Pazartesi, Mayıs 22, 2023

ALMA. ŞƏKƏRİ ROMAN

ALMA ŞƏKƏRİ.
 
   P r o l o q

  Bu dəfəki  hekayəm Anonim məktub yox, anonim söhbət əsasında  olacaq. 
   Bilirsinız dostlar, burada oxuma - yazma kursuna gedırəm. Bəlkə də çoxunuz təcublənəcəksiz, coxunuz da  güləcəksiz. Təcüblənəcəksiz ona görə ki, deyəcəksiz ki, bəyəm Fəridə xanımın oxuma yazması yoxdur?  Yoxdursa bəs bu həyat hekayələrini necə yazır bizimlə paylaşır? Oxuma yazmaya getdiyimi Afet Ruhan Arslan  xanıma deyəndə mənə gülmüşdü, nə məsələdi deyə. Bu yaşda nə oxuma yazma sevdası? Deyim, siz də bilin. Mənim atestat və diplomlarım yoxdur. (oğurlanıb, itib deyək). Azərbaycana gələndə Milli arxiv idarəsinə getdim, yenidən  çıxarmaq üçün. Nəsə uzun bir proses xırdaladılar mənə. Mənim də orada qalmağa o qədər vaxtım olmadığı üçün sənədlərimi almadan  geri döndüm. Və bilirsiniz, mən Türkiyə vətəndaşı olduğum üçün burada  bəzi yerlərdə heç olmasa oxuma yazma sevikartının olması mütləqdir. Nəysə elə bu sevikartın eşqinə bələdiyyəmizin oxuma yazma  kursuna yazıldım. 
    Kurs yoldaşlarımın içındə demək olar ki, ən kiçiyi mənəm 45 yaşında. Ən böyüyümüz 73 yaşında Songül teyzedir. 
    Maraqlı söhbət gedir deyilmi? Bəlkə də coxunuza maraqsız gələcək söhbətim. Sənin hara getdiyindən hardan gəldiyindən bizə nə deyəcəksiz. Düz deyirsiz kimə nə... Amma  mövzuya aydınlıq gətirmək üçün başdan başlamalıyam. Ona görə məni bağışlayın. 
      Kursumuzun 49 yaşlı bir Döndü  xanımı var. Sarışın üzündən həya yağan, başını qaldırıb insanın üzünə belə baxmağa utanan, güləndə belə yanaqları alma kimi qızaran, qapalı bir qadındır Döndü. Əslən doğulu- uzaq Karsdan, əsil nəcabəti qərbi Azərbaycandan. O zaman, ulu dədələri Azərbaycandan gəlib Karsda yerləşmışlər.
    Döndü xanımın 11 və 4 yaşında iki oğlu var "Uşaqlar niyə belə balaca, yəqin gec ailə qurmusuz?" sualıma başını buladı. Gözlərində acı bir təssüf qığılcımı oynadı. 
   - Yok Feride hanımcım. Keş ke gec evlenseydim. Ben 6 yaşımda evlendirildim...
Qulaqlarıma inanmadım. 
  - Nə deyirsən sən, Döndü abla?  Doğrumu duydum? 16 mı, 6 mı? 
   - 6...
    Həyatını ucundan qulağından danışdı. Nəsə mənə şişirdilmiş kimi bir şey gəldi. Fikirləşdim bəlkə bu yaş məsələsində bir səhv var? Axı 6 yaşlı uşağın evləndirilməsi, 28 yaşında qatil olub içəriyə düşməsi nə demək?
   Döndünün həyatını dinlədikcə fikirləşirdim ki, bu qadının tale yolu  bir alın yazısı yox, valideyinlərinin cizdiyi bir yoldur. Yoxsa hansı qız 6 yaşında evliliyə, 28 yaşında qatil olmağa razı olar? 
   Döndünün həyatını Azərbaycanca yazım yoxsa türkcə bilmədim. Çox istərdim türkcə yazım, oxucularımın çoxu azərbaycanlı olduğunu nəzərə alıb elə azərbaycanca davam edirəm.
 
               1 HİSSƏ

     Qarsın ucqar dağ kəndindən idik. Kasıb və taxtaları qaralıb, sökülüb uçmaq vəziyyətinə çatmış bir daxmamız var idi. Ata babamdan qalmış 2 inəyimiz, beş altı qoyunumuz, hər il yenilənən çoxlu qazlarımız var idi. Ailəmizin keçimi bu heyvanlardan idi. Həftədə bir dəfə atam anamın bəsləyib böyütdüyü qazlarımızı, inəklərimizin südündən tutduğumuz nehrə yağını, cecilini, pendirini qoyun quzudan qırxdığımız yunları arabaya yükləyib şəhər mərkəzinə aparar, bazarda satar, yerinə evə ehtiyyac olan ərzaqları alardı. Bayramdan bayrama anamın üstünə pambıq parca, şal, bizə də əyin baş alardı. Əyin başımız bayramdan bayrama olsa da, hər  bazarlığında mütləq hərəmizin bir alma şəkərimiz var idi. Alma şəkərini hər şeydən çox sevərdim. 
    O günlər bullanıq və toz basmış bir bir aynanı xatırladır mənə. Necə ki belə aynadan hər şey çirkin və iyrənc görünür. O tozlu aynanı sılərsən hər şey gözəlləşər, doğrumu? Ama menim qədərimin aynası gözəlləşmir təssüf ki. Əksinə sildikcə, təzələdikcə hər gün yeni xatirələr oyanır o boz bulanıq şüşələrdə. Nifrət edirəm hər şeyə, nifrət edirəm həyata. Əslində heç o günlərə qayıtmaq istəmirəm, ama həyatımı qaraldan o günləri biriylə paylaşmağa da çox ehtiyyac duyuram. Bilirsiz nə fikirləşirəm? Kaş ki, indiki cəsarətim o zaman olardı. Bütün yaşadıqlarımın hesabını ilk atamdan , sonra bütün bunları görüb də, görməzdən gələn, səsini heç kimə duyurmayan anamdan, ən son yaşadığımız cəmiyyətdən soraydım. O cəmiyyətdən ki, mən  və mənim kimi uşaq yaşda evləndiyrilən qızları görüb buna etiraz səslərini yüksəltməmişlər. Deyəcəksiz indi də gec deyil. Mənim üçün gecdir. Mənə dəyən dəydi, yıxan yıxdı, sürüyən sürüdü. Bütün bunlara səbəb olan atam, və susan anam yoxdur artıq, bu dünyada. Yaxasını tutub sılkələmək  istədiyim cəmiyyət var, düzdür. Amma o da çırkləndiyi qədər çirklənib artıq. O zaman mənim başıma gələnlər gizli şəkildə olunurdu, indi hər addım başı, hər yerdə görünür. Uşaq təcavüzü saysız hesabsız. Pedofiller hər tində bucaqda... 

    6 yaşım  var idi. Atam tələsik evə girib anama ev eşiyə əl gəzdiməyi və qonaqlar üçün ayırdığı xüsusi qəhvəlik dəstini çıxarmağı  tələb etdi. Anam atamdan gələn qonaqların kim olduğunu soruşanda, atam :
  - Döndünü istəməyə gələcəklər- dedi- qızın da əyninə başına təzə paltar geyindir.
   Təbii ki, bu istəmək nə deməkdir bilmirəm, başa düşmürəm də. Elə bilirəm qonaqlıq hər zamankı qonaqlıqdandır. Amma anam qəti surətdə bu qonaqların gəlməsinə etiraz etdi. Nəticəsi döyülmək oldu. 
   Anam bizi içəri otağa ötürmüş, üzünün və ağzının şişini örtüsünün altında gizlədərək qonaqlardan yaşmanmışdı. Sonra anam  qonaqlara kahve ikram etmək üçün məni çağırdı. Uzun güllü tumanım ayağıma dolaşa dolaşa qəhvə sinisini əlimə götürəndə anam da təpsını mənimlə bərabər tutdu. İçəri aparmağa və qonaqlara paylamağa köməklik etdi. Bir görsəniz necə sevinirəm? Yox, yox, məni istəməklərinə görə yox, qonaqlara qəhvə aparmağıma görə. İlk dəfəydi anam mənə etibar edib əlimə sini verir, atam məni qonaqlara böyük qız kimi təqdim edib gələn qonaqların əlini öpdürürdü. Hələ bilmədən məndən 32 yaş böyük olan gələcək ərimin də əlini öpmüşdüm...
   Kadir adlı kişi və yanında gələnlər gedən kimi anamla atam çox möhkəm dalaşdı. Evimizdəki davanın səbəbini bilmirdim. Uşaq idim, həmişəki kimi eyni qaydada qorxu içində  o biri evə keçib yorğanı başıma çəkdim. Dünyaya göz açdığım və atamın evində yaşadığım bu 6 ildə belə davalar adət halını almışdı. Anam heç vaxt belə davalarda etiraz səsini yüksəltməzdi. Çünki atam hər zaman "haqlıydı". Atam anamla dalaşanda məni və uşaqları  anam içəri otağa salar , bizə yatmağımızı tapşırar, özü isə o biri otağa keçərdi. Mən və vacılarım yer yatağında uzanıb , yorğanın altıdan qorxa qorxa qapıya baxar, qapının altından görünən  kölgələrdən "pərdə" arxasındakı tamaşanı gizlıncə seyr edərdik.
   Bu gün fərqli bir gün idi , anam bizi otağımıza göndərmədi. Davanın başladığını hiss edən kimi, özümdən balaca bacılarımı qucağıma alıb sürüyə sürüyə içəri otağa keçirtdim. Bu dəfə hər şey bir  tuhaf idi. Hər zamankı davada atam bağırar anam susardı. Bu dəfə isə anam bağırır, nəyəsə etiraz edirdı. Atam isə həmişəki kimi özünü haqlı bilərək anamı təpiyinin altına salır, anamın süsmasını istəyirdi. Tez  tez mənim və Kadirin adı çəkilirdi. Bilmirəm niyə? 
    Səhəri gün atam əynimə təzə paltar geyindirib anamın sandığındakı anamın ağ şalını götürdü. Başıma örtdü. Şal o qədər böyük idi ki, sanki ağ  çadraya bürünmüşdüm.
   Atam məni ata mindirib qəsəbəmizin mədrəsəsinə gətirdi. Kadir və bir neçə tanımadığım  kişilər də ordaydı. Atam o kişilərlə ədəblə salamlaşıb əlimdən tutdu. Otağın ortasındakı göşəkcənin ortasında oturdub qulağıma əyildi. 
   -  Alma şəkərini çox sevirsən deyilmi, qızım. 
   - Evet, baba - sevincək əlimi əlimə vurdum.  Həmişə atam üzünü ya da əlini  mənə uzadar, "burdan öp, sənə alma şəkərim verim" deyərdi. Elə bildim bu dəfə də atam mənə şəkər verir.. Boynuna sarılmağa hazırlaşırdım ki, atamın qaşları çatıldı. Üzündəki zəhm məni qınıma çəkilməyə məcbur elədi. Qorxa qorxa  başımı aşağı saldım. 
  - Bax qızım. Dediklərimi eləsən, buradan çıxan kimi  sənə alma şəkəri alacam. Razılaşdıq? 
   Başımı seviclə yırğaladım. Başımdan sürüşüb düşən şalı başıma bənd edib arxadan bağladı. 
   -  Amma bir şərtlə...
   Təccüblə atamın üzünə baxdım.
   - Səndən nə soruşsalar, razıyam de, tamammı? 
-Tamam baba. 
   - Afərin, mənim gözəl qızıma.
   Mədrəsədən çıxıb Kadir, atam, mən və bir neçə kişi çarşıya gəldik. Orada bızə bir neçə tanımadığım qadın qoşuldu. Qadınlardan biri əlimdən tutdu. Ağac parçasından düzəldilmiş maketin üstünə sancılmış alma şəkərlərini görəndə qadının əlindən çırpınıb biraz irəlidə kişilərlə yan yana addımlayan atamın yanına qaçdım. Pencəyinin qolunu çəkişdirib:
    - Bəs mənə alma şəkəri alacaqdın? - dedim. 
  Kadir gülüb atama baxdı. Atam cıblərini qurcalayıb pul çıxarmaq istəyəndə Kadir irəli durub taxtadakı bütün şəkərləri götürdü. 
   - Bu qədər yetərmi, hatun, qohum əqrabadakı uşaqlara da paylayarsan, amma əl öpdürməyi unutma aa - deyəndə Kadirin üzünə tərs tərs baxdım. 
   Atam da anama hatun deyərdi. Bildiyim qədəri ilə bizim buralarda kişilər öz xanımlarını "xatun" deyə səslərdilər. Mən niyə əlimi öpdürməliydim ki?  Bildiyimə görə uşaqlar böyüklərin əlin öpər, mən özüm uşaq idim axı, mənim əlimi kim öpər ki? Bəs yaxşı  bu kişi mənə niyə  xatun deyir? Əgər atama hörmət əlaməti olaraq adımı çəkmək istəmirsə o zaman "küçükhanım" deməsi uyğun olmazsımı? Axı bizim oralarda evin sahibəsinə yalnız əri  "Xatun" , digər insanlar xanım, evin  qızlarına isə "küçükhanım" deyərlər. 
   Alma şəkərlərdən birini  götürüb atıla atıla camaatın önündən gedirdim. Əslində alma şəkərinə sevinmışdım.  Atılıb düşməyim alma səkərinə olan sevincim idi. Daha bilmirdim ki, o almaşəkəri həmin gün mənim həyatımın şəkəri yox, zəhəri imiş. Daha bilmirdim ki, 6 yaşımda atıla atıla getdiyim o yol məni öz evimizə yox, ər evinə aparırmış...
               2
Əlimdə alma şəkəri ilə foto çəkiminə girdik. Yanımdakı adamlar mənimlə bərabər şəkil çəkdirdi. Atam içəri girməmışdı, onu da çağırdılar. Atam gəlib kresloda oturarkən atılıb qucağına çıxdım. Əlimdəki alma şəkərlə atamın boynuna sarılıb poz verirdim. Biznən gələnlər gülüşür, mehribançılıqla məni atamın qucağından aşağı salmağa çalışırdılar. Kadir mənə atmın qucağından düşmək üçün göz ağardırdı. Atamın gözündə dərin kədər görürdüm. Yanımdakılardan fərqlı olaraq atam qəhərdən udquna udquna qalmışdı. Gözlərini günahkar insanlar kimi gözümdən qaçırırdı. Mən əvvəl bu reaksiyanın nə olduğunu başa düşmürdüm ama böyüyüb həyatı başa düşüncə... 
   O şəkili çəkdirdiyimiz gün atamla mənim ilk mehriban günümüz və  son şəkilimiz oldu. O şəkil hələ də anamın aynasının haşiyəsindən asılıb qalıb. Uşaqlarım bu əski fotonun tarıxcəsini məndən soruşarkən mən:
 - Mən kiçikkən bir ailəyə övladlıq verilmişdim, bu şəkil həmin gün çəkilmişdi- deyirəm. İstəmirəm 6 yaşında ərə verildim deyərək uşaqlarımın pisxalogiyasıyla oynayım. Bəlkə də zamanı gəlincə bunu özləri öyrənəcəklər, bəlkə də heç mənim keçmişim qaranlıq səhvə kimi qapalı qalacaq onlara... 
  Ən son Kadiri ortaya çəkdılər. Kadırlə gənc bir qadın yanaşı oturub məni ortasına aldı. Kadir mənim çiynimdən qucaqlayıb özünə tərəf sıxanda şəkilçəkən qız əl saxladı.
   - Bəy əfəndı, uşağı qucağınıza alsanız daha yaxşı olmazmı? Uşaq ortada sıxılır və  şəkildə görünmür.
    - Uşaq deyil, bu onun xanımıdır deyə yanımdakı qadın dıllənəndə Kadir qıza göz ağartdı.
  - Nə deyirsiz siz,  xanım əfəndi, ne xanımı? 
   - Siz ona fikir verməyin, xanım küçükhanım sayaqlayır - digər qadın tez dilləndi 
   - Qüsura baxmayın, mən sizin şəkilinizi çəkməyəcəm, ayrıca bu dəqiqə polis çağıracam, bir uşağın həyatını istismar etmək nə deməkdir gpstərəcəm mən sizə ...
   Bilmirəm nə oldu. Ara qarışdı məzhəb itdi. Kadır və o qız məni götürüb bayra çıxdılar. Atam və o biri adamlar orada qaldı.
  ... Tanımadığım evə gələndə qapıda bizi davul zurna qarşıladı. Elə bildim harasa, kiminsə toyauna gəlmişık . Anam bibilərim, xalalarım, əmilərim də ordaydı. Anam dayanmadan ağlayırdı. Anamın ağlamağına üzülmüşdüm. Niyə ağladığını da  bilmirdim. 
   Məni içəri apardılar. Təbii ki, icəri getmək istəmirdim. Axı toya gəlmişdik. Mən də uşaqlara qoşulub davul zurnanın səsinə oynamaq istəyirdim. 
    Anam və bibim otağın ortasında yan  yana düzülmüş boxçalardan birini açıb içərisindən  ağ küpürdən bir paltar çıxartdı. Bibim deyə gülə paltarı əynimə geyindirdi. 
   - Qız, gecə səhərə qədər yatmamışam qardaşımın gəlin qızına gəlinlik tikmişəm. Oy maşallah qızıma, nə gözəl gəlin olmusan sən... 
 Bütün bunlar mənə oyun kimi görünürdü. Ecvcik evcik oynarkən o qədər başımıza muncuqlu yaylıqlardan duvaq  bağlayıb gəlin olmuşduq ki.. 
   Bibim baş bəzəyi olan zərlərlə saçlarımı darayıb hördüyündə mən ərköyünlük edib :
   - Buraxın məni, mən çölə getmək istəyirəm- deyə çırpınırdım. Bibim isə məni qıçlarının arasına soxub baş bəzəyimi tamamlamaq istəyirdi. Sonra xalalarım gəldi. Hərə bir tərəfdən mənə nəsihət edirdi. Nə danışdıqları yadımda deyil bir onu bilirdim ki, bıbım tez tez deyir ki :
- Bax halasının quzusu. Biz bir oyun oynayırıq. Sən gəlin olmusan. Gəlinlər necə olar? Gəlinlər nazlı olar, kimsə oynatmadan oynamaz, gəlinlər oplanıb düşməz, gəlinlər başını aşağı salar, nazlanar, bax o Kadir var aa, o sənin ərindi - gülmək məni tutdu. 
   - O boyda ər olar? 
   - Olar niyə olmur? Bax Döndü, halasının mələyi, kınalı kuzum, camaatın içində onunla uşaq kimi hərəkət etməyəsən aa. Ayıbdır. Yoxsa hamı ərinə lağ edər, xanımın səni saymır, sevmir, hörmət göstərmir deyər. Bax quzum. Bu gündən artıq gənc qızsan artıq sən. Bax nə gözəl gəlin olmusan, o davul zurna sənin üçün çalır, xəbərin varmı? Qonaqlar sənin üçün oynayır əylənir. Bu gündən sonra Kadir sənin ərin, bu evın, evinin ağası, sən də onun xanımısan, vaxt gələcək sən bu evin xanımı olacaqsan. Bunun üçün ağıllı olmağın lazımdır, biraz daha böyüməyin lazımdır.  Sadəcə və sadəcə özünü xanım kimi aparsan  hamı səni sevər... 
   Kim nə deyirdi  key key onların üzünə baxır, dediklərindən bir şey başa düşməsəm də başımı sallayıb razılığımı bildirirdim. Yetər ki əl çəksinlər məndən, buraxsınlar məni, çölə çıxım. Sıxılmışdım bu gəlin oyunundan. Mənim tay tuşlarım bayırda qaçdı tutdu oynarkən bu nə oyun idi mən düşmüşəm? 
   Nəhayyət davul zurnayla məni urək sıxan bu otaqdan çıxardılar. Axşamın sərinliyi tərli üzümə vurduqca üstümə bir fərah çökürdü sanki. Başımı yuxarı qaldırıb dərindən nəfəs almaq istəyirdim ki, bibimın kəlbətin kimi barmaqları çıynimi sıxdı. Qulağıma əyilib çəmkirdi. 
   - İçəridə nə razılaşmışdıq? Sən gəlinsən axı. Gəlin nazlı olar, yüngüllük eləmə, başını aşağı sal! 
  - Yox, bibi, mən bu oyundan çıxmaq istəyirəm heç sevmədim bu oyunu, getsinlər özlərinə başqa gəlin tapsınlar...
- Sus... 
   Boy boya dayanan ağsaqqallar, ağbirçəklərin yanına gəldik. 
   - Bu sənin qaynatandır, öp əlini! 
   Qaynatam olacaq kişinin əlini öpdüm. Kişi əlini çıbinə salıb qırmızı lentlə bir birinə bağlanmış bir neçə zinciri  boynumdan asdı. Bizi təbrik elədi. Sonra qaynanamı mənə təqdim etdilər. O da qoluma qırmızı lentlə bir birinə bağlanmış 4 ədəd burma bilərzik, təzə gəlinlərin qolunda gördüyüm Ərzurum burması taxdı. (əslində o zaman o qızılların nə olduğunu bilmirdim, böyüdükdən sonra öyrənmişəm onları.) sonra baldızlar, qayınlar, əmilər, dayılar ( tanışlıqdan sonra hərəsi üstümə bir qızıl taxır) və ən sonda çöhrəsi  zəfəran kimi saralmış, boynu bükülmüş, dodaqlarına zorla gülüş qatmağa calışan bir qadın, yanında bir birindən  balaca 5 uşaq... Ən böyüyü 10 - 11 yaşında... 
   - Şəngül xanım Kadir beyin  ilk xanımı, yani evinizin birinci xanımı, sənin, günündür (kuma) , öp xanımının əlini, qızım. Bundan sonra ikiniz bir evdə yaşayasız, bacı kimi...
   Olsa olsa bu qadın mənim xalam bibim, yengəm olar, bacı nəydi?  Bəlkə də məndən böyük oğlu qızı var bunun... 
   Artıq qızılların ağırlığından belim ikiqat olmuş, kürəyimdən dözülməz ağrı tutmuşdu,nəfəs ala bilmirdim. Boynumdakı zincirlərə əl atıb:
  - Mən gəlin olmaq istəmirəm buraxın məni gedim - dedim və zincirləri söküb bibimin üstünə atdım. 
    Bir anda aləm bir birinə dəydi. Bibim və xalalarım elə başa düşdülər ki, mən günümü qəbul etmədiyim üçün belə edirəm. 
   - Yox qızım, narahat olma. Onsuz da o öləcək. Həkim bir iki il vaxt qoyub ona. Ona qədər sən də bu evə alışacaqsan. O öldükdən sonra sən bu evin xanımı olacaqsan-dedikcə mən: 
   - Buraxın məni, buraxın!- deyə üsyan edirdim. Bibim yerə tökülən qızılları toplamağa başı qarışmışkən mən fürsət tapıb camaatın arasından iməkləyib çıxdım. Başımı qaldıranda bayaq günümün yanında dayanan uşaqlardan biri əlini mənə uzatmışdı. Qarabuğdayı və yaşıl gözlü bu oğlan gülümsəyərək məni tələsdirirdi. 
   - Gəl, tez ol! 
    Oğlanın əlindən tutub  evin arxasından çöllüyə doğru götürüldük.
                      3
   Məni ordan qaçıran Xalıd idi. Xalid Kadirin böyük oğludur. Məndən bir neçə yaş  böyükdür. Hardasa 10  ya da 11 yaşi var idi. Heç bir yerdə oxumur. ( bizim oralarda məktəb ancaq şəhər mərkəzində var. Elə indinin özündə də orda məktəb yoxdur. Əvvəl cumhiriyyət zamanında qəsəbəmizdə  üç dörd il, aşağı sinif, oxuma yazma dərsləri üçün məktəb  açılmışdı, o da qarın qışın  keçilməzliklrinə və müəllim çatışmamazlığına görə məktəbi bağladılar. İndi ictimai bina kimi istifadə olunur həmin bina. Qəsəbənin yeganə tədris  mərkəzi mədrəsələrdir. Hardasa 20 ilə yaxındır ki, şəhər mərkəzindəki məktəbdən servis gəlir, təhsil və ya oxuma yazma biliyi almaq istəyən qəsəbə uşaqları məktəbə aparır, gətirir. Bizim zamanımızda belə şey yox idi. Oxuyanlar yox idimi?  Vardı əlbət amma bunlar imkanlı adamların uşaqları idi.  Bizim kimi kəndlilər və siravı insanlar oxuma yazma belə bilmirdilər. Qızlar evdə təsərrüfat işlərində analarına kömək edər, oğlanlar ataları ilə əkinə, biçinə gedərdilər. Xalıd də atasıyla işləyirdi. Kadirin böyük, hektarlarla əkin sahələri var idi. O zaman bizim oralarda yeri şumlamaq üçün traktor olmadığından ata, öküzə kotan qoşub hər kotanın başına da bir uşaq qoyar, torpaqlarını sürərdilər. Odur ki, imkanlı, təsərrüfatı böyük olan adamların artıq xərç etməkdən, günəmuzd verib işçi tutmaqdansa uşaq sahibi olmağı üstün bilərdilər. Bizim oralarda  çoxarvadlı və çox uşaqlı (xüsiusən də oğlan) olması mütləq idi. Bölgədə bir arvadı olana  aşağı təbəqə kimi baxırdılar. Bəlkə sizə təcüblü gələcək ama bizim oraların qadınları özləri ikinci, hətta üçüncü evliliklərə razılıq verirdi. Elə indi də.indi hər şərait olsa da ev və təsərüffat işləri yüngülləşsə də bu hal adət halını almış bizim orada. . 
   Kadirin də 5 uşağı var idi. Erkən yaşda evlənsə də, uşaqları gec olmuşdu. İlki Xalıd idi, sonra Kadriyyə, Ümmi, Xəlil və Hilay... 
    Kadir oğlan olsun deyə deyə xəstə xanımına 5 uşaq doğurmuş. Hilay doğulanda Kadir son qərarını verir.
  -  Bu xəstəliklə səndən nəinki oğlan, heç it küçüyü də doğan olmaz. Mən ağalardan geri qala bilmərəm. Tanıdığın hər hansı bir ağanın 12 dən aşağı uşağı yoxdur,hamısının iki, ya da üç arvadı var. Mən də evlənəcəm. Kimnənsə geri qalmaq,özümdən əskiklərin mənə  yuxarıdan aşağı baxmasına razı ola bilmərəm . Bu gün mənim nüfuzumun aşağı düşməsi, sabah uşaqlarının kimlərinsə yanında əskik olması deməkdir. Sabah birinin qapısını döyəndə, toy edəndə "hanı sənin nəsil nəcabətin?" demiyəcəklərmi? ", sən necə ağa oğlusan? "- deməzlərmi? Bunu bilirsən deyilmi, Şəngül?
   Şəngül başıyla ərinin sözünü təsdiqləsə də gözü dizlərinə zillənərək hələ də susurdu.
   - Ya evlənməyim üçün mənə razılıq verəcəksən, ya da səni boşayacam. 
   Qulağının dibindən buz kimi  əsib keçən "boşayacam" kəlməsi Şəngülün bütün vücudunu titrətdi. Ərin bir qadının böşaması ölümdən betərdir. Atılmış, qadınından usanmış, bezmiş deməkdir. Bir kişinin xanımını boşaması mənəvi ölümdür. Canını, gəncliyini, sağlığını fəda etdiyi illərinin mükafatı boşanmaqmı olmalıydı?
   Çarəsizlik Allahın son sınağıdır deyirlər. Şəngül də belə çarəsizliyə boyun əyir, yenə də hər halına şükür edirdi. Geri baxır. Qısa və mənasız gördüyü həyatında bir qadın kimi çox işlər görmüşdü, vəzifəsini yerinə yetirmişdir. Kadirin ocağını söndürməmiş, ona 5 bir birindən gözəl evlad vermiş. Malına xəyanət etməmiş, artırmış. Şəngül gələndə Kadirin iki inəyi,  yeddi səkkiz qoyunu, elə o qədər də qazı, ördəyi var idi. İndi Şəngülün qızları Kadirin sürülərini otara bilmir. Kadir puluyla çoban və işçi tutmuş. O, bölgənin ən zəngin adamı sayılır, yaxın və uzaq, tanıyan tanımayan Kadirə ağa deyir. Bir kəndlinin əli dara düşəndə hamı "ağa" deyib Kadirin üstünə qaçır. Bölgəyə ilk elektrik xəttini Kadir çəkdirmiş, Kadirin İstanbuldan gətirdiyi  televizoru görəndə hamı Kadirin evinə ayaq açmışdı. Televizoru ilahi bir şey zənn ettmişdilər.Məhəllələrdə bu ilahi varılğın söhbəti kəsmirdi. 
  - Kadirin malikanəsindəki o taxta kutunun üstündəki qara şüşə nədirsə el aləm onun içinə sığır. Möcüzədir vallah. Tanımadığımız insanlar, mərkəzə gedən dolmuşlar kimi balaca arabalar var içində. Hamısı da hərəkət edir.
   Hələ axşamlar bütün məhəllə film izləmək üçün ərik ağacının altına qoyulmuş televizorun başına toplanırdı. 
   Təbii ki, qəsəbəyə gələn yenilik Kadiri daha da qürurlandırır. Odur ki, hər istanbula getdiyində yerlilərini təccübləndirəcək bir şeylə qayıdırdı. Bir dəfə də maşınla gəlmişdi. 
   - Baxın, o qutunun içində gördüyünüz arabaya oxşayan şeydir. İndən sonra şəhərə gedib gəlmək daha asan olacaq. Atla 3 4 saata gerdiyimiz yolu maşınla 20 30 dəqiqəyə qətt edəcəyik. Təcili hallarda, xəstəxana və doğum işlərində maşınım şoferimlə qapınızda hazırdır. 
    Bəli qəsəbəyə ilk maşın gəlmişdi, həm də maşınla bərabər şofer də... 
    O qədər sürünün yağı pendiri Şəngülün əlindən çıxırdı , Kars bazarları Kadirin məhsulları ilə aşıb daşırdı. Kadirin evlənmək qərarını eşidəndə Şəngül sayğıda qüsur etməmişdi. Onsuz da bəlkə də son günlərini yaşayırdı. Özü də heysiz hərəkətsiz idi. İş görməyə taqəti qalmamışdı. Kadirin mallarını ancaq bu evin xanımı qoruya bilərdi. Bilirdi ki, başqası gəlib bu malları öz malı kimi qorumaz heç vaxt. İkinci xanım da can yandırmazdı özü zəhmət çəknməfiyi şeyə. Ancaq bəlkə özü uşaq doğuraydi, uşağının gələcəyi üçün, həə bax o zaman mal dəyəri bilərdi. Amma bir şey var, yeni gələn qadın Kadirə uşaqlar doğursa Şəngülün uşaqlarının halı nolacaqdı? İkinci qadın öz uşaqlarını Kadırin gözünə soxub, onun uşaqlarını gözdən salmazdımı? 
    Bu barədə yüz ölçüb bir biçməliydi. Onsuz da öləcəkdi. Heç olmasa öləndə rahat ölərdi. Balalarının qisməti göz görə görə dağılmasını istəmirdi. 
  Nəhayyət, Şəngül Kadirin evlənməsinə razılıq verir. Amma bir şərtlə. Şəngül ölmədən Kadir o qadının yatağına girməyəcək,o kadın Şəngül ölənə qədər bu evin, bu ailənin bir üzvü, Şəngülün köməkçisi olacaqdı. Şəngül bu evdə günüsünə uşaqları və bu qədər malı qoruyub saxlamağın və çoxalmasının yollarını öyrədəcəkdi. Əks halda haqqını Kadirə halal etməzdi. Gündə 5 vakit namazında niyazında olan Kadir halallıq məsələsinin o dünyada nə qədər keçərli olduğunu yaxşı bilirdi. Odur ki, Şəngülün şərtləriylə razılaşır. Ama görək ərgən bir qız, ya da qadın belə bir evliliyi qəbul edərmi? Kadir bu şərtlər altında əri ölmüş və ya boşanmış bir qadına evlilik təklif edə bilməzdi. Hansı yetişkin və havalı bir qadın kiminsə uşaqlarını öz uşağı kimi bilər,  ya da kiminsə uşağı üçün ömrünü gəncliyini xərcləyib, ərlə yatmadan, qalxmadan, ərindən sevgi nəvaziş görmədən ailə olmağa razılıq verər ki?  Odur ki, Kadir biraz pulunun başından keçib hələ gözü göz görməmiş, əli ələ dəyməmiş, qəlbi həyəcan təbili vurmamış qız sorağına çıxır. Kadirlə qohum olmaq istəyən çox, ama istənilən başlıq ondan da çox. Hardasa sərvətinin yarısı... Kadir simiclik edib yatağına girə bilməyəcəyi bir qıza bu qədər pulu vermək istəmir. 
    Günlərin bir günü bazar çayxanasında oturarkən istəmədən arxadakı masaya qulaq müsafiri olur. Atam da ordaymış, atam yaxın bir dostundan borca pul istəyir. O isə bu qədər pulu olmadığını deyir. Söhbət əsasında Kadir anlayır ki, atam neçə il bundan əvvəl anamla evlənərkən başlıq parası üçün ağız açdığı adam atamı duvara dayayıb. Ya atam borcunu qaytarmalı, ya da əvəzində bacısının nişanlı qızını ona verməlidir. Bizim oralarda nişanlı qız namus deməkdir. Bir qızın adı biriylə çəkilmişsə o qızın namusu ölənə qədər o adamın namusu sayılır. Kimsə kiminsənin namusuna göz dikməsi qanın tökülməsi deməkdi. Atam çarəsiz vəziyyətdə qalıb. Heyvanları satsa külfət nəylə keçinəcək? Borcu qarşılığında bacısının qızını  qaçırdırıb borc sahibinə versə həm bacısıyla düşmən olacaqdı, bacısının qohum əqrabası onu yaşatmazdı. Həm qızın nişanlısının ailəsi ona və bütün nəsilinə qənim kəsilcəkdi. Atam fikirləşir ki, üç qızım var,  bu gün mən borcum üçün bacımın  qızına, başqasının namusuna göz dikirəmsə sabah da mənim qızların namusuna göz dikrlər. Bu düşmənçilik son verməz. Namus davası nəsil kök  kurşundan keçərək bitər. 
    Bəli. Həmin gün Kadir atamın dalıyca adam salır, atamla və ailəmizlə  yaxından uzaqdan maraqlanır. Atamın  doğurdanda çarəsiz olduğunu görüb, onu cifliyinə dəvət edir. Atamla ciftikdə gəzib, mal və sərvəti ilə onu tanış edir.
  - Sənin borcunu mən ödəyirəm. Ama qarşılığında qızını istəyirəm! 
  - Ağam, mənim qızlarım uşaqdır. Böyük qızım delə ərgənlik yaşına çatmayıb. 
  - Bilirəm Etem bəy, bilirəm. Siz narahat olmayın. Mən dindən kasad insan deyiləm. Quranı 7 dəfə başa çıxmışam, hədislər oxumuş biriyəm. Peyğəmbərimiz (Ə. S) həzrəti Aişəyle nigahlananda Aişə xanım 9 yaşındaydı. Ayşe xanım həddi büluğa çatdıqdan sonra Aişə xanım ona qadınlıq etdi. 
  - Mənim qızımın 7 yaşı bu qış tamam olacaq ağam . Çox balacaqdı. 
   - Qızın göbəyin beşikdə kəsərlər, ad edərlər . Yoxsa dinimizdən xəbərin yoxdur? Mən qızının kəbinini özümə oxutduracam. Toyunu, xınasını edəcəm. Heç arzunuzu gözünüzdə qoymaram. Qoy hamı görsün bilsin ki Şəngül xanımdan sonra mənim xanınmım sənin qızındır.  Qızın mənim evimdə mənim uşaqlarımla bərabər böyüyəcək. Xanımım xəstədir. Həkimlər ümüd vermir. İstəmirəm xanımdan sonra mallarım başsız qalsın. Xatun evlənməyimə razıdır. Amma elə birisi ilə ki, o ölənə qədər mən uşaq sahibi olmayım. O qadınla münasibətim olmasın. Xatun istəyir evın yenı xatununu özü yetişdirsin, özü istədiyi kimi öyrətsin.
   Atam susurdu. Atamın susmasını görən Kadir, duyusallığa yol alır:
   - İkimiz də kişiyik, Etem bəy. Məni başa düşərsən yəqin. Mən bu şərti hər hansı bir yetişkin qadına desəm, bu şərtlərə razı olarlarmı səncə? Bəlkə də uşağı olmayan, yaşlı, çörək tapmayan "adı üstümdə ər olsun bir tas çorbam olsun" - deyən razı olar. Amma mənə uşaq da lazımdır axı. Bir də malı olmayan zəhmət çəkməyən nə bilir mal dəyəri? Sən yetişkin, zəhmətkeş adamsan Etem bəy. İnanıram ki, qohum olandan sonra da, mənim, yani qızının da malını özünün malın kimi qoruyacaqsan. Gedib ürəyim istəyən və mənə uyğun birinin qızını almaq istəsəm sərvətimin yarısını məndən istəməzlərmi? Sərvətin yarısını övladılarıma vermədən ikinci xatuna vermək  məni nüfuzdan salmazmı?  Bunları bir kənara goyaq. Bir gənc qadın məni nə qədər gözlyə bilər ki. Ən uzağı bir il, iki il... Bəlkə Şəngül ölmədi. Bu gənc qadın da sevmək sevilmək istədi, mən Şəngülü  tapdalayıb onunla münasibətə girə bilməsəm necə? Qəlbini baqasına verməzmi?Alıb malımı da qaçmazmı? Ya namusuma xələl gətirib məni qəsəbədə biabır etməzmi? 
   - Hə düzdür. 
   - Gəl yol yaxınkən uzaq yoldan qayıdaq. Mən sənin borclarını verirəm. Sən də qıznın nigahını mənə bağlayıram. Səni də bu ciflikdə kahya elan edirəm. Qızın mənim evimə köçür və gələcəkdə, gördüyün bu mallaın sahibəsi olmağa hazırlaşır. Qızın həddi büluğa çatmayana, və Şəngül ölməyənə qədər onunla heç bir ailə münasibətim olmayacaq, rahat ola bilərsən. Dinimizdə belə bu qadağandır. Mən cənnəti qazanmışkən cəhənnəmə girə bilmərəm. Mən o qədər də cılız adam deyiləm. Şayət Şəngül tahminimizdən tez ölərsə siz mənim evimə köçərsiniz, sizin xanım bizim ev işlərin idarə edər.  Qızınızı özünüz yetişdirərsiz gələcəyə. Övladlarıma da böyüklük etmiş olarsız. Həm belə də yaxşı olmazmı? Ana qız bir yerdə olarlar. Necə fikirdir?
    -Belə çıxır ki, xanımınız ölsə başqasıyla evlənmiyəcəksiz?
   - Sənə nə lazım?  Sənə borcunun qapanmağı lazımdır , mənə də mallarımı özününkü  kimi qorumağı  biri, deyilmi? Qorxma bu qədər başlıqdan və sənə təklif etdiyim işdən sonra qızından vaz keçməm. Qızənın rəsmi evlilik çağı da çatan kimi gptürüb nigah darəsində rəsmi sözləşməylə nigahıma alacam. Payına nə düşürsə o zaman da verəcəm ki, məndən sonra uşaqlarımla düşməsin. Həə əgər evlənəcək olsam da "xanımım var" deyə mallarımı kimsəyə yedirtməm. O qadın sadecə mənə oğlan doğmaq üçün lazım olacaq. Dua edin Şəngül gec ölsun. Ona qədər də qızın böyümüş olacaq və Şəngül kimi  vəfayla mənə və mllarıma qadınlıq və xanımlıq vəzifəsini yerinə yetirəcək..
    Mənim, məndən xəbərsiz yazılmış senaryomu mən o evdə günümlə "ana qız" həyatı yaşarkən öyrənmişdim.  Nəysə, qayıdaq toy günümə...
                 4
   Toydakılar bizim arxamızca gələndə biz  Xalidlə evlərdən biraz aralıdakı torpaq sahəsində misket oynayırdıq. Mən həmişə məhəlləmizdə uşaqlarla oynadığım kimi bu dəfə də cığallıq edib daşları gizlədir, özüm də şən qəhqəhələrlə Xalıdi cirnadırdım. Adını hələ bilmədiyim bu oğlanla tez dostlaşmışdım. Gək89ldiyim andan canımı sıxan o toyda deyəsən bir mələk çıxmışdı qarşıma. O məni  işgəncədən alıb götürmüş, öz uşaq dünyama atmışdı...
     Xalid Kadiri görüncə misketləri cibinə qoyub Kadirin qarşısında müti vəziyyət aldı. Şəvə kimi qara və uzun pırtlaşıq qaşları kipriklrinə qədər çatılmış Kadir Xalidlə üzbə üz dayanıb əlini ona uzatdi. Kadirin üzündəki zəhim məni qorxuzurdu. Qara, ara sıra çallaşmış gur və qalın saqqalı simasında qorxunc görkəm almışdı. Kadirin qorxunc üzündən gözlərimi yayındırıb yanımdakı  üzündən məsumluq yağan oğlana baxdım. Xalidin də üzündə qorxu yaranmışdı. Baxışları səssiz səmirsiz danışırdı sanki. Kadir ondan misket daşlarını istəyir, Xalıd isə yazıq yazıq atasına baxıb sanki ondan aman dıləyirdi. Kadirin qaşları daha da çatılınca, üzündəki ifadə zəhmləşdikcə Xalid çarəsizliklə atasına təslim oldu. Cibindəki misket daşlarını əlləri əsə əsə atasına verməyiylə  atası mısket daşlarını acıqla yerə çırpmağı bir oldu. Zərblə yerə dəyən misket daşlar boyumuz bərabərinə qalxaraq ətrafa səpələndi və daşın biri sıçırayaraq Xalıdin alnına dəydi. Xalid alnını tutub oradan qaçdı. Mən də onun arxasınca götürüldüm. Lakin Kadir cəld tərpənib qolumdan tutdu. 
    - Səni bir də Xalıdin yanında görməyəcəm aa... Hələ belə vəziyyətdə... - deyib başımdan sürüşüb çıynimə düşmüş bəyaz şalı yuxarı çəkdi
 Çırpınıb əllərindən çıxmaq istədikcə məni qucaqlayıb qəribə şəkildə qıçlarının arasında sıxırdı. Uşaq daolsam yad və tanımadığım bır adamın məni bu  şəkildə qucaqlamasını ayıb biləcək ağlım var idi.
  - Burax məni, burax!
  - Bax, kiçik xanım, daha hər yetənin yanında belə açıq- saçıq gəzə bilməzsən. Sən artıq bu evin xanımı və mənim halalımsan.  Oğlanlarım daxıl burada hər kəs sənə yad və naməhrəmdir, unutma. Dinimizdə bir naməhrəm yanında açıq dayanmaq böyük günahdır. Günah olan yerdə nəfs, nəfis olan yerdə zina vardır. Zinanın cəzası da ölümdür. Yəqin ki, anan bunları sənə öyrədib? 
   İlk dəfə bu kəlimələri eşidirdim. Nə günah? Mənim bildiyim günah Allaha, Qurana, ataya, anaya, çörəyə bərəkətə edilən hörmətsizlikdir. Nəfis birinin yeməyinə, payına tamahının keçməsidir. Ölüm? Ölüm bəyəm cəzadır? Mənim bildiyim ölüm haqqdır, anam, nənəm həmişə belə deyir. Əzrail çağrılmamış qonaqdır. Bu qonaq mütləq bir gün o hamının qapısını döyəcək  və bu dünyada vaxtı zamanı bitmiş bir insanı götürüb haqq dünyaya aparacaq. Mən haqq dünyanı bir cənnət zənn edirdim. Oraya da yaxşı və əməli saleh insanlar gedirmiş. Əməli saleh insan olmaq üçün uşaqlıqdan başlamaq lazımış. Bunun üçün əvvəl yaxşı və ağıllı uşaq olmaq lazım. Atanın bir sözü iki olmamalı, atanın hər sözü, hər əmri qanun olmalı. Çünki ata Allah tərəfindən ailə üçün ayrılmış rəis, ana da onun müaviniymiş. Yaxşı ailədən və yaxşı ailə başçısından əməli saleh uşaqlar dünyaya gələr və həmin uşaqları gözəl tərbiyyə etdiyi üçün o ata və ana, eyni zamanda uşaqlar haqq dünyada cənnəti qazanarmış. Bəli doğulduğum gündən beynimə yeridilən ölüm  anlayışı ancaq və ancaq  belə olmalı idi. Mən də övlad olaraq atamın verdiyi hər qərara boyun əymişəm ki, əməl dəftərinə yaxşı uşaq kimi düşüm. Bəli mənim ölüm haqqında təsəvvürüm belə idi. Bəs Kadirin dediyi ölüm hansı ölümdür , naməhrəm, zina nədir? Mənasının nə olduğunu bilmirdim amma, sonradan Şəngül bacıdan, xalalarımdan və anamdan tez tez eşitdiyim bu kəlmə məni özümə qapanıq vəziyyətə salmışdı. Belə başa düşürdüm ki, naməhrəm hərkəsdən gizlənmək imiş, hətta evdə tək belə olsam saçımın telini özümdən belə gizlətməliymişəm. Evdə Kadirin oğlanları varmış, qardaşları onların uşaqları gəlib gedir, qonşular... Bir sözlə mən sadəcə Kadirin, atamın, əmilərimin yanında başımı aça bılirmışəm.hətta evdə tək olsam belə özümü qapamalıymışam. Guya kimsə məni gözlə görülə bilən, bilməyən hər şey görə bilərmış. Belə təsəvvür edirdim bütün naməhrəm olan hər şey hətta pəncərələr, divarlar belə canlıdır və mənə baxır, görür, güdür, kimsə düşməncilik üçün mənə nəsə edə bilərmiş. Xalalarım və bibilərimin inancına görə  günahkar hər zaman qadındır. Qadın elə etməliymiş ki, yad bir insan ona nefis sala bilməsin. Əgər bir qadın özünü qorumağı bacarmırsa, görünən və görünməyən bir varlıqla zinaya yol açarsa, otəki dünyada bunun hesabı ilk qadından sorulacaqmış. Odur ki, özümü qapatmalıymışam, heç kimlə yerli yersiz münasibət qurmamalı, damışmamalıymışam. Mənə ciddi qadağalar qoyulmasına baxmayaraq elə bir vəziyyətə gəlmişdim ki, 13.14 yaşlarımda mən artıq heç kimin görə bilmədikləri o naməhrəmlərin mənə baxdıqlarını görürdüm. Mən onlarla bir ailə kimi olmuşdum, onların içində məni sevənlər və sevməyənlər var idi. Hətta elə bir vəziyyətdə idim ki, mən bu dünyanın insanı olmaqdansa onların yanında oımağı üstün bilirdim. Orada mənə qardağa yox idi. Orada məni qısqanan, məni bezdirən, döyən, əzən, sındıran yox idi. Sərbəst idim. Dostum, hətta sevgilim də var idi. Orada mən yaşamadığım uşaqlığımı, ən gözəl gəncliyimi yaşayırdım. Mən onların aləminə düşmüşdüm, lakin orada da məni buradakılar rahat qoymurdular. Oxuduqları Quran ayələri ilə, alnıma, sınəmə yandırılıb basılan kibrit dənələri ilə məni oradan çəkib bu tərəfə atırdılar.
   ... Mən qışqırdıqca Kadir yanımızdakı qadınlara məni evə aparmaları üçün işarə etdi. Xalamgil məni qucağına alıb evə  apardılar. 
   Axşama qədər məni içəridə saxladılar. Xalalarınm, bibilərim növbə ilə gəlib mənimlə içəridə oturub gedirdilər. Bir anam gözə görünmürdü. Deyəsən getmişdilər.
    Nə baş verdiyini bilmirdim. Niyə axı məni çölə qoymurlar, niyə burdayam? Axı bu nə cəzadır? Niyə məni evə dustaq ediblər, bilmirəm. Xalalarımdan, bibilərimdən soruşuram, gəlin ağır olar deyırlər. Sən bu evin xanımısan uşaq kimi hərəkət etməmlisən. Oturmağın, durmağın xanım xanımcıq  ola gərək. Maraqldır mən bu "ağırın", bu "xanım xanımcığın" mənasını belə  bilmirdim. 
  Çöldə toyun səsi kəsmişdi, mənim səsim hələ də kəsmirdi. "Ana" deyib ağlayırdım. Buraya gəldiyimin günü tamam olmamışdı, mən evimiz, anam, bacılarım üçün darıxırdım...
   Həmin gecə Şəngül bacıyla Kadirin arasında yatmışdım. Kadir Üzünü bizə tərəf çevirəndə mən onun qorxunc üzünü görməmək üçün Şəngül bacıya sarılmışdım. Şəngül mənim Kadirdən qorxduğumu hiss edir, saçlarımı şəfqətlə sığallayır, pıçıltılı sakit səsiylə Kadirin pis adam olmadığını deyərək onunla mənim aramda körpü yaratmağa çalışırdı. Yorğanın altında qıcalarımda gəzən Kadirin əlini Şəngül də hiss edir, qısqanc və acıqlı baxışları ilə Kadirə baxaraq mənim anlamadığım işarətlə ona nəsə xəbərdarlıq edirdi. Beynimdə dayanmadan bir söz səslənirdi. Kadirin bayaq orada dediyi, sonra da xalalarım kişilərdən saxlanmağımın vacibliyini anlatan söz... "naməhrəm".  Kadir də kişi idi  axı, atam deyil, əmim deyil, dayım, qardaşım deyil. O da "naməhrəm" sayılırdı? Bəs o zaman mən niyə bu yataqda onun yanında başı açığam? Burax baş örtüsünü.  Bəs mən niyə  bir naməhrəmin yanında bu vəziyyətdə  yatmışam? Yatmaq o yana dursun, axı o mənə toxunur, axı?  Bu zina sayılmır bəs? Beynimdə yüz sual dolaşır, suallarıma cavab tapmaq üçün gah Şəngülün, gah Kadirin üzünə baxıram. Onlar öz aləmlərində idi. Toyun təsüratlarından danışır, gələn qonaqları müzakirə edir, toya  qoyulan, və toplanan pulları hesab edirdilər. Mən onlar üçün arada yatmış, dünyadan xəbərsiz kiçikcik bir uşaq  idim... 
    Səhəri boyun boğazıma dolaşan nəfəsin qoxusuna oyandım. Gözümü açında başımın üstündə dayanmış o qorcxunc simayla üz üzə dayanmışdım. Kadir oyandığımı görüb gülümsədi.
   - Günaydın balaca mələk! Necəsən, rahat yatdınmı? 
   -...
   - Salamımı almayacaqsan, hə?
   Üzərimə əyilmiş o qorxunvə qaba adamın zəhmindən az qala bağrım yarılacaqdı. Gülümsəyib eüzünə şirinlik qatmaq istəsə də bu vəziyyət onu daha da qorxunc göstərirdi. Yuxulu gözlərim necə bərəlmişdisə, az qalırdı hədəqəsindən çıxa.
   - Məndən qorxursan?
   -...
   - Anladım... Hmm- üzərimdən biaz yana çəkildi. Sanki bir dağın kölgəsindən qurtulub günəşə çıxdım, nəfəs aldım. Yerimdən sıçırayıb qalxmaq istəsəm də o çiyinlərimdən basıb məni tərpəmnəyə qoymadı.
    - Həə... deməli belə. Gəl səninlə belə danışaq və razılaşaq. Bu geündən biz bir oyun oynayacağıq. "ər arvad" oyunu.
   Üzümün ifadəsi bu oyunu maraq edirdi.
   - Mən sənin ərinəm, sən də mənim halalım. Dünən biz bu oyuna qoşulduq və oynamağa başladıq.
   - Sən boyda adamla oyun oynamaq olar? Sən uşaqsan?
   - Haqlısan, mən uşaq deyiləm. Ama məsələ burdadır ki, bu oyunu uşaqlar yox böyüklər oynayır.
   - Mən hələ balacayam  axı.
   - Bəli, düzdür, balacasan. Amma böyüyəcəksən. Necə deyim necə anladım, bilmirəm ki! Belə edək də, hələlik bu oyunun gerçəyini Şəngül bacınla iynayacağıq, sənə də böyüyənə qədər bu oyunun qaydalarını öyrədəcəm. Necə? Bax məsələn. Mən sənin ərinəm, sən mənə, mən sənə toxuna bilərik, mənim yanımda sərbəstsən. Soyuna bilərsən, yatıb qalxa bilərsən, bərabər də çimə bilərik, hətta oyun da oynaya bilərik. Ama bir şərtlə. Aramızda nə olursa olsun, nə yaşanırsa yaşansın bu oyunu heç kimə danışmayasan aa, heç Şəngülə də. Əslində danışa bilərsən. Amma bu əxlaq qaydalarına uyğun deyil.ayıb deyilən bir şey var ki, gərək, onu qoruyub saxlaya bilək. Mənim yanımda. Utanmaq yox, çəkinmək yox. Mənimlə hər şey danışa bilərsən, mənə toxuna bilərsən, öpə bilərsən. Mən də sənə... Məndən başqa hamı sənə yad və naməhrəmdir. Mənimlə oynadığın bu oyunu başqa heç kimlə oynamamalısan. Bu Allah qatında ən böyük günah və zinadır. Anlaşdıq?
  - Bu oyun pis oyundur, mən bunu oynamaq istəmirəm...
   - Aaaa... Bu oyundan gözəl oyun var? Bir oynasan, bir bilsən necə zövqlü oyundur? Həm də bunu oynamağa məcburuq.
   - Niyə?
  - Çünki, dünən bizim nigahımızı oxudu, Allah yanında bizi məhrəm buyurdu. Bizi ər arvad elan etdi. Oradakı adamlar da buna şahid oldu. Sən özün də  buna razılıq verdin axı, yadında deyil?
   - Yadımda, ama bunun bir oyun olduğunu bilmirdim mən.
   - Bilirəm mələyim. Amma başqa yolumuz da yoxdur. Bu oyunun şərtləri belədi. Bu oyuna girdiksə oynamalıyıq, indi yalannan böyüyəndən sonra da gerçəkdən. Razılaşdıq?
  Bu oyunu təsəvvürümdə canlandırmaq istəyirəm lakin oyunu yaşlı və qorxunc adamla oynadığımı düşününcə ətim çimçişirdi. Kadirin dediklərinə baxanda, soyunmaq, toxunmaq, çimmək... Bu oyunu güləş kimi bir şey başa düşürdüm. Məhləmizin oğlanları yaşıl otların üstündə qurşaqdan ayuxarı soyunub güləşirdilər, bir birlərinə toxunurdular, sonra bulaqdan axıb göllənmiş göldə çimirdilər. Mən bu oyunda qızla oğlanı bir yerdə görməmişdim. İndi mən balaca uşaq bu ayı kimi adamla oyun oynamağım vacibdirmi? Mənim ona gücüm çatar?
    Elə bunları düşünürdüm ki, quş kimi havaya qalxdım və, kadirin sinəsinə qondum, əynimdəki ipək köynəyin çiyni aşağı sürüşdü. Onunla üz üzə, nəfəs nəfəsə datandım.
    - Balaca mələyim...
   Atılıb yerə düşdüm və qapıya qaçdım.
   - Şəngül bacı...
   Qapını açıb o biri otağa  çıxdım. Xalid qarşımda dayanmışdı. Bir anlıq qulaqlarımda, naməktəm sözü uğuldadı. İlk olaraq əlimi saçlarıma, sonra qollarıma atdım. Yarıçılpaq olduğumu fərq etdim. Amma donub yerimdə qalmışdım. İçəri keçməyə, təkrar Kadirin oyununa gəlməyə qorxurdum...
   Xalid başımın üstündən içəri otağa, atasına baxırdı. Baxışlarında nifrək kinayə hökm sürürdü.
   - Döndü!  Buraya gəl! Belə vəziiyyətdə çölə çixmaq olmaz! Qarşında dayanan o oğlan mənim oğlum, sənə naməhrəmdir!
    Xalid divanın üstündə, anasının xırxasını götürüb çıynimə atıb, özü də qapını zərblə çırpıb bayıra çıxdı. Mən də onun arxasınca. 
  O gün Kadirin qızları ilə Şəngül bacıya kömək etdik, həyət bacanı topladıq. Toydan sonra yığılıb qalmış zir zibili atdıq, qab qaşığı yerbə yer elədik. Başımız işlə qarışmışdıysa da gün mənimçün sıxıntılı idi. Evimiz üçün darıxərdım. Məhləmizdəki rəfiqələrimi özləyirdim, bacılarımı... 
   Axşamüstü Şəngül bacının otağının yanındakı boş otağı yığışdırıb təmizlədik. Adətə görə, sabah bizimkilər gələcəkdi. Cehizlərim gələcəkdi... 
   O gecə də Şəngül bacıgilnən yatdım. Yenə yorğanın altında bədənimdə gəzən əlləri Şəngül bacının əlləri qovdu. Yenə beynimdə bir sürü suallar. Suallarıma cavab almaq istədim. Lakin yenə baş qarışmışdı günlük məsələlərin müzakirəsinə. Heç nədən başı çıxmayan balaca Döndü  - yanı mən gah Kadirin üzünə, gah Şəngülün üzünə baxaraq sualını vermək üçün onların susmasını gözləyir. Onlar isə öz problemləri ilə, öz əkin biçinləri  ilə, uşaqların gələcəyi ilə... Bu evdə tanış olduğum uşqların gələcəyi danışılır, düşünülür, müzakirə olunurdu. Bir mənim yox. Başa düşmədiyim bir şey vardı. Axı bunlar kimdir? Niyə mən doğmalarımdan yaxınlarımdan ayrılıb buraya gəlmişəm, niyə mən hər gecəki kimi bacılarımla yox bu tanımadığım yaşlı insanlarla yatıram. Niyə mən sevmədiyim, oynaya bilmədiyim belə bir "oyuna" düşmüşəm? İkinci gecə də  balaca uşaq kimi beynimdəki suallarla yuxuya getmişdim. Səhər hamıdan tez, qalxıb o biri otağa çıxmışdım. Qorxurdum ki, yenə yatıb qalaram, şəngül də qalxıb gedər, yenə Kadir məni bu iyrənc "ər arvad" oyunu oynamağa məcbur edər 
    Səhər axşamüstü bohcalı baratlı qonaqlarımız gəldi. Atam da anam da.
   İlahi, məndən xoşbəxti varmıydi bu dünyada? Hoppanıb anamın qucağına çıxmışdım anamı görüncə. Anam gözünün yaşını gizlətməyə çalışsa da onun yaşmağının altından gizlincə ağladığını hiss edirdim. Anamı  çox belə gözü yaşlı görmüşdüm. Atamla tez tez davaları olurdu. Atam anamı döyürdü. Ya da incidirdi. Amma anam bunu heç kimə bildirmirdi. Hər zaman adam arasında ağladığını belə  gizlədirdi. 
   Uşaqlıqdan atama düşkün bir uşaq olmuşdum. Taa ki bu günkü günə qədər. İki gün idi atamgildən ayrılmışdım, elə bilirdim iki ildir ayrılmışam. Sanki, atam hardasa uzaq bir yerdiəydi.  Qürbətdən qayıdan atasını görən uşaq kimi sevinmişdim o gün, atamı görəndə. Elə bilirdim məni aparmağa gəliblər. Amma atam sanki məni görmür, ya da görmək istəmirdi. Başı qarışmışdı qonaqlığa. Yeməkdən əvvəl məni atamla görüşməyə apardılar. 
   Ön otaqda kişilərlə bərabar sarp döşəyində yaslanmış atamın qucağına qaçanda Kadirin və atamın zəhmli baxışları ilə qarşılaşdım. Sevincim gözümdə qaldı. Başa düşdüm ki, bu da oynadığımız "ər arvad" oyununun bir parçasıdır. Mən atamla əvvəlki kimi səmimi ola bilmərəm. Xalalarımın dediyi kimi ağır və xanım xanımcıq olmalıyam. Addımlarım yavaşıdı. Bir anlıq otağın ortasına dikilib qaldım. Mənim duruxduğunmu görən böyük dədəmməni bu vəziyyətdən çıxarmaq üçün əlini mənə uzatdı. Əlini öpməmi istədi. Mən o gün böyüdüyümü hiss etdim . Otaq dolu kişilərin içində yetişkin gənc qız kimi başımdakı şalı düzəldib əllərimi sinəmə basdım. Bir bir böyüklərimizdən tutmuş hamının əlini öpdüm. Atamın qarşısına gəldim. Atam gülümsəyərək əlini mənə uzatdı. Qəribə bir baxışla baxdım atama. Bu baxışda söyüş vardı, qınaq vardı, qaralmış bir uşaq həyatının, sönmüş bir uşaqlığın, məhv olmuş bir gələcəyin hesabı vardı. Sayı hesabı bitməyən, iki gündür beynimdə dolaşan sualların cavabı vardı.
    Atamın əlini öpmək istəmədim. O buna laiq deyildi. Əlini havada yelləyib buraxdım. Geri döndüm.
  - Qızım? Əlimi öpmədin? Küsülüyük?
   Dayanıb geri döndüm. Gülüb keçmək istədim ama ürəyimi boşatmasam ürəyim partlayardı.
   - Yox ata, niyə küsüm ki, sadəcə bu "ər arvad" oyununa gəldiyim üçün bəxtimdən  küsmüşəm. 
    - Döndü! - Kadirin acıqlı səsi nəinki məni, sanki divarları da titrətdi. Atam tərs tərs Kadirə və utancaq halda ətrafdakılara baxdı. İçəridə bir gərginlik yaşanırdı. Kadir, qapıda dayanan xanımlara məni aparmaları üçün işarət etdi. Mən heç o xanımları gözləmədim də, qapıya döndüm. Atam :
   - Döndü, al qızım, sənə ən sevdiyin bir şeyi almışam, alma şəkəri... 
   Gülmək məni tutdu. Kinayəylə dönüb atama baxdım. 
    - Alma şəkəri?
  - Sən bynu çox süvərsin.
   - Sevərdim. Uşaqlıqda... Mən uşağam ata? Mənim alma şəkəri yediyim zaman keçdi daha, mən iki gün bundan qabaq böyüdüm, gənc qız oldum. Alma şəkərini uşaqlar yeyər...mən indi alma şəkərinə nifrət edirəm ata, bilorsən niyə? Çünki o alma şəkəriylə mənim başımı qatıb mədrəsədə bu oyuna gəlməyimə məndən  razılıq aldın. Bu gündən etibarən mən nə alma şəkəri görmək istəyirəm, nə də səni. İkinizdən də nifrət edirəm...
   O gecə ilk dəfə cehizlərimlə oz otağımda təkbaşına qaldım... O gecə mənim ümüdsüz, sonu olmayan işgəncəli və yalqızlıq günlərimin kitabı yazılırdı. O gecə hələ cücərməkdə olan arzularımın çiçəklənmədən  cəhənnəm atəşində yandığı gecə idi.

