SABİR MÜƏLLİMİN SERGÜZƏŞTLƏRİKOMEDİYA
( HEKAYƏlƏR REAL OLSA DA TAMAMƏN XƏYAL MƏHSULUDUR )
Sabir müəllimin əlinə hardansa yeni proqram keçir və telefonun kontrol etmek istəyir . Deyir görüm mənim nömrəm kimdə var , kim məni kontaktına necə qeyd edib . Yükləyir Getcontact proqramını həvəslə adının üstünə basır . Qarşısında siyahı açılır ...Sabir əlillərSabir şairSabir təzəMıtı MasazırHardasanDılı SabirSabir papaXuraman sim və s...Qarşısına çıxan öz adlarından kişi çaşıb qalır .İndi gəlin biz Sabir müəllimin adının abonəcilərin kontaktına qeyd olunma tarıxcəsinə baxaq ...SABİR ƏLİLLƏR ;- Aya axşamınız xeyir ay Sabir müəllim ,- Axşamın xeyir- Nə var, nəyox qadan alım , canın başın .- Şükür salamatçılıxdı , kimiydi ?- Mənəmee elə bir kəççiyiy , gör nə deyirəm , nə vaxt vaxtınız var?Gələjəm yanına,- Ayə xeyirdimi sən Allah nəyə gəlirsən- Yox ee deyəmmərəm qağanın qağamın canı , telfon söypəti döyülül .- Ə , hələ bir de görüm kimsən dənə , nömrəmi hardan tafmısan ?- Nəm dəsəm tanıyarsan ya yox ? Kərbalayı irəhmətlik Məmmədquluhüseyinin nəvəsiəm- Hmm , həə həə tanıdım, tanıdım (əslində heç belə bir adam varmı yoxmu bilmir )- Hə sənin qadan alım , havax vaxdın var ?- Neynək gələrsən görüşərik . Ə , genə ujunnan qulağınnan deginəndayna , xeyirdimi ? mən də ona görə hazırlixli olum .- Həə vallah düz deyirsən . Deyirəm ay Savir müəllim , bir toğlujla bizim Mürşüdün gədəsin yardıma qoşmaq olar ? Özüm ölüm sənin də xəjalətini yerdə qoymaram ... həə adını vurum yaddaşa nömrən itməsin . Yazıram ; Sabir Əlillər ..SABİR ŞAİR- Salam ay xalqımın dili sözlü , ürəyi dolu , el oğlu , elimin şayir oğlu Sabir Elbüsat- Ay əlöykə salam .- Nətərsiz , ay mənim gozəl xalqımın , gözəl şairi .- Yaxşiyam şükür .- Ürəyi eliynən döyünən , gözləri elin gözüylə baxan , başı dağlar qədər uçalan , adı vüqarlı dağlar qədər yayılan...Tərif yağır bir birinin arxaslnca , tərif ürəyinə yağ kimi yayılan Sabir Elbüsat kreslosuna yayxanıb- Ə, gödəy elə görüm , vaxtım yoxdur , toy başlayır .- Hə yaxşı ,qadan alım . Bilirəm ee vaxtin yoxdur . Heç bilmirəm hardan başlayim , nətər deyim .- Hıı di tez elə- Bizim gədənin toyu vardı . Yaxşı bir tamada axtarırdim . Miriş var ee- Ə, hansı Miriş ?- Biy Mirişi tanımırsan ? Qulamın gədəsin deyirəm dənə ...- Hə O Miriş ? nəysə gödəy elə- Hə ... Miriş verdi nömrəni ,dedi Sabir Müəllimnən yaxşı tamada ...- Yaxşı məni kontaktına qeyd elə . Kim soruşsa 500 de , mən saa Mirişin xətrinə 300 ə gələjəm , ganışarıx ...- Hə qadan alım adını yazmışam Sabir ŞaırSABİR TƏZƏ- Alo- Ə , nədi niyə qoymursan zır , zır ...- Ə , sabir sənsən- Bə kimdi əə?- Boy bu nömrə də təzə cıxdı ? Vzv atmısanmən də deyirəm görən kimdı- Təzə nömrədi , qeyd elə !- Nədi əə , noluf gündə bir nömrə dəyişirsən , telefonuma təzə , təzə yazmaqdan adın təzə bəyə dönüb .Bunu da yazax Sabir təzə...MITI MASAZİR- Alo , mıtı sənsən- Mıtı kimdi əə ?- Mıtı dənə booyy ...- Ə Mıtı kimdi ? Mıtının adı yoxdu ?- Adsiz düşmanın olsun . Masazırda olmursan ?- Nəhlətə gəl səni kor şeytan ... Nçç... Hə oluram , nolsun ? Masazırda olanların adı Mıtıdıı ?- Əşii yox ee sən dəə... Hə dənə düz yazmışam adını , Mıtı Masazır ....HARDASAN- Ay qızım , gəl görüm bəri . - Gəldim ata- Ver görüm telfonunu- Neynirsən ata ?- Ver dana telefonun səsin yoxluyuram , deyəsən xaraf oluf səs gəlmir , zəng edəjəm- Ala ...- Hanı ay balam adım yoxdu axı burda ? Nömrəmi yazmamısan ?- Yazmışam ata , Bu dey haa yazmışam "hardasan "- Nəə ? ...
