Rövşen Tenha Xelfeli
Mən səni bu qədər niyə sevirəm
Gözəllik desəm çoxusunda var
Baxışın ceyranın baxışlarında
Qoxun da güllərin qoxusunda var
Feride
Senin dediyin heç gözellik deyil
Niye bu gözelliye salmısan meyil
Mence bu bir hevesdir heç sevgi deyil
Gel gül çiçeklikde axtarma meni
Rövşen
Məndən uzaqlarda yaşayan qadın
De həsrət qəlbini sıxırmı hərdən
Gələcək ümidlər düşüb yadına
Yaralı qəlbinə olurmu məlhəm
Feride
Ey menim hesretim , ey menim andım
Şirin dillerine yaman aldandım
Mene vefalı olduğunu sandım
Yalanmış ,inanmam axtarma meni
Rövşen
Sənsiz dünyama qaranlıq çökür
Hardasan özünü tez yetir mənə
Həsrətin bağrımı dağıdır sökür
Hardasan özünü tez yetir mənə
Feride
Bilinmeyen yerde ,gözden iraqda
Xeyal tek yaxınam, ruh tek uzaqda
Bilirsen itirdin hansı tuzaqda ?
Özgeyle qaçanda - axtarma meni
Rövşen
Halımı soruşmur daha dost tanış
Cavabı bəllidir bu gün də pisəm
Elə bil bəxtimə yazılmamısan
Mən sənsiz yaşasam ölmək istərəm
Feride
Dost tanışdan deme çekme adını
Fürset düşen kimi sorar qanını
Qara siyahıya salar adını
Qardaş olsun ona güvenme qardaş
Rövşen
Dostlarım mənimçün əzizdən əziz
Dost sözün hecaya bölə bilmərik
Düşmən gülləsindən biz ölsək belə
Dost gülləsindən ölə bilmərik
Feride
Rövşen , sen deyirsen Feride yazır
Şerle kelmeleri ağzından alır
Vahıd müellim sehvlerimizi sayır
Sehvi üzümüze çırpacaq qardaş
Rövşen
Səfsiz insan varmı dünyada
Dost odur səfimi üzümə desin
İnsana qalacaq halal zəhməti
Halalı harama qatmadan yesin
Feride
Günortadan keçıb axşam olacaq
Köc külfet birazdan eve dolacaq
Yemek yox axşama konsert olacaq
Bu deyqe özümü asacam qardaş
Rövşen
Sevgindən başladıq dostdan danışdıq
Biz haqqı yazdıq dastan danışdıq
Biz bağdan danışdıq bostan danışdıq
Yazmağa başqa bir mövzu varsa de
Feride
Ele bele yazmışıq , söhbet açmışıq
Esas meselelerden deyen qaçmışıq
Şair- yazarlardan da hikmet almışıq
Qoy işimi görüm deee, qatma başımı 😂😃😃
Rövşen
İşini qurtar gələrsən yenə
Mən heyran qalmışam sənin şeirinə
Allah qüvvət versin ilham pərinə
İnşAllah yazarıq yenə bir şeir
Vahid Ahadov geldi :
Bilməm hardan gəldi başıma bu iş,
Güc ilə deyir ki, gəl mənə iliş,
Yenə öz sözünü tutmadı Fəriş,
Axırda bu qrupdan qaçacam, qardaş!
Gah deyir ki, sevgi yoxdur həyatda,
Gah deyir günahın çoxdur həyatda,
Gah deyir ki, gözüm toxdur həyatda,
Hirslənib, od – alov saçacam, qardaş!
Məni tənha qoyub – getmə - desə də,
Sən mənsiz vüsala yetmə - desə də,
Nə qədər sonunda - etmə - desə də,
Sirr dolu sandığı açacam, qardaş!
Feride
Ne vaxdır göz yolda ,qulağım sesde
Şeri de gelsin yavaşca aheste
Feriş her şerinie olubdur xesde
Dayanma yazginen yaz sen a qardaş
Rövşen cağırdi ki gel biz deyişek
Biraz uşaqlaşıb , biraz gülüşek
Vahid müellimden qorxub sürüşek
Cesaretli ol ,qorxma ,yaz sen qardaş
2 ci deyişme ...
Rövşen .
