Cuma, Mayıs 23, 2025

Zamanın sustura bilmədiyi qadınlar...


“Zamanın susdurmadığı qadınlar”

Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər. Danışmadan da çox şey deyərlər və edərlər. Sözləri susqunluqlarına hopar, gözlərində bir ömür, bir həyat yığılıb bir damla su qədər yığılıb qalar. Həyatın ağır yükünü çiyinlərində daşıyar, amma dik duruşlarını əsla əyilməyə qoymazlar.

   Bu qadınlar hər fırtınadan sağ çıxıblar – bəzən bir evin divarları arasında, bəzən bir xəstəxana növbəsində, bəzən də bir yazı masasının başında. Qırılıblar, amma sınmayıblar. Susublar, amma ruhları hayqırıb. Onların döyüşü səssiz, qalibiyyəti dərin olub. Onlar gündəlik qəhrəmandırlar – adı heç bir yerdə yazılmayan, ancaq tarixə yön verən qadınlardır.

Bəziləri yazır. Sözlərlə özünü deyil, min qadını danışdırır. Ədəbiyyat onların həm güzgüsüdür, həm də sığınacağı. Yazdıqları təkcə hekayə deyil – onlar iz qoyurlar, ruhdan ruhlara körpü salırlar. Bir qadının qələmindən çıxan cümlələr bəzən min qadının ürəyində əks-səda verir. Və o səslər birlikdə bir dönüşümə çevrilir.

Bu qadınlar həyatın onlara verdiyi çətinlikləri silah kimi istifadə edər. Yaralarını gizlətməz, yazıya çevirər. Acılarını yox saymaz, onları şeirə, romana, sosial dəyişikliyə dönüştürər. Onlar kim olduqlarını dünyaya sübut etməyə çalışmazlar – sadəcə varlıqları ilə sübut edərlər.

Zaman keçər, adlar unudular, amma onların izləri qalır. Çünki bu dünya onların varlığı ilə bir az daha yaşanılır, bir az daha güclüdür. Onlar – sözün gücünə inanan, ruhu əyilməyən, həyatla barışmayan, onu yenidən yazan qadınlardır.

Bu gün mənim və 8 aya ərsəyə gətirdiyim ilk kitabım "GECİKMİŞ BAHAR"-ın günü idi. Düzü  bu kitab mənə bu gədər şöhrət gətirəcəyini bilmirdim. Bir anlıq özüm özümlə gürur duydum. Məni mən edən siz oxucularıma, mənə və yaradıcılığıma dıyər verən  Azərbaycanın ictimai xadimlərinə, ziyalılarına , təqdimatımda iştirak edən, özü uzaqda olub , ürəyi yanımda olan dostlarıma sonsuz təşəkkürlərimi bildirirəm . Nə yaxşı ki varsınız

