https://youtu.be/cIPOFf4oVgc
ANONİM MƏKTUB ƏSASINDA KİÇİK BİR HEKAYƏ
...Uzaq bir dağ kəndində yaşayırdıq kənddə yoldaşımı zalımlığı, məni də məzlumluğum ilə tanıyırdılar. O qədər saf idim ki,saflığıma hamının yazığı gəlirdi, eyni zamanda da ozüm utanırdım bundan. Nə qədər başıma vurulub çörəyim əlimdən alınacaq? Nə qədər mən döyulən, acız qadın kimi tanınacaqdım ki, özüm öz içimdə mübarızəyə başlamışdım, bir gün nə zamansa azadlıq üsyanı edəcəkdim.
Cavanlıqda vurub tutmaqla sonralar sərhəd bölgələrində reketliklə məşğul olmuş kişi, son zamanlar insanlığın yolunu dindarlıqda görüb tövbə elədi, guya ki pis əməllərdən, haramzadadan uzaqlaşdı. Sinəsinə qədər uzanmış saqqallı üzündə fiziki gücün cahilliklə birləşib yaratdığı bədheybət bir ifadə vardı. O nə qədər bədheybət idisə, mən o qədər sısqa, zəif, köməksiz və aciz idim...
Yoldaşım dınə gəlsə də köhnə vərdişlərini yerə qoymamışdı. Camaat içində insan, mömin və vicdanlı görünürdü. Evdə isə gözə görünən əzrail idi. Hər gün biraz biraz həvəsimi öldürür, gəncliyimi məhv edir, həyatımı söndürürdü. Kənd camaatı yoldaşımın mənə etdiyi zülümə çoxdan alışmışdı. Carəsiz idim, nə edəcəyimi bilmirdim. Camaat bu halımızı normal qarşılayirdi. Döyülməkdən şişib qaralmış üz-gözümlə qohum-qonşuya şikayətə qaçıb onlardan kömək istəyirdim , hərdən başımı götürüb qonşu rayona anamın evinə qaçır, amma hamı ağzıma vurub məni öz evinə qayıtmağı məsləhət görürdü. Çünki camaatın fikrinə görə zavallının xilası mümkün deyildi, əri olan qadın ərinə bağlı, onun ərindən başqa çıxış yolu yox idi. Necə deyərlər, quyuya düşən qurbağa elə quyuda qalmalıydı quyu çox dərindi, qurbağa quyudan çıxa bilməzdi.
Bədbəxt idim, bütün ömrüm boyu bu məşəqqətə dözməliydim. Çünkü qadın idim, ərdən asılı idim, ərimin xasıyyətini, huyunu, suyunu qəbul etməliydim. Adıcə küsüb evdən gedəndə qınanırdım, ərimin mənə etdiyi işgəncəni kiməsə deyəndə, məşəqqət qopardı. Bizim kənddə qadın hüququ yox idi, qadın ərini polisə şikayyət edə bilməzdı. Görülməmiş şey idi. Ərimin zülümünü hamı haqlı sayırdı. Kişi belə olmalıdır. Vəssalam...
Canımdan bezmışdım, nə uşaqlarım, nə də illərə yaradıb qurduğum təsərrüfatım, nə evim, nə də məni qınayacaq olan kəndlilərim gözümə görünürdü.
Anamgilin kəndində Türkiyədə xəstə baxıcısı işləyən bir qadın var idi, yalvarıb yaxardım. Məni də ozüylə ora aparmasını istədim. Bunun nə qədər təhlükəli olduğundan qadın yaxasını geri çəkdi,
- Ərli arvadsan, ərin də xatalı adamdır, incimə mən sənə kömək edə bilmərəm - dedi. Yenə dirəşdim, heç olmaya ora gələndə iş üçün hara kimə müraciət edəcəyimi soruşdum. Mənə bir şirkət nömrəsi verdi. Etibarlı adamlardır, sənə kömək edəcəklər dedi. Sevindim, evə gəldim, iki qaz, bir dəst yorğan yastıq, yenicə tutduğum motalı götürüb rayon bazarına gəldım. Mallarımı satıb bir başa əlaqədar idarəyə gəldim. Xarici pasport çıxardacaqdım.
Evə gəldim. Satılan malların hesabatı sorulunca, "pulumu bazarda oğurlayıblar" dedım. Həmin gün bütün kənd səsimə yığılmışdı. Olsun döyulsəm də xoşbəxt idim. Bu son zülüm olacaqdı...
Pasportumu alan kimi, qulağımın sırğalarını və boynumun sepini satıb Bakiya gəldim. Elə avtovağzalda düşən kimi Türkiyə avtobuslarından birinə bilet aldım. İki gün sonra yola çıxacaqdım, iki gün gizlənməliydim. İki gün gündüzlər şəhərdə veyilləndim, gecələr ara küçələrin zibilxanalarında gecələdim.