DLI SABIR
- Ə bu nədi əə yazmısan , bu telefona ?- Nə yazmışam ay kəççi?-Dlı Sabır nədəə , mən boyda kişini Dlı eləmisən- Hhaa ,Haaa- Zəhrimar haa haa , çor ha haa at kimi nə dişlərini ağardırsan ?- Səkim Gubadlı Sabir yazdığımıydı Quba yazsam yerləşmirdı mən də Dlı Sabir yazdım .- Allah başaa daaşş ... Barım Kəççi Sabir yazsaydın ...- Klaviyatorda ə yoxdu onda da "Keçi Sabir" olejeydi. Elə dlı Sabir yaxşıdırSABİR PAPA
- Ay arvad- Nədir ay kişi ?- Heş zad- Booy a kişi , noluf sən canın , rəngin ayazıyib , xəstəsən ?- Yox ...- Di nədi ? Çıxart görüm ağzındakı saqqızı , sözlü adama oxşirsan aa- Söz söruşajam , sən dədəyin üz qoyduğu torpax - düzün de- Ürəyimi , çəkmə a kişi . Mən saa nə vaxt yalan demişəm ki məni belə anda verirsən ?- Sabir kimdi ?- Sabir kimdəə ?- Sabir dəə...- Hansı Sabir- "Sabir Papa" - kişi telefonu əsəbi halda arvadının gözünə tutur - Bax bu. Mən bilən sənin papan Məmməddir- Əşıı yox ee, Allah səni güldürsün , gör ağlına nə gətirir bu kişi , aleeyy nəyə fikir verir ee, haa haa haa , Mənim papam Məmməddiee , bu bizim bəbişin papası SabirdirXURAMAN SİM- Səbooş ay Səbooş- Səboş nədi az ? Yox bir Çubuş ! Gül kimi adım var Sabir , millət maa Sabir müəllim deyir , Şair Sabir deyir , Elbüsat deyir , Eloğlu deyir , sən də Səboş ...- Yaxşı da Səboş , o millətdir , mən isə Seva ...- Nçç ... Həə nə deyirsən de görüm ?- Nə vaxt, harda görüşürük?- Seva dedəyin canı üçün ,vaxt tapammıram- Eeyy Səboş !!! Başa düşmürsən ? Darıxıram ee, ürəyim partlayir səninçün , bütün günü girirəm profilinə baxıram şəkillərinə , şəkillərinlə danışmaqdan dilimdə Səboş bitib . İstiyirəm qəşəy bir yerdə olaq- Həə ?- Belə gəşəy bir masanin başındaaa ...- Həə ...- Başına pərvanə kimi dolanımmm...- Sonra ?- Sonra ... sonra tutudum qalistikindan- Həəə ?- Açım , düymələrini ...- Uyyyy ... Seva mənım canım üçün, sən belə danışanda şəninə şer qoşmağım gəlir ,- Qoş da ...- Başına dondüyüm ala göz pəriAyağı qırılib gəlmir ki , bəri- Yox ee Səboşş , ayağım zadım qırılmayıb gəlmək istəyirəm , sən vaxt eləmirsən- Az nəysə burax şeri meri . Harda qalmışdıq ?- Nə harda ?- Demirdin tutdun qalustuğumdan ?- Həə sonra ?- Hə tutdum qalustukundan , açdım düymələri ...Bu heyində qapı döyulur . Seva telfonu atıb qaçır , Sabir də orda özüycün məst olub kreslosunda yellənə yellənə , gözləri xumarlanır- Həə , açdın daaa , yaxam açıq qaldi , tez oll !!! İndi bu dəyqə biri gələjəy , de görüm nazın ürəyimi çəkdi . Hə bəs sonra?Seva yoxdur səs gəlmir .- Aloo az Seva , Hara getdin ? BArım qalusyuğu burax , zalimin qızı boğuldum axı ...- Gəldim ,gəldim ay Xuraman bajı - deyə Seva telefonu qulağına tutub söhbəti fırladır- Dayan ee kişi gəldı . Qoy cayın çörəyin verim geleyrəm.- Ay sənin kişivə ...- Az sən Allah uşaqlardan muğayyat ol . Soyuq komtres elə qoy sonəsinə , başına , qızdirması düşsün .- Nə danışırsan nə uşaq ? Az uşaq qızdırmıyib ee , sən düymələri acannan yanıram- Xuraman , sən nəneyin goru hər dəyqə yazıb məni dəng eləmə , boş olan kimi mən yazajam .- Hə yaxşı yeri get ! Qoydun məni yana yana- Buy Allah səni biyabır eləsin ay Xuraman- Nədi noldu genə ?- Az, az o nədi aazz tumanını şəlitdən necə asmisan elə bil Nasa Amerikanın bayrağın Kosmosdan asib , yeri get tumanivı yığışdır , düymələrini də bağla - dud dud dud...- Aloo , aloo, Seva , az qalustuğu burax barı, boğulduuuummmm ...
------ Zaman zaman davamı olacaq ------
SABİR MÜƏLLİMİN YOL ƏHVALATI
Günlərin bir günü Sabir müəllim işlədiyi şadlıq evindən acığa düşüb çıxır. Əli aşağı düşür . Nağayrım neynim deyir . Əlin hansı işə atır, iş ürəyinə yatmır . Bütün günü şaqlıq evlərində ,ziyafət məclislərində tamadalıq edən Sabir müəllim gedib fəhləlik etməyi şəxsiyyətinə sığışdırmır . İstəyir ki işi əyləncəli keyf işrətdə kecsin . Baki İstanbul Baki avtobuslarının birində işləyən yaxın dostu Ələmdara dərdin danışır .- Əşii dərd eləmə , qadan alım , gəl gedək İstanbula .- Əə , istanbulda nə işim var pulum var ?İstanbula gedən dolu ciblə gedər.