FƏRİDƏ NİKBİN

Cuma, Mart 14, 2025

MƏHƏBBƏTİN İNADI



   Maşını mərkəzi bağın önündə park edib, yanındakı oturacağa döndü. Atasının qəzet parcasına bükdüyü əmanətın çantasında olub olmadığını bir daha yoxladıqdan sonra  geri döndü. Arxa oturacaqdakı itiylə görüşüb sağollaşdı . 
   -Mən gələnə qədər nadinclik eləmə ha, yoxsa polis əmilər bizə cəza yazar, oldu? Soz verirsen Mişa? Bax beə . Di xadahafiz... 
   Geyindiyi uzun krem və qəhvəyi rənginin qarışığı olan sarafan paltarın ətəyini əlinə toplayıb maşından aşağı düşdü. Gözəlliyiyilə göz qamaşdıran Şəfəq sanki cənnət gölündə üzən su sonasıydı. Yolu zərif və qrurlu addımlarla keçib əmisinin ofisinə doğru addımladı.
  Unversiteti coxdan bitirmişdi. Bu zamana qədər dövlət idarələrində , özəl sektorlarda işləyərək yetərincə təcrübə qazanmışdı. Yaş 28 i  keçmiş, hələ ailə qurmamışdı. Onun üçün kareya evlilikdən əvvəl gəlirdi. Həm atası onu oğlan kimi böyütmüşdü. Onun huyuna suyuna uyğun bir adam olmalıydı ki, onunla evlənsin . Hələ ki, belə bir namızədi yox idi.
   Atası və əmiləri iş adamı olmasına baxmayaraq Şəfəq onlarla işləmək istəmirdi. Bir müddət iş həyatına fasilə verib dünya turuna çıxdı. Yeni işə başlamaq üçün bu səyahət ona gözəl bir əhval ruhiyyə verəcəkdi. Bəli heç də yanıtmamışdı. Gözəl bir istirahət ona ruh vemişdi. İndi o özünün iş yerini açmağa, kareyasını qurmağa tam hazır hiss edirdi. Odur ki, atasının yanına gəlib , onun xeyir duasını istədi . 
    -Ata, sən həmişə  məni hər şeydə dəstəkləmisən, məni irəli buraxib, kənardan yoluma işıq salmısan . Mən də heç vaxt bu yolda büdrəyib başını önünə əydirməmişəm . Allah səni başımızıdan əskik etməsin. İstəyirəm , bu dəfə də öz xeyir duanla mənə dəstək olasan . Kareyamı genişləndirmək istəyirəm . 
  -Fikirin nədir?
 - Tək şirkətimizin hüquqşünası olmaq istəmirəm. İstəyirəm özümün hüquq büromu açım xalqa xidmət verim . 
  -Əminsən qızım?
  -Əminəm ata!
  -Yaxşı qızım! Allah xeyir versin. Mən sənə inanıram və güvənirəm -deyib seyfdən bir bağlama pul çıxarıb ona uzatdı. 
  -Bilirəm mənim Şəfəqim bunu edər. Axı sən kimin qızısan? Əlbəttə ki, biznesmen Babayevin.. Oxşamısan atana . Halal olsun qızım sənə . Bilirəm bu yolda uğurların var . Bacaracaqsan! - deyib qızını bağrına basdı . 
  İndi o gün bu gündür . Şəfəq şəhərin mərkəzində bir ofis kiralamışdı. Bütün hər iş görülmüş, ofis xidmət üçün hər şeyə hazır idi. Qalırdı, lazım olan məbləğin lazımı yerə çatmağı. Sonra da işə başlamağı. Çantasındakı bu otuz mini əmisi lazımı yerə çatdıracaqdı.