                     5

   Kadir həyatımda olmasaydı hər şey əla idi. Ana atamdan ayrı idim düzdür, amma bu evdə heç özümü yad saymırdım. Daha doğrusu mənə yad kimi baxmırdılar bu evdə. Xüsusən də Xalid. Xalıd məni darıxmağa qoymurdu.Bir sözlə qəbullanmışdım qismətimi - hələ qismətin talenin nə olduğunun başa düşməsəm də. 
   Şəngül bacı sözün əsil mənasında Allahın yerə göndərdiyi bir cənnət mələyi idi. Məni öz balalarından seçmirdi. Öz uşaqları kimi əzizləyirdi, sevirdi. Bəzən özü də uşaqlaşıb bizə qoşulurdu, oynaşırdıq. Oya yapardıq, hörgü hörərdik. İpək parcalardan cehizlik tikərdik, yaylıq kənarlarını hörərdik. Bilirsiznizmi yəmənilərin kənarlarını hördükcə insanın ruhu neçə dincəlir? Məğərsə yəməninin hər ilməsi bir kəlməymiş. Oya və yəməni işlərindən başı çıxan. İnsanlr yəməni kənarlarına baxarkən o qadının. Bütün həyat tərzini oxuya bilir. Hər naxış, hər rəng onu toxuyan qadının dərdini, xoşbəxtliyini, xəstəliyini anladrmış. Mən də bilmirdim. Bu işləri elədikcə Şəngül bacı danışırdı.
   Şəngül bacı, nə qədər ciddi və dobro qadın idisə o qədər də səxavətli idi. Qapısına gələni boş çevirməzdi. Yetımın, acizin, zavallının anası idi. Kadir bunun üçün Şəngülü danlasa da, Şəngül bacı Kadiri vecinə almıdı. Dünya malı dünyaya qalar, bu dünyadan ötəyə yaxşılıqlar, savab gedəcək - deyirdi.
    Kadir evə gələnə qədər sərbəst idim, uşaqlarla oynar, Şəngül bacı  qızlarına öyrətdiyi işləri mənə də öyrədirdi. Kadir evdə olmayanda həyətə çıxmamaq şərtiylə digər otaqlarda sərbəst idim. Hətta Xalidin yanında belə başı açıq gəzə bilirdim.
  - Həddi büluğa çatana qədər, başqasının xanımı belə olsan uşaq sayılırsan- deyirdi Şəngül bacı. Amma Kadir onun da mənim də üzümü fırçalamasın deyə o evə gəlmədən örtünü mənə verirdi.
   Anam gəlib məni  çımızdirər, geydirər, saçlarımı hörüb gedərdi. Hər gəlişində mənə Kadiri yaxınıma buraxmaması haqqında xəbərdarlıq edirdi. Qorxumdan anama Kadirin mənə etdiklərini deyə bilmirdim. Bilirdim ki, üzümü danlayacaq. Məni yenə ya zinayla, ya da cəhənəmlə qorxuzacaqdır. Artıq iyrənirdim nbu kəlmələrdən. Eşitmək istəmirdim bu sözləri. Amma  nə edim bu sözlər mənim həyatımın bir parcası idi. İstər atamgilə gedəndə, istəfsə də Kadirin evində hər saat başı bu sözlərlə üzləşirdim. Nə etsəm də, necə davransamda mən bu kəlmələrdən qurtula bilmirdim. Caşıb qalmışdım. Maraqlıdır. Kadir məni yanına istəyir,toxunur, mənim də ona toxunmağımı məcbur edir. Anam və Şəngül bacı məni ondan qoruyurdu. Kadirin mənə toxunmasına izin vermirdilər. Anamgil bunun bir günah olduğunu deyirdi
 Kadir mənim ərim olduğu üçün onun mənə toxunması mümkünmüş. Əgər mən ərimin mənə toxunmasına icazə vermirəmsə Kadirin dediyinə görə yerim cəhənnəmdir. Anamgil də həddi buluğa çatana qədər özümü ərimdən və başqa kişilərdən qorumalıymışam. Zatən mən həddi buluğa çatmadan mənim sahibim Kadir olduğu üçün də başqa kişilərlə münasibət qurmağım, deyib gülməyim, üz - üzə, gözünün içinə baxaraq danışmağım  belə zina sayılırmış.
  Başımı itirmişdim, özümü kimdən, necə qoruyacağımı bilmirdim. Bəzən gecələr xəyal qururdum. Elə bir yer olaydı ki, orada nə zina olaydı, nə Kadir. Nə cənnət olaydı, nə cəhənnəm. Həyatımızı istədiyimiz kimi yaşardıq. 
    Şəngül abla geçə yatanda da mənə qapını içəridən bağlamağı möhkəm möhkəm tapşırırdı. Hələ bu yetməzmış kimi, özü arxadan qapını bağlayıb açarı götürərdi. Ya da çox vaxt öz qızlarının yerini mənim otağımdan salardı. 
    Kadir uşaqlarının yanında danışmadığı hər sözü Şəngülün yanında mənimlə danışardı. İlk günlər Şəngül buna hirslənir, mənim uşaq olduğumu ona xatırladırdı.
   - Uşaq qalmayacaqki, qoy öyrənə öyrənə böyüsun. Yoxsa bu yaşdan sonra onunlamı uğraşacam?
   7 yaşım var idi mən o münasibətləri yaşamasam da artıq evlilik zamanı yaşanacaq hər şeyin dərsini almışdım.
     Elə vəziyyətə gəlmişdim ki, 7 yaşında özümü yetişkin qız kimi bilirdim. Hələ özüm  özümü  tanımırdım, əzalarım qabarmamışdı, fikirlərim olqunlaşmamış, mən gənc qızlar kimi həyəcanlanırdım. Elə bilirdim həyat ərinə xidmət etməkdən, onun nazıyla oynamaqdan ibarətdi. Bir qalırdı bərabər olmaq, bu ər arvad oyunundan qurtiulub, əsil həyatı yaşamaq. İmtahana hazırlaşan şagird kimi o günün həyəcanıyla yaşayırdım, bəzən Kadirin diqqətini çəkmək üçün özümü nazlandırırdım. Mənim bu halım Kadiri həvəsləndirir, daha çox mənə yaxınlaşırdi. Di gəlki, nə qədər gənc qız kimi görünməyə çalışsam da, Kadir əlini mənə toxunduranda bütün qanım it qanına dönürdü. Ürəyim ağzıma gəlirdi. Qusub hər yeri batırırdım. Yediyim içdiyim burnumdan fitil fitil gəlirdi. Bircə bu qusmağım olmayaydı. 
     Bəzən Şəngül bacı atası evinə və ya başqa bir yerə gedəndə Kadir fürsət tapıb evə gəlirdi. İl yarımdan çox vaxt keçməsinə baxmayaraq mən hələ də Kadirlə təkbə tək qalmaqdan qorxurdum, onun iyrənç qaba vücudundan, qalın qaşlarından, ayı kimi qıllı bədənindən, ıvırım saqqalı üzündən iyrənirdim. Aramızda dərin dərs olmasa da o məni "imtahana" hazırlayırdi. Özüm öz vücudumu kəşf etməmişdim o mənim zəif bədənimi ovuçlarında kəşf edirdi. Bədənimdə kəşf etdiyi hər yeniliyə uşaq kimi sevinir, hər yenilikdə mənə bir altın bağışlayırdı. Həmin günü məni daha çıox əzizləyir, mənimlə öyünürdü. Əlinə düşəni, yağlı üzlü mənə yedirdirdi ki, biraz əmələ gəlim. 
   - Bu nədir, çox zəifsən. Belə xatunmu olar? Uşaqdan seçilmirsən. 
   Ona toxunmamı, onu sevib əzizdəməmi məcbur edirdi. Dəfələrlə öyüyüb qusmuşdüm iyrənc bədənindən. Belə vəziyyətdə də  döyülürdüm, gözünün qanlısı olurdum: 
   - Səndən arvad olmaz, sənə heç nə vermiyəcəm, başqasıyla evlənəcəm - deyirdi.  Cox elə mənə var sərvət lazım idi. Nə edirsə etsin, vecimə deyildi. Təki uşaqlığımı yaşayım. 
    Atamgil Kadirin cifliyinə köçmüşdü. Kadirin işlərinə nəzarət edirdi. İşindəki uğurları Kadirin ürəyincəydi. Di gəlki mənim "fərsizliyim" ailəmi də, məni də sinifdə qoyurdu. Atam mənim Kadiri razı salmadığımı hiss edir məni üstü örtülü şəkildə danlayırdı.
  - Bircə rəsmi nigahını alsaydın... Qorxuram Kadir fərasətsizliyimizin uçbatından çıxarıb qoya qapı dalına. Ondan sora nə p..x yeyəcəyik? Gül kimi keçinirik, sən də xanım kimi geyinib kecinirsən, yeyib içirsən. Sənin bəyənmədiyin həyatın necə həsrətuni çəkənlər var, bilirsən?  Niyə bu qədər nankorsan? Camaat sənin nazını çəkməyə məcburdur? Özünə gəl,  bax qızım, qalacağıq  küçələrdə ... 
   Atam öz heyvanlarımızı satıb anamın qoluna bilərziklər almışdı. Vəziyyətləri əla idi. Bir Kadir deyirdi gəl görəsən. Kadir sanki atamın əstəğfullah - allahıydı. 
   Əvvəllər başa düşmürdüm. Amma sonradan hiss edirdim ki, Xalıd atasıyla məni güdür. İkimiz bir yerdə olarkən o evdə olduğunu bizə hiss etdirirdi. Kadir əsəbi halda bayra çıxır bır bəhanəylə onu ora bura göndərirdi.
   Xalidi son zamanlar çox əsəbi görürdüm. Atmacalı və kinayəli sözlərlə məni incidir, tez tez küsürdü. Bu evdə Xaliddin yeri başqaydı. Onu çox istəyirdim heç kimlə danışmadığım, paylaşmadığım şeyləri onunla paylaşırdım. O mənim dostum idi. Hətta atasının mənə etdiklərini belə... Ondan kömək istəyirdim, ona yalvarırdım ki, atası evdə olanda bizi tək qoymasın. O da mənə kömək edirdi. Meylimi ona salmışdım. Onu bir başqa sevirdim. Həm dostum idi, həm oğulluğum... Kadirin üstündə o məndən küsəndə dərbədər olurdum. Elə bilirdim mən yer üzündə yoxam, həyat susub, dünya donub. Hər şey, hər yer bom boz görünürdü. Özüm də ona qarşı olan duyğularıma ad verə bilmirdim. 
    8 yaşım olanda Şəngül bacı məni qızları ilə bərabər quran kursuna qoydu. Orada hocama evli olduğumu söyləyəndə hocam məni qucaqlayıb ağlamışdı. Çaşıb qalmışdım niyə ağlayır deyə. Bu hadisəni gəlib evdə deyəndə Kadir çox hirsləndi.  Şəngülün üstünə düşdü ki, niyə Döndünü başa salmamısan ki, evli olmağını hamıdan gizləməlidir. Çaşıb qalmışdım. Evlilik ayıb bir şeydirsə bəs bu millət niyə evlənir, toy edir. Mənim evli olmağımda problem nədədir ki? Kursa gəldim, hocamla danışdım. 
   - Axı yoldaşım mənə niyə hirsləndi ki, başa düşə bilmədim? Dinimizdə evlənmək günahdırmı hocam? 
   - Yox, günah deyil, qızım. Amma az yaşlı  və həddi büluğa çatmamış qızların evləndirilməyi, ona toxunulmağı günahdır. Həm, Türkiyə cumhuriyəti qanunvericiliyində 17 yaş tamam olmadan evlılık cinayyətdir. Çinayyətdən də ötəsi taciz və təcavüzdür. Bir uşağın həyatını istismar etməkdir. 
    - Eee? - hocamın dilindən ilk dəfə  eşitdiyim bu qeyri adi kəlmələrin nə olduğunu anlamırdım. Tacizin, təcavüzün, istismarın, cinayyətin bu dünyayla əlaqəsi olmadığını düşündüm. Elə bilirdim bu saydıqları hər nəysə cəhənnəmin bir cəza növüdür. Çünki bizim evdə hansısa bir uşaqlığın , yaramazlığın, söz eşitməməzliyin, üzə ağ olmanın bir cəzası vardı. Şeytan o uşağı yoldan çıxarmış, nəfisinə hakim ola bilməmək və şeytana aldanmağın bir cəzası olmalı idi. İnkir minkir sorğulayacaq, etdiyin günahlar ayağına yazılacaq, cəhənnəmə atılacaqsan! Cəhənnəm də 7 qatdan ibarətdi. Elə bilirdim hocamın saydıqları həmin yeddi  qatın adlarıdır. 
   - Hocam, indi mənim halım nolacaq? Axı mənim günahım nədir?Məni atam borclarının qarşılığında o adama verıb. Indı mən cinayətdə, təcavüzdə, istismarda, tacizdə yanmalıyam? 
     Hocamın üz ifadəsi dəyişdi, gülüş ilə təssüf bir birinə qarışmışdı. 
   - Yox canım, sənin  heç bir günahın yoxdur. Sən bir mələksən! Sadəcə axmaq bir atanın qurbanısan. Sizin ailədə hər kəs cimnayyət məsuliyyətinə cəlb olunmalıdır. Hətta anan da. Bu ışlərə göz yumduğu üçün. 
   Mal mal gözümü döyürdüm. Heç bir şey başa düşmürdüm. 
   - Sənə kömək edəcəm. 
   - Nə kömək? 
   - Kadiri və atanı ihbar edəcəm. 
   - Eee? 
   - Ee - si  səni o evdən o murdar insanlardan qurtaracam. 
   Səbirsiləşdim. 
   - Necə yani ? 
   Səni uşaq evinə göndərəcəklər, dövlətimiz səni qorumaya alacaq. Sənə hər dəstək verəcək. Oxuyacaqsan. Qorxma orada çoxlu uşaqlar var. Çoxlu dostların olacaq. Sosiallaşacaqsan. Yardımsevərlər və  dövlətimiz sizi gəzməyə kinoya teatıra aparacaq, paltarlar alacaqlar. Böyüyüb məslək sahibi olacaqsan. Özün öz ayaqların üstündə dayana biləcəksən. Ondan. Sonra özün böyüyüb həyatı başa düşdükdən sonra ailə quracaqsan. Rəsmi nigaha girəcəksən. Bax əsil evlilik  budur.
    - Yanı Kadir mənim ərim olmayacaq?
  - Dinimizin əmretdiyi nigaha  Kadirlə girmisən, düzdür. Amma şəriətimizin qanunları illa ki, sənin nigahın ona qıyılıb deyə sən Kadirin arvadı olacaqsan deyə əmr etmir.
  - Necə yani?
   - Belə deyək də. Biz cumhiriyyət və aAd ölkədə yaşayırıq. Düzdür ölkəmizdə şəriat qanunları hökm sürsə də, bir də cumhuriyyət qanunları da vardır. Birincisi dinimiz özündən çox böyük qadınla evlənməyə icazə verirsə qanunlarımız buna izin vermir. Əgər bu evlilik  iki tərəf qarşılıqlı  könüllü şəkildə istərsə, kiminsə baskısı altında olmadan arzu edilərsə ola bilər. Amma ailələrin razılığı ilə bu evlilik gerçəkləşdirilirsə, və sən rəsmi nigah yaşındaysan, o adamı sevmirsənsə bu nigahdan imtina edə bilərsən.
   - Yanı deyirsiz ki, o məni boşaya bilər?
  - Siz evlənməmisiz ki!
  - Kəbinimiz oxunub.
  - Həddi büluğa çatmadan, özünü spzünü bilmədən oxunan nigaq şəriət qatında da keçərli deyil.  Bu sadəcə onun sənə toxunuşu halal olsun deyə keçərlidir. Həddi büluğa çatdıqdan sonra sən əgər istərsən  onu yaxınına buraxmaya və ondan səni boşanmağını tələb edə  bilərsən. Bunun heç bir günahı yoxdur. 
  - Hocam, deyirsiz məni uşaq evinə alaracaqlar. Belə çıxır ki, indi də dövlət məni övladlıq edəcək? Mən Şəngül bacıdan razıyam. Məni öz balalarından seçmir. 
   - Yox canım. Dövlət səni himayyəsinə alacaq. Sənin, lazım olarsa bacılarının, o cümlədən də Kadirin uşaqlarının da haqq və hüquqlqrını qoruyacaq. Atanı və Kadiri də cinayyət məsuliyyətinə cəlb edəcək. 
   " Kadirin uşaqları" deyərkən ilk ağlıma gələn Xaıid oldu. Nə olur olsun, hara gedirəmsə gedim, Xalid də mənimlə olsun. O mənim ən yaxın dostumdur. Milyon dənə dost gələ mənə Xaliddən başqa dost lazım deyil. Sevinirdim Xalıdlə, məsut günlərin gəldiyinə. Hocamın dediyi yerdə hüzur vardır. Nə cənnət nə cəhənnəm vardı. Hocamın dediyi o uşaq evində qızların da oğlanların da hüquqları eynidir. Qızları zina ilə qorxuzmurdular. Deyəsən xəyallarımdakı arzuladığım zinadan, günahdan, cənnət cəhənnəmdən uzaq yer elə bu uşaq evi idi. 
  ... Və bir axşam həyətdə aləm bir birinə dəydi.Qarışıq səslərdən nə olduğunu başa düşmədim. Kadir pəncərədən çölə  baxdı və təlaş içində Şəngülə döndü:
-Götür Döndüyü, tez uşaqların otağına! Soruşan olsa kahyanın qızıdır. Uşaqlarla oynamağa gəlib. Bilirdim elə həvəslənib bunu quran kursuna göndərəndə belə olacaq. Lazım idi sənə quran kursu? Bilmirsən hamı olub cumhuriyytçi?  Nə dinə baxan var nə qurana, nə şəriyətə. Qonşu qonuşunu satdığı dövürdə yaşayırıq. Al sənə kurs, budur jandarma qapını basıb. 
   Şəngül əlimdən tutub məni başa sala sala icəri aparanda Kadir arxamca qışqırdı. 
  - Bax Döndü, artı əskik danışmayaın aa. Mən sənin ağanam, başa düşdün mü? Soruşan olsa mən sənin ərin deyiləm. Ağanam. Sən də bura uşaqlarla oynamağa gəlmisən. Birazdan atan gəlib səni aparacaq...
   Çox keçmədi qapı açıldı və bir dəstə xüsusi geyimdə olan kişilər əllərində silahlarla içəri girdilər. Maraqlıdır. Mən belə geyim, və saqqalsız kişilər ilk dəfə idi ki, görürdüm...
                  6
    Qapıların taybatay açılması məni qorxuzmuşdu. Qorxduğumu görən Xalıd önümə keşıb məni arxasında gizlətdi.özü də həyəcan içərisində əsirdi. Qorxudan gözləri bərəlmiş, rəngi saralmışdı.
    Əsgərlərdən biri adımı çəkincə daha çox qorxdum. Xalidin belindən tutub arxasından qorxu dolu baxışlarla gələnlərə baxdım.
   - Qorxma, yaxşımı Döndü! Get, mən hər zaman yanındayam - deyib çiyinlərimdən tutdu - mən də gələcəm. Mütləq gələcəm.
    Ağladım. Bu saat birini qucaqlamağa, təskinlik almağa elə ehtiyyacım var idi ki...
   Əsgərlərdən biri mənə yaxınlaşdı. Məni Xalidin arxasından çıxarmaq istərkən, Xalıd onlardan izin istədi.
   - Buraxın qızı. Görmürsüz qorxur? Siz çöldə gözləyin! Mən onu sizə gətirəcəm! 
    Qapı açıq idi. Əsgərlər çöldə dayanmışdı. Şəngül bacı icəri girib deyinə deyinə qızları otaqdan çıxartdı. Arxasınca Xalidi səslədı.
  - Gəl uşaqlara sahib çıx, yiyəsiz qalmasınlar. Döndü, jaketini geyin qızım, üşümə. O şalı da götür. Lazım olar.
   - Ana, mən də gələcəm...
Şəngül tərs tərs Xalıdə baxdı.
   - Atanın bizi kəsməyini istəyirsən? Gəl uşaqların yanına qorxmasınlar. Yəqin ki, gecə gəlməyəcəyik. 
    İçəridə ikimiz idik. Xalıd əlimdən tutub məni qapıya çəkdi.
   - Çox qorxuram Xalid abi.
   - Qorxma Döndü. Mən də gəlirəm. Qorxulacaq  bir şey  yoxdur. Sadəcə danışdıracaqlar səni.
  - Nə danışacam.
   - Mən nə bilim. Bir şeylər soracaqlar. Sən də cavab verəsən.
   - Atan dedi ki, soruşan olsa mən kahyanın qızıyam. Buraya sizlə oynamağa gəlmişəm.
   - Eləmi dedi?
  -...
  - Yaxşı o zaman elə de, amma sora təkrar bura gəlsən atam səninlə arvadı kimi davransa incimə.
  - Mən atanın arvadı olmaq istəmirəm. Mən atandan qorxuram.
   - O zaman gerçəkləri de. Canını qurtar.
   - Atan məni öldürər.
    - Qorxma. Sənə heç kim heç nə edə bilməz! 
   Əsgərin biri içəri girdi.
- Kiçikxanım, buyurun! 
  Xalid şalı mənə uzatdı. 
  - Al, mən də gələcəm, yaxşımı.
  Xalidə sarıldım. Elə bu vaxt Kadir qapının kandarında göründü. Əsgərlərin önündə piləkənlərə doğru gedirdi. Üzündən zəhrimar yağırdı. Gur qalın qaşları elə çatılmışdı ki, kiprikləri ilə birləşmişdi.
   Kadirin bu baxışı qanımı dondurdu. Soyuq tər məni basdı. Kadir məni hər zaman oğlundan qoruduğu halda indı məni Xalıdi qucaqladığım yerdə görmüşdü. Bundan sonra nə olacağı bəlli idi artıq...
   Xalidin pıçıltısı məni özümə gətirdi.
   - Uşaqlar yatsın mən də gələcəm. Atamnan da qorxma. Bundan sonra sənə heç kim - nə atam, nə atan - heç nə edə bilməz. Nə var, hər şeyi danış orda. Qorxma dövlət səni qoruyacaq. Özün dedin ki, quran kursunda hoca dedi bunu,  elə deyilmi? Demək o bir şey bilir. Haydi, get!
   Gözüm arxada, camaatın arasında Xalıdi axtara axtara maşına mindim. Heç Kadirin səsi küyü yeri göyü lərzəyə gətirəndə kimsə haya gəlmirdi, indi bütün məhəllə  buraya axışıb gəlmişdi. 
   Sabaha qədər şöbədə qaldıq. Ata, anamı da bizlə bərabər gətirmişdilər. Ayrı ayrı otaqlardaydıq. Mənim qaldığım yer istiydi, yumuşaq divanı vardı. Amma qorxudan  üşüyürdüm.  Arada gəlib bir şeylər danışıb, soruşub gedirdilər. Ən son bir məmur qadın içəri girib mənə bir stəkan ilıq süd gətirdi.
    - Döndücüm, al bunu iç, sonra da burada yat. Qüsura baxma, səni isti yatağından  etdik, olsun. İnan mənə hər şey sənin yaxşılığın üçündür. Sabah mərkəzdən pisixoloq gələcək, səninlə söhbət edəcək   sonra başına gələnləri, komutana söylərsən,  Komutan bəy ifadəni aldıqdan sonra səni mərkəzə aparacaqlar. Bir müddət orada qalacaqsan. İnan mənə, hər şey gözəl olacaq. Orada məktəbə gedəcəksən. Oxuma yazma öyrənəcəksən. Yeni dostların olacaq, onlarla oynayacaqsan, əylənəcəksən. Bərabər sinema izləyəcəksiz, şəkil çəkəcəksiz. Yurddan gəzmələrə gedəcəksiz. Bayramlara, görüşlərə, etkinliklərə qatılacaqsız. 
   Məmur qadın bunları danışdıqca özümü onun dediyi dünyada görürdüm. Nə qədər istəsəm də özümü onun dediyi dostların çevrəsində yox, o dostların yerinə Kadirin uşaqları və bacılarımı təsəvvür edirdim. Çünki, 8 yaşıma gəlmişdim mənim heç bir dostum olmamışdı. Mənə ümumiyyətlə öz yaşıdlarımla, əmim uşaqlarımla, xalam uşaqlarımla belə oynamaq qadağan idi. Çünki mən evli bir xanım idim. Mənim dostlarım özümdən çox böyük qadınlar olmalıydı ki, evdarlıq, ailə, məişət və ər arvad münasibətlərini öyrənə bilim. 
    - Mənim də sən yaşda qızım var. Bax qızım, qızım sənin yaşadıqlarını yaşasaydı və mən çarəsiz qalsaydım, onun gələcəyi üçün özüm öz əlimlə qızımı dövlətə təslim edərdim. Kaş sənin anan da sənə dəstək olsaydı. Biraz cəsarətli olub dövlətimizdən, jandarma və polisdən kömək istəsəydi.  Nəysə. Görünür ananın bütün cəsarətini əlindən alıblar. Ananın özünün haqq hüququ belə tapdansa özünü belə qoruya bilmir. Sən cəsarətli qlzssan, amma. İnanıram ki, başının çarəsinə baxıb özün öz qərarını verəcəksən. Bunu edəcəyinə əminəm. Oldumu qızım? Əgər sən istərsən, sabahdan etibarən bütün həyatın dəyişəcək. Yetər ki olanları, olduğu kimi danışmağa cəsarət edəsən. Kadir deyilən o şərəfsizin sənə etdiklərini, məmura və hakimə  anlada biləsən. Razılaşdıq? Utanıb çəkinməyəsən aa, yaxşımı? Haydı iç südünü sonra üstünü gözəl gözəl ört, yat. Mən qapını çöldən bağlayacam, səni kimsə narahat etməyəcək. Həə, əyər gecə tuvaletə çıxmaq istəsən, bax o pəncərəni döy. Mən orada olacam.
   Səhər məmur xanımın dediyi kimi, pisixoloq bir xanım gəldi. Danışmağa qorxurdum və qorxduğum zaman da  (əsasən Kadirlə mənim bərabərlık səhnəsini danışarkən) ürəyim bulanıb qusdum. Həkim xanım köməyə gələn polislərə vəziyyətimin çox ciddi olduğunu söylədi. Acil olaraq xəstəxanaya və piskoloji dəstəyə sövq edilməmi tələb etdi. 
   Beləcə qərar verildi məni mərkəzə apardılar. Maşına mınındə Xalid də orada idi. Təkbaşına buraya necə qəlmışdı bilmirəm. Aralı da olsa mənə işarəylə "qorxma mən hər zaman sənin yanındayam, burdayam" deyirdi. 
    Maşın oradan uzaqlaşdıqca, sanki canımdan bir parça qoyub gedirdim. Qəribə bir hiss keçirirdim. Hələ mənzil başına çatmamış darıxırdım. Kadirin evində, Kadirin olduğu hər yerdə qorxu var idisə də Xalid kimi dostun olduğu yerdə hər şey gözəl idi. Xalıd güvəniləcək bir dost, etibarlı bir sirdaş idi... 
   İki gün mərkəzdə xəstəxanada qaldıqdan sonra məni Ankaraya uşaq evinə göndərdilər. Məhkəmədə hakimin qərarı və  pisxoloqumun sözüylə Ankarada həyatımın yeni səhvələri açılacaqdı. Dövlət məni qorumaya alacaqdı. Kadir və atam həbsxanaya göndəriləcəkdi
    Ankaradakı uşaq evi darıxdırıcı və sıxıcı idi, düzdür. Amma orada rahat idim. Yeməyim, yatmağımın saatı ilə vaxtı vaxtında. Əynim başım, səliqəli, gözəl. Burada həyatım dəyişmişdi. Bilirsinizmi, mən burada mədrəsədəki kimi ərəb həfləri yox, türk dilində yazıb oxumağı öyrənirdim. Çətinliklə də olsa hecaları oxuya bilirdim. Sinif yoldaşlarım məndən yaşca çox balaca idi. Yurddakı mənimlə eyni yaşda olan uşaqlar mənim özümdən balaca uşaqlarla oxuduğum üçün məni ələ salırdılar. Amma öz, sinif yoldaşlarım, onlardan böyük olduğum üçün mənə hörmət göstərirdilər. Yurddakı uşaqların coxu demək olar ki, əqli və fiziki qüsurluydu. Onların bölümləri və sinifləri ayrı olsa da toplantı və oyun zalında, bağçada bərabər idik. Məndən iki yaş böyük  daun xəstəsi olan Nəslihanla dostlaşmışdım. Bəzi şeydə hamıdan geri qalsa da, çox şeydə ağıllı bir qız idi. Qəlbi o qədər yumuşaq, o qədər şirin bir qız idi ki. Yeganə insan Neslihan idi ki, mən onunla hər şey danışırdım və o səbrlə məni dinləyir, mənimlə bərabər ağlayıb mənimlə bərabər gülürdü.
   Burada çətin də olsa  başımın örtüsü açılmışdı. Həm örtüylə dərsə girməyə izin verilmirdi, həm də uşaqlar mənə sataşır, başımın örtüsünü dartıb açırdılar. Zina və günah  kəlməsini o qədər beynimə yeritmişdilər ki, elə bilirdim ki, örtüsüz, büs bütün günah deposuna girmişdim. Bir qızın saçının görünməsi, saçının sayı, cəhənnəm  alovlarının dilimlərinın sayı  deməkdir. Burada azad və rahat idim, amma,hər başımı açdığımda cəhənnəm atəşınin istisi  bu dünyada  üzümü qarsırdı. 
     Heç kim üçün yox, Xalıd üçün çox darıxırdım. Xaliddən Nəslihana o qədər danışmışdım ki, Nəslihan belə Xalidin adı gələndə gülümsəyirdi. Xəyallarımı, onunla bağlı söhbətlərimi şirin nağıl kimi dinləyirdi.
     Beləcə həyat davam edirdi. İki aya yaxın idi ki, buradaydım. İki gündən bir pisixoloji seansa girirdim. Daha Kadirdən danışanda, o yadıma düşəndə qusmurdum. Çox güçlü xəyalqurma, qabliyyəti yaranmışdı məndə.  Hərkəsdən kənarda təkliyə çəkilirdim. Belə saatlarda sanki başqa bir dünyaya düşürdüm. O dünyada yeni simalar, yeni insanlar, başqa şəhərlər, yeni  pərdələr, işıqlı  səhnələr var idi. O insanlar mənim gələcək ailəm, uşaqlarım idi. Düşündüklərimi pisixoloqumla bölüşərkən pisixoloq belə xəyalların gözəl o qədər də təhlükəli olduğunu deyirdi.
   - Bax Döndücüm, səni anlayıram, gələcək xəyalların da gözəl.  Hətta mükəmməl. Arzu edirəm ki, gələcəkdə xəyallarına qovuşasan və xəyalların gerçək ola. Amma bu yaşda hazırkı həyatından qopub, ətrafındakı insanlardan tamamilə əlaqəni kəsib xəyalındakı insanlarla yaşamaq heç də normal bir şey deyil. Səni başa düşürəm, xəyallarını qurursan onlara can atırsan. Amma bütün bunlar sənin ücün çox tezdir. Sən hələ uşaqsan, uşaqlığını yaşamalısan. Gəl belə edək. Al bu dəftəri, xəyallarını təsvir elə bu dəftərə çək, yada hərfləri tam öyrəndikdən sonra beynində qurduğun hekayəni yaz bura. Amma hərfləri öyrənənə qədər də boş dayanma o beynindəkiləri çizimlə rəsimlə bura ifadə et adlarını da yaz buraya.
    Pisixoloqun  dedikləri ağlıma batmışdı. Beynimdə qurduğum hekayəni özüm də çözə bilmədiyim şəkillərlə dəftərə çəkirdim. Sonra Nəslihana göstərirdim. Çəkdiyim xətlərdən, dairəlrdən nəslihan bir şey anlamırdl. Bunların nə olduğunu soruşurdu. Qələmin ucunu xətlərin üstündə gəzdirib izzah edirdim. Nəslihan maraqla həm dəftərə həm mənə baxırdı. Sanki hekayə dinləmiş kimi gah təcüblənir, gah həyəcanlanır, gah qəh qəhə çəkib gülür, gah da qışqıraraq, əsəbləşərək ağlayırdı. Belə vəziyyətdə uşaqlar bizim yanımıza qaçır, Nəslihanı sakitləşdirir, ya da mənim cəkdiyim cızma qaraya baxaraq bır şey başa düşmədiklərini deyir və yazdığım və çəkdiyim yazılarla mənə lağ edərək əylənirdilər. Onların əyləncələrinə tuş gəlməmək üçün təkrar içimə qapanmışdım. Şəkil çəkməkdən də, yazı yazmaqdan da soymuşdum. Yeni hərfləri öyrənmək istəmirdim daha. Onsuz da məni başa düşən yoxdur. Mənim yazdığım yazılar da kiməsə maraqlı deyil. Axı bu həflər mənim nəyimə lazım?
     Bir gün gecə yarısı kimsə məni oyatdı. Əlimdən tutub məni baxçaya qədər apardı. Orada xəyaləmdakı adamlar var idi. Yemək süfrələri açılmış, hamı çalıb oxuyur, əylənirdilər. 10 15 nəfərlik məclisdə Xalid də var idi, Nəslıhan da. Elə bil dünya üzümə gülürdü. Xalıdi gördüyümə sevinmişdim. O məndən, mən də ondan utanırdım. Bir birimizə yaxınlaşmırdıq, amma gözlərimizi də bir birimizdən ayıra bilmirdik. Baxışlarımız qəribə bir hiss verirdi mənə. Bu hiss dostluq hissi deyildi. Həllə dadmadığım, görmədiyim, bilmədiyim bir şey idi. Çox xoşbəxt idim bu adamlarla və Xaidlə. Nə havanın soyuğu, nə gecənin qaranlığı məni qorxuzmurdu. O gün mənimcün çox əyləncəli bir gecəydi. Və birdən hardansa yurdun gözətçisi peyda oldu. Məclisimizi dağıtdı. Və mənə dönərkən bu adamın gözətçi yox Kadir olduğunu gördüm. Ürəyim ağzıma gəldi, mədəm qaynadı. Qusmağa başladım.
  Gözümü açanda, xəstəxanadaydım
   Ağır piskolojik travma yaşayırdım. Qurduğum xəyallar xülyaya dönüb həyatıma oturmuşdu. Mənim gördüklərimi heç kim görməsə də mən onların dünyasında yaşayırdım. Bu dünyadakı adamlardan bir Xalid, bir də Nəslihan qalmışdı. Kadirarada bir gəlir, gəındə də həyatımı zəhərləyib gedirdi. 
   Təxminən bir aylıq müalicədən sonra mən təkrar bu dünyaya qayıtmışdım. Amma bundan sonrakı ömrüm dərmanlara bağlı olacaqdı...
     Bahar gəlsə də hələ də uzaqdakı təpələrdə qar görünürdü. Arada bir küləyin gətirdiyi incə qar qısa müsddətli yağır, qar yerdə qərar tutmayıb  əriyib gedirdi. Sanki, yazın gəlişindən narahat olan qış belə kükrəyişiylə "tələsmə bahar, mən hələ , getməmişəm, varam" deyirək yerini bahara təslim etmək istəmirdi.
   Pəncərədən kuləyin o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə təpiklədiyi plastik su şüşəsinə baxırdım. Bu zaman yurdun binasına tətəf gözətçi ilə bərabər iki nəfər gəldiyini gördüm . Qadın anama, kişi atama oxşayırdı. Gözlərimə inanmadım. Pəncərəni açıb aşağı boylandım. Pəncərədən içəri dolan  külək saçlarımı dolaşdırıb üzümə gözümə çırpdı. Saçlarımı toplayıb aşağı boylananda artıq onlar binanın içınə gurmişdilər. Qapıya qaçdım. Bayıra çıxıb pıləkənlərə cumdum. Oradan da üzü aşağı... Heç kim yox idi. Əslində gələnlər atam anam olsaydı belə bu məni sevindirmirdi. Əgər onlar buraya qədər gəliblərsə  demək ki məni aparmağa gəliblər. Burada darıxırdım düzdür, amma getmək, təkrar Atamın basqısı altında yaşamaq, Kadirlə üzüzə gəlmək istəmirdim...
   Cox keçmədi,  otağımın qapısı açıldı. Dayə xanımlardan biri, müdir bəyin məni otağına  çağırdığını dedi. Dizlərim əsdi. Ürəyim döyünə döyünəmüdürün otağına gəldim. Qalını açıb içəti boylanınca, atamla anam qarşımda dayanmışdı. 
                       7
   Evimizə gələndə Şəngül bacının öldüyünü eşitdim. Çox pis olmuşdum. Şəngül bacı mənə öz anamdan da yaxın idi. Ona elə isinişmişdim ki...
  Şəngülün ölməyi bibilərimi, ən çox da atamı sevindirirdi. Lakin mən qara günlərimi indidən hiss edirdim. 
     Atamgil yenə öz baba yurdumuza köçmüşdü. Yəqin ki, hadisələrin gedişatı atamı bu qərarı verməyə məcbur etmişdi. Yoxsa pul və iş üçün iki dünya bir ola, atam o biri qızlarından da keçərdi, rahatlığından yox. Ara sakitləşənə və Kadir təmizə çıxana qədər mənim oralardan uzaq olmağım lazım idi. 
    Uşaq evindən öz evimizə gəldim, amma hələ də dövlətin diqqət mərkəzindəydim. Mənə piskoloji travma və şizofen təhşisi qoyulmuşdu. Heç kim kiçik bir qızın yaşına uyğun olmayan, belə bir cinsəl münasibətin real həyatda yaşanılacağına inanmırdı.Danışdığım hər şeyin bir xəyal ürünü olduğuna qərar verilmişdi. Kadir yaşda, həm də belə adlı - sanlı, şənli- şanlı bir kişinin əl boyda uşağı ağla gəlməyəcək sexsi istismara məruz qoyacağını heç kimin nə ağlı, nə vicdanı qaldırmirdi. Odur ki, evimizə gələndə də pisixoloq mənə dəftər və qələm verib, düşündüklərimi, hiss etdiklərimi, təsvir etdiklərimi ora çizməyi tapşırmışdı. Bu həm də mənim üçün bir məşguluyyət olacaqdı. Ayda bir dəfə həkim kontroluna gedəndə, özümdən başqa heç kimin anlamadığı çizimləri həkimimə göstərirdim. Çəkdiyim şəkilə bənzər çizimlərin mənasını onunla paylaşırdım. Bəlkə də yazmağı bacarsaydım gündəlik tutardım, oraya nələr yazardım nələr... 
   Sanki, həkimim mənim gördüklərimi, hiss etdiklərimi çəkdiyim çizimlərdən görür, hiss edir, o mövzu üzərindən mənimlə söhbət edirdi. 
   - Afərin Döndü, biz qazandıq, qazanacağıq da - deyə həkim məni ruhlandırırdı - mən sənə nə demişdim? Bax görürsən, daha o pis şeyləri düşünmürsən, daha xəyalındakı Kadir deyilən o insan sənə toxunmur.
  - Kadir mənim xəyalımda deyildi, doktor, niyə mənə inanmırsız, o mənim həyatımda idi. 
   - Ok... Sənə inanıram Döndü. Sakit ol. Amma indi o yoxdur, düzdürmü. 
  - Yoxdur, bəli, çünki biz ordan köçmüşük. Atam bir müddət məni ordan uzaq tutmaq istəyir. Bəlkə mən orda olsaydım bütün bunlar hələ də davam edəcəkdi. 
