başlı dil savaşı çıxmışdı. Çox keçmədi qayınımı da apardılar. Qayınımı aparanda dizlərim büküldü. Elə bildim qızımı ona verib ölkədən çıxardacaqlar. Hələ də "on maya doç, Aygün maya doç, pomaqii" deyib imdad edirdim...
    - Sus be kadın ifade alıyorlar, diyorum sus!  Yok bi şey, kafam şişti. Böyle yapmakla işleri daha da zorlaştırıyorsun. Sus allah aşkına, bi sus
   Adamın hökmranlı səsi  məni elə bil silkələdi. Kəsdim . Dəmir skamekanın üstündə oturum hönkürtüylə ağladım.  O isə acığını dəmir  qapıdan çıxarırdı.  
   - Allah kahretsin, allah kahretsin...
   Səsimi içimə saldım. Adamın əsəbi, hökmü məni qorxuzmuşdu. Belə baxanda yaxşı ki bizi söymürdü. Yazığın durduq yerdə başını bəlaya salmışdıq. Yazıq çörəyindən olmuşdu.
  - Özür dilerim abi, ne diyeceyimi...
   - Ohh neala... Ohhh
  - Abi...
  - Sus kadın konuşma bi ...
   Qapı açıldı, onu da apardılar. Qaldım tək. Bayırdan xəbərim yox idi. Qapının o tərəfində nə baş verirdi bilmirəm.  Bir saatdan çox idi ki, burdaydım. Az qalırdı ürəyim partlaya. Bayra gedənlər qayıtmırdı ki, görək bir nə var nə yox...   Nəhayyət sıra mənə də gəldi.
    Bir otağa saldılar. Çox keçmədi bir qadın bir  kişi gəldi.  Kişi mənimlə üz üzə oturub sənədləri açdı.
  - Mehralıyeva Nahidə, Rəhman qızı?
  Adamın azərbaycanca danışdığını görüb sevindim.
   - Qardaş başına dönüm,  o mənim qızımdır, məcbur ərə veririlər. Mən Türkiyədə yaşayıram. Eşitdim gəldiım...
   - Ay xanım adınızı soruşuram. Kim kimi ərə verir yox. Suzlıma cavab verin!
    Nəysə sualları cavabladım İfadəmi verdim. Çantamı tələb etdim.
   - Mənim sənədlərim qaydasındadır. Yoldaşımın ölüm kağızı, qızımın vəlayəti məndədir.
   - Xanım, qızınızı xarıcə çıxartmaq üçün məkəmədən kağız almalısız ailəsinin icazəsi olmalıdır.
   - Ailə deyəndə kim?  Onun ailəsi mənəm.
   - Azərbaycanca başa düşmürsüz?
   - Axı nəyə görə mən qızımın sahibi ola ola, niyə camaatdan icazə almalıyam? Axı onlar mənim də qızımın da düşmənidir, bizi süründürmək istəyirlər.  Başa düşmürsüz məni? İndi onlar var deyə biz azad yaşaya bilmərik?
    Nə başınızı ağrıdım , yalvardım yaxardım o məmura, işimiz qaldı sabaha. Sabah məhkəmə olacaqdı...
    Hərəmizi ayrı ayrı kameraya salmışdılar. Heç kimdən xəbərim yox idi.
    Səhəri məhkəmə binasına gətirdilər bizi. Qayınım, qızım və mən... Tır şoferi yox idi.
  Sənədlərim qaydasında idi. Qızımın vəlayəti üstümdə olması işimə yaramışdı. Mənim sözüm keçırdı. Amma bizi elə belə buraxmayacaqdılar. Cəriməmiz var idi.
    Üzərimdə pulum az idi. Cəzamızı ödəmək üçün qızıllarımı satmalıydım. Çəzamızı ödəməsək ölkədən çıxa bilməzdık.
    Bizi danışdıran Azərbaycanlı müvəkkildən xahiş etmışdım ki, bizim güvənlıyimizi qorumaq üçün qayınımla bizi eyni vaxtda  çıxartmasınlar, çünki qayınım bizə çöldə rahatlıq verməyəcəkdi. 
   Sağolsun  təhlükəsizliyimizi təmin etdi .
    Məhkəmənin çıxışında gözümə inanmadım. Tır şoferi və başqa iki nəfər bizi gözləyirdı...
      Bu qürbət eldə elə bil əzizlərimə qovuşmuşdum. Elə sevinirdim ki...
    Elə orda tanış olduq.  Kerim abi, tır karvanının kapitanı,  Ege - cavan oğlan Fatihin- yani bizim tırçının qardaşı imiş...
   Bizdən bir ehtiyyacımız olub olmadığını soruşdular.
   - Allah razı olsun abi. Size nasıl təşəkkür edəcəyimizi bilmirem. Bi şeye ihtiyyacımız yok.
    - Eee, napacaksınız?
   - Burdan Tiblisə gedeceyik, orda cezamızı ödeyeceyik...
   - Peki... Paranız varmı?
   Qızıllarım var demək istədim. Özümü güclə saxladım. Düşündüm qızıllarımızın olduğunu bilib üst başımızı soyarlar.
   - Bulurum ben...
  - Nerden bulacaksın? 
  - Bi iş arkadaşım var. Arayacam onu o yollar.
  - Ya yollamasa...
- ...
  - Gel !
   - Abi, burdan telefon çekmez değilmi, nasıl araya bilirim? Arkadaşımı arayacaqdım da...
   - Nerye?
  Türkiyəyə
   - Rominq oldunmu sen?
  - Yok, o ne? Hiç bilmiyorum nə olduğunu. 
   - Hmm... Tamam o zaman... Al benim telefonumdan ara.
   Telefonu alıb bir kənara çəkildim. Mənimkini yığdım. Cavab vermədi, iki dəfə də zəng etdim. Olmadı.Səbirdən çıxmışdım. Əsəbi halda yerimdə var gəl edib təkrar təkrar nömrəni yığırdım. Bu arada qızım Egeylə bir kənara çəkilib xısınlaşırdılar. Ona him eləyib oğlandan aralaşmasını istəsəm də məni vecinə almırdı.
   - Gel abla, bız sana yardım ederiz. 
   - Sağolun, amma biz gidecez.
   - Gel abla, bizden sana zarar gelmez. Gelseydi zaten geceni karakolda keçırmezdik bi yabançı içın. Mağdur durumda kalan çaresiz, hem de bi kadını burda bi başına koyup gitmek vıijdanımız kaldırmıyor. İzin verseniz Tıblısa kadar sıze yardımçı oluruz...
    Tərəddüd içərisində qalmışdım. Nə qərar verəcəyimizi bilmirdim. Dönüb yaxınlqdakı taksiyə baxdım. İndi dil bilmirəm, nə deyəcəm taksiyə, necə qiymət sözlşəcəm.
   - Seni anlıyoruz abla, korkuyorsunuz, amma korkmanıza gerek yok, vijdanıma yemin ederim. 
   - Biz hallederiz... - Deyib qızın qolundan tutub  taksıyə tərəf çəkdim
   Onlar da bir şey demədən başqa taksiyə mindilər. Taksı yerindən tərpəndı. Bız də o biri taksiyə yaxınlaşıb şoferə  salam verdim. Elə bu vaxt  məhkəmə binasının qarşısında qayınımı gördüm. Tez taksiyə oturub ana yola çıxmaqda olan o biri taksini göstərdim.
  - Davay, bıstro bıstro- deyə deyə taksini onu təqib etməyi başa salmağa çalışdım.
Şofer  taksini barmağıyla göstərib rusca nəsə soruşdu. Başa düşməsəm də
   - Da , bıstro, davay - deyib cavab verdim.
   Qəsəbənin çıxışında tır karvanı gözə dəyirdi. Onlara yaxınlaşdıqca üzüm gülürdü.
    Taksinin hesabını verib aşağı endik. Bizi ilk görən Ege oldu. Sevinclə qışqırdı.
   - Abi geldiler...
    Yola çıxmışdıq artıq. Ege ilə mən öndə, qızım isə pərdənin arxasında yataq yerində.
   Belə sözləşmişdik ki  bizi Tiblisdə  düşürsünlər. Çox keçmədi ki, telsizdən səs gəldi.
  Hazırlanın kahvaltıya...
  Tırlar bir yanacaqdoldurma məntəqəsiniə  həyətinə girərək park etdilər. Məlum oldu ki, o biri tırlarda iki qadın da varmış. Söhbət əsnasında məlum oldu ki, həmin qadınların biri azərbaycanlı biri də gürcüdür. Əxlaqsızlıqla məşğul imişlər. Bu vaxta qədər bu şoferlərdən qorxmurdum, amma indi qorxmağa başlamışdım , özümdən yox qızımdan. Qız uşağı idi, birdən  bizi də onlardan biri bilsələr, birdən əl qol atsalar, çölün düzündə maşını saxlayıb zorlasalar...
   Nə qədər gec deyil bunlardan ayrılmalıydıq.
   Qadınları axtardım yox idilər. Fatihə baxdım.
   - Abi, o qadınlar hara getdilər? 
   Fatih gülümsünüb qarşıdakı binanı göstərdi.
  - Çalışmaya
   - Burda mı çalışyorlar?
    Fatıhlə bərabər o biri şoferlər də güldülər. 
  Kimsə gülərək :
  - Yoo tırda çalışıyorlar, motele dinlenmeye gittiler.
   Mənimlə belə zarafat etməsi mənə toxunurdu. Qaşqabağımı töküb, adama çəmkirdim.
  - Ahlaksız, haddını bil!
  - Bilmezsem nolur?
   Əsəbi halda gözlərimi bərəldim adama qışqırdım.
   - Ağzını yırtarım, beni başkalarıyla karıştırma. Tanıyormusun benı benimle böyle şaka yapıyorsun?
  Kapıtan adamın üstünə qışqırdı, ordan qovdu. Adam dilinin altında mızıldana mızıldana bozdən aralaşdı.
  - Abi, bizi burda tutamazsınız. Bir taxsı çağıralım, bırak gidelim. 
   - Seni o kadar güzel anlıyorum ki, bacım. Korkmakta haklısın. Bu kadar erkeklerin içinde... Amma korkmana gerek yok. Allah sizi seviyor, sevmeseydi ilk baştan sizi Fatih gibi dürüst, namuslu bir adamla karşılaştırmazdı. Onun yanında güvenlisin korkma. Kimse sana ve kızına bi kelme dahı söyliyemez..
    Burda tırlar çox əyləndilər  maşınlar kontroldan kecirdi, matorunu, təkərini yoxlayırdılar. Kimisi maşınında yatmışdı. Yeməkdən sonra Fatıh bizi maşına gətirdi
   - Siz geçın dinlenin, biz iki saat sonra yola çıkacaz. Arkadaşların dinlenmesi lazım. İrelide çok uzun yolumuz var.
   Arxadan blr adyal çıxarıb oturacağın üstünə qoydu. Maşının pərdələrini çəkdi.
    - Haydı size iyi dinlenmeler.
   - Bes siz? 
   - Beni boş verin... He bu arada, ceza kağıtınız nerede?
  - Bende.
   - Verırmısınız? Ben Şehıre inicem, bır sorayım bakalım nerde ödeyecez dıye, benım de cezam var ya.
   - Ayy, gercekdenmi? Çox üzüldüm özür dilerim, başınızı belaya saldım.
   - Ee napalım başa gelen çekilir.
    - Madem şehire ineceksiz, biz de sizinle gele bilirmiyiz.
  - Olur... Ama neden?
   - İşim var, hem arkadaşımı arayacaktım...
  - Tamam olur.
  Arxa tərəfin pərdəsini qaldırıb  Aygünə baxdım.
  - Aygün, dur qızım, gedirik...
   - Aa çoçuğu rahatsız etmeyin, zaten dünkü stresi canından atmamış kızcığaz. Brak dinlensin.
  - Ben onu burda yalnız koyup gidemem...
   - Korkma, güven bana. Bak kapıyı bağlayacam. Perdeleri de çekecez kimse onu rahatsız etmez. Hem kaptan burda olduktan sonra...
    - Yok... Kurban olum, israr etmeyin. Hem belki, şehirden bir araba bula biliriz,  kendimiz gedərik sizə də zəhmət olmasın.
   - İyi  tamam o zaman...
    Fatıh Eğeyə  bəzi təlimatlarını verib yola çıxdıq. Şəhər beş - on dəqiqəlik məsafədəydi. Arada Fatıhin telfonunu alıb Mənim başı batmışıma zəng edirəm, cavab vermidi. Fatihden icazə alıb ona mesaj yazdım. Nəhayyət mesaja cavab geldi.
  - Ara, bekliyorum.
    Fatıhden üzür istyib bir kənara çəkildim.
    Başıma gələnlərin qısa özətini ona danışacaqdım ki, hər şeydən xəbərim var dedi.  Yüz faiz Esigilnən danışmışdı. Bəs xəbərin varsa niyə mənə bir şey yazmırsan deyə soruşduğumda "başımın belası azmı sankı, bi de seninle uğraşıyım" deyəndə elə bil məni güllə ilə vurdu. Və telefonu kapatdı. Dəliyə döndüm, telefonu üzümə bağlamaq nə demək? Əlim əsə əsə təkrar nömrəni yığdım. Çavab verməyincə səki öz nəzərimdə Sedo dayının telefonunu yığacaqdım. Çaşıb öz nömrəmi yığmışam. O da kapalı. Nəysə təkrar bunun nömrəsinı yığanda  bu dəfə açdı. 
    - Bu ne demek ? Benim senden başka kimim var, biz arkadaş deyilmiyiz, Murat senin derdin, benim derdim senin değilmi? 
   - Bak Nahide, ben seni seviyorum, sana da kızına da sahip çıkmak boynumun borcu. Ama senin orda bırakıp geldiyin sorunlar beni ilgilendirmez. Kızını dedesi babannesi evlendiriyosa ne karışıyorsun, bi çoçuğu zorla alıp getirmek ne demek?
   - Sen ne konuştuğunun farkındamısın? Senin dediyin çoçuk benim özbe öz çoçuğum, canım, can parçam... Kendin diyorsun çoçuk... O çoçuk daha. Ben çoçuğumu  onlara harcarmıyım?
  - Of yaa of...
   - Ne of ne? Ne demek istiyorsun, daha Türkiyeye gelmedik çarkımı değişyorsun?
    Səsimi qısa qısa danışsam da Fatih de, qızım da bir şeylərin tərs getdiyinin fərqindəydilər.
   - Ben bi şey demedim yanlış anladın. Biliyorsun benim daha mahkemelerim bitmemiş, eski karım her şeye bahane bulup, bana dava açıyor. Bi de seni duyarsa, sana yardım etdiyimi duyarsa, hele kaçak kızını burda sakladığımı duyarsa beni insan kaçakçılığında ittiham etmezmi? 
   Bacardığım qədər mülayim danışmağa çalışırdım. Çünki möhtac və çarəsiz idim. Bu neçə ayda mənə heç nə etməsə də  mənəvi dəstək olmuşdu. Sığınacağım, tutunacağım tək adam o idi. 
   - Şimdi ne diyorsun, gelmiyelimmi?
  - Sen gel! 
  - Ne demek ya, sen gel? Kızım? O gelmesinmi? 
   - Gelmesin! 
   - Allah senin belanı versin... Allah seni  bildiyi kimi etsin... 
  - Nahide, bak canım... Ne güzel günlerimiz vardı. Brak kızın qalsın orya. Gel hayatımızı yaşayalım, eskisi gibi... 
   - Ben yerimden yurdumdan kendi keyfime kacmadım salak adam, kızım için kaçdım, kızımın özgürlüğü için kaçdım. Ben bir gün görmedim kizim görsün diye kaçdım. Bütün bunları seninle konuşmuştuk biz. Anlaşmıştık, noldu şimdi...
   - Nahide, bunları burda konuşmayalım, üzbeüz görüşsek olurmu? 
  - Allah belanı versin, Allah belanı versin... 
   - Noldu ana? Sakit ol, noldu?
   Qızıma cavab verə bilmirdim. Telefonu söndürüb yerə çökdüm. Dizlərimi qucaqlayıb ağladım.
   - Haydı kalk geç kaldı kalk gidelim.
 Fatih telefonu elimden alıb yaxınlıqdakı banka girdi. İxtiyarsız olaraq biz də onun arxasınca düşdük. Fatıh öz pulunu ödədi.
   - Ceza kağıtını verirmisin? 
   - Kağızla beraber qoynumdakı qızılları da çıxardım. Barmağımı kağızdakı rəqəmin üstünə qoyub yarı rus azərbaycanca 
   - Denqı netu, zolotoy yes. Naruşeniyanı  zolotoyla ödəmək  mojna?
   Bank işçısi əliylə yox işarəsi verib Fatihə baxdı. Fahıh cibindən bir topa  pul çıxarıb çəzanı ödədi.
   Ona necə təşəkkür edəcəyimi bilmirdim. Qəribə hisslər yaşayırdım. Həm əsəbiydim həm duyğusal. Qanı qaralmışın ucbatından kişi tayfasına nifrətim iki qat artmışdı. Fatıh özü üçün kıçık alışveriş edib bizim istəklərimizi soruşduqca özüm özlüyümdə Fatihin bizə niyə yaxşılıq etdiyini sorğu sual edirdim. Sualımın cavabını mənfi enerjiylə cavablayırdım. Yəqin gözü düçüb, suluxdur. Bu qlrılmışlar arvad tayfası görəndə canlarından keçərlər. Allah qırsın bunları.
  Deyə özüm özümə danışırdım. Daha kişi tayfasına inamım qalmamışdı.
   Bankdan çıxıb, Fatihə baxdım. Hər şey için çox teşekkür edirem abi. Nolursun bizi burdan yolla gidelim. Rica ediyorum.
   Saata baxdı. 
- Gel hele, bu saata  burdan Tiblise otobus bulamazsın.
   - Taksiyle gideriz.
   - Taksi güvenilirmi?  Hem üstünde bu kadar altınla- qınayıcı baxışlarla məni süzdü - Bı de yabancı...Her kese güveniyorsun da, bi bana güvenmiyorsun.
  - Kusura bakmayın, kimseye güvenmiyorum.
  - Kınamıyorum...  Bu güvensizliğın sebepini anladım. Arkadaşına güveniyordun, o kadar aramana yazmana rağmen sana cevap bile vermedi, sonunda ağlattı. Ben kimseni ağlatmam, adaletsizliye dayanamam, ağlatanı ağlatırım.
   Qızıma baxdım kızım məni qucaqladı.
   - Qayıdaq geri, ana?
   - Hara Azərbaycana?
  - Hə...
   - Orda nə edəcəyik?
   - Gedək Bakıya ev tutaq, mən də işləyərəm...
- Bakıya getmiyəcəyik!  Mən sənin üçün dabanıma tüpürüb qaçmışam. Səni yaşatmaq, səni xoşbəxt etmək üçün. Mən bunun üçün hər şeyə hazıram... 
   Qızımda dolmuşdu, qucaqlaşıb ağlarkən Fatıh bizi tələstirirdi.
   - Haydı, çabuk, olun, bizi bekliyorlar...
____________________________________
___7___

   Tiblisə çatanda axşam idi. Şəhərin girişində mi idi, çıxışında mı idi, bilmirəm, onların dayanacaq yerləri var idi. Burda şam yeməklərini yeyib, dincələrək, maşınlarını kontroldan keçirəcəkdilər. Onlar üçün ayrılmış  bəlli bir saatdan sonra yola düşəcəkdilər. 
   Maşını Ege sürürdü. Fatih arxada yatmışdı. Burdan düşüb Avtovağzala getmək istəyirdik. Amma ürəyim əsirdi, qorxu canımı almışdı. Fatih elə xorha xorla yatırdı ki, onu oyandırmağa da qıymırdım. Yorğun idi. Bu vaxta qədər çox əziyyətimizi çəkmişdi. Yenə də ona əziyyət vermək istəmirdim. Kapitana yaxınlaşdım:
   - Abi, burdan şehire nasıl gideriz , bizə bir yol göstersen?
   - Hele bi gel!
   İxtiyarsız kişinin ardıyca düşdüm. Restorana girdik, dəzgahın qarşısında dayandı. Padınusa qaşıq,çəngəl və  çörək qoyub əlimizə verdi:
   - Yürü!
   Kişi nə deyirdisə ona tabe olmuşduq.
   - Hanım efendi ne yiyeceksiz?
   - Bir mercimek çorbası, lütfen - pulumuz şorbaya çatırdı sadece. Onsuz da üstümüzdə pul az idi.
    - Şu  kuzu haşlamadan da. Yanına da pılav, bi tane söğuş salatası - kapitan dilləndi, Yetermi?
    Təcüblə kişiyə baxdım :
   - Bu bizemi? Aa yok, bunu kabul edemem.
   - Ne demek kabul edemem. Uzun yol, kaç saatir açlıktan göbeğimiz düştü. Bi de Trabzonda kahvalti yapacaz. O zamana kadar ac kalacaz 
   - O zaman ikimize 1 pors yeter. Beraber yiyeriz. O kadar çok yemeye alışkın diyiliz.
   - Tamam o zaman.
   Yeməklərimizi alıb masaya keçdik. Kaptan da bizimlə beraber oturdu. Ordan burdan ailəsindən, 14  və 9 yaşlı qızından, Almaniyada doktorluk oxuyan oğlundan danışırdı. Kerim abiylə danışarken gözüm qızımda idi. Qızın gözü qaşı oynayırdı, haldan hal düşürdü, utanıb qızarırdı. Bir gözü də məndəydi. Masanın altından onun ayağına vurub özünə gəlməsini işarə etdim. Dilimin altında mlzıldanaraq "özünü yığışdır! " deyərək ona çəmkirdim.
  Biraz keçdi qız tuvalet adıyla qalxdı. Mən də qaxdım. Aygün bəhanə edirdi, tək qalmaq istəyirdi. Hiss edirdim ki, Egeylə cükküldeşir. Bura qədər gəlmişik, özümüzü yüngül göstərməmişik, ağır başımıza, ciddiyyətimizə bu qədər kişi komandası bizə hörmət edib, indi bu ayrılacağımız vaxtda bu hörməti itirək? 
  İradımı Aygünə də bildirdim, hətta yanından, yançağından bir iki çımdık də aldım. 
  - Özünə gəl, hisslərinə qapılma, hər süzülən baxış, hər gülümsəyən dodaq sevgi deyil. Sevgi içdən gələr, gözlərdən axar, dili dolaşdırar... Hələ sən belə şeylərlə beynini bulandırma bala. Bunlar günü yollarda keçən adamdır, min dənə, milyon dənə qız qadın görür həyatlarında, bunlarda hissiyyat olmaz, duyğu olmaz. Bax elə bayaq gördün də.  Hamısının ailəsi uşağı. Amma yollarda nələr yaşayırlar, kimlərlə oturub dururlar. Kimlərlə qarşılaşırlar. Bunlar eşq yaşamaz, bunlara qadın ehtiyyacını görməsi üçün lazımdır. Gələcəyin qabaqdadır sənin, hələ oxumağın var, hələ yaşamağın var. Nə var ee ərdə? Həyatını yaşa, bir gün gör! Qınamıram ee səni, bala. Beynini o qədər doldurublar ki, boş şeylərlə. Deyirik kişisiz bu həyatda yaşamaq mümkün deyil. Elə qəşəy mümkündür. Amma imkan versələr.
   Tuvaletin qapıçısına yaxınlaşdım.  Nə qədər avtovağzala necə gedəcəyimizi soruşsaq da kişiyə bir şey başa sala bilmədim. Dil bilməməyim məni hər şeydən kəsir qoymuşdu. Qorxurdum amma risk edəcəyəm. Özümüz gedəcəyik.
   Kapitana yaxınlaşıb  burdan ayrılacağımızı dedim.
   - İyi tamam o zaman...
   - Hakkınızı helal edin, hayatımda gördüyüm en iyi insanlardan biri də siz oldunuz. Allah sizden razı olsun, abi. Siz de Fatıh abi de zahmetimi çok çektiniz. 
  - Ne demek, bacım. İnsanlık vazifemiz. 
   - Allah razı olsun. Amma bir ricada bulunacağım. 
   - Buyur, bacım ! 
   - Hayatım boyu, kimsəyə borclu kalmadım. Biliyorsunuz, Fatıh abı bizim cezamızı kapattı. 
   - Eee
   - Bana numaranızı verirmisiniz, inşallah çalışıp Fatih abinin parasını size yollayım siz verirsiniz. 
-Neden kendisinden istemedin numarasını? 
  - Kabul etmez diye düşündüm.
  - Etmezse etmez, allah allah
  - Rica ediyorum abi, kırmayın benı siz verin numaranızı, gerekirse ben sizden Fatıhin numarasını alırım.
   - İyi tamam, madem israr ediyorsun...
   Telefonumu alıb öz nömrəsini telfonumun yaddaşına saldı.  Halallaşıb görüşdük. 
  - Fatıh abiye söyleyin kusura bakmasın. Allah ondan da, sizden de razı olsun. Size de zahmet verdik.
   Bizi özü yola çıxartdı. Ege də bizimlə gəldi. Yazıq uşagın ağzı vardı dili yox. Gözləri getməyin deyir, dili danışmağa acizlık çəkirdi. Aygünlə Egenin hansı hissləri, hansı duyğuları yaşadığını bir qadın kimi, bir ana kimi hiss edirdim. Amma nə etmək olar. Ötəri hisslərdən ötürü səhvə yol verə bilmərik. 
    Bir taksiyə mindik, yol pulumuzu kapitan özü verdi, yola saldı. Qəribə bir hiss yaşayırdım. Əvvəl bu kişilərdən qorxurdumsa, İndı  onlardan ayrılmağım mənə ağır gəlirdi. Bi bir neçə saatlıq yolçuluqda onları özümə ən yaxın adam bilmişdim. Əslində onlardan ayrılandan sonra it kimi peşiman olmuşdum. Aygün də elə mənim günümdəydi. Bunu hiss edə bilirdim. Qızını başa düşməyəcək ana deyildim. Amma soyuqqanlı olmaq məcburiyyətindəydim. Məndən küsmüş kimi taksinin bir küncünə çəkilib başını şüşəyə soykəyərək bayıra baxırdı...
     Tiblis avtovağzalına yaxın bir mehmanxanada düşdük. Fikirləşirdim ki, bu saatda avtobus tapa bilməzdik. Həm də avtobus qiymətlərini bilmirdim, üzərimizdə də pul az idi. Uzaq yol gedirik. Bizə pul lazım olacaq.
    Mehmanxanada uyğun qıymətə bir otaq kiralayıb içəri girdik. Səliqəli otaq idi. Soyunan kimi ana bala özümüzü hamama atdıq. Mən evdən qaçana qədər qızım böyük qız olsa da, özüm çımızdirirdim həmişə. Elə bil aylar bizi bir birimizə yadlaşdırmışdı. O məndən, mən də ondan utanırdıq...
    Yuxudan qalxanda günorta 1ə işləyirdi 
   - Vaayyy, bu saata yatmaq olar? Aygün, bala, yatıb qalmışıq ee... Bəs biz bu gün yola çıxacaqdıq? Ay səniii...
   - EYy, mama... Qoy yataq, sən allah ...
   Nə etməli dünənki stres və yorğunluq hələ canımızdan çıxmamışdı. Yatıb qalmışdıq. Pəncərədən çölə baxdıq, aşağı mərtəbədə olduğumuzdan sadecə mehmanxananın arxa baxçası görünürdü.
- Aygün dur bir çıxaq şəhərə görək neynirik. Görək bir qızıl dükanı tapa bilirikmi, qızılımızı xırdalayaq. Günü günə sata sata əlimiszfə  olan, qalan da qurtaracaq. İki gün sonra işim açılır. Gedib çata bilməyəcəm işə. Burda vaxt itirmək olmaz.
    Hazırlaşıb çıxdıq. "Zolotoy maqazin" deyə deyə  bir qızıl dükanı tapdıq. Qolumdakı bilərziyi və barmağımın üzüyünı çıxarıb dəyər dəyməzinə satdım yaxınlıqdakı dönərxanaya girdik. Allahından bura  türklərin idi. Bir donər alıb türk dönərçıdən Türkiyəyə necə gedəcəyimizi soruşdum.
   - Abi burda yabançıyız, dil bilmiyoruz. Kimseden bi şey soramıyoruz. Bize yardım edermısınız? Azerbaycanlıyız, bilet bulamayınca Tiblise gidelim, ordan Türkiyeye geceriz dedik te, şımdı kaldık buralarda. Acaba burdan nasıl gidecez? 
    - Neye gideceksiniz? 
   - Türkiye, Bursaya 
   Dönerçiylə danışarkən bir nəfər yaxınlaşdı bizə.  Bizi masaya dəvət etdi. Özü də oturub harayasa zəng elədi. Cox keçmədi bir cavan oğlan gəldi. Türk avtobus firmalarının birinin ələmanı idi. 
   Çox sevinirdik. Bilet ala bilmişdik. Sabah yola çıxacaqdıq. 
   Ana qız Tiblisin keyfini çıxarırdıq. Parkları gəzir, Kür qırağının möhtəşəm körpülərində şəkillər çəkdirirdik. Vatsat profilimə yeni şəkilimizdən qoydum.
    Qızımın üst başı da yox idi. Maqazınlərin birinə girib qıza yüngülvarı əyin baş, ayaqqabı da almışdım. 
   Türkiyə sərhədinə girəndə  telefonuma tanımadığım bir nömrədən bir neçə mesaj gəldi. Heç açıb baxmadım da. Fikirləşdim telekomun göndərdiyi mesajlardır.
   Murada yazdım. Açıb oxudu amma bir neçə saat sonra cavab yazdı.
   Keçən dəfə mənə dediyi sözlərə görə üzür istədi. Guya həmin günü keyfi yerində deyilmiş, keçmiş xanımı nəsə yenə problem çıxardıbmış. Üzürünü qəbul etsəm də ürəyim  ondan qırılmışdı. Deməli hər problemində hirsini məndən, qızımdan çıxıb sonra üzür istəyərək ömürümü çürüdəcəkdi? 18 il  qaynana evində gəncliyimi hədər etmişdim onun bunun sözünü götürə götürə , indi də həyatımı belə aqersiv, cahil insanlamı sürəcəkdim? Əsla! Həyatımı tək tənha da başa vura bilərdim. Amma necə deyərlər çayı keçənə qədər ayıya dayı deməliydim.
Cahil ola bilərdim, amma ağlım başımda bir qadın idim. Həyat məni hər çür imtahan edə edə yetişdirmişdi. Qızımdan başqa həyatda itirəcək bir şeyim yox idi. Murad olsa nolur, olmasa nolur?
   Elə bunları düşünerken yenə adsız nömrədən mesaj geldi.
   - Yani bir mesaja cevab verilmeyecek kadarmı kötülük yapdım sana?
   - Allah allah, bu kimdi ?
   Qızım əyilib telefona baxdı. Güldü bir şey demədi.
   Açıb o biri mesajları oxudum. Çaşıb qalmışdım. Bu ki, Fatih idi. Nömrəmi hardan bilir? Axı mən heç kimə nömrə verməmişdim.
  Düşündüm, xatırlamağa çalışdım.
   Bəlkə Kerim abi nömrəsini mənim telefonumun yaddaşına salanda özünə zəng edib? Yox ola bilməz, axı. Gürcüstanda set yox idi. Necə zəng edərdi ki? Nəzakət xətrinə ona cavab verdim. Və beləcə Aygünə  sezdirmədən Fatihlə mənim telefon məcaralarım başladı. Bəlkə də qınayacaqsız amma, mənim yerimə özünüzü qoyun. Boşluqda qalmış bir qadın üçün bu normal deyilmi?  Bəlkə də deyəcəksiz ki, Muradla da danışanda rahatlayırdın. Amma unutmayım əli yanan əlini ağzına soxar... 
     Bursa avto vağzalında bizi Sedo dayının qardaşı qarşıladı. Murad gəlməmişdi. Onun bizi qarşılamağa gəlməməyi də məni bir tərəfdən qırdı. Heç o uzun yolda zəng eləmirdi də. Yolda mən bir neçə dəfə zəng edib yazmışdım. Bir dəfə zəng edib bizimlə maraqlanmamışdı. Amma Fatih... Uzun yolçuluqda sanki o da bizimlə avtobusdaydı. Hətta yediyimiz yeməyə də o qərar verirdi.
   - Filan yerin lokantasında filan yemekten alın!
 Bir neçə saatlıq bərabər yolçuluğumuzda Fatihlə bir kəlmə də danışmamışdıq. Onun qaraqabaq, qorxunc ifadesi məni qorxutmuşdu. Amma indi telefonda səmimi və qayğıkeş bir insan kimi mənimlə yazması təsəvvürümdə yeni adam yaradırdı.
   Bəzən özüm özümə hirslənirdim. "Özünə gəl" deyirdim. Muradı da yaxşı adam bilirdin. Canım ciciminə sıyıldın. Sənin üçün vurub Azərbaycana gəldi, dedin indi adamdı. Səni o zülümdən qurtarıb gətirdi. Elə bildin həyatının qəhrəmanıdır. İndi noldu, təzə ay çıxdı, köhnəni doğrayıb ulduz etdin?
   Verdiyim suala özüm də cavab verirdim. O mənim üçün gəlməmişdi. Özü üçün gəlmışdı. Özümü telefonda ona o qədər aciz və yazıq göstərmişdim ki, elə bilmişdi əldə ayaqda qalmışam. Vur başına al çörəyini... Bu nə hava calsa oynayacam, hətta desə qızını at, gəl gedəcəm. Bərabər yaşayacağıq. İşləyəcəm, kira verəcəm, evi keçindirəcəm. Bu da maaşıyla arvadının borclarını verəcək. Qızım bizimlə qalsa ona da baxmaq  məcburiyyətində qalacaq. Bunun oturumu, sığortası, gündəlik xərcı, məsrəfi... Axı qızım gəlsə məndən  istifadə edə bilməyəcəkdi ki... Ay sən öləsən, sən hələ Nahidəni tanımırsan dayan sən! Yox sən istədiyin zaman qızınla görüşəcəksən, vaxt keçirəcəksən. Arvadın sənin verdiyin nafakanı sağına soluna xərcləyəcək, gündə bir qonaqlıqda selfilər çəkib paylaşacaq, gündə bir yerə gəzməyə gedib şəkillər paylaşacaq, aldığı qızılların pulunu sənə ödədəcək, sən məni mal yerinə qoyub "canım cicimlə" başımı qatasan? Hələ evinə yerləşməmişik, hələ gedib ora çatmamışıq mənim qızımın gəlişinə üz turşudur, tırsım edir. Bəlkə də məni gücsüz görüb fikirləşirmiş ki, uşağımı gətirə bilməyəcəm. Fikirləşıb ki, o əjdahaların yanında mən qarışqayam? 
    Sədo dayının ailəsi həmişəki kimi  bizi mehriban qarşıladı. Qızları Aygünlə qaynıyıb qarışsa da mənim qızım onlarla məsafə saxlayırdı. Mənim qızım harda görmüşdü belə külfəti, belə geyimi, bu cür yemək kültürü, ortada bir ləyəndən, bir qabdan yemək yemək?  Heç mən özüm də neçə ay idi, (yekəxanalıq olmasın) bunlara alışa bilmirəm. Amma məcbutiyyət və ehtiyyac... 
    Qızım da gəlmişdi. El elə sığar, ev evə sığmaz deyirlər. Biz də özümüzə görə ailə, ev idik. Burda onsuz da yer yoxdur, olsa belə bir ev tutub ayrılmalıydıq.
  Gəldiyimiz gün neçə saat idi Murad hələ zəng etməmişdi. Bəlkə də gözləyirdi mən zəng edəm. Mən də etmirdim. Aygün də Muradla aramızda bir şeylərin tərs getdiyinin fərqındəydı. Tez tez onu soruşurdu. İstəmirdim ki, qızım onunla aramızda olan söhbəti bilib ürəyinə salsın. Amma hiss edirdi ki, Murad onun bura gəlməyindən narazıdır. Odur ki qızımın kölnünü alaraq ona xoş gələcək vəd edirdim. Bunun üçün bizə biraz zamana ehtiyyacımız olduğunu deyirdim. 
   Axşam Murad işdən çıxandan sonra  Sedogilə gec gəldi. O da mən bir neçə dəfə zəng edəndən sonra.  Yorğunam, nə bilim başım ağrıyır bəhanələriylə gəlmək istəmirdi. Yenə üzümə salıb şirin dillə onu yola gətirirdim. Nə edim hələ ki, işimiz ondan keçirdi. Ondan başqa söykənəcək yerimiz yox idi. Dirəyimiz çürük çıxsa da, çürüyünə yamaq vurub xeyrimizə istifadə etmək məcburiyyətindəydik. Fikirləşirdim ki, bizi evinə yerləşdirər, heç yerləşdirməs belə qıza evində oturum verər.
    Hər zaman işdən çıxan kimi bir başa bizə gəlidi. Və ya zəng edirdi ki yola çıxım. İndi bəhanələrlə bizdən qaçırdı. Görünür Aygünü gətirməyim onu möhkəm əsəbləşdirib.
   Bəli Muradın belə etməyi məni gözəlcə düşünməyə vadar edirdi. Bu Muradla sevgili - evlilik məsələsini bir daha götür qoy etməliydm. Mənim qızımı qəbul etməyəni mən həyatımdan çıxarmalıydım. Həm də tezlıklə. 
    Murad gəldikdə ev sahibəsi süfrə açırdı. Biz qalxdıq. 
   - Abla iznınızlə biz dışarı çıkacaz. Hem Muratla ailece baş başa kalalım dedim. 
   - Ailece? 
   - Evet, Aygün de bızımlə gelecek!  Biz artıq bir aile sayılırız. Bu gün yarın üçümüz beraber heyatımızı birləşdireceğik... Ondan dedim.
   -Haydı hayırlısı...
  - Sağol ablam...
   Mənim belə deməyim Muradın keyfinə əməlli başlı soğan doğramışdı. Özümü o yerə qoymayıb gülə gülə qoluna girdim, qızımın əlindən tutub çəkdim. 
    Aygünün bizimlə bayra çıxmasından narahat olmuşdu. Düşünürdü ki, yenə bərabər küçələrdə dolaşıb küncdə bucaqda uşaqlaşacağıq. Yenə o məndən küsəcək, mən, şirin sözlərlə, sürprizlərlə onun kölnünü alacam. Deyəsən onu pis öyrətmışdım. Yox Murad, daha sənin qarşısında aciz carəsiz qadın yoxdur mən qızımı əzrayillərin əlindən çıxarıb buraya qədər gətirib çıxara bilmişəmsə demək bundan artığını da edərəm. Mən uşağımı imkanlı ailədən çıxarıb buraya gətirməmişəm ki, Sedonun qaraçı ailəsi kimi bir ailədə çürüdüm. Ya zəhmət çəkib mənim qızımı da öz qızın kimi qəbul edib yaşadacaqsan, oxudacaqsan, ya da körpü çayın o tayı...
   Muradın təklifini gözləmədən qızımın qoluna girib yaxınlıqdakı restorana girdik. Murad çaşqın çaşqın bizə baxsa da onun nə deyəcəyini, nə edəcəyini vecimə almadım. Hiss edirdim ki, gözləriylə "niyə bura girdik, mənim restoranda hesab verməyə pulum var?" demək istəyir. Vecimə deyildi. Canı çıxacaq necə verir versin. Qızının, arvadının səhvəsini gizlıcə təqib edirdim.  Mən Azərbaycanda olanda qızı ilə gözəl bir məkanda oturub ata qız əylənibmişlər. Yox elə bir dünya, mənim başımı küçədə bulkayla, simitlə qata, qızıyla kababxanalarda kef çəkə! Onsuz da qazancını görmürəm, amma ayda bir dəfə maaşdan maaşa bir yeməyə çıxmaq da acizlik deyil axı...
   Keçib qızımla oturdum. O hələ içəri girməmişdi. Menunu götürüb sifarışlərimizi verəndə artıq başa düşdü ki, nə onu saymadıq,nə də  qiymətdən qorxmadıq. Sakitcə gəlib qarşımızda oturdu. Menunu açıb baxdı. Biz deyib gülüb danışsaq da o bizə qarışmadı...
    Artıq işə başlamışdım. Eyni zamanda da işyerimin yaxınlığındakı əmlakçıya getmişdim. Ev axtarırdıq. Qızın oturumunu alana qədər ev tapmalıydıq. Aygün çox darıxırdı. Rəsmən evə qapanıb qalmışdı. Zamanım olmurdu ki, onu bir şəhərə çıxarıb gəzdirim, tanış edim. Həm də əlimdə olan qalan pulumu da xərcləmişdim. Yenə əvvəllər Murad evə bazarlıq edib gətirirdi. Mənə xərclik verirdi. İndi o da yox idi. Mən də nə edim? Məcbur özüm eliyirdim hər şeyi. Qızım o evdəydi, camaatın boğazına şərik olmuşduq. Etməsəydim də olmurdu. İşim vardayalı olduğundan (növbəli) tətil günlərim də bilinmirdi. Evdə qaldığım günlər yatırdım. Ya da Murad çağırırdı. Murad çağıranda Aygünlə gedirdim, mənimlə tərs düşürdü. Getmiyəndə də qızımın canı sıxılırdı. Qalmışdım ikisinin arasında.
   Gecəqondu həyatı, görgüsüz, belə kasıb ailə AYgün üçün deyildi.  Yeməkləri də ağız dadına uymurdu. Hələ ilk dəfə böyük bir ailənin bir tavadan yemək yediyini görəndə çaşıb qalmışdı. Heç vaxt onlarla bərabər bir tavaya əl uzatmırdı. Çörəyin arasına bir şeylər qoyub yeyirdi. Amma belə yemək nə qədər çəkəcəkdi, belə bəslənmək olmaz axı. Onu məmun edə bilmirdim. Bilirdim, hələ ki, səbr edir, bir gün partlayacaqdı. Bunun üçün nə olur olsun, qızımla pərdə aradan qalxmadan burdan çıxmalıydıq. Amma nəylə? Kira tutmaq çətin, bəri başdan iki aylıq kira istəyir, bir də depozit, əmlakçıya da bir kira qədər pul. Ondan sonra işığa qaza suya abunəliklər. Hələ bunu oturumu. kiraye getsək əşya, yorğan, döşək... Yox yerdən bir 20 min pul lazımdır bizə. Mənim bu qədər pulum nə gəzir?
   Neçə dəfə Murada söz açmışdımki köçək sizə, kiranı mən verərəm dedim. Lakın Muradın məhkəmə işləri bitmədən bizi yanına ala bılərdimi, arvadının qorxusundan?
   - Kaldığın eve oda arkadaşı aldığını məhkəməyə bildire bilirsin. Ne var bunda?
   - Sen  mahkemeni kandıra bilirsin benim hanımı asla! Sen onu tanımıyorsun.
   Muradın hələ də keçmiş arvadına "Benim hanım " deməsi məni özümdən çıxardırdı. Bu qadın bunun gözünün odunu necə alıbdırsa, onda  qurtarıb, amma hələ də onun təsirindən qurtara bilmirdi. Bəs biz bərabər olarsaq, və ya evlənərsək, bu bizi qanadı altına alıb bizi qoruya biləcəkdimi? 
   Nəysə Aygünün bir ayı dolurdu burdaydıq amma hələ ona oturum almamışdıq. Məcbur ölkəyə giriş çıxış etməli idi. Dərd məni götürmüşdü. Uşağımı özüm öz əlimlə Azərbaycana göndərə bilməzdim. Nə edim, necə edim bilmirdim. 
   İş yoldaşım vardı, əslində fabrikin ofisində işləyirdi. Onun xanımı da Azərbaycanlı idi. Oturum barədə onunla maraqlanırdım. O dedi ki, giriş çıxış üçün Azərbaycana getməyə ehtiyyac yoxdur, Gürcüstana gedib 3 gün orda qalıb geri dönə bilər. Dərd məni götürdü. Ay allah, mən necə edim, nə edim? Uşağı tək başına necə göndərim Gürcüstana. İşdən də icazə vermirlər mənə . Onsuz da bu bir ayda çox izinim var idi. Maaşım aşağı yazılacaqdı. Bir də 3 gün gedib Gürcüstanda qalmaq, ordakı günlük otel və yemək xərcləri... 
   Bütün bunları qızımla danışırkən Aygün dedi ki:
  - Ana, gəldiyimiz avtobusun kartı məndə var, o avtobusa bilet alaq, elə o firmayla danışaq, onlarla gedib gələrəm. 
   - Qızım, təkbaşına necə gedəsən axı? Yaşın kiçıkdir, ata anaın vəkaləti olmalıdır, səni birinə etibar etməliyəm. Ya da özüm səninlə getməliyəm. 
   - Ana, sən mənə güvən, mən edərəm, qorxma... 
    Bəli, elə qızım mənim yanımda özü danışdı. Şofer dedi ki, Gürcüstana giriş çıxış etmək üçün sadece notor təsdiqlı kağız olması bəsdir. Nəysə bilet aldıq. Səhəri qaçaraq natarusa gedib giriş çıxış üçün kağız imzalatdım. Özüm Aygünü avtobusa mindirib möhkəm möhkəm şoferə tapşırdım. Telefonumu və bir aylıq maaşımı qıza verib yola saldım. 
    Bütün bu işlərin heç birisində Murad yanımda yox idi. Mən Murada ancaq gəzmək üçün, hisslərini bölüşmək üçün, arvadıyla olan problemlərini mənimlə paylaşmaq üçün lazım imişəm. Mənim dərdim, mənim problemim onu maraqlandırmırdı.
    Son qərarımı vermişdim. Onunla bütün əlaqələrimi kəsməliydim. Ondan mənə həyat, ömür gün yoldaşı olmazdı. Öz dərdim özümə bəs idi. Bir də bunun dərdini çəkirdim. Onsuz da bizim həyatımız birləşsəydi belə sonumuz xeyirli görünmürdü. Çünki arvadı imkan vermirdi bu adama, həyatını qursun yaşasın. Günü məhkəmələrdə, qazancı bank, borc, kredilərdə gedirdi. Bu özü nə idi ki mənə və qızıma arxa çıxa...
   Qızı yola salıb işə dönəcəkdim ki, əmlakçı zəng elədi. Ucuz bir gecəkondu var imiş, gedib ona baxmalıydım.
   - Ancaq akşama gele bilirim. Şu an işteyim.
   Axşam Muradla gedib evə baxdıq. Köhnə əşyalı kiçicik bir ev idi. Evdə istilik kömür peciyləydi , yemək balon qazla bişəcəkdi. Nə edək razıyam. Təki başımı soxmağa damım olsun. Müvəqqəti burda yaşamağa məcbur idim. Evin behini verib gəldik. Kira verməyə pulum yox idi. Ya bu pulu bizə Murad verməliydi, ya da məcbur qalan qızıllarımı da satmalıydım.
  Dərd məni götürmüşdü. Özüm özümə divan tutmuşdum. Madəm bir yaralı barmağıma tüpürməyəcəksə, mən bu adamı neynirəm yanımda? Mən bundan nə asılı qalmışam axı? Bəli bu gün fürsət idi. Bu gün onunla son danışmamı etməliydim. Bu gün ya düzüləcəkdik ya üzüləcəkdik.
   - Murad, konuşa bilirmiyiz ?
   - Tabii canım ...
   - Yoo, bu ayakta konuşulacak konu değil. Oturalım bi yerde.
   - Hmm, O zaman gidelim bizim mahalledeki, çay bahçesine.
   Razılaşdım. Amma kafeye çataçatda fikirimi dəyişdim. Bilirdim ki, bu danışmamız mənim istədiyim kimi baş tutmasaydı, hövsələdən çıxacam. Çığır bağır salacam. Mən daha əvvəlki mən deyildim. Özümü kontrol edə bilmirdim. Onsuz da bu bir ayda Murad mənim səbrimi daşırtmışdı. İndən sonra onunla xoş danışmaq mənim həddimə deyildi.
   - Senin evine gidelim.
   Udqundu:
  - Benim evimemi?
  - Evet, niye olmazmı?
  - Olur da... Amma biliyorsun benim hanımın amcasının oğlu, benim konşum... 
   - Eee... Bıktım senin hanımından, bıktım yaa... Boşanmadınmı? Bitirmedinmi? Ne korkuyorsun hala sen ondan? Hayatını yaşayamazmısın? Senin bir arkadaşın, bir sevgilin olamazmı?  Evlenemezmisin? Hankı kafayla yaşıyorsun sen.
   - Ama Nahide, sen bilmiyorsun...
  - Biliyorum, gel! 
    Bir saat sonra onun evində səsim otağı başına götürmüşdü. Bəlkə də 20 illik arvadının ona demədiyi sözləri ona deyirdim. Onun evinə gəlişim ilk və son gəliş oldu. 
   Ürəyimi boşaldıb, uzun boğaz çəkmələrimi geyirdim ki, bu məni belə getməməyim üçün qarşıma keçdi.
   - Burax, bitti daha, her şey bitdi. Ben hayatımı korkak biriyle devam edemem. Benim kızımı kabul etmeyene ben karılık yapamam. Benim yaralı parmağımı ağzına sokmayana ben b..kumu veremem.
   Məni qucaqlayıb öpərək üzür istəyirdi. Öpüşləri boş damarıma toxunurdu. Hiss edirdim ki, yenə sıyılıram. İradəmə hakim ola bilmirdim.
   - Burax, yapma. Böyle yapmakla ne ediyorsun? Yumuşalacağımı sanıyorsun?
   - Biz bir birimizi seviyoruz, böyle ufak tefek şeylerden yana böyle çekip gidemezsin, aşkım. Özür dilerim. Özür dilerim aşkım...
   - Senin ufak tefek dediyin konu benim kızımla alakalı, bunun farkındasın qalıba? 
   - Evet. Biliyorum aşkım. Tamam aşkım. Ben başka eve bakacam. Burdan taşınırım. Benim hanım...
   - Senin hanım yok artık... Çıkar onu kafandan, çıkar onu ağzından... Senin hanım ben olucamsa "benim hanım" deme artık...
   - Tamam aşkım...tamam demem, sen benim hanım olucaksın, karım olacaksın... 
    Elə qapının ağzında soyunub tökdü...
   - Napyorsun?
  - Dyanamıyorum artık, kurbanın olayım, gel yapalım. Bi bucuk sene dayanamam, bekliyemem. Başka ev tutacam, taşınacaz burdan. Seni de kızını da üzerime alacam. Haydı gel kırma beni, izin ver! - Deyerək öpür, paltarlarımı əynimdən çıxarmağa çalışırdı
   - Dur, napyorsun?
   Çılğına dönmüşdü, onun belə ehtiraslı, dəli öpüşü, yalvarışları bütün iradəmi əlimdən almışdı. İxtiyarsız ona təslim olmuşdum. Tüklü üzü boyun boğazımda dəzdikcə özüm ona təslım olmaq istəyirdim. Mən ona "yox" desəm də ona qarşılıq verirdim, özümdən asılı olmayaraq. Dəlisov öpüşlərim onu daha da ehtiraslandırırdı.
  Paltarlarını tamamılə soyunub tökmüşdü. 18 il kişi ehtirasına həsrət qalan qadın kimi etiraf edirəm ki, onun bu halından həm utanırdım, həm də iradəmi əldən verirdim. Daha ona etiraz etmirdim. Əlimdən tutub məni içəri otağa dartdı. Elə bu vaxt qapı döyüldü.
   Qorxu içındə həm mənə, həm qapıya baxdı. İlahi insan bir saniyənin içində belə dəyişərdimi heç? Rəngi sap sarı saralmış, gözləri bərəlmışdı.Tələm tələsik əynini geyindi. Mən heç qorxmurdum, sakit idim. Amma təcüb və çaşqın halda bu adamın hərəkətlərini izləyirdim. Elə bir haldaydı ki, sankı gizlənməyə siçan deşiyini axtarırdı. Qapı dayanmadan həm zəngi çalınır həm də yumuruqlanırdı. 
 Əynini geyinə geyinə gözlükdən baxdı. Udquna udquna:
   - Odur, vaahhh basıldık- dedi.
   - Kim?
   - Benim hanım.
 Cİn təpəmin ortasından vurdu. 
   - Çekil!
   - Napyorsun, keç içeri, allah aşkına saklan, ben oyalayacam onu- diyə pıçıldadı.
   - Ne? - Əsəbim  beynimi dəlirdi - çekil! - Deyib balaca uşaq kimi onu yana itələyib nifretlə onu süzdüm.
   - Tfu, korkak... - deyib qapını açdım. Qarşımda uzun boylu, yekəpər, şaqqalı qapalı geyimlı bir qadın dayanmışdı. Murad onun yanında cücəyə oxşayırdı. Bir anlıq özüm ozlüyümdə ikisini yan yana tutdum. Murad balacaboy olsa da yaraşıqlı, baxımlı idi. Amma bu qadın... Sankı onun anası idi.
   Qadının yanında iki üç nəfər var idi .
   Heç nə olmamış kımı yanından keçdım, piləkənə döndüm. 
  - Eyyy, nereye? Oropsu, napyorsun sen...
   - Oropsu senin korkak kocan tamamı? Al kocanı çak başına - deyib qadının sözünü kəsdim. Üzümü döndərib gedəcəkdim ki, başımın ortasından küt bir ağrı qopdu.
  Qadın saçımdan yapışmışdı. Bu yekəpər qadının əlində cüllüt quşuna dönmüşdüm. Murad məni onun əlindən almaqdansa onun qolundan sallaşıb:
   - Vallahi yatmadım, ben onunla olmadım, yemin ederim, ben onu tanımıyorum, temizlık içın gelmişdi - deyirdi...
  ______________________________________ 8__

