Salı, Şubat 04, 2020

GÜZGÜ


GÜZGÜ

(QORXU VƏ FANTASTİK ROMAN)

P R O L O Q 

 - Tək olduğumuz halda sanki 
 bizimlə kimsə danışır, ən çətin vəziyyətdə nə olacağını bizə xəbər verir. El arasında deyirlər ki , filan şey ürəyimə dammışdı , bu olacaqdı . Və ya filankəsə vergi verilib , filankəs hər şeyi görür  və s... Bəzən o ,,ürəyə damma hissiyyatımız bizi gözləyən hansısa bir hadisəni önləməyə vadar edir . Bu hissiyyatımız  bizi pis yoldan qaytarır , hansisa bədbəxt bir hadısəni soyuqqanlı qarşılamağımıza səbəb olur . Həyat gözəlliklərdən ibarət deyil , elə vaxt olur ki , hissiyyatımız şeytanlıq dərəcəsinə gəlib bizi yoldan çıxarır . Hansısa suç və günah işləyəndə atırıq şeytanın boynuna , deyirik ,,şeytan yoldan çıxartdı ,,. Bəzən də görürsən  pıslık və yamanlıqdan dönəndə isə deyirik , mələklər bizə kömək etdi . İşimız tərs gedəndə deyirik ,,qaraçuxamız'' bizdən üz döndərib. Başlayırıq qaraçuxamızı qaytarmaq üçün, mollaya hacıya müraciət etməyə . Vallah hamısı boş şeydir , inanın mənə. O yaradan Allah hər şeydən güçlüdür . Yetər ki, siz istədiyinizi ondan sidq ürəklə istəyin . Biz nə qədər bu  həyata inancla baxsaq da , elm nə şeytanı , nə mələyi qəbul etmir . Həkimlər bunu piskolojik vəziyyətlə əlaqələndirirlər . Elm adamları  fikirləşir ki , gözlə görülə biləcək hər şey bu dünyda mövcuddur , görülməyən məxluqlarla danışmaq, xəyal qurmaq ,hansısa bir təxəyyül uydurmaq pısxalogiyanın pozulması deməkdir . 
Magiya dünyası bunu xeyir və şər qüvvələrlə əlaqələndirir . Maqiyalar belə hallarda  cadu , dua yoluyla musallat olan varlıqlarla ünsiyyət qurur, onlarla  danışırlar.
   Mən isə dinin dediyini təstiqləyirəm . Dində gözlə görülə bilməyən varlıqların olduğunu hamımız bilirik . Mən deyərdim ki , taa doğulduğumuz gündən onlar bizimlə biri doğulur . Bizimlə bərabər yaşayır , bəlkə də bizimlə bərabər ölürlər . Həyatımızda baş verən hər şeyi o idarə edir , nəyi neçə , nə edəcəyimizi o bizə deyir ... Bunu yaşamış bir insan kimi mən sizə deyirəm ... 
    Bunları mənə növbəti müsahibim yazırdı . 
   Çoxdandır yeni bir hekayəyə başlamaq istəyirdim . Amma nədən neçə başlayacağımı bilmirdim . Bütün mövzulara müraciət etmişdim . Yazdığım bütün əsərlərim sevilə sevilə oxunurdu . Bu dəfəki mövzum qeyri adi olmalıydı . Elə bu məqsədlə də yola çıxdım . Qorxu hekayəsi yazacaqdım ...
   Fikirlərim əsasında  üzv olduğum sosial şəbəkələrdə elan verdim . E.posta adresimə , mesangerimə, drektimə saysız hesabsız mesajlar gəlməyə başladı . Özüm belə şeylərə inanmasam da müsahiblərimdən eşıtdiklərimdən dəhşətə gəlmişdim . Hətta elə bir vəziyyətdə idim ki , qorxumdan bu otaqdan o biri otağa keçə bilmırdım . Gecə öz otağımda tək yata bilmirdim . Gecə güzgüyə baxmaq mənim üçün kabusa dönmüşdü . Nə qədər qorxsam da bütün çəsarətimi səfərbər etməyi planlayırdım . 
  - Yox Feridə , keç başqa mövzuya , bu iş sənlik deyil - deyə  bu mövzu üzərində işləməyəcəyimi də özüm özümə qət etmişdim .
    Mesajları inçələdikcə , bir neçə ay əvvəl həm oxucu həm də hörmətli yazar Əliheydər müəllimin mənə yazdığı bir yazı gözümə dəydi . 
  ,,Gecikmiş baharı oxuyuram . Onu deyim ki, bu yazı bir qadın yazar üçün çox böyük cəsarətlə yazılmış bir yazıdır. Halal olsun sizə . Cəsarətli xanımsız , belə də davam edin ,uğurlar !
Bu mesaj məni daha bir cəsarətli addım atmağa vadar edirdi . Neçə gündür qorxudan ayna qarşısına keçməyən mən güzgünün qarşısına keçıb özüm özümə baxdım .
   - Bütün bu eşitdiklərin fantastık olduğunu düşünəcəksən , yazdıqların isə yaşanmış bir hadısə yox , bir yalan və xəyal olaraq qəbul edəcəksən, Feride - deyib son qərarımı verdim . 
    -Bu dəfə qorxu və fantastik hadisələrlə zəngin olan bir hekayə yazıb yenə oxucularını təcübləndirəcəksən ...

Telefonuma gələn mesajları araşdırmağa başladım . Bu mövzu üzərindəki yazılarda hər kəsin həyatı , yaşadıqları bir birinin oxşarı idi . Elmira xanım və Çingiz bəyin yaşadıqları isə qeyri adi paranormal bir hadisəydi . Odur ki, elə onlardan başlamağı qərara aldım və biraz tərəddüd , bir az da cəsarətlə Elmira xanıma yazdım . Məmuniyyətlə əsərin qəhrəmanı kimi bu dəfəki yazımda yer almağı qəbul etdi ...

   ...Mən elə o gün özümü keşf etmişdim. Hər şey o gündən sonra başladı, güzgüdə gördüyüm o üzdən sonra. Çox qorxunc idi, hələ də o gündən sonra məndə bəzi qüsurlar qalıb... Həkimlərin dediyi pisxaloji travmalar hələ də davam edir . Nədənsə içimdəki quvvə mənə bu yaşadıqlarımın travma olmadığını deyir . Mən başqa dünyanın insanıyam , mənim dünyamda yer üzündə görmədiyim adamlar var ...

1 BÖLÜM 

  Balaca və kasıb bir kənd evində olurduq . Babamla atam yola getmirdi . Babam bizi heç sevməzdi . Səbəbi də o idi ki , atam əsgərlikdən özüylə bir çeçen qızı alıb gətirmişdi . Mən doğulana qədər kişi elə bilirmiş ki, atam çavanlıq həvəsinə düşüb , həvəsin keçirdəndən sonra anamı buraxaçaq. Anam  hələ o vaxtdan , dinində , imanında olan bir qadın idi . Hər gün beş dəfə namazında niyazında ... Kəndin camaatı anamın sünni olduğundan ona ögey münasıbət bəsləyirdi . Ateist ,Allaha ,dinə imana inanmayan babamın isə gözünün düşmanı idi anam . Yazıq qadın din görünüşündən camaat içinə çıxa bilmirdi . Kəndin cavan gəlinləri anama lağ edir, onun geyımlərinə ayama qoşurdular. Anam çox sade bir qadın idi . Heç kəslə bəhsə girməz , heç kimlə ayaqlaşmazdı . Anam başqa dünyanın adamı idi . Gözü könlü tox , heç kimlə işi olmayan fağır ...
   Bütün günü özünə, evinə qapanmışdı . Heç kimlə qaynayıb qarışmaq istəmirdi . Yanı qaynanalı , köçlü külfətli evdə bu mümkün idimi? Nənəm babamın atama və anama münasıbətini nə qədər dəyişmək istəsə də babam dəyişməz olaraq qalırdı . Babam anama günü gündən nifrət edirdi . Anam mənə hamilə qalanda babam açıq aşkar onlarla müharibəyə başlamışdı . Dəfələrlə gecə su başına çıxanda anamı qorxuzmuşdu ki ,anam qorxudan uşağını salsın . Bir iki dəfə də babam hardanda gələndə anamı kənd qəbirsanlığında azdırmışdı. Kəndə nabələd olan anam gecə yarı gəlib evi tapmışdı . Nədənsə kəndin itləri anamı görəndə zincir çeynəyirdilər . Səsləri kəndi başına götürüdü . Kəndin yaşlıları anamın haqqında ,,Marxanı it görəndə elə bil cin görür''- deyirdılər. Bu da babamın ağzına düşmüşdü . Anamı gözdən salmaq üçün dayanmadan deyirdi ;
  - Bunu ana doğmayıb , ata əkməyib . Adama da yovuşmur . Bu oddan törəyib , doğduğu da ya cin olacaq , ya da şeytan . 
Babam anamın itdən qorxduğunu bilirdi . Odur ki anam həyət -bacada iş görəndə babam iti açıb buraxır qonşunu da səsləyirdi . 
  - Ay Məhəmməd , məhəlləyə çaqqal dadanıb , iti aç ! 
   İtlərin başı açılan kimi cumurdular anama . Yazıq anamın qol qıçında tutar yer olmazdı , itlərin dişdəklərindən. Mən sonralar başa düşdüm ki itlər niyə anama hücum çəkirmış . Deməyəsən elə deyilənlər doğru imiş . Anamda çın varmış ...
   Atam kolxozda traktorçu işləyirdi . Anamı da fermada işə düzəltmişdi. Sabah gedib axşam gəlsələr də evlərində rahat güzaranları yox idi . Anamın əlındən gəlməyən iş yox idi . Əli o qədər bərəkətli idi ki , bişirdiyi yemək qazandan , yoğurduğu xəmir təknədən  bitməzdi . Ev təmizliyində əli olmasa da qazanının bərəkəti tükənməzdi . Həmişə təmizkar adama da açığı tuturdu . 
  -Ne var silib supürüb atdiz , fikirləşmirsiz ki , Allahın gözə görünməzlərinin də orda qisməti var? Siz onlara qısmət verəcəksiniz ki onlar da sizin hansısa bir işinizdə sizə köməklik gətirə 
   Bir zözlə anam zirək , qoçaq qadın idi O ki məsəl var ha , ,,Filankəs cin kimidir'' , bax bu söz elə anam kimisinə deyilmiş söz idi yəqin . Yoruldum nədir bilməzdi . Kişilərin görə bilməyəcəyi işin altına girirdi . Cox dağınıq idi , amma hədsiz dərəcədə təmizkar idi . Evin hər tərəfinə çörək yemək qoyardı . Heç vaxt boşqabındakı yeməyi sonacan yeməzdi . Gözəgörunməzlərin ehsanı olsun deyirdi . Amma bizə deyərdi ki, qabınızı təmiz sivirin , cin darışır ...
   Əvvəllər bəhanələr gətirib anamı atama şikayyət edən babam , indi açıq aşkar anamı evdən qovur, onun hər işinə qarışır , qıldığı namazını, inandığı Allahını söyürdü . Anam isə hər şeyə boyun əyib dözürdü . Anamda geyri adi bir güc vardı kimə alqış edərdisə xeyrini görərdilər , kimə qarğış edərdisə qarğışı tuturdu . Ağriyan yerə əlin sürtə ağrı kecər , bəla gələn evə girsə ev bərəkətlənərdi . Əkin biçin vaxtı şor torpaqlarda anam kimin bağcasında bir şey əksəydi anamın əkdiyi yer bitərdi, o birilərinki quruyardı . Anamin üyütdüyü un evdən qurtarmazdı . Bizim üstümüzdə camaat bir neçə dəfə dəyirmana gedib un üyüdərdi . Anamın bişirdiyi yemək az görünürdü , amma bir nişanın qonağı gəlsəydi hamı o yeməkdən doyardi . Evimizin bərəkəti aşıb daşardı . Bunu nənəm də hər yerdə təsdiqləyirdi . 
   - Gəlinin ayağı sayalı, əli bərəkətlidir . Maşallah . O gələndən sağ əlimiz sağa , sol əlimiz sola verir , bitib tükənmirik . Allah bəd nəzərdən qorusun . 
  Anamın qeyri adiliyini hiss edən bir qonuşumuz qapısından iri, kök bir hündüşka tutub anama gətirmişdi . Bunun nə olduğunu soruşanda qonşumuz; ,,nəzirdir'' demişdir 
- Marxa, sənin seyid nəsilindən olduğunu bilmirdim . Deyirlər nəfəsində var. Cəddinə qurban olum , nəzrimizi qəbul elə , bizim üçün dua et .
   - Nə danışırsan , nə seyid , nə cəddü cənab ?Mən seyyid deyiləm , Allahın bir quluyam. Götür bu hündüşkanı , apar ver ən kasıb , ehtiyyacı olan qonşuna , al bu təsbehı də, çim qüsul al , sonra 101 dəfə çevir Allahın adını zikr et, dizini qoy yerə əlini aç Allahın dərgahına dua et , istədiyini Allahdan istə , seyid molla deyib Allaha şirik qoşma .
   Atamla anam bir birini çox sevirdilər . Atam üçün ailəsini atıb ordan bura gəlmişdı .İndi də babamdan yana atamı atıb vətəninə dönmək istəmirdi . Atamla gəldiyi üçün də ailəsi anamdan üz döndərmişdi . Anam ölübmü qalıbmı heç itirib axtaran da yox idi . Anam deyirdi , böyük əsil nəcabətli bir nəsilin qızı olub . Onların yerlərində yada qız verilməz , yaddan qız alınmazdı . Hamı bir birinə qız alıb verermiş . Bütün kənd demək olar ki , bir nəsilin adıyla bağlıymış . O nəsilə heç kim bata bilməzmış ,  qızları hədsiz gözəl, kişiləri dəliqanlı idilər . Anam atama qoşulub qaçanda anamın izinə düşıb taa Dərbəndə qədər gəliblər. İkisini də öldürəcəkmışlər . Anamı uzaq bir qohumları evinin zirzəmisində gizlədib, anamın qanlı paltarını gələnlərə verərək;  
- Onları mən özüm öldürmüşəm, özlərini də yəhudi qəbiristanlığında dəfn etmişəm - deyərək qəbirstanlıqda yeni qazılmış iki məzarı onlara göstərərək onları arxayın salıb , geri göndərib . Onların inancına görə bir müsəlmanın yəhudi qəbrstanlığında dəfn olunması cəhənnəmə  vasıl olunması deməkmiş . 
  Bir neçə gün orda qaldıqdan sonra anamın qohumu onları bir yəhudi baxıcının (magiyanın) yanına apardı . Magiya onu ,, xeyir quvvələri'' ilə alqışlayaraq , anama bir güzgü verib, bu güzgünü bir ömür boyu itirməmək, sındırmamaq şərtı ilə onları Azərbaycana yola salmışdı. 
    Ailəsindən ayrılmağa məcbur qalan atam kolxozun sədriylə danışdı, vəziyyətini ona başa saldi . Sədr lazımı yerlərə müraciət edib, atama kolxozun  şor torpağından balaca bir torpaq hissəsi verdi . Atam da orda qarğıdan balaca bir daxma tikdi . Qarğıdan hazırlanmış evin suvağı sarı palçıqdan və anamın fermadan gətirdiyi mal təzəyindən idi . Yerdə döşəməmiz belə yox idi . Yaşlı qadınlarla bərabər anam ildə iki dəfə yerə palçıqdan şirə çəkdiyi indiki kimi yadımdadır . Məndən sonra  bacım və 2 qardaşlarım da bu daxmada dünyaya gəlib böyüdülər. Daxmamız nə qədər kasıb olsa da atamla anam o qədər də xoşbət idi . Nə kasıblıq , nə imkansızlıq onların xoşbəxtliyini poza bilmirdi . Biz xoşbəxt bir ailənin uşaqları idik. Bir otaqlı daxmamız bizim həm qonaq otağımız , həm  hamamımız,həm mətbəximiz idi.
  Kolxozun əkin yerındə bizim üçün ayrılmış ərazıdə qonum qonuşumuz yox idi . Kəndə getmək üçün atamın traktoruyla 20 dəqıqəlik yol getməliydik
   Sonradan Sovetlər dağılandan sonra sovxozun torpaqları satışa çıxarılanda biz qonum qonşu üzü gördük. Yavaş yavaş ətrafımız adamlarla , evlərlə doldu,daşdı. 
   Həqiqətən də anamda qeyri adi bir şey var idi . Hər zaman dodaqları pıçıldayırdı. Əvvəl elə bilirdim, anam dayanmadan həmd edir . Amma böyüdükcə və anama diqqət etdikcə hiss edirdim ki, anam bu dünyada olmayanlarla danışır . Mən anamın bu halına alışdığımdan bu mənə adi bir şey kimi görünürdü.Lakin anamın dodağının tərpənməsi, kiminləsə danışması kənddə anamın haqqında başqa fikirlər yaratmışdı. Hamı ona dəli deyirdi.Əvvəllər atam da anamın bu xasiyyətinə qarşı çıxırdı .Lakin bir neçə dəfə düşdüyümüz bəlalardan sağ salamat qurtarışımız atamı da sakitləşdirmişdi.
 - Görürsən Nəriman,onlar bizi qoruyur.
  ,,Onlar'' kim idi bilmirdim. Heç soruşmurdum da. Özlüyümdə fikirləşirdim ki , anamın ,,onlar'' dediyi varlıq yəqin Allahdır. 
Hər zaman anamla bərabər namaz qılirdim . Dogru yanlış qıldığım namaza anam qarışmırdı . Lakin 
11 yaşıma yenicə girmişdim, yenicə ana halıma başlamışdım ki, anam namazıma diqqət etdi , üstümə qapalı paltar geydirdi . Başıma örtü taxdı . 
   - Nəinki Allah , müsəlman qadının açıq olmasını cinlər də sevmır -deyirdi . Anamı başa düşə bilmirdim . Hər zaman dindən ,Allahdan danışırdi,ayələrdən , qurandan stat gətirirdi . Amma hiss edirdim ki , dili Allah - Allah   desə də ürəyi qəlbi başqa varlıqlarladır . 
   Bir dəfə anam evimizin yanındakı atrezanda paltar yuyurdu . Suyun başında bir neçə pambığa gələn qadın da var idi . Anam iş görə görə yenə dilinin altında nəsə danışırdı . Qadınlar anamı bildikləri üçün;
  - Marxa, yenə cinlərlə danışırsan? - deyə anamla məsxərə eləmişdilər. Anam isə təmkinin pozmayıb dua edir və qadınlara deyir ki ;
  - Burada möhkəm  partlayış olacaq, bütün kənd bir cavana ağlayacaq,
  - Nə sayıqlayırsan ? 
  - Mən dedim , görərsiz
   Qadınlar anama o ki, var gülür və onun başının xarab olduğunu deyərək ordan uzaqlaşırlar. Anam dıkəlib qadınların arxasınca baxır ortada gedən qadına baxıb səslənir ;
  -Hədiyyə ,qoyunu heç harda axtarmayın. Qoyunun Əlışın qoyunlarına qarışıb ...
     Bir həftə sona tronsfarmatra ildırım düşdü. Tronsfarmatr partladı. Bütün kabellər artezan quyusuna töküldü. Ərazıyə yaxın durmaq mümkün deyildi. Hər tərəf çərəyan keçirirdi . Kəndin işıqları söndü. 3 gün kənd qaranlıqda qaldı. Şəhərdən işıq idarəsindən gəldilər, baxdılar, yazdılar -ölçüb, biçdılər. Həmin ərazıdən qonşu kəndlərə on minlik xətt keçdiyindən gündüzlər bu bölgəyə elektirik verilməsi məhdudlaşdırılsa da , gecələr açırdılar. Qəza olan bölgəni işarətləyib həmin bölgəyə giriş qadağası qoymuşdular. Yuxarıdan gəlib baxacaqdılar. Ondan sönra transformatır təmir olacaqdı.
  Pambıq vaxtı idi. Yaxınlıqdakı pambıq sahhəsində qızğın iş gedirdi. Anam da fermadaydı. Gündüzlər anamı evdə görməyə alışmamışdıq. Bir gördük anam rəngi saralmış özünü içəri atdı .
 - Heydər hanı?
 - Burdaydı ana , nolub?Anam həmişə cibində gəzdirdiyi güzgünü çıxarıb baxdı, yenə nəsə danışdı və təşvişlə qəza olan yerə qaçdı. Biz də anamın arxasıyca .Ərazıdə qardaşım Heydərlə bərabər başqa uşaqlar da oynayırdı. Anam uşaqları həmin ərazıdən çıxarıb uşaqları pambıq toplayan analarının yanına göndərdi. Uşağın biri inad edib getmək istəmirdi. Anam ona açıqlanıb, uşağın arxasına bir, iki çəkib anasının yanına yolladı.Bu vaxt işıqlar yandı. Bir gördük, qadın uşağının əlindən tutub bizə davaya gəlir. 
 - Sən nə haqla mənim uşağımı döyürsən? Sən kimsən? 
 - Sənin uşağını bəladan qurtarmışam - deyərək anam nə qədər onlara bu məsləni anlatmağa çalışsa da heç kim ona inanmadı . 
  Elə bu vaxt kəndə hay düşür ki, işıqlar yananda bir cavanı tok vurub . Bütün kənd ora axışdı . Deməyəsən artezana gəlib su işməyə alışmış bir eşşək pambıqlıqdan çıxıb qadağan olunmuş sahəyə girəndə bu bədbəxt oğlan eşşəyinin arxasıyca sahəyə girib , elə bu vaxt da kəndə işıq verilib , ərazıdə çərəyan xətlərinə düşmüş eşşək və cavan oğlanı elektirik kömür kimi yerindəcə qaraltmışdı ...
    Bir neçə gün sonra Hədiyyəgilin qoyunları nobatdan qayıtmadı. İki üç gün hər yeri axtardılar, tapmadılar. Birdən Hədiyyənin yadına düşür ki, anam ona qoyunun itəcəyini demişdi. Hətta qoyun Əlişin qoyunlarının içində olduğunu da ona söyləmişdi . Hədiyyə ərini də götürüb Əliş gilə gedir. Bəli qoyunu onların qoyunlarına qarışıbmış.
  Kəndə hay düşmüşdü .
 -Marxaya vergi verilib.
-Marxa gələcəyi görür , 
-Marxa cinlərlə,ruhlarla danışır, 
-Marxa fala baxır ...
    Əvvəl az az sonradan böyuk bir axın başladı evimizə .Bəxti gətirməyən,əri evə gəlməyən, qızı ərə getməyən ,uşağı olmayan, işi tərs gətirən, toyuğu itən ,qazı ölən anama ağız açırdı. Atam əvvəllər anamın öncə görməsinə qarşı çıxsa da, sonradan buna əhəmmiyyət vermədi .
  - Özümdən asılı deyil Nəriman, danışanda rahat oluram , danışmayanda məni incidirlər ...
   Hər zamankı kimi yenə atam anamı dəstəkləyirdi. Ona inanırdı. 
  Anamın fəaliyyətindən sonra vəziyyətimiz çox yaxşılaşmışdı . Qarğıdan olan daxmamızın yerindən çiy kərpicdən iki otaq bir zal ev də tikmişdik . Artıq həmişəki kimi anamgillə bərabər yatmırdıq . Uşaqların otağı ayrı idi. 
     Bu aralar müharıbə başlamışdı . Atam da könüllü müharibəyə getmışdi . Atam gedəndən anamın da əlindən güzgüsü düşmürdü . Atam axırıncı dəfə evə gəlib cəbhəyə qayıdanda anam ona getməməyi üçün yalvardı . Başına nəsə pis bir iş gələcəyini atama dedi.
  - Elnən gələn toy bayramdır, Marxa , qısmətimizdə varsa öləcəyik . Amma yox sən ölməyimi istəmirsənsə -deyə atam zarafata salıb güldü- sən bacararsan mənim əziz Marxam . Sən məni qurtararsan ! İnanıram ki, sənin güclərin üzərimdə olacaq.
  - Mənim güclərim Allahdan güclü ola bilməz Nəriman . Mənim güçlərim səni bəladan qurtara bilər ,amma , bu sənin sağlam və yenə əvvəlki kimi xoşbəxt olmağın demək deyil-dedi anam-Get Allah köməyin olsun !
   Anam həmin gün heç kimi qəbul etmədi.Qapını bağlayıb güzgüsünü qarşısına qoydu.Bütün gecəni sabaha qədər öz dilində güzgüsüylə danışdı . Şam yandırdı .Otağın içində gəzindi evin dörd küncündən sanki nəsə dartıb evin ortasına gətirdi,ortalıqdakı masanın üstündə nəyisə bir yerə toparlayırmış kimi etdi. Şamlar yandırdı.Sonra sabaha qədər namaz qıldı ,quran oxudu...Bütün bunları qapı arasından görürdüm.Belə vaxta evdə gərək səs küy olmayaydı. Anam öz işində olanda həmişə mən uşaqlarla məşgul olurdum.Bu dəfə də anamın atam üçün iş başında olduğunu görüb uşaqları başıma yığdım.Belə vaxt anam oruclu olurdu. İftar vaxtına qədər heç nə yeməzdi . Sadəcə bizdən istədiyi bir şey var idi.
  -Məni danışdırmayın!
 Atamdan 2 gün sora xəbər gəldi. Tankı mınaya düşmüşdü.Tankdakı döyüş dostları şəhid olmuşdu . Bir atam möcüzə nəticəsində sağ qalmışdı,sağ qalmışdı deyirəm ,o da dostları kimi şəhid olsaydi ondan yaxşıydı.Atamın onurğa sümüyü qırılmışdı , bütün ömür böyu zarıncı qaldı . Atam nəfəs alan ölü idi . Beynindəki qəlpələr beyninin fəaliyyətini dayandirmışdı .Göz baxsa da görməz , qulaq eşitsə də duymaz olmuşdu , ətini kəssən də xəbəri olmazdı. Bəzən düşünürdüm ki o öləsiymiş , anamın güçləri onu ölümün əlindən qurtarıb,lakin sağlığın əlindən alıb .
   Bütün günü dövlətin verdiyi əlil arabasına məhkum olmuşdu. Neçə illər idi anam usanmadan altını dəyişir, əli ilə yedirdirdi. Nəhayyət altı illik yaşamdan sonra atam gözüm görə görə dünyasını dəyişdı . 
   Başıma gələnlər də atam belə olmadan bir neçə il əvvəl baş vermişdi. O vaxt 12 yaşım olardı. Dediyim kimi evimiz çox kiçik idi,yeni evimizi tikməyə başlamışdıq. Tezliklə yeni evə köçəcəkdik. Balaca olduğum üçün həmişə anamın çantasına girib əşyalarını qarışdıraradım. Sonra isə saatlarla güzgünün qarşısından ayrılmazdım, Anam özü ilə gətirdiyi güzgünü ya cibində saxlayardı ,ya da şfonerin başına qoyardı. Anam neçə dəfə bizə bu güzgüyə baxmamğı  xəbərdarlıq etsə də, fikir vermirdim. Əlimə düşən kimi güzgünü götürür ora burasına baxırdım.Burda qeyri adı bir şey görmürdüm. Adı bir güzgü idi . Həmişə də mən güzgüyə toxunanda anam bunu bilirdı , hiss edirdi . Əşyalarını qarışdırdığım üçün yadıma gəlir anam üstümə acıqlanmışdı. Hətta döymüşdü də . Amma anam mənə nə qədər qadağa qoysa da bu mənim üçün - 12 yaşında balaca bir qız uşağı üçün çox əyləncəli idi.
   Bir gün Atamla anam uşaqları da götürüb ad gününə getdilər. Yadımda deyil ,kiminsənin uşağının ad günü idi.
Mən getmək istəmirdim . Anamın israrına baxmayaraq evdə qaldım . Anamgil qonşumuza məni tək qoymamsını tapşirmişdi. Bizə gəlməsi üçün onlardan xahiş etmişdi.  Qonşumuz məndən böyük idi. Hər zaman evdə tək qalanda o bizə gələrdi.
   Axşam saat 9 olardı.
   -Qapını bağla otur. Nigar tezliklə gələcək, qorxma-deyib anam içəri otağa keçdi. Aynanın qarşısına keçıb özünü nizama saldı. Ətrafa göz gəzdırdı. Elə bil gözləriylə nəsə axtarırdı. Atamın onu çağırması anamı hərəkətə gətirdi. Əliylə nəsə qovurmuş və ya çağırırmış kimi hərəkətlər edib nəsə dedi ,əlini aynaya vurub üfürdü. Otaqdan çıxdı. Qapını arxasiyla çəkib mənə baxdı.
  - İçəri girmə!- dedi- Burda otur. Aç televizoru bax . 
  Evimizin qarşısı balaca şüşəbənd idi. Şüşəbənd dediyim , toldan düzəldilmış artırmanın yuxarı hissələrinə qoyulmuş çərçıvələrə şüşə əvəzinə klyonkalar vurulmuşdu . Elə yeyib içməyimiz də burda idi televizoru da bura qoymuşduq.
   Atamgili yola salıb qapımı kilidlədim . Televizoru açdım. Maraqlı heç nə yox idi. Darıxmağa başladım. Bir az gözlədim , amma Nigar da gəlib çıxmadı , 
  - Yəqin işi çıxıb - deyə fikirləşdim -birazdan gələr- dedim 
  Evdə tək qaldığım üçün doğrusu biraz qorxdum. Həmişə səs-küy olan ev bu gün bomboş idi. Başımı qatmaq üçün içəri otağa girdim . Yenə əyləncəmə başladım . Anamın çantasını götürüb güzgünün qarşısına keçdim. Anam mənə dəfələrlə gecə vaxtı güzgüyə baxmamamı desə də əhəmiyyət vermirdim. Nə isə yataq otağındakı güzgünün qarşısına keçib saçlarımı açdım, darayıb topladım . Güzgünün qarşısında şəkil çəkdirirmiş kimi saçlarımı havaya uçurdub pozlar verdim . Yalan yox, özüm özümü çox bəyənmışdım. Qəfil gözüm anamın balaca güzgüsünə sataşdı aynanın qarşısında qalmışdı . Çox təcübləndim . Axı anam heç vaxt bunu ortalığa qoymazdı . Götürüb güzgüyə baxdım . Elə bil arxamdan kimsənin kölgəsi qaçıb özünü şüşəbənddəki pəncərənin klyonkasına çırpdi . Çox qorxdum .Tez qapını çəkib bayra çıxdım . Pəncərəyə baxdım . Klyonkadan aydın görməsəm də kölgənin şəkilindən pəncərəyə çırpılan şeyi pışiyə oxçadığını görüb ürəkləndim . Televizorun səsini artırıb evi səslə doldurdum . Güya  nəzərimdə televizoru özümə həmdəm bildim dəə . Özüm özümə təsəlli edirdim ki ;
   - Qorxma, heçnə yoxdur pışık dirmaşıb pəncərəyə , pəncərənin klyonkasına vurub .Pişt pişt elədim . Qaraltı pənçərədən çəkildi. Qorxumu dağıtmaq üçün mahnı belə oxumağa başlamışdım.
   Heç üstündən 10 dəqiqə keçməmişdi ki, qapı döyüldü, elə bildim qonşumuzdu.
  - Gəldim,gəldim- deyərək sevincək qapını açdım, heç kim yox idi.Çox təəccübləndim,qapının üstünə asdığımız zıqrovun səsini eşitdiyimə əmin idim.Neçə ola bilər ki, indi qapıda kimsə olmaya?
   Qapını bağlayıb əyləncəmə davam etdim. Çox əylənirdim, ta ki...
   Saat artıq gecə yarısı olmuşdu, nə qonşumuz var idi, nə də valideynlərim. Artıq öz-özümə qorxmağa başlamışdım . İşıqların birdən sönməsi məni daha da vahimələndirdi. Bir az otaqda gözlədim, yanar indi deyə. Amma olmadı, içəri otağa keçıb anamın şamlarından birini yandırdım . İçəridə olarkən şüşəbənddən qəribə səslər eşitdim, amma səslər çox zəif olduğu üçün fikir vermədim. Şamı yandırıb şüşəbəndə qayıdanda 
Qapının yanında elə bil şamı kimsə üfürüb söndürdü. Çaşıb qaldım, biraz da qorxdum doğrusu. Şamı güzgünün yanına qoyub masanın üstündən  kibriti götürdüm . Kİbriti götürüb aynaya tərəf dönmüşdüm ki ,şüşə qırılması səsi eşitdim, artıq öz- özümə vahimələnməyə başladım. Güzgünün qabağına çatanda kibriti yandırıb şama tutdum. Otaq az da olsa işıqlandı. Başımı qaldıranda güzgünün iki yerə ayrıldığını gördüm. Az qala dəli olacaqdım. Üzüm iki yerə bölünmüşdü güzgüdə. Güzgüdən baxanda arxamda qaranlıq bir kölgə dayanmışdı. Qorxumdan səsim gəldikcə qışqırmağa başladım. Arxama çevriləndə üzünü gördüm onun. Çox qorxunc idi. Geri çəkiləndə şama dəydim , şam yerə düşüb söndü, hər tərəf qapqaranlıq oldu. Otağın bir küncünə keçib ağlamağa başladım. Amma qaranlıqda qıpqırmızı gözləri olan bir üzün mənə tərəf gəlməsini görəndə ağlımı qaçırdım, deyəsən gördüyüm şeyin sadecə gözləri idi, qaranlıq olduğu üçün özü görsənmirdi. Qorxumdan bütün bədənim tutuldu, dilim qurudu, sanki otaq başıma fırlandı, gözüm qaraldı... 
  Daha sonrası yadıma gəlmir. Gözümü açanda xəstəxanada idim. Atam anam başımın üstündə. Nə qədər çalışsam da danışa bilmirdim. Sadəcə baxdım və yenə özümdən getdim.

2 BÖLÜM

   Deyəsən 3 gün idi, gözümü açmamışdım. Aylarla müalicə aldım. Anamgil də çox peşman olmuşdular evdə məni tək qoyduğuna görə. Psixioloji müalicə alsamda, dilim açılmamışdı, artıq gecələr qorxmağa , yediyim, baxdığım hər şeydən diksinməyə başlamışdım öz- özümə. 
   Rəhmətlik nənəmin israrından sonra məni molla yanına aparandan sonra aydın oldu ki, məni şeytan tutub, bir neçə dua oxuyub yazdıqdan sonra özümdə bir yüngüllük hiss etdim. Bir neçə gün keçdikdən sonra dilim açıldı, amma qüsurlar qalmışdı. Hələ də var. O vaxtdan 30 ildən çox keçməsinə  baxmayaraq hələ də güzgüyə baxmağa çəkinirəm, hələ də güzgüyə baxanda gözümə o biri dünyanın adamları görünür .  
    
    O gündən özümdə qəribə hallar hiss edirdim . Elə bilirdim hara gedirəmsə kimsə məni qaraba qara izləyirdi . Başıma qələn o hadısədən sonra içimdə qorxu qalsa da məni izləyən o kölgədən qorxmurdum daha . Hiss edirdim ki o kölgə nədirsə məni həmişə hər yerdə qoruyur. Çünki ən yüksəklikdən düşsəm də ,bir yerim kəsilsə də mən bir möcüzə nəticəsində qurtarırdım. Yadımdaykən qoy danışım .
    Bir dəfə Bakıda yaşayan bibimgilə getmışdım . Bibimin oğlu şokaladlı əllərini pəncərəyə sürtmüşdü . Elə uşaqlığımdan titiz idim . Yerimdə dinc dayanmadım , əlimə bir əsgi götürüb pəncərəni təmizlədim . Elə bil kimsə məni pəncərəyə tərəf itədədi . Pəncərənin şüşəsinə dəydim gerı atıldım . Bunu belə hiss etdim . Qalxıb əlimlə pəncərəni yoxladım ola bilməzdı . Pəncərə örtülü deyildi açıq idi . Bəs necə oldu ki mən ordan düşmədim deyə düşünürkən ikinci şoku yaşadım . Bibim məni səsləyərək içəri girəndə anidən geri döndüm . Bibimin gözlərinin qarası ağını tamamən tutmuşdu . Gözlərinin qarasını parlaq böz bir pərdə tutmuşdu elə bil . Ağı isə qan çanağı idi . Bibimi belə görüb çox qorxdum . Bibim qəribə şəkildə mənə yaxınlaşırdı . Mən isə bibimdən qorxaraq geri çəkilirdim . Dönüb bibimin oğluna baxdım . Uşaq xalçanın üstündə oynayırdı . 
   - Bibi , nə vaxt gəldin ?- bibim biraz əvvəl aşağı enmişdi . Belə tez qayıdacağını düşünmürdüm . Elə bu vaxt aşağıdan bibimin səsi gəldi ;
- Emiş, açarı at mənə,
Çaşıb qalmışdım , bir içəridəki bibimə , bir də aşağıdakı bibimə baxdım . O anda başa düşdüm ki içəridəki bibimin cildində gözümə görsənən məxluqdur . Nənəmin məni xəbərdarlıq etməyi yadıma düşdü . 
  - Heylə olanda ,,Bismillah,, de''
- Bismillah- deyib stuldan enəcəkdim ki , bibim yoxa çıxdı elə anında stul ayağımın altında ləngərləndi. Özümü saxlaya bilmədim açıq pəncərədən aşağı yuvarlandım . 
Dördüncü mərtəbədən yıxılmışdım . Möcüzə nəticəsində sağ qalmışdım . Aşağı balkonlarda antenlərə , paltar iplərinə dəyə dəyə aşağıda qonşunun çadırdan düzəltdiyi çardağın üstünə düşmüşdüm . Burnum da qanamamışdı . Camaat mətəəl qalmışdı . Həmin gün gördüklərimi , yaşadıqlarımı  anama danışmışdım . Anam mənə heç nə deməsə də , bibimə və nənəmə mənim gözümə cin görsəndiyini demışdı . Məni bir dəqiqə də tək qoymurdular . Üst başımdan bütün günü dualar asılardı . Sancaqlar taxılardı . Dualar və sancaqlar həyatımın bir parçası idi . O gündən onu ( və ya onları ) görməsəm də hər zaman mənim yanımda birilərinin olduğunu hiss edirdim . Onlar təklikdə səs salır , bəzən işığı söndürür , bəzən gecələr məni özləriylə harasa aparırdılar . Dəfələrlə evdən çıxıb getmışdım . Gecə yarısı itlərin səsinə çıxan qonşularımız məndən hara getdiyimi soruşanda deyirmışəm ki , məktəbə gedirəm. Hələ bir dəfə də məni kənd qəbrstanlığından tutub evə gətirmişdilər . Bunun da çarəsi tapıldı . Hər gecə yatağımın aşağısına islaq şey sərərdilər . Yataqdan ayağımı yerə qoyanda islaq əski məni özümə gətirirdi . Mən onlarla böyüyürdüm . Nənəmin yazdirdiği dualar , anamın oxuduğu ayələr onları məndən qopara bilmirdi . Mən bu dünyanın adamı deyildim . Heç kimə qaynayıb qarışmirdim . Özümə qapanir , xəyalımda kimlərləsə danışırdım . Anam məndəki bu halları görürdü . Mənə necə kömək edəcəyini bilmirdi . Ətrafda , yaxında , uzaqda o molla yox odi ki məni ora aparmamış olsunlar . Xeyri yox idi . Bilmirəm təsəlli üçünmü yoxsa qorxmamam üçünmü anam mənə ona inanmamı söyləyirdi . Eyni zamanda da ona yaxın durmamağı tapşırirdi . Həmişə deyirdi ki heç vaxt onlara el vermə , onlar başqalarının cildində sənə yaxınlaar , sənə əl uzadar , bir oğlan cildinə girib səni sevfiyini deyər inanma, onlara əl vermə. Şübhələndiyin , qorxduğun bir şey olarsa qurandan ayələr oxu ! 
    Böyuyub yaşa dolduqca mən onu görməyə başlamışdım artıq . Daha nə iynə - sancaq , nə yazılan dualar ona təsir etmirdi . Bəlkə də o dualarin təsirindən o mənimlə danışmır , üzü net görsənmirdi . Üzünü görmürdüm ama onu bəm bəyaz bir duman kimi görürdüm . Üzü o qədər nurlu idi ki ... 
   İlk qarabasmadan bu yana adım ruhi xəstəliklər dispanserində qeydiyyatda idi . Amma ailəmiz bütün bunları məharətlə camaatdan gizlədirdilər , nənəm həmişə deyərdi ; 
   - Qız uşağıdır , niyə desinlər Nərimanın qızı dəlidir . Hec kimə heç nə deməyin . Bilsələr ki dəlixanaya gedib gəlir , kim alar bu qızı ? Qoy görək başımıza nə gəlir , inşallah bir çarəsi tapılar . 
   Hələ də pisxoloji müayinə olurdum , mən hiss etdiklərimi həkimimə deyirdim ,ama həkimim mənə belə bir şey olmadığını deyir , məni inandirmağa çalışırdı ki, bu aldığım piskolojik taravmanın nəticəsidir ki , hələ də məndə davam edir . Bilmirəm bu hər nə idisə mən bunu həyatda yaşayırmış kimi görürdüm. O mənim həyatımın bir parçası olmuşdu . O mənimlə bir insan kimi rəftar edir , danışmasa da  mənim bir səhvim olanda hansısa bir işarətlə mənə yol göstərir , getdiyim yerlərdə məni nə gözləyəcəyini mənə hiss etdirirdi . Gecə gördüyüm yuxunu olduğu kimi səhəri gerçəkdə yaşayırdım .
    Anam və nənəm məni tez tez molla yanına aparırdı. Hətta şəhər mərkəzindəki quran kursuna da qoymuşdu . Oxuduğum və mollanın mənə oxuduğu quran ayələri onu məndən uzaqlaşdırırdı. Günlərlə gözümə görünmürdü . Sonra yenə uzagdan küsülü adamlar kimi məni təqib edir , yenə yaxınlaşıb mənimlə ünsiyyət qururdu . Düzünü desəm onu görməyəndə narahat oluram, darıxırdım . Onunla ünsiyyət mənə elə rahatlıq verirdi ki . Biri mənə pıslik edəndə həmin adamın bir qəbahətini otraya çıxarmağa o kölgə mənə kömək edirdi . 
  Dediyim kimi anamın paranormal davranışlarından yana kənd camaatının bizə qarşı münasıbəti normal deyildi. İki bacı iki qardaş idik . Elə bil Allah gözəlliyimizi ayın nurundan almışdı . Uşaqlıqdan gözəl idik elə. Böyüyüb gənc yeni yetmə vaxtımıza çatanda da kəndin ən gözəl və yaraşıqlı gənclərindən geri qalmırdıq . Hətta deyərdim ki , kəndin gözəllik yarışması baş tutsaydı elə biz bacı qardaşlar birinci yerə çıxardıq . Kənd uşaqlarına da bənzəmirdik . Anam hər zaman bizi təmiz və səliqəli saxlamışdı . Elə bu iy də burnumuzda gedirdi. Özümüz özümüzü biləndən sonra da həmişə özümüzə diqqət edirdik . 
    Hələ 15 yaşımız yox idi ətraf kəndlərdən bacımla mənə elçı düşmüşdülər . Kəndimizdə adətdən idi . Qızları 15 yaşlarından ərə verirdilər . 19 - 20 yaşlarında ərə getməyən qız artıq  evdə qalmış hesab olunurdu . Anam isə bizi verməyə tələsmirdı . Hər gələnin bir qüsurun açıb deyirdi . Onlarla bizimki tutmaz bala , deyıb elçıləri geri qaytarırdı .
   -  Ruqiyyənin qisməti yaxındadır , amma səni hələ uzaq görürəm - anam bu sözləri deyərkən həmişə məni diqqətlə süzürdü . Həmişə də narahatlıqla məndən o kölgəni soruşurdu ; 
  - Hələ də sənnən gəzir ? 
  - Hə ana , bilmirəm nədir bu ? Axı mən nə vaxt normal həyat sürəcəm ?
  - Qorxursan ondan ? 
  - Yox elə maraqlı da budur ki qorxmuram . Əksinə o yanımda olanda ürəklı oluram . O məni hər çətinlikdən çıxardır . 
   - O səni sevir - deyə bir dəfə ağzından qaçırtdı . 
   - Nə  necə ? 
   - Heç nə,  fikir vermə ...
     Anam kürkümə birə salmışdı .bütüm fikirim bu müəmmalı sevginin yanında qalmışdı . Nə qədər anamdan söz qopartmağa çalışsam da anam bir daha bu söhbətə qayıtmaq istəmirdi . Etiraf edim ki , ozüm də bu söhbətlərdən sonra , özümdə bir dəyişiklik hiss edirdim . Gənc qızlar kimi xəyallara dalır , sevgilisini gözləyən qızlar kimi haldan hala düşürdüm . Onu görəndə həyəcandan əlim ayağım titrəyirdi. Anam da mənim bu halımı görürdü . Evdən quranı əskik etmırdı. Yatanda belə məni quranın avazıyla yatırdırdı . 
   Həkimimə vəziyyətimi deyirdim . Mənə deyirdi ki,yetkinlik yaşlarda qızlarda belə hallar olur, hormon deyişikliyi də qızlara piskolojik təsur edir . Müalıcə etdiyim xəstələrun 40 faizi belə hallarla qarşılaşır . Bunları normal qarşılamaq lazımdır . Belə qızların bır sevgılısı , dostu olmayınca ,həvəsini ehtiyyacını bölüşməyincə belə xəyallar qurmağa başlayır.
    Hislərimi, duyğularımı  Ruqiyəyə deyəndə məni dəli hesab edirdi . Rəfiqələrimə danışanda mənimlə lağlağaya kecirdilər . Molla isə bunu uşaqlığımda gördüyüm şeytanla əlaqələndiridi . 
  - Lənən şeytana de ,  ürəyinə şeytan girib , səni yoldan çıxardır ...
   Məni başa düşən bir anam idi . O da nəsə deməyə qorxurdu . Tez tez məni xəbərdar edirdi . Ona güvən , inan , o səni hər pislikdən qoruyacaq deyirdi . Sənə yol göstərəcək , sənə var verəcək , istədiyin adamlardan ağlına gəlməyəcək şeyləri öyrənə biləcəksən . Bacarırsan bu yöndə onu özünə yaxın elə. Amma ürəyinə yaxın  buraxma , ona toxunma , toxunmasına da izin vermə ...
   Axı o insan deyildı , mən özümü ondan necə qoruya bilərdim ki ? Mən ona necə toxuna bilərdim ki ? 
    Atamın vəziyyəti günü dündən pisləşırdı . Başımız ona elə qarışmışdı ki , özümüzü tamamilə unutmuşduq . Atam can verirdi . Anamın elındən quran heç düşmürdü . Bütün gün atamım başının üstündə oxuyurdu . Evin bütün işləri bacımla mənim üstümüzə tökülmüşdü. Dediyim kimi mənimki quran oxunan zaman mənə yaxın  gəlmirdi . Qonşu kənddən Ruqiyəyə nişan taxmışdılar . Qızın əli ayağı yerə dəymirdi . Anam can atırdı atam ölmədən Rüqiyənin toyunu  görsün . Tələm tələsik nişan -toy bir yerdə etdik . Sanki bütün bunlardan atamın xəbəri oldu ? O canlı ölü idi . Atamın bu halına toyumuz göz yaşıyla keçdi . 
   
   ...Oğlan evindən gələn qonaqların içındə birinin gözü düşmüşdü mənə , daha doğrusu anasının. Xəlvətə salıb məni oğluna göstərdi . Oğlan da qızların birindən mənə söz yolladı. Təbii ki çox həyəcanlandım , sevinirdim , bir qız kimi sevildiyim üçün xoşbəxt idim , nazlanırdım . Hətta məni qohumları oynamağa dəvət edəndə həyəcandan ürəyim titrəyirdi . Oğlanın qardaşı başımdan pul səpirdi . Mənim isə gözümə başqa şey görsənirdi . Yenə o gəlmişdı atamın başının üstündə dayanmışdı , mənə qəzəblə baxır qəzəbli halda özünü ora bura vururdu . Hiss edirdim ki , ona qarşı hisslərimi dəyişdiyim üçün mənə qəzəblənib və məni qısqanır . Mən isə ona əhəmiyyət vermirdim . Xoşbəxt idim , bir aulə tərəfindən bəyənilmiş, sevilirdim . Mən belə xoşbət göründükcə o daha çox qəzəblənir , atamın çıyinlərindən basırdı . Atamı qəzəblə vururdu . Düşünürdüm ki o heç kimdir , atama heç nə edə bilməz . Deməyəsən yanılırdım . O atamı boğur ,atam xırıldayırdı ...
   Toy mağarımız yasa döndü ... atam elə mağarda oturduğu yerdə vəfat etdı ...o gündən o kölgədən nifrət etdim, atamın qatili bilirdim onu ...
    Nə olduysa elə atam öləndən sonra oldu . O vaxt artıq 19 yaşım var idi . Gənc və hədsiz gözəl idim . Çox yerdən adım çəkilirdi . Hər gözəlin bir eyibi var deyirlər ,mənim də eyibim o hadısələrdən sonra dilimdə qalan kəkələmələr idi .
  Məktəbi bitirsəm də heç bir yerdə nə oxumurdum , nə işləmirdim . Kənd həyatına alışmışdım , bütün günü evlə , evimizin yanındakı dirliklə əlləşırdım . İnəklərimizi sabah anam , axşam mən sağırdım . Arada bir Bakıya bibim gilə gedirdim . O da atam öləndən sonra bibimlə də aramız soyumuşdu . Gediş gəlişimiz kəsilmişdi . Başqa kimimiz var idi ki ? Babamın qorxusundan ata qohumlarımızın bizlə arası elə əvvəldən sərin idi . Anamın da heç kimi yox idi burda . Ana bala baş - başa verib dolanırdıq . Qardaşlarım maşallah mehriban qayğıkeş uşaqlar idi . Atam əlil olduğu gündən  evin bütün yükü onların boynuna düşmüşdü . Yaşları az idi amma elə yetişmişdilər ki elə bil ahıl kişi idilər . Özlərindən böyüklər onlara hörmət edir , kənddə bir xeyir iş olanda dəvətnamələr onların adına yazılırdı .
   Aran yerində olduğumuzdan buralar yayda isti , qışda da havası mülayım olurdu . 
   Hələ yay gəlməmişdi, burda çıçəklər çoxdan tökmüş, alçalar tutuşmağa başlamışdı . Havadan yay qoxusu gəlirdi . 
    İnəkləri qabağıma qatıb örüşə ötürdüm , yeni əkilmış pambıq sahəsinə gəlıb , sahədən axan arxda yuyundum . İstidən yanaqlarım od tutub yanırdı . Suyu ovuçlarıma alıb üzümə çırpdım yenə suya əyiləndə arxın kənarındakı kolun üstündə bir topa qar gördum . Möçüzə olan bir şey idi . Yayın bu istisində qar ? Axı bu il buralara heç qar da yağmamışdı , bu qar hardan ?Təccüblə qara toxundum  qarın soyuqluğu məni üşütdü . Qara toxunar toxunmaz qar elə əlımdə əriyib yoxa çıxdı . Arxamda kiminsənin oduğunu hiss edirdim . Dönüb baxdım . O idi ... sonuncu dəfə onda dormüşdüm onu . Atamı ,,öldürüb ,, yoxa çıxmışdı . Hərdən  mənə elə gəlirdi ki, həmin gün fikirlərimi qarışdırdığımı hiss edib məni qısqanmışdı , o mənə cəza vermək üçün atamı öldürmüşdü. 
    O gündən ona nifrət edirdim , amma yenə hisslərimə hakim ola bilmirdim , darıxırdım onun üçün. Üzünü görmürdüm, nədir, necədir bilmirdim . Amma əlini mənə uzatmışdı . Anam mənə cox xəbərdarlıq etmişdi . Ona inan ,amma yaxınına buraxma deyə. Bunun nə olduğunu bilmirdim . Niyə anam məni ondan qoruyurdu . Həkimlər mənə belə görüntülərin pisxoloji olduğunu deyirdilər , molla isəgah bunun şeytan olduğunu , gah da  məni ruh tutduğunu deyirdi . Ozüm isə bunun nə olduğunu bilmirdim .Bir onu bilirdim ki ,mən onsuz artıq dayana bilmirəm, darıxıram . Mən artıq gənc qız idim , ona qarşı duyğularım fikirlərim başqaydı . Ona toxunmaq, onun məni sevməsini istəyirdim . O nə idisə həyatda yaşayan bir insan kimi görürdüm onu ... ağlım başımdan getmışdı . Elə bilirdim ona əlimi uzatmasam , məndən küsüb gedəcək . Bir daha onu görməyəcəkdim . Əlimi ona uzatdım . O əlimdən tutub gedirdi. Kəndin içində kənardan baxanlar mənə təccüblə baxırdı. Əlim havada üzü qəbirsanlığa döğru gedirdim . Məni danışdıranlara, hara getdiyimi soruşanlara əhəmiyyət vermirdim.
    Nəhayyət gəlib qəbirsanlığa çatdıq. O isə harasa yoxa çıxmışdı . Məzarların arasında onu axtarırdım . Yox idi .
  Məzarlıq iki kəndin arasında yerləşirdi. Demək olar ki iki kəndin ölüsü bu qəbirsanlıqda dəfn olunduğundan iki kəndin camaatı da bir birinə qaynayıb qarışmışdılar. Kəndin çobanları da burda qoyunların otarırdılar , kəndin camaatı məzarların arasında  qurşağacan qalxmış otları bıçırdılər. 
   O yanımda olanda gözüm ondan başqa heç kimi görmürdü . Evdə , ətrafda nələr baş verdiyini də bilmirdim , hiss etmirdim . O gedəndən sonra elə bil yuxudan ayılırdım . Onunla qəbirsanlığa gələndə heç nə gözümə görünməmişdi . Məni kim səsləyib , kim cağırlb  bilmirdim . İndi məzarlıqdakı məzarlar da gözümdə itmişdi . Bir uzaqda atamın qəbri görünürdü. Hara tərpənirdimsə bir qəbirə ilişirdim, yıxılırdım . Kənardan baxanlar məni belə görə bilərdi - məzara yıxıldığımı . Amma mənim gözümdə isə məzalara dəydikcə və ya yıxıldıqca ordan nəsə ağ bir duman havaya qalxır təkrar məzarın üstünə sərilirdi . 
   O yoxa çıxmışdı, amma mən hələ də ayılmamışdım . Dayanmadan anamın səsi qulağımda səslənirdı , ,,ona inan amma yaxınlaşma.'' Elımdə deyildi , onun əlindən tutmuşdüm , ürəyimə od düşmüşdü sankı . Üzünü görməsəm də varlığına vurulmuşdum. İllərlə ona qarşı içimdə gəzdirdiyim ilk həyəcanı onunla yaşamışdım, ilk sevgini onunla dadmışdım . Məzarlığa girəndən o yoxa çıxmışdı , amma , ömrümdə eşitmədiyim səsini eşidirdim, başa düşmədiyim dildə mənimlə danışır, sankı məzarların arasında gizlənərək mənimlə oynayırdı, onu tapmasına səsləyirdi . Mən də özümü ora bura vura vura onu axtarırdım . 
   Nəhayyət yorulub əldən düşdüm, atamın məzarına gəldim . Şəkilini əlimlə silib atamın üzündən öpdüm . Atamın can verdiyi həmin gün yadıma gəldi . Özüm özümə üsyan tutmuşdum . 
   - Axı o atamı öldürüb , mən niyə onu bağışladım ki , axı o mənə niyə bu pisliyi etdi ki ? - Ağlayırdım . Əlımı Allahın dərgahına tutdum . Atama yasın oxuyacaqdım . Lakin elə bil kimsə yaddaşımı əlimdən almışdı . Hansısa bir qüvvə mənə dua etməmə mane olurdu . Sankı boğulurdum . Ətrafıma baxdım . Artıq hər şeyi görə bilirdim . Demək getmışdı . Biraz aralıda məzarların arasında bir kişi bir məzarın otlarını təmizləyirdi. Bizim kənddən deyildi deyəsən . Bizim kənddən olsaydı tanıyardım . Atamın məzarıyla halalaşıb məzarların arasında dolaşdım . İçımı qəribə , heç vaxt hiss etmədiyim bir istək sarmışdı. Onu arzulayirdım,onu istəyirdım.
   Atamın məzarından biraz aralıda köhnə yaşı bilinməyən məzarlıq var idi . O qədər əski məzarlıq idi ki,burda sadəcə qəbirlərin baş daşlarının təpələri  torpaqdan boylanırdı . Qəbirlər itib batmışdılar. Bu mazarlıqda uçub dağılmış türbə var idi . Elə bil kimsə məni oraya dartırdı . Dönüb məzarlıqdakı o adama baxdım . Adam məzarın üstündə oturub dincəlirdi . Mənə tərəf boylanmışdı. Ayaqlarlm xarabalığa getsə də gözüm o adamda idi .Türbənin uçuqlarından içəri girdim . O burdaydı . Onu görər görməz yenə ətrafı unutdum . Bu dünya varmı yoxmu heç nə bilmirdim . O mənə yaxınlaşdıqca ilk dəfə onun üz cizgilərini gorürdüm . Eynən bir insan idi sankı . Orta yaşlı və olmaz dərəcədə yaraşıqlı, qolları dəmir kimi  güclü bir kişi idi . Saçları və üzünün tükləri də ağ duman kimi görünürdü . Əlini mənə uzatmışdı . Əlindən tutub ozümü onun sinəsinə sixınca ağappaq bir dünyaya girdim sankı. Bu dünyada ikimizdən başqa heç kim yox idi . Həyatımda ilk dəfə öpülürdüm sevilirdim, hədsiz dərəcədə həzz alirdim onunla bərabər olduğumdan, həyatımda ilk dəfəydi ki biriylə əlaqədə olurdum sanki...
   Gözümü açanda anam , qardaşlarım, qonşularımız başımın üstündəydi . Ordakı ot biçən kişi də ordaydı . Dayanmadan mənim xarabalığa getdiyimi deyirdi . 
    - Qızın dalıyca getdim , dedim uşaqdır da , qorxub eliyər . Axı onun bu xarabada nə işi var idi ki , gəldim ki , yerəyıxılıb çabalayır ... üst başın soyunub tökür. Nə qədər elədim özünə gəlmədi . Elə türbədən çıxdım ki, hay salam siz gəldiz . 
   Mən ayılanda həmin xarabalıqdaydım . Qardaşım o kişini qanlı qanlı süzürdü. Anam isə qardaşıma bu məsələni şışırtməməyi deyirdi .
  -Qardaş qızın sudurğası tutub , uşaqlıqdan sudurğalıdır . Heç uşaqlıqdan onu tək qoymuruq. Necə olubsa qaçıb gəlib atasın görməyə. Bizə də camaat xəbər verdi ki Emiş qəbirsanlığa gedir. Rəhmətliklə nəfəs alirdi qız . Atasın yaman çox  istəyirdi - deyib kişini yolladı . Anam bir tərəfdən , Heydər bir tərəfdən qoluma girib məni evə gətirdilər . Sanki ayaqlarım yerə deymirdi . Haldan düşmüşdüm ,çox yorğun idim , ruhum özümdə deyildi. Mənə nə olduğumu bilmirdim , yorğun olsam da , hələ də biraz öncə aldığlm həzzdən doymadığımı başa düşürdüm, bütün damarlarım ürək kimi çırpinirdı, yenə istəyirdim ...
    O gündən onu hər gün görürdüm. İş görəndə, arxda paltar yuyanda , inəkləri sağdığımda, toyda , hətta qonuşuya gedəndə də o mənimlə olurdu . Yatanda da onun qoynunda yatırdım. Bu da məni xoşbəxt edirdi . Daha həmişəki kimi lal dimməz deyildim , çox pozetif bir qız olmuşdum . Qonşu qızlarla xəyallarımı bölüşürdüm . Onlar da yenə həmişəki kimi mənimlə zarafatlaşıb söz alır gülüşürdülər . Xəyalı sevgilimin mənimlə münasıbətlərindən danışanda hiss edirdil ki , danışdıqlarım onlara da ləzzət edir. Amma qadınlar , yaşlı arvadlər məni başdan xarab hesab edib , qızlarından uzaqlaşdırırlar . 
   Onunla mənim münasıbətim dəyişməz olaraq qalırdı . Yenə də danışmırdı . Kim, nə olduğunu demirdi . Həmişəkindən bir fərq var idi . Həmişə o yanımda olanda gözüm ondan başqa heç kimi görmürdü. Amma o insanların içinə qarışmış, o, mənim dünyama gəlmişdi . Daha darıxmırdım . Onu məndən başqa heç kim görmürdü . Toplumda camaat onun içindən keçıb gedirdi.
    Hiss edirdim ki, o anamı sevmır . Anam olan yerdə o gözümə görünmürdü . Birdə quran oxunan evə girmirdi . Mən belə quran olan evə gedəndə mənə qəzəblənir , mənə əziyyət edirdi.Anamdan və quran kursunda öyrəndiyim ayələrdən nifrət etməyə başlamışdım . Allahın varlığına inanmırdım daha , o mənim Allahım idi . Özüm də quran səsi eşıdəndə əsəbləşırdım. Stresə girirdim . Aləmi bir birinə qatırdım . Yazıq Heydərin belə anlarda məni tutub saxlamağa gücü çatmirdi . Qonşular da qışqırtımdan zara gəlmişdilər . Elə bilirdilər ki , anamla qardaşlarımla dalaşıram . Kənddə haqqımda dedi qodu ayaq tutub yeriyirdi . 
  - Nə hayasız qızdır ee , o boyda gədənin başına sıçırayir . Nətəhər qızıbsa nə qardaş sayır, nə qonşu 
  - Bütün günü qızlarla elə şeylər danışır ki , Allaha and olsun 8 ilin arvadıyam , ərimlə o qələti eləməmişəm . 
  - Həə, uyy az , o gün eşitdim danışdıqlarını , yer ayağımın altından qaçdı . Elə bil yeddi kişiyə bir gecədə cavab verib 
  - Ay bacı , qınama ee yaşı kecib canı ər istəyir , ağzı bir şeyə çatmayınca xəyalı göylərə uçur ...
   - Bax budur deyirəm , bu gedişlə bu qız çıxmaz ...
    Anam da  məndəki dəyişikliyi hiss edirdi . 
   - Onunla olmusan Emiş ? Ona yaxınlaşmısan ?
   Utanırdım heç nə demirdim anama .
   -  Bilirəm xəbərim var türbədə olanlardan - çox böyük səhv etdin qızım, tövbə et , qızım  imana gəl ...deyə anam mənə yalvarırdı . Mən isə imandan uzaq idim .
   Məndə qəribə hisslər yaranmışdı . Bu dünyada olmayan adamları görürdüm. Onlarla gedirdim . Toylarında iştirak edirdim . Qan tərə bata bata oynayırdım . Bütün paltarım cum culuq su olurdu . Maraqlı o idi ki, bu toylar Kür kənarındakı ovalıqda ya da meşəlikdə olurdu həm də ağacların təpəsində . Ağacların başında yanan tonqalların kənarında atılıb düşür , rəqs edirdilər . Mən də onlara qoşulurdum . 
    Bir dəfə kənddə bir gəlin doğmuşdu . Mənə elə bil kimsə dedi get Kürün qırağına . O da mənimlə gəlirdi. Axşam üstü idi. Hava yenicə qaralmağa başlamışdı . Kürün kənarı qozluq idi . Böyük bir ocaq yanırdı ətrafda qara balaca boy yumuru adamlar, hündür boy ağ saçlı uzun dirnaqlı , donba gözlü qadınlar rəqs edir , yallı gedirdilər . Həmin bu gəlin də burdaydı . Ocağın yanında bir ağaca bağlanmışdı . Oynayan qadınların içərisindən bir qadın ayrılıb həmin gəlinə yaxınlaşdı , onu ağacdan açıb çayın kənarına apardı . Qadını yerə yıxaraq üstündə oturdu . Əlini ağzına salıb qadının ciyərlərin dartıb qopartdı,suya batırib yudu , yedi. Gördüyüm mənzərədən dəhşətə gəlmişdım , çığıra çığıra kəndə qaçırdım . O da mənimlə ... 
    Gözümü açanda yenə anam və  qonşular başımın üstündəydi . Hamı dağılandan sonra gördüklərimi anama danışdım, anam ;
   - Könülü hal aparıb, doğuşdan sonra... öləcək dedi ...
   Səhəri qara xəbərlə açdıq . Könül xəstəxanada qanaxmadan ölmüşdü ...
  Atrıq özüm özümdən qorxmağa başlayirdım . Nə, kimi görürdümsə o insanlar bir bir gedirdilər. Kimi görürdümsə həmin gün o adam bizə gəlirdi . Yuxumda kim olürdüsə , kənddə həmin adamın qara xəbəri yayılırdı . 
  Bir dəfə də kəndimizdə bir qıza bir ilan dadanıb deyirlər . İlan qızdan əl çəkmırdı . Qızı dişləyirdi ,amma zəhərini buraxmırdı . Bu dəfələrlə olmuşdu . Qızı o yer qalmamışdı aparmamış olalar . O dua qalmamışdı yazmamış olalar . Mollalar da deyirdi ilan qıza vurulub, ilan onu çalmır, öpür gedir. Həkimlər də başa düşmürdülər bu nə olan şeydir . İlan qızı vurur, amma zəhərin buraxmırdı . Axır bir gün o qızla görüşdüm . Xeylax söhbət etdik . Qız da etiraf edirdi ki , ilan onu sevir . Amma qız yox . Qız deyirdi ki,bəzi  gecələr ilan yatağıma girir . Mənə sarılır . Dəfələrlə atamgil ilanı üstümdən açıb yaralayıblar . Qaçıb gözdən itib , öldürə bilməyib . Amma hər yaralandığında bizimkilərdən qisas alıb . Qardaşımın qızını da o ilan çalıb öldürdü. Daha çarəm qalmayıb , başımı alıb qaçacam .
    Eyni dərddəydik . Bir fərqımız var idi . Bizim sevgimiz qarşılıqlı idi , onun yox .o qız ondan qaçıb qurtulmaq istəyirdi. Və bir gün qaçdı da . Bur neçə aydan sonra qızı Bakıdan tapdılar . Qıza ruhi xəstə adı verib dəlixanaya yatirdilar . 
   Mən o dünyanın adamıydım . Mənə də heç kəs inanmır . Mən bir varlığı sevdiyimi , məni bu dünyanın varlığı olmayan birinin sevdiyini deyirdim , mənim dəli olduğumu düşünürdülər . Pisixoloqlar bu travmaların 12 yaşımdan qaldığını deyirdi . Məni bir başa düşüb məni anlayan anam idi ...
    Anamda ekstrasens güc var idi . O ruhları görür, onlarla danışırdı . Onları istədiyi zaman çağıra bilirdi . Onlar anama gələcəkdən xəbər verirdilər . Olacaqları deyirdilər . 
   Bu aralar anam günü gündən mahalda tanınırdı . Bayaqdan yaxın kəndlər anamın yanına axışırdısa indi uzaq şəhərlərdən anamın yanına imdada gələnlər var idi . Tək imdada gələnlər yox ... hətta qapımızı pıs niyyət üçün döyənlər də var idi . Anam onları qapıdan qovurdu . 
   - Mən qara qüvvələrlə savaşıram , siz isə mənə onlarla dost olmamı istəyirsiz ?
   - Baxıcı deyilsiz ,cindar deyilsiz , əməl eləmirsiz ? - suallarina anam tək kəlməylə cavab verirdi . Mən maqiyayam, xeyir qüvvələrin əsgəriyəm, pis niyyətlə qapımı döyməyin.
  Mənim dəli olduğumu düşünənlər anama məni həkimə göstərməyi deyirdilər. Anam da onlara anlatmağa çalışırdı ki, mənim həkimlik bir işim yoxdur . Əgər qızım özü istərsə bu qüvvəni özündən uzaqlaşdırar . Demək ki qızım özü istəmir . 
   -Axı necə? Deyirsən cin girib bədəninə? 
 -məncə hə amma bu dəqiq nədir bilmirəm . 
   - Yəqin bunun bir duası zadı var da ,  bundan qurtulmağın bir yolu yoxdurmu?
  - Var . Unutmayın , heç bir qüvvə Allahdan böyük deyil . Əgər qızım istərsə , Allahı o qüvvədən böyük tutar , görürəm o özü bu gücü Allahdan üstün bilir .Elmira Allahından dönüb, Allah da onu sevmır . 
    Başıma gələn məzarlıq hadisəsindən bir neçə ay sonra Ruqiyyənin qohumları bizə xəbər göndərdi .  Məni İstəməyə gələcəkdilər. Mən bundan hədsiz narahat olmağa başladım. Anama da dedim .
    - Gəlməsinlər , istəmirəm . Mən ərə getməyəcəm . 
  O da məni incidirdi . Qarabasmalarım şiddətlənmişdi
   - Qızım erə gedib getməməyin sənin öz seçımındır . Amma özünə gəlməlisən . Sən ölü deyilsən.Bu dünyanın insanısan. Mən sənə kömək etmək istəyirəm. Yetər ki, sən bunu məndən istə. Qurtul bu bəladan.
   - Necə qurtulum ana ,mən onu sevirəm .  
 - Axı o bu dünyanın adamı deyil . Ona inan demişdim sənə , o sənin pisliyini istəməz ,o sənə hər şeydə kömək edəcək demişdim . Sənə olmazın varın sərvətin verəcək , nə diləsən olacaq, amma yaxınlıq etsən sən onun köləsi olacaqsan demişdim . İndi o sənin yox ,sən onun qulu olmusan . 
   - Nə edim ana, əlimdə deyil . 
   -İnsanın əlində olmayan şey yoxdur , gözəl qızım , yetər ki sən istə .Gələcəkdə səni böyük bəlalar gözləyir , mən sənə kömək etmək istəyirəm ,anla məni ...
   Anamın dediklərindən sonra qorxmağa başlamışdım . Onu özümdən uzaqlaşdırmağın tək yolu var idi . Çox çox Quran oxuyub Allaha sığınmaq . Oxuyurdum , di gəlki , nə çəkirdim bunu bir mən bilirdim bir də Allahım . Mənə qəzəblənir ,qabırğalarımı bir birindən ayırır , sümüklərimə iynələr batırirdi sanki . Baş ağrısından özümü öldürmək dərəcəsinə gəlmişdim . O mənimlə qalmaq istəyirdi . Məni kiminləsə paylaşmaq istəmirdi . Oxuduğum quran isə bizi bir birimizə yaxın qoymurdu . İşgəncələrdən bezmişdim . Özümü öldürüb bu həyatdan qurtarmaq istəyirdim. Çəkdiyim əziyyətdən , insanların mənə inanmamğından Allaha üsyan edirdim . 
   - Madəm, Allah görən duyandırsa bəs niyə məni qorumur . Niyə insanlara sübut etmir ki, biz bu dünyada onlarla birlikdə yaşayırıq . Onlar da bizim kimi düşünür, sevir ...

   Bacımın qohumları ailəcanlı , mehriban ailə idi . Bacımla bir ailənin gəlini olacaqdım . Bəlkə bu mənim üçün daha yaxşı idi . Çünkü bacım məni bilirdi . Qüsurlarımı məharətlə gizlədib, məni beş ailədən biri edə bilərdi. Odur ki ,razılıq verdik . Lakin bu iş atamın ilındən sonra baş tutacaqdı . O vaxta qədər , mən bütün qüvvəmlə ondan ayrılmalı idim ...

3 BÖLÜM 

      Anam ölkənin ən güclü cadügərlərini , ən güclü mollalarını səfərbər etmişdi . Özü də bütün xeyir qüvvələrini üzərimə cəmləmişdi . Onu canımdan çıxarmaq üçün bütün həmkarlarına soraq salmışdı . 
   Ondan ayrılmaq istəməsəm də, buna məcbur idim . Dərd o idi ki , mənimlə əlaqədə olandan sonra başqaları da gözümə görünürdü . Onlar qara balacaboy bir şey idi . Hətta bilmədiyim , görmədiyim heyvan cildinə də girib məni qorxuzurdular . Xəstəliyim günü gündən şiddətlənirdi . Ailəm bu vəziyyətdə də  xəstəliyimi məharətlə ətrafdan gizləməyi bacarırdılar . Mənə hər zaman kömək edən cindarın dediyinə görə gözümə görünən və məni qorxuzan digər varlıqlar onun arvadıdir . Ərini mənə qısqanırmış , mənə pislik edirmış . 
  Çox əziyyət cəkirdim . Şər qarışdımı o gəlməsəydi dəliyə dönürdüm . O gəlməyəndə o biri varlıq mənə işgəncə verirdi . Gah qarışqa olub canıma darışır, gah pişik olub cirmaqlayirdı . Təbii ki bu yaşadıqlarım zehinsel bir vəziyyət idi . Fiziki halımla isə elə özüm özümə işgəncə verirmişəm . Xəstəliyim günü gündən şiddətlənirdi. Qardaşlarım məni uşaq kimi adyala büküb əl ayağımı bağlayırdılar ki özüm özümə işgəncə verməyim. Bütün bədənimi özum cirmaq cirmaq etmişdım. Özümə gələndə and içirdim ki,bunu o qara varliq edib , heç kim mənə inanmırdı . Başıma nə müsibət gəlirsə gəlsin hələ də onu sevirdim , sevə sevə ayrılmağın nə olduunu bəlkə də sevənlər bilərdi . Amma mən ondan ayrılmağa məcburdum . Bunun üçün mübarizəyə başlamışdım . Dayanmadan bütun günü və gecə sabaha qədər Quran oxuyurdum . Tək şər qarışanda yuxu məni basırdı . Onda da nə yatmaq ? Olan elə o vaxt olurdu . Yuxu üzünə həsrət qalmışdım . Yazıq anam , o da mənimlə bərabər əziyyət çəkirdi ...
   Demək olar ki, Quran ayələrini oxumaqdan əzbərləmişdim . Amma onu deyim ki , Quran oxuyanda çox əziyyət çəkirdim. Sanki budlarıma belimin oynaqlarına iynələr batırırdılar . Bütün bədənim allışıb yanırdı . Şiddətli baş ağrısı mənə qənim kəsilirdi.
   Həmin vaxt anamgil məni bir cindarin yanına aparmışdılar. Cindar ətimə bədənimin bir neçə yerinə iynə ,sancaq batırir, kibriti yandırib bir neçə yerimə dağ basdı . Oxudu , danışdırdı . Mənim bu olanlardan xəbərim yox idi , sonradan Heydərgil cindarın mənə elədiklərini danışırdı . Nəysə... O gündən o qara məxluqlar getdi . Daha mənə əziyyət vermirdilər. Amma mənimki yenə mənimlə idi . Həmin vaxt cindar cınımı çıxardıqdan sonra elə bir yataram ki , dünyadan xəbərsiz . Mən yatmışam amma ruhum başqa dünyadaydı sanki . Gördüklərim yuxu deyildi. Tam bir gerçək yaşayırdım ...
 ...Gözümü açanda, ətraf qaranlık idi .Pencereden zəif işıq düşürdü. Qalxıb etrafıma baxdım, bomboş bir otaqdaydım. İçimden bir ses içəridə birinin olduğunu deyirdi. Yatağın yanındakı balaca kətilin üstündəkı şamı yandirdım. Cox yorgun idim, gözümü aça bilmirdim . Ətrafa baxdım. Dayan bir dəqiqə dedim, otaqda biri var! Yatağın yanındaki diger kətildə biri oturmuşdu. Az önce o kətilin boş olduğuna emin idim. 
-Mən hardayam , sən kimsən?
-Məni görə bilirsən?
-Elbette görürəm, budur kətildə oturmusan
-Çox tez başladın ,atan indi gelib sənə her şeyi deyəcək
-Menim atam yoxdur, o coxdan ölüb 
-Əlbəttə atan var, sadece onu unutmusan.Onlar səni vurduqdan sonra seni biz qurtardıq. İndi bizim dünyadaki evimizdəsən.
  O kimdən danışırdı bilmirdim . 
   - Necə yanı , məni kim vurub ? 
  Sualım cavabsız qaldı . İçərinin qeyri adılıyi diqqətimi özünə cəlb edirdi . Ayağa qalxıb ətrafa boylandım . Onu orada qoyub evin içinde gəzirdim. Çok büyük bir saraydaydım Evdə çox böyük otaqlar və dəhlizlər var idi. Saray köhnə bir saray olduğundan hər tərəfi tökülüb gedirdi.Divarlarda qanla qəribə fiqurlar çəkilmışdı. İçərisində isə başa düşmədiyim yazılar var idi. Yazıları oxumağa çalışırdım oxuya bilmirdim. Başımdan sərt ağrı qopmuş,ürəyim bulanırdı .
-Yazıları oxumaq istəyirsən?
-Yox , elə belə baxırdım 
-O yazılar inokyan dilindedir, 
 -O nə dilidir?
 - Onu başa düşməyin  üçün bizimlə qalmalıydın.
 -Hmm
 -Bax məsələn ,bu yazı "Deptius Stolka" deməkdir. Savaş cadusu. Bu evde nə qədər savaşlar oldu bilirsən ? Bu evdə nələr yaşandı ... sən də bizlərdən biri olsaydın görərdin bütün bunları . Bax mən hər şeyi görürəm ...
  Kişiyə fikir verməyib yenə də gəzirdim . Düşünürdüm ki burda maraqlı şeylər var. Mən bunlardan özumu niyə məhrum etdim ki ?
  Bunları düşünərkən arxama baxdım ve o zaman bizim evdə ilk dəfə ayna qarşısında gördüyüm həmin məxluğu gördüm.Asta addımlarla mənə tərəf gəlirdi.
-Sən kimsən, niyə məni rahat qoymursan -deyə qışqırdım.O yanıma gəldi, üzümə sərt bir şillə vurub; 
- Biraz dürğunluq içindəsən, beynindəki suallara cavab axtarırsan ,bize inanmırsan - dedi - Sənə bir şey deyəcəm ,sən insan deyilsən, başa düşürsən ?Sənin bəzi güclerin var. Cox yaxında özün hər şeyi görəcəksən. İnan mənə, bizimlə qal ! Getmə ! Onsuz da sən getsən də, dünyada insan kimi yaşaya bilməyəcəksən . Nəsə bir əskiyin olacaq . 
   -Sən nə sayiq...- layirsan deyəcəkdim ki, o məxluqat bir anda yoxa çıxdı . 
  - İnanma Elmira, inanma , yalan deyir, sən insansan ... bütün bunlar bir oyundur, bir yuxudur deyib şəhadət gətirdim . Və o anda hər şey yoxa çıxdı . Sanki saray üstümə ucdu . Nəfəs ala bilmirdim . Boğulurdum . Gözumu acanda Heydər və anam başımın üstündəydi, əlimi ayağımı tuturdular ...
   ...Anam məni Dərbənddə yaşayan həmin qohumunun evinə gətirmışdi . İlk dəfəydı anamın qohumlarından birini görürdüm . Bizi mehribanlıqla qarşıladı . Yedik içdik . Uzaq yol bizi yormuşdu . Yatıb dincəldik . Maraqlı idi , kənddən bir yerə çıxdımmı o yanımda olmurdu . Elə ki , kəndə girirdim peyda olurdu . Elə bil lənətlənmişdim . Doğub böyüdüyüm yer mənə yad olmuşdu. Məhz ondan yana kəndimizə nifrət edirdim . 
    Anam başımıza gələnləri qohumuna danışıb ondan kömək istədi . Qısa bir axtarışdan sonra ucqar kəndlərin birindən bir yəhudi magiyanın sorağını aldı . Bizi də götürüb onun yanına apardı . Maqiya mənim vəziyyətimlə maraqlanıb başını buladı . 
  - 40 günlük ritualım olacaq , burda qalmalısan. 
   Anamgil məni orda qoyub getdi . Başıma nə gəldisə o adamın evində gəldi. Üzərimdə kecirdiyi misiya böyük bir evin qaranlıq zirzəmisində baş verirdi . 
  Ev kiçık ev idi. Amma aşağı zirzəmiyə enəndə buranın böyük bir məkan olduğunu gorürdüm . Torpaq qoxuyan bu zirzəminin içi iç içə yeddi otaqdan ibarət idi . Hər otaqda müxtəlif misiyaları həyata kecirmək üçün nəzərdə tutulmuşdu . Qaranlıq zirzəminin hər tərəfi böyük və çox qədimi güzgülər idi . Hər otağın ortasında böyük dairəvi masa , üstündə müxtəlif insan fiqurları , mənşəyi bəlli olmayan qıymətli və rəngli daşlar,həmin daşlardan düzəldilmiş əcaib fiqurlar və  şamlardan ibarət idi . Bəzi otaqlarda taxta nə ayna çəlləklər var idi . Maraqli o idi . Həmin çəlləklərdəki sudan alov qalxır lakin o cəllək yanıb ,qırılmırdı . 
  Biz zirzəmiyə girəndə işıqlar yanılı olurdu . Elə ki, kişi işinə başlayirdı işıqlar öz özünə yanıb keçirdi . İçəridə uçuşan qanadlı və qara dumanlar bir birinə dəyib otağın ortasındakı alovlu hovuza və yanan çəlləklərə  tökülürdü . Alovların təsirindən istidən içəridə adamım bağrı yarılırdı . Magiya məni aynalara yaxınlaşmamı istəyirdi . Dediyim kimi o vaxtdan məndə ayna qorxusu qalmışdı . Qorxa qorxa aynaya yaxınlaşanda işıqlar sönur . Hiss edirdim ki , arxamdan kimsə əlindəki şamla mənə yaxınlaşır . Magiyanın səsi gəlir ;  
   - Gözünü yum və təsəvvür et ki sənə yaxınlaşan mənəm.
   Onun dediyi kimi edirdim.Gözümü açanda isə qara örtü altında bir cüt qıp qirmızı göz mənə baxırdı. Bu gözlər o zaman gördüyüm həmin gözlər idi. Bu gerçək idi . Bəlkə də əlimi uzatsaydim onun burda mövcud olduğuna inanacaqdım . Qorxumdan çığırırdım. Mənim çığırtımı isə magiya hansısa dildə oxuduğu dualar və lənətlər batırırdı. Dualar oxunanada sakitləşirdim . Elə ki lənəti eşidirdim həyatımda görmədiyim işgəncəni o qara geyimli adam mənə edirdi . Özüm öz səsimdən diksinirdim . Maqıyanın əlinə ayağına düşüb məni bu bəladan qurtarmağım üçün yalvarırdım . Gözümə görsənən insan böyüklüyündə hörümçəklər , əqrəblər arasında qalmışdım , məni didib tökürdülər . 40 gün onun evində qaldım . Gah alovlu çəlləklərdə yanırdım , gah da divarlardan asılmış aynalarda qəribə və qorxunc hadisələri görürdüm . Magiya güzgüdə adi insanların görə bilmədiklərini gördüyünü idia edirdi . Məni də inandırırdı ki bunları sən də görə bilərsən . Sadəcə mən o qara məxluqun dediklərini ederəmsə buna nail olacam . Onun dediyinə görə mən ağ qüvvələr ilə qara qüvvələr arasında qalmışam . Onlar məni çəkişdirir . Mən ikisindən birini seçməliymişəm . Ya sevdiyim ağ ruhu secib onun olmalıyam , çətinə düşmüş insanlara kömək etməliyəm , ya da qara qüvvərin dünyasına girib insanlar üçün əlimdən gələn hər şeytançıliğı etməliyəm . Yox əgər bunların heç birini istəmirəmsə , bütün iradəmi toplayıb bütün hər şeydən qurtarmalıyam . 
  Maqiya deyirdi ki, güzgüdəki əkslə güzgüdə əks edilən arasında sirli əlaqə var. Güzgü insanın ruhunu və həyat gücünü saxlaya bilir. Onun dediklrini boş saysam da o sübut etməyə çalışırdı ki , güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür. 
  - Sən Allah məni boş şeylərlə məşgul etməyin güzgü axı nədir ki ...
  - İnanmırsan ? Gəl , o zaman  deyib əlimdən tutdu . Məni hələ indiyəcən girmədiyim bir otağa apardı . 
   - Bu güzgünu Misirdən , bunu da Romadan gətirmişəm . 75 - 79  illərdə...
   - Axı sərhədlər bağlı olub o zamanlar -  onun sözünü kəsdim . Sanki onun dediklərinin yalan olduğunu ona sübut etməyə çalışırdım . 
   -Turist kimi getmişdim.Amma qarşıma məqsəd qoymuşdum . Mən bu səfəri öz misiyam üçün edəcəkdim . O zamanlar yeni başlayırdım bu işlərə . 
  - Yanı siz də mənim kimi ...
  - Bəli mən od ilahəsi Kaltaz xanıma vurulmuşdum - gülmək məni tutdu ;
  - Nağıllara inanmıram ...
  - Mən bu gün sənə kömək edirəmsə mənhz bu nağılların sayəsində edirəm , gəl - qolumdan tutub dartdı . Şamı aynanın birinə yaxınlaşdırdı . Başa düşmədiyim dildə nəsə dedi qışqırdı şamı aynaya  yaxınlaşdırib uzaqlaşdırdı .kiminləsə danışırmış kimi danışdı. Sonunda mənə döndü . 
    - Bax ! 
    İlahi nələr gorürəm . Ayna ekran kimi açılmışdı sanki , sevişən iki gənc, bu gəncləri güdən bir xidmətçi . Sonra bir zəngin bir adam gəlir , güzgü bir anda al qana boyanır ...
   - Əyalətin ən zəngin valisidir bu kişi . Qulluqcusu sərvəti ələ keçirmək üçün doğma  qardaşıyla valiyə plan qurur . Valinin arvadını qardaşıyla görüşdürür . Xanım bu kasıb oğlana vurulur və onunla əri evdə olmayanda gizlincə görüşürmüş . Qulluqçunun planı baş tutmuşdu . Valinin sərvəti içün iki qurban seçılmışdı. Valinin arvadı və doğma  qardaşı . Xanımının onun qardaşıyla görüşdüyünü ağasına xəbər verən qulluqçu məqsədinə çatmışdı . 
  - Burda bir oyun var ? Yoxsa aynaya ekran yerləşdirmisiz ? - yenə maqiyanın sözünü kəsdim 
  - Belə düşünürsən ? 
  - Bəli belə !
   - Unutma güzgünün yaddaşı bizim yaddaşımızdan 70 dəfə güclüdür . Güzgü qarşısında nə edilirsə aynaya həkk olur . Bunu gözlə görmək mümkün deyil
 - Əgər elədirsə biz necə görürük . 
  - Biz görmürük , bunu bizim güclərimiz bizə gördürür.
  Üzümə saxta gülüş verıb səbirsizcə başımı ovuclarımın alıb dilləndim
-Yetər mən belə nağılları çox eşitmişəm , cox oxumuşam. Məktəbin kitabxanası doludur belə nağıl kitablarıyla
   - Bura bax ! 
   O biri güzgüyə boylandım , otağın ortasında tanımadığım bir kişiylə dayanmışdım . Mənim yaşlı vaxtım idi . Beşık sallayırdım 
   - Kimdir bu ? 
   - Mənəm ? 
  - Əlbəttə sənsən.
 Mat mat baxırdım.
   -Budur  bu ayna sənin gələcəyini göstərir bu sənin gələcəyindir. Bu yoldaşındır ...
  - Bəs beşık niyə boşdur ? 
 - Boş olacaq ! Amma gec dolacaq 
  - Nə danışırsan ? Başa düşmədim . 
  - Deyirəm ki, sən onların dünyasından çıxmayana qədər ana olmayacaqsan!
   Misiyanın 28 cu günündən onu görməyə başlamışdım . İlk dəfəydi ki onu bu yad eldə , yad evdə görürdüm . Onun üçün necə darıxdığımı bir mən bilirdim bir də Allah . Onu görəndə dayana bilmədim , dəhşət dərəcədə ağlayırdım , özümü ona necə bağışladacağımı bilmirdim . Maqiya məndən onunla vidalaşmağımı istəyirdi . Buna ürək etmirdim , onu əbədi itirəcəyimdən qorxurdum . Maqiya isə məni arxayın edirdi ki o səni tərk etməyəcək , yenə sevəcək , lakin gözünə görünməyəcəkdi . Buna da razıydım , özümü o qədər aciz bilirdim ki , ona hər an, həmişə ehtiyyac duyurdum . 
    Hər gecə yarısından sabaha qədər baş tutan misiyada o yanıma gələndə onun hər dəfə bir əzasını əskik görürdüm 
  Hər əskildiyində də dillə deyə biləcəyim bir işgəncə vererdi mənə , elə bir işgəncələr ki,az qala qorxudan ciyərlərim dağılırdı . Nəhayyət o tamamılə əriyib getdi ... Həyatımdan çıxdı . Təmizlənmışdım . Həmin  gündən nə az nə çox düz on səkkiz gün gecə gündüz yatmışam . Bu on səkkiz gündə bütün gələcəyimi , mənim və ailəmin başına gələcəkləri , hətta ölümümü belə yuxumda gördüm ...
  Maqiyanın dediyinə görə o məni hələ də tərk etməyib . O mənim gözümə görünməyəcək , lakin məni bütün ömür boyu izləyəcəkdi . Mən onu özümdən uzaqlaşdırdığım üçün mənə qəzəblənib , bütün ömür boyu başımdan bəlalar əskik olmayacaqmış , mən buna hazır olmağım lazımdır.  
   - Bəs mən ondan neçə qurtulacam . Axı mən xoşbəxt olamaq istəyirəm . Belə yaşayış olmaz. Mən onunla xoşbəxt idim . Onu kimsə qəbul etmirdi . Amma mən istəyirdim onu . Amma belə də olmaz , Mən bu kabusla yaşaya bilmərəm . 
   - Bunun üçün sən dünyaya yenidən gəlməlisən . 
  - Neçə ? 
   - Ölüb dirilməlisən ! 
   - Dəli olmusan ? Ölən dirilər heç ? 
  - Bu da bir misiyadır . Ona oyun oynayacaqsan . Onun dünyasına gedib , ona öldüyünü , və daimi onun olduğunu sübut edəcəksən . 
   - Heç nə başa düşmürəm . Mən onun dünyasına necə gedə bilərəm . Bəyəm mən bu zamana qədər onun dünyasında deyiıdim ki ? İndi deyirsən mən təkrar onunla görüşməliyəm , yenə bu zülümü yaşamalıyam ? 
  - Yox . Sən bu zamana qədər onu sənin dünyana gətirmişdin . İndi sən gedəcəksən . 
   -Heç nə başa düşmürəm vallah . 
   -O necə gəldi sənin dünyana , sən də elə . Diri diri dəfn olacaqsan , yatacaqsan məzarda . Sonra Allah izin verərsə , ordakı məşəqqətə dözə  biləcəksənsə qalxıb gələcəksən ...

    Ruhum da özüm də dəyişilmişdim, mən artıq öz dünyama qayıtmışdım . Daha mən,əvvəlki mən deyildim . Kəndimiz gözəlləşmişdi sanki . Həmişə onu gördüyüm yerlərdə daha o yox idi . Kənddə həyat davam edirdi . Amma çox qorxum var idi . Əvvəl heç nədən qorxmurdum . İndi isə qorxudan tək tuvaletə belə gedə bilmirdim . Yatanda da anamla yatırdım . 
   ... Atamın ili çıxandan ay yarım sonra toyum oldu .  Zatən mən gələcəyimi 18 gün yatdığım zaman  görmüşdüm . Başıma gələcəklər bilirdim . Mənim qısmətim başqa adam idi . Niyə özüm özümü bədbəxt edim ki ? Anama yalvarırdım məni ona verməsin . 
  - Niyə qızım , axı sən razı idin ? 
  - Ana o mənim qismətim deyil , mən bunu bilirəm , mən gələcəyimi görmüşəm . 
  - Hmm ... indi neyləyək deyirsən ?  Neçə aydir camaatı gözlədirik , ayıb oldu. Həm də bacının qohumudur . Sözü geri qaytarsaq bacının yeri soyuq düşəcək.
   Anam haqlıydı , mən nişanı geri qaytarsaydım Ruqiyənin yeri soyuq düşəcəkdi . Baçımın bədbəxt olmasına razı oa bilməzdim . Razılıq verdim . Pis insan deyildilər , eslındə nəyisə bəhanə edib onlarla pozuluşmağa səbəbimiz də yox idi . Evlənib Rusete gedəcəkdik . Bacım da orda olurdu . İki bacı baş başa verib dolanacaqdıq . Əyənimiz yox kəsənimiz yox . Nə narazılığımız var idi ki , hamı belə bir ailəyə qız vermək üçün can atırdı . Onlar bizə gələndə də necə hörmət izzətlə gəlirdilər , bayramlıqlar , nişanqabağı , mövsüm bayramı , 8 mart, novruzumuzu belə qaçırmamışdılar . İndi nə deyib nişanı qaytaracaqdıq ki . Hər şey yaxşı idi , bir nişanlım qısqanc idi . Onu əlimdə bəhanə edib tutmuşdum . Bu da anamı qane etmirdi . 
   - Ay qızım , qısqanmayan kişi var ? İndi desən ki nişanlım qısqanır nişanı qaytarıram , vallah bizə gülərlər ...