   - Ola, bilər. Mənim buna etirazım yoxdur. Nə edəcəyik? Ən yaxşısı sən Kadirdən uzaqkən özünü inkişaf etdirəcəksən. Həyata baxışın dəyişəcək. Özünü yetişkin qız kimi yox, öz yaşıdların kimi aparacaqsan. Biri sənə cinsel istismara sürüklərsə buna imkan verməyəcəksən, evdən qaçıb, ən yaxın məntəqəyə gələcəksən. Bu jandarma,tibbi məntəqə , muxtarlıq ola bilər. Dövlətimiz sənə yardımçı olacağına inanıram. Hələ ki, hər şey yaxşıdır, dərmanlarımızı içməyə davam edirik. Sən yaxşılaçacaqsan, sən yurdun ən gözəl və ən ağıllı qızı olacaqsan. Mən sənə inanıram. Sən güclü qızssan.  Özünə inan və güvən, mən bunu bacaracam de və uğura doğru hər gün bir addım irəli ! Pis fikirlərdən uzaqlaş... Sən bunu bacaracaqsan. Həm də tez bir zamanda. Bir bu küskünlüyün də olmaya... Darıxma. Zamanla o da keçəcək... 
   Ay keçdi ha...
   Atam hələ də Kadirin ciftliyində işləyirdi. Orada qalırdı. Həftədə bir iki dəfə evə gəlir, evin təməl ehtiyyaclarını alıb, ehtiyyaclarını görüb gedərdi. 
    Anam hər gün 2 dəfə eşşək arabamıza minib bir saatlıq yolu Kadirin evinə gedər, yığışdırıb təmizləyib, uşaqların yeməyin içməyin hazırlayıb gələrdi. Çox istəyərdim anam ordan gələndə Xaliddən bir şey danışsın. Danışmırdı. Sankı o evdə elə bir adam yox idi. Qəribədir, Xalid ağlımdan çıxmırdı, adı beynimdə bəlkəm yüz kərə səslənirdi, ürəyimdə onunla danışır, bir çətinə düşəndə onunla dərdləşirdim. Di gəlki, adını dilimə gətirməyə qorxurdummu, deyim, utanırdımmı deyim, bilmirəm. Bəlkə də beynimə yeridilən "zina" məcəlləsi onun adını dilimə gətirməyə belə imkan vermirdi. Axı o mənim yoldaşımın oğludur, mənə naməhrəmdir. Elin oğluyla nə işim var?
    ... Yoldaşım? 
    Kadir hələdə mənim ərim sayılırdı. Qadağlara bir qadğa da əlavə olunmuşdu. Onun ərim olmağını bir mənim ailəm biləcək, bir də onun ailəsi. Onsuz da kəndimizin və Kadirin qəsəbəsində bütün hər kəs mənim Kadrin arvadı olduğunu bilir. Amma sular durulana qədər rəsmi dairələrdə, tanımadığım insanların yanında mən bunu inkar etməliyəm. 
   6.7 ay arayla Kadiri geç gec də olsa görürdüm. Aramızda əvvəlki münasibət qalmamışdı. Heç elə bil bu Kadir, o Kadir deyildi. Məni qucağında oynadan bu tibsiz və iyrənc adam üzümə belə baxmırdı. Arada bir qızları da götürüb bizə gəlirdi. O da axşamlar, əl ayaq yığışandan sonra. O bizə gələndə anam da, atam da əldən ayaqdan gedirdi. Aylarla evımızdə bişməyən yeməklər bişir, oxlovalar oynayır, paxlavalar açılırdı. Yeyib içməkdən sonra atam bir bəhanəylə hərəni bir işə buyurur böyük qalyanı hazırlayıb mənə uzadırdı 
    - Götür qalyanı apar ərinə, kömürünü yandır. Meyvələrdən soy ərinin qabağına qoy, güyümdə ilıq su var, taxtın altında da ləyən - atam udquna udquna ciddiliyin pozmadan məni başa salırdı - götür ərinin ayaqlarını suya qoy. Uzun yol gəlib, yorğundur.
   Sanki uzun yolu piyada gəlib, arxasında da yük. At arabasıyla bir saatlıq yol ordan bura maşınla 15- 20 dəqiqəlikdi.
   - Qızım- atamın səsi məni düşüncələrimdən ayırdı - bu aralar siz ayrı qalmağa məcbursuz, amma  unutma Kadir sənin həmişəki  kimi ərindir. Ölənə qədər də o sənin ərin olaraq qalacaq. Ərin nazıyla oynamaq, ərinə naz satmaq hər bir qadının borcudur...
   - Ata... 
    - Çox danışma qızım. Sən onu bilirsənmi ki, Kadir gedib başqasını alsa biz məhv olacağıq? Yoxsa xoşum gəlir anan hər gün o boyda yolu gedib onun uşaqlarının zibilini təmizləsin, işini görsün? Mən onun o ciftliyində nələr edirəm xəbərin var? İt zülümü çəkirəm, nə var - nəvar nigah çağına qədər kişini tovlayaq, qızımız xoşbəxt olsun- atamın bu dediklərindən sonra etiraz etməyə haqqım yox idi. Başımı salıb aşağı işimi görürdüm- odur ki ağıllı ol, ərinə hörmətlə itaət et ki, həm sən qurtulasan, həm biz. Unutma, mənim borcum bağlanmasa, sənin yaşadıqların, bacılarının da başına gələ bilər...
  Nə, bacılarım? Atamın fikiri nədir? Yoxsa Kadir bu dəfə də bacılarımamı göz qoyub, ya atam Kadirə olan borcuna o biri bacılarımıdamı qurban seçib? Yoox... bu  ola bilməz. Mənim yaşadıqlarımı mən əsla onlara yaşatmaram. 
   - Ata, mən bacılarımın mənim yaşadıqlarımı yaşasın istəmirəm... Mən onların xoşbəxtliyi üçün hər şeyə razıyam.
   - Afərin mənim qızıma.
    - Amma...
    - Nə amma... Bax etiraz istəmirəm, hirslənirəm haa...
    - Ata, mən o adamdan qorxuram.  
    - Kecəcək, qızım qorxma. Adam da ərindən qorxar? İnşallah əsil ər arvad olarsız. O zaman hər şey yaxşı olacaq...
   Atamın buyurduğu kimi, "xidməti vəzifəmdə" dururdum, lakin nədənsə Kadir mənə yaxınlaşmırdı da. Bu hamıdan çox atamı narahat edirdi.
    - Axı bu kişi nə istəyir, niyə belə edir? Dərdi nədir?  Az qalıb üzümüzə deyə gəl üzülüşək...
   Beləcə bir ilə yaxın vaxt keçdi. 
   Günlərin bir günü  belə günlərdən biri idi. Bu dəfə Kadir qızlarsız gəlmişdi. Həm də elə vaxt idi ki, həmin günlər böyük əmim ölüm yatağında çan verirdi. Yemək ortasında hay düşdü ki, əmim dünyasını dəyişdi. Anamla atam Kadirdən üzür istəyib, tələsik əmimgilə qaçdı. Kadir də onlarla bərabər qalxdı. Onun getməsi məni nə qədər sevindirdi. Bir bilsəniz... 
     Ortalığı toplayıb, evi rahatladım, gec idi. Qızları yatırdım. İşıqları söndürüb anamgilin otağına keçdim, ki, anamgil gələndə xəbərim olsun. Baxça qapısını bağlasam da evin qapısını hər zamankı kimi açıq qoydum. Gecənin bir yarısı arxamdakı hənirtidən diksinib oyandım.Gecəliyimin altından vücudumda tüklü və qaba bir əl gəzirdi. Əllər yerindən yenicə baş qaldırmaqda olan sinəmi ovuçlamış, kəlbətin kimi sıxırdı. 
   Yerimdən dik atılıb geri döndüm, Kadir idi...
   İlk olaraq həkimin dedikləri qulaqlarımda səsləndi. Qışqırıb kömək istəyəcəksən, ən yaxın məntəqəyə qaçaçqsan... 
   Qışqırmaq istədim... Ağzım yumuldu. Böyük və qaba əl balaca sifətimdə tək ağzımı yox, burnumu da tutmuşdu. Nəfəs ala bilmirdim, boğulurdum. Bir udum nəfəs üçün carəsizcə çırpınırkən o biri əl balaca, sinəmi əzir,  bədheybət bir şey vəhşicəsinə  qıçlarım arasında dolaşırdı. Kadir qulağıma şirin sözlər pıçıldayır, məni sakitləşdirməyə çalışırdı. Üzərimə əyilmiş tutun və tər qoxuyan saqqallı və eybəcər üzünün  iyrənc qoxusundan ürəyim ağzıma gəlməsi azmış kimi , bir də məni dizlərimin üstünə çökdürüb murdar vücudunu öpməyə məcbur edirdi... 
   Bu dəfə nə öyüməyim nə, qusmağım onu istəyindən vaz keçırmədi. Həmin geçə ilk dəfə hələ qızılığımı, ya da, qadınlığımı kəşf etmədən 9 - 10 yaşımda Kadirin qadını oldum...
    Daha həkimə də getmirdim, cizimlərimi də çəkmirdim. Heç kimlə danışmırdım, heç anamla da. Başıma gələni anama demişdim, anam buna çox hirslənmiş, Kadirin və atamın arxasınca qışqırıb bağırmışdı. Amma atam bunu normal qarşılamışdı. 
   - Döndü onun xanmıdır.  Böyüdüləcək bir şey yoxdur, xatun. 
   - Onu başa düşdük, ama bu qız hələ yetkinlik yaşa çatmayıb, xəstələnmir belə. Dinimizdə belə bu günah. 
   - Günahı da, savabı da Kadırın boynuna. O dünyada buna Kadir cavab verəcək, Döndü yox. Çünki Döndü bilərəkdən bu ilişkiyə girməyir. O bu  münasibəti başa düşməyəcək yaşdadır. Bəs Kadirə nə düşüb? Peyğənbərimiz də yetkinlik yaşı çatmayan qızla ailə qurub, evlənib. Amma  yetkinlik yaşı çatana qədər səbr edib. Kadir də evlənib, zəhmət edib gözləsəydi. Durub o boyda kışiyə din dərsi verəcəyik?  Guya bunu özü bilmir? Həm də  xanım, adamın qarısı ölmüş, neyləsin? İkinci xanımı ola ola gedib üçüncü xanım alsın? Sən nə istəyirsən, deyirsən bu məsələyə qarışaq işimizdən, dolanışığımızdan olaq? Buna məcburuq, ya  qızımızdan keçib borclarımızı bağlayıb, insan kimi yaşayacağıq, ya da Kadirin bizə verdiyi borca, hər şeyimizdən keçib sürünəcəyik. Olan olmazımızı belə satsaq  yenə də Kadirə borclu qalacağıq, fərqindəsən deyilmi... 
    - Sən necə atasan? Olmaz olsun sənin kimi ata, allah sənin bəlanı versin, hər gün biraz daha səndən iyrənirəm...
   Qapı arasında eşitdiyim bu dialoqdan sonra qədərimə boyun əymişdim. Daha nə savaşmağa gücüm qalmışdı, nə dirəşməyə taqətim. Cismim bu dünyda gəzsə də, ruhum göylərdə dolaşırdı. Mən bu dünyanın adamı deyildim. Əvvəllər gecələr evimizə ayaq açan Kadir, anamın evdə olmadığı zamanlar da evimizə gəlirdi və mən buna etiraz edə bilmirdim. Bura Kadirin qaynatasının evi və mən onun arvadıydım.
   Hər gəlişində mənə və bacılarıma bahalı paltarlar və hədiyyələrlə gəlirdi. Bacılarım gündüzlər onsuz da evdə olmurdular, ya quzuya, ya qazları otarmağa gedirdilər. Məlum hadisədən sonra ailəm məni çöldə bayırda görmək istəmirdilər. Əslində heç kənd camaatı məni uşaqlarının, qızlarının çevrəsində görmək istəmirdi. Çünki mən evli başlı qadın idim, uşaqlarla oynamaq mənə yaraşmazdı. Qadınlarla da münasibətim tutmurdu, çünki, Kadirlə bağlı çox sual verirdilər. Bu suallar məni qıcıqlandırırdı. Mən nə uşaq kimi uşaq idim, nə böyük kimi böyük... Nə dostum var idi, nə rəfiqəm. 
    Beləcə atam evində Kadirin arvadı olaraq 12 yaşıma gəlib çatdım. Mən hələ ana halı görmürdüm. Bu halım həm anamı, həm atamı, ən çox da Kadiri narahat edirdi. Kadir, məndən uşaq gözləyirdi, mən özüm hələ uşaq idim, mən təcrübədə yaşdaşlarımdan "böyük" olsam da hələ böyüməmişdim, onlar coxdan yetkinlik cağına çatmışdılar. Kadir anamdan məni həkimə aparmağı tələb edirdi. Anamla, atam buna etiraz edirdi. Çünki, həkimə gedərsəm hər şey ortaya çıxacaqdı. Yenə ara qarışacaq, məzhəb itəcəkdi. 
  -O zaman, qüsura baxmayın. Mənim başqa yolum qalmır. Mən bir ömür boyu şəhərlə kənd arasında qala bilmərəm. Mən ailəmi evimdə görmək istəyirəm, mən xanımımdan övladım olsun istəyirəm... Günü gündən yaş keçir, mən nə zaman ata olacam axı?
   Və beləcə bir il də keçdi... 13 yaşım var, həyatda çox şey görüb böyüsəm də mən hələ balaca uşaq olaraq qalmışdım. Xəstələnmirdim. Dava da bunun daxvası idi elə. Kadir məndən soymuş, heç cinsi istəyi üçün də yaxınlaşmırdı. Tez tez atamla dava edir, atamı işdən qovub bütün olan olmazını əlindən alacağı ilə hədələyirdi. Və bütün bunların acığı hər şeyin günahkarı məniymişəm kimi  məndən çıxılırdı. Çox stres içərisində idim. Ölüb bitmək istəyirdim. 
    Günlərin bir günü atam gözü dönmüş nər kimi qapıda göründü. Belindən kəmərini çıxarıb, məni bayılıncaya qədər döydü. 
  Günahım: Kadir başqa bir qadınla evlənməsiymiş. Üstəgəl, atamı da işdən qovmuşdu, atama verdiyi pulun qarşılığında da ata babasından atama  qalan mıras torpaqlarını istəyirdi. 
     Atam Kadirdən borc almışdıysa, Kadir borclarının qarşılığında atamdan mal istəyirdisə bəs mənim 6 yaşımdan bu yana, 6 7  illik yaşadıqlarım nə idi?  Məni düşünən belə yox idi, bu sualı belə verən yox idi. Atam öz malının, öz başının hayındaydı... 
    Atamla Kadir düşmən olmuşdu. Və bu düşməncilik anamın ölümüylə nəticələndi. Anamla atam tarlada işləyərkən atəş açıldı. Güllə atamdan sıyrılıb anama dəymişdi. Hamımız bilirdik anamın qatili Kadirdir, amma, istintaq zamanı qatilin başqa adam olduğu ortaya çıxdı. Bu qatilin pullu qatil olduğunu adımız kimi bilirdik. Lakin bunu heç kimə sübut edə bilmədik. 
   İstintaq və məhkəmə sürəcində üç, dörd dəfə Xalıdlə rastlaşmışdım. Böyümüş, yaraşıqlı oğlan olmuşdu. Uzaqdan uzağa gülümsəyərək başımızla bir birimizi salmladıq. Qəribə hisslər keçirirdim, onun da baxışları bir qəribə görünürdü mənə. Qısqanclıq, qınaq, sevgi dolu... Biz danışmırdıq ama baxışlarımız hər şeyi deyirdi... 
   Arada bir Xalıdi kəndimizdə də görmüşdüm, guya kəndlilərdən süd pendir almağa gəlirdi. Elə bizdən də... Halbu ki, onların bu işlə məşğul olan öz adamları var idi. Çox həyəcanlanırdım, duyğularım qabarmış, hisslərim tüğüyan edirdi.  Maraqlıdır həyatdan əlini üzüb, hər şeyə küskün yanaşan bir qızın ürəyində yeni xəyallar qurulurdu. Və bu xəyalların üstünə tezcənək qara pərdə çəkilirdi. Olmaz... O sənin ərinin oğlu və ananın qatilinin oğludur... Həm naməhrəm, həm düşmən... 
    İki il də keçdi, 15 yaşım var. Keçən ildən - 14 yaşımdan həddi büluğa çatmışdım. Bu atamı hər şeydən çox razı salmışdı. Məni indi indi sevməyə başlayırdı. "Qızım" deyişi ilə sankı mən onun qızı olduğumu indi hiss edirdim. Hər şəhərdən dönüşündə mənə alma şəkəri alırdı.
   - Ye qızım, bu sənin haqqındır.
   Yeyə bilmirdim. Ağlaya ağlaya aparıb alma ağacımızın dıbındə balaca çuxur qazıb alma şəkərini oraya atıb üstünü torpaqlayırdım. Alma şəkəri mənim düşmənim idi. Alma şəkəriylə başım qatılıb ərə verilmişdim, indi də atam mənim başımı alma şəkəriylə qatdığını bilirdim. Amma bu planı nə olduğunu, bu dəfə məni kimə verəcəyini bilmirdim.
   Danışmağa heç kimim yox idi. Anam üçün darıxırdım. Əvvəl anamın əlindən birşey gəlməsə də məni dinləyirdi. Onunla paylaşa bilirdim. İndi anam yox idi. Anamı çoox özləyirdim. Məni başa düşən, anam kimi məni qucaqlayıb təsəlli edəcək heç kimim yox idi. Xalalarımın,  bibilərimin iki üzdülüyü məni hövsələdən çıxarırdi. Üzdə canım cıcım - üzlərini cevirən kimi mənə ağız büzürdülər. Sanki bu həyatı mən özüm üstəmişdim. O qədər əsəb keçirirdim ki, o qədər içimə qapanmışdım ki, gözümə görünməzlər görünürdü. Mən onlardan bu həyatdan qurtulmaq üçün kömək istəyirdim. Xalalarım, bibilərim döymədiyi hacı, hoca qapısı qalmamışdı. 
   Anamın ölümündən iki il keçməsinə baxmayaraq, ölümü - həm də niyə öldüyü tez unuduldu. Atam borclarını bağlamaq üçün məni təkrar Kadirə verməyi düşünürdü. Bunu utanmadan dilinə də gətirirdi. Torpaqlarını Kadirə vermək ağlının ucundan belə keçmirdi. Torpaqlarımız getsəydi, bizim sonumuz gələrdi. Həyatımızın gəlir mənbəyi torpaqlarımız idi. Başqa yolu da  yox idi. Ya başqasından borc alıb Kadirin borcunu bağlamalıydı, ya da məni Kadirlə barışdırıb aradakı nifağı yumuşaltmalı idi. 
     Kadirin evlənməsi kənddə haqqımda dedi  qoduya səbəb olmuşdu. Bayaqdan çeşməyə, çarşıya gedə bilirdimsə, indi bunda da mənə məhtudiyyət qoyulmuşdu. Kəndin azanı, təzəni, çölün çobanı  belə ac qurd kimi ətrafımda dolaşırdı. Alan, ailə edən yox idi, alan olsaydı atam məni sözsüz ki, verib məndən qurtaracaqdı. Mənə yaxınlaşanlar başqa niyyətə yaxınlaşırdı. Dəfələrlə  çalı, odunda olarkən belə qurdlarla rastlaşmışdım. Hələ ki özümü qoruya bilirdim. Amma bunu da bilirdim ki, bir gün sözləşib  toplu halda gəlsələr, elə bu ormandaca onlara yem olacaqdım. İndi tək tək savaşıb  əllərindən qaçıb qurtula bilirdim.
    Atama bir şey deyə bilmirdim. Guya desəydim nə dəyişəcəkdi ki? Bir idi, iki idi, üç idi? Atam kimlə, hansıyla mübarizə aparacaqdı ki? Atama bir şey deyəndə də, belə halda atam çıxış yolunu tapmışdı. Ən yaxşı halda məni kəməri ilə özümdən keçənə qədər döyürdü. 
    Qorxumdan günün gündüz çağı qapını içəridən bağlı saxlayırdım ki, yoldan keçən hər hansıs bir sapıq içəri dalmasın.Daha oduna da getmirdim. Özümü evə həbs etmişdim. 
  Günlərin bir günü qapı döyüldü. Qapıya gəlib ardından kim olduğunu sordum. 
    - Mənəm, Döndü, Xalid. Danışa bilərik? 
   Bütün bədənim uyuşub açıldı, qapının arxasından bu səsin sahibinin Xalıd olmağına inanmayıb, bir də əyilib qapı deşiyindən bayıra baxdım. Bəli o idi. Üzü qapıya tərəf olsa da təlaşla ətrafa baxaraq qapını döyürdü...
     Qapını açdım. Təklif gözləmədən özünü içəri atdı. Qapını örtüb qapıya söykəndi. Təccüb və qorxu içərisində ona baxdım. Gözü heyranlıqla saçlarımda və üzümdə, gözlərimdə gəzirdi. Elə bu vaxt başımın açıq olduğunun fərqinə vardım. Çiynimə atdığım yaylığı başıma çəkmək istəyəndə əlimdən tutdu.
    - Çox gözəlsən!...
   Əlindən qurtulub özümü topladım. Ürəyim əsirdi. Yoxsa bu da sapıqlıq edir, özünü mənə yaxın göstərib evimə soxulur? Diqqətli ol Döndü. Dönüb üzünə baxdım çölə çıxmasını istəyəcəkdim ki:
   - Gorxma... Gedirəm... Sadecə səni görməyə gəldim. Darıxmışdım...
   Sözləri ürəyimə yağ kimi yayıldı. Amma özümü hisslərimə qurban vermək istəmirdim. Yaylığımı düzəldib boğazımda bəndlədim.
   - Məndən çəkinmə Döndü, yaxşımı. Biz axı əvvəldən də dost idik!
   - İndi düşmənik. Atan anamı öldürüb.
  - Bunun bizə heç bir dəxli yoxdur. Atam sənin "ərin" olub, indi də sizin düşməninizdir.
   - Başa düşmədim, nə demək istəyirsən...
  - Deməyim odur ki, atam sənə yaxın və doğma olub, sonra düşmən olduğu kimi, tək sənin yox elə mənim də  doğmam və düşmənimdir, anamın qatılıdır. Anamı o çürütdü...
    O bu sözləri deyərkən dodaqları əsdi, səsi titrədi. Haqlıydı. Şəngül abla Kadirin əlindən çox çəkmişdi. Bunu Şəngülün danışdıqlarından da hiss etmək olardı. Şəngül abla çarəsiz idi, xəstə, gücsüz... Kadirə qatlanırdı. Yoxsa hansı qadın öz ərini başqasıyla paylşardı ki. Bunu əvvəl başa düşmürdüm. Amma indi bunu başa düşəcək qədər böyümüşdüm...
    - İndi atandan qisas alırsan?
   - Nə?
  - Atan ananın üstünə arvad alıb gətirdi deyə indi sən atana dərs vermək üçün onun "arvadını" tovlayırsan?
  - Sən nə deyirsən Döndü?
  - Yalanmı deyirəm? - Xalıd çaşqın çaşqın gözlərimin içınə baxırdı-Elə deyilsə nə gəzirsən burda? Elə bilirsən buraya niyə gəldiyini bilmirəm? Nə zaman atan səni bura südə pendirə göndərib? Ayrıca, atanın buraya gəldiyindən xəbəri varmı? Yox. Əminəm ki, xəbəri olsa, hələ hələ mənim həndəvərimə dolaşdığını bilsə qıclarını  qırar. Hələ mən sizdə olanda səni mənim yaxınımda görmək istəmirdi. Məni səndən qoruyurdu. Və sən də bunu bildiyin üçün, atanı necə qıcıq etmək lazım olduğunu yaxşı bilirsən...
   Vıdır vıdır danışan dodaqlarımı  onun dodaqları susdurdu. Heç gözləmirdim də. Gözləmədiyim üçün də quruyub qalmışdım. Qovun   qoxuyan nəfəsindəki istilik bütün vücuduma yayılır, yağ kımı əriyirdim. Gözlərim xumarlanıb dodaqlarında məst olmuşdum. Ürəyimin çırpıntısı bütün vücudumdakı damarlarımı titrədirdi. Bəlkə də özü də məni məst etdiyinin fərqundəydi, dodağımdan qopmaq istəsə də təkrara dodaqlarıma yapışırdı. Bu anlar gözlənilməz və anidən olsa da heç bitməsini istəmirdim. Qovun qoxusu   məni məndən almışdı.
   Nəhayyət:
   - Səni  sevirəm Döndü... Bunu bil istədim. Lütfən ama lütfen səni sevdiyimdən istifadə edib atamdan qisas almaq üçün mənimlə oynma...
   - Nə deyirsən sən?
    - Az öncə bunları sən mənə dedin ya, sən dedin ya ananın qısasını almaq üçün atanın arvadını  seçmisən?
  - Ee, ne deyirsen ya?
   - Eyni şeyi deyirəm, sən də yaşamadığın uşaqlığın, məhv olmuş gəncliyinin, yıxılmış xəyallarının, ən əsası ananın qisasını almaq üçün ərinin oğlunu seçmisən. Yalanmı? 
   - Dəlisən sən- özümü tuta bilməyib üzünə şillə çəkmək istədim. Biləyimi havada tutub mənimlə nəfəs nəfəsə dayandı :
   - Sənsən dəli...
    Göz gözə baxışırdıq. İlahi bu gözlərdə nələr vardı. Sonsuz qisas, nifrət, ağıllı pılanlar,  güvən, məhəbbət, hörmət, ümid...
    Əlini boynuma salıb məni qucaqladı. Başımı sınəsinə sıxdı. Saçlarımdan öpdü:
    - Bax, görürsən Döndü... Ikımızın də düşmənimiz eyni adamdır. İkimizin də ürəyimiz qisas üçün çırpınır. İkimiz də bu qisası almadan rahat olmayacağıq. O bağlı qapıların ardında atamın 6.7  yaşında qızcığaza etdiyini mənim qanım götürmürdü Döndü. Elə bilirsən anam bilmirdi, görmürdü? Görürdü. Çarəsizdə axıra çəkilib samanları yumuruqlamaqla, əsəblərini soyudurdu. Bəs mən? Əlimdə əlac olsaydı qıymə qiymə doğruyardım o şərəfsizi. Amma onun belə asan can verməsini özümə bağışlaya bilməzdim. Onu damla damla çökdürmək, zərrə zərrə öldürməyə and içmişəm. Mənə kömək elə, yalvarıram. Bunu ikimiz birlikdə edərsək, ən gözəlini bacaracağıq. 
   - Mən yorulmuşam, atanla mübarizə aparacaq, düşmənçilik eləmək gücündə deyiləm. Mən sakit və rahat yaşamaq istəyirəm. Bircə buralardan çıxıb getsəm...
  -Gedəcəyik, bir dənəm, gedəcəyik. Bircə mənim əsgərlikdən gəlməyimi gözlə.
   - Əsgər gedirsən?
    - Hə... Sabah...
    Çöl qapının səsi ikimizi də diksindirdi. Pərdənin arxasından boylandım. Atam idi. Biraz əvvəl sağıb qapının yanına qoyduğum bidondakı südü Xalıdə uzadıb qapını açdım. Yüksək səslə,
   - Xalıd abi, keçən dəfəki südlərin də pulu hələ durur. Toplam  42 tl...
   XAlıq baş barmağını qaldırıb "oyunçuluğuma" "əla" işarəsi verdi. Pıçıltıyla.
  - Bax belə, bacaracağıq - dedi və səsini yüksəltdi:
 - Oldu, Döndü abla, hamısını yazıram dəftərə, narahat olma, gələn dəfə gələndə Fikrət abi  hamınızın pulunu verəcək. Hə bu arada haqqınızı halal edın. Mən sabah əsgər gedirəm, o üzdən özum gəldim, sizlərlə də halallaşım. Nə də olsa eyni təknədən  əkməyi paylaşmışıq. Salamünleykümümüz olmuş...
   - Haqqım varsa halal olsun, abi. - deyib arxadan Xalıdə yaxınlaşmaqda olan atama baxdım - Aa atam da gəldi. Xoş gəldin ata
  - Xoş gördük qızım-atam yorğun yorğun pıləkənləri çıxırdı. 
   - Ata,  xəbrin varmı? Xalıd əsgər gedir, bizimlə görüşməyə gəlmiş...
                8 
     Uzun zaman idi Xalıdlə gizlı və ümüdsiz bir eşq hekayəsi yazırdıq. Əsgərlikdən çoxdan gəlmişdi, kəndimizdə işiylə bağlı  süd pendir işlərinə özü nəzrət edirdi. Onun bizim kəndimizə gəlişi bizim qısaca da olsa görüşməmizə səbəb olurdu. Ürkək və həyəcanlı dəqiqələr yaşayırdıq. Bütün duyğularımızla sevgi dənizinə baş vurmuşduq. Aramızdakı münasibət  sevgi və sayğı cərçıvəsndən kənara çıxmırdı. Bütün gənclər kimi sevib sevilirdik. Nazlandırır, zarafatlaşır, kövrəldiyim anlarda başımı sınəsinə sıxır, təsəlli edirdi. Biz baxışlarımızla sevirdik bir birimizi. Uzaqdan uzağa baxışlarımız bizə gələcəyə dair vədlər verirdi. Gələcək bizim sonumuz idi. Bunu yaxşı bilirdik. Elə bu üzdən idi ki, gələcəyə dair xəyal qura bilmirdik. Normal insanlar kımı nə gələcək yuvmızdan, nə doğulacaq uşaqlarımızdan danışa bilidik. Sanki bir uçurum kənarındaydıq, əl ələ tutmuşduq, günümüzün, saatımızın çatmasını gözləyirdik. Biri bizi görsə, yaxalasa, bu uçurumdan atlayıb gələcək ölümümüzə qovuşacaqdıq. Ölüm bizim həyatımız, məzar yuvamız idi. Bunları bilə bilə görüşürdük, sonu necə olacaqdı bu iş, bilmirəm.
    Arada fürsət tapan kimi, çeşmənin yanıdakı su deposunun arxasında, ya da kəndin girişindəki tarlamızda, ya da kəndin ən yaşlı qadını Gövhər qarının samanlığında görüşürdük. Kimsənin gözünə görsənməmək üçün sarı sünbüllərin arasına çöməlirdik. Sünbüllərin səddinin pozulmasından atam taxıllığa birilərinin girdiyinindən  şübhələnmişdi. Atam əsəbləşir, söyüb batırırdı. Bilsəydi ki, o taxıllıqdakı Xalıdlə mənəm bizi qıymə  qıymə kəsərdi.
   Xalid atasından nifrət edirdi. Hər görüşündə atasının anasına zülm etməsindən danışır, və bunun üçün atasına sağalmaz yara vurmaq üçün bir fürsət gözlədiyini deyirdi. Bu məni çox qorxuzurdu. İstəmirdim sevdiyim insan belə kinli və ata qatili olsun. Bəzən hərəkətləri, danışdıqları məni şübhəyə salırdı. Elə bilirdim atasından qısas almaq üçün Xalıd  məni seçıb. Belə hallarda məni qucaqlayib, saçlarımdan öpərdi. Mənə şirin vədlər verər, biraz səbr etməmi istəyərdi.
   - Biraz səbr et, burdadan getməmiz için biraz pula və gedəcəyimiz yerdə işləmək  üçün dəstəyə ehtiyyacım var. Əskişəhirdə bir dostum var, ondan xəbər gözləyirəm. Daha doğrusu o məndən xəbər gözləyir. Mandra (ferma) işinə  başlayacağıq. Mənim ona ortaq olmaq üçün biraz pula ehtiyyacım var. Bunu atamdan istəyə bilmərəm. Atam buna imkan verməz. Atamın işçiyə, bir yönətiçiyə ehtiyyacı var ikən, məni buraxarmı?
   - Bəs nolacaq indi? Hara getsək atan bizi tapar. 
  -  Nolacaqsa olsun artıq. Ya atamın sərvətindən keçməliyəm, ya səndən. Heç nədən qorxmuram. 
   - Xalıd, eşq deyib bu yola çıxmışıq ama. Bir də fikirləş ki, biz getdik, bizi rahat buraxarlarmı?
- O üzdən elə bir yerə getməliyik ki, bizı heç kim tapa bilmesin. Dostum etibarlı adamdır bizi ələ verməz. Biraz onin evində gizlənərik. Ara skitləşəndən sonra  həyatımıza davam edəcəyik. Yox əgər görsək ki, alınmır ordan da qaçaçağıq Almaniyiya
  - Eləmi deyirsən?
   - Bəli, elə...
   - Ama bura Türkiyədir və qarşımızda da atan kimi zalım var.
   -Mən də onu deyirəm elə. Qorxma canım. Mənə inan, hər şey yaxşı olacaq, çətini viza alana qədərdir. Ona görə deyirəm biraz pul toplamaq lazımdır. Əsgər yoldaşımın atası Almaniyadadır Lazım gəlsə səni də götürüb Almaniyaya qaçacam.
    Xəyallar artıq məni Almaniyaya götürmüşdü. Yaşadığım şəhəri tanımayan mən, Almaniya küçələrində gəzir, uşaqlarımın əlindən tutub məktəbə aparır, ordan da Xalıdə dəstək üçünxəyalını qurduğum parnik  işinə gedirdim. Hələ balaca bir evimiz də vardı. Xalıdlə şirin və balaca evimizdə çox xoşbəxt idik. 
   ... Və 3 il sonra gözlədiyimiz vaxt gəlib çatmışdı. Xalıd Əskişəhər sevdasından vaz keçmişdi. Elə burdan bir başa birlıkdə Almaniyaya qaçacaqdıq. Çünkı burada atasının hər yerdə əli vardı. Hara getsəydik tapardı bizi. Hər şey planladaığımız kimiydi. Yolpulumuz da vardı, orada bir neçə aylıq kira pulumuz da, oturum üçün də pul ayırmışdıq. İş də problem deyildi. Hələlik orada dostunun atasının dönərxnasında köməkçi işləyəcəkdi. Sonra daha yaxşı bir iş tapınca, oraya gedəcəkdi. Di gəl ki, mənim sənədlərim qaydasında deyildi. Yenilənməli idi.
   Sənədlərimi yeniləmək üçün şəhər mərkəzinə getməliyəm. Atam isə buna etiraz edirdi.
   - Hardan çıxdı bu sənəd sünəd işi? Axı sənəd nəyinə lazımdır sənin ? Adın it dəftərində də keçmir, işə gedirsən, məktəbə gedirsən?sənəd sənin nəyinə lazımdır? Dövlət yoxlamır, bu həyatda varmısan, yoxmusan bilinmir. Otur oturduğun yerdə, boşuna məsrəf etmə.
    Məsrəfimi Xalıd qarşılayırdı amma, belə uzaq bir yerə təkbaşına gedəcəyimi atama deyə bilmirdim. Bəs atam məndən pulu hardan aldığımı soruşsa? Bu sənədi neyləyəcəyimi soruşsa? 
   Bu aralar, Kadir hələ də bizə gəlib gedirdi. Mən onun qeyri rəsmi arvadı olaraq qalırdım. Dəfələrlə, Kadir məni evinə aparmaq istəmişdi. Lakın, atam məni ona verməmişdi. 
   - Sən ən yaxşısı elə buraya gəl,  xanım Döndüyü qəbul edə, etməyə bu sual altındadır. Ən rahatı elə buradır.
     Kadirin atamın evində məni saxlamağı atamın işinə gəlirdi. Çünki, Kadirin hesbına bacılarımı ərə vermiş, onlara cehiz tutmuşdu. Özü əldən düşmüşdü. Ona məndən başqa baxıb qulluq edən biri yox idi. İndilik əli iş tutur, bəs sabah əldən düşsə? Bacılarımın ərləri iki dünya bir ola atama baxmazdı. Sevmirdilər atamı. Atamın tək ümüdi mən idim. Kadir yaşlıdır, bu gün sabah dünyasını dəyişsə mən oralarda tək  qalacaqdım. Rəsmi kəbinim və uşağım olmadığı üçünKadirin uşaqları və xanımı məni evdən qovacaq və mən ata evinə qayıdacaqdım. Bu atamın işinə yaramırdı. Mən Kadirin evinə getsəydim Kadir mənə özəl olaraq heç nə etməyəcəkdi. Amma atamın evində olsydım, mən Kadirdən bir şey tələb etməsəm də, atam ondan yaxşıca istifadə edə bilirdi.
  Kadir dəfələrlə ata yurdumda mənim özümə ayrıca ev tikmək istəmişdi. Lakin bu da atamın işinə gəlmirdi. Mənim ayrıca evim olsaydı məndən də əli üzüləcəkdi. Qorxurdu ki, Kadirdən sonra evimə arxayın olub  onun yanına getməyim, ona baxmayam. Atam məni özünə möhtac etməyi və hər yaşda onun əlinə baxmamı bacarmışdı. 
   Kadirlə uşağımız olmurdu, heç düşünmürdüm də, lakin Kadir məndən uşaq gözləyirdi. Zatən nəsilini artırmaq üçün evlənməmişdimi  mənimlə?
  Bir dəfə 15 yaşım olanda bacısı ilə məni həkimə apardı. Arıq cılız bir qız idim. Bu yaşda mənim ana olma istəyim həkimi təccübləndirmişdi. Hələ yoldaşımın məndən çox böyük olması onu heyrətləndirmişdi. 
   - Buraxın ana olmağı, siz hələ uşaqsız, rəsmi nigahı burax, heç bialoji olaraq cinsı münasibət üçün hazır deyilsiz . Hələ qeyri rəsmi ailə qurmusuz? Siz sğlığınızla və gələcək taleyinizlə oynadığınızın fərindəsiz?
   -... 
   - Baxın Döndü xanım, nələr yaşadığınızı bilmirəm,  amma piskolojik olaraq, siz bu evliliyə hazır olmalısız.bialoji olraq vücudunuz cinsel münasibətə hazır olmalıdır. Siz buna belə hzır deyilsiz. Mən bunu hiss edirəm. Baş düşürəm, bəlkə də ailənizin israrıyla bu evliliyə razı olmusuz. Buna təccüblənmirəm. Bizim buralarda bu normal haldı. Amma yoldaşınla aranızdakı yaş fərqi, inanılmaz dərəcədə çoxdur. 
    - İndən sonra heç nə edə bilmərəm... - ümüdsüzcə dilləndim.
   Baxın, mən sizə kömək etmək istəyirəm. Əgər siz istəsəz... 
   İçimdə bir ümüd közərdi, lakin  keçən dəfəki hadisələr gözümün önündə canlandı. Mən nə Kadirdən, nə atmdan qurtula bilmişdim. İndi də biraz daha çabalasam əlimə üzümə bulaşdıracaqdım.
   - Mən xəstələrimin ailə vəziyyəti ilə bağlı rapor etməliyəm. 15 yaşında bir qızın biriylə cinsəl münasibətdə olması qanundan kənardır.  Mən raporumda sizi göstərəcəm, bundan sonra dövlət sizə arxa çıxacaq, sizə heç kim heç nə edə bilməz. Dövlətimiz sizi sığınacağa yerləşdirəcək. 
   Vəziyyət əməlli başlı qarışmışdı. Kadirin bacısı, kımlıkdə səhvən mənim yaşımın az yazıldığını demişdi. Əslində guya yaşım 18 imiş. 
   Bəli beləcə məsələ uzandı. İş məhkəməyə qədər getdi. Mənim yaşımı bəlli etmək üçün məndən "gemik testi" (sümük analızı) istənildi. 
   Bir ay sonra testin cavabları açıqlandı. Guya mənim yaşım 15 yox 18 imiş. Sonradan bildim ki, analızlərə mənim şəkilsiz kimliyimlə  Kadirin 18 yaşlı qızını salıblar, bu dəfə də Kadirin pulları onu bu məsələdən sıyırıb çıxarmışdı. Azadlıqdaydı. Yenə mənim "dəlilik" raporumu ortarya atıb  6 yaşımdan Kadirin arvadı plduğumu inkar etdilər. ...
   Aləm dəymişdi bir birinə. Kadir mənim balaca olduğuma hirslənmiş, məndən vaz keçmişdi. Yenə həmişəki kimi, mənimlə problem yaşayan Kadir atama dava açmışdı. Bu dəfə son olduğunu, daha məni istəmədiyini deyirdi. Özümü kiralıq qul, nə bilim cinsel makina kimi hiss edirdim. Deməli Kadirin işinə gəldiyi zaman məni kiralayır, məni "işlədərək" atamın borcundan silir, işinə gəlmədiyi zaman məni atıb, atamdan borcunu istəyirdi. 