İcazə ver sevgin məni kül eyləsin
Küləklə sovrulum qoy
Həyatından aparsın əsən keləklər məni
Necə gəldim elə gedim ay gülüm
Xəzən mənə dəysin sənə dəyməsin
Dünyada nə qədər dərdi bəlan var
Qadan mənə dəysin sənə dəyməsin
Feride .
Ne derem sevgilim sev doya doya
Derdin az qalıb ki, qelbimi oya
Sevginle eşqimi sen renge boya
Sozünden dönenin gözü kor olsun
Bu yazı sevgime qoy şahid dursun
Rövşen .
Sənsən mənim ilham pərim
Həm sabahım həm dünənim
Səni mən necə sevməyim
Mələk üzlü saf baxışlı
Qəlbi təmiz sevgilim
Feride .
İndi nedir dilin cıxıb
Manitordan mene baxıb
Qafiyeler yaddan cıxıb
Deyirsenki söz demeyim ?
Axı senle men neyleyim ?
Vüsal qardaş gel kömeye
Bu Rövşəni tut gülleye
Kelmeleri yığ celleye
Deyir mene şer demeyek ?
İndi burda biz neyleyek ?
Rövşen .
Mən səni çox sevdim gülüm
Mənə daim etdin zülüm
İcazə ver gəlim görüm
Qara dərin gözlərini
Feride
Ne deyirsen Baladadaş
Mennen işin yoxdu qaqaş
Yeri burdan yavaş yavaş
Deyirsenki heç sevmeyim ?
Yalancını men neyleyim 😂😂
Vüsal Ağayev geldi .
Dünən səhf etdik ayrıldıq, bu gün çəkirik intizar,
Beynimizdə xəyal, fikir, ürəyimizdə dərd qübar,
Tək biz ikimiz qəmliyik, qalan hər kəsdə sevinc var,
Hansı yana nəzər salsaq, bu gün çal-çağır, şənliydi
Heyiflər olsun ki, bircə, nə sənliydi, nə mənliydi. 😊
Feride .
Dünen sehv etdik, bu gun anladıq ,
Özümüz ,özümüzü danladıq,
Tessüfle barışmağı qınadıq
Deyirem, gülüm, boynunu bükme ,
Qayıt yuvana , bir daha getme...
Vüsal .
Günah bizim özümüzün, belə yazmamışdı yazan,
Tələsdik vüsala yetək, olduq düzgün yolu azan,
Eşq bağınıda səhf saldıq, gördük çovğun, boran, xəzan,
Halbuki eşqin bağında hər yan güllük, çəmənliydi
Heyiflər olsun ki, bircə, nə sənliydi, nə mənliydi. 😊😊
Feride
Belke , bu yazı bext yazısıdı ,
Tale yolunda sert yoxuşudu ,
Ya sevgimizin bir koğuşudur ?
Deyirem ,gülüm ,boynunu bükme ,
Qayıt ,yuvana bir daha getme
Vüsal .
Eşqə xəyanət eylədik, bilmədik edirik günah,
Bilmədik ki, peşmançılıq çəkəcəyik bu gün, sabah,
Məhəbbəti insanlara bəxş eyləyib böyük Allah,
Kişiçündə, qadınçündə, vəfadarlıq ərənliydi
Heyiflər olsun ki, bircə, nə sənliydi, nə mənliydi. 😊
Feride .
Xeyaneti men deyil sen etdin ,
İsti yuvanı ele sen yıxdın !
Bu xeyaneti men bağışladım .
Deyirem ,gülüm, boynunu bükme ,
Qayıt ,yuvana ,bir daha getme...
Vüsal
Sənin adın dilimdədi, mənim adım dilindədi,
Qovuşmaqçün sənə, mənə, maneçilik edən nədi?
Məsəldirki hər bir kəsin, taleyi öz əlindədi,
Bizim qoşa taleyimiz, çətin həll olan tənliydi
Heyiflər olsunki, bircə, nə sənliydi, nə mənliydi.
Feride .
Biz sevdalıydıq , bir - birimize
Qara sevdamız gelibdi, göze
İnanma ,bu Feriş sensiz döze ,
Deyirem ,gülüm boynunu bükme
Qayıt , yuvana , bir daha getme
Hiç yorum yok:
Yorum Gönder