Salı, Mayıs 08, 2018

DAĞILMIŞ YUVA VE NAKAM QALMIŞ ARZULAR

 DAĞILMIŞ YUVA VE NAKAM QALMIŞ ARZULAR .


 
 
 
DAĞILMIŞ YUVA VƏ NAKAM QALMIŞ ARZULAR .
 

 
Ramil dayı anamın dayısı qızının əri idi . Xocalıdan idi . Vəziyyətlə əlaqədar Ramil dayı kənd (Xocalı o zaman yeni şəhər statusu almışdısa da hələ Xocalı kənd kimi tanınırdı. Xocalıya şəhər demək hec kimin dilinə yatmırdı) camaatını başına toplayıb vətəni, Xocalının müdafiəsinə qalxmışdı. Vəziyyət günü gündən gərginləşirdi. Xocalıyla əlaqələr kəsilmək üzərəydi. Dörd tərəfi də erməni kəndiləriylə cevrələnən Xocalı blokada şəraitində çan cəkişirdi. Şəhərə giriş çıxış sadəcə havadan idi . Onu da ermənilər havada bir vertalıyot görən kimi atəşə tuturdular . Şəhərə gündə 1 və ya iki dəfə yemək və dərman daşıyan vertalıyotlar geri dönuşdə qocaları, qadınları və uşaqları alıb Ağdama daşıyırdılar. Bir balaca imkanı olanlar şəhəri coxdan tərk etmişdilər, imkanı olmayanlar isə şəhərdə qalıb qadınlı, kişili vətənin müdafiəsinə qalxmışdılar. Kişilər ön, qadınlar arxa cəbhədə düşmənlə sinə sinəyə dayanmışdılar. Ramil dayı da vəziyyətin olduqca gərgin olduğunu görüb Vəsilə xalanı və dörd uşağını vertalıyotla Agdama yola saldı.Özü Xocalıda qalaraq hamı kimi o da silahına sarıldı. O vaxt qızlarının ikisiylə tay tuş idik, oglu dörd yaşında ən kicik qızı iki aylıq idi. Vəsilə xala uşaqları ilə Ağdamda anasıgildə ,güvənli əllərdə olsa da fikiri, ürəyi evində, ərində idi. Dişiyle dırnağıyla özlərinə kiçik bir yuva qurmuşdular. Yeni evlərində o qədər xoşbəxt idilər ki, ürəklərində arzuları aşıb daşırdı , nə gözəl xəyallar qurmuşdular . Balaların böyüdəck, uşaqlarını oxudacaq, qız köcürüb, ogul evləndirəcəklər, bu kiçik yuvanı dörd övladın balaları şənləndirəcəkdi. Neçə illər qaynanayla, qaynatayla bərabər yaşayandan sonra qurduqları yuvadan ayrılıb ata evində, qardaş yanında dörd uşaqla yaşamaq ona ağır gəlirdi. Yenə bir ümüdi vardı. Ara sakitləşən kimi evine dönecekdi .
*****
Ramil şəhərin özünümüdafiə dəstəsinin döyüşçülərindən biri idi . Kənd camaatının könüllü dəstəsinə başcılıq edirdi. Gecələr erməni kəndlərinə gizlincə keçərək onlardan əldə etdikləri silahlarla Xocalı sakinlərini silahlandıraraq kəndlərini müdafiə edirdilər. Hər tərəfdən erməni kəndləri ilə müharibədə olan balaca şeherin igid qəhramanı Ramil , qonşu erməni kəndlərinin qəniminə dönmüşdü. Ermənilərə qənim olan dəstə rəhbərini ermənilər diri diri elə keçirmək üçün Mərkəzi Xankəndi (Stepanaket) onun başına o zamanın puluyla 5000 rubl pul qoymuşdular. Onu təslim etmək bütün Xocalını təslim etmək demək idi . Bunun üçün ilk növbədə onlara yemek və dərman daşıyan hava yolunu elə keçirtmək lazım idi . Məqsəd onları sıxışdıraraq özləri öz xoşuna Xocalını ermənilərə təslim etdirmək idi . Bundan xəbər tutan Ramil bütün qüvvəni Xocalı aeroportu üzərinə cəmləşdi.
     Necə vaxtdan bəri Vəsilə Agdamda qonşu qadınlarla əsgərlərə toxuduğu isti corab, jilet ,əlcəkri alıb həm evini ziyarət edəcəkdi , həm Ramilnən görüşərək , hediyelerini onunla bərabər döyüşən əsgərlərə verəcəkdi . Uşaqlarıyla bərabər gəlib Xocalıya getmək barədə icazə istədi . Lakin yerli nümayəndə onların Xocalıya gedişinə izin vermədi . Çox yalvar yapışdan sonra , nümayəndə heyəti , sadece Vesilenin gedişinə xitam verdi .  Vəsilə vaxt itirmədən uşaqlarını anasınav tapşırıb, hazırladığı sovqatlı da götürüb birbaşa Ağdam aereportuna qacdı . Bir saat sonra o artıq Xocalıda idi.
    Xocalı qoyub getdiyi Xocalı deyildi, bu 3 4 ay içində Xocalı sanki qəribsəmişdi, küsmüşdü . Şəhər boşalıb kimsəsizləşmişdi , evlərdə , darvazalarda güllə dəlikləri sanki Xocalının yaralandığını və can verdiyini hissetdirirdi. Vertalyotdan düşüb əlindəki zənbillərlə yola çıxdı . Evləri aeroporta yaxın idi . İstəsə də ilin günün bu vaxtında Xocalıda maşın tapa bilməzdi . Odur ki, yola cıxıb piyada evinə tərəf yol aldı. Yol boyu gedərkən bu yolun hər cığırında , hər addımında Ramilə kecirdiyi günlərin xatirələri gəlib gözünün qarşısından kecirdi.
  - Bax dey o Lalagilin evinin qabağında sancı tutmuşdı meni . Türkanəyə hamiləydim. Ayımın güneümün içindəydim . Ehhh... Addım atmağa taqetim qalmamışdı . Özümü güclə Laləgilə çatdırdım , yoxsa elə yolun ortasında yükümü yerə qoyacaqdım . Xəbər Ramilə catanda , cəbhədən başı yaloylu özünü evə yetirmişdi.
 Həmin gün yadına düşdükcə incə bir gülümsəyiş dodaqlarını tərpətdi .
  - Bax, hələ uşaqların əlindən tutub gedirdim Ramil qoyun növbetində olanda onun yanına . Uşaqlar özlərin qatırdılar sürünün içinə . Mən də süfrə açırdım. Otururduq ər arvad ... Təmiz hava , göy çəmən ... Pəhh bir aləm vardı ee . Hərdən bir uşaqların gözündən yayınıb sevərdi məni ... Eehh ay Ramil , görəsən o günlər olacaq yenə?
   Ağlamsındı- Kaş kə,o günlərdə qalsaydıq .Allah erməninin tifaını daıtsın . Camaatı yerindən yurdundan etdi, evlərimizin közü söndü. Qısqanclarda, qaçqınlıq hətyatı, narahatlıq . Evimdə yediyim soğan çörəyi bəty dədəmin quyruq kababına dəyişmərəm. Ehh...  Nə bilim ee... Darıxıram, evim üçün yuvam üçün ,o günlər üçün ... vallah atam evi olsa da sən yoxsan günüm gün deyil ay Ramil... Neçə xoşbəxt günlerimiz vardi. Səninlə illərlə yaşadığım bu kənddə nə gözəl xatirələrim var Ramil, Ağdama qonaq kimi gedib gəlmişəm, səni orda xatırlaya bilmirəm. Bax burda hara baxıram hər küncündə hər daşında bir xatirəm var, nə az , nə cox 13 ildi burda səninlə bərabər ömür sürdüm.13 ildi, acımız şirinimiz bu kənddə kecdi. Elə indicə rahatlıga cıxmışdıq yeni evimizdə... Allah erməninin tifağın dağıtsın o da belə,pərən-pərən düşdük.
