Pazar, Mayıs 20, 2018

GÜLÜM!



GÜLÜM!
 Fəriş abla:

Sən mənə xor baxıb , atandan sonra,
Özgənin qoynunda yatandan sonra,
Sevgimizə zəhər qatandan sonra,
Bu eşqin sonuna qol cəkdim, gülüm!
Vahid Əhəd:

Şeytan aramıza girdi, ayırdı,
Ayrılıq qılıncın qından sıyırdı,
Eşqim ayrılığı imzalayırdı,
Bu imza qanımı qaraltdı, gülüm!

Fəriş abla:

Sən özün üstümə gül qoxlamışdın,
Bu sınan qəlbimə buz bağlamışdın,
Eşqimi dəfn edib hey ağlamışdın,
Dəfn etdiyin yerə gül əkdim, gülüm!

Vahid Əhəd:

Eşqdən bulaq kimi coşub, axmağım,
Buludtək toqquşub, şimşək çaxmağım,
Getdiyin yollara tənha baxmağım,
Gözümün kökünü saraltdı, gülüm!

Fəriş abla:

Dönmərəm yalvarma bitdi hekayə,
Yer alıb qəbimdə artıq kinayə,
Bu eşqin yolunda oldum fədayə,
Elə həmin yola göz dikdim, gülüm!

Vahid Əhəd:

Yox – deyib salmısan məni bəlayə,
Tək ümidim qalıb böyük xudayə,
Sənin sözündəki ağır kinayə,
Ömrümü, günümü daraltdı, gülüm!

Fəriş abla:

Aradan gör nələr ,gör nələr kecib,
Həsrət məhəbbətin güllərin biçib,
Sənin əllərindən zəhəri içib,
Ayrılıq divarın tək tikdim, gülüm!

Vahid Əhəd:

Hiss etdin həsrətin çox ağırlığın,
Bitdi dözümlüyün və fağırlığın,
Sondakı inadın, bu məğrurluğun,
Sevgini gözümdə ucaltdı, gülüm!

 

 

 

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...