Çarşamba, Ekim 21, 2020

Əsgərə məktub



ƏSGƏRƏ MƏKTUB

Salam, cox hörmətli, qəlbimizdə yeri ayrı, başımızda yeri ayrı olan AZƏRBAYCAN ƏSGƏRİ.
Necəsiz demirəm, cünki, eyni cavab eşıdəcəyəm."Sevincli", "yorğun", "kədərli".Biz də sizin kimiyik, döyüşməsək də. Sevinirik, sizin uğurlarınızı görüb sevinirik, sayənizdə taa Zəngilanımıza qədər gedib çıxdıq, hələ də gedirik.Siz ağır döyüşlərdə düşmənə həm artileriya, həm can itkisi verdirərək geri oturdursunuz, onlara ağır zərbələr vuraraq "iti qovan kimi' yurdumuzdan qovursuz.
Yorğunsuz, biz də internet səhvələrdən sizləri izləməkdən, düşmənlə sosial mübarizə aparmaqdan, içimizdəki düşmənlərin təxribatlarını önləməkdən yorğunuq. Dayanmadan bir birimizə təskinlik veririk, ruh yüksəkliyiylə 30 ilin ümüdsüzlüyünü qaldırırıq aradan. Bilirsinizmi, hələ də çoxları torpaqlarımızın işğaldan olunmasına inanmır. Qınamıram, elə mən də hərdən bunun bir yuxu olduğunu düşünürəm. Çünki beynimizdə geridə qoyduğumuz 30 ilin pisxoloji travması var.
Kədərimiz isə bərabərdir,siz yoldaşlarınızı itirəndə kədərlənirsiz, göz yaşlarınız icərisində boğazınızın hulqumunu əzən qəhərlə yumuruğunuzu düyüb onların qısasını alacağınıza and içirsiz. Biz isə, düşmənin Gəncədəki qətliamılarına, cəbhədən gələn şəhid xəbərlərinə ağıt deyirik, kədərlənirik, yenə də belə bir vaxtda əllərimizi yaradanın dərgahina açıb ondan imdad dıləyirik.
- Ya rəbb, bu zülümü yerdə qoyma, rəşadətli ordumuza, mərd igidlərimizə dəyanət, iradə ver, qoy gec də olsa Xocalının qısasını düşməndən alsın, Qoy Gəncənin yarası qaysaqbağlamadan alınan torpaqlarımız yaralarına məlhəm olsun. Qoy 92 də Xocalıda, 2016 da Fizulidə, 2020 də Gəncədə atalarının qucağında cənnətə gedən balalarımızın ruhu sevinsin, qələbəmizlə.
Biz dişə diş qana qan deyirik, Azərbaycan əsgəri! Erməni köpəkləri sayənizdə lazımı çavabını almalıdır, alacaq da. Bəli biz teror deyilik ki, düşmənə qarşı adı vətəndaşdan istifadə edək, Biz Azərbaycanlıyıq,biz Cavanşır, Babək nəsiliyik, bizim hədəfimiz sivil yox, hərbdir.
Sizə güvənirəm ey Xalqımın mərd övladları, dualarımız sonsuza qədər sizinlədir. ALLAH SİZLƏRİ QORUSUN! QARABAĞ BİZİMDİR, ZƏFƏR BİZİMDİR
-Şuşa, ay Şuşa! 
-...
-Başın yaman qarışıqdır, qonşu, cavab vermirsən?
-Nədi dərdin alım? Hə yaman qarışıb başım. Eşidirəm, de, ay Laçın!
-Görürəm maşallah, yaman əl ayağa düşmüsən. Qonağın gəlir?
-Yox ay Laçın,  nə qonaq, övladım gəlir?! Oğlum gəlir, qızım gəlir!
 -  Ehhh  - Laçın dərindən köks ötürür
 - Can ay Laçın, ahin düşmən başına, darıxma bizimkilər xəbər verdi, səninkilər də yoldadır, gəlirlər biraz səbr et...
  Kəlbəcər :
  - Bəs...
  - Səbr elə qardaş, səbr elə. Aslan yuxudan oyanıb, nərə çəkib kükrəyir. Yığıb Başına Boz Qurd dəstəsini, gəlir eyy, qardaş, gəlir...Qoy bizimkilər gəlsin, yığışıb birlikdə gələcəyik sənin Turş Suyuna, Ordan yenəcəyik Xocalıya Qarqarda yuyunub, keçəçəyik Ağdamın Avdal Gülablısına. Haydı durmayın, Ağdərəyə də xəbər ver, xankəndı məni görür, mənə baxıb yaman həvəslənir, düşüb əl ayağa. Gedin ocaqlarınızı catın, düşmənin bağrını yarın, övladımız gəlir,  deyə bayram edin. İllərdir sönmüş ocağımız közərəcək, qaranlıq yurdumuza nur gələcək...

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...