   Həyatıma, varlığıma nifrət edirdim. Boğazıma düyünlənən qəhər bıcaq olub ürəyimi deşırdi. Nə günlərə qalmışdım?mən bunları yaşamalıydımmı? Mən belə əksikliyə, səviyyəsizliyə layiq idimmi? 18 il namus və  şərəfimlə oturub duran mən, indi bir şərəfsizin ucbatından "fahışəyə" dönmüşdüm. Bu mənə lazım idimi?
  - Axı nə işim vardı buralarda? Sənin azadlıq dediyin, azadlığı elə bilirsən sənə rahat rahat verəcəklər, Nahidə? Elə bilirsən azadlıq evdən qaçmaqla olur?sən bu azadlıq mübarizəni orda da apara bilərdin. Harda olursan ol, azad olmaq istəyi insanın içindən gəlirsə mübarizəsini də aparmağı bacarmalıdır. Yoxsa evdən qaçımaqla yox. Kəbini olmayan, nigahina almayan bir kişiylə, üzür istəyirəm kişiciklə orda burda görüşməklə olmur. Sən hisslərinlə düşüncələrini qarışdırırsan, Nahidə. Sən sevgi acısan, sənin diqqətə, qayğıya, bir kişı məhəbbətinə, kişi sevgisinə ehtiyyacın var. Səncə belə ac nəfisinlə azadlığa qovuşmağın mümkünmü? Sən əvvəl nəfisini doyurmalısan, sonra mübarızıyə  başlamalısan! Ac adamın dava etdiyini gördünmi? Ac adam qabağına atılan yala da şükür edər. Sən naşükür oldun, Nahide . İtin başı kimi bəzəyib xonçaya qoydular. "Mən buna layiq deyiləm deyib xonçadan düşdün. Mənə küçələr lazımdır dedin, mənə it kimi küçələrdə yaşamaq lazımdır dedin. İstədiyim vaxt gəzim - tozum, istədiyim vaxt it kimi ağzını sulandıran köpəklərlə yatım qalxım... Nifrət edirəm səndən Nahidə, yaşamamlısan.sən yaşamağa layiq deyilsən - deyə içimdə özüm özümə divan tutmuşdum. Bəlkə də bu sözləri mənə bir başqası desəydi əsəbim bunu qaldırmazdı. Özüm özümə dediyim üçün ancaq gücüm göz yaşıma çatırdı.
    -Sənin Azadlıq meyarın budur?Elə bilirsən bu qadın azaddır deyib, səni  rahat qoyacaqlar? Axı sənin dəstəyin, səsinə səs verənin, səni qoruyanın yoxdur. Çölün düzündə bitmış kol kimisən, Nahidə. Gələn gedən səni budayacaq.Meyvəni yeyib budağını yandıracaqlarını düşünmədinmi? Axı nəyin var, kimin var? Kimə güvənib gəldin buralara? Hələ özün cəhənnəm, qızınıdamı düçünmədin? Sabah qızının başına bu hadısələr gəlsə necə, vicdanın rahat olacaqmı? Özün rədd olub gəlmişdin. Nə gözəl qızını tanıdığın sayılıb seçılən bir ailənin oğluna verəcəkdilər, gedib xoşbəxt olacaqdı. Niyə gətirdin onu bura, süründürməyəmi? Özünə dayaq bildin onu amma o yenicə boy atmış fidandır, pörədir. Sən onu qorumalıydın, o səni yox. Sən ona dayaq olmalırdın, dəstək olmalıydın onu böyütməliydin. Sevə sevə bəhrəsini görməliydin. Bağban olub çiçək  kimi nazın çəkməliydin.Bu gün sən "orospu" adı qazandın, qürurun mənlıyin bir qəpiklik oldu, sabah bu sözlər qızına deyilməyəcəyi nə məlum? Rahat edəcəksənmi?  Sevinəcəksən? Qızına gözəl həyat vəd verdiyin yerdə bataqlığa düşərsə xoşbəxt olacaqsan, çünki sən öz şəxsı mənafey üçün qızını qurban secən alçaq anasan! 
     İçimdən gələn səs vücudumu titrədirdi. Yol kənarındakı alçaq sarmaşıqlarla bürünmüş evlərin hasatlarından tutaraq, hönkürə hönkürə hara getdiyimi belə bilmirdim.
    Pərişan halda Behini verdiyim evə necə gəlib çıxmışdım bilmədim. Evin balaca bir baxcası vardı. Allahından həyət qapısi kilidlı deyildi, məftillə bağlanmışdı. Qapını açıb həyətə girdim. Elə bil keyimişdim. Key key evin ətrafına dolaşıb qapı pəncərəsinə baxırdım. Fikirlərim qarmaş dolaş idi. Gah bir az əvvəl baş verənlər gözlərimin qarşısından keçır, gah həyət bacaya baxdıqca xəyalımda yeni evimin planlarını qururam, gah qızımın gələcəyini, gələcəkdəki həyatını düşünürəm... 
    Evin yan tərəfində dibçəklərlə çevrələnmış gözəl baxçası da var idi. Dibçəkdəki güllər baxımsızlıqdan qurumuşdu. Amma mən yenisini əkəcəm. Evin divarına söykənmiş taxtadan olan divan, önündə balaca masa da vardı. Yağışdan qardan qorunmaq üçün üstünə klyonka dalınmışdı. Buralara bir əl gəzdirsəm, şirin bir ev olacaqdı. Pəncərədən qaranlıq otaqlara baxdım, heç nə görünməsə də yenə xəyalımda həmin otaqları öz ustədiyim kimi qururdum. Biraz əvvəl etdiyim səhvi yeni evimdə qurduğum xəyallarımla yuyurdum.
   - Bu da bir sınaq idi nahidə, darıxma. Hər şey yaxşı olacaq. Sıfirdan başlayırsan ee burda. Heçnəsiz gəlmisən, nə adamın var, nə pulun var.  Bayaq özün demədinmi ac adamın qarşısına yal qoysan şükür edər? Bax sənin qarşına çıxan o Muradda da sən çükür etmişdin. O şərəfsiz də it yemi kimi  yal oldu. Arvadını görən kimi sıyıkdı. Bu sənə dərs olsun. Hər qarşına gələn yala ağız uzatma. Allah bizi gözəl insanlarla qarşılaşdırsın. Yolumuzu açıq etsin, kimsənin yanənda üzümüz qara, başımız aşağı olmasın! 
   Saatdan xəbərim yox idi. Havanın keskin soymasından hiss edirdim ki, çox gec idi. Getməliydim, evdəkilər bəlkə də fikirləşirdi ki, Muradla bərabərəm. Bəlkə də bu olanlardan evdəkilərin də xəbəri vardı. Üstümdə telefon olmadığı üçün bəlkə də Murad mənim evə getdiyimi düşünüb, arxamca gəlib... Vahhh   indi gəlib məni evdə görməyibsə, ay allah... İndi dünya dağılır. İndi hər yerdə məni axtarırlar. Sedo dayı gil də nigaran qalıb. Nə qədər məsuliyyətsizəm, axı burda nə işim var, həm də bu saatda? Nolsun ev tutub köçəcəm? Belə köçəcəm, xəbədsuz ətərsiz? Neçə aydır xalxın evində çörək kəsmişəm, ailə kimi bir yerdə qalxıb yatmışam, indi bu nankorluq nədir, halallaşmadan görüşmədənmi çıxıb getməlisən?
    Yox, təbii ki görüşüb halalaşacaqdıq. Amma indi özümü pis hiss edirdim. Bu gecə o evə getmək istəmirdim utanırdım. Elə bilirdim hamı, bu hadısədən xəbər tutub, o evə gedərsəm cəmdəyimə tüpürüb evdən qovacaqlar. İnanın hava isti olsaydi elə burda gecələyərdim. Nə edim çarəsizlık... Soyuq sümüklərimə qədər işləyirdi.
  Evə gəldim, nə dünya dağılmadı, nə Murad gəlibmiş, nə məni axtarmırdılar. Hər zamankı kimi hər çey normal idi.
   Ev camaatı yatmağa hazırlaşırdı. Sedo dayıyla Gürhan abla oturmuşdu.Televizora baxırdılar. 
   -Acmısın kızım. Dolapda yemek var. 
   - Sağ ol abla ac değilim- Çaşıb qalmışdım heç kim mənimlə maraqlanmır, Muradla aramızda olanları soruçmurdu.
  - Murat sızı aradımı?
   - Yoo beraber deyılmıydız?
   - Beraberdık. Yukarı mahallede bır eve baktık.
   - Yaa,ne güzel, nasıl iyimi bari?
   - İdare edilir.
   - Demek taşınacaksız, alışmışyık sana ya... 
   - Allah razı olsun abı, elınızden ekmeyınızı yedım, evınızde yer  verdız, sızın bu iyiliyinizi hiç unutmam.
  - Haydi hayırlısı.
Əlim ayağıma dolaşmışdı. Barmaqlarımı şaqıldatmaqdan az qalırdı barmaqlarım qırıla. 
   - Noldu bi şeymi oldu?
   - Yok... Aslında...
   - Aslında ne?
   - Abi, Muratı ne zamandan tanıyorsunuz?
   - 2 bucuk sene oldu. O fabrikaya geldiği günden.
   - Ya ailesini? 
   - Ailesi derken? Anne babası geldi ya bize? Ara sıra konuşuruz. İlk kez senin için  buraya geldiğinde gördük  biz de onları.
   - Yoo hanımını diyorum.
  - Ben onun hanımını ne tanırım onun?
  - Şey...
   - Noldu bi şeymi oldu?
   - Muratın hanımından boşandığına eminmisiniz.
   - Evet, eminim. Bunu her kes söylüyor. Hatta fabrikada çalışan akrabaları bile. 
  - O zaman bu korku ne onda?
   - Ne korku?
   Daha utanmağın çəkinmeyin yeri yox idi. Nə var açıb danıdım. Maraqlı idi, onlar sadece məni dinlyirdilər  heç bir şey demirdilər....
   Yatmağa gedəndə Sedo dayının telfonundan qızıma bir iki mesaj atdım, gprünür qaldığı yerdə ya internet çəkmir, ya da wf Yox ıdı. Cavab vermırdı. Yatdım.
   Üç gün sonra, qızımı qarşılamağa getdim. Sevincimin, eyni zamanda da nigarançılığımın həddi hüdudu yox idi. Dəli kimi avtobusun  qabağına gaçır, avtobusdan enən sərnişinləri gözlərimlə kontrol edirdim. Nəhayyət qızım avtobusdan enəndə dayana bilməyərək 
-Aygün, qızım deyə qışqıraraq ona əl salladım. Qızım sevinclə qollarını açıb üstümə qaçdı.Görüşdük. 
   - Gəl qızım, işdən icazə alıb gəlmişəm, ana qurban, səni yola salım, get evə  mən də qaçım işə. Sabah şənbə bazar. Ev tapmışam, behin də vermişəm Görüm neynirəm, qızılları satım, biraz da borc tapım ustadan zaddan köçək evimizə. 
  - Ana, beş dəqiqə gözləyə bilərsən? 
  - Nə, noldu? 
   - Heç nə. Aybike gələcək. 
   - Aybikə? Seni qarşılamağamı? - (Aybikə Sedonun ikinci qızı idi) 
   - Yox ee. Bir iş var onunla gedib o işə baxacaqdıq. 
  Ürəyim, qürurla doldu. Demək gızım da həyata tutunmaq istəyir. Mənə kömək olmağa can atır. 
   - Nə iş? Axı sənin yaşın azdır kim götürəcək səni işə? 
  - Ana Aybikə deyir yaşın fərqi yoxdur, gündəlik işləyəcəm. Aa  budur, Aybike gəlir. 
   Aybikə Sədonun qızlarının içındə ən sərbəsti idi.Hardasa vardalı (Növbəli) işlədiyini bilirəm. Ən çox gecələr işləyir. Bu qız o biri bacılarına bənzəmirdi. Geyim gecimi də fərqliydi. Biraz dikbaş qızdı ata anası onun geyiminə işinə irad tutanda qız özünə güvənərik haqqını tələb edirdi. Qızın açıq fikirli, müstəqil həyat tərzi xoşuma gəlirdi. Amma bəzən anasına və atasına dediyi kəsici sözlər nəni də narahat edirdi. Hətta düşünürdüm ki, qızım onun kimi mənə qarşı qaba olsa mən neylərəm? Məhz onun bu cəhətinə görə qızımı ondan kənar tutmaq istəyurdim. Amma sən saydığını say, gör fələk nə sayır. 
   Aybikənin yanıda burnu, qaşı, gulağı sırğalı bir öğlan da vardı gənc gorünsə də 30 dan aşağı yaş vermək olmazdı. Reklam şirkətlərinin birində işlədiyini deyirdi. Reklam adı gələndə son qərarımı verdim. Aygün bu işdə işləməyəcək. 
   - Yok abla, çekim falan deyil, meraketmeyin. Sadece bize yardımçı işleyecek. Mesela çekimlere giderken eşyaları, makyaj malzemelerini taşımaya, çay kahve, temizlik işlərinə yardımçı asessant işi...
    Nəysə hərəsi bir tərəfdən başımın ətini yedi. Özüm öz əlimlə qızımı onlara verdim. Özüm hər şeyi bilə bilə, hətta özüm belə onun "iş yerinə" gedib, müdiriylə, iş heyətiylətanış oldum. Bu işdən ağlım bir şey kəsmədi ama, elə bil dilim ağzım bağlanmışdı... 
     Evə köçmüşdük. Qızım bu evi bəyənmədi   gözü yuxarılarda, lüks dairələrdə idi.
   - Ay ana, sən canı bu nə evdi? Buna ev deyirsən?  Bizim kənddəki hinimiz bu evdən rəğbətli idi.
   - Neyləyək ay bala, gücümüz buna çatıt. Borcdan xərcdən qurtaraq, inşallah biraz pul paramızı yığaq, hələ bir oturumunubalım, ondansonra köçərik başqa evə.
    Mən də, qızım da işləyirdi. Di gəl bu qız evə girəndə havalanırdı. Bu evdə qalmaq istəmirdi. Bəyənmirdi. Qış ayları olduğundan evdə kömür yandırırdiq.
   - Gör nə gündəyik ee, elə bil 19 əsrdə yaşayırıq.
 - Neynim ay qızım, gücüm buna çatır.
  - Bəs nə gəzirsən burda? Hanı sənin  Muradın?  Ay belə yaşadacam, belə edəcəm?
  - Qoy rəddolsun, neynim indi gedim yalvarım? Deyim gəl evlənənə qədər məni saxla?
   - Saxlamaq məcburiyyətindədir. Necə sevgilidir.
   Bəzən qızımın belə fikirləri məni qorxuzurdu. Görəsən harda səhv etmişəm ki, qızım belə üzümə  qayıdır, verdiyim sualda yenə vicdanım özümü günahlandırırdı.
   - Onu ailəsindən bura qaçıranda, 17 yaşlı qıza ərə gedirəm deyəndə. Ərə getməyib Murad kimi yalançı və şərəfsiz adamla onun gözləri qarşısında çüküldəşəndə. Al bu da sənə qız tərbiyəsi. Daha nə gözləyirdin. Hələ qorx ki sənin getdiyin yolu o da gedə... 
    Elə işə ilk getdiyi gün qızım əlində son model telefonla gəldi. 
   - Narahat olma ana, mənə telefon lazım olduğu üçün  işdən verdilər. Dedilər özün telefon alana qədər işlət. 
   Bir həftə keçmədi, əyin baş, bahalı bahalı firmaların ayaqqabısı çantası...
   - Ay qızım bunlar hardan? Məsələ nədir? Bir məni başa sal! 
   - Narahat olma ana, reklam etdiyimiz firmanın işçılərə hədiyyəsidir.
    İşə vaxtlı vaxtında gedib gəlirdi. Yanı şübhəli bir şey yox idi. Amma geyimi, gündəlik aldığı maaş məni çaşdırmışdı. Bu necə hansı firmaydı ki, sğortası olmayan bir qaçaq işçıyə bu qədər günlük pul verib işlədəydi. O da vəzifədə işləyən yox adı çayçısına. 
   Mən onu işə yazdıranda bir otel binasının bir bölümündə idi ofisləri. İndi həmin ofisə gedirəm burda belə bir firma işləmir deyirdi. Dəliyə dönmüşdüm. Aybikədən soruşurdum. 
   - Merak etme abla, onların işi oturak iş değil,  günde bi yerde çekilişlerde oluyorlar. 
   Bir gün dayana bilməyib işdən icazə aldım  qızın arxasınca düşdüm. Təsəvvür edin qız avtobusu bəyənib minmədi. İşə taksiylə getdi. Aygünün izini itirməmək üçün  məcbur mən də taksiyə mindim. Döğurdan da bir mebel dükanının çəkilişində idilər. Kənardan onları izləyirdim. Həqiqətən də  qızım işçı heyətinə  çay - kahve hazırlayır, lazımsız şeyləri toparlayır, qirimçi-klaför qıza kömək edirdi. 
   Ürəyim arxayınlaşdı. Allahıma dua edə edə evə gəldim. Bəli həyatımız beləcə davam edirdi. Aygünün şənbəsi bazarı yox idi. Hər gün işləyirdi. Şənbə - bazr bəzən iş saatı az olurdu. Dörddə, beşdə gedib, axşam 8 də 9 da gəlirdi.
   Evimə gəlib gedən Gürhan ablayla  köhnə məhəllənin qadınları idi. Mən də  qonşularımla tanış olmuşdum. Gəl getləri var idi. Mehriban idik. Bu məhəllə hamı bir birini tanıyırdı. Bir mən heç kimi tanımırdım.  Bəli yanılmamışdım. Məhz Gürhan ablagildən ayrılıb öz evimə köçəndən sonra  bilmişəm ki bu məhəllə təmiz roman-çingənə  məhəlləsidir. Burda türk camaatı demək olar ki, yoxdur. Bunlar öz aralarında öz dilləri ilə danışırdılar. Sedonun evində olanda da danışırdılar. Roman xalqıyız demişdilər. Mən onların qaraçı olduqlarını bilmırdim heç. Elə bilirdim ki, bizdəki kimi talış, ləzgi kimi kiçık xalqdırlar.  
    Onu deyim ki çox şən camaat idilər. Sankı bunların dərdi qəmi yox idi. Hamı xöşbəxt, hamı deyib gülür  arvadlı kışılı hamı içir, siqaret çəkir. Bu onlarda normal bir şeydir. Klarnet və skripkanın səsi gələn kimi göbək atırdılar. Belə yaşam tərzini Türkan Şorayın  kinolarında görmüşdüm.  Bəlkə də  bu sənətcinin məhz bu kimi kinolarını sevdiyimdən Allah da bu tayfanın içındə yaşamağı qısmət edib mənə. Bunlarda utanmaq, çəkinmək deyə bir şey yox idi. Çox  sərbəst idilər.  Qızları hədsiz gözəl, oğlanları da çox yaraşıqlı idilər. Di gəl ki qaraçı adları üzərində idi. Baxımsız, şülüm - şültüklüyü onların gözəlliyini kölgədə qoyurdu.
   Bunların davalarını görməyəsən.  Yer ayaqlarının altından qaçar. Bir birlərinə olmazın pis pis söyüşlərini söyərlər,  saç yoldusuna çıxarlar  bir birlərini cırmaqlayıb üzünün dərisini yerə qoyarlar. Bir saatdan sonra bunların bir birlərini qırmaqlarına inanmazsan. Heç elə bil davaları olmayıbmış.
    Gürhan abla Aygünün işlədiyini eşidəndə sevindi. Amma onu işə Aybikə düzəltdiyini deyəndə rəngi qaçdı.
   - Noldu abla? Aybike de aynı furmada çalışıyormuş.
   - Kızını Aybikeden uzak tut!
   Çaşıb qalmışdım. Bu nə mənada deyirdi. Öz qıızımı pis idi, yoxsa mənim qızımmı?  Nə qədər onun bu sözünün nə anlamda dediyini soruşsam da elə dediyini təkrarladı.
-Sonra demedi deme. Kızını Aybikeden  uzak tut!.
  Ürəyimə şübhə və qorxu düşmüşdü. Görəsən bu qadın niyə belə deyirdi. Və bu əhvalatdan sonra hiss edirdim ki, Gürhan abla məndən qaçır, telefonuma belə cavab vermirdi. Mesajlara da can dərdi cavab verirdi.
   O hadısədən sonra Murad işdə qamış olub xirtdəyimə keçmişdi. Üz vermirdim. Hətta bir dəfə də iş çıxışında onunla möhkəm dalaşdım. Arvadı bunu döşək kimi çırpırsa mən niyə buna bir ikisini göşəməyim dedim və qəşəycə şillələyərək, çantamı başına çırparaq ürəyimi boşaltdım. Oohh... Elə rahatlaşmışdım ki... Nolsun, yenə buna dərs olmamışdı. Gözümdən itdən düşmüş kimiydi. Üzünə baxanda ürəyim bulanırdı artıq. Bayaqdan iş yerində mənə yaxınlaşmayan, bizim sevgili olmağımızı heç kimə bildirməyən Murad indi arvadının qohumlarından da qorxmurdu. Toxucu makinasının arxasından gah məni süzür. Gah mənə çay gətirir, gah gəlib əlimdən ayağımdan yapışaraq yalvarırdı. İşdə özümə görə hörmətim vardı. Adımın belə işdə, eşq məcaralarıyla hallanıb hörmətdən düşməyimi istəmirdim.
  Fabrikin mühasibatçısı Can da  mənə qarşı diqqətsiz deyildi. Bunu hiss edirdim. Muradın sayəsində kişilərə inamım etibarım qalmamışdı. Amma etiraf edirəm ki, bir qadın kimi xoşlandığım, sevildiyim özümün də xoşuma gəlirdi. Gəncliyində yaşamadığım cavanlığımı indi yaşayırdım. Naz satırdım. Üzüm güldükcə, ruhum sevinirdi. Ruhum sevindikcə gözəlləşirdim. Gözəlləşdikcə sevilirdim. Bu da məni xoşbəxt edirdi. Yeməyə dəvət edənlər də vardı, gizli təqib edənlər də.  İşimə, evimə hədiyyə,çiçək göndərənlər də.
   Bütün bunlar mənim vecimə deyildi. Sadəcə həzz alırdım. Mənim ürəyimin dərinliklərində gizli bir hekayə yazılirdı. Xəyallar qurulurdu. Ürəyimdəki dilimə gəlməsə də, mənim Fatihim vardı. Mən Fatihin o gündən sonra arada bir hal-xoş edib yazışmaq şərtiylə üzünü görməsəm də ona aşiq olmuşdum, deyəsən . 
  O vaxt nömrəmi necə tapdığını soruşmuşdum.Dedi ki, sənin nömrəndən mənə zəng gəlib. 
  - Allah allah, mən sənin nömrəni hardan bilirəm ki. 
  -Bilmiyorum. 
 - Tamam da, ne bildin bu benim numaram? 
  - Kaydettim, WhatsApp ına gırdım. Tıblısde Aygün kızımızla selfınızı gördüm, emin oldum. 
   Fikirləşə fikirləşə qalmışdım ki, bu necə olub axı. Bir gecə yadıma düşdü ki, başı batmış Murala əlaqə saxlaya bilməyincə Fatihin  nömrəsindən Sedo dayııya zəng  eləmişdim. Və ona da zəng çatmamışdı. Elə geçəyl Fatihə yazdım, vəziyyəti başa saldım.
- Ben o an Sedo dayının numarasını aramışım, bi yanlışlık var, iyi bakın. 
  - Yoo hayır, benim telefonumda senin, bi de o adamın numarası var. 
  Hemin səhnələr gözümün qarşısından keçirdi. Mürad cavab verməyincə əsəblşmişdim doğurdan da Sedonu yığmaqdan öz nömrəmi yığmışamış. 
    Elə də bir ciddi danışıb yazışmalarımız yox idi, səsi də özü kimi kobud və soyuq idi. Arada yazırdı yoldayam, filan yerəyəm, Axırıncı dəfə Bolqarıstana getmışdılər. Heç bilmədim gəldilərmi, gəlmədilrmi.
    Bilmirəm nədəndir. O mənə yazanda ürəyim qəribə atışla çırpınırdı. Geç gec yazırdı, yazandada iki kəlmə. Amma bu iki kəlməni elə səbirsizliklə gözləyirdim ki. Pzü nə qədər soyuq və qaba olsa da onun iki üç kəlməlik yazısı ürəyimin başında ocaq çatırdı sanki. Bu iayımda hələ belə bir hiss yaşadığım, belə həyəcana düşdüyüm yadıma gəlmirdi. Özüm də bu hislərimə bir ad verə bilmirdim. 
   Bəli Murad mənim heyranlarımı görür , hiss edirdi və qısqanırdı. Elə bilirdi ki, mən də onlara diqqətsiz olmadığım üşün, başqasını sevdiyim, bəyəndiyim üçün belə edirəm.Hələ də o gün məni necə qırdığının fərqində deyildi. Bununona başa salmağa çalışırdım. Hələ məni borclu çıxarırdı.Deyirdi mənim yerimə özünü qoy  məhkəməsi bitməyən adam, o anda qarısı onu bastığını görseydi ne yapardı... 
   14 fevralda iş dəzgahıma bir buket gül gələndə elə bilmişdim gülü Murad göndərib. Can həmin vaxt tətildəydi deyə o heç ağlıma   gəlmədi. İş yerimə Murad  çox zaman çıçəklər göndərirdi. Şübhəsiz ki belə özəl bir gündə yenə də Murad məni ələ almaq istəyib.
   Gülü götürüb Muradın dəzgahına gedəndə qısqanclıq kriszinə gimışdı. Elə bilirdi ki ona acıq vermək üçün başqasının gülünü ona göstərməyə gəlirəm.
   Gülü başına keçırmək istəyəndə gülün üstündəki açıqcada yazılanlar gözümə sataşdı. 
   "Aşklar yaşanacak kadar güzel kıskanılacak kadar özel ve bitmesini istemediğin bir düş gibidir, bu aşkı benimle yaşamaya ne dersin?" 
    FATİH ERDEM
  Gozlərime inanmadım. O qorxunc adamdan, o qaba insandan belə  incəlik gözlmirdim. Həm bu necə ola bilərdi ki? Qəribə hala düşmüşdüm. Gözlərim həm gülür, həm çaşqınlıqdan böyüyürdü...
    Dezgahımın başına keçıb, dəzgahi işə saldım. Dəzgahin toxuduğu iplər ürəyimə sevgi ritmi toxuyurdu. İlk dəfəydi ki, o bu qədər yaxından xəyalıma gəlirdi. Elə bil bu dəqiqə Bursada fabrikdə yox, onun tırında, onun yanında idim. Qulağımdakı qulaqlıqdan gələn Zerrin Özerin "her şey seninle gözəl" mahnısının sədaları məni onun yanına götürmüşdü.
_________________________

9

     İşdən çıxıb servisə minəndə, yolun kənarında boz rəngl bir maşın dayanmışdı. Fabrikimizə yaxın nə bir obyekt, nə də yaşayış yeri yox idi. İşçilər və fabrikə gələn qonaqlar maşınlarını fabrikin oto park alanında park edirdilər. Ona görə bu maşının yad maşın olduğu o dəqiqə hiss olunurdu. Maşın hamının diqqətini çəkmişdi. Fabrikdə işləyənlərdən birinin ziyarətinə gəldiyi bəlliydi  .
  Buketi dizimin üstünə qoyub oturdum. Pəncərədən çölə baxdım. Hava qar havasydı, bəlkə də hardasa yağır. Birazdan burayada tökcək - buludlara baxaraq düşünürdüm.
  - Otura bilirmiyim?
  Murad razılığımı gözlmədən yanımda oturdu arxadakı qadınlardan biri gülərək:
   - Oturdun bile... - dedi  
   Maşınımız yola çıxanda o maşın da tərpəndi. Yol boyu Murad mənimlə danışmaq istəsə də üz vermirdim. Diqqətimi çəkmək üçün yüz hoqqadan çıxırdı. Maşındakı işçılər arasında pıç ha pıç başlamışdı. Bu da məni həm utandırır, həm də əsəbləşdirirdi. 
   Məhəllədə servisdən düşəndə Murad da endi. Onun  mənimlə eyni məhəllədə düşməsi dedi qoduya səbəb olacaqdı. Onsuz da hamı Muradla mənim aramdakı münasibəti bilirdi. İndi onun məniçlə gəlməsi doğurdan da yanlış fikirlərə səsləndirəcəkdi.
    Hava qaralmışdı. Lopa lopa yağan qar küçə işıqlarının altında qəribə görüntü yaratmışdı. Onsuz da qarı sevirdim. Murad yanımda olmasaydı biraz qarlı havada gəzərdım. Hava alardaım.
   Ana yoldan məhllə aralığına keçəndə ayaq saxladım. 
    - Sakın arkamdan gelme, sakın 
   - Nahide, konuşacaklarım var, bi dakika, rica ediyorum.
   - Benim konuşacak bi şeyim yok. Tamammı? Gelme! 
    Qarşıma keçib yolumu kəsir, mənə yalvarırdı.
   Əsəblərim təpəmdən aşırdı. Onunla üz üzə gəlməmək üçün az qalırdım işdən çıxım. Amma çıxsam nə edəcəm, hara gedəcəm, harda işləyəcəm ki? Belə də bu adam mənə rahatlıq vermirdi. Nə edəcəyimi bilmirdim. Vətəndaş olsaydım bu adamı məndən  uzaqlaşdırmaq üçün şikayyət edə bilərdim. Vətəndaş olmadam polisə adımın düşməsini istəmirdim.
   - Murad, bi düş yakamdan, bi rahatlık ver. Tamam en azından bi zaman ver  bana. Sana çok kızğınım. Anlıyormusun? Kendimi toparlamam lazım. 
   - Tamam aşkım, iyice toparlan - desə də yenə danışmaqdan vazkeçmedi - Bak, Nahide aşkım, yanlış anlamışsın.
  _Neyi yanlış anlamışım? Boşandığın karına hala "benim hanım" demeğını mi? Eski karının senin evine gelip evini bastığını mı? Hala bu yetmezmiş gibi, bana hakarat etmesinimi? Bu da yetmezmış gibi sen benim arkamdan gelmeyip de onun el ayağına düşmeğinimi? Neyi yanlış anlamışım Murat?
  - Tamam aşkım, kabul ediyorum, hatlısın...
   - Kabul ettin bile. O bana oropsu dedi farkındamısın. Farkındasın tabii... O bana oropsu dedi ve sen bunu kabul ettin. Sen ona haddini bildirmedin. Ben o an ne yaşadım, bilyormusun ? Senin haberin oldumi ben o an ne düşündüm? Hayatıma nasıl nefret ettim? Kendimden nasıl diksindim? Ben hemin akşam şu evin bahçesinde geceyedek yapa yalnız ağladım, kendim kendimi okşadım, ovuttum. Çok isterdim, hemin an yanımda olmanı. Amma sen benim yanımda olmadın Murat!  Sen benim yanəmda olmaktan onun yanına kaçdın, ondan özür diledin. Bense kendim ağladım, kendim susdum. Bi taraftan kendimi suçlarken diyer taraftan kendim kendimin saçlarımı okşadım, teselli ettim  ve o zaman anladım ki, benim gerçekten benden başka hiç kimsem yok. Ben yalnızım.Ben yalnızım anlıyormusun? Benim kendimden başka hiç kimsem yok Murat. Ben kendim kendimi sevmeliyim, ben kendimi sana emanet edemem. Hele bi de kızım var. Sen söyle, nasıl edeyim? Bana sahip durmayan, benim kızıma sahip dururmu? - özümden asılı olmayarak üsyankarcasına ağladım - Kusura bakma Murat. Bitti artık, her şey. Git, çık hayatımdan, tamammı çık!
    Qapını açıb içəri girdim. O isə qapının arxasından hələ də dil tökürdü.
   - Aç kapıyı nolursun - qapını bir neçə dəfə döydu. Açmadım. Çəkmələrimi soyunub qapıya söykəndim əlimdəki gülləri bağrıma basib gözlərimi yumaraq udqundum  qəhərim boğazımı tutmuşdu, boğulurdum. 
   Muradın səsi kəsilmişdi. Getdiyini fikirləşdim. Amma getməsini də istəmirdim. Özümü onsuz gücsüz, tənha hiss edirdim. Və bu tənhaliq ürəyimi əzirdi. Qapının gözluyundən baxdım. Heç kim yox idi. Ağlamaq məni tutdu. Çantamı asılqandan asıdım montumu soyundum. İçəri keçəcəkdim ki, qapı təkrar göyüldü. Geri dönüşünə sevindim amma, barışmaq da istəmədim. 
   - Git, Allah aşkına, git. İstemiyorum seni, bitti her şey, git...
  Sanki dediklerimi duydu, biraz ara verdi, təkrar döyüldü. Bu dəfə daha möhkəm. Elə bil qapıya vurulan yumuruqlar ürəyimin başına çırpılırdı. Hər çırpınışda gözlərimdən lomba lomba yaş tökülürdü. Son vaxtlar yaman kövrək olmuşdum. Adı bir şey düşünəndə belə ağlamaq məni tuturdu.hiss edirdim ki, Muradla aramızda bir şey qalmamıdı. Amma içimdə bir qorxu vardı . Yalqızılıq qorxusu.Qorxurdum onunla bütün hər şeyi kəsərsəm mənim halım nolacaq? Yenə bir ümüd yerim idi o. Çürük də olsa bu qurbətdə söykənəcək yerim idi.Yenə səhv də olsa əyləndiyim danışdığım, dərdləşdiyim idi o.Bəzən ona da haqq verirdim. Arvadı hayasızdı, indi bu neyləsin, qurtara bilmir də.
  Qapı dayanmadan çalırdı. Ani qərar qəbul etdim. Barışacaqdım,  bağışlayacaqdım. Düşünürdüm, barışmasam olmayacaq.Tənhalıq məni çox sıxır,özümə işimə,güvənim yox idi.Tək tənha bu həyat sürülməz.
   Qapını açmadan elimi qapıya qoyub özümdən asılı olmayaraq acızanə bir yalvarışla
- Git nolursun git! Benimle oynama Murat. Dayanamıyorum artık! Git! - dedim və qəhər məni boğdu. Səsim kəsildi. Daha dayanacaq gücüm qalmamışdı. İçimdən hönkürərək ağlamaq keçirdi. İstəyirdim indi bu dəqiqə ağlayım biri gözümün yaşını silsin, sarılsın, oxşasın.Buna çox ehtiyyaçım vardı.
  Qapını açdım.Qarşımda qapını döyməyə hazırlaşan şux geyimdə uzun boylu, üzü tər təmiz qırxılmış, saçları səliqəli şəkildə kəsilib daranmış mavi gözlü,sarışın bir kişi dayanmışdı.Əvvəl tanımadım
  - Merhaba-deyincə səsindən tanıdım. Bu o idi, Fatih.
  Gözlərimdən axan tənhalıq göz yaşı indi sevinc göz yaşıma dönmüşdü. Özümü saxlamaq istəsəm də bacarmırdım. Elə bil allahın mənə göndərdiyi pay idi bu adam.O vaxtı da dar günümdə Allah onu qarşıma çıxarmışdı, indi də.
  Salamını ala bilmədim. Donub qapıda qalmışdım. Gülləri hələ də əlimdə idi.Onun üzünə baxaraq hıçqırığımı  içımə salsam da  çıyinlərim atılıb düşürdü.
   İçəri boylandı. Sadece koridorun işığı yanırdı. İçəridə kimsənin olmadığını təxmın etmişdi.
   - Müsaitmisin, gire bilirmiyim?
   Gülümsədim. Elə indi yadıma düşürdü ki bu adamın salamını belə almamışam .
Tez gözümün yaşını silib, ixtiyarsız halda başımla "hə" işaresi verərək qapıdan kənara çəkildim.
 - He, elbette, buyurun!
   İçəri girdi və qapını arxasınca örtdü. Ayaqqabılarını çıxardı. Çaşqın çaşqın üzünə baxırdım.
   - Şaşırdın demi? 
   -  Şaşırdım tabii... Xoş gelmisiz, Fatih... (Nə qardaş deməyə dilim gəlmədi, nə abi, nə bəy). Çox şaşırtdiniz, siz nerden çıktınız?  Beklemiyordum-deyerkən gözlərimdən  bir topa yaş yanağımdan süzdü. Bunu ona hiss etdirmək istəmədim. Üzümü yana tutub tez üzümü sildim. 
   Gülümsündü:
  - Sanki her zaman geliyordum da. Nerden çıktın dedin.
  - Yani... 
    Əlimdeki güle baxdı.
  - Hediyyəmi kabul etmişsın. Çok mutlu oldum. Bu da bana ümüt verdi. Bence bi görüşüyim dedim. 
   - Evet...  Çok güzeller, teşekkür ederim... Şaşırdım, doğrusu,  sizden çiçek beklemiyordum. Hem de böyle bi günde...
   Gülümsündü. Baxışlarından sevgi yağdı. Sevgisinə qarşılıq vermek o qədər də asan deyildi. Muraddan ağzım yanmışdı. Bir də tanımadan bilmeden bununla başımı belaya salmaq istəmirdim. Hələ də o buranı necə tapıb gəldiyinin çaşqınlığını yaşayırdım. 
   Əlimdəki gülü yaxındakı kamodun üstünə qoyub içəri keçdim. 
   - Burada oturduğumu nerden bildin? 
   - Tahmin et bakalım.
  - Vallah aklıma bi şey gelmiyo. Eminim ben söylemedim. 
   - Evet söylemedin. 
   - Eee, o zaman? 
   - Anlaşıldı. Kapıda konuşacaz qalıba. Beni içeri davet etmiyecekmisin? 
   Utandım. Necə çaşmışamsa kişini içəri belə dəvət etməmişəm. Qapıda qalmışıq. 
   Salonun işığını yandırıb :
  - Kusura bakmayın, şaşkınlıktan...  Neyse... Kapıda kaldız. Buyurun içeriye. İşten şimdi geldim, ben de. Daha işıkları bile  açmamışım
   - Farkındayım. Aslında sen qusura bakma haber etmeden geldim.
   - Olsun,sevindim,hoş geldiniz, sefalar getirdiniz
   Geyindiyi montu soyunub mənə verdi, asdım.
  -Buyurun!- salonu göstərerek onu içəri dəvət etdim.
  O isə mənə baxırdı.təccübümü gizlədə bilmədim. Başımla nə olduğunu sorub təkrar 
   - Geçin! - dedim. 
   - Sarıla bilirmiyim?-Təcübdən gözlərimin böyüyünü görüb - İçimden geldi-dedi- kusura bakma, ağlamışsın. Gözyaşına dayanamıyorum.
  Ürəyim üzüldü, gözlərim süzüldü. Mən buna ehtiyac duymurdummu bayaqdan? 
  Susqunluğumu razılıq işarəti bilib qollarını açdı. Mənim ona gelmemi istedi. Qırmadım , ellerimı ikimizin sinəmizdə cutləyib aramiza mesafe qoydum. Köksünə sığındım.Zərif ince vücudum onun güclü qollarının arasında gizləndi. 
  İkimiz də susduq. Mən onun ürəyinin atışlarını  eşıdırdim. O isə başımı bağrına basib dodaqlarını saçlarıma yapışdırmışdı. Dəhşət dərəcədə ağlamaq istəyirdim və özümü saxlaya bilməyib ağladımda. Çiyinlərim atılıb düşdükcə baş barmağıyla yanaqlarımdan süzən yaşı silirdi...
    Onun gəlişi dərman kimi gəlmişdi  mənə.Doyunca ağlayıb rahatladım. O məni özündən ayırmır, bir kəlmə də bir söz demirdi. Elə iki qapının arasında bir birimizə sarılaraq canlı heykələ gönmüşdük. Sadecə saçlarımın dibində onun barmaqlarını, bir də isti nfəsimin və gözlaşlarımın köynəyinin yaxasını iskatdığını hiss edirdim. 
    Nəhayyət başımı qaldırıb xəcalət çəkə çəkə ona baxdım. 
   - Kusura bakmayın nolur. Sizi de üzdüm. 
   - Rahatladınmı? Hıı?  - bir əliylə çənəmi tutub sıxdı, gülümsedi. O biri əliylə üzümün yaşını sildi.
  - Olur böyle. Ağlamak iyidir. İyi gelir bazen insana. Ben de bazen ağlıyorum ama, beni kimse görmez. Ne güzeldir bak böyle karşılıklı sarılıp ağlamak. İnsanı rahatladır demi? Ne güzel. Şimdi güneş gibi parlarsın. 
    - Sağol - özümü ələ almağa çalışdım - Kapıda kaldınız, geçın lütfen. 
   - Sen de geç el yüzünü bir gözelce yıka gel! 
   - Bir çay da koyayım... 
   - Bak buna yok demem... 
   Birazdan çayımızdan içe içe söhbətə başlamışdıq. O məndən hər şeyi  soruşurdu. Azerbaycandakı həyatımı, ordan qaçma səbəbimi. Muradla necə tanış olduğumu, onunla aramda olan münasıbətlrimizi. Aygünü, harda, nə işlə məşğul olduğunu. Bir reklam şirketində,  katalog foto çəkimində işlədiyini deyendə narahat oldu. 
   - Yok öyle iş deyil merak etme. Bu orda asesent çalışıyor, yardımçı yanı. 
   - Ben bilmem, ama, iyice bir araştırmak lazımdı.
  - Eski ev sahibinin kızı buldu o işi. İyi bi kız. Kaç ay  onlarda kaldım ben... 
   - Burası Türkiye Nahide hanım. Baba kızına güvenmiyor burda- deyince Gürhanın  xəbərdarlığı qulağımda səsləndi. "kızını Aybekeden uzak tut sora demedi deme" 
   Narahat olmağa başlamışdım. Yerimdə qurcalanaraq hələ də Fatihi inandırmağa çalışırdım ki, qorxulu bir şey yoxdur. Qızım güvenilir ellerdedir. 
   - İyi tamam o zaman. Ben sadece dikkatlı olmanı istedim. Şu zamanda kolay kolay iş bulunmuyor. Hatta böyle bi yerde çalışması, küçük yaşta, sığortasız, ne karşılığında?  Hem de diyorsun maaş iyidir. Nerde şimdi? 
   - İşte.
   - Vardyalımı?
    - Yok, amma bazen  bayramlarda özel çekımler olduğu için mesaiye kalıyor. Mesaai saatlarında maaşı iyi oluyor.
  - Hem günlük, hem mesai maaş... İnanılası gibi değil. 
   Söhbeti deyişib onun işin gücün soruşdum. Onun Aygünun işi haqqında belə danışması məni qorxuzurdu. Odur ki, belə bir vaxtda bu mövzuda danışıb qanımı qaraltmaq istəmirdim biraz da öz işinden gücündün danışdı. Bir mədende çalışmış. Orda da yük maşını sürürmüş. Sonra bir dostunun köməkliyiylə bu işə düzəlib. Yoldaşı onun bu işdə işləməsinə razılıq  vermesə də Fatih ekiz uşaqlarının gələcəyi üçün tırda işləyəcəyini deyib. Xanımı onun xarıcə çıxmasından çox qorxurmuş. Daha döğrusu qısqanırmış. Elə bilib ki, xarıcə gedərsə əri onu atacaq. Fatıh xarıcə gedəndə nə az nə çox düz bir il Fatıhlə küsülü qalıb. Sonra barışıblar. 
    Sadece bu qədər danışdıqdan sonra susdu. Ümumiyyətlə Fatih çox danışmağı sevmirdi  yaxşı  dinləyiciydi. Sakit səssiz dinlər, bəzən də sual verərdi. Özü haqqında bu qədər danışıb kifayyətləndi. Daha ailəsindən, özündən danışmadı. Təkrar məni sorub soruşdurdu. Mən nə var nə yox heç tərəddüd etmədən danışırdım, danışdıqca rahatlaşırdım. O ise usanmadan dinləyir, günahlandırmadan , bezdirmədən suallar verirdi. Onunla belə içdən danışmaq mənə elə rahatçılıq gətirmışdı ki. 
   Onun ailəli olması məni ümüdsüzləşdirmişdi. Eyni zamanda da içımə qurd salmışdı. Bir anda Muradın arvadının hücümuna məruz qalmağım gözümün qarşısına gəldi. Elə bilirdim indi də bunun xanımı evimi basacaq, ikimizi bir yerdə tutacaq. Aramızda bir şey olmadığını desək də inanmayacaq. Saçımı başımı yolub yerə tökəcək. Bəs yaxşı bu evlidirsə burda nə işi var? Yoxsa bu məni o traslarda gördüyü qadınların yerinə qoyur? 
   İstədim ki ağzımı açıb deyəm ki gecdir durun gedin, o dilləndi. 
   - Hala Muradla devam etmeyi düşünüyormusun? 
   Ne cavab verim, bilmirdim. Muradla aramda nə qalmışdı kı, heç nə. Sadecə asılılıq qalmışdı. Ona öyrəşmişdim. Elə bilirdim o olmasa mən burda sönərəm, bataram. Tutunmağa kimim kimsəm olmaz. Onsuz çox qorxurdum. 
   - Anlaşıldı - onun səsi məni düşüncələrimdən ayırdı- Demek hala devam edeceksiniz. O zaman ben aradan çekilim... 
   - Yok... Ne desem ki... Bilmiyorum.
   Çaşqın çaşqın üzümə baxdı. 
   - Sen duyğularından eminmisin? 
   - Emin değilim. 
   - Ee?  Ne düşünüyorsun? 
   - Hiç bi şey... Şu an büyük bi boşluğun içerisindeyim. Neyi nasıl yapacağımı bilmiyorum. Hayatımı düzene koyum diyorum, olmuyor. Biliyormusun, ben Türkiye hayatıma Muratla göz açdım. Ona güvendim, inandım, geldim. Amma o beni kırdı. Hem de çok kırdı. Ona karşı olan güvenimi, duyğularımı kaybettim. Beni koruyacak, bize sahip çıkacaq sandım ama, nasıl?  Benim kızımı  sevmeyen beni severmı?  BEni seven erkek kızımı kabul etmezmi?  Beni başkaslna ezdirirmi?  Eski karısı bana hakarat ederse, o bunu yermi?  Korumazmı, karısına bağırıp çağırmazmı? Özür istetmezmi? Neden korksun, niyə korksun? Erkek adam korkurmu hiç. Ben hayatımı, kızımın hayatını korkak bir adama emanet ede bilirmiyim? Hissediyorum aramızda uçurumlar var. Ben uçurumun ta tepesindeyim. Geri dönüşüm  de yok,  bir umudum var. O da o... İrəlide ona varmak için köprüm yok. Umudum o, ama o da korkak bana addım atmıyor. Uçurumu yalnız başıma, kendi gücüme keçıp ona varmamı istiyor. Ne yapmam lazım  ondan başka tutunacak bi kimsem de yok, yolum da yok...
   - Ben varım... 
   - Ama evlisin... 
    Ayağa qalxıb vazoya  qoyduğum gulün üstünden zerfı götürdü. Yazını mənə gösterdi.
    - Bana güveniyormusun? Eyer güveniyorsan o uçurumun başından ben sana da kızına da köprü açarım. Sana ve kızına kollarımı açarım. Yeter ki siz gelin, seve seve gelin. Pişiman olmadan gel. Sana seni sebiyorum demiyorum. Çünki bundan emin değilim. Ama belki  bi gün  bir birimizi daha yakından tanırsak... Erkek sözü veriyorum, bu beraberliğımız seni ve kızını pişman etmeyecek.
   Elinı mənə uzatdı.
   - Benimle bu yolda yürümeye varmısın?
    Elini tuta bilmedim. Qorxdum. Muradın mənə etdikləri məni qorxuzmuşdu. Hələ də əvvəlkı yoldaşının qorxusundan mənimlə münasıbətini ciddiyə ala bilmir. Fatih diliylə qısqanc xanımı olduğunu deyir. Hansı qadın öz halal hümmət ərini başqa qadına verer? Əgər bu münasibətə razılıq versəm, sabah onun xanımıyla üz üzə gəlməyə mənim gücüm varmı.
   - Evet? Ne diyorsun? Varmısın, yokmusun?
    Elə bu vaxt telefonum zəng etdi. Tanımadığım nömrədən idi. Ürəyim sıxıldı. Muradın xanımının bizi basması gözlərimin önündə canlandı. Elə bildim bu nömrə Fatihin xanımıdır, Fatihin burda olduğunu bilib, gəlib zəng edib....
   - Bi şeymi oldu? Rengin kaçtı?
   - Alo...
    Polis şöbəsindən idi. Aygün işlədiyi herdə  narkotik və əxlaqsızlıq dəstəsi ilə bərabər gözaltına alınmışdı...
____________________________________

