Pazartesi, Haziran 17, 2019

ORDA BİR KƏND VAR UZAQDA




ORDA BİR KƏND VAR UZAQDA ...
 
 

 

 

XATİRƏLƏRİM ƏSASİNDA YAZILMIŞDIR 
 
YAZAR FƏRİDƏ ACARAKÇAY  ” Copyright © ”

    Ağdamın işğalından sonra ilk dəfə 94 - də Əfətliyə toya getmışdık . Ağdamın beş addımlığına . Getdiyimiz ev də elə yerdəydı kı , ordan baxanda Sarcalı , ondan da biraz aralıda Ağdam görünürdü . Gözlərimiz dönüb uzaqdan kölgə kimi görünən  Çörək zavoduna tərəf baxırdı , son məkan tutduğumuz yer o tərəflər idi . Elə ordan da Bakıya pənah gətirmişdik . Əslində ,  çörək zavodu tərəfdə yox , dəmiryolunda qalırdıq , sadəcə  biz baxdığımız yerdən dəmir yol görünmədiyi üçün elə zavodun istiqamətinə gözlərimizi qıyırdıq ...
     Bəlkə də o vaxt yanığımız soymamışdı , yaramız hələ  qanayırdı deyə yaramızın sağalmasını,  ağrımızın dinməsini tez istəyirdik ? Yaramız bızı incıtməsin deyə oraları xatırlamaq istəmirdik , bilmirəm . Həmin illər o zaman idi ki , atəşkəs olsa da hələ də şəhidimiz gəlirdi ,  evlərimiz güllə borana tutulmuşdu . Müharibidən bezmişdik, torpaqlarmız sevdiklərimizi ,  yaxınlarımızı bizdən alırdı . Qana susamış vətən oğul istəyirdi , igid istəyirdi , şəhid istəyirdi , biz verdikcə o  ağzını açırdı ,  aldıqca alırdı , udduqca udurdu ... Anaların naləsindən bezmişdik , qan qoxusundan diksinmişdik . Artıq ıstəmirdik müharibə olsun , istəmirdik cavanlarımız gözümüz görə görə əlimizdən getsin , bizdən can istəyən vətəndən qacmışdıq , köcmüşdük ... 
   Şəhərimizdən , kəndimizdən küsmüşdük deyə artıq üzünə belə baxamaq istəmirdik . Elə bu laqeyidliyimizin ucbatından o vətən də  bizdən birdəfəmlik küsdü . Nə biləydik ki, aradan illər keçəcək , qan görmüş torpaqlarımıza kinimiz soyuyacaq , qan udan torpaqlarımıza qanımız qaynayacaq. Uzaqdan baxdığımız o torpaqlara ürəyimiz can atacaq ... 
    Anam neçə illər idi ki ,  işlədiyi xalca fabrikindən ev növbəsinə dayanmışdı . Ailəmiz kənndə yaşadıqlarindan ,  İlıərdir şəhər ilə kənd arasında qalmışdiq . Atamla anamın iş yerləri şəhərdə idi . Hər gün Gülablıdan şəhərə , şəhərdən də Gülablıya gedib gəlirdilər . Nəhayyət bir gün 91 əvvəllərində bu şad xəbəri aldıq . Anamin ev növbəsi catmışdı .  Evimizdə toy bayram idi . Sevincimizin hüdudu yox idi . Axır ki bu yollardan yığışacaqdıq . 
    Ağdam dəmir yolundan bizə birinci mərtəbədən üç otaqlı ev verdilər . Ev yeni ev deyildi . Amma yenə şükür edirdik ki , artıq hər gün kəndə gedib gəlməkdən canımız qurtardi . 
   Anam rayon xalça fabrikində usta xalçaçı idi ,  qız vaxtından  xalcada işləyirdi  . Atam da kəndimizdə və ətraf kəndlərdə tanınmış dülgər idi . Kəndin demək olar ki 80 faiz evlərində atamin əl izlərini görmək olardı . 
   SSRİ dağılandan sonra kolxozun torpaqları əhaliyə satılanda atam da təzə avtovağzalın arxasından paylanan torpaqlardan 6 sot torpaq sahəsi aldı . Yeni məhəllədə ev tikdirən qonum - qonuşu atamın tanınmış dülgər olduğunu eşidəndən atamın işlərini də artırmışdilar . Atam daha zaman edib bizi  kəndə apara bilmirdi . Yeni məhəllənin havası  , camaata xüsusi bir həvəs vermişdi . Camaat bir birinin bəhsinə ev  eşik tikdirir, hər kəs evinin gözəlliyi ilə, qürurlanırdı . Deyirdi "qoy desinlər fiklankəsin evidir ". Evlər köhnə üsulda tikilmirdi aa, daha  heç kim köhnə memarlq üslubunu bəyənmirdi , müasir ev modelləri , villalar təzə məhəlləni gözəlliyi ilə  bəzəyirdi . 
  Məni uşaqlığımdan nənəmgil saxlamışdı  , şəhərdə qalırdım , orda da  məktəbə gedirdim . Məndən başqa 3 bacı qardaşım var idi . O vaxt balaca qardaşım Rövşən hələ doğulmamışdı. Məndən sonrakı uşaqlar bır birinin arxasınca olmuşdu . Aralarında bir yaş - bir yaş fərq var idi .
   Şəhərə köçəndən sonra demək olar ki, ayağımız tamami ilə kənddən kəsilmişdi . Yayda gedəndə də en uzağı  2  ya da 3 gün qalıb gəlirdik . Anamgili bilmirəm, amma mən kənd üçün darıxırdım . Kənd mənimcün bam başqaydi . Çox sevirdim kəndimizi ...
   Hiss edirdim ki, kənd həyatına alışmış anamın da canı bu yeni evdə sıxılırdı . Kəndin ağır işinə gücünə alışmış anam indi bu şəhərdə özünə yer tuta bilmirdi . Necə tutsun, alışmışdı o da kəndə . 
     ...Anam hər gün səhər tezdən qalxar inəkləri qoyunlari sağar , atam mal -  qaranı nobata (naxır növbəsi) qoşardı , toyuq cüçələri rahatlayıb , uşaqlari geydirər , kohnə Moskviçimizlə şəhərə yola çixardilar . İlk işləri uşaqları məscidin yanındakı uşaq bağcasına qoymaq , ordan bazara keçıb axşamdan hazırladığı süd- qatığımızı , balaca vedrəylə yumurtalarımızı bazar alverçilərinə verib sonra öz işilərınə getmək idi . Anam xalçaya , atam Uzundərə yolu üzərindəki təzə məhlələrə ...
  Həyatımız belə davam edirdi ... Bu həyat düzəni tək bizə aid deyildi . O vaxtın bütün camaatı belə idi .  Deyirəm nə enerji vardı camaatda . İnsanlar yorulmaq nədir bilmirdilər . Heyvan , toyuq - cücə , dörd beş uşaq , kəndin ağır işləri o yana , hələ dövlət işində də işləyirdilər . Anam kimi bacaranlar da evlərində xana qurub arada bir - iki ilmə atmaqla ildə 2  3 xalca da toxuyub evə qoyurdular . 
  Ana nənəmgilin evi Muradbəyli tərəfdə idi . Şəhərin kənari olsa da evimiz asan yerdə yerləşirdi . Xalq arasinda "Keçəllər" deyilən dəri xəstəlikləri dispanseri , "göz balnisası "(Göz xəstəlikləri xəstəxanası),"voyennicast" (hərbi hissə) hamısı nənəmgilə yaxın idi . Hər yay  tətili mənim üçün əsil tətil olurdu . Kəndimizə gedirdim, azadlığıma qovuşurdum.Şəhər nə qədər şəhər olsa da,  kəndin yeri başqaydı mənim gözümdə gözümdə . Orda mənim oz  balaca dünyam vardı . Xəyallarım vardı , azadlığım vardı . İlk məhəbbətim vardı ...
  
