Türk damatın belı ağrıyır özünde deyil. Azərbaycanlı nənə bunu görüb soruşur :
- Nolub qadan alım, xəstələnmisən?haran ağrıyır bala?
- Sırtım çok fena ağrıyor nine .
Nənə dodağın dışləyib qızarır. Nəvəsinə dönüb, ağzını tutaraq, pıçıldayır :
- Bala, o sırt dediyi nədi? Ərin deyir zırtım ağrıyır, yəqin babasılı var, səhər gedin həkimə, sora gej olar...
ELÇİLİK.
(XATİRƏLƏRİMDƏN)
Deməli xalam qızına 25 il bundan əvvəl elçi gəlib. Türkdür. Yanı indiki əri. O vaxt türklər təzə təzə gəlirdi Azərbaycana hər adam da türkə evlənmirdi. Heç qızları vermirdilər də türkə. Deyirdilər türklər aparıb qızları orda satır.
Nəysə. Elçilər oturub. Oğlan da gəlib. İlk dəfədir görürük elçılikdə oğlan gəldiyini. Hamımız huyuxmuşuq ki, bunlar dəlidi nədi? Oğlan nədi qız istəməyə gəldi nədi. Heç bizim adətə görə oğlanla qızın bir birini istəməsini heç kim bilməməli. Qız oğlan bir birini gizli sevir. Qız nədi oğlanla görüşdü nədi? ( guya dana)
Nəysə oğlan başladı gələnləri tanış eləməyə. Dayılarım , ağsaqqallar ağbırçəklər hamı oturub . Oğlan atasını göstərdı. Babam Kemal. Nənəm əlin sinəsinə vurdu.ki,
- Can bala, deyəsən yetimdi bu uşaq. Atası yoxdu, babası gəlib. Nə cavan baban var bala, atan neçə yaşında ölüb belə? Oğlan da deyir,
- Yok teyze yetim değilim . Bu benim öz babam, öz babam. Nənəm qayıtdı ki,
- Özgədən baba olmaz bala. Başa düşdüm hə, doğma babandı. Davam elə. Bu oğlan qayıtdı ki, bu da amcam Mustafa. Dayım əlin ağzına tutub hiqqıldadı ki, nə danışır ə bu. Amcam nədi? Mən də qapının ağzında dayanmışam. Dayımın bu halı məni nətər güldürdüsə. Nəysə qaçdım bayra ki, qonaqlara ayıb olmasın. İndi koridorda xalam qızıyla barmağımızı kəssəniz xəbərimiz olmaz. Nətər gülürüksə Nəysə oğlan da bir şeylərin tərs getdiyini anladı zatən. Qapıdan bizə baxıb başıyla nə olduğunu soruşur. İndi him cimlə başa sala bilmirik ki, keç azərbaycancaya. Nəysə bir təhər oğlan özünü ələ alıb əmisi arvadını göstərdi ki, bu da yengəm. Yengəm deyəndə dayım ayağa qalxdı. Fısıldaya fısıldaya çıxdı çölə ki. Köpəy oğlunun qızı sümüyümüsü kimə calamısan? Amca nədi yengə nədi? Köpəy oğlu heç bilmir hələ qızı veririk, ya vermirik. Bunlar yengəli zaddı gəlib 🤣🤣 nəysə bir təhər dayımı başa salmışık ki, amca əmidir, yengə də əmi arvadıdır
Bizim qızlardan birinin anasıya bacısı gəlir İstanbulda düşür. İlk dəfədir İstanbula səfər edirlər. Damat bəy növbədə olduğu üçün aeroportda onları qarşılayan olmur, qız da nabələd olduğu üçün gedə bilmir. Ana qız hara, necə gedəcəkləini bilmirlər. Fikirləşirlər ki, avtobusla getsələr ucuz olar. Gəlirlər minirlər avtobusa gəlirlər mərkəzə. Yanlışlıqla başqa astanofkada düşürlər. Birindən telefon alıb zəng edirlər damada ki, bəs filan yerdəyik. Damat dadeyir ki, yanlış yerde indiz, həmən bir taksiye atlayın adresi verin sizi ta eve getirecek. Ora bura baxırlar, taksi durağı görürlər. Gəlirlər taksiyə minirlər. Arvad əlindəki adresi verir şoferə ki,
- Abi biz yolumuzu azmışıq, bizi bu adresə götürürmüsün. Adam aynadan çaşqın çaşqın qadına baxıb:
- Tövbe tövbee-deyir.
Ana məətəəl qalır, şoferdən nə olduğunu soruşur. Şofer acıqlı acıqlı
- Abla bana nə azdınmı azmadınmı. Nə bok yersen ye. Bana adres ver.
Arvad cinatına minir ki bu nə sayaqlayır? Bir də çvirir ki, qardaş başına dönüm. Buraları tanımırıq etmirik, bizə köməy elə azmışık. Ürəyim partlayır, sən allah bizi bu adresə apar, sakitləşək.
Kişi başlayır arvada ki
- Azmısan nə b..k yersen ye, b..kunu bana bulaştırma. Salak kadın, yanındakı bu genc kızdandamı utanmıyorsun? Kahbelik edeceksen yalnız başına et. Oropsuluğa bu genc kızıdamı götürecen? Bunun cezası ney biliyormusun? Seni şimdi ihbar ederimaklın başınaa gelir. Bir çoçuğun hayatıyla oynamak ne gösteririm ben sana.
Onsuzda səbirdən çıxmış arvad coşur nə coşur. Başlayır kişini söyə söyə maşından düşür aşağı . Nəysə o biri şoferlər girir araya. Bunları aralaşdırır. Başqa bir şofer bunları mindirir maşına. Adresi alir maşını sürür. Arvad hələ də deyinir. Ki
- Azmışıq, deyirik bizi filan adrese apar. Gör uşağın yanında mənə dediyi sözlərə bax. Utanmaz... Qəhbə sənsən sənin anandır. Ağlı gedib öz arvadlarına qırılmışların
Şofer ananı sakitləşdirir :
- Abla sakin ol. Bi yanlış anlaşılma olmuş. Anlıyorum gercekten çok sinirlisin, kızmışsın. Tamam azmışsın anladık, amma senin bu kızmanın sebebi ne, adamı anladık, yaşlı başlı adam, senin azıp da ona adres vermendən utanmış ve ya kızmış ola bilir. Onuda kınama ya abla. Seni de kınamıyorun azdın kızdın bu senın bileceğın bir iş. Kime ne yaa, kime ne. Sana diyor filan adrese sür, sur abi... Müşterini kızdırmak ne demek? Hatlısın abla. Çook hatlısın. Senin yerine kim olsa aynı şeyi yapar. Ben de kızsam ben de yaparım. Sana ne ya abı, götürecekin götür, götürməyəcəksin indir. Kahbeyim, orosbumuyum, azmışım azmamışım sana ne?
Arvadın odunun üstünə pambıq yığırlar elə bil. Arxadan sumkanı keçırdir şöferin başına qizmış sənin arvadındır, anandır. bacındır 🤣🤣😂
Hiç yorum yok:
Yorum Gönder