   Bu dəfə vəziyyət fərqli idi. Kadir vəziyyətinin pis olduğunu, ağır xəstəliyə yaxalandığını deyərək bu günün hesbını ötəyə saxlamaq istəmirdi. Atamı pulunu qaytarmaq üçün sıxışdırırdı. Atamın pulu yox idi. Amma mən vardım...
   - Bax qızım, 20 yaşına gəldin. Hələ də adını çəkən yoxdur. Hamı səni Kadirin arvadı olaraq bilir, yaşlıdır düzdür. Amma fikirləş ki, onunla yaşasan borcumuz bağlanacaq hələ üstəgəl ev eşik sahibi də olacaqsan. Mən də yaşlanmışam, gözüm arxada qalmasın.
  - Neyləyim ata, o məni istəmir, gedim nə deyim ona.
   - istəyər, niyə istəməsin ki, gül kimi, gəncəcik qızsan. Səni mən yaxşı tanıyıram quru və soyuqsan, ona görə o səndən məmun qalmır. Yoxsa hansı kişi gənc və gözəl xanımdan qaçar? Biraz naz satsan, hə? İşvə etsən? Hələ bir uşağınız olsa...
    Nə edəcəyimi bilmirdim. İki ildi qulağım dinc idi. Kadir gəlib getmirdi. Amma bu son günlər atamın təkidiylə yenə bizə ayaq açmışdı.
   Kadirin bizə gəlib getməsi Xalidi qıcıq edirdi. Həddindən artıq qısqandırırdı. Elə bir əsəb keçırırdı ki, onu öldürəcəyinə and içmişdi. Məndən sənədlərimi qaydasına salmağımı tələb edirdi. Amma mənim sənədlərim məndən və Xalıddən başqa heç kimin vecinə deyildi.
    Kadir bizə gəlirdi, düzdür. Aramızda cinsel bir şey qalmamışdı. Sanki istirhətə, dincəlməyə gəlirdi. Özünü nə qədər gənc kimi göstərməyə çalışsa da istədiyini əldə edə bilmirdi, alınmırdı da. Əvəzində bişirdiyim yeməklərdən yaxşıca yeyib - içər, şellənirdi.
   Beləcə həyatım ikili rol oynamaqla kecirdi. Ərli və sevgili qadın rolu. Özüm də bu oyundan yorulmuşdum. Özümdən iyrənirdim. Həyatdan soyumuşdum. Xalidin qısqanclıqlarına, Kadirin iyrənc oyunlarına təhamülüm qalmamışdı. Bilirdim ki, Kadir ölməyincə mənə hüzur olmayacaq. İkili rola girmək, məni bezdirmişdi. Bir tərəfdən vicdan, bir tərəfdən din- zina söhbətləri ruhumu çökəltmişdi. Ya ölməli, ya da tövbə etməliydim. Tövbə etmədən, bağışlanmadan da ölmək günahların ən betəriymış. Qərarımı vermişdim, Xaliddən ayrılacaqdım. 
   İki gün Xalidə bir daha onunla görüşməyəcəyimi demişdim ama... 
   ... Həmin gün Kadirin arxasınca o da gəldi. Kadirlə evdəydim. Qapını döydü. Qapını açdım. Onu qarşımda görüncə şok olmuşdum. İçəri göz gəzdirdi, bizi kimsənin görməyəcəyinə arxayın olub  qopumdan tutub məni özünə tərəf çəkdi. Ürəyim az qalırdı yerindən çıxa. Çənəmi tutub sıxaraq gözlərini gözümə zillədi. Gözlərindəki qıqanclıq, cəsarət və ehtiras məni məndən alırdı. Yüksəkdən süd və pendir almağa gəldiyini deyib, atasının evdə olub olmadığını sordu. Dili başqa danışsa da gözləri başqa danışırdı, yalvarır, məni görüş yerimizə səsləyirdi. 
   Kadir içəridən Xalıdin səsindən tanıyıb oğlunu yanına çağırdı. Xalıd içəri kecdi. Atası yer masasında ona yer göstərdi. Ata bala yeyib icdılər, iş gücdən uzun uzun danışdılar. Bu müddətdə gözləri yenə mənimlə danışırdı. Mən onun gözlərinin və baxışlarının dilini öyrənmişdim. O da mənim... 
   Kadir sofra başında mürgü vururdu. Xalıd işlərinin çox olduğunu deyib, qalxmaq üçün atasından izin istədi. Və qapıdan çıxarkən yenə baxışlar oynadı, fürsət tapıb üzümdən öpdü işarətlə məni görüş yerinə çağırdı.. 
   Öpüşü məni məndən aldı, ruhumu özüylə apardı. Özüm Kadirin yanında olsam da ruhum onunla idi. Kadir yuxuya gedən kimi gecənin o çağı özümü görüş yerinə atdım. Həmin gecə bütün ruhumla, bütün qəlbimlə, bütün vücudumla mən onun oldum. O gecə ilk dəfə qadın olduğum üçün Allahıma üsyan etmədim. Əksinə o gecə mən ilk dəfə qadın olduğumu hissetdim, qadın kmi xoşbəxt oldum. Elə bir xoşbəxt idim ki, xoşbəxtliyimdən ağlayırdım. O gecə anladım ki, nə o məndən, nə mən ondan heç bir zaman ayrımayacağıq. Bundan sonra da bu mümkün olan şey də deyildi. 
   Beləcə 5 ay kecdi. 
   Havalar soymağa başlamışdı. Payız mülayım keçsədə qışın çağrılmamış qonaq kimi anidən qapı döyməsi, kənd camaatını əl ayağa salmışdı. Qızğın iş gedirdi. Camaat xırmanını toplayır, bağ baxçasına əl gəzdirirdi.  Hər zamankı kimi, Kadirin traktorları kəndə dolmuşdu. Toplanmış meyvələr ayrı ayrı arabalara doldurulub fabriklərə göndərilirdi. Bu işə Kadir özü nəzarət edirdi. Odurkı,  gecəsi - gündüzü bizdə idi. 
   Bir sabah inəkləri sağıb evə gəldim, çayı ocağa qoyub sobanı yandırdım. Gecədən yoğurduğum xəmirləri yayıb, yağladım. Katmer hazırlayıb sobanın üstünə qoyduğum saca  atdım. Yaydan hazırladığım motalı açanda, pendirin qoxusu məni vurdu. Ürəyim ağzıma gəldi. Öyüyərək  bayra qaçdım. Bu zaman Kadır içəri otaqdan bayra çıxırdı. Oyüyüb qusmağıma alışqın olduğu üçün bu öyüməm ona təcüüblü gəlmədi. Əksinə mənimlə dalğa geçırmiş kimi :
  - Nə oo Hatun? Yoxsa burada sənə  birimi toxundu? Valla, xatun, and içirəm, əminəm, sənə toxunan mən deyiləm, cünki mən bayaqdan içəridəyəm. İndi qalxdım gəldim. De kim toxundu sənə? 
   Kadirə tərs tərs baxıb özümü çölə atdım. 
   Çöldə armudun dibinə cağha cağ istihfa edincə ürəyimin dərinliklərini həyəcan bürüyürdü. Həyəcanım həm qorxudan idi, həm sevincdən.  Qorxurdum, özümdə bir dəyişiklik hiss edirdim. Deyəsən hamıləydim. Bu hamıləliyə hazırmıydim?  Hazırdım. Dünyanın ən gözəl duyğusuna baş vururdum, ana olacaqdım. Amma qorxurdum... Bundan sonra pis şeylər olacağından qorxurdum. Ama bundan sonra nə olursa olsun deyə ürəyimdə özümü təsəlli edirdim. Sevinirdim, ona görə ki, bətinimdəki bu varlığın atası  sevdiyim insan - həyatımın mənası Xalıd idi...
                       9 
   Kadirin üstünə gün doğmuşdu. Mənim hamılə qalmağım onun üçün bur sürpiriz idi. Həm şaşırmış, həm də sevinirdi. Bütün günü nazımla oynayır. Bir dəqiqə də məni tək qoymur, əlimi ağdan qaraya vurdurmurdu. Ev işlərinə köməkci tutmuşdu. Zəhmətə alışqın olduğum üçün xanımlıq etmək məni sıxır və yorurdu. Bütün təsərrüfat işlərini Xalidə və digər oğluna tapşırıb özü yanımda qalırdı. Məni maşına mindirib getmədiyim, görmədiyim yerlərə aparırdı.elə bu üzdən idi ki xanımı bizi çox qısqanırdı. Günaşırı bir bəhanə edib gələr qırğın salıb gedərdi. Ona deyəcək, onunla danışacaq bir şeyim yox idi. Yalvarırdım ki, sən allah al ərini də get qapımdan. Kimə deyirsən. Elə bolirdi ona acıq vermək üçün belə deyirəm. Daha da qızəşırdı. Mənim belə eləməyim Kadiri  dəliyə döndərirdi.
   - Yoxsa məni bəyənmirdən istəmirsən? Məni özün öz əlinlə Fərxundəyə itələyirsən?
   Ferhxunde xanımdan iki oğlu 1 qızı vardı, and içib deyirdi ki, heç o uşaqlarının doğulmasına bu qədər sevinmirmış. Deyirdi heç Fərhundəni də sevmir. Onunla evlilik xətrinə evlənib.
   - Zalımın qızı, səni alana qədər atan donumu da əlimdən alıb. Sənə bir sərvət vermişəm. Ona nə vermişəm. O sərvətə gəlib, sən mənə. Səni bu yaşa özüm gətirmişəm, istədiyim kimi yetişdirmişəm. Ayı armudla oynayar kimi qoxlamışam, oynamışam, yemişəm. Hələ mənə naz edirsən?
   Canım istədiyi və məmləkətdə tapılmayan şeyi Ankaradan, İstanbuldan, Antaltyadan tapıb gətirdirdi.
    Ata olmağının sevincinə məni şəhər mərkəzinə apardı. Sənədlərimi yenilədi. Notarusda 25 hektarlıq tarlasını mənə - yəni yeni doğacaq övladına etibar etmişdi. Həyatımda hər şey yolunda gedirdi. Bu həyatın arzusunda idim. Amma Xalidlə... 
    Kadirin bu etdikləri mənə əzab verirdi. Vicdanım məni rahat buraxmırdı. Həqiqəti ona demək istəsəm də Xalidin mənə qarşı dəyişməsi bu cəsarəti məndən alırdı. İçim içimi yeyirdi. Xalid əvvəlki Xalid deyildi. Nə görüşə gəlirdi, nə əvvəlki kimi məni görməyə can atırdı. Əvvəl fikirləşirdim ki, atası mənimlə qaldığına görə şübhə doğurmaq istəmir vəya qısqanır, hirslənir. Lakin sonradan hiss edirdim ki, məsələ başqadır. 
   Kadir bəzən atmacalar atıb "kız şimdi bu çoçun babası benmiyim" deyib məni başdan ayağa süzürdü. Sonra da "başka kim olacaq qanı qanımdandır" deyir qəlbimi qırdığı üçün üzür istəyirdi. Son zamanlar bərabər olmadığımızı dəfələrlə üzümə vurmuşdu, lakin başqa bir şey də ağlına gətirmək istəməyib o dəqiqə də üzür istəyirdi. Nə olacağını, bundan sonra nə baş verəcəyini düşünmürdüm də. Mən hər şeyə hazır idim. Sənədlərim də torpaq məsələsində yenilənmışdı. Bir qalırdı Xalidlə burdan qaçmaq.
   Əvvəllər sənədlərimi qaydasına salmağı israrla istəyən Xalid indi nədənsə məsələdən bir bəhanəylə sıyrılırdı. İndi də düşmüşdü üstümə ki atasıyla danışım, sağlığında mallarını uşaqları arasında bölsun. Deyirdi ki, atasından ona düşən torpaqları satıb  birdəfəmlik gedərik. Əks halda gedib o qürbətdə səfil günündə yaşayacağıq. Deyirdi amma danışığındakı, hərəkətlərindəki saxtakarlıq da özünü biruzə verirdi. Xalidin sözü ilə özü bir birini tutmurdu. Hiss edirdim ki, onu nə mən maraqlandırıram , nə uşağı.onu ancaq atasının malları maraqlandırırdı. Hamilə olduğumu eşidəndə də qəribə hala düşmüşdü gah qəhqəhə çəkib  gülmüşdü, gah divarı yumuruqlayıb atasıyla danışırmış kimi ondan qisas aldığını deyib atasını söyüb lənətləmişdi. Gah da anasıyla danışırmış kimi "sənin qisasını almaq üçün yaşayıram ana, rahat yat" - deyirdi. Onun bu qəribə hərəkətləri məni qorxuzurdu. Bəlkə doğurdan da o atasından qisas almaq üçün məni seçib? Bəlkə o məni sevmək üçün yox, qurban üçün seçib. Sözündən belə çıxırdı ki, mən də onun düşməniyəm. Mən istəsəm də, istəməsəm də anasının üstünə günü gəlmişəm. Xaliddən çox şeylər eşidib hiss edirdim amma, bu qədər ili mənə qarşı belə kin saxlamağını ağlım almırdı. Axı o əvvəl deyirdi ki, sənin də qisasını alacam. Atam sənin xəyallarınla oynayıb, gələcəyini məhv edib. Bəs indi dəyişən nədir? İndi böyüdüm və hələ də onun atasıyla bir yerdə yaşamağa məcburam deyə məni bir qələmə silir? Əgər belə idisə bu uşaq nədir?niyə bu uşağın dünyaya gəlməsini istəyir? Verdiyi vədlər nədir, qurduğu xəyallar nədir? Niyə mənə ümüd verirdi,iniyə qaçmağımızı istəyirdi ki? İndi dəyişən nədi? Mənim ana, onun ata olmağı? Yoxsa qorxu? Mən hər şeyi gözə almışdım. Lap yeri gəlsə özüm öz əlimlə Kadiri öldürə bilərdim. Buna hazır da idım, plan da qurmuşdum. Gözüm elə dönmüşdü ki. Sevgi gözümü necə tutmuşdusa üzümə qarşı deyilən, qulağım eşitdiyi sözləri mən ora bura yozurdum. Xalidin məni atacağı, bu münasibətdən peşiman olacağını ağlıma sığışdırmırdım. Xəyalım onunla buralardan getmək, Amaniyada xoşbəxt və sakit yaşamaq idi...
   Və beləcə 8 ay tamam oldu.  Doqquzuncu aya keçmişdim. Ayımın günümün içindəydim. Kadirin atamın həyətində  mənim üçün tikdirdiyi iki mərtəbəli evə üç gün idi köçmüşdük. Yeni mebellər, hələ o vaxt heç kimin evində olmayan paltaryuyan maşını İstanbuldan özəl olaraq gətirtmişdi. Bütün bunlar gözümdə deyildi. Tək istəyim Xalidlə övladını qovuşdurmaq, çıxıb buralardan getmək idi. Xalid isə yox idi. Heç kəndə süd üçün də gəlmirdi. Başı nəyəsə bərk qarışmışdı. Məni də, bətnimdəki pvladını da unutmuşdu. Xaliddən ancaq Kadirin vastəsiylə xəbər tuturdum. Onda da Kadir Xalidi asıb kəsirdi.eşitmişdim ki, qonşu rayonda əxlaqsızlıq edən bir qadınla münasibət qurub. Qısqanclıqdan ürəyim partlayırdı. Ancaq nə edəcəyimi bilmirdim.əlimdə əlac olsaydı gedib Xalidi onqadımın evindən çəkər çıxardar üzünə tüpürərdim. Xalid olmayanda beləcə onu asıb kəsirdim. Di gəl ki üz üzə gələndə ürəyim yuxayır, dilim qarnıma girirdi. Ağlamaq məni tutur, o da öpüb sevrək könlümü alırdı. Onun bir öpüçünə, iki kəlmə sözünə  həyatımı verərdim.
  Kadir Xalidin nankor övlad olduğunu deyir, atasının üzünə ağ olduğu üçün asıb kəsirdi. Atası dəfələrlə xalidi gedib o qadının evindən çıxardığını deyirdi.
   - Mənim bütün qazancımı pavlyon qadınına yedirir. Gəl evləndirim səni, oğul uşaq yiyəsi ol deyirəm, evlənməm deyir. 
   Vaxt daraldıqca ürəyim az qalırdı dayansın. Uşaq doğulsaydı xarıcə qaçmaq daha da çətin olacaqdı. Uşağın sənədində  atası Kadir yazılacağı üçün, xaricə çıxmaq üçün Kadirin imzalı kağızı lazım olacaqdı. Kadir nə deyə mənə sənəd verəcəkdi ki? Odur ki, uşaq doğulmadan buradan qaçmaq lazım idi. Kadır şəhərdən kənara çıxdığı zamanlar Xalidlə görüşəndə də elə bu mövzuda tez tez davamız düşürdü. Hələ də mənə ümüd versə də dediklərindən özü də qərarsız idi. 
   - Elə bilirsən getmək asandır? Gedib nə iş görəcəm orada? Gözləyirəm atam hisslərimi versin, satım gedək.
  - Vermək istəmir də. Deyir nə zaman ölsəm bölərsiz.
   - Sən də heç hərəkət etmirsən. Hər şeyin çözümünü məndən gözləyirsən. 
  - Neyləməliyəm ki? 
   - Sən sən olsan atamla danışarsan. Madəm atam sənin üçün ölür, hələ bu uşağa belə sevinir, niyə istifadə etmirsən ondan? 
  - Axı neyləyə bilərəm ki. Mən atandan qaçmaq istəyirəm, sən məni onunla bərabərliyə məcbur edirsən. 
   - Heç olmasa atamın torpaqlarını al əlindən. Bizə vermirsə verməsin. Kimə qalacaq? Fərxundənin uşaqlarına? Zatən Fərxundə atamın sərvəti üçün gəlməyib? Yoxsa onun iy verən bədəninə mi vurulub? 
  - hər nəyə gəlibsə gəlib. O onun kəbinli arvadıdır, mən kiməm ki? 
-Kimsən? Bəs nə gəzirsən onun yanında? Başa düşmürsən, Döndü?  Atam sənin üçün ölür. Hələ bu uşaq olandan sonra sənin üçün nələr edir. Bəs sən niyə ondan istifadə eləmirsən? 
-Qəribə danışırsan, nə istifadə edəcəm ee... 
- Biraz işvə, biraz naz... Nəyi var nəyi yox alacaqsan əlindən... 
   - Bu qədər asanmı? 
   - Həm də çooox... Heç bilirsən atam sənin üçün nələr edib? Atam səndən vaz keçsəydi atana o qədər xərc cəkərdi? Sənə çəkdiyi xərcə 5 arvad alardı ee...  Bır kəndi satın alardı. O qədər məhkəmələr gözaltılar... Hansı kişi bunlara qatlanardı? 
  - Nə edəcəm indi? 
  - Alacaqsan hər şeyini, satacaqsan mənə, mən də başqasına. Qaçaçağıq 
   - Bu atana ikiqat xəyanətdir! 
   - İlkdir bəyəm?
   - Nə demək istəyirsən? Bu sözünlə məni də vicdan əzabına soxursan, Xalid. Atana xəyanətə ikimiz bərabər başladıq, bu yola bərabər çıxdıq. 
   -  Bərabər də davam edəcəyik. Öldürə bilmərəm atamı? Elə götürərəm ki, heç tükü də inciməz. Amma elə istəmirəm. Onu göz görə görə peşiman etmək istəyirəm. Ona aldığı nəfəsi belə haram edəcəm. Sən özünü  günahkar saya bilərsən. Amma mən belə zövq alıram. Anamın üstünə gətirdiyi qadın mənimdir artıq. Bundan böyük, bundan ağır zərbə nə olar o alçağa? 
   - Məni qorxuzursan. Bəzən belə başa düşürəm ki, ananın qısasını tək atandan yox, məndən də alırsan...
   - Yoox. Əksinə sənin qısasını da ondan alıram. Bir körpənin xəyalları və həyatı ilə oynamaq nədir görsun. Sən gənc qız ola bilməzdin?  Qızlar kımı sən də sevib sevilə bilməzdin? Gəlinlik geyib xına sürə bilməzdin?  Yadınddır otağından qusa qusa çıxıb qaçmağın? Yoxsa unutdum bütün bunları?  Niyə məcbur idin bütün bunları yaşamağa? Elə bilirsən bu sondur? Hələ o şərəfsizə mən nələr edəcəm nələr....
    Xalidin istəklərini həyata keçirirdim. Nə deyirdim Kadir onu edirdi. Kəbinim olmadığını, sabah ona bir şey olunca Fərxundənin mənə və uşağıma bir şey verməyəcəyini, bizi ortalıqda qoyacağını bəhanə gətirərək ondan bir şeylər qoparmışdım. Artıq dağın yamacındakı 50 hektarlıq meyvə bağı, qonşu kənddəki mandra ( ferma)  mənim idi. Və təbii ki, bütün bunlar heç biri gözümdə deyildi. Hər şey sevgim üçün, uşağımın atası Xalid üçün... 
   Bəli atrtıq istədiyimi etmışdım. Hər şeyə hazır idik. Bir qalırdı notarisa gedib malları Xalidə "satmaq" ordan da qaçmaq...
   Kadirin əsas mallarını mənə bağışlaması Fərxundəyə od qoymuşdu. Demək olar ki, hər gün qapımda idi. Gəlib saçlayıb, döyüb gedirdi. Elə bu üzdən idi ki, Kadir son günlər  məni heç tək qoymurdu. Bu da mənim işlərimi axsadırdı. Onun evdə olması mənim Xalidlə görüşməmi əngəlləyirdi. Onsuz da canım burnumda idi, doğum yaxınlaşdıqca, vaxt daralırdı. Əlim qolum bağlı qalmışdı. Xalid məni tələsdirir ama mən heç nə edə bilmirdim.
   Nəhayyət bir gün Kadir fermaya getdi. Xalid də atasının fermada olmasından xəbər tutmuşdu. Odur ki vaxt itirmədən gəldi, görüşdük. Maşınına mindirdi, Şəhər mərkəzinə gəlib nə var nə yox bütün satışları Xalidə etdim. Adıma olan hər şeyi Xalidə bağışladım. Daha evə qayıtmağın adı yox idi. Ordan da bir başa İstanbula, İstanbuldan da Almaniyaya qaçmalıydıq. Elə bu məqsədlə yaxınlıqdakı otelə yerləşdik. Yemək yedik, otağımıza keçdik. Xəyallar havalarda idi. Əini qarnıma qoyub ilk dəfə idi ki övladıyla danışırdı. O gecə bizdən xoşbəxti varmıydi? Yox...
   İstanbula gedər getməz evliliyk üçün baş vuracaqdıq. Evlənib uşağımız olduqdan sonra Almaniyaya gedəcəkdik. O zamana qədər əlaltdan mallardan satacaqdı.
   Səhər Xalıd bilet almağa gedəcəyini deyib qapıdan çıxarkən qapıda Kadir və Fərxundənin qardaşıyla rastlaşdıq...
   Bütün planlarımız alt üst olmuşdu. Basılmışdıq. İnkar edəcək bir şey yox idi. Hər şey gün kimi ortadaydı.... 
     Xalidlə Fərhundənin qardaşı əlbəyaxa oldular.  Xalid fürsət tapıb kişinin əlindən qaçmışdı. Ama yaralı olduğunun da bilirdim. Cünki, Fərxundənin qardaşı cibindən çıxardığı bıçaq Xalıdın sağ böyrünə  saplanmışdı. Kadir qızmış nərə dönmüşdü. Məni şillə təpiyinin altına salmışdı. Otel işçıləri məni onun əlindən ala bilmirdilər. Və döyülməyə və bətinimdən tutan ağrılara dözə bilməyib özümdən keçdim. 
   Gözümü açanda xəstəxanadaydım. Qarnım sankı ağır bir yükdən qurtulmuşdu. Yükümün yüngülləşdiyini hiss edən kimi əlimi qarnıma apardım. Bəli, qarnım yumuşalmış, şar kimi boşalmışdı
   - Bəbəyiiimm!!! - Deyib nalə çəkdim.
   Qız mı doğmuşdum, oğlanmı olmuşdu bilmirəm. Uşağımın öldüyünü dedilər mənə, ama balamın ölüsünü də göstərmədilər. 
    O gündən Xalid yoxa çıxmışdı. Kadir Xalidlə birləşib ona xəyanət etdiyimi, bütün üzərimdə nə var nə yox Xalidə bağışladığımı bilmişdi... Məni və Xalıdi məhkəməyə verib bizə təzminat davası açmışdı. Nəyim vardı ki Kadirə nədə də verəm. Saplaq kimi boğazım əlfə qalmışdı. Məhkəmə sürəcində aydın olmuşdu ki, Xalid xarıcə qaçıb. Mən ortalıqda, carəsiz vəziyyətdə qalmışdım. Xalid bütün güvənimi qırmış, etibarımı yıxmışdı. Xalidə yox özümə əsəbləşirdim. Axı mən bilə bilə ki o atasından qisas çıxmaq üçün mənfən istifadə edir, mən niyə ona güvənirdim ki...
   Məhkəmədə Xalidə inandığımı və inandığım üçün də aldandığımı deyərək özümə bəraət qazanmaq istədim. Dövlətin mənim üçün ayırdığı vəkil mənim 6 yaşından bu yana Kadir tərəfindən cinsel təcavüzəm məruz qaldığımı, ailəmin məni öz xeyirləri üçün həyatımı istismar etdiklərini və bütün bu yaşananlardan sonra mənim piskolojik travma keçirməyim, ruhi xəstəliklər  xəstəxanasında dəfələrlə müalicə almağım, və bütün bu yaşananalardan sonra kimsədən komək istəməyim, Xalidə  inanmağımı normal hal hesab  edərək məhkəmədən bəraitimi istədi. Məhkəmə dolandırıcılıqda suç ortağı olduğumu və sonucda bütün bunları piskolojik travma kimi dəyərləndirərək məhkumluğumu 4 il 6 aydan 2 ilə yendirdi...
  Türmədən çıxıb ata evimə gələndə lələ köçüb yurdu qalmışdı. Atam bu biabırçılığa dözməmişdi, ölmüşdü. Onsuz, da tökülüb gedən köhnə dədə baba evimiz baxımsızlıqdan yıxılmışdı. Grdəcək, qalacaq yerim almamışdı. Səfil günə qalmışdım.  Kadir mənim üçün  tikdiyi evi traktorun qabağına verib sökmüşdü.
  Bacılarım məndən üz döndərmış, kəndin qadınları məni daşa basmışdılar, kişilər pis pis söyüşlərlə cəmdəyimə söyürdülər.  Daha burasda qalmağın adı yox idi.  Şəhər mərkəzinə gəldim. Burada məni yeni həyat gözləyirdi. Əgər buna həyat deyilərdisə...
                         10 
   O ili bahar erkən gəlmişdi. Fevralın ortaları olmasına baxmayaraq martın son havasını yaşayırdıq elə bil. Bəlkə də qurban olduğum mənim acınacaqlı vəziyyətdə olduğumdan günəşin üzünü açmışdı kı, soyuqdan küçələrdə donmayım. Baharın isti havası canımı qızdırır, axşamları yeni, tikintisi bitmək üzrə olan bınaların yanındakı parklara çəkilər, oradan  binanı gözətləyərdim. Gözətçi mürgüləyən kimi özümü bitmək üzrə olan  otaqlarından birinə atardım. Hardansa köhnə bir adyal tapıb arxama asdığım  çantamın içındə gizlətmişdim. Gecələr ona bürünüb yatırdım. Xəstələnmirdim də. Türmənin ağır həyatı və soyuq havası  məni hər şeyə hazırlamışdı. 
    İlk günlər mərkəzdəki kafelərdə günlük təmizlikçi və ya  qabyuyan işləyirdim. Hətta bir binada da qapıcı otağı kiralamışdım. Kafedən işdən gələndən sonra gecələri qaldığım binanın təmizliyini edirdim. Fəqət, məni işə alan kafelər və bina sakinləri sabika kaydımda mənim dələduzluq maddəsiylə içəridə yatdığımı gördükdə mənimlə işləmək, məni binalarına qoymaq istəmədilər.  İşdən bir qadının məsləhəti ilə bələdiyəyə də iş üçün baş vurmuşdum. Hələki tık da  yox idi. Bələdiyədən xəbər gələnə kimi başımı bir yerdə girələməliydim. 
   3 aydır küçələrdə səfil həyatı sürürdüm. Artıq hər şeydən əlim üzülmüşdi. Günlük tapdığım işdən gələn qazancımla, o da olmayanda zibil qutularının yanından asılmış  bayatlaşmış börək-çorəklə keçinirdim. Bircə başımı soxmağa yerim olsaydı... 
   Bəzən özümə elə hirslənirdim ki... Axı mənə nə lazım idi eşq-meşq? Nəyimə yaraşır axı? Allah körpəliyimdən üzümə gülməmişdiysə mən niyə pir deyib Xaliddən mədəd umurdum? Nəyim əskik idi? Naşükürlük etmişdim bilirəm. Allahın mənə buyurduğu qismətə təpik atmışdım ki, Allah da indi məni küçələrdə, sahibsizliklə sınayır. Allahın qisməti?  Bu qismət idi, yoxsa ailəmin düz qoşu? Yaxşı, bəs mənim günahım nəydi? İstəmədiyim həyatdan iyrənmək? 6 yaşımda ərə getməyim  Allahınmı qısmətiydi, ya ailəminmı istəyiydi? - deyə  allaha üsyan etdiyim günlərim olmuşdu- Bəlkədə Xalidlə aramızda yaşananlar heç məhəbbət deyilmiş, bəlkə də çarəsizlik, bəlkə sevgisizlik, bəlkə bu murdar həyatımdan qurtuluş yolu idi? Xalıdin də məqsədi ən başından bəlliydi zatən. Bunu hər görüşündə də deyirdi ki, anamın qisasını almaq, atama gözləmədiyi zərbəni vurmaq istəyirəm. Sadəcə mən axmaqlığıma, korluğuma salmışdım. Xalidin məni atasına alət edəcəyi  ağlıma belə gəlməzdi. Hələ də belə fikirləşirəm. Hələ də Xalid niyə o zərbəni tək atasına yox mənə də vurdu? Axı mənim günahım nəydi? 6 yaşımda onun anasının üstünə mən bilərəkdən getmişdim? Bəyəm o özü görmürdü ki mən o evdə nələr çəkirəm? Atasından necə iyrənirdim özü şahid idi axı. Hələ də Kadirin sifəti, vücudu yadıma düşəndə ürəyim ağzıma gəlirdi . Amma fikirləşəndə ki indi küçələrdə qalmışam Kadirə də pənah aparmaq istəyirəm... O zaman Kadir yaşlı olsa da, ondan iyrənsəm də başımı soxacaq isti yuvam var idi. İndi elə vəziyyətə qalmışdım ki, bəlkə də Kadirdən də yaşlı bir kişiyə razı olardım. Təki məni küçələrdən qurtaran biri olsun. Ya da hər hansısa bir çinayyət törədib, ya oğurluq edib təkrar içəri düşməyi çox  istərdim. Di gəlki, Kadirin iyrənc tüklü sifəti, danışarkən ağının köpüklü tüpürcəyi ağlıma gəlincə tez bu fikirimdən daşınırdım. Elə bilirdim bütün kişilər belə iyrənc olur. Fikirləşirdim ki elə ən yaxşısı  elə içəridə yatmaqdır. Dövlətin verdiyi bir kasa isti çorbanı içırsən, sıxəcı da olsa yartmağa, qalmağa yerin var. Ooohhh nə ala... Bəs içərinin işgəncəsi? Nəzarətçılərin kobudluğu, koğuş - ağanın pul yemək üçün dustaqları sıxışdırması?  Mənim nə arxamca gəlib gedənim vardı, nə yemək gətirənim, nə pul verənim. Bəyəm koğuşdakılar mənə baxmaya məcbur idilər?  Pulun gücünü indi başa düşürdüm. İçəri düşənə qədər mən pulun nə olduğunu bilməmişdim. Çörək əldən, su göldən...  Hər şey ağaıma gəlirdi. Kadir məni və ailəmi ehtiyyac içərisində buraxmırdı. İndi küçələrdə qalmışam. 
  Üç ay idi ki, parklarda, vağzallarda gecəlyirdim. Əlimə düşən pulla şəhər hamamına gedər yuyunar, zibil qutularına atılmış paltarlarla əynimi dəyişərdim. Əsil dərd bilirsiz nə idi?  Qadın halı olduğum zamanlar. Marketdən ped oğurlayarkən kişi satıcıya  yaxalanmışdım. Vəziyyətimi başa salarkən, xəcalətimdən  ölüb yerə keçmişdim. Həmin satıcı məsələni ağartmadan öz pullarıyla mənə ped alıb vermişdi. Üstə gəl də alt paltarı. 
   Bir neçə gün idi bir parkda məkan tutmuşdum. Parklarda oturmaq mənə sərf edirdi. Uşaqlarını oynamağa gətirən analar uşaqlara gəyirdiyi atışdırmalıq və ya meyvə sularından qalan artıqları oturaqlarda, ya da yaşıl çəmənliklərdə qoyub gedirdilər. Bunlar mənim günlük ruzim idi. Şəhərin səmt bazarlarından topladığn tərəvəzlər və meyvələr məni ac qoymurdu. Hələki hər şey yaxşı idi. Havanın indilik xoş olması işimə yarayırdı. Amma bu belə olmazdı. Mənə qışı keçirməyə ev lazım idi... 
   Neçə gün idi ki parlka bir qadın və bir qız uşağı gəlirdi. Bütün fikirim onlarda idi. Qadın uşaqla çox diqqətli davranırdı. Hərəkətlərindən o qadının bir yabançı və bu qızın dayəsi olduğu hiss olunurdu. Bir uşağın dayəsi varsa demək bu  uşaq varlı yerin uşağıdır. Bəlkə şansımı yoxlayım? Ağlımə hər şey gəlirdi. Hətta uşağı qısa müddətə qaçırıb ailəsindən pul istəmək belə... Heç qorxum yox idi uzaq başı yenə içəri atacaqdar. Burada azadlığım vardı düzdür. Ac qalmırdım. Amma evsizlik məni canımdan bezdirmişdi. Orada azadlığım əlimdən alınacaq düzdür, ama yağış başıma yağmayacaqdır. 
     Elə bu məqsədlə, bir kənarda çəmənlkidə oyuncaqları ilə oynayan qızcığaza yanaşdım. Məqsədim onu aldadıb bir kənara çəkmək idi. Dayə qadının başı yaxınlıqdakı masada  qıza kıçık süfrə açmağa qarışmışdı. 
   - Necəsən kiçik xanım? 
  - Yaxşı. 
   - Məni tanıdın? 
  Uşaq başını qaldırıb mənə baxdı. Sol qaşının üstündəkı alnındakı qəhvəyi ləkə diqqətimi çəkdi. Ola bilməz! Bu ləkədən atamda da məndə də var. Eyni yerdən. Bir də atam da, məndə də boynumuzda iri qara xal var.  Nənəmi  görməmişdim ama, eşitdiyimə görə nənəmdə də belə xal və  ləkələr olub. Ürəyim həyəcanla titrədi. Qızın saçlarını sığalladım. Məqsədim boynuna tökülmüş saçları kənara cəkib təxminimi yoxlamaq üçün qızın boynuna baxmaq idi. Qoymadı. Əlimdən çıxıb dayəsinin yanına qaçdı. Dayə həyəcanla mənə baxdı. 
    - Bir şey yox xanım. Qorxmayın. Mən sadəcə kiçik xanımı biraz sevmək istədim. Neçə vaxdır mən də burda oluram təsadüfən. Xoşum gəlir bu qızdan. Nəsə qanım qaynadı.Bağışlayın. 
   - Başa düşdüm. Amma belə ani hərəkətlər Necla hanımı qorxuzur. 
   - Bağışlayın, üzür istəyirəm. Haqlısınız. Bir daha olmaz.
   Qadın Neclanı kürsüdə oturdub qarşısına kağıza büküymüş börək qoydu. Qız bir gözü məndə iştahsız halda börəkdən bir dişlək aldı.
    -  Qorxma qızım. Abıa seninle oynamaq istəmiş sadəcə. Elə. Deyilmi, ablası?
   - Tabii canım. Kiçik xanım çox şirin bir qız, özümü tuta bilmədim. Saçlarına tumar çəkdim.
   - Necla, yeməyini ablayla paylaşırmısın? Süfrəmizə dəvət edəlimmi ablayı?
   Neçla başıyla təsdiqlədi
   - Sağol kiçik xanım. Allah razı olsun.
   - Buyurun - qadın əlindəki börəyi mənə uzatdı. Utana utana börəyi aldım. Bayaqdan bu qızcığaz haqqında düşündüyüm xain plan məni xəcalət tərinə boğmuşdu. Ürəyimdə allahıma min kərə şükür edirdim ki, nə yaxşı ki, anı qərar verib hərəkət etməmişəm. Demək ki, dünya yaxşılardan xalı deyil. Bir dayəsi belə sıxavətli insandırsa, gör sahibi neçə əli açıqdır. Bəlkə mənə kömək edər, iş ev gapa bilərəm.
   - Çox sağolun. ALLAH RAZI OLSUN.
   - Rica ederim. Nə demək? Sizi tez tez görürəm. Yəqin ki buralarda qalırsız?
   - Aha... Bəli burada...
 Əlimi camiyə tərəf uzartdım:
   - O caminin yaxınlığında..
   - Biz də bu tərəfdə. Uşağınızı oynamağa gətirirsiz yəqin, hansıdır?-deyə qadın biraz aralıda oynayan uşaqlara baxdı.
   - Yox, heç kimim yoxdur. Heç uşağım da... ƏSlində bir uşağım oldu, amma ölü, yarım qalan uşaqlığım və gəncliyim kimi analığımı da yaşaya   bilmədim - bu kəlimələri demək nə qədər ağır idi...
  - Ahh canımm... Nə yaşınız var ki canım... Yenə ana  olarsız...
   - Çətin.. 
    - Qız idi, oğlan?
   - Bilmirəm. Qalsaydı elə Necla yaşlarındaydı... - Deyib qızın başını sığalladım. Gözüm alnındakı ləkəyə ilişib qalmışdı - kiçik xanımın alnındakı ləkə diqqətimi çəkdi. Məndə də var bu ləkədən, atam və nənəmdə də olub. Maraqlı gəldi. İnanmırsız baxın- deib alnımdakı yaylığı yuxarı çəkdim - hətta boynumuzda da qara xal var. Baxın - sağa sola baxıb kimsənin bizi görməyəcəyindən əmin olduqdan sonra başörtümü yuxarı çəkib qadına xalımı göstərdim. Qadın çaşqın halda uşağın saçlarını başının ortasında topladı. Bəli yanılmamışdım. Bu qızın da boynunda  belə bir xal var idi. Bəli bu ədər təsadüf ola bilməzdi. Demək bu uşaq bizim nəsilimizdən idi. Amma kimdir? Mənim tanımadığım zəngin qohum əqrabamızmı var?  Bəlkə atam şəhərə işləməyə gedərkən...  Ağlıma hər şey gəlirdi. Amma bu qızın mənim doğma balam olduğu ağlıma gəlməzdi  heç. 
    - Xanım, bu xaldan bu uşaqda da var... 
   - Bəli... Mən də çaşıb qaldım... Bu uşağın ana - atası  kimdir? 
    - Selahəddin bey və Sevdagül xanım...
   Adlar tanış gəlmədi. Bizim belə bir qohumlarımız olmayıb, heç eşitməmişəm də. 
    - Allah allah... Hələ də məəttəl qalmışam bu qədər təsadüfə. O adları heç eşitməmişəm, ama bu işarətlər məni çaşdırıb. Bu xallardan hətta əmim oğlunda da var. Bu bizim nəsilin işarətidir. Atam deyirdı kı, bız imam nəsilindənik, seyyid və imamlarda belə işarətlər olur... 
   - Bılmırəm xanım. Bəlkə xanımım  və ya Səlahəddin bəy sizin nəsildəndir. 
   - Bilmirəm... 
   - Soruşmağımı istərmisin? 
   - Nə deyəcəyimi bilmirəm...