    İşlərini həll edib maşına qayıdanda gözlərinə inanmadı. Maşını arxadan vurulmuşdu . Həyəcan və əsəbdən dizləri əsirdi. Maşına yaxınlaşdı. Camaatı yarıb irəli keçdi . Qəza törədən cavan yaraşıqlı bir oğlan maşının ətrafında canfəşanlıq edir lazımı yerlərə zəng vurur, dostlarından kömək istəyirdi. İlk dəfəydi başına belə bir iş gəlirdi. Şəfəq əsəb krizi keçirdir, özünü ələ ala bilmirdi. Qışqırıb bağırır, oğlandan elə bu dəqiqə maşınını təmir etməsini tələb edirdi. Maşın dəhşət əzilmişdi. Maşın köhnə model olduğundan yəqin ki, ehtiyyat hissələri də çətin tapılardı . Xərci çox idi . Oğlan tanımadığı bu xanımla danışıqlara girib , məsrəfi azaltmaq fikrində idi. Lakin Şəfəq inadına durmuşdu . Onsuz da səbri daralıb hövsələdən çıxmış oğlan qızın qışqırıb bağırmasından təngə gəlmiş, qızın heç nəylə razılaşmadığını görüb daha da inadlaşırdı. Sahibinin əsəbləri maşınındakı ofçarkaya da təsir eləmişdi elə bil . Dayanmadan  quyruq sallayaraq, hürür, az qala maşının pəncərəsini qırıb çölə çıxacaqdı.
  Şəfəq bu huysuz oğlanın xərcdən qaçdığını düşünərək ona ağzını açmağa imkan vermirdi . Qışqıraraq oğlanla dava edir, onu məhkəmə ilə hədələyirdi.
  -Get əlin hara qəlbidi qoy, vabşe düzəltdirmirəm, nə demək istəyirsən? Vəssalam!
  -Deməli belə oldu? İndi sən görərsən gününü. Sürüm sürüm süründürəcəm səni - deyib Şəfəq yol polisinə zəng vurdu. 
  Biraz sonra polis gəldi, sənədləri yoxladı. Şəfəqin sənədləri qaydasında idi. Ama Kamranın sğorta vaxtı bitibmış, heç özünün də xəbəri yox. 
  Uzun hekayənin qısası: məsələ məhkəməyə qədər uzandı. Kamranın ailəsi və dostları Şəfəqin ailəsi ilə danışıqlara girərək məsələni mülayimliklə həll etmək istəyirdilər. Lakin Şəfəq inadını yerə qoymurdu . Həyatında yoldan başqa heç bir yerdə qırmızı işıq görməyən Şəfəq , Kamranı bağışlamağı özünə əksiklik hesab edirdi . 
   - Mən ona demişdim axı orada ay ata. Dedim məsələyə it qurt qarışmadan maşını düzəltdir. O maşın mənim ücün dəyərlidir, babamdan miras qalıb mənə. Maşınımı antikvariat görüb məni yiyəsiz sahibsiz hesab elədi bu giçbəsər. Mənə nə deyir bilirsən? Mənə deyir nə maşıdir ee bu? Apar tulla müzeyə. Deyir , mənim qolumdakı saat sənin bu maşınından bahalıdır, zalım oğlu zalım, əynindəki spartivnidən görünür acından günorta qalxıb, kreditnən altına maşın alıb qoyanlardansan da . Kimsən axı sən .
  -Bir qələtdi eləyib də , neyləmək olar. Yola vermək lazımdı . Adımız var sanımız var.
   -Yox ee ay paa, mən bu sözü ona yedirtməsəm partlayaram . Maşını düzəltməyə razı olmadı? Olsun. İndi zəhmət çəkib həm məhkəmənin xərcini çəkəcək , həm maşının, həm də mənə dəyən zərəri ödəyəcək. 
   İki dəli dolu gənc bir birinə düşmən kəsilmiş bir biriylə höcətləşirdilər. Şəfəq bilərəkdən Kamranın əsəblərinə toxunur, maşını təmirdə olduğu üçün maşın lazım olduğunda ya Kamranı çağırır ,ya da taksi tələb edirdi. Pul lazım olduğunda Kamrana üz tuturdu. Pulu yox idi ? Əlbəttə vardı . Şəfəqin arxasında dağ kimi sülaləsi vardı. Onun pula, maşına ehtiyyacı yox idi . Lakın məqsədi Kamranın qürurunu yenmək idi. Bütün günü whapsap da bır bırləri ilə yazışır, söyüşür, dalaşırdılar. Üz üzə gələndə də masadakı qaşıq-tabaq havada oynayırdı. Lakin nə o, nə bu pəs etmirdi . Dalaşa dalaşa , itləşə itləşə Şəfəq Kamrana , Kamran da Şəfəqə aşıq olmuşdu . Bu iki inad keci qazan qapaq kimi bir birlərini