Pazartesi, Ekim 05, 2020

QARABAĞ AZƏRBAYCANINDIR

Şımalınımı desəm, cənubunu mu? Qərbinimi, şərqını mi? Zəbt olunmuş cənubi  Azerbaycanımdakı şehərlermi desəm, Rusiyanın bizden qopardığı Dərbəndimi və  kəndlərinimi söyləsəm ? Ağrının hemen yanı başındakı Böyük Zəngəzurdanmı danışsam , Gürcüstandaki Borçalı mahalımızdanmı ? Yurdumun xarabaya dönmüş Qarabağı bele her yerden gözel.

   Dünyanın 11 iqlim qurşağının  9 u yurdumdan keçir, o yerler gözel olmazmı? Canım Azerbaycanımda istersen Amerika havası var, istersen  Sibir soyugu , istersen Avustraliya, istersen Afrika sıcaklığı . Azerbaycanın harasına  gedərsən get ora bir başkadır...

Şəkillər 1992 ilin aprel ayında Fransız fotoqraf Reza Deqati tərəfindən Şuşada çəkilib


MÜHARIBƏ NƏDİR BİLİRSİZ?  MƏN  BUNU O VAXDAN ÖYRƏNMIŞƏM. O VAXT DƏYANƏT, İRADƏ, SİTƏM, GÖZ YAŞI  VƏ MƏĞLUBİYYƏT İDİ MÜHARİBƏ MƏNİM ÜÇÜN. İNDİ İSƏ YENİ KƏŞF ETDİM MÜHARIBƏNİ. KƏDƏR İCİNDƏ SEVİNMƏKDİR MÜHARIBƏ, BİR YANDAN VƏTƏNİ QAZANMAQ, BİR YABDAN ÖVLADLARIMIZI İTİRMƏKDİR MÜHARİBƏ. MÜHARİBƏ BİR YANDAN GÖZLƏRİMİZDƏN AXAN HÜZÜN GÖZ YAŞIDIR, BİR YANDAN QƏLƏBƏ SEVİNCİDİR, MÜHARİBƏNİN BİR ÜZÜ QARA, O BİRİ ÜZÜ AĞDIR. ALLAH ORDUMUZU QORUSUN, BU SAVAŞDAN ÜZÜ AĞ ALNI AÇIQ ÇIXARTSIN BALALARIMIZI,  BİZİ DÜŞMƏNƏ XƏCİL ETMƏSİN, DÜŞMƏNİ BİZƏ MƏĞLUB ETSİN,  NECƏ Kİ, EDİR
#FERİDE


Düşününki toy ərəfəsindəyik, bu zamana qədərkilər , qız istəmə, qız görmə, söz göndərmə, minnətə getmə, yalvar yapış zad... Özlərini qaldırıb qoymuşdular Murovun başına, "neynək" dedik, sizi Murovdan salarıq   dedik, saldıq da ...
Nəhayyət Ağdərəyə Ağsaqqallarımızı göndərdik, Cəbrayılla "hə" mizi aldıq, daha qız bizimdir. İndi başlayırıq toy hazırlığına , gedirik Fİzuliyə böyük nişana, Qubadlıda xınayaxdı, Zəngilanda zaqs - maks , Ağdamda bəh bəh bəhhh, oğlan evində cıyər axşamıdır, Ermənistanın ciyərin yarıb  kabab  çəkirik. Xocalıya davul zurnalı gəlin gətiririk. Laçında vur çatlasın çal oynasın toy başlayır, nə başlayır ,  bu arada bəyi də oğurlayırıq YAnı laçın dəhlizin tuturuq. Şuşada  Qarabağ şıkəstəsiylə aş gələcək, Xanəndələr muğamlarıyla, segahlarıyla erməniləri ağladacaq. Kəlbəcərdə Bəy tərifi , şabaş, xalat barat... Xankəndındə duvaq qapma. Vəssalam. Toy bayram bitir, onnan sora biraz keçır, gəlir ailənin yeni üzvləri, Zəngəzur, Gorus, Qafan, Göycə, İravan... Hələ nə var ki, toy qabaqdadır...  Nə gözəlmiş Qarabağımız, Telli duvaqlı gəlinmiş, dünyanın ən gözəl gəlinidir Qarabağımız...

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...