     ... Çox gözəl toy gedirdi . Toyxanadan başqa iki mağar yanyana qurulmuşdu . Yemək - icmək , gətir götür ...
   Bəy tərifindən sonra otağımın qapısı açıldı . Heç həyəcanım , hec bir hissim yox idi . Elə bil nişanlım adı bir adam girirdi içəri . Sanki adi bir gün yaşayırdım .
   Pencəyini soyunub stulun başına kecirtdi . Qalustukun açmaq istədi . Lakin boşalda bilmədi . Mənə baxıb gülümsədi . 
  - Aça bilmədim,gör aça bilirsən?-dedi.
  Yerimdən tərpənmədim . Yanıma gəldi . 
  - Çox sıxır , qalustuk , boğuluram ... kömək elə ...
  Başımı qaldırdım ,nişanlıma baxdım . Hiss edirdim ki , nişanlımı boğan odur , Dağıstandan gələndən görmürdüm . Magiya mənə demişdi ki , gözünə görsənməsə də o səni tərk etməyib ,həmişə səninlə hər yerdə  olacaq . İndi onun varlığını burda hiss edirdim . 
  İçımə bir üşütmə gəldi , qorxurdum . Bilirdim ki o məni qısqanır , məni heç kimə vermək istəmir , o vaxt mən fikirimi yayındıranda o atama pislik etdi onu bogdu, öldürdü. İndi də Həbib boğulduğunu deyirdi.
  - Bismillah , Allahım , sən özün kömək ol! - deyə pıçıldadım .
  - Andıra qalsın bunu , bu niyə sıxır belə , niyə açılmır ? 
   Üç dəfə bismilah dedim . Havaya üfürdüm . Qulhüvallahü oxudum . Həbib sanki nəfəs almağa başladı, rəngi üstünə gəldi . Tez hərəkətə keçdim . Qalustuğu aça aça oxudum ;
   - Bismillahir rahmânir rahîm.
   Kul e'ûzü birabbin nâs Melikinnâs İlâhinnâs Min şerrilvesvâsilhannâs Ellezî yüvesvisü fî sudûrinnâsi Minelcinneti vennâs -süre ağzımdan çıxmışdı ki ,sanki kimsə üzümə sərt bir şillə vurdu , diksindim .
  - Bismillah , Noldu Emiş, yaxşısan ? 
  - Hə şükür ... sən yaxşısan ? Açıldı qalustuq . 
  - Sağol - deyib məni qucaqladı . Gözümün qarşısında hər şey uçuşurdu . Sərt və dəli bir külək otağı alt üst edirdi . Bütün bu olanları bir mən görürdüm . Həbib heç nə nə görmürdü nə hiss etmirdi . O öz aləmində idi .
   Mən hələ də nişanlımın qollarında idim . Məni özündən araladı , təkrar qucaqlayıb dodaqlarımdan öpə öpə gəlinliyimin iplərini açırdı . Gözümü yumub heç nəyi görməməyə çalışsam da saçlarım küləyin təsirindən havada uçuşur , üzümə çırpılırdı sanki , mənim yaşadıqlarımdan nişanlımın xəbəri yox idi . İçımı bir qorxu sarmışdı . Mənim qısqanc xəyalət sevgilim nişanlıma zərər verəcəyindən qorxurdun . Onun cavanlığına yazığım gəlirdi . Daha fikirləşmirdim ki, bu dəfəki pislik elə mənim özümə vurulacaqdı ...
   Adi bir gün yaşayırdım , elə bil 10 ilin arvadıydım , on ilin arvadı kimi ərimin qoynuna girirdim , hissiyatsız , həyəcansız , duyğusuz , adi...
   ... Nişanlım yatağın kənarında oturub başını əllərinin arasına almışdı .
  - Niyə demədin Emiş ? Mənim niyə sənfən xəbərim yoxdur 
   - ...
   - Niyə dillənmirsən ? Kimlə yatmısan ?
  -...
  - Niyə dillənmirsən Emiş? Cavab ver dəə... Qohumluğumuz o yana, bəs bacını niyə fikurləşmədin ? Belə şeyin var idi niyə bu işə əl qoyurdun ? Heç olmaya özümə deyərdin , mən begeyrət deyiləm , bu pisliyi sənə edənin qarnına soxardım , gedib kişi kimi yatıb çıxardım , kişi kimi də səni alardım , indi bu kişilikdir ? 
- Hebib...
 - Çor Həbib ... mən indi camaat içinə necə çıxım . Yaxşı bundan sonra mən sənə necə güvənim ?
  - Bağışla məni , sənə deyə bilmədim . Amma anama demişdim ki, bakirəliyimi itirmişəm , o mənə inanmadı. Mən neyniyim indi ? 
  - Nəə ??? Demək anan bilirmiş ? Demək əməlləriylə dilimizi , ağzımızı bağlayıb cındırını bizə sırıyıb ? 
  - Təhqirə keçmə xahiş edirəm , istəmirsən qaytar ...
   - Bax hələ ... nə sakit sakit deyir ee qaytar . Necə minnətdən çıxardır ee , elə bil bu p..xu mən yemişəm . Günah səndə deyil sənin anandadır . 
   -  Onun günahı yoxdur , Həbib allaha and olsun ...
  - Harda olmusan ? Kimlə olmusan ? 
  - ...
  - Cavab ver !!!- deyə qışqıranda qorxudan ödüm ağzıma gəldi . 
   - Dillən dəə- deyib  qəfildən boğazımdan yapışdı , məni boğmağa başladı - Harda olmusan , kimin evində ? Kiminlə yatmısan ? Cavab ver dəə ...
  Boğulurdum gözlərim bərəlmişdi . Nəfəs ala bilmirdim . HƏbibə baxıb xırıldaya xırıldaya dilləndim ; 
  - Bizim evdə ... 
  - Nəə? Kimdir o oğraş ? 
  - Bilmirəm , 
  - Başın xarab olub?Necə yəni bilmirəm ? Danış !!!
  - Papamın goru haqqı , papamı öldürəndən sonra məndən əl çəkdi getdi , sonra gəldi . 
  - Nə danışırsan , papan bacının toyunda ölməmişdi ? 
 - Hə o öldüdu . Mən görmüşdüm öldürəndə .
  - Sən dəlisən vallah , nə sayıqlayirsan ? 
  - Sən də mənə inanmırsan ! heç kim inanmır , lənət olsun ... Ona hirslənmişdim , görmək istəmirdim onu . Elə bil ağlımı başından aldı , məni apardı qəbirsanlığa , sonra  getdik türbəyə ... birinci dəfə türbədə ...
   - Öldürəcəm ...- deyə daha da bərkdən sıxaraq , qışqırdı . 
  - Kim idi o ?
  -  Bilmirəm - xırıldadım
 - Az dəli olmusan ? Kimnən getdin qəbirsanlığa ? Kim vardı yanında ? 
  - O,
  - Kım idi O ? 
  - Bilmirəm , mən cin bilrdim onu , amma cin deyilmış dedilər ruhdur .
  Elektrik çarpan adamlar kimi Həbib geri atıldı , təkrar qartal kimi üstümə şığıyıb məni döyməyə başladı ; 
   - Məni dolamısan ? Az, mən cinə şeytana inanan adamam? Rusetdən belə şeytana papucu mən hörürəm, sən kimə kələk gəlirsən ? 
  - Vallah düz deyirəm Həbib,  inan mənə , düz deyirəm !
  - Siz qəbirsanlığa gedəndə kim görmüşdü sizi . Dillən dəə !!! Dillən !
  Ağzıma dəyən yumuruqdan qışqırdım ; 
  - Vurma , qadan alım vurma ...
   Qapını çöldəkilər az qalırdı sındıra 
   - Biz qəbirsanlığa gedəndə camaat mənə baxırdı . Hə bir də qəbirsanlıqda bir kişi görmüşdüm . Deyəsən qonşu kənddən idi, ot çalırdı orda  . Elə anamgilə də deyədən o xəbər vermişdi . Yoxsa kəndin camaatı bilmirəm. Ayy vurma qadan alım ...
  - Sora da görüşmüsüz ? Harda görüşmüsüz ? 
  - Hec yaxamı buraxmırdı ki , bütün günü bir yerdə olurduq , toya gedirdik , gəzirdik , mənnən yatırdı 
  - Ay amann !!! Hamı bilirmiş bir mən yox ? 
   - Bir anam bilirdi 
  - deyirsən toya getmisən onnan . Bu camaat bilməsi demək deyil ?  Biabır oldum ay allah . Nə qədər axmaq olmuşam . Mən camaat içinə nrcə çıxacam ? Bəs Heydərgil ? Onların xəbəri var idi q...liyindən?
   - Heydər gil də bilir , amma belə olduğumu bilmir 
   - Ay sizin qardaş geyrətinizə ...- söyə söyə əynini tələm tələsik geyinib qapiya yönələndə altımdakı çarşafı dartıb üstümə bürüdüm ...
   ... Aləm bir birinə  qarışmışdı . Anam mənim vəziyyətimi nə qədər başa salsa da heç kim buna inanmırdı . 
  -Əşi deyək , bunu cin eləyib , hal aparıb , bəs hanı bakirəliyi ? Qız çıxmayıb ee bu ...
   - Mənim qızım qız uşağıdır , mən buna başımla cavabdehəm - deyə əlimdən tutub Ruqiyənin qaynanasını və kəndin ağbirçəyi olan bir arvadı da götürüb məni rayon mərkəzində bir ginikologun yanına gətirdi . Biz həkimdə olarkən , Qardaşlarım və Həbib möhkəm dalaşıb . Məsələdən halı olan qardaşlarım  həmin gün qəbirsanlıqda olan kişini tapıb Həbiblə bərabər onu şil küt edirlər . Adam 4 uşağın atası , ailəli uşaqlı adam idi . Kənddə yalan iftiradan biabir olan kişi əzilmiş halıyla milis idarəsinə gəlib qardaşlarımı və nişanlımı  şikayyət edir . Kənddə aləm bir birinə dəymişdi . Anam məni müdafiə edir , məni təkrar onlara vermək istəməsə də sübut etmək istəyirdi ki , mən həqiqətən də bakirə olmuşam . 
   Bir tərəfdən də Heydərgili xuliqanlıq məcəlləsiylə həbs etmişdilər . anam və xətirimizi istəyən kənd ağsaqqalları qonşu kəndə minnətə gedirdilərsə də adam şikayyət ərizəsini geri çəkmək istəmirdi . 
   Və nəhayyət ekspert rəyi məhkəməyə göndərildi . Hakim uzun uzun həkimin yazdığı dildə məruzə etdikdən sonra belə başa düşüldi ki ,mənim bakirəliyim toy günü pozulubmuş , sadecə qorxu və həyəcandan qızlıq pərdəsi qan ifrazı deformasıya olub . 
   Anamın çıçəyi çıtlamışdısa da yenə o biri gözü ağlayırdı . Ailəmiz pərişan vəziyyətdə idi qardaşlarım içəridə , Ruqiyəni də geri qaytarmışdılar , mən Həbibdən şıkayyətçı olmadım , qardaşlarımın və onun azadlığı  üçün özüm anamla qonşu kəndə gedib adamdan şikayyət erizəsini geri çəkmək üçün yalvardıq ...
    Taleyimizin qara oyunlarına boyun əyməyə hazırlaşırdıq ki , bir axşam süfrə başında Ruqiyənin halı çöndü ...

                                       4  BÖLÜM 

   Ruqiyə hamıləymiş . Anam ər evinə xəbər yollasa da onlardan bir ətər cıxmadı . Axır anam Heydəri də götürüb onlara getdı . Kaş ke getməsəydi . Anama və Heydərə olmazın sözünü deyıb geri qaytardılar . Anam olmasaydı onların bizə atdıqları iftiralara görə Heydər əlini qana bulayacaqdı . İnsanın iç üzü belə gündə bilinirmiş . Həmişə yaxşı və qohumcanlı ailə kimi bildiyimiz insanlar əslində zibil quyusu imişlər . Orda burda Ruqiyənin adına olmazın sözlərini danışırdılar.Guya ki , Ruqiyə Rusiyada olanda ərinə xəyanət edirmış . Bunları keçdık . Başa düşürdük ki ,Ruqiyənin uşağını qəbul etmək istəmirdılər, bilirdilər ki, bu uşaq onun əriylə barışmasına səbəb olacaqdı . Adamı yandıran bilirsiz nə idi ? Atamın qohumlarının , başda anamı və bizi əvvəl gündən sevməyən babamın onları tırkalamakları idi . 
   Kənddə adım dəliyə çıxmışdı . Hamı deyirdi Elmira havalanıb , bəziləri də deyirdi ; 
   - Əşi o qız elə uşaqlıqdan anormal idi də . Öz özünə danışırdı , bilmirsən daha nələr . Anormal hərəkətlər edirdi .
   Eşitdiklərim məni əsəbdən çıxarsa da anamın təkidi ilə sakitləşməyə çalışırdım . Əliyar yox , amma Heydər partlama dərəcəsinə gəlmişdi . Kəndə uşaqlıqdan xətir hörmət qazanan Heydərin gündə bir dava xəbərini eşıdirdik . Kəndin cavanları , hətta arvad ağız kişiləri Heydəri görəndə atmacalar atır , ona iki başlı sözlər soxurdular . Bu da ona pis təsir edirdi . Nə qədər özünü ələ alsa da bacarmırdı , dalaşırdı .
   Ruqiyənin söz söhbəti ayaq tutub yeriyirdi . Kəndin cavan gəlinləri ərlərini güdmıyə başlamışdı , birdən biz iki bacı kəndin cavan kişilərini yoldan çıxardarıq deyə ... yazıq Ruqiyə özünü evə qapatmışdı . Nə xeyrimiz var idi, nə şərimiz . Cəmiyyətdən kənar qalmışdıq. Anam da hörmətdən düşmüşdü , qardaşlarım da . Balaca qardaşım Əliyar məktəbdən yayınmışdı . Heydər ev ustası idi . Söz söhbətin ucbatından kənddə iş də götürmürdü . İş götürəndə də sifarişi ya rayon mərkəzindən ya da ətraf kəndlərdən alırdı . Kənd camaatının əlində əlac olsaydı bizi kənddən sürgün edərdilər . 
  Qaraçuxamız bizdən üz döndərmışdı . Heç bir işimiz düz gətirmirdi . Anam bütün bu yaşadıqlarımızın onun üzündən olduğunu deyirdi . 
  - Hamısı mənim əməllərim üzündən oldu . Mən gərək əvvəldən qəbul etməyəydim . İradəm çatmadı , gücüm olmadı dözüm , onların mənə verdiyi işgəncəyə . Nə də yiyəm sahibim inanmadılar mənə o vaxt . 
   - Axı sənin nə günahın var ki ana ?  Bütün bu olanlar bizim taleyimizdir ,alın yazımızdır . 
  - Yox ay bala , Allahın bunlardan xəbəri yoxdur , bunlar şeytan əməlləridir. Bilirdim bütün bu olanları . Mənə demişdilər . İki yolun var , ya şöhrət ya sürünmək . Şöhrəti seçdim , dərdım başqa yerə çıxıb getmək idi . Gəldim bura atanla . Öz vətənimdən ayrıldım . Hər kəs məni tanısın istəyirdim öyünüm , lovğalanım . Di gəl ki , məni istəyən mələklərim məni nəfisimdən uzaq tuturdu . Mənim aləmimdə iki qüvvə arasında qalmışdım . Mələklə şeytan məni çəkişdirir , tövbə edib Allaha dönürəm , həqiqətən də onun böyüklüyündən heç bir qüvvəni böyük saymıram , di gəl ki , bir çətin günümdə onlar qolumdan tutub qaldıranda mən məhv oluram . Toya gedəndə üstüm başım qızılla dolu olur . Hardan idi bu qızıllar ?  Bir çətinə düşəndə məndə yox yerdən pul çıxır . Hamıdan gözəl mən geyinirəm ...
  - Doğurdan ee ana, gündə bir qızıl taxırsan toylara , hanı o qızıllar sat , ev eşıyi,heyvanı ,qızılı köçək gedək buralardan - deyə Əliyar dilləndi . 
  - Ehhh ... nəyzir a bala , onlar mənim deyil . Onlar mənə əmanət idi .  
  - Kimin əmanətidir ...
  - Cinlərin . Onlar birindən oğurlayıb mənə gətirir , istədiyi adamı sınağa çəkir istədiklərini həmin adama elətdirir . Bir neçə vaxtan sonra o adamı ələ keçirtdikdən sonra onların malını özlərinə verir . 
   - Oyy ay ana , yorulduq sənin bu nağıllarından. O qədər ağlına gələn xəyallarla yaşamısan ki , irsi olaraq qızına da keçıb bu xəyalların - Heç vaxt cinə şeytana inanmayan Əliyar bu dəfə də anamın dediklərini nağıl adlandıraraq çayından bir qurtum aldı .
  - Nağıl deyil a bala , inan mənə . Yadındadır Hədiyyəgilin qoyunu itəndə? Mənə inanmırdı heç kim . Bir anda mənə dedilər Hədiyəgilin qoyununu  Əlişin tövləsinə aparacağıq . Aparıb qatdılar Əlişin heyvanlarının içınə . 
  Əliyar əlin yelləyib güldü
   - Əşi qoyundur da , sürüyə qarışıb gedib , nə var burda şişirtməli ?
  Əliyar inanmadıqca anam Əliyara sübut etməyə çalışırdı . 
   - Deyy, Səbirənin qızı Rusiyadan hər gələndən anasına onluq , beşlık göndərirdi , deyir burda yad eldəyəm , mafiyası, reketi var , olan olmazımızı soyub aparırlar . Anasına deyib ki nə qədər burdayıq mən göndərim yığ . Biz də gələndə bir iş görərik . Yazıq nə bilsin ki başına oyun gələcək ? 
   - Hıı... nə oyunu , noldu ki ? 
  - Nolacaq yazıx gəlin əlinə keçəni qızıla verib göndərir bura. Arvad da neçə illərdir , qızılı yığıb şüşə balona , evin zirzəmisini qazıb basdırıb yerə . Heç kimin də bundan xəbəri yox . Bir balon qızıl nə deməkdir , təsəvvür edin dəə ?! Nəysə Tofiqin toyundan sonra yığıb yığışdırıb padvalı da kilidləyib gedıb qızıyla rusetə . Heç kim bilmir evdə o qədər qızılın olduğunu . Aradan bir neçə ay keçdı Rusetdən qayıtdı , nə qədər axtardı qızılları tapmadı . Nə qızıl vardı , nə də balon . Arvadın ağlı başından çıxdı . Yazıq təzə gəlindən şübhələndi . Başı yaloylu gəldi üstümə . Dedi başıma belə iş gəlib , gəlindən şübhələnirəm . Evdə ondan başqa heç kim olmur . Nə qədər dedim gəlin yazığın günahı yoxdur. Qızıllar itməyib , elə öz yerindədir . Amma heç kim onu görmür .
 - Bəs niyə görünmür ki,başa düşmədim?
  - Cinlər üstünə yatıb . Üstünə gözətçı qoyub . Mən də kömək edə bilmədim . Mənə əmr vermışdı . Qızılın üstünü aça bılməzdim . Sadecə qızılın itmədiyini dedim , heç harda axtarmasınlar , kimsəni günahkar tutmsınlar . Amma evdə həmin zirzəmidə Səbrənin qaynanasının zamanından iki cadu vardı , onları çıxartdım . Gözləri bərələ qalmışdı ...
    - Əşii sən də qeribə adamsan ee ,  burda sürünürük , de yerini,gedək qaynar su tökək yandıraq o gözətci cini , çıxardaq qızılı - deyə Əliyar zarafata salaraq qəh qəhə çəkib güldü ;
   -Çıxaq gedək özümüzə gün ağlayaq da . 
   - Nə danışırsan ay bala ... Cınlərin onlara acığı tutub bu onların çəzasıdır , cəzaları bitmədən o qızılı ortaya çıxarmazlar ...
   Nə bilirdik  zarafatla dediyi sözü Əliyar gerçəkdən planlayırmış . 
  Günlərin bir günü kəndə hay düşdü . Əliyar dostlarıyla Səbrənin evin yarıb ...
   7 ildir , tapılmayan bir balon qızılı Əliyar tapıb ortaya çıxartmışdı . Bu hadısədən sonra anamın çəkdiyi işgəncəni bir mən görürdüm bir Allah . O düşən anamın gücləri canından düşdü . Arvad diriykən canlı ruh idi . 
   Bu arada Ruqiyyənin uşağına görə qərarsız qalmışdıq . Nə edəcəyimizi bilmirdik . Qarnı günü gündən böyüyür, bəlkə atası uşağa sahib çıxar deyə uşağı aldıra bilmirdik . Əri bu əhvalatdan sonra Rusetə getməmişdi . Anasıgil dirəşmişdi ki , Ruqiyəni boşasın . Lakin Mehman  Ruqiyəni boşamaq istəmirdi . Ruqiyəyə ümüd verdiyindən yazıq qlz nə edəcəyini də bilmirdi . Uşaq hələ də dururdu . 
   Anam haldan düşmüşdü , canlı ölü idi . Dərdinə çarə tapılmırdı . Həkimlər yoxlayırdı. Anamın xəstəliyinə heç bir diaqnoz qoya bimirdilər. Dili batmış , gözləri çuxura düşmüşdü . Gecə sabaha qədər it zingildəyər kimi zingildəyirdi . Səsindən yata bilmirdik. Gündüz bütün günü yatır ,  bütün pəncərələrə qalın adyallar tutdurmuşdu . Qapının açar yerindən gələn işığa da pambıq tıxatdirmışdı , özünü qaranlığa məhkum etmışdı . 
    Anamın halını başa düşürdüm . Bilirdim ki, anam onların sirrini açdığı, onların qanununa  xəyanət etdiyi üçün onu qaranlıq otağa məhkum ediblər , axşam oldumu ona işgəncə verirlər. Evdə hər namazdan sonra Quran oxuyurdum . O zaman anamın düşdüyü halları özünüz gözünüzlə görməyiniz lazım idi . Ruqiyyə anamdan qorxurdu . Onun otağına da keçmirdi . Anamın bütün qulluğunu mən edirdim . Altını mən dəyişirdim . 
   Evimizin bərəkəti getmişdi , səfalət, açlıq höküm sürürdü . Nə qədər kasıb olsaq da heç zaman yeməkdən korluğumuz olmazdı . Bolluğa öyrəşən gözümüz indi ac qalmışdı . Evin dolanışığı Heydərin üstündəydi.
    Əliyarın məhkəməsi hələ davam edirdi . İki bacı bizim başımıza gələnlərdən sonra, bir də Əliyarın oğurluğu kəndi demək olar ki, üstümüzə qaldırmışdı . 
   Nəhayyət qərara gəldik olan olmazımızı satıb buralardan köçək . Axı hara gedəcəyik ki , haranı tanıyırıq , kimimiz vardı ki . Qiymətli şeylərimizi  satıb , lazım olan əşyalarımızı toplamışdıq . Heydər qonşu kənddə bir UAZ markalı maşınla da danışmışdı . Sabah gecə Bakiya yola düşəcəkdik . Səngəçalda kirayye ev tutmuşduq . 
    Anamın yeməyini hazırlayıb yedirtdim . Qapını çəkib RUqiyəylə süfrəyə oturmuşduq ki , Heydər əlində qanlı bıçaqla içəri girdı . 
   Ailəmizin haqqında pis  fikirlər yayan bir oğlanı bıçaqlamışdı . Əsil qara günlərimiz indi başlayirdı. Əliyar oğurluqdan , Heydər qəsdən adam öldürməyə cəhd məcəlləsi ilə tutulmuşdu . Xəstə yatalaq anam , hamılə, ərsiz bacımla mən qalmışdım həyatın burulğanında . Satdığımız şeylərin pulları da məhkəmələrdə və  yollarda getmişdi . 
   Başımız məhkəmələrdə qaynayırdı . Qardaşlarımın ikisinə də cinayyət işi açılmışdı . Anamın vəziyyəti günü gündən pisləşirdi . Əlimizdə pulumuz paramız yox idi . Çox çətin günlər yaşayırdıq . Heydərin tutduğu ev də əlimizdən çıxmışdı . Kənddə qalmağımız daha mümkün deyildi . Kəndin arvadıarı , Heydərin bıçaqladığı oğlanın qohumları balaca uşaqları öyrədib evimizi daş qalaq edirdilər . Hətta yaralanan oğlanın dostları və qardaşı mənə və bacıma sataşır evimizə qədər soxulurdular . Geçə gündüz özumüzü evimizə qapatmışdıq . Qapımızı kilidləyirdik . Bir tərəfdən də atamın qohumlarının tənəsi və dansağı bizi bezdirirdi . 
    Bu zamana qədər atamızın şanıyla , qardaşlarımızın adıyla yaşamışdıq , anamızın diri başlığıyla ayaq üstə durmuşduq . İndi çarxımız geri fırlanırdı . Basaratımız elə bağlanmışdı ki ... atam getdi , qardaşlarım şeytana uydular , anam xəstə düşdü ... bacımla meydanda tək qalmışdıq . 
    Ruqiyə hamıləliyini çox pis keçirdirdi . Nə edəcəyimizi bilmirdik . Hər gün nənəm bizə gəlirdı . Rüqiyənin üstün kəstirmişdiki uşağı saldırsın . Amma nəylə? Pulumuz paramız yox idi . Nənəm bunun da çarəsini tapmışdı . Hardansa bir ara arvadı tapmışdı . Deyirdi vaxt itirmədən Ruqiyəni onun yanına aparsın . Rüqiyyə çarəsizcə razılaşdı . Sabah gedəcəkdi ki , bir gecə qapımız döyüldü . Qorxa qorxa qapıya yaxınlaşdıq . 
   Gələnlər Ruqiyənin əri və qonşu kənddə yaşayan bibisi idi . 
   Ruqiyənin çıçəyi çıtlamışdı .Biz anamın yanında oturub ordan burdan danışarkən Ruqiyə əriylə mətbəxdə qol boyun olmuşdular ...
   Ruqiyənin arxasıyca gəlmişdilər . Mehmanın ailəsi Ruqiyəni qəbul etməsə də Mehman Ruqiyəni çox sevirdı . Ailəsi bu evliliyə son verməsini istəsə də Mehman belə şey olacağını  düşünmürdü də . Elə bu məqsədlə də bibisinin yanına gəlib , dərdini deyib . Bibisi ailəni bir yerə toplayıb , cavanları barışdırmağı məsləhət görüb . Mehmanın anası daş atıb başını tutub .
   -Heç vaxt mən kənddə adı çıxmış bir ailənin qızını oğluma və ailəmə rəva görmərəm . 
    İş bu yerə qalınca Mehman özü hərəkətə keçıb , bibisini də götürüb , Ruqiyənin dalıyca gəlib.
   Çox çətin vəziyyətdəydik . Özümüz öz qərarımızı verəcək yaşda deyildik , həyat təcrübəmiz yox  , Mehmana nə qədər güvənə bilərdik . Birdən Ruqiyyə getdi , Mehmanın ailəsi onu qəbul etmədi , onda nolacaq ? Məsləhətləşməyə , ağıl almağa böyüyümüz yox idi . Heydər bu yerdə bizə lazım idi . Bir başımızda kişi lazım idi ki, bacısını özü öz əliylə kişi kimi kişi əlinə əmanət edə . 
   Səhəri qalxıb Heydəri görməyə getdik . Məhkəmə qərar vermişdi . İş kəsilmədən görüşmək olmazdı. Suyu süzülə süzülə geri kəndə döndük . Heydərdən  Ruqiyənin Mehmanla barışıb barışmayacağına dair bir məsləhət ala bılmədik . 
   Biraz keçmişdi ki, əmim qızı gəldi . 
   Nənəm göndərmişdi . Nə edəcəkdik . Nənəm Ruqiyənin uşağını saldırmaq istəyirdı . Bilirdik ki , nənəmin əlindən qurtuluş yoxdur . Dünən bətnindəki canlının məhvinə razı olan Ruqiyyə indi qərarsız qalmışdı .
   Əmim qızıni yola salıb Ruqiyəni qarşıma qoydum . 
   - Nə düşünürsən ? 
   - Bilmirəm bacı 
  - Bilmirəmlə olmur ee, bir qərar ver . 
  - Bacı, bu bir dəqiqəlik zamanla veriləcək qərar deyil . 
  - Amma , zamanımız yoxdur , nənəm gözləyir . 
   - Elmira , Mehman məni sevir , elə mən də Mehmanı , biz ayrılmaq istəmirik . 
  - Amma ailəsi də bizi istəmir . 
  - Mehman deyir biz bir birimizi sevdikdən sonra , onlar heç nə edə bilməz . 
 - ...
 - Qorxuram 
 - Nədən ? 
  - Qorxuram ki , birdən uşağı  saldiraram , Mehman məndən üz döndərər . İnanıram ki uşaq bizim aramızda körpü olacaq . 
  - Hə mən də elə fikirləşirəm . Amma ömür boyu onun ailəsi üzünü danlayacaq . Hər şey mənim üzümdən oldu . Həyatını qaraltdım . Nə gözəl xoşbəxt idin Rüquş .  Kaş ki,  anam məni eşitsəydi . Kaş kə biz bu işə əl qoymasaydıq . 
   - Öldürmə özünü Emiş . Neyliyək , qismətimizdə nə varsa yaşayacağıq . Demək belə lazım imiş , belə olacaqmış . Bəlkə də bu bir imtahandır . Onların gerçək üzünü ortaya çıxarmaq lazımmış  tanıdım onları bacı . Yıxılana balta çalanlardanmışlar ...
  - Eeh ay bacı . Balta çalmayan varmı ? 
  - Nə edək , ömrümə də balta çalsalar mən sizdən dönən deyiləm . Sən mənim bacımsan !
  - Bu imtahan mənimdirsə sən bunu vermək məcburiyyətində deyilsən, Ruqiyə  . Mən buna razı ola bilmərəm . İstəmərəm ki mənim üzümdən yuvan dağılsın .  Vicdanım da məni rahat buraxmaz . 
   - Nə danışırsan ay dəli . Biz nələr yaşadıq nələr keçdik . Biz bacıyıq ee, bacı. Bir ananın qarnından çıxmışıq , bir atanın belindən gəlmişik . Açlığımızı , bolluğumuzu bir bölüşmüşük ee...  çörəyimiz , suyumuz bir olub . Bu günkü çətin günümdə ərim mənim yanımda olmasa, sabah mən ona heç lazım olmayacam . Bu gün mən sizin yanınızda olmasam , sabah da siz mənim yanımda olmayasız .
   - Neyləmək istəyirsən ? 
   - Barışmayacam ! 
   -  Nəə ? Dəlisən ? Mən heç vaxt bunu özümə bağışlaya bilmərəm . 
   - Məni və ailəmi olduğu kimi qəbul etməyən yoldaşımı mən neçə bağışlayım Elmira? Mən onların gözlərinin içinə baxa baxa , özümü şirin salmaq üçün necə artistlik edim ?  Onlar mənim ailəm haqqında artıq əskik danışsınlar mən necə razı olaram buna ... 
   - Danışırlar danışsınlar , fikir vermə . Qaradan artıq rəng yoxdur . Onsuz da bizə dəyən dəyib . Tanıyan tanıyır. At Allahın üstünə . Qoy nə deyirlər desinlər . 
  - Heç vaxt . Bilsəm ki , məni də qaralayıb ala bayraq eləyib asıblar , heç vaxt sizin namımızı heç kimin ayağına vermərəm . Çox da Mehmanı sevirəm . Eşq başqa,ailə başqa . Onun yeri başqa bunun yeri başqa . 
   - Sevirsənsə bu nə əziyyətdir verirsən özünə ? 
   - Sevərəm , düzdür,  mən o evə ailə deyib getmişdim . Mənim ailəmi belə qəbul etməyən ailə mənə lazım deyil !  Mehmana da deyəcəm , işini ölçüb biçsın . 
    Ruqiyyə inadına salmışdı . Barışıb barışmamağına qərarsız qalmışdı . Özunə , atdığı addımlarına yön verə bilmirdi . Bu həyatda tək söykənəcəyim Ruqiyyə idi. Qardaşlarım icəridə , anam xəstə özüm də qırıq ...Rüqiyəyə dilim get deyirdi , getsəydi mən bu kənd yerində, camaatın qınağında , dedi qodusunda təkbaşına nə edəcəkdim bilmirəm ...

                                                     5 BÖLÜM . 

   Mehmanın ailəsi Ruqiyəni qəbul etməsə də Ruqiyə Mehmana son sözünü demişdi; ,,ya ailən, ya biz ''
   Mehman da ailəsini - uşağını istəmişdı . Amma Rüqiyəni ailəsinin içinə apara bilməyəcəyini də bilirdı . Özü Rüsetdə işləyirdi. O vaxt evlənəndən Ruqiyəni də özü ilə ora aparmışdı . Orda  bacısıgilnən qalırdı . İndi onu ailəsindən üz döndərtdirən Ruqiyəni bacısı evinə qəbul edərdimi ?
   Hiss edirdim ki , Ruqiyə də bizi atıb getmək istəmir . Mənim də vicdanım özümü rahat buraxmırdı . İstəmirdim ki, mənim üzümdən bacımın yuvası dağılsın , balası qəlbi qırıq böyüsün . Özümüz kasıb olsaq da xoşbəxt ailədə böyümüşdük . Atam nə anamı , nə də bizi heç kimin ayağına verməmişdi . Kişi kimi , dağ kimi  kölgəsini ailəmizin üstündən kəsməmişdi . Qurban olum Allaha , Allah da ailəmizə elə atam kimi bir kürəkən çıxartmışdı . Mehman Rüqiyəni heç kimin ayağına vermək istəmir, elə bizə də öz ailəsi kimi sahib çıxmaq istəyirdi . 
    İl payıza dönmüşdü . Ruqiyənin qarnı  günü gündən böyüyürdü. Uşaq ata nəvazişındən , Ruqiyə ər sevgisindən kənar qalırdı . Nənəm Rüqiyənin uşağını saldırmaq istəsə də, nə Ruqiyə, nə də mən buna imkan vermədik . Hələ eşidəndə ki , Rüqiyə Mehmanla görüşür , evdə ikimizi də itdən düşmüş edib ,  qapıdan o çıxan çıxdı . Nənəmin gedişindən sonra tamamılə yiyəsizləşmişdik . İt də üstümüzə ayaq açırdı, qurd da . 
 Mehman Rusiyaya getmiş,amma demək olar ki, hər gün Ruqiyəylə danışır, hər həftə ona pul yollayırdı . Şükür, Ruqiyənin hesabına keçinirdik . Güzaranımız yaxşılaşmışdı . Amma belə ailəlik olmazdı . Gənc və cavan ailə, bir birindən ayrı yaşayırdılar ...
    Nə çətinliklər , nə ayrılıq vecimizə deyildi . Di gəl ki , kəndin dedi qodusu bizi canımızdan usandirmışdı . Bir tərəfdən də Mehmanın Ruqiyəyə pul göndərdiyini eşıdən ailəsinin qısqanclığı , günümüzü qara etmışdı . Vay o hala ki Ruqiyə poçta gedəydi , qaynanası poctu basıb , gəlini itdən düşmüş edib ağlada ağlada evə yollardı .
  Dükan bazara çıxa bilmirdim . Kəndin kişiləri elə pıs baxıdı ki,mənə. Hələ qonşu kənddən cavan oğlanlar ,evli kişilər məhəlləmizə ayaq açmışdı . Mənim üzü qara qayıtmağım kişilərin də səhvət hissini artırmışdı ...
   Ruqiyənin son aylarında Mehman gəldi . Amma burda hər şey qoyub getdiyi kimi deyildi . Dedi - qodudan yazıq gündə biriylə davaya düşürdü . Öz evlərində qalmırdı . Bizdə qalırdı . Hələ dedi qodu bir yana dursun , Mehmanın Ruqiyəni və onun ailəsini qəbul etdiyi üçün də qınayanlar var idi . Ona rus Mehman deyirdilər 
  - Əşii onu qınama ee ... Rusetdə o qədər olub ki , ruslaşıb uje . Arvadın yanından çıxarıb aparsan deməz hara aparırsan 
  - Ruset indiki cavanlarda qeyrət qoymayıb a kişinin oğlu . Bizim zamanımızda ...
   - Əşii sənin zamanında bir Nataşa var idi , qurdunu onnan öldürürdün . İndi rusetın diskotekasında camaat arvadıyla rumka rumkaya vurur , o onun arvadıyla medilnı oynayır, bu bunun . Hansınin arvadı kimin altına girdi bilinmir . Hansı  qeyrətdən danışırsan ə?
    Bütün günü qulağımız səsdə , ürəyimiz səksəkədə idi. Birdən Mehman da xataya düşər deyə çox qorxurduq . 
   Mehman nə qədər çətin olsa da eşıtdiklərini qulaq ardına vurur , özünü eşirməməzliyə qoyurdu . Ruqiyənin də doğum vaxtı yaxınlaşmışdı . Onu burda tək qoymaq istəmirdi . Deyəsən artıq Rusiyaya getməkdən də daşınmışdı . Ruqiyə isə ; 
   - İşindən gücündən qalma Mehman , bizə yurd yuva lazımdır , mən səni gözləyərəm . Dözərəm hər şeyə . Sən get işlə özümüzə yurd yuva düzəldək .
   - Səni bu söz söhbətdə , belə bir vaxtında tək qoyub gedə bilmərəm . Yaxşı olacaq hər şey - deyirdi Mehman. 
  Mehmanın bibisı oğlu Bakıda olurdu. Mehman onunla görüşüb danışdıqdan sonra Suraxanıda bir həyətdən 2 otaq tutdu . Gəlib bizi oraya aparmaq istədi . Mehmanın bu neçə ayda üstümüzdə çox əziyyəti olmuşdu . Bundan sonra da onun üstünə yük olmaq istəmirdik . Həm də ev kira evi idi . İki evin kirasını necə verəcəkdi . Həm evin yeməyi içməyi . Mənim xəstəliyimdən aldığım pensyamdan başqa bir gəlirimiz yox idi . Sadecə atam qazı olduğu üçün arada bərədə dövlətdən yardım alırdıq . İndi bu orda necə olacaqdı bilmirdim . 
  Mehman isə israrla bizi də özüylə aparmağı düşünürdü . 
   Toy gecəsindən sonra deyəsən mənimki istədiyinə çatmışdı . Daha nə onu yanımda hiss etmirdim , nə də görmürdüm . Elə bil ki , and içmışdı məni bədbəxt edib sonra məndən əl çəkəcəkdi. Elə bil yuxudan ayılmışdım . Mən başqa dünyanın adamıydım sanki . Normal insanlar kimi düşünür , danışır , bir şeyə sağlam qərar verə bilirdim. Yaxın keçmışdə yaşadığım ruhi probləmlərimı demək olar ki, atlatmışdım . Bircə o anları yadıma salan olmasaydı. Dilləri dinc durardımı camaatın? Hər dəqiqə guya mənə canları yanırmış kimi halımı sorur , və ya keçmışımı üzıumə vuraraq atmacalar atırdılar . Rəfiqələrim hələ də mənı dolamaqlarından əl çəkməmişdilər . 
   - Azz , sənin o xəyalət sevgilin noldu ? Səni boşadı ? 
  - Emış,sən canı , ondan nə keyf alırdın ? 
   - Neynəsin ay bacı, oğlan tapıb ərə gedə bilmirdi , başlayirdı beyıni fantaziya istehsal edirdi . 
   Xəyallarımı , hiss etdiklərimi onlarla bölüşdüyümə peşıman olmuşdum .o vaxt onlarla bölüşdüklərim bu gün bir bir üzümə çırpılırdı. 
   Mehman tez tez türməyə gedər , Heydər və Əliyara da baş çəkirdi . Onun bizə belə sahib çıxması ürəyimizi qürurlandırırdısa da ailəsini üstümüzə qışqırdırdı . 
   Nəhayyət son qərar verildi . Yığışıb qapı pəncərəmizi də bağlayıb Bakiya köçdük . 
   Bakıda da bizə həyat rahat olmadı . Hər addımında , hər yeni açdığımız gündə  bir problemlə , bir hadısəylə qarşılaşırdıq ...

  .... P.S...

   Elmiranı  Bakıya ,,yola salıb'' burda bir balaca Elmirayla yazışmalarıma ara verirəm . İkinci müsahibim Cingiz bəylə ilk söhbətimə başlayıram . Deyim ki Çingiz bəy üzdən ciddi və qaraqabaq biri kimi görünsə də olduqca səmimi bir adamdır . Zarafatcıl və şən söhbətləri onun və Elmiranın yaşadıqlarını qələmə almama çox kömək etdi . Onunla söhbətim məndəki qorxu hissini tamamılə... aradan qaldırmışdı .

             ÇİNGİZ

   - Biz arada yayda istirahet ucun rayona gelerdik. Atam Ağsunun kəndindən idi , anam da kənd Qobustandan. Atamgil ekurskursiyaya gedəndə anamı elə orda görüb . O vaxt anam Qobustanda kitabxanada işləyirmış . Təsadüfən həmin gün anamı tələbələrin ixtiyarına veribmişlər . Anam qayalıqlar , onların tarıxı haqqında tələbələrə məlumat verirmiş . Atam ilk baxışdan elə orda anamın gözəl nitqinə , məlahətli səsinə vurulubmuş . Kişi də yaman şey imış , o vaxt . İnistitutun qızlarına mır mır deyən vaxtlarıymış . Anam həmişə biz qardaşlara deyir ki bala, dədəniz ayağın götürüb, siz qoymusuz , dədənizə oxşamısız . 
   Hə nəysə . Deməli , atam gəlir Bakıya gecə yatır . Anamı ağlından çıxarda bilmir . Gecəynən komendantın otağına gəlir ki , Qobustan qoruq idarəsinə zəng eləsin . Komendant deyir ;
   - Ay bala, yeri get başına soyuq su qoy . Bu saatda qoruq işləyər ?
   Atamın ürəyi doluymuş , açıb dərdin deyib kişiyə ki , bə belə belə - qoruqdakı qıza vurulmuşam . Komendant çıxarıb atama bir siqaret verir. Deyir 
  - Ala,bunu yandir , yangın sönsün . Get yıxıl yat sabah bir şey fikirləşərik . 
   Səhəri gəlir , zəng edirlər. Deyirlər ki, idarədə belə bir adam işləmir . Atam da dəli dolu şeydir. Qışqır bağır salır ki,  necə yanı işləmir . Filan vaxtı bizi qoruqda belə bir qız gəzdirib , adı Xalıdə idi . Nəysə biraz axtarışdan sonra məlum olub, bu Xalidə qəsəbənin kitabxanaçısıdır. Atam axtarıb kitabxananın nömrəsini tapır . Vəə o gündən Zöhrab və Xalidənin məhəbbət hekayələri başlayır . Bu qəhrəmanların nə az nə çox , düz 7 qızı 3 oğlu olur ...
  Deyəsən mətləbdən çox uzaqlaşdıq . Deməli atam institutu qurtardiqdan  sonra  təyinatını Zəngilanın kəndinə vermişdilər ,  o vaxt atamgil evlənmişdilər.  Atam anamı da götürüb buraya gəlir, 14 il orda qalıb işləyirlər. Kəndin camaatına qaynayıb qarışmışdıq . Bizi də  o kənddən bilirdilər . 
   Dağlıq və təpəlik olan bu qədim kənd ilk dəfə buralara gələnləri ağuşuna alıb keçmışlərə aparırdı. Evimizin arxasında və bizdən biraz aralı köhnə qəbirsanlığın neçə yaşı var idi, hansı əsrlərdən qalmışdı məlum deyildi . Kəndin hər daşı , hər qurumuş yosunu bir tarıx qoxuyurdu . Gözlərimin şahidi olmuşdum , bu kəndə tez tez yuxarılardan adamlar gəlir , bir neçə gün burda qalır, haranısa qazırlar , hansısa bir təpədə işlər görürdülər . Axırda qazıntida nə bilim - bir balaca gildən düzəldilmiş qırıq bir tas - tabaq , guzə qulpu , nə bilim adı bir kərpıc tapıb aparırdılar ... uşaq idik nə biləydik ki o zaman bizə dəyərsiz görünən o saxsı qırıqlarının nə qədər dəyəri var idi ... 

    ...Atamın işinı şəhərə dəyişmişdılər. Coxdan idi ki, sehere köcmusduk
Hardasa yadima gəlir, hələ sehere
köcməmişdən evvel kənddə qalarkən qaldigimiz eve cox da uzaq olmayan bir ev var idi.  Ev demək olmazdı ora , ev yeni nəsil evi olsa da yiyəsizik və baxımsızlıqdan xarabaya dönmüşdü . Biz dagin eteyinde o ev ise bir az yuxarida idi. Dagin arxasında ise dediyim kimi böyuk qebiristanliq idi. Her gece ordan qeribe sesler gelirdi, qisqiriq kimi... Hamı eşıdırdı o səsləri . Atamgildə eşitmişdi . Anam deyir , əvvəllər o səslərdən çox qorxurmuş . Hətta o səslərə görə atmada deyirmış ki, köçək gedək , atam isə onu sakitləşdirməyi bacarmışdı . Biz də böyüdükcə o qorxulu səslərə alışmışdıq. Bəzən də uşaq ağlımızla fikirləşirdik ki , bu səslər meşədəki çaqqalların ya da bayquşlarin səsidir .
    O vaxt Moskva kanalından Vakuruq Sveta verlişi gedirdi . Orda çaqqallardan və bayquşlardan çəkiliş etmişdilər . Elə o zamandan kənd uşaqları ilə qərara gəlmişdik ki, bu səslər  nə çaqqal , nə də bayquş səsidir . Bu səslər qeyri adi insan səsidir ... 
    Hec kim cüret edib ora gede bilmirdi. Səhərlər isə hec bir səs
yox idi. 
   Kəndin xatirələri nə qədər unudulmaz olsa da şəhərə geldikdən sonra yavas yavas bunlar yadimdan cixirdi...
   Bir nece ilden sonra yayda istirahet ucun yeniden kəndə qayıtmışdıq. Orda qohumumuz yox idi amma , atamın yaxın dostları , istiqanlı -  bir ailə qədər  yaxın qonsularimiz var idi. Atamın dostunun evində qonaq olduq . Gəldiyimizi eşıdən qonum qonuşu , tanış biliş biznən görüşməyə gəlirdi .  Onlar ucun necə darıxdığımızı elə indi hiss edirdik . Nece de olmasa nece illerdi görusmürdük . Men gozumu acandan onlari gormusem. Onların qucağında böyümüşəm . Məni öz balaları kimi sevib oynadıblar . Ailəmiz bu kəndin bir sakini sayılırdı axı . Kənd camaatı burda bizə qəribçılık çəkdirməmişdilər. Çox yaxin idik.
    Qonsularimizin arasinda hemyasıdlarim çox idi... Bir gece yasidlarimla sohbət edirdik. Sohbət nece oldusa o evdən düsdü. Her gece sesler gelen o evden. 
   Oz armizda dedik ki, belke gedek baxaq orda neler olur her gece. Men bunun hec de yaxsi fikir olmadigini dedim. Onlar ise meni bir qorxaq
kimi ele saldilar. Əsilində qorxurdum düzdür . Amma onların da yanında özümü sındirmaq ustəmirdim .
  Mecbur olub qebul etdim. Amma
oz icimde neyinse pis bir sey olacagini bilirdim. Ürəyimə dammışdı . Həmişə körpəlikdən içimə bir  şey dolduysa, o şey olurdu . Bunu anam da bacılarım da sınamışdı böyük bacım həmişə deyirdi ; 
   - Çingiz sənin ağzın faldir ? Nə deyirsən olur . 
   Nəysə , bahane ile ora getməmek üçün geçə özümü yuxululuğa vursam da uşaqlar məni yuxudan oyandırdılar . Onlara qoşulmamağım qaçılmaz idi . Boyun qaçırsaydım , bilirəm səhər onlar meni ele salacaqdilar. Onsuz da adım şəhər uşağı olmuşdu. Onlar mənə qorxaq və ,,mama uşağı'' kimi baxırdılar . İndi onlar mənim çəsartimi görməli idilər . Saat gece 2 olardi. Hetta  3 e işləyirdi . Oz aramizda sohbet ede ede o eve teref cixirdiq. Belke ruhlar ya da cinlerdir oradakilardir - deyerek gedirdik. Uşaqların özlərindən uydurduğu , bəlkə də kimdənsə eşitdiyı əfsanələri eşitdikcə bütün bədənimi qorxu sarırdı . Onların həyəcan və təşvişlə danışdıqları bu hadısələr meni daha da vahimelendirirdi.
   Nehayet gelib qapinin agzina catdiq. Evin penceresinin suseleri siniq siniq idi. Qapisi ise curumusdu. 
  -Birinci sen gir ! - deyerek məni irəli itələdilər , bir az da gulumsemeye basladilar. Meni qorxaq kimi tanimalarini hec istemirdim.
  Cibimden balaca el fenerimi cixartdim. Qorxsam da bunu onlara bildirmemek ucun her cur variantlardan istifade edirdim. Bezen ortaya gulmeli sohbet de atirdim... Qapiya yaxinlasdim.
İceriden tiqqilti sesleri gelmeye basladi. Ele bil kimse ayagini yere doyurdu. Qapiya yaxin oldugum ücün sesi yalniz men eside bildim. Uşaqlar arxamca gelirdiler. Ellerindeki fenerleri qapiya teref tutdular. Qapini iteledim oz ozune acildi. Birinci iceri göz gezdirmeye basladim. Öz özumde buraya gəlməyimizi böyuk bir axmaqliq oldugunu fikirlesirdim. Daha nə edək buraya qədər gəlmişdik . Qorxsam da geri dönüş yox idi .
   İcərini butun toz basmisdi, her terfi horumcek toru basmisdi. Dösemenin bezi yerleri cürümüsdü . Aydin gorsenirdi ki, burada illerledir ki, adam yasamir. Ev cox boyuk idi. Amma bizim evden baxanda bura o qeder boyuk gorsenmirdi. Biraz addimlamisdim ki diger otaqdan gelen ses hamimizi qorxutdu.Qapinin öz özune baglanması bizi daha da heyacanlandırdı.
   Elimizdeki fenerlerin batareyalari get gede zeifleyirdi. Bir azdan temiz sonecekdiler. Ses gelen
terefe getdik. Dostlarım menim arxamda idiler. Deyesen cox pesman idiler buraya  gelməklərinə . Amma men bildirmirdiler. Men ise bunu onlarin üzundeki ifadeden derhal tutmusdum. Bir az getmisdim ki,
arxamdan bir ses esitdim. Picilti kimi. Ele bildim dostlarimdır ,öz aralarinda danisirlar. Cevrildim hec kes yox idi. Hara getmis olardilar. Qarsima
cevrildim. Gozlerime inanmadim qarsimdan ag bir sey qapinin icinden otaga girdi. Cox qorxdum amma biraz da mene maraqli geldi. Otagin
qapisini acib iceri teze girmisdim ki, goreceyim menzere meni şoka saldi. Qapinin duz ortasinda dayanmisdim. O ise duz qabagimda... Agappaq idi
yariya qeder gorsenirdi. Ayaqlari yox idi. Goyde havada dayanmisdi. Hec gozlerini de gore bilmedim. Ters cevrilmisdi. Agzini acaraq qeribe formada duz üstume gelirdi. Qorxumdan tir tir əsirdim. El ayagim tutulmusdu. Geri geri addimlayirdim.  Elə bu vaxt kiməsə deydim. Aglim basimdan cixacaqdi. Bir anliga dostlarimi unutmusdum. Sanki heyatimin son saniyelerini yasayirdim. Arxaya qorxa qorxa cevrildim. Dostlarim idi. Onların da ele bil kimise görmüs kimi rengleri agappaq idi. Beşimiz də qisqirmaga basladiq, ozumuz pencereden bayira tulladiq. Ve arxamiza baxmadan qacdiq. O qeder suretlə qacirdiq ki 20 deqiqeye gediyimiz yolu 5
deqiqeye qayitdiq. Mehlemize catmisdiq artıq . Qorxumuzdan dönüb gəldiyimiz yerə baxa bilmirdik. Çəpərin dibində oturub biraz nəfəsimizi dərdik, 
Özumuze geldik. Ust basimiz pis gunde idi. Qolumuz ,qicimiz ciziq ciziq olmusdu.Yeqin pencereden tullananda olmuşdu .Beşimiz də eyni seyi gormusduk. Qorxumuzdan kekildeye
kekildeye danisirdiq. Ora getmek boyuk bir axmaqliq idi. Biraz özümüzə  gəlib here oz evine dağılışdı .  
   O gecə sabaha qədər yata bilmədim . Sabaha qədər qızdırmadan yandım . 13 14 yaşında yeniyetmə oğlan idim , anamın adyalını qaldırıb altına girmışdım , qızdırmadan titrəyirdım . Yazıq anam o gecə sabaha qədər Məşuqə xalayla üstümdə yarpaq kimi əsdi . Qızdırmam yenmirdi . 
  Sabaha yaxın beşdə gözümü yummuşdum ki , yuxuma girən o varlıq məni yerimdən sıçıratdı .
    Səhər kəndə hay düşmüşdü Filankəslərin uşaqları virana qalmış o xarabaya gedib. O uşaqların içində mən də vardım . Və mən də o biri uşaqlar kimi o günü həm anamız , həm də atamız tərəfindən qəşəycə palaz kimi çırpıldıq ...
    Sonralar ağsaqqallardan eşitdik ki ,həmin xarabada 3 qardaş yaşayırmış . Bu qardaşlar bir birləriylə möhkəm dava edirmışlər. Axırda bu üç qardaş bir birilərini o evdə vəhşicəsinə öldürüb, bir birini al qana qərq ediblər . Onların davalarına qarışmayan kənd camaatı bir neçə gün sonra qardaşların səslərinin gəlmədiyini görüb onlara gediblər . Kənd camaatı gördükləri mənzərədən dəhşətə qəliblər . Bu üç qardaş bir birini insan ağlına gəlməyəcək bir işgəncəylə qətlə yetirmişdilər . Kənd camaatı qardaşları dəfin etsələr də , o gündən hər gecə o evdən gələn səslərdən belə qənaətə gəliblər ki , qardaşlar ölsələr də onların  ruhları elə o evdə yaşayır ...

                                                    6 BÖLÜM 
    
   O gündən bu yana özümdə qəribə şeylər hiss edirdim. Yol getdiyim yerdə , tənha yerlərdə gözümə ruh görsənirdi . Gördüklərimi dostlarımla paylaşırdım mənə lağ edirdilər . Elə bilirdilər ki, onlarla zarafat edirəm . Yeni ay doğanda , üçgünlük və ay tam olanda (dolunay) mənə nəsə bir energi gəldiyini hiss edirdim . Belə vaxtı gecə yarısı ayla baş başa qalmağı elə istəyirdim ki , bu zaman özümü dünyanın ən güclü insanı bılirdim . Bilmirəm mən bunu kimə necə başa salım , belə vaxtlar mən dünyanı görürdüm , dünyanın o biri başında belə olsam istədiyim adamla ruhumu görüşdürə bilirdim . O vaxt mən bunun nə olduğunu başa düşməsəm də , sonralar bu görüntülərin  3 cü göz və 6 hiss vastəsiylə hiss etdiyimi başa düşmüşdüm . 
 Həqiqətən də mənde 6 ci hiss gucludur. Nə hiss ediremse olur ve ya olub.Ama bu bezen hec de yaxsi nətıcələnmir . Yuxularım məni yanıltmırdı .İnsanlarda cadu olub olmadığını hiss edirdim.Sağ əlim həmişə od kimi olur. Mənə cadu və tilsim təsir etmirdi . İndinin özündə  mənə olunan cadular batil olur. Ne qeder etselerde. Özləridə çaş baş qalıb elə bilirlər mən özüm bu tilsimləri qırıram.
    Dəfələrlə astral səyahətlərim də olub .istədiyim adamları da astral səyahətə dəvət etmışəm . Nə edim ki , mənə heç kim inanmırdı . Mənim sayaqladığımı ya da bunun bir zarafat oldunu başa düşürdülər. Astrologiyaya , fəlsəfə elmlərinə çox marağım var idi . Bütün günü kitabxanadan elmi və fəlsəfi kitablar araşdırırdım . Anam kitabxanaçı olduğu üçün mənə istədiyim kitabları tapmaqda kömək  edirdi . Satışda olmayan, oxunması qadağan olan kitabları tapıb oxuyurdum . Unversitetdə oxuyurdum artıq . Oxuduğum ixtisas heç arzu etmədiyim bir ixtisas idi . Heç marağım yox idi . Mənim fikirim düşüncələrim başqa şeyə idi . Araşdırmalaraım və təcrübələrim də adını qoya bilmədiyim məsləklə bağlı idi . 
   Özümü hamıdan güçlü sanırdım , institutda güclərim və hisslərimlə istədiyim qızı özümə və ya başqasına  yönəldə bilirdim , istədiyim adamı bir biri ilə dalaşdıra bilirdim . Ancaq buna bəzən özüm də inanmırdım . İlk təcrübəmi elə ailəmin yanında həyata keçırtmişdım . Hamı oturmuşdu . Hərə bir işlə məşğul idi . Qızlar Retroya  baxırdılar . Dedim ki , cevirin kanalı Moskvaya. Cevirmədilər . Bir də dedim . Sözüm havaya uçdu. Özümü sınamaq qərarına gəldim . dushuncemle real heyata tesir etmeyi planladım . Həm də bu bir başlanğıc ola bilərdi . Mənim güclərimə inanmayan ailəmə sübut etmək istəyirdim ki, məndə belə bir güc var. Televizorumuz ağ qara idi . Rəngli televizorlar yeni yeni çıxırdı . İçimdən belə bir hiss keçdi . Görüntü rənglənməliydi . TVnin tam merkezine diqqetle baxdim . Xəyalımda görüntülərə rəng verdim . Olmadı . Bir daha gözümü qırpmadan özümü cəmlədim . Astral güçlərimi ovcumun ortasına cəmlədim ( xəyalımda dolun ayı top kimi tuturdum , televizora sanki ayı tutub baxırdım)  anamgil mənim qeyri adı hərəkətlərimə çaşıb qalmışdılar . Məni çağırır nə baş verdiyini soruşurdular. Mən isə öz aləmimdə idim . Gözlərim az qalırdı həqədəsindən çıxa , boğulurdum sanki , xəyalımda tutduğum ayın istısi ovuclarımı yandırırdı elə bil,  hardansa hansısa kitabdan oxuduğum sehirli sözlər dilimə gəlmışdı ,  boğula boğula o sözləri deyirdim . Bir anda sanki gözlərimin qarşısında ildirımlar oynadı . Balaca bacım Afətin səsi eidildi ;
   - Aa televizor rəngli göstərir ... 
  Afetin səsi məni özümə gətirdi sanki . Bayaqdan gözlərim televizora baxırdı  amma heç nə görmürdüm deyə ekrana rəng gəlməsini də hiss etmirdim . Amma evdəkilər bunu görürdülər . Mən özümə gələndə televizor təkrar ağ qara göstərdi . Bir daha özümü sınamaq istədim . Yenə güçümü toplayıb bu dəfə görüntünün pozulmasını istədim . Və bu dəfə nə istədiyimi səsli deyirdim . O biri bacılarım da təccüblə mənim çıxardığım oyunlara  baxırdılar . Elə bu vaxt televizorun görüntüsü dondurdu . Təbii ki mən etdiklərimi özüm görmürdüm. Yanımdakılar görürdü . Bu dəfə də Zülfiyyə qışqırdı .
   - Aa papa, bax , kanal dondurur ... 
   Atam da yanımıza gəldi . Bacardığıma inanmırdım . Bu dəfə də xəyalımda kanalı Moskva kanalına çevirdim . Özümdə çox yorğunluq hiss edirdim ...yuxu basmışdı məni . Xəyalımda tutduğum ayın işığı sönürdü artıq . Özüm özümdən qorxmağa başlamışdım . Daha bu oyunu oynamaq istəmirdım . Gözümü televizordan çəkidım.Başım ağır bir şey kimi masanin üstünə düşdü . Gözlərim yumulurdu. Daha dayana bilmirdim elə masanın üstündə yatdım . Gözlərim yatmışdısa da , beynim oyaq idi . Hər şeyi eşidirdim . 
   Heç iki deqiqə kechmedi️ , televizorda ,,Pole Çudes,, - in səsini eşitdim ... qızlar qışqırırdılar ; 
   - Ata, Çingiz sehirbazlıq edir , foks - moks göstərir ...
  O yatan yatmışam . Nə qədər yatdım bilmirəm . Bir vaxt oyandığımda ay pəncərəmdən boylanırdı ...
  ... İkinci kursda oxuyurdum . İnstitutdan bir qıza vurulmuşdum . Fərqanə . Di gəl ki , zalım qızının səmtinə düşə bilmirdim . Həm varlı və vəzifədə olan bir adamın qızı idi , həm də olduqca ədalı idi . Deyəsən sevdiyi ya da nişanlısı da vardi , hər gün onunla gəlib gedirdi . O oğlanı onun ətrafında görəndə istər istəməz , qıcıqlanırdım . Nədənsə qısqanclığımı oğlana yox , qıza zərər verməklə keçırtmək istəyirdim . O qızı onun yanında görəndə ürəyimdən nə keçirirdimsə heç 2  3 dəqiqə  keçməmiş olurdu . Məsələn təsəvvür edirdim qız yıxılır , üstünə nəsə dağılır . Bir dəfə dondurma yeyirdilər . Çox xoşbəxt və şən görünürdülər. Qəh qəhələri aləmi başına götürmüşdü . Qısqançlıq krizim tutmuşdu . Dilimin altinda  gözünə girsin dediyim idi səki . Elə bil qızın əlindəki dondurma çubuğunu fırladıb qızın gözünə soxdular . Qızın qışqırtısına millət yığıldı . Xəstəxanaya apardılar . Allahından göz bəbəyi zədələnməmişdi . Amma göz ağına xal düşmüşdü . Bir neçə aya o da çəkildi ...
    Ay pəncərədən mənə gülümsəyirdi . Ovcuma əllərimə istilik gəlmişdi . Yüksək enerjidə olduğumu hiss edirdim . Nəsə bir iş görməliydim . Tam zamanı idi . Ay bunu məndən istəyirdı mən Aydan enerji alırdım .
    Yazin ortaları idi . Xəfif xəziri əssə də , göyün üzünü aydınlıqdır. Ay uzaqdan görünən dənizdə qərar tutmuşdu . Dəniz işım işım işıldayırdı . 
   Qalxıb geyindim . Ehmalca qapını açıb bayıra çıxdım . Binanın həyətinə gəldim . Ovuçlarım od tutub yanırdı  enerjimi boşaltmalıydım yoxsa yanardım .
   Amma nə edim , necə edim , istədiyim bir şey yox idi . Məndən heç kim heç nə istəməmişdi. Durduq yerdə mən kimə nə edə bilərdim ki . 
   Etiraf edim ki , mənim güclərim qara maqigiya güçləri idi . Nə pislik desən edə bilirdim . Bu da məni çox qorxuzurdu . İstəmirdim ki kiməsə nəsə bir zərərim toxunsun . Ancaq əlimdə deyildi . Bu bir enerji idi mənə gəlirdi . Onu boşaltmasam rahat ola bilmirdim . Tıncıxırdım , partlayırdım . 
    Nə edim , necə edim deyərkən Fərqanə ağlıma gəldi . Madəm bu güc məndə var ,  bəs mən onu niyə ram edə bilmirəm ki - deyə düşündüm . İçımdə özümlə müharibəyə başlamışdım . O qızı yoldan çıxarmaq istəmirdim . Bilirdim ki Fərqanədən nə qədər xoşum gəldə də bizim münasıbətlərimiz xoş əyləncədən başqa bir şey olmayacaqdı . 1 ci sevgilisi var idi , ikincisi bir birimizin dərdindən ölsək də onu mənə verməzdilər nə də atam onu mənə almazdı . Onun atasının siyasi dünya görünüşüylə mənim atamın dünya görünüşü başqaydı .
   Amma nə olur olsun mənim bu qızla bir bərabərliyim olmalı idi . Şeytan beynimi yeyib tökürdü . Çanım, ruhum alışıb yanırdı . Rahatlanmağım lazım idi . Hərəkətə kecdim . Bunu etmək üçün səssiz bir yerdə olmalıydım . Bizim evdə də bu mümkün deyildi . Beş otaqlı evimizdə qardaşlarımla bir otaqda yatırdım mən . Elə ən uyğun yer bayır idi . 
   Məhəllədən cıxıb yola tərəf gəldim . Yolu tutub çollüyə tərəf üz tutdum . Və nəhayyət uyğun bir yer seçib dayandım .  Beynimdə dolanın arzumu gözümü yumaraq canlandırdım . Şəhvət hissləri ürəyimi riqqətə gətirmişdi . Fərqanə ağuşumda idi . Əllərimı bir birindən aralayaraq sanki xəyali olaraq əllərimin arasında top tutmuşdum . Gözlərimin önündə Fətqanənin xəyalını yaratmışdım . Ovuclarımın istisinin bir birinə toxunduğunu hiss edirdim artıq . İndi istədiyimi dilə gətirmək zamanı idi ;
     Ferqanə mənim sevgilimdir . O məni incitmir, mənə hörmət edir, sevgilisindən ayrılıb mənə gəlir, yalvarır , ölür mənim dərdimdən . Əllərimlə onun xəyalına toxunduqca onu ehtiraslandırır ,  onu özümə yalvartdırırdım . Onunla bərabər oluruq , kef çəkirik ... necə lazımdırsa ... 
  Ürəyimdən keçənləri  hamısını  xırdaligina kimi deyirdim. Sonradan əllərimi bir birinə sürtüb geniş açdım. Hələ də ovcum  istidən yanırdı . Hələ də enerjim vardı . Misiyam bitməmişdi . Sanki Ferqanə qarşımda dayanmışdı ,onu qucaqlayacaq kimi qollarımı bir birinə sardım .  İstədiyim hər şeyi xəyal etdikdən sonra ellerimi bir birine sürtüb sinemin üstüne üst üste qoydum . Sanki arzum həyata keçmiş kimi şükür edib , evrene mesaj yollamış ve arzum qəbul olmuş kimi həyatımdan məmun halda geri qayıtdım . Və  beləliklə ilk dəfə spiritual misiyamı həyata keçırməyə başladım . İlk qurbanım ,ilk sevgim idi . Hər şeyi gözə almışdım . Necə olarsa olar, deyə düşünürdüm ...
   İnstituta girəndə məni Fərqanə qarşıladı . Mənim salamımı almayan qız üzümə gülümsəyərək salam verirdi . Demək misiyam baş tutmuşdu . Çox sevinclıydim . Bu mənim ilk uğurum idi . Amma içımdə bir şübhə var idi . 
   - Əşii adamdır da ,salam da edər kəlam da. Nə var burda ?- deyə düşünürdüm . İçimdə şübhələr baş qaldirmışdı . Gücümün bu qızı idarə etdiyinə inanmaq istəmirdim . Nə etməli . Olan olmuşdu artıq . Mənə gözləmək qalırdı . 
   Axırıncı dərs başlamışdı . Bir gördüm qapı açıldı . Fərqanə idi . Məni istəyirdi . Müəllimdən və uşaqlardan üzür ustəyib qapıya çıxdım . Qapını örtər örtməz Fərqanə dilə gəldi ;
   - İndi deyəsən , bu qız dəli olub ...
  - Yoox , Allah eləməsin nolub ki ? 
  - Heç nə ... nəysə gecədən bəri özümü bir təhər hiss edirəm ...
   - Niyə ki , xəstəsən ? 
   - Yox ... əsilində hə ...
   - Nolub ? - özümü o yerə qoymurdum - Haran ağrıyır ?- deyə nəvazişlə əlimi almına qoydum . İlk dəfəydi ki, ona belə yaxın idim . İlk dəfəydi ki ona toxunurdum. Gözləri yumuldu , dodaqları büzüldü... 
   - Gecədən bu yana səni düşünürəm Çingiz .
   Xoşuma gəlirdi belə sözlər , gülümsəyirdim . Həyatımda ilk dəfəydi ki , xoşum gələn qızla belə üzbə üz belə söhbətlər edirdim . Ürəyimə dolan şəhvət hissləri məni məst edirdi .
   İcazə belə gözləmədən dodaqlarından bir öpüş aldım . Qız da öpüşümdən məst olmuşdu, gözlərini aça bilmirdi. 
   - Eləmi? O zaman gəl görüşək...

  Bəli beləliklə Fərqanəylə mənim məcaralarım başladı . İlk günlər ürəyim onun sevgisiylə döyünürdü . Lakin onunla sevgili olandan sonra onunla mənim fikirlərim üst üstə düşmürdü . Aramızda 41 - 45 savaşları başlayırdı . Görüşümüz , sevişməmiz nə qədər şirin olsa da fikir ayrılıqlarımız o qədər acı idi. Əvvəlki sevgilisinın  hələ də ağlı Fərqanədə idi . 
    Mən Fərqanəni Evrenden istəmişdim . O mənim güclərim hesabina mənim idi . Ürəyi isə onda idi . Mənim enerjimin hesabına mənimlə görüşürdü . Bəlkə elə ona görə fikir ayrılıqlarımız var idi . Bəlkə ona görə tez tez dalaşırdıq . Biz başqa dünyanın adamları idik . Bəlkədə - yox, yox  kəsinliklə o məni görmək istəmirdi. Bəlkə də sevdiyinə xəyanət etdiyi üçün vicdan əzabı çəkirdi . Bəlkə də məndən ayrılmaq istəyirdi. Lakin Evrenin qarşısında aciz qalmışdı . 
   Nə qədər acı olsa da sanki qəddarlaşmışdım . Onun belə əzabından ləzzət alırdım . Onu  istədiyim kimi istədiyim misiyada istifadə edirdim .O mənim əli bağlı qulum idi ...
    Budur növbəti misiya da o mənim əlimdən tutub Razinə gətirdi . Bilmirəm kimin eviydi , haraydı ... soyunub su sonası kimi qarşımda dayanmışdı . İndi sıra məndə idi . 
   Fərqanənin həyatının ilk kişisi mən oldum . Ağlayırdı . Əksinə mən həyatımdan məmun idim . Sanki etdiyim hər pislikdən ləzzət alırdım . Bir qzın taleyiylə oynamışdım. Gələcəyin qaraltmışdım . Amma, bu mənim vecimə deyildi ... Hiss edirdim ki, Fərqanə hələ də onu sevir . Bunu özü də etiraf edirdi . 
   - Çingiz , sən məni xoşbəxt edə bilirsən , Amma mən onu sevirəm. 
   - Nə deməkdir indi bu ? 
  - Bilmirəm ... elə bilirəm heç vaxt səninlə olduğum kimi heç kimlə ola bilməyəcəm , səndən aldığım həzzi heç bir oğlandan ala bilmərəm .
   Onun sözləri məni qıcıqlandirsa da , özümə hakim ola bilirdim . Bizim kitabımızda şeytan insanın ağlın əlindən ala bilərdi , amma şeytana ürəkdə yer yox idi . Bir insanın ürəyinə girə bilməzdim . O zaman mən qanunu pozmuş olacaqdım .
   İstədiyimi etmişdim . Artıq onunla mənim aramda bir şey qalmamışdı . Ayrılmaq vaxtı idi . Bu dəfə də spiruituallarımı ayrılmağımızdan yana başlatdım . Gəldiyi kimi də getdi . Özü ayrılmağımızı istədi .
   Cadugərliyimin əsasını qoymuşdum artıq . Mən özüm özlüyümdə magiya olduğumu sübut etmışdım . Fərqanəyə- sevdiyim qıza etdiyim bu pislikdən peşıman olsam da bu vaxta qədər ondan aldığım zövqü heç bir qadından almamışam . Kaş ke misiyama başqa qurban seçsəydim , onu yox ...

   Aradan bir neçə il keçmışdı . Bu işə marağım get gedə artırdı . Yeni yeni şeylər axtarışındaydım . Yeni kitablar oxuyurdum . Özüm öz işimdən zövq alırdım . Kiməsə kömək , yaxşılıq edə bilmirdim . Mənim işim pislikdən ibarət idi . Atam mənə inanmırdı . Ağlı belə şeyləri qaldirmirdi . Anam isə atamı inandırmağa çalışırdı ki, həqiqətən belə şeylər var . Atama oxuduğum kitabları göstərirdi . Sübut etməyə çalışırdı ki , cadugərlik özü  bir elmdir . Atam kitablara nəzər yetirsə də ,yenə belə şeyləri cəfəngiyyat adlandırırdı . 
   Mən isə özumu bu sahədə mükəmməl maq sayırdım . Artıq özümə rəqib də axtarırdım . Elə bu məqsədlə də mənə yaxın olan bir professorla  danışdım . Adını çəkmək istəmirəm . Fəlsəfə  elmləri  doktoru , eyni zamanda da ilahiyyatçı alımdır . Onunla görüşdüm . Fikirlərimi ona dedım. Mənim bu ixtiralarım bəlkə də Azərbaycanda bir ilk olacaqdı . Elə bu məqsədlə yola çıxdıq . 
   ...Atam məni tutduğum bu yola görə  evdən qovmuşdu . Mənim səsim isə Moskvadan gəlirdi . Mən cadugərliyimi   keçmiş Sovetlər dövrundə rəsmi sürətdə sübut etmiş bir maq idim . Ailəm bunu dilinə gətirməyə qorxurdular və ya cəkinirdilər . Eşidən bilən ailəmi və məni qınayırdı. Mənə ev yıxan deyirdilər . Moskvada yaşayırdım . Yaxında uzaqda olan hökümət adamlarından belə yanıma gəlirdilər . Məni evlərinə, ofislərinə dəvət edirdilər . Əllərimin enerjisiylə xəstələri müalıcə edirdim . Gözlərimlə istədiyim adamı hipnoz edə bilirdim. İstədiyim adamın ruhuyla görüşə bilirdim , müştərilərimi yaxınlarının ruhu ilə təmas yarada bilirdim . 
   Ferqanədən çoxdan ayrılmışdım . Heç onun sonu nə oldu bilmədim . Məni artıq Fərqanə maraqlandırmırdı . Çevrəmdə o qədər qadın var idi ki ... istədiyim qadınla ehtirasın dənizinə baş vurub,  istədiyim qadının gəmisini idarə edə bilirdim . Bu mənim üçün adı bir şey idi . Daha diksinmişdim bu həyatdan , bezmışdım qadınlardan . 
  Evlənmək cağım da keçirdi.Çevrəmdəki istədiyim , xoşuma gələn qadınlarla münasibət qura bilirdim . Onlarla görüşür , ehtiyyacımı təmin edirdim . Bu hər şey demək deyildi . Ailə , evlilik başqa şeydir , evlənmək ailə , uşağa qarışmaq istəyirdım .Ətrafımdakı rus qadınlarla yuva qurmaq istəmirdim . Azərbaycandan da məsləyimi eşidib bilənlər məndən uzaq qaçırdılar . İndi deyəcəksiz ki , madəm hər şeyi bacarırsan , niyə istədiyin qadının və ya qızın dil ağzını bağlayıb evlənmirsən ? Bax mən bunu istəmirdim .  Bu idi mənim bədbəxtliyim . Zorla gözəllik olmaz . Mən istəyirdim mənim həyat yoldaşım məni və məsləyimi qəbul etsin . Sevmək sevilmək istəyirdim .Şeytanın əsgəri olsam da mənim buna ehtiyyacım var idi . Şeytana qulluq etsəm də axı mən də insan idim . Evləndiyim xanım , ailəm məni başa düşsün istəyirdim . Mənim işimə görə peşimancılıq çəkməsin . Özü sevərək mənə gəlsin . 
   Moskvada bir rus qadından bir qızım vardı . Zümürüd qoymuşdum adını , 8 yaşında . O mənim varlığım hər şeyimdir . Anasıyla aramız yaxşı olmasa da mən qızıma hər zaman sahib çıxmışdım . O mənim canım qanım idi . 
   Bəzən özümə nə qədər nifrət etsəm də Zümürüd mənim yaşama səbəbim idi . Onun üçün dünyaları yıxardım , dünyanın harasında olur olsun tapılmayan şeyi desə tapıb gətirərdim. O mənim həyat , yaşama səbəbimdi . 
   Zümrüdün anası Marqaritayla yaşasam da özümü tək tənha hiss edirdim , elə bil bir tərəfim əskikdir . Həyatda heç bir şeydə kamım qalmamışdı . Uğur və müvəffəqiyyət alnıma yazılmışdı, pula pul demırdim , şöhrət , xətir hörmət də yerində idi , amma bu yöndən yetim idim , ruh yoldaşımı tapmamışdım. Bu da məni darıxdırırdı . 
 O vaxt sovet ölkələriylə məktublaşmalar var idi. Bir gün mənə Pribaltika ölkələrindən birindən məktub gəldi . Məsləyimlə bağlı çox məktublar , dəvətlər alirdim . Bu mənim üçün adi hal idi . Bəlkə də bir həftədən çox idi çəkməçədə qalan məktub bir gün diqqətimi çəkdi . Məktubu əlimə almışdım , oxumadan kipnoz olmuşdum . Sanki orda yazılanlardan xəbərim var idi . Məktubu açdım . Yanılmamışdım. Məktubda düşündüklərim yazılmışdı;
  -  Salam əziz həmkarım Çıngiz , Necəsiz? Mən demək olar ki , hər gün səni görürəm , səninlə maraqlanıram . Görürəm çox yaxşısan . İstəyirəm səninlə bir həmkar kim misiyamı bölüşüm . Buna nə deyərsən ? Əsilində mən səninlə bərabər olmaq istəyirəm elə burda . Və bundan qərarlıyam . İstəyirsən bir birimizi sınamaq üçün əks mövqedə də ola bilərik . Hə onu da deyim ki bu mənim ilk işim olacaq , və özümə rəqib kimi səni seçdım . 
   Çungiz,bunu sadecə təcrübə üçün yazıram inanıram ki, səninlə alınacaq . Ruh yoldaşımı tapmaq istədim , səni gördüm , sən də ruh yoldaşını axtarırsan . Eyni dədliyik . Deyəsən istədiyimi tapmışam . Səndən əvvəl biri ilə özümü sınamaq istədim . İlk dəfə onun üzərində belə bir tilsiman qurdum. Sadəcə istədiklərimi düzgün ifadə etməmişdim nə idisə , ruh yoldaşımla yola getmədik . Bilirsən niyə ? Bu enerjini edərkən demişdim ki "mənimlə oxşar həyatı yaşayan biri olsun " gərək  belə demeyəydim çünkü insan sıxılır eyni problemləri dinləməkdən . Ayrıldıq. Bir həftə sonra başqa bir çalışmaya başladım . Və qarşıma sən çıxdın. Səninlə davam edəcəyimi hiss edirəm . 
   Beləliklə Anastasiyayla söhbətimiz alındı. Bir birimizə nömrə verdik . Bəli o da mənim kimi bu işlərlə məşğul imiş. Həmdə o insan psixoloq, hipnoterapevt idi. Sırf bu işləri anlayan biri idi. Onunla uzaq məsafələrdə yaşasaq da enerji ilə bir birimizə toxuna bilirdik. Onunla danışanda sanki qolumdan, ayağımdan istilik, elektrik keçirdi .Belə vaxtlar  məndən soruşurdu ''filan əzanda istiliyi hiss edirsən? Əlbəttə hiss edirdim . Gözlərimi yumub xəyalımda onu oxşayirdim . Və nə hiss etdiklərini ondan söruşurdum . Xəyalımda toxundüğum əzasında o da məni hiss edirdi . 
   İlk başdan hər şey yaxşı gedirdi. Sonradan hər şey korlandı . Bizim qafqaz kişiləri qısqanc olur . Sevdiyi qadını kiminləsə bölüşmək istəməz. Mən də hər gün onu biraz sevdiyimi görürdüm və onu qısqanırdım . Bunu ona hiss etdirmək istəməsəm də o bunu hiss edirdi . Dəfələrlə mənə deyirdi ki bu bir tilsimdir , bu qısqanclıq nəyə lazımdır ki? Küsüb barışırdıq.  Aradan zaman keçdi münasibətlər dəyişdi. Bir iki il ərzində mənimdə həyatımda qəribə şeyler oldu. Anastasiyanı demək olar ki tamamılə unutdum.  
   Aradan 2 - 3 il keçmışdı ki  yaman yadıma düşdü . Yenə qüvvəmi topladım , güclərimi çağırdım . Xəyalım və ruhum ona getdi . Onu ailə içində görürdüm , ərə getmışdı . 
  Həmin gün nəsə qiymətli bir şey itirdiyimi hiss etdim . Ö mənim ruh yoldaşım idi , ondan başqa kimsə məni başa düşə bilməzdi . Niyə onun dəyərini bilmədim ki deyə özümü tənbeh etdim . Özümə yenicə gəlmişdim ki , zəng etdi;
   - Boşuna özünü yorma , əl çək ...
  Demək mənim xəyalən ona toxunmağımı hiss edib , demək hələ də onda enerji var . Nə istəsə edər . Bu məhəbbətin sonu yox idi . Daha o mənə aid deyildi . Ailə qurmuşdu . 
   Enerji ilə özümü hər dəfə temizledim, onu yad bir adam kimi beyinmde kodladim. Amma hərdən sanki yanımdan kimse keçir qoluma toxunur, kurəklərimi ovuşdurur.  Ama baxıram gözle hecne görünmür... Bilirdim ki bu odur . O da məndən gizli mənə gəlir . 
   Sonradan başqa qadınla tanış oldum. Onu çəkdim həyatıma . Həmin qadını öpərkən gözlərimi bağladım . Amma gözlərimi açanda Anastasiyanı gördüm qarşımda . Halbuki realda onunla bir dəfə də olsun görüşməmişdik . Çox əsəbi baxırdı mənə . Keçırtdiyim şoku öpüşdüyüm qadın da hiss etmişdi.  Mənə nə baş verdiyini soruşurdu . Mənim bu halımdan özü də qorxdu... 
                                          7 BÖLÜM

Atam can üstündəydi. Vəsiyyət etmişdi ki, onun üstünə gəlməyim. Onun xəstəliyindən mənə heç kim heç nə deməmişdi. Məndən gizlədirdilər. Düşünürdüm ki, atamın halının ağır olmasını məndən gizlətmələrinin səbəbi var. Uzaqda,qəribdəydim eşidib pis olaram deyə qorxurlar - deyə fikirləşırdim. Əslındə isə səbəb başqaymış. Əmilərimin guya atama canı yanıb, atamın vəsiyyətinə əməl edərək məni atamdan uzaq tuturmuşlar. Guya başqa vaxt atama canları yanırmış.
Atamın üçündə təsadüfən mən zəng etmişdim. Böyük bacım Züleyxayla danışanda Züleyxa dayana bilməyib, atamın öldüyünü mənə xəbər verdi. Dünya başıma yıxılmışdı. Özümü bağışlaya bılmırdim. Atam məndən küsülü getmişdi...
Zümrüdü də götürüb təcili Azərbaycana uçdum.
Atamın yası ata evində verilirdi. Atam kənd qəbiristanlığında dəfn edilmişdı. Atamın ölümünün altıncı günü gəlib çıxmışdım. Məni görən bacılarım saçına başına əl atsalar da əmilərim və bibilərim qaş qabaq töküb dodaqlarını çeynəyirdilər. Dayana bilmirdim . Əsəbimdən partlayırdım.
Amil və Famıl qoluma girib məni baxçanın ayağına aparararaq sakitləşdirirdilər.
- Axı məni niyə qəbul etmirlər. Mən onların işlərinə qarışıram? Deyirəm neynirsiz nə işlə məşgulsuz?
- Nə edək, onlar da belə düşünür də.
- Axı bu mənim işimdir. Neyləyə bilərəm, indi onlar qəbul etmirsə mənim işimi, dəyişməliyəm? Mən bu yerə gəlmıb çıxmışamsa onların hesabına yox, işimin hesabına gəlmişəm
- Paxıllıqdan heylə edirlər, bala başına dönüm fikir vermə...
Nə illah etdimsə məni camaatla bərabər atamın yeddisində qəbir üstünə getməyə qoymadılar. Məni sakitləşdirən anam idi. Kəndin mollası belə mənimlə əcaib davranırdı. Məni görəndə Qurandan ayələr oxuyur, cinleri, seytanlari qovurmuş kimi davranırdı. Məclısdə tez tez Allahın bəyənmədiyi varlıqlardan statlar açıb camaatla bərabər lənətlər yağdırırdı. Bəlkə də məni şeytanın özü bilirdilər eey... Başa düşmürdüm ki, axı onlar məni niyə onlardan biri- bir insan kimi qəbul etmirlər?
Məclıs dağıldıqdan sonra kənd arasına çıxdım. Uzaq yaxın qohumlarla görüşmək onlarla danışmaq istəyirdim. Məhəllələr arasında dolaşdıqca hiss edirdim ki, məni görən kənd camaatı qapını pəncərəni çəkib içəri girirlər
Əmimin qonşusunda bir qız var idi. Güllü... Yaşı ötmüş qız idi. Məndən iki üç yaş böyük idi. Bir o məndən qaçmırdı. Utancaq, nəzərlərlə mənə baxır, qəmzələri ilə diqqətimi çəkməyə çalışırdı. Onu oxuya bilirdim. Yaşı ötmüş qız idi. Fikirləşırdi ki, kimsə məni sevmir, mənə qız verməz, bəlkə bu səbəbdən mən özümü tənha sayiram. Və o da bundan istifadə edib saqqızımı oğurlamaq istəyirdi. Qardaşlarının umuduna yaşayan qız idi. Təbii ki yuva qurmaq onun da haqqı idi. Lakin biz başqa dünyanın adamları idik. Fikirlərimiz bir birni tamamlaya bilməzdi.
Sonbeşıyimiz Nigara da eşıtdirmişdi, guya mən ona baxırmışam, ondan xoşum gəlirmiş. Nigar da dil boğaza qoymurdu. Beynimi qarmalit eləmışdı fürsətdir. Bəlkə daşı ətəyimdən töküb evlənməyə qərar verəm.
- Qardaş sən bir dənə hə de qalanıyla işin olmasın gedim istəyim. Evlən. Sənin də yaşın keçir. Bu yaşdan sonra Kim gələcək e sənə. Elə Zümrüdə də sahib çıxan özümüzünkü olacaq. Rus nədir ki, ondan da nə ana ola?
Atamın qırxına hazırlaşırdıq. Bu vaxta qədər atamın məzarına bir neçə dəfə getmişdim. Amma hər ora getdiyimdə bir qəribə halda olurdum. Bu dəfə isə tamam fərqli bir haldaydım. Enerjim tüğyan edirdi. Nəsə bir iş görməliydim. Ovuclarımın içi yanır, misiyaya başlamaq istəyirdim. Amma nə edəcəkdim ki ağlımda heç nə yox idi. Əslində var idi. Atamı görmək istəyirdim. Atamla danışmaq istəyirdim. Bilirdim ki atam məndən küsülü gedib. Özümü ona bağışlatmaq istəyirdim, o məni qiyamətdə də bağışlamayacaq. Mən elə bağışlanmaz bir səhv etmişdim ki...
O zaman cadugərliyə yeni başlayırdım. Nə bilim hardasa ağlıma gəldi ki bu missiyamı Züleyxanın üstündə sınayım. Qəbirsanlığa gedib təzə qəbir axtardım. Hələ torlpağı qurumamış bir qbrin torpağından bir ovuc gorurub evə gəldim.
Mən bu işə başlayandan atam məni güdüm güdüm güdürdü. Bu dəfə təsadüfən o hardansa gələndə mən qəbiristanlıqdan çıxırdım. Başa düşmüşdü ki bu dəfə də pis işlərlə məşğulam.
Fürsət tapan kimi Züleyxanın şəkilini önümə qoyub cadugərliyimə başladım. Atam içəri girəndə artıq gec idi.Misiyam baş tutmuşdu.
Masanın üstündəki qeyri adı cadu əşyalarını və Züleyxanın şəkilini görüb bunların nə olduğunu soruşdu.Onunla bu barədə danışmaq istəmirdim. Bilirdim ki bu dəfə də mənə inanmaqyacaq. Əsəbləşmişdi. Mən sadecə misiyamı bəlli bir zamana qədər başlatmışdım. Özümü sınamaq üçün. Torpağı da özüm gizlətməliydim. İstədiyim zaman çıxarıb, bağladığım bəxti də özüm aça bilərdim.
Atam başa düşür ki, mən Züleyxaya nəsə pıs bir şey etmışəm. Məni məcbur edirdi ki bu sirrin nə olduğunu deyim.
Özümü saxlaya bilməyib Züleyxanın bəxdini bağladığını dedim.
- Narahat olma mən bunu istədiyim zaman aça bilərəm. Mən bunu bacararam. Mən sadəcə bu variantda özümü yoxlamaq istədim, ata. 3 il vaxt qoymuşam. 3 ilə Züleyxanın adlnı belə çəkən olmayacaq. 3 ildən sonra bu əməlin təsiri itəcək.
Atam əsəbləşıb kükrəyirdi. Mən onu inandirmağa çalışırdım ki, bu misiya müvəqqətidir...
Atam masanın üstündəki əşyaları dağıtmağa başladı. Mən onun əlin qolun tutduqca o daha da coşur, daha da əl qol atırdı. Tək istədiyim o idi ki, taxta cama qoyduğum ölü torpağı dağılmasın. Deyirlər qorxan gözə çöp düşər. Atam əlinin arxasıyla cama vurdu. Cam havaya qalxıb döşəməyə devrildi. Törpaq yerə səpələndi. Vəssalam... Etdiyim bəxt bağlama misiyası ömürlük alt üst olmuşdu. 3 ildən sonra Züleyxanın bəxtini aça bilərdimsə bundan sonra bu mümkün deyildi.
- Sən neylədin ata?- dizlərimi yerə qoyub ağlaya ağlaya yerə dağılmış torpağı toplamağa başladım. Guya bu da təsirini itirmiş torpaq nə işə yarayacaqdı ki? Bir dua edirdim, bu ölü torpaq evdən bir ölü çıxarmasın. Bilirdim ki, mütləq kimsə torpağa gedəcək...
Üç gün sonra əmimin cavan oğlu kanala baş vurarkən başına suyun altına düşmüş almatur girdi.
O düşən atam məndən düşdü. Daha doğrusu məndən qorxmağa başlamışdı. Məni evdən qovdu. Etdiyim pis əmələ görə peşıman olmuşdum. Amma nə edim? Bu məndən asılı olan bir şey deyildi. Mən mərdüməzarlıq üçün yaranmışdım. Pislik etmək mənim əsas meyarım idi. Məni Allah yox şeytan yaratmışdı bəlkəm də. Amma hardasa yenə vicdanım ürəyimi sızıldadırdı. Bacımı ömürlük kor qoymuşdum. Özümü ona bağışlatmaq üçün atama söz vermışdım ki, ilk uşağımı Züleyxaya övladlıq verəcəm. Bacıma etdiyim bu pisliyi heç kim bilməyəcəkdi. Bu sirr atamla mənim aramda ömürlük qalacaqdı.
Qırx mərasımındə veriləcək ehsan üçün ayrılmış heyvanı kəsib yer bə yer elyəndən sonra əl üzümü yuyub özümü nizama saldım.
- Ana,mən birazdan gəlirəm
- Hara gedirsən ay bala?
- Qəbirsanlığa
- Ay bala şər qarışıb, bu saat qəbirsanlıq olar? Düşər düşməzi var
- Hec nə olmaz ay ana- deyə gülümsündüm.
Dayana bilmirdim. Elə bil məni hansısa bir qüvvə oraya dartırdı. Yenə alışıb yanırdım. Yenə gəlmələrim gəlmişdi. Bu dünyada olmayanlarla görüşməliydim. Kiminləsə danışmalıydım. Məzarlığa getməsəydım pisliyim yenə burda kiməsə dəyəcəkdi.
Kənddən çıxanda artıq hava qaralmışdı. Sağıma soluma baxmadan qəbirsanlığa üz tutmuşdum. Hiss edirdim ki arxamca kimsə gəlir. Kimsə görünmürdü. Mən bunu hiss edirdim. İlk dəfəydi ürəyim həyəcanla çırpınırdı. Üzü yoxuşa çıxdığıma görə tövşüyürdüm. Nədənsə içimə dolan qorxunu özümü təsəlli edərək dəf edirdim. Düşünürdüm ki arxamca gələn Anastasiyadır. Ürəyimdə onunla danışırdım.
- Çıx get, məni rahat burax deyirdim. Lakin ondan hec bir əlamət hiss etmirdim. Əsasən o yanımda olanda o mənə toxunur ruhumu özünə cəm edirdi.
Qəbirsanlığa girib dərindən nəfəs aldım. Ətrafa boylandım. Ürəklənmişdim daha yoldakı kimi qorxmurdum. Axı bura mənim məkanım, buranın sakınləri mənim dostlarım idi.
Atamın qəbrinə yaxınlaşdım. Dolmuşdum nədənsə ağlamaq və onunla dərdləşmək istəyirdim. Lakin mən bunu edə bilməzdım. Mənim dünyamda duyğusalliq, kövrəlmək, acımaq yox idi. Mənimki qəddarlıq mərdüməzarlıq pislik idi. Allahın sevmədiyi, şeytanın sevinci olan hər pislik mənim amalım idi axı. Bilirdim ki, bir ruhu çağırmaqla onu narahat etmış oluram. Bunlar mənim vecimə deyildi. Axı mən pislik işçısıyəm. Əlimdən hər pislik gəlir. İstər ölənlərə qarşı, istər sağ olanlara qarşı. Mən pislık edərkən, kiməsə zərər verdikcə həyatdan ləzzət, evrendən mükafatımı alırdım. İndi atamın ruhunu çağırsam, ya çağırmasam, atam məndən razı qalar ya ya məndən inciyər orası mənlik deyil.
Ovuclarım od tutub yanırdı. Əllərimin ortasında nəsə tuturmuş kimi tarazlaşdırıb qəbrin ətrafında dolaşırdım. Sehirlı sözlərimi deyib yaxama taxdığım iynənı məzarın sağ və soluna batırırmış kimi etdim. Əllərimin istisi bir birini yandırırdı. Əlimdə tutduğum iynəni məzarın üstünə tərəf tutub iynəni buraxdım. Bir anda iynə əlimdən düşdü və yerə çatmadan geriyə doğru hərəkətlənməyə başladı. Əlimin maqınıt qüvvəsi onu geri çəkirdi. Demək mesajım atama çatmışdı və atam mənimlə görüşü qəbul etmışdı. İynə əlımə çatmağa az qalmışdı ki, elə bil üzümə kimsə sərt şıllə çəkdı. Bir anlıq bütün bədənim titrədi. Gözlərimin önündə qığılcım oynadı. Bir anlıq nə baş verdiyini anlamadım.
Başımı yuxarı qaldıranda iynə yerə düşdü. Və anında ildırım kimi bir qığılcım kəndə doğru atıldı və gözdən itdi. Bir anlıq nə baş verdiyini başa düşmədim.
- Ata!
Ətrafa baxdım.
-Ata burdasan? - heç kim yox idi. Qulağıma gülüş səsləri gəlirdı. İlk dəfəydi başıma belə şey gəlirdi. Mən ruh çağirma oyunumu oynayanda demək olar ki ruhlar mənim əsirim olurdu. İndi bu nə işdirsə o mənimlə oyun oynayırdı. Nə edəcəyimi bilmirdim. Bütün gücümü toplayıb iynəni əlimə götürdüm. Yenə sehirli sözləri oxuyub əllərimin maqinit güvvəsini işə saldım. Olmadı. Bir daha ozümü sınadım.
- Yox olmur. Olmur ...
Elə bil hardansa lap çoxdan oxuduğum bir kitab yadıma düşdü.
- O mənə zərər vuracaq, mənə əzab verəcək...
Təpə aşağı qaçırdım. Kəndin girişində uzaqdan gələn qışqırişma səsi tüklərimi ürpətdı. Güllügilin həyətindən adlayıb kəsdirmə bizim evə qaçırdım ki, arxadan Güllü məni səslədi:
- Cingiz...
- Nolub Güllü
Güllü həyəcanla yanıma qaçıb yazıq yazıq üzimə baxdı.
- Güllü dillənsənə nolub bizdə
- Bizimkilər sizə - haya qaçdı
- Axı nolub?
-Zümrüd... - deyincə daha nə deyəcəyini gözləmədim. Adam boyu hörülmüş hasarin üstünü aşıb həyətə adladım.
Zümürüdün başı Familin dizlərindəydi. Yarıçılpaq bədəni bomboz bozarmışdı. Saçları islaq idi.
- Zümrüd - deyə üsyancasına özümü içəri atdım.
- Evin yıxıldı ay qardaş... - deyə bacılarım və anam şıvən qoparıb saçın başın yolurdular. Balamın çansız vücudun Famılın qucağından alıb yerə çökdüm. Qızımın islaq saçlarıını qarışdıraraq üzümə sürtdüm. Qoxusunu içımə çəkdim gözlərimdən lombur lombur yaş tökürdü . Ağzımda dilim titrəyirdi danışa bilmirdim.
Zümrüd evdə hamam olmadığı üçün gedib ambarda çımırmış . Necə olub o çımən vaxt hardansa elekririk kabelı qırılıb onun çımdıyi dəmir vannaya düşüb. Cərəyanlar kəsilib. Bir anlıq nə baş verdiyindən çaşbaş qalan Famıl işıqları yandıranda iş işdən keçıbmışdi artıq
Hər kəs bunu belə bilirdi. Bir tək mən bilirdim ki, belə ölüm Zümürüdün qisməti deyildi. Mənim balam mənim oyunuma gəlmişdi. Həmin vaxt mənə enerji gəlmişdı. Mən enerjimi boşaltmalıydım. Kiməsə, nəsə etməliydim. Ya öluyə ya, diriyə. Ziyan vermək, pislik etmək axı mənim vəzifəm idi. Axı mən şeytanın qulluqçusuydum. Onun əmrini yerinə yetirməliydim. Həmin vaxt ağlıma heç kim, hec nə gəlməmişdi. Atamı da narahat etmək istəməmışdım. Ruhunu cağırsamda onu sonra sərbəst buraxmışdım. Bu da şeytanın acığına gəlmişdi və mənə mənim balamla cəza vermışdı...
Bacılarımın saç yolması, bibilərimin və anamın şaxseyı bütün kəndi bizə axışdırmışdı. Atamın qırx mağarı qızıma qismət olmuşdu. Zumürüdün ölümünə inanmırdım. Başını sınəmdən ayırıb üzünə baxdım qanı qaçmış dodaqlarında müəmmalı bir təbəssüm donub qalmışdı.
- Ayyyy... Qızım... Mənim balam...
Başımı qaldırıb tavana baxdım. Gözlərimin önündə kölgələr oynaşırdı. Bir anda Zümürüdü evin yuxarı başındakı yükün üstündə gördüm. İstər istəməz bir qucağımdakı, bir də yükün üstündəki Zümürüdə baxdım. Bəli bu Zümürüdün ruhu idi bədənindən uçmuşdu. Və elə bu an qızımın öldüyünə inanırdım. Mən qışqırıb bağırdıqca, qulağıma gələn gülüş səsi məni əsəbdən çıxardırdı.
Zümürüdü ehmalca yerə uzadıb ayağa qalxdım yükə doğru addımladım. Elə bu vaxt hardansa atam peyda olub Zümürüdün əlindən tutaraq havaya qalxanda mən də atamdan yapışdım.
- Burax ata burax mənim qızımı. ..
Atam sərt bir zərbəylə mənə vurdu. Özümü itirmədim. Atamla mənim aramda amansız savaş başlamışdı. Evin içində atam məni ordan ora burdan bura çırpırdı. Mən atamla savaşırdım. Məni isə camaat başqa cür görürdü. Mən özüm ozümü ora bura çırpırmışam.
- Sən mənim qızımı bədbəxt etdin Çingiz elə bilirsən mən bu hayıfı səndə qoyacaqdım?
- Bağışla ata, onu mən sınaq üçün etmışdım. Etdiyimi də bərpa edəcəkdim. Sən o torpağı dağıtmasaydın...
-Bəs demişdin ilk uşağımı Züleyxaya verəcəm, niyə vermədin Zümürüdü ona , niyə əhdinə əməl etmədin?
- Bacarmadım ata, bağışla...
-Boyy Bismıllah, ay bala, Çıngiz havalanıb
- Ayə tutun bunun əl ayağın ,
-Anan ölsun ay Çıngiz, bacıların yaralı yerinə qurban ay qardaş...
Anam - bacılarım, qardaşlarım bir birinə dəymişdilər. Bavılarım üzün cırır, anam saçlarını yolaraq dizlərinı şapıldadır, vaxsey qopardırdı...
- Bilirsən ki, bizim dünyamızda bağışlamaq yoxdur. Sən mənə xəyanət etdin - deyib güldükcə atam əlimin arasından əriyib əcaib bir görkəm alırdı. Bəli düşündüyüm gerçək imiş, şeytan atamın qılığına giribmış, şeytan özü balamdan istifadə edərək məni oyuna gətiribmış...
Gözümü açanda özümü el diliylə desək "dəlixanada" gördüm. Bir nəfərlik kamerada məndən başqa heç kim yox idi . Əlim qolum çarpazlanaraq arxadan bağlanmışdı. Beton döşəmənin üstündə yerə sərələnmişdim...
İki aydan sonra özümə gəlib özümü tanımağa başladım. O vaxta qədər mən özüm o dünyanın sakini idim. Ətrafımda ruhlar varıydı. Onlarla danışır, onlarla haralarasa gedirdim. İki aydan sonra məni normal palataya keçırtdılər. Buraya gələndən sonra başa düşürdüm ki dünyada tək paranormal mən deyilmişəm. Mənim kimi burda nə qədər xəstələr var imiş. Burda özümə yeni dost qazanmışdım. Arif. Canlara deyen kişilərdən idi öz yaşını özü də unutmuşdu. Mənim təxmınım hardasa 60 63 yaş ola ya olmayaydı. Tutmaları tutmasaydı heç ona dəli demək olmazdı. O ki deyirlər aa dəlidən doğru xəbər. Bax o məsəli Arifin timsalında görürdüm. O qədər ağıllı və ibrətamiz söhbətlər edirdi ki...

Arif gəncliyində cox yaraşıqlı, hundur boy qara qas, qara goz, oğlan olubmuş. Qara biglari ona xüsusi yaraşıq verirdi. Dəli dolu oğlan idi Arif. Həm qözəlliyi həm də dəliqanlılığına görə kəndin qızları dəli divanəydi Arifin dərdindən. Arifin könlü isə bir sinifde oxuduğu, hemde qonsu qızı Sonada idi. Sona da elə su sonası kimi gözəl və qəddü qamətli bir qız idi. Ariflə bir birini cox sevirler. Hami onların saf və möhkəm sevgilərinə hesed aparirdı. Arif yetim oğlan olduğundan Sonanın atası qızını Arifə vermək istəmirdi. Arif balaca olanda anası rəhmətə getmiş, atası isə ikinci dəfə evlənərək şəhərə köçmüşdü. Arifi körpəliyindən nənəsi öz himayəsinə götürmüşdü. Onu uşaqlarından ayırıb, seçmədən böyütmüş, onun hər nazını çəkmişdi.
Sonanın dayısdil Bakıda yaşayırdı. Atasıgil onu tez tez Bakiya göndərirdilər. Gözaltıları var idi. Qızı orda dayısının qohumuna vermək istəyirdilər. Bütün bunlardan xəbərsiz olan Arif qız Bakıya gedərkən dayana bilməz, ümumiyyətlə bir gün qızı görməsəydi dəliyə dönərdi. Qızda Arifsiz orda qalmayıb kəndə dönərdi. Bələcə həsrətdən qovrula qovrula günlərini ötürərdilər.
Günlərin bir günü Arifin əsgərlik vaxtı gəlib catır. Arif nenəsinə deyir ki, Sonaya elci gedin, bir uzuk taxin yoxsa men gelene kimi Sonanı dayisigil qohumlarna verecekler .
Arifin nenesi 6 usağı tək başına böyutmüşdü. Ömür gün yoldasi retmete gedende usaqları korpe imiş. Suğra arvad cox qocaq qadin olub. Həyatın hər zülümünə qatlanan qadın oğlunun xoşbəxtliyi naminə Arifin də yükünü çəkməyə razı olur. Yavas yavaş balalarını böyüdüb yerbə yer eden qadin indi Arifin istəyinin qarşısında nə edəcəyini bilmirdi. Bilirdi ki Sonanın atasının gözü yüksəklərdədir. Qızını Arifə verməz. Odurki, Arifi dilə tutur.
-Sənin qadan alım ay Arif, hələ get esgerliyni cek gel. Bilirsən indi imkanımız yoxdu. Sən gələnə qədər əmilərin də köməklik edər, bibilərin də kolxozda işleyir, pul duzelderik, tədarükümüzü görərik. Sağ salamat get, gelen kimi toy ederik. Arif evin vəziyyətindən xəbərdar idi. Doğurdan da bu saat nə nişan aparmağa, nə də toy etməyə imkan yox idi. Nə əlac qalıb razılaşır. Gedir əsgərliyə.
Bir il kecir bu mudet erzinde Sona pedoqoji inistuta qebul olur Bakida dayisi gilde qalir. Orda Ariflə mektublasir bir mudet sonra mektubların arası kesilir. Sonadan nigaran qalan Arif dostları ilə elaqe saxlayır. Dostları ona melumat verirler ki, Sonaya elciler gelir, Sona isə heç kimə getmir. axirda atasi onu məcbur edib öz qohumuna nişanlayır.
Bunu eşidən Arıf dayana bilməyib əsgərlikdən qaçıb kəndə gəlir. Kənddə xarabalıq bir yerdə gizlənir. Sonani qacirmağa fürsət axtarır.
Hərbiçılər kəndi müharisəyə alırlar. Hər yerdə Arifi axtarırlar.Bunu eşıdən Suğra arvad başına gözünə döyüb özünə divan tutur. Kənd camaatı da hərbiçılərə qoşulub onlarla bərabər Arifi hər yerdə axtarırdılar. Arif isə gizləndiyi yerdən cıxıb heç kimin ağlına gəlməyəcək bir yerdə - Sonagilin tövləsində gizlənmişdi.
Nəhayyət axtarış müddəti bitir. Əsgərlər gedir. Komandir Suğra qarıya tapşırıq verir ki, Arif eve gelen kimi, onu gətirib herbi komisarliga təhvil versin.
Sonanın atası tefəngini götürüb evinin görd tərəfini gözətlyir. Bilirdi ki Arif cəsarət edib Sona üçün əsgərlikdən qaçıbsa, demək Sonanı da götürüb qaça bilərdi.
Ara sakitləşəndən sonra Arif gizləndiyi yerdən çıxır. Biraz gözləyir. Qonşuluqda yaşayan balaca bir qızdan Sonaya məktub yazıb yollayır. Onu tövləyə çağırır. Arif nə qədər cəsarətliydisə də, Sona o qədər də qorxaq idi. Ariflə görüşə gelmir. Kağız yazıb uşaqdan Arifə yollayır.
Tərəddüd içındə məktubu oxuyan Arıf Sonaya bərk əsəbləşır. Sona atasının onları rahat buraxmayacağından qorxduğunu yazırdı.
- Arif, atam bizi rahat buraxmayacaq, səni hər yerdə axtarırlar. Atam da tüfənglə qarovulumu çəkir. Səni öldürəcək. Sənin üçün çox qorxuram Arif. Bizim axırimiz yoxdur. Atam məni başqasına verib. Bilirəm ki, ölər sözünü geri götürməz. Odur ki, məni unut, məndən əl çək!
Arifin ümüləri daşa çırpılmışdı. O Sonası üçün hər şeyi gözə alıb gəlmişdı, gör indi Sona ona nə yazır...
Sona gizlincə Arifin bibisine xeber göndərir ki, Arif onların tövləsındə gizlənib. Cox keçmır nenəsigil gəlib onu aparır. Arifin onun tövləsində guzləndiyindən xəbər tutan Sonanın atası coşub daşır. Tüfəngini götürüb havaya bir iki atəş açır. Əsgərlər tpkülüb kəndə gəlir. Arifi daha gizlədə bilməyəcəyini görən nənə özü öz əliylə nəvəsini hökümətə təhvil verir.
Arifi herbi tribunalla verirlər. Əsgərlikdən qaçdığına görə hərbi məhkəmə ona cəza cekmekle iki il is verir.
Tələm tələsik Sonaya toy edirler. Sona göz yaşları içində gəlin kocur.
Arif cəzasını çəkib gelende Sonanın artiq bir oglu da var imiş.
Başına gələn ugursuz məhəbbət məcarasından sonra Arif özünə qapanır, hec kimle danismir. Geceler oz ozune danisir, ne ise yazir, pozur.
Bütün bunları nənəsı görur və Arifin hər addımını izleyir.
Kendde tut bağı var idi. Həmin bağ indi də durur. O vaxt o bağı kolxozcular salmışdılar. Kənd camaatı ipek qurdu besleyirdiler. Hemin tut bağından tutun yarpaqlarni yigib aparirdilar tirtillar üçün. Gecələr Arifin getdiyi yer həmin tut bağı idi. Arifi harda itirsələr gecələr həmin bağda tapardılar. Belə vaxtlarda Arif heç kimin ağlına gəlməyəcək hadisələrdən danışırdı. Kendde yasayan qohum qonsu haqqinda bezi sozler soyleyermis. Təbii ki Suğra arvad nəvəsinin dilə ağıza düşməməsi üçün Arifin dediklərin palaz altına qoyub qatlayardı. Bu barədə heç kimə heç nə deməzmiş.
Maraqlı o idi ki, Arif nə deyirdiysə hamısı birə bir olurmuş. Nənə dünyagörmüş qadın idi. Belə hala düşmənin səbəbini az çox eşitmişdi, bilirdi. Onu da bilirdi ki Arifə ya cin toxunur, ya da ona vergi verilir.
Bir gün gece Arif nənəsini yuxudan qaldirib deyir ki
- Get isgəndərin anasına de, bu gun oglunu ise getmeyə qoymasın.
Suğra arvad Arifi sakitləşdirib yatağına salır. Səhər açılar açılmaz gedib deyəcəyinə söz versə də arvad evdən bayra çıxmır. Bu sirri kende acilmasinı istəmir. Cox keçmir kəndə hay düşür. İsgəndəri dəyirmanda ilan vurubmuş. Xoşbəxtlikdən yaninda yoldasi varmış. İsgəndəri xestexanaya catdiriblar. Bunu eşıdən Arif nenesinə deyirki :
- Bax gordun. İsgəndər ora getmeseydi ilan onu vurmayacaqdi. o ilanın orda balası var, ona gore vurub. Onlara deyin gedib ilanın balasini ordan bayira cixarsinlar. Daha ilan oraya gelmeyecek. Yoxsa ora kim girse hamini bir bir calacaq. O ilan ana ilandi.ondan qurtuluş olmaz.
Bu son deyildi. Bu hadısədən sonra Arif daha da cox seylər haqqında danışmağa başlayir. Daha nənə də onun sirrini gizlədə bilmirdi .
Bir gun de Arif qalxib nənəsinə deyir ki get Semaye xalaya deki narahat olmasin onun gelninin oglu olacaq (Samayanin gelninin 5 qizi vardi yenede hamile idi. Gəlinin əri her qizi olanda dava salirdi gəlinlə yola getmirdi).
- Hə bir də uşağın adini Hesen qoysun, bundan sonra da bir oglu olacaq onun adi Semistan qoysunlar .
Elbette nənə Arifin dediklərinin coxunu sahibinə çatdirmirdi. Arifin bu halı Suğra arvadı narahat etməyə başlamışdı. Əl altindan nəvəsinə çarə axtarırdı.
Bir qohumu vardi Adi Goycek idi. Göycəyin xalasi qonşu rayona ere getmisdi. O tez tez xalasi gile gedirmis. Bir gun Suğra arvad dayana bilməyib Arifin sirrini Goyceye danisir ondan kömək istəyir. Goycek çoxbilmiş qadın idi. Xalasıgilin rayonundakı Qara molla haqinda neneyə danışır. Qara molla zəmanəsinin tanınmış cadugərlərindən imiş. Olduqca acgöz və tamahkar olan bu mollanın əlindən deyilənə görə heç vaxt yaxşı iş gəlməzdı. Ona kömək üçün üz tutan adamların olan olmazını soğan kimi soyarmış. Axırda da kağıza nəsə yazıb verərmiş ki get suya qat iç. Deyilənə görə mütləq hər müştərisindən bir qara toyuq və yumurtasını ıstəyirmış. Nəysə bunu eşıdən nənə Göyçəkdən xahiş edir ki Arifin dərdinə əncam tapmaq üçün onu qara mollanın yanına aparsın. Qara Molla neneni diinleyir. Nəhayyət qələmi əlinə alıb kağıza nəsə yazıb verir Suğra arvada.
- Əvvəla onu deyiim kii... Sənin nəvən sevgiden deli olub... Əmma qorxma bunun çarəsi var. Al bunu apar mis qabda su isit. Bunu da at həmin suya. Vannada nəvənı qəşəy çımızdır. Hazırladığın dualı suyu başından tök, qüsul alsın. Bunu da yeməyinə, cayina suyuna qat ver yesın. Düzələcəy...
Suğra arvad evə sevincək gəlir. Mollanın dediyi kimi edib Arifi hazırladığı suda çımizdirir. Dualı suyu içırdır, xörəyini yedirdir. O gecə sabaha qədər Arif qızdırmadan yata bilmir. Sayaqlayır. Dayanmadan kəhrəba daşı haqqında nəsə deyir.
Sübhə qədər peşımancılıq ıçındə Arifin başının üstündən ayrılmayan nənə sabah gördüklərindən dili tutulmuşdu. Arif yuxudan oyanar oyanmaz yastığının altından gecə haqqında danışdığı kəhrəba daşını çıxartmışdı. Yuxudaykən Arifə kəhrəba daşı verilibmış
Bu hadısədən sonra Arif daha da cox seylər haqqında danışmağa başlayir. Daha nənə də onun sirrini gizlədə bilmirdi. Arif özü öz sirrini yaymağa başlamışdı .əlində tutduğu kəhrəbadan sanki nəsə oxuyur insanların başlarına gələcəkləri deyirdi. Nənə Qara mollanın daimi müştərisinə çevrilmışdi. Nənə ondan kömək istədikcə Arif elə bil nənənin qəsdinə durmuşdu.
Nəhayyət Qara molla bir gün nənədən Arifin özünü onun yanına gətirməsini istəyir. Nənə məcbur qalıb Arifi dilə tutur və onu mollanın yanına aparır. Molla Ariflə biraz danışdıqdan sora belə nəticəyə gəlir :
- Sənə vergi verilib, insanlara kömək elə...
Arif kəhrəba daşından mollaya bəhs etməmişdi. Nənə isə fikirləşırdi ki Arifə nə olduysa həmin kəhrəbadan sonra oldu. Odur ki Arifi bu daşdan qurtarmalıydi. Nənə kəhrəbanı Arifdən xəbərsiz götürüb Qara mollaya üz tutur, ondan kömək istəyir. Qara molla daşı götürüb bir daha geri qaytarmır.
O gündən Arifin vəziyyəti daha da pisləşir. Evdə nə varsa qırıb dağıdır heç kimi görmək istəmir. Havalanıb tut bağlarına qaçırmış. Nə illah edirdilərsə onu evə bağlaya bilmırmışlər. Axır iş o yerə qalır ki Arifi gətirib ruhi xəstəliklər dispansere qoyurlar. O gundən bu günə Arif 16 ildir ki, buranın daimı sakinidir...
Altı aylıq müalıcədən sonra nəhayyət həkim mənim çıxışımı verdi. Özümün də bura gələnfən dəyişdiyimi çox hiss edirdim. Daha əvvəlki kimi düşünmürdüm, qara qüvvələr məni incitmirdi. Zümürüdü də unutmuşdum. Yanğıma su çılənmişdi sankı. Qarşıma məqsəd qoymuşdum. Atamın və Zümrüdün ili çıxan kimi bacılarımı Güllüyə elçı göndərəcəkdim. Əgər razı olsalar evlənib ailə uşaq yiyəsi olacaqdım. Axşam Famılgilnən danışdım. Sabah arxamca gələcəkdilər. Otağımıza qayıdıb hamıyla halallaşıb görüşdüm. Arifln yatağının yanında oturdum. Neçə vaxt idi xəstə idi. Ciyərlərinə su toplanmışdı. Həkimlər də əlini üzmüşdülər. Yanına gəlib gedəni yox idi. Əmiləri, bibiləri yaşlanıb, bəziləri də dünyadan köçmüşdü, onların uşaqları bəlkə də Arifin varlığından xəbəri olan var idi, ya da yox idi...
- Haqqını halal elə Arif dayı. İnşallah mən sabah çıxıram.
- Həə bilirəm. Xəbərim var. Halal xoşun olsun. Amma bir sey deyim. Səbrli ol. Tələsmə
- Səbr məndə en qədər...
- Yoxx onu demirəm. Hələ evlənməyə təlısmə, qismətin hələ irəlidədir.
- Allah sənə köməy olsun 40 ı haqlamışam ee.. hələ gözləyim?
- Hə gözlə. Qismətin özü ayağına gələcək. 45 də evlənəsən. Amma düz 15 ildən sonra züryətin olacaq...
Qanım əməlli başlı qaralmışdı. Arif dayının dediyinə görə hələ boşuna gəzməliydim, yaş keçır. 15 il ocağım kor qalacaqdı?
- Həə qoy deyim xəbərin olsun. Tam sənin istədiyin bir qız olacaq qismətin. Sənin həyatını yaşayan biri olacaq. Dilində pəltəklik var.Adını da deyərəm. Amma demırəm. Sən deyirsən Güllüylə evlənəsən. Amma onunla səninki tutmaz. Siz başqa dünyanın adamlarısız. Onun doğar qarnı yoxdur. Ocağın kor qalacaq. Sənin qısmətin E hərflı qızdadır...
Sabah yuxudan qalxıb yuyundum. Çantamı götürüb təkrar yoldaşlarımla görüşdüm. Arif dayının yanına gəldim çağırdım. Qımıldanmadı. Çantamı yerə qoyub əlimi alnına qoydum. Buz kimi idi.
- Arif dayı ! Arif dayı, cavab ver...
Üzunə yavaşca vurub onu ayıltmaq istədim.
Lakın onun başı cansız əşya kimi yastıqdan düşdü...
 

                                              8 bolum .

Iki il idi Duvannıda yaşayırdıq . Balaca bir qəsəbə idi bura. Əvvəllər bu qəsəbə Hacıqabul rayonunun tərkibində imiş. Sonradan qəsəbə Qaradağ rayonunun tərkibinə daxil olan olubmuş. Bu qəsəbə Bakı ərazisinə aid olsa da yenə rayon tipli idi. Camaatı zəhmətkeş, əkin biçinçiliklə məşğul olurdu.
Mehman neftayırma zavodunun filiallarından birində gecə növbəsində işə düzəlmişdi . Ruqiyyənin bir qızı var idi . İlahə qoymuşdular adını . Maşallah, ay üzlü gözəl bir qız idi . Eynən Ruqiyənin uşaqlığının eynisi idi. Cıvıl cıvıl uşaq idi , qazan kimi qaynayırdı uşaq . Dəcəl , ərköyün şirin bir qız idi İlahə .
Anam eyni vəziyyətdəydi . Yatalaq, heç kimlə danışmaz , yatağından qalxmazdı. O yatdığı otaq qaranlıq olmalıydı . İynənin ucu qədər bir yerdən işıq gəlsəydi dünyanı dağıdardı . Yeməyini də işığı yandırmadan verirdim . Heç bir iynə dərman istifadə etmirdi . Həkimlər də ona kömək edə bilmirdilər . Əslində heç bir xəstəliyi yox idi . Təyziq ,şəkər , ürək böyrək hər şey normal idi . Sadecə onda pisxoloji problem var idi . Özünə qapanıq, öz aləmində idi .
Qardaşlarım hələ də içəridə idilər . Sağolsun, allah hər kəsə Mehman kimi yeznə qısmət etsin . Bizim dar günümüzdə bizə sahib çıxdı . İki üç aydan bir qardaşlarımın yanına gedər onları içəridə kimlərəsə tapşırır siqaretını ehtiyyacını ödəyirdı . Heydərin cəzasının bitməsinə az qalmışdı . Gözləyirdik amınıstə düşsün - daha doğrusu düşəcəkdi . Di gəlki "hörmətsiz" bu mümkün olmadığı üçün aministə düşənlərin siyahısında adı çıxsa da, hələ də içəridə idi . Təəssüf ki, bizim zəmanəmizdə azadlıq pulsuz deyil .
Dəfələrlə qəsəbədə komsiyon dükanlarında işə düzəlmışdım. Lakin iş həyatım uğursuz olurdu . İşləyə bilmirdim. Dilimdəki qüsur məni işimdən kənara itələyirdi . Bir tərəfdən də anamın tez tez tutmaları tutduğundan məcbur olub işdən çıxırdım . Mehmanın üstünə anamla yük olmuşduq . Yeyib içməyimiz onlardan ayrı olsa da. Ruqiyənin ürəyi dayanmırdı. Nə bişırirdisə gətirirdi bir yerdə yeyirdik . Mehmanın hər xasiyyəti ideal idi . Ruqiyəyə qarışmır, qazandığı pulu qəpiyinə qədər Ruqiyəyə verər , siqaret pulunu belə ondan alardı . Di gəl ki , içmədən dayana bilmirdi . Hər gün bir "cubuşu" var idi . Sabah İşdən gələndə özüylə alıb gətirər , kolbasa pendirlə yeyib içər ,yatar . Axşam qalxıb işin vaxt maşınıyla işinə gedərdi . Hər gün içkili olması Ruqiyəylə Mehmanın arasına soyuqluq salmışdı . Ruqiyə son vaxtlar dayana bilmir , Mehmanla tez tez dalaşardı .
- Ruquş , qadan alım - Ruqiyəni ovudurdum - nə etmək olar . İçır içsin . İcib dava salmır , onun bunun qızına, gəlininə söz atmır , sataşmır ha. Sən də qəbul elə də bunun içməyini . Rusetə daş qoyanın tifağı dağılsın . Ora gedənlərin hamısı elədir də . Birdəfəmlik bunu başına sox ! O zəhrimara öyrəşən əl çəkə bilmir , neyliyək ? Sənə nə lazımdır ? Yeməyini, içməyin, bu xərcliyini verir? Verir. Sənə güldən ağır söz deyir? Yox. Day nə istəyirsən ee. Hansı yeznə bu zırıltını çəkər . Sağolsun vallah . Belə bir gündə sənə də bizə də sahib çıxdı .
- Ehh ay Emiş , həyat yeməkdən içməkdən , yaxşılıqdan ibaret deyil ee... mən də istəyirəm ərim mənə qarşı diqqətli olsun , saçıma başıma fikir versin , sonra kimin üçün bəzənirəm? Birdəfə mənə fikir vermir ee. Demir ee gözəlsən ya çırkinsən. Nə geyindiyimə diqqət etsin istəyirəm . Necə deyim ee... Bunun üçün ya bağayarpağı, ya quzuqulağı. Eyni şeydir. Sevgisini, bu diqqətini görmürəm. İstiyirəm nazımla oynasın , sevsin .
- Ay qız , ay dəli, sevməsə bizim nazımızla oynayar ? Həm sənin nazını çəkir , həm də bizim ...
- Allah vursun belə sevgini , ha Nəsibənin kuklası ha Mehman heç fərqı yoxdur ...
Mehmanın anasıgil hələ də Ruqiyəylə barışmamışdı. Arada balaca bacısı gələr, necə deyərlər çinadanın doldurub gedər, burda olanları bircə bircə anasının ovcuna qoyar. Onlar da başlayırdılar orda burda bizim haqqımızda şayələr yaymağa. Bir də görürsən "kimsə ölüb , kimsə can verir" bəhanəsiylə Mehmanı kəndə çağırırlar . Bax əsil qiyamət bu zaman - Mehman evə gələndən sonra başlayırdı . Ruqiyə dəfələrlə Mehmanın pencəyindən dualar tapıb çıxarmışdı , hər dəfə evə gələndə maykası yağa bulaşmış olurdu . Qonşu Əsli xaladan eşitmişdim ki , bu yağ qurd yağıdır . Bu yağ kimin paltarına vurularsa ailəsinə soyuqluq düşər, evinin qapısına vurulsa kişi evdən gedər, düvarlarına yaxılsa yuvası yıxılarmış . Əvvəl elə bilirdim ki , qurd yağı canavarın ətindən alınmış yağdır. Sonralar Əsli xaladan eşitdim ki, heç də belə deyilmiş . Qurd yağı haqqında eşirdiklərim , başımdan tüklərimi qabardırdı. Deməyəsən qurd yağı meyid çürüyəndə qəbirdə meyidin üzərində əmələ gəlmiş qurdlardan alınmış məhlul imiş . Bu işlərlə məşğul olanlar həmin qurdları toplayar həvəngdəstədə əzər, alınmış məhlulu belə pis əməllər üçün işlədərmişlər .
Arada bir Mehmanın bacısından mənim birinci ailəm haqqında eşidirdim. Evlənmişdı. Bir oğlu da varmış. Cox xoşbəxmış. Eşitdiyimə görə Saratovda yaşayır.
Özümdən asılı deyildi. Onun xoşbəxtliyini eşidəndə qısqançlıq məni öldürürdü. Nədənsə onun xoşbəxtliyini eşitmək istəmirdim. Anama sarılıb bəxtimə taleyimə qarğış yağdırırdım. Axı bütün bu olanlar niyə başımıza gəlməliydi ki? Niyə bu başımıza gələnlər bizi bədbəxt etdi ki? Bütün bunlara səbəbkar gözəgörünməyən sevgilimi bilirdim niyə məni bədbəxt edib, ailəmi pərən pərən salıb yoxa çıxdı? Bəs indi niyə gəlmir? Belə olmağımızımı istəyirdi? Çox darıxırdım. Özümü kimsəsiz tənha sayırdım. Bəzən gecələr tənhalığıma sarılıb ağlayırdım özümün qollarım, özümü sarırdı, ürəyimin səsi məni ovudurdu. Gecələr gözümün yaşı yastığımı isladır, gündüzlər heç nə olmamış kimi həyatıma davam edirdim...

ÇİNGİZ

Xəstəxanadan çıxandan sonra evimizə gəldim . Məni evdə anam və qardaşarım qarşıladı . Evimiz Sahil qəsəbəsindəydi . Bu evi atam iş yerindən növbəyə dayanaraq almışdı . Bütün baçı qardaşlarım bu evdə evlənib gəlin köçmüşdülər . İndi hər biri ayrı ayrılıqda ev eşik yiyəsi olmuşdular . Bu evdə anamla Züleyxa qalırdı . Deyəsən indən sonra da mənim də dailmi evim bura olacaqdır .
Ailəmiz böyük və mehriban ailə idi . Ailəmizin yeni üzvləri də bizim mehribançılığımızı elə beləcə də qəbul etmişdilər . Bizim birliyimizi və böyüklüyümüzü heç kim parçalamağa cəsarət etməmişdi, edə bilməmişdi.
Biz böyüdükcə , balaca otaqlara sığmadıqca , atam dəniz kənarında balaca bir yer götürmüşdü. Taxtadan balaca koma düzəltmişdi . Ora bizim bağ evimiz idi . Yayda günümüz orda keçirdi . Dənizə girib , sahildə oynaşırdıq . Balaca həyətimizi anam cənnətə döndərmişdi . Bir dənə qırıq qabı atmazdı . Baxçamızda qırılmış qablardan süni şəlalə - fontan düzəltmişdi . Dar səkinin kənarlarında cürbəcür gül kollarının , üzüm çardağının altındaki çay dəzgahımızın ləzzəti bam başqaydı . Bu balaca bağcamızda gözəl bir yay keçirmək üçün nələrimizdən keçməzdik ki ...
Bizimkilər evlənib ayrılsalar da hər şənbə-bazar yenə elə bu bağda toplanırdıq . İstəyir yay istəyir qış olsun- fərq etməz. Yayda çardağın altındakı böyük masada süfrə qurular , qışda da evin ortasına qoyduğumuz odun peçinin üstündə mütləq ya düşbərə bişərdi , ya xəngəl qaynayardı , ya da xəşıl çalınardı .Dənizin xışıltısını dinləyərək , xəmir xörəklərindən dadmaq bir aləm idi . Elə bu gün də məni bizimkilər burda qarşıladılar. Cünki evə sığmazdıq hamı köç külfətiylə gəlmişdi. Bina evindəki qonşular bu şamataya dayanmazdılar.
Bizimkilərdən başqa burda bir nəfər də var idi. Güllü ...
Bacılarım mənə yalvarırdılar ki, daha Rusiyaya getməyim .
- Axı səni ora bağlayan nə var ki, qardaş , Zümürüd də yoxdur axı . Sənin xəbərin olmadı ee . Anası eşitdi Zümürüdün tok vurduğunu . Başı yaloylu gəldi , əsdi coşdu , hamınızı tutduracam dedi . Səni hər yerdə axtardı . Xəstəxanada olduğunu eşidib lap kükrədi .
- Deyir elə dəliydi də ... mən onu çoxdan orda dəlixanaya saldirmalıydım .
Zülfiyyə Nigara göz ağartdı .
- Dedim köpəyin qızı yığ şələ kültəni , elə eləmə sənin özünü dəlixanaya soxdurum - Afət Nigarın yanından çımdık qoparıb kölnümü aldı - fikir vermə başına dönüm . Kaxol köpəyin qızına bir butulka lazım imiş . Yediyar tapdı verdi qəşəy tut arağı. Dedi gəl gedək vurax . Zıqqımın olsun. Day bilmirəm noldu nə etdilər.Sora səsləri Nargilədən gəldi. Deyir xatubba çalıb oynuyurmuşlar - güldü - Periş də eşitdimi bunu? İndi gəl bunların kansertinə tamaşa elə dəə... Nəysə içirdib piyan elıyənnən sonra qoydu, poyeze, dedi di yaxşı yol, haydı ya allah... gəldiyin yerə . Bu da bunun analığı.
- Mən nə demişəm sənə , ay qardaş? Axı rus nədir ki, nə də bilə analıq nədir. Dey gül kimi gızdır Güllü . Qəşəy qanacaqlı mərifətlin, Allaha and olsun , əsil anamın istədiyi qızdır . Maşallah bax - deyə Nigar yerə süfrə salıb xəngəl kəsən Güllünü göstərdi - day innən sonra gəlib biz xəngəl eləmiyəcəyik , Güllü bacı özü eliyəcək , bizi çağıracaq ki gəlin xəngəl var ...
Gözaltı Güllüyyə baxdım . Nigarın tərifi yağ kimi ürəyinə yayılmışdı . Gülümsünərək baxışlarınlı məndən gizlədirdi .
Ananam da çox israr edirdı . Getmə qal evləndirək səni .Otur qal- deyirdi .
- Şükür məni yaradan rəbbimə , heç vaxt heç nədə heç nəyə peşıman olmadım . Dünyanı istədiyim kimi tutub irəhmətlik kişiylə yeridik . Heç nədə kamım qalmadı . Balalarımın hamısın oxutdum , ev tikdim , evləndirdim , ev eşik yiyəsi elədim . Şükür, nəvələrim də var . Bir sizdən yana gözüm arxada qalıb . Bircə sizi də yan- yör eləsəydim , ölsəmdə dərdim olmazdı - anam içini çəkib Züleyxayla mənə baxdı .
- İrəhmətlik , öləndə də Züleyxa, Çingiz deyə deyə qaldı . Bilmirəm niyə bu kişi bu gədəyə düşmən oldu bir belə , öləndə də dilindən Çingiz adı düşmədi , "ədə , çağırım Çingizi , gəlsin ?"- dedim , "nəbadə onu üstümə çağırasan aa" -deyib dad elədi . Ehh ay bala...
Zavodda yaxın dostların köməkliyiylə işə düzəlmişdim . Ruhi xəstəxanada yatmağım diplomumu kirlətmişdi , amma, beş üç manat hörmət və yaxşı dostların köməkliyiylə zavodda yaxşı bir işə girmişdim . İşləyirdim .
Mənim burda qaldığımı görüb anamgil Güllüyə də razı olduğumu sanmışdılar . Məndən xəbərsiz Güllünün qardaşlarını bir yerə toplayıb söz açmışdılar . Bunu eşidəndə dəliyə dönmüşdüm .
-Sizə kim deyib ki belə bir iş görəsiz .
- Ay bala axır əvvəl evlənəsən dəə.
- Evlənəcəm amma o mənim qısmətim deyil başa düşmürsüz ?
- əşi nə danışırsan ee, Qismət əlində deyil ? Sənə kim mane olur .
- Ay ana, qurban olum , axı evlilik birini alıb lazımsız əşya kimi evə tullamaq deyil , cox da kəndimizin qızıdir , cox da tanıdığımızdır. Çox da sənin ürəyincədir .
- Day nə istəyirsən , ay başına dönüm .
Anama başa sala bilmirdim , nə istədiyimi . Onun bir istədiyi şey vardı . Ölmədən toyumu görsün , məni baş göz etsin vəssalam .
Bir Züleyxa qarışmırdı heç nəyə . Üzdə mənə bir şey deməsə də hiss edirdim ki, məni evləndirmək istəmələri onda qısqanclıq yaradır . Fikirləşirdi ki , Çingiz də evlənir, mən hələ oturmuşam . Kaş kə əlimdə olan birşey olsaydı . Yaşı 40 ı adlamışdı . Gəncliyi gözəlliyi solurdu artıq . Hələ də yuvası yox idi ...
Bankda biraz pulum var idi . Biraz da boynumda qolumd samballı qızıllarım. Bakıdan ev almaq üçün toplamışdım . Arzum idi, yeni evə təzə gəlin gətirmək . Sevdiyimi gətirəcəkdim , uşaqlarımın anasını gətirəcəkdim. Amma yaşım keçdikcə arzularım gözümdə qalırdı . Daha nə sevən yaşım deyildi . Nə də Zümürüddən sonra ata olmaq ağlıma belə gəlmirdi . Hələ bir dəlilik kağızımı bilən hansı qız gələrdi ki, mənə ? Mənə qalan elə anamın sözü olmasın - Güllü olacaqdı . O da barsız ağac kimi , daha meyvəsindən dərib yeməyəcəkdim , kölgəsində dincələcəkdim .
Yaxın qonşular hələ coxdan mənim xobbimi bilirdilər . Mən Moskvadan gələndə arada bir işi cəncələ düşən , kiminsə işini cəncələ salmaq istəyən yanıma gəlirdi . İndi mənim burda qalmağım onların əlinə fürsət salmışdı . Qəbul etməsəm də axşam işdən gələndən sonra çay içmək bəhanəsiylə gəlib ordan burdan söhbət edər, saqqızımı oğurlayıb yenə də məni əvvəlki məsləyimə qaytarırdılar . Nə deyim . Dediyim kimi bu işi sevirdim , nə qədər bu işlə məşğul olmaq istəməsəm də bacarmırdım. Yenə də işimi görürdüm . Narkamanlar pis vərdişlərindən qopa bilmədiyi kimi mən də çadugərliyimdən qala bilmirdim . Dəfələrlə yanıma gələn müştərilərə demişdim ki , mən falçı deyiləm , mənim yanıma kitab açdırmağa , fala baxdırmağa gəlməyin . Mən qara magiyayam . De filankəsin evin yıx - yıxım , filankəsin bəxdin bağla- bağlayım , filankəs evlənir , qoyma bəy gəlin bərabər olsun - elə bağlayım ki, heç vaxt açılmasın .
Kim idi məni eşidən . Gələnlərin çoxu yaşı ötmüş qızlar, unversitetə girmək istəyənlər idi . Ərinin, oğlunun başqa qadınlarla görüşməsinin qarşısını qalmaq istəyənlərin sayı hesabı yox idi. Mən onların qarşısında çarəsiz qalırdım . Bax bu üzdən burda əlim qolum açılmırdı işləməyə . Amma Moskvada mənim görə biləcəyim işlər üçün xüsusi müştərilərim var idi . Elə belə adamlarla işləmirdim . Özü zəif , cibi güçlü olanlarla işləyirdim .
Artıq qonşulardan keçmişdi , onların qohumları, uzaq yaxın qohumları da bizə ayaq açmışdı .
Xəstəxanadan çıxandan sonra bir xeylax vaxt idi ki , vəziyyətim yaxşı idi .Di gəlki yenə qarabasmalarım olurdu . Həkimimlə bu barədə danışırdım . Deyirdi ki belə işlərdən uzaq olmadıqca pisxolojik olaraq beyinin şüuraltı funksiyaları fəaliyyətə keçır .
- Nə funksiya ay həkim , mən yanıram ee...
Doğurdan da enerji gələndə alışıb yanırdım . Egər ruhumu , beynimi boşaltmasaydım , ziyanlıq özümü , yaxınlarından birini tutardı . Ayın xüsusi günləri var idi ki , o vaxtlar mən Evrenin səyahətində olurdum . Həmin zaman mənim fəaliyyyətimin ən uğurlu anları olurdu . Məhz sifarişlərimi həmin günlərə saxlayırdım .
İşdə də qeyri adi fəaliyyətimi eşidənlər var idi . Mənə inananlar da var idi , inanmayanlar da . Hətta dindən , imandan danışıb məni bu yoldan döndərmək istəyənlər obqədər idi ki . Sanki əlimdəydi . Mən bu işdən keçsəydim , şeytanın acığına gələcəkdi . Mənə ziyanlıq verəcəkdi . İlahiyyatçı dostum olan prefossor da məni inandırmaq istəyirdi ki , heç bir şey Allahdan böyük deyil . Cindir ,şeytandır bunları Allah atəşdən yaradıb . Şeytan sənə nə qədər hirslənsə də , Allah səni o qədər sevəcədir .
- İman gətir , oğlum . Şeytanın qüdrətini Allahdan üstün bilmə .
Kim nə deyirdi inanmırdım . Nə gizlədim , Allaha inanmırdım ...

Bir gün gece idi . Saat bir olardı. İşden gec cıxmışdım . Dayanacağa keçdim . Bu saatda marşrut olmazdı . İş yerimlə bizim qəsəbənin arası 15 20 dəqiqəlik yoldur . Fikirləşdım ki , ana yola çıxım , bütün rayonlardan və ətraf qəsəbədən keçən maşınlar bizim qəsəbədən keçir . Ordan bir maşına minər gedərəm . Bir neçə maşına əl sallasam da saxlamadı .
Nəhayət bəxtim uzumə güldü. Bir marşurut işıqları yandıraraq işarə verə verə mənə tərəf gəlirdi . Sevincək əlimi qaldırdım . Saxladı, mindim. İci boş idi. Soferə salam verib şoferin arxasındakı oturacaqlardan birində oturdum .
Şofer aynadan mənə baxıb :
- Əmoğlu hara gedeceysen? - deyə soruşdu
- Primorskiyə , içəri girməsəniz də olar , yolun kənarında saxlayarsan düşərəm - dedim..
- Problem yoxdur, elə mende ora gedirem - dedi.
- Ayy nə yaxşı - əlimi əlimə sürtüb paltomun boynunu qaldırdım. İçəri cox soyuq idi deye üşüyürdüm..
Zəmanədən , havadan sudan söhbət edə edə gedirdik . Birden gozum qarşidakı arxaya
baxan guzguye sataşdi. Gordumki, menim arxamda qara paltarli uzun sacli biri oturub amma cox qorxunc gorunurdu. Tez arxaya cevrildim kimsə yox idi . Yeniden qarşya cevrildim yene guzguden
onu gorurdum. Amma başini qaldirmirdi . Bir gözüm güzgüdə , bir gözüm arxada idi . Güzgüdən onu görürdüm . Arxaya dönürdüm yox olurdu. Yenə məni qara basırdı . Daha şoferin nədən nə danışdığını eşitmirdim . Mənim özüm burda olsam da ruhum özümdə deyildi. Ətrafımda olanlar, danışılanlar mənlik deyildi . Yenə alışıb yanırdım . Ovuclarımın maqnit güvvəsi əllərimi bir birinə çəkirdi. Özümü toplayıb pzümü qorumaq üçün sehirli sözlərimi oxuyacaqdım ki , birden aynadakı başini qaldirdi. Qadının agzi burnu qan içindəydi . Əyilmiş üzünün cox yerinde sumukleri görunen
biriydi.. ilk dəfəydi belə varlıqla qarşılaşırdım . Özümdən asılı olmayaraq qışqirdim . Lakin səsim içimə düşmüsdü elə bil , sesim cixmirdi . Sürücü de eşitmirdi meni. O mexluq peyda olduğu kimi də yoxa cixdi. Gözumu yumub . Dərindən nəfəs alıb , özümə gəlməyə çalışdım. Gozumu acanda o qarşimda agzini
acaraq inildeyir, aglayirdı. Anidən boğazımdan yapışdı . Güclü əllərinin arasından özümü qurtarmağa çalışırdım . Nefesini üzümdə hiss edirdim cox soyuq idi. Haldan, heydən düşürdüm . Boğulurdum. Gözlərimin qarası artıq geri dönürdü. Daha nə oldu bilmirəm . Bir neçə saniyə sonra gozumu acdim. O yox olmuwdu. Tez surucuye :
- Saxla, duşurem .
- Niyə noldu . Bəs Primorskiyə gedirdin ?
- Burda biri var - dedim . O isə
ise cavab vermirdi. Elə bildim eşitmir . Səsimi yüksəltdım .
-Saxla da ! Eşitmirsen?
Elə bu vaxt şofer qefil mene cevrilerek:
-Nedi əə? Nə qışqırırsan? Saxlayim he?? - deyerek xiriltili ve tukurpedici sesle qişqirdi . İllahi ,o eli tuklu qirmizi gozleri hedeqesinden cixmiş gozleriyle mene baxirdi. Dəliyə dönmüşdüm . Dilimin altında pıçıldadığım sözlər təsirini itirmişdi . Bunlar nə idisə mənim enerjim onlara təsir edə bilmirdi . Bunlar məndən güclüydü .
Güzgüdən uzun sacli mexluqun arxamdan ellerini uzadaraq geldiyini gördum. Sürücü yerinden qalxdı. İlk dəfə gördüyüm tüklu, insana bənzər balacaboy, ters ayaqli bu mexluq da menim üstume gelirdi. Maşının sükanı boş qalmışdı . Yüksək sürətlə , öz özünə gedirdi. Biri arxamda , biri önümdə idi . Mene catmaglarina az qalmişdi. Mənim gözüm isə boş qalmış sükanda və önümüzdə gedən TIR-da idi. Daha nə olduğunu bilmirəm. Huşumu itirmişdim. Özüme gelende artiq maşinin qezaya ugradigini ve icinde menden başqa hec kimin olmadigini öyrendim...


                                                9 BÖLÜM

ELMİRA

Xəstəxanaya çatanda gecə yarı idi. Anam qarnınI tutub qışqırırdı. Nə olduğunu bilmirdim. Əvvəl elə bilirdim yenə anamın krizi tutub
_ Ay ana qadan alım, axı hər tərəf örtülüdür, qaranlıqdır axı. Nədi nə istəyirsən?
Sonradan gördüm yox. Bu tutma o tutmadan deyil. Ev sahibinin qapısını döyüb,üzür istəyərək onları da yuxudan qaldırdım. Mehman işdəydı. Onsuz da Ruqiyə anamdan qorxurdu, onun yanında beş dəqiqə oturmurdu. Guya indi neyləyəcəkdi ki? Oyandırsam da anamın yanına gəldı, anamın üstünə çığırdı, bağırdı getdi.
Anamı təcili yardım maşınına qoyub xəstəxanaya gəldik. İlkin müayinədən sonra həkimlər belə qərara gəldilər ki, anamın ödü prusupt verir. Sabah nə edəcəkləri haqqında qərar verəcəkdilər. Sakitləşdirici iynə vurdular. Anam təzəcə yuxuya getmişdi ki, dəhlizdən çığırışma səsi gəldi. Elə bildim kimsə öldü. Tez qapını açıb bayıra boylandım. Bir dəstə qadın dizinə başına vurub ağlaşırdı. Uşaqlıqdan belə şeyə qarşı həssasam. Belə şey görəndə ya da biri öləndə tanıdım tanımadım fərq etmır ağlamaq məni tutur. Dərd sahibini təsəlli etmək kecir ürəyimdən.
Boynumu büküb otağımın qapısından qadınlara tərəf boylanırdım. Nə baş verdiyini kəsdirə bilmirdim. Xəstələri ölübmü, yoxsa onlar da mənim kimi indimi gəliblər bura bilmirdim.
Nəhayyət özümü toplayıb onların yanına getdim. Məlum oldu ki, ailənin cavan və nişanlı oğlu qəzaya düşüb ağır yaralıdır. Tanımadığım bu ailənin başına gələn hadısəyə pis olmuşdum. Hələ cavan olmağına üzülürdüm. Yaralının bacılarını bir bir qucaqlayıb onları təsəlli edirdim.
Anam əməliyyat olmuşdu. Əməliyyatı ağır kecdi, ödünü çıxartdılar. Müayinə sonrası məlum oldu ki, anamın böyrəyində daş var. Anam xəstəxanada yatmalı idi.
Oğlu qəza keçirən ailəylə dostlaşmışdım. Evin böyük qızı Züleyxa qardaşının yanında qalırdı. Gündüz qardaşının palatasında günün keçirsə də gecələr bizim palatada boş yataqların birində yatırdı.
Züleyxa 41 yaşında qız idi. Ailə qurmamışdı. Gözəl xanım kimi qız idi. Oxumuş savadlı olan bu qız indiyə qədər niyə ailə qurmadığını soruşanda dedi ki :
- Nəm vallah heç istəyən də olmayıb. Məktəb vaxtı məktəb uşaqlarından istəyirdilər. Uşaq idilər əşii... Uşaq nə qanır sevmək nədir? Söyüb batırırdım hamısını.Qarşılıq vermirdim. Elə bəlkə buna görə Allahın acığına getdi, qismətimi bağladı. İndi də mən istəyirəm, məni istəyən yoxdur.
- Bəlkə bəxtini bağlayıblar...
- Hə. Neçə dənə baxıcıya getdim deyir öz qanından olan,ocağının başında olan biri səni bağlatdirib. Axı niyə ki? Biz elə ailə deyilik, bizim ailədə düşmancılıq, xayınlıq, paxıllıq yoxdur. Hamısı şükür Allaha xoşbəxt yuvaları var, mənim kimlə nə işim var ki mənimlə də kimsənin işi ola?
Güllü... Yaralı oğlanın nişanlısı. Yaşlı qız idi, o da hardasa Züleyxayla eyni yaşlarda olardı.
- Deyəsən bu ailə yaşlanmış ailəydi hamısı. Qız da yaşlı, gəlin də yaşlı qız..
İlk təsuratlarım belə yaranmışdı bu ailəyə qarşı.
Hə onu deyirdim ee səki. Güllünü ilk gördüyümdə elə bilirdim bu da bacılardan biridir. Sonradan eşıdəndə ki, yaralı oğlanın nişanlısıdır, özümdən asılı olmayaraq oğlanın yaşını soruşdum. Cünkü oğlanı ağlayanda elə deyib ağlayırdılar ki sanki, 23 yaşında oğlan qəza törətmış. 39 yaşı varmış, neçə illərmış Rusiyada yaşayırmış indi gəlib, istəyiblər ki gəlmişkən başını bağlasınlar.
Belə söhbətləri eşidəndə gülməli gəlirdi mənə. Özümdən asılınolmayaraq hirslənirdim. Necə yani başını bağlayaq, bu boyda kişi heyvan, mal zaddırkı başı bağlana? Həm də 39 yaşında. Uşaqdır bu yaşda adam? Bunun bir hissləri, duyğuları, arzuları yoxdurmu? Rusiyadan belə dolanmış, gəlmiş. İnsan nə qədər mal ola ki, başını kiminsə əlinə verə deyənməni bağlayın? Cox da ana bacı ola...
Bimirəm bizim ailədə sevgiyə, anlayışa cox üstünlük verilmişdi. Bu barədə hamının fikiribazad idi. Sadəcə məsləhət görülər qərar alınardı. Atamla anamın sevgisi bizi başqa mühitə atmışdı. Ona görə belə şeylərə cox həssasıq. Bir balaca etinasızlıq, diqqətsizlik görəndə qəbul edə bilmirik. O vaxt anam məni verəndə etiraz etmişdim, sevmirdim. Bəlkə də sevsəydim gedər ayaqlarına düşərdim, nə bilim bəlkə də dua caduyla dil ağızlarını bağlayardım. Belə işlərlə məşğul olan tanıdıqlarımız da vardı, anam da elə ocağımızın başındaydı. Bilmirəm sevgisiz evləndirilən cütlüyü qapıya bağlanan it kimi görürdüm. Nəyinsə kiminsə xatirinə evmı olardı? Ailə - sevgi başqa şeydir.

ÇİNGİZ

Qaranlıq bir yerdəydim, əlim qolum bağlıydı. Otağın bir küncündə cavan və gözəl bir qızı maşında gördüyüm tərs ayaqlı tüklü məxluq incidirdi. Qızı onunla bərabər olmağa məcbur edirdi. Qız butun çılpaqlığı və gözəlliyi ilə qarşımda dayanmlşdı. Bu qədər yer gəzmişdım həyatımda onlarla qadın olmuşdu, amma belə bır bədən quruluşunda qadın görməmişdim. Elə bil Allah bu qızı qeybindən yaratmışdı. Uzun ag gərdanını örtən buruq saçları ilan kimi qıvrılıb alma kimi sərt döşlərinin üstündə oynayirdi. İncə beli üzükdən keçərdı, uzun və biçımli qıcları enlı və dik çanağına xüsusi yaraşıq verirdi. Açıq qonur gözlərindəki uzun kiprikləri sanki maqqaşla dənə dənə qoyulmuşdu. İncə siviri burnu, bal süzən dodaqları dağ laləsiydi elə bil.
Əli qolu duvara bağlı olan qız, bu əcaib məxluqudan qurtarmaq ücün çırpındıqca saçları boynundan uzundən atıldıqca çılın çılpaq qızın boynunda, böyük və qırmızı ləkə xal görünürdü. Əcaib məxluq qıza yaxınlaşdıqca qız qışqıra qışqıra quran ayələri oxuyur, bu məxluqu özünə yaxın buraxmırdı. Bundan əsəbləşən məxluq qıza olmazın işgəncələrini edirdi. Qızın ona ram olmayacağını görən həmin məxluq bu dəfə mənə yaxınlaşır. Və məni...
Ağrıya dözə bilmirdim. Qışqırırdım. Necə oldusa qız açıldı və yanıma gəldı. Qapalı geyimdəydi.
Qarşımda diz çöküb qasığımdan axan qanı təmizlədi. Məlhəm qoyub sardı:
- Biz hər zaman bərabərik, ölənə qədər. Biz ikimiz ona qalib gələcəyik. İnan mənə qalib gələcəyik...
- Axı o bizdən güçlüdür.
- Sənə elə gəlir. İnan mənə. İmana gəl, imana gəl, imana gəl...
Səs getdikcə uzaqlaşır, qız gözdən itirdi. Qızın arxasınca qışqırır, onu geri səsləyirdim. O isə geri dönmürdü. Özümə güc verib qışqırdıqca yaramdan qan axırdı. Ağrıya dayan bılmırdım. Qızın səsi qulaqlarımda exo verirdi :
- İmana gəl...imana gəl...imana gəl...
Yuxu görürmüşəm. Gözümü açanda dodaqlarım kəlmeyi şəhadəti pıçıldayırdı:
- Əşhәdü әn la ilahә illәllah, Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah.
Buz kimi tər məni basmışdı.
Qolum qiçımda qırıqlar var ıdı. Böyrəyim də möhkəm əzilmişdi. Qabırğamın biri qırılıb ağ cıyərimi parcalamışdı. Hadısə yerində özümə gəlmişdim, amma məni təcili yardım maşınında xəstəxanaya gətirdiklərində ağrının təsirndən yenə özümdən keçmışdım. Daha heç nədən xəbərim olmamışdı. Bir də həmin yuxunu görəndə tibb bacısı iynə vuran zaman özümə gəlmişdim.
Bütün bacılarım qardaşlarım yanımda idi. Əvvəl anama heç kim, heç nə deməmişdi. Qorxurdular anam dözə bilməz. Sonradan Züleyxanın və mənim evə gəlmədiyimizi görüb anam şübhələnmışdi. Amıldən əl çəkməyib ki, nə olduğunu desin. Amil də naəlac qalıb onu yanıma gətirmişdi
Bizimkilərlə bərabər Gülünü görəndə əməlli başlı əsəbləşmişdim. Bəlkə də o belə günümdə yanımda olmaqla mənə sevgisini göstərırdi. Lakin nədənsə mən bunu belə qiymələndirmırdim. Elə bılırdım özünü mənə yamamaq üçün edir, bütün bunları. Aramızda heç vaxt evlilikdən, sevgidən söhbət olmamışdı. Nə olmuşdu böyüklərlə danışılmışdı, mənim fikirim soruşulmamışdı. Mən heç nə deməmişdim. Lakin bu mənimlə elə hərəkət edirdi ki, elə bil mənım 10 illik arvadım idi. Bax belə şeyi sevmirdim.Rusiyada bərabər olduğum qadınların yerində görürdüm bunu da. Tək fərqi vardı, bu özünü mənə nazlandırırdı. Onlar kimi sərbəst deyildi. Anamgilin yanında utanır, çəkinirdi...
Yuxumda gördüyüm qız xəyalımdan çıxmırdı. Əslində xəyalımdan getməsini özüm istəmirdim. Gözlərimi yumub yuxumu xatırlayırdım. Onun ümüd verici sözləri, şəfqət dolu baxışları məni məndən etmışdi. Ömrümdə hiss etmədiyim bir duyğunu yaşayırdım. Belə bir qadın həyatda varmı, yoxmu bilmirəm. Amma deyəsən mən ona vurulmuşdum.
Yuxunun təsirindən hələ də çıxmamışdım. Elə bilirdim ki, mən yuxuda yox, həyatda şıkəst olmuşam. Bu barədə nigaran nigaran həkimimdən soruşdum.
- Həkim, deyirəm bəlkə qəzada mənə bir şey olub -deyə fikirimi həkimə çatdırdım. Şükür salamat idim.
Bəzən mənə elə gəlirdi ki, yuxuda gördüyüm qız kimdirsə Anastasiya kimi yanıma gəlir. Düşünürdüm ki, onunla hansısa bır gücün təsiri ilə təmas quraram. Xəyalən onunla görüşürəm. Lakin onun mənə "imana gəl" deməsi və mənim şəhadət gətirməm məni çaşdırırdı. Axı bizim kimi adamlar din iman bilmərik, şəhadət gətirmərik. Bu nədirsə, kimdirsə mənə yuxuda şəhadət gətirtdi. Yoxsa bu bir mələk idi mənimlə mübarızəyə başlamışdı? Hansısa, hardasa çoxdan oxuduğum mələklə şeytanın mübarizəsi haqqında oxuduğum kıtabdakı kımı bəlkə mələk mən şeytana savaş açıb? O kitabda mələk şeytanın üzərində qələbə qazanmışdı. İndi mən bu mələk üzlü gözəlin qarşısında əyilitəm? Əgər belə bir şey olsaydı məni daha böyük bəlalar gözləyirdi. Buna əmin idim. Bu şəhadətdən sonra şeytan məndən daha da acı bir qısas çıxacaqdı.
Maraqliydi. Qəzadan sonra məndə qorxu yaranmışdı. Bilmirəm nədən və kimdən qorxurdum. Əvvəl özümü hamıdan, hər şeydən üstün və güclü sayırdım. İndi hamının yanında acız idim. Evrenin qarşısında gücsüz idim, müti idim. Daha əvvəlki kimi pislik düşünmürdüm. Əllərimin maqinit güvvəsi getmışdı. Pəncərədən boylanan aydan enerji toplaya bilmirdim. İndi xəyal qura bilirdim. Xəyalimda kimisə yaşada bilirdim. Yuxuda da olsa gördüyüm o gözəl qızı o pısliyin əlindən qurtarmaq istəyirdim. Ona yaxşılıq edib,
Yaralarını sarma, dərdlərinə təsəlli olmaq istəyirdim. Və maraqli o idi ki oni Anastasiyadan daha fərli bir şəkildə yanımda hiss edirdim. O Anastasiya kimi mən toxunmur, məni təsirləndirmirdi. Onu sadecə yuxuda gördüyüm kimi gah çılpaq, gah da qapalı geyimdə görürdüm və ona hər haliyla sahiblənmək istəyirdim.
Yuxuda şəhadət gətirməyim məni çox narahat edirdi. Odurkı, tıbb bacısından ilahıyyatçı professor dostuma zəng etdirdim. Sağolsun qəza xəbərimi eşidən kimi gəldi. Xeyli söhbət etdik yuxumu və qorxumu onunla bölüşdüm. Diqqətlə məni dinlədikdən sonra həmişəki kimi mehriban nəzərlərlə mənə baxıb gülümsədi. Nə qədər kafir olsam da hər zaman dostumun məsləhətinə ehtiyyac duymuşam. O da bunu bilirdi. Odur ki hər zaman mənə bir şey məsləhət verəndə hədislərdən, ibrətamiz hekayələrdən sitat gətirər və sonra davam edərdi. Bu dəfə də ənənəsinin üzərində dayandı. Paladaki yoldaşlarımın da diqqəti hacıdaydı:
Günlərin bir günü bir gənc səyahətə çıxmışdı. Məqsədi bu idi ki, vətənini qarış-qarış gəzsin, ən ucqar nöqtələrə də baş çəksin, hər yerdən bir şey öyrənsin, maraqlı insanlarla tanış olsun.
Yolu bir ağsaqqalın evinə düşdü. Ağsaqqal xalq içində dindar, abid, bilikli və əxlaqlı bir adam kimi tanınırdı. Gənc elə düşünürdü ki, yaraşıqlı və zəngin bir evlə qarşılaşacaq. Amma ağsaqqalın evinə girəndə gördü ki, burada ən qiymətli əşya kitablardır. Bütün divarlar kitab rəfləri ilə örtülmüşdü. Evin avadanlığı isə çox sadə və kasıbyana idi. Yerə döşənmiş köhnə bir kilim, divar dibinə yığılmış yataq, yazı masası, oturmaq üçün kürsü və bir nəfərlik yemək dəsti – vəssalam. Nə mebel vardı, nə də xalça-palaz...
Oğlan heyrət içində soruşdu: “Babacan, bəs, sənin ev əşyaların hanı? Başqalarınınkı kimi sənin də qab-qacaq, pal-paltar yığmaq üçün taxça-boğçan, mülkiiyyətin yoxdurmu?”.
Ağsaqqal cavanın sualını təbəssümlə qarşıladı və öz növbəsində soruşdu: “Yaxşı, bəs sənin əşyaların hanı? Çiynində kiçik bir çanta gəzdirirsən. Yəqin ki ora çox şey sığmaz. Sənin pal-paltarın, yorğan-döşəyin, qab-qacağın haradadır?”.
Oğlan təəccüblə cavab verdi: “Babacan, axı mən səfərdəyəm. Bunları özümlə gəzdirmək mənim nəyimə gərəkdir?”.
Ağsaqqal da təbəssümlə sözünü dedi: “Ay bala, elə mən də səfərdəyəm. Bu dünya bir yoldur, sonu isə axirət aləmidir. Ona görə bu dünyada müsafir kimi özümlə ən zəruri əşyaları gəzdirirəm”.
Yenə hacının hekayəsinin təsirinə düşüb dalmışdım. Hacı boğazını arıtıb davam etdi.
- O qız kimdirsə, səni imana gətirəcək Çıngiz. Görünür o qız da sənin kimi əziyyət cəkib. Onu da gözə görünməzlər narahat edir. İmana gəlib Allaha sığınıb, iman edib, indi o sənə yuxuda da olsa deyin ki bu dünyanın o tərəfi də var. Biz bu dünyada qonğıq, imana gəl...
O qız Allahı hər şeydən böyük və güçlü bilib. Şeytanı ürəyindən qəlbindən çıxarıb. Səni də buna səsləyir...

ELMİRA

Kəndimuzdə yaşı ötmüş qızlar çox idi.Nədənsə hər zaman onların düşüncələriylə maraqlanırdım və onlar haqqında belə Qərara gəlmişəm ki, onlar gənc qızlar kimi düşünmürlər. Ağıllı daha açıq göz olurlar. Hətta bəziləri acı dıl, qaba danışıqlı olduğundan onlara nifrət də etmışəm. İçləridə nümunə götürüləcək biriləri də var idi. Bunlardan biri də Şüküfə xalaydı. 56 yaşında heç vaxt ailə qurmamışdı. Qardaş bacıları evlənib ayrılmışdı. O isə xəstə anasına baxırmış. Anam xəstəliyə düşəndən sonra özümü onun yerinə qoyurdum. Kim nə bilir. Bəlkə mən də nir gün onun taleyi yaşayacağam. Taleyin sərt oyununa gəlib mən fə bir gün tənhalığıma büküləcəyəm...
Çox yerdən istəyənləri varmış şükufə xalanı. Getmirmiş. Anasını heç kimə umud etmək istəmirmiş. Anası öləndə bir başını qaldırıb görür kı, gənclik keçib, dövran bitib. Artıq 50 yaşı vr. 67 yaşında arvadı ölmüş biri bacısını göndərib Şüküfə xalaya, Şüküfə xala elçını geri qaytarıb. İndən sonra ər ola ya olmaya nə fərq edər. Arzu yox, istək yox. Ələnib ələkdən çıxmışdan nə bərəkət axtaracam ki, mənə qalan çör çöpü olacaq . Bu yaşdan sonra gedib onun üç uşağının minnətin götürməkdənsə, oturmuşam evimdə. Əyənim yox çəkənim yox.
Şüküfənin o qədər ağıllı düşüncələri var idi ki, hər zaman özümü ona oxşatmaq istəmişdim. Fikirləri həmişə cavan idi. Pozetiv və xoşbəxt görünürdü həmişə. O biri qızlarla müqayisədə Süküfə xala bambaşqaydı. Hər kəslə öz dilində danışa bilirdi. Uşaqla uşaq cavanla cavan idi.
Hə onu deyirdim ee. Güllüylə tanış olmuşdum. Maraqlı idi bu yaşda qızın nişanlanması, bu yaşda evliliyi necə görməsi, nişanlısıyla nə danışması, hansı hisləri keçirməsi...
Məndən 18 20 yaş böyük idi. Onun yanında uşaq idim təbii ki. Lakin uşaq ağlımla onun danışdığı heç nədə kəramət görmürdüm. Bilmirəm bəlkə onun fikiriylə ortaq olanlar var idi. Amma onunla mənim düşüncələrimiz heç də üst üstə gəlmirdi. özünü saf və avam göstərirdi. Heç də göründüyü kimi hiss etmirfim onu. Hələ Züleyxanın və baçılarının yanında rola girməsi... Ordan otirma burdan otur, oturanda arxasına yastı falan qoyması... Nə bilim. Bəlkə də bu onun xasiyyəti idi . Bəlkə də belə tərbiyə olmuşdu. Böyüyə kiçıyə hörmətini belə ifadə edirdi. Bilmirəm mən bunu yaltaqlıq kimi dəyərləndirirdim. Züleyxagilin üzünə gülüb, üzünü çevirəndə üzü başqa ifadə verdiyinin dəfələrlə şahidi olmuşdum. Zənnim məni yanıltmamışdı. Bir dəfə söhbət edəndə məni maraqlandıran sualları ona verdim.
- Nə sevgi az. Mənə sevgi lazımdır? Deyirəm biri tutsun qolumdan aparsın. Gəlinlərin minnətindən qurtarım. Çox ölürəm elə kimnənsə ötürü?
- hə... Başa düşürəm səni. Amma yenə də oğlanın sənə qarşı bir balaca qığılcımı olmalıdır da...
-Olar da. Oğlanan vacıb anasıdır, bacılarıdır. Əsas onların könlün qazanmaqdır. Onlar məni istəyənnən sonra Çino nə deyəcək?
-Deyirsən danışmamışıq. Amma bu qədər səmimisiz.
- Necə ki?
- Çino deyirsən...
-Dəhşətsən ee... Nişanlım deyil ?
Güllünün günü xəstəxanada keçirdi . Guya xəstə ziyarətinə gəlmışdı. Bütün günü Çingizin anasının, bacılarının nazıyla oynayırdı. Onların qulluğunda dayanırdı. Arada Züleyxa bır bəhanəylə onu Çingizin yanına göndərir, onda da qız özünü elə naza qoyurdki, elə əzilib büzülürdü ki... Adamın lap əti tökülürdü. Onu deyim ki onun belə əzilib büzülməsi ailənin ürəyincəydi. Qızı başıaşağı, ağıllı və utancaq kimi qiymətləndirirdilər. Güllünün hərəkətləri bütün sinirlərimə toxunurdu. Doğrudur yaşı keçmiş ola bilər,ailə qurmaq istəyər - ona sözüm yox... Amma bu qədər əzilmə, yaltaqlanmaq nə demək? İnsanda az da olsa qürur olar...
Qız diqqətimi necə çəkmişdisə bir də onu nişanlısıyla bərabər görmək istəyirdim. Deyirdim görəsən nişanlısıyla necə davranır, nişanlısı ona necə baxır. Nişanlısı da onun kimi "düşükdür"?
Nəysə bir gün eləmədim təmbəllik Güllü qonşu palataya geçəndə tuvalet bəhanəsiylə onun ardınca çıxdım. Allahından qapı açıq idi. İçəridə çox adam var idi. Koridorda addımlarımı ləngidib içəri boylandım. Nişanlısı yatmışdı. Güllü Çıngizə yaxınlaşıb əlini alnına qoydu, nəsə dedi. Çıngız səksəkəli oyanıb səbirsiz halda başını yana çevırəndə qapıda gözü mənə saplandı. Elə qəribə baxışları var idi ki. Elə bil tanış və çox sevdiyi birini görmüşdü. Baxışlarında çaşqınlıq qarışıq bir sevinc var idi. Gözləri məni kipnoz eləmişdi, gözlərimi ondan çəkə bilmirdim. Gözlərinin içi gülürdü. İlk dəfəydi onu görürdüm. Lakin onu çoxdan tanıyırdım elə bil. Başıyla və baxışlarıyla məni salamladı. Mən də özümdən asılı olmayaraq onun salamını aldım. Elə nə olduysa bundan sonra oldu. O gündən onu ağlımdan çıxara bilmirdim. O gündən sonra necə ki o vaxt o gözəgörünməzi düşünürdüm, xəyallarımı onunla qururdum, indi də eyni hisləri bu tanımadığım adamla yaşayırdım. Bəzən əl ayaq çəkildikdən sonra gizlicə qonşu palatanın qarşısından keçıb qapıdan ona baxırdım. Oyaq olanda ayaq saxlamırdım. Amma yatılı olduğunda koridorda ləngiyib dəqiqələrlə, saniyələrlə ona baxırdım. Ona baxanda Çingiz mənə nəsə Dağıstandaki o yəhudini xatirladırdı. Ozaman aynada gördüyüm yaşlanmış gələcəyim, gözlərimin önündə canlanırdı. Bilmirdim bu adamla o gerçəyin nə əlaqəsi var idi...

ÇINGİZ

Güllüylə aram yaxşı deyildi. Qızı görməyə təhammülüm qalmamışdı. Züleyxaya da deyirdim ki, göndərin onu getsin. Züleyxa bunu qəbul etmirdi.
- Qadan alım yad deyıl kı, sözlündür. Bu gün sabah evlənəsiz. Girəvədir də. Bu vaxta qədər bir birinizlə danışmamısız, tanımırsiz. Adamı yaman gündə tanıyarlar. Danışın söhbət edin. Bir birinizə isinişin. Nə isinmək? Onu görəndə elə bil cin şeytan görürəm. Mən ona ümüd verməmişdim söz deməmişdim, onun yanında uşaq kimi görürdüm özümü. Uşaqkən məni nə qədər döydüyü yadımdadır. İndi mən ona həyat yoldaşım deyib sevə bilərəm? Sırf anam toyumu görmək istəyir deyə bu işə əl qoymuşdum. Ürəyimdə isə dərin boşluq var idi. Bəlkə də başqa qız olsaydı ona isinişib, sevə bilərdim. Amma Güllünü ürəyimə daxil edə bilmirdim
O yuxudan sonra özümdə qəribə hallar hiss edirdim. Mərhəmət və ədalət bilməyən mən indi kövrək biri olmuşdum. Gözlərimi yuman kimi tanımadığım o qız gözümün önünə gəlir və anında isə dodaqlarım kəlmeyi şəhadəti pıçıldayirdı. Nə sirr idi bilmirəm. Daha Allahın qəzəbindən qorxmağa başlamışdım.
Yenə xəyallar aləmindəydim. Yenə o qızın camalı gözlərimin önündə canlanmışdı. Yenə əlim qolum bağlı idi. Mənə işgəncə verirdilər. Gəldi yenə məni düşmənin əlindən qurtardı. Şəfqətlə gözlərimin içınə baxdı. Cox ehtiyyatla əlimi qolumu açdı. Getmək istəyirdi ki, əlindən tutub onu özümə tərəf dartdım. Etiraz etmədı, mənə qısıldı. Başını sinəmə qoyub gözlərimin içinə baxdı.
- İmana gəl Çingiz - dedi - bax mən də imana gəldim hər zülümə dözdüm, sən də döz - dedi - söz ver mənə Çingiz...
- Söz verirəm. Sən də mənə söz ver ki...
Əlini alnıma qoydu, sözümün davamını gətirə bilmədim. Daha ondan nə söz istəyirdim bilmirəm. Əllərinin istisi alnima toxunanda gözlərimi açdım. Güllü əlin alnıma qoymuşdu. Əlində kampot var idi. Sanki beynimə qan sıçıradı. Məni xəyallarımdan, yuxumdan ayırdığı üçün onu parçalamağa hazır idim. Başımı döndərəndə, bayırdan onun bizə baxdığını gördüm. Gözlərimə inanmadım. Bunun yuxu olmadığı üçün ilk dəfə Allahıma yalvardım. Başımla salam verdım. Bəli yuxu deyildi. Ürkək baxışlarında təbəssüm oynadı başını tərpətdi. Salamımı aldı. Və üzünü döndərib getdi...
Bu vaxta qədər heç nəyə açız olmamışdım. Dünyaya meydan oxuyan Çingiz indi özü bu qızın sevdasının qarşısında aciz idi. Kim idi bu qız, bilmirəm. Bir onu bilirdim ki bu əlçatmaz bir arzum idi. Möcüzəydi, hər zaman istədiyim qadının diqqətini çəkmək üçün, onu əldə etmək üçün nəsə edirdim, sehirli sözlərimi oxuyurdum, lakin indi ıstəyirdim bu məhəbbət olacaqsa təbii olsun, istəyirdim mən özüm eşq atəşındə yanım...
Yuxularımda gördüyüm qız koridordan mənə baxırdı. Yenə gözlərində şəfəqət, üzündə mərhəmət, dodaqlarında incə bir təbəssüm... Bu ilk olmadı. Ondan sonra o qız gəlib qapıdan boylanırdı, baxırdı. Onunla göz gözə gələndə hiss edirdim ki, məndən utanır qaçır. Odurkı özümü yuxululuğa vururdum. O saniyələrlə qapının ağzında gecikir. Hiss edirdim ki, ordan mənə baxır. Bunu bütün hissiyyatımla hiss edirdim. O getməsin mənə baxsın, mən bunu hiss edim deyə qımıldanmırdım. İnun gizlin baxışları məni həyəcanlandırırdı. Duyğularım ürəyimin qapısını tıqıldadırdı. O getdikdən sonra isə arxasınca baxırdım. Ürəyim qəribə bir həyəcanla çırpınırdı.
Onu Züleyxadan soruşdum.
- Gecə onların palatasında qalıram . Anası əməliyyat olub. Böyrək çatışmamazlığı var dedi. Nədi ki?
- Heç elə belə. Haralıdırlar görəsən?
- Nə bilim. Rayon qızıdır. Şəhər qızı deyil yüz faiz. Nədi gözün düşüb?
Çiyinlərimi dartdım.
- Gedib, toy gecəsi qaytarıblar. Pozuq çıxıb deyəsən..
- Nə bilirsən ay Züleyxa? Yenə proqnozlar xəbər verir?
- Yox ay toba, söhbət edirdik. Özü dedi...
Züleyxadan onun haqqında birşeylər öyrənmək istəyirdim. Ondan xoşum gəldiyimi hiss etmışdı.
- Ağlını başına yığ haa... Nışanlısan ee. Gör camaatın ıçındə bizi biabır edə bilirsənmı?

Xəstəxanadan çıxmışdım. Onlar məndən əvvəl getmişdi. Əsil işgəncə onlar gedincə başladı. Çox darıxırdım. Danışmamışdıq. Amma bir dəfə solaxay əyri üyrü xəttlə evin nömrəsini yazıb sanitardan ona yollamışdım. Çox keçmədi sanitar əlimdə berdiuim kağız geri qayıtdı ki çıcıb gediblər. Daha burda deyillər. Bununla da onu tamamilə itirdim. Onunla görüşüm bir də Allahın gümanına.
Yaralarım tam sağalmamışdı.Qoltuq ağacıyla gəzirdim.
Qəzadan sonra soruşdurma başlamışdı. Deməyəsən mənim mindiyim avtobusun sahibini yolda ölümlə hədələyərək maşından düşürdüblər, avtobusu əlindən alıb qaçıblar. Sonrası da məlum.
Şübhəli qismində məni sorğuya çəkdilər. Maraqlı o idi ki Avtobus şoferi idia edirdi ki, onun avtobusunu əlindən alanlardan biri də mən olmuşam. Guya maşını idarə edən də mən idim. Durduq yerdə şərə düşmüşdüm. Demək ki, mənimkilər mənim cildimə girib adama ziyan vurublar. Mən isə bunun bir yalan oldiğunu sübut etməyə çalışırdım. Tələb edirdim ki, hadısə yerindən və avtobusdan nümunələr və barmaq izləri götürsünlər. Mən maşını idarə etməmişdim. Sadecə sərnişin kimi şoferin arxasından iki oturacaq geridə oturmuşam. Belə bir vəziyyətdə gözümə görsənənlərdən danışmaq yersiz olardı. Çünki, heç kim buna inanmazdı. Əlimdəki həkim kağızına əsaslanaraq mənim həqiqətən dəli olduğumu düşünərdilər. Odurkı susurdum.
Avtobusda şoferdən başqa heç kimin olmadığını deyirdim. Şoferin üz cızgılərini ifade etmışdım. Rəsmini çəkmişdilər. Aydın oldu ki, həmin adam Lerik rayon sakinidir və 4 ildir ki həbsxanadadır. Adamı şübhəli şəxs qismındə araşdırdılar. Bu mümkün olan şey deyildi. Kişi həqiqətən də Qızıldaş həbisxanasında məhkumdur. Hadisə zamanı da cəza çəkmə müəssəsində olub. İş açıq qalmışdı. İşi bağlamaq üçün əldə tutarlı bir dəlil yox idi. Vəziyyət bu yerə qalınca tək şübhəli kimi mən göz altına alınmışdım. Mənim də maşında sadecə oturduğum oturacaqda sərnişin kimi izim vardı. Vəssalam.
Nəhayyət mənim ruhi xəstəxanada aldığım müalıcə əsasında aldığım ruhi xəstəlik kağızıma əsaslanaraq məhkəməni qapalı elan etdilər. Məni sərbəst buraxdılar.

Atamın ilinə az qalmışdı. Onun ilindən bir az sonra Zümürüdün ili olacaqdı. İl yada düşmürdü. Bizimkilər toya hazırlaşırdılar. Dəbdəbəli toy düşünürdülər. Mən isə bunun əlehinə idim. Burda subay sayılsam da böyuk bir qızımı özüm öz əlımlə torpağa qoymuşdum. Belə dəbdəbəli toy mənə yaraşmazdı. Heç ürəyim atlanmazdl bəylik masasında oturam. Bir də düşünəndə ki bu toy istəmədiyim, sevmədiyim qadınla olacaq həyatdan küsürdüm. Bilirdım ki bu qadın mənimcün tənhalığımı paylaşmaqdan başqa bir işə yaramayacaqdı. Mənim onunla bərabər ocağım kor olacaqdı, züriyyətim olmayacaqdı. Bu evlilik mənim nəyimə lazım idi ki?
Bəzən özümə qapanıb taleyimdən şıkayyət etdikcə bacılarım məni təsəlli edirdilər.
- Niye elə fikirləşirsən ee. Odur haa Mehdinin arvadı 45 yaşında doğdu. Yeganə 43 yaşındaydı Könül olanda. Allah verəndə verir.
- Axı kənddə sənə yaşıd qız qalmayıb ee a qardaş. Gedib dul almıyasan ki! Bir o qalıb da desinlər subay sağlıq oğlan gedib filankəsin keçmiş arvadın aldı.
- Axı nolacaq dulun xoşbəxt olmağa haqqı yoxdur?
- Booyy başıma xeyir. Adama deməzlərmi düzü dünyanı gəzdi bir yiyəsiz sahibsiz tapdı?
- Səni qınamıram ee... Ruset səni pozub vallah. Bunun töhmət olduğunu sənin başın qavramır.
- O zaman bir soraq eləyin başqa qız tapın.
- Dəlı olmusan? Kənddə hamı sənin Güllünün nışanlısı olduğunu bilir. Gedib kimə deyə bilərik Güllüdən nişanı qaytarmışıq sənin qızını istəyirik.
- Axı sizə kim deyir o kənddən qız axtarın. Bu boyda Azərbaycanda qıx tapılmır?
- Paa tanımadığımız bilmədiyimiz qızı gətirəcəyik ocağımıza?
- Hə nolar ki gətirənfə?
- Ehhh əşii... Sənnən danışmaq mümkün deyil ee... Sən allah incimə
- Həm də qaqa 39 yaşında oğlana 23 yaşında hansı qız gələr ee... Biraz məntiqlə düşün dəə...
- Bir tərəfdən də əlindəki kağızın. Hələ cadugərliyini demırəm. Camaat qorxur ee səndən.
Bacılarım hərəsi bir tərəfdən üstümə düşmüşdü. Belə sözləriylə mənə pisxolojik təsir edirdilər. Burda qalmağıma peşıman olmuşdum. Heç cür burda xoşbəxt ola bilmirdim.
Ağlıma qara fikirlər gəlirdi. Madəm bizimkilər Güllü deyib tutub, o zaman onununla evlənim. Məni tanımayan biri ilə tanış olaram, razılaşaram. Yaşayaram onunla birlikdə. Başqa yolum yox idi. Güllüdən və həyatımın boşluğundan qurtulmağın, tək yolu bu idi...
 

                                          10 BÖLÜM.

     Atamın ilinə getmışdık , rayona. Bizimkilər getmişkən nişanı da etmək istəyirdilər. Mən qəti qərarımı vermişdim. Zümürüdün ili çıxmadan heç birşey etməyəcəm.
   - Ay bala, qadan alım, elə belə öz ailəmiz bir üzük taxacağıq.Qızın qardaşları biabırçılıq eləyir. Deyır rüsvay oluruq kənddə ki, nişan yox bir şey yox gəlib gedirlər.
- Getməyin. Sizə kim deyir gedın.
  - Bıy bısmıllah. Adama nə deyərlər, gedib gəlməsək?
- Nə deyəcəklər? Getməyin dəə... Gedirsiz vay, getmirsiz vay. Bir dəfə də içinizdən necə gəlir elə hərəkət edin də. Bəsdirin də kimsə üçün yaşadız. 
-  sən elə fikirləşirsən ay bala,  camaata bir saqqız lazımdır alsın ağzına çeynesin. Getməsə deməzlər bu nə cür nişanlıdır, gəlmirlər getmirlər ...
- payy dədəm vayyy... Day sizin bu deyəcəklərim ucbatından başımı alıb qaçası olmuşam. 
   Qəzadan sonra işdən çıxmışdım. Belə vəziyyətdə işə gedib gələ bilmirdim. Dincəlməyə ehtiyacım var idi. Odur ki, məcbur atamın ilindən sonra Zümürüdün də ilini gözləmək üçün kənddə qalasıydım.
   Gözəl bir yaz havasıydı. Bizim kəndimiz təpələrdə olduğundan bura hələ də soyuq idi. Amma aşağıda şəhərdə gül gülə bənd olub, bülbül bülbülü çağırırdı. Ağaçlar tumurcuqlayıb, çiçəklər açmağa başlamışdı. Şaftalı və ərik  cicəklərinin qoxusu ta uzaqlardan duyulurdu. 
   Onsuz da iş görə bilmırdım. Mağarın yeri təmizlənməliydı. Odur ki axsaya axsaya çəpərin yanına gəlib ordan Güllünün qardaşlarına səsləndim . Toplaşıb köməyə gəldilər. 
    Həyətdə şıdırığı iş gedirdi. Hərə bir işlə məşğul idi.  Çox ayaq üstə qala bilmədiyim üçün çəpərin yanına qoyulmuş taxtanın üstündə oturdum. Ordan həyətdə işləyənlər seyr edir,  ərkim çatanlar göstəriş verirdim.
    Gullünün bacısı qızı gəldi. 
    - Çıngız əmi, anam deyir gəlsin təndirxanada  salat- zad yerını göstərsin. 
  - Qızlar ordadır da, onlara soruşsun. 
  - Onlar dedi Çingize de... 
  Qalxıb yavaş yavaş təndirxananın yanındaki daxmaya getdim. Bura xeyir şər üçün nəzərdə tutulmuşdu, burya qab qaşıq yığılır, iş görülür. İçəri girəndə heç kim yox idi. Böyuk məclislərdə  qablar yuyulub suyu süzülmək üçün bir tərəfə dəmir çarpayı qoyulmuşdu. Üstündə bir iki qazan ləyən vardı. Onları götürüb bir tərəfə qoydum. Bir əlim qoltuq ağacında, bir əlim işdə, ortalığı toplayırdım. Elə bu vaxt  qapı açıldı.  Yuxumda gördüyüm o qız içəri girdi. Gözlərimə inanmadım. Onun burda nə işi vardı ki... 
   - Çingiz burdasan? Mən də səni axtarırdım... 
   Mənimlə danışırdı. Bu ola bilməzdi ilk ağlıma gələn bu oldu ki bəlkə Züleyxagil xəstəxanada dostlaşdığı bu qızı da atamın ilinə dəvət ediblər. Yoxsa onun burda nə işi vardı ki? 
   - Sənin burda nə işin var? 
  -  Necə yanı nə işin var? Gəlmişəm də... Nıgar dedi get ambarı sən yığışdır. Mən də gəldim bura. 
    Əlim əyağıma dolaşdı özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim.
   - Kimnən gəldin? Kim gətirdi səni bura? 
   - Kim gətirəcək özüm gəldim. Həmisə gəldiyim ev deyil? 
  Mat məəttəl qalmışdım. Demək bu qız bizim ailəni çoxdan tanıyır. Sadecə mən neçə illərdir uzaqda yaşadığımdan dünyadan xəbərsiz olmuşam. 
   - Heyləmi. Nə yaxşı sevindim. Xoş gəlmisən. 
   Utanıb başını aşağı saldı. Qapını örtüb yanıma gəldı. Elə şirin,elə nəvazişlə baxırdı ki, mənə. Ürəyim az qalırdı yerindən çıxa.
  - Adın nəydi?
  Güldü. 
   - Deyəsən söz tapmırsan danışmağa? Adımı bilmirsən guya? Qınamıram ee Çino, həyəcandandır. Mən də elə oluram səni görəndə.
    Özümü saxlaya bilmirdim. İçimi boşaltmaq istəyirdim ona. Butun duyğularım qabarmışdı,  hissiyyatı dilə gəlmişdi. 
   - İlk dəfə səni görəndə bir görsəydin məni...gözlərimə inanmırdım. Səni ilk dəfə Yuxumda görmüşdüm. Sonra xəstəxanada... İndi də burda qarşıma çıxdın.
Qız çaşqın halda mənə baxdı, çıyınlərini dartdı. 
   -Demək yuxunda vurulmusan mənə? 
  - Demək olar ki... Sənə qovuşacağım günü səbirsizliklə gözləyirəm. İnan mənə.
  Qolumu açdım. 
  - Bilirdim bir gün rastlaşacağıq. Sən də məni sevəksən...
  - Səni  cox istəyirəm, Çino- utancaq halda mənə qısıldı. Qoltuq ağacına yaslanlb o biri əlimlə onu qucaqladım. Saçlarından öpdüm. 
   - Neynirsən.  Görən olacaq. 
  Dayana bilmirdim onu daha çox bağrıma basırdım onu öpüşlərə  qərq edirdim. Dili :
- Eləmə Çıno,  gələn olacaq,  görən olacaq - desə  də özü də boynumdan dodaqlarından öpür,  məni dəli edirdi.  Ayaq üstə dayana bilmirdim. Çarpayının üstünə oturdum. Onu da  sağlam dizimin üstünə çəkdim. 
   - Neynirsən Çino, dəlisən, indi biri girəcək... 
  Dünya vecimə deyildi. Kim gəlir gəlsin. Onu dəli kimi öpüşlərə qərq etmişdim. 
   Elə bu vaxt qapı açıldı. Zülfiyəylə Güllünün bacısı  içəri girdi. Böyük qardaşı da arxalarınca gəlirdi. Qız qucağımdan atılıb üzünü tutaraq :
   - Allah maa ölüm ver- deyib bayıra qaçdı. Mən yaxamı başımı düzəltdim. Doğurdan da utandırıcı bir vəziyyət idi. Qizın arxasınca baxanda gözlərimə inanmadım. Bu qız yuxuda gördüyüm qız yox,  Güllü imiş. Demək nifrət etdiyim qızla duyğularımı bölmüşəm? Demək şeytan bu dəfə də mənimlə oyun oynadı? 
    Qardaşı bacısıyla məni belə görməsini qeyrətinə sığışdıra bilmirdi. Üstümə coşdu. Bacılarımız onu sakitləşdirməyə çalışırdı.
   _ Nişanlısı deylil ay Əlövsət? Olan işdir də... Cavandırlar,  istəklidirlər... Ayıbdır sən Allah açıb ağartma. Qapı doludur camaatla...
  Əıövsət məndən əl çəkib Güllünün arxasınca döndü. Qapıya söykənmiş payanı götürüb Güllünün ardıyca tolamazladı. Bundan ürəyi soymadı . Söyə söyə arxasıyca qacdı. Məhəllədə camaat bir birinə dəymişdi. Kişilər özlərini görməməzliyə, bilməməzliyə qoysa da qadınlar baş başa vermişdilər.   
  Nə edəcəyimi bilmirdim. Özüm özümə nifrət edırdım artiq. Camaatın üzünə baxmağa utanırdım. Yaşadıqlarım sarsaq bir qızla görunsəydi  dünya vecimə olmazdı. Amma bu mənim sözlüm,  onsuz da yaşı ötmüş qız idi. Onu istəməsəm də belə hərəkətlərimlə umudlandırmışdım, həyəcanlandırmışdım. Bu boyda biabırçılıqdan sonra necə sözümü geri götürə bilərdim,  kənd yeri camaat nə deyərdi adama, qardaşları qeyrətli oğlanlardandırlar. Bunu mənə bağışlayardılarmı heç?yenə belə bir şey olmasaydı oturub adam kimi danışıb ayrılmaq olardı. İndi deməzdilərmi ki, biz ən nə düşmənçiliyin vardı?
   Kəndimizdə şiş qayalıqlar vardı. Axsaya axsaya oraya qədər gedib çıxmışdım. Özümü ordan atmaq istəyirdim. Nifrət edirdim hər şeyə,iradəmə, heysiyyatıma, hissiyyatıma hakim ola bilmədiyim üçün özüm özümdən iyrənidim. 
   Atamın ilindən sonra orda dura bilmədim. Bakıya  gəldim. Anamgil nə qədər qarşı çıxsa da orda qalmaq istəmirdim. Bütün planları alt üst olmuşdu.  Zümürüdün ilinə qədər  söz kəsdi edəcəkdilər,  ildən sonra toyumuz olacaqdı. Mən isə daş atıb başımı tutmuşdum.
   - Bu iş olmayacaq- deyirdim. 
   - Başın xarab olub? Xalxın qızın sox təndirxanaya,  öp, əzizlə sonra de ki bu iş olmayacaq? 
   -Mən onu sevməmişəm, öpməmişəm
  - sənə inanaq yoxsa gözümlə gördüyümə? 
  - Zülü, mən Güllünün ölməmişəm başa düş məni nolar. O qız başqa qız idi. 
   - Deməli dəlliyin tutsun get, nə bilim yoldan keçənin birinin qızını tut, nə bilim bir qələt elə, sora deynən ki,  mən o qıza heç nə eləməmişəm, elədiyim Nataşaydı? 
   Xəcalətimdən yerə  girirdim. İt kimi peşiman olmuşdum bura gəldiyimə. Buranın mantel düşüncələri məni məngənə kimi sıxırdı. "Deyəcəklər"  sözü məni dəli edirdi. Sanki mən kiminsə üçün yaşamağa məcburam. 
   Evə qapanıb qalmışdım. Həyatdan küsmüşdüm. Çölə bayra  çıxmırdım. Arada bizimkilər evə zəng edir, məni yanlarına çağırırdılar, toya necə hazırlaşdıqlarını hesabatını verirdilər.
   - Heç nə eləməyin. Boşuna o qıza umud verməyin. Mən onu almayacam - deyirdim. Amma  kimə?  Sözüm havaya uçurdu... Deyəsən burda mənə rahatlıq yoxdur. Getməliyəm buradan . 
  
     ELMİRA. 

      Canım elə sıxılırdı ki. Bir tərəfdən anamın əziyyəti, bir tərəfdən də Ruqiyəylə Mehmanın davası... Ruqiyəni nə qədər təsəlli edib sakitləşdirmək istəsəm də söz dinləmirdi. Nə Ruqiyə sakitləşir,  nə də Mehman içkisini yerə qoymurdu  
  Neçə gündür Ayşən də onlardaydı. MEHMANIN BALACA BACISI. YENƏ ALƏM BİR BİRİNƏ DƏYMİŞDi. Onsuz da ər arvad münasibətləri yox idi. İndi də  bu qızın bir otaqda  onlarla bır yerdə qalması odun üstünə yağ tökmüşdü. Anam xəstəxanada yatanda Ruqiyə gecə evdə tək qalmasın deyə Mehman bacısını yanlarına gətirtmışdı. Biz xəstəxanadan çıxsaqda o hələ də ordaydı. 
   Ruqiyəni sakitləşdirmək üçün Mehman evdə olanda Ayşəni və İlahəni götürüb dükan bazara çıxardırdım. Bəlkə ər arvad baş başa qala bilərlər. Lakin Ayşənə xüsüsi tapşırıq verilmişdi. Aysən onları tək qoymayacaqdı. Ayşən Ruqiyənin hər işinə qarışır, onun danışdığı elədiyi hər şeyi söz edirdı. Ruqiyəni Mehman şıkayyət edir, evlərinə söz söhbət salirdı. Mehman yazıq qalırdı ikisinin arasında. Ruqiyə yə söz deyirdi, Ruqiyə Mehmandan inciyirdi, Ayşənə xöz deyirdi, Ayşən Mehmanı arvadağız bivec adlandırırdı. Bir də görürdün ucu də girib bir birinə. Mən qalırdım aralarında. Axırda da pis adam mən olurdum. Ruqiyəni müdafiə edəndə Ayşən deyirdi Elmıra Ruqiyəni doldurur, bacısı evın yıxır,  Ayşəni üstündən gələndə Ruqiyyə deyirdi məni ayağa verirsən. Bir gün Ruqiyəylə bir birimizə girdik. 
   - Yaxşısı budur sən qarışma. Çəkil otur xarabanın altinda. Onsuz da başıma nə gəlib sənin üzündən gəlib. Sən olmasaydın indi mənim xoşbəxt həyatım vardı. Rusetdə kef çəkirdim. Burda, kiralarda sürünməzdım. 
    Rüqiyə ürəyimə güllə vursaydı binadan yaxşıydi. Deyir il yarası sağalar, dil yarası sağalmaz. O gündən Ruqiyə dən qəlbim qırıldı. Onunla danışsam da bağışlaya bılmırdım. Onsuz da başımıza gələnlərdə özümü günahkar sayırdım, day bunu Ruqiyənin mənim üzümə vurması nəyə lazım idi ki. Sonradan qolun boynuma salıb dediyi sözə görə məndən üzür istəsə də, bu mənim üçün heç nəyi ifade etmirdi. 
    Yenə gəlin baldız bir birinə girmişdilər. Daha qarışmırdım hec nələrinə. Yenə ürəyim dayanmırdı.
Qapıdan içəri başımı uzadıb Ayşəni səslədim.
  - Ayşən, Gəl hazırlaş Primorskiyə gedək,  gəzməyə
  - Deyəsən keyfin başına vurub? 
   - Anamın dərmanları var onları  alaq gələk. Həm də fikirin dağılar
-  Getmirəm.
- Gəl ee... Vallah sənə gəşəy şey göstərəcəm 
  - Az sən Allah əl cək... 
  Bir təhər razı saldım. İlahəni də geyindirib bərbər çıxdıq. Dərman almaq  bəhanə idi. Bir iki dəfə ev sahibəsiylə gəlmişdim Primorskiyə. Qohumları ölmüşdü. Onun yerinə. Bir dəfə də peyğəmbər ə.s- in mövluduna toplanmışdır. Düzdür  şəhərdən kənar və biraz da tör töküntü yer olsada bu qəsəbə müasir qəsəbə idi. Burdaki yüksək binalar kənardan adama  xoş təsurrat bağışlayır. Hələ dəniz sahilində olması... Bəzən fikirləşirdim ki buranın camaatı dərd çəkməz, stres yaşamaz.  Bir şeyə əsəbləşərsənsə həmin dəqiqə qac dəniz kənarına əlini qoy qulağının dibinə, səsin gəldikcə qışqır, söy, danış... Ürəyini boşalt gəl...
   Bu qəsəbədə yaşayanlara bəxtəvərlik verirdim ki mənim kimi yorğanı başına çəkib içinə qapananlar  stres atmaq üçün dənizə qaçarlar. 
    Nəysə.Biraz komisyon maqazınlərdə, küçələrdə dolaşıq. Gəzə gəzə gəlib sahilə çıxdıq. May təzəcə girmişdi. Günəş görünsə də hələ də qış özünü göstərirdi. Şimaldan əsən Xəzri dalğaları sahilə qədər qovurdu. Sahilə qədər qaçan dalğalar geri döndüyündə sahildəki qumlari yuyub özüylə  aparırdı. 
   İlk dəfəydi dənizə gəlirdim. Dənizin yosunlu qoxusu məni bihuş etmışdı. Üzümü küləyə tutub qollarımı yana açdım, gözlərimi yumub dənizə gülümsədim. Hüzür budur, bax... Xoşbəxtlik budur... Sakitlik budur... Ən azından özün özünlə tək,  baş başa qalacağı yer buradir...

                                  ÇİNGİZ

         O zaman Kloun serialı gedirdi. Həmin seriyaldakı ərəb mahnılarını maqnitafona yazdırmışdım. Ürəyim sıxılırdı. Ayağım artdığından yuxarı evimizə çıxmırdım. Rayondan gələndən ozümü sahildəki evimizə qapatmışdım. Qalxıb maqinitafonu açdım. İçərini xoş ərəb musiqisisi bürüdü. Deyəsən Hadenin Səidin qarşısında oynadığı ilan rəqsi idi.  Pəncərədən oturub Züleyxanın ekdıyı dibçəkdəki güllərin arasından dənizə baxıb həyatımın cərxü dastanını incələyirdim. 
   Sahildə iki qadın və bir balaca uşaq gəzişirdi. Qızlardan biri qapalı idi. Balaca boy  və xirda qıvrım saçlı qız qumsallığa girən kimi ayaqqabılarını çıxarıb şalvarının balaqlarını  yuxarı çırmələdi. Sahil boyu dənizin kənarı ilə qaçmağa başladı. Sahilə çıxan dalğalar ayaqlarını yaladıqca qız qışqırır, qəh qəhə çəkib gülürdü. Balaca qız da onu qovurdu. 
   Qapalı və zərif qadın o biri qiza baxanda cox sakit görünürdü.ağır addımlarla dənızə tərəf gedib dayandı, bir xeylı baxdı, nəsə düşünürdü, öz aləmində idi. Qollarını geniş açıb sanki dənizi qucaqlagacaqdı. 
   Bütün bunlara sahil evimizin pəncərəsindən seyredirdim. O yuxudan sonra ağlım fikirim qapalı qadınlara ilişib  qalmışdı. Bütün qapalı qadınların içərisində gözüm həmin qadını axtarırdı. 
   Ehmalca ayağa durub qazı yandırdım. Çayı üstünə qoyub mıxdan asdığlm durbini götürdüm. Sahildə gəzişən qızlara baxdım. Üçü də yan yana oturmuşdular. Üzü dənizə sarı idilər. Qapalı qadın balacayla danışırdı.Söhbətləri şirin idi nəysə. 
   Çayım qaynadı. Dəmləyib təkrar gəldim. Qızlar dağılışmışdı. Durbinlə təkrar o qıza baxdım. Qapalı qadın üzü dənizə oturmuş dənizin yuyub təmizlədiyi balıqqulaqları  ilə oynayırdı.  O biri qız isə sahildə qızcığazla ora bura qaçırdılar. Təkrar qapalı qadına baxdım. Külək başındakı örtünü atmışdı. Qadın ora vura boylandı. Ətrafı tam səssiz görüb başındakı yaylığı havaya qaldırdı. Üzünü görməsəm də yaylıq yelləndikcə  qadını görə bilirdim. Saçları toplanmış uzun boynu var idi. İstər istəməz gözlərim qadının boynunda gəzirdi. Bir anlıq  ürəyım  bu boyundan öpmək istədi. Bilirdim. Canım birşey ıstədiyində cismən onu etməsəm də ruhən ona toxuna bilirdim. Qəzadan sonra enerjim varmıydi, yoxuydu. Heç bilmirdim. Özümü sınamamışdım. Bəlkə enerjim qəzada itmişdi. Özümü sınamaq qərarına gəldim. 
  Durbini yerə qoyub əllərimi havaya qaldırdım. Ovuclarımın arasında nəsə tuturmuşam kimi tarazlayıb sözlərimi oxudum qıza baxdım nə istədiyimi dilə gətirdim. Ruhumu oraya göndərdim. Uşaq kimi sevinirdim. Demək enerjim tükənməyib. Demək mən yenə əvvəlki kimiyəm... 
   Qızın yanındaydım artiq. Buu odur? Gözlərimə inanmırdım. Misiyamı pozmaq istəmirdim. Hətta düşünürdüm ki yenə də yanılıram. Bəlkə yenə şeytan mənimlə oynayır,  yenə nədirsə  o qızın cildinə girib. Qızdan bir addım aralıdaydım. Çox gözəl bir gənc qız idi. Uzun boynu qıza xüsusi gözəllik verirdi. Barmağımı uzatdım,  qızın yanağına toxundurdum. Gözünü açdı mənə baxırdı amma o məni görmürdü. Dodaqlarım yanaqlarına qondurdum. Gözləri xumarlandı. Küləyin təsiriylə boynunu açdım öpəcəkdim ki, boğazında  böyük qırmizi ləkə gördüm. Elə həmin andaca  gözlərimin qarşısından ağappaq duman keçdi və sanki üzümə sərt bir şillə vurdu. Elə bil harasa düşdüm. Özümə gələndə otaqdaydım. Yerə sərilmişdim. 
   Tez qalxıb stuldan tutaraq pəncərədən boylandım kimsə yox idi. Getmışdılər. Qoltuq ağacına yaslanıb biraz əvvəl o qızın oturduğu yerə gəldim. Ayaqlarının izi qumların üstündə hələ də dururdu. Oturduğu yer və qumun üstündə cızdığı barmaqlarının izi də burdaydı. Yerə çökdüm. Barmaqlarının izinə toxundum. 
   - Kaş gerçək olaydın! -dedim qumu ovuclayıb üzümə sürtdum. Qumun üstünə yazı  yazılmışdı. Həriflərə toxunaraq yazını oxudum:
  - Darıxıram... 
Gözümün çuxurunda gilələnmiş yaş yanaqlarıma süzdü:
- Darıxıram...

                ELMİRA 

     Dəniz məni məftun etmişdi. Nəm qumların üstündə oturub xəyallara dalmışam. Dənizin səsi sanki suallarıma cavab verir, dərdlərimi təsəlli edirdi. Qəribə bir yüngüllük gəlmişdi mənə.
   Bıraz əvvəl  evdən necə əsəbi çıxmışdım. Doğurdan da dəniz əsil həkimmiş.  Gəldiyimiz 10 dəqiqə deyildi bütün əsəblərim getmışdı. Dalğaların vurub çıxartdığı balıqqulaqları da mənim həyatımı yaşayırdı.  Bəlkə dəniz də onları sevmır,  içindən atır deyə düşünürdüm.
  Elə bu vaxt İlahə yanıma gəldı.
-Xaya o yədi?
-Xalan sənə qurban olsun. Buu?
  İlahə başıyla təsdiq etdi.
   - Bu, balıqqulağıdır. Quzum, gəl sənə balıqqulağının nağılını danışım hə? Danışım. 
  - uyaa,  xalam nağıy danışır...   
  İlahə yanıma oturub, Ayşəyə də yanında yer göstərdi. Balaca əllərini bir birinə çırpıb danış dedi. 
   Biri var idi,biri yox idi.  Dəniz  sularının dərinliyində bir qum dənəsi yaşayırdı.Onun yaşadığı yer çox gözəl idi.Bura çiçəkli baxçanı xatırladırdı:hər bir rəngdə və cürbəcür formada olan parlaq meduzalar;bənövşəyi,firuzəyi,sarı,narıncı balıqlar;kükhar ağacını xatırladan mamırlar.Bəzı balıqlar və meduzalar işıq saçırdı,bəziləri isə lap kəpənəyə oxşayırdı.Onlar üzürdülər,amma qum dənəsinə elə gəlirdi ki onlar öz gözəlliyini nümayiş etdirirlər.Bu gözəl mənzərənin içində qum dənəsi öz varlığından utanırdı.
   -Axı mən kiməm?Lazımsız,güclə gözə görünən balaca bir qum zərrəsiyəm.
   Qum dənəsi ağ sədəf  balıqqulağının yanında dayanmışdı.Balıqqulağı,çox gözəl idi.Bir-birinə birləşdirilmiş tayların arasından qəribə işıq yayılırdı.Təsadüfən,çox yaxından üzən zolağlı balığ suyu çalxaladı.Su qum dənəsini qaldırıb balıqqulağının içinə atdı.Balıqqulağının içi qum dənəsinə çox rahat və yumşağ göründü,hər tərəf parlayırdı.
    Qum dənəsi fikirləşdi:”Lap əla oldu.Bura çox xoşuma gəlir.Məni heç kəs görmür,mən isə hamını seyr edə bilərəm”.
    İllər ötüb keçdi.Qum zərrəsi öz mənzilinə o qədər öryəşmişdi ki,   balıqqulağısız həyatını belə təsəvvür edə bilmirdi. Balıqqulağı  tez-tez  yerini dəyişirdi,qum zərrəsi də onunla bir yerdə səyahətə çıxırdı.Axı o gözəl mənzərələrə tamaşa etməyi çox sevirdi.Günlərin bir günü,qum zərrəsi yenə öz mənzilinin pəncərəsindən ətrafa  baxırdı.Birdən o, qəribə bir məxluq gördü.Onun uzun ayaqları və əlləri var idi. Ayaqlarına balığın quyruğuna oxşayan üzgəclər KEÇİRTMİŞDİ. O, üzürdü və nəsə axtarırdı. Nədənsə qum dənəsinə elə gəldi ki,qəribə məxluq ona yaxınlaşır.Budur, onu qaldırdılar və  başqa balıqqulaqları ilə dolu qaba atdılar.
    Bir azdan qum zərrəsinin gözü qamaşdı,o belə işığa alışmamışdı. Qəribə məxluqun iri gözləri var idi.O balıqqulaqlarını bir-bir götürürdü , taylarını aralayıb iri gözləriylə diqqətlə onlara baxırdı, sonra narazı halda yenidən dənizə tullayırdı.Sonra isə o qum zərrəsi olan balıqqulağını götürdü.Qum zərrəsi iki iri gözün diqqətlə onun mənzilinə baxdığını gördü.Birdən gözlər böyüdü və işıqlandı,o qum dənəsini ehtiyatla balıqqulağıdan çıxartdı və yenidən baxmağa başladı.Sonra o çox qəribə bir səs çıxartdı və uzun ayaqlarını tez-tez yerə çırpdı.Deyəsən o oynayırdı,çox xoşbəxt görünürdü.
   “Axı, o mənə niyə tez-tez baxıb, sevinir?Mən ki, adi, balaca bir qum dənəsiyəm.”-deyə, qum zərrəsi düşündü.
  Qəribə məxluq özü kimi başqa bir məxluqa yaxınlaşdı.Məni ona göstərib,dedi:
-Bax gör necə parıldayır.İndiyə qədər rast gəldiyim  ən gözəl mirvaridi.
Bu qiymətli daş qızımın toy hədiyyəsi olacaq.
   Qum zərrəsi fikrə getdi:
“Qiymətli daş mənəm?Mən mirvari olmuşam?”-deyə,
O, fikirləşdi, vəziyyəti başa düşməyə çalışırdı və axır ki hər şeyi anladı:
“Balıqqulağı məni öz sarayında saxlayıb və şahzədəyə çevirib.Yəqin o, sehrliymiş, mənim niyə gizləndiyimi başa düşüb və ən böyük arzumu həyata keçirib.Mən daha adi, balaca qum zərrəsi deyiləm. Mən, gözləri qamaşdıran mirvariyəm!”qum zərrəciyi fikirləşdi.
    Mirvari balıqqulağıdan uzaq  düşdü, yalnız üç söz deyə bildi:   -Çox sağ ol, çox sağ ol, çox sağ ol!
    - Həə  balaca prəses... Gəl qaçaq -  deyə  Ayşən İlahə i qaldırıb sahil boyu qaçmağa başladı. 
  Nədənsə içımə qəribə bir duyğu qonmuşdu. Özümü qum zərrəsi kimi dəyərsiz  bilirdim. Yenə də bir təsəllim vardı bəlkə həyat da məni danışdığım bu qum zərrəsi kimi hansısa balıqqulağının - bir insan bəndəsinin həyatına atacaq, bəlkə o insan  məni xoşbəxt edəcək?
   Məndə belə bir inanc var idi. Bir şey olmasını ıstəyirdimmi . Hər zaman deyirdim ki ,Allah bu işdə bir xeyir varsa mənə bir işarət ver. Elə bunları düşünürdüm və Allahımdan işarət istəyirdim ki, sanki kimsə yanağıma toxundu. Gözümü açdım. Ucu bucağı görünməyən bir dəniz qarşımda dayanmışdı. Allah tərəfindən İşarətim gəlmişdi. Sanki kimsə yanağımı oxşayırdı. Öpürdü. O İşarəti yanağımda hiss etdim. Gülümsədim,  gözlərimi yumdüm və allahıma təşəkkür etdim. 
  -şükür sənə ya Rəbbim. Bilirəm ki gec ya da tez qismətim gələcək. Sən özün məni pis niyyətli gözə görünməzlərdən qoru, bəxtimi taleyimi açık, ürəyimi fərah tut! Məni tənhalıqdan qurtar. Bir dosta bir sevgiliyə, bir həyat yoldaşına ehtiyacım var. Cox darıxıram... 
  Elə bu vaxt qulağımın dibində sanki bir şillə partladı. Oturduğum yerdə səksəndim. 
  - Bismillah, bu nəydi - dedim. Necə illərdən bəri ilk dəfəydi mənimkinin qarşımda görürdüm. Acıqlı və nifrət dolu baxışla mənə baxırdı. 
   Demək ki, bu da mənə bir işarət idi. Allah mənə qısmət açsa da o bizi rahat buraxmayacaqdır. Yenə həyatımı alt üst edəcəkdir. Hələ ortada heç nə yox, sadecə ürəyimdən keçənləri rəbbimdən istəmişəm   o bunu hiss edib , demək o hələ də məni tərk etməyib, gözümə görünməsə də hər zaman mənim yanımda olub. O məni qısqanır

                      GÜZGÜ

                                       11 BÖLÜM.

    O gündən o qızı tez tez görürdüm. Ən az həftədə bir dəfə gəlirdi dənizə. Çox fikirli görünürdü. Həyatdan yorğunluğu addımlarında belə hiss olunurdu. Uzündə məsum təbəssüm olsa da, baxışlarında dərin kədərin yatdığını görürdüm. Pəncərədən asılı qalmışdım. Əvvəl fikirləşirdim ki, bəlkə yenə aldanıram,  bəlkə yenə gözəgörünməz qüvvələr məni çaşdırır? Güllüdən sonra gördüklərimə, hisslərimə əmin deyildim.  Odur ki, hər şeyə diqqət edirdim. Enerjim məni çalxalasa da astral görüşü də təxirə salmışdım. Ruhumu onun yanına göndərmirdim. Özümü ruhumla ovutmurdum. Mən indi, real həyatda onu istəyirdim. Ona aşiq olduğuma əmin idim. Buna da əmin idim ki, ölümünə getsəm də mən ondan vaz keçməyəcəm. Əmin idim bu qız başqası deyildi. Elə yuxuda gördüyüm qız idi. Amma "əmmalar" beynimi yeyib tökürdü.  Fikirləşirdim məni çəliklə qörüb qorxar. Hələ aramızdaki yaş fərqi məni daha çox qorxudurdu. Qapalı geyimi onu böyük görsətsə də, uzdən ona 25 dən artıq yaş vermək olmazdı. O mənim yanımda uşağa oxşayırdı. Birdən məni bəyənməz. Başqa bir zaman, başqa bir qadın olsaydı dünya vecimə olmazdı. Dediyim kimi, istədiyim qadını ram etməyi bilirdim. Bu mənim əlimdə iki vur iki idi. Lakin mən bunu istəmirdim. Həyatımda əsil sevgini yaşamaq istəyirdim. Sevgiyə möhtac idim. Mən Sevgi acı idim. 
    O qundən gecələr  başımadan qəribə hadısələr kecirdi. Qulağıma qəribə səslər gəlirdi. Hansı ki bu səsləri o vaxt kənddəki o xaraba evdəki səslər idi.  Bir də görürsən öz özünə nəsə düşüb qırılırdı. Gah da evin harasındasa uşaq ağlayırdı. Otağın hər dəlmə deşiyi axtarırdım. Heç nə yox idi. Gah kimsə məni vurur, gah da sinəmdə oturub  məni  boğurdu. Evdəki güzgülərdən gözümə tanış olmayan varlıqlar görsənirdi. Kölgələr məni izləyirdi. Qorxmağa başlamışdım. Elə bilirdim yenə xəstəliyim tutur. Lakin bu xəstəliyin əlamətləri deyildi. Cünkü mən belə  olanda mütləq ruh görürdüm. Bu isə nə idisə başqa şey idi. Səslər məni narahat edirdi. Ayağım tutduqca dənizə tərəf qaçırdım. Hətta bir neçə dəfə səhəri sahildə açmışdım. Qonşular bizimkilərə xəbər vermişdi, Çingiz sahildə ocaq qalayib deyə... Bəziləri də fikirləşirdi ki mən ayınlərim üçün ocaq yandırıram. Qulağıma gəlib çatmışdı ki, həmin vaxt qonşular pəncərədən asılıb səmaya baxırmışlar ki indi ruh - zad görəcəklər. 
   Bir dəfə belə günlərdən biri idi. Yenə sahildə  ocaq yandırmışdım. Təsadüfən uzaqdan dənizin üzərində ucan boşqab görünmüşdü. Eşitmişdim Xəzərdə yadplanetlilərin bazası olduğunu və onların tez tez dənizin üzərində görünmələrini. Amma özüm gözümlə görməmişdim. İlk dəfəydi belə şey görürdüm.Yerimdən qalxdım. Ruhumu ora yollamaq istədim. Özümü toplayıb, enerjimi qabartdım,  əllərim irəli uzadıb gözlərimi, peykə zillədim. Bir anda nə olduğunu bilmədim. Elə bil məni kimsə başına alıb yerə çırpdı... 
   Bütün bunları qonşumuz pəncərədən izləyirmİş. Sabah qəsəbə çalxalanırdı :
  - Çingizdən qorxmaq lazımdır. Çingiz sahildə nə elədi, nə eləmədi havada tarelka görsəndi, sora nə olduysa, durduq yerdə yıxıldı. Ay toba bu adamı ana doğmayıb,  başqa planetdən gəlib... 
    Bunları eşitdikcə gülməkdən uğunub gedirdim... 
  Telefon zəng çaldı. Anam idi. 
- Anan qurban gəl, day ilə nə qaldı ki, ilə. Camaat deyir Çingiz harda qaldı, axı sənin qızının ilidir. 
- Gələcəm ana, sabah Famılgil çıxır. Onların maşınıyla gələcəm. 
- Gələndə şifonerin başına çamadan zad qoymuşam onları da gətir. Nişan şeylərdir. Xonçaları da hazırlayaq. 
- Ana, qurban olum,  yenə başlama. Bu nişan olmayacaq. 
- Ay səni dogduğum yerdə qarnım cırılaydı... Nə tərs, inad şeysən axı sən, getdin kimə oxşadın axı, mən  bilmirəm... 
   Telefonu üstünə atıb, dolabın üstündəki çamadanı  yerə qoydum. Açdım, içində nələr yox idi. Nişana lazım olan hər şey vardı. Əşyaları qarışdırdıqca  kövrəlirdım. 
   - Anam mənim, ey böyük ürəyin sahibi, qarnindan, boğazından kəsib mənimcün bunları hazırlayıbsan, sənə qurban olum . Hər bir şeyi alanda, kim bilir, neçə dəfə xəyalında  gəlinin geydirib, soyundurubsan. Uzaqdan durub baxıbsan, gəlininə yaraşdırmayıbsan. Nolar ay ana, qurban sənə, bir balaca da məni başa düş, lap azaca başa düş qurban olum. Səni nə qədər sevdiyimi bilirsən, səni bu məsələ üzündən qırmaq istəmirəm ana... Axı sən bu qədər qəddar ola bilməzsən. Özün atamla sevib evlənmisən. Mənim sevməyə haqqım yoxdurmu, sevə bilmərəmi ? İndi evlilik yaşım kecir deyə, sultanlığın taxtı əyilir deyə kim gəldi onunlamı evlənməliyəm?  Bəs mənim ürəyim, bəs mənim arzularım? Mənim sevməyə, sevilməyə haqqım yoxdurmu? Yoxsa deliyəm, özüm öz seçımımı edə bilmərəm deyə mənə güvənmirsən ay ana... Axı mən dəli deyiləm, bəlkə də hamıdan ağıllıyam. Məni dəli bilə bilərsiz, ama dəlinin də dəli tayi olacağını unudursuz, mən mənimlə eyni fikirə ortaq olan həyat yoldaşımı axtarıram. Belə olmasaydı 40 yaşıma çatardımmı? Güllüylə mən başqa dünyanın insanlarıyız. O səni, sizin kimi insanları başa düşə bilər, məni heç vaxt anlamayacaqdır. O üzdən ikimiz də bədbəxt olacağıq.nə deyirəm, bu dəfə də siz dediyiniz olsun, peşıman siz olacaqsınız. Mən Güllünü alsam belə sənin üçün alacam, ana. O, sadecə gəlinlik taxtında oturub sənə gəlinlik vəzifəsini icra edəcək, mənim qəlbimin taxtı isə hələ ki, boşdur, öz həqiqi sahibini gözləyir... 
    Ürəyim sıxılırdı. Nədənsə kövrəlmişdim, hönkür hönkür ağlamağa səbəb axtarırdım, çox darıxırdım. Bəzən belə vaxtlarımda bəxtımə taleyimə söyürdü ki, axı mən niyə hamı kımı ola bilmirəm? Axı niyə həyatda ozumu tapa bilmirəm, niyə təkəm, tənhayam...
  Siqaret yandırıb, qoltuq ağacına söykəndim. Telefonu götürüb Moskvaya - bir dostuma zəng elədim. Xanımı götürdü. Evdə olmadığını,  bir neçə günlük Yaroslavskiyə  ezamiyyətə getdiyini dedi. 
    Məqsədim Borislə danışıb, onun yanına yerləşmək idi. Çıxıb buralardan gedəcəkdim. Çətini ayağım sağalan qədər idi. Sonra yenə mən elə mən olacaqdım. Hələlik isə bunların çaldığı havaya   oynamalıydım. 
    Nə edəcəyimi bilmirdim. Özüm özümə hirslənirdim. Axı niyə bu qədər aciz qalmışam ki, axı mən elə oğlan deyildim. Sərbəst azad  yaşamışdım bu vaxta qədər. İndi niyə əlim qolum bağlanıb ki? 
    Qapını açıb həyətə çıxdım. Dibçəkdəki güllərə su verdim, taxta qapını açıb küçəyə çıxmışdım ki, sahildə o qızın gəzişdıyını gördüm. Əlləri qoynunda idi. Yazıq və müti bir halı var idi. Biraz aralıda, Məhəllədən uzaqdakı pullu istirahət mərkəzinə doğru gedirdi. 
   Bir anlıq fikirləşdim ki qız həqiqətən də hasarin o tərəfinə keçmək üçün yol axtarır. Arxadan səsləndim,  lakin külək səsimi alıb geri aparırdı.Eşitmədi. Qoltuq ağaçıma güç verib qızın arxasınca tələsdim. Ona obyektin giriş qapısını göstərəcəkdim...

      ELMİRA 

O gündən tez tez gəlirdim dənizə. Otururdum, xəyallara dalırdım, dənizlə danışırdım , rahatlayıb gedirdim. Başqa aləmdə olurdum dənizdən qayıtdıqdan sonra. Elə bil yenidən doğulurdurdum 
     Yaxınlıqdakı həyət evlərinin birindən bir kişi gözləriylə məni izlədiyini hiss edirdim. Otra yaşlı adam idi. Əvvəl fikir vermirdim, sonradan ondan qorxmağa başlamışdım. Qəribə baxışları var idi.
   Buralar yiyəsiz yer idi. Yaxınlıqda bağ evləri görünsə də deyəsən hələ sezonu açmamışdılar. Nə sahildə, nə evlərdə kimsə gözə görünmürdü. Yalnız bağ evlərini əvəz edən balaca həyətlərin arxasındakı beşmərtəbəli binaların təpələri görünürdü. O kişinin məni belə izləməsi ürəyimə qorxu salmışdı. Fikirləşirdim ki, birdən təkliyimdən istifadə edər, mənə yaxınlaşar, bir söz dəyər, yoldan çıxardar - nə bilim ağlıma yüz cür fikir gəlirdi - təcavüz eder... 
   Odur ki, bu dəfə məkanımı dəyişdim . Onun gözünə görünməmək üçün həmişə oturduğum yerə yox, bu dəfə başqa yerə keçdım. Həmin günü qanım qaradı. Ruqiyə yenə qəlbimi qırmışdı. Sakitləşmək üçün yenə həmdəmim dənizi seçmişdim. Dənizin pıçıldayan ləpələri mənimlə danışır, mehi gözlərimin yaşını qurudurdu. Dəniz mənim hər şeyim idi, gözəgörünməz sevgilim, vəfali dostum...
   Biraz aralıda hansısa bir obyektin dənizə tərəf hörülmüş hasarının yanına gəldim. Bax bura sakit və dalda bir yer idi. Dəqiqələrlə xəyallarımla baş başa qalacağım  bir yer idi bura. Çantamı qumların üstünə atıb, suyun kənarına gəldim. Ayaqqabılarımı və corablarını çıxartdım. Yubkamın ətəyini yuxarı qaldırıb iki üç addım suya girdim. Ləpələr dizlərimə qədər vurduqca suyun sərinliyi ruhumu oxşayırdı. Dərindən nəfəs alıb dənizin təmiz havasını ciyərlərimə çəkdim.  Üstümdə təbəssüm oynayırdı. Bütün dərdimi, qəmimi, problemlərimi geridə buraxmışdım. Beş dəqiqəlik də olsa xoşbəxt idim dənizlə. Dənizi sevirdim,  dəniz məni xoşbəxt edirdi. Dərdlərimi unutdururdu dəniz mənə, ləpələrin səsi  ruhumu oxşayır, qumu mənə rahatlıq verirdi. 
   Hasar diblərində suya tökülüb qalmış daşlar var idi. Ehtiyyatlı addımlarla suyun içiylə addımlayaraq oraya gəldim. Mamırlanmış  kubiklərin üstünə çıxdım. Üzü ucsuz bucaqsız dənizə dayanıb, qollarımı havaya açdım. Qollarımı quş qanadı kimi yellədim . Gözlərimi yumdum.
   Pəhhh... Gözəlliyə bax sanki dənizin üstündə süzürəm. Ne qədər sakit,  nə qədər gözəldir dəniz... 
   - Ahhh gözəl dəniz,  səndən ayrılmaq istəmirəm heç. Sene elə vurulmuşam ki, qoynuna baş vurmaq istəyirəm. İstəyirəm məni ağuşuna çəkəsən, sevgilin  kimi sevəsən. Çox istəmirəm, ən azından, mən səni sevdiyim qədər sevəsən.
   Sevgiyə ehtiyacım var dəniz... Həyatımı boş və mənasız görürəm. Yaşamağımın nə mənası var ki. Ömrüm boyu xoşbəxt olmadım, indən sonra da olmayacam. Bütün taleyim, bütün qısmətim ləkələndi,  bu dünyada olmayan varlıqlar ucbatından... Qardaşlarım türmədə,  bacımın ailəsi dağılır, anam yatalaq, mən də belə bədbəxt. Axı kımə lazımam mən? Mənimlə tanış olan necə sevəcək məni? Sevsə belə evliliyimizə o qədər əngəl çıxacaq ki. Bəlkə məni ağuşuna alasan, bəlkə dərinlərə çəkəsən, bəlkə alıb götürəsən məni buralardan. Heç kimsənin olmadığı bir adaya atasan? Məni heç kim tanımadığı bir yerə... İkimizin baş başa qaldığı bir yerə... Heç kim olmasın istəmirəm, ikimiz olaq. Soyunum girim qoynuna, sevgilim kimi suların öpsün məni, dalğaların atsın tutsun, ləpələrin sığal çəksin. Yalqızam, tənhayam... Elə tənhayam ki, sənin səsinə belə ehtiyacım var, elə tənhayam ki, pıçıltıların məni kövrəldir. Cox darıxıram... Çoxx... Darıxıram gözəl dənizim, tənhalıqdan yorulmuşam , yanıram, girim qoynuna yanğımı söndür dənizim...

     CİNGİZ 

   Onun iki addımlığında dayanmışdım. Danışdığı hər şeyi eşıdırdım. İlahi necə saf duyğuları var bu qızın. Danışığındakı kəkələmələr məni xəstəxana otağına aparırdı. Arif dayının sözləri qulaqlarımda cingildəyir. Axı o mənə demişdi evlənməyə tələsmə, hətta qismətimdəki qızın dilində qüsur   olacağını da demışdı mənə. Onunla eyni taleyi yaşayacağımız da söyləmişdi. İndi bu qız gözəgörünməyən varlıqların onu və ailəsini bədbəxt etməyi dən danışır. Bu gün kimi aydın idi. Mənim qismətimdir bu qız elə . 
   Danışdıqca için için çəkdiyi hıçqırıqları urəyimin başını göynədirdi. Gözlərindən axan yaşlar ürəyimə dolurdu sanki. Onu elə gözəl başa düşürdüm ki, oda mənim kimi tənha idi. Onun da mənim kimi bir insan bəndəsinə ehtiyacı var idi. Tənhalıq onu elə yalqızlaşfırıb ki, o, da mənim kimi sevgisini cansız əşyalara, təbiətdə axtarır. Sevgiyə möhtacdır, mənim kimi . İçımdən bir anlıq keçdi ki, ona sarıldım, xəyallarını ona yaşadım, onu təklikdən, tənhalıqdan qurtarım... Arxadan ona yaxınlaşdım. 
   İrəlilədikcə ayaqlarımın suyla təmasından yaranan səs onu ürkütdü.  Qəfil anıdən geri döndü, qorxudan böyümüş gözləriylə mənə baxdı : 
   - Xahiş edirəm qoy gedim, mənnən işin olmasın - ağlayırdı. Gözlərimi gözündən çəkə bilmirdim. Boynum bükülmüşdü, yazıq yazıq üzünə baxdıqca özümün də gözlərim dolurdu. Ətəyin əlinə yığıb hərəkətə keçdi. Dayandığı daşın üstündən o biri daşa keçdı. Keçmək istədiyi yer dar idi. Bir tərəfi duvar, bir tərəfini də mən kəsmişdim. 
  - Xahiş edirəm,  çəkilin, gedəcəm 
  - Qorxma gözəl qız...
- Yalvarıram, mənə dəyməyin, qoyun gedim.
   - Qorxma dəymərəm, heç nə  eləmərəm, biraz danışaq, söhbət edək.
  - Siz nə danışırsız ?
  - Məndən qaçma, nolar, mən də sənin kimi tənhayam, biz bir birimizi başa düşəcəyik, inan mənə, icazə ver dost olaq... 
  - Yol verin xahiş edirəm. Çəkilin... 
  Qız ürək ürkək gah mənə, gah da  ətrafa baxıb qaçmaq üçün çıxış yolu axtarırdı. Dayana bilmədim, qəfil əlindən tutdum 
   - Nolar,  yalvarıram,  qaçma... Beş dəqiqə söhbət edək. Sən də mən də yüngüllük tapacağıq, ikimiz də... 
  - Burax, neynırsən,  burax əlimi... Çırpınıb əlimdən çıxmaq istədi. Ayaqları sözünə baxmırdı, mamırlı daşların üstündən sürüşür, şappıltıyla suya düşürdü. Mən onu tutub yıxılmağa qoymadıqca o elə baş düşürdü ki məən onunla başqa cür hərəkət etmək istəyirəm.
  - Sakit ol, yıxılacaqsan indi! 
   - Burax, burax deyirəm... 
   Elə bu vaxt qızı elə bil alıb üstümə atdılar, ayağı daşdan sürüşmüşdü. Mən də müqavimətini saxlaya bilməyib yerimdə ləngərləndim. Qoltuq ağacım qumların üstünə düşdü. Ağacsız dayana bilmədiyim üçün mən də yıxıldım. Üzməsini bildiyim üçün sahildə qala bildim. Amma onu dəniz içinə dartlrdı.  Suyun içində çabalayan qız suyun altına batır təkrar çıxırdı. Mamırlı daşlara güman qalmışdı. Onların üstünə çıxmaq istədikcə ləpələr onu geri dartlrdı.
    Ayağı yerdən üzülmüşdü artıq . Suyun üzündəki tarazlığı pozulmuşdu. Suyu şapıldatdıqca su üstümə tökülürdü. Onun bu halı mənə ləzzət eləmişdi, gülməli və əyləncəli bir vəziyyət yaranmışdı. Onu tutmaq məqsədiylə əlimi irəli uzatmışdım, gülməkdən uğunub gedirdim. O isə əlimdən tutmaqdansa cansız daşlara pənah aparırdı. Bir tərəfdən də geniş ətəyini altına dolan su onu şar kimi şişirdib yuxarı qaldırır , qızın üzü görünməz olmuşdu. Qız bundan daha da özünü itirmişdi. Gap paltarını üzündən açır gah da ezene örtən ipək örtüsünü geri itələyirdi. Çırpınarak elədiyı xam hərəkətlərdən qızın ağzına su dolurdu. Bu gedişlə qızın boğulacağını görüb hərəkətə keçdim. Üzərək ona yaxınlaşdım. Belindən tutub onu dikəltdim.  Suyun üzərinə qaldırıb sinəsinə qədər sudan çıxartdım, Bir anlıq dərindən nəfəs alıb, acizanə üzümə baxdı öskürərək ağzındakı suyu boşaltdı. Özünə gələndən sonra onu aşağı yendirib özümlə bərabər tutdum. Onunla göz - gözə,  nəfəs nəfəsə idim. Suyun altında incə bədəninin titrədiyini hiss edirdim. Qollarım suyun altında onun açılmış belinə dolaşmışdı.
   - Həə? Noldu,  Qorxdun?
   - Burax...Kömək edin! 
   - Axı dənizin səni sevməsin istəyirdin? Deyirdin girım qoynuna, məni sev?
  - Nə sayaqlayırsan burax məni! 
  - Dəniz sevər səni, amma insan kimi yox. Bəzən səni elə alıb ağuşuna aparar ki, ozünü itirərsən, ayağın yerdən üzülər. Elə yerə aparar ki, elə sevər ki... - Danışdıqca özüm də həyəcanlanırdım. Qızı daha çox özümə sıxaraq gözlərinin içınə baxırdım. Pıçıldayaraq dediyim sözlərdən bir həstət,  bir ehtiras yağırdı.
  - Ayyyy, Anam...  Burax məni,  nolar yalvarıram burax... - dediyim sözlərdən utanırdı, islaq üzü qıp qırmızı qızarmışdı. Bu da məni daha çox şövqə gətirirdi. 
   - Amma unutma,  dəniz sevdiyin ağuşuna çəkər, bir daha sahilə çıxarmaz. Darıxırsan,  mən də darıxıram,  təklik, məni də sıxır,  sənin kimi. Sənin kimi mənim də sevgiyə ehtiyacım var... Sev məni, ən azından mən səni sevdiyim kimi sev... Gəl yarım ol... Sevdalım ol, gözəl qız... Nolar ikimiz də qurtaraq bu əzabdan... 
   - Başın xarab olub,  nə sayaqlayırsan ee... Burax məni... Burax... Ay Allah... 
   Allahın  adı sankı məni tutub silkələdi. Nə qədər dara düşsəm də heç vaxt Allahı imdadıma çağırmamışdım.  Adını çəkməmişdim. İndi elə bil əlimi ayağımı nəsə boşaltdı. 
   - Yaxşı. Sakit ol - dedim qızı sahilə çəkdım. Ayağı yerə dəyən qız ürəklənib hərəkətə keçdı. Qollarımı arasından çıxıb çantası və ataqqabısını əlinə alıb qaçdı. Sulu qoftası bədəninə yapışmış, bütün əzaları görsənirdi. Bu da məni dəli edirdi. Bu saat tək istədiyim bir şey var idi, ayağım sağ olaydı, arxasınca qaçıb onu tuta biləydim, yumuşaq qomların üstünə yıxaydım...
  Qız qaçdıqca islaq ətəyi ayaqlarına dolaşıb onu  yıxır , ayağa qalxıb qaçdıqca bu dəfə də paltarına yapışmış qumlar ona ağırlıq edirdı. Ona yetişə bilmədiyimə, arxasınca ilan kimi dənizdən quruya sürünfükcə ürəyim şan şan olurdu... O qaçmağa can atdıqca gözlərimdən muncuq muncuq yaş tökürdü:
   - Getmə nolar, ay qız getmə, insan insana möhtacdır, sənə ehtiyacım var, nolar... Məni burda belə qoyma, qəlbimi qırma, nolar, yalvarıram... 
    Sanki o məni eşıtmirdi. Sahildən uzaqlaşıb yola tərəf qaçırdı.

      ELMİRA 

   Onun nalə çəkirmiş kimi dediyi sözlər ürəyimin yağını əridirdi. Yıxıla dura ondan qaçdıqca bir gözüm də onda idi. Çəliyi aralıda düşüb qalmışdı . Ayaqları dənizdə bədəni quruda sahilə tərəf sürünürdü. Özü hələ də dənizdə arxamca baxıb qışqırırdı, yeri yumuruqlayır, qumları barmaqlarıyla çırmaqlayirdı. Mərhəmət hisslərim baş qaldırmışdı. Ayağım sürüşüb dənizə düşdüm. Üzə bilmədiyimi görüb o özünü dənizə atdı. Məni ölümün cəngindən qurtardı. İndi insaf idimi mən onu suyun içində qoyum qaçım?
   Yanına gələndə üzüqoylu uşaq kimi başını qollarının arasına qoyub hönkürürdü. 
    - Getmə, nolar, getmə... Sənin kimi  mənim də sevgiyə ehtiyyacım var, mən də təklikdən əziyyət çəkirəm, ay qız. Bir birimizi özümüzdən yaxşı heç kim başa düşə bilməz, niyə qaçırsan axı məndən? Elə bildin şikəstəm,  yoxsa sən də məni başqaları kimi dəli bildin? Axı niyə insanlar məndən qaçır, axı niyə? Mənim kimə nə pısliyim dəyib ki, niyə məni görəndə qorxurlar, axı mən də sizin kimi insanam, dəli deyiləm...
   Get! Sən də get başqaları kimi, qaç məndən... Mən də sənin kimi dənizlə danışım, dənizi sevim, kənardan baxan desin həqiqətən dəlidir bu. Sənin mənim kimi tənhaların həyat yoldaşı, həmdəmi yalnız dənizdir, get, rəddol, bir daha gəlmə yuxularıma, xəyallarıma. Mən sevə bilmərəm, sevilə bilmərəm... Elə sən də, sevgi acı olsaq da ürəyimizə, qürurumuz qıyıb, aclığımızı dəf edə bilmərik, aç könlümüzü doyura bilmərik,  bəs niyə yaşayırıq bu həyatda, axı niyə... Bir birimizə möhtac olduğumuz halda bu...
   Qarşısında diz çökdüm. Dənizdən gələn ləpələr paltarımın qumların yudu. Bəlkə də məni yanında hiss edirdi, bəlkə də hiss etmirdi bilmirəm, o hələ də başı qolları arasında hönkürürdü. Çiyinləri atılıb düşdükcə gözlərindəki yaşlar dağların qarı kimi əriyib yanaqları dan axırdı. Əlimdə əlac olsaydı, utanmasaydım ona sarılıb, onu  təsəlli edərdim. Egər dediyi kimidirə demək o da mənim kimi tənha dır,  ikimiz də eyni dərdliyik...
   Əlimi uzadıb islaq və yenicə dən düşmüş saçlarına toxunmaq istəyirdim. Uşaq kimi düşdüyü yerdən qaldırıb ona sarılmaq, onunla bərabər hönkürmək istəyirdim... 
   Çəliyini götürüb ona uzatdım :
-Belə eləməyin nolar. Dözə bilmirəm, ürəyim dözmür belə şeylərə...
  Başımı qaldırdı. Qızarmış gözləriylə mənə baxdı gülümsündü... 
   - Bilirdim, gözəlim...bilirdim dönəcəksən... Nolar getmə,  məni tənhalığın qollarına buraxma...
    Balaca həyətə girəndə sanki cənnət baxcasına düşmüşdüm. Bu balaca baxçada nə gülü desən vardı. Taxta həyət qapısından dar səkiyə evə qədər cürbə cür gül kolları baxçaya xüsusi gözəllik verirdi. Qonşu evin hasarı ilə bu evin arasında maraqlı bir fontan - şəlalə var idi. Qıriq şüşə və saxsı qablardan hazırlanmışdı. Üstüm başım yaş olmasaydı bu həyəti  sevə sevə gəzərdim,  gözəl əl işlərinə baxardım. Təssüf ki çox üşüyürdüm, yarpaq kimi əsirim.
  Gələ gələ tanış olmuşduq,  həyatımızın özəyini bir birimizə yüngülcə danışmışdıq. Doğurdan da bu balaca tanişlıq ikimizin də yanğısını su çilə işdi. İkimiz də elə bir birimizin adamı olduğunu anlamışdı   odurkı daha ondan qorxmurdum. Bu adamdan mənə pislik gələ bilməzdi.
    Gingiz ağacını özünə dirək verərək irəlidə, mən də arxadan səkini keçdik . Qapın açdı, özü geri çəkilib, gülümsəyərək mənə yol göstərdi:
- Buyur,  xoş gəlmisən, kasıb evimizə. 
  Arxamca içəri keçib qapının arxasından asılmış qətvəni mənə verdi. Açıq qapıdan həyətin axırındakı bir tikiliyə əlini uzadaraq:
   - Hamam orda,  get yaxalan gəl, yoxsa dənizin duzu səni yandırar.  Orda qapının arxasında Züleyxanın xalatı da olmalıdır. Geyinərsən. Onsuz da üşümüsən xəstələmə. Mən də bir çay qoyum
  Züleyxa adı mənə qəribə gəldi. Hardansa eşitmişdim bu adı. 
   Daha tanımadığım bu adamın yanında nə qədər sərbəst, rahat ola bilərdim ki, bilmirəm . Amma buna məcbur idim. Bütün suyun içindəydim, su bir tərəfə, örtünün altından belə saçlarımın dibləri də qum olmuşdu . Paltarlarıma dənizin qumları palçıq kimi yapışmışdı. Ətəyimin balaqlarından su süzürdü. Belə vəziyyətdə Primorskidən Duvannıya gedə bilməzdim. Gərək şəxsi maşın olardı, ya da taksi. Taksiyə verməyə o qədər pulum da yox idi. Ona da deyə bilmirdim məni evimizə yolla. Əslində bu vəziyyətdə evə getmək istəmirdim. Ayşən olmasaydı gedərdim. Bir tərəfdən də axşam düşür, Mehmanın oyanan vaxtı, işə gedəcəkdi. Məni evə bu cür vəziyyətdə gəldiyimi görsəydi nə düşünərdi. Hələ Ayşən... Onsuz da biti birəyə yamayandır... 
   Bir tərəfdən də bu adamı daha da yaxından tanımaq istəyi mənə rahatlıq vermirdi. 
  Qətvəni götürüb, hamama keçdim, isti su canıma vurduqca haldan hala düşürdüm. Çanıma bir qızışma gəlirdi. Görünür çox üşümüşdüm. Xəstələnməsəm yaxşıdır. Nəhayyət paltarlarımın qumunu da yuyub, asılqandan asılmış xalatlı götürüdüm. Qolsuz və qısa idi. Mən bunu delə neçə geyinim, həm də yad kişinin yanında? Hələ örtüm də yox idi. Hamamda paltar dolabı var idi axtarıb ordan bir jaket tapıb çıynimə atdım. Qətvə ilə başımı örtüb,  paltarlarımı şəlitdən asaraq evə döndüm. Çıngız pəncərənin qarşısında siqaret çəkirdi. Mənim ona baxdığımı görüb gülümsədi. Özümə diqqət etdim. Xalat əynimə qısa idi, yeridikcə önü açılır, uzun ayaqlarım budlarıma  qədər  bayırda qalırdı. Əyilib qıclarımı nə qədər örtsəm də, mümkün olmurdu. Bu halda daha da gülməli bir vəziyyətə düşürdüm. Çıngiz pəncərədən ayrıldı.
   - Allah,  keç günahımdan,bağışla məni. Sən hər şeydən xəbərdarsan, xain ürəkləri kor et,pis niyyətləri bizdən uzaq elə... Deyib qapını açdım. İçəridən vuran isti hava bədənimi uyuşdurub açdı. Evdə çırta çırt  odun peçı yanırdı. Çingiz yatağın yanında yerə qoyulmuş çamadandan nəsə axtarırdı.
  - Bağışlayın sən allah, utandım yerə qirdim  vallah,  bu nə iş idi düşdüm belə. Mən evə getməliyəm,xahiş edirəm kömək edin mənə...
   - Gedərsən, gör nə tapdım. Burda sənə lazım olan hər şey var. Geyinə bilərsən. Rahat ol. Mən də yaxalanım gəlim. Duz məni qaşındırır. Onnan sonra bir şey fikirləşərik. 
-Amma bunlar təzədir,  geyinə bilmərəm. 
  - Rahat ol. Anam gələcək gəlini üçün alıb yığıb, demək qismət sənin imiş. Nə bilmək  olur bəlkə anamın gəlini sən olacaqsan...
Utanıb başımı aşağı saldım : 
  -Bəlkə... 
- Bəlkəsi zadı yoxdur. Geyin deyirəmsə geyin... 
   Çıngiz bayra çıxandan sonra təzə qırmızı çamadanı qarşısına çökdum. İçində bir qıza lazım olan nə yox idi ki, alt paltarları, pünüyarlar, ətirlər, kosmetikalar, bahalı qoftalar, qəşəy yubkalar, xalatlar...
   Pəncərə döyüldü. Baxdım. Çingiz idi. Əliylə divanın üstünü göstərdi. Divanın üstündə alt paltarları var idi. Gingiz bunları geyinməyimi istəyirdi. Xəcalət dən tər tökürdüm artıq. Qalxıb pərdəni çəkdim. Öz paltarlarım islaq olduğundan əynimdə sadecə incə bir yay xalatı var idi. Xalatı əynimdə çıxarıb Cingizin mənimçün ayırdığı paltarları geyindim. Gözüm çamadandakı südrəngli pünyara sataşdı. Mənim olmayan, əşyaya heç vaxt toxunmazdım. Amma bu pünyarı bir dəqiqəlik də olsa əynimdə görmək keçdi ürəyimdən. Şeytan məni yoldan çıxardırdı ki, geyin əyninə. Geyindim. Qarşıdakı köhnə servantın önünə keçdım. Bir anlıq gözlərim qaraldı, aynadan kölgələr oynaşdı. O burda idi deyəsən. Bismillah deyib özümü ələ aldım. Butun diqqətimi əynindəki köynəyə  cəmləmişdim. Çox gözəl pünyar idi. Sanki incə bədənimə olcülmüşdü. Çingizin anası zövqlü xanım imiş,  cox böyük zövqlə oğlü üçün cehiz hazırlamışdı.
    Ayndan özümə heyranlıqla baxdıqca sankı boyun boğazıma kimsə toxunurdu. Əhəmiyyət vermirdim. Bilirdim ki, bu yenə odur, hər dəfə özümə heyranlıqla baxanda belə oluram. O məni mənim özümə də qısqanırdı.
   Bayırdan səs gəldi. Tül pərdənin arxasından bayıra boylandım. Kimsə yox idi. Geri dönəndə mənimki evin ortasındatdı. Yenə üzü görsənmirdi, ağappaq duman kimi, havadaydı. Əsəbləşirdim artıq, son zamanlar ikinci dəfəydi gözümə görsənirdi. Axı niyə, hardaydı bu vaxta qədər, indi niyə gəlir?
  Üstümdəkiləri tələsik çıxara çıxara dodağımın altında dualarımı oxuyurdum. Özümə elə qapanmışdım ki, qapının açılmasından belə xəbərim olmadı. Xalatımın zincirini çəkəcəkdim ki, Çingizi qarşımda gördüm. Əynində mayka və idman şortiki vardı. Məhrəbanı boynundan aşmışdı. Sağlam əzələli iri cüssəsi ilə  hər bir qadının ağlını başından alacaq bədən quruluşu var idi. Çox yaraşıqlı kişi idi.
    Gözləri böyümüş halda təpədən dırnağa məni süzürdü. Açıq xalatın altından ətim əndamım ağlını başından almışdı.
- Çox gözəlsən Elmira! 
  Yerimdə donub qalmışdım,  nə edəcəyimi bilmirdim. Arxamı ona dönüb həyəcanla xalatın zincirini çəkməyə başladım. Həyəcandan əlim ayağım əsirdi, Zinciri tutuşdurub bağlaya bilmirdim. O məni təriflədikcə mən hələ zinciri bağlamağa çalışaraq surələri pıçıldayırdım. Elə bu vaxt Çıngiz məni arxadan qucaqlayıb dikəltdi. Əlim ayağım  boşaldı, su kimi qollarının arasına axdım, bir öpüşə bənd idim, bütün iradəm tükəndi, gözlərim xumarlandı.
    Peçın yanına sərılmış döşəkcədən gözlərimi tavana zilləmişdim. Gözlərimin çuxurunda iki damla yaş gilələnmişdi. Mənimki evin icində tüğyan qoparmışdı, hər şey gözlərimin qaşısında havada uçuşurdu.  Lal dinməz baxırdım. Dilim hələ də surələrdən pıçıldayırdı. Özüm burda olsam da ruhum onunla savaşda idi. Onu qovurdum. 
   Bilmirəm bu vəziyyət nə qədər davam etdi. Özümə gələndə Çingiz başımın üstündəydi. 
  - Əzizim, yaxşısan? Necəsən?  Özündə deyildin, bilirəm. Səni narahat edirlər. Mən də gördüm onu, həə gördüm...
  - Doğurdan gördün?
   - Hə gördüm. Cindir, ruh qismində gəlir sənə ... O sənə aşıq olub, səni mənə qısqanır, səni öpdüyümə dözə bilmədi. Cildimə girib səninlə olmaq istədi. Əlbəttə ki mən o varlıqları  gördüyüm üçün buna izin vermədim.
   - Sən magiyasan?
   Başıyla təsdiqlədi.
  -Ay allah, inanmıram... Yanı bu həyatda məni başa düşən biri varmışş...
   - Səndən cox xahiş edirəm, səndən tək istəyim, Allahın adını mənim yanımda çəkmə, əgər sənə kömək etməyimi istəyirsənsə çəkmə...
   -Qara magiyasan?
  - Hə...
   - Səndən qorxuram...
   -Qorxma. İnan mənə, söz verki məndən qorxmayacaqsan, mən sənə gələn bütün qüvvəni üzərimə çəkəcəm. İnan,  bir daha o sənə yaxınlaşmayacaq. Bir dənə mənə inan, vəssalam, inan... 
   Gözlərimə inanmırdım. Belə bir möcüzə insanla qarşılaşacağı  ağlıma belə gətirməmişdim. İlk dəfəydi ki mənim bu halıma kimsə mənə dəli demir. Oysa başqa bir adama bu vəziyyətimi danışsaydim, məni dəli adlandırardı. Onun mənə ümüd verməyə ürəyimi kövrəldirdi. O bunu hiss edir mənə  daha da ümüd verirdi. Başımı köksünə sıxdı.
   - Mən səndən vaz keçəmrəm,  inan mənə, üzmə özünü bu qədər. Mən bu gündən onunla mübarizəyə başlayacam. Mən səni sevirəm, Elmira, bunu səni sevdiyim için edəcəm, bütün qüvvəmlə. 
   Başımı qaldırıb özümə diqqət etdim çılpaq idim. Ölsəydi bundan yaxşıydı. Döşəyin yanındakı xalat əkib üstümü örtəndə Çıngız qoymadı.
-  Məni bu gözəllikdən məhrum etmə - dedi.
   - Mənə toxundunmu?
   - Dedim axı, o mənim cildində sənə yaxınlaşmaq istədi. Səni özünə təslim etdi. Özün soyunub tökürdün paltarlarını. Mən gələndə özündən keçmışdın.
  - Demək o  sən deyilmişən?
  - Yox... Amma bu mənəm, bir şübhə varsa bax gözlərimə, özün biləcəksən...
   Doğurdan da bu həqiqi Çingiz idi. O mənimlə danışa danışa əlləri bütün bədənimdə gəzir, dodaqları sinəmi isladırdı... 
   Bütün ixtiyarıma, bütün səbrü qərarıma, iradəmə hakim olmuşdu Çingiz.... Sobanın yanındakı döşəyin üstündə şirin bir sevişmə səhnəsi qurulmuşdu. Bütün qadınlığımla özümü ona təslım etmışdım...
    
    Çıngiz yanımda mışıl mışıl  yatırdı. Sanki həyat bundan ibarət idi. Xoşbəxtlik bu idimi? İçımı qəribə həyəcan, əcaib hislər bürümüşdü.  Bir neçə saata qədər, pəncərədən boylanan bu yad adamdan qorxurdum, mənə söz deyər,  təcavüz edər deyə düşünürdüm, İndi özüm onun yatağına girmişəm.  Həm də özüm öz razılığımla, mənə bir söz demədən, məndən nəsə istəmədən...
    Qaranlıq otaqda onun bütün üz cizgilərini yaddaşıma yazarkən bayaq yaşadıqlarımız gözlərimin qarşısında canlanır, dodaqlarım gülümsəyirdi . Barmaqlarım saçlarını qarışdırdıqca istidən pörtmüş yanağından incə bir öpüş alıraq onu oyandlrmağa çalışırdım. Həyatımın ən gözəl dəqiqələrini yaddaşıma yazarkən Allahıma yalvarırdım ki "o" bir daha qarşıma çıxmasın. Daha nə bilirdim ki hələ bizi irəlidə çox sınaqlar gözləyir 
    Gecə yarısı bir dostunu çağırtdırdı Onun maşınıyla evimizə gəldik. Hamı yatmışdı. Məhəllə səssiz idi. Qaldığım evin darvazası bağlanmışdı. Onlar gedəndən sonra evin arxasına keçıb hasarın yanına bir kubik itələdim və üstünə çıxdım, ordan həyətə atladım. Qapımız açıq idi.
   - Yəqin Ruqiyə gəlib anama baxıb gedib, qapını bağlamağı unudub deyə düşündüm - Qapını açıb içəri girdiyimdə Heydərin masanın başında oturduğunu gördüm...

                                   12 BÖLÜM

    - Heydər? - yerimdə donub qaldım.
   Heydər barmağını dodağının üstünə qoyub mənə susmağı işarə etdi. Zəhmli baxışlarından özümü necə itirmişdimsə  onunla görüşməyi belə unutmuşdum. 
  - Qurban olum Heydər. Səhv başa düşmə qardaş. Başıma iş gəlmişdi dənizə düşmüşdüm. Allah haqqı, ay toba düz deyirəm. Güçlə çıxıb gəlmişəm 
  - Demək dənizə düşmüsən həə? 
  - Hə papamın görü. Düz deyirəm. 
  - Neynək, nə deyirəm ki- ayağa qalxdı, əlimdən tutub dartanda boynuna sarıldım 
  - Bacın boyuna qurban,qovuşdurana şükür... 
-  Sus deyirəm sənə cəhənnəmol ee - əlimdən tutub məni qapıya çəkdi - dənizə düşmüşdün həə? Hansı dənizə, gedək mənə göstər o dənizi...
   - Eləmə Heydər qadan alım, camaat yatıb, camaatı narahat eləmə gecə vaxtı. 
   - O zaman çıqqırın da çıxmasın, düş qabağıma görüm! 
  Heydərin xasiyyətini bilirdim, inad keçının biriydi. Dediyin eləməsən, vurub adamı şıkəst edərdi. Odur ki dimməzcə bayıra çıxdım. Kuçədə mən irəlidə o arxamca gedə dedə ona yalvarırım  türmə onu qəddarlaşdırmışdı. O məni dinləmir, yalvarışlarım onu yumuşaltmırdı. Səsim yuksəldikçə ağzımı tutaraq möhkəmcə  sıxır, dişlərini qıcadıb susmamı istəyirdi.
   Evdən xeylax aralanmışdıq. İrəlidə evlərin arasında  bir kamaz görsənirdi. Yaxınlaşıb kabinəyə çıxdı.  Çaşıb qalmışdım, nə etmək istədiyini çözməyə çalışırdım.
   -Heydər neynirsən qurban olum, düş aşağı, camaatın maşınıyla nə işin? 
   - Çox danışırsan aa... 
Təsadüfən qapısı açıq idi.
  - Çıx yuxarı!
  - Heydər...
  - Çıx deyirəm sənə uzatma! - deyib üzümə tərs tərs baxdı. Qorxumdan əsirdim. Dimməzcə əmirə tabe oldum. Kabinəyə çıxdım. Rolun altında nəyisə qopardı. Ordan naqılı çəkib  çıxardı. Çox həyəcanlıydım. Nə edəcəyimi bilmirdim, Heydərin inadından döndərə bilmirdim. Məni dinləmirdi.
   Cibindəki əl bıcağını çıxarıb naqilin  uclarını açdı və açıq sımlərı bir- birinə sürtdü. Qaranlığın sükutunu kamazın səsi pozdu.
   - Heydər, başına dönum, bu saat kamazın sahibi gələcək...
  Ağzımın üstünə əlinin tərsiylə sərt bir qapaz ilişdirdi .  Ağzım burnum qanla doldu. Maşın hərəkətə keçdi.
   - Mən bacımın namusu üçün cavanlığımdan, həyatımdan keçım, türmədə yatım, mənim bacım da çadırani əyninə keçirib namusdan dəm vursun?
    - Sənin namusuna xələl gətirəcək hec bir şey eləmədim Heydər, Niyə mənə inanmırsan axı?
    - 4 ildir içəridəyəm, kimlər gəldi, kimlər keçdi ordan... Hamısının dosyasını bir bir incələmişəm, çox görmüşəm qardaşını içəri atdırıb azadlıqda gəzən  qızları, səsləri barlarda gəlir.
   - Heydər başına dönüm axı sənin namusuna xələl gətirəcək nə eləmişəm, qadan alım? Kim sənə nə deyib bilmirəm,
   - Demək nə lazım koram,  görmürəm? Bu saatda hansı qadın gələr evə? Mən ora keyfimden getməmişəm ee, sən burda kişilərin qucağında xumarlananda mən betonların üstündə çürümüşəm, ciyərləri vərəm bağlayıb, çxodka düşmüşəm. Heydər namus üstə içəridə yatsın, bu q..bə burda keyfinə korluq verməsin , gecə yarısı darvaza bağlı olsun, xanım qız hasardan adlayıb evə girsin, səhər qonum qonşuya çıxıb çadrasıyla gözdən pərdə assın, namusluya namusdan  dərs keçsin 
  - Heydər,  Allah haqqı, inan mənə səhv başa düşürsən. Hələ bu vaxta qədər sizin namusunuz xələl gətirəcək heç bir iş görməmişəm deyirəm. Allahım var, allahımin yanında vicdanım da, üzüm də təmizdir. Bax vallah, papamın adına düz deyirəm. Dəniz kənarına getmişdim, Primorskiyə, fikirimi dağıtmaq istəyirdim. Ürəyim partlayırdı, çox darıxırdım. Suyun kənarında kubik vardı, çıxdım ora. İnanmırsan gedək göstərirm getdiyim yeri. Sür də, sür Primorskiyə. Allaha and olsun,  ayağım sürüşdü kubikdən , yıxıldım suya, sonra bılmırəm noldu. Gözümü açanda millət başımın üstündəydi. Beş - altı qadın var idi, məni apardılar evlərinə, üst başımı dəyişdilər. Bax görmürsən?  Bu paltarlar mənim deyil. Mən belə paltar geyirəm heç?
   Heydərin yumruqları başımda, üzümdə oynayırdı. Başımı dizlərimin arasına alıb özümü müdafiə edirdim, qışqıra qışqıra onu inandırmağa çalışırdım. Maşın isə trasdan çıxıb dağlara tərəf üz tutmuşdu. Toz duman çıxara çıxara üzü biyabanlıqla irəliləyirdi.
   - Heydər, yalvarıram, inan mənə. Vəziyyətim pıs imiş, özümdən getmişdim. Allah haqqı. Gözlədilər özümə gəlim, özümə gələndə geç idi. Yalvardım yaxardım ki, məni evə aparın. Qalmadım orda...
  - Gecə vaxtı?
  - Hə Heydər, Allah haqqı düz deyirəm qardaş, quran haqqı düz deyirəm.
   - Olmazdı o arvadlar da sənnən gələrdi?
   - Vallah mənnən gəldilər,  amma gecə vaxtı kim oyaq idi ki içəri girə?Ərinin maşınıyla gəldik. Adı da Züleyxaydi. İnanmırsan sabah gedib taparıq, onları, bir cox sağol eliyərsən.
  - Gor gözümə nətəhər girir ee... Az o 0-11 də gələn sən deyildin? Arvad var idi o maşında, a cındır ?  Qabaq qapını açıb, kişiylə əl tutan mən idim? Az, yalan uyduranda elə uydur inanaq da...
   Dilim qarnına girmişdi. Demək Heydər pəncərədən hər şeyi görmüşdü. İndən sonra nə desəm faydası yox idi. Yaxşısı budur həqiqəti ona deyim.
  - Heydər, sakit ol, bir danışaq. Hər şeyi deyəcəm sənə. Amma sən mənə inanmazsan...
   - Düş aşağı!
     Düzü biyabanlıq bir yer idi, bir tərəfdə dağlar görünür, bir tərəfdə  də uzaqda ilan kimi uzanan tras və trasın o biri tərəfində ucsuz bucaqsiz dəniz... Hər tərəf zibil qoxuyurdu. Ordan burdan tüstü qalxırdı. 
   Heydərə yalvara yalvara maşından düşdüm. Ayağımı yerə qoyar qoymaz Heydərin yumruğu boynumun arxasına ilişdi. Gözlərimdən od çıxdı   müqavimətimi itirib yerə çökdüm.  Söz deməyə dilim güçlə çönürdü. 
   - Heydər, o mənnən evlənəcək Allaha and olsun...
  - Sənin kimilərini gecə 4 də qədər oynadarlar, s..lər, sonra  gecənin bu çağı gətirib namusdan dəm vuran qardaşın üstünə atarlar, gedərlər ailə uşağının içinə. Sabah beş kişinin içinə çıxıb döşümə döyəndə hansısa paskuda ağzımdan vurar : Bacını filan yerdə mən  s...əm deyər. Yaxşı oğlanlar da mənim kimi beqeyrət qardaşı butulka üstündə oturar. Sonra da sıraya qoyub p... x edərlər. 
   Nə desəm də faydası yox idi. Heydər hələ də türmə qanunlarından danışırdı. Yumuruqlar başımda oynayırdı. Gecənin səssizliyini  mənim səsim, düzənliyin  qaranlığın kamazın işığında oynayan kölgələr yarırdı. 
   Nə qədər döyüldüyümü bilmirdim sərt yumuruqlar üzümdə, başımda oynayır, təpıklər harama gəlirdi dəyirdi. Daha özümü qoruya bilmirdim, haldan düşmüşdüm. O mənə təpik vurduqca onun ayaqlarından yapıştırdım, israrla onu inandırmağa çalışırdım ki, Cingiz məni alacaq, namusumu təmizləyəcək. O heç nə eşıtmirdi. Ayaqlarının altında qıvrılmışdım. Məni özündən araladı. Üzümə tüpürdü.
  - Həyatımızı məhv elədin. Sənin ucbatından 4 ildir nə çəkirəm o türmədə, bilirsən ? Namus üstə yatmağıma görə yaxşı oğlanlar məni bağrına basdı,  avtoritetlər məni kişi kimi qəbul etdi, mənim sözümün qabağına söz demədilər, kəsdiyim başa sorğu sual olmadı. İndi nə deyəcəklər mənə?  Mənə "ay  bacısı göyçək" deməyəcəklər? Nə qəsdin var mənimlə? Həə? Axı niyə qoymursan kişi kimi yaşayaq? Sən ölməlisən,  öldürüb səni kişi kimi gedib yatacam içəridə, qoy  namusunu təmizlədi desinlər. Mən bu töhmətlə yaşaya bilmərəm. 
   Heydər çib bıçağını çıxardıb arxa tərəfimə kecdi. Arxadan başımı dizlərinə söykəyib örtünün altından bıçağı böğazıma dirədi. 
   - Heydər öldürmə, qurban olum! 
  - kəlmeyi şəhadətin de... 
  - Heydər... Boğazımın dərisindən nəsə göynədiyini hiss etdim, bir anlıq nə olduğunu başa düşmədim. Sonra Heydərin əli oturduğum yerdə harama gəldi dəydiyini hiss etdim. Başımı buraxdı kökündən qopmuş ağac kimi üzü qoylu yerə düşdüm, böğazım yanır, ağzıma qan dolurdu   burnuma qan qoxusu vururdu. Boğazımdan  ilıq su axırdı elə bil. Heydərin vurduğu yerlərdən küt ağrılar gözlərimi qaraldırdı. Sərt bir təpıyi böyrumə ilişdirib var səsiylə qışqırdı: 
  - Öl, gəbər, qə..bə!!! 
  Və maşına minib getdi. Xırıldaya xırıldaya arxasınca baxırdım. Maşın məndən 300 400 metr aralıda dayandı, işıqları söndü.
 Dənizdən dan yeri qızarırdı... 

ÇİNGİZ

   Səhəri diri gözlü açdım. Nə olduğunu bilmirdim,amma ürəyimə dammışdı ki, nəsə pis bir şey olub, nəsə olacaq. Səhərə qədər ilan vuran yatdı mən yatmadım.
  Famılnən belə sözləşmişdik ki, sabah dan yeri sökülmədən yola çıxaq. Təsadüfən Elmirayla yaşadıqlarım üçün bu planımızı təxirə salmaq istəyirdim. Tərslikdən elə Elmiranın yanında da Famılgilə nə qədər zəng eləsəm də telefona cavab verməmişdilər. İstəmirdim ki, sabah o başdan gəlib Elmiranı burda görsünlər. Sevdiyim və evlənəcəyim qız haqında pis fikirə düşmənlərini də heç istəmirdim. Paltarları qurumamışdı, amma çamadandan anamın aldığı yubka və köynək götürüb ona uzatdım, vəziyyəti ona başa saldım. Onu inandırmağa çalışdım ki, məni gözləsin, qızımın ilini yola verib gələcəm. O da o zamana qədər sənədlərini hazırlasın, ilk görüşümüzdəcə onunla hec kimin xəbəri olmadan nigaha girəcəyik. Ordan da bir başa pasport şöbəsinə gedib ona xarıcı pasport çıxaracaq, bərabər Moskvaya gedəcəyik. Düzü anasına görə bu planıma etiraz etsə də sonunda onu razı sala bildim.
   - Başqa yolumuz yoxdur, əzizim. Anamgil məndən xəbərsiz qonşu qızı mənə nişanlayıblar, onunla evlənmək istəmirəm, məni buna məcbur edirlər. Gedib anamgillə danışacam, səni onlara deyəcəm, əgər razı olsalar, el adətiylə səni anama gəlin edəcəm, yox əgər razı olmasalar, day özləri bilərlər. Bəxtinə küssün - dedim. O zaman son variant səni alıb buralardan qaçmaqdır.   
   Həmin gecə onunla xeyli söhbət etmişdik   bir  birimizi şifahi də olsa tanıyırıq artıq. İlk dəfə onu yuxumda və təsadüfən xəstəxanada gördüyümu ona  deyəndə çox təəccübləndi. Belə təsadüf ola bilməz dedi. Sonra dizlərini yerə qoydu. Allahın şükür etdı. Deyirdi ki, Dağıstanda bir magiya yanında olub, o maqiya ona gələcək ərini göstəribmiş,  həm də bu adam  mənə çox bənzəyirmiş  amma qoca vaxtımmış.  Bizim gələcəyimiz ikimizə də agah olmuşdu. Mənə Arif demişdi, ona da maqiya. Demək bizim qismətimiz bir yoğrulub. Bunları bilə bilə mən ondan vaz kecərəmmi hec.

   Zümürüdün ilini yola verib, vacib işim olduğunu deyib gələn qonaqlarla Bakıya dönmək istədim  Anamgil buna nə qədər etiraz etsələr də, orda qalmaq istəmirdim, səs çoxluğu, bir də "el qınağı" olunca məcbur olub qaldım. Etiraz etsəm də 3 gün sonra mənim iştirakım olmadan Güllüyə qohum əqrəbanın və qonşuların iştiraki ilə nişan apardılar. Qiz evınə mənim adımdan üzrxahlıq elədilər.  
  - Çıngiz gəlmədi. Deyir ayıb olar qızımın ilindən çıxıb nişan aparsam. Ona görə gərək onu bağışlayasiz, asan deyil ona, belə vəziyyətdə xeyir iş tutmaq. Üzürlü sayın. 
   Nişan axşamı müsibət göyə qalxsa da yenə səs çoxluğu səsimi batırdı.   Rəsmi nişandan sonra daha buna etiraz etməyin adı yox idi. Bayaqdan sadecə söz var idi bu işə yox deyilirdisə, indi elin, aləmin şahidliyiylə bir qıza nişan taxılıb, ümüd verilibsə bu işi pozmaq asan başa gəlməyəcək. Bir həftə sonra kəndin mollası çağrıldı, kəbinimiz oxundu. Axşamı Güllünün xınası yaxıldı və sabaha qənşər bütün ailəmizlə, Güllüylə bərabər Bakıya üz tutduq. 
     Bakıya gələr gəlməz, heç evə belə girmədən Elmidarı çağırıb onunla Duvannıya getdık. Həmin geçə Elmiranı Elmidarla aparmışdıq. Onunla münasibətimin, ona olan məhəbbətimi tək şahidi Elmidar idi. 
   Onların məhəlləsinə girəndə ürəyim həyəcandan əsim əsim əsirdi.  Qapını döydüm. Başı çalmalı bir qadın çıxdı. Ədəblə salam verib Elmiranı soruşdum. Evdə yox imiş. Üzümə təbəssüm gəldi. Evdə yoxdursa deməli gənizdədir. Özümü saxlaya bilmədim. 
   - Görəsən hardadır, hara gedib?
   - Neçə gündür axtarırlar tapmırlar. 
   Üzümdəki təbəssüm dodaqlarında dondu. 
-Necə yəni?
  Elə bu vaxt həyətdə balacanı və onunla dənizə gələn o şıltaq qızı gördüm. 
  - Eyy... Ay bacı,  bir dəqiqə baxarsız? 
Deyəsən yad bir kişidən utandı, caşqın çaşqın baxıb sürətlə pıllələri yuxarı çıxdı. Başını içəri salıb  icəridən kimsəni çağırdı. Bir qadın utana çəkinə darvazaya gəldi. O qız da yanındaydı. O biri qadını tanımırdım. Odur ki,  Elmirayla dənizə gələn qıza baxıb salam verdim. Gülümsəyərək salamımı aldı.  O biri qadın tərs tərs qıza baxıb mənə döndü. 
  - Nə lazımdır a qardaş? 
  - Elmira, evdədir, neçə görə bilərəm?
   - Elmira yoxdur, siz kimsiz? 
  - Mən... Mən... -Söz tapmırdım deməyə.  Nə deyəcəkdim?
 Kəkələməyimdən qadın nəsə başa düşdü. Yanındakı qıza baxdı :
    - Az İlahə özünü batırdı, qaç qoyma! - anında da mənə döndü... 
   - Bağışla ay Rüstəm dayı tanımadım. Xoş gəlmisən, sən hara bura hara? - göz vurub dodağını dişlədi. Və dayanmadan danışdı-Həə Şəhlagil də  burda olur, yəqin onlar deyib sizə Heydərin gəlməyini? Heydər görməyə gəlmisən?  
   Bi vaxt gəlmişdim. Qadın yanındakılara yanında mənimlə danışmaq istəmirdi. Qadının nədən kimdən danışdığını başa düşməsə də onu bu vəziyyətdən çıxarmağı özumə lazım bildim. 
- Həə, düzdür, Şəhla dedi. Dedim gəlmişkən Elmirayla da görüşüm, bacımın sinif yoldaşı idi  Elmira. Bir iki şey ismarlamışdı Elmıraya, onu deyəcəkdim. 
   Elə bil qadının üstündən yük götürüldü. Yanındakı qadına və bizə təkrar yaxınlaşmaqda olan qıza baxıb  razılıqla gülümsədi. Yenə mənə  işarət etdi. 
-  Tahirə xala kəccımızdı ee.. - mənə döndü - Elmira evdə yoxdu. Rayona gedib qohummuzgilə. 
  - Hə?Axı xala dedi. 
  - Həə... Ay Ayşən yeri kaşılokumu gətir, Gedim dükana pamidor zad alacam. 
   Qadın ənə işarət edirdi. Parolumu almışdım. Bu xanım kimdirsə, onu dükanın yanında gözləməliydim. 
   -  Rüstəm dayı, Mehman yatıb, Heydər də evdə yoxdur. Yoxsa evə dəvət edərdim. Sən allah, bağışla- deyib qapını göstərdi - mən də dükana gedəcəkdim elə, 
  - Yoo yo eybi yoxdur. Siz işinizdə olun, Mən genə gələcəm. Onda inşallah Heydərlə də görüşərəm.  Nəysə mən gedim. Mehman duranda salam deyərsən. Heydərə də gəldiyimi xəbər ver. Xudahafiz... 
   - XUDAHAFİZ... 
Yarım saatdan çox qəsəbə dükanının yanında gözlədim. O qadın gəlmədi. Elə maşına oturub gedəcəkdim ki, baxdım məhəllələrin arasından bayaqkı qadın, yellı dükana tərəf gəlir. Qadın dükanın arxasına kecıb o biri məhəlləyə adladıordan mənə əl elədi.
  Ora bura baxıb dükanın o biri tərəfiylə onun arxasınca getdim. 
  - Kimsən sən? 
  - Mən Elmiranın dostuyam... 
  - Nə dost dost salmısan ee, mən uşağam? Ayşəni hardan tanıyırsan? 
  - Ayşən kimdir?
   - Çağırıb söz almaq istədiyin qız.
  - Həə onu? Elmirayla görmüşəm.
  - Bəs Elmiranı hardan tanıyırsan?
  -Bacı, bu sualları Elmirayla verərsən, özü danışar sənə. Sən Elmiranın nəyisən? 
   - Bacısı. 
   - Ruqiyə?
    Qadın çaşqın çaşqın mənə baxdı.
   - Elmira deyib... Bacısısan lap yaxşı. O zaman məni Elmirayla görüşdürün. Onu necə görə bilərəm? 
   ELMİRA bu gün 13 gündür yoxdur. 
  -Başa düşmədim necə yanı yoxdur. 
  - Yoxdur daa... 13 bundan əvvəl günorta vaxtıyıdı evdən çıxıb, geri dönməyib. 
   - OLA BİLMƏZ
  - Oldu da, o vaxtan bu yana  Elmira evə gəlmir, hər yerdə axtarırırıq, polisə də vermişik. Axtarışa veriblər. 
  - nə danışırsan axı sən.  Hansı polisə, 
  -Qaradağ rayon polis şöbəsinə... 
-13 gün bundan  əvvəl bərabər idik biz . Gecə saat 4 olardı, bəlkə də beşin yarısı zad... mən gətirib onu evə  qoydum,  bax elə bu şoferlə. Nəysə özündə deyildi. Deyəsən ruhi pozğunluğu var onun, həə?gözəgörünməyən qarabasmalar zad?
   Qadın başıyla təsdiqlədi.
   - onda belə çıxır ki, məndən ayrılandan sonra yoxa cıxıb?
   - Nə danışırsan sən? Yanı həmin günü gecəyə qədər bir yerdəydiz  siz?
  - Hə bir yerdəyik.
   - Gecənin o vaxtı Elmiranın sənin- yad kişinin yanında nə işi var ki?
  - İnanın... Bu ilk dəfəydi... Sadecə oturduq bir yerdə söhbət elədik, danışdıq. Onu tanımaq istəyirdim,  çoxdandır onu izləyirdim ,xoşum gəlirdi  ondan. Onunla evlənmək istəyirəm ... 
- Deyirsən gecəyə qədər bir yerdə olmusuz? 
-Hə bir yerdəyik. Mən özüm gətirdim. 
  - AA... həmin günü də Heydər gəlib, Heydər evdəydi. 
  - Heydər kimdir axı?
  - Qardaşım. Türmədən çıxıb-  Qadın dizlərinə  vurdu, üzün çırdı. - öldürüb vallah öldürüb... 
  -Kim öldürüb, kimi öldürüb, nə danışırsan?
  Gah mənə, gah yola baxa baxa dizlərinə çırpa çırpa getdi... 
   - Vallah öldürüb, ay toba öldürüb, sən neylərdin ay qardaş,  bıy Allah sənin başına daş salsın...
   Qadının arxasından nə qədər səslənsə də qadın gəldiyi kimi də toz oldu. Qadının təxminləri məni dəliyə döndərmişdi. Nə edəcəyimi bilmirdim. Elmiradan nigaran idim. Qadından ayrılıb polis şöbəsinə gəldim, Elmiranı xəbər aldım. 10  gün bundan  əvvəl ailəsi  onun yoxa çıxması  barədə polisə müraciət ediblər, axtarışdadır . Heç bir yerdən iz ala bilməyiblər. Elmiranın bacısının danışdıqlarına biganə qala bilməzdim. Elmiranın başı bəladaydı. Odur ki həmin gün Elmirayla bərabər olduğumu onlara bildirdim. Onunla sevgili olduğumu, hətta həmin gün onunla  bərabər olduğumuzu da, onunla yatdığım da söyledim . Ona sahib çıxmaq istədiyimi polisə dedim, onun tapılmasında lazımı tədbirlərə əl atılmasını xahiş etdim. İfadə verərkən Ruqiyənin dediklərini də polisə bildirdim. 
- Onun yerını qardaşı bilir. Elmiranın başına nə gəlibsə qardaşı ondan  cavabdehdir. Çünki həmin geçə onu mən evinə gətirmişdim, qapı bağlıydı. Dedi siz gedin, mən hasardan keçəçəm içəri dedi. Çox xahiş edirəm, rəis, ifadəmi nəzərə alasız... 
     Ürəyim partlayırdı. Nə edəcəyimi bilmirdim. Mən onu tək qoymamalıydım. hələ bir qıza ümüd verib getmişdim, gələndə Güllüylə gəlmişdim . Dini nigahımız olmuşdu.  Anamgil məni ZAQS şöbəsinə müraciət etməmi istəsələr də mən bu işi gecikdirirdim. Güllü də bizlə gəlmişdi kənddə toy olmayacaqdı. Qardaşları bunu istəmədi. Amma bizimkilər təzə açılmış şadlıq evində bir banket zalını bağlamağı planlayırdılar. Hamısı öz kefində idı. Mənim halım dan xəbəri olan yox idi. 
   Beş dəqiqə tək qala bilmirdim. İstər yuxarı evdə, istər bağ evində Güllü ətrafıma dolanır, mənimlə tək qalmaq istəyirdi. 
   Bu minvalla üç gün də keçdi. Hər gün onların məhəlləsində gedib, fürsət tapıb Ruqiyəylə görüşürdüm, polis şöbəsinə gedib xəbər alırdım. Lakin o yox idi, Ruqiyənin dediyinə görə Polis Heydərin şübhəli qismində nəzarətə alıb. Anası da yiyəsiz və sahıbsız qaldığı üçün sosial xidmətlərə müraciət ediblər. Əgər o vaxta qədər ya Heydər, ya da Elmira gəlməsə anasını qocalar  evinə qoyacaqlar. 
   Nədənsə ruhumu da onunla görüşdürə bilmirdim.  Bilirdim ki, bir insanın ruhunu cağıranda o gəlmırsə çox ağır bir xəstədir, ya komandadır, ya bəladadır. Onun öldüyünə inanmırdım. Ölsəydi, ruhunu çağırsam gələrdi. Amma o gəlmirdi.
   Onunla ilk görüşdüyümüz yerə gəldim mamırlı kubiklərə baxdım. Danışdığı sözlər qulaqlarımda çıngıldəyirdi. Onun sözlərini eşitdiyim zaman duyğularımın necə çuşa gəldiyi yadıma düşür və gözlərim dolurdu. Biraz aralıda ayaqqabılarını çıxarıb atdığı  yerdə oturdum. Quma sığal çəkdim. Ətrafıma baxdım. Onun yıxıla dura qaçdığı yerlərə baxdım, xatirələr gözlərimin önündən keçdikcə burnumun ucu göynəyirdi. Ah çəkdim...
   - Aahhh... Hardasan Elmira, hardasan...
   Sinəmdə onun titrəyişını hiss edırdim... Suya yıxılanda onu suyun altında quçaqlamağım,  nəfəs kəsən ehtiraslı baxışlarımla onu süzməyim, onun yarpaq kimi qollarımı arasında əsməyi bütün vücudumu lərzəyə gətirmişdi.
   - Ahhhh... Səni tək qoymamlıydım əzizim, bağışla məni... Ahhh- nəm qumların üstünə uzandım,  qollarımı yana açdım. Gözlərimi yumdum. Həmin an sevişmə səhnəmiz gözlərimin qarşısında canlanırdı. Dodaqlarım pıçıldadı...
- Gəl əzizim, hardasan gəl,  gəl yenə sevim səni, darıxırama sənin üçün, gəl bir dənəm, gəl qollarıma yat, gəl yenə başını köksumə qoy, yenə fısılda qulaqlarıma, yenə pıçılda, səni sevirəm dee... 
   Sinəmdəki ağırlıqdan səksəndım. Ürəyim az qaldı yerindən çıxa. Güllü idi. Necə gəlib,  yanıma uzanıb xəbərim yox idi. Başını sinəmə qoymuşdu. Demək ki, dediyim sözləri də eşidib,yenə duyğularımdan istifadə edib. Yerimdən dik atıldım,  çəliyimə söykənib qalxdım. Acıqla üzünə baxıb, qışqırdım. 
   - Nə var, nə istiyirsən? 
   - Nə var sevgilim,  gəl dedin, gəldim dəə.. məni istəmirsən? 
   - Yox istəmirəm, əl çək məndən. 
  -  Biz evliyik ee, mən sənin arvadınam.
  - Pay dedəm vayyy! Nə vaxtan, özün donqili kimi atılib gəlmisən, yatmamışıq, qalxmamışıq, indi  sən mənim arvadımsan?
  -Dəli olmusan Çingiz? 
  - İndi bilirsən dəli olduğumu? Az mən dəliyəm, cinniyəm, başa düşürsən, xəstəyəm, şikəstəm, axı məndə nə görmüsən?  Nə qədər gec deyil başına çarə qıl a bala!  Sonra peşıman olacaqsan.
    Gülümsəyərək özündən razı halda mənə baxırdı. Sanki bu sözlər ona deyilmirdi. Onun bu halı məni daha da əsəbləşdirir.  
   -Nə ilişirsən üzümə. Adamda bir mənlik, qürur olar ee... Hələ qız uşağısanee... Səni sevmiyən bir kişinin yanına necə düşüb gələ bilərsən? Sən olmasaydın indi onun başına bu işlər gəlməzdi. Mən indi çoxdan onu götürüb getmışdım. 
   - Ala -barmağını düyüb mənə göstərəndə səbrim təpəmdən daşdı. Sərt bır şılləylə ağzının üstünə vurdum : 
   - Birdə dalımca gəlmə,  hələ bura heç gəlmə. Xatirələrimi  kirlətmə.  Deyib axsaya axsaya ordan uzaqlaşdım. 
  Axşam  külfətlə oturub yemək yeyərkən Güllünün  ah - ufu anamı narahat  elədi. 
  - Nolub maman qurban, dodağın niyə şişib elə, hara vurmusan? Uçuqluyub?  Havanı dəyişmisən ee, yəqin ondandır. 
  Gullu Züleyxayla baxıb güldü, işarətlə məni göstərdi. 
  - Əşi çörəyini yə, həə havası dəyişib, kənd havasından düşüb eşq havasına - Züleyxa güldü - Əşi sən də dəhşətdən ee...Cavan ailədən soruşarlar heç dodağını hara vurmusan?  Hara vuracaq ərinin başına. Oğlun kəllə atıb.
  Əsəblə əlimi masaya vurub qalxdım.
   - Bəsdirin dəə!!!
   Onlar qaqqıldaşıb gülməyində idi,mən isə açıqla qapını çəkib sahilə doğru addımlayırdım. 

     ELMİRA. 

    Sərt bir külək məni boğurdu nəfəs ala bilmirdim. Hərdən kiminsənin əli alnıma üzümə toxunur, sanki istiliyimi yoxlayır. Boynumda məni boğan şeyı yana çəkir əliylə boynumu yoxlayırdı  . Hər tərəf, qan və balıq qoxuyurdu. Tez tez udqunduqca boğazıma topa topa qan gedirdi.
   Halsız və gücsüz idim   gözümü açdım, açıq bir nəqliyyatda sürətlə gedirdik, başımı güçlə döndərib yanımdakı adama baxdım... Pirtlaşıq sarı saçlı və saqqalı sinəsinə qədər uzanmış göygöz bir kışı ıdı. Özümü toplayıb kim olduğunu soruşmaq istədim. Lakin boğazımdaki isti şeyin axdığını hiss edib əlimi boğazıma qaldırdım. Barmaqlarımın qanına baxanda təkrar özümdən getdim. 
    Deyilənə görə birdə 4 gün sonra gözümü açmışdım. Depo kimi, yarıqaranlıq bir yerdəydim, dəmir çarpayıda uzanmışdım. Hərəkət edə bilmirdim. Hər yerım ağrıyırdı.  Başımı heç tərpədə bilmirdim. Gözlərimlə ətrafa baxdım, başımın üstündə pol ağacına sarınmış sistem və torbada qan qoluma qoşulmuşdu. Yanımdakı stulun üstündə iynə və müxtəlif tibbi alətlər vardı. 
   Kimsə 55 yaşlarında kök həddindən artıq piyli  bir qadın rusca mənimlə danışdı. Rusca bilmədiyim üçün nə dediyini başa düşmürdüm. Sadecə " privet, kak dela" sözündən anladım ki halımı soruşur. Danışmaq istədim, səsim çıxmadı. O qadın bunu başa düşüb məni sakitləşdirdi   barmağın mənə silkələyib  Azərbaycanca:
  - Olmaz, olmaz - dedi.  Nəvazişlə mənə yaxınlaşıb islaq pambıqla dodaqlarımı,  gözlərimi təmizlədi.  Nə dediyini bilmirdim amma kim idisə Volodiya adında birindən danışırdı. Bir də 
-Qurtardı Volodiya qan, qan verdi - Deməsindən onu başa düşürdüm ki, Volodiya kimdirsə o məni ölümdən qurtarıb mənə qan verib. 
   Qadın mənimlə nə danışırdı bilmirəm. Bir onu bilirdim ki, bura çox natemiz və kirli bir yer idi. Gözlərimlə qadını takib edirdim bu tanımadığım qadının qaba hərəkətlərindən ürəyimi qorxu alırdı. Axşamlar Volodiya deyilən adam gəlir, bərabər balıq bışirir, balığın başından şorba qaynadıb mənə verirdilər, özləri oturub sərxoş olana qədər içır, bəzən ağzımı açıb boğazıma zorla araq tökürdülər. Çox kobud idilər, bir biriylə kobudca zarafarlaşırdılar. Bəzən mənim yatdığımi görüb elə yemək yedikləri masanın başındaca cinsi əlaqədə olurdular. O qədər qaba adam idilər ki, sevışməkləri də kobud idi. Bir birlərini döyə döyə, bağirda bağırda... Həddindən artıq kök olan qadın donuz kimi xoruldayırdı. Gözlərimi yumub onlara baxmasam da səsləri iliyimə qədər işləyirdi. Bu halda özümə ölüm arzulayırdım.  Məni ölümün cəngindən qurtarsalar da yağışdan çıxıb yağmura düşdüyümü düşünürdüm. 
    Heydər boğazımı kəsmişdi, xoşbəxtlikdən başımın örtüsü bıcağın dərinə işləməsinə izin verməmişdi. Sonya adlı bu qadın bir zamanlar həkim imiş, amma nolsun, vəzifə başında  da içirmiş, Volodiya Azərbaycanca qarışıq danışa bilirdi. O deyirdi ki, Sonaya içməsə əməliyyata girə bilmirmiş. Bir dəfə həkim yoldaşlarımın birinin diqqətsizliyi üzündən  əməliyyat zamanı ölən bir kişinin yaxınları Sonyanının ikili olmasını stat gətirərək, onu, içəri tulladı. 12 ildən sonraki hali isə budur. Heç bir şeyi olmayan Sonya şəhər kənarındakı bu daxmada "bomoş"  həyatı yaşayır.
   Heydər məni bıçaqlayan günü, Volodiya yaxınlıqdakı zibillikdə imiş. Yaxın qəsəbələrin ümumi zibilxanası oraymış, Volodiya və onun dostları gündəlik qazanclarını Zibillikdən toplayıb satar, özlərinə içki alıb içərmişlər. Həmin gün də təsadüfən gecəyə qalan Volodiya elə motoskletində adyalına bürünüb yatıbmİş, mənim səsimə oyanıb, sərxoş olduğundan gördüklərinin yuxu olduğunu düşünüb, və təkrar yatıb. Bir vaxt ayılıb yola düşəndə gözlərinə inanmayıb,  mən qanlar içındəymişəm, yaxınlaşıb baxıb, ölmədiyini görüb xəstəxanaya gətirmək istəyib, yolda fikirin dəyişib məni Sonyanı yanına gətiribsonya vəziyyətinin kritik olduğunu bildirib. Çoxlu qan itirmişdim . Allahından  Volodiyanın qanı 1 ci qrup olduğundan hər bir xəstə üçün yararlıymış, mənə qan verib, Sonya boğazıma 12 tikiş, mədəmə, qarın boşluğumdakı və qabırğalarımdakı  kəsik, deşik yerlərinə 3  4 tikiş vurmuşdu. Volodiya lazım olan məlhəm və dərmanları tapıb gətirir, Sonaya məni sağaltmağa çalışırdı.  Nəhayyət 12 13 gün sonra özümə gəlməyə başladım. Danışa bilmirdim, səsim çıxmırdı. Deyəsən səs tellerim zədələnmişdi, yoxsa yaramın yeri şişmişdi ondandır, demək olar ki heç danışa bilmirdim. Onlara başa salmağa çalışırdım ki, məni xəstəxanaya aparsınlar. Amma onlar nə başa düşürdüsə gülürdülər. Tikişlərim hələ sökülməmişdi.  Qoluma girib məni taxtadan düzəldilmiş nərdivanlarla aşağı endirdilər. Taxtadan düzəldilmiş, üstü klyonkayla örtülü olan qaldığımız damın qabağında 3 təkərli motoskılet vardı. Görüncə ağlıma gəldi. Volodiya məni elə bu motoskletdə gətirirmiş. Yenə məni motosikletin yan tərəfindəki  kabinəyə oturdub qalın adyala bükdülər və yola çıxdıq. Hara
Aparırdı bilmirəm. Onsuz da heyım, halım özü də deyildi, danışıb qışqıra bilmirəm. Hələ ki bundan sonra başıma nə gələcəkdi, onu gözləyirdim. İndən sonra nə olursa olsun özümü. müdafiə etməyə gücüm yox idi. Volodiya mənə baxıb danışıb gülürdü. Nə dediyini bilmirdi, başa düşmürdüm, hara getdiyimizi də bilmirdim. Sahil boyu qumsallıqla irəliləyirdik. İrəlidə balıqçı qayıqları və balaca taxta komalar görsənirdi...

                                  ...GÜZGÜ

                               13 BÖLÜM.

        O gunlərdən 7 ay keçmışdı. Hələ də Elmiradan bir xəbər yox idi. Arada məhəllələrinə gedər Ruqiyəylə bir təhər görüşərdim. Elmiranı ondan xəbər alardım. Sanki yer yarılmışdı icinə girmişdi. Elmira yox idi. Heydər sərbəst buraxılmışdı. Elmira ruhi xəstə qismində axtarılışa verilmışdı.
-  Evdən çıxarkən əynində göy paltar, başında zoğalləngi örtü olub, evdən çıxıb bir daha geri qayıtmayıb. Ruhi xəstədir, onu görənlərdən...
   Hər dəfə dayanacaqlarda və polis şöbəsinin axtarış afişasında onun şəkilinin altındakı bu yazılları görəndə ürəyim şan şan olurdu. Kaş ki, həmin gün onu evlərinə aparmasaydım.
  Onun sağ olduğuna adım kimi əmin idim. Əvvəl ruhum onunla görüşməsə də, indi onu görə bilirdim. Ucsuz bucaqsiz dəniz ortasında xəstəhal və səfalət içərisində. Yanında da bir adam dolaşırdı. Dəli olmaq dərəcəsinə gəlmişdim. Bu adam kim idi, o hardaydı. Onun yaşadığını Ruqiyəyə demişdim. 
  - Ola bilməz, Heydərin dilindən söz almışam,  deyir gecə vaxti gəldi evə, səhərə yaxın, mən də hirsləndim. Deyir bir kişi gətimişdi evə. 
- Mən idim. 
  - Həə nə bilim, hər şey üst üstə düşdü. Elmira da bir şey deməmişdi axı mənə, həyatında biri olduğunu, görüşdüyünü. Desəydi , mən də Heydəri... 
  - İlk dəfəydi, onunla elə həmin gün danışmışdım, inan mənə. 
   -Day nə bilim mən...  İndi siz ilk dəfə görüşmüsüz, ya çox görüşmüsüz, Heydər bunu başa düşməz. Evə gec gəlincə gözü qızıb, türmədən çıxmış adam, özü də namus üstə yatıb, 4 ildir. Buna pis təsir elyib ki, ə, mən içəridə bundan ötrü... Nəysə deyir məhəllədə bir kamazı oğurlayıb qızı da kamaza qoyub aparıb, özü öz əliylə başını kəsib, sonra kamazı polis dağın dibində tapdı. 
   - Əgər belədirsə bəs Heydəri niyə şikayyət etmədin?  Niyə dediyi sözləri boynuna qoymadın? Belə etsəydın polis həmin ərazını axtarardı, tapardı ya ölüsünü, ya da dirisini 
   - Dəlisən?Məni də öldürsün? Balam var ee, yetim qalsın? 
   - Yaxşı, mən indi Polisə gedirəm... 
   - Ay qardaş, məni bəlaya salmaq istəyirsən? Məhkəmə deməyəcək sən hardan bilirsən? Əlində sübutun var? Yox... Bəs Heydərin Elmiranı öldürdüyünü hardan bilİrsən ki?  Ruqiyə deyib... Oohh nə yaxşı məni soxdunmu indi zibilə? Onsuz da ailəmlə aram yaxşı deyil, Mehman nə fikirləşər, deməz arvadım məni yuxuya verib kişilərlə görüşür? Kimə nə sübut eliyə bilərəm ki? Bunu da eşidən qardaş uf demədən məni kəsər, kəsməz ? Qıyma kimi doğrayaq, sən onu tanımırsan. Get, sən Allahın , nə sən məni tanımırsan, nə də mən səni, başa düşdün?  Daha Elmira yoxdur, bir də buralara gəlmə... Allaha pənah səbr eliyək görək başımıza nə gəlir. Bəlkə Allah onu qurtarıb. Amma bir də məni cağırtdırma, evim dağılacaq, qalacam ortalıqda, nə g...lü başlı ərim yoxdur mənə sahib çıxa, nə də duxulu qardaşlarım. Yetim qızam. Anamda qocalar evində. Onsuz da bu zamana qədər başımıza nə gəlib o dəlinin ucbatından gəlib. Bizə nə faydası vardı ki, baş bəlasıydi, evimizi, yuvamızı dağıtdı, qardaşlarım içəridə, anam xəstə deşdü, mənim evimə soyuqluq düşdü... Ehh...
    Ruqiyənin gözlərindən nifrət yağırdı. Elmira onlardan danışanda gözlərində, üzünün mimikasındao qədər saflıq var idi ki... İnfu ruqiyənin üzünfəki zəhrimar özü deyirdi ki, elə bu qızı coxdan itirmək istəyirmişlər.
  - Çox xahiş edirəm, yalvarıram, ortalığı qarışdırma, qoy elə dediyimiz kimi məsələ bağlansın getsin. Sağdırsa,  gələrsə, gələr . Gəlməzsə deməli, onun həyatı beləymiş... Neyləmək olar? Elə hamıya yaymışıq ki, evdən çıxıb qayıtmayıb, vəssalam. Hamı da bilir ki, Elmira dəlidir, əlimizdə dəlilik kağızı da var, evdən hara getməsini, bilmirik.  Vəssalam, şüttamam... 

   Gulluyə toyumuz oldu. Bir birimizi it kimi yeyirdik. Gullu anamgilin yanında özünə xətir qazanmışdı. Odur ki, mənim nə istədiyimi veclərinə alan yox idi. Elmiranı hər yerdə axtarırdımsa da, taleyin oyununa baş əyirdim.  Heydərin qızı hara apardığını bilmirdim, başına nə oyun gəldiyindən xəbərsiz idim. Beynimdə suallar məni rahat buraxmırdı. Əgər Heydər onu öldürübsə, mütləq meyidi bastırmışdı. Əks halda bu meyid çoxdan ortaya çıxmışdı. Çünkü polis şöbəsiylə tez tez əlaqə saxlayırdım. Yox əgər sağdirsa bəs hardadır, onu  heç görüb, tanıyan olmayıbmı?
     Bir gün dostum polis mayoru  mənə zəng elədi. Dənizdən bir qız meydi tapılıb... 
   Ayaqlarımı güçlə arxamca sürüyürdüm. Həyəcandan ürəyim duracaqdı sankı. Elmidarla polis şöbəsinə gələnə qədər Allaha yalvarırdım ki, o olmasın. Qorxurdum. Bu cəsədin Elmiranın olduğuna inanırdım. Ruhumu onunla  görüşdürürdüm. Onunla təmas qura bilirdim, o da məni hiss edirdi. Di gəl bu gördüklərim onun diri halıydımı, yoxsa ölü halıydırmı bilmirəm. Ağlıma gəlirdi ki, bəlkə Heydər onu öldürüb dənizə atıb, sonra izi irirmək üçün qaçdıqları kamazı  izsiz tozsuz bir yerdə buraxıb. Bəlkə o üzdən onu hər dəfə dənizdə görürdüm. 
   Morqun qapısı açılanda damarımda qanım dondu. Ortalıqdaki xərəyin üstündə ortünü qaldıranda qumural saçlar məni çaşdırdı. Eynən Elmiranın buruq qumral saçları idi. Bənizi şişib göyərmişdi,  meyid  qoxuyurdu. Görünür cənazə dənizdə günlərlə, bəlkə də aylarla qalıbmış, həm şişmiş, həm də dalğalar onu qayalıqlara çırpdığından deşık deşik etmişdir. Meyid tanınmaz hala gəlmişdi. Dərisinin bəyazlığı, boyu, bədən quruluşu ona bənzəyirdi. Lakin meyidin tanınmaz halda olması məni qərarsız qoymuşdu. 
    - Yoldaş Muradov, meyid tanışdırmı? 
   -Vallah oxşayır amma meyid şişib, parçalanıb, tanınmaz hala gəlib, qərarsız qalmışam... 
  -Bir nişanəsi yadınızda qalmayıbmı?
   - Yox... Bəlkə bacısı görsə tanıyar. Onlara xəbər verdinizmi. 
  - Verdik, hələ gəlməyiblər. Yoldaş mayor  Babayev sizin gəlmənizi israr edincə, sizi də çağırdıq.
  - Mən oxşadıram, yalan nə deyim, yenə deyirəm qərarsız qalmışam, Qoy bir ailəsi də görsun, baxaq görək təxminlərimiz üst üstə düşürmü? 
   - Elə isə buyurun!  
  Müstəntiq məni qapıya yönləndirəndə partlamaq üzrəydim, hönkürüb ağlamaq istəyirdim, onu həmişəlik itirmişdim, özümə nifrət edirdim, başıma gələn uğursuzluqları hər zaman peşəmlə əlaqələndirirdim. O qədər ruhlarla bir yerdə olurdum ki, sevdiklərim də ruh olub uçurdu, atam, qızım... İndi də sevdiyim... 
    Ayaq üstə durmağa halım yox idi, büdrəyib yıxılmamaq üçün qapıya tutdum dərindən nəfəs alıb son dəfə meyidə tərəf döndüm,  gözlərimlə də olsa  vidalaşmaq istəyirdim onunla. Elə bu vaxt gözlərimin qarşısında yuxumda gördüyüm Elmiranın boynundakı böyük qırmızı xal canlandı. Axı həmin gecə mən onu sevərkən o xalına toxunmuşdum, opmüşdüm,  xalına xüsusi maraq göstərdiyimi görəndə demişdi : 
   - Ata tərəfimdə, çox adamda var bu xaldan. Deyırlər seyıd xalidir. Babam ateıs olduğu ücun həmişə bu xaldan söz düşəndə söyürdü ki, ilanın yarpızdan zəhləsi gedər, o da yuvasında bitər, mənim də Seyid  molladan zəhləm gedir, uşaqlarımda da onların əlaməti var. 
   - Muradov, yaxşısız? - Müstəntiqin səsi məni özümə gətirdi.  Dəli kimi  qaçıb meyidın üzünü açdım əlimlə meyidin başını sağa sola döndərib boğazını yoxladım. Yox idi... Xal yox idi... 
  - Bu Elmira deyil, 
  - Necə? 
  - Əminəm, Elmira deyil!
  - Yüz faiz?
  - Milyon faiz! Onun boğazlnda böyük qırmızı ləkəsi var idi... 
  - Bəlkə yaralanıb, dərisi qopub? 
  - Baxın , bədənində yeganə sağ yer elə boynudur, heç biryara zad yoxdur. Demək bu Elmira deyil, bilirəm, onun boynunda bax burdan bura qədər xalı vardı, xəritəyə oxşayırdı, elə bil, suyun üzərinə daş atmışdılar dəlik deşik kimi,  xəritədə adalara bənzəyirdi xalı, burdan bura qədər ləkəydi boğazı. 
  - Aydındlr.  Gedək. 
   Mənim ifadə verməyimə baxmayaraq, Heydər və Ruqiyə bu  meyidin Elmiranın olduğunu dedilər. Daha qorxmaqdan, çəkinməkdən keçmişdi. Özüm Heydərə dava açmışdım, tutub içəri atsalar da, əlimdə heç bir dəlil olmadığı üçün heç nə sübut edə bilmədim. Ruqiyyənin dediklərini sitat gətirdim, Ruqiyə qətiyyən məni tanımadığını və ilk dəfə məni elə bu məhkəmədə gördüyünü dedi, beləcə Elmiranın qanı batdı  və Heydər azadlığa çıxdı. Bəlkə də bu işin başını buraxmazdım, amma mənim xəstəlik kağızım, bu dəfə də mənim dilimi gödək eləmişdi. Heydər tutulmaqdan, əksinə məni ruhi xəstəliklər xəstəxanasına 2 həftə yatırib, "əsəblərimə və pisxalogiyama" ciddi müalıcə etdilər. Bu dəfə də mənə yeni bir xəstəlik peyda oldu. 
ADEL SİNDROMU... SEVGİ XƏSTƏLİYİ, EL ARADAINDA QARA SEVDA deyirlər bu xəstəliyə. Adel sindiromu realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgi imiş. Xəyali sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçünmüş
   Çox zaman platonik xəyalı sevgilər zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevrilirmiş, bəzi insanlarda pisxolojik sarsıntılar əmələ gətirir  bəzilərin də mənim kimi "dəli" edirmiş.

   Bu xəstəliyin məni üstələməsini istəmirdim, onsuz da dəli adını almışdım, bir  də bu xəstəliklə lağ yeri olmaq istəmirdim. Elmiranı unutmaq ustəyirdim. 
    Artıq əlimdən bir iş gəlmirdi. Güllünü ailəm kimi qəbul eləmişdim.
   Güllü pis qız  deyildi. Yıxılı evin dirəyirdi. Balaca baxçamızda olmazın şeyini əkmişdi. Bütün günü sil süpür, biş- düş .. Çox təmizkar və evdar qız idi. Bu da anamgilin ürəyincəydi .
   _ Bax görürsən ay oğul, Nigahda kəramət var deyirlər. İndi indi isinişirsən arvadına.  Evlənmək istəmirdin ee. Di get canıma dua oxu. 
- Ehh ay ana... 
  - Aparıb həkimə  də göstərəcəm. Hələ ana hallı görür, uşağı ola bılər. İnşallah, nəvəmi alaram qucağıma...
    Anamın bu sözləri məni qorxuzurdu. Birdən Güllü hamılə qalar. Onunla ailə kimi yaşasam da, ona heç cür isinişə bilmirdim. Onunla mənim aramda dərin bir uçurum var idi. Biz başqa dünyanın adamları idik. Tez tez dalaşırdıq. Özüm də hiss edirəm ki, ona qarşı kobudluq edirəm. Amma nə edimsə edim, o məndən küsmürdü, hər şeyi zarafata salıb, daha da əsəblərimə toxunurdu. Sanki məni əsəbləşdirməkdən bu qız zövq alırdı. 
    Gözə görünməzlərdən bir xahişim  var idi Nə olur olsun bircə o hamilə qalmasın. O zaman mən ondan ömür boyu asılı qalaram. Bu vaxta qədər ailə uşaq sahibi arzusuyla yaşayırdımsa da Güllü gələndən bu arzum külə dönmüşdü. Güllünün mənim uşaqlarımın anası olmasını istəmirdim. Anam, Züleyxa, hələ Güllünün özü də fikirimi dağıtmağa çalışırdılar. Sonuncu hadisələrdən sonra anam başına gözünə döymüşdü. Mənim belə sevdiyimə inanmırdı. 
  - Kaş ay bala, zamanında desəydin, alardım o qızı sənə, axı sən bir şey demədin. 
- Boy  ay arvad, məndən ayıb elə heç olmSa -Deyə  Güllu yerindən atılsa da, anam oni yerində oturda bilmişdi. 
  - Neyniyəcəkdim, uşağımı dəli edəcəkdim? Yüz dənə sənin kimi qız qurban ola mənim balamın 1 telinə, olmasın Gülçöhrə, olsun Asya. Təki balam yaxşı olsun. Xoşbəxt olsun. 
   Bu sözlərdən sonra Güllünün havası alınmışdı elə bil. Özünü yığışdırmışdı. Hiss edirdim ki hər an geri qaytarılmaq qorxusu içini alırdı. 
    Günlərim keçmək bilmir, çox darıxırdım. Özümü Elmiranın yoxluğuna alışdırmaq istəsəm də onu unuda bilmirdim. Əvvəl bu xəstəliyi sadecə həkimlərin yalançı diaqnozu deyə adlandırsam da, həqiqətən də özüm özümdən qorxmağa başlamışdım, mən onun, gözə görünməyən bir xəyalının xəstəsi olmuşdum. Hələ oninla astral görüşlərim, bu xəstəliyimin şiddətlənməsinə səbəb olmuşdu. Odur ki, daha onunla bu görüşləri də təxirə salmışdım
    Rusiyaya getmək fikirimdən vaz keçmişdim. Oraya getsəm bütün fikirim burda qalacaqdı. Görəsən o tapıldımı, ondan nə xəbər var deyə. Əvvəlki işimə qayıtmışdım, Sanqaçalda gecə növbəsində  işləyirdim. İşdən sonra yenə müştərilərim yanıma gəlirdi. Günorta dördə qədər yatıb dincəlirdim. 4 dən iş saatına qədər onları qəbul edirdim. Hamıya çarə edə bilirdim. Bir özümə yox. Bır Elmıraya yox. Hər onunla görüş üçün astral səyahətə çıxanda onu dəniz ortasında görürdüm. Özüm öz gücümə inanmırdım. Hətta düşünürdüm ki, bəlkə onunla xatirələrim dənizlə bağlıdIR, ondan hət dəfə onu dənizdə görürəm, bilmirəm. Moskvada olsaydım, bir tanıdığım baxıcı vardı, ona baxdırardım, harda olduğunu öyrənərdim. 
  İşim rahat idi.Cəmi 8 saat işlıyirdim. Maaşım az olsa da ikinci işım əlimdən tuturdu. Dövlət işi idi, təki əmək kitabcam yazılsın stajım olsun. 
    İşdən Saat 4- 5 arası çıxırdım. Maşın da almışdım, Her gün eyni yolu öz maşınımla gedıb gilırəm evə. Sanqacalin çixacaqi meşəlik ve uzun yoldur. Dediyim kimi aylı gecələr aydan enerji aldığım gecələr idi. Məhz həmin bu yolda, bu meşəlikdə ayla əlaqə yaradıb, müştərilərim üçün çalışırdım.
   Günlərin bir günü işdən çıxıb evə gəlirdim. Ay aydın görsənməsə də göyün üzü aydınlıq idi. Sis meşənin ortasına və yola çökmüşdü. Göyün üzü buludlu idi. Maşın  dumanı yarıb  itəliləddikcə maşının faralarlından çıxan işıq zoğu dumanı bıçaq kimi kəsirdi. Nə qədər təcrübəli sürücü olsam da ən vacib bir işim olsa belə heç vaxt tələsmirəm, hər zaman  maşınımı asta sürətlə idarə edirəm.  Bəzən sürücü dostlarım sükan arxasında gecələr yola çıxmadığını deyirdilər. Məndə bu qorxu yox idi. Gecələr oyaq qalmağa alışmışdım, zaten misiyamı da gecələr həyata kecirirdim. Gecələr mənim idi. Dəfələrlə həmin meşəlikdə  qarşıma yabanı heyvan çıxmışdı, heyvanlardan çox qorxurdum, ümumiyyətlə adı bir ev heyvanı belə  məni görəndə mənə cumurdular. İt olsun pışik olsun. Amma bu yolda mənə qorxu yox idi. Maşın mənim zirehim idi. 
    Həmin gün men smennen cixib eve qayidirdim, radiyoda hansısa bir  bəstəkarın qulaq dəlici bir orkestr ıfası səslənirdi. Mahnıdan zevq almasam da radıonu bağlamırdım, təklikfə səs adama həyan idi. Mudiqidən canım sıxıldı.kanalları dəyişfim. Aybəniz Haşımova ociyurdu deyəsən, onun səsinə bənzəyirdi.,, Şikayərim var"  mahınısını mən də onunla bərabər zümzümə edirdim. Neysə yenə öz havamda idim, elə bu vaxt qeribe bir şey gördüm, irelide 20 25 metr aralıda ag libasda bir kişi gördüm, cox tecüblendim. Çünki burada yaşayiş yoxdur. Bu qədər bu işlərlə məşğul olmuşam, heç zaman mən özüm ruh çağırmadan qarşıma təsadüfən ruh çıxmayıb. Ona görə biraz tədirgin qaldım, 
Gözlərimi qıyıb diqqətlə yola baxdım. Çox güman ki ,kimdirsə bu adam yol azıb , gəlib buralara çıxıb, yaxınlaşdıqca ferqine vardim ki, bu insan deyil. Ruh idi, ama ruh kimi görünmürdü, cox parlaq idi. İlk anlar mene elə geldiki maşinin işiqlari ona vurdugundan ve onun paltari
Ag oldugundan bele pariltili və  Işıqlı görsənir. Həmən ağlıma fosfor adamlar gəldi. Bir dəfə xəstəxanada bəyaz adamla rastlaşmışdım. Oğlan cavan oğlan idi, di gəl kipriklərinə  qədər bəm bəyaz pambıq kimi ağarmışdı, əcaib dəriləri var idi, çəhrayıya  çalırdı. Tibb bacısından soruşmuşdum o oğlanı,  qeyri adı təsurat bağışladığından belə adamla tanış olmaq mənim  üçün maraqlıydi. Zarafatla tibb bacısına demişdim ki o insan deyil, canlı ruhdur. Yazıq qız qorxmuşdu. Sonra zarafat etfiyimi görüb gülmüşdü. Bilmirəm yalan deyirdi yoxsa gerçək - deyirdi ki bunlar fosfor adamlardır gecələr işıq verir. 
   İndi yolda belə bir şəxsi görməyim ağlıma həmin adamı saldı. 
   - Bəli bu yüz faiz belədir, - deyə  ürəkləndim. Birazda Yaxinlaşan kimi o şexs mene eli Ile Saxlamaqi Işare etdi..Və mende hec indiye qeder bilmirem niye saxladim? Biraz aralıda dayanıb geri döndüm, məndən xeyli aralıda idi. Radıonu  söndürüb qapını açdım . Dəhşətə gəldim. O adamın oldiğu yerdən mənim yanıma gəlmək bu qədər tez ola bilməzdi. Aramızda xeyli məsafə var idi. Tam qarşımda dayanan bu adam o qeder parlaq idi ki, gözlerime inana bilmirdim, ama
özûmu toxdaq tutdum. Maşindan  düşüb ona teref baxdım :
-Buyurun dayi? Ne ise lazimdir?- deyə soruşdum. O şexs mene diqqetle baxdı və eli ile yere Işare etdi. Yerde qan Izi var idi. Onun əlini görende duruxdum. Elleri cox parlaq ve şuşe kimi idi,sözle ifade edilesi deyldi. 
   Bu məxluqun nə olduğunu hələ başa düşməmişdim, insan kimi insan deyildi, ruh kimi ruh deyildi. Tük ürpədici və vahiməli səslə üstümə qışqırdı, üzümə dəyən nəfəsindən saçlarımın tükləri tərpənirdi, qulaqlarım güyeldəyirdi. 
   - Gördûn?
   İlk dəfəydi vahimələnirdim. Yox daha mən əvvəlki mən deyildim, deyəsən artıq gücümü itirirəm. Qorxudan əsirdim. Men onun sesini eşidende özümdən asılı olmayaraq  bir addım geri çəkildim. Menim bu hereketimden o sesini daha da ucaltdi və barmaqini yerdeki qana uzadaraq bir de təkrarladi :
-Gördün mu? - men titreyen sesle:
- Beli gördüm - dedim. O bu sözü eşitdikdən sonra çox kederli bir halda mene baxdi. 
  - Bütün bunlar sənin üzündən oldu, sənin üzündən, səniiiinnn... O mənə aid idi,mənim idi.Sən onu murdarladın. Sən şeytansan, sən öz ağana xəyanət etdin,  nə demişdi ağan sənə, insanların beynində yuva sal, ürəyində yox sən neyləəədiiiinn? Həə?  Neylədin? Sən ürəyə girməməliydin, onun ürəyinə girən günü mən onu tərk elədim. Sonu da bu oldu, bu olmalıydı. İndi sən onu qəlbindən çıxara bilmirsəəəəəənnnn! Bu da sənin cəzandlr, çıxara da bılməyəcəksən. Dən heç vaxt coşbəxt ola bilməyəcəksən. 
   Səsi iliklərimə işləyirdi. Bəli  bu o idi, onun gözəgörünmz sevgilisi. O zaman onu duman kimi görmüşdüm, sehirli sözlərim onu toz edib yoxa çıxartmişdı.
   - İndi  gör mən nə cəkirəm, adım Umarxandır, od əhliyəm, məkamım çay, dərə kənarı olsa da dənizi sevmirəm. Gəl ardımca gəəəəllll, yazıq insan, gəl ! - yetimdən tərpənməfiyimi görüb, yazıq yazıq üzümə baxdı. Sevirsənsə gəl, Allah eşqinə qurtar onu... O artıq sənindir, mən onu tərk etmışəm, amma bundan sonra onu qorumaq sənin vəzifəndir - deyib sürətlə qaçdı.
Tez maşına oturub gözlərimlə onu təqıb edərək irəlləyirdim, o yol ilə deyil meşəliyin içıylə, ağacların təpələriylə tullana tullana qaçırdı. Onda elə bir sürət var idi ki, maşının ən güclü sürəti ona çatmırdı  Yolumuz bitib ana yola çıxanda gözdən itdi. Maşını saxlayıb aşağı düşdüm, ətrafa nəzər saldım. Yox idi, Baki Astara yolunun üzərindəydim.  Yanımdan maşınlar sürətlə şütüyüb keçirdilər.  Bir baxdım qarşıdan əks yol istiqamətdə gedən maşının üstündə mənə əl edərək gəlir. Yenə tük ürpədici səsi qulaqlarımın üçındə cingildəyirdi. " Gəl" deyirdi. Qulaqlarımı tutub maşına mındım. Əks yola çıxmaq üçün qabaqda hardasa 200 metr aralıdan dönməliydim. Yenə onu itirməmək üçün yol hərəkəti qaydalarını pozub əks yola çıxdım, o gah o maşından bu maşına gah da yol kənarındakı işıq dirəklərinin naqılləri üstüylə qaçırdı. Mən isə dəniz boyu onu nəzərimdən yayındırmadan qaçırdım.  Elə bu vaxt  maşının üstündən tullanıb yoldan çıxdı dənizə doğru qaçdı. Maşının sürətini azaltdım, maşınla onun getdiyi istiqamətə getmək mümkün deyildi. Bura dərəli təpəli bir sahil idi. Yenə onu gözdən qoymur onun getdiyi səmtə tərəf yolun kənarıyla gedirdim.
   Elə bu vaxt,  arxadan yol patrulu maşınının  məni səslədiuini gördüm.
  - Lənətə gələsən... Lənətə gələsən - deyib məni qovan polisi söyürdüm.  Maşını saxlamadım yol tapıb dərə təpəylə üzü aşağı dəniz kənarına sürdüm.  Maşıtı kontrol edə bilmirtım. Maşının icındə atıla atıla hər yerə çırpılırdım. Sükandan möhkəm yapışıb, nə olur olsun gözümü ondan çəkmirdim. Maşın koluqlara ilişə ilişə sahilə çıxdı, qumsala girəndə dayandı, getmədi. O isə hələ sürətlə qaçırdı. Maşından düşüb onu səslədim.
   - Umarxan, dayan...
   Elə həmin vaxt  polislər mənə dayan əmri verdi.  Gah Umarxana, gah da arxamca qaçan polislərə baxırdım. Umarxan dayandı, əliylə mənə işarət etdi, dənizidə gözlərini nəyəsə zilləyyib mənə göstərdi. östərdi. Yenə tüktərpədici səslə qışqırdı:
  - Bax odur ordadır, o ordadır...
  Onun göstərdiyi istiqamətə baxdım, uzaqda şam işığı kimi nəsə parlayırdı. Amma gecənin qaranlığında bu nə idi bilmədim.  Elə bu vaxt, boynumda nəsə küt bir ağrı hiss etdim. Umarxan gözümün önündə əriyirdi...



14 BÖLÜM



Volodiya məni balıq vətəgəsinə gətirmışdı. Bir neçə gün idi orda qalırdıq, yatırdım, tərpənməyə halım yox idi. Gündə bir dəfə Sonya gələr yaramın sarğısını dəyişib gedərdi. Səsim heç cıxmırdı, yaralarım sağaldıqca, şırin bir geyişmə tutmuşdu, yaranın yerini, bu da məni daha çox incidirdi. Yarı qaranlıq taxta vaqonda qalırdım. Buranı depo kimi işlədirdilər. Həm də geçələr işçılər burda qalırdı. Bir tərəfə açma- qapanma çarpayı qoymuşdular, ortadan meşoklardan tikilmiş pərdə çəkmişdilər.Volodya uşaqlara qəti tapşırıq vermişdi, mənim burda olduğumu kimsə bilməyəcəkdi.
Əvvəl elə bilirdim burda qalanlar balıqçılardır. Lakin yavaş yavaş onların danışdıqlarına fikir verdikcə səhv etdiyimi görürdüm. Bunlar dilənçilər və zibilyığanlar imiş, içlərində az yaşlılar və iki qız uşağı da var idi. Qızların biri azyaşlı idi, 15 16 yaşı ancaq olardı, azərbaycanlı idi. O biri başqa millətdəndir. Lakin hər ikisi də təmiz rus dilində danışa bilirdilər. Hər axşam onlar buraya toplanır, içi Volodiya qarışıq bütün qazancların, əllərinə kecən bütün qıymətli qənimətləri Dİma adlı adama adama verirdi. Dima bura axşamdan axşama gəlir, alacağını alıb gedirdi. Pərdə arxasından ancaq səsini eşidirdim, üzünü görməmişdim. Belə qənaətə gəlmişdim ki Dima deyilən bu adam uşaq mafiyasıdır. Yanılmamışdım . İradə adlı balaca qız mənə yemək verərkən qorxa qorxa pıçıltıyla burdakılardan danışırdı. Dima az yaşlı uşaqları oğurlayıb, qol qıçını qıraraq onları dıləndirir, böyüyənləri isə, dənizdə işləməyə və ya zibil yığmağa məcbur edirmış. İrade deyir 2 - 3 yaşından onların ıçərisindədir. Heç özü də bilmir bunların içərisinə necə gəlib düşüb, dirsəyindən əyri qolunu göstərib:
- Bunu Dima eləyib, balacaydım o vaxt. Dilənirdim, heç kim mənə pul vermirdi, az gətirirdim pulu. Dima məni döydü, qolumu burub qirdı. Ağrisina dözə bilmirdim, amma tez sağaldı. Şişdi, şişdikçə ağrısı daha da çoxalırdı. Ağlaya ağlaya şəhərə çıxardırdı, qolumu tutub bururdu. Ağrıdan zarıyırdım. Zarıyaraq çəkdiyim acını görən camaat mənə çoxlu pul verirdi. Pul zad saya bilmirəm, amma bilirdim çoxdur, hələ bu vaxta qədər, bu qədər pul gətirməmişdim bura.
Danışmağa səsim çıxmırdı dodaqlarımın hərəkətlərindən nə demək ustədiyimi başa düşürdü. Deyirdi ki əvvəllər burda çox qız olurmuş. 16 17 yaşıları olanda Dimayla bura bir qadın gəlirdi. Qızları bir bir soyundurub onlara baxırmış. Gözəl qızları secıb özləriylə aparırmış, kifirləri isə burda saxlayır ya da harasa kafelərinə aparıb orda işlədirdilər.
- Bəs o biri qızları hara aparırdılar?
- Uşaqlar deyir, gözəl qızları Dubaya aparıb orda satırlar, burda qalanları da ya barda ya da kafedə işlədirlər. Sonra daha bura qız zad gətirmədilər. Uşaqlar deyir, xanımı tutublar, onunla gələn milisi də.
- Xanım kimdir?
-Qızları seçıb aparan xanım daa... Deyirlər guya Hansısa yuxarıda işləyən adamın saxladığıydı xanım , heç nədən qorxmurdu. Deyirdi arxamda adamım var.
- Qorxmursan İradə?
-Nədən?
- Burda bir belə oğlan var, sizə sataşarlar...
- Heç vaxt belə şey ola bilməz. Əgər belə şey eləsələr onları nə gözləyir, bilirlər. Burda Gilə adında qız var idi, Xalıq adında da oğlan,bir birin istəyirdilər, qaçmaq istəyirdilər burdan. Fürsət tapa bilmədilər. Xaliqlə Gilə bir yerdə olmuşdular, sonra Giləni də secib qızlarla bərabər apardılar, qız çıxmadı. Deyir qızlar onlara daha çox pul qazandırırmış. Bankrot elədilər o qıza görə. Bildilər ki, bunu Xalıq eləyib. Qlzı gətirib burda pis günə saldılar, döydülər. Xalıqın bütün dırnaqların çəkdilər, uşaqların gözlərinin qabağında, sonra.... kəsdilər. Uşaqları zorladılarkı, hamısı bır bır onunla olsun... Bunlar hamsı gözümüzün qabağında oldu, ona görə heç kim burdakı qlzlara pıs gözlə baxa bilməz.
Eşitdiklrimdən dəhşətə gəlirdim. Dilim boğazımda qurumuşdu. Qorxu canımı almışdı. Görəsən mənim axırım nolacaqdı burda.
Dima deyilən adamdan məni Volaodiya məharətlə gizlədirdi, amma nə vaxta qədər, bir gün Dima mənim burda olduğumu görməyəcəkmi? O zaman mənim halım nolacaqdı? Öz başıma gələcəkləri təxmin edərək İradədədən soruşdum,
- Qaça bilməzsən? Qaç canını qurtar da!
- Hara qaçım, kimə qaçım, qaçsam küçələrə düşəcəm də... Tapsalar mən bilirəm nolacağını. Yenə burda bilirəm ki, küçədə qalmıram. Yeməyə çörəyim var...
- İşlıyərsən, ev tutarsan, çörəyini qazanarsan...
- Eehh... Boş şeydir...
- Bəs axırını, gələcəyini düşünmürsən?
- Vallah baxıram burdan gedən qızlar elə gəşəydilər ki, Dubaya gedən qızlar hərəsi bir əmirin arvadıdır, barda, kafedə qalanlar da pis deyıl, pullarını qazanırlar, onlara qəşəy ev veriblər, bizim kimi taxtaların üstündə yatmırlar, rahat yorğan döşəkləri, gündə kabab yeyirlər, gündə bir paltar geyirlər. Hələ bizdə bir qız var idi ee, bir polis rəisi vuruldu qıza, kalan pul verdi, aldı qızı apardı, ev tutub Gənclikdə, arvadı uşağı da var, bunu da saxlayır . Ya qismət, mən də ümüdlə gözləyirəm, bəlkə, biri sahib çıxa...
Elə bu vaxt Volodiya təlaşla içəri girdi.
- Axtarış var...
Aləm bir birinə dəydi. Qızlar yoxa çıxdı, oğlanlar hərə bir işlə məşgul oldu. Bəziləri hardasa gizləndi.
Volodiya qoluma girib məni çətinliklə bir qayığa qoydu, uzandırıb üstümü çadırla örtdü. Səsimi çıxarmamağı tapşırdı. Sahildən aralandıqca çadırın arasından sahilə baxırdım, sahil polis maşınıyla dolu idi.
- Lənətə gələsən, Lənətə gələsən...
- Noldu?
- Gəlirlər...
Bir tərəfdən sevinirdim, polislər məni bu həyatdan qurtaracaq, bir tərəfdən də qorxurdum ki, başıma gələnləri sübut edə bilməyəcəm, məni ailəmə verəcəklər. Bu dəfə Heydər məni doğurdan yaşatmazdı. Bu qədər zamanda Volodiya məni ələ verməmişdisə, indən sonra da ələ vermyəcəyinə inanırdım. Elə bu vaxt çadırın üstündən üzərimə nəsə töküldüyünü gördüm. Özümdən asılı olmayaraq qışqırdım, səsim çox az çıxırdı
-Səsini kəs q.. Səsin çıxmasın...
Başımı çadırdan çıxarıb dodaq tərpənişımlə soruşdum
- Nədir bunlar,qorxuram.
-Balıqdır, qorxma yerındən tərpənmə... Volodiya sudan çıxardığı tordakı balıqları üstümə boşaldırdı.
Elə bu vaxt uzaqdan səs gəldi. Tez çadırı üzümə çəkib qulaq verdım. Kimsə dayanmamızı əmr edirdı.
- Fsyo biz bitdik, bax səsin çıxmasın, yola verecəm - deyib Volodiya iş görə görə adamlara rusca hay verdı. Üstümdəki ağırlıq getdikcə artırdı üstümdə oynayan balıqlar və onların su qarışıq ağırlığı yaralarımı incidirdi. Bu oyunun sonunu gözləyirdim, indən sonra başıma nə gələcək allah bilir, ya məni aparib Heydərə verəcəkdilər, ölüm hökmüm çıxacaqdı, ya da İradənın haqqında danışdığı qızların həyatına qədəm basacaqdım, sonum nəydi bilmirdim. Qədərimə boyun əymək məcburiyyətindəydim.
Volodiya vedrəylə qayığın içınə su tökə tökə polislərlə nəsə danışırdı. Su artıq altıma keçməyə başlamışdı, saçlarım islanırdı, başımı ehmalca dikəldirdim ki, su qulaqlarıma dolmasın. Boğazlmın yarası suyun içərisindəydi, su surətlə üstümə çıxırdı.
Volodiya isə dayanmadan polislərlə danışa danışa üstümə su atırdı. Nəfəs ala bılmırdım. Bir tərəfdən də su artıq ağzıma burnuma dolurdu. Əlini saxlamasa boğulacaqdım.
Nəhayyət Volodiya əlini saxladı gülə gülə onlara nəsə dedı, tam qulağımın dibinə əyildi:
- Balıq istəyirlər, verim sürüksünlər...
Voloduya həvəslə balıqlarını tərifləyir müştəri çağırırmış kimi qışqırırdı. Mən isə daha dayana bilmirdim. Həm nəfəsim kəsilir, həm də duzlu su yaralarımı yandırırdı. Nəhayyət səslər getdikcə uzaqlaşdı. Volodiya onların arxasınca qışqıraraq nəsə deyir, arada da yavaşcadan onların arxasınca pıs söyüşlə söyərək, mənə "gözlə, sakit ol" deyirdı.
Artıq gözlərim qaralırdı , nəfəs almağa bir balaca dəlik belə yox idi. İçimə çəkdiyim nəfəsi suya buraxıb eləcə gözlədim, ağzıma balıq qoxuyan duzlu su gedirdi. Hərəkətsiz dayanmışdım... Qulaqlarım güyüldəyirdi, gözlərimdə rəngli tikan kimi işıqlar oynaşırdı, Heydər məni boğur, yaralarıma nəsə batırıb məni incidir... Çingiz... Hə budur, bax Çingizdir, gəldi, üzümü açdı... Əlini boynumun altına saldı , başımı yuxarı qaldırdı, üzümə günəşin şüasıyla bərabər meh də vurdu... Çingiz təlaş içindəydi... Sonra elə bil mədəm qaynadı, ağzımdan qara su püskürüb çıxdı. Şiddətlə öskürdüm, öskürdükcə boğazımın yarası dartılır dözülməz dərəcədə göynəyirdı... Sanki Çingiz gözümün önündə əriyib gedirdı.
Özümə gələndə Volodiyanin qolları arasında, onunla nəfəs nəfəsə idim, sünü nəfəs verirdi. Gözlərindəki təlaş və qorxunu hələ bu vaxta kimi heç kimdə görməmişdim. Sarı rəngi daha da saralmışdı.
- Vse narmalnı..-Rusca dediyi sözü Azərbaycanca təkrarladı - Hər şey qaydasındadır, qorxma, sadəcə qayıqda bir balaca su görüb dəniz bildin kəllə vurdun - Güldü - keçdi daha...
Cəld hərəkətə kecdi. Volodiya məni ikinci dəfə ölümün cəngindən qurtarmışdı. Bəlkə də milliyyətindən asılı olmayaraq Allah onu mənə göndərmişdi, o mənim qoruyucu mələyımmış. İlk dikəlib sahilə baxdı, rusca söyməyə başladı. Sonra baş ucuma keçərək qoltuğuma girib məni qayığın baş tərəfinə çəkdi. Başımı oturaqların üstünə qoydu. Bədənimin yarısı quruya çıxmışdı. Təngənəfəs idim, mavi səmaya baxaraq gözlərimi qırpdım. Yaşadığım üçün Allahıma təşəkkür edirdim.
- Özünü göstərmə, qayığa nəzarət edirlər. Motoru işə sala bilməyəcəm. Yavaş yavaş gedərik- deyib balığın torunu qollarının üstünə alıb suya tulladı . Sonra qayığa oturub avarları yavaş yavaş çəkməyə başladı. Sahildən uzaqlaşırdıq...
Gözümü açanda yüksək dəmirli körpunun altındaydıq, Voloduya üzümə vuraraq məni oyandırırdı.
- Yaxşısan? Oyan. Çatdıq. Qalx, çıxırıq yuxarı. Əvvəl elə bildim hardasa bir limanin lövbərindəyik. Çətinliklə qalxıb yerimdə oturanda yanıldığımı gördüm. Bura dəmir dirəklər üstündə düzəldilmiş bir balıqçı barikadası idi.
- Məni hara gətirmisən?
- Yaxşılaşana qədər burda qalacaqsan, burda səni tapa bilməzlər, ora təhlükəlidir.
- Məni apar xəstəxanaya, yaralarım çox ağrıyır.
- Sakit ol. Mən doktor gətirəcəm sənə, qorxma, bura sənin üçün təhlükəsizdir - deyib başımı sinəsinə sıxdı. Kövrəldim, bir ıstı nəfəsə, bir insan qayğısına elə ehtiyyacım var idi ki, o qədər ehtiyyacım var idi ki, bu kim idi, o insanın kimliyi məni maraqlandırmırdı. Burda məni yaxşı şeylər gözdəmirdi, yaralı idim, çarəsiz idim, taleyin oyununa girmişdim, indən sonra başıma nə gəlir gəlsin, vecimə deyildi. Həyatdan elə küsüb elə incimişdim ki, daha bu həyatın mənə yaxşılıq edəcəyini gözləmirdim də ...
- Ağlayirsan?
Volodiyanın səsi məni özümə gətirdi, başımı sinəsindən ayırıb üzünə baxdım:
- Yalvarıram, bircə mənə heç nə eləmə...
- Qorxma, bir şey eləsəydim səni qurtarardım? Dur çıxaq yuxarı. Özünə gələnə qədər burdasan, sonra azadsan...
... Yaralarım su çəkib çirk etmışdı. Ağrıları dözülməz idi. Qızdırmadan yanırdım, balaca bir otaqdan ibarət olan bu barıkadada bir qatlama çarpayı bir dənə balaca stol yanında 2 dənə kətil, bir küncdə balaca balon qaz, bir iki qab qaşıq var idi. Yaram çırk etdiyindən Sonya bir yerə getmirdi, yanımda qalır, yarama müdahilə edir, yeməyimə fikir verirdi. Balıq şorbasından başqa heç nə bilmırdi sankı, yediyim ancaq balıq suyu və şorbası idi. Balığın qoxusundan belə diksinmışdım artıq. Nə qədər ki, Sonya yanımdaydı Volodiya da gəlib bizə baş çəkir, yemək içmək gətirirdi. Yenə bir birləriylə zarafatlaşıb, yeyib içərdilər, Gecələr Volodiya burda qalmırdı, gündüz gəlirdi, məni " yuxuya verərək" masanı gözümün önünə çəkib yerə salınmış adyaln üstündə saatlarca sevişərdilər. Xəcalətimdən divara dönüb qulaqlarımı tuturdum. Bəzən də özümə qapılıb gözümün yaşını icımə axıdırdım.
Hər şeyə razı idim, nə edirlərsə edirdilər, qoy etsinlər, təki mən sağalana qədər, Sonya burdan getməsin, Volodiyanı onunla münasıbətində o qədər ehtiraslı, o qədər cılğın görürdüm ki, bu ucsuz bucaqsız dənizin ortasında onunla tək tənha qalmaqdan qorxurdum. Üzünə belə baxmağa ehtiyyat edirdim, həm utanırdım, həm də elə bilirdım, onları belə gördüyümü hiss edib, mənə də nəsə təklif edəcəkdi.
Yavaş yavaş düzəlirdim. Səsim xırıltılı da olsa çıxırdı. Bu da məni sevindirirdi. Qarnımdakı tikişlər sökülmüşdü. Boğazım hələ sağalmamışdı. Sonya özümü yormamaq şərtiylə ayağa qalxmama icazə verirdi artıq özüm çay qoya, yüngülvarı yemək hazırlayıb yeyə bilirdim. Bir neçə gündən sonra boğazımın tikişləri söküləndən sonra Sonya getdi. Volodiya hava xoş olanda gəlir, özü ilə mənə yemək içmək, təbii ehtiyyacımı qarşılayacaq lavazımatları alıb gətirirdi. Onun mənə qarşı pıs niyyəti yox idi, gözü də Sonyadan başqa heç kimi görmürdü. Sonyayla bərabər olanda özündən keçirdi. Sonyayla olmaqdan zövq alırdı. Onlar bir birlərin tamamlayırdılar, bərabər sərxoş olana qədər içirdilər, bateriyalı radioda çalınan hansısa bir rus estrada mahnısına oynayıb, əylənirdilər, barikadanın dəmir pıləkənlərindən suya enib dənizdə üzürdülər, cox xoşbəxdılər, şən qəhqəhələri dənizin səssizliyini pozurdu. Bəzən zar zor qalxıb pəncərədən aşağı - onlara baxırdım, xəyalım uçub gedirdi, Çingizin yanına, cəmi bir dəfə onun olmuşdum, iradəmə hakim ola bilməmişdim, yüz dəfə Allaha yalvara yalvara, qorxa qorxa kamıma yetmişdim, bütün qadınlığımla vücudumu ona təslim etmişdim, zövq almışdım, xoşbəxtliyi dadmışdım, dadından doymamışdım . Heç də peşıman olmamışdım, bəlkə həmin gün olmasaydı, bütün bunlar başıma gəlməyəcəkdi. Amma olsun. Mən Allaha inanan adam idim. Demək belə olmalıymış ki, belə də oldu, demək yaşanacaq günlərim hələ qabaqdadır.
Bəzi günlər olurdu ki, dəniz coşub cağlayırdı. Qaldığım barikada su üstündə qayıq kimi sallanırdı. Hələ şüşələrə çırpılan dalğalar... Nəhənğ dalğaların üzərimə gəlməsindən çox qorxurdum. Bir küncə çəkilib gözlərimi yumurdum, əsim əsim əsirdim. Fikirləşirdim ki bu barikada qopub Xəzərə gömülsə, mən ancaq balıqlara yem olacam. Həmin vaxt içərinin tək aydlnlatma qaynağı olan asma neft çırağını söndürürdüm. Elə sürətlə yırğalanırdı ki sanki tavandan qopub yerə dağılacaq. Bəzən elə gün olurdu ki, 1 həftəylə, 10 günlə dənizin firtınası yatmırdı. Belə zamanlarda Volodiya gəlmirdi. Bəzən mənə elə gəlirdi ki, Volodiya məni unudub daha gəlməyəcək yeməyim tükənirdi bəzi günlər. İçməli suyum qurtarırdi. Artiq dinim imanım əlimdən getmişdi, Volodiyanın içkilərindən içməyə başlayırdım. Bİlmirəm mənə neçə təsir edirdi. Bir onu bilirdim ki mən iski içəndə cəsur, qorxmaz birı olurdum. Günlərlə burdan qurtulmağın yolunu axtarırdım. Bəlkə Volodiya bir daha gəlmədi. Mən burda nə qədər, ac susuz qala bilərəm kı? Qayıq yox, bir şey yox nə edə bilərəm ki? Özümü kimsəsiz adada Robinzon kimi hiss edirdim. Ada burdan yaxşıydı , gəzə bilərdin, yeyəcək tapardın, istədiyin yeri özünə məkan seçə bilərdin, bu beş addımlıq yerdə yaşam sıfıra bərabərıdı. Otağın qapı yanındakı kiçik dəlik tuvaleti əvəz edirdi. Günlərlə nəcis suyun üzərində qalırdı. hamam yox idi, çımmək üçün dəmir nərdivənləri aşağı yenib, birinci pılləsində otururdum. Dənizin suyundan başıma töküb sabunlayırdım. Saçlarım duzlu sudan odun kimi olmuşdu. Barmağım belə batmirdi saçlarıma. Məcbur olub saçlarımı bıçaqla tamamən kəsmişdim. Saçlarımı kəsəndən sonra balaca qırıq güzgüdən özümə baxanda qorxmuşdum. Qızın qadının yaraşığı, doğurdan da saç imiş. Türmədən çıxmış kişilərə oxşayırdım. Qısa saçlarımdan ləkəli və tikişli boynum çox eybəcər görünürdü. Ana halı gördüyüm günlər özüm özümdən iyrənirdim, dənizin suyundan iyrənirdım, özümün atığım olan həmin dənizin suyunda cimib yuyunmağa məcbur idim... Volodiya mənə paltar gətirmişdı. Kişi paltarları əynimə böyük olurdu. Şalvarların belını paltarlardan cırdığım parçalarla bağlayırdım. Günlərin, aylarln hesabınl iturmişdim, gün hardan batır ay hardan çıxır unutmuşdum
Neçə vaxt idi dəniz sakitləşmişdi. Amma Volodiyadan bir xəbər yox idi. Gözüm dənizdə qalmışdı. Uzaqdan görünən sahilə baxıb köksumü ötürürdüm, yeməyim, suyub bitmışdı, üc gün idi, ac susuz çarpayıya uzanıb gözlərimi tavana zilləyırək, Allaha dua edirdim. Allah da məndən üz döndərmişdi. Volodiya kimi Allahın da yadından çıxmışdım. Günü gündən heydən hərəkətdən düşürdüm.
- Belə olmaz Emiş, özünü topla bəlkə Volodiya gəlməyəcək? Burda ölüb gedəcəksən, quransiz, kitabsız bu kimsəsiz suyun üzündə çürüyəsəksən. Özünə gəl, başına çarə qıl.
Dənizin üzü səsiz sakit idi, sanki göy yerə enmişdi, suyun üzündə ağ ağ topa buludlar üzürdü. Günəş sanki mənimlə oynayırdı, buludların arxasında gizlənir, sonra çıxıb üzümə gülümsəyirdi. Nərdivandan aşağı endim, sonuncu piləkəndə oturub ayaqlarımı suya salladım. Ucsuz bucaqsiz dənizə baxdım. Dənizin sonu görünmürdü. Sanki dünya sudan ibarət idi. Torpaq üçün nə qədər darıxırdım, üzərində ot belə bitməyən quma da razıydım, yetərki ayağım torpağa dəyəydi.
Bəzən xəyalım gedirdi sahildə gəzdiyim günlərə. Dənizi necə sevirdim axı. Axı mən deyirdim dənizə ,, al məni götür ucsuz bucaqsız bir sahilə at, sev məni".
- Sevdi dəniz... O qədər ürəkdən arzulayırdın kı, aldinmı payını,sevdi, aldı səni qollarına, qaldın dənizlə baş başa, indi sev dəə dənizi! Niyə sevmirsən? Niyə qaçırsan dənizdən?
Geri döndüm, uzaqdan sahil boyu ilan kimi uzanan yollara baxdım...
- Hardasan Çingiz? Səndəmi unutdun məni, aradan nə qədər zaman kecib, bilmirəm hansı ayın neçənci günündəyik, gəldinmi arxamca, məni birindən soruşdunmu? Bəs Ruqiyə? Gorəsən neynir, axtarırmi məni? İlahə necə dayanır görəsən mənsiz ? Qaçırdı bizə xaya , xaya deyə deyə... Ahh anam mənim... Sən nə yerdə qaldın görəsən, Ruqiyə çayını suyunu verə bilirmi? Çay su o yana, altını necə dəyişir sənin? Bəs Heydər? Görəsən peşımandırmı? Kaş məni eşitsəydin ay Heydər, kaş belə eləməsəydin... Bİlirəm ki, Çingiz gələcəkdi, məni səndən istəyəcəkdi, bir balaca hövsələn olsaydı nolardı? İndi Ayşənin, Ruqiyənin qaynanasıgilin ağzına söz düşüb, allah göstərməsin, hələ kəndin camaatını demirəm. Elə bilirlər harasa qaçmışam, pis yola düşmüşəm. Ya da Heydər məni kəsdiyini bir adama danışmışsa... vəsalam daa... Deyəcəklər elə beləymiş ki, qardaşı bunun başını kəsib. Yazıq Ruqiyə, indən sonra Mehman da saxlamaz onu, deyəcək "bacın elə bu yuvanın quşudur. Heç olmaya məndən abır eliyərdi bacın ". Onu da qınamıram, 4 il idi zəhmətimizi cəkib, məni baçılarından seçməyib, baçılarına etmədiyi hörməti mənə edib. Ahhh kaş hisslərimə qapılmasaydım, kaş elə palçıqlı qumlu getsəydim evimizə, kaş qalmasaydım Çingizgildə.
Gözlərim xumarlanıb xəyalım yenə onun yanına qaçırdı, bir tərəfdə xəyalım onunla olarkən, bir tərəfdən də gözümün qarşısında Sonyayla Volodiyanin səhnələri canlanırdı. Haldan hala düşürdüm. Belə vəziyyətdə gözlərimdə yaş gilələnirdi, tək onu arzulayırdım, heç nə yox başını çiyninə qoyub açı taleyimə doya doya ağlamaq istəyirdim, məhz həmin günlərdə sanki yanımda kimsə uzanır, sanki kiminsə barmaqları əzalarımda dolaşırdı, saçlarımı oxşayır, məni bağrına basırdı. Bax bu zaman dəliyə dönürdüm, hislərim bir birinə qarışırdı, mənə toxunan şeyin o gözəgörünməzin olduğunu düşünsəm də, hər zaman beynim Çingizi düşünürdü., gözlərimin önündə Çingiz canlanırdı. Ciddi, eyni zamanda mehriban baxışlarıyla məni ovudurdu. Bəzən o mənə təsəlli edir, bəzən onunla elə bu barikadanın içində birlikdə dolaşırdıq. Dəfələrlə Volodiya da burda olanda sankı o gəlirdı. Dəfələrlə Volodiyaya Çingiz də demişdim. Volodiya nə qədər qaba ınsan olsa da sevgıdən anlayışı olan adam idi. Bilirdi başıma gələnləri, demişdim ona. ,, Bu qədər də bağlanma, həyat acımasızdır" demişdi mənə, "bir də görərsən gözləmədiyin yerdən elə vurar ki, səni, bütün ömrün boyu özünü bağışlaya bilməzsən...
- Yox mən burdan qurtulmalıyam! Nə olur olsun qurtarmalıyam - volodıyanin sözlərı qulağımda cıngıldədıkcə çılğına dönürdüm:
- Ahhh Volodıya, gəl hardasan, gəl çıxart məni burdan...
Yuxarı qalxdım. Otağa göz gəzdirdim, burdan qurtulmaq üçün bır şey axtarırdım, amma nə? Necə qurtulacaqdım ki. Gözüm kətillərə ilişdi. Birini götürüb pıləkənlərlə aşağı endim, kətili tərs çeviyib suya qoydum. Kətil yırğalanıb dayandı, batmadı. Sevindim. Yavaşca pıləkəndən tutub kətilin üstünə çıxdım ağırlığımı verdikcə kətil suya batırdı. Dəmirlərdən tuta tuta barikadanın arxasına -sahil tərəfə keçdim. Sanki sahil məni səsləyirdi. Yoldan çütüyən maşınları günəşin işığında parıldayırdı. Bu da mənə ümüd verirdı. Hər qaranlıq gecənin bir sabahı var, deyə düşünüb dərindən köksümü ötürdüm.
- Sənin də qaranlıq gecənin sabahı var Emiş, inan mənə sadecə səbr et... Allah, Məhəmməd, ya Əli - deyib əlimi dəmirdən çəkib kətilin ayaqlarından tutaraq aşağı çöməldım, kətıl ləngərləndi, sürətlə aşağı endı. Su boğazıma qədər çıxdı. Kətil ağlrığıma tab gətirmirdi. Ayaqlarımın altından üzülməsə də ayağımın altından da qopmurdu amma sürətlə aşağı batırdı. Belə getsə boğulacaqdım, üzməsini də bilmirdım, nə edim, burdan necə qurtulum axı. Çabalayıb, özümü dəmir dirəklərə atdım. Dirəklərdən sallaşa sallaşa piləkənlərə gəldim. Ayağımın altında balıqlar üzürdü. Aciz idim, balıqdan diksinən mən, indi balığa yerikləyərdim, çiy çiy də olsa dişimə çəkərdim. Təki qarnım doysun
Yuxarı çıxdım. İçərini alt üst etdim. Yatağın altında bir təkər kameri var idi. İnanın sevincimin həddi hüdudu yox idi. Sevincimdən ağlayaraq qışqırırdım. Üstünə çıxdım deşiyi olub olmamağını yoxladım, bir şey yox idi. Cəld hərəkətə kecdim. Masanı çevirib əlimə bir dəmir parçası aldım, vurub ayaqlarını qirdım. Çətinliklə piləkənlərdən aşağı enib masanın üsünü suyun üzərinə qoydum ehtiyyatla üzərinə çıxdım, suya batdı. Amma məni kətil kimi yarı yolda qoymadı da. Yuxarı qalxıb, kamerı birtəhər bədənimə pərcim eləyib alminum qazançanın qapağını əlımə aldım. Volodiyanın yarımçıq qalmış arağını birnəfəsə başıma çəkib son damlasına qədər içdim. Özümü düşmən qoşunu üzərinə gedən döyüşçü kimi hiss edirdim, burdan bu gün ya qurtulmalıydim, ya da ölməliydim.
Ehmalca masanın üstünə çıxıb üzüqoylu uzandım. Təkər sinəmi əzsə də başımı sudan qoruyurdu. Ayaqlarım taxtadan aşağı sallanırdı. Sadecə başım və qollarım quruda idi. Kamer məni batmaqdan qoruyurdu. Əlimdəki qapağı avar kimi sürüb özümü irəli atdım, heç bir maneə olmadan gedirdim. Barikadadan 7 8 metr aralanmışdım, dayanmadan irəlləyirdim, sevincimin həddi hüdudü yox idi, bilmirəm içkinin təsirindənmi, yoxsa sevincimdənmi hey gülürdüm. Dayanmadan hərəkətdəydim...
Nə qədər getdiyimi bilmirdim. Bir onu bilirdim ki, sahillə, barıkada arasında eyni yol var , qollarımda hey hərəkət qalmamışdı bir dəqəqə ,,avar" çəkirdimsə beş dəqıqə dincəlirdim.
Günəş qruba əyilmişdi. Sahildəki dağların arxasından günəş mənə əl sallayaraq sağollaşırdı. Bir tərəfdən də şimaldan əsən külək dənizi yırğaladıqca ləpələr məni saman çöpü kimi sahilə yox əks istiqamətə aparırdı. Sahil yaxınlıqda görsənsə də, barıkada tamamilə itmişdi. Geri yolum yox idi, irəli baxmalıydim. Uzaqlardan sahilə doğru gələn qara buludlar, fırtınanın gəldiyini xəbər verirdi. Nə olur olsun zaman itirmədən sahilə çıxmalığdım. Sahil tərəfdə göyün üzü hələ aydınlıq olsa da, dəniz tərəfdə zülmət gecəydi, bayaqdan trasdan keçən maşınların şüşələrini günəş işıqlandırırdı, indi maşınlar işıqlarını yandırmışdılar, axşam düşmüşdü. Mən isə sürəylə irəlləyirdim... Lakin şiddətlənən dalğalar sahilə çıxmama mane olurdu.
Nə olduğunu bilmədim, qəfil üzərimə ağırlıq çökdü, atlmdakı taxta parçası altımdan qaçdı, əlimdəki qapaq düşdü. Başım suyun altına girdi, bir anda özümü dəniz döyüşcüsü kimi dənizlə savaşan bildim, sahildən geri çəkilən dalğalar məni dənizin dərinliklərinə çəksə də bədənimə geydiyim və möhkəm möhkəm sarıldığım təkər məni suyun üzərinə qaldırırdı. Sahilə lap az qalmışdı, çox az... Bircə külək qalxmasaydı, dəniz coşmasaydı...
Dəniz mənimlə savavaş açmışdı, bəlkə də, dəniz mənə vurulmuşdu, bəlkə mən onu tərk etməyim ona ağır gəlirdi, bəlkə ona görə dalğalarını üstümə qoşun kimi göndərirdi, məni açiz görüb, zorla məni özünə sakin etmək istəyirdi, bəlkə dəniz bilirdi, yerdəkilər məni sevmir, məni unudub, bəlkə bilir məni orda xoş şeylər gözləmədiyini, bəlkə bilir aıləm məni qəbul etməyəcəyini, bəlkə də Volodiyanın dediyi kimi bilir həyat məni vuracağını, Çingizin mənə xəyanətini, bəlkə bunları bildiyi üçün mənim sahilə çıxmağımı istəmirdi. Bir gün dənizə can atan mən indi quruya qaçmağa can atırdım...
Gözümü açanda dan yeri sökülürdü, inana bilmirdim, ayaqlarımı dənizin suyu yalasa da bədənim quruda idi, təkər hələ də bədənimdə olsa da tulum kimi boşalmışdı. Bütün əzalarım ağrıyırdı, çətinliklə ayağa qalxdım, ətrafa baxdım, tras lap yaxındaydı, amma trasa çıxmaq üçün dərə təpə keçməyim lazım idi. 200 300 metr aralıda ıkı üç maşın var ıdı. Ərtafında çoxlu adamlar görünürdü. Deyəsən kimsə qəza törətmişdi, aşağı sahildəki maşının yanında kölgələr oynayırdı. Polis və digər maşınları yuxarıda yol kənarında idi. İnsan gördüyümə sevinirdim,
-Eeyyy, kömək edin !!!
Qaçıb özümü onlara yetirmək istədim, elə bil ayaqlarıma ip sarmışdılar, ayaqlarım hərəkət etmirdi. Yerə çarpıldım. Qalxmaq istəyirdim, addım atabılmırdım, bır anda elə bılırdım, yerıməyı unutmuşam. Əzalarım sözümə baxmırdı. Yerdə kərtənkələ kimi iməkləyirdim, birazdan ora toplaşanlar getdilər, sahilə düşüb qalmış maşın hələ də ordaydı. Polis maşınları qarşımdan keçdikcə arxalarından baxıb qışqırırdım, məni eşidən olmayınca ağlayaraq yeri yumuruqlayırdım...


                                15 BÖLÜM

    Sürünə sürünə yuxarıya, yola çıxmışdım. Gəlib keçən maşınlara əl sallayıb saxlatmaq istəsəm də, kimsə dayanmırdı. Bəlkə də üst başımı bu halda görüb kimsənin xoşuna gəlməmişdim. Dayanmağa halım yox idi, əzələlərim dözülməz dərəcədə ağrıyırdı. Həm canımın ağrısına, həm də insanların laqeyidliyinə ağlayırdım. Düşünün ki aylarla, günlərlə dəniz ortasında yalqız qalmışkən, bir insan simasına möhtaçkən indi kimsə sizə üz verməsin, kimsə maşınına almaq istəməsin. Bax insanı yandiran bu idi. Etinasızlıq...
Çox keçmədi ki, biraz aralıda qəza törətmiş maşının ətrafı çamaatla doldu, polislər də var idi. Sevinirdim ,,tanımadığım maşına minib bir yerə getməkdənsə, dövlətə sığınmaq daha yaxşıydı" deyə düşünürdüm . Yavaş yavaş onlara tərəf üz tutdum. Di gəl ki şübhələr ürəyimi yarırdı.
- Birdən başıma gələnləri eşidib, məni Heydərə verərlər. Bir gecə evə gecikməyimin ucbatından başımı kəsən qardaş, bu qədər zamandan sonra məni yaşadarmı? Vallah izimı tozumu da tapmazdılar. Nə edim hara gedim, kimə qısılım. Amma belə də olmaz, heç olmasa Ruqıyəylə görüşüb vəziyyəti ondan öyrənməliyəm, bəlkə Heydər peşiman olub, gedib Çingizi tapmalıyam, görüşməliyəm,
Şübhələrim ürəyimi gəmirdikcə addımlarım yavaşıyırdı. Artıq polisə də güvənmirdim. Düşünürdüm dövlətdən sığınacaq istəyərəm, o zaman da mənə deməzdilərmi ailən varsa niyə dövlətə sığınırsan? Başıma gələnləri desəm Heydəri tutarlar. Onsuz da cavan oğlan 4 ili məhv olub, indi də beləmi yatsin içəridə? Yoxx... Ya özüm gedəcəm evə, ya da axtarıb Çingizi tapacam, danışacam, onunla gedəcəm. Polisi bu işə qarışdırmaq olmaz. Dayandım, polislərlə aramda 100 120 metr qalmışdı. Sahil boyu yoldaydim, amma bura haraydı bilmirəm, biz də sahil boyu qalırdıq, Duvannıda. Dənizə çox yaxın olmasa da sahilboyu sayılırdı qəsəbəmiz. Amma indi dayandığım yer ora yaxın idimi, uzaq idimi, bılmırəm. Odur ki, biraz irəli gedib olduğum yeri yol tablolarından öyrənə bilərdim, məndən cox geridə mavi tablo görünürdü. Gözlərimi qıyıb baxdım, bir şey oxuya bilmədim. Burdan ora getmək bu ağrılarla gözümə otururdu. Əlimi qaldırdım, gələn maşını saxlamaq istədim. Dayanmadı. Arxadan gələn maşına əl uzatdım, olmadı. Ümüdüm qırılmışdı. Bəlkə də məni səfil, avara kimi görürdülər, o üzdən maşın saxlamırdılar. Bəlkə də gözəl və açıq cəlbedici geyimdə olsaydım, əl eləmədən də saxlayıb, maşınlarına dəvət edərdilər məni, neynirlər, saçları kişi saçı kimi qısa kəsilmiş, saçları çırpı kimi dik dik duran, cındırından cin ürkən, balıq və dəniz qoxusu verən qadını?
Gəldiyim yolu təkrar geri getməliydim, nə olur olsun polıs məni gorməməlidir, bu viddə, bu geyımdə polisin diqqətini çəkə bilərdim, məni tutub sorğu sual edə bilərdilər. Yıxıla - dura, İrəli - geri baxa baxa gedirdim, səmtim haraydı, hara getdiyimi belə bilmirdim. Paltarımın suyu üstünmdə qurumuşdu. Günəş başımı deşsə də üşüyürdüm, deyəsən qızdırmam var idi.
Yanımdan bir kamaz asta sürətlə keçdi, və biraz irəlidə dayandı. Bayaqdan bir maşın saxlatmaq üçün özümü az qalam maşınların altına atacaqdım, heç saxlayan yox idi, indi, mən əl etmədən saxlamışdı. Tələsdim...
Maşına yaxınlaşanda şofer endi, kök dolu və qara kişiydi, şort var idi əynində , köynəyinin qabağı açılmış, maykasından iri sinəsi görünürdü. Kişinin bədheybət görkəmi məni qorxuzdu, maşına minmək istəmədim.
- Tez ol çıx, polislər görməsin, tökülüb bütün polislər yola, axtarış var.
- Nıyə, nolub axı...
İlk ağlıma gələn şey, elə özüm oldum, fikirləşdim yəqin Heydər özü təslim olub, indi də polis məni axtarır. O zaman bu mənim xeyrimədir, niyə polisdən qaçım axı?
- Uzatma, cəld ol !!!
Adamın zəhmli səsi özümdən asılı olmayaraq məni tələsdirdi. Kömək elədi, maşına mindim. Kamazın arxasında pərdəli yer var idi, orda mənə yer göstərdi.
- İrəlidə post QAİ var, səni görməsinlər, ehtiyyatlı ol.
Maşın hərəkitə kecdi. Şofer Baba deyilən birindən danışırdı. Baba kim idi bilmirdim, dediyinə görə onu Baba göndərib, qiyamdan çıxanları qurtarmalıymış. Bu qiyam nə qiyamı idi bilmirəm, Baba kimdir, bu adam kimdir, tanımıram.
- Mən Duvannıya getməliyəm, xahiş edirəm, kömək edin!
Pərdənin arasından mənə baxıb qaşlarını çatdı.
- Nə Duvannı?
- Duvannı qəsəbəsinə, evimizə!
- Duvannı çox geridədir, həm sənin evinizdə nə işin var axı? Dəlisən? İlk axtarış ordan başlayacaq elə.
- Nə axtarış ? Özüm təslim olacam Saxlayın, mən evimizə gedəcəm !
- Dayan görüm! Qaçaq deyilsən, qaçmamısan?
Elə bildim, bu kimdirsə məni tanıyır, bəlkə də Volodiyanin adamıdir, bəlkə də o barikadadadan qaçdığımı bilir. Dilim dolaşdı, təkrar onların əlinə düşmək istəmirdim, amma Volodiyaya əsəbim də keçməmişdi. Məni dənizin ortasında ölümə məhkum etdiyi üçün onu parçalamağa hazır idim.
- Volodiya hanı? O göndərib səni? Madəm ölməyimi istəyirdi, niyə məni qurtarırdı, qoyardı o düzün ortasında ölərdım dəə, niyə məni dənizin ortasında tək tənha qoydu, apar məni onun yanına, öldürəcəm onu, ona dedim axı, dedim burax məni gedim, nə istəyir axı məndən? Nəə...
Adam mat mat üzümə baxıb :
- Volodiya kimdir, sən kimsən?
Nə deyəcəyimi bilmirdim,
-Bura haradır, saxla
- Dayan gedək Baba səni görsün, danışın, ondan sonra hara deyirsən apararam səni.
-Baba kimdir, mən Baba zad tanımıram, saxla!
Arxadan onu yumuruqlayırdım, ağzımın üstünə dəyən yumuruq məni oturacağın üstünə sərdi, baçım arxa portpresə dəydi, gözlərimdən od püskürdü. Gözlərim qarala qarala pəncərədən baxdım, hündür binaların yanından keçirdik.
- Bura Primorskidir? Dayan düşəcəm, Çingizgil burdadır.
- Otur, ölümün gəlməsin, otur aşağı...
Pis pis söyüşlərlə məni söyməyə başladı.
- Bax, məni kimnənsə dəyişik salmısız, mən siz deyən adam deyiləm, vallah, allah haqqı...
Elə bu vaxt maşın dayandı. Yoldan 3 nəfər maşının kuzasına atladı. Maşının dayandığını görüb yerə atlamaq istədim, şofer buna izin vermirdi. Bir nəfər qapını açıb maşına mindi. Təccüblə mənə baxdı.
- Bu kimdir?
- Bizimkilərdən deyil?
- Yox - Mənə döndü - sən kimsən?
- Mən, mən...
Nə deyəcəyimi bilmirdim
- Nə məliyirsən az? Kimsən sən? Bunu hardan tapmısan?
- Maşının yanındaydı, polislərdən qaçırdı,
- Alə, bu bizdən döylül, saxla
- Nəə?
Sevinirdim, nəhayyət azad olacaqdım.Təssüf ki ,adam fikirini tez dəyişdi.
- Dayan, alə. Bəlkə polisdir
- Həə?
- Kim mən? - çaşıb qalmışdım, nə danışır lar bunlar, kimdi bunlar - Mən polisdən qaçıram, buraxın məni, qadın polis olar heç ? Saxlayın maşını, xahiş edirəm, buraxın, düşüm gedim! Kişi yanıma kecdi. Məni oturacağa uzadıb şoferə qışqırdı :
- Skoçu ver!
- Burax. - adamın əlindən qurtulmağa çalışınca adam üzümə sərt şillələr vurur, məni altına basaraq, dizlərimin üstünə ağırlığını salırdı
- Buraxın, məni səhv salmısız, mən polis deyiləm, yolumu azmışdım, evimizə getmək istəyir...
Ağzımı bağladılar. Əllərimi yapışqanlı bantla sardılar. Uzun yol getdik, hara getdiyimizi bilmirəm. Sonra, başıma bir meşok salıb maşından endirdilər. Hər tərəf bom boz qatı tozla dolu olan bir yerdə üzümü açdılar. Qarşımda qara eynəkli bir adam dayanmışdı, bayaqkı şofer də, ağzımı bağlayan oğlan da burda idi. Onlar mənə necə rast gəlmələrini danışırdı.
- Aydındır, Diləfruzu bura çağırın!
Cox keçmədən, 30 35 yaşlarında bir qadın içəri girdı. Qadını görüb sevindim, qadın qadının halından anlar, yalvarıb yaxararam, burdan qaçmama kömək edər.
Qadına bəzi tapşırıqlar verəndən sonra, qadın məni gptürüb getdi.
Bura bir daş karxanasıymış, hər tərəf toz dumanın içərisindəydi. Biraz aralıda boş sahələrdə kamazlar dayanmış, işçılər maşınlara daş doldururdular. Motorların səsi adamın beyninə işləyirdi. Külək daşların tozunu duman kimi havaya qaldırır, adamın üzünə çırpırdı. Gözlərimin içı tozla dolmuşdu. Tozdan göz gözü görmürdü.
- Qurban olum, məni buraxın gedim, məni kimnənsə səhv salıblar, xəstəyəm, yaraliyam danışa bilmirəm - geyindiyim qoftanın boynun aşağı çəkib boğazımı qadına göstərdim, yaram çirk eləyib, həkimə getməliyəm...
- Nolub boğazına?
- Yıxılmışam, pəncərə qırıldı, boğazımı kəsdi, coxdan.
- Azz, məni dolamısan? Bu şüşə kəsiyidir? Kim salıb səni bu günə de gprüm? Kimdən qaçmısan sən? Kimsən?
Nə desən, tanımadığım adamlara dərdimi, sirrimi necə danışım? Amma burdan qurtulmaq üçün danışmalıydım. Danışmağa da tərəddüd edirdim.
- Gəl, gəl...
Hardansa gözəl yemək qoxusu gəlirdi. Deyəsən borş bişirdi.
- Bacı, acam... Bir tikə çörək verin, nolar, 10 gündən çoxdur heç nə yeməmişəm, üç gündür ağzıma bir qurtum su da dəymir, yalvarıram...
Qadın məni bir yeməkxanaya gətirdi. Bura fəhlə yeməkxanası idi. Dəzgahin arxasına keçib, böyük qazandan bir kasa borş, iki dilim çörək, bir qabda da makaronun üstünə pokrıvka qoyub bir padinusda mənə gətirdi. Qarşıma qoyub üzümə baxdı.
- Kampot da verəcəm, amma danış görüm kimsən?
Yeməyin qoxusu başımı döndərirdi, necə aydır balıq qoxusu qoxuyan hər şeydən qurtulub indi gözəl yeməklərə qovuşmuşdum. Şükür sənə ilahi...
Əlimi çörəyə uzatdım, götürüb çörəyi burnuma yaxınlaşdırdım. Qoxusunu içimə çəkdim. Bəlkə də çörəyin dadını da unutmuşdum, qoxusunuz da, Volodiyanin hardansa tapıb gətirdiyi, kirli, boyat və kiflənmiş cörəkləri yeyirdim günlərcə. Təzə yumuşaq zavod çörəyi indi içimi isidirdi. Qaşığı əlımə alıb yeməyə uzadacaqdım ki, qadın padinosu geri çəkdi.
- Kımsən? Kimdən qaçırsan?
Loxma boğazıma ilışdı, udquna udquna qaldım, boğazım tıkanmışdı, qadın qalxıb mənə stəkanda su gətirdi. Qadın suyu gətirənə qədər iki üç qaşıq borşun suyundan icdim, gpzlərimə işıq gəldi sanki, alnımda tər pucurladı,
Diləfruz suyu gətirib mənə uzatdı. Udquna udquna suyu qadından almaq istəyəndə qadın suyu əyib yeməyimin içınə tökdü.
- Neynədin ay bacı...
Tez yemək kasasını əlimə alıb başıma çəkdim. Qadın kasanı əlindən almaq istəyirdi. Dünən yaşamaq üçün dənizlə savaşırdım, indi bir tikə içinə su tökülüb, dadı qaçmış yemək üçün həyatımı verərdim... Vəhşi kimi kasanı başıma çəkir, qadın mane olunca yemək üstümə dağılırdı.
Yemək üstümə dağıldıqca ağlaylrdım, yerə tökülən borşun kələmlərini ağlaya ağlaya yerdən yığıb ağzıma atırdım. Bir əlimlə də boşqabdaki makaronu ovuclayıb ağzıma basırdım...
Qadın caşqın çaşqın mənə baxırdı. Mən isə vəhşı kimi tozlu yerə tökülmüş yeməyin kələmlərini kasaya yığırdım. Bir əlimlə də makaronları yeyiedim.Kimsə başımın üstündə dayandı. Təpiyiylə əlimdəki makaron boşqabını vurub dağıtdı. Başımı qaldıranda qara eynəkli adamı gördüm. Ona baxa baxa ovcumdaki makaronları tələsik ağzıma basıb dəlicəsinə güldüm, sanki bu gülüşümlə ona yandıx verirdim. Üzümə dəyən sərt şillədən palaz kimi yerə sərildim.
Başıma tökülən sudan özümə gəldim. Həmin tozlu komada idim, yanımda 3 4 kişi var idi, həmin eynəkli adam da ordaydı
- Buraxın məni, vallah, billah mən sizi tanlmıram, siznən bir qəsdi qərəzliyım də yoxdur, məni səhvən tutub bura gətiribsiz.
- Deyirsən qaçmısan?
- Yox, kimə demişəm? Sadecə yolumu azmışam, itmişəm, buralarda yadam, heç haranı tanımıram.
Adam işarə verdi, bir nəfər qoftamın boynun açıb adama göstərdi.
- Boğazına nolub?
Dillənmədim qardaşım kəsib deyə bilməzdim. Haqqımda səhv düşünərdilər, bu izsiz tozsuz yerdə başıma yüz oyun açardılar. Bir onu bilirdim ki bu adamlar normal adamlar deyil.
Yanımdaki oğlanın barmaqları hələ sağalmamış yarama ilişdi, ağrıdan qovruldum . Xırıldaya xırıldaya
-Şüşə kəsib - dedim
- Soyundurun!
- Nəə? Dayanın! Dəyməyin mənə! Dayanın, buraxın gedim, yalvarıram. Soyundurmayın, mənə sataşmayın, qurban olum, eləməyin...
Yanımdaki oğlan üstümdəki paltarları çırıb tökürdü, yalvarışlarıma baxan yox idi. Elə bilirdim, soyundurub mənə təcavüz edəcəklər
Eynəkli adam mənə yaxınlaşıb çənəmdən tutdu başımı yuxarı qaldırdı.
- Bıçaq yeridir!
- Baxın bədənində də bıcaq yarası var.
Oğlan bədənimdəki kəsik yerlərini onlara göstərdi.
- Kim bıçaqlayıb səni?
Daha heç nə gizlətməyin adı yox idi. Cırıq qoftayla yarıçılpaq bədənimi kişilərdən gizlətməyə çalışırdım.
- Cavab ver!
- Qardaşım
- Tfu... - kişi kənara tüoürüb içəridə əsəblə gəzindi - Diləfruzu cağırın...
Diləfruzfruz deyilən qadın məni hamam sayılan bir yerə saldı, çöldə günəşin isitdiyi, suyla dolu olan dəmir çəlləkdən iki vedrə su gətirib məni çimizdirdi, qarnımı doyurdu, cındırından cin ürkən bir daxmaya salıb qapını bağladı,
- Yat dıncəl, durandan sonra kişi qızı kimi həqiqəti danışarsansa Baba sənə kömək edər, Qeyrətsiz adam deyil o.

ÇİNGİZ

48 saat polis şöbəsində qaldıqdan sonra məni Məştağadaki ruhi xəstəliklər dispanserinə apardılar. Danışdıqlarım, və hərəkətlərim, eyni zamanda keçmiş həkim kağızlarım mənim xəstəliyimdən xəbər verirdi. Pravama da qadağan gəlmışdı. İndən sonra maşın sürə bilməzdim.
Anamgil başına gözünə döyüb hayıma gəlsələr də, Güllünü yanlarında görməyincə çaşıb qaldım.
- Güllü hanı?
-Sən özünü dəliliyə qoyacaqsan, sonra deyəsən Güllü hanı?
-Yenə mənə inanmırsız?
Anam incik incik üzüni yana döndərdi.
- Onsuz da başıma nə gəlibsə, sizin mənə inanmamğınızın ucbatından gəlib! Mən dəli deyiləm, piskopat deyiləm, mən çox şeyi görə bilirəm, ruhlarla, gözə görünməyən varlıqlarla danışıram, niyə mənə inanmırsız?
- Bəsdir sən o varlıqlarının canı...
- O sağdır deyirəm, inanmırsız.
- Əşi sağdır çıxsın da ortaya, qoymuram? Belə bir adam vardı, nıyə vaxtında demirdin? İndi xalxın qızın...
- Xalxın qızına vaxtında dəli olduğumu, xəstə olduğumu demişdim , havalı vaxtıydi, uçurdu göynən. Vecinə almadı, indi ərinin daliyca dəlixanaya gəlməyi özünə sığışdırmır? Ona mən lazım deyildim e, ona o kəndən cıxmaq lazım idi, kənddə inək sağmaq vardı, şəhərdə rahatlıq, qardaşlarının qoltuğundan çıxıb, ər adıyla birinin ocağına sığınmaq lazım idi, onun sevgidən nə xəbəri var?
- PAy dədəm vayyy... Sevdin dünyanı əyinnən bəri elədin, bu vaxta qədər xəstəliyin belə şiddətlənməmişdi, indi deyirsən Güllü də dəli olsun ki rahat olasan? Ay balam, xalxın qızına yüz söz deyirsən dözur, qolundan tutub atırsan, qapıdan qayıdır, söyürsən oturur, özünü dəliliyə vurursan götürür. Day sevgi nətər olsun? Sevməsə eliyər?
- Əşii, məni başa düşmürsüz ee... Siz bilməzsiz.
- Təpən haqqı sən bilirsən, bir dənə.

Bir ay sonra xəstəxanadan çıxdım. İşdən atılmışdım, bütün günü evdə özümə qapanmışdım. Maşınımı da vermişdilər, sürücülük vəsiqəm əlimdən alınmışdı. Maşın oyuncaq kimi qapıda yatirdı. Axır məcbur olub Elmidarın köməkliyiylə satdım.
Həyat beləcə boş, mənasız axarıyla davam edirdi. Yenə evdə öz işimlə məşgul idi, bağ evimiz mənim iş ofisim sayılırdı. Ətrafdan eşidən bilən qonşular yanıma axışırdı.
Arada qəza yerinə gəlirdim, uzaqda, dənizdə bap balaca görsənən qaraltıya baxıb köks ötürürdüm. Gecələr də həmin məkana gəlib baxırdım. Qəza günü ordan şam işığı kimi işıq gəlirdi, indi heç nə görünmürdü. Yenə dayana bilmədim, bütün fikirim orda qalmışdı, elə bilirdim Elmira oradadır. Bir gün Elmidarın köməkliyiylə bir balıqçı qayığı tapdım, onlarla bərabər həmin barikadaya getdim, boş kimsəsiz idi...
Ruhumu yenə onunla görüçdürürdüm. Astral səfərlərimdə yenə onunla olurdum bu dəfə o dənizdə yox daha qələbəlik yerlərdə idi, üzünü aydın seçə bilmirdim, tamamılə dəyişilmiş bir formada idi. Bütün güçlərimi nə qədər cəmləsən də bundan başqa heç nə gorə bilmirdim.
Günlərin bir günü , daimi müştərilərimdən biri iki qadınla yanıma gəldi. Yeni müştəri dərdini danışıb kömək istədi. Oğlunu evə qaytara bilmirmiş, dediyinə görə çox baxıcı yanına gediblər. Oğlu qaynanası və baldızını da özüylə gətirib burda Bakıda ev tutub, bütün qazancını onlara xərcləyir. Qadının idiasına görə, gəlin oğlunun dil ağızını bağlayıb, guya gəlinin anası da baxıcı, cindar imiş, indi xəstədir, əmin idi ki, gəlin ərinə anasından ayırmaq üçün əməl edib odur ki, oğlu onları saya salmır. Qadın boynuna alırdı ki, neçə illərdir bir molla yanına gedirmiş, indi o molla yoxdur, dünyasını dəyişib. Oğlunu bu ailənin əlindən qurtarmaq üçün həmin mollaya əməl etdirib. Mollanın əməli işə keçsə də, qadın bundan məmun qalmayıb.
- O mollanın dediklərini eliyənnən sonra arvad yatağa düşdü, gəlin daş atdı başın tutdu , oğluma dedi ki, ya anan ya mən, hamıləydi o vaxt, gəlin. Gədə dayanmadı, dedi mən uşağıma sahib çıxacam. Onları atmayacam. Qəbul edəcəm. Bu səfər təzədən getdim həmin mollanın yanına nə yazdı nə yazmadı, dedi get, bu evi darmadağın elədim, qız başın alıb gedəcək, arvad ya öləcək, ya da onların həyatlnda olmayacaq.
- Dedikləri oldumu?
- Hə oldu. Rəhmətdiyin güclü qələmi vardı. Qələm caldı qız yoxa çıxdı. Eşitdiyimə görə, türmədə bir qardaşı vardı, çıxmış bayıssının başını kəsmiş day, öldümü, qaldımı xəbər yoxdu Arvad da...
Daha qulaqlarım heç nə eşitmirdi. Demək söhbət Elmiranın ailəsindən gedir. Demək onların başına gələn əməl, cadunun nəticəsiydi. Mən də bu işlərlə məşğul idim, mən də nə yuvalar dağıtmışam, nə ailələr pərişan etmişəm. İndi özüm etdiyim pisliklər sevdiyimin başına gəlir?
- Şəkilləri varmı?
- Var - Qadın çantasın eşıb bir torba çıxardı. Şəkilləri qarşıma tökdükcə ağlım başımdan çıxırdı yanılmamışdım, bu ailə Elmiranın ailəsiydi.
Qadın yeni istəklə yanıma gəlmişdi. Nə olur olsun gəlini oğluna xətanət etməliydi, xəyanətinin üstü açılmalıydı, oğlu qızını da alıb, gəlindən boşanmalıydı. Yoxsa oğlunun bu ailədən qurtuluşu olmayacaqdı. .
Qadının və yaxınlarlnın rəsmini alıb adlarını yazdım, onları yola salıb yeni misiyama başladım. İlk növbədə bu ailəyə olan bütün caduları təmizləməliydim, Elmiranı evə geri döndərməliydim. Misiyamı yerinə yetirib, xəbər gözləyirdim, inanırdım ki Elmira ortaya çıxacaq. Qulağım səsdə, gözüm yolda idi.
Və bir gün dostum olan polis mayoru, məni sabah təcili ofisinə gəlməmi istədi. O artıq Qaradağ rayonunda yox başqa Baki rayonlarının birinə yüksək vəzifəyə təyin olunmuşdu.

ELMİRA

Bir aya yaxın idi Babanın adamlarıyla işləyirdim, bir neçə gün kariyeldə qalandan sonra Baba məni adamlarıyla şəhərə göndərdı. Əli ayağı bağlı kölələri olmuşdum. Yeməyim icməyim, əynim başım düzəlmişdı. Babanın əmriylə Diliş adlandırılan bir qadın məni salona apardı, saçım başımı düzəltdirdi. Boy büstüm, yeni saç modelim məni gözəlləşdirmişdi. Dilşadla bir yerdə qalırdım, Dİliş özü haqqında birşey danışmırdı. Heç mənim haqqımda da maraqlanmırdı.
.. Həmin gün stres və yorğunluqdan gözlərim yumulsa da beynum oyaq idi. Kirli yatağın üstünə leş kimi düşmüşdüm. Diləfruz bayirda kiminləsə danışırdı, belə başa düşdüm ki, həmin gün Qobustan həbsxanasında dustaqlar qiyam qaldırıblar, və ordan bir neçə düstaq qaçıb, dustaqların qaçmasına kömək edən maşın yolda qəza törədib, məqsəd izi itirmək imiş, qaçanların içərisində iki qadın da olmalıymış. Cəlil deyilən, məni bura gətirən şofer qəza yerində onları gözləyəcəkmiş, qəza onların planladığı məkanda yox, başqa yerdə olubmuş. Sonradan məlum olub ki, bu qəza heç onların gözlədiyi qəza deyilmiş, tamamılə başqa adamın maşını imiş. Nəysə... nə olur olsun onların bəzisini hadısə yerindən, bəzisin də Primorskinin çıxışından almalıymış. Belə çıxır ki, CƏlil məni o dustaq qızlardan biri zənn edib, təsadüfən mən həmin qəza yerindəymışəm. Bunları yuxu içində eşitmişdim. Bu qədər də təsadüf olarmı - deyə düşünə düşünə yuxuya getmişəm, yuxudan qalxanda beynim sanki oyanmışdı, özümdə bir yüngüllük hiss edirdim. Bəlkə bu dəfə də Allah mənə bir yol göstərib, məni bunların içinə atıb? Hər şeydə bir qismət var. Bəlkə mənim yeni həyatım burdan başlayır.
Adımı Nərgiz qoymuşdular. Öz aralarında Nara deyırdılər. Yeni pasportum da gəlmişdi, Nərgiz Kamalova Seyidağa qızı. Xariçi pasportum da var idi. Deyirdilər ki ani bir hal olarsa məni xarıcə cıxaracaqdılar. Şəkilim tamamılə fərqli düşmüşdü. Özümü tanıya bilmirdim. Əvvəlki pasportumda saf baxışlı və utancaq dolu qız , indi qısa saçlı, arıq, son dərəcə özünəbaxımlı, cəlbedici və ciddi baxışlı bir qadın baxırdı. Özüm öz gözəlliyim qarşısında məəttəl almışdım. İnsan belə dəyişə bilərdimi? Gözəlliyimi boğazımdaki kəsık və qırmızı xal ləkələyirdi. Bunun da çarəsi tapılmışdı. Baba boğazımı əməliyyat etdirmişdi. Kəsiyin izi bilinsə də xaldan əsər qalmamışdı. Boğazım hər zaman ipək yaylıqla sarılı olurdu. Ya da boyunlu nazık qofta geyirdim. Sonya boğazıma tikiş qoyarkən çox səliqəsiz işləmişdi, boğazımdan sanki traktor keçmişdi. İndi boğazımdakı əməliyyatın uğurlu keçməsi məni hədsiz sevindirirdi. Səsim açılmışdısa da tamamılə dəyişmişdi. Kişi səsi kimi xırıltıli və qaba çıxırdı.
Başıma gələnləri Babaya danışanda Baba yanındakılara qışqıraraq ,,bacısının başını kəsən o ,,qeyrətli,, oğlanı tapın" dedi. Məndən ünvan soruşanda kənddəki ünvanımızı və ilk dəfə kənddən bura gəldiyimiz başqa adresi dedim. İstəmirdim Heydəri tapıb bura gətirsinlər, onunla üz üzə gəlmək istəmirdim. Qorxurdum, məni yaşatmaz.
Işım ora bura qaçmaq idi, heç kim mənə heç nə demir, burdan ora nəsə aparıb gəririrəm, gah çörək, gah hazır dolma, gah makaron, gah meyvə, hansısa qəzet, kitab. Getdiyim adreslər tez tez dəyişirdi. Demək olarkı bır dəfə getdiyim ünvana ikinci dəfə göndərmirdilər. Bazar kafelərinin birində işləyirdim. Kuryer idim.
Birgün həmişəkindən fərqli olaraq məni şəhər içinə yox, şəhərdən kənar bir yerə göndərdılər. Ehsan üçün Bakı kəndlərinin birinə halva aparırdım. Mənə çox diqqətli olmağı tapşırmışdılar. Şübhəli bir vəziyyət olursa, kimsənin diqqətini üzərimə çəkmədən bağlamanı zibil qutularından birinə atmağımı demişdilər
Bilirdim ki, mən normal işçilər kimi işləmirəm, ən üzaq nöqtələrə məni göndərirlər, ofisiantların içində ən çox hörmət göstərilən və ən çox da maaş alan mən idim. Mənə demişdilər ki soruşan olarsa mənim maaşım o biri işçilərinki kimidir. İşim yemək daşımaq idi, ama bu ,, yemək,, adı yeməklərdən olmadığını da bilirdim.
Elə deyildiyi kimi də oldu. Əzizbəyov metrosundan çıxanda polis məni saxladı. Kimliyimi istədi. Göstərdim. Hara getdiyimi soruşanda əlimdəki bağlamanı göstərib bir yas yeri ücün sifarişə halva ehsanı apardığımı dedim. Ürəyim şiddətlə döyünsə də, özümü ələ almışdım. Cibindəki blaknota nəsə yazdı, adres, telefon nömrəsi aldı. Mənə sabah rayon polis bolməsinə gəlməsini dedi.
- Nolub? Günahım nədir?
- Sadəcə kiçik bir araşdırma...
Sifarışi verib bir başa kafeyə gəldim, başıma gələnləri müdirə danışdım. Babaya zəng etdi. Məni onunla görüşdürdü. Baba diqqətlə məni dinləyib, heç bir şübhə çəkmədən sabah polis bplməsinə getməyimi istədi.
- Ola bilər axtarışda olduğun üçün səni oxşadıblar. Elmira olduğunu boynuna almırsan. Soruşan olsa yetim qızsan, Gəncə uşaq evindən 4 yaşında Kamalovlar ailəsinə evladlıq verilmisən, ATan Seyidağa, anan Həlimə. Qardaşın bacın olmayıb, iki il sonra ailənlə birlikdə Gorusa gedəndə qəzaya düşmüsüz. Ailəni qəzada itirmisən, səni bir erməni ailəsi ogurlayıb, sonra azərbaycanlıları Ermənistandan çıxardanda səni də Azərbaycana göndəriblər, vəssalam. Qalanını burax bizə. BŞqa heç nə demək lazım deyil. İşini soruşan olsa kafedə işləyirəm, kuriyerəm, ünvanlara yemək paylayıram, vəssalam. Əgər yeməklərdən şübhəli bir şey desələr, xəbərim yoxdur, bilmirəm, əmir quluyam, nə verirlər aparıram vəssalam,
Yuxudan qalxıb geyinib kecindim , hazırlaşıb polis şöbəsinə gəldim. Vəziyyət Babanın dediyi kimi idi. İlk işləri boğazıma baxmaq oldu. Əməliyyatdan sonra xalımdan əsər qalmamışdı. Ailəmin kiçik tarixçəsini danışdıqdan sonra boğazımdakı izin qəzadan qalan yadıgar olduğunu dedim.
- Gedə bilərsən!
Qalxıb qapıya yönəlmişdim ki, qapı açıldı. Çingiz içəri girdi. Ürəyim şiddətlə döyünməyə başladı, həyəcandan az qalırdı ürəyim ağzıma gələ. O da çaşqınlıqla qapıda donub mənə baxırdı. Baxışlarımı ondan yayındırsam da gözlərim məni ələ vermişdi düyğularım, xatirələrim dilə gəlmişdi, onu unutduğumu sanırdım, amma demək ki, unutmamışdım, sadecə qədərimə boyun əyib, taleyımlə barışmaq istəmişdim.
Çingiz mənə çaşqın çaşqın baxır, rəis məni yola salırdı.
- Təşəkkür edirəm Nərgiz xanım, gəldiyiniz üçün minnətdaram...
Çıxıb qapını çəkdim, iki damla yaş yanaqlarımdan aşağı yuvarlandı. Gözümün yaşını silə silə dayanacağa tərəf gedirdim...



                   16 BÖLÜM


Qarşımda dayanan qadını görüb donub qalmışdım. Bu o idi, ola bilməz, onun qəribə baxışları özünü ələ vermişdi. Özümü ələ alıb ona sarılacaqdım ki, dostum mayor Rəşad Mayılov əlini mənə uzatdı:
- Ooo xoş gəldin dostum, gün hayannan çıxıb? Sən hara buralar hara?
Rəşad qoluma girib məni içəri dartdıqca göz qaşıyla mənə sakit olmağıma işarə verirdi. Görünür planı vardı, onun planın pozmaq olmazdı.
- Həə arada külək bu tərəfə əsir, deyirəm qoy bir sevdiklərimi də yoxlayım...
O çıxıb arxasıyla qapını çəkdı. Qapının dəstəyi hələ buraxılmamışdı, aşağı əyili qaldığından bunu hiss edirdim. Demək, hələ qapının arxasındadır, ayaqları getmir. Qapının arxasına gəlib barmaqlarımı qapıya toxundurdum, dəstəyi tutub qapını açmaq istədim. Rəşad olmasaydı bəlkə də arxasınca çıxacaqdım. Rəşad da bunu hiss edib, gülə gülə uca səslə :
- Dedim bir nərtaxta vuraq, qardaşım, nə deyirsən? Qonaxlıqdan aa...
Əlini yuxarı qaldırib, işarə etdi, möhkəm danışmağımı istəyirdi. Nə, olduğunu başa düşmürdüm. Yenə Rəşad məni qurtardı.
-Həmdə sizin bağda lap yeri var aa... Dənizin də mövsümüdür, qarpız pendir, noxud, pivə.
- Həə, tam zamanıdır gedək, dənizə də girərik.
Qapının dəstəyi buraxıldı, ardıyca qapını açıb Elmiranın arxasıyca boylandım. Sürətlə piləkənləri enirdi. Rəşad qoluma girib məni içəri dartdı. Telefonun dəstəyini götürüb düyməni basdı :
- İndi bu dəiqə çıxan qısa saçlı, uzun qadını hiss etdirmədən təqib edin, hara gedir, kiminlə görüşür, kımlə oturub durur xəbər alın! Boş qayıtmayın, məlumat istəyirəm!
Çaş baş qalmışdım, madəm o Elmiranı tanıyıbsa niyə onu əldən buraxırdı ki?
- Sakit ol, ovumuz tora gəlmişkən niyə ürküdürsən?
- Bu odur, bunu bilə bilə necə dayana bilərəm axı, Rəşad ?
- Bilirəm odur, imicin dəyişib. Elmira olduğunu boynuna almadı.
-Baxmadınmı xalına? Boğazında burdan bura xalı var.
- Baxdım, xal yoxdur, boğazı kəsilib
- Nə? Hə də qardaşı kəsib, bilirəm.
- Özü elə demir axı.
- Görmədinmi boğazın bağlamışdı, xalını gizlədib, o boyda xal necə kəsilib, çıxa bilər axı? Onun boğazını qardaşı kəsib.Bu qədər təsadüf ola bilməz, bu mümkün olan şey deyil.
- Görünür, mümkünmüş, boğazında əməliyyat yeri var, xaldan əsər əlamət belə yoxdur. Deyir uşaq vaxtı ailəsiylə avtomobil qəzası kecirib, ailəsini qəzada itirib , bu da həmin qəzada ağır yaralanıb. Boğazındakı yara izi də odur.
- Qəbul etmirəm... Ekspertə verin. Bu odur.
- Əlimizdə heç bir dəlil, sübut yoxdur, əlimizdə bir dəlil sübut olmadan onu ekispedizsiyaya da yollaya bilmərik, qardaş, buna ixtiyarımız çatmır. Sənədləri qaydasındadır, heç bir şübhəli hal yoxdur, biz bunu onun boynuna necə qoya bilərik ki?
- Bəs mən gözə görünməz varlıqları görürəm, deyirəm, siz mənə inanmırsız, əlinizdə heç bir dəlil olmadan məni neçə dəli bilib, aylarla dəlixanada yatırırsız, hə?
- Bunlar fərqli şeylərdir ay Çingiz, sən bir səbrini bas, yoxlayacağıq, araşdıracağıq.Bax görürsən arxasıyca xəfiyyə saldım, səni rahatlaşdırmaq üçun cağırdım bura, özün gözünlə görüb rahat olasan ki, o yaşayır. Elə səninlə üz üzə gəlməsi də əla oldu, özünü o yerə qoymasa da baxışları onu ələ verdi. Amma yenə şübhələrim var!
- Nə şübhə?
- Sənin Elmiran qapali və dindar idi, bu qız isə son dərəcə açıq və modem, əynindəki paltarlar etiket, hərəkətləri və danışıqları bu qədər sərbəst. Yanı insan bu qədər dəyişə bilər?
Çiyinlərimi çəkdim.
- Yaxşı deyək ki, bu odur, bəs o qədər pul ona hardandır ki, boğazın estetik əməliyat edib? Bilirsən bu neçıyə başa gəlir? Azərbaycanda estetik həkimləri indi bu dəqiqə retki hallarda var, ən ağır əməliyyatlara xarıcdən həkim dəvət edirlər. Mən bu xanımın boğazını özüm gördüm, boğazı o qədər səliqəli gözəl işlənib ki... Baxan kimi adam dəyər qiymət verir ki, bu əl işi bizim həkimlərin işi deyil. Yara tam sağalmadığından boğazın bağlayır, bəlkə sonra açacaq.
Nə deyəcəyimi bilmirdim, beynimdə dolaşan sualları Rəşad oxuyurdu elə bil.
- Sən də, mən də bilirim ki, günü 7 manata işləyən ofsiyant bir qız bu qədər xərcin qarşısında dayana bilməz, yaxşı, bəs sənədləri? Əgər o Elmiradırsa bəs Nərgiz kimdir? Dünən metronun qarşısında pasportun alıb baxanda adını famılyasını qeyd etdim. Gəlib yüngülvarı araşdırdım, həqiqətən də, miqrasiyada bu adda soyadda belə bir köckünün adı qeyd olunub, yenə araşdıracam, egər bu qız Elmiradırsa, və başqa bir Nərgizin ad soyadını daşıyırsa bəs o biri Nərgiz hanı? Burda bir iş var Çingiz!
Çaşıb qalmışdım.
- Yanı deməyim odur ki, bu ad soyad dəyişmə məsələsi elə belə şey deyil, demək bu qədər xərclərin arxasında da elə belə adamlar dayanmayıb. Kimdirsə güclü adam var.
- Bəlkə kruqa düşüb?
- Bəlkə adamı var?
- Admı deyəndə?
- Sevgilisi, saxladığı!
- Əgər bu Elmiradırsa, heç vaxt bu ola bilməz. İnşallah düşündüyümüz kimi deyil...


ELMİRA


İşə getməyə həvəsim qalmamışdı. Getsəm də işləyə bilməyəcəkdim. Özümdə deyildim, bütün keçmişimi unutmuşkən, yeni həyata başlamışkən, birdən birə kecmişimlə üz üzə gəlmək mənə asan deyildi, qəribə bir halım var idi, duyğulanmışdım, onunla üz üzə gəlmək məni sevindirmişdi. Lakin əlim qolum bağlıydı. Ona "mən Elmirayam" deyə bilmədim, deyə də bilməzdim, desəydim məni palçıqdan çıxaran yoldaşlarımı ələ verəcəkdim və eyni zamanda həm özümün həm də Çingizin başını bəlaya soxacaqdım. Bəs onun burda nə işi vardı ki? Bu bir təsadüf idi, yoxsa?
Fikirlərim qarmaş dolaş idi. Avtobusdan düşər düşməz, dayanaçaqdakı telefon köşkünə yaxınlaşdım. Cibimdəki qəpıklərin içindən jeton tapıb yuvaya qoydum, nömrələri çevirib gözlədim.
İş yermə zəng etmışdım, bu günə icazə istəyəcəkdim ki, müdür məndən qabaq dilləndi:
- İşdən azadsan, Babanın əmridir.
- Necə? Axı niyə, Neyləmişəm.
- Heç nə get evə, dincəl, bir müddət gözə görsənmə, heç kimlə yaxınlıq etmə, danışma, dostluq eləmə, bax bir daha deyirəm, heç kimlə... Get evə, soruşan olsa özbaşına işdən qaldığın üçün çıxarıblar de, vəssalam... Bir də kim olduğunu bilirsən dəə...
- Hə, Nərgizəm.
- Ay sağol. Di xudahafiz, birbaşa evə, çöldə bayırda görsənmirsən, Baba özü səni çağiracaq. Xərcliyini də Dilişdən göndərəcək.
Sağollaşıb telefondan qopdum. Ürəyim sıxılırdı. Evə də getmək istəmirdim, dolmuşdum, çingizlı dəqiqələr, gözlərimin önündən gəlib keçirdı. Beynimi suallar deşirdi. Hamı yadıma düşmüşdü Ruqiyə, anam. Hələ balaca İlahə, tompuş yanaqlarından dişləmək istəyirdim, şirin şirin danışığı, şeytanca elədiyi ərköyünlüyü üçün burnumun ucu göynəyirdi.
- Yekəlib indi, xalan qurban, görəsən neyniyir, gedim bir, gedim uzaqdan görüm onları, elə uzaqdan.
Özüm özümü fikirimdən daşındırmaq istədim.
- Deyəsən qaşınırsan axı, ölumun gəlib? Heydər səni görsə kəsər valah. Hələ Babanın adamları, bəlkə izlətdirir məni, axı mənim Elmira olduğumu heç kim bilməməlidir.
Ürəyimdə qorxu vardı. Əgər Elmira kimi ələ keçsəydim, həyatıma son veriləcəyini də bilim. Nolsun... Həyatı boşluq içərisində olan yiyyəsiz, kimsəsiz bir qız qadın üçün, yaşamağın nə mənası var idi ki, mən kimin üçün, nə üçün yaşayırdım ki? Bir ürəkdə arzu yox, istək yox, gələcək üçün hansısa bir məqsəd yox, mən özüm üçün heç nə yaşamırdım, nolsun gözəl geyimim, üstüm başım, yeməyim içməyim ful idi. Bu məni xoşbəxt edirdimi? Yox, insan idim mən. Yaxlnlarım, əzizlərim üçün darıxırdım.
- Görəsən Heydər neynir, haralardadır, balaca vaxdı kasıb evimizin yanında evcik qurub oynamağımız yadıma düşmüşdı. Heydər ata idi, mən ana, Ruqiyəylə Əliyar da qonşu idi, bir birimizə qonaq gedirdik. Əliyarla Heydərə atam məftildən maşın düzəltmişdi. Rəngli şunurlarla maşına min bir bəzək vurmuşdu. O maşın guya bizim ailə maşınımız idi. Arxadan Heydərin qoftasından tuturduq. Heydərin səsi ətrafı götürürdü,
- VUNNN, VUNNN... IIIINNN
Maşın səsi çıxardır, guya maşın sürürdü. Guya qonşulara qohumlara qonaq gedirdik. Heydər işə zada gedəndə, qara rezin təkəri məvtildən düzəldilmiş əyriylə sürərdi. Guya o təkər bunun ya moteskileti, ya da kamazı idi. Ehh gidi dünya, nə tez yekəldik kaş yenə uşaq olaydıq.
- İnsandırda hirslənmişdi.- xatırələr gpzlərimdə canlandıqca ürəyimdə Heydərə bəraət qazandırırdım.
- Özünə sığışdırmamışşdı evə gec gəlməyimi, peşıman olib bəlkə də. Görəsən Əliyardan nə xəbər, çıxasıydı o da, çıxdımı görəsən türmədən? Bacın ölsun, indi gözü hər yerdə məni axtarır, görəsən Heydər evdəkilərə deyib , mənim başımı kəsdiyini? Bəs hec məni axtarıblar ki, bəs bu ölübsə hanı bunun meyidi? Ölməyibsə özü hanı bəs? Heç axtarıblarmı məni? Ahh anam? Görəsən necədir, hər şey mənim üzümdən oldu, gərək belə olmayaydı, ehh, kaş kə olmayaydı...
Düşünə düşünə bulvara gəlmışdım. O vaxtan dəniz qorxusu var idi pisxologiyamda, dənizə nifrət edirdim, bir zamanlar dənizi sevdiyimi xatırladıqca, dəliyə dönürdüm indi. Dəniz məni mən sevdiyim qədər sevməmişdi, mənə işgəncə etmişdir, zulm vermişdi. İndi ayaqlarım məni niyə bura gətirmişdı bilmirəm? Bəlkə özləm, bəlkə sevgim, bəlkə də həsrətim məni sahilə sürükləmişdi?
Dənizin sularına baxdıqca xəyallarımda mamırlı daşlar canlanırdı. Qumun üstündə yıxıla dura qaçmağım, suda boğulmağım, Çingizin mənə sarılması... Həyatımın ilk həyəcanıydı o günlər.
Harasa yaxınlıqdakı restoranların birində Akif İslamzadənin "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim" mahnısı oxuyurdu. Mahını lap yerinə düşmüşdü, ürəyimin sarı tellərinə vururdu... Dayana bilmirim artıq, dənizin üstündən uzaqdan görsənən dağlara baxıb köks ötürərək "gəlirəm, gəlirəm keçən günlərim, bir anlıq gəlib qayıdacam" deyərək geri döndüm...
.. Avtobusun arxa qapısından düşüb pulunu sərnişinlərdən şoferə ötürdüm. Tozlu yollarla evimizə tərəf yola düşəndə, bir hamilə gəlin dolu zənbillərələ balaca bir qızla çətinliklə avtobusdan enib, arxadan mənə səsləndi:
- Ay bacı, samadelkaya gedirsiz? Dedim boşsan, kömək eliyəsən, uşaqlıyam...
Səs bütün bədənimi titrətdi. Geri döndüm, kök, qırmızı yanaq gəlin Ruqiyəymiş, yanındakı da İlahə. Cavab vermədən davam etdim.
-Uşş, səni öləsən elə, gözün kordur? Özünü hara soxursan, görürsən əlim doludur - deyinə deyinə uşağı vurudu, elə bil Ruqıyənin şillələri uşağa yox, mənə dəyirdi dözə bilmədim. Geri döndüm
- Can gəlsin balam, Anası döymüşdü balamı? Gəl quzum, gəl ömrüm, gəl,
- Xala! - İlahə quş kimi özün üstümə atdı, o üzümdən, bu üzümdən şapur şutur öpməyə başladı.
- Can, başına dönum, xalan qurban sənə, qadan alım
-Biy başıma xeyir, sən hardan çıxdın - Ruqiyə təşvişlə ora bura baxdı.
- Sən hardan çıxdın?ÖLməmişdin bəs sən ? Ay Allah dünya dağılacaq. Qiyamət qopacaq, hardan çıxdı bu?
-Çixdim da, gözləmirdin?
- Bıyy Allah maa ölüm ver - deyib yerə qoyduğu zənbilə əyildi, guya nəsə eşirdi :
-Qoy uşağı yerə, tez get burdan, odur Əliyar gəlir, görməsin səni.
-Əlyar çıxıb?
- Zəhrimar çıxıb, tez cəhənnəm ol, öldürəcək səni, cəld ol, odur dükanın yanından gəlir, rəddol...
Dönüb dükanın önünə baxdım . 20 30 metr aralıda dükanın qarşısıyla gələn oğlana baxdım. Bacısı qurban elə özüm kimi boylu buxunlu idi. Türməyə gedəndə yeniyetmə uşaq idi, indi elə bil igid gəlir. Şaqqalı iri gövdəsi, sağlam vücuda malık olduğunu deyirdi. Burnumun ucu göynədi, bir anlıq qaçıb qardaşımın boynuna sarılmaq istədum, Ruqiyənin səsi məni tələsdirirdi
- Az tez elə ey, rədd ol, qanın donmasın ay bala, özünə yazığın gəlsin.
- Şəmsin yanında gözləyirəm, get tez gəl! - deyib İlahəni yerə qoydum və ordan uzaqlaşdım.Heç bilmirəm niyə qaçdım ordan. Kaş ke heç getməsətdim, bəlkə getməsəydim həyatım tamam dəyişəcəkdi. Ya qardaşlarım məni öldürüb məni bu yalan dünyanın işgəncəsindən qurtarardı, ya da məni bağışlayıb, həyatımıza qaldığımız yerdən davam edərdik.
Bayaqdandır, gözləyirəm, Ruqiyə gəlib çıxmaq bilmirdi. Deyəsən heç gəlməyəcəkdi, yəqin fursət tapa bilməmişdir. Günəş dağların arxasına əyilmişdi, günün son şüaları yeri göyü qovururdu, yer bir qurtum suya həstət idi soysun, elə mənim kimi...
Günün istisi beynimi qızdırırdı. Dayandığım gözəllik salonunun arxasına günəş ilğım kimi şığıyırdı, boz şoran torpaqlarda bir dənə desən yaşıllıq yox idi. Elə bil bu qəsəbə çəhənnəmin bir guşəsi idi, yayda günəşdən yanır, qışda soyuqdan donurdu.
Gözləməyin adı yox idi, bu qədər zamandan sonra evə getməyə də ürək etmirdim, dükanın arxasından yola çıxıb gedəcəkdim ki, dayanacaqda avtobus dayandı. Xeyli adam düşdü, axşam vaxtı, camaatın işdən gücdən dönən zamanı idi, belə vaxt dayanacağın, avtobusların tünlük vaxtı olurdu.
Elə bu vaxt Heydəri gördüm. Bir qızın arxasınca gəlirdı. Nə edəcəyimi bilmədim, təkrar dükanın arxasına keçsəydim camaatda şübhə yaradardım, gözəllik salonunun qapısına asılmış tül pərdəni çəkib içəri girdim. Pərdənin arxasından bayra baxa baxa salonçu qıza salam verdim,
- Salam bacı, Dürdanəgil olur ee bu tərəflərdə, bilmirsiz hardadır evləri, bir iki dəfə maşınnan gəlmişəm, yadımda qalmayıb.
- Hansı Dürdanə?
Gözüm hələ də pərdənin arxasından Heydərdəydi. Yanılmamışdım, qarşısınca gedən qızı gözətləmişdı. Bütün diqqəti qızdaydı. Qız da bunu hiss edir deyəsən, ya da coxdan Heydərin ona qarşı diqqətli olmasını bilir, çünki elə naz işvəylə gedərək arada dönüb Heydərə baxır ki, bunu sezməmək mümkün deyildi.
Demək mənsiz də xoşbəxdirlər, mənim varlığım, ya yoxluğum onların vecınə deyil. Həyat onlar üçün davam edir. Mənim üçün yox. Ruqiyə qarnına uşaq qoyub, hamilədir, Heydər qız sevir, Əlyar cixıb, öz havasında... Hec axtarlb soruşmur bacım hanı, hardadır? Bir mən... Bir mən xoşbəxt ola bilmirəm...
- Hansı Dürdanə, ay bacı, burda iki üc dənə Dürdanə var.
- Vallah bilmirəm hansıdır, biri var ee evlərin kirayə verir, bir dəfə onlara gəmişfim kirayə üçün.
- Həə Rəhimgili deyirsən, mənim baldızımın qaynıgildi...
Salondaki qadınlar Heydərin qarşısındaki qıza baxıb aralarında nəsə pıqqıldaşırdılar Baş başa vermışdilər. Maraq məni bürüdü. Qolumla üzümün tərini silib, ovuclarımla özümü küləklədim. Divana çöküb :
-Su... Su var? Bir stəkan...
- Hə bu dəqiqə...
Qulağım qadınlardaydı.
- ... Beləsi yaxşı olur elə,
- İndi görərsən, Bu lotu da yüz arvadın biri olmasa nə deyirsən, de, mənə
- Hə vallah...
- Deyirəm utanıb ölmür ee, gədələrin qabağınca nə burcuda burcuda gedır. Bütün kışilər çəlb edir ee özünə
Köməkci qız əlindəki suyu mənə uzadib yanımdakı qadınlara tərs tərs baxdı,
- Camaatın dərdi sizə qalıb? Nə işiniz var? Nəyinizə lazım, kim kimə burcudur, kim kimə oynadır? Boş bekar adamsınız ee, deyirəm
- Az bu gedib iki üç ay sonra, dədəsinin evinə qayıdan qız deyil? Şamaxıya alıb aparmışdılar
- Hə ay sağol odur, hə hə...Day deynən tay tayın tapar, o tümədən çıxan oğlan, var ee...
Yerimdən dik atıldım. Pərdənin arxasından Heydərə boylandım :
- Həə?
- Deyəsən elə o da sulanıb bu qıza. Başı ağrı çəkməsə yaxşıdı.
- Niyə neynir ki - deyə siruşdum
-Ay qız iş verənin biridir qız, özün sırışdırır gündə birinə, sonra gedib oturur milisdə ki, filankəs məni zorlayıb, polislərlə işləyir, soyur kişilərin pulun parasın bala bala bölürlər. Bir dəfə burda Fatimə var ee, bəlkə tanıyasan, yekə kişidir ee əri, yaşlı, başlı, samballı adamdır. Hamı tanıyır kişini, elə belə adam deyil, dülgərdir axı , yıxdı boynuna ki, evimizdə qapını bağlayıb orama burama əl atıb, yazıx kişi, belə q..nin evində işləməyə də peşiman oldu. Pulun ala bilmədi, hələ nə qədər pul para tökdü canın qurtardı.
- Yazıq Heydər- özümdən asılı olmayaraq ah çəkdim, qardaşımın belə bir qıza göz qoymasına yanırdım.
- Tanıyırsan o turmeşıkı?
-Hə burda qalanda görmüşdüm bir iki dəfə, deyəsən yatalaq anası vardı bır dənə bacıları da vardı.
- Uy hə, həə düz deyirsən, ay sağol. Bir bacısı yoxa çıxdı, biri ərdədi burda qalır, nəydi az o gəlinin adı, Ruhiyədir, Ruqiyədir nədır?
- Ruqiyə - qadının sozünü təsdiqlədim. Elə bilirdim ailəm haqqında xos sözlər eşidəcəkdim.
- Biy az hə o Şərqiyənin gədəsiylə oynaşanı demirsən?
- Hə ay sağol...
- Bir dəqiqə, bir dəqiqə, nə deyirsiz siz, kim, Ruqiyə?
Qadın başını yelləyib təsdiqlədi.
- Ay bacı, bu rayonular gədi gəlmədi üzümüzün abırı getdı, bunun bir bacısı var idi ee, deyirdilər dəlidir, çarşaflı, nətər dəlidir, çarşafı bilir? Sora dedilər qaçlrdıblar, gah dedilər dəlliyi tutub, evdən qaçıb, indi də deyirlər güya bax bu "geyrət,, qardaş öldürüb, gizlədirlər. Bir ara polis basmışdı evlərini, bir kişi görmüşdü öldürəndə. Boynuna qoya bilmədi, yazıq kişini deyirlər qoydular dəlixanaya
- İndi də deyirlər guya qızı Dubaya aparıblar.
-Hə, ay tovba, onu mən də eşitmişəm, bu biri nəşəxor qardaşı da deyirlər gələnən sonra bu gədəylə tutaşıb, deyir guya bayıssını elə bu qeyrət özü satıb ərəblərə.
- Ay bacı bunların tayfasında normal adam yoxdu kı, oğlanları türmeşık, narkaman, qizları da pozğun, analarını aparıb atıblar qocalar evinə, Hələ bayısın görmürsən, əri gecə işləyir, gündüz yatır. Arvadının sülənmədiyi yer yoxdur, gecə də aydın məsələdir, ər evdə yox, gecə qara, cücə qara, qarnındakının dədəsi elə Şərqiyyənin yetimçəsi...
- Yetər artıq yetər... Vay dədəm vay... Vır vır vır başım getdi day,
- Aa sənə nə? Xoşun gəlmir qulaq asma
- Ay bacı bunlar məhəllənin hesabatın edirlər burda, yoxsa saç, qaş düzəltməyə gəliblər?
Saloncu qadın gülüb ciyinlərini çəkərək mənə baxdı.
- Gör nə çəkirəm də...
- Aa sənə nə, söz soruşursan cavab verirəm dəə, sən kimsən, vəkil kəsilmisən başımıza? Sən nəyə gəlmisən bura hə? Sənə Dürdanə lazımıydı? Xəbər aldın? Yaxşı elədin. Haydl ya Allah, yaxşı yol sənə.
Qapıdan çıxınca dedi qoduçu qadınlar baxıb gülür, arxamca aley verirdilər.
-Aley qadam ürəyinə, bu da özün adam sayır ee uzunduraz Oqtay
-Vabşe kimdiree axı bu, burda qalandır?
- Yox ay qız... Allah bılır bu haranın, hansı rayonun cuşqassıdır, yağırın basdıq, söz tıntırina dəydi
- Iıışşş!!!
Deməli anamı qocalar evinə qoyublar, ah anam... Canım anam, dərd yoldaşım, sirdaşım - ağlamsındım.
- Od olmayan yerdən tüstü çıxmaz deyiblər, deməli ailəmizdə belə şeylər var ki, danışılır. Eh sən də, danışırlar da, fikir verib hər şeyi ürəyinə salma, bəyəm kənddən səni bura camaatın dedi qodusu qaçaq salmadımı? Görmürsən iki dəqiqənin içində səni aparıb Dubaya çıxartdılar? Yaxşı ki tanımadılar məni, ay Allah, nə yaxşı ki tanımadılar.
Primorskiyə çatanda hava qaralmışdı, evlərdə işıqlar yanırdı. Binaların arasından keçıb, sahilə tərəf gəldikcə ürəyim quş ürəyi kimi çırpınırdı. Yenə təklənmişdim, yenə yalqızdım, yenə dəniz düşmənim olsa da dənizə möhtac idim, yenə dənizlə danışmaq istəyirdim.
Asfalt bitdi, qumsallıqlar başladı, dənizə istirahətə gedənlər, asfalta doğru gəlirdi, mən isə dənizə doğru irəlləyirdim, yay ayaqabılarımın ici qumla dolurdu. Ayaqqabılarımı cıxarıb iplərindən tutaraq əlimə aldım. Hələ tam soymamış isti qum ruhumu dincəldirdi. Barmaqlarımın ucu dənizin suyuna dəyəndə ucsuz bucaqsız dənizlə mücadiləm gözlərimin önünə gəldi. Bütün vücudum titrəyirdi, üzüm dənizə tərəf olsa da ayaqlarım ixtiyarsız bağ evlərinə tərəf gedirdi. Xəyalımda Çingizlə ilk rastlaşmam canlansa da bədənimdə əllərini hiss edirdim, nəfəsi boynumda , dodaqları dodağımda, barmaqları yanaqlarımda gəzirdi.
Budur biraz aralıda evləri gorünürdü, işıqları yanırdı. Həyətin balaca taxta qapısı açıq idi. İçəridə kölgələr oynaşırdı.
İlk görüş yerimizdəydim, ayaqlarımı mamırlı kubiklərin üstündə ləpələr yaladıqca suya baş vurmaq keçirdi ürəyimdən, elə dolmuşdum ki, ağlamaq, göz yaşlarımı dənizin suyuna qarışdırmaq istəyirdim. Soyunub paltarlarımı obyektin hasarına atdım, elə alt paltarında dənizə girdim.
Su soysa da hələ də ilıq idi. Su bədənimi islatdıqca bədənim uyuşub açılırdı. Üşüsəm də sudan çıxmaq istəmirdim, boğazıma qədər suyun altındaydım.
- Ahh Çingiz, məni tanıdın şöbədə bilirəm, bəs niyə dondun? Niyə arxamca gəlmədin? Axı gözləyirdim ki, sən mənim arxamca gələcəksən! Səninlə hər şeyı bölüşəcəkdim, ifadə vermişdim orda, Nərgiz olduğumu demişdim. İndi onların yanında deyə bilməzdim ki mən Elmirayam - Ağlayırdım. Suyu ovuçlayıb üzümə çırpırdım. Hətta hönkürürdüm,
- Xəbərin olmadı məndən, Cingiz. Səndən sonra çox şey dəyişdi, başıma gəlməyən qalmadı, bunları sənə danışmaq istəyirdim. Görəsən heç məni axtardın? Bu qız hanı, hardadır, başına nə gəldi deyə heç nigaran qaldınmı? Yox, əgər belə olsaydı, sən, sən elə ordan çıxıb gələrdin arxamca. Gəlmədin. Bəlkə sən də başqa kişilər kimisən? Bəlkə o gecəki günümüz, sadəcə bir ehtiras idi, sevməmisən heç məni? Bəlkə iradəmin zəifliyindən istifadə etmisən, sadəcə həzz almısan? Bəlkə də almamısan, bəlkə də peşiman olmusan, bəlkə də mənim kimi cinni, dəli biriylə münasıbət qurduğun üçün özünə nifrət etmisən? Səni bilmirəm, amma mən... Mən ilk həyəcanımı səninlə yaşadım, mən ilk səni sevdim... Sevmək? Bəlkə bu sevgi deyilmiş, bəlkə qadın olmaq istəyiymiş, bəlkə bu da bir ehtiras, bəlkə iradəsizliyimmiş. Bilmirəmm, bilmirəm...
Əllirim bədənimdə gəzirdi, barmaqlarım canımı çimdikdən çıxarırdı, hönkürə hönkürə ağladıqca ruhum sanki onun qollarının arasındaymışam kimi xumarlanırdı, bütün vücudum lərzəyə gəlmişdi, yenə onun olmaq istəyirdim, darıxırdım onun üçün. İçimdə amansız bir savaş başlamışdı, onu görmək, onunla danışmaq arzusu məni rahat buraxmırdı. Bu arzu o qədər güclü idi ki, nə işım, nə də Babanın dəstəsi vecimə deyildi. Sahilə tərəf baxdım, kimsə yox idi. məhəllələr arasında kimsə dayanmışdı , siqareti közərirdi. Adamın üzü görünmürdü. Məndən çox aralıda, demək olar ki bağ evlərinin sonunda bir qaraltı dolaşırdı. Dənizdən çıxıb, divarın dibində aşağı çöməlib yaş alt paltarlarımı çıxartdım, paltarımı geyinib islaq paltarlarımı sıxaraq çantama atdım. Yaylığımı qatlayıb boynuma bağladım. Deyəsən su məni yüngülləşdirmişdi, ağlamağım, çığlıq atmağım məni rahatlatmışdı. İndi Çingizlə rahat danışa bilərdim, özümü buna hazır hiss edirdim.
Məni bu vaxta qədər itirib axtarımamasının hesabını soracaqdım. Şöbədə məni tanıyıb niyə arxamca gəlmədiyini sinəsinə vura vura deyəcəkdim, köksunə qısılıb dəlicəsinə hönkürüb ağlayacaqdım. Yenə o zamankı kimi saçlarıma sığal çəkəcəkdi, onun da gözləri dolacaqdı qızaracaqdı...
İçimdə bir ümüd var ıdı. Çingiz neçə illərdir Rusiyada yaşadığını demişdi. Bəlkə bərabər Rusiyaya qaçsaq, mən də bu mafiyadan qurtarsam. Ümüdlə gedirdim...
Açıq qapidan içəri boylandım. Qızılgül kolları adam boyunda qalxmış, hər tərəf yaşıllanmışdı. Çardağın altındakı masanın başında ailə üzvləri oturmuşdu, nə qədər boylansam da üzlərini görə bilmədim. Səkinin kənarında samovar pıqqıldayırdı.
- Qoy görüm ay bacı!
Arxadan gələn səs ixtiyarsız məni geri atdı. Güllü idi, xəstəxanada gördüyüm, o yaşlı qız. Bir balaca dəyişmişdi, qaşı üzü alınmış rəngi rufu açılmışdı, elə bil bir balaca da sulanmışdı.
- Kim lazımdır?
-Şeyy... Nə deyəcəyimi bilmədim, Züleyxamı desəm, Çingizmi desəm?deyək ki Züleyxa dedim, getdi cağırdı sonra? Bəlkə məni çoxdan unutmuşlar, heç deyəsən Güllü belə məni tanımadı. Ya bəlkə qaranlıqdır, tanıyıb amma unamadı?
- Şey... Mən xəstəxanada...
Fikirimi dəyişdim, içimi dəli bir qısqanclıq sardı. "Bunun burda nə işi var ki?" Özüm öz sualıma cavab verdim "nişanlısı deyil?" "nolsun elə burda qalır?",, BƏlkə evlənib? Ola bilməz, belə tez, axı məni belə tez unuda bilməz ".
Aradan nə qədər zamanın keçdiyini unutmuşdum, elə bilirdim hər şey dünən olduğu kimi qaldığı yerdən başlayacaq.
- Ay xanım, nə lazımdır, qapıda durmusan?
- Çingiz, Çingiz evdədir?
- Yox yoxdur, şəhərə gedib, bu gün evdə olmayacaq. Nə lazım idi? Bilirdi gələcəyini?
- Hə işim vardı, bir şey verəcəkdi, özüylə danışmışdım - yalandan bir şey uydurmalıydım.
- Xəbərim yoxdur, elə şey olsaydı evdə deyərdi, qəfil işi çıxdı getdi, geç gələcəm dedi. Dedi müştəri gəlsə, deyin sabah gəlsin.
- Siz... Siz nəyisiz, bacısı?
- Nə bacı, arvadı...- Gülümsədi sabah gələrsiz, sabah işləyəcək - sanki gülməyiylə mənə "öl cəhənnəm ol, mən arvadıyam, gecələr mən onun qoynuna girib yatıram, o məni sevir, mən onun çörəyin yeyirəm, ailəsi məni gəlin kimi qəbul edib, sən kimsən axı? Sən sadəcə ehtirasına sahib çıxa bilməyən küçələrdə qalmış bir q..sən " deyirdı. Əsəbləşmişdim, ona yox özümə, iradəsizliyimə, şəxsiyyətsizlıyimə, saflığıma. Qapıdan necə ayrıldım bilmirəm, ayaqlarım neçə yola tərəf gedirdi, özümdən xəbərim yox idi. Ana yola çıxanda qarşımda bir maşın dayandı.
- Otur görüm!
Əyilib maşına baxdım. Babanın adamlarından idi...


                                      17 BÖLÜM


          Her yerdə Elmiranı axtarırdıq, Rəşad bütün işçılərini səfərbər etmişdi, Elmiranın qeydiyyatda olduğu ünvana baxış keçirilmişdi. Aldığı məlumata görə, 3 gün bundan əvvəl ordan köçmüşdü . Ev sahibinin dediyinə görə, Nərgiz işdən çıxdığı üçün daha burda qalmayacaqmış. İş yerindən də arayıb soruşdurduq, həqiqətən də həmin gün işdən özbaşına qaldığı üçün çıxarılmışdır. Mən nə olduğunu bilmirdim, amma Rəşad doğurdan da burda ciddi bir şey olduğunun fərqindəydi.
Dəqiq bilirdik ki, bu xanım Nərgiz yox elə Elmira özüdür ki var. Onun gizlənməsi və ya gizlədilməsi bunu düşünməyimizə dəlaət edirdi. Rəşadın arxasınca saldığı xəfiyə Elmiranın haralara getməyini, kiminlə görüşməyini deyəndən sonra buna mən də əmin oldum. Elmiranın bizə gəlməsi məni həyəcanlandırmışdı. Güllü gələn qadının müştərilərdən olduğunu sanmışdı. Lakin mən onun müştəri yox mənim sevdiyim, itkin düşən məhəbbətim olduğunu biləndə aləmi bir birinə qatdı. Anamgil də narahat olmuşdular. Bayaqdan Elmiranın yoxluğunda mənə təsəlli edən anam indi gəlininin müdafiəsinə keçmişdi.
- Ağlını başına yığ qadan alım, bizi el aləmin içində böyüzmü eləmə, gül kimi arvadın var, 3 günlük həvəsdən ötrü, xanım xatın gəlinimə söz demə. Get qıraqda nə qələt edirsən elə, amma bu evə Güllüdən başqa heç kimin ayağı dəyməyəcək.

ELMİRA

3 gün idi Babanın əlindəydim. Tozdan və motorların səsindən bilirdim ki, yenə karyeldəyəm. Hər yerım əzik əzik idi, möhkəmcə döyülmüşdüm, olmaz dərəcədə. Cəzam var imiş - Özümü ələ vermişdim.
Ailəmlə görüşməyimi boynuma almaq istəmirdim. And içib aman edirdim kı, sadecə onları uzaqdan görmək istəmişdim,
Anam üçün darıxırdım, anamı xəbər almaq istəyirdim. Ruqiyəylə görüşməyim isə tamamılə təsadüf idi. Zatən o da mənim ortaya çıxmağımı istəmədi.
- Bəs Primorskidə getdiyin ev? Danışdığın qadın?
-Allaha and olsun, o evdə bir baxıcı, ekstarsens olur, o vaxt balaca olanda anam məni onun yanına aparırdı. İnanmırsız gedin soruşun, yalan demirəm. Onunla görüşmək istədim, dedim bir baxsın görüm gələcəyim neçə olacaq? Bir çıxış yolu axtarıram, nə edim mən də insanam, həyatımı nizama salmaq istəyirəm, belə yaşayışdan bezmişəm. İstəyirəm gələcəyim, yuvam olsun.
- Mən deməmişdim sənə gələcəyini? Bilmirsən gələcəyin necə olacaq ? - Deyə Baba əlindəki qamçıyla məni o ki var döyurdü.
- Ölənə qədər bizimlə olacaqsan, ya başından qəbul etmiyəcəkdin, ya etmisənsə sona qədər olacaq, su səhəngi suda sınar, bunu hələ sən bilmirsənsə yaşamağa da haqqın yoxdur.
- Qurban olum döymə, Baba, vallah sizə xəyanət ağlımdan belə keçmir, Allah haqqı. Vurma nolar, vurma...
- Sənin arxanca polis düşmüşdü. Ağlın hardadır sənin? Mütəllim sənə nə dedi telefonda? Hə, cavab ver!
Kürəklərimə dəyən qamçıdan yerimdə qovruldum, zarıya zarıya:
- Dedi evə get, bir yerə çıxma -dedim
- Sən neylədin, gələcəyinə baxdırmağa getdin, yuva qurmaq istədin? Tələsmə ay analı bəxtəvər, sənin yuvanı da quracağıq, madəm yuva istəyirsən? Dayan...
Baba əsəbindən zincir gəmirirdi. Vurduğu qamçılaradan bədənim zoğ zoğ olmuşdu.
- Anasından ötrü darıxıbmış ? Baayyy bayyy... Bizim anamız atamız ailəmiz yoxdur, olmayıb da... Nə lazımdır sənə gələcək? Həə? Əlimizin duzu yoxdur ee, kimə çörək veririk, arxamızdan şıllaq atır. Az, hamıdan çox pulu sən qazanırsan ay nankör. Əynin, başın, yaşayışın... Day nə istəyirsən? Gələcək dediyin ərdir? De verək səni ərə dəə, sən gələcəyini bizdən soruş, baxıcıda, falçıda nə işin var?
Özümün razılığım olmadan qərarım verilmişdi. Ya onların dediklərini etməliydim, ya da...
Tozlu komada 3 gün idi, ac susuz idim. Açlıqdan başım gıcəllənir, susuzdan çanım od tutub yanırdı. Axşam günəşı komaya şığıdıqca, günəşdən soba kimi qızmış şıferin istısi məni icəridə qovururdu, tərdən bütün bədənim yapış yapış olmuşdu. Kirli və cındır döşəyin tozü bütün bədənimə yapışmışdı. Bir ovuc su lazım idi üzümə çırpıb sərinləyəm, bur qurtum su lazım idi, içib toxtayam.
Susuzluqdan və aclıqdan gözlərim qaralırdı. Yenə qarabasmalarım başlamışdı. Şər qarışar qarışmaz şlyapalı, qara plaşlı bir kişi peyda olurdu. Cox belə qarabasmalarım olmuşdu, paranormal həyat yaşamışdım, amma ilk dəfəydi belə şey gorürdüm. Adi insan idi, sadəcə ayaqları tərs idi. Otaqda qırıq güzgü varidi, qorxmamaq üçün güzgünün üstünə hansısa fəhlənin qoftasını atmışdım, di gəl ki, şər qarışdımı, o kişi peyda oldumu, güzgünün üstündəki örtünü çəkir, məni saçlarımdan sürüyərək aynanın qarşısına gətirir özüm özümü eybəcər görürdüm, dilim üzun, ağzıma yerləşmirdi, gözlərimdən qan gəlirdi. Qorxumdan çikkə çəkib qışqırırdım, Babanın adamları tökülüb gəlirdi. Lakin mənim gözümə görsənənlər Babanın adamları yox, cinlər idi. Məni döyənlər Babanın adamları yox onlar idi. Səhər olurdu, sanki heç nə olmamışdı.
Nəhayyət işgəncəm bitdi. Nə qədər keçdiyini bilmirdim. Bir gün Baba yanında 35 - 40 yaşlarında bir adamla içəri girdi.
- Gələcəyini bilmək istəyirdin, al sənə gələcəyin.
Gözlərimi döyüb ilk dəfə gördüyüm adama baxdım. Üzündə gicgahından burnunun üstünə qədər şırım var idi., zəif və çəlimsiz adamın qəribə rəngi rufu var idi, belı donqarlaşmış, uzun boynu çiyinləriinin arasında gizlənmişdi.
- Səni verdim buna, ər istəyirdin. Di get bu da sənə ər.
- Baba, qurban olum, nə deyirsiz edərəm, yalvarıram, buraxın məni gedim.
- Buraxıram da, amma tək yox, Zakirnən. Bundan sonra o nə deyir, onnan oturub durasan, gələcək deyirdin də, sənin gələcəyini biz yazırıq, Zakir sənin ərindir, bildin?, - qapını açdı - Di hazırlaş, gecə yola çıxırsız
- Hara? - Babanın ayaqlarına düşüb yalvardım - Məni heç hara yollama, nə deyirsiz edərəm. Qurban olum, başına dönüm...
Baba təpıyiylə məni özündən uzaqlaşdırıb, yanındakı kişiyə baxdı:
- Apar arvadının qarnın doyuzdur, əynin başın geyindir, maşın hazırdır, axşam çıxırsız yola
Babanın məni təpikləməsinə baxmayaraq onun qıçlarını buraxmırdım. Ağlaya ağlaya Babanın ayaqlarına düşmüşdüm :
- Qurban olum Baba, ölüm ayaqlarının altında, nə deyirsiz eliyərəm, vallah, Allah haqqı, hara deyirsiz gedərəm, amma məni tanımadığım, bilmədiyim yerə göndərməyin, yalvarıram.
- İndən sonra nə lazımsa Zakir göstərişini verəcək, onun dediyini elə, vəssalam, elə bil ki yenə bizlə işləyirsən, qorxma səni öldürməyə aparmır, evin, eşiyin, toyuğun cücən, malın heyvanın da olacaq, olasan ev arvadı, sən bizim dünyanın adamı deyilsən. Otur kişinin qulluğunda dayan, qalanıyla işin olmasın. Ama eşidib bilsəm ki aa, kişinin sözündən cıxmısan, bəxtinə küs...
Daş kamazına minib yola çıxanda gecə yarı idi, Tale yenə başımda hansı corabı hörürdü bilmirəm, yenə taleyin hökmünə boyun əyib gedirdim, əlimdən heç nə gəlmirdi. Bəxtimdən küssəm də, yaltaq köpəklər kimi yenə də ona yaltaqlanırdım...
Səhərə yaxın bir kəndə çatdıq, bura haraydı, hansı bölgəydi bilmirdim, uzun yol boyu nə o, nə, də mən danışmamışdıq. Küsülü adamlar kimi ona nifrətlə baxırdım. O isə əksinə, rəqibinə yandıq verirmiş kimi gülümsəyirdi. Radionun səsini açıb, özü də fit cala çala mahnını zümzümə edirdi. Sanki mənə açıq verirdi. Əsəbləşirdim onun bu hərəkətlərinə. Yolda bir neçə dəfə qoluna yumuruqlayıb, maşını saxlatmışdım. Düşüb yorulana qədər xeylı yolu qaçıb getmışdım. O da maşınla addım addım ardımca gəlmişdi. Bəzən də yol kənarında qışqıra qışqıra ağlamışdım. O isə maşınına söykənib, siqaretini yandırmışdı. Gecənin sükutunu, çölün səssizliyini mənim hıçqırıqlarım, bağırtılarım pozurdu.
Böyük, yaşıllıqlar arasında çiy kərpicdən tikilmiş balaca daxmanın qapısını açıb, yoldan aldığı yeyəcəkləri götürüb içəri keçdi, mənə baxıb başıyla, gəl işarəsi verdi. Ürkək adımlarla içəri girdim. Ürək bulandlrıcı qoxudan ürəyim ağzıma gəldi, içəri səliqəsiz, dağınıq, hər tərəf kirli qab qaşıq və içki şüşələriylə dolu idi. Bir anlıq bura mənə Volidiyanı xatirlatdı, eynən onun qaldığı daxma kimi idi. Bir fərqi vardı, bura balıq qoxumurdu.
Zakir əlindəki torbalari masanın üstünə qoyub, divarda vurulmuş taxçanın yanına keçdi, nəsə axtarıb tapdı. Əlində bir blaknot və qələm mənə yaxınlaşdı, qəribə baxışlarla məni süzüb kağıza nəsə yazdı. Mənə göstərdi. Elə bu zaman bildim ki, Zakir lal imiş, dili yoxmuş... "Yeni evinə xoş gəlmisən" yazmışdı. Nə deyəcəyimi bilmədim, ürəyimin yanıqlı tarından bir sim də qırılıb düşdü. Buna da razılaşmalıydım, başqa yolummu vardı?
Saçlarıma sığal cəkib, mehriban baxışlarla məni süzdü. Üzümdən xoş bir çımdık alıb başımı bağrına basdı. Dayana bilmədim. Qara bəxtimin tərs üzünə etiraz edib sinəsini yumuruqlaya yumuruqlaya hönkürdüm. O isə heç nə demədən, heç nə etmədən hələ də başımı sinəsinə sıxmışdı. Nəhayyət ağlayıb sakitləşdikdən sonra kağız qələmini götürdü. Gedib günortadan sonra gələcəyini yazmışdı, ona qədər mənim yatıb dincəlməmi istəyirdi.
Nə yatması, bu iydə qoxda yata bilərdim? Zakiri yola salıb yeni yuvamı qaydaya saldım, yüngülvarı təmizləyib, otağln bir küncünə qoyulmuş balon qazını təmizlədim, evin arxasındakı arxda çaydan və çayniki yuyub təmizləyib surahinin üstündəki dolu vedrədən su doldurub cay qoydum. Yoldan aldığımız şeyləri masaya düzüb oturdum. Nə illah etdim ağzıma loxma qoya bilmədim. Yolun yorgunluğu canımdan çıxmamışdı. Yuxu gözlərimdən süzürdü. Evin bir küncündəki dəmir çarpayıya baxdım, elə yorğun idim ki, carpayı sankı məni çağırırdı. Yorğan döşəyə it baş aparmazdı. Nə edim, bundan sonra lüks həyatım olmayacaqdı, qəbul etməliydim.
Leş qoxusu verən yatağa girəndə, "şlyapalı kişı" qapıda göründü, daha onunla uğraşmağa halım yox idi, gözlərim yumulurdu.

Zakirin yeddi yaşı olanda, atası tutulub, anası da Zakirin atasına xəyanət edib. Anasını başqa kişiylə dəfələrlə bir yerdə görən Zakir, uşaq olsa da anasına və anasının sevgilisinə hədə qorxu gəlibmiş. Onların gecələr evlərində gizlin görüşdüklərini, nənəsinə, babasına deyəcəyini söyləyəçəyini, deyib. Elə həmin vaxt anasının oynaşı Zakiri yerə yıxıb, dilini kəsib, bir də danışarsa onu öldürəcəyiylə hədələyib, ağzından qan süzə süzə nənəsi gilə qacan Zakiri anası tutub tövləyə bağlayıb, ozü oynaşıyla onun dilinə məlhəm edib, qanın kəsmədiyini görüb qorxuya düşüb, məcbur qalıb həkimə aparıb. Guya Zakir təzə bıçağın üstündən bal yalayarkən dilini bıçaq kəsib atıb.
O zaman onlar Bakı kəndlərinin birində yaşayırmışlar.
16 yaşı olanda Zakirin anası artıq nəinki kənddə, hətta şəhərdə də ad qazanmışdı. Qəsəbədə anasını daş qalaq eləsələr də qadın murdar əməllərindən qalmırdı, evinə kişi gətirirdi. Zakirin dilini kəsən adam son günlər onların daimi sakini olmuşdursa da, kişi anasını şəhərə müştəri yanına yollayır, ya da anasına özü müştəri gətirirdi. Gözlərinin şahidi olmuşdu, anasını döyərkən anasını onun əlindən almaq istəsə də balaca Zakirin buna güçcü çatmamışdı.
Dilinə görə məktəbə gedə bilməyən Zakiri, qonşular məzəmmət edibmış, anasının əxlaqsızlığını onun üzünə vurub, tay tuşları Zakiri döyürmüş.
Anasının ilk sevgilisinin , anasyla işi bitmişdi, indi hədəfi , balaca Zakir idi. anası evdə olmayanda, Zakiri onunla əxlaqsız hərəkətlərə məcbur edirmiş. Qorxusundan bunu heç kimə açıb ağartmasa da ürəyində o alçağa qarşı kin yığıraq böyüyürdü , onu öldürmək üçün planlar cızırdı. Və bir gün bunu etdi. Evdə gizlənib kişinin gəlməsini gözlədi. Fürsət tapıb baltanın arxasıyla boynuna vuraraq onu yerə sərdi, əl ayağını möhkım bağladı. Kişiyə o qədər nifrət edirdi ki, istəyirdi ona edəcəyi işgəncələri, kişi özü öz gözüylə görsün. Necə ki, o Zakirə işgəncə verərək həzz alırdi, Zakir də bu keyfdən ləzzət almaq istəyirdi. Kişi özünə gələndən sonra, kişinin ona etdiyi bütün əxlaqsızlığı o adama etdi. Həm də bir dəfə yox dəfələrlə. Zakirə etdiyi təcavüzü Zakir də ona etdi, bundan ürəyi soymadı, baltayla kişini xıncım xıncım doğradı. Meyidi orda qoyaraq baltanı gödəkcəsinin altında gizlədir və anasının iş yerinə gəlib, onu da orda yaralayıb. Hadısə yerinə gələn polisə özü təslim olub. O zaman Zakirn 16 yaşı var imiş.
Anası çox keçməyib xəstəxanada canını tapşırıb. İki adamın ölümünə və çinsi istismara məruz etdiyinə görə Zakirə 15 il iş veriblər, sonradan bəraət qazansa da bu ona qısmət olmayıb.
Türmədə Zakir xoş qarşılanıb, başda tutulub, di gəl ki, orda da mərdüməzar bunu tapıb, türmədə bıçaqlanıb, üzündəki şırım da həmin günün yadıgarıdır. Zakir də qabağından yeyən olmayıb, onu bıcaqlayan adamı fürsət tapıb öldürüb. Və o yatan türmədə taa bu vaxta qədər yatıb. Bir il iki aydır türmədə çıxdığı. Evlərinə getməyib, qalacaq yeri olmadığından, türmə ,,şefi" onu burda yerləşdirib...
Bütün bunları ilk günümüzdə masa başında oturarkən blaknota yazaraq danışmışdı. Həyatının qısa özətini danışdıqca ürəyim ağrıyır, onun qara taleyınə acıyirdım, tanımırdım, kim olduğunu bilmirdim. 3 nəfərin qatili olsa da o da insan idi, yaşamağa, xoşbəxt olmağa haqqı var idi. Onun belə kinli olması mənə də sözünü deyirdi. Bəlkə də həyatını mənə danışmaqla, ayağımı dəng almamı istəyirdi. Yanı ağlını ora bura azdırıb səhv hərəkət etmə, əli 3 nəfərin qanına bulaşan biri üçün mənim ölümüm toyuq başı kəsmək kimi bir şey idi.
O gün qərarımı vermişdim. Lal da olsa, qatil də olsa təslim olacaqdım. Çünki başqa yolum yox idi. Məcburdum.
Gecədən xeyli keçənə gədər oturduq, gündüz yatmışdım deyə yuxum gəlmirdi. O da məni qoyub yata bilmirdi. Blaknot əlində məni evdə, bağcada gəzdirir, deyəcəklərini yazaraq, məni həyət bacayla tanış edir, tapşırıqlarını verirdi. Ətrafımızda təkəm seyrək balaca daxmalar görsənirdi, Zakirin dediyinə görə bura kənd camaatının əkin yeridir, bura yaz vaxtı gəlib əkərlər, bəzən də iki üç gündən bir kişilər gəlib əkinlərin sulayıb gedərlər. Buralarda qız qadın görmək çətin məsələdir. Odurkı buralara bələd olmadan, cölə bayra çıxmamı istəmirdi.
Bunları yazarkən üzümə qəribə ifadəylə baxırdı, sanki baxışlarıyla anasının başına gələnləri mənə xatlrladırdı. Yanı birdən ağlım azar artıq əskik bir şey eşidərəm, sonra bəxtinə küs deyirdi. Günüm darıxdırıcı və sıxıcı keçəcəyini bilə bilə razıydım, belə bir insanın yanında, bu şəraitdə başqa yolum da yox idi.
Evin qabağında qoyulmuş masanın arxasında oturmuşduq. Çəyirtkələrin səsi ətrafı bürümüşdü. Arx tərəfdən arada bir qurbağaların səsi gəlirdi. Zülmət bir gecədə bir bizim damımızda sanki günəş doğmuşdu. Caydanı götürüb içəri keçdi. Mən isə hələ bayırda idim. İlk gecəmizi düşünürdüm, necə olacaq deyə. İçəridə bir dənə dəmir çarpayı bir dəst də yorğan döşək vardı, istəsəm də istəməsəm də bərabər yatacaqdıq. Bilirdim bir gün onun qoynuna girəcəyimi. Lakın mən buna hazır deyildim. İstəmirdim. Çox həyəcanlı idim, Cingizin yerinə heç kimi qoymaq istəmirdim, onunla yaşadığım gecənin aliliyinə xələl gətirmək istəmirdim. Eyni zamanda da ona hırslənirdim:
- Aldadıldığıma, duyğularıma etdiyin hörmətsizliyə görə bəlkə də səni heç vaxt bağışlamayacam Çingiz! Sevgimizə xəyanət etmisən , evlənmisən, bu zamana qədər nələrlə qarşılaşdım. Allahıma şükür edirəm ki, nə Volodiya, Nə də Babanın adamlarından oğraş biri çıxmadı qarşıma. Kimsə mənə əyri gözlə baxmadı, bəlkə elə buna görə üzüm qarşında ağdır Çingiz , inansan da, inanmasan da, səndən başqa kimsə mənimlə başqa hərəkət etmədi, nə də mən sənə xəynət etmədim. Səni bəlkə də həmişəkindən cox sevirəm, sevdiyimdən də çox əsəbiyəm sənə , hirslənmişəm. Bəlkə sənə əsəbləşməsəydim, Zakirə razılıq verməyəcəkdim. Sənə acıq olsun deyə gəldim, özümə divan tuta tuta gəldim... Nə çəkdiyimi bilmədin Çingiz... Necə gəldiyimi görmədin. İndi başqasının evində olsam da, onunla eyni yatağı paylaşmağa məcbur olsam da, ürəyimin qapıları kilidlidir. Kimsə o ürəyin hakimi ola bilməz! Bəlkə cismim kirlənər, ləkələnər, amma ruhum əsla, ruhum da, ürəyim də sənə aiddir...
Gözümün yaşını silib, dərindən nəfəs aldım. Ulduzları parlayan göylərə baxdım, gözlərimdən süzən yaş boğazıma qədər endi.
- Qalxırıq, Emiş, gedirik, içəri - sanki ruhumu bədənimdən ayırib ona tapşırıq verirdim. İkiyə bölünmüşdüm, ruhum və cismim. Özümlə danışırdım :
- Bax heç nə olmamış kımı davam edirik, nə edək, bu da bizim taleyimizdir Emiş, mən Zakirin arvadı olacam, sən onun xəyalıyla yaşayacaqsan. Belə razılaşdıq, indən sonra belə yaşayacağıq, gündüz burda görüşürük, gecə ayrılırıq. Mən içəri, sən ona...
Ayağa qalxıb, geri dönəndə Zakirlə üz üzə gəldim. Qəribə, həyəcanlı, həm də tərs baxışla mənə baxırdı. Demək bayaqdan danışdığımı eşıdirmiş. Gözlərimi gözlərindən ayıra bilmirdim, indi nə deyəcəyini gözləyirdim, bəlkə də üzümə tüpürəcək, ya da döyəcək, bəlkə də Baba kimi qamçılayacaq. Hələ Babanın vurduğu qamçının zoğları canımdan getməmişdi. Ağrıları ürəyimi zoqquldadırdı. İndi də bununu təkrarını Zakirdən gözləyirdim. İlk gecəmiz idi, hələ arvadı deyildim, ruhumu ondan üzaqlaşdırmışdım. O bunu normal qarşılayacağına inanmırdım.
Əlindəki torbanı mənə uzatdı içəri keçdi. Mən də arxasıyca içəri girdim. Çarpayının üstündən yorğanı götürüb bayra çıxdı. Həyətdəki masanın üstünə sərib təkrar içəri gəldi . Mən də onun arxasınca fırlanırdım. Sankı biraz əvvəl məndən eşitdikləri ücün üzür ıstəyəcəkmiş kimi üzünə baxırdım, dilim gəlmirdi ondan üzür istəyəm.
Əlimdəkinə işarət etdi. Açıb baxdım, təzə çarşaf idi. Çarşafı əlimdən alıb torbasından çıxardaraq yatağın üstünə sərdı. Əlimdən tutub məni çarpayının yanına gətirdi.
- Vəssalam, Emiş, burda vidalaşaq artıq Çingizlə - deyə ürəyimdən kecirtdim - Artıq bu gecədən mən sənin deyiləm. Əlvida ilk məhəbbətim, əlvida eşqım...
İçimdə bir hıçqırtı qopmuşdu. Gözlərimin yaşını içimə axıdırdım. Zakir gözlərin gözümə zilləmişdi. Sanki gözlərimdə nəsə axtarırdı. Özümdən asılı olmayaraq gözlərim yumuldu. O mənim gözümün içinə baxaraq ürəyimə yol alacağından qorxurdum. Kıprıklərim nəmlənmişdi, çənəm büzülmüş, dodaqlarım əsirdi. İçımə buraxdığım hıçqırıqlardan titrəyirdim.
Çiyinlərimdən tutdu, elə bilirdim öpəcək. Öpmədi, çarpayıya oturdub getdi.Addımlarının səsi uzaqlaşdıqca qulaqlarıma inanmırdım. Çaşqın çaşqın gözlərimi açdım. O çöldəki masanın üstündə yatmağa hazırlaşırdı. Şlyapalı kişi isə içəridə tüğyan edərək, mənə baxıb gülürdü...
Səhər yuxudan qalxanda onun qoynunda idim. Deməyəsən gecə yağış başlayıb məcbur qalıb içəri keçib, yerdə yatağını salsa da, orda rahat edə bilməyib yanıma gəlib...
Günlərimiz beləcə keçirdi. Səhər hava açılmadan harasa gedir, sonra gəlib yatır, səhər çay çörəyini yeyib rayon mərkəzinə gedirdi. Bəzən məni də aparıb, üst başıma bir şeylər alırdı, evə lazım olan əşyalar da almışdıq. Soyuducu televizor... Məftillərdən anten düzəldib evin yanındakı çinarın başına taxmışdı. Baki, Moskva kanallarıyla bərabər iran kanalını da göstərirdi. Səsi çıxmırdı. TRT kanalı lap ürəyimcə idi. Uşaq kimi sevinmişdim bu kanal göstərəndə.
Hardansa bir dəst yorğan döşək də tapıb gətirmişdi, ayrı yatırdıq, əvvəl bu məni sevindirsə də sonradan bu vəziyyət mənə çox təsir edirdi. Məni qadımlığıma utandırırdı. Döşəyini götürüb, yerə və ya həyətdəki masanın üstünə atanda elə bilirdim, dədəmə nənəmə söyürlər. Amma özümü o yerə qoymurdum.
Evi, mənim yaşamımı səliqəyə salandan Bir həftə sonra işə çıxdı. Bakıdan rayona daş gətirirdi. 3 4 gün gəlmirdi, gələndə bir və ya iki gün qalıb gedirdi. Mənə tapşırmışdı səhərə yaxın kimsənin gözünə görsənmədən təpənin aşağısındakı sahəni sulayıb gəlim, orda əkilənin nə olduğunu soruşanda "qızıldır" deyə yazmışdı. Qeyri qanuni şey olduğunu hiss etmişdim, soruşmuşdum da, qorxma sənlik bir şey yoxdur. Soruşan olsa xəbərim yoxdur de vəsalam.
Bəli həyatımız beləcə davam edirdi, o 3 4 gün sonra gəlir bir ən cox 3 gün qalıb gedirdi. Düzünü düsəm o gələndə sevinirdim. Həyatıma tənhalıq yazılmışdı, təklikdən əziyyət çəkirdim. Elə bil təbiət mənimlə oyun oynayıb məni təbiətiylə sınağa çəkirdi. Uzun müddət dənizin ortasında tənha yaşamışdım , indi də burda - meşənin ortasında. Qonşu ərazilərdə bir insan görəndə az qalirdım, qaçıb gedəm onlarla danışam. Qorxurdum... Qorxurdum ki yad kişilər səmimiyyətimdən istifadə edib, balaca yuvama ayaq açar, 3 nəfərin qatili olan Zakirin bu dəfəki qurbanı 5 olar.
Zakirlə ər arvad oyunumuz, sadəcə dildə idi, heç bir münasibətimiz yox idi. Bu da mənə pis tədir edirdi. Madəm yuva qurmuşuqsa bu laqeyidlik nə idi? Axı bir ər arvadıq. Kənd mollasının yanina getmişdik, kəbinimizi kəsmişdi. Deyirdi rəsmi nigah da olacaq. Lakin çox güman ki, məni hələ də axtarırlar, ona görə də, hələ üzə çıxmamı istəmirdi.
İşdən gələndə evə gəlib, yuyunub təmizlənər, allah verəndən yeyib içər. Axşama qədər yatıb dincələr, axşam ər arvad təbiətin seyrinə çıxarıq. Əsla və əsla, bizim yaşıllıq sahəmizə getməzdik, seyrək meşəliyə , taa iranla aramızda görsənən sərhəd məftillərinə qədər gedərdık, sərhəddən 200 300 metr aralıda o vaxtan qalma xarabalıq evlər vardı ordan oturub sərhəddin o tayina baxırdıq. Bəzən nəyisə soruşanda, cibində gəzdirdiyi kağıza cavablayardı.
Gecə 3 4 saat yoxa çıxırdı, Səhəri yeməyimizi yeyib, cayımızı icdikdən sonra rayon mərkəzinə, bazara gedərdik, vara yox deməzdı, əlimi nəyin üstünə qoyardımsa alardı,
Get gedə ona alışmışdım, pis adam deyildi, mehriban idi. İçirdi, nəşə də çəkirdi, amma mənimlə işi yox idi, xəstə idi, elə kəskin öskürürdükı, boğazından qan gəlirdi. Həkimə getməsini istəyirdim, boş ver deyirdi. Yediyi qablarını özü yuyub ayrı qoyurdu. Qablardan istifadə etməməyi tapşırmışdı. Evdən xloru əskik etməzdı. Qabları, paltarları xlorla yumağımı tapşırmışdı. Bilirdim nəsə ağır bir xəstəliyi var, soruşurdum demirdi. Bəlkə də xəstəliyini eşitsəm, pis olacağını düşünürdü, bəlkə də onu qoyub qacacağımı fikirləşirdi, nə bilmək olur, bəlkə də ondan diksinəcəyimi ağlına gətirirdi.
İki keçi, bir inək almışdı, elə sevinirdim ki, elə bilirdim evimə həmdəm gəlib, kənd bazarından beş - altı toyuq, qaz da almışdım. Elə başımı heyvanlarla qatırdım. Di gəlki tülkü məndə toyuq cücə qoymurdu. Barmaq boyda bir dəlik tapan kimi girib toyuqlarımı aparırdı. Məcbur qalıb, gecələr toyuqları evimin bir küncündə yer edirdim, orda saxlayırdım
- Allah sənə köməy olsun ay Zakir, əlin daşla oynayır, gətir bir maşın daş tök bura, toyuqlara yer elıyım, tülkü gırməsin, bu gün sabah qış qapını kəsəcək. Nə desəm də faydası yox idi. Dünyanin o nazu neməti yox idi alıb gətirməmiş olsun, di gəl ki ev qurmaqla arası yox idi, o təsərüfatı nə zülümlə qurdurmuşdum ona.
Nə qədər ki havalar istiydi, onun yatağı həyətdəki masanın üstündəydi, elə ki yağışlar başladı, yatağını carpayımın aşağısına daşıdı. Havalar soyduqca xəstəliyi də artmışdı. Nə edəcəyimi bilmirdim, qızdırmadan alışıb yanırdı, rəngi meyid rəngi kimi saralmışdl. Arada məni kəndin xəstəxanasına aparıb mənə də özünə də "aşı" vurdururdu. Bir gün o evdə olmayanda xəstəxanaya getdim. Həkim yox idi, amma tibb bacısın tapıb, evdən apardığım pendiri stolun üstünə qoydum.
- Zakirin nə dərdi var, məndən gizlədir, həm də istəyirəm bir yerdə həkimə gedək, nə illah edirəm getmir.
Tibb bacısı məyus baxışlarla üzümə baxdi, sevgi tarıxcəmizi soruşdu.
- Yetim qızam kimim kimsəm yoxdur, nə bilim tanış olduq, evlənmək istədiyini dedi, qəbul etdim.
- Bəs uşaq zad fikirləşmirsiz?
- Əslində elə bunun üçün gəlmişəm bura, məndə problem yoxdur, amma o...
Elə həmin vaxt bilmişəm ki, Zakir xroniki xəstədir, ağciyərlərində problem var. Vərəm dispanserinin nəzarətindədir. Vərəmiş bu da cinsi fəaliyyəti zəiflədirmış. Lakin tib bacısının dediyinə görə bu zəiflik yanı heç nə olmayacaq dərəcədə üstələməməlidir. Demək burda başqa bir şey var...
Həqiqətən də pis olmuşdum, demək ki onun başqa problemi varmış, demək ömürboyu belə yaşayacaqdıq. Ağlıma hər şey gəlirdi, suallar yağmur damlaları kimi beynimi döyəcləyirdi.
- Yaxşı deyək ki, problemi var, bəs öpmək, sevmək? Mənidəmi fikirləşmir? Axı mən qadınam. Ər deyirəmsə mən bunları ondan gpzləyirəm.
Ona alışmışdım, aramızda heç bir münasibət olmasa da onu ailə kimi qəbul etdişdim, mülayim və xoş xasiyyətinə görə onu sevirdim, o məndən qacdıqca mən daha çox onun olmaq istəyirdim. Gecələr mənim üçün çəkilməz idi. Yatağımdan yanına sürüşüb, saatlarla yanında uzanırdım, yorğun olurdu, bərk yatan idi. Bəlkə də deyildi, hiss edirdi, qarşılıq vermirdi. Barmaqlarımın ucuyla solğun yanaqlarında gəzirdim, tütündən saralmış bığlarını qarışdırırdım, hər zaman bozarmış və qurumuş dodaqlarına toxunurdum, bəzən inçə bir öpüç alırdım, oyanmırdı, Pıs olurdum, qadın olduğuma nifrət edirdim, gözlərimin yaşını içimə axıdaraq alnından, üzündən öpüb yatağıma keçirdim. Elə bu vaxt şlayapalı kişi peyda olurdu. Mənim bu halıma güldükcə dəliyə dönürdüm . Şlyapalı kişi rəsmən mənimlə əlaqədə olmaq istəyirdi , paltarlarımı dartıb çıxarır, bədənimin hər yerinə toxunurdu. Bayaqdan toxunuşlarıma qarşılıq verməyən Zakir səsimə oyanırdı. Nəriltimdən qulaq tutulurdu. Əlimi qolumu tutaraq məni sakitləşdirməyə çalışırdı. Çılpaq bədənim bədəninə dəydikcə süst düşürdüm. Gücüm qüvvəm əlimdən gedirdi elə bil. Elə bu vaxt həmin "şlyapalı kişi" fürsətdən istifadə edib, istədiyini edirdi . Qan tərə batıb Zakirin qollarında bayılırdım... Artıq bu halım adət halını almışdı. Belə nəticəyə gəlmişdim ki, mən Zakirin yox, elə o şlyapalı kişinin arvadıyam...
Arada qonaqlarımız da olurdu. Baba və onun adamları, bəzən də onların sevgililəri olan qadınlar da gəlirdı. Belə vaxtlar, mənim üçün toy bayram olurdu. Kimliyinndən asılı olmayaraq insan görəndə sevinirdim. Hər qonağımız gələndə Zakir aşağı kəndə gedib iri yağlı bir toğlu alırdı kəsib kabablardı. Yemək icmək, vur çatlasın, çal oynasın iki gün davam edərdi. Yorğan döşəyimiz yox idi bunun da çarəsi tapılmışdı. Döşəklərimizi yanyana salıb biz qadinlarla içəridə yatırdıq. Kişilər də maşınlarda. Demək olar ki heç yatmırdılar. Gecədən yaşıllıq sahəyə gedir, sabah gəlirdilər. Orda biçin vaxtı idi. Neçə biçirdilər, biçdiklərini neyləyirdilər bilmirdim. İki gündən sonra daxmam suyu sovrulmuş dəyirmana dönərdi, bir özüm olurdum, bir dizim.
Qış qapını kəsmişdi, Zakirin xəstəliyi daha da şiddətlənmışdı. Buna baxmayaraq heç bir tədbir görmürdü. Arada bir kənd ambulatoruna gedir, dərman alıb gəlirdi. Həm xəstəliyindən yana, həm də havanın soymasından işi də dayanmışdı deyəsən. Bir yerə çıxmırdı. Bütün günü evdə uzanıb televizora baxır, bişirdiyim yeməkləri ləzzətlə yeyirdi.İçəridə iş gördükcə məni qəribə baxışlarla süzürdü. Açığı xoşuma gəlirdi onun bu baxışları.Bir qadın kimi hiss edirdim özümü , belə vaxt fürsətdən istifadə edib yanına gəlib qoynuna girirdim. Elə həmin vaxt da nəyisə bəhanə edib həyətə çıxırdı. Bəzi geçələr onun mənə yaxınlaşdığını, uzanmış saçlarımı qaldırıb öpdüyünü hiss edirdim. Elə həmin vaxt qalxıb yatağımda oturaraq, niyə məndən çəkindiyini, niyə mənimlə ailə kimi ola bilmədiyimi soruşurdum. Heç nə demirdi. Məndən yatmağımı istəyirdi. Bu evdə mənim iki ərim vardı, gündüzlər Zakir, gecələr şlyapalı kişi, mənim bütün ehtirasımı o söndürürdü.
Neçə gün idi Bakıdaydı. Gəldi. Məni də götürdü şəhərə getdik. Biraz gəzib dolaşdıq. Əynimdə paltom yox idi. Çox gözəl bir palto aldı geyindirdi. Bir dənə də dəri plaş aldı. Çox sevincliydim. Uşaq kimi atılıb düşürdüm. Hiss edirdim ki mənim belə şıltaqlığım onu da xoşbəxt edirdi. Onun belə keyfli olmağı mənim də ürəyimcə idi. Bəlkə saqqızını oğurlaya bildim. Dilə tutub onu həkimə aparım, dərdi nədir bilim, görüm. Həyat belə çəkilməzdur. Bunun bir sonu olmalıydı ya yox? Bəlkə onunla münasibətim normalaşarsa qarabasmalarım da çəkilər. O özü də narahat olurdu mənim bu qarabasmalarımdan. Amma nə edəcəyini, hardan, necə başlayacağını bilmirdi.
Bazarlıq eliyərkən tək düşüncəm bu idi. Bu axşam nə olur olsun onunla danışacaqdım. Həkimə aparacaqdım onu.
Bazarlığımızı eləyib maşına yığdıq. Çıxıb oturacaqdım ki əlimdən tutub aşağı endirdi. Məni yaxınlıqdaki qızıl dükanına gətirdi.
Vitirində işıq vuran qızılların işığından gözlərim qamaşırdı. Bir qızıllara, bir də dönüb Zakirə baxırdım. Mənə bir şey seçməyimi işarə elədi. Nəyə baxacağımı, nə seçəcəyimi bilmirdim. Belə şeylərə alışqın deyildim. Bir neçə dəst göstərdi, üzük seçdi. Gözəl idi. Amma istəmədim, ağır gəlirdi mənə belə şeylər. Hara gedirdim ki, harda taxaçaqdım belə bərli bəzəkli şeyləri. Nəhayyət incə və son dərəcə zövqlə işlənmiş bir sep seçib boynuma tutdu. Satıçının verdiyi güzgüdə özümə baxdım cox gözəl idi. Hədsiz gözəl idi, uzun boynumdan sinəmin ortasına qədər uzanırdı. O da bəyəndi, yaraşdırdı. Bir dənə də incə qaşlarla işləməli, arxası sal qızıl olan klon secıb üstünə taxdırdı. Bax indi sepin gözəlliyi tamamlandı. Baş barmağını qaldırib gözəl olduğunu dedi. Kağız çıxarıb nəsə yazdı və zərgərə verdı. Zərgər yarım saat sonra gəlib apara biləcəyimizi söylədi. Çölə çıxdıq.
Dükanın qabağında arabada peraşki satan uşağın səsi ətrafı bürümüşdü. Qoxusuna doyulmazdı. Zakir əlini cibinə saldı. Bütün xırdaları toplayıb peraşki aldı. Maşına minıb deyə gülə, zarafatlaşa zarafatlaşa peraşkilərimizi yedik.
Zakir özü gedib qızıl dükanından sepimi alib gətirdi. Maşına çıxıb yanımda oturdu. Cox həyəcanlı idi, üzündə qəribə ifadə var idi. Dil istəyirdi içındən keçənləri dilinə qətirsin. Sanki yazmaqdan bezmişdi. Kağız qələm yanında olsa da yazmaq istəmirdi.
-Nolub, Zakir, yaxşısan?
Başını sılkələdi. Dərindən nəfəs aldı. Başımı sınəsinə sıxdı, saçlarımdan öpdü, əlindəki qutunu mənə verib aşağı düşdü. Maşının təpiklərini yoxlayırmış kimi təpıklədi. Qapının güzgüsündən bir ona, bir də əlimdəki qutuya baxırdım. Baş barmağıyla gözünün suyunu sıyırıb tökürdü. Ağlayırdı. Pis olmuşdum.
Əlim əsə əsə qutunu açdım. Klonu götürüb ora burasına baxdlm, arxasındakı sal qızıla yazı yazılmışdı,
" Məni unutma" ...

18 bölüm
      Qoz boyda bir düyün boğazımda ilişib qalmışdı. Adımız ər arvad olsa da aramızda qalın və keçilməz pərdə vardı. Nə qədər mülayım biri olsa da, çox ciddi və qaraqabaq adam idi. Baxışlarından nə demək istədiyini, nədən xoşu gəlir, nəyə acığı tutur hiss edə bilirdim. Düzü onu danışdırmağa qorxurdum. Amma danışdıranda da tam səmimi cavab verirdi. Bilmədiyim bir şeyi səbirlə öyrədirdi. Mənə hörmət və sayğısı sonsuz idi. Əsla və əsla məni heç nədə əskiltmir, əksinə mənə verdiyi güvən hissiylə, özümə əsil qadın kimi, həm də güclü bir qadın baxmağa vadar edirdı.
Gözümün yaşı ovcumdaydı, bir şey olan kimi ağlayırdım, indi də, yaş məni boğurdu. O da bunu bilirdi. Odur ki, getməyə tələsmirdi. Ağlayıb boşalmamı gözləyirdi. Əslində, o da aşağıda ağlayırdı. Mənim görməmi istəmirdi. Gah maşının kuzasına çıxır, gah maşının arxasına keçir, gah kapotu açır, özünü məşğul kimi göstərsə də, əslində, daldalanıb gözünün yaşını sildiyini bilirdim.
Maşına minib motoru işə salanda qoluna girib başımı çiyninə qoydum. Gülümsünüb, əlimindən tutub sıxdı , aynadan mənə baxdı. Onun lal sevgisinə lal baxışlarımla cavab verdim. Taa evə qədər əlimi buraxmadı, bu gecə bizim üçün hər şey tamam başqa olacağını düşünürdüm, olmadı. Nə mənim çılpaq bədənim onun duyğularını dilə gətirdi, nə ehtiraslı pıçıltılarım... Sadəcə ilk dəfə həmin gecə qeyri adı, dodağa toxunmadan öpüşlərlə dəlicəsinə, sevişdik... Ehtirasdan özü də alışıb yanırdı, daha ona şübhəm qalmamışdı. Şübhələrirm yox olmuşdu. Onda da hər şey normal idi, di gəl ki...
- İlk və sonuncu dəfə olsun - hələ də sevişməkdən doymayan ehtiraslı aslanım dilləndi - xahiş edirəm, dayana bilmirəm, mənə də, özünə də yazığın gəlsin, belə eləmə - yazdısa da yenə də dayana bilməyib sərhədi aşmaq istəyirdi. Dayanacaq gücüm qalmamışdı, onun firtınalı dənizinə baş vurmuşdum, istəyirdim ölümünə də olsa onun olum, bütün iradəmi, bütün qürurumu onun ehtiras dənizində boğmuşdum, lakin o...
O gündən ona daha çox bağlanmışdım. Heç bir şübhəm qalmamışdı. O məni xəstəliyindən qoruyurdu. Cox ciddi bir xəstəliyi vardı.
O gündən ayrı yatmadıq, təkadamlıq yatağımız bizi daha da mehribanlaşdırırdı. Özümü onsuz təsəvvür edə bilmirdim, ayağına daş dəysə canım sızıldayirdi. Dar yatağımızda saatlarca ehtirasdan qovrulsaq da, yenə aramızda heç nə yox idi. Bu arada şlyapalı kişi də məni rahat buraxmırdı. Məni Zakirə qısqanırdı. Mənə işgəncə edirdi. Bir yataqda iki kişiylə yatırmışam kimi hiss edirdim özümü. Başa düşmədiyim dildə nəsə deyir, hər dəfəsində canımı yandırırmış kimi ətimdən ət qoparırdı, at yerinə minib tanımadığım, bilmədiyim yerlərə sürürdü, təngənəfəs olub, haldan heydən düşərək özümdən keçəndə yox olurdu. Məni dəhşət dərəcədə yorurdu, qan tərə batırdım, qıc olmuş adamlar kimi bütün bədənim donurdu. Nəfəsim dayanır, özümdən, varlığımdan keçırdım. Həmin vaxt bütün yaddaşım itirdi. Yanımda yatan Zakiri belə tanımırdım.
Zakir mənim bu halımı, şəhvət hisslərimə bağlayırdı. Qadın halımla əlaqələndirirdi. Cinə şeytana inanan deyildi.
- Nə cin, nə şeytan - bunları yazarkən qəh qəhə çəkmişdi - Cİn də mənəm şeytan da. Elə bir şey yoxdur. Şəhvət hissin güclüdür, rahat ola bilmirsən, ondandır. Mən də sənin qədər əziyyət çəkirəm, sadəcə özümü ələ ala bilirəm, normaldir, hər bir qadının bu hissləri doya doya yaşamaq haqqıdır. Məni bağışla əzizim, sənə bu hissləri yaşada bilmirəm, bağışla məni ki, sənə əziyyət verirəm.
Düz deyirdi, ikimiz də belə vəziyyətdən əziyyət çəkirdik, ikimiz də bu bərabərliyi istəyirdik, lakin, o məni qoruyurdu.
- Gəncsən gözəlsən, gələcəyin qarşıdadır, beş günlük həvəs üçün zibilə bulaşma- yazırdı.
- Axı nəyin var Zakir, niyə belə edirsən? Nədir xəstəliyin, vərəmdirsə aşı oluruq ikimizdə, bunun qorxusu yoxdur məncə.
- Sən mənə fikir vermə, həyatını yaşa, keyfinə bax! Vaxt gələr bilərsən.
- Sənnsiz mənim həyatım yoxdur Zakir, sənə elə bağlanmışam ki, sənsiz özümü təsəvvür edə bilmirəm. Sən olmasan, mən də olmaram, axı mən sənsiz bu bataqliqda bataram, ölsək də bir öləcəyik.
-Sənin hələ ölən vaxtın deyil, yaşayacaqsan, başqasını da sevəcəksən, bəlkə də nə bilmək olur Allah döndərib səni ona da qısmət edər.
- Heç vaxt belə şey olmayacaq.
- Allah ol dedisə olacaq, sən, mən kiməm ki onun işinə qarışaq? Bax bizə neçə ol dedi? Səni o çığın içindən necə qurtardım? Nə tanıyırdım səni? Sən nə tanıyırdın məni demək mənim son günlərimdə yanımda sən olmalıymışsan, mən də səni onların əlindən almalıymışsam. Bilirəm sən onu sevmisən. Səninlə mənimki sevgi yox, bağlılıqdır, ehtiyyacdir. İkimizin də bir birimizə ehtiyyacımız var amma yolumuz qırıqdır. Gec tez qədər bizi ayiracaq. Odur ki, hazırlıqlı ol.
- Nə danışırsan, nə son gün, biz hələ çox günlər yaşayacağıq, ikimiz də xoşbəxt olmağa layiqiq. Deyirsən ki onu sevmısən. Sevmişəm düzdür. Amma unutmamışam da. Ama qırılmışam, sevgim nifrətə dönüb. Onu daha görmək belə istəmirəm. O həyatımın səhvi idi. O olmasaydı, başıma bütün bunlar gəlməyəcəkdi...
Əlını yuxarı qaldırib sözümü kəsdi. Qələmi götürüb yazdı.
- O olmasaydı, biz də bu gün bir yerdə olmayacaqdık, demək ki, yazan belə yazıbmış...
Yazdıqca oxuyurdum. Oxuduqca əsəbləşırdım,
- Razı deyiləm...
- Sən xoşbəxt olacaqsan, bircə mənə güvən, həyatda heç kimdən, heç nədən qorxma, özünə inamın olsun, heç kimin yanında özünü əzdirmə. Səndən tək istədiyim budur. Mənə bir şey olsa, nə olur olsun Babanın yanına getmə. Yoxsa səni mənə satdıqları kimi, yenə başqalarına satarlar.
- Nə danışırsan, Zakir, nə satması.
- Elə bilirsən sənin qara qaşına gözünə vurulub orda saxlamışdılar? Əlbəttə sən onlara pul qazandırırdın. Səni mənə bilirsən nəyin qarşılığında verdilər? Bax o otun qarşılığında. Səni mənə verdilər bərabər işləyək, biraz borcum vardı onlara, ağız açdım, belə şey təklif etdilər. Sənə yoldaş da verəcəyik dedilər. Sənə bir şey olursa, o davam edəcək dedilər.
- Aman Allahım, nələr eşidirəm.
- Mən səni bu işlərə bulaşdırmaq istəmirəm, əgər tutularsam, ölərsəm sənin heç nədən xəbərin yoxdur, bildin? Hər şeyi at boynuma, kim gəlmiş, kim getmiş tanımırsan, bilmirsən. Necə tanış olmuşuq, özündən bir şeylər uydur. Özünü bu məsələyə qarışdırma, lap ətındən ət çəksələr də. Vəssalam... Nə qədər canımda can var səni hər şeydən qoruyacam, səni bu işlərin içinə soxmaram. Yox mən olmasam, əgər tamah sənə güc gələrsə, daha orasını mən bilmərəm.
-Dəlisən sən...
- Səni sevirəm, Nərgiz, sənin xoşbəxt olmağını istəyirəm, onsuz da mən xoşbəxt ola bilmədim. Barım sən ol.
Məni rayon mərkəzinə aparıb, mənə vəkalət də vermişdi. Bankda adına yeddi min manat pulu varmış,
- Axı niyə belə eliyirsən Zakir?
- Mənim sonum bəllidir. Ya öləcəm, ya tutulacam...
Xəstəliyi dözülməz dərəcədə şiddətlənmişdi, bağırtısına dayana bilmirdim. Həkimə də getmirdi, iynələrdən, dərmanlardan bezmişdi. Əksinə, belə vəziyyətdə daha çox cəkir, daha çox içirdi.Özundə olmurdu. Ona yazığım gəlirdi, günü gündən əriyirdi, onsuz da zəif olan vücudu, indi bir dəri bir sümük qalmışdı.
Aramızdakı pərdə qalxmışdı. Onunla hər şey danışırdıq. Doğulduğum gündən yaşadığım paranormal hallarımı, Hələ Çİngizə olan duyğularımı da. Onu necə sevdiyimi, o isə mənə xəyal qırıqlığı yaşatdığımı, ondan sonra həyatıma son vermək istədiyimi...
Bir gün mənə Bakıya xəstəxanaya yatacağını dedi, məni də özüylə aparacağını söylədi. hazırlaşmamı istədi.
- Bəs heyvanlar?
Kağıza yazdı, satarıq, qayıdanda yenisini alarıq. Alışmışdım heyvanlarıma, tənha günlərimdə onlarla danışmışdım, qara dərdlərimi onlarla dərdləşmişdim. Nə sirlərimi bilirdi evimin heyvanları, indi onları itirmək istəmirdim. Amma başqa çarəm də yox idi. Göz yaşlarım içində heyvanlarımı satıb olan olmazımızdan Babaya və Diləfruza pay tutub yola çıxdıq...
Evin bəzi əşyalarını da əl altdan satmışdı. Bütün, pulları kamazin heç kimin ağlınagəlməyəcək bir güşəsində gizlətmişdi.
- Üstündə pul saxlama. Bu pul sənin halal zəhmətindir, Özüm banka qoymadım, haramla qarışdirmaq istəmədim. Ordaki pullar haramdır...
Bakiya ümüdlə gedirdim, onun sağalacağına ümüd edirdim. Lakin müayinədən sonra bütün ümüdlərim suya töküldü. Zakir AİDS imiş...
Xətəxanada məni Cəbi adında bir oğlanla tanış elədi. Məni onunla göndərdi.
Cəbiyə tapşirığını da verdi.
- Nərgiz sənə əmanət, soruşub axtaran olsa, Nərgiz, Zakirin xəstəliyini eşidib qaçıb deyərsən. Əgər burdan çıxarsam... Çıxmazsam... Nərgizi Bəyimlə göndərərsən...
Cəbi gilin evlərində Bəyim xala bizi qarşıladı. Son dərəcə modem və baxımlı bir qadın idi. Alverçiymiş, Rusiyadan bura xarıcı bahalı, tapılmayan mallar gətirirdi. Çox mehriban və istiqanlı xanım idi. Di gəl ki, söyüş ağzından düşmürdü. Sözünün başı da söyüş idi, axırı da. Bəzən mənə elə gəlirdi ki Bəyim xala belə söyüşcül, qaba olmasaydı, bu dolaşıq dünyadan baş çıxarda bilməzdı. Quzu kimi parçalardılar, Rüsiyayla Azərbaycan arasında onu.
Neçə gün idi onlardaydım. Zakir məni etibarlı əllərə vermişdi. Onlardan qorxmamağımı, onlara etibar eləməyimi tapşirmışdı. Babayla, Diləfruza tutuğum pay püşkü də buraya gətirmışdım. Zakir onlarla görüşməyimə izin verməmişdi.
- Onlar qurtardı artıq. Daha onları tanımırsan.
Zakir mənim xəstəxanaya gəlməyimi istəmirdi. Hər gün Cəbidən mənə məktub yazır tapşırıqlarını verirdi. Bəyim xala məni yanına salıb hara getsə aparırdı. Xüsusi müştəriləri var idi. Onlara gedirdik, malını satmaq üçün vurduğu tərifləri, tökdüyü dilləri görəsiniz aa, şirin diliylə ilanı da yoldan çıxardırdı. Elə ki malı satıldı, qapıdan ki çıxdı, arvad 180 dərəcə dəyişirdi. Bayaqdan malını satmaq üçün şirin dil tökdüyü, and amanla təriflədiyi müştərinin arxasınca dediyi kişisayağı söyüşün biri bir qəpik olurdu.
- həə, bacı, bacı bu işlər belədir, öyrən ee goruma aparmıyacam, malım satılana qədər cijimsən, malım getdi itimsən. Dünyanın işi bax budur.
Xəstəliyim günü gündən şiddətlənirdi. Bura gələndən şlyapalı adam da yoxa çıxmışdı. Di gəl ki, öyümə, ürək bulanma məni öldürürdü. Əslində gerçəkdə elə bir şey yox idi. Hardansa ağlıma gəlmişdi ki hamıləyəm. İlk dəfə bu fikir ağlıma gələndə gülmək məni tutmuşdu.
- Ay səy, axı nə yatdın ki nə də yuxu gprəsən? Yazıq Zakir səninlə nə zaman oldu ki?
- Ama o...
Ağlıma gələn fikirdən özüm də qorxmuşdum. Yanı mən cindən hamılə qala bilərdimmi? İçimi qorxu sarmışdı, bunu kimə deyərdim ki, kimi inandira bilərdim ki?
Bəyim xalayla da bu barədə danışmaq istəmirdim, ağzını aramışdım, belə şeylərə inanclı deyildi. Rus kimi idi, ateist. Hələ belə bir şeyi məndən eşidəndə Cinin var yoxunu söydü.
- Varsa di gəlsin məni də tutsun görüm bu cin.
Elə ki şər garışdimi, eynən hamıləlik hallarım başlayırdı, keçirdiyim vəziyyəti Bəyim xalaya izah edə bilmirdim, artıq buna əmin idim, bətnimdə cin bəsləyirdim. Təcili bir mollayla görüşməliydim, həkimə getsəm, həkim yenə dəlilik kağızı yazıb ya xəstəxanaya yatırdacaqdı, ya da evə göndərəcəkdi. Bəyim xalanın bir bacısı var idi, Bəyim kimi deyildi, Bəyiml nə qədər metriban bacı olsalar da dini görüşləri fərqliydi. Səkinə xalanın dini elimi vardı, Məşhədə gedib gəlmişdi. İndi də yaslara, dini məclislərə gedir. Ətrafda Məşədi Səkinə deyirdilər. Ümüdüm ona qalmışdı. Deyirdim onunla danışam. Bəlkə arvad mənə kömək edə.
Gözlədiyim gün gəldi. Bəyim xala mala getdi. Cəbiylə evdə qaldım. Cəbi gündüz ora bura qacar, saat 3 də 4 də gəlib on iki, birə qədər yatar, gecə qalxıb mala gedərdi. Sabaha qədər evdə tək qalırdım. Müsibət də bundan sonra başlayırdı.Bir ev olurdu bir də cinlərim. Gözümə heç nə görünmürdü amma ətrafım adamlarla dolu idi, tanımadığım adamlarin səsləri, beynimi deşirdi. Sankı beynimin içində toyxana qurmuşdular. Bir tərəfdəndə kecirdiyim hamiləlik halları...
Dayana bilmirdim daha. Qorxularımı Cəbiyə dedim. Xahiş elədim ki məni xalasının yanına aparsın. Evdə tək qalmağa qorxurdum. Cəbi etitaz etmədi, məni götürüb Səkinə xalagilə apardı. Dərdimi acıb utana utana qadına danışdım.
- qalx, qalx bala, qalx gedək molla ƏHmədin yanına.
Molla məni dinləyib, quran açdı, qurandan əyələr oxudu.
- Kəbinin var ?
- Var, yeni evlənmişik, molla kəbınınımız var.
- Hmm... Sənin kəbinini cinə kəsiblər.
- Nəə?
- Bismillah, tövbə yarəbbim - Səkinə xala salavat çəkib yerində qurcalandı.
Kəbininizi oxuyanda mollanın arxası sizəydi ya üzü?
- Biz onun arxasındaydıq.
- Oturuşu necəydi.
- Dizi üstə oturmuşdu, bax belə, əlləri də dizində.
- Ayaqları yox idi hə? Sol çiynindən baxırdı sizə?
Xatırlamağa çalışdım. Doğurdan da ayaqları görünmürdü. Tez tez sol çiynindən bizə baxırdı. Gözləri qan çanağına dönmüş bir adam idi, bu molla.
- Hə elədir ki var - həyəcanla dilləndim.
- Bax, sizin kəbininizi kəsən həqiqı molla yox, onun cildinə girmış cin imiş. Sənin kəbinini coxdandır sənə musallat olan cinə kəsib, və sən o cindən hamiləsən. ona bir cin doğuracaqsan.
Səkinə xala dizinə başına vurub dualar oxuyur, salavat çəkir.
- Molla qardaş, bundan qurtulmağın bir yolu yoxdurmu. Mən cox əziyyət çəkirəm, qurban olum kömək edin.
- Belə vəziyyətdə yox, sən bətnində cinin uşağını daşıyirsan. Qurtarmasan bu mümkün deyil.
- Axı mən onu necə dogacam, harda? Mən bu uşağı görəcəm ya yox?
- Çin hamıləliyi 40 gün cəkər. Ondan sonra gələrsən, mən sənə kömək edəcəm.
Suyu süzülmüş geri döndük. Səkinə xala dil boğaza qoymur, dayanmadan cinlərdən danışırdı. Deyirdi ki, babası bir dəfə cin tutubmuş, üstünə sancaq taxıb, özünə qul eləmişdi. O vaxt kotana qoşurmuş cini. Dünyanın yerin şumlarmış. Sonra cin nənəsini yoldan çıxarıb, sancaq ətimə batır, aç təkrar bağla deyib. Qadın sancağı açan kimi cin yoxa çıxıb. Hələ deyir, kimsə cin qadınla evlənibmiş, cindən bir oğlu olub, o oğlan indi yekə kişidir, yaşayır. Deyir ki elə bu işlərlə məşğuldur. Səkinə xala söz verdi ki, molla kömək edə bilməsə, məni onun yanına aparacaq.
ÇİNGİZ.
Qapıda zəif sisqa kişini görəndə ayağa qalxdım. Çox az hallarda kişi müştərilərim olurdu. Odur ki kişi müştərilərimə xüsusi diqqət göstərirdim. Salamlaşıb görüşəndə başa düşdüm ki kişinin dili yoxdur laldır. Ordan, burdan xoş beşdən sonra, gəlişinin məqsədini söylədi. Kağız qələmlə başa salırdı. Bura hansısa bir işi üçün gəlmədiyini yazdı. Bir başa hələ də Elmiranı sevib sevmədiyimi soruşurdu. Nə deyəcəyimi bilmirdim, bu kişi kim idi, Elmiranı nə tanıyır,
Bizim münasibətimizi bilirsə, deməli Elmira yaşayır, və bu adama hər şeyi danışıb. Başqa heç nə demədi ondan söz çəkə bilmədim.
- Kimsən, Elmiranı hardan tanıyırsan?
- Arvadımdır - yazanda elə bildim kecmişin hesabını məndən soruşmağa gəlib, qısqançlıq da bir tərəfdən məni gəmirib tökdü. Yaxasından yapışıb kəllə ilə ağzına vurdum. Səsə bizimkilər tökülüb gəldi. Qəribə hərəkətləri vardı, ağzının qanını sılib, dəsmalı cıbınə qoyurdu. Cibindən çıxartdığı pambığı balaca qabdaki spirtə batırıb, əvvəl alnımdakı qanı sildi, sonra oz əllərini təmizlədi. Qapıdan çıxanda, işarə etdi ki əl üzümü təmiz yuyum.
Gəldiyi kimi də getdi. Ürəyimdə ümüd işığı yanmışdı. Bilirdim ki Elmiradan xəbər var, sağdır. Adamın arxasınca qaçdım. Mən yola çıxanda Kamaz maşını hərəkətə keçdi. Arxasınca qaçmağın nə faydası vardı ki? Yenə Elmiranı itirdim.
EVdə qan su yerində axırdı. Bizimkilər hərə bir tərəfdən başıma ağıl qoyur , bu da mənə pis təsir edirdi. Hələ Güllü. Dünyanı dağıdırdı.
Aydan güc alıb altıncı hissimi işə salmışdım, bütün güçümü Elmiraya yönləndirmişdim. Onu iki kişinin arasında görürdüm, iki kişi ikisi də onunla bərabər bir evdə yaşayırdı. Bəzən gecələr ruhumu ona göndərirəm. Gördüklərimdən dəhşətə gəlirdim. Qız iki kişi arasında qalmışdı. Halsız heysiz. Onun ruhu artıq məni qəbul etmirdi, görmürdü, bu da o deməkdir ki artıq o məni unudub.
Günlərin bir günü bir cavan uşaq gəldi, məni təcili bir xəstəxanaya aparacağını dedi . Nə olduğunu soruşdum,
- Zakir əminin vəziyyəti ağirlaşıb səni görmək istəyir.
-Zakir kimdir ay bala?
-Dilsiz...
Ha fikirləşdim ağlıma bir şey gəlmədi, tanıdığım bir neçə Zakir vardı, amma dilsiz kim idi ağlıma heç kim gəlməfi.
Bu arada işimlə, qeyri qanuni məsləyimlə bağlı soruşturma başlamışdı. Məni şikayət eləmişdilər. Bir müştərim birinə əməl edərkən yaxalanmışdı. O da məni ələ vermişdi. Məni yaxşıca çırpışdırmaq üçün axtarırdılar, ona görə hər çağıranın yanına düşüb gedə bilmərəm. Odur ki, uşağı dilə tutdum :
- İndi gedə bilmərəm, qonağım var, sən Zakirin ev nömrəsini ver mən danışaram onlarla
- Zakir əminin ev nöməsi yoxdur. Həm də axı Zakir əmi xəstəxanadadır deyirəm.
- Yəqin ki, ailəsi uşağı evdədir dəə, harda olurdu Zakir əmin?
- Rayonda olur ee... İndi balnisada yatır, Nərgiz də bizdədir.
- Hansı balnisada?
Uşağı yola salıb oturdum. Uşağın dediyi xəstəxana yolxucu xəstəliklər dispanseri idi. Axı dilsiz Zakir kimdir? Əgər bu mənə pislik etmək istəyənin adamədırsa məni nə yolla olurolsun evdən çıxardardı. Oğlanla olan dialoqumu xatırladım.
- Bəli Nərgiz demişdi. Bu Nərgiz Elmira olmasın....
Bir neçə ay bundan əvvəl yanıma gəlmiş, o dilsiz adam yadıma düşdü. Heç şübhəm qalmadı. Bəli bu odur. O vaxt da yanıma gəlmişdi, yəqinki nəsə deməyə gəlmişdi. Mən səbrsizlik elədim, döydüm o boyda kişini.
Heç zaman itirmədən gödəkcəmi götürüb qapıdan çıxdım. Qapı ağzında müştətilərimlə rastlaşdım. Heç onları da vecimə almadım, dayanaçağa qaçdım, o oğlana çatmaq istədim. Heç kim yox idi getmışdı.
Qapını açıb dörd, beş xəstə olan otağa boylandım, Zakiri axtardım. Xəstələr zəif, solğun sifətli, saçları çox qısa kəsilmiş idi Hamısı bir birinə oxşayırdı.Tanıya bilmədim. Gözüm xəstələrin üzündə biraz gəzib Zakirin adını çəkdim.
- Zakir lazımdır, burda yatır?
Küncdəki carpayıdan bir əl qalxdı. İxtiyarsız ona tərəf getdim. İlahi insan necə əriyərmiş, bir neçə ay bundan əvvəl gördüyüm bu adamın ən ətli yerindən tutsan, indi, əlinə dəridən başqa bir şey gəlməzdı. Yaxınlaşıb əl üzatdım, əlim havada qaldı.
Baxışlarıyla qonşu çarpayının yanındakı stulu göstərdi. Stulu çəkib oturdum. Əlindən tutaraq ona üzürxahlıq eləmək istədim. Hiss edirdi ki mənə qarşı pis niyyəti yox idi. Amma elini geri çəkdi. Məni özündən qorudu. Toxundurmadı.
-Necəsən?
Başıyla razılıq edib çıyinlərini çəkdi. Yumuşaq rəftarından ürəklənib davam etdim.
- Səninlə bir balaca anlaşılmazlığımız olmuşdu deyəsən, indi başa düşürəm ki,o vaxt sən nəyəsə görə gəlmişdin yanıma, düz deyirəmmi?
Kinli, eyni zamanda məni nifrətlə süzdü. Yenə qısqanclıq məni tutmuşdu. Elmirayla aramızda uzun bir məsafə olsa da hələ də onu unutmamışdım, onu sevirdim, ayrılıq aramıza soyuqluq salmamışdı, əksinə ona daha çox bağlanmışdım. Onu kimsəylə paylaşmaq istəmirdim. Zakirin mənə belə kinli baxmasına rağmən, gülümsədim, onu ələ almağa çalışdım.
Yanındakı tumbuçkanın üstündən kağız qələm götürdü, suməsinin üstünə qoyub yazmağa başladı. Haldan düşmüş barmaqları bir qələmi güclə tuturdu. Qələm əlində əsirdi. Xəttini cətinliklə də oxusam onunla bir xeylax söhbət etdim. Elmiranın yaşadığını, bu zamana qədər başından gəlib keşmiş hadisələri öyrəndim. Və belə qərara gəldim ki, bu kişi onu ər adı altında hər bir pisliklərdən qoruyan bir mələkmiş...

ELMİRA


Zakirin ölümünü mənə bildirməmişdilər. Bəyim xala Moskvadaydı, Səkinə xala da məni heç tək buraxmırdı. Cəbi hər gün iki kəlmə də olsa Zakirdən mənə kağız gətirirdi. Heç bır şey yaza bılmisə də mənı sevdıyını yazar, heç nəyi dərd etməməyimi istərdi. Həyat gözəldir, həyatına bax yazırdı. Onsuz həyatımın nə mənası var idi ki, meylimi ona salmışdım. Yanına gedə bilmirdim, əlini tuta bilmirdim, sevgimi bildirə bilmirdim... Ona elə alışmışdım, elə bağlanmışdım ki, o olmasaydı mən neyliyəcəkdim, o məni həyata bağlayan yeganə varlıq idi, sanki onunla doğulmuşdum, onunla böyümüşdüm, onunla yaşamışdım, onunla da ölməliydim. O isə ən son kağızında hər şey yaxşı olacaq, darıxma, yazırdı. Əgər məni sevirsənsə mənə inan, indən sonra qarşına çıxan heç bir təsadüfi qaçırma. İnan mənə heç bir şey təsadüf deyil, allahın qısmətidir...
Şər qarışan kimi halım çönürdü. Gözüm bu dünyada heç nəyi görmürdü. Heç kimi tanımırdım. Nəinki Zakiri, heç özümü belə bilmirdim, mən bu dünyanın adamı deyildim. Yazıq Səkinə xala qalırdı əlimdə başımın üstündə oturub Quran oxuyurdu. Quran ayələrini eşidincə dəliyə dönürdüm, bax bu zaman əsl işgəncələrim başlayırdı. Gözlərim qarşısında peyda olan varlıqlar mənə olmazın əzabını verirdi. Bir deyildi, iki deyildi, otaq toy evi kimi dolurdu qara paltarı kölgələrlə, kimisi qarnımı cırır, kimisi döşlərimi parçalayır, kimisi döşümdən süd əmir, kimisi sinəmi yarıb, ordan içalatımı çıxarıb yeyirdi. Amma ölmürdüm, hər tərəf al qan içində olurdu. Məndəm tələb edirdilər ki, Səkinə xaladan Quranı alıb çırım, lakin nə qalxmağa, nə də danışmağa taqətim olmurdu. Sinəmə bir dağ yukundə ağırlıq dolmuşdu sanki.
Nəhayyət bir gün gözlənilən gün gəldi. Mollanın dediyi kimi 40 günün tamamında çınımın uşağını doğdum. Qıclarımın arasından qana bulaşmış yumuru əl boyda şeyi görəndə dünya gözlərimdə qaraldı. Ağ paltarlı uzun boylu uzun pirtlaşıq ağ saçlı qadınlar, qıçlarımın arasından bağırsaqlarımı söküb yeyirdilər...
Gözümü açanda Molla Əhmadin evindəydim, deyilənə görə 4 gündür burda gecə gündüz yatmışam. Elə həmin vaxt da da Zakir dünyasını dəyişibmış. Özümə yeni gəlmişdim, amma hələ də onun öldüyünü deməmişdlər . Molla Əhmədlə bir cındar məni qaranlıq bir otağa salıb, məni bəd ruhlardan, qara qüvvələrdən qurtarmağa çalışırdılar.
7 günün tamamında tamamılə sağalmışdım. Daha heç nəyim qalmamışdı, nə qarabasmalarım, nə cinlərim, heç elə bil bunları yaşamamışdım. Özümə gələndə ilk sorduğum şey Zakir oldu. Həmin vaxt Bəyim xala da gəlmişdi. Səkinə xalayla məni ovuda ovuda Zakirin öldüyünü dedilər. Özümə divan tutdum, həyatımda dəyəri, qiyməti dünyalardan üstün olan bir doğmamı itirmişdim, boynumdaki sepi ovcuma alıb bəxtimə taleyimə üsyan edə edə ağlayırdım. Çəbi mənə yaylığın arasında bir şey uzatdı
- Bunları Zakir verdi. Maşındaki amanatdır, bu da maşının puludur. Mənə satdırdı, dedi Nərgizə verərsən.
Təcüblə Bəyimgilə baxdım. Nə olduğunu bilirmişlər. Yaylığı açdım. İçərisində xeyli pul, bank kitabcası, pasportu iki üzük, bir də məktub var idi. Məktubu açdım, mənimlə vidalaşırdı. Üzükləri də sepi alan vaxt alıbmış, əgər həkim ümüd versəydi məni ZAQS a aparacağını planlayırmış. Bundan sonra həyatda mənə xoşbəxtlik arzulayırdı. Məni Bəyimgilə əmanət etmişdi. Onlar məni Babadan gizlədəcək, yeri gələrsə Bəyim məni özüylə Rusiyaya aparacağını yazırdı. Ən son sözü bu idi :
- O gəlirsə onu bağışla, sevən adam sahib durmasını da bılər.
O kim idi bilmirəm. Onunla bağlı hər çeyi unutmuşdummu, yoxsa daha onun varlığını belə bilmək istəmirdimmi, bilmirəm
Üzükləri götürdüm, qadın üzüyünin içərisində Z. N yazılmışdı. İkimizin baş hərfimiz...

19 BÖLÜM..


   O gündən Elmiradan xəbərsiz onun kölgəsi olmuşdum. Bütün işimi gücümü atıb kənardan kənara onu izləyirdim. Ən müşkül işinı belə ondan xəbərsiz aşırdırdım. Bəyim və Səkinənin köməkliyiylə ona dəstəkci olurdum. Çəbi və onun anasıyla danışırdım, Elmiradan xəbər tuturdum. Birdən birə heç nə olmamış kimi Elmiranın qarşısına çıxmağa cəsarətim yox idi. Onun ürəyinə dolan sevgini birdən birə vurub aşırmışdım. İndi onu qazana biləcəmmi, onun ürəyinə o sevgini damla damla, zərrə zərrə toplaya biləcəmə inanmırdım . Belə xəstələri bilirdim, onların itirdikləri güvən hislərini asanlıqla geri qaytalmaq nümkün deyildi. Belə adamlar cox gəlib gedirdilər yanıma. Onu da bilirəm ki, hələ Elmiranın arxasınca çox sürünəcəkdim.
Bəyim və Səkinə Elmiranı etibarlı ələ təslim etmək istəyirdilər. Odur ki, bir tərəfdən də onlar məni ələyib ələkdən keçirirdilər. Bu da məni əsəbləşdirirdi. Eyni zamanda da onlara haqq qazandırırdım. Onların Elmiraya belə candan can yandırmağına, onu qorumağına qibtə edirdim. Bilmirdim onlarla, Zakirin nə bağlılığı var idi ki, indi Zakir ölüb gedib, lakin onlar Zakirin əhdinə belə vəfa edirlər. Elmiranı məndən bu qədər qoruyurlar?
- Nıyə, mən uşağam ki, mənimlə belə rəftar edirsiz? Mən özümü sözümü bilən olmasaydım, hec onun arxasınca gəlməzdim. Deyərdim axı bir xəstədən mənə nə, ondan mənə nə gəlir axı, nəyi var ki istifade edəm də, ailəliyəm, oturaram yerimdə. Heç Elmiranın adını da çəkmərəm. Mən onu sevirəm, hər zaman da sevmışəm, onun sevgisinə xələl gətirməmişəm, onunla aramızda olanları qısmət deyib keçmirəm, əksinə qismət deyib keçdiyim mənim istəmədiyim evliliyimdir. Elmirayla məni bağlayan bir şey var, ikimizin də eyni yolda getməyimiz, xasıyyətimizin uygunluğu, eyni şeyi yaşamalarımız, bir birimizi tamamlamağımızdır. İnanıram ki biz ikimiz xoşbəxt olacağıq. Həm bizim qismətimiz bir yerdədir, bunu görürəm, hiss edirəm, bizim ikimizin övladımız olacaq, ha gec ha tez, nolsun evlənmişəm, kosmosa raket göndərə bilərlər, yerdən baxanda o raket ulduz kimi görünüb ulduzlara qarışa bilər, amma ulduz başqa, raket başqa. Güllüylə də mən başqayıg, bizim ulduzlarımız heç vaxt barışmaz. Anamdan keçə bilmirəm, yoxsa çoxdan buraxmışdım onu.
Elmira sonuncu dəfə xəstələnəndə bütün günü gecə gündüz onun yanındaydım. Molla Əhmədin evində bütün günü onun dizinin yanını kəsdirmışdim. Əhməd və cindar kişinin oxuduğu dualarıyla, mən də rituallarımla Elmiranı xəyalət dünyasından çıxarmağı bacardıq. Mənim fikirimcə Elmira Seytanın oğlunu, molla Əhmədin və cindarin fikirincə cinin uşağını doğmuşdu. Bu misiya üzərində işlədiyim ilk iş deyildi. Bir neçə müştərimin üzərində bu mövzuda işləmişdim. Mənim dünyamda cin və ya şeytanın uşağını dünyaya gətirən insanları, gələcəkdə böyük bəlalar gözləyir. Belə insanların bu bəlalardan ancaq ya ölüm qurtara bilər ya da necə deyərlər özləri şeytan olub şeytanın özünə papuç hörərək qalıb gəlməlidirlər.
Elmira bədənindəki bəd ruhlardan qurtulan zaman gözü açıq olub bizə baxsa da, özündə deyildi, öz dünyasında idi, gözü nə məni, nə cindarı nə də Mollanı görürdü. Mən onun gözlərində şeytanının gözlərini , mollalar isə cinləri görürdülər. Nəhayyət üçümüz bir yerdə biz bunu bacardıq, Elmira dərin bir yuxuya getdi. O oyananda mən mətbəxdə su içirdim, oyandığını qapı arasından gördüm, gözlərim dola dola onu seyretdim, onunla görüşməyə ürək etmədim, qorxdum bu dəfə mənə əsəbləşər, əsəbdən halı pısləşər. Ona biraz zaman verməliydim.
Elmiranın nəyi var nəyi yox biımirdim heç, amma sonralar eşidib bilmişəm ki Zakirdən Elmiraya xeyli sərvət qalıb. Elə Bəyimlə Səkinə də bunun üçün Elmiranı məndən qoruyurmuşlar. Fikirləşirmişlər ki, şirəyə gəlmişəm, daha xəbərləri yox idi ki mən həyatımdan kecərəm onun üçün.
ELMİRA
Bəyim hara gedirdi məni da özüylə aparırdı. Öz məsləyini mənə öyrədirdi. Təzə açılan Binə bazarından dükan almışdı, amma bilmirəm niyə dükanın bütün sənədlərin mənim üzərimə elədi. Məndən bir neçə illiyə notoriusun əliylə bir miqdar borc aldı.
- Ayıb olsun Bəyim xala, mən sizə borc verəcəm? Sizin haqqınızı ölüncə ödəyə bilmərəm. Bu pul nədir ki, nə qədər lazımdır, halal xoşunuz olsun. Siz mənə etibar edib dükanı mənim adıma almısız, etibarnaməsiz zadsız, indi mən sizə beş on manat etibar etməyim?
- Yox qardaşlıq başqa, yoldaşlıq başqa. Gizli bazar dostluğu pozar deyiblər. Bu dükan səndə olsun, Mən pulu səndən borc alıram, işləyib borcumu qaytaracam.
Cəbiylə dükanı idarə edirdik. Haqq hesabım yaxşı olmadığından, mən ancaq müştərilərlə maraqlanırdım, kəkələyə kəkələyə, mallari müştərilərə tərif edirdim. Gələn müştərilərin çoxu Dağıstanlılar, Həştərxanlılar idi. Rusca danışmaq mənə çətin gəlirdi, biraz Volodiyadan, biraz da anamdan öyrəndiklərimlə idarə edirdim. O qədər ləzgilərlə, avarlarla ünsiyyətdə olurdum ki, artıq bir neçə aya rus dilini tam öyrənmişdim.
İlk maaşımı Bəyim xala mənə verəndə çox utanmışdım, pulu almaq istəmirdim,
- Heç ayıb deyil, evinizdə qalıram, yeməyinizi yeyirəm, indi sizlə maaş davası edəcəm? - Məcbur pulu cibimə basdı:
- Götürməsən, aparıb qoyacam hesabına.
İşlərim yağ kimi gedirdi, hər zaman yolumda yaşıl işıq yanırdı, heç bir şeydə çətinliyim, heç nədə sıxıntım yox idi. Elə bil hansısa gözə görünməz qüvvə, özü mənim işlərimi yoluna qoyurdu. Əlimi nəyə atırdımsa ən müşkül bir iş olsun su kimi o iş axırdı. Deyirdilər cinli adamların hər işi belə yağ kimi gedir, mən bu deyimə inanırdım, ən müşkül işimin qurtuluşunu cinlərlə əlaqələndirirdim . Amma sonralar, daha sonralar bunların cinlə heç bir əlaqəsi olmadığını bildim, demiyəsən mənim Zakirdən sonra ikinci şans ulduzum yanırmış, o mənim qoruyucu mələyimmiş...
Əvvəllər Bəyim xalagil məni çölə bayra çox çıxmağa goymurdu. Polis, və Babanın adamları məni axtarırdı deyə. Zakirin qəbrini də ziyaret etməyə izin vermirdilər. Buna baxmataraq gizlıncə qaçıb Zakirin məzarına gəlirfim. Torpağı qurumamışdı hələ, içım şan şşan olurdu, torpağına sarılıb dəqiqələrcə ağı deyib ağlayırdım. Məni bu dünyada niyə təktənha qoyub getdiyi üçün onu qınayırdım, qara taleyimin ara bəxtinə fəryad tutub rahatlayırdım. Bir neçə dəfə məzarların arasında kiminsə məni izlədiyini görüb orxuya düşmüçdüm yəin Babanın adamlarındandır - deyə düşünüb ayağımı əbirsanlıdan yavaş yavaş kəsmiçdim.
Əvvəllər Zakirin yanına getməyəndə darıxırdım, günlərim kecmirdi saatlar, dəqiqələr sıxıcı gəlirdi. Lakin dükan alınandan sonra başlm əmməlli başlı qarışmışdı, Babanın təhlükəsi hələ üzərimdə olsa da, polislə olan problemim həllini tapmışdı.
- Polisdən qorxma daha. Yoluna qoymuşuq hər şeyi, amma hər gələnnən də ağzını yaslama,
İşlərim yoluna düşdükcə, həyat üzümə gükdükcə günəş kimi parlayırdım, ətrafım genişlənməyə başlayırdı.Yeni dostlarım, hətta heyranlarım meydana çıxırdı. Qıraqdan bucaqdan Cəbidən və Bəyimdən mənə evlilik təklifi edənlər də vardı. Kimsəyə güvənmirdim. Bu barədə Bəyim xalayla danışanda üzümə deməsə də onun narazılığını hiss edirdim. Əvvəl bunu normal qarşılasam da sonradan şeytan dinc dayanmayıb, qulağıma pıçıldayırdı.
- Bu Bəyim, xayınlığını çəkir, gözəlsən gəncsən, özünün ailəsi yoxdur, sənin də ailə qurmağını istəmir, sən ərə getsən bunun bu dükanın kim işlədəcək? Dükan da sənin adına, qorxur ki birdən dükanı onlara qaytarmazsan, dəlidir səni öz əliylə byraxıb sonra dalınca sürünsün?
Şeytan işini görmüşdü, mənə yaxşılıq edib bütün hər şeyini mənə etibar edən adamlara qarşı aqresiv olmuşdum.
- Nə qədər kölə kimi bunların əlinə baxacam ee , şükür allaha, Zakirdən bir evin pulu qallb mənə, niyə bunlardan asılı oluram ki? Heç ərə getməsəm belə, torpaq alıb özümə yuva quraram, balaca bir dükan açaram, yaşayaram...
- ÇOx nankorsan Elmira, çox, bəs Babanın adamları? Bilirsənmi bu vaxta qədər səni Babadan qoruyan bunlardır? Yoxsa səni çoxdan toz etmışdilər.
Özüm özümü qınasam da, yaxamı şeytanın əlindən qurtarmağa çalışsam da şeytan məndən əl çəkmirdi. Tutub yaxamdan məni silkələyirdi
- Madəm Babanın əlinə keçməkdən qorxursan, o zaman, get ərə.
Bəli bu mənim son çarəm idi. Artıq həyatımı qurmaq üçün namızədlərin arasından özümə həyat yoldaşı axtarmağa başlamışdım.
Cib telefonları təzə çıxmışdı. Bəyimin və Cəbinin var idi, işimiz üçün cib telefonu vacıb olduğundan mən də almışdım. Lakin aldığım gündən telefonum iş üçün çalmamışdı heç, ilk günlər Bəyim xalanın əmirləri üçün, Cəbinin tapşıriqları üçün, sonradan da heyranlarımın mesajları üçün işləyirdi bu telefon.
Ürəyimi şeytan onlara qarşı döndərsə də, içimdə onlara qarşı kin, qibtə və qısqanclıq yaransa da, yenə də onlara bağlı adam idim. Məni onlara qarşı qısqırdan şeytanla içimdə mübarizə aparırdım.
Həyatda inanıb güvəndiyim 3 nəfər var idi: biri Bəyim, biri Səkinə və Cəbi. Onlara elə bir etibarım, və inamım var idi ki, desəydilər ürəyin bizə lazımdır, ver qorxma ölmıyəsən, həqiqətən də verərdim.
Həyata bağlanıb, öz güvənim artdıqca özümü daha da güçlü bilirdim. Zakirin hesablna ətrafımda yaxşı adamlar çəmlənsə də, yenə də özümü yalqız bilirdim içimdə dərin bir boşluq vardı, o boşluğu doldura bilmirdim . Zakir heç yadımdan çıxmırdı, gecələr yorğanın altına girərkən qollarım ona sarılırmış kimi boynuma dolaşırdı, onunla ehtirasın zurvəsinə qədər yüksəlib, onu fəth etməməmiz , məni hələ də yandırırdı. Hələ də bədənimin əzalarında onun dodaqlarının istisini hiss edirdim, gözlərimin çuxurunda toparlanmış yaşlar yuvarlanıb gicgahlarımdan axanda dayana bilmirdim. Yastığı başımın altından götürüb üzümə basaraq səsimi içimə ata ata hıçqırırdım. Onun maşının təkərlərini təpiklədikcə ağladığı, xəstəxanadan son günlər mənə yazdığı məktublar yadıma düşdükcə ürəyim şan şan olurdu. Belə gündə də Bəyim xala yanıma gələr, carpayımın kənarında oturar, başımı çıyninə qoyaraq saçlarımı sığallaya sığallaya yarı söyüşlü məni təsəlli edərdi. Dediyim kimi, söyüş söyməmək əlində deyildi, ağzı pozuq idi bu qadının, Cəbiyə belə yad adamlar kimi söyürdü.
Bəzən onun belə candan yaxınlığına çaşıb qalırdım, axı nə qədər möhkəm dost olsalar da Zakirlə Bəyimın bu dostluğunu bu qədər möhkəm və qırılmaz zəncirlərlə bağlayan nədir? Bunu bir neçə dəfə soruşmuşdum, lakin Bəyimdən söz qopara bilməmişdim sonralara, cox sonralar Səkinədən eşitmişdim ki, Bəyimlə Zakir türmədən tanış imişlər. BƏyim xəyanət üstündə ərini öldürüb. O zaman Cəbiyə yeddi aylıq hamıləynış, Bəyimdən məhkəmə sırasında üz döndərən qohum əqrabanın içındə, bir Səkinə bacısına qahmar çıxıb, o zaman Səkinə də 7 8 ilin gəliniymiş. Uşaqları olmurmuş. Əri Səkinəni Bəyimə sahib cıxmağını bəhanə edib onu boşayıb. Səkinə isə yıxılmayıb, dost düşmən içində dim dik ayaq üstə dayanıb. Türməyə Bəyimin arxasıyca tək gedib gələn Səkinə olub. Əlinə keçəni, olan olmazın satıb Bəyimə aparıb, qardaşlarından, atasından hətta anasından Bəyimə kömək istəyəndə rədd cavabı eşidib. Maddiyyat sıxıntısından Bəyim içəridə yaxşıca təklənib, türmə şefi və onun əlaltıları Bəyimə gün verib işiq vermirmiş, hamıləliyinin son günləriymiş, hamilə hamılə işgəncələrə məruz qalıb.
Səkinə Bəyimin adından şikayyət etsə də şikayyətinə baxılmayıb. Və bir gün son şikayyətini ədliyə nazirliyinə edir. Bütün respublikanı, bütün qəzetləri ayağa qaldırır. Məsələyə Ədliyyə qarışdıdan sonra Bəyimin məhkəməsi start götürür, araşdırmalar aparır.
Uzun sözün qısası elə həmin vaxtlar da Zakirin məhkəməsi imiş. Zakir, türmədə sayılıb secilən, ədalətli bir adam olub, hamılə bir qadına haqslzllq edən namərd koğuş başçısını bağışlamayıb, Bəyimi araşdırıb, nə üstündə tutulduğunu öyrənib. Üzünü görmədiyi bu qadına sahib durmaq istəyib. Fürsət tapıb qadın koğuşuna xəbər yollayıb :
- Bəyim bizim adamdır sahibsiz deyil, sizə nə lazımdır, bizə xəbər yollayın o qadınla işin olmasın.
Bəyimin şikayyəti əsasında başlanan məhkəmə barışıqla bitir, Zakir qadın kamerasının şefinə Bəyimin adından pul para verir, Hədiyyələr göndərir. Kamerada hər kəs onları əvvəldən sevgili bilir. Zakir bu dedi qodudan narahat olsa da Beyimın istiqbalı üçün heç nə demir. Bəyimin şanını yüksəltir, Bəyimin oğlu olduğunu eşidən Zakir, hamıdan çox sevinir, iki yaşına qədər anasının yanında türmədə qalan Cəbini Zakir pul gücunə oz koğuşlarına da gətirdirdi. Çəbi koğuşa gələndə kamerada toy bayram olurdu. İki yaşdan sonra Cəbini hökumət uşaq evinə versə də, Zakir Cəbini də orda sahibsiz buraxmır. Azadliqda olan türmə yoldaşlarını tez tez, Cənubi əbinin yanına göndərir, bütün ehtiyyaclarını gördürür.
Ona olunan bu yaxşılıqlarln qarşısında özünə, hislərinə hakim olmayan Bəyim, türmədən çıxandan sonra tez tez Zakirin ziyarətinə gedir, bu o vaxtlar idi ki artıq Zakir ikinci cinayyətinə görə iş almışdı. Bu zamana qədər Zakirin dilsiz olmağını bilməyən qadın, ilk görüşündə Zakirin yazdığı kağızlardan bunu anlamışdı. Hər şeyə rağmən onu qəbul edərək, onu sevdiyini demişdi. Əgər qəbul edərsə, onu sona qədər gözləyəcəyini biıldirmişdi. Zakir isə cavabında:
- Bizim kitabımızda namus namusdur, istər kişi üçün, istər qadın üçün. Bir kişi namuslu və caresiz bir qadını qoltuğunun altına cəkib onu qoruyursa, bunun qarşılığı olmamalıdır, Cəbiyə oğlum demişəmsə, o mənim mənəvi oğlumdur, ölüncə də arxaslnda varam. Bunu mən sənin gözəlliyin və bir qadına hərisliyim üçün yox namuslu bir qadını özümə bacı bildiyim üçün edirəm, sən mənim bacım, Cəbi də bacımın oğludur. Kim nə deyir desin, bizim dünyanın kişiləri bunu belə qəbul edib, sən də calış azadlıqda mən qardaşının başını, aşağı eləmə, bir kişiyə ehtiyyacın olacaqsa namusla ərə get yuvanı qur...
- Mənim kişiyə yox sənin kimi qeyrətli dosta ehtiyyacım var - Deyib Bəyim ordan uzaqlaşıb. O gün, bu gün Zakirlə Bəyim arasında qırilmaz zəncirlər, qurulub. Bəyim azadlıqda olsa da, İçəridəki namuslu qardaşının bayirdakı işlərini görüb, 12 illik türmə həyatının qarşılığında özünün və oğlu Cəbinin həyatını Zakirə borc bilib. Bəyim Zakirin azadlıqdakı sağ qolu idi. Bəyim hanslssa bir cinayyət üstündə yaxalansa da Zakirin bir məktubuyla, bir işarsiylə məsələ həllini tapırdı. Bu vaxta qədər, yaşadığını, yığdiğını, yediyini Zakirin hesabına olduğunu deyib, hər dəfə də Səkinə də, Bəyim də onun ruhuna salavat göndərirdi.
Yuxudan qalxıb telefonu göturdum, sade Panosolnik markalı telefonuma mesaj gəlmişdi. İlk dəfəydi ki, belə uzun məzmunlu mesaj görürdüm. Aqif adlı biri idi, neçə vaxdır məni izlədiyini, məndən xoşu gəldiyini yazır. Nömrəni də bazarda yoldaşlardan birindən alıb. Cavab vermədim, bir neçə gündən sonra yenə yazdı, yenə cavabsız qaldı. Bu arada cəbi və Bəyim mənimlə eyhamlı davranırdı. Sanki bir şey bilirmışlər kimi. 3 cü mesajda cavab yazdım. Bu mesajlaşma o bu düz 3 ay davam etdi. 3 ayda Aqif ürəyimin kandarında qayanıb ürəyimin qapısını döyürdü. Amma 3 ayda bir dəfə də olsun nə görüşmədik, nə də normal telefonda belə danışmadıq. Hərdən düşünürdüm ki bəlkə o da Zakir kimi laldır, ona gprə mənimlə üz üzə gəlməkfən çəkinir. Bu adam mənim üçün bir sirr dağarcığı idi, və özünü məndən gizlətdikcə onunla daha çox maraqlanırdım. Mesajlarında yazırdı ki o məni hər gün gorür, hər gün mənimlə bərabər işə evə gedib gəlir.
- Kölgəmsən? Bir çıx üzə üzünü görək.
- Utanıram...
- Güldürmə məni sən Allah...
- vallah hə, səninlə görüşməyə belə qorxuram,
- Hətta danışmağa da... Üç ayda səsini eşıtməmişəm. Bəlkə lalsan, bəlkə karsan, belə tanışlıq olur?
ÇİNGİZ
Elmirayla Aqif adıyla yazışan mən idim, Bəlkə də Ağlına gətirməzdi ki bir də mənimlə üz üzə gələ. Özümü Aqif kimi tanıtmışdım, yazışırdıq. Hiss edirdim ki, mesajlarımla duyğularını qarışdıra bilmişəm. Ona qarşı haqsızlıq etdiyimi bilirdim, görmədəşn, bilmədən "Aqifə" vurulurdu. Bu oyun nə vaxta qədər davam edəcəkdi. Ya bir gün eşidib bilsə ki bu oyunu oynayan mənəm, o zaman nolacaq, onsuz da onu bir dəfə qırmışdım, bir də belə yaralasam? Bilmirəm bu alışqanlıqmı idi, sevgi mi idi, ELmira da artıq mesaj yazmadan dura bilmurdi, indi mən ondan qaçmağa başlamışdım, o isə mənə yol almışdı, sabah duranda " sabahın xeyir" axşam yatanda " gecən xeyrə" ylə yatırdı. Həyatının günlük ritmini mənimlə paylaşırdı . Ailəsi Bəyimdən, Səkinədən, Cəbidən danışırdı. Əlbətdə tərcümeyi halında yalanlar uydurmuşdu. Guya uçaqlıqdan uşaq evində böyüyüb, ailəsini tanımır. Sonra Səkinə onu evladlıq edib və s və laxr. Ailəsini dansa da Zakiri danmırdı. Zakirə qarşı böyük hörməti varmış, hətta sevgisi də.
- Bəs Zakirdən əvvəl, heç sevdinmi? Bir gənc qız kimi, buna haqqın var idi. Mənə elə gəlir həyat səni qırıb, yoxsa dilsiz bir adamla evlənməyə heç vaxt razı olmazdın.
Dilli diliylə yoldan çıxartdı. O mənim həyatımın ən bögük səhviydi...
Demək hələ də o məni bağışlamayıb, demək ki hələ də kin qusur...
Boşuna umud verməyim, o məni bağışlayacağını sanmırfım bir daha Aqif adıyla hisləriylə oynamaq axmaqlıq olardı. Odur ki bu oyuna bir son vermək lazım idi. O isə Agifsiz dayana bilmirdi, hətta heç görüşmədən, ayrılmamızı deyəndə ağladı, hiss edirdim ki gprüşmədən o Aqifə vurulub, özüm özümə qısqanırdım onu, pzümü qınayırdım, danlayırdım, onunla Aqıf adıyla yox elə Çingiz adıyla danışmalıydım, pzünü ona bağışlatmalıydim, ayaqlarına düşməliydim. Mən bir daha bir səhv addım atmışdım, urduğum oyunla bir daha onu yaralamışdım. Onsuzda yaralı bir qadının ürəyinə məlhəm qiymaq yerinə daha da yaralamışdım. Onunla daha yazışmasam da, o dayanmadan yazır, görüşməsək də, danışmasaq da elə beləcə mesajlaşmağa davM etməmizi istəyirdi. Mesajlarına cavab vermirdim. Bəli o gücsüz idi, özünü tənha sanırdı, qəlb yuvası boş idi. İsinfəki boşlugu hansısa məcaralarla, kiminsə sevgisiylə doldurmaq istəyirdi. Belə qadınlar tezliklə hansısa bir qadın ovcularının yemi ola bilər, onuntezlıklə yoldan çıxara bilərlər. Bax qorxduğum da bu idi.
Qərarımı vermişdim Bəyim və Səkinəylə danışıb üzə çıxmalıydım, vəssalam.

20 BÖLÜM

Moskvada dəmir yol vağzalında böyük həyəcanla onları gözləyirdim. Bəyim və Səkinəylə belə planlamışdıq. Onu çarəsiz vəziyyətdə qoyub mənimlə görüşdürməliydilər. Bilirəm belə davranışla ona daha bir zərbə vuracaqdıq. Sonunda xoşbəxtlık varsa qiy olsun, eybi yox, Elmira nələrdən keçıb, bunu da atladacaq.
Ona qovuşmaq üçün bütün dostlaramızı da səfərbər etmişdik. Bəyim bu dəfə mal vurmaq adıyla Elmirayla Moskvaya gəlirdi.
Onun xarıcə çıxa bilməsi üçün Rəşad hər şeyi öhdəsinə götürmüşdü. Elmiranı və Bəyimi etibarlı bir qatar nəzarətçısınə tapşırmışdı. Sənədlərində problem olmasa, sərhəddi rahadlıqla keçə biləcəkdi. Çətini Yalamaya qədər idi.
Əlbəttə ki, bütün bunlardan Elmiranın xəbəri yox idi. Bəyim və Rəşadla hər şeyi aramızda planlamışdıq, qatar nəzarətçısı ilə görüşüb danışmışdıq.
Moskvaya getməyimə anamgıl razı deyildilər. Elmira ortaya çıxandan evdəki hüzursuzluğu stat gətirirdim. O gün olmazdı ki, Güllüylə dalaşmayım. Dediyim bir sözə ilişəndə, məni ələ salanda dayana bilmirdim, hələ bir tərəfdən də qısqanclığı məni lap yandlrırdı. Sankı mən buna nə zamansa eşq elan etmışəm, ümüd vermişəm, onunla xəyallar qurmuşam? Başından bəri o belə bir evliliyi qəbul edib, anama gəlin olacağını istəyibsə, indi yaxamdan sallaşmağı nə idi. Mən anamın seciminə bir ömür boyu razılaşmalıydim? Mən insan deyilmiyəm? Yaşım yarıdan keçırdı, həyatımın zövqunu nə zaman çıxaracaqdım? Nə zaman sevdiyim qadına qovuşacaqdım? Uzun ayrılıqdan və başımıza gələn bu qədər bəlalardan sonra, ona qovuşmaq varkən, bu dəfə dəmi sevdiyim qızı ailəmə qurban edim? Əsla...
- Başımı alıb qaçacam, bezdirməyin məni
- Ay balam, axı sənə kim neyniyir ki? Özün özündən huyuxursan
- Niyə başa düşmürsüz axı, mən bu qadınla yaşaya bilmirəm, onu görəndə, cin şeytan görürəm elə bil.
- Bəs noldu, axı deyirdin cinlər mənim dostumdur? - Güllü məni ələ sallb güləndə özümdən asılı olmayaraq onu yumuruğumun altlna saldım. Sonra da peşıman oldum. Hər bir qadın kımı onda əriylə xoşbəxt olmaq istəyir. Bu onun haqqıdır. Amma nə edim? Özümdən asılı deyildi, hər şeyin günahkarı onu görürdüm. O olmasaydı indi mənim həyatım tamam başqa olardı. Çoxdan Elmiraya qovuşmuşdum, bütün bu olanlar da nə onun, nə mənim başıma gəlməyəcəkdi.
Anamla Züleyxa əldən ayaqdan getmışdılər, bütün günü molla Seyid yanına qaçırdılar, şirinlik duasıyla məni evə bağlamağa çalışırdılar, mənim rituallarim qarşısında mollanın yazdığı kağız nə edəcəkdi ki? Özüm ozümü öz əməllərimlə zirehləmişdim. Bir məqsədim vardı, nə olur olsun özümü Elmiraya bağışlatmaq, bunun üçün ölümü də gözə almışdım.
Elmira...
Bu dəfə də həyat mənə zərbəsini vurdu. Günlərlə danışdığım, həyatımı, hər şeyimi paylaşdığım Aqif yoxa çıxmışdı, sonuncu dəfə onunla görüş yeri təyin etdik, ilk dəfə görüşəcəkdik. Çox həyəcanlı idim. İki gün əvvəldən bu görüşə hazırlaşırdım. Salona gedib saçıma başıma, əməlli başlı maya qoymuşdum, çox dəyişmişdim, yeni stilim məni əvvəlkindən də gözəl göstərirdi. Bircə onun qəlbində məkan sala bilsəm, hər şey gözəl olacaqdı deyə düçünürdüm. Yeni arzu, yeni həyəcanla görüş yerinə gəldim, Filarmoniya bağındakı böyük fantanın yanında görüşəcəkdik.
Bu gün çox qələbəlik idi, bağ qaynayırdı. Əvvəl fikirləşirdim ki, kənarda dayanıb baxım, biraz onu gözlədim. Gəlmədiyimi düşünüb biraz həyəcanlansın, mənə yazsın. Mən də bir şeylər bəhanə edib biraz gecikəcəyimi deyim, yalvarsın, yaxarsın, həsrətə yolumu gözlədiyini desin...
Lakin bir saatdan artıq görüş yerindəydim, Aqif ortalarda yox idi. Bir birimizi tanımamız üçün geyimimizi və boyumuzu demişdik. Mənim hesabimla o 1,65 boylarında, (təxminən mənim boyumda) açıq rəngli kətan şalvar və ağ köynək geyinəcəkdi. Mən də onun geyiminə uyğun paltar almışdım, xoşum gəlirdi çütlüklər dəst geyinəndə. Aldığım malirovka donum əynimə biçılmışdı elə bil, paltarın açıq sinəsi gözəlliyimi hədisiz qabartmışdı, Zakirin aldığı sepı çox dərin duyğularla ilk dəfə o zaman boynumdan açdım. Onun aldığı hədiyəylə başqa bir kişinin görüşünə getməyi, ona xəyanət kimi qiymətləndirirdim.
Paltarın geniş ətəyi, boyumu daha da biçimli göstərirdi. Bir sözlə heç bir kişinin vaz keçməyəcəyi görünüşüm var idi. Di gəl ki...
Gəlmədi. Ona qurduğum xəyallar, hazırladığım sürpiriz ürəyimdə qaldı. Gizləndiyim yerdən çıxıb görüş yerimizə gəldim, diqqətlə gəlib keçənlərə, oturub dincələnlərə baxırdım. Yox idi.
Yazdım, cavab vermədim. Zəng etdim, telefonu bağlı idi...
O gün həyatımın növbəti stresini yaşadım, bu dəfə də həyat məni qırmışdı, pərt etmişdi...
Çingiz...
Bəlkə də bir saatdan çox idi, yaxınlıqdakı kafedə oturub ona tamaşa edırdım, her şey teatr kimi səhnələnmişdi sanki, baş rolda o, tamaşaçı isə mən idim.
Çox gözəl görünürdü, sadə və son dərəcə zövglü geyimi, gözəlliyinə gözəllik qatmışdı. Uzun ağ yay paltarının düymələri aşağıdan dizlərinə qədər açmış, dolğun sinəsi açıq yaxasından daha da qabarmışdı. İlk dəfə görürmüş kimi onu heyranlıqla süzürdüm, buraz kökəlmiş, əti əndamı daha da diqqət çəkirdi, bir sözlə bu görüşü mən yox başqa bir kişi təşkil etsəydi, hisslərini cilovlaya bilməyəcəkdi. Bir kişi kimindeyirəm, nə bu qadının həyatındakı boşluqlar, nə dilindəki qüsurlar, nə də onun qaranlıq keçmişi heç bir kişinin bu qadından vaz keçməyinə səbəb ola bilməyəcəkdi.
Aqifin görüş yerinə gecikməsinə səbrsizlənirdi. Gah hovuzun kənarında dolaşır, gah oturduğu skamyaları tez tez dəyişir. Hətta uzaqdan gələn bir oğlanı qarşılamağa da getdiyini gördüm. Həmin oğlanın boy buxnu və geyımı mənim Elmiraya nişan verdiyim kimi idi. Deyəsən həmin oğlanı Aqıf bilmişdı. Oğlan isə ona deyil, başqa istiqamətə baxırdı. Və Elmiranın yanından keçib başqa bir qızla incə bir görüşlə sarılıb öpüşdü. Elmira oğlanın ardıyca baxa baxa qalmışdı. Pərt olduğu göz qabağında idi. Elə bir dolmuşdu ki, balaca əl çantasında dəsmal axtardığının da fərqındəydim. Yazıq qız nə xəyallar qurub gəlmişdi bu günkü görüşə, bəlkə də bu ilk görüşün sabahinda nə ümüdlər var idi ürəyində. O ümüdlə, gələcəyinin xoş arzularıyla gəlmişdi. Bir mən bilirdim ki, bu görüş baş tutsaydı onu ömürlük yıxacaqdım, onu bir daha əzəcəkdim.
Ona yazığım gəlirdi. Ona bunları yaşatmağa haqqım yox idi. İstəyirdim bir anda qarşısına çıxım,
- Səni buraya çağıran mənəm, Aqif yox - deyəm. Cəsarətim çatmırdı. Onu həmişəlik itirəcəyimdən qorxurdum.
Bəyim onun haqqında mənə çox danışmışdı. Ağzından söz almışdı. Bilirəm o hələ də məni sevir, amma məni heç vaxt bağışlamayacağını da deyirdi. Bunu Bəyimə etiraf etmişdi :
- Zakirə böyük hörmətim var, o mənə ata kimi, qardaş kimi, əsl ər kimi, kişi kimi sahib çıxdı. Ona özümü borclu hiss edirəm, egər buna sevgi demək olarsa demək mən bu hörmətlə tək onu sevmişəm... O yaşasaydı, bir ömür boyu da olsa onunla münasibətim olmasa belə mənə etdiyi yaxşılıqlara görə hər zaman onun yanında olacaqdım. Heç vaxt ağlıma başqa heç nə gətirməyəcəkdim, çünki onu ailəm kimi, yoldaşım kimi qəbul etmışdim. Amma. Mən əsil sevgimi bir səhv üzərundə qurmuşam, onu bəlkə də özümdən çox sevirəm, bəlkə də indən sonra on dəfə ərə getsəm də, həyatımda on dənə kişi olsa da heç kimi Çingiz qədər sevməyəcəm. O bir başqaydı, hisslərimi, duyğularımı, ehtirasımı cilovlayan kişi idi... lakin heç vaxt onu bağışlamayacam heç vaxt...
Qatarın gəlməsinə az qalmışdı, hələ mənim rəfiqəm gəlib çıxmamışdı. Nömrəm Azərbaycan nömrəsi olduğundan burada işləmirdi. Yaxınlıqdakı telefon köşkünə yaxınlaşdım, nömrələri cevirib gözləyirdim ki, uzaqdan qatar göründü. Əməlli başlı əsəbləşmişdim. Deyəsən planım baş tutmayacaqdı. Rəfiqəm Tutu gəlməmişdi. Dəstəyi əsəbi halda üstünə asıb perona qaçırdım ki, hardasa Tutu məni səslədi.
- Çingiz, burdayam, səni gözləyirəm bayaqdan. İlahi sevincimin həddi hüdudu yox idi. Tutunun yanına qaçdım.
- Tutu, başına dönum. Bax dediyim kimi aa, bir damcı da qızı şübhələndirmirsən. Guya tanımırsan. Hərşey planladığımız kımı olacaq aa...
Qatar dayandı.6 cı qatarın səmtindən onları təqib edirdim. Budur, əvvəl Bəyim, və onlarla gələn iki qadın, sonra da Elmira görsəndi. Xam nabələd olmağıhiss olunurdu. O biri sərnişinlər kimi girişkən deyildi, nə edəcəyini, yükləri necə boşaldacağını bilmirdi. Bəyim ona tez tez əmr edir, hətta öz dilimizdə söyürdü də. Deyəsən onun söyüşlərinə Elmiranın qulağı alışmışdı. Vecinə deyildi. Tutu onlara yaxınlaşdı, Bəyimlə köhnə tanışlar kimi görüşdü. Guya Bəyim Azərbaycandan puluyla yük gətirmişdi. Tutu pulunu verib yükünü Bəyimdən aldi və getdi. Bəyim əşyaları bir arabaya yüklədib, Elmira və o biri qadınlarla küçəyə doğru axışdı. Planladığımız yerə gələndə qadınlar hərəsi bir yerə yayındı. Elmirayla Bəyim qaldı. Tam zamanı idi. Planımız həyata keçirdi.
- Nərgiz, sən get deyy, o kafedən katlet çörək al, kafedə oturma, keç ora ağacların altına. Adama da bir dənə limonat da al. Mən də aparım sumkaları saxlama yerinə qoyum gəlim, axşama qədər burdayıq, zəmbillərlə fırlanmaq olmayacaq. Çörəyimizi yeyək, biraz şəhəri gəzək.
- Yaxşı tez gəl aa, qorxuram,
- Nəfən qorxursan, sənini taykarın pzü təkbaşına gəlir ee alverə, öylən yavaç yavaç, bunnan sora səni tək göndərəcəm, biraz diri ol, belə ölüvay olsan yeyərlər səni quzu kimi... Həə kvass almağı unutma aa, buranın kvası aləmdir.
Elmira...
Elə bil anasından ayrılan uşaq idim.Elə qorxurdum ki:
- Mən də gəlim, bir yerdə gedək, gəlib bərabər alarıq. Qorxuram, birdən gəlib məni tapmazsan.
- Boy, başıma xeyir. Dəli olub bu qız. Mənim gül ağzımı açdırma yenə, uşaqsan az? Bakldan Moskvaya gəlib hələ böyüməyib bu qız. Yeri get çörəyini al, tez ol, başımı xarab eləmə, bax o skamekada otur, gözlə 10 dəiqəyə gəlirəm. Ala bu pulu.
- Məndə var...
- Az burda manat işləyir? Ala ... Ver o sumkanı da eşşək leşi kimi nədi bu almısan yanına- deyib çiynimə asdığım, idman çantasını çiynimdən dartıb aldı.
- Dayan, içində şəxsi əşyalarım var.
Çantanı açıb içindən balaca əl çantamı çıxardıb mənə üzatdı.
- Fsyo. Əsas budur. Bu boyda sumkayla şəhərdə gəzmək olar, qoy ora rahat nəfəs al daa.
- Sənədlərim...
- Heç nə olmaz...
Əlini öz çantasına qoydu. Mən də qoyacam şkafa, açarını alacam... Burda bir şey itməz qorxma. Yeri, qurtar, acından öldük. ..
Deyib özü çemodanları darta darta içəri kecdi. Büyük şüşə qapıların arxasından gözümlə onu izləyirdim Bir xeylax getdikdən sonra sola buruldu, gözdən itdi. Əlimdə tutduğum pulu ovcumda möhkəm möhkəm sıxıb yaxınlıqdakı bufetə yaxınlaşdım. Sıramı gözlədim. Bir gözüm də qapıdaydı.
Sifarişlərimi alıb ağacın altına gəldim. 10 dəqiqə keçdi, iyirmi dəiqə keçdi, yarım saat, 1 saat... Bəyim gəlmədi. Qorxumdan yerimdən tərpənə bilmirdim. Fikirləşirdim birdən qalxıb gedib içəri baxaram, bu yerdə də Bəyim gəlib məni burda tapmaz, axtarar, bu səfər bir birimizi tam iturərik. Nə qədər gözləmək olar? Hara gedim, nə edim bilmirəm, üstümdə adres yox, telefonum işləmir, əşyalarımı Bəyim aparmış, üzərimdə də ancaq Azərbaycan pulu var. Otub qara qara düşünürdüm, əsəbimdən az qala ağlayırdım, amma özüm bu qərib yerdə kimsəsiz tənha kimi göstərmək istəmirdim. Parçalardılar məni.
İki saat, üç saat keçdı. Hələ də əlimdəki katilet çörək qalmışdı. Nə yeyə bilmirdim nə də ata bilmirdim. Acından da heydən hərəkətdən düşmüçdüm. Hava qaralırdı. Belə burda skamya üstündə oturmaqla olmazdı. İlk əvvəl bir telefon tapıb Cəbiyə və ya Səkinəyə zəng etməliydim, sonra heç olmasa bu gecəlik bir yer tapıb qalmalıydım. Elə bu fikirlə ayağa qalxıb bayaq yemək aldığım bufetə gəldim. Yaxınlarda poçt olub olmadığını soruşdum. Biraz aralıda bır bınanı göstərdi. Geri dönəndə bir qadının Azərbaycanca danışdığını eşitdim. İsti tavanın üstünə elə bil soyuq su çılədilər. Çox sevindim, ən azından ondan kömək istəyə bilərdim. Elə bu fikirlə üzümə sünü gülüş verib qadına tərəf addımladım. Gözləyirdim danışıb qurtarsın tanışlıq verim, kömək istəyim. Lakin istəmədən qadına qulaq müsafiri oldum. Qadın kımınləsə Bəyim adlı qadın haqqında danışırdı.
- Az gətirdiyi hamısı geydirmə mallar. Nə bilim ee, baxmadan aldım, bu hayasız birinci dəfə deyil ee başıma belə oyun açır. Demişəm onnan işləməyəcəm, amma elə bil dilim ağzım bağlanıb... Az ay toba, özün elə göstərir, deyirsən mələkdir, içindəki şeytanan heç kimin xəbəri yoxdur...
Qadın qarşı tərəfi dinlədi, susdu. Yadıma düşdü. Bu qadın sabah bizdən çamadan alan qadındır. Əmin olmaq üçın qadının diger tərəfinə keçıb diqqətlə ona baxdım, həmin qadını xatırlamağa calışdım. Bəli əmin idim. Bu o qadın idi. Sevinc və ümüd içımə bir sərinlik gətirdi. Lakin qadının danışdıqları məni qorxuzurdu. Onun dediyinə görə Bəyim ona kələk gəlib, hətta elə indicə ondan eşitdiklərim məni dəhşətə gətirmişdi.
- Ay qız bu Tutu ölsun yalan deyirəmsə. O Xeyranisənin nəvəsini də aldadıb gətirmişdi də Moskvaya. Əvvəl yanında işlətdi bir neçə ay, bütün nəyi var, nəyi yox keçırtdi qızın adına, yetimin qızını da, nənəsini də əməlli başlı bişirdı. Ay qız kimin ağlına gələr ee, olan olmazın versin qıza sonra da...
Qadın dayandı, nədənsə ehtiyyat edib ətrafa baxırməş kimi boylandı. Sonra əlini telefona qoyub guya yavaşdan danışdı.
- Qızi gətirib burda azdırdi. Guya qız itib dəə. Amma özü durub kənardan qızı güdür. Yazıq saf qız. Nə bilsin başına gələcəkləri. Elə ki, axşama düşdü, qız qalmağa yer axtarır. Bu heyində Bəyim göndərir adamlarını, Böyrək mafiyasiynan işləyir.
Susdu. Qarşı tərəf nə dedisə qadın and aman elədı.
- Atomun goru haqqı, iki xəstəmin canına, yalan deyirəmsə bu Tutunu əlinlə yuyub qəbrə qoyasan. Qlz o itən it bata düşdü, İnanmirsan ee... Ay balam yoxsa hansı qadının g..dü ki, Bakıdan vurub Moskvadan çıxa. Binədə yer ala, bu saat milli məclisdəkilər Binədən 5 metr yer ala bilmir ee. Özü də türmeşik neçə il yatıb çıxıb...
Daha heç nə eşitmək istəmirdim, gözüm ətrafda Bəyimi və onun "adamlarını" axtara axtara qaçırdım. Hara gedirdim bilmirəm, bayaq mənə göstərilən poçt binasını da unutmuşdum. Çantamı möhkəmcə böyrümə sıxmışdım. Vağzalın önündəki meydancada fırlana fırlana qalmışdım. Hara, hansı tərəfə üz tutacağımı bilmirdim. Aclıqdan da başımdan açımasız ağrılar tutmuşdı. Əlimdə çorək su olsa da iştahim çəkmirdi ağzıma loxma qoyam. Qadının danışdıqlarından sonra qorxumdan bayaqdan Bəyimi gozlədiyim yerə də getmirdim. Ağlıma hər şey gəlirdi. Qadının dediklərində həqiqət vardı. Bəyim mənə də çox yaxşılıqlar edib, olan olmazını mənə həvalə edib. Bəlkə butun bunlar məni ələ almaq üçünmüş. Bəlkə həqiqətən o mafiyaya işləyir, mənim kimi çarəsizləri gətirib burda mafiyaya satır? Allahım daha başıma nələr gələcəkdi, ya rəbbim, axı bu nə oyundur mən düşdüm. Başıma gəlməyən qalmadı. Hələ də bu qədər safam, Allah sən özün köməyimdə dur... Biraz aralıda üstünə HOTEL yazılmiş bir binanı qaralamışdım. Başqa yolum yox idi. Bu gecə orda idarə edəcəkdim, sabahdan başımın çarəsinə baxacaqdım. Otelə on on beş metr qalmışdı kı, bİri saqqallı keçəl, idmançı bədənli, biri də arıq uzun bir oğlan mənə yaxınlaşıb salam verdi. Əlində bir şəkil var idi. Arıq oğlan bizimkilərdən idi. Ürəyim əsməyə başladı.Dilim dolaşdı. Salamı bələ ala bilmədim. Ha deyəsən sonum gəlib.
- Nərgizsən?
Vəssalam. Demək o qadının dediyi mafiya elə bunlardır?
- Yox...
Elə yox dediyimi gördüm. Keçəl oğlan qoluma girib susmamı işarə edərək yolun kənarındakı taksiyə işarət etdi.Qolumu dartıb keçəlin əlindən çıxardım və otelə götürüldüm. Keçəl də arxamca. Otelə girib irəli geri boylandım. Oğlan qapıya yaxınlaşıb dayandı, içəri girmədi. Rahatladım. Qorxa qorxa nəzarətçiyə yaxınlaşıb boş yer olub olmamasını soruşdüm. Pasportumu istədi. Özümü elə itirmişdim ki, oasportumun o biri çantamda olduğunu belə xatırlamırdım.
Çantamı eşdim yox idi. Dəliyə döndüm. Hanı pasportum mənim, itirmişəm? Cibdanımdakı bütün pulları çıxardım. Mənə bir gecəlik yer verin, qalacaq yerim yoxdur, xahiş edirəm, sənədlərimi itirmişəm.
- Olmaz, qanunları poza bilmərik.
-Yalvarıram, Bakıdan gəlmişəm, sənədlərim itib, gedəcək bir yerim yoxdur, küçədə qalmayım, xahiş edirəm, sabaha qədər yer verin, lap burda yataram, qapı ağzında, xahiş edərəm.
Nəzarətçi qoluma girib məni sakitləşdirməyə çalışdı. Deyəsən mənim buralara ilk dəfə gəldiyimə inanmırdı. Əşyamın olub olmadığını soruşdu. Elə bu vaxt yadıma düşdü ki, sənədlərim idman çantamın cibində qalıb, sərhəddən keçəndə elə çantamın cibinə qoymuşdum. Vəziyyətimi onlara başa salmağa çalışırdım. Onsuz da rusca təmiz bilmirdim, bir tərəfdən də qorxudan bildiklərim də yadımdan çıxmışdı. Otel işçıləri dərdimi, nə demək istədiyimi başa düşməyincə ağlamaq məni tutdu. Onlar da nə edəcəyini bilmirdi. Nəzarətçı qız qoluma girib məni böyük salonda divanda oturtdu. Bir stəkan su verib sakitləşdirdi. Çox keçmədi otelin məsul işçısı gəldi. Başıma gələnləri ucundan qulağından danışdım. Rus da olsa sağolsunlar, vəziyyətimi başa düşüb bir gecəlik qalmağıma razı oldular.
Səhər oyanar oyanmaz geyinib çantamı götürdüm. Gözüm dünən aldığım çörəkarasına sataşdı. Qəhər boğazımı turdu. Bu qədər saf olduğuma görə özüm özümü söyürdüm. Bir tərəfdən də fikirləşirdim ki, bəlkə Bəyim gəlib mən orda olamışam, o da məni axtarır? Bir insan bu qədər pis, bu qədər iki üzlü ola bilməz, axı bu belə pisniyyət olsaydı elə orda da olardı. Əgər məni böyrək mafiyasına verəcəkdisə, mənə bu qədər yaxşılığı niyə olsun ki. Onsuz da yetim kimi bir şeyəm, mənim hesabımı kim edəcəkdi ki ona? Özünü və məni bu qədər dağa daşa salmaq niyə, nəyə lazımdır ?
Suallar yağmur damlaları kimi başımı deşdıkcə gözlərim qaralirdı.
Qərarımı vermışdım. Soraq edib azərbaycanlıların daha çox olduğu bazarı tapacam, görüm başıma nə qəlir. İnşallah o keçəl məni qapıda gözləmir.
Oteldən çıxanda ilk getdiyim yer, yolun o tərəfində görsənən vağzal oldu. Bütün vağzalı ələk vələk etdim, əşyaların saxlanma yerinə gəldim. Bəyimin ad soyadını verdim, dünən bura əşya qoyub qoymadığını soruşdum. "Dəvə gördunmü, gığını da görmədim" dedilər. Demək ki tanımadığım o qadın haqlıymış, Bəyim məni bura aldadıb gətirib.
Poçt binasını sorağ etdim. Bakiya, Səkinə xalaya və Cəbiyə zəng etdim, heç biri cavab vermirdi. Hətta ev telfonu da boşu boşuna çağırırdı, cavab verən yox idi. Bütün ümüdüm üzülmüşdü. Pulum da az qalmışdı. Otel çox bahalı idi. Ordan çıxanda pulu sadecə xərclık üçün götürmüşdüm. Bəyimə arxayın olmuşdum gediş dönüş pulumu o verəcəkdi. Pullarımı saydım. Bilet pulu ancaq olardı. Yolda xərcləməyə pulum qalmirdi. Cəhənnəm, çətini sərhəddə çatana qədərdır. Həmdə qatarda mütləq Azərbaycanlılar olacaq. Vəziyyətimi başa salaram, heç olmasa yeməyimə suyuma köməklik edərlər.
Düşündüklərimdən ürəklənmişdim. Sevincək təkrar vağzala gəldim. Bilet axtardım, kasada biletlər bitmişdi, gələn həftəyə vardı, təcili bilet axtardığımı görən bilet dəlalları əllərindəki biletləri 3 qat bahasına təklif edirdilər. Lap bilet alsam necə alacaqdım ki, pasportum yox idi.
İlk əvvəl pasportumu tapmalıydım. Hardan, necə? O qədər avam idim ki bunun üçün hara, kimə müracıət etməyimi belə bilmirdim. Vağzaldan küçəyə çıxıb ətrafa göz gəzdirdim. Polis axtarırdım ki dərdimi ona deyəm, kömək istəyəm.
Budur, biraz aralıda yol ayrıcında poliş maşını dayanmışdı. Sağıma soluma baxmadan maşına tərəf üz tutdum. Səkini adlayıb yola çıxmışdım ki, arxadan gələn bir qadının bizim dildə danışdığını eşirdim. Səs tanış gəldi.
- Az gedirəm Çingizin yanına, hə? Az bizim Çingizi deyirəm de... Ektrasens, var ee baxıcı. Hə, hə burdadır. Çoxdan gəlib... 6 7 aydır.
Qadın ara verdi, Çingiz və ekstarses adı ayaqlarımı yerə mıxladı. Dönüb geri baxdım. Həmin qadın idi. Gəlib məni keçdi. Yanımdan keçəndə diqətlə mənə baxdı. Deyəsən tanımışdı.
- Hə Südabə, dedim gedim bir baxdırım, görüm o Bəyim hardadır, görüm dilin ağzın bağlatdırıb pulumu paramı ala bilirəm?
Qadının arxasınca düşmüşdüm. Polisi unutmuşdum. Fikirləşirdim azərbaycanlıdır, Bəyimnən də ağzı yanıb, onsuz da Bəhimi göydə axtarır, hardan necə olur olsun onu tapacaq. Həm də Çingiz adı məni kipnoz eləmişdi. Bu Çingiz o Çingiz olmaya?
Qadın gedə gedə tez tez dönub mənə baxırdı. Qəfil ayaq saxladı. Telefondakiyla sağollaşa sağollaşa qolumdan tutdu. Anidən baş verən hadısədən duruxdum, dartınıb onun əlindən çıxmaq istədim.
- Dayan görüm ay qız, sən Bəyimnən gələn qız deyilsən?
Bir anlıq nə deyəcəyimi bilmədim. Desəm ki hə oyam, məni girov götürüb Bəyimi axtaracaq, həqiqəti, başıma gələnləri danışsam da mənə inanmayacaqdı.
- Nə gözünü döyürsən az, sənnənəm ee, hanı Bəyim?
- Vallah mən də onu axtarıram.
- Məni dolamısan az? Mənə atdığı, kələk gəldiyi bəs deyil, indi də səni dalımca salıb? Az dünənnən sən məni güdürsən ee, elə bilirsən xəbərim yoxdur? Nə istəyirsən az məndən? Qaldığım yeri öyrənmək istəyirsən? Pullarımı soymaq istəyirsən?
- Yox vallah ay xala, qurban olum, təsadüfən gördüm səni, mən də elə Bəyim xalanı axtarıram, Allah haqqı, dünənən elə mən də onu burda, vağzalda itirmişəm, buraları tanımıram, birici dəfədir gəlirəm bura.
- Ay sən öləsən, elə sən dedin mən də inandım. Gəl bura, tutduracam hamınızı, dey polis orada. Deyəcəm mənə pul atıblar, indi də dalımca düşüb, məni soymaq istəyirlər.
- Burax qolumu, ağrıdır, nəyə deyirsən and içirəm, allah haqqı, bütün hər şeyim onda qalıb, pasportum, sənədlərim, mən də onu axtarıram, Bu gecə oteldə yalvar yaxar qalmışam, pasportsuz qoymurlar, qasinsaya. Bakiya qayıtmağa bilet tapa bilmədim. Nə edim bilmirəm, nolar mənə kömək edin.. Elə bu vaxt dünənki keçəl gözümə dəydi. Dilim dodağım dolaşdı. Bilmirəm bunlar kimdir. Ağlıma bir şey gəlirdi. Bəlkə Babanın adamlarıdir, mənim Moskvaya gəlməyimdən xəbər tutublar, məni burda axtarırlar? Bu qadının dedikləri ağlıma batmırdı. Bəyimi belə bir adam kimi qəbul edə bilmirdim. Qadının arxasına keçıb özümü gizlətdim.
- Xala başına dönüm, məni axtarırlar, qurban olum məni gizlət.
- Kim axtarır?
- Bilmirəm kimdilər, dünən məni qovalayırdilar, tutmaq istəyirdi, güclə qurtardım. Qadan alım, köməy elə, nə desən edəcəm, başına dönüm.
Qadın mən baxan istiamətə baxdı.
- Kİm axtarır ee səni, o keçəl? Boyrək Mişadı, onu tanımıyan yoxdur buralarda, mafiyadır. Hiii, az olmaya Bəyim səni də tolayıb gətirib bura?
Qadının təlaşından ürəyim ayaqlarımın altına düşdü. Gözlərimdən yaş şora verdi. Qorxumdan tir tir titrəyirdim. Bayaqdan əlindən çıxıb qaçmaq istəyirdim, indi qolundan tutub ona sığınmışdım


21 BÖLÜM..

  Qadın məni arxasında gızlədə gizlədə dayanacağa qədər gətirdi
   - Hara gedirsən?
  - Bilmirəm...
  - Necə yəni bilmirəm, harda qalırsan? 
  - Dedim axı ay xala, itirmişəm Bəyim xalanı, buralarda nabələdəm, Birinci d ə fədir Moskvaya gəldiyim, Allah haqqı, heç haranı tanımıram. Bilet ala...
  - Gəl mənimlə !
   Sözüm ağzımda qaldı, ixtiyarsız tanımadığım bu qadının arxasınca düşüb gedirdim. Yol üstü adını da öyrənmişdim Tutu idi... 
   Taksiyə mindik, məni danışdırmirdı. Şoferin yanında oturmuşdu. Nigaran nigaran ağzına baxırdım, nə danışdığını, kiminlə danışdığını bilmək isrəyirdim, hara gedəcəyimizi öyrənmək istəyirdim. O isə bir dəqiqə də dayanmadan telefonla danışırdı, öz aləmindəydi, sanki məni unutmuşdu. Təmiz rus dilində danışır, kiməsə nəsə göstəriş verir, kiməsə evə gələcəyini, yanında qonaq olduğunu deyirdi.  Danışdığı adamları da axşama evə dəvət edirdi, arada da  "deyirlərki toy olacaq
Məşədi İbad bəy olacaq" deyə oxuyur, qəh qəhə çəkib gülürdü. Onun gülüşləri məni ələ salırmış kimi toxunurdu mənə, dediyi "toy" danışdığı adamları dəvət etdiyi "məkan" deyilən yerdə olacaqmış . Belə başa düşürdüm ki,  dediyi "toy"  elə mənim başımda çatlayacaqmış. Bəyim gəlib onlara təslim olmadan mənə o məkanda "toy " tutacaqlar. Qorxu canımı almışdı. Maşının pəncərəsindən sallaşıb şəhərdə qaynaşan camaata baxdım, bir anda bu qədər camaatın içində bir anlıq özumə simsar axtardım...
  - Hardasan Çingiz, heç olmaya bu dəfə çıx qarşıma nolar. Bu dəfə heç olmaya yaşadıqlarım sənə agahbolsun, mənə kömək elə, dillərin ağızlarını bağla bunların... Allah bir möcüzə yarat...

    ÇİNGİZ.

  Görüşümüzə dəqiqələr qalmışdı. Çox həyəcanlı idim. Bilmirəm bu etdiklərimə görə məni bağışlayacaqdı ya yox, amma bağışlasa da bağışlamasa da o mənimdir, mənim olacaqdı. Və biz bir daha Azərbaycana getməyəcəyik. Burda həyatımızı quracağıq. Artıq bundan sonra kimsənin cızdığı yolla deyil, öz taleyimin yoluyla gedəcəkdim. Anamgil də Elmiranı  gəlin kimi gəbul edəcəkdilər, etmək məcburiyyətindəydilər. Etməsələr də özləri öz bəxtlərindən küssün...
   İki otaqlı geniş ev mənə dar gəlirdi. Bu evdə Tutu qalirdı. Tutuyla, Bəyim şərik işləyirdi, Bakidan gələn malları Tutu burda satır, burdan aldıqları malları da Bəyim Bakıya vururdu. Məni də Bəyim Tutuyla tanış etmişdi. Burda və Azərbaycanda  hamı Tutunu Tanya kimi tanıyır, bəlkə də ona göre Elmiranın ağlına bir şey gəlməyib, əgər qadının adını Tanya olaraq eşitsəydi, o dəqiqə hər şeyi başa düşərdi. 
   "Böyrək mafiya" oyununu oynayanlar mənim dostlarım idi. Elmiranın şəkilini vermışdım onlara, oyunu bərabər planlamışdıq. Mən kənardan hərşeyı ızləyirdim. Oyunun senaryosu da dostlarıma aid idi. Məqsəd Elmiranın gözünün odunu alıb, dənizdə boğulan adam kimi saman çöpünə güman etdirmək idi.
   İndi aradan illər keçıb, hələ də o  günləri komediya filimi kimi xatırlayıb gülüşürük... 
   Otaqda dolanıb durmaqdan başım gicəllənirdi. Tutu və Bəyim hər dəqiqə evə  zəng vurur, vəziyyətdən məni hali edirdi. Çətini Elmiranı bu qapıdan içəri salana qədər idi, ondan sonra, bütün oyunu mən özüm tək başıma oynayacaqdım.

    ELMİRA

  Binanın birinci mərtəbəsindəki evə salıb, heç bir şey demədən Tutu qapını çöldən bağladı.Çığırtım evi başına götürdü.
   - Ay xala, qurban olum, burax məni çıxım gedim, nolar yalvarıraım, mənim heç bir günahım yoxdur!
   - Səsini sal içinə, bura sənin üçün Azərbaycan deyil ee qaraçılıq edəsən - deyə ağzını qapının açar yerinə qoyub  gülərək mənə səsləndi- Evin yıxılsın ay fələk, nə qaraçı qızdır bu? Az səni öldürən yox, kəsən yox, gətirmişik çörək verməyə də, qaçırtmışıq, pislik eləmişik? Sakitcə sözümüzə bax, canıma da dua oxu, bildin? Səsin çıxmasa, ağıllı olsan  yaxşı olacaq...
   Nə dediyini, nəyə eyham vurduğunu başa düşmürdüm, gözümü yumub ağzlmı açmışdım, kar könlündəkin anlayan kimi, mən də elə öz könlünmdəkilərdən qorxub qışqırıram.
   Tutu məni qışqıra qışqıra qoyub getdi. Elə bilirdim qaçırtmaq  oğurlamaq  mənasında deyir,  nə edəcəyimi bilmirdim, onun gülərək dediyi sözlərin hansı mənayla dediyini bilmirdim. Qapını az qalırdım yerindən çıxaram, gözlükdən baxıb, rusca camaatı köməyə çağırırdım, səsimə səs verən yox idi, sanki izsiz bir quyuya düşmüşdüm.  Qapının ağzına çöküb, alnımı qapıya söykəyərək bəxtimə taleyimə məni bu günlərə salan Çingizə söyə söyə ağlayır, burdan qaçmağa çıxış yolu axtarırdım. Allahından bura birinci mərtəbə idi, mütləq bir çıxışı olmalıdır...
   Bu fikir üstümə gün kimi doğdu  ayağa qalxıb içəri otaqlara keçdim, pəncərələr dəmirli idi, bir otağın qapısı örtülü olduğundan , itələyib özümü içəri atdım. Elə ilk addımda yerimdə quruyub qaldım, Çıngiz özündən razı halda divanda oturub ayağın ayağının üstünə aşırmış mənə baxıb gülürdü.
   Elə bil yuxu görürdüm, onu gördüyümə inanmadım, yoxsa Allah bayaqkı duamı eşidib onu mənə göndərib?
   Gözlərimi göyə döyə kəkələyirdim, mən kəkələdikcə o uğunub gedir, gözlərinin suyunu silə silə məni əliylə yanına çağırırdı. Bu vaxt qadının sözləri qulaqlarımda cingildədi,
  - "Az səni öldürən yox, kəsən yox, gətirmişik çörək verməyə də, qaçırtmışıq, pislik eləmişik?"
   Demək bu qədər başıma gələnlər oyun idi? Məni Çingizə qaçırıblar?  Daha dayana bilmirdim, hansı hisləri yaşayırdım özüm də bilmirdim. Qırğı kimi Çingizin üstünə şığıdım, yumuruqlarım onun sinəsində başında oynadıqca o qəhqəhə çəkib gülür, məni divanın üstünə yıxaraq könlümü almağa çalışırdı. Əsəbimdən ağlayırdım. Özümü onun əlindən qurtarmağa çalışsam da oyenə bütün iradəmi  özünə təslim edirdi... 
    
     O günlərdən acılı şirinli günlər keçdi. Hərdən oturub keçmişimizə baxıram, onunla birləşməyim doğurdan da qəbuledilməz bir şey idi, Cingiz idi ki, mənim üçün hər çeyindən keçib, məni ailəsinə əbul etdirdi...
   10 il idi bərabər idik, rəsmi nigahımız yox idi, amma kəbinimizi elə Bəyim özü kəsdirmişdi. Hardansa bir molla tapıb gətirmişdi. Bütün dost tanışları 25 30 nəfər toplanıb bir Azərbaycanlıların restoranında toy elədik.
    Bu dəfə də Zakir məni kövrəltmişdi, eşidəndə ki hələ sağlığında Çingizi tapıb məni ona tapşırıb, üç gün özümə gələ bilmədim. Onun o qədər geniş ürəyi var idi ki, öləndə də məni sahibsiz qoymamışdı. İkinci dəfə onun hədiyyəsini boynumdan açanda Çingiz əlimdən tutdu:
  - Qoy qalsın, o səni qısqanmayıbsa, mən də səni ısqanmayacam. Bu sep  onun sənə hədiyyəsidir, sən də onun mənə ən qiymətli hədiyyəsisən. Əgər bu gün bir yerdəyiksə, bu onun sayəsindədir.
   Çingizin məni qaçırtdığını eşıdəndə qardaşları da gəldilər, Çingiz son qərarını vermişdi, bu yolda ölmək var, dönmək yoxdur. Gedin Güllüyə deyin şələ kültəsini də yığışdırıb getsin, yoxsa mən o evə ayaq basmayacam. Çingizin şərtlərinin qarşısında anası isə belə çavab vermışdı.
  - it kimi peşiman olacaq, Güllü mənim gəlinimdir, Güllüdən başqa heç kim mənə lazım deyil, Çingizə deyin gəlirsə, gəlsin, arvadına sahib çıxsın, gəlmirsə ölsəm ölümün  üstünə gəlməsin...

   Çingiz

  Deyəsən mənim taleyimdə əzizlərimdən halallıq almaq yox idi, atam da məndən küsülü getmışdı. İndi də həmin sözləri anam mənə  deyirdi... Bəlkə bir gün anam xoşbəxt olduğumu görəcək, mənimlə barışacaq. Zaman hər şeyin dərmanıdır deyib hər şeyi zamana buraxdım. Nə biləydim ki, onun sözünü yerə salmağım onun ömründən kəsib. Mənim toyum olduğunu eşidəndə anam infararkt keçirtdi. Elmiranı da özümlə gətirib Səkinənin evində qoydum, anamın hayına qaçdım.
   Onunla xəstəxanada görüşdüm. Son günlərini yaşayırdı. 
   - Güllü sənə əmanət, onu qardaşlarının yanına göndərsən, südümü sənə halal etmərəm - dedi və gözlərini əbədi yumdu...
  Anam öləndə də Elmira məni tək qoymadı, Səkinəylə gəlmişdi. Məclis yalan olmuşdu, biz gerçək, başlar  birləşmiş, ağızlar qulaqlardaydı.
   Belə şeylər mənə çox toxunurdu, yas qalmışdı bir yana hamı bizdən danışırdı. Güllünü qızışdırır, Güllü  mənimlə danışmasa da tikanlı sözlərini iynə kimi soxurdu. Bu işə son verməliydim. Anamın üçünə qədər Elmira hər gün Səkinəylə gəlib camaatla bərabər də gedirdi. Üçü yola verib qonum qonşu dağılandan sonra Elmirayla Səkinə də qalxdı ki getsinlər. Elmuranın əlindən tutub içəri apardım. Qapıda Güllünün qardaşı arvadına da da dedim ki,
  - Get ərini də, qayınlarını da, əmilərini də çağır bura!  Söhbətim var! 

    ELMİRA 

   Çətin bir imtahan qarşısındaydıq. Səhərdən bəri məni nəzərindən qoymayan qadınlarla indi həyatı məsələmiz həll olunacaqdı,  başımıza nə gələcəksə hamısı bu gün gələcəkdi.  Ya üzüləcəkdik, ya düzüləcəkdik.
    Çingiz də ən az mənim qədər həyəcanlı idi. Səkinə xala da bir tərəfdə qaxılıb oturmuş, dodağının altından dualar oxuyaraq, təsbeh çevirirdi.Qapı açıldı, evin çamaatı, Çingizin bacıları, bacısı uşaqları, qardaşları qardaşı arvadları iki bir, üç bir gəlib döşəli zalın divar dibinə salınmış döşəkcələrinin üstündə  əyləşdilər. Analarının ölümündə məni günahkar sayan, ilk dəfə məni görəndə odlanıb üstümə hücum çəkən baldızlarım hələ də məni  qanlı qanlı süzürdülər. Başımı aşağı salmışdım. Yanaqlarım od tutub yanırdı. Kimsənin üzünə baxmasam da  kipriklərimin altlndan hamını uzləyirdim, pıçıltilar başlamış dodaqlar büzülmüşdü. Hamı gəlmişdi, bir Güllü və onun ailəsi yox idi. Deyəsən onları gözləyirdilər.
  Çingizin yeri göyü titrədən səsi bir anda içəri bomba kimi düşdü :
- Güllü !!!
   Əvvəl Güllünün qardaşı arvadları, sonra qardaşları, axırda da Güllü gəldi, keçıb qardaşı arvadının yanında oturmaq istəyəndə Cingizin amiranə səsi bir daha otağı doldirdu :
- Orda oturma!
- Nə deyirsən ee?
-Deyirəm orda oturma, keç Elmiranın yanına! 
  - Bıyy...
  Güllü nifrətlə Çingizə baxdı. 
- Bir o qalmışdı da arvadını küçədən tutub gətirdiyin bir itin ayağına gətizdirəsən? - Güllünün balaca qardaşı yerindən qalxıb  Çingizin  üstünə çoşdu.
  - İt sənin... Ağzını təmiz saxla, qayınımsan, xətrinə dəymək istəmirəm, amma belə təhqirlə danışsan təhqir eşidəcəksən...
  - Balaca qələt edibsən hələ bir təhgir də edəsən? Əə, cüllüt boğazı kimi üzərəm boğazını sənin...  Güllünün qardaşının əli Çingizin boğazına keçdi. 
   Ürəyim ağzıma gəldi, dedim indi qan düşəcək. Çingiz şəstini pozmadan boğazını qayınının əlindən qurtardı. Kişini geri itələyib yerinə oturdu. Güllüyə yenə əmr etdi:
- Sənə deyirəm qalx ordan, gəl otur burda! 
- Bundan ötrü yığmısan camaatı bura? Böyük qayın da Çingizin üstünə bozardı. 
-Sözümün canı var, gəl deyirəmsə, gəlsin otursun, davam edəcəm.
  -Mən küçələddə qalmışın yanında oturmaram!
  - Yaxşı, onda sən otur burda,  görüm mən gedəndən sonra sənə kim sahib çıxacaq ay yazıq , sən də küçələrdə qalasan, onda görərsən kimdi küçələrdə qalmış - yerindən qalıb mənə baxdı-Qalx Elmira, gedirik. 
   Çaşqın çaşqın Çingizin üzünə baxdım, ciddi görünürdü 
  Güllünün qardaşları ayağa qalxıb  Çingizin yaxasından tutdular, əlbəyaxa olmuşdular.
  - Nə danışdığını bilirsən sən?  Biz bacımıza sahib durmayacağıq? 
  - Hə di sahib durun da, görüm nə vaxta qədər durursuz, bacınıza sahib duran idiz, o zaman mənsiz nişan taxılanda duraydız, deyərdiz, bu adam bacımı istəyib nişanına gəlmədi, mən niyə verim bacımı buna? Niyə onu istəmiyən adama sırıyırdınız bacınızı, "niyə ər olsun, tez olsun" deyib göndərdiz yanıma, bəlkə mən gəlib əlinizdən aldım, bacınızı, dava saldım ? 
  - Ağzını yırtaram vallah sənin...
   Güllü qardaşlarından yana ürəklənmişdi. Gözaltı mənə baxıb  baxışlarıyla mənə meydan oxuyurdular. Cingizin bacılari da ayaqlanmışdılar. Araya girib ortalığı sakitləşdirirdilər. Səkinə xalaya baxdım, həmişəki mülayim nurlu üzüylə mənə mənə səbr elə işarəsi verirdi. Mən isə dayana bilmirdim artıq, Güllünün qohumları hətta bacıları belə mənə lətair lətair sözlər deyirdilər. Yerimdən qalxıb qapıya tərəf qaçdım, eyni amiranə səs qulaqlarımda cingildədi.
   - Elmira...
   Yerimə mıxlandım nə geri dönə bildim nə irəli getməyə çəsarətim çatmadı. Boğulurdum artıq, ayağım tutduqca qaçmaq istəyirdim. Yerdən arxamca qışqırışırdılar "rəddol" - deyə. Bir yerdə ki, sevilmirdim, istənmirdimsə  mənim orda nə işim vardı ki? Çəsarətimi toplayıb addımımı qapıdan bayra atdım. 
  - Elmıra dedım ee ! - Çıngızın bu bağirişı mənə son sözünü deyirdi artıq. Kimse qolumdan tutdu, gözümün yaşını silib baxdım Zülfiyyə idi. 
   - Gəl, balaca qələt yeməmisiz, indi də gedirsən. Hara gedırsən? 
  Özümü qapiya tərəf dartdım. 
  - O qapıdan çıxarsan, məni birdəfəmlik itirəsən, Elmira. Di qərar sənindir! - deyib, Çingiz yerə oturdu. Divara söykənib , əllərini göbəyinin üstündə çarpazladı, mənə baxdı. Baxışları hər şey deyirdı, həm qınaq vardı baxışlarında, həm yalvarış, bəlkə də qayınlarından ar edirdi, yoxsa qalxıb yanima gələcəkdi, əl ayagıma düşüb yalvaracaqdı. 
   Əlim ayağım boşaldı, heç kimə baxmayaraq elə qapının ağzındaca çöməldim, Zülfiyyə də yanımda oturub əlimi əlinə aldı.  Bunu görən Güllü güllə kimi açıldı. 
   -Azz adamda bir sifət olar ee, sizdə hər sifəti gördüm mən, siz təzə ay görəndə köhnəni doğruyub ulduz edirsiz - deyə yeindən qalxıb üstümüzə gəldi. Ortalıq  yenə qarışdı. Gah mənim üstümə çoşur, gah da Zülfiyyənin üstünə gedirdi. Saçlarımı əlinə dolaşmışdı. Mən də onun...
   Döyülən mən osam da, dediyi sözlər Zülfiyyənin ünvanına idi.  
- Az sən deyildin məni qardaşına alan? Az sən idin ee hər gün evimizin qapısını yolan. İndi noldu bir küçə qızın görüb namusla qeyrətlə, toy büsatla gələnə şillağ atirsan?
   Zülfiyyəgil bizi ayırmağa çalışsalar da ikimiz də inadımıza dayanmışdıq, bir birimizin saçını buraxmırdıq.
  - Belə eləmə Güllü, o vaxt başqa indi başqa... İndi vəziyyət başqa cürdür, özün bilirsən bunu da,  burax qızın saçını, burax! Get otur yerində... 
  Güllü sakitləşmək bilmirdi. Zulfiyyə isə dil boğaza qoymurdu, 
  - Sən özün ölürdün qardaşımın dərdindən, az sən deyildin,  özünü daxmada qardaşımın qucağına atan? Özün bilə bilə ki qardaşım səni istəmir, ındı namusdan danışırsan? Bəlkə qardaşım səni almazdı, kimə sübut edəcəkdin namusunu? Səni mən görmüşdüm ee qardaşımın qucağında, dey o papağı qeyrət yerinə başına basan qardaşln görmüşdü indi xoruzlanır, qardaşımın üstünə?  Tək görüb qardaşımı?  Sən öl hamınızı sürgün eliyərəm burdan, vabşe bilirsiz nə var?  Durun hamınız...  bayra ... 
   - EeYyy... BƏsdirin, bəsdirin... Başım sisdi- Çingizin qardaşı yumuruğunu divara çirpdi. 
  - Sənə nə olub, soğan yeməmisən nə için göynəyir? Yoxsa sən də qardaşının yolunu getmək istəyirsən? - deyə arvadı tərs tərs ərinu süzdü- Keçib sən Allah, get birin də sən gətir, olsun əla. Deynən ki, sənnən qabaq bunu sevmişəm... 
- Əşiii sən də,gül ağzımı açdırma haa. Nolub aa, ağız deyəni qulaq eşitmir. İndi səhv olub, düz olub, bunları kecdik, bir işdir də olub neyliyək, öldurək bunları? Bir daş atıldı suya, su bulandı, neyləyək yanmalıyıq?   Odumuzu söndürməyək. Aa oturun aşağı, yekə adamlarsınız, bir sakit şəkildə sözünüzü danışın, dərdinizi, fikirinizi deyin görək neynirsiz, nə etmək istəyirsiz,  yoxsa o bunu boğazlayır, bu onu saçlayır, yekə kişisiz aa, yekə adamlarsınız, uşaqlıq eləmək sizə  yaraşmaz ee, oturun bir sakit sakit danışın, biz də ona görə qərar verək. 
  - Nə deyirsən? İndi deyirsən bacımızın üstünə arvad gətirsin biz də peysərimizə ataq? 
   - Atmaq istəmirsən? - Çingizin qardaşı qapını göstərdi - Di götür bacını  qapı açıqdır, yaxşı yol - deyə sözü kəsə etdi:
   - Mənimcün fərq eləmir ee, ya Elmira ya Güllü, qardaşım kimi, hansın qəbul edibsə mən də  də onu bacı kimi tanıyıram. Qışqırıb bağırmala deyil ee ay Servər. Bir oturub  ayıq başla danışmaq lazımdır, hələ bir kişi sözünü deməyib, məqsədi, təklifi nədir bilmirik. Almışıq hərəmiz əlimizə bir lolu  çalırırıq horu horu. Bunnan nə əldə eliyəcəyik? Bir qoy görək kişi nə deyir dəə, bir sözünü desin, Xoşunuz gələr, gələr, gəlməz day özünüz bilərsiniz. 
   Hamı sakitləşmişdi. Qardaşının bir söz demədiyini görən Güllü təkrar ortalığı qızışdırdı. 
   - Mən bir dəqiqə də bu küçə qızıyla bir yerdə qalmaram. 
   - Son sözündür? - Çingiz yerindən dikəldi. 
  - Hə son, ya o ya mən qərarını ver! 
   -O zaman çix bayra, qapını çöldən  ört... 
  Güllü belə bir qərar gözləmirdi, bəlkə də gözləyirdi ki Çingiz ondan üzü istəyə daha bir yumuşaq şəkildə onun könlünü ala. Lakin çingizdən mənim yanımda  belə bir şey eşiyməsi ona toxundu. Bir qadın kimi onun yerində olmaq istəməzdim.  Güllü pərt halda üzümə baxıb Çinızı hədələdi. 
   - Göynən gedirsən, hələ havalısan, yəqin havan yatan vaxtın olacaq- Güllü ayaqlarının altına şapalaq vurub- Bax onda gəlib döşənəcəksən bax bu ayaqlarımın altına. Onda görəsən Güllünün əsil üzünü - deyə   qapıdan çıxdı. Onun arxasınca da ardaşı çıxdı. 
   - Məndən günah getdi day. Bunu özün istədin aa, sonra demə ki, Çingiz niyə belə etdi. Anamın vəsiyyətini yerinə yetirmək istəyirdim, səni mənə əmanət etmişdi. Mən də əmanətə gözüm kimi baxmaq istədim, yox əgər buna etiraz edirsənsə, mən nə edə bilərəm ki? Ya qəbul edəcəksən, ya da gedəcəksən - dönüb Güllünün balaca qardaşına baxdı. Bilirəm, sizi başa düşürəm, qəbul ediləsi vəziyyət deyil. Amma bacın da bilirdi ki, mən başqaasını istəyirdim, bunu ailəm də bilirdi, nişan mənsiz oldu, toydan qaçdım,  özünə də demişdim istədiyim var. O da qəbul etmişdi. Anamdan keçə bilmirdim, məni anda vermişdi. Məndə anamın xətirinə Elmirayla da danışmışam. Vəziyyətimi başa salmişam. Allaha and olsun, o  hələ mənə deyir evlisən, yuvanı yıxma, evini dağıtma...
   - Çəkilsin o zaman aradan
   - Mən istəmirəm, niyə, mənim xoşbəxt olmağa haqqım yoxdur?   Evlənmək ölməkdir bəyəm?  Mən sevə bilmərəmmi?  Kiminsə yanlış qərarına qurbanmı getməliyəm?  Mən bacınızı da kiməsə qurban etmək istəmirəm, özü gedirsə gedər, qəbul edərsə, mənim də, Elmiranın da başının üstündə yeri var, hansı evi istəyir orda Züleyxayla o qalacaq., xərcliyin, yeməyin içməyini verəcəm, kiməsə möhtac etməyəcəm. Yenə bacınız sizindir, yox əgər qəbul etməyəsizsə iki günün biri gəlib beynimlə oynuyasızsa  o zaman götürün gedin bacınızı. Yası yola verək anamın qırxından sonra son qərarı verəcək, ya siz ya mən. Özünüz məni bilirsiz. Mən danışanda kişi kimi danışıram, söz verəndə də kişi kimi verirəm, nə qədər ki, bacınız mənim soyadımı daşıyır, ağlına heç nə gətirməyəcək, mənim namuslu arvadım kimi qalacaq, mən də arvadım kimi namusunu çəkəcəm, yox üç gün sonra desə ki, mən Çingizlə yaşaya bilmirəm, mənə üz göstərmir, ərlik eləmir, o zaman haray bəri başdan...
   Çingiz sözünü demışdı, demək o Güllüyə biorafik ər olacaqdı, bunu açıq aşkar qardaşlarının yanında deyirsə, demək ki, burda çiddi ciddi söhbət var. Güllü bu vəziyyəti ya qəbul etməliydi, ya da çıxıb getməliydi. 
   Çingizin anasının qırxında qərar verilmışdı, yeddidən sonra kəndə  evlərinə gedən Güllü qaynanasının qırxından sonra bütün şərtləri qəbul edib gəlmişdi, o Zuleyxayla bina evində, biz isə Çingizlə sevgi yuvamız olan bağ evimizdə  qalacaqdıq...

22 BÖLÜM

      10 ilimiz asan keçmədi. Güllü ilə Züleyxa bir olmuşdu biz bir. Günləri molla seyid yanında keçırdı. Bizi ayırmaq üçün əllərindən gələni edirdilər. Bu zamana qədər nə olur olsun biz bacı qardaşlar arasından su da keçməmişdi. İndi Elmira gəlib deyə Züleyxanın üzünə ağ ola bilmirdim. Onsuz da onu öz əlimlə bədbəxt etmışdım, ona qarşı vicdan əzabından ölürdüm, Qəlbi qırıqdır, istəmirdim xətrinə dəyim. Belə də, Züleyxanı bilirdim, əvvəldən küyə gedən idi, indi də Güllü onu əməlli başlı idarə edirdi. Qızışdırıb, doldurub üstümüzə salırdı. Özü də kənarda dayanıb çırtıq çalırdı. Bunları görürdüm, amma ona söz deməyə də haqqım çatmırdı. Ona erlik etmirdim ki, ona ər kimi də sözümü deyəm. Onunla aramızda heç nə yox idi. Bəzi günlər onlara gedəndə Züleyxa bir bəhanəylə bizi evdə tək qoyub harasa gedir, Güllü məni cilovlasa da, ipimi əldən vermirdim. Ona qarşı haqsıslıq edirdim bilirəm, amma Elmiraya da söz vermışdım, onunla sadece ailəmin bir üzvü kimi olacam. Bu sözün qarşısında Elmiraya xəyanət etsəydim, o zaman onu həmişəlik itirəcəyimdən qorxurdum. Elmira Güllü kimi deyildi. Həddindən artıq inadkar, esla özünü nədəsə sındırmazdl. Güclü bir qadın idi. Onun üçün sevgi başqa, qürur başqa şey idi. Sevgisindən keçərdi qürurundan yox. Hərdən zarafatla ona deyirdim ki:
- Sevgi yoxsa qürur?
- Əgər əvvəlki vaxtım olsaydı, sevgi deyərdim - deyirdi - bu zamana qədər hansısa bir kişi tərəfindən sevilmişəmsə, istənmişəmsə, demək indidən sora da sevilə bilərəm, o kişinin yaxşı niyyəti məni özünə tabe edə bilər, aramızdakı pərdəni qaldırar, bəlkə də sevə bilərəm, sevməsəm belə ona kişi kimi, başımın tacı kimi hörmət edərəm. Yox əgər o mənim qürurumu qıracaq bir şey edərsə heç vaxt onu bağışlamaram.
Güllü isə başqa cür düşünürdü.
- Nə sevgi ee,sevgi dediyin ailədir, evdir, qohum əqrabadır. Əgər qohum əqraba yanında hörmətim varsa, baldızlarım, qayınlarım məni istəyirsə, uzümə xoş baxırsa day mənə nə lazımdır. Rəhmətlik nənəm deyirdi kişi çöldə olar, qazancı evdə. Sadecə sən başı soyuqluq elədin, özün çölə getməkdən matişkəni evə gətirdin. İnşallah bir gün peşıman olar, gəldiyi kimi də gedər. O özü də bilirkı bu aılədə onu it yerinə qoyan yoxdur, heç kəs onu istəmir, axırda özü pərt olacaq, bezib gedəcək.Yenə mən səni bağışlayacam, məni sevəcəksən, mənim olacaqsan. Artıq olan kəsilər, o bu evdə artıqdır, o günü səbirsizliklə gözləyirəm.
Güllü aramıza girsə də heç vaxt özünü pis eləməzdi, amma, elə ki, meydan qızışırdı o zaman Züleyxayla verirdi ağız ağıza. Bəzən onların tikanlı sözlərindən küsüb inciyən Elmiranı ovudurdum,
- Neynim Emış qadan alım, sən de mən edim. Bacımdır atılası, deyil satılası deyil, Bacıma baxmaq, ona sahib çıxmaq boynumun borcudur.
- İndi sən deyirsən ki, borcuna görə mən bu zülümə qatlanmalıyam? Dayana bilmirəm Çingiz...
Dəfələrlə küsüb Səkinə gilə getmişdi. Mən də onunla bərabər, evimizə dönməyənə qədər ondan əl çəkməmişdim, mən də Səkinəgildə qalırdım.
ELMİRA
Primorskidə olanda anamın yanına tez tez gedirdim. Yaxşılaşmışdı heç kimi tanımasa da danışırdı. Bəlkə də məni tanıyırdı, amma hiss etdirmirdimi bilmirəm ,adımı çəkirdi, üzümə baxıb sanki başqa birinə nəsə deyirdi, həmişə də uşaqlardan danışırdı. Bir dəfə Ruqiyyə haqqında danışdıqları başımın tüklərini qabartdı. Anamın dediyinə görə Ruqiyyə mən evdə olmayanda kımləsə bir kişiylə bizim evdə görüşürmüş. Əvvəl anamın dediklərinə fikir verməsəm də sonradan Ruqiyyənin sonrakı taleyi haqında dedikləri başımın tüklərini qabartdı. Anam deyirdi, RUqiyənin bir oğlu olub, o oğlanu pıləkəndən aşağı çırpıb, özü öz əlləri ilə öldürüb, bir kişiyə qoşulub qaçıb, İlahə Mehmanın yanındadır. Anamın dediyinə görə Əlyar Mehmanın bacısına sataşıb, Mehman da Əliyarı şərləyib. Heydər ağır xəstəliyə düşüb, arvadı ona sadiq və ailəsinə qarşı cəfakeşdir. Heydərin uşaqları var, Lakin Heydər ailəsinə və uşaqlarına zülüm verir. Anam deyirdi, Heydər zülüm verdiyi uşaqlarının qolları arasında zarıya zarıya can verəcək, ağrıları o qədər şiddətli olacaq ki, özü uşaqlarına yalvaracaq ki, məni bu zülümdən qurtarın.
Mənim zamanımda belə şeylər olmamışdı. Axırıncı dəfə mən Ruqiyəni görəndə hamıləydi, demək bütün bunlar məndən sonra olub? Axı anam da onlarla bir yerdə deyildi, mən itkin düşəndən burda qocalar evinə atılmışdı , bu zamana qədər yanına gəlib gedən yox idi. Demək anamın danışdıqları onun ekstrasens gücləri idi.
Mənə də deyirdi Elmiranın 10 il sonra bir oğlu olacaq. Daha başqa uşağı olmayacaq. Tək madarını qara qüvvələrdən qorumalıdır, Elmira özünü qara qüvvələrə ölü olaraq göstərməsə on ildə doğduğu uşaqları həyatda qalmayacaqdı. Heç vaxt xoşbəxt ola bilməyəcək. Qara qüvvələr ailədən bir adamın ölümü ilə canımdan çıxacaqmış, əgər o adam qurban getməsə, olan mənim uşaqlarına olacaqmış, hər 1, 5 aydan bir mən qanımdan canımdan olan birini qara qüvvələrə qurban verecəkmişəm. Qorxu canımı almışdı. Demək təmizlənməsəm mən xoşbəxt ola bilməyəcəm?
Aİləmlə birdəfəmlik qurtardığımı düşünürdüm, lakin anamın dedikləri məni narahat edırdı. Fikir və maraq məni götürmüşdü. Kənardan da olsa onları görmək istəyirdim. Çingizdən xəbərsiz Duvannıya getdim. Uzaqdan uzağa məhəllə adamlarından bizimkiləri al dillə soraqladım.
ƏLiyar ikinci dəfə tutulmuşdu. Guya bu dəfə narkotik üstündə, Heydər isə evlənmişdi. 2 uşağı varmış. Normal həyatı yox idi, tüfeyilli həyat sürüdü. Bütün gün qəsəbənin pivəxanasında əyyaşlıq edirdi. Xanımı işləyir həm ona, həm uşaqlarına baxırdı. İşə gedəndə isə gəlin uşaqları qoca nənəsinin yanına qoyub gedirdı. Qonşular gəlinin halına acıyaraq danışırdılar, HEydərin üzündən hüzurlu yaşamları yox imiş . Ruqiyə və Mehmandan xəbər tuta bilmədim, tanıyıb bilənlər kimisi dedi, kəndə gedib, kimisi dedi Rusetə köçüblər. Esitdiyimə görə İlahədən sonra bir oğlu olumuşdu. O da evin pləkəninindən yıxılıb ölmüşdü.
Evə gəldikdən sonra bir neçə gün özümə gələ bilmirdim. Anamın dedikləri, və mənim ailəm haqqında eşitdiklərim məni dəhşətə gətirirdi. Anamın dedikləri düz çıxmışdı. İndi sıra məndə idi. Yaxın zamanlar başıma gələcəklər məni qorxuya salmışdı. Dərd məni götürmüşdü. Əgər məndə qara qüvvələr varsa bəs niyə Çingiz bunu görmür, niyə məni təmizləmir? Bəlkə onun gücü tükənib, bəlkə onun şeytanı ondan üz döndərib? Görəsən qara qüvvələrdən qurtulmaq üçün özümü necə ölü kimi göstərməliyəm? Bunu mənə Dağıstandakı mafiya da demişdi ölüb dirilməli onları aldatmalısan. Axı necə, bunu necə edə bilərdim ki, ölən dirilərmi heç? Bəs görəsən anamın dediyi ailədəki qurban kim idi? Bəlkə Çingiz özüdür? Yox mən Çingizsiz yaşaya bilməzdım...
Çingiz də bunun fərqindəydi, məndən nə olduğunu soruşurdu. Demirdim. Orxurdum ürəyinə salar. Fikirləşirdim ki, özbaşına oraya getdiyimə hirslənərdi. Demək ki, mən hələ onu yaxşı tanımamışam. Onun qızıl kimi ürəyi varmış. Bir dəfə dayana bilmədim ailəmin başına gələnləri onunla paylaşdım. Gözlədiyimin əksi oldu. Məni təsəlli etdi.
-Onlar səni düşünmədi, boş ver salma ürəyinə hərşeyı. Həyatını yaşa. Demək ki hər şeyin səbəbkarı sənin dediyin allahdir, allah belə istəyib, belə olub, o yaşadıqların olmasaydı, sən də qısmətindəki o qədəri yaşamayacaqdın.
Mətəəl qalmışdım. Cingiz- yanı allahsız, imansız, şeytanın qulluqçusu indi allahdan, inamdan,qısmətdən danışır? Onun düşüncələrinin dəyişdiyini görürdüm.bəlkə buna görədir ki şeytanla müaviləsi pozulub? Daha əvvəlki gücdə deyil?
Əvvəllər dini görüşlərimizə görə mübahisələrimiz olurdu, o mənim fikirlərimə təslim olmaq istəmirdi. İndi görürdüm ki, bu barədə artıq mənimlə mübahisə etmək istəmir. Bu məni sevindirirdi. Çingiz imana gəlir...
İlk günlər Çingizi qısqanırdım. Elə bilirdim yuxarı evə gedəndə Güllü üçün gedir. Elə tez tez küsüb getməyimin səbəbi də bu idi. Güllü dil altında qalmırdı, qonum qonşuyla arası yaxşı idi. Ağzını boş qoyub haqqımda danışır, hətta ərinin onu necə sevdiyini, guya Çingiz məni bu evə gətirməkdə xata, səhv etdiyini deyirdı. Qonşular da onun dediklərini bir bir ovcuma qoyurdular. Eşitdiyimdən havalanırdım. Onların yanında bir söz deməsəm də evdə Çingizi ütürdüm. Səkinə xala odumun üstünə su səpirdi:
- Nə gözləyirsən ay ağılsız, gözləyirsən ki, desin ki ərim məni istəmədi, üstümə cavan arvad aldı, məni evdən qovdu, duxum çatmadı gedim? Yalvardım yaxardım məni boşamadı? Əlbəttə deyəcək ərim məni sevir. Sən o dedi qoducu qonşularla ağzini əymə, heç kimin yanında heç nə danışma, cavab vermə. Deynən ki, hə mənim ərim geyrətli kişidir, o arvadına da sahib çıxdı, mənə də. Dinimizdə 4 arvad almaq imandandır.
- Pah... Sən də qaş düzəltdiyin yerdə göz çıxardırsan da, ay Səkinə xala, indi getsin ikisin də alsın, olsun əla...

Evliliyimizin atıncı ayında hamılə qaldım. Buna özüm də inanmırdım. Cunki eyni hisləri, eynı vəziyyəti yaşamışdım. Amma boşuna, yanı həkimlərin dediyi xəyalı hamıləlik, mollaların dediyi cin hamıləliyi idi bu. İndi hamıləyəm deməyə belə ehtiyyat edirdim, bəlkə bu halım yenə də o vəziyyət idi. Bu aralar, yenə qarabasmalarım olurdu. Çingizi cin şeytan gözündə görürdüm, ondan diksinirdim. Bir otaqlı evimizdə onu evdən qaçaq salmışdım. Kişi tərinin qoxusu elə pis gəlirdi ki mənə. Hələ yatağın qoxusu, indi də yadıma düşəndə ürəyim ağzıma gəlir.
O da hamıləliyimin fərqindəydi, hamıləlik testi alıb gətirmışdı. Test hamilə olduğumu göstərirdi. Lakin kimsə beynimə girmişdi: "Çingizə ümüd vermə, hamilə deyilsən, o uşağı səndən alacağıq o uşaq bizimdir" - deyirdi.
İkinci testi suya qoydum və həmin testi Çingizə göstərdim.
- Bir şey yoxdur hamılə deyiləm - dedim. Ümüdlə parlayan gözləri bir anda quyunun dibinə düşdü elə bil. Çox məyus olmuşdu. Neçə gün evdə əli ayağı yerə dəymirdi.
- Qalx həkimə gedək - deyirdi. Getmirdim. Qorxurdum, bu dəfə də həkim hamılə deyilsən desəydi, rəsmən çökərdik ikimizdə. Ona halımı başa salırdım, yenə məni qara basdığını, yenə gözümə kölgələr goründüyünü dedim. Mənə öz kitablarından nəsə oxuyur, mənfi enerjini, qara qüvvələri üstümdən qaldırmağa çalışırdı. Onun oxuduğu sözlərdən sonra özümə gəlirdim. Lakın bir müddət sonra o qara kölgələr artıq kölgə yox, balaca uşaq şəkilində gözümə görsənirdi. Məni qorxuzurdu. Bəzən də bətnimdəki körpəmi qarnımın üstünə çıxardır, həmin o varlıq onu al qana qərq edirdi. Yenə evdəki güzgülər qənimim olmuşdu. Hər yer qan qoxuyurdu. Hər tərəf qan rəngindəydi.
Çingiz bunu şeytan, mollalar isə cin kimi görürdü. Cindarın dediyinə görə bu dəfə mənə zərər verən mənim cin uşağımmış, o məni heç kimlə paylaşmaq istəmirdi.
Hamiləydim, inanmırdım. Bu barədə Çingizlə danışmaq belə istəmirdim.
Hamılə olduğumu eşidən Çingizin sevincinin həddi hüdudu yox idi. Balaca evimiz doldu boşaldı, nəzir niyaz payladı, allaha inanmayan Çingiz allahın adına qurban kəsdi. Dost aşnanı evə dəvət edib qonaqlıq verdi. Nazımla oynayırdı, əlimi ağdan qaraya vurdurmurdu. Özünü saxlaya bilmirdi, əyilib ayağımın ayaqqabısını da özü çıxarıb, geydirirdi, o bundan utanmırdı. Oturanda nə Güllünü nə də Züleyxanı saymayıb arxama döşək söykəyir, məni əzizləyir, nazlandırırdı. Təbii ki bu Züleyxaya gülüş, lağlağı kimi gəlirdi, Güllüyə də açıq kimi.
Güllünün ağzına yeni tema düşmüşdü. Rəfiqələrinə deyirdi ki, onun Çıngizlə uşaqları olmadığı üçün güya Çıngız mənimlə şərtlə evlənib. Yoxsa əks halda Çingiz onu çoxdan boşardı. Hansı qadın ikiarvadlılığı qəbul edib gələrdi ki. Şətr qoyardı ya o, ya mən. Guya uşağım olduqdan sonra, Çingiz uşağı əlımdən alıb hesabım kitabım nədirsə bağlayıb məni gəldiyim yerə yollayacaqmış. Hardansa mənim xəstə olduğumu da eşitmışdılər. Bu variant hamıya inandirici gəlirdi haqqımda dedi qodu başlamışdı.
- Dəlidir deyirlər
- Hə mən də eşitmişəm, dəlixanada yatıb əvvəllər.
- Deyirlər çınnidir.
- Əşi deynən day Çingiz tolayıb tora salıb daa, doğuzduracaq bir uşaq, ya allah dalına bir təpik. Yoxsa hansı qiz belə şərtə razı olar ee?
- Lap milyon versələr də mən uşağımı doğub kiməsə vermərəm, əlimdən məcbur alsalar da şikayətvedib, nəsilli köklü damladaram
- Heç nə edə bilməz, onun kimi dəliyə dövlət uşaq verər? O yan bu yan eləsə aparıb atarlar dəlixanaya
Eşitdiklərimdən havalanırdım, o qədər inandırıcı danışırdılar ki, özüm hər şeydən şübhələnməyə başlamışdım.
Daha dayana bilmirdım Güllünün dedi qodusuna qulaqlarımı yumurdumsa da indi dilimi açmışdım. Əvvəl Züleyxaya, sonra da Çingizə Güllünü şikayyət etdim, həmişəki kimi Züleyxa onu müsafiə edirdi. Çingiz isə ağzından gələni deyirdi . Nolsun? Pişik quyruğun yerə vurmayan kimi, bu da quyruğun belinə qoymuşdu. Dediyi sözləri boynuna qoymaq olmurdu, elə and aman edirdi ki...
- Ölsən də səni belə çürüdəcəm
- Nə vecimə çürüyəm? Şükür allaha, məni sevən, hər gecə yanıma gələn ərim var. Bu gün sabah da uşağım olacaq, sənsə bizə baxıb çatlayasan. Öl də öl. Niyə yaşayirsan aazz.?
Əlimdən heç nə gəlməsə də, dilimə gücüm catırdı, urəyimi boşaldirdim.
- Əgər mənim ərim məni sevməsəydi, məni də baldızıma baxıcı etsəydi tüpürərdim bu həyata. Lap on dəfə ərə gedərdim, xoşbəxtliyimi tapardım.
Mənim bu sözlərim ona da Züleyxaya da od qoymuşdu, Çİngizi qıçıqlandırıb üstümə salmışdılar. O gündən söz vermişdim ki daha onlarla danışmayacam, onlardan gələn heç nəyi qəbul etməyəcəm. Hətta Çingiz də üstümə gəldiyi üçün ona hirslənmişdim
- Demək özün ondan qopmaq istəmirsən? İstəmirsən başqasına ərə getsın? Madəm onu məndən çox istəyirdin, niyə məni qaçırdırdın? Niyə məni alırdın? Axı bizim günahımız nə idi bizi bir yerə gətirirdin? Almışdın yaxşı eləmişdin, niyə burda qalırıq ki, gedək rusetə və ya başqa yerə köçək, mən hər gün onlarla üz üzə gəlib, keyfimi pozmaq məcburiyyətindəyəm? - deyib yenə ana ocağlm sayılan Səkinənin evinə üz tutmuşdum. Üç gündən sonra yenə Çingiz gəldi. And aman etdi ki, bəzi işləri var onları yoluna qoyub, sezonda məni də götürüb Moskvaya gedəcəkdi.
Moskvada bizə asan olmayacaqdı mən dil bilmirdim, işləyə bilməzdim, bəlkə də işləsəm alverci qadınların yanında məcbur yük daşıyan kımı fırlanardım. Belə də olmurdu. Bu qədər özümün imkanım pulum varsa niyə başqasının əlinin altında hambal olmalıydım ki? Burda Binədə yenə bəyimlə işləyirdim. İşləməyimi belə Züleyxayla Güllü qısqanırdı. Əynimə başıma, xərclədiklərimə qarışırdılar.
Adıma olan dükanı vermişdim Bəyimin özünə. Zakirdən mənə qalan heyvanların puluna balaca bir yer almışdım. Özümün yerim idi, amma oranı da Bəyimlə bərabər işlədirdik. Mən mala gedə bilmədiyim üçün Bəyim özü dükanı doldurmuşdu. Mən öz dükanımda, qadın və uşaq geyimləri, Cəbi də öz dükanlarında kişi geyimləri satırdı. Maaşım artıqlamasıyla idi. Bəyimlə maaş söhbəti etməmişdim, amma o da bilirdi burda bir düknın arendası nə qədərdir, arenda pulu verməsə də, elə ona yaxın maaş vererdi. Mən mala şərik idim o dükana, beləcə dolanırdıq. Qazanc xərc borc nə olurdusa ata malı bölürdük aramızda. Bu halda Rusuyaya getmək ağılsızlıq olardı. Çıngızın də alverdə əli yox idi. Bacarsaydı dükanı özüm tək işlədərdım , və ya buranı satıb gedib ordan alardım, o mal vurardı, mən də satışını ederdim. Heç kimə yox elə Azərbaycandan, Dağıstanan gələn azərbaycanlılara. Çıngızı də artıq ordakı müştəriləri unutmuşdu. Işı olmaya bılərdi, həmdə əvvəlki vaxt deyildi kiməsə hansısa tanışa boğaz çəkib, qarovulçu nəzarətçi işi tapasan. O vaxtlar Moskvada da azərbaycanlıları həm deportasıya edirdilər, həm də bir qrup mafiya onları "dənləyirdilər". İşışsızlık, kıra bizim üçün problem olacaqdır. Ən yaxşısı burdan başqa yerə köçmək idi.
Elə bunları planlamışdıq, and içmışdım o evə getməyəcəkdim. Gecə yatdıq sabah qalxdıq, yedik içdik, Çıngız getdi ev axtarmağa. Lökbatandan ev tutacaqdık, binəyə yaxın olaq deyə.
Səkinə xala da harasa yasa getdi, evı yığışdırdım sil süpür...
Geri dondüyümdə Güllünü qapıda gördüm. Mətəəl qalfım. O burdanı necə tapıb, niyə gəlıb.
Arsız arsız gülürdü. Elə bildim tək gəlməyib ya da gəlibdirsə kimnənsə ünvan alıb gəlib. Özümü o yerə qoymadım, onunla danışmaq istəmədim, istəyirdim gəlişinin səbəbini özü desin. O isə heç nə demir, elə hey gülürdü. Evin bir tətəfində köhnə kamod vardı. Əlimdəki əsgiylə kamodun tozunu almağa başladım, bunun gülüşü beynimə işləyirdi artıq, öz özümə əsəbləşirdim,
- Az, ay arsız bəsdir də, nə gülürsən - deyib aynadan ona baxdığım idi səki, elə bil kimsə başımdan tutub aynaya çırpdı, ayna iki yerə bölündü. Qana bulaşdı.Elə bildim başımı güzgüyə çırpan Güllüdür. Özümü toparlayıb dikəldim, Geri dönüb onun üstünə hücum çəkəcəkdimmki gözüm aynaya sataşdı. Güllü yerindən tərpənməmişdi, elə qapının yanındaydı. Amma aynada iki dənə görünürdü. Biri gözləri qan çanağına dönmüş, alnında balaca buynuzu var idi, qıp qırmızı gözlərindən, üzündən qanlar damlayırdı. O biri isə qara balaca boy kölgə kimi idi. Bu kölgənin bədəni Güllünün bədəni deyildi, qıllı, tüklü bir insan fiqurasında heyvan idi sanki, ayaqları yerə dəymirdi, tərs idi. Geri döndüm qapı ağzındakı Güllüyə baxdım. Həqiqətən də ayaqları tərs gözlərinin ağı boz idi. Bildim ki bu Güllü özü deyil.
- Bismillahirrəhmanirrəhim - dedim,
Güllünün ayaqları sankı havaya ucdu. Bu dəfə arxamdakı güzgüdən qəh qəhə səsi eşitdim, dönüb baxdım arxamdakı şeytan GÜllü idi, gülə gülə mənə "qaç" deyirdi. Yenə dualarıma sığınmışdım, oxuya oxuya ozumu qapıya atdım, qapıda Güllünü itələdiyim idi səki, əlim ona toxunar toxunmaz yox oldu, əlim boşa kecdi yıxıldım. Üzərimdə ağırlıq vardı hərəkət edə bilmirdim. Şeytan Güllü əlimi qolumu tutmuşdu, çın Güllü qarnımı parçalayır balamı ordan çıxardır, qanlı qanlı dişlərinə çəkirdi, mən isə nəfəsim kəsilə kəsilə qışqırırdım...
Gözümü açanda yerdə qanlar içındəydim

GÜZGÜ

23 BÖLÜM

  Bir anda nə olduğunu başa düşmədim. Yerimdən dikəlıb ətrafa baxdım. Heç kim yox idi. Biraz əvvəl başımın çırpıldığı aynaya baxdım. Qırıq deyildi, amma ev büst bütün alt üst olmuşdu. Elə bil bir qoşun gəlib  evi talan edib çıxmışdı.
   Bir təhər ayağa qalxıb özümü toparladım. Başım gıçəllənirdi. Bir yerdən tutmasaydım yıxılacaqdım. Qarnımda inanılmaz ağrılar var idi. Alnımdan gözümə damlayan qanı silıb bir təhər həyətə çıxdım.Qonşunu çağırdım, səsim işimə batmışdı sankı . Özümə güç verməyə halım yox idi. Səsim çıxmırdı. Yıxıla -dura sürünə, sürünə darvazanı açdım. Küçəyə çıxmışdım ki, evin önündən bir maşın keçdı. Elımı uzadıb saxlamasını ıstədim. Üst başimi qanlar ıçındə görən şofer bəlkədə nədənsə ehtiyyat edib maşını saxlamadı. Mənə baxa baxa yanımdan keçıb getdi.
   Ayaqlarım arasından süzən qan məni heydən hərəkətdən salmışdı. Divardan tuta tuta qonşunun evinə tərəf addımladım. Anıdən qarnımdan tutan sançı dizlərimi bükdı. Yerı çöməlib yerimdə qıvrıldım. Ağrıdan gözlərim qaralırdı. Elə bu vaxt qarşımda bir maşın dayandı. Başımı qaldırıb baxdım. Bayaq önümdən keçən maşın idi.
  Şofer aşağı enib yanıma gəldı:
   - Nolub baçı, nədir bu halın.
   - Kömək edin, yalvarıram, məni xəstəxanaya aparın!
  - Yaxşı, evdə heç kim yoxdur? 
  - Yox, işdədilər.
  Kişi tələsik içəri keçıb qapıdan açarı götürdü, darvazanı çəkib bağladı, dediyim kimi açarıı divarın üstünə qoydu. Qoluma girib maşına oturtdu. Telefonumu çıxarıb Çingizə zəng etdim. Güclə güc vəziyyətımı ona başa saldım.Təcili xəstəxanaya gəlməsini istədim.
   Qarnımda şiddətli ağrılar var idi. Lakin ar edib səsimi içımə salmışdım. Qıvrıla qıvrıla səbr edərək yolun tez bitməsini gözləyirdim. Nədənsə yol uzandıqca uzanırdı. Aynadan şoferə baxdım. Şofer mənə baxıb şeytancasına gülürdü. Əsəbləşırdım. Nəyə gülür bu? Dişlərimi qıcayıb özümü saxlamağa çalışdıqca ağzımın əyildiyini, gözlərimin gerı döndüyünü hiss ederdim. Özümü ələ almağa çalışırdım. Başımı qaldırib aynaya bir də baxdım. Gözləri qan çanağı idi. Aynadan mənə baxıb gülən məni hər zaman narahat edən o şlyapalı kışı idi. Mənim çin balamın atası. Çoxdandır yox idi, indi bu hardan çıxdı.
   Şofer məndən nəsə soruşurdu. Lakin qulaqlarımda elə bir uğultu var idi ki, onun nə dediyini eşitmirdim. Bir dənə adım qulağıma dəyirdi, bir də Babanın adı çəkilirdi. Bu adam kim idi bilmirəm. Məni babanı hardan tanıyır? Danışmağa da halım yox idi ki, bir soruşum görüm kimdir. Gözlərim yumulurdu. Ağlım başımdan gedirdi. Aynadaki şlyapalı kişi hökm edirdi ki aynadan çıxsın, özünü sanki aynaya vuraraq şüşə səthini keçıb üstümə gəlmək istəyirdi. 
  - Saxla!
  - Noldu? 
  - Saxla deyirəm! Saxlaaa!
   Elə bu baxt aynadaki adam ayna sərhədi aşıb üzərimə gəldi. Məni oturacağın üstünə yıxıb sinəmə çıxdı. Bir əliylə boğur, o biri əliylə əlini alt paltarımın içinə salıb bətnimdəki balamı məndən azad edirdi. Nəfəs ala bilmirdim, gözlərim qaralır, xırıldayırdım...
   Gözümü açanda bir evdəydim.  Bura haradır bilmirəm. Əlimi üzümə gözümə sürtdüm. Başım sarınmışdı.  Qalxıb yerimdə oturdum. Gözlərim qaraldı. Örtülü qapının arxasından qarışıq səslər gəlirdi. Bir səs yaman tanış idi mənə. Diqqət etdim. Babanın səsinə oxşayırdı. Qulaqlarımı şəkləyib diqqət etdim. Doğrudur, bu Babanın səsi idi. Əlimi cibimə atdım. Telefonumu axtarırdım. Yox idi. Nə edəcəyimi bilmirdim. Babanın əlinə düşmüşdüm? Həm də bu cür vəziyyətdə. Çox carəsiz idim. Ozümü toparlayıb pəncərəyə gəldim. İkinci mərtəbədəydim, düşüb qaçmaq mümkün deyildi. Geri dönəndə yenə qarşımda mənimki dayanmışdı. Şlyapalı... Daha səbrim tükənmişdi. Hər şey üst üstə düşmüşdü. Ozüm Babanın əsri idim , ruhum cinin. Hər şey yuxu kimi gəlirdi mənə, nə edəcəkdim, bu kabusdan necə çıxacaqdım bilmirəm.
   - Nə istəyirsən məndən, niyə əl çəkmirsən, rədd ol burax məni! -deyə cinin üzərinə cumdum.
  O isə əlimi ayağımı tutub məni yerə yıxdı. Yerdə onunla süpürləşırdim. Qəhqəhəsi evi silkələyirdi. Oz dilində nəsə deyirdi anlamırdım. Bütün hər yerimi murdarlayırdı. Mənə təcavüz edirdi. Dayana bilmirdim belə murdarçılığa, özüm özümdən nifrət edirdim. Hardansa Cingizin səsi gəlirdi. Özümü Cindən qorurkən kimsə əlimi ayağımı tuturdu. Qeybdən səs gəlirdi, nə qədər ki mənim arvadımsan başqasından uşaq doğa bilməzsən, sən mənim uşaqlarımın anası olmalısan. Sən başqasına uşaq doğmamalısan...
   Səs getdikcə uzaqlaşır yerini Quran  səsi tuturdu. Quran səsinə qıcıq olan cin daha amansız şəkildə mənə təcavüzüylə işgəncə edirdi. Oyüyə oyuyə qalmışdım. Quran səsi isə getdiksə yaxınlaşır, o isə  duman olub üzərimdən havaya qalxırdı. Əllərimdə, yanaqlarımda isti yumuşaq bır hərarət vardı. Mehriban, əziz bir səs məni səsləyirdi. 
- Özünə gəl, Emış, kecdi, keçdi əzizim, məni qorxuzma, keçdi ömrüm...
   Gözlərimi açdım. Çingiz başımın üstündəydi. Demək yaşadığım bu qorxunc  şey  yuxu idi?  Belə bir yuxudan oyanmağıma sevinirdim. Sevindiyimdən hönkürüb ağlayırdım. Çingiz də başımı bağrına basıb mənimlə bərabər hıçqırırdı. Səkinə xalanın Quranı hələ də davam edirdi.
   Balamızi itirmışdik. İkimiz də məyus idik. Həkimlərin dediyinə görə mikrobum varmış, mollalar da deyirdi ki həmzad tutub. Güllü mənə həmzad etdırıbmış. Hər ikisinin tədbirini almağa çalışırdım. Həm müalıcə olunurdum, həm də güçlü mollaların yanına gedib həmzadımı götürdürdüm. Çingizin pulu, parası belə şeylərə gedirdi. Bir tərəfdən də Güllü Çingizdən xərclık ala bilməyincə dəliyə donürdü. İki günün biri üstümüzə hücum çəkirdi.
   Güllü əvvəlki Güllü deyildi. Daha da qəddarlaşmışdı. Çingizlə mənim mehribanlığımı qısqanır, açıqdan açığa bizə zıyan vururdu. Lökbatandan ev tutmuşduq. Həyatımız axarıyla gedirdi. Çingiz yenə evdə öz fəaliyyətində, mən də işimdə idik. Sabah gedir axşam gəlirdim. Bəzən Çingiz gəlib məni işdən götürüb şəhərə aparırdı.  Kinoya  gedirdik şəhəri ayaq baş gəzirdık.  Uzun illər sonra vüsala yetişmiş  gənclər kimi sarmaş dolaş, sərasər küçələri dolaşırdıq. Dünya bizim idi, çox xoşbəxt idik. Bir birimizi dəlilər kimi sevirdik, günü gündən bir birimizə daha çox bağlanırdıq. Gündüzlərimiz nə qədər əyləncəli idisə , gecələrimiz o qədər də atəşli  və ehtiraslı idi. Həyatımızdan məmunun idik, di gəl ki övlad üzünə həsrət idik. Uşağa qalırdım hamıləliyim ən cox 5 ay çəkirdi, uşaq bətnimdə inkişafdan qalırdı. Görünür Güllünün etdiyi həmzad Çingizdən də, mənim mollalarımdan da, həkimlərimdən də güçlü idi.
   Bəli bu minvanla aradan 9 il keçdi.  9 ildə 6 uşaq salmışdım.  Hər uşaq salanda eyni halları keçiritdim. Ya cin balam gəlib onu məndən alır, ya da mənim cin sevgilim gəlirdi.
  Bu arada evlilyimizin 7 ci ilində anam dünyasını dəyişmişdi. Anamın cənazəsində hardansa Heydər də  gəlıb çıxmışdı. Onunla məsciddə üz üzə gəldik. Əvvəl məni tanımadı, sonra baxışları üzümə sancılıb qaldı. Çaşıb qalmışdı. Onunla danışa bilməsəm də duyğularım məni ələ vermişdi. İçimdə qəribə bir his var idi, qardaşıma qarşı nifrət və sevinc bir birinə qarışmışdı. Yanıma gəlib elə Çingizin yanında mənə əl uzatdı. Əlini tutmadım, Çıngızə baxdım, Çıngizin də üzərində qəribə ifadə var idi. Heydərin əli havada qalmasına baxmayaraq məni qucaqladı.
   - Məni bağışla Emiş...
  Anamı dəfn etdikdən sonra yaxınlıqdakı kafelərin birinə kecdik. Bunca illər sonra başımıza gələnləri bir birimizə danışdıq. Heydər o zaman elə mənim gördüyüm qızla evlənib uşaqları var. Heç bir yerdə işləmir. Dəmir dümür işiyə məşguldur. Xanımı kafedə işləyirmiş. Heydər özünü ailəsini öysə də bilirdim ki, onun dedikləri sadəcə dildədir. Mükəmməl ailəsi yoxdur. Əlyarı Mehmanın anasıgıl şərləyib tutdurubmuş. Guya Əlyar Mehmanın bacısına sataşıb. Əlyar bunu boynuna almayınca, Əliyarın işlədiyi sexə narkotik qoyub onu şərləyiblər. Ruqiyyə isə itkin düşüb. Mehman qızını da götürüb Rusyaya gedib.
   - İtkin düşüb, yoxsa mənim kimi "itkin" salmısız? - deyə mənə elədiklərini Heydərin üzünə vurdum. Heydər başını aşağı salıb gözaltı Çingizə baxdı. 
  - Allah şeytana nəhlət etsin. 
  - Nə şeytan ee, nə şeytan?  Şeytan, pislik sənin içındəydi. Sənə o qədər yalvardım, o qədər dedim mənim günahım yoxdur, sənin namusuna xələl gətirəcək heç bir şey etməmişəm çingiz mənnən evlənəcək mənə inanmadın. Aparıb dağın dibində başımı kəsdin. Bir möcüzə nəticəsində sağ qaldım. Mənim namusum Çingizlə kirlənməmişdie, mənim namusumu qardaşım kirlətdi. 
   Belə deməyimə Heydər naraahat olub yerində qurcalandı. Təşviş içində ətrafa baxdı: 
   - Az, səsini içınə sal camaat eşıdir, nə şərşamata şeylər danışırsan? 
  - Yalan deyirəm? Şərt o deyil ee qardaş bacıya sataşıb namusuna xələl gətirə! Mənim başıma açdığın oyunlardan sonra namusum kirləndi. Əldən ələ düşdüm. Həyatımın şokunu yaşadım. 6 ay dənizdə əsir qaldım, bir mafiyanın əlinə düşdüm. Məndən xəbərsiz, məndən istifadə etdilər, narkotik satdırdılar, məni  bir türmeşıkə, narkamana ər adıyla satdılar. Ərə getsəmdə əl çəkmədilər məndən, hələ də axtarırlar məni. Allahımdan Zakir sənin kimi boş boş namusdan dəm vuran türmeşık olmadı. Türmə onu əsil kişi kimi yetışdırmişdi. Mənə sahib çıxdı. Məni qorudu.  Sənin kimi beqeyrət olmadı.
  Heydər əlini masaya çırpib  ayağa qalxdı.
   - Bəsdir, ölümün gəlməsin,
  Mən isə dayanmadan davam edirdim. 
   - Hələ ölümdən danışırsan?  Hələ hədə qorxu gəlirsən? Ə, qardaşımsan ee, sən mənə güvənməliydin, inanmalıydim. Axtarıb Çıngizi tapmalıydın, lap o mənə sataşmış olsa belə qardaş kimi arxamda dayanmalıydin. Sənin etmədiyin fədakarlığı Zakir mənə etdi. Zakir özü axtarıb, məni Çingizə tapşırdı. Bunu heç bir kişi eləməzdi. Bunu kişiliyinə sığdırmazdı, özünə söydurməzdi, kişi arvadını başqasına verdi dedirtməzdı. Amma o elədi, mənim ortada qalmamağım üçün, yenə pis əllərə düşməməyim üçün etdi. Amma sən qardaşım ola ola məni əllərə salmısan. Hələ bu azmış kimi, Çingiz məndən sonra ortaya çıxanda məni axtaranda ona mane oldun. Türməyə düşməkdən qorxdun. İndi utanmaz utanmaz qarşıma keçib mənə allah şeytana nəhlət eləsin deyirsən? Dur rəddol qarşımdan, itil. Sən özün mənə demişdin sən adda bacım yoxdur, indi bacın oldum? Elə bilirsən Ruqiyyənin başına gələnlərdən xəbərim yoxdur?  Bu ıçın başını buraxmayacam, çıxarcam ortaya. Görərsən, özüm səni şikayyət edəcəm, Ruqiyyənin başına nə iş gətirmisiz çıxardacam ortaya, onda görərsiz mənə qarşı gəddar olan qardaşın başına bacı nə oyun açır.   Mən sizin etdiklərinizə kişilik demirəm ee, kişilik odur ki, kişi kimi bacısına sahib çıxa, oldürmək kişilik sayılmaz...
   Səsim kafeni başına götürmüşdü. Çingiz də  Heydər də məni sakitləşdirmək istəsələr də daha da coşurdum.
   Ruqıyyənin başına iş gəlmişdi, başı bəladaydı. Bəlkə də ölmüşdü ya öldürülmüşdü. Mən bunun başını buraxmayacaqdım.
   Və dediyim kimi də etdim.  Bu işin başını buraxmadım. İlk öncə dedi qodudan eşitdiyim həmin şərqiyyənin oğlunu tapdım. Əvvəl heç nə boynuna almadı. Sonra Çıngızın dəstəyiylə o oğlanın dilini açdım. Belə ki, o oğlan Ruqiyəylə gizli gizli görüşürmüş. Oğlan ilk başlar ona məşuqə kimi yanaşsa da sonradan ona aşıq olubmuş. Elə Ruqiyyə də ona qarşı biganə deyilmiş, tez tez ona qaçıb buralardan getməsini istəyirmiş. Subay vaxtı RUqiyəylə görüşən oğlan sonralar ailəsinin təkidiylə bir tanışlarının qızıyla evlənir . Sevgilisinin toy xəbərini alan Ruqıyə bütün acığını ondan olan  uşaqdan çıxır. Uşağı amansız döyür və onu piləkənlərdən üzü aşağı yumalayır. Uşaq olür. Lakin buna baxmayaraq  bır bırındən qopa bilməyənlər sevgililər yenə gizlində görüşməyə başlayırlar. Hər görüş onları birbırınə daha da bağlayır. Daha gizli  görüşməkdən bezmişdilər. Ruqiyyə boşanmaqdan söz aça bilməzdı, əri o tərəfə dursun Heydər ikisininin də başını kəsərdı. Ən yaxşısı buralardan qaçmaq idi. Amma hara, kimə? Ruqiyənin sənədləri qaydasında olsa da sevhilisinin sənədlərində problem var idi. Deport damğası yemişdi. Damğanın qüvvədən düşməsinə isə 7 ay var idi. Demək 7 ay  gizlənməli idilər. Bir gün gizli görüşlərinin üstü açılacağından qorxan cütlük sözü bir yerə qoyaraq uçqar bir dağ kəndinə qaçırlar. Hər iki ailə onları axtarırdı. Dilə dişə düşməmək üçün nə o tərəf, nə bu tərəf polisi işə qarışdırmasa da hər yerə adamlarını salmışdı. Nəhayyət oğlanın ailəsi oğlanın sorağını bir əsgər yoldaşının evindən alır. Mehmangili də götürüb həmin kəndə gəlirlər. Elə həmin gün sevgililərin şirin nağılına son qoyulur. Nə qədər bir birlərini sevdiklərini desələr də, heç kim onları dinləmir. Mehman, Heydər və Əliyar Ruqiyənin saçlarından sürüyərək maşına mindirirlər. Daha ondan sonra Ruqiyədən heç bir xəbər ala bilməyib, arada bir Mehmanı qəsəbədə görsə də, Ruqiyəni qonum qonşudan soruşsa da ondan  xəbər tutmayıb. Qonşuların dediklərinə görə onlar kəndə, sonra da Rusiyaya köçüblər.
  Söz vermişdim, Ruqiyəni tapmalıydim. Bunun üçün ilk dəfə ailəm üçün Çingizdən bir xahiş etmişdim.  Ruqiyənin başına gələnləri ondan soruşmuşdum. O da  məni qırmadı baxdı. Əvvəl maraq üçun Çingizə ağız açan mən Çingizin danışdığı qorxunc şeylərdən sonra həqiqətən də Ruqiyədən narahat olmağa başlamışdım.
   Yalvar yaxar edib Çingizlə Rəşadın yanına getdik. Mənim başıma gələnlərin bacımın başına gəlməsini istəmirdim. Həm də elə dölmuşdum ki Heydərə qarşı, elə kinlənmişdim ki. Ondan qısas çıxmaq istəyirdim. Bilirdim Ruqiyyənin başına nəsə pis bir iş gəlib,  bundan əmin idim. Amma bunu məndən gizlətmələri mənə yer edirdi. Məhz mənim başıma gələnlərdən sonra Ruqiyənin qaninın yerdə qalmasını istəmirdim. Günahkar, günahsiz kimin günahı varsa cəzasını çəkməlıdır.
    Nəysə, məsələni Rəşada danışdıq, bacımın axtarışı üçün iş qaldırdım. Nə az nə çox düz 8 ay sonra Rüqiyənin axtarışı nəticə verdi. Bu arada mən yenə 4 aylıq hamıləydim. Müalicə olunurdum, hər dəqiqə uşağı salma ehtimalım varıdı. Həyəcandan, stresdən uzaq durmalıydim. Lakin eşitdiyim  bu hadısələr bu uşağımın da düşməsinə səbəb oldu... 
  ... Ruqiyəni Heydər Mehmanla bərabər öldürmüşdü. Daha döğrusu öldürən Heydər, Mehman göz şahidi idi. Bir də onun dəfnində Heydərə kömək etmışdı. Ruqiyəni sevgilisindən ayırıb kəndə aparıblar. Mehmangilin qohumlarının köhnə bir evı varmış. Orda ikisi də Ruqiyəni möhkəm döyüblər. Ruqıyə dözə bilməyib özündən gedib. Ruqiyəni evdə qoyub cıxıblar. Maqazındən bir şeylər alıb, bir az kəndin pıvəxanasında pivələnirlər. Axşam evə  gəliblər ki, Ruqiyə yoxdur. Axtarıb kür qırağındaki meşəlikdən tapırlar. Tapar tapmaz Heydər ozünü saxlaya bilməyib Ruiyəyə bir neçə yerdən bıçaq vurub. Araya girən Mehman bıçağı tutmaq istərkən əlindən yaralanıb. Ruqiyə yaralı imiş qışqırıb imdad istəyuncə Mehman onun ağzıni yumub, Heydər biçaqcamağa hələ də davam edir. Uzün sözün qısası Ruqiyə elə ordaca  ölür.  Mehmanın əlinin qanı kəsmirdı. Odur ki, Ruqiyənin ətəyindən cırıb əlinə bağlayı|r və sonra cəsədi çaya  atıb evə gəlirlər. Yatıb, sabah oyanırlar. Əsəbləri kecmiş , hirsləri soymuşdu. Hər şey onlara yuxu kimi gəlir. Cəsədi kürə atmaqda böyük səhv etmişdilər. Mehman Ruqiyənin ətəyindən kəsdiyi parçalarla əlinin qanın sılib atmış, bir hissəsiylə də yarasını sarmışdı. Əgər çəsəd tapılarsa cinayyətin üstü açılacaq.  Hadısə yerinə gəlirlər. Yerə atdığı qanlı parçaları toplayıb yandırdı, külünü çaya atdı. Amma  cəsəd itmişdi, yoxdur. Dayanmadan iki gün cəsədi axtarırlar. Nəhayyət hadısə yerindən bir neçə kilometir aralıda bır ağacın suya qədər uzanmış kökünə ilişib qaldığını görürlər. Meyid şişmişdı. Yerə göyə sığmırdı. Özlərini itirmişdilər. Nə olur, olsun cəsədi yox etməlidirlər. Cəsədı sürüyüb bir kolluğa salırlar. Üstünü çır çırpiyla bastırıb kəndə qayıdırlar ki, sabahı kürək bel gətirib meyidi dəfn etsinlər. Kəndin girişində onları Mehmanın bibisi qarşılayır. Ruqiyəni soruşur. Ruqiyəni Bakiya göndərdıklərini deyirlər.
  - Bəs uşaq?  Uşaq burdadır axı.
  - Hə... Orda ışı vardı. Sənəd sunət düzəldəcəkdı. Uşaqla gedib gəlmək olmur. Dedim get, işini gör, biz də gələrik.
   Səhər hava qaranlıqlı kürək, balta  külünglə yeznə - qayın kənddən  çıxanda bibi inəyi sağıb evə keçirmiş. Mətəəl qalıb ki, bu saatda bunlar hara gedir. Səslənib onları çağırıb.
   - Soxulcana, bibi, balıq tutacağıq.
    Qadın içəri kecıb, lakin fikri dolaşıb. Bu saatda soxulcana?  Həm də qazmayla, baltayla? Yaxşı lapatkanı başa düşdük, bəs külünglə balta ?
  Südü evə qoyub dinməz söyləməz zənbilini əlinə alır. Pencər yığmaq adına düşür bunların arxasınca.  Atadan qalma davalı torpaqları vardı. Gez tez bacılar və qardaşlar bu sahə üstündə dava edirdilər. Elə bir neçə gün bundan əvvəl  Mehmanın anası həmin sahədə boranı xıyar əkmişdi, arvad da gedib ləkləri dağıtmışdı. Qlrğınlarına bütün kənd gəlmişdi.
   İlk ağlına gələn şey bu olur ki, Mehman oranı bunlardan xəbərsiz  özləri üçün ayırmağa, cəpərləməyə gedir. Ürəyində and içir ki, əgər belə olsa müsibət qoparacaq. Lakin kənddən xeylı aralaşanda bibini maraq götürür. Bu dəfə düşünür ki, Mehman əyyaş qayınına uyub. Yəqin hardasa nəşə əkiblər. Elə bu maraqla taa hadısə yerinə qədər gəlir. Kolluqların arasında gızlənib onları güdür.
   Səhər açılmışdı. Hər şey gün kimi ortadaydı... Qadın qalxıb hay həşir salmaq istəyir, lakin qorxur kı, gözləri dönmüş qatillər bu dəqidə onu da Ruqiyəylə bərabər toz edəcəklər. Dinməz söyləməz gızlənə gizlənə evə gəlir. Bu sirri bir həftədən artıq saxlaya bilmir. Gördüklərini ərinə danışır. Əri inanmır 
   - Arvad deyəsən hal səni aparıb Kür qırağına, yuxu zad görmürsən?
- YOx ay toba, bu tökülmüşlərimın şahidiyəm- qadın israr edir- İnanmırsan dur gedək özün gözlərinlə gpr.
   Arvadının rahat olmadığını, inadkarcasına ısrarını görüb bir neçə gündən sonra deyir :
- Dur gedək! - Gedirlər,lakin yanlış bir yerə, məzarı tapa bilmirlər  .
   - Bir daş altda, bir daş üstə. Bu məsələni bağla qoy palazın altına.  Belə bir şey yoxdur, camaatın üstünə şər atma. Odur, Mehman deyir Ruqiyə zəng edib ki, sənədlər hazırdır. Axşam yola çıxırlar Bakıya, ordan da Rusetə.
   Qadın dəliyə dönmüşdü. Hər gün getdikləri yerə gedir, çənazəni axtarır, lakin tapmır. Artıq özü özündən şübhələnməyə  başlamışdı. 
   - Deyəsən ağlım gedir, qocalmışam, ya bəlkə hal məni aparır? Ağlım başımdan çıxır, qarabasma olur? 
   Bir neçə gündən sonra eşıdirlər ki Mehman qızını və Ruqiyyəni götürüb Rusiyaya gedib, hətta onları vağzalda təsadüfən kəndlisi də görübmüş və  özü onları yola salıbmış 
   - Sən özün Ruqiyəni gördün?  
   - Hə, gördüm. Aşağıda deyildi. Vaqondaydı. İlahə Mehmandaydı deyə əşyaları mən daşıdım kupeyə. Deyəsən küsülü idilər, yad adamlar kimi baxlrdılar bir birlərinə. Mehman uşağı qızın qucağına qoydu, qız onu danışdırmadan ondan uşağı aldı. Bizim yanımızda küsülülüyünü hiss etdirmək istəmədi, bizə baxıb uşaqla oynadı. 
  - Yəni dəqiq bilirsən ki, Ruiyəydi?  
  - Bə kim idi? Həə. Əşi nə bilim ee Ruqiyə tanıyıram? Toylarında gördüyüm idi. İndi çox dəyişib. Heç tanımadım düzü. Başqa kim ola?
  
GÜZGÜ

24 Bölüm 

    Bəli cinayəttin üstü açılmışdı. Elə qəddarlaşmışdım ki, Heydərin qardaşım olduğu belə ağlıma gəlmirdi. Bir zamanlar  loxmamızı bolmək istəmədiyim bacım məna arxa cevirmişdi, qardaşım ölüm fərmanımı vermişdi. Ruqiyyə məni sevsə də qardaşımızın onu da mənim günümə salacağından qorxmuşdu. Çingiz məni axtarınca onun cəsarəti çatmamışdı ki, həqiqəti ortaya çıxarsın. Desin ki bacımın başını qardaşım kəsmək istəyib, İndi mən cəsarətsiz bacıma qahmar  çıxmışdım. Əslində onun ölümü mənə ağır gəlsə də, xəyyanətinə görə onu qınasam da, öz balasını öz əliylə öldürdüyü üçün ona dünyanın ən ağır cəzasını vermək istəsəm də,  bu şəkildə ölməsinə razı olmazdım. Mənim dərdim illərimi zəhərləyən qardaşımdan qısas çıxmaq idi . Dünyanı ona dar edəcəkdim. Bəlkə də məni qınayacaqsız, vecimə deyil qınayın. Necə ki, Ruqiyənin qızı qapılarda qalıb, elə də onun balaları ortada qalsın, istəyirdim.Bunu Ruqiyyə üçün yox ,özüm üçün edirdim. Ruqiyə bəhanəydı. Əlimdə əlac olsaydı qardaşımın qanını içərdim. 
   Heydəri tapmaq  çətin olmadı,  anıdən, qəfil meydana çıxan cinayyət işi onu çaşdırmışdı. Lakin məhkəmədə məni qarşısında görüncə məsələnin nə yerdə olduğunu başa düşdü. 
   - Məndən qisas çıxırsan eləmi?  Dayan sən, qudurmusan, deyir "keçinin əcəli gələndə başını çobanın çomağına sürtər". Sənin də əcəlin gəlib ,qaşınırsan. Neynək, bu dəfə başını bədənindən qopararam, dayan, tələsmə... 
   Məhkəmə start götürdü. Heydər heç nəyi boynuna almırdı. Elə mənə təsir edən də bu idi. Boynuna almamağı. Ağzımdakı dılım kimi əmin idim ki, Ruqiyəni o qanına bulayıb, onun amansızlığını, qansızlığını görmüşdüm, belə bir qətli ancaq o edə bilərdı. O qədər soyuqanlı və amansız idi ki, mənim boğazımı kəsdikdən sonra buna özüm öz qanımla imza atardım. Məni də öldürməyə cəhd etdiyini boynuna almamışdı azad gəzmışdı, indi də  o bu  cinayyəti boynuna almır, Ruqiyəni məhz  Mehmanın öldürdüyünü deyirdi. Guya ki, bacısını Mehmanın əlindən qurtarmaq istəyərkən, Mehmanı əlindən yaralayıb. Guya Mehman Ruqiyyəni öldürdüyü üçün Rusete qaçıb. Mehman məhkəmədə iştirak etmədiyi və xarıcdə yaşadığı üçün  kimin əsil qatil olduğu qaranlıq qaldı. Mehman cinayyət məsuliyyətinə cəlb edilə bilmədi. Sonralar bir neçə ildən sonra qısmət bizi təsadüfən Moskvada Mehmanla görüşdürdü. Bütün hər şeyi Mehman yerlı yataqlı mənə danışdı. Nəysə, cinayyətə təşəbbüs və ağır cinayyət işini gizlətməsinə görə Heydərə 4 il iş verdilər.  Qərarla razılaşmamışdım. Ona ömürlük həbs verilməliydi. Bilərək mənim də ölümümə səbəb olacaqdı. Məhkəmədə dəhşət dərəcədə stres keçirtdim, bağırdım çığırdım. Çingiz məni güçlə saxlayirdi. Bilmirəm hamıləlikdənmi, yoxsa qardaşımın qansızlığındanmı əsəblərim koralmışdı. Özümü ələ ala bılmırdım.
   Bır təhər məni evə gətirdilər. Səkinə xala və Çəbi də bizdəydi.  Elə yenicə içəri girmişdik ki Güllü də gəldı. Guya hayımıza gəlmişdi. Bilirdim ki söz toplamağa gəlib. Beş qadın arasına  çıxanda məni və ailəmi bəzəyə qoyacaqdı. Odur ki, onunla bir yerdə oturmaq istəmədim. Önsuz da sinirlərim yerində deyildi. Bir də onun atmacalarına dözə bilməyəcəkdim , dil altda qalan deyildi. Mütləq dili bir söz soxacaqdı. Bir təhər qalxıb o biri otağa keçdım. Stresimi atmaq üçün bir neçə dəfə dərindən  nəfəs aldlm. Heç də yaxşı deyildim, öz özümə əsəbləşırdim nəyisə vuryb qırmaq dağıtmaq istəyirdim . 
  Ağrım sızım yox idi, əksinə əsəblərim də keçmışdı. Sakitləşmışdım. Amma niyə belə idim bilmirəm, Mətbəxə keçıb çay qoydum. Bu  dəfə də yanılmamışdım. Güllünün dili yenə də atırdı. 
  - Gör aa, bacı olasan, qardaşı içəri atdirasan?Tfu sənin şətəfinə. Ay qardaş, camaatın bacıları qardaş yolunda başın qoyur ee, qardaşın ayağına daş deyəndə bacı şivən qoparir, bu ba camaatın kişiləriylə qoşulub qaçan birinə görə... 
   - Güllü... 
   - Nə Güllü ee, nə Güllü?  Yalan deyirəm? "Namuslu kişinin bacısı qə...bə olar" - deyiblər. Ala ha... Yalandır? Kor kor, gör gör də ... Qardaş namus üstə neçə il içəridə çürüsün, bajılar da biri əri ola ola kişiyə qoşulub qaçsın, biri də verə verə gəlib mənim kimi malın ərini əlindən alıb adını da arvad qoysun! Fərəsət lazımdıyee, fərəsət, mənim fərasətim olmadı da, öz halal  hümmət ərimi... 
   - Az, bura nəyə gəlmisən? Qan əkməyə?  
   Çingiz Güllünün üstünə bozardı, yumuruğunu masaya çırpdı. Güçlə güç sakitləşmışdım. Güllünün bu danışıaları əsəblərimə elə bil iynə soxurdu. Bir az da davam etsəydı onu kağız kımı parcaLayıb  tökəcəkdım. 
   Hamama girdim, asılqandan yüngül xalatımı götürüb əynimi dəyişmək istəyirdim ki, qapının yanında Ruqiyyəni gördüm . "Məni Heydər qirtmə qirtmə  doğradı, qanımı yerdə qoyma bacl" deyirdi. Az qalmışdım havalanım. Hə yadımdaykən onu da deyim... Məhkəmə zamanı Ruqiyyənin dəfn olunduğu yer açılıb, hadisə yerində baxış keçırilmışdı.  Amma cənazənin hansı vəziyyətdə olduğu haqqında mənə məlumat verilməmişdı. Bəlkə də hamılə olduğuma görə məndən çox şey gizlədilmişdi. Amma sonralar Mehmanın dediyinə görə meyid dəhşət dərəcədə şişdiyi üçün onu Heydər tək qaİdıra bilmədiyib, cəsədi baltalayıb döğrayıb, elə dəfn etmişdi. Mehmanın dediyinə görə ona nə gədər mane olsa da Heydəri saxlaya bilməyib. Onu orda qoyub gedıb, yolda bibisiylə rastlaşıb, bibisinin halı özündə deyilmış, yaxınlaşıb bibisini danışdırsa da bibisi sanki heç onu görməyibmış kimi hərəkət edib. Demək ki məhkəmədə bibinin dedikləri düz imiş lakin ona heç kim inanmamışdı , amma hadısə yerinə baxış zamanı bibinin dedikləri təsdiqlənsə  də, Heydərin hardansa tapıb verdiyi rüşvət  nəticəsində bu qədər qəddarlıq işə yazılmamışdı. Bibinin dedikləri sübut olmadığı üçün qəbul edilməmişdi.
  İndi Ruqiyənin gözümə görsənməsi mənə belə bir şey deməsi məni dəliyə döndərirdi. Qışqırırdım. Nə deyə qışqırdığımı bilmirdim. İçəridəkilər yanıma gəldı, mənə dərman verib yatırtdılar. Qalxdığımda ayağım ayağıma dolaşmışdı, hələ də özümə gəlməmişdim. Bu vəziyyət 3 gün çəkdi, üç gündən sora, məlum oldu ki, balam bətnımdə ölüb.
  Nə edəcəyimizi bilmirdik, getmədiyimiz həkim, döymədiyimiz molla qapısı qalmamışdı. Mən ana ola bilmirdim, yaş da kecirdi, Çıngiz qocalırdı. Hər zaman nə olur olsun ata olacağını deyib məni həvəsləndirsə də, artıq, umüdim qalmamışdı. Çıngizin sərhəddində problemlər yaranmışdı. Məndə kista əmələ gəlmişdı, rahimimin bir hissəsi kəsilib götürülmüşdü. Özümüzü sonsuzluğa hazırlamalıydıq, bunu qəbul etmək məcburiyyətindəydik. Belə vəziyyətdə uşağımız olsaydı, Allahın möcüzəsi olacaqdı. Elə bu məqsədlə, Çıngizə utana utana dedim:
  - Məni bağışla, Çingiz!
  - Niyə?
  - Səni atalıq zirvəsinə yuksəldə bilmədim.
  - Dəli...
  - İnan zaqsın məndə olsaydı, boşardım səni, deyərdim get evlən zürüyətin olsun.
-Kəs səsini!
  - Vallah, inanmirsan, ederdim. Edə bilmirəm. Kaş kə məni almasaydın. Başqasıyla evlənsəydin.
   - Olacaq...
  - Axı olmur
   - Olacaq deyirəm...
 - Olmayacaq, olmur, ola bilməz, özün fikirləş də, bayaqdan sağlam canıma qala bilmirdim, indi tək yumurtalıqla necə qalacam?
  - Allah istərsə qalarsan!
  Şok olmuşdum, Cingiz Allahın adını çəkir? Allaha güman edir? İnanılacaq iş deyildı . Üstün vürmadım, sadecə doldum, boğazımda düyunlənən qəhəri udub gözlərimi yumdum, başımı yuxarı qaldırib ürəyimdə Allahıma dua etdım.
  - Şükür sənə ilahi, ilahi toxumlarını qəlblərə səpən gününə şükürlər olsun... Sən özün onu hidayyət et,  onu doğru olan yola yönəlt, nurunu bu  yoldan əskildıb onun yolunu azdırma Allahım. 
   3 gün sonra Ramazan ayı girirdi. Bir gün əvvəldən Çingiz iş otağına qapılmışdı. Qapını içəridən kilidləmişdi. Hər zamankı halı idi, öz dünyasında olanda belə edirdi. Amma indi içəridən qəribə səslər gəlirdi. Bu nə səslər idi hələ indiyə qədər bilmirəm.
   Sonra otağından çıxıb, topladığı böyük qutular və zənbilləri də götürüb harasa getdi
  - Gəlməsəm yatarsan, narahat olma- dedi. Olurdu belə şeylər normal idi.
   Ramazanın birinci günü ilk dəfə sahura qalxanda, Çıngizin iş otağının işığının yandığını gördüm. Gözlərimə inanmadım, Çingiz namaz qılirdı. İnanılacaq bir şey deyildı. Ola bilməz, mümkün deyildi...
   Otağa göz gəzdirdim, otaqdaki bəzi əşyalar, o cumlədən bilmədiyim əlifbada yazılmış yazılar, divarlara asdığı gözə görünməz varlıqlarin şəkilləri yox idi. Tyormonun önündəki kilsə şamları, parçalardan və taxtalardan hazırladığı insan fiqurları da yox idi. Hər zaman bir küncə qoyduğı yumuru şüşə akvarimun içındəkı quru məzar torpağı da boşaldılmışdı. Bunları nə zaman rədd etmışdı bilmirəm. Mən heç vaxt bu otağa girməzdım, otağın təmizliyini də özü edərdı.
    Gözlərim dolmuşdü. Ürəyim az qalırdı yerindən çıxa, qəribə hallar  kecirdirdim.
  Dəstəmazımı alıb, şükür edə edə  zala kecdim. Çannamazımı götürüb yerə sərdim, Möhrumu öpüb namaza hazırlaşdım. Niyyət edib namaza başlayacaqdım ki, fikirimi dəyişdim. Əşyalarımı götürüb Çingizin yanına gəldım, onun arxa tərəfində yerimi hazırladım. Çingiz  namasını bitirmişdi, duadaydı. Özünə elə  qapanmışdı ki, mənim içəri girdiyimdən belə xəbəri olmamışdı. İlk dəfəydi ki bu otaqda namaz qılırdım. Düzü içimdə bir qorxu vardı. Fikirimi cəmləyə bilmirdim. Elə bilirdim bu saat pıs bir şey olacaq. Çingizə baxdım, çox sakit şəkildə  ara bir təsbehi çəkərək "əlhəmdüllah" deyirdi. Bu da məni ürəkləndirirdi.
   Əllərimi yanıma salıb
   - Allahu Əkbər - dedim. Elə bil hardansa, nəsə düşüb cilikləndi. Bunu Çingiz də hiss etdi, səksənən kimi oldu, səsimə səs verdi: 
   - Allahu Əkbər... 
Qorxdum, amma Cingizin mənə səs verməsi məni  ürəkləndirdi, davam etdim.
 - Bismillahu rəhmani Rəhim
   Elhəmdüllahir rebbilaləmin - dediyimi gördüm elə. Bir anda evdə hər  şey bir birinə qarışdı. Hər şey havada uçuşurdu. Qorxudan əsirdim. Namazımı saxlayıb qacmaq istədim, Çingiz isə möhkəmnən və əsəbi halda  "Allahu Əkbər" - deyib  təkrarlayirdi, bu o demək idi ki "davam et". Dilim namazın sözlərini desə də gözüm ətrafda uçuşanlara baxırdı. Tyormonun üstündəki şamların üstündə saysiz hesabsız qorxunc böcəklər oynaşırdı. Hansı ki, bu böcəklərdən Çingiz hardansa tapıb gətirirdi. Ondan yağ hazırlayirdı, "qurd yağı"...
   Biraz əvvəl otağa girəndə  boş  akvariyumda, indi sanki bir dünya qurulmuşdu. Saysız hesabsız insanmı desəm, cinmi desəm bilmirəm - bu torpağın içində suda boğulurmuş kimi çabalayırdılar. Sanki başıma od ələnirdi. Yuxarı baxdım. Evin tavanında vulkan lavaları kimi buludlar var idi, ordan evə od püskürürdü.Uşaq vaxtı klyonkanı yandırb fırladar və ya yerə damladardıq. Xoşumuz gəlirdi klyonka yanığından. İndi də eyni qaydada buludlardan sanki klyonka yanığıydı damlayırdı, düşdüyü yeri od götürürdü. Birazdan otağın içını od bürüyəcəkdı. Qorxu içındə Çıngizə baxdım, dünya vecinə deyildi, yoxsa bu olanları tək mənmi görurdum? 
   - Çingiz...
   - ALlahu Əkbər - əsəbi halda mənə baxdı.
   - Davam et...
   - Çingiz ev yanır, qorxuram...
   - YAnmır, qorxma, davam et heç nəyə fikir vermə.
   Ozümü toparlayıb namazıma təkrar başlAdım.
  - ALlahu Əkbər - dediyim idi elə bil, Çingizun başı qarpız kimi partladı. Hər şey gözümün önündəydi. Cingizin partlamış başından ilanlar, əqrəblər çıxıb mənə döğru gəlirdi. Sanki Çingiz bunu hiss edib dayanmadan "davam elə" - deyirdi., mən isə otağın içındə qaçmağa yer axtarırdım. Hər tərəf od tutmuşdu, qapı pəncərə görünmürdü. Qəribə idi yanmayan yer yox idi, bir biz yanmırdıq bir də yanıma qoyduğum Quran. Çingiz əsəbi görünürdü. Məni  namaza davam etməmi istəyirdi, ede bilmirdim, dəhşət içərisindəydim. Gingizə baxırdım,. Onun gözləri öz gözləri deyildı həmişə gördüyüm qırmızı gözlər idi. Qorxumdan qışqırırdım. Çingiz isə indiyə qədər ondan eşitmədiyim ayələri oxuyurdu...
  Sonra bimədim noldu... Bir vaxt gördüm bir qəbirdə uzanmışam , Allahdan bir balam olmasını istəyirəm. Elə bu vaxt Çingiz qucağında bir uşaqla peyda olur.
   - Emiş, dür gedək, dur istədiyimiz oldu, bax balamız olub - deyirdi və səs getdikcə uzaqlaşırdı. Kimsə çiynimi çəkişdirirdi. 
   Gözümü açdım bütün gördüklərim yuxu imiş, gerçək kimi... Həm də Çingizin otağındaydım, namazlığın  üstündə, yatıb qalmışdım. Bura necə gəlmişdim, necə olub burda namaz qılmışdımı yoxsa hələ namaz qılmamışam bilmirəm. Bəlkə də yuxulu gəlmişəm, heç özümün də xəbərim olmayıb...
  Otağa göz gəzdurdim. Hər şey olduğu kimi idi, lakin bəzi şeylər yox idi. 
    Çaşıb qalmışdım, Çingiz mənimlə bərabər sahura oturmuşdu, niyyət edib oruc tuturdu. Bir şey demirdim ama, o da çaşqınlığımı görürdü, şirin şirin çörəyini yeyib bığıarının altından mənə gülümsəyirdi. Yeyib doydu, əlini açıb şükür edəndən sonra, qalxıb yanıma gəldi , yanıma qoyduğum dolçadan stəkanı doldurdu, əyilib başımdan öpdü.
  - Məni yoldan çıxartdın ay arvad, sənin dediyin o imana gəldim.
   - Xoş gəldin əzizim - əlini tutub öpdüm, ovcunu yanağıma sürtdüm, elə dolub kövrəlmişdim ki.
- Allah qəbul eləsin. İnşallah Allah sənə möcüzəsini göstərər, ən cox istədiyin duanı yerinə yetirər. Ən gözəl mükafatını verər 
  - Əminsən?
  - Bax hələ də şübhən var. Tövbə de, yuxusunu da görmüşəm. Get boşalt otağını, yığ at o murdar şeyləri. İnan mənə Allah ruzimizi özü artıracaq, özün görəcəksən, niyyət etmişdim, sən Allaha dönəsən, bərabər ziyarətə gedək... İndi də...
   Elə kövrəlmişdim ki, düyümlər böğazımı deşirdı. Danışa bilmirdim.
   - Yaxşı da, ürəyimi üzmə.
-  İnan bu günü görməyi nə qədər arzulamışam, Çingiz. Məhz elə bu günün şərəfinə Rəbbimdən bir şey istəyəcəm - gözümün yaşını sılib başımı sinəsinə qoyaraq onu quçaqladım.
   - Dayan görək dəstəmazımızı pozma,
  Mən ona daha da qısılırdım. 
   - Belə eləsən niyyətim də pozulacaq aa - zarafatlaşdı.
  - Yox mən niyyət edəcəm. Elə indi, bu gün. Çünkü bu gün ən gözəl gündür, mənim üçün. Bir insan bəndəsi tövbə edib, imana gəlib, pak niyyət, halal əməl Allahın işiqlı yoludur. Bax elə indicə niyyət edirəm ikimiz üçün, Allahın hüzurunda, sənin qarşında. Qoy Allah özü sənin mükafatını versin, sənə özünə qarşı inam yaratsın. Güç versin, dayanma güçü, səbr versin, bu yolda geri dönüşün olmasın, irəli bax! Niyyət edirəm, inşallah gələn ilin bu vaxtı balamızı qucağımıza alarıq, 3 gün qəbrdə yatacam...
   - Nə?
   - Hə Çingiz. Mən onlardan təmizlənməliyəm, balamı qorumaq üçün, bunu mənə Dağıstanda magiya da demişdı ki, sən özünü o dünyanın məxluqu kimi göstərməsən onlar səndən əl çəkməyəcək. Elə bayaq da sənin otağında həmin yuxunu görürdüm, qəbrdə yatmışdım, sən qucağında bir oğlan uşağıyla gəldin, dedin "dur gedək, balamız doğuldu" . Bilmirəm, ürəyimə damıb, bu dəfə uşağımız olacaq, bəlkə də mən bu uşağı dünyaya gətirəcəm, ama yaşamayacam, öləcəm...
-Nə sayaqlayirsan? 
 - Olsun yenə də niyyət edirəm, təki züryətimiz olsun da, mənim canım balama fəda olsun... Mən bunu edəcəm, balam üçün...

GÜZGÜ

 25 bölüm.

   Qəfil xəbər bütün ailəni şoka saldı. Güllü ağır xəstəliyə tutulmuşdu. Xərcəngə. O vaxt "RAk" adını eşidəndə damarlarda qan donurdu. İndi bu xəstəlik adıləşib. O zamanlar çox az adamlarda olurdu, bu xəstəlik, indi dəhşət yayılıb. 
  Qəfil oldu xəstəliyi, Çingiz xəstəxanaya aparanda gecikmişdi, Bütün daxili orqanlarına sıçıramışdı. Həkimlər öləcəyini desələr də  Cingiz də, mən də bütün quvvəmizi ortaya qoymuşduq, onun yaşaması üçün.
   - Özüm qulluğunu edəcəm - deyib onun yanında qaldım xəstəxanada. Bir ağir yatalaq, qan qusan xəstənin halı necə olar?  Bunu yaşayanlar və çəkənlər bilər. Halal xoşu olsun. Mənə etdiyi o qədər pislıyın və ziyanın qarşısında, bütün varlığımla qulluğunda dayanırdım. Belə vəziyyətdə belə dil altda qalmırdı.
   - Əhd eləmişdin, mən yataqlara düşüm, mənə qulluq edəsən? Niyə qaratikan kimi gözümün önündə bitirsən? Yoxsa yiyəsiz sahibsiz görmüsən məni? - bü sözü mənə elə toxunmuşdu ki, yaxşı deyiblər ilə insanın üzü içinə dağılarmış, mənə qarşı o qədər pis niyyətli idi ki, elə bilirdi mən də beləyəm. Onun yanında olmasa da dəhlizə cıxıb gözümün yaşını sılmişdim, həmin gün. Bəlkə de elə bilirdi  ona minnət eləmək üçün yanındayam. Qoyub getmək istəmişdim. Ama onu kimə tapşıracaqdım ki? 
  Qardaşı arvadları və Züleyxa gəlib gedirdilər. Amma yanında kimsə qalmağa ürək etmirdı. Qan qustuğuna görə ondan iyrənirdilər.
   Düz iki ay 18 gün yanında qaldım. Son 10 günə qədər deyinə deyinə, söyə söyə başımın ətini yedi. Sonra tamamən susdu, demək olar ki nəinki məni heç kimsəni tanımadı.
   Başımı iliq suyla yumaqdan, saçlarım keçə kimi olmuşdu, evdən yemək bişirib gətirən də yox idi. Çıngız xəstəxananın yanındaki yeməkxanadan sup və yumuşaq yeməklər alib palataya gətirir, Güllünü yedirdəndən sonra ozümüz də elə orda yeməyə otururduq. Arada məni yaxınlıqdaki kababxanaya aparmaq ıstəsə də getmirdim. Düşünürdüm ki, belə bir vaxtda Güllünün yanından qalxıb kabab yeməyı getsəm, ona ayıb olar, Güllünün xətrinə dəyər, ürəyinə salar ki, mən xəstəyəm o sağlam, ərim onu məndən çox sevir, onu belə vaxtında qısqandırmaq, ahini almaq istəmirdim. Nə bilirdim ki, yazıq çanıyla əlləşir, daha belə şeyləri düşünəcək halda deyirdi.  
   Ölümünə iki gün qalmış həkimlər Çingizi çağırdı. 
   - Onsuz da xəstəni burada saxlamağın adı yoxdur. Burada aparatlara yaşayır, əgər buna yaşamaq deyərlərsə. Daha da zülüm cəkir, aparın evə, qoy canını rahat tapşirsin.
  Güllü heç kimi tanımırdı, ağlı başından getmişdi, tanımadığımız adamlarla danışırdı. Ağrıların təsirindən  qəribə səslər cıxarırdı. Heyvan və it səsindən seçilməyən bu səslərdən Bına evındəki qonşular vahimələnirdilər.  Qonşular onun səsindən narahat olmasın deyə, onu bağ evimizə gətirmışdık.
    Dayanmadan Güllü  "qoz ağacının altında" deyirdi. Nə qoz ağacı idi, nə var idi orda bilmirəm.  Gingiz onun nə dediyini bilirdi, Qoz ağacının altinda nəsə bir şey gizlədib deyirdi. Uzaqda görürem o qoz ağacını. Onu çıxarmadan ölmək istəmir. Amma nə var ıdı,o qoz ağacı hardaydı bilmirəm.
  Vaxt itirmədən molla dostumuzun yanına getdik. Çingiz tövbəli idi deyə öz rituallarının vastəsiylə ona kömək edə bilmirdı  
   Molla quran açdı, elə bil kişini cərəyan çarpdı.
   Bir neçə dəfə heyrət içində "Lailəhə illəllah" deyəndən sonra  kitabı örtdu, öpüb bir kənara qoydu.
  - Noldu? - Çıngız səbirsizləndi.
  -  Bu qadın ruhunu şeytana satmış...
  -Bilirdim - Çingiz sakitcə dilləndı. 
   - Nəə? Bu necə olan şeydir? - Heyrət içindəydim, bir insanın ruhunu şeytana satması nə demək  idi. Allah daha nələr eşidəcəyik, nələr görəcəyik bu dünyada... 
   Çingiz ayağa qalxdı:
  - Demək ki, əldən gələn bir şey yoxdur, ozü yıxılan ağlamaz. Dur arvad gedirik.
   - Axı nolub? Biriniz bir şey deyın.
  - Nə deyəcəyik özü özünü cəhənnəmə salıb, nə eləyəcəyik ki ona, bu zamana qədər o şeytan xislətiylə kimə nə edibsə, ancaq ölümündən sonra bütün tılsımləri  qırılacaqdır. Yaxşı ki öləcək, yoxsa onun tilsimindən kimsə qurtara bilməzdı.
   Çingizin dediklətindən gözlərim kəlləmə çıxmışdı. Eşitfiklərimdən heyrətə gəlmişdim.
   - Hə, Elmira xanım... Dünyanın işini bilmək olmaz arvad, bəzən bilmədən özümüz  elə bir səhv edirik ki, sonra ondan özümüz də qurtula bilmirik. Güllü də elə səhv edib ki, Allah köməyi olsun, nə deyim, əzabı yüngül olsun.
   - Bəs bunun o etdikləri öləndən sonra  bizə ziyan vurmaz ki? 
  - Yox, Yaxşı ki, elə özünün ruhunu şeytana satıb, başqalarının yox.
   - Nə bilirsən, bəlkə... 
   Sonradan bu ruhun şeytana satılmasını  elə Çingizin özündən soruşdum. Çingiz özü neçə adama belə işdə kömək edibmiş. Deyir ki, elə müştəriləri var idi ki, ruhunu şeytana satmaq üçün nələr pul tökürmüşlər. Şeytana satılmış ruhun geri dönüşü yoxdur, yeri çəhənnəmdir. Bu dünyada özü nə istər onu yaşar, nə pıslik desən əlindən gələr. Ən böyük çadügərlər belə ruhunu  şeytana satmış...
   Güllünü kənddə dəfn etdilər. Çingiz Məzarına qoz ağaçı əkdi. Aradan illər keçsə də həmin qoz ağacı bir dəfə də bar verməyib. Gingiz deyır kökü çəhənnəmdədir sahibiylə bir yerdə, bu ağac heç nə vaxt qurumaz, nə də bar verməz... 
   Güllünün 40 dan sonra Çingizlə Məşhədə getdık. Ziyarətimizi etdik. Qurban olum Allaha niyyətlərimiz qəbul oldu. Ziyarətdən dönəndən iki ay sonra hamilə qaldığımı bildim. İçimdə bir boşluq vardı. Deyirdim bu hamıləliyim də yarım qalacaq. Həcc ziyarətinə getmək üçün müracıət etmışdık. Bu il, Həccə gedəcəkdik . Hamılə olmağıma görə Çingiz ziyarəti təxirə salmaq istədi. 
- Nə olur olsun gedəcəyik, əgər bu uşağı Allah bizə veriıbsə, onu da özü qoruyacaqdı. 
  3.5 aylıq idik ziyarətimizə getdik. Həkimlər uzun yola, həm də təyarəyə minməyimə izin vermirdilər. Lakin içimdə bir sərinlik vardı. İnşallah bir şey olmaz. Olacaqsa qoy bu dəfə də Allah yolunda olsun dedim. Bəlkə uşağa bi şey olmaz, özüm rəbbimə qovuşaram, qoy arzum ürəyimdə qalmasın dedim.
   Ziyarətimin 2  gününü xəstəxanada keçirtdim, amma olsun, o müqəddəs yerləri gözlərimlə görmək qismətimdə varmış demək, şükür rəbbimə...
   Evə gəlib yenıcə rahatL8anmışdıq ki, dözülməz və acımasız bir sancı tutdu Çingiz Təcili yardlm çağırdı və məni təcili xəstəxanaya qaldırdılar. Taa döğum günümə ədər orda qaldım,
   Xəstəxananın bir üzvünə dönmüşdüm. Çoxları elə bilirdilər ki, xəstəxana işçilərindənəm . Hamıləliyim cox ağır keçirdi. Hər an uşağımı salma təhlükəsi var idi.
   2012 ci ilin payızında oğlum dünyaya gəldi, nur topu kimi Allahın möcüzəsi doğulmuşdu. Balam sağlam idi, amma mən...
    Əzraillə pəncələşirdim.  Balamı görmədən, onu qucağıma alıb, sevib qoxlamadan ölümə təslim olmaq istəmirdim.
   Balamla düm ağappaq bir məkandaydıq, hər tərəf ağ tül pərdələrlə bəzədilmişdi. Qızılı  rənglı  bir böyük malıkanənin qonağı idik, elə xoş, elə mehriban qarşılanırdıq ki.
   İki mələk kimi qız gəldi, oğlumu qucağına alıb, tanımdakı ağ lələklərdən düzəldilmiş və havada asılı bir beşiyə qoydular. Ylrğaladılar. Önumə nazu nemət gəldi... Yeməklər qızıl və gümüş qablardaydı. Qabların qapaqlarını səlqiə ilə açıb yeməklərin dadına baxdım. Elə bu zaman ildırımlar oynadı. Bayaqdan günəşin işığında bərq vuran bu gözəl məkan bir anda qaranlıq bir yerə döndü...  Qarşıma qoyulmuş yeməyin  içindən ilan- çayınlar çıxdı, üzərimə gəlirdilər. Beşık yoxa çıxmışdı, balam yerə düşmüş və ağlayırdı. Üşağımı qucağıma alıb qaçıram, hara qaçdığımı bilmirəm. İrəlidə bir meşəlik görünür, oraya üz tuturam...
    Bir qoz ağacına sığınmışam, balamı bağrəma basıb onu təhlükədən qorumağa çalışıran, elə bu vaxt mənim cin balam gəlir, balam əlimdən almaq istəyir, onunla süpürləşirəm, balamı ona vermək  istəmirəm. Uşağı bağrıma basıram, elə qucaqlayıram ki, sankı sinəm yarılıb, uşağımı sinəmdə gizlətmişəm. Lakin həmin çin balam, nə olur olsun onu məndən ayırmağa çalışır. Onu sinəmdən qopardıqca elə bil məni götürüb təkrar olduğum yerə çırpırdılar. Balamı məndən almışdılar, gedirdilər, mən də arxasınca qaçırdım, nə qədər özümü cəmləyib onlara yetişməyə çalışsam da ayaqlarım məni tərs istiqamətə aparırdı. Qulağıma hardansa xəstəxana aparatlarının səsi gəlirdı. Kimsə deyirdi:
   - Bacardıq...
   - Şükür, özünə gəldi...
   - Təcili buz gətirin,qanaxması var, qanı kəsməsə, hər an ölə bilər...
   Kəfəni yırtıb çıxmışdım, daha bu kəfəni Allahdan başqa kimsə mənə geydirə bilməzdi, 
Yeni arzularla yaşayırdım, gözüm hələ açılmasa da, oğlumu hələ görməsəm də ürəyim yeni arzularla aşıb daşırdı.
   Özüm yatsam da ətrafımda olub keçənləri eşıdırdım, görürdüm. Sanki özümə havadan baxırdım. Hərdən tibb bacıları, hərdən həkimlərin gəlməsi, məni danışdırması, göz qapalarımı aralayıb gözümün içinə baxması, hər şey gözlərimin qarşısında idi.Uç gün idi bu vəziyyətdə özümə fankı kənardan baxırdım.
  Kim idisə, içlərindən biri, uşağı gətirin, analizlırin cavabı gəldi. Südündə bır şey yoxdur, gətirin öz anasını əmsin.
  Balamın yumuşaq məsum dodaqları ilk dəfəydi ki, döşumun giləsinə toxundu. Vücudum lərzəyə gəldi sanki, sanitar xanım əlimi qaldırıb balamın üstünə qoydu. Hətta yumuşaq bağlanmış bələyin altından onun zərif vücuduna toxundurdu   soyuq barmaqlarımın arasında istı yumuşaq bədəni diksindi.
   Döşlərimin giləsi əmildikcə bütün bədənim lərzəyə gəlirdi. Ürəyim quç ürəyi kimi çırpınırdı, istəyirdim  balama sarılım. Yuxu içinfəydim, özümü bilmirdim ki, heyim hərəkətim yox idi. 
  Bir onu bilirəm ki, biləyimi sanıtarın əlindən sürüşdürüb  balamın balaca baldırına toxundurdum, əlimin soyuğundan balam diksinsə də, qımıldanmadı, sanki onu oxşamamı istəyirdi. 
   - Aaa... Ay həkim, özünə gəldi, əlləri hərəkət edir. Həkimlər gələnə qədər özümü toplayib  gözlərimi açdım. Üzü quylu sinəmin üstünə yatan balamın qara saçlarını gözlərimlə oxşadım. Balamdan başqa heç kim gözümə görünmürdü. Həkimlərin nə dediyi, nə etdiyini bilmirdim. Gözlərim təkrar yumulurdu, çətin də olsa özümü güclə saxlayırdım ki, yenə özümdən keçməyim. 
   Sanıtar uşağı döşümdən alıb yuxarı qaldırdı üzünü üzümə qoydu, balamı ilk dəfə öpmək istədim, lakin heyim olmadı. Balam isə dodaqlarını üzümə, burnuma,  çənəmə sürtüb yalayırdı... 
    
   Xəstəxanadan çıxdığımız 15 gün idi xoşbəxt və tam bir ailə olmuşduq. Arzumuza çatmışdıq, Çingiz 61 yaşında, mən 45 yaşımda övlad sahibi olmuşduq və elə bu yaşımızda, balamın yaş kağızını alanda Çingizlə rəsmi nigahımıza imza atmışdıq. Gənclıyimizi, sevgimizi indi yaşayırdıq sankı . Ömrümüzün ən gözəl anları idi, həmin günlər, bu günlərin həsrətiiylə necə yanmışdıq ilahi! Bir birimizə sarılıb hönkürərək ağlayaraq Allaha yalvardığımız günlər olmuşdu. Bəzən Çingiz, bəzən mən bəxtimizə üsyan edəndə də birbırımızə qısılıb özümüz özümüzə təsəlli etmişdik... İndi ailəmizin yeni üzvü gəlib, indi evimiz şənlənib, indi yatağımızı balamızla bölüşmüşük. Yastıqlarımızın arasına üçüncü yastıq əlavə olunub. İndi balamın o tərəfindən baxan ömür gün yoldaşım  baxışlarıyla məni öpür, kiprikləriylə onu ata etdiyim üçün mənə, balamıza baxaraq bu günləri ona yaşatdığı üçün Allahına təşəkkür edirdi .
  Belə bir vaxtda  onun üzündəki xoşbəxtliyi dünyanın heç nəyinə dəyişmərəm.
   Xəstəxanadan çıxdığım gündən hər gün bir ocağa gedib  7 ziyarətxanada  7 qurban kəsdı, fəqirə, yolcuya payladı, nəzir niyaz dağıtdı... 
  Yuxularım yenə qarışırdı. Yenə mənimkilər gəlirdi. Amma bu dəfə gələnlər nə şlyapal sevgilim, nə də çin balam idi. Bu dəfə gələnlər ağ saçlı, ağ saqqalı nurani insanlar idi. Məni xoş danışdırır, xoş dindirirdilər. Məndən Muradımı istəyirdilər. 
   - Al, canım sızə fəda, evim- eşiyim varım, yoxum nə istəyirsiz onu verim, bırcə balama dəyməyin!
   - Sən bizə var - sərvət vəd etməmişdin, nə söz vermişdin bizə? Ya özün dərgahimiza gəlməlisən, ya Muradı aparmalıyıq. 
    Yuxudan səksəkəli qalxdım. Niyyətimi unutmamışdım. O Ramazan gecəsi niyyətbetmişdim axı. Qurban olduğum məni arzuma çatdırdı, bəs mən niyə niyətimdən qaçıram? Niyə əməl etmirəm? Balam bətnimə düşən gündən niyətimdə qərarlıydim. Nə olur olsun, balam üçün hər çətinliyə qatlanacaqdım. Təki dünyada bir yadigarım olsun, iz salanım olsun. Təki Çingiz gec də olsa bu sevinci yaşasın. Bu yaşında imana gəlmişsə, qoy ümüdləri qırilmasın, Allaha inansın. Amma ındı balamı qucağıma almışam, qorxu canımı alıb, ona doymadan həyatla vədalaşmaq istəmirəm, ona doymadan ölmək istəmirəm. 
   Deyək ki, məzara girdim, 3 gün qapalı məzarda təkbaşına yatmaq nə demək, diri gözlü özünü ölümə tərk etməkdir. Bəlkə, dayana bilmədim, ürəyim partladı qorxudan, öldüm. Çingiz buna dözərmi, bəs südəmər balam? Çingiz bu yaşdan sonra nə qədər yaşayar, ən uzağı 20 il, o zaman oğlumun 20 yaşı olacaq, həyata atılan vaxtı, sevib sevilən zamanı, ata da onu tərk etsə, axırı necə olacaq? 
   Elə bu düşüncələr ürəyimə qorxu salırdı, odur ki, niyyət etməmiş kimi unutmağa çalışırdım, lakin məni rahat buraxmırdılar. Ən son gördüyüm bu yuxudan dəli kimi qalxdım. Beşıyə yaxınlaşıb körpəmə baxdım, uşaq yatırdı, lakin yanaqları qızarmış, göz qapaqlarına sarılıq çökmüşdü. Barmağımla uşağın yanağına toxundum, üzünün hərarəti barmağımı yandırırıdi.  Körpəmin yaxasını, başını açdım. Bütün canı  qip qırmızı çıl çıl olmuşdu.
   - Aman Allahım ,bu nədir belə. Çingiz... Gingiz qalx, tez ol qalx...
 
 GÜZGÜ

26 BÖLÜM

Final

Bu hay harayda Elmiranın belə bir qərar verməsi məni çilədən çıxartmışdı. Uşaq həm qızılca, həm də sətəlcəm olmuşdu. Bir tərəfdən də, ağciyər çatışmamazlığı meydana çıxmışdı. Uşağımızı küvete yerləşdirmişdilər, ciddi həkim nəzarətindəydi. Xəstəxananın həkimlərindən başqa, ölkənin ən güclü həkimlərini səfərbər etmişdim. Həyatımızın bu yaşında ömrumuzun ilk və son  meyvəsinin məhv olmasını izin verməzdim. Nə olur olsun övladımız yaşayacaqdı.
    Xəstəxananın baxcasında gecələyirdik. Uşaq reanimatsiyada olduğundan bizi içəri buraxmırdılar.  Qardaş bacılarım , Səkinə, Bəyim də  bizimlə bərabər xəstəxananın baxçasında aşağı yuxarı var gəl edirdi. Hamı pərişan idi, hamının əli göydə, dili duada... 
   - Mən gedirəm, gələcəm! 
- Hara? 
- Hacının yanına  
- Elmira, belə eləmə qadan alım, bu hay harayda nə hacı?Toyun küllükdə vurulur?
  - Balamız əldən gedir, Çingiz, dayana bilmirəm.
  - Hacımı qurtaracaq balanı?
  - Allah qurtaracaq ! Mənim niyyətim var, məni ölü kimi dəfn etməlisiz ki, şər qüvvələr balamdan əl çəkə.
 - Elmira yeri deyil, etmə eyləmə, qurban olum, başımızı qarışdırma, qoy dərdimizi çəkək.Uşaq xəstəxanada indi sənin oyununumu oynayacağıq? 
 - Mən oyun oynamıram, ya məni dəfn edəcəksiz, ya da özümü öldürəcəm. Balam üçün...
 - Belə israr edirsən, əminsən uşaq sağalacaq? 
 - Əminəm...
 - Lap yaxşı, mən də gəlirəm. Züleyxanı xəstəxanada qoyub  özümüz molla dostumuzun yanına gəldik, dərdimizi, niyyətimizi ona danışdıq. Diqqətlə bizi dinləyib bir ıkı dəfə boğazını ayirdıb sözə başlardı.
 - Cox qedim zamanlarda bir varli oglan yaŞayirdi. Gunlerin bir gunu bu oglan gənc bir qadına aşiq olur. Bir az kecenden sonra oglan qiza evlenmek teklifini edir. Lakin qizin bir qusuru var idi: onun bir eli şikest idi. Buna gore qizcigaz oglandan utanirdi ve gece-gunduz Allaha ona şefa vermesini dua edirdi. Niyyətlənir ki, bir möcüzə baş versin əli sağalsın, qapısına gələn ilk yolcuya dilənciyə  özü öz əliylə süfrə açıb qarnını doyuracaq. Əgər bunu etməsə, edə bilməzsə, qoy əli yenidən şikəst olsun. 
   Merhemetlilerin en merhemetlisi olan Allah da onun dualarini qebul edir ve mocuze baş verir. Qizin şikest eli sagalir. Qiz sevincek halda oglana raziligini bildirir ve onlar evlenirler. Bir gun cavan cutluk mehribancasina evlerinde nahar edirdiler. Bu zaman evin qapisina bir dilenci yaxinlaşir ve ev yiyesinden ona yardim etmelerini yalvarir. Bunu eşiden kimi, qiz iki dilim coreyi goturub dilenciye vermek isteyir. Lakin eri ona bunu etmeye icaze vermir. Qiz fikirleşir ki, eri xesislik edir ve buna gore gozleri yaşla dolur. Yadına etdiyi niyyət gəlir, əlinə baxır, görür ki, əli getdikcə əyilir, ərinin üzünə qayıtmır. Dinməzcə əlini ətəyinin altında gızlədə gizlədə gəlib ərinin yanında oturur. Ele bu an eri ona bele deyir:
-Iki dilim corek cox azdir əzizim , oturmada onu süfrəmizə dəvət et,  bir qab dolu yemek ver.
  Oğlan kişini süfrəyə dəvət edir, Qiz  nimçəyə yemək çəkib qonağın qarşısına qoyanda təəccubunden donub qalir. Cunki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə cox varli, adli sanli adam idi, lakin çox xəsis idi.qız şok hala düşmüşdi nimçə əlində əsirdı. Qizin bu halini görən oğlan qızın əlinə diqqət edir. Görür ki qızın əli əyilib. Nə olduğunu soruşanda qız yeməyi qonağa  verib bikef halda oturur ve heyat yoldaşina oz aci hekayesini danişir:"Bu adam mənim birinci ərim idi, cox xəsis idi. Bir gun evdə tək idim, bir dilənci gəldi, mən də ona bir toyuq verdim, icinə də qiymətli uzuyumu qoydum. Ərim evə qayidanda bundan xeber tutdu ve qezeblenerek menden boşandi, hele ustelik, şeherden qovub əlimi də qırdı ". Mən də sənə qovuşmaq üçün allahima dua etdim niyyətləndim, evimə gələn ilk dilənciyə özüm öz əlimlə qulluq edəcəm demişdim. Fəqət biraz əvvəl iki dilim çörəyi ona verməmyimə izin verməyincə ürəyimə qaraltı gəldi ki, niyyətimə əməl etmədim. Allaha olan imanımdan, inamımdandır ki, əlım əvvəlki halına düşdü. 
   Bütün buna həyretle qulaq asan oglan dozmeyib aglayir. Qiz bunun səbəbini soruşanda oglan belə deyir: "Uzuyu verdiyin həmin dilenci men idim.Və mehz bu uzuk vasitesile mən varlandim.  Mən də allaha  yalvarmışdım  ki, mənə bu sərvəti verən qadın kimdirsə, şıkəst də olsa bəxtimə yaz...
   İndi ay oğul, ay qızım, allah hər daim yaratdığı bəndəsinin yanındadır, onun gizlində və aşkarda etdiyi hər niyyəti, hər duanı eşıdəndir. Madəm imanla, inamla niyyətlənmisən, allah da sizi eşidib, sizi muradınıza çatdirib, o zaman əməl etməlisən...
  Nəyi neçə, nə cür edəcəyimizi bilmirdik, gəlib evdə kiməsə desəydik ki, Elmiraı diri diri bastırırırq, yenə bizi dəli yerinə qoyacaqdılar, deyəcəkdilər ikisi də dəli olub, yenə molla dadımıza yetdı.Yuxu dərmanı...
   Məsələni Səkinəyə danışıb ondan kömək istədik. Səkinə belə şeylərə imanlı olduğu üçün  bu iş bizə çətin olmadı.Bu oyunu beçımiz biləcəkdik. Səkinə, səkinənin  həkim rəfiqəsi, molla, Elmira və  mən...
   Səkinənin həkim rəfiqəsinin köməkliyiylə yüksək dozda Elmiraya yuxu dərmanı verib yatırdıq,  həkim xanım  iynəni vurmamışdan demişdi ki bu dərman onu dərin yuxulara qərq edəxək, hətta irəlidə bu iynədən bağımlı da qala bilər, qarabasmaları, qorxulu yuxuları olacaq. Elmira hər şeylə razılaşmışdı.
   - Təki balam sağalsın.  48, 70 saatlıq təsiri olan bu iynəni vurduqdan sonra hay saldıq ki, Səkinənin evindəykən Elmiranın halı çönüb və qəfildən ölüb. Aləm bir birinə dəydi, Səkinə Elmiranı cənazə rahatlayar kimi rahlamışdı.Gözlərini bağlamış, ağzını çəkmişdi.
   Haya gələn qohum əqraba şivən qopardır, cavan gəlinin nakam ölümünə üzülürdülər. Bacılarım  məni qucaqlayıb halıma ağlayirdılar, anasız xəstə uşağa tək başına necə baxacağımı dərd edirdilər.
  - Ay qardaş, nəzərə gəldin, Güllü getdi, onun gedişinə üzülmüşdük, yerini Murad doldurdu Sevindik ki, qardaşımızın balası oldu. Artıq hüzura çıxdı qardaşımız. İndi də bu?  Can ay qardaş, nə ağır taleyin varmış...
   Mollayla qəbri ikimiz hazırladıq. Mollanın planlamış olduğu məzarın baş tərəfinə  gizli  boru - hava yolu qoyulmuşdu. Məzarın hər tərəfini qalın daşlardan hördükdən sonra torpaqla daşların arasına qalın beton tökmüşdük ki, ilan çayın məzara girə bilməsin. Onsuz da  hava soyuq idi, ,bu zamanlarda ilan, əqrəb olmazdı, amma yenə işimizi   ehtiyyatlı tutduq.
    Elmiranı ədəb ərkanla el adətiylə dəfn etdik, məclis Səkinənin evindəydi. Elmiranı məzara qoyub üstünü torpaqladıqca gedib o dünyanı görüb qayıtdım. O günlərin dəhşətini hələ də yaşayıram. 
  Cənazəni dəfn edib hamı evə qayıtdı, bir mən yox. Qardaşlarım nə qədər gəlib məni aparmaq istəsələr də mən ağlayaraq, onun ölümünə inanmıram, o ölməyib, burda onu gözləyəcəm deyirdim...
   Başqa vaxt ruhlarla danışan, məzarliqlar məkanı olan Çıngiz - yanı mən indi qorxudan az qala ürəyim dayanacaqdı. Axşam düşdükcə vahimə məni basırdı, yaxınlıqdaki xarabalıqdan gələn bayquşların səsi tüklərimi qabardırdı. Məzarların arasında dolaşan el arasında "goreşən" adlandırılan hansısa heyvanın parlayan gözlərini görüncə əlimdəki kürəyə möhkəm möhkəm sarılırdım.
Arada bir hardansa gələn tıqqıltı səsinə dik atılırdım. Qulağımı məzara qoyub Elmiranı səsləyirdim. Cavab gəlmirdı. Bəzən dəliyə dönürdüm, az qalırdım məzarı qazıb onu ordan  çıxardam. Lakin bu yerdə həmişə Elmiranın çəkdiyi məsəl yadıma düşürdü.
  -Dərviş sebr etmiş, arzusuna yetmış deyərdı. 
  Başımda küt ağrılar qalxmışdı, gözlərim yumulurdu, lakin özümü ələ almağa çalışırdım. Mən məzarın üstündə keçən günlərimizi xattırlamışkən, torpağın altında nə baş verirdi ağlıma belə gəlməzdi.

    ELMİRA

   Dümağappaq bir məzəarın üstündə yatmışdım .Qarışıq səslərə oyandım.  Sanki hardasa yanımda çoxlu quş vardı, qanad çalırdı. Qanadlarının ahəstə səsi ətrafa yayılırdı. Qalvıb yerimdə oturdum  və ətrafa baxdım. Ətrafımda yüzlərlə qanadlı insanlar vardı, ağ və qara rəngli, mənim ilk sevgilim- o dumanlı varlıq da onların içərisindəydi. Cox mehriban və gülümsər baxışlarla mənə baxırdı. Deyəsən onu burda görməyimə sevinmişdim. Bu qədər varlıqların içində onu görmək mənim üçün əvəz olunmaz bir şey idi. Əlimi ona uzatdim.O əlimdən tutub məni yatdığım məzardan qaldırıb havaya uçurtmaq istəyəndə bir anda yanımdaki qanadlı insanlar sanki ürküb bir anda havaya uçdular. Qulaqbatırıcı səsləri, başımın tüklərini qaraldırdı. Yəqin ki mənim insan olduğumu, onlardan biri olmadığımı hissetmışdılər. Hamı uçuşur qara qanadlılar zərbkə qanadlarıyla məni vururdular. Göyün qaranlıq üzünü siyah bəyaz pərdə almışdı sanki, bir mən uça bilmirdim. Mənim sevgilim də məndən ürkürdü. Biraz keçmış onlar təkrar mənə yaxınlaşıb, qorxu və təəccüb içərisində mənə baxırdılar. Mən hərəkət edən kimi onlar ürküb havaya qalxlrdılar. Mənimki, başa  düşmədiyim dildə onları sakitləşdirir, qanadlarını üstümə sərərək məni vuran qanadlılardan məni qoruyurdu. Əlimdən tutub məni havaya qaldırmaq istəyərək sanki onlara sübut etmək istəyirdi ki, mən də onlardan biriyəm.Bu vəziyyət nə qədər davam etdi bilmirəm, amma bir onu bilirəm ki, o məni heç tək qoymadı, mənə zərər vermək istəyən o qara qanadlı insanlarla əlbəyaxa olmuşdu.
  Hardansa uzaqda azan oxunurdu, qalxıb namaz qılacaqdım, qalxa bilmirdim sanki üzərimdən kimsə basir, nəfəsim tincixirdi. O mənim ayaq ucumda oturmuşdu. Ağlayaraq nəsə deyirdi başa düşmürdüm. Birazdan başımın üstündəki qanadlı məxluqlar uzaqlaşıb getdi. Elə o da, Böyük bir məzarliqda bir mən qaldim təkbaşına. Qalxıb gəzmək istəyirəm, di gəlki üzərimə çökən ağırliqdan boğuluram, nəfəs ala bilmirəm, bütün bədənim uyuşmuş, sanki məni kimsə qaranlıq zindana bağlamışdı.  Hardansa üzümə işıq düşürdü. Birazdan gözlərim qamaşdı. Gözümü açmaq istəyirdim, aça bilmirdim hardaydım, niyə belə olmuşam heç nə xatirlaya bilmirdim. Beynim dumanlanmış, sadece və sadəcə yatmaq istəyirdim. Arada kimsə məni səsləyir, danışmağ halım olmasa belə səsimi çıxarmağı bacarırdım. Hər səsimi çıxardıqca, naməlum səs " Qorxma Emiş burdayam, rahat ol! Şükür eənə allah sağdır" - deyirdi. Arada bir həmin səs:
   - ELmira, bəbiş yaxşıdır, narahat olma- deyirdi-indi gəldim xəstəxanadan, qızılcası keçir yavaş yavaş ...  Elmira... Emiş  səs ver dəə qadan alım məni qorxuzma... Ay Emiş
   - Hmm...
   - Hə şükür...
    Yatırdım, gözlərim yumulu olsa da ətrafda baş verənləri duyub eşıdırdım.
  Birazdan qarışıq səslər gəldi, mənə tanış olan o səsi kimsə ordan uzaqlaşdırmaq istəyirdi, 
  - Yox getmirəm, burda qalacam, siz gedin, Muradı tək qoymayın, Muraddan mənə xəbər verin.
 - Heç olmaya bir tikə çörək ye ay oğul
   - Yox əmi boğazımdan keçməz, burdaki aç ola ola...
  - Axı o bir ölüdür...
  - Deyil... O ölü deyil, ona ölü deməyin, o yaşayır görərsiz, o yatıb, qalxacaq...
   O səs arada mənimlə danışa danışa gün sonuna gəldik. Hələ beynimin dumanı qalxmamışdı. Sərxoş adamlar kimi başımdan küt ağrılar vard. Çox üşüyürdüm, hər yerim rütubət içindəydi. Hə budur mənimki gəldi. Üşüdüyümü görüb yanımda ocaq yandırdı. Hər kəs ocağın kənarına toplandı. Bardaş qurub oturmuşam. Etrafımdakılar mənə yad deyildi, zaman zaman gördüyüm kölgələr idi, mənim cin balam da, onun atası da burdaydı. Balam sinəmi açıb döşlərimi gəmirə gəmirə əmirdi. Ağrısına dözə bilmirdim, inləyirdim. Arada kimsə səslənirdi. 
  - Emiş noldu, yaxşısan? Emiş cavab ver qurban olum... 
   Cavab verəsi halım yox idi. Cin balammla süpürləşirdim, onu döşümdən ayirmaq istəyirdim. Ayağım tutduqca qaçırdım. Qara kölgələr məni qovurdu. Cin balam da arxama şəlləkli idi... Qan tərə batmışdım. İrəlidə əkin yeri görsənirdi şumlanmış və yeni sulanmışdı. Özümü şumluğa atdım, topuqlarıma qədər palçıga bata bata qaçdıqca qaçırdım. Kölgələr gəlir lakin mənə çatha çatda palçığa tökülüb batırdılar.Cinbalam boynuma sarılıb qulaqbatıricı bir səslə çığırırdı, nə qədər eləsəm də onu belimdən açıb ata bilmirdim. Boynumu elə qucaqlayirdi ki, boğulurdum nəfəsim kəsilirdi. Şumluqdan çıxdım, hər tətəf qaratikan kolları idi. Geri dömüşüm yox idi. İrəli getməliydim. Özümü kolluğa vurdum. Adam boyunda qalxmış kollar beimdəkini də, məni də yaralayirdı. Bütün bədənimdən   qan süzürdü. Amma ona heç nə olmamışdı. Səsi kəsmişdı daha məni boğmurdu. Birazca da irəllədikçə onun qolları boynumdan açılıb düşdü...
  Zaman itirmək olmazdı özümü ondan qurtulmalıydım, qaratikanlığın o başında işıq görünürdü, kimsə məni səsləyirdi, o səsə doğru qaçırdım.
  - Emış yaxşısan?Burdayam, canım gözum, qorxma, iki gün kecdi bir gecəmiz qalıb, Murad da yaxşılaşıb küvetdən çıxartdılar, Züleyxa qalır yanında. Ağciyərini əməliyyat edəcəklər, narahat olma həkim deyir əməliyyatdan sonra yaxşı olacaq. İnşallah burdan sağ salamat qurtul, balamızın yanına gedək, əməliyyat etdirək.
  Çox yorulmuşdum, şumluq və qaratikan bütün heyimi hərəkətimi əlimdən almışdı. Məni səsləyən səslə danışmaq istəyirdim ama nəfəsim çatmırdı. Qulaqlarımda aramsız uğultu vardı.
   Uca bir dağın başındaydım arada böyük bir dərya vardı, bütün bədənimə qurd darışmışdı.  Bədənimdəki yaraların içərisinə girib, ordan da bütün vücuduma daxıl olurdular. Onlardan qurtulmanın tək yolu var idi. Uçurumdan özümü dərəyə atmaq.
   Hazırlaşıb özümü  aracaqdım ki,  üçurumun aşağısında, bir balaca məndən aşağıda gözümə bir qaraltı dəydi.Diqqətlə baXdım, qulaq verdim, kimsə ağlayırdı.
 - Eyy, sən kimsən?
 Qiz urkək halda yuxarı baxdı . Bu ki mənim gəncliyim idi...
   -Sənin günahların 
  - NƏə? 
  - Gəl arxamca addımlarımı qoyduğum yerə qoy addımını
  Daşlardan tuta tuta aşağı enəcəkdim ki, kimsə məni çağırdı,
  - Olmaz getmə
   Donüb yanımdaki səsə baxdım . Yanımdaki qız da mən idim.
 - Bu mənəm ? 
- Sen yox, sənin savabların.
Aşağıdakı qız məni tələsdirirdi, yaNımdakı isə məni çəkişdirirdi. Qalmışdım ikisinin arSında. Nə edəcəyimi hansının yanında gedəcəyimi bilmirdim. Çox qərarsız idim. Bir tərəfdən də, canıma sarışan qurdlar artıq üzümə gözümə dolurdu. Kim məni hara çəkməyi vecimə deyildi, tez bir zamanda bu murdar qurdlardan qurtarmaq istəyirdim. Daha dayanacaq gücüm qalmamışdı.
   - Buraxın məni - deyə çırpınıb bu qızların əlindən qurtarmaq istədim - Buraxın!
  Onlar məni buraxmırdı. Əksinə günahlarım olan qız detdikcə daha qəddarlaşır, gözlərindən od parlayırdı, gözlərindən çıxan qığılcım və odlar üzərimə düşür, məni   yandirirdi. Onun odu alovu çoxaldıqca savablarım olan qız get gedə kiçilirdi,uşaqlaşırdı cılızlaşırdı .
 - Qacaq, günah məndən böyükdür, onun qarçısında əzilmək istəmirəm, qaçaq - deyirdi. Öz hayımda idim, üzərimə düşən alovları söndürmək istəyirdim, bu qızcıgaz da haldan düşmüşdü, daha məni xilas etməyə gücü çatmırdı.
   - Buraxın!
 Var səsimlə qışqırdım. Var gücümlə çırpınırdım. Buraxın məni buraxın! 
   Hardansa, kimsə məni səsləyirdi :
  -Noldu Elmira, burdayam canım gözüm, qorxma, burdayam bax! Yuxarı bax, işıq yandırıram, qorxma, görürsən işığı? 
   Dəryanın o başında kimsə  əlində şammı, kibritmi yandırıb  məni səsləyirdi. Gümanım bir ona qalmışdı. Gözlərim o işıqdan başqa heç nə görmürdü. Ona pənah aparırdım.
  - Qurtatın məni, nolar yalvarıram...
  - Qurtaracam əzizim, bu saat canım mənim, biraz səbr et, bu dəqiqə  qorxma, bax burdayam mənəm Çingizəm Emiş, sən bu işığa bax, indi səni burdan çıxaracam qorxma.
   Özümü dənizə atdım, günahlarım olan qız da mənimlə bərabər... Sanki dəniz bir anın içinə yağ gölü oldü, gözlərindən od saçan qızin gözlərindən yağ gölünə od düşdü, Bir anda dəniz od tutub yandı. Bağırtım aləmi başına bürüdü. Səs hələ də mənı çağırırdı.
  - Emiş, belə eliyib məni qorxuzma, sakit ol, bu dəqidə... 
   Tıncıxırdım, boğulurdum yanırdım, canıma qonmuş qurtlar bədənimdən tökülüb yanirdı. Saman çöpünə gümanı olan adam kimi gah savablarım olan qızcığaza, gah da sahildəki məni səsləyən işığa baxırdım. Alovların arasında günahlarımla pəncələçərdım.
    Elə bu vaxt qızcığaz ən yüksək zirvəyə dirmaşıdı. Yuxarıdan bir stəkan düyü suya səpildidi. Düyü bir dünya qum olub alovları söndürdü. Yuxarı baxdım ona təşəkkür edəcəkdim ki, baxdım bu qız başqa bir qadındır. Diqqətlə baxdım, bu qadın Səkinənin qonşuluğunda yaşayan gəlin idi. 3 körpə uşağıyla bızə gəlmişdi. Düyü istəmişdi. Mən burda qonaq olduğum ücün Səkinənin evindən ona heç nə verməmişdim. Lakin cibimdəki son qəpıkləri sayıb yaxındaki markerdən ona yarım kilodan biraz az düyü alıb evlərinə aparmışdım. Qapını açıb içəri girəndə dəhşətə gəldim, qadın söğanca edib, yeməyin suyunu töküb, düyü üçün bizə gəlibmiş, mən də onu boş qaytarınca, o da çarəsiz soğançalı suyu uşaqlarının qarşısına qoymuşdu. Əlimdə düyünü görüncə, gəlin sevincək ayağa qalxdı və uşaqların qabağındaki boşqabları qazana töküb əlimdən düyünü aldı. Bir stəkan yuyub qazana qoydu və bişirdi. Məni süfrələrinə dəvət etmişdilər. Onları qırmadım. Dəvəti qəbul etdim.
   İndi bu qadın həmin qadın idi. Verdiyim bir stəkan düyü ilə məni qurtarmışdı.
  Alovları söndürən qumların üzəriylə işiğa doğru gedirdim  hər qumun dənəsi, qarşımda bi qanqala dönürdü. Dəniz dönüb olmuşdü qanqallıq  günahlarım olan qız bu qanqalları öz tüpürcəyiylə suldıqca qanqallar bir anda  mənim boyuma  qalxırdı, yollar çətinləşirdi.
  - Çəkil  çəkil Emiş...  Dönüb baxdım, bu ki, Zakir idi... Elindəki dəryazla qanqalları bıçə biçə mənə yol açırdı.
-Zakir? Sən də burdasan? Aa dilin açılıb? Sən danışırsan...
   Zakir yolu açıb geri döndu, həmişəki ciddi, utancaq və nəvazışlı baxışlarla üzümə baxdı. Qəfil məni qucaqladı və qəfil  qucaqladığı kimi də buraxdı 
 -Tez ol çıx ! 
  Geri döndüm, bayaq canımı didən qurdlar mənə  hücum çəkirdilər, Zakir özünü onların qarşısına atdı. Üzyuxarı işığa baxdım. Tam işığın altındaydım  Üzümə sərin hava dəyirdi. Üstümdəki ağırlıq qalxırdı yavaş yavaş, səsləri daha aydın eşidirdim eşıdirdim
  - Sağdır, əmi ürəyi döyünür. 
  - Şükür sənə ay Allah, tez ol, köməy elə,çıxart kənara... 
- Əmi, geçənin bu vaxtı, nə axtarırsan burda, nə bildin sağ olduğunu? 
 - Yatmışdım yuxumda gördüm deyir gəl məni apar, dayana bilmədim, gəldim qəbrinin üstünə, gördüm məzarı çatlayıb, diqqət etdim gördüm səs gəlir, inanmadım, başımı qoydum torpağa, gördüm qışqırır ki, məni qurtarın.  
- Allahın möcüzəsidir vallah, qorxuram
- NƏdən qorxursan? Qorxma, o da bizim kimi adamdır daa... Yeri çıx yola, maşın gəlir, qabağına qac gətir bura, tez ol.
  - Kimdir gələn? 
  - dostum, hacıdır ona zəng elədim...

  ÇİNGİZ 

  Elmiranın səsini eşidər eşitməz  hərəkətə kecdim. Demək narkozun vaxtı bitmişdi. Özünə gəlmişdı. İndi qəbrdə olduğunu hiss edir, və qorxurdu. 
   Hava alması üçün qoyduğum boruya ağzımı dirəyib onu sakitləşdirməyə çalışırdım. Onun ət ürpədən səsi beynimə işləyirdi, sanki kiminləsə pəncələşirdı. Məni qurtarın deyə fəryad edirdi.
   Hərəkətə kecmişdim sabahın açılmasını gözləyə bilməzdım. Alışqanımı yandırdım. Bir əlimlə ona işıq salıb, o biri əlimlə də hacının nömrəsini yığdım. 
   - Hacı, qadan alım bu oyanıb durma gəl... Tez ol... 
  - Qorxma sakit ol, tez qəbirsanlığın gözətçısını çağır, köməkləşin, açın qəbiri.
  - A kişi, nə danışırsan, bu işi kimsə bilməməlidir starlar bizi, 
  - Neyliyək "ölü" xortlayıb, təzdən öldürək? Mən gəlim yoluna qoyarıq narahat olma. 
   Qəbirsanlığın gözətcisini dilə tutdum cavan oğlan idi, qorxusundan əsirdi.
  - Neyləyək, təzədən öldürək?  Sənə deyirəm yoldaşım dirilib, özüm qulağımla eşitdim, götür lapatkanı gəl... 
  Oğlanla qəbrin yanına gəlik. Lapatkanı oğlana verib. Özüm öz lapatkamı götürdüm.
   - Eşidirsən səsini, qışqırır, tezol tez!
   Özüm hardan gəldi, beli vurdum, oğlan vahimə içindəydi. Nə edəcəyini bilmirdi :
  - Ay dayı, özbaşına qəbiri aça bilmərik,  qayda var, qanun var. Qoy müdürü çağıraq...
 -Neyniyək qoyaq burda bu bədbəxtin ürəyi partlasın? Eşitmirsən səsini ,  görmürsən dirilib? Qoyaq təzədən ölsun?bunu çıxardaq sonra kimi çağirirsan çağır... 
   Məzari açıb Elmiranı çıxartdıq, bütün  kəfəni qan içındəydi. Qorxumdan sarımı udmuşdum. Lakin özümü itirmədim. Elmiranı dartıb torpağın altından çıxartdım. Oğlan məni belə görüb cəsarətləndi, Üzünü onun burnuna tutdu. Sinra da qulağını sinəsinə qoydu Sevinclə qışqırdı.
  - Sağdır, ürəyi döyünür... 
   Oğlanı yola salan kimi məzara hava üçün basdırdığımız borunu çıxarıb 7  8 qəbir o tərəfə tulladım. Yoxsa bu boru hər şeyi ələ verərdi. 
  Çox keçmədi hacı, onun arxasınca qəbirsanlığın müdiri, onun arxasınca  təcili yardım, polis, bizimkilər  tökülüb gəldi. 
  Səhəri bütün qəsəbə çalxalanırdı, 3 gün bundan qabaq ölən qadın dirilib deyə. Hətta dedi qodu da gəzirdi, Çingizin cadugərliyi onu diriltdi... 
  Elmiranı xəstəxanaya yatırmışdıq, özündə deyildi, heç kimi tanımırdı, ölən adamlarla danışırdı, Eyni zamanda da bizim suallarımıza cavab verirdi, sanki bizimlə başqa dünyadan danışırdı. 
   Bir geçə oyanıb Muradın adını çəkəndə  sevincimin həddi hüdudu yox idi. Demək özünə gəlib, artıq Muradı tanıyır.  
   Bədəninə qəribə yaralar düşmüşdü. Üstü sarı qabıq bağlamış kənarları göyərmiş yaralar idi. Həkimlər deyir hərəkətsiz qaldığından yatalaq yaraları olurmuş. Dəri alti və dəri üstü bakteriyalar infeksiyaya yol açırmış. Sağalacağı güman edilirdi. 
   Onun bu halı, keçirtdiyi pisxiloji sarsıntıdan irəli gəlirmiş,  danışdıqları, tanıdığımız, tanımadığımız ölülərlə danışması bizi qorxuzurdu. Həkim deyirdi, bu da normal imiş, qorxulacaq bir şey yoxdur, güclü pisxoloji müalicədən sonra bunlar kecəcəkdi.
  İlk özünə gələndə yanındaydım. Əlimi tutub Muradı soruşdu :
  - Murad yaşayır?  
  - Əlbəttə yaşayır əzizim. 
  - Onu görmək istəyirəm 
  - Görərsən, darıxma. Hələ bir yaxşılaş... 
  - İndi görmək istəyirəm 
  - Emiş bilirsən axı o xəstəxanadadır. 
   Küvetdən çıxardılar? 
  - Hə narahat olma. Yaxşıdır, palataya kecirdiblər, Züleyxa yanındadır, yaxşılaşır, ala bax, şəkilini çəkib, bizimkilər gedəndə. Qorxma hər şey yaxşıdır, biraz yaxşılaş, aparacam səni onun yanına.
Polislər gəlmədən ELmiraya  necə ifadə verəcəyini başa salirdim ki,  qapı açıldı, polislər içəri girdi.  Qorxdum dedim birdən Elmiranın artıq əskik danışması bizi ələ verər. İncəvardan hər şey planladığımız kimi oldu. 
    ifadəmizi alıb  getdilər. Onun bu vəziyyəti digər xəstələrə pıs təsir edər deyə onu balaca bir palatada yatırmışdılar. Yanımızda heç kim yox idi. 4 gündən sonra Elmiranı  çıxışını verdilər.  Əynini başını geyinib divara vurulmuş güzgünün önünə keçəndə  dözə bilməyib qışqırdı. Göz ətrafları eybəcər hala gəlmiş, ğöz qapaqları demək olar kı, eybəcər şəkilə  düşmüşdü, burunun ara pərdəsi yox idi, burnu  sarıqlı idi. Qaşlar, kiprikləri, saçları tökülmüşdü. Az az ordan burdan başında tüklər var idi, onlar da 3 günün içərisində dümmağ ağarmışdı. 

    PROLOQ

   indi oğlumuzun 8 yaşı var, məktəbə gedir, ağciyər əməliyyatından sonra biraz çətinliklərimiz oldu. Həm Elmiranın müalıcəsi üçün, həm də oğlüm üçün bütün sərvətimizi qoymuşdum   heç bir yerdə işləyə bilmirdim. Pensyaya keçınırık. Yaşımızın üstünə yaş gəlib . Daha ömür zirvəsindən geri geri addımlayıram. Mənim yatlarım Nəvə sevəndə mən oğlum üçün xəyallar qururam, bilmirəm onun gəncliyini, gələcəyini görmək qismətim olacaq ya yox.
   Elmira ilə Muradımızın üstündə yarpaq kimi əsirik, Allah bütün balaları qorusun.
   Zaman zaman Elmiranın saçları bir neçə dəfə töküldü yenidən gəldi, indi saçlar tam yerinə gəlmiş, amma saçları bəm bəyazdır. Elə o vaxtan 3 günün içində ağarmışdı saçları . Bədənindəki yaralar da zaman zaman vücudunda ciddi fəsadlara yol açdı, ara sıra  müxtəlif dəri xəstəliklərinə hələ də məruz qalır, həkimlər bu yaraların hələ nə olduğuna bir qərar verə bilmirlər. Müasir tibbi müəssələrdə  estetik əməliyyatlarla  göz qapaqlarını və burnunu əməliyyat etdirdık.  Məzar əhvalatından sonra Elmira tamamen deyişdi. Hədsiz içinə qapanıq biri oldu. Daha gözlərinə heç nə görsənmir, ruhi xəstəliyi onunla keçdi. Yəqın onun dediyi kimi, bu dünyanın insanı olduğunu onlara qəbul etdirmışdı. Onsuz da imanlı biri idi. İndi də  tamamən allahına bağlanan biri oldu. Dini məclislərdə iştirak edir. 
   Gözəllik, varlılıq, darlıq insan üçün vacib deyil. Hər şeydən vacıb insan ola bilmək, sevginin yolunda hər şeyə qatlana bilməkdir. Həyatımızın ən ağır sınaqlarından kecdik, diriykən qəbir əzabını da yaşadıq, amma bütün bunlar bizim bir birimizə olan sevgimizi, sayğımızı azaltmadı... Əksinə sevgimiz bizi Allahın qarşısında dönə donə tövbə etməyimizə  səbəb oldu. Allahınızı sevin və ona inanın...

  ELMİRA & CİNGİZ 

 SON.

13.06. 2020 ( ŞƏNBƏ) 12:00

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...