▼VALEH
Sol yanımda bir adamlıq yerim var,
Varsa əgər "adamlıqın", buyur gəl.
Sol yanıma talan üçün girənlər,
Saf hissləri, duyğuları soyur gəl
▼FERİŞ..
Sol yanını mezar et ,parçala gülüm
Göm meni qelbinde qoy orda ölüm
Qelbini dağıdıb talan edeni
Onu gözümle men görüm gülüm
▼VALEH
Mənim varım yoxdur, sevgidir varım,
Sədaqət həyamdır, hörmətsə arım.
Diqqətin, tək mənə olarsa yarım,
Gözlərini var-dövlətdən doyur gəl
▼FERİŞ..
Senin varında hec yoxdur gözüm
Sedaqet mende var , hikmetdir sözüm
Eger naz çekmeye vardırsa dözüm
Qelbimin acarı senindir gülüm
▼VALEH
Qəlbimi öz qəlbin bilib bəsləsən,
Mənsiz saatlarda məni gözləsən.
Bir ömürlük qəlbdə qalmaq istəsən,
Diqqətini ətrafından ayır gəl.
▼FERİŞ..
Qelbini hiss edib seni sevmişem
Sensiz her deqiqemi bir heç etmişem
Seninle sonadek gedim demişem
Sensiz gümanım heç yoxdur gülüm
▼VALEH
Gözün mənim sevməyimə toxdusa,
"Maraqların" əhd-peymandan çoxdusa.
Kövrək qəlbə mərhəmətin yoxdusa,
Onda, səndə qılıncını sıyır gəl.
"Maraqların" əhd-peymandan çoxdusa.
Kövrək qəlbə mərhəmətin yoxdusa,
Onda, səndə qılıncını sıyır gəl.
▼FERİŞ..
Valeh , gel sınğa çekme Ferişi
Bilmek olmayır dünyanın gerdişin
Gelmirsen eşqime menle olmasın işin
Bitdı söz, senden yar olmaz gülüm
Valeh , gel sınğa çekme Ferişi
Bilmek olmayır dünyanın gerdişin
Gelmirsen eşqime menle olmasın işin
Bitdı söz, senden yar olmaz gülüm
Hiç yorum yok:
Yorum Gönder