                                                                            10 
  
    Aygünü tuzağa salıbmışlar. Bir neçə gün bundan əvvəl sevgililər gününə özəl olaraq çox gəlirli bir çəkiliş üçün otellərdən birinə gediblər.  Hansısa bir firmanın iç camaşırlarının reklam çəkilişlərini ediblər.  Aybikə də ordaymış. Hətta çəkilişdə manken kimi Aybikə özü iştirak edib. Sonra yüksək bir pul qarşılığında Aygünə də bir iki pozisyondə şəkil çəkdirməyi təklif ediblər. Aybikə də Aygünə dəstək verib, qorxulu bir şey yoxdur. Sadece nümunə alacaqlar səndən, bəyənsələr sən özün də çəkil reklamlarda, yaxşı pul qazanarsan, həm də məhşurlaşarsan.  Nə vaxta qədər burda çayçılıq edəcəksən ki?  Bir görərsən qısmət ayağına gəldi. Bu gün kataloq çəkilişində olarsan, sabah istanbula dəvər edərlər filimlərə, dizilərə.
   Şohrət olmaq, çox pul qazanmaq arzusuyla şeytan uşağı yoldan çıxarıb. Razılıq verib. İlk dəfə bu çəkilişdə iştirak edib. Sexsi xidmətci ( çox açıq saçıq və seksi) pozisiyonda şəkillərini çəkiblər. Firmanın məqsədi xidmətçı geyimində alt paltarlarını nümayış etdirmək olub.
   Bu gün də çəkilişdəykən bir orta yaşlı adam gəlib böyük miqdar qarşılığında qızı otelə dəvət edib. Əks təqdirdə şəkilini sex səhvəlrinin birində yayacağını bildirib.Təbii ki Aygün bu təklifi qəbul etməyib. Amma kişinin doğurdan da harasa zəng edib Aygünün şəkillərini sayıtda yerləşdirib. Özünə də göstəriblər. Kişi Aygünə onun dediklərin edərsə  şəkillərinin sayıtdan qaldracağını deyib. Şəkillərinin belə səhvədə yayılacağını, hətta Azərbaycanda qohum əqrabalarının onun şəkillərini görəcəyindən, camaat işində biabır olacağından qorxan qız kişiylə bərabərliyə razılıq verir. Qızı bir evə gətirirlər. Aybikə də onunla bərabər gəlib. Qızı arxayın salıb ki, narahat olma, qorxulu bir şey yoxdur. Sadecə sənə baxacaqlar bəyənsələr yaxşı bir iş verəcəklər.
   Bu ev isə əxlaqsızlıq yuvası imiş. Aygün içəri girəndə gördüklərindən baça düşüb ki, onu aldadıb başqa yerə gətiriblər.  Telefonun, üstündəki şəxsi əşyalarını kimlik kartını, pullarını əlindən alıblar. Aybikə də yoxa çıxır. Yalvarıb yaxarıb ki, onu buraxsınlar. Amma balıq özü tora düşüb, hansı balıqçı onu buraxar?
   Qıza ayrıca otağa salırlar, bütün paltarlarını soyundurub müştəri gözüylə bütün bədəninə baxırlar. Qızın bakirə olub olmadığını yoxlayırlar.  Bütün bunlara Aygün etiraz etsə də, kim idi onu duyub eşidən?
   Qızı hazırlayıb həraca çıxarırlar. Bu zaman dünyası başına yıxılır. Aygünün şöhrət olmaq arzusu, çox pul qazanmaq istəyi vücudunun satılmasına nail olur. Aygün çarəsiz çıxılmaz vəziyytdə qalır. Nə edəcəyini bilmir. Çox böyük məbləğə onu bakirə qız kimi bir gecəlik, bir kişiyə  satırlar. Bahalı bir geyımdə onu çox bahalı maşına qoyub bir villaya gətirirlər. Qızı  o adamın evinə göndərmədən ona məcbur dərman içirdirlər. Bəzi tövsiyələr verirlər. 
  Kos qoca villada tək idi.Səssizlikdən qu desən qulaq tutulardı. Qızı içəri salıb qapını bağlayırlar. Qız qaçmağa yer axtarır. Lakin hər yer bağlı, pəncərələr dəmir barmaqlıqla örtülü idi. Bir bir otaqların qapılarını açıb kontrol edir. Heç kim yox idi. Elə bu vaxt aşağıdan səs eşidir. Eyni zamanda da koridorda telsiz ev telfonu görür. Tez telefonu götürüb qulağına tutb yoxlayır. Telefon işləyirdi. Sevinir və tez telefonu  qoynuna basır. Bu vaxt bayaq orda gördüyü kişi pıləkənləri yuxarı çıxırdı.
  Aygün ona oyun oynamalı idi. Bilirdi ki, ağlayıb - zırlamaqla, yalvarmaqla burdan qurtuluş yolu olmayacaqdı. Adam dünyanın pulunu verib, bakirə qızla bir gecəlik kef çəkmək üçün sərvətindən keçib. Ona sahib olmadan bu qızı azad edərmi?
   Odur ki, gülə gülə kişini qarşılayır. İçəri otağa kecəndə Aygün, qarnının ağrıdığını deyib tuvaletə getmək istədiyini deyir.
   Telefondan polisi yığsa da adres verə bilmir. Çünki hara gətirildiyindən heç xəbəri yox idi. Polis Aygünə kişini oyalamağı tapşırır və  telefonu sondürməməyi əmr edir. Onun olduğu yeri təsbit edəcəklərmiş. Aygün tuvaletin içidəki havalandırma sisteminin qapağını qaldırıb telefonu söndürmədən oraya qoyur. 
    Artıq Aygün dayana bilmirdi. Başı gicəllənir, gözləri toranlı görürdü. 
    Polis evi basarkən Aygün çılın çılpaq kişinin yatağındaymış...
    Bunlar Aygünün polisdə verdiyi ifadələr idi. İfadənin məzmununu məmur polis mənə danışanda özümə divan tutmuşdum. Hayıma Fatıhdən başqa heç kim yetişməmişdi. Məni sakitləşdirir, uşağı tuzağa düşürən hər kəsin c inayət məsuliyyətinə cəlb olunmasını tələb edir, mənə hər şeyin yaxşı olacağını deyərək mənəi təsəlli edirdi 3 - 4 saat sonra Fatıhin kiçik qardaı Ege də gəldi - buradan bura Murad mənim hayıma yetişmədi. "Sabah kalkıb işe gidemem kusura bakma" dedi...
  Ege də Aygünün vəziyyətindən çox narahat idi. Polis şöbəsində çığır bağır salır, Aygünıə görüşməyi tələb edirdi.  Aygünlə ona görüş verməyincə bəzən dayana bilməyib divarları yumuruqlayırdı. Yazıq Fatih bilmirdi onu sakitləşdirsin, yoxsa məni.
   Nəhayyət bizə görüş verdilər. Fatihin aldığı dönəri və ayranı götürüb içəri keçdim.
  Ağlamaqdan üzü gözü şişmişdi. Alnında yanağında qızartılar var idi. Sanki döyülmüşdü. Üzümə baxmağa utanırdı. Eyni zamanda da onu burdan qurtarmağım üçün yalvarırdı. Söz verdim ki, onu qurtaracağam. Belə bir vaxta onu danlamaq, başına gələn bu pis hadısəni onun üzünə vurmaq onu bir daha yıxmaq idi. Odur ki, daha diqqətli davranırdım.
  Ona toxunulub toxunulmadığını soruşdum. Özündən əmin deyildi.
   - Ana, o murdar kişi məni döyə döyə yatağa atdı, hər tərəf kamera idi. Eynən çəkilişdəki böyük kameralar kimi. Beynim dumanlanırdı. Vurub kameranın birini saldım, kimsə bizi xəbərdar etdi, eynən çəkilişdəki kalonkalardan gələn səslər kimi, kimsə bizi kontrol edirdi kameralardan. Yüz faiz mənim seks vidiomu çəkəcəkmişlər. Görmürsən üzüm nə gündədir? Gücüm çatmırdı ona. Bilirdim ki, polislər gələcək. Özümü qorumağa çalışırdım. Halım yox idi, elə bil piyan idim. Day bilmirəm qoruna bildim ya yox. Key kimiyəm. Mənə dəyən o şıllələrdən belə xəbərim yox idi. İndi, indi keyim açılır elə bil. Hər yerim ağrıyır... 
   Məhkəmə qərar verdi. Fatihin tutduğu vəkil belə qızımı deportdan qurtara bilmədi. Aygünə deport qərarı verildi. Aygünün polislə əlaqəyə keçməsi Aygünün pasportunun əxlaqsızlıq damğasının   qarşısını alsa da, tibbi ekispertizanın uyuşdurucu həb istifadəsinin təstiqi onu deportdan qurtara bilmədi. Bir umudumuz vardı, bakirəlik raporu. Bu raporla Aygünün əxlaqsızlıqla məşgul olmadığına, taciz və təcavüzə məruz qaldığını sübut edə,   eyni zamanda qarşı tərəfə maddi və mənəvi dava aça bilərdik. O da harda? Bəlli ki Aygünün düşdüyü bu çətə profsiyonal bir çətəydi ki, belə bir işlə məşğul olurdular. Mütləq bu işdə onların adamı da vardı, pulu da. Bizim bu qədər pulumuz hardaydı bu davanı açmağa, vəkil tutmağa.  Bunlarla buynuzlaşmağa. Hətta bizə təhdid mesajı da gəlmişdi ki, bu davadan vaz keçək. Bu hədə qorxudan sonra  heç onların adını ağzımıza almağa dəyməzdi. Kim idik ki biz? Harda olursaq olaq istər Azərbaycanda, istər Türkiyədə adamın və pulun varsa söz sənindir yoxdursa qürurunda tapdalansa, başına oyun da açılsa sən heç kimsən. 
   Həyatımız onsuz da bir şey deyildi. İndi, lap alt üst olmuşdu. Uzağı 5 gün içində Aygün ölkəni tərk etməliydi.  Nə edəcəyimizi bilmirdik. Hara gedək, kimin qapısını döyək?  Pulumuz yox, paramız yox...
   Məhkmədən çıxıb bütün açığımı Gürhanın üstünə tökdüm. Aybikənin telefonu bağlı idi. Mənim çıngənələrə gücüm catardı? Bütün məhəllə yığışıb saç baş etdilər məni...
   Başımıza gələn oyunlarda bu qədər zamanda Murad yanımda olmadı. Bir dənə təsəlli edəcək bir söz demədi. Ancaq zəng edirdi, cavab vermirdim. Yazırdı yazmırdım. Düşünürdüm ki, bəlkə də belə günümdə gəlsəydi  bağışlayardım onu.
   Bütün bu hadısələri danışacağım bölüşəcəyim ən yaxın adamım Bir Fatihlə Ege, bir də Esi və onun ailəsi idi. Bu dünyada iki qoruyucu mələyim vardı, biri Esigil, biri də Fatihgil. 
   Fatihlə Ege bizi heç tək qoymadı. Aygün buna etiraz edir, hətta mənə kinayəli atmacalar da atırdı. Bir dəfə Aygünün səhvini üzünə vurdum, üstümə qışqırdı. 
   - Az aşın duzu deyilsən ee, özün. Maşallah mən bildiyim Murad, Fatıh... Hələ başqa kimlər var Allah bilir - dedi - anası gəzən ağacı balası budaq budaq gəzər, oxşamışam da oxşamışıma...
    Aygünlə aramızdakı pərdə qalxmışdı demək olar ki, bütün hər şeyin günahını məndə görürdü. Ona haqq qazandırırdım. Balamı özüm öz əlimlə bədbəxt etmişdim. Kim bilir orda qalsaydı indi isti  yuvası vardı. Xoşbəxt idi, onu özüm öz əlimlə yerindən dərbədər etmişdim. İndən sonra onu qəbul edərdilərmi?
   Aygünü tanıya bilmirdim. Həm əsəb keçirdir, həm də piskolojik sarsıntı yaşayırdı. Bilirəm belə bir vaxtda onun müalicə alması lazım idi. Amma buna nə vaxtımız, nə də pulumuz yox idi. Özüm də ondan betər idim. Az qalmışdım günahlarımdan qurtarmaq üçün canıma qıyım. Amma bir də mən olmasam Aygünün düşəcəyi vəziyyəti düşünəndə dəliyə dönürdüm.
   Ağzına gələni deyirdi mənə. Aramızda ana qız pərdəsi qalxmışdı artıq. Nə deyirdisə qəbul edirdim. Onun məndən başqa tutunacaq, dəstək yeri yox idi.
    Fatihə təşəkkür edib, yalvarırdım ki, daha  getsin bizimlə bütün əlaqələri kəssin. Çünki Fatihlə məni bir yerdə görən Aygün əməlli başlı dəliyə dönürdü. Heç məni belə görmək istəmirdi. Bu gedişlə qorxurdum özünə bir şey edə. 
   Evi aldığım əşylarla bir yerdə sahibinə təslim etdim, iş yerimə istefa ərizəmi yazıb azad oldum. Azərbaycana getmək ietəmirdim. Amma başqa hara gedəcəkdim ki?
    Biletləri almağa gedəndə Fatih də yanımda idi. Gürcüstana bilet alaçağımı deyəndə
   - Olmaz - dedi. Memleketine gitmelisin.
   - Nasıl gedeyim, bizi arıyorlar. 
   - Olsun.Ya sizin orda devlet yokmu? Polis yokmu?  Bir sığınma yurdu yokmu? Olurmu, sizi rahatsız edeni şikayyet edemezmisiniz? Hem Gürcistanda nerde kalacaksın? Konuşmasını bile bilmiyorsunuz. Aygün de piskolojiye girmiş iyice onun iyice bi piskolojik tedavi alnması lazım.Bence memleketine  giderse, arkadaşlarıyla görüşürse moral olur ona. Gürcüstanda daha da bunalıma girecek.
  Fatih düz deyirdi. Azərbaycana dönməliydik. Bakıda gizlənməliydik. Ev tutub işləməliydim. Başqa yolumuz yox idi.
   Olan olmazımızı da evdə qoyub çıxdıq. Fatihlə Ege də bizi yola salmağa gəlmişdi. Ama Fatıh Aygünün gözünə  görsənmədi. Bir bəhanəylə Aygünü gözləmə zalında qoyub Fatihin yanına getdim. Bu arada Ege də Aygünün yanına gəldi.
    Fatihin yanında çox ləngiyə bilməzdim. Aygünü tək qoymaq olmazdı. Aygünü tanıya bilmirdim. Qız özündə deyildi. Bilmirəm içdiyi dərmanın təsirindənmi yoxsa keçirtdiyi stresdənmi çox pis idi. Fatıhlə biraz aralıdan gözlərimlə onu təqib edurdim Qız Egeylə də danışmırdı. Yerində əsirdi. Hiss edirdim ki əsəbləşıb, amma büruzə vermir.
   - Nahidə bak, canım, söz verdiyim kimi hep yanında olacam. Bi şey lazım olursa çekinme. Ara. Ben sana söz verdim. Bizim kitabımızda erkek sözü kanla yazılır, ölmek var dönmek yok.
   - Fatih, sana söz veremem, bu durumda hiç bi şeye soz veremem.
   - Seni anlıyorum, ama inan, her şey güzel olacak.
   - Hıç bi şey güzel olmayacak. Orda bize hayat yok. Buna eminim.
   - Bak, Nahide, boyle konuşup kendini umutsuzluğa kaptırma. Ben varım. Belki bu gün bir arada olamaya biliriz, ama inan seni hiç yalnız bırakmayacağım. 
   Səbrdən çıxmışdım. Daha Fatihlə də danışmağa gücüm yox idi. Adamların arasında hardansa Murad gözümə ilişdi və anındaca yoxa çıxdı.  Gözlərimlə camaatın içində onu axtarsm da görmədim. Bir anlıq hisslərimə qapıldım. Umudlandım. Nə edim əlimdə deyildi, həyatımın bəlkə də ilk eşqıydi o. Ona nə qədər qızğın olsam da, o məni nə qədər ortada buraxsa da, tək qalsam da, o nə qədər qorxaq olsa da onu  sevmişdimmi desəm, ona bağlanmışdımmı desəm, bilmirəm   bütün xəyallarımı onunla qurmuşdum, bəlkə də ona görə hələ də ondan qopa bilmirdim.
    - Nəysə Fatih, gitmeliyim, Aygün iyi deyil.Yanında olmam lazım. Sana nasıl teşekkür edeceyimi bilmiyorum. Sağol. 
  - Ben sana söz verdim, ama sen bi şey söylemedin.
   - Ne söyleyim ki, Fatih? Olmayacak duaya nasıl amin söyleyim? Boşuna umut vermiş olmayım. 
  - Olacaq. İnan bana, olacaq
   - Bilmiyorum.
   Əlimdən tutdu.
   - Seni anlıyorum. Güvenmiyorsun, tamam onu da biliyorum ki, yaşadıkların  bütün güvenini kırmış. Senin güvenini kazanmaya çalışacam.
    - Nasıl olacak bu iş?  Anlamıyormusun, ben gidiyorum. Bir daha buralara gelmem mümkin deyil - elimi elinden qopardım. Boşuna umutlanma Fatih. 
   - Geleceksen.
   - Kızımı oralarda yalnız başına koyub gelemem.
   - Kızın da gelicek.
   - Fatih hayel kuruyorsun, lütfen kendine gel. Aygün 5 senelik deport  yemiş, 5 seneye kim ölür, kim kalır. Sen beni 5 sene bekleyecekmisin?  Allah aşkına ya...
  - Ben avukat tutacağım. Ne gerekirse yapacağım. Aygunun suçsuzluğunu ispatlayıp pasaportunu temize çıkaracağım. Deportunu kaldıracam.
   Qarnım tox idi yalan sözlərə. Murad da o qədər belə vədlər vermişdi ay belə olacaq, elə olacaq...
  - Al bunu
Əlində bir neçə dolar tutmuşdu. 
  -Yok, hayır.Ben bunu kabul edemem
  - Lütfen Nahide, bir süre iş bulana kadar idare edersin. 
  - Hayır, üz vurmayın, bunu kabul edemem. 
  - Kabul etmeyip te napacaksın Nahide, parasız, işsiz, evsiz. Aygünün durumu da ortada, depresyon yaşıyor. Sokaklardamı kalacan?  Baba evinemi gidecen? Kendi evinemi? Kolaymı sanıyorsun? Peki, kendi evinde rahat rahat otura bilecemmi?
  Əlim gəlmirdi pulu almağa, yox da deyə bilmirdim. 
  - Hadi ama, tamammı. Sen canını sıkma. İki gün sonra ben yurtdışına  çıkıyorum. Benim numaram her zaman açık biliyorsun demı? Beni habersiz koyma. Sen güclü kadınsın. Başaracaksın. Buna inanıyorum ve sana güveniyorum. Həmən ev bulun, Aygünün de üzerine çok gitme. Ona morel verecek şeyler yap. Hayatdır olur böyle şeyler, enişi yokuşu var... 
   Bir anda bağırışma, çığırışma düşdü. Səs gələn tərəfə döndüm. Aygün idi, Muradın yaxasından tutub var səsiylə çığırırdı. Nə dediyi  başa düşülmürdü, ama qız əsəbindən çatlayırdı. 
  - Aygün, qızım... 
  Fatih də yerindən qopdu. 
   - Kurban olayım, sen gelme. Ege orada, yardım eder. Zaten seni de kafasına takmış, lütfen... 
  - Senin ne işin var burda, salak adam. Def ol burdan-Muradın yaxasından yapışaraq çekişdirdim. 
  - Yapma aşkım, seninle konuşmaya geldim.
  - Konuşmayamı? Nerdeydin şu zamana kadar? Şimdimi aklına geldim? 
   Səsə avtovağzalın güvenlıyı də gəlmişdi. Muradı oradan uzaqlaşdırdılar. Aygünü bağrıma basdım. Əsim əsim əsirdim. Ege də əsəbindən partlayırdı. Arada fürsət tapıb bir ikisini Murada da ilişdirmişdi. 
  _Aygün, ana qurban belə eləmə, gözümün işığı bax, məni qorxuzursan. 
  - Her şey onun üzündən oldu, ana hər şey.
  - Bilirəm qadan alım, onu qanına bələnsin. Sən sakit ol! 
  - Hardan gəlib tapdı bu zibil bizi? Qaraçıdan nə gözləyirdik ki?  Qaraçının qaraçı dostları olar da! Cındırxanadan pislik törər. O olmasaydı nə işimiz vardı burda, Aybikə hayasızını nə tanıyırdım. 
  - Sakit ol qadan alım. Keçdi. Bu da bir olacağımız idi, gəldi başımıza. Oldu getdi. Şükür, qurtulduq, bax gedirik, daha bir də bu şeyləri yaşamayasan. 
  - Hara gedirik, kimin qapısına?  Üzümüz var evə gedək? 
   - Darıxma, hər şey yaxşı olacaq, darıxma gözəl balam. Qalx, Ege, yardım et, oğlum. Hadı, otobus gəldi.. Özünü ələ al,gözəl balam. Sil gözünün yaşını, Anan qurban olsun gözünün yaşına, məni qorxuzma, başına dönüm özünü ələ al güçlü ol... 
   Aygünün qoluna girib Egeylə avtobusa mindirdik. Egenin ağzı var dili yox. Təbiətən sakit oğlandır, ağıryana idi. Amma insana necə içdən yanır, necə adama ürək dirək verir... Utancaq oğlandır. Mənim yanımda Aygünlə danışmır, amma hiss edirəmki onunla tək qalmağa can atır. Ona moral verə bilir. 
  - Ben bir çantalara bakıyım. Sen Aygünü yalnız bırakma, tamammı oğlum. Su da alıyım, gelim. Otur onunla konuş, tamamı - Qulağına pıçıldayıb Aygünü Egeyə əmanət etdim. 
   Avtobusdan enəndə Fatıh giriş qapısının yanından mənə yandakı avtobusun yanına gəlmək üçün göz elədi. Elə bu vaxt qolumdan kimsə yapışdı. Murad idi. 
   - Bırak gitsin, sen kal, Nahide. Ne dersen yaparım seninçın. Dünyaları ver desen ayaklarına seririm. Brak gitsin amcalarına, beni yalqız koyma... 
   Kəlməsi ağzında qaldı, palaz kimi yerə sərildi. Özümdən asılı olmayaraq qışqırdım. Bir anda peronda çaxnaşma düşdü. Muradı yerə sərən Fatih idi. 
  - Sakın bi daha karşıma çıkma, bi daha seni Nahidenin ve kızının etrafında görürsem... 
  - Tamam abi, tamam yanlış anladın abi, Nahide benim iş arkadaşım, uğurlamaya gelmişdim... 
   Bir daha gözümdən düşdü,bir daha alçaldı Murad.İlahi, insan bu qədərmi şəxsiyyətsiz,bu qədərmı qorxaq olar? Özümü tanıya bilmirdim. Bu iki ildə o qədər danışmışıq, saatlarca, gecələr sabahlara qədər, yatmamışıq, ağıla gələ biləcək hər şeydən söhbət etmişdik - sexdən tutmuş gələcək planlarımıza gədər, hətta gələcəkdə yaşayacağımız evə gədər, qurduğumuz işə qədər... Bəs mən  bunu niyə tanımamışam? Niyə gözlərim bağlanıb onun bu üzünü görə bilməmişəm? 
   Avtobus Bursanı çıxana qədər Fatihin maşını bizi taqib edirdi. Sonra yollarımız ayrıldı. Onlar Aydına - öz evlərinə biz isə Azərbaycana. Aygün başını şüşəyə söykəyib taa sərhəddə qədər bir kəlmə də danışmadı, tərpənmədi, üzümə baxmadı belə. Ağlıma gəlməzdi ki, bu depresiyanın əlamətləridir. Bu susqunluq irəlidə onun da, mənim də başıma nə fəsadlar açaçağı ağlıma belə gəlməzdi. 
_____________________________________
 
                                                   11  

   Bakıda xalam qızının darvazasının ağzında dayanmışdıq. Qapının zəngini çalmağa ürək etmirdim. Birdən qəbul etməzlər, bir iki gün evində qonaq saxlamazlar deyə.  Elə bilirdim yenə anamgılə zəng edib, bizi onlara verəcəklər. Oraya gedərsək bu başımıza gələnlərdən sonra bizi necə qarşılayacaqlar, bizi nə gözləyirdi bilirdim. Ona görə Ülviyyəgilə yerləşməyim ən böyük ağılsızlıq olardı. Ama burdan da gedə bilmirdim, gedəcək yerim yox idi. 
   Heç Aygün də demirdi bura haradır, niyə gəlmişik. O buranı tanımırdı. Bir dəfə balaca olanda gəlmişdik Ülviyyə gilə, o vaxt da Aygünü götürüb evdən qaçmışdım. Sonra anamgli gəlib bizi apardı, verdi qaynanamgilə. 
   Qız elə bil keyimişdı, böyük çantanın üstündə sual işarəsi kimi oturub mürgü döyürdü. 3 günlük yolda mənimlə kəlmə belə kəsməmişdi. Güclə güc sərhəddi bu tərəfə keçəndə bir loxma yemək yedirtmişdim ona yalvara yalvara. Allahın suyunu belə içmirdi. 
   - Mama qurban, sən burda otur. Mən də gedim uşaqlara bir şey alım, ayıbdır əliboş getməyək, indi deyəcəklər Türkiyədən basa basa gəliblər, qabliyyətləri çatmadı bir şey almağan, əliboş gəldilər. 
   -... - Dillənmirdi
   - Ordan da keçım  yolun o tərəfindəki maklerə görüm bir ev tapa bilirəmmi? 
   -... 
   - Bax bir yerə tərpənmə haa, indi bu dəqiqə gəlirəm... 
    Nigaran nigaran yolun o tərəfindəki cərgə dükanlara keçıb alacağımı aldım. Maklere yaxınlaşıb bir otaq soraq elədim. Var idi, amma, çox bahalı. İşsiz gücsüz mənim belə bir ev tutmağa gücüm çatmırdı. 
    Geri qayıdanda Aygünü yerində görmədim. Əşyalarımız ordaydı Aygün yox.. Dəliyə döndüm, sərsəri adamlar kimi sağa sola boylandım. Elə bil heç qız yox imiş. Qışqıra qışqıra Aygünü səslədim. Yaxınlıqdakı maqazınlərdən adamlar mənim səsimə çıxmışdılar. Camaatın, tanıyıb bilmədiklərimin qabağına qaçıb Aygünü soruşurdum. 
   - Balaca qızdır ay bacı? Neçə yaşı var? 
   - Yox, 17 yaşında, belə uzun, şabalıdı saçlı qızdır, görmədiz buralarda? Burdaydi oturmuşdu burda zənbilin üstündə, dedim bəlkə... 
   - Ay xanım, böyük qızdır, qorxma, gələr indi harda olsa, yəqin girib maqazinlərin birinə. Gələr indi, harda olsa... 
   - Yox ee, qorxuram, nabələddir buralarda, tanımır buraları. Həm də biraz xəstədir. 
  - Qorxma... 
   ELə bu vaxt yolda maşın tormuzunun  səsi gəldi. Qorxu içində səsə döndüm. 
   - Aygüünnn !!! 
   Camaat başımıza toplanmışdı. Allah saxlamışdı balamı. Yolun o tərəfindəki dükana "satıcı qız" elanını görüb gedib danışmağa. Qayıdarkən yolu keçəndə maşını gözləməyib. Sürətlə gələn maşın az qala qızı basıb keçəçəkdi.
   - Darıxma bala, ana qurban hər şey yaxşı olacaq, işdə tapacağıq, ev də. Sən də özünü topla bir, özünə gəl yaxşıca, biraz özümüzü toplayaq, gedib atestatını alacam, adını yazdırım bir yerə get oxu...
  - Bağışlayın xanım, deyəsən  qonaqsız buralarda 
- Aha- təsdiqləmək istədim, tez də fikirimi dəyişdim. Fikirləşdim nabələd olduğumuzu başa düşüb bizi aldadarlar, üstümüzdə də biraz pul var, soyarlar. Ona görə tez də dilləndim :
  - Yox, qonaq deyilik, buralarda yaşayanıq. Ev axtarırıq. Əslində tapmışdıq, yuxarıdakı məhəllədə. Behin zadın vermişdiyee... Demişdik ki, uzağı iki günə  gələcəyik. Yasımız düşdü, gələ bilmədik. İndi gəlmişik, indi də baxıram ayrı adam yığıblar ora.  Dedi gəlmədiz verdik başqasına. Qaldıq küçədə. Dedim cəhənnəm başımızı soxacaq bir ucuz dam olsun, bu gecə çöldə qalmayaq. Axşam da düşür. 
   - Gedəcək bir yeriniz yoxdur, ev tapana qədər?
   Ülviyyəgilin darvazasına baxdım. 
   - Var, niyə yoxdu? Amma özüm istəmirəm. Hamı özünə görə ailədir, vallah istəmirəm kimsə bizə görə narahat olsun. Biri qaynanalı evdir, vır vır... Birinin əri narahat adamdır. Birinin evində böyük oğlu var, mənimki də cavan uşaq, ev evə siğr, qardaş, el elə sığmaz.
   - Hə düz deyirsən, bajı - kişi biraz düşündü. 
  - Bəlkə tanıyıb bildiyiniz yer ola, kiralıq, lap günlük, bu gecə qalaq, sabah bir ev taparam. 
   - Harda işləyirsən?  
   - İndi işləmirəm, amma işdən də qorxan deyiləm. Nə iş olsa çorəyimi qazanan adamam. Hələ bir ev tapıb başımızı soxaq. 
   - Əslində var, bir tanışım var , istərsən gedək bir bax. Buralara yaxın bir evdir. 
    Yaxın yer dediyi qəsəbənin o biri başında təzə məhəllələrdə. Yol yox, iz yox. Palçıq dızə çıxır.
   Nə edək çarəsizlikdən 70 manata toyuq damından seçilməyən , divarları nəmişlikdən quzulayıb tökən balaca bir otaq kiraladıq. Boş idi, ev sahibindən yatmağa yorğan döşək, çarpayı, qab qacaq istədik. Demiyəsən əşyalı evin qiyməti başqaymış.30 manat da üstünə əlavə edib  ev sahibindən  ev əşyaları qab qacaq, yorğan döşək pərdə, qatlama çarpayı, bir məktəb stol stulu, bir köhnə balaca televizor da aldıq.
   Otaq o qədər balaca idi ki, çarpayı evin yarısını tutmuşdu. Partanın bir küncünə televizoru qoyub bir tərəfində yemək yemək üçün istifadə edəcəkdik. Özüm yerdə yatacaqdım. Şfoneri əvəz edəcək asılqanların üstündən toz basmamaq üçün pərdə asılmışdı. Tavanın rəngi əvvəlki kirakeşlərin siqaretindən qap qara olmuşdu. Evin bir küncündə ceyran peçı yanırdı.
   Hamam, tuvalet, mətbəx, soyuducu, qaz digər kirakeşlərlə ümumi idi. Ümumi olan hər şey iyrənc günüdəydi. Tuvaletin divarları sidikdən sap sarı saralmışdı. Sidiyin qoxusundan adamın beyni çatlayırdı. Hələ hamamı demirəm. Hamam deyildi, bakteriya deposu idi. Divarlar rütubətdən qopmuş, güzgüsü və yerin kafelləri sabun köpüyündən ərp bağlamışdı. Adam soyunub burda çimməyə iyrənirdi. Əlimdə əlaç olsaydı, daha doğrusu ev bir balaca böyük olsydı vanna qoyub elə içəridə çımərdik.
    Mətbəxdən heç söz açmağa dəyməz. Qazın üstü yanmaqdan əl qalınlığında qara tutmuş, ocağın gözləri yağdan tutulub yanmırdı. Bir sözlə burda yaşamaq doğurdan da acınacaglı vəziyyət idi. Amma neyləyək. Məcbur dözəcəyik. 
    Həmin həyətdə yaşayan Kəmalə adlı bir qadının əliylə mərkəzdən aralıda, qəsəbənin çıxışında, yol kənarındakı kafelərin birində işə düzəlmişdim. Aygün də maqazındə işə düzəlsə də iki gün sonra işdən qovuldu. Çox dalğın idi. Müştərilərlə diqqətli davrana bilmirdi. Onun işdən qovulması da bir tərəfdən toxunurdu ona. Daha da pisləşirdi. Bütün günü evdə yatırdı. Onun evə qapanması məni çox qorxuzurdu.
   Həyətdəki diger kirakeşlər hamısı kişilər idi. Fəhlə babalar idi. Rayondan gəlib Bakıda gündəliyə işləyənlər olduğundan sabah gedib gecə gəlirdilər. Axşamlar hamam  və mətbəx növbəsi zamanımızın çoxunu alırdı . Bu həyətdə bizdən başqa qadın kirakeş məni işə düzəldən Kəmalə idi. Aydan artıq burda qalmağımıza baxmayaraq onunla yalnız iki dəfə üz üzə gəlmişdim, elə onda tanış  olmuşdum onunla, iş axtardığımı demişdim. O da məni "bizim bir kafemiz var, ora qabyuyan axtarırlar" deyib məni ora göndərmişdi . Dediyinə görə özü evdar xanım imiş, əri Rusiyadaymış, pulun parasını göndərirmiş. Evdar xanım olsa da heç evdə tapılmazdı. Arada bir bacısı gəlib gedirmiş, o da gecələr. Guya ev sahibi kirakeşlərin həyətə yad adamın gəlməsinə narazı imiş. Evə başqa adamların qonaq galmasına, gəlib getməsinə danışırmış. Mən evdə tapılmadığım üçün, Aygün Kəmaləni məndən yaxşı tanıyırdı.
   - Ana doğru yolun adamı deyil bu Kəmalə - deyirdi.
  Kəmalə özünü elə aparırdı ki, elə bil ev sahibi bütün həyətin səlayyətini ona verib. Hiss edirdim ki, bizim bu həyətdə olmağımıza narazılıq edir. Çünki ümumi mətbəxdə, hamamda Aygünlə bir neçə dəfə burunlaşmışdı. Aygünə deyibmiş ki təmizliyə riyayət etmirsiz, guya növbəli təmizlik edilirmiş. Aygün o qadınla açılışmasın deyə evə elektirik piltə alıb qoymuşdum ki, mətbəxdən heç istifade etməyək. Mətbəxə sadecə su gətirməyə gedirdik. Qabları da ləyəndə yuyurduq. Amma bu qadın nə olur olsun dır dırından qalmırdı. Mətbəxdən istifade etsək də etməsək də həyətin qanunlarına uymalıydıq. Bir sözlə bu həyət Aygünə də mənə də zindan olmuşdu. Mən heç. Mən sabah gedib gecə gəlirdim. Mən gələndə hamı yatırdı, ya da o qadın evdə olmurdu. Heç üzünü də görmürdüm 
   Bir dəfə kiranı verərkən, Kəmaləni ev sahibinə şikayyət etdim. Mənə  Kəmaləyə ilişməməyi tapşirdi. 
   - Hayasız şeydi, baş qoşma.Yola verin. 
   Ev sahibi eşitdirdi ki, qadın əxlqsızlıqla məşguldur. 
   - Bəs bunu necə qəbul edirsiz?  Menim evimdə qız uşağım var, mən qızımı  burda belə insanla bir yerdə qoyub gedə bilmərəm. 
  - Nəyimə lazımdır qıraqda nə qələt edir. Evinə ki, gətirmir. Onun  gəliri elədi, mənim də gəlirim kiradandır. Nəyimə lazımdır kim evindən çıxır, hara gedir, nə işləyir necə qazanır. Mənim kiramı vaxtlı vaxtında versin, özü bilər... 
    Aygündən qorxurdum. Düzünü desəm ona qarşı olan güvənim itmişdi. Bir dəfə ayağı sürüşmüşdü deyə, indi yenə yıxılacağından çox qorxurdum. Nə olur olsun mən buna icazə verməməliydim. Tez bir zamanda evimizi dəyişməliydik. 
     İşdən çox yorğun gəlirdim. Leş kimi düşürdüm. Adım qabyuyan idi, ama təmizlik işini də mənə yükləmişdilər, aşbaza köməkcı işini də. Hələ bu azmış kimi kafenin bağçasını da yola qədər təmizləyirdim. Günü 10 manat bu ağır işə dəyməzdi. Amma məcbur idim. 
    Aygün hələ də mənlə danışmır, suallarıma cavab vermirdi. Günü gündən özünə  daha çox qapanırdı. Danışacaq, dərdləşəcək adamım da yox idi ki, Aygünün bu səsizliyini kiminləsə paylaşam, məsləhət alam. Yaxınımda xalam qızı, uzaq qohumlarım olsa da hələki onların gözünə görünməyə ehtiyyat edirdim. Əgər gəlib bizim belə yerdə olduğumuzu görsələr qınaq üstünə qınaq edəcəklər ki, qaynatanın o cürənə şəraitini bəyənmədin indi Mehdiabadın bu balotasında toyuq hinində yaşayırsan? Hələ "Bəs  buranı bəyənməyib, Türkiyəyə türklə qoşulub qaçmışdln, noldu fıs çıxdı? " kimi  tənələrini eşitməkdənsə heç onlarla ünsiyyət qurmamağım yaxşı idi. 
   Hələ uzaq olsun Aygünün belə durğunluğunu, səsizliyini  görüb qızı danışdırsalar, Aygün də ağzından bir şey qaçırtsa. Aman allahım,  belə yaşamaqdansa get, özünü gölə at ondan yaxşıydi. 
    Allahından işim gec saatlarda qurtarırdı, hava qaralandan sonra evə gedirdim. Çöldə bayırda çox olmurdum ki, birdən olar da təsadüfən onlarla rastlaşaram. Amma sən saydığını say gör fələk nə sayır.
    Bir dün bayram günlərinin birində, Ülviyənin əri bir neçə nəfərlə,  kafemizə gəldilər. Mənim heç bunlardan xəbərim də yox idi. Çox keçmədi, iki qadın onların masasında oturdu. Qadınlardan biri bizim bu Kəmalə idi.
   Qabları yuya yuya balaca pəncərədən də salona nəzarət  edirdim. Boşalan masaların üstünü toplamaq, yerə tokülənləri təmizləmək mənim işim olduğu üçün  
    Qəsəbənin çıxışında olan bu balaca kafe, kafe adını daşısa da əsasən, necə deyərlər "kef" eləmək istəyənlərin görüş yeri idi, nə pislik desən burda var idi. İki aya yaxın idi burda işləyirdim, nə desən burda görmüşdüm. Əxlaqsız qadınlar, ailəsin aldadan  kişilər... Nəşələnən, iynələnən, keflənən... 
    Qadınların qəhqəhəsi içəridəki kişilərin  bağırtısına nəriltisinə qarışmışdı. Kimisi telefonundan mahını sesləndirib qadınları oynadır, onların yarı açıq sinəsinə pul basır, açıq budlarından çımdik qoparır, kimisi yanında oturmuş qadınin dizində yatıb masanın altında  yüz hoqqadan çıxırdı.
   İçəridə nəsə düşüb qırıldı. Ofsiant oğlan gəlib, yerə tökülmüş boşqab qırıqlarını  təmizləməyi tapşırdı.
   Süpürgə və döşəmə siləni götürüb salona kecdim. Başımı aşağı salıb işimlə məşgul oldum. Elə bu vaxt bir kişi səsini eşitdim.
    - Nahidə?
  Dönüb baxdım, yarı çılpaq kök dolu bədəninə dar paltarı güclə pərçım eləmiş Kəmalə, yanındakı kişını qucaqlayaraq ona içki içirtməyə çalışırdı. Gözlərimə inanmadım, məni səsləyən həmin kişi xalam qızının əri  Valeh idi...
    Qara günlərim başlamışdı. Ülvıyənin məndən xəbəri var yoxsa yox idi, bilmirəm Amma Valeh həm iş yerimə ayaq açmışdı həm evə. Evə dediyim, guya Kəmalə gilə gəlir, ordan da bizə də dəyir...  Guya Kəmalə bunun iş yoldaşının bacısıymış, dost kimi görüşürmüşlər.  Valeh bizə mən evdə olmayanda, gəlirdi.Təbii ki , ilk gün Aygün bu adamı tanımadığı üçün onu evə dəvət etməyib, amma Valeh tanışlıq verəndən sonra nəzakət xatirinə onu evə dəvət edib. O da biraz bizi sorub soruşdurub.
  - Anamgilin işləri bağlandı, işdən çıxartdılar.başqa iş tapa bilmədiyi üçün məcbur qalıb buraya gəldik - deyib Aygün 
   - Bəs o türk noldu, boşandı?
   - Türk zad yoxdur
   - Necə yoxdur? O vaxt onu saxlayan  türklə qaçmışdı deyirdilər axı.
   -Anamı heç kim saxlamırdı, Yazıq anam görd divar arasında dustaq idi harda gördü türkü?
  - Elə eşitmişdim, nə bilim vallah.
   - Eşidə biləraən, bizim camatı bilirsən biti biriyə yamayandı. Anam özü qaçmışdı evdən. Sora gəlib məni apardı. Amma elə şey yoxdur, gözlərimin şahidiyəm. Anam kirayə ev tutmuşdu, orda ikimiz qalırdıq.
   Aygün Valehlə arasında olan dialoqu mənə  danışanda ürəyim rahatlamışdı amma qəşəycə əsəbləşmışdım. Aygünün də üstünə qışqırmışdım ki nə çənə döyürsən onunla, qovaydın evdən. Bir tərəfdən də fikirləşirdim ki, elə mənlə danışmasa da Aygünlə danışması yaxşı olub. Ən azından Valeh də arvadına eşitdiklərini deyəcək, millətin yanlış düşüncəsindən, dedi qodusundan çıxa biləcəyik.
    Valeh işlədiyim kafenin daimı müştərisi imiş. Xüsusi qonaqlarıyla burada tez tez olurmuş. Özü bir zibil deyildi, yazıq Ülviyyə nə çəkirdi onun əlindən özüm o vaxt onlarda olanda şahidi olmuşdum.Taksi şoferi işləyirdi amma, evinə baxmağı yox idi. Tula payı beş üç manat Ülviyyənin qabağına atırdı. Ülviyyə baxımlı qadın idi, evdə uşaqları korluq çəksə də, bəzəyindən düzəyindən qalmırdı.
   - Kim nə bilir evdə bişən nədi, evdə soyutma kartofla qarnımızı doyurarıq, bayırda ət yeyən kimi görünərik . Dostdan çox düşmən var- deyib gözəlliyi və baxımıyla fəxr edərdi.
   Valeh məni müdürə  tapşırmışdı ki, "tanış" adamdı,  tanışıma yaxşı baxın! "Tanış"aa, qohum yox. Belə bir kafede işləməyim yüz faiz onda başqa fikirlər oyadıb, yəqin fikirləşib ki, mən də onun kafeyə qətirdiyi qadınlardan biriyəm.
   Onunla çox da ünsiyyərdə olmaq istəmirdim. Ama hər gəlişində uşaqları soruşurdum. Məni gördüyünü Ülviyəyə deyib demədiyini soruşmuşdum
   - A yox, nə deyəcəm? Heç bilməsə yaxşıdı. Onsuzda rayonda zurna çalınır. Bir də eşıtsələr ki, kafedə işləyirsən...
  Haqlıydı. Əslində Valehi ilk gördüyümdə az qalmışdım ki, ona yalvaram ki, məni gördüyünü Ülviyəyə deməsin.
   Düzü Valehdən əvvəldən xoşum gəlmirdi. Pıs baxışı var idi. Şorgöz adamdı. Onun haqqında fikirlərimdə doğurdan da yanılmamışdım. Qorxurdum ondan, özümə görə yox Aygün üçün. 
    Aygünə tapşırmışdım ki, Valeh gələndə ona çox da üz verməsin. 
  - Qoy rədd olsun o tərəfə. Mən bunları ağzımdakı dilim kimi tanıyıram. Özündən düz adamdırsa niyə bizim burda olduğumuzu Ülviyəyə demir, niyə evinə dəvət etmir? Niyə arvadın götürüb bizə gəlmir? Demək ki, bizi qohumluqdan çıxarıb, bəlkə də haqqımızda da başqa şeylər düşünür.mən bu adamnan yaxşılıq gözləmirəm, pisliyi bizdən uzaq olsun da... 
   Telefonlarımızı satıb başqa telefon almışdıq. Aygününkü internetli idi, mənim telefonum adı. Arada Aygün Esinin qızıyla danışırdı. Hiss edirdim ki, Esinin uşaqlarıyla danışmaq ona yaxşı təsir bağışlayıdı. Əvvəl qız qaradımməz, özünə qapanmışdı, amma idı telefona qapansa da hiss edirdim ki, əvvəlkindən daha yaxşı idi. Bu da məni sevindirirdi. Arada istəyirdim Aygünün telefonundan Fatıhə yazım. Ona da ürək eləmirdim, düşünürdüm Aygün bundan xəbər tutar. Yenə mənim haqqımda başqa şey düşünər.
  Egeylə danışıb danışmadığını soruşmuşdum. Danışmadığını demişdi. Mən də çox üstünə getmək istəmirdim. Ümumiyyətlə orda yaşadıqlarını yadına salmamasını istəyirdim. Uşaq indi indi özünə gəlirdi. 
   Beləcə ana qız həyatımızın dostsuz, qohumsuz, acınacaqlı günlərinə barışıb yaşayırdıq. Bizi tək yoxlayıb xəbər alan Esigil idi, birdə tez tez işyerimə və evimizə gəlib gedən Valeh. Heç kimə güvənimiz qalmamışdı. Heç kimə etibar etmirdim. Valehlə əlaqələri kəsmək istəsəm də, "qohum, qohum" deyə deyə ailəmizin bir üzvü olmuşdu, 
   Bir gün Esi mənə dedi ki, burada söz gəzir ki, Türkiyədən qayıtmısan. Qızını burda kimsə yaşlı bir kişi  saxlayır. Sizə kirayə ev tutub, qızınla orda qalırsan. Qızın o kişiylə evdə görüşür. Ehtiyyatlı olun ! 
   Kürkümə birə düşmüşdü. Bizim Türkiyədən qayıtmağımızı bir Esigil bilirdi bir də Valeh. Esigil heç vaxt bizi ələ verməzdi. Haqqımızda hardasa danışmazdı. Onlara özümdən artıq güvənirdim. Bu olsa olsa Valehin ağzından qaçmış olar. Yəqin Ülviyəyə bir şey deyib. O da xalamgilə, xalamgil də rayona yayıblar. Cəhənnəmə ki, həyatın hər üzünü görən insan nədən qorxar ki? Gələcəkləri varsa, görəcəkləri də var. İtirəcək bir şeyim yoxdur. Bir qızdır, o da başını kəsəsən rayona getməz. Hec aparmazlar da. İndi o rayonda mənim kimi qızımın da adı çıxıb. Hələ heç nə yox deyirlər qoca kişi saxlayır onu . Aygün də bilir ki, bu olanlardan sonra rayonda onun günü gün olmayacaq, dediqodu həyatını qaraldacaq. 
   Hər şeyi beynimdə çək çevir edib düşünürdüm. Amma bu "qızı kimsə saxlayır" söhbəti hardan çıxdı?  Bir qız uşağının adına belə bir söz danışmaq, qara yaxmaq nə demək. Yenə bu qara mənə yaxılsaydı qəbul etməsəm də razılaşardım ki, dul gəlinəm, tək yaşamağımı həzm etməyənlər hər söz deyərlər. Bəs qızıma belə ləkə vurmaq... 
    Ağlıma bir şey də ilişib qalmışdı. Əgər Ülviyyə Bakıda olduğumu bilirsə, həm də bunu Valeh ona deyibsə, Valehin bizimlə əlaqəsini olduğunu bilirsə niyə bizə gəlmir, niyə evinə dəvət etmir, niyə maraqlanmır? Heç olmaya Valehdən nömrəmi alıb zəng edər də...
   Ülviyəni bilirəm, ağzı duran deyil, Bakıda olmağına baxma rayondakiların avtobioqrafiyasını bilir, burda da rayondan gələnləri dedektif kimi araşdıran bir adamdır. Bir şeyi elə bəziyə bəziyə danışsın ki, deyərsən elə, bu adamın yastığının dibində yatırmış. İndi Ülviyyənin belə sakitliyi məni narahat edirdi. Deyək ki mən insanlardan gizlənirəm, bəs Ülviyyə məndən niyə gizlənir? 
   Bir dəfə işdə müdürümlə sözüm tərs gəldi. Dalaşmışdım. Hardasa işdən çıxıb gedəcəkdim ki, Valeh peyda oldu. Məni də müdürü də sakitləşdirdi . Müdürdən bu günlük mənə icazə aldı, sakitləşməyim üçün.
    Məni maşınına qoyub evə gətirdi. Maşınına minməyə razı deyildim. Amma çox israr edincə... 
   Minməz olaydım. Nəzakət xətrinə evə dəvət etdim. Qabağına bir stəkan çay qoydum. Bu qədər vaxt idi, Valehlə əlaqəmiz vardı hələ doğru dürüst danışmamışdıq onunla. Ordan burdan söhbət etdik, Ülviyəni, uşaqları soruşdum. 
   - Ülviyyə bilir burda olduğumuzu? 
   - Yox bilmir, dedim axı deməmişəm heç ona, nədi ki? 
   - Heç nə, əslində  o vaxt biz sizə gələsiydik, qorxduq. Dedim indi bizimkilər eşidəcək, evi basacaq, siz də narahat olasız. İstəmirdim bizimkilər bilsin burda olmağımızı. 
   - Axı nə ağıl etdiz qayıtdız ee, qalsaydın orda, nəvar e burada, millət sürünür. Birin də tapaydın gedəydin də, dul arvadsan. Kim sa nə deyəjiydi. Qızı da verəydin birinə... 
  - Qızımın gedən vaxtı deyil hələ, oxuyacaq.
  Güldü. 
   - Vallah oxuyacaq- Aygünə baxdım - oxudacam qızımı, nəyin bahasına olursa olsun. Mənim kimi kor olmayacaq. Maraqlanmışam, sentyabrda Dvoresdə kurslar açılır, aparıb qoyacam sestralığa zada, qız uşağıdır, əlində sənəti olsun.
   - Məncə tap birin, ver başından elə, kiralarda qız saxlamaq saa hasand gəlməsin! 
    Elə bu vaxt həyətdə qışqırışma qalxdı. Qapıdan  boylandım. Gözümə inanmadım. Ülviyəylə  Valehin bacısı Kəmaləni saçlayırdılar. Valeh bunları görüb təşvişə düşdü. 
  - Nahidə məni gizlət. O məni görməsin. 
   - Nə gizlədəcəm, görsün lap, biz ki yad deyilik. Həm Ülviyə nə bilir burdasan? Kəmaləni tanıyır?  
  - Əşi nə bilim ee, xalanqızının qısqanclığı məni lap boğaza yığıb. Güdüm güdüm güdür məni, her yerde bir dedektif qoyub. Yüz dəfə demişəm Kəmalə mənim iş yoldaşımın bacısıdır, mənim də bacımdır, inanmır. 
   - İnanmamaqda haqlıdır, mən də bilirəm ki, Kəmalə kimdir. 
  - Haa bu dey, bu da ikinci Ülviyyə. Nəysə gizlət, məni . 
  - Nə gizlədəcəm, otur aşağı, gedim dəvət edim içəri, sakitləşsin. Həm də görüşək. 
 - Yox ee dəlisən?Necə çıxım burdan?
  - Əşi otur aşağı, hara? Çıx özün sakitləşdir hələ, gəl, gedək çağıraq. 
   Özüm də nə edəcəyimi bilmirdim, Ülviyyənin üzünə çıxsammı, çıxmasammı? Bəlkə heç səsimizi çıxarmayaq. Ülviyyə burda olduğumuzu bilməsin heç. Düzü onunla üz üzə gəlmək istəmirdim. Hələ hələ Valehin burda olduğunu bilməsini heç istəmirdim. Ağlına başqa fikir gələr, bu qız burda yaşayır, Valeh onlara gəlib gedir niyə bizə demir? Deyə ürəyinə salar. Özünün də xasiyyətini bilir. Bilirki əri arvadbaz, şorgöz şeydi. Bunlar o tərəfə, mən necə xalaqızıyam ki, xalamqızının ərinin bir fahişəylə görüşdüyünü, onu saxladığını bilirəm də bunu ona demirəm?
  Beynim qazana dönmüşdü. Aygün də mənim kimi təşviş içindəydi. 
   - Ana, qoy, Valeh dayı arxa pəncərədən çıxıb qaçsın. 
   - Az, hara qaçaçaq dəlisən? Qıraxdan görən nə deyər? Qaş düzəltdiyimiz yerdə göz çıxardaq? 
   - Əşı nə deyəcəy ee... 
    - Yox ən yaxşısı səsini çıxarma, KƏmalə bizi ələ verməsə  Ülviyyə onunla dalaşıb gedəcək. 
  - Verər bajı verər. Q..bə şeydi, özünü duruya çıxarmaq üçün hər şey edər. 
   - Əşi, gəl sən canı, nə var burda gəl, ikimiz də çıxaq qarşısına, nə var ee burda, evi bassa daha pıs, ürəyində qaraltı qalacaq. Ama özümüz onu qarşılasaq, qohumuq da, bir yerdə çörək kəsmişik, nə deyəcək ki. 
   Qapını açıb çıxırdım ki, Ülviyəylə burun buruna gəldim. Ülviyyənin qapıda olduğunu görüb Valeh paltarları asdığımız asılqanın arxasına keçdi və pərdəni çəkdi. Təbii ki Ülviyyə də bunu gördü.
  