     Moskviçə  minib atamın yanında oturanda özümü atamın sağ qolu sayırdım . Atam məni oğlan kimi  böyüdürdü . Elə ozüm de qadın işləri ilə maraqlanmazdım da . Atamın yanında olmaqdan zövq alırdım . Atam məni danlamaz ,  mənə hirslənməzdi . Cox istəyirdi  məni . 
   - Yüz oğlum olsun bir qızın dırnağı deyil-  deyirdi . 
   Maşinın  kıçık təmirində atamin köməkçisi idim mən . Sexdə işləyəndə də işdən sonrakı  təmizliyi də mən ederdim . Taxtalardan çıxan atıqları yığıb kisələrə  doldurar ,  qoyunların , qazların yerinə səpərdim . 
    Atam ümumiyyətlə maşın yumazdı . Maşının təmizliyi mənlik idi . Atam məni qızı yox oglu gözündə görərdi . Evdə iş  göturəndə də gətir-götürə də məni buyururdu. Anam :
   -Ay Zülfü burax, bu qızı gəlsin uşaqlara el atsın ,  təkəm ! - deyəndə qanım qaralırdı . Hec sevməzdim uşağa baxmağı . Deyir ilanın yarpızdan zəhləsi gedər o da yuvasında bitərmiş . İndi də mən ,  zəhləm uşaq saxlamaqdan gedirdi ,  anam da məni uşaqlara calayırdı .  Guya kəndə tətilə gəlirdim dəə. Anam üç balaca uşağı verirdi mənə 
  -Dİ get oyna- deyirdi . Üç balaca uşaqla nə oynamaq ? Guya ki, qızlarla evcik qururduq . Camaat oyuncaqlarını , gəlinciklərinı gətirib özunə "uşaq" edəndə məndə də üç dənə canlı uşaq vardı . Özüm uşaq olmadan uşaqlıqdan  əli uşaqlı olmuşdum... 
   Şəhərdən kəndə gedəndə təbiətin mənzərəsini beynimə həkk edirdim . Elə bil ürəyimə dammışdı ,bir gün bu yerlər xatirələrimdə yaşayacaqdır. 
  Nənəmgildən  çıxıb "vayenniçastın" dükanına gələr, kənddəki evə lazım olan ərzaqları alıb yola çıxardıq . Muradbəyli yoluna çıxıb sola dönərdik . Çast boyu dağlara tərəf üz tutardıq .  Tikanlı məftillərinin axasından çəmənlikə  donuzlar gözə dəyirdi. Bilmirəm bura donuz fermasıdır nəydisə həmişə orda donuz olardı . Amma yox, sinifimizin oğlanları deyirdilər ki:
  - Bu donuzlar çastın komandirlərinindir. 
   Hərbiçi və əsgərlər rus və başqa millətdən olduqları üçün , çastda onlara donuz əti də bişirilirmiş . 
   Hə...  bir də yadlmdadır ... Birdəfə məhəlləyə hay düşdü ki , bəs çasta bir maşın tısbağa gətiriblər. Uşağın yadından heç nə çixmaz  deyirlər . Uşaqlara qoşularaq vayenicaçtin divarlarına dırmaşıb ordan dıvar dibində dayanmış hərbı Zil maşının arxasındakı tısbağalara baxdıq . Deyirdilər ki, ruslar tısbağa yeyirlər . Ürəyimiz ağzımıza gəlmışdı. Burda qalan hərbiçıləri  və onların arvadlarinı söyürdük ki, bunlar nə murdar millətdılər . "Urəkli" oğlanlarımızdan bir ikisi maşına düşüb ordan bir iki tısbağa da oğurlamışdılar.  Maşına düşə bilməyənlərə də tısbağa  hədiyyə də etmişdilər . Balaca dayım da evə birini gətirmişdi . Yadımdadir, gecə yarısı nənəmin çarpayısının altından tısbağa çıxanda yazıq arvad neçə qışqırmışdısa bütün qonşular bizə tökülmüşdü . Nə yemisən turşulu aş ... Həmin gün dayimla mən yaxşıca çırpıldıq . Hər dəfə "ögey ana" filimində İsmayılın evə yarasa gətirmə səhnəsinə baxanda dayımla mənim tısbağa məcaramız yadımıza düşürdü . Uğunub gedirdik . Birdə "Qız ağacı qöz ağacı" məsəlinin bir xatırəsı vardı məndə. Qoz vaxtı dayımla nənəmın kapron corablarını oğurlayıb ,  hərəmiz bir tayın götürüb gedirdik qoza . Qoza dediyim  vayenniçastın qoz ağacına salba atmaqdir . Elə o vaxdan bu məsəli kimsə ağzına alanda qozu salbalayıb yerə tökməyimiz xəyalıma gəlirdi . Yerə tökdüyümüz qozları , cəvzəyindən ayırıb nənəmin corabına doldururduq . Corab dolmasa koldan deyildi . Gərək dolaydı ki salbadan əl çəkib evə gedəydik . Qoz dolduqca corab uzanırdı , bəlkə hər corab tayı 4  5 kilo qoz tuturdu . Nəhayyət bir gün ogurluğumuzun üstü açıldı . Elə xayınlıq , satmaq o vaxtan var idi . Şərəfsiz bir qonşumuz vardı . İl on iki ay ayağımızdan çəkərdi . Həmin qonşumuz bizi erməniyə satdı . Həmin erməni çastın qarovulcusu idi . Aşota xəbər vermişdı ki , bəs İbrahim kişinin uşaqlari Fəridəylə Adil sizin ağaclardan qozları  oğurlayır .  Aşot  gəlib bizi tutdu . Adı gülməliydi Aşotun , ona karşok deyirdik . Elə karşoka oxşayan başı vardı . Uzun qara qıvırım saçları olan  təpəsının keçəli ağzı açıq karşoka oxşayırdı . Uzun burnu da karşokun qulpuna . Nəysə bu "Karşok" qulaqlarımızı çəkə çəkə gətirdi bizi evə , bizi babama şikayyət etdi . Babamin bizi kotəkləməyi indiyəcən məni yandırmır amma o Aşotun bizi qulaqlamağını hələ də özümə bağışlaya bilmirəm . Niyə üzünə tüpürüb demirdim ki : 
   - Ay əə,  a köpəy oglu , biz gəlib sizdən ogurluq etməmişik ee , ömür boyu siz bizdən etmisiz . Sən niyə bizim qulağımızı çəkirsən , səhv edib  o vaxt Sultan bəy Andiranikin qulağını kəsib , gərək nəsilinizi kəsəydilər - heyf . Kaş o vaxt hayıfımı çıxa biləydim o ermənidən . 
      Nə danışırdım fıkırım haralara getdi ee sən allah  . Səki kəndə getməyəməzdən danışırdım ee . Hə deməli , Çastin tikanlı məftillərinin arasından uzaqdan Xankəndinə qədər uzanan dəmir yol xətti gözə dəyırdı . Çox nadir hallarda bu dəmir yol xəttində qatar görmək olardı . Sərnışın qatarıları Bakıdan Ağdama səhər 7 də gəlib Xankəndi istiqamətinə keçər ,XAnkəndindən də axşam gəlib saat  22.00 da Bakıya gedərdı . Dəmir yolda gördüyüm yük qatarlarını saymaq mənə böyük zövq verirdi. Bəzən atamla mərcə girirdim . Deyirdim ki , məsələn qatarda 30 , 40 vaqon var . Atam da qoşulurdu mənə . Maşını bir kənara çəkib başlayardıq vaqonları saymağa . Atam mərcdə  bəzan az , bəzən də çox deyirdi . Vay o hala ki, uduzaydı ,  uduzsaydı bizi Şuşaya aparacaqdı.  Belə vaxtda ANam maşının içındə hay həşir qoparırdı :
   - Əşii sən də lap uşaqdan betersən ee,  gəl sür gedek , işimiz gücümüz tökülüb qaldı ...
   Muradbəylidən sonra  yolun üstündən keçən dəmir yol xəttın keçib Qarqar çayının üstündəki Poladlıya girmədən  yolun solunda çınqıl sexı idımi ,  zavodu idimi bilmirəm . Həmişə orda çınqıl təpələri olurdu . Bir dəfə atamla ordan çinqılmı almağa getmişdik ,  yoxsa betonmu sifariş verəcəkdik ,  yadımda deyil .  Qaçıb dirmaşmişdim cınqıl dağının üstünə . Nə illah edirdilər aşağı enmirdim . Axirda bir kişi traktorun çömçəsin qaldırıb mənə göstərdi . 
   - Nə deyirsən bəlkə səni də çınqıla qatıb beton edək ?  
    Özümü çınqıl təpəsindən neçə yuvarlamışdımsa hər tərəfim sıyrıq sıyrıq olmuşdu . Özümə görə bəla deyildim ee . Çivə idim civə ...
    Poladlıdan sonra  Bağbanlara qədər yolumuz düm düz gedirdi . Bağbanların "finiski" evlərin keçib sola dönəndə bizi ilk qarşılayan yolun üstünə körpü kimi qoyulmuş alaqapını görəndə kəndimizə çatdığımzı bılırdık . Daha bundan sonra bizim məkandır . Canım kəndimiz ... Başımı pəncərədən cıxarib təmiz havasını içimə çəkərdim kəndimizin . Şəhərin isti havasından sonra dağ havası içimizə sərinlik gətirirdi . Yol kənari kəndə qədər qalxan üzümlüklər taa  qayalıqlarda bitirdi. Üzümlüyün arxasinda uzaqda görünən qayalıqlar , axşamın günəş batışinda qızıl kimi parlayirdı . Elə bəlkə də bu qayalıqlarin qızıl kimi  görünməsinə görə ona Qızılqaya adı vermişdilər . Son günlər Qızılqayadan cıxan toz düman ,  işləyən texnikalardan orda qızğın iş getdiyini göstərirdi . Atam deyirdi ki , Qızılqayada Mərmər zavodu açılıb . Qayadan kəsilmiş mərmərləri ermənilər alır . Sonralar mən böyüyüb kəndimizı araşdırıb tanıdıqca  aydın oldu kı, Qızılqayanın qayalıqları  əslində  qızıldan yox , xalıs mərmərdən imiş . Orada tikilən zavodda kəsilən həmin  mərmərlər isə Stepanakertə (Xankəndinə) aparıb ordan da Ermənistana daşınırmış . 
