Pazartesi, Mayıs 07, 2018

MƏNDƏN UZAQLARDA SARALACAQSAN.

 MƏNDƏN UZAQLARDA SARALACAQSAN.



Sən mənim qəlbimdə donan xatirə,
Başqa birisinə yar olacaqsan.
Mənim ürəyimdə solmayan çiçək,

Məndən uzaqlarda saralacaqsan.

Getdiyin səfalı dağlar olacaq,
Gəzdiyin çəmənlər,bağlar olacaq..
Ən gözəl,mənalı çağlar olacaq,
Gizli xəyallardan yorulacaqsan.

Ümid qapıların bağlanan zaman,
Sirdaş olmayacaq nə şöhrət,nə şan,
Hər zaman şəninə dastanlar qoşan,
Qəlbimin səsiylə şad olacaqsan.

Könül dəftərimdə sən ilk səhifə,
Bənzədin parlayan daş-qaş,sədəfə.
Ruhumu bədəndən alan ilk dəfə,
Qəlbimə yazılan ad olacaqsan!

FERİDE


Dolanıb alemi diyar ba diyar 
Her elde obada gezerem seni 
Deseler toyundur gelin köcürsen 

Bezekli evimde gezerem seni 

Qalxaram men  en uca zirveye 
Enerem laleli yam yaşıl düze 
Baxram aleme göz süze süze 
Bırce gül üzmerem görmesem seni 

Ağ donlu örpekde görende meni 
Zenn et ki kefene bükübler meni 
Hemin gün ere yox gora gedirem 
İnan qebırde de gezerem seni

Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...