________12 _______

    Ülviyyəylə qapıda burun buruna gəldik. Ülviyyə gah mənə, gah da pərdə arxasında gizlənən ərinə baxırdı hiddətindən az qala gözləri yerindən çıxacaqdı.
   - Xoş gəlmisən, Ülüş! 
  - Boy, başı xarab olub ee bunun. Ərimi evinə soxub, indi maa doqquz gəlir ee bu! 
   - Ülüş, səhv başa düşmə, bajı ...
   Baldızı Ülviyyənİ yana itələyib çalağan kimi üstümə atıldı.
  -  sənin bajıyın da sənin də... Nəyi səhv başa düşməyim az q... bə? Xalxın kişisini, qardaşımı soxmusan damına, indi deyirsən səhv başa düşmə, a türklərə ver...?
  Bir anda üzümdə gözümdə istahat qalmadı, cirmaqdan. Valeh cıxıb qacdı, Aygün bizim aramızda qalmışdı, amma o da döyülürdü, ona da lətair sözlər deyilirdi. 
    Qonşular araya girib bizi ayırmağa çalışarkən Ülviyyə bizimkilərə zəng elədi.
   - Gəlin küçələrdə qalmış qancığınıza sahib çıxın, ərimi evinə soxub ana bala, mənim yuvamı dağıtmayın, türkiyədən belə...
    Səhəri evimizdə tufan qopmuşdu. Getmək istəməsək də döyə döyə maşına goyub bizi rayona gətirdilər. Olan olmazımız da orda tökülüb qaldı.Anam olmasaydı qardaşım başımı kəsərdi. Arvadıda qardaşımı bir tərəfdən qızışdırırdı. 
   - Ay allah camaat içində biabır olduq, ay Faxı. Ay allah qızlarımızın adı çıxdı, allah başımıza haranın daşını salaq? Bacım da nişanlıdır, nişanın atacaqlar üstümüzə ki, bayıssının baldızı Türkiyədən belə dolanıb gəlib. Allah mənə ölüm ver vayqanlı biz olacağıq, nişan pozulacaq. Bu nə dərdir düşmüşük ay Allah. Sən özün balalarıma yazığın gəlsin!
   Qara günlərimiz başlamışdı. İt yalı kimi qabağımıza supdan seldən atırdılar, onlarla bərabər süfrəyə belə otura bilməzdik. Hamı yeyib qalxdıqdan sonra, süfrə toplananada ayaq üstü bir şeylər atışdırırdıq. Arada anam bizi süfrəyə çağıranda gəlin sifət eləyib qapı pəncərəni çırpa çırpa otağına kecərdi. Qardaşım da acığını bizdən çıxardı. Bizim ixtiyarımız nə idi soyuducunun qapısını açaq. Rayon yerində qatıq üzünə belə tamarzı qalmışdıq. 
  - Balaonu 3 manatdır ee, çatdırıb almaq olmur. Hərə bir qaşıq götürsə noldu day. Qoy qalsın dovğa eliyək, hamı yesin.
  Mürəbbə, pendirdən danışmıram heç.
   - Pendiri kənddən mamam göndərib, yazığ arvad ocağın qırağında yana yana mürəbbə pışırib ki, nəvələrim çörəyinə, çayına yavannıq eləsin. Day deməyib, ala, get baldız bəslə. 
  Qardaşlarım biri gəlib,biri gedirdi döyməyə, bağlı qapılar arasında qalmışdıq. Aygün sarsılmışdı, etiraz edirdi. Dəliyə dönmüşdü. Depresiya üstünə, depresiya yaşayırdı. Heç özündə deyildi. Ağlasaydi rahatlanardı, günahlandırsaydı, haqq qazandırardım. Heç kimlə danışmır, özünü boş otaqların birinə qapadırdı. Yatmırdı ama üzünü divara tutub nəsə düşünürdü, planlayırdı.  Fikirlərin mənimlə bölüşməsini istəyirdim, məni yanından qovurdu. Burda da onu rahat qoymurdular. 
    - OOhh, nə yaxşı xeydi, xanım madmazel taxtında kef edir, ona bir şey deməyin. Ay qız, gətirin çayın çörəyin qabağına, əlin tərpətməyə də qoymayın, xanıma zəhmət olar. Açın ağzını, öz əlinizlə qaşıqla yedirdin, xanım birdən əziyət çəkər. Əcəb şeydir ee. Görəcəkli günlərimiz var ay Allah, kefdən gələnlərin də qulluqçusu olmalıymışıq.  
   Qardaşım arvadı AYgünü beyninə taxmışdı.
  - İş görmür, mənim qızlarım onun peşkasıdır?  - deyirdi. İş o yerə qaldı ki, qızlarını da götürüb atası evinə getdi. 
  - Ya bacın, ya biz! 
  Axırda Aygünü aparıb əmilərinin üstünə atdılar. Yalvardım, yaxardım, buraxın gedək, həyatımızı yaşayaq bizi ayırmayın-dedim. Kim idi bizi eşidən. Qardaşım Aygündən qurtarandan sonra, yoldaşını dilə tuyub evə gətirdi. Dedi otağın birinin qapısını arxa tərəfdən açacam. Özü ayrı qalsın. Nə üzün gor, nə səsini eşit. 
   Daha bilmirəm noldu. Bir gün qardaşımın qızı pəncərədən qışqıraraq dedi ki,
   - Bibi, Aygün özün armuddan asıb.
   Həmin gün ölmüşəmmi, qalmışammı bilmirəm. Heç bilmirdim hara, kimin evinə, necə evdən qaçmışam. Gözümü açanda xəstəxanadaydım. Canımın hər yeri ağrıyırdı. Elə bil məni yoğun bir ağacla  çırpmışdılar.
   Xoşbəxtlıkdən Aygünü tez qurtarıblar,
   Özümə gələr gəlməz  xəstəxanada Aygünü axtardım. Palataların birindəydi. Amma onunla məni görüşməyə qoymadılar. Elə xəstəxanadaca həkim və tibb bacılarından polis cağrılmasını tələb etdim. Xədicə özünə divan tutmuşdu.
   - Qardaşını, qayınlarını tutdurasan ki, qeyrətimi çəkdilər, pis yoldan qaytardılar?
   - Başlarına dəysin onların qeyrətləri. Belə qardaşların bacısı pis yoldan qayıtmaz ee, pis yola düşər. Nə istiyirsiz ee məndən?  İstəmirdiz ki, bizdən qurtulasız? Ay bacı qurtarıram da, imkan verin!
    Polisə Aygünün intihara cəhd etdiyini deyib dövlətdən sığınacaq istədim. Amma harda? Bizim rayonda acizin yox, pulun sözü keçır. Uzun sözün qısası, uzun çək cevirdən sonra dövlət məni də, qızımı da qaynatamın həyətindəki əvvəlki balaca damımızda yerləşdirdi. Qaynatam buna razı olmasa da, opelyasiyya məhkəməsindən sonra bu qərarı ala bildik. Evin önünden yola qədər dar çığır kimi həyəti də Aygünə verdilər. Ordan yola qapı açdıq. İnanın pulumuz belə  yox idi qapı qoymağa. Yaxınlıqdakı tikintidən taxta tuxta oğurlayıb gətirib bir birinə calayaraq özum qapıfason bir şey düzəltdim. Bu da mənim qeyrətdən danışan qardaşlarım...  Allahın bir kilo qəndini də evimə alıb gətirmədilər ki, bacı korluq çəkmə, biz varıq. 
    Qaynatam əvvəl həyəti bölmək üçün tel çəkdi, sonra üzümüzü görməmək ücün oranı daşla hördürdü. Bakıda işləyib, beş üc manat topladığım pul və qalan qızıllarım da bu məhkəmələrdə getdi.
   Acınacaqlı bir gündəydik. Evimiz qaynanamgildən ayrı olsa da, məhəllədə qan su yerindən axırdı. Qaynanamın tənələri, Eltilərimin atmacaları, qaynatamın qulağım eşidə eşidə ağzıma üzümə söyməsi məni təngə gətirmişdi. Qayınım hələ Gürcüstandakı oyunların qısasını alırdı məndən. Adımı traslarla, tır şoferləriylə çəkirdi.
     Aygün yaman gündəydi, əsəb xəstəsi olmuşdu, uşaq. Hər şeyə stres keçirdirdi.Heç sakitləşməyə qoyurdular ki? Durduq yerdə yerində  əsir, yadına nə düşürdüsə, nəyə əsəbləşirdisə özü özünü döyürdü. Ona güclü piskoloji müalıcə lazımidi amma nəylə?
   Həkimə aparmışdım. Əsəblərini sakitləşdirmək üçünonun xəstəxanada psixitrepiya müalıcəsi alması lazım olduğunu deyəndə uşağı dinməz söyləməz evə gətirdim. Çünki bizim rayonda bu müalıcə üçün xəstəxanada yatana dəli dryirdilər. Qız uşağı idi. İstəmirdim ki bir tərəffən də ona dəli damğası vurula.
   3 ay idi işsiz gücsüz idik. Aradabir anam pensiyasın alanda, gəlinlərdən gizlin makaron- vermeşıldən, şəkərdən qənddən alıb gətirirdi. On onbeş manat xərclık verirdi. 
  Bir gün onsuz da anamdan yaxasını qurtarmaq istəyən Xədicə  bundan xəbər tutunca anamı da evdən qovdu. 
   - Yeri, o qızın o sən. Al pensyanı yedirt onlara. Üç qızın boğazından kəs ver ifritələrinə , özün də otur burda, zibilini təmizləyim? Xeyir ola?  Arvad top kimi qaldı ortalıqda, hansı qardaşımın evinə gedirdi, üz göstərmirdilər . Bacılarımın yanına getməyi belə ağlından keçırtmirdi. Yad eldədir deyirdi.  Qardaşı, bacısı evinə də ar edirdi ki 3 oğulu, 3 qızı olanın anası bu yaşda qardaşı, bacısı oğlanlarının üstünə yıxılar?
   Yenə mən gedib anama sahib çıxdım, mənə etdiklərini bir kənara qoyub, onu evimə gətirdim. Bunu eşıdən qaynanamla, qaynatam havalansa da, mən artıq əvvəlki mən deyildim, onların da havasını yatırmağı bacarırdım.  
    Bir də Esi...
   Esi və onun ailəsi mənə bacıdan, qardaşdan artıq olmuşdu. O çətin günlərdə bizə hərtərəfli dəstək oldular. Uşaqlarının günü bizdə keçırdi, dərslərini gətirib Aygünlə bərabər hazırlayırdılar. Uşaqların bizə gəlməsi, onların bizimlə heç nə olmamış kimi davranması Aygünə çox kömək edirdi. Aygün deyəsən özünə gəlirdi yavaş yavaş. Amma hələ  də özünü evə qapatmışdı. 
    3 aydan sonra  Esi məni Orfleymə qoşdu. Qapı qapı, məhəllə məhəllə gəzib mallarımı satırdim. Kim idi, rayonda adı çıxmış dul qadına çörək verən? Əvvəl yaxşı müştəri tutmuşdum. Balaca yer idi. Sonra haqqımızda xoşagəlməz sözlər eşıdib bilən müştərilər də məndən qaçırdılar.
    İş o yerə qalmışdı kı, çantamı belımə vurub qonşu rayonlara, kəndlərə gedirdim, mal satmağa. Axırda da son nöqtəm yenə Bakı oldu.
  Telefonumu dəyişmişdim. Aygün adıma insteqram səhvəsi açmışdı. Mallarımı da elə bu səhvədən satırdım. Hətta çatdırılma da mənlik idi. Sifarışçılərin çoxu Bakı və ətrafı olduğu üçün, məcbur Bakıda qalmalı olurdum. Çatdırılma metro giriş-çıxışları idi. Mallarımı satıb gecəni də 28 də vağzalın oturacaqlarında gecələyirdim. Aygün evdə anamla qalırdı, anamın dıli dinc durmurdu. Köhnə fikirli qadın idi. Onsuz da canı burnunda olan Aygünü o da bir tərəfdən sıxırdı. Yalvarırdım anama ki, qurban olum, onsuz da vəziyyəti pisdir. İndi indi özünə gəlir, qoy yaxşılaşsın sonra... 
    Üç gündən bir evə gedib, bir gecə qalıb, çimib rahatlanırdım,  yerimə girəndə bütün bədənim sızıldayırdı. Elə bilirdim çımdiyim vanna cənnət gölü qruşkayla başıma tökülən su  çənnətdən axan süd şəlaləsiydi. Yatdığım yorğan  döşək qu tukü..
   Evimin,  canımın rahatlığına doymadan yeni mal vurub Bakıya qayıdırdım. İşimi genişləndirmişdim. Orfleym malları ilə yanaşı, kənddən, yağ pendir, kənd yumurtası da aparıb satırdım.
   Uşağın nə üzünü görə bilirdim, nə onunla maraqlana bilirdim. Aygün ev dustağı olmuşdu, dedi qodudan bayra  çıxa bilmirdi. Arada bir dükana çörək, qatıq almağa gedəndə də məhəllənin oğlanları ona söz atırdı. Məhəllə qadınları onun haqqında olmazın şayələrini  danışırdılar. O vaxt qardaşım Aygünü aparıb qaynatamın evinə qoyan zaman  qaynanam   bir dəqiqə dayanmadan Aygünü həkimə aparmışdı. Aygün  ona inanmağı üçün yalvarıb, nənəsinin ayaqlarına döşənsə də, körpənin qürurunu qırmışdı, bakırəliyini yoxlatmışdı. Hələ bu azmış kimi həkimin verdiyi kağızı qohum əqrabanı, qonşuları evə çağıraraq çamaata göstərərək Aygünün təmiz olmasını sübut etmişdi.
   - Bunu etməklə, ruhumu kirlətdilər, mənə inanmamaqda, məni murdarladılar. Milləti bir pərdə üçün evə yığıb adımı təmizliyə çıxartmadılar, daha da ləkələdilər - deyə özünü öldürmək istəmişdi Aygün.  Bakirəlik kağızı da olsa belə intihar fikirindən sonra məhəllə camaatı və qohum əqraba onun qız olmasına inanmırdılar.
  - Qələt də eləyir də, Sürayə ginikoloq rəfiqəsinə yazdırıb belə bir kağız, sabah da aparıb yamadacaq bir əfəlin birinə sırıyacaq.
   Bir zaman onunla evlənmək istəyən nişanlısı yolunu kəsib onunla bir gecə keçirməyi təklif etmışdı. Həm də dostuyla bərabər...
    Bunu eşidəndə onlara hücum etsəm də, qarğa kimi qarıldayan bir cahil sürüsünün qarşısında bir bülbül  nə edə bilərdi ki? Dilimi qarnıma qoyub evimə döndüm. Həmin gün qızıma sarılıb  dönə dönə özümə ölüm arzulayaraq ağladım. İçımdəki kini, nifrəti taleyimin üstünə töküb, özüm özümü döydüm. Özüm özümü döydükcə daha da sərtləşırdım, həyatın məni üzdüyü açı qədərə üsyan edirdim. Nə olur olsun biz bu bəladan qurtarmalıyıq, lap vücudum satılsa belə, təki balam həyata dönsün, həyatla barışsın... 
  Maddi durumum yaxşı olmasa da özümüzü keçindirə bilirdik. Anam pensyasıyla evi dolandırırdı. Mən isə qazancımla özümüzə bir gün ağlayırdım. 
   Növbəti dərs ilinin sonunda məktəbə gedib Aygünün də buraxılış imtahanlarına qatılmasını tələb etdim. Bu barədə də həmişə olduğu kimi bu dəfə də Esi mənim dadıma yetdi. 
  Aygünün imtahanlara girə bilməyəcəyini eşidəndə Esi səsini başına atdı.
  - Siz necə direktorsuz, necə pedaqoqsuz?  Bir uşağı dərsdən yayındırıb ərə verməyə çalışıblar, siz bir ziyalı kimi, bir müəllim kimi buna etiraz etməmisiz, bir azyaşlının məcbur ərə verilməsini lazımı yerlərə xəbər verməmisiniz. Hanı sizin adamlığınız, nə müəllimikdir edirsiniz bəs? Siz necə təhsil işçısısız? İndi anası qızını erkən evlilikdən qurtarıb, qaçırdıb, başqa yerdə gizlədib, indi də  gəlib qızının təhsilinin davam etməsini istəyir, siz buna etiraz edirsiz? Sizi şikayyət edəcəm, nazirliyə məktub yazacam, lazım gəlsə lap prezident aparatına çıxacam, Mehriban xanımın qəbuluna düşəcəm...
   Uzun sozün qısası,  Esinin bu çıxışı Esinin uşaqlarının  nuraxılış imtahanına da təsirsiz keçmədi. Bir balaca "hörmətlə" Aygün sinifdə qalmış kimi 11 ci sinifi təkrar oxumalı oldu. Buna da şükür.
   Növbəti dərs ilinə Bakıya köçməliydik. Çünki Aygün burda qalsaydı bu dəfə də məktəbdə piskoloji travma alacaqdı.
   Esinin uşaqları unversitete qəbul olmuşdular. Esigilnən məsləhətləşdik ki, iki otaq ev tutaq. Birində Esinin uşaqları qalsın, birində biz. Dediyimiz kimi də etdik. Esinin əri Elımlərdə 2 otaqlı həyət evi tapdı.şəraiti də əla olmasa da orta idi. Əşyalı. Bahalı idi, amma nə edək idarə edəcəkdik.
   Di gəl köçmək vaxtı gələndə  qardaşlarımın qeyrət damarı doldu.
   - Bu zamana qədər vağzallarda gecələyəndə hardaydız ki, indi çıxdınız ortaya? Onda demirdiz Bacım vağzalda yatır, kim onu danışdırdı, hansı pıyaniska orda ona içki  təklif etdi, hansı narkaman yanında iynələndi? Onda qeyrətiniz qaçmışdı, indi Nahidə özünə ev qurur, şərait yaradır, uşaq oxutdurur qeyrətə gəlmisiz? Niyə cırılır qarnınız? Sizinki qeyrətdən deyil ee, paxıllıqdandır.
  - Ay sən öləsən nəyinə paxıllıq edəjəm, sən öl əlim üstündə olmasa yox olarsan ee bu dünyada
   - Pay dəfəm vay... Əlin üstümdə olub neyləmisən a qardaş?  Beş aydır burdayam, bəlkə əynimə almısan, bəlkə bir zənbil bazarlıq eləmisən? Heç nəyini  də istəmirəm, başına dəysin. Heç olmasa dost düşmən içində  qapımı döyüb  başını içəri salardın. Eybi yox o dörd divar arasında döyüb sörərdin, ancaq qapıdan çıxanda qardaş kimi şax çıxardın, bizi tək görüb yolmayaydılar.
    Anam biznən getməsə də iki aydan sonra bacım zəng edib dedi ki, arvad qalıb ortalıqda, gəl anana sahib çıx!
    Aygünü məktəblə bərabər hazırlıq kursuna da qoymuşdum, eyni zamanda da mədəniyyət evində pullu  qadın bərbəri kursuna yazdırmışdım. Dərsdən sonra mənim mallarımdan da götürüb sifarışləri sahiblərinə  çatdırmağa kömək edirdi. Aygünü metro qarşısında ətir reklamı edən firmaların reklamçısı kimi də görə bilərdin. Aygünü Esinin uşaqlarının dəstəyi, yenidən dərsə başlaması, kurslar, yeni dostlar həyata qayratmışdı. Onun cəmiyyətə qarışması məni sevindirirdi. Bunun ücün Esiyə və onun ərinə nə qədər təşəkkür etsəm az idi. Bütün həyatımı borclu idim onlara. Onlar olmasaydı Bakı hara, biz hara? Onlar olmasaydı Aygün hara, oxumaq hara?
    Kasıbçılıq höküm sürsə də, həyatımızdan məmun idik. Geri yana pul ata bilmirdim. Yenə anamın pensiyasıilə evi keçindirir, mənim qazancımla Aygünün məktəb xərclərini və kiranı çıxardırdım. Yarı qarnımız ac yarı qarnımız tox da olsa Aygünün gələcəyini kölgədə qoymurdum. 
  Hisslər duyğular məndən uzaq düşmüşdü. Əslində duyğularım, hisslərim barədə düşünəcək zamanım da yox idi, həvəsim də. Aygünə xoş gələcək düçündükcə, özümü tamamılə unudurdum. Hələ gəncliyin sərhəddinə çatmamış ruhum qocalmışdı elə bil. Küçələrdə keçirtdiyim iyrənc həyatdan sonra kişilərə nifrətim birə beş artmışdı. Metro qarşısında müştəri gözləyərkən o qədər axmaq kişilərə rast gəlmişdim ki, gecə 11 də 12 də evə qayıdarkən o qədər iyrənc nəfislərlə qarşılaşmışdım ki, özüm öz qadınlığıma, qadın olduğuna belə nifrət edirdim . Mən bu həyatda yaşayırammi, varmıyam, yoxmuyam bilmirdim. Hərdən Türkiyədə çəkdirdiyimiz rəsimlərə baxarkən fikirlərim ikiyə haçalanırdı. Bir tərəfim MUradla bərabər qaranlıq  uçuruma, o bir tərəfim Fatıhlə bərabər işıqlı sabaha açılırdım. Həyatımda vicdanla, peşımancılıq arasında qalmışdım.  Mürad mənim peşimançılığım, Fatıh mənim vicdanlı yarım idi. Nə olur olsun onun borcunu qaytarmalıydım. Elə bu məqsədlə də, pulumu yığmağa başlamışdım...
    Aygün çıvıl cıvıl qız olmuşdu. Üzündən nur yağırdı. Qızımı günü gündən daha çox sevirdim.   Gözəlliyinə gözəllik qatılmışdı sanki, özünə baxımlı qız idi. Səliqəli və şux geyinirdi. Gözəllik kursuna getməyi ona daha da yaxşı təsir bağışlamışdı. Kursda bütün təcrübələr orda oxuyan qızlar kimi Aygünün də üzərində aparılırdı. Saçları hər zaman səliqəli və baxımlı, son modeldə kəsimli və ya hprgülü , ən yeni saç rəngi ilə boyalı olardı. Ürəyim arxayın idi. Unversitetə qəbul olmasa belə bir gözəllik salonunda işləyə biləcəkdi. Aygünün qadın bərbəri təcrübəsi evdə bizim üstümüzdə keçirilirdi. Lalənin və mənim üzərimdə, eyni zamanda da Vüsalın. Vüsalın uzün saçlarının baxımı, ukuladqası da Aygünə aid idi. Ürəyim iftixarla dolurdu. Artıq mən də həyatı sevməyə başlamışdım. Qızım tək deyildi artıq . Qandan olmasa da candan bir bacısı, bir qardaşı var idi. Esinin uşaqları Lalə ilə Vüsal...
    Fatıhin mənə verdiyi pulu aşağı yuxarı hardasa toplamışdım, hazır idi . Artıq bir insan kimi özümə güvənərək, pulu qaytarmaq zamanı gəlmişdi.  Əgər nömrəsini dəyişməyibsə onu tapmaq çətin olmayacaqdı. Kapıtan Adəmin və Egenin də nömrəsi var idi  məndə. İstədiyim zaman pulu Fatihə çatdıra bilərdim. Əslində pul zad bəhanəydi  hisslərim son vaxtlar mənə rahatlıq vermirdi. O tez tez yadıma düşür. Mənə etdiyi yaxşılıqlar, dediyi sözlər qulaqlarımda cingildəyirdi. O yadıma düşəndə qəribə hallar kecirdirdim. Hisslərimə ad verə bilmirdim. Bəzən özümü sorğu suala çəkirdim. Bəlkə, yenə hislərim məni aldadır? Bəlkə yenə nəfisim mənə dinclik vermir? Nə istəyirsən Nahidə?  Azadlıq istəmirdinmı? Al bu da azadlıq. Azadsan, işləyirsən, qızını oxudursan, güzaranın da pis deyil, kasıb olsan da sürünmürsən. Bəs, bəs indi nə istəyirsən? Səni üzən nədir?
   - Tənhalıq...
   Bəli, mən tənhalıqdan qorxurdum. Bir zaman Aygünün başqa yuvaya qonacağını, anamın bu dünyadan köçəcəyini düşündükcə bu həyatda tək tənha qalacağımı fikirləşdikcə ağlım başından oynayırdı. Amma neyləməliydim? Bu yaşdan sonra ərə gedəcəm?  Uşaq doğacam?  Axı gələcəkdə tək qalacağımı bilsəm də indi yək deyildim ki, həyatımda qızım  və anam vardı? Onları hansı kişi qəbul edər? Olsa olsa məni evinə ailə kimi yox, özünə məşuqə kimi alar.
   AYgün kimləsə yazışırdı, gizlicə danışırdı. Haldan hala düşürdü, üzü gülür, sevildiyi çöhrəsində hiss olunurdu. Bilirdim ki, sevginin toxumları səpılıb ürəyinə artıq cücərir. Mənə də onun sevgi çiçəklərinə yön vermək qalır. Təbii ki qızımın bu halı məni sevindirirdi. Aygünün böyüdüyünü, artıq gənc qız olduğunu indi hiss edirdim. Bu məni həm sevindirir, həm kövrəldirdi. Sevinirdim ona görə hər bir ana qızının xoş gününü görmək istərdi, kövrəlirdim ona görə ki, bir gün o bu  yuvasını tək edəcəkdi. Tək tənha qalacaqdım. 
  Bir tərəfdən də qorxurdum. Deyirdim, onu sevən oğlan, onu evinə gəlin kimi qəbul edən ailə mütləq bizi tanımaq istəyəcək, bilirəm haqqımızda heç də yaxşı şeylər eşitməyəcəklər. Bəs onlar bunu qəbul edərmi? Sonra qızımın yuvası dağılmazmı? Fikirləşdikcə beynim dumanlanırdı. Yenə camaatın qınağına rast gələcəyimizdən qorxurdum. Allaha yalvarırdım ki, qızım buralı birini sevməsin. Ama qürbətə də getməyəcəyindən adım kimi əmin idim. Orada yaşadıqları onun pisxalogiyasına vurduğu zərbədən xəbərim vardı. Bir iki dəfə də ağzını aramışdım .
  - Türklərdən kişi çıxmaylb, çıxmaz da- deyib. Demək telefonda onun kölnünü dindirən elə bizimkilərdəndi. Demək bizim yeni mübarızəmiz başlayır, mən özümü bu mübarızədə gücsüz görürdüm. Həm toy, həm cehiz, həm ailə, həm camaatın dedi qodusu. "Qısmət, şans,bəlkə yaxşı ailədir" deyib məni ovutmayın. Mən də azərbaycanlıyam və burda yaşayıram. Azərbaycanda oğlan uşaqlarının, o cümlədən evlənmək çağında olan oğlanın ailə həyatında dedi qodunun və ailəsinin təsirini məndən yaxşı heç kim bilə bilməz. Çünki özüm də tanınmış bir ziyalı, modem ailənin gəlini olmuşdum,  hamıya örnək ola biləcək o ailədə ərli vaxtımı da o ailədə yaşamışdım, dul vaxtımı da, əgər o ailədə mənim kimi fağır bir qadın baş çıxara bilməmişdisə, həyatının hər çətinliyini yaşamış, böyümədən olqunlaşmış  mənim qızım da hər ailədə baş çıxara bilməzdi...