   Kəndin girişindəki qəbirsanlığı kecərkən radionun səsini alıb ,  ölənlərin ruhuna salavat çəkmək mütləq idi . Nə badə bir adam qəbirsanlıqda barmağıyla bir qəbir göstərəydi .  Vaayyy ... mənim səsim aləmi başına götürərdi . 
   - Barmağını dişlə ayağının altına qoy-  deyirdim . Bilmirəm bu inanc mənə hardan gəlmişdi ,  ya hardansa eşitmişdim ki , məzar göstərən adamın evindən ölü çıxırmış . Guya barmaq dişləyib ayaq altına qoyulanda  evə gələn qada bəla uzaqlaşırmış . Qəbirsanlıqla üzbə üz yolun solu günəbaxanlıq və kolxozun qarğidalı sahəsi idi . Günəbaxanliğin arasindakı panamalı "dayını" görəndə nitqim quruyurdu . Eşitdiyimə görə kım nadinclik eləsə həmin bu müqəvva dayı gəlib nadınclik edənləri aparıb didərmiş onu da gübrəyə qatişdirib torpağa verərmiş . Deyirəm o zaman əcəb uşaq qorxuzurmuşlar ee ...
    Kəndən gələn çaylağin qarşısini kəsib süni göl yaratmışdılar . Gölün o tərəfində fermalar görünürdü  . Tanya mamam ( bibim ) da orda işləyirdi . İlk dəfə fermaya gedendə işçilərin inəkləri qız adlari ilə cağirmasını eşidəndə uğunub getmişdim . Alagöz , Sarıtel , Qaratel , Maral , Ceyran ,  Mərcan , adlari da tərslikdən tanıdığım qadinlarin adlari idi . Hər dəfə o qadınlarla raslaşanda fermadakı inəklər yadıma düşürdü .
    Kəndə girməmiş yolun sol tərəfində 4 yaşayış evi ucalırdı. Sonuncu evin tınındən torpaq yol kəndə yenirdi . Kəndin dayanacağı da elə bu evin tini idi . Aftobusla şəhərə gedən kənd camaatı elə bu evin tinində dayanıb şəhər aftobusunu gözləyirdi . Oranı keçəndən sonra hardasa esrin əvvəllərində inşa edilmiş  kolxozun inzibati binası vardı. Sonralar orada musiqi məktəbi fəaliyyət göstərirdi...
    Bizım asfalt yolumuz burda bitirdi . Torpaq yolla diki enıb çaylaği keçəndən sonra atam maşının arxasini kəhrızə salardı . Maşının baqajın acar iki 40 litirlik çuğun betonları suyla doldurana dək biz maşindan tökülüşüb kəhrizin buz sularlnda yuyunub sərinlərdik . Axşamüstü  kəhrizin başi qiz gəlinlə dolu olardı . Kəhriz qurşağa qədər hörülmüş , uzun nov kimi düzəldilmişdi . Atların, eşşəklərin, camış - inəklərin sulayanlar gətirib onları  burda  sulayardılar . Qurşaq qəlbilikdə hörülmüş novun  başinda qizlar qadınlar xalı xalçalarini qatlayib yuyaraq onları  caydan qapaqları ilə qaşıyıb ləkələrini çıxarardılar . Paltar suya çəkənlər də paltarlari kəhrizdən axan göz yaşı kimi dum duru suda durulayıb , kəhrizin başina qoyulmuş çaylaq daşları ilə döyəcləyirdilər .  Kəhrizi qiz qadının şən qəhqəhəsi başına göturərdi . Elə ki ,  kəhrizə bir kişi ceylağı bə ya yaşlı adam ki gəldi , elə bil qurbağa gölümə daş atılırdı . Sadəzə paltara cirpılan daşın səsi ,  palazı qaşıyan qapağın xırtıltısı gəlirdi . Camaatda nə abır həya vardı ay Allah ...
     Yuyunub sərinləyən kimi kəhrizin başındaki atmud ağacının yanına qaçirdim. Çünki , kəhriz başinda iş görən qadınların uşaqları arnudun altında oynayardılar . Mən də beş dəqiqə taytuşlarımla görüşməyi ozümə qənimət bilirdim . Kəndin uşaqları məni görəndə elə bil Robin Qutu  görürdülər . Elə heyranlıqla baxırdılar ki mənə . Kənddə şortik - şalvarda gəzən tək uşaq mən idim . 
      Ahhh neçə də saf təmiz uşaqlar idi , kəndimizin uşaqlari . Mən şəhərdə boyüyüb yaşadığım üçün həmişə kəndimizin uşaqlarından seçilirdim . Məni görəndə uşaqlar " şəhərlı qız "  gəldı deyə qışqırırdılar . Məni çoxbilmiş bilirdilər . Şəhər məktəblərində, getdiyim dərnəklərdən , "dostluğa"  gələn  yeni filimlərdən uşaqlara xəbər verən mən idim ... hə yadıma düşdü bir dəfə de  kənddə bir kişini elə bu armudun altında  ildırım parçalayıb . Demək yazıq kişi yağışdan daldalanmaq üçün ağacın altına giribmiş  . Elə kişi armudun  altında daldalanmaqda , ildırim ağacı vurmaqda . Yazıq oldu kişiyə ...
    Mütləq şəhərdən gələndə Təzəgül mamamgilə (bibimgilə ) dönüb sonra evə kecirdik . Mamamgilin  cox gözəl bağları var idi . Hansı ağacdan , desən onlarda var idi . Bizim yerimiz təpədə olduğundan ora quraq olardı . Yağış umuduna qalmışdıq  . Amma mamagilin həyətindən kəhrizin arxı keçırdı , bağ baxçanı arxın suyuyla sulayardılar . Həyət baca  həmişə yaşil olardı . Tut mövsumundə Təzə mamagildə başqa bir dəzgah olurdu . Maşallah ,  tut  ağaçmarı bar idi ki , burundən bir toy qazanı tut dolardı . Tut çirpılanda bütün məhəllə onlara yığışardı , karxana  tutmağa . Tutları böyük toy qazanlarına doldurub əzib qaynadardılar , süzüb bəhməz bişirərdilər . Hələ sizə danışm gilaslardan :
     Həyətdə iki gilas ağaci vardi, sarili qirmizi gilaslardan bal süzərdi . O qədər gözəl ,  o  qədər  ləzətli gilaslar idi ki , o günlərdən o qeder vaxt keçməsinə baxmayaraq hələ də o gilaslarin dadı damağımdan getməyib  . Rəhmətlik Həsən dayının düzəldib ağaca mismarladığı nərdivanla ağaca dirmaşar ,  gilasın sağlam budağının üstündə oturub bəs deyincə gilas yeyərdim . Kəndə gəldimmi , Məni harda axtarsaydılar , Təzəgülün gilasının başında tapardılar . 
    Birdəfə xalamqizi Zülfiyyə Bakıdan bizə qonaq gəlib . Şəhər qizi ...harda gorüb ağacda meyvə ? Tulkü ağac başındaki qarğaya altdan yuxarı baxıb ağzının suyunu axıdan kimi Zülfiyyə də gilasın başında mənə baxıb ağzının suyun axıdırdı . 
   - Az Feridə , mənə də gilas at ! 
   - Zəhmət çək, odeeyy nərdivan çıx özün qır, ye !
   -Qorxuram  da çıxa bilmirəm . 
  - Neyniyim ,  canın cıxsın yemə 
   Uğunub gedirdim gülməkdən . Gilasları yeyib çəyirdəklərini barmaqlarımın arasından sıxib yuxarıdan onu tuşlardim . Gilas yerinə başına çəyirdək tökülən qiz hirsindən çır çır çığırırdi . Yazıq mamam ... səsə gəlib  ayağındakı rezin şəpiti ağaca tuşlayirdı , 
    - Az kopəyin qızı düş aşağı ordan , düş ...
    Gilas görən Fəridə ağacdan düşər ?  Hara düşürdüm ...
   Ehhh nə günlərimiz vardı . Zülfiyəylə nə məcaralarımız var idi . Şəhər qızı olduğundan həm ərköyün həm də  qorxaq idi . Kəndə bizə gələndə qızı əməlli başlı xamlayirdim . Evimizin arxası kolxozun tənəkliyi idi . Atımızı eşşəyimizi ora bağlayirdiq . Orda otlanırdılar . Boş olanda anam əlimə bir meşok ( parca kisə ) verib məni tənəkliyə göndərirdi ki , get camışa sarmaşık topla .Sarmaşıq yeyən camışın südü yağlı olurmuş . 
    Yenə bir dəfə Zülfiyəylə  məni tənəkliyə yolladi  sarmaşıq bəhanəydi . Bu dəfə üzümlüyə düşmüşdük . Ziyan verici  qurdlar ki kişmişi üzümləri gılələyib , yaralayirdiq . 
    Nəysə ,  qarnımızı doyurdub , meşoğumuzu sarmaşıqla doldurub evə gəlirdik ki , Zülfiyyə  dedi ki ,məni eşşəyə mindir . 
   Peeehhh . Feridə ola bu şəhər qızına yandıq verməyə . Əlimə fürsət düşdü . Meşogu belimdən atıb eşşəyin başını açdım . Çilpaq belinə sıçırayıb 
   - Toooşş -  deyərək eşşəyin yançağına bir cubuq çəkdim .  Eşşək götürüldü nə götürüldü . Bizdən düüz Hürügilin çəpərinəcən çapıb gəldim . 
   Zülfiyə də ağlaya ağlaya arxamızca qaçır ki ,  nolar  məni də mindir . 
   Eşşəyi yerinə gətirib ,  aşağı düşdüm . Bu heyində Zülfiyyə də təngənəfəs gəlib mənə yetişdi . 
   - Di min - dedim . 
   -Qorxuram .
   -Az məni dolamısan ?Bayaqdan özünü öldürürsən . İndi deyirsən qorxuram ? Az min görüm -deyıb çubuğu  qıza çəkdim .
   - Vallah qorxuram . Ora bura baxdım . Çəpərin üstünə qoyulmuş palanı görüb hərəkətə keçdim . Palanı eşşəyin belinə atıkəmərini  gücüm gəldiyi gədər sıxdım .  