- Nə pul, hələ pulu biz qoyacağıq civinə .- Nə deyr əə bu ?- Hə vallah dədəyin, dədəmin goruna . İş tapana qədər girələn də avtobusda. Ə, gedif fəhləlik eləsən deyəjəklər Sabir yaman günə qalıf. Düşmanın çırtıx çalıf oynuyajax . Amma istanbul avtobusunda gorsələr deyəcəklər kişi bir yerdə oturmur, günü İstanbulda keçir , kefdədir .- Yaxşı nə iş görəcəm avtobusda ?- Kanduktor- Nə ?...Beləliklə Sabir başlayır işə . İlk günü Bakidan yola çıxırlar . İş ona çətin və darıxdırıcı gəlsə də burda da tamadalıq təcrübəsindən istifadə edib , şirin diliylə həm yolcuları əyləndirir , həm özü əylənirdi . Günü deyib əylənməkdə keçən Sabir burda da özünə məşğuliyyət tapır .Beləliklə yol ona maraqlı gəlir . Yolda istanbula gedən alverci qadınlarla qızlarla məzə tutur .onlardan nömrələr alır, İşi xoşuna gəlir . Yeni işə başlayana qədər burda başın qatmağı qərara alır . Gedib İstanbula çatırlar , sabahı istanbuladan başqa keçdiyi şəhərlərdən yeni sərnişinlər yığa yığa geri dönürlər . Gəlib çıxırlar Qaradeniz sahilboyuna . Rizeden bir qadın sərnişin götürəcəkdilər-Ayə ay Sabir , götür zəng elə gör o Rizədən minən sərnişin Rizənin harasından minəcək .- Ə, guya desə ki , Rizənin Kolannısından , Soğanverdilərindən minəjəm guya biləjəm haradır ?- Sabir Türkiyədə Kolannı , Soğanverdilər nəyzir ? Sən zəng elə kurtar uzatma !Zəng edir- Alo , savaxın xeyir bajı !- Sabahınız xeyir- Ələmdar deyir Rizədən minəsiz helə ?- Nə? Ələmdar kimdir ? Söhbət nədən gedir, başa düşmədım?- Bizim Ələmdar dana Quvadıllı ,- Ay qardaş, siz hara zəng eləmisiz , Mən Ələmdar zad tanımıram !- Azərbaycana getmirsən qadan alım ? Bilet almısız ee... Rizədən minejeydiz ?- Hə , hə mən almışam. Siz hardasız indi ? Mən sizi körpüdə gözləyirəm .- Hansı körpüdə ?- Rizədə İyidərə körpüsü var , Rizənin girişində bilirsiz siz orani ! Orda sizin firmanin ofisi var , orda gözləyirəm .- Ofis ?- Hə elə trasın kənarındadır.- Heləmi sən Allah ?- Sabir kinayəli şəkildə Ələmdarın üzünə baxır;- Deyəsən bir başa ofislə işləyir ee, ay maşallah... yanı qanunidir .Ələmdar başıyla ona nə olduğunu soruşanda Sabir telefona dönür .- Xanım,bizim firmamız deyəndə , başa düşmədim ee. Bu avtobus firmasın deyirsiz ?Qadın konduktorun yeni olduğunu anlayıb onu başa salmağa çalışır .- Hə də yanı sizin yazıhanenizi deyirəm. Sizin firmanın müştəriləri buraya gəlir aa , ofisinizdə gözləyir . Maşın gəlir burdan minib gedirlər... siz şoferə deyin , de ki , İyidere Körpüsündəki yeriniz var aa... Ərzuruma gedən yol ... kuruqda... Karadeniz trası ... özü biləcək .Sabir başın qaşıya qaşıya qadının dediklərini Ələmdara çatdırır .- Nəm əə . Deyir İyidərə körpüsüdür nədir ,yəqın Nefçılər körpüsü kimi yerdir, Ərzurum yolu da ayraport yoludur ? Bir də kuruq dedi .O da yəqin 3 ün kruqudur?Ələmdar Sabirin zarafat etdiyini düşünüb gülə gülə ;- Aydındır - deyərək yola davam edir .Qadını tərıf etdiyi , yerdən , avtobus dayanacağından götürüb yola düşürlər . Qadın yerində rahatlanandan sonra ƏLəmdar Sabiri qadının yanına yollayır ki ;- Get qadından harda düşəcəyini sorüş, yaz dəftərə gətir gəl !Sabir qadına yaxınlaşıb "xoş gəldin" -dən sonra kağız qələmi əlində hazır tutub- Xanım harda düşəsiz?- Bakıda .- Avtovağzalda?- Yox yox , Salyanski kruqda-Ora haradır ?- Salyanki də ... Binə !- Binə sovxoz ? Yoo bizim avtobus ən son avtovağzalda dayanır , ayraport tərəflərə getmir . Gərək 20 yanvara gedib ordan metroyla Əzizbəyova, ordan da ...- Yox ay qardaş , Nə binə savxoz , nə aereport . Çaşdırdız məni . Binə Tıcarət mərkəzini deyirəm ee . Salyan yolunda yerləşir, necə başa salım ee ... Orda türk tırlarının terminalı var ha Bakının girəcəyində ...Sabir qadını şübhəli şübhəli suzur .-Zalım qızı türklərin toçkalarıni nejə tanıyir ee ...- Nə deyirsiz ?- Heş zad , hə o tırlar harda dayanır ki ?Qadın əsəbi halda ;- Nujelni Salyanskini tanımayan yoxdur , tras da tras , rayon camaatı bu tarasda dayanır . Neçə başa salım sizə mən ? Lökbatanın körpüsü eşitmisiz yəqin ?- Eşitmişəm bajı .Lökbatan kuruquna arada quş ovuna çıxmışam , Nefçılərin quşları sırtıxdır beş on manatla tora gəlmir .- Nə deyirsən ay qardaş nə quş nə tor ? Sənə deyirəm salyanski kruqda,Lökbatan körpüsünün altına enəcəm!- Nə əsəbləşirsən ,ee ,harda düşürsən özün bilərsən , əcəb eliyəsən . Sənin dediyin yerlər türklər deməli kafamı yaman qarışdırdı .- Niyə ?- Fikirləşirəm camaat kolay para qazanmağın yolunu tapıb vallah- Paranın ,pulun yola nə dəxli var,a kişi ?- Necə yoxdur? Maşallah trasları , kruqları , körpüləri məndən yaxşı tanıyirsız . Ərzurumdan gəlib kruqda düşürsüz . İyidərə körpüsunün altında gözləyirsiz , Karadeni trasında minib , Salyanski kruqda düşürsüz, Lökbatan körpüsünün altına yenirsiz , Salyan trasına çıxırsız ! Qalmısan körpulərdə , kruqlarda . Əşi Bakıdan İstanbula gəlib dönməkdə canım çıxıb ,sən Allah sən də də can var maşallah turp kimisən yorulmursan aa o trasdan bu trasa , bu kruqdan o kruqa . Qalmısan körpülərdə - sabir barmağın bir birinə sürtüb qadına göz vurur . Bic bic gülümsunur ;- Öz aramızdır aaa babat qazanırsan .Bir anlıq avtobusun içındəkilər tamaşaya baxırdılar . Qadının əşyaları Sabir müəllimin başında uçuşurdu ...
SABİR MÜƏLLİMİN MƏCARALARIBƏLƏDİYƏ ŞOFERİYadınızdadırsa , danışmışdım sizə. Bizim Sabir müəllim bir müddət işsiz qalıb axırıncı dəfə Bakı - İstanbul avtobusunda müavin işləyirdi axı. İndi də gəlin görək Sabir müəllimin bizim bu Türkiyədə başına nə işlər gəldi.Deməli Sabir müəllimgilin avtobusları İstanbula çatar çatmaz karantin rejiminə düşür. Sərhədlər bağlanır qalırlar Türkiyədə. Nağayrım neynim deyincə, bizim azərbaycanlılardan olan Xanış müəllim deyir ki, qardaş ürəyini sıxma, bir iş təşkil edərik, yollar açılana qədər işsiz qalmarsan. Başını dolandırarsan. Bilirsiz də Sabir müəllim vətəndə özünə görə tanınmış adam olduğundan səsi sorağı Türkiyəyə də gəlib çıxıb. Ona görə ona adına layıq iş tapmaq lazım idi.Nəysə bizim bu Xanış müəllim cerez çerez Sabir müəllimə Samsunda iş tapır. Özü də elə belə yerdə yox aa, Bələdiyyədə...Bunu eşidən arvad uşağın qoltuğu qarpızlanır, kişiylə öyünürlər ki, bəs belə belə, Sabir belə, sabir heylə... Sabir kalan pul töküb Türkiyə kimi yerdə, bələdiyyədə işə düzəlib. Bəs bələdiyyəyə də elə belə adamları işə götürmürlər aa... Orda yaxşı dostları tanışları var. Gör Sabir necə xətir hörmət qazanıbsa...Sabir müəllimin telefonu kirimir ki, kirimir. Təbrik edən kim, iş istəyən kim... Kim nə vaxt zəng edirsə, "müsait değilim" , " yoldayım" , işbaşı yapıyorum, "sonra görüşürüz", "sahadayız", "klubdayız", "toplantıdayız"...Millət də deyir ki, kişinin başı nətər qarışıqdırsa, qəbuluna düşmək olmur.- Ay uşaq, kişi elə belə yerdə işləmir ee, vəzifə adamıdır, sizin tay tuşunuz döyül, kişini məşğul etməyin!Nəsə nə başınızı ağrıdım, günlərin bir günü, əmoğlu Əlimöhsün zəng edir. Uzun çağırışdan sonra telefonun o başından Sabirin səsi gəlir. Hal əhval tutur.- Əşii, xeyirli olsun, deyirlər təzə işə girmisən?- Hə elədir.- Ay maşallah, Harda?- Bələdiyyədə- Oooo, day deynən bələdiyyədə adamımız var ki,- Həə, elədir, balaca bir adam- Eybi yox balaca olmadan böyüyən görmüsən heç? Bələdiyyənin adı böyükdür elə. Böyüyərsən bir gün, darıxma. Dedim bizim Ələmdarı da yanına düzəldəsən, elə əlinin altında buyruğa baxar...- Nəm vallah başımızı girəliyirik bir təhər. Qağamın goru haqqı, burda da vəziyyət yaxşı döyül heç- Hə elədir, başqa dönüm. Millət burda batıf qırılır. Korona bir tərəfdən, işsizlik bir yanan. Deyirlər korona şənbə bazar ova çıxır, ona görə şənbə bazar hər yeri bağlıyırlar. Kim çölə çıxır korona yaxalayır. A başına dönüm, güya ara günləri korona gedir krorta? Elə həmişə var dayana. Nə azar imiş bu andıra qalmış.- Hə, demə day... Elə bura da elədi. Şənbə bazar millət yeyib yatır, ara günləri s..çmağa yer axtarır.- Deyirəm ay Sabir, bu köpoğlunun yarasa yeyən çinni qızının ucbatından , nətər burda kabab yeyən oğlanlar evdə oturub ee...- Ə, yox bu yarasa məsələsi döyül, ayrı şeydi.- Bə nədi ə?- Ə heş nə , dünyanın dərdi bizə qalmıyıf ha, hamı nətər biz də heyelə..- Heş zad... - Əlimöhsün mətləbdən uzaqlaşdığını görüb təkrar geri qayıtdı.- Yaxşı bəs nə iş görürsən orda? yəqin torpaq zad məsələsinə baxırsan, yaxşı gəliri varhaa , bələdiyyənin bu işdə. Orda da bizim kimidir? Hörmət, şirinlik... Gör yuxarıdan nə istəyirlər, bizim Ələmdarı...-Yox əşi, elə belə işdı, nə torpaq...- Bə nədi? Eybi yox sən canı Ələmdarı da...- Heş zad, a kişi, şoferəm.- Şofer? Yəqin bələdiyyə başqanının şoferisən də? Day denən başkanın çikini bikini bilirsən ki, bizim bələdiyyələr şoferi ailəsinin bir üzvü bilir aa, bələdiyyə sədrinin cibi şoferində olur. Həm də sözü keçiree, elə belə iş döyül sədrin şoferi olmaq, sağ qoludur. Sən canı sən ordasan bir sədrə ağız aç, deynən nə hörmətin varsa eliyəjəm. Dananı salmışam dama bordaxlayıram, satıb pulunu verəjəm Ələmdara, gətirsin, kimə lazımdırsa çatdırarsan beş üç manat. Özünə də qəşəy...-Ə, yox ee, elə belə şoferəm, hardaydı məndə o bəxt?- Hmm, yəqin işçiləri, şəhərə gələn qonaqları daşıyırsan?-Yox əşi, kakabusda ə-əş eliyənlərin ə-əşini daşıyıram, bizə tuvalet yuyan, pul yığan lazımdır, gözdə qulaqda ol, yollar aşılan kimi Ələmdara göndər gəlsin, para-mara lazım döyül. Ayıb söhbətdi, biz də yad döyülük ha...____________________________________TORT SEVDASI- Sabir ,- Nədi ay Gülpəri ?- Ürəyim yaman tort istəyir.- ...Sabir özün eşirməməzliyə vurur .- Eşii ...- Nə var ee- Tort istəyirəm ...- Mənim şəkərim var , şirin şey yeyəmmirəm .- Ay kişi , sənin şəkərin var deyə biz torta tamarzı qalaq?- İndi sən tamarzı qalmayasan deyə , tort bişirib yeyəsən , mən də burda şişməliyəm ?- Sabir , nənəyin goru haqqı , sənə göstərmiyəjəm , pul ver gedim aynoyun alım , tez elə , yaman canım çəkir.- Nççç ... Biraz səbrini bas ay Gülpəri , sentiyabırda Bəybalanın ad günüdü , məcbur pışirtdirəsiz , tortu da olecey , qurabiyəsi də . Bu qədər xərc xəsarət nə lazımdı. Bayram deyil seyran deyil...- Əşii , Allah saa kömək olsun , sentyabra iki ay var ee hələ . Çatlayım o vaxta qədər ?- Heş zad olmaz , biraz döz . Həm də bəs axı sən diyetdəydin? Nə tortbazlıqdır salmısan , indi ?- Əşi boş ver diyeti - miyeti . Beynimə vurub tort bişirmək - Gülpəri səsinin tonun dəyişib Sabirin yanında oturur . Qolun , çiynin sığallayır .- Sabir- Hıı- Ay Sabir,- Hıı deyirəm ee- Sən nənəyin goru , bax bu deeyy , baxıram Fəriş bişirib qoyub səyfəsinə- Feriş kimdi azz ?- Deyy - Gülpəri telefonu qurdalaya qurdalaya Sabirin gözünün önünə tutur- Bunu deyirəm , nax Ferişin səhvəsidir , FERİŞİN MUTFAGI , görürsən , nə qəşəy şeylər bişirib paylaşır ? Mən də istiyirəm şurniyyat səhvəsi açım , gündə bir şey bişirim paylaşım , qəşəy tort bişirim , üstünü qəşəy bəziyim , süsləyim , püsləyim , bele üstünə də ürək çəkəcəm , ürəyin içınə də bir ürək , onun da içinə bir ürək , birin də ...- Day noldu tort yemədik ki , az başın haqqı sən ürəyə yerikliyirsən , tort bəhanədi , bir dəyqa gözlə ...Sabir telfonu götürüb qəssaba zəng edir .- Yox əşi nə ürək? Tort istiyirəm ee tort ...- Ayə Hacalı bu gün kəsmisən quzunu ?- Hə , bu sabah kəsdim qağa sağlığına qəşəy erkəy ətidi.- Yox Ə, ətimiz var , ürəy istəyirəm , qəşəy kababliq , yanina da böyrəlkərin, biraz da çiyər kəs qoy yolla bizə . Vabşe bağırsaxların kəs tolla , içalatı yolla bizə , bilirsən bizim arvad bağirsax zad yuyan döylül- Baş üsdə ,Sabir müəllim , indi bu dəqiqə . Ayə Ələmdar , o içalati qarmaxdan çıxar ...-Həəə .... d****ları yadınnan çıxmasın aa, kavab çəkəjəm...Arvad mətbəxdə qab qazanı acıqla vurur bir birinə.- Zalım oğlu zalım , cibinnən pul çıxanda elə bil canı çıxır . Nənəsi Nənəxanım kimi canın istəpulun istəmə ... Pay dədəm vay... Şəkər də buna bəhanə olub . Özü nə istəyir alar gətirər , bişirtdirər yeyər , ay başına dönüm , heç şəkəri olan da d **** yeyər ? İki günün biri aldıracaq ya kabab , ya qızartma ... vurur cana .Gülpəri , ərindən bir şey qopara bilməyəcəyini görüb :- Bunnan mənə xeyir yoxdur . Durum gedim qaynanamgilə, görüm neynirəm .- Necəsən a qaynana ?- Nejə olajam , elə heylə , sən gedənnən yataxda , dizlərim yaman ağrıyır , ayağa dura bilmirəm . Suyu qaşıxnan ağzıma qoyuram .- Day qaşığı ağzına apardığını, istəkanı apar daa, yaman şeysən e səndə- gülür.- Uyyy , uyyy, uyyy ... Ay dizlərim , az məni danışdırma , danışa bilmirəm , qıçım tutulub , uyy ,uyy ...- Yəqin özünü soyuğa vermisən . Skazvanyatda qalmısan da- Skazvanyatda qalsam ciyərlərim ağrısın , qulunc tutsun , mənim dizlərim qırılır , duzdur duz ... duz evimi yıxıb .- Mama , o gün qrupda bir gəlin yazir. Deyir , onun da qaynanasının dizində duz varmış , həkim ona deyib ki , bol bol şirniyatdan zaddan ye ki , şəkər oynaqlarındakı duzları ərirsin .- Yaz ora , ay irəhmətliyin qızı , mənim qaynanam sümürcəkli kanfeti xarta xarat yeməkdən 32 dişlərinin hamısı birdən tökülüb , amma dizinin duzu tökülmür ki , tökülmür, yalan şeydi inanmasınGəlin içəridə o başa bu başa vurnuxur :- Yox ee ,başqa şey fikirləşməliyəm , bu da boş çıxdı . Deyəsən tort deyədeyə qalacam ...- Mama ,- Nədi başına dönüm ?- Beyjə nənəni görmüşəm yuxuda .- Bıy xeyir olsun , qaynənə mənim , mənim yuxuma girmir sənin yuxuna niyə girir ?- Ay tova yalan deyirəmsə nənən səni yanina aparsın - qaynana tərs ters gəlinə baxır , bir şey demir- Deməli mama , gorürəm qaynənən quxnada nəsə axtarır . Deyirəm əşi nə axtarırsan , de mən verim . Deyir ay bala gəldin gəlmədin başımı yeyib məni göndərdin- Hə , bax onu düz deyir- Deyirəm də məndə yalan yoxdu . Nənəyin goru haqqı birin də artırıb əsgiltmədən nətəhər görmüşəmsə elə də deyirəm .- Nə danışır , xeyirdir ? Deyəsən arvada nəsə ayan olub , görəsən bu dəfə kimin başın yeyəsən ?- Deyəsən sənin ...- Nə deyir aaz bu ?- Hə ay tova , Nənə deyir , ay gəlin , gəldin gəlmədin , əlindən bir çay görmədim , yemək yemədim , sən hazirladın qaynanan tıxdı , özün xəstəliyə vurub , səni eşşək kimi işlətdı ...- Biyy ... az bunları qaynənəm deyir sənə ?- Hə nənəyin goru haqqı .- SƏni yanasan arvad , nejə ki yanmısan... gözünnən gəlməsin, sənə elədiklərim yazıxsan . Elə yaxşı ki , yoxsan . Yoxsa gəlinən birləşib döşəmişdiz arxamca ...- Hələ bir dayan ee , gör nə deyir .- Nə deyir aaz?- Deyir qaynanana deynən ürəyim yaman tort istəyir , deynən qaynənən deyir bir tort bişirtsin , adıma da duz atsın .- Bayaxdan qiybətimi qırır , indi də mənnən tort isdəyir ? Gozdə bişirdərəm , ay sən öləsən...Gəlin görür işlər şuluxdur . Tez əl ayağa düşür :- Yox ee mama , bilirsən də ruhlara hər şey ayan olur .- Hə elədir ,- Dedi ki , bu axşam gələjəm sizə , əyər tort hazır olmasa , qaynananı gejəynən aparajam yanıma .- Bıy bissimillah ... sən öl bu arvad ölübdürsə də mənnən əl çəkmir . Oncun deyiblər ee, cəhənnəmə gedən ozünə yoldaş axtarar . Sən öl bu düşüb cəhənnəmə , indi özünə yoldaş axtarır . Neynək , təki istədiyi tort olsun ,Gəlinin üzünə baxıb nigaran nigaran dillənir :- Yaxşı belə eliyək . Yeri get Lətifin dükanına . Ayın oyunu al , nisyə yazdır . Deynən qaynanam deyir , pensyəni alanda verəjəm . Get tortunu bişir , üstünə də yaz "ALLAH RƏHMƏT ELƏSİN" bəlkə arvad mənnən əl çəkə.____________________________
CEYRAN XALANIN SEVDASIBir gün Sabir müəllim xəstəxanada Ceyran xalayla rastlaşır .- Booy ... ay Ceyran xala , sən Allah , sən xeyirdirmi burda ?- Gedirr eeyyy ay Savir gedir - Ceyran xala dizlərinə vurub ağlamsınır .- Kim gedir əşi , bir sakit ol görəy, hara gedir ?- Şiraslan dayın - qadın burnun çəkib dizlərinə vurur - haqqın dərgahina gedir , ay oğul...- Hmm , Allah qurtarsın , Allah şəfa versin . Nəyi vardı ay Ceyran xala turp kimi kişiydi . Noldu birdən birə kişiyə- Ay onu elə turp kimi yerdə qalaydı , heç çıxmayaydıSabir mat mat qadının üzünə baxıb çıyinlərin çəkir .- Nəyi var , harası ağrıyir axı ?- Nə bilim ay bala . Deməsi ayıf olacaq amma gənə deyəjəm , kişi bu yaşda düşmüşdü quş qripinə ...- Booy , Allah uzaq eləsin , ilin günün bu vaxtinda hardan çıxdı bu qrip ?- Ay oğul bunun sezonu olmur , quşu harda görsə bizim kişinin ağzının suyu axır ,- Əşi , quşnan qripın nə əlaqəsi var , bir düzəmməlli de görüm , kişinin dərdi nədir .- Nətər deyim ee ay ogul , deyirəm başa düşmürsən . Gə bəri yaxın dur yavaşcadan deyəjəm , ayıfdı başqaları eşirməsin .- Hə di de ,görüm ...- Bizim kişini bilirsən də , quşbaz idi . Deyirəm əşi bir gözün ceyrana baxsın marala baxsın , inəyə baxsın . Bir arada quzuya bax . Deyir quzu mənlik deyil , həkim quş ətin dərman buyurub . Quş məni havalandırib uçurdur . Ceyran qaçırdir , maral buynuzluyur , inək də bildiyin inəkdir , yatır ... Elə quş sevdasına , kişi bu dəfə də düşmüşdü Kəklik ovuna. Gedib qonub qonşu Kəkliyin balkonuna bunu da əri görüb qırğı kimi , şığıyıb üstünə alıb bizim bu Şiraslanı, yapışib boynundan atıb balkondan üzaşağı . Kişi güya Kəkliyin balkonunun lamışkələrin düzəldirmiş , Ay onu görüm işığ üzünə həsrət qalsın .- Booy , ay Ceyran xala , nə danışırsan , elə sey ola bilməz- Demişdim ... demişdim a Şiraslan , əşii görmüşuk şir də , aslan da ceyran yeyer , maral yeyər , sən də tülkü donuna girib düşmüsən quş dalınca , vallah bir gün səni quş yerinə quşduyacaqlar . Axır dediyim oldu canı çıxsın indi ölsünSabir gülüb dedi :-Əşii neyləsin ee , qoja kişidir , hər gün ceyran əti yeməkdən bezib , deyib quş əti yüngüldür dəə , arada bir ağzımın dadın dəyişim ...- Cəhənnəmə , əşi millət ceyranı əl əl axtarır , bu da mən Ceyranı bəyənmir ...Ceyran xala dizlərini ovxalayib yerində qurcalandı.- Yaxşı bəs sən xeyirdirmi burda ?- Mənim də qaynanm burdadır , bir tülkü donuna girmiş Şiraslana rast gəlib , kəkliyin həvəsinə gedib kirib meşəyə , tülkü onu qapmaq istəyəndə meşəbəyı vurub tülkünü balkondan atıb yerə . Arvad da nə edim neynim özün atıb balkondan üzü aşağı .- Ədədə , olmaya qaynananın adı Kəklikdi- Kəklikdi ay Ceyran xala Kəklikdi .- ay görüm onun kəkili qopsun ...De görüm indi Kəkliyin yönü aynədi , bəridi ?- Yox , yox aynədi ...Arvadın üzünə işıq gəlir .- Ədədə , hanı əə o meşəbəyı ?- Deyy o qapının ağzındakıdı .- Həə maşallah gümrah kişidi- Yoox ... hə əşı maşallah , bir quzunu qoysun qavağına bir oturuma yesin dursun ayağa , doydum deməz .- Ay Savir , qadan alım , yeri o kişiyə deynən neynir quzunu - muzunu onnan qarın doyan deyir . Deynən gəlsin bizım kəndə Ceyran ovuna , maşallah bir gülləyə mənim kimi bir yağlı ceyran keçər şıkarınaSabir söz altda qalmayıb gülür .- Yox ay Ceyran xala , kişinin tüfəngini pas tutubdur açılmır .- Sən heç narahat olma . Bizdə pas açan var, açarıq ..SABİR MÜƏLLİMİN YOL ƏHVALATIYZN ; FƏRİDƏ ACARAKÇAYGünlərin bir günü Sabir müəllim işlədiyi şadlıq evindən acığa düşüb çıxır. Əli aşağı düşür . Nağayrım neynim deyir . Əlin hansı işə atır, iş ürəyinə yatmır . Bütün günü şaqlıq evlərində ,ziyafət məclislərində tamadalıq edən Sabir müəllim gedib fəhləlik etməyi şəxsiyyətinə sığışdırmır . İstəyir ki işi əyləncəli keyf işrətdə kecsin . Baki İstanbul Baki avtobuslarının birində işləyən yaxın dostu Ələmdara dərdin danışır .- Əşii dərd eləmə , qadan alım , gəl gedək İstanbula .- Əə , istanbulda nə işim var pulum var ?İstanbula gedən dolu ciblə gedər.- Nə pul, hələ pulu biz qoyacağıq civinə .- Nə deyr əə bu ?- Hə vallah dədəyin, dədəmin goruna . İş tapana qədər girələn də avtobusda. Ə, gedif fəhləlik eləsən deyəjəklər Sabir yaman günə qalıf. Düşmanın çırtıx çalıf oynuyajax . Amma istanbul avtobusunda gorsələr deyəcəklər kişi bir yerdə oturmur, günü İstanbulda keçir , kefdədir .- Yaxşı nə iş görəcəm avtobusda ?- Kanduktor- Nə ?...Beləliklə Sabir başlayır işə . İlk günü Bakidan yola çıxırlar . İş ona çətin və darıxdırıcı gəlsə də burda da tamadalıq təcrübəsindən istifadə edib , şirin diliylə həm yolcuları əyləndirir , həm özü əylənirdi . Günü deyib əylənməkdə keçən Sabir burda da özünə məşğuliyyət tapır .Beləliklə yol ona maraqlı gəlir . Yolda istanbula gedən alverci qadınlarla qızlarla məzə tutur .onlardan nömrələr alır, İşi xoşuna gəlir . Yeni işə başlayana qədər burda başın qatmağı qərara alır . Gedib İstanbula çatırlar , sabahı istanbuladan başqa keçdiyi şəhərlərdən yeni sərnişinlər yığa yığa geri dönürlər . Gəlib çıxırlar Qaradeniz sahilboyuna . Rizeden bir qadın sərnişin götürəcəkdilər-Ayə ay Sabir , götür zəng elə gör o Rizədən minən sərnişin Rizənin harasından minəcək .- Ə, guya desə ki , Rizənin Kolannısından , Soğanverdilərindən minəjəm guya biləjəm haradır ?- Sabir Türkiyədə Kolannı , Soğanverdilər nəyzir ? Sən zəng elə kurtar uzatma !Zəng edir- Alo , savaxın xeyir bajı !- Sabahınız xeyir- Ələmdar deyir Rizədən minəsiz helə ?- Nə? Ələmdar kimdir ? Söhbət nədən gedir, başa düşmədım?- Bizim Ələmdar dana Quvadıllı ,- Ay qardaş, siz hara zəng eləmisiz , Mən Ələmdar zad tanımıram !- Azərbaycana getmirsən qadan alım ? Bilet almısız ee... Rizədən minejeydiz ?- Hə , hə mən almışam. Siz hardasız indi ? Mən sizi körpüdə gözləyirəm .- Hansı körpüdə ?- Rizədə İyidərə körpüsü var , Rizənin girişində bilirsiz siz orani ! Orda sizin firmanin ofisi var , orda gözləyirəm .- Ofis ?- Hə elə trasın kənarındadır.- Heləmi sən Allah ?- Sabir kinayəli şəkildə Ələmdarın üzünə baxır;- Deyəsən bir başa ofislə işləyir ee, ay maşallah... yanı qanunidir .Ələmdar başıyla ona nə olduğunu soruşanda Sabir telefona dönür .- Xanım,bizim firmamız deyəndə , başa düşmədim ee. Bu avtobus firmasın deyirsiz ?Qadın konduktorun yeni olduğunu anlayıb onu başa salmağa çalışır .- Hə də yanı sizin yazıhanenizi deyirəm. Sizin firmanın müştəriləri buraya gəlir aa , ofisinizdə gözləyir . Maşın gəlir burdan minib gedirlər... siz şoferə deyin , de ki , İyidere Körpüsündəki yeriniz var aa... Ərzuruma gedən yol ... kuruqda... Karadeniz trası ... özü biləcək .Sabir başın qaşıya qaşıya qadının dediklərini Ələmdara çatdırır .- Nəm əə . Deyir İyidərə körpüsüdür nədir ,yəqın Nefçılər körpüsü kimi yerdir, Ərzurum yolu da ayraport yoludur ? Bir də kuruq dedi .O da yəqin 3 ün kruqudur?Ələmdar Sabirin zarafat etdiyini düşünüb gülə gülə ;- Aydındır - deyərək yola davam edir .Qadını tərıf etdiyi , yerdən , avtobus dayanacağından götürüb yola düşürlər . Qadın yerində rahatlanandan sonra ƏLəmdar Sabiri qadının yanına yollayır ki ;- Get qadından harda düşəcəyini sorüş, yaz dəftərə gətir gəl !Sabir qadına yaxınlaşıb "xoş gəldin" -dən sonra kağız qələmi əlində hazır tutub- Xanım harda düşəsiz?- Bakıda .- Avtovağzalda?- Yox yox , Salyanski kruqda-Ora haradır ?- Salyanki də ... Binə !- Binə sovxoz ? Yoo bizim avtobus ən son avtovağzalda dayanır , ayraport tərəflərə getmir . Gərək 20 yanvara gedib ordan metroyla Əzizbəyova, ordan da ...- Yox ay qardaş , Nə binə savxoz , nə aereport . Çaşdırdız məni . Binə Tıcarət mərkəzini deyirəm ee . Salyan yolunda yerləşir, necə başa salım ee ... Orda türk tırlarının terminalı var ha Bakının girəcəyində ...Sabir qadını şübhəli şübhəli suzur .-Zalım qızı türklərin toçkalarıni nejə tanıyir ee ...- Nə deyirsiz ?- Heş zad , hə o tırlar harda dayanır ki ?Qadın əsəbi halda ;- Nujelni Salyanskini tanımayan yoxdur , tras da tras , rayon camaatı bu tarasda dayanır . Neçə başa salım sizə mən ? Lökbatanın körpüsü eşitmisiz yəqin ?- Eşitmişəm bajı .Lökbatan kuruquna arada quş ovuna çıxmışam , Nefçılərin quşları sırtıxdır beş on manatla tora gəlmir .- Nə deyirsən ay qardaş nə quş nə tor ? Sənə deyirəm salyanski kruqda,Lökbatan körpüsünün altına enəcəm!- Nə əsəbləşirsən ,ee ,harda düşürsən özün bilərsən , əcəb eliyəsən . Sənin dediyin yerlər türklər deməli kafamı yaman qarışdırdı .- Niyə ?- Fikirləşirəm camaat kolay para qazanmağın yolunu tapıb vallah- Paranın ,pulun yola nə dəxli var,a kişi ?- Necə yoxdur? Maşallah trasları , kruqları , körpüləri məndən yaxşı tanıyirsız . Ərzurumdan gəlib kruqda düşürsüz . İyidərə körpüsunün altında gözləyirsiz , Karadeni trasında minib , Salyanski kruqda düşürsüz, Lökbatan körpüsünün altına yenirsiz , Salyan trasına çıxırsız ! Qalmısan körpulərdə , kruqlarda . Əşi Bakıdan İstanbula gəlib dönməkdə canım çıxıb ,sən Allah sən də də can var maşallah turp kimisən yorulmursan aa o trasdan bu trasa , bu kruqdan o kruqa . Qalmısan körpülərdə - sabir barmağın bir birinə sürtüb qadına göz vurur . Bic bic gülümsunur ;- Öz aramızdır aaa babat qazanırsan .Bir anlıq avtobusun içındəkilər tamaşaya baxırdılar . Qadının əşyaları Sabir müəllimin başında uçuşurdu ...SABİR MÜƏLLİMİN MƏCARALARI(komediya)BƏLƏDİYƏ ŞOFERİYadınızdadırsa , danışmışdım sizə. Bizim Sabir müəllim bir müddət işsiz qalıb axırıncı dəfə Bakı - İstanbul avtobusunda müavin işləyirdi axı. İndi də gəlin görək Sabir müəllimin bizim bu Türkiyədə başına nə işlər gəldi.Deməli Sabir müəllimgilin avtobusları İstanbula çatar çatmaz karantin rejiminə düşür. Sərhədlər bağlanır qalırlar Türkiyədə. Nağayrım neynim deyincə, bizim azərbaycanlılardan olan Xanış müəllim deyir ki, qardaş ürəyini sıxma, bir iş təşkil edərik, yollar açılana qədər işsiz qalmarsan. Başını dolandırarsan. Bilirsiz də Sabir müəllim vətəndə özünə görə tanınmış adam olduğundan səsi sorağı Türkiyəyə də gəlib çıxıb. Ona görə ona adına layıq iş tapmaq lazım idi.Nəysə bizim bu Xanış müəllim cerez çerez Sabir müəllimə Samsunda iş tapır. Özü də elə belə yerdə yox aa, Bələdiyyədə...Bunu eşidən arvad uşağın qoltuğu qarpızlanır, kişiylə öyünürlər ki, bəs belə belə, Sabir belə, sabir heylə... Sabir kalan pul töküb Türkiyə kimi yerdə, bələdiyyədə işə düzəlib. Bəs bələdiyyəyə də elə belə adamları işə götürmürlər aa... Orda yaxşı dostları tanışları var. Gör Sabir necə xətir hörmət qazanıbsa...Sabir müəllimin telefonu kirimir ki, kirimir. Təbrik edən kim, iş istəyən kim... Kim nə vaxt zəng edirsə, "müsait değilim" , " yoldayım" , işbaşı yapıyorum, "sonra görüşürüz", "sahadayız", "klubdayız", "toplantıdayız"...Millət də deyir ki, kişinin başı nətər qarışıqdırsa, qəbuluna düşmək olmur.- Ay uşaq, kişi elə belə yerdə işləmir ee, vəzifə adamıdır, sizin tay tuşunuz döyül, kişini məşğul etməyin!Nəsə nə başınızı ağrıdım, günlərin bir günü, əmoğlu Əlimöhsün zəng edir. Uzun çağırışdan sonra telefonun o başından Sabirin səsi gəlir. Hal əhval tutur.- Əşii, xeyirli olsun, deyirlər təzə işə girmisən?- Hə elədir.- Ay maşallah, Harda?- Bələdiyyədə- Oooo, day deynən bələdiyyədə adamımız var ki,- Həə, elədir, balaca bir adam- Eybi yox balaca olmadan böyüyən görmüsən heç? Bələdiyyənin adı böyükdür elə. Böyüyərsən bir gün, darıxma. Dedim bizim Ələmdarı da yanına düzəldəsən, elə əlinin altında buyruğa baxar...- Nəm vallah başımızı girəliyirik bir təhər. Qağamın goru haqqı, burda da vəziyyət yaxşı döyül heç- Hə elədir, başqa dönüm. Millət burda batıf qırılır. Korona bir tərəfdən, işsizlik bir yanan. Deyirlər korona şənbə bazar ova çıxır, ona görə şənbə bazar hər yeri bağlıyırlar. Kim çölə çıxır korona yaxalayır. A başına dönüm, güya ara günləri korona gedir krorta? Elə həmişə var dayana. Nə azar imiş bu andıra qalmış.- Hə, demə day... Elə bura da elədi. Şənbə bazar millət yeyib yatır, ara günləri s..çmağa yer axtarır.- Deyirəm ay Sabir, bu köpoğlunun yarasa yeyən çinni qızının ucbatından , nətər burda kabab yeyən oğlanlar evdə oturub ee...- Ə, yox bu yarasa məsələsi döyül, ayrı şeydi.- Bə nədi ə?- Ə heş nə , dünyanın dərdi bizə qalmıyıf ha, hamı nətər biz də heyelə..- Heş zad... - Əlimöhsün mətləbdən uzaqlaşdığını görüb təkrar geri qayıtdı.- Yaxşı bəs nə iş görürsən orda? yəqin torpaq zad məsələsinə baxırsan, yaxşı gəliri varhaa , bələdiyyənin bu işdə. Orda da bizim kimidir? Hörmət, şirinlik... Gör yuxarıdan nə istəyirlər, bizim Ələmdarı...-Yox əşi, elə belə işdı, nə torpaq...- Bə nədi? Eybi yox sən canı Ələmdarı da...- Heş zad, a kişi, şoferəm.- Şofer? Yəqin bələdiyyə başqanının şoferisən də? Day denən başkanın çikini bikini bilirsən ki, bizim bələdiyyələr şoferi ailəsinin bir üzvü bilir aa, bələdiyyə sədrinin cibi şoferində olur. Həm də sözü keçiree, elə belə iş döyül sədrin şoferi olmaq, sağ qoludur. Sən canı sən ordasan bir sədrə ağız aç, deynən nə hörmətin varsa eliyəjəm. Dananı salmışam dama bordaxlayıram, satıb pulunu verəjəm Ələmdara, gətirsin, kimə lazımdırsa çatdırarsan beş üç manat. Özünə də qəşəy...-Ə, yox ee, elə belə şoferəm, hardaydı məndə o bəxt?- Hmm, yəqin işçiləri, şəhərə gələn qonaqları daşıyırsan?-Yox əşi, kakabusda ə-əş eliyənlərin ə-əşini daşıyıram, bizə tuvalet yuyan, pul yığan lazımdır, gözdə qulaqda ol, yollar aşılan kimi Ələmdarı göndər gəlsin, para-mara lazım döyül. Ayıb söhbətdi, biz də yad döyülük ha...SABİR MÜƏLLİMİN SƏRGÜZƏŞTLƏRİ rublikasındanTURİSTLƏRƏ BƏLƏDÇİLİKDediyim kimi Sabir müəllim karantin sonrası Bakıya qayıdır. Nə edim nə işləyim deyincə, taksi şoferi olan dostlarından biri Sabir müəllimə bir iş tklif edir.- Sabir, qağa, bilirsən şəhərimizə turistlər çox gəlir. Bəzən turistlər məndən şəhəri gəzdirməyə, onlara bələdçilik eləməyi istəyirlər. Mən də Şofer babayam. Əşi, mənimki ağa, sür dərəyə de sürüm. Mən adam gəzdirənəm? Nə deyirsən belə müştəri olsa, xəbər edim sənə?Beləliklə, Sabir başlayır bələdçiliyə.Günlərin bir günü şofer qardaş zəng edir ki bəs, Sabir gəl filan yerə. Gəzmək istəyən bir maşın müştəri var.Sabir neçə vaxt Türkiyədə yaşasa da hələ də türk dilinə tam yiyələnməmişdi.qol budağını qıra qıra yarı azərbaycan, yarı türkcə başlayır qonaqları gəzdirməyə. Turistləri gəzdirə gəzdirə şəhərimizin gözəllikləri ilə onları tanış edirdi. Beləliklə bir təhər günü başa vurub qonaqları qaldıqları otelə qədər gətirir. Haqq hesabını alıb sağollaşanda Sabir soruşur.- Necədir, əfəndim, şəhərimizi bəyəndiniz?- Mükəmməl kitaplara yazılacak kadar tarıhi ve eski . Şehir güzel , ama çok kalabalık sanki...Sabir dəliyə dönür.- Xarabalıq niyə olur ki, tər təmiz, gül kimi şəhrimiz var. Xarabalıq sizin İstanbuldur...
2 yorum:
شركة تنظيف بالقصيم
Nə yazdığınızı başa düşmədim . Bizim dildə yazarsaniz sevinərəm . Təşəkkürlər
Yorum Gönder