tapmışdılar. Şəfəq də , Kamran da dostlarının, yaxınlarının yanında bu qəza məcarasından danışarkən gözləri qəribə parlayır, bir birlərinin adlarını çəkərkən həyəcanlanırdılar. Üzdə bir birinə düşmən kəsilsələr də təklikdə bu davaları yadlarına düşüncə ikisinin də dodaqları qaçır, bəzən də qəh qəhə çəkinb gülürdülər. Kamrana da , Şəfəqə də deyiləndə ki, bu inad eşq inadıdır, bu gülüş məhəbbət təbəssümüdür, ikisi də bunu inkar edirdilər.
  Günlərin bir günü yenə telefonda belə davalardan biri idi . İkisinin də sözü çəp gəlmişdi. Kamran əsəbindən çatlayırdı. Özünü saxlaya bilməyib :
   - Ay başın batsın, bax elə belə hayasızsan ki, bu yaşa qalmısan, səni alan da yoxdu - dedi və telefonu söndürdü. Şəfəq cin atına minmişdi. Bu sözü ona yedirtməliydi . Zəng elədikcə Kamran telefonu onun üzünə bağlayırdı. Nə edəcəyini bilməyən Şəfəq whapsap dan ona səs yolladı:
   -Duxun çatmır telefonu açasan? Ay sən öləsən elə. Axırda elə məni sən alacaqsan.
  Gülüş smaykı gəldi. 
  -Kim mən, ha haa . Bir onu görmiyəsən , sənöl. 
  Yazmaqla ürəyi soymayan Kamran birdə səsli mesaj yolladı.
   -Özün öləsən ki, iki dünya bir ola, bu dünya dağıla, o dünyada bir sən qalasan, bir mən... Mən sənin almaram . Çəhənnəm zəbanisinə oxşuyursan. Bir bu əksidi. 
   -Həə? Eləmi deyirsən? İndi görərsən çəhənnəm zəbanisi necə olur. Hələ sənə az eləmişəm. Onda sürün məhkəmələrdə. Sən dayan gör mən sənin başına nə oyun açıram?
   - Get əlin hara qəlbidi qoy, nə səndən, nə də sənin sülaləndən qorxmuram.
  -Qorxursan. Sənin kimi qorxaq bir oğlan görməmişəm bu həyatda 
  -Allah allah. Nə qorxaqlığımı görmüsən sən mənim , hə ? Niyə cavab vermirsən , söz tapmırsan? Mən dedim maşını düzətdirməyəcəm, nə cəzası var ödəyəcəm , elədim. Söz dedim  yemədim. Bu qorxaqlıqdır? Sən neylədin məni polislə məhkməylə hədələyirsən . Get nə bilirsən elə . Eləməyən pis qızdı. 
   - Bəli sən qorxaqsan . Mən polissiz məhkəməsiz də sənə sübut edərəm sən kimsən.
   -Mənə bir səbəb göstər . De ki , ay Kamran, sən bu şeydən qorxursan da, de da !
  -Ay Kamran, sən məni sevirsən və bunu etiraf etməkdən, mənimlə evləmnməkdən qorxursan !
   Bir anda səsli mesajın arası kəsdi. Şəfəqin telefonuna zəng gəldi. Kamran idi. 
    -Nə var qorxaq?
   - Qorxaq olsaydım zəng eləməzdim . Qorxaq sənsən ki, öz içindəki eşq atəşini mənə püskürürsən. Özün vurulmusan mənə , hə də etiraf elə də, niyə susursan. Ölürsən ee məndən ötrü. 
   -Allah vurmuşdu səni. Utanmaz utanmaz mənə hayasız, evdə qalmış deməyin bəs deyil hələ bir mənə iftira atırsan? Guya səni sevdiyimi boynuma qoyursan? Oğlan qəhətdi adə, mənə? Bu nə özündən razılıq, bu nə mühtəbeşlikdi belə?
  - Nədi yalan deyirəm ? Vurulmamısan? Etiraf elə də, ay "cəsarətli" xanım? Ay qız sən bir sevgini etiraf etməkdə acizsən , mənə neyləyə bilərsən ee sən ?
   -Ha haa . Buna bax bir sən . Sankı özü etiraf edir. Neylək rast ki belə oldu , nəyin bahasına olur olsun elə özün bu hayasızı, evdə qalmışı alasan görərsən .
