FƏRİDƏ ACARAKCAY
” Copyright © ”
Sezmək çətin olur hər cür insaniMən səni sezmişəm coxdan gözəlimMənali gözləri lal baxışlarıİnan ki duymuşam coxdan gozəlim .O qara gozlərin atibdir məniÇıxılmaz yollara ,bəlaya məniSüzgün gülümsəyiş vurubdur məniBağrımın başına güllə gözəlim .Nə desəm dinmirsən edirsən nazıQinamam gözələ yaraşar nazıAliram əlımə bu telli saziDeyirəm şəninə tərif gözəlimGözəl gəl öymə özünü bir en aşağıAç gül camalını etmə yasağıYaxın dur öpəcəm o gül yanağıAy zalım yamansan yaman gözəlimHAYEL NİHALNazindan naz azalt naz asiq usandirirSozlerini de azalt sozlerin can yandirirMen konli qubar insan meni yolumdan azdirirDeyirem tenqidimi yaz aglina gozelimFƏRİDETənqid yaraşmaz gül camalınaUtanıb söz deməm,dəli halınaÖlürəm dərdindən qıyam canımaHər halla qəbulsan dayan gözəlimNİHALDayansam severem deli olaramDusunub aglimdan elil olaramYanib aliwaram od koz olaramSen bele erkenden chix get gozelimFƏRİDƏKaş getmək bu qədər asan olaydıNola eşqin məndə məkan tutaydıÜrəklər alışıb bir də yanaydıQorxmuram sevməkdən inan gözəlim .NİHALMehebbet dovrde oldu oyuncaqSevenler heresi oldular qachaqNe gozel gunler var ki yawanilacaqQorxuram incidem seni gozelimXXXXXXXXXXXXXXXXXXXXKÖNÜL DADAŞOVADünyaya göz açandan qara gətirdi bəxtim,Atam anam olsa da oldum analı yetim.Hərdən qızdim özümə-axı kimə nə etdim?Kimə nifrət bəsləyib,mən kimə pislik etdim?Mən ki özümdən bezdim,mənim nəyimi sevdin?NİHALKonul xanima cavab*******Men senin o gozel ureyini sevmisem,Ureyimin ustune sozume getirmisemQelbim tek tenha idi qelbime getirmishemSenin uzun gulerse men o zaman insanamXXXXXXXXXXXXXXXXXXXXXNİHALSözüm qiymətli deyil,qiymətli olan nədir.?.Gözlərim qara deyil,qara rəng olan nədir.?.Mən özümü sevmirəm,sevgi nədir eşq nədir.?Mən ki gözəl deyildim,mənim nəyimi sevdin.?Ömrümü verdim yaza,yay gəlsə bezəcəyəm,Payızı gözləmək olmaz,payız gəlsə bezəcəyəm.Mən həyatı verərsəm,hisslərimə,bezəcəyəm,Mən ki özümdən bezdim,mənim nəyimi sevdin?.FƏRİDƏMən elə bilirdim sən həyatımınQışını döndərib yaz edəcəksənDaha bilmirdim çavan ömrünüBir gülün ömründən az edəcəksənƏvvəllər sən idin mənim həyatimİndiysə olmusan sən məndən uzaqEy mənim həyatımda böyük günahımBəs mənim axırım necə olacaq ?Ay Allah deyirsən sev özgəsiniDuyğusuz ürəksiz sevmək olarmı?Ürək mənimkidir bunu bilirəmÜrəyı ikiyə bölmək olarmı ?XXXXXXXXXXXXXXXXXXXXXFeride xanima cavab:Axirin ellerimde qollarimda olacaqAxirin gul atdigim yollarimda olacaqMenki seni sevirem bundan artiq nedir ki?Ureyimi al gotur o ki senle olacaq..FƏRİDƏ - NİHALABilirəm yoğrulub eyni xəmirdənHəm bizim bəxtimiz ,həm qismətimizSevməkdən başqa nə gəlirki əldənBaşdan gedıb bütün hisslərimizBax hakim olmursan