   Döngəni dönüb evlərinə tərəf addımladıqca ürəyini həyəcan basır, dagılmış yıxılmış yolun kələ-köturundən adladıqca gördüyü mənzərədən qulaqları küyleşir, gözləri qaralırdı. Bəli , bəli bu ev onun yeni tikdiyi ev idi, səhv gəlməmişdi. Sağ salamat qapısını kilidləyib getdiyi evin bir tərəfi uçmuşdu, darvazası yıxılmışdı. Belli ki,evə raket düşübmüş. Ayaqları kütləşdi, dizində taqəti qalmadı. Əlindəki zənbilləri yerə qoyub yerə çökdü. Əlləriylə yerdən torpağı götürüb üzünə sinəsinə çəkərək fəryad etdi. Çox keçmədi evlərini hələ də tərk etməyən  bəzi qonşular onun başına toplandılar. Hərə bir tərəfdən onu təsəlli edib sakitləşdirdilər. Onu nə qədər evlərinə dəvət etsələr də o:
  - Hec bir yerə getməyəcəm, elə burda Ramili gözləyəcəm-dedi.
   Evinin uçulmuş yerindən kecib aralı qalmış qapıdan arxa otaga kecdı. Qapı baca acıq qalsa da , evdə her şey qoyub getdiyi kimi idi. Ev buz kimiydi. Qışın soyuğu, dağların qarının havası evin içində hiss olunurdu. İş başına kecib, evin uçulmuş yerində daşların altındakı əzilmiş odun peçini tapıb çıxartdı. Daş parçasıyla sobanın və boruların əzilmiş yerini döyəcləyib düzəltdi. O biri otaqğa aparıv sobanı orada qurdu. Yaydan evin zirzəmisinə yığdığı odunlardan gətirib sobanı qaladı. Çaydanı doldurub üstünə qoydu. Özüylə Ağdamdan alıb getirdiyi əti doğrayıb bir böyük qazanda yemək bişirdi.Cox keçmədi ki , Ramil Vəsilənin gəlişindən xəbər tutdu. Ramil gələndə hava qaralırdı. Sinəsinə basdığı silahı çiynindən asıb həyətə girdi. Vəsilə onun gəlişini hiss etməmişdi. O öz aləmində idi. Evin uçulmuş daşlarını götürüb yana ataraq yolu açırdı. Ramil arxadan yanaşıb onu qucaqlayaraq boynundan uzun və qalın hörüklərindən öpdü.
Ohh nə gözəl miş qadının sevdiyinə qovuşması. Ərinin onu sevib əzizləməsi. Bu günlər üçün Vəsilə həyatından keçərdi.
   Uşaq şıltaqlığıyla atılıb Ramının boynuna sarıldı. Gözünün yaşlarıyla islatdığı üzündən, dodağından öpdü .
  - Sənə qurban olum Ramil , Sənin qadan alım. Çox darıxmışam əzizim. 
- Yaxşı ayıbdır qonşulardan. Gəl , gəl keçək içəri, sonra...
El ayaqların yuyub evə keçdilər , evdə qadın nəfəsi, qadın əli , qadın istiliyi hiss olunurdu. Ramil içəri göz gəzdirdi. Aylardır donan evinin buzları açılmışdı elə bil. Ev üzünə gülürdü. Neçə vaxtdan bəri səngərlərdə doğru dürüst yemək yeməyən Ramil evdən gələn et qoxusundan bihuş olmuşdu. Özünü saxlaya bilməyib sobanın üstündəki qazanın ağzını açdı .
- Bəh bəh bəhh. Bozbaşa bax ee bozbaşa...
- Bilirəm ki,sənin bozbaşdan xoşun gəlir. Ət aldım gətirdim , dedim bişirək 
-Yaxşı elemisən, coxdandır uşaqlar da yemir ev yeməyi . Nə ağıl eləyib çox bişirmisən.  Canını yeyim sənin. Gətir bir tike yeyək, getməliyəm, uşaqlara da götürüm isti isti.
- Hara gedirsən ki ? Bu gəcə qal yanımda nolar Ramil, başına dönüm . 
-Aeroportda olmalıyıq, əzizim . Evdə qala bilmərəm . Bilirsən , ermənilər aeroportu elə keçirtmək istəyir.
  -Eee Ramıl...
   - Söz verirəm, bu şərəfsizləri yerlərinə oturdaq, gələcəm ,
  -Eşqim...
   Vəsilə yalvarırmışcasına ərinin boynuna sarıldı. Ramil onun nazını çəkərək yanaqlarını sığalladı . Üzündən , gözündən öpüb əzizlədi. 
   - Canım, həyatım. Belə eləmə , ürəyim. Bilirəm darıxmısan . Elə mən də . Amma neyləmək olar? Düşmən qapıdaykən mən evdə necə rahat yatım?
  - Allah bunların bəlasını versin . Nədir dərdləri, bu qırılmışların bir ailəsi uşağı, darıxdığı biriləri yoxdur? 
  - Yoxdur da , yiyəsiz sahibsiz şeydilər keçiblər xirtdəyimizə . Biznən torpaq davası edirlər 
 Nəysə , sən də şəhər tezdən dur gəl aeroporta, yola salaq səni  get uşaqların yanına. Toroaq bizə əmanət, uşaq sizə... 
  Kövrəldi Ramil. Elə bil ürəyinə nəsə dammışdı- onlara yaxşı bax, ya xşımı?
  -Balalarımızı bir yerdə böyüdəcəyik Ramil...
  -Qismət... Hər şeyin ən yaxşısını Allah bilir.
   -Elə deyib ürəyimə xal salma ömrüm . Sən olmasan ...
 Ramil onun sözünü kəsdi:
    -Mən sənə güvənirəm Vəsilə. Sən mənsiz də nə lazımdır edərsən uşaqlar üçün, bilirəm . Sən qoçaq , dilli dilavərli xanımsan  . 
   -Niyə belə danışırsan Ramil? Ürəyim sıxılır. 
   -Burda vəziyyət doğurdan da pisdir,Vəsi.  Xocalının bu qədər tab gətirəcəyinə inanmıram . Dəstəyimiz , silahımız , çörəyimiz yox . Doğurdan da vəziyyət gərgindir . Bacardığımız qədər camaatı çıxarmağa çalışırıq kənddən ki, itkilərimiz də çox olmasın . Nə qədər gec deyil , sabah tezdən çıx gəl, yola salım get. Mənim başıma da pul qoyublar alçaqlar. O aereportu ayaqda tutan mənəm, bilirsən . Mənə bir şey olsa bil ki,Aerotort eldən gedəcək.Ondan sonra çətin Ağdam adı tutarsan .
-Yoo mən burda qalacam .
- Dedim qalmayacaqsan vəziyyət pisdir .
   Yeməklərin yeyib içdilər . Süfrəni toplayıb, sobanın  yanında yerə sərilmiş döşəkcənin üstündə mütəkkəyə dirsəklənmiş ərinə söykənib başını onun geniş sinəsinə yasladı.
      Soba çırtıltıyla yanır... Çırağın zəif işıgı otağın divarlarında sevişmə səhnəsi yaratmışdı
 ...Əsgərlər üçün ayırdığı hədiyyələri, turşu, hələ yaydan bağladığı balondakı kampotu , götürüb zenbile yığdılar, yemək qazanın süfrəyə büküb Ramilə verdi. Ramil əşyalarını götürüb qapıdan cıxanda Vəsilə onun arxasınca qapıdan nigaran nigaran boylandı .
- Ramil bu gecə gələsən ?
- İnşallah təki salamatcılıq olsun-deyib bir iki addım atdı. Dayandı, geri döndi. Əlindəki bağlamaları yerə qoyub avtomatını kürəyinə cevirdi. Qollarını açıb Vəsiləyə tərəf getdi. İllərlə bir birini görməyən aşiqlər kimi bir birinə sarılıb opüşüb qoxlaşdılar. Hec ayrılmaq istəmirdilər. Kişi əzmiylə Ramil özünü saxlayıb ağlamasa da qızarıb, dolmuş gözlərini Vəsilədən çəkə bilmirdi. Vəsilənin hıçqırıqları nə onu, nə də Ramili danışmağa qoymurdu. Nəhayyət Ramil özünü toplayıb yola cıxa çıxa tapşırığını verdi :
-Gecə çıragı yanılı qoyma haa, erməni işıq gələn evləri nişan alır, gecə gələ bilməsəm sabah aeroporta gəl, olar ordada olmaram. Amma nidgaran qalma. Uşaqlara tapşıracam yola salsınlar səni. Burada qalmaq olmaz. Ağlayıb ürəyimi xarab eləmə zalımın qızı.
  -Getmə Ramil...
  -Yaxşı day... Qoy arxayın gedim. Narahat olma  məndən.Çalışaram gecə  gəlim ,nigaran qalma .
- Allah amanında əzizim ...