  ... 3 gün sonra dayə sevincək mənə yaxınlaşdı. 
   - Səlahəddin bəy sizi görmək istəyir. 
   - Məni? Məni nə tanıyır? 
   - Mən bu xal barədə xanımıma demişdim. Xanım da ərinə... Beləcə Səlahəddin bəy dedi o xanımı çağır görək kimdir bizim nəsilimizdən ola bilərmi o qadın? 
   Beləcə parkdan çıxıb onlara getdik. Çox da hündür olmayan bir binaya daxil olduq. 3 cü mərtəbəyə çıxıb zəngi çaldıq... Qapı açıldı. Qarşımda bəm bəyaz saçlı,  tanış bir sima dayanmışdı. Daha doğrusu bizim buralara məxsus olmayan yaşıl  gözlər. Nədənsə o gözlər mənə maskəli bir həkimi xatırladırdı. Həm də mənə doğumdan sonra otağımda məni tez tez yoxlamağa gələn və mənə piskolojik dəstək verən o yaşlı həkimi... 
    Xanımı ilə iş otağında yarım saatdan çox danışıb söhbət ettik. Məni bir neçə nəfərlə sorğuladı. Nüəmmalı ifadəylə ər arvad bir birinə baxdı. Bir bəhanə edib otaqdan çıxdılar. Sonra gəldilər. Söhbətimizə davam etdik. Belə məlum oldu ki, bu Səlahəddin bəy bizə uzaq qohumlardanmış. Amma sonradan məlum oldu ki, Səlahəddin bəy də Sevdagül xanım da ikisi də bura İzmirdən təyinatla gəlib. Həm də ikisi də yunan kökənli... Sevdagül xanım müəllımə kimi, Səlahəddin bəy həkim kimi. Bizim kökənimiz ahaska və Azərbaycan türk kökəni olduğunu bilirəm. Yunanla nə əlaqəmiz ola bilərdi ki... 
   Bəli beləcə həyatıma yeni səhvə açıldı. Səlahətdın bəyin məsləhəti ilə mən onların İzmirdəki yalısına getdım. Yalıda 87 yaşlı anası və 74 yaşlı atasının bacısı qulluqçuları ilə yaşayırdı. 
    Yalı dədə baba yurdu olduğundan bu yalı kötük sayılırdı. Bu yalıda doğub böyüyən köhnə nəsilin sayı azaldıqca, yeni nəsil də böyüyüb bu yalıdan uzaqlaşırdı. Yeni nəsil oxuyub öz işini qurduqca artıg 19 əsrdən qalan bu 4 mərtəbəli malikanəni bəyənməz olmuşdular. Bəlkə də böyük və qarışıq  ailələrin  problemlərindən, qayğısından balaca bina evini üstün tutmuşdular, bilmirəm. 
    Yeni həyat, yeni iş ürəyimcə idi. Malıkanənin ən alt mərtəbəsində özümə aid bir otağım da vardı. Ev işlərində titizlikdə əlim olmasa da boş da dayanmırdım. Həyət baca, bağbana kömək işi mənlik idi.
  Kənardan baxanda yalı səsiz və kimsəsiz görsənsə də  demək olar ki hər gün bu evin qapıları zityarətçılərə açılırdı. Yaşlı qadınların qohum əqrabaları ya da dost tanışları onların ziyarətinə gələrdi. Beləcə həyatım güvən və hüzur içində idi. Nə olsun? Bax gör mən xoşbəxt idimmi?
   Mənim 4 il məhkumluğum hardansa işçılər arasına sızmışdı. Hətta 74 yaşlı Kerime xanım bunu problem edib məni yalıdan qovmaq istəsə də, 87 yaşlı Səlahəddin beyin anası məni müsdafiə edib kəsinliklə burda qalacağımı söylədi. Deyirlər mələklər insanın həyatında çox az olur. Mənim 87 yaşlı mələyim 8 ay sonra məni tək etdi. Bəxtsiz taleyimə ağlayırdım. Axı niyə mənim taleyim üzümə gülmür. Nə qədər ki o qadın vardı mənim bu yalıda qarantim vardı. İndi o gedib, nolacaq mənim axırım.
   Evdən işdən qovulmamaq ücün özümü bir kənara çəkmişdim. Nə təhqirlərə, nə tənələr cavab qaytarırdım, nə də gördüyüm işdə qüsur tapan yalı şefinin üzünə ağ olurdum. Gözümü kor, qulağımı kar, dilimi lal eləmişdim. Təki burdan qovulmayım. Yoxasa yenə küçələrdə qalacaqdım.
    O qədər özümə qapanmışdım ki, içimdə elə bir stres yaşayırdım ki, yenə mənimkilər gəlmişdi. Yenə onlarla danışırdım, dərdləşırdim. 
  Bəli mənim öz özümə  danışmaqlarım Kərimə xanımın qulağına çatdı. Yalvarışlarıma, ayaqlarina qapanmağıma baxmayaraq məni çölə atdı. Yetimin Xıdırı başının üstündə olar deyirlər. Bu dəfə də Səlahəddin bəy dadıma yetdi. Həmin dgün ailəcə tətilə gəlmişdilər. 1 ay burda qalacaqmışlar.
  Darvazadan çıxışda onların maşınları ilə qarşılaşdım. Əlimdə böyük çanta ürəyim buruq... Qapıdan çıxıb yolu o tərəfə keçdim. Tanımadığım, gəzmədiyim  şəhər... Ən uzaq getdiyim yer çarşı və ordakı bakkallar. Nə edəcəyim hara gedəcəyimi bilmirəm. Yenə öz yerimiz olsaydı. Bu şəhər qəribə şəhərdir, bizim məmləkətdə açıq, qadınlara pıs baxıtrlar, burada da qapalılara. Nə günah bilirlər, nə həya. Qadınlı kişili hamı oxumuş. Sərbəst, qadınların belə ən azından kişilər kimi haqq hüququ var. Hər addımbaşı kazıno, gecə kulubları. Qızlar, qadınlar belə  meyxanələrdə kafa çəkirdi. Sevgililəri ilə qol boyun. Hər kəsin ozünə, yaşına uyğun sevgilisi var, əri var... Hər kəs azad, xoşbəxt görünür.  Bəs mən onlar kimi ola bilərəmmi? Doğunun ağır mühitindən çıxıb belə yüngül həyata alışa bilərəmmi? Bunu etmək ücün ilk növbədə geyim tərzimi dəyişməli idim, sonra da düşüncələrimi. Bütün bunların başında da savad dururdu. Bu işlər düşüncələri, tərzi dəyişməklə olmur. Mənim savadım yoxdur. Adımı belə yaza bilmirdim. Pulu tanıyırdım, amma baqqala gedəndə 100 lirədən 70 lirəlik alış veriş edə bilmirdim.
    Boğula boğula qalmışdım. Gözlərim dolmuş vəziyyətdə yolu keçib uzaqda görünən dayanacağa tərəf addımladım. Əlimlə tez tez, qoynumda aylardır maşımdan yığdığım pulları  yoxlayıdım. Bu saat bu pullar mənim üçün özümdən də dəyərliydi. Çünkı mən aylarla pulsuzluqdan küçələrdə yatmışam. İndi bilirdim ki, uzaqbaşı hər zaman alış veriş etdiyim baqqaldan mənə bir kira tapması üçün köməklik istəyəcəm.
    Minibüs gəlib məni kieçdi, dayanacaqda dayandı. Minibusə çatmaq üçün tələsdim. Ama hara, niyə tələsdiyimi heç bilmirəm də... 
Tam minibusə minəcəkdim ki, kiminsə "Döndü xanım" deyə səsləyişi ayaqlarımı yerə kilidlədi. Geri döndüm. Minibüsün ön tərəfinə keçmiş və minibüsün qarşısını kəsmiş maşından  Səlahətdin bəy əl sallayırdı.
  - Lütfen Döndü xanım, buyurun, mən sizi istədiyiniz yerə aparacam ..
                     11 
   Bəzən həyatımızın yolunda getdiyini düşünürük, hətta özümüzdən o qədər razı oluruq ki, elə bilirik hələ bu azdır - daha çoxunu istəyirik... İstəyirik, istəyirik doymuruq da... Mən də belələrindən idim. Səlahəddinin kölgəsində oturub özümü dağ zənn edirdim. Elə bilirdim tək başına olasam hər şey daha yaxşı olardı. Birdən elə bilərsiz nankorluq edirəm, yox. Bu qudurğanlıq idi. Bu barədə özümlə çox mübahisə edirdim. Nəhayyət belə qərara gəldim ki, bu da məndə yaşadığım piskolojik tramvaların nəticəsidir ki hələ də yaşayıram. 
     Səlahəddin bəyin işini Diyarbəkira vermişdilər. Baş həkim kimi fəaliyyət göstərəcəkdi. 6 ay ondan ayrı qaldıq. Mən Necla, Sevdagül xanım və Neclanın dayəsi hələ ki İzmirdəydik. Sevdagül xanım Təhsil Nazirliyinə Diyarbakirdə işləmək üçün baş vurmuşdu. 6 ay sonra müsbət cavab gəldi və dördümüz də bərabər Diyarbakra yola düşdük. 
    Böyük, tarixı və qədimiliyi olan, müasir dizayn olunmuş bir malikanədə yerləşmişdik. Diyarbakırın havası da, təbiəti də, camaatı da bizim oralara bənzəməz. Sarı torpaq, quraq və isti hava... 
    İlk günlər buralar bizə qəribə və sıxıcı gəlsə də yavaş yavaş alışmağa başladıq. Hər şey yolunda gedirdi.  Sevdagül xanım işdən sonra bolqar qızı olan dayə və mənimlə maraqlanır, bizə oxuma yazma öyrədirdi. Dayə xanımın bolqarca oxuma yazması var idi. Hətta ingilis və fransızcada bılırdı . Elə bu özəlliyinə görə Sevdagül və Səlahəddin bəy onu Neclaya həm dayə, həm müəllim kimi uyğun görmüşdülər. Türkcə sadəcə danışa bilirdi oxuyub yazması olsa da təmiz ifadə edə bilmirdi. Mən isə... Mən özüm türk ola ola hərfləri öyrənsəm də, cümlə qura bilmirdim, hecalayıb oxuyurdum, oxuduğum hecaları birləşdirirdım, kəlmənin ifadə edə bilmirdim... 
  Neclayla gözəl və səmərəli vaxt keçirirdilm. Ev işləri, baxça və xəmir işləri mənlik idi. Yeməklərimiz çox vaxt dışarıdan sifariş olunurdu demək olar ki. Evdə bişənlər ancaq milli yeməklər olardı. Onda da dediyim kimi xəmir işləri, börək çörək mənlik idi, kabab, manqal, fırın Səlahəddin bəylik, dolmalar, sarmalar çorbalar Sevdagül xanımlıq. Necla xəmir işlərinə bayılırdı. Mənimlə bərabər mantı bükər, xəmirdən fiqurlar hazırlardı. Balaca olmasına baxmayaraq televizorda görüb bəyəndiyi şirniyyatlarıanında hazırlamaq xobbisi idi. Unu xəmiri mənə ataraq zarafatlaşır bunu özünə əyləncə kimi bilirdi. 
   Bağçada çıçəklərə qulluq etdiyim zaman yanıma gəlib şıltaqlıqlar edər, bəzən gülləri sulayım deyərkən hortumdakı suyla məni isladırdı. Şən qəhqəhələrimiz həyətdən bayırda da eşidilirdi. 
   Beləcə günlərimiz şad xürrəm keçirdi. Di gəl ki ağlıma gələn fikirlər, keçmişim məni rahat buraxmırdı. İçimi qəribə bir hiss bürümüşdü. 
   Necla ilə daha çox vaxt keçirdikcə içimi qəribə həyəcan bürüyürdü. Qızı tanıdıqca, hal xasıyyətini öyrəndikcə özüm də çaşıb qalmışdım. Sanki fıt eləyib burnumdan düşüb bu qız. Yerişi belə mənim yerişim, gülüşü belə. Mən məsələn çıyələk, şaftalı yeyə bilmirəm. Alergiyam var bu meyvələrə qarşı. O da elə. Bizim tərəfin camaatı limonlu turş şeylər sevməz şirin və duzlu şeylərə üstünlük verər- Necla da elə idi. Atası anası sevdiyi yeməkləri, limonli-əksi salatları sevməzdi. Neçlanın mənə o qədər çox oxşarlığı var idi ki, hətta alma şəkərini belə mənim qədər sevirdi. Hər parka getdiyində dayəsi ona alma şəkəri alırdı. Mən kənardan onun alma şəkərini ləzzətlə yeyişinə baxaraq keçmişə qayıdırdım. Alma şəkərini nə qədər sevsəm də mənim düşmənimə çevrilmışdı o. Təsəvvür edin, mən o zaman həmən həmən elə Necla yaşlarda idim. Başımı alma şəkəri ilə qatıb ərə vermişdilər. O günlər bütün piskolojimə oturmuşdu. Unuda bilmirdim heç nəyi. Əslində o günlərdə gördüyüm insanların üzləri , hətta özüm belə net və aydın yadıma düşmürdü, unutmuşdum. Amma hələ də beynimin bir köşəsində o günləri yaşayırdım. Maraqlədır. Ordakı balaca qızı ozüm olaraq yox, Necla olaraq yaşayırdım xatirələrimdə. Yaddaşımdakı balaca Döndü əriyib getmiş, yerini oxşarım olan Necla tutmuşdu. Bilmirəm bəlkə o günləri unutmaq üçün unutmuşdum Döndünü? Bəs niyə Necla? Niyə Neçlanı Döndü kimi görürdüm? Necla xoşbəxt idi. Ağıllı, savadlı, azad qız idi. Ağlına gələn hər şeyi danışır, uşaq olsada öz balaca ağlı ilə müzakirə edir, sual verir, sorğulayır, yarğılayır. Bizim həddimiz nə idi atamız olan yerdə səsimiz çıxa? Hələ atamızdan hesab sormaq bizim üçün ən qatı çəzaya bərabər idi. Necla isə belə deyildi. Səlahəddinlə ata qız yox, iki dost kimi idi. Səlahəddin onunla uşaqlaşır, Necla Səlahəddinlə böyükləşirdi. Mən ömrümdə ilk dəfəydi belə ata qız münasibəti görürdüm. Bizim oralarda qız uşağı artıq əşya kimi idi. Ataya anaya ancaq ev işlərində lazım olurdu. Qızlar Allah umuduna böyüyər, sonra da böyük bir başlıq puluna "satılırdı". İndi Səlahəddin - Necla münasibətini görüb çaşmışdım.Qısqanmamaq əldə deyildi
   Sevdagül xanım həyatını yaşayan, özünün rahatlığını, baxımını hər şeydən çox düşünən qadın idi. Özünü çox sevərdi. Bəlkə də özünə daha çox zaman ayırdığı üçün Neclayla bərabər ola bilmirdi. Onun hər şeyi saatla və düzənli  olmalı idi. Günün yarısı məktəbdə keçirdi. Yarısı rəfiqələri, gözəllik və idman salonlarında. Hətta evdə olduğu gunlər belə düzənin pozmazdı. Filan saat kahvaltı, filan saat nahar, filan saat gəzinti, filan saat hovuz, hamam, filan saat sinema, idman və s... Tətil və bayram günlərində Səlahəddingili Antaliyaya, ya da İzmirə apara bilmsə də özü tək gedərdi. Dəniz onun olmazsa olmazı idi.
   Necla şanslı idi Səlahəddin kimi atası, Sevdagül kimi anası vardı. Necla oxuyur, Necla Döndü kimi atasından qorxmur, atası onu özünün mənfəətinə xərcləmir.  Necla xoşbəxdir. Nədir bəs bu qısqanclıq? Bəs niyə Neclanı qısqanıram, özüm də bilmirəm? Yoxsa düşünürəm ki, bütün uşaqlar 6 yaşında ərə getməlidir, uşaqlığını yaşamalı deyil? Yox elə deyil. Neclanı çox istəyirdim. Bəlkə də desələr gözün ona dərmandır, gözümü qırpmadan verərdim ona. Onu qoruyurdum, gözümdən qoymurdum  da.əlinə bir dikən batsa, ayağına bir daş dəysə hay həşirim dünyanı dağıdırdı. Hələ xəstələndiyi günləri demirəm. Sabaha qədər əli əlimdə yatağının başında başım yastığında mürgüləyirdim.Bəs niyə onu özümün uşaqlığında görürdüm, bilmirəm?! Qız böyüdükcə oxşarlığımız daha da qabarırdı. Bunu hər kəs bizə deyirdi, hətta tanımadığımız Diyarbəkirlilər də. 
     Neclanın evladlıq olduğunu dayəsindən eşıdəndə qəribə hala düşmüşdüm. Bunu gizlı saxlayırlar. Dayə də ağzından qaçırmışdı. Sonra sözünü düzəltmək istəsə də, mənim israrımdan sonra  bu ailənin sirrini açıb tökmüşdü. 
   Guya Necla Səlahəddinin uzaq qohumlarının qızı imiş. Doğuşda anası ölmüş, atası da yaşlı olduğu üçün körpəni uşaq evinə qoymaq istəmiş. Səlahəddin bəy də Neclanın atasl ilə razılığa gəlmiş uşağı övladlıq etmiş...
  Bu evladlıq məsələsinə Sevdagül xanım narazılıq edibmış.  Bunun səbəbi də vardı. İstəsəydi ana ola bilərdi. Problem Səlahəddin bəydəymiş. Səlahəddin dəfələrlə Sevdagülə ayrılıb başqası ilə yuvasını qurmağı, uşaq sahibi olmağı təklif etmiş. Fəqət sSevdagül xanım Səlahəddin bəyi çox sevdiyi üçün bu təklifdən  qəti surətdə imtina etmişdi. 
   Eşitdiklərim məni şoka salmışdı. Bu senariyo mənə oynanmamışdımı? Mənə də mənim uşağımın öldüyünü deməmişdilər mi? Deyilənə görə Səlahəddin atamın uzaq qohumuymuş. Uşağın yaşlı atası da Kadir olmasın? Bəlkə elə o mənim qızımdır. Bəlkə bu oyunu Kadir özü icad edib? Oğlu ilə arvadından doğan uşağa "atalıq" etmək istəməyib və bu günahsız uşağı başından edib? Ağlıma hər şey gəlirdi. İnana bilmirdim. Zatən bu həyatda başıma gələn nə var idisə hamısı inanmadığım şeylər olub da. Mənim qızımmı olmuşdu, oğlummu bilmirdim də - hər nə idisə ölü doğulmuşdu. İndi niyə Neclanın mənim qızım olduğuna belə əmin idim? 
   Neclanın övladlıq olduğunu bildikdən sonra bu qızı Səlahəddindən qorumağa başlamışdım. Bir zamanlar Kadirlə Şəngülün arasında yatdığım o ilk gecələrdə özümü bu iki çütlüyə övladlıq verilmiş kimi hiss edirdim. Və yorğanın altında  bədənimdə gəzən o əl... İndi elə bilirdim, həmin həyatı Necla yaşayır. Elə bilirdim Sevdagülün hansısa gizli bir xəstəliyi var, Səlahəddin də bu qızı özünə arvad eləmək üçün onu körpəlikdən  "öVladlıq" edib...  Belə giç gic düşüncələr mənə rahatlıq vermirdi. Hər gecə yatmağa getmədən  Səlahəddin bəy tək tək bütün ev əhlini kontrol edərdi. O Neclanın otağına gedəndə gizlıncə arxasınca qaçıb onu güdürdüm , qapı örtülü olanda da qapıdan asılıb içərini dinləyərdim. Neçə dəfə belə vəziyyətdə Sevdagül xanım tərəfindən basılmışdım. Bu hərəkətimin səbəbini soranda 
   - Necla ilə Səlahəddin bəyin ata qız münasibətinə heyranam Sevdagül xanım, onların söhbətlərin dinləməkdən doymuram - deyirdim . 
   - E o zaman içəri gir! Sən də bu ailədən biri deyilsənmi, Döndü? Niyə oğrun oğrun dinləyirsən ki?  Sizdən gizli bir şeyimizmi var? 
  - YOx əstəğfullah xanımım nə demək, utanıram,ayıb olmasın... 
   - Haydi o zaman, nə ayıbı qız... 
     Beləcə aylar günlər kecir, hər şey yolundaykən mənim içim heç gülmürdü. İçimə dolmuşdu, Necla mənim qızımdır və ya mənim qızım olmasını çox istəyirdim.
  Xəyallarım məni yaxın gələcəyə aparırdı. İkimizi ayrıca bir evdə, bir yerdə görürdüm. Neclanın əlindən tutub məktəbə aparır, mən işə gedirəm, işdən qaçaraq gəlib Neclaya kasıb masamızda süfrə hazırlayıram. Necla sıxılır çəkinir, Səlahəddin bəyin zəngin süfrəsində adını bilmədiyim yeməklərdən istəyir. Mən isə onun yerinə qəssaba gedib nisiyə ət alıb evə gətirib axşam bazarına qaçıram. Bazarçıların secib kənara qoyduğu tərəvəzlərdən yığıb evə gətirib təmizləyiib aldığım ətdən gözəl türlü, musakka, ya da karnıyarık bişirib Neclanın qarşısına qoyuram. Nə edim, neyləsəm də xəyalımdakı Neclalı ya da Neclasız həyatımda zəngin süfrə qura bilmirdim. Çünki bunu edəcək nə gücüm vardı, nə şəraitim. Xəyalımdaki o süfrə başındakı Neclanın üzü asıq, qızıı yanında olduğu üçün o ana isə  dünyanın ən xoşbəxt anası idi.
  Günlərin bir günü Bazardan evə gələrkən malikanənin həyətində tanış bir səs qulaqlarımı cingildətdi. Evın yanındakı yazlıq çardağın altinda aılə bir yerdə oturmuş deyə gülə kahvə içirdilər. Ailədən başqa iki kişi də var idi.Biri gənc biri yaşlı  adam idi.Necla yaşlı adamın qucağında oturmuş adamın çaç saqalını yolurdu.
   Hardasa üç ilə yaxın idi bu evdə idim. Bu evə çox adam, çox qonaqlar gəlib getmişdi. Lakin mən bu adamları görməmişdim. Necla ilə o qonağın səmimiyyətinə baxanda demək ki, onlar çoxdan tanışdır və bu görüş ilk görüş deyil bəs bu qonaq  kim ola? Bir gözüm qonaqlarda bir gözüm, hovuzun başında oturub kitab oxuyan dayədə, zənbilləri götürüb mətbəxə keçəçəkdim ki, Sevdagül xanım mənə səsləndi.
   - Döndü...
   Hiss etdim ki, oturanlar hamı mənə baxdı bir o kişi yox, dikəldi, baxmaq istədi, lakin eyni zamanda da oturanların diqqətini öz üzərində hiss etdiyi üçün də yerindən tərpənmədi.
   - Döndü ablaa, mənə alma şəkəri aldınmı?
    Necla kişinin qucağından atılıb yanıma qaçdı
    Əlimdəki çantaları yerə qoyub:
   - Bilirsən ki, mən sənə heç zaman  alma şəkəri almıram, niyə həmişə bunu məndən soruşursan qızım?
  - Eee Döndü abla...
   Neclaya sarılıb könlün almaq istədim. Qızın paltarına, saçlarına sinmış tanış qoxu bir anlıq məni Kadirin qoynuna atdı, öymək məni tutdu. Özümü güçlə toplayıb çardağa tərəf boylandım. Yaşlı adama baxdım. İlahi yani  bu odu? 
   - Döndü!
   - Buyur xanımım...
    - Bu axşam yemək hazırlama, tamammı? Hazlrlasan da özünüzə görə edin. Biz qonaqlarımızla birlikdə dışarıda yeyəcəyik.
  - Baş üstə xanımım... 
   - Hə Bir də, zamanın varsa bu gün baxçanı səliqəyə sal. Kənddən  yeni şitillər gəlib, onları solmadan ək! 
   - Baş üstə xanımım. 
   - Yəqin ki, Döndü xanım qaz saxlamağı da bacarır. Sizin üçün bir neçə qaz balası gətirmişəm. Böyüdərsiz... 
  Tanış səsin zəhmi elə bil məni silkələdi. Müsafirə baxdım. Arxadan yaşlı, ağ saçlı saqqallı nurani bir adam görürəm, amma kim olfuğunu çıxarda bilmirəm. Kadirə çox oxşayır. Oxşayır da. Amma bu odursa, onun burada nə işi var?
  Ürəyim əsə əsə qonağa hprmətsizlik olmasın deyə cavab verdim:
   - Bəli düz buyurduz. Özüm kənd qızıyam, çoxliu qazımız olardı. Çox sevərəm qaz balalarını. 
  - Bilirəm, bilirəm. Rəhmətlik Şəngülün qızları ilə qaz otarmağınızı çox görmüşəm. 
  "Şəngülün qızları"  deməsi məni arxayın saldı. Bu adam Kadir olsaydı mənim qızlarım deyərdi də...
   Bir anda burnumun ucu göynədi. Demək bu adam kimdirsə bizim oralıdır. Sevincək 
   - AA bizim yerlərdənsiz? - adam narahatca yerində qurcalandı. Səlahəddin bəyin səsi sözümü ağzımda qoydu 
   - Döndü, cücələrın qutuda ürəyi partladı. Get çıxart, rahatla. Diqqət elə pişik yeməsin... 
   - Mən də gəlirəm, mən də gəlirəm - Neclanın cingiltili və şən səsi  hər kəsin üzündə təbəssüm yaratdı. 
    Bütün fikirim ordakı adamın yanında qalmışdı. Görəsən o adam kim idi? Kadirə çox bənzəyir ama... 
   - Necla, qızım, müsafirimizi görə bilmədim.Kim idi o adam ? 
   -  Boran amcayla Kadir dədədir, sən tanımıran deyəsən. Biz Karsda olanda bizə tez tez gəlirdi. Biz  Milena xanımla onlara gedərdik. Kadir dede məni atına mindirer, tarlaları, bağları gəzdirerdi. Oralar çok gözəl yerlərdir, bilirsən Döndü abla, mən oraları çox sevirəm ... 
   Dünya gözümdə qaralırdı. Artıq Neclanın nə dediyini qulaqlarım eşitmirdi. Demək məndən xəbərsiz mənim olan məndən alınmış, özəlləşdirilmiş, mənimsənmiş. Mən hələ də balamın ölü doğulduğunu düşünürəm? Demək ki Kadirin bu ailəylə münasibəti var imiş. Demək ki, Neclanı o bu ailəyə övladlıq veribmiş. Kadıri ağzımdakı dilim kimi tanıyıram. Kadir sahib olsduğu heç nəyi heç kimlə paylaşmaz. Sevdiyi bir şeyi birinə hədiyyə etsə də tez tez onunla maraqlanar, göz üstündə olardı. Elə bu səbəbdən idi ki illərlə mən ondan asılı qalmışdım. O mənim sahibim idi. Məni atama versə də əl çəkmirdi məndən. Hər zaman diqqəti və  nəzarəti üstümüzdə olardı.
   Bəli məsələ düşündüyüm kimi idi. Başqa çeür də ola bilməzdi. Kadir  mənim balamı bu ailəyə övladılıq. Verib. Özü də bu körpəylə  heç vacxt əlaqələri kəsməyib.  Çünki bu korpə onun əti qanı idi. Neclanın əsil sahibi Kadir idi. Kadir neclanı başına buraxmazdı.
   Buraya qədər hər şeyi çözə bilmişdim. Yaxşı bəs görəsən Kadir mənim burda olduğumu bilir? 
   Biraz bundan əvvəlki dialoqumuz ağlıma gəldi. Şəngülün adını çəkdi. Bəli, bəli... O məni tanıyır, burda olduğumu bilir. Şəngülün qızları ilə   orada yaşadıqlarımı mənə xatırlatdı. Əlbəttə bu bir gizli mesaj idi. Mənə yollayırdı, demək istəyirdi sənin burada gizləndiyini bilrəm, səni tanıyıram, gözüm də üstündədir. Sən burda da sahibsiz deyilsən. Beynimdəki fikirlər çorab söküyü  kimi bir birinə qarışmışdı. Ağlımı fikirimi cəmləyə bilmirdim. Bəs Səlahəddin bəy, Sevdagül xanım nə ağılla Neclanı Kadrlə görüşdürür?  Bəs qorxmur ki, Kadir bir gün həqiqəti Neclaya deyər? Bəlkə də onlar mənim Neclanın anası olduğumu bilirlər.  Bəlkə də bilmirlər. Bəs bilsə ki, mən Neclanın anasıyam, məni burdan qovmazmı? Görəsən doğurdanmı Necla mənim qızımdır? Alnımızdaki və boynumuzdakı işarət,  oxşarlıq həqiqəti söyləmirmi? Adım kimi əminəm. Bizim heç bir vaxt yunan kökənli qohumlarımız  olmayıb. Bunlar isə israrla atamın qohumu olduqlarını deyirlər. Bəs sirr nədir. Bilərəkdənmi məni gətirib içlərinə salıblar? Bəlkə mənim Neclaya yaxın olmağım üçün insanlıq ediblər. Yox ee, mənim bu ailəyələ tanışlığım tam təsadüf idi. Heç kimin ağlına gəlməzdi...  Həmin gün olmasaydı, nə işim vardı indi buralarda. 
    Bir tərəfdən Neclanın Kadirin qucağına qaçması onunla oynaması məni uşaqlığıma atırdı. Dəli olurdum. Elə bilirdim Kadir mənə etdiklərini Neclaya etmək üçün fürsət gəzir. Artıq uzaqdan da olsa Kadirin üzünü görürdüm. Kadir yaşlanmış, saçlar seyrəkləşmiş, tam ağarmış. Ağ saçlar üzünə nur yayırdı. Çox dəyişmişdi. Elə bil illər əvvəlki o iyrənc adam deyildi. Uzaqdan mənə tərəf baxanda ürəyim əsirdi. Tez üzümı çevirir ya da oradan uzaqlaşırdım. Amma Neclanı gözdən qoymamaq üçün ordan da qopa bilmirdim. 
      Son qərarımı vermişdim. Sevdagül xanımla Necla barədə danışmalıydım. Həqiqəti öyrənməliydim. Yoxsa ürəyimdəki şübhələr məni ac qurd kimi gəmirib bitirirdi. 
   Deyəsən Kadirin son gəlişindən sonra onlar da mənim hərəkətlərimdə nəsə sezmışdilər. 
  Yay tətili üçün İzmirə getməliydilər. Belə qərara gəldilər ki, mən evdə qalım. Çünki burada yurd salmışdıq. Bağ baxça, toyuq cücəni burada yiyəsiz qoymaq olmazdı. Köc hazırlanıb əşyalar toplanmışdı. Sabah erkəndən yola çıxacaqdılar. 
   Pəncərədən Sevdagül xanımın səsi gəldi. 
   - Döndü, müsaiytmisin ? 
  - Bəli xanımım, buyur. 
  - Yuxarı çıxarmısın? Səlahəddin bəylə bərabər danışacaqlarımız var. 
   - Baş üstünə xanımım bir saniye... 
   Piləkənləri yuxarı çıxarkən elə bil ayaqlarımdan daş asılmışdı. İçimə dolmuşdu bu söhbətimizin çox ciddi bir söhbət olduğuu. 
   Keçib iş otağında qapının ağzında dayandım. 
  - Buyurun ağam, sizi dinləyirəm. 
  Söhbətə, hardan, necə başlayacaqlarını  bilmirdilər. Ər arvad bir birinə baxıb söhbətə kimin başlayacaqları barədə him cim edirdilər. Onların bu hərəkətləri məni daha da nigaran qoymuşdu. 
   Nəhayyət Səlahəddin bəy bir iki dəfə öskürərək söhbətə başladı. 
    - Allahdan gizli olmayan, bəndədən sir qalmaz. Bəlkə də bir gün həqiqəti kimdənsə eşidəcəksən. Amma istəmirəm ki, o zaman bizə nifrət edəsən, istəyirəm biz sənin xatirində yaxşı adam kimi qalaq. 
   - Allah razı olsun Ağam... Mən sizin yaxşılıqlarınızı itirə bilmərəm. 
  - "Ağam'yox Səlahəddimn  bəyy... 
-  Bağışlayın Səlahəddin bəy.. 
  - Mən xəstəyəm, barmaqla sayılacaq günlərim qalıb... 
  - Allah qorusun bəyim, bu nə sözdür. 
   - Həqiqətdir deyirəm. Bəli illərdir ilik leykozundan və serrozdan əziyyət çəkirəm. 
  Səlahəddin bəyin nasazlığı olduğunu bilirdim. Günlük icdiyi dərmanlar vardı. Tez tez rahatsızlanırdı. Bəzən künlərlə xəstəxanada qalırdı. Özü həkim adamdır. Məbn elə bilirdim həkimlər xəstələnmir, xəstəlikdən ölmür. 
   - Bəlkə də eşitmiş olarsan Necla bilməsə də  burdakilar, bizi tanıyanlar hamı bilir ki,  biz Neclanı övladlıq etmişik- ara verdi. Söhbətin davamını necə gətirəcəyini götür qoy etməyə başladı. 
   - Bilirəm bəyim eşitmişəm - allah sizi başımızdan əskik etməsın. Suz həkim adamsız. Heç həkimlər də xəstələnərmi? - danışmaqla söhbəti asanlaşdırmaq istədim. 
   -  Niyə həkim adam deyil - güldü.
  - Əstəğfullah əfəndim elə demək istəmədim. 
  Başımı aşağı saldım. Bir müddət sükut yarandı. Hər kəs daxilində nəsə danışmaq üçün ölçüb biçirdi. Bəlkə də söhbət açılmışdı amma davamını gətirməyə ürək etmirdi.mən isə söhbət açılmışkən qapanmasını istəmirdim. Odur ki:
  - Neclanın anasını tanıyırsız yəqin. 
   Ər ilə arvad bir birinə baxdı. Yenə səssizlik...
   Həyəcandan ürəyim partlayırdı. Istiyırdım bu sırr bıran öncə çözülsün. Bəs bu sir açılsaydı buna necə qarşılıq verəcəkdim, indən sonra Neclaya qarşı necə davranacaqdım, Necla bu sirri öyrəsə mənə qarşı necə olacaqdı, bilmirəm... 
    - Tanıyırıq təbii ki... 
    - Kimmiş? 
  Ər arvad bir birinə baxdı . Nə deyəcəklərinə qərar verə bilmirdilər. 
  - Boş ver, desək guya tanıyasan? Zamanı gəlincə bunu Necla ilə bərabər siz də öyrənəcəksiz. 
   Yox, demək yanılıram. Necla mənim qızım deyil. 
  - Döndü, xanım burdasız? 
   - Hə xanımım, sizi dinləyirəm danışın. 
  Səlahəddin bəy özünü toparlayıb sözə başladı. 
   - Kadir bəy sizə talıb çıxıb. 
   Mövzunun birdən birə dəyişməsi məni sözün əsil mənasında şoka saldı. 
  - Allah aşkına Kadir bəyin bu mövzuyla nə əlaqəsi? 
  - Çünki Necla Kadir bəyin nəvəsidir... 
  Dizlərim əsdi. Müqavimətimi saxlaya bılmədim. Səndərlədim. Yıxılmamaq üçün qapının dəstəyinə asıldım. Demək kadirin oğlunun qızı olduğunu bilirlər, amma mənim onun oğluyla münasibəti olduğunu, bu münasibətdən bizim uşağımız olduğunu bilmirlər? 
   İkisidə anidən qalxıb məni tutdu. Kresloda oturtdu. Sevdagül xanım mənə su gətirdi.  Səlahəddin bəy əllərimi ovdu. 
- Sakit ol Döndü xanım. Məsələnin ciddiyyətinin fərqindəsən yəqin ki. 
   - Kadirin Neclanın nəvəsi olduğunu bilirsizsə demək Neclanın ata anasını da tanıyırsız. 
   - Bəli bilirik. Bu barədə danışmaq istəmirdim, nələ ki. Madəm sirr açıldı...Əvvəl bilmirdik. Sonra sizin oxşarlığınız, xallarınız.. Bunlar bir təsadüf ola bilməzdi. Sonra Kadir bəylə danışdım. Uşağın anasını sordum. Demək istəmədi amma, bızım ısrarımızdan sonra məsələni açdı. Bu uşaq qeyri rəsmi nigahlı arvadı ilə oğlununu münasibətindən doğulan uşaqdır dedi.
   Darağınızdan saçınızı götürüb Neclayla analiz etmişəm - Səlahəddin bəy masasına doğru getdi. Oradan bır kağz gətirib mənə uzatdı- Bu da analizin cavabı  
   - Mən oxuma yazma bilmirəm. Nə yazılıb bura. 
   - Neclanın anası sənsən. 
  - İlk gündən bunu hiss etmişdim. 
  - Bilirəm. Kadir bu uşağı bizə bir şərtlə vermişdi. 
  - Nə şərt? Anasını uşağından ayırmayacaqsız.
   Çaşqın çaşqın onlara baxdım.
  - Kadır hec bır zaman səni gözdən qoymadı. Sənin tutulacağını bilirdi. Daha doğrusu istəsəydi səni aradan götürərdi. Bunu etmədi. Dediyinə gorə səni çox sevmış. Oğluna qıymış ama sənə yox... 
  - Necə? Xalidi öldürüb?
  - öldürmək istəyib. Lakin bu uğurlu alınmayıb. Yaralanıb. 4 ildir ki Kadir bəy həbsxanadaydı. Yeni çıxıb içəridən. Elə keçən günlərdə də gəldi nəvəsini görməyə.
   - Bəs necla kadirin onun babası olduğunu bilir?
   - Yox. Sadəcə ailə dostu kimi və mənəvi baba kimi...
  - Çox Şükür.
  - Bəs bu evladlıq məsələsi?
   - Elə onu deyəcəkdim. O vaxt əlini qana batırmadı. Sənə və oğluna çəza vermək istədi. Fəqət uşaq yeni doğulduğu üçün devlət uşağı anadan almayacaqdı. Odur ki belə qərara gəldik ki, uşağı ölü doğulmuş uşaq  kimi qeydiyyata alaq. Mən Kadir bəylə Şəngül xanımın vaxtından tanışıq, dostlaşmışdıq onunla. Bizim sonsuz olduğumuzu bilirdi. Övladlıq üçün arayışda olduğumuzu da bilirdi. Odur ki, uşağ da səninlə bərabər içəri getməməsi üçün belə bir oyun oynadıq. Belə ki, həmin gün, eyni vaxtda xəstəxanda bir qadın əməliyyat olurdu Uşaq 10 gün idi ana bətnində ölmüşdü. Qadının bədəninə zəhərlənmə keçmişdi. Əməliyyat  zamanı qadın da öldu. Biz rapor etdik. Həmin qadının ölən uşağını sənin uşağın kimi təqdim etdik. Sənə uşağının öldüyünü dedik. Mən həmin gün o qadının əməliyyatındaydım. Uşağın və ananın öldüyünü ailəsinə bildirdim və, əsas məsələni də Kadirin köməkliyiylə həmin qadının əriylə danışdıq dedik ki müvəqqəti olaraq sağ uşaq  - yanı Necla onların uşağı kimi göstəriləcək. Sonra sevdagül xanımla o uşağı səndən evladlıq edəcəyik. Amma bu şərtlə bu sirr öz aramızda qalacaq.  Adam biraz naz elədi bu işə əl qoymadı amma bu işlər bilirsən, Kadir bəy üşün asan şeydir. Bunun üçün Kadir o adama küllü miqdarda pul verdi.  Adam da razılaşdı. Beləliklə sənin uşağını onun , onun uşağını sənin uşağınla dəyişdik. Və sənin uşağını ondan övladlıq etdik.
  - Ahhh yavrum ahh  mənim kimi sənin də kaderini allah yox, allahsızlar yazıb....
   - Elə demə Döndücüm. Bİz bacardığımız qədər Neclaya əsil ata ana olduq. Bunu özün də görürsən. Haqlısan, sənə qarşı haqsızlıq etmişik. Bizə nə etsən yeri var. Amma bir düşün o uşaq səninlə bərabər içəri düşsəydi, sonra küçələrdə qalsaydı?... 
    Gözlərimdən sel gedirdi. Ağı deyib ağlayırdım. Sevdagül xanım məni sakitləşdirməyə çalışır. Əlimdə olmayan səbəbdən özümü saxlaya  bilmirdim.
   Nəhayyət bir müddət sonra özümə gəlib sakitlədim.  Haqlıydi. ƏgərNecla məimlə bərabər olsaydı. Ehh...
   Səlahəddin bəy qaldığımız yerdən davam etdi.
  - İdi məsələ belədir Döndü xanım.  Nə qədər canımda can var Necla mənim qızəmdır. Onun təhsili üçün, gələcək həyatı üçün əlimdən gələn hər şeyi edəcəm. Elə Sevdagül xanım da. Ama mən Sevdagül xanıma da demişəm. Əgər işdir, şayətdir, ölərsəm, sən də təklikdən sıxılıb ikinci dəfə evlənmək istərsən uşağı gerçək sahiblərinə ver. Mən uzaq görən insanam Sevdagülü yaxşı tanıyıram. Tək qalmaq istəməyəcək. Bu onun azad fikiri və haqqıdır. Allah razı olsun. Sonsuz və xəstə  olduğumu bıldıyı halda o məni sevdi, sonuna qədər yanımda oldu - sevdagül xanımın əlindən öpüb minnətdarlıqla ona baxdı- bunun üçün ona nə qədər təşəkkür etsəm azdır. Onun yerinə kim olsaydı başqasıyla evlənib oğul uşaq yiyəsi olardı. Lakin o, - nigah masasında and içmişik, " iyi, gündə, kötü gündə, hastalıqda və sağlıqda bərabər olacağımıza" and imlışık dedi. Allah onu cənnətiylə müküafatlandırsın. Elə də olduq. Mən dəfələrlə ondan məni boşayıb ailə qurmasını istəsəm də o mənim əlimi buraxmadı. Amma indən sonra o bunu edə bilər. Hələ ki ana olma şansı var. Bəlkə evlənib, öz yuvası uşaqları olar. Buna bir deyəcəyim yox. Amma heç bir yad kişi, arvadının övladlıq uşağını qəbul etməz... Odur ki, əgər bir gün fikirin dəyişib, ailə qurarsa  istəyirəm əmanətini əsil sahiblərinə qaytarsın.
   Yerimdən qalxıb Səlahəddin bəyin əl ayağına sarıldım əllərindən öpdüm. Nə edəcəyimi bilmirdım.onların bu böyük ürəklərinə necə təşəkkür edəcəyimi bilmirdim. 
    Hərəmiz bir tərəfdə oturub dərin dərin xəyala dalmışdıq. Yenə suallar beynimi qurcalayirdı. Deyəsən aylardır içimə dolan kasıb xəyallarım gerçək olurdu. Neclalı günlərim olacaqdı. Kasıb və  iztirablı. Mənim evim, malım, işim yox. Bu uşağa necə baxacam, təhsili necə olacaq? Bu naz nemətdə böyüyən uşaq bazardan topladığım meyvə tərəvəzə qane olardımı? Hələ məktəbdə eşitsələr onun anası dolandırıcıdır, həbsxana həyatı yaşayıb...  Vay vay... Hələ Necla bic doğulub... Dəliyə dönürdüm. Xəyalımda buna da çarə tapırdım. Bərk ayaqda başqa şəhərə gedərik. Elə bir yerə ki, oradabızı heç kım tanımayacaq...
   Buraya qədər hərşey yaxşı gəlib. Bəs yaxşı, Necla məni ana olaraq  qəbul edəcəkmi? Bu zamana qədər Səlahəddini atası, Sevdagülü anası, onların qohum əqrabasını qohum əqrabası bilib. İndi birdən birə biri durub desə ki, sənin bu dünyada Döndüdən başqa heç kimin yoxdur, bu uşağımn dünyası yıxılmazmı? 
   Onun gələcəkdəki çətin günlərini xəyalıma gəldikcə boğazım quruyur. Az qalırdı mən bu uşaqdan imtina edəm. 
   - Nə düşünürsən Döndü xanım? 
   - Vallah bəyim, nə deyəcəyimi bilmirəm - deyə düşündüklərimi, bütün məni narahat edən sualları onlara verərək suallarıma cavab tapmaq istədim. 
   - Bunun bir yolu var.  Ya qızının gələcəyi üçün Kadir bəyin xanımı olmağı qəbul edəcəksiz, ya da  Neclanı əsil sahibinə - yanı Kadirə- babasına təhvil verəcəyik. Kadir olmadan sən bu uşağa sahib çıxa bilməyəcəyini də bilirsən. Kadir Neclaya da, sənə də sahib çıxacaq onu oxudacaq, mən ata olaraq öz hissəmdən Neclaya bir qısım pay ayırmışam. Gələcək təhsili və həyatı üçün. Sənədlər vəkilimdədir. Fəqət  Necla 18 yaşından sonra bunlardan yararlana bilər. 18 yaşına qədər Neclanın əziyyət çəkməməsi lazım. 
     Gecəni sabaha qədər düşünüb daşındım. Allaha yalvarırdım ki Allah Səlahəddin bəyə Necla 18 yaşına çatana qədər ömür versin. Nə Necla onlarsız qalmasın, nə də mən məcburiyyət qarşısında qalıb Kadırlə yenidən həyatımı birləşdirməyim. 
   Qurban olduğum Allah kaderimizi özü çizmişdi. Əlimizdən heç nə gəlmir. Bu sohbətimizdən 7 ay sonra Səlahəddin bəy dünyasını dəyişdi. Səlahəddin bəy öldükdən sonra Sevdagül xanım bizi də götürüb izmirə qayıtdı. Bu arada Kadir bizdən əl çəkmirdi. Daşı ətəyimdən tökməyi  Neclanı da götürüb Karsa qayıtmağımı istəyirdi. Bir ümüd qalmışdı. Bəlkə Sevdagül xanım Neclanı da məni də atmaya. Ümumiyyətlə evlilik xəyalını unuda.
    Çox keçmədi ki , Sevdagül xanım məni oytağına çağırdı. Gözlənilən günün gəldiyini söylədi. İndi  qarşıda Neclanı da məni də ağır sınaq gözləyir. Necla məni ana olaraq qəbul edəcəkmi? Mən Necla üçün  Kadirlə barşşacammı?
                      12 
    Vəziyyətimiz ciddi dərəcədə pis idi. Səlahəddin bəyin ölümündən sonra ailənin maddi vəziyyəti olduqca ağırlaşmışdl. Sevdagül xanım tək maaşla evi və işçiləri idarə edə bilmirdi. İzmirdəki bir neçə yatırımlıq dükanları iflas etmişdi. Sevdagül xanım borcları bağlamaq üçün hissələrinə düşən dükanlardan bir neçəsini  satmaq istəyirdi, fəqət həmin dükanlar ata baba malı olduğu üçün digər vərəsələrin buna icazəsi lazım idi.  Onlar da buna etiraz edirdi. Mal cdavası məjhkəməyə qədər sürüklənmişdi. Nə dolanışığımız yaxşı idi, nə maaşımız  vaxtlı vaxtında yatırdı. 
   Odur ki, Sevdagül xanım bizi yanına çağırıb vəziyyəti bizə başa saldı.
  - Arkadaşlar, vəziyyətimiz hamınıza məlumdur. Səlahəddin bəydən sonra mən sizin maaşlarınızı çatdıra bilmirəm. Odur ki, məni bağışlayın. Nə qədər acı olsa da sizdən ayrılmaq məcburiyyətində qalmışam. Bu neçə ildə biz bir ailə olduq. Mən sizdən narazı qalmadım. Ümüdvaram ki, siz də bizdən razı qalmısız.
- Allah sizdən razı olsun xanımım - deyə hamımız bir ağızdan səsləndik.
   - Odur ki, haqqınızı halal edin.
   - Halal olsun!
    - Hə bu arada Məhəmməd bəyin bir işdüzəltmə şirkəti ilə ortaqlığı var, istərsəniz oraya yeni iş üçün baxa bilərsiniz.iş tapana qədər də burada qala bilərsiz. Məndən bu qədər.
   - Sağol xanımım. Allah razı olsun!
   Sevdagül xanımın məsləhəti ilə iş üçün baş vurmuşdum. Neclanın dayəsinə və ailənin şoferinə iş tapılmışdı. Məlum, dayə xanım bir neçə dil bilirdi, şoferin də onun da təcrübəsii vardı. Mənim isə əlimdən bir iş gəlmirdi. Bir neçə günlüyə xəstə - yaşlı baxıcısı olaraq getdim. Onu da bacarmırdım. İyrənirdim. Onsuz dayaşlı və qocadan iyrənmək uşaqlıqdan bir xəstəlik idi məndə.qadın olsun ya kişi, yaşlı adamın bədənini görəndə Kadir gəlib gözümün önündə dururdu, tər tütün qoxulu, iyrənc vücudu yadıma düşdükcə öyüyürdüm. Nə qədər çətin olsa da bir tikə çörəyə möhtac qalıb dözürdüm. Dözürdüm ama,  Kərimə xanımın Neclaya dediklərini də unuda bilmirdim... 
   Səlahəddin bəyin yaşlı bibisi Kərimə xanım Neclaya gün verirdi işıq vermirdi. Sevdagüllə tez tez Neclanın üstündə dalaşırdı. Əslində heç Sevdagülü də bu qonaqda istəmirdi. Bu zamana qədər Necla özü bu ailəyə övladlıq olduğunu bılmırdı də. Amma son zamanlar Kərimə ilə Sevdagül xanım arasıda olan davalardan Necla övladlıq olduğunu başa düşmüşdü. Çox üzgündür. Sevdagül Neclaya Kadirin onun dədəsi olduğunu demişdi. Amma mənim onun anası olduğumu yox. Bunun səbəbini soruşanda isə Sevdagül xanım :
   - Ee malum, Necla bu zamana qədər səni bu evin işçisi kimi görmüş, elə də qəbul etmiş. İndi durub ona  desək ki, sən Döndünün qızısan, bu uşaq yıxılmazmı? Suallar başlamazmı, "dədəm zəngin də onun gəlini niyə başqasının evində qulluqçuluq edir?" deməzmi? "Atamla anam neden ayrı?" sorğulamazmı? Hələ bir də sizin özəl sirrinizi bilsə? Sən əslində onun atasının yox, babasının arvadı olmusan...  Məncə bu sirri gizli saxla. Bəlkə Kadirlə bir araya gələrsən, ya da onun atasıyla... Uşaq da sizin etdiyiniz səhvlərə görə utanc yaşamasın. 
   Sevdagül haqlıydı. Mənim kadərimə canımlabır yerdə ama ondadan ayrı yaşamaq yazılıbmış, mən balamı hər kəsdən punhan sevəcəkdim, belə də olmalıydı. 
  Sırf Necla üçün təkrar yalıya gəldim. Sevdagüldən bir qarın yeməyə, bir də yatmağa  iş isrədim. Balamın maddi vəziyyəti pis deyildi ama onu orada kiminsə qapısında minnətdə qoya bilməzdim. Son günlər Sevdagülün anası da üzərinə çox gəlirdi. 
  - Sənə lazımdır kiminsə uşağına baxmaq? Sənə vaxtında dedik, boşan gəl yuva qur, oğul uşağa qarış. Dedin sevirəm, əsla Səlahəddini buraxmam. Hah işte. Səlahəddin səni buraxdı. Amansız xəstəlik  onu götürdü. Səni bu dünyada carəsiz qoydu. Həm də sənin olmayan biri ilə. İllərini verdin Səlahəddinə, gəncliyin getdi. Hələ gec deyil barim bundan sonra ömrünü Neclaya vermə. Evlən, yuvanı qur, tüpbəbək edərsiz, öz uşağın olar. Maddi durumun da getdikcə zəifləyir. Bu gün sabah düşsən kim baxacaq sənə? Necla da böyüyüb ailəsini tapacaq, gedəcək. Tək tənha qalacaqsan.... 
    Eşitmişdim, Sevdagül biriylə görüşürdü. Evlilik yolundaydılar. İndi mən analıq vəzifəmi yerinə yetirməliydim. Qızıçma sahib çıxmalıydım. O məni tanımasa belə mən analıq vəzifəmi yerinə yetirməliydim. 
   Öz anamdan fədakarlıq görməmişdim, analıq öyrənməmişdim. Analığın nə olduğunu bilmirəm. İndi sağımda solumda anaları görüb özüm özümdən utanırdım. Mən də  anayam? Mən ömür boyu anama nifrət eləmişdim mənə sahib çıxa bilmədiyi üçün, bəs mən niyə qızıma sahib çıxmıram? Həmişə fikirləşirdim kaş ki anam da fədakarlıq edəydi, döyülərdi, söyülərdi amma atam məni Kadirə verməyə mane olardı. Bəs indi mənim qızım niyə Kərimənin, Sevdagülün anasının minnətinə qalır? Mən niyə sisuram? Bəs Sevdagül ərə getsə necə? Əri bu uşağı qəbul edib etməyəcəyi sual altındadır. Mən anamı belə sorğularkən sabah qızım mən onumn anası olduğumu bilərsə məni sorğulamazmı?  Etdiyim  səhvin bağışlanması yoxdur, bilirəm. Ama qızıma sahib çıxmağım günahımı təlafi etməzmi? Bəs analıq fədakarlıq deyilmi? Mən niyə dayanmışam? Atamın borcları üçün Kadirə qatlandım, qızım üçün niyə qatlanmayım ki? 
  Qərarımı vermişdim. Neclanı Kadirə götürəcəm, Kadirlə danışacam, ya məni "gəlini" olaraq Neclanın anası kimi Neclaya təqdim edib evində "gəlini" kimi bizə yer verəcək, ya da onun nazına razılaşıb ana olmaqdan "imtina" edəcəm, qarşılığında yenə  Kadirin arvadı olacam, əvəzində isə bir ömür boyu Necla ilə bir yerdə yaşayacam.
   - Off alahım off... Bu talehdir yaşdırsan mənə. Bu nə imtahandır verirəm?  Axı mən iuşaq idim, 6 yaşlı uşaq nə günah edə bilərdi ki bu qədər də ağır imtahanı ola?
  Bəzən beləcə üsyan etsəm də, qərarımı vermışdım. 
  Elə bu məqsədlə işimi buraxıb boynu bükük Sevdagül xanımın qapısına dayandım.
   - Xanımım, gedəcək yerim yoxdur, həm, də  məni  bu evə çəkən bir parçam var.
   - Döndü belə olmaz... Lütfen...
   - Xanımım, nə desəniz edərəm. Maaş da istəmirəm. Yediyinizdən bir loxma mənə bəsdir. Yetər ki məni balamdan ayırmayın.
  - Suus... Biri eşidəcək indi.
  - Qurban olum xanımım. Əgər evlənəcəyiniz kişi bizi qəbul edərsə heç, siz də Necladan ayrılmayın, ona da çətin olacaq sizdən ayrılmaq. Mən də sizin qulunuz köləniz olaram.
   - Emin bəyin Səlahəddin bəy kimi imkanı yoxdur. Neclanı da onunla danışmışam. Hələ ki, onu özümlə götürməyimə səssiz qalıb. Amma...
  - Amma qərarsızdır deyilmi?
  - Təssüf ki...
  - O halda?
   - O halda... Evlənməyəcəm...
  - Nə? Sən Necladan yana bütün həyatını məhv edəsən? - evdən həyətə çıxan və təsadüfən danışıqlarımıza qulaq müsafiri olan  Sevdagül xanımın anası müdaxilə etdi.
  - Ana, rica edirəm, sən qarışma. Bu mənimlə Emin bəylə  aramızda  olan bir məsələdir.
  - Məni Neclanın məsələsi yox qızımın həyatı maraqlandırır. Heç Emin də maraqlandırmir. Əhməd olmur, Mehməd olsun. İstəyirəm bir an öncə Neclanın babasını cağırıb uşağı sahibinə təslim edəsən, özün də evlənib, ailə uşağa qarışasan.
   - Ana!!!
Səs  gələn tərəfə döndük. Necla bir gül kolunun yanında dayanıb boynun büküb ağlayırdı. 
   - Necla, canım qızım - ikimiz də qollarımızı açdıq - gəl qızım!
   Necla ağac kimi yerə yapışmışdı.
   - Bağışla məni qızım, mən sənə analıq edə bilmədim - deyə Sevdagül  ona tərəf addımladı.
  - Elə mən də.. -  deyə pıçıldadım. Qızımın boynun bükməsi ürəyimi şan şan etmişdi. Gözlərimdən yaş sel kimi gedirdi. Ürəyim partlayırdı, amma bir ana kimi qızıma sarıla bilmirdim. Bir ananın balası qarşısında aciz qalması, sirri açılacağından, övladı tərəfindən rədd etməsindən qorxmaq nə qədər acı bir şey bilirsizmı? Çarəsizcə başımdakı yaylığın ucu ilə gözlərimi silirdim.
  - Ana, mənim anam kimdir, atam kimdir? Məni onlara ver.
  Sevdagüllə aciz aciz baxışdıq. İkimiz də çətin vəziyyətdəydik. Nə o Neclanın sualına cavab verə bilirdi, nə mən qızımın qarşısına kiçıb "sənin anan mənəm" deyə bilmirdim
- Nolar ana, gedək Karsa, Kadir dədəmgilə, mən burada qalmaq istəmirəm. Kadir dədəmin evi böyükdür, orada bərabər yaşayarıq.
  - Amma qızım...
   - Mən burada qalmaq istəmirəm, mən burada xoşbəxt deyiləm ana. Niyə başa düşmürsən məni? Hanı atam anam. Kimdilər onlar, həə?
  Neclanın sualları cavabsız qaldıqca, gözlərindən yaş sel kimi axırdı.
  - Gəl qızım - neclanı bağrıma basıb ağladım.
   - Ana, gəl gedək Kadir dedemgilə, Döndü abla da...  Nolar ana, gedək buradan... 
   - Anan evlənməli, yuva qurmalı. Niyə başa düşmürsən Necla?  Axı o sənin nəyindir ki, o səninlə gedə? Haydı qızım ara Kadiri, gəlsin nəvəsinə sahib çıxsın.
   - Ana! Yetər artıq, uşağın yanında belə şeylər danışma. O daha uşaqdır. Bunları qaldıracaq yaşda deyil.
   - Mən uşaq olmadan böyüdüm ana. 8 yaşımda görmədiyim şeyləri yaşadım bu dünyada.
- Elə demə qızım... Nə edim bizim də qismətimiz belə gətirdi. Səlahəddin atan yaşasaydı biz bunları yaşayardıq? 
   - Her şey sənin bencil ərinin üzündən oldu. Hemışə özünü düşünüb, səni də özünə alət edib. İndi də onun etdiyi xatalardan qurtara bilmirsən. 
  - Nə edim ana? Biz bir ayləydik və bir qərar verdik. Neclanı evladlıq etdik. Sağolsun. O da bizi sevindirdi. Cox gözəl günlər yaşadıq. İndi səlahəddin yoxdur deyə mən bu günlərin üstündən xətt çəkim? Mənim başqa yolummu var ana? Nə edim atım bu körpəni? 
  - Ver sahibinə. 
  - Verə  bilmərəm. Onun evindəki cadını bilmirsən sən. İki günə harcar bu kprpəni... 
  Söhbət Kadirin arvadından gedirdi. Az çox tanıyırdım onu. Ürəyində mərhəmət hissi olmayan bir tip idi. İndi Kadir Neclanı ora aparsa, o qadın onu qəbul edərmi? 
   Necla üzümə baxdı. 
  - Abla, sarıla bilirmıyim? - cavab vermədən  hönkürərək Neclaya sarıldım. O ki var ağlayıb ürəyimi boşaltdım. Sevdagül xanım da ikimizə sarılıb bizə qoşulmuşdu.
  - Biz birlikdə bir ailəyik, bu günləri də aşacağıq. 
  Nəhayyət gözümün yaşını silib başımı qaldırdım.
-Neclacım, mənimlə qalarsan? Heç Karsa getməyək.
   - Necə?
   - Çox sadə. Ev tutaq mən işləyərəm, sən məktəbə...
   - Yox olmaz elə şey-sevdagüı xanım dilləndi - Mən bu cür imkana sahibəm, amma Neclanı Səlahəddinin arzuladığı kimi yaşada bilmirəm? Həm Kadur bəy buna imkan verməz. Bilirsən hər həftə gəlir, baxir yoxlayır gedir. İndi desəm ki, Neclanı Döndü alıb gedib  deməzmi mən onun banbasıyam Döndü kimdi?
  - Mən də anasıyam - hiddətlə bağırdım. Və anında hər kəsin mənə çaşqınlıq içində görüb bir anlıq özümü itirdim. Tez özümü ələ alıb :
   - Yanı "mən də onun anası sayılıram" demək istədim. Necla qucağımda böyüyüb. Neçə ildir bir yerdə yaşayırıq. Yanı mənə etibar etməyib kimə edəcək?
    - Həyatda qəbul etməz...
   - Mən də lazım gələrsə, Necla üçün onun şərtlərini qəbul edərəm.
   - Yani?
   - YAni, məni eşinə kuma alacaqdı ya?
   - Eee?
   - Qəbul edirəm. 
  - Nəə? - hamı bir ağızdan səsləndi.
  - Döndü abla - Necla duyğulandı. Mənim üçün Kadir dədəmlə evlənəcəksən? Bu olmaz, eləmə belə. 
   Başımla təsdiq etdim. Gözümü silib qətiyyətlə ayağa qalxdım.
  - Amma  bir şərtlə Karsa getmiyəcəyik! Mən Neclanın oralarda məhv olub getməsinə izin vermərəm. Burada, ya da başqa şəhərdə qalacağıq. Necla özəl məktəblərdə oxuyacaq. O da zəhmət cəkib özü gəlib nəvəsini, məni görəcək. Nə mənim, nə də Neclanın onun arvadının yanında bir işi yoxdur. Qəbul edərsə etsin. Etməzsə özü bilər. Verin Neclanı mənə, mən özüm nə lazımsa edərəm. Devlətə sığınarıq. Devlətdən dəstək istəyərik. Mən də işləyərəm. Abla kardeş yaşarıq... 
   İki gün sonra Kadir və 3 başqa kişi yalıdaydı. Əlində şokalad qutusu və çiçək vaddı. Məni istəməyə gəlmişdilər...
                      13 
   Necla övladlıq olmasını qəbul edə bilmirdi. Özünü atılmış, dəyərsiz hiss edirdi. Gah Kadirin üstünə qışqırıb ata anasının kim olduğunu soruşur və tələb edir, gah Sevdagülü azarlayırdı.
   - Madəm mənə sahib  çıxmayacaqdın, niyə məni evladlıq edirdin? Axı mənim günahım nədir? Niyə məni ailəmdən ayırdınız? Axı mənim öz doğma anam atam hardadır, kimdir? Niyə gəlmirlər, niyə məni axtarmırlar? 
  - Biz belə ola buləcəyini hardan biləydik? Səlahəddin atan səni çox istəyirdi. Özündə bilirsən, biz birlikdə əsil ailəydik. Səlahəddin sənə ataların etmədiyi atalığı etdi. Elə mən də... Sən övladlıq edilən yeganə uşaq deyilsən, canım qızım. Milyonlarla evladlıq edilən uşaqlar var. Bu hal onlara çətin olsa da qəbul ediblər. Sən də qəbul etməlisən. "Bu da mənim kaderimdir" deməlisən. Gözəl qızım, mən səni atmıram. Yenə səni yoxlayacam, sənə baxacam. Bacardığım qədər ehtiyyac duyduğunda yanında olacam.  İstəsəm də səndən qopa bilmərəm. İllərimi verdim sənə böyütdüm, bağlandım, alışdım sənə. Sən də məni unutmayacaqsan, bilirəm . Səndən başqa mənim kimim var. Mən ilk analıq duyğularımı səninlə yaşamışam. Hər dəfə sən mənə "ana" dedikcə içim pır pır edirdi. Sən mənim gözümün kölnümün ilkisən. Yenə də elə qalacaqsan. Amma indi şərtlər dəyişmiş. Biz ayrılmağa məcburuq. Ayrılmaq o demək deyil ki, bir daha bir birimizi bir daha  görməyəcəyik. Mən tez tez gəlib sənə baxacam, yenə tatillərdə bir yerdə olacağıq söz verirəm. İstədiyin zaman mənim yanıma gələ biləcəksən.Sən yenə mənim qızım olaraq qalacaqsan. Mən hər zaman sənin yanında olacam, qızım. Səni heç tək qoymayacam. Düşün ki oxumaq üçün, təhsilin üçün, Döndü ablayla başqa şəhərə köçmüsən. Tatillərdə evə gəlirsən, görüşürük. Anlaşdıq?
   Necla ağlayırdı.
  -Belə eləmə qızım. Bu şərtlər altında səni böyütmək mənə çətindir. Nolar Necla, anla məni yavrum. Mən sənə istədiyin həyatı tək başıma verə bilmirəm. Mən sənin gələcəyini düşünürəm. Səlahəddin atan ölmədən də bunu atanla dəfələrlə danışmışdıq. Gərəkirsə səni dədənə verəcəyimə söz vermişdim ona. Çünki Kadir dədənin maddi vəziyyəti yaxşıdır. Səni oxudacaq, sənin arxanda dayanacaq. Mən ailə qurandan sonra bütün bunları edə bilməyəcəm. Sənin ögey ata yanındaəskik qalmanı, əzilməni istəmirəm, buna nə mənim könlüm razı olmaz, nə orada atanın ruhu rahat qalmaz.
  - Axı niyə məhz Kadir dədəyə? Hanı mənim atam, anam?
   Neclanın üsyanca verdiyi sual cavabsız qalırdı.Ürəyim az qalırdı partlaya. Özümü "Sənin anan mənəm" deməkdən güclə saxlayırdım. 
  Kadir isə Neclanı sakitləşdirir və Neclanın onu qəbul etməsi ücün böyük səbr nümayiş edirdi:
   - Bax yavrum, səni heç bir zaman atmadım,  bu qədər zamanda sən sadəcə məkan dəyişdin. Çünki o zaman elə bir vaxt idi ki, biz hamımız  böyük bir talehsizlik, imtahan içindəydik. Atanın da, ananın da beyni qan idi. Arada qanla nəticələnəcək olaylar var idi. Sən bu olayların tam mərkəzində yer tuturdun. Kim sənə əl uzatsaydı sənin canın yanacaqdı. Sənə  uşaqsan demək istəmirəm. Ama bunları başa düşəcək və düzgün təhlil edəcək yaşda olmadığın üçün bəzi mövzular bağlı qalsa yaxşıdır. Zamanı  gəlincə hər şeyi biləcəksən, özün kim haqlı, kim haqsız olduğunu görəcəksən. İndi vəziyyət belədir. Sən mənimlə qalmalısan. Sənin yerin mənim  yanımdır. Mən sənin dədənəm. Sən mənim qanımsan canımsan. Sənin ayağına daş dəysə mənim canım yanar. Kölnüm rəva etməz ki, mənim uşaqlarım, nəvələrim naz nemət içində yaşasın sən burada əziyyət çəkəsən. Heç olmasa böyüyənə qədər. O vaxta qədər Sevdagül xanım da həyatını düzənə salsın, işlərini yoluna qoysun. Sən də bəzi şeyləri başa düşəcək yaşa çatarsan, O zaman istərsən onunla qalarsan, istərsən bizimlə. Secim sənindir.
   - Bir dənə ata anamı deyin mənə...
   - Atan burada deyil,ölkə xaricindədir.
   - Anam?
    Kadir qınayıcı baxışlarla. üzümə baxdı. Ağır ağır dilləndi.
    - Öldü deyə bilərəm. Amma ölmədi. Yaşayır. O hər zaman sənin yanında olacaq. Amma heç bir zaman sənə analıq etməyəcək, edə bilməyəcək... 
   -  Demək o ölüb... O göylərdədir, o hər zaman yanımda olacaq, amma analıq edə bilməyəcək, doğrumu anladım dədə? 
   Gözlərim  dolmuşdu. Özümə yer tapa bilmirdim. Bir ananın "qızım" deyib ona sarıla bilməməsi nə qədər acı bir şey... 
   -  Bəs anamın adı nədir?
  -  ...
   - Hə dədə?
    - Mələk... Balaca Mələk...
   - Mələk...Mənim anam bir mələk! 