niyə duyğunaMən özüm də güvənmırəm andımaGör , ölürəm heç gəlirsən dadıma ?Dərd yıxıbdır bükülüb dizlərimizNİHAL - FƏRİDƏYƏÖlmeyi deme yar,özūm oleremDerdimi serimi senle boleremIstesen ayaqyalin sene geleremBagrina bas meni,deki sevirsen.FƏRİDƏ - NİHALA CAVABO gözəl telinə sığal çəkərəm ,Xumar baxışları sevib öpərəmGözlərindən urəyini gorərəmDodaq pıçıldayar sevirəm səniXXXXXXXXXXXXXXXXXXXXXKÖNÜL DADAŞOVABir qızım olsun istədim-Qulac qulac saçları,Yaşıl yaşıl gözləri,Yanağında qəmzələr,Üzündə gülüş olsun.Bir qızım olsun istədim-Görmədiyim sevginimən verim öz qızıma,Boynubükük qalmasınbaxıb yad uşaqlara.Bir qızım olsun istədim-Günəş tək sevgi yaysınbuz bağlamış qəlbimə,Ay kimi işıq saçsınkədər dolu könlümə.Bir qızım olsun istəfdim-İstədim ki ən yaxınən məhrəm sirdaş olsun.Ən çətin günlərimdəhəm anam,bacım olsun.Bir qızım olsun istədim...XXXXXXXXXXXXXXXXXXXXFƏRİDƏAldi əlinə o qotazlı tarıSözümüz qalmayib olubdur yarıSöz meydanindadır atibdir zarıVaxid gəldi görək indi nə dedi.VAHİD ƏHƏDOVBir sual şüurumu qıcıqlandırır hələ,Həyatımı yolunda mən necə verdim yelə?Qadınlar güclüləri sevir! – deyirlər belə,Zəif oldum, əyildim, mənim nəyimi sevdin?Aşiqliyin səbəbin anlamaq yaman çətin,Bu mərəzə yoluxdun ola bilməzsən mətin,Səni tanıyan gündən bəlalı məhəbbətin,Səhrasında veyildim, mənim nəyimi sevdin?Üzümə gülə - gülə nə qədər qandırsan da,Nazın ilə qəlbimə od vurub yandırsan da,Sınağa çəkmək üçün nə qədər sındırsan da,Kaman kimi gərildim, mənim nəyimi sevdin?Şair hissiyyatlıdır, tez dolur, tez boşalır,Ömür sürətlə keçir, anlayır ki, qocalır.Mənimki buracanmış, Vahid boynuna alır,Əsirinə çevrildim, mənim nəyimi sevdin?Vahid Əhəd 30.06. 2019XXXXXXXXXXXXXXXXXXXXXFİDAN (Derd Ortağım )Hey aciladım, bu sevda olmaz deyə,Yardan ayrı gəzdim, ümid olmasın deyə,Səssizcə içimdə ağladım, kimsə bilməsin deyəMənki gözəl deyildim, mənim nəyimi sevdin?!NİHAL - (DERD ORTAGIMA) FİDANA CAVABSen meni valeh etdin,ilk goruwden bilirsenSevdalar sinanilir ilk opuwden bilirsenBedenine toxunub seviwmeden bilirsenMen ki senin toxunan ellerini sevmishemFİDANEşq dediyin xəstəlikdir bilirsən,Dərmanı yox, dərdi böyük bilirsən,Qorunasan bu virusdan gərək sən))Bir baxarsan yoluxmusan, gec oldu.FƏRİDƏ - HƏR İKİ QIZASevgi odur ki ürəkdən sevsin .Sevərək o şəxsə könül də versinSevgi baxmayır nə boya nə yaşaÜrəklər bir olsa yaşayar qoşaMəhəbbət olmasa sevgi olmasaBəlkə də dünyaya gəlməzdi insanAyrılıq olmasa , hicran olmasaSevginin qədrini bilməzdi insanMəhəbbət gözəldir vurursan başaHeç kimin taleyi dəyməsin daşaMəhəbbət gözəldir heyf ki azdırİnsanın axırı soyuq məzardırMəhəbbət cinayyət olsaydı əgərMəcnunu 100 illik həbs ederdılərƏslinin oduna yanan