Bütün kənd məni axtarırdı. Hamı elə bilirdi intihar etmışəm, hələ ərim tərəfindən öldürüldüyümü düşünənlər də . Kişinin qapı-qapı gəzib məni öldürmədiyi haqda içdiyi andlara baxmayaraq, şübhələr hələ də azalmırdı. Məsələ böyüyüb polis şöbəsinə qədər gedib çıxmışdı, dirimi qoyub ölümü axtarırdılar. Yoldaşımı nəzarətə atmışdılar
Uzun axtarışdan sonra kəndə xəbər bomba kimi düşdü. Kamera kayıtlarında görsənmışdım, sərhəddi kecərkən...
Camaat indi də təsəvvüründə mənim üçün faciəvi sonluq yazmağa başlamışdı. Düşündülər ki, guya mən hansısa mafiyanın əlinə düşmüşəm, qadın alverçilərinin qəniməti olmuşam. Haqqımda şayələr ayaq tutub yeriyirdi.
İstanbulda düşər düşməz yol yoldaşımın birindən telefon alıb , mənə verilən nömrəyə zəng etdim. Üç gün sonra gəlib məni alacaqdılar. Qalmağa, getməyə yerim yox idi. Olan pulum da yolda xərclənmişdi. Əlimdə 20 dollar qalmışdı. 20 dollarla nə edə bilərdim ki? 3 gün kecinə bilməyəcəkdim, qaldı ki otelə falan gedim. Carə qalmışdı elə burda qalmağa. 3 gün avtovağzalda oturacaqların üstündə yatdım. Üstümə geyməyə bir jaket belə götürməmişdim, hava dəyişmişdim, nədirsə cox üşüyürdüm. Allah bilir bu 3 gündə hansı qorxu, hansı həyəcanla qaldım burda . Ağlıma yüz fikir gəlirdi. Birdən gəlməsələr, birdən məni aldatsalar? Onda nə edərəm, bu tanımadığım şəhərdə hara, kimin qapısına gedərəm ki? Pulum da yoxdur geri dönüm. Əgər geri dönərsəm, ərim məni yaşadarmı? Yox nə olur olsun Azərbaycana qayıtmayacaqdım.
Bəzən özüm özümü söyürdüm ki, axı nıyə gəldim, niyə balalarımı atdım. İndidən onlar üçün darıxmışdım. Geri dönsəm uşaqlarımın üzünə necə baxacam deyə özümü didib tökürdüm.
- Bilirsən ki kənddə hərənin ağzı bir hava calacaq. Qızlarına yazığın gəlmədi heç? Yaxşısı budur hec qayıtmayım ora. Qoy elə bilsinlər ölmüşəm. Yoxsa qızları kim alar. Deyəcəklər Türkiyədən belə dolanıb gələn fahişənin qızıdır. Ahh ağılsız başım. Mən niyə onları düşünmədim. Kaş ki dözüb otursaydım. Kaş ki, qaçmasaydım.
Nəhayyət, gözlənilən gün gəldi. 3 gün sonra həmin nömrəyə zəng etdim. Adam avto vağzaldayam deyəndə ən əziz adamımı axtarırmış kimi telefon əlimdə ora bura qaçırdım. Telefon sahibi də mənim dalımca. Tanımadığım telefon sahibi mənim buralara nabələd olduğumu görüb mənə kömək etdi. Adamın tarıf etdiyi yerə qədər gətirib məni həmin adama təhvil verdi. Və həmin gündən yeni həyatıma qədəm basdım.
İlk dəfə məni bir uşağa baxıcı verdilər. Ağlım gedib bizim kəndin uşaqlarına, nadınclık edəndə şapalağı çək ağzına otursun yerinə. Harda görmüşdüm sosetik ailənin nərmə nazık uşaqlarını. İki gün sonra işdən azad etdılər məni. Qadına insan kimi hörmət edildiyini , ona da ailədə söz haqqı verildiyini, uşağın şəxsiyyət kimi formalaşmasını bu iki gündə bu ailədə gördüm. İlahi dünyada necə ailələr varmış, ailə döyülüb söyülməkdən ibarət deyilmış...