 - Di min,  qorxma palanın üstündən yıxılmazsan ayaqlaini tax palanın demirinə ,  özün də möhkəm yapış palandan ,  qorxma - Deyıb qıza ürək dirək verdim . 
    Dediyim kimi elədi . Eşşək yerindən tərpənən kimi  qız qorxusundan qışqırdı . Zülfiyyə eşşəkdən düşmək istədikçə mən də ona ürəm durək verib onu qızışdırıram ,  eşşək belində gəzintinin nə qədər zövqlü olduğunu deməklə qızı həvəsdə gətırırdim . 
    - Sən dayan ,mən bu  dəqiqə ! -deyib özümü  təndirxananın başına saldım  atam oraya kəndir  qoymuşdu . Kəndiri alıb geri döndüm . Dedım :
   -  Di çıx 
   - Neynirsən ? 
   - Bağlayacam 
   - Nə  , nəyi , kimi ? 
   - Az çıxignən ,  gurtar ta ,  məni ləngitmə , indi anam cağıracaq , arzun gözündə qalacaq .  Sora desən mindirməyəcəm ha.
   Qız gah mənə ,  gah eşşəyə ,  gah da evə baxıb gözlərin doyürdü . 
   - Minmirsən ? Gedirəm haa - deyi saman dolu kisəni belımə atıb yola düzələdə Zülfiyyə əl ayağa düşdü . 
  - Yaxşı , yaxşı gəl mindir . 
  - Yeri get işinə ,  səndən eşşəyə minən olmaz . 
  - Gəl bax atamin canına and içirəm minəcəm . 
    Nə başınızı ağrıdım . Qızı eşşəyə mindirdim . Di gəlki  tərs . Qıza eşşəyə nə qədər düz minməyə başa salsam da Zülfiyyə eşşəyin belinə düz otura bilmədi . Dəfələrlə eşşəkdən düşüb təkrar minməsinə baxmayaraq heç cür ,  eşşəyin çəmini tapa bilmədi , nə qədər, ona başa salsam da , kömək etsəm də olmadı ki , olmadı . Anamın bızı səsləyişi bizi tələsdirdi . 
   - Anam çağırır vedək ,  qalsın başqa vaxta 
   - Yox Fəri qurban olum , məni sür sora gedek eyvi yox tərs süt məni , yıxılmaram qorxma tutavam eşşəyin remenindən - deyib eşşəyin quyruğunun altından keçib belinə bağlanan qapışdan yapışdı . 
   - Xala indi gəlirik , nolar - deyə evə tərəf qışqırıb anama cavab verdi - xahiş edirəm xala 5 dəqiqə ,  çox yox tənəklikdəyik 5 dəqəqə oynayıb gəlirik , nolar  yalvarıram 
    -  Tez olun , suya gedəcəm , uşaqlar yiyəsizdir, işim gücüm var . Feridə  vedrədə çörək islatmışam apar tök qazların qabına,  gələndə  yesinlər . 
  - Yaxşı ana , indi tökərəm 
  Elə qızı eşşəyin belinə tərs oturdub kəndirlə belindən , ayaqlarından palana sarıdım . Guya ki , öz nəzərimizdə belə bağlanırsa qız  möhkəm olacaq ,  yıxilmayacaq da . Əlimdəki cubuqla 
   - Tooşş - deyib eşşəyı qamçıladım . Qəfil zərbədən  eşşək  ürküb yerindən güllə kimi atıldı . Eşşəyin ipi əlimdən cıxdı . Eşşək qacdiqca mən eşşəyi tutmaq üçün qovuram . Mən eşşəyi qovduqca eşşək də qorxub qaçır , qiz da eşşəyin belində çır - çır çığırır. Həm qizin qışqırmasından , həm də mənim onu qovalamamdan ürkən eşşək yerındə durmayıb şıllaq atdıqca üstündəki palan açılıb belindən eyılır . Palan döndükcə palana bağlanmış xalam qızı da palan qarışıq eşşəyin beyındən əyilirdi . Özüm də çöx qorxmuşdum qızın eşşəyin belindən düşüb ayaqları altımda əziləcəyindən qorxurdum . Eşşək şillaq ata ata qaçır , qaçdıqca da qız palan qarışıq eşşəyin altına sürürdü . Gox gülməli mənzərə idi . Qız artıq özünü eşşəyin belində saxlaya bilməyib , palan qarışıq eşşəyin altına yıxılmışdı. Ayağının dıri açılıb havada qalmış , eşşəyin ayaqları altına düşüb əzilməmək üçün iki əlli eşşəyə sarilmışdı . Eşşəyə tərs mindiyindən eşşəyin məmələri qızın ağzin burnuna dəydikcə qöz öyüyürdü .  Mən həm qorxudan qışqırır ,  həm  də Zülfıyənin bu halına gülməkdən uğunub gedirdim . Gülməkdən daha eşşəyin arxasıyca qaçmağa taqətim qalmamışdı .  Nə illah edirdim eşşəyi dayandıra  bilmirdim "Toşşş"  qanan eşşək,  eşşək  inadina salıb "Toooquuş " qanmırdı li qanmırdı. Səsimizə bütün  tənəkliə tökülmüşdü ...
    Bu hadisədən sonra xalam qızı sarılığa düşmüşdü . 
     Anagilin o qədər toyuq cücəsi var idi ki , görən elə bilirdi toyuq fermasında yaşayırdıq . Təsəvvür edin ki , üç kiolüq demir vedrəmiz vardı , anam hər gün o vedrəyə bir , alverçilərə yumurta satırdı . Toyuq cücəni sabah həyətə buraxıb gedirdilər , tülkü harda basdı sağsağan hansın apardı xəberimiz olmurdu . Heç azalmaq bilmirdi qapıda toyuq cücə . Anam hər dəfə başın gözün çalıb qazlarimizi yolanda , hər yolumda bir yastıq düzəlib ora qoyurdu . Evdəki yüklərimiz az qala tavana deyirdi . Üstndə o qədər yastıq olurdu ki , mən o yastıqları düzəldib üstünə tül örtünü salmaq üçün hər dəfə masanı ora çəkir , üstünə də bir stul qoyub çıxırdım . Daha qaz yolunanda təzə yastığı qoymağa ger olmadığından anam ya satardı ,  ya da birinin qızı köçəndə, birinin uşağı olanda ona hədiyyə ederdi .  Bütün kənd arvadları şəhərə can atmaq istəyən gəlinlərə anamı nümunə göstərirdilər ki : 
   - Bax,gözünüzə su verin , şəhər qızı gəlib burda necə baş çıxardır , necə qoçaq gəlindir 4 uşaqla o boyda toyuq cucə , heyvan ,qoyun - quzu ... Siz də şəhərə qaçın . Bərəkət kənddədir ee , kənddə nə var şəhrdə ?  Gedib bazarda tərəziyə gözünüzü dikərsiz ağlınız başınıza gələr . 
   Yadımdadır , anam mənə bir yorğan salmışdı , bir dənə də qaz tükündən yastıq düzəltmişdi . Qəşəy bahalı atlaslardan üzləmişdi . O vaxin stəkanları var idi üstü qızılgül nakleykalı - onlardan ayımışdı , qirmizi qirağı zər işləməli nəlbəki , qəşəy boşqablarımız vardı, kənarı mavı və zərli xətlı , ondan ayırmışdı . Hə birdə 1 aftafa ləyən almışdı ,  mavi rəngdə. Deyirdi Bakıya oxumağa gedəndə verəcəm aparasan özünlə . 
   - Harda qalacam ki, orda , 
   - Nə bilim ay bala ,  indi ya tələbə yataqxanasında qalasan , ya  da kirayə ev tuatcasız dayn tələbə qızlarla . 
  - Mən tək gedəcəm Bakıya ? 
  - Niyə tək gedəsən ? Yığacağıq nəyin var maşına atanla gedib evini rahatlayıb , səni də qoyacağıq evinə gələcəyik. 
   - Bəs bunları neynirəm -  deyib aftafanı anamın indidən düzəltdiyi boxçadan çıxardib kənara qoyurdum - burdan ora  aftafa aparacam ? Sən allah məni biabır eləmə ,  gülərlər ee mənə .
   - Özlərinə  gülür  sənə gülən , Qoy ora , işin olmasın , aftafa qizin , qadının təmizliyidir ... bu aftafanı anam beynimə necə soxubsa illər sonra Türkiyəyə gəlib burda aftafa tapmayınca Azerbaycandan Türkiyəyə aftafa gətirtdim ...
   Hələ o vaxt 5 de 6 da oxuyurdum ,  Bakıda oxumaq eşqiylə yaşayirdım... yüz sür xəyal qurub ozümü tələbələr cərgəsində görürdüm ,  xəyallarımda yeni rəfiqələrim vardı məni istəyən qrup yoldaşım da olacaqdı amma , mən ona üz verməyəcəkdim ...  xəyala bax ee olmayan şeyə naz edirdim . 
   Deyir sən saydığını say , gör fələk nə sayır .  Necə arzular dilədik xəyallar qurduq , nələr yaşadiq . Arzuma çatdım . Gəncliyım Bakıda keçdi , amma tələbə adı alnıma yazılmadı , qaçqınlıq yazıldı , yeni rəfiqələr qaçqınıq deyə bizi dışladılar , tələbə sevgilimə naz yerinə , ər evində 18 il çırpıldım , əzildim , qırıldım ...
   Allah erməninin tifağını dağıtsın , elimizi, obamızı dağıtmasaydılar bızım də qurduğumuz xəyallar  gerçəkləşəcəkdi ...
       Həftədə ya da 10 gündən bir bizim nobatımız (çobançılıq və ya naxırçılıq növbəsi ) olardı . Nobat kənd camaatı arasında bölünmüşdü . Nobata qoşulan heyvanları hər gün biri aparıb axşama qədər dağda otarardi . Atamın işi olmasa nobata  ozü geder . İşi olanda isə  qonşu uşaqlardan və ya kişilərdən birin yollayardi . Qarşılığında onların qızlarina cehizlik  dörd ayaq , oxlov , pol ağacı düzəldib verərdi . Ya da özlərinin evlərinə atamın görəcəyi bir iş vardısa onları etdirər , atam onlarin deryaz - oraqlarin itiləyər , atlarini nallayardi . Kənd yeri idi kəndin işi bitməz ki . 