Ramilin gedişi sanki onu quyuya salmışdı. Qaranlıq otaqda divarlar sanki üstünə gəlirdi . Ərinin vüsalına doymamış hicran ürəyini sarmışdı. Allah bilir,sabah başlarına nə gələcəkdi . Uzaqdan atışma səsləri gəlirdi . Gecənin qaranlığını yarıb kecən güllələrin havada uçuşu acıq aydın görünürdü. Ramil gedən kimi Vəsilə çırağı söndürmüşdü . Qapının cəftəsi yox idi amma , ortalıqdakı masnı çəkib qapının arxasına qoymuşdu. Arada bir sobaya odun ataraq, pəncərənin qabağında oturub nigaran nigaran bayra baxırdı .
  Ramil yeməyi və hədiyyələri gətirib əsgərləri başına yığdı.
-Gəlin uşaqlar, Vəsilə bacınız yemək bişirib allah verəndən hərəniz bir qismət alın- deyə qazanı və çörəyi ortalıga qoyub, özü kənara çəkildi . Əsgərlər elə qazanın etrafına toplanıb çörəklərin qazanda xörəyə batırıb yeməyə başladılar.
- Siz yeyin mən toxam, yemişem - deyib bir kənara çəkildi . Bir əski parcasıyla avtomatını təmizlməyə başladı. İş görərkən xəyalı  Vəsilənin yanına uçmuşdu. Az öncə onunla bərabər idi. Bir süfrə başında yemək yeyirdilər. Sobadan düşən alovun həfif  işığında yerdəki ocaqqırağı döşəkcənin üstündəki sevişmələri, qoxlaşmaları ...
- Yoldaş kamandir allah razı olsun,sizdən də Vəsilə bacıdan da. Bacımız evdə tək qalmasın biz burdayıq. İstəyirsiz siz gedin evə . Bir şey olsa xəbər yollarıq.
- Yox ,gedə bilmərəm .
- Vallah narahat olmayın. Gedin məncə. Bax bu gun Naxçıvanıkdə atışma var. Erməni bütün qüvvələrini oraya toplayıb . Ağdamlıların qabağında durmağa bütün Ermenistan qoşunu lazımdır. İt kimi qorxur ermənilər Ağdam camaatından, bilirsiz.
- Hmm. Ama buranı da boş qoymaq olmaz .
- Biz burdayıq. Narahat olmayın ...
  Ramil əsgərlərə lazımı  təlimatlar verib boş qazanı və silahını götürüb yola düşdü...
   Səhər tezdən Vəsilə evdən lazım olan eşyaları toplayıb yola cıxdı. Gəldiyi yolla aeroporta tərəf addımladı. Yolda 3 4 qadın və uşaq da vardı. Onlar da aşağı məhəllənin camaatı idilər . Aeroporta gedirdilər . Onlara qoşulub yoluna davam etdi . Birdən gözünə yolun kenarına düşüb qalmış bir bağlama dəydi .
- Bu bizim süfrədir. Gecə Ramil saldatlara yemək aparmışdı . Qazanı bu süfrəyə bükmüşdüm .
- Bəs burda nə gəzir ?
- Bilmirəm ...
Yaxınlaşıb süfrəni açdı. Bəli boş qazan da arasında idi . Həyəcanla qışqıdı .
- Ramili tutublar ...
- Nə bilirsən?
- Bax, qazanda yemək yoxdur əsgərlər yeməyi yeyib. Gecə evə geləsiydi. Gəlmədi . Demək evə dönərkən Ramili tutublar . - Vesile dizlərinə cırpa cırpa aeropurtdakı qerargaha tərəf üz tutdu ...
Qərargahda cox böyük bir canlanma var idi. Bütün tabur , batalyon ora toplanmişdi . Aereport savaş meydanına dönmüşdü sanki . Aeropotda rayona xidmət edən milis vertalyotundan( qırmızı QAİ) başqa bir neçə hərbi vertaliyot da vardı. Hərbçilərdən başka sivil camaat həmişəki kimi milis vertaliyotuna minərək özlərinə yer tutmağa calışırdılar . Vəsiləylə gələn şəhər camaatı da öz haylarında idilər. Hec Vəsiləylə maraqlanan olmadı ki, axı bunun ərinin başına nə gəldi . Müharibə hərkəsin insafını kəsmişdi , hamı öz başının hayındaydı , kim öldü kim qaldı ... yetər kı, onlara və  yaxınlarının başına bir iş gəlməsin . 
Əsgərləri yara yara qərargah binasına girdi . Qarşısına cıxan milis işçisinin yaxasından tutub silkələməyə başldı 
- Ramil hanı? Hanı Ramil 
- Sakit olun bacı. En qısa bir zamanda ondan xəbər alacağıq. Yuxarıdan adamlar gəlib. Ondan məlumat almağa calışırlar. Cox güman ki, onu götürüblər ...
- Kim götürüb hara götürüb -dizinə döyə-döyə etrafa baxdı -Allah məni öldür! - deyə nalə çəkdi.
  Ramilin döyüş yoldaşlarından biri ona yaxınlaşıb onu sakitləşdirməyə calışdı. 
- Gəl Vəsilə bacı. Burda qışqırıb bağırmaqla hec nə əldə eləmək olmaz sakit ol. Narahat olma. 
- Nətər narhat olma. Kim götürüb Ramili mənə ondan xəbər verin!
  Əlindəki bağlamanı irəli uzatdıb ona gösterdi
- Gələndə yolun kenarında tağmışam bunu-Esger bağlamanı əlinə alıb təəssüflə başını buladı:
- Gecə yemek getirmişdi. Yedik , içdik Allah razı olsun. Göndərdik evə ki, sizi tək qoyması. Biz elə bilirdik evdən götürüblər onu. Gəlib heyət bacaya baxdıq gördük yox evdə sakitcilikdi. Sizi də oyandırıb narahat etmədik.
  - Nə demək narahat etmədik.Belə şeyin rahatlığı var bəyəm?
   -Yox elə demək istəmədim  yanı bizi başa düş , elə şey var ki, vacibonə yetmədən danışmaq olmur axı ...
   -Ay Ramil,hardasan, haralardasan ...Ahh...
   - Məncə bizdən ayrılıb evə gələrkən yolda saqallılar tutub onu.
  Vəsilə əlindəkiləri yerə atib vay şiven qoparmağa başlamışdı . 
 -Sakit ol bajı, bütün Ağdam Şuşa hamısı gəlib bura, bu işlə ciddi məşğuldular. Əlimizdə bir nece dığa var, onları verib Ramili alacaqlar narahat olma. Gəl gedək seni yola salım. Vertaliyot qalxacaq indi . 
- Yoox mən ondan xəbər almadan gedə bilmərəm. 
  -Etmə eləmə . Burada vəziyyət doğurdan da pisdir. Vertaliyot da tapılmır. Sonra çıxa bilməzsən buradan. Ramili qurtararıq sonra səni tapa bilmərik. Gəl söz eşit. Gəl gedək yola salım səni , get orada bizdən xəbər gözlə. Burada nə edəsən ki? Axı burada sənlik bir iş yoxdur. 
  -Yox getməycəm. Ramildən xəbər alana qədər burada gözləyəcəm ... 
İçəridən yogun bir kişi səsi gəlirdi amma nə danışdığı məlum olmurdu, yarı rus, yarı ermənicə radsıyadan ermənilərlə əlaqə qurmağa çalışırdı . 
  İçəridən hündür boylu enli kürək bir hərbiçi cıxıb qadının üstünə bağırdı :
- Nolub nə şivən salmısan, götürün bunu burdan!
Vəsilə ağlaya-ağlaya adamın qabağına qacdı :
- Yoldaşım getdi ... Ramilim getdi deyə-deyə ağlamağa başladı. 
- Sənin bir Ramilin gedib, Bizim o boyda vətənimiz gedir əldən , xəbərin var? Biz də burda iş görürük, qurtarmağa çalışırıq . Müharibədir, itkisi,ölüsü olacaq əlbət əllərin qadının çiyninə qoyaraq qadını silkələdi . 
- Azerbaycan qadınları səbirli və möhkem qadındır. Biz sizin cəsarətinizdən ilham alaraq əlimizə silah alıb döyüşə giririk . Siz gərək dəyanətli , mətanətli olasınız ki, bizim də rəşadətli ordumuz olsun!
Rəsmi adam Vəsilənin sakitləşməsini görüb yanındakı əsgərə: 
- Bacını aparın Ağdama yola salın. Orda onu qarşılayacaqlar. Nə lazımdırsa edəcəklər - təkrar Vəsiləyə baxıb, mərhəmətlə onun  gözünün yaşın sildi. 
- Ramil kimi oğulları sizin kimi mərd analar dünyaya gətirib , sənin kimi qeyrətli bacılar onun uşaqlarına sahib çıxıb,  özlərini düşmən qarşısına göndərib ! Hələ sizin kimi anaları və bacıları, bu vətəni  qorumaq üçün neçə neçə Ramil kimi igidlər canlarını bu vətən yolunda qurban verəcək . Bu ilk deyil bacı.Tarixlər boyu belə olub. Analarımız , bacılarımız mətant göstərib, hünər irəli sürüb. Sən də , o da o biridə - Bütün Azərbaycan qadınlarından gözlədiyimiz şücaət də budur. Sadəcə səbrliolub igidinlə fəxr etməlisən! Düşmənin üzünə baxıb gülməlisən , "ərim getdi, arxasında onun qisasını alacaq bir oğul yetişdirirəm" deməlisən. Bu savaş hələ bir başlanğıcdır. Ramıl, mən,o , bu... Bütün vətən övladı hamımız bir qəhrəmanıq... Kimisi şəhadətiylə, kimisi itirdiyi  əzasıyla, kimisi də varlığıyla...
                    ********
  Dərsdən gələndə evde hec kim yox idi. Yeməyi isidib masaya qoyanda qəndana söykenmiş kiçik kağız parçası gördüm . Götürüb baxdım. Dayım arvadı yazmışdı :
- Fəriş, biz gedirik Mikayıl dayıgilə. Vəsilə gəlib. Deyəsən Ramili ermənilər tutub, yeməyini ye, sən də gəl.
  Tələm-tələsik yeməyimi yeyib anamın dayısı gilə qacdım. Həyət yas evi kimi dolmuşdu. Kişiler bağçada, qadınlar evdə toplanmışdı. Pıləkənləri yuxarı cıxanda Vəsilə xalanın qızları Lamiyə ilə İlahə qapının yanında oturub ağlayırdı. Qonşu arvadlar onları sakitləşdirməyə calışırdılar. Onlara yaxınlaşıb ikisini də birdən qucaqladım, bu vəziyyətdə onlara nə deyəcəyimi , necə təsəlli edəcəyimi bilmədim. 