_____13 ______

  Beləcə günlərimiz davam edirdi. Həyat günü gündən çətinləşirdi. İşləyirdim amma elə bil əməl etmişdilər mənə əlimin, cibimin bərəkəti, süfrəmin ruzisi qaşmışdı . Müştərim əvvəlki kimi yox idi, yalvara yalvara nisiyə verirdim ki, təki, alacağım olsun. Mallarım hamısı nisyədə, əlim ziyanda. Qış da qapını kəsmişdi. Həmin ili bir çovğun var idi, gəl görəsən. Evdən bayıra başımı çıxara bilmirdim. Daha küçələrdə  dolaşıb alver eləmək olmurdu. Polis də bir tərəfdən günümüzü qara edirdi. Küçə satışlarına qadağa qoyulmuşdu. Bir dəfə 28 də polislərlə dirəşəndə bütün mallarımı ayaqlarının altına alıb xıncım xıncım etdilər. Nə az, nə çox həmin gün düz 680 manatlıq öz mayasına ziyana düşmüşdüm. O mallar satılsaydı bir o qədər də xeyrim olacaqdı. Ondan sonra həvəsdən düşmüşdüm işləməyə, özümü evə qapatmışdım ağlamaqdan üzüm gözüm şişmişdi. Bəxtimdən taleyimdən şikayətlənir, qara taleyumə divan tuturdum. 
    Bu minvanla 2 ay işləmədim. Nə yeyirdik kisədən yeyirdik.Kira, işıq qaz, Aygünün kurs pulu, sinaq imtahanları, xərclıyı, gündəlik yol pulu hamısı geri yana qoyduğum - Fatih üçün topladığım puldan gedirdi. Xeyirdən şərdən özümü məhrum etsəm də, anam belə şeydən qalmırdı. Elə olurdu ki, ayda 4 dəfə rayona gedirdi, qohum əqrabanın yas məclısınə. Deyə də bilmirdim getmə. Nə işimə qalıb mənə demir, pul ver para ver öz pulu, öz pensyası nə həddimə?Anamın bir xasiyyəti vardı. Pışık quyruğun yerə vurmayan kimi, anam da oğlanlarının namını heç kimə vermirdi. Ona olunan bu etinasızlıqdan sonra yenə də nə oğlanlarının, nə də qızlarının yağına suvtökmürdü. Bir oğlanlarım deyəndə, beş də ağzından tökülürdü. Gedirdi bazara evə nə alırsa ondan 3 dənə də artıq alırdı.Evə 1 kilo qənd alanda 3 kilo da artıq alırdı ki, gedəcəm evə, uşaqlar işləmir, əllərində ovuclarında yoxdur. Vermeşil makaron yağ alırdı onlara da alırdı. Rayona gedəndə 3 evə ayrı ayrı dolu zənbillərlə gedirdi. Deyəndə  məni borclu çıxardırdı:
   - Sən də qızımsan, o birilər də. Sənə eliyirəm o birilərinə yox.
   Yanıb tökülürdüm:
   - Sənə mən sahib çıxmışam ee, oğlanların, arvadlarının qorxusundan səmtinə baxmır, qızların zəng edib dedilər ki, anan qalıb ortalıqda. Anam da deməbilər, anan dedilər.
   Nə edim, deyirdim xətrinə dəyirdi, küsüb gedirdi,  beş gün o qaşıda on gün bu qapıda qalırdı. Xəstəydi, şəkər idi, ayaqlarını güclə hərləyirdi. Yazığım gəlirdi. Ürəyim ağrıyırdı. Zəng edib kölnün alırdım, yalvarırdım, yaxarırdım gəlirdi.
  Çox yorulmuşdum, həyatdan usanmışdım. Həyatın yükü o qədər ağır idi ki, heç bilmirdim bu yükü necə qaldırım. Anamın dərdi bir tərəfdən öldürürdü məni, Aygünün dərdi bir tərəfdən. Hey gün güzaranımdan danışmıram. Dərd hər tərəfdən sallaşmışdı yaxamdan. Özümü tamamılə unutmuşdum. Mən bu həyatda varmıyam, yoxmuyam heç bilmirdim. O qədər kişilərlə üz üzə gəlib, o qədər bir tikə çörək üçün polislərlə dava dalaşım düşmüşdü ki, kişiləşmişdim artıq, qadınlığımı unutmuşdum, qadın incəliyim getmişdi tamamilə.Söyənə söyürdüm, vurana vururdum. Qadınla qadın kimi, kişiylə kişi kimi, fahişəylə fahişə kimi, məmurla məmur kimi danışmağı öyrətmişdi həyat mənə... 
    Aygün kursdan bir oğlanla  görüşürdü. Ortabab kənd yerinnin uşağı idi. Aygündən 4 yaş böyük idi. Asiman idi adı. Asıman 3 il bundan əvvəl məktəbi qurtarib unversiteteə versə də kəsilmişdi. Sonra əsgərliyə getmiş, indi də gəlib yenidən unversitetə hazırlaşırdı. Bakı kəndlərinin birində yaşayırdılar. Yerlı bakili ıdı.
   Bır dəfə eləmədim tənbəllik bunun yeriylə yurduyla maraqlandım.Taa  bunların kəndinə qədər getdim çıxdım. A bacı, Bakının adı Bakıdır, bizim rayonun kəndləri Bakının kəndlərindən min dəfə rəğbətlidir. 3 marşurut dəyişə dəyışə, get ki, gedəsən gedib dağ başında bir yaylağa şıxdım. Yaylaq dediyin yaşıllıq yer, çiçək çəmən olar, bura sap sarı torpaq, daş kəsək... Toz duman ərşə qalxır. Qışda da palçıq dizdən. Qız qadının əyin başına baxırsan vallah bizim kəndin qızları  bunlardan daha modem geyinib kecinir. Bəlkə də məni qınayasız ki, özün nəsən ki, heç kimi bəyənmirsən. Haqlısız, özüm özümü də çox qınadım. Kecdiyim çətin günləri yadıma salıb, öz özümə dedim ki naşükürsən. Bu boyda haqq hesabdan sonra qızının adın çəkirlər, indi şadlığına şıllaq atırsan?
   Qızımı ər xatirinə başımdan etmək istəmirdim. Olacaqsa ən gözəli, olmayacaqsa qoy olşasın deyirdim. Hər bir ana övladını xoşbəxt görmək arzusuyla yaşayır. O qızı nə zülümlə böyüdüb, saxlamışdım mən bilirdim. Bir şeydən əskik qoymamışdım.  Nə demişdi özümü oda közə yaxmışdım, etmişdim. Var-yox, gözümün ağı qarası olan madar balamı indi belə bir yerəmi verəcəm? Asiman 5 bacının tək qardaşıydı. ailəsindən ayrılması  mümkün deyildi. Az çox o kəndin hal qəzəsindən, adət ən ənəsindən eşitmişdim. İndi uşağımı özüm öz əlimlə bədbəxt edərəmmi?
    Evə gəlib Aygünü dilə tutdum. Qız dedi varsa da Asiman, yoxsa da...
  - Qızım,o vaxt da Türkiyədə özün öz başına iş çevirdin, başına gəlməyən qalmadı. Sənə güvəndim, inandım, etibar elədim. Amma görünür hələ çox safsan. Beş baldızın içində baş çıxarmaq asan iş deyil. Hələ yaşlı ana ata.  Kasıbçılıq, evdə qoyun quzu... Kənd yeri. Ev kötük ev. Bu qədər xərc cəkirəm, zəhmətini çəkirəm ki, bır xeyrini görüm, adam olasan, bir yaxşı yerə gəlin düşəsən, ayaqlarını yerə  ürəkli basasan. 
    - Eləməlisən də, borcundur. Bəs məni dünyaya niyə gətirmisən? Nə başıma qaxınc edirsən ee bunu? 
   - Qaxınc eləmirəm ay qızım, gözünü açıram. Bu qədər zəhmətin qabağında deyirəm mən bədbəxt oldum, barım sən bir gün görəsən.  Mən sənin gələcəyini bu ailədə xoş görmürəm. Günün ah vayla keçəcək. Beş bacı tək qardaşına bəh bəhlə gəlin aparacaqlar, vah vahla  özün əllərindən qaçasan. Səni istəyib deyirəm. Eşq gözünü bağlayıb mənim balam, cavansan yaşamamısan bu çətinlikləri bilmirsən. İstəyirəm bir gün görəsən. Mən səni oxutmuram ki, gedib əlindəki diplomla tövlə təmizləyəsən, beş baldızın nazın çəkəsən, tək oğlan, özü də meyxanaçılarla oturub durur. Cecə sabahlara qədər toylarda. Eşitdiyimə görə hələ çəkir də...
   Qız dedi nə deyirsən de, bu yolda öldü var, döndü yox. Yenə Esiyə ağız açdım Yalvardım yaxardım kı, uşaqları ilə sözləşıb Aygünü bu yoldan döndərsin.
   Gördük yox ee xeyri yoxdur. Biz qızın üstünə getdikcə bu qız daha da ASimana  tərəf əyilir. Yenə Esi imdadımıza çatdı. Dedi day hər şeydən keçib qızı burda qoyma oxusun. Yoxsa uşağın əldən gedəcək. 
   - Nə eliyim, qadan alım ay Esi, bir yol göstər.
  - Maraqlanmışam Türkiyə dövlət unversigetlərinə qəbul ola bilər. Pulsuz. Atestatla. Bir balaca xərci var, yetər ki, uşaq razılıq versin qalanı asandır. 
   - Axı bu qızın deportu var. Ora necə gedəcək? 
    - Ayqız deportu qaldırmaq asan məsələdir, tələbələrə deport düşmür. Bir dənə ordakı məhkəmədən təmizlik kağızı gəlsin, notor təstiqlı vəssalam... 
    Başladıq yeni fəaliyyətə Esinin uşaqlarıyla sözləşdik. Aygünü dilə tutduq ki, Türkiyədə oxusun. Qız daş atdı başın tutdu. Dedi mənim yanımda Türkiyə adı çəkməyin. Qınamırdım. Orda xoş şeylər yaşamamışdı. Yoxsa getmək istəsə ora nə olur olsun gedərdi. Onu bura bağlayan Asiman idi. Nə qədər ki, Asiman onun həyatında var idi. Nəinki Türkiyə heç unversitetin rayon filiallarını da desəm getməzdi. İlk öncə Asiman onun beynindən çıxarmaq lazım idi. Amma necə, heç özüm də bilmirdim.
   Evdə blincik, yuxa bişirib  yaxınlıqdakı şadlıq evlərinə, bufetlərə verirdim. Arada  da, bir həkim ailəsi var idi, onların ev təmizliyinə gedirdim. Çox yaxşı mehriban xanım idi ev sahibəsi. Kənardan baxanda ailə mükəmməl görsənər həmişə, amma ailənin içinə ki, daxıl olursan, görürsən ki, yoox nə qədər mədəni, etikalı, sayılıb seçılən ailədirsə, o qədər də dərdləri var idi. Ər arvad ikisi də həkim idi, iki qızları vardı  böyüyü elə mənim Aygünümlə eyni yaşdaydı. Ev, eşık, pul... Hər şey öz yerində. Amma bu mədəni ər arvdına xəyanət edirdi. Məsələ də bunda idi ki, xəyanət etdiyi qadın arvadının bacısı qızı, ondan da bır oğlu var. Ancaq bu qadın bunu görməzdən gəlir. Kişi də heç nə olmamış kimi evə gələndə hər şeyi qapının çölündə buraxıb içəri girir. Soruşsan, qadın hər şey qızlarım üçün deyir və susur...
 Bizə çox xeyri dəyirdi. Özünün və qızlarının bahalı, geymədiyi paltarlarını, əşyalarını, işləymədiyi aksesuarlarını bizə verirdi. İlk günlər Aygün buna pis olurdu, sonradan onu dilə titdum.
   - Qadan alım, camaat gedib prakata paltar götürür puluyla, bilmirsən kim geyib, hansı xəstə istifadə edib onu. Amma bilirsən ki bu paltarlar təmizdir, çiçək kimi.
   Aygünün də özümün də pisxoloji müalicəmi də elə o həkim xanım öz pisxoloquna yönləndirmişdi. Mən müalicəmi yarımcıq qoymuşdum amma Aygünü sona qədər müalicə etdirdim. Bütün qaramsalıqlardan qurtarmışdı uşaq. 
    Günümün evdə çox keçməsi Aygünlə məni də bir birimizə daha çox yaxınlaşdırmışdı. Anam da  gəlmişdi rayondan. Aygünün istənildiyini eşidəndə  sevindi. Qisməti gəlibsə ver getsin  dedi.
  - Yaxşı yer deyil, ana verə bilmərəm.
   - Yaxşı yer deyəndə nə nəzərdə tutursan?  Evi eşiyi var?  Kiralarda qalmayacaq ki?  Baldızlarlnın evi ayrı, heçı ayrı.
   - Elə deyil ee mama, bu bakılılar bizim kimi deyillər, qohumcanlı, ailəcanlı, tərəftutan. Qız orda təklənəcək.
   - Heç nə olmaz, yavaş yavaş öyrəşəcək. Elə qohum əqrabalı olması yaxşıdı.
   Daha anama bu barədə ağız açmaq istəyirdi. Anam deyirdi ver getsin, yeri yurdu səni maraqlandırmasın.
   Esi gələndə Esi, gəlməyəndə uşaqları bir tərəfdən , mən bir tərəfdən Aygünün beynin yuyub təmizləyirdik.  Anam isə daldaya düşən kimi qızın başını doldururdu. Qız da anamın tırkasına gedib üzümə qayıdırdı. Neçə dəfə anamla bunun üstündə dalaşmışdım da, küsüb getmişdi yenə. Görünür anamın tərəf tutması Aygünü daha da ürəkləndirmişdi. Asumanı onun beynindən atmaq müşjül məsələydi. Qurban olum Allaha. Elə bil Allah səsimizi eşitdi. Qızımla aramızın daha da açılmasını istəmədi. 
    Özləri öz aralarında belə məsləhətləşirlər ki, unversitetə qəbul olan ili nişanlansınlar, sonra qiyabiyə keçib ikisi də işləsin, həm toya hazırlıq görsünlər, həm ev tiksinlər . Asumangilin evləri köhnə ev idi, kəndin təzə məhəlləsində torpağı varmış. Orada təzə ev tikəcəklərmiş. Unversiteti bitirən kimi evlənəcəklərmiş. Bunları eşıdəndə dəliyə döndüm. 
   - Aygün, başına dönərəm, nolar, bir gözünü aç, ətrafına bax. Görürsən, sənin zəhmətindən istifadə edir?  Sənə demir ee, işlə, cehiz yığ, deyir işləyək ev tikək. 
   - Düz deyir də. Demirsən qaynanyla oturma, oturmuram da, ayrı ev tikirik özümüzə.
   - Ay qız heç bir evin tək oğlu ata anasını sahibsiz, köhnə damda qoyub təzə evində xanımıyla kef çəkməz. Hamı sənin dayıların deyil ee ananı topa döndərə ortalıqda. Ağlın onlara getməsin. Bu bakılılara ana deyəndə ana üçün baş kəsərlər. 
  - Ey ay ana, hər şeyə bəhanə tapırsan da... 
   - Getsin tiksin də, evini. Nə qədər ki mənim yanımdasan, ixtiyarın məndədi...
   - Nə gözəl!
   - Bəli, mən qoymuram işləyəsən. Mən oxuduram səni. Qız evi olaraq bizim vəzifəmiz cehiz deyil? Hər şeyini mən verirəm də...  Hələ siz deyirsiz 3 4 il nişanlı qalacağıq. Ev tikirik. 3 - 4 ilə neçə papaq boş qalacaq, ay bala. Yenə evlənib bir ailə olaraq ev tiksəniz deyərəm hə. Amma nişanlı vaxtı ver əlinin pulunu ona, sonra olmadı belə oldu elə. Nolacaq? Kimə deyəsən, kimə sübut edəsən ki, mən bu evə pul vermişəm? Allaha tanrıya bax, bala. İşlə, amma, madəm elə istəyirsiz, cehizini al yığ.
  - Sən də öz payına düşəni mənə yükləyirsən ee, hansı qız cehizi özü işləyib alır? Cehiz vermək  ananın borcu deyil, almalısan da!
 -  Ev tikmək də oğlanın ata anasının borcudur. O zaman zəhmət çəkib eləsin!
   Nə desəm də faydası yox idi. Uşağımın ağlını yemişdilər.
  Yenə dərdləşəcəyim yer, Esiydi.
 Esi məndən betər nigaran idi bu işdən. 
   - Nahidə,  inan allaha and olsun Aygünü öz balalarımdan ayrı bilmirəm, canım yanır bu uşağa yanbasa demərəm bacı. Mənim yerimə başqası olsa, deyər nə vecimə ee, çayım gəlmir, suyum gəlmir.
   - Bilirəm bacı, yaxşı ki  varsan.
   - Uşağın əldən gedir, buna imkan vermə.
   - Nə edim bacı, ürəyim partlayır, əlimdən bir şey gəlmir ki.
  - Gəl, belə edək, bir adam göndərək Asimangilə, bəlkə Aygün Asimandan  Türkiyədəki haqq hesabı gizlədib heç deməyib. Ya da sənin evdən qaçmağını? 
   - İndi nə deyirsən?
   - Deyirəm hər şeyi gözə alaq, özümüz deyək ki, hal qəziyyə belədir, eybi yox qoy səni fahişə kimi bilsinlər, amma qızını bu bəladan qurtar.
   - Ay Esi qurban olum Aygün məni silər ee...
  - Heç nə olmaz qorxma, o oğlan qızını fırladır, istifade edir ondan, Aygün Laləyə danışır da, görürəm nə var nə yox. Oğlan bu qızı yiyəsiz görüb, bilirki nə hava çalsa oynayacaq. Nə vecinə anasının firmasından gedir Asimana ətirlər jelelər, kremlər, saatlar elə bilir yağ göldən əppəy tarladan. Bax deyirəm bajı. Bu gədə qızını sümürüb əməndən sonra atacaq,  görəcək bir həsir, bir Məmmədnəsir. Yazığın gəlsin uşağına, buna imkan vermə.
   - Necə edəcəyik bunu?
   - Sən orasını mənə burax, mən bir yolla onun ailəsinə eşitdirəcəm. Özünü də bilməzdən gəl.
   Heç bilmirəm noldu. Esi nə etdi, nə etmədi. Qəbul imtahanlarına 3 gün qala Aygün evdə tufan qopartdı.
    Kimsə Asimanın ailəsinə, mənim türklə qaçmağımı deyib, sonra guya türk mənim pozgunluğuma görə qızı da məni də Türkiyədən deport etdirib. Guya mən həmin türkün evində nə qədər pulu, qızılı varmış hamısını oğurlamışammış. Guya məni tutublarmışlar, oğurladığım qızılları verib canımı qurtarmışam, sonra da qızımla ölkədən qovulmuşuq...
   Aygün dəliyə dönmüşdü, amma mən sevinirdim. İnanın sevincimdən yerə göyə sığmırdım. Aygün isə bərbad haldaydı.
   Qəbul imtahanlarını verdi verməsinə amma heç ümüdü yox idi, beyni başını idare etmirdi. Ağlı fikiri Asimanın yanında qalmışdı.Asuman da bundan əl çəkmirdi. Hər necəsiz qəbulumsuz,  anandn mənə nə deyirdi. Amma anasıgil...
    İki bacısı bizə hücum çəkdi, Qardaşımızdan əl çək dedilər.  Özümü qoydum hayasızlığa, nə qoydum, qapıdan düz getdilər.
   Aygün yenə həyatının ikinci, bəlkə də üçüncü, bəlkə də daha neçənci depresiyasını yaşayırdı. Asiman məhəllədə bitmışdı, dəfələrlə çıxıb qovmağıma baxmayaraq getmirdi. Axırda  Esinin oğlu çıxıb danışdı
   - Aygün özün yaxşı hiss etmir. Gəlsənə ona biraz zaman ver özünə gəlsin, bəlkə sonra barışarsız. Və beləcə getdi. Aygünün nömrəsini dəyişdim.
   Anamın dili dinc durmaz, bu haqq hesabı qardaşlarıma danışar, gecəylə qardaşlarım evi basdı, ikimizi də şil küt elədilər ki, durun gedək rayona. Burada qalsanız hələ çox bəzəyə qoyulasız. Daha demirdilər ki biz elə orada bəzənıb  gəlmişikdik ... Getmədik. Anam da bir tərəfdən üstümə düşmüşdü ki, bu qızı heç kim almayacaq, biabır oldu uşaq...
   Nəysə uzun sözün qısası, Asimandan qurtarmaq üçün evimizi dəyişməli olduq. Laləgildən ayrıldıq. Balaxanıya köçdük. Yeni iş yerim burda idi. Bu arada Aygün də imtahanlardan kəsilmişdi. Balaxanıda bir salona qoymuşdum çak çuk edirdi. 
   Biz evimizi dəyişən müddətdə  Esi yenə mənə ağıl verdi :
  - Yerinə olsam Fatihlə danışaram.
   - Dəlisən?
  - Uşağın üçün sən özünü dəliliyə qoy!
  - Axı Fatihlə mənim nə işim?
   - Deportu qaldırtsın. O sərhəddi tez tez gedib gələn adamdır. Mütləq  bunun bir yolunu bilir.
   - Məni oyuna salma Esi, qurban olum. Onsuz da ona bir dünya borcum var, əlimdə ovcumda yox... 
   - Ay qız, o sənə borc verəndi? Borcu camaat qardaşına bacısına vermir ki, atıb qaçar, bu bədbaxt səni Gürcüstandan belə qoruya qoruya gəlib. Ağlın Murad səydərəşə getməsin, bu adam kimi adamdır. 
  - Bu olur artıq adamdan istifadə etmək. 
   - Olmur, sən elə fikirləşirsən... 
  Telefonu mənə uzatdı.
   - Al bir cəhd elə, görək də nolur, tutar qatıq yeyərsən tutmaz ayran içərsən. Səndən nə gedir. Uşağın üçün eləməlisən. Edəcəksən. İndi bu qız kəsildi deyə pes edəsən? Bəs bu qədər qoyduğun xərc? Gələn il dildiyi də yadından çıxacaq. Sonra tamamhəvəsdən düşəcək oxumayacaq. 
  Nəsə uzun tərəddüdən sonra "Salam Fatih, ben Nahide" yazdım.
    Üç dörd saat sonra zəng gəldi. Əlim ayağım əsməcə tutdu. Ay Allah bu nə idi. Açmaq istəyirəm aça bilmirəm.Gah anama, gah , Aygünə baxıram.
   Zəng kəsdi, təkrar çaldı. Hər zəng ürəyimin qapılarını döyürdü, aç qapını mən girim deyirdi.  İlahi, mən qadın olmağım üçün, belə həyəcan yaşamağım üçün necə darıxmışdım?
   Yenə cavab verə bilmədim. Anam da Aygün də kimdir deyə üzümə baxırdılar.
  Mesaj gəldi. "Müsait olunca çaldır yeter"
   Bəli, nə az, nə çox düz 15 gün daldalığa düşdüm danışdım, gecələr sabaha qədər yatmadım yazışdım. Bu 8  9 ayda başımıza gələnləri onunla paylaşdım. Onun da haqqında bilmədiklərimi  öyrəndim.
  12 il bundan əvvəl evlənibiş, ana atasının istəyiylə. 5 il uşaqları olmayıb. Beş ildən sonra ekiz uşağa hamılə qalıb. Uşaqlar ana bətnində 8 aylıq  olanda Fatihin böyük qardaşı, anası, Ege (o vaxt 6 7 yaşlarındaymış) və bunun xanımı  qardaşının maşınında kəndə qurban kəsməyə gedibmişlər. Səhər o başdan çıxıblar ki, qurban kəsiminə  çata bilsinlər. Lakin səhər yuxusu şirin olar deyirlər. Qardaşını yuxu tutur, maşın qəzaya düşür. Qardaşı elə yerindəcə keçinir, anasının sağ ayağı sıradan çıxır, Ege ilə xanımı arxa oturacaqda oturmuşdu. Ege yüngül yaralansa da xanımı qarnındakı uşaqları qorumaq üçün başını qarnının üstünə qədər əyib ki qarnı iki oturacaq arasında sıxışmasın. Bu vaxt qarşıdakı oturacaq bunun boynunu sıxır. Ana uşaqlarını qorusa da uşaqlar qəzada yox ananın belə vəziyyətdə olmasından bətnində sıxışmışdı. Nə az nə çox, düz 6 saat sonra ananı bu vəziyyətdən qurtara bildilər. Lakin qurtarma zamanı, qadının boyun fəqərəsinin qırılır. Və canını fəda etdiyi balalarının üzünü görmədən ömürlük şikəst olur, nə danışa bilmir, nə hərəkət edə bilmir. Əlil arabasın məhkum qalır. Uşaqlar əməliyyatla ana bətnindən alınır. Biri iki ay sonra, o biri 4 ay sonra həyata bağlanır. Anasının sağ ayağı amputasiya edilir.
   Fatih o vaxt xaricdə səfərdəymiş, xəbərə səfərdən yarımçıq qayıdır   dünyası başına yıxılmışdı.
    3 qardaş idilər. Bacıları yoxdu. Qardaşının ölümü onu yıxmışdı. Anasının ayağı qopmuşdu. Xanımı ömürlük şikəst olmuşdu. Beş il həsrətlə yolunu gözlədiyi balaları indi anaya möhtac, anasız qalmışdı. Ege yaralı. Bütöv bir ailə batmışdı. Yazıq yaşlı atası nə edəcəyini bilmirdi.
    Nə qədər ki, anası ilə xanımı xəstəxanadaydı Fatih bu çilənin dərinliklərini başa düşmürdü. Elə ki, anası da xanımı da evə döndü, bax elə o gündən Fatihin qara günləri başladı.
   Fatihin atası əvvəllər mütait (tikinti rəisi) işləyibmiş . İşlədiyi müddətdə qazancı bir bötöv bina olub bir binanı 10 dairəlik tikib. Uşaqlarına o binadan  hərəsinə bir ev verib. Qalan evləri də kirayə verib keçinirmişlər. Yaşlanmışdı, həm də yüksək təyziqi onu işləməyə qoymurdu. Odur ki kiralarının gəlirlərinə şüküf edib oturmuşdu.
   Qardaşlar əvvəl atasıyla işləsə də, atanın xəstəliyindən sonra bu işə birdəfəmlik xitam verirlər. Fatihin böyük qardaşı  karqo şirkətlərindən birinə işə girir, Fatihi də yanına düzəldir. Biraz sonra  İkisi bir tır götürüb işləyirlər.
    Qardaşı öləndən sonra xanımı ərindən qalan evini sataraq, atasının məmləkətinə gedir. Fatıh iki şikəst - anası və xanımı, iki əkiz uşaqları ilə qalır. Ege də zatən balaca...  Bütün ailənin yükü Fatihin boynunda idi. Onlara xidmət lazım, evdə qadın yox, qız yox... Bunları burda belə qoyub xarıcə də gedə bilmir. Dostlarının köməkliyiylə tikinti şirkətlərinin birində krançı işləyir. Maaş minimum maaş. Bu maaş xəstə xanımının heç baxıcı maaşı deyildi. Bir də iki körpə südəmər uşaq, onlara baxan dayə... Yenə anasının ayağı olmasa da hərəkət edirdi, otururdu, iməkləyərək tuvaletə gedə bilirdi. Amma xanımı... Xanımı 1 ci dərəcəli 98 faizlə yatalaq xəstə idi. Bildiyin bir ölü, sadecə  nəfəs gəlir gedir. Boğazından dəlinmiş, 2 saatdan bir, hazır yemek və su şprisə çəkilib boğazından içəri ötürülürdü. Nə atılası deyidi,  nə satılası. Nə də öldürüləsi. Nə birinin evinə göndəriləsi, nə də qulluğunda dayanılası...  Buna ayrıca xidmətçı lazım idiki, vaxtlı vaxtında dərmanlarını versin, altını dəyişsın, iki üç saatdan bir sağa sola çevirsin.
   O işdə olanda  yemək, su və dərmanlarını  atası ilə Ege verirdi. Bəzi günlər, unudurdular. Bax o zaman qadın düçürdü partlamaya, nə ölə bilmirdi, nə sakitləşmirdi. Həftələrlə işindən qalıb xanmını xəstəxanalarda gəzdirirdi.
   İlk günlər qayınları, qaynatası maddı yardım etdilər, sonra öz aralarında bir ailə iclası keçirtdilər. Qərara aldılar ki, atadan qızına düşən malları satıb puluna bir baxıcı tutsunlar. O da nə etdi 3 aylıq baxıcı maaşı. Vəssallam, bitdi. Fatihin uman yeri qalmamışdı. Nə gözləntisi var idi, ancaq bələdiyyədən idi. Bələdiyyədən 15 gündən bir gəlib ev təmizliyi edirdilər, xəstənin altı üstü dəyişilir, yataqları yuyulurdu. Vəssalam.
   Nəysə iş o yerə çatdı ki, ata binadakı dairələri bir bir satdığa çıxardı. İki dairənin pulu ancaq bu neçə ildə xəstə baxıcısının maaşına getdi. Uşaqlara dövlət sahib çıxsa da anası tam sağalandan sonra uşaqları dövlətdən geri istədi. İndi Fatihin öz evində xanımı və qulluqçusu qalır, uşaqları anasıgildə qalır. Fatih şükür edir ki, yaxşı ki, uşaqlar da o qəzadan sonra şikəst doğulmayıblar. Sapa sağlamdırlar. Amma anası indi əldən düşüb bəlkə də yorulub. Daha bu yükü daşıya bilmir. Fatihə evlən, heç olmasa uşaqlarına baxan biri olsun deyir, amma necə evlənsin. Əslində özü də evlənmək istəyir. Səyahətdə olduğu ölkələrdən bir neçə qadınla anlaşıb gətirib. Hətta ona bir dənə dairə verəcəyini də boyun olub, o dairədə onunla və uşaqları ilə  yaşayacaqmış, arvadına baxıcısı baxacaq, lakin gələn ya uşaqlı olub, anası gil qəbul etməyib, ya da,  gələn gəlib bunların dairələrini və kənddəki torpaqlarını görüb bir evə qane olmayıb. Adına başqa ev və torpaq sahəsi  istəyib, ya da dövlət nigahi. Fatih nə qədər and aman etsə ki, nə zaman arvadı ölsə o zaman nigaha girəcək, qadın bununla razılaşmayıb...  Ya Fatihin üzərinə nə var nə yox adına keçirəcək, ya da həyatını evdəki bu qədər xəstələrə qurban verməyəcəkdi.
    Fatihin çəkilməz dərdini eşıdincə ürəyim ona yanırdı. Onu necə təsəlli edəcəyimi bilmirdim.  Bilmirdim ona qarşı duyğularım təkrarmı oyanır, yoxsa ona yazığımmı gəlir... Özümdə ona qarşı qəribə hislər hiss edirdim.
   Uzun sözün kəsəsi. Fatih söz verdi ki, indi Bolqarıstandadır. Türkiyəyə gələn kimi, Aygünün deportdan qurtarma məsələsiylə bağlı bir vəkillə görüşəcək. AMma ilk öncə Aygünün Türkiyəyə gəlməsi üçün tutarlı bir sənəd lazım idi, ya oxumaq, ya evlilik, ya ev alımaq, ya iş yeri tapıb iş yerindən dəvət olunması kimi bir tutarlı sənədlə Türkiyəyə giriş edə bilməsi üçün həm də Aygün özü bunu istəyəcəkdi. Amma nə, necə? Fatih söz vermişdi. İndi iş qalırdı Aygünə
 
________14 __________

    Esi bir tərəfdən, mən də bir  tərəfdən Aygünün üstünə düşmüşdük ki, uşaq həvəsdən düşməsin, oxusun. Yaxşı ki, işləyirdi, başı qarışırdı yoxsa Asimanı unuda bilməzdi. Ayrilmışdılar deyirdi, amma məndən gizlətsə də hiss edirdim ki, yenə də gizli gizli onunla danışır, görüşür. Esi deyirdi ki, çox üstünə getmə, uşağın üstünə getdikcə o da inad edər, ona bir şey demə amma, arxadan onun xeyrinə iş gör. Ona dəstəkçı olduğunu göstər, kömək et.  Başa sal ki, bu sevgi səni uçuruma aparır.
  Tək qorxduğum şey bu idi, ki birdən qoşulub qaçar.
   Evində işlədiyim Bilurə xanımla danışmışdım. Aygün kəsildikdən başqa hara, necə sənəd verəcəyini ondan soruşdum. Onun qızı Türkiyə ali məktəbinə hazırlaşırdı. İmtahan vermişdi. Cavabları gözləyirdi. Bir gün Bilurə xanım mənə zəng etdi ki, bəs Türkiyə unversitetlərinə qəbul komisiyasının ikinci mərhələsi başlayıb. Amma pulludur.
   Canım cəhənnəm - deyib üz tutdum Aygünün salonuna. Qızı götürüb bir başa mənə verilən adresə gəldim. Türkiyə adını belə eşitmək istəmirdi Aygün. Bu dəfə onu dilnən yox, şillə, çimdiklə başa salırdım.
   Nəhayyət lazım olan məbləğ deyildi. Belim büküldü bu qiyməti eşidincə. Uşağımın təhsil almasını istəyirdim, amma madi vəziyyətim mənim ürəkli hərəkət etməmə mane olurdu. Qulaqlarımda Esinin sözləri çingildəyirdi " qoy  uşağının xoşbəxtliyi üçün sənə fahişə desinlər, eybi yox, onun xoşbəxtliyi üçün çalış!"
     Bəli Fatihin borcu üçün yığdığım pulu ayırıb bir kənara qoydum , şəxsiyyət vəsiqəmi və balaca daxmamın sənədini rayonumuzda bir sələmçıyə verib biraz da sələm götürdüm . Lazım olan məbləği düzəldib, bu işlə məşğul olan məhsul şəxsin yanına gəldik. Vəziyyətimizi həmin adama danışıb Aygünün deportu olduğunu dediik. Kişi biraz düşündü, bir neçə yerə zəng etdi. Dedi ki, deportu qaldırmaq üçün əlavə xərc lazımdır.
   Əlim ayağım hər yerdən üzüldü. Bu qədər borca girmişdim.O da hələ bu illik. Hələ geridə neçə il var. Hələ sələmə girdiyimi eşidəndə anam havalanmışdı, Aygün dünyanı dağıdırdı.Bir tərəfdən də, evi sələmə qoyduğumu eşidən qaynatamla qaynanam  üstümə hücum çəkirdi. İndi deportu necə qaldıracam bilmirdim. Güman yerim tək Fatih idi...
    Ona bu iş üçün ağız açdım. Dedi karqo şirkətimizlə danışım, baxaq görək Aygünə işə dəvət adıyla viza ala biliriksə, deportu xərcsiz  qaldıra bilərik.
   2 gün sonra yazdıki, türk vətəndaşının evliliyi üçün hansı sənədlər lazımdır? Çaşdım qaldım. Mənim dərdim nə, bununku nə? Mən qızın hayındayam, bu evlilik hayındadır. Nəysə handan hana, mənə başa saldı ki, əgər işə dəvət vizası alınmasa ən son variantımız budur ki, Aygünə Egeylə saxta evlilik etdirək, evlilik adıyla Türkiyə deportunu qaldıraq. Onsuz da  vaxtımız az idi, bu gün sabah məktəblər açılir, boşu boşuna sələmin faizini verirəm. Aygünün  mütləq deportu qalxmalıydı. Mütləq bu unversitetə qəbul olmalıydı.  Yoxsa, bu zamna qədər oxuduğu heç nə olacaqdı. O qədər atestatına, hazırlıq kursuna qoyduğum pullar batacaqdı. Özü də həvəsdən düşəcəkdi, bir daha oxumayacaqdı. Onsuz da Asiman beynin yeyib töküb.Türkiyədə oxumaq üçün  Egeylə yalançı evlilik məsələsi Asimanın bacılarına od qoyacaq, Ömür boyu Aygün buna razı olmazdı, bu nigaha ömür boyu qol çəkməzdi. Nə olur olsun yenə mən hər şeyə  hazır olmalıydım. Balam əldən gedirdi. Nə qız Asimandan, nə Asiman qızdan əl çəkmirdi. Bir tərəfdən də bacıları gəlib salonda biabırçılıq edirdilər. Bu da Aygünə pis təsir edirdi. 
   Balaxanı balaca yer idi, buraya yeni köçməyimizə baxmayaraq artıq bizi tanıyırdılar. Deyir dulun evinə qardaşı girsə oynaşı, əri olan qadının evinə oynaşı girsə , qardaşı olar. İndi məhəllənin gözü üzərimizdəydi. Vay o hala ki, bir balaca gözəgəlimli, baxımlı olasan, vəssalam Məhəllənin itoynadan tulaları da sənə hürər. Bəzən özümə heç fikir də vermirdim, ki, heç diqqət çəkməyim. Gözəlliyim başıma bəla olmuşdu. Məhəllənin tükançısından tutmuş, qəsəbənin ucaskovusuna qədər xəbər yollayanlar var idi. Ağıl başla istədiyini desə, evlilik təklif etsə nə vardı ki? Hiss edirdim ki, bunların fikiri ayrı şeydi.
  Bir tərəfdən də Asimanın bacılarının Aygünün salonunda biabırçılıq etməsi məhəllə camaatının bəzək yeri olmuşdu. Bu da Aygünə pis təsir edirdi. Elə uçaskovu da axırıncı davada ayaq açmışdı bizə, köpəyoğlu demiyəsən ana bala ikimizə də göz qoyurmuş. Utanmaz utanmaz bunu hələ mənim özümə də dedi bir gün.
    - Əvvəl bilmirdim sənin qızındı, biraz izlədim, gördüm, saf uşaqdı. Gördüm yox  e, mən istəyən şey deyil. Amma sənnən söhbətim tutacaq. Nə problemin olsa çəkinmə, de...
   Nə deyəcəyimi bilməmişdim. Amma evə gəlib o ki var ağlamışdım. Çarəsizliyimə, təkliyimə bir daha üsyan etmışdım. Ehtiyyac elə şeydir ki, qadının qürurunu, namuslunun namusunu ortadan parçalayan bir şeydi. Əgər o müfəttisə sifət göstərsəydim, işim daha da çətinə düşəcəkdi. Yaxşısı budur, çayı keçənə qədər ayıya dayı deyək.
   - Bax, görürsənmi qızım, hələ yuva qurmamısız bacıları nə hoqqa çıxarır, axı nə lazımdır ki, belə sevgi. Vallah, ay toba, bu sevgi deyil inaddır, ikinizi də tutub. 
   Nəysə uzun sözün qısası, Aygünə vəziyyəti başa saldım. Fatihlə danışdığımı deyəndə, havalandı. Yenə hayima Esi çatdı. Zəng edib qıza ağzından gələni dedi, sonra da öyüd nəsihət etdi.
  Aygün məndən nifrət etdiyini açıq aydın görürdüm. Qız mənə düşmən kəsilmişdi. İki kəlmə sözümüzü bir araya gətirə bilmirdik. O dəqiqə qırğınımız ərşə qalxırdı. Mən məntiqlə, o hisləriylə danışırdı. Ona görə bir birimizi başa düşmürdük. Səbirsiz idim. O da mənim səbirsiz olmağıma hirslənirdi. Esidə maşallah, dinləmək qabliyyəti də vardı, yağla balla söz yeritmək qabliyyəti də.. Mənə deyirdi "hoo" var dağa qaldirar, "hoo" var dağdan endirər. Səndəki dağa qaldırandı. Az, bir pişim pişimlə danış, da, damarını tut da. Uşağı dilə tuta bilmirsən, vallah. 
   Nəysə Esi özü Aygünə Egeylə saxta nigaha girmə variantını başa saldı.
  - Əsas odur deport qalxsın, sora gedib boşanasız da, yatmırsan, qalxmırsan. Nə var bunda. Camaat gedib vətəndaşlıq almaq üçün girir ee belə nigaha, elan verir, dünya pul tökür ki, nədi nədi 3  4 il oturum, vətəndaş olum. Sağolsun adam kişi kimi sənnən heç nə istəmir, bir şey demir. Get oxu da, adam balası kimi adam ol.
  - Bes birdən boşamasa?  Bəs birdən əl çəkməsə ?
  - Ay bala, axı bu səni istəyir ki əl də çəkməyə? Belə də ki, boşamır boşamasən da... Sənə nə lazımdır
   - Pah... Bəs Asiman?   Mən onsuz yaşaya bilmərəm.
   - Yaşayarsan. Yaşayarsan.
   - Eee, Esi xala bəsdir də...
   - Ay gız, boşanmaq iki vur ikidir. Gedirsən ərizə yazırsan, deyirsən ki belə belə, anlaşmalı evlənmişdik, indi də boşanırıq. Qoy o boşamasın. Ərzən 3 ay qalır orda, onnan sora gör nətər mələdə mələdə  boşayırlar.
   - Asıman buna razılaşmaz!
   - Niyə? Bə nətər sevir? İnanmır sənə? Cəhənnəmə inansın. Mənə inanmayan oğlanın  heç üzünə də baxmaram... 
   Bir gün Fatih zəng elədiki, Bakıdakı terminaldayıq. 3 gün burda qalacağıq. Sonra burdan Dağıstana gedirik. Gəl görüşək. 
   Sevincək Aygünün yanına qaçdım.
   - Nə işimiz var orda - dedi. Nə illah etdim gəlmədi. Özum tək getdim.  Soraq edə edə gedib Qaradağ tir  gömrük məntəqəsini tapdım. Yol boyu qəribə həyəcan keçırdirdim.
  Düzdür, Muraddan sonra ürəyimin titrəyişını söndürmüşdüm, qəlbimin qapılarını kilidləmişdim, ehtirasın yanğısina su səpmışdım. Mənimcun qadınlık duyğuları ölüb gedib deyirdim, bəs bu həyəcan nə idi? Bu adını bilmədiyim, başa düşmədiyim titrəyiş nə idi?
    Avtobusdan düşəndə  gözüm sarışın, qaba, köntöy, pırtlaşıq saçlı Fatihə ilişib qalmışdı. Adem abi de yanındaydı. Dayanacaqda dayanıb nigaran nigaran avtobusun qabağına qaçır, pəncərədən içəridəki sərnişinlərin arasında məni  axtarırdı.
  Deyəsən məni tanımamışdı. Düzdür, çox dəyişmişdim. Saclarım boyanmış,  biraz daha arıqlayıb formaya düşmüşdüm sitilim deyişmişdi.
   - Fatih...
    Donüb çaşqın çaşqın üzümə baxdı. Sonra gülümsünüb qollarını yana açdı. 
   - Nahide? Senmisin? Na kadar değişmişsin kız ! 
   - Sen hiç değişmemişsin, yine aynı tırçı baba - deyib əlimı ona uzatdım. - Merhaba, hoş geldiz! 
   Nəzakətlə əlimi sıxdı. Gülüşü sevinci məni mənden alırdı.
  - Hoş bulduk, sen de hoş geldin - gözləri  gülərək süzülürdü.
   - Sarıla bilirmiyim?
  Utanaraq Adem abiyə baxdım. Əlimi Fatihin əlindən çıxarıb Adəmlə görüşmək istədim. O əlimi buraxmadan məni özünə çəkib qucaqladı. Zətif incə bədənim onun kobud qollarının arasında  gizləndı. Başıni sağ - soldan başıma vuraraq türksayağı salamlaşdı eynı zamanda da pıçıldadı :
   - Ah canım, Nahidem nasıl da özlemişim...
   - Ben de- deyincə o məni daha da özünə sıxdı, başım istər istəməz onun enli sinəsinə yatdı. Kişi terinin qoxusu məni bühuş edirdi. Burnumun ucuna qədər içımdən bir gizilti keçdı.Gözlərim yumuldu. Bəlkə də dindirib danışdıran olmasaydı saatlarca bu vəziyyətdə qalardım. Ruhumun yorğunluğu çıxırdı sanki o giziltiylə.
   Elə bu vaxt Adəm abi yadıma düşdü.Tez özumu ələ alıb gözümü açıb yanımızda dayanmış kişiyə baxdım.. Əliylə kəl başını sığallayyıb gözlərini bizdən yayındırmağa çalışırdı. Amma sanki o da məmnun olmuşdu bizim belə görüşümizdən gülümsəyirdi.
  - Adem abi, nasılsın? - Fatihin köksündən qopub kişinin əlin sıxdım.
  - Hoş geldiz abi, sizi Bakıda görmeyime çok sevindim.
   - Ben de seni görmeyime sevindim, kızım. Nasılsin, iyimisin?
    - İyiyim abi, sizi gördüm çok iyi oldum. Ee, Ege nerde, gelmemişmi o?
  - Geldi, geldi, arabada, uyuyor o , dinleniyor.
   - Ee, eve davet etmek isterdim sizi, fakat, evim burdan çok uzak, hem size laik yer değil. Kusura bakmayın.
  Yolun o biri tərəfində balaca kafe görünürdü.
  -İsterseniz, geçelim oraya.
 - Olur, siz geçın, ben üstümü değişip hemen geliyorum-Fatih dilləndi. 
  Ademlə mən  kafeyə kecdik. Bir caynik cay gəldi, çayımızdan içə içə ordan burdan söhbətlədik, danışdıq, Aygünü soruşdu, işimizi, gücümüzü...
   Gözüm qapıdaydı. Fatihi gözləyirdim. Budur, gəldi,  yayın qızmarından dərisi yanıb qızarmış, günəşın işığında sarı saçları qızıl kimi alışıb yanırdı.
   Eynən orda mənim evimə gəldiyi kimi, səliqəli idman geyimində, ince, sarılı, ağlı idman jaketi ona çox yaraşırdı. Ağ idman ayaqqabısı tam üstündəki dəstə çox uyğun idi. Saçları jelelenib səliqəli daranıb saqqalı şəkillənmişdi. İlk dəfə onu görəndə Amerikan bomoşlarına oxşatmışdım, indi boynundan çarpaz taxdığı balaca əl çantası, gözünə taxdığı polis gözlüyü kimi qara eynəyi onu hansısa xarici stlistə, və ya manıkene oxşadırdı. Özünə fikir verəndə çox yaraşıqlı görünüdü. Uzun saçı və saqqalı, səliqəli darananda, həddindən artıq dəyişirdi. Onun bu halına vurulmuşdum.  
   Nə mən, nə o gözlərimizi bir birimizdən çəkə bilmirdik, Adəmin yanında da utanırdım ona baxmağa. MƏn gözlərimi ondan qaçırsam da dönüb dolaşıb yenə ona saplanırdı. O da mənim kimi, bunu Adəm də görürdü, hissedirdi. Bəlkə də bizi tək qoymaq üçün ağır ağır qalxdı. 
  - HaYdı bana eyvallah...
   - Nerye gidiyorsunuz, otursaydız biraz daha. Ben de birazdan kalkacakdım.
  - Ben uyuyacam biraz , kizim . Çok yorğunum, daha dinlenmedim. Siz de biraz gezin, gezdirirsin her halde Fatihi, hiç Bakıyı tanımıyor.
   Fatihə baxdım.
  - Gerçekdenmi? Gelmedinmi Bakıya?
   - Geldim de, sadecə buraya, burdan Dağıstana, Dağistandan buraya! 
  - Tamam o zaman... Hadı kalk!
   Beraber kafeden çıxdıq. Adem dayını terminala göndərib özümüz dayanacağa gəldik. Dəniz arxamızda dayanırdı, göydən od tökürdü. Elə isti var idi ki nəfəs almaq olmurdu. Üzümüzdəki tər damlaları günəşin hərarətindən və isti küləyin təsirindən quruyurdu. Külək cənubdan əsirdi. Dənizin ləpələrinin səsini yoldan şütüyən maşınların səsi itirirdi. Küləklə bərabər dəniz qoxusu uzümüzə vururdu. Dənizdən əsən külək saçlarımı üzümə dağıtdığı üçün üzümü küləyin səmtinə tutdum. Gözlüyümı saçlarıma taxdım. Bu dəfə də günəş gözlərimi qamaşdırdı. Təkrar  gözlüyümü saçımdan alıb gözümə taxdım. Bayaqdan eynəyə həbs olunmuş saçlarım eynəkdən azad oldu. Külək saçlarımı həm qarışdırır, həm arxaya darayırdı... 
    O, Məni heyranlıqla süzürdü.
  - Ee, nerye gidiyoruz?-  məni süzə süzə küləyin təsiriylə onun çiyninə çırpılan saçımı tutdu. Tez saçıarımı  onun əlindən alıb, əlimə yığıb sol sinəmdə bənd etdim.Gülümsədi, daha da heyranlıqla süzdü. Utanırdım doğrusu, bu baxışlardan. Eyni zamanda da xoşum gəlirdi. Mən də gülümsəyirdim, nazlanırdım. Özümdən asılı deyildi. Özümü onun baxışlarından qurtarmaq üçün dilləndim. 
  - Bilmem, nerye gitmek istiyorsun?
   - Aslında, biyere getmek istemiyorum. Tek istediğim şey bu  sıcakta, denize baş vurmak, güneşlenmek, serinlenmek, sonra doya doya  uyumak, çok yorğunum. . 
  Ters ters üzünə baxdım.
   -  Öyle bakma, gezmeye alışkın değilim. Ben rahatıma bakarım.  Benimcin iş işdir, iş yoksa yemek, əğlenmek,  deniz varsa, deniz... Yoksa uyumak... Biliyorsun, günümüz seyahatlarda geçiyor.  Böyle sıcaklarda nerde plaj gördük, hemen kendimizi denize atarız. Nerde banyo, sauna? Yoksa vücudumuz yapış yapış olur... Yazın yolumuz buralardan geçerse muhakak çoçuklarla  Şıhov plajına  gidiyoruz her zaman,
  - Nerye, Şıxovamı? Şıxovu tanıyirsız?
   - Şıxov burası değılmı?
  - Bilmiyorum, duymuşum, ama hiç gitmedim, nede olduğunu bile bilmiyorum.
- Hmm...Desene seni ben gezdirecem bu gün - ikimiz de güldük
   - Qalıba...
   - Gel o zaman.. Əlimdən tutub yaxınlıqdaki taksiyə dartdı məni .
   200 300 metr aralıda dəniz kənarında tanınmış bir istirahət mərkəzinin qarşısında düşdük. Giriş pulunu ödəyib içəri kecdik. Binaya girişdə dəniz geyimləri olan bir maqazınə girəndə məsələni başa düşdüm.
   - Yox mən dənizə girməyəcəm
  - Niyə?
  - Bu yaşıma qədər heç dənızə gəlmədim, uzə bilmirəm boğularam. Həm də... 
  - Haa haa korkma ben yanındayım.
   - Yokk, utanıyorum, ben bunları giyemem, çok açık. Sen gir denize, ben seni beklerim...
   - A, olurmu öyle şey,  saçmalama, güldürme beni.
  - Vallaha, giyemem, utanırım...
   Neysə məcbur mənə deniz geyimi aldı. Amma özüm çox açıq olanın  almadım, üstən də şifon şal aldım. Özünə də bir şortik alıb çıxdıq. Binanın revizasiyonuna yaxınlaşıb bir otaq kiralayanda ağlıma hər şey gəldi. Nə fikirləşir bu?  Başı xarabdır? Aygünü danışırık iki aydan çoxdur, bununla. İndi bu məni otelə gətirir?  Bu söhbətdən sonra, egər iş dəvəti alınmasa Aygünlə Ege necə evlilik edəcək? 
  Bir tərəfdən də şeytan ürəyimi gəmirirdi, 
   _Axı olsa bu evlilik gerçek evlilik olmayacaq, bunu sən də bilirsən, Fatih də bilir.  Hər kəs bilir.
  - Olsun, bunu öz aramızda biz bilirik, ama anamın ağzında söz dürmaz, bilirəm rayonda hamiya yayacaq Aygünün ərə getdiyini.
    - İndi neyləyəsən? Məcburmu ərə verəsən Egeyə? Sırıyasan qızını? İndi qızının yalançı evlılıyi üçün ayağına gələn qisməti qaçırasan?  Heç qısmət deməyək, həyatını  yaşamayasan? Fatih bu qədər sənə yaxşılıq edir qarşılıqsız, bəs sən onun qarısında nə edirsən?
  Bir tərəfdən də Esinin sözü qulaqlarımı dəlirdi:
   - Eybi yox qoy səni fahişə bilsinlər, amma qızını...
   Fİkirlərim qarmaş dolaş idi. Fatihə güvənim vardı, həm də hədsiz, amma indi onun məni otelə  gətirməyi məni çaşdırmışdı. O da oğraş çıxdı. O da mı mənə başqa gözlə baxdı? Mən ondan sevgi gözləyirdim, qayğı gözləyirdim. Demək yanılmışam? 
   OTağın açarını alıb revizasiyondan aralaşdı. Mənim gəlmədiyimi görüb təcüblə mənə baxdı.
   - Gelsene!
   Yerimden terpenmedim.
   - Noldu?
    -...
   - Anlaşıldı. Benden korkuyorsun!
   - Hayır, korkmuyorum. Sadece şaşırdım.
   - Niye?
   - Denızemi gidecektik, otelemi?
   - Bura deniz değilmi? Arabamız yok, özəl əşyalarımızı nerde tutacaz? Kendimizle denizemi götürecez? Yoksa üzerindekilerlemi girecen denize? Tamam o zaman sen burda bekle, ben eşyalarımı koyuyum, üzerimi değışım geliyim. 
   O getdi, mən də ixtiyarsiz onun arxasınca. Qapıda gözlədim, o əynini dəyişib çıxdı. Qapıda onu yarı çılpaq görüncə utanıb üzümü çevirdim, dolu və sağlam bədənli kişi hər bir qadının diqqət mərkəzində olub, indi qarşımda sağlam və vücudlı geniş sinəli bu adamı görmək məni əməlli başlı həm utandırırdı, həm çaşdırırdı. Bəlkə də gözümün, nəfisimin açlığından idi. Harda görürdüm kişi bədəni, həsrət idim... 
   - Haydı geç! 
   İçəri kecib qapını arxadan kilidlədim. Elə bilirdim Fatih bu saat içəri girəcək. Ürəyim əsirdi. Torbadan çıxardığım geyimə bir də böyük aynadan özümə baxırdım. Geyinsəmmi geyinməsəmmi?  Qərarsız qalmışdım. Ya bir gün Aygün bunu eşidərsə, birdən Egeylə Aygünün evlilik məsələsi baş tutsa...  Deyək ki, Egeylə Aygün yalannan evləndilər,  bəs birdən bir birinə bağlansalar, bir birlərini sevsələr? Heç ayrılmaq istəməsələr? Sən də burda Fatihlə keyfdə damaqda, sabah necə baxasız bir birinizin üzünə? Qohum olasız ee, qızın o ocağın başına düşəcək ee... Sabah bir şey olsa bütün bunlar qızının başına qaxılacaq. Özünə hakim ol Nahidə... 
   Bir tərəfdən də Esinin sözü şeytan cilidində beynimi deşirdi. 
   - Qoy səni fahişə bilsinlər, təki qızın xoşbəxt olsun. Oxusun-Esinin sözləri qulaqlarımda cingildədikcə şeytani kəlmələr bir birinin ardıyca sıralanırdı beynimdə...
   - Fatıh sənə yaxşılıq edirsə bil ki mütləq bunun bir qarşılığı vardır.  Verməlisən, qarşıliqsız  heç nə yoxdur Nahidə. Həyatın qanunu budur. Paltar dəyişmək bəhanədir, dənizə gələnlər otelə gəlir bəyəm? O səninlə gün keçirmək istəyir, haqq hesabin bəri başdan kəsmək istəyir. Niyə başa düşmürsən? Bu qədər başın bəla çəkib, hələ ayılmamısan?  Az mallıq elə, azz! Ya Fatıhin oyununa gəlib qızının gələcəyini qazanacaqsan, ya da indi bu dəqiqə rədd olub gedəcəksən, qızınla bağlı bütün xəyallarına son verəsən. Yaxşı yaxşı fikirləş Nahidə! Qızını da özün kimi bədbəxt edəsən? Sənin çəkdiklərini qızın yaşayacaq? Asimanla qaçacaq, sən qayınlarından çəkmisən, o da baldızlarından çəkəcək? Anasının taleyi qızına cehiz olar deyirlər. Sən bu talehdən çıxma, elə qal, qızın sənin taleyini yaşasın, onun qızı da öz anasının ... Onun qızı da onun, beləcə sülaləndəki bütün qızlar bədbəxt olsun! 
   Qapının arxasından Fatihin səsi gəldi. 
   - Geliyormusun? Ben aşağıda bekliyorum... 
   - Tamam, Sen git ben gelicem.
   - Gelirken qapının kartını unutma...
   Tez üstümdəkiləri çıxarıb, deniz geyimlərini geyindim. "Her şey qızın üçün, qoy seni fahişe bilsinler " - deyərək güzgüdə özümə baxdım. Utandım. İlk dəfə belə yarı çılpaq millət icinə çıxacam :
  - Yoox, çıxa bilmərəm. Tez şalı götürüb belimə doladım. Şifon şalla ayaqlarımı ne qədər gizlədə bilərəm ki? 
   Nəysə yatağın üstündəki, paltarlarımı qatlayıb bir  kənara qoyurdum ki, Fatıhin əl çantası gözümə dəydi. Gah qapıya, gah çantaya baxdım. Taxtın üstünə oturub barmağımla çantaya toxundum. Qulağıma elə bil kimsə pıçıldayırdı ki, ac bax, açdım. İçində nə az nə çox iki bağlama dolar, bir neçə yüzlük, sənətlər, türk pulları, bir qızıl saat vardı. Bu qədər pulla Bakıdan istədiyin yerdən  torpaq alıb ev tikmək olardı. Ürəyimi kimsə tutub sıxırdı. Soyuq  tər basmışdı məni. Tez ayağa qalxdım. Dəniz geyimini soyunmadan, üstən paltarımı geyınıb, Fatihin çantasındakı pulları öz çantama boşaltdım. Elə qapıdan çıxacaqdım ki, elə bil kimsə məni geri çəkdi. 
  Fatihin mənə etdiyi bütün yaxşılıqlar, mənə etdiyi bütün hörmət gözlərimin qarşısından keçdi. 
   - Özünə gəl, Nahidə, özünə gəl! - geri döndüm. Ağlamaq məni tutmuşdu. Boğulurdum  çiyinlərim ixtiyarsız atılıb düşürdü. Ağlaya ağlaya pulları yerinə qoydum. Çantanı da əvvəlki yerinə... Ovcumla üzümü qapayıb hönkürdüm.
    Solumdakı şeytan bütün pulları götürüb getməyi əmr edirdi. Sağımdakı mələk onunla isə üsyana qalxmışdı 
   - Bədənini, vücudunu satmaq oğurluq etməkdən yaxşıdır. Çünki bunun hesabı səndədir, amma başqasının malına xəyanət etmək?  O pulda  xəstə arvadının , şikəst anasının, yaşlı atasının, iki uşağının  haqqı var. Sən qızın üçün bir ailənin haqqına girə bilməzsən, Nahidə ...
   - Nahide, ordamısın? - qapı döyüldü.
   - Burdayım!
   - Hadı ama...
    - Geliyorum. Tez üstümdəkiləri çıxarıb atdım. Şalı belimə bağlaya bağlaya qapıya geldim. Qapını açıb özümü qapının arxasında gizlətdim. Başımı çıxarıb utana utana Fatihə baxdım.
   O da mənim qızarmış gözlərimə baxıb başıyla nə olduğunu sordu.
   - Utanıyorum...
   Güldü, qapını açıb içəri girdi. Başdan ayağa məni süzdü.
   - Çok güzelsin, cok...
   Gözləri sinəmdə, boynumda, dodaqlarımda ilişib qalmışdı. Bu da məni həm utandırır, həm qorxuzurdu. Elə bilirdim indi bu dəqiqə elə burda işimi bitirəcəkdi. 
   Əlimdən tutdu. Qapının arxasından çıxartdı. Əlimi yuxarı qaldırıb rəqs edirmiş kimi məni fırladı.
   - Çok güzelsin, Nahide .
   - Utanıyorum...
  - Gel!  Qapının kartını  çıxarıb məni koridora çəkdi... Əlimi buraxmırdı. İkimiz də otelin koridorunda uşaqcasına qaçıb pıləkənləri aşağı uçurduq. Onun şən gülüşü məni  də gülməyə vadar edirdi. Qəhqəhələrimiz dənizin səsinə qarışmışdı. Özünü suya atdı, sonra dənizin suyunu şapıldadıb məni səslədi. Dənizə girməyə qorxurdum. Suyu ovuçlayıb üstümə  atdı. Su məni diksindirdi, külək üşütdü. Sudan çıxıb əlimi tutdu. Məni dənizə salmaq istədi. Çəkindim, qorxdum. O isə anidən balaca oyuncaq kimi qucağına alıb dəniza tulladı. Sahil dayaz olsa da özümü saxlaya bilmədim. Naşı olduğum üçün dənizin dibinə düşdüm. Ağzıma qumlu və duzlu su getdı. Elə bu vaxt, Fatihin qolları belımə dolandı məni suyun üzünə çəkdi. Bir əli belim dəikən, o biri əli  ilə  dənizin dərinliklərinə üzürdü. Ayaqlarım yerdən tamamılə üzülmüşdü. Su  boğazıma qədər çıxmışdı. Dənizdə batmamaq üçün fatihin boynundan iki əlli sallaşmışdım. Qışqıqraraq sahilə çıxarması üçün yalvarırdım. O isə məni qucaqlayaraq gözlərini qirpmadan gözümü, boynumu, boğazımı süzürdü. Birazdan mənim də çırpınışlarım dayandı. İliq suyun altında bədənimə yapışan, ehtirasımı oyadan, qadınlıq duyğularımı qıdıqlayan bir kişi bədəninin olduğunu fərq etdim. Əlləri vücudumda gəzdıkcə mən onun boynunu daha möhkəm qucaqlayırdım. Qəribə bir həyəcan keçırdirdim.Təngənəfəs olurdum, bütün damarlarım atırdı. Onun boynuna sarılıb gözümü gözünə zilləmişdı. Dodaqlarım "yapma" deyib pıçıldasa da gözlərimin məmnuniyyəti Fatihi məndən qopara bilmirdi...
   Bu gün mənim günüm idi, bu gün ömrümə  yazılan bir gün idi.illərdən bəri ilk dəfə kişi bədəninə yapışan vicudumun alışıb yandığı bir gün idi. Elə bir gün ki, bir dənizin suyu belə o yanğını söndürə bilmirdi. Heç nə düşünmək istəmirdim, heç nədən qorxmurdum. Mən əvvəlki Nahidə deyildim artlq. Yeni Nahidə doğmuşdu bu gün. Bəlkə də, illərlə özünü kişilərdən qoruyan, hisslərinə, duyğularına meydan oxuyan, qadınlığını zindana həbs edən Nahidənin yerinə azad şən, xoşbəxt bir Nahidə doğmuşdu bu gün. Bəlkə də  qızının parlaq gələcəyi namınə Fatihi xoşbəxt etmək üçün özünü  fahişəliyə qoyan Nahidə olmuşdum, bilmirəm. ..


