Dünən bazara getmişdik, ayda ildə bir dəfə kişiylə, kişi irəlidə mən geridə, bir də gördüm boy bismillah... Televizyonçular məni yakaladılar.
- Hanım efendi, sizinle konuşa bilirmiyiz?
İndi dedim ay tova bülbül kimi cəh cəh vurajam dana, fezbukdakı kimi. Ağlım gedib bizim ləhcəmizə, dedim buyurun. Heş zad bir iki sual verdilər ''enflyasyon"la bağlı. Mənim də "biletimə" çıxan sarımsaq oldu. Pay dədəm vay... O boyda bazarda sevdiyim seylər qalıb o tərəfdə, sarımsağın qiymətinə bax aa, bəxtimə sarımsaq sualı düşdü. Nəysə, heş nə... Danışdım. Bir də gördüm buy başıma xeyir kişi yoxdu. Dedim bir əlimi qoyum qulağımın dibinə çağırım Nərgiz xala kimi "Ay Şirin huuyyy,, . Bir də gördum yazıq kişi qurd görmüş quzu kimi boynun büküb məni axtara axtara gəlir. İndi elə bilib mən boyda əjdahanı itirib. Elə bizim ləhcədə kişini səslədim.
- Bıy səni verən allaha qurban olum ədə gə bəri burdayam.
Birdə gördüm kameraman kameranı yana tutdu, dedi:
- Abla nerelisin.
İstədim deyəm belə yarali Araz, Dəli Kür... Uzatmadım. Dedim əşi bunlar nə bilir Arazın ağrısını, Kürün dəlisini. Dedim Azərbaycanlıyam.
İndi başlayıb tutub məni söhbətə ki 29 gün Bakıda kaldım. Dünyanı gezdim dolandım, Bakı kadar hayran olduğum kadar hiç bi şehire hayran kaldığım şehir olmadı .
Ürəyim qürurla doldu. Saa qurban olum ay Bakı, dedim hələ bu 29 gün Bakidan kənara cıxmayıb, İsmayıllıya, Xınalığa getməyib, qalaltidan su içməyib, Qəbələni, Zaqatalanı, Qaxı görməyib, Şəkinin pitisindən, Çənubun Ləvəngisindən, Aranın yarpaq dolmasından, Salyanın balığından, kürüsündən,Qazğın Ağıstafanın qurutlu xəngəlindən, uzağa getmiyim elə Şamaxının şorundan yeməyib, Qarabağımın səfalı yerləyində olmayıb belə deyir, olsaydı hayıl mayıl olardı. Vətənimin hər yerinə, Gözlərim yaşardı qürurdan. Bir anlıq vətənimin qoxusun aldım kameramandan. Az qalmışdım xalxın kişisinə deyəm ki, gəl sənin alninin ortasından bir maç eləyim. Day son mametdə özümü güjnən güj ələ aldım, dedim bıy az az, kişidən ayıfdı özünə gəl. Nəysə kişinin qoluna girif çəkdim kameranın önünə, dedim
-Ablacım, enfeksiyon deyirsən, enflasiyon deyirsən nədi, bax onu bizim kişi mənnən yaxşı bilir. Ala nə sorasan bundan sor.
Sordular. Bizim kişi də danışdı.
Hə onu deyirdim ee səki. Gəldim evə, Kişi sözü kinosundakı Qasım kimi hamıya duy vurmuşam ki, bizi televizorda göstərəcəklər. İndi özümüz özümüzü görməyincə nigarançılığım artdı. Dedim ay tova lap bu iş Qasımın nağılına döndü ee. Nətər ki Qasım deyir ee "diqqət məni gösrərirlər" , Qasımın yerinə inək "MÖÖÖ" eliyir ee.. dedim indi mənim də yerimə inəkdən zaddan göstərəjəklər, biabır olam
Dünən TRT haberlerdə göstəriblər bizi bir neçə dəfə. Bacım Arzunun Mirac Ünal Kartal ın qaynatası aradı dedi sizi göstərdilər. Dedim Allah saa şükür, İnək minək göstərmədilər. Biyabırçılıqdan qurtardıq.
Hiç yorum yok:
Yorum Gönder