Vəsilə xala yox idi. Raykoma getmişdi. Ərindən xəbər almaq üçün gecə yarıya qədər ara Ağdam qərargahına, ara raykoma qaçırdi. Ucundan qulağından eşitmişdi ki, ermənilər 10 dığayla bir Ramili dəyişmək istəmirdilər, onların iştahları başqa yerlərdə idi.  Bir Ramiliə qarşılıq Xocali aeroportunu istəyirlər. Amma bu barədə heç bir rəsmi melumat açıqlanmırdı. Bu ara xəbərlərindən sonra Mikayıldayıgilin evində hansı abu hava  cərəyan edirdi , təsəvvür edə bilməzsiniz . Mən bu hadisələrin canlı şahidiydim. Yanı bütün bu yaşananları nə qələmlə yazmaq olar, nə də buna dəftər catardı.
    İki günlük danışıqların bir nəticə verməyəcəyini anlayan ermənilər Ramil dayıya işgəncələr verərək şəkillərini çəkib Azerbaycan tərəfə ötürdülər . 
  Bəli ermənilərin iştahı böyük idi . Bu iki gündə onlar Ramildən başqa da önəmli adamlardan 3 nəfəri əsir götürmüşdüler. Bu dəfə də onlar tək aeroportu yox , bütün Xocalını istəyirdilər. Radsıya vasitəsiylə hətta Ramili Azerbaycan tərəflə danışdıranda Ramil erməniləri söyərək silahdaşlarına bir komandır kimi əmr etdi:
- Silaha sarılın, vətənin bir qarışını da düşmənə verməyin ! Biz ölərik amma vətəni vermərik !
   Ermənilərin yumuruqları onu sustura bilmirdi. O qışqıraraq radsıyadan gizli işarət klmələri ilə bizim tərəfə hansısa məlumatı ötürürdü. 
  Nəhayyət boynundan dəyən avtomat qundağı onu susturdu.Gözünü acarkən özünü donuz tövləsində gördü . Porsuxların xorultusı içərini başına göturmuşdu. Əlləri və ayaqlar bağlıydı. Sürünə-sürünə qapıya tərəf gəlib taxta qapının arasından bayra baxdı. Hava qaranlıq idi. Ortalıqda yandırılmış böyük tonqalın işıgında hər yer ap-açıq görünürdü. Həyətin ortasındakı böyük qocaman tut ağacına bağlanmış əsgərin başının dərisini soyaraq ona işgəncə verirdi. Sonra amansız erməni saqqallısı əsgərin  başından qopardığı dərini çırtıltıyla yanan tonqala atdı.  Ətrafı kəskin yanıq ət və tük qoxusu bürüyürdü. Ağrıdan bağıran əsgərin səsi ocağın kənarında içib şellənən erməni əsgərlərin səsinə qarışmışdı. Bu mənzərəni görmək Ramilə cox əziyyət verirdi. Əllərini və  ayaqların acıb ordakılara divan tutmaq istəyirdi. Dişi bağırsağını kəsən Ramil buna çəhd göstərməyə çalışsa da bunu edə bilmirdi. 
   Cox keçmədi ortalıq bir anda sakitləşdı. Tek üzü gözü qanına boyanmış esgerin sesi gelirdi . Ramil ermeni dili bildiyinden onların danışığını lap yaxşı başa düşürdü .Bele ki , yuxarıdan emir gelmişdi bu hefte neyin bahasına olursa olsun Aeroport alınacaqdır ve bir nece gün içinde rusiyadan gelen elave qüvveler aeroportda qerar tutacaqdır. Ondan sonra ... 
Xocalı marşurutu ilə yük təyyarələrinin hərəkətinə zərurət yaranmışdı. 
Xocalı hava limanı isə azərbaycanlı hərbçilərin nəzarətində idi və bu liman ciddi şəkildə mühafizə olunurdu. Vəziyyətin çətinliyini tam dəqiqliyinə kimi qiymətləndirən rus kəşfiyyatı və Ermənistan Rəhbərliyi ilk olaraq Xocalı şəhərini işğal etməyi hədəf götürmüşdülər . Nə olur olsun Qarabağın hava yolu qapılarını Xocalı ilə, quru yolun qapılarını isə Lacın dəhlızıylə acmaq istəyirdilər . Lacın dəhlizi də Xocalı kimi bizimkilərin ciddi nəzarəti altında olduğundan Ermənistan ordusuna nə silah, nə də Rus qoşunu gətirə bilmirdi. Erməni kəşfiyyatçılarının gətirdiyi məlumatından məlum oludu ki, 150 nəfərlik bir qüvvə ilə Xocalı şəhərini təslim etmək mümkün olmayacaqdır. Xocalı Hava Limanının əsasən milis işçiləri tərəfindən müdafiə edilməsi buradakı müdafiəçilərin döyüş qabiliyyətini daha da artırırdı. Odur ki , Ermənistan Qarabağın işgalı üçün Rusıyadan əlavə qüvvə istədi. Bu qüvvənin Qarabağa yerləşməsi üçün onlara hava yolu lazım idi ... Ermənistan və Rus ordusunun Qarabağ komandanlığı fevralın 18-də qərar qəbul etmişdi. Bu qərarda Xocalı üzərinə hücumun fevral ayının 25-də gecəyarısı icra ediləcəyi göstərilirdi. Hücumun tarixi olduqca məxfi saxlanırdı. Erməni-rus ordusunun birləşmiş dəstəsi Xocalı üzərinə hücumun dörd istiqamətdən aparılacagını planlaşdırmışdı.Butun bunları Ramil qapının arasından eşidirdi. 
- Ahhh... Bircə əllərim açıq olsaydı - deye içini çəkdi . Bu zaman bayırdan oraya yaxınlaşan iki nəfəri gördü. Sürünə-sürünə yerinə keçib əvvəlki vəziyyətini aldı. Saqqallılar içəri girib onu qaldırıb işgəncə verə verə sürüyüb aparırdılar. Böyük iztihamın içindən keçdikcə ağaca sarılmış, bəlkə də bayaqdan ölmüş həmin o əsgərə baxdı. 
   Onu böyük bir qaraja tərəf apardılar.Orada coxlu kənd təsərrüfatı maşınları var idi . Qarajın ortasına çatanda qıcalarına vurub onu yerə yıxdılar. Elinde radsiya aparatı olan bir nəfər ona yaxınlaşıb ayağını Ramilin çiyninə qoydu. 
  - Hə geroy, səninlə işimiz bitdi. Sizinkilər səni istəmədi. Bəlkə onlara bir "cox sağ ol" deyəsən, hə? 
  İçəridəki bütün dığalar gülməyə başladılar. Erməni zabiti əlindəki, aparatı uzun-uzun qurcalayandan sonra aparatdan doğma dilində danışan doğma səs eşitdi. Ürəyi param parca oldu. Ramilin gözlərində sevinc yaşları parladı cürətini toplayıb birnəfəsə aldığı məlumatları xəttin o başındakı həmvətənıisinə boşaltmağa başladı. Caşıb qalmış ermənilər onu susturmağa calışdılar. Yumuruq təpiklə onu sustura bilmədilər. Kürəyindən vurulan atəş ona sözünü bitirməyə aman vermədi . Yerə yıxılıb aparatı ordan uzaqlaşdıran erməniyə baxaraq batıq və boğuq səslə:
- Fevralın 25 dən 26 sına kecən gecə rus...or-du-su... - dedi və sözu ağzında qalaraq huşunu itirdi...
  Canının sıxılmasından və kürəyindəki acımasız ağrıdan özünə gəldi. Onu zinçirlə böyük bir traktor təkərinə sarımışdılar. Boynundan asdıqları lövhədə isə bunlar yazılmışdı: "Sizin üçün dəyərli olan adam, bizim üçün heç kimdir. Bu adam bizə Qarabağın qapısın acmaq üçün lazım idi. Onu da siz istəmədiz.Onsuz da Azərbaycanın qapıları bizim üzümüzə Kürə qədər açıqdır"
   Ramili təkər qarışıq uçurumun kənarına qədər gətirdilər. Uçurumun aşağısı dağlardan axıb gələn Qarqar çayı Ağdama doğru bənd almışdı. Biraz aralıdan işsə doğma şəhər -Xocalı görünürdü. Uzaqlarda  sayrışan işıqların bir hissəsi Şuşanın və Laçının  , bir hissəsi Əsgəran və Ağdamın kəndlərinin işıqları idi. Arada qaranlığı yarıb kiçik işıltıyla havaya uçuşan və sükutu pozan mərmilər dumanlı havanın göylərində bir göz qırpımında itirdi. 
  Dərənin başına çatanda ermənilər təkərin üstünə neft töküb, bayram edirmişlər kimi alqışlarla bağırıb cığırmağa başladılar. Canının ağrısından yox əli qolu bağlı olduğundan, hikkəsindən bağırırdı Ramil. Bu saat aglından birce fikir keçirdi : Hec olmaya elə bu saat bir dənə də olsa erməni öldürə bilsəydi kaş. Başını dikəldib qaldığı təkərin içindən etrafa baxdı. Sabahın dan yeri sökülməyə başlamışdı. Günəşin dan işığından uzaqdan Xocalı qaranlıq və kabus şəhər kimi  görünürdü . 
-Ahh, canım Xocalım, son nəfəsimdə səni gördüm, Vəsiləmi gördüm, uşaqlarımı görə bilmədim ... ahhh görəsən Vəsilə gedə bildi  Ağdama?
  Gözlərini döndərib göyə günəşin şüasından qızaran buludlara baxdı. 
- Nolar ay allah, kaşkə gedəydi. Kənddə qalmayaydı. Gözəl Vəsiləm. Uşaqlar sənə səni də Allaha əmanət edirəm əzizim. Haqqını halal et, sevgilim!
    Təkərə od vuruldu. Bir anda alışan təkər təpədən aşağı- Xocalının üstünə yuvarlandı. Təkər qarışıq od tutub yanan Ramil gözünü şəhərin mənzərəsindən çəkməyərək var səsiylə bağırdı :
- Qollarını aç Vətən ! Sənə gəlirəm. Qucaqla məni, doğma balan kim al qollarına, göm torpağına ! -Sədası dağlara daşlara yayılırdı . Yuxarıdan yanan təkərin arxasıycan Ermənilər :