   Atam nobata gedəndə mənim kefim kökəlirdi . Atam gedəndən sonra anam colpalardan birin tutub kəsdirər , çığırtma bişirib tuj qazançaya doldurardı . Süfrəyə təndir çörəyi ,  pamidor xiyar ,  göy göyərtı qoyub boxcanı bağlayib əlimə verərdi . Butulkaya ayran tökub içinə buz atıb ağzina təmiz dəsmaldan tıxac düzəldib vurardı . (O vaxt qapaqlı putulka yox idi . Ağzı genış qatıq butulkalarina belə tıxac düzəldib qapağı əvəz edərdilər ) Boxçani haça bir budağin başina taxıb termusu da əlimə alıb dağa qalxardım ,  atamin yanına . Pəhh... nə səfa vardı təbiət qoynunda süfrə acıb yemək yeməkdə .  Dünyanın ən dəb dəbəli süfrəsinə dəyişməzdim bu süfləmizin . 
   Qəşəy salat edib , ayrani stəkanlara doldurardım . Qazançanı açıb süfrənin ortasına qoyurdum . Ata bala başlayirdıq yeməyə . 
    Atam nobata gələndə  də boş dayanmırdı . Özüylə dəhrə , deryaz gəturib, çalı çırpı kəsərdi , ot biçərdi ,  çalinmış otları yerə sərib , qurudar bir neçə gün sonra gedib atamla dağdan gətirərdık . 
   Atam kəsdiyi çırpıları atın eşşəyin belinə yükləyənə qədər mən də dərənin kənarına yenib biraz qıjı toplardım , əslində qıjı toplamaq bəhanəydı . Məqsəd dərədə çimib sərinlənmək idi. Soyunub dərənin buz kimi sularına baş vuranda günəşdən  yanıb qaralmış bədənim , istidən bunalmış beynim dincəlirdi sanki . Nağıllarda oxuduğum  gözəllik suyu bizim Gülablı dağındakı dərənin suyu olmalı idi . İnandırım sizi ki , hər girib çimib çıxdığımda dərim nə qədər gözəlləşdiyini ozüm də hiss edirdim . Yanıb qabıqlanmış dərim öz özünə elə o suda soyulub çıxırdı . 
    Topladığım qıjıları dağdan yiğdığım quşəppəy, lala , əmənköməncı , cıncilim , dağsoğanı quzu qulağına qatıb derə kənarında ayırtlayıb təmizləyər ,  bulağın gözündə yuyub enli yarpaqların üstündə suyun süzdürədim . Atam kəsdiyi çalı - çrpını eşşəyə yükləyəndən sonra məni də qaldırıb eşşəyin belindəki çırpıların və ya otların üstündə oturdüb evə göndərərdi . Özü isə axşam dönəcəkdi . 
    Kəndimiz koramalla dolu olardı . Heç qorxmurdum ilandan  Atam deyirdi ki, koramalın "yağın" basmasan koramal səni vurmaz . Bu koramal yağı nəmənə şeydirsə hələ də bilmirəm . Uşaq düşüncəmlə koramalın yağı yəqin ki,  başında olurmuş . Çünki dəfələrlə atamın yanıda atama hiss etdirmədən  koramalın quyruğun tapdalanışdım , ilan məni çalmamişdı . 
    Bır gün samanlıqdan yumurta götürməyə gedendə , özünü günəşə verən ilan gördüm . Həmişə gordüyüm ilanlar boz və sarımtıl koramal olardı . Bu isə qara üstü naxışlı və  incə idi .
   - Əşi koramaldır da , nağayracaq deyıb quyruğun basıb qaçdim . İnanmırdım kı ,ilan məni çala , arxamdan gələn ilanın fısıltısına döndüm ki, ılan məni haqlayib . Qışqıra qışqıra götürüldüm . Hara qaçıramsa  ilan mənim arxamca gəlirdi . Ömrümdə ilk dəfəydi ki , ilanın belə sürətli qaçmasını görürdüm . Təndirxananin başına dolanib taxta məhəcərin üstünə çixdim . Düşündüm ki içlan ora çixa bilməz . İlan gözünə döndüyüm , çırpıların üstünə çıxıb ordan məhəccərə sarmanmadımı ?  Məhəccərdən atlanıb qaçmaq istəyəndə uzüqoylu yerə deydim . Elə bu vaxt ayağımın yanında yerə nəsə sancıldı . Eynı anda da ayağıma soyuq bir şey bəydi . Elə bildim ilan məni vurdu . Dönüb baxdım ki , atam lapatkayla ilanın başın əzir . Odur , budur ilanın ağına da lənət qarasına da deyib , ilan görəndə dabanıma tüpürüb qaçıram . 
   Çox nadinc uşaq olmuşdum çox , anamdan başqa heç kimə xeyrim dəymirdi . Anama da bir faydam vardı ki , uşaqlara baxırdım , eşşəyin belində kəhrizə gedər , vedrələrdə eşşəyin belinə asdığı  qab qaşıgı sürtüb yuyardım . Betonları doldub gətirirdim , atam balaca səhəng almışdı 5 litir su tuturdu . Hər axşam onu götürüb Qaradağa gedirdim , qaradağ Divangir əmimgilin evinin yanında idi . Suya getmək  bəhanəydi . Orda əmimoğlu Nailgilnən  , qonşu qizi  Nargiləgiləynən  təpədə yeddi şüşə oynamaq  vardı . Bir Qaradağa gedəndə anam uşaqları mənə vermirdi . Cünkı orda uşaqları qoyub qayalığın dibinə enə bilməzdim . 
   Qaradağ qayaliqlarinda  bir bulaq  var idi ... məcun idi məcuuunn. Bir ləzətli , saf suyu  var idi ki ... qayalıqlarin altindan axıb gələn yeraltı  bulaq,  məhz elə bizim bu Qaradağın altindan qaynayıb çıxırdı . Bu bulağın suyuyla siyrılmış yerimizi yusaydiz iki üç saata , yaramızdan əsər əlamət  qalmazdı . Mədə ağrısına ,  böyrəyində , odündə daş olana çöx fayadalıydı bu bulağın suyu . Son vaxtlar , Qaradağda həmin bulağın üstünə bir neçə adam gəlmişdi . Kənd camaatından eşitmişdim ki , Elmlərdən gəliblər təhdiqat aparırlar . Hər bulağın başına gedəndə əlimə cubuq alıb qayanin altından süzüb gələn bulağın gözün eşirdim ki , görəsən bu təhdiqat nəmənə şeydi ki, bunu biz tapmıriq da Elimlərdən gəlib tapıb aparırlar . Nəysə bu təhdıqatdan sonra məlum oldu ki, bizim Qaradağın suyunun tərkibində insan sağlamlığına  lazım olan minerallar və turşular varmış . Və elə bu təhdiqatdan sonra qonuşu erməni kəndlərindən ermənilər axışıb buraya gəlməyə başladi . Ermənilər  bulağımıza ayaq açandan sonra anam  və qonuşular uşaqlarını və məni Qaradağa getməyə qoymurdu . Ermənilər sizi  oğurlayar deyırdi . Demiyəsən elə bizim millət elə o vaxtan ermənilərin oğru olduğunu bilirmişlər . Bəs ogruların kəndimizdə  nə işləri vardı onu ağlım almırdı . 
    Qaradağın qayalıqları xatırə yazıları ilə dolu olardi . Buraya gələn qonaqlar və ya kənd cavanlari qayalıqlara bir şey yazmaqla , öz xatirəsini qoyurdu.Qaya daşlarının üzərinə Qobustan daşlarına çəkilmiş şəkillər kimi şəkillər cəkilmiş , ad soyad və müxtəlıf tarixlər yazılmişdi . Dayım Adil də ən yüksək qaya daşina " Adil 1972 " oymuşdu  . Yanına da üldüz çəkmişdi . 72 təvəllüdü idi . Dərə kənarından üzü yuxarı gedəndə bu yazı açıq aydın görsənirdi . Bir gun , Qaradağın yuxarisindaki lehməli göldən  camışlarımızı  qabağıma qatıb gətirəndə Adilin yazisi olan qaya daşının yanında təzə bir yazı gördüm , " B + F= S "  yazılmışdı . Bu bir məhəbbət düstürü  idi . Bu misal mənə verilmişdi . "B"- nin kim olduğunu mən tapmalıydım . Deyecəksiz ki , səndən başqa kənddə "F" yoxdurmu?  Var o qədər var ki , amma heç kim çəsarət edib bu qızıarin adin yaza bilməzdi . Hamısının qardaşı var davaya düşərdi . Amma mənim qardaşlarım hələ süd əmirdi . Həm də mən şəhər qizi olduğumdan məni sevən bu oğlan da cəsarətlənib bu addımı atmışdi. Axı  bu sevgi düsturunu bu kəndin uşaqlarina mən demişdim . Şəhər məktəblərində oğlanlar, qızlara bu misalla eşq elan etmələrini , tuvalet və divarlara bele yazmalarını mən anlatmışdım , kəndimizin uşaqlarına . İndi budur kəndə yeni dəb düşürdü , eşq əmsalı . Bu mənə elan olunan ilk məhəbbət idi . O zamana qeder utancaqlığın nə olduğunu bilməyən dəcəl bir qızcığaz bundan sonra  hər şeydən , hamıdan utanmağa  başladı. Nənəmin həmişə mənə dediyi söz qulaqlarımda cingildəyirdi . "Erkək at döyülsən , ağır otur - dur ! Adama göz qoyurlar"
   Elə bilirdim ki , hər qayanın arxasında , hər kolun dibində , hər ağacin altında "B" in anası , bacısı qphum əqrabalarindaki qız qadınları  dayanıb mənə göz qoyur . Bəs görəsən bu "B" kim idi ? Bütün kəndin oğlanları gəlib gözümün qabağından keçirdi . Bu  " B " kim idi tanimirdim . Bu düsturu Qonşu qızı Sehrana da demişdim ki,  bu məsələni çözməkdə mənə kömək etsin . Deməz olaydım ... 3  gün kecmədi məhəlləmizin qızları məsələdən halı oldular , toplanıb qaya lövhəsinə yazılmış bu misalı özləri öz gözləri ilə görməyə  getdilər . Məsələnin doğruluguna inanandan sonra  bütün qızlar Təranəgilin çəpərinin yanına toplaşıb məni sorğu sual edirdilər . Nədənsə kənd qızlarını məhəbbət məcaralari yaman  həyəcanlandirirdi ..mən de eləmə təmbəllik . Olmayan sevgilimdən , oynamadığım  məhəbbət  oyunlarımdan basıb bağlayirdim . Uşaq ağlımla sevgı nağılı uydururdum ... 
    Adını soruşanda da tanimadığım , görmədiyim "B" -ye  Baloğlan deyirdim . O mənim  xəyali sevgimin Bal oğlanı idi ...

