VÜSAL AĞAYEVLƏ ATIŞMA ” Copyright © ”
Vüsal
Mən neyləyim, nəm çəkir,
Göz həsrətdən nəm çəkir.
Eşqə sarban ürəyim,
Dağdan ağır qəm çəkir.
Feride
Eziziyem at getsin
Derdi qemi at getsin
Dünyanın derdi bitmez
At başından yat getsin
Vüsal
Əzizim qatammıram,
Başımı qatammıram.
Atam yada düşəndə,
Gecələr yatammıram.
Feride
Men aşiqem ne desem
Bu halına ne desem
İkimiz bir derliyik
İndi durub ne desem ?
Vüsal
Əzizinəm yanıma,
And olsun vicdanıma.
Sənsizlik yuxumda da,
Odu salır canıma.
Feride
Eziziyem darıxma
Bu halından qarıxma
Mehebbet gözel şeydir
Ezabında karıxma
Vüsal
Əzizim qəm içində,
Ətrafım qəm içində.
Vüsal ölə bilməyir,
Qovrulur qəm içində.
Feride
Eziziyem can qurban
Bu derdine can qurban
Menim de atam ölüb
Bu derdine can qurban
Vüsal
Əzizim oldu getdi,
Güllərim soldu getdi.
Yaradana neynədim,
Mən yazığa zülm etdi.
Feride
Men aşiqem salmasın
Allah elden salmasın
Bizi sınağa çekib
Allah gözden salmasın
Vüsal
Əzizinəm başdadı,
Ağarmış saç başdadı.
Atamı itirəndən,
Gözlərim qan yaşdadı.
Feride
Allahdan bele olsun
Elde toy büsat olsun
Allahdan dileyim bu
Atana rehmet olsun
Vüsal
Əzizim ağı qaldı,
Gözümün ağı qaldı.
Ürəyimin başında,
Atamın dağı qaldı.
Feride
Men aşiqem tacın var
Ureyinde acın var
Özünü cox da üzma
Feriş kimi bacın var .
Allah atalarımıza rehmet elesin
Vüsal
Əzizinəm aşdı gəl,
Səbrim dolub-daşdı gəl.
Əziz Atam bu balan,
Qalıb gözü yaşdı gəl.
Feride
Ne deyirsen gül bitmez
Dağda - daşda gül bitmez
Bu dünyanın yüz qemi
Neylesen de bil bitmez
Vüsal
Sevgilim yar, tək səni,
Könlüm istər tək səni.
Gözümün ilk ovusan,
Əl mənim, ətək sənin!
Feride
Men aşiqem tarım var
Kamanım var tarım var
Oğlan deyen gecikdin
Evimizde yarım var
Vüsal
Nə deyirəm, öyün yar,
Haqqın da var, öyün yar!
Bir gün biz tərəfdə də
Olar o toy-düyün, yar!
Feride
Uca dağı sevmeyim
Dağa çıxsam enmeyim
Oğlan çıx get işine
Boşuna söz vermeyim
Vüsal
İşə bax bir, yıxarmış,
Evi dayaq yıxarmış.
“Sənə güvəndiyim dağ,
Sənə də qar yağarmış!”
Feride
Ne deyirem uymasın
Dil dodağın duymasın
Tedbirli ol ay oğlan
Evdekiler duymasın
Vüsal
Feriş Abla
Diqqət elə, dan yeri,
Sevgi—ömrün dan yeri.
Qısqanclıqsa— sevginin
Ürəkdən qopan yeri.
Feride
Gözleri alamısan
Derdime devamısan
Dilin yoldan çıxartdı
Başıma belamısan
Vüsal
Feriş Abla
Görən bilir, xal incə,
Qamət şümşad, xal incə.
Canım boyda can verdim,
Səndən səni alınca.
Feride
Aman qarın bilmesin
Vurub gözüm tökmesin
Qısqanclığı bend olmaz
Aramızı pozmasın
Vüsal
Bilən-bilir, yağıdı,
Yalan eşqə yağıdı.
Qəlbə yalan hakimsə,
Vicdan göz dustağıdı.
Feride
Aman dilin var senin
Şirin dilin var senin
Sanma Feriş yazardı
Eşqden gozüm tox menim
Vüsal
A dil bilən, qan məni,
Anla məni, qan məni!
Bir ovxarsız Qılınc var,
Didir nahaqdan məni.
Feride
Gel bu yoldan keç oğlan
Deyerini bil oğlan
Meni menden eyleme
Zeher olar dil oğlan
Vüsal
Sən özün de, haqq belə,
Nahaq belə, haqq belə.
Faydasızdı, bu halda,
Lap şimşək ol, çax belə!
Feride
Eziziyem gederdi
Sözüm bura qederdir
Meqabayet bitmesin
Menki bura qederdi
Vüsal
Feriş, de ki: dərdi min,
Ürək təkdi, dərdi min.
Dedim:-“bəsdi, ayrılaq”,
Gözü doldu dərdimin.
Feride
Ne dedim men ağladın ,
Üreyimi dağladın?
Aman ver bir dincelim
Yox sanma ki bağladın
Vüsal
Diqqət elə, şər bizi,
kölgə tək izlər bizi.
Bizi yaşadan ümid
Bir gün də gizlər bizi.
Feride
Ezizim bele yandı
Dilim ağzımda yandı
Vüsal sennen bitmedim
Sennen işim qan qandır
Vüsal
Feriş Abla
Söylə görüm, Dağ niyə,
Çal-çarpaz dağ-dağ, niyə?
Qəm qara donlusa, bəs
saçda izi ağ niyə?
Feride
Sen soyledin tapmaca
Ortalıqda açmada
Sacı der qem ağardar
Deyim budur açmaca .
Vüsal
Çox şükür, inkarı yox,
Karsızın inkarı yox.
Bədgüman olma, könül,
İnkarın inkarıyıq!
Feride
Ezizinem vermişem
Canı yara vermişem
Men oyundan cıxıram
Size meydan vermişem
Vüsal
Bilən-bilir, tel titrər
Yel tərpədər, tel titrər.
Bir qiyqacı baxışdan
can ürpəşər, dil titrər.
Feride
Mene güman eyleme
Besdir iman eyleme
Şirin dilne salıb
Meni yoldan eyleme
Vüsal
Mənə qalsa, odam oda,
Suya suyam, odam oda.
Aşiqini, sevdiyiçün
heç atarmı adam oda!
Feride
Oturdum burda qaldım
Takıldım burda qaldım
Sabah roman istesez
Deyəcəm burda qaldım .
Vüsal
Diqqət elə, ömür gedir,
Yedəkdədir ömür, gedir.
Gəl, bitirək a Feriş,
Gedən heç nə demir, gedir.
Feride
Vüsal nedir getmirem
Bu yarışmı bilmirem
Sen yazırsan yazıram
Kolayca pes etmirem
Vüsal
Bilən-bilir, qul olunca,
Öldüm, eşqə qul olunca.
Özüm, sözüm, əməlim—od,
Yanmalıyam kül olunca.
Feride
Ezizim oxumadınmı
İlmeye toxunmadınmı
Romana rey yazmadın
Yoxsa oxumadınmı ?
Hiç yorum yok:
Yorum Gönder