” Copyright © ”
SƏNİNLƏ SƏNSİZ
( REAL - NOVELLA)
Biri var idi, biri yox idi. Qarabağın cənnət qapısı sayılan Ağdamın səfalı bir kəndi var idi. Abdal kəndı... Camaatı sadə igidləri dəliqanlı, qızları gözəl.Bu kəndin havası suyu o qədər təmiz və saf idi ki, qələmlə yazılası, təsvirlə deyiləsi deyil, gərək o yerləri addım ba addım gəzib bu səfalı yerlərin abu havasını özün öz gözünlə görəydin...
- Yox ee olmadı ... nçç... olmur, olmur, olmur ...
Kağızları əzıb zibil qutusuna atıram. Bir qəhrəmanlıq dastanı yazmaq istəyirəm amma hardan neçə başlayacağımı bilmirdim. İlhamım gəlib lakin əlimdə tutarlı bir material yox idi.
Kamputerin arxasına keçıb Youtbe kanalını açdım. Abdal-Gülablı yazıb gözlədim.
Haahh... budur açıldı. Çoxu Səxavət Məmmədovun məclislərdə çəkilmiş vidioları idi. Biraz da araşdırdım. Paylaşılan vidioların coxunu müharibədən əvvəl çəkilmiş Səxavətin vidioları təşkil edirdi. Çoxusu da Abdalın və Gülablının cahlı-cəlallı vaxtlarından - toylardan, məclislərdən çəkilmiş görüntülər idi. Biraz araşdırıb Yutube-da gəzdikcə Abdal və Gülablı uğrunda gedən döyüşlər də gözə dəyirdi . Kənddə döyüşcülərin buz bulaqların başında istirahətı, tank zincirlərindən kələ -kötür olmuş yollar, yam yaşıl təpələr, uzaqdan görünən istirahət mərkəzi və sanatorıya, boşalıb sahibsiz qalmış kənd...
Allahverdı Əsədovun cəbhə bölgələrindən silsilə verlişlərinin içərisində diqqətimi Avdallı ( Abdallı ) şair Qəhrəmanın doğma kəndinə yazdığı şeri oxuduqca gozüm onu dinləyən əsgərlərin içərisində yeni qəhrəmanımı axtarırdı . Bir qəhrəmanın həyat yolunu yazmaq ağlıma ilişib qalmışdı. Ümumi əsərlərimdə hər mövzuya müracıət etmişdim, amma bir şəhidin , bir qazının həyatını qələmə almamışdım. Anamin dayısı qızının həyat motivləri əsasında yazdığım Xocalıdan bəhs edən "Dağılmış yuva və nakam qalmış arzular" hekayəsindən sonra Ağdamin işğalınin 26 cı il dönümündə kəndimizin qəhrəmanlarından birinin həyatını, döyüş yollarını qələmə almağı planlamışdım. Bir də özümü bu yöndə sınamaq istəyirdim . Uğurlu bir yazı olacağına əmin idim.
Fikirimi cəmləyib izlədiyim vidioya diqqət yetirdim . Cox təsirli vidio idi . Doyüşcülərin üzlərindəki yorğunluqla bərabər yüksək əhval ruhiyyə ekrandan mənə də sirayyət edirdi. Görəsən indi bu döyüşcülərdən həyatda kimlər var, kimlər yox , gorəsən elan versəm bu döyüşçülərdən birıni tapa bilərəmmi, mənə bu yazını yazmaqda kömək edərlərmi ?
Şairin şeri də məni bir tərəfdən ilhama gətirmişdı. Onun özünün şəsləndirdiyi şerdəki sözlərin əsgərlərə verdiyi ruh yüksəkliyini ekrandan mənə də siraət edirdi. Yazdıqca yazmaq istəyirdim. Gozümun qarşısında o yerlər , o yerlərin igidlərinin qəhrəmanlıqları canlanırdı . Allah bilir , bu igidlər silaha sarılıb döyüşlərə atıldıqca neçə ananın əlləri göyələrə açılıb , dua edib , neçə sevgilinin xəyalları , ürək sözləri kağızlara tökülüb. Ümüdlə sevgilisinin yolunu gözlədiyi yazılıb məktublara. Sözsüz ki , müharibənin sərt şilləsi şəhərlərə evlərə də dəyməmiş deyil . Allah bilir neçə evə , neçə ocağa od düşdü qara xəbərlərlə ,qara xəbəri gələndə neçə Vefa kimi cavan gəlin acısını ıçınə salıb , qəhər boğa boğa balalarına sarıldı , əl ayaq çəkiləndə isə saçın başın yolub şəhidinə ağı dedi ? Neçə gəlin , neçə ana məgrur dayanıb bu acının qarşısında, neçə atanin beli bükülsə də başıni dik tutub" Vətən sağolsun" - deyərək düşmən dağlayıb. Neçə İlhaminin, neçə Orxanın boynu bükük qaldı bu müharibədə ...
Kampüterin başında oturub o torpaqlara , o torpaqlardakı döyüşən əsgərlərin vidiolarına baxdıqca ağlımda yüz cür düşüncələr çəmləşirdı . Yazmasına yazacaqdım da , amma hansı mövzuda başlayacağıma daha qərar verə bilməmişdim. O biri əsərlərimdən fərqli olaraq bir qəhrəmanlıq dastanımı yazım, ya da təmiz və saf məhəbbət nağılı? Bəlkə elə ikisin bir arada edim?Nə gözəl olardı ikisini bir yazsam ...
Elə bu məqsədlə də həmin kəndin adına olan qrupa daxil olub orda elan verdim . Çox tərəddüd , çox fikir və müzakirələrdən sonra mesangerimə gələn mesaj məni sevindirdi . Aha deyəsən qəhrəmanımı tapmışam ...
- Şəhid Allahverdiyev Aydın Xanqulu oğlunun həyat yoldaşıyam. İstədiyiniz mövzuda mən sizə köməklik edə bilərəm . Həm qəhrəmanlıq , həm də təmiz sevgimizdən ...
... Həmin gün xeylaq yazışdıq danışdıq . Həyatının kiçik anonsunu danışdıqca onu nota alıb çap etdim . Artıq əlımdə böyük bir qəhrəmanlıq və ülvı bır məhəbbətin materialı dururdu . Biraz da öz xəyali fantaziyalarımı Vəfa xanımın dediklərinə əlavə etsəm yeni bir əsərə başlamaq olardı ...
***********
- Əə, bir dayanın görüm nə məsələdi , ay uşaq eyy ... - deyə Aydın qırğı kimi dalaşan uşaqların arasına atıldı . Hərəsin bir tərəfə itəliyib , onları dalaşmağa qızışdıran uşaqlara təpindi :
- Nədi əə, əlinizə fürsət düşüb ? Nə qızışdırırsız aranı , utanıb ölmürsüz ? Düşmənsiz əə, bir birinizə ? Erməni döyülsüz ee müsəlmansız . Niyə qırdırırsız bir birinizi ?
Aydın ətrafdakı ara qızışdıran uşaqları qovandan sonra bayaqdan dalaşan uşaqların qulaqlarından tutub ikisin də baş başa vurdu :
- Əə yekə kişisiz ee , nolub əə ? Bir deyin görüm , axı nəyiniz şərik düşüb ?
Uşaqlar , bir birinin sözünü kəsərək , bir birini günahlandırır , özlərini duruluğa çıxarmağa çalışırdılar .
-Kiri , kəs səsini görüm ! Di tutun bir birinizin əlini !
Dostuyla barışmaq istəməyən uşağın boynuna yüngülvarı şapalaq vurub :
- Tut görüm , əə , səni gözləyirəm , tut dəə !!!- dedi . Uşaq könülsüz könülsüz dostunun əlini tutdu .
- Hə ay sağol . Di öpüşün , barışın ! Bax budur deyirəm ha, bir də görsəm ki ,dalaşırsız , ikinizi də baş başa bağlayacam .
Aydının uşaqların içində belə "ağsaqqallıq" eləməsi Vəfanın elə xoşuna gəlirdi ki , Məktəbdə də , məhəllədə də uşaqlar arasında bir problem olanda Aydını çağrırdılar . Aydın da həmişə ədaləti qorumaqla məsələyə aydınlıq gətirirdi . Problemi həll edib , ortada sülh yaradardı .
Vefa ilə Aydın eyni kənddən olsalar da ilk tanışlıqları qonuşuluqdakı Gülablı kənd məktəbində olmuşdu . 5 ci sinifə qədər Abdal kənd məktəbində oxuyan Vəfanı anasıgil Gülablı məktəbinə keçirəndə Aydını da ilk dəfə elə orda görmüşdü Vəfa .
- Sən də bizim kənddənsən ?
- Sizin kənd deyəndə, Avdaldanam - deyə Vəfa Aydına cavab verdi .
- Elə mən də ordanam .
- Neyniyim ,səndən soruşan oldu bu gün ayın neçəsidir ? - deyib Vəfa uşaq sıltaqlığı ilə çiynin çəkib ordan qaçmışdı həmin vaxt . Elə o vaxtan da Aydın bu şiltaq qızın onu pərt eləməyin ozünə sığdırmamışdı . Necə olur olsun, o da bu özündən razı qızı özünə ram edəcəkdi .