      _____    15______________

  Bütün  sevincimin, bütün xoşbəxtliyimin içinə zibil olmuşdu.  Aygün havalanmışdı nə havalanmışdı.  Deməli, Aygünün sinif yoldaş Bakıda oxuyurdu. Dərslər bağlanmışdı, amma rayona  qayıtmayıb, Bakıda qalıb işləməyə qərar verib. Təsadüfən bizim getdiyimiz çimərlikdəki kafedə barmen işləyirmiş... Day sonrasını siz təsəvvür edin. Şəkillərimiz, vidiolarımız çəkilib rayonla bir yayılmışdı. Evimizdə 3 cü dünya müharibəsi başlamışdı. Bir tərəfdən Aygün, bir tərəfdən qardaşlarım. Hələ qardaşlarım o yana dursun. Qardaşımın arvadı da üstümə hücum çəkmişdi ki, özünü, qızını fikirləşmirsən, cəhənnəmə fikirləş, mənim qızlarımın günahı nədir? 
   Uzun sözün qısası, əllərindən güclə qaçıb  canımı qurtarmışdım. Bəxtimdən taleyimdən elə küsmüşdüm ki,  heç Aygünü belə  fikirləşmirdim. Mənə yer edən Aygünün mənə dedikləri idi.
   - Özün yol çızırsan, guya mənim üçün çalışırsan? Sonra da deyirsən ki, Egeylə nigaha gir,  bu nətər olacaq  indən sonra?  Millət adama nə deyər? Adama deməzlər ana qız elti olub?  Sən necə anasan, səndən ana olmaz ee... Olsa olsa...
    Dünyam başıma yıxılmışdı. Danışacağım, dərdləşəcəyim kimsəm yox idi. Yenə uman yerim Esi idi. Yenə Esi, Bakı - Ağcabədi yolunu su yolu edib hayıma qaçdı. Yenə pişim pişimlə Aygünü malaladı.  Yeri gələndə danladı. 
   - Neyləməlidir? Anan insan deyil?  Həyatını qura bilməz, sevə bilməz, sevilə bilməz? 
   - Dənizdə kişılərlə çılın çılpaq sevişməyə, oynaşnağa sevilmək deyirsən?  Həm də bu yaşda? Mən boyda qızı var ee, heç xəcalət çəkmir?
   - Qızı olan, qadın deyil?  Yaşın nə fərqi var?  Qadın qadınlığın yaşamalıdır, ana olsa da, nənə olsa da.  Bunlar öz yerində. Əşi, hava istidir də,  dostcasına gediblər sərinlənməyə,  ayrı vaxt müasirlikdən, avropadan danışırsız, nümunə çəkirsiz. Nə var ee burda?  Bunlar da dostcasına gprüşüblər gediblər də çimməyə. Adamı yeyirlər dənizdə? Millət var ee millət, elə bilirsən elə o dənizə gedən, saunaya girən, hovuzda çımən hamı ər arvaddır? Niyə şişirdirsən hər şeyi? Anan sənə dedimi , gəl mənimlə gedək?  Dedi !  Bəs niyə getmədin?  Gedəydin də!  Özündən düz qızsan ürəyində xayınlıq yoxdur gedəydin də, ananı tək qoymazdın da...
  -pSy dədəm vaayy. Ay Esi xala bəsdi sən allah. A, bura Avropa deyil ee, Azərbaycandı.
   - Heləmi sən allah ?  İndi köoəyoğlunun qızı sənin hünərin çatır geyin o cırı şalvarı əyninə, o minini bir də görüm əynində cirib elə o küçənin ortasında səni  çılpaq qoyacam. Madəb bura Azərbaycandır, canın çıxsın Azərbaycansayağı yaşa!
   - Əcəb adanmsan ee... Geyim başqa gəzmək, kişiylə dənizə getmək başqa... Dədəm babam dənizdə sərinlənib də bir qalmışdı Nahidə. 
   - Niyə dənizə gedənlərdən əksikdi? Lap belə qucaqlaşıb, illap əcəb edib, əlinin içindən gəlib.  Neynəməlidir? Ay balan hisslərinə qıfıl vurmalıdır?  Belə  ürəyi istəyib canı çəkib əcəb edib sonra? Cavan gəlin, onunntayları heç ərə getməyib.  Cavanlığını yaşamayıb bu bədbax indi yaşayır, nə deyirsən? Yaxşı əliyir. Ay balam  ayrılmaq istədi qoymadılar, otur qayınlarına, qaynanana, qaynatana peşka ol, oldu. Adam yerinə qoyulmadı. Qoşuldu  qaçdı hərəniz  bir marka bağladız, qayıtdı gəldi, indi də qaçmır, yuva qurma ərə getmə deyirsiz getmir də. Belə buriylə görüşür, onda da başqa marka vurursuz! Ərə gedəndə də ayrı şey deyəsiz. Barım sən ananana dəstək ol, görürsən heç kim onun sözün demir ee, yazığı dəli eləmisiz, nə elədiyini özü də bilmir. Bir özünü onun yerinə qoy. Qınamıram ee səni nə zaman qadın olarsan, qadın kimi yaşamaq istərsən onda ananı başa düşəsən . Nə var indi?  Nə dərdin var, zülüm zillətlə Nahidə gətirir, alır geydirir, yedirdir, xərclik qoyur cibinə, borca girib oxudur. Day nə eləsin ay bala? Heş bir ana bunu belə eləmir ee, gərək elə balaca vaxtlndan qoyardı ortalıqda səni, çıxıb gedəydi. Onda yaxşı ana olardı. Sürüm sürüm sürünərdin arxasınca, çıxıb Xoşqədəmin verlişində ana axtarardın onda bilərdin ana nədir. 
   Aygün sakitləşsə də qardaşlarım kirimirdi. Bizdə qalırdılar, and içmişdilər məni öldürəcəklərinə. Qorxumdan evə gedə bilmirdim. Dəmir yol vağzalı "ata ocağım", "ana qucağım" idi. Küsülü ər evindən qaçan qızlar kimi ora sığınırdım. Vağzalda gecələyirdim, dəniz limanında daldalanırdım. Avara avara, veyil veyil küçələri gəzirdim. İşə də gedə bilmirdim ki, gəlib orda məni öldürəcəklər. 
  Fatih Egenin hazırlayıb gətirdiyi  bütün sənədləri mənə vermişdi. Əgər Aygün razılaşsa bu sənədlərə əsasən Aygün də subaylıq kağızını hazırlayıb, elə burda nigaha girərək deportu qaldracaqdılar. 
    Məni hər yerdə axtarırdılar.  Hardansa xəbər tutmuşdular vağzalda qaldığımdan. Gəldilər, tapdılar. Məni xəstəxanalıq etdilər. O vağzalda millət səsimə toplandı. Qara tuluqdan betər oldum. Saçım lombayla qopub qardaşımın əlində qalmışdı.
  Bir  gün Nağıyev adına xəstəxanada yatdım. Şikayyətçı olmadım. Xəstəxanadan çıxıb evə gələndə  nə Aygün vardı, nə ev eşik. Maşın tutub Aygünü də ev eşiyin əşyalarını da aparmışdılar. Bir başa rayona evimizə gəldim . Məni heç qapıdan içəri də qoymadılar. Bu dəfə tək qardaşlarım yox, bütün qohum əqraba, qonşular üstümə hücum cəkmişdi. Esi güclə aldı məni onların əlindən. 
    Hər şey bura qədər idi. Aygün də məni istəmirdi. Bir ananın övladı tərəfindən atılması nə deməkdir, bunu yaşayanlar bilər. 18 illik əziyyətimi Aygün bir günün içində darmadağın etmişdi.  Dünyam, arzularım, xəyallarım dağılmışdı. Daha burda kimin üçün qalacqdım?  Məni  buraya bağlayan kim var idi, nə var idi ki? 
  Hardasa bir yerdə oxumuşdum.  Səhvələrin birindəydi deyəsən. 
  Deyirdi, "Evlad  sevgisi ananı orosbu  kahbe sokak, bar, pavliyon kadını yapar. Babayı hırsız, pezevenk yapar...  Evlatlarını  da  onlara duşman  yapar. Neden, sen  orusbu kahbe bar kadını ? Neden  sen, neden  hırsız pezevenk  oldun?? Demez onların kahbe     orusbulugunu, pezevenk , hısızlığını  yüzüne  vurur. Soruyorum sizlere     hangi  kadın  orusbulugu    kahbeligi kabul eder? Hangi     erkek, hırsızlığı pezevenkligi?*kabul....eder...çaresizlik  insanı    orusbu  kahbe pezevenk  hırsız    yapar  evlatlarınında duşman     yapar...
   O zaman bu yazını oxuyanda həmin qadının yerində özümü, həmin övladın yerində Aygünü təsəvvür edib ağlamışdım... İndi mən həmin "fahişə" qadın, Aygün də mənim fahişliyimi üzümə vuran övlad idi... 
   Esiylə halallaşıb görüşüdüm. Bilirdim ki, Aygünü öldürsən də buralarda qalan deyil.  Aygün daha  əvvəlki qorxaq, utancaq qız deyildi. Həyat onu vaxtından əvvəl yetişdirmişdi. Aygün də mənim kimi sərbəstliyi sevirdi. Birirdim ki, o burda qalmayacaq. Tək qorxduğum şey bu idi ki,  cox sıxışar, mənim kimi qaçmaqda çərə tapar. Mən Murad secimimdə səhv etdiyim kimi, o da Asimana pənah aparar. Asimana qaçar. Çıxsın getsin, tək yaşamasına razı olaram. Amma Asimanla evlənməsinə, ona getməsinə yox. Niyə bilmirəm, onun bacılarına da, elə Asimanın özünə  də qıcıq olmuşdum. Ölsəm də ona qız vermərəm.
    Yenə hər ehtimala qarşı Egenin sənədlərini Esiyə  veridim. 
   - Birdən Aygün fikirini dəyişər,  qoy bunlar səndə qalsın. Birdən nolur nolmaz. Fikirini dəyişər. 
   - Əlimdən gələni edəcəm, Nahış. Amma bilirsən day  məni də Aygünlə danışmağa belə qoymurlar...
     Bir başa Bakıya  gəldim. Avtovağzala düşən kimi Türkiyə avtobus firmaları ilə maraqlandım . Dərs sezonu başlamışdı deyə, bilet də tapılmırdı. Nəysə ki, 8 gün sonraya bilet tapıb, ordan da Sədərəyə gəldim. 8 günə özümü keçindirəcəkəkdim. Əlimdə pulum param da yox idi. Borcun içindəydim. Nə olur olsun qaçmalıydım, ya da işləyib camaatın pulun parasını verməliydim. Bəli, mən, bütün borclarımı atıb qaçmağı planlayırdım. 
   Elə bunları fikirləşdikcə Fatıhin əl çantasındakı pullar gözlərimin qarşısında canlanırdı. 
  - Axı niyə götürmədin o pulları, ay Nahidə. Bəlkə bu bir şans idi qarşına çıxmışdı. Götürüb qaçsaydın da, o pulları. Həyatınızı o pullarla sıfirdan qurardın ee... Lazım idi sənə bu? Küçələrdə qalmısan ee a bədbəxt.  Guya türklər deməli vijdan yaptın da. Qaş düzəltdiyin yerdə göz çıxartdın.  Guya vicdanın götürmədi hə?  Ay sən öləsən ! Sıyıldın getdin yenə kişi görən kimi ! Az sənə kişi lazım idi ee, qızın gələcəyi yox! Bu deyy, onsuz da belə də adın çıxır, elə də...  Onsuz da marka kürəyindədir. Onsuz da sənə heç kim inanmır. Oğurlayaydın da, itərdin birdəfəmlik. Yoxa çıxaydın da. Eybi yox lap tutulaydın. Gedib yatardın içəridə. Qoy qızın özünə şərait quraydı da . Özünə salon açaydı. Kişi tapılmırdı, azz ?  Küçələr doludur it kimi  qadın üçün ağzının suyunu axıdan kişilərlə.  Gedib özünü soyudardın da, nəfisini öldürərdin ... Nə dil bilərdi, nə dodaq, ay avam. Sənin sevib sevən vaxtın deyil ee, qızın var, qızını istəyirlər, bu  gün sabah nənə olasan ee. Ay külü qoyum başına. 
   Özüm özümü qınayırdım, özüm özümə əsəbləşirdim, elə bezirdim ki özümü ittiham edib günahlandırmaqdan, az qalırdım özümü maşınlarln altına atam. Özüm özümü də müdafiə edirdim. 
 - Neyliyim. O pulları oğurlayım, özüm içəridə çürüyüm qızımın  rahatlığı üçün,  bəs mən? Mən o dünyada nə cavab verəcəm? Fatihin  xəstələrinin günahına girim? 
   - Bəs indi nə cavab verəsən, həm fahişəliyinə, həm atanşikliyinlə?  Bu günah deyilmi? Axı deyirsən qaçacam, sələmi vermiyəcəm, bu oğurluq, deyil? Nə fərqi var, o da oğurluqdur , bu da., da! Yoxsa kişilrlə oynaşanda oğurluq olmur, oynaşmayanda oğurluq olur? Day nəyi gözləyirsən, get gir sələmçının qoynuna, qoy o pulu bağışlasın da sənə!  Nə fərq edər ya biri ya ikisi, ya üçü... Əvvəl çətin olacaq qorxma, vicdanın yaxanı tutub silkələyəcək. Sora olasan tanınmış atanşık, meşannik, fahişə. Axı deyirdin fahişəlik, oğurluqdan yaxşıdır, kimi gözləyirsən ay fahişə?  Nəyi gpzləyirsən get də... 
   Maşın tormuzu məni qorxuzdu. Anındaca bir kişi üstümə qışqırdı. 
    - Ay xanım, sağına soluna baxa bilmirsən? Vurub öldürmüşdüm ee... 
   Unversitetə verdiyim pullar bu il də olmasa, gələn il üçün kecərliydi. Bu il Aygünü oxumağa göndərə bilməsəydik, gələn il mütləq nə olur olsun deportunu qaldırıb ölkədən çıxarmalıydıq. Məsul şəxslə belə razılaşmışdıq . Əgər məktəb işi alınmasaydi pulu qaytaracaqdı. Amma Aygün Allah deyəndən demirdi. Türkiyənin belə adını çəkmək istəmirdi.  Burda da qalmağını mən istəmirdim. Burda bizə rahatlıq yox idi. Necə deyərlər, mərdi qova qova namərd edərlər. Biz burda qalsaydıq bizim gələcəyimiz yox idi. Ehtiyyaz, günahlandırmalar, borc bizi ya barlara salacaqdı, ya da küçələrə. Onsuz da küçələrdə qalmışdıq. Tutduğumuz kiradad da qardaşlarım imkan vermirdi rahat oturaq. 
    Fatihə yazırdım cavab vermirdi. Bəlli ki, Dağıstanda telefonu çəkmir. Yoxsa məni heç vaxt nigaran qoymazdı.  Başıma gələnlərdən də xəbəri yox idi.  Üç gün burda qaldığı müddətdə hər gün görüşmüşdük elə o oteldə... 
    Sədərəkdə o qədər dolaşmışdım ki, ayaqlarım şişmişdi. Üz gözümün şişindən, göyərtisindən heç kim mənə iş vermək istəmirdi. Üzümə baxanda ərimin problemli adam olması ağıllara gəlirdi. Day heç kəsə deyə bilmirdim ki, məni ərim yoxdur. Məni qardaşlarım bu günə qoyub.  Onda da haqqımda başqa şey düünəcəkdilər ki, yaxşı bacını qardaş bu günə salmaz. 
   Nəhayyət  uzun axtarışdan sonra Sədərək karqolar təfdə  balaca bir kafedə iş tapdım. Sabahdan işə başlayacaqdım ama, iş yerində sadecə 8 gün işləyəcəyimi deməmişdim. Təbii ki işə alan, heç kəsi 8 günlük işə almazdı.
   120 nömrəli marşuruta minib lap arxaya kecdım. Telefonu çıxarıb Esiylə danışdım. 
   - Biraz gözləsəydin Nahış. Bəlkə Aygün yola gələrdi. İndi onu burda belə vəziyyətdə qoyub getsən qıza da pis təsir edəcək. 
  - Nə bilim ay Esi, lap başımı itirmişəm. Heç bilmirəm neyləyim.  Sən hələlik ona heç nə demə, hələ ki, mən 8 gün burdayam. İş tapdım. Sabahdan işə başlayacam. Görüm neynirəm.
  - Bəs harda qalasan?
   - Elə o evdə. 
   - Axı əşyaları yoxdur oranın . Oranı boşaltmayıblar? 
  -  Boşaldıblar. Mən bu ayın kirasını vermişdim hələ 12 günüm var orda. Canı çıxacaq, ev sahibi, vaxtım bitənə qədər orda qalmağıma imkan verəcək . Ya da pulumu verəcək. 28 də günlük evlər var, oralarda girələyəcəm başımı. 
    Sağollaşıb  telefonu sondürdüm. Ayaqlarım sızıldayırdı. Avtobus məni yırğaladıqca yuxu məni basırdı...
    Balaxanıdakı evə gələndə ev sahibi mənim evimi başqasına vermişdi.  Əlimdən bir şey gəlmirdi. Qalan pulumu tələb etdim.    
    -Mənim pulum, nə də qalacaq yerim yoxdur. Ya 7 8 günlük icazə ver burda qalım, qalan pul də sənin olsun, onsuz da gedirəm burdan, biletimi almışam. Ya da pulumu ver rədd olum gedim. 
   Vermək istəmirdi, nə də saxlamaq istəmirdi. Görünür ev sahibinin gözü qardaşlarımdan qorxmuşdu. Problemli adam istəmir. 
  Nəysə dava qırğınla kiradan qalan 10 günlük  pulumu alıb 28 e gəldim. Elə yorulmuşdum ki,  daha yeriməyə halım qalmamışdı. Bu gün bütün günü gününüm yollarda keçmişdi.  Ayaqlarım da şişmişdi. 
   Gozləmə salonuna keçib bir küncdə oturdum.  Pullarımı, pasportumu və telefonumu qoynuma soxdum. Çantamdan çıxardığım  jaketimə bürünüb elə heykəl kimi oturduğum yerdə yuxuya getdim.
    Nə qədər yatdığımı bilmirəm. Bir vaxt oyandımki, elə skamekanın üstündə uzanmışam, boynumda küt ağrı var idi.  Tez əlimi qoynuma atıb üstümdəkiləri yoxladım. Şükür hamısı yerində idi. Çantamı jaketimin altında necə gizlətmişəmsə heç xəbərim olmamışdı. 
    Telefonu çıxarıb saata baxdım. Gecə 4'15 idi.  2 mesaj gəlmişdi. Biri Fatihdən biri  Esidən. Açdım. 
   - Nahidə, Lalə Aygünlə danışıb, deyəsən Asimanla qaçacaq xəbərin olsun. Elə planlayıblar. Lalədən kömək istəyib, Lalə boyun olmayıb, ağıl qoyub başına. Amma deyəsən Nəzrini dilə tutub, qardaşın qızını, o Aygünün evdən çıxmasına kömək edəcək.  
   Dəliyə dondüm. Yazmaq istədim,nə baş verdiyini soruşmaq istədim. Ama bu saatda narahat edə bilməzdim. Səhərə qədər səbr etməliydim. 
    Elə bu vaxt Fatih WhatsAppdan yazdı. 
  - Burdamısın bebeğim ? 
   -  Burdayım, Şimdi geldim... 
   - Nasılsın tatlım ? 
    Şirin dili yenə köksumun sarı simini dınqıldadırdı. Gözlərim doldu. Danışmağa, dərdşməyə ehtiyyac duyurdu. Dayana bilməyib ona  zəng etdim. Səsini eşidən kimi ıçkırıq məni tutdu.
   - Aşkım, canım, noldu sana bitanem, ağlıyormusun sen?
   Ağlaya ağlaya, başıma gələnləri ona danışdım. Onun sakit, pıçıltıyla mənə dediyi təsəlliverici sözlər, vədlər ürəyimi rahatlamışdı. 
   - Yapacak bi şey yok bebeğım. Bazen insan kısmetine boğun eğer, bazen kendi kismetinin kapısını kapatır. Sen bir anne gibi elinden gelen her şey yaptın. Hatta fedakar anne gibi, her şey yaptın . Bundan sonrası artık onun hayatı. Seni dinlerse, faydasını görür, dinlemezse  kendi bilir. Biliyormusun, bazen insan çıldırdığında onu sakitleştirmek için ya kendi kendisini vurur, ya da başkası ona vurur . Ondan sonra kendine gelir. Şimdi Aygün de çıldirmış, kendi düşen ağlamaz. Bırak düşsün,  kendi kalksın. Ya da kendi kendini dövsun de aklı başına gelsin. Ama yine de o benim kızım, ben onun her zaman yanındayım dersen, sayğı duyarım. Ben her zaman senin  yanındayım. Tamamı, bunu sakın unutma, her zaman... Senin benim kalbimde yerin bam başka, bu hiçbi şeye benzemez. Anlata biliyormuyum. İstersen beni kendine arkadaş bil, istersen sevgili, istersen eş, dost... fark etmez. Nasıl biirsin öyle olsun, sen benim hep sevdiyim olarak kalacaksın.  Ben sana aşığım, Nahide. Sen iyi kalpli bi kadın, en pnemlisi fedakar bir annesin.  Annelik yapmak her kadına nasıp olmaz. Sen ne olur olsun kızın içın her şey yaptın. Ben buna o sınır kapılarında seni gördüğüm ilk gün şahidi oldum. Seni seviyorum aşkım. Ben bu kelmyi eşimden ve senden  başka  hiç kimseye söylemedim. Eşime koyduğum sayğıyı ilk kez  sana koyuyorum. Sakın o Şıhovdakı olanlara göre üzülme. O yaşananlar için ben pişman değilim , aksine çok mutluyum, sen de mutluydun, biliyorum, bunu gördüm. Hayatıma  çok kadın  girdi çıktı. Ama senin  gibi koynumda mutlu olan, sevg alan bi kadın görmedim...

   Bəlkə də deyəsiz bu qədər başına gələnlər buna dərs olmadı. Bu qədər olanlardan sonra  daha nə gələsidir ki başıma? Bir Aygünüm vardı onu da itirmişdim. Bu saat mənim belə şirin dilə, xoş təsəlliyyə ehtiyyacım vardı.  Başqa heç nəyə. Bu da olmasaydı bəlkə də mənim bütün ünüdüm sönmüşdü, bütün dünyam qaralmışdı. Sabaha ümüdim qalmamışdı. Ümüdsiz insan ölüdən beterdir. Bəli  mənim bir insana ehtiyyacım vardı. Köksünə sığına bıləcəyim, qanadlarl altında girəcəyim, qorunacağım bir insana ehtiyyacım vardı. İnanın bu sıyıqlıq deyil, ehtiyyacdır... 
   Oturduğum yerdə gözlərim yumulsa da fikirim xəyalım  bir neçə gün bundan əvvəlki günə qayıtmışdı. Xatirələri belə məni xoşbəxt edirdi, gözlərim yumulsa da dodaqlarım gülürdü. Gorün  həmin anda mən necə  xoşbəxt olmuşdum... 
   O gün dəniz bizim idi. Uzə bilmədiyimi görüb məni uşaq kimi üzdürürdü. Gah çiyninə alıb suya atır, gah qolumun altına girərək balaca uşaqlar kimi suyun içində atıb tuturdu. Qəh- qəhələrimiz hər kəsin diqqətini çəkmişdi. Eyni zamanda  da utanırdım. Vücud və üz baxımından yaşımdan çox cavan görkəmim var, ama sanki ruhum daha yaşlıydi. Ozüm ozümü ittiham edirdim ki, ayıbbdır səsini çıxarma, utanmirsan, bu boyda qızın var, sən bu yaşında.... 
    Otel otağına keçdik. Qapıdaca belime sarılıb  islaq saçlarımı geri çəkdi.Barmağı  yanaqlarımda dodaqlarımda gəzdi. Üzümün cizgilərinə, sinəmə elə ehtirasla baxırdı ki.  Dili dillənməsə də gözləri danışırdı sanki. Gözlərindəki sual dilinə qondu.  
   - İstiyormusun?  Yapalımmı? 
   Yer yarıldı yerə girdim, eyni zamanda da ürkdüm. Elini  belimdən qoparıb bir addım geri çəkildim  
   - Tamam, anlaşıldı. 
  Qapının yanına çəkildim.  Fikirimdə var idi ki, o yan, bu yan eləsə, qapını açıb hay salam, ya da qaçam. Sanki niyyətimi başa düşdü. 
  - Tamam. Tamam bi şey yapmiyacam korkma.  Sen nasıl istersen öyle olsun. Hadi geç duşa al da gel, giyin, ben bi siqara içiyim. Deyib kamodun üstünə qoyduğu siqareti götürüb balkona keçdi. 
   İndi də hamama girməyə qorxurdum. Elə bilirdim ki, oraya gələcək. Axı belə şey harda görsənib ki, bir qadın bir otaqda yarı çılpaq və tək  qala,  kişi ondan istədiyini almaya? Heç ağıla sığacaq bir şey deyildi.  Mütləq məni aldadır, qorxduğumu görür. Özü də buralı deyil. Bilir ki, çığır bağır salsam aləm qarışacaq. Ona görə pişim pişim edir.  Mən eşitmişdim, ki kişilər belə yerə  qadın gətirirsə mütləq keyf çəkməyə, əylənməyə gətirir. Bəs bu nə tülkülük  belə edir?  Elə şey olar ki, gəlsin əylənsin oynaşsın, qucağında çımızdırsin bütün hissiyyatını hiss etdirsin  sora da istəyib istəmədiyimi  soruşsun?  Bu hansı məntiqə sığar, hansı kişinin, hətta qadının yanında  desən belə şey olub gülərlər ee adama ki, aa, bu necə olan şeydi, belə kişilik olar? 
   - Aa, daha banyoya girmedinmi? 
   - Yok, ben evde yıkanırım. Sen geç duşunu al. Ben giyinecem. 
   - Ama olmaz ki, tüm bedenin tuzdan bem beyaz... 
  - Olsun. Hadı geç kalmayalım, yıkan gidelim. Ben giyinecem. 
  - Tamam... 
   Hamama keçdi. 
   Suyun şırıltısı gəldikcə bütün bədənim əsirdi. Paltarlarımı götürüb, təkrar yatağın üstünə atırdım. Bir gözüm çantadaydı. Kimsə qulağıma pıçıldayırdı götür çantanı qaç, bir tərəfdən də, kimsə deyirdi ağlına belə şey də gətirmə. O sənin  gələcəyindir. Onun sənə qarşı olan inamını qırma. Son dayanacaq limanın onun qəlbidir,  bu qəlbi kinlə doldurma, özündən soyutma. Alovlat, körüklə, sevdir özünü .
  Güzgüdə özümə baxıb qəribə bir hala düşürdüm.  İslaq dəniz geyiminin altından qavaran sinəm sürətlə  qalxıb enirdi. Nəfəsim tıncıxırdı. Boğulurdum. Ağlamaqmı  istəyirdim., bilmirəm. Qəribə bir haldaydım. Bütün bədənim uçnurdu. Dərin dərin nəfəs aldıqca əllərim boyun boğazımda, vücudumda, gəzirdi. İçimdə qəribə bir əsəb, his vardı. Hirsimi döşlərimdən alırdıb. Öüm özümü sıxırdım incidirdim. Rəngim qızarmış, gözlərim parlayırdı. Bütün bədənim alışıb yanırdı. Dayanmadan qulaqlarımda onun "istiyormusun, yapalımmı? " sözləri cingildəyirdi. 
   - İstiyirəm... - Deyə pıçıldayaraq güzgüyə baxdım-  Sən də  istəyirsən, Nahidə ...
  Özüm də  özümə cavab verirdim. 
   - İstəyirəm, həm də çox istəyirəm... 
  - Özünə gəl, ağlın başından çıxmasın Nahidə! 
   - İstəyirəm! 
   - Nahidə, özünə gəl! 
   - İstəyirəm... 
   Hamamın qapısını necə açıb içəri girmişəm bilmirəm. Buzlu şüşəli duş kabindən onun kölgəsini görəndə artıq dayana bilmirdim.. 

18 il kişi nəfəsinə susamış vücudum  kişi hərarətindən bir anda doydu. Sanki qurumuş, istidən yanmış torpağa leysan  yağırdı. O ilıq suyun altında İkimiz də pörtmüş, qan tərin içindəydik. İncə bədənim  onun qaba  vüvudunun əsri olmuşdu.  O balaca dar kabinəyə nə ehtirasımız, nə nəfəsimiz sığışmırdı. Balaca gəlincik kimi məni gah hamamın  dolabının üstünə atır, gah otaqdakı aynanın qarşısna çıxarıb bütün bədənimi incidirdi. İncimirdim, bu şirin ağrılardan olmazın həzzini alırdım. Kişi əlinə, dodağına həsrət qalmış vücudum, kişi nəfəsinə tamarzı qalan ruhum sevilirdi, sevinirdi. Bədənimdə gəzən barmaqlar, vücudumda dolaşan  dodaqları bütün iradəmi əlimdən almışdı.  Başımızdan axan duşun altındakı iniltilərimdən  özüm də utanırdım, amma, utandığım qədər də həvəsim oyannırdı. Heç nə gözümdə deyildi.  Onun delisov və qaba ehtirasının qarısında qurd qarşısında mələyən quzuya bənzəyirdim . İkimiz də günəşdən yanmış torpaq kimiydik. Nəfisimizi, nəfəsimizi bir anda dayanmadan söndürmək istəyirdik...

    İki nəfərlik çarpayıda qollarının arasında yuxuya getmişdim. Yuxuda olsam da barmaqlarının saçlarımın arasında dolaşdığını hiss edirdim.  Bir kəlmə də danışmamışdıq, heç nə. Nə o məni qınamır, nə mən sorğulamırdım. Nə mənə nəsə ved vermır, nə də  məndən heç nə  istəmirdi.  İkimiz də düşüncəliydik. Mənim isimdə bir sual baş qaldırmışdı. İndi nə olacaq- deyə. LAkin özümü tez də ələ aldım. Bu saatdan sonra  heç nə düşünmək istəmirdim, daha. Bundan sonra da nə olacağı vecimə deyildi. Onsuz da bu həyatda qırıldığım  gədər qırılmış, əzildiyim qədər əzilmişdim. Bu zamana gədər namusumu qoruyub saxlamışdım , bəlkə biri çıxar qarşıma, ikinci həyatımı quraram deyə düşünmüşdım  heç kimsə haqqımda artıq əskik danışmasın deyə adıma söz gəlməməsini gözlmişdlm. Nolsun? Bir qorxağın ucbatından  onsuzda o damğanı almışdım, o qorxağın "hanımı" iyrəndiyim o kəlmə ilə murdarlamışdı məni .
   Bu necə ayda  o vağzal salaonlarında kimlərlə qarşılaşmışdım, nələr eşitməmişdim? Öz qardaşlarım belə haqımda olmazın sözlərini danışdılar.Geyinib kecindim kimsə saxlayır dedilər, özümə baxmadım, özümdən alçaqlar mənə baxdı. Söz atdı. Məni alcaq nəfislərinə tay tutdu. Qaçdım, fahişə dedilər. İndən sonra təmiz oldum, kirli oldum kimə nə? Özüm özümdən də diksinmişdim. Bəlkə qadınlığım, sevib sevilmək arzusu, xoşbəxt olmaq istəyiydi, bəlkə də nəfisimin aclığı idi belə vəziyyətə düşürdüm, inanırdım, sıyılırdim?  Mən axı özümü niyə bunlardan məhrum edim ki? Əyər qismətimdə ikinci ailə yoxdursa mən bunlardan məhrum olmalıydım?
   Səhər  zəngli saatın səsinə yuxudan oyandığımda o yox idi, getmişdi. Qalxıb hamama kecdim. Yuyunub hazırlaşıb üstümü geyindim. Kamodun üstündə üstündə kağız var idi. 
  "Ben kaçtım" 
   Gülmək məni tutdu. Bu qaba adamın belə uşaqca hərəktinə gülürdüm  
   Saçlarımı qurudub makyajımı edənə gədər bütün günümüz  xəyalımda canlanrdı. Yanaqlarım qızarır, dodaqlarım gülümsyirdi. Bəli heç də peşiman deyildim. Mən xoşbəxt idim bu xoşbəxtliyi dünyanın heç nəyinə dəyişmərəm də. 
   Ürəyimdən ona mesaj yazmaq keçdi. Telefonu götürdüm.
  " Misafir olarak geldim sanmıştım. Ama sən gönlümün sahibi  oldun Nahidem!" - yazmışdı...

   Telefonun səsi məni xəyalımdan ayırdı. Aygün idi. Açdım. 
   - Ana, məni qurtar burdan ana! - ağlayırdı..   
  __ 17 __________

   Fatihin ailəsi sade istiqanlı ailə idi.  Anasının bir ayağı buddan aşağı yox idi. Atası insulit xəstəsiydi. Oğlanları 8 yaşlarında dəcəl uşaqlardı. Dəcəl olmaqlarına baxnayaraq çox istiqanlı, sayğılı, hörmətli uşaqdılar. İkisi də özəl məktəbdə oxuyurdu. Dərsləri ilə də özəl müəllimi  məşğul olurdu. İki gündən bir müəllim evə gəlir, uşaqları hazırlayırdı. 
    Qadını və evin səliqəsini görəndə elə bilirdim ki, evdə köməkçi var. Amma deyilmış. Rukiyə xalanın ayağının olmamasına baxmayaraq çox qoçaq və zirək, təmizkar, titiz, namazında niyazında bir qadın idi. Sadecə ayda bir dəfə şüşələri silməyə və dərindən təmizlıyə evə köməkçı gəlirmiş. Qalan günlük işlər  Rukiyə xalanın boynunda idi. Evdə hər şərait vardı, olmasaydı təbii ki, evin bu qədər yükünün altından qalxmaq əlil qaDın üçün çətin olardı.. 
    İki ay Fatıhin ata evində qaldıq. Qonaq kimi. Fatıh demişdi ki, guya məni  uşaqları üçün evə köməkçi kimi gətirib. Əgər bir birimizi başa düşəriksə evlənmə ehtimalımız var idi. Bu xəbər anasını sevindirsə də sonradan anası havalar çalmağa başladı. Yanı uşaqlı gəlin istəmirmiş. Bəhanəydi. Aygün müasır qız idi. Özünə baxımlı və gözəl. Ev işində əli yox idi. (Əslində özüm imkan vermirdim əlini ağdan qaraya vursun. Məcbur deyildi elin aləmin işini görməyə) Bu da onların dünya görünüşünə uyğun deyildi. Onların ailəsində hər şey onların dediyi kimi olacaqdı. Ata - ana nə desə elə olmalıydı... Bu ailədə, ümumiyyətlə bu tərəfin ailələrində böyük sözü hakım idi. Hələ ocaqlarının başına düşüb adlarını üstümüzə götürməmişdik. Nə olub nə haydı bismillah etmədən onların havasına  oynayaq? Yox elə qanun! Aygün də mən də daha əvvəlki kimi saf deyildik. Yıxıla dura ayılmışdıq. Özümüzü əzdirdiyimiz qədər əzdirmişdik. Bu zamana qədər başımıza nə gəlmişdiysə avamlığımızdan və saflığımızdan gəlmişdi. Bir daha belə oyunlara gəlməyəcəkdik. Olursa bu iş,  qismətdirsə Allahın yazısıyla olacaqdı. Olmayacaqdıysa heç olmasın. Həyatımıza qaldığımız yerdən davam edəcəkdik. Bizə lazım idi Aygünü ölkədən çıxarmaq, çox şükür o da oldu. İndən sonra həyatımızı axışına buraxmışdıq daha.
  Amma bir qəribə vəziyyətdəydim. Məni təsəvvür edin.  Bu evdə həm gəlin adayı idim, həm quda. Həm özüm Rukiyə xalanın gəlini olmağa hazırlaşırdım, həm də hazırda qızım onun gəlini sayılırdı. Yeri gələndə qız anası kimi  burnumun dikinə gedərək yuxarıdan getməliydim, gəlin kimi də naz etməliydim, yeri gələndə  güzəştə getməliydim. Qəribə vəziyyət idi. 
    Aygünlə Egenin evlənməyini heç kim bilmirdi. Əgər anası bilsəydi ki, Aygün elə onun rəsmi gəlinidir, Allah bilir evdə ikinci dünya müharıbəsi qopardı.
  Fatih anasını dilə tutdu ki,  bəs Aygün böyük qızdır, onsuz da Nahidə də  bura gəlmək istəmirdi. Aygün üçün bura gəlməyə razılıq verib. Qızı burda oxuyacaq. Sonra yuvasını qurub gedəcək. Yanı Aygün bizim evdə sadecə qonaqdır. Ondan sonra arvad biraz sakitləşmişdi.
   Arvadın Aygünü qəbul etməməsinə Aygün də qıcıq olmuşdu. Bilmirəm zarafatlamı deyirdi, yoxsa ciddidənmi deyirdi "- dəli şeytan deyir gir oğlunun qoluna gəl çıx bunların qarşısına. Deynən bax nə demək istəyirsən, elə mən sənin gəlininəm dəə. Bəyənirsən bəyən, bəyənmirsən  di get çatla, boğul. Nağayracaq?" gülməkdən ölürdüm . Amma tezcənək də ağzından vururdum.
   İki ay anasıgildə qaldıq. Amma bir dəfə də olsun məni Fatihin xanımının yanına aparmadılar. Aygün getmişdi, arvad hər gün ora gedirdi. Uzaq deyildi. Eyni binada yaşayirdilar. Fatihin öz evi ikinci mərtəbədə idi, yanı arvadı  həmin evdəydi. Anası gil beşinci mərtəbədə teras qatda olurdu. Teras dediyim bunların ən üst mərtəbəsində böyük meydan kimi balkonlu, şüşəbəndli evidir. İstirahət yeri kimi... Fatihin atasının  günü elə bu terasda keçirdi. Şüşəbəndi parnıyə çevirmişdi. Şüşəbənddə müxtəlif çıçəklər, böyük dibçəklərdə tərəvəzlər əkmişdi. Bütün günü burda yaşıllıqlarla keçirdirdi.
  Aygün Ərzurum  Atatürk unversiteti sağlık bilimleri faklutəsini qazandı. Sevincimi heç nəylə ifade edə bilmərəm. Mən artıq tələbə anasıydım. Bu qədər çəkdiyim zəhmət boşa getməmişdı. Qızımını həyatını, gələcəyini qanım, canım  bahasına, öz həyatımı, gələcəyimi riskə qazanmışdım.  Hələ də burada oturub Azərbaycana sələm göndərirdim. Təbii ki, Fatihin hesabına. Özüm də utanərdım Fatıhdən xəcalət çəkirdim. 
   Aygün buranı bitirdikdən sonra sağlık sistemində, özəl sektorlarda, xəstəxana və bələdiyələrdə sağlıq sistemi idarəçiliyində, sağlıq sğorta mərkəslərində , dərman və tibbi avadanlıqlar və cihazların satıldığı firmalarda və ya şirkətlərə işləyə biləcəkdi. Şükür bu günümüzə. Ən azından bilirdim ki, qızım mənim kimi kor koranə ortalıqda, onun bunu qapısında qalamayacaq, özü öz ayaqları üzərində dayana biləcəkdi. Ege, Fatih, uşaqlar mən və Aygün Erzurum unversiteti adıyla Doğu (Şərqı) Türkiyə turuna çıxdıq. Kars Ardahan, Ərzurumun gəzməli, görməli yerlərini gəzdik. Ən ləzətli təamlarından daddıq. Bu bölgənin  adətləri yeməkləri bizim kültürümüzə daha yaxın idi. Amma nə olur olsun, nə qədər yaxın olsa da bizə heç nə çata bilməzdi. Bizim camaatımız da, mədəniyyətimiz də, adətlərimiz də, yeməklərimiz də tamam başqaydı. Bəlkə də dünyanın heç bir yerində bizim kimi istiqanlı xalq, mətbəximiz kimi ləziz mətbəx heç bir yerdə yox idi, ola da bilməzdi. 
  Aygün elə bir sərhəddi bu tərəfə keçəndən 180 dərəcə dəyişmişdi. Keçmişi xatırlamaq belə istəmirdi. Bəzən gözlərinin dərinliklərində keçmişin əsarətini görsəmdə, indiki halının xoşbəxtliyi bütün hər şeyi kölgədə qoyurdu. Aygün möhkəm qız idi. Egeylə dəfələrlə baş başa  qalsalarda Aygün ürəyinin qala duvarlarını möhkəm müdafiə etdiyinə əmin idim. Üzdə sağlam və gözəl görünsə də daxılındəki ona vurulmuş dağlar hələ sağalmamışdı. Heç kimə güvənmir, və inanmırdı. 
   Çəkdiyimiz selfilər, paylaşdığımız rəsimlər qohum əqrabalarımızı bizə "yaxınlaşdırmışdı" . Fatıhlə olan şəkillərimizi paylaşmırdım.  Tanıyarlar hüzurumuzu pozarlar deyə. Bizi bəzəyə qoyan qohumlarımız indi bizə xoş sozlər adı altında rəylər yazır, gizlı atmacalarla keçmışımızı üzümüzə vururdular. Çavab vermirdim, heç rəylərini də bəyənmirdim. Şüuraltı qorxularım vardı. O qədər arzularım yarım qalmışdı, o qədər uğursuzluqlarım olmuşdu ki, elə bilirdim bu xoşbəxtliyimiz də gəldi gedərdi. Bu da yarımcıq qalacaq, yenə uğursuzluğumuzu, bədbəxtliyimizi görənlər yenə bizi qınayacaq, yenə bizə güləcəklər. 
   Qayınlarım və qardaşlarım demək olar ki hər gün mesancerden və WhatsAppdan hər gün zəng edirdilər ki, toy nə oldu, niyə toy etmədilər? Dul gəlin kimi qızı nə sırıdın camaata, başından etdin?
  - Qardaş, başına dönüm, mən özümüzə, öz adətimizə cavabdehəm. Durub köhnə hamama təzə mıx vuran deyiləm ki? Toy etsələr də öz işləridir, etməzlərsə də.  Belə də ki, Aygün oxuyur. Uşağın başı qarışıb məktəbə, toy halındadır?   Nə vaxt imkan tapsalar o vaxt da toyların edəcəklər. Nolub qaçaqaçdır, adına söz gəlir? Kəbinni arvadıdır da! 
   - Özünüzü boş göstərməyin səhər sizi kölə yerinə qoyacaqlar. 
   Elə istəyirdim ki, bu sözləri mən orda olanda deyəydilər mənə, Aygünə yox. Elə mənim özümə. Madəm bunlar bilirdilər ki, dilsizi mal yerinə qoyurlar, bəs mənim özümə niyə dil verən yox idi, bəs məni niyə kölə edirdilər?
   Aygünün unversitetə qəbul olduğunu eşidəndə açıq aşkar üzümə qarşı tənəylə bəxtəvərçilik yazanlar da var idi. 
    - Oohh day nə istəyirsən, qızını ərə verdin, unversitetə qoydun! Bu gün sabah bir kardan, kordan da tapıb özünü sırıyarsan birinə, qızına yük olmazsan. Yerinə olsam  bir pullu qoca taparam, varın dövlətin keçirdərəm adıma...  Sən bacararsan, eliyərsən vallah , maşallah "əlindən gəlməyən iş yoxdur, qocaqsan" 
   Guya zarafat edirdilər dəə...
  Qız yurdunda Aygünə yer danışdıq, dərslərin açılmasına hardasa 20 gün vardı. Burda qalmağın adı yox idi, geri dönməliydik. Amma Aygün  o zamana qədər burda qalmaq istəyirdi ki gəzib dolŞsın, buraları tanısın . Bu vəziyyətdə  də Ege onu tək qoymaq istəmədi. 
  Fatihin əlinə fürsət düşmüşdü. Mənimlə baş başa qalmaq istəyirdi. 
  Egeni unversitetə yaxın otellərin birində yerləşdirib geri dönməyi planladıq. Lakin  qız yurdu hələ açılmadığından  və ya dərs açılana qədər artıq xərcimiz çıxacağından, bir tərəfdən də Egenin Aygünlə bərabər orda qalmasının hesabatını evdəkilər verə bilməyəcəyimizi düşünüb, hamımız birlikdə geri qayıtdıq. 
    Rukiyə xalanın ulduzu Aygünlə barışmırdı ki barışmırdı. Bir söz deməsə də hiss edirdim ki, onu görməyə gözü yoxdur . Bu mənə bir qız anası kimi pis təsir edirdi. Evliliklər saxta olsa da, Rukiyə xala  bu evliliyi bilməsə də pis olurdum ki, qızım sevilmir. 
   Fatihgil növbəti səfərə Almaniyaya gedəsiydilər. Getmədən əvvəl  Fatihə dedim ki mən burda qala bilmərəm, mənə bir ev tap.işləyəcəm, kiramı da özüm verəcəm. Fatih ev tapma məsələsinə yox, işləmək arzuma əməlli başlı hirslənmişdi. Hətta üç gün də məndən küsülü qaldı . Anasıgildən ayrılmamı məndən çox o istəyirdi. Çünki burda baş başa qala bilmirdik. Ev qaynayırdı. Doğru dürüst belə danışammırdıq. Bir otağın içində bir birimizə olan sözümüzü mesajla deyirdik. Biz bir çatı altında yaşaya yaşaya gizli gizli mesajlarda sevişirdik. Otağın o başında gözünün ucuyla mənə baxıb gülümsəyir, ya da mənə him eləyib otaqdan çıxır. Birazdan da mən bir bəhanəylə onun arxasınca qaçırdım... Cavan - qacaq sevgililər kimi... 
     Bir gün Fatih atasıgilnən məsləhətləşdi ki, binalarındakı evin birini bizə kirayə versinlər. Dedi ki, Nahidəyə kira sözləşməsiylə oturum almaq lazımdır 
   - Ne gerek var, biz onu nüfuzumuza alalım. Burda bizimle qalsa olmazmı? Yatılı anlaşmamışdınızmı?  
  Fatihlə bir birimizə baxdıq. 
   - Yoo, ben sadecə çoçuklara bakacağını demişdim, anne. Yatılı konuşmadık. O bana yakın kiraye oturacağına söz verdi. Ben de tamam dedim. Zaten bizim kiralık dairələrimiz var. Biz böyle anlaştık. Kimseyi zorla yanımızda tutamayız. 
   - Hmm... Amma ne gerek vardı, ben yardımçımı yanımda yatılı istiyordum... 
   - Anne, Nahide hanım yatılı istemedi kendisi. Həm unutuyorsun. Ben sana demiştim. Şimdilik yardımçı, biz evlilik düşünüyoruz.
   - Daha neyi düşünüyorsun oğlum. Hadı evleneceksinizse evlenin biran önce  bitsin bu iş.
  - Yok anne, evleneceğik te evlenmesine. Şimdilik olmaz. Zamanı değıl 
  - Neden olmaz ya oğlum. Evlenmeyin de zamanı, mevsimi mi olur?  Allah allah.
  - Yok anne ele değil... Şey... Evliliye hazır değiliz halen…
   - Rukiye teyze, evlenmeyi düşünüyoruz da... Sadece... Şey... Bir birimizi iyice tanımamız gerek. Aygünü evlendirmeden ben evlenemem ki...
   - Ohhoo ... Ölme eşşeğım... Senin kızını kimse almaz... Benden söylemesi. 
   - Niye?
   - Ha buraya yazıyorum... Ben olsam almam...
   Sifətimin rəngi 180 dərərcə dəyişdi. Yenə Fatıh dadıma yetdi. 
  - Neyse, almazsan alma. Alan alır boşayan boşar...  Allah allah yaa... Boş verin siz Aygünü. Bak anne, baba Nahide hanım önceden bana demişti... Demişti ben ordada ayrıca evde kalıcam. Kızım var, dedi, tatıllerde falan gelicek, arkadaşlarıyla falan... Doğru, kadın haklı. Genc kız, arkadaşlarıyla eylenmek ister, istediyi zamanda girir, istediği zaçanda çıkar.  Senin evinemi gelicek, olurmu ya Allah aşkına? Hem anne, anlasana, evlenene kadar Nahidehanımın , özel hayatına müdahile edemeyiz karışamayız ki. Olmazki böyle... 
  Qadın da, kişi də bir ağızdan səsləndi. 
  - Yok canım...
  - Hem ne fark eder? O kirada ha Ayşe, Farıma, Zehra oturdu, ha Nahidehanım oturdu. Kiraçı kiraçı değilmi? Eger istemiyorsan şirketle konuşuyum başka iş versinler Nahide hanıma. Sana da başka yardımçı bulayım.
   Rukiyə xala direşdi ki, yox, bizim evdə yatılı qalacaq...
   Nəysə məcbur olduq göz qaşla danışmağa. Mətbəxə keçən kimi məni sakitləşdirdi. Sən anamı tanımırsan deyər sonra yumuşalır. İcəri keçdik. Guya razılaşmamız pozuldu. Başqa ev və iş axtaracaqdım . Həqiqətən də ev axtardıq Fatihlə. Bu mənim də ürəyimdən idi. Nə qədər uzaq olsam o qədər yaxşıydı.
  Ev tapdıq, köçən günü Arif baba (Fatihin atası) dedi ki, ikinci mərtəbədəki ev boşaltırıram , get bax, beyənirsənsə qal orda.
   Bəli iki otaq, bir zal mənim yeni yuvam oldu. İkinci mərtəbədəki o biri ev Fatıhin evi idi. Yanı xanımının...
    İkinci əl dükanına gedib lazım olan təmiz, lakin işlənmiş əşyalar aldıq, Rukiyə xala da qab qaşıq verdi. Depolarında köhnə model amma təmiz bir divan kreslo vardı onu gətirdilər. Evimizi yenə dördümüz bir yerdə düzdük. Fatihin uşaqları da bizı həvəslə kömək edirdi. Fatih deyirdi bu əşyalar hamısı müvəqqətidir. İnşallah, planımız baş tutarsa, bütün əşyaları dəyişib sıfırdan yığdıracam.
   Axşam işimizi bitirib hərəmiz bir yerə çökmüşdük ki, Fatıhin anası, xalası və atası bir təpsi börək və qısır salatıyla qonşu kimi bizə "xoş gəldin"- ə gəldilər...  Qəribə duyğular keçırdirdim. Bu qürbətdə yeni ailə, yeni dost, yeni qonşu qazanmışdım...
    Egeylə Fatıh evdən çıxdı. Biraz keçmış əllərində torbalarla döndülər. Masamız yox idi, evin ortasında böyük süfrənin arxasında toplanmışdıq, Fatıhgilin aldığı lahmacun və ayran, yeni qonşu-qohumun gətirdiyi təamlarla evimin açılışını etdik. Yeməyi yeyib süfrəni toplayırdıq ki, Fatihin xanımının baxıcısı bir təpsi islaq kekle içəri girdi.
   - Kusura bakmayın abla, şımdı bıtırdım. Gördüm evinize taşındız.  "Hoşgeldin" söylemek istedim ...
   Bu defə də məclisimiz cayla sımiçkayla qızışdı. Ömrumdə ilk dəfə öz evim həyatımda görmədiyim bir şənlik görürdü. İlk dəfəydi mən öz evimdə qonaq qara qarşılayırdım. Halbu ki orda, adicə anam bizə gələndə ixtiyarım yox idi ki anamın qabağına qaynanam dillənmədən çay qoyum... 
   İki gün sonra, Fatıhgil getdilər. Bir də iki ay sonra gələcəkdilər. Aygünü özüm aparıb Ərzuruma qoyub qayıtdım. Meteylə və Merdlə mən məşğul olurdum, onların gəzməsi, xidməti, yeməyi mənlik idi. Məktəbə mən aparıb gətirirdim. Müəllimi uşaqların dərsləriylə bğlı bütün təlimatları mənə tapşırırdı. Mən onlara dərs başa sala bilmirdim. Əksinə onlarla bərabər mən də dərs öyrənirdim.
  Uşaqlarla zaman keçirməyim məni darıxmağa qoymurdu. Çox xoşbəxt edirdi. Fatihin maşını burda bizim ixtiyarımızda idi. Nə zaman canım darlansa, nə zaman bir yerə getmək lazım olsa Fatih əmisi oğluna zəng edər, bizi Fatihin maşınıyla  istədiyimiz yerə aprırdı. Heç olmaya ayda bir dəfə yığışıb pikniyə gedirdik. 
  Fatihlə belə danışıb razılaşmışdıq ki, onların Almaniyadan dönüşüdə, Aygün də ƏRzurumdan gələcək, gedib boşanacaqlar. Sonra biz bir araya gəlb məsləhətləşərək evlənəcəyik. 
   Həyatımız beləcə öz axarında davam edirdi. Taa ki, kecən ilin qış vaxtına qədər... Korona qarantinləri  çoxlarının həyatını dəyişdiyi kimi, bizim də planlarımızı darmadağın etdi...