 -Axı kəndimizdə belə bir adam yoxdur . 
- Var ee, deyesən Avdalda olur mən eşitmişəm  
- Az  ondi o Avdaldan durub gəlib bizim qayalığa şey yazıb ?  İnanmıram . Bu kimdirsə bizim kəndəndir . bizim kənddə də var yuxarida amma o yekə kişidir ee,  uşaqları bizim məktəbdə oxuyur  - deye qızlar bir birinin sözünü  kəsib höcətdəşirdilər . Bu yalancı məhəbbət oyununun başıma bəla açacağından qorxub onları sakitləşdirirdim . 
 -Sakit olun ay qızlar . Bizim kəndimizdən deyil ee... şəhərdəndir 
- Şəhərdən ? 
 - Həə, məni istəyən oğlandır , burda bir ailəcə dostlari var onlara qonaq gəlib ,  tətili burda qonaq qalır . Çıxıb Qaradağa  yazıb ora - deyə uydurmalarıma davam edirdim . 
   "Məhəbbətin gücünə"  heyran qalan qızlar yeni uydurmalarıma həyəcanla qulaq asır, kaş bizi də  belə sevən biri olaydı - deyib içlərini çəkirdilər . Maraqlı qıdı qızlar düşmüşdülər kəndin canına . Kimin evində qonaq var idisə mənə göstərirdilər ki , Baloğlan budur ?  
   ...Dediyim kimi 3 aylıq şəhər həyatımdan sonra kəndə gəlişim tay tuşlarıma  hər dəfə bir yenilik gətirirdimsə də bu dəfəki yeniliyim "məhəbbət məcaralarım" idi . 
   Elə deyəsən o  vaxdan xəyal qurub hekayələşdirməyim varmış ee , bilmirmişəm   . Elə şeylər xəyal qurub uydururdum ki, elə məhəbbət dastanları yaradırdım ki , Məlikməmməd nağılı onun yanında qələt edərdi . O vaxt bu nağıllarımı qələmə alsaydım bəlkə də indi qalın bir uşaq nağılları kitablarım var idi . Mən Tərişgilin çəpərinin yanında qızları başıma yığıb uydurmalarıma başlayanda qızlar məni elə bir  həyəcanla  dinlərdi ki , hərdən özüm də öz yalanlarıma inanırdım . Gızlı sevgılımın adı Baloğlan olmuşdu . Guya biz  görüşür ,  Qaradağın başına çıxır , qaçdı -  tutdu oynayır , xınali qayaların xınasından qoparıb  tüpürcəyində isladaraq  əlimə qoyur , camışlarımızi göldən çıxardır ,  ayağım sürüşüb  lehməyə yıxilanda o mənim  qəhrəmanıma dönüb mənı camışların ayaqları altından qurtarırdı .  Bu "B" kim idisə mənim uşaqlıq xəyallarımın ağ atlı oğlanı , Lyüdmılanın Ruslani ,  göyçək Fatmanın , Zoluşkanın şahzadəsi idi . Mənim qəhrəmanım filimlərdə , mutfilimlərdə gördüyüm enlikürək , boy buxunlu , dolu bədənli , qəhraman biri idi . Mənim sevgilim igid idi , mübariz idi ,  xeyirxah idi ...
   Günlərin bir günü sevimlı eşşəyimizlə kəhrizə suya gedirəm . Yolumuzu kəsə etmək üçün evlərin arasından piyada yolu ilə keçib ordan ana yola çıxacaqdım. Eslində həmişə gedib gəldiyim yol idi .  Bu yol dar bir aralıq sayılırdı.  Eşşəyimiz  o yolu getməyə alışdığından heç vaxt yolunu dəyişməzdi . Həmişə o yolu gedib gəlirdi. Bu dar cığır o qədər xoşuma gəlirdi ki ,  hər iki çəpərlərin kənarları ilə əkilmiş akasiya ağaclari bu yola xüsüsi gözəllik veirdi . Həm də bura kölgəlik olardı . Arada bir səhəngimi yere qoyub dincələndə , kol çəpərlərdə oynaşan çırcıramalardan tutub , quyruğuna ip bağlayıb "Vertalyot" edirdim . Evə gətirib uşaqlara verirdim . Xoşları gəlirdi çırçırama vertalyotdan ...
    Əlimdəki ağacı çığırı basmış adam boyu qalxan gıcıtkənlərə çırpıb onları qıraraq özumə yol aça aça irəliləyirdim ki , qəfil çəpərlərin arasından mənim "Baloğlanim" çıxdı ...
  Necə olub ki, neçə gündür qızlarla kəndin bütün oğlanların sıraya düzüb bu "B" kimdir deyə beyin çatladanda bu balaca cılız , kürən oğlan ağlımıza  gəlməyib ?
   - Aazz , dayan görüm bir ! O , Baloğlan kimdir aaazzz ,  kimin küçüyüdür ? Sənin adını o qayaya mən yazmışam ee  Baloğlan yox - önümə keçib yolumu kəsdi - dayan görüm ee,  hara gedirsən  ... Kimgilə gəlif azz o dəmşalax köpəyoğlu  ? De görüm kimgilə gəlif . Deməsən , gedəjəm şəhərə . Tapajam o  şəhərdə Baloğlandı nə p..du  ? Vurub  ... baş eliyəjəm ...
   Xəyallarımdakı qəhrəman qəhrəman yox , divin canı olan şüşə kimi qırılıb yerə töküldü . Bax  bu da mənim ilk və son xəyalımdakı sevgilim,  Baloğlanım dönüb zəhər tuluğu oldu , qaba , köntöy , qısqanc , delisov ...
     O gündən qlzlarla çəpər dibindəki söhbətlərimiz bitdi . "B"- nın mənimlə kənd sayagı kobud danışmasından sonra , daha qızlara yalanlar uydurmaqdan qaçırdım . Bəzən onlar məni oynamağa cağranda da getmirdim . Uşaq ağlımla onun qabalığını  qəbul edə bilmirdim .mənim qəhrəmanım mədəni ,  centelmen , ağıryana , romantik biri olmalıydı . Xəyalımdakı sevgilimlə  ilk görüş və ya tanışlıq yadda qalan , ömür boyu unudulmayacaq bir şəkildə olmalıydı . Eksinə olmuşdu . Mən onun qabalığını həzm edə bilmirdim . 
     İndi o günlər yadıma düşdükcə "ah uşaqlıq , uşaqlıq" deyib gülürəm . Hələ də o Qaradağın bir qaya parçasına yazılan "B+F=S" əmsalı mənim gözümdə təmiz və saf məhəbbətin rəmzi kimi durur. Çünkü adı bilinməyən, özünü tanımadığım o "B" təmiz ,  saf xəyallarımın  bir parçası idi ...
  