     Nəhayyət 6 7 aylıq mücadilədən sonra Neclanın qəyyumluğunun Kadirə verilməsi haqqında məhkəmə qərarı təsdiqləndi. DNA testi raporunda Kadirin onun babası olduğu və uşağın övladlıq edilməsi təsdiq olunmuşdu. Belə ki, guya uşaq doğulduqdan sonra ana xəstəxanadan qaçmış itkin düşmüşdür. Ana kimdir, haralıdır sualına isə belə cavab verildi ki, guya ana Almanya vətəndaşı, onlara qonaq gələn uzaq bir ailə dostunun qızı imiş. Oonlarda istirahət edən qız oğlu Xalidlə bir cavanlıq səhvi etmiş, qız hamılə qalmış. Bu vəziyyətdən qorxuya düşən Xalıq evdən qaçmış, qız isə ailəsinin yanına dönə bilməmidir. Guya Kadir onları evləndirmək istəmiş, lakin gənclər ikisi də bunun bir xata olduğunu deyərək evlilikdən boyun qaçırmışlar. Beləcə doğum vaxtına qədər qız Kadirin evində qalmış ( bunu təsdiqləyən şahidlər də gətirmişdi) qadın doğum etdikdən sonra o, uşağı xəstəxanada qoyub qaçmışdır.Bu zamana qədər qadın hardadır, ölübmü qalıbmı, heç ailəsinin də heç bir məlumatı yoxdur. Uşağa nə ata, nə ana sahib çıxmayınca yaşlı Kadır də nə edəcyini bilməmiş, uşağı həkim dostuna-Səlahəddin və onun Xanımı Sevdagül xanıma övladlıq etmişdir. Sonrakı məsələlər də aydındır. 
   O qədər gözəl bir yalan uydurulmuşdu ki, özüm belə Kadirin danışdıqlarına  inanırdım. Elə bil, bu həyat  mənim yox bir başqasının həyatı idi. Hətta övladını atan o vicdansız anaya nifrət belə edirdim... 
    Bəli beləcə Neclanın yeni kimliyi alındı. Kimlikdə ata adı  Xalid deyə qeyd olunmuşdu, ana adı yox. Çünki ananın kimliyi də yox idi, soyadı da... 
    Neclanın sənədləri düzəldikdən sonra Kadir və bir neçə nəfər, bir hoca ilə evə gəldi, nigahımız qıyıldı. O gecə Neclanı Sevdagül xanımın yanında qoyub yola çıxdıq. Ankaraya gəldik. Kadir sözünün üstündə dayanmışdı. Sevdagül və mənim şərtimizi qəbul etmişdi. Neclanın yeni həyatı üçün yeni addımlar atacaqdıq. Necla ilə mən Ankarada yaşayacaqdıq. Neclanın yeni həyata başlaması üçün Sevdagül xanım Ankaranı xüsusi ilə seçmişdi. Ən yaxın dostu Ankara Çankayada məktəb direktoru idi. Neclanın təhsili üçün bundan yaxşı fürsət ola bilməzdi. Kadir məktəbə yaxın bir yerdən bizə ev tutacaqdı, biz orada yaşayacaqdıq...
     İzmirdən Ankaraya qədər ikimiz də susduq. Sanki danışılası bir şey yox idi. Əsilində o qədər şey vardı ki. Mənim yox, onun.Məni yarğılamasını gözləyirdim, oğlu ilə aramızda olanların hesabını soracaqdı. Bağıracaqdı, çığıracaqdı. Məni bayılanacan döyəcəkdi. Hətta öldürüb bir dərəyə də ata bilərdi. Axı bu hesab yarım qalmışdı, o vaxt da heç bir şey deməmişdi... Lakin o susurdu. Mən də maşının arxa oturacağında bir küncə sıxılıb gah aynadan Kadirin zəhimli gözlərinə, gah da pəncərdən çöldəki mənzərəyə baxırdım. 
    Bəli ev tapmaq o qədər də çətin olmadı.Tanıdık, maklerlərin birinin köməyi ilə gözəl  və çox rahat bir 3 otaqlı evə baxdıq. 3 mərtəbəli ev baxça qatda yerləşirdi, pəncərəsi binanın həyətinə, çiçəkli bir baxçaya açılırdı. Bina önündəki hündür qovaq ağacları payızdan rəng alıb məhəlləyə xüsusi gözəllik verirdi. Yolun sağı və solundakı saralmış ağaclar insanın yorğun ruhuna bir həzinlık gətirirdi. Bu mənzərə sınıq qəlblərin sarı siminini dınqıldadırdı.  Evimin pəncərəsinin qarşısına qoyulmuş bələdiyə skamekası tam mənim üçün idi. Mən təbiət insanı  idim. Özümü evə bağlayıb otura bilməzdim. Mən həyətə çıxmasam boğulardım dörd divar arasında 
  Evin behini verib, bir lokantaya girdik. Səssiz səmirsiz yeməyimizi yeyib, gecəni keçirmək üçün bir otelə gəldik  .
    Otağımız eyni otaq, tək yataq. Uzun aradan sonra Kadirlə bir dam altında... Qəribə hisslər kecirdirdim. İndi mən Kadirin nəyiydim? Allah qatında halalı...  ya da oğluyla ona xəyanət edən düşməni? Nə fərq edər, xəyanətun tək adı var... Q..bəlik!  Demək mən indi bura q..bə kimi gəlmişəm. Bunun başqa adı yoxdur. Bundan sonra mən onun arvadı ola bilmərəm  axı. Çox da imam nigahımız var. İllər sonra keçmişəm onun qarşısına bir otaqda onunla eyni yatağı paylaşacam. İndi bu qədər olanlardan sonra o məni arvadı kimi qəbul edəcək, yoxsa əxlaqsız bir qadın kimi?
   Kresloda oturub o da nəsə dərin dərin düşünürdü. Mən yatağın bir kənarında oturub başımı aşağı salaraq uçimdəki düşüncələrimlə mübarizə aparırdım. Bundan sonra nə olacağını götür qoy edirdim Kadirlə necə davranacağımı, nə edəcəyimi, ona nə deyə müraciət edəcəyimi belə bilmirdim. Nəhayyət sükutu o pozdu. Ağır ağır ayağa qalxdı. Mən də qalxdım.
   - Sabah erkən qalxacağıq. Görüləsi işlərimiz var. İlk növbədə sporçu tapmalıyıq. Evə əşyalarına baxaq, alınası əşiyaların behini verək. Sonra ofisə keçib kira sözləşməsi imzalayacağıq. Ordan da məktəbə gedib Ömər bəylə görüşməliyik...
    Kadir yatağın qarşısına keçib üzü divara tərəf köynəyinin düymələrini açdı. Hiss edirdim ki, o da tərəddüd içindədir. Ürəyim titrədi. Çantamı qoltuğuma vurub özümü hamama atdım.
    Nə qədər keçdi bilmirəm.  İsti suyun altında hərəkətsiz dayanıb bu saatdan sonra nə edəcəyimi düşünürdüm.
   Otağa qayıdanda Kadir yerinə uzanmışdı. Üzünü pəncərəyə çevirib özünü yuxululuğa vurmuşdu. Hələ yatmadığını hiss edirdim. Bəlkə də məni gözləyir. Başa düşürdüm onu. Bu gecə onun üçün də çətin gecə olacaqdı. Asan iş deyildi ona oğluyla xəyanət edən xanımıyla illər sonra bir otaqda, bir yataqda... Görəsən bağışlayacaqmı?
    Keçib kresloda oturdum. Nə edim? İki kreslonu birləşdirsəmmi, orada yatsammı? Yoxsa gedib Kadirin yanında yatsammı?
   Xatirələr məni uzaqlara aparmışdı. 
   Kadir belə deyildi. Hər axşam məni uşaq kimi qoynuna alardı, oynaya oynaya, öpüb qoxlaya qoxlaya qucağında yatırardı. Mən yuxuya getmədən o yatmazdı. İndi məni gözləməyib, üzünü çevirib yatıb, özünü yuxululuğa vurub. Yoxsa hələ ürəyi mənimlə barışmayıb. Bəs barışmayıbsa bu bərabərlik nəyin nəsidir? Mövzu Necladırsa, Neclanı mənsiz də gətirə bilərdi yanında. 
   - Yox Döndü, Kadir sənə düşgün bir insandır. O hələ də səni sevir. Bax  gör o zaman sənin üçün nələr etdi. Nə qədər problem yaşasaq da, arvadı bizi ayırmağa çalışsa da o səni atmadı. Atamla neçə dəfə küsdü barışdı. Yenə sənin üçün, onu bağışladı. Sadəcə indi o sənin  səhvlərini bağışlaya bilmir, səninlə əvvəlki kimi ola bilmir. İndi sənin hərəkət etməyin lazım, könlün almağın lazım... 
    Oturduğum yerdən qalxıb, barmaqlarımın ucunda yatağa doğru gəldim. Yatağa yaxınlaşdıqca Kadirlə yaşadıqlarım gözlərimin qarşısında oynayırdı. Tüklü,  tər qoxulu iyrənc bədəni yadıma düşdükcə ürəyim ağzıma gəldi. Özümü hamama atdım. Üzümə su vurub aynaya boylandım.
   - Özünə gəl Döndü. Burada iyrənməli biri varsa o da sənsən. Onün cismi iyrəncdir, sənin ruhun. Onun bədəni kirlidir, sənin namusun. Nə deyə bəyənmirsən indi ərini? Hansı kişi qəbul edərdi bu izdivacı? Kim bağışlayardı? Axı sən Necla üçün gəlmisən, barışmısan, indi bu nə oyundur? Sən axı kimdən iyrənirsən? Niyə iyrənirsən? Sənin buna haqqın yoxdur Döndü. İyrənc sənsən, murdar sənsən. Özünü  qətiyyən təmizə çıxarma. Buna sənin haqqın yoxdur. 
  Səsimi içimə qısıb dizlərimə dizlərimə yumuruqladım. Səsimi eşitməain deyə, içimdən hönkürüb ağladım. Nəhayyət özümü ələ alıb aynadan özümə baxdım. Özümə ürək dirək verdim 
   - Çətini bu gecədir, Döndü. Sonra həyat normala dönəcək.İnan mənə.  Hər şey yaxşı olacaq. Əgər illər sonra o sənə dönübsə demək ki, bağışlayıb. Bağışlamasa belə umud var. İndi sıra səndədir. Sadəcə cəhd et. Qızın üçün, Necla üçün... 
     Aynanın qarşısına qoyduğum gül yağını boynuma saçlarıma sürdüm. Əynimə geyindiyim ipək  gevəliyin yaxasını bira da aşağı çəkdim  özümə sığal tumar verib aynadan özümə sünü bir gülüşlə gülümsədim.
  - Bacaracaqsan. Döndü. Bu dəfə uşaq kimi yox, yetişkin qadın kimi ərinin qoynuna girəcəksən. Yalvaracaqsan. Bağışlanmanı istəyəcəksən. Yeri gəlsə çilvənin tam tamına  hiss etdirəcəksən ona. Kadiri yaxşı tanıyırsan sən. Bilirsən onun  qəlbini qadın çilvəsi necə ələ aldığını. O qadın dəlisidir. Haydı Döndü, qadınlığını göstər ona. Bu zamana qədər səndən gözlədiyi, və görmədiyi qadınlığını daddır ona.
   Otağa keçdim. Arakəsmədə sankı yerə yapışdım. Qürurum əl vermirdi onun yanına gedəm.İçimdəki o kiçik Döndü dilə gəlmişdi:
   - Mənim günahım nəydi Döndü? Mən yalvarmışdım məni 6 yaşında o iyrənc məxluqa verin deyə? Burax uşaqlığımı, bir təhər keçdim, mən gənc qız olmuşdum, düşüncələrim duyğularım dəyişmişdi. Mən məcbur idim sevmədiyim kişiylə bir yastığa baş qoymağa? Sevib sevilə bilməzdim mən? Buna mənim haqqım yoxuydu?  Nə edim ki əlimdə olmayan bir duyğularla onun oğluna aşiq oldum. Bağlandım, sevdim? Onun məndən istifadə edəcəyini nə bilirdim mən? İnandım ona . Buna da gənclik xatası deyək. İndi niyə özünü onun yatağına itələyirsən? İndi vicdanın səni rahat buraxmır, sənə və qızına sahib çıxdığı üçün özünü ona borclu hiss edirsən.içində minnət hissi yaranıb? Bilirəm. Özünü bağışlatmaq istəyirsən. Bəs mən?  Niyə kimsə məndən-sənin  uşaqlığından, sənin gəncliyindən üzür istəmir? Axı sən nə uşaqlığını yaşamısan, nə gəncliyini yaşamısan. Atan səni satıb, Kadir alıb. Məni - sənin uşaqlığını, gəncliyini istismar edib, ona təcavüz edib. Niyə onlar bir uşağın xəyallarının oğurlanmasının nə qədər günah olduğunu bilə bilə səhv edə bilirlər, mən səhv edə  bilmərəm? Niyə bu bağışlanmaz bir günah olmalıdır? Bəlkə o gənc Döndü heç sevməmişdir, bəlkə o həyatdan bir qurtuluş yolu seçmişdir. Sevgini yıxılmaması özünə əsa etmişdi? İndi niyə o  çarəsiz balaca Döndünü ayaqlar altına atırsan?  Niyə onun qürurunu əzirsən? İndi nə deyib özünü ona verəcəksən? Sevdiyin üçün mü? Sevmirsən! Bağışlanmağın üçünmü? Sən onu bağışlamısanmı Döndü? Sənin uşaqlığını, gəncliyini çalan o insanı bağışlamısanmı Döndü? İndi nə deyib bağışlanmağını istəyəcəksən ondan? Biraz qürurun olsun, biraz vicdanın olsun! Özünü sev Döndü, Məni sev, Gəncliyini sev! 
  - Qızımı sevirəm! Hər şey onun üçün! - deyə üsyancasına içinmdəki səsi boğdum. Barmaqlarımın ucunda kresloya tərəf gedib oturdum. Əl barmaqlarım bir biri ilə qavğa edər kimi bir biri ilə boğuşur, dişlərim dilimi dodağımı gəmirirdi. 
   Nə etsəm. Axı mən onun arvadıyam. Bəlkə bir şirinlik göstərim, yanına gedim üzür istəyim. Məni bağışlaması üçün yalvarım. Axı o mənə heç nə etməyib, nə etmişdimsə mən ona etmişdim. Mən ona başqasıyla deyil öz oğluyla xəyanət etmişəm. Bu bağışlanası bir şey deyil axı... 
   İslaq bədənim quruduqca bədənimin hərarəti soyumağa başlamışdı. Üşüyürdüm. Soyuq nəm bədənimdən qanıma işləyirdi. Daha da artıq otura bilmirdim. Qalxıb televizoru və işıqları söndürdüm, ehmalca yatağımın bir kənarına oturdum. Onu oyatmamaq üçün bacardığım qədər ehtiyyatla hərəkət edirdim.  Bircə bu gecəni atlatsaydıq.
   Kadırın hələ yatmadığını, oyaq olduğunu da bilirdim. Sadəcə mən bu gecəyə hazır deyildim. İçimdəki  Döndülərin arasında qalmışdım. İçimdə 3 Döndü vardı  Uşaq Döndü , gənc Döndü və indiki Döndü... 
    Yavaşca yatağıma uzandım. Ona baxdım. Diqqəti məndə olduğunun fərqindəydim. Məni gözləyirdi. Mən isə susurdum. Nə ona dönə bilirdim, yə ondan üz çevirə bilirdim. Düm düz taxta kimi qalmışdım. Başım ona əyilən kimi, içimdəki Döndü üsyan edir. Başımı yana çevirəndə də özüm özümü didirdim. Beləcə  bir neçə dəqiqə keçdi. Nəhayyət duyğularım  içimdəki Döndülərə qalib gəldi. Mən Kadirin könlünü almalıydım. O məni gözləyir... 
   Gecəliyimin qollarını çıynimdən sürüşdürüb, üstümdəkini qurşağıma qədər saldım. Yorğanla sinəmi gizlədib ona döndüm. Ağarmış saçlarını, tüklü, kürəyini süzdüm. Əllərimi güclə qaldırıb arxadan saçlarına toxunmaq istədim. İçimdəki Döndü əlimi geri çəkirdi. əlim içimdəki Döndünün təsirinə düşmüşdü. Əlimi nə yanıma sala bilmirdim, nə ona toxuna bilmirdim. Bu dəfə də içimdəkinə qalib gəlib  saçlarına toxundum. O buna  etiraz etmədi. Ürəkləndim. Barmaqlarım saçlarında dolaşdıqca gözlərimi yumurdum. O mənə qarşılıq vermirdi, sinəmə toxunan qabarmış  tüklərindən  toxunuşlarəma etinasız qalmadığını da hiss edirdim. Dodaqlarım boynuna yapışdı. Kiçik bir öpücük onu hərəkətə gətirdi.. Qımıldanması məni həm sevindirdi, həm də qorxuzdu. Başımı kürəyinə qoyub arxadan onu quçaqladım. Ürəyi hədsiz çırpınırdı. Həyəcanla nəfəs alıb verirdı. Kürəyindən bir öpücük alıb, onu özümə tərəf çevirmək istədim. Ondan öpüşlərimə qarşılıq istəyirdim. Yerindən dikəlib, məni yastığıma itələdi. Ayağını qıçlarımın üstündən aşırıb, yanıma dirsəkləndi. Bir əliylə sinəmi ovuçladı. O biri əliylə üzümü ovcunda var güçüylə sıxdı. Yenə o vaxtkı kimi qaba və ehtiraslı görünürdu.sinəmi əzən barmaqları canımı incitsə də, çoxdandır tənhalıq yaşayan qadınlıq duyğularıma vəlvələ salıb məni inildədirdi. Bəlkə başqa biri bunu mənə etsəydi, qarşılığı dəlisov bir sevişmə olardı. Lakin mən ondan hələ də qorxurdum.
   Bəlkə də kişilərin bu halı çox qadınların xəyalı idi. Bilmirəm, uşaqlığımda yaşadığım travmadan idi, nə idisə onun bu halı məni qorxuzurdu. Onun belə halını vəhşi bir heyvana bənzədirdim. 
  Başqa çarə yox idi. Qəbul etmişdim, qatlanacaqdım. Odur ki, gülümsəyib, üzümə şirinlik qatdım. Ehtiraslı nəfəsi üzümü yalayırdı. Barmaqları üzümü sıxsa da baş barmağı dodaqlarımda gəzirdi. Göz gözə., nəfəs nəfəsə dayanmışdıq. Barmaqlarım saçlarına dolaşdı.alnını alnıma yapışdıdım, dodaqlarından öpəcəkdim ki, anıdən əsəbi halda üzərimdən qalxdı. 
    - Lütfən, balaca mələk!  Lütfən...
    Başına yumuruqladı. Bu məni daha da qorxuzurdu.
  - Yanlış anlama, balaca Mələk , Bugün biz bərabəriksə, bu Necla üçündür, bunu sakın unutma. Səninlə mənim aramda heç bir şey olmamalı, ola da bilməz. Sən mənim nəvəmin anasısan... Yanı mənim oğlumun qızının anasısan... Mən  oğlum kimi oğraş deyiləm...  Mən nəvəmin anasına başqa gözlə baxa bilmrəm, bizim evliliyimiz allah qatında günaha batmamaq üçündür. Yanı, Necla üçün hər dəfə  buraya gəldiyimdə, mənim yanımda rahat olasan deyə. Lakin və lakin bizim aramızda başqa heç nə ola bilməz.
  Yataqdan sıçırayıb yerə atıldı. Əsəbi halda hamama girib qapını çırpdı. 
   Dediyi sözlər güllə kimi içimi parçlamışdı. İçimdəki Döndü qəhqəhə çəkib mənə gülürdü. Mən isə dizlərimi bayaqdan Kadirin isti ovucda xumarlanan döşlərimə çəkib ağlayırdım..
                       14 
    Uzun zaman idi Kadirlə bir yerdəydik. Bir yerdə deyərkən ayda  bir iki dəfə gəlib üç, ya da beş gün qalıb gedirdi. Onun gəlişi Necla üçün toy bayram olurdu. Necla Kadırı həqiqətən çox sevirdi.
    Kadir Neclanın dərsinə gedər, müəllimləri ilə müntəzəm əlaqə saxlayırdı. Gələndə də maşının arxası sovqartla dolu olardı. Müəllimlərin, qonşularımızın da payı ayrıca.
   Qısa müddətdə qonşularımla qaynayıb qarışmışdıq. Bir birimizə gedər gələr, şəhər yerinin olmazsa olmazı "günə" toplanırdıq. Məni Neclanın dayəsi bilirdilər. Neclanın ata anasını sorşmuşdular məndən. Vicdan əzabı çəkə çəkə yalan demişdim onlara. Neclanı doğurarkən anasının dünyaysını dəyişdiyini demişdim. Guya Neclanın atası sevimli xanımından sonra buralarda dayana bilməyib. Uşağının qəyumluğunu öz atası - yanı Kadirə verərək xaricə köçübmüş.
   Necla ilk günlər ailəsi üçün darıxsa da, tez bir zamanda yeni həyatına alışdı. O burada darıxmırdı daha. Binamızda tay tuşları çox idi. Bərabər dərs hazırlayır, etkinliklər keçirirdilər. Neclanın əyləncəli günləri Sevdagülü də ona unutdurmuşdu. Etiraf edim ki, Neclanın orada nə qədər zəngin və sosietik həyatı var idisə də o burda, bu məhəllədə daha xoşbxət idi.
    Kadir həftə sonları gününü demək olar ki, bizə həsr edirdi. Şəhəri gəzdirir, bizi şəhərin ən lüks avmlərinə aparırdı. Bahalı da olsa istədiyimiz, bəyəndiyimiz geyimləri alır, gözəl bir məkanda yeyib içib əylənərdik. Hava xoş olanda da kənddən kəsib gətirdiyi quzu ətiylə şəhərdən kənarda mənzərəli və yaşıl çöldə - çəməndə piknik acardıq,
    Həyatım gözəlliklərə doğru gönmüşdü. Hec vaxt xəyal etmədiyim, xəyalın belə nə olduğunu bilmədiyim bir həyatı yaşayırdım. Di gəl ki mən xoşbəxt ola bilmirdim.
    Kadir məni danışdırmırdı. Heç adımı belə çəkmirdi. Bir şey lazım olanda, ya nəsə demək istəyəndə  "Necla, ablana de" deyərək müraciət edirdi. Mənimlə belə nəsə danışıb, nəyi isə mənə eşitdirmək istəyəndə üzünü Neclaya tuturdu.Necla bunun səbəbini soruşmuşdu ondan təbii ki. 
    - Dədə, sən Döndü ablayla danışmırsanmı? 
   - Danışıram təbii ki, nədən? 
   - Ona bir şey söylərkən mənə səslənirsən ya... 
  - Hmm... Doğrudur qızım. Bunun səbəbi ola bilmezmi?
   - Ola bilir de... Amma nədən? 
   Necla caşqın çaşqın halda baxdı. 
   - Bu səbəbi ablan yaxşı bilir. 
   - Dədə... Mən də bilmək istəyirəm, lütfen. 
   - Qızım mən əski adamam, eski adamlar ailə ortamında  kişilər xanımımnın  adını çəkməz, ona bir söz deməzlər . 
   - Siz  heç danışmırsız da... Aayyy.... Dədə... Mən indi diqqət edirəm sizə. Mən sizi danışan görməmişəm heç... 
   - Səninlə danışıram yaa...
   - E ee?
  - Kızım məni bu yaşımda utandırma görək. Səninle danışıram bəsdi. Bax o qapının arxasında danışıram onunla  sabaha qədər. 
    Neclanın gözündə biz problemsiz xoşbəxyt ailəydik. "Eləydik" ama o heç bir zaman bizi bir birimizə yaraşdırmırdı. 
   - Abla, sən çox  gözəlsən, gəncsən. Niyə dədəmlə evləndiniz ki? 
   - Niyə məni dədənə yaraşdırmırsanmı? 
   - Şeyy abla...  O yaşlıdır, mənim dədəmdir. İpek kimi adamdır o heç. Amma gəl bir aynana bax, siz yaraşırsınız heç?
   -... 
  - Abla nolar incimə elə demək istəmədim. Mən ikinizi də çox istəyirəm. Siz ikiniz də mənim üçün iseal adamlarsız. Amma qüsura baxma mən heç kimə deyə bilmirəm ki, sən mənim dədəmin xanımısan.
  - Nə var burda? Burda utanılacaq tək adam varsa o da mənəm. Amma mən də utanmıram.. Cünki arada sən varsan. Sən belə xoşbəxt olasan deyə mən dədənlə evlənməyə razılıq verdim. Çünki dinimizdə cariyələri sahibləri nigahına almalı  
   - Nə deyirsən abla sən? Abla, sən bir mələksən sən mənim üçün həyatını məhv etmisən? Bunu ana bildiyim Sevdagül belə etməzdi. O özünü düşündü hər zaman. Məni düşünmədi . Uşağı olsun deyə həyatını gənc biri ilə birləşdirdi. Səndə evlənə bilərdin başqasıyla özünün uşaqların olardı. Axı niyə mənim üçün evli biri ilə hətatını birləşdirəsən ki? Axı mən səninnəyinəm. 
   - Bəli bu işlər belədir.qızım. Mən sənin üçün hər şeyimdən keçdim.
  - Axı niyə?  Bunun səbəbi olmalı..
 - Bəli. Səbəbi sən...
  - Bu səbəb deyil abla.
  - Sən mənim qızımsan... Yanı səni qızım kimi bilirəm. Elə sevirəm. Canımsan. Mən sənin üçün dədənin xanımı da olaram köləsi də. Yetər ki, sənin üzünə qəm dəyməsin.
   - Amma dədəm orada evli. Tani elə dayəm kimi də qala bilərdin. Kəbinə nə gərək vardı ki? 
   - Olsun. Dinimizdə müsəlman kişi 4 qadınla evlənə bilər. O. Cümlədən cariyələri ilə... 
   - Abla...  Mən bunu qəbul edə bilmərəm. Mən yoldaşımın tək qadını olacam. Əgər mənim yoldaşım müsəlman olub da məndən başqa  bir neçə qadın alarsa mən də bir xristiana qaçaram. 
    - Tövbə de qız... 
   - Demirəm abla. Baxıram burdakıların da, sizin də kültürünüzə... 
   - Nolub bizim kültürə? 
  - Abla  niyə qapanmısan? 
   - Mən ... Mən müsəlmanam. Müsəlman qadın  başın örtər, saçının teli belə görünməz. 
   - Mən ötrtünməyəcəm... 
    - Qızım tövbə de çarpılacaqsan.... Mən sənə dinimizin gözəlliklərini anladıram, eşitdiklərimdən gördüklərimdən danışıram. Mən nə deyirəm, sən nə deyirsən. Kimdən öyrənmisən bu dilləri? 
   - Abla mən məktəbə gedirəm. Heç bir sinif yoldaşımın anası sənin kimi geymir. Hamısı baxımlı gözəl geyımlı qadınlardır. 
  - Mən də gözəl geyinirəm. Dədən bizə ən gözəl ən bahalı geyimləri alır. 
  - Mən istəyirəm sən də o qadılar kimi olasan. Bu stildə ən son model geyinsən belə  bu evin xanımına yox, qulluqçusuna oxşayırsan... 
   - Həə anlaşıldı... Məndən utanırsan... 
   Necla bəzən belə etirazlatriyla məni qırırdı. Uşaq idi bəlkə də bunu başa düşmürdü. Başa salanda da üzür istəyərək:
  - Abla, qonşular elə bilir sən mənim dayəmsən. Mən heç kimə deyə bilmirəmki dədəmin yoldaşısan. 
   - Bu lap yaxşı, nə var ki burda?
  - Kecən günlərdə Nesrinin anası sordu səni , dayən necədi deyə. 
   - Hmm, normaldır. Mən özümü belə təqdim etmişəm ki... 
   - Dədəmi də sordu, onun karısını da. Ben söyleyemedim dedemin buradakı karısı sensin diye. Yaa abla, bazen elə şeylər sorurlar ki... 
   - Nə kimi məsela? 
  - Annen babanı bir başkasıylamı aldatmış? Kiminle kaçmış? Mən deyirəm anam ölüb, inanmırlar. Niyə kimliyində ananlnadı yoxdur falan, filan. Baban niye senin yanında değil. Deden buraya geldiğınde hangi odada yatıyor? Senin onunla münasibətin necədir falan? 
    Əsəblərim gərilirdi. Nə zaman sakit yaşayım dersəm illa ki, hüzurumu qaçıracaq bir şey olur, bu həyatda. 8 9 yaşında bir uşağın beynini öz murdar dedi qoduları ilə niyə qarışdırsınlar ki?  Bəzən elə istəyirdim bu dedi qoduları yayanların üstünə hücum çəkib bütün acığımıonlardan çıxım. Amma hələ ki səbr edirdim.
  Kadir gəldiğində özümü toparlayıb qarşısına kecdim. 
   - Bax Kadir, madəm mövzu Neclaysa onun sıxıntılarını,  problemini, sevincini səninlə paylaşmalıyıq. Danışmamız lazımdır 
   -...
 - Mənə bax Kadir əfəndi... Danışmalıyıq deyirəm . Belə küsülü qalmaqla problemlərimizi çözə bilmərik. 
   - Buyursun gelsin, Neclam dərdini desin görək mənim ceyranımın dərdi nədir. 
    - Məni dinləyəcəksən, Kadir! 
   - Neclanı cağır gəlsin ! 
   - Çağırmıram! Məni dinləyəcəksən. Məni yaa - Bağırdım əsəblə əlimdəki fincanı yerə  çırpdım. Ürəyim partlayırdı. Bu zamana qədər Kadirin sözünün qarşısına söz deməmişdim. İndi sankı bir çiban deşilmiş, aylardan bəri  yığılıb qalmış irinin ağzı açılmışdı. 
   - Yetər artıq Kadir, yetər...  Bezdim mən belə yaşayışdan., usandım səssizlikdən. Mən bu evdə heykəl deyiləm, daş - duvar deyiləm. İnsanam. İnsan yerinə qoyulmağa da hakkım var
   - Sən bu haqqı çoxdan itirdin, farkındamısın?
   - Hər insanın bir xatası ola bilər.
  - Sənin xatan bağışlanası xata deyil.
  - O zaman mən burada nə axtarıram? Mənə bu işgəncəni vermək üçünmü qəbul etmisən məni?
   - Mən ilk başdan sənə dedim axı . Sən bu evdə Necla üçün gəlmisən. Sən nəvəmin anasısan... 
  - NOlub? Nə davadı?
  Kadirlə bir birimizə baxdıq. Görəsən Necla bir şey başa düşdü? 
  - Bİr şey yox qızım, sən otağına gir. Bu dədənlə aramızda olan kiçik bir mübahisədir. 
    - Dalaşmayın nolar, mən davadan qorxuram. 
   - Dalaşmırıq qızım. Olur hər ailədə belə şey. Sadəcə mübahisə edirik.  Narahat olma. 
   Kadir qalxıb yataq otağına keçib əsəbi halda qapını çırpdı. Elə bil o qapı üzümə çırpıldı. Bütün canım acıdı. Bir şey demədim, həmin gecə salondakı  divanda yatdım. Amma sabah Neclanı məktəbə yola salıb özümü yataq otağına atdım. Kadir  hər zamankı kimi mənim otağımdakı divanda yatırdı. Qartal kimi üstünə şığıdım. Üstündəki yorğanı dartıb əsəbi halda yerə çırpdım. Kadir yuxulu və çaşmış halda ətrafa baxdı:
   - Nə oldu burada, nolub? 
   - Məni dinləyəcəksən, Kadir əfəndi.Axşam söhbətimiz yarımçıq qaldı 
  - Döndü, görürsən ki yatmışam, adamı dəli eləmə sabah sabah. 
   - Xeyir Kadir əfəndi, məni dinləyəcəksən. Məni görməzdən gələ bilərsən. Ama Neclanı əsla. 
   - Nə dəxlı var? Mən Neçlaya pismi baxıram? Nəyi əskikdir? 
   Gülmək məni tutdu. 
   - Nəyi artıqdır bəyəm?
   - Sən nəyin davasını edirsən, mənnən? Özünün adından danışırsan ya Neclanın? Mən bir dədə kimi Neclanın heç bir şeyin əskik etməmişəm. Əlimdən gələn hər şeyi edirəm. Məktəbi yaşamı sosial həyatı, əyni başı, əyləncəsi... Daha nə etməliyəm? Əl çək məndən, yatıram. 
    Əsəblə yatağın üstündəki hər şeyi ortalığa dağıdırdım. Əsəbimdən qışqırırdım. Heç nə gözümə görünmürdü. 
   - Xeyir əfəndim.  Bütün bunlarla canını qurtara bilməzsən. Yetməz! Sən Neclaya dədə kimi yox, ata kimi etməlisən bunları . Ona ata kimi sevgi verməlisən! Çünki o mənim qızımdır, sən də mənim ərim. Mənim ərim onun atası olmalıdır. Unutmamısansa Kadir bəy, biz ikinci dəfə bu şərtlər altında həyatımızı birləşdirmişik. 
   - Ee? Yoxsa narazısan həyatından? Daha nə etməliyəm? Qızını ən gözəl məktəbdə oxudiuram, evini tutmuşam, hər şeylə təmin edirəm. Mən sizin üçün  bu yaşımda yollarda qalmışam. Öz uşaqlarıma etmədiyimi sənin qızına edirəm. Daha nə istəyirsən?
- Güldürmə məni.Sən hər şeyi maddiyyatda görürsən? 
   - Başqa nə etməliyəm ki? Mən Neclaya ata ola bilmərəm, qüsura baxma. 
   - Olacaqsan Kadir efəndi olacaqsan. Yox elə dünya. Mən Neclanın xoşbəxtliyi üçün, onun üzünün gülməsi üçün qəbul etmişəm bu evliliyi. 
   - Güldürmə məni Döndü. Necla məni babası kimi tanıyır. Sənin heç anası olduğunu da bilmir. Bilməyəcək də. Bu sirr açılsa onun necə travma yaşayacağını məndən yaxşı bilirsən, elə deyilmi?  Hər halda qızının xöşbəxtliyini istəyən ana qızına bu travmanı yaşatmaz. 
   -Ya oğlun çıxıb gəlsə?
    - Bəlkə mən öldükdən sonra. Mən nə qədər ki sağam o bu ölkəyə gələ bilməz. Gəlsə belə sizi tapa bilməz. Boşunamı sizi Karsa yox Ankaraya yerləşdirmişəm? İndi icazə ver yatım. Günorta yola çıxacam. 
   - Ooh nə ala... Get- gəl, yat- qalx, ora bura... Sənə deyirəm Neclanın problemləri var. Qonşular söz soxur, burada sənin mənim ərim olduğunu heç kimə deməmişik   
  - Niyə? Məndən utanırsan? 
   - Səncə? 
  -  Bax, xanım əfəndı, utansan da bu sənin kaderindir!
  - Özümdən 30 yaş böyük kişiyə ərə verilməyim qismətdir?
 - Qismət deyilsə uzün aradan sonra niyə  bir yerdəyik?
  Gulmək məni tutdu. 
- Burax kadəri, qısməti. Ağzımı bozdurma. Mənim. Kader dediyin ərin küsülü qalmasıdırmı? Onun yanında ailə kimi deyil də kölə kimi yaşamaqdırmı? İşinə gələndə kader olur, dinimizin buyurduğu olur, işinə gəlməyəndə heç nə? Məni nigahina almısansa nədir bu küsülülük? Yoxsa dindən xəbərim yoxdur? Mən 6 yaşımdan sənə arvadlıq etmişəm, bunu özümə vəzifə bilmişəm. Allahın qadınlıq borcu hesab etmişəm. Ərimə itaət bilmişəm. Bəs sən? Mənə neyləmisən, neyləyirsən? Mənim hislərim, mənim duyğularım yoxdur? Mən sevə bilmərəm? Mən küsə bilmərəm, mən inciyə bilmərəm? Mənim nəfisim yoxdur? Mən qadın kimi...
  - Sən qadın deyilsən. Sən qadınlıq kimliyini mənim oğlumla oynaşarkən çırmısan...
   - Hamısı sənin və atamın xatalarındır bunlar. Bu izdivaca girərkən gələcəyi də fikirləşməliydiz. Bu gənc sənin oğlun yox başqası da ola bilərdi. Mən gənc qız idim. Mən sevib sevilmək istəyirdim. Qanım qaynayırdı. Tənhalıqdan üşüyürdüm. Birinin sevgisinə ehtiyyacım vardı. Mənim ehtirasımı söndürəcək dəli dolu bir gənc olmalıydı, gəncliyini görmədiyim, dərisi belə moruqlaşmış ixtiyar yox...
   Üzümə dəyən şillə gözlərimdən od parlatdı. Nifrətlə üzünə tüpürdüm
  - İyrənirəm səndən, kaftar! 
    Kadir qapıdan çıxmaq istədi. Önə keçıb qapını açmağa qoymadım.
   - qaçmaqla canını qurtara bilməzsən məndəmn. Dinləyəcəksən mənib. Mövzu bu deyildi. Söhbətimiz hələ  bitmədi. Gedə bilməzsən...
    - Çəkil!
   - Sənin qarşında o kənddəki saf qız yoxdur artıq Kadir bəy, söz deyən kimi həmişəki kimi çəkib gedəsən! Məni məhv etmisən. Neclanı da məhv etmənə izin verməyəcəm!
   - Nə istəyirsən axı?
   - Mənimlə normal ailə kimi davranmanı istəyirəm.
  - Bu mümkün deyil.
   - Mümkündür. Necla üçün hər şey mümkündür. Necə ki mən Neçla üçün təkrar səni qəbul etmişəm, sən də hər şeyi bir kənara qoyub, hərkəs kımı aılə olacağıq. Yenə bu bağlı qapı arxadsında bu divanda ayrıca yata bilərsən. Onsuz da önəmli deyilsən mənim üçün. Amma bu qapının dışında, Neclanın və ətrafımızdakıların yanında bunu hiss etdirməyəcəksən!
   - Bunu düşünməm lazım. Bacararamsa...
  - Bacaracaqsan. Baxcarmaq məcburiyyətindəsən.
  -...
  Araya sükut çökdü. Düşüncəli addımlarla pəncərə önünə keçdi. Aranın sakitləşdiyini görüb mülayım səslə ortama bir həzinlik yaydım.
  - Bax Kadir, bir ömür boyu Necla bizə danışmanlıqmı edəcək? İndi yüz bəhanə gətirib işin aıtından çıxa bilərik. Bəs sabah böyüyüb hər şeyi başa düşsə? 
  - Bunu da sən düşünəcəksən artıq... 
  - Nəyi mən düşünəcəm? Bu tək mənim xatammı? Oğlunun xatalarına göz yumub məni günahlandırırsan? Bax təkrar mübahisə etmək istəmirəm. Nolar məni başa düşməyə çalış. Özüm üçün səndən heç nə istəmirəm. Bu dəfə hər şey qızım, nəvən üçündür... 
  - Nə istəyirsən məndən. Bir onu başa düşsəm. 
   - Açıq və net söyləyirəm. Madəm Necla üçün bir aradayıq, madəm mənim anası olduğunu bilməsi mümkünsüzdür, o zaman oğlunun etmədiyi atalığı sən ona edəcəksən! 
   - Bir dəqiqə, bir dəqiqə... Oğlumun xatalarınımı dedin sən ? 
    - Aa... Pardon... sənin və  babamın demək istəmişdim... 
   - Kəs səsini, ləçər. Uşaq eşidir. 
   - Uşaq dərsdə. Lap eşitsin, vecimə deyil. Mən artıq bu yükü təkbaşıma daşımaqdan yoruldum, Kadir.Hər şeydə özümü günahlandırmaqdan bezdim. Mənim gerçək bir həyat yoldaşına ehtiyyacım var, başa düşürsən? Mənimlə bərabər bu yükü çəkəcək bir yoldaşa ehtiyyacım var! 
  Ağladım. Hələ də duyarsız və vecsiz halda pəncərədən çölə baxırdı.
  - Axı mənim nə günahım vardı bütün bunları yaşayım? Mənim 6 yaşım vardı ee, 6 yaşında uşaq nə bilir dünyada nə var nə yox?  Günahın nə olduğunu belə bilmirdim. 
 - Sənin 6 yaşın var idi o uşağı doğuranda? 
- Xeyir. 19 yaşım var idi. Mən həyatı 6 yaşından istismar olunmuş gənc idim o uşağı doğuranda. Niyə başa düşmürsən? Qızların mənimlə tay tuş idi, çöldə bayırda oynaylrdı o yaşda. Mən isə Şəngül abladan qadınlıq öyrənirdim. Sənin qızların gənc 16 19byaşında  oğlanlarla duyğularını, hisslərini doya doya yaşıyanda mən özümdən 30  32 yaş böyük kişinin yatağına möhürlənmişdim. Mən gəncliyimi yaşamalıydım. Bu mənim təbii və özəl haqqım idi, bu mənim ehtiyyacım idi. Ruhum, qəlbim bunu istəyirdi, məndən izinsiz istəyirdi bunu. Bədənim sənin qəsrində dusdaq olsa da. Ruhum  azad olmaq istəyirdi. Bu yaş mənim sevgiyə, diqqətə, qayğıya ehtiyyac duyduğum yaş idi. Mən sevgi acıydım. Mən ata sevgisi görməmişdim, mən ata sevgisini səndən ummuşdum. Sən mənim ərimdin, ama aramızdakı yaş atamı hiss etdirirdi mənə. Mən sənə sevgili, ər kimi baxa bilmirdim Kadir. Aramızda yaşananlardan nifrət edirdim özümə. Sən hər mənə toxunanda qızına təcavüz edən manyak ata  kimi hiss edirdim səni. Mən səni sevə bilmirdim. Mən ər sevgisinin nə olduğunu bilmirdim. Mənim sevməyə sevilməyə ehtiyyacəm vardı. 
   -Onu da bizim o salakda tapdın? 
   - Bəli. Aldandımmı, yanıldımmı  bilmirəm. Ama o an o mənim yanımda oldu, mənim qəlbimdəki boşluğu o doldurdu. Sevdim... 
   - Kəs səsini fahişe... - Kadirin əlini ikinci dəfə havada tutdum :
-Sən bunu mənə edə bilməzsən , Kadir bəy. Əlini özündə saxla. Əgər sən mənim etdiklərimə fahişəlik deyirsənsə bəli mən fahişəyəm. Bunu siz eləmisiz. Atamla sən. Siz məni evlilik adıyla fahişəliyə sürükləmisiz. Mən 6 yaşında 36 38 yaşlı bir kişinin fahişəsiydim, atam məni bir fahişə kimi satdı, sən aldın. Mən bütün haqları hüquqları istismar olunmuş körpə  fahişəyəm., bəli. Mən uşaqlığı oğurlanmış fahişəyəm. Unutma Kadir əfəndi, fahişələr doğuşdan fahişə doğulmur, onları yaşadıqları, fahişələrlə dolu mühit fahişə edir. Qüsura baxma , dini əsas gətirib haqq hüququnu bilməyən körpəni evliliyə sürükləyən cəmiyyət özü elə fahişədir. İndi mənim fahişəliyimi niyə suç sayırsan? Məni siz özünüz dəvət etmədinizmi fahişəliyə? 
   - Vayy anam vayyy. Sən bunca ili nələr yığmısan içinə? Hardaydı bu səssiz vulkan?
   - Həə, partlayıram, daha dözə bilmirəm, daha yaşaya bilmirəm. Siz hamınız məndən istifadə etdiniz. Atam da, sən də, oğlun da. İndi də...
- İndi nə? Cavab ver indi nə?
  - İndi də Necla... 
   - Haa haa. Necla ha? Sən bu gün öz qızınin yanındasan , deyirsən qızım məndən istifadə edır? 
   - Xeyir, əfəndim. Sən Necladan istifadə edib yenə mənim həyatımı çalırsan! 
  - Yenə mən günahkar oldum 
   - Bu dəfə məni özünə "fahişə" yox əsir etmisən. Nə ana kimi anayam, nə xanım kimi xanımam, nə ailə kimi ailəyəm, nə azad qadınam, nə dayəyəm. Bizim bu vəziyyətimiz Neçlanən da nüfusuna kölgə salır. Mən buna əsla izin verməyəcəm. Ya açıb həqiqəti Neclaya deməliyəm bu işgəncədən azad olmalıyam. Ya da bir zəhmət çək özünə çəki düzən ver! Ya Neclaya dədə ol,  ya da ata. Nəvənə sahib çıx. O qız ağır günlər keçirdir. Bir tərəfdən də qonşular... 
  - Nə deyir ee qonşular? 
   - Anan kimlə qaçıb, atan hardadır, dədənlə dayən arasında nə var?
  - Dayə nədi? Deyə bilmirsən mən dayə deyiləm bu evin xanımıyam? Mən bəyəm sənə xanımlardan əskik etmişəm? 
   - Başa düşmürsən Kadir? Aramızdakı bu yaş fərqinin nə qədər utancverici olduğunun? Həm buralar bizim oralara bənzəməz. İki arvadlılığa pis baxırlar burada. Sənin şəriət qanunların burada keçmir. Ikıncı qadına fahışə kimi baxırlar burada. İndi sən düşün mən özümü ikinci arvad  kimi təqdim edim, fahişəliyi göz görəsi  üstümə götürüm? Neclanı hər yerdə hamının yanında sındırsınlar? 
   - İndi neyləyək, məmləkətə dönək? 
   - Əsla, nə mənim, nə də Neclanın orada heç bir işi yoxdur. Səndən bir ricam var. Neclanın yanənda qaldırıb özünü dağ başına qoyma. Mənimlə küsülü davranma. Ölmürəm onsuz da sənin üçün. Amma bizim belə davranışımız uşağa pis təsir edir. Gələcəkdə o özü ailə ortamını belə başa düşəcək.Ailənin nə olduğunu bilməyəcək. Hiss eliyirəm ki bizə baxıb o da səssizləşir, içinə qapanır. Nə mənası var belə küs qalmağın? Onsuz da bu sirri, bizim problemimizi ikimizdən başqa heç kim bilmir. Bu incikliyi Neclaya yansıtmağın da heç bir anlamı yoxdur. Keç o salonda  de gül danış, bu otağa girdin, yenə danışma . Razılaşdıq? 
   - Mən sənə balaca mələk demişdim hər zaman. Unutma şeytan da bir mələkdir. 
   - Demək istəyirən mən şeytanam? - gülümsədim 
  - Lap anasısan - o da gülümsəyib divanda oturdu, qolunu açdı :
  - Etdin, etmədin - yenə qəlbimi ələ aldın. Gəl görüm yanıma! Gəl, gəl otur görüm burada - əlini dizinə şapıldadı mənə yer göstərdi. Bundan gözəl fürsət ola bilməzdi. O gecə məni qırdığı kımı mən də onu qırıb qisasımı ondan çıxacaqdım.. Kadirə yaxınlaşıb əlimi boynuna saldım.  Qucağına oturdum. Şit şit özündən məmnun halda gülümsəyirdi. 
   - Mən şeytana oxşayıram heç , qoca qurd? 
   - Dedim axı... Sən balaca mələksən. Sonra böyüyüb şeytana döndün. Şeytan necə ki, insanın qəlbinə girər ağlın çalar? Sən də mənim ağlımı beləcə başımdan alıdın. Bu yaşımda məni özünə aşiq eləmisən zalimin qızı. Guya bayaqdan nə istədiyini bilmirəm mən sənin? İndi bu dəqiqə həll edəcəm səni. Aahhh  gpzəlim mənim, elə bilirsən asandir mənə hər şey? Yoxsa elə tək Necla üçünmü qalmışam Karsla Ankara arasında? Dəli divanəyəm qız sənə. Üğruna qalmışam bu yaşda yollarda biləsən .
  Çılpaq qıçımdan bır çımdık götürüb, əlləri ilə budlarımı oxşayaraq məni divana yıxdı. Sinəmə dağılmış sağlarımı yana çəkib köksümdə gizlənmış qoşa narı ovuçladı. Gur saçlarından tutub ehtiraslı bir titrəyişlə baçını sinəmə soxdum. Döşlərimin ətli yerindən dişlək ağrısı hiss etdim. İnildəyib dərindən nəfəs aldım. Başını sinəmdən qoparıb gözlərinin içinə baxdım. 
    - Bəs hər şey Neçla üçün idi Kadir bəy? Bəs sən Neçlanın atasının atası, mən də Neclanın anasıydım? Heç utanmırsan yaşından başından, nəvənin anasına göz dikirsən? Bu oğraşlığı saçına saqalına yaraşdırmadım, qızımın əziz dədəsi. Ayıb olsun! - sivişib altından çıxdım 
   İlan vurmuş kimi dik atıldı. Mənimlə üz üzə dayanıb əsəbi halda fısıldadı yumuruğunu başıma qaldırdı. Gözlərimi  belə qırpmadım. Məğrurca gözlərinə baxıb nifrətlə pıçıldadım. 
   - Mən o gecə sənə bir şey deməmişdim Kadir əfəndi. Sənin mənə etdiyinə də əsəbləşmədim də. Sən verdiyin qərara razılaşıb həyatıma davam etmişdim, bu günə qədər . İndi aramızdakı bu qanunu pozursan deyə, sənə kıçık bır xatırlatma etdim. Sən o gecə demişdin axı bu sözləri mənə. "sən  nəvəmin anassan" deyə dediyin sözü sənə xartırladıram deyə  niyə belə  əsəbləşirsən? Bunu mən səndən istəməmişdim ki, sən istəmişdin. Mən də hörmət göstərmişdim. Bir zəhmət, heç olmasa özün özünə hörmətin olsun. Onsuz ağlım kəsib özümü başa düşdüyüm gündən mənim sənə hörmətim itib. Sadəcə hər şey Necla üçün. Neçla üçün də bu evın altında gəlin qaynata kımı, şəriətdə və Neclanın gözündə  ər arvad kimi qalaq...  Əks halda Neçla anasının kim, dədəsinin kim olduğunu öyrənəcək...
   - Fahişə... Şeytan...
   - Mən fahişəyəm bəli... Övladının yolunda fahişəliyə imza atmış şeytanam. Özün deyirsən axı şeytan da bir mələkdi. Mən də mələk şeytan olmağa qərar verdim. Özünü qoru qoca qurd. Səninlə hələ çox hüesabım olacaq. Həm fahişə kimi, həm, şeytan kimi, həm mələk kimi...
   Qapının zərblə çırpılması  bağıran səsimi qırdı. Ardınca acı bir qəh qəhə sonra dəli bir hönkürtü səsi otağı başına bürüdü...
                     15 
8 İL SONRA.
Həbsxana çıxışı . 
   İçimdə buruq bir ümüd ilə pəncərədən biraz aralıdakı həbsxana darvazalarına baxıram.O qapının arxasında, azadlıqda hər şeyə inad məni qarşılamağa  gələn Necla vardır. "Anam" deyib mənə sarılacaq hər şeyə rağmən məni əhv edəcəkdir. Bu sadecə bir xəyal, hələ də közərtisi qalan bir ümüd idi.
  - Buyurun! - Həbsxana rəisinin möhürlədiyi kağızı alıb əlimdəki köhnə nimdaş, icində 8 il burada mənə yoldaşlıq edən çemodanı ağır ağır yedən qaldırdım. Öüm azadlığa can atsam da ayarqları getmirdi.Qəribə duyğular içindəydim. İçəridə nə qədər ağır və keşməkeşli ömür sürsəm də çöldə məni gözəl şeylər qaşılamayacağınıda bilirdim. Burada qalacaq yerim vardı. Bəs bu qapının ardında? Necla gəlməsəydi, O məni bağışlamasaydı, mənim o tərəfdə yaşamağımın nə mənası vardı? O vaxt küçələrdə qaldığım günlər yadıma düşdükcə ürəyim sıxılırdı. O vaxt gənc idim, dözümlüydüm. İndi? O günlərdən hardasa 10 12 il keçib. O vaxt məni oğru və dolandırıcı kimi qəbul etməyən cəmiyyət indi qatil kimi qəbul edəcəkmi?