   -Allah vurmuşdu səni . Səni alan yoxdur, elə bilirsən mənəmi qalmısan ? Sən öl acığa səninlə Asan Xidmətə qədər gedərəm, evlilik üçün hər şeyi hazırlayıb elə səni orada qoyub çıxaram 
   - Heyləmi? Gəlmiyən kişi döyül. Çıx evdən, cıx , elə bu saat, tezol ! Gözləyirəm 
   -Hara ?
   -Asan xidmətə !
   -Dəlisən ?
   - Dəli özünsən . Özün demirsən , hazırlayaram hər şeyi səni orada qoyub çıxaram? Sən öl o asan xidmətdə sənə evliliyə qol çəkdirərəm, səni orada qoyub gedərəm . 
   -Ölmüşdü Xankişi. Çörəyi qulağıma yeyirəm mən, lox tapmısan? Həm daranglet maşınını düzəltdirəsən mənə, həm özünü sırıyasan?
   -Belə əminsən özündən? Bax elə bu sözünə inad nəyin bahasına olur olsun o imzanı atasan o kağıza.
  -Hə hə , bu saat..
   -Hələ mənim səndən güclü olduğumu bilmədin sən?
   -Sən dədənə güvənirsən, mən özümə!
   -Dədəm məni məcbur edib asan xidmətə çəkir, bəyəm?  Bax allaha and olsun bu işdən bizimkilərin xəbəri olmayacaq.di kişisən tərpən. Səni Asan xidməttə gözləyəcəm.
   Telefonu  söndürmək istədi , birdən ağlına nə gəldisə :
  - Dayan ee mən nəylə gəlirəm asan xidmətə- deyə qışqırdı .  Zəhmət çək , taksi yolla.
 - Vay dədəm vaaayyy...
  -Zəhrimar... Səni yıxıb kürəyini yerə vurmasam mənə də Şəfəq deməsinlər .
  -Puaaahh. Xox qorxdum .
   - Nə var, dala çəkməginən ee.  Noldu qorxdun yedirdərəm mənə dediyin sozləri ?
   -İşə düşmədik ? Dəlı şeytan deyir get vur qoltuğuna ağzına çırpa çırpa oturt nigah masasına . Ay gız qanını mənnən uzaq elə ...
   - Bəs mənim istədiyim nədi, duxun çatmır gəlməyə? Gəl də, gəlmirsən dilinə sahib çıx da . Sən , özün ölürsən ee dərdimdən , bu saat fürsət axtarırsan məni almağa . Di gəl inad keçı kımı ınada durmusam .  
   -Nəhlət sənə kor şeytan ...
   -O şeytan gör ananı necə ağladacaq sənin . Ölərsən dilini qaldırıb sevdiyini deyəsən? Bunu etiraf eləmirsən . Di bir kəlmə de ki düz deyirsən, "sən hər şeydə haqlısan" de əl çəkim də sənnən. 
   -Hə də, hə, sən deyəndi . 
   -Nə mən deyəndi ? Qaçmaginən ee.. Nə yola verirsən məni? Mən sənə sübut edəcəm kimin kim olduğunu . Söhbəti firlamaginən .. Gəl də , bayaqdan kişilikdən danışırsan deyirsən sözümü yemərəm . Gəl də sübut elə də özünü  
   -Yaxşı , madəm belə oldu, gəlirəm , amma bir şərtlə
   -Nəymiş o?
   -Məhkəməyə gedib şikayyət ərizəsini geri çəkəsən, ordan da bir başa Asan xidmətə. Razılaşdıq?
-Yaxşı.Ama sözünü yeyən kişi deyil!
  Asan xidmətin qarşısında dalaşa dalaşa maşından endilər, boğuşa boğuşa ərizə yazdılar, itləşə itləşə qan analızləri üçün xəstəxanaya getdilər.
  Bir ay vaxt verildi. Bu bir ayda iki yaxa bir araya gəlmədi ki gəlmədi. Aılələr də bu əcaib inad gənclərin öhtəsindən gələ bilmirdi. Ailələr hələ də onların maşından yana bir birlərinə düşmən kəsildiklərini sanırdılar. Hələ asan xidmət məsələsindən xəbərləri yox idi.
   -Ay bala madəm şikayəti gerı çəkmisən , nədir bu bir birinizə alıb verə bilmədiyiniz. Barışın bağlansın da bu məsələ.