   Anam təndirə çörək yapanda qoxusu kəndi bürüyərdi . Mən evdəki kündələri almınium  teştə yığar ,üstünü təmiz süfrəylə örtüb , teşti başıma alıb  təndirxanaya gətirirdim . Anam çörəyi bişirənədək iydəmizin altina palaz salıb döşəkçə , mütəkkələri düzərdim . Bacı qardaşlarim , palazın üstündə oynar , mən də içəridən pendir , yağ , göy göyərti gətirib, samovara od salardım . Anam işin qurtarandan sonra təndirin başındakı vedirədəki su ilə tərini yuyub sərinləyər,  qalan suyu da təndirxananın başına çiləyib süpürəndən sonra süfrəyə oturardı . Süftəyə oturar oturmaz isti çörəklərdən birinin arasına pendir göy göyərti qoyub məndən qonşuda yaşayan Kor Məmmədə göndərirdi . 
   - Apar, bala, bunu ver kişiyə , iyisi gedir , yesin savabdır . Bir də gör sərin suyu - ayranı yoxdursa , gəl xaladelnikdə sərin ayran var , onu da apar ver ,  içsin sərin sərin  ! 
     Məmməd dayının  , uşaqlıqdan suçiçəyindən gözləri tutulmuşdu . Deyilənə görə qohum əqrabası var idi , amma tək yaşayırdı . Bir defe eşıtdim ki , Məmməd dayı Əntiqə adında bir arvadla evlənib . O qədər təcüblənmişdim ki , qoca kişiyə , həm də kor - kim gələrdi ki? Hər şeyi uşaq ağlımla ölçüb biçirdim dee. Nə bilirdim həyat nədir ?  Allah rəhmət eləsin Məmməd dayıya , deyirlər kəndimiz işğal olanda evinin içində ermənilər diri diri yandirdı ...
     Həə onu deyirdim səki , xatirələr yada düşüncə  gör fikir adamı çəkib haralara aparır ...   
    Təndirdə küt getmiş çörəyin qazmağın o qədər sevidim ki , anamın gözündən yayınıb Allaha yalvarirdim ki , çörək küt getsin. Bir dəfə anam heç cür çörəyi əmələ gətirə bilmədi . Çörəklər bir birinin ardıyca küt gedirdi . Bir sevinirdim ki , qazmaq yeyecəm deyə . Bir gordım təndirin süpürgəsi kürəyimin ortasında tuşlandı ...
   - Ağzın eyilsin ! O qədər küt  qazmaq qazmaq deyirsən ki , çörəklər hamısı küt getdi . O gün qonşudan çörək alıb keçındık . Çörəksiz qalmışdıq . Bizim küt getmiş çörəklərı anam təndirdə kələfetir eləyib  inəklərə verdi . Odur budur daha qazmaq üçün Allaha yalvarmırdım . Ac qalacağıq deye daha qazmaq istəmirdim . 
    Yaz tətilinədə kəndə gedəndə , qonşu qızlara qoşulub pencərə gedirdik . Yaz tətili pencər bayramı olurdu elə bil kənddə . Qızlarla dağdan  yeni cücərmiş təzə tər , şehli çöl pencərlərindən toplayaraq Qaradağa gələrdik . Bax bu zaman Qaradağın  sessız qayalari şənlənərdi . Dərədən yüksələn qız qadınların səsləri qayalıqların daşlarında əks səda verirdi . Özümüzlə top , kəndir rezin də götürürdük . Qaradağın üstündəki düzəngahda " zapaz" , " rezinka ", "kəndirbaz" oynar ,  məktəbdən oğurlayıb gətirdiyimiz təbaşirlə , o da olmasa kömür parçasıyla klas çəkib "klas klas" oynayardıq . Yorulanda isə hərəmiz bir qaya parcasının üstünə oturub topladığımız göy - göyətini yuyub aylrtlayardiq . Axşama qədər qızlarla söhbət - qiybət ... Pencərə gedəndə çörəyin arasında özümüzlə götürdüyümüz pendir , yumurta , kartofla elə bulağın başında , yosunlu qaya daşlarının üstünə qəzet açıb qonaqlıq edirdik . Gətirdiyimiz yeyəcəklərlə bir birimizə "pay" aparırdıq  beləcə axşama qədər , dağda, qayalıqda , bulaq başında günümüzü kecirərdik . Axşam hamı öz pencərini  götürüb nobatdan gələn qoyun quzusunu da qabağına qatib evinə gedərdi . 
   Sabah mütləq 3  4  qonuşu birləşib sac asardı . Oxlovlar taqıldayaq, səmavərlər şaqqıldayardı . Kətələr bişər , arasina nehrə yağı qoyulub təpəl kecinin qatığına batırıb ləzətlə yeyərdik . Yuxalar tay tay bışərdı . Hər için sonunda qıp qirmizi xina kimi qızarmış fəsəli mütləq idi . 
     Kənddə evlədə hamam yox idi . Heç su belə yox idi . Kənd camaatı suyu  evlərinə  maşını olan maşınla , maşını olmayan atla eşşəklə gətırirdi . Damların  novlarının altında böyük hamam vannaları və ya dəmir  çəlləklər  qoyulardı . Yağan yağış suları ora toplanar o suyla bağ baxça , dirlikləri sulayardılar  . Balaca uşaqlar da sərinlənmək üçün özlərini bu yağış sularina atıb sərinlərdilər . Axşamlar əl ayaq yığışandan sonra samovarda  qalan isti suyu arxa otağa və ya  ambarımıza aparıb orda suyu ilıqladıb, yaxalanardıq . Həftədə bir gün isə bizim ümumi hamam günümüz idi . Kənimizin Məşədi İbadın hamamına oxşayan hamami var idi . Başqa günləri bilmirəm ama hər şənbə və bazar  günləri bura iynə atsan yerə düşməzdi . O qədər adam olurdu ki .  Biz heç vaxt ümumi  hamamda çimməzdik . Həmişə nömrə alırdıq . Anam bizi çimizdirib çıxardandan sonra atam girərdi . Mənim hamam keyfim də uşaqları gözləməklə keçərdi . 
    Birdə hamamın yaxınlığında kəndin dükanı var idi . Deyesən Qəndab xalaydı tükançı . Dəqiq yadımda deyil . Yadımdadır  toyda "Tut ağacı boyunca" oxuyan kimi bilirdim ki , Tükancı xala oynayacaq ... 
   Həə onu deyirdim ee. Yenə fikirim getdi .  O dükanda nə desən tapmaq olardı . Yox deye bir şey yox idi  orda . Qu tukundən, quş südünə  hər şey tapmaq olardı orda . Birdə nə maşını idi bilmirəm - arada bir kəndə "avtalovka"  gəlirdi . Bu maşında nə tapılmazdı ki .  Uşaq paltarları , gəşəy güllü çit xalatlar , uşaq ayaqqbıları , qaloş ,  rezin şəpıd , sabunlar ,  yuyucu tozlar , ən cox sevdiyim vafli və "taxta" peçeniyələr satılırdı .  Həmişə olmasa da arada  "Moskovski" konfet - şokalad gələndə kənddə onları ən az alan 3 kilo alırdı .  Maşından  qəribə qoxu gəlirdi - butun yeyəcək və fabrik mallarının qoxusu sabunların qoxusuna qarışdığından belə mənşəyi məlum olmayan bir qoxu yaranırdı . Hələ indiyə kimi o qoxu mənim burnumdadir . 
     Kəndimizin toyları bir  başqa olurdu . Her həftənin bazar günü kənddə mütləq  iki və ya üç toy olardı . Hələ yadıma gəlmir ki , ara günü kənddə toy edən ola . Bazar günü olanda kənd iki üç yerə bölünürdü . Yarısı kəndin o başına yarısı bu başına toya gedirdi . 
   Qonum qonuşuda toy  olanda bir  həftə  qabaqcadan, ümumi iməcilik başlayırdı . Toy  evi , həyat baca səliqəyə salınıb təmizlənərdi . Elə ki, evin və həyət bacanın işləri qurtardi , toya hazirlıq başlayardı . Kişilər  heyvanları kəsər , qadinlar çiyər doğrayıb , baş ayaq ütərdilər . Uşaqlara da iş ayrılmışdı  oğlanlar suya , qizlar da qab qaşığı bulağa aparıb külnən sürtüb yumalı idi . 
    Mağar qurulub masalar düzüləndən sonra bu günlük iş bitmiş sayılırdı . Əl ayaq çəkiləndən sonra ev sahibləri öz "gözətçi butkalarına" çəkilib sabahı gözləyərdilər . Bu  "gözətcı butkası" adıni da mən qoymuşdum . Bilirsiniz niyə ?  Çünkü ev yiyələri evdə her şeyin gözətçiliyini edirdi . Evin kişisi , ambardaki içkilərin, evin xanımı ətlərin  bə yeyecəklərin , evin qızları gəlin otağının , oğlanlaırı isə mağarin "qarovulunu" çəkirdi . Guya mağara qarovul çəkilirdi de... sabaha qədər kəndin və ətraf kəndlərin  kişiləri mağarda qumar oynayardılar . Bəzən də dava düşər , davanın səsinə kənd yuxudan  səksəkəli oyanardı . 
    Hələ yadıma gəlmir ki ,toy ərəfəsində gəlin gəlmədən əvvəl və ya sonra gəlin otağı görəydim .  Dediyim kimi gəlin otağı elə bir canlı müşahidə kamerası ilə qorunurdu ki ... Bilmirəm hardan , kimsə bizim kəndin ağlına soxmuşdu ki , amandır , gəlin otağına heç kimi qoymayın , burdən bağlayarlar . Taa iki uşağım olandan sonra bilmişəm ki , "bağlamaq" nədir . Bağlamağı gəlinin belinə bağlanan qırmızı lenti bilirdim  anama da demişdim ki , 
   - Ana ,  onsuz da toyda gəlinin belin bağlayırlar da ...
   - Yeri get sənə aid olan  işinən məşgul ol , hər işə burnunu  soxma ! 
   Tezdən gəlin maşını bəzənər , gəlin gətirməyə gedən maşinlara qırmizi lentlər bağlanardı .  Maraqlı gəlin maşını bəzəmək üsulu vardı . İndi gəlin kuklasi ,  qotaz , rəngli klyonka cicəklərdən  vəya "matot" iplərdən düzəldilmiş səbətlər nə gəzir ? 
   Oğlan anası gəlin gətirməyə geden maşınların xalat baratını verəndən sonra maşınlar cərgəyə düzülürdü. Bəy atasinin "aşıx açdısından" sonra  Mehdinin nağarasının səsi , Şakirin qarmonunun xoş avazı kəndə yayılanda  kənd əl ayağa  düşürdü : " toy başladı" . 
    Kənddə iki mağar  qurulardı . Biri yemək içmək mağarı , biri də toyxana.   Yeyib içmək mağari  bəzənər masalarin üstü yemək içməklə doldurulardı. Bu mağar kişilərə aidd idi . Qadınlara içəridə  yerə süfrə salınar orda yemək verilərdi  . Çox nadir hallarda qadınlara da mağar qurulardı . Bir uşağın hünəri nə idi kişi mağarına  girsin . Lap qonaqlarla gəlmiş uşaqlar da "kişi"  mağarina girsə belə kişi mağarında yemək yeyen uşaqları bayırdakı uşaqlar təkləyərdilər .  Uşaqlar üçün "pover" lərin yanında yer açılardı . Yer də  nə yer , heç vaxt xəyalımdan silinməyicək , ən şirin süfrə idi bu süfrə: böyük tiyanı çevirərdilər , üstünə çörək , pamidor xiyar və reyhandan  hazırlanmış salat qoyulardı . Toyxanada oynaşan uşaqlarla tiyanın başina toplaşardıq . 8  10  nəfər  uşaqlatın masası idi bu tiyan . Bardaş qurub tiyanın ətrafında oturarkən yerləşməyəndə yanımızla vurub yoldaşımızı sıradan çıxardırdıq . Elə xayın uşaqlar olmuşduq ki . Odun ocağinda bişən bozartmanı , souzu görəndə ağlayan  dostumuza tərəf də  baxmirdiq . Mmmm... miss kimi qoxuyurdu toy yeməklərimiz ,  soğancasının qoxusu belə kəndı başina götürərdi , ocaqda bişən souzumuzun ... kəndimiz ilə bərabər qoxusu da getdi yeməklərimizin , dadı duzu da itdi toylarımızın ...
    Yemək içmək bitəndən sonra toy qızışırdı nə qızışırdı . Elə ki , mal qara , naxirdan , qoyun quzu örüşdən gəldi ,  sağılıb yer yurd edendən sonra , qadınlar geyinib - gecinib günortadan bəri ozünə bəzək düzək verib aynanın qabağında forslanan qızların da yanlarına alıb gələrdilər toya . Elə bil ki ,aşıqlar qızların gəlməsini gözləyirdi. Bayaqdan mağarda oturub yeyib içən  kişilərin istəyini yerinə yetirib segah çalan Rəmişin gitarasına , qoşanağara ses verirdi . Ça-ka çu-ku - du, ra-ka-da, çu-ku-du  başlayırdı nə başlayirdı . Meydan cavanların olurdu . Artıq segah - muğam bitirdi  . Cavanlarin təpiyindən , mağarda toz ərşə qalxır , başlardan tökülən şabaşlara cuman uşaqlarn yançaqlarini "padişahın" çubuğu yandirirdi . Vedrələrlə yerə  çilənən sudan doymayan torpaq cox keçmirdi ki, yenə tozlanırdı . Vallah kim nə deyir desin , o tozun qoxusu da başqaydı...