İkisi də eyni yaşda idi . Sadecə məktəbdə paralel siniflərdə oxuyurdular . Aydın "A" sinifində, Vəfa isə "B" sinifində oxuyurdu . Uşaq şıltaqlıqları ilə boyuyən , hər gün eyni yolu qonuşu kəndə
bərabər gedib gələn bu uşaqlar gün kecdikcə möhkəm dost , mehriban yol yoldaşı oldular. O zaman heç ağıllarina da gəlməzdi ki , bu birlik onların ömürlərinin sonuna qədər davam edəcəkdi .
Aylar, illər kecdikcə günü gündən böyüyən bu balaca uşaqlar ,yeniyetmə cağlarından ürəklərində adını kəşf edə bilmədiyi bir həyəcanın böyüdüyünü hiss edirdilər . Uşaqlıqdan bir birlərinə bağlanan bu yeniyetmələr gənclik çağlarına qədəm basdıqca bu bağlılığa başqa ad verməyə başladılar. "sevgi" ...
İlk məhəbbət ürəklərinin qapısını doqquzuncu sinifdə oxuyanda döydü . Bəlkə də coxdan döyürmüş , amma Vəfa bu səsi o vaxtlar eşitməyə başlamışdı artıq . İçini qorxu qarışıq həyəcan sarmışdı . Qardaşlarının , atasının qulağına bır şey çatar deye qorxusunudan bu həyəcanı içində boğurdu . Ona elə bağlanmışdı ki , onu görməyəndə onun üçün darıxır , görəndə də ondan utanıb qaçırdı .
- Dəlisən ? Bayaqdan onu görmək istəyirsən , deyirsən ay Allah gəlib burdan keçəydi . Di keçdi dəə, hara qaçırsan ?- deyə içində öz özunə mübahisə başlayirdi Vəfanın :
- Qorxuram , atam görsə öldürər . Uyyy uzaq olsun İsmayıl görsə , dünya dağılar . Hələ qonşular bizi danışan görsə ... vaayyy ... Dilə ağıza düşərəm - deyə ürəyində özünə divan tuturdu . Gizli sevgisi ürəyini didib parcalayir , necə deyərlər , günü gündən heyva kimi saralıb , gül kimi solurdu . Düşünürdü ki, sevgisini və ürəyindəkiləri bir rəfiqəsiylə paylaşsaydi , bu məhəbbət gözündən düşəcəkdi . Dəyərini itirəcəkdi . Bu məhəbbət nə qədər gizli olardısa , o qədər qiymətli olardı , o qədər əl çatmaz , o qədər ülvi olardi . Vəfa fikirləşirdi ki , əsil sevgi gizli olandır .
- Vəfa , bir dəqiqə dayan söz deyirəm !
- İşim var ! - deyə hər dəfə Aydın ona yaxınlaşanda Vəfa ondan bir bəhanəylə qaçmaq istəyirdi .
- Müəllim evə verdiyi tapşırığı yazmısansa ver köçürüm ,
- Hə yazmışam , amma vermirəm . Zəhmət çək özün yaz da - deyə dərs bəhanəsiylə onlara gələn Aydını hər zaman geri çevirirdi . Bilirdi ki , dərs yazmaq bəhanədir , Aydın onu görməyə gəlir , gah qələmə , gah dəftərə , gah kitaba . Bu aralar anası da deyəsən Aydının bəhanələrindən şübhələnmişdi.
- Bala, başına donum, atasının gələn vaxtlarıdır , nə işin, nə tapşiriğınız varsa məktəbdə həll edin . Məhəllədə əl ayaq altında dolaşma . Atasının acığı tutur .
Ananın bu xəbərdarlığından sonra dərs bəhanəsi bitdi , qoyun , quzu , qaz - ördək axtarmaq bəhanəsi başladı . Kənd yerində nə var ee sevdiyi qızı görməyə gəlmək üçün bəhanə tapmağa ?
Günlər , aylar keçdikcə ikisi də ürəklərindəki sevgi toxumunun göyərdiklərini hiss edirdilər . Bəlkə də uşaq olduğunu düşünüb bu sevgini qəbul etməmişdi Vəfa ? Ya bəlkə də qorxurdu . Hələ bu utancaqlıq... Bu toxum cücərdikcə Vəfa Aydının varlığını hiss etməyə başlamışdı . Hiss etdikcə də ona daha çox bağlanır , bağlandıqca da gözləri ondan başqa heç kimi görməz olmuşdu . Gizli məhəbbətin şaxələri boyüdükcə kökləri də ürəklərində əbədı kök salmağa başlayırdı . Hər gün biraz daha bir birlərini cox sevirdilər . Sevgilərini bir birinə üzbə üz bəyan etməsələr də gözlər baxışıb , ürəklər danışmışdı . Aydının gözlərinin vəd etdiyi bu eşq elanı Vəfanı göylərə qaldırmışdı . Xəyallar qurub ozünü eşq bağında səyahətdə görürdü .
Vəfa sevgidə çəsarətsiz və utancaq idi . Bəlkə də o zamanki şərtlər daha ağır idi nə idisə , elə bilirdi ki , əgər istəyini sevdiyinə bəyan edərsə, nəsə pis bir şey olacaq , kimsə nəsə deyəcək , onu qınayacaq . Bəlkə də qüruru onu sevgisi qarşısında əydirmək istəmirdi . Utanmasına utanırdı ... O öz yerində , bəs bu utancaqlıqla sevgisini ona necə bəyan edəcəkdi Vəfa ?
... Və nəhayyət qürur ilə məhəbbət arasında başlayan savaş məhəbbətin qələbəsi ilə başa çatdı . 10 cu sinifin son zəngi ilk uşaqlıq məhəbbətinin sonu , əsil və əbədi məhəbbətin başlanğıcı oldu . İlk görüş kənddəki tənəklikdə baş tutdu , gözdən yayınıb gizlincə görüşdülər . İlk görüşün həyəcani ikisinin də üzlərinə sirayyət etmişdi . Vəfanın yanaqları allanmiş , Aydının tər dabanlarından çıxırdı . İlk dəfə idi təkbətək , üzbə - üz görüşürdülər . İkisi də utanırdı . Utandiqlarindan dilləri söz tutub danışa bilmirdi.
Vəfa əlindəki cubuqla yerin ot basmış torpağını cızır , gah yarpaqların arasından mas-mavı göylərdəki ağ buludlara boylandı . Gah da tənəkliyin arasından süzüb gələn günəşə baxırdı . Yarpaqlar arasınadan axan günəşin şüaları gözlərini qamaşdırdiqca əllərini gözünün üstünə qoyub üzünə kölgə saldı. Elə bu zaman gözün qıyaraq dodaqlarinda təbəssüm parlayan Aydına oğrun oğrun baxdı . Bayaqdan qızı süzən Aydın bu zaman baxışlarını ondan yayındırdı. İkisi də birdən pıqqıldayıb gülməyə başladı :
- Nə gülürsən ?
- Bəs sən nəyə gülürsən ?
- Sən gülmə , mən də gülməyim. - deyə Vefa əlındəkı çubuğu ona atdı . Beləcə yarı zarafat , yarı gerçək xoş söhbətləri başladı .
Vəfanın gözlərinin içi gülürdü . Aydının söhbətlərindən , zarafatlarindan xoşlanan qız əlini ağzına tutub özünü dülməkdən güçlə saxlayirdı . O güldükcə daha da gözəlləşirdi . İlahi insana gülmək necə yaraşirdi
Aydın tənəkliyin arasındakı yaşıl otların arasında bitmiş çıçəklərdən qoparıb Vəfanın saçlarına düzdü .
- Gül , mənim gözəlim , sənə gülmək yaraşır - dedi - nə olur olsun ağlamanı istəmirəm - deyib barmağının ucu ilə saçlarin tumarladı . O gün Vəfa xoşbəxt idi . Nə bilirdi ki , onun ağlamasını istəməyən Aydın özü bir gün onu ağlar qoyacaq ...
Barmaqlarının hərarəti ürəyinin qapısını döydükcə qorxudan ürəyi əsirdi . Birdən görən olar , qardaşlarım , atam bu yandan çıxar . Bəlkə mənim bura gəldiyimi kimsə bilib bizi güdər - dəyə düşündükcə bədəninin buz kimi tər basırdı . Yerindən dik atilıb onun əlindən qurtuldu .
- Otur aşağı , görən olacaq .
Düzdür , tənəklik tam yaşıllaşmamışdı , hələ yarpaqları seyrək idi . Hər an kimsə onları görə bilərdi . Odur ki, aşağı çöməlib :
- Mən Bakiya gedəcəm - dedi .
- Xeyirdir ?
- Oxumağa .
- Eləmi . Nə yaxşı . Demək ikimiz da oxuyacağıq ? Mən də məktəbdən hərbiyə vermişəm sənədlərimi .
- Hə eşitdim ...
- Kimdən ?
- Eşitdim dəə.
- Axı bunu heç kim bilmir .
- Mən bilirəm . Sənin hara getdiyindən , hardan gəldiyindən xəbərim var .