KÜR, ARAZ , ARARAT , 
GÖZƏLDİR BU HƏYAT 
QARDAŞ OLUB HAYASTAN
AZƏRBAYCAN

Deyə istehza ilə qışqraraq  oxuyurdular . 
                ****'*
    Sabahımız qara xəbərlə açıldı. Onlarla bizim aramızda 7 8 ev var idi. Vəsilə xalanın və qızlarının səsi bizim evin içində eşidilirdi.Oturduğumuz süfrədən təlaşla qalxıb başı yaloylu, onlara qacdıq..
   Ramilin öldürülməsini qardaşı və əmisi oglu Xocalıdan zəng edib onlara xəbər vermişdilər.
Vəsilə xala və qardaşları qohum əqrabanin kişiləri ilə bərabər raykoma və qərargaha gedib meyidin Ağdama gətirilməsini tələb etdilər. İki gündür Xocalıyla əlaqələr tamamilə kəsilmişdir. Xocalıya vertalıyot  belə gedə bilmirdi . Ermənilər daha da azğınlaşaraq, şəhər camaatını və yaralıları daşıyan vertalyotu havada güllə borana tutur, məcbur Xocalıya eniş etmədən geri döndərirlər. İki gün idi ki , orda döyüşən əsgərlərə allahın çörəyi getmirdi. Odur kı, belə bir şəraitdə ordan bura meyid gətirmək qeyri mümkün idi. İki gün meyidin Ağdama gətirilməsini tələb edən Vəsilə xala nəhayyət çarəsiz qalıb cənazənin Xocalıda dəfn olunmasına razılıq verdi. İki gündən sonra Ramil dayının yanıb qaralmış çəsədini heç yumadan  Xocalıda atasının yanında dəfn etdilər ...
    Əsil faciəyə burda- yanı Ağdamda yaşanırdı. Vəsiləni heç kim, heç nə soyuda bilmirdi. Dərdinin üstünə dərd gelmişdi: Həm ərinin ölümünə ağlayırdı, həm onun meyitini görməməsinə, ərinin dəfnində iştirak edə bilməməsinə... Dörd balayla tek başına nə edəcəyini, onları necə böyüdəcəyini düşünərək başına gözünə vurub şivən qoparırdı. Bəzən ağlı gedib öz özünə Ramil dayıyla danışırmış kimi sayıqlayırdı. Onun ölümünə heç cür razılaşa bilmirdi qulağı səsdə gözü yoldaydı. Elə bilirdi bu saat o, qapıdan içəri girəcək.Yasın 3 cü günü oldu. Vəsilə xala qalxıb ayağa ki : 
- Durun , maşın gətirin gedək 
-Hara 
- Ramilin üçü deyil? Qəbr üstünə gedəcəyik.
Anası Vəsiləni qucaqlayıb oğluna işarə elədi. 
- Bala başına dönüm. Hara gedirsən? Ramilin qebrı Xocalıdadır . 
- Nolsun, ay mama burdan ora maşınla bir saatlıq yoldur. 
-Ay qızım allaha bax, tanrıya bax,ora maşın zad getmir axı. 
  Lamiyəylə mən də aşağıda yas mərasimi üçün həyət bacanı süpürürdük. Pilləkənin üstündə Vəsilə xalayla anası və qardaşının süpürləşdiyini gördük. Vəsilə xala qışqıra qışqıra :
- Ramil məni gözləyir buraxın məni - deyirdi - az, o ölməyib məni niyə aldadırsız? Az, ölübsə niyə getmirik qəbr üstünə? Az, niyə Ramili məndən küsdürürsüz, Axı o məni gözləyir-deyə fəryad edirdi. Lamiyə süpürgə əlində yerində quruyub ağlayırdı. Əlimdəki süpürgəni tullayıb Lamiyəni qucaqladım. Yerdə qızı, yuxarıda anası dad edirdi. Nə yazıq ki, böyüklərin səsi məhəlləni başına toplasa da balacaların səsi duyulmurdu, fəryadı eşidilmirdi. Nə yazıq ki , Lamiyənin atasının ölümündən bu yana toplayıb içində yığdığı və bayra ata bilmediyi üsyanını kimsə görmürdü. İndi üç gündür içində tüstülənən vulkan artıq partlamışdı. Hamının başı Vəsilə xalaya qarışmışdı . Lamiyənin üsyanını bir mən görürdüm. Mən onu ovudurdum . Uşaq sözlərimlə, uşaq təsəllimlə...
  Ehsandan sonra əl ayaq toplandı yığdıq, həyət bacanı yığışdırdıq, mağarı səhmana salıb sabahkı məclis üçün evi eşiyi səliqəyə salıb evimizə getdik.O zaman televizorlarda gündə bir saata yaxın Şuşa kanalı göstərirdi, babamgil bu kanalda bir saatlıq verlişə baxandan sonra vəziyyətin getdikcə gərginləşəcəyini evdəkilərlə müzakirə edirdilər. Təbii ki, uşaq olduğumdan bu məsələnin nə qədər ciddi öduğunu anlamırdım. Öz aləmimdə idim. Ağlım fikirim yas evində qalmışdı. Gün boyu gördüyüm səhnə, bütün yas məclisi, mərsiyələr, vay, şivən, dünyadan xəbərsiz Ruslan vəTürkanənin məsum üzü, İlahənin dayısı uşaqlarıyla ağlaşmaya gələn qadınların arasında səssizcə oyun oynamağı , ən əsası da Lamiyənin fəryadı bütün vücudumu silkələyirdi. Gün boyu onun bu halını özümdə təsəvvür edib düşünürdüm ki, onların başına gələnlər bizim başımıza gəlsəydi, Lamiyənin atası yox, mənim babam (mənim atam yoxdur, məni babam böyüdüb o üzdən mən babamı atam kimi təsəvvür edirdim) o cür işgəncəylə oldürülsəydi mən neyniyərdim? Həmin andakı fəryadım gözlərimin qarşısında xəyal kimi canlanır, bu vəhşilikdən sarsılıb qulaqlarımı çəkərək "kiş-kiş" edirdim.Elə bu düşüncələrlə yatağımda gecəmi sabah etdim.
   Həyətdəki qarmaqarışıq səslərə yuxudan gözümü açdım. Yuxulu olduğumdan bu səslərin hardan gəldiyini , nə səslər olduğunu kəsdirə bilmədim. Əlimi atıb yatağımın yanındakı stulun üstünə qoydugum suyu başıma çəkib stekanı yerinə qoydum. Qulaqlarımı şəkledim. Həyətdən gələn səslərə diqqət kəsildim. Yenə bir şey başa düşmədim. Səs bir birinə qarışmışdı. Kimin nə dediyini başa düşmürdüm. Yerimdə oturub tənbəl-təbəl əynimi geyinməyə başladım . Səslər artıq evə dolmüşdu . Səs evdə davam etdiyindən mən də hərəkətə keçmişdim. Tələm-tələsik geyinib zala gecdim. Yuxulu gözlərimı ovxalayım evdəki tanımadığım adamlara baxırdım. Əsgər geyimində olan dayılarım və onların bir neçə döyüş yoldaşları qonşularımız, hardaysa mənimlə yaşdaş olan üst başı palçıq və qana bulaşmış iki qızın , 3-4 yaşında oğlan uşagının və üst başı cırılıb özləri də haldan düşmüş iki qadının başına toplaşmışdışlar. Nə baş verdiyini bilmədiyim  və ilk dəfə belə şey gördüyüm üçün gülmək məni tutmuşdu. Mən onları dilənçi ya da qaraçı  zənn etmişdim. Öz özümə düşündüm ki, bu dayımgil bu qaraçıları niyə evə gətiriblər ki? Bəs nənəm bu hadısəni niyə belə səssiz qarşılayır? Axı nənəm həmişə bizi tənbeh edərdi ki, qapı bacanı bağlı saxlayın , cuhudlar, qaraçılar dünyanı götürüb, olan olmazımızı yııb aparacaqlar ...
   Çox keçmədi, qonum qonuşularla bərabər Vəsilə xalagil də bizə gəldilər. Evimiz, həyətimiz insan əlindən qaynayırdı. Bizim ev Vəsilə xalagilin yas evindən betər olmuşdu. Yerindən qalxan , nə baş verdiyini bilmək istəyən, yaxınlarından xəbər tutmağa çalışanlar bizə axışırdı.
  Məlum oldu ki bu "qaraçı" bildyim bu zavallılar Xocalı sakinləriymiş. Fevralın 25 dən 26 sına kecən gece ermeni ve 366 alayının inanılmaz vehşiliyiyle Xocalı camaatını darmdağın ederek eli yalın günlerle müharise şeraitinde olan xalqa divan tutulmüşdu . Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar idi . 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar-76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdü hec onların öldü ya qaldısından xəbər də yox idi.
Nənəm məni işaret diliylə otağıma çağırdi .
- Fəridə gəl o geymədiyin paltarlarından qızlara ver əyinlərini dəyişsinlər. Qalın qofta və reytuzlarını da gətir bala. Yazıq körpələr elə heylə suyun içindədirlə
 Erköyün, heç nəyimi kimsəylə paylaşmayan mən , paltarlarımı qızlara vermək istəmirdim. Nənəm mənim zəif nöqtəmi bilirdiyi üçün :
- Sənin başına belə iş gəlsə , biri sənə bir şey verməsə , belə eləsə nə təhər olarsan, Fəri?
  Nənəmin bu sözlərindən sonra şfonerden qızlara paltar seçib yatağımın üstünə qoydum. Qızları otağıma çağırdım. Qızlar əyinlərini dəyişərkən , bizim səmimi söhbətimiz də baş tutmuşdu, mən artıq onlarla dostlaşışdım. Onlarla söhbət etdikcə , bu gecə başlarına gələnləri eşitdikce damarlarımda qanım donurdu