  Hara qurtarır. Hələ əsil hekayə indi başlayır ... 
   Asan xidmətdən verilən vaxt bitmişdi . Sabah saat 11 də Zaqs şöbəsində olmalıydılar. İkisi də günlük geyimdə dalaşa dalaşa maşına oturub bir başa Asan Xidmətə gəldilər. İşləmlər hazırlandı. Azərbaycan Respublikası evlilik haqqında məcəlləsi qanunları oxundu. Gənclərə rəsmi nigah şərtləri aşılandı və bu yolda onlara xoşbəxtlik arzulandı. Son söz gənclərə verildi. İkisi də bir birinə inadlaşaraq "Razıyam" dedi. Sıra imzaya gəldi. İlk olaraq imzanı Kamran atmalı idi .
  -Hə noldu Kamran bəy. Məni Asan xidmətdə qoyub çıxacaqdın bəs?
   -Şəfəq , məni cin atıa mindirmə !
  -Sən cini şeytanı niyə  kənarda axtarırsan ki, hələ sən bilmədin ki mən özüm şeytana papuç hörürəm ?
   -Ay gız əsəblərimlə oynama mənim . Bəsdir!
   -Sən öl imzanı atdıraram burdan bir başa gedərəm evimizə . Qalarsan yana yana.  Bir ildə boşanmaq üçün belə süründürərəm səni  məkhkəmələrdə .
  -Eləməyən , pis  qızdır ... Elə görüm necə eləyirsən- deyib Kamran imza atdı .
   -Ala bu da imza . Elə görüm necə edirsən .
   Bütün camaatı bu oyunun sonunun nə olacağı maraqlandırırdı. Şəfəq də inada düşüb imza atdıqdan sonra qalıxıb heç nə olmamış kımı otaqdan çıxdı . Asan xidmətdə hamı bu iki inad keçinin qeyri adı  evlənməklərindən  danışırdı . O gün asan xidmət də həmin bu inadçı gənclərin alqoritim evlilikləri gündəm olmuşdu.
    Maşına mindilər . Kamran maşını işə salıb ana yola çıxdı . Biraz getmiş maşını evlərinin səmtinə döndərəndə Şəfəqin tərs damarı tutdu
  - Sənə demişdim axı. İmza atdırıb evimizə gedərəm . Sürünərsən məhkəmələrdə .
  -Mən də demişdim eləmiyən pıs qızdı, get nə bilirsən elə. 
   -Saxla maşını .
   -Niyə ?
   -Düşürəm. Evə gedəcəm .
   -Mən aparıram da. İstərsən elə burdan bir başa məhkəməyə gedək?
    -Başın xarabdı ? Ən az 1 ay sonra boşanma ərizəsi yazıla bilər.
  -Yaxşı nə deyirəm . Bu bir ayda sən tıpış tıpış mənim evimə gəlməsən onda da mən pıs oğlan olaram . 
   -Ay sən öləsən !
  -Görərik.
   Uzun yolu dalaşa dalaşa Şəfəq gilə gəldilər. Buraya qədər Şəfəqin gözü necə dönmüşdüysə nə etdiyinin fərqində deyildi. Belə evlilikmi olar, belə şeymi olar? Evin var yox tək qızı idi Şəfəq. Ata anası min bir arzuyla yetişdirmişdi qızını . İstədiyi hər şeyi etmişdi ona. Hər şeyə dəstək olub onu həyata atmışdılar. İndi yaraşırmı ona bir inad uğruna ailəsini üzmək?
   Maşın villanın darvazasında dayandı . Şəfəq maşından düşdü . Kamran da onun arxasıca. 
   -Dayan, sən hara?
  - Qaynatamın qaymamamın evinə. 
   -Dəlisən ?
  - Niyə dəli oluram ki? Əlində o boyda kağız var - KAmran gözüylə Şəfəqin əlindəki evlilik  şəhadətnaməsini göstərdi - indi də tərs keçi kimi inadlaşan ki sən bu evin kürəkəni deyilsən ?
   Yenə dava düşdü . Səsə ev əhli küçəyə çıxdı ...