_____________18___

   Fatihgil Almaniyadan gəlirdilər. Qəribə hallar kecirdirdim.  Elə bil 30 illik həyat yoldaşım qurbətdən dönürdü. Əlim ayağım yerə dəymirdi. Nə edəcəyimi, onu necə qarşılayacağımı sevinc içərisində  planlayırdım.
   Türkiyəyə giriş etmişdilər.  Dediyinə görə Hardasa 6  7 saatdan sonra burda olmalıydılar. Əl ayağa düşmüşdüm. Uşaqları məktəbə qoyub geri dönəndə marketə girib  qəşəy bazarlıq elədim. Bizim kələm dolmasını sevirdi Fatıh, tez tələsik dolmanı büküb üstünə qoydum. Aldığım quzu qabırğalarını bastırma eləyib streçlədim. Keçdim evin işinə. İki saatın içində şüşələrdən belə silib  evi prıl pırıl parlatdım. Vaxt gəlib çatmışdı. Uşaqları gətirməliydim. Hazırlaşıb evdən çıxmışdım ki, Fatıh zəng etdi.
   - Aşkım, nerdesin
   - Cocukları getirmeye gidiyorum. Nerdesin sen.
   - Şu an İstanbulda depodayım.  İşlerimi bitirib hemen çıkacam.
   - Ege? Ege nerde?
   - Ege çıktı. - Səsində bir qəribəlik vardı.
  - Çıktımı? Nerye? Seni bekleseydi, beraber gelseydiz.
   - Bak, Nahide.. Kızma tamammı, sakin ol...
   - Noldu
   - Ege Erzuruma gitti...
   Fatihin təşvişlə dediyi bu kəlmədə başqa məna görmədim. Getdi getdi də nə var burda. O qədər sevincliydim, o qədər xoşbəxt idim ki, Egenin  Ərzuruma niyə getdiyi məni maraqlandırmırdı.
   - Tamam canım, ben okuldayım, cocukları alıp hemen eve geciyorum. Çoçuklarla sana sürpirizim var.
   - Ne sürpiriz?
  - A  aa... Sürpiriz diyorum, ayoo sürpiriz denilirmi?- güldüm 
   - Diyorum, eve gelmeden bi buluşalım, konuşacaklarım var, evde  konuşamıyoruz  biliyorsun.
   Haqlıydı. Evim ayrı olsa da bərabər zaman keçirə bilmirdik. Əslində mən də onunla baş başa qalmağı çox istəyirdim. Türkiyəyə gələndən eyni şəhərdə, eyni yerdə yaşamağımıza baxmayaraq bir yerdə tək qalmamışdıq.
  - Tamam canım, ben de seninle beraber zaman keçirmek istiyorum.
- Tamam o zaman. O zaman ben akşama oturabileceğimiz bir yer  bulayım . Bide benim geldiyimi kimseye söyleme, tamammı
   - Geleceğını evdekiler  bilmiyorlarmı?
   - Yok...  Yarın geleceğimi biliyorlar. Cocuklara da deme...
   - Tamam .
   Sağollaşıb ayrıldıq. Uşaqları götürüb evə gəldim. Yuxarı çıxdıq. Arada bir Fatihdən mesaj gəlirdi, filan yerdeyəm... Hazırlaş...  Səni filan yerdən alacam, filan yerdə gözləyəcəm, sebirsizleniyorum... 
    Hər gün neçə dəfə mənə yazan Aygündən xəbər yox idi. Yazmırdı. Dərslərin yoğunluğunu nəzərə alıb mən də onu narahat etmirdim. Uşaqların dərslərini yerbəyer edib, həmişəki kimi günlük məşğuliyyətimizə keçdik. Hər gün iki saat gəzinti saatımız idi . Bu dəfə gəzintiyə getmək istəmirdim. Hazırlaşmalıydim. Evimdə işlərim yarım qalmışdı. Odur ki uşaqları dilə tutdum.
   - Çocuklar, bu gun bi yenilik yapalımmı? 
   - Yenilikmi?
   - Nasıl?
   - Diyorum, bu gün parka gitmiyelim, beraber kurabiye, pasta yapalım, seversiniz demi? Ne derseniz?
  - Yess...
  - Evet ...
  - Tamam o zaman. Kimseye çaktırmadan gidiyoruz
   - Nerye?
  - Bize...
  - Sizdemi yapacaz?
   - Evet...
   - Ama neden?
   - Çünki... Çünki... ben herşeyi orda hazırladım. Tüm malzemeleri aldım. Yarın babanız da gelicek, ona çoçuklarının sürpirizi olsun istedim. Burda yaparsak babaanne sürpirizi bozur diye düşündüm.
   - Supersin, Nahide abla...
  - Haydi o zaman. Parka gidiyormuyuz gibi yapıyoruuuuz...  Doğru bize. Anlaştıkmı
   - Anlaştık...
  Sevincek əlimi havaya qaldırdım. 
  - Çak!... 
   Uşaqlarla zarafatlaşa zarafatlaşa, oynaya oynaya xəmir işinə girişdik. Dəcəl uşaqlar, bir saatın içındə bütün mətbəxi, üst başlarını un etdi. Biri xəmir yayır, o biri yumurta çalır. Guya mənə kömək edirlər, ama əsilində xəmiri özlərinə əyləncə etmişdilər.  Xəmirdən özləri üçün fiqurlar, heyvan şəkilləri hazırlayırdılar.
   Uşaqlarla iş görə görə ağlım Fatıhin yanına getmişdi. Axı Fatih demişdi Ege Ərzuruma getdi? İndi indi mənə çatırdı, Egenin Ərzuruma getməyi . Xeyirdir, niyə getdi? Bəlkə Aygünlə onun arasında bir şey var. Əgər belədirsə nolacaq bu iş? Axı belə planlamışdıq ki, gələn kimi gedib boşanacaqlar. Bəs boşanmasalar? Əsil qiyamət o zaman qopacaq. Birincisi Rukiyə xala Aygünü sevmir. İki dünya bir ola bu izdivaca razılıq verməz. Onu gəlin kimi ocağına  istəməyəcək. İkincisi mən... Düzü istəmirdim Aygünlə Egenin birləşməyini. Ege pis uşaq deyildi. Sakit sayğılı, utancaq, boyük kiçik yeri bilən. 10 qızım olsun Ege kimi oğlana  qız verərəm. Ege kimi oğlan yüzdə mində bir ələ keçərdi. İdeal bir kürəkən, oğul, qızıma həyat yoldaşı olardı. Bəs biz? Onlar birləşirsə, biz nolacaqdıq? Fatihin ailəsi, qohum əqrabası bunu normal qarşılayardılar? Mən bizimkilərdən qopsam da hələ də onların təsiri altındaydım, onları fikirləşirdim. Bəs orda nə fikirləşərdilər bizim haqqımızda... Beynim qarmaş dolaş idi...
  Bütün bunları düşündükcə ürəyim sıxılır, keyfim qaçırdı.
   Nəhayyət çeşid çeşid şirniyyatlar və bir gözəl çiyələkli piroq hazırlayıb uşaqları hamama salıb çımızdırdim. Axırda da özüm yaxalanıb çıxdım. Bu arada Aygün bir neçə dəfə zəng etmişdi eşitməmişdim.
  Uşaqlarla bərabər masanı qurdum,  masanın üstünə ailə sayına boşqab, çəngəl qaşıq, qədəh düzdük. Şirniyyatları streçləyib ortalığa qoyduq. Kənardan dayanıb uşaqlarla heyranlıqla süfrəyə baxdıq.
  - Nasıl olmuşmuş, beyendinmi Nahide abla ?
  - Çok güzel olmuş canlarım... Ellerinize sağlık. Siz olmasaydınız ben yalnız başıma nasıl yapacaktım bütün bunları? Haydı bura böyle kalsın, işıkları kapatalım, çıkalım.  Benim biraz işlerim var. Siz babaneni yormazsınız demi. Ben izin almak istiyorum.
  - Niye?
  - Noldu?
  - Yoo bi şey olmadı canım. Sadece arkadaşlarımla buluşacaktım da...
   - Biz de gele bilirmiyiz abla, evde sıkıldık.
   - Yok... Tabi gelebilirsiniz. Amma başka zaman tamammı. Bu defa arkadaşlarla özel bi gün. Çoçuklar davetli değil. O yüzden sizi yanıma alamam kusura bakmayın. Ama söz... Söz veriyorum. Biseferkine sizi de götürecem, tamammı? 
  İncik incik "tamam" deseler də  hiss edurdim ki, uşaqlar  da məndən qopmaq istəmirlər. Mənə elə bağlanmışdılar. Bəzən iş saatımdan sonra da gecəyə qədər evimə gəlir, damino, kart  oynayırdıq.
   Uşaqları dilə tutub yuxarı çıxartdım. Rukiyə xaladan izin aldım. Fatıhlə görüşümüzə iki saat qalmışdı, hazırlaşmalıydım. 
   Evə gəlib ən gözəl paltarımı secdim. Mavi  üstü ağ yarpaqlı bu  gecəlik paltarı Fatıh internetdən almışdı mənə. Almaniyaya getmədən əvvəl, qohumlarının toyu var idi, ora getməliydik. Təbii ki uşaqların baxıcısı kimi  mən də o toyda iştirak edəcəkdim. Paltarı  internetdən bəyənmişdim. Fatıh kimsəyə hissetdirmədən, həmin paltarı internet üzərindən hesabından pulunu ödədi. Paltarı karqo gətirəndə, geyinib öz evimdən şəkilini çəkib Fatıhə yollamışdım. Bir də gördüm mənə yazır ki, qapını aç. Daldalayıb gizlicə bizə gəlmişdi. Paltarın mənə çox yaraşdığını deyib elə aynanın qarşısında belimə sarılmışdı. Şirin şirin öpüşüb qoxlaşdığımız yerdə Aygün evə gəldi. Fatih tez özünü hamama atıb guya  "duş xarab olub, onu düzəltməyə gəlibmiş" bəhanəsiylə suyu açıb bağladı .
  - Vananın lassiyi bozulmuşdu, yaptım. Oldu... - deyiərək çıxıb getdi. 
  Aygün uşaq deyildi. Təbii ki bu bəhanənin nə olduğunu başa düşürdü. Fatıh gedəndən sonra abrımı ətəyimə bükdü. Nədənsə Fatıhlə bərabər olmağımı istəmirtı. Heç ilk gündən istəmirdi. Bilmirdim Muraddan sonra məni kimsəyə vermək istəmirdi, yoxsa qısqanırdı, ya qıcıq olmuşdu. Nə bilim. 
  Paltarı qatlayıb torbaya qoydum, lazımlı əşyalarımı götürüb evdən çıxdım. Evin yanındakı gözəllik salonuna girib özümə əməlli başlı maya qoydum. Saçlarımı rənglətdim kəsdirdim, ağda etdirdim, dirnaqlarımı düzəltdirdim...
Salonda internetdə dolaşarkən Aygünün insteqram səhvəsində yeni paylaşımlarını gördüm. Egeylə çox səmimi şəkillər çəkmişdilər. Əsəbləşirdim, zəng edirdim telefona cavab vermirdi. Özüm özümü sakitləşdirirdim.
  - Niyə belə edirsən axı, Nahidə, fakt onlar ər arvadfır... 
  - Xeyir deyillər 
   - Necə deyillər ki? Nigahları var,  banketləri oldu. Hamı onları ər arvad bilir. 
   - O evlilik saxtadır, yalandır, planlıdır...
   - Kimə sübut edə bilərsən? Kim inanar buna? İndi də deyəcəklər Nahidə qızının qsyınına göz qoyub. Hələ ana qız bunların varına kələk gəlməyinizi də düşünəcəklər.
   - Xeyir elə şey yoxdur. Aygün yox  idi, hələ nigahları olmamışdı, Fatihlə mənim adım çıxmışdı.
   - Bu lap pis, fikirləş, bu camaatın var dövlət şübhəsini daha da körükləyəcək. Deyəcəklər anası pula görə qızını bu yola çəkib...
   - Eee  bəsdir, bəsdir, beynim şişdi.
  Beynimdəki düşüncələrdən qurtulmaq istəsəm də təkrar bu məsələyə dönürdüm.
   - Aygün bilərəkdən edir bunu. İstəmir mənnən Fatih bir araya gələk, bilir ki, biz evlənəcəyik, istəmir.  Sevmir Fatıhi. Bilmirəm niyə zəhləsi gedir bu adamnan. Mən necə edim... 
  - Dəli olma Nahidə,  nə zəhləsi getmək?  Sadecə istəmir anasıyla elti olsun, olmaz, döğru deyil, ola bilməz, alınmaz bu! Ağlını başına yığ , sakit ol, fakt onlar rəsmi ər arvaddır. Düzdür bir birlərini sevməyiblər, böyük məhəbbət yaşamayıblar. Nə bilmək olur. Bəlkə, eşq bunların qapısını sonradan döyüb?  
  - Döyməsin... 
  - Nə edəsən? Qoymayasan? Qızının xoşbəxt gələcəyini, sevgisini öz lazımsız, başdan xarab hisslərinə qurban verəsən? Əgər belə bir şey olsa nə olur olsun, sən ana kimi susmalısan, Nahidə, sus-ma-lı-san. Balanın xoşbəxtliyi üçün. 
   Başımı itirmişdim fikirləşməkdən. Fatihə zəng etdim, Egeni soruşdum. Sora danışarıq dedi. Müsait deyiləm. 
   Təkrar şəkillərinə baxdım. Doğurdan da bir birlərinə çox yaraşırdılar. Gənc, gözəl, xoşbəxt... Uzun zaman idi Aygünü belə xoşbəxt görməmişdim.  Balam bu həyatda çox çəkmişi. Əlbəttə ki bu xoşbətliyə layıqdır. Qoy hamı balamı xoşbəxt görsun. İndi çırılırlar, partlayırlar bu şəkillərə baxanda 
  Bu dəfə də ağlım ordakılara getdi.
   - İndi bizimkilər onları görür, qısqanırlar. Qulağım eşidə eşidə eyirdilər ki, əşi üç günlük şeydi də, kimdi onu arvad eliyib ortaya çıxaran? Dəli ifləmə şeydi ki aparıb başına oyun açıb buraxdılar. Yönnü qız olsaydı edərdilərər? Di qoy indi  partlasınlar. Qoy görsünlər ki "ifləməni" necə adam yerinə qoyub xoşbəxt edirlər. Qoy görsünlər ki, "yonsuzü" necə xanım edirlər. 
  - Bəlkə də Aygün özü belə çəkib qoyub ora onları partlatmaq üçün?  Hə yüz faiz belədir. Sakit ol Nahiş, inşallah aralarında bir şey yoxdur. 
 Deyə özümü sakitləşdirdim. Vaxt gəlib çatdırmışdı. Elə salondaca  paltarımı dəyişib,  o biri paltarlarımı qızla danışıb salona qoydum, səhər gəlib  götürəcəkdim. Taksi çağırtdirdim. Bir başa Fatihin verdiyi adresə gəldim.  
   Gox gözəl bir gün keçirtdik. İkimiz baş başa. Məkan da çox gözəl bir məkan idi. Qədim şərq üslubunda, rəngli xalılarla bəzənmiş, yer köşə  divanları , yastıq və mütəkkələrlə, hər bölümü qırmızı tül pərdələrlə bəzənmiş restoranda özumu tam bir şahzadə kimi hiss edirdim. Bütün bölümlər dolu idi. Hamı istirahətində keyfində. Burda başqa aura var idi. Elə bil başqa aləmə düşmüşdün, burda dərd qəm, qüssə kədər nə gəzirdi? İnsan özündən və elə bu anından başqa heç nə fikirləşmirdi belə yerə. Anın keyfini çıxarmaq lazım idi.
   Məkanın qabları və aksesuarları belə qədimi əl işləməli mis və taxta qablardan ibarət idi. Yemək içmək, çeşid çeşid kabablar, şərab, içki... 
   Ömrümdə ilk dəfəydi dilimə içki dəyirdi. Qalyan çəkirdim. O gün bizim günümüz idi. Çox əyləndik, yedik içdik. Canlı musiqi dinlədik, özümüz də baş başa verib musiqiçılərlə bərabər oxuduq. Fatih məkanın musiqiçilərindən sazı alıb Gönül dağı  türküsünü çaldı. O biri müsiqiçılər də onu müşayyet edirdi. Özü də gözlərimin içinə heyranlıqla baxaraq bu türkünü  oxudu.
   Türkünün sədaları altında xəyallar aləmində qərq olub getmişdim. Fatıhlə xoşbəxt yuvamız var... Ətrafımızda uşaqlarımız... Fatihin uşaqları... Çox xoşbəx bir yuvamız var... Amma Aygün yoxdur. Xəyalımı nə qədər ona tərəf yönləndirsəm də Aygünü bu xoşbəxt yuvamızda görə bilmirdim. Sanki Aygün mənim həyatımda yox idi. Axı mənə nolmuşdu? Bunca il övladım üçün hər şeyimdən keçmişdim, indi bir  isti yuva xətirinə onu həyatımdanmı çıxartmışdım? Əsla... Heç vaxt... Aygün mənim həyatımdır. İlk göz ağrımdır, varlığımdır, hər şeyimdir... İndən sonra yüz dənə Fatih kimisi gələ, on min uşağım ola, bir Aygünün kəsilib atılan dırnağı ola bilməz. Yeri gələrsə mən bundan sonrakı həyatımı da onun xoşbəxtliyinə qurban verərdim.
  Yanağıma toxunan əldən diksindim. FAtih idi. Mahını bitmişdi amma musiqiçilər hələ də çalırdı. Yer yerdən hər kəs Fatihin ifasını alqışlayırdi. Özümdən asılı olmayaraq dalıb getmişdim, ağlayırdım. Düşdüyüm qaramsardan sanki işıqlığa çıxdım bu toxunuşla. Fatih sazı qarsona uzadıb qolunu mənə açdı. Fatihin koksunə siğınıb üzümü onun qoynunda gizlətdim.. Başımı bağrına basıb heç bir şey demədən beləcə dəqiqələrcə oturduq. Sanki qoynunda uyumuşdum. Musiqiçilərin gözəl türkülərinin səsi qulağımda layla kimi səslənirdi.
   - Kalkalımmı aşkım?
   Yuxudan oyandım sankı.
  - Kalkalım...
  Gecə ikiyə qalırdı. Çox gec idi. Binanın önündə dayananda, Fatih taksidən başını çıxarıb binanın pənçərələrinə baxdı.
   - Sən in, ben beş dakikaya gelicem.
   İkimizin taksidən eyni anda düşmasinə ehtiyyat edirdi. Görən olar, aramızda bir şey olduğunu düşünərlər deyə. Əslində burda qəbahət bir şey yox idi.  Normal idi. Amma gizli yasaq münasibətin ortaya çıxmasını ikimiz də istəmirdik. Arada Aygünlə Ege var.  Onları  kimsə bilməsə də biz bilirdik. Onların nigahi pozulana qədər özümüzə hakim olmalıydıq. Onları fikirləşirdik.
   Yuxarı qalxıb qapını açdım. İçəri girib işıqları yandırdım. Masaya diqqət etdim. Hər şey yerində idi. Balkona çıxıb aşağı baxdım. Heç kim yox idi. Keçıb gözlükdən bloka baxdım. Özümdən asılı olmayaraq qəhər boğazımı tutdu. 
   - Gəlmədi, gəlmədi... Getdi... Qorxdu o da... Çəkindi... Bu nə yaşayışdı allah, nə vaxta qədər... Nə zamana qədər belə gizli gizli? Bu nə bəladır allah?  Mən nə vaxt xoşbəxt olacam ay allah?
   Telefon əlimdə, mesaj yazmaq istəyirəm, amma çəkinirəm. Bir kişini gecənin bu vaxtı evinə dəvət etmək, rəsmən başqa cür səslənir. Əgər özü gəlirsə, bu başqa. Demək özü istəyir gəlir. Amma mənim onu çağırmam. Heç doğru deyildi, heç... 
   Masanın başına kecıb stulu çəkdim, oturub başımı əllərimiz arasına aldım. Bilmirım içkinin təsirindənmi idi, yoxsa onun gəlməməyinəmi pis olmuşdum, məni arzulamadığınamı pis olmuşdum, bilmirəm  ağlamaq məni tutmuşdu. Ağlamasaydım partlayacaqdım..  Gözlərimin qarşısında həm Aygünlə Ege , həm də FAtihlə mən canlanırdım. Bir tərəfdən bizim qohum əqrəbalar, bir tərəfdən də Rukiyə xalanın Aygünü qəbul etməməsi... Beynim şişmişdi. Qəfildən hönkürərək ,  hıçqıra hıçkıra  ağladım.
  Elə bu vaxt mesaj gəldi. "Kapıyı açarmısın". Dəli kimi qapıya qaçdım. Açdım. Uşaq kimi elə qapıdaca boynuna asıldım, öpüşlərə qərq etdim.
  - Dur deli kız, dur! İçeri gecelim, burda olmaz... 
  Məni boynundan açıb yerə qoymadan quçağına aldı. İçəri girib ayaqqabılarını soyundu. Gözlərin məndən çəkmirdi heç. Onun heyran heyran baxışına vurulmumdum. Sevgi dolu baxışında hər şey vardı onun, sevgi, hörmət, qurur, əzəmət, vüqar, zəhm... eyni zamanda ehtiras...
   Yataq otağının qapısını açıb içəri girəndə Fatih elə bil yerə kilidləndı. Gözləri çaşqınlıqdan böyümüdü. Qolları bo. Aldı. Məni qucağından yerə qoydu. Donub onun baxdığı istiqamətə baxdım, ikimiz də donub  yerimizdə qalmışdıq...
   AYgünlə Ege içəridə yatırdılar...

__19 __.
  
   Bir anda gözlərim qaraldı. Elə bil beynimə iynə sancdılar. Qışqırmaq istəyirəm səsim çıxmırdı. Yumuruqlarımı düyünləyib başıma başıma vurdum. Ağzım, dilim tərpənir amma əsəbdən hiss edirdim ki, ağzım əyilir, dilim söz tutmur. 
    Fatıh mənim bu halımı görub, ağzımı yumaraq məni bayra çıxartdı. Pıçıltıyla məni sakitləşdirməyə çalışırdı. Eyni zamanda qucaqlayıb başımı, gözümü öpürdü. 
    - Tamam geçdi aşkım - pıçıldadı - sakin ol, hadı  kalk, kalk çıkalım dışarı sakinleş gelrsin. 
   Bir yerə getmək istəmirdim. Neçə əsəbləşmişdimsə, indi bu dəqiqə o biri otağa keçıb Aygünün saçın başın yolmaq isteyirdim. 
   Fatih sakitləşmədiyimi görüb ağzımı yumdu, səsimi çıxartmağımı istəmirdi. Əlindən çırpınıb cıxmağa çalışırdım. Amma onun güclü qollarının arasında nə edə bilərdim ki. Bu yekəpər adamın qollarının arasında çanlı kukla kimi idim. Nəhayyət ağzımı tuta tuta balaca uşaq kimi məni qoltuğuna vurub bloka çıxardı. Lift gələnə qədər hələ onun qoltuğunda idim. Çırpınıb çıxmaq istəyirdim, var gücümlə qışqırmaq üsyan etmək istəyirdim. Lakin o bunu hiss etdiyi üçün buraxmırdı. Birbaşa  binanın altındakı qapalı qaraja düşdük. 
   - Utanmıyormusun Nahide? Hiç yakıştırmadım sana. 
  Əsəbimdən gah divarlara vururdum gah özümə, ağlaya bilmirdim, amma, qışqırmaq içımdəki əsəbi  boşaltmaq istəyirdim. Lakin dilim ağzımda titrəyirdi. 
  - Yaa seni anlamıyorum Fatih. Benimmi utanmam lazım, onlarınmı?
   Dilim topuq vura vura dilləndim. 
   - Niye utanacaklarmış? Evli değillermi? 
   - A aa... - çaşıb qalmışdım Fatih niye belə sakit idi ki?  Nə deyəcəyimi bilmirdim. 
   - Yaa... 
   - Bana bak! 
   - Asıl sen bana bak! - Fatıh qolumu tutub silkələdi, ciddi və əsəbi şəkildə gözlərimin içinə baxdı. İlk dəfəydi onu belə əsəbi və ciddi görürdüm 
   - Öncelikle sakin olurmusun? Sakin ol bi, güzel güzel konuşalım. Hah işte... Bak Nahide, onlar evli, bi şey yapamayız, kabul etmek zorundayız. Büyüklük yapmak bizim görevimiz, anlıyorsun demi? 
  - O evlilik sahte! 
   - Sahte falan değil, değil... Allah aşkına Nahide, cocukluk yapma. Neresi sahte? -Barmaqlarını qatlaya qatlaya mənə nəyisə sübut etməyə çalışırdı - Resmi, devlet kurulunda evlilik yapılmışmı, yapılmış. Nigah kıyılmışmı kıyılmış , karı kocalığı kabul etmişlərmi, etmışler. Bunun ndresi sahte? Anlatırmısın? Neresi? 
- Hayır, Hayır, Hayır... Olamaz, ben bu nigahı kabul etmiyorum. Biz böyle konuşmamıştık.  Bizim pilanlarımız başkaydı. Onlar burada boşanacaklardı. 
   - Boşanmadılar işte, napayım? Zorlamı götüreyim?
  - Evet, zorla... 
  - Allah aşkına Nehide bi sus, kafam şişti, cahillik yapma, allah aşkına rica ediyorum . 
  Tərs tərs əsəbi halda Fatihə baxırdım. O da gergin idi. Özüm de daha dayanacaq halda deyildim. Maşınların arasından keçıb sütuna söykənib yerə çökdüm. Başımı əllərimin arasına aldım. Beynim çatlayırdı. Onsuz da içkiliydim, iski də mənə təsir etmişdi. Özümü ələ ala bilmirdim. Üşüyen adamlar kimi titrədirdim. 
   İyimisin? 
  - İyiyim... 
  - İyi değilsin.Böyle de eve gidemezsin! 
   - Gitmicem zaten. Gedirsem ikisini de pencereden atarım. 
  Güldü
  - Gülme. 
  - Haa haa
  - Vallahi de atarım billahi de atarım. Sen beni tanımıyorsun. Gözüm kızdımı, babamı da tanımıyorum.
  - Allah allah... Ha  hhah...
  - Ne bu sendeki sakinlik, dur bi... Senin haberin varmıydı onlardan? Benden sakladın demi? Vardı, tabii sakladın!  Bi ben salah til kulağında uyumuşum... 
  - Bunları burda konuşmayalım. Sen burada bekle. Ben arabanın anahtarını alayım da geliyim. Tamammı, sakın bi yere gitme.
  _ Ey nerye gidecez, ayakkabım montum yukarıda... - Desem də,  məni eşitmədi. Liftin qapıları bağlandı. 
    Özümü toparlayıb yuxarı çıxdım. Qapı bağlanmışdı, açarı içeride qalmışdı. Ayaqqabım, gödekcem içeridəydi. Ayağımda  yaxşı ki, evde geyindiyim şəpid vardı.  Qapının zəngini çaldım. Təbii ki, içəridəkilər yatmışdı, çətin qalxardılar. İkinci dəfə çaldım. Elə bu vaxt ayaqlarım havaya qalxdı. Fatih un çuvalı kimi məni çıyninə atıb liftə girdi . Elə bu vaxt qapı açıldı. Aygünün səsi gəldi. 
  - Kim var orda? Ana? .. 
  Fatih Liftin içində məni qəşəycə danlayirdı 
   - Napacam ben seninle? Çoçukmusun Nahide, ne dedim, ben sana?  Şımarıklıkmı yapıyorsun sahidenmi yapıyorsun bilmiyorum. Amma yaptığın şey saçma... 

   Birazdan bir gölün yanında dayandıq. Əsəbim soymuşdu ama yerini dərin bir boşluq, ümüdaizlik almışdı. Beynim donmuşdu sankı heç nə düşünmək, danışmaq istəmirdim. Bu saat tək istədiyim şey yatmaq idi.
    İkimiz də danışmırdıq. İkimiz də maşının içində gölün qaranlığına dalmışdıq. Ahmet Kaya və Neşide Göktürkün bərabər ocuduğu "hAnı mənim sevincim nerde" mahınısı elə bil Fatihle benim bu günümə yazılmışdı, bizim ağzımızdan ifa olunurdu. İkimiz də mahınının təsirinə düşmüşdük deyəsən, o da mənim kimi düşüncəliydi.
  Belə vəziyyətdə nə qədər qaldıq bulmırəm. Nəhayyət Fatih  qapını açıb aşağı düşdü. Mahını da dəyişmişdi. Fikirli fikirli maşının ətrafına fırlanıb, maşını kontrol etdi. Mən də içəridən onu seyredirdim. Çanım darıxırdı. Nə edəcəyimi bilmirdim. İçim burulmuşdu sanki. 
   Aşağı endim. Təpənin kənarına gədər gəldim. O da mənim arxamca. Məni gözdən qoymaq istemirdi.
   Gecənin qaranlığında mən ləpələri havanın aydınlığında sayrışan gölün  sularına baxırdım , o da mənə... Səssiz səmirsiz. Elə dolmuşdum ki, haykırmaq, dəli kimi bağırmaq istəyirdim. Dərindən havanı içimə çəkib , sonra da içimdəki əsəbi  vulkan kimi havaya buraxırdım. 
   Üşüyürdüm. O da bunu hiss etdi. 
  - Haydi üşüdün... 
   Yerimden tərpənmədim. Dərindən nəfəs alıb üzümü yana tutdum. Bir şey demədi, maşına getdi. Elə bil bayaqdan Fatihin getməsini gözləyirmiş kimi çiyinlərim atılıb düşməyə başladı. Bəxtsiz taleyimə üsyan edirdim. 
  - Nolacaq bundan sonra. Axı mən bura ümüdlə gəlmişdim. Axı xəyallarım vardı. Axı mən də bir yuva qurub tənhalıqdan qurtulacaqdım. Axı ömrümdə görmədiyim, ən böyük məhəbbətimi yaşayırdım, sevirdim. İndi mən nolacam? Niyə mən insan deyiləm, mən qadın kimi sevib sevilə  bilmərəm? Mən xoşbəxt ola bilmərəm? 
  Aygün bütün xəyallarımı yıxmışdı. İki dünya bir ola bundan sonra Fatihlə mənim bir araya gəlməyim doğru olmazdı. Bu nə Fatihin, nə də mənim ailəmdə qəbul edilməz bir şey idi. 
   Düşündükcə  gözlərimdən yaş sel kimi axıb boğazımı isladırdı. Elə yorulmuşum, elə usanmışdım ki ,nə gecənin ayazı vecimə deyildi, nə kənarında dayandığım uçurumun yüksəkliyi. Dəli şeytan deyirdi bir addım da irəli get, tulla özünü burdan aşağı.
  - Axı mən kimə lazımam, ay Allah? Məni, məni yaradan sevmirsə kim sevəcək axı ? Tənhalıq alnıma yazılıb, qızım belə məni düşünmədi. Bilə bilə ki, Fatihlə mənim münasibətim var gedib girdi Egenin qoynuna. Axı Aygün deyirdi mən türkə getmərəm , noldu? Axı Aygün türkləri sevmirdi. Ümumiyyətlə Aygün deyirdi ailə gurmağı düşünmürəm. Deyirdi unversiteti qurtaran kimi gedəcəm Azərbaycana, orda yaşayacam,  qismətimdə varsa orda ərə gedəcəm, yoxdursa mənə ər-mər lazım deyil. Axı Aygün əks cinsdən qorxurdu, noldu indi, niyə mənim xoşbəxtliyimə barmaq tıxadı. Madəm ozü buranı sevmirdi, niyə mənə mane oldu? Bundan sonra nə olacaq? Bəs Rukiyə xala məsələdən xəbər tutsa nolacaq? Rukiyə xala Aygunu yox, məni gəlin kimi qəbul edirdi. Axı Fatih onlara demişdi ki, mənimlə evlənəcək. Hamı məni Fatihlə bilirdi. Egeyle Aygün heç kimin ağlına gəlmirdı.
  Çiynimədəki toxunuşdan diksindim. Fatıh idi.  Maşında həmişə saxladığı odyalı gətirmişdi. Məni odyal qarışıq qucaqladı. 
   - Üşüdəcəksin. 
Boynu bükülmüş yetim kimi ona sığındım. 
   - Bundan sonra nolacaq, Fatih. 
  - Sıkma canını. Kerim olan Allhadır. 
   - Sen biliyormuydun? 
  - Biliyordum, tatlım ... 
   -  Bana niye söylemedin? 
   - Ne söyleyeceğim.  Ne söyleye bilirim ki? Onlar karı koca, kabullen artık. 
  - Biz nolacaz? 
  - Dediğım gibi, büyüklük yapacaz. Bekleyecez. 
  - Bekleyecekmiyiz? Neyi bekleyecez, Fatih, na kadar? 
   - Bilmiyorum Nahide. Bilmiyorum aşkım. Ben istermiydim böyle olsun? Yapacak bi şey yok. Kabul etmek zorundayız. 
  - Seve seve ayrilacaz desene! 
  - Hayır, asla bu olmayacak, seni birakmam.
- Ama ayrılmak zorundayız, buna ikimiz de mecburuz. 
   - Onlar boşanacaklar. 
   - Ne? Bu saatdan sonra? Kafayımı üşüttin sen? Farkındaysan onları aynı yatakta gördük az önce! 
   - Malesef, 
  - O zaman bu boşanma neyin boşanmasıymış, lütfen anlatırmısın!
   - Annem Aygünü sevmiyor biliyorsun. Seni beğeniyor. Hem, annem  şu an benim evlenmemi bekliyor. Egenin yok. Nasıl anlatıyım.  Annem ben evlendikten sonra Mustafa amcanın kızı Emineni Egeyele evlendirecekti. Anam altı ay önce kız evine haber yollamıştı. Onlar da demiş, Fatih evlensin, çoçuklara annelik yapacak biri olsun.Ondan sonra kızı istemeye gelirsiniz. Görünür kendi kızlarının rahatını güşünüyorlar. Ben evlenmeden o kiz bizim eve gelirse, benim çoçuklarıma da, anneme  de babama da bakmak zorunda kalacaklar. O yüzden benim evlenio annemlere, cocuklarıma sahip çıkmamı istiyordular. Ben müstekbel  eşimle üstte yanı anemlerle kalacaktım. Egeyle  kız aşağıda. Çağla öldükten sonra ikinci hanımla  resmi nigaha girip kendi evimize taşınacaktık. Bu kız isteme olayını her kes biliyor, Her kes onları sözlü biliyor. O yüzden Aygünle Egenin ciddileşmesi mümkün değil.
   - Ne yani? Madem öyleydi, Ege o kızla evlenmeyi onaylamışsa neden benim kızıma umut vermiş, neden onun yatağına girmiş, hem de benim evimde? Benim kizimla yatsın, kalksın, kururuyla, onuruyla oynasın, sonra boşasın ve ben hiç bi şey olmamış gibi hayatıma devam ederek, onun abisiyle evleniyim? Oh neala... Ya Fatıh, Allah aşkına sizin bizimle düşmançılığınızmı var? He? Söylesene, ne demek şimdi bu? Nolacak bu oyunun sonu? Nolaaaacaakkk?  
  Var sesimle qışqırırdım. Həm həyatı alt üst olmuş qadın kimi, həm qızını düşünən ana kimi. Ömür boyu, bu yataq məsələsindən sonra Aygünün üstünə gül qoxlatmazdım. Yeri gələr bu yoldan kənara çəkilərdim. Amma qızım Egeni sevərək onun yatağına giribsə, əsla və əsla onların ayrılmasına razı olmazdım. Yeri gəlsə  özümü həyasızlığa qoyub qızımın xoşbəxtliyi üçün Rukiyə arvadın da üzünə durardım. 
   Gözümü açanda elə maşındaca başım Fatihin qoynunda yatmışdıq... 
  Başımda dəhşət bir ağrı vardı.Gözlərim qıp qırmızı, makyajım axıb üzümə yayılmışdı. İslaq salfetkanı mənə uzatdı:
  - Haydı kendini toparla, gidelim. Hiç bi şey olmamış gibi yapıyoruz. İnşallah rabbim bize de bi kapı açır. 
   Ah çəkdim. 
   - Yapma Nahidem. Boyle yapma nolursun. Napalım. Olursa olur bu iş, olmazsa yıne kaçak sevgililer gibi devam edecez. Seviyoruz iste. Bir birimizden kopamayız. Amma gencleri ayırmak günah olur.  Kendileri ayrılırsa, ona bi şey demem canım. Anlaya biliyormusun? Bilmiyorum bu durum nasıl olacak. Asılında kan bağımız yok, bence dinen de makbul, hocayla görüşmemiz gerek. Bence evlene biliriz, sorun yok. 
  - Yok daha neler... 
    Evə gələndə birbaşa yuxarı Rukiye xalagile çıxdım. Fatih hələ aşağıdaydı. 
   Birazdan Fatihle Ege də gəldilər. Hamı deyib gülüb şənlənirdi. Uşaqların sevincini dillə ifade etmək mümkün deyildi. Ege heç nə olmamış kimi mənimlə görüşdü. Fatıh də uzaqdan uzağa indi görüşürmüşük kimi salamlaşdı, hal əhval tutdu.
   Uşaqlar kirimirdi. Bir uçdan yanıma gəlib dünənki sürprizimizi atalarına açıqlamamı istəyirdilər. 
  - Dur, babanız şimdi geldi. Yorğundur, bi dinlensin. Öğlene ve ya akşama... 
   Axşama qədər Aygünlə danışmadım. Arada o zəng etsə də, məşğula atırdım. Mesaj yazırdı cavab vermirdim. Nəhayyət axşam o da yuxarı çıxdı 
   - Sürpriz... 
  - Aygün Abla... 
  -  AYgün ablam da geldi yeess!
  - A aa... Sen nerden çıktın? 
   - Geldim Rukiye teyze. Dün geldim, akşam. 
   - Anen geldiğini söylemedi... 
   - Unutmuş ola bilir.
   AYgün hamıyla görüşəndən sonra yanıma gəlib üzümdən öpdü, üzümü ondan qaçırınca Fatihin sərt baxışları şıllə kimi üzümə vuruldu sanki. Özümü ələ aldım. Aygün də üzlü qız idi. Məsələnin nə yerdə olduğunu başa düşüb məni  daha möhkəm qucaqladı və qulağıma pıçıldadı. 
   - Mən evdəydim, səni gözlədik, gəlmədin, harda olduğunu soruşmuram, çünki bilirəm, sən də məndən nə baş verdiyini soruşma "anacan"... 
   Əlim ayağım əsdı. Ürəyim şiddətlə çırpındı. Dilim olmadı ağzından vuram, əlim gəlmədi saçlarını əlimə dolayam. Fatıhə baxdım. Farıh göz qaşla sakit olmağımı istədi. Nə edim, əlimdən bir şey gəlmirdi. Aygünün bu sözləri mənim üçün bir mesaj idi . "Yanı yoluma çıxma əzərəm!" Aygün  gizlincə qurduğu yuvanı qorumaq  mübarizəsinə başlamışdı. Özüm üçen ona hirslənsəm də, bir tərəfdən də onun qurucu quş olmasına sevinirdim. Demək aygün bir anayla mübarızəyə başlamağı qarşısına qoyubsa, onun qurduğu yva asanlıqla yıxılmaz. 
  Məsələ çox ciddiləşmişdi. Geç tez məsələni bütün ailə bilməliydi. Amma necə?  Nə Egeylə Fatih, nə də mən bunu açıb ağartmağa ürək etmirdik. Bu ailənin qanunlarını bilirdim. İki dünya bir ola nəinki Rukiyə arvad, hətta qohumlarda bu  izdivacı qəbul etməyəcək, çünki Ege Rukiyənin əmisi nəvəsiylə sözlüydü. Demək böyük bir imtahanın içindəydik, qarşıda bizi daha da çətin günlər gözləyir. 
   Biraz sonra Aygünü evə yolladım.
  - Get süfrəni qur, dünən uşaqlarla babalarına masa açaçaqdıq səki, alınmadı. Deyirəm axşama yemeye bizə gəlsinlər. Bəlkə orda məsələni arvada açarıq. Bu işi gecikdirmək olmaz.
  - Bir dənəsən sən, anam mənim, canım mənim...
  - İşin düşendə anan oluram hə?-kürəyindən itələyib qapıdan çıxardım. 
   - Abla, ben de gide bilirmiyim, yardım edecem ?! 
  - Tabi gidə bilirsin. Amma yaramazlık yok! 
   - Bende gidecem, söz veriyorum Abla, yaramazlık yapmicam. 
   - Tamam, amma bi şartla, sürpirizi bozmayacaksız. Tamammı? 
   - Tamam... 
    Aygünü belə xöşbəxt görməmişdim. Təzə gəlinlər kimi nazlı gəlin olmuşdu. Üzündən nur yağırdı qızın. Sevincək uşaqları da götürüb aşağı yendi. 
  Birazdan bizim ev şənlənmişdi. Hətta Egenin sözlüsü və anası da gəlmişdi. Fatihə bu gün anasıgilnən danışmağımızı planlamışdır, amma onların gəlməsi planımızı pozdu. 
   Şənbə- bazar olduğundan Aygün iki gün idi evdəydi. Təbii ki,  Ege onu tək qoymurdu. Dostlarıyla görüşmək adıyla Aygünü də götürüb gəzməyə  gedirdilər. Nə deyə bilərdik ki, ər arvaddılar. Nəysə beləcə 15 gün kecdi.  Aygün  hər həftə evə gəlirdi. Şənbə bazar Egeylə Aygünün günü idi. Bu arada Fatihgilin də işi yox idi. O üzdən Fatıh arendaya verdiyi  özünün yük maşınıyla əlavə işə çıxırdı. Bəzən gecə yarısı gəlirdi, nə olur olsun hər gəlişində mütləq bizə girib sonra yuxarı qalxırdı. Günlük qazancı nə olurdusa yarısını mənə verirdi. Öz evlərinə nə alırdısa, bizim də evə onu alırdı. Amma nə gərək vardı ki, Aygün Ərzurumdaydı bizdə yemək yeyən kim idi ki? Özüm də bütün günü yuxarıda olurdum. Hər  gün onun işdən gəlməsini həsrətlə gözləyirdim. Ər arvad kimi idik lakin yatmağımız , gecəmiz ayrıydı. Onun yanında çox xoşbəxt idim. Elə o da məni diqqətsiz qoymurdu. Uşaq kimi nazımla oynayırdı. Adıcə başım ağrısın, uşaqlarla bəhanə edib bizi aşağı göndərırdı. 
   - Cocuklar Ablanız hasta olmuş, bu gün ona izin verirmisiniz, dinlenmesi lazım ?  
   Aşagı gedirdim amma uşaqlar da mənsiz durmurdu. Gəlirdilər yanıma. Bir də görürdüm Fatih uşaqları bəhanə edib bizə gəldi. Tam bir ailə kimi idik. Uşaqlarımız və ikimiz... Guya xəstə idim də, nə xəstəlik. Onunla baş başa qalmaq üçün, bəhanə. O da bunu bilirdi... 
     Hər gün demək olar ki Esigilnən danışırdım. Bir gün Esi dedi ki, o gün Nəzrin deyir ki, bu yaxınlarda  nənəmgilnən Türkiyəyə gedəcəyik. 
  - Xeyir ola? Nəyə?  Bizə? 
  - Hə bacı. Nə bilim vallah. Dedi Aygünün cehizlərin aparacağıq.
   - Nə cehiz Aygünün heç nəyə ehtiyyacı yoxdur. 
  Narahat olmağa başlamışdım. İstəmirdim kimsə gəlsin.
  Aygünə zəng elədim. Dedi mən çağırtdırmışam. Ay allah dəliyə dönmədimmi? Bu qızın özbaşına işləri məni öldürəcəkdi vallah. 
  - Ana, niyə başa düşmürsən, nə vaxta qədər belə gizlənə gizlənə ər arvad oyunu oynayacağıq ee... Mən istiyirəm yuvamı qurum, ərimlə bir yerdə xoşbəxt olum. Rukiyəyə dədəlik eləsə, ancaq bizimkilər edə bilər. Qoy bizi sahibsiz görməsinlər. Necə ki o öz qohum əqrabasını gözümüzə soxur, biz niyə  özümüzü gözə soxmayaq?  Gpdürəm belə getsə nə sən nə Fatih abi ağzınızı açmayasız. Egeylə də danışmışam. Ege də razıdır. Onlar gələcək məsələni Rukiyəyə açacaq. Qəbul edirsən elə, eləmirsən özün bilərsən deyəcək. Onsuz da qəbul etsələr də etməsələr də, biz Ərzurumdan ev tutmağı planlayırıq. Unversiteti bitirənə qədər orda qalacağıq. Sadece Ege məsələ açılmadan Ərzuruma getmək istəmir. 
   Yenə dərd ortağım Fatih idi. Zəng edib evə çağırtdım. Ağladım sızladım. Nə edəcəyik, neyləyəcəyik dedim. Bir tərəfdən də bizimkilərin bu oyundan xəbərləri yox idi. İndi də onlara hesabat hazırlamalıydım. Hələ Fatihi görsələr nə olacaq. Vayy vay...
   Yenə:
  - Yapacaq bi şey yok - deyib məni  təsəlli elədi.
   Və nəhayyət gözlənilən gün gəldi. Anam qardaşım, Nəzrin, qaynanam, qayınım bizə gəldilər. Hərəsinin əlində iki böyük böyük bağlama, aeroport çantaları, çamadanlar, qutular. Demək olar ki, avtobusun bir baqajını alıb bir qıza lazım olan gözlə görünən bütün cehizlik  malları alıb gətirmişdilər...  Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur...