- Həqqii ? Heç mənimlə belə maraqlandığını bilmirdim - Aydın barmaqları ilə öz saçlarını arxaya daradı :
- Demək sən mənimlə cox maraqlanırmışsan . Bəs sənin oxumağa getməyini mən niyə bilmirəm ?
Vəfa ciyinlərini çəkdi .
- Yəqin mən səninçün maraqlı deyiləm ondan .
- Dəlisən ? Ay qız ölürəm ee dərdindən, xəbərin yoxdur . Sən də deyirsən maraqlı deyiləm . Sən deməsən hardan biləcəm ki ?
Həyəcandan ürəyi atlanıb düşməyə başladı :
- Yox ölmə , ölməni istəmirəm ...
- Haa haa - güldü - dünyanı tutub qalmayacam ki , əlbət bir gün öləcəm dəə . Özdə cavan ...
- Hiii ... Allah sən saxla !!! Bu nə sozdür , danışırsan , dəlisən ? - səsi tutrədi - mən sənsız yaşaya bilmərəm ...
Boğazını qəhər tutdu . Bunu hiss edən Aydın Vəfanın əlindən tutub sıxdı :
- Həyat elə qəribədir ki , insanı yıxıb sürüyə sürüyə yaşadir . Bəlkə bir zamanlar sənsiz yaşaya bilmərəm deyən birinin elə bir səbəbi olar ki , o səbəblərə görə yaşayar, yaşamağa məcbur olar . Bəlkə də mən olmasam ölmək üçün Allah yalvararsan , fəqət elə bir şey olar ki , nəyəsə görə təkrar Allaha yalvararsan ki " Allah mənə ömür ver ! "
Məktəbi bitirib ikisi də Bakiya yola düşdü . Vəfa incəsənət institutuna qəbul imtahanlarına getdi . Lakin Vəfa bu sevincini yaşaya bilmədi. Tələbə adını qazanmadan kəndə döndü.
Aydın da hərbi peşə məktəbinə qəbul olmuşdu . Aydın Vəfanın kəsildiyini eşidəndə qanı qaraldı . Onu görmədən Bakıda necə qalacaqdı? Başını oxumağa qarışdırsa da onu görmədən , ondan xəbər tutmadan dayana bilmirdi . Onun üçün çox darıxırdı . Hələ Aydın bir neçə dəfə qaçıb kəndə gəlmişdi . Ailəsi aparıb onu məktəbə qoysalar da, üç beş gündən sonra Aydını kənddə görürdülər . Axırda Aydın məktəbi buraxıb bir dəfəmlik kəndə döndü . Ana - ata nə illah etdilərsə onu Bakıya oxumağa göndərə bilmədilər. Əlində deyildi , bir həftə Vəfanı görməsəydi dura bilmirdi . Onu kəndə dartan qüvvənin nə olduğunu Vəfadan başqa heç kimsə bilmirdi. Aydın özü ilə bacara bilmirdi . Özü dərsdə olsa da xəyalı Vəfanın yanında qalmışdı . Fikiri dərsdən yayınırdı . Əgər Vəfa da qəbul olsaydı , Bakida yaşasaydı Aydın da qalıb təhsilinə davam edəcəkdi . Ata ana oğlanlarını Bakıya yollaya bilməyəcəyini görüb axırda onu rayon mərkəzində sürücülük məktəbinə qoydular . Buna da razıydılar . Təki əlində peşəsi olsun . Beləcə Aydın Vəfaya daha yaxın oldu . Həm kənddə , həm şəhərdə tez tez görüşürdülər . Görüşün çoxu kənndə baş tutsa da ara-srada Vefa bir şey almaq və ya birinə qonaq getmək bəhanəsi ilə şəhərə gedib gizlincə Aydınla görüşürdü . Ən yadda qalan günləri də məhz gözdən - qulaqdan uzaqda - şəhərdə olurdu . Nə qədər kimin, kimsənin onları görəməyəcəyinə arxayın olsalar da , yenə də ürəklərində bir qorxu , bir xof var idi .
Hər görüş onları bir birinə daha çox bağlaylrdı . Ürəkləri bir birlərinə qırılmaz tellərlə zincirlənmişdi .
Şirın günlərin bir hicranlı gecələri də var deyirlər .
Aydın əsgər gedirdi . 85 ci ilin payızı ... Getmədən bir gün əvvəl gorüşdülər ...
- Vəfa bacı , ay Vəfa bacı .
- Suuss , yavaş, noldu ay civcivə ?
- Qulağını gətir deyim .
Vefa qulağını balaca qızcığazın ağzına yaxınlaşdırıb :
- Hə de görüm !
Qonşunun uşağı Əsli balaca toppuş əllərini ağzına qoyub Vəfanın qulağına əyildi .
-Aydın qağam dedi ki , get Vefaya deginən ki, hava qaralan kimi , gəlsin tənəkliyə
Ürəyi həyəcandan çirpındı . Nədənsə son günlər çox narahat idi Vəfa . Son zamanlar qulaqlarinda bir mahnı səslənirdı . Özünün xəbəri belə olmadan belə özü də bu mahnını zümzümə edurdi :
QIZILGUL OLMAYAYDI
SARALIB SOLMAYAYDI
BİR AYRILIQ , BIR ÖLÜM
HEÇ BİRİ OLMAYAYDI .
BU QALA DAŞLI QALA
ÇINQILLI DAŞLI QALA
QORXURAM YAR GƏLMƏYƏ
GÖZLƏRİM YAŞLI QALA
Yenə bu mahını hardansa beynini silkələyirdi .
Elə həmin gün oktyabırın 14 -ü tənəklikdə görüşüb əhd- peyman etdilər :
- And içirəm , Aydin , təmiz və saf eşqimin adına , nə olur olsun səni unutmayacam , gözləyəcəm , sən də and iç ki , mənə sadiq qalacaqsan , məni atmayacaqsan .
- And içirəm, mənim Vəfam ! And icirəm ki, gözüm səndən başqa heç kimi gorməyəcək , sənin üzərinə gül qoxlamayacam - deyə qızın başını ilk dəfə elə burda bağrina basdı . Aydının ürəyinin döyüntüsü qulaqlarında çalırdı . Elində əlac olsaydı saatlarla onun ürəyinin səsini dinləyib ömürlük beyninə həkk edərdi . Burda cox qala bilməzdilər . Axşam düşmüşdü , evdəkilər duyuq düşə bilərdilər . Bir birinin əlini sıxıb vedalaşdılar , ayrılıb hərəsi bir səmtə üz tutdu. Dönüb bir birlərinə baxdılar . İkisinin də gözlərindəki həsrət qığılcımları onları maqnit kimi bir birinə çəkirdı. Özlərini nə qədər əks istiqamətə dartsalarda qəfil oxundan cixmış yay kimi yerlərindən qopdular . Bir birinə sarıldılar . İlk öpüşün hərarəti ürəklərinin başına od qoydu . Qəfil qaçıb Aydına sarıldığı kimi , qəfil də ordan qaçıb uzaqlaşdı ...
Beləcə Aydın sabahı gün oktyabrın 15 əsgərliyə yola düşdü . Təxminən bir ay sonra Vəfa Aydının ilk məktubu aldı . Dünyada ən böyük , ən dəyərli hədiyyəni almışdı sankı dünya onun idi . Əli ayağı yerə dəymirdi , İçəri çölə girib çıxdıqca məktubu öpür , qoxlayırdı . Aydının qoxusunu məktubdan alırdı .
Məktubu qoynunda gəzdirsə də hələ fürsət tapıb oxumağa yer tapa bilmirdi . Sanki kimsə onu görəcək , bu dəyərli hədiyyəni əlindən alıb parçalayacaqdı. Nə olur olsun , bu məktubu göz bəbəyi kimi qorumaliydi . Nəhayyət gözdən yayınıb özünü samanlığa verdi . Bir tərəfdən, üst üstə yığılmış samanların arxasına kecıb pəncərədən düşən zəif işıqda məktubu oxumağa başladı .
" Salam əzizim Vəfa ! Necəsən? Əgər zəhmət cəkib mənim əhvalımı soruşmaq istəsən , sağ və salamat varam . Sənin də sağ və salamat olmanı o bir Allahdan arzu edirəm .
Vəfa , de görüm kənddə nə var nə yox , havalar neçədir ? Mən gələndə hələ yarpaqlar tökməmişdi . İndi yəqın , ağaclar soyunub . Burda bu saat çox soyuq var. Deyirlər buranın payızıyla qışı bilinmir . Təssəvvür elə ki , indi belə soyuqdursa , gör yanvar , fevralda neçə olacaq ? Çox şükür , burda çox qalmadıq , verdilər başqa yerə . Şükür edirik ki bizi şimala vermədilər . Gedirik görək oralar necə yerdir? Həə demədim axı ... Bu məktubu sənə yoldan yazıram . Bizim əsgəri xidmətimizi Almaniya Demokratik Respublikasina verdilər . İndi bu dəqiqə yola çıxmışıq Almanyaya gedirik . Məktubu ilk dayanacadığımız stansiyada poct qutusuna atacam . Allah qoysa məktubum başqa əllərə düşmədən sənə çatar . Ürəyim doludur . Çox yaza bilmirəm . Hələlik bu qədər . Sağol . Səni çooox lap cooox sevirəm Vəfalım mənim , bunu unutma . Soz verirəm hər gün də olmasa gün aşırı, iki gündən bir sənə yazacam . Sən də yaz ! Məni, bu qurbətdə darıxmağa qoyma, məni çox istədiyini yaz , çox yaz , lap cox...
