Pazar, Mayıs 20, 2018

GÜLÜM--2

GÜLÜM!
 


Sən mənə xor baxıb , atandan sonra, 
Özgənin qoynunda yatandan sonra, 
Sevgimizə zəhər qatandan sonra, 

Bu eşqin sonuna qol cəkdim, gülüm! 

Sən özün üstümə gül qoxlamışdın, 
Bu sınan qəlbimə buz bağlamışdın, 
Eşqimi dəfn edib hey ağlamışdın, 
Dəfn etdiyin yerə gül əkdim, gülüm! 

Dönmərəm yalvarma bitdi hekayə,
Yer alıb qəbimdə artıq kinayə, 
Bu eşqin yolunda oldum fədayə,
Elə həmin yola göz dikdim, gülüm! 

Aradan gör nələr ,gör nələr kecib, 
Həsrət məhəbbətin güllərin biçib,
Sənin əllərindən zəhəri içib,
Ayrılıq divarın tək tikdim, gülüm!

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...