***
Deyəsən qar yağacaqdı. Hava cox sazaq idi. Dağların ayazı Xocalıya da vurmuşdu. Hardasa dağlarda qar yağdığı bəlli idi. Təzəgüllə, Sonanın anası Məxmər xala tezdən qalxıb xəmir yoğurmuşdu. Ümumiyyətlə, şəhər camaatı nə işi varsa hava qaralana qədər görüb, bitirər, qaş qaralan kimi evə doluşub qara pərdələrlə pəncərələri örtər, yeməklərin yeyən kimi yataqlarına girib yaratdılar. Çünkı ermənilər zəif bir işiq belə gələn həmin evi nişan alırdılar. Qorxu və səksəkə içində yaşayan xalq, çətində olsa belə həyata alışmışdı artıq.
   Məxmər xala təndiri qalayıb çörəkləri bişirdi. Bir iki dənə də yağlı fəsəli eləyib çörəkləri teştin içinə yığdı. Teşti evin böyük qızı Təzəgülün başına qoyub:
    - Bala, apar qarafatın üstünə təmiz sırtfa sər,çörəkləri dəseyrək sər ora soysun . Üstünə nazək örtü sal qurumasın -deyib içəri yolladı .
Sonaya döndü:
   -Ay balam, bax gör qardaşın işəyibsə kalqodqasın dəyiş. Mən də hava qaralmamış toyux çüçəni yığım içəri. O çörəkdən, fəsildən bir iki dənə də ayır. Karavatın altında səbətdə yumuta var. 10 dənə qoy çörəyin üstünə getir. Biraz da pendir qoy ordan , aparım qağangilə. Necə vaxtır Ağdamnan vertalyot-zad gəlmir. Ac acına döyüşürlər, yazıqlar. Biraz tez ol hava qaralmamış gedim gəlim.
Təzəgül ilə Sona anasının dediklərini hazırlayıb zənbilə yığdılar, gətirib anasına verdi. Təzəgül analarının hələ təndirxananın başında iş gördüyünü görüb evin arxasına qaçdı:
- Ana mən bu saat...
- Az, hara getdin?
-Bu dəqiqə...Gözlə, ana...
   Təzəgül qaçıb evlərinin arxasında hələ payızdan əkdikləri göy göyərtidən biraz toplayıb dəstə tutdu. Üzərini saman ve xəzəllə örtdükləri kişniş, vəzəri, şüyüd, soğan və nanə elə gözel qoxuyurdu ki ...
Evin yanından axan bulaq suyunda göyərtinin palcığını yuyub quru bir desmala büküdü,gətirib atası üçün hazırladığı zənbilə qoydu.
  -Qağama verərsən.Deyərsən Təzəgül yolladı. Həə bir də dayan ana...
  İçəri qaçıb əlində iki dənə alma gətirdi:
- Neçə vaxdır yeməmişəm, gizlətmişdim kı, qağamın yanına gedən olsa yollayım. 
   Anası qapıdan cıxanda Təzəgül arxasıyca ağlamsındı.
- Ana mən də gəlim də nolar?
-Yox ay bala o qədər vayennının içində cavan uşaq... Ne işin var,otur yerində. Hələ mən gedəndə qağan hirslenir. Nağayrım getmisən də olmur .
  Qaş qaralmağa başlamışdı . Amma hələ anası gəlib cıxmamışdı. Uzaqdan gələn atışma səsləri sanki get gedə şəhərə doğru yaxınlaşırdı . Təzəgül evin qara pərdələrini çəkib bacısını və durmadan ağlayan qardaşını evə yığdı . Evin böyük qızı olduğundan  evin bütün məsuliyyəti onun üzərində idi . 
 Biraz keçmişdi ki, bayırdan əvvəlcə nəsə bir vıyıltı, sonra böyük bir partlayış səsi gəldi.uşaalar dəli bağır oldular.  Bayaqdan anasının kürlüyünü edən körpənin qorxudan səsi kesldi. Təzəgül özünü itirmədən tez hərəkətə kecdi. Qapının arxasından asılmış paltoları götürüb bacısının üstınə tulladı: 
- Tez ol, tez geyin ...
Özü də qardaşını tələsik  geyindirib uşağı qucağına aldı. Çarpayının üstündən yorğanı qapıb qapıdan cıxdı:
  -Çırağı da söndür sonra gəl, Sona-deyib həyətə cıxdı.
   Çox şiddətli atişma başlamışdı. Artileriya atəşinə bizimkilər də cavab verirdilər . Qaçıb evlərinin zirzəmisinə girdilər . Bacısın və qardaşını orda yorğana büküb rahatlayandan sonra özü bayra cıxdı. Atəş səslərindən qulağını tuta tuta yuxarı evə qalxıdı. Qaranlıqda kor koranə,süfrəyə bükdükləri təzə çörəkdən və biraz əvvəl yuduğu göyərtıdən aldı.  Çarpayının başından nənəsindən qalma şalı götürüb qaçaraq aşağıya-zirzəmiyə yendi.
  - Ay allah, bu arvad harda qaldı ee?
   Sona ağlamağa başladı.
  - Anama bır şey olmasın ay Allah .
  - Bəd ağzın yumulsun, qoy görək bir-deyə  Təzəgül bacısına cəmkirib çörəkdən kəsdi . Arasına göyəri qoyub dürümləyərək uşaqlara verdi:
- Ara qarışıb bir tikə yeyin burda. Baş qarışar ac qalmayın. Birdən yuxarı cıxa bilmərik. 
Qismətləri boğazlarında qala qala əllərindəki çörəyi yeyirdilər. Elə bu vaxt sanki yer göy lərzəyə gəldi. Sankı zəlzələ oldu. Başlarının üstündəki ev, üstündə oturduqları torpaq, silkelendi, böyük partlayış oldu. Qulaqbatıran partlayışın ardından başlarına toz torpaq ələkdən elenen un kimi ələndi. Kəskin toz torpaqdan boğazları qovuşdu sərt bir öskürəklə zirzəminin girişinə dogru qaçdılar. Ama giriş qapısı bağlanmışdı. Uçub dağılmış evin daşları qapının üstünə tökülmüşdü. Uşaqlar dəli bağır olub qışqırışırdılar. Ancaq onları eşidən yox idi.Qışqırmaqdan yorulub hərəsi bir tərəfə düşmüşdü.
  Çox keçmədi ki, uzaqdan analarının səsi gəldi .
  Sevincək girişə tərəf qaçıb qapını itələməyə başladılar:
  - Ana burdayıq, qurtar bizi !
 O güllə boranda ana uşaqlarını qaranlıq zirzəmidən qurtarmağa calışırdı. Bombardıman ara vermədən hələ də davam edirdi. Neçə saat əlləşdi, necə saat vuruşdu onu bilmir. Nəhayət ki , daşları təmizləyib zirzəminin giriş qapısın açdı, havasızlıqdan bayılıb qalmış Sonanı ana arxasına alıb həyətə cıxartdı. Başının yaylığın açıb vedrədəki suya salıb sıxdı. Qızın üzünün tozun torpağın silib ona sünü nəfəs verdi. Handan hana Sona özünə geldi. Balaların da yanına yığıb təndirxananın başına geldi. Günortadan hələ közü indi indi öləziyən təndir ın qapağını açıb , təndirxananın yanına qoyduqları köhnə pencək və jaketləri götürüb büründülər . Təndirdən qalxan isti havaya canların biraz var idi ki, isitmişdilər ki, könüllü əsgərlərin məhəllələrdə hay salıb sakinləri bir yerə topladığını eşitdilər. Yorğun , taqətsiz halıyla təndirın qapağını təkrar bağlayıb yola çıxdılar. Neçə saat tək canına o boyda evin daşini açaraq uşaqlarını qurtarmış ananın yeriməyə halı qalmamışdı . Ayaqlarını güclə sürüyürdü . Bunu görən Təzəgül qardaşını anasından aldı. Lakin uşaq allah deyəndən demirdi. Məhəllə meydançasına toplanmış əsgərlər sakinləri sakitləşdirdi. Əsgərlərin içindən bir komandir irəli çıxıb kənd camaatına göstəriş və bundan sonra nə edəcəkləri barədə təlimat verdikdən sonra onlara emr etdi:
 - Bacardığınız qədər sakit və səssiz... Ardimca , təpələrə tərəf ,Qarqar boyu Ağldama üz tuturuq. Meşəyə doğru marş ! 
   Xocalının dörd bir yanından ermənilər şəhərə hərəkətdəydilər. Artileriyadan sonra piyadalar hərəkətə keçmişdilər. Əsasən təpələr və meşələrə doru qaçıb  qaçib gizlənməyə və cıxış yolu tapmağa calışan qız gəlinləri, yaşlıları və uşaqlara işgəncə edə-edə onları güllədən keçirirdilər. Hələ bu azmış kimi onların cəsədləfini və yaralıları insanlığa sığmayan vəhşiliklə təhqir edirdilər. 
 Təzəgülgil meşə yoluyla gəlib bir yerə çatdılar. Yola bələdçilik edən əsgər əl işarəsiylə camaata sakit və dur işarəsi verdi. Qardaşı balaca olduğundan "dur , sakit " sözü başa düşmürdü . Anası uşağın şəlləyini açıb körpəni bağrına basdı. Bayaq kəsib bir parça qoynuna qoyduğubir parça çörəyi körpənin əlinə verib onu kiritməyə çalışdı. Arxadan gələn güllə səsləri onları qovur, biraz irəlidə gördükləri mənzərə isə onları ayaq saxlamağa məcbur edirdi. Çox da uzaq olmayan təpədənin yamacınında acımasız və qprxunc bir filim senaryosu kimi həqiqətlər yaşanırdı.
   Əlləri bir ağaca arxadan bağlanan hamilə bir kadının başının üstünü kəsdirmiş iki erməni qansızı, mərcə girmişdilər. Bu elə bir qumar idi ki, yüz illər əvvəl də onların ataları bu oyunları  Anadolu torpaqlarında, Qarsda, Ağrıda, Vanda, Ərzurumda türk xalqının başında oynamışdı.  Görünur indi də bu şərəfsizlər bu oyunu indi də Xocalı sakinlərinin üstündə təqlid edirdilər . 