Həm ilk məktubun həyəcanından , həm sevincindən həm də darıxdıgından cox duyğulanmışdı . İcini qarışıq hisslər bürümüşdi . Bu saat , bu dəqiqə nələr hiss etdiyinə özü də ad verə bilmirdi .
Beləcə günlər ayları , aylar illəri qovaraq iki ili məktublaşa məktublaşa kecirtdilər . Bu iki ildə Vəfaya neçə yerdən elci düşsə də Vəfa əhdinə vəfa göstərib elçiləri geri qaytardı . Sevgilisinə söz vermişdi nə olur olsun onun yolunu gözləyəcəkdi. Lap ölümünə də olsa , özünü ondan başqasına yar etməyəcəkdi .
87 nin payızı gəlib yetışdı . Aydının çıxarışı verilmişdi , Vətənə yola düşmüşdü . Bir neçə günə kənddə olacağını deyirdilər . Sayılı günlər keçmək bilmirdi . Vəfa nə yerə sığırdı , nə göyə sığırdı , özünə bu dünyada yer tapa bilmirdi , onu görmək ona qovuşmaq həyəcanı , ona rahatlıq vermırdi .
- Ay arvad bu qıza nolub ? Gözümə bir təhər dəyir .
- Heç nə olmayıb a kişi , cavan qızdır dəə , olur belə şeylər
- Yoo ,nəsə var .
- Yox əşii , heş nə yoxdur , rahat burax uşağı .
Sevincindən qanadı olsaydı uçaçaqdı . Aylarla yolunu gözlədiyi vəfalısı gəlirdi , əhdi peymanı gəlirdı . Sevindiyi qədər də nigaran idi Vəfa . Bəlkə ayların ayrılığı Aydının sevgısınə qar yağdırıb , bəlkə qurbət soyuğu ürəyin üşüdüb , bəlkə üşüyən ürəyini yad gözəl isidib ?
Kəndə hay düşdu . Balaca Əsli qaçaraq Vəfa gilə gəldı .
- Aydın qaqam gəldi , Aydın qaqam gəldi !
- Gəldi gəldi də , köpak qızı , nə hay salmısan ? Yeri get qapınızda qışqır ...
Vəfa qapıdan güllə kimi çıxdı . Səhəngi götürüb özünü bulağa yetirdi .
- Əsmər ,al bunu ye ,amma tez qaç Aydın qaqanın yanına qulağına de ki, mən gedirəm bulağa , gəlsin ora - zərli kağızlı konfetləri görən giz atılıb düşdü .
Cox həyəcanlı idi . Bulağın başından gəldiyi yola boylanıb gözləri ilə cığırı gözətləyirdi . Heç kim gözə görünmürdü .
- Camaatın gələni gedəni var , bu saat evləri qonaq qaradan qaynayır , heç fürsət tapar ki , çölə çıxsın - deyə cığırı boş görən Vəfa özü özünə təsəlli edirdi . Amma yenə içinə qurd düşmüşdü .
- Birdən gəlməz , birdən məni vecinə almaz , bəlkə məni unudub ? Ooofff , harda qaldı bu , ürəyim partladı ...
Kəhrızın cığırına boylanırdı . Elə həyəcanlı idi ki , dillə deyiləsi deyildi . Orda bir qaraltı ,bir kölgə belə görsə ürəyi dayanacaq dərəcədə idi .
- Gəlmədi , görürsən , bax gəlmədi - ağlamsındı -Əgər o mənim tanıdığım Aydındırsa nə olursa olsun gələcək ,mütləq gələcək, görərsən mən deyirəm ki , gə-lə-cək!
Özü özünə təsəlli verə verə səhəngini çıyninə alıb qacaraq gəldiyi bulaqdan ağır , ağır geri döndu . Gözü cığırda , çəpərlərin arasinda idi . Amma heç kim gözə dəymirdi . Cığırın başına çatanda ümüdünü tamamı ılə itirdi .
- Demək gəlmədi , bəklə məni unudub . O məni sevsəydi , nə olur olsun mütləq gələrdı . Məni görmədən, mənimlə görüşmədən heç kimlə görüşməzdı .
Bulud kimi dolmuşdu Vəfa . Bu saat səhəngi yerə qoyub hönkürə hönkürə ağlamaq istəyirdi . Elə bir dolmuşdu ki, addım atacaq halı qalmamışdı . Addımları yerə yapışmışdı . Quru kötüyə dönmüşdü sanki ,gedə bilmirdi . Səhəngi yerə qoyub ovuçları ilə üzünü tutdu . Dolmuş gözlərini sıləcəkdir kı , kimsə qolundan tutdu . Əlini üzündən çəkib baxdı. Qarşısında dolu bədənlı , hündür boylu bir igid dayanmışdı . Gözlərinə inanmırdı , iki il bundan qabaq yola saldığı arıq uzun boylu Aydının yerinə indi , boylu buxunlu, yaraşıqlı bir dəliqanlı dayanmışdı :
- Vefalım !
- Aydın! - deyıb onun əllərini ovcuna alıb dodaqlarına yapışdirdi . Aydın Vəfanın başını bağrına basıb saçlarını qoxlayir, barmaqları gözlərinin yaşını silirdi . Burda cox dayanmaq təhlükəli idi . Bura işlək yerdir . Həran biri gələ bilər . Dostları , cavanlar , ata anası eskərlikdən yeni gəlmiş Aydını gözdən qoymurdular . Bu iki gənci bir yerdə görsələr söz söhbətə düşəcəkdilər .
- Yaxşı , səni görməyimə sevindim . Mən gedirəm . Burda bizi görən olar , get səhəngi qoy , gəl zoğallığa , səni orda gözləyirəm .
Səhəngi evə qoyub gözdən yayındı . Qorxa qorxa , qardaşlarının və atasinin xofu ürəyini gəmirə gəmirə zoğallığa gəldi .
İki ilin həsrətinə son qoyuldu . İki ilin məktublarının yerini iki il də gizli görüşlər aldi . Bayaqdan məktub həyəcanı yaşayan gənclər , indi də görüş həyəcanı yaşayirdılar . Qorxu bir tərəfdən , həyəcan bir tərəfdən ürəklərini gəmirmişdi bu iki gəncin . Arzular aşıb daşır , xəyallar qurulur , gələcək planlar cızılırdı .
Daha yorulmuşdular gizli görüşməkdən , Axır ki , bir birlərindən ayrı qala bilməyəcəyini anlayıb evlənməyə qərar verdilər .
Oğlanlarının kəndin ən gözəl qızına ehd - peyman etdiyini eşidən ata ananın sevinci birə beş oldu . Aydının anası Təzəgül sevincək qalxıb qızın anasına xəbər yolladı ...
... Elcilər gəldi , Aydın ailənin ürəyincə idi . Aydin mərd , kənd camaatının içındə sayılıb secilən igid idi . Belə bir dəliqanlının qızlarına namızəd olmasını kim istəməzdı ki ?
Şad xəbər mahala yayıldı .Kəndin ən gözəl qızı Vəfayla , ən dəli qanlı oğlu Aydın sözlənmişdilər .
Üzüklər taxildi . Üç ay nişanli qalandan sonra toyları baş tutdu . Qazanlar asıldı , mağarlar quruldu . Gəlin gətirməyə gedən maşın dəstəsi siraya düzüldü. Çal - cagirla Vefani Aydının anasına gəlin gətirdilər .
Vəfa Təzəgül ananın sevimli gəlini oldu . Cox xoşbəxt idilər çox. İlk göz ağrıları İlhamin doğulanda Vəfa Aydının gözlərindəki sevincinə baxmaqdan doymurdu . İlhaminin dünyaya gəlişi bu kiçik aılənın arzularını böyütmüşdü , xoşbəxtliyinə xöşbəxtlik qatmışdı .
Gözəl günlərin sonu tez gələrmiş deyirlər . Müharibənin başlanması bu xoşbəxt ailənin isti yuvasına soyuq su cılədi . Düşmənin qara elləri torpaqlarımıza uzanmışdı . Kəndin igıdləri silaha sarılib vətənin müdafiəsinə qalxmışdı. Aydın da onların içərisində idi .
Müharibənin başladığı ilk günlərdən , hər gün kəndin cavanları ilə birlikdə Aydın da növbəli şəkildə növbəyə çıxırdı. Vəfa ərinin vətənpərvərliyinə heyran idi . Onunla qürur hissi keçirirdi . Düzdür ürəyində nigarançılıq olsa da gecələr başını onun sinəsinə qoyan Vəfa hərdən " Yeddi oğul istərəm " filimindəki Sarı Şəmistanın Bəxtiyara dediyi sözləri yarı zarafat , yarı gercək ona xatirladirdı.
- Sinən olduğu yerdə , kürəyini gülləyə vermə - deyirdi - xoşum gəlmir düşmən qarşısından qacan qorxaq kişidən . Nə qədər çətin olsa da mən səni hər zaman dəstəkləyirəm Aydın . Əgər düşmən qarşısından qacarsansa , o zaman haqqımı halal etmərəm- deyirdi Vəfa ona .
Vəfanın ona belə deməsi , Aydına qol qanad verirdi . Qadınıyla fexr edirdi . Bilirdi ki , qadını kişi qeyrətlidir , ona cox güvənirdi . Bilirdi ki , əgər başina bir iş gəlsəydi Vəfa özü öz ayaqları üzərində durmağı bacaran qadın idi .
Xanımından güclü mənəvı dəstək alıb ruhlanan Aydın vətənin müdafiəsinə qalxmışdı . Bu o zamanlar idi ki , hələ milli ordumuz yaranmamışdı. Bir müddət sonra könüllü ordumuz yarandı və Aydında kəndin cavanları ilə birlikdə könüllü ordu sıralarına yazıldı . 836- cı hərbi hissənin ikinci batalyonunda döyüşə başladı. Ağbulaq, Dahraz, Naxcıvanik, Arazəmin, Pircamal uğrunda gedın döyüşlərdə fəal iştirak etdi . Müharibənin ilk günlərində ikinci övladları Orxan dünyaya gəldi . Orxanın dünyaya gəlişinə sevinsə də icini qatı nigarançılıq sarmışdı .
- Vəziyyət gərgindir , kimin nə olacağı bəlli deyil , səndən cox nigaranam
- Bir şey olmaz qorxma canım !
- Burdan baxanda hər şey asan gəlir sizə , biz müharibənin od - alovunun içindəyik , hər gün sıramızdan ikisi üçü gedir , bir gün də sıra mənə catacaq , tək başına iki uşaqla nə edəcəksiz ?
- İnşallah bir şey olmaz qorxma .
Vəziyyət günü gündən pısləşırdı . Dağlıq Qarabağdakı ağır vəziyyət ətraf rayonlara da təsirsiz keçmırdı . Dəstə dəstə döyüşə gələn könüllülər onların alayına qoşulurdu . Əsil məsləyı sürücü olduğu üçün , özünün "Zil" markalı yük maşını ilə ön cəbhədə fəal iştirak edirdi . Silah - sursat , yaralı və şəhid cənazələri daşıyirdi . Günlərlə evə gəlmirdı . Gecəsi gündüzü yox idi Aydının .
Həmin gecə də postaydı . Əmr gəldi .
- Xocalıya köməyə gedirik !!!
...Çölə səpələnmiş meyidləri gördükcə ağlı başından oynayırdı .
- Əəə, belə vicdansızlıq olar ? Ayə , ay alçaqlar , kişi kişiylə dava eder , davan var ? Gəl kişi kimi dava elə , torpaq istəyirsən? Gəl kişi kimi müharıbə elə . Bu arvad uşağı niyə bu günə qoymursuz Ay şərəfsizlər ? - işgəncəylə öldürülən körpənin bağrına basıb hönkürə hönkürə ağlayirdı Aydın ...
Həmin gün Xocalı camaatını Abdal meşələrindən keçirib Bərdə , Tərtər istiqamətinə daşıyırdı . Bu işdə iki uşaqla Vəfa da ərinə köməklik edirdi . Evlərində qacqınları yerləşdirmişdilər, Vefa onlara isti yemək , qalin paltarlar da vermişdi . Həmin günlər Vəfa sabahlara qədər əli ürəyinin başında pəncərə qarşısında sabahı açdı . Cox həyəcanlı günlər idi . Bəlkə də Xocalının qətliamına qədər müharıbəni belə acımasız bilmirdi Vəfa , lakin, kəndə və evinə pənah gətirmiş qaçqınlarin gozlərindəki qorxu ,onun ürəyini riqqətə gətirmişdi.
Xocalı işğal olmuşdu . Xocalı acılarıyla bütün Azərbaycanı sızladırdı . Xocalı yarası elə bir qanayırdı ki , heç bir təsəlli ilə onun sarğısını sarmaq mümkün deyildi .
Xocalıdan sonra kənddə vəziyyət daha da gərginləşmişdi. Muramadi olaraq kənd top və qrad qurğuları ilə atəşə tutulurdu . Daha qadın - uşağı kənddə saxlamaq mümkün deyildi . Hər an ermənilərin kəndə basqını gözlənilirdi . Xocalının dinc sakinlərinin yaşadıqlarını Abdal camaatı da yaşaya bilərdi .
Odur ki , Aydının atası Xanqulu kişi bütün ailə - əyalı yığıb Xındırıstana qohum evinə apardi . Bir müddət orda yaşadılar . Atalar sözü var . Deyir, ev elə sığar , el evə sığmaz . İki korpəylə qohum evində yaşamaq çox çətin idi,Vəfa üçün . Sıxıla -sıxıla , çəkinə çəkinə günü gün deyildi .
- Qağa , bəlkə mən anamgilin yanına gedim ?
- Nə danışırsan ay qızım ? Bir yerdə yükümüzü çəkəcəyik .
- Bilirəm amma ,adam utanır , iki nadinc körpə uşaqla , camaatın evində ... Burda nə qədər sıxıla sıxıla yaşayacağıq. Orda mənə rahat olar . Həm də dövlətin baxcasıdır . Uşaqlar da bizdə rahat olarıq orda .
O zaman İlhaminin iki yaşına az qalmışdı , Orxan qucağında yeddi aylıq idi . Yığışıb Mahrızlıya gəldilər . Anasıgil orda uşaq baxcasında yerləşmişdilər . Həyatlarının qara günlərini də elə orda yaşadı bu kiçik ailə .
Artıq üç ay idi ki , bu şəraitsiz, balaca dar otağı ozlərinə yurd etmişdilər. Acllq , səfalət höküm sürürdü , bir tərəfdən də elektirik və qazların kəsilməsi , həqiqətən də əhalini acinasaqlı günə qoymuşdu . Olduqları yer bol sulu yer olsa da elektiriyin olmamasından quyularıdan da su çəkmək olmurdu . Yayın istisi camaatda san qoymamışdı . Hələ qarşıdan qarlı qış gəlir . Odun ocaq da tapılmırdı ...
Kənddə vəziyyət doğurdan da ağır idi , açıq döyüş gedirdi . Kəndi tamamilə boşaltmışdılar, yerli əhali qalmamışdı. Bura döyüş və starageya bölgəsi olduğundan kəndə sadəcə döyüşçüləri buraxırdılar . Bir də kənddə ölüsü , şəhidi olanların ailələrini . Yanlız bir şərtlə , gecələr kənddə döyüşcülərdən başqa heç kim qalmayacaqdı. Kəndləri iki dəfə ermənilər tərəfindən işğal olunsa da Aydın gilin rəşadətli dəstəsi düşməni geri oturdaraq kəndi düşməndən azad etmişdilər . Qanlı döyüşlərdən , ağır sınaqlardan çıxdı , həm kənd, həm də kəndin igidləri . Aydın sinif yoldaşları olan Rövşən və iki adaş Arıflə, eyni batalyonda döyüşürdülər . Maması oğlu (bibioğlu) Xudu da onlarla ciyin çiyinə döyüşürdü.
Hər gun olmasa da 2 - 3 gündən bir Aydın evə gəlib ailə uşağıyla görüşüb bir gecə qala ya qalmaya təkrar geri dönürdü .
HƏr yerdə olduğu kimi ön cəbhədə vəziyyət gərgin olaraq qalırdı . Aydıngilin batalyonu da ağır gunlərini yaşayırdı . İlk gündən Vəfanın qardaşlari, qohumları , bir yerdə oxuyub oynadıqlarl sinif yoldaşları , bibisi oğlanları ilə eyni bayalyonda idilər . Bəzi günlər ayrı ayrı posta çıxır , bəzi günlər isə eyni posta düşmənlə üz üzə dayanırdılar . İstər bir yerdə olanda, istərsə də ayrı döyüşəndə , hər gün siralarından biri azalırdı.
Həmin gün də bir yerdə döyüşmüşdülər . Böyük igidliklər göstəribmüharisəni yarmışdılar . Bu döyüşdə Aydin iki sinif yoldaşını itirdi . Bir neçə döyüş dostları isə ağır yaralanmışdı . Aydın döyüş dostları ilə birlikdə yaralı və meyidləri döyüş bölgəsindən cıxarıb xəstəxanaya çatdırmaq üçün maşına daşıyırdılar. Yaralıların iniltisi onu intiqama səsləyirdi . Uşaqlıq dostu , qardaş əvəzi olan Ariflə Rövşənin qanlı və cansız bədəni ağlını başından alır , ruhunu canından çıxarırdı . Həyatının ağır pisxoloji sarsıntısını yaşayırdı həmin gün Aydın .
- Aydin , özünü ələ al qardaşım. Bura adi əsgərlik deyil , döyüş bölgəsidir - komandi onun çiynindən tutub silkələyirdi - əlbəttə şəhidimiz də olacaq yaralımız da . Biz güclü olmasaq düşmənin ayağı üstümüzdə yer alacaq .
Komandir onu qucaqlayıb onu təsəlli edirdi .
