ATILAN UŞAQLAR VALIDEYINLƏRIN AXTARMALIDI ???
Anamla atam dayıqızı bibi oğlu olublar. Atam anama xəyanət edib əmimin arvadının dayısı qızıyla. Anam xəbər tutanda qız hamiləymış.Mən də yeni doğulmuşdum. 40 çıxmamışdı heç. Anam məni götürüb çıxıb mən 3 aylıq olanda rəsmı boşanıblar. Və mən o vaxtdan atamı görməmişəm. Anam 6 il sonra ailə qurdu getdi. Uşaqları oldu. Məni nənəm saxladı. Oldum analı atalı yetım. Bu yetimliyin nə olduğunu yaşayanlar bilir. Düşmənimə də arzulamıram. Ailə quranda yoldaşımın ailəsi bizim başımıza gələnləri başqa cür gələmə verdi. Guya anam qız ola ola gəzibmış, mən bic doğulmuşam. Atam kimdir bilinmir. Bu mənə pis təsir etdi. Xalama dedim. Anama desəydim anam hirslənəcəkdi. Əsla atamla görüşməyə izin verməyəcəkdi. Atam qohum olduğu üçün xalam atamın olduğu yeri bilirdi. Atamgil qaçqın gəlmişdilər, mərdəkanda sanatoriyada yerlşıblər. Xalam Mənə sadəcə bu qədər məlumat verildi. Yoldaşıma dedim ki belə belə. Əgər məndən şübhəniz varsa gedək atamı tapaq. Əgər o məndən imtina etsə mən də anamdan imtina adəcəm. Sizdə bu söz söhbəti kəsin artıq. Yox bu söz söhbət kəsməsə boşanacam. Nəysə uzun araşdırmadan sonra gedib tapdıq. kaş heç tanımasaydım. Ne də olsa mən taleyimlə barışmışdım, yetimliyə alışmışdım. Məni danmadı. Məsələ necə olub anamla necə ayrılıb özü də, arvadı da etiraf etdi. Amma mənim evimdə söz söhbət kəsmdi. Bu dəfə də başlamışdılar ki atan özününkülərə bunu elədi, onu elədi, sənə eləmədi, falan filan... Atam imkanlı adam idi. Öz uşaqlarını pullu unversitetlrdə oxudurdu. Hamısına ev alıb, cehiz verib ən yaxşısından, hamısı həkim, müəllim, qardaşım müdafiə nazirliyində işləyir. bacılarım imkanlı sayılıb seçılən ailələrin gəlini oldu. Mən isə kasıb işsiz gücsuz kasıb bir ailənin gəliniydim , yataqxanada yaşayıram. Oxumamışam, əlimdə, işim vəzifəm, sənətim yox. Yoldaşım və ailəsi məni sıxışdırırdı ki, o biri uşaqlar necə sənə də elə etsin. Daha başa düşmürdülər ki istəsək də ola bilməz, olsa belə aradaki 18 ilin soyuqluğu atamla məni birləşdirməyəcək. Atamı tapandan sonra atamla heç vaxt ailə kimi, ata qız kimi isti münasibətim olmadı ola bilmədi. Nə də mənə qucaq açmadı. Məni o biri uşaqları kimi görmədi.evimdə problemlrim vardı neçə dəfə döyülüb xəstəxanalıq olmuşam, evinə getdim, kömək elə boşanmaq istəyirəm dedim, amma o mənim arxamda dayanmadı. Boşanma demədi, ama boşanmaq üçün də ata kimi qabağıma düşüb hərəkt etmədi. Məcbur olub barışırdım. 18 il sonra öz gücümə boşandım. Uşaqlarım böyük idi. Yoldaşım boşanmağımı həzm etmədi, iftira atdı mənə. Oqlumun beynin doldurdu. Özü boşanmamızı istəyən oğlum mənə düşmən oldu. Atam mənə yox ona inandı. O gün bu gün xətt çəkdim üstündən. 5 ildir ölüb nə yasına getmədim, nə məzarın tanımıram. Cəhənnəmə qədər yolu var. Heç vaxt mənim taleyimlə oynayıb məni atan, mənə sahib çıxmayan, mənə inanmayan atanı bağışlamaram. Sizə başı bəlalar çəkmiş bir qadın kimi, ana kimi məsləhət görürəm ki, sizi atan ana və ya atanı axtarmaqa deyməz . Ata mənə uşaqlqda lazım idi.gəncliyimdə lazım idi. Böyüyəndən sonra onların səhvinin bədəlini mən çəkmək zorunda deyildim. Necə varamsa, bu vaxta qədər necə olmusam taleyimlə barışdim, elə də qəbul etdim. Məni də elə qəbul etsinlər.
Feride.Acarakcay
Hiç yorum yok:
Yorum Gönder