.................... TOY .................
Sənan Rüstəmov.
Getdin...toyuna mən gəlmədim gülüm..,
Yolumu gözlədin toy libasında.
Sevinc hisslərinə kədər qatmağın,
Axı nə mənası var idi onda ???
Yolumu gözlədin toy libasında.
Sevinc hisslərinə kədər qatmağın,
Axı nə mənası var idi onda ???
Kədəri mənimlə bölmək istədin.
Qəlbini ağladan toy sədasını,
Mənim əllərimlə silmək istədin.
Almadı könlünü xoş təsəllilər,
Xəyallar içində alışdın...yandın...
Mənimlə üz-üzə ilk görüşündə,
Yadına düşdümü "Məhəbbət" andın?
Söylə bəs toyunda nə deyəcəkdin...
-Susub baxacaqdın günahkar kimi???
Mənsə verəcəkdim yenə də sənə,
Hədiyyə olaraq məhəbbətimi.
Gülüm istəmədim baxaraq mənə,
Toyunda özünü qınayasan sən.
Sevgi dünyasında öz kimliyini,
Mənim baxışımda tanıyasan sən...!
Feride
O toy menimdir gelin köçmüşdüm
Qara taleyime yaman küsmüşdüm
Severken"menimsen,menim "demişdin
İndi meni özgeye sen verdin niye..
Axtarıram seni burda meclis başında
Belke sebebkarı sensen bu toyun deye
Qelbimi ağladan eşq neğmemizi
Meni ağladıb bu toyda ,çaldırdın niye ?
Menimle ehd edib peyman kesmişdin
Üreyimde sevgiden güller ekmişdin
"Gel nolar menimle evlen "demişdin
Qonşu qızın yolunu sen kesdin niye ?
Gelmisen ,bu gün dostunun xeyir işine
Meni gelin görmek gelmir belke işine
Senin sağlıq demeyin gelmez işime .
Toyumda oynayıb , gülürsen niye ?
Senan, besdır , cıx get toyumdan
Gederek sen meni cıxar oyundan
Ferişi bilseydın öz kök soyundan
Başına tac ederdin ,etmedin niye
Hiç yorum yok:
Yorum Gönder