   QATİL ???

  8 İL əvvəl... Hadisə günü...

Kadirlə bərabər evdən çıxdıq. Neclanı məktəbə ötürüb yolumuzu çarşıdan saldıq. Bu gün ikimiz də çox xoşbəxt idik.ilk dəfə idi bu gecə bərabər olmuşduq.İllərdir aramızda ailə həyatı olmamasına rağmən nə o məndən vaz keçə bilmirdi,nə də mən ondan.Əslində  bu münasibət  sevgi ola bilməzdi. Sevgi iki gənc  və ya iki yaşdaş arasında yaşayan qarşılıqlı münasibətdir. Bizim aramızda dağlar qədər fərq var. Belə sevgimi olur? Özümü ona borçlu hiss etdiyimi düşünürdüm. Ama belə deyilmiş.Deyəsən mən həqiqətən də Kadirə aşiq olmağa başlamışdım. Mən onun mərhəməti  sevgisi və səbri qarşisinda mum kimi əriyirdim. Kadir mənim gözümdə dəyişmişdi. Sanki gəncləşmişdi. Di gəl ki qrurum imkan vermirdi ki, sevgimi ona etiraf edim.zarafata salıb nəsə deyəndə də bir bəhanə ilə şıltaqlıq edib qəlbini qırırdım onun.  Keçmişdə ailəmin xatası üzündən olan bədbəxliyim Kadirə qarşı sönməkdə olan kinimi körükləyir, bilərəkdənmi, bilməyərəkdənmi - hələ də ona nifrət etmək istəyirdim. Onu nə qədər qırıb incitsəm də etiraf edim ki, o olmayanda çox  darıxırdım. O gedəndə, hələ fikirləşəndə ki, o xanımının yanındadır qısqanırdım. Axı nıyə mən mən ola bilmirəm. Niyə axı o məni belə arzulamışkən mən o xanımın yerində ola bilmirəm?  Çox əziyyət çəkirdim. Günlərlə bu düçüncələri beynimə salıb özümə küsüedüm, ağlayırdım. O gələ də sevinirdim. İncitməyəcəm deyirdim amma, qısqandığım üçün də ona tikanlı atmacalar atırdım, üstüörtülü söz soxmalarım Kadiri dəliyə döndərirdi. Yalvarırdı:
 -O yoxkən sən vardın, dəli qız - deyirdi. Gec yaşda ahıl yaşda sən məni aşiq etmişdin  Sənin üçün varımdan yoxumdan kecdim, ta buralara qədər gəldim. Hələ sevdiyimə inanmırsan? O sadəcə evimin xanımı, malımın rəisi, uşaqlarımın sahibidur. Amma sən...
  - Mən də sənin məşuqənəm də?
  - Dəlisən? Sən mənin balaca mələyim, başımın tacısan. Sənin yerin bax burada, bir başqa cürdür. Bilmirəm necə ifadə exim  axı? İstər inan, istər inanma. Mən sənlə nəfəs alıram. Nə qədər dəlilik eləsən də yenə əskiltmədən sevirəm səni. Hər nazına varam, günahın, savabın öz boynuna. Özün cavab verəcəksən. Amma nə qədər ki bu dünyada yaşayırıq sən mənimsən, mənim olacaqsan. Səni heç bir şeydən əskik qoymaram, heç kimə əymərəm. 
  Elə xoşuma gəlirdi ki, Kadirin  mənə belə yalvarması, belə dillər tokməsi, nazımı çəkməsi. Özümün qadın olduğunu hiss etdirirdi mənə bu sözlər . Bu da məni daha çox ərköyünləşdirirdi. Əsla özümü ona təslim etmirdim. Bəlkə də fikirləşirdim ki, əgər o mənə sahib olsa bu sevgi azalar, nə bilim o məndən uzaqlaşar, soyuyar. Bəlkə də indi mənə əliçatmadığı üçün bır mövzu var. Bəs sonra? Özümü diqqətdən kanar görmək istəmirdim. Yalvartdırırdım... Nolsun, necə deyərlər." Fazla naz aşıq usandırar" bu deyim düz imiş. Mənim nazımı artıq çəkə bilmirdi Kadir. 
   Günlərin bir günü yenə yataq otağından küsüb getdi. Hətta bunu Necladan da həya etmədən. Çox möhkəm dalaşıb getdi. Onun gedişi İlk günlər vecimə deyildi. Ama iki üç həftə kecdi gəlməyincə narahat olmağa başladım. Daha iki üç həftə keçdi, darıxmağa başladım. 3 ayın tamamında it kimi peşiman olmuşdum. Pulunu parasını göndərirdi. Baqqalla danışmışdı, baqqal ehtiyyac olan hər şeyi səbətlə gətirib qapıya qoyub gedirdi. Özü necə hesablaşırdı bilmirəm heç. Nolsun, həyat yemək və puldan ibarətdir bəyəm? Darıxırdım... 
   Daha dayana bilmirdim. Ramazan tətilində Neclanı da yanıma alıb avtovağzala gəldim. Uzun zaman sonra böyük həyəcanla məmləkətə bilet aldım.
   Sabahın köründə şəhər mərkəzinə düşəndə  qorxudan dizlərim əsirdi. Elə bildim başqa yerə gəlmişəm. Buralar çox dəyişmişdi. Yeni binalar, yeni xiyabanlar, daşla döşəməli küçələr qoyub getdiyim şəhəri tanınmaz dərəcədə dəyişmişdi. Avtovağzaldan çıxıb sağa sola baxdım. Simitçı butkasına zincirlənmiş  "Alma Şəkəri" yazılmış vitrin arabanı görəndə  ürəkləndim. (yaIları oxuya bilməsəm də şəkilindənbu bizim alma şəkəri arabası olduğunu bilirdim) Bir kişi arabanın zəncirini açır, yanındakı 14 15 yaşlı bir oğlan uşağı əlindəki bağlamadan Alma şəkərlərini səliqə ilə vitrinə düzürdü. Kişiyə diqqətlə baxdım. Bəli bu o dayı idi. Atam elə burada, bu avtobus dayanacağında həmişə bu kişidən mənə Alma şəkəri alırdı. İndi çox yaşlanmışdı.Yaxınlaşıb iki simit ,iki alma şəkəri aldım, yaxınlıqdakı skamyada oturduq. Üzbə üz kafeyə səslənib çayçı oğlandan iki çay sifariş etdim.
   Qəsəbəyə gələndə saat on olardı. Taksini bir başa Kadirin evinə sürdürüb aşağı endik. Bizi Kadirin tanımadığım nəvələri və uşaqları qarşıladı. Onlar hardasa Neclayla yaşdaş idilər. Məndən əvvəl Kadir Neclanı buraya gətirdiyi üçün uşaqlar Neclani tanıyırdılar. Uşaqlar  Neclanı əhatəyə aldılar. Mən isə Neclanın əlini buraxçmırdım. 
   Uşaqların səs küyünə Kadirin xanımı və gəlinləri qapıya çıxdı. Hamısının üzündə bir çaşqınlıq var idi. Həyətin ortasında qalsam da heç kim böyük xanımın qorxusundan mənə yaxınlaşmırdı. Böyük xanım uşaqların birinə səsləndi. Qulağına nəsə deyib, uşağı harasa göndərdi. Çox keçmədi ki, axırdan bir qadın çıxıb çaşqınlıqla bizə baxdı. Sonra əlindəki vedrənı qapının yanına atıb, tələsik bizə tərəf gəldi
   - Nəcə,bu sənsən?-Kadirin kiçık qızı idi- onun məni səmimi qarşılayacağına inanmırdım. Yanılmamışdım da. 
  - Bəs sən içəridə ölməmişdin, ləçər? Demək atam bizə yalan deyib? Səni hayasız , sən nə üzlə gəlmisən bura? İndi mən səni özüm öz əlimlə öldürəcəyəm - Qadın anıdən dayanıb ətrafa baxdı. Pəyənin damından asılmış yabanı götürüb üstümə şığıdı.Bir anda qadınların qışqırıq səsi həyəti başına bürüdü. Qadın üstümə gəlir. Lakin yerimdən tərpənmirdim.
  -Sən nə üzlə  bu qapıya gəlmisən ləçər? İnsanda bir utanma hissi olar. Bu səndə yoxdursa rəddol get burdan.  Nə durmusan köpəy, əlimdən bir xata çıxmadan rəddol, get!
   Necə? Bu zamana qədərki sakitliyin səbəbi mənim "ölməyimmiş?"Bunlar bu zamana qədər məni öldü biliblər?
  Yerımdən tirpənmirdim.Qadın yabanın küt yeriylə yançağıma ilişdirdi. Necla önümə keçib məni qorumağa çalışdı. Lakin digər qadınlar da qışqrararaq  üstümə hücum səkdi. Bir göz qırpımında məni yerə yıxıb toz dumana bürüdülər. Ağzım burnum qanla dolmuşdu. Necla dəliyə dönmüşdü. Yazıq uşağın çığırmaqdan səsi kilidlənmişdi.
  Evin yanında tikilmiş yeni evdən bir qadın çıxdı. Həqiqətən gözəl  və  yaşıl gözlü sarışın bir gənc qadın idi. Qapalı olsa da ətindən əndamından çox gözəl bir qadın olduğu hissi yaradırdı adamda. Deyəsən bizim buralı deyildi. Bizim buranın qadınları əsmər və qara gözlü olurlar.Bu yabançı idi.
   Qucağında sarışın qıvırım saçlı, özü kimi mavı gözlü bir qız uşağı vardı. Kim idi bu qadın. Mən bunu tanımırdım. Kadirin gəlinlərini qiyabi də olsa tamıyırdım. Bəs bu qadın kimdir?Kadir də evində yaşayan belə bir qadından bəhs etməmişdi axı. Birdən ağlıma şeytanca bir. Fikir gəldi.
   - Dayan, Bbəlkə Kadir xanımına günü gətirib - beynimdən şığıyan bir fikir bir anlıq məni dəliyə döndərdi. Neçlanın başını qucaqlayıb ayağa qalxdım. Özümdən asılı olmayaraq həmin qadına tərəf irəlilədim. Qadın heyrət dolu baxışlarla məni izləyirdi. Qadınlar qışqraraq yolumu kəsdilər. Saçımdan qolumdan tutub sürüməyə başladılar.
  - Qardaşımdan uzaq duracaqsan q..bə. Yoxsa elə bilirsən bu dəfə də qardaşımı yoldan çıxaracaqsan? Heç nəyə bacxmaraş. Səni öz əllərimlə Öldürərəm. Uzaq dur qardaşımdan! 
    Nə? Qardaş? Bəyəm Xalid burdadır? Yoxsa bu qadın Xalıddın.... Yox ola bilməz Kadir əsla bunu qəbul etməz. BU biabırçılşqdan sonra Kadir Xalidə qapılarını açması mümkün deyil axı? Burax Kadiri, hələ bu camaat... Heç Xalidi burada görmək istəməz. 
   Döyülməkdən, çəkişdirilməkdən az qala huşum başımdan çıxırdı. Özümdə deyildim. O an gözlərimin qarşısına toy günüm gəlirdi. O vaxt Xalıd məni o qalmaqaldan qurtarmışdı.Bilmirəm niyə,indi elə bilirdim o qəhrəman hardansa peyda olub, mənu bu qadınların əlindən qurtaracaq. Bəlkə də onun o zamankı centelmenliyi mənim pisxalogiyama əbədi həkk olmuşdu. Bəlkə də hələ də elə bilirdim ki, mənim ağ atlı prensesim odur, o olmalıdır. Bəlkə də hələ də hər şeyə rağmən mən onu sevirəm, onu özləyirəm, gözləyirəm  bilmirəm.. Əgər belədirsə bəs Kadirə qarşı hiss etdiklərim nədir. Bəlkə də o qadının,Xalıdin arvadı olduğunu qəbulanmıram? Onun xoşbəxtliyini qısqanıram? Demək atası məni onlara ölmüş kimi qələmə verib Ankarada gizlədib.Xalidi bağışlayıb,qəbul edib, evləndirib.Özü də məni özünə dustaq edib,boş sevda nağılları ilə başımı qatıb? Burada həyat normalda davam edir. Bəs mənim həyatım, Bəs Xalidin bu əl boyda  körpəs ata sevgisiylə nazlanarkən mənim qızım atasının üzünü niyə tanımır?  
  Hikkəmdən çatlayırdım.Amma təklənmişdim,heç nə edə bilmirdim. Ağzım burnum qanla dolmuşdu. Öz canıma bir damçı da açımırdım. Özümə o qədər acığım tutmuşdi ki, utanmasaydım elə buradaca  özümü döyərdim. 
   Qulaqlarımda Neclanın səsi cingildəyirdi. Arada Neclaya dəyən təpikləri də görürdüm. Özümü buraxıb Neclanın müdafiəsinə qalxmışdım. 
   Anidən açılan silah səsi bir anda yanar oda su səpər kimi meydanda sakitlik yaratdı. Neclanın başını qucaqlayaraq çantamın üstünə yıxılmışdım. İkimiz də ağlayırdıq. Ayağa qalxmağa halım belə yox idi. Kimsə qolumudan tutub məni qaldırmağa çalışdı. Örtüm əyilib üzümə düşmüşdü. Güçlə əlimi başıma aparıb örtümü gözümdən çəkdim. Kadir başımızın üstündə dayanmışdı. 
    Kadirin gəlişi ilə ortadakı vəziyyət dəyişmişdi. Onun hökümlü səsi ilə hər kəs öz qınına çəkilmişdi.
   - Kimin nə həddinə mənim adıma gələn qonağı, mənim əzəli və əbədi xanımımı və nəvəmi belə bu vəziyyətdə qarşılasın? Mənim evimdə hər kəs yerini bilmelidir! Eşidirsiz? Sizin mənim yanımda, malımda nə qədər haqqınız, hüququnuz varsa onların da o qədər haqqı vardır. Xoşuna gəlməyən yığsın əşyalarını haydi ya allah. Hələ sen Fadime! Utanmırsan? Siz bir zamanlar bir bacı kimi...
   - Ata, o bızə xəyanət etdi.Abimlə...
   - Suuus.O xəyanəti abin etdi... Ağzımı açdlrma mənim.
  KAdirin hökümlü səsindən Necla mənə sıxıldı.Kadir Neclanı işarət verib təkrarladı:
- Abin bizə xəyanət etdi, öz xəyalıyla anasının qısasını çıxdı məndən guya. Ağzımı bozdurmayın mənim. Bu məsələ abinlə mənim məsələmdir, qiyamətə qədər çəkəcək. Oğlumla mənim aramda olanlar heç kim qarışa bilməz. Bu evdə hər kəs yerini biləcək, bildiz?   Hələ siz, hələ sən- xatun. Bu mədsələyə sən heç qarışa bilməzsən. Zəhmət çəkəcəksən qapıma gələn düşmən də olsa ağırlayacaqsan, hörmətlə yola salacaqsan. Başa düşdün?
   -...
   - Sənə deyirəm xatun! Başa düşdün?
   Böyük xanım başını salladı.Bu Kadiri daha da əsəbləşdirdi.
  - Dilin yoxdur, niyə danışmırsan ?
  - Oldu bəyim, başa düşdüm...
   - Bu məsələ burada bağlanmışdır. Bir daha ailə uşaq yanında bu söhbətin açılmasını istəmirəm. Bir daha xəbərdarlığa da gərək görmürəm. Bu hal bir daha pozularsa hər kimdirsə övladım belə olsa məsələ müzakirəyə çıxmadan əşyalarını toplansın...
  Dönüb hələ də heyrətlə bizə baxan və balasını bağrına basan o qadına baxdım. Çox çaşqın həm də qəribə bir ifadə almışdı sifəti. Sankı bu olanları bır filimdən izləyirmiş və filimin nədən getdiyini başa düşmürmüş kimi  bir həyəcan və qorxu vardı üzündə. 
    Kadir Neclanın üst başını təmizləyib üzündən öpdü. Necla dədəsinin əlindən qopub arxamda gizləndi. 
   - Biz niyə burdayıq abla, niyə gəldik axı. Gedək burdan!
  - Abla? - Fadımə istehzayla güldü, atasına baxdı- Yoxsa bizi aldatdığın kimi bu körpəni də aldatmısan anan ölüb deyə? Hə ata? 
  - Kəs səsini itin qızı! 
  - Ne deyir bu abla?-Necla acıqla mənə baxdı
   - Fikir vermə qızım. Gedəcəyik indi buradan.Sakit ol, qorxma, yaxşımı gedirik indi. 
   - Hasan!- Kadir uşaqların birinə səsləndi. 
    - Buyur dede!
    -Get camiyə. Hocaya de qonağımız var. Bır ıkı günlük qonaq evinin açarını mənə  yollasın . 
   - Baş üstə dədə! 
   Bir necə dəqiqə Kadirin həyətində oturduq. Kadırdən başqa heç kimin səsi gəlmirdi. Kadir qışqıraraq evinə, ailəsinə qoyduğu qanunları ev xalqına xatırladırdı. Qadınlar və uşaqlar müti vəziyyətdə onu dinləyirdilər. Məhz belə bir ortamda özüm də hiss edirdim ki, mən Kadirə nə qədər ərköyünlük etmişəm. Mən heç bir zaman heç nədə Kadirə təslim olmamışdım. Öz dediyimi eləmişdim. İstər küsməklə, istər nazla, istər davayla. İndi özümü Kadirin xanımının yerinə qoyurdum. Bu vəziyyətdə eyni şeyi onun yerinə mən yaşasaydım indi Kadirin canına od salmışdım. Kadırın məşuqəsimi desəm, ikinci arvadımı desəm, hər kimsə - mənim evimə gəlsə və Kadir bu sözləri mənə desə.... Vay vayyy...Allah bilir ki nələr baş verərdi.. İndi hiss edirdim ki, həqiqətən  Kadir mənim çox ərköyünlüyümü bağışlayır. Hec nə yox bax elə indinin özündə. Mənim xəbərsiz ətərsiz onun evinə gəlməyimi,bunca olanlardan sonra Xalıdin bacılarının üzünə çıxmağım, ümumiyyətlə bu kənddə görünməyim normal idimi? Kadir hələ də məni qoruyurdu
Gözüm o naməlum qadındaydı. Uşağını alıb içəri keçsə də tül pərdənin arxasından məni izlədiyini hiss edirdim.Məni maraq bürümüşdü. Kım ıdı bu qadın?Xalıdın xanımıdırsa nıyə bu qalmaqala fikir bildirmədi, niyə qarışmadı, niyə etiraz etmədi. Bəlkə qorxdu?Qorxsa da axı bir qadın ərinin xatasına necə susa bilər? Mən uşaq olmuşam qadınlıq ailə, xanımlıq nə olduğunu bilməmişəm.Axı bu qadın gənc, yetkin yaşdadır. Həm də görünür afropalıdır. Eşıtdıyımə görə onlar bizdən daha fərqlidir. Qorxsa belə ən azından özünü, fikirini ifadə edə bilər axı . Amma bu qadın bütün bu olanlara mat mat baxırdı.
   Nəhayyət camiyə göndərilən uşaq gəldi. Kadir böyük cantamı götürüb bizə səsləndi.
  - Haydi !
  Neclanın əlindən tutub qapıya doğruldum.Kadir qapını açıb bizə yol verdi. Evə donüb xanımına səsləndi. Yemək hazırlayın , müsafir evinə də yollayın!Bu gecə mən də ordayam.
   Özümdə qürur hiiss etdim. Kadirin sevgim birə beş artdı. Kadır bu jestıylə məni həm xanımının hə ailəsinin gözündə ucaltmışdı. Kadirə hələ kızqınığım var o sözsuz, bir hesab soruşacaqdım mütləq. Amma bu saat bu anın keyfini çıxarmalıydım. Əda ılə  həyətdəkiləri süzüb qapıdan çıxıdım. Bir anda yerə mıxlanıb qaldım.XAlid qan tər içində qarşımızda dayanmışdı.Kadir heç nə olmamış kimi bizi maşına tələsdirdi 
  Biraz keçmiş caminin qonaq evi qırğından dağılırdı.Nə Necla gözümə görünürdü nə bu yad yerdə qonaq olmağım.Evdə əlimə keçənlər havada uçuşurdu. Küfürün  biri bir qəpik. Necla bir küncə çöməlib qulaqlarını tutmuşdu.İkimizin də gözümüz elə dönmüşdü ki, Neclanı görmürdük belə. .
  -Sən məni necə ölü kimi qələmə verə bilərsən Kadir əfəndi?
  - Bunları uşağın yanında danışa bılmərik! 
  - Uşaq hər şeyi başa düşdü, artiq. Kim olduğunu, kimin qızı olduğunu da anlamışıdır yəqin . Yaxşı bəs sən məni ölü kimi göstərib nə haqla oğlunu qəbul etmisən? O qadın onun arvadıdır hə? Hələ uşağı da var? Bəs o qadın Xalidin kim, qaynatasının kim olduğunu bilir?
  -Kəs səsini, bəsdir! 
  - Demək sənin ailəni korlayan  bir mən idim hə? Sənin oğlunu yoldan çıxaran mən olmuşam? Ona görə məni bu məmləkətdən xaric edib, burdakıların həyatından çıxartmısan? Məni çıxartmısan həyatından amma oğlunu bağrına basmısan? Mənə sevgi dastanı danışıb, məni Neclaya qulluqçu kimi göstərib məndən mal kimi istifadə etmisən?
  - Nə deyim? Deyim Döndü sənin anandır?Bəs atasımı necə açıqlayim?
 Neclanın bərəlmiş və təcüblə bizə baxan gözləri gözünmə görünmüdü artıq.  
  - Məsəla, deyə bilərsən 6 yaşında bir qızcığazın həyatını korlamışam, özümə arvad eləmişəm. Bu qız böyüyüb mənim oğluma aşiq olub....
   - Suss...
  -  məsələn, deyə bilərsən ki, cavan arvadım oğlumu sevib, onunla bərabər olub. Bu bərabərlikdən sən dünyaya gəlmişən. Mən oğraş olmuşam bütün bu olanlara rağmən oğulu oğul kimi, arvadımı arvad kimi qəbul etmişəm amma sənə ananı ölmüş kimi...
   - Nə? Yetər artıq, yetər.Siz nə danışdığınızı bilirsiz, - Necla qarşımızda dayanıb var səsiylə qışqırır, sankı yüksək olan səsimizi batırmağa çalışırdı. Məhz elə  indicə Kadir də, mən də Neclanın burda olduğunun fərqinə vardıq.
   -Nifrət edirəm ikinizdən də.... Hamınızdan...
   Necla qapıdan çıxmaq istəyəndə qarşısına keçib onu qucaqladım. 
  - Qızım...
- Burax məni, siz hamınız  çox itrənc bir adamsız. Nifrət edirəm sizdən !
Necla qolumu dişləyərək qapını açıb yoldan toz duman qopara qopara qonaq evinə tərəf şütüyən maşının qabağına qaçdı...
    Kadirlə mən maşına çatha çatda maşın yerindən tərpəndi. Xalıd Neclanı götürüb gedirdi.
   Bir həftə nə Necladan, nə Xaliddən xəbər tutduq. Kadir məni sakitləşdirib Ankaraya gətirdi. Neclanı tapıb gətirəcəyinə söz verdi. Neclasız dərbədər olmuşdum. Depresiyona girmişdim. Özümü öldürmək dərəcəsinə gəlmişdim. Axı mənim nə işim vardı orda. Mən nəyin hesabını kımdən soruram? Niyə həyatımı axışına buraxmıram? Niyə mən hər günümə şükür etmirəm? Niyə bu həyatı özümə və qızıma zindan edirəm? Balaca qələt etmişəm? İndi Neclanın üzünə necə baxacam? Mən bu biabırçılığı Neclaya necə açıqlayacam? Nə deyəcəm. Necə deyəcəm sənin atan mənim ərim olan  Kadrin oğlu, anan da mənəm?
  Bir neçə gündən sonra Kadir gəldi. Neclanı Xalidin əlindən alıb, başqa bir yerdə gizlətdiyini dedi. Məni Neclanın yanına aparacağına söz verdi. Lakin indi yox. Necla eşitdiklərinin təsiri altındadır. Biraz da Xalıd ona təsir edib. Ona atası olduğunu deyib. Bu məsələdə Kadiri və məni günahlandırıb, özünü təmizə çıxarıb. Uşağın halı pərişandır. Odur ki Necla bir azca ayrı qalmaqla ona düşünməsini bu həyatı qəbul etməsini gözləməmiz lazım olduğunu bildirdi. Haqlıydi. Biraz zamana ehtiyyacımız vardı. 
  İki ay idi Neclasız, onu uzaqdan seyredərək yaşayırdım. Kadir ona özəl baxıcı tutmuşdu.Necla özəl klinikada piskolojik müalicə də alırdı. Xalid qudurmuş köpəyə dönmüşdü. Bizə rahatlıq vermirdi. Məhəlləni basır, Kadirlə məni  məhəllədə biabır edirdi. Artıq qonşularım da bizim sirrimizi öyrənmişdilər. Başqa çarə yox idi. Burdan köçməliydik. 
    Nəhayyət, həkim Necla ilə mənim görüşməmizə uzin verdi. Xalıd də bizimlə gəlmişdi. Necla bu görüşə hazır idi mən yox. Öz uşağımdan xəcalət çəkirdım. Ona nə açıqlama verəcəyimi bilmirdim. Eşitdiklərindən Necla şok üstünə şok yaşayacağını bilirəm. Amma elə eləməliyik ki, uşaq dərbədər olmasın. Həyatımız Kadirdən asılı idi. Kadir bu zamana qədər onun gözündə arxa, bir dağ idi. Ona məndən çox güvəni vardı. İstəmirəm ki bu güvən yerlə yeksan olsun. Məni zatən anası olaraq bilmirdi. Bu zamana qədər atasını heç görməmişdi. Tanımırdı. İndi o elə bir vəziyyətdə idi ki həyatındakı o  boşluqlar bir anda dolmuşdu. Dolmuşdu da, amma onun həyatındakı  boşluqda mən hardaydın, kim idim, hə idim bax onu bilmirdim. Mən Neclanın anası, həm babasının xanımı sayılırdım. Bunu mən qızıma necə izah edəcəm axı? Qızımın qarşısında həyatımının ağır sinağını verirdim. Mən bu imtahandan kəsilmişdim. Bu zamana qədər özümü çarəsiz bir mağdur hiss edirdim. İndi bu vəziyyətdə ən carəsiz və mağdur vəziyyətdə qalan Kadir idi. Kadirə sevgim hörmətim beş qat artmışdı. O həqiqətən kişi adam idi. Hər şeyə rağmən bağışlamağı, ailəsini parçalanmaqdan qoruyan biri idi. 
    Necla məni bağrına basaraqdan qarşılamadı. Məni danışmağa da qoymadı. 
  - Mən hər şeyi bilirəm. Dədəm mənə hər şeyi danışmışdır. Gedək burdan. Sən mənim üçün heç kimsən bildin? 
- Qızım.... 
  - Sakin... Nə səni, nə də o alçağı heç bir zaman bağışlamayacam. Siz mənim atam anam ola bilməzsiz. Olmamısiz, olmayacaqsız da. Mənim tanıdığım bir dədəm var. O da Kadirdir. Siz mənim üçün heç kimsiz...
   Deyəcək bir şey yox idi. Yenə bu halıma şükür edirdim. Dönüb Kadirə minnətdarlıqla baxdım. Bəli Kadir bu dəfə də böyüklüyünü sübut etmişdi. Bir yuvanı parçalanmaqdan qorumuşdu. Necla indi bu vəziyyəti qəbul etmir. Amma bəlkə irəlidə... Sevinirdim. Necla məni anası kimi qəbul etməsə də yenə mənimlə qalmağa razılıq vermışdir... 
  Xalid heç ağzını açmırdı da. Aça da bilməzdi. Onu bir qaşıq suda boğmağa belə hazır idim. Onunla göz gözə gəlməkdən çəkinirdim. Öna qarşı həm nifrət qusurdum, həm də hisslərimi cilovlaya bilmirdim. Baxışlar eyni baxış idi. Yenə gözləri sevgi və ehtiras oxuyurdu. Yenə atasına baxarkən qorxu və nifrət, mənə baxarkən şeytanlıq yağırdı baxışlarından. 
   Neclanı götürüb evə gəldik. Xalıd də bizlə idi. Qonşular pəncərədən asılmışdı. Bəlli ki hamı məsələdən hali idi. Bəli biz  burada yaşaya bilməzdik daha. Köçməliydik. 
  Bu dəfə yeni ev tapmağımız asan olmadı.Ya ev məktəbdən uzaq olurdu, ya kiçik və şəraitsiz  ev deyirdilər bizə. Məktəb vaxtı olduğundan kiraliq evlər tələbələr tərəfindən tutulmuşdu. Bizim ev sevdamız qalırdı yaya. 
    Necla dərslərindən geri qalmışdı. Yoldaşlarının da münasıbəti dəyişmişdi ona qarşı. Qonşuların söz söhbəti, şayəsi də kəsmirdi. Arada Xalıdin Neclanı görməyə gəlməsi qonşular arasında dedi qoduya səbəb olurdu. Bu da Neçlaya elə mənə də pis təsir edirdi. Xalıd fürsətdən istifadə edib  bixat gəlirdi evə qapını açmayanda da çığır bağır salır, qızını ona göstərməyi tələb edirdi. Gecənin bir vaxtı onu evə salmağım qonşular arasında yanlış anlaşılırdı. Bütün əsəblərim pozulmuşdu. Xalid gələndə ozumu ötağıma həbs edirdim. Yenə də olmurdu. Onu evimdə, Neclamın ətrafında görmək istəmirdim. Heç Neçla da onu qəbul etmirdi. 
  Vəziyyəti Kadirə danışmışdım. Bəlkə o Xalıdin ayağını bu evdən kəsə bilmirdi . 
   - Biraz səbr et, həyatım. Burada o mümkün deyil. Yeni evə köçək... 
    
   - Buyurun xanım, sağ tərəfki qapıdan çıxa bilərsiz.Keçmiş olsun. Allah yolunuzu bir daha burdan salmasın.
    Həbsxana nəzarətçisinin səsi məni keçmişimdən geri qaytardı. Nəzarətçinin mənə uzartdığı kimliyi alıb, dərisi soyulmuş çantamın çibinə qoydum. 
  - Amin təşəkkür edirəm, sağolun-deyib razılığımı bildirdim. Sağollaşıb  darvazaya yönəldim. 
   Ürəyim inanılmaz dərəcədə çırpınırdı. Ömrümdə bir dəfə də olsun belə həyəcan yaşamamışdım. Allaha yalvarırdım ki, bu qapıdan o tərəfdə məni Neçla qarşılasın. Aradan 8 il keçib. Mən buraya gələndə Necla 9 yaşında mən 28 yaşında idim. İndi mən 36 yaşımda, Necla 17 yaşında gənc qız idi. Bu 8 ildə onu bir dəfə də olsa  görməmişdim. Hər dəfə Kadir yanıma gələndə onun şəkilini gətirirdi mənə. Hər dəfədə çox dəyişirdi, gənc qızlıq halına girir, daha da gözəlləşirdi. Qəribə hala düşürdüm. Bəxtsiz balamın taleyinə ağlayırdım.  Dəmir darvaza  gurultuyla açıldı. Həbsxanadan çölə çıxdım.
   Biraz aralıda bir neçə maşın  dayanmışdı. Maşınların  ətrafında bir neçə adam vardı.adamların arasında gözüm Neclanı gəzdı bvə eyni anda da özümü topladım.
   NEcla buraya gələcək? Dəlisən? Kimlə, kimin maşınıyla, gəlib nə deyəcək sənə? Ana gəl gedək həyatımıza qaldığımız yerdən davam edək?  Nə mənim uşaqlığım nə məhv etdiyin, sahibsiz yiyəsiz qoyduğun 8illik həyatım  vecimə deyil? Mən uşağam, bütün bu olanları başa düşməmişəm, anlamamışam, görməzdən gəlmişəm? Sən o yaşda niyə görməzdən gəlmədin həyatında baş verənləri hə Döndü? 6, 8, 12 yaşında tyaşadığın o hadisələr niyə silinmir yaddaşından? Niyə atanı, kadiri bağışlaya bilmirsən? Niyə allahına şükür etmirsən?
   Dərindən nəfəs açıb sağa sola boylandım.
  - Səni qarşılayacaq heç kimin yoxdur Döndü. Dir tək həyatının içinə edən, etdiyini görməzdən gəldiyin Kadir vardı o da  yoxdur ini. Odur ki üzünü tut tənhalığına, yalnızlığına sarıl və hətata devam...
   Kadir 3 il bundan əvvəl vəfat etmişdi. Cənazəsinə getməyə də icazə verməmişdilər. Əgər rəsmi kəbinim olsaydi olardı. 
   Başımı göyə qaldırıb dərindən nəfəs aldım. Gözümü qamaşdıran günəşin qızmar şüalarından gözlərimi möhkəm mökhkəm sıxdım. 
  - Həə Döndü? Azadlığa çıxdın həə. Nolsun?sən kaderinə məhkumsan, sən nə zaman azad oldun ki? Atan, sonra Kadir, sonda türmə, sonra yenə Kadir.... SOnra türmə... İndi də Kadiryoxdur ki. Düzdür. İndi də Tənhalıq var. Xoş gəldin kafder yoldaşım, xoş gəldin tənhalığım...
  Üzümə qonan acı istehza tənhalığımla salamlaşdı. Gülümsəyıb başımı yırğaladım. Beynimə dolan yüyənsiz düşüncələri qovmaq istədim.  Sağa sola baxdım.
   - Hə, kadərim, barım indi apar məni görüm indi hara sürükləyirsən? Mən hazır. Onsüuzda öyrəşmişəm sənin oyunlarına. Gedək! Gedək tənhalığəm   Qarşıda bizi yenə küçələr gözləyir.  Yenə bazar zibillikləri... Varmısın bu həyata? Tut əlimdən gedək!
  Sanki içimdəki tənhalıq dilləndi : Hara tələsirik qız? Onsuz da o küçələr bizimdir. Otur bıraz aşağı dincəl.Əsil azadlıq burdadır. Gedib təkrar buraya qayıtmağa can atasan. Sən ki, məndən qorxursan. Sən ki, mən tənhalığı sevmırsən! Sən mənimlə  bərabər o küçələrdə sərgəndan yaşaya bilməzsən Döndü! Bilirəm səni. 
   Çöməlib səkidə oturdum. Biraz ətrafa baxdım. Hansı səmtə gedəcəyimi bilmirdim. Əlimi cibimə atdım. Üstümdə cəmi 40 lirə pulum var idi. Əynimin qalın jaketini həbsxana yoldaşıma satıb pulunu o vaxtdan  azadlıq üçün  gizlətmişdim. İndi azadlıqda bu pul heç bir şey idi. 
    Uzaqda ana yol görünürdü  Gözlərimi qıyıb yola nəzarət etdim. Avtobus dayanacağı ana yolun üzərindəydi. Cemodanımı götürüb yola üz tutdum. Beynımdəki düşüncələrlə  Həbsxanadan biraz aralanmışdım ki, qarşımda bir maşın dayandı. Ürəyim qəribə halda çırpındı. Necla ola... 
   Maşından bir kişi düşdü. Diqqət yetirdim. Gözlərimə inanmadım. Bu kişi bizim həbsxananın çöl qapısındakı görəvli idi. Daha döğrusu həbsxananın otoparkında işləyən gözətçı. Kadir bu kişinin vastəsi ilə qadın qardiyanlardan mənə özəl əşyalar, pul, siqaret, lezva və s.. keçirdirdi. Hətta Kadir öldükdən sonra da bu kimi  hədiyyələr və pul da gəlmişdi mənə. Amma Kadirdən sonra bunu kim edirdi bilmirdim də. 
   Salam verdi. Əlimdəki çantanı alıb məni maşına dəvət etdi. Biixtiyar əmrə tabe oldum. Maşına mindim. Söhbət əsnasında məlum oldu ki, Kadir ölmədən əvvəl bu kişinin anasının  adına müqavilə və etibarnamə əsasında mənim üçün ev alıb. Mən türmədən çıxdıqdan sonra bu kişi evi mənim adıma keçirəcəkmış.
    Bir neçə il bundan əvvəl Kadirlə görüşərkən türməyə bir yaşlı qadın  və bir vəkil də gəlmişdi. Mənə nəsə bir kağız imzalatdılar.  Düzü o vaxt elə bir vəziyyətdəydim ki, nəyə imza atdığımı da bilməmişdim. Bir onu bilirdim ki, nəsə bir evdən söhbət gedirdi.
  Demək bu həmin söhbət imiş.
  Bəli bu  kişi yaşlı anası və xəstə baxıma möhtac oğlu ilə həmin evdə qalırlar.
  Hikimət bəy məni həmin evə  gətirdi. Anası və 15 yaşlı daun sindromlu oğlu ilə tanış etdi. Həyatının qısa özətini danışdı. 2 il bundan əvvəl həyat yoldaşını kanserdən itirmişdi. Hikimət bəyin öz evi Hataydadər. Burada görəvli olduğu üçün illər əvvəl Hataydan bura köçüb gəlib. Əvvəl ailəsi ilə bərabər dövlətin verdiyi lojmanda qalıb. Lojman şəhərdən kənarda olduğu üçün xəstə oğlunun eyitiminə davam etməsi onlara çətinlik yaradırdı. Bir tərəfdən yaşlı ana, bir tərəfdən kanser xanımı. Elə bu üzdən belə qərara gəlirlər ki,  Kadirin razılığı ilə mən türmədən çıxana qədər bu evdə qalsınlar. Elə həmin imzalı kağız da mənim onlada olan evimin etibarnaməsi imiş. Həmin vaxt Kadir evi mənim adıma, bir neçə gündən sonra da  mən də o evi Hikmət bəyin anasının adına etibar etmişəmmiş 
  Bəli Hikimət bəylə dostluq  münasibətimiz belə başladı. Halal adam imiş. Heç bir problem çıxarmadan məni Kadirin vəkili ilə görüşdürdü. Vəkil Kadirin vəsiyyətnaməsi əsasında vaxtı ilə onlara verdiyim etibarnaməni qüvvədən düşürüb mülkü rəsmi şəkildə Hikmət bəyin anasından alıb mənə verdi. 
   Hikmət bəy və ailəsi köçməyə hazırlaşırdılar. Şəhərdə ilin günün bu zamanı ev tapmaq çətin məsələ idi. Lojmanda da boş yer yox idi. Mənə bildirməsələr də başa düşürdüm ki, belə tələsik köçmək onlara çətin başa gələcək. Ev üçün ora bura qaçmaq Hikmət bəyə çətinlik yaradırdı . İşi növbəli olduğu üçün ev axtarmağa zamanı da olmurdu.
   Anası da qəribə qadın idi. Bilmirəm yaşlılıqdanmı yoxsa elə xasiyyətimi belə idi, həddindən artıq dedi qoducu hər şeyə bir qulp qoyan qadın idi. O arvada görə onların bu evdən getməsini çox istəyirdim.  Sakitlik istəyirdim. Mənə nə onşuların həyatından. Di gəl ki, vicdanım rahat etmirdi. Allah qarşıma bunlar kimi halal adamlar çıxarıb, mən onlara necə deyə bilərəm çıxın evimdən? Hikmətin yerinə bir başqası olsaydı heç bu evdən də xəbərim olmazdı. Kadirdə bu dünyada deyildi ki, şahidlik edə. İndi mən belə insana necə deyə bilərəm anandan xoşum gəlmir gedin? Həm mənə ziyanları nə idi ki? İşsiz gücsüz, pulsuz parasız nə edəcəm bu boş evdə? Belə yemək dərdim yox idi evin xərclərini özləri çəkirdilər. Allah razı olsun Hikmət bəydən. Əslində bu evdə mən özümü qonaq kimi hesab edirdim. Nolsun ki ev mənim idi?
 
  İçəridəykən Neçlanın xəyalıyla yaşayırdım.Azadlıqdaykən dərd məni götürmüşdü. Gedib uşaq evindən Neclanı götürsəm ona nəylə baxacam?
  - Ha haaa... Hələ bir  gör Necla səni qəbul edirmi? 17 yaşında gənc, qərarlarını özü verə biləcək yaşdadır bu qız. Burax doğulduğu gündən 9 yaşına qədər illəri, bəs o vaxdan bu yaşına qədər o yuvada keçirdiyi günlərin hesabını soruşmazmı səndən? 
  Yanılmamışdım. 23 nisan Gənclik bayramında getdim uşaq evinə. Məktəbin həyətində tədbirləri var idi. Kənardan izlədim. Ürəyim qürurla dolmuşdu. Eynən mənim gəncliyim idi ki, vardı. Bir fərqımız vardı kı, o müasir gənc, modem qız , sərbəst və gözəl... Mən örtü altında ürkək, cəsarətsiz və qorxaq...
   Uşaq evinin direktoruyla görüşdüm. Bu gün olmaz tədbirimiz var dedi. Səhər gələ bilərsən. Səhəri getdim. Hardasa bir saatdan sonra Neclanı mənimlə görüşdürdülər. Nifrət qusdu mənə. Səsi ta həyətdən eşidilirdi. Rəsmən məni ordadan qovdu. 
  Çox pis halada uşaq evindən çıxıb evə gəldim. Yol boyu ona haqq qazandırdım. Nə üçlə getmişdim ona.Nə deyə üzür istəyəcəkdim ondan? Təkrar həyatına niyə gəldiyimi nə deyə açıqlayım axı?
   Qapını açıb evə girdim, heç kim yox idi. Mətbəxə, hamama, otaqlara baxdım. Boş idi. Yəqin ki Şaziyə teyzə Meteni də götürüb parka getmişdir.
   Var səsimlə qışqırıb  dəqiqələrlə  hönkürdüm, içimi boşaltdım.Qara bəxtimə üsyan edib Allahıma küfür  etdim. Tale yolumu dəyişib məni bədbəxt edən atama lənət oxudum. Qızım deyib sızladım. Tənhalığıma sarılıb qollarımı boynuma doladım. Bu həyarda varkən ölmüş ümüdlərimə ağıt deyib ağladım.
   Nəhayyət taqəddən düşüb duvarın dibinə çökdüm. Başımı döşəməyə qoyub yeri yumuruqladım. İllərlə içimdə qalaqlanmış yanğınım gözlərimdən vulkan lavası kı axdı yerdəki xalıya yayılıb söndü. Axır ki, ağlamaqdan yoruldum. Səsimi kəsdim, gözlərim göz yaşına qarşı  alerjili olduğundan aca bilmirdim. Əl üzümü yumalı gözlərimə dərman damcılatmalı idim. Bunun üçün biraz dinlənməliyəm. Gözlərim ağlamaqdan o qədər şişmişdi ki, gözümü aça bilmirdim. Divara söykənib oturdum. Ağlamağım kəssə də hələ də uşaq kimi içimi çəkirdım. 
  -Ağlayıb, ağlayıb rahatladınmı?
Gözümü açıb təkrar yumdum. Alergiya imkan vermədi ki qarşımdakı bu adamın üzünə baxım. Səsindən tanıdım Hikmət bəy idi.
    Demiyəsən, işdən gəlib terasdakı divanda yuxuya dalıbmış. Onun evdə olacağı ağlıma gəlməmişdi.
  - Həə, indi danış görək, səni ağladan nədir? - deyib yanımda yerə çöməldi. Divara söykənib yuxarı baxdı:
  - Amma ordakına küfür etmədən.
  Dodaqlarımda acı bir təbəssüm ilişdi :
  - Şükür edəsi halım yoxdur ki!
   - Mən məsəla heç bir zaman nəinki küfür, heç şikayyət də etmədim. Əgər məni üzəcək bir şey edibsə, mütləq könlümü də alacağını düşünmüşəm... Şükürü könlümü aldıqdan sonra etmışəm. Hələ özümü də qımnamışam ki, niyə o yadardanın etdiklərinə şək şübhə etmişəm ki?  Axı onun da birbıldıyı var.
   - Onun bıldıyı bütün pislikləri mənim taleyimə yazıb. Daha bunda n ötəsi yoxdur.
  - Nə həddimə kimisəni ınamaq, mühakimə etmək?  Hələ bir danış görək axı səni ondan küsdürən şey nədir?
  - Ehhh...
   İkimiz də susduq. Qalxıb hamam otağına kedim. Əl üzümü yuyub salona gəldim. Divana oturdum. Gözümə dərman damladıb başımı divanın başlığına söykədim. Gəlib yanımda oturdu. Ortadakı Jirnal masasının üstündəki sürahidən stəkana su töküb mənə uzatdı. Yaxşısan?
   Minnətdarlıqla ona baxıb başımı yellədim. Və suyu aldım. 
    - İndi səni dinləyirəm - deyib siqaret yandırdı. Birini də mənə uzatdı.  Siqareti yandırıb dərin bir qulab alıb, küllüyə qoydum. 
   Mənim həyatım yazılmamış bir roman idi.Gözümü masanın üstündəki kül qabındakı tüstülənən siqaretə zilləyib həyatımı Hikmət bəyə üzünə oxuyurdum. O isə tərpənmədən başını divana  yaslayıb gözlərini yummuşdu. Barmaqlarının arasındakı siqaret çixdan sönmüş lakin o yerindən tərpənmirdi də. Arada danışdıqlarımdan heyrətlənib, ya da hiddətlənib təsirləndiyində gözlərini qırpar, qaşlarını tərpir, üzünü turşudurdu.  Ya da bir şeyə hirsləndiyindən divana yumuruq atar, lakin yenə də gözlərini açmazdı.əlindəki siqaret kötüyünü alıb küllüyə basnda da gözünü açmadı.  Sanki danışdıqlarım xəyalındakı kino lenti idi izləyirdi. Sanki gözünü açsa filim yarıda kəsiləcəkdi. Onun üz mimikaları oynamasaydı elə bu vəziyyətdə yatmış olduğunu düşünərdim mən . Bir kəlmə də sözümü kəsib nə rəy bildirmirdi, nə də bir şey soruşmurdu., nə heç kimi mühakimə etmirdi, nə də qımnamırdı.
   
     Bəli, axı 8 il bundan əvvəldə qalmışdım ... Elə həmin gün...Kadirə minnət borcumu öz bədənimlə ödədiyim gündə... O gün də qatil olduğum gün idi. İlk dəfə idi o gecə bərabər gecə keçirmişdik. Özüm öz razılığımla girmişdim onun yatağına. Bütün hislərimin  bütün duyğularımın  cilovunu vermişdim onun əlinə. Bəlkə də onu tanıdığəm gündən ilk dəfə qadın kimi xoşbəxtlik yaşamaq istəyirdim onun qollarında. Kadir nə qər yaşlı və baxımsız olsa da yataqda çox ehtiraslı bir kişi idi. Qadınına əvəzsiz bir gecə yaşadan, hər bir qadına "səndən başqa kişi ola bilməz" dedirdən bir kişi idi. O gecə pula, qızıla bürüyərdi qadınını. Heç bir şeydə, heç nədə sərhəd tanımazdı. Amma nolsun, yenə iyrənmişdim o gecə ondan. Deyəsən bu mənim ona qarşı olan takıntım idi. Bəlkə də dünyanın ən təmiz insanı idi Kadir. Bəlkə də hər bir qadının arzusu idi Kadir kimi kişi. Lakin uşaqlıqda yaşasdığım o travmə hələ də məni qaraba qara izləyirdi.Özüm özümü ələ almağa çalışırdım. Özümü qınayırdım. Mən də  Kadirə qarşı diqqətsiz deyildim. Bütün vücudumla, bütün qadınlığımla ruhumu ona bağışlamışdım. Bilmirəm bu segimi idi, ya minnətmi idi... Mən onu çox istəyirdim, darıxırdım, qısqanərdım. Onu itirmək qorxusu yaşayırdım.  Lakin iyrənirdim... 
   Hələ gecənin həzin sərxoşluğundan ayılmadan sabah erkəndən qalxıb  Neclanı məktəbə imtahana yola saldıq. Çəktəb binamızın qar. Isında yolun o biri tərəfində idi. Necla imtahandan çıxana qədər yeni ev üçün bəzi şeyləri almalı idik. Sonra Neclanı da götürüb yeni evə gələcəkdik.
    Elə bu məqsədlə maşına oturub Çarşıya gəldik. Səhəro baçdan olduüu wüçün dükanlar açılmamışdı. Boş küçələr bizim idi. Əl ələ qol qola... 
   Alış verişimizi edib evə gəldik. Evdən də təmizlik əşyalarını götürüb yeni evə gedəcəkdik. Həftə sonuna qədər yeni evin təmizliyi bitməliydi. Yeni evə köçəçcəyimizi Xalıddən gizlədirdik. Xalidin ayağını bizim evdən ancaq belə kəsə bilərdik. Neclanın da məktəbini dəyişdikdən sonra hər şey yoluna düşəcəkdi. Neclayla Xalıd ya kitabxanada, kursda ya da , Kadirin vastəsiylə ancaq çöldə görüşəcəkdi. 
   Maşının baqajını açıb əşyaları ora yığdıq. İkimizin də keyfimiz o qədər yerində idi ki, bayırda olduğumuzu belə unutmuşduq, deyə gülə zarafatlaşa zarafatlaşa....  Saata baxdım. Tam zamanı idi. Təxminim Necla bu saatlarda çıxmalı idi. Məktəbin darvazasına boylandım. Elə bu zaman qonşuluqda yaşayan Neclanən sinif yoldaşı yolu keçib bizə tərəf qaçdı 
  - Döndü abla... Neclaaa... 
  - Noldu qızım Neclaya?
  - Neclanı qaçırtdılar abla. 
  - Nə? 
   Qız barmağını asfalt yolda sürətlə uzaqlaşan maşına tuşladı.Bu maşın Xalıdin maşını idi. 
   Kadir məni sakitləşdirməyə çalışdı. 
   - Hər zamankı halıdır Döndü , narahat olma. Çox uzaqlaşa bilməz. Hara getsə də dönüb dolaşacağı yer ailəsinin yanıdır. Həm Necla onun öz qızıdır. Neyləyəcək ona? Onun dərdi mənimlədir səninlə deyil. 
  - Qızıma bir şey edəcək çox qorxuram Kadir. Zaten Neclanın beynin döndərib, Necla məni adam yerinə qoymur, qəbul etmir. Danışdırmır. Bir də onun yanında qalsa  bu uşaq məndən tamamılə üz cevirəcək. Axı nəyi gözləyirik. Gedək arxasınca. 
   - Görmürsən maşın gözdən itib?  Söz eşit gözəlim. Gəl gedək evə. Biz ona fikir versək daha da alovlanacaq. Biraz soyuqqanlı olmaq lazımdır. Dedim axı onun dərdi mənəm. Mənimlədir onun işi. Mən özüm də onunla danışacam. 
   Bir təhər məni evə çıxardı. Özü əşyaları yuxarı qaldırAna gədər ev telefonundan taksi xidmətinə zəng elədim (taksi, acıl, polis və bu kimi xidmətlərin  nömrəsini əzbərləmişdim) evin yerini tarif edib gözlədim. Kadir əşyaları evə gətirib Xalidin arxasınca getmək istədi. Pəncərə qarşısından taksini gözləyirdim. Hələ gəlməmişdi. Odur ki, Kadiri bir az oyalamağa başladım. Nəhayyət taksi gəlib binanın önündə dayanıb siqnal verdi. 
  Bayaqdan evə daşıdığımız əşyaların içindəki kəsəri qaralamışdım. Kadir çölə çıxan kimi kəsəri götürüb pardüstün alrından şalvarımın belındə bənd elədim. Tələsik ayaqqabımı geyinib özüm də Kadirin arxasınca götürüldüm. And içmişdim əgər Xalid qızıma ziyan verəcək bir şey etsə onu öldürəcəkdim. Bu neçə ayda bezdirmişdi məni. Nə dincliyim vardı, nə hüzurum. Neclayla mənim aramdakı sohuqluğun səbəbi də onu bilirdim. 
   Belə bir inad xasiyyətim vardı. Düşünülməmiş iş görərdim. O anda etdiyim şeydən həzz alıram, özümü qəhrəman sanıram. Amma biraz keçmiş etdiyim səhvi özüm də bağışlamıram. İndi də beynimə qoymuşdum. Xaliddən qurtulmağımın yolu onun ölümü idi.  Daha sonra nə olur olsun vecimə deyildi. Beynimə qoyduğum o işi ölümünə də olsa edəcəkdim. Ya bu gün ya  sabah. Sonrası məni maraqlandırmırdı. 
   Kadiri taksiylə takib edirdim. Görünür Kadir Xalıdin yerini bilirmiş. Kadir köhnə bir gecə qondunun qarşısında dayandı. Biraz aralıda taksinin pulunu verib maşından düşdüm. Evə girməyə risk eləmirdim. Qorxurdum məni anidən orada görən Xalid panik olub Neclaya  bir şey edər deyə. Odur ki, evin arxasına keçib pəncərələrdə içəridə baş verənləri izlədim 
   Necla gözə görünmürdü. İçəridən Kadirlə Xaliddən başqa bir orta yaşlı qadın da vardı. Kim olduğunu bilmirəm. Amma o qadın ata ilə oğul arasında sülh yaratmağa çalışırdı. Xalidlə Kadirin səsi evi başına götürmüşdü. Xalıd Neclanı ona göstərməyəcəyini, onu alman vətəndaşı olan xanımı və qızını da götürüb Almaniyaya gedəcəyini deyirdi. Xalid bununla kifayyətlənməyərək atasını və mənim adımı çəkərək təhqir edirdi. Mənimlə hələ də görüşdüyünü güya bizim hələ də münasibətdə olduğumuzu deyərək Kadirini qıcıqlandırırdı. Daha  Xalidin yalan və iftiralarını dinləməyə gücüm çatmırdı. Xalidlə atası da artıq əlbəyaxa olmuşdu. İçəridəki qadın rəsmən şok yaşayırdı, qışqıraraq qonşuları köməyə çağırırdı. Daha dayana bilmirdim. Gözümü qan bürümüşdü.
    Pardüsün altından kəsəri çıxarıb, arxamda gizlətdim. Qapıya gəlib, zəngi basdım. Qadın qapını açdı və mən ovunun üstünə qaçan aslan kimi Xalidin üzərinə şığıdım. Xalid Kadirin boğazından yapışıb divara qısmışdı. 
    Heç bilmirəm necə oldu qacaraq əlimdəki kəsəri Xalidin başına çırpdım. Xalid bir göz qırpımında yerə sərildı. Kəlləsinin ortasından axan qan bir anda evin ortasında gölləndi. Kəsər onun başında saplanıb qalmışdı. Kadir də qadın da şok içindəydi. Elə mən özüm də. Don vurmuş adamlar kimi yerimdə donub qalmışdım.Bayaqdan dava və söyüşdən başqa heç nə eşidilməyən evdən boğunuq bir inilti səsi gəlirdi. Bəli bu Neclanın səsi idi. İçəri otağın birindəydi. 
    Dəli kimi həmin otağa qaçdım qapı bağlıydı. Özümü qapıya çırpdım. Qadın qapını qıracağımı görüb qorxu və heyrət içində qapını açdı. Necla əli qolu və ağzı  kürsüyə bağlanmış halda  çırpınırdı.  Neclanın əlini  qolunu açıb başını böyrümə sıxa sıxa bayra çıxardım. 
   Ortadakı mənzərənin görməsini istəməsəm də bu mümkün olmadı. Necla dəli kimi qışqırır otağın içində ora bura çırpınırdı...