20 BÖLÜM.

    Uzun sözün qısası Fatıhlə Aygünü bir təhər yola gətirdik ki, bu evlilik məsələsini hələlik RUkiyə qadına bildirməyək. Bizimkiləri də bir təhər yola verək bu məsələ açılmasın.
  - Yeri gəlirsə sən dərslərini bəhanə elə Ərzurumnan da gəlmə. Hələlik orda qal, biz burda işləri yoluna qoyaq.
   Çətinliklə razılaşdı. Amma bu belə çəkməyəcəkdi. Bizimkiləri  mən yaxşı bilirəm . Onların ailəsiylə görüşmədən getməyəcəkdilər. Odur ki, bu məsələni Fatihin atasıyla bərabər yoluna qoymağa qərar verdik. 
   Nəysə Fatih ilə bərabər bu barədə atası ilə də danışdıq. Ona başa saldıq ki, bu nigah Aygünün deportunu qaldırılması üçün bağlanan nigah idi . İndi uşaqlar bir birinə aşiq olublar.  Nigahı pozmaq istəmirlər. İndi nə edəcəyimizi bilmirik. Sizin xeyir duanızı istəyirlər. 
   Əslində kişi heç çaşmadı. Elə bil bu məsələnin açılmasını çoxdan gözləyirdi.
   Bizi də götürüb aşağı - bizə endi. Egeni də çağırdı. Oturub hər tərəfli onlarla danışdı. Bir birlərini həqiqətən də sevib sevmədiyini soruşdu. Ege - yazıq uşaq, qız kimi utancaq idi, atasıyla belə danışmağa utanırdı. Aygün isə, at balaxanım kimi kişiylə dilləşirdi. Sox aktif qız idi Aygün.  Ha qaş göz eliyib səsini kəsməsini biraz utanıb çəkinsəm də olmurdu. 
   Nəysə kişi Aygünlə Egeyə xeyir dua verdi. Aygünü qızıl dükanına aparıb qoluna bir bilərzik də aldı. Egeylə Aygünə pul verib evlilik alış verişinə göndərdi. Lakin möhkəm möhkəm tapşırdı ki , hələlik gözləyək. RUkiyə bu işi bir müddət  bilməməlidir. Rukiyəyə özüm məsələni başa salaram.
   - Ama abi, bizimkilər geliyor nasıl olacak bu iş? Onlara ne diyecez? Onlar diyorlar gelip düyün edecekler. Sizinle tanışacaklar. Ben biliyorum onları düğün yapmadan  gitmezler. Bu kadar kişi ordan  buraya geliyorsa demək, bildikleri bir şey var, ondan geliyorlar. 
   - Onlar bizi tanıyormuydu? Yok Tanımıyor sanıhorum. Gerekirse ben gelirim, onlarla tanışırım . Rukiyenin memlekette olduğunu söyleriz. Böyle çat katı Rukiyeye, "merhaba anne biz evlendik" diyemezsinız. Bilirsin Rukiyeni. Hasta, sinirli, kinli, tansiyon şeker... Madem böyle şey vardı, keşke bana gediğinizde söyleseydiniz. Men bi şeyler düşünürdüm bunca zaman. Bence en iyisi sizinkilere söyleyin ki, annesi bu evliliyi kabul etmiyor. Yabançı gelin istemiyor. O yüzden küsmüş, gidip köyde oturmuş. Ha bu arada Fatıh, anneni burdan götürmek gerekir, müsafirlerle karşılaşmasın diye.  Al anneni götür köye. Biliyorsun anneneni. Duysa, Nahidenin akrabaları gelmiş, muhakak onları görmek isteyecek. Zaten firsat arıyor ikinizi evlendirmeye. Diyecek hazır gelmişken... 
   Neysə bizimkilər gəldi. Dediyim kimi cer cehizlə. Aygün Ərzurumdaydı. Onları Egeylə mən qarşıladım.
    - Aygün hanı?
   - Aygün burda qalmır ki, dərsdədir. Ayda bir iki gün evə gələ ya gəlməyə. Birdən elə olur  iki üç aydan bir gəlir
   - Bəs Ege?  Ege nə yaxşı burdadır? 
   - Ege də hələlik burdadır. Çasnı işləyir burda , öz işləri dayanıb. Neçə vaxdır işi burdadır, onçun gəlib. Mən çağırdım, bugün , dedim, bala, mən buralara nabələdəm. Gəldi sağolsun, gəldik sizi qarşılamağa. 
   - Bilsəydik elə birbaşa Ərzuruma gedərdik. 
  - Ərzuruma nəyə?
- Demirsən Aygüngül orda olur? 
   - Yox ee başa düşmədiz. Ordadır düzdür. Amma orda yurdda qalır. Egenin də işi burdadır işi olmayanda  gedir ora. 
   - Belə ərlik arvadlıq olar? Biri Aranda biri Turanda. 
  - ƏŞii, nə bilim ee, tələbəlik həyatı. Düzələr... 
   - Nə vacib idi ee... Niyə gedib bir ev tuta bilmir orda? Ayrı vaxt  deyirsiz dağ belə aran belə, işləyir də bir evi tutmağa pul tapmır?
   - Əşi, siz də hər şeyi pul bilirsiz.  Elə şeylər var ki orda pul da keçmir.
  - Bəs bunun atası anası nə deyir, demir ay bala, cavan gəlini tək başına ərzuruma nəyə buraxmısan?
  Səbrdən çıxırdım artıq. 
  - Əşi bunlarda belə şey yoxdur. Evləndi fsyo, qurtardı getdi. Harda qalır, nə yeyir, nə içir, neynir, yatdımı - qalxdımı bunları maraqlandırmır. Nəysə siz rahatlanın mən gedirəm işə, uşaqlar yiyəsizdir evdə , icazə almışdım xazaykadan iki saatlıq. Ege de gedir işə. Özünüzü rahat hiss edin. Xaladelnikdə hər şey var. Hamam da rahatdır. Girin çimin yol gəlmisiz rahatlanın,  çay qoydum dəmləyin, için. Yemək də bişirib qoymuşam, katıletın də ətini hazırlamışam, qalıb qızartmaq. Yeyin için yatın dıncəlin. Axşama görüşərik. Görüm icazə verərlər sabaha? Nəysə mən qaçdım, gecikməyim. Gel Ege! 
   Bizimkilərə demişdim uşaq baxıcısı işləyirəm. Uşaqlar guya tamamılə yad, tanımadığım adamın uşaqlarıdır. Həqiqətən də Fatıh mənə iş izini və oturum vermişdi. Adım uşaqlara baxıcı kımı gedirdi. Sğortamı yatırırdı, dövlət statında maaş da göstərmişdi, göstərdiyi maaşı da verirdi.
  Beləliklə İş bəhanəsiylə Egeylə aradan çıxdıq. İndi canımı qurtardım amma sora nolacaq bilmirəm. Fatıhə zəng etdim. Dedi gəlin aşağıdakı kafeyə. Atası da ordaydı. Belə qərara gəldik ki, bizimkilərə deyək ki, guya Egenin ailəsi məmləkətə gedib. Əgər onlar kəndə getmək istəsələr, qətiyyən buna şərait yaratmasınlar bir bəhanəylə onları bu fikirdən daşındırmaq mənim boynumaydı . Ege də bu gündən onların gözünə görünməsin, guya gedib Ərzuruma. Aygün də ağzını möhkəm tutsun. Kişi də tez bir zamanda Rukiyəyə pişim pişimlə məsələni başa salsın. Rukiyə xala bu işə xeyr dua verəcəyinə inanmırdıq, amma bərk ayaqda kişi səs küy salıb özü qabağa düşəcəkdi. Bəli bütün bunları Aygünlə görüntülü  müzakirə etdik. Bir də mənim bir vəzifəm vardı. Bütün günü "işdə" olacaqdım. Onlarla maraqlanmayacam, onlar da burda sıxılıb, axırda məcbur olub gedəcəklər. 
   Bəli beləcə 10 gün keçdi. Bu 10 gündə sadece gecələr evdə olurdum. Əməlli başlı sıxılmışdılar. Bir yerə gedə bilmirdilər, heç haranı tanımırdılar. Tək getdikləri yer pəncərədən görsənən park, məhəllədəki dükan bazar idi. Ege də guya Ərzurumdaydı. 
   Fatihin atası RUkiyəylə danışmışdı. Demişdi ki, Egeylə Aygün bir birini sevir,  qohumları gəlmişkən, gəl bu işi rəsmiləşdirək. Arvad dünyanı dağıdırdı.  Bütün acığını üstümə tökdü. Çox çətin vəziyyətdəydik. Arvad mənimle yaman tərs düşmüşdü. 
  Nəysə, bizimkilərin israrından sonra Aygün də gəldı. Di gəl bu arvad qanın qaşığa qoydu,  Aygünün burda olduğunu eşidib Egeni dizinin  yanından buraxmadı ki buraxmadı. Bizimkilər Egeni soruşanda bəhnə etdik ki işləyir, mesaiyə qalır, evə gəlməyə zamanı olmur,  uzaq yer gəlib gedə bilmir, elə işlədiyi şəhərdə qalır... 
   - Ay bala belə şey olar? Cavan ailə, biri dərsdə, biri işdə. Evə gələndə də bir birlərini görmürlər. Hara gedəcək bunların sonu. Soyyacaqlar bir birlərindən. 
  Bizimkilər belə ailə düzənindən narazılıq edirdi. 
   Aygün şənbə bazar qalıb getməliydi. Bizimkilər dirəşdilər ki, gəlmişkən gedək qaynatangilə kəndə. Biz sizi barışdırarıq.
   - lAzım deyil, canları çıxsın özləri gəlsinlər. Xəbər göndərmişəm əmisi dayısı nənələri gəlib dedim. Niyə gəlmədilər? (Artistliyə başladım) Heç gəlməsinlər.  Elə belə yaxşıdır uzaqdan uzağa, dinməyin, qoyun oturmuşuq yerimizdə. Məni sayan başımın tacıdır, saymayan dabanımın dalıdır. Qoy rədd olsunlar əynə. 
   - Boy, ay bala, bu nəvaxta qədər belə gedəcək?  
   - Həmişə... 
  - Qələtini elə! 
  - Atalar deyib oğlan evi alınca, qız evi ölüncə... 
  - Heylə şey yoxdur. Mən qızımı heç kimin ayağına vermərəm. Özləri nə vaxt qəbul edər, o zaman qızım onların gəlinidir etməz ozləri bilər. Axı nəyinə lazım ee, başını cəncələ soxsun. Aygüne onlardan çay gəlir, çörəyi gəlir... 
  -Böyüksüz ev kor dəyirman kimi şeydir. 
  - Onlara böyük lazımdırsa, böyük mən. Yeri gəlsə heç mən də lazım deyiləm. İndiki cavanlar sərbəstlik axtarır. 
  - Başı qaçıb Allah haqqı bunun.  Ölüm hərləyirvee hayasızı. Vurub öldürəcəm ee... Day deynən qızının ayağının altına daş qoyan anasıdır da... - Qardaşım estümə coşdu. 
   - YAxşı eləyirəm. Kaş vaxtında mənim də ayağımın altına daş qoyan olsaydı, indi Türkiyənin küçələrində sürünməzdim. Qoy uşağım ürəkli olsun.  Heç kimin ayaqaltısı olmasın. 
- Ürəkli olanda da talağını verəcəklər qoltuğuna deyəcəklər di get, qalacaq ortalıqda.  Camaat da deyəcək anası da sərbəstlik axtarıb qaçdı Türkiyəyə indi də qızı /qayınım tərs tərs üzümə baxıb dilləndi - görən də dedi sahib çıxmadıq, day demədilər gəlin qızıb düşdü küçələrə. 
   - Mənim 18 il ərim olmadı amma ailəm oldu, nolsun? Kim yaralı barmağıma tüpürdü? Üzüm dansaqlı qulağım söyüşlü. Nahidə sizə lazım idi?  Yox... Nahidə sizin arvadlarınızın peşqası olmağa lazım idi.
   - İndi kimin peşqasısan?  Tanımadığın türkün...
   - İndi özümün... İşləyirəm maaşımı alıram. İstədiyim kimi gəzirəm geyinirəm, özüm öz ayaqlarımın üstündə dayanıram, heç kim məni güdmür, telfonumu kontrol etmir.
   - Bİz sənə xərclik vermirdik də, almırdıq.
  - Alirdız, verirdiz, minnətiniz də yumuruq kimi təpəmin ortasındaydı. Söz haqqım da yox idi, öz haqqım da... Qalmışdım ortalıqda... Qalmadımmı ortalıqda? Olmaz olsun elə ailə. İndi nə ailəm var, nə ərim var yaşayıram xan kefində. Şükür, bu mənim evim eşiyim, bu mənim işim...  Heç kimə də minnətim yox. Xoruz yoxdur səhər açılmırdı?  Mən özüm həm kişiyəm, həm qadınam.  Həm ailəyəm, həm özümün sahibiyəm. Yadınızda saxlayın, heç bir qadın acız deyil, o qadını acız edən geri qalmış zıhniyyət, dəstək verməyən ailədir. Qoy ürəkli olsun uşağım da.  QArıçmayın. Mən heç kimin ayağına uşağımı vermərəm. Qəbul edirlər etsinlər, etmirlərsə körpü çayın o tayı. Mən kiminsənin nə dediyi üçün yaşamıram, bundan sonra özümüz üçün yaşayacağıq. Belə yaxşıdır. 
  Bizimkilər təşvişə düşmüşdü.  Məni tanıya bilmirdilər. Deyirdilər ki, belə özbaşınalıq olmaz, gəlin nə qələt edir qaynanaya, qaynataya naz edir. Dirəşmişdilər ki, nə olur olsun bu məsələni yoluna qoymadan getməyəcəklər. Aygünlə Egenin ailəsini barışdırıb, sonra gedəcəklər.
Qayınım dedi, növbəti dərs ilində özüm gələcəm, Aygünü qiyabiyə keçirib, aparıb qoyacam qaynanasının yanına, qoy qiyabi oxusun. Bir gəlin qaynana bir birinə isinişsinlər. Nə desəm də faydası yox idi.
    Nəysə iş o yerə qaldı ki Egenin atası dedi ki, madem belə israr  edirlər gəlim bunları götürüm gedək bacım gılə guya bacım Egenin anasıdır. Tam bir oyun... 
    Qurban olum allaha.  Ehtiyyac qalmadı belə yalana əl atmağa. Gecə yarısı hay düşdü. Fatıhin xanımı dünyasını dəyişmişdi. Bəli, guya ölən  EGenin ölən qardaşının arvadıydı. Beləcə baş qarışdı.  Toy- moy, barışıq  marışıq söhbəti kəsildi. İndi bu səfər də bizimkilər dirəşdi ki, elə bəhanədir durun gedək.  Aygünü də aparaq, necə olsa ölən eltisidir. Yenə bir təhər sakitləşdirdim ki, oturun yerinzdə. Bunlar bizim kimi deyillər ki yasa gələn düşmənlə qucaqlaşıb ağlayalar. Sən öl bir biyabırçılıq edərlər ki... 
   Qadını dəfin etmək üçün məmləkətə apardılar. Cənazədən sonra Aygün Ərzuruma getməliydi. Qayınım, qardaşım və Nəzrin də onunla getdilər. Gəzməyə. Anamla qaynanam mənim yanımda qaldılar. 
  Fatihin uşaqları da bütün ailəylə bərabər kəndə getmişdilər. Ege də.  Mən bunlarla baş başa aaldım . Qaynanam dirəşmişdı ki,  gəlmişkən Aygünün evin də hazırlayaq. Otağın birini ayıraq yataq mebelini alaq qoyaq, evini bəzəyək hazırlıqlı gəlmişik. 
  - Ay Allah evini tiksin, Aygünün evi var ki? Qoy görək də neynirik bir. Mən burda kiradayam, işləyirəm. Bu gün sabah desələr ki işdən çıx çıxasıyam. Əmim oğlu deyil xalam oğlu deyil, nə deyib camaatdan iş istəyəcəm. İşdən çıxsam məcbur qayıdacam ora. Burda işsiz gücsüz neyləyəcəm ki? Hələ bu qədər şeyləri də boşuna gətirmisiz. Nə lazım idi ki? Azərbaycana gedəsi olsam bunları neyləyəcəm? Gözləyəydiz bir Aygün məktəbi qurtaraqydı, bir təyinatını alaydı görək bir hara düşür. Bir ev eşik düzəldəydilər özlərinə, ondan sonra da. Qaçırdı? 
   - Deyəcəkdilər bu qıza cehiz zad vermədilər. Yiyəsizdi? Görmüşük qızın özündən qabaq cehizi geder. 
  - Deməzlər, ay başına dönüm deməzlər. O ordadır. Burda elə şey yoxdur. Burda yiyəndə sahib də özünsən  vəssalam... 
   - O yoxdur, bu yoxdur. Bə nə var burda. Bunlar nətər adamdılar ee... Bir qınaq yox dılə gətirmək yox... 
  - Yoxdur da yoxdur. Sənə qınaq lazımdır? Burda hamı özü üçün yaşayır. Burda deyəcəklər, dedilər yoxdur. Hər nəyəm eləyəm.
   Nəysə günümüz bir yerdə keçirdi. Bütün Aydını onlara gəzdirdim. Özüm də heç bir yeri tanımırdım. Amma elə ayağımız hara başımız ora. Gəzirdik özümüz üçün. Anamın danışıqlarından belə başa düşürdüm ki, getmək istəmir, burda qalacaq. Yüz faiz yenə qardaşım arvadları anamı burunlayıblar. Həmişə elə olurdu. Anam onları heç vaxt ayağa  vermirdi. Elə deyirdi ki, uşaqları belə qoyub gedib orda rahat otura bilmərəm. Fikirim qalacaq burda sizin  yanınızda . Hələ Aygün də  belə, ay bala, nətər qoyum gedim ee, egeylə bir yerə yığışsın, qaynanasıyla barışsın ürəyim arxayın olsun. Sən də dul gəlinsən, qadan alım ay Nahidə, cavansan, burda yiyəsiz başsız. Hərənin ağzı bir hava salır. Biri deyir Nahidəni saxlayanı var, biri deyir baxıcılıq etmək bəhanədir.  Camaatın ağzını yığa bilmirəm orda. Burda qalsam yenə söz söhbət kəsər. 
  - off ayy ana, bezdirdi ee day oranın söz söhbəri. Əşi, şükür ki gəlib özünüz gördüz. Mən əsilində ev sahibinin evində qalmalıydım. Elə bu dedi qodunun dərdindən canım çıxdı kirayə ev tutmuşam, dünya pul verirəm kiraya. Görürsüz də. Gedib camaatın ağzını yığarsız.
   - Ay bala nə qədər yığsaq da Türkiyənin adı Türkiyədi. Yolun azan, cızığınan çıxan Türkiyəyə qaçır... 
   Cin beynimə vururdu. 
  - Hə mən də yolumu azmışam, cızığımdan çıxmışam sonra? Yaxşı ki elə qayımnımgıl də gəldilər özləri gözləriylə gördülər məni. İnnən sora kim nə deyir desin. Vecimə deyil. 
    Nəysə, anam iki ayağın bir başmağına dirədi ki, gedirəm bir aydan sonra qayıdacam. 
   Dedi də etdi də. Bir aydan sonra  anam gəldi. Anam gəlməkdə korona qarantini başlamaqda. Yollar bağlandı, anam bizdə qalası oldu. Artıq anamla bir evin altında yaşayırdıq, "ev bizim sirr bizim" söhbəti yox idi daha. Yanında "Tfu" eləməli deyildi, nə eşidirdi, nə görürdü hamısı  qardaşlarımın, qardaşım arvarlarının, bacısı, bacısı uşaqlarının ovcunda idi. 
  Aygünun də dərsi bağlandığından evə gəlmişdi.  Bu arada Fatihgil də xarıcə çıxmışdılar, lakin yollar bağlandığından orda qalmışdılar. Anam hər gün Azərbaycanla görüntülü danışır. İşi gücü bütün günü, Aygünlə Egeni müzakirə etmək idi.
  - Ay balam bunlar necə ər arvaddır?  Bu qədər vaxdır burdayam, bunların bir yerdə yatıb qalxdığını görməmişəm. Əri də gedib xarıcdədir... 
     Özüm burda olsam da saqqızım Azərbaycanda çiynənirdi. İndi də söz yayılmışdı ki, Aygünü əri gətirib atıb anasının üstünə, özü də gedib xarıcə, orda saxladığı var, hələ uşağı olduğunu da deyirdilər. Bütün bu deyilənlər Aygünə pis təsir edirdi.  Onsuz da Ege üçün darıxırdı. Onun xaricdə olmasından nigaran idi, indi də bu dedi qodu onu narahat edirdi. Həqiqətən də Egenin başqa bir qadınla əlaqəsi olduğunu düşünürdü. 
   Bir tərəfdən də Egenin anası dirəşmişdi ki, anan burdaykən Fatihlə səni evləndirək. 
  Anamla Rukiyə xala tanış olmuşdular. Hətta rəfiqə olmuşdular. Bir birinin dilini başa düşməsə də, anlaşa bilirdilər. Rukiyə hara gedirdi anamı da özüylə aparırdı ona görə anam darıxmırdı. Egenin RUkiyənin oğlu olduğunu da bilirdi. 
  - Ana qurban olum, çörəyimlə oynama. Rukiyə elə bilir Egeylə Aygün boşanıblar, bax onların adını Rukiyənin yanında ağzına alma. 
   - Boy ay bala elə şey olar?  Bunlar nə vaxta qədər belə gizlənpaç oynayacaqlar? Bəs sabah uşaqları olsa... 
    -Əşi sənin nə işinə, özləri bilər. 
  Anam da dayanmadan, Aygünü Rukiyənin yanında tərifə basırdı. Nəysə uzun sözün qısası. Anam Aygünü tərifləməkdə Rukiyə məni araya soxmaqda. Yaxşı ki anamın tərcüməcisi mən idim.
     Bir gün bizim orda gündəmə yeni xəbər bomba kimi düşdü. Nəzrini qonşumuzun oğluna nişanladılar. Nəzirinin nişanlanması xəbəri Anamın başını elə qarışdırmışdı ki, Aygün yadından çıxmışdı. Bu arada da Rukiyə arvad  özü öz yanından Egenin toy nişan işini rəsmiləşdirməyə qərara vermişdi. Fikiri var idi karantin daha da sərtləşmədəm Egeylə əmi nəvəsini, mənimlə Fatihin nigahını elətdirə. Yollar açılıb, onlar gələn kimi Egeyə nişan aparacaqdılar , sonra da nigah... Bizi Fatihin evinə köçüb buranı boşaldacaqdıq, Ege xanımıyla burda yaşayacaqdı. Fatihlə də mən uşaqlarla Fatihin evində.
   Aygün dəliyə dönmüşdü. Daha onu saxlamaq mümkün deyildi. Anamın da şaxsey vaxseyi  bir tərəfdən bizi çaşdırmışdı...
QARANLIQ GECƏNİN İŞIQLI SABAHI

21 BÖLÜM.

        F  İ  N  A  L

  Aləm bir birinə qarışmışdı. Bir Rukiyənin qorxusundan uşaqları ortaya çıxara bilmirdik. Fatihgil  xarıcdə gələn gündən evdə qırğın gedirdi. Rukiyə Egenin üzünə dirəşmışdı ki, hazırlaş qız istəməyə gedirik . Lakin  səssiz - sakit, utancaq bildiyim Ege ona qarşı çıxırdı. Aygünü sevirəm deyirdi. Aygünlə  mən Azərbaycandan gələndə evlənib gəlmişik deyirdi. Amma Rukiyə bunu ciddiyə almırdı. Elə bilirdi evlilikdən boyun qaçırmaq üçün  Ege belə yalan uydurur.
    Axır qərara aldıq ki, hamımız bir yerə toplanaq, vəziyyətin ciddiliyini RUkiyəylə başa salaq.
  Evdə danışa bilmirdik. Kollektiv görüş - iclas yerimiz aşağıdakı kafe idi. Bəli qərar verildi. Fatihin atası RUkiyəylə bu axşam danışacaqdı...
  Danışdı. Nigah şəhadətnaməsini də  Rukiyənin önünə qoydu. Axşam 8  9  olardı, bizim müsibət ərşə qalxmışdı. Rukiyə arvadı hələ belə əsəbi görməmişdim. İməkləyə İməkləyə bizə düşmüşdü. Pis pis söyüşlərlə Aygünü söyüb batırırdı. Aygünə ağzına gələni deyirdi. Anam da özünə şivən tutmuşdu. Gah mənim yançağımdan çımdik qoparır, məni hədələyir, gah da üzünə saxta  gülüş verərək elə bizim dildə "qadan alım, başına dönümlə" Rukiyəni malalayırdı.
  Ege anasını sahitləşdirə bilmədiyini görüb Fatihə zəng elədi. Bu vaxta qədər anam Fatihlə üz üzə gəlməmişdi, heç onun burda olduğunu, mənim hələ də onunla əlaqədə olduğunu da bilmirdi, Aygünün qayını olduğunu da. Egenin bir qardaşı öldüyünü, o biri qardaşının da xarıcdə olduğunu bilirdi ama. Bu uşaqlar da ölən qardaşının uşaqları olduğunu bilirdi. 
   Nəysə Fatih gəlib anasını sakitləşdirməyə çalışdı. Lakin anası kiriməyincə Fatih anasını çıyninə alıb evdən çıxardı. Rukiyə elə Fatihin çiynindən qışqırırdı :
   - En gec yarın evimi terk edin, def olun nerye giderseniz gidin, duydunuz deyilmi?  Defolun evimden.
  Rukiyənin verdiyi nota dizlərimi bükdü. Hara gedəcəm,nə edəcəm, zatən qarantındir hər yerdə, nə edəcəm...
   Nəysə Fatih, anasını götürüb getdi, Egeylə atası bizdəydi. Aygün də mən də ağlayırdım.. O vaxt bəlkə də fikir verməmişdik , adı bir şey kimi gəlirdi bizə. Amma sonradan anamın o hay harayda danışdıqıqları yadımıza düşəndə gülməkdən keçib gedirdik. Anam elə bilirdi ki, Rukiyə Aygünlə qaynana gəlin kimi dalaşır. 
    - Qardaş başına dönüm sənin, bir qız bir oğlanındı - Fatihin atasına deyirdi - Hindı,  sənin qadan alım, bu cavanlar bir birin sevib, evlənməyə rəy veriblər, nağara bilərik?  Bizə də ağsaqqal kimi, ağbirçək kimi Allah xeyir versin demək düşər də , sənin başaa dönüm ay qardaş. Day iş işdən keçıb nağayraq olar? Get sən Allah arvadını pişim pişimlə başa sal. Uşaxlar evlənif, nağayrax, neyniyək boşatdırax? Allaha ağır gedər. Boşanma, yuva dağıtmaq şeytan işidir. Bax bu çiyəri yanmışın (məni deyir) tutduğu hər iş belə hətərən - pətərəndi. Elə qız vaxtından tərs damar idi,  burnunun dikine gedən idi. Özbaşına məsləhətsiz iş görən idi. qızı da özünə oxşayıb. 
   Yazıq kişi anamın nə dediyini  başa düşməsə də ciddi ciddi başıyla onun sözlərini təsdiq edirdi.
    Anam belə şirin şirin danışdığı yerdə birdən ağlına nə gəldisə tərs tərs üzümə baxdı.
   - Ağız, o arvadı qoltuğuna vurub gedən kişi  kimiydi?
   Vəssalam... Zibilimizin üstü açılmışdı.
  - Az sənnənəm ee, qancığın qızı, bu o gədədi? Dənizdə sənnən şikil çəkilən?
   - Ay ana qurban olum, sən allah, başlama göyəy, yeri deyil...
   - Azzar yeri deyil, çor yeri deyil. Nə başlama. Bir o qalıf burda ad qazanarsan?
   - Ana qurban olum, zibili zibilə qatma, onsuz da başım qazana dönüb.
   - Cəhənnəmə dönsün. Hiii... Az, yoxsa bu?... Nəyidi az, bu qodux bunların.
   Arvadın 180 dərəcə dəyişməsinə Ege de, kişi də mat qalmışdı. Ege Aygün baxıb nə baş verdiyini sorurdu. Aygün də ona üstüörtülü  başa saldı.
   - Nene (Aygün nənə dediyi üçün, Ege de ona nənə deyirdi), o benim ağabeyim, yabançı deyil, merak etmə.
   Anam Aygünə baxdı.
   - Nə deyir aaz bu.
   - Heç nə qardaşıdır.
  - Buyy... Allah maa ölüm ver. Nə deyir az bu - anam iki əlli, üzünü şapıldatdı-Az nə deyir bu, cavab ver dayna, nə ağzına su alıb susmusan. Az deməli ana böyük qardaşnan çüküldəşir, qız balacaynan?  Bıy allah üstünə od töksun...  Dağı a dünya, bu nə biyabırçılıqdır Allah!? Day deynən get palaza bürün öl, camaat içinə çıxma da... Oyy Allahım ooyyy... 
  Arvad özünə divan tutub gah ağlayır gah üzün çırırdı. O qədər özünə həşir gəldi ki, qəfildən halsızlaşdı. Egeylə köməkləşib onu divana uzandırmışdıq ki, qapı zərblə çırpılmağa başladı. Gələn Egenin sözlüsünün sülaləsi idi. Evdə qan su  yerindən axırdı. Qardaşları vurub Egenin başın gözün partlatmışdı, bacıları və anası Aygünü  saç baş etmişdi... 
   Nəysə nə başınızı ağrıdım,  iş qonşuların şıkayyətiylə karakola qədər uzandı. Bizi buraxdılar, çünki söz bizdəydi. Kənardan biri ər arvada oturduğu yerdə hücum çəkmişdi. Rukiyə qəbul etsə də etməsə də, Egeylə Aygün qanuni ər arvad idilər.
   Səhəri RUkiyəylə Egenin sözlüsü qapını kəsirdi ki, günü bu gün rədd olun, gedin burdan...
  İş bu yerə qalanda Fatıh əlimdən tutub məni çəkdi.
   _Haydi gel! Bakalım bundan sonra ne yapacak annem?
   Elə bu vaxt Ege Aygünün əlindən tutub bayra çıxdı. 
   - Zaten ben bir dakika bile burada durmam, alıp karımı gidiyorum!
   - Bəs mən?  - anam da öz hayındagah mənə, gah Aygünə baxırdı.
   - Nənə, qaynanam olmasaydı səni də qaynatam alardım, bitərdi bu iş.
   Qəhqəhə çəkib gülərkən anam ayağından şəpıdı çıxarıb Aygünə tulladı.
  Bir tərəfdən də Egenin Aygünə sahiblənməsi, sözlüsünə pis təsir edirdi. Bizim gülüşməyimizin səbəbini başa düşməyib, bizim ona lağ etdiyimizi fikirləşdi. Egenin üstünə hücum çəkdi. Qırğın qalxdı nə qalxdı. Mən də sakit dayanmırdım. Özümü əməlli başlı hayasızlığa qoymuşdum. Mənə qol qanad verən Egenin Aygünə qarşı sevgisi idi.
   - Gidin ne biliyorsanız yapın, elinizden gelenin ardınıza koymayın. Gençler bir birini sevmişler, evlənmişlər. Bize laf düşmez, anladınızmı? Şimdi Rukiye teyze, onları kovuyorsun ama gün gelir, pişman olursun. Ne yapsanız da onları ayıramazsın.
    Nəysə iş o yerə qaldı ki, biz Fatihin evinə köçəsi olduq.  Rukiyə buna qarşı çıxsa da, Fatıh bir kelme :
 - Burası benim evim, anne.Nahide hanım da benim çoçuklarmın muallimi, ve benim evimde yatılı kalacak... 
   Aygünlə Ege isə bir neçə gün oteldə qaldıqdan sonra başqa bir məhəllədən ev tapıb oraya köçdülər.  Qaldığımız evə aldığım bəyaz əşyaları onlara verdim, qalan heç bir şey götürmədilər. Qaynatası irəli kecib bir evə nə lazımsa hər şeyi sıfırdan aldı, Aygünün evini qurduq. Bəli Egeylə Aygün öz yeni evlərində yeni həyatlarına  başladı. Biz isə Fatihin evində... 
   Anam, özünə divan tutmuşdu ki, bəs bu necə olacaq? Madem belə şey vardı niyə Aygünlə Egenin evlənməsinə razılıq verirdin?  
   Nəysə istəməsəm də oturub, hadısələrin məzmununu anama başa saldım
  - İndi nolacaq bu? Necə olacaq. Sən bu kişiylə bir damın altında necə qalacaqsan? O o biri otaqda, sən burda? Ay Allah, camaatın üzünə necə baxacağıq, qardaşların başını kəsəcək. 
  - Yenə ağzımı açdırma mənim. Nə işinə qalıb ee qardaşın? Mən onların işinə qarışışıram? Burdur ee, Qızını nişanladı, zəng eləyib dedi ki, ay bacı qızımı verirəm?  Mən niyə ailəmin problemini onlarla bölüşməliyəm ki?  Sən də ağzını bağla,  mənim evimin dərdi onlara qalmayıb, burda nə olur orda camaat zəng edir mənə deyir. Nə var indi, nəyə çırt olan kimi zəng eləyib onların ovcuna qoyursan?  Əlinə nə verirlər? Az, inan Allaha and olsun, orda məni istəyən yoxdur. Biri məni səndən soruşursa bil ki, məni bəzəyə qoymaq üçün  səndən söz alır. İçi gəlinlərin qarışıq... 
   Mənim tənbehim anamın xətrinə dəymışdı. Özünü otağın birinə qapadıb, mənnən danışmırdı. Ürəyim də dözmürdü. Vicdanım yol vermirdi. Burda qəribçillikdə, onsuz da darıxır. Anamın belə olmasına baxmayın. Biraz nazlı, xanımdır. Məhz elə bu nazlı, küsəyən xasiyyətinə görə də heç bir gəlinin qızın yanında otura bimırdi. Mənə qarşı nə qədər qəddar olsa da, nə qədər didişsək də mən övladlıq borcumu yerinə yetirib onun könlünü almağı da bacarırdım. Yenə ürəyimin yumuşaq damarı sızlayirdı. Otağına keçıb kölnünü aldım. Qucaqlayıb üzündən öpdüm. 
   - Ana, qurban olum, görürsən bu aralar nə vəziyyətdəyik. İndi bir səhvimi , düzdürmü, hər nəysə  bir qələtdi elədik, oldu bitdi. Bax görürsən, Aygünə əri necə sahib çıxdı? Arvadını vermədi heç kimin ayağına. Getdi yuvasını qurdu. Yığdı ailəsini başına. İndi bir dənə o arvad qəbul eləmir də, üzə düşüb neyniyək, eləmir eləməsin. Vaxt gələndə edəcək. 
   - Mənə o yer eləmir ee, ay qızım.  Mənə yer eləyən sənin bu gədəylə adın çıxmış, sonra da qızın onun qardaşIyla... Vallah ayıbdır ee, mən bu yaşda hələ anayam xəcalət çəkirəm, gör bunu eşidən olsa nə deyəcək? 
-  Sən deməsən kim eşidəcək? 
   - Boyy... 
- Nə booy ana? Burda səndən başka kim var? Mənim evimin sirrini səndən başqa kim bilir. Kim nə bilir, mən kimnən oturub dururam, kim nə bilir Ege Fatihin nəyidir? 
   - Bilməyəcəklər? 
   - Yox... Sən deməsən... 
  - Ay qızım, o..x elə şeydı səssiz çıxsa da qoxusu aləmi götürəcək... 
   - Götürsün də... Pah dədəm vay... Biraz ətrafı narahat edəcək, sonra keçib gedəcək, alışaqlar. 
   Anam etiraz etsə də, söz tapa bilmirdi.
  - İndi necə olacaq. Sən indi burda bunnan bir damın altında...Deyək ki, qardaşların cəhənnəm, qoymarıq gəlsinlər bura. Bəs qayının gəlsə, bunu görsə, hələ bu Aygünün qayını olduğunu bilsə...  Hələ mən də bu gün sabah çıxıb getsəm. Kimə inandıra bilərik ki a başına dönüm, bunlar bir damın altında bir yerdə olurlar, amma yatıb qalxmırlar? Vayy vayy... El aləm  içində... 
   - Heç kim gəlmiyəcək, bilməyəcək. Gələn də əmisidir, babasıdır, nənəsidir gəlir gəlsin Aygünün evinə. Nə işimə qalıb, özləri bilər. Mən də sayıb gedib görüşərəm. Belə də ki, nəyimə lazımdır ee. Nəyimdir axı onlar mənim, rəhmətlik ərimin qohum əqrabası. Uşağımın əmisi, nənəsi babası. Ərim öldü vəssalam. Mənim onlarla olan bağım qırıldı, qurtardı.  Kimi nə maraqlandırır ee Nahidə kimnən oturdu durdu, kimnən yatdı qalxdı? 
  - Elə demə bala neçə ildir onların çörəyin yemisən...
  - Məcbur yedirdiblər dəə, ermənilər də bizimkiləri əsir aparıb bir tikə qabağına tula payı atıb, indi demək erməniyə minnətdar olmalıdır? Mənim o əsirlikdəkilərdən nə fərqım vardı ay ana?  Sənin xəbərin yoxuydu guya?  Var idi ee, birdən Nahidə sizə yük olar deyə özünüzü qoymuşdu uz korluğa. Mən də bir yolun tapmalıyam da öz  həyatımın. Niyə axı ömrüm boyu o əsirlikdə qalmalıydım ki? Qismət belə gətirdi neyləyim indi? 
   - Sən indi buna həyat deyirsən? Qismət deyirsən? 
   - Nə bilim, şükür mənə nə lazımdır, sizə nə lazımdır? Kiminsə boynuna yük olmamışam ki, işləyirəm də, pulumu qazanıram, Fatıh də pis oğlan deyil, görürsən necə ismətli, abırlı adamdır.  Hec artıq əskik hərəkətini gördünmü? Görürsən necə səbirli, ağır başlı adamdır? Nolsun ee onnan mənim aramda nəsə var?Gör heç həddini aşır? Onun yerinə kim olsaydı anasının sözüylə atardı bizi küçəyə. Əgər istəməsəydi, gün keçirtmək istəsəydi. Deyərdi əşi... Bax adam kimi bizə yer verdi. İşimdən çörəyimdən etmədi məni...
  - Nəyin hesabına? Dənizdə oynaşmağın? 
   - Hər nəyin... Axir ki küçədə qalmadım. Hələ anamsan deyə, hörmət etdi, səni də evinə gətirdi. Onun yerinə kim olsaydı deyərdi nəyimə lazım ee... Ana, o mənnən gün keçirtmək istəmir, elə əvvəldən almaq istəyirdi məni. Aygünlə Egenin heç söhbəti də yox idi. Danışdım axı sənə. Bu kəbin saxta idi. Aygünün deport qalxması üçün. Bura gələn kimi boşanacaqdılar. İndi iş belə gətirdi də, neyləyək? Sevdilər bir  birini, kəbini pozmadılar. Neyləyək deyim ki, get boşan, mən Fatihə gedirəm? Neyniyim ana, mən istəyərdim belə olsun? Anayam ee mən ana... Mənim yerimə sən olsan neyliyəsən. Məcbur çəkiləcəm kənara. Balamın xoşbəxtliyi üçün. 
   - Elə mən də onnan narahatam da, indi nolacaq?
-Bilmirəm ana, qoy bu pandemu çıxsın, yəqin bir ev tapıb çıxacam. Burda qalan deyiləm qorxma. Mən də fikirləşirəm ki, bundan sonra bizim bir yerdə yaşamağımız düz çıxmaz, onnan mənimki də tutmaz, uşaq deyiləm mən. Bir iş tapıb işləyəcəm. Görüm, bir , yollar açılsın gedəcəm əvvəl işlədiyim  şəhərə.  Deyirəm  bir fabrikə gedim , görüm nə deyirlər.  Hələ ki pandemudan yana işyerləri bağlanıb.  Hələ bir açılsın ora. İnşallah ki, alarlar işə. 
   Mənim bu sözlərim anamı sakitləşdirə də, eyni zamanda qorxuya  da salmışdı. Arada bir dili atırdı. 
   - Ay Nahış, deyirəm day olan olub, keçən keçib. Vallah bu elin qınağı olmasa elə Fatih alardı səni, deyirsən ev tapıb gedəcəm, işimi dəyişəcəm. Ay bala, kimə rast gələsən, nə cür adamla qarşılaşan adam bunnan qorxur. Nətər deyərlər ee, eşşəyə minmək bir ayıb, düşmək iki.
   Bəli beləcə aradan bir neçə ay keçdi. Aygün də yüklənmişdi. Ana olacaqdı. Bu evdə hamını bir başqa sevindirirdi. Anam arada Aygüngilə getsə də, heç yarım saat keçmədən qayıdırdı. Görünün məni Fatihin evində tək buraxmaq istəmirdi. Yazıq Fatih pandemu olsa belə bütün günü işləyirdi. Rəsmi pandemu günlərində də zaten heç kim bayra çıxmırdı. Anam da yanımda olurdu, Fatıh də canı darıxanda yuxarı çıxırdı anasıgilə, ya da görürdün atası gəlirdi bizə... Heç onunla baş başa qala bilmirdik. Yuxarı evdə necə sevgili həyatı yaşayırdıq, burda da elə. Orda Rukiyə qara qamış olmuşdu, burda da anam. 
   Anamla Fatihin evində qalmağım Rukiyəni səbirdən çıxarsa da bu da çox çəkmədi. Bir gün Rukiyə Fatihin evinə gəldi.
   - Zaten seni nakadar sevdiyimi biliyordun Nahide. Sana kanım kaynamışdı. Seni çoçukları bakıcısı değil, onların annesi gibi görüyordum.
   - Sağol Rukiye teyze, Allah razı olsun. Ben de sizden heç şikayyetçi olmadım. Bu qurbette sizi kendime arka bildim. Bana destekçi oldunuz.
  - Öyleyimdir. Ama sen beni kırdın. Sen bana söylemen lazımdı. Belki Egeyle Aygünü bilseydim, ona karşı da senin gibi olurdum.
   - Değişen bir şey yok canım benim- qucaqlayıb üzünden öpdüm - Sen bizim büyüyümüzsün. Napalm. Böyle oldu. Yapacak bi şey yok. Hadı sen de Hayırlı olsun de bitsin bu iş. Deyəsən yumuşalmışdı, amma inad edirdi.
    Bu arada anam  mənə bir şey deməsə də  çox narahat olduğunu hiss edirdim. Bilirdim ki Azərbaycanda nəsə baş verib. Yenə həmişəki kimi məndən gizlədir. Anamı yaxşı tanıyirdım. Qızlarının bir  zibili olanda həmişə qınayır, danlayır, deyinirdi. Amma oğlanları bir şey eləsə iki dünya bir ola bizlə paylaşmazdı. Bilirdim nəsə baş verib, amma demir.
   Bir gün Aygün zəng elədi ki, bəs xəbərin var xəbərdən? Nişanlısı Nəzrini başqa oğlanla bir yerdə tutub. Elə bildim yəqin adı tutulmaq kimi bir yerdə görüblər. Aygün etiraz etdi. 
   - Yox ay ana,  şəkillərini çəkib nişanlısına atıblar, alt üst bir yerdə, bir yataqda həm də bir oğlanla yox ee, bir neçəsiylə bir yerdə. Mənə də sinif yoldaşım dedi.  Şəkilləri də internetdə yayılıb, hardasa bir villada, bir neçə qızla, kişilərlə bir yerdə... Dünya dağılır.
   Qurban olum allaha... Əlhəmdüllah... Anası Fərziyyə  adıma o soz qalmamışdı yaxmamış ola. Mənə görə qızlarını alan olmayacaq deyə üzümə o söz qalmamışdı deyə... Etmə bulma dünyası  burdur Belə... İndi hər şey bir bir çıxır qarşılarına. Hələ bir utanmaz utanmaz mənə zəng eləyir ki, orda gör kimi tapırsan, Nəzrini tanış eliyək, göndərək ver ərə...  Dişimin dibindən çıxanı dedim, ağlayaraq üzür istədi.
    Əl altdan iş axtarırdım. İnternet səhvəsindən.  Özümüzdən asılı olmayaraq Fatihə elə bağlanmışdıq ki, bir birimizə... hələ uşaqlar. Onları elə sevirdim ki, elə bilirdim onlar mənim öz balalarımdır. Onlar da məni sevirdilər. Mənsiz darıxırdılar. Arada Aygün gilə gedirdim, onda da yalvarırdılar ki onları da aparım. Onda da Fatıh hamımızı yığırdı maşına gedirdik. Bəzən qızımla tək baş başa qalmaq istəyirdim. Alış veriş adıyla gedirdim. Onda da uşaqlar bir saatın içində bəlkə  beş dəfə zəng edib özlədiyini söyləyirdilər. Heç bilmirəm başqa bir yerə getsəm, onlarsız necə qalacam. Çox darıxacaq. 
  Bilmirəm neçə oldu, Fatih iş axtarmağımdan xəbər tutdu. Anamı da saymadı. Məni mətbəxdə dolaba sıxışdırıb çənəmi sıxdı.  Ehtiras və qəzəb dolu baxışlarla gözlərimin içinə baxaraq
  - Hiç bir yere gidemezsin! - Dedi. Yazıq anam Utandığından qalxıb içəri obiri otağa keçdi.  Anamın getdiyini görüb  məni öpdü. 
   - Kız ölüyorum sana, zaten canım burnumda... Gidemezsin...
   Bu sözlər mənə bəs etdi. Amma anam "ay balam, belə olmaz,, - deyə kirimədi ki kirimədi. Oturub durub elə öz ləhcəmizdə RUkiyəylə  bunların kəbini kəsdirək deyirdi. Amma ya Rukiyə anamın başa düşmürdü, ya da ona sərf etmirdi deyə hər dəfədə sözü fırladırdı. 
   Nəysə yollar açıldı. Anama bilet aldıq, yollayacaqdıq kı, test sonuçları pozetıf çıxdı. Bilet də batdı getdi. Anamla bərabər bizim hamımız koronaya yaxalanmışdıq. Aygün də ayının gününün içində, canı burnunda... 
   Bu arada Fatihin atasının halı pisləşdi. Xəstəxanaya qaldırdılar. Evdə hamımız qarantindəydik. Kişiylə telefonda sadecə həkimin vastəsiylə əlaqə saxlaya bilirdik. Heç ümüd yox idi. Axırıncı dəfə Fatıh onunla  reanimatsıyaya girmədən görüntülü danışdı. Hamıyla halalaşdı. Fatihə dedi bən duanızı oxudum, evlenme bilirsiniz... 3 saat sonra dünyaya gözlərini bağladı. 
  Acı günlər insanı həssaslaşdırır deyirlər. Aygünlə Rukiyə xala da barışmışdılar. 
   Anama ikinci dəfə bilet aldıq. Bu dəfə koronanı atlatmışdı. Analız cavabları neqatif idi. Anamı öpüşüb görüşüb yola salanda elə areportdaykən zəng gəldi, Aygünü xəstəxanaya aparmışdılar. Çinarım dünyaya gəlməyə hazırlaşırdı... 
   Anamı Fatihlə bərabər İstanbula aparmışdıq. Hələ təyarənin uçmasın iki saat vardı. Vaxt itirmədən geri dönməliydik, Çinarın qarşılamağa 
   Sevincimiz iki qat idi. Çinar hələ dünyaya gəlmədən sevdirmişdi özünü, indi də ... Fatıh isə həm Çinarın gəlişinə, həm də  anamın  Azərbaycana dönməyinə sevinirdi...

    SON...

5 yorum: