Evimizin arxasında, arxa otaqlarının birinin zirzəmisində çöl tərəfdən balaca fortuçka kimi yer vardı. Mən balaca olduğum üçün ora rahatlıqla girib çıxırdım. Deməli padvalın bir küncündə yer qazılmış, ora taxta sandıq bastırılmışdı, içində köhnə mis qablar, köhnə ağ-qara şəkillər(şəkilfəkilər kimlər idi bilmirəm, çox güman ki, dədəmin Təbrizdə qalmış ailəsi, repressiya qurbanı olmuş qohumları, dostları idi) , qəzetlər, bəzi aksesuarlar var idi.
İlk dəfə o sandığı da mən kəşf etmişdim. Toyuqların yumurtasını tapa bilmirdi nənəm. Mənə dedi ki gir ora bax gör, qanadı qırılmışlar girib orda yumurtlayır? Girdim, yumurta axtarışında köhnə sandıq tapdım . Bu sandığı toz torpaq elə basmışdı ki. Sandığı açanda toz duman məni boğdu.Qorxmuşdum, həmin gün. Eşitmişdim ki, cinlər belə yerlərdə sandıqların içində olur. Qaçıb ordan çıxmışdım. Padvaldan tapdığım yumurtaları da padvalın girişində salıb sındırmışdım. Nənəmdən bir iki kötək yeyəndə özümə gəlib babamın üstünə qaçmışdım. Başıma gələnləri ağlaya ağlaya babama danışanda babam başımı sığallayıb mənə nə desə yaxşıdır? Dedi ki, sən o cin sandığının sirrini heç kimə yaymasan cinlər sənə dəyməz. Dedi ki, indi sən onların sirrini mənə demisən, cinlər sənə cəza verəcək. Ay allah dəli oldum ki, nə cəza. Dedi ki, qorxma, dədə bala cəzamızı yüngülləşdirəcəyik. Dedim necə. Dedi heç nə ayda ildə bir dəfə cinlərə hədiyyə aparacağıq. Heç nə başa düşmürdüm. Nəysə o gündən dƏdəm arada bir mənə bir bağlama verirdi ki, apar bunu qoy ordakı sandığın içinə. Amma açıb baxma. Qorxurdum. Deyirdi ki qorxma, sən onlara hədiyyə verdikcə onlar sənə dəyməyəcək. Mən də 6 7 yaşında saf uşaq... Day nə biləm nə var nə yox. Girirdim o fortuçkadan bağlamaları qoyurdum sandığa çıxırdım . Bir dəfə dədəm hay saldı ki, Stepanakertdən bir saat almışdı, qızıl saat idi. O itib. Nəysə axtardıq tapmadıq. DƏdəmə dedim bəlkə cinlər aparıb? Ola bilər dedi amma o sandığı bir sən bilirsən bir mən haa... Heç kimə heç nə demə, sandığın içını qarışdırma. Cinlər saa hirslənər. Qorxma onlar oğurladığıyla biraz oynayıb sora verirlər, qoy oy atsınlar.
Nəysə sora qaçqınlıq düşdü. Mən də böyümüşdüm. Daha ora girə bilmirdim. Fortuçka dar olduğu üçün. DƏdəm də məni inandırmışdı ki orda cin zad yoxdur. Evi tikəndə, bəzi əşyalar ələ keçməmək üçün sandığı özüm padvala basdırmışdım. Sonra da ora oldu bizim daxılımız, beş üç manat yamangünnük atmışam içınə. DƏdəm bu cin sirrini cözsə də mən dədəminsirrini heçkimə açmamışdım.
Elə dədəm hey deyirdi aşağı evin polunu dəyişəcəm. Nənəm də qoymurdu ki, nə var polda, çürük deyil, bir şey deyil. DƏdəm deyirdi, üstündə yeriyəndə cırıldayır. Polluq taxtalar da alıb gətirib daxala yığmışdı. Qalırdı dəyişməyi. Məqsəd polu dəyişmək yox, polu açaraq, sandığı və ya içindəkiləri ordan çıxartmaq idi. Bu sandığı bir mən bir də dədəm bilirdi. Amma içındə sadəcə o bağlamalarda pul olduğunu bilirdim. .
Nəysə qaçqınlıq düşdü. DƏdəm stres və həyəcandan şəkər olmuşdu qaçqınçılıqda vaxtı. 93 dən 95 e qədər xəstə yatdı. Xəstəxalarda can çəkişdi. Şəkər dən gözləri tutulmuşdu. Müalıcələr in də faydası olmurdu Görmürdü heç nə. Ölürdü ölə bilmirdi yazıq. Nəysə ölən günü məni yanına çağırdı. Dedi o sandığı bilirsən də? Dedim hə bilirəm. Dedi o sandıqda qızıl saatim, 20 dənə beşlik, 4 dənə onnuq var. Qalanı da zayomla puldur. Dedim Allah sənə kömək olsun, o pullar çoxdan dəyişib, uje o pullar pul deyil kağızdır. Dedi Ora gedəndə get o sandığı aç, saatı götür. O sənindir, yadıgar saxla, heç kimə vermə, sən də verərsən uşaqlarına. Bir də 2 onluq, 3 beşlıyi (Nikolay pulları) sən al, inşallah cer cehizinə qismət olar. Amma saata dəymə saxla məndən yadıgar. Qalanın ver Adilə (balaca dayım idi, qaçqınçılıqda vaqonda qalırdı) , vaqonda galmasın getsin ev tiksin, birdə bir xahişim var... Nədir dedim, dedi evimin külündən, yanmış torpağından gətirib qəbrimə tökərsən, gədələrə (Oğlanların deyirdi) inanmıram, birdən yadlarından çıxar . Amma sən yadlarına salarsan ...
Dədəmin ölümüylə razılaşmırdım. Amma ona söz verdim o sandığı tapmasam da, mütləq yanmış, qaralmış evindən bir ovuc torpaq, bir balaca kəsək gətirəcəyinə söz verdim...
İndi erməninin viran qoyduğu o xarabadan bir kül də görə bilmədik. Bu saat bizim həssas vaxtımızdır. Hamımızın arzumuz idi o qoyub gəldiyimiz torpaqlardan adı bir daşı görmək, ona qovuşmaq. O daşla bağlı xatirələrimizi yeniləmək, ən azından dizımızı o xarabalığa dönmüş evimizin yerinə qoyub hönkürə hönkürə ağlamaq. İllərin həsrətini, nifrətinini, kinini içimizdən atmaq... Oralar xatirələrimizdə yaşayır. Ağdamı söküb yenidən tikirlər. Amma kaş ke sökmədən əvvəl şərait yaradaydılar, bir il gec başlayaydılar yenidənqurmaya. İnsanlar gedib o xaraba qalmış torpağından bir ovuc götürsəydi, vətən həsrətiylə ölənlərinin məzarına öz xarabasından gətirdiyi bir dənə balaca daşı qoysaydı
Ehhh biz ora gedəndə o evin külü də orda olmayacaq. Xeyirlisi olsun deyək...
#feride, #xatirələrim #Ağdam
https://www.facebook.com/agdam.org/videos/470974647336457/
https://www.facebook.com/agdam.org/videos/470974647336457/
Hiç yorum yok:
Yorum Gönder