- Möhkəm ol qardaşım , qəti ruhdan düşmə , bərabər çiyin çiyinə düşmənə qan udduracağıq , görərsən ...
- Yoldaş komandir .vəzifə yerinə yetirilmişdir - tapşırığını yerinə yetirən əsgərin gəlişi onların söhbətinə son qoydu .
- Gəl Aydın , keçdi artıq . Sən bir döyüşçüsən , hər belə döyüşdə özünü itirsən nolacaq ? Keç işinin başına , yaralılarımızı itirməyək , onları təcili şəhərə çatdırmaq lazımdır . Cəld oll !
********
- Dayan birazca da qardaşım , biraz da döz ! Az qaldı, xəstəxanaya çatırıq - deyə Aydın yaninda can çəkən yaralıya təsəlli verirdi .
- Ölürəm... - yaralı kəsik kəsik səslə inildəyir , ağrının təsirindən zarıyırdı :
- Əgər mən ölsəm ...
- Sus, niyə ölürsən , sən yaşayacaqsan , qorxma . Sənə söz verirəm ,səni xəstəxanaya catdıracam ...
Yarali zarıya zarıya başını buladı :
- Mənimki də ... bura qədər ...di . Bax... mənə , söz ... ver !
- Qorxma ölməyəcəksən dedim! Qoymaram ...
- Əgər öl ... səm , cibimdəki ... məktubu ... bizə ... Ona ... de...yərsən ... Adil ... səni ...çox se-virdi ... bir də ... ona de ki , mə ... ni unutmasın... hər ... nişan ... üzü...yümüzə ... baxanda ... məni ...
Adilin səsi kəsildi
- Adil ... Adil aç gözünü , Adill... sən yaşayacaqsan Adil ...
Gözünün qabağında bir can gedirdi . Əlindən maşını daha sürətli idarə etməkdən başqa bir şey gəlmirdi . Əsəbindən bar bar bağırirdi ...
... Yaralı və meyidləri xəstəxana və morqa yerləşdirdikdən sonra evə gəldi .
- Adaa !!! - dili indi indi söz tutub danışmağa başlayan İlhamin atasını qapıda görüb qapıya qacdı .
- Mənim balam , oğlum, arxam , Atasının balası - deyib Aydın öğlunu qucağına alıb atıb tutmağa başladı .
- İgidım , əsgərim , anasının , qardaşının keşıkcısı . Kişi balam - deyə İlhamini öpüb əzizlədi .
İlhamin ilk dəfə dil açıb "ada" deyəndə Aydın kovrək anlar yaşamışdı . Oglunun "Ata" deyən diıindən öpüb :
-Ata deyən dilinə qurban olum -demişdi Aydın görəsən sənə atalıq edə biləcəyəm ?
Orxan da anasının qucağından atasına getməyə can atırdı .
- Xoş gəldin əzizim !
Vəfa uşaqla Aydın yanına gəldi. Aydın iri geniş qollarını açıb uşaq qarışıq onu bağrına basdı.
- Canlarım ... - dordlü bir tablo yaranmışdı . Çox maraqlı və kövrək bir mənzərəydı . Bir döyüşçünün qolları arasında bütöv bir ailə ...
Həmin gecəni ürək ağrısı ilə keçirtdilər . Sinif yoldaşları , çox sevdiyi dostları İsmayılov Arıf və Quliyev Rövşənin necə qəhrəmancasına şəhid olmalarindan danışdılar . Arifin adaşı Məmmədov da həmin döyüşlərdə ağır yaralanmışdı . Onun həyatı ölüm qalım məsələsi idi . Çox üzücü ağır günlər idi . Göz görəsi uşaqlıq illərini bərabər yaşamış sinif yoldaşı , döyüş və can dostlarını itirmək doğurdan da sağalmaz yara ,daşınmaz yük idi . Onlarla bağlı xatırələr ikisini də dartıb məktəb illərinə aparmışdı .
Arıf Memarlığı bitirmışdı . Rövşən isə hansısa inşaatda işləyirdi . İkisinin də əllərində yaxşı işı olsa da , vətənin dar günündə silaha sarılmışdılar və son nəfəslərinə qədər də bu yolda döyüşdülər , vətən uğrunda qəhrəmancasına şəhid oldular . ( Allah bütün şəhidlərə rəhmət etsin )
- Mən getməliyəm , Vəfadarım!
- Qurbanın olum, getmə , sabah gedərsən ,nolar !
- Yox , bilirsən ordakı vəziyyəti . Necə gərgin olduğunu . Uşaqlar orda doyüşərkən mən burda rahat yata bilmərəm.
- Heç olmaya bir iki saat qal .
- Bağışla əzizim ...
Həsrətlə Vefasını elə süzdü ki , Aydin . Geyinib qapıdan çıxaraq bir iki addım atdı. Dayandı . Çiyninin üstündən geri döndü.
- Uşaqlardan miğayyat ol ! - deyib təkrar irəllədi . Yenə dayanıb geri döndü. Sankı getmək istəmirdi . Əcəl onu itələyirdi. Qolların acıb Vəfaya baxdı . Vəfa yayından cıxmış ox kimi Aydinin sinəsinə saplandı .
- Uşaqlarımin anası ... Vəfadarım ... uşaqlar göydə allaha , yerdə sənə əmanət .
Aydın həmişəki kimi onu bağrina basıb saçlarından öpərək saçları ilə oynadı . Gözlərində elə bir həsrət , elə bir nigarançılıq var idi ki ...
-Sən də özündən muğayyat ol , əzizim ! Allah səni qorusun - səsi titrədi Vəfanın , elə bil bu günün onunla kecirdiyi son gün olduğunu bilirdi Vəfa... Möhkəm dayan , yaman günün omrü az olar - dedi . Səsi titrəyirdi . Gözləri dolmuşdu .
- Möhkəm dayan , həyat səni yıxmağa çalışdıqca , sən dirəş , çalış yıxılma .
- Nə danışırsan əşii, hara yıxəlram , sənin kimi arxam var, dirəyim var..
- Eehhh , nəysə - deyib xudahafizləşdi.
- Bu gün getmə , Aydın , nolar getmə , sabah gedərsən ...
Aydın onu dinləmirdi . Vəfa isə hələ arxasınca " getmə " deyirdi . Elə bil bu gediş son gediş olacağını bilirdı Vəfa , onu əcəldən almaq üçün inad edirdi. Getməyə qoymurdu.
... Evə getmək üçün Vəfa taksiyə minmışdı . , lakin taksi onu evinə yox başqa istiqamətə aparırdı .
- Eeyy , ay dayı biz bu tərəfə gedəcəkdik , hara aparırsan məni ? Sür bu tərəfə , evim burdadır , bu tərəfdədir - deyə Vəfa qışqıraraq sürücüyə doğru yolu göstərsə də sürücü onu öz bildiyi istiqamətə aparırdı . Vəva dayanmadan qışqırır , sürücüyə doğru istiqamət göstərirdi . Sürücü də onun üstünə qışqırır , səsini kəsməsini istəyirdi . Nəhayyət qadının səsindən bezən sürücü maşını saxlayıb aşağı düşür . Vəfanın qolundan tutub maşından sürüyüb aşağı salır vurduqca vurur o ki , var döyür . Vəfa ona müqavimət göstərdikcə adam onun qabırğalarına əl atdı .
- Buraaaxx ... Burax deyirəm. Burax ...
Sürücü isə nəinki qadından əl çəkmir , hətta onun qabırğalarını sıxaraq sındırır. Vəfa qışqıaraq Aydını köməyə çağırır . Aydın isə onun səsinə qeybdən səs verirdi :
- Möhkəm dayan , bax sənə demişdim Vəfa . Bu həyat səni yıxmağa çalışacaq . Bax gorürsən , budur ilk zərbəsini sənə vurdu , qalx ayağa , qalx Vəfa ! Sən də dirəş həyata , çalış yıxılma !
Yuxudan dik atıldı , yuxunun təsirindən qan tərə batmışdı . Nəfəsi az qala kəsiləcəkdi . Üzündə alnında puçurlanmış təri silib dərindən nəfəs aldı . Gördüklərinin yuxu olduğuna şükür edib pəncərənin qarşısına gəldi .
- Sənə getmə dedim , Aydın , eşıtmədin , neynim indi mən, eşıtmədin məni , Aydın - hönkürüb ağladı ...
Sabaha qədər ilan vuran yatdı, Vəfa yatmadı . Pəncərədən asılı qaldı . Gözü qaranlıqda uzaqda görsənən kəndlərin üzərində uçuşan mərmilərdə , əli ürəyinin başında :
- Aydın, igidim mənim , sənə dəfələrlə demişəm , yenə deyirəm . Kürəyini düşmana vermə! - deyə pıcıldadi - mən yıxılan qadın deyiləm . Səni düşmən arxandan vurarsa bax o zaman yıxılaram.. allahın pənahında ol ! - deyib Vəfa özünü toparladi .