    Xəbərdən halı olan ailələr rəsmən şok yaşayırdılar . Olan olmuşdu . İki inad keçi heç kimin xəbəri olmadan  evlənmişdilər, başqa yol qalmırdı ya boşanmalı ya da toya hazırlıqlar görülməli idi. Amma necə . Valideyinlər razılığa gəlsələr də bu iki inadın  yaxası heç cür bir araya gəlmirdi. 
  Bir ayın tamamına 1 gün qalmışdı. Səhər boşanmaq üçün  məhkəməyə gedəcəkdilər. Yenə telefonda davaları düşdü . Gözü dönən Şəfəq elə bu saat, indicə Kamrana bircə dənə şillə vurmaq istətirdi. 
   -Konum at gəlirəm !
   -Hara?
   -Sizə , gəlib səni orada parçalayacam !
  -Gəlmiyən pis qızdır, qorxaqdı. Ala bu da konum  
    - Səfəq maşına oturub bir başa Kamrangilə sürdü . İlk dəfəydi bu evə gəlirdi. Bu zamana qədər Kamranı elə belə normal həyat yaşayan sadə bir ailənin oğlu kimi tanıyırdı. İndi qarşısındakı bu malikanəni görəndə çaşıb qalmışdı. Əcaba adresi səhfmi salıb ? Maşından düşüb konuma və ətrafdakı evlərə baxdı . Bu məhəllə varlıların yaşadığı bir məhəllə idi . Ətrafda ən kasıb ev iki mərtəbə böyük təraslı evlər idi .
  -Ola bilməz, səhv gəlmişəm - deyib təkrar maşına oturdu .  Motoru işə salmışdı ki, telefonuna mesaj gəldi . 
  - Düz gəlmisən gəl də , noldu qorxdun ?
  Beyninə qan sızdı elə bil . Əsəbi halda maşından enib Kamrana zəng vurdu . 
  -Hardasan ? Hansı evdi?
  -Yuxarı bax , Balkondayam. Qapı açıqdı . 
   Şəfəq qarşısındakı villanın balkonuna baxdı. Kamran hərzamankı kimi sadə idman  geyimdə balkondan ona əl sallayırdı . 
    Əsəbindən zincir gəmrən Şəfəq maşını bir kənara park edib aşağı düşdü. Villanın darvazasından içəri girəndə Kamran onu qarşıladı. 
  -Xoş gəldin evimizə ay inad keçi!
   -Alçaq...
   -Sənə nə demişdim mən, yadında? Deməmişdim mi ki, özün öz ayağıla gəlməsən mən pis oğlan olaram?
   -Heyvan, ayı,eşşək... 
  Kamran bir göz qırpımında Şəfəqi yuxarı qaldırıb odun parcası kimi çıynində rahatladı. Bir əliylə ayaqlarını tutub, o biri əliylə uşaq kımı qızın arxasına döyə döyə onu içəri apardı. 
  -Burax məni heyvan , Vəhşi. Səni məhkəməyə verəcəm . Səni süründürəcəm . Sən məni qaçırdırsan? Mənə təcavüz edirsən! Məni zorlayırsan!  Gör başına nə oyun açacam sənin ! Kömək ediiiinn! Ay camaaattt., qonşular, ay maaa, ay paaa  köməyə gəlinnn!
   -Səsini kəs, səni mən qaçırtmışam , yalançıya bax, sən hələ, ay gız biz evliyik ee, sən mənim arvadımsan ee. Sən evinə gəlmisən, ayyazıq, deyəsən yaddaşın da gedib . Söz verirəm , səni həkimə , aparacam. Ama raddoma. Cubbuş cubbuş uşaqlarımız olacaq. Bilirsən ki, mən söz verdimmi eliyirəm . 
  -Ay sən öləsən ! Pay dədəm vayyy.... Xəyallara bax sən bir! Heyvan , öküz, camış, ayı ... 
    Birazdan içəridəki yataq otağında eşidilən söyşlərin yerini xoş, qulaq oxşayan inilti almışdı ...
    Tərs damar deyib keçməyin, əzizlərim . Tərs damarların indi üç yaşında şirin şəkər qızları var.  Bu iki gənc indi hər həkəsə örnək olacaq bir ailə olmuşlar . Necə deyərlər . Çəkişməzsən bərkişməzsən ...
  
    30,12, 2023.
    SAAT 17 :17 
    Ankara Beysukent Çankaya
FƏRİDƏ NİKBİN

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...