Cuma, Mayıs 08, 2020

Xatirələrimdən Şuşa



#şuşa  1987 ilin yayı kimi yadımda qalıb, elə bir yerdə çadrımızı qurmuşduq ki, Cıdır düzü ayağımızın altındaydı, dayım tarını köksünə basmış, mən isə Şuşanın dağlarını zümzümə edirəm, nənəm evdən gətirdiyimiz samovara od salır, babam kəsdiyi quzunu kabablayırdı.dostlarla Ağdamnan Şuşaya gəzməyə getmişdik.
   Yanımızda çadır qonşularımız vardı, ermənilər imişlər. Uşaqdım, onların kim olduğunu bilmirdim. Amma elə o vaxtan nifrət oyanmışdı onlara qarşı içimdə. Çünki biri mən oxurkən üstümə  qışgırmısdı, səsini kəs, qarğa kimi qarıldama. Demişdi. Dayıma isə əmr eləmişdilər ki, bir dənə Hayastanı çal! Özləri də oxuyurdular

Kür Araz  Ararat
Gözəldir bu həyat
Qardaş olub Hayastan
Azərbaycan...

 Dayimin tarının səsi onlarln səsini batırırdı. Heyratı çalırdı. Onlar susmurdu, heyratı eşliyində ermənicən oxuyurdular.
   Bizim savaşımız həmin gün başlamışdı, dayımla mən bir idim, onlar bir...
#şuşa #qarabağ #ağdam

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...