kərəmiElə yerindəcə gülələrdilərxxxxxxxxxxxxxxxxxxxxxxxxxNİHALElbet gun de dogacaq gunlerimin ichindeMen ki bele gucluyem gucsuzlerin icindeSheirim var sozum var sozsuzlerin ichindeKim gulerse dashlari ancaq topuga deyerXxXxxxxxxxxxxxxxxxxxxxxxxESMİRALDA ŞÜKÜROVAYaz idim payız oldumMənim nəyimi sevdin?Köz idim külə döndümMənim nəyimi sevdin?VAHİD - ESMURALDAYA CAVABEsmiralda Shukurova Bu çox çətin sualdır, mənə niyə verirsən?Bu sualla qəlbimi bir sim kimi gərirsən.Rus dili müəllimi, özün yaxşı bilirsən,Aksiomdur! Gözləri kor olur məhəbbətin!FƏRİDƏ - HƏR İKİSİNƏYenə məhəbbətdən söz düşdü niyəBiz ki bunu örtüb keçmişdikKöhnə yaraları qanadıb niyəBiz sevgi şərbətin çoxdan içmişdikVAHİD - FƏridəyə CAVABBiz ki, unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı!Mənim gözlərimdə eşqin həsrəti,Sənin gözlərində yaş olmayaydı!FƏRİDƏ - HƏR İKİSİNƏO kecən gunləri mən yada salıbDalıb şirin şirin xatirələrə ,Acıb dəftərləri qələmi alıbTökürəm içimi ağ vərəqlərəDaha danışmayaq daha dinməyəkGəl vəda deyek biz bu sevgiyəDaha tələsməyək daha gəlməyəkBu sözüm qoy olsun sənə hədiyyəVAHİD -.FerideyeO keçən günləri heç salma yada,Keçmişin üstündən bir qalın xətt çək!Sənlik bir şey yoxdur, qoca dünyada,Tale öz bildiyin yenə edəcək!ESMİRALDA - VAHİDƏ CAVABGözləri kor olur məhəbbətinDil də nədənsə susurGözlərimin işığıAçır lal olan dilləriXXXXXXXXXXXXXXXXXXXXXXVÜSAL AĞAYEVDünən təsadüfən həyətdə iki uşağın söhbətini eşitdim.Biri qədeş sayağı o birinə sual verdiki."Ala sən Gülünü doğurdan sevirsən?Görürəm gündə görüşürsəne ala. Lap ölürsənki ondan ötrü ala.Bu biri cavab verir:" Yox ala nə sevməsi. Yalannan sevirəmdə ala. Yalannan görüşürəm. Yalannan ölürəmdə ondan ötrü ala. Bu uşaq hər sözünün başında yalannan deyib söhbətinə davam edirdi. Məni gülmək götürdü. O qədər öz özümə Yalannan deyib güldümkü axrı belə bir şeir yarandı. Yaxşı pis içimdən gələn bu oldu. Dedim oxuyub deyəsiz yaxşıdı ya yox.YALANNAN.Yalannan çiçəyi qoxlayan Gözəl!Necəsən, yalannan ölüm səninçün.Yoluna dikilsin gözüm yalannan,Yalannan xəyala dalım səninçünYalannan qovrulum, yalannan yanım,Yalannan cızdağa dönsün olanım.Yalannan bitməzə, durum, yollanım,Yalannan yollarda qalım səninçün.Yalannan inləsin könül tarım da,Yalana bürünsün etibarım da;Yalannan kar olsun qulaqlarım da,Yalannan lal olsun dilim səninçün.Yalannan sinəmə sıxım başını,Yalannan oxşayım çatma qaşını;Yalannan öpüm o həcər daşını,Yalannan imana gəlim səninçün.Yalvarım-yaxarım kor aşıq kimi,Düyülüm yaxana kür uşaq kimi;Sarılım boynuna sarmaşıq kimi,Yalannan divanə olum səninçün.WƏMS QƏMƏRSevmeyede qorxurlar...Her wey yalana donur..Yalandan sevdim deyibSonra da awiq olurlar
Hiç yorum yok:
Yorum Gönder