YAZILARIM

Cuma, Nisan 13, 2018

MÜASİR QADIN



MÜASİR KADIN

Evvel örpek atıb uzun geyərdin ,
Qonum qonşulardan abır edərdin .
Kişi məclisinə heç vaxt girməzdin  
Ax, bu qədər niyə deyişdin qadın ?

Örpəyin başından açıldı qaçdı
Etəyin dizindən yuxarı qalxdı
Açılmış sinənə kişilər baxdı
Guya ki ,müasir sayıldın qadın ?

Kifayyət etmədi belini açıldı .
Qısa ətəyinə yarıq atıldı.
Göbəyin üstünə sırğa taxıldı 
Nəfəsin daraldı bəs niyə qadın ?

Əl atıb ərindən şalvarın aldın ,
Gen oldu əyninə tikib daraltdın.
Canına yatmadı kəsib qısaltdın
Şalvarı şort etdin, bilirsən qadın ?

İndi bu şortiki parcalayırsan ,
Rahat görünməyə cırıq atırsan ,
Belə çıl-çılpaq hara qaçırsan?
Bürün şala daha görünmə qadın

Bu qədər pul para sənə yetmədi
Yoldaşın qorxudan bir söz demədi,
Utanıb bir daha evə gəlmədı
Özün öz yuvanı yıxmısan qadın !

Qadının şərəfi ar olmalıydı 
Ailəyə həm dəstək, kar olmalıydı 
Naməhrəm baxışı xar olmalıydı
Geyimçün bu qədər alçalma qadın

............................Yzn: Fəridə Nikbin

Hiç yorum yok:

Yorum Gönder