YAZILARIM

Cumartesi, Nisan 14, 2018

BAŞLAYIR


BAŞLAYIR

Azərbaycan-Od yurdu, Ər elidi
Yalçın bulud qayaların telidi,
Üzüyünün qaşı Arpa gölüdü,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Sıra dağlar, sal qayalar yaylası,
Bulaqların zümzüməsi laylası
Çənlibeldə qoç Koroğlu qalası
Oğul, Vətən el obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Daşı dindir, bulaq kimi oxusun,
Bir ilmə ver, dağlar xalı toxusun.
Çiçək varmı, çiçəyitək qoxusun,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başla
Dərələri gül qoxuyur, gülə bax!
Yağış yağır, sellər gəlir, selə bax!
Od-ocaqdan ayrı düşən elə bax,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başla
Oymaq, oymaq, el, el gəzək bu yurdu,
O yurdu ki, orda bülbül oxurdu...
O yurdu ki daşı çiçək qoxurdu
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Ellərkəndi ucalarda yurd salıb
Dədəm Qorqud bu dağlarda saz çaıb.
Sönən deyil, ocağında od qalıb
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Qında yatır Xançallının xançalı
Qəribsəyib İbiş, Öksüz, Qoncalı.
Cənnət olur yaz gələndə Baxçalı
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Bu yaz gedib Güllücədə gül dərək,
Sürüləri Gökçə dağa göndərək.
Qopuz çalaq, qayaları dindirək
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başl
Xan Arazın qardaşıdı Arpaçay,
Tarixlərin sirdaşıdı Arpaçay.
Ellər köçüb, göz yaşıdır Arpaçay,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır
Qazan xanım Qazançıdan baxar hey,
Zyarətdə ildırımlar çaxar hey!
Arpa çayı qərib-qərib axar hey!
Oğul, Vətən el-obadan başlayır.
Azərbaycan Ağbabadan başlayır.
Qaragüney yayda da qar saxlayar.
İlanlıda sellər, sular çağlayar,
Dolan bulud Qararxacda ağlayar,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Qızılqoçdu Qaraxaçda ağlayan
Qaraxandı yazda coşub çağlayan
Hamasadı düşmən gözü dağlayan
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Qaraçanta Qaragünə yurdudur,
Bu oymağın hər oğlu bir ordudur.
Baban yatan torpaq varsa yurd odur!
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Göydağa qalx, Axalkələk görünsün
Duman çiskin ayağına sürünsün.
O gün gəlsin, Gümrü gülə bürünsün
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Mağaracıq, Çaxmaq elə sirdi, sirr!
Güllübulaq Oğuz yurdu, pirdi, pir!
Bingöllərdən baş götürən Kürdü, Kür!
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Qaranamaz, Göllü, Düzkənd qəm çəkir,
Mumuxanın həsrətini kim çəkir?
Qarabulaq buludlardan nəm çəkir,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Sultanabad- Arpa gölün sultanı
Çivinlidə ocaq qala, qal, tanı
Hozukənddə çiçəyi dər, gül tanı
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Qanlı Qara Darvənd elə Dərbənddi
Ördəklinin bulaqları bal, qənddi.
İmkan elə get, Oxçoğlu cənnətdi
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Şörəyelin qapısında dayan, dur,
Burda yatır xanlar xanı Bayandur.
Haray elə, yatanları oyandır,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Təpəköydən Bozyoxuşa söz gətir,
Dələverdən Təzəkəndə köz gətir.
Sinəm yandı, Ərzurumdan saz gətir,
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Mollamusa erməniyə qənimdi,
Düzdə şehim, zirvələrdə çənimdi.
O tay, bu tay Azərbaycan mənimdi
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Ayaq saxla, Bozdoğandan Qarsa bax,
Qonaq gəldi, başa çıxdı tərsa, bax!
Get, o yerdə Şiştəpələr varsa, bax!
Oğul Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Balıqlıda mehman olsan güllərə
Söyüdlüdə çiçək açar dağ, dərə.
Daşkörpüdə bağlanıbdı bənd, bərə
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Alakilsə, Qızılkisə, Qızıldaş
Yerləşibdi qayalarnan başabaş.
Yolun düşsə Mustuqludan keç yavaş
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Gör nə vaxtdı Seldağılan dağılıb,
Həsrətimiz gölə dönüb, yığılıb.
Nər oğullar Söyüdlüdə doğulub
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Sınıx kimi ürəyimiz sınıxdı,
O tarixə qoca dağlar tanıxdı,
Vərəqlədim, ürəyimdən qan axdı
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Bu həsrəti ürəyində uyutma,
Bu həsrəti hər həsrətə tay tutma.
Məni unut, Ağbabanı unutma!
Oğul, Vətən el-obadan başlayır,
Azərbaycan Ağbabadan başlayır.
Araz burdan, Kür də burdan başlayır,
Ocaq burdan, pir də burdan başlayır.
Göy də burdan, Yer də burdan başlayır
Soruşsalar Ağbabanın yerini
De ki, Vətən elə ordan başlayır,
Azərbaycan Ağbabadan başlayır!


BU ŞİİRE NAZARAN


Oxuduqca qurur duya duya oxudum.
Oxuduqca göz yaşıma boguldum
Oxuduqca men eriyib kül oldum
AZRRBAYCAN üreyimden  başlayır
Veten menim xatıremde yaşayır .

Parcalanmış qelbi yara veten hey
Ne vaxt desen harayında varam hey
Dindirmeyin qan ağlayar yaram hey

Azerbaycan üreyimden başlayır
Veten menim  xatıremde yaşayır

El obadan ayrı düşen qara xalq
Her derdini ciyerine çeken xalq
Sızıldayan yaramızdır Qarabağ
Azerbaycan üreyimden başlayır
Veten menim xatıremde yaşayır .


Param parca olub menim can evim
Qacqın düşüb xalq elinden, yox evim
Qol acıram milletime dar evim,
Azerbaycan üreyimde yaşayır
Veten menim xatıremde yaşayır .

Qerineler illere , iller üste calandı
Quba , Lenkeranda el obamız talandı
Dünya deyir "ne soyqrım?" yalan dolandı
Azerbaycan üreyimden başlayır ,
Veten menim xatıremde yaşayır .

Ney calırdı sevgisine Xançoban
Sarı gelini oxuyırdu Xancoban
Ogurlayıb Sarı gelini yad coban
Azerbaycan üreyimde yaşayır
Veten menim xatıremde yaşayır .

Uzaq yaxın bu illeri kecmişem ,
Azdan coxdan eşitmişem , bilmişem
Yanvar şehidine qehremanım demişem
Azerbaycan üreyimden başlayır
Veten menim xatıremde yaşayır .

Hanı igid xanın, xan oglunun Xankendi
Düşman alıb dörd bir yanı her kendi
Elden gedib yeddi rayon hem kendi
Azerbaycan üreyimden başlayır
Veten menim xatıremde yaşayır .

Veten derdi dağ cekibdir üreyine canına  ,
Feriş Kım melhem olub söyle senin qanına ,
Qara derde , xına cekmek yaraşırmı halına ?
Azerbaycan üreyinde yaşayır
Veten senin  xatırende yaşayır .


Hiç yorum yok:

Yorum Gönder