İşdən çıxarılmağıma təssüf edirdim. Cünki bu ailədən həyat üçün cox öyrənəcək dərslərim vardı. Məni ikinci dəfə yaşlı baxıcısı verdilər. Yaşlı yatalaq baba , və qoca anaya baxıcı işləyirdim. İşim ilk əvvəl mənə iyrəc gəlirdi. Yatalaq xəstənin bezini dəyişmək, onu uşaq kımı bəsləmək, tək başına çımızdırmək asan iş deyildi. Amma sonralar alışdım. Ev sahibini oğlu məni kursa yazdı, xəstə və baxıcıya baxmaq üçün dərs aldım. Artıq özümü baxıcı yox, tibb bacısı kimi görürdüm. Maşım əla idi. Bu zamana qədər nə ərimdən, nə də özümün təsərrüfatımdan bu qədər pul görməmişdim. Kira vermirdim, yeməyə xərcləmirdim. Evdə yatılı qalırdım. Sərbəst idim, gündə bir iki dəfə məkəllədəki marketlərə gedir, evə yeyəcək və ehtiyyacları alırdım. Günlük xərclikdən qalan xırda xuruşu ev sahibı məndən almırdı. Hələ maaşdan əlavə də ayda 2 gün izin günümdə mənə xərclik verilirdi , ev sahibinin qızı bankda işləyirdi. Adıma hesab kartı açmışdı. Maaşım bütöv oraya yatırdı. Sadəcə izin günümdə mənə verilən pulu xərcləyirdim. Hara gedirdim ki? Tanışım yox, ellım yox. Getdiyim yer məhəllədəki carşı bazar, ya da park idi. Əynim başım dəyişmişdi, özümə əməlli başlı maya qoymuşdum,gözəlləşib, dəyişmişdim. Boynuma sep, qulağıma sırğa almışdım, bankda kalan pulum vardı. Döyülməkdən əzilməkdən qurtulmuşdum. Özümü adam kimi insan yerində görürdümqaldığım bu evdə hansısa bir şeyə ev sahibi məndən bir fikir alanda qürurlanırdım. Artıq, haqq ədalət, qadın hüququ nədir bilirdim. Sərbəst, rahat idim. Məndən heç kim heç nə soruşmur nəyə, niyə xərclədiyimi demirdi. Hər dəfə hesabımdakı pullara baxanda axırıncı dəfə döyüldüyüm gün yadıma düşürdü.
Gəldiyim 8 ay idi, balalarım üçün çox darıxırdım. Yediyim yemək də boğazımdan keçmirdi. Dərd məni götürmüşdü, nə yeyirlər, nə içirlər deyə. Nə geyindiyim paltarların , nə taxdığım qızılların, nə də yığdığım pulların heç bir mənası yox idi mənim üçün. Dayana bilmirdim daha. Ya getməliydim evimə , ya da uşaqlarımla danışmalıydım. Əslində getməyi düşünürdüm. Di gəl ki kənd camaatının eyhamları, erimin murdar üzü, məni həyatımdan usandırırdı. Başqa yolum yox idi. Axtarıb internetdən kəndimizin poçt nömrəsini tapdım. Poçda işləyən tanış qadlnla danışdım. Uşaqlarımı bir dilnən gətirib telefonda mənimlə görüşməsini xahiş etdim. Razılaşdı iki gün sonra məni uşaqlarımla görüşdürdü. Uşaqlarıma bir neçə dəfə pul göndərdim. Böyük qızım dedi ki, atamla danışmışam, Qorxma sənə heç nə etməyəcək, atam səni qəbul edir, qayıt gəl. Uşaqlarımın yalvarıb yaxarması ruhumu bədənimdən ayrırdı. Olan olmazımı yığıb yışdırdım. Bankdan pullarımı götürüb ev sahibləriylə görüşüb halallaşıb yola cıxdım.
Yoldaşım məni bağışladı. Mənə bir daha əl qaldırmayacağına and içdi. Amma çox keçmədən hər şey yenə öz köhnə məcrasına qayıtdı. Kənd camaatı da mənə pis gözlə baxırdılar, qızlarımın adına söz çıxartmışdılar. Kəndin cavanları, hətta evli kişiləri qızlarıma sataşırdılar. Təkliyə salıb ora buralarına toxunurdular. Dəfələrlə elə mənim özümə də tacız etmişdilər. İyrənc təkliflər, izsiz səsiz yerlərə dəvətlərdən bezmışdım. Səsimizi çıxara bilmırdık. Onsuz da bizə heç kim inanmayacaqdı.
Oğlumun səsi gündə bir yerdə davadan gəlirdi. Başqa yolium yox idi. Buralardan getməliydik. Gəldiyimə peşiman olmuşdum. Hər şey qoyub getdiyim kimi deyildi. Daha da pis olmuşdu. Belə davam edərsə qızlarım ləkələnəcəyinə adım kimi əmin idim. Yoldaşıma yalvarıb yaxardım ki, özümlə gətirdiyim pullarla köcüb buralardan gedək. Torpaq alaq ev tikək, yaşayaq. O isə inadına dayanmışdı. Özünü təriqqətinə qapadıb Suriyaya getməmizi istəyirdi. Onun kimlərin əliylə Suriyaya niyə getmək istədiyini bilirdim. Vahabı ıdı, terorlara qoşşulmuşdu. Amma boynuna almırdı. Mən isə yağışdan çıxıb yağmura güşmək istəmirdim. Nə olur olsun, qlzlarımı bu həyatdan qurtarmalıydım. Qaçmağı planlayırdım. Elə bu məqsədlə pulumu gizlətdiyim yerə gəldim, gözlərimə inanmadım. Pullarım yox idi...
