Cumartesi, Ocak 08, 2022

Bir sevgi etirafı.

Bir sevgi etirafı. 

Maraqlı bir sual və bu suala cavab verənlərin içində ən təsirləndiyim səhnə...

 Sevə sevə, öpüşə öpüşə, qoxlaşa qoxlaşa, ağlaya ağlaya ayrilmışdıq. Qovuşmamız mümkün deyildi. Bizim bir birimizi sevməyimiz belə bir səhv idi. O evliydi, mən subay... Qədərin oyunu deyib taleyimizə, ayrılığımıza barışmışdıq, illər əvvəl...

    İlk dəfə o məni internetdən tapdı. Uzun illər sonra. Hec harda olduğunu da bilmirdim. Əvvəl yazdı. Çaşdım qaldım. Gözlrimə inanmadım. Yanı bu o ola bilər? Sonra mesangerdən zəng etdi. Ailəliyəm, evdə aça bilməzdım. Sakit bir yerə çəkildim, evin yanındakı parka gəldim. İnterneti açıb özüm görüntülü zəng etdim. Çox dəyişilmişdi. Mənim kimi o da yaşlanmışdı. Deməyəsən ikimiz də eyni şəhərdə hətta qonşu qəsəbədə yaşayırmışıq. (Qeyd edim ki ikimizdə Azərbaycanda yaşamırıq) bu zamana qədər o da mənim kimi məni unutmayıbmış. Düşünün maşınının dövlət nişanını belə mənim və özünün baş hərifinə  həm də onun və mənim doğum tarıxımızn rəqəmlərini alıb. Aradan illər keçməyinə baxmayaraq, o vaxt mənim ona bağışladığım zincirli cib saatı hələ də onun əlindəydi  zincirinin rəngi belə qaralmış amma o saatı hələ də atmamışdı. Biz danışdığımız zaman maşınının yanındaydı. Maşının nömrəsini də, saatı da göstərdi mənə. Yenə "sarı qız" deyirdi hələ də mənə. Mən də ixtiyarsız "dəlim" dedim ona.  Danışdığımız zaman o  gülə gülə ağlayırdı. Heç nə deyə bilmədi .  Elə dayanmadan necəsən, yaxşəsanmı  deyə soruurdu. Qəhər boğdu onu, daha danışa bilmədi, səsi titrədi. Mən də özümü güclə saxlamışdım   sevinc qarışıq qəribə bir hisslər yaşayırdım.  Bir tərəfdən də qorxu, qürur, küskünlük... Yaraşmırdı mənə  bu yaşda... Nənəydim axı. Əksinə onun ağlamağına gülürdüm. " Vallah nahaqdan sənə dəli deməmişəm. Dəlisən sən, niyə ağlayırsan" - deyib onu sakitləşdirməyə  çalışırdım. Gördüm danışa bilmirəm, (əslində danışacaq bir şey  də yox idi) sağollaşmadan söndürdüm.
  Bərabər kecirdiyimiz xoş xarirələr parça parça  fraqmen kimi  gözlərimin qarşısından keçdi. Xoş xatirələr dodaqlarımda təbəssüm yaratmıdı, gülürdüm özüm də, qəribə xoşbəxt  bir güküş idi bu gülüş. Onun yanında güldüyüm kimi, nazlı gülüş... eyni zamanda da çənəm əsir, gözlərimdə yaş gilələnirdi onunla ayrıldığım zaman dolduğum kimi... Dayanmadan zəng edirdi  mən  isə cavab vermədən  söndürürdüm...
   Nəhayyət özümü ələ alıb " bəsdir daha.. Uşaqlıq eləmə, nənəsən, yaraşmaz" - deyib, onu birdəfəmlik əngəllədim...

Dostlar gəlsin səmimi cavablar. Sizin də bir xatirəniz   varmı. İllər sonra sevdiyinizlə qarşılaşsanız  hansı hissləri keçirərsiz. Nə edərdiz..

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...