    Esil eşq - məhəbbət  də elə bu  toylarda başlayırdı . Bir - birinə aşıq olan cavanlardan göz qaş edib gözdən yayınıb gecənin qaranlığında gözdən itən kim , sevdiyi qızin adına olan mahnını çaldıran kim , sevdıyi qizin xoşladığı mahnını oxutduran kim... Mahnılarımız o vaxt  bir növ mesaj rolunu oynayırdı . Kimin kimə nə sözü vardısa mahnı sifarış verməklə çatdırırdı . 
   O vaxtın ən məhşur  mahmıları " Ay saçı burma " , " Firuzə " , " Qəmərim " , " "Şərabanı ", " Sən şamsan əyər" "Gülpəri" "Sarıköynək " , "Ala göz yarım mənım", "Azadə" idi . Sevgilisindən ayrılanların isə oxutduğu  mahnılar da vardı. " "Xatırla məni", "Darıxiram", " Heç küsməyin yeridirmi " ... Bu mahnılarla sevgililərınə mesaj verirdilər . İndi  gəl bu  mesajı alan qızların keçirtdiyi hisslərin şahidi olasan da , ol görüm necə olursan . 
   Rusetdən gələnlər,  Bakiya oxumağa gedıb gələnlər , eyləncəni sevənlərin mahinilari , Rəmişin ifasinda , "Cimi , "Xaduba " və başqa  hind mahnıları idi . Son zamanlar "Lambada" oynayanlar da var idi . 
    Kəndin qızlarını oynamağa qaldirinca bir naz satırdılar , bir göz süzdürürdülər ki  gəl gorəsən , vallah şahidiyəm mahnının tempınə oturduğu yerde dingildəyən qızlar oynamağa qalxanda bir əda göstərirdilər ki , deyirdin ay Allah bunlar İranı satıb, Turanın behin veriblər ...
    İndi də sizə deyim balacaların toydakı "vəzifələrindən". Vəzifə deyirəm bilirsiz niyə ?  Cünkü cavanlar hansısa uşağı bu işlə görəvləndirməyəndə , həmin üşaq işsiz ,cibi boş fəhlə kimi sayılırdı . Tay tuşlari onu "cumo"yerinə qoyurdular . Bizim nəzərimizdə o xəbərçi , satqın kimi tanınırdı . Bu işdə qazancımız nə idi bilirsiz ? Toyda kor Məmmədin satdığı , saqqız , şirinquş , sımıçka ,  peçeniye və ya vaflı . Vəssalam .  Bu boyda məsuliyyətli işin qazancına bax ee mənölüm ? Nigaran qaldız eləmi ?  İndi deyəcəksiz :
   - Ay Feridə, di bir de görək nə işiymiş də oo ? 
   Dayanın da... Səbriniz olsun yavaş yavaş gəlirəm . Deməli biz balacalar cavan sevgililərin qarovulcuları idik . Bir dəfə qonşu qız cibimə bir ovuc konfet  basıb mənə dedi ki, gəl mənimlə gedək evə , sabomu ( dik daban və açıq yay ayaqqabısı ) dəyişib gələcəm . Yaxşı deyib düşdüm bunun  yanına . İlk dəfəydi mənə vəzifə verilmişdi . Həm də bur ovuc konfetə .  Məni uşaq bilib mənə heç nə demeyib ki , məsələ nədi ,  nəmənədi .  Daha zalım qızı bilmir ee,  Fəridə az aşın duzu deyil. Bu dedi ki , sən dur  burda , mən gedim evə gəlim . Dedim ki : 
   - Get - Nəysə getdi , iki dəqiqə sora əlində bir bağlama  çıxdı . Dedı ki : 
  - Sən çəpərin yanında gözlə , bunu verim Ayka gilə gəlim .
   Dedim :
   - Az ,Aykagil hamısı toydadı 
  - eybi yox. Mən bunu qoyacam piləkənlərinə . Gələndə götürərlər . Qapıda itləri var birdən içəri girə bilməsən , orda gözləyəcəm it gedəndə bunu ora qoyub qayıdacam . Gec gəlsəm nigaran qalma . 
  -Qorxuram ,  qaranlıqdır , mən də gəlim . 
   -  Yox ee .  Hara gəlirsən sən burda dur ! Qorxma . Sən burda məni gözlə bir adam gəlsə möhkəmdən öskür  ya da asqır .
   Dedim : 
  - Yaxşı get - Bildim ki , oğlanla görüşəcək , mən də üstünü vurmadim . İndi çəpərin dibində təkcə oturub neyləyəcəm ki ? Darıxıram,  ürəyim az qala  partlaya . Nə  qədər  gözlədim bilmirəm . Bir gördüm, budur qızın dədəsi xəlvəti xəlvət düz üstümə gəlir  qorxumdan qısıldım çəpərin dibinə . Kışı qaranlıqda məni görmür .  Fikirləşdim ki , qıza işarə versəm kişi duyuq düşəcək . Deycək gecənin bu vaxtı burda nə gəzirsən .  Məni də qatacaq qızına . Nəysə heç kişı məni görmür də . Amma  qaranlıqda gözünü dağdağanin altına nətər zilləyibsə ,  ayağının altında bomba partlasa  xəbəri olmayacaqdı .  Kışı nə gördü ,  nə görmədiysə :
   - Sənin nənənin əmcəyini ... - deyib  dişlərin qıcayaraq  qızını  pis söyüşlə söydu. Qızını oğlanla görmüşdü  . Dişi  bağırsağını kəsıb özü özünə asıb kəsərək çəpərin arxasından çıxıb  onlara tərəf getmək istəyəndə mən var səsımlə : 
   - Həpçiii -eləyəndə başıma dəyən zərbədən kişinin ayağının altında kirpi  kimi büzüşdüm  
   - Zəhrimar həpçi , çor həpiçi ,  day dur burdan qışqır de ki ,əzrayılın gəlir qaç daa  ...
    Həmin gün kişi qızının bütün acığını məndən çıxmışdı . Kefə  gedən qızı döyülən mən ...
    Eeehhh o günlər ... deyirəm yenə olaydi o gözəl günlərimiz ,  yenə  çirplılaydım , yenə kəndimiz olaydı . Heç olmasa darıxanda gedərdik o kəndə ... 
    Kəndin ortasında böyük bir təpə var idi . Təpə kənardan baxanda yarmadanı xatırladırdı . Elə bil ki , suyu  çəkilıb təpə yarmada kimi  quruda qalmışdı . Təpənin üç tərəfı böşluqda  arxası isə Qaradağın qayalıqlarına söykənirdi . Elə formada idi ki , elə bil kamazdan bura torpaq boşaldıblar . O dərəcədə  düz və hamar idi . Təpənin torpağı elə bil ələnib ələkdən keçmışdı . Bir dənə daş -  çınqıl gorə bilməzdin . Təpənin dibiylə dairəvi  formada torpaq maşın yolu keçirdi . Günümüz təpənin başında keçərdi . Uşaqlarla orda oynar ,  qızlarla üzərik yığıb evdən gətirdiyimiz iynə sapa düzərək özümüzə bilərziklər , muncuqlar və ya evdən asmaq üçün bəzəkli aksusuarlar düzəldirdik . Məktəb açılanda şəhərdə sinifimizin qızlarının məndən ən çox istədiyi hədiyyə məhz üzərikdən olan muncuqlar idi . 
    Bizim bu üzərlik təpəmizin bir əfsanəsi var idi . Guya keçmışdə bura  xəsis və sonsuz bir padişahın xəzinəsi olubmuş . Günlərin bir günü bu padişah ölüm yatağına düşür . Dünyanın ən güclü loğmanları gəlir bu padişahı sağaltmağa ,  padişah onları qəbul etmir . Çünkü hər gələn Loğman onun sağalması üçün , cinlər diyarına gedib , ordakı qızıl armudlardan 7 ədəd alıb gətirməliydi . Bu armudlar isə elə bahalı idi ki , padişahin xəzinəsinin yarısı həmin armudlara gedəcəkdi . Padişah heç bir təbibə ənam belə vermədən , onları saraydan qovur , öləcəyini bildiyi üçün ilk öncə xəzinəni yox etmək qərarına gəlir . Vəzir - vəkili yığır , əmr edir ki, bütün şəhər işə cəlb edilsin . Uşaqdan böyüyə hər kəs oz adının sayına Qaradağdan  bir səbət torpaq gətirib xəzinənin üstünə töksün . Tökdükcə də həmin torpağı lənətləsin .  Qaradağda torpaq qurtarana qədər bu iş davam edəcəkmiş . Padişah əmir edir ki , iş bitəndən sonra həmin təpəyə üzərlik əkilsin . Guya üzərlik xəzinəni və padışahı nəzərdən qoruyacaqmış .  
  Deyilənə görə bizim Qaradağ qayalıqları əvvəllər torpaq dağ olubmuş . Torpağın rəngi qara olduğundan bura Qara - dağ adı veribmişlər . Mən də həmişə fikirləşirdim ki , Qaradağda bir dənə qara daş tapmazdin . Daşları ağappaq mərmər kimi parıldayır , bəs bura niyə Qaradağ deyirlər ki ?
    Hə nəysə ... Guya şəhər camaatı Qaradağdan torpaq daşıyıb xəzinənin üstünə toküblər . Beləliklə Qaradağın torpağı qurtarıb  yerində bəm bəyaz qayalıqlar qalıb . Maraqlıdır ki, bır tərəfi qayalıqlara birləşən təpənin torpağı dogurdan da qap qara torpaqdır . Kəndin digər yerləri isə torpağı açıq qəhvəyi və qəhvəyi torpaqlar idi . Bu da biz uşaqlara təpənin  əfsanəsı real kimi görünürdü . Doğurdan da  nə sirr idisə . ən çox ildırım elə o təpəyə düşürdü . Heç kim bu təpənin üstündə  ev tıkdırmırdi . Yazda Qaradağın qayalıqlarinda lalə , süsən , müxtəlif çiçəklər bıtməsinə baxmayaraq ,  bu təpədə üzərlikdən başqa heç nə bitmirdi . Hətta Qaradağda meyvə ağacları da var idi . Qayalıqda zoğal ,göyəm, nar ağacları ilə dolu olmasına baxmayaraq  bu təpədə bir dənə ağac yox idi .  Bəlkə də padişah bu təpəni  doğurdan da lənətləyibmiş . Bilmirəm ...
      Bir gün  oğlanlar bir oldu , qızlar da bir . Oyun oynayırdıq . Dedilər ki , kım təpəni aşağı tez yenə bılsə uduzanlar qalıbə  kor Məmmədin satdığı şeylərdən alıb verəcək  . 
    Hamı qalıb olmaq istəyirdi . Elə mən də . Təpə aşağı qaçmasını bilməyən mən , nə biləydim ki ,elə qalib mən özüm olacam . Kor Məmmədin şirinquşüna tamah salan mənə ,  kiloyla konfet şokalat , peçeniyə gələcəkdi . 
    Start  götürüb təpə aşağı qaçdıq .  Bir iki qaçmışdım kı , ayaqlarım yerdən üzülmədimi , sözün əsil mənasında havada uçurdum . Bir geri baxdığımda uşaqlar hələ təpədən aşağı yenirdilər , mən isə təpənin dibindəydim . Yalan olmasın 70  80 metrə hündürlükdən aşağı uçmuşdum ...
    Qolum barmaqlarım qırılıb çatlamışdı . Canımda tutar yer qalmamışdı . 
    Əlim qolum gipisdə həmin yayı necə başa vurdum bilmədim . Bir onu bılırəm kı ,  bu mənim "Baloğlanım" kəndin o başından gəlıb bizim çəpərin yanından Axşam mahnısını fışqalayıb  oxuyaraqmənə özləmini deyirdi ...
   Qardaşım Əli doğulanda Göygöz xala qapımızdan kök qırmızı ən qəşəng xoruzu tutub ayağın bağladı . Göygöz xala xoruzu qoltuğuna vurub anam bir də mən uşaqları belımızə şəlləyıb yola düzəldik . Atam işdə olduğu üçün hünərı  ayaqlarımıza vermışdık . Dərə təpə aşa aşa , meşə - tənəklik keçə keçə boyük bir  toyuq fermasına gəlib çixdig . Uzaqdan baxanda elə bil boyük gölün kənarına ağ xalı sərmişdin , ağ toyuqlar uzaqdan elə görünürdü . Bura Martuni(İndiki Xocavənd) rayonunun Yenikənd kəndi idi . Bir gördüm Göygöz xala fermanın işçilərini görüb söyür . Bunların kim olduğunu bilmirdim . Amma söyməyinin səbəbin soruşanda mənə aydın oldu ki , bunlar bizim bədnam qonşularımız imiş . Qardaşım belimdə şəlləkdə canım ağzlma gəlirdı. İsti bir tərəfdən , şəllək bir tərəfdən məni heydən salmışdı . Uzaq yolun yorğunluğu da gücümü almışdı   Yeriməyə taqətim qalmamışdi . 
   - Ana qurban olum yandım , aç uşağı . Sən Allah biraz gölə girim  
   - Harda yuyunasan ?  Gəl bu kafirlər suyu da mundarlayıb . 
   - Nə kafır Göygöz xala Allahın suyudur . 
   - Gəl, az qaldı Allahın suyu Əli bulağındadır . 
   Əli bulağı müqəddəs bir yer idi . Qayalıqlarin vahiməsi adamı basırdı .  Sanki ıkı şiş qaya aşaraq təpələri bir birinə dəyib dayanmışdı . Qayanın arasında su yolu var idi . Hardansa bulaq qaynayıb bu yola axırdı . Qayanın görkəmi elə idi ki ,  altından bir balaca daş çəksən sanki qayaların ikisi də uçub dağılacaqdı . Qayaların üstündə çox böyük , hardasa qazan qapağı boyda əl izləri var idi , yerdəkı su yolundakı qaya daşlarının üstündə də hardasa elə o boyda da  ayaq addımları gözə dəyirdi . Bizi bulaqla tanış edən dini xadimin dediyinə görə , bura Həzrəti Əli ( Ə.S) - ın  yezidlərdən gizləndiyi yerdir . Əvvəl bu gördüyümüz qaya bütöv qaya imiş . Düşmən əlinə keçməmək üçün Həzrəti Əli Allaha dua edərək rəbindən kömək istəyib. Qəfıl göy gurlayıb , şimşək çaxıb , ildırım qayaya düşüb qaya ikiyə parçalanıb iki qayanın arasından yol açılıb . Həzrəti Əli böyük bəbənli iri cüssəli adam olubmuş . Özün qaya arasına salıb həmin yoldan keçmək istərkən qaya uçub başına töküləcəkmiş ki , əlləri ilə qayanı tutub saxlayıbmış  Həztəti Əlinin əllərinin izi hər iki qayada yarıya qədər daşa gırıbmış . Həmin əl izləri də onun əl izləri imiş . Qaya uçub üstünə dağılmasın deyə iki şiş qayanin  təpələrini bir birinə dayaq verib özü də qayaların arasında gizlənib . Ayaqlari yerə qədər  batan Əlinin əl və ayaq  izləri günümüzü qədər çatmışdı .  Deyilənə görə elə həmin vaxt hardansa qaynayıb axan bulaq həmin ayaq izlərini lillə doldurub izi itirib . Yezidin adamları gəlib biraz əvvəl ildırımın düşdüyü bü qayaya baxıb çıxıb gediblər . İnanmayıblar ki , ildırımın parçaladığı bu qayadan salamat adam çıxa . 
    Düşmənləri gedəndən sonra Həztəti Əli , qeyri adi maldan olan köynəyini çıxarıb ciraraq yaralarinin qanını  silərək  yaxinlıqdakı nar kollarının üstünə atıb , maraqlı bılırsiz nədir? Aradan illər keçməsinə baxmayaraq həmin parcalar  hələ də qanlı qanlı  o kolların üstündə qalırdı . Nə külək , nə boran , nə qar , nə yağış bu parçaları bu kollardan atmayıb .  İllərlədir ki, niyyət edib bura gələn bəlkə də milyonlarla insan bu parçalardan cırıb qollarına bağlayır , lakın bu parçalar bitib tukənmək bilmir . Elə bil ordan parca göturdukcə , ordakı qanlı parcalar çoxalır . Birdə bu nar kollarnın bir möcüzüsini eşitdim . Seyidın dediyinə görə  bu kollar 100 ildən bir öz özünə yanirmiş , lakin nə yaşıllığını itirirmış ,  nə üstündəki çiçəkləri ,  nə də qanlı parcalar yanırmış . Eləcə kollar yanıb yanıb , öz özünə sönürmüş . 
   Nəysə həmin gün Göygöz xalanın qoltuğuna vurub gətirdiyi xoruzu orda həmin seyidə qurban kəsdirdik , qanindan qardaşımın alnına vurduq . Həmin seyid orda qurandan dualar oxuyub Qardaşimin adıni Əli qoydu . İndi  həmin qardaşım Əli yolunun davamcısıdır...
    Bilirsiniz nə düşünürəm ?  Düşünürəm ki ,  əgər bu torpaqlar bir müsəlman torpağıdırsa ,  bəs neçə olub ki bu kafirlər orda yerləşiblər ?  Niyə , necə olub ki bizim müqqəddəs torpağımız olan Əli bulağımız ermənilərin şərəfinə yeni tikilmiş  Yenikənd olub ? Niyə zamanında bu bədnam qonşularımız  üstümüzə ayaq açmadan  dərslərini verməmişik . Niyə mən fermanin yanındaki göldə yuyunmaq istəyəndə öz suyumuzu zəhərləyən erməniləri biz özümüz zəhərləməmişik . Yoxsa  bu günləri gözləyirdik ?  Yoxsa gözləyirdik ki, ermənilər gəmidə oturub gəmiçi ilə dava etsin ? Vurub bizi kəndimizdən elimizdən etsin ?  Niyə görə kəndimiz  xəyallarımızda yaşatmalıyıq . Niyə Gülablının gələcək nəsilləri yazdığımız yazılarda Gülablını təsəvvür etməlidir ? 
    Bəlkə də kənddə yaşayıb kəndi görüb bilənlər bu yazdıqlarimi , o yerləri üzlərində təbəssümlə oxuyacaq , Bəlkə də mənim gördüklərimi onlar da xatirlayıb duyğulanacaq . Bəlkə də, bəlkə məni unudan qonuşularım, uşaqlıq dostlarım , kənçilərim , uşaqlıgımın ilk və xəyali sevgilisi "B" bu yazımdan sonra məni xatirlayacaq ,  tanıyacaq . Bəlkə də  məni ümumiyyətlə tanımayan kəncilərimbu yazılarımı oxuyanda deyəcək " Ayə, bu kimdir ki ,gəlib bizim  kəndimizi belə tarif edib ?bəlkə də mənim bu yazımdan sonra çoxları bilgisayarın başına keçib gəncliyini , xatirələrini gözlərində canlandıra canladıra yazacaq . Bəlkə də illər sonra Gülablıda doğulan Gülablılar təsadüfən  hardansa tapıb oxuyanda o yerləri görmək üçün can atacaqlar . Bəlkə də bizim tərk etdiyimiz vətənimizi onlar qurtaracaqlar . Torpağından bir ovuc alıb məzarlarımıza səpəcəklər ki, ruhumuz şad olsun . 
    Bəlkədə.., yenə də... bəlkə də o yerlərə ayaq basacağıq  aramızda olanlardan bəlkə də cox az adamlar qalacaq ,  bəlkə də heç qalmayacaq . Bəlkə də bu hekayəmlə sizləri Gülablıya apardım , bu yazımla bəlkə də  köhnə nəsillərin mütləq gözlərini yaşartmışam , amma yeni nəsillərə Gülabli bir nağıl kimi görsənəcək ...
    
   S  O   N ....

 Feride Acarakcay

4 yorum:

Unknown dedi ki...

ikinci hisse ne vaxt olacaq??

Unknown dedi ki...

ikinci hisse ne vaxt olacaq??

FƏRİDƏ NİKBİN dedi ki...

Bütün hissələr paylaşılıb oxuya bilərsiniz

FƏRİDƏ NİKBİN dedi ki...

Bütün hekayə tam olaraq paylaşılıb oxuya bilərsiniz

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...