 Ağaca balanmış çarəsiz gəlinin doğumu yaxınlaşmışdı. Qarnı burnunda,ayının gününün içində idi. Bəlkə də bu gün ya sabah yükünü yerə qoyacaqdı. Onsuzda ağrı çəkirdi, qıvrıla qıvrıla qalmışdı. Çarəsiz qadın payız yeli vurmuş yarpaq kimi saralıb əsir həm həyasından həm qorxusundan səsini çıxarmırdı. Əynindəki paltarları cırılıb, döşünün biri bayırda qalmışdı. Əlləri ağaca bağlı olduğundan başını sınəsinə qədər əyib açılmış döşünü gizlətməyə çalışırdı.  Ayaqyalın idi. Ayaqqabıları hardasa düşüb qalmışdı ...
  Ermənilərin uzun boylu olanı çiynindəki AK-47 rus avtomatının süngüsünü əlində hazır vəziyyətdə tutmuş, digəri də əlindəki qəpiyi havaya attı:
  -Akçik, manç?.. (Qızmı, oğlan mı?) - soruşarkən o biri:
-Akçik... (qız) - deyə cavab verdi 
 Bu cavab üzərinə ’oğlan’ diyərək mərcə girən erməni , əlindəki sünğü ilə hamilə gəlini qışqırda qışqırda qarnını bir anda yarıb uşağı onun qarnından cıxartdı. Qan dolmuş gözlərini uşağın cinsiyyətinə zillədi . Həqdəsindən cıxmış donba gözlərini daha da bərəldərək:-Tun şahetsar, ınger... (Sən qazandın, dostum) - deyə qəhqəhə çəkib güldü:
 -Yes şahetsapayts ays bubrikı inç bes bidigişdana... ( mən qazandım amma, bu çağanı necə yedirəcəyik ) -Mayrigı bedge gişdatsine. (əlbəttə Anası yedirdəcək ) 
  Kenarda durub bu qanlı oyuna maraqla baxan qısa boylu olan erməni milis, bir anda uşağı süngüyə kecirdib anasının qucağına basdı.  Gəlinin açıq döşünü uşağın qanlı ağzına soxdu :
-Mayrig yerahayin zizdur. ( al uşağını əmizdir, qancıq ) ...
    Bütün bunlar hamısı onların gözlərinin qarşısında yaşanmışdı. Gördükləri mənzərədən dəhşətə gəlib gizləndikləri yerdən çıxıb onlara kömək etmək istəsələr də əsgərlər onlarla səssiz səmirsiz əlbəyaxa olub onlara pıçıltıyla :
  -Sizde onlar kimi olmaq istəyirsiz?- deyə qadınları sakitləşdirməyə calışırdılar . Elə bu zaman içəridən çölə 15 16 yaşında çılpaq qız uşağı cıxartdılar, onun arxasınca da cılpaq 45 50 yaşlarında əli qolu bağlı bir kişi. Ermənilər həmən kişinin əlin qolun açıb qıza təcavüz etməyə məcbur edirdilər , saçı başı üzünə , sinəsinə dağılmış bədəni qançır qançır olmuş qız :
  - Ata qurban olum öldür məni, sənin üzünə baxa bilmərəm -deyib bağırdıqca , kişi hönkürüb ağlayır, ermənilər əllərində araq və çaxır butulkaları qəhqəhə çəkib gülürdülər. Bayaqkı uzunboylu erməni kişiyə yaxınlaşıb avtomatın qundağıynan kişinin ayıb yerinə vuraraq azərbaycanca dedi :
   - Ara ayaa, kişi döyilsən?Bəs bunu burda niyə saxlamısan ara? Sən eləməsən mən eliyəcəm...
   Ağrıdan ikiqat olub yerə çökən adam  bütün ağrılarına baxmayaraq hələ də  ermənininin bundan sonra qızına və ona nə edəcəyinə fikir verirdi. Erməni dığası avtomatı yanındakı milisə tullayıb əli qolu qıza tərəf getdi . Yerə çökmüş çarəsiz qızın qarşısında dayanıb şalvarını aşağı çəkdi və ...
    Kişinin gözlərindən od qalxıb bütün bədənini alışdırdı . Uzunboy ,yekəpər erməninin qolları arasında çırpınan cılız qızın zəhmli səsi qulaqların dəlirdi 
  - Məni öldür ata!
  Qollarına güç gəldi. Özünü toparlayıb əlinə keçən bir daş parçasını başının üstündə dayanan əli avtomaytlı milisin başına cırpdı. Daşın zərbəsindən bir anda nə baş verdiyini anlamayan erməni milsi əlindəki avtomatı tullayıb başın tutdı. Fürsətdən istifadə edən kişi avtomatı yerdən qapıb bir göz qırpımında darağı ermənilərə boşaltdı. Üstündə yıxılıb qalan ermənini sinəsinə yana itələyən qız ayağa durub meyidi ağacda qalmış gəlinin arxasında gizləndi . Əsir düşmüş adamlar yerdən gebermiş ermənilərin avtomatlarını götürüb daldalığa çəkildilər. İçəridən dəstə dəstə ermənilər çıxır, əsirlərlə atışırdılar. Ata ağacın arxasına kecib qızının əlin qolun acdı. Erməninin əynindən cıxartdığı şalvarı və pencəyi soyuqdan göyərmiş qızına geyindirib avtomatı əlinə verdi:
-Qaç qızım ...
-İki üç addım qaçan qız qəfil dayanıb avtomatı çənəsinə dayadı ...
  -Yoooxxx - deyib qışqıran atanın səsi avtomatın səsinə qarışdı .
   Ortalığın qarışdığını görən Azərbaycan əsgərləri dəstəyə sol tərəfi göstəribşərqə doğru qaçmagı söylədilər. Arxadan yaxınlaşmaqda olan silah səslərindən aydın oldu ki, arxadakı ermənilər burdakı ermənilərə dəstəyə gəlirlər. Odur ki, bir an önce qız gəlini burdan uzaqlaşdırmaq lazım idi.
  - Siz Qarqar boyunca Ağdam istiqamətinə qaçın, ama hava açılmadan çatmağa çalışın.Biz sizə yetişməsək  də orda sizi qarşılayacaqlar. Narahat olmayın. Ağdamlilar köməyə gələrlər. Biz onlara xəbər vermişik. 
  Əsgərlər qadınları yola salandan sonra özlərini döyüş meydanına atıb ordakı əsirləri qurtarmağa getdilər.
  Yerində donub qalmış çılpaq kışı sanki, heykələ dönmüşdü. Donuq gözləriylə qızının meyidinə baxırdı. Əsgərlərdən biri yaxınlaşıb əynindəki paltonu ona tulladı.
  -Qalx, qalx dayı, gecikmək olmaz-deyərək kişinin qoltuğuna girib onu ayağa  qaldırdı. Kişi əsgərdən biraz aralanıb paltonu əyninə geyindi və əsrlərin axasica ayaını sürüdü. Gözü hələ də qızındaydı . Görünür onu buraa qoyub getmək istəmirdi.
    Arxadan gələn ermənilər hadisə yerinə catmaq üzərəydilər. Əsirlər meşələrə dağılıb gözdən itmişdilər. Əsgərlər onu tələsdirirdi:
   -Tez ol dayı tez ol !
 Kişi qəfil dayanıb:
 - Mən hara qaçıram axı? Namusum əldən getdi mənim. Guya bundan sonra mənim yaşamağımın adı nədi?- deyərək əlindəki abtomatla ermənilərinin üstünə şığıdı. Bir göz qırpımında kişin aşsüzen deliyi kimi dəlindi...
    Meşə yoluyla Ağdama doğru üz tutan dəstəni Naxcıvanıkde erməni quldurları qarşıladı. Ermənilər camaatın qarşısını kəsərək, onlara işgəncə verə verə tövlə kimi bir yerə saldılar. Əsrlər sabaha qədər orda qaldılar. Burda onlardan başqa da esirlər var idi. İçəridə 6 7 yaşlarında balaca uşaq ağlayırdı. Birir erməni dığası 
 Verdiyi işgəncədən həzz alaraq körpəni sorğu suala çəkmişdi. Yazıq uşaq özündən qat qat vüclü erməninin qarşısında aciz qaıaraq carəsizcə ağlayırdı. Qansız erməni əsvəri anidən uşagın əlindən tutub tapancanı uşagın ovcuna sıxdı . Uşagın nalesinden qulaq tutulurdu .
     Səhər açılar açılmaz ermənilər əsirləri Əsgəran qalasına gətirdilər. Burada əsirlrə olmazın işgəncələrini edirdilər və ertdikləri işhəncədən sonsuz həzz alaraq, nəhayət ki dəstədən gənc qızları ayrıdılar. Orta yaşlı  qadınıarı ayrı, qocaları ayrı, uşaqları da ayrıca üç dəstəyə böldülər .Sonra bir oyun qurdular . Böyük bir şövqlə uşaq oyunu kimi sanama sayib hər dəstədən bir nəfər alıb 15 20 nəfərlik dəstə hazırladılar. Allahından bu desteye Təzəgül və Sona da düşmüşdü. Anası və qardaşı orda qaldı. Anasını da yanlarında istəyən qızları bağırda bağırda onlardan ayırdılar, Vilis maşınına doldurub Ağdam istiqamətinə gətirdilər . Orda əsirləri Ağdamlıların tutduqları ermənilərlə dəyişdilər. Bizim əsgərlər əsirləri Ağdam  mərkəzi xəstəxanasına  gətirdilər , yaralı və meyıd əlindən yer tapılmayan xəstəxanada onların qalması mümkün deyildi. Xəstəxanada Ağdam qərarvani məsulları əsirləri qəbul edib adların siyahiya  qəbul etdikdən sonra onları bir neçə hissəyə ayırdılar. Yerli əsgərlərə əsirlərə müvəqqəti sığınacaq üçün onları öz evlərinə-ailələrinin içinə aparmağı tapşırdılar. Beləliklə Təzəgul və Sonadan başqa 4 - 5 yaşlı bir oğlan uşaq və iki qadın dayımla Ziyəddinin öhtəsinə düşmüşdü ...