Aydın Vəfadan ayrılıb qərargaha gəlmişdı . 10 dündən cox idi ki , meydanda arası kəsmədən amansız müharibə gedirdi . Döyüş bölgəsində meyid yaralıya qarışmışdı . Qandondurucu mənzərə idi . Gozünü açıb yumunca bir dostunun , bir qohumunun, bir döyüşçünün getdiyini görürdü . Onların dəstəsi müdafiə mövqeyində dayanmışdılar . Yuxarılardan əmr gözləyirdilər . Nədənsə bu əmr gəlmirdi ki , düşmən əlindən zincir çeynəyən igidlər düşmənə qan uddursunlar . Əli qolu bağlı qalmışdılar . Hər kəsin üzündən qəzəb , hər kəsin gözlərindən nifrət yağırdı .
...Və nəhayyət gözlədikləri əmr verildi . Böyük rüh yüksəkliyi ilə döyüşə hazırlaşıb çıxdılar ,maşının radiosundaki Əsgər marşı əsgərləri döyüşə səsləyirdi
AZƏRBAYCAN TORPAĞINDA BOY ATMIŞIQ BİZ
TARİXLƏRİN O TAYİNDAN GƏLİR SƏSİMİZ
BİR DÜŞMƏNƏ BAŞ ƏYMƏDİ OĞUZ NƏSLİMİZ
BİR DÜŞMƏNƏ BAŞ ƏYMƏDİ OĞUZ NƏSLİMİZ
BABALARIN QANI AXIR DAMARIMIZDAN
AZƏRBAYCAN ƏSGƏRİYİK BU ADA GURBAN
BU ADA QURBAN ,HEY ! BU ADA QURBAN ,
AZƏRBAYCAN ƏSGƏRİYİK BU ADA GURBAN
BAŞIMIZIN ÜSTÜNDƏKİ ÜÇ RƏNGLİ BAYRAQ
ƏVVƏLİMİZ AXIRIMIZ BU QARA TORPAQ
BU TORPAĞIN KEŞİYİNDƏ ƏZİMLƏ DURAQ
BU TORPAĞIN KEŞİYİNDƏ ƏZİMLƏ DURAQ
AZƏRBAYCAN ƏSGƏRİYİK BU ADA GURBAN
BU ADA QURBAN , HEY BU ADA QURBAN ,
AZƏRBAYCAN ƏSGƏRİYİK BU ADA GURBAN
Döyüşcülər sanki bu marşdan güc almışdılar . Düşmən tapdağında olan oğüz torpaqlarını xilas etməyə can atırdilar . Dünən itirdikləri döyüş dostlarının qisasını almağa tələsirdilər .
Aydınin maşınında , bibisi oğlu Xudu və qayınları da var idi . Kicik qayını az yaşli olmasina baxmayaraq o da silaha sarılmışdı . Qanlı döyüş , marşın sədalari altında davam edirdi . Gözləri qan çanağına dönən döyüşcülərimiz düşmənə qan uddurur, onların əsas həmlələrin nişan alırdılar . Düşmən artıq gerı çəkilirdi . Ağır itki versələrdə düşmənin ordusunu alt- ust edən bu yenilməz bataliyon böyük həvəslə irəli gedirdilər . Budur düşmənin sonu gəlmişdir , az qaldı , daha bizə zaval yoxdur deyərkən sanki yer ayaqlarının altından qaçdı , idarə etdiyi maşın havada uçdu . Naşın minaya düşmüşdü ...
Səhər qapının səsinə oyandı . Başı qollarının üstündə elə pəncərədə yatıb qalmışdı .
- Aydın !!! Aydın gəldi ? Sevincək üaplya qaçdı . Qapını açarkən qapıda Aydını yox üzündən məyyusluq yağan onun komandirləri görəndə düzləri büküldü, süst düşdü ...
Aydını kənd məzarlığında dəfn etdilər , Xudu ağır yaralanmışdı ,onu ağır vəziyyətdə Bakıya qospitala çatdirsalar da dörd gün sonra orda yaşamına son verdi ...
Burda Vəfayla söhbətimə son verirəm . Vəfa son kəlmələrini mənə yazdıqca onların bu yaşadıqları bir filim kimi gözlərimin qarşısında canlanırdı .
- İndi o günlərdən illər kecir - Vəfa davam etdi . Mən Aydını itirəndə 25 yaşımız var idi . İndi 52 yaşında iki igid anasıyam . Həmişə fikirləşirdim ki , görəsən Aydın yaşasaydi onun bu yaşları neçə olardı . İlhaminə baxanda onun simasında bu sualıma cavab tapıram . O qədər bənzəyir ki , atasına . Bilirsinizmi , Fəridə xanım , çox qürurluyam . İlhamin atasının yolunu gedir . Heydər Əliyev adına Ali hərbi məktəbi bitirdi . İndi kapitan rütbəsindədir . Arzum onu genral rütbəsində görməkdir .
- Bəs Orxan ? Heç Orxandan danışmadiz ?
- Orxan ...- dərindən köks ötürdü. Müharibənin təsiri onun sağlığını əlindən aldı . Hələ doğulmamiş ana bətnindəykən yaşadıqlarımız , qorxu və stres ona da toxundu . Həkimlər ona neyro senzor , ikitərəfli eşit diaqnozu qoydular . Oxuyub təhsil ala bilmədi. Amma yenə şükür , həyata dirmanmağı bacardı . Dik durdu . İndi zərgər işləyir .
- Qacqınlıq həyatindan danışardız . O illəri necə atlatdız ? İndi harda yaşayırsız ? Aydınsiz həyatla barışmısınızmı ?
- Çoxx çətin ...
Demək olarki , o vaxtlar kənddə bir-iki qadın qalmışdı , hərə bir tərəfə dağılmışdı . Dediyim kimi bizdə Mahrızlı kəndində uşaq baxçasına yığışmışdıq. Ordada 2-3 ay qaldıq, sora Aydın şəhid oldu . Onu kənddə defn etdik , amma kənddə qalmaq təhlükəli olduğu üçün , məni gecələr Mahrızlıya gündüzlər kəndə aparıb gətirirdəilər. Uşaqlar o vaxt çox balaca idilər , İlhaminin iki yaşına üç gün qalmışdı , Orxan qucağımda yeddi aylıq idi . İki - üç həftə belə oldu . Sonra həmin ilin sentyabırın 4-ü kəndimiz işğal oldu . Gözümüzün yaşı qurumadan, dərdimizin üstünə dərd gəldi . Torpağı soymamışdı Aydının . Ölümünə alışmamişdiq . Yenə hər gün ziyarətinə gedir, torpağına sarılırdim , baş tərəfinə qoyulmuş daşı ilə danışırdım . Varlığından qopub yoxluğuna öyədəcəkdim özümü . Onu da Allah bizə çox gördü ...
Susdu gözləri yol çəkdi , kim bilir yaddaşının dərinliklərində nələr ilişib qalmışdı Vəfanın . Mənimlə danışarkan xəyalı ucub Aydınınamı getmişdi , kəndlərinə mi ? Koksunu ötürüb
- Nəysə ... deyə davam etdi :
- 40-ı Mirəşəllidə qaynatamın qohumları gildə verəsi olduq . Ondan sonra bir üddət Mirəşəlli uşaq bağçasında qaynanam gilinən qaldıqdan sonra bacılarım məni özləri ilə Bakıya gətirdilər . Ondan sonra da Müdafiə nazirliyindən bizi şəhid ailəsi olaraq indiyə qədər yaşadığım Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsindəki hərbi hissənin şəhərciyində iki otaqlı bir evdə yerləşdirdilər. Burda artıq 27-ci ilimizi başa vururuq . Həm anamgilin , həm Aydının ailəsinin bizə cox dəstəyi oldu . Bizi tək qoymamaq üçün yanımızda biraz bacım qaldı , sora balaca qaynım qaldı . Uşaqlar böyüdükcə və buralara öyrəşdikcə öümüz tək yaşamağa başladıq. Çətin də olsa yavaş yavaş onsuzluğa alışdıq .
Dərindən nəfəs alıb, içini çəkdi :
- Çoxları deyirdi , əşii şəhid ailəsidir , dövlət baxır , hökümət ev verib , cadirda, vaqonda yaşamır . Nə verilən ev mənim yuvamin istiliyini, nə dövlətin verdiyi yardım Aydının evə gətirdiyi sogan çörəyin şirinliyi ola bilməzdi . Çox çətin idi ,tanımadığın yer ,iki körpə uşaq ,özümdə hələ bərkə -boşa düşməmiş cavan gəlindim. Ehhh... İllər keçdikcə həyat insana hər şeyi öyrədir. Bizdə həyatın bu acı gerçəklərinə birtəhər qatlandıq və hələdə qatlanmaqda davam edirik.
Yenə susdu gözlər ekrandan mənə baxsa da , xəyalları uzaqlarda idi . 27 illik qacqınlıq həyatı gözunun qarşısından kecdikcə aramla davam edirdi .
- Bizimkilər və Aydının anası, qardaşdarı əllərindən gəldiyi qədər bizə köməklik göstərdilər . Hələdə bir əlləri üstümüzdədir . Allah razı olsun onlardan . Bir tərəfimiz qırıqdır . Qanadsız quşlar kimiyik , nə qədər özümüzü təsəlli etsək də hələ də taleyimizlə barısa bilmirik . Bilirsən Feridə xanim , indi Aydin yaşayir . ..
