Pazartesi, Temmuz 22, 2019

GEZ MƏNİ



” Copyright © ”
Seyrana qalxanda dagda aranda 
Heyrətdən dil acan daşda gəz meni
Buludlar aglayib şimşək caxanda 
Baharda gəz məni qışda gəz məni

Ömrümün yolunda olsan soraqda 
Laləzar ölkədə güllü yaylaqda 
İstəyim , gül acsın yaşıl budaqda
Bir bülbül ləhcəli quşda gəz məni 

Payizda durnalar otub kecəndə
Oglun evlenəndə qizin kocəndə
Elcilər yıgışıb şərbət icəndə
Yanaga od salan yaşda gəz məni

Fəridə əhdinə olmayib naşı
Eşgin aynasini qırıb yaddaşi
Başina qiganda qohum qardaşi
Gümuşə bənzəyən sacda gəz məni


1990 cı il 7 ci sinif Ağdam 

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...