İkinci dəfə qaçdım . Yenə pulsuz parasız, Bu dəfə Bakıya üz tutdum və qızlarımı da özümlə gətirdim sfırdan başlayırdıq. İlk növbədə bizə qalmağa yer, sonra iş lazım idi. Böyük qızım 16 yaşında,
Kiçik 14 yaşlarında idi. Belə vəziyyətdə nə oxumaq, nə dərs yada düşmürdü. Həyatda ölüm qalım savaşı verirdik. 28 mayda bir parkda bir birimizə sarılıb oturacaqda yatmışdıq . Elə bu vaxt bir cavan oğlan bizə yaxınlaşdı. Ordan burdan danışıb söhbət etdikdən sonra bizi götürüb bir villaya gətirdi.
Demiyəsən ölkənin tanınmış iş adamlarından birinin oğluymuş. Ailəlikcə Rusiyada yaşayırlar. Bizi gətirdikləri bu villala da onlarlnmış . Bu yaxınlarda yiyəsizlıkdən villalarına oğru girib. Haya RUsiyadan bu oğlan gəlib. Amma burda qala bilməyəcək, işi gücü ordadır. Getməlidir. Lakin gedənə qədər evlərinə bir ailə tapıb yığmalıdır. Bizə bu evdə qalmağı təklif edirdi. Maaş az olsa da təklifi qəbul etdim, təki qalmağa yerimiz olsun. Beləcə qızlarımla yeni həyata başladıq
Qızlar yaxınlıqdakı kafedə qabyuyan, afsiyant işləyirdi. Onların işi olmayanda mən günlük işə gedirdim. Evi sahibsiz qoyub hamımız birdən işləyə bilmirdik. Bizə balaca bir otaq verilmişdi. Villada balaca bir vəzifəmiz vardı, gecələr işıqları yandırmaq, iti açmaq, arada bır maqınıtafonu açıb həyət bacada ailə varmış kimi səs salmaq idi. Bir sözlə villaya qarovul çəkirdik.
Cox kecmədi, kicik qızıma müdürünün qardaşı oğlu elcı düşdü yaşı az olduğu üçün mən bu izdivaca razı deyildim. Amma olsun, kafedə zülüm zillətlə işlədiyini, qoy evinin xanımı olsun dedim. İndi nişanlıdır. Qaynatası işləməyə qoymur. Qızımı təkrar məktəbə qoydu bu il 11 e kecdi. Oğlu unverseti bitirənə qədər toy etməyəcəyinə söz verib. Böyük qızımı isə kafedən çıxarıb, öz dükanlarına kassır götürdü. Haqq hesabdan başı çıxmasa da özü başının üstündə dayanıb qızıma hər şeyi başa saldı.
Yoldaşım Suriyaya getdı, xəbər yoxdur ondan, Oğlum kənddə qalır, arada gəlib gedir. Kəndin camaatı, o cümlədən yoldaşımın qohumları bizim " pozğunluğumuza" hirsləndiyi üçün təsərüfatımızı darmadağın edıblər.
Mənim ikinci dəfə, bu dəfə də qızlarımla yoxa çıxmam kənd camaatını yenə çaş-baş salmışdı Camaatın nəzərində rollar dəyişdi, yoldaşıma günahsız yerə tərk edilmiş ər, mənə isə xəyanətkar kimi baxırlar. Yoldaşımın Suriyaya getməsinin səbəbini məndə görürdülər. Mən "yaxşı arvad" olsaydım ərimi utandırmazdım, ərim də xəcalətdən başını alıb qaçmazdı.
Mənim və qızlarımın uğurlarına, həyatla mübürızımə qalıb gəldiyimə hələ də inanmırlar. Onların fikrincə, təhsilsiz, köməksiz , gücsüz bir qadın bunu bacarmamalıydı, bu hadisənin məntiqi sonluğu mütləq faciə ilə bitməliydi: ya intihar, ya qətl, ya da qadın alverinə tuş olmaq. Səbəb isə odu ki, bizim camaat faciə janrını daha çox sevir. Onlar üçün xoşbəxtlik, azadlıq maraqlı deyil. Başqasının faciəsi onlar üçün ağrıkəsicidi,

28. 07.2020
Saat 03.00
Ankara.