Vəsilə xalanın eltisi və qayını qızı eləcə də qaynanası əsir düşmüşdü. Bir həftə sonra qaynannası və eltisini geri aldılar, ama qayını qızından hələ bu vaxta qədər xəbər yoxdur.
    İki gün sonra iki əsgər gəlib Təzəgülü özüylə qərərgaha apardi. Bir necə saat sonra gəldi. Qaçqınlar hələki bizdə qalırdı. Deyəsən analarından  xəbər vardı. Dəqiqləşdirmək üçün Təzəgulu qərərgaha çağırırırdıdılar .

    Əsirlər Agdama gətirəndən sonra geridə qalan əsirləri eləcə də qızların anası  Məxmər xalanı zindana salıb orda onlara işgəncə verirdilər. Qucağındakı uşaq dayanmadan ağlayırdı. Uşağın sakitlşdirməsi ücün  anasına əmr verilir. Naəlac qalan ana üzünü divara tərəf tutaraq uşagını bağrına basdı. Qoynunda gizlətdiyi çörəyi çıxarıb körpənin əlinə verdi. Bunu görən turmə işçisi təpiklə Məxmərin böyrünə ilişdirdi:
-Vayy səni haxçik, deyəsən bura hazır gəlmisən həə ?
   Çörəyi uşağın əlindən alıb yerə tulladı:
  - Qancıq, bu uşağa niyə məmə vermirsən hə?  Həəə, axı siz türklər namusunuzu camaatdan gizlədirsiz. Aam arasında uşaq əmizdirməzsiz. 
  Məxmər qızarıb  üzünü uşağın sınəsində gizlətdi. Bunu görən erməni şaqqanaq çəkib güldü :
   -Çıxart məməni fahişə!
  Qadın etiraz etsə də qadının döşun çıxardıb məcbur uşağın ağzına soxdu. Döş almaqdan imtina edən , və qorxan uşaq anasının qucagında qışqırıb çabalamağa başladı .
  - Həəə mamanın südü yoxdu, türk bici? - deyə gülməyə başladı:
    - İndi olar , balaca haa haa... birazca da döz deyib uzunboğaz çəkmənin içində gizlətdiyi qatlama bıcağını çıxarıb açdı. Gördüyü işlərdən zövq alırmış kimi arsızca gülərək gözün qırpmadan qadının döşün bir anda üzüb yerə atdı. Qadının döşunun yerindən fışqıran qan bir anda uşağın üzünə, gözünə dağıldı. Uşağın boynundan tutub anasının qan fontanı verən döşünə tutdu :
  - Al sənə məmə, al sənə süd içç , içç...
  Səsini kəsməyən uşağın çığırtısından zara gələn erməni milisi tapancasını çıxarıb heç bir şey düşünmədən körpənin başına sıxdı. Anasının qanına qarışan körpənin beyni ananın qucağında gölləndi .
    Bu hadisədən sonra onun orda başına nə gəldiyindən və bundan sonra Məxmrin orda nə qədər qaldığından xəbəri belə olmamışdı . 
   Məxmər gözün açdığında özünü Ağdam xəstəxanasında gördü . Sadəcə xatırladığı həmin səhnəydi. O səhnədən sonra qadının beyin qapıları kilidlənmışdı sankı . Bir daha o hadisədən sonra yaşanan heç bir hadısələrin  özətini belə beyni qəbul etmirdi. Sankı o gün Məxmərin həyat və xatirə kitabı bağlanıb , heç bir zaman  açılmayacaq bir arxivə qoyulmuşdu. Bir neçə gün sonra onu axtarıb tapan Təzəgül ilə Sona analarına sarəlsalar da Məxmər öz qızlarını belə tanımırdı. Məxmrin vəziyyəti dəhşət idi. Təzəgül ilə Sona analarının bu halı qarşısında acız qalmışdılar. Məxmr qışqırıb bağırır qarşısındakı hamını  erməni hesab edirdi . Qızlar anasına sarılıb ona yalvarır onu sakitləşdirməyə çalışırdı.  Yaralı döşunə toxunmasın deyə anasının başını öz sinəsinə sinesine sıxan Təzəgülun carəsizliyi daha  diyğusal bir səhnəydi. Əlindən bir şey gəlmirdi 
 Nə edəcəhini biımirdi . Bir  günün içində 14 yaşlı qız birdən birə boyüyüb olqunlaşmışdı sankı .  Böyük ailədən bir bacısı  bir də beyni pozulmuş anası qalmışdı .  Təzəgül onlara sahib çıxmalıydı. Ama bu təkbaşına olmayacaqdı . Heç olmasa qohumlarından birini tapa. Elə bu məqsədlə anasını orada Sonaya tapşırıb əsgərlərlə bərabər yaxınlarını tapmaq üçün morqa, ordan da məsçidə gəldi. Ağdam məscidinə. Morqda balaca başı parçalanmış bir uşaq gördü. Tanımadı . Çox sonralar yəni neçə illər sonra o uşağın əynindəki qanlı paltar yadına düşdükcə , anasının xatırladığı o səhnəyə əsasən əmin olurdu kı , o uşaq onun qadaşı imiş .
   Çəscidə gələndə az qalmışdı havalana . İlahi, bu qədər meyıd olar? Yük maşınlarının arası kəsmədən məscidin qabağında dayanır , yaralılar xəstəxanaya , yerdə qalan  meyitlər mescidin həyətinə boşalırcılırdı. Bu məscidin dıvarları necə şəhidin , necə gunahsızın qanına şahıd oldu ilahi , hec bır derd bu qedim məscidin dıvarlarını yıxmamışdı ,amma sankı qadınların şaxseyindən, kişilərin hönkürtüsündən divarlar da qan ağlayırdı... Onunla gələn əsgər meyitlerin üzün aça aça bir bir göstərir bəzi qeydlər edir, Təzəgülun tanıdığı simaları ona dedikcə əsgər əlindəki blaknota nəsə yazırdı .Gördükləri Təzəgülü  dəhşətə gətirib ağlın başından alırdı. Cavan əsgər onu təsəlli edir, onu soyuqqanlı və təmkinli olmağa çağırırdı.
    Birden yaralıların içində gözü bir əsgərin qoluna bağlanmış dəsmala sataşdı .
- Bu dəsmal ... Ayy bu dəsmal bizimdir axı.
- Necə yanı ?
     - Həmin gün həyətdən göy- göyərti yığıb arasında qağama yollamışdım.
  - Həə rəhmətlik komandırın arvadı gətirmişdi. Hec yeyə bilmədik 
  -Nə rəhmətlik?- Təzəgül əsgərin yaxasından tutub silkələdi
  - Sakit olun - deyə o biri əsgər onu kənara çəkdi:
  - Qagam ölməyib sağdır ...
- Mən yaralanmışdım, qolumdan qan cox gedirdi . Yoldaş Əliyev də bununla qolumu bağladı. Bütün yaralıları bır komaya yığmışdılar. Əliyev də ağır yaralıydı, demək olar ki, can verirdi
  - Raşotkanın arasından gördük bizim şəhidləri bir yerə yığırlar. Yoldaş Əliyevi və bir neçə ağır yaralıları da götürüb meyitlərin üstünə atdılar. Onları da diri diri yanırdılar. 
  Eşitdiklərindən , yaşadıqlarından və bu qədər meyidlərdən Təzəgülün halı pisleşmişdi. Havalanmışdı . Özünü pis aparan qızı xəstəxanaya apardılar . Pisxolojisi pozulmuşdu. Onu evə yox ele ordan bir başa Bakıya ruhi dispanserə yolladılar. Bir necə gün sonra gəlib Sonanı və digər  qaçqınları apardılar. Və o gündən sonra onları bir daha nə gördüm, nə də bir xəbər tuta bilmədim .

Ramil dayının ölümüylə barışmayan Vəsilə xalanın dərdi gördüklərinin qarşısında yalan olmuşdu.Günü məsciddə, xəstəxanada keçırdi. Ramilin qohumlarından, qonşularından xəbər tutmaq istəyirdi.Qaynanası və eltisinin əsirlikdə başına gələn işgəncələrdən sonra allahına şükür edirdi. Yaxşı ki, balaları sağ salamat yanındadır. Camaat kimi onun payına bala dərdi, əsirlik həyatı düşməyib . Oturub qalxəb Ramil dayının ruhuna rahmət oxuyurdu:
  -Yaxşı ki, uşaqları vaxtında cıxartdı, rəhmətlik . Yoxsa bütün bunları biz də yaşayacaqdıq.

   
    Bir neçə aydan sonra Ağdamıda veziyyetin6 gərginləşməsi ilə əlaqədar , Xocalı qaçqınlarının bir hissəsini Bakıya köçürdülər . Onlara Qızılqum sanatorıyasında yer verdilər Vəsilə xalagil de onların arasında idi.
   Həyat davam edirdi.Xocalı yarasıyla yana yana Vəsilə xala vaxtı ilə Ramil ilə qurduğu xəyalları yavaş yavaş gerçəkləşdirdi. Uşaqları elə uşaq vaxtından heyatın nəbzini tutmuşdu. Lamiyə universitetə qəbul olmuşdu. İİlahəni "Ağ atlı oğlan " filimində ağ atlı oğlan - (üzü örtulu oğlan) rolunda filmə çəkdilər. Uşaqlar böyüdükcə yurd yuva yiyəsi oldu.Çətin günlərin ağır yükünü çiyinlərində tək başına yaşayan Vəsilə xala illər keçdikcə heyatın nəbzini təkbaşına tutmağa başladı . Uşaqlarını böyüdüb oxutdu , oğlunu evlendirib ev eşik yiyesi etdi. En kiçiyı o vaxt qucağında iki aylıq olan qızı Türkanənin indi unversitetə  gedən uşaqları var... Bəli , həyat öz axarında davam edir. O bütün bunları tək başına yaşadı. Xəyallarında Ramil , gözünün önündə Ramilin rəsmi, amma Ramilsiz... 
  Arzularındakı kimi indi  öbladlarının balaları evində məsum və xoşbəxtcə  oynaşırlar. Bu ev Xocalıda həvəslə tikdiyi ev yox dəniz kənarında yuvasını tarimar edən sovetdən qalma bir sanatorıyanın kiçik bir otağında.

İndi Vəsilə xala nəvələrini başına yığar belə bir nağıl uydurardı:

BİRİ VARDİ, BİRİ YOXDU . XOCALI DEYİLƏN BİR MƏKANDA YIXILMIŞ BİR YUVA VƏ O YUVAFA NAKAM QALMIŞ ARZULAR VAR İDİ ...


S O N ...

Feride Acarakcay .




Hiç yorum yok:

Zamanın sustura bilmədiyi qadınlar...

“Zamanın susdurmadığı qadınlar” Onlar sakit görünür. Bəzən bir fincan çayın buxarında, bəzən bir kitabın səhifəsində gizlənirlər...