- Necə ?
- Mənim evimdə . İlhaminin iki oğlu var . Boyuk oğlu doğulanda ona atasının adını verdi . İkinci oğluna isə ana babasının adını verdilər . İndi Allahverdiyev Aydin mənim evimdə mənim nəvəm olaraq yaşayir , o mənim yaşam səbəbimdir . Bunca sonra nəvələrim evimə sevinc gətirdi . Amma ürəyimdəki ağrılarla torpaq həsrəti ilə keçən hər günümüz , kəndimizə qovuşmaq, onu ziyarət etmək istəyi ürəyimdə qaldiqca mənə rahatlıq yoxdur. Cox qürurluyam . Bilirsiz niyə ? Mənim iki qardaşım var . İsmayıl qazi , Sabit Qarabağ müharibəsi veteranıdır . Sabit o zaman uşaq idi . Əsgərliyə yaşı çatmırdı . Kənddə döyüşənlərə qoşulmuşdu . Əsgərlik yaşı çatan kimi komisarlıq çağırmamış, özü döyüşə getmək üçün komisarlığa müraciət etdi . Özü də kəşfiyyat qrupuna yazıldı. Əsgərliyi bitirdikdən sonra da 10 ildən çox hərbi hissədə Gizir rütbəsində işlədi . Xidməti vəzifəsini yerinə yetirdiyi zaman dəfələrlə yaralandı . Getdiyi kəşfiyyatlarda vəzifəsini qüsursuz, layiqincə yerinə yetirdiyi üçün igidliynə gorə medal və teltiflərlə mükafatlandırıldı . Şanslıyam ki , həyatımda olan kişilər qorxaq kişilərdən olmadı . Nə qardaşlarım , nədə övladlarımın atası. Övladlarım da həmcının . Günü bu gün müharibə olsa onlarla bərabər özüm də silaha sarılaram . Mən uşaqlarımı atalarina dediyim sözlə böyütmüşəm . Həmişə demişəm , deyəcəm də :
- Sinən olan yerdə kürəyini gülləyə qurban vermə ...
Onun ölümü mənə ayan olmuşdu . Həmin gecə görmüşdüm yuxumu . O gecə sabaha qədər pəncərədən asılıb ağlamışdım . Allaha onu bizə bağışlaması üçün yalvarmışdım . Qismət ... onun da qismətində şəhidlik varmış ... hələ də o yuxunun təsirindən çıxmamışam , hələ də o yuxunu indi görürmüş kimi xatirlayıram ...
Çox sonralar yuxu yozmalar kitabinda bu yuxumu yozmuşdum . Ailə başçısını itirəcəyim yazilmışdı . Elə həmin gecə sabaha yaxin onu itirdim ...
Vəfa xanımla görüntulu danışarkən arxa divardan bir ailə tablosu diqqətimi çəkirdi .
- Yəqin ki , bu sizin ailədir .
- Bəli - Qalxıb şəkili duvardan çıxardı . Eli ilə tozunu silib , gülümsunərək davam etdi . Mənimlə danışsa da xəyalı oralarda dolaşdığını hiss edirdim :
- O vaxtlar indiki kimi deyildi . Bilirsiniz də , isdədiyimiz vaxt şəkil çəkdirə bilməzdik .Onun üçün də bu şəkil bizim bir yerdə çəkdirdiyimiz yeganə şəkildir . Həmin gün çəkdirdiyimiz şəkillərərdən bir dənə bu gəlib, çıxıb . Onu da bilmirəm necə olub , hansısa əşyaların arasında qalıbmış .
Qismət elə gətirdi ki, nə uzun illər ailə ola bildik ,nə də ailə olduğumuz vaxtlar elə illərə təsadüf etmədi ki, bu cür şeylərə - nə gəzməklərə , nə şəkil çəkdirməyə vaxt olsun . Bu şəkili çəkdirəndə müharibənin başlanğıcıydı. Gündüzlər iş , axşamlar postlarda olurdular kişilər. Artıq son günlər işə də getmirdilər . Çünki , müharibənin çox dəhşətli vaxtları idi . Hamı sılaha sarılmışdı . İş yada düşmürdü . Torpaq əldən gedirdi .
Vəfa duvardan cıxardığı fotoya baxıb köks öturdü :
- Bu şəkli 1991-ci ilin mart ayında çəkdirmişdik. Elə hey "bir yerdə bir şəklimiz yoxdu" deyirdik . Bir gün məktəbdən gələndə gördümki , Aydın evdədi . O vaxt iş yerim məktəbdə idi. Kitabxanada işləyirdim . Onu bu saatlar evdə görməyə alışqın deyildim . Cox zəhmətkeş adam idi . Ya işdə olardi , ya da bağda baxcada işləyərdi . Onu evdə görəndə elə sevindim ki ... Soruşdum ki:
- Nə yaxşı işdən tez gəlmisən?
Dedi ki:
- İmkan oldu gəldım .
Dedim :
- Yaxşı oldu , dur ,gedək Ağdama . Şəkil çəkdirək , yadigar qalsın , heç bir yerdə şəklimiz yoxdu.
Biz kənddə olurduq. Kənddə foto addel yox idi . Hamı şəkil çəkdirmək üçün şəhərə gedirdi .
Razılaşdı . Elə sevinirdim ki , nəhayət bizim də bir yerdə bir şəklimiz olacaqdı .
Hazırlaşıb getdik , Ağdama , bu şəkllə bərabər bir neçə şəkil çəkdirdik. İnanırsız , necə sevinirdi o da ? Onun nə qədər çox sevidiyini görmək çətin deyildi . Elə bil ürəyinə dammışdı .
- Birdən ölüb eliyərəm , heç olmasa bir şəkilim olsun deyirdi . Və təbii ki , biz bunu bir zarafat kimi qəbul edirdik .
Barmaqları şəkilin üzərində gəzdi . Gülümsündü .
-Bu şəkildə Aydının qucağındakı İlhamindi , böyük oğlumuz , mənim qucağımdakı isə mənim qardaşımın oğludu , hələ Orxan yoxuydu o vaxt. Şəkil çəkdirməyə qardaşımın arvadıda bizlə getmişdi. Bu uşaqlar eyni vaxtda doğulmuşdu , ilhaminlə aralarinda bir həfdə vadı. Şəkillər çıxına qədər inan, o qədər həyacan keçirirdik ki, görəsən nə cür çıxacaq? İncəvardan ikimizdə bəyəndik şəkli . Əslində müharibə olsada həyatımın ən gözəl illəri idi ,o illər . Cəmi 2 il , 9 ay , 18 gün çəkdi ailə kimi bir yerdə olmağımız.
Vəfa xanım mənimlə danışa danışa şəkili çəkib watshaapdan mənə yolladı :
- Bəli , bu şəkil bizim kiçik ailəmizdir ... indi böyümüşük , nəvələrim var , gəlinim var . Hər şey var . "Bir o yoxdur " deməyə dilim gəlmir . O hələdə buramda - əlin ürəyinin üstünə qoydu - yenə evimin yuxari başındadır - şəkili asdığı duvarı göstərdi .
- Hər dəfə o şəkillə danışanda içimdən bir ah keçir. Yalnız bu sözlər içimdə səslənir : "Aydın , mən sənsiz belə yaşayiram , xoşbət kimi görünən "bədbəxtəm " , mənə "nə olur olsun ağlama , üzün gülsün, sənə gülmək yaraşır " demişdin ilk görüşümüzdə , amma sən məni ağlar qoydun , ay bi vəfa . Sən gülməyimi sevmışdın , gülüşümə vurulmuşdun . Mən o vaxt sənə gözəl görünmək istəmişdim, gülmüşdüm , gülümsünmüşdüm . İndi də üzüm gülür , sənə gözəl görünmək üçün üzüm gülür ... içim ağlayir Aydın ... Nə demişdin ilk görüşümüzdə , Aydın ? Demişdin ki :
- Həyat elə qəribədir ki , insanı yıxıb sürüyə sürüyə yaşadir . Bəlkə bir zamanlar sənsiz yaşaya bilmərəm deyən birinin elə bir səbəbi olar ki , o səbəblərə görə yaşayar, yaşamağa məcbur olar . Bəlkə də mən olmasam ölmək üçün Allah yalvararsan , fəqət , elə bir şey olar ki , nəyəsə görə təkrar Allaha yalvararsan ki " Allah mənə ömür ver ! "
Sən bunları deyəndə elə bil bu günləri gözlərinlə görmüşdün , Aydın . Mən o gün sənə " Mən sənsiz yaşaya bilmərəm" - demişdim. Amma sənin dediyin yaşama səbəbim də oldu . Mənə buraxdığın iki yadigar... övladların ... Sənin dediyin kimi mən onları qoruyub , böyütmək üçün Allahdan kömək istədim, Aydın . Onları boya başa çatdirmaq üçün Allahdan güc istədim . Qurban olum Allaha o gücü mənə verdi . Yıxılmadım , əyilmədim , yaşadım . Sən olmasan da, mən bu dünyada varam ... Amma...
SƏNİNLƏ SƏNSİZ ...
________SON ______
Feride Hüseyin Acarakçay
23.07. 2019