   - Bəli, Hikimət bəy. Bu  da mənim həyat hekayəm. Bu mənim alın yazımmı idi, ailəmin mi istəyi idi, mənim mi səhvim idi, bilmirəm. Axir ki, yaxşısı olmasa da pisiylə mən bunları yaşadım. Bəlkə də güləcəksiz mənə. Mən özüm etdiyklərimə görə heç vaxt peşiman olmamışam. Həyatımı yoluna qoymaq istəmişəm nəyisə qazanmaq üçün . Nə qədər savadsız olsam da o "nəyisə" qazamnmaq üçün mən bir imtahandan keçməliydim. Ailəmin məni soxduğu çirkabdan doğru yolla çıxa bilmirəmsə tərs yoldan çıxmalıydım. Tərs yola getmək üçün geri dönməliydim, təkrar o çirkabı üzümə gözümə bulaşacağını da bilirdim. Odur ki peşiman olmadım. Hələ- hələ Necla barəsində. Mən xoşbəxt ana olmasam da, ana olduğum üçün xoşbəxt oldum . O məni istəməsə də. Təki canı sağ olsun. Təki o mənsiz xoşbəxt olsun. Gözəl həyat yaşasın. Ona böyük inamım var. Necla ağıllı və güçlü qızdır. Onun bu həyatda uduzacağını və nəyisə itirəcəyinə inanmıram. Amma mən bizim sirrimiz açıldığı günü qızımı birdəfəmlik itutrdiyimi bilirdim. O gündən də  heç nəyə ümüdüm qalmamışdı. Bəlkə bir gün həyatım yoluna düşər, mən də insan ömrü sürərəm deyə fikirləşirdim. Amma bu da bu saatdan sonra mümkün deyil.  Baxsana qatiləm, sabikamda iki həbs möhrü vurulub deyə kimsə mənə iş belə vermir. Mənim həyatımla bərəbər kimliyim kirlənib. Başa düşürsən bu nə deməkdir? Bu o deməkdir ki sən bu həyatda yoxsan sənin dünyan kirlilərin dünyası olmalıdır. Ölməmək üçün, yaşamaq üçün oğurluq etməlisən, cinayyətə əl atmalısan. Narkotiklə innsanları zəhərləməlisən. Sən bu işıqlı dünyanın yox qaranlıq dünyanın sakini olmalısan. 
   - Əsla...  Belə şeyləri ağlına necə gətirə bilirsən Döndü? 
  - Ağıla gələcək bir şey varmı Hikmət bəy? - Güldüm. Qızım deyəcəksən. Axı heç o məni qəbiul etmir. Neclanın da məni bağışlayacağını, mənimlə barışacağına inanmıram . Əslində Neclanın həyatından birdəfəmlik yox olmaq istəyirəm. Çünki mənim kimi cahil və qatil bir qadın belə bir ağıllı qızın anası ola bilməz. Neclanın şəxsiyyətinə kölgə sala bilmərəm. Neçlaya Səlahəddin bəydən mülk və sərvət qalıb. Uşaq evindən çıxıb o mülkə sahiblənəcək. Həyatını quracaq. Nə mutlu bana. Qoy yaşasın. Sevsin sevilsin.
  - İnşallah...
  - Uşaq evində müəllimindən maraqlanmışam. Səlahəddin atası kimi həkim olmaq istəyir. İndi mən onun həyatına neçə girim, onun həyatını necə qaraldım mən Hikmət bəy? Axı mən kirliyəm. Həyatı ağ bezdən ibarət olan insanlar məni neçə soxa bilər həyatına?
   -Niyə axı tək Neclanı düşünürsən?
  - Başqa kimi düşünüm ki?  Mənim həyatımda başqası varmıdır?
  - Niyə də olmasın ki? Bu ki çətin deyil? Necladan başqa bir insan yoxdurmu bu dünyada? 
   - Güldürmə məni allah aşkına!
 Əlinmdən tutub sıxdı. Dikəlib  gözümün içinə baxdı. Acı istehza ilə gülümsəyən yanağıma toxundu: bu toxunuçdan ürküb, geri çəkildim. 
   - Gülmək sənə yaraşır Döndü. İzin ver sənin üzünü mən güldürüm. Narahat olma mənim də həyatım sənin düşündüyün kimi ağ səhvədən ibarət deyil. Mənim də kirli bir keçmişim vardır...

        ALMA ŞƏKƏRİ  

            E P İ L O Q 

   - Ana, bax, Vildan durumunda sənin şəkilini paylaşıb.
  Oğlumun əlindəki telefonu alıb baxdım. Üçümüzün ən son çəkdirdiyimiz rəsim idi. Altına nəsə yazılmışdı. Hecalayıb oxumağa çalışdım. Oxuya bilirdim. Amma doğru oxuduğumdan əmin deyildim. Odur ki, bir şey oxuyarkən uşaqları yanıma çağırıb onların yanında hecalayırdım.
  - Murad, gəl oğlum, gör düz deyirəm?
   -Öff ana ya. Birce rüblüyünü  alsaydın da biz də rahatlayardıq. Oxu ana oxu...
   - Ca- nım...canım oldu eləmi oğlum? Bax ca-nım...
   - Hə ana, canım yazılıb, sora? Sonra nə? Tez ol gedirəm fudbola., uşaqlar gözləyir. 
  - Bir dayan görüm... Yaramaz uşaq. Elə bil iki dəqiqə qalsa öləcək.... a-nam...düzdür?
  -  Hə ana, düzdür... Sonra?
   - və an-ne-an-nem, iki-ni-zi də çox se-vi-rəm.
 - Nə oxudun ana? İndi də hecasız de görüm!
  - Canım anam və anneannem ikinizi də çox sevirəm?
   -Aferin ana! Aferin.
  - Doğru deyil?
  - Doğrudur, doğrudur, ver! 
  - Ayy canım mənim, gözəl gözlü, ceyran baxışlı qızım...  Mən də sizi çox sevirəm - deyib telefondakı rəsmi öpürdüm ki, Murad telefonu əlimdən qapıb qaçdı:
  - Gecikirəm ana, sonra!
  Ayağımdakı tərliyi çıxarıb uşağın arxasınca atdım:
   - Buraya gəl, eşşək sıpası...
 Murad bir göz qırpımında yoxa çıxmışdı. Gülərək Qalxıb çantamdan kitab dəftərimi çıxarıb ev tapşırıqlarına başladım. Dəftəfə çizilmiş xətlərin üstündən getdikcə xəyallar məni 4 ay bundan öncəyə atırdı...

  - Döndücüm, birazca da sən uşaqlarla məşğul olsan? Yazıq adam hər axşam işdən gəlib, yorğun halda uşaqla məşğul olur. Elə uşaqlarla bərabər sən də öyrənərsən, bir yerdə.
   - Axı bilirsən əzizim, mənim oxumam yazmam yoxdur.
  - Çətin deyil ki bu, Mete belə öyrəndi sən niyə öyrənməyəsən ki?
    - Doğrudur canım. Mete sindiromlu uşaq olsa da gəncdir, əzimlidir. Öyrənə bilər. Mənim yaşım kecib artıq.
   - Bəyəm televizorda hansısa bir yemək görəndə bişirmirsən, bir yenilik görəndə sən də onu etmirsən? Bəs yeni bir naxış, hörgü görəndə niyə onu öyrənmək üçün günlərlə əldən ayaqdan gedirsən? Maşallah bayılıram fantaziyalarına.
  - Bu bir həvəsdir. Bilik istəmir, savad istəmir. 
 - Qoy oxuyub, yazmaq da bir həvəs olsun. Əgər sən bunları bacarırsansa onu da bacaraqsan.
   - Belə fikirləşirsən, yanı bacararam ?
  - Mən sənə güvənirəm Döndü. 
   Qonşumuzdakı Sevda müəllimə məni mərkəzdə fəaliyyət göstərən oxuma yazma kursuna yazılmam üçün həvəsləndirirdi. Sevda müəllimə Bələdiyyənin nəzdindəki Ailə mərkəzində uşaq bağcasında müəllimə işləyirdi. 
   O qədər dedi - dedi axır bir gün  həvəslənib mən də onunla mərkəzə gəldim. Gec qalmışdım. Kurs artıq açılmış, yerlər dolmuşdu. Gələn il ya da ikinci sezon üçün adımı əlavə siyahıya saldılar. Yaşımdan başımdan utanırdım. 48 yaşında üç uşaq anası, ailəli bir ev xanımının oxuma yazma kursunda nə işi? Özüm öz halıma belə gülürdüm. 
   İlk sezon keçdi, ikinci sezonda kurs üçün çağırdılar. Qəribə həyəcanla 1 dəftər, bir karandaş və bir pozan alıb mərkəzə yollandım. Uşaqlarım ilk okula başlayanda onlara da bunları almışdım. Bilirdim ki ilk hərflərlə tanışlıq bunlarla başlayır. 
   Mərkəzin direktor müavini Rabia xanım  məni sinif otağına gətirdi parta arxasındakı yaşı 50 , 60 hətta bir nəfər 80 ni haqlamış qadınları görəndə elə bildim bura gözləmə otağıdır. Qadınlar buraya kursa gələn uşaqlarını gözləyirlər. Rabia xanım məni içəridəkilərə təqdim etdikdən sonra keçib arxa partaların birində oturdum. Hər şey məlum oldu. Bəli bu sinif otağı mənim özümün oxuyacağım sinif otağım, buradakı qadınlar da mənim kimi oxuma yazma bilməyən ev xanımları idi...
    Qəribə duyğular içərisində evə gəlmişdim. Xəyallar məni mədrəsədə və uşaq evində oxuduğum günlərə aparmışdı. Mən əvvəlki mən deyildim. O günlərdən çox zaman keçmişdi. İndi mən evinin xanımı, qayğıkeş əri tərəfindən hörmət qoyulan, cəmiyyətdə sevilən azad bir qadın idim. Qorxularım və əzikliyim hələ də bilinc altinda  mənə əziyyət versə də, özümü tox tutmağa çalışırdım.
    Hikmətin oğlu Mətə özəl eğitim kursuna gedir.  Bələdiyyənin sindiromlu xəstələr üçün nəzərdə tutulmuş  mərkəzində həm işlə təmin olunmuş, həm də xüsusi bacarıq fəaliyyətləri gösgərirdi. Sindiromlu gənclər arasında şahmat birincisi idi.
  Mətə ilə ana oğul kimi anlaşırdıq. Çox mehriban uşaq idi. Heç vaxt məni sıxmaz incitməzdı. Xəstə olsa da şən uşaq olmasaydı bəlkə də sıxılardım. Mən özüm də onunla əylənir şənlənirdim. Mətəylə uşaqlaşırdım. Oynayırdıq, zarafatlaşırdıq. Rəqs edirdik. Evimizdən daim qəh qəhə səsləri ucalırdı. Bilmirəm, bəlkə onunla aramdakı bu şirin yolu ozüm salmışam? 
   O vaxt Hikmətlə dostluğumuz 4 il çəkdi. Mənim kimi kimliyi ləkəli qadınla evlənməsi onun işi və gələcək pensyası üçün təhlükəli ola bilərdi. Odur ki, onlar ilk növbədə mənim evimdən köçməli idi. Bizim bərabərliyimiz diqqət çəkməməli idi. Görüşməyimiz də gizli baş verirdi. O heç vaxt mənim evimə gəlməzdi. Mən onun evinə gedərdim. Təmizlik adıyla. Qonşular da məni bu evin köməkçisi bilirdilər. Eybi yox, onsuz da başqa işdə də işləyə bilmirdim. Bunu  Hikmət də  anlayırdı. O məndən heç vaxt maddı və mənəvi dəstəyini əsirgəmirdi. 
  Hikmət çox əfəndi, mədəni və həddindən artıq səbirli bir insan idi. Aramızda nə qədər səmimi münasibət olsa da məni qıracaq yersiz hərəkətə və kəliməyə yer vermirdi. Çox diqqətli və nəzakətli adam idi. Hikmət səbri ilə nəzakəti ilə mənim kimi qaba və görgüsüz bir insanı dəyişmişdi. Artıq mən yemək yemək, danışıq və süfrə mədəniyyətinin nə olduğunu bilirdim. Daha əlimə düşəni süfrəyə döldurub "allaha şükür" deyib olan olmazı içəri ötürmürdüm. Nəyin yanında nə ikram edildiyini öyrənmişdim. Mən Hikmətlə bərabərkən süfrənin yerdə yox masada açlmasını öyrənmişdim. Çorbalar dəmir ləyənçələrdə ana yemək kimi tıxabaş dolu və qarın doyuzdurmaq üçün yox, bir çömçə kiçik kasələrdə, həm də süfrənin açılışında iştah açıcı kimi verilir. Atışdırmalıq qızartmalar, dolmalar və salatlardan başqa ortalığa heç nə qoyulmur. Əgər çeşidli ana yeməklər vasa böyük boşqaba qarnirlə bərabər servis olunur. Yemək masasına çay və şirniyyat gəlməsi süfrə mədəniyyətinə zidd bir şey olduğunu da ilk dəfə Hikimətdən öyrənmişdim. Belə şeylər yeməkdən ən az yarım saat sonra olmalıymış. Sonda gözəl bir türk kahvəsiylə günlük yemək - içmə menusu bağlı hesab edilirmiş...
  Bəzən Hikmət elə bir qapalı olurdu ki, onu durğun bir dəryaya bənzədirdim. Sirr dolu bir adam idi. Heç kimlə heç nəyini paylaşmağı sevmirdi. Bir məsələylə bağlı üstünə getdiyində elə ustalıqla sivişib aradan çıxırdı ki... 
   Bir ildən çox Hikmətin dəstəyitylə həyata tutundum. Sonra yenə onun köməkliyi ilə bələdiyənin nəzdində olan şirniyyat (pastaçılık) kursuna yazıldım. Oxuma yazma üzündən kursu yarımçıq qoysam da, öyrəndiyim tiyolarla evdən fəaliyyət göstərdim. Qonşuların və Hikmətin qohumlarının özəl süfrələrini mənim şirniyyatlarım poğaçalarım bəzədi. Bir gün bir lokantada işləyən aşbaz qonuşum məni iş yerinə dəvət etdi.
  - Madəm bacarırsan buyur gəl,  bizim lokantaya yardımçı lazım.
   Beləcə iş həyatım başladı. Hikmətin də, mənim də işləməyimiz aramıza soyuqluq salmırdı. Çox gec gec görüşürdük. Kiçik ayrılıqlar bizi bir birimizə daha da isinişdirmişdi. Gəncliyimi məhz həmin illərdə yaşayırdım mən. O iş yerımə zəng edər, günlük hal əhval tutardıq. Dəqiqələrlə telefondan asılı qalırdıq. Telefonun o başındakı pıçıltılı ecazkar sevgi etirafları məni onun qoynuna səsləyirdi. Bir də görürdün məndən xəbərsiz müştəri qismində gəlib oturub. Ya da iş çıxışı məni küçədə gözləyir. Toplu yerlərdə görünməkdən çəkinərdik. Dediyim kimi, o da mən də işimizi itirməkdən qorxurduq. Amma belə maşınıyla uzaq, gözdən iraq bir məkana gedərdik. Bu yaşda aramızda böyük və dəli bir sevgi və ya məcara yaşana bilməzdi. Məndə bu hislər o dəmir barmaqlıqlar arasında ölüb getmişdi. O da bunu başa düşürdü. O kameralarda nələr yaşandığını məndən yaxşı bilirdi.Odur ki, o mənim bu laqeyidliyimi normal qarşılayırdı. Lakin bir birimizə hörmətimiz anlayışımız sonsuz idi. Hörmət sayğı öz yerində. Amma ehtiras ehtiyyacımızın qarşısında heç nə dayana bilməzdi. Təkliyə düşdüyümüzdə o da, məndə ehtitasın dəryasına girib çıxırdıq. Bu ikimizin də təbi ehtiyyacımız idi. Nə o bu haldan ürkürdü, nə də mən. O barmaqlıqlar arasında bu "ehtiyyac" üzündən ordakı qadınların nə yaşadığının öz gözlərimlə şahidi olmuşdum.  Elə özümün də. Deməyim odur ki, nə qədər sərt bir qadın olsan belə vəziyyətdə insanın özünü cilovlaması müşkül məsələydi. Bəzən atəşi başından çıxan qadınlar əlində ovcunda olan son qəpiyini koğuş "ağasına" verib onlardan özəl gün üçün izin istəyirdi. Türmədə ağaların sözü keçir təbii ki, gərək elə hərəkət edəsən ki, koğuş ağasının gözündən düşməyəsən ki, o səni belə özəl günə qonaq göndərə. Onların yazılmamış qanunu qarşısında heç kim heç nə deyə bilməzdi.O digər koğuşun "ağaları" ilə əlaqə yaradıb "gizli" görüşlər təşkil edirdilər. Təbii ki, bu işdə ən böyük qazanc və məsuliyyət qardianların üzərinə  düşürdü...
   Mən bədbəxt elə orada da bədbəxt idim. Mənimki hər tərfli gətirmirdi. Kadirlə görüşəndə dəmir barmaqlıqlar arasından bədənimi, üzümü onun barmaqlarına sürtməklə atəşimi söndürmək istəyirdim, lakin daha da alovlanaraq koğuşa qayıdırdim. İki gün, üç gün zarıya zarıya yorğan döşəyə sarılıb yatırdım. Kadirlə rəsmi nigahım olmadığı üçün bərabər gecələyə bilmirdik. Kadir çöldə mən içəridə olduğum üçün burada koğuş ağalarının da sözü keçmirdi. Atəşimin dumanı başımdan çıxırdı. Nə qədər ki Kadir sağ idi, pulum olsa da içəridə kiminləsə görüşmək istəmirdim. O vaxt xəyanətin çiləsini çəkmişdim, indi belə bir şey ağlımın ucundan da keçmirdi. Sonradan da pulum olmadığı üçün tuvalet divarlarına sarılırdım.Ya da mənim kimi  "kasıb" qızlarla himləşib cimləşib özümüzü hamama verirdik. Orada bu həyatı yaşarkən nə imandan söhbət gedə bilərdi, nə peyğəmbərdən. Orada sanki dünya orqanın buraxdığı bir damcı sivinin üstündə qurulmuşdu. Canımızdan çıxan o suvi bizi dünyanın ən xoşbəxt qadını edirdi. Belə həyata elə alışmışdıq ki, daha əks cinsin varlığı belə ağlımıza gəlmirdi. Biz qadınlar diyarında yaşayırdıq. Bizim dünyamıza əks çins girə bilməzdi. Əksinə kişi görərkən xoflanırdıq. Bir kişi baxışı üçün ən bəyənmədiyimiz, ən iyrəndiyimiz bir həbsxana işçısının bir şit gülüşünün həsrətiydik. O şit gülüşlə "sevilirik" deyə özümüzü təsəlli edib aldadırdıq. Hətta o iyənc adam üçün içəridə bir birimizi qıran qadınlar olmuşduq biz. Adi radiodan gələn  kişi  səsini bir birimizə qısqanan, bir biriylə o səs üçün yerlərdə saçyoldusuyla süpürləşən qadınlar olmuşduq  biz. 
   İndi qarşımda mənə ehtirasımı dibinə qədər yaşadacaq bir kişi varkən hansı sərhəddən söhbət gedə bilərdi ki?  Bisim o anlarımız, o dəqiqələrimiz sərhədsiz idi, həm keyfli, həm iyrənc. İdi. Bu sevişmələr o zamankından çox fərqli idi. O zamankı sevişmələrə həyəcan qatan qorxu idi, utancaqlıq, saflıq idi,sərhəd idi, İndi  bunların heç biri yox idi... 
    Hikmət müavinətə çıxdıqdan sonra səssiz səmirsiz, ailə ortamında rəsmi nigahla evləndik. Biz evləndikdən sonra anası oğlunu və nəvəsini mənə tapşırıb məmləkətinə getdi. Ömrünün sonuna qədər orada tək başına yaşadı. İldə bir  iki dəfə bayramdan bayrama, toyda nişanda ona qonaq gedər, bir iki həftə qalıb gələrdik. 
   Evləndikdən sonra Mətəni  müvəqqəti olaraq qaynanamla kəndə yola salıb Antaliyaya bal ayına getmişdik. Həyatımın ən şirin anlarını yaşyırdim. Nolsun pisxalogiyamı qanadan yaralar imkan versə, mən də həyatın şirinliyini duyardım bəlkə də. Bal ayımız üçün təşkil olunmuş konseptlər, yeməklər, yataqlar hamam otaqları nə qədər romantik olsa da, bütün bunlar mənim üçün adi günlərdən biri kimi idi. Mən xoşbəxt ola, heç nədən zövq ala bilmirdim. Bu halım Hikməti çox üzdüyünü hiss  edirdim. Onun yanında özümü xoşbəxt göstərirdim ama o da üzümə deməsə də, bir şeylə mənə başa salırdı ki, " ey həyatıma daxil olan qadın, lütfən o qapını açarkən maskənı çıxar sonra gəl! "
  Bal ayındaykən, Hİkmət kiçik bir qəza keçirdi.Hovuza enərkən ayağı kafellərin üstündən sürüşüb yıxıldı. Çıyni hövuz kənarı daşa çırpıldı. Çiyni qırıldı. Acilə gəlsək də Hikməti xəstəxanaya yazdılar. Səhər əməliyyat olunub servisə  yerləşdirdilər.  Bir neçə günlük burada qalmalı olacaqdıq. 
   Xəstəxananın günlük rituni, iynə-dərman saatı və yemək rejimi var idi. Səhərlər həkimlər və tibb unversitetinin tələbələri  xəstələri yoxlamağa gəlirdilər. 7.8 gənc və yaraşıqlı oğlan həkimlərin içində qapalı və gənc bir həkim xanım diqqətimi çəkdi. Üzü mənə tərəf olmasa da içimdən bir qürur hissi keçdi. Qadın olasan həkim olasan! Halal olsun səni böyüdən anaya ataya!- deyə bir hiss kecdi içimdən. Həkimlərin dediyini not dəftərinə yazıb qapıya döndü. Əvvəl həmin həkim qız, sonra digər həkimlər çıxdı.Beləcə eyni qaydada bir necə gün keçdi. Hər dəfə qürur hissiylə o qızı süzürdüm. Nəhayyət bir gün mən Hikmətin yanındaydım  deyə həkimlərin hamısının üzünü görə bilirdim. Yenə razılıq hissiylə həkimlərə nəzər salmışdım ki, birdən dünya gözümdə qaraldı. O gənc xanım mənim cavanlığım idi ki, qarşımda dayanmışdı. Gözlərimə inanmadım. Bu ki, mənim Neclamdır...
    O da məni tanımışdı. Müayinə bitmədən otaqdan qaçınca mən də heç nəyə baxmadan onun  arxasınca yüyürdüm. Koridorun ortasında yaxaladım onu. Ayaqlarına döşənib dizlərinə qapandım.
   - Məni bağışla Neclam, qaçma məndən. Ölərəm sənin üçün, annem,  yalvarıram qızım....
  Hönkürtüylə məni bağışlaması üçün ona yalvarırdım. O  ayaq üstə heykələ dönmüş başını dik tutub ağlayaraq  üzümə baxmadan:
  - Qalx ayağa- deyirdi.
  - Qalx qadın! Daha da özününü gözümdə alçaltma, burax məni, çək o murdar əllərini üzərimdən buraxxxx!!!
   Bütün xəstəxana ayaqdaydı. Xəstə yaxınları və tibb bacıları...
   Nəhayyət, 45 48 yaşlarında bir kişi həkim qoluma girib məni yerdən qaldırdı. Necla :
  - Bir daha qarşıma çıxma deyə üzünü tutub oradan qaçdı.
   Həkim qoluma girib məni həkim otağına apardı. Divanda oturtdu. Öze masasının başına keçib masanın üstündəki  kağızları qarışdırdı :
   - Danışmaq istərsəniz sizi dinləyirəm. Amma əvvəlcə sakitləşməniz lazımdır.
   Özümü toplamağa çalışdım lakın....
   - Yoxxx yox.. Rahat olun. Ağlayın, rahatlaşın, sonra. İstərsəniz mən çıxım. Hətta çıxıram. İstədiyiniz zaman burada olacam. Rahat olun.
   - Sağolun doktor...
    Həkim otağında biraz özümə gəldikdən sonra Hikmətin yanına gəldim.O da çox nigaran qalmışdı. O həkim qızın mənim qızım olduğunu ona dedim. Qıribə sevinclə reaksiya verdi bu hadisəyə. Əlində əlac olsaydı qalxıb gedib Neçlanı tapıb mənə gətirərdi.
  Səhəri tələbə həkimlər gəldiyində Necla həkimlərin arasında yox idi. Cox nigaran qalmışdım.
    Bir neçə saat keçmışdı. Hələ də Necla gözə göfünmürdü. Görəsən bu dəli qız hara yoxa çıxdı? Çox nigaran idim. Gözüm hər yerdə onu axtarırdı. Həmşirələrdən soruşdum tələbə olduğu, buraya pratikaya gəldiyi üçün çoxu onu tanımırdı. 
    Koridorda həmin həkimlə rastlaşdım. Sevindim. Necladan mənə ancaq bu adam xəbər verə bilərdi.Yaxınlaşdım.Salam verib :
  - Doktor bəy, bir dəqiqə danışa bilərik?- dedim.
  Nigaranca üzümə baxdı.Həmən əlavə etdim:
   - Neclayla bağlı. Dünən...
   - Hə hə xatlrladım sizi. Siz?
    - Necla doktorun anasıyam!
    - Bəli, buyurun keçək odama! 
   İçəridə bir neçə həkim vardı. Doktor onlardan üzür istəyib bizi tək qoymağı xahiş etdi. Sonra harasa zəng etdi :
  - Nurdan xanım, müsaitsəniz, bizim şöbəyə gəlin... Neclayla bağlı bir məsələ var. Bəli, bəli... Çox önəmli bir məsələdir. Rica edirəm... 
   Bəli, mən həm Nurdan xanımdan həm də Mehmet Ali doktordan Neçla haqqında məlumat almışdım. Necla o ili unverisitetin son kursunda oxuyurdu, buraya pratikaya gəlirmiş. Necla çox zəki və baçarıqlı qızdır. Universitetdən sonra magistatura oxuyacaq. Ailə qurmuş, 3 yaşında bir qızı var.
   Onlar Necla haqqında  danışarkən məndən nəsə gizlətdiklərini hiss edirdim .
  - Yalvarıram doktor, mən onun anasıyam başımızdan ağır və acımasız bir hadisə keçib. Tale bizi sürükləyib, hərəmizi bir səmtə atıb. İndi də o məni bağışlamır - deyib ailə dramımızı ucundan qulağına onlara danışdım.
   - Sizdən çox xahiş edirəm həkim. Necla haqqında nə bilirsiz mənə də deyin. Mən özümü ona bağışlatmaq istəyirəm. Bilirəm bağışlamayacaq. Amma yenə vicdanımı rahatlatmaq istəyirəm.
  Məlum oldu ki, Necla qaldığı uşaq evinin şoferinin oğluyla evlənib.Tahirlə uşaqlıqdan tanışdırlar. Ailəsi Tahirin Neclayla evlənməsinə qarşı çıxsa da, Tahir əsgərlikdən gələn kimi Neclanı götürüb bu şəhərə gəlib. Buraya da əsgər yoldaşının yanın qaçıblar Neclaylaya ailəsinin onların bərabər olmalarına razı olmadığını deyib və ona evlilik təkilf edib. Evləniblər. Fəqət işsiz gücsüz, üstəlik dolandırıcı, alkolik tib olan Tahir Neclanı xoşbəxt edə  bilmədi. Hər gün evdə şiddət görən Necla 5 aylıq hamıləykən dövlətə sığınıb və boşanmaq üçün müraciət edib. Qaldığı qəsəbəni və evi dəyişir. Çox keçmir ki, Tahir onun yeni ünvanını tapır, bu dəfə də qızını görmək bəhanəsiylə ondan əl çəkmir. Tahirin onlardan əl çəkməyəcəyini görən Necla onunla barışmağa məcbur olur. . Fəqət bu dəfə də şiddət öz işini görür. Tahir hər ay qızına ödədiyi təzminatı da döyərək  onların əlindən alır. Səfil günə düşən Neçla unversiteti dondurub işləməyə qərar verir. Uşaqla və təcrübəsizlikdən heç bir yerə işə alınmayan Necla son variantda ərinin əliylə bir pavliyona işə girir. Neclanın pavliyonda işləməsi ərinin karına gəlirdi. O Neclanın hesabina həm pavliyonda yeyib içib əylənir, həm də gələn pullu müştərilərlə Neclanı pazarlık edib görüşdürürdü. Qucaqdan qucağa, əldən ələ keçən Neclanın bütün pskolojisi pozulur.
    - Can körpə quzum... Nələr çəkmisən can balam...  
   Eşitdiklərimdən heyrətə gəlmişdim. Dizimə başıma vuraraq ağlayırdım. Bir neçə ay bundan əvvəl təsadüfən Mehmet Ali bəy və sevgilisi Nurdan xanım dostları ilə həmin pavliyonda olurlar. Elə Neclanı də həmin gün orada görürlər. Çox pis vəziyyətdə. Bir kişi ilə mübahisə edirdi. Kişi onun istədiyi məbləği ona vermədən onu məcbur harasa aparmaq istəyirdi. Dava düşmüşdü. 
  Mehmetali doktor unversitetdə doçen doktor olduğu üçün Neclanı çox gözəl tanıyırdı. Neclanın bir necə ay bundan əvvəl məktəbdən ayrılıb işlədiyini eşidəndə də təssüf etmişdi. Odur ki, araya girib onlara müdaxilə edir. Necla həddindən artıq sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilir. Hələ bu azmış kimi onun narkotik istifadə etdiyi də meydana çıxır.
   Necla özünə gələn kimi uşağını istəyincə məlium olur ki, hədisə günü uşaq pavliyonda, geyinmə otağında olubmuş. Mehmet Ali həkim, vaxt itirmədən həmin pavliyona adam göndərir. Lakin uşaq yox idi. Polis məsələyə qarışınca, aləm bir birinə qarışır. 
   Balaca Vildan Tahirin dostunun əliylə böyrək mafiyasına satılmışdı. 
   - Bəli, Döndü xanım. Təssüf ki, biz Vildana çatanda çox gecikmişdik. Uşağın böyrəyinin birini almışdılar, o biri böyrəyi zədələnmiş yararsız hala düşmüşdü.
   - Can balam, ah, balam- Özümə divan turtiurdum.
   - Neclanı da, Vildanı da  çətin də olsa həyata qaytardıq. Neclanın qabnını narkotikdən təmizlədik, çox şükür. Hələ də nəzarətdədir. Cünki bəlli bir sürəci atlatmaq heç də asan şey deyil. Sağolsun, Nurdan xanım. Bu işdə mənə çox kömək etdi. O xəstəxanamızın ən yaxşı pisixoloqu, həm də professorlarındandır. Biz Neclanın və Vildanın bütün xərclərini, unversitetin müəllimləri ilə bərabər üzərimizə götürüb onları sağlığına qovuşdurduq. Lakin Vldan... 
  - Nolmuş Vildana. 
   - Dediyim kimi, onun bir böyrəyi alınmış o biri böyrəyi də zədəlidir. 
   - Yəni?
   - Yənisi, ona böyrək verə biləcək donor tapa bilməsək, çox yaşamayacaq...
 Dünya gözümdə qaraldı. Bir anlıq boğazım qurudu. Hec düşünmədən: donor mən. Alın mənim böyrəyimi, verin balama. 
  - Ciddisiz? 
  - Belə şeyin zarafatı olur? Yalvarıram doktor, nə lazımsa edirəm. Amma balamı sağlığına govuşdurun. Çox xahiş edirəm. Heç düşünmədən kəsin götürün böyrəyimi. Nə edirsiniz edin. 
   Həkimin əl ayağına düşüb yalvarır, ağlayaraq əllərindən öpürdüm. 
  - Yaxşı Döndü xanım, sakit olun. Biz bu təklifinizi nəzərə alacağıq. Əvvəlcə Neclayla danışıb, həmən işləmlərə başlaya bilərik. Bu sürəc elə də asan başa gələn sürəc deyil. Analızlar, test sonuçları rahat vaxt aparır. Gedıb gəlmək sizə problem olmaz ki?
  Düşünmədən cavab verdim.
   - Olmaz! Yeri gəlsə bax burda, bu xəstəxanada piləkənlərin üstündə yataram. Təki balalarımın yarasına məlkhəm olum.
  - Bəs ailəniz? Yoldaşınız buna razı olacaq? Bilirsiniz orqan bağışı zamanı ailə üzvlərinin də yazılı şəkildə razılıqları olmalıdır.
   - Doktor bəy, mən bu yaşıma  hər şeyimini itirə itirə gəlib çatmışam. İndi deyirsiz bir parçamı - Vildanımı həyata bağlamağım üçün ərim etiraz edərsə onu itirəcəyimdənmi qorxacam?
   - Yox... Onu demək istəmirik, Döndü xanımcım . Amma... Siz yeni ailə qurmusuz. Yanı bu əməliyyatdan sonra doğum etməniz risk altına düşəcək. Yanı ana olmaya bilərsiz.
   - Mən bir anayam Nurdan xanım, çox şükür. Bəlkə mən qızıma  yaxşı ana ola bilməmişəm amma... Olsun. Şükür imandandır. İndidə can parçamdan bir parçam var. Mən onu göz görəsi itirib, gələcək  analığımımı düşünəcəm?
  - Əminsiz?
   - Əlbəttə! 
   İkisi də bir birinə baxdı.
   -Elə indicə Neclayla əlaqə yaradıb, məsələni ona deməliyik.
   - Dayan! 
   İkisi də mənə döndü.
   - Çox xahiş edirəm. Donorun mən olduğumu ona deməyin. O çox qürurlu bir qızdır. Bunu qəbul etməyəcək. Bilirəm. 
  - Onsuzda  sizin böyrəyinizi donor kimi alıb Vildana başqa böyrək qoyacağıq. 
- Necə? Hələ ilk öncə böyrəyinizin sağlığına baxmağımız lazım, donor üçün yararlıdırm deyilmi? Sizin böyrəyiniz ona uyğun gəlməyə bilər.
   - O zaman?
  - O zaman sizin böyrəyinizi başqasına nakil edib, ondan alınan məbləğlə Vildana uyğun böyrək alınacaq. Bu barədə  ən yaxşısı böyrək nakil  həkimi sizi məlimatlandıracaq.
  - Başa düşdüm. Siz yenə də bu işdə mənim də olduğumu ona deməyin. Cox xahiş edirəm.
   - Yaxşı, çalışacağıq. Amma bunu nə qədər gizlədə biləcəyik bilmirəm.
  - Mümkün qədər gec bilsin. Lap əməlliyyatdan sonra.
   - Baxarıq- Mehmet Alı həkim telefonu götürüb kimisə yığdı. Danışaraq balkona çıxdı.
   - Bəs yaxşı o şərəfsiz Tahir? O noldu?
  - Əlbəttə ki, içəridə...
   - Hansı həbsxana?
  - Bilmirəm. Çox güman ki, onun haqqında məlumatı ədliyyədən öyrənmək olar. Amma məncə yaxınlarından başqa heç kimə bu barədə məlumat verilməsi qanuni deyil.
  - Hocam, qanun bu dünyadadır, o dəmir barmaqlıqların o tərəfində qanunu və hökmü biz yazırıq...

    Vildana böyrəyimi vermək istəyimi Hikmətə dediyimdə  o buna etiraz etmədi. Fəqət bu əməliyyatın hansı risklərə yol açacağını deyəndə o buna etiraz etdi.
   - O zaman bir övladımız olsun sonra. ..
  - Vildan bizi gözləyərmi səncə?
   - Mən ata olmaq istəyirəm!
  - Mən də ana! Amma ikimiz də valideyinik. Belə bir şey Mətənin başına gəlsə onu müalicə etməyə pulun olmasa, verməzsən böyrəyini?
  - Düşünməm lazım...
   - Ciddisən ?
   - Düşünməm lazım, Döndü. Burada həm özümün sağlığım, həm gələcəyim rol oynayır.
 Heyrət içində ona baxdım :
  - O zaman bağışla məni Hikmət mən səninlə davam edə bilməyəcəm.
   - Niyə? 
   - Mən sənin sırf ata olmağın üçün nə gələcəyimi, nə də gələcəkdəki uşaqlarımın həyatını riskə ata bılmərəm.
  - Nə demək olur bu?
  - O demək olur ki, belə bir şey gələcək uşaqlarının başına gəlsə, sən uşaqların üçün özünü fəda etməyəcəksən.
  - Sözü hardan firladıb haraya gətirdin sən, Döndü?
   - Mətə də sənin oğlun. Həm də ilk göz ağrın. Ona can verməyən ata nə mənə, nə məndən olan övladlarına heç nə etməz...
    Bal ayından sonra, Hikimətin qolu yaxşılaşmış və geri dönmək istədi. Mən isə qanımı qaşığa qoymuşdum. Mən canımı cə can parçamı sahibsiz qoyub Hikmətin yanına düşüb geri dönmədim. Antaliyada qaldım.  Nə Hikimət, nə bundan sonra başıma gələcəklər vecimə deyildi. Mənim itirəcək bir şeyim qalmamışdı. Bundan sonra nə qazanacağım, necə olacağımın da heç bir qarantisi yox idi. Mən türmə adamıydım. Xəyal qurmaq, ümüd etmək mənim dəftərimdən silinmışdı. Bu yaşıma qədər başıma nə gəlmişsə xəyallarım ucbatından gəlmişdi. İndi mən gələcəyə dair  xəyallarla başımı qata bilməzdim.əlimdə olan dəyərlərimin dəyərini bilməliydim. Mənim qızım və onun uşağı təhlükədə və kimsəsiz ortalıqda ikən mən gedib ərin qoynunda xumarlana bilməzdim! Bundan sonrasını artıq Hikmət özü düşünsün ya mənim donor olmağıma razılıq verəcəkdi , ya da boşanmağa imza atacaqdı. 
    Bəli çox keçmədi ki, böyrək nakili üçün işlər başlandı. O zamana qədər Nurdan xanımın boş kiralıq dairələrinin birində qaldım. Sonucların cavabı üzanırdı. Mən pulsuz parasız  çətin vəziyyətdə qalmışdım. Olan pulum da xərclənib bitmişdi.  İki ay idi ki, hər gün Nurdan xanım, ya da Mehmet Ali bəy evə  yemək sifariş edir. Onunla qidalanırdım.  3 4 gündən bir kimsə qapıya ehtiyyac olan şeyləri alıb qoyurdu   elə bilirdim bütün bunlarMehmet Alı doktor tərəfindən olunur. Amma çox sonralar bilmişəm ki, heç Mehmet Alinin də bundan xəbəri yox imiş.
   Burada heç nəyə ehtiyyacım yox idi düzdür. Amma bu həyat  idi? Anı verilən hazırlıqsız edilən bir qərar məni yenə çətin vəziyyətə salmışdı. O eşşək inadı deyirlər haa, o inad bu dəfə də  məndən yan keçməmişdi, Ürəyimdə Hikməti söyür, onun məni başa düşməməsinə hirslənirdim. Hirsləndikçə də dəvə kimi kinlənirdim ona qarşı. Ürəyimdə onu asıb kəsirdim. Hətta özümə haqq qazandırırdım ki, nə yaxşı kı, gec də olsa mən bunu tanımışam. Vəsaalam. Bitdi. Mən onunla heç vaxt barışmayacam.  Özüm özümə hirslənirdim ki 2.3 il mən bunun arxasınca düşdüyümü niyə qızımın arxasınca getməmişəm ki? Belə düşündüyüm zamanlarda da özüm özümü sakitləşdirirdim : "axı nəylə, hansı pulla? Mən həbsxanadan çıxdığımda necə vəziyyətdəydim ki? 42 lirə pul vardı üstümdə, mən o pulla nə edəcəkdim ki?" Belə düşündükcə məni o günlərdən bu günə qədər çəkən Hikməti minnətdarlıqla anırdım. Bərabər kecirdiyimiz xoş anlar ürəyimi titrədirdi. Tale yenə mənlə qumar oynayırdı. Önümə iki kart qoymuşdu, ya o , ya bu. Deyirdi. Nə qızımdan, nəvəmdən keçə bilmirdim, nə də inanıb güvəndiyim, həyatımı əmanət etdiyim həyat yoldaşımdan.  Dəli şeytan deyirdi dur zəng elə Hikmətə üzür istə yalvar, dilə tut. Necla üçün, qızın üçün ondan yardım istə. Ən azından uşaq sağalana qədər burada qalmama izin istəməliydim.  Heç olmasa burada keçinmək üçün pul göndərəydi. Di gəl eşşək inadımın üzüdən onunla bütün əlaqələri kəsmişdim. O zaman cib telefonları yox idi. Şəhər nömrəsindən zəng edib ona nömrə verməliydim ki,  mənimlə əlaqə saxlaya bilsin. Mən isə inadıma salmışam. Əgər o məni ailə gözündə görürsə, sevirsə gələcək. Gəlməlidir, gəlmək məcburiyyətindədir. Mənim tanıdığım Hikimət mənim qərarlarımın əksinə getməz. Mən onun oğlu üçün anası üçün nələr etməmişəm. Əgər bütün bunlara qarşılıq mənim qızımı nəvəmi qəbul etmirsə olay bitmişdir!
    Neclanın Vildana donor olduğumdan xəbəri yox idi. Mehmetali və Nurdan  xanım ona demişdilər ki, hansısa bir xeyriyyəci xəstəxanamızda olan ən kritik vəziyyətdə olan hər hansısa bir uşaq üçün məvacib ayırıb. Necla sevincdən uçurdu. Bir məsələ həll olunmadan qalırdı. Uşağın donoru mən idim. Ama bu əməliyyata girmək üçün vəsait yox idi. Həftənin 2 ci günü anasteziden xəbər gəldi. Gələn  həftə  içi əməliyyata girməliydik. Ammə əvvəlcə pul...
   Ağlımda bir nəfər var idi. Ondan pul istəməliydim. Başqa yolum yox idi. Çibimdəki son pulla pocta gəlib nömrələri yığdım...   
    İstanbulda məni iki nəfər qarşıladı. Ömrümdə ilk dəfəydi İstanbula gəlirdim. Qorxudan ölürdüm. Yanımdakı adamların geyimi və görkəmi mənə yürməni xatırladırdı.
   Gövhəri türmədən tanıyırdım. 5 ilimiz bərabər keçmişdi. Xalası qızı ilə ərinin xəyanətini yaxalamışdı. Dözə bilməyib ərini öldürmüşdü. Xalası qızını  yaralamışdı. Lakin turmədəykən  o qızın xəstəxanada öldürülməsi xəbəri Gövheri təkrar məhkəmələrə sürümüşdü. Hamı bilirdi ki, içəridə olsa da Gövhərin çöldə əli uzundur. Gövhərin atası və qardaşlarının adı da eşkiyalıqda (quldurluq, oğurluqda) çıxmışdı. Məhz ata və qardaşlarına görə də Gövhərin içəridə nüfuzu var idi. Onun sözünün qabağına heç kim söz deyə bilməzdi. Təbi ki belə insanların ağırlığını çəkməyənlər çox olur içəridə. Onun da burada düşmənləri olduğunu bilirdik. Bir dəfə mən onu ölümdən qurtarmışdım. İçəridə hazırlanmış və ona veriləcək olan yeməyiə zəhər qatıdığını görmüşdüm. Heç kimə çatdırmadan ona yeməməsi üçün işarə vermişdim. Ortalıq bir anda qarışmışdı...
   Bəli bizim gövhər qara dünyanın "ağ mafiyası" idi indi... Onun üçün bir xəstəxana xərci, tum pulu idi. son ümüd yerim Gövhər idi, ona pənah gətirmişdim....
    Gövhər məni sevinclə qarşıladı. Bir gecə evində saxladı. Səhərə qədər danışıb dərdləşdik. Başıma gələnləri  dedim. Hikməti tanışlıq verib ona xatırlatdım. Onunla ailə olduğumu dedim. 
   - Vay bəəə...Demək bizim dolma baronla evlənmisən? Yaxşı canlara dəyən uşaqdı.
  - Dolma baron?
  - Aa eşitməmisən bəs? Heç keçmiş ərindən də eşitməmisən heş nə?
   - Yox, axı bu nə ləqəbdir ki? Əslində orada Dolma baron eşitmişdim. Amma onun kim olduğunu bilmirdim. Məncə yanlışın var. Dolma baron kimdirsə içəridəki ağalardan biridir. 
   Güldü.
   - Ay mənim başı min bəla çəkib hələ də saf qalan Döndüm... Onun dolmaların içındə içəri mal keçirdiyini heç eşitməmisən?
   - Nə danışırsan, nə mal?
  - Ülgüc, uyuşdurucu, qatlama bıcaq, ulduz üzük, geydirmə şiş, məktub... Ağlına gələn hər şey... Kimin canı dolma istəyirdi Hikmətə xəbər yollardı.  
   - Abla indi deyirsən indi eşidirəm. Görəsən dövlətin bundan xəbəri yox idi?
   Güldü :
   - Bizim yazılmamış qanunlarımızdan  dövlət nə zaman xəbər titub ki? Yoxsa  baş verən hər hansı bir hadisədə, ya da ordaki ölümişində elə dövət o dəqiqə özünü yetirirdi? Səncə niyə ağanın edam hökmü həyata keçirildikdən sonra jandarmalar tökülürdü? Sən elə bilirsən ki, orda biz istədiyimiz kimi yaşayırdıq elə belə, elə dövlətin verdiyini yeyib yaşayırdıq? Bəs o məni zəhərləmək istəyənlər o andırı necə keçirmişdilər içəri? Bəs ərin sənə necə ötürürdü o lezvanı, bıçağı? Orda da hamının dövlətdən adamı var idi də canım! 
   - Hikmətin belə bir işdə əli olduğuna inanmıram. O əməkliyə çıxmayınca mənimlə evləmnmədi ki dövlət...
   - Bəs səncə təmiz dövlət işçisinin həm dolandırıcı, həm qatillə namuslu ailə həyatı baş tuta bilər?
   - Səni başa düşmürəm abla? 
  -  Burda başa düşməyəcək nə var ki, əzizim? Demək ki, müəllim in xəbəri olmasa da hər  bir şagirdin mütləq  kirli bir qaralaması vardır.
   Fikir məni götürdü. Bu neçə ildə necə olub ki, mən Hikməti tanımamışam? Yanı mən o qədər saf olmuşam ki, mən onun sevgi nağıllarından başqa heç nəyini  görməmişəm?
  O mənə demişdi axı mənim də təmiz olmayan keçmişim var. Bəs mən niyə onun keçmişini heç araşdırmamışam? Bu niyə mənim ağlıma gəlməmişdi.  Amaan guya keçmişinin nə olduğunu bilsəydin nə dəyişəcəkdi ki, guya özüm  nəyəm ki? 
  - Abla səncə o mənlə niyə evlənib? Özün deyirsən axı belə insanlar namus və paklıq nümunəsi bir qadınla evlənməz.
   - Əlbəttə evlənməz. Çünki özləri səssiz sahit həyatda darıxarlar ee.  Belə insanlar  alışıb problemli həyat yaşamağa. Əgər onların sakit həyatları olsa özləri bir ptoblem çıxardarlar vallah. Mənim tamıdığım, o məkanın insanları 90 faizi belədir. Yoxsa... Oooh  alım əməklimi yeyim, ömrümü başa vurum... Nə ala...
  - Abla, məni qorxuzursan. Deyirsən o hələ də belə işlərlə məşğuldur?
   - Onu mən bilmərəm. Ər sənin məndən niyə soruşursan? Gedib ərindən soruşarsan.-Güldü:
  - Yaxşı get yat dincəl. Səhər o başdan yola çıxacaqsan. Əməliyyata gecikmə. O mən bildiyim barondursa , əgər belə səssiz bir yerə çəkilibsə demək dolmanın bişməsini gözləyir.  Narahat olma,  bu dəfə dolma içəri yox, çölə gələcək. Əgər bu  qızının başına gələnlər onu narahat edibsə, o dolmadan sənə də pay düşər, faydasını görərsən! 

    Xəstəxanaya gələndə şad xəbər aldım. hikmət gəlib əməliyyatıma icazə verib.
  Səhər saat 7 də servisin qapısı açıldı əvvəlcə Hikmət, arxasınca da Neclanı dartıb içəri saldı.
   Hikmət Neclanın qarşısına keçib, Vildana donor olduğumu ona deyibmiş. Neclanı dilə tutum mənim onlar üçün necə böyük bir fədakarlıq və risk etdiyimi ona başa salıb.
  Bəli, Hikmət Neclayla mənim aramda körpü oldu. Bizi barışdırdı. Necla öz yaşadığı həyatı üçün hələ də məni bağışlamayıb. Amma qızı üçün mənə minnətdardır.
   Vildan sağlığına qovuşdu. İndi  indi 13 yaşındadır. Neclanın Səlahəddindən qalan nəyi var idisə, əri əlindən alıb satmışdı. Qız quru yurdda qalmışdı. Unversitetini bitirdikdən sonra sənədlərini  magistaturaya verrmək istədi. Lakin əri türmədəykən ona təyziqlər göstərirdi. Qızdan pul tələb edirdi.  Azadlıqda olan  dostları Neclanən qapısına dayanıb, ondan pul istəyirdilər.
   Bizə bir şey deməsə də Hikimət hər şeydən xəbərdar olduğunu hiss edirdim.Dediyim kimi Hikimət səssiz və dərin dəryaydı. O dəryanın dibində nə sirlər yatır...
    Arada Necla və Vıldanla danışırdım. Necla hər şeyin yaxşı olduğunu deyib söhbəti qısa edirdi. Lakin Hikmətlə saatlarla nəyisə müzakirə edirdi.
   Onların mehribanlığı məni sevindirirdi. Mən deyəsən nisbi sakitliyi atəşkəs sanırdım. Amma atəşkəsin pozulduğundan xəbərim yox idi. Bu barədə ən son məlumatları Hikmətdən alırdım. Tahir və pavliyon müdürü Neclaya rahatlıq vermirdi. Hikmət Neclanın ərinə çox əsəbləşirdi:
  - Yox bunların canı dolma çəkir. Deyəsən aşçı paltarımı geyinməli olacam. 
   Günlərin bir günü (böyük oğlum 5 gün idi doğulmuşdu)Tahirin içəridə zəhərlənib xəstəxanaya qaldırıldığını eşitdim. Qızıma xətir, özüm ora gedə bilməsəm də Hikməti ora yollamaq istədim. Gedib səhəri də qayıtdı. Nə olduğunu soruşanda :
   - heç nə,  demişdim axı, damadın vanı canı dolma istəyir. Biz də hazırlayıb yedirtdik.Yazıq, o da boğazında qaldı.
   Səsimi kəsdim. Gövhərin "Dolma baron " söhbəti yadıma düşdü. Hikmət qızımı qorumaq  naminə məsələni kökündən həll edibmış... 
   Hikmətdən iki oğlum oldu. Necla unveriteti bitirib  Antaliyadan İstanbula köçdü. Orada həm təhsilinə, həm məsləyinə  davam etdi. Keçən il ikinci dəfə ailəsini qurdu. Magstarurada oxuyarkən gənc  unversitet müəlimi ilə dərin bir eşq yaşayırmışlar...
   Bu il Ramazan ayından sonra Mətəni də evləndirdik. Özü kimi sindiromlu və çox ağıllı bir qızla. Bələdiyyənin kitabxanasında işləyir. Mətə sindromlu idmancılar arasında Şahmatda dəfələrlə ölkə birincisi olmuşdu. Gələn il  dünya çempionuna qoşulacaq. Mətini öz övladımdan ayıra bilmirəm. Uşaqlarım da onu çox sevır. Bütün dualarım onunladır. İnşallah ki, ölkəmizi təmsil edən gənclərlə bərabər o da vətənə  çempion kimi qayıdar...

   S O N...

5 İYUN 2023.

00.38

ANKARA MAMAK

FERİDE ACARAKÇAY ✍️

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...