Pazartesi, Temmuz 23, 2018

Xatirelerimden ;Kimya müellimi


 
       Bizim bir müəliməmiz vardı . Məlahət müəllimə  . Kimya dərsi deyirdi . Ümumiyyətlə kimya ,  riyaziyyat fənləri mənlik deyidi . Nədənsə nə illah edirdim bu dərslər beynimə girmirdi . Desəm inanmayasiz . Hələ də bu yaşımda vurma cədvəli belə bilmirəm . Bizim bu Məlahət müəllimə  o qədər tələbkar idi ki , nə olur olsun oxuyan da, oxumayan da  , hamı onun dersine hazır gelmeliydi . Hamı ondan qorxurdu Onun dərsini bilməyən uşaq onun düşməni olmalıydı . Yanı o dərəcədə  .
    Bilirdi ki , mən də kimyayla düşmən şagirdəm . Odur ki , heç  məni dərsə də qaldlrmırdı. Amma ayda bir dəfə rüblüyə bir şey yazmaq üşün məni qaldırıb biraz sorğu sual edərək bir 3 dən zaddan yazirdi . Bir gün mənə dedi ki gələn dərs hazır gəl . Hünərim nə idi ki ,  bu xəbərdarlıqdan sonra hazır gəlməyəm . Bütün günü işimi gücümü atıb , həmin dərsi demək olar ki əzbərlədim . Evdə neçə nəfər varsa kitabı onlara verib əzbərdən danışdım . Reaksiyaları yazdım . Özümə tam əminəm ki sabah 5 almasam da 4 alacam . Bütün reaksiyanı da yazmışdım ovcuma ki , birdən işdir də , lazım olar. 
     Dedıyı kimi məni dərsə qaldırdı . Lövhənin qabağına çıxdım ,  axşam bülbül kimi çəh çəh vuran mən ,  nə illah etdim yadıma heç nə düşmədi . Gözlərimi döyə döyə uşaqların üzünə baxıb onlardan kömək istəyirdim . Biri kitab göstərir , biri əlin ağzına qoyub sesizcə mənə başa salır . Gozüm hər Məlahət müəllimə dəyəndə vahiməsi məni basdıqca elə bil qulaqlarım kar olur , gözlərim kor . Yerdən mənə kömək edən yoldaşlarımı nə görürdüm ,  nə eşidirdim . Beləcə nə qədər dayandığımı bılmədim . Qəşəycə danlayıb , bir iki qapaz , qulaq çəkməsindən sonra məni yerimə göndərdi . Amma cəzam var idi .  Dersin axırına qeder partamın arxasında ayaq üste qalmalıydım . Dersin sonuna az qala elə sevinirdim ki ... Allaha şükür edirdim ki ,  bu cezayla bu gün canım qurtacaq . Birdən nə oldu bilmədim . Elə bil yer göy ayağımın altından qaçdı . Dünya gözümdə qaraldı . Ayaqlarım yerdən üzüldü...
      Gözümü açanda başımı Məlahət müəlimənin dizinin üstündə gördüm . Mənə yalvarırdı : 
   - Fəridə qurban olum özüne gel . Bir de seni derse durquzmayacam söz verirəm . 

   Demiyəsən ürəyimin getməsinin  heç dərslə zadla heç bir əlaqəsi yox imiş. Hamı elə bilirdi ki MƏlahət müəllimədən qorxduğum üçün , mənə uşaqlarin içində "qulaqburması " verdiyi üçün pis olmuşam  . Məsələ başqaydı . Mən ele uşaqlıqdan totulu -  motulu olmuşam. Uşaqlardan eşitmişdim ki , sirkə ,  turş şeylər adamı arıqladır . Mən də eləmə təmbəllik , arıqlamaq üçün özümü tutmuşam nar suyuna ,  nənəmin özünün hazirladiği tut sirkesinə . Təyziq  düşüb 40 a hec arıqlamaq da yox.  Guya  bu üsulla arıqladığım idi .  Bundan xəbər tutan rəhmətlik nənəm məni nətər tutdusa bala qaymağa  elə o şişən şişdim .  İntahsı bu ürək gətmənin bir faydası oldu daa mənə : kimya dərsindən qurtuldum. 

    Hə onu deyirdim axı ... Bizim bu Məlahət müəllimə  məktəbdə praktika zamanı gözünə hansısa bir kimyəvi turşu düşübmüş . Lap gəncliyində olan şeymiş . Elə o vaxtdan gözləri özundən asılı olmayaq aramsız qırpılır . Kənardan baxan adama elə gəlir ki , bu adama göz vurur  .  Gözləri elektrik çəryanı kimi "zamkaniya "eləyırdı
Məktəbdə uşaqlar ona "zamkaniya müəlimə " deyirdi . Bunu özü də  bilirdi . Bəlkə elə ona görə uşaqlara qənim kəsilmişdi . Qesdən  elə bu "zamkaniyanın" əvəzin çıxırdı dərs  bilməyən uşaqlardan  . 

    Bir dəfə də Məlahət müəllimə evə gedirmiş . Baxıb ki,  bir " qaz- 24 " düşüb arxasıyca .  Ha yolunu  dəyişib , ha ora bura baxıb , adamı başından etmək istəyib . Görüb ki , yox əşii xeyri yoxdur.  Çəkilib daldalığa , ayaq saxlayıb . Maşın gəlib ona catanda başlayıb şoferi söyməyə ki ,
-  Köpəy oğlu nə düşmüsən dalımca . Utanıb ölmürsən ərli , uşaqlı arvadın dalıyca düşmüsən ?
   Şofer qayıdasan ki ;
  -  Ay zalım qızı , özün gözqaş eliyib,  göz vurursan sora deyirsən niyə dalımca düşmüsən ? Gəl otur maşina görüm . 
   Məlahət müəllimə çantanı keçirdıb  şoferin başına . Bunu da məktəbin uşaqları görüblər ki ,  Məlahət müəlliməylə bir kişi dalaşır . Bu da düşmüşdü uşaqların ağzına kı , Zamkanıya  Müəllimə məktəbdə uşaqlara elektırık çərəyanı verməyi yetmir  küçədə kışılərə də  çərəyan keçirdir. 
    Nəysə bu zamkaniya  müəllimənin məcaraları yaman yadıma düşdü . Ehhh kaş yenə uşaq olaydım yenə Məlahət müəllimə məni dərsə durquzaydı bilməyəydim ...
   Heyy gidi heeyyy...

   Feride Acarakcay 

Temmuz 23, 2018

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...